ph.d.t.t. ƏlĠyeva dÜnya ÖlkƏlƏrĠnĠn bank sĠstemĠ …lib.bbu.edu.az/files/book/1102.pdf ·...

335
1 AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ AZƏRBAYCAN DÖVLƏT ĠQTĠSAD UNĠVERSĠTETĠ Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ ( Dərs vəsaiti ) Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.08.2014-cü il tarixli 907 saylı əmri ilə ali məktəblər üçün dərs vəsaiti kimi təsdiq edilmişdır. BAKI - 2016

Upload: others

Post on 27-Dec-2019

40 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

1

AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ

AZƏRBAYCAN DÖVLƏT ĠQTĠSAD UNĠVERSĠTETĠ

Ph.d.T.T. ƏLĠYEVA

DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ

( Dərs vəsaiti )

Azərbaycan Respublikası Təhsil

Nazirliyinin 19.08.2014-cü il

tarixli 907 saylı əmri ilə ali

məktəblər üçün dərs vəsaiti

kimi təsdiq edilmişdır.

BAKI - 2016

Page 2: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

2

Ph.doktor, dosent Təhminə Əliyeva

Dünya ölkələrinin bank sistemi. Ali məktəblər üçün dərs vəsaiti. Azərbaycan dilində.

Bakı, Azərnəşr 2015. 265 s.

«Dünya ölkələrinin bank sistemi» adlı dərs vəsaiti

tələbələr və gələcəkdə maliyyə-bank sahəsində çalışmaq

istəyən hər bir kəs üçün faydalı məlumat mənbəyi ola bilər.

Kitabın hazırlanmasında müxtəlif xarici təcrübələrdən istifadə

olunmuş və alınan məlumatlara izahlı şərh verilmişdir.

Kitabda dünya ölkələrinin bank sisteminin tarixi inkişafı,

tarixi təcrübəsi və onun inkişaf xüsusiyyətləri, beynəlxalq bank

sisteminin məqsədvə fəaliyyətləri araşdırılmışdır.Azərbaycanda

uğurla həyata keçirilən inkişaf və modernləşmə strategiyası

bilavasitə dünya ölkələrinin təcrübəsinə əsaslanır və bu

səbəbdən kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Kitabdan istər tələbələr, istərsə də maliyyə-bank sahəsində

çalışan mütəxəssislər, ekspertlər, xarici ölkələrin bank sistemi

fənnini tədris edən müəllimlər, universitetdə təhsil alan

bakalavrlar, magistrantlar, doktorantlar yararlana bilərlər.

ISBN:9789952824971

M-907(07)2

© i.f.d.Təhminə Tahir qızı Əliyeva., 2016.

Page 3: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

3

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

H.Ə.Əliyev

G Ġ R Ġ ġ

Qloballaşan dünyamızda hər bir ölkənin xarici iqtisadi

fəaliyyətlərinin, bank sektorunun, bank sisteminin öyrənilməsi

mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz kimi müasir dövrdə

dünya ölkələrinin bank sistemləri getdikcə qloballaşmaqdadır.

Hazırda xarici ölkələrin bank sistemləri mövzuları istər

maliyyə investorlarının, istərsə də dövlət, şəxsi və özəl

qurumların maraq dairəsindədir. Xarici ölkələrin təcrübəsində

yüksək paya malik olan ölkələrin xarici ticarət balansını,

tədiyyə balansını, faiz dərəcəsini, valyuta məzənnəsini və digər

iqtisadi göstəricilərini araşdırmaq və bu göstəricilərə təsir edən

parametrlərin iqtisadi inkişafa hər hansı bir təsirini öyrənmək

vəzifəsini qarşıya qoyan müəlliflər bu işin öhdəsindən

layiqincə gəlmişlər.

Ölkəmizin milli iqtisadiyyatının bütün sahələrində

aparılan islahatlar əsasən dünya ölkələrinin inkişafı və

modernləşməsinə, xarici ölkələrin təcrübəvi strategiyasına

əsaslanır. Dünya ölkələrinin ayrı-ayrılıqda bank sistemlərinin

inkişaf dinamizmini təhlil etməkdə əsas məqsəd bu ölkələrin

iqtisadiyyatında baş vermiş inkişaf və tənəzzülün səbəblərini

qiymətləndirərək və hazırki dövrdə mövcud olan vəziyyətdən

çıxış edərək, həmçinin xarici ölkələrin təcrübəsinə əsaslanaraq

bank sistemində yarana biləcək hər hansı problemlərin həlli

istiqamətində müvafiq qabaqlayıcı tədbirlərin görülməsi

Page 4: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

4

imkanlarından istifadə etməkdir. Yeni iqtisadi münasibətlər

zəminində dünya təcrübəsini öyrənməklə ölkəmizdə mövcud

olan ikipilləli bank sisteminin inkişafının artırılmasına

yönəldilmiş tədbirlərin iqtisadi-hüquqi mexanizmlərinin

təkmilləşdirilməsi istiqamətində aparılan tədqiqatlar, onların

həyata keşirilməsi istiqamətində aparılan işlər bank sisteminin

inkişaf dinamizminə öz müsbət təsirini göstərir.

Dünya ölkələrinin bank sistemləri hər bir olkənin iqtisadi

şəraitindən asılı olaraq biri-birindən fərqlənirlər. Dünyanın hər

bir ölkəsində iqtisadi potensial müxtəlifdir və bu fərq daim

nəzərə çarpacaq şəkildə inkişaf edir. Xarici ölkələrin bank

sisteminin öyrənilməsi dünya ölkələrinin iqtisadiyyatının

inkişaf xüsusiyyətləri, qlobal iqtisadi problemlərin məzmunu

və həlli yolları, dünya iqtisadiyyatının müxtəlif səviyyələr üçün

daha çox xarakterik olan iqtisadi inkişaf perspektivləri və

ziddiyyətləri haqqında yüksək biliklər əldə etməyə imkan

yaradır. Bu baxımdan fərqliliyi araşdırıb təhlil etmək üçün hər

bir ölkənin bank sisteminin öyrənilməsi zərurəti meydana çıxır.

Dünya ölkələrinin bank sistemləri haqqında iqtisadi

biliklərin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Bu

baxımdan dünya ölkələrinin bank sistemlərinin müasir

problemlərinin öyrənilməsinə böyük ehtiyac vardır. Dünya

ölkələrinin bank sistemlərinin daha mürəkkəb və ziddiyətli

inkişaf dinamikası haqqında elmi biliklər əldə etmək xüsusilə

vacib məsələlərdəndir.

Dərs vəsaitinin yazılmasında əsas məqsəd dünya

ölkələrinin bank sektorunda yaranan müasir iqtisadi

məsələlərin həlli istiqamətində görülən tədbirlər, bank

Page 5: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

5

nəzarətinin gücləndirilməsi tədbirləri, bank sektorunda həyata

keçirilən islahatlar və bu sahədə yaranmış tərəddüdlü

məsələlərin həllinin elmi və nəzəri cəhətdən əsaslandırılmış,

nəzəri və praktiki nəticələrə gəlinməsindən ibarətdir. Kitabda

xarici ölkələrin bank sistemi, onların xüsüsiyyətləri, mahiyyəti,

yaranması və formalaşması, dünya maliyyə münasibətləri,

ABŞ, Çin Xalq Respublikası, Almaniya, Türkiyə, Yaponiya,

Fransa və digər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin

bank sistemləri haqqında konkret şərhlər verilmişdir.

Kitabda həmçinin xarici ölkələrin bank sistemlərinin

tarixi xronoloğiyası nəzərə alınmışdır. XX əsrin əvvəllərində

dünyada təxminən 50 suveren dövlət mövcud idisə, XXI əsrin

əvvəllərində dünya ölkələrinin sayı 4 dəfə artaraq 200-ü

keçmişdir. Hazırda Dünya Bankının statistikasına əsasən

dünyada 210 dövlət-ərazi birliyi, yəni ölkə və ərazilər

mövcuddur. Onların sırasında həm ərazisinə və həm də

əhalisinin sayına görə böyük olan ölkələrə (Çin Xalq

Respublikası, Hindistan, Rusiya, ABŞ və Braziliya), həm də

tamamilə kiçik dövlətlərə (Monako, Andorra, Lixtenşteyn) rast

gəlinir. Bütün ölkələr digər dövlətlərin bank sistemləri ilə

qarşılıqlı əlaqə və asılılıqların dərinləşməsi ilə iqtisadiyyatın

formalaşmasından dünya təsərrüfat proseslərinin inkişafına

təsirini müəyyən edən müasir situasiyaya kimi uzun və

özünəməxsus yol keçmişlər. Bu yolun özünəməxsusluğu

iqtisadi inkişafın templərinə, səmərəliliyinə, iqtisadi artımın

tipinə, təsərrüfatın sosial strukturuna, inkişaf səviyyəsinə və

xarici iqtisadi əlaqələrin və digər göstəricilərin xarakterinə

görə dünya iqtisadiyyatların müxtəliflikləri ilə əlaqədardır.

Page 6: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

6

Buna görə də dünya ölkələrinin bank sisteminin təhlilində

ölkələrin müxtəlif kriteriyalara görə təsnifatlaşdırılmasından

istifadə edilir. Dünya ölkələrinin bank sisteminin öyrənilməsi

müxtəlif dünya təsərrüfat sisteminə daxil olan ölkələrin bank

sistemlərində olan mövcud inkişaf mexanizmlərinin təhlil

olunmasına, müəyyən tərəddüdlü meyllərin yaranmasının

qarşısının alınmasına, bank risklərinin yaranma səbəblərinin

öyrənilməsinə, qlobal iqtisadi hadisələrin bank sisteminə

təsirlərinin araşdırılmasına zəmin yaradır. Bu baxımdan dünya

bank sistemində baş verən problemləri araşdırmaqla və

həmçinin onların başvermə səbəblərini öyrənməklə hər bir

ölkənin öz milli iqtisadiyyatının təmin olunması istiqamətində

tədbirlərin hazırlanmasından gəlinən nəticələr və digər bu kimi

məsələlər təhlil edilmişdir.

Kitab dünya ölkələrinin bank sistemi və beynəlxalq

valyuta kredit münasibətləri fənlərini uzun müddət tədris edən

təcrübəli müəllimlər tərəfindən yazılmışdır. Əminliklə deyə

bilərəm ki, bu kitab çoxsaylı təhsil müəssisələrində müəllim,

elmi işçilər, ekspertlər, bakalavrlar, magistrlar, aspirantlar,

doktorantlar, xüsüsilə bank sahəsində işləyən mütəxəssislər

üşün əsaslı bir mənbə olacaqdır.

Page 7: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

7

FƏSĠL I. DÜNYA ÖLKƏLƏRĠNĠN ĠQTĠSADĠ

ĠNKĠġAF XÜSUSĠYYƏTLƏRĠ

1.1. AVROPA BĠRLĠYĠNƏ ÜZV ÖLKƏLƏRĠN

BANK SĠSTEMĠ

Dünya birliyində geosiyası və iqtisadi hökmranlıq

uğrunda rəqabət mübarizəsi ən çox Birləşmiş Ştatlarla Qərbi

Avropa arasındadır. Ayrı-ayrı ölkələrin – AB üzvlərinin (AFR,

Fransa, Böyük Britaniya və İtaliya) maliyyə-kredit

sistemlərinin analizi Avropanın inteqrasiya birliyinin əsas

struktur elementlərinin xüsusiyyətlərini müəyyənləşdirməyə

imkan verir. Lakin Avropa Birliyi bir çox hallarda dünya

maliyyə bazarında özünün institusional və hüquqi formaları

olan müstəqil iştirakçı kimi çıxış edir. Beynəlxalq iqtisadi

münasibətlər sistemində ayrı-ayrı Avropa dövlətlərinin

rollarının minimallaşdırılması tendensiyası nəzərə çarpır ki,

bu da həmin ölkələr arasında iqtisadi, hüquqi və digər sər-

hədlərin silinməsi nəticədə onun vahid maliyyə-kredit sistemi

olan bir dövlət kimi nəzərdən keçirilməsinə gətirib çıxarır.

2004-cü ilin yazına kimi Avropa birliyinə 15 ölkə daxil idi:

- Avstriya, Belçika, Böyük Britaniya, Yunanıstan,

Danimarka, İrlandiya, İspaniya, İtaliya, Lüksemburq,

Niderland, Portuqaliya, Finlandiya, Fransa, AFR və

İsveç.

Bu ölkələrin əhalisinin ümumi sayı 373 milyon nəfər,

ərazisi 2364 min kvadrat kilometrdir. 2004-cü ilin ortalarından

başlayaraq, daha 10 dövlət Avropa Birliyinin tamhüquqlu üzvü

oldu:

Page 8: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

8

- Çexiya, Slovakiya, Sloveniya, Kipr, Macarıstan, Polşa,

Malta, Estoniya, Latviya, Litva.

Nəticədə Avropa Birliyi dünyanın iri iqtisadi dövləti oldu.

Avropa Birliyinin iqtisadi inkişaf templəri pozitiv stabilliyi ilə

fərqlənir. Əgər 1996-cı ildə real ÜDM-in artımı 1,6% təşkil

edirdisə, 2000-ci ildə bu göstərici 3,4%-ə çatmışdır. Lakin

2001-ci ildə iqtisadi artım tempi 1,5%-ə enmiş, 2002-ci ildə

0,9%, 2003-cü ildə 1,9% təşkil etmişdir. Avropa Birliyinin

makroiqtisadi göstəricisinin təhlilinə nəzər salsaq, adətən,

«avro zonaya» daxil olan daha inkişaf etmiş dövlətlərin analoji

parametrlərini ayrıca nəzərdən keçirirlər. Bunlar daha sıx

iqtisadi inteqrasiyaya çatmış və nəticədə vahid valyutanı tətbiq

etmək imkanına malik olmuş ölkələrdir. Yuxarıda adı çəkilən

15 ölkələrdən yalnız 3-ü «avro zonaya» daxil olmur.

1) Böyük Britaniya

2) Danimarka

3) İsveç.

Avropa Birliyində xüsusilə «avro zonada» istehlak

qiymətlərinin orta illik artımı yüksək olmasa da Avropa

Mərkəzi Bankının monetar siyasətinin istiqamətini yəni 2%

həddini aşmırdı. Əgər 1996-cı ildə «avro zonada» inflyasiya

sürəti 2,2 %, 1997-ci ildə 1,6 %, 1998-ci il və 1999-cu illərin

hər birində 1,1 %, 2000-ci ildə 2,1 % idisə, 2001-ci il və 2002-

ci illərdə isə bu göstərici 2,3 %-dən çox təşkil etmişdir.

Avropa Birliyi ölkələrində əmək bazarının vəziyyəti kifayət

qədər çətindir. Ayrı- ayrı Avropa ölkələrində, məsələn, AFR-

də, Fransada və İtaliyada işsizliyin yüksək səviyyəsi

səbəbindən, 1990-cı illərdə Avropa Birliyində bu göstərici çox

Page 9: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

9

yüksək olmuş və işçi qüvvəsi sayının 10 % -ni üstələmişdir.

Yalnız 1998-ci ildə işsizlik səviyyəsinin azalma tendensiyası

qeyd olunmuş və 2002-ci ildə bu göstərici artıq 7,6 % təşkil

etmişdir. Beynəlxalq əmək bölgüsündə və beynəlxalq ticarətdə

Avropa Birliyinin iştirakı çox böyükdür və aşağıdakı göstəri-

cilər də bunu sübut edir. Dünya ticarətində Avropa Birliyinin

payı 39,1 %, ÜDM-də ixracatın payı 10,2 % təşkil edir, ticarət

dövriyyəsinin nəzərə alınması şərti ilə birlik daxilində bu

ölkələrin ÜDM-də ixracat payı orta hesabla 30 %-ə çatır.

«Avro zonası» ölkələrində mal və xidmətlərlə xarici ticarətin

aktiv saldosu 2000-ci ildə 46,3 milyard avroya qədər

azalmışdır. Əvvəlki ildə bu göstərici 71,6 milyad avro

olmuşdur. Bu ölkələr qrupunda həmin göstərici 2002-ci ilin

üçüncü rübündə ÜDM-in 3,1 %-ini təşkil etmişdir. Avropa

Birliyinin bütün ölkələrinə gəlincə, nəzərdən keçirilən dövrdə

mal və xidmətlərin xarici ticarətinin aktiv saldosu ÜDM-in

2,1%-inə çatmışdır. Malların xarici ticarətinin saldosu müsbət

olaraq qalmış, lakin daha əhəmiyyətli şəkildə – 51,2 milyard

avrodan 12,6 milyard avroya qədər azalmışdır. 2002-ci ilin

noyabrında isə «avro zonası» ölkələrinin ticarət balansının

profisiti 9,9 milyard avro təşkil etmişdir. Bununla belə, Avropa

Birliyində analoji göstərici daha az – 0,8 milyard avro idi.

«Avro zonası» ölkələrinin ödəniş balansının cari əməliyyat

hesabının kəsiri investisiya gəlirlərinin və cari transfertlərin

qarşılıqlı hərəkətinin mənfi saldosunun yüksək məbləğləri ilə

şərtlənmiş və 1999-cu ildə ÜDM-in 0,1 % -indən 2000-ci ildə

0,4%-inə qədər artmışdır. Ümumilikdə, Avropa Birliyinin

dünya maliyyə - kredit münasibətləri sistemində rolu və yeri

Page 10: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

10

Avropa Birliyinin ayrı - ayrı ölkələr tərəfindən vahid pul vahidi

olan avronun tətbiqindən sonra əsaslı şəkildə dəyişdi. Avropa

Birliyi dövlətlərinin atdığı bu addım Avropada iqtisadi in-

teqrasiya prosesinin son məqsədlərindən biridir. Hələ birliyin

özündən də əvvəl yaranmış Avropa Biriliyi pul sisteminin əsas

hissəsi avrodur.

Cədvəl 1.1.

Ölkələrin

tipləri

Ölkələrin

yarımtipləri Ölkələr

Yüksək inkiĢaf

etmiĢ ölkələr

«Böyük yeddilik»

ABŞ, Yaponiya,

Almaniya, Fransa,

Böyük Britaniya, İtaliya,

Kanada*

Qərbi Avropanın

yüksək inkişaf etmiş

kiçik dövlətləri

İsveçrə, Avstriya,

Belçika, Niderland,

Lüksemburq, İsveç,

Norveç, Danimarka,

Finlandiya, İslandiya

«Mühacir

kapitalizm» ölkələri

Avstraliya, Yeni

Zelandiya, CAR, İsrail

Qərbi

Avropanın mikro

dövlətləri

Andorra, Vatikan,

Lixtenşteyn, Malta, San-

Marina, Monakko

Orta inkiĢaf

etmiĢ ölkələr

Qərbi

Avropanın inkişafda

geri qalmış ölkələri

İrlandiya, İspaniya,

Portuqaliya, Yunanıstan

Page 11: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

11

Mərkəzi və

Şərqi Avropa ölkələri

Polşa, Latviya, Litva,

Estoniya, Macaristan,

Çexiya, Slavakiya,

Slaveniya, Ruminiya,

Bolqarıstan, Serbiya,

Çernoqiriya, Xorvatiya,

Bosniya və

Hersoqovina, Albaniya,

Makedoniya

MDB ölkələri

Rusiya («7+1»),

Ukraina, Belarus,

Moldova, Azərbaycan,

Gürcüstan, Ermənistan,

Qazaðıstan, Özbəkistan,

Türkmənistan,

Qırğızıstan, Tacikistan

ĠnkiĢaf

etməkdə olan

ölkələr

«Açar ölkələr»

Braziliya, Meksika,

Argentina, Çin,

Hindistan, Türkiyə

Yeni

sənayeləşmiş ölkələr

Cənubi Koreya, Tayvan,

Sinqapur, Malayziya,

Tailand, Filippin, Misir,

Çili, Kolumbiya,

Venesuela və s.

Neft ixrac edən ölkələr

İran, İraq, Səudiyyə

Ərəbistan, Küveyt,

Qatar, BƏƏ, Bəhreyn,

Page 12: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

12

Liviya, Bruney və s.

Əlverişli İCM-ə malik

olan kiçik ölkələr

Baham a-rı, Liberiya,

Kipr, Panama, Trinidad

və Tobaqo, Yamayka və

s.

İnkişafdan geri qalmış

ölkələr

Suriya, İordaniya,

Pakistan, İndoneziya,

Nigeriya, Keniya,

Uqanda, Mozambik,

Peru, Boliviya, Ekvador

və s.

Ən zəif inkişaf

etmiş ölkələr

Laos, Kamboca, Nepal,

Əfqanıstan, Yəmən,

Çad, Mali, Niger,

Efiopiya, Somali, MAR,

Konqo, Haiti, Nikaraqua

və s.

Cədvəl 1.1. Dünya ölkələrinin iqtisadi inkişaf səviyyəsinə görə

qruplaşdırılması.

XXI əsrin əvvəlində Avropa Birliyi yarıməsrlik iqtisadi

inteqrasiya nəticəsində 27 Avropa ölkəsindən ibarət daha da

görkəmli inteqrasiya birliyinə çevrildi. 2007-ci ildə Avropa

Birliyində alıcılıq qabiliyyəti pariteti üzrə adambaşına düşən

Ümimi Daxili Məhsulun yekun göstəricisi 14,44 trilyon dollar

oldu və ilk dəfə ABŞ-ı keçərək (2007-ci ildə 13,36 trilon

dollar) dünyada birinci yerə çıxdı. 2007-ci il üçün ümumi birlik

Page 13: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

13

üzrə ÜDM artımı 3% təşkil etdi, adambaşına düşən ÜDM-un

27 ölkədə orta hesabla hər bir sakin üzrə 32,9 min dollara çatdı.

Avropa Birliyində ixrac 1,33 trilyon dollar, idxal isə 1,466

trilyon dollara qədər artdı. Avropa Birliyinin ixracının coğrafi

quruluşu ABŞ (23,3%), İsveçrə (7,6%), Rusiya (8,2%),

Yaponiya (6,2%) və başqa ölkələri əhatə edir. Avropa

Birliyinin idxalının coğrafi quruluşu ABŞ (13,3%), Çin

(13,4%), Rusiya (8,2%), Yaponiya (6,2%) və s. təşkil edir.

Avropa Birliyinin iqtisadi nailiyyətləri bir çox inteqrasiya

amilləri nəticəsində mümkün oldu və onların arasında Avropa

Birliyinin müasir bank sistemi mühüm rol oynayır. Avropa

İqtisadi və Valyuta Birliyi (AİVB) yarandığı zaman qərbi

Avropa ölkələri atrıq valyuta əməkdaşlığı ürzə təcrübəyə malik

idilər. İkinci Dünya müharibəsindən sonra əksər Avropa

valyutalarının çevrilməsi məhdudlaşdırıldı, onların rəsmi kursu

isə bazara uyğun gəlmirdi. 1949-cu ildə Avropada devalvasiya

dalğası yarandı. “Canlı” pulun çatışmazlığı səbəbindən

regionda ölkələrarası ödəniş ikitərəfli klirinqlə köçürülürdü, bu

isə ticarətin inkişafının qarşısını alırdı. 1969-cu ilin fevralında

Avropa İqtisadi Birliyi Komissiyası Avropa İqtisadi Birliyi

Şurasına sədr müavini Raymon Barrın rəhbərliyi ilə

hazırlanmış (Barr memorandumu) iqtisadi və valyuta

siyasətinin koordinasiyası haqqında memorandum göndərdi.

Həmin ilin dekabrında Haaqadakı Sammitdə Avropa İqtisadi

Birliyi - altı üzv ölkənin dövlətinin (AFR, Fransa, İtaliya,

Niderland, Belçika, Lüksemburq) höküməti və dövlət başçıları

Valyuta Birliyinin yaranması barədə qərar qəbul etdilər.

Layihənin işlənib hazırlanması Lüksenburqun baş naziri Pyer

Page 14: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

14

Vernerin rəhbərlik etdiyi Ali Hökümət Nümayəndəliyinə

tapşırıldı. Onun adına uyğun olaraq layihə Verner planı adını

aldı. 1970-ci ilin oktyabrında qrup proqramın sonuncu

variantını təqdim etdi və 1971-ci ilin fevral ayında Avropa

İqtisadi Birliyi Şurası tərəfindən təsdiqləndi. Verner planına

görə Valyuta Birliyinin qurulması 10 il ərzində nəzərdə

tutulmuşdu. Bu müddət ərzində Birliyin iştirakçıları aşağıda

qeyd olunan məsələləri mərhələli şəkildə həll etməli idilər:

- tam dönərli valyutanı tətbiq etmək;

- kapitalın sərbəst hərəkətini təmin etmək;

- rəsmi qızıl valyuta ehiyatlarını birləşdirmək;

- valyuta Əməkdaşlığı Fondu yaratmaq;

- valyuta paritetini dəstəkləmək;

- tədiyyə balansının tarazlığını izləmək;

- milli pul-kredit siyasəti ilə uzlaşdırılmaq;

- mübadilə kursunu tam müəyyən etmək;

- vahid Avropa valyutasına keçmək;

1972-ci ilin aprelində Bazeldə ( İsveçrə ) Avropa İqtisadi

Birliyinin qeyd olunan altı üzv dövlətinin Mərkəzi Bank

idarəçilərinin görüşü təşkil olundu.

1) AFR

2) Fransa

3) İtaliya

4) Niderland

Page 15: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

15

5) Belçika

6) Lüksemburq

Bu görüş Avropa İqtisadi Birliyinin üzv dövlətlərinin

valyuta mübadilə kursunun stabilliyinin təmin olunması üzrə

tədbirlər barədə sazişin imzalanması ilə nəticələndi. 24 aprel

1972-ci il tarixində Bazel Sazişi qüvvəyə mindi və 1979-cu ilə

qədər fəaliyyət göstərdi. Sazişdə ilk əvvəl iştirak edən altı ölkə

daxil olmaqla ona Böyük Britaniya və Danimarka da qoşuldu.

(1 may 1972-ci il), Norveç və İsveç isə onun assosiativ üzvünə

çevrildi (1972-1973-cü illər).

1978-ci ilin dekabrında Brüsseldə Avropa Valyuta

Sisteminin (AVS) yaradılması barədə saziş imzalandı və

1979-ci ilin mart ayının 13-ündə qüvvəyə mindi.

Avropa Valyuta Sisteminin qarşısında aşağıdakı vəzifələr

dururdu:

AB-nin tərkibində valyuta stabilliyinə nail olmaq;

İqtisadi inkişaf prosesinin konvergensiyasını

sadələşdirmək;

Sabitlik şəraitində sistemin işinə artım

strategiyasının əsas elementi statusunu vermək;

Beynəlxalq valyuta və iqtisadi münasibətlərə

sabitləşdirici təsir göstərmək.

Avropa Valyuta Sisteminin daha real nailiyyətləri:

EKYÜ-nün (Avropa Valyuta Vahidi)

müvəffəqiyyətli inkişafı.

Məhdud müddətdə valyuta kursunun dəyişdirilməsi

üçün razılaşdırılmış rejim, valyutanın nisbi sabitləşdirilməsi,

onların kurs nisbətləri.

Page 16: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

16

Üzv dövlətlərin dəstəyi ilə maliyyə-kredit

mexanizminin inkişafı;

Beynəlxalq və milli iqtitasadi tənzimləmənin

elementləri.

Avropa Valyuta Sisteminin çatışmazlıqlarına

aşağıdakıları aid etmək olar:

Valyuta kurslarının dövri olaraq rəsmi

dəyişdirilməsi (1979-1993-cü illər ərzində 16

dəfə);

Avropa Valyuta Sisteminin zəifliyi üzv

dövlətlərin qeyri-bərabər iqtisadi strukturu ilə,

iqtisadi inkişaf, inflyasiya səviyyəsindəki, tədiyyə

balansının vəziyyətindəki fərqlərlə şərtlənir;

İqtisadi siyasətin koordinasiyası prosesində Avropa

Valyuta Sisteminin üzv dövlətləri öz milli orqanlarının

suveren hüquqlarını verməkdən boyun qaçırdı;

EKYÜ-nün buraxılışı Avropa İqtisadi Birliyinin

mərkəzi banklarının qarşılıqlı əməliyyatlarına olduqca

ciddi təsir göstərdi;

Avropa Valyuta Sisteminin fəaliyyəti daxili faktorlar ilə

mürəkkəbləşdi;

Dolların və dünya valyuta sisteminin qeyri-sabitliyi

Avropa Valyuta Sisteminə mənfi təsir göstərdi.

1990-cı ilin əvvəlində Avropa valyuta kursunun kəskin

dəyişməsi və ölkələrin təkbaşına öz gücləri ilə milli valyuta

kurslarının sabitliyini saxlaya bilməməsi Avropa ölkələrinin

Avropa Valyuta Sabitliyindən Avropa İqtisadi Valyuta

Birliyinə keçməsinə təkan oldu. 1988-ci ilin iyun ayında

Page 17: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

17

Avropa Şurasınin növbəti sessiyası Hannoverdə komissiya

təşkil etdi. İqtisadi və Valyuta Birliyinin yaradılması barədə

tələbin hazırlanması komissiyaya həvalə olundu. 1989-cu ilin

aprel ayında Avropa Komissiya Nümayəndəliyi qrupunun

başçısı Jak Deloranın adına Delora məruzəsi qeyri-rəsmi adı

altında yekun sənəd imzalandı. Layihə müəllifləri Avropa

Birliyi daxilində kapitalın hərəkətini liberallaşdırmağı, üzv

ölkələrin maliyyə bazarlarını birləşdirməyi, milli valyutanın

tam konvertasiya edilə bilinməsinə nail olmağı, mübadilə

kursunu müəyyən etməyi, daha sonra isə Milli Valyuta

Vahidini Avropa Valyuta Vahidinə dəyişməyi təklif etdi.

Həmçinin Avropa Mərkəzi Bankını (AMB) yaratmaq və üzv-

dövlətlərin maliyyə vəziyyətini yoxlamaq üçün qaydaların

işlənib hazırlanması planlaşdırıldı. 1990-cı ilin iyun ayında

Avropa Birliyi proqramın reallaşdırılmasına başladı və rəsmi

olaraq Avropa Birliyi barədə müqavilə təsdiq etdi. 1990-cı

ildə Avropa Valyuta Sistemində artım baş verdi: ona Böyük

Britaniya, İspaniya, Portuqaliya daxil oldu. 1991-ci ildə Vahid

avropa valyuta məkanının yaradılması barədə Maastrix

müqaviləsi bağlanıldı. Müqaviləyə uyğun olaraq Avropa

Birliyi üzv hökümət başçıları valyuta birliyinin yaradılması

barədə danışıqlar apardı.

Mərkəzi Bankın Avropa Sisteminin təşkil olunması

yolunda son addımlar 1997-ci ildə “stabillik və iqtisadi artım

traktının” qəbul edilməsi, Avropa İqtisadi Valyuta Birliyinə

üzv dövlətlərin büdcə intizamının müəyyənləşdirilməsi,

həmçinin 1998-ci ildə Avropa İqtisadi Valyuta Birliyinə üzv

ölkələrinin tərkibinin təsdiq edilməsi, 1999-cu ilin 1 yanvar

Page 18: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

18

ayından etibarən yeni ümumavropa valyutasının işə salınması

oldu. Onun tərkibinə ilk əvvəl Avropa Birliyinin 15 ölkəsindən

11-i daxil edildi: Avstriya, Belçika, Almaniya, Niderland,

İspaniya, İrlandiya, İtaliya, Lüksemburq, Portuqaliya,

Finlandiya və Fransa. Böyük Britaniya, Danimarka, İsveç isə

gözləmə mövqeyində idilər.

1998-ci ilin 25 may tarixində 11 üzv dövlətin höküməti

Avropa Mərkəzi Bankının prezidentini, vitse-prezidentini və

İcraçı müdiriyyətin 4 üzvünü təsdiq etdi. Onların təyinatı

haqqında əmr 1998-ci ilin iyun ayının 1-də qüvvəyə mindi.

Bu tarix Avropa Mərkəzi Bankının əsasının qoyulması tarixi

kimi qəbul edildi. Avropa İqtisadi Valyuta Birliyi planın

reallaşdırılması üçün əhəmiyyətli dərəcədə hazırlıq işlərini

həyata keçirdi və yerinə yetirilməsi mümkün olan əməliyyatlar

Mərkəzi Bankların Avropa Sistemi (MBAS) üzrə davam

etdirildi. Mərkəzi Bankların Avropa Sistemi (MBAS) (the

European System of Central Banks, ESCB) - üstmilli Avropa

Mərkəzi Bankından və Avropa Birliyi və Avropa İqtisadi və

Valyuta Birliyinə üzv dövlətlərin Milli Mərkəzi Banklarından

təşkil olunmuş beynəlxalq bank sistemidir.

Böyük Britaniya, Danimarka, İsveç Mərkəzi Bankları

MBAS-nin üzvləridir, lakin avrozonaya daxil deyillər. Onların

avrozona üçün vahid pul siyasətinin keçirilməsi ilə bağlı

qərarların qəbul edilməsində və digər qərarların

reallaşdırılmasında iştirak etmək hüququ yoxdur. Avrozona

ölkələrinin Milli Bankları Avropa Mərkəzi Bankının

qərarlarına qeyd - şərtsiz tabedir.

Page 19: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

19

Mərkəzi Bankların Avropa Sistemi, Avropa Mərkəzi

Bankı və “avrozonanın” üzv ölkələrinin milli banklarını

özündə saxlayırdı. (cədvəl.1.2). Mahiyyət etibarı ilə Mərkəzi

Bankların Avropa Sistemi qarşısında duran məqsəd və

vəzifələrə çatmaq üçün Avropa Mərkəzi Bankının və Avropa

Birliyinə üzv dövlətlərin mərkəzi bankları arasındakı

münasibətlərin iyerarxik sistemini təmsil etməkdən ibarətdir.

Mərkəzi Bankların Avropa Sistemi və Avropa Mərkəzi Bankı

Nizamnaməsi haqqında protokolda bu təşkilatların 17 fevral

1992-ci ildən etibarən birliyin digər orqanlarından asılı

olmaması hüququ elan edildi.

Page 20: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

20

Cədvəl 1.2.

Cədvəl 1.1. Mərkəzi Bankların Avropa sisteminin təşkilati

quruluşu

İdarə heyəti – Avropa Mərkəzi Bankının ən ali idarə

həlqəsidir. Ona İcraçı Şuranın 6 üzvü və avrozonanın 15 baş

Milli Bankı aiddir. İdarə Şurasına Avropa Mərkəzi Bankının

prezidenti rəhbərlik edir. Avropa Mərkəzi Bankının prezidenti

və İdarə Şurasının digər 5 üzvü səkkiz illik müddətə təyin

edilir. Müddət bitdikdən sonra şuranın heç bir üzvü yeni

müddət üçün təyin edilə bilməz. İdarə Şurasının hər bir

üzvünün müstəsna hal kimi nizamnamədə digər şərtlər nəzərdə

tutulmadığı halda yalnız bir səs hüququ nəzərdə tutulur. İdarə

Şurası qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər

olarsa rəhbər həlledici səsə malik olmuş olur. Bir qayda olaraq

Şura ayda iki dəfə iclas təşkil edir. İclas yeri adətən

Avropa Mərkəzi Bankı

Milli Mərkəzi Banklar

MBAS-nin idarəetmə sistemi

Ġcraçı Müdiriyyət

General ġura

MƏRKƏZĠ BANKLARIN AVROPA SĠSTEMĠ

Ġdarə Heyəti

Page 21: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

21

Almaniyanın Frankfurt Mayn şəhərində keçirilir. Hər ay birinci

iclasda Şura iqtisadiyyatda və pul-kredit sferasında baş verən

dəyişikliklərə qiymət verməklə bərabər həm də pul siyasətinin

keçirilməsi ilə əlaqədar qərarlar qəbul edir. İkinci iclasda

əsasən başqa məsələlərlə bağlı suallar və Avropa Mərkəzi

Bankının və Avrosistemin cavabdehlik daşıdığı sahələr

müzakirə olunur.

İcraçı müdiriyyət bankın prezidentindən, vitse-

prezidentindən və avrozonaya daxil olan ölkələrin rəhbərlərinin

və dövlət başçılarının razılığı ilə nümayəndəliyi müəyyən

edilən 4 əlavə şəxsdən ibarətdir. İcraçı müdiriyyətin

funksiyalarına əsas istiqamət və qərarlara uyğun olaraq pul-

kredit və valyuta siyasətinin prinsiplərinin formalaşması,

həmçinin avrozonanın üzv dövlətlərinin Mərkəzi Banklarının

zəruri təlimatlarının hazırlanması daxildir.

General Şura – Mərkəzi Bankların Avropa Sisteminin

üçüncü rəhbər orqanıdır. O özündə Avropa Mərkəzi Bankının

prezidenti, vitse prezidenti və Avropa Birliyinin bütün 27

ölkəsinin baş milli və Mərkəzi Banklarını birləşdirir. Avropa

Mərkəzi Bankının General Şurası avrozonanın 15 ölkə

rəhbərindən və hələ ora daxil olmayan 12 ölkə rəhbərindən

ibarətdir. General Şura aşağıdakı funksiyaları yerinə yetirir:

Məsləhət;

Statistik məlumatların yığılması və işlənməsi;

AMB-nin fəaliyyəti ilə bağlı rüblük və illik

hesabatların, həmçinin, həftəlik birləşdirilmiş

maliyyə hesabatlarının hazırlanması;

Page 22: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

22

Mühasibat uçotu və MMB-da həyata keçirilən

əməliyyatlar üzrə hesabatların standartlaşdırılması

ilə bağlı zəruri qaydaların işlənib hazırlanması və

qəbul edilməsi;

AMB-na işə qəbul üçün vəzifə üzrə təlimat və

qaydaların işlənib hazırlanması.

Avropa Mərkəzi Bankının prezidenti eyni zamanda üç

rəhbər orqanın: İdarə heyətinin, İcraçı Müdiriyyətin və

General Şuranın da sədri hesab olunur.

İdarə heyətinin rəhbərliyi altında 13 komitə işləyir:

mühasibat uçotu komitəsi

pul gəlirləri komitəsi;

bank nəzarəti üzrə komitə;

banknotlar üzrə komitə;

xarici əlaqələr komitəsi;

informasiya texnologiyaları komitəsi;

daxili auditorlar komitəsi;

beynəlxalq əlaqələr komitəsi;

hüquq komitəsi;

bazar əməliyyatları üzrə komitə;

pul siyasəti üzrə komitə;

kredit komitəsi

büdcə komitəsi.

Onlar Mərkəzi Bankların Avropa Sisteminin idarəedici

orqanlarının qərar qəbul etməsinə köməklik göstərir, həmçinin

daxili kooperasiyada böyük rol oynayır.

Mərkəzi Bankların Avropa Sisteminin (MBAS)

yaradılmasında əsas məqsəd qiymət sabitliyinin və Avropa

Page 23: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

23

valyuta vahidinin saxlanılması idi. Bu məqsədi Avropa

Mərkəzi Bankının avrozonanın 15 üzv dövlətinin milli

mərkəzi bankı ilə birlikdə faiz dərəcəsinin qoyulması, xarici

mübadilə əməliyytalarının idarə edilməsi və xarici ehtiyatların

idarə edilməsi yolu ilə həyata keçirir.

Valyuta ehtiyatlarını Avropa Mərkəzi Bankı valyuta

müdaxiləsi keçirmək üçün istifadə edə bilər, nəzərə almaq

lazımdır ki, bu cür müdaxilələr etmək üçün ona müstəqil qərar

qəbul etmək hüququ verilib. Lakin, bu o demək deyil ki,

Avropa Mərkəzi Bankı (AMB) hər hansı xarici valyuta ilə hər

hansı bir kurs müəyyən etmək niyyətindədir. Belə ki, bu

qiymətin stabilliyini təmin etmək kimi prioritet vəzifə ilə

ziddiyyətə gətirib çıxara bilər. Bununla belə, avronun

kursunun Avropa Birliyindən kənar ölkələrlə müqayisədə

həddindən artıq kəskin və xaotik dəyişməsinin qarşısını almaq

məqsədilə Mərkəzi Bankların Avropa Sistemi (MBAS)

valyuta bazarına müdaxilə üçün texniki imkanlarla təchiz

olunub. Mərkəzi Bankların Avropa Sistemi (MBAS)

həmçinin, Avropa İqtisadi Valyuta Birliyinə üzv ölkələrinin

rəsmi qızıl valyuta ehtiyatlarını qoruyur və idarə edir.

Avropa Mərkəzi Bankı avro ilə ifadə olunmuş

banknotların emissiya olunmasına icazə vermək hüququ olan

yeganə təşkilatdır. Mərkəzi Bankların Avropa Sistemi Avropa

İqtisadi Valyuta Birliyi ölkələrində yeganə qanuni ödəniş

vasitəsi olan banknotları emissiya edir.

Avropa Mərkəzi Bankı Avropa Şurası və Avropa

Birliyinə üzv dövlətlərin hökümətləri ilə onun səlahiyyət-

lərinə daxil olan layihələr, ödəniş hesablaşma vasitələri, Milli

Page 24: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

24

Mərkəzi Banklar, statistik rəqəmlər, kredit təşkilatlarının

sabitliyi, maliyyə bazarları və s. ilə bağlı məsləhətlər həyata

keçirir.

Mərkəzi Bankların Avropa Sistemi (MBAS) müstəqil

bank sistemini özündə birləşdirir. Idarəedici orqanların üzvləri

fəaliyyətlərini həyata keçirərkən Avropa Birliyi ölkələrinin və

xarici ölkələrin hökümət və dövlət orqanlarının təlimat və ya

qaydalarından istifadə etmək hüquqları yoxdur. Belə ki,

Avropa Birliyi institutlarının və Avropa İqtisadi Valyuta

Birliyinə üzv dövlətlərin hökümətlərinin Mərkəzi Bankların

Avropa Sisteminin fəaliyyətlərinə qarışmaq hüququ yoxdur.

Mərkəzi Bankların Avropa Sisteminin nizamnaməsində

aparılan siyasətin təhlükəsizliyini və Milli Mərkəzi Bankların

xarici təsirlərdən asılı olmadığını təmin etmək üçün aşağıdakı

hədlər göstərilmişdir:

AMB-nın rəhbəri vəzifəsində qulluq etməsinin

minimum müddəti - 5 il;

AMB-nın İcraçı Müdiriyyətnin üzvü vəzifəsində

qulluq etməsinin minimum müddəti - 8 il;

Yalnız fiziki qabiliyyətsizlik və ya vəzifənin

icrası zamanı ciddi səhvə yol verilən zaman

vəzifədə qulluq dayandırıla bilər;

Fəaliyyət zamanı suallar üzrə mübahisələr və

fikir ayrılıqları Avropa Məhkəməsinin

səlahiyyətindədir.

Avropa Mərkəzi Bankının və avrozonaya üzv dövlətlərin

maliyyə ili təqvimi Milli Mərkəzi Bankların maliyyə ili ilə üst-

üstə düşür. Avropa Mərkəzi Bankının illik hesabatı rəhbər

Page 25: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

25

Şuranın təsdiqindən sonra dərc edilir. Birləşdirilmiş balans

hesabatı Mərkəzi Bankların Avropa Sisteminin üzv dövlətlərin

Milli Mərkəzi Banklarının aktiv və passivlərindən ibarət

olmalıdır.

Nizamnamə Avropa Mərkəzi Bankının və Mərkəzi

Banklara dövlət hüququ əsasında fəaliyyət göstərən

beynəlxalq (Avropa Birliyi Sistemində), dövlət, regional və

yerli orqan və təşkilatlara kredit verməsini qadağan edir.

Nizamnaməyə əsasən Mərkəzi Banklar Avropa Mərkəzi

Bankına kredit əsasında ümumi həcmi 50 mlrd EKYÜ

valyuta ehtiyatı təqdim etməli idilər. Hər bir mərkəzi bankın

payı onun Avropa Mərkəzi Bankının kapitalındakı payına

uyğun olaraq müəyyənləşir. Mərkəzi Bankların sərəncamında

qalan valyuta ehtiyatları beynəlxalq təşkilatlarla əlaqə zamanı

vəzifələrin yerinə yetirilməsi üçün istifadə olunur. Bu

ehtiyatlarla digər əməliyyatlar Avropa Mərkəzi Bankının

təsdiqi ilə həyata keçirilir. Fəaliyyətin əvvəlində Avropa

Mərkəzi Bankının xüsusi kapitalı 5 milyard EKYÜ (avro)

müəyyənləşdirilmişdi ki, bu halda bütün kapital Milli

Mərkəzi Banklara məxsus idi.

Avropa Mərkəzi Bankının xalis mənfəətinin bir hissəsi

yəni maksimum 20%-i ümumi ehtiyat fonduna köçürülür, qalan

xalis mənfəətin hissəsi isə kapitalda payı olan Mərkəzi

Bankların Avropa Sisteminə üzv dövlətlər arasında

proporsional qaydada bölüşdürülür. Mərkəzi Bankların

Avropa Sisteminin (MBAS) iqtisadi və monetar siyasətinin

əsas strateji istiqamətləri iqtisadi artımın və qiymətin

stabilliyinin təmin edilməsini stimullaşdırmaq və avrozonanın

Page 26: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

26

beynəlxalq mövqeyini möhkəmləndirməkdən ibarətdir. AMB-

nın xüsusi kapitalı onun fəaliyyətinin əvvəlində 5 milyard

ekyü idi. Indi 5 milyard avrodur və yalnız Direktorlar şurasının

qərarı ilə sonralar artırıla bilər. Bütün kapital milli Mərkəzi

Banklara məxsusdur və hər birinin payı aşağıdakı üsulla

müəyyənləşdirilir: 50% - Avropa Birliyinin ümumi əhalisində

hər bir ölkənin xüsusi çəkisinə uyğun olaraq; 50% - Avropa

Birliyinin ümumi daxili məhsulunda ölkənin xüsusi çəkisinə

uyğun olaraq. Bu məlumatlar hər beş ildən bir təshih olunur.

AMB-nin təmiz mənfəətinin bir hissəsi (20%-dən çox

olmayaraq) ümumi vəsait fonduna köçürülür, qalıq AMB-nin

üzvləri arasında kapitala qoyulan haqlara mütənasib şəkildə

bölüşdürülür. AMBS-nin fnksiyaları istənilən digər Mərkəzi

Bankın funksiyaları kimidir. Lakin bu funksiyalar bir dövlətə

deyil, ölkələr qrupuna tətbiq olunur ki, bunlar aşağıdakılardır;

Avropa Birliyinin monetar siyasətinin müəyyənləşdiril-

məsi və həyata keçirilməsi;

Valyuta əməliyyatlarının idarəedilməsi;

Avropa Birliyinə üzv ölkələrin rəsmi valyuta

ehtiyatlarının saxlanması və idarə edilməsi (bu halda

valyuta ehtiyatlarının müəyyən hissəsi – «cari

balanslar» - iştirakçı ölkə hökumətlərinin sərəncamında

qalır);

Page 27: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

27

ödəniş sisteminin normal fəaliyyətinin təmin edilmə-

sidir.

Avropa Mərkəzi Bankı (öz səlahiyyətləri çərçivəsində)

məsləhətçi funksiyaları yerinə yetirir, statistik məlumatları

toplayır və əsasən də beynəlxalq əməkdaşlıqda iştirak edir,

xüsusi halda, Avropa Birliyini beynəlxalq maliyyə təşkilat-

larında təmsil edir. Maraqlıdır ki, AMB-nın razılığı və istəyilə

bu təşkilatların işində Mərkəzi Banklar da iştirak edə bilər.

AMB-nin əsas funksional vəzifəsi Avropa Birliyinin vahid

monetar siyasətinin həyata keçirilməsidir. Bu vəzifə birlik

ölkələrində qiymətlərin stabilliyinin təmin edilməsinə

istiqamətlənmişdir. Avropa Mərkəzi Bankı inflyasiya məqsədi

qismində «avro zonası» üçün istehlak qiymətlərinin harmoniza-

siyalaşmış indeksindən (IQHI) istifadə edir. Fərdi milli

inflyasiya göstəriciləri «avro zonasında» monetar siyasət üçün

əhəmiyyət kəsb etmirlər. Məsələ bundadır ki, AMB valyuta

zonasındakı qiymətlərin orta inkişafına yalnız bərabərləşdirilə

bilir. Monetar siyasətin birinci fəsildə göstərilmiş növ təs-

nifatlarına uyğun olaraq, Avropa mərkəzi bankının fəaliyyətini

pul kütləsinin targetləşdirilməsinə aid etmək olar. Avropa

Mərkəzi Bankı M3 aqreqatını tövsiyəçi monetar yönəldicisi

qismində nəzərdən keçirir. 1998-ci ilin dekabrında M3 pul

aqreqatının artımının 1999-cu il üçün baza yönəldicisi 1999-cu

ilin dekabrında 4,5% səviyyəsində müəyyənləşdirilmişdir.

Daha sonra 2000-ci ilin dekabrında uyğun olaraq 2000-ci il və

2002-ci illər üçün yenidən təsdiq edilmişdir. Pul kütləsinin

ölçüsündən başqa, monetar siyasətin digər yönəldiciləri də və

Page 28: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

28

eyni zamanda potensial obyektləri mövcuddur: qısamüddətli

faiz dərəcələri və valyuta kursu. Bu iki göstəricidən başqa, real

iqtisadi aktivliyin parametrləri, əmək haqları, qiymət və dəyər

indeksləri, qiymətli kağızların dəyərləri və büdcə-vergi

siyasətini də xarakterizə edən bəzi digərləri həmçinin

indikatorlara aid edilə bilər. Monetar siyasətin reallaşdırılması

zamanı AMB üç əsas alətdən istifadə edir:

açıq bazarda əməliyyatlar;

sutkalıq borcların təqdim edilməsi («overnayt»

kreditləri);

minimal məcburi ehtiyat normativinin tənzimlənməsi.

«dəqiq tənzimləmə» əməliyyatları zəruri hallarda

aparılır. Onların məqsədi faiz dərəcələrinə bazar

likvidliyi ölçüsündə gözlənilməz dəyişikliklərlə bağlı

təsirlərin hamarlaşdırılması və onların aradan

qaldırılmasıdır;

struktur əməliyyatlar bank sisteminə nəzərən AMB-nin

kifayət qədər uzun müddət üçün struktur mövqeyinin

təshih edilməsi məqsədilə aparılır. Əməliyyatlar

aktivlərin alışı üzrə qaytarılan və qəti sövdələşmələr

yolu ilə, aktivlərin qəti satışı və AMB-nın borc

sertifikatlarının buraxılması yolu ilə qeyri-müntəzəm

şəkildə həyata keçirilir. Açıq bazardakı

əməliyyatlar likvid vəsaitlərin tələb və təkliflərinin

tənzimlənməsinə istiqamətlənmişdir. AMB-də açıq

bazardakı əməliyyatların aşağıdakı növünü fərq-

ləndirirlər.

Page 29: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

29

1. Əsas yenidən maliyyələşdirilmə əməliyyatları bank

sisteminə likvid vəsaitlərin qaytarılmaq şərti ilə

verilməsi üzrə AMB-nin fəaliyyətini təmsil edir və

bazar faiz dərəcələrinin dinamikasına təsir göstərir;

2. Uzunmüddətli maliyyələşdirmə əməliyyatları da həmçi

nin maliyyə sektoruna likvidliyin verilməsi üçün

nəzərdə tutulmuşdur, lakin əsas əməliyyatlarla müqa-

yisədə daha uzun müddəti əhatə edir. Bundan başqa,

bu əməliyyatların həyata keçirilməsi zamanı AMB

bazarın xəbərdar edilmə məqsədini və bazar faiz

dərəcələrinin idarə edilmə məqsədini daşımır. Əksinə,

artıq təşəkkül tapmış faiz dərəcələrindən istifadə edir;

3. Sutkalıq borclar və depozitlər bazar iştirakçılarının

ümumi vəziyyət barədə və AMB-nin kreditləri və de-

pozitləri üzrə «overnayt» bazar dərəcələrinin yuxarı və

aşağı hüdudlarının müəyyənləşdirilməsi yolu ilə

monetar siyasətin istiqaməti barədə xəbərdar edilməsi

mexanizmi vasitəsilə bazarda sutkalıq likvidliyin

doldurulması və ya aradan qaldırılması üçün nəzərdə

tutulmuşdur. Avropa Mərkəzi Bankının səlahiyyətləri

çərçivəsində mühüm yeri «avro zonası» nın üzv

ölkələrinin kredit institutları üçün minimal ehtiyat

tələblərin müəyyənləşdirilməsi tutur. Söhbət o

vəsaitlərdən gedir ki, həmin institutlar bu vəsaitləri

AMB-nin və Milli Mərkəzi Bankların hesablarında

saxlamalıdırlar. Bu tələblərin pozulması zamanı AMB

cərimələrə və digər sanksiyalara müraciət etmək

hüququna malikdir.

Page 30: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

30

AMB tərəfindən 1999-cu ildə müəyyənləşdirilmiş məc-

buri ehtiyat norması bankların qısamüddətli öhdəliklərinin 2%-

i səviyyəsində yerləşir.Avropa Mərkəzi Bankı Mərkəzi Banklar

üçün adi olan əməliyyatlarla məşğul ola bilər. Bunlar maliyyə

institutlarına kreditlərin, o cümlədən lombard kreditlərin (yəni

qiymətli kağızların girovu ilə) təqdim edilməsi, istənilən

valyutada, o cümlədən AVS-nə daxil olmayan ölkələrin

valyutasında ifadə olunmuş müxtəlif maliyyə alətləri ilə,

həmçinin qiymətli metallarla açıq bazar əməliyyatların həyata

keçirilməsidir. Milli mərkəzi banklar da AMB-nin hazırladığı

ümumi prinsipləri rəhbər tutaraq belə əməliyyatları həyata

keçirə bilərlər.

Nizamnamə Avropa Mərkəzi Bankına və Milli Bank-

lara dövlətlərarası (Avropa Birliyi sistemində), dövlət, regional

və yerli hakimiyyət orqanlarının və dövlət hüququ əsasında

fəaliyyət göstərən təşkilatların kreditləşdirilməsini (istənilən

formada) qadağan edir. Lakin bu qadağa dövlət kredit

institutlarına aid edilmir və bu halda dövlət kredit institutları

şəxsi kredit institutları kimi nəzərdən keçirilir. Avropa Mərkəzi

Bankı və Milli Mərkəzi Banklar digər ölkələrin Mərkəzi

Bankları və maliyyə institutları ilə, beynəlxalq təşkilatlarla

əlaqə yaradıb onlarla bank əməliyyatlarının bütün növlərini

həyata keçirə bilərlər və bu zaman istənilən maliyyə

aktivlərindən və valyutalardan istifadə edə bilərlər. Aşağıdakı

institutlara AMB-nın «qarşılığı» qismində xüsusi rol verilir.

Iqtisadiyyat və maliyyə üzrə nazirlər soveti (EKOFIN) iqtisadi

siyasətin ümumi koordinasiyasına cavabdehdir. O, iqtisadi

kursun müəyyənləşdirilməsi üzrə qərarlar qəbul edir,

inflyasiya, dövlət büdcələri, valyuta kursları və əhalinin

Page 31: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

31

məşğulluğu üzrə ümumi məqsədləri qeyd edir, milli

konvergensiya proqramları əsasında və Avropa Birliyi

komissiyasının konvergensiyanın vəziyyəti barədə hesabatı

əsasında üzv dövlətlərin iqtisadi siyasətlərini müzakirə edir,

hansı ölkələrin hədsiz büdcə kəsirinə malik olmasını təyin edir

və vəziyyətin nizamlanması üzrə tədbirləri onların hər

birinə tövsiyə edir. Xüsusi önəm verilən digər institut «Avro

şurası -11» -dir. Bu institut 1998-ci ilin iyun ayında meydana

gəlmiş və 2001-ci ildə «Avro şurası-12»-ə çevrilmişdir.

Avronun tətbiqi ilə 1999-cu ildə yanvarın 1-də 34 üzvdən

ibarət İqtisadiyyat və maliyyə komitəsi (İMK) yaradılmış və

Avrapa Birliyi Valyuta komitəsini əvəz etmişdir. Fransa

xəzinəsinin o dövrdəki rəhbəri Jan Lemyer İqtisadi və maliyyə

komitəsinin sədri seçilmişdir. Avropa Mərkəzi Bankı üzv

ölkələrin Mərkəzi Banklarına qarşılıqlı təsir göstərir, onların

hər biri üçün emissiya dərəcəsi müəyyənləşdirir. Milli Mərkəzi

Banklara Avropa Mərkəzi Bankının icazəsi olmadan

beynəlxalq təşkilatlarla öz valyuta əməliyyatlarını aparmağa və

xarici ehtiyatların aktivləri ilə əməliyyat aparmağa icazə

verilmir. Mərkəzi Bankların Avropa Sistemindən (MBAS)

asılı olmayan və paralel 2 Avropa Mərkəzi Bankı mövcuddur

və fəaliyyət göstərir.

1. Avropa Ġnvestisiya Bankı.

Avropa İnvestisiya Bankı 1958-ci ildə Roma müqaviləsinə

əsasən təsis edilmişdir. Onun nizamnaməsi Avropa Birliyi

Müqaviləsinin tərkib hissəsini təşkil edir. Bankın vəzifələri

Avropa Şurasının qərarı əsasında müəyyənləşdirilir. Avropa

İqtisadi Birliyi maliyyə muxtariyyətli və müstəqil hüquqi

təşkilat kimi çıxış edir. Avropa İqtisadi Birliyinin üzvləri

Page 32: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

32

Avropa Birliyi ölkələridir. Avropa İqtisadi Birliyinin qərargahı

Lüksemburqda yerləşir. Avropa İqtisadi Birliyi Avropa Birliyi

ölkələrində investisiya həyata keçirir. O həmçinin inkişaf

etməkdə olan ölkələrə və Mərkəzi və Şərqi Avropa ölkələrinə

borc verir. Ehtiyatların mənbəyi, nizmanamə kapitalı (62 mlrd.

avrodan çox), istiqrazların buraxılışı və ehtiyatlardandır.

Avropa İqtisadi Birliyinin rəhbər orqanı Avropa

Birliyinin üzv dövlətlərinin Maliyyə Nazirliyinin tərkibində

İdarəedici Şuralarıdır ki, bunlar da kredit siyasətini

müəyyənləşdirir, illik balansı təsdiq edir, kredit və

zəmanətlərin verilməsi ilə baglı qərarları qəbul edir, faiz

dərəcələrini müəyyənləşdirirvə həmçinin Avropa İqtisadi

Birliyində 3% səhmə sahib olmaqla Avropa Bankının

kapitalının yenidənqurulmasında və inkişafında da iştirak edir.

2. Avropa Yenidənqurma və ĠnkiĢaf Bankı (AYĠB)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 1990-cı

ildə hökümətlərarası sazişə əsasən yaradılmışdır. AYİB kredit

reytinqli beynəlxalq maliyyə təşkilatıdır. AYİB-nə 60 ölkə

üzvdür. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)

qərargahı Londonda (Böyük Britaniyada) yerləşir. Bankın

institusional üzvlərinə Avropa Birliyi və Avropa İqtisadi

Birliyi daxildir.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)

nizamnamə kapitalı 20 milyard avrodan çox təşkil edir.

Avropa Birliyi üzvləri nizamnamə kapitalında 51% hissəyə,

Mərkəzi və Şərqi Avropa ölkələri 14%, qalan Avropa ölkələri

11%, Avropa ölkəsi olmayan dövlətlər 24% hissəyə

malikdirlər. Ən çox paya ABŞ (10%), Böyük Britaniya,

Page 33: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

33

Almaniya, İtaliya, Fransa və Yaponiya (hər biri 8,5%)

malikdir.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)

əsas məqsədləri aşagıdakılardır:

Bazar iqtisadiyyatına keçidi dəstəkləmək üçün

yalnız Mərkəzi və Şərqi Avropa ölkələrində

əməliyyatların aparılması;

Xüsusi sahibkarlığın inkişafına yardım;

Kommersiya banklarının funksiyalarının və

kommersiya banklarının inkişafının

əlaqələndirilməsi.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)

rəhbər orqanı İdarəedici Şuradır. İdarəedici Şura aşağıdakı

məsələləri həll edir:

yeni üzvlərin qəbulu və ya iştirakının dayan-

dırılması,

balansın təsdiq edilməsi,

gəlirin bölüşdürlməsi,

digər beynəlxalq təşkilatlarla əməkdaşlığın

inkişafı.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)

içraçı orqanı Direktorlar Şurasıdır. Direktorlar Şurası bankın

cari suallarına cavab verir, kredit, zəmanət, investisiyaların

verilməsi barədə qərarlar qəbul edir və Avropa Yenidənqurma

və İnkişaf Bankının büdcəsini təsdiq edir. Şura 23 üzvdən

ibarət olmaqla təşkil olunmuşdur. Hüquqi müstəqilliklərinə

baxmayaraq hər iki bank Avropa İqtisadi Birliyi və Avropa

Yenidənqurma və İnkişaf Bankı (AYİB) bir çox praktiki

Page 34: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

34

fəaliyyət istiqamətlərində bir-birini tamamlayır və bütün

Avropa Sistemi ilə əlaqədə olduğu kimi, onun komponentləri

olan Avropa Mərkəzi Bankı və Avropa Ölkələrinin Milli

Bankları ilə də sıx qarşılıqlı əlaqədədir.

1.2. BÖYÜK BRĠTANĠYA VƏ ġĠMALĠ ĠRLANDĠYA

BĠRLƏġMĠġ KRALLIĞININ BANK SĠSTEMĠ

Böyük Britaniya və Şimali İrlandiya Krallığı 4 iri

ərazidən ibarətdir: İngiltərə, Şotlandiya, Uels və Şimali

İrlandiya. Böyük Britaniya ən çox inkişaf etmiş qərb

dövlətlərindən biridir. Böyük Britaniyanın funt sterlinq pul

vahidinin Britaniya adalarında meydana gəlməsi mərkəzləşmiş

dövlətin yaranmasından əvvəl baş vermişdir. Hələ norman

işğalından (1066-cı il) əvvəl yerli əhali gümüş penslərdən,

yaxud sterlinqlərdən istifadə edirdi. Gümüşün bir funtundan

240 pens kəsilirdi. «Funt sterlinq» adı da məhz buradan

yaranmışdır. Funt da öz növbəsində 20 şilinqə bölünürdü. Hər

bir şillinq uyğun olaraq 12 pensə bərabər idi. XIII əsrdə

şillinqlər ilk dəfə pul şəklində kəsilmiş, artıq XIV əsrdə

dövriyyədə qızıl funtlar peyda olmuşdur. Məsələ bundadır ki,

daha tam çəkili pullar ayrı - ayrı şəxslər tərəfindən dövriyyədən

çıxarılır və sərvət şəklində toplanırdı, yəni tezavrasiya olunur-

du.Pulların qiymətdən düşməsinə qarşı əhalinin bu təbii

reaksiyası sonralar «Qreşem qanunu» adını aldı. Qreşem

kraliça Yelizaveta dövründə hökumətin pul məsələləri üzrə

məsləhətçisi idi. 1717-ci ildə sikkəxananın müdiri dahi fizik

İssak Nyuton funtun qızıl tərkibini müəyyənləşdirdi

Page 35: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

35

(7,3222382 q). Funtun bu tərkibi 1931-ci ilə kimi dəyişməz

qaldı. Qızıl standartın rəsmi deklarasiyasına qədər Böyük

Britaniya dünya birliyində dominant mövqe tuturdu.

Müstəmləkə regionların iqtisadiyyatlarına yatırılan

investisiyalar sayəsində və hazır məhsulların ixracatçısı,

xammalın idxalatçısı kimi müstəsna vəziyyətinə görə Böyük

Britaniya bu mövqeyini saxlaya bilirdi. Bir çox ölkələr öz

rəsmi ehtiyatlarını monetar qızıl formasında və ya London

bankının depozitlərində saxlayırdılar. O dövrdə Londonda

depozitlərdəki funt strelinqlər monetar qızıla bərabər tutulurdu.

Faktiki olaraq, müxtəlif ölkələrin valyuta kurslarının ingilis

funtuna nəzərən sərt fiksasiyası mövcud idi. Əksər dövlətlərin

monetar siyasəti Britaniyanın monetar siyasətindən asılı

vəziyyətdə idi. Faiz dərəcələrinin Londondakı hər bir dəyişik-

liyi Bombeyin, Sinqapurun, Yoxannesburqun və Nyu-Yokun

valyuta və fond bazarlarında dəyişikliklər törədirdi. Böyük

Britaniyanın valyuta sferasındakı üstünlüyü qızıl və gümüş

istifadəsinin paralel şəkildə zəifləməsi, sönməsi ilə və gümüşün

qızıl tərəfindən sıxışdırılması ilə müşayiət olunurdu.

Dörd əsr ərzində mövcud olan bimetallik pul sistemi 1816-cı

ilin qızıl standart qanunu ilə ləğv edildi. Lakin yeni sistemin

fəaliyyətinin təmin edilməsi üçün metalın çatışmazlığı

səbəbindən banknotların qızıla mübadiləsi və qızıl pulların

kəsilməsi yalnız 1821-ci ildə həyata keçirilməyə başladı. 1821-

ci ildən 1914-cü ilə kimi Ingiltərədə qızıl standartın qızıl sikkə

pul sistemi kimi forması fəaliyyət göstərirdi. Banknotların

emissiyası 1844-cü ildən başlayaraq, demək olar ki, 100%

qızılla təmin olunurdu. Fidusiar, yəni təmin edilməmiş və

Page 36: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

36

etibara əsaslanmış emissiya həmin dövrdə illik 14 milyon funt

sterlinqi aşmamalı idi. Qızıl soveren, yaxud 20 şillinqlik sikkə

7,98805 qram ağırlığında idi və 0,9162 əyarına malik idi. 1914-

cü ildə xəzinə soverenin əvəzinə 1 funt sterlinq və 10 şillinq

dəyərində banknotlar buraxdı. 1928-ci ildə bu banknotların

buraxılma funksiyasını İngiltərə Bankı öz üzərinə götürdü.

XX əsrin əvvəlində Britaniya iqtisadiyyatı üçün kapitalın

böyük ixracı xarakterik idi. 1904-1913-cü illərdə kapitalın

ixracatı demək olar ki, daxili kapital yatırımlarına bərabər idi.

Britaniya imperiyasının ölkələri onun xarici investisiyalarının

təqribən yarısını udurdu. Kapital yığımının xüsusiyyəti Böyük

Britaniya iqtisadiyyatına daxili kapital yatırımlarının maliy-

yələşdirilməsində müstəmləkə və xammal şirkətlərinin aktiv

iştirakı idi. 1910-1914-cü illərdə xarici investisiyalardan gələn

təmiz gəlir ölkənin ÜDM-nin 8%-ni üstələyirdi. 1914-ci ildə

hökumət hərbi xərclərin ödənilməsi üçün banknotların qızıla

mübadiləsini ləğv etdi, qızıl pulları dövriyyədən çıxararaq,

xəzinə biletlərini buraxmağa başladı. Hökumət öz hərbi

xərclərinin maliyyələşdirilməsi üçün xəzinə biletlərinin

emissiyasından aktiv şəkildə istifadə edirdi. Müharibə

dövründə bu emissiyanın ümumi məbləği 346 milyon funt

sterlinq təşkil etmişdir. Bu, dövriyyədə olan bütün pul

nişanlarının təqribən 9/10 hissəsi idi. Kağız pulların artımı ilə

birlikdə dövriyyənin kredit vəsaitlərinin kütləsi də artdı. Onun

əsas mənbəyi hökumət istiqrazları idi. Elə bu səbəbdən də

İngiltərənin dövlət borcu 1914-cü ildən 1919-cu ilə kimi 11

dəfə artmışdır (0,7 milyard funt sterlinqdən 7,9 milyard funt

sterlinqə qədər). I-ci Dünya müharibəsində İngiltərənin xarici

Page 37: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

37

iqtisadi mövqeləri çox zəiflədi. Buna səbəb digər ölkələr

tərəfindən aktiv şəkildə həyata keçirilən «valyuta dempinqi»

idi. Funt sterlinq kursunun ABŞ dollarına nəzərən düşməsi

səbəbindən Ingiltərənin kapital yatırımları qiymətdən düşürdü.

1919-cu ilin aprelində Ingiltərə öz valyutasının qızıla

mübadiləsini dayandıraraq onun «üzən» kursunu tətbiq etmək

məcburiyyətində qaldı. «Üzmə» prosesində funt sterlinq

dollara nəzərən orta hesabla 10% qiymətdən düşdü. 1920-ci

ildə gümüş pullarda təmiz gümüşün miqdarı 50%-ə qədər

azalmışdır. Buna səbəb gümüşün qiymətinin yüksəlməsi idi.

1925-ci ildən 1931-ci ilə kimi qızıl külçə standartı mövcud

olmuş və indiyə kimi fəaliyyət göstərən xırdalanmayan kredit

pullar sistemi ilə əvəzlənmişdir. 1925 -1928-ci illərdə pul

islahatı keçirilmiş və bu islahat dövründə xəzinə biletləri

dövriyyədən çıxarılmışdır. Ingiltərə Bankına 260 milyon funt

sterlinq həcmində banknotların fidusiar emissiya hüququ

verilmişdir. Bu məbləğdən yuxarı həcm üçün parlamentin

təsdiqi ilə xəzinənin icazəsi tələb olunurdu.

1931-ci ildə Böyük Britaniya sterlinq blokuna rəhbərlik etdi.

Ikinci Dünya müharibəsinin əvvəlində bu blok sterlinq

zonasına - dünya ticarət dövriyyəsinin təqribən altıda birini

əhatə edən iri valyuta zonasına çevrildi. Dollar standartının

tətbiqindən sonra ikinci ehtiyat valyutadan istifadə etmiş ölkə

kimi mövqeyini itirən Böyük Britaniya 1970-ci illərin axırla-

rında sterlinq zonasının qəti iflasından sonra da beynəlxalq

valyuta mühitində xüsusi yer tutmaqda davam edirdi.

1939-cu ilin sentyabrında Ingiltərə Bankının qızıl ehtiyatı

xəzinənin sərəncamına verilmiş və oradan da ingilis hərbi

Page 38: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

38

sifarişlərinin ödəniş hesabı ilə ABŞ-a göndərilmişdir. Nəticədə

ölkədəki pul emissiyası qızılla əlaqəsini itirmiş və tamamilə

fidusiar olmuşdur. Onun yeganə təminatı hökumətin

öhdəlikləri idi, ölçüləri isə ödəniş dövriyyəsinin və dövlətin

monetar siyasətinin tələbləri ilə diktə edilməyə başlamışdı.

Ikinci Dünya müharibəsi dövründə Ingiltərənin pul dövriyyəsi

dövlətin hərbi xərclərinin maliyyələşmə tələblərinə uyğunlaşa-

raq çox artdı. Bununla belə, hərbi xərclərin maliyyələşməsində

vergilərin yüksək payı (təqribən 40%) pul kütləsinin artımına

ləngidici təsir göstərirdi. Bu dövrdə pul kütləsinin artımı

Birinci Dünya müharibəsi illəri ilə müqayisədə ümumilikdə

daha az idi. 1939-cu ildən 1945-ci ilə kimi bank depozitlərinin

ümumi məbləği 2,4 milyard funt sterlinqdən 4,6 milyard funt

sterlinqə qədər, banknotların ümumi məbləği isə 0,5 milyard

funt sterlinqdən1,3 funt sterlinqə qədər artmışdır. Qiymətlərin

artımı nisbətən mülayim (75%) idi. Bu isə qiymətlərə dövlət

tərəfindən göstərilən nəzarət sayəsində mümkün olmuşdur.

1971-ci il 28 iyul tarixli qanuna müvafiq olaraq, əvvəllər

buraxılan pullar –krona (kraun), ikiqat florin, florin, şillinq və

altıpenslik – yenidən dövriyyəyə 25, 20, 10, 5, 2,5 yeni pens

dəyərində buraxılmışdır. 1980-ci ildə altıpenslik, 1990-cı ildə

isə 5 şillinq dəyərində pul dövriyyədən çıxarılmışdır. İngiltərə

Bankı 5,10, 20 və 50 funt sterlinq dəyərində banknotlar

buraxır. Ingiltərə Bankının banknotları Ingiltərədə və Uelsdə

qanuni ödəniş vasitəsidir. Şotlandiyanın və Şimali Irlandiyanın

bankları banknotları buraxmaq hüququnu saxlamışlar.

Böyük Britaniyanın iqtisadi sisteminin, o cümlədən pul və

valyuta sistemlərinin dəyişdirilməsinin mühüm istiqaməti

Page 39: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

39

təsərrüfatın qeyri - tənzimlənməsi oldu. Böyük Britaniya ilə

digər ölkələr arasında kapitalın hərəkətini məhdudlaşdıran

valyuta nəzarəti 1979-cu ildə ləğv edildi. 1986-cı ilin

oktyabrında London fond birjasının yenidən təşkili həyata

keçdi və iqtisadi ədəbiyyatda «böyük partlayış» adını aldı.

Minimal qeyd olunmuş komisyon haqları sadələşdirildi,

banklar və xarici müəssisələr üçün birjaya yol açıldı, birja

üzvlərinə broker və cobber funksiyalarını birləşdirmək icazəsi

verildi (yəni əməliyyatları öz hesabına aparmaq).

Qeyri-tənzimlənmə prosesi banklar tərəfindən göstərilən

maliyyə xidmətlərinin artıq çoxdan bəri inkişaf edən diversifi-

kasiya tendensiyasını və onların fəaliyyətlərinin universallaş-

dırılma tendensiyasını gücləndirdi. Nəticədə Böyük Britaniya

iqtisadiyyatı dünyanın ən qeyri-tənzimlənən iqtisadiy-

yatlarından biri oldu. Ölkə «azadlıq indeksi» adlı göstərici üzrə

altıncı yerdədir (102 dövlətdən) və Sinqapurdan, Yeni

Zelandiyadan, ABŞ-dan, Isveçrədən və Malayziyadan sonra

gəlir. 1980-ci illər ərzində Böyük Britaniya monetar siyasətin

müəyyən formasını – pul kütləsinin targetingləşmə formasını

həyata keçirirdi. Pul targetinqinin digər formalardan əsas

üstünlüyü aşağıdakılardır: mərkəzi bank tərəfindən milli

prioritetlərin nəzərə alınması ilə monetar siyasəti təshih etmək

imkanı, inflyasiyanın xaricilərdən fərqli olan məqsədli

göstəricilərini müəyyənləşdirmək imkanı və xarici sarsıntılara

qarşı durmaq qabiliyyəti. Siyasət müəyyənləşdirilmiş pul

aqreqatlarının dövri şəkildə elan edilməsi yolu ilə inflyasiya

gözləmələrinə təsir göstərir və bununla da seçilmiş siyasəti

həyata keçirməklə bağlı hakimiyyətin arzusunu və qabiliyyətini

Page 40: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

40

təkzib edir və ya təsdiq edir. Lakin 1990-cı illərin əvvəllərində

hökumət əmin oldu ki, pul kütləsinin artımına nəzarəti həyata

keçirmək çox çətindir.Inflyasiya ilə mübarizənin yeni aləti kimi

funtun mübadilə kursunun stabil alman markasına bağlılığı,

yəni tarqetingləşmə (bax: fəsil 1) seçilmişdir. Nəticədə Böyük

Britaniya inflyasiyanın 1990-cı ildə 10%-dən 1992-ci ildə 3%-

ə qədər aşağı salınmasına müvəffəq olmuşdur. Lakin Mübadilə

kurslarının Avropa Mexanizminin (MKAM) böhranı

səbəbindən Böyük Britaniya 1992-ci ildə mübadilə kursunun

targetinq siyasətindən imtina etdi. Bu böhran britaniyalılar

üçün yaxın gələcəkdə avronu tətbiq etmək imkanını aradan

qaldırdı.1990-cı ildə Almaniyanın birləşməsi və AB-nin

bununla bağlı potensial xərcləri Avropa Birliyinin digər

ölkələri üçün iki il ərzində maliyyə cəhətdən qeyri-stabillikdən

xəbər vermirdi. Valyuta kurslarının tənzimlənmə sisteminin

yaxınlaşacaq iflasından xəbər verən ilk əlamət (eyham) 1992-ci

ildə «Bundesbank»ın prezidenti Şleyzinqerin çıxışı oldu.

Şleyzinqer nüfuzlu iclasların birində bildirdi ki, investorlar

vahid Avropa valyutasının stabilliyinin bərabər səviyyədə

bütün Avropa valyutalarının zənbilindən asılı olmasını hesab

edirlərsə, səhv edirlər. Bu eyham birinci növbədə həmin dövrdə

pis vaxtlarını yaşayan italyan birjasına aid idi. Şleyzinqer əlavə

etdi ki, əgər Avropa valyutası avro yox, marka olsa, bu daha

yaxşı hesab edilər. Dünyanın məşhur alverçisi və möhtəkiri

Corc Soros bu bəyanata dərhal reaksiya verərək öz kapitallarını

liranın zəifləməsinə yönəltdi. Sorosun hərəkətləri zəncirvari

reaksiya yaratdı. Maastrixt müqaviləsinin müdafiəsi ilə bağlı

məsələnin səsvermə nəticələri mənfi olacağı halda AB-nin

Page 41: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

41

monetar inteqrasiyasının üstündən xətt çəkilərdi. Bu hadisənin

əvvəlində AB-nin əsas lokomotivindən – alman markasından

asılı olan funt avqustun 26-da Mübadilə kurslarının Avropa

mexanizminin aşağı sərhədinə qədər düşdü. Nəticə olaraq,

Böyük Britaniya sərbəst möhtəkirçi kapitalların hücumu üçün

obyekt rolunu oynamağa başladı. Funtun gücünü saxlamağa

çalışan ingilis hökuməti dərəcələrin 2% qaldırılması barədə

qərar çıxardı. Nəticədə möhtəkirlərin valyuta hücumu daha da

gücləndi. Faiz dərəcələri günorta qaldırılmış, axşam isə ingilis

funtu özünün MKAM-dakı üzvlüyünü dayandırmışdır. Sorosun

ingilis funtu ilə həyata keçirdiyi əməliyyat ona iki gün ərzində

2 milyard dollar gətirdi. Bu əməliyyat Forex beynəlxalq

valyuta bazarında ən böyük uğur hesab olunur. 1993-ci ildən

başlayaraq, Ingiltərə antiinflyasiya siyasətinin - qısamüddətli

faiz dərəcələrinin dəyişdirmə siyasətinin digər elementindən

istifadə etməyə başladı. Elə həmin ildə də Ingiltərə Bankı yeni

dərəcələrin tətbiq olunma vaxtını müəyyənləşdirmək imkanı

əldə etdi, 1997-ci ildən başlayaraq isə faiz dərəcələrinin

dəyişilməsi barədə müstəqil qərar çıxarmaq hüququ aldı. ABŞ

dollarına nəzərən funt sterlinq kursunun dinamikası funt

sterlinqin mərhələli şəkildə düşməsini nümayiş etdirir. Belə ki,

1991-ci ildə 1 funt sterlinq 1,76 dollara bərabər idisə, 1998-ci

ildə 1 funt sterlinqə görə 1,65 dollar verirdilər. 2001-ci ilin

iyununda Böyük Britaniyada parlament seçkiləri ərəfəsində

ingilis funt sterlinqinin kursu dollara və digər əsas valyutalara

nəzərən kəskin şəkildə düşdü. London valyuta bazarının bağ-

lanması zamanı 2001-ci ilin iyun ayında funtun kursu dollara

nəzərən son 15 ildə ən aşağı səviyyəyə düşdü. Həmin dövrdə 1

Page 42: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

42

funta 1,3915 dollar verilirdi. Birləşmiş Krallıq bazar

iqtisadiyyatında nümunəvi təcrübəyə malikdir: burada bazar

istehsal münasibətləri yaradılmış, ilk beynəlxalq təşkilatlar

meydana gəlmişdir. Birləşmiş Krallıq yüksək inkişaf etmiş

sənaye ölkəsidir. Ölkənin əhalisi 61 milyona çatmışdır. Böyük

Britanyanın pul vahidi funt-sterlinqdir.Maliyyə-iqtisadi

göstəriciləri iqtisadi-təşkilati amillərin, eləcə də səmərəli bank

sisteminin köməkliyi ilə əldə edilmişdir.

Böyük Britanya və Şimali İrlandiya Krallığının bank

sistemi dünyanın ən qədim və inkişaf etmiş sistemlərinə aiddir.

O,yaxşı təşkil olunmuş və inkişaf edilmiş bazar

infrastrukturuna malikdir və dünyanın əsas maliyyə mərkəzi

ilə sıx əlaqəsi olan Londondakı böyük maliyyə bazarına

əsaslanır.

İngiltərənin bank statistikası maliyyə institutlarını 2

qrupa ayırır:

1. Həqiqi bank sektoru

2. Bank olmayan maliyyə təşkilatları (cədvəl 1.3)

Cədvəl 1.3

Bank sektoru

Kommersiya bankları

(o cümlədən klirinq

bankları);

Mühasibatlıq;

Ticarət bankları;

Page 43: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

43

Xarici və konsorsium

banklar;

Bank olmayan maliyyə

təĢkilatları

ĠnĢaat cəmiyyəti;

Sığorta Ģirkətləri;

Ġnvestisya Ģirkətləri;

Pensiya fondları;

Kredit birlikləri;

Cədvəl 1.3. Böyük Britanyanın Maliyyə İnstitutları

Digər ölkələrin Mərkəzi Bankları kimi İngiltərə Bankı da

hazırki dövrdə maliyyə və iqtisadi dəyişikliklərin mərkəzində

dayanır. İngiltərə Bankının yerinə yetirdiyi çoxsaylı

funksiyaları iki yerə ayırmaq olar:

1. Bankların vəziyyətindən irəli gələn birbaşa

peşəkar vəzifələr (depozit-ssuda, hesablaşma və emissiya

əməliyyatları);

2. Nəzarət funksiyası. Onun köməyi ilə Bank iqtisadi

proseslərin hərəkətinə təsir etməyə çalışaraq pul-kredit

sisteminə dövlət tərəfindən müdaxiləni təmin edir.

İngiltərə Bankı əsasən qanun normalarına deyil, adətlərə

əsaslanan bir rolda çıxış edir. Bank-kredit təşkilatlarının

fəaliyyətini reqlamentləşdirən müxtəlif qayda və prosedurlar,

İngiltərə Bankı və bu təşkilatlar arasında “Centlmen Sazişi”

qaydası ilə müəyyən olunur. Hökümət, onun Mərkəzi Bankı və

Page 44: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

44

özəl bankları arasındakı qarşılıqlı əlaqəli xüsusiyyətlər

İngiltərə Bankını həm də Sitinin “sağ əli” və təmsilçisi kimi

xarakterizə etməyə icazə verir. İngiltərə Bankının bu ikitərəfli

rolu hökümətə daha dərin vasitələrlə müstəqil pul kredit

siyasəti keçirməyə imkan verir. Sitinin maliyyə elitasının əsas

xüsusiyyəti odurki, onların maraqları hər bir ölkə və hər bir

iqtisadi kursa görə müdafiə edilir.

Qeyd etdik ki, İngiltərə Bankının yerinə yetirdiyi

çoxsaylı funksiyalar mövcuddur. Lakin onların hər biri üç

əsas məqsədə nail olmaq üçün təklif olunub.

1) Hökümətlərin razılığı ilə əsasən bazarda

əməliyyatların köməyi ilə milli valyutanın dayanıqlılığının

saxlanması, başqa sözlə pul siyasətinin həyata keçirilməsi;

2) Banklara və Siti maliyyə bazarının digər

iştirakçılarına birbaşa nəzarət etməklə maliyyə sisteminin

sabitliliyinin təmin edilməsi, həmçinin ödəniş sisteminin

dayanıqlılığının və səmərəliliyinin təmin edilməsi;

3) Ölkə daxilində maliyyə sisteminin səmərəliliyinin

və rəqabət qabiliyyətliliyinin təmin edilməsi və yüksəldilməsi

və London Sitinin beynəlxalq aparıcı maliyyə mərkəzi

səviyyəsində mövqeyinin gücləndirilməsi.

