müasir təlim texnologiyaları mühazirə xülasələri

53
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU Akif Nəzərov MÜASİR TƏLİM TEXNOLOGİYALARI (Mühazirə xülasələri) DƏRS VƏSAİTİ (Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji məktəblərin bakalavr pilləsi üçün, habelə magistrlər üçün nəzərdə tutulmuşdur) (Vəsait “Müasir təlim texnologiyaları” mövzusunda hazırlanmış Proqrama uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29.06.2010-cu il tarixli 870 №-li əmrinə müvafiq olaraq yazılmışdır) Bakı – 2012 Dərs vəsaiti AMİ-nin Pedaqogika kafedrasında hazırlanmışdır Müəllif: Akif Məmmədağa oğlu Nəzərov Filologiya üzrə fəlsəfə doktoru, dosent Əməkdar Müəllim Redaktor: Rüfət Lətif oğlu Hüseynzadə Pedaqogika üzrə elmlər doktoru, professor Əməkdar Müəllim Rəyçilər: Akif Nurağa oğlu Abbasov Pedaqogika üzrə elmlər doktoru, professor Qabaqcıl Təhsil İşçisi Ağahüseyn Məmmədhüseyn oğlu Həsənov Pedaqogika üzrə elmlər doktoru, professor Əməkdar Müəllim Mircəfər Mirməsi oğlu Həsənov Pedaqogika üzrə fəlsəfə doktoru, professor Əməkdar Müəllim A.M.Nəzərov. Müasir təlim texnologiyaları. Dərs vəsaiti. ADPU-nəşriyyatı. Bakı-2012. 103 səh Pedaqoji texnologiya dedikdə, əvvəlcədən verilmiş xarak- teristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal didaktik proseslər başa düşülür. Dərs vəsaitində məsələlərin açıqlanmasına da məhz bu nöqteyi-nəzərdən yanaşılmışdır.

Upload: doanthuan

Post on 07-Feb-2017

462 views

Category:

Documents


41 download

TRANSCRIPT

Page 1: Müasir təlim texnologiyaları mühazirə xülasələri

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİAZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU

Akif Nəzərov

MÜASİR TƏLİMTEXNOLOGİYALARI

(Mühazirə xülasələri)

DƏRS VƏSAİTİ

(Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqojiməktəblərin bakalavr pilləsi üçün, habelə magistrlər üçün

nəzərdə tutulmuşdur)

(Vəsait “Müasir təlim texnologiyaları” mövzusunda hazırlanmışProqrama uyğun olaraq Azərbaycan Respublikası Təhsil

Nazirliyinin 29.06.2010-cu il tarixli 870 №-li əmrinə müvafiqolaraq yazılmışdır)

Bakı – 2012

Dərs vəsaiti AMİ-nin Pedaqogika kafedrasında hazırlanmışdır

Müəllif: Akif Məmmədağa oğlu NəzərovFilologiya üzrə fəlsəfə doktoru, dosentƏməkdar Müəllim

Redaktor: Rüfət Lətif oğlu HüseynzadəPedaqogika üzrə elmlər doktoru, professorƏməkdar Müəllim

Rəyçilər: Akif Nurağa oğlu AbbasovPedaqogika üzrə elmlər doktoru, professorQabaqcıl Təhsil İşçisi

Ağahüseyn Məmmədhüseyn oğlu HəsənovPedaqogika üzrə elmlər doktoru, professorƏməkdar Müəllim

Mircəfər Mirməsi oğlu HəsənovPedaqogika üzrə fəlsəfə doktoru, professorƏməkdar Müəllim

A.M.Nəzərov. Müasir təlim texnologiyaları. Dərs vəsaiti.ADPU-nəşriyyatı. Bakı-2012. 103 səh

Pedaqoji texnologiya dedikdə, əvvəlcədən verilmiş xarak-teristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimaldidaktik proseslər başa düşülür. Dərs vəsaitində məsələlərinaçıqlanmasına da məhz bu nöqteyi-nəzərdən yanaşılmışdır.

Page 2: Müasir təlim texnologiyaları mühazirə xülasələri

3

ÖN SÖZHazırkı dövrdə Azərbaycanın təhsil sistemində zəruri

islahatın aparıldığı bir şəraitdə tədris proqramlarının təkmilləş-dirilməsinə, yeni dərsliklərin yazılmasına böyük ehtiyac duyulur.Dünyada gedən qloballaşma və Azərbaycan təhsil sistemininAvropa təhsil sisteminə inteqrasiyası təhsil sistemində yeni təlimtexnologiyalarından, fəal və interaktiv təlim metodlarından, yenitexnologiyalardan istifadə edilməsini tələb edir. Bu baxımdan,“Müasir təlim texnologiyaları” fənni üzrə hazırladığımız dəsrvəsaiti (mühazirə xülasələri) aktuallığı ilə seçilir.

Bu vəsait “Məktəbəqədər və ibtidai təhsilin pedaqogika vəmetodikası”, “Pedaqogika və psixologiya” ixtisasları üzrə təhsilinbakalavr pilləsi üçün hazırlanmışdır.

Vəsaitdə müasir təhsil metod və texnologiyalardan isti-fadənin nəzəri və təcrübi məsələlərindən geniş bəhs olunmuşdur.Burada pedaqoji texnologiyalara tarixi-nəzəri baxış, təlim texno-logiyaları haqqında anlayış, təlim texnologiyalarının struktur vəfunksional komponentləri, təlim texnologiyalarının yaradılması vətətbiqi prinsipləri, fəal və interaktiv təlim metodları, habelə tər-biyə texnologiyaları kimi aktual problemlərin təhlilinə xüsusidiqqət yetirilmişdir.

Pedaqoji texnologiya dedikdə, əvvəlcədən verilmiş xarak-teristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimaldidaktik proseslər başa düşülür. Dərs vəsaitində məsələlərinaçıqlanmasına da məhz bu nöqteyi-nəzərdən yanaşılmışdır.

Həmçinin, vəsaitdə pedaqoji texnologiyalarla təlim pro-sesinin idarə olunmasına, təlim texnologiyalarnın spesifik əlamət-lərinə diqqət yetirilmişdir. Ən nəhayət, vəsaitdə nəzərdə tutulmuşhər bir ayrı-ayrı mövzunun sonunda istifadəsi zəruri sayılan ənvacib pedaqoji-psixoloji ədəbiyyatın siyahısı verilmişdir.

Dərs vəsaitindən bakalavr təhsili alan tələbələrlə yanaşımagistrlər, habelə pedaqoji ictimaiyyət də faydalana bilər.

Rüfət Lətif oğlu Hüseynzadə,Pedaqogika üzrə elmlər doktoru, professor,

Əməkdar Müəllim

4

I MÖVZUPEDAQOJİ TEXNOLOGİYALARA

TARİXİ-NƏZƏRİ BAXIŞ

PLAN:1. Təlim və tərbiyənin bəşəriyyətin mədəni fəaliyyətinin

ən qədim növü hesab edilməsi2. Sivilizasiyanın inkişafı tarixində ilk mədəni inqilab3. Eramızın bütün əsrlərində təhsil, təlim, tərbiyənin

təkamül və inkişafının əsas vasitəsi hesab edilməsi4. XX əsr təhsilin insanları peşəkar fəaliyyətə və həyata

hazırlanmasının önə çəkildiyi dövr kimi5. Hər bir ölkənin özünəməxsus təhsil sistemi, təhsil

siyasəti, təhsil və inkişaf konsepsiyasına malik olması.

Tərbiyə işi insan cəmiyyəti mövcud olan gündən daiminsanların diqqət mərkəzində olmuşdur. Məlumdur ki, ibtidaiicma quruluşu dövründə heç bir məktəb, heç bir təhsil sistemi yoxidi. İnsanlar hamısı bir yerdə müəyyən mağaralara toplaşır, ov-çuluqla məşğul olur və ehtiyaclarını ödəməyə çalışırdılar. Qul-darlıq quruluşunda oğlanların tərbiyəsi ilə kişilər, qızların tərbi-yəsi ilə isə qadınlar məşğul olurdular. Kişilər oğlanlara ov ovla-mağı öyrədir, qızlar isə mağarada onlara məxsus olan işlərdəfəaliyyət göstərməklə məşğul olmuşdular. Lakin təlim isə savadla,yazı ilə əlaqədar olduğu üçün sonralar meydana çıxmışdır.

Sivilizasiyanın inkişafı tarixində ilk mədəni inqilab ya-zının meydana çıxması ilə yarandı. Çünki yazı meydana çıxandansonra savad təlimi yarandı. Müəllimlər şagirdlərə dərs deməyəbaşladılar. Həyat inkişaf etdikcə elm, təhsil, savad da inkişafetməyə başlayır. Məktəblərin şəbəkəsi genişlənir. Bu məktəblərdədünyəvi elmlər və dini elmlər öyrədilməyə başlandı. QədimHindistanda, Çində, Yunanıstanda, Romada təlim və təhsil sahə-sində olduqca böyük uğurlar və nailiyyətlər əldə edildi. QədimRomada və Yunanıstanda Sokrat, Aristotel və Platon kimi dahifilosoflar öz dövrünün eradan qabaq yaşamış çox görkəmli

Page 3: Müasir təlim texnologiyaları mühazirə xülasələri

5

filosofları olmuşdur. Qədim Çində Konfutsi adlı dahi filosofmeydana gəlmişdir. Azərbaycanda isə zərdüştlük fəaliyyətgöstərməyə başlamışdır. Eradan qabaq VI əsrdə yaşayıb-yaradanZərdüşt bir azərbaycanlı olaraq dünya mədəniyyəti xəzinəsinə“Avesta” adlı məşhur əsərini bəxş etmişdir. Neçə min öküz dərisiüzərində yazılmış bu əsərin olduqca çox cüzi bir hissəsi gəlib bizəçatmışdır. “Avesta”da təlim-tərbiyə məsələlərinə çox geniş yerverilmişdir. Burada torpağa bağlılıq, torpağı sevmək, zəhmətəaludə olmaq, böyüklərə, uşaqlara, qocalara, ata və analara hörmətvə qayğı, vətən torpağını qorumağa daim hazır olmaq və s. bukimi yüksək əxlaqi, etik normalar öz əksini tapmışdır. Elmə,təhsilə, müəllimə böyük ehtiram və və hörmət bəsləyən Zərdüşt“Avesta” əsərində bu məsələlərin də şərhinə və izahına xüsusidiqqət yetirmişdir.

Eramızın bütün əsrlərində təhsil, təlim, tərbiyəçinin təka-mül və inkişafı əsas vasitə hesab edilmişdir. Tərbiyəçi-müəllimöyrədən, şagird isə öyrənəndir. Bu mənada yaxşı müəllimşagirdlər üçün ideallıq rəmzinə çevrilməlidir. Onlar üçün əslnümunə, örnək olmalıdır. Rusiya ilə birləşəndən sonra rus mədə-niyyətinə, rus ədəbiyyatına, rus elminə sonsuz maraq yarandı.Rusiyada təhsillərini davam etdirən çoxlu azərbaycanlı balalarırus dili vasitəsilə dünya mədəniyyətinə yiyələnməyə və onunnailiyyətlərinin öyrənilməsinə imkan tapdılar. XIX əsr Azər-baycanın bir sıra bölgələrində Şəki, Şamaxı, Gəncə, Naxçıvan,Bakı, Lənkəranda rus dilində qəza məktəbləri açıldı və həminməktəblərdə mütəxəssis müəllimlər dərs deməyə başladılar.

