Əsas prioritetlər insanların sağlamlığı, prezİdentƏ yazirlar: …xalqqazeti.com/pdf/xalq 19...

8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 74 (29339) 19 aprel 2020-ci il, bazar Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda dövlətimizin başçısı nitqində hər zaman, eləcə də, pan- demiya şəraitində insanların sağlam- lığının, sosial müdafiəsinin prioritet məsələ olduğunu, bununla bərabər iqtisadi sahəyə də daha çox diqqət yetirilməsinin, iqtisadi fəallığın artırıl- masının vacibliyini diqqətə çatdırıb. Dövlət başçısı koronavirusun sərhəd tanımadığını, bütün dünyanı böyük sı- naq qarşısında qoyduğunu, indiyədək 140 mindən çox insanın həyatını itirməsini vurğulamaqla yanaşı, bu bəlanın Azərbaycandan da yan keçmədiyini qeyd edib: “Əgər ilkin mərhələdə bu xəstəlik Azərbaycana xaricdən gətirilibsə, hazırda da- xili yoluxma prosesi gedir. Ancaq bildirməliyəm ki, sərt və qabaqlayıcı tədbirlər nəticəsində biz bu vəziyyəti nəzarət altında saxlaya bilirik. Son üç-dörd günün statistikası müəyyən mənada nikbinlik üçün əsas yara- dır. Bildirməliyəm ki, son günlərdə yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika artıq müsbətdir. Yəni, daha çox insan sağalır, nəinki bu xəstəliyə yoluxur”. Ölkə rəhbərinin bildirdiyi kimi, əlbəttə, respublikamızda pandemiya- nın az itki ilə müşahidə olunması vax- tında görülmüş qabaqlayıcı tədbirlərlə bağlıdır. Əgər məsələyə laqeyd yanaşılardısa, nəzarət zəif olardısa, o zaman, şübhəsiz ki, xəstələrin sayı da artardı. Amma inkişaf yolu keçən, müasir səhiyyə sisteminə malik ölkələrdən fərqli olaraq Azərbaycanda ilk vaxtlardan etibarən pandemiyanın sürətlə yayılmasına imkan verilmədi, yoluxma zəncirini qırmaqla xəstəliyin miqyasının genişlənməsinin qarşısı alındı. Burada təbii ki, Azərbaycan Prezidentinin uzaqgörən, çevik siyasəti, operativ qərarlar qəbul etməsi, eyni zamanda, xalq-iqtidar həmrəyliyi də önəmli rol oynadı. Karantin rejimi müddətində dövlət başçısının rəhbərliyi ilə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər gerçəkləşdirilib. Pandemi- yadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanıb. Bu kateqoriyaya aid 300 mindən çox vətəndaşın, eyni zaman- da, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, pandemiyadan zərər çəkən 600 minə yaxın şəxsin dövlətdən maddi dəstək alması real- laşıb. Dövlət sektorunda işləyənlərin əməkhaqlarının tam ödənilməsi qərara alınıb. Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda bununla bağlı deyib: “Bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. Onu göstərir ki, – mən bunu dəfələrlə demişəm, hələ koronavirusdan daha əvvəl demişəm, – bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik”. Prezident İlham Əliyev iclasda koronavirusla mübarizədə həkimlərin fəaliyyətini yüksək qiymətləndirərək, göstərdikləri fədakarlığa, qəhrəmanlığa görə onlara bir daha təşəkkürünü bildirib, eyni zamanda, səhiyyə sisteminin çökməməsi, ilk növbədə, xəstəliyin yayılma sürətinin artmaması üçün ciddi nəzarət tədbirləri reallaşdırıldığını da xatırla- dıb: “Əgər bu, nəzarətdən çıxsaydı, bizim səhiyyə sistemimiz buna davam gətirə bilməzdi. Bu gün inkişaf etmiş bəzi ölkələrin, – indi oradakı vəziyyət televiziya və internet resurslarında göstərilir, – insanları ümumiyyətlə müalicə etmək imkanı yoxdur. Bəzi xəstələr dəhlizlərdə yerləşdirilir, yerə uzadılır, uzanıblar yerlərdə və sadəcə olaraq, xəstəxana binasında qalırlar. Ən inkişaf etmiş ölkələrdə yüzlərlə, bəzi hallarda mindən çox insan vəfat edir. Nəyə görə? Sadəcə olaraq, səhiyyə sistemi buna davam gətirə bilmir, xəstəxanalarda yer yoxdur, bəzi hallarda lazım olan avadanlıq çatışmır. Əgər bu ölkələrin səhiyyə sistemi normal fəaliyyət göstərsəydi, o insanların böyük əksəriyyətinin həyatını xilas etmək olardı”. Ölkə rəhbəri çıxışında Azərbaycan səhiyyə sisteminin keç- diyi inkişaf yolu barədə də məlumat verib. Bildirib ki, hazırda 20-dən çox dövlət xəstəxanasında koronavirus xəstələri müalicə olunur. Bu tibb müəssisələrinin əksəriyyəti son 16 il ərzində tikilib, o cümlədən, 575 çar- payılıq “Yeni klinika” bu gün ölkəmizin ən müasir səhiyyə ocağıdır və indi orada 100-dən çox xəstə müalicə alır. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Kli- nikasında da koronavirus xəstələrinin müalicəsi aparılır. Prezident İlham Əliyev pande- miya ilə səmərəli mübarizə aparmaq üçün Azərbaycanda hər cür şərait yaradıldığını, müayinə məqsədilə 18 laboratoriyanın mövcudluğunu, son illər ərzində bölgələrdə inşa edilən, o cümlədən, bu ilin mart ayında Go- ranboy, Qazax, Şəmkir şəhərlərində açılan 3 yeni xəstəxananın da fəaliyyətinin diqqət çəkdiyini, dövlət başçısının göstərişi ilə hazırda modul tipli 10 xəstəxananın inşa edildiyini və həmin tibb müəssisələrinin işə düşəndən sonra onlarda 2 min əlavə çarpayının istifadəyə veriləcəyini də vurğulayıb. Ölkə rəhbəri çıxışında aztəminatlı ailələrin, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanların problemlərinin həllinin diqqət mərkəzində saxlanıl- dığını, “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin bundan sonra daha da gücləndiriləcəyini vurğulayaraq, sahibkarlara müraciət edib: “Qeyri- formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin. Biz o sahibkarların dərsini verəcəyik. Çünki dövlətin bü- tün resurslarını səfərbər etdiyi indiki şəraitdə dövləti aldatmaq, vergilərdən yayınmaq və öz maddi marağını, öz tamahını təmin etmək xəyanətdir. Bunun başqa adı ola bilməz…”. İclasda Prezident İlham Əliyevin koronavirusla mübarizə istiqamətində görülən işlərlə bağlı suallarını ca- vablayan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarov bildiriblər ki, hazırda işsizlərlə bağlı problemlər öz həllini tapır, əhalinin sosial rifahını qorumaq üçün mü- hüm addımlar atılır. Bu, bir tərəfdən cənab İlham Əliyevin siyasi iradəsi, digər tərəfdən dövlətin iqtisadi gücü sayəsində mümkün olur. Hazırki şərait isə Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşı- lamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə im- kanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunma- sına, özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir. Bildirilib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemi- yasının əhaliyə mənfi təsirlərini azalt- maq məqsədilə aparılan genişmiqyas- lı tədbirlər öz müsbət nəticələrini verir, vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənən Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. İclasda işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 25 min nəfəri üçün birdəfəlik vəsait aidiyyəti üzrə köçürülüb. İşsiz şəxslərə aprelin 9-dan başlayaraq birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Hər gün bu proses davam etdirilir və artıq 165 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi təmin edilib. Pandemiya ilə əlaqədar əhalinin məşğulluq imkanlarının artırılması da prioritet fəaliyyət istiqamətlərindən biridir. Həmin məqsədlə məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel- may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına baş- lanılıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib. (ardı 2-ci səhifədə) PREZİDENTƏ YAZIRLAR: Sizin çevik reaksiyanız, məqsədyönlü addımlarınız sayəsində ölkəmiz pandemiyaya qarşı uğurla mübarizə aparır AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edir. Tərtər rayonundan Sosella Bayramova ölkəmizdə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atıldı- ğını vurğulayaraq yazır: “Möhtərəm cənab Prezidentimiz, son vaxtlar dünyada geniş yayılmış koronavirus infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşı- sının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Həmişə olduğu kimi, indiki çətin günlərdə də Siz kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut etdiniz. Hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağ- lamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir. Cənab Prezident, böyük bir bəla olan koronavirusun kütləvi yayılması- nın qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə bir ana, nənə, cəbhə bölgəsində yaşayan Azərbaycan vətəndaşı kimi dərin minnətdarlığımı bildirirəm. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi qorusun!”. Hacıqabul şəhərinin sakini Vüsalə İbrahimova qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı mübarizədə dövlətin vaxtında qabaqlayıcı tədbirlər gör- düyünü bildirir. O yazır: “Möhtərəm cənab Prezident, bu gün ölkəmizdə aparılan inqilabi islahatların ən gözəl nəticələri hiss olunmaq- dadır. Ümummilli lider Heydər Əliyev akade- miyasının bir nömrəli və möhtəşəm məzunu kimi, Sizin müdrik siyasətinizin nəticəsi olaraq, Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Si- zin rəhbərliyinizlə koronavirus ilə mübarizədə dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsi- niz. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insan- larımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür. Cənab Prezident, Hacıqabul şəhər sakinləri bütün bunlara görə Sizə təşəkkür edir. Sizə möhkəm cansağlığı, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayırıq”. Prezident İlham Əliyevin ətrafında hər zaman sıx birləşən xalqımızın bu çətin günlərdən də uğurla keçəcəyinə əminliyini ifadə edən Gəncə şəhərinin sakini Səbinə Qəhrəmanova yazır: “Möhtərəm cənab Pre- zident, hazırda dünyada ən böyük problem olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə gördüyünüz qabaqlayıcı tədbirlər, pandemi- yanın təsirinin azaldılması üçün atılan ad- dımlar alqışa layiqdir. Sizin də dediyiniz kimi, Azərbaycan xalqının rifahı hər şeydən üstün- dür. Həm özümüz üçün, həm də Vətənimiz naminə Sizin rəhbərliyinizlə dövlətin atdığı addımlara biz gəncəlilər ciddi əməl edirik. Sizin siyasətinizin ətrafında hər zaman sıx birləşən xalqımız bu çətin günlərdən də uğur- la keçəcək. Biz buna inanırıq, hörmətli cənab Prezident. Xalqımıza, ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə və ailənizə bu çətin günlərdə əvəzsiz olan can- sağlığı arzu edirik”. Dövlətimizin başçısının siyasətinin mərkəzində Azərbaycan xalqının dayandığını vurğulayan Cəlilabad rayonunun sakini Xəzər Abbaszadə yazır: “Möhtərəm cənab Prezi- dent, Sizə öz adımdan və Cəlilabad şəhər sakinləri adından dərin minnətdarlığımızı bildirmək istəyirəm. Əziz Prezidentimiz, Sizin uzaqgörən siyasətiniz nəticəsində xalqımız koronavirus pandemiyasından ən az zərərlə qurtulmaq üzrədir. Həyata keçirilən bütün tədbirlər sübut edir ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan xalqı dayanır. Bu çətin günlərimizdə əhaliyə hərtərəfli dəstəyiniz Sizin humanistliyinizin bariz nümunəsidir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olaraq, biz tələbələrə göstərilən qayğıya görə də Sizə təşəkkür edirəm. Əminik ki, bundan sonra da Azərbaycanımızı Sizinlə bərabər xoş sədalı, işıqlı günlər gözləyir. Biz Sizinlə güclüyük!”. Gəncə şəhərindən Mirqədir Əliyev Azərbaycan xalqına göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirərək yazır: “Cənab Ali Baş Koman- dan, mən bir vətəndaş olaraq Sizinlə qürur duyuram. Siz bir daha sübut etdiniz ki, əsas vəzifəniz xalqımızı, dövlətimizi qorumaqdır. Siz çətin günlərə qalib gəlmək üçün var qüvvənizlə çalışır, mümkün olan hər şeyi edirsiniz. Sizin qətiyyətli mövqeyinizə görə Azərbaycanı daim uğur gözləyəcək. Cənab Prezident, bizim qayğımıza qaldığınıza, yo- rulmadan çalışdığınıza görə çox sağ olun. (ardı 2-ci səhifədə) Əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır Dünyanı ağuşuna almış koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmaması, ölkəmizin bu bəladan daha az itki ilə çıxması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, dövlətimizin başçısının xalqımıza göstərdiyi diqqət və qayğı vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bununla əlaqədar Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər. İnsanların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilirdi, ondan sonra 2,5 milyard manat həcmində dəyərləndirilirdi. İndi verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək. Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun. Əminəm ki, biz bunu təmin edəcəyik. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar cəmiyyətdə böyük rəğbət doğurur

Upload: others

Post on 26-Jul-2020

7 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Əsas prioritetlər insanların sağlamlığı, PREZİDENTƏ YAZIRLAR: …xalqqazeti.com/pdf/xalq 19 apr OPT.pdf · 2020-04-18 · sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 74 (29339) 19 aprel 2020-ci il, bazar

Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda dövlətimizin başçısı nitqində hər zaman, eləcə də, pan-demiya şəraitində insanların sağlam-lığının, sosial müdafiəsinin prioritet məsələ olduğunu, bununla bərabər iqtisadi sahəyə də daha çox diqqət yetirilməsinin, iqtisadi fəallığın artırıl-masının vacibliyini diqqətə çatdırıb. Dövlət başçısı koronavirusun sərhəd tanımadığını, bütün dünyanı böyük sı-naq qarşısında qoyduğunu, indiyədək 140 mindən çox insanın həyatını itirməsini vurğulamaqla yanaşı, bu bəlanın Azərbaycandan da yan keçmədiyini qeyd edib: “Əgər ilkin mərhələdə bu xəstəlik Azərbaycana xaricdən gətirilibsə, hazırda da-xili yoluxma prosesi gedir. Ancaq bildirməliyəm ki, sərt və qabaqlayıcı tədbirlər nəticəsində biz bu vəziyyəti nəzarət altında saxlaya bilirik. Son üç-dörd günün statistikası müəyyən mənada nikbinlik üçün əsas yara-dır. Bildirməliyəm ki, son günlərdə yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika artıq müsbətdir. Yəni, daha çox insan sağalır, nəinki bu xəstəliyə yoluxur”.

Ölkə rəhbərinin bildirdiyi kimi, əlbəttə, respublikamızda pandemiya-nın az itki ilə müşahidə olunması vax-tında görülmüş qabaqlayıcı tədbirlərlə bağlıdır. Əgər məsələyə laqeyd yanaşılardısa, nəzarət zəif olardısa, o zaman, şübhəsiz ki, xəstələrin sayı da artardı. Amma inkişaf yolu keçən, müasir səhiyyə sisteminə malik ölkələrdən fərqli olaraq Azərbaycanda ilk vaxtlardan etibarən pandemiyanın sürətlə yayılmasına imkan verilmədi, yoluxma zəncirini qırmaqla xəstəliyin miqyasının genişlənməsinin qarşısı

alındı. Burada təbii ki, Azərbaycan Prezidentinin uzaqgörən, çevik siyasəti, operativ qərarlar qəbul etməsi, eyni zamanda, xalq-iqtidar həmrəyliyi də önəmli rol oynadı.

Karantin rejimi müddətində dövlət başçısının rəhbərliyi ilə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər gerçəkləşdirilib. Pandemi-yadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanıb. Bu kateqoriyaya aid 300 mindən çox vətəndaşın, eyni zaman-da, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, pandemiyadan zərər çəkən 600 minə yaxın şəxsin dövlətdən maddi dəstək alması real-laşıb. Dövlət sektorunda işləyənlərin əməkhaqlarının tam ödənilməsi qərara alınıb. Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda bununla bağlı deyib: “Bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. Onu göstərir ki, – mən bunu dəfələrlə demişəm, hələ koronavirusdan daha əvvəl demişəm, – bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik”.

Prezident İlham Əliyev iclasda koronavirusla mübarizədə həkimlərin fəaliyyətini yüksək qiymətləndirərək, göstərdikləri fədakarlığa, qəhrəmanlığa görə onlara bir daha təşəkkürünü bildirib, eyni zamanda, səhiyyə sisteminin çökməməsi, ilk

növbədə, xəstəliyin yayılma sürətinin artmaması üçün ciddi nəzarət tədbirləri reallaşdırıldığını da xatırla-dıb: “Əgər bu, nəzarətdən çıxsaydı, bizim səhiyyə sistemimiz buna davam gətirə bilməzdi. Bu gün inkişaf etmiş bəzi ölkələrin, – indi oradakı vəziyyət televiziya və internet resurslarında göstərilir, – insanları ümumiyyətlə müalicə etmək imkanı yoxdur. Bəzi xəstələr dəhlizlərdə yerləşdirilir, yerə uzadılır, uzanıblar yerlərdə və sadəcə olaraq, xəstəxana binasında qalırlar. Ən inkişaf etmiş ölkələrdə yüzlərlə, bəzi hallarda mindən çox insan vəfat edir. Nəyə görə? Sadəcə olaraq, səhiyyə sistemi buna davam gətirə bilmir, xəstəxanalarda yer yoxdur, bəzi hallarda lazım olan avadanlıq çatışmır. Əgər bu ölkələrin səhiyyə sistemi normal fəaliyyət göstərsəydi, o insanların böyük əksəriyyətinin həyatını xilas etmək olardı”.

Ölkə rəhbəri çıxışında Azərbaycan səhiyyə sisteminin keç-diyi inkişaf yolu barədə də məlumat

verib. Bildirib ki, hazırda 20-dən çox dövlət xəstəxanasında koronavirus xəstələri müalicə olunur. Bu tibb müəssisələrinin əksəriyyəti son 16 il ərzində tikilib, o cümlədən, 575 çar-payılıq “Yeni klinika” bu gün ölkəmizin ən müasir səhiyyə ocağıdır və indi orada 100-dən çox xəstə müalicə alır. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Kli-nikasında da koronavirus xəstələrinin müalicəsi aparılır.

Prezident İlham Əliyev pande-miya ilə səmərəli mübarizə aparmaq üçün Azərbaycanda hər cür şərait yaradıldığını, müayinə məqsədilə 18 laboratoriyanın mövcudluğunu, son illər ərzində bölgələrdə inşa edilən, o cümlədən, bu ilin mart ayında Go-ranboy, Qazax, Şəmkir şəhərlərində açılan 3 yeni xəstəxananın da fəaliyyətinin diqqət çəkdiyini, dövlət başçısının göstərişi ilə hazırda modul tipli 10 xəstəxananın inşa edildiyini və həmin tibb müəssisələrinin işə düşəndən sonra onlarda 2 min əlavə çarpayının istifadəyə veriləcəyini də vurğulayıb.

Ölkə rəhbəri çıxışında aztəminatlı ailələrin, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanların problemlərinin həllinin diqqət mərkəzində saxlanıl-dığını, “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin bundan sonra daha da gücləndiriləcəyini vurğulayaraq, sahibkarlara müraciət edib: “Qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin. Biz o sahibkarların

dərsini verəcəyik. Çünki dövlətin bü-tün resurslarını səfərbər etdiyi indiki şəraitdə dövləti aldatmaq, vergilərdən yayınmaq və öz maddi marağını, öz tamahını təmin etmək xəyanətdir. Bunun başqa adı ola bilməz…”.

İclasda Prezident İlham Əliyevin koronavirusla mübarizə istiqamətində görülən işlərlə bağlı suallarını ca-vablayan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarov bildiriblər ki, hazırda işsizlərlə bağlı problemlər öz həllini tapır, əhalinin sosial rifahını qorumaq üçün mü-hüm addımlar atılır. Bu, bir tərəfdən cənab İlham Əliyevin siyasi iradəsi, digər tərəfdən dövlətin iqtisadi gücü sayəsində mümkün olur. Hazırki şərait isə Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşı-lamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə im-kanlarına arxalanaraq daim ən çətin

vaxtlarda xalqın rifahının qorunma-sına, özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir.