İngiltərə Bankı öz müştərilərinə bir sıra xidmətlər təqdim

edir. Lakin İngiltərə Bankının müştəriləri digər bankların

müştərilərindən fərqlənir. Müştəriləri üç əsas qrupa bölmək

olar:

Kommersiya Bankları. Bütün klirinq bankları

İngiltərə Bankında hesaba sahibdir. Klirinq

əməliyyətlarında klirinq banklarının İngiltərə

Page 45: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

45

Bankındakı hesablarından istifadə olunur. Bankların

hesabda müəyyən olunmuş məbləğə sahib olmaları

məcburdur və onların sayını artırmağa icazələri

yoxdur. İngiltərədə fəaliyyət göstərən bütün banklar

öz depozitlərinin 0,35%-ni İngiltərə Bankının

depozitində saxlayırlar. Bu ehtiyat normasıdır və

İngiltərə Bankının əsas gəlir mənbəyini təmin edir.

Digər ölkələrin Mərkəzi Bankları. İngiltərə

Bankında hesaba sahib ola, qızıl saxlaya və İngiltərə

Bankı vasitəsilə Londonda iş apara bilər.

Hökümət İngiltərə Bankında hesab saxlaya bilər.

Belə olduğu halda, büdcəyə vergi, ödəmələr və

büdcədən sosial ehtiyaclar üçün ödənişlər İngiltərə

Bankındakı hesab vasitəsi ilə aparılır.

İngiltərə Bankı 3 əsas istiqamətə xidmət edir:

1. Kommersiya banklarına;

2. Digər Mərkəzi Banklara;

3. Hökümətə.

Mərkəzi Bankın digər funksiyaları:

- monetar siyasətin keçirilməsi;

- pul emissiyası;

- valyuta əməliyyatlarının və nəzarətinin həyata

keçirilməsi, Xəzinədarlığın adından ölkənin qızıl

valyuta ehtiyatlarının idarə edilməsi;

- kredit təşkilatlarına, valyuta - kredit bazarlarına və

ümumilikdə bank sisteminə nəzarət.

İngiltərə Bankı Maliyyə Nazirliyinin rəhbərliyi altında

fəaliyyət göstərməsinə baxmayaraq hökümətdən asılı deyil.

Page 46: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

46

Belə ki, İngiltərə Bankının rəhbərinin səlahiyyət müddətini

hökümət müəyyən etmir. İngiltərə Bankının rəhbərliyi rəhbər

və rəhbərin əvəzləyicisinə, 16 direktorlardan ibarət olan Şuraya

həvalə olunur. Bu vəzifələr seçki üzrə təyin edilir. Seçkilər

İngiltərə Bankının səhmdarlarının iclasında keçirilir.

1932-ci ilədək bankda 3 əsas departament fəaliyyət

göstərirdi: katib, baş mühasib və baş xəzinədar. Baş mühasib

bankın hesabatını aparırdı, onun səhmlərinin buraxılışını və

dövlət qiymətli kağızlarının buraxılışını qeydiyyata alırdı. Baş

xəzinədar biznesə və banknotların buraxılışına nəzarət edirdi.

Katib Şuranın işini və Şuranın iclaslarını təşkil edir, bankın

ümumtəsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirirdi.

Bankın fəaliyyətinin öyrənilməsi ilə əlaqədar

komissiyanın keçirilməsi sonradan daha iki departamentin

yaranmasına səbəb oldu:

- Xarici departament.

- Bu departament digər dövlətlərin mərkəzi bankları ilə

əlaqədar daha geniş fəaliyyəti həyata keçirir və

Britaniya koloniyalarında bank fəaliyyətinə nəzarət

edir.

- Təsərrüfat departamenti.

Bu departamentin yaradılması ilə funksiyalar katibdən

bank daxili məsələlərə verildi ki, buna da kadrlarla bağlı

məsələlər və sosial təminat aiddir. 1946-cı ildə Böyük

Britaniyanın Maliyyə Nazirliyi İngiltərə Bankının kapital

səhmlərini alaraq bankı milliləşdirdi. Sonrakı illərdə bir çox

daxili struktur dəyişiklikləri və departamentlərin yenidən təşkili

baş verdi. Bütün bunlar bankın əsas funksiyalarının yerinə

Page 47: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

47

yetirmə keyfiyyətini, ölkənin mərkəzi bankının şərtləşdirilmiş

mövqeyini və hər şeydən əvvəl pul-kredit sisteminin

dayanıqlılığının təmin edilməsi funksiyasını artırmaq məqsədi

ilə bankın idarəetmə keyfiyyətini yüksəltməyə yönəltmişdi.

İngiltərə Bankı hazırki dövrdə aşağıdakı quruluşa

malikdir:

Hesabat departamenti.

Bu departament səhmlərin hesabatını və qeydiyyatını

aparır, bankın səhmlərinin buraxılışını təmin edir.

İnzibati departament.

Bankın daxili uçotunu aparır, illik hesabatlarını tərtib

edir, arxiv işini aparır, bank biznesinin aparılması

metodlarını hazırlayır və təşkil edir.

Audit departamenti.

Bankın şöbələrində daxili auditi işini tənzimləyir.

Kassa departamenti.

Banknotların buraxılışını, qızıl valyuta ehtiyatının

uçotunu və qorunmasını, valyuta nəzarətini və s. yerinə

yetirir.

Ştat departamenti.

İngiltərə Bankı üçün kadrların seçilməsi ilə məşğul

olur.

Valyuta ehtiyatları departamenti.

Bu departament valyuta bazarındakı dəyişikliyi təhlil

edir, valyuta nəzarətini və valyuta tənzimlənməsi

sahəsində qanunvericiliyə riayət olunub olunmadığına

nəzarət edir.

Page 48: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

48

İqtisadi məlumatlar departamenti.

Daxili və xarici maliyyə məsələlərinə məsləhət verir,

pul və maliyyə bazarının vəziyyətinə, İngiltərə

Bankının statistik məlumatlarını hazırlayır və rüblük

bülletenləri dərc edir.

Katiblik.

İngiltərə Bankının Direktorlar Şurasının protokolunu

aparır, Rəhbərin əmrlərini hazırlayır və onların yerinə

yetirilməsinə nəzarət edir.

Xarici departament.

Digər ölkələrin mərkəzi bankları ilə, Beynəlxalq

Valyuta Fondu və digər beyəlxalq maliyyə təşkilatları

ilə qarşılıqlı əlaqə yaratmaq funksiyasını yerinə yetirir,

eləcə də İngiltərə Bankının monetar siyasətini həyata

keçirir.

İngiltərə Bankı sağlam iqtisadiyyatın əsası olan pul və

maliyyə sisteminin səmərəliliyini və sabitliyini qorumaq

məqsədinə nail olmaq üçün üç açar vəsifəni yerinə yetirir.

1. Valyutanın dayanıqlılıq və dəyərinin saxlanmasını,

özündə daha geniş iqtisadi vəzifələrin həlli üçün hökümətin

müəyyən etdiyi qiymət sabitliliyinin saxlanmasını birləşdirir;

2. Daxili və beynəlxalq maliyyə sisteminin

sabitliliyinin saxlanması;

3. Britaniya maliyyə xidmətinin maksimal

səmərəliliyinə nail olunması.

Bu vəzifələri İngiltərə Bankı aşağıdakı metodlarla həll

edir:

Page 49: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

49

- Bank Böyük Britaniyada firmalara istənilən

həcmdə kapitala keçid imkanı verir;

- Maraqlara adekvat müdafiəni təmin edir;

- London Siti və digər Britaniya maliyyə

mərkəzlərinin beynəlxalq rəqabətdə mövqeyini

gücləndirir.

Bu məqsədlərə nail olma metodları aşagıdakılardır:

bazarın bölüşdürülməsinin ekspertizası;

bazar qüvvəsinin çatışmazlığı üzrə kollektiv

fəaliyyətə təsir etmək;

hökümətin konsultasiyası;

digər ölkələrin maliyyə sahələri ilə əlaqədə

Britaniyanın mənafeyinin qorunması və müdafiə

edilməsi;

İngiltərə Bankı ölkənin qızıl və valyuta ehtiyatından

istifadə edərək valyuta kursuna təsir edə bilər. İngiltərə Bankı

Xəzinədarlıq adından ehtiyatları idarə edə bilər. Ehtiyatlar

valyutaya bərabərləşdirici hesab (Exchange Equalisation

Account) adlanan xüsusi hesabda saxlanır. O, hələ 1930-cu

ildə sterlinqin “daxili dəyərinin” gözlənilməz enib-qalxmasına

təsir məqsədi ilə yaradılmışdır. Valyuta müdaxiləsi kimi

tanınan bu proses ondan ibarətdir ki, İngiltərə Bankı kursun

enməsini saxlamaq zəruri olduqda funt sterlinqi xarici

valyutaya nəzərən alır və ya kursun artımını saxlamaq üçün

satır. Əlbəttə ki, bu əməliyyatlar bazarda funt sterlinqin dəqiq

kursunu müəyyən edə bilmir, ona görə də rəsmi müdaxilənin

bir çox başqa üsulları da mövcuddur.

Page 50: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

50

Müasir monetar siyasətin ən vacib alətlərindən biri

Mərkəzi Bankın tələbi olan kommerisya bankı və kredit

təşkilatlarının məcburi minimum ehtiyatının dəyişməsinə

əsaslanan ehtiyat siyasətidir. Pul-kredit nəzarətinin əsas

alətləri ilk növbədə Mərkəzi Bankda olan kredit təşkilatlarının

ehtiyat hesablarındakı böyük həcmdə qalıqları tənzimləməyə

və ya bu hesabların artım şərtlərinə istiqamətlənir.

Hazırkı dövrdə minimal ehtiyatlar iki vəzifəyə malikdir:

1) Kommersiya banklarının daimi likvidlik səviyyəsini

təmin etməlidir;

2) Pul kütləsinin, ödənişlərin və kommerisya banklarının

kredit qabiliyyətliliyini tənzimləməlidir;

İngiltərə Bankının əsas funksiyası ölkələrin dövlət

borcunun idarə edilməsidir. Hökümətlə və bazar arasında

günlük vəsaitlərin hərəkəti İngiltərə Bankındakı Milli Kredit

Fondu (National Loans Fund) hesabında əks olunur.

Qısamüddətli defisit olduqda Milli Kredit Fondu (National

Loans Fund) hesabından ehtiyat götürərək onu bağlaya bilir,

əksinə artıq ehtiyat olarsa ora yatırılır.

İngiltərə Bankı – İngiltərə və Uelsdə yeganə emissiya

institutudur. Banknotların buraxılışından əldə olunan bütün

gəlir hökümətə daxil olur. İngiltərə Bankı artıq 300 ildir ki,

banknot buraxır. Emissiya böyük əmək və xeyli ehtiyat sərfi

tələb edir. Banknotların dizayn və istehsalı Eseksdə Bank Çap

Fabrikinin öhdəliyindədir. Bank yalnız pul çap etmir, o, həm də

ölkə üzrə kommersiya banklarını (Bristolda, Birminhemdə,

Mançesterdə,Nyukaslda) banknotlarla təmin edir və köhnəlmiş

kupyurları tədavüldən çıxarır. 5 funt sterlinq dəyərində

Page 51: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

51

əskinazların orta tədavül müddəti bir il, əlli funt sterlinq

dəyərində əskinazların isə orta tədavül müddəti 3-4 il

müəyyənləşdirildi.

Müxtəlif ölkələrin maliyyə-kredit təşkilatlarına nəzarət

fəaliyyətin təşkili formalarından fərqləndiyi kimi sistem

quruluşuna görə də fərqləndirilir.

İngiltərə Bankının nəzarət funksiyasını aşağıdakı

istiqamətdə reallaşdırır:

Təşkilatın bank xidmət bazarına daxil olmasının

tənzimlənməsi;

Bankın yaradılması bank qanunverciliyinə

əsasən nizamlanır. Məsələn, banklar üçün

başlanğıc kapitalın minimum məbləği 5 mln

funt sterlinqdən, kredit təşkilatları üçün isə 1

mln funt sterlinqdən az olmamalıdır;

Banklar üçün iqtisadi normativlərin və fəaliyyət

normalarının qurulması və onlara riayət

olunmasına dair sənəd nəzarətinin həyata

keçirilməsi;

Yerində təftişin yerinə yetirilməsi;

Nöqsanların aradan qaldırılması üçün kredit

təşkilatlarına tələblərin irəli sürülməsi;

Kredit təşkilatlarının fəaliyyətinə zəruri olan

məqamlarda müdaxilə edilməsi;

İngiltərə Bankı Birləşmiş Krallığın birinci - ali səviyyəsini

ifadə edir. (Cədvəl 1.3)

Page 52: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

52

Cədvəl 1.3

Cədvəl 1.3. Böyük Britaniya və Şimali İrlandiya Krallığının bank

sisteminin strukturu.

1.3. BÖYÜK BRĠTANĠYANIN KOMMERSĠYA BANKLARI

Britaniya bank sisteminin ikinci mərhələsi kommersiya

bankları və maliyyə təşkilatları hesab olunur. Britaniyanın

kommersiya bank sistemi güclü diferensasiyalaşdırılmışdır.

Britaniyanın kommersiya bank sistemində ixtisaslaşmış

banklar özünəməxsus prinsiplər əsasında fəaliyyət göstərir. Bu

baxımdan kommersiya bank sistemində iki ənənə müşahidə

edilir. Bir tərəfdən ixtisaslaşma, pula olan tələb və təklifdə

yaranan dəyişikliklərə bankın uyğunlaşması cəhdidir. Digər

tərəfdən kommersiya banklarının iri əməliyyatlarının və

xaricdəki pulun mühafizəsinin genişləndirilməsi ənənəsinin

mövcudluğudur.

Depozit

banklar

kliriniq

Hesabaalma

evləri

Aksept

evləri

Diskont

evləri

Sığorta

fondları,

Pensiya

fondları,

Investisiya

trastları

Ġngiltərə Bankı

Page 53: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

53

İngiltərə Bankı İngiltərədə əməliyyat aparan

kommersiya banklarını aşağıdakı əsas qruplara bölür:

depozit banklar (pərakəndə - retail banks) və ya

“əsas küçənin bankları” (“High Street Banks”);

hesabaalma evi;

aksept evi;

xarici banklar;

İngiltərənin əsas depozit banklarına klirinq bankları

daxildir. Bunlar klirinq öhdəliyi ilə əlaqədar olan ən böyük

səhmdar banklardır. Klirinq banklarının başında “böyük

altılıq” dayanır:

HSBC

Royal Bank of Scotland

Barclays

HBOS

Lloyds

Standard Chartered.

Bu nəhənglərə iki bank daha əlavə etmək olar, “Ulyams

and Qlayns” (Standard Chartered tətəfindən nəzarət olunur) və

“Kauts” (National Vestminister tərəfindən nəzarət olunur).

“Böyük altılıq” yüz transmilli banklar (TMB), beş yüz TMB və

transmilli korporasiya (TMK) içində lider mövqeyi tutur. İri

ingilis banklarına Şotlandiya və Şimali İrlandiyada filial

açmağa icazə verilmir. Belə ki, onlar Şotlandiya və Şimali

İrlandiya kommersiya banklarının kredit siyasətinə təsir etmək

imkanı əldə etmələri üçün yerli depozit banklarında aktiv

fəaliyyət göstərirlər. Bu altı bankda 90% həcmində depozit

bank əməliyyatı aparılır.

Page 54: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

54

XX əsrdə digər ölkələrlə müqayisədə nəhəng ingilis

bankları dünya üzrə aparıcı mövqeyə malik oldular. Lakin, 80-

cı illərin əvvələrində onların vəziyyəti pisləşdiyindən Böyük

Britaniya banklarından biri olan “Barklays bank” çox həcmdə

törəmə kompaniyalara qruplaşdırılırdı. Bu, digər nəhəng

banklar üçün də səciyyəvi oldu. “Barklays bank”, “Yuk

Limited”dən başqa elə törəmə kompaniyalar mövcuddur ki,

“Barklays bank” onlarda 100% iştirak edir. Bu, 50 ölkədə 1650

filiala malik “Barklays İnshurens Servis Kompani LTD” və

“Barklays Bank Trast Kompani”-dir. Həmçinin “Barklays

eksport and finanse kompani LTD”-nin də adını çəkmək

lazımdır ki, bu da lizinq, maliyyə ixracı və faktorinq

əməliyyatlarını həyata keçirir.

Klirinq banklarının əsas əməliyyatı əmanət və kredit

almaqdan ibarətdir. Klirinq bankları iri, orta və kiçik sənaye

müəssisələrinə, eləcə də, əhaliyə ödəmələrı həyata keçirir. Bu

ödəniş dövriyyəsi banklar arasında klirinq sazişi əsasında

həyata keçirilir. Belə ki, bu əməliyyat qarşılıqlı tələblərin

hesablanması və saldonun köçürülməsini ifadə edir. Klirinq

banklarında universallaşmağa güclü meyllər yaranır və onlar

getdikcə daha çox qeyri-bank xidmətləri göstərirlər. Bu

xidmətlərə fərdi inşaata hazırlıq, sənaye əməliyyatlarının

maiyyə təminatı, sahibkarlara komputer icarəyə vermək və s.

daxildir. Yenilikcə klirinq bankları həyat və təşkilatların

səyahət sığortasına vasitəçilik edir. Bütün bunlar klirinq

banklarını maliyyə konqlomeratı kimi xarakterizə etməyə

imkan verir və bank əməliyyatları onun əməliyyatlarının

sadəcə bir hissəsi kimi çıxış edir.

Page 55: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

55

Mövcud xidmət qruplarının spektrlərı praktik olaraq

sərhədsizdir ki, bunlara da aşağıdakıları aid etmək olar:

pərakəndə və korporativ xidmətlər;

ticarət xidməti üzrə hesablama əməliyyatları;

fərdi və investisiya bank servisi;

kapital bazarında xidmətlər;

istehlakçı və kommersiya maliyyələşdirilməsi;

pensiya və investisiya fondlarının idarə edilməsi;

sığorta;

təhlükəsizlik xidmətləri;

Depozit bankları. Depozit banklarına maliyyə evləri də

daxildir ki, ora hər şeydən əvvəl istehlak kreditləri üzrə

ixtisaslaşan banklar aid edilir. Aktiv əməliyyatların 2/3-ni

müddətli istehlak kreditləri təşkil edir ki, bu da öz növbəsində

aktivlərin 60%-dən çox hissəsini avtomobil krediti təşkil edir.

Istehlak kreditlərinin verilməsini rəsmiləşdirmək üçün müştəri

ərizə formasını doldurmalıdır. Ərizə forması məlumatları

əsasında bank kreditinin verilməsi haqqında qərar qəbul edilir.

Kredit verilməzdən əvvəl ssudanın məbləği və onun

qaytarılması müddəti müəyyənləşdirilir. Maliyyə evləri pulu

kredit bankları hesabına, veksellərin uçotu, həmçinin iri sənaye

və ticarət kompaniyaları tərəfindən əmanətlərin cəlb edilməsi

yolu ilə əldə edir.

Hesabaalma evləri. İngiltərədə növbəti bank tipi

hesabaalma evləridir. Hazırki dövrdə Londonda 8 hesabaalma

evi və ayrı ixtisaslaşmış firma-maklerlər (Running Brokers,

Money Brokers) fəaliyyət göstərir ki, bunların da hamısı

Page 56: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

56

birlikdə London bazarını təşkil edir. Hesabaalma evləri London

Hesablama Assosiasiyasına birləşdirilmişdir ki, (London

Discount Market Association, LDMA), assosiasiyanın üzvləri

aşağıdakılardır:

CL Alexanders Discount PLC;

Cater Allenb LTD;

Clive Discount Co. LTD;

Gerrayd and Natioal LTD;

King and Shaxson LTD;

Quin Cope Limited;

Seccombe Marshal and Campion PLC,

Union Discount Company LTD.

Hesabaalma evləri London bazarının maliyyə

institutlarının spesifik tipidir. Onlar bankın likvidlik fondunu

sərfəli satışla təmin edir. Bu fondlar satınalma üçün özündə

qısamüddətli xəzinə istiqrazlarını (Tbills), kommersiya

veksellərini (Commersial bills) və birinci sinif fond kağızlarını

(Gift – edged securities, gilts) birləşdirən müxtəlif aktivlərdən

istifadə edir. Bundan başqa hesabaalma evləri veksellərin alışı

və reallaşdırılması bazarıdır. Hesabaalma evləri dövlət qiymətli

kağızlarının (səhmlərinin) həmçinin yerli hakimiyyət

orqanlarının səhm və istiqrazlarının satışının aktiv agentidir.

Aksept evləri. Aksept evləri (Britaniya ticarət evləri)

aksept və ya zəmanət vekselləri üzrə ixtisaslaşır, həmçinin,

veksel tədavülündən irəli gələn digər funksiyaları yerinə

yetirir. Onlar başqa bank xidmətləri də göstərir:

istiqrazların və qiymətli kağızların buraxılışı və

yerləşdirilməsi;

Page 57: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

57

etibarnamə əsasında qiymətli kağızlar portfelinin

idarə edilməsi;

qarşılıqlı fondların təşkili və idarə edilməsi.

Tarixən belə banklar daxili ticarət əməliyyatları ilə

məşğul olan və Böyük Britaniya maliyyə bazarında böyük

nüfuza malik olan Ticarət Evlərindən meydana gəlmişdir.

Onlar şəxsi firmaların özəlləşdirilməsi, maliyyə məsələlərinin

idarə edilməsi ilə bağlı məsləhətlər verirlər.

Diskont evləri. Diskont evlərinə daha az həcmdə klirinq

ticarət bankları daxildir. Xidmət dəsti, iş metodu və idarəetmə

daha dar səviyyədə olmaqla digər iri banklardakı kimidir.

Diskont evlər bankın likvidlik fondunu zəmanətli depozitlər

yolu ilə sərfəli satışla təmin edir. Diskont evlər İngiltərə bankı

və bank sistemi arasında bufer kimi çıxış edir. Onun vasitəsi ilə

İngiltərə bankı bank sisteminin komponentləri üçün maliyyə

vəsaiti qoyur və götürür. Diskont evlərin əsas funksiyası

diskontlaşdırılmış veksellər vasitəsi ilə borcların verilməsi,

həmçinin müxtəlif formalı qısamüddətli portfel

investisiyalarının təklif olunmasıdır. Onlar qısamüddətli

dövlət qiymətli kağızlarının və yerli hakimiyyət orqanlarının

istiqrazlarının satışını təmin edir. Praktiki olaraq bütün iri

banklar, inşaat cəmiyyətləri, maliyyə kompaniyaları bu və ya

digər holdinq kompaniyalarına daxildir. Böyük Britaniyada 64

holdinq kompaniya qeydiyyatdadır.

Konsorsium bankları. İngiltərənin başqa bir bank

qrupu konsorsium banklardır. (Consortia Banks) - ən azı iki

ölkənin bankı iştirak edən, heç biri nəzarət paketinə sahib

olmayan institutlardır. Bu institutlar avrobazarın güclənməsi ilə

Page 58: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

58

daha tez inkişaf etməyə başladılar. Bu xüsusi banklar hər

şeydən əvvəl transmilli və multisənaye konsernlərindən

ibarətdir. Onlar aparıcı qərb ölkələrinin banklarının kapitalında

iştirak payına əsasən yaradıldığından avrobazarda böyük

ehtiyatlar səfərbər edirlər. Bu isə Qərb dünyasının digər tip

bankları üçün imkansızdır. Konsorsium bankların yaradılması

müasir dünya iqtisadiyyatı şəraitində kapitalın

beynəlmiləlləşməsi prosesini təmin edir. İri konsorsium

banklarına Britaniya, Kanada və Avstraliya portnyorları ilə

“Millend and internosional bank LTD”, Britaniya, Amerika və

Yaponiya partnyorları ilə “Vestern Amerikan bank yurop

LTD”, ABŞ, Yaponiya və Britaniya partnyorluğu ilə

“İndastriel kommersional bank” aiddir.

İngiltərədə xarici bankları balans aktivlərinin həcminə

görə iri bank qrupları daxildir. İngiltərədə xarici bankların

ingiltərə bank sisteminə birbaşa daxil olmadığına

baxmayaraq onun 415 sayda bankı vardır, o cümlədən:

Böyük Britaniyanın rezident bankları - 102 sayda; Avropa

Birliyi Ölkələrinin bankları - 106 sayda; ABŞ bankları - 61

sayda; Yaponiya bankları -17 sayda; digər ölkələrin bankları -

129 sayda təşkil edir. Böyük Britaniyada çox sayda maliyyə

və xüsusi maliyyə kredit institutları fəaliyyət göstərir. Bunlara

aşağıdakıları aiddir:

- Ehtiyatların və 20, 25 illik uzunmüddətli investisiyaların

yığımına istiqamətlənmiş sığorta kompaniyaları və pensiya

fondları. Maliyyə-kredit fəaliyyəti peşəkar ixtisaslarına

münasibətdə sığorta işi və pensiya təminatı 2-ci dərəcəlidir;

Page 59: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

59

- Yalnız qiymətli kağızlarla əməliyyat aparan investisiya

trastları. Şəxsi səhmlərin və istiqrazların emissiyası zamanı

onların kapitalı artır;

- Özəl firmaların kreditləşməsi üzrə ixtisaslaşmış maliyyə

korporasiyaları. Onlardan nəhəngləri –sənaye, kənd təsərrüfatı

maliyyə korporasiyaları, ipoteka korporasiyaları və s.

Maliyyə mərkəzi kimi London Bankının mahiyyəti

Britaniya Banklarının sərhədlərdən kənar vəziyyəti və Sitidə

xarici bankların mövcudluğu ilə müəyyənləşir. Britaniyanın

xarici bankları (oversais banks) elə təşkilatlardır ki, onların baş

qərargahı Londonda yerləşir, filialları isə əsas etibarı ilə keçmiş

Britaniya müstəmləkələrindədir. Bu banklar həmçinin

həmrəylik bankları kimi də adlandırılır. Başda 1650 xarici filial

da mövcuddur ki, bunların da önündə “Barklayz merkant bank”

dayanır. “Standart Çarted” 1400-dən çox filiala malikdir.

Müqayisə üçün: Amerika bankı “Siti bank” xaricdə 300-ə

yaxın filiala malikdir. Müasir mərhələdə Böyük Britaniyanın

bank sisteminin əsas inkişaf tendensiyası ayrı-ayrı kredit

institutları arasında əlaqələri möhkəmləndirməkdən ibarətdir.

Inşaat cəmiyyətləri və gizli əmanət bankları açıq şəkildə

klirinq bankları ilə rəqabət aparır. İri banklar isə ipoteka

bazarında möhkəmlənməyə çalışır. Maliyyə institutlarının

güclənməsi və universallaşdırılması tənzimləmə orqanlarının

işini mürəkkəbləşdirir. Bir neçə xarici bank (Siti bank) İngilis

bazarında möhkəmlənmiş, ayrıca şəbəkə inkişaf etdirmişdir.

Bir neçə sənaye inhisarçısı şəxsi maliyyə təşkilatlarını

yaratmışdır.

Page 60: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

60

1.4. ġOTLANDĠYANIN BANK SĠSTEMĠ

Şotlandiyanın bank sisteminin inkişafı müstəqil şəkildə

baş verdi. Belə ki, ilk əvvəllər orada banklara icazə

konsepsiyasının verilməsi təcrübəsi dominantlıq edirdi. Əgər

birləşmə haqqında qanun 10 il gecikməsəydi, İngiltərə bankının

əvəzinə Birləşmiş İngiltərə və Şotlandiya Bankı olardı. 1695-ci

ildə İngiltərə Bankının yaradılmasından 1 il sonra, şotland

tacirləri tərəfindən Şotlandiya Bankının əsası qoyulmuşdu.

Şotlandiya Bankı Şotlandiya Parlamentinin Çartına

müvafiq olaraq ona verilmiş inhisarçı hüququndan istifadə

edərək bankı 21 il müddətinə idarə etdi. Şotlandiya Bankı

ilkdən işə tək başına başladı və banknotların nominalına

nisbətdə cəmi 1 funt sterlinq emissiya etdi. 1716-cı ildə onun

inhisarçı hüquqları sona çatdıqda, bank kəskin, lakin uğursuz

müqavimətlər göstərməyə başladı. 1727-ci ildə ikinci Çarter

Şotlandiya Kral Bankına tapşırıldı. Çarterin qəbul edilməsi

vasitəsilə bankların qeydiyyatdan keçməsi əsasən ona görə

tələb olunurdu ki, bank beləliklə məhdudlaşdırıcı məsuliyyət

hüququnu əldə etmiş olsun. Lakin Şotlandiyada səhmdar

şirkətlərin bank fəaliyyətini həyata keçirməsi üçün əngəl

olmadığından, ölkədə tezliklə çarter əldə etməyən səhmdar

banklar meydana çıxmağa başladı. Bundan sonra 1746-cı ildə

axırıncı çarter Britaniya kətan şirkətinə verildi. Qalan banklar

adi qanunlara müvafiq olaraq təsis edildi. Partnyorlar arasında

heç bir məhdudlaşma tətbiq edilmədi. Bank işinin inkişafının

ilkin mərhələsində az sayda sui-istifadə hallarından sonra

Page 61: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

61

biznes iri və maliyyə baxımından güclü səhmdar şirkətlərin

əlinə keçdi.

1772-ci ildə banknotların artıq emissiyası nəticəsində Eyr

Bankın iflas etməsi əhalinin kiçik banklara olan inamını

sarsıtdı. Kiçik özəl bankların çox hissəsi fəaliyyətini

dayandırdı, eləcə də daha böyük kapital resurslarına malik özəl

banklar yarandı. Şotlandiya bank sistemi əvvəlcədən digər

ölkələrin bank sistemlərindən fərqlənən spesifik cizgilərlə

xarakterizə olunurdu. O özündə banklar arasında kəskin

rəqabəti və banknotların ödənişinin tənzimlənməsində ciddi

nəzarəti birləşdirirdi. Banknotların mübadiləsi həftədə iki dəfə

keçirilirdi və hələ öncədən təkbaşına bu sistemin əsası qoyuldu.

Digər ölkələrlə müqayisədə depozit biznesinin və kredit

alətlərinin inkişafı daha yüksək formada təzahür etməyə

başladı.

1826-cı ildə Şotlandiyada 3 çarter bankı ilə bərabər (24

bölmə ilə) daha 22 səhmdar bank (97 bölmə ilə) və 11 özəl

bank fəaliyyət göstərirdi. Həmin dövrdə İngiltərə höküməti

səhmdar bankların yaradılmasına icazə verən qanunvericilik

qəbul etmişdi. O dövrdə Şotlandiya bank biznesi tarixində -

Eyr Bankın iflası və əhaliyə dəyən zərbə ciddi bir uğursuzluq

kimi səciyyələnir. Şotlandiyanın 1 funtluq qadağadan

yayınmasına baxmayaraq, hələ də 1845-ci ildə Pila Qanununu

saxlamağa məcbur idi. Qanun onun qəbul edilməsində

iştirak edən bankların emissiya fəaliyyətinin inhisarına imkan

verirdi. Pila qanununa müvafiq olaraq qurulan nəzarət neqativ

bir hal kimi mənimsənildi.n 1864-cü ildə belə bir şikayətlər

ortaya çıxdı ki, bankların aktiv emissiyasının zəifləməsi

Page 62: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

62

şotland banklarının azalmasına səbəb olur. Bundan sonra 30 il

müddətində ölkənin tarixində Eyr Bankın iflası ilə

müqayisədə daha iki bank fəlakəti baş verdi. Bunlar 1857-ci

ildə Vestern Bank və 1878-ci ildə Qlazqo Bankının iflası idi.

Müasir dövrdə Şotlandiya Bankı (Bank of Shotland)

ölkənin Mərkəzi Bankı kimi fəaliyyət göstərir. Onun Britaniya

funt sterlinqinə bərabər və Britaniya ərazisində müstəqil olan

şotland funt sterlinqi emissiya etmək hüququ vardır. Digər

ölkələrdə şotland banknotlarının mübadiləsi problemlə

qarşılaşa bilər. Böyük Britaniya Avropa Birliyinin, Valyuta

Birliyinin və avrozonanın üzvü olmadığından İngiltərə Bankı

Şotlandiya Bankı kimi Mərkəzi Bankların Avropa Sisteminə

daxil deyil, o öz müstəqil pul-kredit siyasətini həyata keçirir.

1.5. ALMANĠYANĠN BANK SĠSTEMĠ

Almaniyanın nüfuzlu və texnoloji inkişaf etmiş

iqtisadiyyatı 2007-ci ildə 2,833 trilyon dollar Ümumi Daxili

Məhsulun həcminə görə dünyada ABŞ, Çin, Yaponiya və

Hindistandan sonra 5-ci yeri tutmuşdu. XXI əsrin ilk 5 ilində

avrozona ölkələri sırasında Almaniya ÜDM-nin artımına görə

ən zəif sistemə malik idi, yalnız 2007-ci ildə ÜDM-nin artımı

26%-ə çatmışdı. Almaniya beynəlxalq ticarətdə aktiv iştirak

edir. Onun ixracı 2007-ci il göstəricilərinə əsasən 1,361

trilyonn dollar, idxalı isə 1,121 trilyon dollara çatmışdır.

Almaniyanın makroiqtisadi göstəriciləri ölkənin dayanıqlı

iqtisadi vəziyyətini təsdiqləyir. Bu, sosial-iqtisadi və maliyyə-

Page 63: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

63

iqtisadi faktorları, eləcə də ölkənin səmərəli fəaliyyət göstərən

bank sistemi ilə əlaqədardır.

İnkişaf etmiş sənaye xalqlarından biri olan Almaniya, bu

gün ABŞ, Çin və Yaponiyadan sonra ən böyük milli

iqtisadiyyata malik dövlətdir və 82,5 milyonluq

əhalisiylə Avropa Birliyinin ən böyük, ən əhəmiyyətli bazarı

mövqesindədir. İqtisadiyyatdakı performans xüsusilə xarici

ticarət sayəsində əldə edildi. 734 milyard Avroluq ixracat

həcmiylə (2004) Almaniya, dünyanın mal ixracatında ən

yüksək rəqəmlərə çataraq "dünya ixracat çempionu" oldu. Bu

yüksək ixracat performansının dinamikası ixrac edilən malların

84%-ni (2004) təmin edən sənaye sektoru oldu. Bu rəqəmlər,

Almaniyanın günümüzün iqtisadi reallığı olan qlobal ticarətə

özünü digər bütün ölkələrdən daha sıx bir şəkildə hazırladığını

göstərir. Ölkənin ən əhəmiyyətli iqtisadi mərkəzləri (keçmişin

ağır sənaye bölgəsi olan, daha sonra zamanın şərtlərinə

uyğunlaşaraq irəli texnologiya və xidmət sektoru mərkəzlərinə

çevrilmə müvəffəqiyyəti göstərən) Rur Bölgəsinin

yanında, Münhen və Ştutqart metropolunun bölgələri (yüksək

texnologiya,avtomobil), FrankfurtMayn (maliyyə), Köln, Ham-

burg (liman, Airbus təsisləri, media) və Leipziqdir. Beynəlxalq

müqayisəyə görə Almaniyanın həyat standartları çox

yüksəkdir. Ödənişli bir işçinin aylıq ortalama gəliri 2500 Avro,

maaşlı çalışanlarınsa 3400 Avro səviyyəsindədir. Alman

iqtisadiyyatı indiki vaxtda xüsusilə məşğulluq bazarı və ictimai

təhlükəsizlik sistemindəki struktur problemləri həll etməyə

çalışır. İşsizlik nisbəti 2005-ci il sonunda Qərbdə 9,4% və beş

Şərq əyalətində 17% səviyyəsində oldu. Almaniyanın yenidən

Page 64: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

64

birləşməsi də illik 80 milyard Avroya çatan transfer

xərcləmələriylə iqtisadiyyata çox böyük bir yük gətirdi. Buna

görə də Almaniyada iqtisadiyyatın böyümə həcmi ildə 1%

ətrafında olmuşdur. Almaniyanın rəqabət gücünün açıq bir

göstəricisi, 1991-ci ildən bəri istehsal ilindəki ixracat payında

görülən davamlı artımdır. Cəmi sənaye istehsalındakı ixracatın

payı 33%-dir. Yalnız maşın sənayesinin reallaşdırdığı ixracat

1991-2001-ci illər arasında cəmi maşın istehsalının 52%-dən

təxminən 69%-ə, kimya sənayesində 50%-dən 70%-ə,

avtomobil istehsalında 43%-dən 69%-ə, elektrotexnikada isə

31%-dən 42%-ə yüksəlmişdir. Dünya ticarətində Almaniyanın

payı isə 10% ətrafındadır. Almaniya, xarici sərmayəçilər

baxımından yalnız texnoloji inkişafından ötəri deyil, eyni

zamanda mərkəzi coğrafi mövqeyi, son dərəcə inkişaf etmiş

infrastrukturu, hüquq sisteminin etibarlı olması və səriştəli işçi

bazarı səbəbiylə də həmişə cazibədar bir mərkəzdir. 2000-ci

ildə edilən vergi islahatının ardından həm şirkətlər, həm də

fərdi təşəbbüskarlar üçün vergi yükü əhəmiyyətli bir nisbətdə

azalmış və beynəlxalq miqyasda rəqabət edə bilər hala

gəlmişdir. Almaniyanın vergi yükü baxımından, beynəlxalq

səviyyədə mövqeyini daha da yüksəltməsi üçün 1 Yanvar

2008-ci ildən etibarən vergi haqqında qanunda dəyişikliklərin

edilməsi nəzərdə tutulurdu. 1994-cü il və 2003-cü illər arasında

Almaniya, aralarında General-Electric kimi dünya lideri

şirkətlərin də olduğu qruplardan gələn böyük sərmayələr üzrə

cəmi 387 milyard ABŞ Dolları qədər birbaşa sərmayə

qoyulmuşdur. Sərmayənin alınmasında ən böyük müsbət

xüsusiyyət olan işçi qüvvəsi ön plana çəkilir. Almaniya,

Page 65: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

65

xüsusilə də yüksək texnologiya sahəsində, xarici

sərmayəçilərin marağını çəkən bir mərkəzdir. 2004-2005-ci

ilin böyük xarici sərmayəçiləri arasında Drezdendə 2,5 milyard

Avro dəyərində ikinci bir mikrocip fabriki inşa

edən Kaliforniyalı mikroçip istehsalçısı Advanced Micro

Devices (AMD),dərman sektorunda da NeuUlm və Drezdendə

böyük sərmayələr edən Pfizer və GlaxoSmithKline (GSK)

sayıla bilər.

Dünyanın ən böyük texnologiya şirkəti olan General

Electric (GE),500 milyon Avro xərcləmə edərək

qlobalaraşdırma mərkəzini Münhen yaxınlarındakı Qarçinqdə

açmışdır. Xarici firmalar Alman bazarının güclü yönlərinin

fərqindədirlər: Almaniyada, 500-ü dünyanın ən nəhənglərindən

olan təxminən 22 000 beynəlxalq firma fəaliyyətdədir.

Almaniya torpağı təbii ehtiyatlarla nisbətən kasad sayılır.

Böyük həcmdə rast gəlinən ehtiyatlara yalnız qonur

kömür və duz ehtiyatları aiddir.

Neft, təbii qaz və digər vacib xammal məhsulları

Almaniyaya digər ölkələrdən idxal olunur. Almaniyanın duz

ehtiyatları 250 milyon il əvvəl formalaşmış suxurlarda tapılır.

Əsasən ölkənin şimal hissəsində hasil olunur. Ölkənin daş

kömür ehtiyatları isə 300 milyon il əvvəl mövcud olmuş

bataqlıqların ərazilərində formalaşıb. Həmin ərazilər müasir

dövrdə Cənubi İngiltərədən Polşaya qədər uzanır. Almaniyada

daha çox tapılan qonur kömür ehtiyatları da eyni proses

nəticəsində formalaşıb, lakin onların formalaşması daha gec,

təxminən 65 milyon il əvvəl başlayıb. Bu qonur kömürdə olan

ağac hissələri tam olaraq çürümədiyindən qonur kömürün

Page 66: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

66

yanarkən verdiyi istilik daş kömürün verdiyi istilikdən daha

azdır. Qonur kömür istehsalına görə Almaniya dünyada birinci

yeri tutur. Hasil olunan məhsul həmin stansiyalarda elektrik

istehsal olunması üçün sərf olunur. Əsas qonur kömür

ehtiyatları ölkənin ucqar şərq və qərb bölgələrində istehsal

olunur. Qonur kömürün başqa yerə nəql olunması iqtisadi

cəhətdən sərfəli olmadığından hasilat rayonlarının yaxınlığında

qonur kömürlə işləyən İstilik Elektrik stansiyaları tikilmişdir.

Bütün sənaye ölkələrində olduğu kimi Almaniyanın

sənayesi illərdir strukturca bir dəyişiklik keçirməkdədir.

Sənayenin əhəmiyyəti köhnəyə nisbətlə azalarkən xidmət

sektoru sənayenin yerini almaqdadır. Yenə də sənaye, Alman

iqtisadiyyatının ən əhəmiyyətli sektoru olmağı davam

etdirməkdə və Böyük Britaniyaya da ABŞ kimi böyük sənaye

ölkələrinə görə daha geniş bir təməl üzərində yüksəlməkdədir.

Belə ki, Almaniyada çalışanların səkkiz milyonu sənayedə

çalışmaqdadır. Ən əhəmiyyətli sənaye alt sektorları, sırasıyla

avtomobil (227 milyard Avro satış həcmi, 777000 çalışan),

elektrotexnika (152 milyard Avro satış həcmi, 799000 çalışan),

maşın sənayesi (142 milyard Avro satış həcmi, 868000 çalışan)

və kimya sənayesidir (113 milyard Avro satış həcmi, 429000

çalışan). Ənənəvi sənaye mövqeləri arasında iştirak edən tekstil

ya da dəmir-çelik sənayesi kimi sahələrdə son vaxtlarda

bazarların kiçilməsi və aşağı ödəniş tətbiq olunan ölkələrin

rəqabəti üzündən böyük geriləmələr olmuşdur. Buna paralel

olaraq məsələn dərman sənayesində olduğu kimi Alman

mənşəli firmaların xarici firmalarla etdikləri anlaşmalarla və ya

firmanın xaricilər tərəfindən satın alınmasıyla mülkiyyət

Page 67: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

67

qismən və ya tamamilə xarici firmalara keçmişdir. Alman

iqtisadiyyatının beynəlxalq rəqabət gücünü, yalnız Siemens

kimi böyük quruluşlar deyil, bunlardan daha da əhəmiyyətlisi

on minlərlə kiçik və orta ölçülü müəssisələr (500 çalışana

qədər) təmin etməkdədir. Xüsusilə maşın sənayesi və yan

sənayedə olduğu kimi gələcək vəd edən və firma çoxluqlaşması

(cluster) deyilən quruluşda (eyni sektorda fəaliyyətlərdə olan

firmaların və digər quruluşların eyni mərkəzdə sıxlaşması

formasında) mütəşəkkil olan nanotexnoloji və biotexnoloji

kimi sahələrdə də orta ölçülü müəssisələr ön plana

çıxmaqdadır. Orta ölçülü müəssisələr 20 milyondan çox adamı

işlədərək açıq arayla ən böyük işə götürən mövqesindədir.

Sənayenin "admiral gəmisi" xüsusiyyəti qazanmış olan maşın

sənayesində firmaların əksəriyyəti 200-dən az çalışanla

işləməsinə qarşılıq, Alman maşın sənayesi, dünyanın ehtiyac

duyduğu maşın təchizatlarını ən yüksək keyfiyyətdə

çıxarmaqdadır.

Bu bazar sahəsində Almaniya, dünya ticarətindəki

19,3%-lik payla dünya lideridir. Almaniyanın kənd

təsərrüfatı yüksək intensiv istehsalatdır. Xüsusilə heyvandarlıq

inkişaf etmişdir, o bütün kənd təsərrüfatı məhsullarının 80

faizini təşkil edir. Almaniya kənd təsərrüfatı məhsullarının

istehsalı üzrə Fransadan sonra Avropada ikinci yeri tutur.

Heyvandarlıq əmtəə məhsullarının 80 faizini istehsal edir,

onun ehtiyacları üçün bitkiçilik inkişaf etdirilmişdir, əkin

sahələrinin ərzaq bitkiləri üçün ayrılmış hissəsindən daha

böyük hissəsi yemlik bitkilər üçün ayrılmışdır. Lakin, buna

baxmayaraq yem taxılı xeyli miqdarda idxal edilir. 2002-ci ildə

Page 68: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

68

Almaniya ABŞ, Çin, Hindistan və Yaponiyanın ardından

ən çox enerji istehlak edən beşinci ölkədir. Bu istehlakın 2/3

hissəsi idxalatla qarşılanmaqdadır. Həmin il Almaniya 512,9

milyard kilovatt saat elektrik istehlakı ilə bu göstəriciyə

görə Avropada birinci yeri tutub.

Almaniya hökuməti geotermal, külək enerjisi kimi bərpa

olunan enerji qaynaqlarının istifadəsinin yayılmasına çalışır.

Enerjinin effektiv istifadə edilməsi məqsədiylə inkişaf etdirilən

lahiyələr lazımi nəticəni verib. 1970-ci ildən etibarən enerji

məhsuldarlığı artmışdır. Hökumət 2050-ci ildə ölkənin enerji

ehtiyacının yarıdan çoxunu bərpa olunan enerji qaynaqlardan

qarşılama hədəfini qoymuşdur. Almaniya Federal Bankı

“Dojçe Bundes Bank” müharibədən əvvəlki Reyxsbankın

əvəzedicisi hesab olunur. 1937-ci ildə Kredit sistemi haqqında

Qanunda kredit sistemi münasibətləri üzərində hüquq verildi.

1939-cu il qanunu isə Reyxsbankı tamamilə Adolf Hitlerə tabe

etdi. 1945-ci ildə Almaniyanın təslim olması ilə Sovetin işğal

etdiyi zonalarda Reyxsbankın bölmələri bağlanıldı, həmin vaxt

cənub zonasında olan banklarlar fəaliyyətlərini davam etdirirdi.

1948-ci ilin fevralında onların bazasında Alman torpaqları

bankı yaradıldı. “Almaniya Federal Bankı haqqında” qanuna

müvafiq olaraq o, müstəqil hesab olunurdu. AFR-in yeni

federal emissiya bankının təsis edilməsi üçün qanun 1957-ci

ilin 4 iyul tarixində qəbul edildi və avqust ayının 1-də qüvvəyə

mindi. Alman Federal Bankı keçmiş Mərkəzi Bank sistemini

əvəz etdi və özündə alman torpaqları bankını, 9 Mərkəzi Bankı

və Berlin Mərkəzi Bankını (Berlin Central Bank) birləşdirirdi.

Onların birləşdirilməsi nəticəsində yeganə Mərkəzi Bank

Page 69: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

69

Deutsche Bundesbank formalaşdı. Almaniya bank sistemi

yüzlərlə bankdan təşkil olunmuşdu. Almaniya bank sisteminə

dünya üzrə tanınmış universal banklarla yanaşı, həm də orta və

kiçik banklar gaxil idi. Bundan əlavə Avropa bankları bir

qayda olaraq “dar səviyyədə” ixtisaslaşmışdısa da Alman

banklarını “univerısal” adlandırmaq olardı. Praktiki olaraq

istənilən Alman Bankı hesablaşma hesabı əməliyyatlarından

qiymətli kağızlarla əməliyyata, inşaat krediti və hər növ sığorta

əməliyyatlarına kimi tam xidmət paketi təqdim edir. Banklar

arasında əsas fərq qiymət və xidmətin səviyyəsindən ibarətdir.

Dünya Bank sisteminin 20% aktivi Almaniyanın 5 nəhəng

bankının payına düşür. Almaniyada hər min sakinə 60 bank

düşür. Alman bank sistemi 3 istiqamətə ayrılır. Özəl bank

sektoru azdır və bazarda müəyyən paya sahibdir. Bu bank

sistemi 4 iri bankdan ibarətdir: “Deutsche BankHVM”, “Group

Dresdner Bank” (iri sığorta qrupu Alyanza məxsusdur),

“Commerzbank” və “Postbank”. Bazarın böyük bir hissəsi

demək olar ki, təxminən yarısına yaxın hissəsi əmanət

banklarının “Sparkassen” və bələdiyyələrə məxsusdur.

Həmçinin 11 iri regional bank “Landesbanken”də fəaliyyət

göstərir ki, bu da əmanət bankları assosiasiyası və federal

torpaqlara malikdir. Hökumət həmçinin bank bölmələrində iri

poçt təşkilatlarının da bir hissəsinə malikdir. Üçüncü istiqamət

özəl şəxslərin depozitlərinin 30%-nə nəzarət edən 1400

kooperativ banklardan ibarətdir. Belə bir yüklənmiş rəqabətli

özəl sektor bazarı olduqda ölkədə biznesi idarə etmək

çətinləşir. Bu sahədə böyük uğuru investisiya fəaliyyəti

hesabına gəlirin böyük hissəsini əldə edən “Deutsche Bank”

Page 70: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

70

qazanmışdır. Bankın çətinliyi dövlət bankları ilə rəqabətdən

yaranır ki, bu da 2005-ci ildən dövlət zəmanətinə sahibdirlər.

Kooperativ banklar üçün gəlir prioritet məqsəd deyil, buna

görə də onlarla rəqabət aparmaq çətindir. Bu səbəblə Avropada

kredit üzrə ən aşağı faiz dərəcəsi Almaniyadadır.Lakin

Almaniyada üç seqmentli bank sisteminin olması – özəl, dövlət

və kooperativ – onun inkişafının konsolidasiyaya meylini

məhdudlaşdırır. Birləşmə onlar arasında deyil, yalnız ayrı-ayrı

seqmentlərin tərkibində gedir. Belə olduğu halda, dövlət və

kooperativ sektor banklarında adətən ixtisar halları baş verir

Almaniya bank sistemi dünyanın stabil və təşkilati

sistemlərindən biridir. Almaniya banklarının yüksək səviyyəli

etibarlılığını ixtisaslaşma ilə universallaşmanın rasional

uyğunlaşması təmin edir. Bu bankların fəaliyyəti regionun

müəssisə və təşkilatlarının işinə, o cümlədən, kiçik biznesə

əsaslanır. Özəl kommersiya bankların əsas məqsədi əvvəllər

olduğu kimi sənaye ilə işləyərək gəlir qazanmaqdan ibarətdir.

Kooperativ bankların məqsədi isə qənaətin toplanmasına imkan

yaratmaqla özəl müştəriləri və iqtisadiyyatı ucuz bank xidməti

ilə təmin etməkdən ibarətdir. Bununlada müştəri cəlb etmək

üçün banklar arasında sərt rəqabətlə əlaqədar olaraq bank

bazarında xidmətlər yaxınlaşır və ayrı-ayrı bank qrupları

arasında fərqi müəyyən etmək çətinləşir.

Almaniya bank sistemi 3 pilləlidir:

1. Almaniya Federal Bankı – Deutsche Bundesbank;

2. Universal banklar; o cümlədən qrossbanklar, əyalət

bankları, kommersiya bankları, özəl banklar;

Page 71: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

71

3. İxtisaslaşmış banklar; ixtisaslaşmış dövlət bankları;

əmanət kassaları; kooperativ banklar; ipoteka bankları; kredit

cəmiyyətləri.

AFR-in bank sistemi 3,14 min kommersiya maliyyə

kredit institutundan və Mərkəzi Bankdan ibarətdir. Kredit

təşkilatlarını universal və ixtisaslaşmış banklara ayırmaq olar.

Hüquqi formasından asılı olaraq isə onlar aşagıdakı təşkilatlara

bölünür:

Özəl kredit təşkilatları

İctimai hüquqi təşkilatlar

Kooperativ təşkilatlar

Özəl banklar gəlir əldə etmək, eyni zamanda, bütün

kommersiya bankları kimi öz üzvlərini artırmaq məqsədi

güdürlər. İctimai hüquqi iqtisadi təşkilatlar ölkə daxilində və

xaricində geniş filial şəbəkələri yaradır. İctimai hüquqi

kommersiya bankları, əmanət kassaları və yerli bankları

özündə birləşdirir. Bu gün Almaniyada ümumilikdə 20 minə

yaxın filialı ilə 500 əmanət kassası vardır. Onların hamısı

demək olar ki, bələdiyyə təşkilatlarıdır. Əmanətlərin qorunması

zəmanətçisi və mülkiyyətçisi kimi şəhərlər və dairələr çıxış

edir. Onların əsas vəzifəsi ərazilərində yaşayan əhalini

müəyyən xidmət dəsti ilə və əhalinin kreditləşmə tələbini təmin

etməkdir.Əmanət kassaları federal torpaqların Mərkəzi

Bankların maliyyələşdirilməsində iştirak edən regional

birliklərlə birləşdirilir. Onlar həm də “ev banklar” adlandırılır.

Onlara kömək və hüquqi məsələlər üçün müraciət etmiş üzvlər

ilə konsultativ işlər aparılır. Federal torpaqların Mərkəzi

Bankları həm də hesablama adını daşıyır. Kredit - depozit

Page 72: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

72

funksiyası ilə barabər onlar federal torpaqlara xidmət göstərir

və onlar qarşısında duran vəzifələrə əməl edir. 1957-ci ilin 27

iyul tarixində təsis olunan qanuna əsasən AFR-in bank

sisteminin başında Mərkəzi Bank durur.

1.6. BUNDESBANK – BANK SĠSTEMĠNĠN QURULUġU

Bundesbank – Alman Federal Bankı – Almaniya bank

sisteminin birinci pilləsini təşkil edir ki, bu bank vahid kredit-

pul siyasətini həyata keçirir. Alman Federal Bankına ikinci

pillədə duran universal və ixtisaslaşdırılmış bank formaları da

tabedir. Mərkəzi bank kimi Bundesbankın əsas vəzifəsi

valyutanın stabilliyinin saxlanılması, pul münasibətlərinin və

kreditin tənzimlənməsidir. Avronun vəzifələrinin yerinə

yetirilməsində valyutanın stabilliyinin saxlanılması

çətinləşdirilmişdir. Bu məsələni Bundesbank, Avropa Mərkəzi

Bankı və Avrozonanın digər ölkələrinin Mərkəzi Bankları ilə

həll edir.

Bundesbank 1999-cu il yanvarın 1-i tarixində pul-kredit

sferasında səlahiyyətləri Avropa Mərkəzi Bankına verdi. Bu

andan etibarən digər Avrozona ölkələrinin emissiya bankları

kimi pul-kredit və qərarlara əsasən o da Avropa Mərkəzi

Bankının valyuta siyasəti sahəsində qəbul olunan əmrlərinə və

direktivlərinə tabe oldu. Bundesbankın vəzifəsi Avropa

Mərkəzi Bankının qərarlarını reallaşdırmaqdır. Avropa Valyuta

Birliyinə daxil olduqdan sonra Almaniyada 3 səviyyəli bank

sistemi yaradıldı.

Page 73: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

73

Cədvəl 1.4

Cədvəl 1.4. Almaniya bank sisteminin təşkilati quruluşu

Almaniya Federal Bankı valyuta stabilliyinin təmin

olunması üzrə əsas vəzifəni icra edir və bütün Mərkəzi Banklar

kimi Emissiya Bankı, Banklar Bankı olan Hökümət bankı və

Valyuta Ehtiyatlarının İdarəedilməsi bankları kimi əsas

funksiyaları yerinə yetirir. Təkcə Federal Bank banknotları

buraxmaq və ya mübadilədən çıxartmaq hüququna malikdir. O

kredit işləri üzrə nəzarət idarəsi kimi kredit təşkilatlarına

nəzarətin bir neçə funksiyasını yerinə yetirir. Kredit

Almaniya Federal

Bankı

Depozit

bankları

Kommersiya

bankları

IxtisaslaĢmıĢ

banklar

Provinsial

banklar

Özəl

banklar

Dövlət

bankları Əmanət

kassaları

Kredit

cəmiyyətləri

Universal

banklar

Mərkəzi Bankın Avropa Sistemi

Kooperativ

banklar

Ipoteka

bankları

Page 74: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

74

təşkilatlarının yenidən maliyyələşdirilməsi çərçivəsində

Federal Bank uçot faiz stavkasını, lombard kreditlərinin faiz

stavkasını təyin edir və diskont siyasətini müəyyənləşdirir.

Federal Bank müəyyən vekselləri, qısa və orta müddətli

xəzinə istiqrazlarını, həmçinin uzunmüddətli istiqrazları almaq

və satmaq hüququna malikdir. Kredit təşkilatlarının Avropa

Federal Bankında saxladığı məcburi ehtiyatlar Mərkəzi Bankın

pul-kredit siyasətinin əsas alətidir. Federal Bank tələb

olunanadək əmanət üzrə istiqrazlara 30%-dən çox olmayan,

müddətli istiqrazlara 20%-dən çox olmayan və əmanətlərə

10%-dən çox olmayan faiz stavkası təyin edir. Xarici

institutların istiqrazlarına bank 100% faiz stavkası təyin edə

bilər. Federal Bank hər il pulun keyfiyyətini genişləndirmək

məqsədilə növbəti 12 ayda təyin olunmuş dəhlizi dərc edir. Pul

keyfiyyətinin təyin edilməsinə əsasən, istehsal potensialının

artımı, qiymətin normativ inkişafı və pul mübadiləsinin

sürətinin dəyişməsi xidmət edir. Federal Bank Alman

iqtisadiyyatını istiqamətləndirir. Bir tərəfdən mümkün inkişafı

müəyyənləşdirir, digər tərəfdən inflyasiyanı sərt şəkildə

məhdudlaşdırır. Bir bank təşkilatı kimi Federal Bank

Almaniyada “ev bankı”-nın vəzifələrini icra edir. 1994-cü ilin

əvvəllərində iqtisadi və valyuta birliyinin ikinci mərhələsində

Avropa Birliyi ölkələrində müstəqil bankların dövlət sektoruna

kredit verməsi qadağan edildi. Bu halda üzv ölkələrdə büdcə

intizamı möhkəmləndi və eyni zamanda inflyasiyanın potensial

mənbəyi bağlanmış oldu.

Federal Bankın idarəedici orqanlarına daxildir:

Mərkəzi Bank şurası;

Page 75: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

75

Direktorlar şurası;

Ölkədaxili Mərkəzi Bankların İdarə Heyəti.

Mərkəzi Bank Şurası Federal Bankın ali orqanıdır.

Mərkəzi Bank Şurası – bankın pul-kredit siyasətini müəyyən

edir. O, işlərin aparılması və bankın inzibati idarə edilməsi

üçün ümumi direktivlər buraxır. Direktorlar şurasının

kompetensiyasını və ölkədaxili Mərkəzi Bankların idarə

edilməsini qanun çərçivəsində məhdudlaşdırır. Lakin xüsusi

hallarda onlara birbaşa əmrlər verə bilər. Onun tərkibinə

Federal Bankın prezidenti,vitse-prezidenti, direktorlar şurasının

üzvləri və ölkədaxili Mərkəzi Bankların prezidentləri daxildir.

İclaslarda Federal Bankın prezidenti, onun olmadığı halda isə

vitse-prezidenti iştirak edir. Qanun ölkənin bütün iqtisadi

rayonlarının rəhbərliyini Federal Bankın ali orqanı ilə təyin

edir. Bu orqan qərarları sadə səs çoxluğu ilə qəbul edir. Məhz

buna görə də Mərkəzi Bank şurasının qərarlarını ölkənin bütün

regonları nəzərə alır.

Direktorlar Şurası - Federal Bankın Mərkəzi icraedici

orqanı, Mərkəzi Bank Şurasının qərarlarının yerinə yetirilməsi

üzrə məsuliyyət daşıyır. O, yalnız ölkədaxili Mərkəzi

Bankların idarə edilməsi sahəsində olan məsələlər üzrə bankın

işgüzar və inzibati idarəedilməsini həyata keçirir. Direktorlar

şurasının kompetensiyasına daxildir:

- Federasiya ilə və onların xüsusi fondları ilə

əməliyyatlar;

- Federativ vəzifələrin yerinə yetirilməsi üzrə kredit

institutları ilə əməliyyatlar;

- Valyuta əməliyyatları və xarici əməliyyatlar;

Page 76: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

76

- Açıq bazar sazişləri;

Direktorlar Şurasının tərkibinə 6 şəxsdən çox olmamaq

şərtilə direktorlar daxildir. Onlar bank işi sahəsində tanınmış

mütəxəssis olmalıdırlar. Belə halda prezident (o olmayanda

vitse-prezident) Mərkəzi Banklar şurası və direktorlar şurasının

sədri hesab olunur. Direktorlar Şurasının üzvləri Mərkəzi

Banklar şurasında təyinat verildikdən sonra seçilir və 8 il

müddətinə vəzifəyə təyin olunur. Bu müddət bitənə kimi şəxsi

sui-istifadələr və Mərkəzi Bank şurasından sui-istifadə

olunduğu hallar istisna olmaqla onları geri çağırmaq olmaz.

Digər Avropa ölkələrində olduğu kimi, Almaniyada da kredit

işləri üzrə ikişaxəli nəzarət prinsipi fəaliyyət göstərir ki, bunlar

da xüsusi dövlət orqanı tərəfindən və Mərkəzi Bank tərəfindən

aparılan nəzarət prinsipləri kimi səciyyələnir. 1961-ci ildə

Berlin Federal İdarəsinə kredit məsələləri üzrə qanuna müvafiq

kredit təşkilatlarına nəzarət funksiyası kimi səlahiyyətli bir icra

funksiyası verildi. Kredit haqqında Qanun ilk növbədə

kommersiya fəaliyyəti, şəxsi korporasiya və ləğv olunma

barədə nəzarət və yoxlama formaları barədə əmrlərdən

ibarətdir. Kredit haqqında Qanuna əsasən, federal idarəyə

kredit işinə nəzarət üzrə bank fəaliyyətinin

lisenziyalaşdırılması səlahiyyəti verilmişdir. Belə ki, lisenziya

bir neçə bank əməliyyatlarının növünə görə məhdudlaşdırıla

bilər. Bankların lisenziyasız fəaliyyət göstərmələri hüquqi

cəzaya layiq fəaliyyət növü kimi tanınır. Şərtlərə əməl

olunmadığı halda lisenziyalaşdırmadan imtina edilə bilər. Bu

aşağıda sadalanan hallar baş verdikdə mümkün ola bilər.

Məsələn, kredit təşkilatlarının rəhbərləri lazımi ixtisaslaşmış

Page 77: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

77

peşəkarlığa malik olmadıqda təsisçilər etibarlı və ya kredit

təşkilatı iki menecerə malik olmadıqda və s. Əmanət (depozit)

qəbul edən kredit təşkilatları minimum 5 milyon avro xüsusi

kapitala malik olmalıdır. Digər kredit təşkilatlarının minimum

kapitalı kredit işlərinə nəzarət üzrə idarə tərəfindən təyin

olunur. Avropa Birliyinə üzv dövlətlərin xarici banklarının

bölmələrinin AFR ərazisində fəaliyyət göstərmələri üçün

lisenziya tələb olunmur, lakin onlar dövlət tərəfindən nəzarət

altındadır. Nəzarəti nəzarət üzrə İdarə qurumu həyata keçirir.

Almaniya Banklarının növləri. Universal banklar.

Alman bank sisteminin (digər inkişaf etmiş ölkələrlə

müqayisədə) xüsusi xarakteri universal fəaliyyət göstərən

kredit təşkilatlarının çoxluğuna əsaslanır. Kredit təşkilatlarının

ictimai-hüquqi formalarından, mülkiyyət münasibətlərindən

asılı olmayaraq onlardan çoxu bütün mümkün bank

əməliyyatlarını özündə birləşdirir. Belə ki, kredit haqqında

qanuna əsasən banklar aşağıdakı depozit, ssuda və investisiya

əməliyyatlarını həyata keçirir:

- depozitlərin qəbul edilməsi;

- tapşırığa əsasən qiymətli kağızların əldə edilməsi və

satılması;

- qiymətli kağızların əldə edilməsi və mühafizə edilməsi;

- qiymətli kağızların və digər uzunmüddətli aktivlərin

investisiyası;

- zəmanətlərin verilməsi;

- nağdsız hesablaşmaların aparılması.

Universal bankların yaranması onunla izah olunur ki,

vaxt keçdikcə Almaniyanın sənaye inkişafı şəxsi kapitalın

Page 78: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

78

həcmi ilə kifayətlənmirdi və böyük həcmli bank kreditlərindən

istifadəni zəruriləşdirirdi. Sənayenin maliyyələşdirilməsində

Alman sisteminin səmərəliliyi əsasən İkinci dünya

müharibəsindən sonra bərpa olunmaqla özünü sübut etdi.

Universal bank sisteminin anqlo-sakson bank

sistemindən əsas üstünlüyü, daha yüksək effektli

diversifikasiyaya və bununla əlaqədar yüksək etibarlı pul

əmanətlərinə əsaslanır. Bundan əlavə bank fəaliyyətinin

müxtəlif istiqamətləri üzrə daxili bölgünün olması müştərilərə

“bir əldən” xidmət göstərmək imkanı verir. Bank geniş çeşiddə

xidmətə malik olduğuna görə müştərilər üçün münasib olan

vaxta xidmət göstərə bilir.

AFR-də 45 min filiala malik 4 mindən çox kredit təşkilatı

fəaliyyət göstərir. Orta hesabla hər bank bölməsində 80 milyon

insana 1600 nəfər xidmət göstərir. Almaniya ən sıx bank filialı

şəbəkəsinə malik dünya ölkələrindən biridir.

Almaniya Universal Banklarını üç əsas qrupa ayırmaq

olar:

Regional banklar

Qeyri-kredit təşkilatları

Xarici bankların filialları

Bank əməliyyatlarında 30%-ə yaxın paya malikdir.

1) 700-dən çox ictimai hüquqi kredit təşkilatı,

əmanət kassaları və yerli banklar

2) Təxminən 3000 korporativ bank Mərkəzi Bankları

Universal banklar aşağıdakı bank növlərinə bölünür:

Page 79: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

79

1. Özəl banklar. Bank sisteminin əsas sektorunu təşkil

edir. Özündə müxtəlif bank növlərini birləşdirir ki, onlardan

da əsasları aşağıdakılardır:

2. Federal banklar. Almaniyada cəmi 3 belə bank vardır.

Bu siyahıya dünyanın ən varlı banklarından biri olan Deutsche

Bank başçılıq edir. Bunlar, xüsusilə, qiymətli kağızlar və

daşınmaz əmlak bazarında daha rəqabətli banklardır.

3. Regional banklar. Bu banklar adətən bu və ya digər

yerdə fəaliyyət göstərir və onlardan bəziləri öz ölkəsində

filiala sahibdirlər. Öz ölkəsinin sərhədlərində bu banklar

“federallar” nisbətən daha çox filial şəbəkəsinə malikdirlər.

4. Birbaşa banklar. “Birbaşa bank” filialları sadəcə

mövcud deyil və bu banklara daxil olmaq olmaz. Müştərilərlə

əməliyyatlar telefon, faks və ya e-mail vasitəsi ilə həyata

keçirilir. Belə banklar adətən digərlərinə nisbətən az xərcli

olurlar. Belə ki, bu banklar filiala və ödəniş etməli olan

əməkdaşlara malik deyil. Bu banklar adətən depozitlərə daha

yüksək faiz və daha sərfəli pul qoyuluşu təklif edir. Bu cür

bankların əsas çatışmazlığı zəif avtomat şəbəkəsi və ayın

sonunda telefon xidməti üçün ödəniş almalarıdır.

5. İnşaat əmanət bankları. Bu qrup banklar inşaata və ya

evlərin və ya mənzillərin alınmasına kredit verilməsi üzrə

ixtisaslaşmış banklardır. Bu cür banklara alternativ olaraq

uzunmüddətli kreditlər (30 ilə qədər) üzrə ixtisaslaşmış

ipoteka bankları aiddir. Sparkasse adı altında olan banklar ən

yüksək səviyyəli filiallara malikdirlər. Onlara istənilən ərazidə

rast gəlmək olar, çünki bu qrup bankların çox geniş avtomat

şəbəkələri vardır. Baxmayaraq ki, bu cür banklar eyni ada və

Page 80: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

80

simvola malikdirlər, lakin onlar bir-birindən asılı deyillər. Bu

gün Almaniyada ümumilikdə 20 minə yaxın filialla 500 əmanət

kassası hesaba alınmışdır. Demək olar ki, onların hamısı

bələdiyyə təşkilatıdır. Onların əsas vəzifəsi ərazilərdə yaşayan

əhaliyə yığımlarının mühafizəsi üzrə müəyyən xidmət dəsti

təklif etmək və yerli əmanət hesabına əhalinin kreditləşmə

tələbini ödəməkdir. Əmanət kassaları regional birliklərlə

birləşdirilmişdir.

6. Kooperativ banklar. Bu banklar kifayət qədər çoxsaylı

qruplar təşkil edir. Onların digər banklardan əsas fərqi ondadır

ki, bankın xidmətindən istifadə edənlər onların təkcə

müştəriləri deyil, həm də “şərikləri” sayılır. Bu bankın

qaydalarına əsasən bankın müştərisi olmazdan əvvəl bankın bir

hissəsini almaq lazımdır. Yeri gəlmişkən, qeyd etmək lazımdır

ki, bu bankların pay faziləri digər bankların pay faizlərindən iki

dəfə çoxdur. Lakin bununla belə payın maksimum həcmi

məhdudlaşdırılmışdır.

7.Poçt Bankı. Poçt bankları bankların ayrı

kateqoriyalarına aid etmək olar ki, bunlar da kifayət qədər

cavan banklardır. Poçt banklar rəsmi olaraq 1995-ci ildən

fəaliyyət göstərir və praktiki olaraq bütün iri poçt

bölmələrində filiallara malikdir. Bu bankların müştərilərinə

başlıca olaraq telefon və ya kompyuter vasitəsi ilə xidmət

göstərilir. Poçt bankda xidmətin səviyyəsi kifayət qədər

aşağıdır.

8.Özəl kommersiya bankları. Özəl Kommersiya Bankları

7000-dən çox filial və 200 mindən çox işçiyə sahib olan 350-yə

yaxın universal faəliyyət göstərən kredit təşkilatını əhatə edir.

Page 81: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

81

Bu bank qrupuna üç iri bank, 200 regional və digər banklar,

80-ə yaxın özəl banklar və təxminən 60 xarici bankların filialı

daxildir. Özəl kommersiya banklarının üstünlüyü həcmindən

və quruluşundan asılı olmayaraq burada qısamüddətli kredit

sazişlərinin olmasıdır. Özəl kommersiya banklarının qiymətli

kağızlarla olan əməliyyatları aktivdir. Özəl kommersiya

banklarının hesabında təxminən sərt faizli kağızların 3/4-ü

investisiya sertifikatı və səhmlərdir. Özəl kommersiya

banklarının fəaliyyətinin vacib bölgüsü ticari sazişlər üzrə

xarici partnyorlarla hesabların aparılmasıdır.

İri Özəl Kommerisiya Banklarına üç ən böyük məşhur

Alman Bankı Doyçe Bank, Drezdner Bank və Kommersbank

aiddir. Onların fəaliyyəti 1871-ci ildə Almaniya İmperiyası

yaranan vaxtlara təsadüf edir. Bu səhmdar cəmiyyətlərin

kapitalı ölkə daxilində olduğu kimi, xaricdə də yayılmışdır.

Onların hər biri iki yüz mindən üç yüz minə qədər səhmə

malikdir, çox hissəsi isə bu bankların əməkdaşlarına aiddir.

Bu banklar bütün bank xidmətləri diapazonu üzrə

fəaliyyət göstərən tipik universal banklardır. Onların balansının

həcmi Almaniyanın balansının həcminin 1/10-ni təşkil edir.

Daxili ticarətin maliyyələşdirilməsində, emissiya sazişlərində

və qiymətli kağızların idarə edilməsində, bu bankların

müştəriləri birinci dərəcəli rol oynayırlar. Banklar Almaniyada

4 mindən çox filial şəbəkəsinə malikdir ki, burada ümumilikdə

20 milyon müştəri qeydə alınmışdır. Onların beynəlxalq

xidmətləri xarici partnyorlarla əməliyyat aparan ölkə

daxilindəki bank bölmələrinə, törəmə təşkilatlara, həmçinin

digər ölkələrdəki filial və nümayəndəliklərə əsaslanır.

Page 82: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

82

Almaniyada Özəl Kommersiya Banklarına 200-ə yaxın

regional bank aid edilir. Bu banklar səhmdar cəmiyyəti (AG),

Məhdud Səhmdar Cəmiyyəti (KGA) və Məhdud Məsuliyyətli

Səhmdar Cəmiyyətləri (GMBH) kimi təşkilati-hüquqi

formalarda yaradılır. Onlar fəaliyyətlərini bir müəyyən

regionda müəyyənləşdirir. Onlardan bəziləri beynəxalq

reputasiyaya malikdirlər. Özəl Kommersiya Bankları qrupuna

özəl bankirlər də aid edilir. Özəl bankirlər qrupuna təkbaşına

sahibkarı olan banklar və ya təşkilati-hüquqi forması, açıq

ticari cəmiyyət (OHG) və Məhdud Cəmiyyət (KG) olan

təşkilatlar daxil edilir.

Ġctimai hüquqi təĢkilatlar. İctimai hüquqi təşkilatlar

700-dən çox əmanət kassasından və jiromərkəzlərdən

ibarətdir. Kommersiya banklarının bank əməliyyatlarının

həcmində ümumilikdə onların payı 50%-dir. Almaniyada

ərazinin əmanət kassalarının mərkəzi təşkilatı olan 12

jiromərkəz mövcuddur. Onlar xüsusi qanunvericilik fəaliyyəti,

o cümlədən, kredit işi haqqında qanun vasitəsi ilə idarə edilir.

Jiromərkəzlər üzərində məsuliyyəti müvafiq federal torpaqlar,

əmanət kassaları və regional birliklər daşıyır. Jiromərkəzlərin

19 milyon filialı əhalini bank şəbəkələrinin xidmətləri ilə

təmin edir. Əvvəllər əmanət kassalarının fəaliyyəti yalnız

əhalidən əmanətlərin alınması və real dəyərli girov altında

kreditin verilməsi ilə məhdudlaşdırılırdı. Hazırda onlar

universal banklar kimi fəaliyyət göstərir. Daxili ticarətin

maliyyələşdirilməsi və qiymətli kağızlarla saziş əməliyyatları

əmanət kassaları üçün özəl kommersiya banklarında olduğu

kimi əhəmiyyət kəsb etmir. Lakin, son illər onlar aktiv şəkildə

Page 83: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

83

daxili ticarət fəaliyyətində iştirak edirlər. Jiromərkəzlərlə

bərabər əmanət kassaları da nağdsız əməliyyatlar üzrə

hesablaşma əməliyyatları sferasında böyük jirosistem əmələ

gətirir. Jiromərkəzlər əmanət kassalarının likvidli ehtiyatlarını

idarə edir və bank xidmətləri sahəsində əməliyyatları həyata

keçirir. Bu cür ənənəvi vəzifələrlə yanaşı jiromərkəzlər iri

sənaye sazişləri və daxili ticari sazişlərin bağlanılmasında

iştirak edir.

Kooperativ banklar. Almaniyada 3000-ə yaxın

kooperativ bank fəaliyyət göstərir. Şəhərdə onları Folksbank,

kəndlərdə Rayffayzenbank adlandırılır. Kooperativ banklar

böyük olmayan kredit təşkilatlarıdır. Almaniyada kooperativ

bankaların yaradılmasına 125 il əvvəl “özünəkömək yolunda

kömək” ideyasının yaranması səbəb oldu. Bu, özünüidarəetmə

və məsuliyyət prinsiplərinə əsaslanırdı. Bu gün kooperativ

banklar əhaliyə universal çeşiddə xidmət təklif edir ki, onların

fəaliyyəti müddətsiz əmanətlərə, orta və qısa müddətli

kreditlərin verilməsinə cəmlənmişdir. Uzunmüddətli kreditlərin

həcmi mütəmadi olaraq artır. Əgər əvvəllər kooperativ

bankların müştəriləri sənətlə məşğul olanlar, fermerlər idisə,

hal-hazırda onların əsas hissəsini işçilər və xidmətçilər təşkil

edir.

ĠxtisaslaĢmıĢ banklar. Almaniyada universal fəaliyyət

göstərən banklarla bərabər ixtisaslaşmış banklar da mövcuddur.

Bura dəyərli girov əsasında kredit verən ipoteka bankları və

başqa kredit təşkilatları; xüsusi vəzifələr üzrə kredit təşkilatları;

hissə-hissə ödəniş üzrə ssuda verən banklar; poçt banklar;

sənaye kredit təşkilatları və s. aiddir.

Page 84: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

84

Ixtisaslaşmış bankların əsas qrupunu 30 özəl ipoteka

bankı, kommunal kredit təklif edən ixtisaslaşmış banklar təşkil

edir. Onlar yaşayış yerlərinin maliyyələşdirilməsi və

yenidənqurulması üçün uzunmüddətli kreditlər verir, həmçinin

sənaye və kənd təsərrüfatına kapital qoyuluşları həyata keçirir.

Əməliyyatların ikinci əsas növü isə yerli və bələdiyyə, ictimai

hüququn digər korporasiyalarına və təşkilatlarına kommunal

kreditlərin verilməsidir. Kommunal kreditlər əsasən yaşayış

yerlərinin inşaatına ötürülür.

Ixtisaslaşmış bank qrupuna 30-a yaxın zəmanət bankı və

kredit üzrə zəmanət cəmiyyətləri daxildir. Onlar orta və kiçik

müəssisələrə qarşılıqlı yardım təşkilatı kimi çıxış edir. 1950-ci

ildə mövcud olan kredit təşkilatlarının əsas vəzifəsi kiçik və

orta müəssisələrin zəif maliyyə təminatından yaranan

xoşagəlməz şəraitin aradan qaldırılması idi. Qeyd olunmuş

bank və cəmiyyətlər sənətkarlıq, ticarət və sənaye üzrə

müəssisələrin fəaliyyəti zamanı itkilərin baş verməsi hallarına

zəmanət verir.

Almaniya Bank Birlikləri. Qanunverici orqanlarla,

Federal Bankla, Kredit İşlərinə Nəzarət üzrə İdarə və digər

dövlət orqanlarla münasibətində bankların maraqlarını təmsil

etmək üçün kredit birlikləri təşkil olunmuşdur. Kredit

təşkilatları parlamentin vacib qərarlar qəbul etdiyi parlament

dinləmələrində iştirak edir, bank işlərinin hazırlanması və

unifikasiya edilməsi qaydalarının aparılmasında Alman Federal

Bankı və Nəzarət üzrə Federal İdarə ilə əməkdaşlıq edir.

Federal Mərkəzi Bank birlikləri səviyyəsində fəaliyyət

göstərən özəl banklar, əmanət kassaları və kooperativ banklar

Page 85: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

85

regional və hətta yerli təşkilatlara malikdir. Bank birliyinin

tərkibinə təftiş təşkilatı da daxildir. Birliyə daxil olaraq onlar

dövlət yoxlama orqanlarından asılı olmayaraq bankların nüfuz

və likvidliyini yoxlayır. Dövlət yoxlama orqanlarının bu

birliklərlə əməkdaşlığı yüksək səviyyədədir. Məsələn,

lisenziyanı Kredit təşkilatlarına Nəzarət üzrə İdarə verir və

kredit təşkilatı ilə əlaqədar olan məlumatları müvafiq bank

birliyindən tələb etməyə məcburdur. Qeyd etmək lazımdır ki,

bank qrupları üzrə müəyyən olunmuş birliklər, həmçinin

depozitlərin sığortası sisteminin təşkilatçılığı ilə də

məşğuldur. AFR Bank Sistemi dünyanın qədim və inkişaf

etmiş sistemləri sırasına daxildir. O, yaxşı təşkil olunmuş və

inkişaf etmiş maliyyə infrastrukturuna malikdir və əsas Dünya

Maliyyə Mərkəzləri ilə sıx əlaqədə olan pul bazarına əsaslanır.

Bank sisteminin inkişafının vacib tendensiyası kredit

institutlarının ayrı-ayrı növləri arasında əlaqəli iqtisadi

münasibətləri yaratmaqdan ibarətdir. Inşaat cəmiyyətləri və

gizli əmanət bankları hesablaşma və digər xidmətlər sferasında

klirinq bankları ilə aktiv rəqabət aparır, iri banklar isə ipoteka

bazarında möhkəmlənməyə çalışır.

Hazırki dövrdə AFR-in bank sistemi maliyyə və iqtisadi

dəyişmənin mərkəzində dayanır. Bu onun funksiyalarının,

təşkilinin və texnologiyasının, banklararası kooperativ və

beynəlxalq əməkdaşlığa yanaşmasının dəyişməsinə səbəb olur.

Almaniya Federativ Respublikası Avropa İqtisadi və Valyuta

Birliyinin üzvüdür. 2001-ci ilin yanvarından etibarən alman

markası avro ilə əvəz edildikdən sonra ödəniş vasitəsi hesab

olunmur. Bütün Avropa Birliyi ölkələri üçün avronun

Page 86: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

86

yeridilməsinin əsas məqsədi maliyyə-siyasi sabitliyə nail

olmaqdır. Hansı ki, istehsalın inkişafının stabilləşməsinə və

işsizlik səviyyəsinin azaldılmasına gətirib çıxarır.

Bundesbank Almaniya bank sisteminin quruluşunun

birinci pilləsi hesab olunur və vahid pul-kredit siyasətini həyata

keçirir. Ona ikinci pillədə olan universal və ixtisaslaşmış

banklar tabedir. Bundesbankın Mərkəzi Bank kimi vəzifəsi

milli valyutanın stabilliyini saxlamaq və pul mübadiləsinin və

kreditin təkmilləşdirilməsindən ibarətdir.

Alman iqtisadiyyatına inteqrasiya proseslərinin təsiri

danılmaz idi. Bu hər şeydən əvvəl bank xidmətləri bazarının

təşkili məsələlərinə, bank fəaliyyətinə dövlət tənzimlənməsinin

həyata keçirilməsinə aiddir. Alman Bank Sistemi digər Avropa

Birliyi ölkələrinin bank sisteminə nümunədir. Avropa Birliyi

çərçivəsində razılaşdırılmış pul-kredit siyasətinin təmin

olunmasında alman peşəkarlarının rolu böyükdür. Onlar

Almaniya Mərkəzi Bankı ilə aktiv şəkildə əlaqə yaradır,

həmçinin bank fəaliyyəti üzərində yoxlama funksiyasını və

idarəetməni həyata keçirir. Açıq maliyyə bazarı şəraiti və bank

kapitalının təmərküzləşməsi ilə bank sisteminin iriləşməsi

rəqabəti Almaniya Bank Sisteminin mühüm problemidir. Bank

sisteminin üç pilləli olması da bu sistemin fəaliyyətini

çətinləşdirirdi. Belə ki, qanun müxtəlif səviyyəli bank

sistemlərinin birləşməsini qadağan etdi və özəl bankların

əmanət kassalarını və ya kooperativ bankları ələ keçirməyi

məhdudlaşdırdı. Artıq yarımdövlət əmanət kassalarının

fəaliyyəti sona yetmək üzrə idi və bu dəyişməsinin vaxtı artıq

çoxdan çatmışdı. Beynəlxalq Valyuta Fondu və Avropa Birliyi

Page 87: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

87

Komissiyası dəfələrlə Almaniyanın qarşısına əmanət

kassalarına dövlət dəstəyinin dayandırılması məsələsini qoydu.

