snsk.azsnsk.az/snsk/file/2014-11-27_16-13-53.docx · web view2014/11/27  · terapiya....

359
Terapiya 22.11.2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür? A) Öskürək əleyhinə preparatların B) Mukolitiklərin, surfaktant sistemin stimulyatorlarının C) İltihab əleyhinə preparatların D) Hərarətsalıcı preparatların E) Ağrıkəsicilərin Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г. 2) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin II mərhələsində (bəlğəm ifrazı başlandıqdan sonra) hansı qrup dərman preparatları təyin olunmur? A) Öskürək əleyhinə preparatların B) Hayxırmanı stimullaşdıran vasitələrin C) Bəlğəmi durulaşdıran preparatların (mukolitiklər) D) İltihab əleyhinə preparatların E) Antibakterial preparatların və antiseptiklərin Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г. 3) Kəskin bronxit zamanı hansı halın mövcudluğu dərhal antibakterial terapiyanın keçirilməsinə göstəriş deyil? A) Ağır intoksikasiya B) Təngnəfəsliyin əmələ gəlməsi

Upload: others

Post on 25-Jan-2021

1 views

Category:

Documents


0 download

TRANSCRIPT

Terapiya

22.11.2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir.

1) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?

A) Öskürək əleyhinə preparatların

B) Mukolitiklərin, surfaktant sistemin stimulyatorlarının

C) İltihab əleyhinə preparatların

D) Hərarətsalıcı preparatların

E) Ağrıkəsicilərin

Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.

2) Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin II mərhələsində (bəlğəm ifrazı başlandıqdan sonra) hansı qrup dərman preparatları təyin olunmur?

A) Öskürək əleyhinə preparatların

B) Hayxırmanı stimullaşdıran vasitələrin

C) Bəlğəmi durulaşdıran preparatların (mukolitiklər)

D) İltihab əleyhinə preparatların

E) Antibakterial preparatların və antiseptiklərin

Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.

3) Kəskin bronxit zamanı hansı halın mövcudluğu dərhal antibakterial terapiyanın keçirilməsinə göstəriş deyil?

A) Ağır intoksikasiya

B) Təngnəfəsliyin əmələ gəlməsi

C) İrinli bəlğəmin əmələ gəlməsi

D) Hərarətin yüksəlməsi

E) Xəstəliyin ağır kliniki gedişatı

Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.

4) Xırda bronxların selikli qişasının zədələnməsi ilə müşayiət olunan xroniki bronxitin aparıcı simptomu hansıdır?

A) Leykositoz və EÇS - nin artması

B) Dodağın selikli qişasının sianozu

C) Təngnəfəslik

D) Güclü üzücü quru öskürək

E) Bəlğəmli öskürək

Ədəbiyyat: Г. В. Трубников. «Руководство по клинической пульмонологии» 2001г.

5) Bronxial astma aşağıdakılardan hansı ilə müəyyən edilir?

A) Bronxoskopiya

B) Ağciyərlərin rentgenoqrafiyası

C) Angiopulmonoqrafiya

D) Spiroqrafiya, pnevmotaxoqrafiya

E) Qanın tərkibindəki qazların tədqiqi

Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.

6) Bronx ağacının reseptorlarına təsir edən və ən az əlavə təsir verən bronxospazmı aradan götürən xolinolitik hansıdır?

A) İpratropium bromid

B) Metasin

C) Atropin

D) Propantelin bromid

E) Aprofen

Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.

7) Uzun təsir müddətli metilksantin qrupuna aid bronx genişləndirici preparat hansıdır?

A) Teopek

B) Teofedrin

C) Ventolin

D) Eufillin

E) Teofillin

Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.

8) Bronxial astmanın müalicəsində istifadə olunan əsas dərman preparatlarına hansı aid deyil?

A) Membranstabilləşdirici preparatlar

B) β2 - adrenoreseptorların aqonistləri

C) Metilksantinlər

D) Qlükokortikoid hormonlarının inhalyasiyası

E) β2 - adrenoreseptorların blokatorları

Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.

9) Salbutamol (ventolin) bronxları hansı yolla genişləndirir?

A) Bilavasitə bronxların saya əzələsinə təsir edir

B) Azan sinirin tonusunu azaldır

C) Histamin ifrazını blokada edir

D) Bronxial ağacın α-reseptorlarını blokada edir

E) Bronxların β2-adrenoreseptorları selektiv oyandırır

Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.

10) Astmatik statusun I mərhələdən II mərhələyə keçməsini göstərən əsas klinik əlamət hansıdır?

A) Təngnəfəsliyin artması

B) Sianozun artması

C) Arterial təzyiqin yüksəlməsi

D) Başlanğıcda ağciyərlərdə eşidilən quru xırıltıların yox olması

E) Taxikardiya

Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.

11) Xəstəxanadan kənar pnevmoniyanın törədiciləri adətən hansıdır?

A) Klebsiella

B) Pnevmokok

C) Streptokok

D) Bağırsaq çöpü

E) Stafilokok

Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.

12) Qazanılmış immun defisiti sindromu olan xəstələrdə pnevmoniya törədicisi hansı ola bilər?

A) Bağırsaq çöpü

B) Mikoplazma

C) Pnevmosista

D) Klebsiella

E) Pnevmokok

Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.

13) Mikoplazmalı pnevmoniya zamanı nə təyin etmək lazımdır?

A) Penisillin

B) Levomisetin

C) Eritromisin

D) Streptomisin

E) Seporin

Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.

14) Pnevmoniyanın antibiotiklərlə müalicəsi nə vaxt dayandırılır?

A) Müalicəyə başlayandan 1 həftə sonra

B) Xəstəliyin kliniki və rentgenoloji əlamətlərinin itməsindən sonra

C) Ağciyərlərdə xırıltılar yox olandan sonra

D) Bədən hərarətinin normallaşmasından 2 gün sonra

E) EÇS - nin normallaşmasından sonra

Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Лечение болезней легких» 2005 г.

15) Aşağıdakılardan hansı ağciyər xərçənginə şərait yaradır?

A) Psixo - emosional gərginlik

B) Narkomaniya və toksikomaniya

C) Xroniki soyuqdəymə

D) Alkoqolizm və məişət sərxoşluğu

E) Tütün çəkmə

Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.

16) Ağciyər xərçəngi çox vaxt aşağıdakılardan birindən əziyyət çəkən xəstələrdə müşahidə olunur?

A) Ağciyərlərin xroniki qeyri-spesifik xəstəliyi

B) Bronxial astma

C) Şəkərli diabet

D) Xroniki alkoqolizm

E) Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi

Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.

17) 40 yaşından yuxarı kişilərdə ağciyərlərdə simptomsuz kölgəliklərin əmələ gəlməsi zamanı həkim ilk növbədə hansı xəstəliyi istisna etməlidir?

A) Ağciyər tuberkulomasını

B) Ağciyərin periferik xərçəngini

C) Ocaqlı pnevmoniyanı

D) Plevriti

E) Pnevmosirrozu

Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009г.

18) Vezikulyar tənəffüs nə vaxt eşidilir?

A) Nəfəsalmada

B) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə birində

C) Bütün nəfəsalmada və nəfəsvermədə

D) Nəfəsalmada və nəfəsvermənin ikinci üçdə ikisində

E) Nəfəsvermədə

Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.

19) Bronxial tənəffüs nə vaxt eşidilir?

A) Nəfəsvermədə

B) Nəfəsalmada

C) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə birində

D) Nəfəsalmada və nəfəsvermənin birinci üçdə ikisində

E) Bütun nəfəsalmada və nəfəsvermədə

Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001г.

20) Amforik tənəffüs nə zaman müşahidə olunur?

A) Ağciyər absesində

B) Bronxial astmada

C) Ağciyərin emfizemasında

D) Bronxitdə

E) Ocaqlı pnevmoniyada

Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001 г.

21) “Auqmentin” preparatının tərkibi nədir?

A) Oleandomisin + Tetrasiklin

B) Ampisillin + Klavulan turşusu

C) Ampisillin + Oksasillin

D) Ampisillin + Na sulbaktam

E) Amoksisillin + Klavulan turşusu

Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.

22) İrinli xoşa gəlməz iyi olan bəlğəm hansı xəstəlik üçün xarakterikdir?

A) Bronxial astma

B) Krupoz pnevmoniya

C) Ağciyərin qanqrenası

D) Ağciyər xərçəngi

E) Bronxit

Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.

23) Bəlğəmdə elastiki liflər hansı xəstəliklər zamanı aşkar edilir?

A) Xroniki bronxit

B) Ağciyər ürəyi

C) Bronxial astma

D) Krupoz pnevmoniya

E) Ağciyər absesi

Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.

24) Ağır gedişli ağciyərlərin xroniki obstruktiv xəstəliyi zamanı rast gəlməyən simptomlar hansılardır?

