26 fevral xocalı soyqırımı günüdür!xalqqazeti.com/pdf/25.02.2020.pdf · 4,5 milyard dollar...

12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 43 (29308) 26 fevral 2020-ci il, çərşənbə 26 Fevral Xocalı soyqırımı günüdür! Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Rəsmi qarşılanma mərasimi Fevralın 25-də Azərbaycana səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı. Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər. AZƏRTAC Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub Fevralın 25-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Ölkələrimizin həyata keçirdikləri birgə qlobal layihələrin əhəmiyyəti vurğulandı. Türkiyə Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi. Görüşdə ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı. AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident! Yeni tip koronavirusun səbəb olduğu epidemiya ilə əlaqədar başsağlığı məktubuna, habelə Çin hökumətinin bu epidemiyaya qarşı mübarizədə gördüyü müxtəlif tədbirlərin yüksək qiymətləndirilməsinə görə Sizə səmimi minnətdarlığımı bildirməyi özümə şərəf hesab edirəm. İndiki məqamda Çin xalqının epidemiyaya qarşı mübarizəsi davam edir. Çin tərəfi bu xəstəlik üzərində qələbə çalacağına əmindir və buna qadirdir. Biz beynəlxalq birliklə birgə səylər göstərməyə və qlobal ictimai səhiyyə işinə yeni töhfə verməyə hazırıq. Sizinlə ötən ilin aprelində baş tutan görüşümüzün təəssüratları hələ də xatirimdədir. İkitərəfli münasibətlərimizin inkişafına dair tərtib etdiyimiz planlar reallaşdırılır və onların dinamik inkişafının müsbət meyli müşahidə olunur. Mən cari ildə də Çin–Azərbaycan münasibətlərinin yeni pilləyə yüksəlməsi üçün Sizinlə sıx əlaqə saxlayacağam. Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm. Hörmətlə, Si CİNPİN Çin Xalq Respublikasının Sədri

Upload: others

Post on 25-May-2020

6 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: 26 Fevral Xocalı soyqırımı günüdür!xalqqazeti.com/pdf/25.02.2020.pdf · 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 43 (29308) 26 fevral 2020-ci il, çərşənbə

26 Fevral Xocalı soyqırımı günüdür!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Rəsmi qarşılanma mərasimi

� Fevralın 25-də Azərbaycana səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.Hər iki ölkənin dövlət

bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana,

Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları

altında dövlət başçılarının qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub

� Fevralın 25-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Ölkələrimizin həyata keçirdikləri birgə qlobal layihələrin əhəmiyyəti vurğulandı.

Türkiyə Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

Görüşdə ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Azərbaycan Respublikasının

Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident! Yeni tip koronavirusun səbəb olduğu epidemiya ilə

əlaqədar başsağlığı məktubuna, habelə Çin hökumətinin bu epidemiyaya qarşı mübarizədə gördüyü müxtəlif tədbirlərin yüksək qiymətləndirilməsinə görə Sizə səmimi minnətdarlığımı bildirməyi özümə şərəf hesab edirəm.

İndiki məqamda Çin xalqının epidemiyaya qarşı mübarizəsi davam edir. Çin tərəfi bu xəstəlik üzərində qələbə çalacağına əmindir və buna qadirdir. Biz beynəlxalq birliklə birgə səylər göstərməyə və qlobal ictimai səhiyyə işinə yeni töhfə verməyə hazırıq.

Sizinlə ötən ilin aprelində baş tutan görüşümüzün təəssüratları hələ də xatirimdədir. İkitərəfli münasibətlərimizin inkişafına dair tərtib etdiyimiz planlar reallaşdırılır və onların dinamik inkişafının müsbət meyli müşahidə olunur. Mən cari ildə də Çin–Azərbaycan münasibətlərinin yeni pilləyə yüksəlməsi üçün Sizinlə sıx əlaqə saxlayacağam.

Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm.

Hörmətlə,

Si CİNPİN Çin Xalq Respublikasının Sədri

Page 2: 26 Fevral Xocalı soyqırımı günüdür!xalqqazeti.com/pdf/25.02.2020.pdf · 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard

26 fevral 2020-ci il, çərşənbə2Azərbaycan-Türkiyə Yüksək Səviyyəli

Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib � Fevralın 25-də Bakıda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib.

Dövlət başçıları iclasda çıxış ediblər.

Prezident İlham ƏLİYEV dedi:

– Hörmətli cənab Prezident, əziz qardaşım.

Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana, doğma vətəninizə xoş gəlmisiniz. Sizin səfəriniz çox böyük önəm daşıyır. Bu gün təkbətək görüş əsnasında Türkiyə–Azərbaycan dostluq-qardaşlıq əlaqələrinin bir çox istiqamətlərini müzakirə etdik. Bir daha əmin olduq ki, aramızdakı əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulubdur.

Keçən il əlaqələrimiz üçün çox uğurlu olubdur. Biz Sizinlə bir neçə dəfə görüşmüşük. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Onların arasında əlbəttə ki, TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını və digər layihələri qeyd etmək olar.

Bir sözlə, bu gün keçirilən Azərbaycan–Türkiyə Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısı əminəm ki, əlaqələrimizin gələcək inkişafı üçün çox önəmli olacaq. Gündəlikdə bir çox məsələlər vardır. Bu məsələlərin müzakirəsi

və qəbul ediləcək qərarlar, eyni zamanda, imzalanacaq ikitərəfli sənədlər əlaqələrimizi böyük dərəcədə gücləndirəcək.

Bir daha xoş gəlmisiniz, Sizə və nümayəndə heyətinə, qardaş Türkiyə xalqına müvəffəqiyyətlər, uğurlar və cansağlığı arzulayıram.

***Prezident Rəcəb Tayyib

ƏRDOĞAN dedi: – Mən də hörmətli cənab

Prezidentə, əziz qardaşıma

gəldiyimiz andan etibarən istər şəxsən mənə, istərsə də nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə çox təşəkkür edirəm. Təkbətək görüşümüzdə Türkiyə–Azərbaycan əlaqələrini dərin təfərrüatı ilə müzakirə etmək imkanımız oldu. Siyasi, hərbi, iqtisadi, ticari, mədəni – bütün sahələrdə nələr edə biləcəyimizi və indiyə qədər nələr etdiyimizi ətraflı müzakirə etdik. Belə bir toplantıya – Şuranın səkkizinci iclasına sədrlik etməkdən

duyduğumuz məmnunluğu da xüsusi vurğulamaq istəyirəm.

Dünən şəhid olan azərbaycanlı qardaşımıza – İbrahim qardaşımıza Allahdan rəhmət diləyirəm. Bundan qısa müddət əvvəl bir qardaşımız da şəhid olub, ona da Allahdan rəhmət diləyirəm. Bütün Azərbaycan xalqına da şəxsən öz adımdan, nümayəndə heyəti və bütün xalqım adından başsağlığı diləklərimi də burada ifadə etmək istəyirəm.

Bu gün keçirəcəyimiz görüşlərdə nazir yoldaşlarımız qarşılıqlı olaraq bir-biriləri ilə lazımi müzakirələr aparacaqlar.

Keçən il qardaşım Əliyev “Dağlıq Qarabağ Azərbaycandır və nida” deyərək fikrini açıq şəkildə ifadə etmişdir. Türkiyə olaraq bu ifadənin altına biz də imzamızı qoyaraq buradan təkrar etmək istəyirəm. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə əldə etdiyiniz nəticənin də xüsusilə Azərbaycanımız üçün xeyirli

olmasını Allahdan diləyirəm. Bu seçkilərin əmin-amanlıq və sabitlik şəraitində başa çatdırılmasından böyük məmnunluq və xoşbəxtlik duyduq.

Hörmətli qardaşım cənab Əliyevin liderliyi ilə reallaşdırılan islahatlar prosesini də təqdirlə izləyir, müşahidə edirik. İslahatlar prosesini dəstəkləmək məqsədilə bütün sahələrdə təcrübələrimizi Sizinlə bölüşməyə hazır olduğumuzu ifadə etmək istəyirəm.

Təbii ki, xüsusilə Bakı–Tbilisi–Qars dəmir yolu, TANAP, “Star” neft emalı zavodu kimi nəhəng layihələrə birlikdə imza atdıq. İndi əsas hədəf təxminən 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard dollara çatdırmaqdır. Bu məsələdə də qardaşımla razılıq əldə etdik.

AZƏRTAC

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

� Fevralın 25-də Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan–Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci iclasının Protokolu”nu imzaladılar.

“Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumu (DEİK) arasında əməkdaşlığa dair 2020-2021-ci illəri əhatə edən Fəaliyyət Planı”nı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun rəhbəri Nail Olpak imzaladılar.

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikası Prezidenti

Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında inteqrasiya olunmuş xidmətlər mərkəzinin və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün texniki infrastrukturun yaradılması haqqında Anlaşma Memorandumu”nu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç imzaladılar.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Radio Televiziya Qurumu arasında əməkdaşlıq Protokolu”nu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və Türkiyə Radio Televiziya Qurumunun baş direktoru İbrahim Eren imzaladılar.

“2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokol”u Azərbaycan Respublikası Dövlət

Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi Mehmet Aktaş imzaladılar.

“Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti

arasında Qars–İğdır–Aralık–Dilucu–Sədərək–Naxçıvan–Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Türkiyə

Respublikasının Nəqliyyat və İnfrastruktur nazirinin müavini Adil Karaismailoğlu imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Mikayıl Cabbarov və Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcan imzaladılar.

“2012-ci il sentyabrın 11-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrasına dair 2020-2022-ci illər üzrə Fəaliyyət Planı”nı Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcan imzaladılar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Türkiyə Rəqabət Qurumu arasında rəqabət siyasəti sahəsində əməkdaşlıq Protokolu”nu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcan imzaladılar.

(ardı 3-cü səhifədə)

Page 3: 26 Fevral Xocalı soyqırımı günüdür!xalqqazeti.com/pdf/25.02.2020.pdf · 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard

26 fevral 2020-ci il, çərşənbə 3Azərbaycan-Türkiyə sənədləri imzalanıb

(əvvəli 2-ci səhifədə)

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan

Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və Türkiyə Respublikasının Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında

energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş”i Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının

Milli Müdafiə naziri Hulusi Akar imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında maliyyə yardımının tətbiqi haqqında Protokol”u Azərbaycan

Respublikasının Müdafiə naziri Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında

qarşılıqlı vizadan azadetmə haqqında Saziş”i Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu imzaladılar.

AZƏRTAC

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

– Hörmətli cənab Prezident, əziz qardaşım.

Dəyərli heyət üzvləri. Əvvəla, sizi ən səmimi hisslərlə şəxsən öz

adımdan və millətim adından salamlayıram. Həqiqətən bu gün istər ikitərəfli, istərsə

də nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyimiz görüşlərdə gələcəklə bağlı çox önəmli addımlar atdıq. Həqiqətən də bu gün Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuramızın VIII toplantısını keçirmək üçün irəliyə doğru bir addım da atmanın xoşbəxtliyini, məmnunluğunu yaşadıq.

Nazirlərimiz öz aralarında görüşlər keçirdilər. Biz isə təkbətək görüşümüzdə ətraflı müzakirə apardıq. Onsuz da Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni - bütün bu sahələrdə həmişə həmrəylik nümayiş etdirmişik və etdiririk. Aramızda bu istiqamətlərdə hər hansı bir sıxıntı müzakirə mövzusu ola bilməz. Amma bunları bu yüksək əməkdaşlıq şurasında bir daha müzakirə edərək harada çatışmazlığımız var, gələcəkdə necə hərəkət edəcəyik, - bunları müzakirə etmək imkanımız oldu.

Siyasi sahədə həmrəylik ən yüksək səviyyədə davam edir. Nazirlərimiz bu məsələdə həmrəy olduqlarını bu günə qədər davamlı surətdə göstəriblər, beynəlxalq qurumlarda və təşkilatlarda bu həmrəyliyi davam etdirirlər. Bununla əlaqədar aidiyyəti nazirlərimizi təbrik edirəm. Bundan başqa, digər sahələrdə də nazirlərimiz bir-biriləri ilə həmrəylik nümayiş etdirirlər. Bu həmrəyliyi daha da inkişaf etdirəcəyik.

Həqiqətən də Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə xüsusilə Azərbaycanın, bölgəmizin rifahı və sabitliyi göz önündədir. Bu, özünü çox aydın şəkildə göstərməkdədir. Bundan sonra da bunun davamını görəcəyimizə inanıram. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin qardaş Azərbaycan üçün xeyirli olmasını Allahdan diləyirəm.

Biz Azərbaycanın uğurları ilə fəxr edirik. Bundan sonra bu uğurlara yeni nailiyyətlərin əlavə olunacağına da heç bir şübhəmiz yoxdur. Düşünürəm ki, 20 il əvvəlki Azərbaycan ilə bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil. Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. İnfrastrukturu, quruculuğu ilə daim inkişaf edən, dəyişən bir Azərbaycan var. Təbii ki, burada Azərbaycan iqtisadiyyatının keçən il əldə etdiyi inkişaf islahatlar prosesinin nə qədər doğru olduğunu da ortaya qoymaqdadır. Bu inkişaf bundan sonra da artmaqda davam edəcəkdir. Bunu da görəcəyik.

Qeyri-neft sektorunun 3 faiz, bu sahədə ixracın 14 faiz artması təsadüfi deyildir. Bunu da görməyə şadıq. Bu da təqdirəlayiqdir. Azərbaycanın bu sürətli inkişafı davam etdirəcəyinə inanıram.

Şuranın iclasında əlaqələrimizi hər bir sahədə daha necə inkişaf etdirə biləcəyimizi də müzakirə etmək imkanımız oldu. Bir az əvvəl 14 sənəd - memorandum, saziş və protokol imzaladıq. Bu, təbii ki, çox önəmlidir. Aidiyyəti nazirlərimiz bu sahədə işi davam etdirəcəklər. Amma bunların arasında ən önəmlisi, əlbəttə, preferensial ticarət sazişidir ki, bu da işin iqtisadi tərəfini təşkil edir. Amma bundan başqa siyasi sahədə xüsusilə önəmli bir addım Naxçıvan və Türkiyə arasındakı dəmir yolu məsələsidir. Bu, Naxçıvanın inkişafı baxımından çox önəmlidir.

Digər bir önəmli addım isə Naxçıvanda sərhədə qədər, eyni qaydada, İğdırdan da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsidir. Beləliklə, təxminən 160 kilometrlik kəmərin çəkilməsi ilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək. Yəni, həm İrandan, həm də Türkiyədən dəstək almaqla daha güclü bir vəziyyətə gələcək. Mən bu baxımdan bunu da enerji sahəsində həqiqətən çox önəmli hesab edirəm. Bunun da xeyirli olmasını diləyirik. Biz bu gün nazirlərimizə tapşırıqlar verdik. Sabahdan etibarən infrastruktur işlərinə başlayacaqlar və İnşallah, bunu sürətlə başa çatdıraraq qısa müddətdə burada təbii qaz nəqlinə başlanacaq. Bu, çox önəmlidir.

Nəqliyyat sahəsində də eyni şəkildə. Dəmir yolu ilə bağlı da infrastruktur işlərinə başlanacaq və təbii ki, qısa müddətdə tamamlanacaqdır. Bu sahədə daha bir önəmli addım qardaşım İlham Əliyev ilə TANAP-ın Avropaya birləşən hissəsinin açılışını etməyimiz oldu. 2019-cu ildə ticarət dövriyyəmiz təxminən 4,5 milyard dollar oldu. Bu rəqəmi 2023-cü ildə, İnşallah, 15 milyard dollara çatdıracağıq. Hədəfimiz budur. Buna da nail olmalıyıq. Bu gün imzalanan preferensial ticarət sazişimiz bu sahədə bizim üçün böyük önəm kəsb edir. Gömrükdən kənd təsərrüfatına, enerjidən nəqliyyata, texnologiyadan turizmə qədər hər sahədə əməkdaşlığımızı dərinləşdirəcəyik. Bundan başqa, rəqəmsal dövlət xidmətləri sahəsində, sərmayə bazarında, maliyyə sektorunda da yeni əməkdaşlıq imkanlarını araşdıracağıq.

Həmrəyliyimiz terrorla mübarizədə də çiyin-çiyinə davam edir. 251 insanımızı şəhid edən FETÖ təşkilatı ilə mübarizədə bizə ən çox dəstək verən ölkə Azərbaycan olmuşdur. Yanvarın 24-də Elazığda yaşanan zəlzələ fəlakətindən sonra da Azərbaycanın dəstəyini hiss etdik. Kədərimizi bölüşdükləri və həmrəylik göstərdikləri üçün azərbaycanlı qardaşlarıma ölkəm və millətim adından təşəkkür edirəm.

Dörd bir tərəfimizdə münaqişələr, terror və asayiş problemləri yaşandığı bir vaxtda Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər. Şübhəsiz ki, buna görə sarsılmaz əlaqələrimiz qədər, güclü ordularımıza da borcluyuq. Bu mənada istər ordularımızın həmrəyliyi, istərsə də müdafiə sənayesi sahəsində atdığımız addımlar da gələcəkdə müstəqilliyimizin ən böyük təminatı olacaqdır. Müdafiə sənayesi sahəsindəki əməkdaşlığımızı inkişaf etdirməyimiz bu baxımdan böyük önəm daşıyır. “Sülh çeşməsi” əməliyyatında Azərbaycan hökuməti və xalqı ilə bir millət, iki dövlət olduğumuzu bir daha dünyaya göstərmişdik.

Hörmətli media nümayəndələri, mərhum Bəxtiyar Vahabzadənin “Anam” dediyi Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir. Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur. Azərbaycana bu haqlı mübarizəsində verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik. Minsk qrupunun bu məsələdə təəssüf ki, səmimi davranmadığını da açıq şəkildə ifadə edirəm. Çünki təxminən 25 il vaxt itirilib. Nə üçün və nəyə görə heç bir nəticəyə nail olunmur. Təbii ki, bunun üzərində də dayanmaq lazımdır.

(ardı 4-cü səhifədə)

Fevralın 25-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

– Hörmətli cənab Prezident, əziz qardaşım.Hörmətli qonaqlar, xanımlar və cənablar.Hörmətli mətbuat nümayəndələri.Cənab Prezident Sizi Azərbaycanda bir daha

səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz! Sizin səfəriniz çox böyük önəm daşı-yır. Bizim səfərlərimiz müntəzəm olaraq keçirilir və hər bir görüşümüz böyük məna daşıyır. Hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Bu gün keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII toplantısı bir daha onu göstərdi ki, bizim fikirlərimiz

bütün məsələlərdə birdir, niyyətimiz, amalımız da birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və bütün sahələri əhatə etsin.

Bu gün bir çox məsələlər geniş müzakirə olundu. Bir çox önəmli qərarlar qəbul edildi, önəmli sənədlər imzalandı. Biz siyasi əlaqələrimiz haq-qında geniş fikir mübadiləsi apardıq və bir daha gördük ki, bu əlaqələr iki xalqın iradəsini əks etdirir. Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirik. Bir-birimizə arxayıq, bir-birimizə dayağıq. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarda biz fəal işbirliyi apararaq bir-birimizin gücünü artırırıq.

Keçən il Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışdır. Bu, Birləşmiş Millətlər Təşkilatından sonra dünya miqyasında ikinci böyük təsisatdır. Bu gün bu təsisatla Türkiyə arasındakı gələcək əlaqələr haqqında geniş fikir mübadiləsi aparılmışdır.

