mÖvzu: biomüxtəliflik və onun qorunması
DESCRIPTION
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. MÖVZU: Biomüxtəliflik və onun qorunması. PLAN: 1. Giriş 2. Bitki genetik müxt ə lifliyinin v ə ziyy ə tin ə t ə sir ed ə n amill ə r - PowerPoint PPT PresentationTRANSCRIPT
MÖVZU: Biomüxtəliflik və onun qorunması
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
PLAN:
1.Giriş2.Bitki genetik müxtəlifliyinin vəziyyətinə təsir edən amillər3.Kənd təsərrüfatı bitkilərinin yabanı əcdadları və ərzaq məqsədilə istifadə olunan yabanı bitki müxtəlifliyi4.Biomüxtəlifliyin məzmunu və mahiyyətibiomüxtəlifliyin qorunmasında təbiət-cəmiyyət münasibətlərinin rolu, insan məskənləri və məskunlaşmanın biomüxtəlifliyə təsiri5.Biomüxtəlifliyin və ətraf mühitin qiymətləndirilməsi üsulları6.Azərbaycanda bioloji müxtəliflik, növlərin müxtəlifliyi və genetiki müxtəliflik
Mühit amilləri 2 formada olub, ekoloji amil kimi də hesab olunur
biotikcanlı;
bütün orqanizmlərin, о cümlədən insanın fəaliyyəti ilə bağlı olan amillər.
abiotikcansız, qeyri-üzvi, kosmik, iqlim və s. amilləri.
Bioloji müxtəliflik
ekoloji dəyişiklikl
ər şəraitində
təbiətə ciddi
antropogen təsirlər
qlobal geoloji
şəraitində
insanın ən etibarlı müttəfiqi və canlı həyat üçün əsasdır.
Məşhur bioloq E.Vilson biomüxtəlifliyi (bioloji müxtəlifliyi) "həyatın məğzi" adlandırmışdır. Biomüxtəliflik Yer üzərində mövcud olan genlərdən ekosistemlərə qədər bütün canlıların əmələ gətirdiyi müxtəlifliyin məcmusu deməkdir.
Biomüxtəlifliyin təşkil olunma səviyyələri
genlərpopulyasiyalar
növlərareallar
Biomüxtəliflik ekosistemlərin ən vacib elementlərindən biridir.
Sort və forma müxtəlifliyinin çoxluğuna
buğda
qarğıdalı
çəltik (düyü) və s. bitkilərin dünyada
mövcud olan kolleksiyaları
daxildir
Mədəni bitkilərin yabanı əcdad və qohumlarının müxtəlifliyi tədricən
azalmaqdadır. Azərbaycanda buğdanın yabanı növləri aran, dağətəyi, və dağlıq
rayonlarda yayılmışdır.Dağlıq və dağətəyi zonalarda itmək
təhlükəsi ilə üzləşmiş 3 yabanı buğda növü bitir: təkdənli buğda – T.boeoticum
Boiss., ikidənli buğda – T.araraticum Yakubs. və b.
Müəyyən edilmişdir ki, T.boeoticum Boiss. növünün ayrı-ayrı növmüxtəliflikləri
Zəngilanda (dəniz səviyyəsindən 600-800 m yüksəklikdə) Bəsitçay vadisində, Naxçıvanda
Şərur və Ordubad bölgələrində, Cəbrayıl rayonu ərazisində yayılmışdır.
Aegilops cinsinə aid 9 növ Azərbaycanda geniş yayılmışdır. Araşdırma zamanı bəzi yerlərdə bu cinsin növlərinə 2000 m-dən bir qədər yuxarıda da rast gəlinmişdir.
Kənd təsərrüfatı bitkilərinin yabanı əcdadları və ərzaq məqsədilə istifadə
olunan yabanı bitki müxtəlifliyi
Çovdarın 4 yabanı növü yayılmışdır: alaq-tarla çovdarı (S.segetale Roshev.), Vavilov çovdarı – (S.vavilovi Grossh.), Anadolu çovdarı (S.anatolicum Boiss.), meşə çovdarı (S.sylvestre Host.).
Azərbaycanda lərgənin 17, gülülün (Vicia L.) 40 yabanı növü yayılmışdır.
Sorgonun 2, darının 3 yabanı növü (Panicum capillare L., P.dichotomiflorum M., P.sumatrens Roth ety Roem) florada qalmaqdadır. Cənub bölgəsində Medicago glutinosa Bieb., Eremurus spectabilis, Solanum sysimbrifolium kimi növlər də təbii areallarını itirməkdədirlər
Tərəvəz-bostan bitkilərinin yabanı əcdad və qohumları içərisində Physalis L. (2 yabanı növ), Allium L. (41 yabanı növdən 6-sı Azərbaycanın endemidir), Amaranthus L. (yabanı bitən 6 növ), Rumex L. (17 növ), Polygonum L. (27 növ), Calligonum L. (4 növ), Malva L. (10 növ), Alcea L. (8 növ), Mentha L. (Azərbaycanda 5 növü var, bunlardan 4-ü yabanıdır) daha geniş yayılmışdır
Biomüxtəlifliyin məzmunu və mahiyyəti
Biomüxtəlifliyin əsasını biosenozlar təşkil edir.