Bildirilib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemi-yasının əhaliyə mənfi təsirlərini azalt-maq məqsədilə aparılan genişmiqyas-lı tədbirlər öz müsbət nəticələrini verir, vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənən Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

İclasda işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 25 min nəfəri üçün birdəfəlik vəsait aidiyyəti üzrə köçürülüb. İşsiz şəxslərə aprelin 9-dan başlayaraq birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Hər gün bu proses davam etdirilir və artıq 165 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi təmin edilib.

Pandemiya ilə əlaqədar əhalinin məşğulluq imkanlarının artırılması da prioritet fəaliyyət istiqamətlərindən biridir. Həmin məqsədlə məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına baş-lanılıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib.

(ardı 2-ci səhifədə)

PREZİDENTƏ YAZIRLAR: Sizin çevik reaksiyanız,

məqsədyönlü addımlarınız sayəsində ölkəmiz pandemiyaya

qarşı uğurla mübarizə aparır

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Tərtər rayonundan Sosella Bayramova ölkəmizdə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atıldı-ğını vurğulayaraq yazır: “Möhtərəm cənab Prezidentimiz, son vaxtlar dünyada geniş yayılmış koronavirus infeksiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşı-sının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Həmişə olduğu kimi, indiki çətin günlərdə də Siz kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut etdiniz. Hadisələrin axarını uzaqgörənliklə, dəqiq və düzgün təhlil edərək vaxtında verdiyiniz qərarlar, Sizin təşəbbüsünüz və rəhbərliyinizlə operativ olaraq həyata keçirilən qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağ-lamlığının qorunub saxlanılması üçün misilsiz əhəmiyyətə malikdir. Cənab Prezident, böyük bir bəla olan koronavirusun kütləvi yayılması-nın qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə bir ana, nənə, cəbhə bölgəsində yaşayan Azərbaycan vətəndaşı kimi dərin minnətdarlığımı bildirirəm. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi qorusun!”.

Hacıqabul şəhərinin sakini Vüsalə İbrahimova qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı mübarizədə dövlətin vaxtında qabaqlayıcı tədbirlər gör-düyünü bildirir. O yazır: “Möhtərəm cənab Prezident, bu gün ölkəmizdə aparılan inqilabi islahatların ən gözəl nəticələri hiss olunmaq-dadır. Ümummilli lider Heydər Əliyev akade-miyasının bir nömrəli və möhtəşəm məzunu kimi, Sizin müdrik siyasətinizin nəticəsi olaraq, Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Si-zin rəhbərliyinizlə koronavirus ilə mübarizədə dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsi-niz. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insan-larımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür. Cənab Prezident, Hacıqabul şəhər sakinləri bütün bunlara görə Sizə təşəkkür edir. Sizə möhkəm cansağlığı, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayırıq”.

Prezident İlham Əliyevin ətrafında hər zaman sıx birləşən xalqımızın bu çətin günlərdən də uğurla keçəcəyinə əminliyini ifadə edən Gəncə şəhərinin sakini Səbinə Qəhrəmanova yazır: “Möhtərəm cənab Pre-zident, hazırda dünyada ən böyük problem olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə gördüyünüz qabaqlayıcı tədbirlər, pandemi-yanın təsirinin azaldılması üçün atılan ad-dımlar alqışa layiqdir. Sizin də dediyiniz kimi, Azərbaycan xalqının rifahı hər şeydən üstün-dür. Həm özümüz üçün, həm də Vətənimiz naminə Sizin rəhbərliyinizlə dövlətin atdığı addımlara biz gəncəlilər ciddi əməl edirik. Sizin siyasətinizin ətrafında hər zaman sıx birləşən xalqımız bu çətin günlərdən də uğur-la keçəcək. Biz buna inanırıq, hörmətli cənab Prezident. Xalqımıza, ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə və ailənizə bu çətin günlərdə əvəzsiz olan can-sağlığı arzu edirik”.

Dövlətimizin başçısının siyasətinin mərkəzində Azərbaycan xalqının dayandığını vurğulayan Cəlilabad rayonunun sakini Xəzər Abbaszadə yazır: “Möhtərəm cənab Prezi-dent, Sizə öz adımdan və Cəlilabad şəhər sakinləri adından dərin minnətdarlığımızı bildirmək istəyirəm. Əziz Prezidentimiz, Sizin uzaqgörən siyasətiniz nəticəsində xalqımız koronavirus pandemiyasından ən az zərərlə qurtulmaq üzrədir. Həyata keçirilən bütün tədbirlər sübut edir ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan xalqı dayanır. Bu çətin günlərimizdə əhaliyə hərtərəfli dəstəyiniz Sizin humanistliyinizin bariz nümunəsidir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olaraq, biz tələbələrə göstərilən qayğıya görə də Sizə təşəkkür edirəm. Əminik ki, bundan sonra da Azərbaycanımızı Sizinlə bərabər xoş sədalı, işıqlı günlər gözləyir. Biz Sizinlə güclüyük!”.

Gəncə şəhərindən Mirqədir Əliyev Azərbaycan xalqına göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirərək yazır: “Cənab Ali Baş Koman-dan, mən bir vətəndaş olaraq Sizinlə qürur duyuram. Siz bir daha sübut etdiniz ki, əsas vəzifəniz xalqımızı, dövlətimizi qorumaqdır. Siz çətin günlərə qalib gəlmək üçün var qüvvənizlə çalışır, mümkün olan hər şeyi edirsiniz. Sizin qətiyyətli mövqeyinizə görə Azərbaycanı daim uğur gözləyəcək. Cənab Prezident, bizim qayğımıza qaldığınıza, yo-rulmadan çalışdığınıza görə çox sağ olun.

(ardı 2-ci səhifədə)

Əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır

� Dünyanı ağuşuna almış koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmaması, ölkəmizin bu bəladan daha az itki ilə çıxması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, dövlətimizin başçısının xalqımıza göstərdiyi diqqət və qayğı vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bununla əlaqədar Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər.

� İnsanların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilirdi, ondan sonra 2,5 milyard manat həcmində dəyərləndirilirdi. İndi verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək. Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun. Əminəm ki, biz bunu təmin edəcəyik.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir

qərar cəmiyyətdə böyük rəğbət doğurur

Page 2: Əsas prioritetlər insanların sağlamlığı, PREZİDENTƏ YAZIRLAR: …xalqqazeti.com/pdf/xalq 19 apr OPT.pdf · 2020-04-18 · sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki

19 aprel 2020-ci il, bazar2PREZİDENTƏ YAZIRLAR: Sizin çevik reaksiyanız, məqsədyönlü

addımlarınız sayəsində ölkəmiz pandemiyaya qarşı uğurla mübarizə aparır(əvvəli 1-ci səhifədə)

Azərbaycan xalqına göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Dünyanı lərzəyə salan korona-virus pandemiyasından ölkəmizin qurtulması yolunda Sizi özümüzə bayraqdar, xilaskar görürük. Sizin rəhbərliyinizlə xalqımız bir çox sı-naqlardan, imtahanlardan alnıaçıq, üzüağ çıxıb. Bu bəladan da tezliklə minimum itki ilə qurtulacağımıza inamımız böyükdür. Cənab Prezi-dent, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızın həmrəyliyinə, birliyinə yeni parlaq çalarlar gətirdi. İnşallah, elə bu birliyin və gücün sayəsində də koronavirus qalib gələcəyik”.

Bakı şəhərinin Suraxanı rayo-nunun Yeni Günəşli qəsəbəsinin sakini Gülnarə İslamova yazır: “Hörmətli cənab Prezident, mən sadə bir Azərbaycan vətəndaşı, müəlliməm. Yurdumuzun gözəl balalarına dərs deyir, onlara Vətən, torpaq anlayışı, vətəndaşlıq borcu kimi dəyərli keyfiyyətlər aşılayıram. Hazırda bütün dünyada koronavi-rusla mübarizə getdiyi bir vaxtda Sizin diqqətiniz, müdrik addımları-nız, xalqa qayğıkeş münasibətiniz o qədər qürurvericidir ki, ulu öndərimiz Heydər Əliyevin dəyərli sözlərini hər bir vətəndaş kimi, mən də ürəkdən, səmimi qəlbdən söyləyirəm: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Heydər Əliyev məktəbi keçən, Heydər Əliyev ruhunu daşıyan cənab Ali Baş Komandanımız, Sizi çox sevirik. Biz Sizinləyik. Bitməyən qayğılarınıza görə Sizə olan ehtiramımız əbədidir”.

Gəncə şəhər sakinləri Elgiz Şükürov, İradə Səfərova, Elşad Abbasov və Raminə İsmayılova Azərbaycan Prezidentinin xalqın rifahının yaxşılaşdırılması üçün atdığı addımları dəstəklədiyini vurğulayaraq yazırlar: “Cənab Prezident, dünyanı bürüyən koro-navirus pandemiyası Azərbaycana təsir etsə də, Sizin təşəbbüsünüzlə görülən işlər nəticəsində xalqımızın sağlamlığı qorundu, təhlükəsizliyi təmin olundu. Sizin rəhbərliyinizlə həyata keçirilən mühüm tədbirləri, o cümlədən, xalqın rifahının yaxşı-laşdırılması üçün atdığınız addım-ları dəstəkləyir və bunlara görə Sizə minnətdarlığımızı bildiririk. Pandemiyanın qarşısının alınması üçün görülən bütün işlərə görə Gəncə şəhərinin müəllim heyəti adından Sizə təşəkkür edirik. Yürütdüyünüz siyasəti dəstəkləyir və fəxr hissi ilə deyirik ki, müdrik və uzaqgörən siyasətinizi gənclərimiz arasında da təbliğ edirik”.

Daşkəsən rayonunun Quşçu kəndinin sakinləri Asif Məmmədov və Xudat Məmmədov dövlətimizin başçısının verdiyi müdrik qərarlar sayəsində ölkəmizdə bu bəla ilə qətiyyətlə mübarizə aparıldığını vurğulayaraq yazırlar: “Hörmətli cənab Prezident, koronavirus infeksiyasının yayılmasına qarşı vaxtında atılan addımlar, verdi-yiniz müdrik qərarlar sayəsində ölkəmizdə bu bəla ilə qətiyyətlə mübarizə aparılır və əminik ki, bu mübarizədə qalib gələcəyik. Cənab Prezident, açılışında şəxsən iştirak etdiyiniz “Yeni klinika” tibb müəssisəsinin pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verməyiniz əhalinin sağlamlığının qorunmasına yüksək diqqət göstərməyinizin bariz nümunəsidir. Koronavirus infek-siyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına görə gördüyünüz qabaqlayıcı tədbirləri dəstəkləyir və buna görə Sizə minnətdarlığımızı bildiririk”.

Bakı şəhərinin Yasamal rayo-nundan həkim Əli İbrahimov tibb işçilərinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq edir. O yazır: “Möhtərəm cənab

Prezident, Sizin bu çətin günlərdə pandemiyaya qarşı mükəmməl və konkret qərarlarınız infeksiyanın geniş yayılmasına imkan vermədi. Görülən tədbirlərin səmərəliliyinin canlı şahidiyəm. Həm də hər gün xəstələrin sayının azalma-sının, pasiyentlərin tam sağlam evə yazılmalarının şahidiyəm və bundan qürurlanıram. Sizin tapşırıq və tövsiyələrinizə əsasən yaradılan şərait, düzgün qurulan iş prosesi bu nailiyyətləri əldə etməyə imkan verib. Koronavi-rusla mübarizədə biz həkimlərə yaradılan şəraitə görə ən birinci Sizə minnətdarlıq bildirir, həmçinin, polis əməkdaşlarına, bizə xidmət edən heyətə təşəkkür edirəm. Sizin qayğınız, doğma münasibətiniz bu çətin günlərdə bizə böyük kömək oldu. Allah Sizi qorusun! Çox sağ olun! Azərbaycana və Sizə eşq olsun!”.

Sahibkarlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edən Bakı şəhərinin Xətai rayonunun sa-kini Vüqar Məmmədov yazır: “Möhtərəm Prezident, bu yaxınlar-da Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən pandemiyadan zərər görmüş sahibkar kimi mənim bank hesabıma min (1000) manat məbləğində vəsait köçürülüb. Bunu Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinin biz sahibkarlara dəstəyi kimi qiymətləndirir, dərin minnətdarlığımı bildirirəm. Sizin bu qayğınızı unutmayacağam, dövlətimizin inkişafı üçün canla-başla səy göstərəcəyəm. Bir daha dərin təşəkkürümü bildirir, Sizə, ailənizə ən xoş arzularımı çatdırı-ram”.

Bakı şəhərinin Binəqədi ra-yonunun sakini Tərlan Nəsirov dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində bu çətin günlərimizin tezliklə geridə qa-lacağına əminliyini bildirərək yazır: “Hörmətli cənab Prezident, bəşəriyyət koronavirusun yarat-dığı qlobal problem ilə üz-üzədir. Pandemiya bizim ölkəmizi də sınağa çəkib. Bu çətin zamanda Azərbaycanda vəziyyətin nəzarət altında olması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun ya-radılması, Sizin və Birinci vitse-pre-zident Mehriban xanım Əliyevanın birillik əməkhaqlarınızı həmin fonda ianə etməyiniz, pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün maliyyə vəsaitinin ayrılması və həssas təbəqənin də maddi təminatı ilə bağlı göstərişiniz, qısa müddət ərzində yerli tibbi maska is-tehsalına başlanılması Sizin müdrik rəhbərliyinizin, uğurlu siyasətinizin nəticəsidir.

Cənab Prezident, dövlətimizin beynəlxalq ictimaiyyətlə həmrəyliyinin nümunəsi olaraq, koronavirus pandemiyasının geniş yayıldığı ölkələrin musiqisi ilə bayraqlarını proyeksiya halında dünya memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilməsi, Sizin “Biz birlikdə güclüyük!” ifadəniz, Mehriban xanım Əliyevanın koronavirus infeksiyası ilə bağlı əziz həmvətənlərimizə müraciəti bir daha bunu əks etdirir ki, ən gözəl xüsusiyyətlərlə sabaha, xoş ümidlərlə rifaha doğru addımlayı-rıq. Əziz Prezidentimiz, inanırıq ki, bu çətin günlərimiz tezliklə geridə qalacaq. Biz Sizə güvənirik, biz Sizinlə fəxr edirik və hər zaman Sizin yanınızdayıq. Sizə bu şərəfli yolda yeni uğurlar diləyirik. Ulu Tanrı Sizi və ailənizi qorusun!”.

Bakı şəhər sakini Nərgiz Vəliyeva da bu bəladan tez bir zamanda çox zərər çəkmədən xilas olacağımıza inandığını bildirir. O yazır: “Hörmətli cənab Prezi-dent, COVID-19 pandemiyası ilə bağlı sahibkarlara ayırdığınız maliyyə dəstəyi üçün xalqımızın adından və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm. Eyni

zamanda, bizim, bütün xalqımı-zın bu çətin sınaqdan çıxmasına göstərdiyiniz köməyə görə Sizə və Sizin göstərişlərinizə uyğun olaraq vətəndaşlarımızın qayğısına qalan dövlət orqanlarına sonsuz minnətdarlığımı çatdırmaq istərdim. Arzum budur ki, ölkəmiz bu cür sınaqlardan daim alnıaçıq çıxsın. Əminəm ki, bu bəladan tez bir za-manda çox zərər çəkmədən xilas olacağıq. Çünki biz güclü lideri olan bir xalqın övladlarıyıq”.

Sabirabad rayon sakini Zamin Qarayev dövlətimizin başçısının Azərbaycanın bu bəladan daha az itki ilə çıxması üçün gördüyü qabaqlayıcı tədbirlərin alqışa layiq olduğunu vurğulayaraq yazır: “Cənab Prezident, Yer kürəsini çənginə almış koronavirus pan-demiyasının dünya ölkələrinə vurduğu zərərin miqyası hər kəsə məlumdur. Bu baxımdan, Azərbaycanın bu bəladan daha az ziyan, daha az itki ilə çıxması üçün gördüyünüz qabaqlayıcı tədbirlər alqışa layiqdir. Pandemiya ilə əlaqədar ölkəmizdə həm səhiyyə, həm sosial, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində atılan addımlar vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaratmış, rəhbərinə inamı daha da artırmışdır. Mən bütün sabirabadlılar adından və şəxsən öz adımdan buna görə Sizə dərin təşəkkürümü bildirir, “Çox sağ olun!” deyirəm. Sizinlə qürur duyuruq, cənab Prezident!”.

Vətəndaşlarımızın mənafeyini düşünüb addım atdığına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirən Bakı şəhər sakini Ramilə Nəsirova yazır: “Cənab Prezident, bu çətin

günlərdə bizimlə yaxından maraq-landığınız, bizə qayğı göstərdiyiniz, hər zaman vətəndaşlarımızın mənafeyini düşünüb addım atdığı-nız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Siz hər zaman ulu öndərimiz Heydər Əliyevin yolu-nu davam etdirmisiniz, həmişə xalqın qayğısına qalmısınız. Siz əhalinin hər təbəqəsi ilə daim elə maraqlanırsınız ki, sanki hər bir azərbaycanlı ailəsində varsınız. Biz Sizinlə, Sizin liderliyinizlə, dövlətimizlə, bayrağımızla fəxr edirik. Biz Sizinlə bu günlərin öhdəsindən gələcəyik, çünki biz Sizinlə birlikdə güclüyük. Allah Sizə uzun ömür, cansağlığı nəsib etsin, daima dövlətimizin başında olasınız”.

Vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq edənlər arasında Naftalan şəhər saki-ni Hüseyn Məhərov da var. O, dövlətimizin başçısına ünvanla-dığı məktubda yazır: “Möhtərəm cənab Prezidentimiz, Sizin yo-rulmaz əməyiniz sayəsində bu gün ölkəmizdə vəziyyət faciəvi şəkil almadı. Yoxsa biz də baş-qa ölkələrdə olduğu kimi ağır vəziyyətə düşə bilərdik. Sizin tapşırığınızla respublikamızın bütün bölgələrində, o cümlədən, Naftalan şəhərində bu yoluxucu xəstəliyə qarşı təxirəsalınmaz ciddi mübarizənin aparılması nəticəsində artıq ölkəmizdə ko-ronavirus infeksiyasından sağa-lanların sayı yoluxanların sayını üstələyib. Həmçinin, bununla bərabər bu dövrdə işləməyən, yaşı 65-dən yuxarı, tənha və aztəminatlı ailələrin sosial rifahının və həyat

səviyyəsinin daha da yaxşılaş-dırılmasını, sahibkarlara dəstək göstərilməsini xüsusi diqqətdə saxladınız. Çox hörmətli cənab Prezidentimiz, bütün bu işlərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı, Vətən və xalq naminə yorul-maz fəaliyyətinizdə yeni uğur-lar arzulayırıq. Uca Yaradan günbəgün qüdrətlənən müstəqil Azərbaycanımızı, xalqımızı, Sizi və ailənizi qorusun!”.