Təbii ki, Ermənistan-Azərbaycan Dağlıq Qara-bağ münaqişəsinin həlli yolları müzakirə edildi. Mən bir daha əziz qardaşıma Türkiyənin Azərbaycanın haqq işinə daim dəstək göstərdiyinə görə təşəkkürümü bildirdim. Bütün beynəlxalq arenalar-da Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan xalqının yanındadır. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həlli üçün əsas maneədir. Ermənistan rəhbərliyinin çox ziddiyyətli və bir-birini inkar edən bəyanatları danışıqlar prosesinə böyük zərbədir. Onlar gah deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır, gah deyirlər ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Belə çıxır ki, onlar özləri də bilmirlər Dağlıq Qarabağ nədir? Bilmirlərsə, biz deyə bilərik: Dağlıq Qarabağ Azərbaycandır. Bunu biz deyirik, bunu bütün dünya deyir. Bütün dünya ölkələri Azərbaycanın ərazi bü-tövlüyünü tanıyır, dəstəkləyir və heç bir ölkə Dağlıq

Qarabağ adlı qanunsuz qurumu tanımır. Əlbəttə ki, münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapmalıdır.

Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha təşəkkürümü bildirirəm. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının

yanındadır. Bizim birliyimiz əbədidir və təbii ki, biz öz gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Ona görə, Strateji Əməkdaşlıq Şurasının bugünkü 8-ci toplantısı xüsusi əhəmiyyətə ma-lik olan bir məsələdir. Çünki dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr bu gün öz gələcək işbirliyi, əməkdaşlığı haqqında çox ciddi qərarlar qəbul etmişlər.

İqtisadi sahəyə gəldikdə, əziz qardaşım, hörmətli Prezident bir müddət bundan öncə qarşıya hədəf qoymuşdur ki, ticarət dövriyyəsi 15 milyard dollara çatsın. Hesab edirəm ki, bu, mümkündür. Çünki keçən il ticarət dövriyyəmiz 33 faiz artıb və 4,5 milyard dollara çatıb. Bu gün imzalanmış sənədlər, o cümlədən preferensial ticarət anlaşma-sı əminəm ki, ticarət dövriyyəmizin artırılmasına böyük təkan verəcəkdir.

Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində iş görmüşlər və bu parametrlərə görə Türkiyə birin-ci yerdədir. Hesab edirəm ki, qarşılıqlı sərmayə qoyuluşu da çox yüksək səviyyədədir. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 mil-yard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Bu, böyük ölçüdə sərmayənin qoyuluşu bir daha bizim qardaşlığımızı təsdiqləyir. Çünki, ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər.

Təbii ki, bu gün biz gələcək işbirliyi haqqında geniş fikir mübadiləsi apardıq. Keçən ilin noyabr ayında Türkiyədə TANAP-ın tam başa çatmasını birlikdə qeyd etmişik. TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir və əminəm ki, bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Çünki bunun son layihəsi - TAP-ın icrası 92 faizə çatıbdır. Enerji ilə bağlı digər məsələlər də müzakirə edildi.

Müdafiə sahəsində birgə gələcək işbirliyi

haqqında fikir mübadiləsi aparıldı. Təkcə keçən il 13 birgə hərbi təlim keçirilmişdir. Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək və bu gün biz birgə istehsalın təşkili haq-qında da danışmışıq.

Nəqliyyat sahəsində də böyük nailiyyətlərimiz var. Birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu uğurla fəaliyyət göstərir. Bu yolun gələcək fəaliyyəti haqqında bu gün danışıldı və bir önəmli sənəd də imzalandı, o da Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumudur. Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir, demək olar ki, blokada, yəni mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi

aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaqdır. Bu anlaşmaya görə minnətdaram. Eyni zamanda, Naxçıvanın gələcək fəaliyyəti, uğurlu inkişafı haqqında da fikir mübadiləsi aparıldı. Üç il bundan əvvəl Naxçıvandan Türkiyəyə ixrac edilə biləcək malların siyahısı da tutuldu. Buna görə də biz minnətdarıq və əminəm ki, gələcəkdə Naxçıvandan Türkiyəyə ixrac əməliyyatlarının sayı artacaqdır.

Bu gün biz kənd təsərrüfatı və təhsillə bağlı bir çox məsələləri müzakirə etdik. Burada da çox böyük potensial var. Yəni, gündəlik kifayət qədər geniş olmuşdur və heç bir məsələ ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Əksinə, fikrimiz birdir, niyyətimiz birdir, amalımız birdir -Türkiyəni və Azərbaycanı daha da gücləndirmək.

Fürsətdən istifadə edərək, hörmətli Prezident, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın türk xalqı qarşısında göstərdiyi xidmətlər haqqında demək istərdim. Onun yorulmaz fəaliyyəti nəticəsində Türkiyə bu gün dünya çapında güc mərkəzidir. Nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin iş-tirakı olmadan heç bir məsələ öz həllini tapa bilmir və yaxın tarix bunu göstərdi. Biz buna çox sevini-rik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir. Əminəm ki, biz bundan sonra da hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğur-larına sevinəcəyik. Ağır günlərdə, Allah eləməsin, amma əgər olarsa, hər zaman bir-birimizin yanında olacağıq.

Bir daha əziz qardaşım, Sizi səmimiyyətlə sa-lamlayıram, Sizə və qardaş Türkiyə xalqına daimi rifah və xoşbəxtlik arzulayıram. Sağ olun.

Sonra Türkiyə Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

Page 4: 26 Fevral Xocalı soyqırımı günüdür!xalqqazeti.com/pdf/25.02.2020.pdf · 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard

26 fevral 2020-ci il, çərşənbə4Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

(əvvəli 3-cü səhifədə)

Sabah Xocalı qətliamının 28-ci ildönümüdür. Xocalıda insanlığın gözləri önündə məsum, yaşlı, qadın, uşaq demədən XX əsrin ən böyük vəhşətlərindən biri törədilmişdir. 106-sı qadın, 63-ü uşaq olmaqla 613 soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmişdir. Tarixə “qara gecə” olaraq düşən Xocalı qətliamını unutmadıq, unutmayacağıq. Azərbaycanlı

qardaşlarımın, qarabağlı köçkünlərin də Xocalını közərən od kimi ürəklərində daşıdığını bilirəm. İyirmi səkkizinci ildönümündə Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm. Dünən erməni tərəfindən açılan atəş nəticəsində şəhid olan İbrahim qardaşımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı verirəm.

Bu düşüncələrlə Əliyev qardaşıma şəxsən mənə və nümayəndə heyətimə

göstərilən qonaqpərvərliyə görə təşəkkürlərimi bildirirəm. Toplantının nəticələrinin və imzaladığımız sənədlərin xeyirli olmasını Rəbbimizdən arzu edirəm. İyunda futbol üzrə milli komandamızın 2020-ci il Avropa çempionatı çərçivəsində Bakıda keçirəcəyi qarşılaşmaları birlikdə izləmək arzusu ilə hamınızı ehtiramla salamlayıram. Sağ olun.

AZƏRTAC

Ali qonağın şərəfinə

� Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib.

Ziyafətdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yola saldı.

AZƏRTAC

Səfər başa çatdı

� Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri fevralın 25-də başa çatıb.

Prezident Rəcəb Tayyib Ərdoğanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini

Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

AZƏRTAC

Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə yekun vurub � Məzahir Pənahovun sədrliyi ilə fevralın 25-də

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

İclasda Azərbaycan Respub-likasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunları haq-qında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanıl-ması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.

Qeyd olunub ki, 2020-ci il fevralın 9-da Milli Məclisə seçkilər azad və ədalətli şəkildə keçirilərək ölkəmizin ictimai-siyasi həyatında əlamətdar tarixi hadisəyə çevri-lib. Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün MSK və aidiyyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşılıb. Seçki prosesi-nin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi, deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınma-sı, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin sərbəst fəaliyyəti üçün tam sərbəst və maneəsiz şəraitin yaradılması və bütün digər addımlar MSK-nın hazırlayıb təsdiq etdiyi Təqvim Planına əsasən atılıb.

Milli Məclisə seçkilər 125 seçki dairəsi və 5573 seçki məntəqəsi üzrə keçirilib. Deputatlığa 19 siya-si partiyanı, seçicilərin təşəbbüs

qrupunu təmsil edən, həmçinin öz təşəbbüsü ilə seçkilərə qatılan 1637 nəfərin namizədliyi qeydə alınıb, onlardan 323 nəfəri qeydə alındıqdan sonra mübarizəni dayandırmaq qərarına gəlib və yekunda 1314 namizədin adı seçki bülletenlərinə daxil edilib. Bütün namizədlərə seçkiqabağı təşviqat dövründə bərabər şərait və eyni imkanlar yaradılıb. Namizədlik iddiasında olanlar hətta seçkilər təyin olunduğu gündən başlayaraq bütün seçki kampaniyası ərzində sosial şəbəkələr və onlayn media vasitəsilə heç bir maneə olma-dan sərbəst və geniş təşviqat aparıblar. Bundan başqa, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, bütün ölkə ərazisində 136-sı açıq, 136-sı qapalı ol-maqla, ümumilikdə, 272 yer ayrılaraq namizədlərin ixtiyarına verilib və deputatlığa namizədlər, sadəcə, dairə seçki komissiyala-rını məlumatlandırmaqla həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər. Namizədlərin seçkiqa-bağı təşviqatı üçün bütün seçki məntəqələrini əhatə etməklə, çoxlu sayda böyük ölçülü lövhələr quraşdırılıb. Seçkiqabağı təşviqat məqsədilə ödənişli efir vaxtı təklif etmiş 40 kütləvi informasiya vasitəsi tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya təqdim olunub, bu məlumatlar namizədlərin tanış olması üçün komissiyanın internet səhifəsində yerləşdirilib və bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi

daim nəzarətdə saxlanılıb.Seçkilərlə bağlı daxil olmuş

müraciətlər vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə ətraflı və obyektiv araşdırıldıqdan sonra operativ şəkildə iclasa çıxarıla-raq, ərizəçilərin və digər maraqlı tərəflərin də iştirakı ilə müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. Daxil olan müraciətlərin tam, şəffaf və hərtərəfli araşdırıl-ması nəticəsində Komissiyanın qərarı ilə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli–Beyləqan seçki dairələri üzrə Milli Məclisə seçkilər etibarsız sayılıb. Müxtəlif mənbələrdən – sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər və qaynar xəttə daxil olan məlumatların

araşdırılmasının nəticəsi ola-raq, ümumilikdə, 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub. Komissiya, həmçinin seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə 87 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılma-sına qərar verib.

Qeyd etmək lazımdır ki, məşvərətçi səs hüquqlu komissiya üzvü, səlahiyyətli nümayəndə, vəkil edilmiş şəxs və s. müxtəlif statusla ümumilikdə 90000-ə ya-xın seçki subyekti səsvermə günü məntəqə seçki komissiyalarının işini müşahidə etmək hüququna malik olub.

Milli Məclisə seçkilərin müşahidəsinə 59 beynəlxalq

təşkilat və 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi qatılıb. Habelə nüfuzlu 132 beynəlxalq kütləvi informasiya vasitəsindən olan 199 beynəlxalq KİV təmsilçisi MSK tərəfindən müvafiq lövhəciklə təmin olunaraq seçkiləri izləyiblər. Bütün bunlarla yanaşı, 4 təşkilat tərəfindən seçkilərdə “exit-poll” keçirilib ki, onlardan da 2-si öz fəaliyyətlərini xarici partnyorları ilə birgə təşkil ediblər.

Respublikada fəaliyyət göstərən yerli kütləvi informasiya vasitələrinin nümayəndələri isə heç bir əlavə qeydiyyat və sənəd tələb olunmadan seçki marafonu-nun əvvəlindən axırınadək sərbəst və maneəsiz şəkildə seçkilərdə iştirak ediblər.

Seçkilərin müşahidəsində, həmçinin çoxsaylı siyasi partiya-

ları, vətəndaş cəmiyyəti institut-larını, qeydə alınmış namizədləri təmsil edən, eyni zamanda, öz təşəbbüsləri ilə seçkilərə qatılmış 77790 yerli müşahidəçi də iştirak edib.

Bütövlükdə seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq KİV nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.

Milli Məclisə seçkilərdə aşkar-lığın təmin olunması üçün qeyd edilənlərlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla, respubli-kanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, hər kəs üçün açıq platfor-mada və heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək im-kanına malik olublar. Seçki günü dünyanın müxtəlif ölkələrindən və yerlərindən veb-kameralara 230000-ə yaxın baxış olub və veb-kameralar vasitəsilə müşahidələrin təqribən 80 faizi ölkə daxilindən, 20 faizi isə ölkə xaricindən həyata keçirilib.

Səsvermə günü seçki məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesab-lanması həyata keçirilib. Yerli və beynəlxalq ictimaiyyətin seçkilərin nəticələri ilə tanış olması üçün

səsvermə başa çatdıqdan bir neçə saat sonra ölkə üzrə 5573 seçki məntəqəsinin 4823-dən (təqribən 87 faizindən) daxil olmuş məlumatlar əsasında seçki dairələri üzrə səsvermənin ilkin nəticələri və lider namizədlər haqqında məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb. Ardınca isə qısa müddətdə ölkə üzrə bütün seçki məntəqələrinin protokol məlumatları operativ şəkildə MSK-nın internet səhifəsində yerləşdirilib. Səsvermənin nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunla müəyyən olunmuş müddətdə məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına, ora-dan isə MSK-ya çatdırılıb.

Milli Məclisə seçkilərdə seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçicilərin ümumi sayının 46,84 faizi səsvermədə iştirak edib.

İclasda Milli Məclisə seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seç-ki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.

AZƏRTAC

� Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

Birinci vitse-prezidentin paylaşımında deyilir: “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz

haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

AZƏRTAC

Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Page 5: 26 Fevral Xocalı soyqırımı günüdür!xalqqazeti.com/pdf/25.02.2020.pdf · 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard

Çünki məhz onların millətindən olan qaniçən cəlladların XX yüzilin sonunda Xocalıda törətdikləri soyqırımı və vandalizm aktı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruan-da və Srebrenitsa kimi dəhşətli faciələrdən daha dəhşətlidir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğur-muşdur.

Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xoca-lıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xo-calıda yerləşən aeroportu ələ keçirmək idi.

Xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşa-yış məskəninin yer üzündən silinməsini də qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. Erməni faşistləri soyqırımının izini itirmək üçün Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir nümunələr olan Xocalı abidələrini də dağıt-mışlar.

Hələ faciədən əvvəl, 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış, Xocalı faktiki olaraq mühasirəyə alınmışdı. Bununla yanaşı, yanvarın 2-dən Xoca-lıya verilən elektrik enerjisi də kəsilmişdi. Beləliklə, artıq Xocalı-nın Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmişdi və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı ilə vertol-yot əlaqəsi də kəsildi. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qara-bağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan və digər strateji əhəmiyyətə malik Azərbaycanlılar yaşayan kəndləri ermənilər yandırdı, dağıtdı və talan etdi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən

keçmiş SSRİ-nin 4-cü ordusu-nun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piya-daların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silah-larla şəhərə hücum edərək Xo-calı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər ağır işgəncələrə məruz qalanlar çoxluq təşkil edirdi.

Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində

- 8 ailə tamamilə məhv edilmişdir;

- 56 insan işgəncə ilə öldürülmüşdür;

- 27 ailənin yalnız 1 üzvü sağ qalmışdır;

- 25 uşaq hər iki valideynini itirmişdir;

- 130 uşaq valideynlərindən birini itirmişdir;

- 230 ailə öz başçısını itirmişdir;

- 487 insan şikəst olmuş-dur (onlardan 76 nəfər həddi-buluğa çatmayanlar idi);

- 1275 insan əsir götürül-müşdür;

- 1165 insan girovluqdan azad edilmişdir;

- 150 nəfərin taleyindən indiyə kimi heç bir xəbər yoxdur.

İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən və Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyanın,

eləcə də 366-cı alayın 3-cü batal-yonunun komandiri Yevqeni Na-bokixinin birgə rəhbərlik etdikləri əməliyyatda 50-dən çox erməni zabiti və gizirləri iştirak etmişlər.

Xocalı soyqırımının törədilməsində iştirak etmiş 366-cı alayın 2-ci batalyonunun komandiri mayor Seyran Ohan-yanın (2016-cı ilin oktyabrına qədər Ermənistan Respublika-sının müdafiə naziri vəzifəsini tutmuşdur), 366-cı alayın 3-cü batalyonunun komandiri Yev-geni Nabokixinin və qeyrilərinin cinayət əməllərini sübuta yetirən materialların toplanması və

Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxslər kimi məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün dünyanın gözü qar-şısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralın-da Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermiş-dir. 1994-cü ilin fevralında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş ver-miş hadisələri təhlil edərək, ermənilərin törətdikləri cinayət əməllərinin azərbaycanlılara qar-şı soyqırımı olduğunu beynəlxalq hüquq məsuliyyəti baxımından təsbit etmiş və 26 fevral tarixinin “Xocalı soyqırımı günü” kimi qeyd olunması haqqında qərar vermiş-dir. Məhz 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyaya çat-dırılması istiqamətində olduqca əhəmiyyətli işlərin görülməsinə başlanılmışdır. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart– Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Bununla yanaşı, 2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqı-rımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərmişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən et-nik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Azərbaycan Respub-likasının Prezidenti İlham

Əliyev Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində ardıcıl fəaliyyətini davam etdirir. 2012-ci il yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin “Xocalı soyqırımı-nın iyirminci ildönümü haqqın-da” Sərəncamında Azərbaycan dövlətinin Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində fəaliyyətini davam etdirməsinin əhəmiyyəti bir daha vurğulanır.

Bu baxımdan, Heydər Əliyev Fondu, onun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusilə

təqdirəlayiqdir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin 20-ci ildönümü 2012-ci ildə dünyanın 100-dən artıq nöqtəsində qeyd olunmuşdur. Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər Fondun hazırladı-ğı təbliğat materialları əsasında həyata keçirilir. Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciə haqqında həqiqətlərin yayıl-masına yönəlik anım tədbirlərini Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya Federasiyasındakı nümayəndəlik, İslam Əməkdaşlıq Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu (İƏT GF) çərçivəsində uğurla həyata keçirir.

2008-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşa şəhərini işğal etməsinin 16-cı ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası təsis edildi və 2009-cu ilin fevralından bu kampaniya-ya start verildi.

“Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampa-niyasının əsas məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanları-nın xatirəsinin anılmasına nail olmaqdır.

İslam Əməkdaşlıq Təşkilatının 2010-cu ildə Uqandanın pay-taxtı Kampalada, 2011-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə, 2012-ci ildə Cibutidə, 2013-cü il-də Misirin paytaxtı Qahirədə, 2014-cü ildə İranın paytaxtı Tehranda, 2015-ci ildə Küveytdə keçirilən sessiyala-rında Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır.

Xocalı soyqırımının tanıdıl-ması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər ciddi nəticələr verməkdədir. Soyqırımının ildönümləri dəfələrlə Türkiyədə, Rusiyada, Almaniya-da, ABŞ-da, Ukraynada, Qaza-xıstanda, Gürcüstanda, Küveytdə və dünyanın bir çox ölkələrində qeyd olunmuş, dünyanın ayrı-ayrı şəhərlərində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri, ak-siyalar keçirilmiş və bu tədbirlər hər il davam etdirilir.

Azərbaycan dövləti başda ümummilli lider Heydər Əliyev olmaqla, son 16 ildə isə Prezi-dent İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünya-da tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdı-rılması, təcavüzkarın ifşası və işğal edilmiş torpaqlarımızın azad olunması üçün bütün zəruri addımları atıb və atmaqdadır. Azərbaycan dövləti belə taleyüklü məsələnin həlli ilə bağlı bütün milli resursların, o cümlədən diaspor qurumlarının imkanla-rından həmişə istifadə etmiş, bu istiqamətdə irəli sürülən əksər ic-timai təşəbbüsləri dəstəkləmişdir. Son illərdə Heydər Əliyev

Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyada geniş vüsət almış “Xocalıya ədalət!” (Justice for Khojaly) beynəlxalq kampa-niyasına Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxsaylı vətəndaş cəmiyyəti institutları da qoşularaq, ayrı-ayrı ölkələrin dövlət qurumlarını və ictimaiyyətini, beynəlxalq təşkilatları bu faciəyə adekvat qiymət verməyə çağırırlar.