XIX əsrdə artıq təhsil modellərində aktuallaşma prosesigedirdi. Təhsilin insanları peşəkar fəaliyyətə, həyata hazırlan-masının ön plana çəkildiyi hiss olunmağa başladı.

Çar Rusiyasına Azərbaycan dilini bilən məmurlar lazımidi. Ona görə də Bakı, Şamaxı, Şəki, Lənkəran, Gəncə və bu kimiAzərbaycanın iri yaşayış, sənaye mərkəzlərində Azərbaycan diliilə yanaşı Rus dili məktəbləri də açıldı. Məsələn, məşhur yazıçı vədramaturq M.F.Axundov 1830-cu illərdə Şəkidə açılan rus-tatarməktəbində oxumuşdur. Məşhur yazıçı, şair, filosof Bakıxanov

6

Bakıda açılmış eyni tipli məktəbdə təhsil almışdır. Sonralar həriki dahi şəxsiyyət çar ordusunda xidmət edərək palkovnik rütbə-sinə qədər yüksəlmişlər. Məktəblərin açılması xalqın maariflən-məsində çox böyük rol oynadı.

Hər bir ölkənin özünəməxsus təhsil sistemi, təhsil siyasəti,təhsil və inkişaf konsepsiyası vardır. 70 il SSRİ dövründə inzibatiamirlik metodu hökm sürmüşdür. Yəni yuxarıdan əmr və sərən-camlarla məktəblər idarə olunurdu. Demokratizm və prularizminhökm sürdüyü müstəqil Azərbaycan hökumətinin isə özünə-məxsus təhsili və təhsil konsepsiyası vardır. Məktəblərin yenidənqurulması ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Qanunuvə Təhsil Haqqında İslahat proqramları qəbul edildi. İstər TəhsilQanunu, istərsə də təhsil haqqında İslahat proqramlarının tələb-lərinə uyğun olaraq Respublika Pedaqoji ictimaiyyətinin qarşısınaaşağıdakı vəzifələr qoyulmuşdur:

1. Yeni insan şəxsiyyətinin hərtərəfli və ahəngdar inki-şafını təmin etmək

2. Şəxsiyyətin formalaşması qanunauyğunluqlarınıaşkara çıxarmaq

3. Qabaqcıl pedaqoji təcrübəni ümumiləşdirmək və yay-maq

4. Müəllimin təlim-tərbiyə fəaliyyətini nəzəri metodikaəsasında işləyib hazırlamaq

5. Gənc nəslin təlim-tərbiyə işini təşkil etmək.Hər bir xalq dünya mədəniyyətinin inkişafına öz töhfəsini

vermişdir. Bu mənada böyüyən nəslin təhsil və tərbiyəsi ilə bağlıyaranmış baxışların, nəzəriyyə və təcrübənin inkişafına təsirgöstərən pedaqoji ideyaları bu və ya digər xalqın müstəsnaxidmətlərinin nəticəsi hesab etmək olmaz. Elm və sənət hansıölkədən gəlirsə gəlsin bütün insanlara aiddir. Ona görə də xüsusiqeyd olunmalıdır ki, dünya pedaqoji fikrinin dəyər statusuqazanmış nümunələri ayrı-ayrı seçilmiş xalqa və millətə deyil,bəşər mədəniyyətinə məxsusdur. Ona görə də, bu tarixi-pedaqojiirs dünya xalqları tərəfindən eyni dərəcədə öyrənilməli, tədqiq vətəbliğ olunmalıdır. İndiki dövrdə bu böyük aktuallıq kəsb edir.

Page 4: Müasir təlim texnologiyaları mühazirə xülasələri

7

Müasir pedaqoji nəzəriyyələr tarixi inkişafın nəticəsidir. Tərbiyəvə təhsilin müasir nəzəriyyəsi bükülüb-örtülmüş tarix, zənginxəzinə və qiymətli mənbədir. Tarixsiz nəzəriyyə, nəzəriyyəsiz sə-mərəli təcrübə yoxdur. Keçmişlə hazırkı dövr və gələcək arasındaqarşılıqlı əlaqənin dinamikası belədir. Buna görə də bizim bilik vətəcrübəmiz zaman keçdikcə elə bir əsasa çevriləcəkdir ki, gələcəknəsil ona istinad edərək öz övladlarına təhsil, tərbiyə verə biləcəkvə eynilə bizim kimi öz dövrünün tələblərinə uyğun olaraq əldəetdiyi nəticələrlə bu təcrübəni zənginləşdirəcəkdir. Təkcə bu gündeyil, gələcəyi dərindən dərk etmək və qiymətləndirmək nöqteyinəzərindən keçmişi yaxşı bilmək lazımdır. Keçmiş bu günlə sıxbağlı olduğu kimi, bu gün də gələcəklə sıx bağlıdır. Bir çoxməsələlərdə gələcək üçün zəmin təşkil edəcək bu günün ağıllı,qabaqcıl fikirli ideyaları keçmişin mütərəqqi irsi ilə bağlıdır.Həmin irs bu gün də insanın ağlına, zəkasına qida və qüvvət verir.Eyni zamanda gələcək üçün daha yaxşı perspektivin yaradıl-masına, təhsil və tərbiyənin daha optimal üsulunun tapılmasınayardım edir. Məktəb və pedaqogika ideyalar və konsepsiyalarməcmusundan tədricən artıq elmə çevrilmişdir. Pozitiv pedaqojiideyalar tarixin ayrı-ayrı məqamlarında tez-tez öz əhəmiyyətiniitirərək aradan çıxmış, lakin sonralar başqa şəkildə özünü büruzəvermişdir. Təhsil, tərbiyə təchizatlarının inkişafı müxtəlif vəziddiyyətli olmuşdur. Zaman keçdikcə səviyyəsi, miqdarı vənəticələri daha da yüksəlmişdir. XX əsr təhsil modelləri cərə-yanlarının meydana çıxdığı, təhsilin insanları peşəkar fəaliyyətəvə həyata hazırlanmasının ön plana çəkildiyi bir dövr kimi səciy-yələnir. Ənənəvi təhsildən fərqli olaraq müasir təhsil model-lərinin, konsepsiyalarının əsas ideyaları sadəcə olaraq təhsilalanların yaddaşını nəzəri faktlarla doldurmağa yönəlmişdir.Ənənəvi təhsildə fakt və hadisələri əzbərləməyə diqqət yetirilir-disə, müasir məktəbin əsas məqsədi isə rəqabətə qabil, tənqiditəfəkkürə malik, çevik idarəetmə təfəkkürünə malik, onu əhatəedən təsirlərə tənqidi yanaşmaq bacarığına malik, sərbəst qərarqəbul etmək qabiliyyətinə malik, dəyişən şəraitə çevik uyğun-laşmaq qabiliyyətinə malik, əməkdaşlıq etmə, “ünsiyyətqurma”,

8

müstəqil öz fikrini ifadə edə bilən şəxsiyyət formalaşdırmaqdır.Müasir təhsil sisteminin əsas tərəfi təhsilalana subyekt kimi ya-naşmaqla yeni insanın formalaşmasını cəmiyyətin əsas məqsədinəçevirməkdir. Bu isə insanların öz bacarıq və qabiliyyətlərininreallaşması üçün maksimum şərait yaratmağı tələb edir. Müasirşəraitdə ölkələrdə tərbiyə işinin əsas məqsədi böyüyən nəsildə əsilvətəndaşlıq keyfiyyətlərini formalaşdırmaqdan ibarət olmalıdır.Çünki, təhsil insanın özünü və dünyanı dərk etməsinin təminatçısırolunda çıxış edir. Təhsilin hərtərəfli və ahəngdar inkişafına təkanverir. Buna görə də, təlim təhsil vasitəsilə şəxsiyyətin yetkin-ləşməsi prosesində daha üzvi amilə çevrilir. İlk növbədə, təhsilvasitəsilə şəxsiyyətin inkişafı və tərbiyəsinin daha optimal,səmərəli, daha düzgün elmi əsaslarla qurmaq barəsində düşünməklazım gəlir. İnsan 3 cəhətdən tərbiyə olunursa, o, şəxsiyyətbütövlüyünə yiyələnə bilər. Bunlar aşağıdakılardır:

1) mənəvi-ruhi tərbiyə;2) əxlaqi və etik tərbiyə;3) ağlın, iradə və xarakterin tərbiyəsi.Bütün zamanlarda əxlaq və mənəviyyat şəxsiyyət

bütövlüyünün meyarı kimi götürülmüşdür. Azərbaycan pedaqoji-ictimai fikrində şəxsiyyətin mənəviyyatı dedikdə, bütün insanlığınxeyrinə xidmət edən ümumbəşəri mənəviyyat nəzərdə tutulur.Müasir təhsil sistemində insanlara subyekt kimi yanaşmaq onununikal, fəal, daxilən azad və mənəviyyatlı bir şəxsiyyət kimi ta-nınması əsas faktor kimi qəbul olunur. Fərdin imkanlılığı dedikdə,hər bir şəxsin təkrarolunmazlığı, bənzərsizliyi başa düşülmüşdür.

Unikallıq fərdi xüsusiyyətlər və qabiliyyətləri müxtəlifolan şagird kontingentləri üçün variativ təhsil proqramlarınınhazırlanması və tətbiqi yolu ilə təlim-tərbiyə proseslərini fərdi-ləşdirməyi və differensiallığı təmin edir.

Təhsilin keyfiyyətini yaxşılaşdırmaq və bununla da XXIəsrdə ölkənin sosial, siyasi və iqtisadi tələbatlarını təmin etməktəhsil sahəsində islahatın əsas məqsədi kimi qarşıya qoyulmuşdur.

“Bu məqsədlə Azərbaycan hökuməti maliyyə üçün ABŞ,İngiltərə, Yaponiya, Çin, Almaniya, Rusiya, Hollandiya kimi

Page 5: Müasir təlim texnologiyaları mühazirə xülasələri

9

inkişaf etmiş ölkələrlə və Dünya Bankı, UNİSEF, SOROS Fondukimi təşkilatlarla iş birliyi qurmuşdur. Odur ki, 1999-cu ildənTəhsil Sahəsində İslahat Proqramı həyata keçirilməyə başlanmışvə bu layihə təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsivə səmərəliliyinin artırılması üzrə tədbirlərin həyata keçirilməsiistiqamətinə yönəldilmişdir. Bunun da mərkəzində ilkin müəllimhazırlığı, təhsilin məzmununun təkmilləşdirilməsi, idarəetməninyeniləşdirilməsi, maliyələşmənin, qiymətləndirmənin yeni mode-linin işlənməsi və sairə durmuşdur”. (Bax: A.Mehrabov, Ə.Abba-sov, Z.Zeynalov, R.Həsənov. Pedaqoji texnologiyalar. Bakı-2006,səh. 17)

Texnologiya yunan mənşəli söz olub, sənətə sistemliyanaşma deməkdir. Başqa sözlə texnologiya xüsusi sahələrdəbiliklər sisteminin tətbiqi nəticəsində xüsusi metodlardan istifadəedərək tapşırığı yerinə yetirmək tərzi kimi dərk olunur.

ƏDƏBİYYAT

1. Ağamalıyev R. Azərbaycan təhsili XXI əsrə doğru:idarəetmə, prioritet, islahatlar. Bakı, 1998.

2. Ağayev Ə., Talıbov Y., Eminov A., İsayev İ. Pedaqogika.Bakı, 2006.

3. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu.Bakı, 2009.

