mövzu 1 1 . ascomycota və ya kisəli göbələklər şöbəsi

64
Aqronomluq ixtisasının “Bitki mühafizəsi” ixtisaslaşması üzrə “Ümumi fitopatologiya” kursu Mövzu 11. Ascomycota və ya kisəli göbələklər şöbəsi P L A N: 11.1 Ascomycota şöbəsinə daxil olan bəzi qrup göbələklərin biologiyası 11.2 Ashacascomucetes sinfi (Taphrinomycetes) göbələkləri 11.3 Euascomycetes sinfi göbələkləri: Plekmomisetlər qrup sırası. Pirenomisetlər qrup sırası göbələkləri

Upload: nasia

Post on 23-Feb-2016

205 views

Category:

Documents


2 download

DESCRIPTION

Aqronomluq i xtisas ı nın “Bitki mühafizəsi” i xtisaslaşması üzrə “Ümumi fitopatologiya” kursu. Mövzu 1 1 . Ascomycota və ya kisəli göbələklər şöbəsi . P L A N: 1 1.1 Ascomycota şöbəsinə daxil olan bəzi qrup göbələklərin biologiyası - PowerPoint PPT Presentation

TRANSCRIPT

Aqronomluq ixtisasının “Bitki mühafizəsi” ixtisaslaşması üzrə

“Ümumi fitopatologiya” kursu

Mövzu 11. Ascomycota və ya kisəli göbələklər şöbəsi

P L A N:

11.1 Ascomycota şöbəsinə daxil olan bəzi qrup göbələklərin biologiyası11.2 Ashacascomucetes sinfi (Taphrinomycetes) göbələkləri11.3 Euascomycetes sinfi göbələkləri: Plekmomisetlər qrup sırası. Pirenomisetlər qrup sırası göbələkləri

ƏDƏBİYYAT

1. Cəfərov İ. Ümumi fitopatologiya. Bakı: Elm, 2007, 392 s.2. M.Timur Döken, Erkol Demirçi, Hüseyn Zengin Fitopatoloji. Erzurum: 2010, 256 s.3. Общая и сельскохозяйственная фитопатология / Ю.Т.Дьяков, М.И.Дементьева и др. М.: «Колос», 1984, 495 с. 4. Попкова К. Общая фитопатология. М.: Агропромиздат, 1989, 362 с.5. Семенкова И.Г., Соколова Э.С. Фитопатология. М.: Изд. Академия, 2003, 496 с.6. Чикин Ю.А. Общая фитопатология (часть 1). Учебное пособие - Томск: ТГУ, 2001, 170 с.www. google.ruwww.dic.academic.ruwww.tankonyvtar.hu/.www. agroteh-garant.ruwww.ual.es/GruposInv/ myco-ual/asexual.faculty.clintoncc.suny.edu/. www.inspectapedia.com/.

Bu göbələklərin ən böyük şöbələrindən biri olub, 30000-ə qədər növü birləşdirir. Kisəli göbələklər üçün çoxhüceyrəli mitsel xarak-terikdir, buna görə də onları ali göbələklərə aid edirlər. Onların hü-ceyrə divarının tərkibinə xitridiomisetlərdə olduğu kimi polisaxa-ridlərdən xitin və β - qlyükan daxildir. Lakin hemiaskomisetlər- He-miascomycetes sinifindən olan bəzi növlərdə hüceyrə divarının tər-kibi –mannan və β- qlyükandan ibarətdir. Bu şöbənin göbələklərinin əsas əlaməti cinsi proses nəticəsində asklarla askosporların formalaşmasıdır. Əksər kisəli göbələklərin inkişaf tsiklində qeyri-cinsi çoxalma mühüm əhəmiyyət kəsb edir. O haploid mitsel üzərində ekzogen ola-raq əmələ gələn konidilərin köməyi ilə həyata keçirilir. Konidida-şıyanlar mitsel üzərində, tək-tək, yığım halında (koremiyalarda) və ya yastıcıqlarda (sporodoxiyalarda) və s. formada yerləşirlər.

Ascomycota və ya kisəli göbələklər şöbəsi

• Arxeaskomisetlər-Archaeascomycetes (syn. Taphri-omycetes);

• Hemiaskomisetlər, Çılpaqkisəlilər–Hemiascomycetes meyvə bə-

dəni yoxdur, kisələr prototunikatdır, mitsel üzərində və ya tək-tək

hüceyrələrin qovuşması zamanı əmələ gəlir;

• Həqiqi kisəlilər- Euascomycetes kisələr eutunikat – unitunikat,

bəzi hallarda prototunikantdır, meyvə bədəninin daxilində və ya

səthində əmələ gəlir.