Hazırda:• dünyanın 13 ölkəsi parla-

ment səviyyəsində,• ABŞ-ın 22 ştatı parlament

səviyyəsində,• İslam Əməkdaşlıq Təşkilatı

Xocalı soyqırımını rəsmən tanımışdır.

• Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü məsələsi və Ermənistanın işğalçı dövlət olma-sı faktı:

• BMT Təhlükəsizik Şu-rasının 1993-cü il aprel-no-yabr aylarında qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrində,

• ATƏT-in 1996-cı il Lissa-bon Sammitinin qərarında,

• BMT Baş Assambleya-sının 60-cı (2006) və 62-ci (2008) sessiyalarının çıxardığı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələrində,

• AŞPA-nın (2005) qərarında,• Avropa Parlamentinin

(2010) qətnaməsində,• Avropa İttifaqının “Şərq

tərəfdaşlığı” Sammitinin Bəyannaməsində (2017),

• Avropa İttifaqı-Azərbaycan “Tərəfdaşlıq Prioritetləri” razılaşmasında (2018),

• Qoşulmama Hərəkatı dövlət və hökumət başçıları-nın XVI (Tehran, 2012) və XVII (Marqarita, 2016) sammitlərinin qərarlarında,

• İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının VII (Mərakeş, 1994), VIII (İran, 1997) və IX konfranslarında (Qətər, 2000) qəbul edilmiş qətnamələrdə, XI (Seneqal, 2008) və XII (Misir, 2013) zirvə toplantılarının yekun sənədlərində, eləcə də İƏT Xarici İşlər Nazirləri Şurasının müxtəlif konfranslarında qəbul edilmiş çoxsaylı qətnamə və yekun sənədlərində,

• ECO-nun 13-cü Sammiti-nin (İslamabad, 2017) yekun bəyanatında və s. beynəlxalq qurumların qərarlarında

Azərbaycanın ərazi bü-tövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanın-mış sərhədlərinin toxunul-mazlığına hörmət ifadə edil-miş, münaqişənin məhz bu prinsiplər əsasında həllinin vacibliyi qeyd olunmuşdur.

• Eyni zamanda, NATO-nun 2006-cı ildən bəri keçirilən əksər zirvə toplantılarının, o cümlədən Nyuport (2014), Varşava (2016) və Brüssel (2018) sammitlərinin yekun kommunikelərində Cənubi Qafqazdakı münaqişələrin ölkələrin ərazi bütövlüyü, suverenliyi və Helsinki Ye-kun Aktına əsaslanaraq həlli prinsipinin öz əksini tapması Azərbaycanın mənafeyinə cavab verir.

Bütün bunlara baxmayaraq, hazırda Ermənistan beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasətini davam etdirir və Cənubi Qafqazda dayanıq-lı sülhün bərqərar olmasına ciddi maneçilik törədir. Həmçinin dünyadakı erməni diasporu və lobbisi Dağlıq Qarabağ prob-lemini, Ermənistan dövlətinin işğalçılıq siyasətini, evindən qovulmuş bir milyona yaxın azərbaycanlının böyük faciəsini, Azərbaycan torpaqlarının işğal altında saxlanması faktını, Xocalı qətliamını və bu qəbildən olan digər qanlı cinayətləri unutdur-maq, diqqətdən kənarda sax-lamaq məqsədilə, xüsusən də bizim fəallaşdığımız ildönümü tədbirləri zamanı, davamlı olaraq, 1915-ci il hadisələrini gündəmə gətirib qardaş Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddiası qaldırırlar.

Bu məqsədlə Azərbaycan və türk diaspor təşkilatları da öz çevikliyini və mütəşəkkilliyini artırmalı, əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməlidir. 2007-ci ilin noyabrında Türkiyə və Azərbaycan prezidentlərinin birgə təşəbbüsü ilə Bakı-da keçirilmiş Türk Dövlət və

Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı erməni işğalçıları tərəfindən törədilmiş soyqırımı, terror aktları və digər cinayətlərin beynəlxalq miqyas-da ifşası istiqamətində türkdilli ölkələr və icmalar tərəfindən birgə tədbirlərin görülməsi haqqında tövsiyələrin həyata keçirilməsi ilə bağlı fəaliyyətlərini genişləndirməlidirlər.

Təəssüf ki, bəzi dövlətlər qon-darma “erməni soyqırımı” haqqın-da əsassız qərarlar qəbul ediblər. Biz həmin ölkələrdə də ardıcıl iş aparmalı, onların vətəndaş cəmiyyətləri ilə işləməyin məqbul səmərəli üsullarını tapmalıyıq.

Soydaşlarımız yerli və beynəlxalq ənənəvi media, eləcə də sosial şəbəkələr vasitəsilə geniş kam-paniyalar təşkil etməli, soyqırımı problemlərini, o cümlədən Xocalı faciəsinə dair real faktları elmi konfranslarda, simpoziumlarda və digər toplantılarda təqdim etməlidirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqın-da imzaladığı Sərəncamda deyilir ki, “Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hü-dudlarından kənara çıxaraq La-çın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan ra-yonlarını işğal etmişdir. Bunun nəticəsində 20 min soydaşımı-zın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir”.

Azərbaycan xalqı bu aman-sız və qəddar, xain təcavüzü heç vaxt unutmayacaq. Xocalı soyqırımını planlaşdıran və həyata keçirən azğın cəlladlar hökmən öz layiqli cəzalarını alacaq, bütün insanlıq, cəmi bəşər övladı tərəfindən əbədi lənətlənəcəklər. Bu faciəni törədənlərə öz varisləri, onla-rın qanlarını, genlərini daşıyan övladları, nəvə-nəticələri də lənət oxuyacaq. Biz buna Tanrının köməkliyi, millətimizin qeyrəti, əzmi və iradəsi sayəsində nail olacağıq!

Əli HƏSƏNOV, Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, tarix

elmləri doktoru, professor

26 fevral 2020-ci il, çərşənbə 5Azərbaycanlılara qarşı erməni şovinist

dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır və bu yaranın yeri bizi qiyamətəcən incidəcək. Vaxt gələcək tor-paqlarımızı işğaldan azad edəcək, qəddar

düşməndən qisasımızı alacağıq, ancaq məsum körpələrin fəryadı, günahsız anaların, bacıların, gəlinlərin naləsi, çarəsiz ataların, ərlərin, qardaşların qəzəbli nərələri, tükürpədən hayqırtıları qulaqlarımız-dan getməyəcək, boğazımızda düyün düşən əbədi qəhər, ürəyimizdə kəsmək bilməyən göynərti kimi qalacaq. Xocalı namərd qonşu xəyanətidir, kürəyə saplanan zəhərli xəncər, ən alçaq təcavüz olayıdır. Bu ləkəni ermənilər heç vaxt əllərindən, vicdanlarından yuya bilməyəcəklər...

Xocali soyqirimi

- ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən ağır cinayətdir

Page 6: 26 Fevral Xocalı soyqırımı günüdür!xalqqazeti.com/pdf/25.02.2020.pdf · 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard

26 fevral 2020-ci il, çərşənbə6

1826-1828-ci illər Rusiya–İran, 1828-1829-cu illər Rusiya–Türkiyə müharibələrindən dərhal sonra İran və Türkiyədən köçürülən 130 minə ya-xın erməni əsasən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır. Həmin müharibələr nəticəsində 359 müsəlman kəndi dağıdıl-mış, əhalisinin xeyli hissəsi məhv edilmiş və torpaqlarından didərgin salınmışdır. Türkmənçay müqaviləsindən sonra İrəvan və Naxçıvan xanlıqları ərazisində təşkil edilən erməni vilayətində mövcud olan 1111 yaşayış məntəqəsindən cəmi 62 kənddə (erməni kilsələrinin ətrafında) ermənilər yaşayırdılar.

Son iki yüz ildə indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı həyata keçirilən qırğınlar, deportasiya və soyqırımları nəticəsində onların yaşa-dıqları iki minə yaxın yaşayış məskəni boşaldılmışdır. Azərbaycanlıların öz əzəli torpaqlarından qovulması ilə paralel ermənilərin onların yerində məskunlaşdırılma kampaniyası XIX əsrin sonunda Türkiyədə baş qaldıran erməni separatizminin yatırılmasından sonra daha geniş vüsət almışdır. XX əsrin əvvəllərində Cənubi Qafqzda yaşayan 1,3 milyon erməninin 1 milyonu xaricdən gələn ermənilərdən ibarət olmuşdur.

Həmin dövrdə “Daşnaksütyun” par-tiyası öz proqramında dəyişiklik edərək, fəaliyyətinin ağırlıq mərkəzini Cənubi Qafqaza keçirmiş, müstəqil erməni dövləti qurmaq məqsədilə terrorçu silahlı birləşmələr yaratmışdır.

Rusiyanın rəsmi dairələrinin ermənipərəst mövqeyindən istifadə edən “Daşnaksütyun” partiyası İrəvan, Gəncə (Yelizavetpol) və Tiflis quberni-yalarında Azərbaycan türkləri yaşayan əraziləri təmizləmək və orada erməniləri məskunlaşdırmaq məqsədilə kütləvi qırğınlar törətmişdir. 1905-1906-cı illərdə, yəni ötən əsrin əvvəlində Rusiyada baş verən iğtişaşlardan bir fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra isə İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qır-ğınlar törətmişdir. Erməni silahlı dəstələri İrəvan–Naxçıvan–Zəngəzur–Qarabağ istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcək Ermənistan dövlətinin əsasını qoymaq istəyirdilər. Sayları on min silahlıdan artıq olan erməni birləşmələri İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə) və Şərur-Dərələyəzdə, Gəncə quberniyasının Zəngəzur qəzasının Gorus, Qapan və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax qəzalarında kütləvi soyqırım törətmiş, 200-dən artıq azərbaycanlı kəndini viran qoymuşlar.

Ermənilərin Azərbaycan xalqına qarşı çevrilmiş soyqırımı siyasəti çar Rusiyasında mərkəzi hakimiyyətin süqut etdiyi, keçmiş imperiyanın dərəbəylik və anarxiya şəraitində yaşadığı 1918-ci ildə daha geniş vüsət almışdır. Bu dövrdəki soyqırımı daha mütəşəkkil şəkildə və daha böyük bir qəddarlıq və amansız-lıqla həyata keçirilmişdi. Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şama-xıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə adamı öz yurd-yuvalarından didərgin salmışdılar. Yalnız Bakıda 30 minə yaxın soydaşımız xüsusi amansız-lıqla qətlə yetirilmiş, Şamaxı qəzasının 58 kəndi dağıdılmış, 7 min nəfərədək adam, o cəmlədən 1653 qadın və 965 uşaq öldürülmüş, Quba qəzasının 122 müsəlman kəndi yerlə yeksan edil-mişdi. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzur qəzasında 115 Azərbaycan kəndi vəhşicəsinə dağı-dılmış, əhaliyə cinsinə və yaşına fərq qoyulmadan qəddarcasına divan tu-tulmuşdu. İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmiş-dir. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində və onun çevrəsində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən “türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə cəmi 70 min nəfərə enmişdir. Göründüyü kimi, qısa müddət ərzində soyqırımın və genişmiqyaslı etnik təmizləmələrin aparılması nəticəsində erməni millətçiləri qarşılarına qoyduğu məqsədə əsasən nail olmuşlar.

Şovinist ruhlu erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymətin verilməməsi səbəbindən sovet hakimiyyəti dövründə də azərbaycanlılar onlara qarşı yeridilən antihuma-

nist siyasətlə dəfələrlə üzləşmişlər. Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların taleyi bu düşünülmüş, rüsvayçı siyasətin əyani təzahürüdür. “Sürünən” deportasiyalar, habelə 1948-1953 və 1988-1989-cu illərin zorakı deportasiyaları nəticəsində Ermənistan SSR-dən yarım milyona yaxın azərbaycanlı qovulmuş, onların bütün əmlakı talan edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti qurul-duqdan sonra fövqəladə istintaq komissi-

yası yaradılmış və ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər şahid ifadələri əsasında sənədləşdirilmişdir. Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə hər il martın 31-ni matəm günü kimi qeyd etmək qərara alınmışdı. Erməni təcavüzünün qurbanlarının xatirəsi 1919-cu və 1920-ci il martın 31-də matəm kimi qeyd edilmişdi. 1920-ci ildən sonra Ermənistanda Azərbaycan türklərinə qarşı deportasiya siyasəti “dostluq” və “beynəlmiləlçilik” pərdəsi altında davam etdirilmişdir. 1930-1937-ci illərdə Ermənistanın Türkiyə və İranla sərhəd boyunda yaşayan 50 minə yaxın azərbaycanlı repressiyaya məruz qalaraq həbs olunmuş, Qazaxıstan və Sibir çöllərinə sürgün edilmişlər.

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-də kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-1953-cü illərdə azərbaycanlılar ya-şayan ən münbit ərazilərdən, xüsusən də İrəvan və onun ətraf rayonlarından 150 minə yaxın əhali deportasiyaya məruz qalaraq Azərbaycanın aran rayonları-na köçürülmüşdür. Köçürülən əhalinin təqribən yarısı iqlim şəraitinə uyğunlaş-mayaraq tələf olmuşdur.

1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyindən istifadə edən Ermənistan Respublikası Dağlıq Qarabağ Mux-tar Vilayətini anneksiya etməyə cəhd göstərməklə yanaşı, Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-dək müddət ərzində soydaşlarımız yaşayan 22 rayonda 170 tam və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri azərbaycanlılardan təmizlənmiş, nəticədə 200 mindən artıq azərbaycanlı 18 min müsəlman kürd, min nəfər rusdilli əhali Azərbaycana pənah gətirmişdir. Həmin vaxt 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.

Ermənistan Respublikası azərbaycanlılara qarşı təkcə fiziki soyqırım siyasətini deyil, onları tari-xi-etnik torpaqlarından təmizlədikdən sonra mənəvi soyqırım – türk mənşəli toponimləri erməniləşdirmək aksiyasını da həyata keçirmişdir. Son vaxtlara qədər mövcud olan türk mənşəli toponimlərin hamısı dəyişdirilmiş və yaxud soydaşla-rımızın yaşadıqları kəndlər ölü zonaya çevrilərək, yaşayış məntəqələrinin siyahı-sından silinmişdir.

Monoetnik Ermənistan dövləti ya-ratmağa nail olan Ermənistan rəhbərləri onu dəstəkləyən dövlətlərin hərbi-sənaye potensialından bəhrələnərək, əhalisinin 30 faizini azərbaycanlılar təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayətini, habelə, 7 ətraf rayonu (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli rayonlarını) işğal edib xarabaza-ra çevirmiş, əhalini soyqırımına məruz qoymuşlar. Ermənistan silahlı qüvvələri Azərbaycanın 12 rayonunu işğal etmiş (ərazisinin 20 faizi, yaxud 1/5 hissəsini), 20 minə yaxın Azərbaycan vətəndaşını öldürmüş, 4 minə yaxın əhalini girov götürmüşlər ki, onların da əksəriyyətini uşaqlar, qadınlar və qocalar təşkil edirlər. İşğal edilmiş ərazilərdə 4 mindən çox sənaye və kənd təsərrüfatı obyekti, 724 şəhər, kənd və qəsəbə qarət edilmiş, ümumi sahəsi 6 milyon kv. metr olan 180 mindən artıq mənzil və şəxsi ev, minə yaxın təlim-tərbiyə müəssisəsi, 3 minə yaxın mədəni-maarif ocağı, 700-dən artıq tibb müəssisəsi erməni vandalları tərəfindən dağıdılmışdır.

Nəhayət, Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş soyqırım aktı öz miqyası etibarilə Xatın, Lidisa, Sonq-mi və Srebrenitsa ilə müqayisə oluna bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin

mülki əhalisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçula-rı tərəfindən kütləvi soyqırıma məruz qalmışdır. Bəşəriyyətə qarşı olan bu soyqırım aktında Ermənistan Respubli-kasının silahlı qüvvələri və Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki erməni terrorçu birləşmələri

keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyyətinin və hərbi texnikasının iştirakı ilə Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirmişlər. Bu bəşəri cinayətdə mayor Seyran Ohanyanın (Ermənistan Res-publikasının keçmiş müdafiə naziri) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin koman-danlığı altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Valeri Çitçiyan və alayda xidmət edən 50 nəfərdən artıq erməni zabiti iştirak etmişdir.

Soyqırım siyasəti nəticəsində 613 nəfər qətlə yetirilmiş, (o cümlədən 106 qadın, 63 uşaq) 478 nəfər əlil olmuş, 1275 nəfər erməni əsirliyinin bütün dəhşətlərindən keçmiş, 8 ailə bütünlüklə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla diri-diri yandırılmış, 150 nəfər isə itkin düşmüşdür. Şəhərin özü isə yer üzündən silinmişdir.

Xocalı soyqırımı həm də beynəlxalq terror aktıdır. Bu mütəşəkkil cinayət əməlində beynəlxalq terrorçuluq üçün xarakterik olan bütün əlamətlər vardır. İlk növbədə, o, siyasi məqsəd daşıyır və prosesdə eyni vaxtda 3 tərəf iştirak edir. Terrorun icraçıları, qurbanları və sağ qal-mış insanlar. Bu halda hədəf qismində, nə qədər paradoksal səslənsə də, həlak olmuşlar deyil, sağ qalanlar seçilir. Ölənlərin sayı çox olduqca, sağ qalanlara təsirin miqyası artmış olur, total qorxu və vahimə effekti yaradılır və nəticədə siyasi məqsədin reallaşması-ərazi işğalı üçün unikal imkanlar təmin edilir. Xocalı soyqırımını həyata keçirən erməni terror birləşmələrindən birinin rəhbəri olmuş Serj Sarkisyanın (Ermənistan Respub-likasının sabiq prezidenti) etirafları da

yuxarıda səslənən fikirləri təsdiqləyir: “Xocalıdan öncə azərbaycanlılar güman edirdilər ki, biz onlarla zarafat edirik və hesab edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir olmayan insanlardır. Biz isə bunun əksini sübut etməyi ba-cardıq. Baş verənlər də məhz bunlardan ibarətdir”.

Xocalıda terror metodları ilə həyata keçirilən soyqırım hadisəsi beynəlxalq reaksiyaya səbəb oldu. “Qarabağ təpələrinə səpələnən cəsədlər”-, Böyük Britaniyadan olan jurnalist Anatol Levenin reportajı belə adlanırdı.

Xocalı soyqırımını ABŞ “ilin ən böyük faciəsi” adlandırmışdı.

Rusiyanın “Gün” (Den) qəzetinin 1992-ci il 10-16 may tarixli 19-cu nömrəsində nəşr olunmuş “Xəyanətin qiyməti” başlıqlı yazıda haqlı olaraq qeyd olunurdu ki, “niyə “Qarabağ xalqı”nın dostları olan Starovoytova, Nuykin, Bonner, Lebed və başqaları kimi siyasi muzdurlar Sumqayıtda həlak olmuş 27 erməniyə görə göz yaşları axıdırlar, lakin bir dəfə də olsun Xocalını xatırlamırlar? Qarınları yırtılmış hamilə qadınlar, baş-larının dərisi soyulmuş qocalar, gözləri çıxarılaraq güllələnmiş uşaqlar-məgər bu, faşizm deyildir?”

Beynəlxalq hüquqi-normativ sənədlər Xocalı qətliamını soyqırım cinayəti kimi tövsir etməyə əsas verir. Bu baxımdan “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Kon-vensiya”, “Beynəlxalq Nürnberq Hərbi Tribunalının Nizamnaməsi”, “Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi”, “Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi”, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soy-qırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı və digər sənədlər olduqca əhəmiyyətli hüquqi baza rolunu oynayır.