Şirvan şəhərindən olan məktəbli Nurcan Rzayeva Prezi-dent İlham Əliyevə minnətdarlığını aşağıdakı sözlərlə ifadə edir: “Çox hörmətli cənab Prezidenti-miz! Mən əminliklə deyə bilərəm ki, bütün Azərbaycan uşaqları Sizi sevir. Siz bu çətin günlərdə bütün məktəblilərin dostu oldu-nuz. Bizim hər birimizi xəstəlikdən qorudunuz. Mən gələcəkdə həkim olmaq istəyirəm. Bütün insanların sağlamlığının qayğısına qalmaq istəyirəm. Vətənimizi, elimizi qorumaq istəyirəm. Kaş ki, Sizin kimi Vətəninə bağlı bir Azərbaycan vətəndaşı ola biləydim. İnşallah, arzularıma çataram. Sizin xeyir-duanızla Sizin rəhbəri olduğunuz bir dövlətdə bu gün möcüzələr ya-radan həkimlərimiz kimi insanların sağlamlığının keşiyində dayana-ram. Sonda bilməyinizi istəyirəm ki, bizim sağlam ruhda böyüməyimizin səbəbkarı Sizsiniz. Allah Sizi qorusun!”.

Ağdam rayonunun sakini Şahin Bəylərov isə Azərbaycanın koronavirusla mübarizədə digər ölkələrə nümunə göstərilməsinin qürurverici olduğunu qeyd edir.

O yazır: “Hörmətli cənab Prezi-dent, koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmaması üçün tərəfinizdən operativ və təxirəsalınmaz qərarların qəbul edilməsinin, o cümlədən, zərər çəkən sahibkarlara, muzdla işləyənlərə, maddi imkanı zəif olanlara yardım edilməsi məqsədilə böyük məbləğdə maliyyə vəsaitinin ayrılmasının və çoxsaylı digər tədbirlərin nəticəsidir ki, ölkəmiz bu xəstəliklə mübarizədə müsbət göstəricilərə nail olub. Hətta Azərbaycanın koronavirusla mübarizə üsulunun digər ölkələrə nümunə göstərilməsi bizdə qürur hissi yaratmışdır. Cənab Prezident, ölkə vətəndaşlarının hər birinə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və xalqımızı qorusun!”.

Bu çətin günlərdə hər bir vətəndaşın sağlamlığının qayğı-sına qaldığına görə dövlətimizin başçısına minnətdarlıq edən Tovuz rayonunun Yanıqlı kəndinin sakini Rauf Quluzadə yazır: “Möhtərəm cənab Prezident, Azərbaycan xalqının bu çətin günlərində hər bir vətəndaşın sağlamlığının qayğı-sına qaldığınız üçün Sizə ailəmiz adından təşəkkür edirəm. Mənim bir balaca oğlum var. O deyir ki, mən hamıdan çox Prezidentimizə inanıram, onu hamıdan çox istəyirəm. Bu onu göstərir ki, Sizin hər bir vətəndaşın ürəyində xüsusi yeriniz var. Bu çətin günlərdə Allah Sizə və Sizinlə bərabər zəhmət çəkənlərin, vətən keşiyində duran-ların köməyi olsun!”.

Sumqayıt şəhər sakini İlkin Şirinov dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: “Möhtərəm cənab Prezi-dent, bu ağır günlərdə Sizə bu məktubu yazmağı özümə borc bildim. Sizə olan istək və hörmət qəlbimin dərinliyindən gələn səmimi hisslərdir. Bütün dünyanın bu dəhşətli pandemiyanın qarşı-sında diz çökdüyü bir dövrdə Siz məğrurluqla xalqımızın sağlamlığı-nın, həyatının və təhlükəsizliyinin keşiyində durmusunuz. Buna görə Sizə necə təşəkkür edəcəyimi bilmirəm. Siz xalqın xilaskarı və qoruyucususunuz. Mən və yaxın-larım daim fəxrlə deyirik: nə yaxşı ki, varsınız, bizimləsiniz, xalqın əsl qəhrəmanısınız, cənab Prezident!”.

Dünyanın bir sıra ölkələrinin Azərbaycanın koronavirus-la mübarizə təcrübəsindən bəhrələndiyini bildirən Bakı şəhər sakini Flora Vəliyeva yazır: “Möhtərəm cənab Prezident, biz – şəhid ailələri və məcburi köçkünlər həmişə Sizin qayğı və diqqətinizi hiss etmişik. Dünyanın belə bir bəlaya düçar olduğu bu günlərdə Sizin necə güclü bir dövlət başçısı olmağınız pandemiyaya qarşı apar-dığınız mübarizədə özünü bir daha aşkar büruzə verdi. İndi dünyanın bir sıra ölkələri Azərbaycanın koro-navirusla mübarizə təcrübəsindən bəhrələnir. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bütün azərbaycanlıları ayağa qaldırdı. Doğrudan da, biz birlikdə güclüyük. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciəti bir daha sübut etdi ki, Azərbaycan vətəndaşının sağlamlığı Sizin üçün nə qədər önəmli məsələdir. Mən və Saleh Poladi adına 159 nömrəli tam orta məktəbin kollek-tivi Sizin apardığınız siyasəti tam dəstəkləyir, bu çətin yolda Sizə cansağlığı arzulayır, Sizinlə birlikdə olduğumuzu bildiririk. Fəxr edirik ki, Sizin kimi güclü dövlət başçı-mız var. Uca Tanrı Sizi və ailənizi qorusun!”.

Bakı şəhərinin Xəzər rayo-nunun Qala qəsəbəsinin sakini Vüqar Əhmədov məktubunda yazır: “Hörmətli cənab Ali Baş Komandan, Sizi salamlayır və bu məktubumda Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Dünyanı bürüyən bu ağır xəstəlik

dövründə xalqın yanında olmağı-nız, məni bir sıravi vətəndaş kimi çox qürurlandırdı. Bununla yanaşı, öncədən düşünülmüş iqtisadi, siya-si addımlarınız bu gün ölkəmizdə normal həyat sürməyimizə imkan yaradır. Gördüyünüz bütün işlərə görə çox sağ olun, cənab Prezi-dent! Bütün ailəmiz adından Sizə minnətdarıq. Yaxşı ki, varsınız. Nə yaxşı ki, bu ölkənin Preziden-ti Sizsiniz. Allah Sizi və ailənizi qorusun!”.

Abşeron rayonunun Xırda-lan şəhərinin sakini Ceyhun Əmiraslanov dövlətimizin başçısı-nın düşünülmüş siyasəti sayəsində bu bəlaya qalib gələcəyimizə əminliyini ifadə edərək yazır: “Hörmətli cənab Prezident, ha-zırda bəşəriyyət üçün əsl faciəyə çevrilən koronavirus pandemiyası-na qarşı mübarizədə xalqımız Sizin və Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq birlik, həmrəylik nümayiş etdirdi. Əminik ki, Sizin sayənizdə bu bəlaya qalib gələcək, hazırkı ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq. Artıq zəhmətinizin nəticəsi olaraq ölkəmizdəki mənzərə vəziyyətin yaxşılığa doğru getdiyini göstərir. Əziz Prezidentimiz, Sizə və ailə üzvlərinizə uzun ömür, cansağ-lığı arzulayırıq. Ulu Tanrı Sizin rəhbərliyiniz altında doğma Azərbaycanımıza daim xoş günlər və tərəqqi qismət etsin!”.

Azərbaycan Prezidentinin koronavirusa qarşı təxirəsalınmaz addımlar atdığını, xalqımızın qayğısına qalaraq çox ciddi göstərişlər verdiyini vurğulayan Cəlilabad rayonunun Üçtəpə kəndinin sakini Ramil Yariyev yazır: “Əziz və hörmətli cənab Prezident, Azərbaycan Respubli-kasının inkişaf edib güclənməsində Sizin çox böyük əməyiniz var. Siz Azərbaycanın haqq səsini hər zaman yüksək tribunalarda səsləndirib üçrəngli bayrağımızı ən uca zirvələrdə dalğalandırmısınız. Biz Yariyevlər ailəsi daim Sizin yü-rütdüyünüz daxili və xarici siyasəti bəyənmişik və dəstəkləyirik. Hər zaman Sizin yanınızda olaraq, Sizinlə birgə bu dövlətə, xalqa xidmət etməyi özümüzə borc bilmi-şik. Bu gün dünyanı cənginə alan koronavirus bəlasına qarşı yuban-madan, təxirəsalınmaz addımlar atmağınız və eyni zamanda, öz xalqınızın qayğısına qalaraq çox ciddi göstərişlər verməyiniz bizi olduqca sevindirir. Sizinlə qürur duyuruq. Yaşasın Azərbaycan və onun müdrik Prezidenti İlham Əliyev! İnanıram ki, Sizin köməyiniz nəticəsində biz birlikdə bu çətinliyin də öhdəsindən tezliklə gələcəyik. Cənab Prezident, Sizi əmin edirəm ki, daim Sizin yanınızda olaraq bütün tapşırıqlarınızı dərhal və məsuliyyətlə yerinə yetirəcəyik”.

Şəmkir rayonunun Əliyaqublu kəndinin sakini Mahir Kazımov dövlətimizin başçısının xalqı-mızı bu bəladan qorumaq üçün mümkün olan hər şeyi etdiyini vurğulayaraq yazır: “Çox hörmətli və əziz Prezidentimiz, Siz ümum-milli liderimiz Heydər Əliyev siyasi məktəbinin yetirməsi, onun zəngin təcrübəsindən yararlanan dövlət başçısısınız. Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın ən nü-fuzlu, qüdrətli dövlətləri sırasına yüksəlmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Siz dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün mümkün olan hər şeyi edir, Azərbaycan xal-qının sağlam və xoşbəxt yaşaması üçün çalışırsınız. Buna görə də Azərbaycan xalqı Sizinlədir. Mən və ailə üzvlərim Sizə cansağlığı, uzun ömür, yeni nailiyyətlər arzula-yırıq. Allah Sizi və ailənizi qorusun! Azərbaycanın daha gözəl günləri hələ qabaqdadır”.

AZƏRTAC

Əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır(əvvəli 1-ci səhifədə)

Hazırda ictimai iş yerlərinin sayı 90 minə çatıb. Qeyd edək ki, xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib. İki ay müddətinə haqqı ödənilən ictimai işlər üçün dövlət büdcəsindən 30 milyon manat ayrılıb.

Özünüməşğulluq proqramlarının genişləndirilməsi də prioritet istiqamətdir. Bu çərçivədə 2020-ci il ərzində 12 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb

edilməsi nəzərdə tutulur. Burada həm dövlət vəsaitləri, həm Dünya Bankının, həm də özəl banklarımızın vəsaitləri birgə nəzərə alınır. Bunun üçün İşsizlikdən Sığorta Fondun-dan 70 milyon manat ayrılıb. Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir. Bu əməkdaşlıq çərçivəsində hər il 250 ailə özünüməşğulluq proqramlarına cəlb olunacaq.

Banklarla da bu istiqamətdə əməkdaşlıq

həyata keçirilir. Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsinə başlanılıb. Dünya Bankı ilə də başlanan birgə layihə nəticəsində hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. Həmçinin, BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir.

Prezident İlham Əliyevin müvafiq sualına cavabında qeyd edilib ki, pandemiyanın doğur-duğu itkilərin aradan qaldırılması məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər paketi hazır-

lanıb. Artıq həmin paket bütün dövlət qurum-ları ilə razılaşdırılıb. Orada pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub. Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50

faiz, yəni, 14 faizdən 7 faizə endirilməsi, icti-mai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və digər tədbirlər öz əksini tapıb.

Vergi Məcəlləsinə dəyişikliklər paketində, həmçinin mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanva-rın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni, 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablan-ması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi göstərilib. Bundan başqa, 2021-ci il yanvarın 1-dək olan dövr üzrə epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlam-lığının qorunması məqsədilə vergiödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən, dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınma-dan gəlirlərdən çıxarılması, həmçinin əhalinin bir sıra ərzaq, habelə tibbi ehtiyacları üçün zəruri olan və siyahısı, Azərbaycan Prezidenti tərəfindən təsdiq olunan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli

azad edilməsi nəzərdə tutulub. İclasda pandemiyadan zərər çəkən

müəssisələrə və fərdi, o cümlədən, mikrosahib-karlara dövlətin maliyyə dəstəyinin çatdırılması prosesinin uğurla getdiyi, prosesin onlayn ke-çirildiyi də bildirilib. İzahedici videoçarxların nümayiş etdirildiyi, “Qaynar xətt”in səmərəli fəaliyyət göstərdiyi, eyni zamanda, artıq 123 min 343 nəfər muzdlu işçisi olan müəssisələrə və 22 min 949 fərdi sahibkara Maliyyə Nazir-liyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərildiyi vurğulanıb.

Prezident İlham Əliyev iclasın sonunda nazirlərə müvafiq tapşırıqlar verərək, nəzərdə tutulan tədbirlərin operativ, şəffaf şəkildə yerinə yetirilməsinin zəruriliyini xatırladıb. Dövlətimizin başçısı bu vəzifələrin yerinə yetirilməsi nəticəsində həm əhalinin sosial müdafiəsinin gücləndiriləcəyinə, həm də sahib-karlara əlavə dəstək veriləcəyinə, ən önəmlisi isə insanların həyatının, sağlamlığının qoruna-cağına əminliyini bildirib.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Page 3: Əsas prioritetlər insanların sağlamlığı, PREZİDENTƏ YAZIRLAR: …xalqqazeti.com/pdf/xalq 19 apr OPT.pdf · 2020-04-18 · sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki

19 aprel 2020-ci il, bazar 3Azərbaycanı zirvələrə ucaldan lider

� 1993- cü ilin ikinci yarısından başlayaraq, ölkəmizdə həyata keçirilən siyasi kursun əsasını insan amili təşkil edir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi, əhalinin sağlamlığının, hüquq və azadlığının qorunması istiqamətində bütün imkanlardan istifadə edib.

Heydər Əliyevin siyasi kursuna bütün sahələr üzrə sadiqliyini nümayiş etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqla-ra əsaslanan daxili və xarici siyasət ölkəmizin dünya birliyindəki reytinqini getdikcə möhkəmləndirir. Təsadüfi deyildir ki, bu gün dünya birliyində Azərbaycan dayanıqlı inkişafa malik, möhkəm ictimai-siyasi sabitliyin, bütün azadlıqların təmin olunduğu qüdrətli və nüfuzlu ölkə kimi tanınır. Respublika-mızı fərqləndirən mühüm səciyyəvi xüsusiyyətlərdən biri də vətəndaş həmrəyliyinin, xalq–iqtidar birliyinin mövcudluğudur.

Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən biri də aztəminatlı ailələrin, əlillərin, şəhid ailələrinin, sosial qayğıya daha çox ehtiyacı olan, o cümlədən, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasının, onların müxtəlif problemlərinin həllinə hərtərəfli dövlət qayğısı göstərilməsinin diqqət mərkəzində saxlanılmasıdır. Dövlət başçısının düşünülmüş siyasi kursu əhalinin gələcəyə olan inamını daha da artırır və onlar ümid yerini yalnız Prezidentdə görürlər.

Ölkəmizin möhtəşəm uğurlarını şərtləndirən bu siyasi kurs 2018-ci il 11 aprel prezident seçkilərində özünü açıq şəkildə büruzə verdi. Bu seçkidən sonra dövlət başçısının təşəbbüsü ilə olkəmizdə islahatların yeni mərhələsinə keçidin anonsu verilmiş və 2019-cu ilin əvvəlindən başlayaraq, bu gün də uğurla davam etdirlən köklü və sistemli dəyişikliklərə başlanılmışdır. Bu islahat-ların prioritetini xalqımızın sosial rifahı-nın yüksəldilməsi təşkil edir. Başqa cür ola da bilməz. Çünki dövlət başçımız dəfələrlə öz çıxışlarında bildirib ki, bizim siyasətimizn mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı daya-nır. Sözü ilə əməli hər zaman üst-üstə düşən, verdiyi vədlərə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev yeni is-lahatlar kursu ilə növbəti dəfə təsdiqlədi ki, o, hər bir Azərbaycan vətəndaşının Prezidentidir.

Bu, bir reallıqdır ki, hüquqi və sosial dövlət olan Azərbaycanda hər bir vətəndaş dövlətin hərtərəfli qay-ğısı ilə əhatə olunub. Əhalinin həyat tərzinin, insanların güzəranının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü və səmərəli tədbirlər ardıcıl və davamlı xarakter daşıyır. Son zamanlar dünyanı çənginə almış yeni koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehri-ban xanım Əliyevanın əhalinin sağlamlı-ğını daim diqqət mərkəzində saxladıqları-nı, həyata keçirilən siyasətin mərkəzində məhz vətəndaşların rifah və mənafeyinin dayandığını bir daha təsdiq edir.

Məlum olduğu kimi, üç aya yaxındır ki, dünyanın başı üzərini koronavirus kabusu alıb və insanları vahiməyə salıb. Bu təhlükəli virusun əzabını, acı fəsadlarını artıq dünyanın 200-dən artıq ölkəsinin vətəndaşları hər gün, hər saat görür. İki milyondan çox bəşər övladını öz çənginə alan, on minlərlə günah-sız insanın – ahılın, qocanın, qadının, kişinin ölümünə bais olan bu virus hələ də tüğyan etməkdədir. Ölkəmiz dünya-nın bir parçası olduğundan, təbii ki, biz də virusun acı fəsadları ilə üzləşmək məcburiyyətində qaldıq. Ancaq həmişə

olduğu kimi, bu dəfə də dövlət başçımı-zın qətiyyəti, düşünülmüş siyasi kursu, ən başlıcası isə insan amilinə verdiyi yüksək dəyər koronavirusun ölkəmizdə təhlükəli həddə çatmasının qarşısını alır. Hər gün ölkə başçısının ünvanına re-gionlardan minnətdarlıqla dolu yüzlərlə məktub daxil olur. Ölkə vətəndaşları belə çətin məqamda insanların sağ-lamlığını, onların sosial müdafiəsinin gücləndirlməsini, pandemiyanın vur-duğu ziyanın dövlət hesabına aradan qaldırılmasını diqqət mərkəzində sax-ladığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Xalqın doğrulan ümidləriSalyan rayonunun Yolüstü kənd

sakinləri Anar Ağarzayev və baş-qalarının ünvanladığı minnətdarlıq məktubunda qeyd olunur: “ Hörmətli cənab Prezident! Sizə ünvanladığımız təşəkkür məktubları xalqın doğrulan ümidlərinin sədasıdır. Biz bu sözləri böyük fərəh hissi ilə yazırıq.

Dünyanın dörd bir yanında problemlər törədən, insanları gərginlik içində saxlayan koronavirus pandemi-yası bizi nə qədər məyus etsə də, bu gözəgörünməz düşmənə qarşı Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan mübarizə bizi bir o qədər nikbin olmağa ruhlandırır. Əgər xalq öz rəhbərindən ruh alırsa, onun mənəvi dəstəyini hiss edirsə, ona qorxu yoxdur.

Qayğıkeş və əziz Prezidentimiz! Bir çağırışınız yetər ki, dağı, dağ üstünə qoyaq. İnşallah, bu çətin günlərimizi də tezliklə tarixin yaddaşına köçürəcəyik. Necə ki, o tarixdə xalqımızın adı hər zaman mərdlik nümunəsi kimi göstərilib. Ulu Tanrıdan xalqımıza möhkəm can-sağlığı diləyirik”.

Gəncədən Günel Əliyevanın minnətdarlıqla dolu məktubu da bu qəbildəndir. Məktubunu dahi Üze-yir Hacıbəylinin vaxtilə gördüyü bir mənzərədən təsirlənərək dediyi – “Elə yaşamalıyam, elə yaratmalıyam ki, ya-şadığım hər gün, yaratdığım hər bir əsər tarixin dilli yaddaşı olsun” – sözlərilə başlayan G.Əliyeva yazır ki, Sizin bu xalq üçün verdiyiniz hər bir sərəncam, göstərdiyiniz hər bir qayğı, sevgi tarixin dilli yaddaşı olub və olacaqdır: “Siz gecənizi gündüzünüzə qataraq, Azərbaycanı şanlı, qüdrətli, şərəfli ölkəyə çevirmisiniz. Biz güclüyük ona görə ki, bu xalqı qoruyan Siz varsınız.