A) Öskürək bayılmaları (sinkope)

B) Öskürək nəticəsində qabırğaların sınığı

C) Aşıq - baldır oynağının ödemi

D) Çəkinin azalması, anoreksiya

E) İnspirator təngnəfəslık

Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008

25) Ev şəraitində eksudativ plevrit diaqnozu müəyyən olunmuş, lakin etiologiyası tam aydınlaşdırılmayıb, xəstənin ümumi vəziyyəti nisbi kafidir. Sizin taktikanız nədən ibarətdir?

A) Pasiyenti təcili olaraq pulmonologiya şöbəsinə hospitalizasiya etmək

B) Plevra boşluğuna plevral punksiya ilə antibiotiklərlin yeridilməsi ilə ambulator müalicə

C) Ev şəraitində geniş spektrli antibiotiklər və kortikosteroid hormonlarla müalicənin aparılması

D) Pasiyenti növbə ardıcıllığı ilə terapiya şöbəsinə hospitalizasiya etmək

E) Ev şəraitində geniş spektrli antibiotiklərlə müalicənin aparılması və xəstələri nəzarətdə saxlamaq

Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

26) Aşağıdakılardan hansı ağciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsinin məqsədlərinə aid deyil?

A) Xəstəliyin inkişaf etməsinin qarşısının alınması

B) Ölüm hallarının azaldılması

C) Fiziki gərginliyə tolerantlığın artması

D) Xəstəliyin tam müalicəsi

E) Simptomların yüngülləşdirilməsi

Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008

27) Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsində istifadə olunan qısamüddətli β2-aqonistlərə hansı aid deyil?

A) Terbutalin

B) Fenoterol

C) Levabuterol

D) Salbutamol

E) Formoterol

Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008

28) Xəstəxanadan kənar pnevmoniya xəstəliyinin diaqnozu qoyulması üçün simptomların başlanmasından neçə gün əvvəl pasiyentin xəstəxanada olmaması şərtdir?

A) 14 gün

B) 5 gün

C) 7 gün

D) 2 gün

E) 10 gün

Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008

29) Plevra boşluğuna mayenin evakuasiyasından sonra təkrar tez yığılması hansı xəstəlik üçün xarakterik əlamət sayılır?

A) Ağciyərlərin vərəmi

B) Qırmızı qurd eşənəyi

C) Xroniki qandövranı çatışmazlığı

D) Plevranın şişləri

E) Bronxların adenokarsinoması

Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

30) Xəstəxanadan kənar pnevmoniyanın müalicəsi zamanı antibakterial müalicənin müddəti minimum neçə gün tövsiyyə edilir?

A) 10 gün

B) 7 gün

C) 2 gün

D) 5 gün

E) 15 gün

Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008

31) Aşağıdakı klinik formalardan hansı birincili vərəmə aiddir?

A) İnfiltrativ vərəm

B) Uşaq və yeniyetmələrdə vərəm intoksikasiyası

C) Tuberkuloma

D) Fibroz kavernoz ağciyər vərəmi

E) İlkin vərəm kompleksi

Ədəbiyyat: Перельман М. И., Корякин В. А. «Туберкулез» 1990 г.

32) Кəskin respirator infeksiyaların və qripin müalicəsində əsas rol nə oynayır?

A) Vitaminoterapiya

B) Аntibakterial terapiya

C) Immunokorreksiya

D) Virus əleyhinə terapiya

E) Simptomatik terapiya

Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik proyokol”, Bakı 2008

33) Kəskin respirator infeksiyaların müalicəsində antibiotiklər nə zaman təyin olunur?

A) Bakterial fəsadlaşma olduqda

B) Xəstəlik başlanan kimi

C) Hərarət 38 ° C yuxarı olduqda

D) Xəstəliyin 2 - ci günü

E) Burundan irinli ifrazat olarkən

Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik proyokol”, Bakı 2008

34) Hansı dərman virus əleyhinə deyil?

A) Zаnаmivir

B) Аmаntаdin

C) Оseltamivir

D) Rimantadin

E) İnterferon

Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008

35) Hansı auskultativ dəyişikliklər pnevmoniya üçün xarakterik deyil?

A) Quru xırıltılar

B) Bronxial tənəffüs

C) Zədələnmiş nahiyədə tənəffüsün zəifləməsi

D) Кrepitasiyalar

E) Lokal xırıltılar

Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008

36) Nazokomial pnevmoniya nə deməkdir?

A) Durğunluq pnevmoniyası

B) Аspirasion pnevmoniya

C) İmmun sistemi zədələnmiş pasiyentlərdə pnevmoniya

D) Хəstəxana dахili pnevmoniya

E) Хəstəxanadan kənar pnevmoniya

Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008

37) Pnevmoniya üçün əsas diaqnostik müayinələr hansılardır?

A) Fizikal müayinə, pulsoksimetriya, rentgen

B) Rentgen, qanın ümumi və biokimyəvi analizi

C) Аnаmnеz, fizikal müayinə, rentgen

D) Аnаmnеz, fizikal müayinə, bəlğəmin bakterioloji müayinəsi

E) Аnаmnеz, fizikal müayinə, qаnın ümumi analizi

Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008

38) Hаnsı simptom (lar) pnevmoniya üçün xarakter deyil?

A) Yеni öskürəyin əmələ gəlməsi

B) Hərarət +/- titrətmə

C) Оynaqlarda ağrı, hərəkətin məhdudlaşması

D) Yоrğunluq, baş ağrısı, ürəkbulanma, qarın ağrısı, mialgiya

E) Döş qəfəsində plevral ağrıların olması

Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008

39) Vərəmlə pnevmoniyanın differensasiyasında hansı müayinə daha vacibdir?

A) Маntu tеsti

B) Bəlğəmin bakterioloji müayinəsi

C) Qаnın ümumi analizi

D) ЕКQ

E) Rеntgen

Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008

40) Hansı müalicə prinsipi pnevmoniyada tövsiyyə olunmur?

A) Hipoksemiya hallarında oksigenlə müalicə

B) Аğrını və yüksək hərarəti azaltmaq üçün adekvat analgeziya

C) Həcmi çox olan plevral ekssudatın xaric olunması

D) Аdеkvat hidratasiya

E) Öskürək supressorlarından istifadə

Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008

41) Əvvəl sağlam olmuş və Streptococcus pneumoniae qarşı rezistentlik riski olmayan pasiyentlərə hansı qrup antibiotiklərin təyini tövsiyə olunur?

A) β - laktamlar + аminoqlikozidlər

B) Маkrolidlər (аzitromisin, klaritromisin və s.) və ya β - laktamlar (аmоksisillin, sefotaksim və s.)

C) β - laktamlar + ftorxinolonlar

D) Ftorxinolonlar

E) β - laktamlar + mаkrolidlər

Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008

42) Аğırlaşmamış pnevmoniyalarda müalicədən neçə gün sonra təkrar rentgenoloji və laborator (qanın ümumi analizi) müayinə aparılmalıdır?

A) 3 - 5 gündən sonra

B) 7 - 10 gündən sonra

C) 1 аydan sonra

D) 14 - 16 - cı gün

E) 18 - 20 - ci gün

Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008

43) Xəstəxanadan kənar yoluxmuş metisillin-rezistentli Staphylococcus aureus infeksiyası zamanı hansı qrup antibiotiklər daha effektivdir?

A) Qorunmuş penisillinlər

B) Makrolidlər və sefalosporinlər

C) Vankomisin və lizenolid

D) Ftorxinolonlar

E) Aminoqlikozidlər

Ədəbiyyat: Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008

44) Pseudomonas (göy irin verici çöplər) infeksiyası zamanı antibiotiklərin hansı kombinasiyası istifadəsi istifadəsi tövsiyyə edilmir?

A) Seftazidim + aminoqlikozidlər

B) İpinem + aminoqlikozidlər + antipnevmokok ftorxinolonlar

C) Seftazidim + siprofloksasin

D) Sefepim + levofloksasin

E) Ampisillin sulbaktam + tetrasiklinlər

Ədəbiyyat: “ Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.“ Bakı. 2008

45) Pnevmosist pnevmoniyası zamanı hansı preparatların istifadəsi tövsiyyə olunur?

A) Sitostatiklər

B) Virus əleyhinə preparatlar

C) Antibiotiklər

D) Antifunqal preparatlar

E) Biseptol

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

46) Aspergilyozun müalicəsində hansı preparat effektlidir?

A) Trixopol

B) İntrakonazol

C) Biseptol

D) Levofloksasin

E) Albendazol

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

47) Kəskin obliterəedici bronxitlərdə əsas etioloji faktor hansıdır?

A) Respirator sinsital virus

B) Pseudomonas aureginosae

C) Staphilococcus aurogenosae

D) Mikozlar

E) Mycoplazma pneumoniae

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

48) Obliterəedici bronxiollitlərin diaqnostikasında daha dəqiq məlumat verən müayinə üsulu hansıdır?