Bir sözlə, təkcə XX yüzillikdə bir milyona yaxın azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş, 1,5 milyondan artıq soydaşlarımız indiki

Ermənistan ərazisindən deportasiya edilmişdir. 1918-ci ildə imzalanan Batumi müqaviləsinə əsasən cəmisi 9 min kv.km ərazisi olan Ermənistan 1988-ci ildə onu 30 min kv. km.-ə çatdırmış, hazırda isə işğal etdiyi ərazilərlə birlikdə azı 45 min kvadratkilometr əzəli Azərbaycan torpaq-larını öz nəzarəti altına almışdır.

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən

qeyd-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etmiş-dir. Ermənistan Respublikası həmin qətnamələrin tələblərinə indiyədək əməl etməmişdir.

Ermənistanın soyqırım və terror siyasətinin, xüsusilə də Xocalı haqqın-da həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümum-milli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Ulu öndər “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il, “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanlar imzalamış, Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermiş, fevralın 26-sını Xocalı Soyqırımı Günü elan etmişdir.

Xarici ölkələrdə erməni təcavüzkarlarının bəşəriyyət əleyhinə cinayətləri haqqında doğru-dürüst infor-masiyanın yayılması Azərbaycan Res-publikasının Prezidenti İlham Əliyevin, ölkəmizinin Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və “Xocalıya ədalət!” beynəlxalq kampa-niyasının təşəbbüskarı Leyla xanım Əliyevanın fəaliyyətinin prioritet xəttidir. Heydər Əliyev Fondunun vitse-prezi-denti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası Xocalı həqiqətlərini dün-ya ictimaiyyətinə çatdırmağı qarşısına məqsəd qoymuşdur və ciddi nəticələr əldə olunmuşdur.

Xocalı soyqırımının dünya miqya-sında tanıdılması istiqamətində aparı-lan bu sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifa-qının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. Rumıniya, Bosniya

və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişdir. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən etmişdir.

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı-nın 27-ci ildönümü ilə əlaqədar ötən il fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilmişdir.

Azərbaycan Respublikasının Prezi-denti İlham Əliyev, birinci xanım Mehri-ban Əliyeva və ailə üzvləri yürüşdə iştirak etmişlər. Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşü-nün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dün-ya ictimaiyyətinin diqqətinə çatdırmaq idi.

Bu il bəşəriyyətə qarşı cinayət olan Xocalı soyqırımının 28-ci ildönümü-dür. 28 ildir ki, Xocalı şəhidlərinin əziz xatirəsi ölkəmizdə və onun hüdudla-rından kənarda böyük ehtiramla yad edilir. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün bəşəriyyətin gözü qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər.

Bütün bunları nəzərə alaraq Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində bir daha “Xocaliya ədalət!” şüarını gündəmə gətirir və bununla bağlı haqlı tələblərimizi ifadə edirik:

--1948-ci il 9 dekabr tarixli BMT-nin “Soyqırım cinayətlərinin qarşısının alın-ması və cəzalandırılması” haqqında Kon-venisyasının 2-ci maddəsini əsas tutaraq dünyanın aparıcı beynəlxalq qurumları və beynəlxalq ictimaiyyəti bu qeyri-in-sani, qəddar cinayəti pisləməli, habelə Ermənistan silahlı qüvvələri tərəfindən bəşəriyyət əlehinə törədilmiş bu qanlı aksiyaya müvafiq hüquqi və siyasi qiymət verməlidir.

– Xocalı soyqırımı zamanı əsir və itkin düşmüş, girov götürülmüş, taleyi bu günə kimi də məlum ol-mayan vətəndaşlarımızla bağlı məlumatlandırmanın təmin olunması üçün BMT, dünyanın aparıcı dövlətlərinin İnsan hüquqları institutları və bu işlə birbaşa məşğul olan Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Fe-derasiyası Ermənistan hökumətinə lazimi təzyiqlər göstərməlidir.

– İşğal edilmiş Azərbaycan torpaq-larından erməni silahlı qüvvələrinin tamamilə və qeyd şərtsiz çıxarılması barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi yerinə yetirilməlidir.

– Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları təmin edilməli, onlar öz doğma yurdları-na dönməli və Ermənistana beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunmalıdır.

Elman NƏSİROV, Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər

doktoru, professor

Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

Heydər ƏLİYEV Ümummilli lider

Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanlılara qarşı soyqırımı siyasəti: tarixi və siyasi-hüquqi müstəvidə

Son iki yüz ildə Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara və soyqırımlarına məruz qalmışdır. XIX əsrin əvvəllərindən başlayaraq kütləvi və məqsədli şəkildə Cənubi Qafqaza

köçürülən ermənilər xarici havadarlarının köməyi ilə soydaşla-rımızın yaşadıqları minlərlə yaşayış məntəqəsini viran etmiş, bir milyondan artıq soydaşımıza qarşı bəşəri cinayət olan soyqırımı siyasətini həyata keçirmişlər. Azərbaycan xalqına qarşı erməni təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları he-sabına erməni dövlətinin əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirməklə “böyük Ermənistan” yaratmaqdan ibarət olmuşdur.

Page 7: 26 Fevral Xocalı soyqırımı günüdür!xalqqazeti.com/pdf/25.02.2020.pdf · 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard

26 fevral 2020-ci il, çərşənbə 7Bəşəriyyət tarixinə kütləvi insan qırğınları baxımından nəzər saldıq-

da son 5 min illik zaman kəsiyində təkcə baş vermiş 14 mindən çox müharibədə 150 milyondan artıq insanın həlak olduğunu görürük. Bunun dörddə üçü yalnız XX əsrdə baş vermiş müharibələrin

payına düşür. İkinci Dünya müharibəsi belə qlobal savaşın üçüncüsünün Yer kürəsinin məhvi ilə nəticələnəcəyi qənaətini yaratsa da, son 75 ildə dünyanın 151 yerində 230-dan artıq silahlı konflikt baş verib ki, bunların da yarıdan çoxu “şər imperiyası” sayılan SSRİ-nin süqutundan sonrakı 3 onillik tarixi dövrə təsadüf edir.

Bütün bu müharibələrin sırasında öz miqyası, qəddarlığı, insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları vardır ki, onlara heç cür haqq qazan-dırmaq mümkün olmur. Təkcə Azərbaycan tarixinin deyil, bütün bəşər tarixinin ən dəhşətli insan qırğınlarından biri olan Xocalı soy-qırımı məhz belə cinayət aktların-dan biridir. Tarixən xalqımıza qarşı barışmaz kin və qəddarlıq hissləri ilə qızışdırılmış, ərazi iddiaları ilə sərsəmləşmiş ermənilərin hərbi birləşmələri Azərbaycanın yenicə elan olunmuş dövlət müstəqilliyi ilə barışmayan sovet ordusunun tör-töküntüləri ilə birləşərək 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda mühasirə vəziyyətinə düşmüş Xocalı şəhərinə hücum edərək XX əsrin ən qanlı soyqırımını törətdilər.

Amansızlığına görə dünya tarixində törədilmiş ən qəddar cinayətləri belə üstələyən bu soyqırımı aktı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi. Xocalı faciəsinə qədər Qarabağda baş verən bütün olaylar bu faciənin məqsədli şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğuna heç bir şübhə yeri qoymur. Xocalı-nın mühasirəyə alınaraq mülki şəxslərin şəhəri tərk etməsinə im-kan verilməməsi ermənilərin əsl niyyətini açıq şəkildə ortaya çıxa-rır. O qanlı fevral gecəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc Xocalı sa-kini qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir gö-türüldü, 150 nəfər isə itkin düşdü. Öldürdükləri uşaqların, qocaların, qadınların cəsədlərini tanınmaz hala salmış erməni separatçıları bəşər tarixində ermənilik adına əbədi şərəfsizlik gətirən soyqırımı aktına imza atdılar.

Faciənin törədilməsindən yalnız iki gün sonra kütləvi qırğın yerlərindən birinə çatmaq müm-kün oldu. Şahidlərin qarşılaşdıq-ları tükürpərdici mənzərə sözlə ifadə edilə bilməyəcək qədər ağır və amansız idi. Bütün tarixi, kökü və ruhu ilə yaşadığı torpağa bağlı olan sadə insanların, o torpaqda yenicə ayaq tutub yeriməyə baş-lamış məsum uşaqların cəsədləri soyuq qışın qalın qar örtüyü üstündə vəhşiliyin ən qəddar səhnəsini canlandırırdı. Kim bilir, bu zavallı soydaşlarımızın son nəfəslərində istəkləri, diləkləri nə olmuşdu... Nəsibləri isə vətən torpağını qucaqlayaraq şəhidlik zirvəsinə ucalmaq oldu...

Bu qanlı hadisənin şahidi, bütün ailəsindən yalnız quca-ğındakı körpə qızını və 4 yaşlı oğlunu xilas edə bilmiş gənc bir ana göz yaşları içərisində, ürək parçalayan Xocalı tarixçəsini söyləyir: “Xocalıdakı ov silahlarını da camaatdan almışdılar. Bizim özümüzü müdafiə etməyə heç bir imkanımız yox idi. Yalnız ərim tüfəngini gizlədib saxlamışdı. Biz od-alov içərisindən viran olmuş Xocalının kənarına güclə gəlib çıxa bildik. Sonra gördük ki, silah-lılar bizi izləyərək güllələr yağdırır. Onlar bizə çatıb öldürmək, ya da əsir götürmək istəyirdilər. Ərim dayanıb onlara atəş açmağa başladı. Qışqırdı ki, “Qaçın, ələ keçməyin!”. Ailəmizin üzvlərindən bir neçəsi arxadan vurulub yerə sərildi. O isə hələ də silahlılar-la vuruşurdu. Mən ayaqyalın, başıaçıq, iki balamla uzaqlaşıb kol-kosun içində, qaranlıqda gözdən itəndə güclə onun bağır-tısını eşidirdim: “Qaçın, gizlənin, görünməyin”. Biz xilas olduq. O isə şəhid...”

Azərbaycanlı ər son nəfəsinə qədər vuruşdu ki, özü ölsə də, ailəsi düşmən əlinə keçməsin. Bu faciədən möcüzəli təsadüf nəticəsində qurtulmuşların hamısı bu gün də Xocalı dərdinin ağır yükü altında inləyir. Şəhid Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı dəhşətli görüntülər Xocalı faciəsinin miqyasını və erməni cəlladlarının vəhşiliyini bütün dünyaya nümayiş etdi-rir. Elə ermənilərin özləri də öz mənfur əməllərini etiraf etməkdən çəkinmir, yazdıqları ilə özlərini ifşa edirlər. Erməni millətçiliyinin və separatizminin baş ideoloqu, körpə balaların qatili Zori Balaya-nın Xocalı hadisələrindən 4 il son-ra yazdığı “Ruhumuzun dirilməsi” kitabını oxuyarkən bir daha bunun şahidi olursan.

Ermənistanın tanınmış ictimai fikir liderlərindən biri sayılan müəllif öz kitabında yazır: “Biz Xaçaturla uşaqların saxlandığı zirzəmiyə enən vaxt, əsgərlərimiz artıq onlardan birini ovuclarından

pəncərə çərçivəsinə mıxlamış-dılar. Uşağın səs-küyünü azalt-maq üçün Xaçatur onun ağzına öldürdüyümüz anasının kəsilmiş döşünü soxdu. Sonra mən onun başının, döşünün və qarnının dərisini soydum. O, 7 dəqiqə sonra qanitirmədən öldü. Birinci ixtisasıma görə həkim olduğum üçün humanistəm və ona görə də uşağın başına gətirdiklərimizdən sevinc duymadım. Lakin qəlbim şadlanırdı. Xaçatur uşağın bədənini hissələrə böldü və itlərə atdı. Axşam biz eyni hərəkətləri üç azərbaycanlı uşağı ilə etdik. Mən erməni, vətənpərvər və vətəndaş kimi borcumu yerinə yetirdim”.

Bu, XXI əsrdə erməni fa-şistinin öz qələmi ilə yaratdığı vandal obrazı, vəhşiləşmiş “ziyalı” avtoportretidir! Qarabağın işğalı zamanı Zori Balayanın sabiq Ermənistan prezidenti, o zaman isə separatçı hərbi birşəşməyə rəhbərlik etmiş Serj Sərkisyanla birlikdə hərbi geyimli fotoları da onların birlikdə törətdiyi cinayət əməllərinin sübutudur. Bu ölkənin həkim-yazıçısı da, prezidenti də Xocalı soyqırımı və bütövlükdə, Qarabağın işğalı üzərində “erməni millətinin qəhrəmanlarına” çevrildilər. Lakin tarixi həqiqətlər bunun qəhrəmanlıq deyil, öz növündən olan insana qarşı amansızlıq, bəşəriyyətə qarşı cinayət olduğu nu sübut edir.

Qarabağ müharibəsində səhra komandiri və sonralar Ermənistanın prezidenti olmuş Serj Sarkisyan isə Britaniya jurnalisti Tomas de Vala verdiyi müsahibədə Xocalı faciəsinə belə şərh vermişdi: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, ermənilər dinc əhaliyə silah qaldırmaq iqtidarında deyillər. Biz bu stereotipi qıra bildik və nəticə göz qabağındadır”. Bu şərhin özü ermənilərin dinc azərbaycanlıları məhz milli mənsubiyyətinə görə qətlə yetirdiklərini və ölkənin 20 faizini etnik təmizləməyə məruz qoyduqlarınu sübut edir.

Bütövlükdə, 5 il davam edən Qarabağ savaşlarında Azərbaycanın, təxminən, 20 faizini təşkil edən 12 rayonunda yerləşən 700 yaşayış məntəqəsi işğal olundu, 24 min azərbaycanlı vəhşicəsinə öldürüldü, 4 minə qədər dinc əhali əsir düşdü. Əsir aparılanların əksəriyyəti uşaq, qadın və qocalardan ibarətdir. İtkin düşmüşlərin sayı 4 min 965 nəfərdir. Onlardan 320 qadın, 69 isə uşaqdır. 1 milyona yaxın azərbaycanlı öz doğma yuvaların-dan qovularaq qaçqına çevrildi.

BMT tərəfindən 1948-ci ildə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqın-da” Konvensiyada əks olunan müddəalara müvafiq olaraq, cinayət hadisələrini soyqırım kimi xarakterizə edən bütün xüsusiyyətləri Xocalının acı taleyində görmək mümkündür. Həmin konvensiyada qeyd olun-muş etnik mənsubiyyətinə görə insanların məqsədli şəkildə, xüsu-si qəddarlıqla və işgəncə verilərək öldürülməsi, kütləvi qırğın aktının qabaqcadan planlaşdırılması kimi meyarlar Xocalı hadisələrinin mahiyyətini təşkil edir. Özündə dözümsüzlüyü, etnik-dini ayrı-seç-kiliyi, məqsədli etnik təmizləməni,

ağlasığmaz işgəncələri birləşdirən Xocalı qətliamı əsl soyqırımı hadisəsidir.

Xocalı faciəsi Qafqaz və Anadoluda türkə qarşı xəyanətlər tarixinin ən qanlı səhifələrindən biri olsa da, birincisi deyil. Xocalı soyqırımı bizi tarixi keçmişimizə yenidən nəzər salmağa və acı həqiqətləri bir daha xatırlamağa və xatırlatmağa sövq edir. Xocalı soyqırımının kökü baş verdiyi tarixdən çox-çox əvvəlki zaman-lara gedib çıxır. Bu faciəyə təkcə Qarabağ ətrafında cərəyan edən hadisələrin tərkib hissəsi kimi yox, həm də Azərbaycanın tarixi uğur-ları, zəngin dövlətçilik ənənələri, ölkəmizin yerləşdiyi geopolitik məkan və Qafqaz regionunda tutduğu önəmli yer kontekstində yanaşmaq onun əsl səbəblərini üzə çıxarmağa kömək edər.

Tarixdən yaxşı məlumdur ki, Azərbaycan dövlətçiliyi özünün ən yüksək zirvəsinə Səfəvilər dövlətinin yaradılması ilə çatmış-dı. Zamanında böyük bir coğrafi məkanı əhatə edən bu dövlətin zəifləməsi ilə Azərbaycan öz sərhədləri içərisində əriməyə baş-ladı. Səfəvilər dövlətinin süqutu, Azərbaycanın pərakəndə şəkildə xanlıqlara parçalanması sonda bütün regionun rus imperiyası-nın nəzarəti altına keçməsi ilə nəticələndi.

Beləliklə, Azərbaycan dövlətçiliyinin zəifləməsi bütövlükdə Qafqaz regionunun rus imperiyasının caynağına keçməsinə səbəb oldu. Lakin faciə bununla bitmədi. Minilliklər ərzində Avrasiyanın sahibi olan qüdrətli türk dövlətçiliyinin dirçəlməsinə bir daha imkan verməmək məqsədi ilə Altaylardan Balkanlara qədər uzanan türk qurşağını parçalamağa çalışan rus imperiyası “məzlum” erməni tayfalarını məhz Qafqazda, əzəli türk torpaqlarında yerləşdirməyə başladı. Türk zolağının strateji mərkəzində yerləşən Azərbaycan imperiyanın şikarına çevrildi. Son üç yüz ildə əhalisi daim artmaqda olan Azərbaycanın ərazisi daim azalmağa, dəfələrlə bölünərək qonşular tərəfindən udulmağa məruz qaldı. Bugünkü Azərbaycan dövləti isə mövcud olduğu bütün siyasi-mədəni tarixi ərzində ən az torpaqların sahibidir.

XX əsrdə Rusiyanın çar imperiyasını əvəzləyən sovet imperiyası da bu “ənənəyə” sadiq qalaraq Azərbaycanı parçalamaq-da davam etdi. Qəddarlığı ilə öz sələfindən heç də geri qalmayan sovet imperiyası soydaşlarımızın böyük bir hissəsini Asiya çöllərinə sürgün etdi, Zəngəzur mahalını da ermənilərə təhvil verdi. Bütün bun-lara mətinliklə sinə gərən millətimiz yetmiş il ərzində sovet əsarətinə qarşı mübarizəsini və milli azad-lıq hərəkatını davam etdirdi. Bu mübarizə 20 Yanvar faciəsindən keçərək milli dövlətçiliyimizin bərpasına yol açdı.

Əslində, Xocalı hadisələri Azərbaycanda sovet imperiyasının dayaqlarını laxladan milli azadlıq hərəkatını boğmağa yönəlmiş Qanlı Yanvar faciəsinin davamı idi. Bu, xalqımızın mübarizlik əzmini sındırmağa, Azərbaycanı yenidən əsarət altına almağa yönəlmiş zorakılıq aktı idi. Şər imperiya-sı törətmiş olduğu 20 Yanvar

faciəsində əldə edə bilmədiyinə son nəfəsində Xocalı faciəsində bilavasitə iştirak etməklə nail olmaq istəyirdi. Qafqazın itirilməsini həzm edə bilməyən qanlı imperiya Xocalı qətliamının törədilməsinə göstərdiyi “dəstəklə” yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana öz gücünü nüma-yiş etdirdi və əsl niyyətini ortaya qoydu.

Xocalı soyqırımı əslində, bütün dünya türklüyü qarşısına atılan imperializm “əlcəyi” idi. Son iki yüz il ərzində rus imperiyasının köməyi ilə qədim türk torpaqların-da məskunlaşdırılmış, imperiya boyunduruğunda yaşamağa və imperiya buyuruqlarını məharətlə

yerinə yetirməyə alışmış, ən çətin anlarda qonşularına dayaq olmaq əvəzinə, xəyanət etməyi adət etmiş ermənilər isə həmişə olduğu kimi, bu dəfə də məkrli imperiya siyasətinin əsas ifaçıları kimi çıxış etdilər. Nəticədə, növbəti dəfə torpaqlarımızın bir hissəsini tərk etməyə məcbur edilsək də, müstəqillik idealından geri çəkilmədik.