Biz Sizinlə birlikdə öz mədəniy-yətimizlə, incəsənətimizlə, tolerantlı-ğımızla dünyanı fəth edirik. Allah Sizi qorusun!”.

Biz birlikdə güclüyük!Prezidentə ünvanlanan bütün

məktublarda əhalinin dövlət başçısı-nın ətrafında sıx birləşdiyi özünü açıq şəkildə biruzə verir. Məktub müəllifləri öz həmrəyliklərini “Biz birlikdə güclü-yük!” fikri ilə əsaslandırırlar. Qəbələ rayonunun Şamlı kəndindən Rəşad Rəfiyevin ünvanladığı məktub bu baxımdan, diqqəti daha çox cəlb edir. O yazır: “Möhtərəm cənab Prezident! Sizi salamlayır və hər vaxtınızın xeyirli olmasını arzu edirəm. Cənab Ali Baş Komandan, bu məktubu Sizə yazmaqda məqsədim şəxsinizə olan hörmət və ehtiramımı, minnətdarlığımı bildirməkdir. Qəbələ rayonunda sadə, aztəminatlı bir ailədə böyümüş, bir çox çətinliklər görmüş və hər zaman Allaha şükran-lıq etmiş bir vətəndaş kimi, bu çətin günlərdə də Sizinlə bərabər olduğumu

söyləmək istəyirəm.Bəli, cənab Prezident, Siz söylə-

diyiniz kimi, “Biz birlikdə güclüyük!”... Bu xalqın Sizin kimi liderə hər zaman ehtiyacı var. Allah Sizi qorusun!”

Bakı şəhər Xətai rayon saki-ni Alla Bağırova isə minnətdarlq məktubunu kövrək notlar üzərində kökləyib və ürək sözlərini şeirlə ifadə edib. Alla xanım yazır ki, koronavirus pandemiyası şəraitində ölkəmizdə əhalinin, o cümlədən, yaşlı insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı gördüyünüz tədbirlərə görə ahıl insanlar adından Sizə dərin minnətdarlığımızı bildiririk. Daha sonra qeyd edir ki, hər bir vətəndaş Vətənini sevməli, onun qarşısında məsuliyyətini dərk etməlidir.

Biləsuvar rayon sakini Elminaz Miriyeva dövlət başçısına məktubunda bildirir ki, “Sizin bu hadisəyə çevik reaksiyanız, məqsədyönlü addımlarınız, zamanında verdiyiniz qərarlar sayəsində ölkəmiz pandemiyaya qarşı uğurla mübarizə apara bildi”.

E.Mirzəyeva məktubunun sonunda yazır : “Bu mübarizədə zəhmət çəkən, sağlamlığımızın keşiyində duran tibbi heyətin, gecə-gündüz yorulmadan ça-lışan polis əməkdaşlarının, hərbçilərin, aidiyyəti dövlət qurumlarının işçilərinin əməyinin yüksək dəyərləndirilməsi bir dövlət başçısı olaraq Sizin uzaqgörən siyasətinizin göstəricisidir. Əziz Prezi-dentimiz, biz biləsuvarlı qadınlar əminik ki, bütün çətinliklərə sinə gərdiyimiz kimi, bu sınaqdan da üzüağ çıxacağıq. Biz birlikdə yenidən ölkəmizin və xalqı-mızın xoş günlərinə şahidlik edəcəyik. Biz birlikdə güclüyük! Tanrı Sizi, xalqımı-zı və dövlətimizi qorusun”.

Yaman günün ömrü az olarDövlət başçısına ünvanlanmış ümid

dolu məktublarda müəlliflər , ölkə Pre-zidentinin rəhbərliyi və düzgün siyasəti sayəsində tezliklə bu pandemiya döv-rünü geridə qoyulacağına əminliklərini bildirirlər. Belə müəlliflərdən biri də Bakı şəhəri Nəsimi rayon sakini Lətifə Nov-ruzovadır. O yazır: “Çox hörmətli Prezi-dentimiz! Hazırda Yer kürəsinin 200-dən çox ölkəsinə yayılan COVID-19 pan-demiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətinizin, hadisələri günün 24 saatı ərzində nəzarətdə saxlamağınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siya-hısında Azərbaycan xəstəliyə yoluxan-lara nisbətən, sağalanların daha çox olduğu ölkələrdəndir.

Bu xəstəliyə düçar olmuş vətən-daşlarımızın Sizin və Birinci vitse-prezi-dent Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə bütün səhiyyə ocaqlarında yaradılmış şəraitdən, tibb işçilərimizin xidmətlərindən razılığı bir daha onu göstərir ki, Sizin rəhbərliyiniz və düzgün siyasətiniz sayəsində biz tezliklə bu pandemiya dövrünü geridə qoyacağıq. Siz hər zaman vətəndaşların yanında olub onların sevincinə də, kədərinə də şərik çıxırsınız. Biz, şəhid anaları da inanırıq ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən alnıaçıq, üzüağ çıxacağıq. Allah Sizi və xalqımızı bütün bəlalardan qorusun!”

Ağdam rayonunun Ayaq Qərvənd kəndindən Vaqif Məmmədov və baş-qaları, Sumqayıtdan Murad Eyvazov, Gəncə şəhərindən təqaüdçü Fazil Nəbiyev, Vüsal və Azadil Hüseynov-lar, Yevlaxdan Knyaz Əliyev, Bakı şəhəri, Binəqədi rayonundan Səbuhi İsazadə və digər vətəndaşlar ölkə başçısına ünvanladıqları minnətdarlıq məktublarında məhz onun rəhbərliyi ilə xalqımızın tezliklə bu pandemiya dövrü-nü geridə qoyacağına əmin olduqlarını bildirirlər.

Hazırladı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

Azərbaycanda koronavirusa 33 yoluxma faktı qeydə alınıb, 62 nəfər sağalaraq evə buraxılıb

� Azərbaycan Respublikasında koronavirus infeksiyasına 33 yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1373 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib, 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi da-vam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Baş Nazir təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin mayın 2-dək dayandırılması barədə qərar imzalayıb

� COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 2020-ci il aprelin 20-dən mayın 2-dək (ilk tədris günü mayın 4-ü müəyyən edilir) dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov bununla bağlı aprelin 18-də “Azərbaycan Respublikasının

ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması

barədə” Qərar imzalayıb.Qərarda bildirilir ki, Təhsil Nazir-

liyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu Sərəncamın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.

Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar Azərbaycan–İran sərhədinin mayın 4-dək bağlı saxlanılmasına qərar verilib

� Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00:00-dək uzadılıb.

Nazirlər Kabineti yanında Opera-tiv Qərargahdan bildiriblər ki, bununla əlaqədar Azərbaycan Respublikası-nın İran İslam Respublikası ilə dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00:00-dək uzadılır.

Azərbaycan–Gürcüstan sərhədi mayın 4-dək bağlı saxlanılacaq � Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə

əlaqədar olaraq Azərbaycan-Gürcüstan sərhədinin mayın 4-dək bağlı saxlanılmasına qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sani-

tariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən

xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00:00-dək uzadılıb. Bununla əlaqədar Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00:00-dək uzadılır.

OPERATİV QƏRARGAH: Ölkə ərazisində xüsusi karantin rejimi mayın 4-dək uzadıldı

� Hazırda dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəldib. 2020-ci il mart ayından etibarən COVID-19 xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunaraq virusun qarşısının alınması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlara baxmayaraq, hazırda dünyada 2 milyon 160 min 207 nəfər COVID-19 virusuna yoluxub, 146 min 88 nəfər vəfat edib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezi-denti İlham Əliyevin tapşırığına əsasən 2020-ci il yanvar ayından zəruri qa-baqlayıcı tədbirlər görülüb, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılıb.

Virusun geniş yayılmasının qarşısı-nın alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin da-vamı olaraq 2020-ci il 14 mart tarixindən sosial izolyasiya qaydaları tətbiq olunub, 2020-ci il 20 aprel tarixinədək isə xüsusi karantin rejimi elan edilib.

COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, ölkə ərazisində 18 laboratoriyanın fəaliyyəti təmin edilib, paytaxt və regi-onlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb. Respublika ərazisində bir çox 4 və 5 ulduzlu meh-manxanalar, sanatoriyalar və digər in-frastruktur obyektləri karantin məqsədilə ayrılıb.

Azərbaycan Respublikası Prezi-denti İlham Əliyevin təşəbbüsü ilə 10 modul tipli yeni xəstəxananın tikintisinə başlanılıb, eləcə də mart ayının so-nunda istifadəyə verilmiş “Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədi ilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb.

Xüsusi rejimli xəstəxanalar mü-vafiq dərman və qoruyucu vasitələrlə təmin olunub, hər bir karantin zona-larına tibb müəssisələrinin rəhbərləri, həkim və orta tibb heyəti ezam edi-lib, burada müalicə-profilaktika işləri həyata keçirilib, virusla mübarizədə digər dövlətlərdəki həkim-ekspertlərlə təcrübə mübadiləsi aparılıb. Ümum-dünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlarla COVID-19 virusu ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq qurulub. Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi və Heydər Əliyev Fondunun dəstəyi ilə 20 nəfər mütəxəssis Türkiyədə təlim keçərək ölkədəki xüsusi rejimli xəstəxanalarda fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası Preziden-tinin 2020-ci il 18 mart tarixli Sərəncamı

ilə COVID-19 infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib.

Koronavirus infeksiyasının yayıl-masının qarşısının alınması və onun-la mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat vəsait ayrılıb. Əhali və ayrı-ayrı təşkilatlar bu təşəbbüs ətrafında səfərbər olaraq həmrəylik nümayiş etdirib və koronavirusla mübarizə istiqamətindəki işlərə öz vətəndaş töhfəsini verib. Ölkəmiz üçün bu həssas məqamdakı birlik sayəsində Koronavi-rusla Mübarizəyə Dəstək Fonduna qısa müddət ərzində ianələr hesabına 112 milyon manatdan çox vəsait toplanıb.

Azərbaycan Respublikası Pre-zidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən, COVID-19 pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə dəyəri 3 milyard manatı ötən sosial-iqtisadi dəstək paketi qəbul olunub.

Koronavirus pandemiyasına qar-şı mübarizə sahəsində elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmət göstərilməsi və müvafiq yardım edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Yük daşımaları istisna olmaqla dövlət sərhədləri müvəqqəti bağla-nıb, Azərbaycan tərəfindən ayrılmış çarter reysləri ilə ölkəyə gətirilən vətəndaşlarımız karantin zonalarında yerləşdirilib, xaricdən xəstəliyin idxalının qarşısı alınıb.

Həyata keçirilən tədbirlər nəticəsində ölkədə pandemiya vəziyyəti nəzarət altı-na alınıb, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının azaldılmasına nail olunub.

Azərbaycanda COVID-19 virusuna ilk yoluxma faktının qeydə alındığı 2020-ci il 28 fevral tarixindən bu günədək 1373

nəfər bu xəstəliyə tutulub, 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib. Hazırda 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi da-vam etdirilir, 3000-dək şəxs karantin zonalarında müşahidə altındadır. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86 min 607 test aparılıb.

Ölkə üzrə xüsusi rejimli xəstəxanalarda olan xəstələrin səhhəti, karantinə yerləşdirilən şəxslərdən götürülmüş test nümunələri, eləcə də, karantin rejimi müddətində paytaxt və regionlarda xəstəlik fonundakı sani-tar-epidemioloji vəziyyət təhlil edilib, insanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədi ilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadıl-ması məqsədəuyğun sayılıb.

Bu baxımdan, xüsusi karantin reji-minin 2020-ci il 20 aprel saat 00:00-dan 2020-ci il 4 may saat 00:00-dək uzadıl-masına qərar verilib. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən, yük daşımaları is-tisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşları-na tətbiq olunan məhdudiyyətlər, eləcə də, bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması 2020-ci il 4 may saat 00:00-dək uza-dılır. Bununla belə, uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırla-naraq, növbəti həftə ərzində ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna edilmir.

COVID-19 virusuna yoluxma dina-mikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət təhlil edilərək zərurət olduqda karantin rejiminin yenidən sərtləşdirilməsi də mümkündür.

COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

COVID-19 pandemiyası zəminində dünyada yaşanan hazırkı fövqəladə vəziyyətdə və dövlətimiz üçün həssas vaxtda ölkə əhalisinə xüsusi karantin rejimi müddətində göstərdikləri əzm və vətəndaş məsuliyyətinə görə bir daha təşəkkür edir, qarşıdakı müddətdə virusun geniş yayılmaması, insan-lar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir şəxsi karantin rejimi qaydalarına və Operativ Qərargahın tələblərinə əməl etməyə çağırırıq. Müvafiq dövlət qurumlarına, o cümlədən COVID-19 ilə mübarizə aparan səhiyyə işçilərinə göstərdikləri yüksək peşəkarlığa görə təşəkkür edirik.

Page 4: Əsas prioritetlər insanların sağlamlığı, PREZİDENTƏ YAZIRLAR: …xalqqazeti.com/pdf/xalq 19 apr OPT.pdf · 2020-04-18 · sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki

İclasda qeyd olundu ki, bizim səhiyyə sistemimiz son illərdə bö-yük inkişaf yolu keçibdir və bu gün 20-dən çox dövlət xəstəxanasında koronavirus xəstələri müalicə olunur: “Bu xəstəxanaların mütləq əksəriyyəti son 16 il ərzində tiki-libdir. O cümlədən, 575 çarpayılıq “Yeni klinika” bu gün ölkəmizin ən müasir səhiyyə ocağıdır və indi orada 100-dən çox xəstə müalicə alır. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin vaxtilə mənim təşəbbüsümlə tikilmiş tədris-terapevtik və cərrahiyyə klinika-larında da bir çox xəstə müalicə alır. Son illər ərzində bölgələrdə inşa edilmiş mərkəzi rayon xəstəxanalarında bir çox xəstələr müalicə alır. O cümlədən, bu ilin mart ayında Goranboy, Qazax,

Şəmkir şəhərlərində açılan 3 yeni xəstəxanada xəstələr müalicə alır, orada da 500 çarpayı imkanı vardır”.

Azərbaycanın koronavirusla mübarizə tədbirləri təkcə səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yeni tibb ocaqlarının yaradılması ilə yekunlaşmır. Azərbaycan dövləti bu gün koronavirus pandemiyası ilə əlaqədar məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində möhtəşəm layihələr icra edir. Belə ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Pla-nında məşğulluğa və sosial rifaha

dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

Dövlət və qeyri-dövlət sek-toru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılır. 300 min muzdlu işçinin əmək haq-larının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir. DOST İş Mərkəzi vasitəsilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yara-

dılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib. Bildirilir ki, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış mini-mumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başla-nıb. Prezidentin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək.

Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də işsizlikdən sı-ğorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsidir. Bildirilir ki, əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. 2020-ci il üçün bu növ ödənişin 20 min

nəfəri əhatə etməsi nəzərdə tutu-lur. Tədbirlər planının işsizlikdən sığorta və peşə hazırlığı kurslarının müdavimlərinin sosial müdafiəsi bölməsinin icrası ilə bağlı bildirilir ki, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kurs-ların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb. 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat ayrılıb.

Belə çətin məqamda istənilən ölkənin rəhbərliyini narahat edən məsələlərdən biri də özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının

sürətləndirilməsidir. Bu məsələ də Azərbaycanda özünəməxsus həllini tapıb. Belə ki. verilən məlumata görə, 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir.

Bundan başqa, yaşı 65-dən yuxarı olan tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğı-ya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri genişləndirilir. Son məlumata görə 15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib. Bu proses da-vam edir. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Prezident son çıxışlarından birində əminliklə söylədi ki, bu tədbirlərin görülməsi nəticəsində biz həm əhalinin sosial müdafiəsini gücləndirəcəyik, eyni zamanda,

sahibkarlara əlavə dəstək verəcəyik və ən önəmlisi, insanların həyatını, sağlamlığını qoruyacağıq: “Əminəm ki, Azərbaycan xalqı karantinin uza-dılmasını düzgün başa düşəcək. Bir daha demək istəyirəm ki, bu, hər birimiz üçün böyük çətinliklər törədir. Ancaq insanların sağlam-lığı, həyatı hər şeydən üstündür. Nə qədər lazımdır, dözməliyik. Onu da bildirməliyəm ki, insanların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilirdi, ondan sonra 2,5 milyard manat həcmində dəyərləndirilirdi. İndi verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək. Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun. Əminəm ki, biz bunu təmin edəcəyik”.

Hazırladı: İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

Pandemiya ilə bağlı yeni sosial paket 2,5 milyon insanı əhatə edir

“Ölkəmizdə pandemiya ilə bağlı məzuniyyətə göndərilənlərin maaş-ları növbəti aylarda da ödəniləcək”. Bu barədə televiziya ilə açıqlama verən Əmək və Əhalinin So-sial Müdafiəsi naziri Sahil Babayev xüsusi karantin dövründə dövlətin həyata keçirdiyi və gələcəkdə nəzərdə tutulan digər sosial tədbirlərdən də söz açıb.

Nazir bildirib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün dövlətin apardığı işlər karantin dövründə də davam etdiriləcək: “Prezident İlham Əliyevin vurğu-ladığı kimi, Azərbaycan hökuməti, Azərbaycan dövləti bu gün öz vətəndaşını qorumaq üçün bütün addımları atır. Soyuqqanlı şəkildə

pandemiya ilə mübarizə aparılır. Biz bu gün artıq virusa yoluxma ilə bağlı müsbət dinamikanı görürük. Bəzi günlərdə yoluxma sayı sağal-ma sayından aşağı olur, ümumi xəstələrin sayı tədricən aşağı düşür. Bu dövrdə Azərbaycan iqtisadiyyatının, əhalisinin müdafiə olunması üçün çevik addımlar atıl-dı. Qısa müddət ərzində tədbirlər

planı hazırlandı. Vətəndaşların məşğulluğuna pandemiyanın yaratdığı çətinliklərin aradan qaldırılması üçün bir sıra tədbirlər görüldü”.

Nazir daha sonra qeyd edib ki, koronavirusla bağlı tədbirlər pla-nında nəzərdə tutulan yeni pake-tin həcmi 2,5 milyon insanı əhatə edir. Məşğulluq və sosial rifah tədbirləri üçün hazırlanmış paketin həcmi 600 milyon manata çatır: “Dövlət sektorunda 910 min insa-nın məşğulluğu tam şəkildə təmin edilib. Baxmayaraq ki, onların bö-yük əksəriyyəti bu gün işləmirlər. Həyati vacib qurumlardan və orqanlardan başqa, digər qurum-ların əməkdaşları məzuniyyətə buraxılıb, lakin həmin şəxslərin əməkhaqları ödənilir. Onların işə çağırılıb-çağırılmamalarından asılı olmayaraq, əməkhaqları növbəti aylarda da ödəniləcək”.

R. TAHİR, “Xalq qəzeti”

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir

“Həqiqətən, koronavirusa baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir. Sualda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycanın Xarici İşlər naziri cənab Məmmədyarovla telefon danışıqları xatırlandı. Belə ki, daha əvvəl, aprelin 8-də Lavrovla onun erməni həmkarı cənab Mnatsakanyan arasında tele-fon danışığı olub. O cümlədən, nizamlanma ilə bağlı məsələlər də nəzərdən keçirilib. ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, Fransa və ABŞ), həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Kaspşik tərəflər ilə müntəzəm əlaqə saxlayırlar. Davam edən məsləhətləşmələr seriyasın-da koronavirus infeksiyası mövzusu, onun danışıqlar prosesinə təsiri, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının bəzi məsələləri diqqət mərkəzindədir. Sərhəddə, təmas xəttində vəziyyət müzakirə olunub. Həmsədrlərin ortaq fəaliyyəti barədə məlumatı onların 19 mart tarixli birgə bəyanatından almaq olar. Bəyanat ATƏT-in saytında yerləşdirilib”, – deyə M. Zaxarova bəyan edib.