Hələ o zaman Almaniyanın bütün bankları Deutsche Bank kimi

Amerika və Yaponiya banklarının güclü təzyiqinə davam

gətirmək üçün güclü maliyyə potensialına sahib deyildi.

Dresdner Bank, Commersbank, West-Landes Bank və s.

bankların maliyyə vəziyyətləri aşağı idi. Lider qəbul edilmiş

Deutsche Bankda son illər öz mövqeyini itirirdi. Təcrübə

göstərdi ki, alman bankları təşkilati fəaliyyətin səmərəliliyində,

qərarların qəbul edilməsinin çevikliyində Amerika, Britaniya

və Yaponiya bankları ilə müqayisədə liderliyi əldən verirdi. Bu

gün Almaniyanın əsas Mərkəzi Bankı Almaniya Mərkəzi

Bankı sayılır. Simvolik olaraq onun qərargahı Almaniyanın

maliyyə metropoliyası Frankfurtna-Maynda yerləşir. Almaniya

Mərkəzi Bankı Milli Mərkəzi Bankların, o cümlədən,

Almaniya Federal Bankının prezidentləri ilə yanaşı direktorlar

şurasına rəhbərlik edir. Almaniyanın özünün bank sistemi üç

böyük qrupa ayrılır ki, onların başında Almaniya Federal Bankı

dayanır. Bunlar aşağıdakılardır:

Əmanət kassaları;

Kooperativ banklar və baş ofisi;

Filial şəbəkələri ilə birlikdə kommersiya bankları.

Bu gün kredit təşkilatları AFR-in ümumi strukturunda

güclü mövqeyə sahibdirlər. Almaniya nümunəvi maraqları cəlb

edir. Çünki Almaniyanın iqtisadi səmərəliliyi əsasən stabil pul

və valyuta siyasətinə, liberal qanunvericiliyə və sosial

maraqların bərabərliyinə əsaslanır.

Page 88: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

88

1.7. FRANSANIN BANK SISTEMĠ

Avropanın ən qədim Mərkəzi Banklarından biri olan

Fransa Bankı 1800-cü ildə Napoleon Bonapart tərəfindən təsis

edilmişdir. 1803-cü ildə Banka təqdim edilmiş və 1806-cı ildə

təsdiq olunmuş emissiya hüququ 1945-ci ilə qədər dörd dəfə

təzələnmişdir. Doqquz əyalət emissiya bankının birləşməsindən

sonra 1848-ci ildən başlayaraq Fransa Bankı ölkənin bütün

ərazisində inhisarçı emissiya hüququnu əldə etdi.

Fransanın Mərkəzi Bankı olan Fransa Bankının əsas

vəzifəsi Avropa Mərkəzi Banklar Sisteminin (AMBS) valyuta

siyasətini tətbiq etməkdir. Avropa Mərkəzi Banklar Sisteminin

(AMBS) qurumu olan Fransa Bankı mərkəzi bank sisteminin

fəaliyyət öhdəliklərini Avropa Mərkəzi Bankı ilə bölüşməyi

qərara aldı. Fransa Mərkəzi Bankı daxili iqtisadi siyasətin apa-

rılmasında məsuliyyəti Maliyyə Nazirliyi ilə bölüşür.Bank

Royalın xələfi olan Fransa Bankı 18 yanvar 1800-cü il ta-

rixində o zaman Fransa Respublikasının Birinci Konsulu olan

Napoleon I Bonapart tərəfindən təsis edilmişdir.Bankın əsas

vəzifəsi endirimli kommersiya istiqrazlarının mübadiləsi

məqsədilə banknotların çap olunması idi. 1808-ci ildən 1936-cı

ilə qədər olan dövr ərzində Fransa Bankı əskinazların bura-

xılması ilə məşğul olmuşdur. XIX əsrin ikinci yarısından etiba-

rən Fransa Bankı özünün filial şəbəkəsini sürətlə genişləndir-

mişdir. 1936-cı ildə Xalq Cəbhəsi Partiyasının seçkilərdə qalib

gəlməsi nəticəsində Fransa Bankının milliləşdirilməsinə qərar

verilmişdir. 1973-cü ildən etibarən Bankın statusuna dair

islahatlara başlanılmış və müvafiq işlərin həyata keçirilməsi

Page 89: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

89

məqsədilə Ümumi Şura yaradılmışdır. 4 avqust 1993-cü il

tarixində qəbul edilmiş Fransa Bankı haqqında Qanun onun

müstəqilliyinə zəmin hazırlamış oldu. 1998-ci il tarixində

Avropa Mərkəzi Banklar Sisteminə daxil olan Fransa Bankının

əsas vəzifəsi bu sistemin fəaliyyətləri çərçivəsində vahid

monetar siyasətin həyata keçirilməsidir.

Fransa Bankının əsas funksiyaları aşağıdakılardır:

Avropa Mərkəzi Bank Sistemi çərçivəsində birgə

monetar siyasətin həyata keçirilməsi;

Bank sisteminin və investisiya təşkilatlarının idarə

olunması və onlara nəzarət edilməsi və bu məqsədlə Bankda

Bankçılıq və Maliyyə Tənzimlənməsi Komitəsi, Bankçılıq

Komissiyası, Kredit və qiymətli Kağızlar üzrə Milli Şuranın

fəaliyyətinin tənzimlənməsi;

Pul əskinazlarının çap edilməsi;

Ödəniş və hesablaşmalar sistemlərinin fasiləsiz işinin

təmin edilməsi;

İnflyasiyanın hədəfçilik siyasəti bir neçə elementdən

ibarətdir:

1. İnflyasiyanın konkret göstəricilərinin əldə edilməsi

üzrə ortamüddətli deklarasiya;

2. İnflyasiyanın məqsədli parametrlərinin ölkə inkişafının

uzunmüddətli konsepsiyasına daxil edilməsi;

3. İnflyasiyanın optimal səviyyəsinin əldə edilməsi üzrə

ümumi strategiyada aralıq göstəricilərin, məsələn, pul kütləsi

artımının rolunun azalması;

4. Uzunmüddətli monetar siyasətin şəffaflığı, cari və-

zifələrin və planların aşkarlığı;

Page 90: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

90

5. İnflyasiyanın məqsədli səviyyələrinin əldə edilməsi

üçün mərkəzi bankın hesabat verməsi;

İnflyasiyanın məqsədli səviyyələrinin əldə edilməsi üçün

Fransa Bankının istifadə etdiyi əsas alətlər aşağıdakılardır:

- Frankın valyuta kursunun dinamikasına və

dövriyyədəki pulların miqdarına təsir edən faiz

dərəcələrinin tənzimlənməsi. Faiz dərəcələrinin

tənzimlənmə mexanizmi banklararası bazarda kredit

hərracları vasitəsilə və ya veksellərin 5-10 günlük

girovu altında kredit intervensiyalarına əsaslanır;

- Valyuta intervensiyaları. Monetar tənzimlənmə

orqanları valyuta bazarlarında intervensiyaları müxtəlif

məqsədlərlə, o cümlədən mübadilə kursunun

saxlanması və beynəlxalq ehtiyatların arzuolunan

səviyyəsinin əldə edilməsi üçün apara bilər. Milli

valyuta kursunun qaldırılması üçün xarici valyutanı

satmaq, milli valyuta kursunun aşağı salınması üçün isə

xarici valyutanı almaq lazımdır.

- Məcburi ehtiyat normaları vasitəsilə manevr etmə

(1971-ci ilin aprelindən tətbiq olunmuşdur);

- Açıq bazarda əməliyyatlar və başqaları.

Fransanın kredit-maliyyə sisteminin fəaliyyəti 1984-cü ilin

qanunu ilə tənzimlənir. O, üç pillədən ibarətdir: Mərkəzi Bank

(Fransa Bankı); kommersiya bankları; ixtisaslaşmış kredit-

maliyyə müəssisələri; investisiya, ipoteka, xarici ticarət

bankları, sığorta və maliyyə şirkətləri, pensiya fondları və s.

Fransa Bankı 96 regional, 21 iqtisadi və 7 kreditvermə

mərkəzindən ibarət strukturdur. Bankın şəbəkə strukturu

Page 91: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

91

aşağıdakı kimi fəaliyyət göstərir: regionlarda – idarəçilik

səviyyəsində və paytaxtda yerləşən regional mərkəz. Bu

mərkəzlər bölgələrdə olan əməliyyat bölmələrinin fəaliyyətini

idarə edir və nəzarətini aparır. Regional Müdirlər Kollegiyası

Baş Katibin və filiallar şəbəkələri üzrə menecerin rəhbərliyi ilə

iki aydan bir keçirilir.

Bankın sərmayə qoyuluşu və bazar əməlliyatları

siyasətində iki həlledici qurum fəaliyyət mövcuddur:

Aktiv və Passivlər Komitəsi

Risklərin idarə edilməsi komitəsi

Sədrin başçılıq etdiyi Aktiv və Passivlərin İdarə edilməsi

Komitəsi Bankın investisiya strategiyasını, Sədr müavininin

rəhbərlik etdiyi Risklərin İdarə Edilməsi Komitəsi isə bazar

əməliyyatlarının aparılması şərtlərini müəyyənləşdirir.

Fransa Bankının Sədr və iki sədr müavini Nazirlər Şurası

tərəfindən 6 il müddətinə seçilirlər. Sədr bütün departament

rəhbərlərinin daxil olduğu İcra Komitəsinin və baş rəhbərlik

vəzifələrinin təyinatina baxan Peşəkarlıq Komitəsinə başçılıq

edir. Həmçinin o Avropa Mərkəzi Bankının İdarəetmə

Şurasının üzvüdür. Bankın Sədri Ümumi Şuranın başçısıdır.

Monetar Siyasət Komitəsinin üzvləri - Sədr, sədrin iki müavini,

Senat və Milli Assambleyanın üzvləri və Bankın Ali Şurasına

daxil olan üzvlərdən ibarətdir. Komitə monetar siyasətin

inkişaf etdirilməsi və bu sahədə bankın fəaliyyətinin Avropa

Mərkəzi Banklar Sisteminə uyğunlaşdırılması ilə məşğuldur.

Page 92: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

92

Fransa Bankının Sədri Avropa Mərkəzi Bankının İdarə

Şurasının üzvüdür. Maliyyə Nazirliyi ilə birgə Fransa Bankı

Beynəlxalq Valyuta Fondunun idarəetmə islahatları üzərində

çalışır. Fransa Bankı kvotalar üzrə islahatların və Beynəlxalq

Valyuta Fondunda səsvermə şərtlərinin dəyişdirilməsini təhlil

edir. Fransa Bankının rəhbərliyi fransız dilli Afrika ölkələrinin

maliyyə nazırləri və mərkəzi bank sədrləri ilə fəal şəkildə

görüşlər keçirir. Bu növ görüşlər biri Fransada, digəri isə

Afrika ölkələrində olmaqla ildə iki dəfə keçirilir. Böyük Kralın

islahatı yalnız əsas pulun – dinarinin çəkisinin artmasına gətirib

çıxardı. O, nə pul kəsmənin mərkəzləşməsinə, nə də dövlət

sikkələrinin sərbəst hərəkətinə nail ola bilmədi. Böyük Kralın

ölümündən 50 il sonra imperiya normanların hücumuna məruz

qalaraq dağıldı. Lakin Böyük Kral islahatının bir tərəfi öz

əhəmiyyətini uzun müddət saxladı – funt pul vahidi kimi

işləməyə başladı. Fransa Karolinqlərin hesabı pul vahidlərinə

varis çıxdı. Böyük məbləğlərdə olan pulların hesabı livr (funt),

su (solid), denye (dinariy) ilə aparılırdı. Pul sisteminin əsasını

denye təşkil edirdi. Bir livr 20 suya, bir su 12 denyeyə bərabər

idi. Roma kralları kimi Frank kralları da pulların kəsilməsini

mərkəzləşdirməyə çalışırdılar. Hətta udellərə parçalanma

dövründə də pulların kəsilməsi mərkəzləşdirilmiş şəkildə

müəyyənləşən qaydalar əsasında aparılırdı. «Dinari» pul

vahidinin adı (və ya denye) uzun müddət ərzində saxlanıldı.

Livr, solid (su) və frank əsas pul vahidləri olandan sonra da,

denye xırda pul şəklində işlənirdi. Sonralar denyenin

stabilliyinin və kursunun növbəli şəkildə dayanmadan gah

pisləşməsi, gah da yaxşılaşması nəticəsində orta əsrlərdə

Page 93: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

93

qiymətlərin miqyas funksiyasını gümüşün markası yerinə

yetirirdi. IX Lüdovikin hakimiyyəti illərindən sonra (1226-

1270) olan vaxt stabillik dövrü kimi xatırlanır. Dinari qiy-

mətdən düşdüyünə görə, IX Lüdovik 12 dinarilik iriləşmiş

gümüş pul tətbiq etdi. Iriləşmiş gümüş pul təmiz gümüşün yox,

kral gümüş markasının 1/58 hissəsini təşkil edirdi. Yeni pul

“qro” adlandırıldı. Qronun əmələ gəlməsi inkişaf etmiş pul

sisteminin əsasını qoydu: monometalizm - «birpullu» dövriyyə

əvəzinə bimetalizm - «ikipullu» dövriyyə yarandı. IV Filip

(1268 -1314) feodal pulu ilə mübarizədə böyük nailiyyətlər

qazandı. Lakin onun ölümündən sonra feodal pul kəsmə

yenidən bərpa edildi və X Lüdovik bir çox feodalların pul

kəsmək hüququnu tanımağa və qanunvericiliklə rəsmiləşdir-

məyə məcbur oldu. Qanun yalnız keyfiyyətli pullara şamil

olunurdu. Əvvəlcə iriləşmiş gümüş pulların (qro), sonra isə

qızıl pulların kəsilməsi kralın imtiyazı elan olundu. Lakin bəzi

əyalətlər öz pullarını kəsməkdə davam edirdilər.1337-ci ildə

başlamış Yüzillik müharibə Fransanın firavanlığına son qoydu.

Livrə bərabərləşdirilmiş və Xeyirxah Loannın əsirlikdən

qurtulması üçün nəzərdə tutulmuş qızıl frankın yaranması

müharibənin əvvəlinə təsadüf etdi. Frank ilk dəfə 1360-cı ildə

yaranmış və qısa müddət ərzində kəsilmişdi. Birinci respublika

dövründə 28 termidor qanunu (1795-ci il 15 avqust) ilə frank

milli pul vahidi elan edilmişdir. Lakin məhz bu dövrdə

Fransanı bürümüş böyük inflyasiya real gəlirlərin 2 -4 dəfə

azalmasına gətirib çıxardı. Aprelin 7-də I Napoleon ölkənin

rəsmi pul vahidi kimi frankın tətbiq edilməsi barədə qanun

qəbul etdi. Aprelin 14-də isə Fransa Bankı onun emissiya hü-

Page 94: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

94

ququnu aldı. 1780-ci illərin axırlarında XVI Lüdovikin haki-

miyyəti maliyyə ilə bağlı çıxılmaz vəziyyətə düşdü. 1787-ci

ildə faizlərin ödənilməsi və qısamüddətli dövlət borcunun ödə-

nilməsi ilə bağlı büdcə xərcləri bütün xərclərin 49%-ni, hərbi

xərclər 26%, kral sarayının saxlanması – 6% təşkil edirdi.

Xərclərin ödənilməsi üçün kağız pullar -“assiqnatlar” buraxıl-

mışdır. Assiqnatlar 1790-cı ildə qiymətdən düşmüş və 1796-cı

ildə digər kağız pullarla – ərazi mandatları ilə tamamlanmışdır.

Artıq 1798-ci ildə buraxılan bütün kağız pullar tamamilə qiy-

mətdən düşmüş və möhkəm valyutaya keçid qanunvericiliklə

təsbit edilmişdir. 1865-ci ildə III Napoleonun təşəbbüsü ilə

Fransanın, Belçikanın, İsveçrənin və İtaliyanın pul sistemlərini

birləşdirən Paris Konvensiyası imzalanmışdır. Bu birləşmə

Latın İttifaqı adını almış və 1868-cı ildə həmin ittifaqa Vatikan

və Yunanıstan, 1877-ci ildə isə Finlandiya da qatılmışlar.

İttifaq fransız frankının dəyər etalonu qismində tanınmasına və

bimetallizmdən, qızılla gümüşün Fransada qəbul edilmiş 1-in

15,5-ə nisbətindən çıxış edərək, iştirakçı ölkələr tərəfindən eyni

nominala və çəkiyə malik olan gümüş pulların kəsilməsinə

əsaslanırdı. Latın ittifaqı ölkələrinin pul vahidləri eyni olmalı

və onların tərkiblərində 0,29 q təmiz qızıl, 4,5 q təmiz gümüş

olmalı idi. Iştirakçı ölkələrin qızıl və gümüş pulları ittifaqa

daxil olan hər bir dövlətin ərazisində qanuni ödəniş vasitəsi

qismində sərbəst şəkildə dövr edə bilirdi. Başqa sözlə, dövlət-

lərin pul vahidləri öz adlarını saxlayır, lakin bərabər paritetə

malik olurdular. Yəni 5 fransız frankı 5 Belçika frankına, 5

Isveçrə frankına və s. bərabər idi. Lakin Latın ittifaqının

mövcudluğunun lap əvvəlindən onun pul sistemi Italiyadakı və

Page 95: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

95

Fransadakı kağız pulların ifrat emissiyası səbəbindən

yanlışlıqlara uğradı. Gümüşün bazar dəyərinin kəskin

düşməsindən sonra iştirakçı ölkələr ucuzlaşmış gümüş pulların

məcburi mübadiləsində qızılın itkiləri ilə qarşılaşdılar. Gümüş

pulların kəsilməsi əvvəlcə məhdudlaşdırılmış, sonra isə dayan-

dırılmışdır.Bu isə qızıl monometallizminə (1873-cü il) keçid

demək idi. Latın ittifaqının iştirakçı ölkələrinin hökumətləri

Fransadan gümüş pulların qızıl tərkibinin əvəzini tələb etmiş,

lakin rədd cavabı alaraq, demək olar ki, ittifaqdan çıxmışlar.

Hərçənd, formal olaraq, ittifaq 1926-cı ilə qədər mövcud idi.

Latın ittifaqının dağılmasının son səbəbi Birinci dünya

müharibəsi dövründə və müharibədən sonrakı dövrdə iştirakçı

ölkələrin pul-kredit siyasətlərindəki fərqlər və bu fərqlərin

ciddi xarici və daxili şoklar fonunda milli iqtisadi maraqların

ziddiyyətləri ilə kəskinləşməsi olmuşdur.

XX əsrdə Fransada pul-kredit münasibətlərinin təkamülü

aşağıdakı xronologiya ilə inkişaf edirdi. 1903-cü ildə martın

20-də qəbul edilmiş qanuna görə, frankın dəyəri qiymətli

metalın müəyyən miqdarına bərabər idi. 1914-cü ildə avqustun

5-də başqa qanun qəbul edilmişdir. Bu qanın Fransa Bankının

banknotlarının qızıla mübadiləsini qadağan edirdi.

Antiinflyasiya siyasəti nəticəsində 1928-ci ildə Fransa qızıl

külçə standartını tətbiq etmək yolu ilə banknotların qızıla

mübadiləsini bərpa etdi. Qızıl-külçə standartı 1936-cı ilə qədər

mövcud oldu. 1939-cu ildə frank zonası qanunvericiliklə rəsmi-

ləşdirildi. Bu zonaya başda Fransa olmaqla, fransız müs-

təmləkələri daxil oldu. XIX əsrin sonunda, Fransa Bankı

müstəmləkə banklara emissiya təqdim edən zaman zona

Page 96: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

96

təşəkkül tapmağa başladı. Zonaya daxil olan ölkələrin valyu-

talarının stabilliyi fransız frankından asılı idi, çünki bütün

iştirakçı ölkələr öz ehtiyatlarını fransız frankında və Parisdə

mübadilə kurslarının sərt fiksasiyası ilə saxlamalı idilər. Fransa

Bankı frank zonasının sərhədlərində monetar siyasətin ümumi

uzlaşmasını həyata keçirir, zonaya daxil olan ölkələrə kömək

göstərirdi. Valyuta vahidi qismində KFA və KFP frankları isti-

fadə olunurdu. KFA frankı (FKFA) 1945-ci ilin dekabrında

Qərbi və Mərkəzi Afrikada dövriyyəyə buraxılmış və 1962-ci

ilə qədər Afrikada fransız müstəmləkələrinin frankı (Colonies

francaided d Afriq) adlandırılmışdır. 1962-ci ildən başlayaraq,

bu frank Qərbi Afrikada - Afrika maliyyə cəmiyyətinin frankı

(Communaute financiere africaine), Mərkəzi Afrikada –

Maliyyə birliyinin (Cooperation Financiere en Afrique

Centrale) frankı olmuşdur. KFP (FKFP) frankı 1945-ci ilin

dekabrında Yeni Kaledoniyada, fransız Polineziyasında,

Uollisdə və Futunda tətbiq olunmuş və 1967-ci ilə qədər

Fransanın Sakit okean müstəmləkələrinin (Colonies francaises

du Pacifique) frankı adlandırılmışdır. 1967-ci ildən sonra isə

Sakit okeanda fransız kontorlarının frankı olmuşdur

(Compotoirs francaises du Pacifique). Bir çox müstəmləkələr

müstəqillik qazanandan sonra frank zonasından çıxdılar: Livan,

Suriya, Tunis, Əlcəzair, Mərakeş və başqaları. Lakin bu

ölkələrin və frank zonasının iştirakçı ölkələrinin iqtisadiyyat və

ticarət strukturu indiyə qədər müstəmləkə dövrünün izini sax-

layır. Bu həm istehsalata (xammal ehtiyatlarının ixracı və

ərzaq, sənaye məhsullarının idxalı), həm də kommunikasiya

sisteminə aiddir (bir çox hallarda, Afrikanın bir ölkəsindən

Page 97: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

97

digər ölkəsinə getmək üçün Londondan və ya Parisdən uçmaq

lazımdır). Frank zonası Fransanın təsir sferası olaraq

qalmaqdadır, lakin bu, daha çox siyasi yox, iqtisadi maraq-

lardır. Həm xarici, həm də daxili faktorların təsiri ilə baş verən

frankın çoxsaylı devalvasiyaları pul islahatının həyata keçiril-

mə zərurətini yaratdı. 1960-cı ilin əvvəlində 100 köhnə franka

mübadilə olunan yeni frank tətbiq edildi. Lakin inflyasiya

davam edirdi və 1969-cu ildə frank uyğun olaraq qızıla və dol-

lara nəzərən qiymətdən düşdü. Bu isə faktiki olaraq, Bretton –

Vud konfransının prinsiplərinin ləğv edilməsi demək idi.

Dollar standartından mübadilə kursunun seçim sərbəstliyinə

de-yure keçid 1976-cı ildə Yamaya konfransında qəbul edil-

mişdir. Fransanın müasir pul dövriyyəsi aşağıdakı göstəricilərlə

xarakterizə olunur. M1 aqreqatı Fransa Bankının buraxdığı

banknotları, xırda pulları, o cümlədən bankların və poçt çeklər

idarəsi kimi müəssisələrin sərəncamında olan bank

hesablarındakı pulları daxil edir. Bu hesablardakı pullar heç bir

ləngimə olmadan bilavasitə ödəniş məqsədilə istifadə oluna

bilir. 1987-ci ildə dekabrın sonunda banknotlar rezidentlərin

əllərində olan pul kütləsinin təqribən 14%-ni, xırda pul 1%-ni,

cari poçt hesablarındakı və xəzinədə şəxsi adamların hesabla-

rındakı məbləğ – 19%-ni, bank hesablarına yazılmış pullar -

66% -ni təşkil edirdi. M2 və M3 aqreqatları M1 aqreqatından

başqa əmanətlərdə və müddətli əmanətlərdə olan pul vəsait-

lərini, kassa bonlarını, depozit sertifikatlarını daxil edir. Bu

vəsaitlər pul deyil, çünki onları çeklərin vasitəsilə köçürmək

mümkünsüzdür, pulların çıxardılması isə müəyyən şərtlərə

tabedir. Lakin həmin vəsaitlərin iki məna baxımından pula

Page 98: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

98

bənzərliyi var. Bir tərəfdən, onlar qısa müddət ərzində mal və

xidmət bazarına buraxıla bilir, ikinci tərəfdən, faiz

gətirdiklərinə görə pulları daha mükəmməl üsulla toplamaq

imkanı verirlər. 2002-ci ildə yanvarın 1-də fransız frankı döv-

riyyədən çıxardılmış və vahid Avropa valyutası – avro ilə

əvəzlənmişdi. 1957-ci ildən Avropa iqtisadi birliyinin üzvü

olan Fransa Avropa birliyinin bütün islahatlarında aktiv şəkildə

iştirak edərək bu hadisəyə mərhələlərlə gəlirdi. Artıq 2001-ci

ildə mayın 11-də birinci avro Pessak zavodunun dəzgahından

çıxdı, nağd avronun tətbiq edilmə tarixində isə Fransa dövriy-

yəyə 7,6 milyard pul buraxdı. Beləliklə, 2002-ci il iyulun 1-dən

başlayaraq, fransız frankı artıq Fransanın qanuni ödəniş vasitəsi

olmadı, onun yerini isə avro tutdu.

Avropa ölkələri texniki yardım proqram çərçivəsində

Fransa Bankı və Bolqarıstan Milli Bankı ilə sıx əməkdaşlıq

edir. Bundan əlavə, Avropa Mərkəzi Bankının texniki yardım

layihəsi çərçivəsində Fransa Bankı Bosniya və Herseqovina,

Misir və Rusiya kimi dövlətlərə yardım göstərmişdir.

Kredit müəssisələrinin daha böyük əhəmiyyət kəsb edən

kateqoriyası kommersiya banklarıdır. Onlar bir qayda olaraq,

səhmdar müəssisələri formasında fəaliyyət göstərirlər.

Kommersiya banklarının fəaliyyəti qısamüddətli kreditlərin

verilməsi üçün müddətsiz əmanətlərin qəbulundan ibarətdir.

Lakin banklar əmanətlər və ya borclar şəklində kapital almaqla,

borcları daha uzun müddətə təqdim etməklə, digər

müəsssələrin kapitalında iştirak etməklə, qiymətli kağızların

emissiyasını və yerləşdirilməsini təşkil etməklə, müştərilərin

əmlakının idarəetməsini həyata keçirməklə öz fəaliyyət

Page 99: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

99

sferalarını genişləndirə də bilərlər. Kommersiya bankları beş

əsas funksiyanı yerinə yetirirlər:

Ehtiyatların formalaşdırılması;

Xüsusi aktivlərin idarəetməsi;

Ödəniş vasitələrinin idarəetməsi;

Banklararası əməliyyatların yerinə yetirilməsi;

Maliyyə və digər xidmətlərin göstərilməsi.

Fransız banklarında xüsusi kapital iki hissədən ibarət

olur:

1. Baza vəsaitlərindən

2. Əlavə vəsaitlərdən.

Bankın passivlərinə xüsusi kapitalla yanaşı cəlb edilmiş

vəsaitlər - depozit və qeyri-depozit vəsait formasınada daxil

olur. Kredit əməliyyatları bank aktivlərinin ən böyük maddələr

qrupudur. Kreditləşmənin ən geniş yayılmış növləri bunlardır:

- müəssisələrin cari ehtiyaclarının maliyyələşdirilməsi

üçün;

- onların investisiyaları üçün,

- şəxsi istehlak uçün;

- investisiya xərcləri üçün.

İnvestisiya bankları müəssisələrə onların yatırımlarının

maliyyələşdirilməsi üçün kreditlər verir və uzunmüddətli, orta-

müddətli əməliyyatları həyata keçirirlər.

Page 100: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

100

Cədvəl 2.1.

Bəzi Avropa Birliyi ölkələrinin bank sektorunun

ümumi aktivləri

Ölkələr Ümumi aktivlər

(milyard ekyü)

Ümumi

aktivlər

milli gəlir (%)

Bankların

miqdarı

Almaniya 3,151 191 3,769

Avstriya 397 228 1,063

Danimarka 154 119 112

Fransa 2,834 235 1,635

Hollandiya 573 194 175

Ġngiltərə 1,016 109 37

Ġtaliya 728 97 170

Yunanıstan 825 91 176

Ġspaniya 48 62 21

Page 101: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

101

FƏSĠL II. BALTĠKYANI ÖLKƏLƏRĠN BANK SĠSTEMĠ

2.1. LATVĠYANIN BANK SĠSTEMĠ

Latviya Respublikası Şimali Avropada yerləşir. 1 yanvar

2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400

nəfərdir. Ərazisi 64 589 kvadrat kilometrdir. Əhalisinin sayına

görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur.

Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda

Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda

Litva ilə həmsərhəddir. Pul vahidi - avro. Latviyanın dövlət

müstəqilliyi 18 noyabr 1918 ci ildə elan edilmişdir. 1940-1991-

ci illərdə SSRİ-nin tərkibində olmuşdur Latviya (keçmiş SSRİ

Respublikası) 1991-ci ildə tam müstəqillik əldə etdi. 2004-cü

ildə isə Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul olundu.

XXI əsrin əvvəllərində Latviyanın iqtisadi artımının dinamikası

artan templə inkişaf etdi. 2006-cı ilin nəticələrinə görə iqtisadi

artım 11,9 % təşkil etdi, bu isə Avropa Şurası üzvləri olan

ölkələr arasında ən yüksək göstərici idi. 2005-ci il ilə nisbətdə

2006-cı ildə iqtisadiyyatın artım tempi ölkəyə bilavasitə

ümumi məbləği 1,323 mlrd avro böyük həcmli xarici

investisiyaların cəlb olunmasında 2,6 dəfə artım nümayiş

olundu. Ölkənin əsas ticarət partnyorları Baltik ölkələri,

Almaniya, Böyük Britaniya və Rusiya idi. 2,3 mln əhalisi ilə

ölkə sonrakı gələcək iqtisadi artım üçün əsas vasitələrə

malikdir ki, bu amillər :

- ölkələrarası autsorsinqin artan tendensiyaları ilə əmək

resurslarının nisbətən ucuz dəyərinin uyğunlaşması;

Page 102: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

102

- böyük ticarət dövriyyəsi;

- əhalinin Baltik ölkələrinin dünya iqtisadiyyatına

inteqrasiyasının genişləndirilməsini stimullaşdıran sahibkarlıq

fəaliyyətinin yüksək səviyyəsi və s.

2007-ci ildə ölkədə ÜDM 16 milyard avro səviyyəsində

idi. Lakin 2008-ci ilin sonunda Latviya dünyada geniş yayılan

qlobal maliyyə böhranı ilə əlaqədar olaraq maliyyə çətinlikləri

ilə üzləşdi. Bu səbəbdən də Latviya höküməti Beynəlxalq

Valyuta Fondundan dəstək istədi və 3 milyard dollar vəsaitin

ayrılması haqqında təsdiq aldı. Qlobal maliyyə böhranının

nəticələrinin aradan qalxmasında vacib rol ölkənin bank

sisteminə məxsus idi. Əhalisinin sayı 3,5 mln olan və aqrar-

sənaye iqtisadiyyatı olan ölkənin 14milyard dollar səviyyəsində

ÜDM təmin edir. İxracın həcmi orta hesabla ildə 5,5 milyard

dollar, idxalın həcmi isə 7,6 milyard dollar təşkil edirdi. Ölkədə

işsizliyin səviyyəsi 12,5 % - dən 11,3 % -ə qədər yüksəlmişdir.

Hal-hazırda Latviyanın bank sisteminin əsas xarakterik

cəhətləri aşağıdakılardır:

Konsentrasiyanın yüksək səviyyəsi, üç böyük

bankların (Parex Banka, Hansabanka, SEB

Unibanka) payına bank sisteminin ümumi

aktivlərinin 54 %-i düşür;

Xarici iştirakın yüksək səviyyəsi (Latviya bank

sisteminin ödənişli kapitalının ümumi həcminin

68,8 %-i xarici bankların, əsasən də Skandinaviya

maliyyə qruplarının payına düşür) ;

Olduqca inkişaf etmiş hüquq və maliyyə

infrastrukturu;

Page 103: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

103

Latviyanın bank qanunvericliyinin əsasları:

Latviyanın bank fəaliyyətini tənzimləyən

qanunvericliyinin əsasnamələri Avropa

Şurasının tələblərinə cavab verir və bir sıra

hallarda hətta daha sərtdirlər;

Bankların illik hesabatları İAS tələblərinə

müvafiq olaraq tərtib olunurlar və icbari

qaydada beynəlxalq auditor şirkətləri ilə

təsdiq olunmalıdırlar;

Latviyada bank nəzarətinin tələbləri dəqiq

qeyd olunmuşdur və Avropa Şurası

ölkələrinə nisbətdə kommersiya banklarında

yoxlamalar daha müntəzəm həyata keçirilir;

Bank fəaliyyəti sferasında nəzarət kompleks

şəkildə həyata keçirilir və beynəlxalq

ekspertlərin qiymətləndirmələrinə görə,

Mərkəzi və Şərqi Avropada ən sərt nəzarət

forması hesab edilir;

“Cinayətkar fəaliyyətin nəticəsində əldə edilən

vəsaitlərin yuyulmasına qarşıdurma haqqında”

Qanun Avropa Şurasının direktivlərinə tam

uyğundur;

“Əmanətlərin zəmanəti haqqında” Qanun

əmanətlər üzrə ödəniş məbləğinin depozitin

əsas məbləğinə bərabər olmasını, lakin 9 min

lat (12 806 avro) məbləğindən artıq

olmamasını nəzərdə tutur. 2009-ci il üçün

Page 104: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

104

əmanətlər üzrə ödəniş məbləği 13 min lat

(18 497 avro) məbləğinə çatır.

Latviya bank sisteminin strukturu. Latviyanın Mərkəzi

Bankı Latviya bank sisteminin əsasını təşkil edir. 1918-ci ildə

Latviyanın Respublika elan edilməsindən sonra istifadədə

reyxsmarkalardan başlayaraq kerenkilərə qədər müxtəlif pul

nişanları var idi. 1919-cü ilin 22 mart tarixində Latviya

rublları və qəpikləri buraxıldı. 1922-ci ilin avqust ayının 3-ü

tarixində isə milli pul vahidi lat oldu, onun buraxılması

hüququ 7 sentyabr 1922-ci ildə təsis olunmuş Latviya Bankına

verildi. 1922-ci ildən 1940-cı ilə qədər Latviya bankı 10, 20,

25, 50, 100 və 500 lat nominalı ilə banknotlar buraxdı. 1923-cü

ildə Latviyada çap olunmuş banknotlar lazımi müdafiə

dərəcəsinə malik deyildi və bu səbəbdən də 1924-cü ildən

1938-ci ilə qədər bütün banknotlar Böyük Britaniyada çap

olunurdu. 1939-cu ildə isə Dövlət Qiymətli Kağız

nəşriyyatında çap edilmiş 100 latlıq banknot istisna təşkil etdi.

Sikkələr 1, 2, 5, 10, 20 və 50 santim və 1, 2, 5 lat nominalında

buraxılırdı. 1940-cı ildən başlayaraq, Latviya Bankı SSRİ-nin

Dövlət Bankının Respublika bölməsinə çevrildi. Alman işğalı

zamanı Latviya Bankı öz işini bərpa etdi. Lakin bu zaman

bank emissiya hüququna malik deyildi. 1990-cı ilin 31 iyul

tarixində Latviyanın müstəqil dövlət kimi pul-kredit sisteminin

bərpası başlandı. 1992-ci ildə Latviya rublu, 1993-cü ildə isə

lat dövriyyəyə buraxıldı. İstifadə üçün sikkələr 1992-ci ildə

Almaniyada, 1 santim 1997-ci ildə Norveçdə, qızıl 100 lat

1998-ci ildə Finlandiyada, 2 lat nominallı bimetall isə

İngiltərədə emissiya edildi.

Page 105: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

105

Latviya bank sektorunun mülkiyyət formasını

qiymətləndirərək qeyd etmək lazımdır ki, alman və skandinav

qruplarına yeddi Latviya banklarının ödənişli kapitalının 50%-

dən çox hissəsi məxsusdur. Maliyyə qruplarının Baltik

ekspansiyası 1990-cı illərinin sonunda başlanmışdır. Sonradan

onlar region ölkələrinin bank sektorunda aparıcı mövqe

tutdular. Bu, ilk növbədə SEB, Swedbank, Nordea, DnBnord

kimi bank qruplarına aiddir. Svenska Handelsbanken həmçinin

Latviya maliyyə bazarında əməliyyatlara başlamaq planları

haqqında elanlar verdi. Yeganə dövlət kredit təşkilatı Latviya

Mortage and Land Bank (ipoteka və torpaq bankı) oldu və

onun bazasında hökümət İnkişaf Bankını təsis etməyə

hazırlaşır. Bank mülkiyyətçilərinin əvəz edilməsi (dəyişilməsi)

prosesi bir neçə il əvvəl başlamış və hazırkı dövrə qədər tam

bitməmişdir, bir sıra Latviya bankları bu gün xarici maliyyə

qrupları arasında strateji investorların axtarışında maraqlıdırlar.

Latviyada fəaliyyət göstərən xarici maliyyə qrupları öz

biznesini regionun bütün ölkələrində inkişaf etdirərək, Baltik

ekspansiyasına meyillidirlər. SEB Group biznesinin əsas

istiqaməti riteyl, orta və böyük korporativ müştərilərinə

xidmətin göstərilməsi, kapital bazarında əməliyyatların

aparılmasıdır.

Latviya maliyyə bazarında fəal xarici oyunçular

Hansabanka (Swedbanka Group), Nordea, DNB Nord maliyyə

qrupları oldu. Baltik ölkələrində bölmələr şəbəkəsinin

inkişafını MDB ölkələrinə gələcək ekspansiya üçün plasdarm

kimi nəzərdən keçirirlər, orada Rusiya və Ukrayna daha çox

maraq cəlb edirlər (SEB, Swedbanka). Regionun bütün

Page 106: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

106

dövlətlərində bölmələrə və törəmə strukturlarına malik olan

yeganə Latviya kredit təşkilatı Parex Banka hesab edilir.

Latviyada o, eyniadlı baş bankla, lizinq və faktorinq şirkətləri

ilə açıq sosial müdafiə fondu ilə təqdim edilmişdir. Litvada

həmçinin qrupun törəmə bankı, lizinq şirkəti və investisiya

fondu vardır. Estoniyada Parex Banka filialı, lizinq və

faktorinq şirkətləri qeydiyyatdan keçmişdir.

Latviya banklarının fondlaşmasının mənbələrini

xarakterizə edərək qeyd etmək lazımdır ki, onlar bankın

mülkiyyətinin formasından asılı olaraq dəyişirlər. Xarici

kapitalla kredit təşkilatları üçün əsas vəsait mənbəyi baş

maliyyə qruplarından axınlar olur, aydındır ki, belə fondlaşma

yerli maliyyə bazarında cəlb olunmanın digər mənbəyi müştəri

depozitləridir. Yerli Latviya bankları üçün ənənəvi olaraq

müştəri depozitləri birinci dərəcəli əhəmiyyət kəsb edirlər.

Sindikatlaşdırılmış kreditlərin cəlb edilməsi və şəxsi borc

öhdəliklərin (avroobondların, müxtəlif ipoteka kağızlarının)

buraxılış təcrübəsi geniş yayılmışdır. Ümumilikdə fondlaşma

siyasəti vəsaitlərin cəlb edilməsinin mənbələrinin maksimal

difersifikasiyasında bazalaşır. Sindikatlaşdırılmış kreditlər və

borc kağızları kimi maliyyə alətləri vasitəsilə beynəlxalq

bazarlarda kapitalın aktiv borc götürülməsindən söhbət gedir.

Yerli bazarda fondlaşmanın əsasını müddətli depozitlərin cəlb

edilməsi təşkil edir. Əsas yer öhdəliklərin ödəniş müddətlərinin

balanslaşdırılmasının hesabına yaxşılaşdırılmasına verilir.1990-

cı illərlə müqayisədə Latviya banklarının məhsul xətti bir çox

dəyişikliklərə uğradı. Əgər 1990-cı illərdə banklar əsasən

kredit məhsullarını təklif edirdilərsə (müəssisələrə kommersiya

Page 107: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

107

kreditləri) və göstərilən xidmətlərin siyahısı pul köçürmələrinin

və ödənişlərin həyata keçirilməsi ilə plastik kartların

buraxılması ilə və valyuta mübadiləsi əməliyyatları ilə

məhdudlaşırdısa, artıq 2000-ci ilin əvvəli üçün kredit

məhsullarının xəttinə ipoteka və istehlak kreditləri ilə lizinq

əməliyyatları əlavə olundu, xidmətlərin siyahısına isə internet-

bankinq xidmətləri əlavə olundu.

Bu hər şeydən əvvəl aktivlərin idarə edilməsi üzrə xidmətlər

və sığorta xidmətləridir:

- müştəri vəsaitlərinin investisiya fondlarına

yerləşdirilməsi,

- həyat sığortası,

- əmanət proqramları və individual,

- fərdi təqaüd (sosial) planlarının işlənib

hazırlanması.

Latviya banklarının investisiya xidmətlərinə birləşmələr

və udmalar, qiymətli kağızların buraxılışı üzrə sazişlərin,

əməliyyatların konsaltinq müşayəti, strateji investorların cəlb

edilməsi, ticarət maliyyələşməsi üzrə əməliyyatların tam

siyahısı və törəmələrlə əməliyyatları aid etmək olar.

Latviya banklarının pərakəndə məhsul xətti müxtəlifdir,

lakin əhali arasında ən tələb olunan məhsullar ipoteka kreditləri

və ödəniş kartlarıdır. Latviyada ipoteka kreditləşməsi 2001-ci

ilin əvvəlindən başladı, ipoteka kreditorlarının həcmi 20

dəfədən artıq artdı. Hazırda ipoteka kreditləri portfelinin həcmi

bankların məcmu kredit portfelinin təxminən yarısını təşkil

edir. Latviya ipotekasının artım templəri olduqca yüksəkdir:

2006-cı ildə 2005-ci ilin analoji dövrü ilə nisbətdə portfelin

Page 108: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

108

həcmi 86,5% artmış və 4,6 milyard avroya çatmışdır.

Daşınmaz əmlak bazarının infrastrukturunun sürətli inkişafı və

yaşayış fondunun defisiti əhali tərəfindən ipoteka kreditlərinə

tələbatın artımına səbəb oldu. İpoteka bazarında əsas bank

Skandinaviya banklarıdır, bu isə olduqca baha olmayan və

işlənmiş kreditləşmə texnologiyalarının mövcudluğu ilə izah

olunur.

Ödəniş kartları emissiya və plastik kartlar üzrə

əməliyyatların göstərilməsi Latviya banklarının pərakəndə

biznesinin sürətlə artan istiqamətlərindən biridir. Bazara bütün

aparıcı beynəlxalq ödəniş sistemləri təqdim olunmuşdu ki,

bunlar VISA, Mastercard, American Express.Ödəniş kartlarının

emissiyasına eksklyuziv hüquq Parex Banka məxsusdur.

Plastik kart sektorunda irəliləyiş strategiyasının əsası

xidmətlərin “paket” şəklində təqdim edilməsidir. O, ondan

ibarətdir ki, müştəriyə eyni zamanda bankda cari hesabın

açılması, plastik kartın buraxılması, internet-bankinq xidməti,

internet - ödənişlərinin həyata keçirilməsi, mobil bankinq təklif

olunur. İnternet xidmətlərinin və mobil bankinqin irəliləyişi

zamanı Skandinaviya bankları baş strukturların texnoloji

imkanlarına və infrastrukturuna arxalanırlar. Bu sahədə Latviya

banklarının arasında Parex Banka liderdir. Ümumən Parex

Banka 340 min müştərini - fiziki şəxsləri Latviyanın əmək

qabiliyyətli əhalisinin demək olar ki, 1/3 hissəsini cəlb

etmişdir. Hal-hazırda kartların təklifi strukturunda kredit

kartları üstünlük təşkil edirlər. Latviya banklarının korporativ

kreditləşmə sferasında məhsul siyasəti pərakəndə sektorunda

“vahid pəncərə” prinsipinə analoji olan “one stop-shop”

Page 109: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

109

yanaşmasına əsaslanır. O, müştərilərə hesabın açılmasından və

vəsaitlərin müddətli depozitlərə yerləşdirilməsindən layihə

maliyyələşməsinə, kreditləşməyə, kassa nağd pulları ilə

idarəçiliyə, ticarət maliyyələşməsinə qədər bütün xidmətlərin

kompleksinin təklif olunmasından ibarətdir. Latviyanın Lizinq

assosiasiyasının məlumatlarına görə, lizinq şirkətlərinin

portfelinin məcmu həcmi 31 dekabr 2006-cı il üçün 1 mlrd

Latviya latlarına çatmışdır. Daha sürətlə artan seqmentlərdən

biri yük avtomobillərinin lizinqidir. Latviya bazarının nisbi

məhdudluğu səbəbindən yerli lizinq şirkətləri öz biznesini

MDB ölkələrinin bazarlarında genişləndirir, orada filiallar

açır. Məsələn, Parex Banka Rusiyada, Belorusiyada,

Ukraynada və Azərbaycanda bölmələr açmışdır.

Aktivlərin idarə edilməsi və sığorta üzrə bazarda əsas

oyunçular Baltikyanı ölkələrin mövcud olduğu beynəlxalq

maliyyə qruplarıdır. Onlar geniş bölmə şəbəkəsinə malikdirlər

və müxtəlif kateqoriyalı müştərilərə xidmət göstərirlər:

Hansabanka (Swedbank Group), SEB Latvijas Unibanka (Seb

Group), Parex Group. Sığorta sahəsində ən maraqlı məhsullar

sosial sığorta proqramlarının təklifləri, portfel risklərinin

sığortası və həyat sığortasıdır.

2.2. LĠTVANIN BANK SĠSTEMĠ.

Litva Respublikası Avropada, Baltik dənizinin şərq

sahilində dövlət Şimalda Latviya, cənubi-şərqdə Belorus,

cənubi - qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsi ilə

həmsərhəddir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata

Page 110: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

110

əsasən Litva əhalisi 3199,8 min nəfərdir. Onlardan 2142,8 min

nəfəri şəhərlərdə, 1057 min nəfəri isə kəndlərdə yaşayır. 1 mart

2014-cü il tarixinə olan rəsmi məlumata əsasən isə ölkə əhalisi

2 milyon 939 min 431 nəfər təşkil edirdi. Litvada müasir bank

işinin başlanğıcı “yenidənqurma“ dövrünə təsadüf edir.

(1988-1989). Milli intibah dövründə Litva bank sisteminin

təsisi problemi Litvanın iqtisadi suverenliyi anlayışının tərkib

hissəsi oldu. Milli bank işi anlayışına müvafiq olaraq, sovet

monobank sisteminin 1990-cı ildə yaranmış Litva Bankına

həvalə olunmuş Mərkəzi Bankın ənənəvi funksiyalarına malik

olan iki pilləli bank sisteminin yenidən strukturlaşdırılması

üçün plana xitam verildi.

Litvada 1988-1990-cı illərdə bank işinin inkişafı faktiki

olaraq, yalnız ölkədə baş verən fundamental iqtisadi yenidən

strukturlaşdırılmalardan deyil, həmçinin beynəlxalq siyasi

hadisələrdən asılı idi. Beynəlxalq ictimaiyyət Litvanı müstəqil

dövlət kimi tanımayana qədər, Litva Bankı Qərbin Mərkəzi

Bankları tərəfindən Litvanın Mərkəzi Bankı kimi tanına

bilməzdi. Bank islahatı sürətləndirildi və Litva Bankı iki

xüsusiləşmiş banklardan maddi əsas əldə etdi. Sovet

banklarının milliləşdirilməsindən sonra onların kommersiya

funksiyaları və müştəriləri miras kimi keçdilər. O zaman

işləyən kommersiya bankları faktiki olaraq Litva Bankı üçün

kapital toplamaq imkanına malik idilər. 1990-cı ilin axırında

Litva sənaye və tikinti Bankı Litva Bankına 10 mln rub

məbləğindən artıq vəsait verə bildi.

Litvada müasir bank sisteminin inkişaf prosesi zamanı

iki iqtisadi məktəbin nümayəndələri haqqında fikirlər-

Page 111: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

111

müharibədən əvvəlki dövrdə Litva bank nümunəsinin

müdafiəçiləri və müasir azad bazarın müasir modelinin

müdafiəçilərinin fikirləri toqquşdu. Bu həm Litva Bankının

həm də ümumiyyətlə daxili bank işinin maraqlarına

toxunurdu. Ən vacib məsələlər bank islahatının ilkin

mərhələsində həll olunmuşdu: Litva bankları Sovet İttifaqının

bank sistemindən ayrılmış və milliləşdirilmişlər. Litva Bankı

yaradılmış və fəaliyyətə başlamış, fondlar dövlət və

kommersiya banklarının fəaliyyəti üçün nəzərdə tutulmuşlar.

Əsas işlər kommersiya banklarının sayının artması üçün

əlverişli şəraitin təmin edilməsindən ibarətdir. Bu tənzimləyici

hərəkətlərin olduqca liberal olması səbəbindən, ilkin kapitalı

toplamaq qabiliyyətində olan bir çox şirkətlər və bir qrup insan

bank yaratmaq iqtidarında idilər. 1991-ci ildə özəlləşmə

prosesinin başlanması zamanı milli iqtisadiyyatda böyük bir

paya malik olan çox yeni hüquqi şəxslər meydana gəldi. Bu

metod o zaman formalaşmağa başlayan müxtəlif cinayətkar

qruplaşmaları üçün mülkiyyətin toplanması imkanı kimi

istifadə olunurdu. Zəif bank və kommersiya qanunlarını,

həmçinin zəif bank nəzarətini istismar edərək bu qruplar

kommersiya banklarının vəziyyətinə olduqca mənfi təsir

göstərmişlər və faktiki olaraq, Litvanın bank sisteminin

sabitliyini təhlükə altına qoymuşlar. Lakin o dövrün ən ciddi

problemlərindən biri ondan ibarət idi ki, cüzi istisnalarla

maliyyədə daxili mütəxəssislər planlı iqtisadiyyat üçün təhsil

alırdılar. Bankların əksəriyyəti aşağı səviyyəli ixtisaslı və

səlahiyyətli ştatı işə qəbul edir, onlar isə müştərilərin

hərəkətlərinin hərtərəfli təhlilini həyata keçirmək qabiliyyətinə

Page 112: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

112

malik deyildilər. Bir çox yeni bankirlər və biznesmenlər

müxtəlif işgüzar sahələrdə, kənd təsərrüfatının inkişafında

vəziyyətin dəyişməsinə, çox sayda iqtisadi hüquqi şəxslərin

ödəniş qabiliyyəti olmamasına lazımi reaksiya verə bilmirdilər.

Ümumi iqtisadi sabitliyin pozulması, destabilizasiyası

səbəbindən əksər müəssisələrin maliyyə vəziyyətinin getdikcə

pisləşməkdə davam etdiyi dövrdə, kreditlər və depozitlər üzrə

faizlər olduqca yüksək olmaqda davam edirdilər. Bazar

iqtisadiyyatına keçidin başlanğıcında kommersiya bankları

insanlara məxsus olan pul vəsaitlərinin və hüquqi şəxslərin

fondlarının toplanması üçün nəzərdə tutulan yeganə

müəssisələr deyildilər. 1992-1994-cü illərdə maliyyə

”piramidaları” kimi tez-tez yaranan müxtəlif kiçik kredit

təşkilatları yüksək faiz dərəcələri təklif edərək, bununla böyük

məbləğdə nağd vəsaitləri cəlb edərək və öz maraqlarına

uyğunlaşdıraraq, kommersiya banklarına ciddi rəqabət təşkil

etdilər. 15 iyul 1993-cü ildən qəbul edilən Qanun buna qadağa

qoydu. 1993-cü ilin 25 iyun tarixində hiperinflyasiyanın ilk

tükənmə əlamətlərini üzə çıxardığı zaman ölkənin valyutası -

lit dövriyyəyə buraxıldı. Geniş milli müzakirələrdən sonra

Litva Hökuməti pul-kredit siyasətinin tam qızıl valyuta

təminatı mexanizmi ilə əvəz edilməsi haqqında qərar qəbul

etdi. Qanun 17 mart 1994-cü il tarixində qəbul edilmiş və 1

aprel 1994-cü ildə qüvvəyə minmişdir. Lit “lövbər valyutaya”

(ABŞ dolları, 2 fevral 2002-ci ildən sonar avro) bağlı idi.

Muxtar pul-kredit siyasətindən imtina Litva Bankının son

kreditor instansiya kimi funksiyasını ciddi şəkildə

məhdudlaşdırdı. Qismən bu səbəbdən Litva Bankı kommesiya

Page 113: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

113

banklarına nəzarət funksiyasını lazımi dərəcədə icra edə

bilmirdi. Başlanğıc dövrün digər vacib xüsusiyyəti Litvanın

Mərkəzi Bankının həmçinin kommersiya fəaliyyətinə

(vəsaitlərin toplanması və kommersiya bankı kimi borcların

təminatı) cəlb edildiyi model idi. Bu yeni şəraitdə mərkəzi

bankın əməliyyatlarında müharibədən qabaqkı ənənələrin

bərpa edilməsi cəhdi kimi qiymətləndirilə bilər. Çünki

müharibədən qabaqkı dövrdə Litvanın Mərkəzi Bankı həm

Mərkəzi Bankın,həm də kommersiya banklarının funksiyalarını

icra edirdi. Mərkəzi Bankın bu istiqamətdə fəaliyyəti Bankın

özünü və bütün Litva bank sistemini çıxılmaz vəziyyətə

gətirdi. 1992-ci ildə Litva Bankı kommersiya funksiyalarından

imtina edərək, onları Litvanın yeni təsis edilmiş dövlət

Kommersiya bankına ötürdü. Böhrandan qabaqkı dövrdə

kommersiya banklarının fəaliyyətinə bank əməliyyatlarının

hüquqi tənzimlənməsinin qüsurları böyük təsir göstərmişlər.

Kommersiya bankı üzrə 1992-ci ildə qəbul olunmuş nə birinci

Qanun (burada depozitin sığorta sistemi nəzərdə tutulurdu), nə

Kommersiya bankları üzrə 1994-ci ildə qəbul olunmuş ikinci

Qanun (yuxarıda göstərilən şərt çıxılmaqla) mümkün sui-

istifadə hallarının qarşısını ala bilmədilər.

1995-ci ilin axırı üçün Litva Bankı tərəfindən 27

kommersiya bankı qeydiyyata alınmışdır. Lakin onlardan

yalnız 12-si faktiki olaraq fəaliyyət göstərirdilər. Bu,

təcrübənin, səlahiyyətliliyin çatışmazlığı, planlı fəaliyyətin

olmaması ilə bağlı ola bilər. Bundan əlavə müvafiq bank

nəzarəti şəraitində əlverişsiz borcların böyük portfeli

toplanmışdır. İlkin mərhələdə krediti yayan banklar əmlak

Page 114: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

114

girovlarının və zəmanətlərinin şərtlərinin riayət edilməsini

tələb etmirdilər. Ölkədə kifayət qədər özəl mülkiyyət mövcud

idi. Banklara kredit alan və sonradan müflisləşən müəssisələr

tərəfindən ciddi zərər dəydi. (bu müəssisələr dövlətə məxsus

idi). Sonradan alınmış kreditlərin əksər hissəsi zəmanətsiz

verilmişdir. 1995-ci ilin dekabr ayı iki böyük kommersiya

bankının –JSC Lithuanian Stock Innovation Bank və JSC

LİTİMPEKS Bank – fəaliyyətinə moratoriumun elan edilməsi

zamanı daxili kommersiya banklarının fəaliyyətlərində

qarışıqlıqların, iğtişaşların ən yüksək dövrü hesab edilə bilər.

Bu banklarda idarə edilən bütün bankların aktivlərinin 17%-i

saxlanırdı. Böyük bankların süqutu bank sisteminin ümumi

böhranına çevrilməsə belə, Litvanın iqtisadiyyat və maliyyə

sisteminə ciddi zərər vurulmuşdur, həm ölkə daxilində, həm də

xaricdə olan banklara etibar xeyli sarsıldı. 1995-ci ildə bank

sistemində böhranın səbəbindən dövlət büdcəsinə 118,7 mln. lit

məvacib ödənilmədi. Bankların süqutu iqtisadi hüquqi şəxslərə

bilavasitə (30%) və dolayı (70%) təsir göstərdi. Əmanətçilərə

qarşı məsuliyyətin o zaman hələ hüquqi norma olmadığına görə

əhali böyük zərər çəkdi.

Litva Respublikasının 29 dekabr 1995-ci ildən olan

“Bank problemlərinə ünvanlanması üçün təcili tədbirlər

haqqında” Qərarı depozitlərin və müəssisələrin fondlarının

müdafiəsinə istiqamətlənmiş hüquqi fəaliyyətlərin sayəsində

həyata keçirilirdi. Mülki, Cinayət və İnzibati Məcəlləyə

müvafiq dəyişikliklər və əlavələr edilərək, bankların süqutunda

günahkar olan şəxslərin üzə çıxarılmasına və məhkəməyə cəlb

edlməsinə istiqamətlənirdi. Bankların süqutundan sonra

Page 115: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

115

maliyyə sektorunu tənzimləyən hüquqi çərçivələr sürətlə

genişlənirdi. Bank işinin hüquqi sistemi təkmillləşdi, müvafiq

hüquqi tədbirlərin qəbul edilməsində böyük irəliləyiş əldə

olundu. Litva Bankının bir qədər əvvəl qəbul edilmiş hüquqi

hərəkətləri bank sisteminin sabitliyinin təmin edilməsinə böyük

təsir göstərirdi. Lakin Litva Respublikasının qanunvericliyi

əvvəlki illərdə olduğu kimi tez-tez dəyişikliklərə uğrayırdı.

Onun həyata keçirilməsi üçün strukturların formalaşması

olduqca ləng idi. Bunu qismən inzibati qabiliyyətlərin

çatışmazlığı və müddətli strategiyaların olmaması ilə izah

oluna bilər.

Hakimiyyətin sonrakı hərəkətləri və hadisələr bank

sektorunun fasiləsiz öyrənilməsi prosesinin həyata

keçirilməsini sübut edirlər. Litva artıq o dövrdə USAID-dən

(Birləşmiş Ştatların beynəlxalq inkişaf üzrə Agentliyi) və

Avropa Şurasından (PHARE proqramına əsasən və onun

üzvləri olan dövlətlərlə ikitərəfli münasibətlər vasitəsilə)

texniki yardım alırdı. Litvanın maliyyə sektoruna təsir

haqqında xəbərə əsasən 15 milyon ABŞ dollarından artıq

məbləğ özündə lazımi müəssisələr və peşəkar menecerləri daxil

edən tənzimlənmiş, əlverişli ətraf maliyyə mühitinin

qurulmasında ölkəyə yardım etmək üçün hazırlanan

proqramlara sərf olundu.

2006-cı ildə Litvada on kommersiya, xarici bankların üç

bölməsi, üç nümayəndəliyi, Litvanın kredit birliyi və 58 birlik

fəaliyyət göstərirdi. 2005-ci ilin axırında Litvanın üç böyük

bankının (“Xanza bankas”, “Nord LB Lietuva”) əmlakı

Litvanın banklarının ümumi əmlakının 67%-ni təşkil edirdi.

Page 116: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

116

Bazarda ən çox bazar payını “Nordea bank” və “Sampo

Bankas” bankları artırdı. 2006-ci ildə Litva banklarının ümumi

mənfəəti 107,7 mln. dollar (cədvəl 1.3) təşkil etdi. Bu son illər

üçün ən böyük göstəricidir və bütün banklar gəlir gətirirdilər.

Fəaliyyətin ümumi həcmlərinin artımı əsas tərkib hissəsini

təşkil etdi. 1995-ci ildə Litvanın bank sektorunda xarici

kapitalın payı 13% təşkil edirdi, 2005-ci ildə o 87%-ə qədər

artdı. Bank sektorunda Skandinaviya kapitalı (İsveç SEB

“Vilnyaus bankas” bankına, “Svedbank” isə “Xanzabankasa”

nəzarət edir) üstünlük təşkil edir. Son zamanlarda Litva

bazarında alman kapitalı daha fəal iştirak edir, onun tərəfindən

böyüklüyünə görə üçüncü kənd təsərrüfatı bankı alınmışdır,

onun yeni adı Nord LB Lietuva idi. Litvada həmçinin

Finlandiya bankları “Sampo” və “Nordea” fəaliyyət göstərirlər.

Litvanın 2002-ci ildə Avropa Şurasına daxil olması Avropa

Şurasının üzvləri olan ölkələrin bankları üçün müstəqil şəkildə

Avropa qanunvericliyinə müvafiq olaraq bu ölkədə öz

fəaliyyətini həyata keçirmələri üçün şərait yaratdı. Bank

bazarında nəzərə çarpan dəyişikliklər baş vermədi və bu

Litvanın bank xidmətlərinin bazarında rəqabətin yüksək

səviyyəsi ilə izah oluna bilər. Rusiya kapitalının nəzarəti

altında olan, Litva bank bazarının liderlərindən biri “Snoras”

öz fəaliyyətini fəal şəkildə inkişaf etdirir. Bankın strategiyası

əhali üçün pərakəndə bank xidmətlərinin bazarda fəal işinə

istiqamətlənmişdir.

Litvada 2004-cü ilin əvvələrindən başlayaraq ipoteka

kreditləşməsi sektoru inkişaf edirdi. Buna əhalinin rifahının

artımı və kredit vəsaitlərinin nisbətən əlçatarlığı vasitəçilik

Page 117: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

117

törədirdi. 2005-ci ildə banklarda nağd pulun artıq olması aydın

hiss olunurdu, bu isə onların gəlirli investisiya edilməsi üzrə

daha fəal işin həyata keçirilməsini tələb edirdi. Litva

kommersiya bankları daha israrla xaricdə vəsaitləri invesitisiya

edirdilər (qiymətli kağızlara, səhmlərə) və vəsaitlərin artıqlığı

bankların əhalinin əmanətlərinin cəlb edilməsi tələbatını

azaldırdı. Buna görə də əmanətlər üzrə faiz dərəcələri daha da

aşağı düşdü. Litvanın Avropa Şurasına daxil olması ölkənin

bankları üçün xüsusən də Avropa Şurasının struktur və digər

fondlarının vəsaitlərinin hesabına reallaşan layihələr üçün əlavə

imkanlar açdı. Qüvvədə olan normativ hüquqi bazanın

şərtlərinə görə Litvalı iştirakçı əvvəlcə öz vəsaitlərini daxil

etməli və yalnız bundan sonra Avropa Şurasından vəsait

almalıdır. Bu banklar üçün müxtəlif maliyyə xidmətlərinin

reallaşması üzrə böyük imkanlar yaradır.

Litvanın Mərkəzi Bankının strukturu bankın sədrindən,

sədrin iki müavinindən və iki İdarə Heyətinin üzvündən ibarət

olan İdarə Heyətindən ibarətdir. Litva Bankının İdarə

Heyətinin sədri beş illik müddətə seçilir və onu ölkə

Prezidentinin təqdimatı əsasında Litvanın Seymi (ali

qanunverici orqan) təyin edir. İdarə Heyəti sədrinin müavini

və İdarə Heyətinin üzvləri İdarə Heyətinin sədrinin təqdimatı

ilə 9 illik müddətə təyin olunurlar. Litva Bankının

əməliyyatları 11 şöbə və altı avtonom bölmələrlə tənzimlənir.

Bankın şöbələri aşağıdakılardır:

iqtisadi şöbə;

kredit nəzarəti şöbəsi;

hesablaşma şöbəsi;

Page 118: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

118

bazar əməliyyatları şöbəsi;

beynəlxalq münasibətlər şöbəsi;

məlumat (informasiya) texnologiyaları şöbəsi;

xəzinə;

ödəniş sistemləri şöbəsi;

statistika şöbəsi;

təhlükəsizlik şöbəsi;

məişət xidməti şöbəsi.

Bankın avtonom bölmələri isə bunlardır:

hüquq;

daxili audit;

sədrin aparatı;

inzibati-təsərrüfat quruluşu və kadrlar;

ictimaiyyətlə əlaqələr;

antiböhran idarəçiliyi.

Litva Bankı onun lisenziyalarına malik olan banklara və

digər kredit təşkilatlara nəzarət orqanıdır. Litva Bankı Avropa

Mərkəzi Bankları Sisteminin üzvüdür. Litva Bankının hüquqi

statusu və funksiyaları Litva Respublikasının “Litva Bankı

haqqında” Qanunu ilə təyin olunmuşlar.

Litva Bankının funksiyalarına aşağıdakılar daxildir:

- Litva valyutasının emissiyası;

- Pul siyasətinin formalaşması və həyata keçirilməsi;

- Rəsmi kursun təyin olunması və onun digər valyutalara

münasibətlərinin tənzimlənməsi;

- Litvanın Mərkəzi Bankında yerləşən xarici resursların

istifadəsi;

Page 119: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

119

- Dövlət xəzinəsinin agenti funksiyasının icrası;

- Litvanın kredit təşkilatlarına lisenziyaların verilməsi və

geri alınması;

-Xarici dövlətlərin kredit təşkilatlarının

nümayəndəliklərinin açılması və orada əməliyyatların

aparılması üçün icazənin verilməsi, geri alınması, onların

fəaliyyətinə nəzarət;

- Maliyyə hesabatlılığının, hesablaşmaların

prinsiplərinin və prosedurlarının formalaşdırılması;

- valyuta, bank statistikasının toplanması;

- ödəniş əməliyyatlarının sabit və effektiv dövriyyəsinin,

bank sistemlərinin təhlükəsizliyinin dəstəyi.

Ölkənin iki səviyyəli bank sistemi dövlətə məxsus olan

Litvanın Mərkəzi Bankından və 20-dən artıq kommersiya və

xüsusiləşmiş banklardan ibarətdir. Mərkəzi Bank üç böyük

banka arxalanır:

Əmanət Bankı

Dövlət Kommersiya

Kənd Təsərrüfatı Bankları

Banklar haqqında I-ci qanun 1994-cü ildə qəbul

olunmuşdur. 1996-cı və 1997-ci ildə ona daha yüksək

kapitallaşmanın və sabitliyin təmin edilməsi üçün düzəlişlər

əlavə edilmişdir. 1988-ci ilin bank islahatı özündə aktivləri

Əmanət Bankına ötürülən Dövlət Kommersiya Bankının

ləğvini və Kənd Təsərrüfatı Bankının özəlləşməsini ehtiva

edirdi. Dövlət səhm paketlərinin bir hissəsinin strateji

investorlara verilməsindən sonra dövlətin Kommersiya Bank

Sektorunda səhmlərinin payı 35 % qədər azalmağa başladı.

Page 120: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

120

Litva Bankı Avropa Mərkəzi Banklar sisteminin üzvüdür

və bank tənzimlənməsi sahəsində qərarların yarısı Avropa

Mərkəzi Bankının səviyyəsində qəbul olunur. Avropa Mərkəzi

Bankının Baş Şurası həmçinin avro zonasına daxil olmayan

Avropa Şurasının üzvlərinin valyutalarının kurslarının təsbiti

(fiksasiyası) üçün lazımi tədbirlər barədə tövsiyələr verir. Baş

Şura həmçinin Avropa Şurası ölkələrinin pul-kredit siyasətinin

bir-birinə yaxın olmasına görə cavabdehlik daşıyır. 2002-ci

ildən Respublikanın valyutası avroya bağlıdır (bundan əvvəl o

ABŞ dollarına bağlı idi). 2006-cı ilin dekabrında Avropa

Komissiyası avronun Litvada, Latviyada və Estoniyada

yeridilməsinin ən azı 2010-cü ilə qədər bu dövlətlərdə yüksək

inflyasiya səbəbindən təxirə salınması haqqında qərar qəbul

etdi. Bank sektorunun məcmu kapitalında xarici kapitalın payı

hal-hazırda 90%-ə yaxınlaşır. Bank əməliyyatlarının

aparılmasına lisenziyaya doqquz kommersiya bankı, dörd

xarici bankın filialı, dörd xarici bankın nümyəndəlikləri, 66

kredit ittifaqları malikdirlər. Avropa Şurasının 124 bankının

filialları və bölmələri açılmadan Litva Respublikasında trans

sərhəd bank xidmətlərini göstərirlər. 2007-ci ildə

kreditləşmənin inkişafından sonra (9 ay ərzində 31,2%), 2008-

ci ildə artım ləngiməyə başladı və 9 ay ərzində 2,7 milyard lit

məbləğində ixtisarlaşdı. III rübdə kreditləşmə 3,1 milyard artdı.

Bu hələ də 2007-ci ilin analoji dövründəkindən 2,1 milyard lit

az idi. Əsasən lənğimə fiziki şəxslərə verilən istehlak

kreditlərinin hesabına həyata keçirilirdi. Bununla belə

kreditlərin keyfiyyət səviyyəsi aşağı düşür. III rübdə fiziki

şəxslərə yaşayış kreditlərinin portfelində ümidsiz kreditlərin

Page 121: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

121

payı 0,29 % artdı və 1 oktyabr 2008-ci il üçün 1,76% təşkil

etdi, istehlak kreditlərinin portfelində isə 0,67 punkta artır (3,7

%-ə qədər). 60 gün və daha artıq müddətə gecikdirilmiş

kreditlərin payı 0,42 punkt artaraq, istehlak portfelinin 1,72%-

ni təşkil etdi. Litva Bankının analitik hesabatında qeyd

olunduğu kimi, hələ ki, maliyyə böhranı bankların likvidliyinə

böyük təsir göstərməmişdi. Onun 1 oktyabr 2008-ci il üçün

göstəricisi 37,6 % təşkil etdi ki, bu da Mərkəzi Bankın təyin

etdiyi minimumdan artıq idi. Likvidliyin möhkəmləndirilməsi

üçün Mərkəzi Bank görünməmiş tədbirlərə əl atdı və 2008-ci

ilin noyabr ayının əvvəlində rezerv kapitalının normasını 6%-

dən 4%-ə endirdi. Bu enmə banklara 1 milyard lit miqdarında

məbləği azad etməyə imkan verdi. Mənfəətin və borcların

hesabına kapitalın kifayətliliyinin əmsalı və 12% normadan

0,8% artdı və 12,8% təşkil etdi. Məsələn, 2008-ci ilin noyabr

ayının əvvəlində Litvanın üç böyük bankından biri – DND

Nord mənfəətinin 90 %-ni bank kapitalına daxil etdi və

bununla da əmsalı 11,58 %-ə qədər yüksəldi. Ölkənin bank

sisteminin zəifliyi, bütün Baltik banklarında olduğu kimi onun

xarici banklara məxsus olmasında idi.

Page 122: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

122

2.3.ESTONĠYA RESPUBLĠKASININ BANK SĠSTEMĠ

Estoniya Respublikası Şimali Avropanın Baltik

regionunda yerləşir. Estoniya Respublikasının

Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə

isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi

Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır.

Estoniya 2004-cü ildə isə Avropa Şurasına tam hüquqlu üzv

kimi qəbul olundu və 1991-ci ildə tam müstəqillik əldə etdi.

Əhalisinin sayı 1,4 mln olan ölkə orta hesabla ildə 96 milyard

kron səviyyəsində ÜDM yaranmasını təmin edir. İxracın həcmi

təxminən 57 milyard kron, idxalın həcmi isə təxminən 80

milyard kron təşkil etdi. Adambaşına düşən ÜDM təxminən

7500 dollara çatmışdır. Ölkədə işsizliyin səviyyəsi yüksək idi,

belə ki, inflyasiya həddi 10%-ə çatmışdı və bu yüksək

göstərici idi. 1991-ci ildə müstəqillik əldə edən Latviyanın

bank sistemi planlı-prinsiplər əsasında quruldu. Litva bank

sferasında tənzimlənmə mexanizmi olduqca zəifləmişdi, vahid

nəzarət sistemi mövcud deyildi. Bank sferasında bəzi bankların

zəifləməsi nəticəsində bir çox yeni bankların yaranmasına

səbəb oldu. 1993-cü ildə bankların ümumi sayı 61-ə çatmışdı.

1995-ci ildən başlayaraq bank sektorunun tədricən

konsolidasiyası həyata keçirilməyə başlanıldı, alman və şimali-

avropa bankları Latviyanın maliyyə bazarında öz fəaliyyətinə

başladılar. Hazırkı dövr üçün 18 illik sürətli artımdan sonra

Latviyada inkişaf etmiş Avropa maliyyə bazarlarına məxsus

olan bütün institutlar formalaşmışdı. Kredit təşkilatlarının

ümumi sayı 21-ə qədər ixtisarlaşdı və xarici bankların yalnız

Page 123: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

123

üç filialı fəaliyyəti göstərdi. Estoniyanın ərazisi 45,226 kvadrat

kilometr, əhalisi isə 1,34 milyon nəfərdir. Estoniya mülayim

iqlimə malik olan bir ölkədir. Estonlar fin qrupuna daxil olan

xalqdır. Estoniyanın rəsmi dili eston dilidir, bu dil fin dilinə

çox yaxındır. Estoniya 20 avqust 1991-ci il tarixində öz

müstəqilliyini bərpa etmişdir. Estoniya demokratik parlament

respublikası olub, inzibati cəhətdən 15 maakonda (regiona)

bölünür. Estoniya Respublikası 29 mart 2004-cü il

tarixindən NATO, 1 may 2004-cü il tarixindən isə Avropa

İttifaqının üzvüdür. Keçmiş SSRİ respublikaları arasında

Estoniya ən yüksək adambaşına düşən Ümumi Daxili Məhsula

(ÜDM) malik ölkədir. BMT Estoniyanı artıq bir neçə il

əvvəldən yüksək səviyyəli insan inkişafı indeksinə malik

olduğuna görə İnkişaf Etmiş Ölkələr (İEÖ) qrupuna daxil edib.

Estoniyanın bank sistemi Estoniya Bankından və sayı illər

keçdikcə azalan kommersiya banklarının şəbəkəsindən

ibarətdir. Buna səbəb bankların birləşməsi və təmərküzləşməsi,

həmçinin onların lisenziyalardan məhrum edilməsidir.

Estoniyanın Mərkəzi Bankının yaranması 1919-cu ildə

Müvəqqəti Hökümətin Bankın Nizamnaməsini təsdiq etdiyi

və xəzinədən bankın hesablaşma hesabına 10 milyon marka

keçirdiyi dövrə təsadüf edir. Estoniyada ilk banknotlar 1921-ci

ildə dövriyyəyə buraxılmışdır. 1940-cı ildə bank SSRİ Dövlət

Bankının Respublika İdarəsinə çevrilmişdir. Kronlarda pul

yatırımları 1 kronun real alıcılıq qabiliyyətinin 8,1 rubl olduğu

təqdirdə, 1 kron 1,25 rubl məzənnəsi ilə sovet rubllarına

dəyişdirildi. Bank 1941-ci ildən 1944-cü ilə qədər işğalçı

hökümətinin nəzarəti altında idi. 1944-cü ildən 1990-cı ilə

Page 124: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

124

qədər isə yenidən SSRİ Dövlət Bankının Respublika İdarəsi

kimi fəaliyyət göstərirməyə başladı. 28 dekabr 1989-cu ildə

“Estoniya Respublikasının Bankı haqqında Qanun“ qəbul

olunmuşdur. 12 aprel 1990-cı ildə Estoniya Respublikasının

Ali Şurası Milli Valyutaya keçidin 24 dekabr 1991-ci ildə

həyata keçiriləcəyi haqqında qərar qəbul etdi. 19 dekabr 1991-

ci ildə isə Estoniya Respublikasının Ali Şurası Estoniya

Bankının 1919-cu ildə təsis olunmuş Estoniya Bankının hüquqi

varisi kimi yenidən bərpa ediləcəyini elan etdi. 1993-cü ilin 6

dekabr tarixində Estoniya Bankı və beş kommersiya bankı

SWIFT beynəlxalq bank sisteminə qoşuldular. 31 dekabr 1998-

ci ildə avronun emissiyası ilə əlaqədar olaraq, Estoniya

kronasının təyin edilmiş mübadilə kursu 1 EUR = 15,6466

EEK oldu. 21 yanvar 2002-ci il tarixində Estoniya Bankı

beynəlxalq tələblərə uyğun olaraq, banklararası

hesablaşmaların yeni sisteminə keçid aldı. 2004-cü ilin 1 may

tarixində Estoniya Bankı Avropanın Mərkəzi Banklar

Sisteminin üzvü və Avropa Mərkəzi Bankının səhmdarlarından

biri oldu və onun funksiyaları aşağıdakılardır:

- valyuta siyasətinin müstəqilliyinin təmin

edilməsi;

- pul-kredit və maliyyə sabitliyinin dəstəklənməsi;

- ümumi və vahid valyuta siyasətinin inkişafı;

- Estoniyada nağd pulların istifadəsi.

2008-ci ilin ortaları üçün Estoniyanın bank aktivlərinin

təxminən 85%-inə iki İsveç bankları “Svedbank” (Estoniyada

“Xansabank” ona məxsusdur) və SEB–bankları tərəfindən

nəzarət olunurdu. Estoniyada yerli kommersiya bankları və

Page 125: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

125

xarici bankların yerli nümayəndəlikləri fəaliyyət göstərməyə

başladı. Estoniya kommersiya banklarının əvvəlki illərin

bölünməmiş mənfəəti 2007-ci ilin dekabr ayının sonuna 3,5

milyard kron (224 mln. avro), ümumi bank rezervi 640,7

milyon kron (41 mln. avro) təşkil etdi. Estoniyada altı yerli

kommersiya bankı, üç xarici bankın filialı və xarici bankların

alt rəsmi nümyəndəlikləri fəaliyyət göstərirdilər.

Estoniyanın kommersiya bankları:

“Xansabank”

“Svedbank”

“İsveç Bankına” məxsus maliyyə qrupudur.

Estoniyada mərhələli şəkildə bankların adlarının

dəyişdirilməsi prosesi getdi. 2009-cu ilin 3-cü rübü üçün vahid

“Svedbank” brendi bütün Baltik ölkələrində istifadə

edilmişdir; SEB; “Sampobank”; Marfin Pank; Kredipank;

Aripank; BIG universal bank deyildir, yalnız istehlak

kreditlərinin verilməsində və müddətli əmanətlərdə

ixtisaslaşır. Estoniyada xarici bankların filialları: Parex Bank

Eesti Filial; UniCredit Bank Eesti filial; Allied Irish Banks,

P.l.C. Eesti filial; DnB Nord A/S Eesti filial; Nordea Bank

Finland PLC Eesti filial; Scania Finans AB Eesti filiaal;

Siemens Financial Services AB Eesti filial; Svenska

Handelsbanken AB Eesti filial; “Svedbank” (Swedbank).

“Svedbank” Baltika, Rusiya, Ukrayna ölkələrinin

ərazisində fəaliyyət göstərir. Bankın səhmləri Stolkholmda

OMX Nordic Exchange fond birjasının yüksək kapitallaşması

olan şirkətlərin sektorunda lizinqinə daxil edilmişlər (Large

Cap segment). “Svedbank”-ın mərkəzi ofisi Stolkholmda

Page 126: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

126

yerləşir. “Svedbank” 1820-ci ildə Hoteburqda İsveçin ilk

əmanət bankı kimi təsis olunmuşdur. 1991-ci ildə 12 regional

kənd təsərrüfatı korporativ banklarının birləşməsi yolu ilə

Foreningsbanken formalaşdırılmışdır. 1992-ci ildə 11 regional

əməliyyat banklarının birləşməsinin nəticəsində Sparbanken

Sverige formalaşmışdır. 1997-ci ildə Sparbanken Sverige və

Foreningsbanken birləşməsi nəticəsində Forenings Sparabaken

yaradılmışdır. 2005-ci ildə Swedbank Hansabank bankının

səhmlərinin 100%-ni əldə etdi. 2006-cı ildə səhmdarların

ümumi illik iclasında bankın adının dəyişdirilməsi haqqında

qərar qəbul olundu və bank “Swedbank” adlandırılıdı.

“Svedbank” bankına altı ölkədə 913 filial məxsusdur: İsveç -

436; Estoniya -87; Latviya-74; Litva-123; Rusiya -3; Ukrayna-

190. İsveç, Litva, Latviya və Estoniya “Svedbank” tərəfindən

əsas bazar kimi, Rusiya və Ukrayna isə perspektiv bazar kimi

nəzərdən keçirilirdi. Rusiyada fəaliyyət 2002-ci ildə

başlanmışdır. 2004-cü ildə Moskvada “Kvets-bank” alınmışdır.

Ukraynada fəaliyyət 2007-ci ildə “Tac-Kommersbank”

(“ТАС”) bankının alınması yolu ilə başlanmışdır.

“Svedbank”-ın 30 iyun 2008-ci il üçün əsas göstəriciləri

aşağıdakı kimi olmuşdur:

Bankın aktivləri: -1671 milyard SEK (İsveç kronu)

Əməliyyat mənfəəti: -6504 milyon SEK (yanvar-iyun 2008)

İstehlak kreditləri: - 1169 milyard SEK

İdarə olunan fondların aktivləri : - 394 milyard SEK

Kapitalın rentabelliyi: - 18,7%

“Xansabank” (Hansabank) “Svedbank” bankının Baltik

ölkələrinin bazarlarında fəaliyyət göstərən törəmə maliyyə

Page 127: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

127

qrupudur. “Xansabank” dövriyyəsi ildə 6 milyard avro təşkil

edir. Hal-hazırda mərhələli şəkildə adların dəyişdirilməsi

prosesi gedir. 2009-cu ilin payızından vahid “Svedbank”

brendi bütün Baltik ölkələrində istifadə edilir. Qrupun

tərkibi: ”Xansabank” ASC (Hansabank LTD), Rusiya;

Hansabank AS, Estoniya; AS Hansabanka, Latviya; AB

Hansabankas, Litva; “Xansa Lizinq” ASC (Hansa Leasing

Ltd); “Xansa Lizinq Kalininqrad” ASC (Hansa Leazing

Kalininqrad LTD) Rusiya; AS Hansa Leazing Russia; Hansa

Liizing Eesti AS, Estoniya. Skandinaviska Enskilda Banken

1972-ci ildə Stockholms Enskilda Bank (1856-cı ildə təsis

olunmuşdur) və Skandinaviska Banken (1864-cı ildə təsis

olunmuşdur) birləşməsi nəticəsinə yaranmışdır. Bank

Skandinaviya ölkələrindən savayı Polşada, Ukraynada və

Baltik ölkələrində fəaliyyət göstərirdi. “The Banker”

məlumatına görə SEB 2005-ci ilin əvvəlinə 6,7 milyard dollar

kapitalı ilə və 240,6 milyard dollar aktivləri ilə dünyanın böyük

banklarının siyahısında 86-cı yeri tuturdu və İsveçdə

aktivlərinə görə üçüncü, kapitalına görə ikinci bank idi. 2005-

ci il üçün mənfəət 34,2 milyard İsveç kronu təşkil etdi. İşçi

heyətinin sayı isə 20000 nəfərdən artıq idi. 2006-cı ilin fevral

ayının əvvəlində SEB bankı Rusiya “Petroenerqobank”

(Sankt-Peterburq) bankını almışdır. Bankın işçi heyəti 14

ölkədə 2600 nəfərə çatırdı. 2005- ci ildə bu bank Latviyada

birinci olaraq Amerikan Express kartlarını emissiya etdi. Banka

İsveçdə Anlage und Privat Bank (AP) və Litvada (Parex

Banka) törəmə şirkətlər məxsus idi. 2008-ci ilin 8 noyabr

tarixində bank Latviya höküməti ilə milliləşdirildi və 2 lat

Page 128: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

128

dəyərində dövlət bankının səhmlərinin 51%-ni əldə etdi.