Tarixən, Qafqazın dövlətçilik ənənəsinin əsas hissəsini məhz Azərbaycanın dövlətçilik ənənəsi təşkil etmişdir. Buna görə də rus imperiyası mövcud olduğu bütün zamanlarda Azərbaycan dövlətçiliyini, xüsusilə onun digər türk dövlətləri ilə müttəfiqləşib güclənməsini öz imperia-list maraqlarına ciddi təhlükə hesab etmişdir. Çünki güclü Azərbaycan həm də güclü Qafqaz deməkdir. Lakin bu reallığı qəbul etməyən, imperiya tərəfindən “böyük Ermənistan” xülyası ilə “yemlənən” ermənilər tarix boyu imperiya siyasətinin ucuz aləti kimi Qafqazda dağıdıcılıq missiya-sını məharətlə yerinə yetirmiş və bu gün də Azərbaycan ərazisində separatizmi alovlandırmaqla, çirkin ənənələrinə sadiq qalmaq-dadırlar.

Yaxın keçmişimizin ən faciəvi hadisələrindən biri olan Xocalı

soyqırımı erməni təfəkkürünün və tipik erməni xarakterinin təkcə onun qonşuları üçün deyil, bütövlükdə bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu bir daha sübut etdi. Erməni xarakterinə xas olan terrorizm, etnik təmizləmə və işğalçılıq siyasəti müasir dünyada dayanıqlı sabitliyə və sülhə ən böyük təhdid mənbələri kimi çıxış edir. Tarix boyu iyrənc “keyfiyyətlərini” qoruyub sax-lamağa nail olmuş ermənilər isə bu gün düşdükləri çıxılmaz vəziyyətin kökündə məhz sahib olduqları ermənilik xarakterinin dayandığının fərqində deyillər. Bununla, ermənilər təkcə Qafqaz regionunda deyil, bütün dünyada

sabitliyin təmin olunmasına qarşı ən böyük maneə kimi çıxış edir və beynəlxalq humanizm siyasətinə ağır zərbələr vururlar.

Ermənilər üçün müstəqillik heç zaman milli məqsəd olmayıb və bu gün də belədir. Bu gün Ermənistanın bütün sahələrdə aparıcı dövlətlərdən asılı vəziyyətə düşməsi və həmişə olduğu kimi onların “vassalı” və lazım olduqda isə “forpostu” rolunda çıxış etməsi bunu bir daha sübut edir. Vaxtilə, əhalisinin əhəmiyyətli qismi Azərbaycan türklərindən və digər millətlərdən ibarət olan Ermənistanda bu gün vəziyyət tamamilə fərqlidir. Etnik təmizləmə nəticəsində digər millətlərin nümayəndələri zorla öz tarixi yurd-yuvalarından qovulmuş və qonşu dövlətlərdə məskunlaşmağa məcbur olmuşlar. Ermənistan mono-etnik dövlətə çevrilmişdir.

Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Ölkəmiz həmişə olduğu kimi, bu gün də bəşəri dəyərlərə, regionda sülh və sabitliyə real təhlükə mənbəyi olan mənfur qüvvələrə qarşı qətiyyətlə mübarizə aparmaqdadır. Nə qədər çətin olsa da, Azərbaycan dövləti və xalqı təkcə öz milli maraqları üçün deyil, bütövlükdə, ümumbəşəri dəyərlərinin qorunub

saxlanılması üçün öz mübarizəsini fədakarlıqla davam etdirməkdədir.

Azərbaycan bütün tari-xi boyu çoxsaylı millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı, bütün dünyaya tolerantlıq örnəyi olan bir məkandır. Ölkəmizin vətəndaşı olan çoxsaylı etnik ermənilər də heç bir milli ayrı-seçkiliyə məruz qalmadan bu gün də Azərbaycanda yaşamaqda davam edirlər. Bu fakt bir daha xalqımızın sülhpərvərliyini, dözümlülüyünü və birgəyaşayış ənənələrinə,

multikulturalizm ideallarına sadiqli-yini nümayiş etdirir.

Xocalı soyqırımının insanlıq əleyhinə törədilmiş cinayət kimi ta-nıdılması təkcə Azərbaycan deyil, dünya birliyi üçün də beynəlxalq əhəmiyyət kəsb edir. Hələ 1994-cü ilin fevralında Azərbaycan Res-publikasının Milli Məclisinin Xocalı hadisələrini soyqırımı elan etməsi xüsusi əhəmiyyətə malik oldu. Həmin tarixdən etibarən Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi daha geniş miqyasda anılmağa başlandı. O zamankı Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi: “Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqı-rımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haq-qında” fərmanda soydaşlarımıza qarşı törədilmiş kütləvi qırğınların soyqırımı xarakteri daşıması, azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətinin aparıl-ması açıq şəkildə ifadə olunmuş-dur. Həmin fərmana uyğun olaraq, 31 mart günü son yüz ildən artıq müddətdə davam edən qırğınların qurbanı olmuş soydaşlarımızın xatirəsinə ehtiram əlaməti ola-raq “Azərbaycanlıların soyqırımı günü” elan edildi.

Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Xocalı faciəsinə toxunaraq, bu hadisəni törədənlərin əsl niyyətlərini, təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş ağır həmin cinayət aktının mahiyyətini açıq şəkildə ifadə etmişdir. Prezi-dent İlham Əliyev bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş panel müzakirəsi zamanı da Xocalı faciəsinin ermənilər tərəfindən törədilmiş amansız soyqırımı aktı olduğunu bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırdı: “1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti-- Xocalı soyqırımını törətdi. Nəticədə, aralarında 106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü. Xocalı soy-qırımını 10-dan artıq ölkə tanıyır... Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub”.

Bu faciənin daha geniş miqyasda tanıdılması isə hər bir azərbaycanlının müqəddəs borcudur. Heydər Əliyev Fon-dunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən uğur-

la həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası artıq öz bəhrələrini verməkdədir. Kampaniya çərçivəsində dün-yanın bir çox ölkəsində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin keçirilməsi əsl həqiqətlərin, Ermənistan tərəfindən ölkəmizə qarşı yürüdülən təcavüzkar siyasətin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynamaqdadır.

“Xocalıya ədalət!” kampa-niyasının ən uğurlu nəticəsi bu faciənin Pakistan, Meksika, Peru, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina kimi dövlətlərin parlamentləri, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınması olmuşdur. Eyni zamanda, dün-yanın bir çox şəhərlərində dünya xalqlarının soydaşlarımıza qarşı törədilmiş soyqırımı aktı haqqında məlumatlandırılması məqsədilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidələr ucaldıl-maqdadır. Kampaniyanın Xocalı faciəsini soyqırımı aktı və insan-lığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən müraciətini ötən illərdə bütün dünyada milyonlarla insan imzalayıb.

Çeşidli və davamlı təzyiqlərə, təhdidlərə baxmayaraq, ölkəmizin davamlı inkişafa nail olması və regionun aparıcı dövlətinə çevrilməsi həm də Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində həllini yaxınlaşdırır. Bu məsələdə Azərbaycanın ən güclü silahı onun haqlı mövqeyidir. Azərbaycanın haqlı mövqeyinin arxasında beynəlxalq siyasətin ədalətli münasibətini və beynəlxalq hüquq normalarının yerinə yetirilməsini tələb etmək iradəmiz dayanır.

Xatırladaq ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü gedişində işğalçı ölkənin tərətdiyi etnik təmizləmə və kütləvi qır-ğınlar zamanı dünya susdu, azərbaycanlıların fəryadına səs verən olmadı. Bəzi dövlətlərin zorakılıqdan çəkinmək çağırışla-rını eşitməzliyə vuran ermənilər 1993-cü ildə BMT-nin bütün işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz geri çəkilmək haqqın-da qəbul etdiyi 4 qətnaməsinə də məhəl qoymadı. Bu qətnamələr bu gün də icra olunmamış qal-maqdadır. Erməni lobbisinin yalan və böhtanlarına uymuş Avropa da susdu, işğalçıya “dur” deyən və onu durmağa məcbur edən güc tapılmadı.

Bütün bu hadisələri planlayan, həyata keçirilməsində bilavasitə iştirak edən erməni ideoloqları Zori Balayan, Silva Kaputikyan, səhra komandirləri Robert Ko-çaryan, Serj Sarkisyan, Seyran Ohanyan və başqaları isə soyqırı-mı və insanlıq əleyhinə cinayətlər törətdiyinə görə mühakimə olunmaq əvəzinə, Ermənistanda siyasi hakimiyyətə yiyələndilər və o zamandan zəbt etdikləri klan hakimiyyətini bu gün də zor gücünə əllərində saxlayırlar.

Nəhayət ,qeyd edək ki, dövlətlərin ərazi bütövlüyünə, ölkələrin suverenliyinə qarşı real təhdidlər olduğu halda, gücdən istifadə etmək hüququ kimi beynəlxalq hüququn prinsipləri Azərbaycana istənilən yolla öz torpaqlarını azad etmək, öz sərhədləri daxilində suverenliyini bərpa etmək imkanları yaradır. Lakin təəssüflər olsun ki, Qara-bağ münaqişəsinə münasibətdə dünya birliyində beynəlxalq hüquq normalarının hələ də gerçəkləşmədiyinin, formal təsdiqdən o yana keçmədiyinin şahidi oluruq. Bu amil, nə qədər acı olsa da, dünya siyasətində hələ də qlobal güclərin, onlara xidmət edən ayrı-ayrı dairələrin maraqlarının üstünlük təşkil etdiyi-ni göstərir.

Azərbaycanın qüdrətli nizami ordusu, Qarabağ probleminin həlli yolunda dövlətin və onun vətəndaşının həmrəy olması torpaqlarımızın düşmən tapdağın-dan azad ediləcəyi günün heç də uzaqda olmadığından xəbər verir. Bunu isə biz özümüz etməliyik. Azərbaycanın əsrlər boyu davam edən torpaq itkilərinə son vermək zamanı yetişmişdir. Qarabağ və onun 3 onillikdən bəri qanı axan yarası olan Xocalı soyqırımı Azərbaycanın və dünya türklüyü-nün taleyində tarixi dönüş nöqtəsi olmalıdır.

Ata-baba yurdlarımıza dönüş, türk birliyinin möhtəşəm tarixinə dönüş məhz Qarabağın azad-lığından keçir. Şanlı tariximizə şərəfli dönüşü həyata keçirmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək həm də gələcək nəsillər qarşısında müqəddəs borcumuzdur.

Cavanşir FEYZİYEV, fəlsəfə doktoru

Xocalı qətliamı ağlasığmaz qəddarlıqla törədilmiş dəhşətli faciədir

1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir.

Heydər ƏLİYEV Ümummilli lider

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soy-qırımı siyasətinin davamı və qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Page 8: 26 Fevral Xocalı soyqırımı günüdür!xalqqazeti.com/pdf/25.02.2020.pdf · 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard

26 fevral 2020-ci il, çərşənbə8

Tarix boyu Azərbaycan xalqına düşmən mövqedə da-yanan və zaman-zaman əlinə keçən fürsətlərdən yararlanan qüvvələr xalqımıza qarşı qətliamlar, qırğınlar törədiblər. Bu məsələdə mənfur ermənilər daha “fəal” olublar. 28 il öncə Xocalı soyqırımı-nın törədilməsi ilə ermənilər həm də insanlıq tarixinə qara ləkə vurublar. Düşünürəm ki, Xocalıda 1988-1992-ci illərdə baş verən hadisələr heç vaxt unudulmayacaq. Çünki bu faciə hər bir xocalılının, hər bir azərbaycanlının qanına, canına ağrı ilə hopub. Mən bir Xocalı sakini kimi 1988-ci ildən 1992-ci ilə qədər olan dövrün hər bir anını, acısını, dəhşətini yaşamışam, bunun canlı şahidi olmuşam. Hər dəfə müxtəlif istiqamətlərdə cəbhə bölgəsinə yaxınla-şanda Xocalıdan çıxarkən gəldiyimiz dağlara baxıram və həmin vaxt baş verən müdhiş anları yenidən xatırlayıram. Bu, elə bir dəhşətli zərbədir ki, gündən-günə insana daha ağır təsir edir.

XX əsrdə Xocalı üç dəfə– 1905-1906, 1918-1920-ci illərdə və 1992-ci ilin fevra-lında ermənilər tərəfindən yandırılıb. Xocalı bu hadisələr başlayana qədər, yəni 1988-ci ildə kənd statusunda idi və bu kənddə həmin vaxt təqribən

üç minə qədər insan yaşa-yırdı. Ermənilər tərəfindən Xocalının işğalı cəhdinin çox ciddi səbəbləri var idi. Əvvəla, Xocalının yerləşdiyi coğrafi mövqe ermənilərin strateji maraqlarının həyata keçirilməsində onlara çox gərəkli idi. Bakıdan qərb istiqamətində gedəndə Xoca-lıya qədər Ağdamdır. Ağdam-dan şose yolu ilə Xocalıya 16 kilometrlik məsafədir. Ancaq bu 16 kilometr arasında 11 ki-lometr qərb tərəfdən Əsgəran ərazisidir. Əsgəran zolağı bo-yunca erməni kəndləri yerləşir ki, məkrli düşmənlərimiz burada azərbaycanlılar qar-şısında cəbhə xətti yaratmış-dılar. Xocalıdan 10 kilometr qərbdə isə Xankəndi şəhəridir və Xocalının ətrafı yenə də erməni kəndləridir. Həmin ərazidə elə bir azərbaycanlı yaşayış məskəni yox idi ki, erməni kəndlərini keçməmiş ora gedə biləsən. Xocalı tamamilə erməni yaşayış məntəqələrinin əhatəsində idi. Bizə ən yaxın olanı isə Şuşanun Malıbəyli və Quşçu-lar kəndləri idi. Xocalı ilə bu kəndlər arasında olan yaşa-yış məntəqələrində ermənilər məskunlaşmışdılar.

Digər yaxın kənd isə Cəmilli idi və ora getmək üçün yenə də ən azı iki erməni kəndindən keçməli olurdun. Xocalı düşmən kəndləri arxasında yerləşirdi. Düşmən Ağdama hücum etmək istəyərkən, arxada olan Xocalı özünümüdafiə dəstələrindən qorxurdu. Xocalı Bakı –Ağdam – Laçın -- Şuşa magistral yolunun üstündə idi. Dağlıq Qara-bağda yeganə hava limanı da məhz Xocalıda yerləşirdi. Üstəlik, Bakıdan Xankəndiyə gedən dəmir yolu da Xocalı-dan keçirdi. Biz Xocalıda elə bir müdafiə sistemi yaratmış-dıq ki, istədiyimiz vaxt bu yol-ları bağlayırdıq. Həmin yollar bağlananda Xankəndidən Əsgərana avtomobillə 40 kilometrdən çox məsafə qət etmək tələb olunurdu. Xocalı bu strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilmişdi. Ona görə də, bu şəhəri işğal etmək ermənilərin başlıca məqsədlərindən biri idi.

Ermənilərin hədsiz dərəcədə silah-sursatla təmin olunmasına baxmaya-raq, Xocalı düşmənə lazımi müqavimət göstərə bilirdi. Amma vəziyyət getdikcə ağırlaşırdı, Ermənilər hü-cumlarını artırırdılar. Bunun

müqabilində isə o zaman-kı hakimiyyət bizə kömək etmirdi. Vəziyyətin nə qədər gərgin olması haqda rəhbərliyə dəfələrlə məlumat verməyimizə baxmaya-raq, əvəzində yalan vədlər eşidirdik, real kömək isə yox idi. Müxalifətlə iqtida-rın hakimiyyət uğrundakı mübarizəsi Qarabağı yaddan çıxarmışdı. Ermənilər də məhz belə bir fürsətdən ya-rarlandılar və Xocalı faciəsini törətdilər.

Ermənilərin hücumundan əvvəl -- fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı moto-atıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qal-mış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonuna çatmaq ümidi ilə Xocalını tərk etməyə məcbur oldu. Şəhəri yerlə-yeksan edən erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə misli görünməmiş divan tutdular.

Həmin vaxt Xocalı şəhərinin 613 sakini qətlə ye-tirildi. Onlardan 106 nəfəri qa-dın, 83 nəfəri isə azyaşlı uşaq idi. 56 nəfər xüsusi amansız-lıq və qəddarlıqla qətlə yeti-rildi. Qanlı faciə zamanı 1000 nəfərdən çox şəhər sakini yaralandı, şikəst edildi, 1275 nəfər isə girov götürüldü. Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən vandalizm və qətllər erməni aqressiv-liyinin və millətçiliyinin əsl mahiyyətini, iç üzünü bir daha bütün dünyaya nümayiş etdir-di. Bu faciə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlər sırasındadır.

Təbii ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosi-ma, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Xocalı qətliamında Ermənistanın sabiq preziden-ti Serj Sarkisyan birbaşa işti-rak edib. Bunu özü də etiraf edib. Ermənistanın baş naziri Nikol Paşinyan isə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində utanmaz-utanmaz deyir ki, Xocalı faciəsini ermənilər törətməyib. Dövlət başçısı da bu qədər riyakar, yalançı və böhtançı olarmı?

Qeyd etdiyimiz kimi, Xocalı soyqırımında birba-şa iştirakını Sarkisyanın özü açıq şəkildə etiraf edib. Qarabağda günahsız tökülən qanlarda Ermənistanın sabiq prezidentinin birbaşa əli var. Bu baxımdan, Serj Sarkisya-nın dünyada hərbi cinayətkar kimi tanınması üçün petisiya-ya 100 min imzanın verilməsi çox əhəmiyyətlidir. Hətta imza verənlər arazında əcnəbilər, ermənilər də var.

Dünyada ikili stan-dartların mövcudluğu bir sıra məsələlərdə, xüsusilə, Ermənistana qarşı münasibətdə özünü açıq şəkildə büruzə verir. Bəzi beynəlxalq dairələr işğalçı Ermənistanı himayə edir. Hətta petisiya üçün 100 min imzanın toplanmasına baxmayaraq, Sarkisyan beynəlxalq müstəvidə hələ də hərbi cinayətkar kimi tanınmayıb. Ona görə də Ermənistanın baş naziri bu qətliamın törədilməsində erməniləri təmizə çıxarmaq istəyir. Amma bütün hallarda tarixi faktlar da Ermənistanın terrorçu ölkə olduğunu təsdiqləyir. Bu barədə saysız-hesabsız faktlar var. Təkcə Xocalıda yox, digər ərazilərimizdə də çoxlu sayda günahsız insanların qanına əli batmış Sarkisyan kimilər gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər.

Bu gün Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması üçün sistemli tədbirlər həyata ke-çirir. Bunun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu. Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xo-calı soyqırımı günü haqqın-da" xüsusi qərar qəbul etdi. Həmin sənəddə hadisənin başvermə səbəbləri, günah-karlar təfsilatı ilə açıqlanıb. Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən 9 de-kabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən "Soyqırımının qarşısının alınması və ona görə cəza" haqqında Kon-vensiyanı, keçmiş Yuqoslavi-ya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statusunu, həmçinin "Xo-calı soyqırımı günü haq-qında" Azərbaycan Res-publikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli

qərarını, Azərbaycan Respublikası Preziden-tinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respubli-kası Cinayət Məcəlləsinin 103-cü maddəsini əldə əsas

tutur. Ümummilli liderimizin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırı-mı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Eləcə də, Xocalı faciəsi ilə bağlı Milli Məclis dünya ölkələrinə, beynəlxalq təşkilatlara xeyli sayda müraciət edib, həm də bəyanatlar və qərarlar qəbul olunub.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev, Birinci Vitse-prezi-dent, Heydər Əliyev Fondu və fondun vitse- presi-denti Leyla xanım Əliyeva tərəfindən də davam etdi-rilir. Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Elə bir beynəlxalq tədbir yoxdur ki, orada Xocalı faciəsi barədə danışılmasın. Elə dövlət baş-çımızın bu günlərdə Münxen Təhlükəsizlik Konfransında Ermənistanın baş nazirinə tutarlı cavabları da bunu təsdiqləyir.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sıra Avropa ölkələri Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə tanıdılması, Ermənistanın havadar-larının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miq-yasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqı-rımı müxtəlif təşkilatlarda gündəmə gətirilib. Dövlət başçısı, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çat-dırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib vəzifə kimi müəyyənləşdirib. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımızın hər biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıl-ması işinə öz töhfəsini verir.