4. Əlizadə Ə. Müasir Azərbaycan təhsilinin psixolojiproblemləri.

5. Əsgərov Ş. Təhsilimiz dünən, bu gün, sabah. Bakı, 2003.6. Mehrabov A. Azərbaycan təhsilinin müasir problemləri.

Bakı, 2007.

10

II MÖVZUTƏLİM TEXNOLOGİYALARININ MAHİYYƏTİ

VƏ MƏZMUNU

PLAN:1. Pedaqoji texnologiyanın təlim prosesinə yeni baxışkimi daxil olması2. Ənənəvi yanaşma və texnologiyanın köməyi ilətəlim prosesinin idarə olunmasındakı başlıca fərqlər3. Əməkdaşlıq (kollektiv) təlim texnologiyası4. Layihələr metodu ilə təlim texnologiyası5. Modullu təlim texnologiyası

Pedaqogika texnoloji təlim prosesinə yeni baxışdır. Bubaxışa görə təlim prosesi ənənəvi təlimdən fərqli olaraq mak-simum idarə olunan proses olmalıdır. Təlim texnologiyasınıntarixi XX əsrin II yarısında bilikləri yoxlamaq üçün texnikiqurğuların meydana gəlməsindən başlamışdır. Bir müddət təlimtexnoloji təlimdə texniki vasitələrdən istifadə kimi başadüşülürdü. Alimlər belə hesab edirlər ki, texnikadan istifadə dahaçox informasiya vermək üçün köməkçi xarakter daşıyır. Ammatədris prosesinin ayrı-ayrı mərhələlərində texnikanın tədris pro-sesinə daxil edilməsi aktiv inkişaf edir. Alimlər gələcəkdə müəl-lim və məktəbin köməyi olmadan öyrədici (təlimedici) sistem-lərdən müstəqil istifadə olacağını praqnozlaşdırırlar.

XX əsrin 50-ci illərindən başlayaraq alimlərin axtarışlarıbaşqa istiqamət götürdü. Nəticədə təlim texnikası və texnizasiyasıdeyil, təlim texnikasə və texnologizasiyası anlayışları elmi döv-riyyəyə daxil olur. Proqramlaşdırılmış təlim, daha sonra infor-matika, kibernetika və sistemli yanaşma təlim prosesini texno-logiya kimi başa düşmək üçün bir əsas oldu. Təlim prosesinəgeniş sistem kimi baxmağa başladılar. Buraya məqsədlərdəntutmuş, nəticələrə nəzarətə qədər hər şey daxil oldu. Başlıca ideyaöyrədici (təlimedici) texnologiyanı ekranda canlandırmaq ideyasıidi.

Page 6: Müasir təlim texnologiyaları mühazirə xülasələri

11

Mütəxəssislər və müəllimlərin özləri, təlimin texnikasıideyasına birmənalı münasibət bəsləmirlər. Müəllim əməyi hələdə mexanikləşdirilməmiş əl əməyi olaraq qalır. Bir çox peda-qoqlar belə hesab edirlər ki, bu belə də olmalıdır, çünki yalnızcanlı insan oxuda, öyrədə bilər. Lakin təlim texnologiyasınıninkişafı göstərir ki, hər bir fənni öyrətmək üçün texnoloji prosesiyaratmaq mümkündür. Texnologiya üzrə mütəxəssislər “Texno-loji proqramlar” təlim layihələri işləyib hazırlayırlar.

Müəllimlər həmin paketlər və layihələrlə işləyən zamanməsləhətçi – təşkilatçı funksiyasını yerinə yetirirlər. Çoxlarına eləgəlir ki, bu hamının müqəddəs saydığı müəllimlik peşəsinəhörmətsizlikdir. Amma yadda saxlamaq lazımdır ki, bir çox müəl-limlər metodistlərin onlar üçün hazırladığı metodiki işləmələrdə,dərs planlarından məmnuniyyətlə istifadə edirlər. Köhnə əməkəməliyyatlarından azad olan müəllim sözün həqiqi mənasındapedaqoji işlə, şagirdlərin inkişafı ilə məşğul olur. Təlimdə şəxsiy-yətin, yaradıcılığın və mexanikləşdirmənin nisbəti məsələsihəqiqətən adi məsələ deyil, həll olunmalıdır. Beləliklə, pedaqojitexnologiya dedikdə, qabaqcadan verilmiş xarakteristikalar üzrəkompüter təlimi üçün işlənib hazırlanmış, optimal, didaktikproseslər başa düşülür.

Bundan başqa, praktik planda pedaqoji texnologiyamüəllimin hər hansı bir texnoloji cəhətdən işlənib hazırlanmışmetodlar və priyomlar sistemini, nəhayət tərbiyə işinin meto-dikasını və metodlarını da ifadə edə bilər.

Texnologiyanın köməyi ilə həll olunan başlıca problemtəlim prosesinin idarə olunmasıdır. Ənənəvi “qeyri-təlim texno-logiyası” metodlarının nöqsanları vardır. Qeyri müəyyənlik öy-rənmə əməliyyatlarının az idarə olunması mənimsənilmənin yox-lanılmasının obyektiv və epizodik xarakter daşıması buna misalola bilər.

Ənənəvi yanaşmada müəllim teoremi öyrətmək, şeri təhliletmək, kvadrat tənlikləri həll etmək və s. məqsədləri qoyur. Buməqsədlər şagirdlərin fəaliyyətini təsvir etmir. Texnologiyayagörə təlimin məqsədi şagirdin vəziyyətini, onun biliklərini,

12

fikirlərini, hisslərini, davranışını dəyişməkdir. Texnologiyanınvəzifəsi təlimedici sistemin bütün elementlərini öyrənmək vətəlim prosesini layihələşdirməkdir.

Təhsil məktəblərində geniş yayılmış, lakin şəxsiyyətinhərtərəfli inkişaf etməsində imkanları məhdud olan ənənəvi təlimtexnologiyaları XX əsrin sonunda bir çox yaradıcı, yenilikçipedaqoqlar tərəfindən təhsildə effektiv olmayan, hətta zərərlinəticələr verən texnologiyalar kimi qiymətləndirilməyə başlandı.Bu cür qiymətləndirmə inkişaf etmiş ölkələrdə cəmiyyətin məlu-matlılıq səciyyəsinin kifayət qədər yüksək olması ilə qiymət-ləndirilirdi. Tədris prosesində təhsil alanın hərtərəfli şəxsiyyətkimi formalaşması üçün yeni pedaqoji texnologiyalardan məq-sədəuyğun və kompleks şəkildə istifadə edilməsi daha yüksəknailliyyətlər əldə etməyə imkan verir. Burada məqsədə və təliminməzmununa uyğun texnologiyalar seçilməsi və onların ardıcıl,qabaqcadan müəyyənləşdirilmiş vaxtda yerinə yetirmək məqsədə-müvafiqdir. Hazırda müasir pedaqoji praktikada daha geniş tətbiqolunan şəxsiyyətyönümlü-inkişafetdirici pedaqoji texnologiyalaraşağıdakılardır:

1) Əməkdaşlıqla təlim texnologiyası;2) Layihələr metodu ilə təlim texnologiyası;3) Modulla təlim texnologiyası.Son illər tədris prosesində istifadə olunmağa başlayan

daha artıq maraq göstərilən təlim texnologiyasının mahiyyəti vəməzmunu ilə bir qədər ətraflı tanış olaq:

Əməkdaşlıqla (kollektiv) təlim texnologiyası – bu təlimtexnologiyasında əsas ideya nəyisə birlikdə yerinə yetirmək yox,birlikdə öyrənməkdir. Kollektiv təlim texnologiyası XX sərin 80-cı illərindən ABŞ və İsrail pedaqoqları Ravin və onun şagirdləritərəfindən işlənmişdir. Bu kollektiv qarşılıqlı təlim texnologi-yasının aşağıdakı üstünlükləri vardır:

1) Müntəzəm şəkildə təkrar olunan çalışmalar nəticəsindəşagirdlərdə məntiqi təfəkkür və anlama vərdişləri təkmilləşir

Page 7: Müasir təlim texnologiyaları mühazirə xülasələri

13

2) Şifahi nitq prosesində və görülmüş işlərin müzakirəsizamanı şagirdlərin fikri fəaliyyət vərdişləri inkişaf edir, əvvəllərqazandığı təcrübə və bilikləri aktuallaşır

3) Qruplarda işləyən hər bir uşaq özünü sərbəst hiss edir,təlim tapşırıqlarını özünəməxsus tempdə yerinə yetirir

4) Uşaq həm öz işinin, həm də kollektivin işinin nəticəsiüçün məsuliyyət daşıyır

5) Uşaqda öz şəxsi keyfiyyətlərini, imkan və qabiliy-yətlərini qiymətləndirmək bacarığı formalaşır

6) Bu informasiyanın bir neçə müxtəlif tərəfdaşla müza-kirəsi assosiativ əlaqənin miqdarını çoxaldır. Bununla da mənim-səmə daha da möhkəmlənir.

Bu metodda qrupun əsas üzvləri mövzu üzərindəyoldaşları ilə əlaqəli şəkildə işləyirlər. Birlikdə qarşıya qoyulmuşməqsədə nail olmağa çalışırlar. Tapşırıqlar, onların yerinəyetirilməsi üçün ayrılan vaxt müxtəlif olur. Komandalar bir-biriləyarışmırlar, onlar müxtəlif müddətdə müxtəlif tapşırıqlara cavabhazırlayırlar. Hər bir qrupun müvəffəqiyyəti onun üzvlərinin fərdiməsuliyyəti və çalışqanlığı ilə bağlıdır. Buna görə də qrupun bü-tün üzvləri çalışırlar ki, verilən tapşırığı, materialları yaxşı mə-nimsəyə bilsinlər. Kollektivlə iş zamanı müəllimin əsas vəzifəsiuşaqları bilməməkdə, bacarmamaqda günahlandırmaq və bunlarısinifdə elan etmək deyil, onları bilmədiklərini və bacarmadıqlarınıöyrənməyə, istiqamətləndirməyə yol göstərməkdir. Onların fəa-liyyəti müddətində müəllim uşaqların gördükləri işləri izləməli,lazım gəldikdə ehtiyacı olan qrupa kömək etməlidir. Müəllim özköməkliyini xeyirxahlıqla, sakit tərzdə etməli və bunu qrupdamüzakirə aparan uşaqlara təlqin etməlidir. Əgər qrup veriləntapşırığın öhdəsindən gələ bilmirsə bunun 2 səbəbi var:

I. tapşırıq həddən artıq çətin və mürəkkəbdir;II.tapşırığı əldə etmək üçün uşaqlarda möhkəm praktik

vərdişlər yaranmayıb.Bütün bu hallarda müəllimin pedaqoji ustalığınıın artırıl-

ması istiqamətində iş aparılmalıdır.