A) Kompüter tomoqrafiya

B) Bronxoskopiya

C) Bəlğəmin sitoloji müayinəsi

D) Rentgen tomoqrafiya

E) Yüksək görüntülu (imkanlı) kompüter tomoqrafiya

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

49) Ağciyər arteriyasının tromboemboliyası üçün əsas risk faktorlarına hansı aid deyil?

A) Eroziv qastrit

B) Hamiləlik

C) Cərrahi müdaxilə

D) Aşağı ətrafların travması

E) Nefrotik sindrom

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

50) Ağciyər arteriyasının tromboemboliyasını yaradan tromb 85% qədər hallarda hansı istiqamətdən gəlir?

A) Daxili yuxu arteriyasından

B) Xarici yuxu arteriyasından

C) Aşağı boş vena sistemindən

D) Yuxarı boş vena sistemindən

E) Ürəyin sağ hissəsindən

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

51) Ağciyər arteriyasının tromboemboliyasının əsas və daha tez-tez rast gəlinən klinik təzahürləri hansılardır?

A) Döş qəfəsində və qarın nahiyəsində ağrı, hərarət

B) Təngnəslik, döş qəfəsində ağrı, taxikardiya, qanhayxırma

C) Yüksək hərarət, irinli bəlğəmlə öskürək, döş qəfəsində ağrı

D) Yüksək hərarət, qanhayxırma, taxikardiya

E) Quru öskürək, xışıltılı tənəffüs, boğulma tutması

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

52) Hansı klinik simptom ağciyər arteriyasının tromboemboliyası diaqnozunu təstiqləmək üçün spesifik sayılır?

A) Qanhayxırma

B) Döş qəfəsində ağrı

C) Təngnəslik

D) Ağ ciyər arteriyasının tromboemboliyası diaqnozunu təsdiqləmək üçün spesifik simptom yoxdur

E) Taxikardiya və ürəyin ritm pozğunluğu

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

53) Hansı müayinə metodu ağciyər arteriyasının tromboemboliya diaqnozunun təsdiqində hələ də “qızıl standart” hesab olunur?

A) Rentgengrafiya

B) Kompüter tomoqrafiyası

C) Perfuzion stsintiqrafiya

D) Angiopulmonoqrafiya

E) Exokardioqrafiya

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

54) Ağciyər arteriyasının tromboemboliyası zamanı baş verən qanhayxırmanın müalicəsində hansı preparatın istifadəsi tövsiyyə olunmur?

A) Aminokapron turşusu

B) Kleksan

C) Streptokinaza

D) Fibrinolizin

E) Heparin

Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.

55) Ağ ciyər arteriyasının tromboemboliyası zamanı hansı pnevmoniya yarana bilər?

A) Kazeoz pnevmoniya

B) Ocaqlı pnevmoniya

C) Krupoz pnevmoniya

D) İnfarkt pnevmoniya

E) İnterstisial pnevmoniya

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

56) Bronxial astmalı xəstələrdə adətən hansı əlamət müşahidə olunmur?

A) Fışıltılı xırıltıların təkrarlanması

B) Əsasən gecə vaxtı güclənən öskürək

C) Тənəffüs çətinləşməsinin təkrar еpizodları

D) Döş qəfəsində ağri hissinin təkrarlanması

E) Döş qəfəsində sıxılma hissinin təkrarlanması

Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008

57) Bronxial astmaya şübhə olduqda hansı ilkin diaqnostik müayinədən istifadə edilməlidir?

A) İmmunoloji müayinə

B) Rentgenoqrafiya

C) Pikfloumetriya

D) Qаnın ümumi analizi

E) Spirometriya

Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008

58) Bronxial astmanın tutması zamanı ilk yardım kimi hansı qrup dərmanlardan istifadə etmək lazımdır?

A) İnhalyasion kortikosteroidlər

B) Кrоmоnlаr

C) Sürətli təsirə malik β2 аqоnistlər

D) Uzunmüddətli təsirə malik β2 аqоnistlər

E) Теоfillinlər

Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008

59) Bronxların hiperreaktivliyini və obstruksiyanı təyin edən müayinə hansıdır?

A) Rеntgenoqrafiya

B) Spirometriya

C) Pikfloumetriya

D) İmmunoloji müayinə

E) Аllerqoloji sınaqlar

Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008

60) Bronxial astmaya nəzarət edən əsas dərmanlar hansılardır?

A) Sürətli təsirə malik β2 аqоnistlər

B) Uzunmüddətli təsirə malik β2 аqоnistlər

C) Теоfillinlər

D) İnhalyasion kortikosteroidlər

E) Кrоmоnlаr

Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008

61) Astmanın müalicəsində dərman vasitələrinin hansı qəbul formasına üstünlük verilir?

A) İnhalyasion preparatlara

B) Parenteral preparatlar

C) Siroplara

D) Həblərə

E) Məlhəmlərə

Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008

62) Astmanın müalicəsində hansı dərman preparatlarının istifadəsi tövsiyyə olunmur?

A) Теоfillinlər

B) Кrоmоnlar

C) Аntibiotiklər

D) Kortikosteroidlər

E) Аntileykotriyenlər

Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008

63) Astmanın ağır kəskinləşməsi zamanı auskultasiyada xırıltı eşidilmədikdə hansı tədbir görülməlidir?

A) Хəstə evə gedə bilər

B) Dərmanların dozası azaldıla bilər

C) β2 аqonistlərin dozası artırılmalıdır

D) Хəstə təcili hospitalizasiya olunmalıdır

E) Хəstə bir neçə saat ərzində nəzarət altında qalmalıdır

Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008

64) Astma tutması zamanı sürətli təsirə malik inhalyasion β2 аqonistlər effekt vermirsə, hansı preparatlar istifadə olunmalıdır?

A) Peroral kortikosteroidlər

B) Uzunmüddətli təsirə malik β2 аqonistlər

C) İnhalyasion xolinolitiklər

D) İnhlyasion kortikosteroidlər

E) Аntibiotiklər

Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008

65) Ağciyər ödeminə hansı aid deyil?

A) Nevrogen ağciyər ödemi

B) Kəskin respirator distress - sindrom

C) Ağciyərlərin kardiogen ödemi

D) Qeyri - kardiogen ağciyər ödemi

E) Fibrozlaşan alveolit

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

66) Ağciyər ödeminin müalicəsində ən effektiv diuretik hansıdır?

A) Veroşpiron

B) Amilorid

C) Furosemid

D) Hipotiazid

E) Mannitol

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

67) Ağciyərlərin interstisial xəstəliklərində antioksidant terapiya məqsədilə nə istifadə olunur?

A) Kokarboksilaza

B) Askorbin turşusu

C) N - asetilsistein

D) Nikotinamid

E) Sadalananların hamısı

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

68) Bronxial astmanın müalicəsində oksigen nə vaxt təyin edilir?

A) Hər boğulma tutması zamanı

B) Daimi

C) Oksigen saturasiyası 90% aşağı olduqda

D) Oksigen saturasiyası 90% yuxarı olanda

E) Xəstəliyin hər kəskinləşməsi zamanı

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

69) Əl barmaqlarının “nağara çubuqları”na bənzər deformasiyası hansı xəstəliklər zamanı rast gəlinir?

A) Qeyri-spesifik interstisial pnevmoniya zamanı

B) Sadalananların hamısı zamanı

C) İdiopatik ağciyər fibrozu zamanı

D) Bronxoektaziya xəstəliyi zamanı

E) Emfizema zamanı

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

70) Qeyri - spesifik interstisial pnevmoniyaların əsas rentgenoloji əlaməti hansıdır?

A) “Buzlu şüşə” simptomu

B) Ağciyər şəklinin güclənməsi

C) Bronxoektazların olması

D) Durğunluq iltihab əlamətlərinin olması

E) Atelektazların olması

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

71) Sarkoidoz xəstəliyinin sinonimi hansıdır?

A) Bexçet xəstəliyi

B) Benye-Bek-Şaumann sindromu

C) Xodjkin limfoması

D) Xammen-Riç sindromu

E) Qudpasçer sindromu

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

72) Sarkoidoz hansı qrup xəstəliklərə aiddir?

A) Qranulomatoz xəstəliklərə

B) Birləşdirici toxumanın sistem xəstəliklərinə

C) İnterstisial xəstəliklərə

D) Onkoloji xəstəliklərə

E) İnfeksion xəstəliklərə

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

73) Sarkoidoz xəstəliyinin I - ci mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?

A) Geri dönməyən ağciyər fibrozu

B) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

C) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünləri böyüməyib

D) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

E) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

74) Sarkoidoz xəstəliyinin II - ci mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?

A) Geri dönməyən ağciyər fibrozu

B) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

C) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır

D) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

E) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünlər böyüməyib

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

75) Sarkoidoz xəstəliyinin III - cü mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?

A) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır

B) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünlər böyüməyib

C) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

D) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

E) Geri dönməyən ağciyər fibrozu

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

76) Sarkoidoz xəstəliyinin IV - cü mərhələsi hansı dəyişikliklərlə xarakterizə olunur?