• Lokuloaskomisetlər - Loculoascomycetes (syn. Dothideomy-

cetes) - kisələr eutunikat – bitunikatdır, xüsusi yarıqlarda lokulalarda

əmələ gəlir. Lokulalar askostroma və ya psevdotesidə baş verir.

Ascomycota şöbəsi

Archaeascomycetes sinifi

Hemiascomycetes sinifi

Euascomycetes sinifi

Loculoascomycetes sinifi

Bu sinifin nümaynədələrinin kisələri eutunikatdır, meyvə

bədənləri yoxlur, morfologiyasına görə qrup müxtəlif cinslidir: bəzi

növlər bir hüceyrəlidir, başqaları tək-tək, habelə çox hüceyrəli hiflər

əmələ gətirirlər. Müxtəlif mənbələrə görə sinifin 2-5 sırası möv-

cuddur. Fitopatoloji baxımdan 3 sıra maraq kəsb edir: saxaromi-

setlər, tafrinalılar, protomisetlər. Saxaromisetlər sırası əsasən maya

göbələklərindən ibarət olmaqla saprotrofdurlar. Tafrinalılar sırasında

birləşən göbələklər bitkilərdə, protomisetlər sırasında mövcud olan

göbələklər isə yabanı halda bitən bitkilərdə parazitlik edirlər.

Aschaeascomycetes sinifi (syn. Taphrinomycetes)

Aschaeascomycetes sinfi

Saccharomycetales sırası

Taphrinales sırası

Protomycetales sırası

Bu sırada birləşən formalar vegetativ bədənin quruluşuna görə fərq-

lənirlər. Onlarda mitsel ya sapvari-arakəsməli, tumurcuqlanmayan və ya

əvvəlcə sapvari sonra parçalanan və tumurcuqlanandır. Bu sıranın bir çox

nümayəndələrində həqiqi mitsel yoxdur, yalnız tumurcuqlanan var. Ziqota

iki mitsel kəsiyinin mayalanması zamanı inkişaf edir. Asklar tək-tək hü-

ceyrələr kimi əmələ gəlirlər.

Saxaromisetlərin əksəriyyəti saprotrofdurlar. Onlar bitkinin vegetativ

hissələrini və meyvələrin səthində, çiçəklərin nektarında, torpaqda yaşayır-

lar. Ayrı-ayrı növlər bitkilərdə parazitlik edirlər. Belə ki, Spermophthora

gossypii göbələyinə pambığın açılmamış qozalarında olan liflərdə rast

gəlinir.

Saccharomycetales sırası

Maya göbələyinin sporları

Ask, askosporlarka

Saccharomyces cerevisiae - sporlar

Karioqamiya

Plazmoqamiya

Diploid somatik hüceyrələr

Somatik hüceyrələr

Meyoz və askosporogenezis

Somatik hüceyrələr

Bu sıraya bir fəsilə –Taphrinaceae, bir cins - Taphrina daxildir.

Cins yüzə qədər növü birləşdirir.

Sıraya daxil olan göbələklər dar ixtisaslaşmış parazitlərdir,

əsasən çəyirdəkli meyvə bitkilərində müxtəlif xəstəliklər törədirlər.

Şaftalıda yarpaq qıvrılması, gavalıda cib-cibə, albalıda «şeytan

süpürgəsi» bu qrupa daxil olan xəstəliklərdəndir.

Taphrinales sırası

Taphrina deformans

Taphrina deformans

Taphrina deformans

Taphrina deformans

Taphrina deformans

Taphrina deformans göbələyinin hüceyrəarası dikariotik mitseli və askogen hüceyrələri

Taphrina pruni - Avstraliyada

Taphrina pruni - Azərbaycanda

Taphrina pruni - Azərbaycanda

Taphrina betulina

Taphrina betulina

Taphrina cerasi

Taphrina populina

Taphrina crataegi

Sıranın göbələklərinin əksəriyyəti yabanı halda bitən bitkilərin xəstəlik törədiciləridir. Endogen formalaşan mitsel sahib bitkinin toxumalarının hüceyrəarasında yerləşir. Mitseldə iri şarşəkilli və ya uzunsov hamar örtüklü xlamidosporlar əmələ gəlirlər. Xlamido-sporlar qışlayırlar. Yazda onlardan ask askosporlarla inkişaf edirlər. Askosporlar askdan çıxdıqdan sonra mayalanırlar, sonra diploid mitselə cücərirlər, bitki toxumasına daxil olurlar. Bu sıraya daxil olan göbələklərin parazitləri sahib bitkinin damarlarında, yarpaq sap-laqlarında, gövdədə, şişlər, fırlar əmələ gəlməsini stimulə edirlər. Sıranın tərkibinə aşağıdakı cinslər daxildir:Protomyces, Protomycopsis, Volkartia.