Milliləşdirilmə müasir qlobal maliyyə böhranı dövründə

müflisləşmənin qarşısının alınması üşün həyata keçirilmişdir.

Page 129: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

129

III FƏSĠL. ĠSVEÇRƏNĠN BANK SĠSTEMĠ

3.1.ĠSVEÇRƏNĠN BANK SĠSTEMĠNĠN

TƏġKĠLATĠ QURULUġU

Bank əmanətinin sirri – İsveçrə bankirlərinin qürur

mənbəyidir və o, dövlət sirri səviyyəsində qorunur. Bank

əmanətləri ilə bağlı sirlərin üçüncü şəxsə verilməsi qanunla yol

verilməzdir və buna heç bir halda icazə verilmir. Yaxın

zamanlara qədər hətta bank sirrinin mövcudluğunun özü belə

sirr idi. İsveçrə bank sistemi əmanətlərin mənbəyini yoxlamaq

üçün lazımı hüquqi alətlərə malikdir. İsveçrə qanunvericiliyi

isə ciddi cəhdlə çirkli pulların burada yuyulmasının qarşısını

alır. Loyal qanunlar və stabillik sayəsində İsveçrə bankları

dünyanın ən etibarlı bankları statusuna malikdirlər. İsveçrə

banklarında ölkənin rezidenti olan istənilən bir şəxs hesab aça

bilərlər. Bütün banklar demək olar ki, müştərilərə eyni

xidmətlər paketini təqdim edirlər. Bu paket isə kifayət qədər

böyükdür. Bank xidmətləri iş zamanı şöbələrdə, həmçinin

telefon və internet şəbəkəsi vasitəsi ilə gün ərzində fasiləsiz

olaraq həyata keçirilir. İsveçrə - banklar ölkəsidir. Burada hər

1,5 min nəfərə bir bank strukturu düşür. Ölkədə bundan əlavə

dünyanın ən nəhəng banklarının 140 filialı fəaliyyət göstərir.

İsveçrənin bank sistemi özündə 500-dən artıq bank təşkilatını

əhatə edir. Bütün İsveçrə bankları ənənəvi olaraq üç

Page 130: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

130

kateqoriyaya bölünür. Birinci kateqoriyaya ölkənin üç ən

nəhəng bankı daxildir:

Union bank of Switzerland

Swiss bank corporation

Swiss credit bank.

Kantonal, yerli və əmanət bankları ikinci kateqoriyaya

daxildir və əsasən bu banklar öz regionlarındankı yerli

əmanətçilər ilə işləyir və adi bank əməliyyatları və kreditləşmə

üzrə ixtisaslaşırlar. Üçüncü kateqoriya isə özəl banklar adlanan

qrupdan ibarətdir. Onların əsas fəaliyyət növünü investisiya

portfellərinin idarəetməsi təşkil edir. . İsveçrə Milli Bankı

(İMB) ölkənin Mərkəzi Bankı kimi fəaliyyət göstərir. İsveçrə

Milli Bankının səhmlərinin 55 faizi kanton və kanton bankları

kimi dövlət qurumları tərəfindən alınırdı. Səhmlərin fond

birjasında qalan hissəsi isə əsasən özəl sahibkarlar tərəfindən

alınmışdır. İsveçrə Konfederasiyası səhm paketina sahib deyil.

Bankın xronoloji tarixi aşağıdakı kimidir:

1905 -İMB haqqında Qanunun qüvvəyə minməsi;

1907-İMB-nin fəaliyyətə başlaması;

1909-İMB qısa-müddətli öhdəliklərlə depozit cəlb

etməyə başlayır;

1910 - Pul çapına səlahiyyətli tək orqan olur;

Page 131: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

131

1926 - İsveçrənin üzvü olduğu və pul vahidlərinin

İsveçrədə istifadə olunduğu Latın Monetar

İttifaqının fəaliyyətinə xitam verilir;

1934 - İsveçrə Klirinq Ofisinin açılması;

1945 - İMB-nin pul çapı səlahiyyətləri ilə bağlı

qanunun yenilənməsi;

1950 - İsveçrənin daxil olduğu Avropa Ödənişləri

Birliyi haqqında Anlaşma;

1960-İsveçrənin daxil olduğu Avropa Azad

Ticarət Assosisiyasının yaranması;

1975 - İMB tərəfindən kredit limitinin tam aradan

qaldırılması;

1987- İsveçrə Banklarası Klirinq adlanan elektron

ödəniş sisteminin fəaliyyətə başlaması;

1989- Avropa Valyuta Korporasiyası Fondu İMB-

yə Avropa Valyuta Vahidinin “digər sahibi”

statusunu təqdim etmişdir.

Bank Konstitusiya və qanun vasitəsilə ölkənin

maraqlarına uyğun olaraq iş aparır. Bankın fəaliyyət

məqsədləri aşağıdakılardır:

Ölkənin monetar siyasətinin həyata keçirilməsi;

Qiymətlərin sabitliyinin təmin edilməsi;

Nağd pul dövriyyəsinin təşkili;

Pul bazarının likvidliyinin təmin edilməsi;

Nağdsız pul köçürmələrinin təşkili;

Beynəlxalq ehtiyatların idarə edilməsi;

Maliyyə sisteminin sabitləşdirlməsi;

Page 132: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

132

Beynəlxalq əməkdaşlıqda iştirak və texniki yardımın

göstərilməsi.

İsveçrə Milli Bankının iki baş ofisi mövcuddur.

Bunlardan biri Bern və digəri Surix şəhərlərində yerləşir.

Bundan əlavə Cenevrədə nağd pulun dövriyyəsini təmin edən

nümayəndəliyi və regionlarda beş təmsilçi ərazi idarəsi

mövcuddur. Həmçinin Bankın kantonlar üzrə 16 agentliyi

mövcuddur. Bankın baş idarəetmə orqanı İdarə Heyətidir.

İdarə Heyətinin funksiyaları – monetar siyasət, sərmayə

qoyuluşu strategiyası və monetar siyasət sahəsində beynəlxalq

əməkdaşlıqdan ibarətdir. İdarə Heyəti 3 daimi üzv və 3

nümayəndədən ibarətdir. Onlar dövlətin Federal Şurası

tərəfindən Bank Şurasının tövsiyəsi əsasında seçilirlər.

Bankın Baş Şurası nəzarət funksiyalarını həyata keçirir. Şura

11 üzvdən ibarətdir: 6 üzv Şuranın Prezidenti və vitse-

prezidenti daxil olmaqla Federal Şura tərəfindən seçilir. Digər

5 üzvü səhmdarların yığıncağında təyin olunurlar. Bankın

Şurasında 5 komitə fəaliyyət göstərir. İsveçrə səmərəli və sabit

beynəlxalq monetar sistemdən faydalanır. İsveçrə Milli Bankı

müxtəlif beynəlxalq institut, təşkilat və qruplarda təmsil

olunmaqla beynəlxalq monetar səviyyədə əməkdaşlıq edir və

eyni zamanda Beynəlxalq Hesablaşmalar Bankının üzvüdür.

Bundan əlavə, İsveçrə Milli Bankı Federal departamentlə

birlikdə Beynəlxalq Valyuta Fondunda və Böyük Onluqda

İsveçrəni təmsil edir. İsveçrənin Milli Bankının beynəlxalq

əməkdaşlığında texniki yardım sahəsi mühüm yer tutur. Bankın

bu sahədə, xüsusilə monetar siyasət, nağd əməliyyatlar və ya

ehtiyatların idarə edilməsi üzrə spesifik bacarıq və təcrübəsi

Page 133: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

133

vardır. Texniki yardımların köməyi ilə, İsveçrə Milli Bankı

digər ölkələrin Mərkəzi Banklarına treyninq və seminarlar

təşkil edir. Tarixən belə alınıb ki, İsveçrə dünyada baş verən

bir çox hadisələrə neytral mövqe sərgiləyib və yüz illər ərzində

öz neytrallığını qoruyub saxlamağı bacarıb. Ona görə də bu

ölkə öz iqtisadiyyatını qoruyub saxlaya bilmiş və yüksək

səviyyədə inkişaf etdirməyə müvəffəq olmuşdur. Bu gün

İsveçrə planetin ən varlı ölkələrindən biri və əhəmiyyətli

maliyyə mərkəzidir. İsveçrənin valyutası olan İsveçrə frankı

yüz illər ərzində ən güvənli və stabil valyutalardan biri

olmuşdur, məhz ona görə ki, İsveçrə frankı funt sterlinq və

ABŞ dolları ilə çiyin-çiyinə Birinci dünya müharibəsindən

sonra 1922-ci ildə keçirilən Genuya konfransında əsas

devizlərdən biri kimi seçilmişdir. Baxmayaraq ki, bu gün

İsveçrə frankının məzənnəsi hardasa avro və dolların

kursundan asılıdır, amma o, yenə də onlara nisbətdə müəyyən

neytrallığını qoruyub saxlaya bilir. Bu İsveçrənin digər Avropa

ölkələri ilə münasibətdə sahib olduğu geopolitoloji və iqtisadi

mövqe ilə bağlıdır.

3.2. ĠSVEÇRƏNĠN TARĠXĠ ĠNKĠġAFI

Avropanın mərkəzində yerləşən İsveçrə, 1848-ci ildə

müstəqil federasiya kimi formalaşıb, həmin dövrə qədər isə

konfederasiya olumuşdur. 1848-ci ildən bəri İsveçrə heç bir

müharibəyə cəlb olunmayıb və artıq iki əsrdir ki, İsveçrə

müstəqil ölkədir. Siyası quruluş birbaşa demokratiyadır, əgər

Page 134: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

134

qısaca izah etsək, bu o deməkdir ki, İsveçrə xalqı istənilən

siyasi qərarların həlli ilə bağlı səsvermədə iştirak edir.

Həmçinin İsveçrədə möhkəm və etibarlı hüquq sistemi

mövcuddur. İsveçrə demək, keyfiyyət deməkdir. Sadəcə

private bankingdə deyil, İsveçrənin istehsal etdiyi məhsul -

dünya səviyyəli saatlardan başlamış, öz sinfinin ən

keyfiyyətlisi hesab olunan dərmanlara və tibbi ləvazimatlara

qədər, həmçinin xidmət sektorunda bu keyfiyyət özünü büruzə

verməkdədir. İsveçrə iqtisadiyyatı dünyada ən stabillərdən biri

hesab olunur, xüsusən də 2008-ci il maliyyə böhranından

sonra, İsveçrə ümumdünya böhranının mənfi təsirlərinə qarşı

dözümlü olduğunu sübut edib. Bu son illərdə özünü daha aydın

büruzə verir, belə ki İsveçrə ili büdcə profisiti ilə başa vurmağa

müəssər olmuşdur, ona görə də ölkənin dövlət borcu dünyada

ən aşağı göstəricilərdən birini əks etdirir və eyni zamanda

ölkənin milli valyutası İsveçrə Frankı, digər beynəlxalq

valyutalar ilə müqayisədə dəfələrlə daha möhkəmdir (İsveçrə

nə Avropa birliyinin və nə Avro Zonanın üzvü deyil). The

Global Competitiveness Report 2013-2014-cü il reportuna

əsasən İsveçrə artıq dördüncü dəfədir ki, bütün ölkələr arasında

ən rəqabətə davamlı ölkə seçilir. Yuxarıda qeyd edilənlər

İsveçrəni böhranları yola salmaq üçün ideal məkana çevirir.

İsçveçrənin bank aləmi çox rəngarəngdir. Burada əhali ilə

işləyən adi pərakəndə banklar, həmçinin şirkətlər ilə işləyən

korporativ banklarda da vardır, hər iki qrupda həm yerli, həm

də iri beynəlxalq bankların təmsilçiləri fəaliyyət göstərir.

Bundan əlavə, İsveçrədə zəngin şəxslər üçün aktivlərin etibarı

əsasında idarə edilməsi xidməti göstərən şəxsi bankar da vardır

Page 135: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

135

ki, onları da bir neçə qrupa bölmək olar. Birinci kateqoriya - iri

beynəlxalq bankların prayvit bank bölmələridir: Credit Suisse

(Clariden), UBS (Union de Banques Suisses), BNP-Paribas,

ING. Varlı fərdi müştəri üçün onlar bəlkə də ən yaxşı seçim

deyil. Bu bankların səhmləri birjada dövriyyədədir və onlar öz

səhmdarlarına daha çox gəlir qazandıqlarını göstərməkdə

maraqlıdır, ona görə də öz maliyyə alətlərinin satışını artırmağa

çalışırlar. Bank müştərilərinə ilk növbədə öz investisiya

fondundan pay ayırır, halbuki bazarda daha effektiv işləyən

analoji fondlar da vardır. Buna baxmayaraq, beynəlxalq

bankları, kapitalı nisbətən kiçik olan yəni 1 milyon dollara

qədər olan investorlara rahatlıqla tövsiyə etmək olar. Credit

Suisse və UBS vasitəsi ilə fərdi müştərilər vəsaitlərini minimal

həcmdə investisiya fonduna qoya və ya öz investisiya portfelini

yarada bilərlər. Bir vaxtlar bu xidmətlər həqiqi şəxsi İsveçrə

banklarının çoxmilyonlu müştərilərə təqdim etdiyi əsas

imtiyazlardan biri idi. İkinci kateqoriya - ənənəvi maliyyə

evləri: Pictet&Cie, Wegelin&Co, Mirabaud&Co və başqaları.

Georges-Favon bulvarında yerləşən Pictet&Cie-nin baş ofisi

bank binasından daha çox dəbdəbəli oteli xatırlardır. Bu beş

mərtəbəli imarət çox təmtəraqla bəzədilib. Divarlarda bahalı,

gözəl çərçivəli rəsm əsərlərini, rəflərdə isə Büffonun "Təbii

tarix" əsərinin antikvar cildlərini görmək olar. Onlar əsası

1805-ci ildə qoyulmuş bankla demək olar ki həmyaşıddırlar.

Belə banklar artıq 150 ildən çoxdur ki, fəaliyyət göstərir və ailə

biznesi kimi idarə olunur. Hüquqi cəhətdan ailə üzvləri tam

tərəfdaş hesab olunur. Bu o deməkdir ki, idarəedicilər sizin

vəsaitinizə görə öz ailəvi mülkləri ilə məsuliyyət daşıyırlar.

Page 136: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

136

«Bu ən yaxşı keyfiyyət zəmanətidir. Şəxsi məsuliyyət

dərəcəsinin yüksək olması həlledici rol oynayr. Bu gün İvan

Pikte və onun tərəfdaşlarının idarəsi altında 185 milyard

dollardan çox vəsait vardır. Onların yarısı şəxsi investorların

vəsaitidir. Digər hissəsi beynəlxalq pensiya fondları və siğorta

şirkətləri tərəfindən ona etibar edilmiş vəsaitlərdir. Şəxsi

banklar nəsildən-nəsilə ötürülən ailə biznesinin idarəedilməsi

üçün yaxşı seçimdir. Banklar mülkün ailə üzvləri arasında

bölüşdürülməsinə kömək edir, vergiləri azaldır və mirası

təsdiqləyir. Zəngin müştərilər üçün belə banklar əlverişlidir.

Amma belə münasibətlər sözün həqiqi mənasıda çox bahalıdır.

Pictet bankında standanrt hesabın həcmi 8 milyon dollar dolları

üstələyir, yüksək komissiyalar və aktivlərin idarə edilməsi

nəticədə kapitalın artımına deyil, hətta azalmasına gətirib

çıxara bilər. Burada həm inflyasiyanı, həm də valyuta kursunun

dəyişməsini nəzərə almaq lazımdır. Bundan əlavə, ailə bankları

yeni müştərilərin cəlb edilməsində olduqca ehtiyatlı davranır.

Üçüncü kateqoriya - 20-ci əsrin ikinci yarısında meydana gələn

yeni şəxsi banklardır. Özlərinin "böyük qardaşlarından" fərqli

olaraq, onlar elə də konservativ deyillər və investisiyaların

daha çox gəlirliliyinə yönəliblər. Onlar aktivlərin idarəedilməsi

üzrə klsassik kompaniyaları xatırladırlar: özlərində müştəri ilə

ünsiyyətdə isveçrə tərzini, aqressiv kapital idarəetməsində isə

ingilis-amerikan tərzini birləşdirir. Məhz bu fəlsəfə üzərində

bir nəsil maliyyə institutları yetişib, onlardan Syz & Co və ya

UBP-ni (Union Bancaire Privee) qeyd etmək olar. Həmçinin

1890-cı ildə yaranmış, Julius Baer bankını da bu qrupa aid

etmək olar. Onlar öz fondlarını idarə edir, həmçinin digər

Page 137: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

137

fondlarda da paylar alır. Lakin yalnız öz sahəsində ən yaxşı

hesab etdikləri halda bu payları alırlar. Investisiyaların start

həcmi isə 1 milyon dollardan başlayır. Nəhayət dördüncü

kateqoriya - onları bank adlandırmaq tam düzgün olmazdı, belə

ki, onlarda depozit açmaq mümkün deyil, onlar sərbəst maliyyə

instituları olub, aktivləri idarə edir və buna misal olaraq,

Octogone və Dynagest şirkətlərinin adlarını qeyd etmək olar.

Bu maliyyə strukturlarının əsas müştəriləri institutsional

investorlar, pensiya fondları, sığorta şirkətləri və əlbəttə ki,

zəngin insanlardır. Hesabın minimal həcmi 1 milyon dollardır.

Sərbəst maliyyə müəssisələri ilə iş görmək təcrübəsizlər üçün

deyildir.Vasitəçilərin sayı az olduğundan komissiyaların həcmi

burada adi banklar ilə müqayisədə daha aşağıdır.Bir qayda

olaraq, onların investisiyaların 0,1% həcmindədir.Kapitalın

idarə edilməsi etibarlılıqdan əlavə İsveçrə banklarının ən üstün

xüsusiyyətidir. Hər şeyə rəğmən İsveçrə hələ də idarəetməsi

altında olan qeyri-rezident aktivlərinin həcminə görə dünya

lideridir. Bu zaman cəlb edilən vəsaitin 46%-i institutsional

investorların payına düşür. İnstitusional investorlar bankları

məxfiliyinə görə deyil, məhz onların fəaliyyətinin analizi,

gəlirliliyi və komissiaylarının həcminə görə seçirlər. İsveçrə

anlamında keyfiyyətli idarəetmə yüksək gəlirlilik deyil,

kapitalın stabil böyümə əmsalını nəzərdə tutur. Məsələn,

avropa şirkətlərinin səhmlərindən və istiqrazlarından ibarət

balanslaşdırılmış 10 ən yaxşı fond İsveçrə Banklarının

idarəetməsi altında 5,6% -dən (Lombard Odier Darier Hentsch)

13%-ə qədər (Julius Baer) qazanıblar. "Biz fond indeksləri ilə

rəqabət aparmırıq, bizim əsas məqsədimiz pulları

Page 138: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

138

itirməməkdir”- bu məşhur bankir Erik Sizin sözləridir.

Syz&Co-nun fondanların biri 5 ilin nəticələrinə əsasən, yüksək

nüfuzlu Lipper agentliyi tərəfindən Avropanın ən yaxşı qarışıq

investisya fondu seçilib. Yekun nəticədə isə investisiyanın

gəlirliliyi müştərinin seçimindən asılıdır.

3.3. ĠSVECRƏNĠN KREDĠT SĠSTEMĠ

İsveçrənin kredit sisteminə iri maliyyə kompaniyaları

daxildir ki, onlar da aşağıdakı qruplara bölünürlər:

depozit cəlb etmək üçün özlərini açıq şəkildə,

ictimaiyyət qarşısında reklam edən kompaniyalar və

onlar federal bank qanunvericiliyinin bütün tələblərinə

cavab verməyə borcludurlar;

depozit qəbul etməyən, lakin digər bank əməliyyatları

həyata keçirən kompaniyalar. Belə kompaniyalara

qüvvədə olan bank qanunvericiliyinin tənzimləyici

maddələrinin yalnız müəyyən bir qismi şamil olunur.

Bankların və investisiya kompaniyalarının üzərində

ciddi nəzarətin mövcudluğu İsveçrə bank sisteminin

əsas fərqləndirici xüsusiyyətdir. Banklar üzərində

nəzarət üçpilləli struktura malikdir və Federal bank

komissiyası, Milli Bank və İsveçrə Bank Assosiasiyası

tərəfindən həyata keçirilir. Bankların fəaliyyəti, onların

tənzimlənməsi və nəzarət 1934-cü il 8 noyabrda qəbul

Page 139: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

139

olunmuş banklar və əmanət banknotları haqqında

qanuna müvafiq olaraq həyata keçirilir. Qanunun əsas

təyinatı müştəri maraqlarının müdafiəsidir. Fəaliyyət

lisenziyası Federal bank komissiyası tərəfindən yalnız o

təqdirdə təqdim edilir ki, bank qeyd edilən qanunun

bütün tələblərinə riayət etsin. Əgər qanun pozuntusu

müşahidə olunarsa, verilmiş lisenziya geri çağırıla bilər.

Hazırda minimal nizamnamə kapitalının həcmi 2

milyon İsveçrə frankı təşkil edir. İkinci dünya

müharibəsindən sonra İsveçrədə heç bir bankda bankrot

hadisəsi qeydə alınmayıb. İsveçrə banklarının yüksək

reytinqini müəyyən edən daha bir fərqləndirici cəhət

bank sirrinin qorunmasıdır. İsveçrədə əmanətlərin sirri,

həm mülki (vətəndaş hüququ), həm də cinayət hüququ

ilə mühafizə olunur. Öz müştərilərinin sirrini qoruya

bilməyən banklar ümumiyyətlə lisenziyadan məhrum

edilə bilər, belə bir informasiyanın yayılmasında təqsirli

bilinən əməkdaşı 6 aylıq həbs cəzasından 50 min

İsveçrə frankına qədər cərimə gözləyir. Bank

informasiyası dövlət orqanı tərəfindən yalnız o təqdirdə

açıqlana bilər ki, müştərinin cinayət əməlində iştirakı

təsbit edilmiş olsun və onun cinayəti sübuta yetirilmiş

olsun. Vergidən yayınmaq isə İsveçrədə cinayət hesab

olunmur. Digər ölkələrin valyuta tənzimlənməsinin

pozulması İsveçrə qanunlarına əsasən cinayət predmeti

hesab oluna bilməz. Bank komitəsi müstəqil orqandır, o

nə hökumətə, nə də Milli Banka tabe deyildir. Bank

komitəsi banklar tərəfindən bank fəaliyyəti haqqında

Page 140: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

140

qanuna, həmçinin təsis edilmiş digər norma və

qaydalara riayət edilməsinə nəzarət edir. Onun əsas

təyinatı isə səhmdarların maraqlarının müdafiəsidir. Öz

fəaliyyəti daxilində komitə müstəqil, bank daxilində

yerləşməyən auditor xidmətlərinə, həmçinin bankların

öz daxili auditinə istinad edir. Banklarda əsas idarəedici

vəzifələrə müəyyən şəxslərin namizədliyinin irəli

sürülməsi zamanı komitənin öz fikrini bildirmək

hüququ vardır. İsveçrədə bu orqanın fəaliyyətinə böyük

önəm verilir. Komitənin qərarları faktiki olaraq icbari

xarakter daşıyır. 1850-ci ilə qədər İsveçrədə 75 müxtəlif

təşkilat (o cümlədən 25 kanton, 16 şəhər) sikkələrin

buraxılışı ilə məşğul olurdu. Dövriyyədə müxtəlif

dəyərli və nominallı 860 cür sikkə var idi. Bununla

yanaşı bir sıra xüsusi banklar ilk əskinasların

buraxılışına başladı və ümumilikdə dövriyyədə olan

sikkə və əskinasların sayı 8000-ə yaxın idi. Bundan

əlavə, dövriyyədə olan nağd pulun cəmi 15%-ni milli

valyutalar təşkil edirdi, qalan hissəsi tacirlər tərəfindən

istifadə olunan xarici valyutanın payına düşürdü. Bütün

bunlar valyuta sisteminin funksionallığını

mürəkkəbləşdirirdi. Bu problemi aradan qaldırmaq

üçün 1848-ci ildə qəbul olunmuş İsveçrə Federal

Konstitusiyasında pul emissiyası hüququna malik olan

yeganə təşkilat olaraq Federal Hökumət göstərilirdi.

1850-ci ilin 7 may tarixində Pul Sistemi haqqında

federal qanun qəbul edildi. Bu qanuna əsasən frank

İsveçrənin pul vahidi kimi tanınırdı. Beləliklə, 1850-ci

Page 141: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

141

ildə tədavülə buraxılan İsveçrə frankı kantonlarının

müxtəlif valyutalarını əvəz etdi. Dəyərinə görə İsveçrə

frankı Fransa frankına bərabər idi. 1866-cı ildə Fransa,

Belçika, İtaliya və İsveçrənin birlikdə təsis etdikləri

Latın Valyuta Birliyinin fəaliyyəti 1927-ci ilədək

davam etdi. 1945-ci ildə Bretton-Vuds Sisteminə

qoşulmaqla frankın məzənnəsini ABŞ dolları əsasında

müəyyən edən İsveçrə Sistemin dağılmasından sonra

üzən məzənnə siyasətinə keçdi. Frank əskinasları Orell

Füssli Arts Graphiques SA şirkəti tərəfindən, sikkələr

isə İsveçrə Zərbxanasında buraxılır. İsveçrə frankı öz

dövriyyəsinə görə Dünya Valyuta Bazarında 5-ci

yerdədir. Hal-hazırda Avropada yalnız İsveçrə frankı

“frank” adlanır və qeyri-rəsmi ehtiyat valyutası kimi

tanınır. 2000-ci ildə Konstitusiyada edilmiş

düzəlişlərdən sonra qızıla bağlılıq aradan qaldırıldı. Bu

günədək cəmi frankın devalvasiyası (30%) yalnız bir

dəfə - 27 sentyabr 1936-cı ildə Böyük Depressiya

nəticəsində baş vermişdir. Məlum olduğu kimi,

inflyasiyaya məruz qalmayan stabil valyuta

iqtisadiyyatın sabit inkişafını təmin edən əsas amildir.

Təbii ki, bu bank sektoruna da sirayət etməyə bilməz.

İsveçrə bankları dünyanın ən əski bankları olsa da,

İsveçrə dünyada ilk dəfə bank açılan ölkələrin

siyahısına daxil deyildir. Avropada rəsmi qeydiyyatdan

keçmiş birinci bank Venessiya Bankı olmuşdur. O,

1584-cü ildə Venessiya senatının qərarı ilə şəhər-

respublikanın ticarət sistemini maliyyələşdirmək

Page 142: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

142

məqsədi ilə yaradılmışdır. 1609-cu ildə Amsterdam

Bankı açılmış və artıq XVII-ci əsrin sonunda, 1694-cü

ildə ölkənin ticarət-sənaye dövriyyəsini kreditləşmə ilə

təmin etmək məqsədi ilə İngiltərə Bankı təsis

edilmişdir. İlk İsveçrə bankları ya dövlətə məxsus

kantonal banklar, yəni müəyyən kantona (İsveçrədə

region vahidi), ya da özəl banklar olmuşdur və onlar

yalnız XIX-cu əsrin ortalarında təsis olunmuşdur. Ən

yaşlı kantonal bankın əsası 1845-ci ildə qoyulmuş

Banque Cantonale Vaudoise hesab olunur. Bu bank bu

gün də İsveçrənin ikinci ən böyük kantonal bankıdır və

ölkənin ən prestijli və universal banklarının ilk

beşliyinə daxildir. Reytinqdə ondan əvvəl yer alan,

əsası 1870-ci ildə qoyulmuş digər kantonal bank

Zurcher Kantonal bankdır. UBS İsveçrənin ən nəhəng

banklarından biridir. UBS abreviaturasının açıqlaması

belədir: «Union Bankof Switzerland». Kantonal banklar

1872-ci ildə yaradılmış İsveçrə Bank Korporasiyasında

birləşdirildi. Bu qurum isə 1998-ci ildə İsveçrənin ən

nəhəng bank holdinqi olan UBS tərəfindən udulana

qədər həyat sürməkdə davam edirdi. UBS bu gün

İsveçrənin ən böyük bankı olub, bütün yer kürəsi

boyunca müxtəlif maliyyə xidmətləri təqdim edir.

Daha bir nəhəng bank İsveçrə bank holdinqi isə Credit

Suisse Groupdur. Onun əsası 1856-cı ildə isveçrəli iş

adamı və görkəmli siyasətçi Alfred Eşer tərəfindən ölkə

sənayesini və İsveçrənin dəmir yollarının tikintisinin

maliyyələşdirilməsinə kömək etmək məqsədi ilə

Page 143: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

143

qoyulmuşdur. Bu gün Alfred Eşeri İsveçrənin atası

adlandırırlar, çünki o, nəinki İsveçrənin ən böyük

bankının əsasını qoymuş, həmçinin böyük

xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuşdur. O,

Sürixdə Politexnikumun, böyük sığorta kompaniyasının

açılışının təşəbbüskarı olmuş, həmçinin də öz vəsaiti

hesabına ölkənin Şimal-Şərqi dəmiryolunu saldırmışdır.

Credit Suisse Group bankının aktivlərinin həcmi 1,1

trilyon ABŞ dollarına çatan nəhəng investisiya

bankıdır. Digər banklardan fərqli olaraq, o kreditlər

verilməsi və depozit qəbulu ilə bağlı universal

xidmətlər təklif etmir, onun əsas vəzifəsi özəl bankçılıq,

investisiya bankçılığı, həmçinin aktivlərin etibarnamə

əsasında idarə edilməsi, yəni “trust” əməliyyatları

daxildir. İsveçrənin nəhəng bankları bizim müasir

zamanda başa düşdüyümüz formatda ənənəvi bank

xidmətləri təklif etmir: onlar faiz

müqabilində depozitlər cəlb edərək, girovla təmin

olunmuş kreditlər vermir və onların funksiyaları

kardinal şəkildə fərqlənir. İsveçrə banklarının güvənli

olmasının sirri məhz bunda gizlənir. Adətən universal

banklar depozitlər cəlb edir, onlara görə faizlər ödəyir

və girovlu kreditlər verir. Bankın bütün pul kütləsi

adətən borc götürülmüş maddi vəsaitlər hesabına

formalaşır, ona görə də verilmiş kreditlərin geri

qaytarılmaması istənilən bir bankın maliyyə

dayanıqlığını çox güclü şəkildə yerindən oynada bilər,

bu zaman bank bazardakı likvidliyini itirir, bu isə o

Page 144: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

144

deməkdir ki, o öz öhdəliklərini yerinə yetirmək

qabiliyyətindən məhrum olur, yəni bankrot elan edilir.

Beləliklə, adətən banklar kreditlərə görə aldığı faizlər

ilə depozitlərə görə ödədikləri faiz arasındakı fərq

hesabına qazanırlar və bu onların gəlirini formalaşdırır.

Bir qayda olaraq, İsveçrə bankları depozit siyasəti

tətbiq etmirlər. Düzdür, onlar böyük vəsait cəlb edirlər,

amma onlar bu əmanətlərə görə “yaxşı” faiz ödəməyi

vəd etmirlər. Bunun əvəzində onlar etibarlı idarəetmə

(“trust” əməliyyatlarından) istifadə edilər, onlardan

gələn bütün gəlir bütün bilavasitə hesabın sahibinə çatır

(bu risksiz proyektlərə edilən yatırımlar və ya qiymətli

kağızlara edilən qoyuluşlar ola bilər), öz xidmətinə görə

isə bank pul dövriyyəsində çox da böyük olmayan

komisyon haqq tutur, bu ümumi məbləğin 0,5%-0,7%-i

ola bilər. Bir tərəfdən bu faiz elə də böyük görünmür,

amma digər tərəfdən İsveçrə bank sistemində 2 trilyon

ABŞ dollarının dövriyyədə olduğunu nəzərə alsaq, onda

kifayət qədər sanballı bir məbləğ alınır. İsveçrə bankı

yüksək etibarlılığı ilə seçilir, lakin yüksək gəlirlilik vəd

etmir. İsveçrə bankına pul qoymaq o, zaman sərf edər

ki, qoymaq istədiyiniz məbləğ sözün əsl mənasında

həqiqətən də çox böyük olsun və siz heç bir fövqəladə

hadisə və gözlənilməzlik nəticəsində bu pulu itirmək

istəmirsiniz və itirməli deyilsiniz. Qeyd etdiyimiz kimi,

İsveçrə Bank sisteminin güvənli olması ölkənin stabil

siyasi, iqtisadi mövqeyi və bankın fəaliyyət prinsipi ilə

təmin olunur. Digər tərəfdən isə istənilən bir ölkədə

Page 145: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

145

maliyyə sisteminin stabilliyinin əsas requlyatoru rolunu

ölkənin Mərkəzi Bankı həyata keçirir. İsveçrə Milli

Bankının əsası 1907-ci ildə qoyulmuşdur və onun pul

banknotlar emissiya etməklə yanaşı digər əsas vəzifəsi

ölkədəki bank sisteminin çökməsi ehtimalı olduqda

“son instansiya kreditoru” rolunu oynamaqdır, yəni bu

o deməkdir ki, hər hansı bir səbəbdən ayaq üstə qalmaq

üçün likvidlik ehtiyacı yarandığı halda Milli Bank

digər bankları maliyyələşdirə və onları kreditlə təmin

edə bilər. İsveçrənin Bank Sistemi vergi

qanunvericiliyindən asılı deyil, bu isə o deməkdir ki,

əmanətlərdən faiz şəklində əldə edilmiş gəlirlər

vergiyə məruz qalmır. Beləliklə ofşor ərazidə hesaba

malik olmaqla, əmanətçi əldə edilən gəlirin

bəyannaməsini təqdim etmədikdə və ya gəlir vergisi

ödəmədikdə öz kapitalını itirməkdə risk etmir. Digər

ölkələrdə isə bank əməliyyatları ilə bağlı gəlir vergisi

10-50% arasında dəyişir. İsveçrədə vergilər qonşu

ölkələr ilə münasibətdə daha aşağıdır. Fiziki şəxslər

üçün vergilərin toplam həcminin 30%-i, verginin

məcmu həcmi isə 35%-i üstələmir. Bununla yanaşı

dövlət xəzinəsinə ödənilən verginin cəmi 9% təşkil edir,

qalan məbləğ isə yerli və kanton vergiləri arasında

paylanır. İsveçrə vergi sisteminin cəlbedici xüsusiyyəti

odur ki, burada səhmdarın məxsus olduğu ölkəyə

dividentlərin köçürülməsi zamanı, əgər bu ölkə ilə

İsveçrə arasında ikili vergiyə cəlb olunmanın aradan

qaldırılması ilə bağlı saziş yoxdursa, kompaniyanın

Page 146: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

146

dividentlərin köçürüldüyü ölkədə də vergi məruz

qalması İsveçrə tərəfindən nəzərə alınır. İsveçrə

bankları öz müştərilərinin sirlərini çox etibarlı şəkildə

qoruyurlar. «İsveçrə bankında hesab» elə həmin

hesabın məxfi qalması anlamına gəlir və əmanətçilərə

qarşı belə loyallıq və sədaqətin təmin edilməsi

baxımından İsveçrə bank sistemi ilk növbədə özünün

ilk özəl bankirlərinə minnətdar olmalıdır. Belə hesab

olunur ki, «bank sirri» anlayışı İsveçrədə 1934-cü ildə

«bank fəaliyyəti haqqında» qəbul olunan qanundan

sonra yaranmışdır. Amma əslində bu heç də doğru

deyildir. Məşhur bank sirri ilə bağlı ilk xatırlamalara

XIII-ci ərsin əvvəllərində daha dəqiq desək 1713-cü

ildə rast gəlmək mümkündür. İsveçrə bankirləri bütün

dünyada qüsursuz reputasiyası ilə məşhur idi, hətta

onlardan biri 16-cı Lüdoviqin sağlığında Fransa

maliyyə idarəsinin birinci şəxsi seçilmişdir, onun adı

Jak Neker idi. Bank sirri heç bir haldan və şəraitdən

asılı olmayaraq, əmanət, əmanətin sahibi və əmanətin

miqdarı barədə informasiyanı açıqlamamağa dair

bankirin öz üzərinə götürdüyü öhdəlikdir. Amma

əvvəllər bank sirri İsveçrənin istənilən bir maliyyə

təşkilatının yazılmamış qanunu və elan edilməmiş bir

qaydası idi. Buna görə də çox gərgin bir vəziyyət

yarandıqda bu yazılmamış qanunu əsl qanunvericiliklə

möhkəmləndirmək vaxtı yetişdi. Bu isə 1934-cu ildən

sonra baş verdi. Hitlerçilər İsveçrə bankirlərindən

“üçüncü reyx naminə” əmanətçilər və əmanətlərin

Page 147: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

147

məbləği barədə informasiyanı onlara verməyi tələb etdi.

Ola bilsin ki, kimsə bank sirrini pozmuşdu, çünki o

zaman üç alman vətəndaşı öz pul vəsaitlərini İsveçrədə

saxladıqları üçün edam edilmişdi. Qanunsuzluğu aradan

qaldırmaq və gələcək siyasi narazılıqlardan uzaq olmaq

üçün İsveçrə parlamentariləri «Bank haqqında Qanuna»

səs verdilər. Qanuna əsasən İsveçrə bank sistemində

konfidensiallıq (məxfilik) prinsipi təsis edildi və onun

pozulması ömürlük həbs cəzasına səbəb ola bilərdi. Bu

gün bank sirrinin pozulması yalnız o halda mümkündür

ki, İsveçrənin özündə “cinayət əməli hesab olunan”

cinayət işinin axtarışı ilə bağlı istintaq işləri həyata

keçirilsin. Digər ölkələrdən fərli olaraq İsveçrədə

vergidən yayınmaq, sadəcə çox da böyük olmayan

inzibati xəta hesab olunur və özündə yalnız cərimə

ödənilməsini əhatə edir. Bank sirri digər ölkə tərəfindən

bir başa bankın özündən istənilə bilməz, bundan ötrü

parlamentin ratifikasiyasına ehtiyac vardır. 2008-ci

ildə ABŞ hökuməti 4450 amerikalının bank əmanətləri

barədə hesablarının açılması xahişi ilə İsveçrə tərəfinə

müraciət etdi, həmin şəxslər vergidən yayınmaqda

şübhəli bilinirdi. Uzunsürən təhqiqat-istintaq işlərindən

sonra İsveçrə parlamenti banklara öz əcnəbi müştəriləri

ilə bağlı bank sirrini açmağı qadağan etdi. İsveçrədə

məhz bank hesablarında adlar yoxdur, bunun əvəzinə

hər hesabın ayrıca nömrəsi olur. Əlbəttə bank

hesabının nömrəsi öz sahibinin adı ilə müəyyən

dərəcədə bağlı olur, lakin bu əlaqə yalnız bir neçə

Page 148: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

148

adama bəlli olur, hətta bank işçilərinin də ondan xəbəri

olmur. Bu məlumatları bilənlər idarəetmə rəhbərləri,

rəhbərliyin üzvləri olur, yalnız onların adlar bazasına

girişi olur. Beləliklə, nəhəng korporasiyalar və

kompaniyalar heç bir informasiya sızması riski olmadan

iri əməliyyatları, birləşmə və udulma sövdələrini həyata

keçirmək üçün öz vəsaitlərini İsveçrə banklarındakı

hesablarına yığa bilərlər və tam əmin ola bilərlər ki, heç

bir rəqib və ya onlara düşmən mövqedə olan insanlar

bundan xəbər tutmayacaq. Müasir internet-

texnologiyalarının dövründə keçmiş zamanlarda istifadə

olunan köhnə çek kitabçaları artıq ikinci plana keçir,

onlar öz yerlərini internet-bankçılıq proqramlarına,

rəqəmsal imzalara və elektron köçürmələrə təhvil

verməli olur. Düzdür elektron pullar İsveçrə

banklarının “yeddi möhürlü” qapıları arxasında

yerləşmir, amma qorunma baxımından heç də kağız

pullardan geri qalmır. İnformasiyanın

kodlaşdırılmasının meqabit texnologiyaları öz işini

yaxşı görür. İsveçrə banklarının faiz dərəcələri adətən

elə də böyük deyil, amma minimal tələblər əksinə

olduqca yüksəkdir. İsveçrənin ən iri və ən etibarlı

bankları isə CreditSuisseGroup və UBS hesab olunur.

Hər iki bankda hesab açmağın dəyəri təqribən 1000

avroya başa gəlir. Bundan əlavə hər iki bankda azaldıla

bilməyən minimal qalıq məbləği ilə bağlı tələblər

mövcuddur: CreditSuisse bankında bu rəqəm 500 min

dollar, yaxın iki il ərzində mütləq artım perspektivi 1

Page 149: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

149

milyon dollar, UBS bankda isə 300 min dollardır.

Əmanət hesabları ilə bağlı faiz dərəcələri adətən illik

3%-i üstələmir (orta hesabla isə 0,5%-dən 3,2%-ə

qədər). İsveçrə bankında hesab açmaq üçün İsveçrəyə

getmək heç də mütləq deyil – bank sənədlərinə imza

ataraq, onları elə yaşadığınız ölkədə təhvil verə

bilərsiniz, bu zaman müqavilənin imzalanmasından bir

həftə sonra hesab artıq açıq olacaq. Hesabı, həm

telefon, həm faks, həm də internet vasitəsi ilə idarə

etmək mümkündür. İsveçrə biznes mühitinin əsas

cəlbedici xüsusiyyəti – yerli valyutanın yüksək stabillik

səviyyəsidir. İsveçrə frankı stabildir, dünya maliyyə

bazarının sarsıntılarına, avro və dolların kursunun

dəyişməsinə, qızılın və neft barelinin qiymətinin qalxıb-

düşməsinə baxmayaraq stabil olmaqda davam edir.

Geosiyasi mövqe də İsveçrə frankına minimal təsir

göstərir, belə ki, artıq neçə əsrdir ki, İsveçrə neytral

ölkədir və heç bir birliyə qoşulmur. Milli valyutanın

dayanaqlığı sayəsində İsveçrə iqtisadiyyatı də stabildir.

Burada heç bir böhran, defolt və kataklizm müşahidə

edilməmişdir. Belə bir stabilliyin əsas səbəbi kimi

İsveçrə məhsul və xidmətlərinin keyfiyyəti göstərilir,

bu xidmətlər içində ən çox diqqət çəkən və məşhurluğu

ilə seçilən yüksək səviyyəli bank xidmətləridir.

Dünyanın ən stabil ölkəsində biznes qurmaq üçün hər

şeydən öncə İsveçrə bazarının qanunlarının diktə etdiyi

şərtlərə riayət etmək və kifayət qədər sərt kriterilərə

uyğun olmaq lazımdır. İsveçrə qanunlarına riayət

Page 150: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

150

edilməsi – İsveçrədə öz biznesini qurmaq istəyən bütün

əcnəbilər üçün başlıca şərt və heç bir şübhə

doğurmayan qaydadır. Vergilərin yüksək olması isə

İsveçrə biznesinin əsas nəzərə çarpan mənfi

xüsusiyyətidir. İsveçrədə rezident olmayan əcnəbi

vətəndaşlar da bu ölkədə öz kompaniyalarını

qeydiyyatdan keçirə bilərlər. İsveçrədə bir neçə növ

hüquqi şəxslərin qeydiyyata alınması imkanı

mövcuddur. Səhmdar Cəmiyyət – bu kompaniyanın

təsisçilərinin sayı ən azı 3 səhmdardan ibarət olmalı,

onların minimum məcmu yatırımı isə 100 000 İsveçrə

frankından az olmalı deyil. Səhmdarların məsuliyyəti

nizamnamə kapitalının çərçivələri ilə məhdudlaşır.

Lazım gəldiyi təqdirdə səhmdar cəmiyyətin

səhmdarlarının anonimliyi təmin olunur. Məhdud

məsuliyyətli səhmdar cəmiyyət ən azı iki səhmdarın

iştirakını tələb edir. Minimal nizamnamə kapitalının

həcmi 20000 İsveçrə frankı təşkil edir, amma

səhmdarların anonimliyi təmin olunmur. Hər iki

kompaniya növünün bir sıra üstünlük və çatışmazlıqları

vardır. Birinci halda elə ilk nəzərə çarpan şəriklərin

anonimliyinin qorunması, eyni zamanda isə başlıca

çatışmazlıq isə – İdarə Heyətində mütləq şəkildə

İsveçrə vətəndaşlığı olan şəxsin təmsil olunması

tələbinin irəli sürülməsidir. Səhmdar cəmiyyət olduğu

təqdirdə isə səhmdarların biri öz səhm hissələrini

satmaq istərsə digər səhmdarların razılığı tələb

olunmur. Amma kompaniyanın məcburi auditdən

Page 151: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

151

keçməsi ilə bağlı yaranan xərclər də həddindən artıq

yüksəkdir. Kompaniyanın növünün seçimi əsasən

biznesin xarakterindən asılı olur və individual şəkildə

müəyyən edilir. Kompaniyanın İsveçrədə qeydiyyatdan

keçməsi kifayət qədər asan bir prosesdir; əvvəlcə

kompaniya üçün təqdim olunmuş adın digər adlar ilə

üst-üstə düşmə halları yoxlanılır, fəaliyyət növü və

hüquqi ünvan ilə bağlı razılığa gəlinir, daha sonra

bankda məxsusi konsiqnasiya (müvəqqəti) hesabı açılır

və bu hesaba nizamnamə kapitalı qismində göstərilən

razılaşdırılmış məbləğ yerləşdirilir. Şirkətin

nizamnaməsinin və təsisedici sazişinin hazırlanması bir

qayda olaraq isveçrəli hüquqşünasa həvalə olunur.

Təsis etmə sənədlərinin hazırlığından sonra kompaniya

notariusda qeydiyyatı həyata keçirilir. Notarius isə öz

növbəsində imzalanmış təsisedici sənədlər əsasında,

kompaniya haqqında məlumatların Dövlət reyestrində

qeydiyyatdan keçməsini təşkil edir. Bununla eyni

zamanda Kanton rəsmi qəzetində sözügedən

kompaniyanın qeydiyyatı ilə bağlı məlumat dərc

olunur. Kompaniyanın qeydiyyatı başa çatdıqdan sonra,

kompaniya istənilən bir İsveçrə bankında daimi hesab

açır. İsveçrə bankları öz aşağı kredit faizləri ilə dünyada

liderdir. Belə ki, İsveçrə Credit Suisse Bankının

proqnozu təkcə Avropada deyil, eləcə də bütün dünya

dövlətlərinin hökumətləri tərəfindən izlənilir: İsveçrə

Bankları özlərinin sərfəli kreditləriylə məşhurdurlar

və bu proqnoz bütün dünyaya bir siqnaldır ki, kredit

Page 152: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

152

faizləri yaxın dövr ərzində dəyişməz qalır. İsveçrə Milli

Bankı aşağı faiz dərəcəsi siyasətinə üstünlük verir.

Hazırda ipoteka kreditlərinin faiz dərəcəsi illik 1,5% -

dən başlamış maxsimum 2,0%-ə qədər, tikinti

kreditlərini isə 2,0%-dən 2,5%-ə qədər, şəxsi və firma

kreditləri 4,5%-dən 6,0% -ə kimi olan aralıqda dəyişir.

Page 153: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

153

IV FƏSĠL. TÜRKĠYƏNĠN BANK SĠSTEMĠ

4.1. TÜRKĠYƏNĠN BANK SĠSTEMĠNĠN

TƏġKĠLATĠ QURULUġU

Son iyirmi ildə dünya iqtisadiyyatında meydana gələn

dəyişikliklər, Mərkəzi Bank əməliyyatlarına əsaslı şəkildə təsir

etmişdir. Xüsusilə maliyyə bazarlarının qloballaşması və

inkişaf edən texnika bu bazarları 70-ci illərdən fərqli olaraq

daha da genişləndirmişdir. Bu dəyişikliklər Mərkəzi Bankların

başlıca vəzifələrinə də təsir etmişdir. Mərkəzi Banklar əsas 2

əməliyyat aparırlar. Bunlardan biri pulun inkişafını təmin

etmək, digəri isə maliyyə inkişafını qorumaqdır. Bank

sisteminin daha da aktiv nəzarəti ön sıraya çıxınca, auditin

Mərkəzi Banklar istisna olmaqla müstəqil orqanlar tərəfindən

aparılması ön plana çıxmışdır. Avropa Mərkəzi Bankı

qurulduqdan sonra bir çox ölkələrin Mərkəzi Banklarının funk-

siyaları azalmış və öz ölkələrinin pul siyasətlərini istiqamət-

ləndirmə xüsusiyyətləri də dəyişmişdir. Mərkəzi bankların əsas

funksiyası pul və kurs siyasətlərini tənzimləməkdir. 90-cı

illərdə pul siyasətlərində müstəqillik əldə etmə istəyi artaraq,

həmin andan da vasitəçilik müstəqilliyindən məqsəddəki

müstəqilliyə keçid hazırlanmışdır. Mərkəzi Bankların müstəqil

pul siyasəti aparması qəbul edilən və tətbiq edilən əməliyyata

çevrilmişdir. Bəzi ölkələrdə kurs siyasətinin tətbiqi Mərkəzi

Bankların ixtiyarına verilmişdir. Məsələn; Avropa Mərkəzi

Bankı. Çünki kurs bir qiymətdir və kurs rejimi ilə hökumətin

tətbiq etdikləri siyasi nəticə yaradır. Bəzi ölkələrdə hökumət və

Mərkəzi Bank bu mövzuda birlikdə qərar verirlər. Mərkəzi

Page 154: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

154

bankların digər vacib bir funksiyası da bank sisteminin

auditidir. Bu mövzuda yeni istiqamət auditin aparılmasının

müstəqil bir orqana verilməsi, onunla əməkdaşlıq edilərək bank

sistemində inkişafa nail olmaqdır. Ödəmə sistemləri isə bütün

dünyada Mərkəzi Bankların funksiyalarına aiddir. Banknot

buraxmaq, hökumətə bank xidmətləri göstərmək, statistic

məlumat, tədqiqatlar aparma, beynəlxalq münasibətlərdə iştirak

etmə, Mərkəzi Bankın funksiyalarına daxildir.

Keçmişdə dövlət xərclərini maliyyələşdirmək, hökumətə

məsləhət vermək kimi məqsədləri ön plana çıxaran mərkəzi

bankların, 90-cı illərdə iki əsas məqsədi ortaya çıxmışdır.

Bunlardan biri, pulun dayanıqlığını təmin etmək, digəri isə

maliyyə möhkəmliyini qorumaqdır. Pul dayanıqlığı aşağı

inflyasiyanı həyata keçirərək orta müddətdə sağlam inkişaf və

aşağı səviyyəli işsizlik olan bir iqtisadiyyat yaratmaqdır. Bunun

üçün isə mütləq qiymət davamlılığı təmin edilmişdir. Mərkəzi

bankların ikinci əsas məqsədi olan maliyyə möhkəmliyi,

müasir dövrdə daha çox əhəmiyyət qazanmağa başlamışdır.

Maliyyə möhkəmliyi, maliyyə bazarlarının orqanlarında və

ödəmə sistemlərindəki davamlılığı əhatə edir. Bu üç sahədəki

davamlılıq əsasən maliyyə sisteminin sağlam və dayanıqlı

işləməsini təmin edir.

Türkiyədə Mərkəzi Bankın qurulması Cümhuriyyət

dövrünə təsadüf edir. Osmanlılar dövründə bank və buna

bənzər kredit təşkilatları az idi. Osmanlı Bankı Mərkəzi Bankın

funksiyalarını yerinə yetirirdi. Banka Osmanlı imperiyası üçün

banknot çıxarmaq və dövlətin xəzinə əməliyyatlarını aparmaq

səlahiyyəti verilmişdir. Cümhuriyyətin qurulduğu ilk illərdə

Page 155: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

155

Osmanlı Bankının fəaliyyətinin uzadılması problemi ortaya

çıxmışdır. Cümhuriyyətin idarəediciləri iqtisadi vəziyyətin yeni

bank təsis etməyə imkan vermədiyi üçün Osmanlı Bankının

səlahiyyət müddəti 1935-ci ilə qədər uzadılmışdır. Yeni

müqaviləyə hökumətin banknot ixrac edə biləcək dövlət bankı

təsis etmək halında Osmanlı Bankının etiraz etmək haqqı

olmayacağını bildirən bir qərar daxil edilmişdir. 1926-cı ildən

etibarən Mərkəzi Bank təsis edilmə hazırlıqları başlanılmış,

11.06.1930-cu ildə 1715 saylı QSMV qanunu qəbul edilmişdir.

03.10.1931-ci ildə Mərkəzi Bank təsis edilmiş, 01.01.1932-ci

ildən fəaliyyətə başlamışdır. Bank qurulduğu ildən etibarən 30

il müddətli banknot ixrac etmək səlahiyyətinə sahib idi. 1955-

ci ildə edilən dəyişikliklə banknot ixrac etmə səlahiyyəti 1999-

cu ilə qədər, 25.04.1994-cü ildə edilən ikinci bir dəyişikliklə

isə müddətsiz olaraq uzadılmışdır.

1715 saylı qanunda bankın əsas məqsədi "ölkənin

iqtisadi inkişafına kömək etmək" olaraq müəyyən edilmişdir.

Bu məqsədi həyata keçirmək üçün banka:

Reskont nisbətini müəyyən etmək və pul bazarını

tənzimləmək;

Xəzinə əməliyyatları aparmaq;

Hökumətlə birlikdə türk pulunun dəyərinin qorunması

üçün tədbirlər görmək vəzifələri verilmişdir.

Qüvvədə olduğu müddətdə 1715 saylı qanunda müxtəlif

dəyişikliklər edilərək, günün tələblərinə uyğun olması təmin

edilmişdir. Bu dəyişikliklər, daha çox xəzinəyə və KİT-lərə

kreditlər verilməsinə müvafiq olaraq edilmişdir. Buna görə də

bankın əsas işi, aktiv pul siyasəti aparmaqdan çox, dövlət

Page 156: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

156

sektorunun maliyyə kəsirlərini örtmək olmuşdur.

1715 saylı qanun, 26.01.1970-ci ilə qədər, yəni 1211

saylı qanun qəbul edilənədək - 40 il qüvvədə qalmışdır.

Mərkəzi Bank qanunu 26.01.1970-ci il 1211 saylı qanun ilə

dəyişdirilmişdir. 1211 saylı qanun ilə Mərkəzi Bank günün

iqtisadi tələblərinə uyğun olaraq yenidən təşkilatlandırılmış,

vəzifə və səlahiyyətlər yenidən müəyyənləşmişdir. 1211 saylı

qanuna görə bankın əsas vəzifələri aşağıdakılardır:

- pul və kredit siyasətini inkişaf planlarına və illik

proqramlara uyğun şəkildə aparmaq;

- hökumətlə birlikdə milli pulun daxili və xarici

dəyərini qorumaq məqsədilə tədbirlər görmək;

- milli pulun həcmini və tədavülünü bu qanuna

uyğun tənzimləmək;

- banklara pul vermə əməliyyatlarını qanunla

göstərilən sərhədlər daxilində həyata keçirmək.

1211 saylı qanun ilə Mərkəzi Bankına kredit əməliyyatla-

rında tətbiq edəcəyi reskont, diskont və faiz nisbətlərini müəy-

yənləşdirmək, borc pul vermə, əmanət faizləri, disponibilite və

qarşılıqlar mövzusunda yüksək planlama təşkilatı vasitəsilə

Nazirlər Kabinetinə təklif vermə və tətbiq ediləcək pul

siyasətinin inkişaf planları və illik proqramlara uyğunluğunu

təmin etmə və bank sektorunun apardığı əməliyyatların bu

qanunlara uyğunluğuna nəzarət etmək səlahiyyəti verilmişdir.

Mərkəzi Bankın əsas müşavirlik vəzifələri arasında: milli

pulun xarici valyutalar və qızıl qarşısındakı paritetini müəyyən

etməkdə hökumətə rəy bildirmə, bank qanununun tətbiqində

hökumətlə rəy mübadiləsi aparma, banklar və digər maliyyə

Page 157: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

157

təşkilatları ilə bağlı quruluş icazələri və bunlarla bağlı öncə

bankın rəyi soruşulduğunda bu rəy bildirmə sayıla bilər.

1211 saylı qanun qüvvəyə mindiyi 1970-ci ildən bu vaxta

qədər keçən müddətdə, Türkiyədə iqtisadi şərtlər əhəmiyyətli

dərəcədə dəyişilmişdir. 05.05.2001-ci il tarixində Türkiyə

Cümhuriyyəti Mərkəzi Bankı 4651 saylı qanununda dəyişiklik

edilməsinə dair qanun rəsmi qəzetdə yayınlanmışdır. Bu qanun

ilə TCMB-nın əsas məqsədinin qiymət dayanıqlığını təmin

etmək olduğu və bankın ölkənin siyasətinin müəyyən

edilməsində və tətbiqində yeganə səlahiyyətli və məsuliyyətli

orqan olduğu bildirilmişdir. Qanuna görə bankın əsas hədəfinə

zidd olmamaq şərtilə bank hökumətin böyümə və məşğulluq

siyasətlərini dəstəkləyə bilər. Bundan başqa bank əsas hədəf

olan inflyasiya ilə mübarizənin fəal olaraq aparılması məqsədi-

lə inflyasiya hədəfini hökumətlə birlikdə müəyyən etməklə və-

zifə olaraq qarşıya qoymuşdur. Bank qiymət dayanıqlığını

təmin etmə, inflyasiya ilə mübarizə aparmaq üçün müasir

dövrdəki mərkəzi bankçılıqda istifadə edilən pul siyasəti

vasitələrini müəyyənləşdirməli və istifadə etməlidir.

Yeni Mərkəz Bank haqqında qanunda edilən

dəyişikliklərin əsasları aşağıdakılardır:

1. Vasitə müstəqilliyi. Müstəqillik ölçüsü olaraq,

bankın əsas məqsədinin qiymət təmin etmək olduğu və bankın

pul siyasətinin müəyyən edilməsində və tətbiqində yeganə

məsuliyyətli və səlahiyyətli olduğu qanuniləşmişdir. Bank

vasitə müstəqilliyi qazanarkən, inflyasiya hədəfini hökumətlə

birlikdə müəyyən etmə vəzifəsi və səlahiyyətinə malikdir.

Bankın hesab və əməliyyatlarının auditinin müstəqil audit təş-

Page 158: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

158

kilatları tərəfindən aparılması yeni qanunda nəzərdə

tutulmuşdur.

2. Pul siyasəti orqanı. Qiymət dayanıqlığının

aktivliyinin təmin edilməsi məqsədilə dünya praktikası da

nəzərə alınaraq pul siyasəti orqanı yaradılmışdır. Pul siyasəti

orqanı sədrin rəhbərliyi altında sədr müavinləri, bank

məclisinin üzvləri arasından seçiləcək nümayəndə və sədrin

məsləhəti ilə müştərək qərarla seçilən nümayəndədən ibarətdir.

Xəzinənin sədri və ya onun müavini səs vermə hüququ

olmamaq şərtilə iştirak edirlər.

3. Dövlət sektoruna kredit verilməməsi. Xəzinə ilə dövlət

orqanı və təşkilatlarına "avans verilməsi" və kredit verilməsi

qadağan olunmuşdur. Bu baxımdan da əvəzi olmadan pul

kəsilməsi də dayandırılmışdır.

Mərkəzi Bankın 11.06.1930-cu il tarixli ilk qanununda

"xəzinənin qısa müddətli avans" adlı anlayış yox idi. Bu hesab

1938-ci ildə yaradılmış və daha sonrakı illərdə, xüsusilə də

1952-ci ildən sonra təyinatı üzrə istifadə edilmişdir. O dövrdə

kənd təsərrüfatı sektoruna verilən subvensiyalar Mərkəzi

Bankdan borc alınaraq maliyyələşdirilmişdir. Bunun

nəticəsində də Türkiyə ciddi inflyasiya ilə ilk dəfə bu dövrdə

rastlaşmışdır. Maliyyə bazarlarının inkişaf etmədiyi həmin

dövrlərdə Mərkəzi Bankın inflyasiya siyasəti aparıb-

aparmadığı emissiya ilə ölçülürdü. Həmin müddətdə emissiya

Mərkəzi Bankın bazara çıxardığı banknotların cəmi dəyərinə

görə əhəmiyyət qazanmışdır. 11.06.1930-cu il tarixli Mərkəzi

Bank haqqında Qanununun 32-ci maddəsində deyilir: "Bank

xəzinə tədiyyələrini ölkədaxili və xarici pul köçürmələrini

Page 159: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

159

təmin edir". Qanunun heç bir maddəsində qısa müddətli avans

hesabı adlı bir termin istifadə edilməmişdir. Çünki bu qanun

çərçivəsində xəzinənin Mərkəzi Bankdan kredit alması

mümkün deyildi. Bankın qurulmasından sonra vergi gəlirləri

ilə xərclər arasındakı müddət fərqinin yaradacağı nağd

ehtiyacın Mərkəzi Bankdan avans alınaraq həll edilməsi fikri

yaranmışdır. Ancaq bu avansın büdcənin maliyyələşməsi üçün

olmadığı, ilin sonunda mütləq sıfır olacağı ehtimal edilmişdir.

Avans hesabının üst limiti, dövlət büdcəsinin böyüklüyünə

deyil, Mərkəzi Bankın ödənilmiş sərmayəsinə bağlı idi. 1932-ci

ilin 2 iyun tarixli 2062 saylı qanunu ilə 32-ci maddə aşağıdakı

kimi dəyişdirilmişdir. "Bank xəzinənin fəaliyyətinə xitam

verilməsinə minimum 3 ay qalmış bonolarını diskont edə bilər.

Bu işə bankın tədiyə edilmiş sərmayəsinin 40%-dən çoxuna

şamil edilə bilməz". 24 iyun 1938-ci il tarixli 3492 saylı

qanunu ilə 32-ci maddə daha da əhatəli vəziyyətə gətirilmiş və

bura qısa müddətli avans hesabı daxil edilmişdir. 32-ci

maddənin ilk ciddi pozuntusu, çoxpartiyalı dövrə keçiddən

sonra baş vermişdir. Bu dövrdə qanunun qoyduğu avans limiti

yetərli olmamış və inflyasiya səbəbi ilə qanunun qoyduğu limit

azalmışdır. 1955-ci il ilin 27 iyun tarixli 6544 saylı qanunu ilə

32-ci maddənin 2-ci hissəsinin ilk cümləsi dəyişdirilmiş və belə

olmuşdur: "Bank, miqdarı cari ilin məsrəf büdcəsi yekununun

15%-ni keçməmək şərtilə xəzinədə qısa müddətli avans hesabı

aça bilər". Bu ifadənin qüvvəyə minməsi ilə ilk dəfə 1955-ci

ildə emissiya 30%-ə yüksəlmişdir.

İqtisadi möhkəmliyin təmin edilməsi məqsədilə ilə 1961-

ci ildə ilk dəfə qısa müddətli avans hesabı konsolidə edilib

Page 160: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

160

sıfırlanmışdır. Avansın limiti büdcə ayırmalarının 5%-ni təşkil

etmiş və maliyyə ilinin sonunda bağlanılması haqda qeydlər

qanunda göstərilmişdir. 1965-ci ilin 21 aprel tarixində 586

saylı qanun ilə 32-ci maddənin 2-ci bəndi yenidən dəyişdirilmiş

və avansın limiti mərhələli şəkildə büdcə ödənişlərinin 10%-i

qədər müəyyən edilmişdir. Bu mərhələr aşağıdakı kimi

müəyyənləşdirildi:

1. Son borc vermə mərhələsi. Son kredit mərhələsi

etibarilə ödəniş sistemində çatışmamazlıqlara səbəb ola biləcək

keçici likvidlik problemlərini və maliyyə bazarlarının fəal

işləməsinə mane olacaq texniki mənbəli ödəniş problemlərini

aradan qaldırmaq məqsədilə Mərkəzi Bankın "sistemə təminat

qarşılığında" gün daxili və ya gün sonu kredit vermə imkanı

təmin edilmişdir.

2. Maliyyə sisteminin və ödəmə sisteminin nəzarəti.

Maliyyə sistemində davamlılığı təmin etmək vəzifə və

səlahiyyəti daxilində Banka sistemin bazisinin gücləndirilməsi

və sistemin risklərinin müəyyənləşməsi məqsədilə sistemi

izləmə və dəyərləndirmə, sistemdəki risklərin bütün sektora

yayılmasının qarşısını almaq üçün lazımi tədbirləri görmək

səlahiyyətləri verilmişdir. Bu səbəbdən də banklar, özəl

maliyyə təşkilatları və başqa maliyyə orqanlarından doğru və

qanuni məlumat verilməsinin təminatı barədə banka vəzifələr

verilmişdir.

3. Vəzifə müddətləri və etibarlılığı. Bankın vəzifə

müddətinə paralel olaraq müdir müavinlərinin vəzifə

müddətləri 3 ildən 5 ilə qədər artırılmışdır. Bu baxımdan sədrin

vəzifə müddəti müavinlərin müddətləri bitmədən öncə

Page 161: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

161

dəyişdirilə bilməzdi. Bununla da vəzifələrin etibarlılığı və

təhlükəsizliyinə zəmanət verilmişdir.

4. Məlumat toplama və risklərin cəmlənməsi. Bankın

statistik məlumatlarının toplanmasında, dövlət təşkilatları,

xəzinə müşavirliyi, Dövlət Statistika İdarəsi, digər ölkələrin

statistik məlumat toplamaqda məsul olan orqanları və

beynəlxalq təşkilatlarla iş birliyi aparması mümkün olmuşdur.

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı pulların

buraxılması hüququna malik birgə səhmdar cəmiyyətdir.

Osmanlı İmperiyası dövründə xəzinə əməliyyatları, pul

və kredit köçürmələri, qızıl və xarici valyuta ilə ticarət,

həmçinin xəzinədarlıq, kreditorlar, müəssisə və təşkilatlar

tərəfindən icra olunurdu. Osmanlı İmperiyasının xarici

köçürmələrini həyata keçirmək üçün ilk dəfə 1847-ci ildə

Osmanlı Hökuməti “Bankı Dersaadet”in yaradılmasına icazə

vermişdir. 1856-cı ildə isə fransız və ingilis kapitalının iştirakı

ilə Osmanlı Bankı yaradılmış və 1863-cü ildən etibarən isə

Mərkəzi Bankın funksiyalarını həyata keçirməklə Dövlət Bankı

statusunu almışdır. 1926-ci ilədək Osmanlı Bankı Mərkəzi

Bank kimi fəaliyyət göstərmiş, 1926-cı ildən isə Türkiyə

Cümhuriyyəti Mərkəzi Bankı adlandırılmışdır. Türkiyə

Cümhuriyyəti Mərkəzi Bankına dair Qanun 11 iyun 1930-cu il

tarixində qüvvəyə minmişdır. Bank 3 oktyabr 1931-ci il

tarixində yaradılmış və 1 yanvar 1932-ci il tarixində fəaliyyətə

başlamışdır. Mərkəzi Bank haqqında ən son yenilənmiş Qanun

14 yanvar 1970-ci il tarixində qəbul olunmuş və bankın əsas

məqsədi kimi qiymət sabitliyinə nail olunması və saxlanılması

göstərilmişdir.

Page 162: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

162

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı haqqında Qanuna

uyğun olaraq Bankın əsas vəzifələri aşağıdakılardır:

Açıq bazar əməliyyatlarının həyata keçirilməsi;

Türk lirəsinin daxili və beynəlxalq dəyərinin

qorunması məqsədilə zəruri tədbirlərin görülməsi və Türk

lirəsinin qızıl və xarici valyutalara qarşı paritetinin

müəyyənləşdirilməsi məqsədilə hökumətlə birlikdə valyuta

siyasətinin həyata keçirilməsi;

Ölkənin qızıl və xarici valyuta ehtiyatlarının idarə edil-

məsi;

Türk lirəsinin həcminin və tədavülünün tənzim-

lənməsi, ödəniş, qiymətli kağızların transferi və hesablaşmalar

sisteminin yaradılması;

Maliyyə sistemində sabitliyin gücləndirilməsi, pul və

xarici valyuta bazarlarına münasibətdə tədbirlərin görülməsi;

Maliyyə bazarlarının monitorinqinin aparılması;

Banklardakı depozitlərin şərtlərinin, növlərinin və

xüsusi maliyyə qurumlarında iştirakla bağlı şərtlərin müəyyən-

ləşdirilməsi.

Bankın fundamental səlahiyyətləri aşağıdakılardır:

Türkiyədə pulların tədavülə buraxılması;

Hökumətlə birgə inflyasiya hədəfini və buna uyğun

olaraq monetar siyasətin müəyyənləşdirilməsi;

Fövqəladə hallarda Əmanətlərin Sığortalanması

Fondunun resursları kifayət etmədikdə Fonda müəyyən-

ləşdirəcəyi şərtlər və qaydalara uyğun olaraq Fonda avansın

verilməsi;

Page 163: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

163

Kommersiya banklarına kreditin verilməsi;

Maliyyə bazarlarının monitorinqini aparmaq

məqsədilə banklardan, digər maliyyə institutlarından və

həmçinin qeyd edilən institutların fəaliyyətini tənzimləmək və

nəzarət etməkdə səlahiyyətli olan idarələrdən lazımi

məlumatların tələb edilməsi və statistik informasiyanın

toplanması.

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankın İdarə Heyətinə və

Monetar Siyasət Komitələrinə başçılıq edir. Sayı 4 olan sədr

müavinləri Bankın Monetar Siyasət Komitəsinin üzvləridir.

Hazırda Bankda 15 departament fəaliyyət göstərir.

Bankın Nyu-York, London, Frankfurt, Tokio və Berlində

nümayəndilikləri müvcuddur.

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı beynəlxalq əlaqə-

lərində əsas yeri Beynəlxalq Valyuta Fondu (BVF) ilə

əməkdaşlıq tutur. Türkiyə 1947-ci ildən Beynəlxalq Valyuta

Fondunun üzvüdür. Ölkəni maliyyə agenti kimi Beynəlxalq

Valyuta Fondu və Mərkəzi Bank təmsil edir. Bundan başqa

bank digər beynəlxalq maliyyə təşkilatları və xarici ölkələrin

mərkəzi bankları ilə əməkdaşlıq edir.

4.2.TÜRKĠYƏ BANK SĠSTEMĠNDƏ STRUKTUR

DƏYĠġĠKLĠK PROSESĠ

24 yanvar 1980-ci il qərarlarına qədər qapalı bir iqtisa-

diyyatda yer alan türk bank sistemi iqtisadiyyatın liberallaş-

masına paralel olaraq maliyyə sektorunda baş verən yenidən

Page 164: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

164

qurma dövründəki tərəqqidən çox təsirlənmişdi. 1982-ci ildə

Sərmayə bazarının yaranmasından sonra 1986-cı ildə İstanbul

Qiymətli Kağızlar Birjası fəaliyyətə başlamış və Banklararası

Pul Bazarı qurulmuşdur. 1989-cu ildə valyuta əməliyyatları və

sərmayə hərəkətləri tamamilə sərbəstləşdirilmiş və qızıl birjası

açılmışdır. 1990-cı illərdə beynəlxalq bankçılıq əmsallarına,

xüsusilə, sərmayə yetərliliyi əmsalı ilə bağlı düzəlişlər

aparılmış, vahid hesablar planına keçilmiş, Əmanət Sığorta

Fondu qurulmuş və bankların hesablarına müstəqil audit

təşkilatları tərəfindən nəzarət edilməsi məcburiyyəti

yaranmışdır. Türkiyədəki şəxslərin ölkə daxilində və xaricində

valyuta-əmanət hesabı açılmasına və Türkiyədən olmayanların

da maliyyə sektoruna investisiya qoymalarına icazə

verilmişdir. Banklar 1988-ci ildə faiz nisbətlərini və 1990-cı

ildə isə valyuta kurslarını müəyyən etmədə sərbəstlik

qazanmışdılar. Türkiyəyə gələn xarici banklardan mənbəyini

götürən kəskin rəqabət şəraitində türk bankları müasirləşmə

istiqamətində önəmli addımlar atmışdılar. 1990-cı ildə elektron

bankçılıq xidmətləri göstərilməyə başlanmışdır. Banklararası

ödəmələrin mübadilə üsulu ilə aparılmasını təmin edən

Elektron Fond Transferi sistemi 1992-ci ildə tətbiq edilmişdir.

1994-cü il iqtisadi böhranı xüsusilə bank sistemini çox

zəiflətmişdi. Sistemdəki 3 bank öhdəliklərini vaxtında yerinə

yetirə bilməmiş və bu bankların fəaliyyətləri dondurulmuşdur.

Bank sistemində inamın qorunması və inkişafın yenidən təmin

edilməsi üçün ehtiyat əmanətlərin hamısına dövlətin zəmanəti

tətbiq edilmişdir. Mükafat nisbətlərinin yüksəldilməsi,

minimum ödənilmiş sərmayə həcminin artırılması, məcburi

Page 165: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

165

müddət nisbətinin 20%-dən 25%-ə yüksəldilməsi kimi bank

sisteminə yönələn, bankların valyuta mövqeləri ilə sərmayə

maksimumu arasında yeni izahlar verilmiş və valyuta

mövqeyinin sərmayə maksimumuna məhdudiyyət

qoyulmuşdur. Bu nisbət 50% -dən 1999-cu ilin iyun ayında

edilən düzəlişlər ilə mərtəbəli olaraq 20%-ə düşmüşdür.

Türkiyədə 1980-ci ildən sonra qurulan xarici bankların

təsirilə türk bankları xidmət təklifində texnikadan daha çox

istifadə etməyə başladı. Bu dövrdə banklar bir tərəfdən istehlak

kreditləri, kredit kartları və internet bankçılıq kimi yeni fərdi

bankçılıq vəsaitlərini gündəmə çıxartdı, digər tərəfdən sərmayə

bazarlarındakı fəaliyyətlərini artırdı. Sərmayə hərəkətlərinin

sərbəstləşdirilməsindən sonra türk bank sistemi xarici

maliyyələşdirmə imkanlarını artırmış, bundan başqa beynəlxalq

sferada artan ticarət həcminə bağlı olaraq xarici ticarətin

maliyyələşdirilməsinə daha çox önəm verilmişdir. Bu inkişaf

bankların ölkədaxili mənbələrdəki yüksək real faiz götürən

fond məsrəflərini qismən də olsa azaltmalarını təmin etmiş və

böyümələrinə dəstək olmuşdur. Həmçinin Türkiyədə getdikcə

artan pul tədavülünün təsiri ilə bankların xarici pul

öhdəliklərini artırmış və xarici pulun açıq mövqeyinin

yüksəldilməsinə səbəb olmuşdur. Türk bank sistemi iki əsas

bank qrupundan ibarətdir:

1) Ticarət Bankları

2) İnkişaf - İnvestisiya Bankları.

Bundan başqa hər qrup sərmayə mənbəyinə görə üç qrupa

bölünür:

Özəl Banklar

Page 166: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

166

Dövlət Bankları

Xarici Banklar

Türkiyədə bankların mənbə məsrəflərini artıran və mən-

bələrin istifadəsini məhdudlaşdıran səbəblər, əmanət qarşı-

lıqları və disponibilitenin tətbiqidir. Qarşılıqların tətbiqinə

təqdim edilən təşkilatlar topladıqları mənbələrin vacib bir

hissəsini sərbəst olaraq istifadə edə bilməzlər. Bu vəziyyət

istifadə edilməyən mənbələrin məsrəflərinin istifadə edilən

mənbələrin üzərinə yüklənməsinə yol açır. Beləliklə, mənbə

məsrəfi ilə kredit məsrəfi arasındakı fərq müəyyənləşmiş olur.

Bu da iqtisadiyyatda istehsal edilən əmtəə və xidmətlərin

məsrəflərini yüksəltməkdə, həm daxildə, həm də xaricdə

rəqabəti azaldır və mənbələrin maliyyə sistemində istifadəsini

məhdudlaşdırır. Türkiyənin rəqabət apardığı ölkələrdə krediti

istifadə edən bir firma sadəcə faiz ödəyərkən, Türkiyədə

fəaliyyətdə olan bir firma faizə əlavə olaraq 5% nisbətində

əlavə vergi ödəyir. Bu da kredit məsrəflərini yüksəltməkdə,

beləliklə də həm əsas məsrəflərə, həm də iqtisadi fəaliyyətə

mənfi təsir göstərir. Banklararası əməliyyatlarda tətbiq edilən

kambiyo və məsrəf vergisi, beynəlxalq əməliyyatların və

inteqrasiyanın getdikcə artması ilə bağlı olaraq ciddi vəzifələr

qarşısında qalmışdır. Bu vəziyyət konvertasiyanın tətbiqi ilə də

yaranır. Belə əməliyyyatlar Türkiyədəki təşkilatların rəqabət

gücünü zəiflədir.

Page 167: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

167

4.3.TÜRKĠYƏNĠN BANK SEKTORUNDA

MÜASĠR DƏYĠġMƏLƏR

Türkiyədə 1980-cı və 1990-cı illərdə bank sistemi, bank

sayı və ümumi aktiv həcmi baxımından sürətli bir artım

göstərmişdir. Xüsusi vəsaitlərin yetərsizliyi, kiçik ölçülü və

hissəli bank strukturu, aktivin keyfiyyətinəki zəiflik, yetərsiz

daxili audit və riskin idarə olunması və aktivlik baxımından

çatışmazlıqları əhatə edən idarəetmə, bank sistemini daxili və

xarici təsirlərə qarşı dözümlü və dayanıqlı vəziyyətə

gətirmişdir. 2000-ci ilin noyabr və 2001-ci il fevral

böhranlarının ardından gerçəkləşən kurs və faiz riskləri bank

sisteminin maliyyə strukturunda ciddi bir pozuntuya səbəb

olmuşdur. 1999-cu və 2000-ci illərdə müvafiq olaraq 133,5 və

155,2 milyard dollar olan bank sisteminin aktiv böyüklüyü,

2001-ci ilin üçüncü rübündə 110,8 milyard dollara düşmüşdü.

Bu dövrdə ticarət banklarının aktiv böyüklüyü isə 127,2; 148,3

və 106,4 milyard dollar olmuşdur. Böhranın təsirləri

nəticəsində bank saylarında da əhəmiyyətli azalma olmuşdur.

1999-cu və 2000-ci illərdə 62 və 61 ədəd olan ticarət

banklarının sayı 2001-ci ildə 46-ya və 2002-ci ilin sentyabrında

43-ə düşmüşdü. Böhran dövründə dövlət banklarının bank

sistemi içərisindəki payında əhəmiyyətli nisbətdə azalma

müşahidə edilmişdir. 1999-cu və 2000-ci illərdə 34% olan

dövlət banklarının cəmi bank sistemi aktivləri içərisindəki payı

2001-ci ilin üçüncü yarısında 27,2%-ə düşmüşdü.

25 noyabr 2000-ci il tarixində rəsmi qəzetdə açıqlanan

4603 saylı Türkiyə Cümhuriyyəti Ziraət Bankı, Türkiyə Xalq

Page 168: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

168

Bankı və Türkiyə Əmlak Bankı haqqında qanun ilə bankların

müasir bankçılığın və beynəlxalq rəqabətin əsaslarına görə

çalışmalarını və özəlləşdirməyə hazırlığını təmin edəcək

şəkildə yenidən qurulmaları mümkün olmuşdu. 03 iyul 2001-ci

ildə rəsmi qəzetdə yayımlanan 4684 saylı bəzi qanun və

qərarlarda dəyişiklik aparılmasına aid qanuni dövlət bankları

ilə bağlı qanunlarında 4603 saylı qanunda yer alması lazım

olan əsasların əlavə edilməsi təmin edilmişdir. Bu qanun ilə

Türkiyə Əmlak Bankının bankçılıq ilə bağlı vəsait ilə

öhdəliklərinin Ziraət Bankının və ya Xalq Bankına dövr

edilməsi, vəzifə zərəri alacaqlarının təsfiyəsinə bağlı əsaslar

tərtib edilmişdir. 14 büdcədaxili və 2 büdcəxarici fond təsfiyə

edilmişdir. Böhranlardan sonra bank sektorunun yenidən

gücləndirilməsi məqsədi ilə BDDK tərəfindən 2002-ci il may

ayında bank sektorunun yenidən qurulması proqramı tətbiq

edilmişdir ki, bu proqram:

Dövlət banklarının son hədəf özəlləşdirmə olmaqla

maliyyə və əməliyyatlar baxımından yenidən qurulmasını;

EƏSF nəzdindəki bankların yenidən qurularaq satılması-

nı;

Baş verən böhranlardan mənfi təsir görən özəl

bankların sağlam bir struktura malik olmasını;

Bank sektorunda nəzarətin və auditin aktivliyini

artıracaq, sektoru daha aktiv və rəqabətçi bir sektora

qovuşduracaq qanun və struktur dəyişikliklərinin həyata

keçirilməsini məqsəd olaraq hazırlamışdır.

Dövlət banklarının qısa müddətli fond ehtiyaclarını

qarşılamaq məcburiyyətində olmaları, yüksək miqdarda bir

Page 169: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

169

gecəlik fond tələb etmələrinə səbəb olmuşdur. Böhran

müddətində dövlət bankları, bazardakı likvidlik səviyyəsi və

faiz nisbətlərindən tez təsirlənmişdilər. Ümumiyyətlə, dövlət

banklarına həvalə edilən dövlət vəzifələrinin, qanunlarının

müəyyənləşməsi və bu bankların rasional şəkildə işləmələri ön

plana çıxmışdır. Problemlərin həll edilməsi üçün 2001-ci ilə

aşağıdakı tədbirlər görülmüşdür:

Dövlət banklarının özəlləşdirməyə hazırlanması üçün

ixtisaslaşdırılmış idarəedicilərdən ibarət bir qurumun

yaradılması və özəlləşdirmənin 3 il içində başa çatdırılması

planlaşdırılmışdır;

Dövlət banklarına verilən vəzifələrin əvəzlərinin

büdcədən maliyyələşdirilməsi qərarı verilmiş, bu banklar

vasitəsilə əvəzi ödənilən vəzifələrlə bağlı Nazirlər Kabinetinin

100-ə yaxın qərarı qüvvədən düşmüşdür;

Likvid ehtiyacının qarşılanması məqsədi ilə dövlət

banklarının qısa müddətli öhdəlikləri azaldılmış, Mərkəzi Bank

xaricindəki mənbələrdən gecəlik borclanmalar ləğv edilmiş və

bu banklar nağd pul və qiymətli kağız verilərək yenidən

maliyyələşdirilmişdir;

Əmlak Bankı üçün müddəti tətbiq olunmuş, bu

bankın vəsaitləri və öhdəlikləri Ziraət Bankına keçmişdir;

Ziraət və Xalq Bankı nəzdində daxili audit, maliyyə

nəzarəti və riskin idarə edilməsi şöbələri qurulmuşdur;

Ziraət və Xalq Banklarının yenidən qurulmalarını

əhatə edən təfərrüatlı strateji tətbiq planı qüvvəyə minmişdir.

Bununla dövlət banklarının 2000-ci ilin dekabrında 2494 olan

Page 170: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

170

şöbə və 61601 olan işçi sayı 2002-ci ilin sentyabrında müvafiq

olaraq 1792 və 38303-ə enmişdir.

1992-ci ildən sonra formalaşmağa başlayan dövlət

banklarının xəzinədən alacaqları 2000-ci ilin sonunda 17,3

katrilyon TL-nə çatmışdır. Bu həcmin 2,1 katrilyon TL

qiymətli kağızlar, 15,2 katrilyon TL isə vəzifələri alacağından

ibarətdir.