A) Geri dönməyən ağciyər fibrozu

B) Ağciyər parenximasının patologiyası, döş qəfəsi daxili limfa düyünlər böyüməyib

C) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi ilə ağciyər parenximasının patoloji dəyişiklikləri

D) Döş qəfəsi daxili limfa düyünlərinin böyüməsi, ağciyər parenximası zədəsiz

E) Döş qəfəsi orqanlarının rentgenoqrafiyasında dəyişikliklər aşkarlanmır

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

77) Sarkoidozun yüngül formalarında hansı dərman preparatının istifadəsi tövsiyyə olunur?

A) Xloroxin

B) Azatioprin

C) Metotreksat

D) Vitamin E

E) Prednizolon

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

78) Sarkoidozun müalicəsində nə zaman kortikosteroidlərin istifadəsi tövsiyyə olunur?

A) Xəstəliyin profilaktikası üçün

B) Xəstəliyin proqressivləşməsində və ağciyərdən kənar zədələnmələrin yaranması zamanı

C) Yalnız limfa düyünlərinin böyüməsi zamanı

D) Yalnız ağciyərdən kənar zədələnmələrin müalicəsində

E) Yalnız ağciyər zədələnməsi mövcud olduqda

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

79) Sarkoidozun müalicəsində kortikosteroidlər optimal olaraq hansı müddət ərzində təyin edilməlidir?

A) 1 - 2 aya qədər

B) 2 - 4 aya qədər

C) 2 həftə - 1 aya qədər

D) 6 - 9 aya qədər

E) daimi

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

80) Əgər sakoidozlu xəstə hər hansı bir vacib səbəbdən kortikosteroid qəbul edə bilmirsə hansı müalicə üsullarını və/və ya dərmanları istifadə etmək olar?

A) Siklosporin A

B) Vitamin E

C) Plazmaferez

D) Sadalananların hamısı

E) Azatioprin

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

81) Histiositoz X xəstəliyi ağciyərdən başqa nəyi daha çox zədələyir?

A) Mədə - bağırsaq sistemi orqanlarını

B) Sümükləri

C) Ürək-qan-damar sistemini

D) Əzələləri

E) Dəri və selikli qişaları

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

82) Qudpasçer sindromunu nə xarakterizə edir?

A) Ağciyər hemosiderozu və splenit

B) Ağciyər fibrozu və qlomerulonefrit

C) Ağciyər hemosiderozu və qlomerulonefrit

D) Ağ ciyər ödemi və hepato-splenomeqaliya

E) Ağciyər hemosiderozu və pielonefrit

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

83) Qudpasçer sindromunun əsas kliniki simptomu nədir?

A) Təngnəfəslik

B) Döş qəfəsində güclü ağrı

C) İrinli bəlğəmlə öskürək

D) İshal

E) Qanhayxırma

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

84) Qudpasçer sindromunun müalicəsi hansı preparatlarla aparılır?

A) Kortikosteroidlər və immunodepressantlar

B) Kimyəvi və radioterapiya

C) Simptomatik müalicə

D) Antibiotiklər və vitaminlər

E) Hemostatiklər və dəmir preparatları

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

85) Qudpasçer sindromunun proqnozu necədir?

A) Xəstəliyə proqnoz vermək mümkün deyil

B) Orta yaşam müddəti 5 - 10 ildir

C) Uzunmüddətli remissiya əldə etmək olur

D) Orta yaşam müddəti 2 - 13 aydır

E) Tam sağalan xəstəlikdir

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

86) Ağciyər proteinozunun effektiv müalicəsinə nə daxildir?

A) Bronxoalveolyar lavaj

B) Plazmoferez

C) Fizioterapiya

D) İmmunosupresantlar

E) Kortikosteroidlər

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

87) Ağciyərlərin dərman zədələnməsinin variantına aşağıdadkılardan hansı aid deyil?

A) Ağciyər vaskulopatiyaları

B) Bronxoektazlar

C) Eozinofil infiltratlar

D) Ağciyərlərin interstisial xəstəliyi

E) Ağciyər ödemi

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

88) Bronxial astmalı xəstələrdə yanaşı hipertoniya varsa, hansı preparatlardan istifadə etmək olmaz?

A) Diuretiklər

B) β - blokatorlar

C) Ca kanallarının blokatorları

D) Spazmolitiklər

E) AÇF (angiotenzin çevirici fermentin) inhibitorları

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

89) Aspirin triadası hansı xəstəliklə əlaqəlidir?

A) Bronxoektaziya xəstəliyi

B) Sarkoidoz

C) Ağciyərərin xroniki obstruktiv xəstəliyi

D) Mukovissidoz

E) Bronxial astma

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

90) Hansı dərman vasitələri öskürək səbəbi ola bilərlər?

A) AÇF (angiotenzin çevirici fermentin) inhibitorları

B) Antihistamin preparatları

C) Metilksantinlər

D) Diuretiklər

E) Ca kanallarının blokatorları

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

91) Dərman mənşəli ağır interstisial pnevmoniti və kəskin respirator distress - sindromu ən əsas yaradan preparat hansıdır?

A) Amiodaron

B) Azatioprin

C) Penisillin

D) Metotreksat

E) Aspirin

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

92) Plevral maye hansı xəstəliklər zamanı transudat xarakterli olur?

A) Vərəm zamanı

B) Parazitar infeksiyalarda

C) Plevranın şişləri zamanı

D) Ağciyər arteriyasının tromboemboliyası zamanı

E) Durğunluq ürək çatışmazlığı zamanı

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

93) Empiyema nədir?

A) Parapnevmonik plevrit

B) Adgeziv plevrit

C) Hidrotoraks

D) İrinli plevrit

E) Transudativ plevrit

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

94) Spontan pnevmotoraksda zədələnmiş tərəfdə auskultasiyada nə eşidilir?

A) Tənəffüs küyləri eşidilmir

B) Plevranın sürtünmə küyü

C) Quru xırıltılar

D) Krepitasiyalar

E) Sərt tənəffüs

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

95) İnterstisial pnevmoniyaların əsas auskultativ əlaməti nədir?

A) Bronxial tənəffüs

B) Vezikulyar tənəffüs

C) Quru xırıltılar

D) Krepitasiyalar

E) Yaş xırıltılar

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

96) Pnevmotoraksın rentgenoloji əlamətinə hansı aid deyil?

A) Dairəvi kölgənin yaranması

B) Plevranın kəskin qalınlaşması

C) Ürək və digər divararalığı orqanlarının zədəli tərəfə yerdəyişməsi

D) Damuazo xəttinin əmələ gəlməsi

E) Döş qəfəsindən ayrılmış visseral plevra xəttinin görünməsi

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

97) Hemotoraks daha çox nəyin nəticəsi olur?

A) Metastazlar

B) Plevranın infeksion xəstəlikləri

C) Ağ ciyər arteriyasının tromboemboliyası

D) Travma

E) Krupoz pnevmoniya

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

98) Xilotoraks hansı xəstəlikdə yaranmır?

A) Ağciyər limfangiomatozu

B) Kəskin pnevmoniya

C) Vərəm mənşəli limfangit

D) Qeyri - spesifik mediastinit

E) Filyarioz

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

99) Fibrotoraks nədir?

A) Qanlı plevrit

B) Travmatik plevrit

C) Plevra boşluğunda fibrinli ekssudat

D) Plevra üzərində fibroz qatın yaranması

E) İrinli plevrit

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

100) Tənəffüs çatızmazlığının təsnifatı nəyə əsaslanımır?

A) İnkişaf sürətinə

B) Anatomik prinsipə

C) Patogenezə

D) Yaş və cinsiyyətə

E) Ağırlıq dərəcəsinə

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

101) Tənəffüs çatışmazlığının ağırlıq dərəcəsinə görə təsnifatı nəyə əsaslanır?

A) Kliniki simptomlara

B) Yaranma müddətinə

C) 1 dəqiqədə tənəffüs sayına

D) Qazometriya göstəricilərinə

E) Spirometriya göstəricilərinə

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

102) Hansı ağciyər zədələnmələrində Kəskin respirator distress-sindrom yaratmır?

A) Toksik qazların inqalyasiyası

B) Ağır torakal travma

C) Suda boğulma

D) Diffuz ağciyər infeksiyası

E) ACXOX ( ağciyərlərin xroniki obstruktiv xəstəliyi)

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

103) Hansı ağciyərdən kənar vəziyyətlər Kəskin respirator distress - sindrom yaranmasında rol oynamır?

A) Massiv hemotransfuziya

B) Ağır sepsis

C) Kəskin pankreatit

D) Hipovolemik şok

E) Kəskin xolesistit

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

104) Sağlam, yaşayan donordan ağciyər payını adətən hansı xəstəliyi olan insana transplantasiya edirlər?