14

Layihələr metodu ilə təlim texnologiyası – Layihələrmetodu XX əsrin 20-ci illərindən ABŞ-da Con Djui və onunşagirdi Kill Patrin tərəfindən işlənmişdir. Bu metodla fəal təliməsas şagirdin məqsədəuyğun fəaliyyəti ilə onun şəxsi maraqlarınauyğun qurulmuşdur. Metodun əsas mahiyyəti uşaqların əldəetdikləri biliklərin həyatda onlara lazım olmağını göstərməkdir.Tədris prosesində şagirdə tanış olmayan, onun üçün əhəmiyyətdaşıyan, real həyatdan götürülmüş ən vacib problemin həllinə,onun malik olduğu və əldə edəcəyi biliklərdən istifadə etməköyrədilir. Müəllim yeni informasiyaların alınma mənbəyini gös-tərə bilir və bu informasiyadan necə axtarmağın mümkün oldu-ğunu deyə bilir, uşağı istiqamətləndirə bilir. Layihələr meto-dundan uşaqlar fərdi, cütlər və qrup şəklində müəyyən vaxtərzində müstəqil fəaliyyət göstərməyə, həmişə hansısa bir prob-lemi həll etməyə yönəlir. Problemin həllində müxtəlif təlimmetodları və vasitələri tətbiq edilməklə yanaşı, həm də müxtəlifelm, texnika sahəsində sınaqdan çıxmış biliklərdən interaktivşəkildə istifadə etməsi nəzərdə tutulur.

Müasir pedaqoji texnologiyaların bünövrəsi kimi layihələrmetodu-müxtəlif təlim vasitələri və informasiya texnologiyaların-dan istifadə etməklə reallaşır. Burada həm müasir (kompütertelekommunikasiyaları, elektron baza göstəriciləri, video vəmultimedia vasitələri, faks, video rabitə), həm də ənənəvi (elm vəməlumat kitabları, video yazıları və b.) tədris vasitələrindənistifadə edilə bilər. Həmçinin layihələr metodu bir kompleksproblem üzrə yerinə yetirilir.

Modulla təlim texnologiyası – Təlimdə şəxsiyyətyö-nümlü konsepsiyanın reallaşdırılması, inkişafetdirici pedaqojitexnologiyaların layihələşməsi və praktikada tətbiqi onlarınmüxtəlif şəraitdə, müxtəlif mövzular üzrə sınaqdan çıxarılmasını,bu sahədə pedaqoji təcrübənin öyrənilməsini tələb edir.

Məktəblərdə tətbiqinə geniş maraq göstərilən yeni peda-qoji texnologiyalardan biri də modulla təlim texnologiyasıdır.Təlimin modul texnologiyası dedikdə, uşaqların müstəqil olaraq

Page 8: Müasir təlim texnologiyaları mühazirə xülasələri

15

dərsdə və dərsdənkənar vaxtlarda modullu iş prosesində konkrettəlim məqsədlərinə nail olması başa düşülür.

Görkəmli tədqiqatçı alimlərdən A.Mehrabov, Ə.Ağayev,Ə.Abbasov, Z.Zeynalov, R.Həsənov və b. texnoloji yanaşmanınstrukturunu şaquli və üfuqi olmaqla iki yerə bölürlər. Belətexnoloji yanaşmanın şaquli strukturunda bir-birilə əlaqəli – meta,makro, mezo və mikrotexnologiyaları ayırmaq lazımdır.

Matetexnologiya – sosial pedaqoji səviyyədə təhsil sahə-sində sosial siyasəti həyata keçirməyə imkan verən ümum-pedaqoji (ümumdidaktik, ümumtərbiyə) texnologiyadır.

Makrotexnologiya və ya təhsil sahələri üzrə texnologiyahər hansı təhsil sahəsini təlim-tərbiyə prosesinin müəyyənistiqamətini, ümumpedaqoji və ümummetodiki səviyyədə fənnintədrisi ilə bağlı fəaliyyət sahələrini əhatə edir.

Mezotexnologiya və ya lokal modul texnologiya təlim-tərbiyə prosesinin ayrı-ayrı hissələri (modulları), xüsusi, didaktik,metodik və ya tərbiyənin müəyyən bir problem sahəsi ilə bağlıməsələləri həll etmək üçün tətbiq olunan texnologiyadır.

Mikrotexnologiya – pedaqoji prosesin subyektləri arasın-dakı operativ məsələlərin, qarşılıqlı əlaqələrin, yazı vərdişlərininhəlli ilə bağlı texnologiyadır. Belə texnologiyalara misal olaraqyazı vərdişlərinin formalaşdırılması, subyektin (şəxsiyyətin, tədrisprosesinin iştirakçılarının) şəxsi keyfiyyətlərinin korreksiyasıüçün treninqlərin təşkili ilə bağlı texnologiyaları göstərmək olar.(Bax: A.Mehrabov, Ə.Abbasov, Z.Zeynalov, R.Həsənov. Peda-qoji texnologiyalar. Bakı-2006, səh. 11)

ƏDƏBİYYAT

1. Ağayev Ə. Təlim prosesi: Ənənə və müasirlik. Bakı, 2006.2. Qaralov Z. Tərbiyə (prinsiplər, məzmun, metodika), I, II,

III cild. Bakı, 2003.3. Mərdanov M. Azərbaycan təhsil sistemi: real vəziyyət,

problemlər və islahat istiqamətləri. Bakı, 2005.

16

4. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R.Pedaqoji texnologiyalar. Bakı, 2006.

5. Nəzərov A., Məmmədov R. Pedaqoji ustalıq. Dərs vəsaiti.Bakı, 2008.

6. Nəzərov A., Mollayeva E. Müasir dövrün təhsilproblemləri. Dərs vəsaiti. Bakı, 2011.

7. Təhsil sahəsində Azərbaycan Respublikasının İslahatproqramı (1998 – 2004). I kitab, Bakı, 2005, I cild.

8. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu.Bakı, 2009.

Page 9: Müasir təlim texnologiyaları mühazirə xülasələri

17

III MÖVZUTƏLİM TEXNOLOGİYASININ STRUKTUR VƏ

FUNKSİONAL KOMPONENTLƏRİ

PLAN:1 Praktik mənada texnologiya dedikdə nə başa

düşülür2 Təlim texnologiyalarını təşkil edən başlıca

əlamətlər3 Pedaqoji texnologiyaların təsnifatı4 Pedaqoji sistemin təkmilləşdirilməsinin yolları5 İdarəetmədə böyük dəyişikliyin baş verməsinin

səbəbi6 Pedaqoji texnologiyaların təkmilləşdirici funksiyası7 Tədris prosesində pedaqoji texnologiyalardan

istifadənin yolları

Praktik mənada pedaqoji texnologiya dedikdə, həm dəqarşıya qoyulmuş məqsədə uyğun olaraq bilik, bacarıq, vərdiş vəmünasibətləri formalaşdırmaq və onlara nəzarəti həyata keçirməküçün əməliyyatlar kompleksi başa düşülür.

Pedaqoji texnologiyada müəllimin fəaliyyətini aşağıdakıfunksional komponentlərə ayırmaq olar:

1) Qnostik (idraki) komponent2) Layihələşdirici komponent3) Konstruktiv komponent4) Təşkilatçılıq komponenti5) Kommunikativ (ünsiyyət) komponentBeləliklə, müəllimin təlim texnologiyalarını aşağıdakı

əməliyyatlar təşkil edir:I. Bilikləri toplamaq üçün (əldə etmək) əməliyyatlarII. Təlimin və təhsil-tərbiyənin məqsədlərini layihələş-

dirmək üçün əməliyyatlarIII. Təlim və təhsil-tərbiyə prosesini təşkil etmək üçün

əməliyyatlar

18

IV. Bilikləri şagirdlərə öyrətmək üçün əməliyyatlarQnostik komponentə daxildir: təlim, təhsil-tərbiyənin

məqsədləri, tədris etdiyi fənnin məzmunu barədə biliklər, şagird-ləri öyrənmək, təlim prinsiplərini və texnologiyalarını öyrənmək,öyrədici və tərbiyəedici məşğələlər keçirmək və s.

Layihələşdirici komponent. Uzaq məqsədləri (pespek-tivləri), əməliyyatları, vasitələri özündə birləşdirir; layihələşdirməcinsi fərqlər nəzərə almaqla həyata keçirilməlidir

Konstruktiv komponent. Qarşıdakı məşğələni hazırla-maq üçün əməliyyatlar komplektini nəzərdə tutur

Təşkilatçılıq komponenti. Məşğələləri hazırlamaq vəkeçirmək üçün əməliyyatlar komplektini nəzərdə tutur

Kommunikativ komponent. Şagirdlərlə qarşılıqlı ünsiy-yət prosesi zamanı fəaliyyət üçün əməliyyatlar komplektiniözündə birləşdirir.

Son iki komponent (kommunikativ və təşkilatçılıqkomponentləri) bir-biri ilə sıx əlaqədədirlər.

Texnologiyaların müxtəlif təsnifatları var. Onlardan ikisi –pedaqoji və psixoloji texnologiyalar xüsusilə qeyd edilməlidir.Pedaqoji texnologiyalarda əməliyyatlar və hərəkətlər fiziki cəhət-dən hiss olunur. Psixoloji texnologiyalar gizli xarakter daşıyır.Bu, konkret insanın psixikasında baş verən əməliyyatlar vəhərəkətlərdir. Amma pedaqoji və psixoloji texnologiyalar arasın-da dəqiq sərhəddi müəyyənləşdirmək olduqca çətindir.

Pedaqoji texnologiyalar aşağıdakı kimi təsnif oluna bilər:1) Təlim texnologiyası2) Tərbiyə texnologiyası3) İnkişaf texnologiyası4) Diaqnostika texnologiyasıTəlim texnologiyası dedikdə, bilik, bacarıq və vərdişləri

formalaşdırmaq üçün əməliyyatlar komplekti başa düşülür.Tərbiyə texnologiyası dedikdə, nisbi, sabit və müntəzəm

olaraq ümumiləşən münasibətlərin, məqsədyönlü formalaşdırıl-ması üçün əməliyyatlar komplekti başa düşülür.

Page 10: Müasir təlim texnologiyaları mühazirə xülasələri

19

İnkişaf texnologiyası təlim və təhsil-tərbiyə texnologiyasıilə əlaqədardır. Psixi inkişaf dedikdə, əqli bacarıqların forma-laşdırılması, insan psixikasında hər hansı əməliyyatların (çıxarıl-ması) çoxalması nəzərdə tutulur.

Beləliklə, bacarıqların formalaşması harada baş verirsəorada da psixi inkişaf müşahidə olunur.

Fiziki inkişaf zamanı fiziki bacarıqlar nəticə kimi özünügöstərir.

Diaqnostika texnologiyası pedaqoqların və ya psixoloq-ların uşağın məktəbə hazırlığını diaqnostlaşdırmasıdır

Pedaqoji texnologiyaların psixi materialı vardır. Məsələn,təlim prosesində predmetlərin və hadisələrin psixi obrazlarıbiliklərin psixi materialı hesab olunur. 12 növ analizatorun beyinəgətirdiyi informasiya orada 12 növ obraz yaradır. Deməli, biliklərşagirdlərin psixikasında formalaşmış obrazlardır.

Əgər biliklərin psixi materialı obyektlərin və ya hadisə-lərin obrazlarıdırsa, inkişafın psixi materialı psixi əməliyyatlardır.Bu əməliyyatlar psixi proseslərdə həyata keçirilir. Şagirdlərinpsixi inkişafı psixi proseslərdə yeni psixi əməliyyatların for-malaşdırılmasını nəzərdə tutur.