Bu işdə Heydər Əliyev Fondunun və fondun vit-se-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlərin nəticəsi göz qabağındadır. Onun təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası xüsusilə qeyd edilməlidir. Bu gün dünyanın bir çox ölkəsi və ABŞ-ın bir sıra ştatları Xocalı soyqı-rımını rəsmən tanıyır. Gün gələcək, dünya bu soyqırımnı tanıyacaq və Azərbaycanın haqq səsi bütün cahana yayılacaq. Bundan ötrü biz avropalı, amerikalı ilə onların öz dilində, qəbul etdikləri formada danışaraq bu faciəni, soyqırımını tanıtmalıyıq. Bu, hər bir soydaşımızın ən ümdə borcudur.

Elman MƏMMƏDOV, V çağırış Milli Məclisin

deputatı

Hərbi Prokurorluqda elmi-praktik konfrans keçirilib

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra konfrans iştirakçıları Memo-rial Soyqırımı Muzeyini ziyarət ediblər. Onlara muzey və orada saxlanılan, tarixi həqiqətləri, o cümlədən Xocalı soyqırımı haqqında reallığı əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Həmçinin Xocalı soyqırımı qurbanlarının barələrində məlumatların əks olunduğu slayd nümayiş etdirilib.

Konfransı açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun mü-avini – Hərbi prokuror, ədliyyə gene-ral-leytenantı Xanlar Vəliyev o müdhiş gecədə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin komandir heyətində erməni millətindən olan şəxslərin də təmsil olunduğu 366-cı motoatıcı ala-yın köməyi ilə Xocalı şəhərinə hücu-mundan, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeridilməsindən, şəhərin dinc əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutulmasından, Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfərin xüsusi amansızlıqla öldürülməsindən, 487 nəfər dinc sakinin ağır yaralanmasından, 1275 nəfərin girov götürülməsindən, hadisələrin necə cərəyan etməsindən ətraflı danışıb. Hərbi prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi mükəmməl siyasətin, eləcə də uğurlu xarici siyasətin sayəsində artıq dünya ictimaiyyətinə Xocalı soyqırımı barədə səhih və dolğun məlumatların verildiyini bildirib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verildiyini vurğulayan Xanlar Vəliyev tarixi torpaqlarımızın işğal olunması, Azərbaycan xalqına qarşı törədilən deportasiyalar, soyqırımları, terror hadisələri və insanlığa sığmayan vəhşiliklərlə törədilmiş digər cinayətlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Bu barədə tarixi reallıqla-rın dünya ictimaiyyətinə çatdırılmasında, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsinə müvəffəq olunmasında Azərbaycan Respublika-sının Prezidenti İlham Əliyevin misilsiz fəaliyyətindən, bununla əlaqədar ölkədə və respublikamızdan kənarda həyata

keçirilən sistemli və ardıcıl tədbirlərdən bəhs olunub.

Hərbi prokuror Azərbaycan Respubli-kasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən genişmiqyaslı işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırıl-masının əhəmiyyətini xüsusi vurğulayan Xanlar Vəliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından, o cümlədən soyqırımı haqqında ətraflı məlumatların bütün dünyaya yayılması ilə bağlı səmərəli fəaliyyətindən söz açıb.

Hərbi prokuror bildirib ki, Xocalıda törədilmiş kütləvi qətllərin Meksika, Pakis-tan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində soyqırımı aktı olmasının təsdiq edilməsi, Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentlərinin, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunverici-lik orqanları tərəfindən Xocalı faciəsinin qətliam kimi qiymətləndirilərək qətiyyətlə pislənməsi, həmçinin İslam Əməkdaşlıq Təşkilatının bu dəhşətli faciəni soyqırımı kimi tanıması bütün bunların nəticəsidir.

Fevralın 15-də Münxen Təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan Res-publikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdən bəhs edən Hərbi prokuror Prezident İlham Əliyevin zəngin elmi biliklərinin, yüksək erudisiyasının, mükəmməl və məzmunlu nitqinin qarşısında Nikol Paşinyanın aciz qaldığını xüsusi vurğu-layıb. Dövlətimizin başçısının polemi-kadakı inamlı qələbəsinin Azərbaycan diplomatiyasının növbəti uğuru olmaqla, sözügedən məsələnin həllində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Xanlar Vəliyev Prezident İlham Əliyevin səlis cümlələrlə və tarixi faktlara əsaslanan məntiqli fikirlərlə zəngin çıxışı ilə əsl həqiqətin nədən ibarət olmasına -bu münaqişədə Azərbaycanın haqlı tərəf ol-duğuna və torpaqlarımızın işğal edildiyinə dünya ictimaiyyətini inandırmağa müvəffəq olduğunu, bununla da Paşinyanın savad-sızlığını və yalanlarını növbəti dəfə ifşa etməklə onu “mat” vəziyyətinə saldığını bildirib.

Hərbi prokuror qeyd edib ki, tarix boyu, o cümlədən ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq, təcavüzkar erməni millətçiləri tərəfindən Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddia-larının irəli sürülməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması xalqımıza qarşı soyqırımı törədilməsi, azərbaycanlıların kütləvi şəkildə qırğını, əsrlər boyu yaşadığı tarixi ərazilərindən, doğma torpaqlarından deportasiyası, şəhər və rayonlarımızın talan edilməsi, mədəniyyət abidələrimizin dağıdılması və milli genofondumuzun məhvinə yönəlmiş digər qəsdlər ilə nəticələnib. Azərbaycan

Respublikasının işğal olunmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının ko-bud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respub-likası Baş prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yara-dılıb. 2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika Hərbi prokuroruna həvalə edilməklə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tap-şırılıb. Təkcə Xocalı soyqırımı istiqaməti üzrə cinayət təqibi zamanı 7500-ə yaxın prosessual hərəkətlər aparılıb, 1800-dən çoxu şahid və 2700-dən çoxu zərərçəkmiş qismində olmaqla 4500 nəfərdən çox şəxs dindirilib, 800-dən artıq müxtəlif növ eks-pertiza keçirilib, digər istintaq hərəkətləri icra olunub. İstintaqla, o cümlədən iş üzrə həyata keçirilmiş müvafiq ekspertizaların ilkin hesablamalarına əsasən, müəyyən edilib ki, Xocalının işğalı ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon 250 min ABŞ dollarından artıq məbləğdə ziyan vurulub.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birli-yinin sədri Füzuli Rzaquliyev, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova və Xocalı sakini Təhmasib Kərimov çıxışlarında bəşəriyyətin ən bö-yük faciələrindən biri olan Xocalı soyqırımı barədə ətraflı çıxışlar ediblər.

Daha sonra soyqırımı haqqında Azərbaycan Respublikası Hərbi Prokuror-luğunun təşəbbüsü ilə hazırlanan “Əsrin faciəsi” filmi nümayiş etdirilib.

Sonda aparılan səmərəli təbliğat nəticəsində dünya ictimaiyyətinin də həqiqətin nədən ibarət olmasını artıq yaxşı dərk etdiyini vurğulayan Xanlar Vəliyev işğal altındakı torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti, sarsıl-maz qətiyyəti, yenilməz siyasi iradəsi, yorulmaz fəaliyyəti və xalqımızın əzmkarlığı sayəsində azad olunacağına və millətimizə qarşı xüsusilə ağır cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyinə əminliyini bildirib.

Fevralın 25-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib. Hərbi Prokurorluğun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində baş tutan tədbirdə Hərbi Prokurorluğun, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, Azərbaycan Vətən Müharibəsi Veteranları və Xocalı Soyqırımını Tanıtma ictimai birliklərinin üzvləri, Xocalı sakinləri, habelə ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

Ermənilərin bəşər tarixindəki ən qanlı faciələrdən birini törətməsindən 28 il ötür. Hər bir azərbaycanlı bu dəhşətli qətliamın dünyada tanıdıl-masında fəal iştirak etməli, ermənilərin bu vəhşiliyi barədə beynəlxalq ictimaiyyətə müfəssəl məlumat verməlidir. Çalışmalıyıq ki, Xocalı soyqırımı dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən özünün huquqi və siyasi qiymətini alsın.

Xocalı soyqırımı bəşəriyyət tarixinə qara ləkədir

� Milli Kitabxanada Mədəniyyət Nazirliyi Milli Kitabxana ilə birgə “Xocalı – XX əsrin soyqırımı” mövzusunda kitab sərgisinin açılışı, Səriyyə Müslümqızının “Onlar heç vaxt böyüməyəcəklər” və Meyxoş Abdullahın “Пленница…” (“Əsir qadın”) kitablarının, ”Xocalı soyqırımı” adlı elektron məlumat bazasının və Xocalı ilə bağlı hazırlanan sənədli filmin təqdimatı keçirilib.

Tədbir Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükut-la yad edilməsi ilə başlanıb. Mərasimi Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, bildirib ki, Xo-calı faciəsi tarixdə ən dəhşətli qətliamdır. Soyqırım qurbanları ölkəmizdə və Azərbaycanın hüdudlarından kənarda hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edilir. Azərbaycan tarixinin ən qanlı səhifəsi olan bu faciədən 28 il ötməsinə baxmayaraq, hər birimiz bu dəhşətin ağrısını yaşayırıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı qanlı qətliam törədib, 613 nəfər dinc sakin qətlə yetirilib, 150-ə yaxın insan itkin düşüb,

1500-dən artıq insan isə girov götürülüb.

Direktor vurğulayıb ki, hələ Xocalı haqqında çox kitablar yazılmalı, xalqımızın başına gətirilən bu müsibət ədəbiyyatımızda yüksək səviyyədə təbliğ olunmalı, gənc nəsil Xocalı faciəsinin ağrı-acılarını tarixi faktlarla yanaşı, belə əsərlərdən də oxuyub öyrənməlidir. Bu kitabların xarici dillərə tərcümə olunub təbliğ edilməsi də diqqət mərkəzində saxlanılmalıdır.

Meyxoş Abdullah çıxış edərək, əvvəlcə tədbir iştirakçı-larına öz təşəkkürünü bildirib. Qeyd edib ki, kitabda Səidənin faciəsi bir qəhrəmanlıq sim-voludur. Yazıçı üçün torpağın işğalı ən böyük faciələrdən biridir.

Kitabın redaktoru Leyla Qədirzadə çıxış edərək bildirib ki, belə kitabların, qəhrəmanlıq motivli filmlərin çəkilməsi təqdirəlayiq addımdır. Bu roman Qarabağ mövzusunda yazılan ən dəyərli əsərlərdən biridir.

L. Qədirzadə “Əsir qadın” romanının “Yaddaş” mükafatına layiq görüldüyünü, kitabın ek-ranlaşdırılmasının vacib məsələ olduğunu da diqqətə çatdırıb.

Mərasimdə gənc şair Sevindik Nəsiboğlu Xocalı faciəsinə həsr olunmuş şeirini ifa edib.

Yazıçı-publisist Əlibəy Azəri çıxışında romanın Xocalı faciəsini real hadisələrlə əks etdirdiyinə görə, müəllifə,

kitabın yaradıcı heyətinə öz təşəkkürünü bildirib.

Tədbirdə, həmçinin “Xo-calı soyqırımı” adlı elektron məlumat bazasının və Xocalı ilə bağlı hazırlanan sənədli filmin təqdimatı keçirilib.

Sonda tədbir iştirakçıları və qonaqlar “Xocalı – XX əsrin soyqırımı” adlı sərgi ilə tanış olublar.

Qeyd edək ki, Milli Kitab-xananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada 8 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdlərinin iştirakı ilə Xocalı soyqırımı ilə bağlı tədbir də keçirilib.

M. MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Bu faciə unudulan deyil...

Page 9: 26 Fevral Xocalı soyqırımı günüdür!xalqqazeti.com/pdf/25.02.2020.pdf · 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard

26 fevral 2020-ci il, çərşənbə 9YAP İcra Katibliyində “Xocalı

faciəsi fotolarda” adlı sərgi açılıb

� Fevralın 25-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub.

Tədbirdə çıxış edən Baş Nazirin müavini, YAP sədrinin müavini-İcra kati-bi Əli Əhmədov bildirib ki, Azərbaycan xalqı tarixboyu faciələrlə üzləşib. 28 il əvvəl baş verən Xocalı qətliamı isə Azərbaycan tarixində ən dəhşətli faciələrdən biridir. Bir gecədə erməni-daşnak silahlı qüvvələri, onlara havadarlıq edənlər tərəfindən Xocalı şəhəri tamamilə məhv edilib, yer üzündən silinib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər

girov götürülüb, 150 nəfər itkin düşüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirib. Xocalı faciəsi hərbi cinayətdir. Çünki qətlə yetirilən insan-lar dinc, köməksiz insanlar olub. Bu mənada bu qətliam təkcə Azərbaycan xalqının başına gətirilən faciə de-yil. Xocalı soyqırımı 20-ci əsrdə dünyanın ən dəhşətli qətliamlarından biridir, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Azərbaycan xalqı bu faciəni unutmur və heç zaman unutmayacaq. Xocalı faciəsi bizim qan yaddaşımı-

za çevrilib. Hər il xalqımız bu faciəni, onun qurbanlarının xatirəsini anır.

Bu qətliamı törədənlərin hələ də cəzalarını alma-dıqlarını bildirən Baş Na-

zirin müavini deyib: “Bizim istəyimiz odur ki, bu qətliamı törədənlər layiqli cəzalarını alsınlar, qanun qarşısında cavab versinlər. Təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi

beynəlxalq təşkilatlar Xocalı qətliamına lazımi qiymət verməyiblər. Məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır. Bu istiqamətdə dövlət tərəfindən, ictimai təşkilatlar tərəfindən işlər görülür, bəzi ölkələr artıq Xocalı soyqırımını tanıyıblar. Bu baxımdan, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampani-yasının böyük əhəmiyyəti var. Güman edirəm ki, bu faciəni soyqırımı kimi tanıyanların sayı artacaq”.

Digər çıxışçılar da Xocalı faciəsi ilə bağlı fikirlərini bildiriblər.

AZƏRTAC

XİN: Ermənistan tərəfinin atəşkəsi pozması bu ölkənin rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin

əsl mahiyyətini açıq şəkildə göstərirMəlumatda deyilir: “Bu məqsədyönlü

qəsdlə Ermənistan tərəfi bir daha açıq şəkildə təsdiq edir ki, məhz o, işğalçı ölkədir və Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı oyuncaq rejimın arxasında gizlənmək cəhdləri tamamilə əsassızdır.

Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı soyqırımının qurbanlarının anıldığı ərəfədə sözügedən hadisənin baş verməsi Ermənistanın öz çirkin əməllərini dünya

ictimaiyyətinin diqqətindən yayındırmaq istiqamətdində atdığı növbəti mənfur və riya-kar cəhdidir.

Azərbaycanın beynəlxalq tanın-mış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir.

Allah şəhidimizə rəhmət eləsin”.

AZƏRTAC

Bu ilin fevralın 24-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində növbəti dəfə atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində sərhədçi əsgərimiz Vəliyev İbrahim Ələmşah oğlu şəhid olub. Qeyd etmək istərdik ki, qanlı insident Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib. Ermənistan silahlı qüvvələrinin həm iki ölkənin dövlət sərhədində, həm də iki ölkə qoşunlarının təmas xəttində atəşkəsi davamlı şəkildə pozması və Azərbaycanlı hərbi və mülki şəxsləri hədəfə alması, bu ölkənin təcavüzkar siyasətini və ölkə rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında bildirilir.

Şəhid olan sərhədçi əsgərimiz dəfn edilib

� Azərbaycanın şəhid olan əsgəri Vəliyev İbrahim Ələmşah oğlu Zərdab rayonunda torpağa tapşırılıb.

İbrahim Vəliyev 2001-ci il avqustun 16-da Zərdab şəhərində Kəlbəcər rayonunun Mollabayramlı kənd sakini, məcburi köçkün Ələmşah Vəliyevin ailəsində anadan olub. 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsindən hərbi xidmətə çağırılıb. Sərhəd qoşunlarının Qazax rayonunun Quş-çu Ayrım kəndi ərazisində xidmət keçib.

Şəhidin nəşi Gəlmə kəndindəki Şəhidlər qəbiristanlığında torpağa tapşırılıb, ru-huna dualar oxunub. Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Dövlət Sərhəd Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Zərdab və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qulluq et-diyi hərbi hissənin əsgər və zabitləri, minlərlə insan iştirak edib.

Şəhidin tabutunun büküldüyü üçrəngli

Azərbaycan bayrağı atasına təqdim olunub, yayılım atəşi açılıb.

Çıxışlarda şəhidin qanının yerdə qalma-yacağı, erməni qəsbkarlarına layiqli cavab veriləcəyi söylənilib.

Qeyd edək ki, fevralın 24-də saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxın-lığında yerləşən bölmələrindən Azərbaycan Respublikasının Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb. Ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumba-raatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

AZƏRTAC

AZAL yeni “Amadeus” texnologiyalarına keçdi

� “Amadeus” şirkətinin Yaxın Şərq, Türkiyə və Afrika üzrə icraçı vitse-prezidenti Maher Kubaanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlmişdir.AZAL prezidenti

Cahangir Əsgərovla görüşdə Azərbaycanın Milli aviadaşıyıcısı tərəfindən yeni “Amadeus Altéa Passenger Services Systems” (PSS) həllinin uğurlu inteqrasiyası müzakirə edilmişdir. Bu qərar AZAL aviaşirkətinin sərnişin xidmətlərini fərdiləşdirməsinə

kömək edəcək, bronlaşdırma sisteminin, uçuşa nəzarətin, inventar məlumat bazasının və gəlirlərin idarə edilməsi sisteminin funksionallığını keyfiyyət baxımından təkmilləşdirəcək.

“Altéa”nın üstünlüklərin həmçinin aviaşirkətin

agentləri tərəfindən hiss ediləcək. Fərdi sərnişin hesablarının (PNR) mərkəzləşdirilmiş şəkildə saxlanması sayəsində inventarlaşdırma və bron-laşdırmanın idarə olunma-sının keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq.

“Biz aviasiya sahəsində IT həllərin aparıcı təchizatçısı – “Amadeus” ilə fəal əməkdaşlığımızı davam etdiririk. Yeni “Altea PSS” sisteminə keçid AZAL-ın sərnişinlərinə göstərilən xidmətin keyfiyyətini yüksəltməyə imkan verəcək”,- deyə Cahangir Əsgərov qeyd etmişdir.

Cahangir Əsgərovun sözlərinə görə, müəyyən müddət ərzində yeni sistemə

keçidlə əlaqədar sərnişinlər biletlərin onlayn bronlaş-dırılması zamanı bir sıra çətinliklərlə üzləşmişdirlər. Lakin bu gün sistem uğurla fəaliyyət göstərir və demək olar ki, bütün məsələlər öz həllini tapmışdır.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirmişlər ki, “Amadeus Altea PSS” həllərini tətbiq etmək ilə AZAL müştərilərinə daha yüksək səviyyədə xidmət göstərəcəkdir. “Altéa”nın fasiləsiz texnoloji həlləri sayəsində ölkənin flaqman aviadaşıyıcısı Azərbaycanda hava səyahətinə artan tələbatı maksimal dərəcədə dəstəkləyə biləcək”, - deyə Maher Kubaa qeyd etmişdir.