A) Histiositoz X

B) Bronxoalveolyar xərçəng

C) Limfangioleyomiomatoz

D) Mukovissidoz

E) Sarkoidoz

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

105) Atrovent preparatı hansı qrup dərmanlara aiddir?

A) İnhalyasion qlükokortikosteroidlərə

B) Uzunmüddətli təsirə malik β2 - aqonistlərə

C) Qısamüddətli təsirə malik β2 - aqonistlərə

D) Antixolinergik preparatlara

E) Kromonlara

Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.

106) Antileykotriyen preparatlarına hansı aiddir?

A) Motelukast

B) Ketotifen

C) Loratadin

D) Telfast

E) Aminofillin

Ədəbiyyat: Ədəbiyyat:”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008

107) Bronxial astmanın müalicəsində anti - İgE terapiyası məqsədi ilə nə istifadə edilir?

A) Omalizumab

B) Loratadin

C) Motelukast

D) Zafirlukast

E) Ketotifen

Ədəbiyyat: ”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008

108) Bronxoektazların aparıcı kliniki simptomu nədir?

A) İrinli bəlğəmlə öskürək

B) Arıqlama

C) Selikli bəlğəmlə öskürək

D) Qanhayxırma

E) Boğulma tutmaları

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

109) Bronxoektazların yüksək həssaslığı və spesifikliyi ilə fərqlənən müasir qeyri - invaziv diaqnostika üsulu hansıdır?

A) Bronxoskopiya

B) Rentgenqrafiya

C) Bronxoqrafiya

D) Angioqrafiya

E) Kompüter tomoqrafiya

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

110) Kartagener sindromunun xüsusiyyətləri hansılardır?

A) Bronxoektazlar, mukovissidoz, sinusit

B) Bronxoektazlar, sinusit, orqanların transpozisiyası

C) Bronxoektazlar, sinusit,hepatosplenomeqaliya

D) Bronxoektazlar, mukovissidoz, ağ ciyər seqmentinin və ya payının hipoplaziyası

E) Bronxoektazlar, mukovissidoz, orqanların transpozisiyası

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

111) Bronxoektazların əsas auskultativ əlamətlərinə aşağıdakılardan hansı aiddir?

A) Krepitasiyalar

B) Müxtəlif həcmli yaş xırıltılar, ara bir quru xırıltılarla

C) Zəif sərt tənəffüs

D) Plevranın sürtünmə küyü

E) Yayılmış quru xırıltılar, ara bir yaş xırıltılarla

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

112) Bronxoektazların dəqiq, yüksək həssaslığı və spesifikliyi ilə fərqlənən, invaziv diaqnostika üsulu hansıdır?

A) Rentgenqrafiya

B) Kompüter tomoqrafiya

C) Bronxoskopiya

D) Angioqrafiya

E) Bronxoqrafiya

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

113) Mukovissidoz xəstəliyi tənəffüs orqanlarından başqa hansı sistemi zədələyir?

A) Damar sistemini

B) Əzələlə sistemini

C) Sümük sistemini

D) Həzm sistemini

E) Sinir sistemini

Ədəbiyyat: Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.

114) Mukovissidozun spesifik diaqnostik müayinəsi hansıdır?

A) Bəlğəmin müayinəsi

B) Tər testi

C) Bronxoqrafiya

D) Qanın müayinəsi

E) Bronxodilatasion test

Ədəbiyyat: Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.

115) Emfizema zamanı döş qəfəsində vizual nə müşahidə etmək olar?

A) Döş sümüyünün qabarması

B) Kaxektik döş qəfəsi

C) Döş sümüyünün qıfvari deformasiyası

D) Döş qəfəsi dəyişikliksiz olur

E) Çəlləkvari döş qəfəsi

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

116) Emfizemalı xəstələrin müşahidəsinə hansı terapevtik tədbir daxil deyil?

A) Reabilitasiya

B) Risk faktorları təsirinin azaldılması

C) Uzunmüddətli oksigenterapiya

D) Dərman terapiyası

E) Aktiv fizioterapiya

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

117) Aşağıdakılardan hansı emfizemalı xəstələrdə ölüm riskini artıran amillərə aid deyil?

A) Daimi oksigen qəbulu məcburiyyəti

B) Aşağı pay emfizeması

C) Yüksək bədən çəkisi indeksi

D) Fiziki aktivlik

E) Hemoqlobinin səviyyəsinin aşağı olması

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

118) Amforik tənəffüs hansı patologiyada eşidilə bilər?

A) Emfizema

B) Ağciyər absesi

C) Bronxoektazlar

D) Bronxial astma

E) Krupoz pnevmoniya

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

119) Ağciyər absesinin rentgenoloji şəkli necə olur?

A) Nazik divarlı boş dairə

B) Daxilində üfuqi maye səviyyəsi olan dairə

C) Ağciyərin qeyri homogen kölgəliyi

D) Rentgenoloji təyin edilmir

E) Üçbucaq şəkilli infiltrasiya

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

120) Ağciyər absesini ilk növbədə hansı xəstəliklə differensasiya etmək tövsiyyə olunur?

A) Ağciyər exinokokkozu

B) Ağ ciyər xərçəngi

C) Tuberkulyoma

D) Kavernoz vərəm

E) Asperqillyoma

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

121) Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin risk faktorları içərisində ilk növbədə aşağıdakılardan hansının rolu daha böyükdür?

A) Oksidləşdirici stress

B) Peşə tozları

C) Genetik meyillik

D) Respirator infeksiyalar

E) Tütün tüstüsü

Ədəbiyyat: Ədəbiyyat: “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008

122) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin ağırlıq mərhələləri adətən nəyə əsasən müəyyən olunur?

A) Bəlğəmin müayinəsinə əsasən

B) Rentgenoloji müayinələrə əsasən

C) Klinik simptomlara əsasən

D) Spirometriya nəticəsinə əsasən

E) Qanın müayinəsinə əsasən

Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008

123) Hansı preparatlar ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsində mərkəzi rol oynayır?

A) Bronxolitiklər

B) Kortikosteroidlər

C) Antibiotiklər

D) Bəlğəm mukokinetikləri

E) Antioksidantlar

Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008

124) Hamilə qadınlarda hansı antibiotikin istifadəsi döl üçün tam təhlükəsizdir?

A) Vilprafen (cozamisin)

B) Tetrasiklin

C) Gentamisin

D) Ofloksasin

E) Seftriakson

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

125) Membranstabilizatorlarına hansı preparat aiddir?

A) Na kromoqlikat

B) Na nedokromil

C) Ketotifen

D) Ca antaqonistləri

E) Sadalananların hamısı

Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.

126) Qlisiram preparatı hansı bitkidən alınıb?

A) Bağayarpağı

B) Dazıotu

C) Biyan kökü

D) Çobanyastığı

E) Andız

Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.

127) Ağciyər arteriyasının hipertenziyasının qiymətləndirilməsində ən informativ qeyri-invaziv müayinə üsulu hansıdır?

A) Exokardioqrafiya

B) Spirometriya

C) Rentgenqrafiya

D) Elektokardioqrafiya

E) Kompüter tomoqrafiya

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

128) İdiopatik fibrozlaşan alveolitdə, pnevmokoniozlarda ağciyərlərdə gedən fibrozlaşma prosesini ləngidən preparat aşağıdakılardan hansıdır?

A) Vitamin E

B) Delagil

C) İzoniazid

D) Kuprenil

E) Prednizolon

Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.

129) Hansı bağırsaq paraziti inkişaf dövründə ağ ciyər toxumasını və nəfəs yollarını zədələyir?

A) Blastositoz

B) Teniarinxoz

C) Strongiloidoz

D) Lyamblioz

E) Enterobioz

Ədəbiyyat: Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.

130) Ağ ciyər exinokokkozuna aid rentgenoloji xüsusiyyət nədir?

A) Nazik divarlı kistoz boşluq

B) Yayılmış infiltrasiya daxilində işıqlı sahələrin olması

C) Daxilində üfuqi maye səviyyəsi olan dairə

D) Qeyrihomogen kölgəlik

E) Dairəvi kistanın kənarında oraqvarı işıqlı xəttin olması

Ədəbiyyat: Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.

131) Kəskin respirator infeksiyaların ağırlıq əlaməti hansıdır?

A) Parenteral rehidratasiya tələb edən susuzlaşma

B) Sаdаlаnаnlаrın hamısı

C) İlk dəfə baş vermiş qıcolmalar

D) Tənəffüs çatışmazlığı

E) Hemorragik simptom

Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008

132) Qrip infeksiyasından sonra yorğunluq, zəiflik və s. postinfeksion asteniya əlamətləri neçə müddət davam edə bilər?

A) 1 həftə

B) 3 - 4 gün

C) 1 ay

D) 10 gün

E) 2 - 3 həftə

Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008

133) Kəskin respirator infeksiya zamanı hamilələrdə əsasən hərarəti endirmək məqsədilə hansı qeyri - steroid iltihabəleyhinə preparatın istifadəsi nisbətən təhlükəsizdir?