Münasibətlər təhsil-tərbiyənin psixi materialını təşkil edir.Münasibətlərin tərbiyə prosesinin materialı olması üçün onlaraşağıdakı göstəricilər üzrə ölçülməlidir: həcminə görə; anlaşılanolmasına görə; sabit və müntəzəm olmasına görə; ümumiləşdiriciolmasına görə; oyadıcı qüvvə olmasına görə.

Münasibətlər insanın davranışında təzahür edəndə, o idarəolunanda tərbiyə prosesinin nəticəsi hesab olunur.

Cəmiyyət inkişaf etdikcə hər sahədə olduğu kimi pedaqojisahədə də yeni-yeni tələblər irəli sürülür. Bu isə pedaqoji prosesintəkmilləşməsi, yeni məzmun, forma və metodlar tətbiq etməyizəruri edir.

Pedaqoji sistemin təkmilləşməsi iki yolla həyata keçirilir:1. İntensiv yol2. Ekstensiv yol

20

İntensiv yol pedaqoji sistemin daxili ehtiyatlarını işə sal-maqla bağlıdır. Məsələn, yeni metodlar tətbiq etməklə şagirdlərəmüstəqil iş bacarıqları aşılanmaqla onları özünütəhsilə cəlb etməkintensiv yoldur.

Ekstensiv yol pedaqoji prosesə əlavə vaxt və vəsait cəlbolunmasını nəzərdə tutur. Məsələn, gənc nəslə möhkəm bilikvermək üçün təlim müddətini uzatmaq, proqramları genişlən-dirmək olar. Bu ekstensiv yoldur. Halbuki bunsuz da məqsədənail olmaq mümkündür.

Pedaqoji prosesdə yeniliklərin miqyası müxtəlif ola bilər.Müəyyən bir metodu, formanı təkmilləşdirmək, yeni iş texno-logiyalarını tətbiq etmək, yaxud təhsil-tərbiyə sistemini yeniləş-dirmək.

Respublikada hazırda islahatlar aparılır. Təhsilin maddibazası, təhsil və tərbiyə işinin məzmununda, metodikasında,müəllim-şagird münasibətlərində, idarə etmədə böyük dəyişiklikbaş verir. Azərbaycanda milli dövlət quruculuğunun başlanmasıilə pedaqoji nəzəriyyə və praktikada əvvəllər bərqərar olmuşstereotiplərin köhnəldiyi dərk edildi. Yeni pedaqoji konsepsiyalar,nəzəriyyələr irəli sürüldü. Yeni pedaqoji təfəkkür, milli qaynaqlarvə ümumbəşəri dəyərlər zəmində yaranan məktəbin inkişafındatəsir edə biləcək konsepsiyalar, nəzəriyyələr meydana çıxdı.

Şagirdin bir şəxsiyyət kimi formalaşması təhsil sistemininəsas vəzifəsi hesab olunur. Bu köklü vəzifənin həyata keçirilməsiüçün təhsilin, təlimin inkişafetdirici, tərbiyəedici, diaqnostikfunksiyaların genişlənməsi ön plana çəkildi.

Pedaqogikanın metodoloji problemlərinə, strukturlarınadair yeni ideyalar, fikirlər, yanaşmalar formalaşdı. Bu dövrdətəlim və tərbiyə nəzəriyyəsində ciddi dəyişiklik baş verdi. İde-yalar dəyişdi. Elmi pedaqogikanın qarşısında duran ən aktualproblemlərdən biri ahəngdar şəxsiyyətin formalaşması məsə-ləsidir.

Məlum olduğu kimi zaman-zaman bu barədə müxtəliffikirlər və fərqli nəzəriyyələr yaranmışdır. Təlimin əsas məqsədişagirdlərin şüurunda dünyanın düzgün mənzərəsini yaratmaq,

Page 11: Müasir təlim texnologiyaları mühazirə xülasələri

21

onların intellektual inkişafını və tərbiyəsini təmin etməkdənibarətdir.

Təlim metodu bütövlükdə pedaqoji proseslərin ünsür-lərindən olub, digər ünsürlərlə vəhdətdə çıxış edir. O təlimin məq-səd və məzmununa xidmət edir. Məqsəd və məzmun dəyişdikcəmetod və texnologiyalar da dəyişir.

Qeyri səmərəli metodlarla yüksək təlim-tərbiyə nəticə-lərinə nail olmaq olmaz.

Müasir dərs yalnız tədris vəzifələrinin deyil, təlim, tərbiyəvə inkişafın bir-biri ilə qarşılıqlı əlaqədə olduğu konpleksvəzifələrinin planlaşdırılmasını tələb edir.

Təlimləndirici funksiya: Pedaqoji texnologiyaların bufunksiyası aparıcı vəzifədir. Bu funksiyanın nailiyyətləri dərsdəqarşıya qoyulmuş didaktik vəzifəyə tam uyğun olaraq demokratikvə adekvat metodu seçməkdə məzmun son dərəcə aydın və ifadəlitəmin edilməsində özünü göstərir.

Tərbiyəedici funksiya: Ənənəvi təlim prosesindətərbiyəedici dərs dərsin müəyyən hissəsində onun üçün bilavasitəəlverişli şəraitin olması anda yerinə yetirilir. Adətən bir çoxhallarda material izah olunub başa çatandan sonra tərbiyəvi nəticəçıxarılır. Təlim prosesində tərbiyəvi işin təşkili fəaliyyətdə olanmaterialın məzmununda və dövlət ideologiyasından asılı olur.Təlim metodlarının köməyi ilə əsas tətbiyəvi ideyalar kollek-tivçilik, əməkdaşlıq, qarşılıqlı, yaradıcı və s. həyata keçirilir.Kollektiv fəaliyyətdə şəxsiyyətlərarası əlaqələr möhkəmləndirilir.Təlim prosesində tərbiyə təlimin metodik sistminin təşkilində özhəllini tapır. Təlim prosesində müəllim şagirdin idrak fəaliyyətiniidarə edir, onu inkişaf etdirir. İnkişafetdirici təlim idealı ensiklo-pedik, inkişaf etmiş şəxsiyyət deyil, çevik, ağıllı, hər yeniliyə cəldreaksiya verən, gələcəkdə dərk etməyə və müstəqil fəaliyyətətələbatları olan, yaxşı bələdləşmə vərdişlərinə, yaradıcı qabiliy-yətə yiyələnən şəxslərdir.

İlk dəfə inkişaf etmiş ölkələrdə yaranmış yeni pedaqojitexnologiyalarla əlaqədar təlim metodları keçən əsrin yetmişinciillərində məktəblərdə “Proqramlaşdırılmış təlim” adı ilə geniş

22

tətbiq olunmağa başlanmışdır. Bu ölkələrdə yeni pedaqojitexnologiyalar təlim metodları kimi proqramlaşdırıldığı halda,bizim məktəblərimizdə bu metod düzgün qiymətləndirilmədi-yindən müsbət nəticə verməmişdir. Lakin bütün bunlara bax-mayaraq, o illərdən başlayaraq tədricən yeni pedaqoji tenolo-giyalarla əlaqədar proqram tələblərinin şərtləri elmi-nəzəri cəhət-dən əsaslandırılmış və tətbiqinə dair tövsiyələr hazırlanmışdır.Belə ki, nəzərdə tutulmuş didaktik problemlər yüksək nailiyyətlərsəviyyəsində elmi-nəzəri təhlil və həll edilərək tətbiqi imkanlarıdəqiqləşdirilir, müəllimə normal işləmək üçün məntiqi iş ahəng-darlığının yaradılması yolları müəyyənləşdirilir, habelə tədrisprosesində müəllim-şagird münasibətlərinin, birgə fəaliyyət,qarşılıqlı əməkdaşlıq strukturları formalaşdırılır.

Təlim texnologiyalarından istifadə onun müxtəlif növləri –problemli təlim, işgüzar oyunlar, modul təlim, Valdorar peda-qogikası, Şatalov pedaqoji sistemi, kompüter təlimi və s. bunlarınhamısı təlim texnologiyalarının formaları kimi təhlil edilməlidir.

Hazırda respublikamızın bir sıra şəhər və kənd məktəb-lərində təlimin yeni texnologiyaları əsasında qurulan, yenitexnologiya metod və vasitələrə əsaslanan dərs nümunələrininümayiş etdirə bilən bir sıra qabaqcıl müəllimlərimiz vardır. Busahədə müəllimlər neçə illərdir ki, öz ustalıqlarını artırırlar.

ƏDƏBİYYAT1. Abbasov A., Əlizadə H. Pedaqogika. Bakı, 2000.2. Cabbarov R. Təlim-tərbiyə müəssisələrinin idarə olunmasıməsələləri. Bakı, 2002.3. Mehrabov A. və b. Pedaqoji texnologiyalar. Bakı, 2006.4. Nəzərov A., Məmmədov R. Pedaqoji ustalıq. Bakı, 2008.5. Nəzərov A. “Müasir təlim texnologiyaları” fənni üzrəproqram. Bakı, 2010.6. Sadıqov F. Pedaqogika. Bakı, 2006.7. “Qloballaşma və Azərbaycanda təhsilin aktual problemləri”.Beynəlxalq Elmi-praktik konfransın materialları.Bakı,2004.

Page 12: Müasir təlim texnologiyaları mühazirə xülasələri

23

IV MÖVZUTƏLİM TEXNOLOGİYALARININ TƏSNİFATI VƏ

XARAKTERİK XÜSUSİYYƏTLƏRİ

PLAN:1. Pedaqoji texnologiyaların təhlilinin məktəb

müəllimlərinə və psixoloqlarına kömək etməsi2. Bəzi pedaqoji texnologiyaların təhlili; “fikirlərin

hücumu” (məqsədlər)3. Binar dərs (məqsədlər)4. Qarşılıqlı nəzarət (məqsədlər)5. Pedaqoji texnologiya təlim prosesinə yeni baxış

kimi

Pedaqoji texnologiyaların təhlili məktəb müəllimlərinə vəpsixoloqlarına kömək etməlidir. Təlim prosesində ən səmərəli yolbu və ya digər situasiya üçün əlverişli olan pedaqoji texnologiyanıtətbiq etməkdir.

Aşağıda bəzi pedaqoji texnologiyaların təhlili verilir:“Fikirlərin hücumu” (məqsədlər).1. Şagirdlərin yaradıcı fikirlərini birləşdirməklə elmi və ya

təlim problemini həll etmək, “kollektiv beyin” yaratmaq2. Əməkdaşlıq etmək bacarıqlarını, qanuna tabelik

vərdişlərini tərbiyə etmək3. Şagirdlərin yaradıcılığını inkişaf etdirmək.Bu texnologiya məktəbdə sorğu zamanı yeni materialı

öyrənəndə, keçilmiş materialı təkrar edəndə və ümumiləşdirəndə,problemləri həll edəndə, sinfin planlarını tərtib edəndə və b.hallarda tətbiq edilir. Bundan bütün fənlərin tədrisində istifadəetmək olar. Onun ardıcıllığı, gedişi belədir:

I. Şagirdlərə mövzu, məqsəd bildirilir və onlarda maraqyaradılır

II. Əməkdaşlığın ümumi qaydaları bildirilirIII. Qiymətləndirmə meyarları bildirilirIV. Elmi aspektlər və katib təyin olunur

24

V. Müəllim və ya başqa aparıcı ilkin situasiyanı şərh edir.O, deyir: “Uşaqlar, qarşıda tədris ili durur. Biz onu maraqlı keçirəbilərik. Amma onu necə keçirmək bizim özümüzdən asılıdır. İndibizim hər birimiz tədris ilində nə ilə məşğul olmaq istədiyimiziaçıq-aşkar deyə bilərik. İstədiyiniz məşğələni təklif edin. Əminolun ki, bütün təkliflər yazılacaqdır. Onların real və qeyri-realolması barədə düşünməyin, istədiyiniz fikri söyləyin. Bilin,başqalarının təkliflərini tənqid etmək olmaz”.