Protomycetales sırası

Protomycetales sırası

Protomyces cinsi

Protomycopsis cinsi

Volkartia cinsi

Protomyces macrosporus

Protomyces pachydermus

Protomyces macrosporus

Vigna unguiculata

Askomikota şöbəsinə daxil olan göbələklərin 90%-ə yaxını bu

sinifdə toplaşmışdır. Müasir dövrdə kifayət qədər aparılan mole-

kulyar –genetik tədqiqatlar sinifə mənsub göbələklərin üstünlüklərini

üzə çıxarır. Bu göbələklər üçün inkişaf tsikli asklı meyvə bədəni və

konidial sporvermənin əmələ gəlməsi ilə xarakterizə olunur.

Sinfin fitopatogen növlərində qeyri- cinsi konidial çoxalma cinsi

çoxalma üzərində üstünlük təşkil edir.

Euaskomisetlər sinifi göbələklərində üç tip həqiqi meyvə bədəni

fərqləndirirlər: kleystotesi, peritesi və apotesi.

Euascomycetes sinifi

Euaskomisetlər sinfi

Plektomisetlər qrup sırası

meyvə bədəni

kleystotesi

Pirenomisetlər qrup sırası

Diskomisetlər qrup sırası

Plektomisetlər qrup sırasına meyvə bədəni kleystotesi, bəzən peristesili olan göbələklər aiddirlər. Onların meyvə bədənində proto-tunikat asklar səliqəsiz yerləşir, askosporlar həmişə passiv azad olur, onların içərisində praktik əhəmiyyəti olan növlər çoxdur. Həmin növlər Eurotiales sırasına aiddirlər. Eurotiales sırasına daxil olan göbələklərin meyvə bədəni mitsel üzərində inkişaf edən kiçik kleystotesitlərdən ibarətdir. Sıranın nümayəndələrinin əksəriyyəti bitki mənşəli subutratlarda saprotrof həyat tərzi keçirirlər. Penicillium cinsinə daxil olan bir sıra nümayəndələr saxlama zamanı alma və sitruslarda meyvələri yolu-xurlar. Tibbdə geniş tətbiq olunan pensillin əsas antibiotiklərdən biridir.

Plektomisetlər qrup sırası

Penicillium fungi

Penicillium sp.

Penicillium italicum

Penicillium italicum

Penicillium italicum

Aspergillus niger

Aspergillus sp.

Aspergillus ustus

Pirenomisetlər qrup sırasına meyvə bədəni peritesi, az hallarda kleystotesi olan növlər daxildirlər. Unitunikat asklar meyvə bədə-nində yığım və ya qat halında yerləşirlər, askosporlar kisədən fəal azad olunurlar. Kleystotesi mitseldə əmələ gəlir. Peritesi substratın səthində və ya ona yüklənmiş vəziyyətdə ola bilir. Növlərin əksəriy-yətində peritesi və ya stromalar tünd rəngli, digərlərində açıq, bəzən şəffaf rənglidirlər. Pirenomisetlərin nümayəndələrinin müəyyən hissəsi bitki qalıqlarında olan saprotroflardır. Onların arasında fito-patogen növlər də çoxdur, xəstəlik törədicilər içərisində həm obliqat, həm fakültətiv parazitlər vardır.

Pirenomisetlər qrup sırası

Pirenomisetlərin konidi mərhələsi parazitdir. Onlar vegetasiya

dövrü bitkilərdə inkişaf edir və kütləvi çoxalmaya, eləcə də

göbələyin yayılmasına xidmət edir. Kisə mərhələsi ən çoxu tökülən

yarpaqlarda inkişaf edir və qışlamaya xidmət edir. Pirenomisetlərin

törətdiyi xəstəlik tipləri çox müxtəlifdir: unlu şeh, gövdə və bu-

daqlarda nekroz –xərçəng xəstəlikləri, ləkəliklər və s. Aşağıdakı sı-

ralar pirenomisetlər içərisində praktik əhəmiyyətlidir: Microascales,

Erysiphales, Hypocreales, Sphaeriales, Diaportales,

Clavicipitales.