Biosenoz biotop (canlı orqanizmlərlə məskunlaşmış az və ya çox dərəcədə bircins (oxşar) quru və ya su hövzəsi hissəsi) daxilində məskunlaşmış, bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqələri ilə səciyyələnən bitki, heyvan və mikroorqanizm lərin məcmusudur.
Bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan biosenoz və biotop bu və ya digər dərəcədə dayanıqlı bir təbii kompleks - biosferin elementar funksional vahidi olan ekosistem əmələ gətirir. deməli, biomüxtəlifiik ekosistemlərin ən vacib elementlərindən biridir.
Əgər yer üzündə biomüxtəliflik tamamilə məhv olsaydı, insan birbaşa və ya dolayısı yolla təbiətdən əldə etdiyi ərzaq və təsərrüfat məhsullarınıi tapmaz, yeri kəskin ultrabənövşəyi süalanmadan mühafizə edən ozon qatı yox olar, atmosferdə oksigenin sürətlə azalması nəticəsində nəfəs almaq çətinləşər, iqlim isə həyat üçün dözülməz hala düşərdi.
Biomüxtəlifliyin, təbiətin, vəhşi heyvanların və genetik resursların mühafizəsi bu prioritetli istiqamətin, cəmiyyətin, xüsusilə gələcək nəsillər üçün əhəmiyyəti şəksizdir, çünki hal-hazırda bu məsələlərin, lokal və milli səviyyələrdə həlli heç də qənaətbəxş deyildir.
Biomüxtəlifliyin qorunmasında təbiət-cəmiyyət münasibətlərinin rolu, insan məskənləri və məskunlaşmanın biomüxtəlifliyə təsiri
Təbiət Cəmiyyət
Ekoloji istifadə
İqtisadi maraqlar
Maddi tələblərin ödənilməsi
Sağlam ətraf mühitin təmin olunması
Mənəvi və sosial psixoloji tələblərin ödənilməsi, rekreasiyası
Təbiət-cəmiyyət münasibətləri və ekoloji istifadə
Ekosistem
Enerji mübadiləsi
Ətrafmühit
Biosenoz
Biotop
Maddələr mübadiləsi
İnformasiya mübadiləsi
Ətraf mühitin strukturu və əlaqələri
Ətraf mühit
Enerji mübadiləsi
İnformasiya mübadiləsi Maddələr
mübadiləsi
Mikro bosenoz
Fitosenoz Zoose
noz
Klim
ato
pTropfotop
Ekotop
Biosenoz
Ətraf mühit amillərinin qarşılıqlı əlaqəsi
Proqnozun dəqiqliyi aşağıdakı 3 vəzifənin nə
dərəcədə tam həll edilməsindən asılıdır:
1) Emprik (praktiki, təcrübi) informasiyanın toplanması, identifikasiyası və analizi
2) Proqnozların tərtibində istifadə edilən modellərin qurulması
3) Bu modelin istifadəsi və ekoloji optimal qərarın qəbulu
Azərbaycanda bioloji müxtəliflik növlərin müxtəlifliyi və genetiki müxtəliflik
Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Azərbaycan Respublikasının ərazisində 9 iqlim zonası üzrə 4500 növə kimi ali bitkilər qeydə alınmışdır ki, bu da Qafqazın növ tərkibinin 64%-ni, keçmiş ittifaqın bütün florasının 24%-ni təşkil edir.
Respublikada rast gələn 600 növ endemik bitkilərdən 168-i Azərbaycan, 432 növü isə Qafqaz florasına aiddir.
Azərbaycan Respublikasının "Qırınızı kitabı"na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növü daxil edilmişdir.
Azərbaycan Respublikasının "Qırmızı kitabı"na məməlilərin 14 (ceyran, bəbir, bezoar keçisi, dağ qoyunu və s.), quşların 36 (turac, dovdaq, ütəlgi, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı, qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton, Suriya sarımsaqiyli qurbağa, eskulap ilanı), həşaratların 40 növ və yarımnövləri (Talış kökyeyəni, Apollon, Xrizip, Talış lərameyası və s.) daxil edilmişdir.
Floranın nəsli kəsilməkdə olan inciləri
Genefondu təşkil edən nadir bitki növləri
DİQQƏTİNİZƏ GÖRƏ MİNNƏTDARAM