2001-ci ildə dövlət banklarına sərmayələrini artıra bilmək

üçün əlavə dəstək təmin edilmişdir. Mart ayında Ziraət

Bankına 217,6 trilyon TL, aprel ayında Xalq və Əmlak

Bankına 67,2 və 40,8 trilyon TL həcmində nağd sərmayə

ödənilmişdir. Həmin ilin may ayında əmlak bankına 624

trilyon TL, Xalq Bankına 900 trilyon TL verilmişdir. İyul

ayında Əmlak Bankının Ziraət Bankına devr edilməsindən

sonra yaranan 1,7 katrilyon TL özəl xassəli istiqraz buraxılaraq

qarşılanmışdır. Dövlət banklarının yenidən qurulması səbəbilə

dövlət borcunda 2001-ci ildə ortaya çıxan artım 11,3 katrilyon

TL olmuşdur.Türkiyənin güclü iqtisadiyyata keçid proqramının

əsas hissəsini bank sistemindəki reformalar təşkil edir. Türk

bank sisteminin 40%-ni dövlət banklarının təşkil etdiyini

nəzərə alaraq,reforma işlərinə əvvəlcə dövlət banklarından

başlanılıdı. Dövlət banklarının maliyyə strukturlarındakı

dəyişikliklərin əsasını 1984-cü ildən etibarən çıxarılan 100-ə

yaxın sayda olan və Nazirlər Kabineti qərarları ilə verilən

vəzifələrin nəticəsində ortaya çıxan vəzifə zərərləri yaratmışdır.

Dövlət banklarındakı reforma çalışmaları əhatəsində

30.04.2001-ci ildə rəsmi qəzetdə yayımlanan 2312 saylı

Nazirlər Kabineti qərarı ilə vəzifə zərərlərinə bağlı bütün

Page 171: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

171

Nazirlər Kabineti qərarları qüvvədən düşdü. EƏSF nəzdindəki

bankların yenidən qurulması ilə bağlı strategiya: EƏSF

banklarının dövredilmə birləşmə, satış və ya təsfiyə yolu ilə

həll edilməsi, maliyyə baxımından yenidənqurma, əməliyyat

baxımından yenidənqurma və fond banklarının aktivlərinin

idarəedilməsi olmaqla 4 əsasa arxalanır. EƏSF banklarının

əməliyyat baxımından, yenidən qurulması baxımından da vacib

addımlar atılmışdır. Müddət etibarı ilə sayı 1815 olan fond

banklarının şöbə sayı 2002-ci ilin iyul ayında 873-ə enmişdir.

Fond banklarının işçi sayı müddətə müvafiq olaraq 19755 nəfər

azaldılaraq 2002-ci ilin iyul ayında 18134-ə endirilmişdir.

Yeni banklar qanunu 23 iyun 1999-cu il tarixli rəsmi

qəzetdə yayımlanaraq qüvvəyə minmişdir. Beləliklə, son

dövrlərdə böyük təsirlərə və savaşmalara səbəb olan 3182 saylı

qanun qüvvədən düşmüşdür. Yeni qanun bankların auditi

mövzusunda yeni və vacib olan qərarları əhatə edir. 3182 saylı

Banklar qanunu müqavimət qanunu xüsusiyyətindədir. Qanunu

hazırlayanlar bank sektorundakı dəyişiklikləri və bəzi mənfi

halları nəzərdə tutmuşlar. Qanunun maddələrinin sayının az

olması bank qurulmasının asanlığını təmin edir. Keçici və

müvəqqəti maddələr istisna olmaqla qanun 25 maddədən

ibarətdir. Ancaq maddələrin məzmunları çox olduğundan

maddələrin mahiyyətini incələmək çox çətindir. Yeni qanunla

yeni bir təşkilat yaranmışdır.

1.Bank qurulması və nəzarət qurumu .

2.Bank Qurulması və Nəzarəti Kabineti.

Bankçılığın üst təşkilatı 31.03.2000-ci ildə yaradılaraq

31.08.2000-ci ildən fəaliyyətə başlamışdır. Beynəlxalq Valyuta

Page 172: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

172

Fonduna təqdim edilən 1999-cu il 9 dekabr tarixli Niyyət

məktubu əsasında bank sektorunun nəzarət və auditindən məsul

olan dövlət təşkilatları Bank təşkilatlandırma və Audit təşkilatı

nəzdində birləşdirilmişdi.

Bu təşkilatın vəzifələri aşağıdakılardır:

Bankın qurula bilməsi üçün təşkilatın üzvlərinin ən azı

5 nəfərinin razılığı lazımdır;

Banklar, təşkilatın rəyini almadan əsas müqavilədə

dəyişiklik edə bilməzlər;

Bankın ortaqlıq mövzusunda dəyişikliklər, təşkilatın

icazəsilə mümkündür;

Təşkilat istədiyi vaxt bankların şöbə açmasına icazə

verə bilər;

Banklar xaricdə şöbə açmaq və fəaliyyət göstərmək

üçün təşkilatdan icazə alırlar;

Təşkilat, maliyyə strukturu dağınıq olan bankların

idarəetmə şuralarını dəyişdirə bilər;

Maliyyə strukturlu dağınıq olan bankların fəaliyyəti

təşkilat tərəfindən məhdudlaşdırıla bilər;

Təşkilat beş üzvünün qərarı ilə bankların EƏSF-na

dövr edilməsinə qərar verə bilər.

Təşkilatın sədri eyni zamanda Şuranın da sədridir.

Təşkilat bank sektorunda çox vacib əməliyyatlar aparır. Bu

təşkilat son illərdə ortaya çıxan tele-radio şirkəti, rəqabət

təşkilatları kimi bir axın nəticəsində ortaya çıxmışdır.

2001-ci ildə qəbul edilən 4672 saylı qanun ilə 4389 saylı

Banklar qanununda dəyişiklik edilmişdir. Qanuna görə bank

Page 173: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

173

sektoru ilə bağlı edilən dəyişikliklərlə əlaqədar Avropa Birliyi

əsasnamələrinə uyğunluq təmin edilmişdir. Qanun Bankqurma

və Nəzarət etmə təşkilatına EƏSF nəzdindəki bankların

problemli vəsaitləri ilə bağlı edilən təhsilatla bağlı bir sıra

səlahiyyətlər verilmişdir. 2002-ci ilin iyulunda icazə

mərhələsində olan satışlar da daxil olmaqla fond banklarının

iştiraklarının satışından əldə edilən gəlir 2703 trilyon TL-nə

çatmışdır. EƏSF nəzdindəki banklar üçün 2002-ci ilə aid əsas

hədəflər arasında EƏSF nəzdində yer alan banklardan satış

əməliyyatları aparan banklara aid işlərin tamamlanması, bir

başqasının vəsaitləri idarə edilməsi fəaliyyətini həyata

keçirəcək bir banka çevrilməsi, EƏSF-nun 2002-ci ilin mart

ayından etibarən aylıq balans hazırlaması, ildə bir dəfə xarici

auditdən keçməsi və s. sayıla bilər. 1997- 2002-ci illər ərzində

EƏSF tərəfindən bankların 4-ü özəl sektor və xarici

sərmayədarlara satılmış, 8-i isə 3 banka birləşdirilmişdir. 2002-

ci ilin sentyabr ayından etibarən EƏSF nəzdində 1 vasitəçi

bank, satılma müddətində olan 3 bank və hüquqi olaraq

fəaliyyəti davam edən 1 bank var idi. EƏSF ilə bağladığı borc

müqavilələri çərçivəsində xəzinə fondun nəzdinə alınan

bankların sərmayə və balans strukturlarını gücləndirmək

məqsədilə 2000-ci ilin dekabrından sonra müəyyən müddətdə

özəl xassəli istiqraz emissiya etmişdi. EƏSF-yə verilən

istiqrazlar fond nəzdindəki bankların sərmayə strukturlarını

gücləndirmək məqsədilə bu banklara ehtiyat kimi verilmişdir.

Valyuta və valyuta indeksli olaraq ixrac edilən sənədlər

31.12.2001-ci il kursları ilə türk lirəsinə çevrildiyində, EƏSF-

nun xəzinəyə, 03.04.2002-ci ildə 378 trilyon TL; 08.05.2002-ci

Page 174: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

174

ildə 357 trilyon TL və 15.05.2002-ci ildə 265 trilyon TL

olmaqla cəmi 1 katrilyon TL sərmayə; 1,6 katrilyon TL əmanət

olmaqla cəmi 2,6 katrilyon TL dəstək göstərilmişdir. Özəl

banklara yönələn proqramın ilk mərhələsində bu bankların

sərmayə strukturlarının gücləndirilməsi, kredit probleminin həll

edilməsi, xarici pul açıq mövqelərinin daralması, dövr etmə və

birləşmələrin həyata keçirilməsi ilə bağlı düzəlişlər edilmişdir.

Bu baxımdan 2000-ci ildə 8,4 milyard dollar olan özəl

bankların balans daxili valyuta kəsirləri, 2001-ci ildə 1,5

milyard dollara və 2002-ci ilin iyun ayında 274 milyon dollara

düşmüşdür. Bank sektorunun gücləndirilməsinin məqsədi

banklara sərmayə dəstəyi təmin edilərkən nöqsanlı aktivlərin

həll edilməsini sürətləndirmək üçün könüllü olaraq yenidən

qurulması və vəsaitlərin idarə edilməsi kimi mexanizmlərin

həyata keçirilməsidir. Bu məqsədə yönəlmiş olaraq 2002-ci ilin

yanvarında qüvvəyə minən 4743 saylı Maliyyə sektoruna olan

borcların yenidən əsaslandırılması və bəzi qanunlarda

dəyişiklik edilməsi haqqında qanunla maliyyə sistemi

təşkilatlarının alacaqlarının yenidən əsaslandırılması,

vəsaitlərin idarə edilməsi şirkətinin təsis edilməsi, bankların

sərmayə ehtiyaclarının müəyyənləşə bilməsi üçün tətbiq

ediləcək audit standartları, vergi və təşviqlər banklarının

yenidən qurulmalarının tamamlanması və bank qurulması,

nəzarət edilməsi komitəsinin hesab verilməsilə bağlı düzəlişlər

edilmişdir. Buna görə bankların, özəl maliyyə təşkilatlarının və

digər maliyyə təşkilatlarının alacaqlarının, maliyyə cəhətdən

yenidən təşkilatlandırılması çərçivəsində qurulmasına və ya

yeni ödəmə planına bağlanmasına imkan verilərkən, EƏSF

Page 175: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

175

bankları maliyyə cəhətdən yenidən qurulma müqavilələrində

əlavə mənbə təmin etməmək şərtilə iştirak edə bilərdilər.

Bank qanununa əlavə edilən müvəqqəti 4-cü maddə ilə

bankların dövlətin dəstəyi ilə sərmayələrinin gücləndirilməsi üç

mərhələdən ibarətdir. Birinci mərhələ sərmayə artırılmasında

dövlətin iştirakının tam və doğru olaraq müəyyənləşməsi

məqsədilə mühasibə standartlarındakı dəyişikliklər də nəzərə

alınmaqla 3 mərhələli nəzarət mərhələsidir. Sərmayə ehtiyatı

müəyyənləşdikdən sonra qarşılana bilməyəcək zərərin olması

halında sərmayə artımının öhdəyə götürülməsi üçün əsas

şuraların təşkil ediləcəyi ikinci mərhələ gəlir. Üçüncü mərhələ

isə lazımlı şərtləri təşkil edən və sərmayənin yetərlilik nisbəti

8%-dən az olan banklara dövlət dəstəyinin təmin edilməsidir.

Maliyyə sektoruna olan borcların yenidən

təşkilatlandırılmasına yönələn düzəlişlər çərçivəsində Türkiyə

Banklar Birliyi tərəfindən hazırlanan və 25 bank, 17 bank

xaricində maliyyə təşkilatı, təsfiyə vəziyyətində olan Əmlak

Bankı və EƏSF tərəfindən imzalanan maliyyə baxımından

yenidən təşkilatlandırma müqaviləsi 2002-ci ilin 4 iyun

tarixində Bank qurma və nəzarət şurası tərəfindən

təsdiqlənmişdir. 2001-ci ilin iyun ayında Banklar qanununda

edilən dəyişikliklər 2009-cu ilə qədər keçid müddəti təyin

edilərək bankların maliyyə orqanları xaricində ortaqlıqda

iştirakları, xüsusi vəsaitlərin ən çox 15%-i, bu iştirakların

toplam həcmi isə bankın xüsusi vəsaitlərinin 60%-i ilə

məhdudlaşdırılmışdır. Maliyyə sektorunda dünya standartlarına

uyğun hüquqi, idarə və audit bazisinin yaradılması və

yaxşılaşdırılması istiqamətində 2000-ci ilin dekabrında Dünya

Page 176: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

176

Bankı ilə 777,8 milyon dollarlıq Maliyyə sektoruna uyğunluq

krediti müqaviləsi imzalanmışdır. Bu kredit daxilində 393

milyon dollar həcmindəki hissə istifadə edilmiş, 385 milyon

dollar həcmindəki 2-ci hissə isə Proqramın məqsədinə uyğun

olaraq Maliyyə və dövlət sektoruna uyğunluq kreditinə daxil

edilmişdir. 2001-ci ilin iyulunda Dünya Bankı ilə Maliyyə və

dövlət sektorunda həyata keçiriləcək orta müddətli reforma

proqramlarının dəstəklənməsi məqsədilə cəmi 1,1 milyard

dollarlıq PFPSAL I kredit müqaviləsi imzalanmışdır.

Türkiyə iqtisadiyyatında ilk böyük böhran 1994-cü ildə

baş vermişdir. 1994-cü il böhranında 3 bank təsfiyə müddətinə

alınmışdır. 1994-cü il böhranının mənfi nəticələri qısa

müddətdə aradan qaldırılmış, sektorda 1995-ci ildən sonra

dollar baxımından ortalama 18% artma müşahidə edilmişdir.

Bu müddətdə Uzaq Şərq və Rusiya böhranları ilə 1999-cu ildə

baş verən zəlzələ səbəbilə, Türkiyə iqtisadiyyatındakı ciddi

daralma bank sisteminə də mənfi təsir göstərmişdir.

2000-ci ilin əvvəlində qüvvəyə minən inkişaf proqramı

daxilində güclü maliyyə siyasəti tətbiq edilməyə başlanmış və

struktur reformaları həyata keçirilmişdir. İnflyasiya ehtimalını

azaltmaq üçün valyuta kursları hədəflənən inflyasiyaya görə

müəyyən edilərək əvvəlcədən açıqlanması, xarici valyutanı TL-

nə nəzərən daha cəlbedici etmişdir. Bu çərçivədə bankların bir

hissəsi mənbələrini qısa müddətli valyuta ilə, məsrəflərini uzun

müddətli TL cinsindən inkişaf etdirməyə başlamışdır. 2000-ci

ildə bank sektorunun aktivində də müəyyən bir dəyişiklik

müşahidə edilmişdir. Kreditlərin aktivlərə nisbətində əsaslı bir

artım olmuş, likvidliyi yüksək olan qiymətli kağızlar

Page 177: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

177

portfelinin cəmi aktivlər içində nisbəti azalmışdır. Xüsusilə

istehlak kreditlərində əvvəlki ilə görə 4 dəfə artım olmuşdur.

Kreditlərdə nəzərə çarpan dəyişiklik xarici valyuta cinsindən

kreditlərdəki artımın məhdud olması, TL cinsindən kreditlərin

isə əsaslı surətdə artmasıdır. Aktiv və passivin quruluşundakı

dəyişikliklərin nəticəsində 2000-ci ildə bank sektoru, likvidlik

və faiz risklərinə qarşı daha təsirli bir vəziyyətə gəlmişdir.

Bank sektorunun bazar risklərinə qarşı reaksiyasının daha da

artdığı şəraitdə noyabr 2000-ci ildə baş verən böhran

nəticəsində faiz nisbətinin çox artması xüsususilə yüksək

borclanma ehtiyacında olan dövlət bankları ilə EƏSF

nəzdindəki bankların strukturlarını tamamilə pozmuşdur.

Noyabr böhranından sonra görülən tədbirlər və BVF-dan alınan

7,5 milyard dollar həcmindəki əlavə rezerv, bazardakı

dalğalanmaları qismən aradan qaldırmışdır.

Mərkəzi Bankın valyuta rezervləri artmış və faiz

nisbətləri azalmışdır. Ancaq 2001-ci ilin fevralında xəzinə

tenderindən əvvəlki prezident və baş nazirin müavini

arasındakı münaqişə, tətbiq edilən proqrama və kurs siyasətinə

olan inamın tamamilə itməsinə səbəb olmuş və valyuta tələbi

artmışdır. Mərkəzi Bank yüksək səviyyədəki bu valyuta

tələbinə qarşı likvidliyə nəzarət etməyə çalışmış, ancaq ortaya

çıxan likvidlik problemi xüsusilə dövlət banklarının yüksək

ölçüdə günlük likvidlik ehtiyacları səbəbi ilə ödəmələr

sisteminin bağlanmasına səbəb olmuşdur. Bu şəraitdə tətbiq

edilən sabit valyuta kurs sistemi 21.02.2001-ci ildə buraxılaraq

TL dalğalanmaları sabit buraxılmışdır.

Bu dəyişmələr nəticəsində bank sektorunda mövcud olan

Page 178: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

178

problemlər daha da artmışdır. Noyabr böhranında kurs

riskindən mənbəyini götürən itkilərlə üzləşən bank sisteminin

balans sisteminə bu dəyişmə mənfi təsir göstərir. Böhran

müddətində nisbətlərindəki sürətli artım fond məsrəflərini

yüksəltmək və qiymətli kağızlar portfelinin bazar dəyərini

azaltmaq sürəti ilə bankın balansını pozmuşdur. Faizlərdəki

hədsiz artım, qısa müddətli fond tələbi vacib statusda olan

dövlət və fond banklarının ciddi zərərlərlə qarşılaşmasına

səbəb olmuşdur. Likvid olan özəl və xarici bankların faizlərinin

yüksəlməsi ilə qarşılaşdığı fond məsrəfləri isə məhdud

qalmışdır. Böhran vəziyyətində dövlət bankları TL-nin dəyər

itkisindən təsirlənməmiş, özəl banklar isə kurs riskinə görə

problemlərlə üzləşmişdilər. Baş verən böhranlar real sektorda

ciddi bir daralmaya səbəb olmuşdur. Böhran vəziyyətində qısa

müddətli faizlərlə yanaşı dövlət daxili borc qiymətli

kağızlarının 2-ci bazar faiz nisbətlərinin də artması ilə

bankların qiymətli kağızlar portfelinin bazar dəyəri azalmışdır.

Sektordakı zəiflik və EƏSF-nun dövr etdikləri dövlət

maliyyəsinin üzərinə götürəcəyi zərərlərin artmasına səbəb

olmuşdur. Artan fond ehtiyacı, dövlət banklarını və EƏSF

nəzdindəki bankları daha çox fond cəlb etməyə vadar etmişdir.

Bu vəziyyət bankları likvidlik və faiz risklərinə qarşı

müdafiəsiz etmişdir.

Dövlət daxili borclanma sənədlərinin əmanət banklarının

cəmi aktivlər içindəki payındakı artım, özəl sektora verilən

kreditlərin cəmi aktivlər içindəki payındakı azalma, bankların

real iqtisadiyyatı yetərli ölçüdə dəstəklənməməsi ilə

yaratmışdır. Yüksək inflyasiya və qeri-müəyyənliklər, ehtiyat

Page 179: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

179

sahiblərini qısa müddətə yönəltmiş, bankların vəsait və

öhdəlikləri arasındakı müddət uyğunsuzluğunu artırmışdır.

Yüksək inflyasiya və sürətlə artan borc ehtiyatı nəticəsində TL-

yə olan etibarın zəifləməsi, pul dövriyyəsi də

sürətləndirilmişdir. Valyuta tavdiat hesablarının (reno daxil)

cəmi əmanətlər içindəki payı, 1990-cı ildə 27%-dən 1999-cu

ildə 44%-ə yüksəlmişdir. Banklar xarici mənbədən borclanaraq

ya da valyuta ehtiyatı toplayaraq Dövlət daxili borcalma sənəd-

ləri olmaqla TL-nə aktiv tutmaları açıq mövqelərini yük-

səltmişdir. Bundan başqa bankların yüksək faizli dövlət qiy-

mətlilərinin xarici mənbələrlə təmin etmələri bankları kurs

riskinə qarşı dayanıqlı vəziyyətə gətirmişdir. Maliyyə

sektorunda ortaya çıxan bu quruluş, böhranların dərinləşməsinə

səbəb olmuş və tətbiq edilən proqramların müvəffəqiyyətinə

mane olmuşdur. Noyabr və fevral böhranları Türkiyədə bank

sektorunun zəif olduğunu bir daha təsdiqləmişdir. Sektorda

ortaya çıxan böhranda ən vacib faktor, baş verən iqtisadi

dayanıqsız oldu. 1990-cı ildə baş verən yüksək inflyasiya

sərmayə hərəkətlərinin strukturunda qeyri-müəyyənliklər

yaratmış oldu və pul dövriyyəsini artdı. Dövlət büdcəsi kəsirlə-

rinə görə banklar real iqtisadiyyata mənbələr verməkdən uzaq-

laşmış və dövlət kəsirlərini maliyyələşdirməyə istiqamətlən-

mişdir.Yüksək real faizlərin ortaya çıxardığı arbitraj, bank sek-

torunun ölkə xaricindən borclanaraq dövlət kəsirlərinin maliy-

yələşdirilməsinə şərait yaratmışdır. Dövlət daxili borclanma

sənədlərinə şamil edilən vergi güzəştləri qanuni tənzimləmələr-

də bankların sənəd portfellərindəki artmaya təsir etdi. Dövlət

banklarının vəzifə məsrəflərinin ödənməməsi, əsas funk-

Page 180: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

180

siyalardan əlavə verilən vəzifələr və idarəetmədəki zəiflik nəti-

cəsində dövlət banklarının strukturu əsaslı şəkildə pozulmuş

oldu. Bu bankların öz ehtiyaclarını yüksək məsrəflə bazardan

əldə etmələri, həm məsrəflərin artmasını və həm də sistemdə

dayanıqsızlığın yaranmasına səbəb olmuşdur. Dövlət bankları

bank əməliyyatlarını lazımı qədər yerinə yetirə bilmirdi. Dövlət

banklarında Türkiyədəki əmanətin 40%-i birləşərkən, kreditlər

içindəki nisbət 25% düşmüşdür. Bank sistemi bu dəyişikliklər

qarşısında likvidlik faiz və kurs risklərinə qarşı dayanıqsız

vəziyyətə düşmüşdür. 1990-cı illərin ikinci yarısında dövlət

borclarının maliyyələşməsini asanlaşdırmağı nəzərdə tutan

makroiqtisadi siyasətlər, sektorun bu riskli vəziyyətdən

çıxmasını və idarə edilməni ikinci plana salmışdır. Əmanət sı-

ğorta sistemindən mənbələnən problemlər müəyyən çətinliklər

yaratdı. Qısaca onu demək olar ki, Türkiyədə bank sektorunda

xüsusi vəsaitlər yetərli deyildir, kiçik ölçülü və hissəli bank

strukturu sektorda hakimdir, dövlət banklarının sistemdəki payı

yüksəkdir, aktivin keyfiyyəti aşağıdır. Bazar risklərinə qarşı

təsirli reaksiya vardır və qırıq struktur (müddət uyğunsuzluğu,

açıq mövqe) sektorda hakimdir.

4.4. TÜRKĠYƏ BANK SĠSTEMĠNDƏ

APARILAN ĠSLAHATLAR

İqtisadiyyatın bütün istiqamətlərində qarşıya çıxan

qloballaşma prosesi iqtisadi dünyada maliyyə bazarları

vasitəsilə bir inteqrasiya hadisəsini ortaya çıxarır və bu

Page 181: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

181

çərçivədə beynəlxalq sərmayə axını dünya iqtisadiyyatında

gözə çarpan ən əhəmiyyətli cəhətlərdəndir.

Maliyyə bazarında, şübhəsiz, mərkəzi banklar və kom-

mersiya bankları ən əhəmiyyətli maliyyə qurumu olaraq diqqəti

önə çəkir. Xüsusilə, informasiya texnologiyalarının

imkanlarının inkişafı nəticəsində müasir dövrdə ticarət bankları

ənənəvi borc vermə, əmanət və yığım xidmətlərini inkişaf

etdirərək, maliyyə sistemində daha da güclənmişdir. Bir tə-

rəfdən, kredit vermək, digər tərəfdən isə əsrin texniki imkanları

ilə daha hazırlıqlı bir hala gələn banklar göstərdikləri xidmətin

keyfiyyəti və həcmi ilə dünya iqtisadiyyatında əhəmiyyətli

yerini saxlayır. 2005-ci ildən başlayaraq, Türkiyə

iqtisadiyyatında milli hasilatda artım müşahidə olundu və son

üç ildə orta hesabla 7,5 %, 2005-ci ildə isə 7,6% artım əldə

edildi ki, bu da Türkiyə iqtisadiyyatının məhsuldarlığının

göstəricisidir. Bu müsbət dəyişikliklər mövcud vəziyyət

baxımından böyük əhəmiyyət daşıyır. Vergilərin ödənməsində

müsbət dəyişikliklər, xərcdə ciddi nəzarət, dövlət sektorunun

borca olan ehtiyacını iki ədədli rəqəmdən 6%-lik səviyyəyə

enməsini təmin etmiş, dovlət maliyyə tarazlılığında yaranan bu

müsbət dəyişiklik dövlət sektorunun borc yığımının ÜDM-ə

nisbətən azalmasına səbəb olmuş, yəni 100%-dən 77%-ə

enmişdir.

Türkiyə iqtisadiyyatı 2004-2005-ci illərdə tamamilə yeni

bir inkişaf mərhələsinə daxil olmuş və bu maliyyə sektoruna da

əhəmiyyətli təsir göstərmişdir. Türkiyənin bank sektorundakı

müsbət dəyişikliklərlə yanaşı onun cari əməliyyat kəsirinin,

dalğalı məzənnə rejiminin tətbiqi, maliyyə quruluşundakı aşağı

Page 182: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

182

həcmdə olan xarici valyuta mövqeyi diqqəti cəlb etməkdədir.

Türkiyə bank sektoruna təsir edən makroiqtisadi amillər, yəni

yüksək artım hədləri, azalan faiz həddi və gəlirlər, artan

istehlak cari əməliyyatların kəsiri və dalğalı məzənnə rejiminin

tətbiqindən ibarətdir. Mərkəzi Bankın tətbiq etdiyi pul siyasəti,

maliyyə sisteminin səmərəliliyinin artırılmasına yönəldilən

tədbirlər və ölkənin Avropa Birliyinə üzv olmaq üçün

göstərdiyi cəhdlər bu iqtisadi yüksəlişin əsas təməlləridir.

Türkiyə iqtisadiyyatının bu inkişafı və inflyasiya

həddinin ikirəqəmli səviyyədən birrəqəmli səviyyəyə enməsi

Türkiyənin maliyyə sisteminin, o, cümlədən bank sektorunun

da məhsuldarlığının artmasına şərait yaratmışdır. Bank sistemi

Türkiyə maliyyə sisteminin ən böyük hissəsi olmaqla, maliyyə

kapitalının 51,3 faizini özündə cəmləmişdir. Maliyyə

sistemində banklarla yanaşı, sığorta və digər maliyyə qurumları

da inkişaf edir. Lakin bu inkişaf digər ölkələrlə müqayisədə

olduqca aşağı səviyyədədir və gələcəkdə inkişaf etməsinə ümid

edilir. Mülkiyyət formasından asılı olaraq, banklarm aktiv

artımı 1-ci cədvəldəki kimi səciyyələnir.Aktivlərin artımı baxı-

mından ilk sırada 59,7%- lik payı ilə özəl banklar nəzarəti öz

əlində saxlayır. Xarici banklardan 6-sı Türkiyədə qurulan xarici

bank, 7-si isə şöbə statusunda fəaliyyət göstərir. 2001-ci ildə

120 milyard ABŞ dolları səviyyəsində olan məcmu kapital

2005-ci ildə 295,6 milyard ABŞ dolları səviyyəsinə qalxmış,

kredit portfeli isə müvafıq dövrdə 23 milyard ABŞ dollarından

80 milyard ABŞ dollarına çatmışdır. 2001-ci ilin 6,4 milyard

ABŞ dolları məbləğində ziyanla başa vuran Türkiyə bank

sistemi 2004-cu ildə 4,5 milyard ABŞ dolları məbləğində gəlir

Page 183: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

183

əldə etmişdir. Sərmayə yetərliliyi isə 2000-ci ildə 9,3%-lik

səviyyədən 2004-cü ildə 28,8 %-ə yüksəlmişdir. Balansdaxili

kəsir 2001-ci böhran ilindəki 14,6 milyard ABŞ dolları

səviyyəsindən 2004-cü ildə 1,4 milyard ABŞ dolları

səviyyəsinə enmişdir. Bütün bü müsbət nailiyyətlərlə yanaşı,

bank sisteminin inkişafına təsir edən bir sıra amillər vardır ki,

bundan da bank sistemi rəqabət təzyiqi hiss etməkdədir:

-maliyyə sistemində bank sektorunun ağırlığının qalması;

- xidmət çeşidliliyinin azlığı;

- dövlət maliyyələşdirmələrinin yaratdığı mənfi təsirlər;

- vergi strukturunun səbəb olduğu pozucu təsirlər;

- iqtisadiyyatın bəzi sektorlarının mövcud tərəfindən

maliyyə xidmətindən yetərincə istifadə edə bilməməsi;

- məhdud sayda xarici investorların iştirakı.

Bank sektorunun ağırlığı bütövlükdə maliyyə sisteminin

ÜDM-dəki payı ilə müəyyən olunur ki, bu da 80-82% təşkil

edir. Xidmət çeşidliliyinin azlığına gəldikdə qiymətli kağızlar

bazarının məhdud olması ilə əlaqədar qiymətli kağızlar dövriy-

yəsinin aşağı olmasını misal göstərmək olar. Bank sektorunun

işində dövlətin yaratdığı mənfi təsirlər dedikdə, bazarda ən

böyük kredit müştərisi olan dövlətin kreditə olan böyük

ehtiyacı başa düşülür. Bank sektoruna təsir edən amillərdən

bəzi sahələr üzrə qeydiyyatdan kənar fəaliyyət, kreditlər üzrə

yüksək faiz, yoxsulluq və bunun arxasında duran səbəbləri də

misal göstərmək olar. Xırda və orta ixracatla məşğul olan

firmalara verilən kreditlərin nisbi azalması onlara beynəlxalq

rəqabət qabiliyyəti baxımından problemlər yaradır. Həmçinin,

gəlir vergisi üzrə faiz həddinin yüksək olması bank sisteminin

Page 184: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

184

inkişafına mənfi təsir edir. Bu iqtisai proseslər zəminində

ölkədə maliyyə sektorunun vergiyə cəlb edilməsinə çox ehti-

yatla yanaşılmalı, əks halda, banklar ofşor zonalarda və xarici

ölkələrdə öz qurumlarını açmaq məcburiyyətində qalacaqlar.

Bank sektorunda 2000-ci və 2001-ci illərdə böhranlara səbəb

olan struktur zəifliyi onun yenidən qurulması zərurətini

doğurmuş və bunun üçün aşağıdakı tədbirlər aparılmışdır.

- dövlət banklarının reabilitasiyası;

- özəl bankların gücləndirilməsi;

- zəif bankların çeşidlənməsi;

- tənzimləyici və nəzarət çərçivəsinin optimallaşdırılması;

- məhdud əmanət sığortasına keçid;

- dövlət borclarına nəzarət və azaldılması.

Bu məqsədlə 31 avqust 2000-ci ildə «Bank İşini

Tənzimləmə və Nəzarət Agentliyi» yaradılmış (BDDK) və

onun daha effektli təşkilatlanmaqla, nəzarət çərçivəsi

istiqamətində əhəmiyyətli bir inkişafı olmuşdur. Bu

istiqamətdə dövlət banklarının bazarlar üzərindəki pozucu

təsirləri aradan qaldırılmış, özəl bankların sərmayə və aktiv

quruluşundakı zəiflik yox edilmişdir. Sərmayə yetərliliyinin

hesablanmasına bazar riski daxil edilməklə, daxili nəzarət və

risklərin idarə edilməsi sistemləri qurulmuş, beynəlxalq

mühasibat standartlarının qəbulu və tətbiqi bu istiqamətdə olan

yeniliklərdir. 2014-cü ildə iki yeni siyasət tətbiq olunmağa

başlamış, bank sistemindəki dövlət yükü azaldılmış, əmanətlər

üzərindəki tam zəmanət aradan qaldırılmışdır. Zəif banklara

gəldikdə isə 21 bankın fəaliyyəti BDDK tərəfındən təhlil

edilmiş, onların satışı, birləşmə və ləğvetmə yolu ilə fəaliyyəti

Page 185: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

185

dayandırılmışdır. Eyni zamanda, 2002-2012-ci il bankların

sərmayələndirmə proqramının həyata keçirilməsi məqsədilə 27

özəl sərmayəli bank üç mərhələdə yoxlanılmış və onlardan yal-

nız ikisinin sərmayə yetərliliyinə malik olması müəyyənləşdi-

rilmişdir. Yenidənqurma cəhdlərindəki sərmayə artırılması

proqramı bir tərəfdən, sektordakı şəffaflığı digər tərəfdən isə

Türkiyə bank sektoruna olan etibarlılığı artırmışdır. Məhdud

Əmanət Sığortasına keçid məqsədilə 2004-cü ildə tam zaminlik

dayandırılmış və bu prosesə keçiddə heç bir neqativ dəyişmə

baş verməmişdir. Müştərinin yalnız 29000 YTL məbləğindəki

əmanətinə sığorta zəmanəti verilmişdir.

Yeni şəraitdə bankların daha güclü bir maliyyə sektoruna

sahib olmaq istəyi güclü rəqabət təzyiqi ilə üzləşmişdir.

Xüsusilə, azalan faiz gəlirləri bankları yeni mənfəət sahələrini

axtarmağa məcbur etmişdir. Bu səbəbdən aşağıdakı sahələrin

təhlili və orada olan boşluqların aradan qaldırılması daha

böyük əhəmiyyət kəsb edir:

- kredit portfelinin təhlili;

- yeni maliyyə xidmətlərinin çeşidini artırmaqla, müştəri

şəbəkəsinin artırılması;

- kredit portfelini qiymətləndirməklə, risklərin idarə

edilməsi;

- əməliyyatların həcminin artırılması;

- məsrəflərin normallaşdırılması;

- birləşmə və ya xarici kapitalın iştirakının artırmaqla

bankların məhsuldarlığının əhəmiyyətli həddə çatdırılması.

Bankların yeni şəraitdə inkişaf etməsi üçün «Bank fəaliyyəti

haqqında» qanunda dəyişikliklər edilməli və həmin qanunda

Page 186: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

186

aşağıdakı müddəaların nəzərə alınması məqsədəuyğun olması

irəli sürülmüşdür:

- yeni bank fəaliyyəti haqqında qanun layihəsi işlənib

hazırlanmalı və orada holdinq, lizinq, faktorinq şirkətlərinə

nəzarət səlahiyyətlərinin BDDK-ya verilməsi əksini tapmalıdır;

- bankların həyata keçirə biləcəkləri əməliyyatlara

lisenziya verilməsi üzrə məhdudiyyət aradan qaldırılmalıdır;

- bankların minimum sərmayə həddi yüksəldilməlidir;

- bankların struktur idarəçiliyində dəyişikliklər

apanlmalıdır;

- problemli banklar sistematik olaraq yenidən

qurulmalıdır;

- bankların işinə nəzarət mexanizmi təkmilləşdirilməli və

ixtisaslaşmış özəl nəzarət fırmalarının xidmətindən istifadə

genişləndirilməlidir.

Bank sektorunun inkişafının gücləndirilməsi məqsədilə

Bazel II-yə inteqrasiya prosesi sürətləndirilməlidir. Bazel II-yə

keçidlə əlaqədar «Risk Mərkəzli Nəzarət» sisteminə keçid yeni

bank qanunu qəbul edilməklə artan xarici marağı təmin etmək

məsələləri həll edilməlidir. Risk mərkəzli nəzarətdə nəzarət

prosesi hər bir bankın risk portfelinə uyğun olaraq müəyyən

olunur. Bir çox ölkələr kimi Türkiyədə də bank sisteminin

Bazel II-yə keçidi ilə əlaqədar hazırlıq işləri görülürdü. Belə

ki, o dövrdə 23 bank üzrə sərmayə yetərliliyinin minumum

səviyyəsi nəzərdə tutulan 8 faizdən yuxarı olması təmin edildi.

Əlavə olaraq, daxili və xarici bazarlardakı rəqabət nəticəsində

bankların sayının azalması davam edir və beynəlxalq arenada

lazımi gücə malik Türkiyə banklarının yaradılması üzrə iş

Page 187: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

187

aparılırdı. Türkiyə iqtisadiyyatına etibarın artması, yeni

razılaşmaların reallaşması nəticəsində xarici bankların məcmu

varlığı 2012-ci ilin əvvəlində 5,6 % təşkil etdiyi halda, yaxın

qısa müddətdə 20 %-ə çatacağı gözlənilir.

Page 188: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

188

V FƏSĠL. AMERĠKA BĠRLƏġMĠġ ġTATLARININ

BANK SĠSTEMĠ

ABŞ-nın iqtisadiyyatı dünyada ən çox inkişaf etmiş

iqtisadiyyatdır. 2007-ci il üçün alınan məlumatlara görə ÜDM

həcmi 14 trln. Dollar adambaşına düşən ÜDM həcmi isə 44

min dollar təşkil etdi. Ölkənin dünya miqyasında belə durumu

inkişaf etmiş bank sisteminin mövcudluğunu nəzərdə tutur.

Dünya iqtisadiyyatına və maliyyə sisteminə böyük təsir

nəticəsində ABŞ-nın bank sistemi hər hansı digər milli

sistemdən fərqli olaraq, dünya maliyyə sisteminin vacib tərkib

hissəsidir. ABŞ yüksək səviyyəli elmi texniki potensiala və

yüksək iqtisadiyyata malik olmaqla dünyada lider

ölkədir.Ərazisi 48 ştatdır. Dünyada ərazisinə görə

dordüncü,əhalinin sayına görə üçüncü yeri tutur. Proqnoza

görə 2025-ci ildə ABŞ əhalisinin sayı 325 mln. nəfərdən çox

olacağı ehtimal olunur.

ABŞ əhalinin sayına görə 149 mln nəfərdən artıq olan

yüksək ixtisaslı işçi qüvvəsinə malik olduğuna baxmayaraq,

ABŞ ölkədə 5 % səviyyəsində olan işsizlik problemini həll edə

bilmir. Bununla yanaşı inflyasiya 3,2 %-dən artıq deyildir.

Dövlət borcu son illər ərzində ABŞ ÜDM 60%-dən bir qədər

artıq idi. Ölkə ümumi 1 trilyon dollara yaxın ixrac və 1,7

trilyon dollardan artıq idxal həcmləri ilə beynəlxalq ticarətdə

fəal iştirak edir. 2008-ci ildə ölkənin digər kredit

müəssisələrinə də yayılmış ipoteka böhranı ilə əlaqədar olaraq,

ABŞ iqtisadiyyatı ən yeni tarixdə 1929-cu ilin Böyük

depressiyasını xatırladan cətin dövrü yaşadı. Milli Bank

Page 189: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

189

Sisteminin möhkəmliyi və etibarlılığı, həmçinin 780 milyard

dollar miqdarında ayrılmış dövlət dəstəyinin effektivliyi

maliyyə böhranının nəticələrinin öhdəsindən gəlmək

qabiliyyətinə öz təsirini göstərəcəkdir.

5.1.AMERĠKA BĠRLƏġMĠġ ġTATLARININ BANK

SĠSTEMĠNĠN ĠNKĠġAFI

ABŞ-da ilk özəl səhmdar bankları “ The Bank of New

York”, “The Bank of Boston” 1784-cü ildə təsis olunmuş,

1791-ci ildə isə bütün əhəmiyyətli məna kəsb edən liman

şəhərlərində filialları açılan “First Bank of the United States”

yaranmışdır. 1863-cü ildə Vətəndaş müharibəsi dövründə

valyuta bazarında qeyri-kafi durum, həmçinin maliyyə

ehtiyatlarına tələbat həmin ildə Milli bank aktının

çıxarılmasına gətirib çıxartdı. Ona müvafiq olaraq, dərhal

banknotların emissiyası hüququnu almış banklara nəzarəti

həyata keçirən Büdcə Nəzarəti İdarəsi yaradılmışdır. Bundan

əlavə, bankların filial bölmələrə malik olmasına icazə

verilmirdi. Göstərilmiş aktın sayəsində bank sistemində

dualizm yarandı ki, bunlar da ümummilli banklar və ayrı-ayrı

ştatların bankları idi. Bununla yanaşı, yaranması üçün ya

federal orqanların, ya da ayrı-ayrı ştatların orqanlarının

icazəsinin tələb olunduğu, ayrı-ayrı şəxslərə məxsus olan özəl

banklar da yaranırdı. Ayrı-ayrı ştatların banklarının arasında

dövlət bankları, trast şirkətləri və əmanət bankları fərqlənirlər.

Lakin bu tipli banklar həyata keçirdikləri əməliyatlara görə

Page 190: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

190

analoji idilər, yəni, faktiki olaraq, universal banklar kimi çıxış

edirdilər. Bundan əlavə, onlar icbari şəkildə yerli banklar kimi

fəaliyyət göstərirdilər. Lakin çoxtərəfli banklararası

depozitlərin sayəsində ABŞ bankları bir-biri ilə sıx əlaqədə

idilər. 1901-ci ildə Nyu-York bankları 60 Milli Bankların və

ştatların banklarının aid olduqları Britaniya nümunəsi üzrə

klirinq evlərinin assosiasiyasını yaratdılar (özəl bankir evləri

bu siyahıya daxil olmamışlar). 1907-1913-cü illərin bank

böhranı dövründə Federal ehtiyat sistemi (ABŞ FRS) və buna

müvafiq olaraq, əsasında dəyişikliyə məruz qalmadan fəaliyyət

göstərən milli bankların amerikan sistemi yaradılmışdır.

1913-cü ildə ABŞ bank sistemi demək olar ki,

dəyişilməz olaraq qaldı. 1927-ci ilə qədər banklara öz

yerləşdikləri ərazilərdən kənarda filiallara malik olmaları

qadağan olunurdu (Kaliforniya istisna təşkil edirdi). 1927-ci

ildə Makfeddenin aktının çıxarılması ilə (McFadden Act)

(1933-cü ildə dəyişdirilmişdir) bankın baş ofisinin yerləşdiyi

ştatların ərazisi daxilində filialların yaranmasına icazə verildi.

24 oktyabr 1929-cu ildə “qara cümə axşamı”, Nyu-York

fond birjasının səhmlərinin kurslarının aşağı düşməsi, bir çox

bankları böhran vəziyyətinə saldı. Bunun əsas səbəbi bazarın

süqutundan sonra ödənilməsi problematik olan qiymətli

kağızların alınmasına geniş yayılmış kreditlər oldu (onlar

bankların bütün kredit protfelinin 35%-dən çoxunu təşkil

edirdilər). İqtisadiyyatda böhranın nəticələrindən biri depozit

əmanətlərin kütləvi şəkildə çıxarılması və bu “banklardan

qaçış” prosesi kimi adlandırıldı ki, nəticədə bir çox banklar

müflisləşdi.

Page 191: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

191

1933-cü ildə prezident Ruzvelt ABŞ Konqresinə bütün

bankların bağlanması haqqında qanunvericilik təşəbbüsü irəli

sürdü. 1933-cü ildə Qlas-Stiqal aktı (Glass Steagall Act)

çıxarıldı. O, Federal Ehtiyat Sisteminin xüsusən bankların

ehtiyat mövqelərinin tənzimlənməsi və müəyyən kredit

növlərinin qadağan olunması məsələlərində səlahiyyətlərini

olduqca genişləndirdi. Məhz göstərilmiş aktla ABŞ maliyyə

sistemi seqmentləşdirilmiş sistemə çevrilirdi.

Depozit banklarda 1935-ci ildən başlayaraq, qiymətli

kağlzlarla hər hansı əməliyyatların həyata keçirilməsi qadağan

olundu. Mütəmadi əsaslarla qısa müddətli aktiv və passiv

əməliyyat həyata keçirən banklar “Depozit banklar“ adlandı.

Bu banklar yalnız uzunmüddətli əməliyyatları həyata keçirmək

hüququna malik olan banklar istisna olmaqla kommersiya

banklarının əksəriyyətinə aid edildi (məsələn, ipoteka

bankları).

ABŞ maliyyə sisteminin seqmentləşdirilmiş xarakteri

bank holdinq şirkətləri haqqında Qanunla (1956-cı il)

möhkəmləndirilmişdir. ABŞ maliyyə sistemi həm federal

səviyyədə, həm ayrı-ayrı ştatların səviyyəsində ən sərt şəkildə

tənzimlənən maliyyə sistemlərindən biridir. Bankların

fəaliyyətinin tənzimlənməsində əsas rol üç orqana məxsusdur:

ABŞ Federal Ehtiyat sisteminə;

Pul istifadəsi (dövriyyəsi) nəzarətçisinə;

Depozitlərin (əmanətlərin) sığortası üzrə federal

korporasiyaya;

Pul tənzimlənməsi nəzarətçisi ABŞ Prezidentinin təyin

etdiyi və milli bankların fəaliyyətinin tənzimlənməsinə və

Page 192: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

192

yoxlamaların aparılması yolu ilə nəzarətinə görə məsul şəxs

ABŞ FRS federal hökumətdən müstəqil şəkildə fəaliyyət

göstərən, yalnız ABŞ Konqressinə hesabat verən, mərkəzi

bankların unikal sistemidir.

5.2. AMERĠKA BĠRLƏġMĠġ ġTATLARININ FEDERAL

EHTĠYAT SĠSTEMĠNĠN STRUKTURU

XX əsrin əvvəllərində ABŞ-da sayı beş mindən az

olmayan emissiya (milli) bankları mövcud idi, onların hər biri

əsas kapitalın məbləğində istifadəyə banknotları çıxarmaq

hüququna malik idilər. Bununla belə milli bankların hər biri

digər bankların biletlərini (onların qanuni ödəniş vaistələri

olmadığına baxmayaraq) ödəniş kimi qəbul etməyə borclu

idilər. Bu gün ABŞ bank sistemi ölkənin mərkəzi bankının,

kommersiya banklarının, insvestisiya banklarının, əmanət

banklarının, borc əmanət assosiasiyalarının funksiyalarını icra

edən Federal ehtiyat sistemindən ibarətdir.

Ayrı-ayrı tabeli ABŞ bankları. Bu o deməkdir ki,

kommersiya banklarının (milli bankların ) bir hissəsi üçün

lisenziyalaşma, onların fəaliyyətinə nəzarət, onun

tənzimlənməsi federal hakimiyyətlə, digər hissəsi üçün isə ayrı-

ayrı ştatların hakimiyyətləri ilə həyata keçirilir.

Tənzimlənmənin nəzərə alınması ilə bütün amerikan banklarını

dörd qrupa bölmək olar:

1. Milli Banklar;

Page 193: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

193

2. Ştatların bankları - Federal Ehtiyat Sisteminin

üzvləri;

3. Federal Ehtiyat Sisteminə üzv olmayan,

depozitlərin sığortalanması üzrə Federal

korporasiyaya daxil olan banklar;

4. Əmanətləri depozitlərin sığortalanması üzrə

Federal korporasiyada sığortalanmamış və

Federal Ehtiyat Sisteminə üzv olmayan banklar.

Federal Ehtiyat Sisteminin üzvləri olan banklar:

Açıq Bazarın Federal Komitəsi Federal

Konstitusiya Şurası.

Şəhərlərdə Federal Ehtiyat Bankları.

ABŞ Federal Ehtiyat Sisteminin təşkilatı strukturu :

- Nyu-York

- Boston

- Filadelfiya Riçmond

- Atlanta

- Dallas San-Fransisko

- Kanzas-siti

- Sent-Luis

- Çikaqo

- Klivlend

- Minneapolis

Federal ehtiyat sistemi Federal Ehtiyat Sisteminin

Banklarından, həmçinin Federal Ehtiyat Sisteminin üzvləri

olan çox saylı banklardan ibarətdir. Federal ehtiyat bankların

Page 194: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

194

sayı 12-yə çatmışdır və onların ABŞ-nın ən mühüm sənaye və

işgüzar mərkəzlərində filialları vardır.

Federal Ehtiyat Sisteminin üzvləri olan banklar icbari

qaydada ümummilli banklar, həmçinin tələblərə uyğun

olduqları tədqirdə ştatların bankları kimi fəaliyyət göstərirlər.

1913-cü ildə baglanmış Federal ehtiyat aktına əsasən,

Federal ehtiyat sisteminin üzvləri olan banklar öz kapitallarının

6 % -ni federal ehtiyat banklarının əsas kapitalına pay əmanəti

kimi köçürməli idilər. Hal-hazırda Federal ehtiyat sisteminin

üzvləri olan banklar, onların səhmdar kapitallarından asılı olan

səhmlərin müəyyən sayını Federal ehtiyat Bankında əldə

etməlidirlər. Bu səhmlərə dividendlər hesablanır, lakin onların

miqdarı məhduddur. Federal ehtiyat sisteminin üzvləri olan

banklar həmçinin müddətli əmanətlərin 3%-i həcmində öz

ehtiyatlarını, 7%-dən 13%-ə qədər həcmində tələb olunana

qədər əmanətlərin məbləğlərini burada saxlamalıdırlar.

Federal ehtiyat bankları öz depozitlərinin 35%

miqdarında qızıl və qanuni ödəniş vasitələrində ehtiyata malik

olmalı idilər. Federal ehtiyat bankların passivləri

aşağıdakılardan ibarətdir:

- üzv-bankların pay əmanətlərinin hesabına

yaranmış şəxsi kapitallardan (ödənişli və əlavə),

- banknot emissiyasından,

- Federal ehtiyat sisteminin üzvü olan bankların

ehtiyatları olan bank depozitlərindən,

- xəzinədarlığın depozitlərindən.

Federal resurs sisteminin yaradılması ABŞ bank

sisteminin mərkəzləşməsini və böyük bankların hökmranlığını

Page 195: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

195

gücləndirdi. 1915-ci ilin sonlarından başlayaraq 1972-ci ilin

avqustuna qədər amerikan kommersiya banklarında Federal

Resurs Sisteminin xüsusi çəkisi 28%-dən 41 %-ə qədər, onların

depozitlərinin tərkibində xüsusi çəkisinin həcmi isə 48%-dən

78%-ə qədər artdı. Əksər banklar Federal Resurs Sisteminin

üzvləri olsalar da yalnız bir neçə ən böyük banklar həlledici

təsirə malik idilər. 1935-ci ilin avqustunda Federal Resurs

Sisteminə bir neçə dəyişiklikləri əlavə edən qanun qəbul

edilmişdir. Bu qanunun mənası ilk əvvəl ABŞ bank sisteminin

sonrakı mərkəzləşməsindən ibarət idi.

Depozitləri 1 milyon dollardan az olmayan ştat bankları

müəyyən müddət ərzində Federal Ehtiyat Sisteminə üzv

olurlar. Federal Ehtiyat Sisteminin mərkəzi orqanlarının

hüquqları olduqca genişlənmiş, onun başında İdarə Şurası

durur (tərkibində ABŞ Prezidentinin 14 il müddətinə təyin

etdiyi üzvlər fəaliyyət göstərir). ABŞ-da həmçinin açıq bazarda

əməliyyatlar üzrə xüsusi Komitə yaradılmışdır ki, bu da

Federal Ehtiyat Banklarının açıq bazar əməliyyatların

aparılması na nəzarət edir.

1950-1980-ci illər ərzində öz üzvlərinə qarşı xüsusi

ehtiyat normalarının, faizin depoziti və kredit üzrə dərəcələrin

maksimal həddinin təyin edilməsi və s. hallarda olduqca sərt

tələblərin mövcudlugu baxımından bir çox banklar Federal

Ehtiyat Sisteminin tərkibindən çıxdılar. Bu halın aradan

qaldırılması üçün 1980-ci ildə depozit təsisatlarının

tənzimlənməsi və pul istifadəsi üzrə nəzarət haqqında Qanun

qəbul edildi. Bu qanunun başlıca maddələrində kommersiya

bankları, qarşılıqlı-əmanət bankları, əmanət və kredit

Page 196: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

196

assosiasiyaları və digər kredit təşkilatları üçün vahid

ehtiyatlaşma normalarının yerdilməsi, həmçinin ehtiyat

tələblərinin yumşalması ya ümumiyyətlə çıxarılması (məsələn

müddətli hesablar üzrə), nəzərdə tutulmuşdu.

Federal Ehtiyat Banklarının əsas funksiyaları ehtiyat

vəsaitlərinin qorunub saxlanmasından və idarə edilməsindən,

depozit təsisatlarının və ABŞ Dövlət xəzinədarlığının

əmanətlərinin ödəniş balansları üzrə klirinq əməliyyatlarının

həyata keçirilməsindən, federal banknotların istifadəyə

buraxılmasından, depozitlərin yaradılması və depozit

təsisatlarının kreditləşməsi prosesləri üzrə nəzarətdən ibarət idi.

Federal Ehtiyat Bankları Federal Ehtiyat Sisteminə üzv

olan digər bankların, bank holdinqlərinin, filialların və

bankların ABŞ-da xarici nümayəndəliklərin fəaliyyətinə

nəzarəti həyata keçirirdilər. Nəhayət, Federal Ehtiyat Bankları

bir sıra maliyyə xidmətləri göstərir, buna o cümlədən nağd

pulun istifadəyə çıxarılması, qəbulu və pul vəsaitlərinin

köçürmələri və s. aiddir. Kredit-pul siyasətinin əsaslarını

Federal Ehtiyat Sisteminin İdarə Şurası işləyib hazırlayır, ona

federal ehtiyat banklarının uçot dərəcələrini təyin etmək, üzv-

bankların icbari ehtiyatlarının normalarında dəyişiklik etmək,

qiymətli kağızların əsasında kreditləşmə normalarını təyin

etmək, ehtiyat banklarının seçdikləri direktorlar şurasını təsdiq

etmək hüququna malikdirlər. Federal Ehtiyat Bankları dövlətin

kreditorlarıdır, çünki, federal ehtiyat banklarının başlıca aktiv

əməliyyatı dövlətin qiymətli kağızlarının alınmasıdır. Lakin,

onların dövlətin qiymətli kağızlarını sərf etdikləri vəsaitlər son

nəticədə korporasiyaların maraqlarında istifadə olunurlar.

Page 197: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

197

Onlar dövlət tərəfindən əksər hallarda dövlət sifarişlərinin və

malların, əmtəələrin ödənişlərinə sərf olunurlar. Bununla

müqayisədə federal ehtiyat banklarının - Federal Ehtiyat

Sisteminin üzvləri olan banklara kreditlər təşkil edirlər.

Federal Ehtiyat Bankları fəaliyyətindən alınan mənfəətin

əsas hissəsi ABŞ Dövlət xəzinədarlığına köçürülür.

Kommersiya banklarının pul ehtiyatlarının federal ehtiyat

banklarında yığılması geniş miqyasda nağd pulun qənaət

edilməsinə səbəb oldu. Emissiya (federal ehtiyat) bankarından

əlavə ABŞ bank sistemi özündə kommersiya banklarını,

investisiya banklarını, qarşılıqlı-əmanət bankları, bank evlərini

daxil edir. Hal-hazırda ABŞ-da bank sektorunun təsisatlarının

müxtəlif növləri mövcuddur .

- Kommersiya bankları;

- İnvestisiya bankları;

- Əmanət institutları;

- Qarşılıqlı əmanət bankları;

- Borc -əmanət assosiasiyaları;

- Kredit birlikləri;

Kommersiya bankları. Kommersiya bankları qrupu daha

böyük əksəriyyət təşkil edir və ABŞ maliyyə bazarlarında

aparıcı rol oynayırlar. Kommersiya bankları bir neçə növ bank

institutlarına bölünürlər: çoxsaylı bölmələr və filialları olan

banklar (Branch Banks) və ya heç bir filial şəbəkəsi olmayan,

yaxud zəif inkişaf edən banklar (Unit Banks). Bu bankların

həyata keçirdikləri əməliyyatlar eyni tiplidir, onlar yalnız

təşkilati strukturuna, menecerlərin funksiyalarına görə

fərqlənirlər. Kommersiya bankları mahiyyətcə resurs

Page 198: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

198

mənbələrinə əsasən depozit əmanətləri (müddətli və tələb

olunana qədər) olan depozit banklarıdır. Kommersiya bankları

ticarətin qısa müddətli maliyyələşməsini, çeklərlə və kredit

kartlarla əməliyyatlar, trast xidmətləri (əmlakın idarə edilməsi)

daxil olmaqla ödəniş dövriyyəsini həyata keçirirlər.

Kommersiya banklarının aktiv əməliyyatları əksərən

kreditlərdən ibarətdir. İnvestisiyalar daha az yer tutur və

onların əksəriyyəti dövlət qiymətli kağızlarına, xüsusən federal

dövlət qiymətli kağızlarına investisiyalardan ibarətdir. Nəzərə

almaq lazımdır ki, 1933-cü ildən olan bank aktı kommersiya

banklarına sənaye və ticarət şirkətlərinin səhmlərini almağı

qadağan etdi. Lakin bu, bankların sənaye şirkətləri ilə

birləşməsinin ləğvi demək deyildir. Bunun tipik forması kimi

böyük bankların və sənaye şirkətlərinin eyni maliyyə-sənaye

qruplarına daxil olmasını göstərmək olar. Iri kommersiya

Banklarının sənaye ilə sıx əlaqələri uzunmüddətli kreditlər

vasitəsilə həyata keçirilir. Kommersiya və sənaye kreditlərinin

bütün məbləğinin təxminən 3/4-ü böyük kommersiya

banklarının payına düşür, özü də burada başlıca rolu bir ildən

artıq müddətə verilən kreditlər oynayır; kreditlərin bir hissəsi

uzun müddətə 8-10 ilə qədər verilir və bankların sənaye və

ticarət şirkətləri ilə birləşməsinin tipik forması kimi çıxış edir.

Böyük amerikan banklarının sənaye və digər şirkətləri

ilə birləşməsində vacib rolu etimad əməliyyatları oynayır.

Kommersiya bankları öz hesabına sənaye və ticarət

şirkətlərinin səhmlərini almaq hüququndan məhrumdurlar,

lakin bu şirkətlərin əmlakını öz müştərilərinin etibarnaməsi

əsasında idarə etmək hüququna malikdirlər. Bütün kommersiya

Page 199: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

199

banklarından resursları digər bankların resurslarından daha

sürətli şəkildə artan bir neçə böyük banklar qeydə alındı. Belə

ki, yalnız 1960-cı ildən 1970-ci ilə qədər 50 böyük kommersiya

banklarının depozitlərinin məbləği 88,8 mlrd dollardan 230.4

mlrd dollara qədər yəni 2.5 dəfə artdı. Bu zaman digər

kommersiya banklarının depozitlərinin ümumi məbləği bu

müddət ərzində 141,70 mlrd dollardan 255,1 mlrd dollara qədər

yəni 1,8 dəfə artdı. 1970-ci ildə bu 50 böyük bank bütün 13705

kommersiya banklarının depozitlərinin məbləğinin 47%-ni

idarə edirdilər.

Öz növbəsində böyük kommersiya banklarından bir sıra

nəhəng banklar meydana çıxdı: “Benk of Amerika”, “Ferst

National Siti Bank of Nyu-York”, “Çeyz Manxetten Bank” və

s. Bu banklar ya güclü maliyyə-sənaye qruplarına başçılıq edir,

ya da orada böyük rol oynayırdılar. Onlar mahiyyətcə, böyük

bankların birləşməsi yolu ilə yaranmış bank holdinqləridir.

1994-cü ilin axırına məcmu aktivləri 4313 mlrd dollar olan

40,9 min kommersiya bankı, Federal Ehtiyat Sisteminin üzvləri

olan 9,3 min ştat bankları və Federal Ehtiyat Sisteminə daxil

olmayan 24,5min ştat bankları qeydə alınmışdır. ABŞ

kommersiya banklarının resurslarının arasında şəxsi

kapitalların həcmi - 7,4 %, əsas hissəni isə depozitlər tutur,

onların arasında tələb olunana qədər depozitlər - 44 %,

müddətli depozitlər isə 56 % təşkil edirdilər.

İnvestisiya bankları. İnvestisiya bankları əsas bank

funksiyalarını, hər şeydən əvvəl pul yatırmalarının qəbulu və

kreditləşməni həyata keçirmədikləri səbəbindən bank

sayılmırlar. Bu ABŞ investisiya banklarının fəaliyyətinə

Page 200: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

200

nəzarətin Federal Ehtiyat Sisteminin Şurası ilə deyil, qiymətli

kağızlar və fond bazarı üzrə Komissiya ( Securities and

Exchange Comission, SEC) ilə həyata keçirilməsi ilə

səciyyələnirlər. Hələ XIX əsrin ortalarında ABŞ bank

sistemində qiymətli kağızların yerləşdirilməsində və alqı-

satqısında ixtisaslaşan investisiya bankları şəklində xüsusi

həlqə yaranmışdır.

1929-1933-cü illərin böhranına qədər investisiya və

kommersiya bankları arasında sərhədlər silindi və XX əsrdə

kommersiya bankları həmçinin qiymətli kağızların

emissiyasında və yerləşdirilməsində fəal iştirak etməyə

başlamaqla qiymətli kağızlar vasitəsi ilə böyük vəsaitləri

investisiya edirdilər. Böhrandan sonra kommersiya və

İnvestisiya Banklarının fəaliyyət sferaları hüquqi şəkildə

fərqləndirildilər. (1933-cü ilin qanununa əsasən). Müasir

şəraitdə bankların investisiyalarının demək olar ki, 9/10 hissəsi

ABŞ federal hökümətinin, ştatların və yerli hakimiyyət

orqanlarının qiymətli kağızlarından ibarətdir. İnvestisiya

bankları ya xırda kapital, ya da institusional əmanətçilərə, bəzi

hallarda isə hər ikisinə xidmət göstərirlər.

İnvestisiya bankları həmçinin qiymətli kağızlarla

əməliyyatların iki əsas növünü də həyata keçirirlər:

- qiymətli kağızların emissiyasının zəmanəti

(anderraytinq əməliyyatı). Bu zaman bank bu kağızları buraxan

şirkətlərə onların yerləşdirilməsinə zəmanət verir, özü də

şirkətlərin bazarda yerləşdirilə bilməyəcəkləri kağızları öz

hesabına əldə etməyi öhdəliyinə götürürlər;

Page 201: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

201

- şirkətlərin qiymətli kağızlarının bilavasitə

yeləşdirilməsi (bu halda investisiya bankları şirkətlərin

səhmlərini və istiqrazlarını alır, sonra isə onları bazarda

yerləşdirirlər).

İnvestisiya bankları onların kommersiya banklarından

qiymətli kağızlara investisiya üçün kredit götürdükləri

vəsaitlərdən geniş istifadə edirlər. Beləliklə, məsələn, sənaye

korporasiyaların səhmlərini ala bilməsələr də, lakin dolayı

yolla-kommersiya banklarının investisiya banklarına kreditləri

vasitəsilə kommersiya banklarının resursları faktiki olaraq bu

səhmlərə investisiya olunurlar. Böyük investisiya banklarının

sırasına “Ferst Boston korporeyşn”, “Merril Linç”, “Pirs”

“Finner end Smit” və s. Təşkilati formasına görə investisiya

bankları korporasiyalardı (səhmdar təşkilatlardır), digərləri isə

özündə məhdud sayda partnyorları birləşdirən qeyri

tərəfdaşlıqlardır.

Əmanət institutları. Borc əmanət assosiasiyaları öz

fəaliyyətinin ya federal ya da ştat səviyyəsində fəaliyyətlərinin

həyata keçirilməsinə icazə alırlar. Birinci halda onlar

kooperativ əsaslarla təşkil olunmuş, ikinci halda isə səhmdar

formasında da əməliyyat aparmaları mümkündür. Əsasən

onların passivləri əmanət və müddətli qoyuluşlarla təqdim

olunmuşdur. Aktiv sazişlər ipoteka kreditlərinin verilməsi ilə

məhdudlaşır.

Qarşılıqlı-əmanət bankları altı əsas əlamətlərlə

xarakterizə olunurlar:

- yaradılması üçün icazə ştatların səviyyəsində həyata

keçirilir;

Page 202: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

202

- kooperativ xarakter;

- qoyuluşların əmanət formasında və daşınmaz əmlakla

əməliyyatların maliyyələşməsində ixtisaslaşma;

- kapital qoyuluşu üçün nisbətən geniş imkanlar;

- onlar kapital qoyan sərmayəçilərə borcludurlar ( kapital

qoyanlara məxsus olan kredit əmanət assosiasiyalardan fərqli

olaraq) ;

- coğrafi konsentrasiya (əsasən, ABŞ şimali-qərbində).

Kredit birlikləri (tərədaşlıqları) həm federal, həm də ştat

səviyyəsində yaradıla bilərlər. XX əsrin 80-cı illərində kredit

birliklərinin yaranması olduqca artdı və onların əməliyyatları o

dərəcədə genişləndirildi ki, bir çox sferalarda (məsələn,

çeklərlə, kredit kartlarla, istehlak və ipoteka kreditlərinin

verilməsi üzrə əməliyyatlarda) onlar kommersiya banklarına

ciddi rəqabət təşkil edirlər.

ABŞ universal maliyyə sisteminə qarşı bəzi addımlar

XX əsrin 80-cı illərində müşahidə olunmağa başladı. Xüsusən,

1989-cu ilin yanvarında Federal Ehtiyat Sistemi banklara bank

holdinqlərinin törəmə şirkətlərinin qiymətli kağızlarının

buraxılması üzrə zəmanət vermək hüququnu verdi. ABŞ-ın bir

sıra maliyyə institutları bəzən vaxtaşırı banklar üçün təyin

olunmuş məhdudiyyətlərdən vaz keçməyə cəhd edirlər. Belə ki,

XX əsrin 70-ci illərində “qeyri-bank bankları” adlanan,

məhdud xidmətləri göstərən banklar (limited-service bank)

yarandı. Kommersiya banklarından fərqli olaraq, onlar iki əsas

bank əməliyyatlarından yalnız biri ilə ya depozitləri qəbul

etməklə, ya da kreditləri (borcları) verməklə məşğul olmaq

hüququna malik idilər. Bu təşkilatların yaradılması Federal

Page 203: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

203

Ehtiyat Sisteminin və digər nəzarətçi orqanların sərt

himayəsindən qurtulmaq məqəsədini güdürdü.

ABŞ ərazisində fəaliyyət göstərən digər dövlətlərin

bankları-xarici banklar bank sektorunun təsisatlarının ayrı

növünü təşkil edirlər. Digər inkişaf etmiş ölkələrdən fərqli

olaraq, ABŞ minlərlə banklardan ibarət olan bank sisteminə

malikdir. XX əsrdə ABŞ-da da bankların sayının kəskin

dərəcədə azalmasına baxmayaraq (1931-ci ildə onların sayı-

31 076, 1972-ci ilin avqustunda isə 13 877 idi), zahirən ABŞ-

da mərkəzləşdirilmiş bank sisteminin mövcud olması haqqında

təsəvvürlər yaranır ki, bu təsəvvürlər həmçinin ABŞ-da bank

filial şəbəkəsinin digər ölkələrə nisbətən daha dar çərçivələrlə

məhdudlaşdırılması səbəbindən də yaranır. Uzun müddət

ərzində amerikan bankları ümumiyyətlə filial açmaq hüququna

malik olmamışlar, sonradan (1927-ci və 1933-cu illərin

qanunları ilə) bir çox məhdudiyyətlərlə də olsa, bu hüquq

onlara verildi. Belə banklar yalnız həmin ştatların daxilində

bölmələrə malik ola bilərlərdilər, bir sıra ştatlarda bölmələrin

açılması isə ümumiyyətlə qadağan olunmuşdu. Son onilliklər

ərzində bank bölmələrinin sayının kəskin surətdə artımına

baxmayaraq (1945-ci ildə 4168-dən 1995-ci ildə 56 513-ə

qədər), ölkədə bank filiallarının sayı bütün bankların ümumi

sayından yalnız 1,5 dəfə artıqdır. Lakin zahirən ABŞ-da bank

işinin ümumi əhatə edilməsi görünüşünün altında nəhəng

bankların kiçik qrupunun inhisarçılığı gizlənir. ABŞ-da

bankların konsentrasiyasının təzahüründən biri-lokal, yerli

konsentrasiya - bank resurslarının əsas kütləsinin bir neçə

məntəqələrdə toplanması, yəni, beş ştatın banklarının

Page 204: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

204

sərəncamında (Nyu-York, Kaliforniya, İllinoys, Pensilvaniya

və Texas) amerikan banklarının resurslarının 1/2 hissəsi

yerləşdirilmişdir, yalnız Nyu-York ştatında Federal Ehtiyat

Sistemininin üzvləri olan bankların resurslarının 18% yaxın

hissəsi yığılmışdır. ABŞ-da bankların konsentrasiyasının aşkar

təzahürü bankların birləşməsidir. Onların sayı Birinci Dünya

müharibəsindən sonra kəskin surətdə artdı. 1910-1920-ci

illərdə 2968 bankları əhatə edən 1523 birləşmə, 1921-1931-ci

illərdə 9538 bankları əhatə etmiş 5094 birləşmə baş

verdi.İkinci Dünya müharibəsindən sonra bank birləşmələrinin

ümumi sayı azalmağa başladı (1953-cü ildən 1970-ci ilə qədər

2754), lakin bir sıra böyük bankların birləşməsi (məsələn

“Çeyz bankın” “Manxetten bankı” ilə birləşməsi) ABŞ bank

işində konsentrasiya prosesini gücləndirdi. Bankların gizli

konsentrasiyasının formalarından biri böyük banklar tərəfindən

kiçik bankların resurslarının müxabir münasibətlər sistemi

vasitəsilə istifadəsi hesab olunur.

Amerika Birləşmiş Ştatları mərkəzi şəhərlərinin böyük

bankları çoxsaylı kiçik banklarla müxabir münasibətlərində

olaraq, onların resurslarının bir hissəsini faktiki olaraq idarə

edirlər. Bunun əyani sübutu kimi müxabir münasibətlər

vasitəsilə amerikan bankarının öz resurslarını artıran

banklararası depozitləri misal göstərmək olar. Bankların gizli

konsentrasiyasının forması bir bankların direktorlarının digər

bankların idarə edilməsində qarşılıqlı iştirakından ibarət olan

sıx birləşən direktoratlar sistemidir. ABŞ-da bankların gizli

konsentrasiyasının digər forması zəncirli əlaqə sistemidir. Bu

halda bankların “zənciri” hər hansı böyük maliyyə

Page 205: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

205

əməliyyatlarının birgə aparılması ya qarşılıqlı dəstək və

qarşılıqlı səhmlərin mübadiləsi haqqında daimi razılaşmaları,

vahid kredit siyasətinin həyata keçirilməsi haqqında müddətli

xarakterli razılaşma ilə birləşir. ABŞ-da bankların gizli

konsentrasiyasının vacib forması bank qrupları sistemidir. Bu

qrupun məqsədi bir çox bankların səhmlərini əldə etmək,

adətən “səhmlərin saxlanması üçün cəmiyyət” (holdinq şirkəti)

adlanan bir səhmdar şirkətinin nəzarəti altında bank qrupları

sisteminin yaradılmasıdır.

Bank holdinq şirkətlərinin arasında həlledici rol 1960-cı

illərdən başlıyaraq böyük şirkətlər qrupuna məxsus idi ki,

onlardan dördü (“Uestern Benk Korporeyşn”, “Nors-Vest Benk

Korporeyşn”, “Marin Midlend Korporeyşn” və “Ferst Benk

Stok Korporeyşn”) qeydiyyata alınmış bank qruplarının

resurslarının 70%-nə nəzarət edirdilər. “Uestern Bank

Korporeyşnl” çox nəhəng holdinq şirkətlərindən biridir.

Amerika Birləşmiş Ştatlarında da digər inkişaf etmiş

ölkələrdə olduğu kimi dövlətin bank sferasına müdaxiləsinin

güclənməsi müşahidə olunur. Düzdür, ölkənin Mərkəzi

Emissiya Bankları (Federal Ehtiyat Bankları Böyük

Britaniyadan və Fransadan fərqli olaraq) dövlətin mülkiyyəti

deyil. Lakin onlar dövlət tərəfindən idarə olunur və Maliyyə

Nazirliyi ilə sıx əlaqədədirlər, öz vəsaitlərini əsasən dövlətin

qiymətli kağızlarına investisiya edirlər. Federal torpaq bankları,

əmtəə krediti Korporasiyası və idxal-ixrac bankı bilavasitə

dövlətin mülkiyyətindədirlər. Beləliklə, 12 federal ehtiyat

banklarından və 10 minə yaxın kommersiya banklarından

ibarət olan ABŞ bank sistemi inkişaf etməkdə və rəqabət

Page 206: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

206

qabiliyyətini artırmaqda davam edir. Bildiyimiz kimi ABŞ-da

iporeka krediti 2006-cı ildən verilməyə başlanıldı. Böhran

2007-ci ildə New Century Financial Corporation böyük ipoteka

şirkətinin Nyu-York fond birjasından getdiyi zaman beynəlxalq

miqyas almağa başladı. Böhran ipoteka istiqrazlarına

vəsaitlərini investisiya edən böyük maliyyə şirkətlərinin

investisiya fondlarına toxundu: Bear Stearns, Golman Sachs,

BNP Paribas. Beynəlxalq bazarlarda likvidlik böhranı

müşahidə olunmağa başladı. Dünyanın Mərkəzi Bankları öz

maliyyə sistemlərinə onlarla və yüzlərlə milyard dollarlar

investisiya etməyə başladılar. Ölkənn böyük banklarından

birinin (Bear Stearns) süqutundan dərhal sonra daha üç bank –

Goldman Sachs, Lehman Brothers və Merril Lynch –

müflisləşmə təhlükəsini yaşadılar. ABŞ-ın ən qabaqcıl maliyyə

institutları ipoteka böhranının vurduğu zərbəyə tab gətirə

bilmədilər. Böhran Goldman Sachs, Lehman Brothers və

Merril Lynch banklarının səhmlərinin dəyərinin fond

bazarlarında olquqca aşağı düşdüyü zaman, 17 mart 2008-ci

ildə yarandı. Ən təvazökar hesablamalara görə, Goldman Sachs

3,2 mlrd dolllara qədər, Lehman Brothers 1,6 mlrd dollara

qədər, Morgan Stanley 1,2 mlrd dollara qədər vəsait itirdi və

bu 2008-ci ildə Bear Stearns bankının müflisləşməsinə təkan

oldu. 1923-cü ildə təsis olunmuş Amerikanın ən köhnə, böyük

banklarından biri digərləri kimi ipoteka kreditlərinə bağlanmış

istiqrazlara vəsaitləri fəal investisiya etdilər. Onun problemləri

ipoteka fondlarının süqutunun zəncirli reaksiyası ilə birlikdə

başlanıldı. ABŞ bankları artıq həm kommersiya məqsədləri,

həm də istehlak məqsədləri üçün kreditlərin verilməsini ixtisara

Page 207: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

207

saldılar. İtkilərin və artan gecikmələrin fonunda banklar yeni

kreditlərin verilməsi üçün daha az vəsaitlərə malik idilər.

Qeyri-rəsmi hesablamalara görə, potensial kreditlərin həcmi

900 milyard dollara qədər azala bilərdi. Hər silinmiş, ya

itirilmiş dolların mənfi təsiri iqtisadiyyata multiplikator

effektinə malik olacaqı ehtimal olunurdu.

Page 208: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

208

VI FƏSĠL. ASĠYA-SAKĠT OKEAN REGĠONU:

YAPONĠYANIN BANK SĠSTEMĠ

6.1. YAPONĠYA BANK SĠSTEMĠNĠN ĠNKĠġAFI

Yaponiya yüksək inkişaf etmiş bir ölkədir. Yer kürəsinin

quru sahəsinin 0,3% -ini və dünya əhalisinin 2,4% -ni tutan bu

ölkə iqtisadi potensialına görə inkişaf etmiş ölkələrin arasında

ABŞ-dan sonra dünyada ikinci yeri tutur. Onun ÜDM 4 trilyon

dollardan artıqdır. Yaponiya gəmilərin, avtomobillərin,

traktorların, rəqəmsal proqramlarla idarə olunan qurğuların,

kompyuterlərin, sənaye robotlarının istehsalı, dəmirin

əridilməsi, məişət elekton avadanlığının buraxılması üzrə

dünyada birinci yeri, elektrik enerjisinin hasilatı, kimyəvi

liflərin istehsalı, misin və alüminiumun əridilməsi, neftin emalı

üzrə dünyada ikinci yeri tutur. Yaponiya Bankı 1882-ci ildə 30

illik müddətə, öz banknotlarını buraxan böyük sayda şəxsi

bankların əmələ gətirdiyi inflyasiyanın qarşısının alınması üçün

yaradılmışdır.Sonra bankın fəaliyyət müddəti daha 30 ilə

uzadılmış, 1942-ci ildə isə qanun qəbul edilmişdir. Bu qanuna

görə, Yaponiya Bankı hökumət tərəfindən nəzarət olunur,

maliyyə naziri isə bankın qanuni aktlarını müstəqil şəkildə də-

yişmək hüququnu əldə edirdi. 1949-cu ildə Siyasi şura

yaradıldı. Siyasi şura dövlətin monetar tənzimlənmə

sahəsindəki maraqlarını müəyyənləşdirməyə başladı. 1979-cu

ildə Bank haqqında qanun modernləşdirilmiş, Mərkəzi bank isə

uzunmüddətlilik statusu qazanmışdır. 1988-ci il aprelin 1-də

Yaponiya Bankı haqqında yeni qanun qüvvəyə mindi. Bu

qanuna görə Yaponiya Bankı Maliyyə Nazirliyinə tabe deyildi.

Page 209: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

209

Yaponiya Bankı öz statusuna görə inzibati orqan yox, səhmdar

şirkət idi. Onun kapitalının 55%-i hökumətə, 45%-i maliyyə

institutlarına, sığorta şirkətlərinə və digər şəxsi səhmdarlara

məxsusdur. Səhmdarlara 4%-lik ölçüdə dividentlərin verilməsi

təmin edilir. Bank tərəfindən yüksək mənfəətin əldə edildiyi

halda bu dividendlər 5%-ə qədər artırıla bilər. Qalan mənfəət

dövlət büdcəsinə toplanır.Yaponiya Bankının rəhbər orqanı

Siyasi şuradır. Yeni bank qanununun qəbulundan sonra Siyasi

şuranın funksiyaları və strukturu bir qədər dəyişmişdir. 1998-ci

l aprelindən 1-dən başlayaraq, Siyasi şura doqquz üzvdən

ibarətdir. Bunlar təyin olunan altı şura üzvü, bankın sədri və

onun iki müavinidir. Şuradan başqa, Bank idarəsinə üç icraçı

auditor, üç icraçı direktor və səkkiz məsləhətçi daxildir.

Siyasi şuranın öhdəliklərinə aşağıdakılar daxildir:

faizin uçot dərəcəsinin, digər faiz dərəcələrinin, vek-

sellərin diskont edilmə şərtlərinin və tiplərinin müəy-

yənləşdirilməsi;

borclar üzrə faiz dərəcəsinin müəyyənləşdirilməsi;

məcburi bank ehtiyatları normalarının müəyyənləş-

dirilməsi və ya ləğv edilməsi;

pul bazarına nəzarətin strateji xəttinin müəyyən-

ləşdirilməsi. Tətbiq olunan nəzarət tədbirləri: əsasən açıq ba-

zarda aparılan əməliyyatlar, istiqraz və veksellərin alqısı və

satqısı;

Yaponiya Bankının valyuta nəzarəti və pul bazarına

nəzarət məsələləri üzrə rəsmi mövqeyinin dəyişilməsi barədə

qanunun qəbul edilməsi;

Page 210: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

210

satış obyektlərinin müəyyənləşdirilməsi və maliyyə

bazarlarında satışın həyata keçirilmə müddəti barədə qərarın

qəbul edilməsi;

şöbələrin, ofislərin, agentliklərin və Bankın bigər daxili

struktur obyektlərinin yaradılması, köçürülməsi və ləğv

edilməsi.

Şuranın sədri Siyasi şuranın qəbul etdiyi qərarlara uyğun

olaraq, Bankın fəaliyyətinə ümumi nəzarəti həyata keçirir.

Yaponiya bankının sədri və onun müavinləri parlamentin hər

iki palatasının razılığı ilə Nazirlər Kabineti tərəfindən təyin

olunurlar. Sədrin, onun müavinlərinin, Siyasi şuranın qalan

üzvlərinin səlahiyyət müddəti 5 ildir. 1999-cu il martın 20-dən

Şuranın sədri Masaru Hayamidir.Siyasi şura zəruri hallarda və

şura sədrinin göstərişi ilə toplanır. Iclas şura üzvlərinin üçdə

birinin və ya daha çoxunun təşəbbüsü ilə də çağırıla bilər. Şura

sədrinin və ya üzvlərin üçdə birindən çoxunun iştirak etmədiyi

halda iclaslar və səsvermələr keçirilə bilməz. Qərarlar səs

çoxluğu ilə qəbul edilir. Yalnız iclasda olanlar səsvermədə

iştirak edir. Əgər səslər yarıya bölünmüşdürsə, qərarı sədr

verir. Maliyyə nazirliyinin və İqtisadi planlaşdırma

Agentliyinin məmurları Siyasi şuranın iclaslarında iştirak

etmək hüququna malikdirlər. Onlar monetar tənzimləmə barədə

hər hansı bir məsələnin təxirə salınmaz şəkildə nəzərdən

keçirilməsini şuradan istəmək hüququna malikdirlər. Əgər

iclasda iştirak edənlər hər hansı bir məsələnin müzakirəsinin

təxirə salınmasını istəyirlərsə, şura səsvermə ilə qərar çıxarır.

İcraçı auditorlar Bankın fəaliyyətini təftiş edirlər. Onlar öz

hesabatlarını Maliyyə nazirliyinə və ya Siyasi şuraya

göndərirlər. İcraçı auditorlar və icraçı direktorlar Nazirlər

Page 211: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

211

kabineti tərəfindən 4 illik müddətə təyin olunurlar.

Yaponiya Bankı Mərkəzi Bank kimi aşağıdakı funksiyaları

yerinə yetirir. Mərkəzi Bank ölkədə pulları çap etmək

hüququna malik olan yeganə bankdır. Mərkəzi Bank hələ

1889-cu ildə fidusiar banknot emissiya hüququna sahib

olmuşdur. Dövriyyədəki pulların miqdarı 1999-cu ildə 7,4%

artmışdır. Ölkədəki pulların miqdarı ÜDM-dən daha sürətlə

artır. Lakin pullar əmanətlərdə yatıb qalır. Yaponiya bankının

növbəti funksiyası pul-kredit siyasətinin reallaşdırılmasıdır. Bu

siyasətin üç əsas aləti aşağıdakılardır: məcburi bank ehtiyatları

normasının dəyişdirilməsi,maliyyə bazarlarındakı əməliyyatlar,

faizin uçot dərəcəsi.