A) Analgin

B) Aspirin

C) Parasetamol

D) İbuprofen

E) Amidopirin

Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008

134) Hansı profilaktik vasitə qrip infeksiyasına qarşı tam müdafiəni təmin etməyə imkan verir?

A) Şəxsi gigiyenaya riayət

B) Qripə qarşı vaksinasiya

C) Vitamin C və Exinaseya preparatları

D) Virus əleyhinə preparatların qəbulu

E) Qrip infeksiyasına qarşı tam müdafiəni təmin edən vasitə yoxdur

Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008

135) Qripə qarşı vaksinasiyaya əks-göstəriş?

A) 6 aylıqdan kiçik uşaqlar

B) Keçmişdə vaksinə qarşı ağır reaksiyası olanlar

C) Sadalananların hamısı

D) Toyuq yumurtasına ağır allergiyası olan şəxslər

E) Yüksək hərarətlə müşaiyət olunan xəstəliyi olanlar

Ədəbiyyat: Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008

136) Hansı bronx-ağ ciyər patologiyası döş qəfəsində ağrı ilə müşaiyət ola bilər?

A) Şiş xəstəlikləri

B) Sadalananların hamısı

C) Pnevmotoraks

D) Plevrit

E) Traxeobronxit

Ədəbiyyat: Ədəbiyyat: “Döş qəfəsində ağrının differensial diaqnostikası üzrə klinik protokol”, Bakı 2008

137) Bəlğəmli öskürəkdə hansı preparatı təyin etmək tövsiyyə olunmur?

A) Mukaltin

B) Libeksin

C) Asetilsistein

D) Ambroksol

E) Karbosistein

Ədəbiyyat: Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.

138) Teofillin preparatlarını hansı patologiyada təyin edilməsi təhlükəsizdir?

A) Epilepsiya

B) Paroksizmal taxikardiya

C) Miokard infarktı

D) Tireotoksikoz

E) Arterial hipertenziya

Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.

139) İnhalyasion kortikosteroidlərin yaratdığı orofaringeal kandidozun qarşısını nə ilə almaq mümkündür?

A) Preparatları nebulayzerlə qəbul etmək

B) Antifunqal preparatları qəbul etmək

C) Preparatı yeməkdən sonra istifadə etmək

D) Ağız boşluğunu yaxalamaq

E) Preparatı yeməkdən öncə istifadə etmək

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

140) İnhalyasion kortikosteroid hansıdır?

A) Ksolar

B) Beklametazon

C) Terbutalin

D) İpratropium

E) Formoterol

Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.

141) Bəlğəmdə Şarko-Leyden kristalları və Kurşman spiralları hansı xəstəlik üçün xarakterdir?

A) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi

B) Mukovissidoz

C) Bronxial astma

D) Sarkoidoz

E) Pnevmoniya

Ədəbiyyat: Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.

142) Əvvəlcə hansı müayinə olmadan bronxoskopiya aparmaq tövsiyyə olunmur?

A) Elektrokardioqrafiya

B) Spirometriya

C) Döş qəfəsinin rentgenqrafiyası

D) Qanın müayinəsi

E) Bəlğəmin müayinəsi

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

143) Ağciyərlərin morfofunksional vahidi nədir?

A) Ağciyər seqmentləri

B) Alveollar

C) Surfaktant

D) Asinus

E) Bronxiollar

Ədəbiyyat: Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.

144) Surfaktant sekresiyasını tormozlayan preparat hansıdır?

A) Tiroksin

B) β - adrenomimetiklər

C) Qlükokortikosteroidlər

D) Androgenlər

E) Estrogenlər

Ədəbiyyat: Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.

145) Surfaktant sekresiyasını artıran preparat hansıdır?

A) Atropin

B) Propranolol

C) Surfaktant lipidləri

D) İnsulin

E) Karnitin

Ədəbiyyat: Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.

146) Bronxial astma üçün xarakter olan əlamətlər varsa, lakin ventilyasiya pozuntuları aşkar edilməyibsə, hansı testin aparılması əhəmiyyətsizdir?

A) Metaxolinlə bronxoprovokasion test

B) Histaminlə bronxoprovokasion test

C) Aşner - Danini testi

D) Fiziki gərginlik testi

E) Bronxodilyatasion test

Ədəbiyyat: ”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008

147) Patoloji materialda sitoloji müayinə zamanı Piroqov-Lanqhans hüceyrələri hansı xəstəlikdə aşkarlanır?

A) Histiositoz X

B) Pnevmokonioz

C) Pnevmomikozlar

D) Vərəm

E) Sarkoidoz

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

148) Aktinomikozun spesifik müalicəsi nə ilə aparılır?

A) Metronidazol

B) Amfoterisin B

C) İntrakanazol

D) Aktinolizat

E) Gentamisin

Ədəbiyyat: Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.

149) İnsanlarda ağciyər vərəminin əsas törədicisi nədir?

A) Mycobacterium tuberculosis

B) Mycobacterium africanum

C) Mycobacterium bovis

D) Mycobacterium kansasii

E) Mycobacterium avium

Ədəbiyyat: Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.

150) Vərəmin hansı klinik forması ÜST təsnifatına görə ağciyərdən kənar vərəmə aiddir?

A) Vərəmli plevrit

B) Birincili vərəm kompleksi

C) Miliar vərəm

D) Tuberkuloma

E) Ocaqlı vərəm

Ədəbiyyat: “Vərəm xəstələrinin aşkarlanması üzrə klinik protokol”, Bakı, 2010

151) Mantu sınağı hansı məqsədlə aparılmır?

A) Vərəm və digər xəstəliklərin differensial diaqnostikası

B) Müalicəyə nəzarət

C) Tuberkulinə qarşı postvaksinal və infeksion allergiyanın differensial diaqnostikası

D) Tuberkulinə individual həssaslığın təyini

E) Vərəm prosesinin aktivliyinin təyini

Ədəbiyyat: Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.

152) Vərəmli xəstə ilə təmasda olmuş kliniki sağlam şəxsdə tuberkulin sınağı mənfi və ya şübhəlidirsə, müvafiq müşahidədən sonra təkrar sınaq nə vaxt aparılmalıdır?

A) 1 ildən sonra

B) 6 aydan sonra

C) 3 aydan sonra

D) 2 aydan sonra

E) 1 aydan sonra

Ədəbiyyat: Ədəbiyyat: “Vərəm xəstələrinin aşkarlanması üzrə klinik protokol”, Bakı, 2010

153) Hansı preparatların uzunmüddətli qəbulu fonunda vərəm xəstəliyi yarana bilər?

A) Vitaminlərin

B) Antibiotiklərin

C) Hipotenziv preparatların

D) Qeyri - steroid iltihab əleyhinə preparatların

E) Kortokosteroidlərin

Ədəbiyyat: Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.

154) Birinci sıra vərəm əleyhinə dərman vasitəsi hansıdır?

A) Amikasin

B) Kanamisin

C) Sikloserin

D) Kapreomisin

E) Streptomisin

Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011

155) İkinci sıra vərəm əleyhinə dərman vasitəsi hansıdır?

A) Rifampisin

B) Etambutol

C) Pirazinamid

D) İzoniazid

E) Levofloksasin

Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011

156) Vərəmin məhdudlaşmış forması ilə vərəm mikobakteriyasının dərmanlara qarşı qorunmuş həssaslığı olan ilk dəfə aşkar olunmuş xəstələrin müalicə müddəti nə qədərdir?

A) 6 ay

B) 1 il

C) 8 ay

D) 2 ay

E) 4 ay

Ədəbiyyat: “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011

157) Vərəmin yayılmış forması ilə ilk dəfə aşkar olunmuş xəstələrin müalicə müddəti nə qədərdir?

A) 2 ay

B) 4 ay

C) 1 il

D) 8 ay

E) 6 ay

Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011

158) İlk dəfə aşkar olunmuş və ya əvvəllər müalicə almış və ağciyərlərdə hər növ yayılma prosesi olan, vərəm mikobakteriyalarının mono- və polidavamlı formaları olan vərəm xəstələrinin müalicə müddəti nə qədərdir?

A) 4 ay

B) 8 ay

C) 1 il

D) 2 ay

E) 6 ay

Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011

159) Vərəm əleyhinə dərman vasitələrinə həssaslığı qorunmuş və streptomisinə qarşı mono-davamlı VM xəstələrin Ia kateqoriya üzrə təkrar rentgenoloji müayinəsi nə zaman aparılmalıdır?

A) 3 və 8 - ci aylarda

B) 3 və 12 - ci aylarda

C) 1 və 4 - cü aylarda

D) 2 və 5 - cı aylarda

E) 3 və 6 - cı aylarda

Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011

160) Vərəm əleyhinə dərman vasitələrinə həssaslığı qorunmuş və streptomisinə qarşı mono-davamlı VM xəstələrin II kateqoriya üzrə təkrar rentgenoloji müayinəsi nə zaman aparılmalıdır?