Katiblər hər şeyi yazı taxtasında yazırlar. Müəllimin və yaaparıcının davranışı xeyirxah olmalı, tənqidə yol verməməlidir.

VI. Başlanğıc informasiya ilə tanış olunur. Şagidlər onudinləyir, agər nə isə aydın deyilsə, sual verib dəqiqləşdirirlər

VII. Əlavə informasiya verilir. Müəllim əgər lazım gələrsəson nəticəni bir daha qeyd edir.

VIII. Fikirlərin hücumu başlanır. Hər bir şagird qısaişgüzar təkliflərlə sərbəst formada çıxış edir. Hər bir təklif qısaformada lövhədə yazılır. Ekspertlər fikirləri qısa ifadə etməyəkömək göstərir, katiblər isə yazırlar. Ekspertlər, katiblər fikirlərinhücumunu müntəzəm olaraq müdafiə edirlər. Dinləyicilərintəkliflərinə heç kəs cavab vermir, heç kəs qiymətləndirmir, təhliletmir, necə deyilirsə yazı taxtasına elə də yazılır. Hücumunmüddəti 45 dəqiqədən çox olmur.

IX. Şagirdlərin fəallığı sönür, təkliflər gəlmir, fikirlərinhücumu başa çatır.

X. Ekspertlər fikirlərin hücumunu təhlil edirlər, növbətimərhələdə nəticələr bildirilir. Nəticələri inssenrizovka(texnologiya) qurtaran kimi də bildirmək olar.

XI. Müəllim və ya aparıcı yekunlaşdırır və ümumi-ləşdirmələr aparır.

Tədris prosesində “Fikirlərin hücumu” texnologiyası aztətbiq olunur, çünki bu çətin texnologiyadır. Bu texnologiyadanışmaq bacarığının, pozitiv emosiyaların, şagirdlərin müsbət“mən” konsepsiyasının, əməkdaşlıq etmək bacarığının – qanunatabe olmaq bacarıqlarının inkişafına müsbət təsir edir. “Fikirlərinhücumu”nda müəllimin davranışından çox şey asılıdır. Əgər o,

Page 13: Müasir təlim texnologiyaları mühazirə xülasələri

25

şagirdin fəaliyyətinə neqativ qiymət verərsə onda bu texno-logiyanın effektini heçə endirər.

Binar dərs (məqsədlər).a. Fənlər üzrə bilikləri transformasiya səviyyəsində

öyrənməkb. Müəllimlərin əməkdaşlığını inkişaf etdirməkc. Şagirdlərdə fənlərin bir-biri ilə bağlılığı əlaqəsi,dünyanın tamlığı barədə əqidələri formalaşdırmaqdırBinar dərsin keçirilməsində bir neçə müəllim iştirak edir.

Bu texnologiya daha çox mühazirələri oxuyan zaman istifadəolunur. Mühazirəni 2 ayrı-ayrı fənn müəllimi oxuya bilər. Butexnologiyadan seminar məşğələlərində və müsahibəni keçirəndədə istifadə olunur.

Qarşılıqlı nəzarət. (məqsədlər)1. Şagirdlərin biliyini yoxlamaq2. Hər bir şagirdə öz müvəffəqiyyətləri barədə yoldaş-

larına məlumat vermək imkanı yaratmaq3. Zəif şagirdlərin güclü şagirdlər qarşısında olan

inamsızlığını aradan qaldırmaq4. Şagirdlərin nitqini inkişaf etdirmək5. Sorğunu intensivləşdirmək6. “Mən” konsepsiyasını tərbiyə etməkQarşılıqlı nəzarət müxtəlif yaşlı şagirdlərlə keçirilə bilər.

Sorğunun bu növünü tətbiq etməzdən qabaq cavablara qiymətvermək bacarığını inkişaf etdirmək üçün şagirdlərlə hazırlıq işiaparılır. Bu zaman yaxşı olar ki, I mərhələdə şagirdlər yalnızmüvəffəqiyyətə diqqət versinlər. Cavabın düzgünlüyü, tamlığı,fikrin dəqiqliyi əsas meyarlar kimi götürülür.

Qarşılıqlı nəzarət aşağıdakı kimi aparılır:1. Müəllimin müəyyən mövzu və məsələlər üzrə qarşılıqlı

yoxlama aparılacağını xəbər verir. Sinif müəllimlərə və şagirdlərəbölünür. Bir parta arxasında oturanlar müxtəlif rollarda (birimüəllim, o biri şagird) çıxış edirlər.

2. “Şagirdlər” öz “Müəllimlər”-inə cavab verirlər. Baş-qalarına mane olmamaq üçün cavab verənlər astadan danışma-

26

lıdır. “Şagirdlər” cavab verəndən sonra qiymət verilir. Qiymətləryazılı da ola bilər. Bu məqsədlə fərdi uçot vərəqi aşmaq lazımdır.Qiymət verərkən sinifdə münaqişəli vəziyyətin yaranmasına yolverilməməlidir.

3. Şagirlər rollarını dəyişə bilərlər. Şagird rolunda çıxışedənlər müəllim rolunda çıxış edirlər. Şagirdlərin yerlərini dədəyişmək olar. Bu cütlər arasında gərginlik yaranan zaman edilir.Hər dərsdə cütlərin yerini dəyişmək yaxşı olar. Bu ünsiyyətdairəsini genişləndirməyə kömək edir.

Qarşılıqlı nəzarət korreksiya funksiyasını yerinə yetirir. Bugüclü şagirddən zəif şagird soruşan zaman baş verir. Müəllimlərrolunda ən zəif şagirdlər də çıxış etməlidirlər. Bu onlara güclütəsir edir.

Bu texnologiya müəllim tərəfindən yaxşı hazırlananzaman az vaxt tələb edir. Bunu yenilikçi pedaqoqlar tətbiq edirlər.Amma o kütləvi praktikada da geniş tətbiq olunur. Bu sorğu növüpraktiki olaraq hər dərsdə tətbiq oluna bilər.

Qarşılıqlı nəzarətdən həm nəzəri materialı yoxlayanzaman, həm də misalları həll edən zaman istifadə etmək olar.Dərsdə qarşılıqlı nəzarətlə bərabər sorğunun aşağıdakı başqanövlərini də tətbiq etmək lazımdır. Yazı taxtası yanında şifahi ca-vab vermək, mətndəki əsas fikirləri danışmaq, özünüqiymətlən-dirmə və s. buna misal ola bilər.

Əgər müəllim sinfi idarə edə, intizamı yarada bilmirsə,qarşılıqlı nəzarətidən istifadə etmək olmaz. İntizamsızlıq şərai-tində şagirdlər başqa işlərlə məşğul ola bilərlər. Əgər texnologiyadüzgün təşkil edilərsə, onda qayda-qanunu təmin etmək olar.

Qarşıqılı imla. Məqsədlər.1) Şagirdlərə müxtəlif fənlər üzrə (ana dili, ədəbiyyat,

riyaziyyat və b.) savadlı yamaq bacarıqlarını öyrətmək2)Çalışmaları yerinə yetirən zaman əməkdaşlıq baca-

rıqlarını formalaşdırmaq3) Fənnə marağı inkişaf etdirmək4) Müəllimi dəftər yoxlamaq işindən azad etmək.

Page 14: Müasir təlim texnologiyaları mühazirə xülasələri

27

Qarşılıqlı imla ibtidai siniflərdə savad təlimindən sonra vəbəzi dəyişikliklərlə yuxarı siniflərdə istifadə oluna bilər. Oaşağıdakı kimi keçirilir:

1. Hazırlıq dövrü:İmlalar üçün müxtəlif mətnlər hazırlanır. Köhnə qəzet və

jurnallardan 4-12 sətir həcmində mətnləri kəsib götürürlər.Mətnlərin məzmunu şagirdlər üçün maraqlı olmalıdır. Onlarınçətinliyi sinfin hazırlıq səviyyəsindən asılıdır. İbtidai siniflərdəimla qısa (20-35 söz), yuxarı siniflərdə isə böyük həcmdə olur.Hazırlanmış mətnlər kartona yapışdırılsa yaxşı olar. Bu işi həmmüəllim, həm də şagirdlər görə bilər.

2. Şagirdlərin dərsdə işi:Hər bir şagird imla mətni olan bir kartoçkanı götürür vəonu səssiz oxuyur.– Müəllim bütün şagirdləri cütlərə ayırır– Hər bir cütdə şagirdlərdən biri öz mətninin birinci

cümləsini hündürdənoxuyur, II şagird onu axıradək dinləyir

– Dinləyən şagirdə cümlə diqtə olunur və o, cümlənidəftərinə yazır. Yazan şagirdə mətnə baxmaq olmaz.Beləliklə, II, III və IV cümlələr mətnin axırına qədəroxunur

– Sonrakı mərhələdə rollar dəyişilir. Əvvəl yazan şagirdöz mətnini o biri şagirdə diqtə edir, o isə yazır

– İmlalar qurtarandan sonra şagirdlər öz dəftərlərini bir-birlərinə verirlər və kartoçkalarsız yazıları yoxlayırlar.Səhvlər yaşıl pasta ilə düzəldilir;

– Sonrakı mərhələdə şagirdlər müstəqil surətdə kar-toçkalar üzrə öz yoldaşlarının imlalarını yoxlayırlar.İndi isə səhvlər qırmızı pasta ilə düzəldilir

– Sonra şagirdlər imlaları birgə yoxlayırlar. Səhvburaxan şagird o biri şagirdin nəzarəti altında şifahitəhlil aparır, II şagird isə ona kömək edir.

– Hər bir şagird dəftərində səhvlərin təhlilini yazır

28

– Şagirdlər bir-birinin dəftərini götürür, imlalara bir dahabaxır və öz qolunu çəkirlər.

Bəzi situasiyalarda şagirdlərə qiymət yazmağı da təklifetmək olar. Lakin bu

prosesin “+” və “–” cəhətləri vardır. Bir tərəfdən şagird qiymətyazanda onda məsuliyyət hissi yaranır, digər tərəfdən aşağı qiy-mətlər yazılanda şagirddə həm yoldaşına, həm də texnologiyayaneqativ münasibət yarada bilər.

Bununla da cüt-cüt işləmək üzrə iş başa çatır. Onuniştirakçıları mətnləri bir-birinə qaytarırlar. Hər bir şagird özünəişdə yeni yoldaşlar tapır. Bəzən müəllimin özü yeni cütlər təşkiledir. Bunu ancaq zəruri hallarda etmək lazımdır. Sonrakımərhələlərdə qoşa işlər davam edir.

Müəllim sıralar arasında gəzərək qoşa-qoşa işləyənşagirdləri müşahidə edir, səhvləri necə təshih etmək barədə məs-ləhətlər verir, geridə qalan şagirdlərə diqqət yetirir.

Tərəfdaşı seçmək maraqlı pedaqoji andır. Bu vaxtqarşılıqlı anlaşma yaranır, statuslar və s. müəyyənləşdirilir.