Pirenomisetlər qrup

sırası

Microascales

Erysiphales

Hypocreales

Sphaeriales

Diaportales

Clavicipitales

Pirenomisetlər qrup sırası və ona daxil olan sıralar

Bu sıraya mənsub göbələklərin meyvə bədəni tünd rəngli perite-silərdir. Peritesilər əsasən substratın səthində əmələ gəlir. Asko-sporlar passiv azad olur, peritesidən selik damcıları ilə çıxırlar. Sıra-nın çoxlu nümayəndələri kənd təsərrüfatı bitkilərinə və meşə təsərrü-fatına böyük zərər vururlar. Ceratocystis cinsi sıranın nümayəndələri arasında kənd və meşə təsərrüfatına ən çox zərər vuranlardandır. C.ulmi göbələyi Şimali Amerika və Avropanın meşə, park və mühafizə zolaqlarında becə-rilən bitkilərində holland xəstəliyinin törədicisidir. Yoluxmuş bitki-lərin yarpaqları tezliklə saralır və soluxurlar. Budaqların ucu quruyur. Güclü yoluxma zamanı bütün ağac bir neçə gün müddətində quruya bilir.

Microascales sırası

Ceratocystis fagacearum

Ceratocystis fagacearum

Ceratocystis fimbriata

Ceratocystis ulmi

1. Kisəli göbələklər üçün neçə mitsel xarakterikdir?

a) arakəsməsiz mitsel

b) mitsel stroması

c) çoxhüceyrəli mitsel

d) çılpaq protoplazma kütləsi

e) koremiya və sporodoxi

Özünü yoxlama üçün mövzuya aid test sualları

2. Taphrinales sırası özündə neçə fəsilə, neçə cinsi və növü birləşdirir ?

a) iki fəsilə, 4 cins və 200-ə qədər növü

b) bir fəsilə, bir cins və 100-ə qədər növü

c) bir fəsilə, beş cins və 150-ə qədər növü

d) üç fəsilə, bir cins və 100-ə qədər növü

e) bir fəsilə, bir cins və 400-ə qədər növü

3. Kisəli göbələklərin konididaşıyanları mitsel üzərində necə yerləşir?

a) mitsel üzərində yerləşirb) Konididaşıyanlar mitsel üzərində yalnız yığım halında

koremiyalarda yerləşirlərc) Konididaşıyanlar mitsel üzərində yalnız yastıcıqlarda

sporodoxiyalarda yerləşirlərd) Konididaşıyanlar mitsel üzərində tək-tək yerləşire) Konididaşıyanlar mitsel üzərində tək-tək, yığım halında

koremiyalarda, yastıcıqlarda sporodoxiyalarda və s. formada yerləşirlər

4. Ascomycota şöbəsinin bəzi nümayəndələrində cinsi proses zamanı

anteridini nə əvəz edir ?

a) spermasiyalar

b) spermaqonilər

c) etsisporlar

d) dikariotik mitsel

e) bazidilər

5. Asklar və ya kisələr örtüyün quruluşuna görə hansı qruplara

bölünürlər ?

a) prototunikat, entunikat

b) entunikat, spermaqonilər

c) prototunikat, askotunikat

d) peritunikat, askotunikat

e) entunikat, askotunikat

6. Ascomycota şöbəsinə daxil olan sinifləri sıralayın?

a) Myxomycetes, Euascomycetes, Zygomycetesb) Chytridiomycetes, Archaeascomycetes, Zygomycetesc) Oomycetes, Euascomycetes, Urediniomycetesd) Archaeascomycetes, Hemiascomycetes, Euascomycetes, Loculoascomycetese) Euascomycetes, Archaeascomycetes, Oomycetes

7. Taphrinales sırası göbələklərinin yaratdığı xarakterik xəstəlik tipi

hansıdır?

a) deformasiya

b) ala-bəzəklik

c) xloroz

d) unlu şeh, mozaika

e) sürmə, dəmgil, xloroz

8. Şaftalıda yarpaq qıvrılması xəstəliyini hansı növ törədir?

a) Tahprina deformans

b) Tahprina occulta

c) Tahprina pruni

d) Tahprina cerası

e) Tahprina sepulae

9. Euaskomisetlər sinfi göbələkləri meyvə bədəninin tipinə görə hansı

qruplara bölünürlər?

a) plektomisetlər, pirenomisetlər, diskomisetlərb) askomisetlər, diskomisetlər, euaskomisetlərc) pirenomisetlər, askomisetlərd) diskomisetlər, hemiascomisetləre) plektomisetlər, askomisetlər, euascomisetlər

10. Microascales sırasına mənsub növlərin meyvə bədəni nədir ?

a) kleystotesi

b) apotesi

c) kleystotesi və apotesi

d) tünd rəngli peritesi

e) çox hüceyrəli mitsel