A) 3 və 12 - ci aylarda

B) 1 və 4 - cü aylarda

C) 3 və 8 - ci aylarda

D) 3 və 6 - cı aylarda

E) 2 və 5 - cı aylarda

Ədəbiyyat: Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011

161) Qeyri-spesifik iltihabi prosseslərlə spesifik vərəm prossesinin differensial diaqnostikası məqsədilə aparılan ex juvantibus qeyri-spesifik antibakterial müalicədə hansı qrup antibiotiklərin istifadəsi tövsiyyə olunmur?

A) Penisillinlər

B) Sefalosporinlər

C) Antifunqal preparatlar

D) Makrolidlər

E) Aminoqlikozidlər

Ədəbiyyat: Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.

162) Vərəm əleyhinə dərman vasitələrinə həssaslığı qorunmuş və streptomisinə qarşı mono-davamlı VM xəstələrin Ia kateqoriya üzrə təkrar bəlğəm müayinəsi nə zaman aparılmalıdır?

A) 2, 6 və 8 - ci aylarda

B) 2, 5 və 6 - cı aylarda

C) 2 və 5 - cı aylarda

D) 3, 5 və 8 - ci aylarda

E) 1 və 4 - cü aylarda

Ədəbiyyat: Ədəbiyyat: “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011

163) Vərəm əleyhinə dərman vasitələrinə həssaslığı qorunmuş və streptomisinə qarşı mono-davamlı VM xəstələrin II kateqoriya üzrə təkrar bəlğəm müayinəsi nə zaman aparılmalıdır?

A) 1 və 4 - cü aylarda

B) 2, 5 və 6 - cı aylarda

C) 2 və 5 - cı aylarda

D) 3, 5 və 8 - ci aylarda

E) 2, 6 və 8 - ci aylarda

Ədəbiyyat: Ədəbiyyat: “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011

164) Tütünçəkmədən imtina etdikdən neçə il sonra ağ ciyər xərçəngi riski tütün çəkən insanlara nisbətən 70% - dən çox azalır?

A) 5 il

B) 1 il

C) 10 - 15 il

D) 2 - 4 il

E) 5 - 9 il

Ədəbiyyat: Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012

165) Tütünçəkmədən imtina etdikdən neçə il sonra ağciyərlərin funksiyaları tütün çəkməyən insanlarda olduğu vəziyyətə gəlir?

A) 10 - 15 il

B) 5 - 9 il

C) 2 - 4 il

D) 5 il

E) 1 il

Ədəbiyyat: Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012

166) Tütünçəkmədən imtina etmək üçün dərman vasitəsinə aşağıdakılardan hansı aid deyil?

A) Nikotin tərkibli inhalyator

B) Nikotin tərkibli saqqız

C) 1%- li Nikotin turşusu inyeksiya şəklində

D) Nikotin tərkibli plastır (dəriüstü istifadə üçün)

E) Nikotin tərkibli sorulan həb

Ədəbiyyat: Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012

167) Tütünçəkmədən imtina edən pasientlərin müalicəsində hansı dərman vasitələrinin istifadəsi tövsiyyə olunmur?

A) Opioid antaqonistləri

B) β - blokatorlar

C) Benzodiazepinlər

D) Sadalananların hamısı

E) Anksiolitiklər

Ədəbiyyat: Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012

168) Passiv tütünçəkmə nədir?

A) Günə 1-2 siqaret çəkmək

B) Sadalananların hamısı

C) Ara bir, nadir halda siqaret çəkmək

D) Siqaretçəkməyənlərin tütünün təsirinə məruz qalması

E) Günə 5-10 siqaret çəkmək

Ədəbiyyat: Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012

169) İdiopatik ağciyər hipertenziyasının müalicəsində hansı qrup dərmanlar az və ya effektsizdir?

A) Teofillinlər

B) Antikoaqulyantlar və dezaqreqantlar

C) Endotelin reseptorlarının antaqonistləri

D) Prostaqlandinlər

E) Ca antaqonistləri

Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

170) Кəsкin rеspirаtоr infекsiyаlаrın təsnifаtınа hansı (ХBT - 10 üzrə) аid dеyildir?

A) Kəsкin fаringit

B) Kəsкin еpiqlоtit

C) Kəsкin nаzоfаringit

D) Kəsкin lаringit

E) Kəsкin brоnхit

Ədəbiyyat: Ədəbiyyat: Yuxari tənəffüs yollarinin kəskin respirator infeksiyalari və qrip üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 28 noyabr 2008 - ci il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı. 2008

171) Qripin аğır fоrmаsının əlаmətlərinə hansı аid dеyildir?

A) Hərаrət 38 - 39°C

B) Hаllyusinаsiyаlar

C) Yumşаq dаmаqdа nöqtəvi qаnsızmаlаr

D) Qıcоlmаlаr

E) Burun qanaxmaları

Ədəbiyyat: Ədəbiyyat: Yuxari tənəffüs yollarinin kəskin respirator infeksiyalari və qrip üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 28 noyabr 2008 - ci il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı. 2008

172) Sinus bradikardiyası üçün xarakter EKQ?

A) T dişinin amplitudasının azalması

B) PP və RR intervalının azalması

C) PQ intervalının azalması

D) ÜVS < 60

E) QT intervalının qısalması

Ədəbiyyat: V.N. Orlov. “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 il.

173) Sinus taxikardiyası üçün xarakter EKQ?

A) ÜVS > 90, 1 dəq - də

B) PQ intervalının uzanması

C) RR və PP intervalının uzanması

D) T dişinin amplitudasının artması

E) QT intervalının uzanması

Ədəbiyyat: V. N. Orlov. “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 il.

174) Sağlam adamlarda qanda xolesterinin optimal konsentrasiyası hansıdır?

A) 7 mmol/l

B) 6 mmol/l

C) 5 mmol/l

D) 6, 2 mmol/l

E) 7, 5 mmol/l

Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003г.

175) Aterosklerozun korreksiya edilən risk faktoru hansıdır?

A) İrq

B) Cinsin təsiri

C) İrsi meyillik

D) Arterial hipertenziya

E) Anemiya

Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.

176) Gərginlik stenokardiyasının əmələ gəlməsinin əsas səbəbi nədir?

A) Xroniki miokardit

B) Dilatasion kardiomiopatiya

C) Koronar damarların 70 % və daha çox aterosklerotik daralması

D) Mitral qapağın prolapsı

E) Kəskin miokardit

Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.

177) Tac arteriyalarının aterosklerozunun ən informativ diaqnostik üsulu hansıdır?

A) EKQ

B) Ssintoqrafiya

C) Koronar angioqrafiya

D) EXO - kardioqrafiya

E) Stress exo - kardioqrafiya

Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.

178) Prinsmetal stenokardiyanın əlaməti hansıdır?

A) Qadınlarda daha tez - tez rast gəlir

B) Qanda troponinin miqdarı artır

C) Stenokardik tutma emosional gərginlik zamanı əmələ gəlir

D) EKQ - da “T” dişciyinin inversiyası

E) Stenokarditik tutmalar yuxuda səhər saatlarına yaxın əmələ gəlir

Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.

179) Kəskin miokard infarktının diaqnostikasında aşağıdakılardan hansı əsasdır?

A) ST seqmenti izoxətdə yerləşir

B) Miokard nekrozunun markeri troponinin miqdarının azalması

C) EKQ - də patoloji "Q" dişinin olması

D) Protrombinin miqdarınn qanda normallaşması

E) Xolesterinin qanda azalması

Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003г.

180) Kəskin koronar sindrom zamanı β - blokatorların təyinatına göstəriş hansıdır?

A) Bradisistolik formalı səyrici aritmiya

B) Arterial hipotoniya

C) I dərəcəli AV blokada

D) Kəskin ürək çatışmazlığı

E) Reflektor sinus taxikardiyası

Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.

181) Hansı preparat qeyri - düz antikoaqulyantlara aiddir?

A) Fraksiparin

B) Streptokinaza

C) Varfarin

D) Heparin

E) Fondaparinuks

Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.

182) Miokard infarktı və mədəcik ekstrasistoliyası olan xəstələrdə seçim preparatı hansıdır?

A) Novokainamid

B) Amlodipin

C) Amiodaron

D) Adenozintrifosfat

E) Nitrosorbid

Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.

183) IV funksional sinif stabil gərginlik stenokardiyanın kliniki əlamətləri hansıdır?

A) 10 - 12 km/saatda sürətlə velosiped sürmək stenokardiya yaradır

B) Veloerqometrdə 60 w yüklənmə stenokardiya tutulması yaradır

C) Düz yerdə 100 - 200 m gəzinti anginoz tutuma verir

D) I mərtəbəyədək qalxarkən stenokardiya tutması baş verir

E) Cüzi fiziki iş anginoz ağrılara səbəb olur

Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.