İmlalar mübadiləsi və qarşılıqlı öyrədən zaman şagirdlərbir-birinin iş üsulunu, biliklərini əxz edirlər. Bu texnologiyanıdüzgün tətbiq edəndə onu riyaziyyat, fizika və digər fənlər üzrədə aparmaq olar. Bu imlanın bir növü də onun şifahi formasıdır.Suallar şifahi formada müəyyənləşdirilir, yazılması barədəsoruşulur. Müsahib sözü dəqiq tələffüz edir və onu nə üçün beləyazılmasını izah edir. Bu forma qısa vaxtda böyük həcmdəmaterialı yoxlamağa imkan verir. Bu formanın “əsas“ cəhətiondan ibarətdir ki, burada öyrənilən materialın görmə və hərəkiyadda saxlaması baş vermir. Bu mənada şifahi qarşılıqlı imla,yazılı qarşılıqlı imlanı əvəz edə bilməz.

Burada öyrənilən materialın görmə və hərəki yadda-saxlaması baş vermir. Ən yeni elmi pedaqoji ədəbiyyatda çoxlusayda pedaqoji texnologiyanın təhlili verilmişdir. Adları: “Sinifdəmaterialın əzbər öyrənilməsi”, “Səhvləri axtarıram”, “konspekt-mühazirə”, “mühazirə-diskussiya”, “mühazirə-məsləhət”, “əksəlaqəli mühazirə”, “tap, kimin haqqında danışırıq”, “İmtahana

Page 15: Müasir təlim texnologiyaları mühazirə xülasələri

29

hazırlıq”, “beyin hücumu”, “generatorlar – tənqidçilər”, “buraxılışvərəqəsi”, “insanı təhlil edirik”, “özünüqiymətləndirmə”, “mətn-lər mübadiləsi”, “fikirlərin sintezi”, “yaradıcı test”, “öz yerindəoturmaqla sakit cavab vermək” və s.

Biz ancaq 4 texnologiyanın təhlilini verməklə kifa-yətlənirik. Bu texnologiyaları bəzən yanlış olaraq “fəal təlimmetodları”, “interaktiv metodlar” kimi təqdim edirlər. Əslindəhəmin texnologiyalardan elmə məlum olan metodlardan istifadəedilir. Təlim prosesinə yeni, qeyri-ənənəvi elementləri daxiletməklə metodların fəallaşdırma imkanları və öyrənmə prosesinineffektliyi yüksəldilir.

Pedaqoji texnologiya təlim prosesinə yeni baxışdır. Bu ba-xışa görə təlim prosesi ənənəvi təlimdən fərqli olaraq maksimumidarə olunan proses olmalıdır. Müasir pedaqoji texnologiyalarıntarixi XX əsrin II yarısında bilikləri yoxlamaq üçün qurğularınmeydana gəlməsindən başlanır. Bu müddət təlim texnologiyasıtəlimdə texniki vasitələrdən istifadə kimi başa düşülürdü. Alimlərhesab edirdilər ki, texnikadan istifadə daha çox informasiyanıvermək üçün köməkçi xarakter daşıyır. Amma tədris prosesininayrı-ayrı mərhələlərində texnikanın tədris prosesinə daxil edilməsiaktiv inkişaf edir. Alimlər gələcəkdə müəllim və məktəblərinköməyi olmadan öyrədici, təlimedici sistemlərdən müstəqilistifadə olunacağını proqnozlaşdırırlar. Pedaqoji texnologiyanınyaradılması və tətbiqi üzrə spesifik prinsipləri müəyyənləşdirməkvə onların pedaqoji-psixoloji təlimini vermək olduqca vacibdir.Pedaqoji ədəbiyyatda müxtəlif spesifik prinsiplər verilmişdir.Bunlar aşağıdakılardır:

1. Tərbiyəedici təlim prinsipiHər hansı pedaqoji texnologiyaların strateji məqsədləri

şəxsiyyət xarakterlərini formalaşdırmaq olmalıdır. Deməli, buradamünasibətlər tərbiyəedici təlimin psixi materialı hesab olunur.

Burada 3 qrup münasibətləri fərqləndirmək olar:1) Qanunatabelik münasibətləri2) Əməkdaşlıq münasibətləri3) “Mən” konsepsiyası

30

Təlim prosesi uşaqların psixikasına təsir edən xarici kons-truksiyadır. Bu proses müəllimin, uşaqların, didaktik materiallarıntarixindən ibarətdir.

2. İnkişafetdirici təlim prinsipiPedaqoji texnologiyaları tətbiq edən zaman tərbiyəedici

səmərəni nəzərə almaqla yanaşı, onun inkişafetdirici tərəfini dəlahiyələşdirmək və həyata keçirmək də yaxşı olar. Uşağın psixiəməliyyatlarında artım hiss olunmalıdır. Emosional və intellektualsahənin ahəngdar inkişafını təmin etmək lazımdır. İntellektualsahənin emosional sahəni sıxışdırması insanda soyuq müna-sibətlərin yaranmasına, insanlara sevinc bəxş etmək, sevincə şərikolmaq bacarıqlarının olmamasına gətirib çıxarır.

3. Təlimdə müvəffəqiyyət qazanmaq prinsipiMüvəffəqiyyət qazanmaqdan ötrü situasiya yaratmaq uşağı

daha böyük nəticələrə nail olmağı stimullaşdırır. Uşağın keç-mişini öyrənmək üçün böyük əmək sərf etmək lazım gəlir.Makarenko uşağı koloniyaya qəbul edəndə keçmişini öyrənməyətələsmirdi. O hər bir uşaq üçün əməli təlim texnologiyası işləyibhazırlamışdı. Bu müvəffəqiyyət qazanmaq üçün situasiyayaranmaqdan ibarət idi. O hamı üçün, o cümlədən şagird üçünpsixi enerji mənbəyini – yemək, istirahət, yuxu, nəfəs alma, fizikihərəkətlər təşkil etdiyi qənaətində idi.

4. Bütün uşaqlarla əks əlaqə prinsipiMühüm vəzifədən biri hər bir dərsdə bütün uşaqlara öz

müvəffəqiyyətləri barədə məlumat verilir. Bütün şagirdlərlə əksəlaqə prinsipi şagirdi hər dərsə hazır gəlməyə stimullaşdırır.Seçmə yolu ilə sorğu aparanda şagirdlər oyun qaydalarını tezmənimsəyir, dərsə hərdənbir hazırlaşırlar. Beləliklə, sinifdətələblər formalaşır. Şagird belə fikirləşir: Əgər, məndən işinnəticələrini soruşmayacaqsa hər dəfə nəyə hazırlaşmağımın nəəhəmiyyəti var. Şagirdlər dərsə gələndən bir neçə həftə sonraşüurlu və şüursuz surətdə bu nəticəyə gəlirlər. Bu prinsipi lazımişərait yaratdığı halda həyata keçirmək olar. Hər şeydən əvvəl evtapşırıqları uşaqların gücünə müvafiq olmalıdır. Tapşırıqlar verənzaman başqa fənlər də nəzərə alınmalıdır. Çox təəssüf ki,

Page 16: Müasir təlim texnologiyaları mühazirə xülasələri

31

məktəbdə ev tapşırıqlarının dəqiq həcmi yoxdur. Bu işdəmüəllimlər müxtəlif cür hərəkət edirlər.

5.Müntəzəm olaraq təkrar etmək prinsipi.Tədris materialı ilə ilk dəfə tanış olandan sonra onu bir

neçə dəfə təkrar etmək lazımdır. 1-2 dərsdən sonra keçirilənmateriala qayıtmaq lazımdır. Burada sual yarana bilər: bəs vaxtıharadan tapaq? Axı, çox zaman bu proqramda nəzərə alınmır.Problemi proqramda həll etmək olar. İl ərzində keçirilən materialaqayıtmaq və əsas fikirləri təkrar etmək lazımdır. Dərs ilinə ötəntədris ilində keçirilən materialın təkrarı ilə başlamaq lazımdır.Yay ərzində çox şey şagirdin yadından çıxır. Normal və sağlampsixika belə qurulmuşdur. Təkrar etmədiyimiz hər hansı məlumatşüurdan çıxıb şüuraltıya keçir və yaddan çıxır. Ona görə dəbilikləri aktuallaşdırmaq üçün tədris ilinin əvvəlində onları təkraretmək lazımdır.

6. Optimal psixi gərginlik prinsipi.Həm şagirdlər, həm də müəllimlər üçün zəruridir. Şagirdi

həm həddən artıq yükləmək, həm də az yükləmək pisdir. Şagirdaz psixi gərginlik şəraitində inkişaf etmir. Bu tələbi müəllimə dəaid etmək olar. Əgər müəllimlər dərsdə hər şeyi özləri etməkistəyirlərsə, bu müəllimlərin psixi cəhətdən yüklənməsinə gətiribçıxarır. Odur ki, şagirdlərə daha çox səlahiyyətlər verməklazımdır. Onları tədris prosesinin idarə olunmasına cəlb etməyəimkan verən bir çox texnologiyalar vardır.

7. Tədris prosesində şagirdlərin maksimum iştirakıprinsipi.

Bu prinsip dərsdə şagirdləri müxtəlif növ fəaliyyətə cəlbetməyi nəzərdə tutur. Bu məqsədlə qarşılıqlı sorğu keçirilir.Yaranan problemlər, cavablardakı kəm-kəsirlər aradan qaldırılır.Burada prinsip belədir: şagirdlərin görə biləcəyi işi müəllimgörməməlidir. Bu prinsip müəllimi artıq yükdən azad etməyəimkan verir. Şagirdi vacib fəaliyyətə cəlb etmək onu nəinkiinkişaf etdirir, həm də tərbiyə edir. Tədris prosesində real fəaliy-yətdə uğur qazanmaq situasiyasını yaratmaqla təlimin tərbiyə-edici, inkişafetdirici məqsədlərinə müvəffəqiyyətlə nail olunur.

32

8. Təlimdə yaxın inkişaf zonasına oriyentasiya prinsipi.Əgər uşaq çalışmanı yerinə yetirə bilmirsə onda təlimi

həmin uşağın inkişafına, səviyyəsinə endirmək lazımdır. Əgərşagird fəaliyyətindəki qüsuru düzəldə bilmirsə, onda ona iradtutmağa ehtiyac yoxdur. Çünki bu irad onun inkişafına heç birtəsir göstərməyəcək. Əgər göstərmiş olarsa bu neqativ tərəfdən(uşaqda onu əhatə edən adamlardan intiqam almaq hissi formalaşabilər) özünü təzahür edəcəkdir.

9. Müəllim və şagirdlərin vahid məqsədlər üçünbirləşməsi prinsipi.

Bu iş prinsipi məqsədləri, texnologiyaları şagirdlərə zorlaqəbul etdirməməlidir. Tədris prosesini təkmilləşdirmək üçünmüzakirələr keçirmək olur. Təlim prosesinin texnologiyasımüəllim və şagirdlərin fəaliyyətinin birgə məhsulu olmalıdır.Amerika məktəblərində komisiyalar yaradılır. Həmin komissiyamüəllim və şagirdin bu cəmiyyətdə birləşməsidir. Bir qrupmüəllim bir sinfin şagirdləri ilə birləşir, onlar arasında müqaviləbağlanır. Müqavilədə şagirdin və müəllimin ayrılıqda nəyə cavabverəcəyi göstərilir. Amerika məktəblərində aparılan sorğununnəticələri göstərir ki, bu forma şagirdlərin xoşuna gəlir. Onlarqayğı hiss edir. Müəllimin öz nailiyyətləri üçün böyük məsuliyyətdaşıdığı göstərilir.