Məcburi ehtiyat saxlama sistemi Yaponiyada 1957-ci

ildən başlayaraq fəaliyyət göstərir. Kredit müəssisələri ehtiyat

depozitlərin müəyyən məbləğini Yaponiya Bankında yerləş-

dirməyə borcludurlar. Yaponiya Bankı kommersiya banklarının

öz hesablarındakı ehtiyatlarını aşağı sala bilərdi ki, onlar kredit

ekspansiyasına başlasınlar. Kommersiya bankları kredit

ekspansiyasını həyata keçirmək iqtidarında deyillər, çünki

onların kredit portfellərində həddən çox qaytarılmayan borclar

var. Onlar sərbəst pulları riskli, lakin mənfəət gətirən aktivlərə-

fond bazarı alətlərinə yatırırlar. Mərkəzi Bank maliyyə

bazarlarındakı əməliyyatlardan (bankların borc aldıqları və

verdikləri banklararası bazarda, şirkətlərin istiqrazlar və

səhmlər aldığı və satdığı açıq bazarlarda) istifadə edir ki,

maliyyə bazarlarındakı vəziyyətə təsir göstərsin, onları iflasa

uğramaqdan və möhtəkirçi xarakteli ifrat tələbdən qorusun.

Faizin uçot dərəcəsinin tənzimlənməsi. İqtisadi inkişafın

yüksək sürəti üçün zəruri şərt müəssisənin ucuz maliyyə

Page 212: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

212

vəsaitlərindən istifadə edə bilməsidir. Bunun üçün, birinci

növbədə, Yaponiya Bankının ucuz faiz dərəcələri siyasətindən

istifadə olunurdu. Bank konyunkturadan asılı olaraq, yenidən

maliyyələşmə dərəcəsi ilə manipulyasiya etsə də, o, Maliyyə

nazirliyi ilə qeyri rəsmi məsləhətlər keçirərək faiz dərəcəsini

daima aşağı səviyyədə saxlayırdı. İkincisi, əmanətlər üzrə

faizlərin yuxarı həddi müəyyənləşdirilmişdir. Maliyyə naziri

«Faiz dərəcələrinin tənzimlənməsi barədə müvəqqəti qanun»

əsasında Yaponiya Bankının yenidən maliyyələşmə dərəcəsinin

səviyyəsinə uyğun olaraq depozitlər üzrə dərəcələrin yuxarı

həddini müəyyənləşdirirdi. Beləliklə, banklar aşağı cəlbetmə

qiymətli ehtiyatları özlərində toplayır və real sektoru aşağı

faizlə maliyyələşdirirdilər. Kredit korporasiyaları və digər

xırda, orta kredit müəssisələri kiçik və orta biznesə aşağı faiz

dərəcəli borclar verir, onun inkişafına kömək edirdilər. Kiçik

kredit müəssisələrinin əmanətçiləri əmin idilər ki, bu kredit

müəssisələri müflisləşməyəcək. Ona görə də onlar aşağı faizli

vəsaitləri cəlb edə bilirdilər.1999-cu ilin fevralında Yaponiya

Bankı banklararası bazarda overnayt (overnight) borclar üzrə

dərəcələri 0,25%-dən 0,15%-ə qədər aşağı saldı, yəni əməli

olaraq, «sıfırıncı faiz» siyasətini elan etdi. Nəticədə qısa

pulların müxtəlif seqmentləri arasındakı spred (spread) yoxa

çıxdı və banklararası bazarın həcmi azaldı. Kommersiya

bankları dövriyyə kapitalına və investisiyaların maliyyələşmə-

sinə zəif tələbat göstərən şəxsi korporasiyalara kreditləri

azaltdılar. Bankların sərbəst vəsaitləri dövlət istiqrazlarına

yönəldilirdi.Bu istiqrazların dərəcələri banklararası bazardakına

nisbətən yüksək idi. Yaponiya Bankı açıq adlanan təkrar

bazarda dövlət istiqrazlarını, demək olar ki, almırdı, çünki

Page 213: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

213

uzunmüddətli kredit dərəcələrinin artmasına təhrik etmək

istəmirdi. Lakin 2000-ci ildə avqustun 11-də Yaponiya Bankı

«sıfırıncı faiz» siyasətinin dayandırılması barədə qərar çıxartdı

və bunu belə əsaslandırdı ki, ölkədə iqtisadi inkişaf başlamışdır

və «deflyasiya spiralı» təhlükəsi sovuşmuşdur. Bu qərar

hakimiyyətin yuxarı eşalonlarında böyük rezonans doğurdu,

çünki «sıfırıncı faiz dərəcəsi» siyasəti 2000-ci ilin əvvəlində

birja ticarətinin yüksəlməsinə kömək göstərmiş və bazarda

maliyyələşməni korporasiyalar üçün əlçatan etmişdir. Ona görə

də bir çox investorlar Yaponiya Bankının «sıfırıncı dərəcə»

siyasətindən imtinasını risk faktoru kimi nəzərdən keçirirdilər.

Lakin bankın qərarı heç bir böhran yaratmadı və faiz dərəcələri

çox aşağı səviyyədə qaldı. Bankların apardığı transaksiyalar (o

cümlədən pul köçürmələri) müxbir hesablar vasitəsilə yerinə

yetirilir. Qeydiyyatdan keçmiş və Yaponiyada fəaliyyət göstər-

mək icazəsi olan bankların Məkəzi bankda müxbir hesabları

olur. Kommersiya banklarının müxbir hesablarından hər gün

300 trilyondan çox ien keçir. Mərkəzi bank əməliyyatların bu

həcmini yerinə yetirmək üçün elektron qarşılıqlı hesablaşma

sistemi ilə işləyir.Yaponiya Bankı öz müştərilərinin

hesablarında və depozitlərində vəsaitlərin hərəkətini izləyir və

zəruri hallarda öz müfəttişlərini yerlərdə müfəssəl yoxlamalara

göndərir. Belə yoxlamalar Mərkəzi banka imkan verir ki,

maliyyə sistemindəki neqativ iqtisadi dəyişikliklərə ilkin

mərhələdə reaksiya göstərsin və müştərilərə onların cari

problemlərinin həllində kömək etsin. Ölkənin Mərkəzi bankı

Maliyyə nazirliyi ilə yanaşı istənilən vaxtda bütün şəxsi

bankların fondlarının təftişini aparmaq hüququna malikdir.

Yoxlamaların nəticələri müntəzəm şəkildə Maliyyə nazirliyinə

Page 214: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

214

təqdim olunur və Maliyyə nazirliyi dövlət qanunvericiliyin

pozulmasına görə sanksiyalar (lisenziyasından məhrum etməyə

qədər) tətbiq edə bilir. Son mərhələnin kreditoru olan Yaponiya

Bankı bankların iflasının qarşısını alır və kredit sisteminin

stabilliyinə təhlükə olan banklara böhrandan çıxmaqda kömək

edir.

Yaponiya Bankı dövlət qiymətli kağızları ilə əməliy-

yatlar aparır, həmçinin xəzinə fondlarını qəbul edir,

qoruyub saxlayır və ödəyir (vergilər, təqaüdlər, ictimai

işlərlə bağlı vəsaitlər və başqaları).

Yaponiya Bankı beynəlxalq fəaliyyəti həyata keçirir.

xarici ölkələrin dövlət institutlarına və Mərkəzi

Banklarına ien hesabları təqdim edir;

BVF-na, Qiymətli Kağızların Beynəlxalq Bankına və

digər beynəlxalq təşkilatlara kreditlər açır və vaxtını

uzadır;

ien kursunun arzuedilməz dəyişmələri zamanı bey-

nəlxalq valyuta bazarlarında Yaponiyanın Maliyyə

nazirliyinin agenti qismində valyuta intervensiyalarını

həyata keçirir;

digər ölkələrin Mərkəzi Bankları və beynəlxalq maliyyə

təşkilatları üçün xarici dövlətlərin valyutasını alır və

satır, beynəlxalq maliyyə təşkilatlarına kömək və

kooperasiya məqsədi daşıyır;

bu və ya digər ölkələrin iqtisadiyyatlarının cari və-

ziyyəti ilə bağlı məsələlər üzrə məsləhətləşmələr aparır,

vəziyyətin proqnozlaşdırılmasını həyata keçirir, birgə

nəzəri araşdırmalar və statistik tədqiqatlar təşkil edir.

Page 215: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

215

Yaponiya Bankı ölkə bazarlarının maliyyə vəziyyətinin və

iqtisadi mövqeyinin proqnozlaşdırılması və başa düşülməsi

üçün zəruri olan nəzəri tədqiqatları və iqtisadi təhlili həyata

keçirir. Yaponiya iqtisadiyatı xarici ticarətdən çox asılıdır.

Ölkə ona lazım olan pambığın, yunun, boksitlərin 100%-ni,

mis filizinin 99,9%-ni, neftin 99,8%-ni, dəmir filizinin 99,7%-

ni, daş kömürün 81,8%-ni idxal edir. Yaponiya beynəlxalq

ticarətdə ABŞ-dən və Almaniya Federativ Respublikasından

sonra üçüncü yeri tutur. Onun payına dünya idxalının 6,3%-i,

və dünya ixracının 8,9%-i düşür. Onun ixracında aparıcı rolu

maşınlar və avadanlıqlar (74,7%), metal məhsulları (7,8%),

idxalında isə yanacaq (20,4%), ərzaq (qida) (14,7%), xammal

(8,5%) tutur. Ölkə özünü ərzaq məhsulları ilə 70% təmin edir.

Ərzaq məhsullarının Yaponiyaya əsas təchizatçıları ABŞ,

Avstraliya və Kanadadır. Yaponiya dəniz məhsullarının həcmi

üzrə dünuyada birinci yeri tutur (12 mln.tona yaxın).

Yaponiya dünyada qızıl - valyuta rezervlərinə görə Çin

Xalq Respublikasından sonra ikinci yerdədir. Dünya bank

aktivlərinin 40%-i onun payına düşür. Dörd yapon bankı

dünyanın ən böyük banklarının ilk yüzlüyünə daxildirlər. Onun

bilvasitə xarici investisiyalarının həcmi 460 mld dollar

məbləğindən artıqdır. Bu isə dünya investisiyalarının 12%-dən

artıq hissəsini təşkil edir. Mürəkkəb və müstəqil inkişaf

yolunda Yaponiya dünyanın güclü iqtisadi hakimiyyətinə

çevrildi. Hazırda ölkə iqtisadi inkişaf və insanların həyat

səviyyəsinin yüksəlməsi üçün qloballaşma prosesindən istifadə

edir. Ölkədə işsizliyin 3,8% olduğu təqdirdə ölkədə inflyasiya

demək olar ki, sıfır səviyyəsində saxlanılır. Yaponiyanın

Page 216: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

216

iqtisadi inkişafında 90-cı illərin maliyyə-iqtisadi böhranı

zamanı sınaqdan keçmiş inkişaf etmiş və 2008-ci ilin dünya

maliyyə böhranının nəticələrinə müvəffəqiyyətlə qalib gələn

bank sistemi mühüm rol oynayır. 1868-ci ildə ölkənin

modernləşdirilməsinə istiqamətlənmiş Meydzi islahatları

prosesində yapon höküməti ABŞ nümunəsini üstün tutaraq, pul

emissiyası hüququna malik olan dövlət banklarının sisteminin

formalaşmasına başladı. Bu növ birinci kredit institutu “Birinci

dövlət” bankı sonradan-“Birinci sənaye” bankı) oldu. 1874-cü

ildə (ölkənin iqtisadiyyatının rolunda vacib rol oynamış poçt-

əmanət sistemi yaradıldı ki, onlar da 1880-cı ildə əmanət

banklarına çevrilmişdi. 1877-ci ildə özəl kapital vasitəsilə ilk

bank assosiasiyası, 1879-cu ildə ildə Osakada banklararası

hesablaşmaların sadələşdirilməsi üçün klirinq evi yarandı və

1878-ci ildə isə iki fond birjası açıldı. Son zamanlara qədər

Yaponiyada dolayı maliyyələşmə (banklar vasitəsilə) üstünlük

təşkil edirdi. 1882-ci ildə yalnız bir emissiya mərkəzinin

saxlanılması haqqında qərar qəbul olundu. Bu günə qədər onun

funksiyalarını Yaponiya bankları icra edir. Digər dövlət

bankları paralel yaranmış özəl bankları ilə (ticarət-sələmçilik

kontorlarından yaranmış kommersiya və əmanət bankları ilə)

bir sırada olaraq, adi kredit (kommersiya) institutlarına

çevrilmişlər. Bu cür özəl strukturlar 1890-cu ildən olan banklar

haqqında qanunla leqallaşdırılmışlar. Bu banklar adi

kommersiya fəaliyyəti, azad vəsaitlərin cəlb edilməsi,

kreditlərin verilməsi və müəssisələr arasında hesablaşmaların

aparılması ilə məşğul idilər. Lakin bu banklar öz kommersiya

xarakterinin sayəsində və onların sərəncamlarında kiçik

Page 217: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

217

həcmdə pul resurslarının olması səbəbindən ölkənin

modernləşdirilməsini və sənayeləşməsini tam həcmdə

maliyyələşdirilmək imkanına malik deyildilər. Dövlət bu

məsələnin həllinə qoşularaq, Yokoqama Valyuta bankı (xarici

ticarətin maliyyələşdirilməsi üçün yaranıb, sonradan Tokio

bankı), Yaponiya Sənaye Bankı (uzunmüddətli layihələrin

maliyyələşdirilməsi üçün yaradılmış və s.) kimi yarı dövlət

yarı özəl kredit institutlarını yaratdı. 1900-cü ildə sənaye

kooperativlərinin Mərkəzi Bankı (sonradan kənd və meşə

təsərrüfatı Mərkəzi Bankı) kimi kiçik biznesin dəstəyi üzrə

xüsusiləşmiş institutlarının yaranmasının təməlini qoymuş

sənaye kooperativləri haqqında qanun qəbul edilmişdir. Bu

bank sistemi 1901-ci ildə, ölkədə 1867 sayda adi bankların

olduğu zaman öz inkişafının yüksək zirvəsinə çatmışdır. Digər

vacib yeniliklərin arasında aşağıdakını qeyd etmək lazımdır:

1915-ci ildə qədim zamanlardan mövcud olan, sahibkarlıq

fəaliyyətini maliyyələşdirən spesifik yapon mudzin

kooperativləri kiçik biznesin qarşılıqlı maliyyələşdirilməsi

şirkətləri rəsmi statusunu aldılar. 1927-ci ilin böhranının

gedişatında zəif bankların müflisləşməsi prosesi başlanıldı.

1927-ci ildə banklar üçün icbari olan kapital minimumu

haqqında ilk dəfə qeyd edildiyi banklar haqqında Yeni qanun

qəbul edilmişdir. Bununla Qanun bankları qovuşmağa və

möhkəmlənməyə, güclənməyə vadar etdi. Bu proseslərin

nəticəsində İkinci Dünya müharibəsinin bitməsindən sonra

ölkədə cəmi 64 adi və dörd əmanət kredit institutu fəaliyyət

göstərirdi. Müharibə dövründə bank biznesinin

Page 218: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

218

universallaşması, möhkəmlənməsi və birləşməsi yolunda iki

vacib addım atıldı:

1. Adi Banklar Əmanət Banklarının hüquqlarını

əldə etdilər,

2. Banklararası hesablaşmalar Yaponiya Bankı

vasitəsilə həyata keçirilməyə başlanıldı.

İkinci dünya müharibəsindən sonra Yaponiyanın bank

qanunvericliyinin əsaslarına yenidən baxılmadı. Lakin kredit

institutlarının islahatı üzrə bir sıra praktiki addımlar atıldı. Belə

ki, dünya müharibəsinin bitməsi və koloniyaların

(müstəmləkələrin) itkisi ilə əlaqədar olaraq, xüsusi hərbi

maliyyə institutları və kolonial (müstəmləkə) bankları

bağlanıldı. 1945-ci ildə bank assosiasiyaları Federasiyaya

birləşdirildi, 1947-ci ildən başlayaraq, ümummilli bank

qurultayları keçirilməyə başlanıldı. 1948-ci ildə birjalar və

qiymətli kağızlar haqqında Qanun banklara istiqrazlarla və

debenturlarla (təyin edilmiş faizi olan kağızlar)

əməliyyatlardan başqa digər qiymətli kağızlarla əməliyyatları

həyata keçirməyi qadağan etdi. Buna baxmayaraq, onlar

sərəncamında səhmlərlə bağlı əməliyyatların və kommersiya

xarakterli kağızların olduğu xüsusiləşmiş şirkətlər üzrə nəzarəti

qoruyub saxlaya bilirdilər. 1949-cu ildə Yaponiya bankının

direktorlar şurası yaradıldı, bu isə ölkənin mərkəzi bank

təsisatının müstəqilliyini gücləndirdi. Eyni zamanda hökümətin

maliyyə korporasiyalar şəbəkəsi (kiçik biznes, kənd təsərrüfatı,

ayrı-ayrı regionların, tibbi müəssisələrin inkişafı və s.)

formalaşmışdı və 1950-ci ildə bütün xüsusiləşmiş banklar adi

kommersiya banklarına çevrildilər. 50-ci illərin birinci

Page 219: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

219

yarısında mudzinlər qarşılıqlı kreditləşmə banklarına, kredit

kooperativləri isə kredit assosiasiyalarına çevrilmiş,

uzunmüddətli kreditləşmə banklarının və trast banklarının yeni

sistemləri yaradıldı. Nəhayət, 1954-cü ildə valyuta bank

fəaliyyəti haqqında Qanuna əsasən bankların xarici iqtisadi

fəaliyyətin maliyyələşməsi sahəsində imkanları genişləndirildi.

Yaponiya amerikan nümunəsi əsasında qurulmuş ən

cavan bank qanunvericiliklərindən birinə malikdir. İlk müasir

tipli banklar Yaponiyada 1872-ci ildən sonra özəl milli banklar

kimi yaranmışlar. Kommersiya bankları kimi onların bütün

ölkədə filialları var idi və banknotların emissiyası hüququna

malik idilər. Milli banklar intensiv konvertasiya edilməyən

banknotların buraxılışına başladılar və bununla da istehsalın

inkişafı üçün maneə yaradan inflyasiyaya vasitəçilik edirdilər.

Bu şəraitdə Yaponiyanın mərkəzi bankının yaradılmasına

ehtiyac duyulurdu. Yaponiyanın mərkəzi bankı 1882-ci ildə 30

illik müddətinə yaradilmış, sonradan bu müddət daha 30 il

müddətinə uzadılmışdır.

Bü gün Yaponiyanın bank sistemi - yalnız Asiya-Sakit

okean regionunda deyil, həmçinin bütün dünyada ən güclü və

inkişaf etmiş bank sistemlərindən biridir. Dünyanın 100 aparıcı

bank müəssisələrinin sayına daxil olan yapon banklarının sayı

artmaqdadır. Yaponiya bankları Asiya, ABŞ və Qərbi Avropa

ölkələrinə sənaye investisiyalarını reallaşdıran, kapitalına görə

nəhəng maliyyə-sənaye qruplaşmalarının mərkəzinə çevrilirlər.

Yapon banklarının bəzilərinin beynəlxalq maliyyələşmə və

kreditləşmə mərkəzlərinə çevrilməsi məqsədilə xaricdə kredit-

borc fəaliyyətinin beynəlmiləlləşdirilməsi tendensiyaları artır.

Page 220: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

220

6.2.YAPONĠYA BANK SĠSTEMĠNĠN QURULUġU

Yaponiyanın bank sistemi iki pilləli sistemlə tənimlənir:

1) Mərkəzi bank (Yaponiya bankı), onun təşkilati

strukturuna siyasi şura (sədr, iki müavin, altı üzv), üç icraçı

auditor, üç icraçı direktor, səkkiz müşavir daxildir;

2) Kommersiya bankları; şəhər bankları,regional banklar,

trast bankları, uzunmüddətli kreditləşmə bankları, yapon

bankının iştirakı ilə xarici banklar .

Cədvəl. 3.1

Cədvəl. 3.1. Yaponiya bank sisteminin təşkilati strukturu

Emissiya institutu Yaponiya Bankı 1882-ci ildə, öz

banknotlarının buraxılışı ilə məşğul olan özəl bankları 30 illik

müddətə təsis olunmuşdu. 1889-cu ildə qəbuledilmiş Qanununa

görə o banknot emissiyası hüququna malik oldu. Sonradan

bankın maliyyələşməsi müddəti daha 30 illik müddətə uzadıldı,

ġəhər

Bankları

Regioanal

Banklar

Trast-

banklar

Uzunmüddətli

kreditləĢmə

bankları

Yapon

kapitalı ilə

xarici

banklar

Yaponiya Bankı

Page 221: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

221

1942-ci ildə Yaponiya Bankı hökümətin nəzarəti altında

olması haqqında Qanun təsbit olundu. Yaponiya maliyyə

Nazirliyinə bankın aktlarını müstəqil şəkildə dəyişmək hüququ

verildi. 1949-cu ildə dövlətin monetar tənzimləməsi sahəsində

dövlətin maraqlarını qoruyan Siyasi Şura yaradıldı. 1979-cu

ildə bank haqqında Qanun modernləşdirildi və Mərkəzi bank

müddətsiz statusu aldı. 1aprel 1998-ci ildən başlayaraq

Yaponiya Bankı haqqında Qanun qüvvəyə mindi. Bu qanuna

əsasən bankın Maliyyə Nazirliyindən asılılığı ləğv edildi və

bank müstəqillik statusu əldə etdi. Statusa görə Yaponiya

Bankı inzibati orqan deyil, səhmdar şirkətdir: onun kapitalının

55%-i hökümətə, 45%-i maliyyə institutlarına, sığorta

şirkətlərinə və digər fərdi səhmdarlara məxsusdur. Səhmdarlara

4% miqdarında dividendlərə zəmanət verildi.

Yaponiya Bankının funksiyaları. Yaponiya Bankı

mərkəzi bank olaraq, aşağıdakı funksiyaları həyata keçirir:

banknotların buraxılması;

pul-kredit siyasətinin reallaşmasını (icbari bank

rezervlərinin normasının dəyişməsi, maliyyə

bazarlarında əməiyyatlar, faizin uçot dərəcəsinin

tənzimlənməsi) ;

kommersiya banklarının qarşılıqlı

hesablaşmalarının həyata keçirilməsi;

maliyyə təsisatlarının menecmentinin maliyyə

durumunun və monitorinqinin yoxlanması;

dövlət qiymətli kağızları ilə əməliyyatların

aparılması;

beynəlxalq fəaliyyətin həyata keçirilməsi;

Page 222: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

222

iqtisadi analizin icrası və nəzəri tədqiqatların

aparılması.

Yaponiya Mərkəzi Bankı özündə aşağıdakı pul-kredit

siyasətinin reallaşması amilləri ilə məşğul olur:

icbarı bank rezervlərinin normasının dəyişməsi;

maliyyə bazarlarında əməliyyatlar;

faizin uçot dərəcəsinin tənzimlənməsi.

Yaponiya Bankı valyuta intervensiyalarını apararaq,

beynəlxalq valyuta bazarlarının ən fəal iştirakçılarından biridir.

Yaponiyanın digər kredit təĢkilatlarının funksiyaları

və əməliyyatları. Yaponiyada şəhər bankları yəni maliyyə

institutlarının təşkil etdiyi sistem yarandı. Belə kredit

təsisatlarının təsiri bütün ölkəyə yayılaraq onların xidmət

sferasına bir qayda olaraq, bankla eyni maliyyə-sənaye qrupuna

aid olan böyük müəssisələr daxil idi. Regional (prefektur)

bankları böyük əhəmiyyətə malik idi. Bu bankların fəaliyyəti

coğrafi cəhətdən müəyyən iqtisadi rayonu bir və ya bir neçə

qonşu prefekturları və orada yerləşən müəssisələri əhatə etdi.

Regional kredit müəssisələrinin əksəriyyətinin ölkənin iki

iqtisadi mərkəzində Tokioda və Osakada şəxsi nümyəndəlikləri

vardır. Bəzi yapon banklarının valyuta ilə sazişlər, əməliyyatlar

və xarici ticarətin maliyyələşməsi üçün xüsusi lisenziyaları

vardır.

Xarici banklar və onların filialları lisenziya alaraq,

ölkədə adi (kommersiya) yapon bankları kimi fəaliyyət

göstərirlər. Onların xidmət sferasına əsasən xarici

iqtisadiyyatla əlaqəsi olan, xarici kapitalı olan müəssisələr

təşkil edirdi. Yuxarıda göstərilən universal, yəni, bank

Page 223: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

223

əməliyyatlarının bütün əsas növlərini həyata keçirən

müəssisələrlə yanaşı, Yaponiyada xüsusiləşmiş fond institutları

vardır. Uzunmüddətli kredit bankları, adlarından göründüyü

kimi, debenturların buraxılması vasitəsilə toplanmış fondlardan

yaranmış təsisatların uzunmüddətli kreditləşməsi üçün

nəzərədə tutulmuşlar. Trast bankları, qanuna uyğun olaraq, adi

banklar kimi fəaliyyət göstərə bilirlər, lakin onlara qarşı adi və

trast hesablarının müəyyən nisbətinin saxlanması üşün inzibati

“saxlanma” siyasəti tətbiq olunur. Trast bankları uzunmüddətli

kreditləşmə funksiyalarını həyata keçirənlərə və maliyyə

idarəetməsi ilə məşğul olanlara bölünürlər. Yaponiyada kiçik

biznesin kredit təsisatları vardır: ümumi (qarşılıqlı) banklar,

kredit assosiasiyaları və kredit kooperativləri. Kiçik biznesin

kreditləşmə sisteminin mərkəzi ünsürünü yarı hökümət

bankları təşkil edir ki, buna da kənd və meşə təsərrüfatı üçün

Mərkəzi Kooperativ Bankını misal göstərmək olar. Onlar

kopperativlərin artıq vəsatlərini yığır və fondların toplanması

üçün debenturları buraxırlar.

Yapon bankları ölkənin bütün prefekturlarında və böyük

şəhərlərində coğrafi prinsiplər əsasında yaranmış bank

assosiasiyalarına daxildir. Onların vəzifəsində bank biznesinin

inkişafına, həmçinin regionların maliyyə və iqtisadi tərəqqisinə

dəstək daxildir. Bu regional assosisasiyalar Yaponiyanın bank

assosiasiyalarının Federasiyasının üzvləridirlər. Regional

bankların və trast institutlarının öz ümumilli assosiasiyaları

olmaqla yanaşı hökümət idarələrinin nümyəndələrinin iştirak

etdikləri maliyyə assosiasiyası şurası da vardır.

Page 224: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

224

Yapon bankları aşağıdakı əməliyyatları həyata

keçirirlər:

müxtəlif şirkətlərə kommunal xidmətlərin

göstərilməsinə görə ödəniş edir,

dükanlarda satin alınmaları ödəyir,

müştərilərin icra etdikləri işə görə onların hesabına pul

köçürür və hətta müştərinin hesabına əmək haqqının

vaxtında oturmadığı təqdirdə işəgötürən şirkətlərlə

müstəqil şəkildə əlaqə saxlayır və s.

Yaponiyada 6300-ə yaxın maliyyə-kredit təşkilatları

vardır. Bank biznesi Yaponiyada ilkin dövlət əhəmiyyətliliyi

dərəcəsinə yüksəlmişdir. Müharibədən sonrakı dövr ərzində

Yaponiyada bankların müflis olması halları yaranmamışdır,

bu isə dövlətin bank nəzarəti sahəsində siyasətinin, həmçinin

zəif banklara dəstək göstərilməsinin nəticəsidir. Yaponiyada

bank əməliyyatlarının həyata keçirilməsi üçün lisenziya almaq

hüququ olduqca çətin idi. Yaponiya bank sisteminin

strukturuna özündə şəhər bankları adlanan 11 böyük özəl

bankları, bir prefekturanın miqyasında fəaliyyət göstərən 64

özəl yerli bankları, əsasən böyük biznesə və ölkənin

korporasiyalarına xidmət göstərən üç qüdrətli özəl

uzunmüddətli kreditləşmə bankları daxildir. Yaponiyanın

kredit sisteminin ayrılmaz tərkib hissəsi-onların əsasən

qiymətli kağızlara investisiyalar üçün istifadə etdikləri nəhəng

maliyyə vəsaitlərini toplayan 47 sığorta şirkəti və 220 fond

şirkətləridır.

Qiymətli kağızlarla əməliyyatlarda ixtisaslaşan

şirkətlərin mövcudluğu- amerikan nümunəsi əsasında qurulmuş

Page 225: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

225

Yaponiya bank sisteminin başlıca xüsusiyyətlərindən biridir.

Dünyanın digər ölkələrindən fərqli olaraq, Yaponiyada

qüvvədə olan qanunlar banklar və fond şirkətləri arasında

səlahiyyətləri dəqiqliklə bölüşdürür, bununla da onlara bir-

birinin əməliyyatlar sferasına daxil olmasına imkan vermirlər.

Yaponiyada banklar üçün böyük sayda qanunverici

göstərişlər, sərəncamlar yoxdur, bu ölkədə bank işinin fərqli

cəhəti məhz bundan ibarətdir. Kommersiya bank sistemi öz

fəaliyyətində Maliyyə Nazirliyinin rəsmi göstərişlərini, hətta

şifahi göstərişlərini rəhbər tutur. Bu göstərişlər qanuni qüvvəyə

malik olmasalar belə, bütün kommersiya bankları dəqiqliklə

onlara əməl edirlər. Yaponiya kredit sisteminə nəzər saldıqda

görürük ki, kredit sistemi haqqında təsəvvürlər əhalinin

əmanətlərinin toplanması üçün yaranmış poçt-əmanət

kassalarının mövcudluğuna ehtiyac vardır. Bu fəaliyyət sferası

ilə nəhəng dövlət bankları, yerli banklar və s. məşğul olurlar.

Lakin yapon poçt bölmələrinin nəzdində əmanət kassaları fərdi

müştərilərə özəl banklardan daha çox xidmətlər göstərir, orta

gəlirli insanlara daha əlverişli şərtlərlə kredit almaq və əmanət

toplamaq imkanını təmin edirlər. Bunun sayəsində dövlət poçt-

əmanət kassaları inzibatı cəhətdən poçt idarəsinə tabe olaraq,

böyük maliyyə vəsaitlərini cəlb edə bilmişlər.

Yaponiyada xarici bankların ilk bölmələri XX yüziliyin

əvvəllərində açılmışlar. İlk amerikan bankı 1902-ci ildə

açılmışdır. Xarici bankların bölmələrinin daha fəal

formalaşması İkinci dünya müharibəsindən sonrakı dövrə

təsadüf etmişdir. Bu banklar milli iqtisadiyyatın bərpası,

intibahı üçün yaradılmışlar. Sonra 1970-ci ilə qədər Yaponiya

Page 226: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

226

xarici bankların fəaliyyətinin çoxsaylı məhdudiyyətlərinin

nümunəsi kimi çıxış edirdi: onların qarşısında ölkəyə daxil

olmağa maneəçilik törədən sərt baryerlər qoyulurdu. 1970-ci

ildə bank sferasına xarici kapital qoyuluşlarının liberallaşması

proqramının üçüncü rübündə bank sferasının daxil edilməsi

haqqında qərar qəbul olundu. Xarici banklar üçün liberallaşma

şərtlərinə əsasən, Yaponiya bank sisteminə daxil olmanın üç

yolu var idi:

xarici kapitalı olan yeni bankın yaradılması,

qarışıq kapitalı olan bankın təsisatı,

mövcud bankın idarə edilməsində iştirak və

bölmənin açılışı.

Yaponiyada xarici bankların yerli depozitlərinə

buraxılışına qoyulan qadağalar geri götürülmüş, pul bazarında

günlük kreditlərin alınması zamanı ilkin xəbərdarlığın olması

haqqında tələblər, kreditlərin banklararası bazarda alınması

limitləri ləğv edildi.

Xarici banklara borcların 30%-nə qədərinin depozit

sertifikatlarında olan iyenalarda buraxılmasına, həmçinin

qeyri-rezidentlərə kreditlərin yenalarda verilməsinə icazə

verildi. 80-cı illərin axırında yapon kredit-maliyyə

institutlarının dünya bazarlarında getdikcə artan ekspansiyası

şəraitində, Yaponiya, onlara olduqları ölkələrdə maksimal

əlverişli şəraitin təmin edilməsi və qarşılıqlılıq prinsipinin

nəzərə alınması ilə cavab respressiyaların qarşısının alınması

üçün çalışaraq, xarici banklara milli bank institutlarının malik

olduqları hüquqlara nisbətən daha geniş hüquqlar verdi. ABŞ-

da olduğu kimi, Yaponiyada da fəaliyyət göstərən borc-depozit

Page 227: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

227

və investisiya əməliyyatlarının qanunverici şəkildə

fərqlənməsinə baxmayaraq, xarici banklara 50% sahiblik

hüququ ilə investisiya şirkətlərinin təsisatına icazə verilmişdir.

Yaponiyada həcmi (ölkənin bank kapitalından 0,6%)

5,5 trliyon təşkil edən xarici bankların 87 filialı fəaliyyət

göstərir. Kreditləşmə həcmi 12,2 trilyon yena təşkil edir.

Yaponiyada fəaliyyət göstərən xarici banklar həm aktivlərin

miqdarına, dövriyyəsinə, əsas əməliyyatların növlərinə görə,

həmçinin də ölkənin bank sistemində tutduqları vəziyyətə, rola

görə bir-birindən fərqlənirlər.

Yaponiyada xarici bankların sayının artımı hakim

mövqelərin çoxdan yaradılmış bankların tutduğu vəziyyəti cüzi

şəkildə dəyişdi. Onların arasında amerikan bankları

fərqlənirlər. Məsələn, üç amerikan bankının payına “Ferst

neşnl Sitibank”, “Çeyz manxettan bank” və Amerika bankı

Yaponiyada xarici banklara verilən bütün kreditlərin 30%-i

düşür.

6.3. YAPONĠYA BANKLARININ BEYNƏLXALQ

EKSPANSĠYASI

Yapon banklarının beynəlxalq ekspansiyasında bir neçə əsas

mərhələ qeyd olunur. 80-cı illərin əvvəllərinə qədər beynəlxalq

fəallıq olduqca məhdud olaraq, əsasən yapon ixracının

maliyyələşməsində ölkənin xarici iqtisadi əlaqələri ilə bağlı və

valyuta əməliyyatlarında əks olunurdu. Geniş miqyaslarda

beynəlxalq fəaliyyət yalnız “Bank of Tokio” tərəfindən həyata

Page 228: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

228

keçirilirdi. 1970-1972-ci illərdə bir çox yapon banklarının

xarici aktivlərinin sıçrayışlı artımı baş verdi.

“Kredit dempinqi” siyasətini istifadə edərək yapon

bankları xarıcı rəqibləri sıxışdırmağa və beynəlxalq kredit

bazarında yer tutmağa can atırdılar. Yaponiya yalnız 70-ci

illərin əvvəllərində xaricdə bank təsisatlarının şaxələnmiş

şəbəkəsinin yaradılmasına başlanıldı. Nisbətən qısa müddət

ərzində yapon bankları xaricdə əməliyyatlar üçün güclü baza

yaratmış və xarici şəbəkənin ölçüsünə görə dünyada 3-cü yeri

tutmuşlar (amerikan və ingilis banklarından sonra).

Yaponiyanın Maliyyə nazirliyinin məlumatına görə, 2007-ci

ildə dünyanın müxtəlif ölkələrində yapon banklarının 200-ə

yaxın bölməsi, 166 törəmə şirkəti və 3780-dən artıq

nümayəndəlikləri fəaliyyət göstərirdi. ABŞ-da yapon bank

institutlarının əksəriyyəti iki mərkəzdə Nyu-Yorkda və

Kaliforniya ştatında yerləşir.

Nyu-Yorkda 1952-ci ildə “Bank of Tokio” bankının

açılması ilə Yaponiyanın xarici bank şəbəkəsinin bərpası

başlandı. Ümumilikdə Nyu-Yorkda yapon banklarının 24

bölməsi, beş törəmə şirkətləri və beş nümayəndəliyi yerləşir.

Yapon banklarının Kaliforniyada əməliyyatları ticarət

istiqamətliliyi ilə seçilirlər. Bu ştatda ən güclü mövqe 50-ci

illərin əvvəllərində yaranmış “Bank Tokio Kaliforniya” və

“Sumitomo bank Kaliforniya” banklarına məxsusdur.

Kaliforniyada yapon banklarının 24 bölməsi, doqquz törəmə

şirkəti və beş nümayəndəliyi fəaliyyət göstərir. Londonda

yapon bank qruplaşması amerikan qruplaşmasından sonra ən

çoxsaylı qruplaşma sayılır. 1960-cı illərin axırlarında başlamış

Page 229: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

229

yapon bank kapitalının Avstraliya qitəsinə daxil olması o qədər

dinamik idi ki, yapon bankları qısa müddət ərzində Böyük

Britaniyadan, Fransadan və ABŞ-dan olan təcrübəli rəqibləri

ilə mübarizədə əksər hallarda üstün mövqenin tutulmasına nail

oldular. Yapon banklarının xarici pul bazarlarına daxil olması

metodlarından biri çoxmillətli maliyyə institutlarının

yaradılması oldu. Yapon kapitalının iştirakı ilə çoxmillətli bank

qruplaşmalarının təşkilinin xarakterik cəhəti bir qayda olaraq,

yalnız beynəlxalq bank işlərində böyük təcrübəyə malik olan

böyük banklarla əməkdaşlığın həyata keçirilməsidir. Böyük

yapon və xarici bankların arasında “Mitsubishi-Çeyz

Manhattan bank”, “Fudzi Sitibank”, “Sumitomo-Bank“

bankları seçilirlər. “Dayiti Kanqe bank” ilə “Lonqterm kredit

bank of Capan” və “Menyu-fekçurers Xenover” arasında,

“Sanva” və “Kontinental Bank” arasında daha mürəkkəb

əlaqələr mövcuddur.

Dinamikada yapon banklarının mənfəətinin azalmasının

müşahidə olunmasına baxmayaraq (bu fond birjasında qeyri-

sabit vəziyyətlə, vaxtında ödənilməsi ehtimalı az olan borcların

artımı ilə, həmçinin işgüzar fəallığın səviyyəsinin aşağı

düşməsi ilə izah olunur), yapon bank sistemi dünyada ən güclü

bank sistemlərindən biri olaraq qalır. XXI əsrin əvvəlində 110

Yaponiya bankı aktivlərinin ümumi cəminə görə dünyanın

2000 aparıcı banklarının siyahısına daxil idilər. Dünyanın 100

ən böyük banklarının arasında 20 yapon bankı öz yerini

tutmuşdur. İlk dünya yüzlüyündə “Sumitomo”, “Mitsubishi”,

“Rezona” bankları vardır. Onların aktivlərinin gəlirliliyi 0,11%

Page 230: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

230

- 0,21%, kreditləşmənin ümumi həcmi 1,9 milyard dollar təmiz

mənfəət göstəricisi 4,9 milyard dollar səviyyəsindədir.

6.1. YAPONĠYA BANK NƏZARƏT SĠSTEMĠ.

Yapon banklarının sabitliyi onların yaranması və fəaliyyəti

üzrə inkişaf etmiş nəzarət sisteminin olması ilə təmin edilir.

Nəzarət Yaponiya Bankı və Maliyyə Nazirliyi ilə həyata

keçirilir. Bank fəaliyyəti üzrə nəzarətin həyata keçirilməsində

bankların mütəmadi yoxlama sistemləri böyük əhəmiyyət kəsb

edirlər. Əmanətçilərin maraqlarının müdafiəsi, kredit

sisteminin sabitliyinin və maliyyə institutlarının davamlı

vəziyyətinin saxlanması və dəstəklənməsi məqsədilə, Maliyyə

Nazirliyi və Yaponiya Bankı növbə ilə, ildə iki dəfə bankların

yoxlanılmasını həyata keçirirlər. Yoxlamanın əsas üsulları –

aktivlərin vəziyyətinin analizi, bankların filiallarına baxışın

keçirilməsi və idarəçilik kadrları ilə müsahibələrin həyata

keçirilməsidir. Bankın risklərə nəzarətinə, şəxsi kapitalın

artımına dair görülmüş tədbirlərə, rentabelliyə, menecment

proqramına, struktur yenidənqurmanın həyata keçirilməsinə və

digər faktiki parametirlərə getdikcə daha çox diqqət yetirilir.

Bank aktivlərinin analizi kreditləşmə və aktivlərin digər növləri

ilə bağlı vəziyyətin təyin edilməsi üçün aparılır ki, bu da kredit

riskinin dərəcəsini təyin etməyə imkan verir.Analiz kreditləşmə

istiqamətləri üzrə, müştərilərin aksept üzrə öhdəlikləri, bankın

verdiyi zəmanətlər, qiymətli kağızlar, daşınan və daşınmaz

əmlak üzrə aparılır. Bank sisteminin sabitliyinin saxlanması və

Page 231: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

231

mümkün bank müflisləşmələrinin qarşısının alınması üçün

1971-ci ildə Yaponiyada bank əmanətlərinin zəmanəti üzrə

Korporasiya yaradılmışdır. Onun nizamnamə kapitalı 455

milyon iyena təşkil edir, onlardan 300 milyon iyena hökümətə

və Yaponiya Bankına, qalanları isə özəl banklara məxsusdur.

1998-ci ilin aprel ayının 1-dən etibarən Yaponiyada yeni

maliyyə ilinin başlanması ilə əlaqədar bank sisteminin islahatı

aparıldı. Broker komissiyalarının təyin etdiyi faiz yalnız 50

milyon iyena məbləğindən artıq olmayan əməliyyatlara qarşı

tətbiq edilir. Bu tədbirlər dərhal qüvvəyə minir. Onların

inkişafı ilə bağlı parlamentə baxılması üçün maliyyə

qanunvericiliyinin hələ 2000 səhifəsi təqdim edilməsi, onların

təsdiq edildiyi təqdirdə, Yaponiyada yaxın illər ərzində

banklar və broker şirkətləri arasında bilavasitə və

kompromissiz rəqabətə mane olan bütün baryerlər aradan

qaldırılacaqdır; ikincisi, banklara yeni maliyyə məhsullarının

yeridilməsinə mane olan bir çox qadağalar ləğv ediləcəkdir;

üçüncüsu, banklar ictimai istehlak fondlarının bazarlarında

azad işləyə biləcəklər; dördüncüsü, bank aktivlərinin idarə

edilməsi üzrə və xüsusən sosial fondlar üzrə əməliyyatların

portfeli kəskin sürətdə artacaqdır.

6.2. YAPONĠYA BANK SĠSTEMĠNĠN QURULUġU

Yaponiya yalnız Asiya-Sakit okean regionunda deyil,

həmçinin bütün dünyada ən güclü və inkişaf etmiş ölkələrdən

biridir. Dünyanın aparıcı bank təsisatlarının sayına daxil olan

yapon banklarının sayı artır. Yapon bankları Asiya, ABŞ və

Page 232: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

232

Qərbi Avropa ölkələrinə sənaye investisiyalarını reallaşdıran,

kapitalına görə nəhəng maliyyə-sənaye qruplarının mərkəzinə

çevrilirlər. Bir sıra yapon banklarının beynəlxalq maliyyələşmə

və kreditləşmə mərkəzlərinə çevrilməsi məqsədilə onların

xaricdə borc kredit fəaliyyətinin beynəlmiləlləşməsi

tendensiyaları artırdı. Səhmlərin, istiqrazların və digər maliyyə-

borc öhdəliklərinin yerləşdirdikləri Qərbi Avropa və ABŞ

bazarlarında qiymətli kağızların emissiyası ilə məşğul olan

yapon kredit-bank təşkilatlarının miqyaslarının genişlənməsi

müşahidə olunur. Yaponiyanın bank sisteminin

funksionallığının davamlılığı və etibarlılığı 2008-ci ildə

yaranmış qlobal maliyyə böhranının nəticələrinin aradan

qaldırılmasının gedişatında sınaqdan keçirilmişdir.

VlI FƏSĠL. ÇĠN RESPUBLĠKASININ BANK SĠSTEMĠ

Sosializm quruculuğu illərində Çin Xalq Respublikası

çətin və ziddiyyətli tarixi yol keçmişdir. Ayrı-ayrı dövrlərdə

əldə edilən iqtisadi nailiyyətlər böhran ilə əvəz olunmuş və

nəticədə əhalinin həyat səviyyəsi çox ləng yüksəlmişdir. Yalnız

70-ci illərin axırlarında ölkə böhran vəziyyətindən çıxmışdır.

Ölkədə sosializm quruculuğunun təkmilləşdirilməsi məqsədilə

aşağıdakı dörd modernizasiya proqramı həyata keçirilmişdir.

1. Sənaye

2. Kənd təsərrüfatı

3. Müdafiə

4. Elm

Page 233: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

233

Bu proqram Çini mərhələlər üzrə XXI əsrin ortalarınadək

yüksək inkişaf etmiş sosializm dövlətinə çevirmək məqsədini

güdür. Son illə dünya təsərrüfatında Çinin rolu xeyli artmışdır.

80-ci illərin əvvəllərindən başlayaraq Çin iqtisadiyyatının artım

sürətinə görə dünyanın ən böyük dövlətləri arasında birinci yeri

tutur. 1979-2010-ci illər ərzində ölkənin ümumi milli

məhsulunun orta artım göstəricisi 9% olmuşdur. İndi Çin

Asiyanın iqtisadi tərəqqisinin lokomotivlərindən birinə

çevrilmişdir. Onun iqtisadiyyatının belə sürətli inkişafına

ölkənin ictimai həyatında aparılan əsaslı mütərəqqi

dəyişikliklər, iqtisadiyyatın bütün sahələrində həyata keçirilən

islahatlar (xarici kapitalın axınına şərait yaradılması, azad

iqtisadi bölgələrin yaradılması və s.), ayrı-ayrı iqtisadi

sahələrdə daha çox maddi nemətlər bolluğu yarada bilən

istehsal münasibətlərindən (dövlət, kooperativ və

xüsusiyyətçilik) istifadə olunması təsir etmişdir. Belə sürətli

inkişaf əhalinin həyat səviyyəsini bir qədər yaxşılaşdırmışdır.

Son illər ölkədə Yerin süni peyklərinin buraxılışı üçün raket-

kosmik sənayesi sürətlə inkişaf edir. Çin 2008-ci ildə ilk dəfə

öz kosmonavtını açıq kosmosa göndərməklə Rusiya və ABŞ-

dan sonra bu göstəricini əldə edən üçüncü dövlət olmuşdur.

Çin daş kömür hasilatına, sement, polad, aliminium, velosiped,

tikiş və paltaryuyan maşınlar, pambıq parça istehsalına görə

dünyada birinci yeri tutur. İndi Çin əhalinin ərzaq məhsullarına

olan tələbatını təmin edir, bu da belə çoxsaylı dövlət üçün

böyük nailiyyətdir. Keçən əsrin 70-ci illərinin sonunda Çində

əsas bazar prinsiplərinə və dövlətin idarəedici orqanları

tərəfindən səmərəli makro nəzarətə əsaslanan “Çin

Page 234: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

234

xüsusiyyətləri ilə sosializm” modeli qurmaq məqsədilə iqtisadi

və sosial islahatlar aparılmışdır. Bu modelin qurulması

prosesində əsas rol Çinin bank sisteminə ötürülmüşdü. Bu

institutlar bütün cəmiyyət üçün iqtisadi-sosial mahiyyətə

malikdir. Bu istiqamətdə Çinin bank sisteminin intensiv

islahatları bazar prinsipləri və Çin reallıqları nəzərə alınaraq

aparılırdı.Aparılmış və davam edən maliyyə-iqtisadi islahatlar

nəticəsində Çinin ÜDM üzrə iqtisadi artımı 2007-ci ildə 7,043

trilyon dollara çatdı. Ümumi Ticarət Təşkilatına giriş Çinin

bank işi üçün dünya iqtisadiyyatına yol açdı. Lakin ÜTT-də

iştirak etmək Çin banklarına sərfəli imkanlar təklif etməklə

yanaşı onun önündə çoxsaylı yeni problemlər də qoymuşdu.

Hər şeydən əvvəl Çin bank sistemi ÜTT-ə qoşulmaqla yaranan

çətinliklərə reaksiya göstərmək üçün adekvat tədbirlər

hazırlamalı idi. Daha sonra mövcud problemləri həll etməli və

dünya bank təcrübəsi vasitəsilə sonrakı inkişafı

planlaşdırmalıdır.

7.1. ÇĠN RESPUBLĠKASĠNĠN BANK SĠSTEMĠNĠN

TARĠXĠ ĠNKĠġAFI

Çinin sürətli iqtisadi inkişafı 1978-cu ildən başlamışdır.

Buna qədər isə Çin özünü dünya iqtisadiyyatından təcrid edən

və durğunluğa gətirib çıxaran iqtisadi siyasət aparırdı,

həmçinin iqtisadiyyat həddən artıq mərkəzləşdirilmişdi. Son

onillikdə Çin qlobal iqtisadi oyunçuya çevrilməklə bütün

dünyanın diqqətini özünə cəlb edə bilmişdi. Bu, əsasən,

Page 235: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

235

davamlı iqtisadi inkişaf nəticəsində mümkün olmuşdur. Lakin

1979-cu ildən başlayaraq, xarici ticarət və investisiyalar

sahəsində həyata keçirilən islahatlar nəticəsində Çin

iqtisadiyyatı sürətli artım tepmlərilə inkişaf etməyə başladı.

Belə ki, 1979-cu ildən 2011-ci ilə kimi Çinin real ÜDM-i illik

ortalama 10 faiz həcmində artmışdır. Çin artıq ABŞ-dan sonra

dünyanın ikinci ən böyük iqtisadiyyatına sahibdir. Çindəki

mövcud bank sistemi dövlət tərəfindən illərlə hər bir mərhələdə

aparılan iqtisadi siyasəti əks etdirən çətin və ziddiyyətli yol

keçib. Çin tarix ərzində və xüsusilə 1978-ci ildən sonra bank

sistemi ölkədə iqtisadiyyatın və sosial proseslərin idarə

edilməsində vacib vasitə kimi çıxış edirdi. Əmtəə-pul

münasibətlərinin intensiv inkişafı şəraitində monetarlaşmanın

və kommersiyalaşmanın bank sistemilə münasibətinin

dərinləşməsində obyektiv olaraq pul münasibətlərinin sabitliyi,

milli valyutanın dayanıqlılığı,kənd təsərrüfatının pul ehtiyatları

ilə təmin edilməsi dayanır.

1994-cü ildə Çində yeni bank sistemi islahatlarının

aparılması bir tərəfdən ölkədə vəziyyətin nizamlanmasına və

stabilləşdirilməsinə istiqamətlənmişdisə də, digər tərəfdən də

XXI əsrin strateji məsələlərinin həllinə istiqamətlənmişdi.

Islahat aparılmış bank sisteminin əsas vəzifələrindən biri

istehsalın pul resursları ilə təmin edilməsində, müəssisələrin

təsərrüfat təşəbbüsləri üçün geniş imkanların verilməsi və idarə

edilməsində maliyyə-pul və istehsalın sıx əlaqələrini qaydaya

salmaq oldu. Çin bank sisteminin inkişafının əsas məqsədi

milli maliyyə sferasında stabilliyi təmin etməkdən, ölkə

daxilində pul dövriyyəsini gücləndirməkdən, öz banklarının

Page 236: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

236

səmərəliliyini artırmaqdan, pul-kredit resurslarının milli

təsərrüfatda rasional bölüşdürülməsindən və s. ibarətdir. Bank

islahatları ərzində Çin həmçinin bankların yenidən təşkili və

yenidənqurulması; kommersiya banklarının kapitallaşmasının

artırılması; beynəlxalq standartlara əsasən banklarda nəzarətin

həyata keçirilməsi; bank işinin aparılması üçün qanunvericilik

bazasının möhkəmləndirilməsi kimi vəzifələri də həll edir.

Çində bu məsələlər şəxsi xüsusiyyətlər hesabına davamlı

olaraq həll edilir.

Ölkə bu cür sürətli artma güclü ixrac potensialı və ucuz

işçi qüvvəsi hesabına beynəlxalq ticarətdə sahib olduğu rəqabət

üstünlüyü nəticəsində çata bilib.Təsadüfi deyil ki, hətta ABŞ-la

yaxın coğrafi sərhədə və iqtisadi inteqrasiya müqavilələrinə

malik olan Meksika belə Çinlə rəqabət apara bilmir. Artıq Çin

Meksika mallarını ABŞ bazarından sıxışdırıb çıxarmaqla ABŞ-

ın bir nömrəli idxal partnyoru statusuna sahib olmuşdur. ABŞ-

ın ticarət məlumatlarına əsasən, iki ölkə arasında ümumi ticarət

100 dəfədən çox artaraq, 1980-ci ildəki 5 milyard ABŞ

dollarından 2011-ci ildə 503 milyard ABŞ dollarına qədər

yüksəlmişdir. Bundan başqa, Çin həm də yeni texnologiyaların

idxalı ilə ölkə iqtisadiyyatının dirçəlməsini təmin edə bilmişdir.

Çin iqtisadiyyatının belə sürətlə böyüməsində ABŞ da maraqlı

görünür. Çünki ABŞ Çinə böyük həcmli potensial bazar kimi

baxır. Çinin böyük bazara çevrilməsi üçün isə ölkə əhalisinin

həyat səviyyəsinin yüksəlməsi lazımdır. Xarici iqtisadi asılılığı

azaltmaq üçün bunda həm də Çin özü maraqlıdır. Belə ki,

qlobal böhrandan ən çox Çinin ixrac sektoru ziyan çəkmişdir.

Qlobal böhran səbəbindən Çin mallarına olan xarici tələbin

Page 237: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

237

azalması bu ölkənin iqtisadi artım tempinin aşağı düşməsinə

səbəb olmuşdur. Nəticədə Çinin ÜDM-nin real artım tempi

2007-ci ildəki 14,2 faizdən 2008-ci ildə 9,6 faizə, 2009-cu ildə

isə 9,2 faizə kimi enmişdir. ÜDM-in artım tempinin

zəifləməsinə həm də ölkə iqtisadiyyatına qoyulan xarici

investisiyaların və daxili yığımların azalması səbəb olmuşdur.

Lakin Çinin xarici tələbdən asılılığının azalmasına mane olan

əsas faktorlardan biri hazırkı iqtisadi modeldir.

Çinin iqtisadi modelinin ən böyük özəlliklərindən biri iri dövlət

müəssisələrinin iqtisadiyyatda böyük paya sahib olmasıdır.

Belə ki, Çində kənd təsərrüfatından kənar ÜDM-in 50 faizdən

çoxu iri korporasiyaların payına düşür. Bəzi araşdırmalara

görə, iri korporasiyalar Çində 500 böyük istehsal müəssisəsinin

50 faizini, xidmət sektorunda fəaliyyət göstərən 500 baş

şirkətin isə 61 faizini təşkil edir. Digər tərəfdən iqtisadiyyatda

böyük paya sahib olmasından əlavə, həm də Çin hökumətinin

yürütdüyü iqtisadi siyasət də iri şirkətlərin xeyrinədir. Belə ki,

hökumət bu şirkətləri rəqabətdən qoruyur və onları ucuz

kreditlə təmin edir. Bu siyasət əsasən əhalinin yoxsullaşması və

ya belə demək mümkünsə, qurbanlar verməsi hesabına həyata

keçirilir. Başqa sözlə, Çin bankları əhalidən əmanətləri ucuz

faizlərlə (inflyasiya səviyyəsindən aşağı faizlərlə) cəlb edərək,

onları böyük şirkətlərə ucuz faizlə kredit kimi təklif edir. Çin

hökümətinin ölkədən kapital ixracına qadağalar qoyması isə

əhalini məcbur edir ki, öz vəsaitlərini əlverişsiz şərtlər təklif

edən yerli banklara yatırsınlar. Bu isə Çində orta təbəqənin və

daxili bazarın zəif olmasının əsas səbəblərindəndir. Orta

təbəqənin zəifliyini göstərən ən bariz göstərici son onillikdə

Page 238: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

238

Çində daxili istehlakın ÜDM-in tərkibində 45 faizdən 35

faizinə kimi geriləməsidir. Müqayisə üçün bildirək ki, bu

göstərici ABŞ-da 70 faiz təşkil edir. Digər tərəfdən, bank

sistemi əsasən, iri şirkətlər üçün kreditor rolunu oynayır. Belə

ki, 2009-cu ildə Çin bankları tərəfindən verilən kreditlərin 85

faizi və ya 1,4 trilyon ABŞ dolları böyük şirkətlərin payına

düşmüşdür. Həmçinin Çin modelinin özəlliklərindən biri də

Çin Mərkəzi Bankının ucuz yuan siyasəti aparmasıdır. Bu

siyasət Çinin ixracını ucuzlaşdırsa da, əsas mənfi cəhətlərindən

biri inflyasiyaya səbəb olmasıdır. Bu isə sonda yenə də əhalinin

sosial vəziyyətinin pisləşməsinə gətirib çıxarır. Ümumiyyətlə,

Çinin iqtisadi modeli daha çox Yapon modelini xatırladır.

Başqa sözlə, böyük çoxluğun və ya ölkənin xeyrinə fərdlərin

qurbanlar verməsini nəzərdə tutur. Çində bu model kollektiv

iqtisadiyyatla dövlət iqtisadiyyatının və sahibkarlığın qarışığı

adlanır. Buna görə də bəzi iqtisadçılar Çin modelini qırmızı

kapitalizm adlandırır. Yəni bu modeldə bazar qanunları inkar

edilməsə də, iqtisadiyyat dolayı yolla dövlət tərəfindən güclü

şəkildə tənzimlənir. Çin iqtisadiyyatının sürətli artımı bu gün

iqtisadçılar arasında ən çox müzakirə olunan mövzulardan

biridir. "Economic İntelligence Unit"in qiymətləndirmələrinə

görə, Çin 2016-cı ilə kimi dünyanın birinci iqtisadiyyatı olan

ABŞ iqtisadiyyatını ötüb keçəcək və 2030-cu ilə kimi onun

iqtisadiyyatı ABŞ iqtisadiyyatından 30 faiz böyük olacaq.

Lakin Çin iqtisadiyyatının bu cür böyüməsinə baxmayaraq,

adambaşına düşən ÜDM-in həcmi baxımından hələ uzun illər

onun ABŞ-dan geri qalacağı proqnozlaşdırılır. Belə ki, 2011-ci

ildə Çinin nominal ÜDM-i 7,2 trilyon ABŞ dolları təşkil

Page 239: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

239

etmişdir ki, bu da ABŞ iqtisadiyyatının yarısından bir az

aşağıdır. Çində adambaşına düşən ÜDM isə 5460 ABŞ dolları

təşkil etmişdir ki, bu da ABŞ-dakı müvafiq göstəricinin cəmi

11 faizini, Yaponiyadakının isə 12 faizini təşkil etmişdir. Lakin

alıcılıq gücünü paritet əsasında hesabladıqda, Çində ÜDM-in

həcmi 11,4 trilyon ABŞ dolları təşkil edir ki, bu da ABŞ

iqtisadiyyatının 76 faizi deməkdir. Bu paritet, həmçinin Çinin

adambaşına düşən ÜDM-in də həcmini artırır. Belə ki, Çində

adambaşına 8650 ABŞ dolları ÜDM düşür. Bu isə ABŞ-da

adambaşına düşən ÜDM-in təqribən 18 faizini təşkil edir.

"Economic İntelligence Unit"in proqnozlarına əsasən, 2030-cu

ilə kimi bu göstərici ABŞ-da adambaşına düşən ÜDM-in 34,3

faizinə çatacaqdır.

Çin iqtisadiyyatının qarşısında duran əsas çətinliklər

əsasən xarici investisiyalardan və ixracdan asılılıqdır.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2001-ci

ildən 2008-ci ilə kimi investisiyalar və ixracın cəmi birlikdə

Çində ÜDM-in 60 faizini təşkil etmişdir. 1990-cı ildə əsas

kapital qoyuluşunun ÜDM-ə nisbəti 25 faiz təşkil edirdisə,

2011-ci ildə bu nisbət 48,5 faizə kimi yüksəlmişdi. Lakin

qlobal iqtisadi böhranla əlaqədar olaraq Çin iqtisadiyyatına

yönəldilən xarici investisiyaların həcmi azalmağa başlamışdır.

Belə ki, 2011-ci ilin 6 ayı ilə müqayisədə Çin iqtisadiyyatına

yönəldilən xarici investisiyaların həcmi 0,7 faiz azalmışdır.

Digər tərəfdən, Çin iqtisadiyyatı ixrac istiqamətlidir. Lakin

qlobal iqtisadi böhranın təsiri ilə ixracın həcmi də ildən-ilə

azalır. Belə ki, 2010-cu ildə Çinin ümumi ixracı 1,194 trilyon

ABŞ dolları təşkil etmişdir ki, bu da 2008-ci ilin göstəricisi

Page 240: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

240

olan 1,429 trilyon ABŞ dollarından 235 milyard ABŞ dolları və

ya 16,4 faiz aşağıdır. Lakin 2011-ci ildə yenidən bu göstərici

artaraq 1,898 trilyon ABŞ dollarına çatmışdır. Rəqəmlərdən

göründüyü kimi, qlobal iqtisadi böhranın Çin iqtisadiyyatında

ən çox təsir etdiyi sahələr ixrac və xarici investisiyalar

olmuşdur. Bu iki faktor isə Çin iqtisadiyyatı üçün artımın əsas

lokomotivləri deməkdir.

Son illərdə Çinə sürətli iqtisadi inkişaf və artım templəri

bəxş etməsinə baxmayaraq, bu ölkənin hazırkı iqtisadi modeli

onun gələcək inkişafı baxımından bir çox çətinliklər yaradır.

İnkişaf nəticəsində ucuz işçi qüvvəsinin ildən-ilə azalması

ixrac yönümlü iqtisadiyyatın üstünlüklərini azalır. Digər

tərəfdən, dünya iqtisadiyyatında hökm sürən və son zamanlar

tez-tez təkrarlanan iqtisadi böhranlar Çinin davamlı iqtisadi

inkişafına zəmanət vermir. Bu baxımdan Çinin qarşısında

duran əsas hədəflərdən biri davamlı iqtisadi inkişafa nail olmaq

üçün orta təbəqənin gücləndirilməsi və insanların sosial

hüquqlarının artırılmasından keçir. Bütün bunlar isə böyük

keçid dövrü və maliyyə resursları tələb edir.

Ümumiyyətlə, Çin iqtisadiyyatının tamamilə bazar əsaslı

iqtisadi modelə keçməsinə həm daxili iqtisadi siyasət, həm də

xarici bazarlardan asılılıq mane olur. Lakin birdən-birə hazırkı

iqtisadi modeldən imtina etmək mümkün deyil. Çünki bu, Çin

iqtisadiyyatının artım tepmlərini aşağı salmaqla bərabər, həm

də işsizliyə səbəb ola bilər. Həmçinin Çin hökuməti sayca 12-ci

olan 5 illik planlarında illik ortalamaya əsasən 7 faizlik ÜDM

artımını hədəfləyir. Bu artım isə həm də ölkədəki həyat

səviyyəsinin yaxşılaşdırılması üçünə vacib olacaq, digər

Page 241: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

241

tərəfdən isə əgər qarşıdakı illərdə Çin dünyanın bir nömrəli

iqtisadiyyatına çevrildikdə, istər-istəməz öz valyuta-kredit

siyasətində dəyişikliklər və ya islahatlar aparmağa məcbur

olacaqlar. Çünki Çin valyutası ehtiyat valyutaya çevrilərsə,

onda hökumət təkcə öz xalqı qarşısında deyil, həm də

beynəlxalq ictimaiyyət qarşısında öhdəlik götürmüş olacaq.

Belə olduqda isə hökumət ucuz yuan siyasəti apara

bilməyəcək. Bu isə ilk növbədə ixraca və dövlətin dəstəklədiyi

iri şirkətlərə çətinliklər yaradacaq. Çin valyutasının

dəyərlənməsi və ya Çinin yeni iqtisadi inkişaf modelinə

keçməsi həm də ABŞ və Avropa ölkələrinə böhrandan daha tez

çıxmağa kömək edə bilər. Belə olan təqdirdə Avropa və

Amerika məhsullarının rəqabətqabiliyyətliliyi artacaq və Çin

ixracda tutduğu üstün mövqelərindən müəyyən qədər geri

çəkilməli olacaq. Çində orta təbəqənin güclənməsi həm də

ABŞ və Avropa ölkələri üçün böyük həcmli ixrac bazarının

açılması deməkdir. Çinin bank sisteminin qurulmasının əsas

xüsusiyyəti ölkədəki ümumi vəziyyəti əks etdirir. Iqtisadiyyat

isə mahiyyətcə “sosial bazar” iqtisadiyyatı hesab olunur.

Ölkənin bank sisteminə pul-kredit siyasəti aparan və nəzarət

funksiyasını yerinə yetirən Çin Xalq Bankı rəhbərlik edir.

Ölkədə iqtisadi artımı təmin etmək və milli valyutanın

stabilliyini saxlamaq üçün Mərkəzi Bankın qarşısında

aşağıdakı vəzifələr durur:

pul-kredit siyasətinin hazırlanması və

reallaşdırılması;

pul buraxılışı və pul münasibətlərinin idarə

edilməsi;

Page 242: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

242

normativ aktlarla bank və maliyyə təşkilatlarının

fəaliyyətinə nəzarət edilməsi;

maliyyə əməliyyatları üzrə dekretlərin və qərarların

qəbul edilməsi;

dövlətin valyuta və qızıl ehtiyatlarının qorunması və

idarə edilməsi;

statistik göstəricilərin yığılması, sorğu və təhlillərin

aparılması, maliyyə məsələləri üzrə proqnozların

verilməsi.

Qanun Mərkəzi Banka aşağıdakı hüquqları verir:

maliyyə təşkilatlarından Mərkəzi Bankın faizinə

əsasən ehtiyatların depozitə qoyulmasını tələb

etmək;

baza faiz stavkasını müəyyən etmək;

Mərkəzi Bankda hesaba sahib olan maliyyə

təşkilatlarının veksellərini yenidən hesablamaq;

Açıq bazarda dövlət istiqrazlarının, həmçinin

valyutanın alınıb satılması.

XX əsrin axırında Çin bank sistemi uğurla planlı

iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid etdi. Burada əsas

rolu onun islahatlarının strukturu oynayırdı.

Çin bank sisteminin quruluĢu. Çin Xalq

Respublikasında (ÇXR) iki pilləli bank sistemi fəaliyyət

göstərir. Birinci pillədə mərkəzi bank, ikinci pillədə isə

ixtisaslaşmış dövlət bankları və kommersiya banklarının geniş

şəbəkəsi dayanır. Bu bölgü üzrə depozit, kredit və hesablaşma

əməliyyatları şəhər və kənd kredit kooperativlərində, həmçinin

şəhər kredit banklarında həyata keçirilir.

Page 243: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

243

Cədvəl 4.1.

Cədvəl 4.1. Çin Bank Sisteminin təşkilati quruluşu

Çin bank sisteminin quruluşunda lider mövqeyi aşağıdakı

iri banklar tutur:

Çin Bankı (Bank of China),

Çin İnşaat Bankı (İndustrial & Commercial Bank

of China),

Çin Xalq Bankı

Özəl

banklar

Kommer-

siya

bankları

IxtisaslaĢmıĢ

dövlət

bankları

ġəhər

kredit

bankları

ġəhər və

kənd

təsərrüfatı

kooperativ-

ləri

Page 244: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

244

KommunikasiyaBankı(Bank-ofCommunications),

Çin Ticarət Bankı (Chine Merchants Banks).

Bu banklar 1990-cı ilin əvvəlində xüsusi banklar kimi

yaradılmışdı. Bu kredit institutları mütəmadi olaraq öz xüsusi

xarakterlərini itirdi və bütün ölkələri əhatə edən filial

şəbəkələri yaratdılar. Bu bankların idarə edilməsi vasitələri

hökümətin əlində cəmlənmişdir. Onlardan hər biri bütün ölkə

miqyasında özlərinin xüsusi eyniləşdirici nişanlarına sahib

deyil. Belə vəziyyət bir çox çatışmazlıqlara gətirib çıxartdı ki,

onların sırasına aşağıdakıları aid etmək olar:

- bürokratik təşkilatı sistem;

- yüksək səviyyədə rüşvət və ölkənin çoxillik

direktiv və müdaxilə siyasəti nəticəsində kredit risklərinin

müəyyən olunması.

7.2. ÇĠN XALQ BANKI

Çin Xalq Bankı Mərkəzi Bankın funksiyalarına

malikdir. 1948-ci ilin 1 dekabrıda Şimali Çin Xalq Bankının,

Beyxay Xalq Bankı və Şimal Cənubi Çin Bankının birləşməsi

nəticəsində Çin Xalq Bankı yaradıldı. İlk əvvəllər ÇXB-da

aşağıdakı funksiyalar təyin edilmişdi:

- dövlət xəzinədarlıq əməliyyatlarının aparılması;

- özəl kredit üzərində nəzarət;

- dövlət borclarının yerləşdirilməsi,

- xarici valyuta və qiymətli metallarla

əməliyyatlara nəzarət.

Page 245: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

245

Zamanla bu sistem dəyişikliyə məruz qaldı. Bunlardan

ən mühümü 1983-cü ildə Mərkəzi Xalq Hökumətinin qərarına

müvafiq olaraq ÇXB-nın Mərkəzi Bankın funksiyalarını yerinə

yetirməsi və sənaye ticarət kreditləri və qənaətləri ilə məşğul

olmaması idi. Onun kapitalı tamamilə dövlət tərəfindən

maliyyələşdirilir və dövlət mülkiyyəti hesab olunur. ÇXB-nın

işinə direktor rəhbərlik edir. Onun seçilməsi məsələlərini ÇXR-

nın qanunverici orqanı Milli Xalq Konqresi həll edir. Milli

Xalq Konqresinin sessiyaları arasındakı fasilə zamanı qərarı

onun Daimi Komitəsi qəbul edir. Belə olduğu halda ÇXB-ın

direktorunun səlahiyyəti əldə etməsi və azad olması ÇXR-nın

sədrindən asılıdır. ÇXB aşağıdakı tənzimləyiciləri qəbul

edərək dövlətin pul siyasətini həyata keçirir:

- Pul kredit təşkilatları tərəfindən depozit ehtiyat

fondlarına ayırmalara olan tələbin formalaşması;

- Mərkəzi Bankın baza faiz stavkasının

müəyyənləşdirilməsi;

- ÇXB-da hesaba malik pul kredit təşkilatlarının

veksellərinin yenidən hesablanması;

- Kommersiya banklarına kreditlərin təqdim edilməsi;

- Açıq bazarda dövlət istiqrazları, digər hökumət

istiqrazlarının və valyutanın alınıb satılması.

ÇXB-nı dövlət xəzinəsi idarə edir və Dövlət Şurasının

maliyyə idarələrinin əmri ilə emissiyaya başlaya və pul kredit

təşkilatlarında dövlət istiqrazlarını reallaşdıra, həmçinin pul

kredit təşkilatlarında hesab aça bilər, lakin, öz hesabı üzrə

overdraft etməməlidir. ÇXB pul kredit təşkilatları arasında

hesablaşma sistemini təşkil edir və hesablaşmaların həyata

Page 246: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

246

keçirilməsini təmin edir. Bunun üçün o konkret metodlar

müəyyən edir. Bundan əlavə, pul siyasətinin həyata keçirilməsi

tələbinə müvafiq olaraq ÇXB qərarları kommersiya bankları

kreditləşmə həcminə, müddətinə, faiz dərəcəsinə və formasına

görə qəbul edə bilər.

ÇXB-nın çoxsaylı bank səlahiyyətləri olmaqla əsas

diqqəti cəlb edir. Əgər kommersiya bankı böhran

vəziyyətindədirsə və ya onun əmanətçilərinin maraqlarına təsir

edə biləcək şəkildə böhran təhlükəsi ilə üzləşirsə, ÇXB həmin

bankın idarəçiliyini üstləyə bilər. Kommersiya banklarının

idarə edilməsini öz üzərinə götürərək ÇXB ona qarşı vacib

tədbirlər qəbul etməyə başlayır. Bura əmanətçilərin

maraqlarının qorunması və kommersiya banklarının

qabiliyyətinin bərpa edilməsini aid etmək olar. Bank idarəetmə

ilə bağlı məsələləri həll edir, qərar barədə xəbərdarlıq edir və

onun istifadəsini təşkil edir. Bu cür idarəetmə müvafiq

qərarların qəbul olunduğu gündən həyata keçirilir.

İdarəetmənin dayandırılması ÇXB-nın qərarlarından asılı

olaraq uzadıla bilər (bununla belə, idarəetmənin müddəti 2 ili

ötməməlidir). İdarəetmə ya ÇXB-nın qəbul etdiyi idarəetmə

müddəti bitdiyinə və ya kommersiya bankının təsərrüfat

fəaliyyəti normal vəziyyətə qayıtdığına görə, kommersiya

bankının birləşdirildiyinə və onun iflasının bəyan edildiyinə

görə dayandırıla bilər. Bu gün bankın filialları bütün dünyaya

açıqdır. ÇXB kommersiya və investisiya xidmətləri, o

cümlədən, sığorta xidmətləri göstərə bilər. Onun 12 min

bölməsi və 192 min işçisi hesaba alınmışdır. Bankın

filiallarının sayı 1290 təşkil edir. Xarici filiallar (543) 26 dünya

Page 247: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

247

ölkəsində və regionunda yayılmışdır. 2000-ci ildə Çin bankı

rəqabət qabiliyyətini artırmaq məqsədi ilə islahatlara

başlamışdı. 2001-ci ildə o, Syanqan Çin Bank Birliyində

yenidən təşkil apardı. 2002-ci ilin iyulunda yeni şirkətin

səhmləri Syanqan fond bazarında katirovka olunmağa başladı.

Çin Bankı yüksək dərəcədə bazara istiqamətlənmiş

bank hesab olunur. 2004-cü ildən o fəaliyyətin iqtisadi

göstəricilərini artırdı. 2004-cü ilin nəticələri gəlirin və

balansdakı müsbət dəyişiklikliyin artımını sübut etdi. Ümidsiz

borcların həcmi 5%-dək azaldıldı.

Çin Sənaye Kommersiya Bankı (ÇSKB).

1984-cü ildə Mərkəzi Bankın strukturundan ayrılaraq

yaradılmışdır. Bu ən iri dövlət bankıdır, bütün bank

aktivlərində 1/4 paya malikdir. O, 400 min işçisi olmaqla

dünya üzrə 22 min bölməyə malikdir. Bank 8 milyon firmaya

və 100 milyon fiziki şəxsə xidmət göstərir. O, gəlirli və etibarlı

sfera sayılan ipoteka kreditləşməsində liderdir. Lakin artıq

daşınmaz əmlak bazarında böyük tələbat və qiymətlərin sürətli

artımı bu sferanı yetəri qədər riskli edir.

Çin ĠnĢaat Bankı (ÇĠB).

1954-cü ildə yaradıldıqdan sonra bankın əsas fəaliyyət

sferası hökümətin orta və qısamüddətli investisiya layihələrinə,

məsələn, dəmir yollarının tikilməsi, elektrostansiyaların və

avtomagistralların tikilməsinə istiqamətlənir. 1994-cü ildə

kredit menecmenti, daxili nəzarət və riskin azaldılması,

həmçinin, müştərilərin kiçik və orta gəlirli müəssisələrin

seçilməsi sahəsində böyük islahatlar aparıldı. Əsas rol xərclərə

nəzarətə ayrıldı. Qənaət məqsədi ilə bankın əməkdaşlarından

Page 248: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

248

300 minə yaxın adam ixtisar olundu, həmçinin, bir neçə bölmə

bağlanıldı.

Kredit kooperativləri. Çinin 5 iri bankına 44 min

kredit kooperativi təhkim olunur ki, bunlar da kəndlərdə və

kiçik səhərlərdə yerləşir və əsasən əmanət kassaları kimi

fəaliyyət göstərir. Onların göstərdiyi xidmətlərin həcmi bir

neçə sadə əməliyyat növlərində cəmləşmişdir. Azgüclü

personal və bacarıqsız rəhbərlik ümidsiz borcların yüksək

həcminə gətirib çıxarır və hökümət orqanlarının ciddi

nəzarətinə ehtiyac olur. Yerli və regional pul tədavülü çox

nadir hallarda həyata keçirilir. Depozitlər isə tez-tez böyük

şəhərlərə istiqamətləndirilir.

Kommersiya Bankları (KB). Çində kommersiya

banklarını iki böyük qrupa ayırmaq olmaq:

1. Çinin materik hissəsində yayılan Kommersiya

Bankları,

2. Syanqan ərazisində yayılan Kommersiya

Bankları.

Syanqan sərhədlərində kənarda Kommersiya Bankları daha

məhşurdur. 1840-cı ildə tiryək müharibəsindən sonra Böyük

Britaniyanın əsiri və yüz ildən çox Syanqan, Tsyulin və Yeni

ərazi bu dövlətin koloniyası idi.

1997-ci ilin 1 iyulunda Syanqan Çin ilə yenidən

birləşdirildikdən sonra ÇXR-nın bank sistemi və Syanqan

ərazisində yerləşən banklar təkmilləşdirildi. Bununla belə qeyd

etmək lazımdır ki, 1990-cı ilin 4 aprel tarixində Ümumi Çin

Konqresinin 3-cü sessiyasında Syanqanın xüsusi mülkiyyət

hüququnun saxlanılması qəbul edildi. Syanqan ərazisində

Page 249: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

249

Mərkəzi bank və valyuta nəzarəti də yoxdur və kapital heç bir

məhdudiyyət olmadan hərəkət edir. Bank faizləri Syanqan

hökümətinin fikrini nəzərə alaraq Syanqan Bank Assosiasiyası

tərəfindən təyin edilir. Pul emissiya etmək hüququ Syanqan

hökümətinə məxsusdur. Emissiya hüququnu əldə etmək üçün

bankın ABŞ dollarında 100%-lik ehtiyat fonduna sahib olması

mütləqdir. ÇXR-nın qanunvericiliyə uyğun olaraq kommersiya

bankları ÇXB-nın bu məsələyə baxışı və dəqiq qərarından

sonra təsis edilir. Bu prosedurları keçməyən heç bir təşkilata və

fiziki şəxsə depozitlərin verilməsi, Kommersiya Banklarının

kompetensiyasına digər əməliyyatlar aparılmasına icazə

verilmir və bu təşkilatlar “bank” adlandırılmaq hüququna malik

deyillər. Hazırki dövrdə kommersiya banklarının təsis edilməsi

üçün minimum nizamnamə kapitalı 1 milyard yuandır. Şəhər

kooperativləri üçün 100 milyon yuan, kənd kooperativ bankları

üçün 50 milyon yuan təyin edilmişdir. Nizamnamə kapitalı

faktiki olaraq ödənilmiş kapital olmalıdır. ÇXB minimum

nizamnamə kapitalının həcmini tənzimləyə bilər.

Kommersiya Banklarının təşkilatı formasını və təşkilati

strukturunu müəyyən etmək üçün 1993-cü il 29 dekabrda

ÇXB-nın “Kompaniyalar haqqında qanun”u rəhbər tutulur.

ÇXR ərazisində kommersiya banklarına aşağıda qeyd

olunan əməliyyatlar qadağan edilib:

- Zamin investisiyaları və aktivlər ilə əməliyyatla məşğul

olmaq;

- Şəxsi ehtiyaclar üçün nəzərdə tutulmayan daşınmaz

əmlaka investisiya həyata keçirmək;

Page 250: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

250

- Qeyri- bank pul kredit təşkilatı və müəssisələrinə vəsait

qoymaq;

Filiallararası və baklararası kreditləşmədə banklar

ÇXB-nın qoyduğu müddəti 4 ayı keçmədən müşahidə

etməlidirlər. Bu zaman filiallararası qısamüddətli

kreditləşmədən əldə olunan vəsaiti əsas fondların

kreditləşməsində və investisiya həyata keçirilməsində istifadə

etmək qadağandır. Depozit əməliyyatları apararkən

Kommersiya Bankları ÇXB-nın normativlərinə əsasən faiz

dərəcəsi təklif etməli, ÇXB-nın ehtiyat fondunu təmin etməli

və məcburi ödənişləri təmin etmək üçün fond yaratmalıdır.

ÇXR-nın kreditləşmə üzrə qanunvericiliyinə əsasən KB

aktiv və passivlər arasında proporsiyanın qurulmasını müşahidə

etməlidir:

- kapitalın kifayətliliyi əmsalına görə (8%-dən az

olmayaraq);

- kredit qalıqları və depozit qalıqları arasındakı

əlaqəyə görə (70%-dən çox olmayaraq);

- likvidli aktivlər və likvidli passivlərin qalıqları

arasındakı əlaqəyə görə (25%-dən az olmayaraq).

Özəl banklar. İri banklar və kəmiyyətcə çox olan

kredit korporasiyaları arasında 3-cü mərhələdə yerləşir –

təxminən 10 özəl bank mövcuddur və onlar əsasən səhmdar

cəmiyyət olaraq yaradılmışdır. Bu banklar özəl və dövlət

kapitalı ilə fəaliyyət göstərirlər. Belə banklara nümunə olaraq

Minşen Bankını göstərmək olar. Baxmayaraq ki, o 100%-lik

özəl müəssisə hesab olunmur, onun gəliri dövlət sferasındakı

Page 251: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

251

rəqiblərindən 4-5 dəfə yüksəkdir. Hazırda bu və digər

bankların qarışıq formada özəlləşdirilməsi davam edir.

Özəlləşdirilmiş banklar qeyd olunmuş 4 iri banka

nisbətən daha dinamik inkişaf edir və bütünlükdə islahatların

işindən xüsusilə monitar islahatlardan asılıdır. Minşen Bank və

buna bənzər Pudon Development Bank 1999-2000-ci illərdə

səhmlərini buraxmaq yolu ilə yenidən kapitallaşmanı həyata

keçirdi və bunun köməyi ilə ümidsiz borcların geri

qaytarılması ilə bağlı problemləri azaltdı. 2003-cü ildə daha 10

özəl bank lisenziya aldı. “Bauşparkasse Şvebiş Holl” Bank Çin

İnşaat bankı ilə birgə 2002-ci ilin sonunda ilk birgə bank

müəssisəsi yaratdıldı. 2 özəl bank özünü iflas olunmuş elan

etdi.

7.3. ÇĠNDƏ XARĠCĠ BANKLAR

Çinin maliyyə bazarında 200-ə yaxın xarici bank iştirak

edir. Onlar iri şəhərlərdə və sahilboyu regionlarda cəmləşib.

Onların aktivliyi müştərilərlə münasibətdə və əməliyyat

növlərində ciddi məhdudlaşma ilə dövlət lisenziya vasitəsi ilə

reqlamentləşdirilir. Ölkə daxilində əməliyyatların həcminin az

olmasından asılı olaraq bazarda onların da payı cüzi

miqdardadır. Lakin sistemdə valyuta məhsulları olmasına

baxmayaraq, valyuta əməliyyatlarının sayının artması və Çinin

ÜTT-ə daxil olması kimi faktorlar nəinki bank sektorunda,

ümumilikdə iqtisadiyyatda rəqabətin artmasına ümid verir.

Bu cür rəqabət özəl qız bankların yaradılması ilə sürətlə

inkişaf edən regionda cəmlənməsi , özəl banklarla birləşməsi

Page 252: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

252

və ya 4 iri hökümət bankı ilə əməkdaşlıq etməsi ilə

nəticələnmişdir. Bu baxımdan Sitibank (ABŞ) artıq filiallar və

özəl Çin müştəriləri ilə iş zamanı differensiativ siyasət qəbul

etmişdir. Alman bankları başlıca olaraq xarici müəssisələrlə

işləyir. Yüksək riskli olduğundan Çin kompaniyaları ilə

sazişlər çox deyil. Xarici banklar əhali ilə depozit sazişləri

2008-ci ilin əvvələrindən bağlamışlar. ÇXR ÜTT-ya daxil

olduqdan sonra 5 il müddətinə eyni tənzimləyici rejimlə təmin

edərək Çinin daxili bazarına xarici banklar üçün yol açdı.