Qeyd edək ki, “Amade-us” həlləri həmçinin Heydər Əliyev Beynəlxalq Aeropor-tunda geniş istifadə olunur. Paytaxtın hava limanı ötən yay “Amadeus”un ən yeni həllərini tətbiq edərək dün-yada bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanı olmuşdur.

“Azərbaycan Hava Yolları” (AZAL) iri aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2019-cu ildə “Azərbaycan Hava Yolları” öz struktur bölməsi olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti ilə birlikdə 2 milyon 600 mindən çox sərnişin daşımışdır.

“Xalq qəzeti”

“Azərsu” ASC-nin sədri Şabranda vətəndaşları qəbul edib

� Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Şabran şəhərində Şabran və Siyəzən rayonlarının sakinlərini qəbul edib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Q.Hüseynov və Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 69 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri, işə

qəbul və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

“İçərişəhər” və Roma meriyası birgə fəaliyyət göstərəcəklər

� “İçərişəhər” Dövlət Tarix–Memarlıq Qoruğu İdarəsi (DTMQİ) ilə Roma şəhər meriyası abidələrin mühafizəsi və konservasiyası sahəsində birgə fəaliyyət göstərəcəklər.

“İçərişəhər” DTMQİ Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin 20-22 fevral tarixlərində İtaliya Respublikasına dövlət səfəri çərçivəsində Roma

şəhərinin meri xanım Vircinia Raggi ilə görüşündən sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Roma şəhər meriyası arasında əməkdaşlıq haqqında Bəyannamə imzalanıb.

Bəyannamənin imzalanmasında məqsəd UNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan çoxsaylı tarix və mədəniyyət abidələrinin olduğu hər iki tarixi şəhər arasında əməkdaşlıq münasibətlərinin yaradılması, abidələrin mühafizəsi və konservasiyası sahəsində birgə fəaliyyətlərin və təcrübə mübadilələrinin həyata keçirilməsidir.

S.Əhmədova qeyd edib ki, bu, İdarə tərəfindən imzalanmış ilk belə sənəddir. Hazırda dünyanın bir neçə qədim tarixi və mədəni irsə malik şəhərləri ilə əməkdaşlıq barədə sənədlərin imzalanması istiqamətində danışıqlar aparılır. Bu da İçərişəhərin, habelə milli-mədəni irsimizin dünyada daha da geniş təbliğinə geniş imkanlar yaradır.

“Xalq qəzeti”

“Böyük Britaniya Azərbaycanın yeni seçilmiş parlamenti ilə

əməkdaşlıq etməyə hazırdır”XİN-in cavabında Azərbaycan Mərkəzi Seçki Komissi-

yasının seçkilərin şəffaf keçirilməsi ilə bağlı səyləri yüksək qiymətləndirilib.

Bildirilib ki, Böyük Britaniya azərbaycanlı qanunvericiləri qəbul etməyə və qarşılıqlı maraq doğuran bütün məsələlərdə məhsuldar əməkdaşlıq etməklə islahatları dəstəkləməyə davam edəcək. Həmçinin qeyd edilib ki, Britaniya seçkilərdə baş vermiş bəzi qanun pozuntularının araşdırılması istiqamətindəki səyləri alqışlayır. Britaniya tərəfi yeni seçilmiş parlamentlə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

Ermənistan atəşkəs rejimini 27 dəfə pozubErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin

müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayo-nunun Dovex, Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan kəndlərində və adsız yüksəkliklərdə, Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Page 10: 26 Fevral Xocalı soyqırımı günüdür!xalqqazeti.com/pdf/25.02.2020.pdf · 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard

Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilmiş “Gulfood 2020” beynəlxalq qida sərgisi başa çatıb. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 20 Azərbaycan şirkəti məhsullarını təqdim edib.

İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, Azərbaycan məhsulları, xüsusilə fındıq, nar şirəsi və müxtəlif çeşidli şirniyyatlar sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində Azərbaycan şirkətləri ilə xarici tərəfdaşlar arasında görüşlər keçirilib, ixraca dair müzakirələr aparılıb.

Azərbaycanın “AHEC” və “AZHAZELNUT” şirkətləri Misir, Pakistan və İtaliyadan olan şirkətlərlə fındıq məhsulunun ixracına, “Az-Granata” və “BakuKonserv” şirkətləri Birləşmiş Ərəb Əmirlikləri və Hindistandan olan şirkətlərlə konservləşdirilmiş məhsulların ixracına dair razılıq əldə edib.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

Hindistan ÜDM istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır

Bunu şərh edən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna qeyd edib ki, dünyanın 5-ci ən böyük

iqtisadiyyatı olan Hindistan 2024-cü ilədək ümumdaxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır.

Hindistan iqtisadiyyatı həyata keçirilən davamlı struktur islahatları, cilovlanan inflyasiya və sürətli inkişafla səciyyələnir.

2019-cu ilin sonuna olan məlumata görə, ölkə 457,5 milyard dollarlıq valyuta ehtiyatlarına sahibdir. Səfir qeyd edib ki, Hindistanın Maliyyə Nazirliyi “Yaşayış rahatlığı” ili elan edilmiş 2020-2021-ci büdcə ili üçün bir sıra təkliflər irəli sürüb. Aqrar təsərrüfatda, suvarma və kəndlərin inkişafı sahəsində icra olunacaq 16 proqram üçün büdcədən 28,18

milyard, səhiyyə sektoruna 9,72 milyard, təhsil sektoruna isə 13,99 milyard dollar vəsait ayrılıb.

Səfirin sözlərinə görə, 2020-2021-ci il üçün Hindistanın dövlət büdcəsindən, sənaye və ticarətin inkişafı və təşviqi üçün 3,85 milyard dollar ayrılacaq. Beş yeni “Ağıllı şəhər” proqramının Dövlət Şəxsi Tərəfdaşlığı müstəvisində hökumətlə birlikdə hazırlanması təklif edilib. Növbəti beş il ərzində infrastruktur sahəsinə investisiyaların 1,4 trilyon dollara çatacağı gözlənilir və 2024-cü ilədək “Udaan” Sxemini dəstəkləmək üçün daha 100 hava limanının tikilməsi və yenidən qurulması gözlənilir.

Dövlət büdcəsindən qida sənayesi ilə bağlı 5,01

milyard dollar, qadınlara məxsus proqramlar üçün isə 4,03 milyard dollar vəsait ayrılıb. Büdcə orta sinif vergi ödəyicilərinə əhəmiyyətli dərəcədə rahatlıq verib və bununla da alıcılıq qabiliyyətinin yüksələcəyi güman edilir.

İnvestisiyanı təşviq etmək üçün, büdcə ictimai sektora aid banklarda şəffaflığı və peşəkarlığı artırmağı təklif edir. Hazırda dövlətə məxsus bəzi qiymətli kağızlar da xarici investorlar üçün açıq elan ediləcək. Büdcə, dərman, avtomobil hissələri və digər sektorlar üçün Mikro, Kiçik və Orta Müəssisələrin (MSME) ixracının təşviqi üçün 140 milyon dollar məbləğində layihə hazırlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı: Koronavirus epidemiyası hələ pandemiya deyil

Virusun yayılmasının təhlükəli miqyas almağa başladığı ilk gündən respublikamızın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava li-manlarında profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılıb. Ölkəmizə gələn sərnişinlər ciddi yoxlanılır və verilən məlumata görə, bugünədək koronavirusa yoluxma halı qeydə alınmayıb.

Azərbaycanla həmsərhəd olan İranda virusun aşkar olunması və artıq insan tələfatı faktları barədə rəsmi məlumatların yayılmasına görə, respublikamızın bu ölkə ilə sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib. Bu ərazilərdə sa-nitar-dezinfeksiya işləri aparılır və Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına nəzarət gücləndirilib. Bu virusa yoluxmamaq məqsədilə əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti olaraq təxirə salmaq tövsiyə olunub. Hazırda Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətə götürülüb, aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçiblər.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın müvafiq qurumları ilə dai-mi təmasdadır. Ölkədə koronavirusa yo-luxma halının müəyyənləşdirilməsi üçün bütün imkanlar, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar yetərincədir. Bütün bu tədbirlərə baxmayaraq, bəzi araqarışdıranlar müxtəlif şayiələr yayır, ayrı-ayrı şəxslər tərəfindən təxribat xarakterli, yanlış məlumatlar dövriyyəyə buraxılır və bununla da əhali arasında çaşqınlıq yaratmağa cəhd edirlər.

Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, əhali saxta xəbərlərə inanmasın, yalnız Azərbaycanın rəsmi qurumlarının məlumatlarına etibar etsin.

Yeri gəlmişkən, “Amerikanın səsi” saytında Liza Schlein imzası ilə dərc olunmuş “Koronavirus epidemiyası hələ pandemiya deyil” məqaləsi diqqətimi cəlb etdi.

Məqalədə qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatı, ( ÜST) koronavirusun yayılmasının hələ bir pandemiya miq-yasına uyğun olmadığını bildirir, ancaq pandemiyaya çevrilməsinin mümkünlüyü haqqında da xəbərdarlıq edir. Bildirilir ki, hər bir ölkə qabaqlayıcı tədbirlərə hazır olmalıdır.

Müəllif yazır: “Hazırda Çində 77 mindən çox, başqa ölkələrdə isə 2 mindən çox virusa yoluxma hadisəsi qeydə alınıb. Bu virusdan ölənlərin ümumi sayı 2 min 600-dən çoxdur. Son bir neçə gündə Cənubi Koreya, İran və İtaliyada koronavirus hadisələrinin qəfil artması, epidemiya halının pandemiyaya çevrilmək qorxusunu yaratdı. Ümumdün-

ya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesus fevralın 24- də İsveçrənin Cenevrə şəhərində keçirilən koronavirusla əlaqədar mətbuat konfransın-dakı çıxışında virusun pandemiyaya çevrilmək potensialının olduğunu bildirib, amma hələ ki, bu bir ehtimaldır. Pandemiya sözünün bir epidemiyanı təsvir etmək üçün istifadə edib etməyəcəyimizlə bağlı qərarımız, virusun coğrafi yayılmasını, səbəb olduğu xəstəliyin şiddətini və bütün cəmiyyətə təsirini qiymətləndirməyə əsaslanır. ÜST direktoru deyib ki, bu vəba deyil, dünyanın müxtəlif yerlərində yayılan bir sıra epidemiyalardır, xəstəliyin yayılma-sını ehtiva edən uyğun bir cavab tələb edir. Potensial pandemiyaya hazırlaşmaq üçün əlimizdən gələn hər şeyi edərkən, ehtiyatsızlığa diqqət etməliyik, Bir ölçüyə uyğun yanaşma hamıya uyğun ola bilməz. Hər bir ölkə öz kontekstinə görə də risk qiymətləndirməsini etməlidir.”

Sayt yazır ki, ÜST rəhbəri, agentli-yin öz risk qiymətləndirməsini davam etdirdiyini və epidemiyanın təkamülünü hər an izlədiyini biıdirib. Onun sözlərinə görə, ölkələrin özlərini və xalqlarını qorumaları üçün görməli olduğu bir neçə vacib tədbir var: “Bütün ölkələr, ilk

növbədə, ölümcül xəstəliyin ön cərgəsində dayanan tibb işçilərini qorumalıdır. Əlavə olaraq, ağır xəstələnmə riski ən yüksək olan yaşlıların qorunması üçün addımlar atılmalıdır. Çində xəstəliyin mənşəyi və təkamülünü araşdıran beynəlxalq mütəxəssislərin apardığı araşdırmalardan sonra məlum olub ki, koronavirus epide-miyası 23 yanvar - 2 fevral arasında baş verdib və yayılıb. Mütəxəssislər virusun DNT-də dəyişiklik olmadığını bildirirlər . Xəstəliyin “episentri” olan Çinin Vuhan əyalətində ölüm nisbəti iki ilə dörd faiz arasındadır. Əyalətin xaricində isə bu, bir faizdən azdır.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

“Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik”

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev isə Xocalı faciəsinin insanlı-ğa qarşı törədilmiş ən böyük cinayətlərdən biri olduğunu de-yib: “Xocalı faciəsinin növbəti ildönümünü qeyd etməklə biz keçmişi unutmadığımızı dünya ictimaiyyətinə bir daha çatdırı-rıq. Ermənilər tərəfindən xalqı-mıza qarşı yönəldilmiş qırğının məqsədi azərbaycanlıları məhv etmək, onlara qarşı soyqırımı təşkil etmək olub. Onlar XX əsrin ən böyük soyqırımıların-dan birini törədiblər. Qarabağ rejiminin üzvləri olan Robert Koçaryan, Serj Sarkisyan kimi cəlladlar da dəfələrlə bu

cinayəti törətdiklərini etiraf ediblər.

Ermənilər alçaqcasına hücum edərək Xocalıda yaşlı qoca bilmədən soyqırımı, xüsusi vəhşilik törətdilər. Dinc insan-lara qarşı bu cinayəti törədən şəxslərin cəzasını alması üçün əlimizdən gələni edəcəyik. Ermənilər olmayan bir hadisəni özlərinə qarşı soyqırımı adı ilə dünya ictimaiyyətinə çat-dırmağa cəhd edirlər. Odur ki, biz də 28 il əvvəl başımı-za gətirilən bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün kəsərli təbliğat aparırıq. Biz bunun üçün bütün vasitələrdən istifadə etməliyik. Beynəlxalq təşkilatlarda bu barədə təbliğat

aparmalıyıq. Sarkisyan və Koçaryanın törətdikləri bu cinayətlərə görə beynəlxaq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətdə işlər gücləndirilməlidir”.

T.Gəncəliyev Azərbaycan xalqına qarşı soyqırımı törətmiş insanların məhkəmə qarşısında cavab verəcəklərinə inandığını vurğulayıb: “Erməni cəlladları cəzasızlıq şəraitində yaşadıqca, bu cinayəti yenidən işləyəcəklər. Ona görə də biz Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik”.

Birlik sədri Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün çalışdıqlarını da diqqətə çatdırıb: “Xocalıya ədalət!” kampaniyası adı altında dünyanın müxtəlif ölkələrində bu faciə haqqında məlumat verilir, artıq dünyanın 10-dan çox ölkəsi bu faciəni soyqırımı kimi tanıyıb. Biz gələcəkdə də bu yolda səylə fəaliyyət göstərəcəyik”.

Bakı Musiqi Akademiyasının professoru Tərlan Quliyev bildirib ki, sovet ordusunun 366-cı alayının köməyi ilə ermənilər tarixin ən dəhşətli cinayətini törətdi: “613 Xocalı sakini qətlə yetirildi, 1275 nəfər girov götürülüb, 68 qadının taleyi hələ də məlum deyil. Ermənilər Xocalıda misli görünməmiş vəhşilik törətdilər. Dinc insanları bu qədər vəhşiliklə öldürmək yalnız ermənilərə aiddir. Biz bunları yaddan çıxarmamalıyıq. Xocalı faciəsi bütün azərbaycanlıların qan yaddaşıdır. Bu faciə gələcək nəsillərə də çatdırılmalıdır”.

“Xalq qəzeti”

26 fevral 2020-ci il, çərşənbə10

Geoloji-kəşfiyyat işlərinə sərf olunan vəsait artmışdır

2019-cu ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 130,1 milyon manat və ya 2018-ci illə müqayisədə 3,6 dəfə çox vəsait sərf olunmuşdur.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, artım neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilmiş vəsaitin 4,3 dəfə çoxal-ması hesabına baş vermişdir.

Aparılmış geoloji-kəşfiyyat işlərinin 96,9 faizi neft-qaz ehti-yatlarının kəşfiyyatına yönəldilmiş və bu işlərə 126,1 milyon manat xərclənmişdir.

2018-ci illə müqayisədə ötən il hidro-geoloji işlərə 9,7 faiz, qeyri-filiz faydalı qazıntı yataqlarının kəşfiyyatına 3,1 faiz çox vəsait sərf edilmişdir.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

Bakı Musiqi Akademiyasında Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Bakı Musiqi Akademiyası (BMA) və Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Bir-

liyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən akademiyanın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova bildirib ki, 28 il öncə xalqımız Xocalı faciəsi ilə üz-üzə qalıb, yüzlərlə silahsız soydaşımız 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qanına qəltan edilib.

Dünyanı lərzəyə salmış koronavirus qurbanlarının sayı getdikcə artır. Bütün ölkələr səksəkədədir və bu qorxunc virusun qar-şısını almaq üçün mümkün vasitələrə əl atılır. Ölkəmizdə də bu istiqamətdə ciddi hazırlıq işləri görülür. Çin Xalq Respubli-

kasında COVİD-19 koronavirus infeksiyasının yayılmağa başlamasından sonra mümkün risklərin və onun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq komissiya yaradılmış, yanvarın 30-da Fəaliyyət Planı təsdiqlənmişdir.

Hindistan 2024-cü ilədək ümumi daxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaş-dırır.

Page 11: 26 Fevral Xocalı soyqırımı günüdür!xalqqazeti.com/pdf/25.02.2020.pdf · 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard

26 fevral 2020-ci il, çərşənbə 11

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC

səhmdar cəmiyyətin ərazisində cari təmir işlərinin aparılmasının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİRTender iştirakçılarına təklif edilir ki,

dövlət satınalmalarının https:/www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən iddiaçı-lar 200 manat məbləğdə vəsaiti göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün tələb olunan sənədləri və təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini bütün zəruri vergi və rüsumları nəzərə almaqla hesablamalıdırlar. Tender prosedurunda bütün təkliflərin avtomatik qiymətləndirilməsi təmin olunur. Təkliflərin qiymətləndrilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- yüksək keyfiyyət müqavilənin vaxtında yerinə yetirilməsi, maliyyə vəziyyəti və mal-ların qrafikə uyğun (işlərin və xidmətlərin) təhvil verilməsi.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs- Elmar Əliyev, telefon - 012 492-87-95.

Ünvan- Bakı şəhəri, M.Hüseyn küçəsi 1.Tenderin əsas şərtlər toplusu

Azərbaycan dilində hazırlanmışdır. İddiaçılar iştirak haqqını aşağıdakı

hesaba köçürməlidirlər:

Alan təşkilat - “ AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ” QSC

Alan bank- Dövlət Xəzinədarlığı Agentliyi

1 saylı Xəzinə idarəsi VÖEN- 1401555071 Kod - 210005 M/h- AZ-

41NABZ01360100000000003944 SWİFT- CTREAZ22VÖEN- 9900062371 H\h-

AZ33CTRE00000000000004048501Büdcə təsnifatının kodu- 142340 Büdcə səviyyəsinin kodu-7, fond 7İştirak haqqı heç bir halda geri qaytarıl-

mır.Malgöndərənlər (podratçılar) iddiaçı

statusu almaq və tenderdə iştirak üçün aşa-ğıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi ten-der təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma-ması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- vergilər nazirliyi tərəfindən həmin iddia-çıların işçilərinin sayı, əmlakları, avadanlıq-ları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;

- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 3-cü bəndlərdə qeyd olunan sənədləri 16 mart 2020-ci il saat 18.00-a qədər (tender təklifi və təklifin 1faiz bank zəmanəti istisna ol-maqla) dövlət satınalmaların vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 2 aprel 2020- ci il saat 18.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 3 aprel 2020-ci il saat 15.00-da elektron portal vasitəsilə açılacaqdır.

QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedur-lar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin

Abadlaşdırma Təmir –Tikinti İdarəsiAÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot- 1. Tikinti materiallarının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il mayın 30-na kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs - Oktay Məmmədov.

Ünvan- Sumqayıt şəhəri, 39-cu məhəllə, MKTİB-in təsərrüfat sahəsi.

