müasir tələblərə uyğun milli kadrların yetişdirilməsi

12
Müasir tələblərə uyğun milli kadrların yetişdirilməsi İnsan resurlarından effektiv istifadənin təmin olunması

Upload: rashad-maharramov

Post on 18-Aug-2015

118 views

Category:

Documents


1 download

TRANSCRIPT

Page 1: Müasir tələblərə uyğun milli kadrların yetişdirilməsi

Müasir tələblərə uyğun milli kadrların yetişdirilməsi

İnsan resurlarından effektiv istifadənin təmin olunması

Page 2: Müasir tələblərə uyğun milli kadrların yetişdirilməsi

Yüksək inkişaf etmiş insan cəmiyyətinə sahib olan ölkələr yüksək iqtisadi tərəqqiyə, maliyyə sabitliyinə, vətəndaşların sosial təminatında intibaha və yüksək beynəlxalq imicə malik olan dövlət statusu əldə etmişlər.

humandevelopment.weaintplastic.com

http://countryeconomy.com

http://en.wikipedia.org/wiki/List_of_countries_by_inequality-adjusted_HDI

http://hdr.undp.org

http://www.az.undp.org

Page 3: Müasir tələblərə uyğun milli kadrların yetişdirilməsi

Zərurət

Ölkəmizdə insan resurlarının inkifaş etdirilməsinin əsas zərurətiləri : 1. Yetişdirilən kadrların keyfiyyət və kəmiyyət baxımından mövcud

tələblərə uyğun olmaması : Mövcud tələblər dedikdə, həm ölkənin sənaye və iqtisadiyyatının, həm də çoxfunksiyalı dövlət strukturlarının və orqanlarının tələbləri nəzərə alınmalıdır.

2. Xarici mütəxəssislərin sayı: Hazırda bu mütəxəssislərin sayı on minlərlədir. Bu hər il ölkəmizdən yüz milyonlarla kapital axınına səbəb olmaqdadır. Hazırda ölkəmizdə çalışan xarici mütəxəssislərin sayındakı bu çoxluq müəyyən qədər zərurətdən irəli gəlir. Əsas səbəb isə ölkəmizdə bir çox sahələrdə kifayət qədər yüksək kvalifikasiyalı, ixtisaslı və səriştəli peşəkarların olmamasıdır. Bu peşəkarların hazırlanması yalnız uzunmüddətli strategiyanın həyata keçirilməsi ilə mümkün ola bilər.

Sənaye Xidmətlərin istehsalı

Tikinti Məhsula və idxala xalis

vergilər

Kənd, meşə və

balıqçılıq təsərrüfatı

42% 33%

12% 7% 6%

2014-cü ildə Ümumi Daxili Məhsulun sahə strukturu

Məsələn: Əgər bizim ölkədə hər il on minlərlə texniki mütəxəssislərə, mühəndislərə ehtiyac varsa və biz bunun əvəzində, hər il xidmət sahələri üzrə on minlərlə mütəxəssis hazırlayırıqsa, deməli, müvaffiq sahələrdə səmərəliliyimiz çox aşağı səviyyədə olacaqdır. Bunu ölkəmizin ÜDM-nin strukturuna əsasən kadr ehtiyacının müəyyən olunması ilə nümunədə görək: Əgər cari ildə ölkəmizin ÜDM-un strukturu mövcud şəkildə paylanmışdırsa, deməli, kadr ehtiyatlarımız və potensialımız buna cavab verməlidir. Eyni zamanda, Dövlət strategiyasına əsasən növbəti fazalar üçün tələb olunacaq kadr potensialını formalaşdırmaq üçün indidən planlaşdırmaq və hazırlıq görmək lazımdır.

Page 4: Müasir tələblərə uyğun milli kadrların yetişdirilməsi

İmkanlar

1. Əmək qabiliyyətli əhalənin və ümumilikdə gənclərin üstünlük təşkil etməsi

2. Sosial inkişafla bağlı Ölkəmizdə aparılmaqda olan layihə və islahatlar 3. Ölkəmizin iqtisadi gücünün və potensialının gündən günə artması, 4. Maliyyə sabitliyinin əldə olunması

Page 5: Müasir tələblərə uyğun milli kadrların yetişdirilməsi

Görüləcək işlər

İnsan potensialından düzgün istifadə olunması, insan resurlarının inkişaf etdirilməsi və müasir tələblərə cavab verən kadrların yetişdirilməsini təmin etmək ardıcıl, kompleks proseslərdən ibarət olan fəaliyyətlərin icrası ilə əldə olunmalıdır.

• Təhsil müəsisələrində müasir standartlara uyğun ölkə tələblərinə cavab verəcək ixtisaslar hazırlamaq

1

• Şagirdləri peşəkarlığın özəyini təşkil edən düzgün ixtisas seçimininə təşviq etmək.

2 • Yüksək potensiala

malik olan kadrların təşviq olunmasını və milli resurs bankının formalaşdırılmasın təmin etmək

3

• İnsan resurslarının inkişaf etdirilmısində qabacıl müəssisə və təşkilatların, eləcə də dövlət strukturlarının müştərək fəaliyyətini təmin etmək

4 • Ölkədəki kadr

ehtiyatlarının dövlətin strateji planına uyğun olaraq formalaşdırılması sistemini hazırlamaq

5

İnsan resurslarının inkişaf etdirilməsinin proses mərhələlər:

Page 6: Müasir tələblərə uyğun milli kadrların yetişdirilməsi

Təhsil müəsisələrində müasir standartlara uyğun ixtisaslar hazırlamaq 1

Fəaliyyət: Ölkədə kadr ehtiyaclarında çatışmazlıq olan peşə və ixtisasları müəyyən etmək və bu sahələrdə ən müasir standartlara uyğun lakin “milliləşdirilmiş” peşə və ixtisaslar formalaşdırılmalıdır.

Proses: Ölkədə çatışmayan və ya mövcud olmayan peşə və ixtisasların hazırlanması üçün aşağıdakıların icrası vacibdir. 1. Hazırda Ölkəmizdə mövcud olan bütün peşələrin kataloqu hazırlanmalı 2. Peşə kataloquna əsasən müəyyən olunan peşələrin müasir standartlara

uyğun peşə təlimatları hazırlanmalı 3. Müasir tələblərə uyğun peşə təlimatları əsasında Təhsil müəssisələrində

müvafiq ixtisaslar hazırlanmalı

Məqsəd: Həm müasir tələblərə və həm də, Azərbaycanın əmək bazarının tələblərinə uyğun kadrların yerli təhsil müəssisələrində yetişdirilməsi təmin olunacaq. Ölkəmizdə həm Dövlət və həm də özəl sektorda çalışacaq mütəxəssislər yerli resurslar əsasında təmin olunmuş olacaqdır.

Page 7: Müasir tələblərə uyğun milli kadrların yetişdirilməsi

Şagirdləri düzgün ixtisas seçimində təşviq etmək

Fəaliyyət: Şagirdlərin ixtisas seçiminə hazırlığı orta məktəblərdə formalaşdırılmalı və seçəcəyi ixtisasın fərdi səriştəliklərinə müvafiqliyi əvvəlcədən müəyyən olunmalıdır.

Proses: Şagirdlər valideyinlərinin də səyi və dəstəyi ilə müəyyən olunan psixometrik testlərdən keçərək şəxsi keyfiyyətlərinə, yaradıcılıq qabiliyyətlərinə, analitik qabiliyyətlərinə və ümumi səriştəliklərinə əsasən hansı ixtisasa sahiblənmələri yönündə istiqamətləndirilməlidir. 1. Müəyyən olunan peşələrin səriştəliklərinə əsasən psixometrik testlər

hazırlanmalı 2. Şagirdlər psixometrik testlərdən keçməli 3. Şagirdlər şəxsi qabiliyyətlərinə əsasən ən uyğun ixtisasa yönləndirilməli

Məqsəd: Bir fizik olaraq dünyanın ən böyük alimi olma potensialına malik ola biləcək bir şagird vətəndaşımız tarixçi ixtisaına, hüquqşünas və ya mühasib peşəsinə yiyələnməyə niyyətlənirsə itirən tək o deyil, həmçinin cəmiyyətimiz olur. İnsan resurlarından effektiv istifadəni təmin etmək məqsədi ilə bu zəruri fundamental fəaliyyətlərdən sayıla bilər.

2

Page 8: Müasir tələblərə uyğun milli kadrların yetişdirilməsi

Fəaliyyət: Ümummilli maraqlara, dövlətçiliyə və ölkə iqtisadiyyatına əlavə dəyər qata biləcək kadrların axtarılması, tapılması, zəruri işlərə cəlb olunması insan resurlarının inkişaf etdirilməsində ən böyük stimul olacaqdır.

Proses: Bütün vətəndaşları nəzərə alaraq hər bir sahədə çalışan ən qabaqcıl peşəkar mütəxəssislərin məlumat bazasının, yəni resurs bankının formalaşdırılması resurlardan effektiv istifadəni təmin etmiş olacaqdır. 1. İşə qəbul agentliklərindən yerli mütəxəssislərə aid məlumat bazası

təmin olunmalı 2. Müxtəlif sahələrdəki peşəkarların özləri haqqında məlumatları məlumat

bazasında onlayn daxil etmələri təmin olunmalı 3. Dövlətin strateji inkişaf konsepsiyasına və milli əhəmiyyətli layihələrə

müvafiq peşəkarların aktiv arxiv bazasını formalaşdırmalı

Məqsəd: Milli insan resurlarından effektiv istifadəni təmin etmiş olacaq. Yeni sənaye sahələri ilə bağlı, böyük tədbir və ya layihələrlə bağlı və s. ehtiyaclarda milli insan kapitalından çevik və səmərəli istifadəni təmin edəcək.

Yüksək potensiala malik olan kadrların təşviq olunması və milli resurs bankının formalaşdırılması 3

Page 9: Müasir tələblərə uyğun milli kadrların yetişdirilməsi

İnsan resurslarının inkişaf etdirilmısində qabacıl müəssisə və təşkilatların, eləcədə dövlət strukturlarının müştərək fəaliyyəti 4

Fəaliyyət: Bazar iqtisadiyyatı şəraitində istər Dövlət strukturları və istərsə də özəl müəssisə və təşkilatlar dünyaya inteqrasiya etməkdədir. Bu halda hər bir təşkilat bütün sistemlərdə olduğu kimi insan resurlarının idarə olunması, iş proseslərinin və peşələrin zənginləşdirilməsi yönündə işlər görməkdədirlər. Qarşılıqlı fikir mübadiləsinin aparılması ilə ölkədə insan kapitalının durğunluğunu aradan qaldırmaq mümkün olar.

Proses: Dövlət tərəfindən bu prosesi tənzimləyəcək və həm də koordinasiya rolu oynayacaq bir qurumun yaradılması nəticəsində insan resurlarının idarə edilməsi ilə bağlı ən qabaqcıl təcrübələri bütün təşkilatlar biri-biri ilə paylaşar. 1. Müasir yanaşmaları, metodları və sistemləri mənimsəyərək yerli

müəəsisə və təşkilatlara təqdim edəcək vahid bir mərkəzin, İnsan Resursları Assossasiyasının yaradılması

Məqsəd: Ölkədəki hər bir müəssisə və təşkilatda insan resurlarının effektiv istifadəni təmin etmiş olacaq. Beləliklə ümumi iqtisadi göstəriciləri artım tempinə müsbət təsir göstərəcək. İş mühitində böyük tərəqqi təmin olunacaq.

Page 10: Müasir tələblərə uyğun milli kadrların yetişdirilməsi

Ölkədəki kadr ehtiyatlarının Dövlətin strateji planına uyğun olaraq formalaşdırılması sistemini hazırlamaq 5

Fəaliyyət: Kadrların və ya insan resurlarının inkişaf etdirilməsi ilə bağlı görüləcək işlərdə Dövlətin uzunmüddətli strateji planını göz önündə saxlamaq və bütün fəaliyyətləri bunun üzərində qurmaq.

Proses: İnsan resurlarının və ya kadr ehtiyatlarının dövlətin stateji inkişaf planına əsasən planlaşdırılması. 1. Dövlətin strateji inkişaf planının mərhələrinin təyin olunması 2. Mövcud kadr ehtiyatlarının ixtisas istiqaməti üzrə analiz olunması 3. Kadr ehtiyatları Dövlətin inkişaf planına uyğun deyilsə, o halda insan

resurlarını ixtisas istiqaməti üzrə Dövlətin inkişaf planına müvafiq planlaşdırılması

4. Dövlətin strateji inkişaf planına müvafiq mütəxəssislərin hazırlanmasını

Məqsəd: Dövlətimizin iqtisadi inkişaf strategiyasına müvaffiq olaraq insan resurlarının inkişaf etdirilməsi əmək resurlarını daxildən təmin etmiş olar və bizi gələcəkdə “beyin” idxal edən ölkədən “beyin” ixrac edən ölkəyə çevirə bilər və bu hər il ölkəmizə milyardlarla kapital qazandırmış olar.

Page 11: Müasir tələblərə uyğun milli kadrların yetişdirilməsi

Şagirdləri düzgün ixtisas seçimində təşviq etmək

Yüksək potensiala malik olan kadrların təşviq olunması və milli resurs bankının formalaşdırılması

İnsan resurslarının inkişaf etdirilmısində qabacıl müəssisə və təşkilatların, eləcədə dövlət strukturlarının müştərək fəaliyyəti

Ölkədəki kadr ehtiyatlarının dövlətin strateji planına uyğun olaraq formalaşdırılması sistemini hazırlamaq

Təhsil müəsisələrində müasir standartlara uyğun ixtisaslar hazırlamaq

1

2

3

4

5

1-2 İL

2-3 İL

1 İL

5 İL

4-5 İL

FƏALİYYƏTLƏR TƏLƏB OLUNAN

MÜDDƏT

5-10

3-5

3-5

Dəstək Fəaliyyət

15-20

TƏLƏB OLUNAN İŞÇİ SAYI

Page 12: Müasir tələblərə uyğun milli kadrların yetişdirilməsi