RF XİN rəsmisi, həmçinin, Rusiya və Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizədə əməkdaşlığını şərh edərək

deyib: “Yeni koronavirus infeksiyasına qarşı mübarizədə və onun sosial-iqtisadi fəsadlarının aradan qaldırılması sahəsində ölkələrimizin səylərinin əlaqələndirilməsi məsələləri hazır-da hər iki tərəfin gündəliyində duran mühüm mövzudur. Rusiya və Azərbaycan arasında bu sahədə sıx qarşılıqlı əməkdaşlıq əlaqələri qu-rulub. Mövzu bir neçə dəfə iki ölkənin hökumət başçıları – cənab Mişustin və cənab Əsədov, Xarici İşlər nazirləri – müvafiq olaraq, cənab Lavrov və cənab Məmmədyarov tərəfindən müzakirə edilib. Rusiya və Azərbaycanın sahəvi qurumları da əlaqə saxlayırlar. Virusun laboratoriya şəraitində diaqnostikası məqsədilə cari ilin mart ayının əvvəllərindən Rusiya tərəfindən Azərbaycana 12 min tədqiqat üçün 120 dəst test sistemi verilib. Biz bundan sonra da tərəfdaşlarımıza lazımi köməklik göstərməyə hazırıq. Moskva və Bakı ölkələrimizin vətəndaşlarının öz vətənlərinə qayıtmaları məsələsində sıx əməkdaşlıq edirlər. Biz bu məsələdə göstərilən köməyə görə Azərbaycan tərəfinə minnətdarıq. Bu, birgə səylərdir, bir sözlə, işləyirik”.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dövlət başçımız çıxı-şında, həmçinin, yerli icra orqanlarının bu yardımı daha böyük həcmdə etmələri üçün biznes dairələrinə şərait ya-ratmalarını tapşırdı. Pande-miya şəraitində sosial paketin tam icra olunması, hətta kommunal ödənişlərlə bağlı güzəştlərin edilməsi karantin dövründə vətəndaşların yaşa-yışı üçün çox ciddi köməkdir. Eyni zamanda, 65 yaşdan yu-xarı olan tənha ahıl insanla-rımıza dəstək xalq tərəfindən məmnunluqla qarşılanıb. Bu çərçivədə 15 min tənha ahıl insanımız tam sosial xidmətə götürülüb və gündəlik əsasda sosial xidmətçilər tərəfindən onlara qulluq edilir. Biznes dairələrinin cənab Preziden-

tin çağırışına aktiv qoşul-ması nəticəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin bildirdiyinə görə, aprel ayında 14 min belə ailəyə ərzaq yar-dımı özəl şirkətlər, təşkilatlar, dövlət qurumları tərəfindən edilib. Növbəti 15 gündə də daha 30 min ailəyə yardımın göstərilməsi planlaşdırılır. Bu addım həmin strukturların cənab Prezidentin çağırışına və sosial həmrəyliyə qoşul-masının göstəricisidir.

Prezident İlham Əliyevin “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqın-

da” imzaladığı sərəncam hazırda çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan yaşı 65-dən yu-xarı vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət edir. Eyni zaman-da, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara xüsusi qay-ğının ifadəsidir. Sənəd xüsusi karantin rejimi dövründə so-sial xidmətlər göstərilməsinə cəlb edilən Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan 1400 nəfər və fondun öz tabeliyindəki sosial xidmət müəssisələrində çalışan

600 nəfər, ümumilikdə 2000 nəfər sosial xidmət işçisini əhatə edir. Belə ki, onların əməkhaqlarına aylıq vəzifə maaşı qədər müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulur.

Ünvanlı sosial yardım şərtlərinin yüngülləşdirilməsi və xüsusi karantin rejimi dövründə vaxtı bitənlərin uzadılması nəticəsində 62 min insanı əhatə edən 14 min ailəni əlavə olaraq nəzərdə tutmaq da əhalinin həmin təbəqəsinə çox böyük dəstəkdir. Ölkədə bu günə 79 min ailə həmin yardım-dan bəhrələnir. Bundan başqa, əhaliyə güzəştli elektrik limitinin artırılması nəticəsində 100 kilovat/saat-lıq əlavə güzəştin verilməsi də əhalimizə sosial dəstəyin bir növüdür. Təhsil alan və həssas kateqoriyadan olan tələbələrin dəstəklənməsi ilə bağlı müvafiq qaydalar da təsdiq olundu. Bu çərçivədə də 17 min tələbənin 2020-ci il üzrə təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Ümumilikdə bu proqram, məşğulluq və sosial paket 2 milyon insanımızı əhatə edir. Bu isə o deməkdir ki, Azərbaycan dövləti ən çətin məqamda belə, xalqının bütün aztəminatlı təbəqəsinin arxasındadır, ona hər zaman dəstəkdir.

Vüsal BAYRAMOV, iqtisad üzrə fəlsəfə doktoru

Bu barədə qrupun ölkə KİV-nə verdiyi məlumatda bildi-rilir ki, tədqiqat zamanı ehtimal nəzəriyyəsi və riyazi statistika, həmçinin, riyazi modelləşdirmənin müasir metodları, eləcə də, riyazi model vasitəsilə reqresiya analizdən istifadə olunub. Alınmış nəticələr ölkədə tətbiq olunan ka-rantin rejiminin öz müsbət təsirini göstərdiyini sübut edib. Tədqiqat nəticəsində müəyyən edilib ki, karantin rejimi tətbiq olunmadığı

halda, koronavirusa yoluxanların sayı kəskin şəkildə artmaqda davam edə bilərdi.

Məlumatda daha sonra qeyd edilir ki, qurulmuş riyazi modelə əsasən, real statistikanın da təsdiq etdiyi kimi, karantin rejimi çərçivəsində koronavirusa yo-luxanların sayının azalma ten-densiyasına keçdiyi təsdiq edilib. Tədqiqatların nəticəsi olaraq, proqram təminatı da hazırlanıb ki, bu da gələcəkdə karantin rejiminin

müxtəlif variantlarının nəticələrinin proqnozlaşdırılmasında istifadə oluna bilər.

Qrupun tədqiqat işində Azərbaycanla sərhəd ölkələrin də virusa yoluxma dinamikası-nın müqayisəsi təqdim olunub. Beləliklə, qurulmuş riyazi model əksər ölkələr üçün də karantin re-jiminin məhdudiyyət dərəcəsindən asılı olaraq koronavirusa yoluxma

dinamikasının proqnozlaşdırıl-masına imkan verir. Azərbaycan alimlərinin fikrincə, qurulmuş riyazi modelə əsaslanaraq, koronavirusa yoluxma dinamikasının karantin rejimindən asılılığı ilə yanaşı, digər faktorlardan–xroniki xəstəliklərdən, yaş həddindən və s. asılılığı da tədqiq oluna bilər.

T.AYDINOĞLU, “Xalq qəzeti”

Azərbaycan xalqı yaxşı bilir ki, biz dərhal bu məsələ ilə ciddi məşğul olmağa başlamışıq. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Prezidentinin bütün fəaliyyəti Vətən və xalq sevgisindən qaynaqlanırAprelin 17-də Azərbaycan Res-

publikasının Prezidenti İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev

və İqtisadiyyat naziri Mikayıl Cabbaro-vun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda son zamanlar ölkəmizdə və dünyada gündəliyin bir nömrəli məsələsi olan koronavirus pandemiyası-nın törətdiyi fəsadlardan geniş söz açıldı. Dövlət başçımız vurğuladı ki, bu pandemi-ya öz tarixinin ən çətin günlərini yaşayan dünyamızda bütün ölkələr üçün problem yaratmışdır. Ancaq Azərbaycan dövlətinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində biz bu bəladan daha az zərər görən ölkələr sırasındayıq.

Karantin rejimi tətbiq olunmasaydı, koronavirusa yoluxanların sayı

kəskin şəkildə arta bilərdiBir qrup Azərbaycan alimi–AMEA-nın Yüksək Texnologiya-

lar Parkının baş direktoru, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitu-tunun direktoru, akademik Fikrət Əliyev, BDU-nun professoru Rövşən Əliyev, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Hilalə Cəfərova Azərbaycan ərazisində COVID-19 virusunun yoluxma dinamikasının zamandan asılılı-ğının müəyyən edilməsi ilə bağlı tədqiqat aparıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə

dövlət başçısı həssas təbəqənin qorunmasının indiki şəraitdə ən vacib məsələ olduğunu bildirdi. Qeyd etdi ki, həmişə olduğu kimi, pandemiya ilə bağlı tətbiq edilən karantin şəratində də dövlət onlara sahib çıxmalı, dəstək verməli, kömək göstərməlidir: “Azərbaycan xalqının əsrlərboyu yaşat-dığı bu gözəl xüsusiyyətləri bu gün bütün xalqımız nümayiş etdirməlidir və nümayiş etdirir. Biznes dairələri öz təşəbbüsləri ilə imkansız adamlara kömək göstərirlər və mən bunu alqışla-yıram. Bu, biznesin sosial məsuliyyətinin təzahürüdür. Kimin nəyə gücü, imkanı çatırsa, kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən olan insanlara kömək göstərin”.

Koronavirusa baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə Rusiya və Azərbaycanın Xarici İşlər nazirlikləri başçılarının son iki telefon danışıqları-nın mövzusu barədə suala cavabında bəyan edib.

Dövlətin aztəminatlı təbəqəyə növbəti dəstəyi

19 aprel 2020-ci il, bazar4

Page 5: Əsas prioritetlər insanların sağlamlığı, PREZİDENTƏ YAZIRLAR: …xalqqazeti.com/pdf/xalq 19 apr OPT.pdf · 2020-04-18 · sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki

Milli Məclisdə qanvermə aksiyası keçirilib � Parlamentin aprelin

17-də keçirilən iclasında Milli Məclisin Sədri Sahibə Qafarova bildirmişdir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına Milli Məclis də qoşulub.

Sədr demişdir: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xeyirxah bir kampaniya başlanmışdır. Xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçirilir. Mən belə düşünürəm ki, Milli Məclis də bu təşəbbüsə qoşul-malıdır. Biz bunun üçün Milli Məclisdə xüsusi yer ayırmışıq və həkim briqadası dəvət etmişik. Aprelin 18-də Milli Məclisin binasında saat 12.00-dan etibarən Milli Məclisin deputatları, Aparatın və İşlər İdarəsinin əməkdaşları könüllü qan verə bilərlər”.

İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə aprelin 18-də Milli Məclisin Sədri Sahibə Qafarova başda olmaqla deputatlar və Aparatın

əməkdaşları, İşlər İdarəsinin işçiləri parlamentdə bu məqsədlə ayrılmış yerdə qan veriblər. Dəvət olunmuş həkim briqadası bu xeyirxah kampa-niyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib.

Aksiyada iştirak edən KİV nümayəndələri də prosesi işıqlandır-maqla yanaşı, Milli Məclis Sədrinin çağırışına qoşularaq parlament işçiləri ilə birgə qan veriblər.

AZƏRTAC

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 140 Bakı şəhəri, 17 aprel 2020-ci il

“Orta ixtisas təhsili üzrə ixtisas-ların Təsnifatı”nın təsdiq edilməsi və “Orta ixtisas təhsili üzrə ixtisas-ların Təsnifatı”nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Ka-binetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabi-netinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respub-

likası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respubli-kası Təhsil Nazirliyinin təklifini nəzərə ala-raq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” təsdiq edilsin (əlavə olunur).

2. “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi

qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Res-publikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunveri-cilik Toplusu, 2010, № 1, maddə 57; 2017, № 4, maddə 622) 1-ci hissəsi ləğv edilsin.

3. Bu Qərar 2020-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının

Baş Naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 144 Bakı şəhəri, 18 aprel 2020-ci il

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamat-lıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiya-sının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alın-ması məqsədilə Azərbaycan Respublika-sının ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılsın.

2. Müəyyən edilsin ki, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respubli-

kasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlayır.

3. “Koronavirus (COVID-19) infek-siyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş re-jiminin tənzimlənməsi barədə” Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.

5. “Koronavirus (COVID-19) infek-siyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabi-netinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının

Baş Naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 141 Bakı şəhəri, 17 aprel 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473, № 12, maddələr 2047, 2055, 2061; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 yanvar tarixli 28 nömrəli, 7 fevral tarixli 34 nömrəli, 17 fevral tarixli 44 nömrəli, 27 fevral tarixli 72 nömrəli və 5 mart tarixli 84 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə 9018 31 100 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:

9018 31 100 – – – plastmasdan:

9018 31 100 1– – – – insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr (ml) və ya daha az olan

əd 0

9018 31 100 2 – – – – həcmi 2 millilitr və ya daha az olan əd

0,02ABŞ dolları

9018 31 100 3– – – – həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan

əd0,025ABŞ dolları

9018 31 100 4– – – – həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan

əd0,03ABŞ dolları

9018 31 100 5– – – – həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan

əd0,04ABŞ dolları

9018 31 100 9 – – – – digərləri əd0,04ABŞ dolları

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra

qüvvəyə minir və 2022-ci il dekabrın 31-dək qüvvədədir.Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

Elmar Məmmədyarov: Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində

keçirilmiş qondarma “seçkilər”i rədd edib � Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “The

London Post” qəzetinə müsahibə verib.

Nazir müsahibəsində Ermənistanın Dağlıq Qarabağdakı qanunsuz fəaliyyətini pisləməyin kifayət olmadığı-nı, bu bəyanatlara uyğun hərəkət etmək lazım olduğunu vurğulayıb.

Nazir deyib ki, Ermənistan tərəfindən davam edən hərbi işğal və Azərbaycan ərazilərinin etnik təmizlənməsi fo-nunda Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyası-nın, o cümlədən BMT Nizamnaməsi və 1975-ci il Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulması-dır və buna görə də həmin “seçkilər” heç bir hüquqi qüvvəyə malik olmayacaq.

E.Məmmədyarov xatırladıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycanın işğal olun-muş ərazilərində keçirdiyi “seçkilər”lə bağlı bəyanat verib və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seçkilərin yalnız Azərbaycanın Konstitusiya-sı çərçivəsində və bölgənin bütün əhalisinin tam iştirakı ilə keçirilə biləcəyini bildirib. Belə seçkilər isə yalnız erməni işğalçı qüvvələrinin geri çəkilməsindən, qovulan azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasın-dan və bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq, eləcə də əməkdaşlığın bərpasından sonra müm-kün olacaq.

Nazir vurğulayıb ki, əvvəllər ol-duğu kimi, bu dəfə də beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olun-muş ərazilərində keçirilmiş qondarma “seçkilər”i qəti şəkildə rədd edib və bu “seçkilər”in qeyri-legitimliyini elan edib.

Bu sırada Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, TÜRKPA və digər beynəlxalq təşkilatların, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və çoxsaylı dövlətlərin verdikləri ayrı-ayrı bəyanatları qeyd etməliyik. Əlbəttə ki, bu qanunsuz hərəkətləri pisləmək kifayət deyil, bu bəyanatlara uyğun hərəkət etmək lazımdır. Yəni, beynəlxalq təşkilatların Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası vacibdir. Azərbaycanın səyləri bunun üçün-dür və bu, regionda davamlı sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün lazımdır.

E.Məmmədyarov Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə, habelə beynəlxalq ictimaiyyətin birmənalı mövqeyinə əsaslanaraq, 20 ildən çoxdur sülh da-nışıqlarında iştirak etdiyini diqqətə çat-dırıb. Bildirib ki, əldə etmək istədiyimiz regionumuzda əmin-amanlıq və fira-vanlıqdır. Çoxdan gözlənilən sülhü təmin etmək isə yalnız münaqişənin nəticələrinin aradan qaldırılmasın-dan, erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasından və köçkün Azərbaycan əhalisinin öz evlərinə qayıtmasından sonra müm-kündür. Ümumiyyətlə, Azərbaycanın Konstitusiyasına və ölkənin müvafiq qanunvericiliyinə əsasən, seçkilərin nəticələrini Konstitusiya Məhkəməsi təsdiq edir. Azərbaycanın Dağlıq Qara-bağ bölgəsində qondarma “seçkilər”in

keçirilməsi ilə ölkə Konstitusiyasının və qanunlarının pozulması o qədər aşkardır ki, Konstitusiya Məhkəməsi bu “seçkilər”i heç nəzərə almadı. Azərbaycanın beynəlxalq münasibətlərin aparıcı iştirakçılarından gözləntisi BMT Təhlükəsizlik Şurasının tələblərinin icrası ilə bağlıdır.

Nazir qeyd edib ki, bu gün Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik, mədəni və fiziki xüsusiyyətləri dəyişdirmək məqsədilə məqsədyönlü fəaliyyət aparılır. Bu cür hərəkətlər, o cümlədən qondarma “seçkilər” beynəlxalq hüquq normaları-nın və müvafiq beynəlxalq konvensiya-ların açıq şəkildə pozulması deməkdir. Aydındır ki, bu cür siyasət və təcrübələr heç bir halda münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədləri ilə uzlaş-mır və geniş beynəlxalq ictimaiyyətin BMT Nizamnaməsində təsbit edilmiş qaydalara əsaslanan dövlətlərarası münasibətlərin norma və prinsiplərinə uyğun olaraq təxirəsalınmaz tədbirlər görməsini tələb edir.

AZƏRTACQeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Naftalanda köməksiz yaşlılara və aztəminatlı ailələrə yardım çatdırılıb

� Koronavirus pandemiyasının sürətlə yayılmasının qarşısını almaq üçün ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, Naftalan şəhərində də təsirli profilaktik və sosial tədbirlər həyata keçirilir.

Şəhərin ictimai obyektləri, yerüstü kommunikasiyalar, yollar, keçidlər və binaların girişləri vaxtaşırı dezinfeksiya edilir. Polis və daxili qoşun hərbçiləri ka-rantin rejiminə ciddi nəzarət edirlər. Ərzaq təchizatı şəbəkəsi və digər zəruri xidmət sahələrinin karantin şəraitində maneəsiz işi təmin edilib. Əhali “Evdəqal” ümumxalq kampaniyasına yüksək anlayışla əməl edir. Şəhərdə bu məqsədlə müxtəlif onlayn layihələr gerçəkləşdirilir. Zəruri xidmət və istehlak malları evlərə çatdırılır.

Şəhər rəhbərliyi bütün zəruri tədbirləri onlayn qaydada həyata keçirir. Bugünlərdə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Milli Məclisin deputatı Anar Məmmədov aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan və tənha yaşayan vətəndaşlara yardım qutuları göndəriblər.

Müxtəlif gündəlik ərzaq məhsullarından və tibbi-gigiyenik vasitələrdən ibarət bağlamaları ünvanlara Naftalan Şəhər İcra Hakimiyyətinin əməkdaşları çatdırıblar. Yardım alan ailələr, eləcə də şəhər sakinləri Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə bağlı gercəkləşdirdiyi kompleks qa-

baqlayıcı tədbirləri və zəruri sosial müdafiə tədbirlərini dərin minnətdarlıqla qarşılayırlar.

Ziyəddin SULTANOV, “Xalq qəzeti”nin

bölgə müxbiri

QAZAX: “Saloğlu” imkansızların yanındadırİyirmi ildən artıqdır, Qazax rayonunda fəaliyyət

göstərən “Saloğlu” mebel fabriki bu gün nəinki respub-likamızda, hətta, ölkə hüdudlarından kənarda da tanınır. Fabrikin istehsal etdiyi məhsullar alıcılar tərəfindən rəğbətlə qarşılanır. “Saloğlu” “Made in Azerbaijan” brendini də layiqincə təqdim edir. İstehsala başladığı ilk gündən hər zaman keyfiyyətə üstünlük verən fabrik hər cür mebel dəstlərinin topdan və pərakəndə satış bazarın-da liderliyini qoruyur.

Ölkə Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək verən və Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan “Saloğlu” bu günlərdə, sözün əsl mənasında, birlik, həmrəylik nümayiş etdirir.

Kollektiv Qazaxda məcburi köçkün ailələrinə, eləcə də qayğıya ehtiyacı olan aztəminatlı ailələrə yenə dəstək olub.

Rayondakı “Gənc könüllülər”in və aidiyyatı şəxslərin iştirakı ilə həyata keçirilən xeyriyyə aksiyasında 200 ailəyə gündəlik tələbatlarını ödəyəcək müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılıb.

Göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirən sakinlər xeyriyyə kampaniyasını

yüksək qiymətləndiriblər. Onlar “Saloğlu” mebel fabrikinin direktoru Tacəddin Mustafayevə də təşəkkürlərini çatdırıblar.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

Sumqayıtda əhalinin sağlamlığı və ərzaq təminatı diqqət mərkəzindədir Koronavirus pandemiyasına

qarşı tədbirlərin məqsədyönlü şəkildə həyata keçirildiyi Sum-

qayıt şəhərində xüsusi karantin rejimi qaydalarına ciddi riayət olunur. “Evdə qal – sağlam qal!”, “Biz birlikdə güclüyük!” şüarlarının gündəmdən düşmədiyi hazırkı vaxtda şəhər icra hakimiyyətinin həyata keçirdiyi hu-manitar aksiyalar sakinlər tərəfindən razılıqla qarşılanır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışın-da iştirakı və dövlət başçısının oradakı nitqində xalqa müraciəti sumqayıtlılarda böyük ruh yüksəkliyi yaradıb. Artıq isteh-salı qaydaya düşmüş bu müəssisənin sayəsində apteklər kifayət qədər tibbi maska ilə təchiz olunub. Spirt, qoru-yucu əlcək kimi vasitələr sarıdan da şəhərdə qıtlıq yoxdur. Zəruri qabaqlayıcı tədbirlərin görülməsi, müntəzəm təmizlik və dezinfeksiya işlərinin aparılması nəticəsində bütün ölkəmizdə olduğu kimi, Sumqayıtda da koronavirusun yayılması vüsət almayıb.

Şəhər rəhbərliyinin təşəbbüsü ilə müəyyən olunmuş siyahılar əsasında aztəminatlı ailələrə, 65 yaşdan yuxarı tənha və ehtiyacı olan şəxslərə gündəlik qayğı göstərilir. Onlara 50 kiloqramlıq ərzaq məhsullarından ibarət yardım sovqatları öz evlərində təqdim olunub. Ümumilikdə, 5 mindən çox ərzaq bağ-lamaları paylanılması nəzərdə tutulub. Ayrı-ayrı qurumlar, imkanlı şəxslər də aksiyaya həvəslə qoşulublar. İcra hakimiyyətində yaradılmış “164” qaynar xətti isə sosial-məişət qayğıları ilə bağlı müraciət edən vətəndaşlar üçün bütün

gün ərzində açıqdır. Bir neçə gün öncə Çinin Mien-

yen şəhərindən Sumqayıta humanitar yardım göndərilib. Humanitar yardıma tibbi ləvazimat və xüsusi qoruyu-cu vasitələr daxildir. Qeyd edək ki, ötən ay Çinin Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Mienyen və Sian şəhərlərindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatlar göndərilmişdi. Humanitar yardıma görə həmin şəhərlərdən Sum-qayıta təşəkkür məktubları da ünvanlan-mışdı.

Hazırda Sumqayıtda 200 yerlik müasir səyyar tibb ocağı da tikilir. Bu obyekt Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, koronavirus pandemiyasına qarşı mübarizənin daha da gücləndirilməsi üçün inşası nəzərdə tutulan modul tipli xəstəxanalardandır. Bu obyekt Gənclik şəhərindəki Heydər

Əliyev prospektində yerləşən 1 saylı xəstəxananın ərazisində, yığma texnolo-giyalar əsasında quraşdırılır.

Səyyar xəstəxana 3 bölmədən ibarət olacaq. Hazırda binanın qurulması üçün özül-beton örtüyü artıq hazırdır. Əraziyə su, təbii qaz və elektrik enerjisi xətti də çəkilib. Xəstəxana 100 palatadan ibarət olacaq. Palataların hər biri süni tənəffüs aparatı və digər zəruri avadanlıqla təchiz ediləcək.

Tikintinin sahə rəisi, qardaş Türkiyədən gəlmiş mütəxəssis Oğuzxan Yılmazın dediyinə görə, xəstəxana hər palatada iki yataq yeri olmaqla, ümumilikdə 200 çarpayılıq olacaq. Burada 3 korpus quraşdırıla-caq. Xəstəxananın bir aya istifadəyə verilməsi nəzərdə tutulur.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”nin

bölgə müxbiri

19 aprel 2020-ci il, bazar 5

Page 6: Əsas prioritetlər insanların sağlamlığı, PREZİDENTƏ YAZIRLAR: …xalqqazeti.com/pdf/xalq 19 apr OPT.pdf · 2020-04-18 · sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki

19 aprel 2020-ci il, bazar6Vətəndaşların rifahı naminə

daha bir qətiyyətli addım

Dövlət başçısının tapşırığına əsasən, aprel-may aylarında – iki ay ərzində 600 min insan dövlətdən ayda 190 manat alacaq. İlkin mərhələdə nəzərdə tutulur-du ki, 200 min insan bu yardımdan ya-rarlanacaq. Dünyanın başı üzərini almış və ölkəmizdə də cərəyan edən korona-virus pandemiyasının törətdiyi fəsadların qarşısının alınmasında əhalinin sosial müdafiəsinin gücləndirməsi məqsədilə bu kateqoriyaya aid olan insanların sayının 3 dəfə artırılmasıı dövlət başçı-sının insan amilinə verdiyi dəyərin bariz nümunəsidir.

Ödənişli ictimai iş yerlərinin açılma-sı ilə bağlı verilən tapşırıq da mühüm əhəmiyyətə malikdir. Çünki əvvəlki illərin təcrübəsinə əsaslanaraq , bu ilin əvvəlində 37 min iş yerinin açılması nəzərdə tutulurdu. Bu proqram təqribən 30-40 min insana şamil olunurdu. Ancaq pandemiyaya görə işsizliyin qaçılmaz artımını nəzərə alaraq, möhtərəm Prezidentimizin tapşırığına əsasən,

ilkin mərhələdə bu rəqəmin 50 minə çatdırılması nəzərdə tutulurdu. Ancaq möhtərəm Prezidentimiz aprelin 17-də videobağlantı formatında keçirdiyi iclas-da bu il 90 min ödənişli ictimai iş yerinin yaradılması barədə göstəriş verdi.

Bütövlükdə, koronavirusun insan-lara vurduğu ziyanın qarşısı dövlət vəsaiti hesabına ödənilir. Bu gün adlarını müxalifət qoyan bir sıra ünsürlər dövlətimizin həyata keçirdiyi tədbirlərə kölgə salmaq üçün müxtəlif yalan və iftiralar uydurur, bununla əhalini iqtidara qarşı qaldırmaq, ölkədə qarşıdurma yaratmaq istəyirlər. Belə xəyanətkarlar sanki unudurlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı geniş-miqyaslı profilaktik və preventiv tədbirlər görülməklə bərabər, məşğulluğa və so-sial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.

Dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı

təsdiq edilmiş tədbirlər planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Ümumilikdə, 2 milyon vətəndaşı əhatə edən bu tədbirlər üçün 400 milyon manat vəsait ayrılıb. Dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməyib. Bu sektorda minimal işçi sayı ilə fəaliyyət davam edib, məzuniyyətə buraxılan işçilərin evdən işləmələri ilə əməkhaqlarının saxlan-ması təmin edilib. Bu tədbir dövlət sektorunda çalışan 910 min işçini əhatə edib. Əhalinin məşğulluq imkan-larının artırılması üçün rayon (şəhər) məşğulluq mərkəzlərinin fəaliyyəti gücləndirilib.

Dövlət hər bir vətəndaşının ya-nındadır. Yəqin ki,cənab İlham Əliyev ilk dəfə prezident seçiləndə andiçmə mərasimində dediyi sözlər – “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”,– hər birimizin yadındadır. Bu gün sabit, müstəqil bir dövlətdə təhlükəsiz, firavan yaşayan hər bir ölkə vətəndaşı vaxtilə verilmiş bu vədin uğurlu nəticələrini gündəlik həyatında hiss edir və görürlər.

Elman MƏMMƏDOV, Milli Məclisin deputatı

Xalqımız öz Prezidentinə güvənir və ətrafında sıx birləşir

Yeri gəlmişkən, tam əminliklə deyə bilərəm ki, bu gün dövlətimizin başçısı yu-xarıda sadalanan məsələlərin həllini diqqqət mərkəzində saxlayır, Azərbaycanın bu çətin sınaqdan şərəflə çıxması üçün ən vacib addımları atır. Şübhəsiz ki, ölkə rəhbərinin səmərəli, məqsədyönlü fəaliyyəti vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Prezident İlham Əliyevin müşavirədəki çıxışında dediyi sözlər də bu fikri təsdiqləyir: “Bizim bu sahədə görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Bir daha bildirmək istəyirəm ki, mən minlərlə elektron məktub alıram. Bu məktublarda görülən işlərə görə minnətdarlıq ifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirus-la mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır.

Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha

çox məsuliyyət və nizam-in-tizam nümayiş etdirməliyik. Belə olan halda, biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq”.

Onu da qeyd edim ki, möhtərəm Preziden-timiz təkcə indiki bəla ilə üzləşdiyimiz vaxtda deyil, ümumiyyətlə, son 17 ildə xalğımızın ən ağır günlərində onun yanında olub, vətəndaşlarda narahatlıq doğuran problemləri birba-şa onların dilindən dinləyib və qarşılaşılan çətinliklərin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlara müvafiq göstərişlər verib. Bununla da cənab İlham Əliyev hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaş-masına və təhlükəsizliyinin təmin edilməsinə, mil-li birliyin və həmrəyliyin möhkəmləndirilməsinə nail olub.

Bax, indiki pandemi-yaya qarşı ciddi mübarizə tədbirləri reallaşdırıldığı bir şəraitdə də ölkə rəhbəri iş yerlərinin yaradılması-na, özünüməşğulluğun təmin olunmasına xüsusi həssaslıqla yanaşır. İmzala-dığı sərəncamlar əsasında hazırlanan ayrı-ayrı dövlət proqramlarının icrasını diqqətdə saxlayır. Ölkənin maliyyə imkanlarının bundan sonra daha da artırılması

üçün ehtiyat mənbələrin tapılması zəruriliyini vurğu-layır: “Hökumətə tapşırıram ki, yeni gəlir mənbələri aşkar edilməlidir. Yenə də demək istəyirəm ki, ehtiyatlar var, çoxdur. Son müddət ərzində bu ehtiyatların bir hissəsi artıq üzə çıxıb və büdcəyə daxilolmalar artır, keçən il və bu il. Keçən il büdcəyə proqnozdan əlavə bir milyard manatdan çox vəsait daxil edilibdir, bu ilin üç ayında 300 milyon manatdan çox...”.

Burada yuxarıda qeyd etdiyim iş yerlərinin yaradıl-ması, özünüməşğulluğun təmin olunması ilə əlaqədar məsələyə bir qədər ətraflı toxunmaq istərdim. Belə ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, indi də əmək bazarının təkmilləşdirilməsi, əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlərlə tənzimlənməsi istiqamətində önəmli ad-dımlar atılmasına böyük əhəmiyyət verir. Bu gün dövlət sektoru üzrə işçilərin əsassız olaraq işdən çıxa-rılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanma-sı, haqqı ödənilən ictimai iş yerlərinin yaradılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi məhz bunun

bariz ifadəsidir. Xatırladım ki, bu istiqamət üzrə görüləcək işlərin 910 min işçini əhatə edəcəyi nəzərdə tutulur. Eyni zamanda, Dövlət Məşğulluq Xidməti orqanla-rında işsiz kimi qeydiyyata alınan 200 min nəfər şəxsə bu ilin aprel-may aylarında hər ay üçün yaşayış mini-mumu həcmində, yəni 190 manat birdəfəlik ödəmə verilməsinə başlanılması da insanların sosial müdafiəsinə yönəldilən çox mühüm dəstəkdir.

Bütün bunlara baxmaya-raq, təəssüf edirəm ki, bəzi qaragüruhçular, xüsusilə “5-ci kolon”un ünsürləri müxtəlif şayiə və yalanlarla dövlətin həyata keçirdiyi tədbirlərə, o cümlədən, görülən işlərə qıs-qanclıqla yanaşır, dövlət baş-çısının səmərəli fəaliyyətinə kölgə salmağa çalışırlar. Təbii ki, onlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyan istəklərinə, xəbis niyyətlərinə nail ola, belə iftira və böhtanlarla xalq-iqtidar birliyinə təsir göstərə bilməyəcəklər. Çünki xalq son 17 ildə olduğu kimi, bu gün də öz Prezidentinə ina-nır, güvənir və onun ətrafında sıx birləşir.

Məhərrəm SƏFƏRLİ, Beynəlxalq Jurnalistlər

Federasiyasının üzvü

Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır –Mən möhtərəm Prezi-

dentin bundan əvvəlki və son videobağlantıdakı nitqlərini böyük maraqla izlədim. Dövlətimizin başçısı hər iki tədbirdə bir çox aktual məsələlərdən, o cümlədən, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə istiqamətində görülən ilşlər və qarşıda duran vəzifələrdən geniş bəhs etdi.

Cənab İlham Əliyev haqlı olaraq vurğuladı ki, Azərbaycanda koronavirusla mübarizə sahəsində bu günə qədər bütün addımlar vax-tında və düzgün istiqamətdə atılmışdır və nəticədə ölkəmizdə vəziyyəti nəzarət

altında saxlamaq mümkün olmuşdur.

Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Reallıq budur ki, xalqımızın sevimli lideri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə pandemiya ilə mübarizə sahəsində atılan addımlar heyrətamiz dərəcədə uğurludur. Xalqı-mız bunu görür və yüksək dəyərləndirir.

Bu məqamda Azərbaycanda əhalinin sosial müdafiəsini gücləndirmək üçün həyata keçirilən bir neçə konkret tədbiri xatır-

latmaq istəyirəm. Dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və so-sial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrı-lıb. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb.

Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib.

Uzun illər əhalinin sağlamlığına xidmət edən təcrübəli həkim kimi məni qəlbən sevindirən həm də odur ki, xalqımız həkimlərin fədakar əməyinə böyük qiymət verir. Xalqımızın gözəl bir məsəli var: “El bir olsa, dağ oynadar yerindən”. Mən əminəm ki, xalqımız, bütün bəşəriyyət bu ağır sınaqdan üzüağ çıxacaq.

Söhbəti qələmə aldı: M. HACIXANLI,

“Xalq qəzeti”

Əlbəttə, dünyanın hara-sında yaşamasından asılı olmayaraq, hər hansı bir in-sanın yalnız özünü qoruması faktı da təqdirəlayiqdir. Lakin kütləvi təsirə malik dəstək göstərən səlahiyyətli orqanla-rın işi başqadır. Şübhəsiz ki, bütün ölkələrdə əsas güc və məsuliyyət dövlətlərin, müvafiq dövlət orqanlarının üzərinə düşür. Dövlət – xalq birliyi mövcud olan ölkələrdə müm-kün olan ən az itki ilə ən yaxşı nəticəyə ümid, inam var.

Müstəqilliyinin bərpasından 29 ilə yaxın vaxt keçən respublikamız, bu sahədə özünəməxsus gerçəklikləri

ilə seçilir. Dövlət başçımızın təmkini, qəbul etdiyi qərarlar, hadisələri şəxsən nəzarətdə saxlaması ümumxalq məhəbbəti ilə cavablandırılır. Ümumxalq məhəbbəti həm qədirşünaslıq hadisəsidir, həm də öz dövlətinə ümid və inamın ifadəsidir.

Məlumdur ki, respubli-kamız COVİD-19 virusunun qorxunc şəkildə yaxaladığı Çin və İtaliya ilə sıx iqtisadi-ticarət əlaqələrinə malikdir, İranla isə sərhəd qonşusudur. Bu tərəfdən, torpaqlarımızın bir hissəsi düşmən işğalı altında-dır, orada qanunsuz keçidlərin, narko-ticarətin, digər qanuna-zidd fəaliyyətlərin mövcudluğu haqqında ciddi məlumatlar olduğunu bilirik. Üstəlik, biz ada dövləti deyilik, plane-tin “künc”ündə yerləşmirik, əhalimiz az deyil. Bir sözlə, ümumən Qafqaz regionu risk zonası sayıla bilər və respub-likamız pandemiya ilə yaxın tarixdə bu şəkildə üz-üzə qalmayıb, ona görə də, yetərli təcrübəyə malik olmadığımız məlumdur.

Bununla belə, anadolulular demişkən, ağlın yolu birdir və koronavirus ÜST tərəfindən pandemiya elan olunan kimi, bu bəşəri problemə qarşı ən təsirli mübarizə metodları tətbiq edən ölkələrdən biri biz olduq. İndiyədək görül-müş işləri çox xırdalamadan, təkrarçılığa yol vermədən vurğulamaq istərdim ki, bax, bu amillər qarşılığında koronavirusa qarşı uğur-lu Azərbaycan dirənişinin qədirbilən vətəndaşlarımız tərəfindən qiymətləndirilməsi çox xoş və məmnunedicidir, həm də qürurvericidir!

Azərbaycan Prezidenti-

nin rəsmi saytına baxdıqda, respublikamızın hər tərəfindən bir ünvana – Ağ saraya göndərilən çoxsaylı, ağüzlü məktublarla tanış oluruq. O məktublar ümiddir, inamdır, alqışdır, duadır, əminlikdir!

Üzünüz ağ olsun, qardaş-lar!

Gününüz ağ olsun, bacılar! Dövlətçilik, vətənpərvərlik

duyğularınız, şükranlığınız bir ziyalı, bir oxucu olaraq şəxsən mənə savab, kəramət iqlimi təsiri bağışladı.

Çoxsaylı məktublardan bir neçəsinə nəzər salaq:

Ağdam rayonu, Xındırıstan kəndindən Baxşəliyev Nur-lan Cavanşir oğlu, Qasımov Məzahir Tahir oğlu, Hümbətov Aqil Məsi oğlunun birgə imza-ladıqları məktubda yazılır:

“Hörmətli cənab Prezi-dent! Sizin rəhbərliyinizlə görülən işlər deməyə əsas verir ki, biz bu koronavirus bəlasını da dəf edəcək, bu mübarizədə qalib gələcəyik. Siz bizi bir olmağa ça-ğırdınız, xalq da Sizinlə həmrəylik nümayiş etdirdi.

Pandemiyanın qarşısının alınması istiqamətində görülən işlərə, həmçinin, bizə “Evdəqal” şəraitində yaşadığımız halda, yardım göstərdiyinizə görə Sizə təşəkkür edirik. Sizinlə qürur duyuruq, cənab Pre-zident!”

Füzuli rayonunun sakini, Milli Qəhrəmanın ailəsi Quliyeva Ülviyyə Qabil qızı isə ürək sözlərini bu şəkildə ifadə edir:

“Hörmətli cənab Prezident! Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. İstirahət etmədən xalqımızın

qayğısına qalırsınız. Bu çətin günlərdə belə diqqətinizi bizdən əsirgəmirsiniz. Şəhid Milli Qəhrəman ailəsi olaraq Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyiniz ilə görülən tədbirlər sayəsində ölkəmizdə pandemiyanın sona çatmasına nail olaca-ğıq.

Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” şüarınızı dəstəkləyirik və hər zaman arxanızdayıq.”

Gəncə şəhərindən Məhərrəmov Mətləb İbra-him oğlu, Quliyev Telman Qəhrəman oğlu, Həsənova Aygün Abasqulu qızı, Allah-verdi Mehriban Mahmud qızı yazırlar:

“Hörmətli cənab Prezi-dent!

Koronavirus pandemi-yasının ölkəmizdə kütləvi yayılmasının qarşısını almaq üçün atdığınız addımlar öz nəticəsini verməkdədir. Bir neçə gündür bu virusla əlaqədar Azərbaycanda nikbin statistika müşahidə

olunur. Xəstəliyə yoluxan-larla sağalanların sayı-nın təqribən eyni olması ümidlərimizi və inamımızı daha da artırır. Sizin vaxtın-da gördüyünüz tədbirlərin real nəticələr verəcəyini əvvəlcədən gözləyirdik. İnanırıq ki, bu sahədə vəziyyət get-gedə daha da yaxşılaşacaq və xalqımızın canı bu bəladan birdəfəlik qurtaracaq.

Cənab Prezident, ulu-Tanrı hər zaman yolunuza işıq salsın, Sizi bədnəzərdən qorusun!”

Bu isə Bərdədən Vahidi Yusif Fərhad oğlunun yazdığı məktubdur:

“Hörmətli cənab Prezident!

Koronavirus pan-demiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə atılmış addımlar bizi sevindirir. Sizin “Biz birlikdə güclü-yük!” çağırışınız bu gün xalqımızın devizinə çevrilib. Biz gənclər olaraq, Sizin rəhbərliyinizlə görülən bütün tədbirlər sayəsində çox yaxın gələcəkdə ölkəmizdə pandemiyanın sona çatacağına qəti əminik. Allahdan bu bəlanın tezliklə Azərbaycanın və bütün dün-yanın üzərindən çəkilməsini diləyirik.”

Bəli, məhz birlikdə güqclü-yük və biz qalib gələcəyik!

İlham Əliyev adı ilə qoşa çəkilməyə ən çox yaraşan söz məhz qalibiyyətdir.

Biz inanırıq ki, dövlətimiz öz qarşısında duran bütün tari-xi vəzifələri cənab Prezidentin başçılığı ilə yerinə yetirəcək. Elan olunmamış dünya müharibəsində bəşəriyyətin ümumi qələbəsinə verəcəyimiz özünəməxsus töhfələr, bizim məruz qaldığımız başqa bir elanolunmamış müharibədə– Qarabağda, ərazi bütövlüyü-müzün bərpasında qələbə rəhni olacaq!

Xalqımızın şükranlıq duy-ğusu, o duyğuları cümlələrə çevirməsi və Ağ sarayı sevgi, alqış yağmuruna tutması, ictimai fikrimizin bərəkətidir və cəmiyyətşünaslığımızın məhsuldarlığına xidmət edir.

Dövlətimiz zaval görməsin, bayrağımız uca olsun! Qədirbilən xalqımıza eşq olsun!

Əkbər QOŞALI, publisist

Aprelin 17-də Prezident İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağ-lantı formatında keçirdiyi iclasda qarşı-ya qoyulan vəzifələr, verilən tapşırıqlar ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan daha bir qətiyyətli addım oldu.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də cari ilin birinci rübünün sosial-iqtisadi yekunları ilə bağlı keçirilən müşavirədə görülən işləri, əldə edilən nəticələri geniş təhlil edərək, qarşıda duran vəzifələrlə bağlı

hökumət qarşısında konkret vəzifələr qoydu. Dövlətimizin başçısı pandemiyanın genişlənməməsi üçün qabaqlayıcı tədbirlər, sosial-iqtisadi şərait, ölkədə sosial mühitin daha da yaxşılaşdırılması haqqında ətraflı danışdı, respublikada iqtisa-di, sosial və siyasi inkişaf proseslərinin paralel davam etdirilməsinin, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunmasının zəruriliyini vurğuladı.

Dünya gözəgörünməz düşmənlə – COVİD-19-la müharibə vəziyyətindədir. Dinindən, irqindən, milli mənsubiyyətindən, sosial durumun-

dan, yaşından, təhsilindən asılı olmayaraq, ümumi bir bəla hamını təhdid edir: sanki elan olunmamış “dünya müharibəsi” içindəyik. Hamı bu barədə düşünür, bacaranlar danışır, yazır, qabiliyyətlilər mübarizəyə töhfə verir, daha cəsarətlilər, ürəklilər fədakarlıq edirlər.

Bu il aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçi-rib. Dövlətimizin başçısının çıxışında səslənən dəyərli fikir və mülahizələr, tövsiyələr ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Xüsusiləşdirilmiş Anqioloji Mərkəzin baş mütəxəssisi Faiq Yusifov bu barədə düşüncələrini bizimlə bölüşərkən dedi:

“Sizinlə qürur duyuruq, cənab Prezident!”

Həmrəy olaq, bu bəlaya son qoyaq

Hər gün aldığımız bədbin xəbərlər əhvalımızı nə qədər korlasa da, ümidimizi itirmir, bəşəriyyətin bu bəladan qurtaracağı anı gözləyirik. Bu elə bir bəladır ki, böyüyə-kiçiyə, gözələ-çirkinə, varlıya-kasıba baxmaz. Televiziya, eləcə də, internet resurs-ları vasitəsilə yayımlanan kadrlarda

kütləvi şəkildə insanların ölməsini, boş küçələri, meydanları və parkları görmək həqiqətən ürəkağrıdıcı mənzərədir.

Bu bəladan qorunmaq üçün müxtəlif tədbirlər görülür. Dövlətlər sərhədlərini bağlayır, insanlar gündəlik ünsiyyətindən təcrid olunur, əlaqələr demək olar ki, sıfır həddinə yenib.

“Evdə otur, sağlam qal” deməklə, həyəcan təbili çalınır. Bu da əbəs deyil. İndi əsl birlik, həmrəylik göstərmək

zamanıdır. Evdə qalaraq gecəsini gündüzünə qatan, başqa insanların həyatını xilas etmək üçün özlərini təhlükəyə atan həkimlərimizə kömək etmiş, onların yükünü azaltmış ola-rıq. Bunun üçün vətəndaş həmrəyliyi vacibdir.

Tarixə nəzər salsaq görərik ki, bu, bəşəriyyətin üzləşdiyi ilk hal deyil. Dünya tarixində dəfələrlə buna bənzər pandemiyalar olub, milyonlarla insa-nı məhv edib. Son 30 ildə 36 milyon insanın həyatına son qoyan QİÇS, ebola, donuz qripi, sars, mers, zika kimi təhlükəli virusları misal göstərmək olar.

Görkəmli Amerika yazıçısı, jurnalisti və ictimai xadimi Mark Tven deyirdi: “Dünyanın sizə sanki borcu var kimi fikirləşməyin, o, sizdən əvvəl movcüd olub və sizə heç nə verə bilməz”. Yəni,

özünüz özünüzü qoruyun. Bu dünya-da sizi xilas edəcək tək adam elə siz özünüzsünüz. İnsan oğlu gərək hər an ehtiyatlı ola. Sosial çağırışlarda deyil-diyi kimi, qapıları bağla, özünü xilas et, ailəni xilas et ki, sonra peşman olmaya-san! Hazırkı duruma laqeyd yanaşmaq olmaz!

Fransız yazıçısı və filosof Albert Kamyunun “Taun” əsərində dediyi kimi, “dünya boş bir məkandır, onu maraqlı edən isə insanlardır. Buna görə də insanları qorumaq lazımdır”. Özümüz, yaxınlarımız, əzizlərimiz, körpələrimiz naminə bütün qaydalara əməl etməliyik ki, onları birdəfəlik itirməyək. İnsan zəkasının hüdudları sonsuzdur. Sonda mütləq elm, təbabət koronavirusa qalib gələcək. Çalışaq həmin vaxta qədər qorunaq, özümüzdən və əzizlərimizdən

muğayat olaq, sağlam qalaq!İnanıram ki, həmin gün uzaqda

deyil! Bəşəriyyət bu bəladan qur-taran kimi Azərbaycan Respublika-sının vətəndaşı olaraq, “Dünyanın Beynəlxalq Həmrəylik Günü”nün təsis edilməsi barədə təşəbbüs irəli sürərdim. Çünki koronavirus təhlükəsi bir daha göstərdi ki, müxtəlif ərazilərdə yaşamağımıza, sərhədlərlə bir-birimizdən ayrılmağımıza, başqa-başqa dillərdə danışmağımıza, ayrı-ayrı millətlərə mənsub olmağımıza baxmayaraq, bəşəriyyəti təhdid edən bəlalara, təhlükələrə ancaq həmrəy olaraq qalib gələ bilərik. Biz birlikdə güclüyük! Evdə qal, Azərbaycan!

Aydın TAĞIYEV

Əsrlərdir bir çox qanlı müharibələrin, milyonlarla insa-nın ölümünə səbəb olan xəstəliklərin yaşandığı dün-yamız çox ciddi imtahan qarşısındadır. Bəşər tarixinin

ən dəhşətli viruslarından biri olan koronavirus (COVID-19) pandemiyası dünyanı cənginə alıb. Olduqca sürətlə yayılan, az müddətdə 135 minə yaxın insanın ölümünə səbəb olan bu virus qoruq-qaytaq tanımır. İlk dəfə Çində aşkarlanan COVID-19 oradan bütün dünya üzərinə sanki silahlanmış güclü ordu kimi hərəkət edir. Bu təhlükəli “ordu”ya qarşı ölkələr ehtiyat tədbirləri görsələr də, üstünlük hələ ki, ölümsaçan virusun tərəfindədir.

Page 7: Əsas prioritetlər insanların sağlamlığı, PREZİDENTƏ YAZIRLAR: …xalqqazeti.com/pdf/xalq 19 apr OPT.pdf · 2020-04-18 · sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki

Azərbaycan rəhbərliyinin pandemiya ilə mübarizədə atdığı bütün addımlar vətəndaşların sosial müdafiəsinin və rifahının yaxşılaşdırılmasına yönəlib

Ekspert bildirib ki, dünyanın “Böyük dep-ressiya” dövründən bəri ən böyük böhrana daxil olması indidən aydın görünür: “Dün-yanın pandemiyadan sonra necə olacağı-nı demək çətindir. Amma birmənalıdır ki, pandemiya rəqəmsallaşmanı sürətləndirəcək və tibbin inkişafına ciddi təkan verəcək. Bir-iki ilə biz, adi vəziyyətdə 10-20 ilə gedəcəyimiz məsafəni qət edəcəyik. Bütün xarici çətinliklər hər zaman elmi tərəqqini sürətləndirib, bizim dövrümüzdə də bu, aktualdır”.

Rusiya ilə Azərbaycanın gördüyü tədbirlərə toxunan ekspert qeyd edib ki, koronavirusun post-sovet məkanında

Avropa ölkələrindən daha gec yayıldığını nəzərə almaq lazımdır: “Ona görə də hər iki ölkənin rəhbərliyinin qarşısında nümunə var idi. Adekvat tədbirlər görülüb: məktəb və universitetlərdə dərslərin dayandırılma-sı, sərhədlərin bağlanması, xarici əlaqənin məhdudlaşdırılması, kütləvi tədbirlərin qadağan olunması və özünütəcrid rejiminin tətbiqi. Bütün bunlar ölkələrimizə italyan ssenarisindən qaçmağa imkan verdi. Bir-birimizə maksimum dərəcədə kömək etməli, təcrübə ilə paylaşmalıyıq. Bu, ümumi prob-lemdir və bunu bir yerdə həll edə bilərik. Yeni dünyada ilk rollarda bu vəziyyətdə özünü itirməyən ölkələr yer alacaq”.

“Koronavirusun mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur”

Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyevin ke-çirdiyi iclas bir daha göstərdi ki, dövlət başçımızın siyasətinin əsas məqsədi Azərbaycan vətəndaşının sağlamlı-ğının, sosial rifahının qorunmasıdır: “Yaranmış vəziyyətlə əlaqədar olaraq, hökumətin müəyyən sosial tədbirlər həyata keçirməsi xüsusilə ürəkaçandır. Həmin tədbirlər həm əhalinin sağlam-lığına, iş yerlərinin saxlanmasına, həm də sosial təminatının qorunmasına xidmət edir. Belə ağır şəraitdə insanla-rın sosial müdafiəsinin gücləndirilməsi

üçün pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Ümumilikdə, 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin edilib. Dövlət sektorunda

işləyənlərin əməkhaqları tam ödənilir. Eyni zamanda, işsizlikdən sığorta ödənişlərinin təmin edilməsi müddəti uzadılıb”.

M.Qasımlı əlavə edib ki, Azərbaycan dövlətinin iqtisadi və maliyyə imkanları olmasaydı, koronavirus pandemiyası nəticəsində ağır vəziyyətə düşə bilərdi: “Bu şərait həm də ölkələr üçün bir ibrət dərsidir. Bu, onu göstərir ki, millət güclü, dövlət isə qüdrətli olmalıdır. Əgər millət güclü, dövlət isə qüdrətlidirsə, hər şeyin öhdəsindən gəlmək olar. Prezident İlham Əliyevin liderliyi altında xalqımız koronavirus pandemiyası ilə əlaqədar yaranmış bu ağır vəziyyətdən az itki ilə çıxacaq”.

Bu gün dünyanın COVID-19 pan-demiyasının yaratdığı dərin böhranla üz-üzə qaldığını deyən deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pan-demiyanın vurduğu zərərin azaldılması istiqamətində görülən işlər, xüsusən genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər.

Sahibkarlar dəstək proqramından faydalanmaq imkanı əldə etdilər

Deputat əlavə edib ki, dəstək proqramı çərçivəsində bəzi vətəndaşlar dövlətdən birbaşa yardım almaq imkanına malik oldular. Bu tədbirlər pandemiya dövründə koronavirusun iqtisadiyyata, o cümlədən sahibkar və vətəndaşlara təsirlərinin mi-nimumlaşdırılması məqsədi daşıyır. Digər tərəfdən, post-pandemiya dövründə iqtisadi aktivliyin daha qısa zamanda bərpa edilməsi, sahibkarların daha yaxşı dəstəklənməsi ilə bağlı da təşviqedici paket tətbiq olu-nur. Bu, əsasən, özünü vergi güzəştlərinin miqyasının genişləndirilməsi, sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artı-rılması istiqamətində dövlət dəstəyi kimi göstərir: “Nəzərə alaq ki, ölkə Prezidentinin tapşırığı ilə 4 işçi qrup yaradılıb. Bu işçi qruplar iqtisadiyyat, sosial, makroiqtisa-di stabillik, eləcə də fiksal istiqamətlərdə qiymətləndirmələr apararaq təkliflər hazırla-dılar. İşçi qrupların fəaliyyəti, onlar tərəfindən hazırlanan paket və həmin təkliflərin strateji əhəmiyyət daşıması ondan xəbər verir ki,

pandemiyanın təsirlərinin minimumlaş-dırılması Azərbaycan üçün prioritetdir. Ölkə Prezidentinin rəhbərliyi ilə reallaşan siyasət imkan verdi ki, Azərbaycan pande-miyaya daha çevik reaksiya verən ölkələr sırasında olsun. Ümumdünya Səhiyyə Təşkilatının da qiymətləndirməsinə görə, Azərbaycan pandemiyaya qarşı effekt-li mübarizə aparan ölkələrdəndir. Həm beynəlxalq qiymətləndirmə, həm də ölkə daxilində icra olunan paketlərin əhatə dairəsinin genişlənməsi bir daha ondan xəbər verir ki, Azərbaycan Prezidenti-nin rəhbərliyi ilə reallaşan siyasətin ana xəttini məhz vətəndaşlarımızın sağlamlı-ğı, təhlükəsizliyi, eləcə də onların sosial təminatının gücləndirilməsi tutur. Bu baxım-dan, Azərbaycan pandemiyanın iqtisadiyyata, sahibkarların fəaliyyətinə vurduğu zərərin azaldılması, eləcə də vətəndaşlarımızın sağ-lamlığının qorunması istiqamətində effektli mübarizə aparan ölkədir”.

Deputat qeyd edib ki, paralel olaraq, koronavirus təhdidini minimuma endirmək üçün sırf tibbi müstəvidə bütün zəruri addımlar atılır, səhiyyə xidmətləri təmin edilir: “Bu sahədə çalışan vətəndaşlarımızın əmək haq-ları 3-5 misli qədər artırılır. Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir öz əksini tapıb. 17 apreldə Prezident İlham Əliyev tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətində 600 milyon manat vəsait ayrılıb”.

H.Babaoğlu bildirib ki, görülən tədbirlər dövlətin sosial öhdəliyi çərçivəsini çoxdan aşıb: “Bu, yalnız Prezident İlham Əliyevin öz vətəndaşının yanında olma iradəsinin nəticəsi kimi izah edilə bilər. So-sial özünütəcridin iqtisadi fəallığı məhdudlaşdırdığı, regional və qlobal müstəvidə idxal-ixrac münasibətlərinin minimum həddə endiyi, əmək qüvvələrinin istehsal münasibətlərinə cəlbetmənin

mümkün olmadığı bir vaxtda hər bir vətəndaşın problemi-ni həll etmək əzmi sadəcə olaraq fədakarlıqdır. Bu, hər bir vətəndaşın Prezidenti olmaq siyasətinin nəticəsidir. Ancaq bunlar məsələnin yalnız bir tərəfidir. Əgər dövlətin iqtisadi-maliyyə imkanları arzu edilən sosial siyasəti icra etməyə qadir olmasaydı, o zaman yenə effektiv sosial siyasət həyata keçirmək mümkün olmaz-dı. Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən uzunmüddətli, məqsədyönlü siyasət bu gün dövlətimizi iq-tisadi-siyasi baxımdan güclü edib. Odur ki, dövlət istənilən böyük həcmli sosial yardım paketini həyata keçirə bilir”.

Deputatın sözlərinə görə, bunlar yalnız ümumi sosi-al tədbirlərin bir hissəsidir: “Əlavə olaraq, Azərbaycan Prezidentinin qərarı ilə

birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək. Birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək, eyni zaman-da növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. Alınan tədbirlərlə yanaşı, qərarların icra olunması mexanizmi də vacibdir. Hazırda müvafiq icra orqanı tərəfindən bu proses uğurla həyata keçi-rilir. Ona görə də əminliklə deyə bilərik ki, hazırkı tarixi mərhələdə dövlət himayəsi sosial həmrəyliyi və xalq-iqtidar birliyini keyfiyyətcə yeni səviyyəyə qaldırır”.

Deputat vurğulayıb ki, ölkədə həyata keçirilən sosial siyasət paketi sosial dövlət davranışından daha çox Azərbaycan Prezidentinin öz vətəndaşlarına münasibəti kimi qiymətləndirilir.

165 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib

Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və proqram 600 min şəxsi əhatə edəcək. Aprelin 7-də təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində - 2 günə ödənişlərə başlanılıb. Ümumilikdə, 9-18 apreldə 165 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib.

Birdəfəlik ödəmə köçürülərkən vətəndaşa bu barədə SMS göndərilir. Şəxs mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qayda-da icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin ban-kın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini əldə edirlər. Ödənişlər gündəlik əsasda davam edir.

“Xalq qəzeti”

Ukraynada toratan robot polis yaradılıb

Robot hər hansı bir qanun pozuntusunun qarşısının alınması məqsədilə toratan qurğu, gözyaşardıcı qaz baloncuqları, eləcə də səsgücləndirici, videokamera və müxtəlif ötürücülərlə təchiz edilib.

Robot polis həm məsafədən idarə oluna, həm də müstəqil şəkildə hərəkət edə bilir.

“Xalq qəzeti”

ABŞ-da 700 mindən çox koronavirusa yoluxma

halı qeydə alınıb

Məlumata əsasən, ABŞ-da yoluxanların sayı 700 min 282 nəfər təşkil edir. 36 min 822 nəfər ölüb, 58 min 587 nəfər sağalıb.

Koronavirusun səbəb olduğu bir xəstəlik 2019-cu ilin sonlarında Mərkəzi Çində qeydə alınıb və sonradan əksər ölkələrə yayılıb. Martın 11-də ÜST bunu pandemiya kimi dəyərləndirib.

Yanvar-mart aylarında ölkəmizə 520 minə yaxın turist gəlmişdir

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, cari ilin birinci rübündə gələnlərin 30,3 faizi Ru-siya Federasiyası, 28,3 faizi Gürcüstan, 11,7 faizi Türkiyə, 5,9 faizi İran, 2,4 faizi Hindistan, 2,3 faizi Səudiyyə Ərəbistanı, 2 faizi Ukrayna, hər birindən 1,5 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, 1,4 faizi Küveyt, 1,3 faizi Qazaxıstan, 1,2 faizi Türkmənistan, 1 faizi İraq, 0,9 faizi Böyük Britaniya, 0,8 faizi Özbəkistan, 0,7 faizi İsrail, 6,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 73 faizini kişilər, 27 faizini isə qadınlar təşkil etmişdir.

Cari ilin birinci rübündə Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı

62,4 faiz, Çindən - 52,7 faiz, İrandan - 45,9 faiz, Omandan - 45 faiz, İraqdan - 41 faiz, ABŞ-dan - 31,7 faiz, İspaniya-dan - 29,7 faiz, Qətərdən 27,8 faiz, İta-liyadan - 27,3 faiz, Niderlanddan - 23,2 faiz azalmışdır.

Ümumilikdə, körfəz ölkələrindən gələnlərin sayı 36,3 faiz azalaraq 68,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22 faiz aza-laraq 14,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,3 faiz azalaraq 189,6 min nəfər olmuşdur.

2019-cu ilin yanvar-mart ayla-rı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 23,3 faiz azala-raq 932,5 min nəfər olmuşdur. Ölkə

vətəndaşlarının 34,1 faizi İrana, 30 faizi Gürcüstana, 20,4 faizi Rusiya Federasi-yasına, 9,8 faizi Türkiyəyə, 5,7 faizi isə digər ölkələrə səfər etmişdir.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,8 faiz, Türkiyəyə gedənlərin sayı 23,8 faiz, Gürcüstana gedənlərin sayı 16,7 faiz, Rusiya Fede-rasiyasına gedənlərin sayı isə 13,8 faiz azalmışdır.

2020-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,9 faizi dəmir yolu və avtomobil, 16,2 faizi hava, 0,9 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

“Xalq qəzeti”

19 aprel 2020-ci il, bazar 7

Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq korona-virus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir, vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu tədbirlər sı-rasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, dəstək proqramı çərçivəsində bir sıra sahibkar-lar həm birbaşa yardım, həm də təşviq paketindən faydalanmaq imkanı əldə etdilər. Deputat qeyd edib ki, Azərbaycanda pandemiyanın iqtisadiyyata, sahibkarlara, eləcə də vətəndaşlara təsirlərinin minimumlaşdırılması ilə bağlı reallaşan paketin dəyəri 1 milyard manatdan 3 milyard manatadək artırılıb. Paket 2,5 milyon nəfərdən artıq vətəndaşı əhatə edib.

Digər ölkələrlə müqayisədə Azərbaycanda koro-navirusla mübarizə ilə bağlı vəziyyət çox yax-şıdır. Rusiyalı ekspert Dmitri Rodionov bildirib

ki, Azərbaycanın epidemiyanın geniş yayıldığı İranla həmsərhəd olmasına baxmayaraq vəziyyət yaxşı görünür: “Amma arxayınlaşmaq hələ tezdir. Başa düşmək lazımdır ki, vaxt bizə qarşı işləyir və burada balans yaratmaq lazımdır ki, bir tərəfdən epidemi-yanın yayılmasının qarşısını almaq mümkün olsun, digər tərəfdən də iqtisadiyyat çökməsin. Azərbaycan rəhbərliyinin pandemiya ilə mübarizədə atdığı bütün addımlar vətəndaşların sosial müdafiəsinin və rifahı-nın yaxşılaşdırılmasına yönəlib”.

“Postpandemiya mərhələsi üçün iqtisadi canlanma yaradacaq qərarlar indidən qəbul edilir”

Milli Məclisin deputatı Hikmət

Babaoğlu bildirib ki, Azərbaycanda post-pandemiya mərhələsi üçün iqtisadi can-lanma yaradacaq qərarlar indidən qəbul edilir.

Ümumilikdə, 9-18 aprel tarixində 165 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-for-mal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlara ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmənin verilməsi işləri davam edir.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 151 ölkəsindən

519,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısı-nın alınması məqsədilə Azərbaycan Respublikası ilə cari il fevralın 29-dan İran, martın 14-dən Gürcüstan, martın 15-dən Türkiyə, martın 18-dən Rusiya Federasiyası arasında dövlət sərhədində məhdudlaşdırıcı rejim, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlər tətbiq olunduğuna görə cari ilin mart ayında ölkəmizə gələnlərin sayında müşahidə olunmuş kəskin azalma ilə bağlı olmuşdur. Belə ki, cari ilin mart ayında ölkəmizə gələnlərin sayı əvvəlki ayla müqayisədə 53,4 faiz, ötən ilin mart ayı ilə müqayisədə isə 62,2 faiz azalmışdır.

Ukraynanın “İnfokom LTD” şirkəti robot polis yaradıb. Robotun əsas məqsədi epidemiya müddətində polislə vətəndaşların ünsiyyətini azaltmaq üçün küçədə patrul fəaliyyəti həyata keçirmək olacaq.

Con Hopkins Universitetinin məlumatında bildirilir ki, ABŞ-da yeni koronavirus infeksiyası ilə yoluxma hallarının sayı 700 mini keçib.

Page 8: Əsas prioritetlər insanların sağlamlığı, PREZİDENTƏ YAZIRLAR: …xalqqazeti.com/pdf/xalq 19 apr OPT.pdf · 2020-04-18 · sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki

19 aprel 2020-ci il, bazar8

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

6113

944

40 qəpik

Çin

Müəssisələr öz işini bərpa edibÇinin iri

müəssisələri yeni koronavirus pandemiyası ilə uğurlu mübarizə nəticəsində öz işlərini tam bərpa edib. Bunu Çinin Dövlət Statis-tika İdarəsinin

nümayəndəsi Mao Şenyun bildirib. Çin rəsmisi məsələni şərh edərək deyib: “Ölkədəki müəssisələrin işinin bərpa prosesi uğurlu alınıb, iri şirkətlər öz fəaliyyətini 100 faiz bərpa edib. Kiçik və orta kommersiya təşkilatlarında da vəziyyət gözləniləndən yaxşıdır”.

Məlumatı TASS yayıb.

Fransa

Astronavtlar üçün yeni əlcəkAvropa

Kosmik Agentliyi (ESA) gələcək astronavtların skafandrı üçün yeni əlcək konsepsiyası təqdim edib. Əlcəyin dizay-nı Fransanın “Comex” şirkəti və dizayner Aqata Medioni tərəfindən birgə hazırlanıb. Bildirilir ki, yeni əlcəklərdə oksigenin səviyyəsini göstərən displey quraşdırılıb. Yeni əlcəklərin materialı 120-dən 170 dərəcə selsiyədək temperatur dəyişikliyinə dayanıqlıdır, həmçinin astronavtlar üçün rahat və təhlükəsiz iş şəraitini təmin edir.

Xəbəri “Techcult.ru” verib.

Səudiyyə Ərəbistanı

500 milyon dollar ianəSəudiyyə

Ərəbistanı Krallığı koronavirus pan-demiyası ilə qlobal mübarizəyə 500 milyon dollar vəsait ayırıb. Bildirilir ki, bu vəsait Epidemiya Əleyhinə Tədbirlər və İnnovasiya Koalisiya-

sına (150 milyon dollar), Qlobal Vaksin və İmmunizasiya Alyansına (150 milyon dollar), o cümlədən beynəlxalq və regional səhiyyə təşkilatlarının (200 milyon dollar) hesab-larına köçürüləcək.

Xəbəri “Al Arabian” verib.

“Saudi Aramco” hasilatı azaldırSəudiyyə

Ərəbistanının “Saudi Aramco” milli neft şirkəti gələn aydan hasilatını azalda-caq. Məlumata görə, şirkət mayın 1-dən gündəlik neft hasilatını 8,5 milyon barrelə endirəcək.

Qeyd edilir ki, dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

Məlumatı “Reuters” yayıb.

İngiltərə

“Arsenal” Kurzavanı transfer edirLondonun

“Arsenal” futbol klubu PSJ-nin müdafiəçisi Levin Kurzavanı transfer edir. Bildirilir ki, İngiltərə təmsilçisi 27 yaşlı müdafiəçi ilə razılığa gəlib.

Paris klubu ilə müqaviləsi iyunda başa çatacaq Kurzava London təmsilçisinə azad agent kimi keçəcək. Onunla beşillik müqavilə imzalanacaq.

Xatırladaq ki, Kurzava 2015-ci ildən paytaxt klubunda çıxış edir.

Xəbəri “Futbolhd” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Aprelin 19-da  Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 9-12, gündüz 16-19, Bakıda gecə 9-12, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gecə 5-10, gündüz 20-25 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-10, gündüz 20-25 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi

əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-10, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 11-16 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 7-11, gündüz 20-25 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 10-12, gündüz 17-22, dağlarda gecə 5-10, gündüz 15-17 dərəcə isti olacaq.

ABŞ Çində koronavirusla bağlı təhqiqat aparır“İnterfaks.ru”nun verdi-

yi xəbərə görə, bu ölkənin kəşfiyyat xidmətləri laborato-riya və koronavirusa ilkin yo-luxma halları haqqında infor-masiya toplayır, təhlilçilər isə, öz növbəsində, baş verən faciənin tam mənzərəsini yaratmağa çalışırlar.

Təhqiqatın başa çat-masından sonra nəticələr ABŞ Prezidenti Donald Trampın administrasiyası-na təqdim olunacaq. Ağ ev isə təhqiqatlar nəticəsində əldə olunmuş faktlardan Çinin pandemiya ilə bağlı məsuliyyətə cəlb edilməsi yollarını müəyyənləşdirmək üçün istifadə edəcək.

“Fox News”in məlumatına görə, təhqiqata həm açıq, həm də məxfi mənbələrdən alınan faktlar cəlb edilir. Əsas diqqət virus əleyhinə prepa-ratlar və koronavirusa qarşı peyvənd üzərində işləyən doktor Şi Çjenlinin laboratori-yasına yönəldilib. Mənbələrin məlumatına görə, laborato-riyada əsasən yarasalardan

istifadə olunub. Bununla yanaşı, “Fox

News” qeyd edir ki, hazırda ABŞ administrasiyası və kəşfiyyat orqanları koronavi-rusun Çində bioloji silah kimi süni surətdə hazırlanması versiyasını rədd edirlər.

Bir neçə gün əvvəl ABŞ-ın

Dövlət katibi Mayk Pompeo bəyan etmişdi ki, Tramp ad-ministrasiyası Uhan Virusolo-giya İnstitutunun fəaliyyətini ciddi şəkildə izləyir. O, Çin hökumətini koronavirusun təbiətinin tədqiqinə mane olmaqda ittiham etmişdi: “Biz bilirik ki, koronavirusun ilk

əlamətləri Uhan Virusologiya İnstitutundan bir neçə mil radiusda peyda olub... Biz bilirik ki, Çin Kommunist Par-tiyası bu institutun virusun mənbəyi olması variantını qəbul edir... Bunlardan daha vacibi, bilirik ki, onlar xarici alimlərin orada nələrin baş verdiyini qiymətləndirmək məqsədilə laboratoriya-ya daxil olmasına icazə verməyiblər”.

Pompeo, eyni zamanda, təsdiq etmişdi ki, Çin korona-virusla bağlı əlində olan infor-masiyanı tam həcmdə təqdim etmədiyinə görə məsuliyyət daşıyır.

Telekanal öz mənbələrinə istinadən bildirb ki, COVİD-19 Uhandakı laboratoriyada saxlanılıb və ilk yoluxan onun işçisi olub. Həmin mənbələr deyib ki, koronavirusun yayıl-ma yeri kimi göstərilən Uhan bazarında heç zaman yarasa satılmayıb.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Liderlər son vaxtlar dünyanı cənginə alan yeni koronavirus pandemiya-sına qarşı birgə mübarizə yollarını geniş müzakirə ediblər. Onlar hesab edirlər ki, bu ağır təhlükəyə qarşı qlobal səviyyədə səyləri birləşdirmək lazımdır ki, bəşəriyyəti mümkün qədər az itkilərlə xilas etmək mümkün olsun.

Telefon bağlantısı za-manı Türkiyə və Yaponiya dövlətləri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişləndirilməsinin vacibliyi də vurğulanıb. Rəsmi Ankara

və Tokio hesab edirlər ki, iq-tisadi və ticari əlaqələri daha yüksək səviyyəyə çatdırmaq vacibdir və bu, hər iki ölkənin maraqlarına fayda verəcək.

Yeri gəlmişkən, hazır-da Türkiyə və Yaponiya hökumətlərinin, xüsusilə bu ölkələrin səhiyyə sistemlərinin pandemiyaya qarşı mübarizə metodları kifayət qədər uğurlu hesab olunur. Fəxrlə bildirmək lazımdır ki, son günlər Türkiyə hökuməti dünyanın bir çox ölkələrinə təmənnasız olaraq dava-dərman və tibbi ləvazimatlar göndərir.

Bu məqamda təəssüflə qeyd etmək lazımdır ki, bir sıra ölkələrdə pandemiya səbəbindən yaranmış ağır vəziyyəti gizlədir, onun qurbanlarının sayı barədə real məlumatları vermirlər. Bu məsələdə infeksiyanın “vətəni” hesab olunan Çini qınayan, hətta kəskin tənqid edənlər çoxalır.

Yeri gəlmişkən, dünən ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin rəsmiləri ölkədə koronavirus pande-miyasından ölənlərin sayını

gizlədirlər. Ağ evin hazırkı sa-hibinin sözlərinə görə, Çində bu xəstəlikdən ölənlərin sayı göstərildiyindən xeyli çoxdur.

Rəsmi Pekin isə pande-miya qurbanlarının sayının gizlədilməsi ilə bağlı ittiham-ları təkzib edir. Dünyanın hər yerində isə sadə insan-lar super güclərin qarşılıqlı ittihamlarından daha çox, xəstəlikdən xilas yolunun ta-pılacağı arzusu ilə yaşayırlar.

M.HACIXANLI, “Xalq qəzeti”

ABŞ Çindəki Uhan laboratoriyasının korona-virisun (COVİD-19) mümkün yayılma mənbəyi olub-olmaması ilə bağlı geniş təhqiqat aparır. Bu barədə “Fox News” telekanalı adını açıqlamadığı mənbələrə istinadən məlumat yayıb.

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yaponiyanın Baş naziri Sindzo Abe arasında telefon danışığı olub. “Anadolu”

agentliyi xəbəri Türkiyə Prezidenti Administrasiyası-nın rəsmisinə istinadən yayıb.

Afrikada 3 milyondan çox insan koronavirusun

qurbanı ola bilər

Mənbənin məlumatına əsasən, hətta ən optimist qiymətləndirməyə görə, qitədə yeni koronavirus səbəbindən 300 min insanın ölməsi, sosial məsafə qaydasına əməl olu-nacağı təqdirdə belə, yoluxanların sayının 122 milyon nəfərə çatması mümkündür.

Məruzədə əhalinin kasıblığı, şəhərlərin həddən artıq məskunlaşması və səhiyyə sistemindəki ciddi problemlər səbəbindən Afrika qitəsinin COVID-19 koronavirusuna "xüsusilə həssas" olduğu qeyd edilir.

Komissiyanın məlumatında deyilir ki, testlərin aparılma-sı, individual müdafiə vasitələrinin alınması və müalicələr üçün ən yaxşı halda 44 milyard dollar, ən pis halda isə 446 milyard dollar vəsait lazım ola bilər.

Eyni zamanda, pandemiya qitənin iqtisadiyyatına ciddi zərər vura bilər. Həmçinin sənəddə Afrikanın 27 milyon saki-ninin həddən artıq yoxsul vəziyyətə düşəcəyi də qeyd olunur.

Qeyd edək ki, Afrika qitəsində indiyə qədər yeni korona-virusa yoluxanların sayı 20 min nəfəri ötüb, 1004 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

25 min Türkiyə vətəndaşı ölkəyə gətiriləcək

“Anadolu” agentliyinin yaydığı məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar dünyanın 59 ölkəsindən, ümumilikdə, 25 min Türkiyə vətəndaşı vətənlərinə təxliyə olunacaq.

Bildirilir ki, “Türk Hava Yolları”na məxsus təyyarələrlə həyata keçiriləcək təxliyə əməliyyatının aprelin 27-də tamamlanması planlaşdırılır.

Yeri gəlmişkən, deyək ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tapşı-rıq verib.

Müqəddəs Ramazan bayramını doğmaları ilə keçirmələri məqsədilə ölkəyə

gətiriləcək vətəndaşlar koronavirus testindən keçirildikdən sonra Türkiyənin 62 şəhərində 14 günlük karantinə alınacaqlar.

Qeyd edilir ki, Türkiyə vətəndaşlarının böyük əksəriyyəti Almaniya, Səudiyyə Ərəbistanı və ABŞ-dan gətiriləcək.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Afrikada koronavirus pandemiyası ilə bağlı vəziyyətin ən pis inkişaf variantında qitənin 1,3 milyard əhalisindən 1,2 mil-

yarda qədəri yoluxa və 3,3 milyon insan həyatını itirə bilər. BBC-nin yaydığı məlumata görə, bu, BMT-nin İqtisadi Komissiyasının Afrika üzrə məruzəsində əksini tapıb.

Türkiyə və Yaponiya liderləri arasında telefon danışığı

Rusiyanın Xabarovsk diyarının Lesnoye kəndində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

TASS-ın məlumatına görə, təyyarədə olan 4 nəfər həlak olub.

Rusiya İstintaq Komitəsi təyyarə qəzası ilə bağlı cinayət işi qaldırıb. İstintaq Komitəsindən bildiriblər ki, təyyarənin qəzaya uğraması

ya pilotun günahı üzündən, ya da texniki nasazlıqdan baş verib.

Araşdırma davam etdirilir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Xabarovskda təyyarə qəzası

Həftəsonu neftin qiymətiHəftəsonu dünya

bazarında “qara qızıl”ın qiyməti artmağa baş-layıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 3,08 faiz artaraq bir bareli 28,46 dollar olub.

Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 2,5 faiz artaraq bir bareli 22,20 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin bir bareli 22,02 dollardan satılır.

Ekspertlər bildiriblər ki, OPEC+ ölkələri may ayından başlayaraq sutkada hasilatı 7,7 milyon barel azaldacaqlar. Məhz bundan sonra dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayacaq.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

İngiltərə Premyer Liqası ilə bağlı yeni plan

İngiltərə Premyer Liqası ilə bağlı daha bir iddia ortaya atılıb. “Sky Sports” bildirir ki, Premyer Liqa klubları çempionatın tamamlanma-sını istəyir.

Liqa rəhbərliyinin və klubların iştirakı ilə keçirilən video-konfransda mövsümün davam etdirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Hazırkı planlara görə, çempionat 8 iyundan tez bərpa olunmayacaq. Liqanın qalan oyunlarının 5 həftə ərzində keçirilməsi planlaşdırılır.

Eyni zamanda, hökumət oyunların keçirilməsinin təhlükəsiz olduğunu açıqlayanadək çempionatın bərpa olun-mayacağı bildirilib.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbilə İngiltərə Premyer Liqası dayandırılıb.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”