E-mail: [email protected] -iş 18 65 2-06-98,

mobil 055 303-35-70.Maraqlananlar tenderin əsas

şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmış-dır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 250 (iki yüz əlli ) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid

internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-• “Beynəlxalq Bank”ın Sumqa-

yıt filialı • Kod- 805658• VÖEN- 9900001881• M/h- AZ03NAB-

ZO1350100000000002944• H/h- AZ32İ-

BAZ38060019449616318213 • VÖEN- 2900187391• S.W.I.F.T. IBAZAZ 2XMalgöndərənlər (podratçılar)

iddiaçı statusu almaq və tenderdə iş-tirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haq-qında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam

adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir).

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında mü-vafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqlar və lazımi tex-niki imkanlarının olmasına aid rəsmi arayış;

- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 18 mart 2020-ci il saat 13.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 2 aprel 2020-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmaları-nın vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifli zərfləri 3 aprel 2020-ci il saat 13.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

“Gəncə Şərab-2” ASC səhmdarlarının nəzərinə!

14 aprel 2020-ci il saat 10.00-da “Gəncə Şərab -2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncağın gündəliyi:1.Cəmiyyətin 2019-cu il fəaliyyyəti haqqında illik hesabatı.2.Cəmiyyətin mühasibat balansının təsdiqi.3.Mənfəətin bölüşdürülməsi, dividendlərin ödənilməsi

qaydasının müəyyən edilməsi və müddəti.Səhmdarların növbəti illik ümumi yığıncağının

gündəliyinin materialları ilə müəssisənin mühasibatlığında tanış olmaq mümkündür.

Səhmdarların növbəti illik ümumi yığıncağı Gəncə şəhəri, Zaur İsmayılov küçəsi 86 nömrəli ünvanda (keçmiş Kənar küçəsi 3), “Gəncə Şərab -2” ASC-nin inzibati binasında keçiriləçəkdir.

Əlaqə telefonu- (022)-255-07-01.

İdarə heyəti

“SUMQAYIT SANTEXNİK HİSSƏ” ATSC səhmdarlarının nəzərinə !“Sumqayıt Santexnik Hissə” ATSC səhmdarlarının növbəti

illik ümumi yığıncağı 2020-ci il aprelin 12-si saat 10.00-da Sumqayıt şəhəri, Metallurqlar küçəsi 4 nömrəli ünvanda keçiriləcəkdir.

Gündəlikdəki məsələlər :1. Cəmiyyətin 2019-cu il ərzində gördüyü işlər və qarşıda

duran məsələlər barədə idarə heyətinin illik hesabatı.2. Cəmiyyətin 2019-cu ildə maliyyə-təsərrüfat fəaliyyəti haq-

qında hesabat və 2019-cu ilin balansının təsdiq edilməsi.3. Digər məsələlər.Ünvan: Sumqayıt şəhəri, Metallurqlar küçəsi, 4.

İdarə heyəti

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 6 fevral 2020-ci il tarixli

nömrəsində Gənclər və İdman Nazirliyinin sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün “Novruz” şənliyinin keçirilməsinin satın alınması məqsədilə dərc edilmiş tenderində iştiraka görə ilkin sənədlərin təqdimatı tarixi 27 fevral 2020-ci il saat 18.00-a, təklifin və bank təminatının təqdim olunması 6 mart 2020-ci il saat 18.00-a və təklif zərflərinin açılışı vaxtı isə 10 mart 2020-ci il saat 10.00-a təyin edilmişdir.

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi

işçilərinin könüllü tibbi sığortalanması xidmətinin satın alınması məqsədilə

KOTİROVKA SORĞUSU KEÇİRİR 1. Kotirovka sorğusunda işçilərin kö-

nüllü tibbi sığorta xidmətini təmin edən rezident və ya qeyri-rezident hüquqi şəxslər iştirak edə bilərlər.

2. Kotirovka sorğusunun əsas şərtlər toplusunu əldə etmək üçün iddiaçı-lar Bakı şəhəri, Nizami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbəyə müraciət edə bilərlər (əlaqə telefonları- 505 87 04 (əlavə 1323), (050) 265 81 29, faks: 492 05 92).

3. Kotirovka təklifi tələb olunan formada hazırlanaraq üzərində fiziki və ya hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı

zərfdə 12 mart 2020-ci il saat 18.00-a qədər Bakı şəhəri, Nizami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Zərflərin açılışı ilə bağlı tender komissiyasının iclası 13 mart 2020-ci il saat 15.00-da Bаkı şəhəri, Nizami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin ofisində keçiriləcəkdir.

Tender komissiyası

Azərbaycan Dövlət Tərcümə Mərkəzi2020-ci ildə poliqrafiya avadanlıqlarının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİRTender 1 (bir) lot üzrə keçiriləcəkdir.Lot – 1. 2020-ci ildə poliqrafiya

avadanlıqlarının satın alınması.Tender iştirakçılarına təklif olunur ki,

öz tender təkliflərini dövlət satınalma-larının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Ten-der təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi .

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs- Aqil Əmrahov.Ünvan- Bakı şəhəri, Ə.Topçubaşov

küçəsi 74.E-mail: [email protected] iş 012 595-10-69, Mobil

055 354-00-01.Maraqlananlar tenderin əsas

şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır)

tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesa-ba 300 (üç yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-• ABB-nin Nəqliyyat filialı• Kod- 805658• VÖEN- 9900001881• M/h- AZ-

03NABZ01350100000000002944• H/h- AZ51İ-

BAZ38060019446126609205• VÖEN- 1701661661• SWIFT BIK. IBAZAZ 2XMalgöndərənlər (podratçılar) iddiaçı

statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keç-diyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid

yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması

haqqında müvafiq vergi orqanlarından arayışlar;

Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanları-nın olmasına aid rəsmi arayış;

- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 18 mart 2020-ci il saat

10.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid inter-net portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 2 aprel 2020-ci il saat 10.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 3 aprel 2020-ci il saat 10.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyas

Page 12: 26 Fevral Xocalı soyqırımı günüdür!xalqqazeti.com/pdf/25.02.2020.pdf · 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard

26 fevral 2020-ci il, çərşənbə12

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

5987

672

40 qəpik

Rusiya

“Su-57” üçün yeni raket hazırlanıbRusiyanın be-

şinci nəsil “Su-57” bombardmançı təyyarəsi üçün səsdən sürətli raket hazırlanıb. Bu barədə Rusiya KİV-i məlumat yayıb. Adı açıq-lanmayan rusiyalı hərbi mütəxəssis hazırda raketin “Su-57”-yə quraşdırılmadığını və sınaqdan keçirilmədiyini bildirib.

Xəbəri “RG.ru” verib.

ABŞ

Seçki kampaniyasına 500 milyon dollar2020-

ci ildə ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Maykl Blumberq öz seçki kampaniya-sına 500 milyon dollardan çox vəsait sərf edib.

Bunu “Advertising Analytics” şirkəti açıqlayıb. Bildirilir ki, indiyədək Ayova, Nyu-Hempşir və Nevada ştatlarında ilkin seçkilərdə iştirak etməyən Blumberq bunun müqabilində 14 ştatın birdən səs verəcəyi 3 mart seçkilərində yaxşı nəticə göstərməyə ümid bəsləyir.

Məlumatı RİA “Novosti” yayıb.

Fransa

Nazirin bəyanatı Fransada

koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin hamısı sağalıb. Bu bəyanatla ölkənin Səhiyyə naziri Olivye Veran çıxış edib. Nazirin sözlərinə görə, hazırda Fransa ərazisində virus daha yayılmır: “Lionda xəstəxanaya yerləşdirilən sonuncu pasiyent sağalıb. O, daha xəstə deyil və evə buraxılıb”.

Qeyd edək ki, Fransada ölümcül virusa yoluxan 12 nəfərdən cəmi biri dünyasını dəyişmişdi.

Məlumatı “Le Parisien” yayıb.

Yaponiya

Titetsu Vatanabe vəfat edibYaponiyanın

Niqata prefekturası-nın 112 yaşlı sakini Titetsu Vatanabe vəfat edib. Qeyd edək ki, onun adı bu ayın əvvəlində planetin ən yaşlı kişi sakini kimi Ginnesin Rekordlar kitabına daxil edilmişdi.

Xatırladaq ki, dünyanın bundan əvvəlki ən yaşlı kişi sakini də Yaponiya vətəndaşı idi. Masadzo Nonaka adlı şəxs 2019-cu il yan-varın 20-də 113 yaşında vəfat edib.

Məlumatı TASS yayıb.

Türkiyə

Ersun Yanal istefa verib“Fənərbaxça”

futbol klubunun baş məşqçisi Ersun Yanal istefa verib. Bildirilir ki, Yanalın istefasına Türkiyə Super Liqasının 23-cü turunda “Qalatasaray”a 1:3 hesabı ilə məğlub olması səbəb olub.

İddialara görə, Yanal istefa məktubunu “Fənərbaxça”nın prezidenti Ali Koça təqdim edəcək. Baş məşqçinin istefası barədə rəsmi məlumat verilməyib.

Xəbəri TRT “Spor” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Fevralın 26-da  Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək. Gecə 4-6, gündüz 8-10 , Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti , dağlıq ərazilərdə 5-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək.Lakin gecə və səhər ayrı-ayrı yerlərdə qar yağacağı , duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5 dərəcə şaxta , gündüz 2-7 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər arabir bəzi şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı

gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2-7 , gündüz 0-2 dərəcə şaxta olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 4-6, gündüz 8-13 , dağlarda gecə 2-3 , gündüz 4-7 dərəcə isti olacaq.

“Xalq qəzeti”nin kollektivi iş yoldaşları Qabil Əliyevə əzizi

ŞƏFİQƏ DADAŞOVANINvəfatından kədərləndiklərini bildirir və dərin hüznlə

başsağlığı verirlər.

ALLAH RƏHMƏT ELƏSİN

9 Həsənova Namidə Ələsgər qızının adına verilmiş 30801301749 (1611013077) nömrəli çıxarış və texniki pasport itdiyi üçün etibarsız sayılır. (Abşeron rayonu, Ceyranbatan qəsəbəsi)

9 2020-ci il noyabrın 10-da Ədliyyə Nazirliyi tərəfindən 1334 nömrə ilə dövlət qeydiyyatına alınmış “Neftçi Ekoloqların Yaşıllıq Elmi” İctimai Birliyinin nizamnaməsinin, qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin və 1701516091 nömrəli VÖEN-in şəhadətnaməsinin əsilləri itdiyi üçün etibarsız sayılır.

9 Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən Xəlilzadə Leyla İlham qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

9 Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin möhürü itdiyi üçün etibarsız sayılır.

Türkiyə və Böyük Britaniyanın müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər

Türkiyə Milli Müdafiə Nazirliyindən mediaya həmçinin bildiriblər ki, nazirlər iki ölkə arasında təhlükəsizlik, müdafiə və müdafiə sənayesi üzrə əməkdaşlıq məsələləri üzrə də fikir mübadiləsi aparıblar.

Suriyanın şimal-şərqində, xüsusilə İdlib şəhəri və onun ətrafındakı yaşayış məntəqələrində vəziyyət gərgin olaraq qalır. Son günlər Əsəd rejimi və onun müttəfiqlərinin ərazini artille-riya atəşinə məruz qoyduğu

barədə məlumatlar yayılıb. Dinc sakinlər arasında ölən və yaralananların olduğu bildirilir.

Bu arada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Moskva və Ankara İdlib ətrafındakı vəziyyəti nizamlamaq üçün məsləhətləşmələri davam etdirəcək.

Onun sözlərinə görə, indi növbəti silsilə məsləhətləşmələr hazırlanır. “Rusiya Federasiyası ümid edir ki, məsləhətləşmələrin

nəticəsi İdlibdəki deeska-lasiya zonasının normal işləməsi ilə bağlı razılaşma-ya gətirəcək. Əminik ki, bu məsləhətləşmələr həqiqətən də deeskalasiya zonasının fəaliyyət göstərməsinə, ter-rorçuların orada ev sahibliyi etməməsinə səbəb olacaq”, –

deyə Lavrov əlavə edib.S.Lavrov həmçinin

qeyd edib ki, “Cəbhət ən-Nüsra” qruplaşması ilə dialoq qurmaq haqda fikirlər qəbuledilməzdir.

M.HACIXANLI, “Xalq qəzeti”

Tedros GEBREYESUS: virusun yayılmasının

qarşısını almaq mümkündür

ÜST-ün baş direktoru Tedros Gebreyesus vəziyyəti şərh edərək deyib ki, virusun yayılmasının qarşısını almaq müm-kündür. O, hətta Fransada epidemiyaya yoluxan xəstələrin tamamilə sağaldığını qeyd edib.

Təşkilat rəhbəri, həmçinin qeyd edib ki, ÜST koronavi-rusla beynəlxalq fövqəladə vəziyyət, beləliklə də mümkün ola bilən ən yüksək həyəcan pilləsini elan edib. İndi isə baş verə biləcək bütün hallara qarşı mümkün qədər cəld şəkildə reaksiya verməyin və müvafiq addımlar atmağın zamanıdır. “Çünki bu mübarizədə təkbaşına hər kəs uduzur, biz yalnız birlikdə qalib gələ bilərik”, - deyən Tedros Gebreyesus dünya ölkələrini virusa qarşı mübarizədə əməkdaşlıq və koordinasi-yalı fəaliyyətə çağırıb.

Qeyd edək ki, Çində koronavirus qurbanlarının sayı 2663-ə çatıb, 27,2 mindən çox insan epidemiyadan sağalıb. Bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkədə yeni növ koronavirusa yoluxanların sayı isə 77,6 mini ötüb.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

Telekanal qeyd edib ki, tərəflər arasında atəşkəs rejimi 24 fevral, Moskva vaxtı ilə gecə saat 1.00-dan qüvvəyə minib.

Xatırladaq ki, fevralın 23-dən 24-nə kecən gecə İsrailin Hərbi Hava Qüvvələri Dəməşq ətrafına, fələstinlilərin hərbi bazasının yerləşdiyi əraziyə raket zərbələri endirmişdi. İsrail tərəfinin məlumatına görə,

fələstinlilər burada raket silah-larının nümunələrini hazırlayır, sonradan bu nümunələr əsasında Qəzzada istehsal başlayır və hazırlanmış raketlərdən İsrail əleyhinə silahlı hücumlar zama-nı istifadə olunur.

“Əl-Hadath” telekanalının verdiyi məlumatda isə bildirilib ki, fevralın 24-nə keçən gecə İsrail aviasiyası bazar günü Fələstin istiqamətindən açılmış raket atəşlərinə və sərhəddə partlayıcıların işə salınması cəhdlərinə cavab olaraq, “İslami cihad”la əlaqəli olan onlarla hədəfə hücum edib.

Həmin gecə hər iki tərəf bir-birinə zərbələr endirib və vəziyyət son ana qədər davam

edib. İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb ki, son sutka ərzində radikal-lar Qəzzadan İsrail ərazisinə 40 raket atıb, ancaq onların yarısı “Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri tərəfindən tutulub.

Qarşılıqlı atışmanın davam etdiyi vaxtda İsrailin Baş naziri Benyamin Netanyahu bəyan etmişdi ki, Qəzza istiqamətindən raket hücumlarının davam edəcəyi təqdirdə ölkəsi sakitliyi bərpa etmək üçün yeni hərbi əməliyyata başlaya bilər.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Dronlar üçün lazer peyk – rabitə sistemi hazırlanıb

Mütəxəssislərin sözlərinə görə, lazer peyk–rabitə sistemləri məlumatların Yerdən orbitə və havada olan müəyyən obyektə göndərilmə sürətini xeyli ar-tırmağa imkan verir. Bundan

başqa, belə sistemlər siqna-lın ələ keçirilmə ehtimalını azaldır.

Bildirilir ki, 2007-ci ildə ABŞ ordusunda silahlanmaya qəbul edilən “MQ-9B Reaper”

dronları əvvəllər kəşfiyyat və yerüstü hədəflərə raket zərbələrinin endirilməsi məqsədilə istifadə olunub. 680 kiloqram çəkiyə malik raket və bomba daşıya bilən dronların maksimal sürəti sa-atda 482 kilometr təşkil edir.

Qeyd edilir ki, sistemin sınaqları Atlantik okeanında yerləşən Tenerife adasında keçirilib. Testin məqsədi həllin informasiyanı orbitdə olan peykdən pilotsuz uçuş aparatına ötürülməsinin yoxlanılması olub. Digər məlumatlar açıqlanmır.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

“Anadolu” agentliyi xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar telefonla böyük britaniyalı həmkarı Ben Uolles ilə İdlibdəki vəziyyəti müzakirə edib.

Dünyanın bir sıra ölkələrində “COVID-19” koronavirusuna yeni yoluxma hallarının təsdiqlənməyinə baxmayaraq, Ümumdün-

ya Səhiyyə Təşkilatı (ÜST) hazırda pandemiya təhlükəsinin yaranmadığını açıqlayıb. ÜST-ün açıqlamasına görə, Çində yoluxma hallarının azalması bu nikbinliyə əsas verir.

Misir və BMT-nin vasitəçiliyi ilə Fələstinlə İsrail arasın-da atəşkəs haqqında razılıq əldə olunub. Bu barədə “Sky News Arabia” telekanalı-na istinadən TASS məlumat yayıb.

“Hightech” internet portalının məlumatına görə, ABŞ-ın “General Atomics” şirkəti pilotsuz uçan aparatlar (dron) üçün lazer peyk – rabitə sistemini sınaqdan keçirib. Bildirilir ki, sistem məxsusi olaraq, “MQ-9 Reaper” zərbə dronları üçün hazırlanıb.

Fələstin və İsrail arasında atəşkəs haqqında razılıq əldə olunub

Hüsnü Mübarək vəfat edibMisirin sabiq prezi-

denti Hüsnü Mübarək 87 yaşında dünyası-nı dəyişib. Bu barədə “Gazeta.ru” saytı İranın Fars agentliyinə istinadən məlumat yayıb.

Mənbə qeyd edir ki, H.Mübarəkin ölüm faktını bir neçə müstəqil mənbədən təsdiq ediblər.

Məlumat üçün deyək ki, Hüsnü Mübarəkin ölümü barədə rəsmi məlumat, hələ ki, yayılmayıb.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

Londonda Culian Assanjın məhkəməsi başlayıb

Londonda “WikiLeaks” saytının rəhbəri Culian Assanjın ABŞ-a ekstradisiya edilməsi barədə məhkəmə işi başlayıb. Əgər Culian Assanj ABŞ-a ekstradisiya edilərsə, o zaman onu 175 illik həbs cəzası gözləyir.

Yeddi il Ekvador səfirliyinə sığınan Culian Assanj casusluqda, haker fəaliyyətində və ABŞ-ın məxfi materiallarını qanunsuz yaymaqda ittiham edilir. ABŞ-dan olan hüquqşünas bildirib ki, Culian Assanj öz hərəkəti ilə İraqda, İranda və Əfqanıstanda insanların həyatını təhlükə altına qoyub.

ABŞ Ədliyyə Nazirliyi Culian Assanja 17 bənddən ibarət ittiham irəli sürüb.

Məhkəmə binasının həyətində isə Culian Assanjın tərəfdarları onu müdafiə aksiyası keçirirlər.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

B İ L D İ R İ Ş“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik

Hüquqi Şəxsin tender komissiyası bildirir ki, mətbəx avadanlıqlarının satın alınması üçün 2020-ci il yanvarın 15-də elektron portal vasitəsilə elan edilmiş açıq tende-rin nəticələrinə əsasən “Caspian House” MMC qalib elan olunmuş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Pub-

lik Hüquqi Şəxsin tender komissiyası bildirir ki, mebel avadanlıqlarının satın alınması üçün 2019-cu il noyabrın 22-də elektron portal vasitəsilə elan edilmiş açıq tenderin nəticələrinə əsasən “İnflor” MMC qalib elan olunmuş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanıl-mışdır.

Tender komissiyası