Bununla da Çin “özününkülər” və “özgələri” üçün bərabər

şərait yaratmaq sözü ilə faktiki olaraq xarici banklardan şəxsi

qanunlarını qəbul etməyi tələb edir. Yəni milli bankların

fəaliyyətində olan inzibatı məhdudiyyətlər xarici bankların

biznesinə də ötürülür. Bununla da Çin özünü bank sferasındakı

qeyri-bərabər rəqabətdən sığortalayır, xarici bankların ÇXR

tərəfindən qoyulmuş inzibati maneələri keçmək cəhdi isə hər

zaman istənilən nəticəni verir.

Xarici invesitisiyanın Çin fond bazarına axını burada

vəziyyəti çətinləşdirir. Bu onunla bağlıdır ki, 90%-dən çox

listinq kompaniyaları dövlət müllkiyyətində qalır, səhmdarlar

arasında isə tez-tez partiya işçiləri və rəsmilər üstünlük edir.

Ona görə də qərb ekspertləri haqlı olaraq qeyd edir ki, bütün

Çin kompaniyaları “bir az şübhəli” görünür. Bununla belə

dünyanın aparıcı fond bazarlarında qeyri müəyyən şəraitdə

ÇXR-ya maraq böyükdür. “Daşı yoxlayaraq çayı keçmək” kimi

tanınan davam dəyişikliyin taktikası artıq istənilən nəticəni

verməməyə başlayır. Buna görə də ÇXR-nın önündə bank

sisteminin fəaliyyət prinsiplərini kökündən dəyişmək vacibliyi

Page 253: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

253

durur. Bu istiqamətdə ilk addımlar artıq atılmışdır. Bu prosesin

katalizatoru Çinin ÜTT-yə daxil olması və Çin bank sisteminin

beynəlxalq rəqabətə hazırlanmağının labüdlüyüdür. Bank

sektorunun xarici maliyyə insitutlarının üzünə açılması prosesi

çox ləng gedir və Çin hakimiyyətinin bank sistemində böyük

miqyaslı islahat keçirmək üçün vaxtı var. Bundan əlavə Çin

bank sistemi Çin hökümətinin qarşısında güclü zəmanətə

malikdir. Ona görə də hazırki dövrdə çətinliklə qarşılaşmağına

baxmayaraq o, kifayət qədər möhkəm və dayanıqlı ehtiyata

sahibdir.

Hazırki dövrdə Çin bank sistemi dəyişikliyin yeni

mərhələsindədir və inkişafın əsas istiqamətləri yetəri qədər

aydın görünür. Lakin bu proseslərin nə dərəcədə səmərəli

olacağı məlum deyil. Bank sferası əsasən iqtisadiyyatın

vəziyyətini əks etdirir, onun köməkliyi ilə iqtisadi sistemin

stabilliyini və dayanıqlığını səmərəli şəkildə təmin etmək olur.

Ona görə də Çin Xalq Bankı Çin Xalq Respublikasının

dayanıqlı iqtisadi artım tempinin saxlanılmasına diqqəti cəlb

edir. Bu məqsədlə Çin Xalq Bankı bir neçə maliyyə

vasitəsindən istifadə edir: defilyasiyanın aradan qaldırılması və

daxili tələbatın stimullaşdırılması məqsədi ilə yönəldilmiş pul

təklifinin artımını azaltmaq; iri infrastruktur layihələrinin

maliyyələşdirilməsində, yenidən qurulmasında və xalq

təsərrüfatının prioritet sahələrinin texniki təzələnməsində

istifadə olunan vəsaitlərin, dövlət borc öhdəliklərin emissiyası;

“təsərrüfatçılıq paradoksunun” aradan qaldırılması məqsədi ilə

faiz dərəcələrinin azaldılması (depozitə olduğu kimi kreditlərə

də); istehlak kreditlərinin inkişafı və şəhərlərdə və kəndlərdə

Page 254: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

254

mikrokredit sisteminin təkmilləşdirilməsi; sərt valyuta

siyasətinin həyata keçirilməsi. 2007-ci ildə aparıcı Çin Bankları

birjaya çıxmağa başladılar. Ölkənin valyuta sisteminin

liberallaşdırılmasına yönəldilmiş ilk addım atılmışdı. Lakin

Çin höküməti maliyyə sisteminə sərt nəzarətdən imtina

etməyə hazırlaşmırdı. Dövlət ölkədə maliyyə sektorunun

stabilləşməsini və Çin iqtisadiyyatının təhlükəsiz inkişaf

etməsi üçün banklar üzərində nəzarəti tamamilə əlinə alıb.

Ölkədə hələ kifayət qədər tutumlu və likvidli maliyyə bazarı

formalaşmamışdır. Buna görə də hökümət hələ ölkənin aparıcı

banklarına təsir vasitələrini əlindən verməyə qorxur.

2007-ci ilin nəticələrinə görə Çinin 5 iri bankı ilk 100

dünya bankına daxil olub. Bazarın kapitallaşmasının həcminə

görə uyğun olaraq 3, 6-7, 34 və 48-ci yerləri tutur. ÜTT-ə daxil

olma şərtlərinə görə Çin öz bank sistemini liberallaşdırmalı idi.

2007-ci ilin yanvarınadək bu sektorun liberallaşması artıq başa

çatmalı idi. 2003-cü ildən başlayaraq Çində bu istiqamətdə çox

işlər görülmüşdü. İlk əvvəl iki iri bankın, Bank of China və

China Consturction Bank birləşdirildi, hansı ki, 2005-ci ilin

sonunda ilkin yerləşdirmə zamanı 8% səhmləri satıldı. İkincisi

“pis” kreditlər problemlərinin həll olunmasına başlanıldı.

Çində dövlət holdinq kompaniyaları kimi xüsusi qrupları –

Huiqin yaradıldı. Bu kompaniya növünə görə investisiya

fondudu və nəzarət olunan banklarda balansı qaydaya salır.

Məsələn, onlardan “pis” kreditləri alır. Üçüncüsü,

kooperativlərin idarə etmə sistemi dəyişdirildi. Hökümət

tədricən bankların idarə edilməsindən uzaqlaşdı. Başqa cür

desək, risklərin idarə edilməsini təşkil etdi. Bankların işində

Page 255: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

255

Çin Kommunist Partiyası (ÇKP) böyük rolu vardır. Partiya

nümayəndələri həmişə ən yüksək mövqeyini tuturlar. Məsələn,

kadr xidmətlərinin rəhbəri ola bilərlər, amma onlar yetəri qədər

nüfuzludurlar. Bəzən onlar direktorlar şurasına və operativ

rəhbərlərin tərkibinə daxil olurlar. Çində hər zaman islahat

davamlı və sürətli inkişaf edir. ÇXR-da “China Construction

Bank”, “Bank of Chine”, “İndustrial and Commersial Bank of

China” və “Agricultural Bank of Chine” banklarla bərabər,

kooperativlər, kiçik kredit birlikləri də mövcuddur. Çin bank

sisteminin inkişaf perspektivlərinə görə Çin maliyyə xidməti

bazarı ABŞ və Yaponiyadan sonra gəlirinin həcminə görə

dünyada üçüncü yeri tutur. Çində şəxsi əmanətlərin həcmi

təxminən 1,8 trilyon dollardır. Çində misli görünməmiş

infrastruktur qurulmaqdadır. Növbəti 5 il ərzində Şanxay

həcmində 45 aeroport tikilməsi kimi yeni layihələr

planlaşdırılıb. Ölkədə Böyük Britaniyanın elektorenerji

istehsalından 3 dəfə çox elektroenerji istehsalı təşkil olunub.

Çin bankları öz səhmlərini birjada yaymaqla bank sferasını

yüksəltdi. Çin səhmlərini əsasən xarici institutsional investorlar

almaqla bu prosesə təsir edirdilər. Lakin strateji investorlar da

vardır ki, onlar bazar inkişaf etdikdən sonra burada aktiv

iştirakçı olmaq istəyirlər. Hələ üç ilə qədər Çində az qrupda

bank işləyirdi – HSBC, Citi Bank, Standart Chartered.

Xarici bankların iştirakının genişləndirilməsi tədbirləri

üzrə müvafiq hüquqi normativ bazanın işlənib hazırlanması

zərurəti yarandı. 1991-ci il 7 iyunda Çin Xalq Bankı xarici

bankların nümayəndəliklərinin yaradılması qaydasını təsdiq

etdi. 1994-cü ilin yanvar ayının 7-də isə Çin Xalq

Page 256: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

256

Respublikası dövlət şurası “xarici kapital ilə maliyyə kredit

təşkilatlarının idarə edilməsi haqqında” qanun qəbul etdi.

Xüsusilə də Çin ərazisində bölmə açmaq üçün xarici banklarda

minimum aktivin həcmi təyin olundu. Onların bank

əməliyyatlarının miqyası və yayılma sahəsi müəyyənləşdirildi.

Daha çox xarici bank xarici investisiyalı müəssisələrin

cəmləşdiyi rayonlarda yerləşdirilir. Belə ki, Şanxayda fəaliyyət

göstərən xarici banklar Çində xarici bankların ümumi aktivinin

43%-ni, kreditin 45%-ni və depozitin 40%-ni təşkil edir.

Bununla belə onlar arasında yapon bankları liderlik edir. Çin

bank sistemi bütün ölkələrdə xarici banklarla aktiv qarşlıqlı

əlaqə saxlayır ki, Çin iqtisadiyyatının sonrakı inkişafı üçün

xarici investisiya marağını artıra bilsin.

Page 257: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

257

VIII FƏSĠL. CƏNUBĠ KOREYA RESPUBLĠKASINĠN

ĠQTĠSADĠ ĠNKĠġAFI

Cənubi Koreya yüksək inkişaf etmiş sənaye və

iqtisadiyyata malikdir. Dünyada gəmiqayırma, polad emalı,

avtomobil, eloktron və eloktrotexnika istehsalına görə əsas

yerlərdən birini tutur. Dünyada ən sürətli internet Cənubi

Koreyadadır. Ölkədə oxucu-yazar nisbəti 92%-dir. Cənubi

Koreyada 197 universitet və 222 ali məktəb vardır. 2010-ci ildə

aparılmış rəsmi siyahıya almaya əsasən Koreya

Respublikasında 47 314.212 nəfər əhali yaşayır. Bu siyahıya

almaya əsasən ölkənin ən böyük (milyonçu) şəhərləri Seul,

Pusan, Tequ, İnçxon, Tecon, Kvancu və Ulsan şəhərləridir.

Dünyada etnik və dil baxımından ən çox homogen quruluşa

sahib ölkələrdən biri Koreya Respublikasıdır. Əhalinin az bir

hissəsi çinlilərdir. Koreyalılar Mançuryada yüzillər boyu

yaşamışlar. Keçmişdəki siyasi, iqtisadi və ictimai

sabitsizliklər bir çox koreyalını ABŞ və Kanadaya köçməyə

məcbur etmişdir. Kaliforniyada çox sayda koreyalı

yaşamaqdadır. Koreyalı amerikalıların sayı bir milyondan

çoxdur.Hazırda Koreya Respublikasından gedənlərin və ölkəyə

gələnlərin sayı bir-birinə bərabərdir. Əhalinin artım nisbəti

1950-ci illərdə 3%-dən daha çox ikən bu nisbət 2005-ci ildə

0,38%-a qədər geriləmişdir. 1960-cı ildən etibarən sürətli bir

şəhərləşmə və çöl sahələrdən şəhərlərə doğru bir köç dalğası

başlanmışdır. İndi əhalinin 85%-i şəhərlərdə yaşayır. İkinci

Dünya müharibəsindən sonra 4 milyondan çox insan Şimal

Page 258: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

258

tərəfdən Cənuba keçmişdir. Bu birdən meydana gələn əhali

artımı Koreya Respublikasından gedənlərlə tarazlanmışdır.

Koreya Respublikasının iqtisadiyyatı 1990-cı ildən

sonra daha da inkşaf etmişdir. Koreya Respublikasında

təxminən 378 000 xarici işçi var. Bu işçi qüvvəsinin böyük

bir qismi Cənubi Asiya ölkələrindən gəlmələrdir.

Onlar Hindistan, ŞriLanka, Myanmar, Filippin, Rusiya və

Nigeriyadan gəlmişlər. Ən böyük şəhər paytaxt Seuldur.

Koreya Çin ilə Yaponiya arasında bir körpü olmasına

baxmayaraq, özlərinə xas bir mədəniyyət inkşaf etmişdir.

Əhalinin kəndlərdə yaşyan az bir hissəsi əsrlərdən əvvəlki kimi

geyinir və yaşayırlar. Şəhərlərdə yaşayanlar isə müasir

texnologiyalara sahibdirlər və müasir həyat tərzi sürürlər. 47,3

mln əhalisi olan Koreya Respublikası 60 il zəif inkişaf etmiş

ölkələrin yolunu keçərək, 1970-ci ildə “yeni sənaye

iqtisadiyyatı” statusunu aldı. 1996-cı ildə İƏİT-na daxil olaraq

Koreya Respublikasının sənaye inkişafı rəsmi olaraq

qanuniləşdi. Daxili ticarət dövriyyəsinin həcminə görə 11-ci

yerdədir. İxrac 288,12 mlrd dollar, idxal isə 256,0 mlrd dollar

təşkil edir. Ölkədə işsizlik müxtəlif illərdə 20% və 4% arası

dəyişib. İqtisadiyyat üçün aşağı inflyasiya xarakterikdir. 2%-

8% arasında enib qalxır. Təkcə 1998-ci il böhranında qiymət

artımı 7,5%-ə qədər olmuşdur. 1997-1998-ci illərdəki enmədən

sonra Cənubi Koreya iqtisadiyyatı tez bir zamanda böhrandan

əvvəlki səviyyəsinə qayıtdı və iqtisadi inkişafın dayanıqlığını

bərpa etdi. 2008-ci il dünya maliyyə böhranı Cənubi Koreya

iqtisadiyyatına da toxundu.

Page 259: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

259

8.1. CƏNUBĠ KOREYANIN BANK SĠSTEMĠ.

Koreya Respublikasının pul-kredit sistemində baş rolu

1950-ci ildə yaradılmış Mərkəzi funksiyaları yerinə yetirən

Koreya bankı oynayır. O, emissiya əməliyyatları aparır, pul

siyasətini həyata keçirir və bank sistemini kreditləşdirir. Bir

neçə onilliklər ərzində 1997-1998-ci ilə kimi bank-kredit

sistemi dövlətin sərt nəzarəti altında idi. Bank sisteminə

nəzarət maliyyə vəsaitlərinin rəhbərlərinin prioritet hesab

etdikləri iqtisadi sahələrə istiqamətlənməsinə icazə verirdi.

1998-ci ilin əvvəlində Maliyyə Nəzarəti Üzrə Komissiyanın

yoxlanışı ilə bank sistemi dəyişiklik prosesindən keçdi. Koreya

bank sektorunun yenidən təşkilinin əsasında aşağıdakı ardıcıl

yerinə yetirilən prinsiplər dururdu:

1) Öz əsas funksiyası olan maliyyə vəsaitlərini bərpa

etmək üçün bank sistemi tez və dəqiq təşkil olunmalıdır.

2) Bankların yenidən qurulmasına büdcədən xərclər

sərt şəkildə yoxlanılmalı və reqlamentləşdirilməlidir.

3) Dövlət dəstəyini ancaq o banklar əldə edə bilər ki,

cari xərcləri birdən-birə aşağı salır və yenidən kapitallaşma

üçün xarici investisiya cəlb edir.

4) Yenidənqurma çərçivəsindəki bütün fəaliyyət

gələcəkdə məhkəmə mübahisələrindən qaçmaq üçün aydın və

dəqiq qaydalara əsaslanmalıdır.

Koreya rəhbərliyi ayrı-ayrı bankların ödəmə

qabiliyyətliliyinin müəyyənləşdirilməsinin yaxşılaşdırılması

prosesinə başladı. Bununla bərabər Beynəlxalq Valyuta Fondu

ilə danışıqlar nəticəsində hökümətə ayrılan iri yardım paketi bir

Page 260: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

260

çox bankların əməliyyatını dayandırdı və lisenziyalarını geri

aldı. 1997-ci ilin dekabr ayında 15 böyük olmayan bankın

fəaliyyəti dayandırıldı. Ümumilikdə böhran dövründə 18

bankın əməliyyatı dayandırıldı və onlardan 16-sının lisenziyası

geri alındı. Nəticədə 1998-ci ilin sonunda ölkədə böhrandan

əvvəlki 32 bankdan cəmisi 14 bank və 1528 qeyri-bank kredit

təşkilatları fəaliyyət göstərirdi (sığorta şirkətləri, kredit

birlikləri, investisiya kompaniyaları və s.). Qalan banklardan

Koreya First Bank və Seoul Bank ciddi problemlərlə üzləşdi.

Hökümət onların səhmdarlarından nizamnamə kapitalının

azaldılması formasında itkilərin bağlanmasında iştirak etməyi

tələb edirdi. Bundan sonra hər iki bank milliləşdirildi,

hökümətin və Koreya depozitlərinin sığortalanması

korporasiyanın iştirakı ilə onların kapitalı 1,5 trlna çatdırıldı.

Qeyd olunmuş bankların iflas olunmasındansa, bu sxemin

qəbul olunması qərarı qəbul edildi. Çünki onlar əsas hesab

olunurdu və onların bağlanması ödəniş sisteminin fəaliyyətinə

və əhalinin bank sisteminə olan etibarına zərbə olardı.

Beynəlxalq Valyuta Fondunın təkidi ilə hər iki bank dövlət

tərəfindən yenidən kapitallaşdırıldıqdan sonra özəlləşdirilməsi

qərara alındı. İlkin formalaşma dövründə digər banklarla

münasibətdə 6 ay müddətinə kapital artırma mənbəyinin

yaxşılaşdırılması barədə plan təqdim etmək əmri verildi. Digər

5 bank tərəfindən udulan 5 idarəedici komissiyanın qərarı ilə

likvidləşdirildikdən sonra beynəlxalq audit şirkətləri bankların

hesabatlılığı barədə yoxlama keçirdi. Digər bankları udmağa

icazəsi olan bankların 1997-ci ilin sonuna kapital kifayətliliyi

9%-dən çox əmsal kriteriyası üzrə seçildi. Udulmuş banklar

Page 261: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

261

ədalətsiz menecment nəticəsində problemli bankların aktivləri

və hesabatlılığı haqqında düzgün olmayan informasiyaların

yayılmasının qarşısını almaq və bu kimi hallardan qorunmaq

üçün xüsusi tədbirlər qəbul etmişdir. Balansında problemli

aktivlərin qeyd olunan banklara yarım il müddətinə onları

satmaq icazəsi vermişdir. Belə olan halda, problemli

kreditlərdən pul verib azad olmaq üçün Koreya aktivlərinin

idarə edilməsi korporasiyası yaradıldı və böhrandan əziyyət

çəkən bütün banklar təlimat aldılar ki, bunlar xüsusi kapitalı

artırmaq, ali rəhbərliyi dəyişmək, valyuta balansını və əmrlərin

həcmini azaltmaq idi. Belə bankların reabilitasiyası birləşmə,

xarici kapital axını, nizamnamə kapitalının azaldılması,

qiymətli kağızların satışı və s. Belə olduğu halda, uğurlu təkrar

təşkilin əsasından bir miqyasına qənaət etmək, dublikat

funksiyalarını aradan qaldırmaq, həmçinin kredit potensialını

aradan qaldırmaq məqsədi ilə problemli bankları udmaq

metodu idi. Udulan banklar kapitalının kifayətlilik

normativlərinin təmin olunması və vergi güzəştləri üçün

maliyyə dəstəyi əldə etdilər. Hökümətin tədbirlərinin qəbul

olunması nəticəsində Koreya bank sisteminin banklarının

nizamnamə kapitalının 70 %-dən çoxu hökümətə məxsusdur.

Son dərəcə müvəffəqiyyətli əməliyyat Cənubi Koreya bankı

Shinhana məxsus idi. O qlobal depozit mədaxillərini

yerləşdirmək yolu ilə 400 milyon dollar əldə edə bilmişdi. Bu

pullar banka “xoşagəlməz borcları” örtməyə və beləliklə

yenidən kapitallaşmağa icazə verirdi. Böhran Koreyada xarici

investisiya bankları üçün xüsusilə birləşdirmə və udma

sahəsində yeni imkanlar yaratdı. Amerika investisiya bankı

Page 262: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

262

Goldman Sachs, Kookmin bankın alışına 500 milyon dollar

investisiya edərək onun ən böyük təsisçisinə çevrildi. Bankın

maliyyə vəziyyətini 2 ay təhlil etdikdən sonra yekun müqavilə

27 may 1999-cu ildə imzalandı. Bundan sonra Goldman Sachs,

Kookmin bankın ən böyük səhmdarı oldu. Onun payı 16,4%

təşkil edirdi (ikinci böyük səhmdar dövlət idi-7,3%). Yekun

əməliyyatlardan sonra bankın beynəlxalq hesablaşmalarından

müəyyən olunduğu üzrə Kookmin bankın kapitalının səviyyəsi

1,3% təkmilləşdi. Goldman Sachsın ekspertləri həmçinin

risklərin idarə edilməsi, kredit tələblərinin təhlili, aktivlərin

idarə edilməsi sahəsində də köməklik göstərirdi. Problemli

bankların geniş yayılması üzrə ehtiyatların cəlb edilməsi üçün

“borc körpüsü” sxemi yaradıldı. Bu sxemdə strateji investorun

məqsədi problemli bankın udulması üçün ehtiyatın cəlb

edilməsi idi. Saziş nəticəsində kreditor bankın ehtiyatı udulan

banka keçir. Strateji investora udulan banka sahiblik etmək

hüququ verilir. Ümumilikdə Koreya bank sisteminin yenidən

təşkili uğurlu oldu. Sürətli tərəqqi aşağıdakı faktorlara dayanır:

- Yenidəntəşkilin qaydalarının dəqiqliyi və aydınlığı;

- Kredit banklarının bərabər vəziyyətini təmin etmək

üçün problemli banklarda əməliyyatların sürətlə

dayandırılması;

- İslahatlar üçün siyasi müxalifətin iştirakı;

- Aktivlərin “ucuzlaşdırılmasının” qarşısını almaq,

sahibkarların və bankın menecerinin məsuliyyətini

gücləndirmək məqsədi ilə yenidən təşkil olunan bank

menecmentinə ciddi nəzarət. Koreya bank sisteminin nə qədər

güclü olması dünya maliyyə böhranı dövründə özünü göstərdi.

Page 263: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

263

IX FƏSĠL. AVSTRALĠYA VƏ YENĠ ZELANDĠYANIN

ĠQTĠSADĠ ĠNKĠġAFI

Аvstrаliyаnın iqtisаd inkişаfının vаcib kоmpоnеntlərindən

biri immiqrаsiyаdır. Аvrоpаlılаr bu mаtеriki 1788-ci ildən

mənimsəməyə bаşlаyıblаr. О zаmаn Yeni Cənubi Uels ştаtı

yаrаdılmış və burа Britаniyа ərаzisi еlаn еdilmişdir.

Аvstrаliyа sаkinlərinin əksəriyyəti məhz Böyük Britaniyadаn

və İrlandiyadаn gəlmələrdir. İkinci dünyа mühаribəsindən

sоnrа və хüsusilə, 1960-cı illərdən sаvаdlı və yахşı

plаnlаşdırılmış, fəаl şəkildə yürüdülən immiqrаntlаrın cəlb

еdilməsi siyаsəti nəticəsində immiqrаsiyа güclənmişdir. 1945-

ci ildən bəri Аvstrаliyа vətəndаşlаrının sаyı iki dəfədən çох

аrtmışdır. Mühаribədən dərhаl sоnrа "yаşıl qitə"-yə gələnlər

əsаsən Böyük Britaniya və İrlandiyanı,

həmçinin İtaliyanı, Yunanıstanı, Yeni Zelandiyanı və

kеçmiş Yuqoslaviya ölkələrini təmsil еdirdilər. Sоn illərdə

gəlmələrin strukturundа əsаs yеrləri Yахın

Şərqdən, Asiya ölkələrindən və Latın Amerikasındаn gələnlər

tuturlаr. Mаrаqlıdır ki, Аvstrаliyаnın ərаzisi dеmək оlаr

ki, ABŞ-ın ərаzisinə bərаbər оlduğu hаldа, burаdа cəmi 23

milyоn nəfərə yахın əhаli yаşаyır, bаşqа sözlə, əhаlinin sıхlığı

çох аşаğıdır – 1 kvаdrаt kilоmеtrə 2 nəfər düşür. Еyni

zаmаndа, Аvstrаliyа dünyаnın ən "şəhərli" ölkələrindən biridir

– burаdа urbanizasiya səviyyəsi çох yüksəkdir – əhаlinin

85%-dən çохu şəhərlərdə yаşаyır. İlk növbədə bu, Sidnеy (4,3

mln. nəfər), Mеlburn (3,6 mln.), Brisbеn (1,7 mln.) və Pеrt (1,4

mln.) şəhərləridir. Аvstrаliyаdа iqtisаdi islаhаtlаr

Page 264: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

264

хüsusilə 1996-cı ildən, millətçilərin və libеrаllаrın kоаlisiyаsı

şаkimiyyətə gəldikdən sоnrа fəаl həyаtа kеçirilməyə bаşlаyıb.

Hökumət tеz bir zаmаndа büdcənin kəsirini hеçə еndirib və

iqtisаdi prоsеslərə həmkаrlаr ittifаqlаrının təsirini аzаldıb, yеni

zаmаndа vеrgi sistеmi islаş еdilib və ölkədə müаsir sоsiаl

təminаt sistеmi qurulub. Hələ 1980-ci illərdən bаşlаnmış və

1990-cı illərin оrtаlаrındа о vахtаdək görünməmiş həcmlərə

çаtаn islаşаtlаr nəticəsində Аvstrаliyа iqtisаdiyyаtı rаdikаl

şəkildə yеnidən qurulub və dахili (həcminə görə çох kiçik)

bаzаrdаn iхrаcаtyönümlü, dünyа bаzаrındа rəqаbət qаbiliyyətli

strukturа çеvrilib. İslаhаtlаr çərçivəsində Аvstrаliyа dоllаrının

"üzən" məzənnəsi tətbiq еdilib, əksər gömrük mаnеələri аrаdаn

götürülüb, хаrici оyunçulаrın Аvstrаliyаnın mаliyyə хidmətləri

bаzаrınа girişi аçılıb, dövlət müəssisələrinin özəlləşdirilməsi

şəyаtа kеçirilib. Nəticədə, 1990-cı illərdə Аvstrаliyа rеgiоn

ölkələri аrаsındа ən yüksək iqtisаdi аrtım tеmpləri nümаyiş

еtdirmişdir. Əlvеrişli iqtisаdi şərаit indiyədək

qаlmаqdаdır. 2004-cü ildə ölkədə ÜDM həcmi аlıcılıq

qаbiliyyəti pаritеtinə əsаsən 611,7 milyаrd dоllаr təşkil

еtmişdir. Əhаlinin аdаmbаşınа hesablаdıqdа bu, 30700 dоllаr

dеməkdir. 2004-cü ildə ÜDM-in аrtım tеmpi 3,5%

səviyyəsində qеydə аlınmışdır. 2005-ci ildə isə ÜDM 3%

аrtmışdır. 2004-cü ildə inflyаsiyаnın səviyyəsi 2,4% оlmuşdur.

Bu göstərici 2003-cü ildə 3,1%-ə, 2002-ci ildə 2,9%-ə, 1999-cu

ildə 1,8%-ə bərаbər оlub. Qızıl-vаlyutа еhtiyаtlаrının həcmi

35,14 milyаrd dоllаr. Хаrici bоrcun həcmi - 308,7 milyаrd

dоllаr. 1999-cu ildə хаrici bоrcun həcmi cəmi 222 milyаrd

dоllаr idi. Dövlət bоrcunun ümumi həcmi ÜDM-in 17,4%-nə

Page 265: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

265

bərаbərdir. Ölkədə sənаyе istеhsаlının аrtımı 2004-cü ildə

1,9%, 1999-cu ildəsə 1,5% təşkil еdib. Ümumilikdə, ölkədə

əmək qаbiliyyətli əhаlinin sаyı 10,35 milyоn nəfərdir. Əhаlinin

ümumi sаyı 20,09 milyоn nəfərdir. İqtisаdiyyаtın sаşəvi

strukturu: ÜDM-in strukturundа хidmət sеktоru üstünlük təşkil

еdir və ümumi dахili məhsulun 68,4%-ni təmin еdir. Dаşа

28,2%-i sənаyе, 3,4%-i isə kənd təsərrüfаtı verir. Аvstrаliyа

fəаl şəkildə хаrici invеstisiyаlаrpı cəlb еdir. Ölkə

iqtisаdiyyаtınа əsаs хаrici invеstоr АBŞ-dır. 2004-cü ildə

Аvstrаliyаyа Аmеrikа İnvеstisiyаlаrının həcmi 227 milyаrd

dоllаr (ölkə iqtisаdiyyаtınа həmin il ərzində yаtırılmış bütün

sərmаyələrin təхminən 30%-dir) təşkil еdib. Ümumiyyətlə,

Аvstrаliyаdа işgüzаr mühit invеstisiyаlаr üçün kifаyət qədər

əlvеrişli kimi qiymətləndirilir, iqtisаdi аrtım prоsеsləri isə əsаs

göstəricilərin stаbilliyi, inflyаsiyаnın аşаğı səviyyəsi və

işsizliyin аzlığı ilə səciyyələnir. Büdcə kəsiri prоblеmi ölkə

qаrşısındа durmur. 2004-cü ildə dövlət büdcəsinin prоfisiti 1

milyаrd dоllаr (dахilоlmаlаrın ümumi həcmi – 222,7 milyаrd

dоllаr) təşkil еdib. 1999-cu ildə də vəziyyət аnаlоji idi, prоfisit

1,7 milyаrd dоllаrа (dахilоlmаlаr – 90,73 milyаrd dоllаr)

bərаbər idi.nVеrgi sistеmi birbаşа və dоlаyı vеrgilərdən

ibаrətdir. Əsаs birbаşа vеrgi növləri, əksər dünyа ölkələrində

оlduğu kimi, müəssisələrin gəlir vеrgisi və fiziki şəхslərin gəlir

vеrgisidir. Fiziki şəхslərin gəlir vеrgisi prоqrеssiv cədvəl üzrə

0%-dən 47% dərəcəsinədək tutulur. İl ərzində 6000 Аvstrаliyа

dоllаrınа qədər gəliri оlаn fiziki şəхslərdən gəlir vеrgisi

tutulmur. 6000 dоllаrdаn 21600 dоllаrа qədər illik gəliri оlаnlаr

gəlirlərinin 6000 dоllаrı kеçən hissəsinin 17%-ni dövlətə vеrgi

Page 266: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

266

şəklində ödəyirlər. İl ərzində 21600 dоllаrdаn 58000 dоllаrа

kimi qаzаnаnlаr 2652 dоllаr + 21600 dоllаrı kеçən məbləğin

30%-i həcmində vеrgi vеrirlər. 58000-70000 dоllаr illik gəliri

оlаnlаr 13572 Аvstrаliyа dоllаrı + 58000 dоllаrı kеçən hissənin

42%-i həcmində məcburi ödəniş еdirlər. Nəhаyət, ildə 70000

dоllаrdаn аrtıq pul qаzаnаnlаr 18612 dоllаr + 70000 dоllаrı

kеçən hissənin 47%-i həcmində vеrgi ödəyirlər. 2006-cı ildən

bаşlаyаrаq vеrgilərin strukturundа böyük məbləğlərdən tutulаn

vеrginin аrtımı istiqаmətində dəyiikliklər bаş vеrir.

Müəssisələrin gəlir vеrgisi üçün bаzа dərəcəsi 30%-dir. 155-lik

güzəştli dərəcə və 45%-lik dərəcə də tətbiq еdilir. Əsаs dоlаyı

vеrgi növü Əlavə Dəyər Vergisidir. Bu vergi növü

Аvstrаliyаdа "mаl və хidmətlərə görə ümumi vеrgi" aadlanır.

Bu vergi növü 2000-ci ilin iyul аyının 1-dən tətbiq еdilib və

bаzа dərəcəsi kimi 10% qəbul оlunub. Аvstrаliyаdа sаtılаn

mаllаrın və göstərilən хidmətlərin əksəriyyətinə ƏDV tətbiq

еdilir. Əgər şirkətin illik dövriyyə həcmi 50000 Аvstrаliyа

dоllаrını kеçmirsə, bu vеrgi növünü ödəməmək də оlаr.

9.1. AVSTRALĠYANIN BANK SĠSTEMĠ.

Аvstrаliyаnın bаnk sistеmi müаsir, inkişаf еtmiş və

mürəkkəbdir. Sistеmin bаşındа mərkəzi bаnk durur və "yаşıl

qitə"-də оnun аdı Аvstrаliyа Еhtiyаt Bаnkıdır. О, inkişаf

еtmiş dеmоkrаtik ölkələrin Mərkəzi Bаnklаrı üçün stаndаrt

funksiyаlаrı yеrinə yеtirir: ümumdövlət mоnеtаr siyаsəti şəyаtа

kеçirir, qiymətlərin stаbilliyini və mаliyyə sistеminin ümumi

Page 267: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

267

stаbilliyini dəstəkləyir, qızıl-vаlyutа еhtiyаtlаrını idаrə еdir,

hökumətin mаliyyə əməliyyаtlаrını icrа еdir, dövriyyəyə

əskinаslаr burахır, stаtistik infоrmаsiyа dərc еdir, kоmmеrsiyа

bаnklаrının fəаliyyətinə nəzаrət еdir. Аvstrаliyаdа mаliyyə

institutlаrının çох yаyğın şəbəkəsi fəаliyyət göstərir: ilk

növbədə çохfunksiyаlı kоmmеrsiyа bаnklаrı, şəmçinin bir

sırа bаnk оlmаyаn mаliyyə institutlаrı - tikinti invеstisiyа

şirkətləri, krеdit ittifаqlаrı, ssudа kаpitаlı şirkətləri, müхtəlif

mаliyyə - krеdit şirkətləri, еyni zаmаndа çохsаylı fоndlаrın

idаrə оlunmаsı üzrə şirkətlər və sığоrtаçılаr. Аvstrаliyаdа 53

Kоmmеrsiyа Bаnkı mövcuddur və оnlаrın аktivlərinin cəmi

1,16 trilyоn dоllаrdır. Bu bаnklаrın 14-ü sırf Аvstrаliyа

bаnklаrıdır. 11-i хаrici strukturlаrа məхsus müstəqil hüquqi

şəхslərdir və bəzən məşhur brеndlər аltındа fəаliyyət

göstərirlər. Dаşа 28-i isə хаrici bаnklаrın şöbələri və

filiаllаrıdır (ABN AMRO, Bank of Cşina, Bank of America,

Bank of Tokyo-Mitsubisşi, Barclays Bank, BNP Paribas,

Citibank, Credit Suisse, Deutscşe Bank, ŞSBC Bank, ING

Bank, JP Morgan Cşase, Mizuşo Corporate Bank, Rabobank

Nederland, Royal Bank of Canada, Societe Generale, State

Bank of India, Royal Bank of Scotland, Taiwan Business Bank,

UBS, WestLB və bаşqаlаrı). Ölkənin bütün maliyyə tarixində

ümumdünya tendensiyaları əks olunmuşdur. Bir çox ölkələrdə

böhranlar müşahidə edilmişdir ki, bunun nəticəsində sistem

yaxşılaşdırılmışdır. Xüsusən bank sistemində derequlyasiyanın

vacibliyi keçən əsrin 70-cı illərində iflasların olması ilə

əlaqədardır (Mineral Securities, Mainline, Cambridge Credit,

Associated Securities). 1983-cü ildən 1985-ci ilə kimi 16

Page 268: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

268

xarici banka lisenziya verildi; Avstraliya dolları kursunun

hökümət tərəfindən sərt tənzimlənməsi dayandırıldı. Bunun

nəticəsində banklar arasında rəqabət sərtləşdi,daha mühafizəkar

risklərin idarə edilməsi sistemi yaradıldı, həmçinin istehlak və

kooperativ kreditlər ucuzlaşdı, iri transmilli oyunçular maliyyə

xidmətləri bazarında öz mövqeyini gücləndirdi (Citibank,

HSBC, Chase Manhattan, Deutsche Bank).

Avstraliya öz iqtisadiyyatında mühüm əhəmiyyətli

dəyişikliklər etməklə fiziki və hüquqi şəxslərə geniş xidmət

dəsti təklif edir. Avstraliya Bank sektorunun Avstraliya

ictimayəti qarşısında olduqca böyük məsuliyyəti vardır. Ölkə

sosial təşkilatlar müxtəlif formalı banklardan mln. dollarlarla

maliyyə dəstəyi alır və pulsuz iqtisadi təhsil və əhalinin

maliyyə savadlılığının artırılması ilə əlaqədar aktiv şəkildə

təşkilatçılıq edir. Milli Bank Sistemi Asiya və Sakit okean

regionunun maliyyə bazarında uğurlu mədaxil siyasəti aparır.

Aydındır ki, Avstraliyanının beynəlxalq kommersiyada geniş

yayılması böyük investisiya tələb edir.

Ölkənin bank sektorunun lokomotivlərindən biri

ipoteka kreditləşməsidir. Aşağı səviyyəli inflyasiya, kredit

üzrə yüksək olmayan bank faizləri və iqtisadi sabitlik əhalinin

daşınmaz əmlaka investisiya etməsini artırmağa müvəffəq oldu.

Icarəyə vermə sahibkarlara davamlı pul axını gətirirdi. Iqtisadi

sabitlik daşınmaz əmlak sferasındakı investisiyalara müsbət

saldo, həmçinin sabaha inam verir. Nəticədə daşınmaz əmlakın

inkişaf dinamikası bazarı təklif üzərindən tələb ilə müşahidə

olunur. Bu isə daşınmaz əmlak obyektlərinin davamlı artımına

gətirib çıxarır. Nəticədə artım daşınmaz əmlak sferasının bütün

Page 269: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

269

iştirakçılarına o cümlədən özəl investorlar kredit

cəmiyyətlərinə, banklar və inşaat cəmiyyətlərinə kimi gəlir

gətirir. Bankların biznes krediti ipoteka kreditindən fərqli

olaraq daha az tempdə inkişaf edir. Kooperativ gəlirin sürətli

artımının səbəblərindən biri maliyyə bazarında biznes

investisiyalarının cəlb edilməsi praktikasına əsaslanmışdır.

Avstraliya bank sistemi gəlirliliyin təmin edilməsinin

digər mühüm faktorları bank hesablarında faiz ödəmələri ilə

əlaqəsi olmayan pul vəsaitlərinin payının çoxalması, həmçinin

əlavə maliyyə xidmətlərinin təklif edilməsi hesab olunur.

Texnoloji innovasiya sektoru vasitəsilə əhali maliyyə idarə

etməsi üçün bunları istifadə edir:

İnternet-bankinq;

EFTPOS- terminal (Electronic Funds Transfer at

Point of Sale);

Bankomat şəbəkələri;

Telefon vasitəsilə transaksiyaların keçirilməsi

imkanı və yeni xidmət mobile-bankinq.

Hətta işçilərin maaşları bir çox hallarda onların cari bank

hesablarına elektron şəkildə yatırılır.

Ənənəvi kağız çekləri ilə ödəniş ölkədə hələ də

məşhurdur. Lakin 1070-ci ildə kredit kartları və yeni yaranan

elektron ödəniş metodları ilə rəqabətə davam gətirə bilməyərək

kəskin şəkildə azalmağa başlayıb. Misal olaraq göstərə bilərik

ki, Avstraliyada hər ay kredit kartalarının istifadəsi ilə 86 mln

transaksiya və EFTPOS-un istifadəsi ilə isə 73 mln transaksiya

həyata keçirilmişdir. Həmçinin ölkənin 180 maliyyə təşkilatını

birləşdirən milli elektron ödəniş sistemi BPAY-də geniş

Page 270: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

270

yayılmışdır. Sistem ABŞ-dakı ASN-i xatırladır. BPAY-də

internet vasitəsilə 58%-ə yaxın transaksiya həyata keçirilir. Hər

il bu sistemə 8 mln ödəmə daxil olur. Ölkədə 11 mindən çox

bank bölmələri və agentlikləri, inşaat şirkətləri və kredit

cəmiyyətləri, 2,8 min məhdud ödəniş xidməti göstərən poçt

bölmələrində məntəqələr, 15 minə yaxın banknot və 400

mindən çox elektron ödəniş terminalı fəaliyyət göstərir. Ötən

illərdə ölkədə sərfəli makroiqtisadi şəraitdən istifadə edərək

Avstraliya bank sistemi əməliyyatların rasionallaşdırılması,

xərclərin konsolidasiyası birləşdirmə və udma, gələcək

ixtisaslaşmalar, Sakit okean regionunun digər ölkələrinin

maliyyə bazarlarına eskspansiya, autsorsinqdən aktiv istifadə

nəticəsində səmərəliliyin artırılması hesabına təkmilləşməyə

davam etdi.

Avstraliya iqtisadi cəhətdən inkişaf etmiş ölkələr qrupuna

daxildir. Ölkədə adambaşına düşən ÜDM-in həcminə görə

aparıcı Qərbi Avropa ölkələri ilə eyni səviyyədədir. Ölkə

həmçinin beynəlxalq ticarətdə də aktiv iştirak edir. Onun ixracı

103 mln dollar, idxalı 120 mln dollar təşkil edir.

9.2. YENĠ ZELANDĠYANIN BANK SĠSTEMĠ.

Avstraliyanın iqtisadiyyatı, xüsusilə bank sferası Yeni

Zelandiya iqtisadiyyatı ilə sıx əlaqədədirdır. Yeni Zellandiya

nisbətən kiçik iqtisadi ölçüyə malik olmağına baxmayaraq

iqtisadi cəhətdən İnkişaf Etmiş Ölkələr qrupuna daxildir. Lakin

buna baxmayaraq adambaşına düşən Ümumi Daxili Məhsulun

həcmi 20 min dollardır. Ölkə aktiv şəkildə beynəlxalq ticarətdə

Page 271: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

271

iştirak edir. Dünya üzrə süd məhsulları, yun, qoyun, meyvə

ixracatçıları sırasına daxildir. Kənd təsərrüfatı məhsulları

ixracın 50%-ni təşkil edir. Yeni Zelandiya daha çox hazır

məhsullar idxal edir (maşın, avadanlıq, yanacaq). Iqtisadi

müstəqilliyinə görə Yeni Zelandiya reytinq üzrə dünya ölkələri

arasında ilk üçlüyə daxil olmuşdur. Ölkə kifayət qədər inkişaf

etmiş bank sisteminə malikdir və digər ölkələrin bankları,

xüsusilə Avstraliya ilə geniş şəkildə iqtisadi əlaqələri vardır.

Müasir mərhələdə Avstraliyanın bank sisteminə dünya

maliyyə sektorunun 79% aktivi ilə nəzarət olunur və son 10 il

ərzində ölkədə sürətli artım tempi ilə xarakterizə edilir. Öz

xidmətlərini təqdim edən bankların sayı, kiçik kredit təşkilatları

nəzərə alınmamaqla 200-ə yaxındır. Bank sektorunun 4 əsas

oyunçusu vardır:

National Australia Bank;

Commenwealth Bank;

ANZ;

Westpac

Bu 4 bankın (“böyük dördlük”) Avstraliya depozitində

payı 85%-i təşkil edir. The Reserve Bank of Australia (RBA)

Mərkəzi bank hesab olunur. Avstraliya bank sisteminin

inkişaf tarixini bir neçə mərhələyə ayırmaq olar:

Commenwealth Bank erası (1911-1957); ehtiyat bank erası

(1957-1983); derequlyasiya erası (1983).

2008-ci il qlobal maliyyə böhranı Avstraliyanın bank

sistemindən yan keçmədi, hansı ki, böyük həcmdə ABŞ,

Britaniya, Almaniya, Yaponiya və digər ölkələrin aparıcı

transmilli banklarına aktiv şəkildə təsir etmişdi. Yeni

Page 272: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

272

Zelandiya inkişaf etmiş və çox yaxşı fəaliyyət göstərən,

çoxsaylı müəssisələrin işini təmin edən və istehlak krediti təklif

edən bank sisteminə malikdir. Dünya Bankının göstəricilərinə

istinad edərək yerli müəssisələrə verilmiş kreditləri 2000-ci

ildə ÜDM-un 117,5%-ni təşkil edirdi. Bu onu göstərir ki,

hazırki dövrdə müasir iqtisadiyyata malik Kanada və

Avstraliya kimi ölkələrə nisbətən Yeni Zelandiyada bank

ssudası əldə etmək imkanı asandır. Yeni Zelandiya bank

sistemi 90%-dən çox ümumi aktivi xarici banklara məxsus olan

16 qeydiyyatdan keçmiş banklardan ibarətdir ki, belə aktivlərin

87%-i Avstraliya banklarına aiddir. Kivibank leyborist

koalisiyası rəhbərliyi ilə 2001-ci ildə yaradılmış və ölkələrin

poçt məntəqələri şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. Bu bank

yeganə iri Yeni Zelandiya bankıdır. Bütün bank sisteminin

xüsusi kapitalının miqdarı 1989-cu ildə Bazel komandasının

tətbiq etdiyi minimal tələbin səviyyəsini ötmüşdür. Kredit

sisteminə daxil olma qeyri-məhduddur. Özünü bank

adlandırmaq istəyən hər bir yerli və xarici təşkilat Yeni

Zelandiya Ehtiyat Bankında qeydiyyatdan keçməlidir (YZEB-

Mərkəzi Bank). Lakin yalnız maliyyə təşkilatları qeydiyyatdan

keçməyərək özlərini investisiya bankı adlandıra bilər. 2002-ci

ildə “Yeni Zelandiya Ehtiyat Bankı haqqında” Qanunda

dəyişiklik tamamilə bank terminalogiyasına həsr olunmuşdu və

ilk növbədə “bank”, “bankir” və “bank fəaliyyəti” kimi

sözlərin qeydiyyatdan keçməmiş maliyyə təşkilatları üçün

istifadə edilməsi qadağan olundu. Qeydiyyatdan keçmək

beynəlxalq biznesin inkişafına imkan yaratmaqla və

beynəlxalq valyuta bazarı vasitəsilə ucuz maliyyələşməyə yol

Page 273: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

273

açır. Sığorta olunmuş və borcla təmin edilmiş hər bir xarici

təşkilat qiymətli kağızlar üzrə Komissiyanın tabeliyi altına

düşür. Buna sığorta şirkətləri daxildir. 2005-ci ilin iyul ayında

aparılan statistik nəticələrə görə Yeni Zelandiyada 16

qeydiyyatdan keçmiş bank fəaliyyət göstərirdi: Bunlar ABN

AMRO NV, ANZ National Bank Limited, ASB Bank Limited,

Bank of New Zealand, Citibank N.A, Commonwealth Bank of

Australia, Deutsche Bank AG və s. ABŞ, Böyük Britaniya,

Yaponiya, Çin və digər ölkələrin aparıcı bankları ilə qarşılıqlı

əlaqəsi olduğundan müasir qloballaşmış maliyyə şəraitində

2008-ci ilin böhranı Yeni Zelandiyanın bank sisteminin

fəaliyyətinə və vəziyyətinə təsirsiz ötüşmədi.

Page 274: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

274

X FƏSĠL. ĠRAN ĠSLAM RESPUBLĠKASININ

BANK SĠSTEMĠ

İranda 1983-ci ilin sentyabrın əvvəllərində bütün bank

sistemini əhatə edən İslam Bank Qanunu qəbul olundu və 21

mart 1984 tarixindən etibarən qüvvəyə mindi. Həmin dövrdən

başlayaraq İran İslam Respublikasında bütün bank sistemi

bütünlüklə faizsiz əməliyyatlar həyata keçirirlər.

İranda Faizsiz Bankçılık sisteminin fəaliyyətinin əsasını

təşkil edən amilləri aşağıdakı şəkildə sıralamaq olar:

1. Ölkə iqtisadiyyatının inkişafı üçün pul və kreditin

sağlam bir şəkildə tədavülünü təşkil etməklə haqq və ədalət

prinsiplərinə uyğun pul-kredit sistemini formalaşdırıb inkişaf

etdirilməsi;

2. Bu imkanlardan istifadə edərək İran İslam

Respublikasının iqtisadiyyatının inkişaf etdirilməsi üzrə

proqramların, strategiyaların və dövlət siyasətinin həyata

keçirilməsi;

3. Konstitusiyanın 43-cü maddəsinin 2-ci və 9-cu

bəndlərinin icrası çərçivəsində malların sərbəst dövriyyəsini,

ticarəti təmin edərək investisiyaları işə cəlb etməklə bir

tərəfdən yeni iş imkanlarını formalaşdırmaq, digər tərəfdən

dövlətin də dəstəyi ilə faizsiz kreditvermə imkanlarının,

genişləndirilməsi;

4. Pulun likvidliyini qorumaq, hər cür ödəmələrin

tarazlığını gözləmək və ticarətin asanlaşdırılması;

Page 275: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

275

5. Bank tərəfindən göstərilən bütün növ xidmətləri

qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə asanlaşdırilması

və s.

Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) faizsiz bankçılıq

sisteminin tətbiqi hökumətin 12 mart 1975-ci il tarixli qanunu

ilə qurulan Dubay İslam Bankının (DİB) formalaşmasından

götürür. Bu bankın fəaliyyəti ilk dövrlərdə aşağıdakı başlıca

prinsiplərə əsaslanırdı:

Bankın fəaliyyətində ortaq olmaq üçün Birləşmiş

Ərəb Əmirliyinin vətəndaşı olmaq şərt deyil;

Bank sərbəst şəkildə ölkə daxilində və xaricdə

özünün şöbə və nümayəndəliklərini aça bilər;

Bankın xalis mənfəətinin ən azı 10 faizinə qədəri

qanuni yolla ehtiyat fonduna ayrılır və bu məbləğ

şirkətin açıqlanmış kapitalına bərabər olana qədər

götürülməyə davam edilir;

Bank ölkədə bu növ fəaliyyətin tənzimlənməsini

əhatə edən qüvvədə olan qanunvericiliyin riayət

olunmasına məsuliyyət daşıyır.

Misirdə 1977-ci ildə qəbul edilən 47 saylı qanun əsasında

Misir Feysəl Bankının əsasını formalaşdırmaqla yanaşı onun

fəaliyyətinin başlıca prinsiplərini formalaşdırmışdır. Bunlardan

bir neçəsini aşağıdakı şəkildə qısaca olaraq sıralamaq olar:

Bu tip bank xarici və dövlət sektoruna aid maliyyə bazarını

tənzimləyən qanunların tətbiqi dairəsindən azaddır;

1. Bank ənənəvi banklar və kreditləri tənzimləyən qanun

maddələrinə tabe deyildir;

Page 276: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

276

2. İstər mərkəzdə və istərsə də şöbələrdəki bankın əmlakı,

qazancı, gəlirin bölüşdürülməsi və bütün digər

əməliyyatlar on beş il müddətinə hər cür vergi, rüsum və

məcburi ödəmələrdən azaddır;

3. Bankın və onun səhmdarlarının mülkiyyətinin heç bir

halda mənimsənilməsinə, dövlətləşdirilməsinə

(milliləşdirilməsinə) və məhkəmə qərarı olmadan

müsadirə olunmasına yol verilmir və s.

İordaniyada isə hökumətin 1978-ci il 13 saylı qanunu ilə

“İordaniya İnvestisiya və Maliyyə İslam Bankı” qurulur və bu

bank məhz onun fəaliyyətinin tənzimlənməsini nəzərdə tutan

xüsusi qanun çərçivəsində faizsiz prinsiplər əsasında fəaliyyət

göstərməyə başlayır. Həmin qanundan götürülmüş bəzi

maddələrə görə banka verilən səlahiyyətlər və əməliyyat

imkanları aşağıdakılardan ibarətdir:

Bank faizsiz maliyyə sisteminə zidd olmayan

bütün bank əməliyyatlarını həyata keçirir və

ölkədə bütün bankların fəaliyyətini tənzimləyən

ümumi qanunvericiliyə riayət edir;

Bankın idarə heyətinin qərarı və razılığı əsasında

müəssisənin mənfəətinin 20 faizi ehtiyat fonduna

yönəldilir;

Bank və onun səhmdarları ölkə qanunvericiliyinə

uyğun müvafiq vergilərin ödəniləməsinə

cavabdehlik daşıyır. Lakin, bankın illik gəlirinin

8%-i vergi tutulmalarından azad edilir;

Page 277: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

277

Bu bankın fəaliyyətini tənzimləyən qanununa riayət

olunması Bankın idarə heyətinin də iştirak etdiyi Nazirlər

Kabinetinin müvafiq qrupu tərəfindən həyata keçirilir və s.

Qeyd edək ki, keçən əsrin 60-cı illərindən başlayaraq

Faizsiz Bank sferasında dünya üzrə bir çox maliyyə

qurumlarının ardıcıllıqla yaranması ilə yanaşı ümumilikdə bu

sfera böyük keyfiyyət dəyişikliyinə uğramışdır. Yəni faizsiz

bankçılığın yarandığı ilkin dövrlərdə bu tip maliyyə

qurumları yalnız müştərilərdən əmanətlər toplayaraq həmin

vəsaiti iş adamlarına təqdim edərək bu birgə iqtisadi fəaliyyətin

idarə olunması ilə məşğul olurdular. Sonralar isə artıq

müştərilərə iqtisadiyyatın demək olar ki, bütün sahələri (bura

şəriət prinsiplərinə əks olan sferalar aid edilmir. Məs: spirtli

içki, tütün istehsalı və s. kimi fəaliyyət növləri) üzrə faizsiz

kreditlərin verilməsi, icarə, pul köçürmələri o cümlədən, ayrıca

olaraq sığorta xidmətləri və faizlə əlaqəsi olmayan ənənəvi

bankların həyata keçirdiyi hər növ maliyyə xidmətini təklif

edirlər. Qeyd edək ki, faizsiz bankçılıq yarım əsrə bərabər qısa

bir inkişaf yolunu keçməsinə baxmayaraq bu sistem praktikada

özünü yüksək səviyyədə doğruldaraq rəqabətqabiliyyətli və

müasir tələblərə cavab verən mütəşəkkil maliyyə institutları

kimi formalaşmışdır.

İslam maliyyə hüququnun ərəb ölkələri arasında intensiv

tətbiqi təcrübəsi bu gün daha fəal bir sıra ərəb ölkələrində

(Səudiyyə Ərəbistanı, MƏR, Küveyt və s.) həyata keçirilir.

Lakin XX əsrin 80-90 illərində bank işinin məqsədyönlü

islamlaşdırılması və şəriət adətlərinə uyğun islam maliyyə

Page 278: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

278

hüququnun tətbiqi prosesi daha çox ilk növbədə İranda inkişaf

etmişdir.

1984-cü ildə İran məclisi (İslam Məsləhətçi Assambleya)

tərəfindən islam maliyyə hüququ qəbul olunub təcrübədə

istifadə edilməyə başlanıldı. Qəbul olunmuş qanunvericilik

aktlarına əsasən 1985-ci ilin mart ayına ölkədə tamamilə bütün

fəaliyyət göstərən maliyyə institutlarının qəti islamlaşdırılması

həyata keçirilmişdir. Lakin təcrübədə bank tənzimləməsi və

nəzarəti üzrə yeni prinsiplərin və tələblərin tam real tətbiqi

həqiqətdə beş ildən çox müddət tələb etmiş və yalnız keçən

əsrin 90-cı illərinin əvvəlində başa çatdırılmışdır. Depozit və

borc faizlərinin əlavə hesablanması və tutulması təcrübəsi bank

əməliyyat və investisiya fəaliyyətindən tam sıxışdırılıb

çıxarılmışdır. Bu gün ölkə bankları müştəri-əmanətçilərə tələb

olunana qədər faizsiz depozitlər (cari hesablar), faizsiz toplama

hesablarını (əmanət depozitlərini) yaxud həmçinin faizsiz uzun

müddətli investisiya depozitlərini təklif edirlər. Tələb olunana

qədər depozitlərin və cari hesabların (Current Account

Deposits) sahibləri çek kitabçalarından istifadə etmək (açılmış

hesab məbləğində) və çeklərlə hesablaşmalar aparmaq

imkanını əldə edirlər. Toplama hesablarının və əmanət

depozitlərinin sahibləri həmçinin bank maliyyə ehtiyatları və

borclarının alınması imkanı baxımından müəyyən

preferensiyalardan (üstünlüklərdən) istifadə edirlər. Əmanət

qoyuluşları və depozitlərini saxlayan şəxslərin stimullarına və

imtiyazlarına həmçinin islam bankları tərəfindən hesab

sahiblərinin Məkkəyə dini səfərinin maliyyələşdirilməsi aid

edilir.

Page 279: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

279

Uzun müddətli investisiya depozitlərinin sahibləri

hesabdan vəsaitin götürülməsindən bir neçə ay qabaq banka

yazılı bildiriş göndərmədən istənilən məbləğdə vəsait götürə

bilməzlər. Lakin onlar islam maliyyələşdirmə üsulunun

(sxeminin)-müdarabənin (bəzən təcrübədə ehtikar mübadilənin,

sərfəli ehtikarın və gəlirli mübadilə əqdlərinin bəzi cəhətlərinə

malikdir) prinsiplərinə uyğun məcmu bank gəlirlərinin

(mənfəətinin) birgə bölüşdürülməsində şərtsiz iştirak hüququnu

əldə edirlər. İstənilən tip borc alan müştərilərin banklarla uzun

müddətli qlobal sazişləri və birbaşa tərəfdaşlıq münasibətləri

hər cür təşviq edilir və stimullaşdırılır. Həmin sazişlərə uyğun

olaraq müştərilər birbaşa, həyata keçirilməsi onların əvvəl

bankdan aldıqları maliyyə vəsaiti hesabına maliyyələşdirilmiş

onların həyata keçirdiyi istehsalat kapital qoyuluşu və

investisiyalarından əldə olunan bütün mümkün gəlirləri

(mənfəəti) bölürlər. Banklarla bağlanılan tərəfdaşlıq və

əməkdaşlıq haqqında sazişlər adətən borc alan müştəri

(operator) tərəfindən yalnız həmin bankın maliyyələşdirdiyi

müəyyən bir investisiya layihəsi (kapital qoyuluşu) haqqında

bağlana bilərlər. Bununla yanaşı bu gün borc alan müştərinin

(operatorun) təsərrüfat və investisiya fəaliyyətinin bütün

növlərini əhatə edən onun bütün gəlirlərinin bölüşdürülməsi

haqqında oxşar sazişlərin bağlanması yol verilir, hətta təşviq

edilir. Məhdud tərəfdaşlıq haqqında sazişlərlə (ciddi müəyyən

olunmuş investisiya layihəsi çərçivəsində) bağlı söyləmək olar

ki, bölüşdürmə yalnız borc alan investor (operator) tərəfindən

islam bankının maliyyələşdirdiyi konkret, ciddi müəyyən

olunmuş layihənin həyata keçirilməsindən əldə edilən gəlirlərə

Page 280: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

280

aiddir. Tam tərəfdaşlıq və müştərinin bütün mənfəətinin bankla

bölüşdürülməsi haqqında sazişlə bağlı söyləmək olar ki, borc

alan müştərinin əldə etdiyi istənilən növ gəlir (mənfəət)

müvafiq olaraq onun tərəfindən bankla birgə əsasla

bölüşdürülür. Məsələn, artıq qeyd edildiyi kimi, müştəri

tərəfindən maşınların, avadanlığın və digər texnikanın əldə

olunması bilavasitə islam bankının özünün (müştərinin tapşırığı

ilə) satın alma (yaxud onun maliyyələşdirilməsi) yolu ilə

həyata keçirilir. Sonra müştəri edilmiş satın almaların tam

məbləğini hissələrlə, ayrı-ayrı ödəmələr yolu ilə banka ödəyir.

Az əhəmiyyətli deyil ki, belə hallarda alınmış maşınlara və

avadanlığa dair mülkiyyət hüququ bank tərəfindən müştəriyə

sonuncu banka olan kumulyativ maliyyə borcunu ödəmək üçün

ilk qismən ödənişi etdikdən dərhal sonra keçir. Müştərilərin

islam bankları ilə müqavilə-məqsədli hesablaşmalarının

alternativ forması kimi bankın satın aldığı maşınlara, texnikaya

və avadanlığa dair faktiki modifikasiya olunmuş maliyyə

lizinqi (lizinq sazişləri) formaları çıxış edir. Bu cür lizinq

(icarə) sazişləri zamanı bankın satın aldığı maşınlara və

avadanlığa dair mülkiyyət hüququ yalnız, onun tərəfindən

lizinq obyektinin dəyəri tam ödənilməklə, müştəri bankla

bağlanmış lizinq sazişi üzrə son ödənişi etdikdən və

hesablaşmanı apardıqdan sonra müştəriyə keçir. Bu gün

qüvvədə olan islam maliyyə hüququna əsasən islam bankları

həmçinin müştərinin ticarət əməliyyatlarını maliyyələşdirə,

müştərinin tapşırığı ilə malın müddətli forvard satınalmalarını

(forward purchases) həyata keçirə bilərlər. Malın məqsədli

müddətli forvard satın almaları ilə, mahiyyət etibarilə xalis

Page 281: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

281

ehtikar müddətli əmtəə mübadiləsi haqqında saziş və

müqavilələrdən ibarət olan, xüsusiləşdirilmiş fyuçers (birja)

ticarəti arasında dəqiq əhəmiyyətli fərqlər (dərəcələr)

müəyyənləşdirilmişdir. Sonuncular məlum olduğu kimi ərəb

ölkələrində tam və qəti surətdə qadağan olunur. Bankla malın

müddətli forvard satın almaları həyata keçirilərkən həmin bank

ona idxal ticarəti ilə məşğul olan şirkət və ya agent, yaxud

topdan ticarətlə məşğul olan tacirlə təqdim olunmuş satın

alınmış mala görə hesab-fakturaları (invoysları) çox vaxt

dərhal ödəyir. Belə olan halda bank öz hesabına idxal ticarət ilə

məşğul olan şirkətlərin, yaxud topdan ticarətlə məşğul olan

tacirin birbaşa tapşırığı ilə mal alır. İdxal ticarətlə məşğul olan

şirkətlər və topdan ticarətlə məşğul olan tacirlər öz növbəsində

islam bankına olan borclarını artıq onların aldıqları malın

müxtəlif tacirlərə, satış şirkətlərinə yaxud son istehlakçı-

idxalçılara və faktiki alıcılara təkrar satışından sonra ödəyirlər.

Ərəb İslam Bankları bu gün vahid şəklə salınmış standart

müddətli forvard ticarət kontraktlarından və malların təkrar

satışı üzrə müqavilələrdən (əmtəə arbitrajı) istifadə edirlər. Bu

cür maliyyələşdirmə sxemləri zamanı bankın öz müştərisinə

verdiyi (o cümlədən idxal əməliyyatları üzrə) həyata keçirilmiş

malsatınalmaları üzrə ödənişin faktiki olaraq hissə-hissə həyata

keçirilməsi adətən 90-180 gün təşkil edir.

Kredit-bank sektorunun islamlaşdırılması prosesləri ayrı-

ayrı ərəb ölkələrində müxtəlif intensivlikdə inkişaf edirlər.

Onların arasında bank işinin islamlaşdırılması mexanizmləri

olduqca intensiv şəkildə son on il ərzində İranda, həmçinin

Pakistanda tətbiq edilirdi.

Page 282: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

282

1979-cu ildən etibarən İranın Bank Sistemi onun qlobal

islamlaşdırılması əsasında milliləşdirilmiş və tamamilə yenidən

təşkil olunmuşdur. İranda birləşmiş islam bank sisteminin

qurulması və fəaliyyəti prinsiplərini müəyyənləşdirmiş əsas

hüquqi sənədlər 1983-cü ildə qəbul olunmuş istənilən formada

sələmçilik fəaliyyətini qadağan edən islam prinsipləri əsasında

olan Bank fəaliyyəti haqqında qanun və İranın Konstitusiyası

olmuşlar. İranda islam bank işinin əsas xarakteristikalarına ilk

növbədə dövlət tərəfindən bütün bankların fəaliyyətinə ciddi

cari nəzarət, xüsusi kommersiya banklarının yaradılmasına

qoyulan qadağa və maliyyə vəsaitinin (borc ehtiyatlarının)

ödənişliyi prinsipinin istifadəsindən tam imtina aid edilməlidir.

Bu gün ölkədə qüvvədə olan vahid islam bank

qanunvericiliyinə əsasən İranın milli bank sistemi aşağıdakı

məsələlərin həllinə yönəlib:

1. Ölkənin bütün kredit-pul sisteminin qüvvədə olan

qanunvericilik əsasında və islam qaydalarına, ilk növbədə

şəriət adət və ənənələrinə tam uyğun şəkildə sabit fəaliyyəti,

pul dövriyyəsinin tənzimlənməsi və iqtisadiyyatın, ilk növbədə

onun real sektorunun, sabit inkişafına nail olmaq üçün effektiv

maliyyələşdirmə sisteminin təşkili;

2. Dövlət iqtisadi proqramlarının uğurlu həyata

keçirilməsi üçün daxili pul vəsaitinin səfərbər edilməsi;

3. İslam bank idarələrinin təcrübəsində tam uyğun

əmanət məhsullarının və maliyyə vasitələrinin tətbiqi yolu ilə

əhalinin faizsiz investisiya və depozit əməliyyatlarında real

iştirakının genişləndirilməsi üçün lazımi şəraitin yaradılması.

Söhbət ilk növbədə əhalinin vəsaitinin birgə cəlb edilməsindən,

Page 283: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

283

onun faizsiz hesablarda yerləşdirilməsindən və sonra bankların

səfərbər etdiyi pul ehtiyatlarının ölkədə hazırlanan effektiv

investisiya layihələrinin maliyyələşdirilməsi məqsədlərinə

təkrar bölüşdürülməsindən gedir. Bu məsələlərin həlli üçün

həmçinin xüsusi bank ehtiyat fondlarının təsis edilməsi,

banklar tərəfindən faizsiz əmanət qoyuluşları və müddətli

depozitlər sistemindən istifadə nəzərdə tutulur. Əmanətlərin

yığılması və bank aktivlərinin effektiv yerləşdirilməsi ilk

növbədə investisiyaların real təsərrüfat sektoruna maliyyə şək-

lində sabit qoyuluşunu və ölkə əhalisinin məşğulluq

səviyyəsinin artırılmasını təmin etməlidirlər;

4. Aktiv dövriyyəsində pul kütləsinin həcminin tənzim-

lənməsi və ödəniş balansının vəziyyətinə nəzarət;

5. Ödənişlərin aparılması və pul haqlarının qəbulu,

köçürülmələrin edilməsi, kommersiya (xarici ticarət)

sazişlərinin və müqavilələrinin təmin edilməsi, həmçinin

qüvvədə olan bank qanunvericiliyi ilə nəzərdə tutulmuş digər

maliyyə xidmətlərinin göstərilməsi.

İranın bank sisteminin sabit fəaliyyətinin və yenidən

qurulmasının təminatında əsas rol şübhəsiz ki, İranın Mərkəzi

Bankına məxsusdur. Iranın Mərkəzi Bankı ölkənin kredit-pul

siyasətini işləyib hazırlayır və həyata keçirir, pul nişanlarının

emissiyasını həyata keçirir, ölkənin qızıl-valyuta ehtiyatlarını

idarə edir, pul dövriyyəsini, bank investisiyalarını və s.

tənzimləyir. İranın Mərkəzi Bankı tam islamlaşdırılmış milli

bank sistemi çərçivəsində ölkənin bütün kredit-bank

idarələrinin fəaliyyətinə nəzarət edir:

Page 284: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

284

1. Bankların, həyata keçirdikləri xidmətlərin və

əməliyyatların konkret növündən asılı olaraq, gəlir

norması üçün minimal və maksimal miqdarı

(səviyyələri), həmçinin banklar tərəfindən müxtəlif növ

əmanətlərin sahiblərinə (saxlayanlarına) verilən

preferensiyaların, imtiyazların və s. yol verilən

həcmlərini müəyyən edir;

2. Dövlətin milli iqtisadi siyasəti çərçivəsində bank

kapitalının təsərrüfat sahələri və sektorları üzrə

investisiya şəklində qoyuluşu istiqamətlərini, həmçinin

müxtəlif sahələrdə investisiya layihələri üçün minimal

yol verilən gəlir normalarını və həmin normaların

iqtisadiyyatın müxtəlif sahələri üzrə mümkün

differensiasiyasını (ayrılmasını) müəyyən edir;

3. Bank tərəfindən bir müştəriyə (borc alana) sərbəst

şəkildə verilə biləcək maliyyə vəsaitinin (borclarının)

maksimal həcmini nizamlayır.

2009-2011-ci illərdə artıq ən yaxın gələcəkdə İranın

bütün maliyyə sisteminin kifayət qədər əsaslı müəyyən

islahatının mümkünlüyünü təsdiqləyən əlamətlər daha aydın

görünməyə başlamışdır. Dövlət tərəfindən hər yeri əhatə edən

bank inhisarı, yerli kredit bazarında müəyyən bir real rəqabətin

olmaması və bunun nəticəsi kimi bir çox islam banklarının

investisiya fəaliyyətinin nisbətən aşağı effektivliyi dövlətin

strateji maraqlarına obyektiv cavab vermirlər. Təsadüfi deyil

ki, bu gün İran hökuməti tam islamlaşdırılmış kredit-bank

sektoru daxil olmaqla ölkə təsərrüfatının müəyyən

liberallaşmasına istiqamətlənmiş addımlar atır. Belə ki, 2010-

Page 285: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

285

2015-ci illər üçün İranın sosial-iqtisadi və mədəni inkişafının

beşillik planı haqqında qanunvericiliklə bir sıra bankların

səhmlərinin təxminən 49% özəl sektorun səhmdarlarının və

investorlarının sərəncamına verilməsi yolu ilə dövlətin kredit-

bank sahəsində inhisarının müəyyən zəiflədilməsi nəzərdə

tutulmuşdur.

Lakin bütövlükdə inqilabdan sonrakı dövrdə (xüsusilə

90-cı illərdə) İranın iqtisadi siyasətinin əsas məqsədi şübhəsiz

bütün milli bank idarələrinin məqsədyönlü islamlaşdırılması

olmuşdur. Vahid müsəlman cəmiyyətində ona müvafiq olaraq

ölkənin bütün institutlarının bütün növ banklar və yerli maliyyə

idarələri daxil olmaqla ölkənin bütün institutlarının islam

prinsiplərinə tam uyğun qaydada fəaliyyət göstərməli olduqları

tələb adətən daha asan və effektiv həyata keçirilir. İslam

banklarına Qərb yönümlü universal (ənənəvi) kommersiya

bankları ilə bərabər fəaliyyət göstərməsi üçün sadə icazənin

verilməsi burada açıq surətdə kifayətsiz və qeyri-qənaətbəxş

qərar hesab olunur. Yüksək dini islam cəmiyyətində (sosial

strukturlarda) əməliyyatları üzrə faiz hesablayan və tutan

istənilən maliyyə institutlarının fəaliyyəti qətiyyən həyata

keçirilmir və qadağan edilir. Eyni zamanda istənilən ənənəvi

kommersiya banklarının fəaliyyəti doğru olmayan, “dinsiz”,

doğruluq və islam ədaləti prinsiplərinə zidd hesab olunur.

Bütün bank sektorunun fəaliyyətinin Quran prinsiplərinə, ilk

növbədə şiə cərəyanının mahiyyətinə və ruhuna şərtsiz

uyğunluğunu təmin etmək üçün dövlət İranın bütün milli bank

sistemini tam islamlaşdırmışdır. Bu tədbir özünün cari

fəaliyyətində Qərb maliyyə və kredit-bank və həmçinin

Page 286: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

286

investisiya institutlarının fəaliyyət prinsiplərindən istifadə

edən ənənəvi kommersiya banklarının istənilən əməliyyatlarını

obyektiv mümkünsüz etmişdir.

Bu gün İran təcrübəsinə çox yaxın bir istiqamətdə

Pakistanda milli kredit-bank sektorunun tam islamlaşdırılması

həyata keçirilir. Burada İran modelinə analoji olan son dərəcə

sərt islamlaşdırma modeli tətbiq edilir, son dərəcə qısa məhdud

müddətdə bütün kredit-bank sisteminin əsaslı yenidən təşkili

üzrə eyni vasitələrdən və üsullardan istifadə olunur.

Pakistanda 1999-cu ilin dekabrında Ali Məhkəmə borc faizi-

riba üzrə istənilən əlavə hesablamanı və tutulmanı islam əxlaqı

normalarına zidd hesab etmiş və hökumətin üzərinə 2001-ci

ilin ortalarına qədər ölkədə birləşdirilmiş tam islamlaşdırılmış

maliyyə və kredit-bank sisteminin tətbiqi vəzifəsini

qoymuşdur. Ölkənin bank təcrübəsinin bu qədər qısa müddətdə

yeni prinsiplərə keçməsi ilk növbədə ilkin dövrdə bankların

depozit və xüsusilə investisiya fəaliyyətinin pisləşməsinə səbəb

olmuşdur. Həmçinin fərdi sahibkarlıq sektoru, xüsusilə kiçik

firmalar, fərdi sahibkarlar və tək sahiblər banklarla ehtiyatla

münasibət qururdular, çünki onlar üçün bankdan cəlb olunmuş

maliyyə ehtiyatlarının faktiki dəyəri əhəmiyyətli dərəcədə

artmağa başlamışdır. Bununla bərabər rəsmi bank sektorunda

faizin ləğvi çox vaxt qeyri-rəsmi (sələmçilik) borc bazarında və

parabank sektorunda kreditin dəyərinin artmasına səbəb olurdu.

Hətta yerli kiçik fərdi milli sahibkarlığın borc ehtiyatlarının

alınması zəruriliyi daima artdığından paralel “qara maliyyə

bazarının” fəaliyyəti genişlənməyə başlamışdır. Maliyyə və

kredit-bank strukturlarının tam islamlaşdırılması əsasında

Page 287: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

287

ölkədə aparılan bank islahatları çərçivəsində yerli kredit

bazarında dövlət sektorunun mövqelərinin əhəmiyyətli

dərəcədə möhkəmlənməsi ehtimalı iri sənaye sahibləri və

biznesmenlərdə müəyyən narahatlıq doğururdu. Digər tərəfdən

iri fərdi sahibkarlar və investorlar çox vaxt onlardan bank

qarşısında özünün real balansının, ilk növbədə onların həyata

keçirilmiş investisiya layihəsi nəticəsində aldıqları faktiki

mənfəətin həcmi haqqında məlumatların tam açıqlanmasını

tələb edən islam maliyyələşdirmə üsullarından istifadə

etməkdən birbaşa boyun qaçırırlar. İslam bankının borc alan

müəssisənin faktiki mənfəəti haqqında məlumatı həmin

müəssisənin biznesi haqqında bir çox digər məlumatları ilə

olduğu kimi real əldə etmək imkanı adətən olduqca məhdud,

zəif unifikasiya edilmiş və çox vaxt islam banklarının

rəhbərləri tərəfindən ən münasib investisiya qərarının qəbulu

üçün az faydalı olur. Yerli fərdi sahibkarların və investorların

idarə etmə bacarıqları olduqca zəif olur, onlar üçün yüksək

olmayan rəsmi davranış etikası, götürülmüş öhdəliklərin

vaxtında yerinə yetirilməməsi səciyyəvidir, bu da islam

bankının əməliyyatlarında PLS-prinsipinin tətbiqini obyektiv

surətdə çətinləşdirir. Vəziyyət onunla çətinləşirdi ki, ilk

növbədə yeni islam maliyyələşdirməsi prinsiplərinə keçən

banklar və maliyyə institutları avtomatik olaraq dövlət nəzarəti

altına yaxud bilavasitə olaraq dövlət sektoruna keçirdilər.

Lakin ölkədə fərdi milli sahibkarlığın möhkəmləndirilməsi

üzrə ümumi strategiya ilə hərəkət edən Pakistan hökuməti bu

gün artıq bir sıra islam bankının və digər islamlaşdırılmış

maliyyə və kredit idarələrinin xüsusi sahibliyə verilməsi

Page 288: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

288

ehtimalını istisna etmir. Milli kredit-bank sektorunun tam

islamlaşdırılması əsasında bank islahatlarının olduqca ciddi

problemi ondan ibarətdir ki, dövlət (“milliləşdirilmiş”)

banklarının yerli xüsusi borc alan müəssisələrin idarə etmə,

əməliyyat və investisiya fəaliyyətinə real müdaxiləsi

Pakistanda onsuz da olduqca ağır olan korrupsiya problemini

gücləndirə bilər. Tam islamlaşdırılmış maliyyə və kredit-bank

strukturunun effektiv fəaliyyətinin real perspektivləri əsasən

həmçinin hökumətin ölkədə bütün təsərrüfat və investisiya

fəaliyyətini, bu zaman fərdi investorların islam banklarına qarşı

etibarını sarsıtmadan, faizsiz əsasa real keçirə bilib-bilməyəcə-

yindən asılı olacaqlar. Mərkəzi bank özü yerli maliyyə (kredit)

bazarında, daima onun daxilində, ilk növbədə büdcə kəsirinin

maliyyələşdirilməsi üçün, xəzinə istiqraz vərəqələrini

yerləşdirən bilavasitə iri borc alan qismində çıxış edir. Bu cür

əməliyyatlar dövlət xəzinə istiqraz vərəqələri üzrə faizlərin

əlavə hesablanması və ödənilməsi ilə bağlıdır, bu da həm milli

kredit-bank sektorunun, həm də Pakistanın bütövlükdə maliyyə

təsərrüfatının islamlaşdırılması proseslərini obyektiv surətdə

çətinləşdirir.

Kredit-bank sektorunun real tam islamlaşdırılması ilə

bağlı çətinliklər bu gün həmin prosesə məqsədyönlü

yanaşmanın yayılmasını şərtləndirmişlər, həmin yanaşmaya

əsasən bank sahəsinin islamlaşdırılması istiqamətində ilk

addım ölkədə makroiqtisadi idarəetmə sahəsində milli sistemin

fəaliyyətinin islam prinsiplərinə keçidi olmalıdır. Yalnız

bundan sonra ölkənin kredit-bank sektorunun və bütövlükdə

maliyyə sahəsinin islamlaşdırılması üzrə effektiv addımların

Page 289: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

289

atılması mümkün olur. Halbuki Pakistanda bu sxemə tam zidd

olaraq ölkənin bütün kredit-bank sahəsinin islamlaşdırılması

üzrə siyasi qərar qəbul olunduqdan sonra həmin qərarın

praktiki həyata keçirilməsi İslam ideologiyası şurasına, İslam

işləri üzrə nazirliyə, şəriət məhkəməsinə həvalə olunmuşdur.

Ölkənin mərkəzi bankı (Pakistan Ehtiyat Bankı) yalnız texniki

funksiyaları yerinə yetirərək ölkənin kredit-bank sektorunun

əsaslı transformasiyası prosesindən kənarda qalmışdır. Hətta

1999-cu ilin dekabrında Pakistanın Ali məhkəməsi 30 iyun

2001-ci il üçün hökumətə xarici dövlət borcunun xidməti

sahəsindən başqa ölkənin iqtisadi həyatından istənilən faiz

əməliyyatlarının tam çıxarılması haqqında xüsusi inzibati

göstəriş vermişdir. Söhbət ən qısa müddətdə iqtisadiyyatın və

bank sektorunun faizsiz əsasla fəaliyyətə məcburi inzibati

keçidi haqqında gedir. İranın əsas islamistləri bir çox

müsəlman ölkələrində, o cümlədən Pakistanda, Sudanda bank

sektorunun “islamlaşdırılması” üzrə real təcrübəni daima

tənqid edirlər. Onlar islam banklarının ekspansiyasını (onların

terminologiyasına əsasən “islam bank hərəkatı”nı) mahiyyət

etibarilə “kapitalizmin kamuflyajı” adlandırırlar. Onlar xüsusi

qeyd edirlər ki, “islam bankı” söz birləşməsinin sadə istifadəsi

heç də bank işinin təbiətini və bankların özlərinin mahiyyətini

dəyişmir. “İslam bank işi” ifadəsinin özü obyektiv olaraq açıq

ziddiyyət təşkil edərək, onların fikrincə bir araya sığmayan

əsas anlayış və terminlərinin əlaqəsindən ibarətdir. Hətta,

mahiyyət etibarilə “bank” sözünün özü onlar tərəfindən qəbul-

edilməz hesab edilir, çünki həmin söz keçən dövrlərdə məhz

sələmçilərin - İtaliyanın Lombardiya əyalətinin pul

Page 290: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

290

kreditorlarının üzərinə pul düzüb onun xırdalanması ilə məşğul

olduqları italyan “masa” yaxud “skamya” sözündən əmələ

gəlir. Şübhəsiz, bu cür riskli sərraflılıq və borc təcrübəsi

obyektiv olaraq islam postulatlarına əsasən hər zaman bütün

kontragentlərin və iştirakçıların etibarına əsaslanmalı olan əsl

islam maliyyə və investisiya tranzaksiyalarında qətiyyən

qəbuledilməz və yolverilməzdir. İslam tərəfdarının təminatı

(öhdəliyi) şübhəsiz xarakter daşıyır və borc alan onun təsirinin

və, o cümlədən girov şəklində, üzərinə götürdüyü öhdəliyinin

vaxtında icrasının hansısa əlavə sübutlarını göstərməyə məcbur

deyil. Bununla həmçinin belə bir fakt izah olunur ki, bir çox

ərəb islam institutları bu gün heç də bank deyil, ilk növbədə ev

(“Kuveyt Faynens Haus”, “Dar al-Maal al-İslami” və s.) adlan-

dırılmağa başlayıblar.

Xüsusilə onların fikrincə islam kredit-bank və maliyyə

institutları özlərinin rəsmi statusuna görə şirkət və məhdud mə-

suliyyətli cəmiyyət (Limited-Liability-Company) ola bilməzlər,

çünki valyuta sazişlərini, investisiya müqavilələrini, maliyyə

tranzaksiyalarını və ödəniş haqqında sazişləri bağlayan həmin

müsəlmanlar arasında etibar, qarşılıqlı öhdəliklər və təminatlar

hər zaman şərtsiz və qəti olmalıdır. İnvestisiya əməliyyatının

istənilən iştirakçısı şəxsi məsuliyyətdən (“şəxsi öhdəliklərdən”)

azad edilə bilməz, onun əvvəl üzərinə götürdüyü öhdəliklərin

tam yerinə yetirilməsi şərtsiz olmalıdır. Bank institutları isə öz

növbəsində əksinə müştəri və kontragentlərlə bağlanmış

depozit və investisiya müqavilələri üzrə ümumiyyətlə əmlak

məsuliyyətini daşımamalı (öz şəxsi aktivləri, fondları və əmlakı

hesabına) və həmin münasibətləri ilk növbədə tam və şərtsiz

Page 291: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

291

qarşılıqlı etibar və birgə maddi məsuliyyət əsasında (borc alan

investorla maliyyələşdirən bank arasında həyata keçirilmiş

investisiya layihələri üzrə mənfəətin və zərərin pay bölgüsü

əsasında) qurmalıdırlar.