184) Sinus bradikardiyası ilə müşayiət olunan stenokardiyanın müalicəsində antianginal preparatın seçimi hansıdır?

A) Amlodipin

B) Metoprolol

C) Riboksin

D) Verapamil

E) Propranalol

Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.

185) Miokard infarktlı xəstələrdə anqinoz tutmanın yaranmasından ilk 2 - 6 saat ərzində artan və nekrozun əmələ gəlməsini təsdiq edən ən spesifik markerlər hansılardır?

A) Alanintransferaza

B) Troponin I və T

C) Kreatininfosfokinaza

D) Laktatdehidrogenaza

E) Mioqlobin

Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.

186) Reyno sindromlu xəstələrdə stenokardiya müşahidə edilirsə, antianginal preparatlardan əsas seçim hansıdır?

A) AÇF inhibitorları

B) β - blokatorlar

C) Kalsium antaqonistləri

D) Molsidomin

E) Nitratlar

Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.

187) Arterial hipertenziya zamanı hədəf orqanına hansı aid deyıl?

A) Göz dibi

B) Qaraciyər

C) Beyin

D) Böyrək

E) Ürək

Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.

188) Arterial hipertenziyanın fəsadına hansı aid deyil?

A) Xroniki ürək çatışmazlığı

B) Böyrək funksiyasının pozulmaları

C) Koronar çatışmazlıq

D) Dislipidemiya

E) Beyin qan dövranı pozulmaları

Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.

189) AÇF (angiotenzin çevirici fermentin) inhibitorlarının spesifik yanaşı effekti hansıdır?

A) Üzün qızarması

B) Dəridə səpgi

C) Aşağı ətraflarda ödem

D) Quru öskürək

E) Ürək döyüntüləri

Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.

190) Arterial hipertenziya zamanı hansı əlamət ürəyin zədələnməsini göstərir?

A) Qanda triqliseridlərin miqdarının azalması

B) Şəkərli diabet

C) Sol mədəciyin hipertrofiyası

D) Şəkərsiz diabet

E) Yuxarı sıxlıqlı lipoproteidlərin artması

Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.

191) Hansı preparat qrupu hipotenziv preparatların əsas qrupuna aid deyil?

A) Diuretiklər

B) Kalsium antaqonistləri

C) β - blokatorlar

D) Periferik vazodilatatorlar

E) AÇF inhibitorları

Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.

192) Hansı hipotenziv preparat AÇF (angiotenzin çevirici ferment) inhibitorlara aid deyil?

A) Lizinopril

B) Perindopril

C) Kaptopril

D) Ramipril

E) Valsartan

Ədəbiyyat: В. И. Метелица. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2002 г.

193) Bədənin normal çəkisinin göstəricisi hansılardır?

A) 16, 0 - 20, 0

B) 25, 0 - 29, 0

C) 12, 0 - 16, 0

D) 29, 0 - 33, 0

E) 20, 0 - 24, 0

Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.

194) Arterial hipertenziyanın müalicəsi zamanı hipotenziv preparatların kombinasiyasından hansı səmərəli deyil?

A) α – adrenoblokator + kalsium antaqonisti

B) β - blokator+ dihidropridin qrup kalsium antoqonistləri

C) AÇF (angiotenzin çevirici fermentin ) inhibitoru + diuretik

D) AÇF (angiotenzin çevirici fermentin) inhibitoru + kalsium antaqonistləri

E) Adrenoreseptorların blokatorları + diuretik

Ədəbiyyat: «Arterial hipertenziyanın diaqnosnika və müalicəsi üzrə klinik protokol» 2009 il.

195) Endokrin vəzilərin patologiyası ilə bağlı hipertonik kriz əsasən hansında rast gəlir?

A) Feoxromositoma

B) Addison xəstəliyi

C) Hipoparatireoz

D) Hipotireoz

E) Şəkərsiz diabet

Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.

196) Arterial hipertenziya zamanı hansı əlamət böyrəklərin zədələnməsini göstərir?

A) Sidikdə duz kristallarının olması

B) Proteinuriya

C) Epiteluriya

D) Qanda protrombinin miqdarının 100 % - dən çox olması

E) Sidikdə dəyişilməmiş eritrositlərin olması

Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.

197) Şəkərli diabet böyrək çatışmazlığının erkən mərhələsi ilə müşayiət olunarsa arterial təzyiqin hansı səviyyəyə qədər endirilməsi məqsədəuyğundur?

A) AT 130 / 80 mm c.s.aşağı

B) Sistolik AT - nin 10 % - ə qədər azalması

C) Diastolik AT 90 mm c.s. qədər azalması

D) AT - nin 140 / 190 mm c.s. qədər tədricən azalması

E) AT 130 / 80 mm c.s. yuxarı

Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.

198) Arterial hipertenziyalı xəstələrdə əlavə riskin dərəcəsinin təyini zamanı sadalananlardan hansı nəzərə alınmır?

A) Bədən çəkisinin az olması

B) Orqanların zədələnmə dərəcəsi

C) Ürək - damar xəstəliklərinin risk faktorları

D) Arterial hipertenziyanın ağırlıq dərəcəsi

E) Təsdiqlənmiş ürək - damar patologiyası

Ədəbiyyat: «Arterial hipertenziyanın diaqnosnika və müalicəsi üzrə klinik protokol» 2009 il.

199) Dilatasion kardiomiopatiyalı xəstələrdə ürək kameralarının hansı böyüyür?

A) Ürəyin bütün kameraları, əsasən sol mədəcik

B) Sol mədəcik, sol qulaqcıq

C) Sol mədəcik

D) Sağ mədəciyin dilatasiyası

E) Sağ mədəcik, sol qulaqcıq

Ədəbiyyat: N. M. Şevçenko. “Kardiologiya” 2004 il.

200) Dilatasion kardiomiopatiya zamanı seçim preparatı hansıdır?

A) Preduktal MR

B) AÇF( angiotenzin çevirici ferment) inhibitorları

C) Lipotrop preparatlar

D) Ca antaqonistləri

E) L- Karnitin

Ədəbiyyat: Q. E. Roytberq, A. B. Strutinskiy. “Daxili xəstəliklər” 2007 il.

201) Aşağıda sadalanan preparatlardan hansı kəskin infeksion virus mənşəli miokarditlərin etiotrop müalicəsində istifadə olunur?

A) Qlükokortikoidlər

B) Aminoxinolon preparatları

C) Eritromısın

D) Benzilpenisillin

E) Asiklovir

Ədəbiyyat: Q. E. Roytberq, A. B. Strutinskiy. “Daxili xəstəliklər” 2007 il.

202) Aşağıda sadalanan preparatlardan hansı bakterial miokarditlərin etiotrop müalicəsində istifadə olunur?

A) Delagil

B) Remantadin

C) Meloksikam

D) Asiklovir

E) Benzilpenisillin

Ədəbiyyat: Q. E. Roytberq, A. B. Strutinskiy. “Daxili xəstəliklər” 2007 il.

203) Ekssudativ perikardit zamanı obyektiv müayinənin nəticəsi hansıdır?

A) Ürək tonlarının güclənməsi

B) Perikardın sürtünmə küyü

C) Güclənmiş zirvə vurğusu

D) Ürəyin mütləq kütlüyünün hüdudlarının genişlənməsi

E) Ürək tonlarının normal olması

Ədəbiyyat: Q. E. Roytberq, A. B. Strutinskiy. “Daxili xəstəliklər” 2007 il.

204) İnfeksion endokarditin diaqnostik meyarı hansıdır?

A) Limfositoz

B) Leykositoz

C) İki ardıcıl hemokultarada patogen amilin aşkarlanması

D) EÇS - nin artması

E) Neytropeniya

Ədəbiyyat: Q. E. Roytberq, A. B. Strutinskiy. “Daxili xəstəliklər” 2007 il.

205) Mitral qapağın üzvi çatışmazlığının səbəbi hansıdır?

A) Kəskin və xroniki ürək çatışmazlığı

B) Revmatik qızdırma

C) Arterial hipertoniya

D) Kəskin miokard infarktı

E) Miokardiodistrofiya

Ədəbiyyat: V. X. Vasilenko. “Qazanılmış ürək qüsurları” 1972 il.

206) Ürək çatışmazlığı olan xəstələrdə ürək qlükozidlərini təyin etmək üçün göstəriş hansıdır?

A) Sinus taxikardiyası

B) Hiperkaliemiya

C) Taxisistolik səyrici aritmiya

D) Hiperkalsiemiya

E) Hipokaliemiya

Ədəbiyyat: N. M. Şevçenko. “Kardiologiya” 2004 il.

207) Tardus, parvus nəbzi hansı xəstəlik üçün xarakterikdir?

A) Aortal qapağın çatışmazlığı

B) Mitral qapağın çatışmazlığı

C) Aortal stenoz

D) Üçtaylı qapağın çatışmazlığı

E) Mitral stenoz

Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутре