2013-cÜ İldƏ gÖrÜlmÜŞ İŞlƏrƏ daİr · səviyyələr üzrə sayı, kadrların təhsil...

36
İNSAN RESURSLARI SAHƏSİ ÜZRƏ 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR H E S A B A T

Upload: others

Post on 03-Mar-2020

2 views

Category:

Documents

0 download

TRANSCRIPT

Page 1: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

İNSAN RESURSLARI SAHƏSİ ÜZRƏ

2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR

H E S A B A T

Page 2: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

2

İnsan resursları şöbəsi hesabat ili ərzində öz funksiyalarına və fəaliyyət

istiqamətlərinə müvafiq olaraq nomenklaturaya uyğun təhsil müəssisələri

rəhbərlərinin və müəllim heyətinin seçilib yerləşdirilməsi, pedaqoji kadrların

ixtisasının artırılması və yenidən hazırlanması, dövlət qulluğu ilə əlaqədar

məsələlərin tənzimlənməsi, layihələrin icrası, hesabatların hazırlanması,

vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması, təhsil işçilərinin əməyinin

stimullaşdırılması və digər sahələrdə nəzərdə tutulan tədbirləri həyata keçirmişdir.

I. Kadr təminatı.2013-2014-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə və peşə

liseylərinə müəllimlərin işə qəbulunun təşkili məqsədilə normativ və

reqlamentləşdirici sənədlər, elektron resurslar hazırlanmış, eyni zamanda işə qəbulun

proqram təminatı təkmilləşdirilmiş və tətbiq edilmişdir. Bununla əlaqədar yerli təhsili

idarəetmə orqanlarından daxil olan təqdimatlar əsasında vakant yerlər barədə

məlumatlar hazırlanmış, Təhsil Nazirliyinin rəsmi internet saytında “Müəllimlərin işə

qəbulu” bölməsində və “Azərbaycan müəllimi” qəzetində elanların verilməsi təmin

edilmişdir. Elan edilmiş 3286 vakant yerə 18782 nəfər elektron ərizə ilə müraciət

etmiş və xüsusi meyarlar əsasında göstəricilərin ilkin qiyməyləndirilməsi

aparılmışdır.

İşə qəbul üzrə 25 iyul - 7 avqust tarixlərində keçirilən elektron imtahanlarda

15030 nəfər iştirak etmiş, kompüter proqramı vasitəsilə nəticələr qiymətləndirilmiş,

1474 nəfər hər iki mərhələdən müvəffəqiyyətlə keçmişdir. Nazirliyin rəsmi internet

saytındakı “Müəllimlərin işə qəbulu” bölməsində hər bir namizəd üçün fərdi “şəxsi

səhifə” açılmış, müvafiq məlumatlar və nəticələr birbaşa namizədlərin “şəxsi

səhifəsi”inə göndərilmişdir.Həvəsləndirmə tədbirlərinin tətbiqi nəzərdə tutulmuş

ümumi təhsil məktəblərini seçmiş namizədlərə stimullaşdırıcı tədbirlər və güzəştlər

tətbiq edilmişdir. Təhsil Nazirliyinin müvafiq əmri ilə nəticələr təsdiq olunmuş və

yerli təhsil orqanlarına göndərilmişdir. Eyni zamanda nəticələr Nazirliyin saytında

yerləşdirilmişdir.

Page 3: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

3

Bununla yanaşı, rayonların ümumtəhsil məktəblərində müsabiqədən sonra

yaranmış və imtina olunmuş vakant yerlərə əlavə yerləşdirmə keçirilmişdir. 28

noyabr tarixində aparılmış əlavə yerləşdirmə nəticəsində daha 165 müəllim işə qəbul

edilmişdir.

Azərbaycan Respublikası təhsil nazirinin tapşırığına əsasən “Pedaqoji profilli

ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil

müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və

stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında “Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli Qərarına uyğun gələn

ümumi təhsil müəssisələrində çalışan, lakin həvəsləndirmə tədbirləri tətbiq

olunmamış 200-dək gənc mütəxəssisə həmin tədbirlərin tətbiqi təmin edilmişdir.

2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərində ştatlı,

əvəzçi və saathesabı müəllimlərin sayı, müəllim/şagird nisbəti, sinif komplektlərinin

səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və

işdən çıxarılan kadrların sayı, kadrların dərs saatına və cinsə görə bölgüsü,

ixtisasartırma və yenidənhazırlanma təhsilinə cəlbi, Təhsil Nazirliyinin göndərişi

əsasında iş yerinə gəlmiş kadrların faktiki tərkib quruluşu barədə məlumatları və

kadrlara olan real tələbatı əks etdirən hesabatlar toplanılmış və təhlil edilməkdədir.

Bunlarla yanaşı, il ərzində təhsil müəssisələri rəhbərlərinin təyinatı,

vəzifədən azad edilməsi məsələləri ilə əlaqədar təqdimatların, əmr layihələrinin və

şəxsi işlərin hazırlanması işləri həyata keçirilmişdir.

II.Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması.Hesabat ili ərzində şöbə tərəfindən əlavə təhsil sahəsində tədbirlər səmərəli

şəkildə təşkil edilmiş və həyata keçirilmidir. Belə ki, Dünya Bankının maliyyə

dəstəyi ilə həyata keçirilən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin

“Pedaqoji kadrlar üçün ixtisasartırma təhsilin müasirləşdirilməsi” komponentinin

“İcra planı”na əsasən 2013-2014-cü tədris ilində ibtidai və V-VI siniflərdə işləyəcək

fənn müəllimlərinin yeni kurikulumların tətbiqi üzrə təlim kurslarından keçirilməsi

üçün müvafiq təşkilati işlər yerinə yetirilmiş, təlimlərlə bağlı hazırlıq işləri

Page 4: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

4

aparılmış, 34.244 nəfər müəllimin təlimlərdən keçirilməsi təmin edilmiş, nəticələrə

dair hesabatlar təhlil edilərək müvafiq rəy və təkliflər hazırlanmışdır.

2012-2013-cü tədris ilində respublikanın şəhər və rayonlarının yerli təhsili

idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün

fənn kurikulumlarının tətbiqi üzrə 30 saatlıq (5 günlük) təlim kursları təşkil edilmiş,

ümumilikdə bu təlimlərə 4052 nəfər rəhbər təhsil işçisi cəlb edilmişdir.

Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti,

Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Bakı Pedaqoji Kadrların

İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təqdimatları əsasında

yenidənhazırlanma təhsili almaq üçün ərizə verən 606 müəllimin şəxsi işi

araşdırılmış və mövcud tələblərə cavab verən 369 nəfərin müsahibəyə buraxılmasına

dair razılıq məktubu və siyahılar hazırlanaraq rəhbərliyə təqdim edilmişdir.

III.Dövlət qulluğu məsələləri.Təhsil Nazirliyinin aparatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

strukturlarında aparılmış dəyişikliklərlə bağlı dövlət qulluğu və əmək

qanunvericiliyinin tələbləri gözlənilməklə işçilərlə əmək münasibətlərinin

tənzimlənməsi ilə bağlı müvafiq sənədləşmə işləri aparılmış və əmr layihələri

hazırlanmışdır.

Hesabat müddətində işə qəbul edilmiş kadrların şəxsi işləri hazırlanmış,

əmək fəaliyyəti ilə bağlı şəxsi işlərdə və əmək kitabçalarında müvafiq qeyd və

dəyişikliklər aparılmış, işdən azad edilmiş şəxslərin əmək kitabçaları hazırlanaraq

təhvil verilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilən test imtahanı vasitəsilə təhsil

sistemində inzibati vəzifələrə işə qəbul olunan dövlət qulluqçuları ilə il ərzində

keçirilən müsahibələrdə şöbənin əməkdaşkları iştirak etmişlər. Dövlət Qulluğu

Məsələləri üzrə Komissiyada adı ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslərin işə

təyin edilmələri üçün DQMK-ya məktubla müraciət olunmuş və həmin şəxslərlə

bağlı sənədləşmə aparılmışdır.

Page 5: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

5

İl ərzində Nazirliyin aparatı, Bakı şəhəri üzrə Təhsil İdarəsi, şəhər və rayon

təhsil şöbələrində çalışan dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar

müvafiq məlumatlar bazaya daxil edilmiş və həmin məlumatlar Azərbaycan

Respublikası Prezidentinin Administrasiyasına və Dövlət Qulluğu Məsələləri üzrə

Komissiyaya göndərilmişdir.

Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş məktub əsasında 2006-cı

ilədək Təhsil Nazirliyi aparatında çalışmış və hazırda çalışan dövlət qulluqçularının

əmək kitabçalarına əsasən bütün məlumatlar Dövlət Sosial Müdafiə Fondu tərəfindən

təqdim olunan müvafiq kompüter proqramına daxil edilmişdir.

Nazirliyin aparatında çalışan dövlət qulluqçularının qulluq stajından asılı

olaraq əməkhaqlarına əlavələrin ödənilməsi, çalışmanın son yaş həddinə çatmış

dövlət qulluqğularının müqavilə müddətinin uzadılması ilə əlaqədar mütəmadi olaraq

müvafiq təqdimat və əmrlər hazırlanmışdır.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) Dövlət İdarəçilik

Akademiyası ilə birgə keçirdiyi “Dövlət qulluğunun aktual problemləri” mövzusunda

konfransda (20 iyul 2013-cü il), Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ)

ilə birgə keçirilən “Xidməti fəaliyyətin qiymətləndirilməsi vasitəsilə dövlət

qulluğunda səmərəliliyin artırılması” mövzusunda treninqdə (25-29 noyabr 2013-cü

il), Avropa İttifaqı Şərq Tərəfdaşlığı ilə birgə keçirilən “E-qəbul sistemləri və digər

e-hökumət alətləri” mövzusunda seminarda (3 may 2013-cü il) şöbənin əməkdaşları

iştirak etmişdir.

IV. Layihələrin icrası.Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) (2009-2014-cü

illər) “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı

reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt-komponenti

çərçivəsində Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə birlikdə “Səmərəli

məktəb” layihəsi davam etdirilmiş və başa çatdırılmışdır, layihənin nailiyyətlərindən

bütün məktəblərin faydalanması məqsədilə tövsiyələr hazırlanmışdır.

Page 6: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

6

Amerika Hüquqşünaşlar Assosiasiyası, Mərkəzi Avropa və Avrasiyada

Hüquq Təşəbbüsü (ABA-CEELİ) Təşkilatı ilə respublikanın ümumtəhsil

məktəblərində birgə həyata keçirilən “Canlı hüquq” proqramı uğurla davam

etdirilmişdir.

TSİİL çərçivəsində “İdarəetmədə qərarların verilməsi üçün təhsilalanların

nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq tədqiqatları nəticələrindən

istifadə”yə dair təlimlərin keçirilməsi məqsədilə məsləhətçi şirkətin seçilməsinə dair

müsabiqə keçirilmiş, həmin müsabiqədə qalib gələn Xəzər Universiteti tərəfindən

2013-cü ilin avqust-noyabr aylarında regional təlimlər keçirilmişdir. Təlimlərdə

Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Tələbə Qəbulu üzrə Dövlət

Komissiyasının nümayəndələri iştirak etmişdir.

2013-2014-cü dərs ilində Bakı şəhəri üzrə 35 və respublikanın rayonları üzrə

15 ümumtəhsil məktəbi olmaqla 50 məktəbdə “Rus dilinin intensiv tədrisi” layihəsi

davam etdirilmişdir. Layihə çərçivəsində may-iyun aylarında rus dili fənni üzrə

şagirdlər arasında olimpiada, müəllimlər arasında “Ən yaxşı rus dili müəllimi”

müsabiqəsi keçirilmiş və qaliblər mükafatlandırılmışdır.

2013-2014-cü dərs ilində UNİCEF və Fövqəladə Hallar Nazirliyi ilə birgə

“Təhsildə fəlakət riskinin aradan qaldırılması” (DİPECHO) layihəsi davam

etdirilmiş, Bakı şəhəri, Şamaxı, Şəki, Zaqatala, Sabirabad və Saatlı rayonlarının bir

sıra məktəblərində ekspertlər tərəfindən layihə qiymətləndirilmişdir. Sentyabr ayında

seçilmiş məktəb psixoloqları üçün “Məktəbdə təhlükəsizliyin təmin edilməsi”

mövzusunda 5 (beş) günlük təlimlər keçirilmiş, Azərbaycan Müəllimlər İnstitutu

tərəfindən müəllim hazırlığı üçün “Fəlakət riskinin azaldılması” adlı vəsait

hazırlanmışdır.

Təhsil Nazirliyinin Britaniya Şurası ilə birgə həyata keçirdiyi “Ümumtəhsil

məktəblərində ingilis dilinin intensiv tədrisi” layihəsi respublikanın 50 məktəbində

davam etdirilmişdir. 2013-cü ilin sentyabr ayı ərzində I mərhələ üzrə 288 nəfər

ingilis dili müəllimi üçün 5 (beş) günlük təlimlər keçirilmiş, noyabr ayında təlimçi

müəllimlər tərəfindən dərslər müşahidə edilmiş və hesabat hazırlanmışdır. Eyni

Page 7: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

7

zamanda 2014-cü ilin yanvar ayında II mərhələ üzrə 232 nəfər ingilis dili müəllimi

üçün təlimlərin keçirilməsi məqsədilə hazırlıq işləri həyata keçirilmişdir.

Beynəlxalq Miqrasiya Təşkilatı İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin

maliyyə dəstəyi ilə birgə həyata keçirilən “İnsan alverinin qarşısının alınması üçün

orta məktəb təhsili” layihəsi davam etdirilmiş, layihə çərçivəsində müəllimlər üçün

“İnsan alveri: təhlükələr və qabaqlayıcı təşəbbüslər” adlı vəsait hazırlanmış və 2 min

nüsxədə məktəblərə paylanmışdır. 2013-cü ilin avqust-sentyabr aylarında həmin

vəsaitin tədrisi ilə bağlı respublikanın 15 rayonunun ümumtəhsil məktəb müəllimləri

üçün təlimlər keçirilmişdir. 5-6 dekabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində

layihənin yekunu olaraq “Təhsil vasitəsilə insan alverinin qarşısının alınması üzrə

maarifləndirmənin gücləndirilməsi” mövzusunda Regional Konfrans keçirilmiş,

şöbənin əməkdaşı həmin konfransda iştirak etmişdir.

“ANS” Müstəqil Yayım və Media Şirkətinin Təhsil Nazirliyi ilə birgə həyata

keçirdiyi “Ağıl dəryası” intellektual yarış layihəsi davam etdirilmişdir. Yarışın

keçirilməsi üçün 14 fənn müəllimindən ibarət işçi qrupu yaradılmış, fənlər üzrə

testlər hazırlanaraq layihə rəhbərliyinə təqdim edilmişdir. 11-ci sinif şagirdlərinin

iştirakı ilə keçirilən yarışın final mərhələsində I, II və III yerləri tutmuş 3 nəfər qalib

şagirdə Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələr (kompyuterlər və planşet)

təqdim edilmişdir.

Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi

çərçivəsində benefisiar qurumlar üçün ümumi idarəetmə üzrə təlimlərin təşkil

olunması, layihələrin hazırlanması və icrası ilə məşğul olan nazirlik və qurumların

müvafiq mövzular üzrə potensialının artırılması işləri davam etdirilmişdir. Layihə

çərçivəsində bu günədək 22 mövzuda 1185 nəfər iştirakçı üçün təlimlər həyata

keçirilmişdir. Təlimlərin sonunda imtahan nəticələrindən və iştirak göstəricilərindən

asılı olaraq iştirakçılar sertifikatlarla təmin edilmişdir.

Sektorlar üzrə potensialın gücləndirilməsi çərçivəsində hazırkı dövrə qədər 621

nəfər iştirakçı 24 müxtəlif mövzu üzrə keçirilmiş təlimlərdə iştirak etmişdir. Eyni

zamanda potensialın gücləndirilməsini dəstəkləyən fəaliyyətlər, o cümlədən

ehtiyacların qiymətləndirilməsi, kadr potensialı quruculuğu strategiyasının

Page 8: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

8

hazırlanması kimi tədbirlər həyata keçirilmişdir. Həmçinin layihə çərçivəsində həyata

keçirilmiş işlərin monitorinqini aparmaq məqsədilə monitorinq və qiymətləndirmə

üzrə beynəlxalq məsləhətçi cəlb edilmiş, monitorinq və qiymətləndirmənin nəticəsinə

dair hesabat tərtib olunmuş və Nazirlər Kabinetinə təqdim edilmişdir.

10-13 dekabr tarixlərində İstanbulda “Bütün uşaqların keyfiyyətli öyrənməyə

cəlb olunması” mövzusunda keçirilmiş konfransa hazırlıq məqsədi ilə YUNİSEF-in

təşkilatçılığı ilə 23-24 oktyabr tarixlərində Türkiyənin Eskişehir şəhərində təşkil

edilən tədbirdə, Türkiyə Hökumətinin, BMT-nin İnkişaf Proqramı və BMT-nin

Avropa üzrə İqtisadi Komissiyasının birgə əməkdaşlığı ilə 6-8 noyabr tarixlərində

İstanbul şəhərində “İnklüziv və davamlı inkişaf: Avropa və Mərkəzi Asiyanın 2015-

ci ildən sonrakı İnkişaf Perspektivləri Gündəliyi”nin müzakirəsi üçün təşkil edilmiş

Regional Məsləhətləşmə Konfransında şöbənin əməkdaşları iştirak etmişdir.

V.Hesabatvermə.Minilliyin İnkişaf Məqsədlərindən biri olan “Ümumi ibtidai təhsilə nail olmaq”

məqsədi üzrə 2012-2013-cü tədris ilində Təhsil Nazirliyi tərəfindən görülmüş işlər

barədə məlumatlar hazırlanaraq İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilmişdir.

Eyni zamanda, 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikasında Minilliyin

İnkişaf Məqsədləri (MİM) sahəsində görülən işlər barədə İcra Hesabatına baxılmış və

Təhsil Nazirliyi tərəfindən rəy və təkliflər hazırlanmışdır.

2012-2013-cü dərs ilində “İnsan hüquqlarının tədrisi” ilə əlaqədar görülən işlər

barədə hesabat hazırlanmış və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə

Müvəkkilinə (Ombudsmana) təqdim edilmişdir.

“Demoqrafiya və sağlamlıq”, “Demoqrafiya və əhali sakinliyi” sorğularının

nəticələrinə dair hesabatlar hazırlanmış, Nazirlər Kabinetinə, Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Statistika Komitəsinə təqdim edilmişdir.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə

etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər

Planında nəzərdə tutulan tapşırıqların icrası ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən

görülmüş işlər barədə məlumat hazırlanmış və Nazirlər Kabinetinə göndərilmişdir.

Page 9: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

9

İnsan hüquqları üzrə Universal Dövri İcmal çərçivəsində Azərbaycan

Respublikasının II dövri məruzəsinin hazırlanması məqsədilə təhsil sahəsində insan

hüquqlarının müdafiəsi və təşviqi vəziyyətinə dair məlumat hazırlanmış və BMT-nin

İnsan Hüquqları Şurasına göndərilmişdir. Eyni zamanda insan hüquqları və

demokratik vətəndaşlıq üzrə təhsilin təşviqi istiqamətində 2010-2013-cü illər üzrə

Təhsil Nazirliyinin gördüyü işlər barədə məlumat hazırlanmış və Avropa Şurasının

İnsan Hüquqları üzrə Ali Komissarlığına təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli, 2421

nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-

2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Açıq Hökumətin təşviqinə dair 2012-

2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı görülmüş işlər barədə

məlumatlar hazırlanmış, 2013-cü ilin iyun ayında Azərbaycan Respublikası

Prezidentinin Administrasiyasına və Nazirlər Kabinetinə təqdim edilmişdir.

Azərbaycan və Avropa İttifaqı arasında “Qonşuluq siyasəti” çərçivəsində

qəbul edilmiş Fəaliyyət Planının müddəalarının icrası “İrqi ayrı-seçkiliyin bütün

formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyaya uyğun olaraq son

illər təhsil sahəsində insan hüquqlarının müdafiəsi və təşviqi vəziyyəti, irqi ayrı-

seçkiliyin ləğv edilməsi, eyni zamanda azsaylı xalqların hüquqlarının qorunması

istiqamətində Təhsil Nazirliyi tərəfindən 2012-ci ildə görülmüş işlər barədə məlumat

hazırlanmış və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “İcra intizamının

möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri

haqqında” 26 oktyabr 2006-cı il tarixli, 472 nömrəli Fərmanının icrası ilə əlaqədar

2012-2013-cü illərdə ölkə Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncamlar

üzrə görülmüş işlər barədə məlumatlar hazırlanmış və Prezident Administrasiyasına

göndərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli, 1578

nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan

Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın

həyata keçirilməsi üzrə Tədbirlər Planına (2011-2015-ci illər) uyğun olaraq Təhsil

Page 10: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

10

Nazirliyinə həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi barədə 2013-cü ilin ilk 6

(altı) ayı ərzində görülmüş işlərə dair məlumatlar hazırlanmış, İqtisadiyyat və Sənaye

Nazirliyinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2011-ci il tarixli, 1836

nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq

Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın

icrası ilə əlaqədar 2013-cü ilin ilk 6 (altı) ayı ərzində Təhsil Nazirliyi tərəfindən

görülmüş işlər barədə məlumat hazırlanmış, Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar

2013-cü ilin 6 (altı) ayı ərzində Təhsil Nazirliyi tərəfindən görülmüş işlərlə bağlı

məlumatlar hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2009-cü il tarixli 86

nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi

Qaydası”nın 2.5-ci bəndinin icrası istiqamətində 2014-cü il üçün peşə və ixtisaslar

üzrə təhsillərini başa çatdıracaq Azərbaycan Respublikası vətəndaşlarının sayı barədə

məlumat və siyahı hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə

təqdim edilmişdir.

Struktur bölmələrin il ərzində gördükləri işlərə dair hesabatları nəzərdən

keçirilmiş və müvafiq şöbələrlə birgə Nazirliyin 2013-cü ildə gördüyü işlərə dair

ümumi hesabat hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın

həyata keçirilməsi üzrə Fəaliyyət planının hazırlanmasında şöbə iştirak etmiş, Dövlət

Strategiyasının nəzərdə tutulan məsələlərin müzakirəsi və müvafiq təkliflərin

hazırlanması məqsədilə Nazirliyin struktur bölmə rəhbərləri üçün “Müəllim hazırlığı

və müəllimlərin peşəkar inkişafı” mövzusunda təqdimat keçirilmişdir.

VI. Vətəndaşların qəbulu, ərizə və şikayətlərə, sənədlərə baxılması.

Page 11: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

11

Təhsil Nazirliyinin 31 may 2013-cü il tarixli 685 nömrəli və 23 dekabr 2013-cü

il tarixli 928 nömrəli əmrlərinə və vətəndaşların qəbul qrafikinə əsasən hər həftənin

bazar ertəsi günü olmaqla İnsan resursları şöbəsi tərəfindən ümumilikdə 2019

vətəndaş qəbul edilmişdir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda

vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 2013-cü il ərzində Sumqayıt, Şirvan və

Lənkəran şəhərləri, Siyəzən, Şamaxı, Yevlax, Ağcabədi və Siyəzən rayonlarında

təhsil naziri tərəfindən vətəndaşların qəbulu prosesində 800-dək vətəndaş qəbul

edilmişdir ki, onlardan 550 nəfəri məhz şöbənin səlahiyyətlərinə aid müəllimlərin işə

qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə

dəyişdirilməsi, ucqar kənd məktəblərində işləyən müəllimlərə həvəsləndirmə

tədbirlərinin tətbiqi, təhsil müəssisələrində çalışmanın son yaş həddi, işə bərpa

olunma və digər məsələlərlə bağlı müraciətləri dinlənilmiş, nazirin tapşırığına əsasən

bütün müraciətlər cavablandırılmış və müraciətlərin 70 faizi müsbət həll olunmuşdur.

2013-cü il ərzində İnsan resursları şöbəsinə Azərbaycan Respublikası

Prezidentinin Administrasiyası, Milli Məclis və Nazirlər Kabinetindən vətəndaşların

müraciətlərinə dair 1700 ərizə, vətəndaşlar tərəfindən 4706 ərizə və şikayət daxil

olmuş və həmin sənədlər vaxtında icra olunmuşdur. İl ərzində şöbəyə vətəndaşlardan

3012 elektron müraciət daxil olmuş, müvafiq araşdırma və təhlillər əsasında

cavablandırılmışdır.

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli

Məclis və Nazirlər Kabinetindən şöbəyə 130 məktub, yerli təhsili idarəetmə

orqanları, digər qurum və təşkilatlardan 3386 məktub daxil olmuş, bütün sənədlər

araşdırılaraq vaxtında icra olunmuşdur.

VII.Təhsil işçilərinin əməyinin qiymətləndirilməsi.İl ərzində təhsil işçilərinə fəxri adların verilməsi, dövlət təltiflərinə

namizədlər haqqında məlumatların hazırlanması və təltif olunanların şəxsi işlərinin

toplanması, Təhsil Nazirliyinin təltiflərinin verilməsi üzrə sənədləşmə işləri

aparılmışdır. 2013-cü il ərzində 157 nəfərin Təhsil Nazirliyinin ”Qabaqcıl təhsil

Page 12: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

12

işçisi” döş nişanı və 78 nəfərin Fəxri Fərmanla təltif edilməsi üzrə sənədləşmə işləri

yerinə yetirilmiş, o cümlədən 2013-cü ildə dövlət təltifi almış təhsil işçilərinin şəxsi

işləri, məlumat kartları və barələrində elektron arayışlar hazırlanmış və Azərbaycan

Respublikası Prezidentinin Administrasiyasına təqdim olunmuşdur.

2013-cü ildə “Əmək veteranı” adı və vəsiqəsi almaq üçün müraciət etmiş

471 nəfərdən göstəriciləri müvafiq tələblərə uyğun olan 420 nəfərə “Əmək veteranı”

kitabçası verilmişdir.

Page 13: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

İNSAN RESURSLARI ŞÖBƏSİ TƏRƏFİNDƏN

2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR

H E S A B A T

Page 14: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

2

İnsan resursları şöbəsi hesabat ili ərzində öz funksiyalarına və fəaliyyət

istiqamətlərinə müvafiq olaraq nomenklaturaya uyğun təhsil müəssisələri

rəhbərlərinin və müəllim heyətinin seçilib yerləşdirilməsi, pedaqoji kadrların

ixtisasının artırılması və yenidən hazırlanması, dövlət qulluğu ilə əlaqədar

məsələlərin tənzimlənməsi, layihələrin icrası, hesabatların hazırlanması,

vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması, təhsil işçilərinin əməyinin

stimullaşdırılması və digər sahələrdə nəzərdə tutulan tədbirləri həyata keçirmişdir.

I. Kadr təminatı.2013-2014-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə və peşə

liseylərinə müəllimlərin işə qəbulunun təşkili məqsədilə normativ və

reqlamentləşdirici sənədlər, elektron resurslar hazırlanmış, eyni zamanda işə qəbulun

proqram təminatı təkmilləşdirilmiş və tətbiq edilmişdir. Bununla əlaqədar yerli təhsili

idarəetmə orqanlarından daxil olan təqdimatlar əsasında vakant yerlər barədə

məlumatlar hazırlanmış, Təhsil Nazirliyinin rəsmi internet saytında “Müəllimlərin işə

qəbulu” bölməsində və “Azərbaycan müəllimi” qəzetində elanların verilməsi təmin

edilmişdir. Elan edilmiş 3286 vakant yerə 18782 nəfər elektron ərizə ilə müraciət

etmiş və xüsusi meyarlar əsasında göstəricilərin ilkin qiyməyləndirilməsi

aparılmışdır.

İşə qəbul üzrə 25 iyul - 7 avqust tarixlərində keçirilən elektron imtahanlarda

15030 nəfər iştirak etmiş, kompüter proqramı vasitəsilə nəticələr qiymətləndirilmiş,

1474 nəfər hər iki mərhələdən müvəffəqiyyətlə keçmişdir. Nazirliyin rəsmi internet

saytındakı “Müəllimlərin işə qəbulu” bölməsində hər bir namizəd üçün fərdi “şəxsi

səhifə” açılmış, müvafiq məlumatlar və nəticələr birbaşa namizədlərin “şəxsi

səhifəsi”inə göndərilmişdir.Həvəsləndirmə tədbirlərinin tətbiqi nəzərdə tutulmuş

ümumi təhsil məktəblərini seçmiş namizədlərə stimullaşdırıcı tədbirlər və güzəştlər

tətbiq edilmişdir. Təhsil Nazirliyinin müvafiq əmri ilə nəticələr təsdiq olunmuş və

yerli təhsil orqanlarına göndərilmişdir. Eyni zamanda nəticələr Nazirliyin saytında

yerləşdirilmişdir.

Page 15: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

3

Bununla yanaşı, rayonların ümumtəhsil məktəblərində müsabiqədən sonra

yaranmış və imtina olunmuş vakant yerlərə əlavə yerləşdirmə keçirilmişdir. 28

noyabr tarixində aparılmış əlavə yerləşdirmə nəticəsində daha 165 müəllim işə qəbul

edilmişdir.

Azərbaycan Respublikası təhsil nazirinin tapşırığına əsasən “Pedaqoji profilli

ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil

müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və

stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında “Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli Qərarına uyğun gələn

ümumi təhsil müəssisələrində çalışan, lakin həvəsləndirmə tədbirləri tətbiq

olunmamış 200-dək gənc mütəxəssisə həmin tədbirlərin tətbiqi təmin edilmişdir.

2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərində ştatlı,

əvəzçi və saathesabı müəllimlərin sayı, müəllim/şagird nisbəti, sinif komplektlərinin

səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və

işdən çıxarılan kadrların sayı, kadrların dərs saatına və cinsə görə bölgüsü,

ixtisasartırma və yenidənhazırlanma təhsilinə cəlbi, Təhsil Nazirliyinin göndərişi

əsasında iş yerinə gəlmiş kadrların faktiki tərkib quruluşu barədə məlumatları və

kadrlara olan real tələbatı əks etdirən hesabatlar toplanılmış və təhlil edilməkdədir.

Bunlarla yanaşı, il ərzində təhsil müəssisələri rəhbərlərinin təyinatı,

vəzifədən azad edilməsi məsələləri ilə əlaqədar təqdimatların, əmr layihələrinin və

şəxsi işlərin hazırlanması işləri həyata keçirilmişdir.

II.Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması.Hesabat ili ərzində şöbə tərəfindən əlavə təhsil sahəsində tədbirlər səmərəli

şəkildə təşkil edilmiş və həyata keçirilmidir. Belə ki, Dünya Bankının maliyyə

dəstəyi ilə həyata keçirilən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin

“Pedaqoji kadrlar üçün ixtisasartırma təhsilin müasirləşdirilməsi” komponentinin

“İcra planı”na əsasən 2013-2014-cü tədris ilində ibtidai və V-VI siniflərdə işləyəcək

fənn müəllimlərinin yeni kurikulumların tətbiqi üzrə təlim kurslarından keçirilməsi

üçün müvafiq təşkilati işlər yerinə yetirilmiş, təlimlərlə bağlı hazırlıq işləri

Page 16: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

4

aparılmış, 34.244 nəfər müəllimin təlimlərdən keçirilməsi təmin edilmiş, nəticələrə

dair hesabatlar təhlil edilərək müvafiq rəy və təkliflər hazırlanmışdır.

2012-2013-cü tədris ilində respublikanın şəhər və rayonlarının yerli təhsili

idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün

fənn kurikulumlarının tətbiqi üzrə 30 saatlıq (5 günlük) təlim kursları təşkil edilmiş,

ümumilikdə bu təlimlərə 4052 nəfər rəhbər təhsil işçisi cəlb edilmişdir.

Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti,

Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Bakı Pedaqoji Kadrların

İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təqdimatları əsasında

yenidənhazırlanma təhsili almaq üçün ərizə verən 606 müəllimin şəxsi işi

araşdırılmış və mövcud tələblərə cavab verən 369 nəfərin müsahibəyə buraxılmasına

dair razılıq məktubu və siyahılar hazırlanaraq rəhbərliyə təqdim edilmişdir.

III.Dövlət qulluğu məsələləri.Təhsil Nazirliyinin aparatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

strukturlarında aparılmış dəyişikliklərlə bağlı dövlət qulluğu və əmək

qanunvericiliyinin tələbləri gözlənilməklə işçilərlə əmək münasibətlərinin

tənzimlənməsi ilə bağlı müvafiq sənədləşmə işləri aparılmış və əmr layihələri

hazırlanmışdır.

Hesabat müddətində işə qəbul edilmiş kadrların şəxsi işləri hazırlanmış,

əmək fəaliyyəti ilə bağlı şəxsi işlərdə və əmək kitabçalarında müvafiq qeyd və

dəyişikliklər aparılmış, işdən azad edilmiş şəxslərin əmək kitabçaları hazırlanaraq

təhvil verilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilən test imtahanı vasitəsilə təhsil

sistemində inzibati vəzifələrə işə qəbul olunan dövlət qulluqçuları ilə il ərzində

keçirilən müsahibələrdə şöbənin əməkdaşkları iştirak etmişlər. Dövlət Qulluğu

Məsələləri üzrə Komissiyada adı ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslərin işə

təyin edilmələri üçün DQMK-ya məktubla müraciət olunmuş və həmin şəxslərlə

bağlı sənədləşmə aparılmışdır.

Page 17: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

5

İl ərzində Nazirliyin aparatı, Bakı şəhəri üzrə Təhsil İdarəsi, şəhər və rayon

təhsil şöbələrində çalışan dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar

müvafiq məlumatlar bazaya daxil edilmiş və həmin məlumatlar Azərbaycan

Respublikası Prezidentinin Administrasiyasına və Dövlət Qulluğu Məsələləri üzrə

Komissiyaya göndərilmişdir.

Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş məktub əsasında 2006-cı

ilədək Təhsil Nazirliyi aparatında çalışmış və hazırda çalışan dövlət qulluqçularının

əmək kitabçalarına əsasən bütün məlumatlar Dövlət Sosial Müdafiə Fondu tərəfindən

təqdim olunan müvafiq kompüter proqramına daxil edilmişdir.

Nazirliyin aparatında çalışan dövlət qulluqçularının qulluq stajından asılı

olaraq əməkhaqlarına əlavələrin ödənilməsi, çalışmanın son yaş həddinə çatmış

dövlət qulluqğularının müqavilə müddətinin uzadılması ilə əlaqədar mütəmadi olaraq

müvafiq təqdimat və əmrlər hazırlanmışdır.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) Dövlət İdarəçilik

Akademiyası ilə birgə keçirdiyi “Dövlət qulluğunun aktual problemləri” mövzusunda

konfransda (20 iyul 2013-cü il), Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ)

ilə birgə keçirilən “Xidməti fəaliyyətin qiymətləndirilməsi vasitəsilə dövlət

qulluğunda səmərəliliyin artırılması” mövzusunda treninqdə (25-29 noyabr 2013-cü

il), Avropa İttifaqı Şərq Tərəfdaşlığı ilə birgə keçirilən “E-qəbul sistemləri və digər

e-hökumət alətləri” mövzusunda seminarda (3 may 2013-cü il) şöbənin əməkdaşları

iştirak etmişdir.

IV. Layihələrin icrası.Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) (2009-2014-cü

illər) “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı

reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt-komponenti

çərçivəsində Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə birlikdə “Səmərəli

məktəb” layihəsi davam etdirilmiş və başa çatdırılmışdır, layihənin nailiyyətlərindən

bütün məktəblərin faydalanması məqsədilə tövsiyələr hazırlanmışdır.

Page 18: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

6

Amerika Hüquqşünaşlar Assosiasiyası, Mərkəzi Avropa və Avrasiyada

Hüquq Təşəbbüsü (ABA-CEELİ) Təşkilatı ilə respublikanın ümumtəhsil

məktəblərində birgə həyata keçirilən “Canlı hüquq” proqramı uğurla davam

etdirilmişdir.

TSİİL çərçivəsində “İdarəetmədə qərarların verilməsi üçün təhsilalanların

nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq tədqiqatları nəticələrindən

istifadə”yə dair təlimlərin keçirilməsi məqsədilə məsləhətçi şirkətin seçilməsinə dair

müsabiqə keçirilmiş, həmin müsabiqədə qalib gələn Xəzər Universiteti tərəfindən

2013-cü ilin avqust-noyabr aylarında regional təlimlər keçirilmişdir. Təlimlərdə

Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Tələbə Qəbulu üzrə Dövlət

Komissiyasının nümayəndələri iştirak etmişdir.

2013-2014-cü dərs ilində Bakı şəhəri üzrə 35 və respublikanın rayonları üzrə

15 ümumtəhsil məktəbi olmaqla 50 məktəbdə “Rus dilinin intensiv tədrisi” layihəsi

davam etdirilmişdir. Layihə çərçivəsində may-iyun aylarında rus dili fənni üzrə

şagirdlər arasında olimpiada, müəllimlər arasında “Ən yaxşı rus dili müəllimi”

müsabiqəsi keçirilmiş və qaliblər mükafatlandırılmışdır.

2013-2014-cü dərs ilində UNİCEF və Fövqəladə Hallar Nazirliyi ilə birgə

“Təhsildə fəlakət riskinin aradan qaldırılması” (DİPECHO) layihəsi davam

etdirilmiş, Bakı şəhəri, Şamaxı, Şəki, Zaqatala, Sabirabad və Saatlı rayonlarının bir

sıra məktəblərində ekspertlər tərəfindən layihə qiymətləndirilmişdir. Sentyabr ayında

seçilmiş məktəb psixoloqları üçün “Məktəbdə təhlükəsizliyin təmin edilməsi”

mövzusunda 5 (beş) günlük təlimlər keçirilmiş, Azərbaycan Müəllimlər İnstitutu

tərəfindən müəllim hazırlığı üçün “Fəlakət riskinin azaldılması” adlı vəsait

hazırlanmışdır.

Təhsil Nazirliyinin Britaniya Şurası ilə birgə həyata keçirdiyi “Ümumtəhsil

məktəblərində ingilis dilinin intensiv tədrisi” layihəsi respublikanın 50 məktəbində

davam etdirilmişdir. 2013-cü ilin sentyabr ayı ərzində I mərhələ üzrə 288 nəfər

ingilis dili müəllimi üçün 5 (beş) günlük təlimlər keçirilmiş, noyabr ayında təlimçi

müəllimlər tərəfindən dərslər müşahidə edilmiş və hesabat hazırlanmışdır. Eyni

Page 19: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

7

zamanda 2014-cü ilin yanvar ayında II mərhələ üzrə 232 nəfər ingilis dili müəllimi

üçün təlimlərin keçirilməsi məqsədilə hazırlıq işləri həyata keçirilmişdir.

Beynəlxalq Miqrasiya Təşkilatı İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin

maliyyə dəstəyi ilə birgə həyata keçirilən “İnsan alverinin qarşısının alınması üçün

orta məktəb təhsili” layihəsi davam etdirilmiş, layihə çərçivəsində müəllimlər üçün

“İnsan alveri: təhlükələr və qabaqlayıcı təşəbbüslər” adlı vəsait hazırlanmış və 2 min

nüsxədə məktəblərə paylanmışdır. 2013-cü ilin avqust-sentyabr aylarında həmin

vəsaitin tədrisi ilə bağlı respublikanın 15 rayonunun ümumtəhsil məktəb müəllimləri

üçün təlimlər keçirilmişdir. 5-6 dekabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində

layihənin yekunu olaraq “Təhsil vasitəsilə insan alverinin qarşısının alınması üzrə

maarifləndirmənin gücləndirilməsi” mövzusunda Regional Konfrans keçirilmiş,

şöbənin əməkdaşı həmin konfransda iştirak etmişdir.

“ANS” Müstəqil Yayım və Media Şirkətinin Təhsil Nazirliyi ilə birgə həyata

keçirdiyi “Ağıl dəryası” intellektual yarış layihəsi davam etdirilmişdir. Yarışın

keçirilməsi üçün 14 fənn müəllimindən ibarət işçi qrupu yaradılmış, fənlər üzrə

testlər hazırlanaraq layihə rəhbərliyinə təqdim edilmişdir. 11-ci sinif şagirdlərinin

iştirakı ilə keçirilən yarışın final mərhələsində I, II və III yerləri tutmuş 3 nəfər qalib

şagirdə Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələr (kompyuterlər və planşet)

təqdim edilmişdir.

Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi

çərçivəsində benefisiar qurumlar üçün ümumi idarəetmə üzrə təlimlərin təşkil

olunması, layihələrin hazırlanması və icrası ilə məşğul olan nazirlik və qurumların

müvafiq mövzular üzrə potensialının artırılması işləri davam etdirilmişdir. Layihə

çərçivəsində bu günədək 22 mövzuda 1185 nəfər iştirakçı üçün təlimlər həyata

keçirilmişdir. Təlimlərin sonunda imtahan nəticələrindən və iştirak göstəricilərindən

asılı olaraq iştirakçılar sertifikatlarla təmin edilmişdir.

Sektorlar üzrə potensialın gücləndirilməsi çərçivəsində hazırkı dövrə qədər 621

nəfər iştirakçı 24 müxtəlif mövzu üzrə keçirilmiş təlimlərdə iştirak etmişdir. Eyni

zamanda potensialın gücləndirilməsini dəstəkləyən fəaliyyətlər, o cümlədən

ehtiyacların qiymətləndirilməsi, kadr potensialı quruculuğu strategiyasının

Page 20: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

8

hazırlanması kimi tədbirlər həyata keçirilmişdir. Həmçinin layihə çərçivəsində həyata

keçirilmiş işlərin monitorinqini aparmaq məqsədilə monitorinq və qiymətləndirmə

üzrə beynəlxalq məsləhətçi cəlb edilmiş, monitorinq və qiymətləndirmənin nəticəsinə

dair hesabat tərtib olunmuş və Nazirlər Kabinetinə təqdim edilmişdir.

10-13 dekabr tarixlərində İstanbulda “Bütün uşaqların keyfiyyətli öyrənməyə

cəlb olunması” mövzusunda keçirilmiş konfransa hazırlıq məqsədi ilə YUNİSEF-in

təşkilatçılığı ilə 23-24 oktyabr tarixlərində Türkiyənin Eskişehir şəhərində təşkil

edilən tədbirdə, Türkiyə Hökumətinin, BMT-nin İnkişaf Proqramı və BMT-nin

Avropa üzrə İqtisadi Komissiyasının birgə əməkdaşlığı ilə 6-8 noyabr tarixlərində

İstanbul şəhərində “İnklüziv və davamlı inkişaf: Avropa və Mərkəzi Asiyanın 2015-

ci ildən sonrakı İnkişaf Perspektivləri Gündəliyi”nin müzakirəsi üçün təşkil edilmiş

Regional Məsləhətləşmə Konfransında şöbənin əməkdaşları iştirak etmişdir.

V.Hesabatvermə.Minilliyin İnkişaf Məqsədlərindən biri olan “Ümumi ibtidai təhsilə nail olmaq”

məqsədi üzrə 2012-2013-cü tədris ilində Təhsil Nazirliyi tərəfindən görülmüş işlər

barədə məlumatlar hazırlanaraq İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilmişdir.

Eyni zamanda, 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikasında Minilliyin

İnkişaf Məqsədləri (MİM) sahəsində görülən işlər barədə İcra Hesabatına baxılmış və

Təhsil Nazirliyi tərəfindən rəy və təkliflər hazırlanmışdır.

2012-2013-cü dərs ilində “İnsan hüquqlarının tədrisi” ilə əlaqədar görülən işlər

barədə hesabat hazırlanmış və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə

Müvəkkilinə (Ombudsmana) təqdim edilmişdir.

“Demoqrafiya və sağlamlıq”, “Demoqrafiya və əhali sakinliyi” sorğularının

nəticələrinə dair hesabatlar hazırlanmış, Nazirlər Kabinetinə, Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Statistika Komitəsinə təqdim edilmişdir.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə

etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər

Planında nəzərdə tutulan tapşırıqların icrası ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən

görülmüş işlər barədə məlumat hazırlanmış və Nazirlər Kabinetinə göndərilmişdir.

Page 21: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

9

İnsan hüquqları üzrə Universal Dövri İcmal çərçivəsində Azərbaycan

Respublikasının II dövri məruzəsinin hazırlanması məqsədilə təhsil sahəsində insan

hüquqlarının müdafiəsi və təşviqi vəziyyətinə dair məlumat hazırlanmış və BMT-nin

İnsan Hüquqları Şurasına göndərilmişdir. Eyni zamanda insan hüquqları və

demokratik vətəndaşlıq üzrə təhsilin təşviqi istiqamətində 2010-2013-cü illər üzrə

Təhsil Nazirliyinin gördüyü işlər barədə məlumat hazırlanmış və Avropa Şurasının

İnsan Hüquqları üzrə Ali Komissarlığına təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli, 2421

nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-

2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Açıq Hökumətin təşviqinə dair 2012-

2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı görülmüş işlər barədə

məlumatlar hazırlanmış, 2013-cü ilin iyun ayında Azərbaycan Respublikası

Prezidentinin Administrasiyasına və Nazirlər Kabinetinə təqdim edilmişdir.

Azərbaycan və Avropa İttifaqı arasında “Qonşuluq siyasəti” çərçivəsində

qəbul edilmiş Fəaliyyət Planının müddəalarının icrası “İrqi ayrı-seçkiliyin bütün

formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyaya uyğun olaraq son

illər təhsil sahəsində insan hüquqlarının müdafiəsi və təşviqi vəziyyəti, irqi ayrı-

seçkiliyin ləğv edilməsi, eyni zamanda azsaylı xalqların hüquqlarının qorunması

istiqamətində Təhsil Nazirliyi tərəfindən 2012-ci ildə görülmüş işlər barədə məlumat

hazırlanmış və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “İcra intizamının

möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri

haqqında” 26 oktyabr 2006-cı il tarixli, 472 nömrəli Fərmanının icrası ilə əlaqədar

2012-2013-cü illərdə ölkə Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncamlar

üzrə görülmüş işlər barədə məlumatlar hazırlanmış və Prezident Administrasiyasına

göndərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli, 1578

nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan

Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın

həyata keçirilməsi üzrə Tədbirlər Planına (2011-2015-ci illər) uyğun olaraq Təhsil

Page 22: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

10

Nazirliyinə həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi barədə 2013-cü ilin ilk 6

(altı) ayı ərzində görülmüş işlərə dair məlumatlar hazırlanmış, İqtisadiyyat və Sənaye

Nazirliyinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2011-ci il tarixli, 1836

nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq

Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın

icrası ilə əlaqədar 2013-cü ilin ilk 6 (altı) ayı ərzində Təhsil Nazirliyi tərəfindən

görülmüş işlər barədə məlumat hazırlanmış, Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar

2013-cü ilin 6 (altı) ayı ərzində Təhsil Nazirliyi tərəfindən görülmüş işlərlə bağlı

məlumatlar hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2009-cü il tarixli 86

nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi

Qaydası”nın 2.5-ci bəndinin icrası istiqamətində 2014-cü il üçün peşə və ixtisaslar

üzrə təhsillərini başa çatdıracaq Azərbaycan Respublikası vətəndaşlarının sayı barədə

məlumat və siyahı hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə

təqdim edilmişdir.

Struktur bölmələrin il ərzində gördükləri işlərə dair hesabatları nəzərdən

keçirilmiş və müvafiq şöbələrlə birgə Nazirliyin 2013-cü ildə gördüyü işlərə dair

ümumi hesabat hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın

həyata keçirilməsi üzrə Fəaliyyət planının hazırlanmasında şöbə iştirak etmiş, Dövlət

Strategiyasının nəzərdə tutulan məsələlərin müzakirəsi və müvafiq təkliflərin

hazırlanması məqsədilə Nazirliyin struktur bölmə rəhbərləri üçün “Müəllim hazırlığı

və müəllimlərin peşəkar inkişafı” mövzusunda təqdimat keçirilmişdir.

VI. Vətəndaşların qəbulu, ərizə və şikayətlərə, sənədlərə baxılması.

Page 23: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

11

Təhsil Nazirliyinin 31 may 2013-cü il tarixli 685 nömrəli və 23 dekabr 2013-cü

il tarixli 928 nömrəli əmrlərinə və vətəndaşların qəbul qrafikinə əsasən hər həftənin

bazar ertəsi günü olmaqla İnsan resursları şöbəsi tərəfindən ümumilikdə 2019

vətəndaş qəbul edilmişdir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda

vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 2013-cü il ərzində Sumqayıt, Şirvan və

Lənkəran şəhərləri, Siyəzən, Şamaxı, Yevlax, Ağcabədi və Siyəzən rayonlarında

təhsil naziri tərəfindən vətəndaşların qəbulu prosesində 800-dək vətəndaş qəbul

edilmişdir ki, onlardan 550 nəfəri məhz şöbənin səlahiyyətlərinə aid müəllimlərin işə

qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə

dəyişdirilməsi, ucqar kənd məktəblərində işləyən müəllimlərə həvəsləndirmə

tədbirlərinin tətbiqi, təhsil müəssisələrində çalışmanın son yaş həddi, işə bərpa

olunma və digər məsələlərlə bağlı müraciətləri dinlənilmiş, nazirin tapşırığına əsasən

bütün müraciətlər cavablandırılmış və müraciətlərin 70 faizi müsbət həll olunmuşdur.

2013-cü il ərzində İnsan resursları şöbəsinə Azərbaycan Respublikası

Prezidentinin Administrasiyası, Milli Məclis və Nazirlər Kabinetindən vətəndaşların

müraciətlərinə dair 1700 ərizə, vətəndaşlar tərəfindən 4706 ərizə və şikayət daxil

olmuş və həmin sənədlər vaxtında icra olunmuşdur. İl ərzində şöbəyə vətəndaşlardan

3012 elektron müraciət daxil olmuş, müvafiq araşdırma və təhlillər əsasında

cavablandırılmışdır.

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli

Məclis və Nazirlər Kabinetindən şöbəyə 130 məktub, yerli təhsili idarəetmə

orqanları, digər qurum və təşkilatlardan 3386 məktub daxil olmuş, bütün sənədlər

araşdırılaraq vaxtında icra olunmuşdur.

VII.Təhsil işçilərinin əməyinin qiymətləndirilməsi.İl ərzində təhsil işçilərinə fəxri adların verilməsi, dövlət təltiflərinə

namizədlər haqqında məlumatların hazırlanması və təltif olunanların şəxsi işlərinin

toplanması, Təhsil Nazirliyinin təltiflərinin verilməsi üzrə sənədləşmə işləri

aparılmışdır. 2013-cü il ərzində 157 nəfərin Təhsil Nazirliyinin ”Qabaqcıl təhsil

Page 24: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

12

işçisi” döş nişanı və 78 nəfərin Fəxri Fərmanla təltif edilməsi üzrə sənədləşmə işləri

yerinə yetirilmiş, o cümlədən 2013-cü ildə dövlət təltifi almış təhsil işçilərinin şəxsi

işləri, məlumat kartları və barələrində elektron arayışlar hazırlanmış və Azərbaycan

Respublikası Prezidentinin Administrasiyasına təqdim olunmuşdur.

2013-cü ildə “Əmək veteranı” adı və vəsiqəsi almaq üçün müraciət etmiş

471 nəfərdən göstəriciləri müvafiq tələblərə uyğun olan 420 nəfərə “Əmək veteranı”

kitabçası verilmişdir.

Page 25: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

İNSAN RESURSLARI SAHƏSİ ÜZRƏ

2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR

H E S A B A T

Page 26: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

2

İnsan resursları şöbəsi hesabat ili ərzində öz funksiyalarına və fəaliyyət

istiqamətlərinə müvafiq olaraq nomenklaturaya uyğun təhsil müəssisələri

rəhbərlərinin və müəllim heyətinin seçilib yerləşdirilməsi, pedaqoji kadrların

ixtisasının artırılması və yenidən hazırlanması, dövlət qulluğu ilə əlaqədar

məsələlərin tənzimlənməsi, layihələrin icrası, hesabatların hazırlanması,

vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması, təhsil işçilərinin əməyinin

stimullaşdırılması və digər sahələrdə nəzərdə tutulan tədbirləri həyata keçirmişdir.

I. Kadr təminatı.2013-2014-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə və peşə

liseylərinə müəllimlərin işə qəbulunun təşkili məqsədilə normativ və

reqlamentləşdirici sənədlər, elektron resurslar hazırlanmış, eyni zamanda işə qəbulun

proqram təminatı təkmilləşdirilmiş və tətbiq edilmişdir. Bununla əlaqədar yerli təhsili

idarəetmə orqanlarından daxil olan təqdimatlar əsasında vakant yerlər barədə

məlumatlar hazırlanmış, Təhsil Nazirliyinin rəsmi internet saytında “Müəllimlərin işə

qəbulu” bölməsində və “Azərbaycan müəllimi” qəzetində elanların verilməsi təmin

edilmişdir. Elan edilmiş 3286 vakant yerə 18782 nəfər elektron ərizə ilə müraciət

etmiş və xüsusi meyarlar əsasında göstəricilərin ilkin qiyməyləndirilməsi

aparılmışdır.

İşə qəbul üzrə 25 iyul - 7 avqust tarixlərində keçirilən elektron imtahanlarda

15030 nəfər iştirak etmiş, kompüter proqramı vasitəsilə nəticələr qiymətləndirilmiş,

1474 nəfər hər iki mərhələdən müvəffəqiyyətlə keçmişdir. Nazirliyin rəsmi internet

saytındakı “Müəllimlərin işə qəbulu” bölməsində hər bir namizəd üçün fərdi “şəxsi

səhifə” açılmış, müvafiq məlumatlar və nəticələr birbaşa namizədlərin “şəxsi

səhifəsi”inə göndərilmişdir.Həvəsləndirmə tədbirlərinin tətbiqi nəzərdə tutulmuş

ümumi təhsil məktəblərini seçmiş namizədlərə stimullaşdırıcı tədbirlər və güzəştlər

tətbiq edilmişdir. Təhsil Nazirliyinin müvafiq əmri ilə nəticələr təsdiq olunmuş və

yerli təhsil orqanlarına göndərilmişdir. Eyni zamanda nəticələr Nazirliyin saytında

yerləşdirilmişdir.

Page 27: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

3

Bununla yanaşı, rayonların ümumtəhsil məktəblərində müsabiqədən sonra

yaranmış və imtina olunmuş vakant yerlərə əlavə yerləşdirmə keçirilmişdir. 28

noyabr tarixində aparılmış əlavə yerləşdirmə nəticəsində daha 165 müəllim işə qəbul

edilmişdir.

Azərbaycan Respublikası təhsil nazirinin tapşırığına əsasən “Pedaqoji profilli

ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil

müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və

stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında “Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli Qərarına uyğun gələn

ümumi təhsil müəssisələrində çalışan, lakin həvəsləndirmə tədbirləri tətbiq

olunmamış 200-dək gənc mütəxəssisə həmin tədbirlərin tətbiqi təmin edilmişdir.

2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərində ştatlı,

əvəzçi və saathesabı müəllimlərin sayı, müəllim/şagird nisbəti, sinif komplektlərinin

səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və

işdən çıxarılan kadrların sayı, kadrların dərs saatına və cinsə görə bölgüsü,

ixtisasartırma və yenidənhazırlanma təhsilinə cəlbi, Təhsil Nazirliyinin göndərişi

əsasında iş yerinə gəlmiş kadrların faktiki tərkib quruluşu barədə məlumatları və

kadrlara olan real tələbatı əks etdirən hesabatlar toplanılmış və təhlil edilməkdədir.

Bunlarla yanaşı, il ərzində təhsil müəssisələri rəhbərlərinin təyinatı,

vəzifədən azad edilməsi məsələləri ilə əlaqədar təqdimatların, əmr layihələrinin və

şəxsi işlərin hazırlanması işləri həyata keçirilmişdir.

II.Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması.Hesabat ili ərzində şöbə tərəfindən əlavə təhsil sahəsində tədbirlər səmərəli

şəkildə təşkil edilmiş və həyata keçirilmidir. Belə ki, Dünya Bankının maliyyə

dəstəyi ilə həyata keçirilən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin

“Pedaqoji kadrlar üçün ixtisasartırma təhsilin müasirləşdirilməsi” komponentinin

“İcra planı”na əsasən 2013-2014-cü tədris ilində ibtidai və V-VI siniflərdə işləyəcək

fənn müəllimlərinin yeni kurikulumların tətbiqi üzrə təlim kurslarından keçirilməsi

üçün müvafiq təşkilati işlər yerinə yetirilmiş, təlimlərlə bağlı hazırlıq işləri

Page 28: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

4

aparılmış, 34.244 nəfər müəllimin təlimlərdən keçirilməsi təmin edilmiş, nəticələrə

dair hesabatlar təhlil edilərək müvafiq rəy və təkliflər hazırlanmışdır.

2012-2013-cü tədris ilində respublikanın şəhər və rayonlarının yerli təhsili

idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün

fənn kurikulumlarının tətbiqi üzrə 30 saatlıq (5 günlük) təlim kursları təşkil edilmiş,

ümumilikdə bu təlimlərə 4052 nəfər rəhbər təhsil işçisi cəlb edilmişdir.

Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti,

Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Bakı Pedaqoji Kadrların

İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təqdimatları əsasında

yenidənhazırlanma təhsili almaq üçün ərizə verən 606 müəllimin şəxsi işi

araşdırılmış və mövcud tələblərə cavab verən 369 nəfərin müsahibəyə buraxılmasına

dair razılıq məktubu və siyahılar hazırlanaraq rəhbərliyə təqdim edilmişdir.

III.Dövlət qulluğu məsələləri.Təhsil Nazirliyinin aparatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

strukturlarında aparılmış dəyişikliklərlə bağlı dövlət qulluğu və əmək

qanunvericiliyinin tələbləri gözlənilməklə işçilərlə əmək münasibətlərinin

tənzimlənməsi ilə bağlı müvafiq sənədləşmə işləri aparılmış və əmr layihələri

hazırlanmışdır.

Hesabat müddətində işə qəbul edilmiş kadrların şəxsi işləri hazırlanmış,

əmək fəaliyyəti ilə bağlı şəxsi işlərdə və əmək kitabçalarında müvafiq qeyd və

dəyişikliklər aparılmış, işdən azad edilmiş şəxslərin əmək kitabçaları hazırlanaraq

təhvil verilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilən test imtahanı vasitəsilə təhsil

sistemində inzibati vəzifələrə işə qəbul olunan dövlət qulluqçuları ilə il ərzində

keçirilən müsahibələrdə şöbənin əməkdaşkları iştirak etmişlər. Dövlət Qulluğu

Məsələləri üzrə Komissiyada adı ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslərin işə

təyin edilmələri üçün DQMK-ya məktubla müraciət olunmuş və həmin şəxslərlə

bağlı sənədləşmə aparılmışdır.

Page 29: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

5

İl ərzində Nazirliyin aparatı, Bakı şəhəri üzrə Təhsil İdarəsi, şəhər və rayon

təhsil şöbələrində çalışan dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar

müvafiq məlumatlar bazaya daxil edilmiş və həmin məlumatlar Azərbaycan

Respublikası Prezidentinin Administrasiyasına və Dövlət Qulluğu Məsələləri üzrə

Komissiyaya göndərilmişdir.

Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş məktub əsasında 2006-cı

ilədək Təhsil Nazirliyi aparatında çalışmış və hazırda çalışan dövlət qulluqçularının

əmək kitabçalarına əsasən bütün məlumatlar Dövlət Sosial Müdafiə Fondu tərəfindən

təqdim olunan müvafiq kompüter proqramına daxil edilmişdir.

Nazirliyin aparatında çalışan dövlət qulluqçularının qulluq stajından asılı

olaraq əməkhaqlarına əlavələrin ödənilməsi, çalışmanın son yaş həddinə çatmış

dövlət qulluqğularının müqavilə müddətinin uzadılması ilə əlaqədar mütəmadi olaraq

müvafiq təqdimat və əmrlər hazırlanmışdır.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) Dövlət İdarəçilik

Akademiyası ilə birgə keçirdiyi “Dövlət qulluğunun aktual problemləri” mövzusunda

konfransda (20 iyul 2013-cü il), Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ)

ilə birgə keçirilən “Xidməti fəaliyyətin qiymətləndirilməsi vasitəsilə dövlət

qulluğunda səmərəliliyin artırılması” mövzusunda treninqdə (25-29 noyabr 2013-cü

il), Avropa İttifaqı Şərq Tərəfdaşlığı ilə birgə keçirilən “E-qəbul sistemləri və digər

e-hökumət alətləri” mövzusunda seminarda (3 may 2013-cü il) şöbənin əməkdaşları

iştirak etmişdir.

IV. Layihələrin icrası.Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (TSİİL) (2009-2014-cü

illər) “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı

reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi” alt-komponenti

çərçivəsində Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə birlikdə “Səmərəli

məktəb” layihəsi davam etdirilmiş və başa çatdırılmışdır, layihənin nailiyyətlərindən

bütün məktəblərin faydalanması məqsədilə tövsiyələr hazırlanmışdır.

Page 30: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

6

Amerika Hüquqşünaşlar Assosiasiyası, Mərkəzi Avropa və Avrasiyada

Hüquq Təşəbbüsü (ABA-CEELİ) Təşkilatı ilə respublikanın ümumtəhsil

məktəblərində birgə həyata keçirilən “Canlı hüquq” proqramı uğurla davam

etdirilmişdir.

TSİİL çərçivəsində “İdarəetmədə qərarların verilməsi üçün təhsilalanların

nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq tədqiqatları nəticələrindən

istifadə”yə dair təlimlərin keçirilməsi məqsədilə məsləhətçi şirkətin seçilməsinə dair

müsabiqə keçirilmiş, həmin müsabiqədə qalib gələn Xəzər Universiteti tərəfindən

2013-cü ilin avqust-noyabr aylarında regional təlimlər keçirilmişdir. Təlimlərdə

Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Tələbə Qəbulu üzrə Dövlət

Komissiyasının nümayəndələri iştirak etmişdir.

2013-2014-cü dərs ilində Bakı şəhəri üzrə 35 və respublikanın rayonları üzrə

15 ümumtəhsil məktəbi olmaqla 50 məktəbdə “Rus dilinin intensiv tədrisi” layihəsi

davam etdirilmişdir. Layihə çərçivəsində may-iyun aylarında rus dili fənni üzrə

şagirdlər arasında olimpiada, müəllimlər arasında “Ən yaxşı rus dili müəllimi”

müsabiqəsi keçirilmiş və qaliblər mükafatlandırılmışdır.

2013-2014-cü dərs ilində UNİCEF və Fövqəladə Hallar Nazirliyi ilə birgə

“Təhsildə fəlakət riskinin aradan qaldırılması” (DİPECHO) layihəsi davam

etdirilmiş, Bakı şəhəri, Şamaxı, Şəki, Zaqatala, Sabirabad və Saatlı rayonlarının bir

sıra məktəblərində ekspertlər tərəfindən layihə qiymətləndirilmişdir. Sentyabr ayında

seçilmiş məktəb psixoloqları üçün “Məktəbdə təhlükəsizliyin təmin edilməsi”

mövzusunda 5 (beş) günlük təlimlər keçirilmiş, Azərbaycan Müəllimlər İnstitutu

tərəfindən müəllim hazırlığı üçün “Fəlakət riskinin azaldılması” adlı vəsait

hazırlanmışdır.

Təhsil Nazirliyinin Britaniya Şurası ilə birgə həyata keçirdiyi “Ümumtəhsil

məktəblərində ingilis dilinin intensiv tədrisi” layihəsi respublikanın 50 məktəbində

davam etdirilmişdir. 2013-cü ilin sentyabr ayı ərzində I mərhələ üzrə 288 nəfər

ingilis dili müəllimi üçün 5 (beş) günlük təlimlər keçirilmiş, noyabr ayında təlimçi

müəllimlər tərəfindən dərslər müşahidə edilmiş və hesabat hazırlanmışdır. Eyni

Page 31: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

7

zamanda 2014-cü ilin yanvar ayında II mərhələ üzrə 232 nəfər ingilis dili müəllimi

üçün təlimlərin keçirilməsi məqsədilə hazırlıq işləri həyata keçirilmişdir.

Beynəlxalq Miqrasiya Təşkilatı İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin

maliyyə dəstəyi ilə birgə həyata keçirilən “İnsan alverinin qarşısının alınması üçün

orta məktəb təhsili” layihəsi davam etdirilmiş, layihə çərçivəsində müəllimlər üçün

“İnsan alveri: təhlükələr və qabaqlayıcı təşəbbüslər” adlı vəsait hazırlanmış və 2 min

nüsxədə məktəblərə paylanmışdır. 2013-cü ilin avqust-sentyabr aylarında həmin

vəsaitin tədrisi ilə bağlı respublikanın 15 rayonunun ümumtəhsil məktəb müəllimləri

üçün təlimlər keçirilmişdir. 5-6 dekabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində

layihənin yekunu olaraq “Təhsil vasitəsilə insan alverinin qarşısının alınması üzrə

maarifləndirmənin gücləndirilməsi” mövzusunda Regional Konfrans keçirilmiş,

şöbənin əməkdaşı həmin konfransda iştirak etmişdir.

“ANS” Müstəqil Yayım və Media Şirkətinin Təhsil Nazirliyi ilə birgə həyata

keçirdiyi “Ağıl dəryası” intellektual yarış layihəsi davam etdirilmişdir. Yarışın

keçirilməsi üçün 14 fənn müəllimindən ibarət işçi qrupu yaradılmış, fənlər üzrə

testlər hazırlanaraq layihə rəhbərliyinə təqdim edilmişdir. 11-ci sinif şagirdlərinin

iştirakı ilə keçirilən yarışın final mərhələsində I, II və III yerləri tutmuş 3 nəfər qalib

şagirdə Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələr (kompyuterlər və planşet)

təqdim edilmişdir.

Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi

çərçivəsində benefisiar qurumlar üçün ümumi idarəetmə üzrə təlimlərin təşkil

olunması, layihələrin hazırlanması və icrası ilə məşğul olan nazirlik və qurumların

müvafiq mövzular üzrə potensialının artırılması işləri davam etdirilmişdir. Layihə

çərçivəsində bu günədək 22 mövzuda 1185 nəfər iştirakçı üçün təlimlər həyata

keçirilmişdir. Təlimlərin sonunda imtahan nəticələrindən və iştirak göstəricilərindən

asılı olaraq iştirakçılar sertifikatlarla təmin edilmişdir.

Sektorlar üzrə potensialın gücləndirilməsi çərçivəsində hazırkı dövrə qədər 621

nəfər iştirakçı 24 müxtəlif mövzu üzrə keçirilmiş təlimlərdə iştirak etmişdir. Eyni

zamanda potensialın gücləndirilməsini dəstəkləyən fəaliyyətlər, o cümlədən

ehtiyacların qiymətləndirilməsi, kadr potensialı quruculuğu strategiyasının

Page 32: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

8

hazırlanması kimi tədbirlər həyata keçirilmişdir. Həmçinin layihə çərçivəsində həyata

keçirilmiş işlərin monitorinqini aparmaq məqsədilə monitorinq və qiymətləndirmə

üzrə beynəlxalq məsləhətçi cəlb edilmiş, monitorinq və qiymətləndirmənin nəticəsinə

dair hesabat tərtib olunmuş və Nazirlər Kabinetinə təqdim edilmişdir.

10-13 dekabr tarixlərində İstanbulda “Bütün uşaqların keyfiyyətli öyrənməyə

cəlb olunması” mövzusunda keçirilmiş konfransa hazırlıq məqsədi ilə YUNİSEF-in

təşkilatçılığı ilə 23-24 oktyabr tarixlərində Türkiyənin Eskişehir şəhərində təşkil

edilən tədbirdə, Türkiyə Hökumətinin, BMT-nin İnkişaf Proqramı və BMT-nin

Avropa üzrə İqtisadi Komissiyasının birgə əməkdaşlığı ilə 6-8 noyabr tarixlərində

İstanbul şəhərində “İnklüziv və davamlı inkişaf: Avropa və Mərkəzi Asiyanın 2015-

ci ildən sonrakı İnkişaf Perspektivləri Gündəliyi”nin müzakirəsi üçün təşkil edilmiş

Regional Məsləhətləşmə Konfransında şöbənin əməkdaşları iştirak etmişdir.

V.Hesabatvermə.Minilliyin İnkişaf Məqsədlərindən biri olan “Ümumi ibtidai təhsilə nail olmaq”

məqsədi üzrə 2012-2013-cü tədris ilində Təhsil Nazirliyi tərəfindən görülmüş işlər

barədə məlumatlar hazırlanaraq İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilmişdir.

Eyni zamanda, 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikasında Minilliyin

İnkişaf Məqsədləri (MİM) sahəsində görülən işlər barədə İcra Hesabatına baxılmış və

Təhsil Nazirliyi tərəfindən rəy və təkliflər hazırlanmışdır.

2012-2013-cü dərs ilində “İnsan hüquqlarının tədrisi” ilə əlaqədar görülən işlər

barədə hesabat hazırlanmış və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə

Müvəkkilinə (Ombudsmana) təqdim edilmişdir.

“Demoqrafiya və sağlamlıq”, “Demoqrafiya və əhali sakinliyi” sorğularının

nəticələrinə dair hesabatlar hazırlanmış, Nazirlər Kabinetinə, Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Statistika Komitəsinə təqdim edilmişdir.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə

etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər

Planında nəzərdə tutulan tapşırıqların icrası ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən

görülmüş işlər barədə məlumat hazırlanmış və Nazirlər Kabinetinə göndərilmişdir.

Page 33: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

9

İnsan hüquqları üzrə Universal Dövri İcmal çərçivəsində Azərbaycan

Respublikasının II dövri məruzəsinin hazırlanması məqsədilə təhsil sahəsində insan

hüquqlarının müdafiəsi və təşviqi vəziyyətinə dair məlumat hazırlanmış və BMT-nin

İnsan Hüquqları Şurasına göndərilmişdir. Eyni zamanda insan hüquqları və

demokratik vətəndaşlıq üzrə təhsilin təşviqi istiqamətində 2010-2013-cü illər üzrə

Təhsil Nazirliyinin gördüyü işlər barədə məlumat hazırlanmış və Avropa Şurasının

İnsan Hüquqları üzrə Ali Komissarlığına təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli, 2421

nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-

2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Açıq Hökumətin təşviqinə dair 2012-

2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı görülmüş işlər barədə

məlumatlar hazırlanmış, 2013-cü ilin iyun ayında Azərbaycan Respublikası

Prezidentinin Administrasiyasına və Nazirlər Kabinetinə təqdim edilmişdir.

Azərbaycan və Avropa İttifaqı arasında “Qonşuluq siyasəti” çərçivəsində

qəbul edilmiş Fəaliyyət Planının müddəalarının icrası “İrqi ayrı-seçkiliyin bütün

formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyaya uyğun olaraq son

illər təhsil sahəsində insan hüquqlarının müdafiəsi və təşviqi vəziyyəti, irqi ayrı-

seçkiliyin ləğv edilməsi, eyni zamanda azsaylı xalqların hüquqlarının qorunması

istiqamətində Təhsil Nazirliyi tərəfindən 2012-ci ildə görülmüş işlər barədə məlumat

hazırlanmış və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “İcra intizamının

möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri

haqqında” 26 oktyabr 2006-cı il tarixli, 472 nömrəli Fərmanının icrası ilə əlaqədar

2012-2013-cü illərdə ölkə Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncamlar

üzrə görülmüş işlər barədə məlumatlar hazırlanmış və Prezident Administrasiyasına

göndərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli, 1578

nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan

Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın

həyata keçirilməsi üzrə Tədbirlər Planına (2011-2015-ci illər) uyğun olaraq Təhsil

Page 34: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

10

Nazirliyinə həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi barədə 2013-cü ilin ilk 6

(altı) ayı ərzində görülmüş işlərə dair məlumatlar hazırlanmış, İqtisadiyyat və Sənaye

Nazirliyinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2011-ci il tarixli, 1836

nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq

Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın

icrası ilə əlaqədar 2013-cü ilin ilk 6 (altı) ayı ərzində Təhsil Nazirliyi tərəfindən

görülmüş işlər barədə məlumat hazırlanmış, Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar

2013-cü ilin 6 (altı) ayı ərzində Təhsil Nazirliyi tərəfindən görülmüş işlərlə bağlı

məlumatlar hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2009-cü il tarixli 86

nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi

Qaydası”nın 2.5-ci bəndinin icrası istiqamətində 2014-cü il üçün peşə və ixtisaslar

üzrə təhsillərini başa çatdıracaq Azərbaycan Respublikası vətəndaşlarının sayı barədə

məlumat və siyahı hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə

təqdim edilmişdir.

Struktur bölmələrin il ərzində gördükləri işlərə dair hesabatları nəzərdən

keçirilmiş və müvafiq şöbələrlə birgə Nazirliyin 2013-cü ildə gördüyü işlərə dair

ümumi hesabat hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın

həyata keçirilməsi üzrə Fəaliyyət planının hazırlanmasında şöbə iştirak etmiş, Dövlət

Strategiyasının nəzərdə tutulan məsələlərin müzakirəsi və müvafiq təkliflərin

hazırlanması məqsədilə Nazirliyin struktur bölmə rəhbərləri üçün “Müəllim hazırlığı

və müəllimlərin peşəkar inkişafı” mövzusunda təqdimat keçirilmişdir.

VI. Vətəndaşların qəbulu, ərizə və şikayətlərə, sənədlərə baxılması.

Page 35: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların

11

Təhsil Nazirliyinin 31 may 2013-cü il tarixli 685 nömrəli və 23 dekabr 2013-cü

il tarixli 928 nömrəli əmrlərinə və vətəndaşların qəbul qrafikinə əsasən hər həftənin

bazar ertəsi günü olmaqla İnsan resursları şöbəsi tərəfindən ümumilikdə 2019

vətəndaş qəbul edilmişdir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda

vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 2013-cü il ərzində Sumqayıt, Şirvan və

Lənkəran şəhərləri, Siyəzən, Şamaxı, Yevlax, Ağcabədi və Siyəzən rayonlarında

təhsil naziri tərəfindən vətəndaşların qəbulu prosesində 800-dək vətəndaş qəbul

edilmişdir ki, onlardan 550 nəfəri məhz şöbənin səlahiyyətlərinə aid müəllimlərin işə

qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə

dəyişdirilməsi, ucqar kənd məktəblərində işləyən müəllimlərə həvəsləndirmə

tədbirlərinin tətbiqi, təhsil müəssisələrində çalışmanın son yaş həddi, işə bərpa

olunma və digər məsələlərlə bağlı müraciətləri dinlənilmiş, nazirin tapşırığına əsasən

bütün müraciətlər cavablandırılmış və müraciətlərin 70 faizi müsbət həll olunmuşdur.

2013-cü il ərzində İnsan resursları şöbəsinə Azərbaycan Respublikası

Prezidentinin Administrasiyası, Milli Məclis və Nazirlər Kabinetindən vətəndaşların

müraciətlərinə dair 1700 ərizə, vətəndaşlar tərəfindən 4706 ərizə və şikayət daxil

olmuş və həmin sənədlər vaxtında icra olunmuşdur. İl ərzində şöbəyə vətəndaşlardan

3012 elektron müraciət daxil olmuş, müvafiq araşdırma və təhlillər əsasında

cavablandırılmışdır.

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli

Məclis və Nazirlər Kabinetindən şöbəyə 130 məktub, yerli təhsili idarəetmə

orqanları, digər qurum və təşkilatlardan 3386 məktub daxil olmuş, bütün sənədlər

araşdırılaraq vaxtında icra olunmuşdur.

VII.Təhsil işçilərinin əməyinin qiymətləndirilməsi.İl ərzində təhsil işçilərinə fəxri adların verilməsi, dövlət təltiflərinə

namizədlər haqqında məlumatların hazırlanması və təltif olunanların şəxsi işlərinin

toplanması, Təhsil Nazirliyinin təltiflərinin verilməsi üzrə sənədləşmə işləri

aparılmışdır. 2013-cü il ərzində 157 nəfərin Təhsil Nazirliyinin ”Qabaqcıl təhsil

Page 36: 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR · səviyyələr üzrə sayı, kadrların təhsil səviyyəsinə görə bölgüsü, işə qəbul olunan və işdən çıxarılan kadrların