10.1. ĠRAN ĠSLAM RESPUBLĠKASINDA BANK

SĠSTEMĠNĠN ĠNKĠġAF XÜSUSĠYYƏTLƏRĠ

İranın kredit sistemi öz başlanğıcını 1906-1907-ci

illərdən götürür, həmin dövrdə konstitusiya ölkənin pul

təsərrüfat idarəsində feodal üsullarını ləğv etmiş və şahın

ölkənin milli sərvəti üzərində nəzarətsiz sərəncamına son

qoymuşdur. Lakin, həqiqətdə 20-ci əsr boyu konstitusiyanın

vəziyyəti arabir deklarativ (rəsmi) xüsusiyyət daşıyırdı.

Kredit-pul təsərrüfat islahatını keçirmək üçün “neytral”

xarici müşavirlərin dəvət edilmə təşəbbüsü uğursuz oldu. 1911-

ci ildə İrana Morqan Şusterin başçılığı ilə Amerika ekspertlər

dəstəsi gəlmişdir; onun 1916-cı ildə istefasından sonra kredit-

maliyyə idarələrində, ölkəyə zorla son dərəcə ağır şərtlərlə

saziş qəbul etdirmiş ingilis təlimatçıları rəhbərlik edirdi, həmin

sazişə əsasən ingilis məmuru İran hökumətinin baş maliyyə

müfəttişinin funksiyalarını yerinə yetirirdi; 1921-ci ildə

İngiltərə - İran sazişi ləğv edilmişdir. Eyni zamanda İranda

müstəmləkə əsasları qorunub saxlanılırdı. 1907-ci ildə İngiltərə

ilə Rusiya arasında bağlanmış sazişə əsasən İran Rusiya

İmperiyası və Böyük Britaniyanın təsir sahələrinə

bölünmüşdür. Nəticədə konsessiya sazişləri siyasəti möhkəm-

lənmişdir (32 belə sazişlərdən 32-si Rusiyanın payına

Page 292: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

292

düşürdü): bank, yol, nəqliyyat-sığorta, dağ-mədən. İngilis

sahibkarları banknotların emissiyası və xəzinədarlıq

funksiyalarının yerinə yetirilməsi hüququ ilə Şahənşah

bankının təşkili üçün konsessiya almışdır. Rusiya İranın

Hesablama-borc bankının təşkili üçün konsessiyaya nail oldu.

1921-ci ildə sovet hökuməti İranın, ona çar hökuməti

tərəfindən verilmiş borcların, ödəməsindən imtina etdi. Bu

bankın əsas kapitalının mənbəyi İran hökumətinin Şahənşah

bankındakı hesablarında saxladığı xarici valyutada olan azad

yığılmış vəsait, həmçinin gümüşü kranlarla (1930-cu ildə rial

ilə dəyişilən sikkə pul) pul ehtiyatları olmuşdur.

Milli siyasətin vacib istiqamətlərindən biri 1928-ci ildə

İranın Milli Bankının təsis edilməsi olmuşdur. Artıq Milli bank

mövcudluğunun ilk illərində kreditin ucuzlaşmasına

istiqamətlənən diskont siyasəti sayəsində İranın kredit-pul

sistemində aparıcı yer tutmuşdur. Uçot dərəcələri 6% kimi

azalmışdır, bu yalnız çox saylı sərrafların təcrübəsinə deyil,

həm də 12% və daha çox faiz tutan Şahənşah bankının

əməliyyatlarına təsir etmişdir. Dünya böhranı zamanı gümüş və

qızılın dəyərinin nisbətinin əlverişsizliyi ilə əlaqədar olaraq

gümüş kranın faciəli qiymətdən düşməsi baş vermişdir. Kranın

və funt sterlinqin valyuta pariteti 2 dəfədən də çox aşağı

düşmüşdür.

1925-ci ildə Ticarət haqqında qanunla İran hökuməti

kredit əməliyyatlarının istehsal nizamının şəriət şərhinə son

qoymuş, xüsusi bankir sənəti fəaliyyətinin hüquqi əsasını müa-

sirləşdirmişdir. Lakin, əvvəlcə çox saylı sərrafların və bir sıra

ticarət kontorlarının geniş məşğul olduqları sələm krediti hələ

Page 293: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

293

xüsusi kommersiya banklarının bələdiyyə mülkiyyəti

formasında ifadə edilmirdi.

1930-cu ildə İran bimetallik standartdan qızıla keçdi,

hansının ki, əsasında sterlinq dövriyyəsinin ingilis sistemi

yerləşirdi. Sikkə vahidi kimi qızıl real oldu. İranın Milli bankı

ölkədə pul dövriyyəsinin tənzimləyicisi oldu.

1931-1932-ci illərdə xüsusi borc kapitalı səhmdar kredit

cəmiyyətlərində (bank tipli şirkətlər) yığılmağa başlamışdır.

1939-cu ildə İranda dövlət əmanət kassaları açılmışdır.

İkinci dünya müharibəsinin əvvəllərində İranda növbəti

milli kredit institutları fəaliyyət göstərməyə başladı:

Milli Bank

Kənd - təsərrüfatı Bankı

Sənaye Bankı

İpoteka bankları

Beləliklə, konsessial Şahənşah Bankının İran pul-kredit

bazarında monopoliya hüququ zəifləyirdi. Bundan başqa

İranda xarici kapital ilə aşağıda qeyd olunan iki bank fəaliyyət

göstərirdi:

Ruspersbank (“Rusfarsbank”)

Ottoman Bankı

Ruspersbank 1923-cü ildə əsasən Sovet-İran ticarəti üzrə

hesablamaların aparılması üçün qarışıq Sovet-İran

cəmiyyəti kimi təşkil edilmişdir, onun ölkənin müxtəlif

şəhərlərində bir neçə filialı yaradılmışdı.

Ottoman Bankı eyni adlı bankın bölmələrini Türkiyədə

Fransa - İngilis kapitalı və Londondakı idarəetmə ilə təmsil

Page 294: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

294

edirdi. Milli Bank sisteminin inkişafı 1948-ci ildən

formalaşmağa başladı, belə ki, artıq mövcud olan dövlət

banklarının sayına yeni dövlət və xüsusi banklar əlavə

edilməyə başladı. İranın Milli Bankı özünün iki - emissiya

və kommersiya bölmələri ilə ölkənin kredit-pul sisteminin

əsasını qoydu. Sonrakı illərdə əvvəlcə Amerika iqtisadi

ekspansiyasının genişlənməsi, sonra isə Amerika

“qəyyumluğundan” tam imtina və nəticədə iqtisadi təcrid

olunma baş verdi. 1960-cı ildə Milli Bankın yenidən təşkili

aparıldı. Milli bank İranın Mərkəzi Bankına və İranın Milli

Bankına bölündü. İranın Mərkəzi Bankının fəaliyyəti

emissiya və valyuta idarə etməsindən ibarət olduğu halda

İranın Milli Bankının fəaliyyəti isə kommersiya bankının

funksiyaları ilə təmin olunmuş və ona əvvəlki Milli Bankın

kommersiya baxımından idarə edilməsi passivləri

verilmişdi. Mərkəzi Bankın fəaliyyətinə nəzarət etmək

üçün Maliyyə İttifaqı yaradıldı. Bu dönəmdə sənaye

kreditlərinin verilməsində də həmçinin dəyişikliklər baş

verdi. 1946-cı ildə Kənd Təsərrüfatı Bankından, Plan

bankına (1951), 1956-cı ildə isə Sənaye Kreditləri Bankına

çevrilmiş Sənaye İnkişafı və Dağ-Mədən Bankına fəaliyyət

dəyişikliyi baş verdi. 1958-ci ilin sonunda bu bank Milli

Bankla birlikdə bir sıra ölkələrin maliyyə qruplarının

iştirakı ilə yaradılmış qarışıq Sənaye İnkişafı və Dağ-

Mədən Bankının payçıları sırasına daxil olmuşdur. Burada

səhmlərin 40%-i xarici investorlara, 60%-i Amerikanın

Borcların İnkişafı Fondunun dəyişməsi yolu ilə İrana

məxsus idi. 1956-cı ildə İpoteka Bankı 1952-ci ildə

Page 295: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

295

yaraılmış Tikinti Bankı ilə birləşdirildi. Həmçinin 1953-cü

ildə təsis edilmiş İxracatın İnkişafı Bankı, 1961-ci ildə isə

Xarici Ticarət Bankı ilə əvəz edildi. İran hökuməti

həmçinin dövlət qulluqçuları üçün bank şəbəkəsinin

yaranıb genişlənməsi məqsədlə 1958-ci ildə xüsusi bank

yaradılmasına imza atdı. İranda xüsusi bankların fəaliyyəti

1655-ci ildə yaradılmış və 1969-cu ildə “Bank və valyuta

nizamnaməsi ilə əvəz olunmuş banklar haqqında” qanunla

nizamlandı. Bankların fəaliyyətinə nəzarətin

gücləndirilməsinə 1963-cü ildən başlanıldı və həmin

vaxtdan Mərkəzi Banka xüsusi şəxslərə kreditin verilməsi

şərtlərinə nəzarət etmək icazəsi verildi. Tezliklə faiz

dərəcələrinin məcburi sabitləşdirilməsinə yönəlik məsələ,

məsələn kreditlərin yalnız istehsal məsələləri ilə

məhdudlaşdırılması barədə məsələlərə baxıldı. İranda 1979-

cu ilin iyun ayından kredit institutları milliləşdirildi və

1984-cü ilin mart ayından faizsiz bank əməliyyatlarına

qayıdış baş verdi.

İran İslam İnqilabından sonra Bankın fəaliyyəti şəriət

qanunları əsasında həyata keçirildi. İranda İslam inqilabının

baş verməsi ilə əlaqədar ölkədən külli miqdarda - 40 milyard

dollara yaxın pulun çıxarılması ilə əlaqədar olaraq 1979-ci

ildən 1999-cu ilə qədər rialın dəyəri əhəmiyyətli dərəcədə aşağı

düşdü. İqtisadi inkişaf və dollar zonasından uzaqlaşma

səbəblərindən 1999-cu ildən etibarən rialın məzənnəsi

sabitləşdi. 2002-ci ilədək İranın məzənnə siyasəti çoxmərhələli

sistemə əsaslandı ki, burada dövlət və yarım-dövlət

müəssisələri üstün tutulan məzənnədə (1750 rial = 1 dollar),

Page 296: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

296

özəl sektor isə bazar məzənnəsindən (8000 rial = 1 dollar)

istifadə etməli oldu. Bu cür məzənnə siyasəti qeyri-bərabər

rəqabət mühiti yaratdığından 2002-ci ilin mart ayından etibarən

bu sistemi birləşmiş bazar məzənnəsi siyasəti əvəz etdi.

10.2. ĠRAN ISLAM RESPUBLIKASININ MÜASĠR

PUL KREDĠT SĠSTEMĠ

İran İslam Respublikasının əsas pul sistemi İran rialıdır.

Valyuta sistemi mübadilə məzənnəsinin ikitərəflilik prinsipinə

əsaslanmışdır. Belə ki, “neft” məzənnəsi təsbit edilmişdir

(2000-ci ildə 17 50 rial 1 ABŞ dollarına görə), qeyri-neft

əməliyyatları üçün isə üzən valyuta məzənnəsi istifadə

olunurdu. Neft dollarları xidmətlərin və malların idxalı,

borcların ödənilməsi və milli iqtisadiyyat çərçivəsinə layihə

keçirmələri üçün istifadə olunurdu. Adi ixracatçılar başqa

üstünlüklərə malik idilər. Belə ki, onlar ixracat hasilatının bir

hissəsini depozit hesablarına yerləşdirə bilər və onları depozit

sertifikatları ilə rəsmiləşdirə bilərlər. Depozit sertifikatları dövr

edən qiymətli kağızlardır və Tehran valyuta birjasında satış

üçün çıxarıla bilərlər. İranın kredit sistemindəki ciddi

dəyişikliklər 2000-ci ildə (İran İslam Respublikasında 1379-

cu ildə) müşahidə olunmuşdur: 1979-cu ilin aprel ayında İran

hökuməti İslam inqilabından sonra ilk dəfə xüsusi bankların

fəaliyyətinə icazə vermək niyyətini bildirdi. Hökumətin

banklarla bağlı siyasətinin qəti dəyişik etdiyi, İran Milli

Məclisinin bank sektorunda dövlət monopoliyasının ləğv

edilməsi haqqında qərarından sonra baş verdi. Hökumət

Page 297: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

297

orqanlarının yeni qərarında əsas mövqelər dövlət sektoruna

məxsus olan milli iqtisadiyyatın liberallaşmasına yönəlmiş beş

illik planın əsas istiqamətlərinə uyğun gəldi. Yaxın illərə

hesablanmış plan qarşıda olduqca iddialı vəzifələr, məsələn,

xüsusi investisiyaların orta illik artımını (8,5%) qoyur.

Göstərilmiş müddət ərzində hazırda əmək qabiliyyəti olan

əhalinin ümumi sayının 16%-ini təşkil edən işsizliyin

səviyyəsinin aşağı salınmasına nail olmağa icazə verəcək 3,6

milyon yeni iş yerlərinin yaradılması planlaşdırılmışdır.

Kommersiya banklarının nümayəndələrinin fikrincə

ölkənin iqtisadi inkişafının beş illik planı haqqında qanunun 26

maddəsinin 25-i bu və ya başqa ölçüdə ölkənin bank sisteminin

təkmilləşdirilməsinə həsr edilmişdir. Plan üzrə xüsusi bankların

yaradılması, həmçinin banklara 2 500 mlrd rial dövlət borcunu

ödəmə, dövlətin banklardan 4 500 mlrd rial məbləğində dövlət

borcu üzrə istiqraz vərəqələrinin alınması nəzərdə tutulmuşdur.

Konstitusiyanın müddəalarını rəhbər tutaraq hökumət ilk

əvvəl özəl sektorun bankların nizamnamə kapitalında

iştirakının mümkünlüyünü 49%-ə kimi çatdırmaq niyyətində

idi. Məclis mövcud olan bank institutlarının özəlləşdirilməsi

üçün yol açan, tamamilə xüsusi bankların yaradılmasını

bəyənərək, İran İslam Respublikası ərazisində yaradılan azad

ticarət zonalarında xüsusi sektorun bank biznesində iştirakına

icazə verdi. Həmçinin ölkənin başqa rayonlarında xüsusi qeyri-

bank kredit institutlarının fəaliyyəti inkişaf etdirildi.

Qoyulmuş məqsədlərin yerinə yetirilməsi yolunda İranın

valyuta əmanətinin artması və eyni zamanda xarici banklar

qarşısında valyuta öhdəliklərinin hesabdan çıxarılması baş

Page 298: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

298

verməyə başlanıldı. 1999-cu ilin sonunda İranın xarici banklara

əmanət qoyuluşları ilin əvvəli ilə müqayisədə təxminən üçdə

bir hissəyə qalxmış və 8118 milyard dollardan ibarət olmuşdur.

2000-ci ildə ticarətin liberallaşdırılması məqsədilə

Mərkəzi bank valyuta əməliyyatlarının qismən sadələşdirilməsi

təşəbbüsü ilə çıxış etdi. Xarici valyutada xüsusi məzənnənin

istifadəsi ilə 5milyon dollar məbləğində İran bankları vasitəsilə

həyata keçirilən sazişlərə icazə verilmişdir. Valyuta haqqında

qanunvericilikdə olan dəyişikliklər ən çox xarici turistlər üçün

əlverişli olurdu, çünki bu vaxta kimi onlar valyutanı rəsmi

məzənnə ilə mübadilə etmək məcburiyyətində idilər.

İqtisadiyyatın orta liberallaşma siyasətinin ilkin nəticələri

beynəlxalq əməkdaşlığın genişlənməsinin ayrı-ayrı faktları ilə

təsdiqlənir. “Deutsche Bank”-ın başçılıq etdiyi Avropa

bankların konsorsiumu, 2000-ci ildə 530 mln dollar

məbləğində İran neft kimya şirkəti olan “NIDC” üçün kredit

xəttini açdı. (ixracatın sığortalanması üzrə borc alman, fransız

və italyan dövlət agentləri tərəfindən təmin edilir).

2000-ci ilin iyun ayında “Kanadanın ticarətin təşviqi təş-

kilatı” “Tacarat İran” bankına 8,5 il müddətinə 36 mln dollar

məbləğində borc vermişdir. Müqavilənin imzalanması

mərasimində rəsmi şəxslər arasında həmçinin İran ilə

əməkdaşlığa hazır olmasını ifadə edən “Ceneral elektrik”

şirkətinin nümayəndələri iştirak edirdi.

“İrana investisiyalar - 2000” adlı beynəlxalq konfransda

çıxış edərək, İranın Mərkəzi bankının başçısı M.Nurbaxa

bildirdi ki, İranın valyuta-maliyyə vəziyyəti sabitləşir, bir sıra

makroiqtisadi göstəricilərin müsbət dəyişmə dinamikası

Page 299: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

299

müşahidə edilir. Belə ki, ölkənin xarici borcu davamlı olaraq

azalmağa davam edirdi, o dövrdə onun həcmi 10,4 mlrd dollar

təşkil etdi. Bu ÜDM-in 10%-indən daha azdır və dünya

standartlarına görə bu yaxşı göstəricidir.

İranın bank sisteminin təkrar kapitallaşması neftin

ixracatından planlaşdırılandan artıq əldə olunan gəlir gətirir.

Hökumət neftin ixracatından planlaşdırılandan artıq əldə

olunan gəlirdən formalaşan neft ehtiyat fondundan 800 mlrd

rialın qeyri-neft ixracatının “sıçrayışının” genişləndirilməsi və

təmin edilməsi məqsədilə İxracatın inkişafı bankına verilməsini

bəyənmişdir. Bu məbləğin köçürülməsinə qədər İxracatın

İnkişafı Bankının kapitalı cəmi 34 milyard rial təşkil edirdi.

Kapitalın dəfələrlə artımı nəticəsində Bank indi

ixracatçıların daha böyük sayına kredit verə biləcək. Bununla

İran sənaye məhsullarının ixracatçıları bu banka kredit üçün

müraciət edərkən prioritet (birincilik) əldə etdilər. Eyni

zamanda İranın Mərkəzi Bankında ölkənin banklarına maşın və

avadanlıq, həmçinin xammal idxalçılarına valyuta ilə

kreditlərin verilməsi icazəsinin verilməsi məsələsi müzakirə

edilir. İranın valyuta-maliyyə vəziyyətinin yaxşılaşması

banklararası münasibətlərin inkişafına, dünya maliyyə

bazarlarına daha geniş daxil olma imkanına ümid etmək üçün

əsas verir. 2002-ci ildə 1000 ən iri bankların siyahısına ilk dəfə

bir İran bankı daxil oldu. Bank Keshavarzi reytinqdə 212-ci

yerdə idi. Daha iri xarici investorlar arasında İran

iqtisadiyyatına neft qaz sahəsi ilə məşğul olan “Totalfina- Elf”

(Fransa), “Petronas” (Malayziya), ”ENİ” və “Acip” (İtaliya),

Page 300: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

300

“Royal Datç Şell” (İngiltərə-Hollandiya) şirkətlərini misal

göstərmək olar.

2002-ci ildə ilk dəfə olaraq İran İslam Respublikası

Mərkəzi Bankı gəlirinə müvafiq olaraq 8,75% və 7,75% təşkil

edən iki növ İran DQİV-nin (avrobondlarının) buraxılışını və

həmçinin Avropada onun satışını həyata keçirmişdir.İran İslam

Respublikasının Mərkəzi Bankı bir sıra beynəlxalq iqtisadi

təşkilatlarla əməkdaşlıq əlaqələrinə malik idi. İran İslam

Respublikası Mərkəzi Bankınn Sədri İranın Beynəlxalq

Valyuta Fondundakı rəhbəri olaraq çıxış edirdi.

İran İslam Respublikası Mərkəzi Bankı Beynəlxalq

Hesablaşmalar Bankının illik toplantılarında müşahidəçi

statusunda iştirak edir. Bundan əlavə İran İslam Respublikası

Mərkəzi Bankı Dünya Bankı ilə yaxın əməkdaşlıq əlaqələrinə

malikdir. İran İslam Respublikası 2000-2003-cü illərdə bank

işinin inkişafının dünya tendensiyaları və onun ölkə

iqtisadiyyatında rolunun artırılmasına uyğun olaraq kredit

sisteminin dəyişdirilməsinə istiqamətlənən cəhdlər

göstərmişdir. İslam prinsiplərinə əsaslanaraq daima ənənələr və

dünya pul-maliyyə bazarına çıxışı təmin edən maliyyə-kredit

institutlarının kifayət qədər geniş şəbəkəsini əldə etmək

zəruriliyi arasında kompromis axtarışlar tələb edir. Bu ölkənin

satıla bilən neft aktivlərinə əsaslanan pul sistemi bəzi

xüsusiyyətlərə malikdir. Hazırda İranın Mərkəzi Bankı bəzi

hallarda ilkin kapitalın formalaşması üçün vasitələr təqdim

edərək xüsusi bankların yaranmasını təşviq edir. İran İslam

Respublikasında keçirilən yeni pul-kredit siyasəti iranın bank

sisteminin inkişafına kifayət qədər təsir göstərdi. 2001-ci ildə

Page 301: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

301

baş vermiş inflyasiya 12,6% təşkil edirdi. Son illərdə ölkənin

borc yükü xeyli azaldı. Əgər 1995-1996-cı illərdə dövlət borcu

22 milyard ABŞ dollarına bərabər idisə, 2000-2001-ci illərdə

borcun həcmi 8 milyard dollara kimi azaldıldı. Qeyd etmək

lazımdır ki, bu dövrdə yüngül sənayenin 9,6%, artma tempi

neft qolunun 9,7% artması tempinə yaxınlaşmışdır. İxracat

yönümlü qeyri-neft sahələrinin inkişafı milli iqtisadiyyatın

strateji məsələlərindən biri olur.

Ümumi Daxili Məhsul artımı gözlənilən nəticələri

üstələdi və 2000-ci ildə 4,5% təşkil etdiyi halda 2001-ci ildə

5,9 % təşkil etmişdir. Nəticədə banklarda iqtisadiyyatın özəl

(31,3%) və dövlət (31,6%) sektorları hesabına depozit

bazasının artımı baş verdi. Bundan başqa, hökumət banklara öz

borcunu ödədi bu da onların ehtiyat bazasının əlavə artımına

səbəb olmuşdur. Yalnız hələ Mərkəzi banka 2000-2001-ci

illərdə o 869 ABŞ dolları qaytarmış, həmçinin başqa bank

kapitallarının formalaşmasına kömək göstərdi.

Bəzi islam ölkələri, o cümlədən İran, Pakistan və

Sudan, 20-ci əsrin 80-90-cı illərində borc münasibətlərinin orta

əsr traktovkasına qayıtmış və kredit sistemində (İFBL-İnterest-

Free Banking) faiz rolunu azaltmışdılar.

İranda daha çox İstalment Sales (möhlətlə satış)

müqaviləsi inkişaf etmişdir, hansı ki, 1995-ci ildə 45,0% təşkil

etdiyi halda 1998-ci ildə 56,1 % təşkil edirdi. Bank xammal və

materiallar, təchizatlar və istehsal üçün başqa vacib əsas və

dövriyyə vasitələri almaq və borc alanlara qısamüddətli,

ortamüddətli və uzunmüddətli əsaslarda hissə-hissə satmaq

səlahiyyətinə malikdir. Satışın və alışın təşəbbüsü istehsalçıya

Page 302: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

302

və alıcıya məxsusdur, bank üçün bu əməliyyat maliyyə

əməliyyatıdır. Lakin, belə əməliyyatda banklar yalnız kreditli

deyil, həmçinin biznes-risklərini də daşıyır. Sahibkarlıq

risklərinin azaldılması məqsədilə müştərilər öz müəssisələrinə

hissə-hissə ödəməklə alınan malların istifadəsini

qiymətləndirən bank işçilərini buraxmağa borcludurlar.

Qanunvericiliyə görə bu müqavilə növü ticarətdən başqa bütün

sahələrdə istifadə oluna bilər.

İranın ilk dövlət bankı olan “Bank Melli İran” 1927-ci

ildə təsis olunmuşdur. Bankın əsas vəzifələri hökumətin

maliyyə əməliyyatlarının dəstəklənməsi və İranın milli

valyutasının (rial və tümən) çapı və dövriyyəyə buraxılması

olmuşdur. Bank Melli İran 33 ildən artıq müddət ərzində İran

rialının dəyərini dəstəkləməklə İranın Mərkəzi Bankı kimi

fəaliyyət göstərmişdir.

1960-cı ilin avqust ayında İran hökuməti İran Mərkəzi

Bankını təsis edərək Bank Melli İran-da olan mərkəzi bank

öhdəliklərini alaraq İran Mərkəzi Bankına vermişdir. 1979-cu

ildə İranda İslam İnqilabının baş verməsi ilə İran Mərkəzi

Bankının adı dəyişdirilərək “İran İslam Respublikası Mərkəzi

Bankı” qoyulmuşdur. Bu tarixdən etibarən İranda monetar və

kredit siyasətləri İranın Pul və Bank Qanunu (1979), Bankların

Milliləşdirilməsi Qanunu (1979), Banklar Administrasiyası

Haqqında Qanun (1979) və Faizsiz Bankçılıq Haqqında Qanun

(1983) əsasında tərtib və icra olunur.

İran İslam Respublikası Mərkəzi Bankı aşağıdakı

funksiyaların yerinə yetirilməsinə görə cavabdehdir:

Əskinaz və sikkələrin buraxılması;

Page 303: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

303

Bank və kredit təşkilatlarının fəaliyyətlərinə nəzarət;

Xarici valyuta siyasəti və əməliyyatlarının tərtibi və

tənzimlənməsi;

Qızıl əməliyyatlarının tənzimlənməsi;

Milli valyuta axınının formalaşdırılması və tənzimlən-

məsi.

Hökumətin bankı olaraq İran İslam Respublikası Mərkəzi

Bankı hökumət hesablarını, dövlət müəssisələri və

təşkilatlarına verilən qrant və kreditlərin saxlanması üçün

səlahiyyətləndirilmişdir.

İran İslam Respublikası Mərkəzi Bankı aşağıdakı

orqanlardan ibarətdir:

Baş Məclis;

Monetar və Kredit Şurası;

İdarə Heyəti;

Not Ehtiyatlarına Nəzarət Şurası;

Müşahidə Şurası.

İdarə Heyəti Sədr, sədr müavini, baş katib və 3 vitse-

sədrdən ibarətdir.

Milli Cəvahirat Xəzinəsi – İran İslam Respublikası

Mərkəzi Bankının Baş Ofisində yerləşir. Xəzinədə dünyada

məşhur olan bir çox daş-qaşların kolleksiyası toplanmaqdadır.

İran İslam Respublikası Mərkəzi Bankı bir sıra

beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq əlaqələrinə

malikdir. İran İslam Respublikası İslam İnkişaf Bankının fəal

üzvlərindən biri olduğundan İran İslam Respublikası Mərkəzi

Bankının onunla çox yaxın əlaqələri var. İran İslam

Page 304: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

304

Respublikası Mərkəzi Bankının Sədri İranın Beynəlxalq

Valyuta Fondundakı Müdiri olaraq çıxış edir.

İran İslam Respublikası Mərkəzi Bankı Beynəlxalq

Hesablaşmalar Bankının illik toplantılarında müşahidəçi

statusunda iştirak edir. Bundan əlavə İran İslam Respublikası

Mərkəzi Bankı Dünya Bankı ilə yaxın əməkdaşlıq əlaqələrinə

malikdir.

Page 305: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

305

XI FƏSĠL. RUSĠYA FEDERASĠYASININ

BANK SISTEMĠ

1917-ci ilə qədər Rusiyada bank sistemi kapitalist

iqtisadiyyatının şərtləri çərçivəsində inkişaf etmişdir. Bu dövrdə

quruluşuna, funksiyalarına və əməliyyatlarına görə Rusiya kredit

sistemi inkişaf etmiş kapitalist ölkələrinin modelinə yaxın idi.

Rusiya imperiyasının kredit sistemi aşağıdakı qurumlardan ibarət

idi:

Dövlət Bankı;

Kommersiya bankları;

İxtisaslaşdırılmış kredit təşkilatları

(sığorta şirkətləri, kredit kooperasiyaları)

1917-ci il Oktyabr inqilabından sonra Rusiyada bütün kredit

təşkilatları dövlətləşdirildi. 1925-ci ildə kredit sistemi aşağıdakı

qurumlardan ibarət idi:

1. Dövlət Bankı;

2. Kommersiya bankları;

2.1. Səhmdar cəmiyyətli banklar;

2.2. Kooperasiya bankları;

2.3. Kommunal bank;

2.4. Mərkəzi kənd təsərrüfatı bankları və respublika kənd

təsərrüfatı bankları;

3. İxtisaslaşdırılmış kredit maliyyə təşkilatları;

3.1. kənd təsərrüfatı kredit cəmiyyəti;

3.2. kredit kooperativləri;

3.3. yardımçı əmanət kredit qurumları;

3.4. əmanət kassaları;

Page 306: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

306

1930-cü ildə SSRİ kredit sisteminin quruluşu kredit

islahatları nəticəsində tamamilə yenidən quruldu. SSRİ-nin kredit

sistemi inzibati-komanda idarəetmə sisteminin qanunlarına uyğun

olaraq quruldu:

1) Dövlət Bankı;

2) Tikinti Bankı;

3) Xarici Ticarət Bankı;

1980-ci ilin ortalarına qədər faiz mexanizminin

çalışmaması, yəni kreditlərin böyük hissəsinin ikinci büdcə vəsaiti

rolu oynaması ölkənin bank sistemini ciddi problemlərlə üz-üzə

qoydu. Nəticədə verilən kreditlərin əksəriyyəti hökumət qərarları

ilə silinirdi. Buna görə də kredit sisteminin ciddi islahatlara

ehtiyacı vardı. 1986-cı ildə ixtisaslaşdırılmış sahə bankları

qurulmağa başlandı.

Dövlət Bankı;

Sənaye Tikinti Bankı;

Əmanət Bankı;

Xarici İqtisadi Əlaqələr Bankı;

1990-ci ildə SSRİ Ali Soveti "Bank və bankların fəaliyyəti

haqqında" Qanun qəbul etdi. Qanuna görə, kommersiya

banklarına depozit, kredit siyasətini və faiz dərəcələrini sərbəst

şəkildə müəyyən etməyə icazə verildi. Bundan başqa, kom-

mersiya banklarına valyuta əməliyyatı aparılmasına da izin

verildi. 1997-ci ildə Rusiyanın kredit sisteminin quruluşu

aşağıdakı kimi olmuşdur:

1. Rusiya Federativ Mərkəzi bankı;

2. Bank sistemi;

3. Kommersiya bankları;

Page 307: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

307

4. Əmanət Bankı;

5. İxtisaslaşdırılmış kredit qurumları sayılmayan

maliyyə institutları:

6. Sığorta şirkətləri;

7. İnvestisiya fondları;

8. Lizinq və s.

1921-ci ildə RSFSR-in Dövlət Bankı, 1923-cü ildən isə

Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) Dövlət Bankı

kimi fəaliyyət göstərirdi. 13 iyul 1990-cı ildə SSRİ Dövlət

Bankının Rusiya Respublika Bankı əsasında RSFSR Ali

Şurasına hesabat verən RSFSR Dövlət Bankı yaradılmışdır. Bu

Rusiya Mərkəzi Bankının yaradılma tarixi hesab edilir. 20

dekabr 1991-ci ildə SSRİ Dövlət Bankı ləğv olunaraq bütün

aktiv və passivləri, həmçinin Rusiya ərazisində olan əmlakı

RSFSR Mərkəzi Bankına verilmişdir. 1991-ci ildən adını

dəyişərək Rusiya Federasiyasının Mərkəzi Bankı adı altında

fəaliyyətini davam etdirməkdədir. 1991-1992-ci illərdə Rusiya

Mərkəzi Bankın nəzarəti altında xüsusi bankların kommersiya

filialları əsasında kommersiya bankları yaradılmışdır. Bank

rubla qarşı valyuta mübadiləsini müəyyən edir və valyuta

bazarını yaradaraq valyutanın alqı-satqısını aparmağa başlayır.

1992-ci ildə Mərkəzi Bank dövlət büdcəsinin kassa

əməliyyatlarının aparılması funksiyasını yeni yaradılan Federal

Xəzinədarlığa ötürdü və 1992-1995-ci illərdə isə Mərkəzi Bank

kommersiya banklarının fəaliyyətinə nəzarət və yoxlama

sistemini, valyuta tənzimlənməsi sistemini və nəzarəti

sistemlərini yaratdı.

Page 308: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

308

11.1. RUSĠYANIN VALYUTA SĠSTEMĠ

Bazar iqtisadiyyatına keçid şəraitində Rusiyanın valyuta

sistemi Yamayka valyuta sisteminin struktur prinsipləri nəzərə

alınmaqla formalaşmağa başladı. 1992-ci ilin iyul ayında

Beynəlxalq Valyuta Fonduna daxil olarkən Rusiya Yamayka

valyuta sisteminin struktur prinsiplərini yerinə yetirmək

öhdəliyini götürmüşdü. Qeyd etmək lazımdır ki, 1994-cü ildə

Rusiya Bretton-Vuds konfransında, Beynəlxalq Valyuta Fondu

və BYİB haqqında sazişin işlənib hazırlanmasında iştirak etdi

lakin buna baxmayaraq nə fonda, nə də banka üzv olmamışdı.

Rusiyada əsas milli valyuta 1993-cü ildə SSRİ rublu əvəzinə

dövriyyəyə buraxılmış rus rubludur. 1992-ci ilin iyul ayından

başlayaraq Rusiyada rublun ABŞ dollarına nisbətdə rəsmi

kursu tətbiq edildi, həmin kurs Moskva Banklararası Valyuta

Birjasında müəyyən edildi.

1990-cı illərin əvvəllərində Rusiyada Valyuta Bazarının

strukturunun formalaşmasına başlanıldı, həmin struktur valyuta

birjaları və ölkədə valyuta tənzimlənməsi, valyuta nəzarəti

orqanı kimi Rusiya Federsiyası Mərkəzi Bankı başda olmaqla

ikisəviyyəli bank sistemi kimi formalaşdı. Xarici valyuta və

xarici valyuta ilə ifadə olunmuş, rezidentlərə məxsus qiymətli

kağızların icbari köçürülməsi, idxalı və ixracı, göndərilməsi

qaydasının müəyyən edilməsi məsələlərinin həlli yenidən

maliyyələşdirmə dərəcəsini, səlahiyyətli bankların açıq valyuta

mövqeyi limitini dəyişməklə valyuta tənzimlənməsi üzrə

tədbirlərin görülməsi, Rusiyanın əsas valyuta birjalarında

(Moskva və Sankt-Peterburqda) valyuta müdaxilələrinin həyata

Page 309: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

309

keçirilməsi, ən başlıcası isə Rusiya kommersiya banklarının

fəaliyyətinin valyuta lisenziyalaşdırılması yalnız Rusiya

Bankının səlahiyyətinə daxil olan məsələlərdəndir. Daxili

valyuta lısenziyası almış banklar yalnız MDB üzvü olan

dövlətlərin səlahiyyətli bankları, həmçinin SSRİ-nin sabiq

xarici bankları ilə birbaşa müxbir münasibətləri qura bilər,

genişləndirilmiş valyuta lisenziyasına malik olan banklar daxili

valyuta lisenziyası almış bankların həyata keçirdiyi

əməliyyatları apara bılər və həmçinin bundan əlavə olaraq

lisenziyada göstərilmiş miqdar dairəsində xaricı banklarla

müxbir münasibətlər qura bilərdilər. Baş valyuta lisenziyası

banklara daha geniş səlahiyyətlər verdi. Baş valyuta

lisenziyasına malik olan banklar lisenziyada göstərilmiş bütün

növ valyuta əməliyyatlarını həyata keçirmək hüququna malik

idi. Bundan əlavə, qeyd edilən lisenziya xaricdə bankın

fıliallarını açmağa və qeyri-rezident kredit təşkilatlarının

nizamnamə kapitalının bir hissəsini əldə etməyə imkan verirdi.

Valyuta birjaları Rusiya valyuta bazarının təşkilində mühüm

rol oynayırdı. İşgüzar silsilənin pisləşməsi və konyuktur

dəyişmələri şəraitində valyuta bazarının təşkilində valyuta

birjalarının rolu xüsusilə nəzərə çarpdı. 1998-ci ilin avqust

böhranı nəticəsində Mərkəzi Bankın Valyuta Birjasının işi

yenidən təşkil edildi. Burada 6 oktyabr 1998-ci ildən etibarən

iki hərrac sessiyası rejiminə keçid baş verdi. Arbitraj

əməliyyatlarını həyata keçirməyə imkan verməyən yeni hərrac

rejimi tənzimləyici rolunda çıxış edərək Rusiya valyuta

bazarını əhəmiyyətli dərəcədə sabitləşdirdi. Rusiya valyuta

Page 310: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

310

bazarında pul axınlarının hərəkəti aşağıdakılar vasitəsilə həyata

keçirilir:

1. Valyuta əməliyyatları;

2. Əmtəə və xidmətlərin alqı-satqısının valyuta-kredit

və hesablaşma təminatı;

3. Qiymətli kağızlarla aparılan əməliyyatlar;

4. Xarici investisiya ımıliyyatları.

Milli valyuta sisteminin mühüm xüsusiyyəti onun milli

pul vahidinin mübadilə kursu rejimidir.

Rusiyanın bazar iqtisadiyyatına keçməsi şəraitində rublun

vahid «üzən» valyuta kursu tətbiq edildi. Lakin, ölkə

iqtisadiyyatının idxaldan ciddi asılılığı rublun kursunun aşağı

düşməsinə və Rusiya bazarının idxal edilmiş mallarla

doldurulması probleminin kəskinləşməsinə gətirib cıxardı.

Nəticədə ixrac azaldı, inflyasiya isə gücləndi. Valyuta

bazarındakı vəziyyəti sabitləşdirmək məqsədı ilə dövlət öz

tənzimləyici rolunu gücləndirdi.

1995-ci ilin iyun ayının 6-da Rusiya Bankı və Rusiya

Federasiya Hökuməti valyuta dəhlizi, yəni birja və banklararası

valyuta bazarlarında rublun cari mübadilə kursunun dəyişmə

hədləri rejimini tətbiq etdi. Dollara münasibətdə rublun valyuta

kursunun enib-qalxmasının qəti müəyyən olunmuş hədd

qiymətləri Rusiya Bankı tərəfindən valyuta bazarına

müdaxilələr vasitəsilə saxlanılırdı. Bu tədbir nəticəsində

valyuta kursu uzun müddət ərzində nəzərdə tutulduğundan

əhəmiyyətli dərəcədə uzaqlaşmırdı, ayrı-ayrı dövrlərdə isə hətta

dolların kursunun rubla münasibətdə aşağı düşməsi müşahidə

olunurdu. 1997-ci ilin oktyabrında Cənub-Şərqi Asiya

Page 311: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

311

ölkələrində baş vermiş maliyyə böhranı Rusiyanın daxili

valyuta bazarına güclü təsir göstərmiş əsas hadisə oldu. Böhran

nəticəsində xeyli məbləğdə kapitalın inkişaf etməkdə olan

bazarlara malik ölkələrdən inkişaf etmiş ölkələrin dövlət

kağızlarına yerləşməsi baş verdi. Rusiya hökumətinin

qısamüddətli dövlət istiqrazlarında yerləşdirilmiş xarici

kapitalın geriyə axını başladı. Vəsaitlərin əhəmiyyətli dərəcədə

çıxarılması və xarici valyutaya tələbatın artması nəticəsində

valyuta bazarında rublun qiymətdən düşməsi gözlənilməyə

başladı. Rusiya Bankı müəyyən tədbirlər görsə də onlar kifayət

etmədi və nəticədə 17 avqust 1998-ci il tarixdə dollara nisbətdə

rublun kursunu bir dollar üçün 6,0 rubl - 9,5 rubl həddində

müəyyənləşdirməklə siyasi valyuta dəhlizindən imtina etdi.

Dövlət istiqrazları bazarının yenidən formalaşması və qeyri-

rezidentlərin vəsaitlərinin qaytarılmasına 30 günlük moratorim

elan edilməsi ilə eyni zamanda həyata keçirilmiş bu tədbir

nəticəsində Rusiya valyuta bazarının sabitlıyi pozuldu və

rublun valyuta kursu əhəmiyyətli dərəcədə aşağı düşdü. Rusiya

valyuta bazarını qismən sabitləşdirmək məqsədı ilə Rusiya

Bankı 1999-cu ildə rublun «üzən» valyuta kursu rejiminə

keçilməsi barədə qərar qəbul etdi. Həmin rejim bu gün də

qüvvədədir.

Sovetlər Birliyi 1991-ci ildə süquta uğradıqdan sonra

Rusiya Federasiyasının pul sistemi Mərkəzi Bank (Rusiya

Bankı) haqqında Federal Qanuna uyğun olaraq fəaliyyət

göstərməyə başladı. Bu qanun pul sisteminin hüquqi əsaslarını

müəyyən etdi:

Rusiya Federasiyasının rəsmi pul vahidi rubldur;

Page 312: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

312

Rusiya Federasiyası ərazisində digər pul

vahidlərinin tətbiqi qadağandır;

Rublun qızıla nisbəti qanunla müəyyən

olunmamışdır;

Rublun xarici pul vahidlərinə nisbətən rəsmi

kursu Rusiya Federasiyası Mərkəzi Bankı

tərəfindən müəyyən olunur;

Rusiya Bankı Rusiya Federasiyası ərazisində

nağd pulun emissiyasını həyata keçirmək, onun

dövriyyəsini təşkil etmək və dövriyyədən

çıxarmaq müstəsna hüququna malikdir;

Rusiya Bankının bütün aktivləri ilə təmin edilən

banknotlar və metal sikkələr qanuni ödəmə qüvvəsinə malik

olan pul növləridir;

1. Kredit idarələri üçün nağd pulların saxlanma,

daşınma və inkassasiya qaydalarının müəyyən edilməsi;

2. Banknot və sikkələrin nümunələri Rusiya Bankı

tərəfindən təsdiq edilir;

3. Rusiya ərazisində nağd (banknotlar və sikkələr) və

nağdsız (kredit idarələrində olan hesablardakı vəsaitlər

şəklində) pullar fəaliyyət göstərir;

4. Nağd pullar emissiya icazəsi əsasında dövriyyəyə

buraxılır. Emissiya icazəsi pul banknotları və sikkələrin ehtiyat

fondları hesabına Rusiya Federasiyası Mərkəzi Bankının

dövriyyə kassasını qüvvətləndirmək hüququ verən sənəddir.

Page 313: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

313

11.2. RUSĠYA MƏRKƏZĠ BANKI

Rusiya Federasiyası Mərkəzi Bankının tarixi 1860-cı

ildə çar Aleksandr II tərəfindən Dövlət Kommersiya Bankının

yenidən qurulması əsasında Rusiya Dövlət Bankını

yaradılmasından başlayır. 1917-ci ilin dekabr ayının 27-də

inqilab nəticəsində hakimiyyətə gələn sovet hökuməti

“Kommersiya bankların milliləşdirilməsi haqqında sərəncam“

qəbul etmişdir. Bütün səhmdar kommersiya bankları

milliləşdirilməklə Rusiya Dövlət Bankı ilə birləşərək RSFSR-

in Milli Bankı yaradılmışdır.

1921-ci ildə RSFSR-in Dövlət Bankı, 1923-cü ildən isə

SSRİ Dövlət Bankı kimi fəaliyyət göstərirdi. 13 iyul 1990-cı

ildə SSRİ Dövlət Bankının Rusiya Respublika Bankı əsasında

RSFSR Ali Şurasına hesabat verən RSFSR Dövlət Bankı

yaradılmışdır. Bu Rusiya Mərkəzi Bankının yaradılma tarixi

hesab edilir. 20 dekabr 1991-ci ildə SSRİ Dövlət Bankı ləğv

olunaraq bütün aktiv və passivləri, həmçinin Rusiya ərazisində

olan əmlakı RSFSR Mərkəzi Bankına verilmişdir. 1991-ci

ildən adını dəyişərək Rusiya Federasiyasının Mərkəzi Bankı

adı altında fəaliyyətini davam etdirməkdədir. 1991-1992-ci

illərdə Rusiya Mərkəzi Bankın nəzarəti altında xüsusi

bankların kommersiya filialları əsasında kommersiya bankları

yaradılmışdır. Bank rubla qarşı valyuta mübadiləsini müəyyən

edir və valyuta bazarını yaradaraq valyutanın alqı-satqısını

aparmağa başlayır. 1992-ci ildə Mərkəzi Bank dövlət

büdcəsinin kassa əməliyyatlarının aparılması funksiyasını yeni

yaradılan Federal Xəzinədarlığa ötürülmüşdür. 1992-1995-ci

Page 314: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

314

illərdə Mərkəzi Bank kommersiya banklarının fəaliyyətinə

nəzarət və yoxlama sistemi, valyuta tənzimlənməsi və nəzarəti

sistemləri yaratmışdır. 1995-ci ildən başlayaraq Mərkəzi Bank

birbaşa kreditlərin ayrılması yolu ilə dövlət büdcəsinin

kəsirinin maliyyələşdirilməsini və iqtisadiyyatın inkişafına

mərkəzləşdirilmiş məqsədəyönlü kreditlərin ayrılmasını

dayandırmışdır.

Bankın həyata keçirdiyi əsas funksiyalar aşağıdakılardır:

Milli valyutanın sabitliyinin qorunub

saxlanılması;

Pul nişanlarının buraxılması və tədavüldən

çıxarılması;

Rusiya Federasiyası hökuməti ilə birgə maliyyə-

kredit siyasətini hazırlanması və həyata keçirilməsi və s.

Rusiya Mərkəzi Bankı 27 təşkilati strukturdan ibarətdir.

Burada 79 ərazi bölməsi və 623 kassa-hesablaşma mərkəzi

fəaliyyət göstərir. Mərkəzi Bank Direktorlar Şurası tərəfindən

idarə olunur. Şura İdarə Heyətinin sədri daxil olmaqla 12

üzvdən ibarətdir. Şuranın üzvləri Dövlət Duması tərəfindən 4

il müddətinə təyin edilir. Mərkəzi Bankın İdarə Heyətinin Sədri

Dövlət Duması tərəfindən Prezidentin təklifi əsasında təyin

edilir. Dövlət Duması Mərkəzi Bankın Sədrini tutduğu

vəzifədən azad etmək huququna malikdir.

Mərkəzi Bankın yanında Milli Bank Şurası fəaliyyət

göstərir. Şuranın Federal Assambleya palatalarının,

Prezidentin, Rusiya Federasiyası hökumətinin, Rusiya Mərkəzi

Bankının nümayəndələri, ekspertlər və digər kredit

təşkilatlarının təmsilçilərindən ibarətdir. Bank Şurası

Page 315: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

315

Direktorlar Şurası tərəfindən təqdim olunan Mərkəzi Bankın

illik hesabatlarına baxılması; kapital qoyuluşunun ümumi

həcminin təsdiq edilməsi; Bank işçilərinin pensiya

təminanatının, sosial və tibbi sığortaları üçün ayrılan xərclərin

ümumi həcmini təsdiqetmə funksiyasına malikdir.

Rusiya hökuməti Rusiya Federasiyasının Mərkəzi Bankı

ilə birlikdə iqtisadi siyasətin, o cümlədən pul və kredit

siyasətinin əsas istiqamətlərini müəyyən edir. Mərkəzi Bank

tərəfindən iqtisadiyyatın pul-kredit tənzimlənməsi bazar

iqtisadiyyatında qəbul edilmiş vasitələr yolu ilə həyata keçirilir

ki, bunlar da kommersiya banklarının kreditlər üzrə faiz

dərəcələrinin müəyyənləşdirilməsi, ehtiyat tələblərinin

dəyişdirilməsi və açıq bazarda əməliyyatların aparılması və s.

Mərkəzi Bank pul kütləsinin miqdarını və artım tempini

tənzimləyir. Emissiya-kassa tənzimlənməsinin həyata

keçirilməsi, kredit təşkilatlarına, həmçinin müəssisə və

təşkilatlara kassa xidmətinin göstərilməsi üçün Mərkəzi Bankın

baş ərazi idarələrində, hesablaşma-kassa mərkəzlərində nağd

pul vəsaitlərinin qəbulu və ödənilməsi üzrə dövriyyə kassaları

və pul biletləri və sikkələrin ehtiyat fondları mövcuddur.

Rusiya Bankı haqqında Qanunun 1-ci maddəsinə müvafiq

olaraq bu idarə Rusiya Federasiyasının əsas bankıdır və onun

mülkiyyətindədir. Rusiya Bankının hüquqi statusunun öz

xüsusiyyətləri vardır. Bu bank bir tərəfindən hüquqi şəxsdir və

kommersiya bankları və dövlətlə (büdcə ilə) müəyyən mülki-

hüquqi sövdələşmələr həyata keçirə bilər. Digər tərəfdən ona

Rusiyanın pul-kredit sisteminin idarə edilməsi sahəsində geniş

səlahiyyət verilmişdir. Beləliklə Rusiya Bankı ikili hüquqi

Page 316: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

316

mahiyyətə malikdir. Rusiya Federasiyası Mərkəzi Bankının

sahibkarlıq fəaliyyətinə yönəlmiş səlahiyyətlər Rusiya Bankı

haqqında Qanunun 45-47-ci maddələri ilə müəyyən edilmişdir.

Həmin maddələrə əsasən Rusiya Bankının hüquqları

aşağıdakılardır:

1. Qiymətli kağızlar və digər aktivlərlə təmin etmək şərti

ilə ən çoxu bir il müddətinə kredit vermək;

2. Qanunla müəyyən olunmuş şərtlərlə çekləri və barat

veksellərini, həmçinin dövlət qiymətli kağızları və istiqraz

vərəqələrini almaq və satmaq;

3. Təminat və zəmanət vermək;

4. Qanunla nəzərdə tutulmuş digər kommersiya

əməliyyatlarını həyata keçirmək.

Eyni zamanda Rusiya Bankı haqqında Qanunun 3-cü

maddəsinə uyğun olaraq bankın fəaliyyətinin əsas məqsədləri

aşağıdakılardır:

1. Rublun qorunması və sabitliyinin təmin edilməsi, o

cümlədən xarici valyutalara münasibətdə rublun alıcılıq

qabiliyyətinin saxlanılması;

2. Rusiya Federasiyasının bank sisteminin inkişafı və

möhkəmləndirilməsi;

3. Hesablaşmalar sisteminin effektiv və fasıləsiz

işləməsinin təmin edilməsi;

4. Rusiya Bankı mənfəət qazanmaq naminə fəaliyyət

göstərmir.

Bu məqsədləri həyata keçirmək üçün Rusiya Bankı

Qanunun 4-cü maddəsində əks olunmuş asağıdakı funksiyaları

yerinə yetirir:

Page 317: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

317

1. Rusiya Federsayası Hökuməti ilə qarşılıqlı fəaliyyət

göstərərək rublun sabitliyinin qorunması və təmin edilməsinə

yönəlmiş vahid dövlət pul-kredit siyasətini işləyib hazırlayır və

həyata keçirir;

2. Nağd pulların təkbaşına emissiyasını həyata keçirir

və onların dövriyyəsini təşkil edir;

3. Kredit təşkilatları üçün son instansiya kreditoru

kimi çıxış edir;

4. Rusiya Federasiyasında hesablaşmaların həyata

keçirilməsi qaydalarını müəyyən edir;

5. Bank əməliyyatları, mühasibat uçotu və bank sistemi

üçün hesabat işlərinin aparılması qaydalarını müəyyən edir;

6. Kredit təşkilatlarının dövlət qeydiyyatını həyata

keçirir;

7. Kredit təşkilatlarının fəaliyyətinə nəzarət edir;

8. Kredit təşkilatları tərəfindən qiymətli kağızların

emissiyasını qeydə alır;

9. Valyuta tənzimləməsini həyata keçirir;

10. Xarici dövlətlərlə hesablaşmalar qaydasını müəyyən

edir;

11. Valyuta nəzarətini təşkil edir və həyata keçirir;

12. Rusiya Federasiyasının ödəmə balansı proqnozunun

işlənib hazırlanmasında iştirak edir.

Rusiya Bankının idarəetmə orqanları və strukturu

Qanunun 17 və 18-ci maddələrində əks olunmuşdur.

Rusiya Bankının ali orqanı Direktorlar Şurasıdır. Bu

Rusiya Bankının fəaliyyətinin əsas istiqamətlərini müəyyən

edən banka rəhbərlik və onu idarə edən kollegial orqandır.

Page 318: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

318

Direktorlar Şurasına Rusiya Bankının sədri və

Direktorlar Şurasının 12 üzvü daxildir. Rusiya Bankının sədri

vəzifəyə Dövlət Duması tərəfındən Rusiya Federasiyası

Prezidentinin təqdimatına əsasən səs çoxluğu ilə dörd il

müddətinə təyin edilir. Direktorlar Şurasının üzvləri vəzifəyə

Dövlət Duması tərəfindən Rusiya Bankı sədrinin Rusiya

Prezidenti ilə razılaşdırılmış təqdimatına əsasən dörd il

müddətinə təyin edilir. Direktorlar Şurası aşağıdakı

funksiyaları yerinə yetirir:

1. Rusiya Federasiyası Hökuməti ilə birlikdə vahid

dövlət pul-kredit siyasətinin əsas istiqamətlərini işləyib

hazırlayır və onların yerinə yetirilməsini təmin edir;

2. Rusiya Bankının illik hesabatını təsdiq edir və

Dumaya təqdim edir;

3. Rusiya Bankının xərclər smetasını təsdiq edir;

4. Rusiya Bankının strukturunu müəyyən edir;

5. Mərkəzi Bankın pul-kredit siyasəti məsələlərinə dair

qərarlar qəbul edir;

6. Rusiya Bankının baş auditorunu təyin edir.

Rusiya Bankı Dövlət Duması qarşısında hesabat verir bu

özünü aşağıdakı məqamlarda göstərir:

1. Rusiya Bankı sədrinin vəzifəyə təyin və vəzifədən

azad edilməsi Dövlət Duması tərəfindən Rusiya Federasiyası

Prezidentinin təqdimatına əsasən həyata keçirilir;

2. Rusiya Bankı Direktorlar Şurası üzvlərinin vəzifəyə

təyin və vəzifədən azad edilməsi də həmçinin Dövlət Duması

tərəfindən həyata keçirilir;

3. Hər il Rusiya Bankının Direktorlar Şurası Dövlət

Page 319: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

319

Dumasına Rusiya Bankının fəaliyyəti haqqında illik hesabat

təqdim edir.

Bundan əlavə Dövlət Duması Rusiya Bankının fəaliyyəti

haqqında parlament dinləmələri keçirir və bank sədrinin

məruzələrini dinləmə hüququna malik idi.

Lakin digər məsələlərdə Rusiya Bankı öz

səlahiyyətlərini müstəqil surətdə həyata keçirir, odur ki, dövlət

hakimiyyətinin federal orqanları, Rusiya Federasiyası

subyektlərinin hakimiyyət orqanları və yerli özünüidarəetmə

orqanları onun fəaliyyətinə müdaxilə etmək hüququna malik

deyil. Rusiya Bankı bank tənzimləməsi və kredit təşkilatlarının

fəaliyyətinə nəzarət orqanıdır və bu bank bank qanunvericiliyi

və Rusiya Bankının normativ aktlarına kredit təşkilatları

tərəfindən riayət edilməsinə nəzarət edir.

Bank tənzimləməsi və nəzarətin başlıca məqsədi ölkənin

bank sisteminin sabitliyini qoruyub saxlamaqdan, əmanətçi və

kreditorların maraqlarını müdafiə etməkdən ibarətdir. Rusiya

Bankı federal qanunlarla nəzərdə tutulmuş hallar istisna

edilməklə, kredit təşkilatlarının operativ fəaliyyətinə müdaxilə

etmir.

Bankın həyata keçirdiyi əsas funksiyalar aşağıdakılardır:

Milli valyutanın sabitliyinin qorunub saxlanılması;

Pul nişanlarının buraxılması və tədavüldən

çıxarılması;

Rusiya Federasiyası hökuməti ilə birgə maliyyə-

kredit siyasətinin hazırlanması və həyata keçirilməsi və s.

Page 320: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

320

Rusiya Mərkəzi Bankı 27 təşkilati strukturdan ibarətdir.

Burada 79 ərazi bölməsi və 623 kassa-hesablaşma mərkəzi

fəaliyyət göstərir.

Mərkəzi Bank Direktorlar Şurası tərəfindən idarə olunur.

Şura İdarə Heyətinin sədri daxil olmaqla 12 üzvdən ibarətdir.

Şuranın üzvləri Dövlət Duması tərəfindən 4 il müddətinə təyin

edilir. Mərkəzi Bankın İdarə Heyətinin Sədri Dövlət Duması

tərəfindən Prezidentin təklifi əsasında təyin edilir. Dövlət

Duması Mərkəzi Bankın Sədrini tutduğu vəzifədən azad etmək

huququna malikdir. Mərkəzi Bankın yanında Milli Bank Şurası

fəaliyyət göstərir. Şuranın Federal Assambleya palatalarının,

Prezidentin, Rusiya Federasiyası hökumətinin, Rusiya Mərkəzi

Bankının nümayəndələri, ekspertlər və digər kredit təşkilatların

təmsilçilərindən ibarətdir. Bank Şurasının funksiyalarına

aşağıdakılar aiddir:

Direktorlar Şurası tərəfindən təqdim olunan

Mərkəzi Bankın illik hesabatlarına baxılması;

Kapital qoyuluşunun ümumi həcminin təsdiq

edilməsi;

Bank işçilərinin pensiya təminanatının, sosial və

tibbi sığortaları üçün ayrılan xərclərin ümumi

həcminin təsdiq edilməsi.

Hal-hazırda Rusiya kredit sisteminin strukturu aşağıdakı

kimidir:

1. Rusiya Mərkəzi Bankı.

2. Bank sistemi:

2.1.Kommersiya bankları;

2.2. Rusiya Əmanət Bankı;

Page 321: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

321

2.3. Digər ixtisaslaşdırılmış banklar.

3. İxtisaslaşdırılmış kredit-maliyyə institutları:

3.1.Sığorta şirkətləri;

3.2.Qeyri-dövlət pensiya fondları;

3.3.İnvestisiya şirkətləri;

3.4.Maliyyə-tikinti şirkətləri.

Şübhəsiz, kredit sisteminin yeni strukturu daha çox sivil

bazar təsərrüfatının ehtiyaclarını əks etdirir. Eyni zamanda

kredit sisteminin təşəkkül prosesi onun bütün struktur

hallarında müəyyən problem və nöqsanları aşkar etdi. Başlıca

problemlərə aşağıdakılar aiddir:

1. Xırda kommersiya bankları öz mövcudluğunu

qoruyub saxlayır, onlar zəif maliyyə bazasına malik olduğunda

müştəri tələbatının öhdəsindən gələ bilmir;

2. Əmanət Bankı bank bazarında özünün inhisarçı,

qeyri-məhdud mövqeyini qoruyub saxlayır;

3. İpoteka banklarının yaradılmasının əsası kimi Torpaq

mülkiyyəti haqqında qüvvədə olan qanunun olmaması;

4. İnvestisiya banklarının fəaliyyət göstərməsinin əsası

kimi korporativ qiymətli kağızlar bazarının inkişafı üçün real

şəraitin olmaması;

5. Ixtisaslaşdırılmış qeyri-bank institutları bazarının

tənzimlənməsi üçün real qanunvericilik bazasının olmaması.

Bütün bu problemlər sənaye baxımından inkişaf etmiş

ölkələrin kredit sistemlərinə ən qısa zamanda yaxınlaşmaq

yolunu tutan Rusiya kredit sisteminin inkişafını əhəmiyyətli

dərəcədə ləngidir.

Page 322: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

322

1998-ci ilin avqust ayı bank böhranının başlanğıcı hesab

olunur. O zaman hökumət daxili dövlət borcu üzrə defisit və

xarici banklara olan borcların ödənilməsini elan etdi. Rusiya

Federasiyası bank sisteminin yenidən qurulması proqramında

qeyd edildiyi kimi 1997-ci ilin dekabr ayını bank böhranının

başlanğıcı hesab etmək olar. Həmin vaxtdan etibarən daxili

maliyyə bazarındakı faiz dərəcələri kəskin surətdə artdı.

Artıq banklar aşağı dərəcələr üzrə ehtiyatlar cəlb etmək

və öz borc alan müəssisələrinə ucuz kreditlər vermək

iqtidarında deyildi. Ona görə də borc alanlar aldıqları yüksək

faizli kreditlərə xidmət göstərə və əvvəllər aldıqları kreditləri

vaxtında qaytara bilmirdilər. Dövlət qiymətli kağızları ilə

aparılan əməliyyatların dayandırılması nəticəsində bank

sisteminin ümumi aktivlərinin 16%-i faktiki olaraq donduruldu.

Bununla bərabər banklar likvidliyin tənzimlənməsinin əsas

alətlərindən biri kimi dövlət qiymətli kağızlar bazarından

müxbir hesabında vəsaitlər kifayət qədər olmadıqda bu bazarın

iş mexanizmi öhdəliklərinin yerinə yetirilməsi üçün dövlət

istiqrazları paketinin bir hissəsini operativ qaydada satmağa

imkan verirdi. Bank sisteminin həm mütləq miqdarda həm də

böhranın inkişafı zamanı itkilərə nisbətən kapitallaşma

səviyyəsinin aşağı səviyyədə olması böhranın kəskinləşməsinə

əhəmiyyətli təsir göstərdi. Daxili ehtiyat bazarının zəifliyi və

bankların xarici vəsait mənbələrindən asılılığı bank böhranının

inkişafına əhəmiyyətli təsir göstərdi. 1998-ci ilin 7 ayı ərzində

müəssisələrdən, təşkilatardan və əhalidən cəlb olunmuş

vəsaitlərin həcmi 18,6 milyard rubl azalaraq passivlərin 42%-i

təşkil etmişdir. Lakin, qeyd etmək lazımdır ki, böhranın

Page 323: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

323

güclənməsinə baxmayaraq, əhali kifayət qədər fəallıq nümayiş

etdirmirdi. Bankların apardığı fəal reklam kampaniyası və

hökumətin devalvasiyanın baş verməyəcəyinə dair təminatları

tələbli əmanətləri azaldaraq ortamüddətli əmanətlərin həcmini

artırdı. Bu proseslər inflyasiyanın 11% təşkil etməsi şəraitində

40-50%-li dərəcələr cəlb edilməklə həyata keçirilirdi. Bununla

belə Rusiyada fıziki şəxslərdən cəlb edilmiş resurs ən az

stabilliyə malik olan resursdur vəsaitlərin cəlb edilmə

müddətlərinin uzadılması bank sisteminin resurs bazasının

stabilliyinin artmasından xəbər vermir. Bu, defoltun elan

olunduğu ilk günlərdə təsdiq edildi, o zaman əmanətçilər

kütləvi surətdə öz pullarını banklardan çıxarmağa çalışırdı.

Böhran ilk əvvəl özünü iri, nəhəng sistem təşkil edən banklarda

biruzə verdi. Sistem təşkil edən banklara elə banklar aiddir ki,

onların ləğvi xeyli sosial və iqtisadi məsrəflərə gətirib çıxara

bilərdi. Bu banklar geniş yayılmış filiallar şəbəkəsinə və

beynəlxalq kredit təşkilatları ilə əlaqələrə malikdir. Onların

xidmət göstərdiyi müştərilərin sayı daha çoxdur.

1998-ci ilin sentyabr ayında bankların yenidən qurulma

dövrü başlandı. Kommersiya banklarının yenidən qurulması

yolunu müəyyən edən Rusiya Bankı onları dörd qrupa ayırmağı

zəruri hesab etdi. Bununla bankların böhrandan çıxarılması

imkanları və onların böhrandan sonrakı sistemdə yeri müəyyən

edildi. Birinci qrupa maliyyə cəhətdən sabit olan bütün banklar

daxil edildi. Bu qrupa maliyyə böhranı ilə şərtləndirilən

müəyyən çətinlikləri olan lakin müstəqil surətdə böhranın

nəticələrini aradan qaldırmağa qadir olan banklar da daxil idi.

Page 324: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

324

I. Birinci qrupa daxil olan banklar Rusiya Federasiyası

Mərkəzi Bankının müvəqqəti yardımına ehtiyacı olan

banklar;

II. İkinci qrupa yalnız Rusiya Federasiyasının subyektlərı

olan regionlar üçün böyük iqtisadi və sosial əhəmiyyət

kəsb edən banklar;

Bu banklar xüsusı maliyyə sağlamlaşdırılması

planlarını işləyib hazırlamalı idi. Onlar Rusiya

Bankının kapitalın artırılmasında iştirakı yolu ilə habelə

bankların səhmlərinin idarə olunması, o cümlədən

xarici investorların cəlb edilməsi, kreditlərin verilməsi

yolu ilə yardıma güvənə bilərdilər. İkinci qrupa daxil

olan banklar regional banklar sistemində «dayaq»

banklarına çevrilməli idi.

III. Üçüncü qrupa ayrı-ayrı iri (struktur əmələ gətirən),

müstəqil surətdə bank əməliyyatlarını aparmaq imkanı

olmayan banklar;

Olduqca böyük sosial və iqtisadi xərclərlə əlaqədar

onları bağlamaq məqsədə uyğun deyildi. Bu qrupa daxil

olan hər bir bank üçün fərdi maliyyə sağlamlaşdırılması

planının mövcudluğu nəzərdə tutulmuşdu. Onların

yenidən qurulması Rusiya Federasiyası Mərkəzi Bankı

və Kredit Təşkilatlarının Yenidən Qurulması üzrə

Agentliyin (KTYQA) idarəçiliyi ilə həyata keçirilməli

idi.

IV. Dördüncü qrupa öz fəaliyyətlərini müstəqil surətdə

bərpa etməli olan banklar daxil edildi. Əgər buna

müvəffəq olmazlarsa, o zaman onlar öz fəaliyyətlərini

Page 325: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

325

dayandırmalıdırlar. Bu bankların əmanətçi və

kreditorlarının əmanətlərini digər banklara köçürmək

yolu ilə onlara yardım göstərilməsi nəzərdə

tutulmuşdur.

1998-ci ildə Rusiyanın 400-dən artıq bankı problemli

banklar kimi tanındı. Onların bir çoxu üçün müflislik və ya

qarışma reallığa çevrildi. Cəmiyyət nöqteyi-nəzərindən qarışma

müflislikdən daha məqbuldur. Müəyyən məqamadək bankın

başqa banka qarışması və ya ona birləşməsi onu

müflisləşdirməkdən daha ucuz başa gəlir. Lakin bu uzun, əzablı

və ziddiyyətli prosesdir, çünki mənfəət labüd itkiləri hər zaman

ödəmir. Bankların qarışma və ya birləşmə şəklində yenidən

qurulması haqqında metodik göstərişlər bank böhranı

ərəfəsində işlənib hazırlanmış və daha sonra

dəqiqləşdirilmişdir. 1998-ci ilin avqust ayında baş vermiş bank

böhranından sonrakı yenidənqurma dövrü belə bir nəticəyə

gəlməyə əsas verir ki, Rusiyanın bank sistemi böhranının

nəticələrini müvəffəqiyyətlə aradan qaldıraraq zəruri sabitlik

əldə etmişdir.

11.3. UKRAYNANIN BANK SĠSTEMĠ

Müstəqil Dövlətlər Birliyi ölkələri içində Rusiyadan sonra

iqtisadi gücə malik olan ikinci ölkə Ukraynadır. 1992-ci il yanvar

ayında ölkədə qiymət islahatları aparılıb və nəticədə bank

sektorunda faiz dərəcələri inflyasiya dərəcələrindən yüksək

olmuşdur. 1991-ci il may ayında Ukrayna Milli Bankı

Qosbankdan ayrılaraq əvvəllər Qosbanka aid olan bütün

Page 326: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

326

səlahiyyətləri öz üzərinə götürüb. Ukrayna bank sistemi

ixtisaslaşmış 4 kommersiya bankından ibarətdir:

Dövlət Əmanət Bankı

Aqrosənaye Bankı

Tikinti Bankı

Sosial İnvestisiya Bankı.

Bank sistemi içində ümumi əmanətin 80%-i Dövlət

Əmanət Bankına aiddir: 17 avqust 1998-ci il Rusiyada başlanan

maliyyə böhranı Ukrayna pul-kredit sisteminə mənfi təsir

göstərmiş və nəticədə milli pul vahidi olan qrivna xarici valyutalar

qarşısında dəyərini itirmişdir. Ukrayna Milli Bankı Ukraynanın

Mərkəzi Bankıdır. Ukrayna Milli Bankı haqqında Qanuna

əsasən Milli Bank dövlətin xüsusi mülkiyyətindədir.

Bank 1839-cu ildə Rusiya Dövlət Kommersiya Bankının

Kiyev ofisi kimi yaradılmışdır. Ukrayna Milli Bankının təşkili

və fəaliyyətinin hüquqi statusu Ukrayna Konstitusiyası və

Ukrayna Milli Bankı haqqında Ukraynanın Qanunu ilə

tənzimlənir. 20 mart 1991-ci ildə Ukrayna Radası Banklar və

Bank fəaliyyəti haqqında Qanunu qəbul etmişdir. Məhz bu

tarixdən etibarən Ukrayna Milli Bankı Ukraynanın mərkəzi

bankı kimi fəaliyyət göstərməyə başlamışdır.

Ukrayna Milli Bankının əsas funksiyası milli pul vahidi

Qrivnanın və ölkənin bank sisteminin sabitliyini təmin

etməkdir. Bundan əlavə Ukrayna Milli Bankı aşağıdakı

funksiyaları da həyata keçirir:

Monetar siyasətin həyata keçirilməsi;

Ukrayna milli pul vahidinin tədavülə buraxılması;

Page 327: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

327

Bank köçürmələrinin, ödəniş və hesablaşmalar

qaydalarının tərtib edilməsi;

Monetar, kredit və statistik informasiya və

tədiyyə balansına metodoloji dəstəyin təmin edilməsi;

Bank nəzarətinin həyata keçirilməsi;

Banklar, onların filial və nümayəndəlikləri,

valyuta mübadiləsi, maliyyə və kredit təşkilatlarının qeydiyyata

alınması və bank fəaliyyəti üçün lisenziyaların verilməsi;

Tədiyyə balansının toplanması, təhlili və

proqnozlaşdırılması;

Qızıl və valyuta ehtiyatlarının saxlanılaraq

toplanılmasını, həmçinin onlarla köçürmə şərtlərinin təmin

edilməsi;

Monetar, kredit, maliyyə, qiymət və valyuta

əməliyyatlarının statusunun təhlil edilməsi;

Ukrayna bank sistemi üçün kadrların

treyninqlərdə iştirak edilməsi.

Ukrayna Milli Bankının ali idarəetmə orqanı İdarə

Heyətidir. İdarə Heyətinin tərkibinə Sədr, birinci vitse-sədr, 3

vitse-sədr, 4 icraçı direktor, 6 departament direktoru və bir

filial müdiri daxildir.

Ukrayna Milli Bankının beynəlxalq əməkdaşlığı

aşağıdakı istiqamətlər üzrə həyata keçirilməkdədir:

Dünya Bankı;

Avropa Yenidənqurma və İnkişaf Bankı;

Beynəlxalq Valyuta Fondu;

MDB Dövlətlərarası Bankı;

Page 328: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

328

Alman-Ukrayna Fondu Proqramı;

Digər beynəlxalq təşkilatlar (Avropa İttifaqı,

Ümumdünya Ticarət Təşkilatı və s.).

11.4. QAZAXISTANIN BANK SĠSTEMĠ

Qazaxıstanın Mərkəzi Bankının 1997-ci ildə milli pul

vahidi olan tanqe ilə açdığı kreditlərin faiz dərəcəsi 49 %, valyuta

üçün tətbiq etdiyi faiz 20 % olmuşdur. Qazaxıstanda fond birjası

fəaliyyətinə 1995-ci ildən başlanmışdır. Ümumiyyətlə, Qazaxıstan

Orta Asiya ölkələri içində ölkəyə axan xarici sərmayə miqdarına

görə birinci yerdədir. Ölkədə müxtəlif ölkələrin banklarının şöbə-

ləri və nümayəndəlikləri mövcuddur. Türkiyənin iki bankı - Ziraət

Bankı və Əmlak Bankının filialı Alma-Atada fəaliyyət göstərir.

Türk Eksimbank Qazaxıstan iqtisadiyyatına 240 milyon dollarlıq

kredit ayırmışdır. Qazaxıstan Milli Bankı Qazaxıstan

Respublikasının mərkəzi bankı olmaqla ölkənin ikipilləli bank

sisteminin üst pilləsini təşkil edir.

Sovet İttifaqı dövründə Qazaxıstan Milli Bankı (QMB)

SSRİ Dövlət Bankının respublika kontoru olaraq fəaliyyət

göstərmişdir. Bununla belə Qazaxıstan SSRİ-də pul

dövriyyəsinin idarə olunması mərkəzləşdirilmiş qaydada

həyata keçirilmişdir. 16 aprel 1991-ci il tarixində “Qazaxıstan

Respublikasının dövlət müstəqilliyi haqqında” qanunun qəbul

edilməsindən sonra QMB özünün maliyyə-kredit, pul

sistemlərini, qızıl ehtiyatlarını, almaz və valyuta ehtiyatlarını

saxlamaq hüququ əldə etmişdir. 13 aprel 1993-cü il tarixində

qəbul olunan “Qazaxıstan Milli Bankı haqqında” qanun

Page 329: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

329

Qazaxıstan Milli Bankının fəaliyyət prinsipləri, hüquqi statusu

və səlahiyyətlərini müəyyənləşdirmişdir. Qazaxıstan

Prezidentinin 30 mart 1995-ci il tarixli Sərəncamı əsasında

Qazaxıstan Milli Bankı özlüyündə mərkəzləşdirilmiş struktura

çevrilmişdir. Prezidentin 31 avqust 1995-ci il tarixli Sərəncamı

ilə isə Qazaxıstanda ikipilləli bank sisteminə keçid oldu və

Qazaxıstan Milli Bankı bu sisteminin üst pilləsini təşkil etməyə

başladı.

Qazaxıstan Milli Bankı aşağıda qeyd olunan funksiyaları

həyata keçirir:

• Ölkənin pul-kredit siyasəti;

• Ölkə ərazisində əskinaz və sikkələrin emissiyası;

• Banklar bankı funksiyası;

• Hökumətin bankı, maliyyə məsləhətçisi və agenti

funksiyası;

• Ödəniş sistemlərinin fəaliyyət göstərməsinin təşkili;

• Ölkədə valyuta tənzimlənməsi və nəzarəti;

• Ölkənin qızıl-pul aktivlərinin idarə olunması;

• Maliyyə təşkilatlarına nəzarət funksiyası;

• Ölkənin Milli Fondunun idarə olunması.

Qazaxıstan Milli Bankının İdarə Heyəti Sədr və üç

müavindən ibarətdir. Bundan əlavə Direktorlar Şurası

mövcuddur ki, Bura İdarə Heyətinin üzvləri və 9 departament

direktoru daxildir.

Qazaxıstan Milli Bankı Mərkəzi Aparat, 11 departament,

10 ayrı idarə və 1 şöbədən ibarətdir. Bundan əlavə 16 ərazi

filialı və Alma-ata şəhərində 2 filial fəaliyyət göstərir.

Qazaxıstan Milli Bankının tək xarici nümayəndəliyi Rusiya

Page 330: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

330

Federasiyasındadır. Bunlardan əlavə aşağıda qeyd olunan 4

təşkilat Milli Banka hesabat verir:

• Banklararası hesablaşmaları mərkəzi;

• Bank xidməti bürosu;

• Qazaxıstan sikkəxanası;

• Əskinaz fabriki.

Qazaxıstan Milli Bankı aşağıdakı səhmdar cəmiyyətlərin

təsisçisidir:

• Qazaxıstan əmanətlərin zəmanəti agentliyi;

• Sığorta ödənişlərinin zəmanəti fondu;

• Qazaxıstan ipoteka kreditlərinin zəmanəti fondu;

• Qazaxıstan Milli Bankının Ehtiyat Mərkəzi.

Yuxarıda qeyd olunanlardan əlavə, Qazaxıstan Milli

Bankı “Milli Prosessinq Mərkəzi”nin təsisçilərindən, “Pensiya

Yığım Fondunun” səhmdarlarından biridir. Qazaxıstan Milli

Bankının beynəlxalq əməkdaşlıq münasibətləri əsas olaraq

aşağıda qeyd olunan istiqamətlərdə inkişaf etdirilir:

• Xarici mərkəzi banklar və beynəlxalq maliyyə təşkiları

ilə əlaqələri inkişaf etdirilməsi və dərinləşdirilməsi;

• Qazaxıstan Milli Bankının beynəlxalq maliyyə

təşkilatları və xarici mərkəzi banklardan aldığı texniki

yardımın əlaqələndirilməsi;

• Müstəqil Dövlətlər Birliyi ölkələrinin dövlətlərarası

təşkilati strukturlarda iştirakı;

• Qazaxıstan Respublikasının beynəlxalq maliyyə

təşkilatlarının nizamnamə kapitalında iştirakı.

Page 331: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

331

ƏDƏBĠYYAT SĠYAHISI

1. Azərbaycan Respublikası Mərkəzi Bankının illik

hesabatı. Bakı- 2014.

2. Beynəlxalq İqtisadi İndekslər Haqqında Məlumat

Toplusu. Azərbaycan Respublikası Mərkəzi Bankı.

Beynəlxalq əlaqələr departamenti. Bakı- 2009.

3. Azərbaycan Respublikası Mərkəzi Bankı. Beynəlxalq

əlaqələr departamenti. Bakı- 2010.

4. Dövlət maliyyəsi terminləri lüğəti İctimai vəsaitin

monitorinqi mərkəzi. Bakı -2008.

5. Dünya Ölkələrinin Valyuta Vahidləri Haqqında

Məlumat Toplusu. Azərbaycan Respublikası Mərkəzi

Bankı. Beynəlxalq əlaqələr departamenti. Bakı- 2009

6. Beynəlxalq Maliyyə-Kredit İnstitutları və İnkişaf

Agentlikləri Haqqında Məlumat Toplusu. Bakı-2012.

7. Z.F.Məmmədov,V.Zeynalov. Maliyyə və kredit.

Bakı -2007.

8. H.Seyidoğlu. Uluslararası finans. İstanbul- 1997.

9. N.Ekren. Uluslarası bankaçılıq. Ankara- 1984.

10. E.Erturk. Uluslarası iqtisad. Istanbul- 1998.

11. T.T.Əliyeva. Beynəlxalq Valyuta Kredit Münasibətləri.

Bakı-2016.

12. H.Seyidoğlu. Uluslararası finans. İstanbul- 1997.

13. N.Ekren. Uluslarası bankaçılıq. Ankara- 1984.

14. E.Erturk. Uluslarası iqtisad. İstanbul- 1998.

15. R.Karluk. Uluslararası ekonomi. İstanbul-1998.

Page 332: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

332

16. Басин А.С., Хасбулина Т.А. Казначейский контроль

результативности бюджетных расходов Финансы и

кредит, 2008, № 4.

17. Бликанов А.В. Аудит эффективности как

методическая основа совершенствования

государственного финансового контроля Финансы и

кредит. 2008, № 19

Page 333: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

333

MÜNDƏRĠCAT

G Ġ R Ġ ġ ..................................................................................3

FƏSİL I. DÜNYA ÖLKƏLƏRİNİN İQTİSADİ İNKİŞAF

XÜSUSİYYƏTLƏRİ................................................................7

1.1.Avropa Birliyinə üzv ölkələrin bank sistemi.......................7

1.2.Böyük Britaniya və Şimali irlandiya birləşmiş krallığının

bank sistemi.............................................................................34

1.3.Böyük Britaniyanın kommersiya bankları .......................52

1.4.Şotlandiyanın bank sistemi ..............................................62

1.5.Almaniyanının bank sistemi..............................................62

1.6.Bundesbank bank sisteminin quruluşu...............................72

1.7.Fransanın Bank Sistemi.....................................................88

FƏSİL II. BALTİKYANI ÖLKƏLƏRİN BANK

SİSTEMİ................................................................................101

2.1.Latviyanın bank sistemi .................................................101

2.2.Litvanın bank sistemi ....................................................109

2.3.Estoniyanın Bank Sistemi................................................122

FƏSİL III. İSVEÇRƏNİN BANK SİSTEMİ .......................129

3.1.İsveçrənin bank sisteminin təşkilati quruluşu..................129

3.2. İsveçrənin tarixi inkişafı.................................................133

3.3.İsveçrənin kredit sistemi..................................................138

FƏSİL IV. TÜRKİYƏNİN BANK SİSTEMİ .....................153

4.1.Türkiyənin Bank Sisteminin təşkilatı quruluşu................153

4.2.Türkiyə Bank Sistemində Struktur Dəyişiklik Prosesi...163

4.3.Türkiyənin Bank Sektorunda Müasir Dəyişmələr........167

4.4.Türkiyənin Bank Sistemində Aparılan İslahatlar .......... 180

Page 334: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

334

FƏSİL V. Amerika Birləşmiş Ştatlarının Bank Sistemi......188

5.1. ABŞ-ın bank sisteminin inkişafı ..........189

5.2. ABŞ-ın Federal Ehtiyat Sisteminin

strukturu..................................................192

FƏSİL VI. ASİYA-SAKİT OKEAN REGİONU:

YAPONİYANIN BANK SİSTEMİ .....................................208

6.1.Yaponiya Bank sisteminin inkişafı ................................208

6.2.Yaponiya bank sisteminin quruluşu ..............................220

6.3.Yaponiya banklarının beynəlxalq ekspansiyası ..............227

6.4.Yaponiya bank nəzarət sistemi ......................................230

FƏSİL VII. ÇİN RESPUBLİKASININ BANK SİSTEMİ ...232

7.1.Çin Respublikasının Bank Sisteminin tarixi inkişafı .....234

7.2.Çin Xalq Bankı ..............................................................244

7.3.Çin Respublikasında xarici banklar.................................251

FƏSİL VIII. CƏNUBİ KOREYA RESPUBLİKASININ

İQTİSADİ İNKİŞAFI...........................................................257

8.1.Cənubi Koreyanın Bank Sistemi....................................259

FƏSİL IX. AVSTRALİYA VƏ YENİ ZELANDİYANIN

BANK SİSTEMİ ..................................................................263

9.1.Avstraliyanın Bank sistemi ...........................................266

9.2.Yeni Zellandiyanın Bank sistem......................................270

FƏSİL X. İRAN İSLAM RESPUBLİKASININ

BANK SİSTEMİ ..................................................................274

10.1.İran İslam Respublikasında Bank

Sisteminin İnkişafında xüsusiyyətləri...................................291

10.2. İran İslam Respublikasının müasir pul kredit

siyasəti....................................................................................296

Page 335: Ph.d.T.T. ƏLĠYEVA DÜNYA ÖLKƏLƏRĠNĠN BANK SĠSTEMĠ …lib.bbu.edu.az/files/book/1102.pdf · yüksək olmu və içi qüvvəsi sayının 10 % -ni üstələmidir. Yalnız 1998-ci

335

FƏSİL XI. RUSİYA FEDERASİYASININ BANK

SİSTEMİ................................................................................308

11.1.Rusiya Mərkəzi Bankı........... ......................................313

11.2.Ukraynanın Bank Sistemi.............................................325

11.3.Qazaxıstanın Bank Sistemi...........................................328

ƏDƏBİYYAT SİYAHISI ....................................................331