Pedaqoji texnologiyaların təhlili məktəb rəhbəri və məktəbpsixoloquna kömək etməlidir. Təlim prosesində ən səmərəli yolbu və ya digər situasiyada ən əlverişli olan pedaqoji texnologiyanıtətbiq etməkdir. İndi biz bəzi pedaqoji texnologiyanın təhlilinəbaxaq:

1. “Fikirlərin hücumu” (Məqsədlər) – şagirdlərin yaradıcıfikirlərini birləşdirməklə elmi və ya təlim problemini həll etmək.“Kollektiv beyin” yaratmaq

2. Əməkdaşlıq etmək bacarığını, qanunatabelik vərdiş-lərini təhlil etmək

3. Şagirdlərin yaradıcılığını inkişaf etdirməkBu texnologiya məktəbdə sorğu zamanı yeni materialları

öyrənməkdə, keçmiş materialları təhlil etməkdə və ümumiləş-

Page 17: Müasir təlim texnologiyaları mühazirə xülasələri

33

dirəndə, problemi həll edəndə və başqa hallarda tətbiq edilir.Bundan bütün fənlərin tədrisində istifadə etmək olar. Onunardıcıllığı gedişatı belədir.

1. Şagirdlərə mövzu, məqsəd bildirilir, onlarda motivasiyayaradılır.

2. Əməkdaşlığın ümumi qaydaları bildirilir.3. Qiymətləndirmə meyarı bildirilir.4. Elmi aspektlər və məqsədlər təyin olunur.5. Müəllim və ya başqa məsul şəxs ilkin situasiyanı şərh

edir. O, deyir: Uşaqlar, qarşıda tədris ili durur. Biz onu maraqlıkeçirə bilərik. Amma onu necə keçirmək bizim özümüzdənasılıdır. İndi bizim hər birimiz tədris ilində nə ilə məşğul olmaqistədiyimizi açıq-aşkar deyə bilərik. İstədiyiniz təsnifləri təklifedin. Bilin ki, başqalarının təklifini tənqid etmək olmaz.

6. Başlanğıc informasiya ilə tanış olunur, onu dinləyir,əgər hansı məsələ aydın deyilsə sual verib dəqiqləşdirirlər.

7. Əlavə informasiya verilir, əgər lazım gələrsə müəllimson nəticəni bir daha qeyd edir, “fikirlərin hücumu” başlayır. Hərbir təklif qısa formada yazılır, ekspertlər fikirləri qısa ifadəetməyə kömək edirlər. Katiblər isə yazırlar. Ekspertlər, katiblər“fikirlərin hücumu”na müntəzəm olaraq müdaxilə edirlər,dinləyicilərin təklifinə heç kim cavab vermir, heç kim təhlil etmir,necə deyilirsə, yazı taxtasına elə də yazılır, hücumun müddəti 45dəqiqədən çox olmur.

8. Şagirdlərin fəallığı sönür, təkliflər gəlmir, fikirlərinhücumu başa çatır.

9. Ekspertlər “fikirlərin hücumu”nu təhlil edir, növbətiməşğələdə nəticələr bildirilir.

10. Müəllim və ya məsul şəxslər yekunlaşdırırlar vəümumiləşdirmələr aparırlar.

Tədris prosesində “fikirlərin hücumu” texnologiyası aztətbiq olunur, çünki bu çətin texnologiyadır.

34

ƏDƏBİYYAT

1. Bədəlova A. Pedaqogikanın müasir problemləri.(Magistrlər üçün proqram). Bakı, 2009.

2. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.3. Mehrabov A. və b. Pedaqoji texnologiyalar. Bakı, 2006.4. Mərdanov M. Azərbaycan təhsili yeni inkişaf

mərhələsində. Bakı, 2009.5. Nəzərov A. “Müasir təlim texnologiyaları” fənni üzrə

proqram. Bakı, 2010.6. Sadıqov F. Pedaqogika. Bakı, 2006.7. Təlim-tərbiyə işinin təkmilləşdirilməsində və huma-

nistləşdirilməsində yeni forma, metod, üsul və sitemlərin tətbiqitəcrübəsindən (Prof. Ə.Ə.Ağayevin redaktorluğu ilə), Bakı, 1997.

Page 18: Müasir təlim texnologiyaları mühazirə xülasələri

35

V MÖVZUTƏLİMDƏ İNTERAKTİV METODLAR VƏ FƏAL TƏLİM

METODLARI PROBLEMİ

PLAN:1. Hazırda interaktiv metodlar, fəal təlim metodları,təlim texnologiyaları anlayışlarına tez-tez rastgəlməyin səbəbləri2. Yeni anlayış kimi meydana çıxan “interaktivpedaqogika” ifadəsinin konkret mənası3. Təlim prosesində şagirdlər arasında əlaqə, qarşılıqlıtəsir və əməkdaşlığın əsas səbəbi

Hazırda interaktiv metodlar, fəal təlim metodları, təlimtexnologiyaları anlayışlarına tez-tez rast gəlirik. Xarici beynəlxalqtəşkilatlar, milli qurumlar, müasir təlim metod və texnolo-giyalarının təbliği müəllimlər arasında yayılması ilə əlaqədar 10ildən artıqdır ki, seminarlar, mühazirələr, layihələr keçirirlər.

Öyrənilən yeni tərz, metod, vasitə və yanaşmalar yara-dıcılığı, müstəqilliyi inkişaf etdirməklə yanaşı, insan şəxsiyyətini,onun insanlara, təbiətə, cəmiyyətə münasibətini, mənəvidünyasını və s. inkişaf etdirməli, zənginləşdirməlidir.

Əvvəlcə, interaktiv sözü haqqında: “interakriv” anlayışıingilis dilindən dilimizə, o cümlədən digər dillərə keçmədir.Hazırda “interakriv pedaqogika”, “interaktiv təlim”, “interaktiv”təlim metodları” və yaxud, yığcam olaraq “interaktiv metodları”ifadələrinə tez-tez rast gəlirik.

Yeni anlayış kimi meydana çıxan “interakriv pedaqogika”ifadəsini ilk dəfə 1975-ci ildə alman tədqiqatçısı Hans Fritsişlətmişdir. Alimin tədqiqatlarında interaktiv prosesin məqsədi buproses iştirakçılarının davranış modelini dəyişdirmək və yax-şılaşdırmaqdır. O, interaktiv metodlar haqqında interaktiv tərbiyəprosesi kimi danışır. Belə ki, alimə görə təlimdə interaktivliyimüəllim və şagirdin qarşılıqlı təsir – əməkdaşlıq qabiliyyəti kimiizah etmək olar. İnter – (ingilis dilində Enter) – ara (insanlar

36

arası), qarşılıq (insanların qarşılıqlı anlaşması, əməkdaşlığı, işi) vəs. kimi başa düşülür. Metod olaraq interaktivlik təlim prosesindəmüəllim və şagird arasında işin gedişindən – mövzudan, şərhdən,dialoqdan, rollu oyundan həmin anda meydana çıxan yanaşma,izah və s.-dir. Yəni, bu tərz irəlicədən planlaşdırılmır, işin – təlimprosesinin gedişi bu məqamı ortaya çıxarır və daha çox şagirdinmüstəqilliyi müdaxiləsi ilə baş verir.

Digər tərəfdən, interaktivlik şagirdlərin özləri arasında daola bilər. Əsas cəhət odur ki, bu prosesdə əməkdaşlıq edən,öyrənənlər və öyrədən eynihüquqlu mövqedə dayanırlar. Təbii ki,müəllim öyrədən olaraq təşkilatçılıq, koordinator, məsləhətçi,fasilifator funksiyasını yerinə yetirir. Şagirdlərin işlərinə mü-daxilə etmədən problemləri qoyur, istiqamər verir, nəzarət edir,axtarış strategiyasını hazırlamağa kömək edir, amma təlimtapşırıqları üzərində uşaqlar özləri birlikdə öz aralarında mü-bahisə edərək, diskussiya apararaq işləyirlər.

Bununla yanaşı, hər bir şagirdin öz fikri, ideyası olur.Mübadilə nəticəsində fikirlər dəyişir, ideyalar təzələnir. Beləliklə,psixoloji abu-hava dəyişir. Qrupdakı zəif şagirdlər də müzakirədəfəal iştiraka qoşulurlar: məsələlərin müzakirəsi və kollektivmüzakirənin gedişində biri-birini dinləməyə alışırlar.

Hər bir təlim tapşırığının bu cür həlli vasitəsilə onlaridraki axtarıcılıq taktikalarını təkmilləşdirir, təlimdə öz müvəf-fəqiyyət formulunu hər kəsin özü qurur.

Beləliklə, təlim prosesində şagirdlərarası əlaqə, qarşılıqlıtəsir və əməkdaşlıq əsas olur. Təlim nəticəsi təlim prosesiiştirakçılarının qarşılıqlı qüvvəsi ilə əldə edilir, şagirdlər təlimnəticələrinə görə öz üzərilərinə qarşılıqlı məsuliyyət götürürlər.

Bunlar imkan verir ki, şagirdlər:– Biliyi qavrama prosesini daha anlaşıqlı etsinlər;– Öz fikrini formalaşdırmağı, onu düzgün ifadə etməyi,öz nöqteyi-nəzəri əsaslandırmağı, müzakirələşdirməyi vəsübut etməyi öyrənirlər;– Digərini eşitməyi, dinləməyi, alternativ fikrə hörmətetməyi öyrənirlər;

Page 19: Müasir təlim texnologiyaları mühazirə xülasələri

37

– Müxtəlif sosial vəziyyətləri modelləşdirməyi, müxtəlifhəyatı vəziyyətlərə qoşulmaqla və bu həyatı duymaqlaöz sosial təcrübələrini zənginləşdirirlər;

– Qrupda konstruktiv münasibətlər qurmağı, burada özyerini müəyyənləşdirməyi, konfliktlərdən qaçmağı,onları həll etməyi, kompromis axtarmağı, dialoqa səyetməyi öyrənirlər;

– Təlim materiallarını təhlil edir, onlara yaradıcıyanaşırlar;

– Problemin ümumi həllini tapırlar;– Layihələrlə iş fəaliyyətinə, müstəqil işləməyə, yaradıcı

işlər görməyə alışırlar və s.İnteraktiv metodlar müəllim və şagird əməkdaşlığını

reallaşdırır, onları konstruktiv qarşılıqlı hərəkətə alışdırır, dərsdəpsixoloji iqlimi sağlamlaşdırır, xoş abu-hava yaradır.

Azərbaycanda interaktiv metodlarla işləyən az sayda olanmüəllimlərin iş təcrübəsi xarici təcrübənin səmərəliliyini təsdiqedir. Lakin təlim prosesində məsələyə yanaşmada tam təqlidköçürmə olmamalıdır. Hər bir fəal, işgüzar Azərbaycan müəllimişagirdlərin sosial şəraitini, ictimai mühitini, milli mentalitetini,adət-ənənələrimizi, fənnin, mövzunun fundamentallığını və yapraktikliyini, fənlərarası əlaqəni, hətta bilgilərin inteqrasiyasını,yaş və anlaq həyat təcrübəsi səviyyəsini və pedaqoji-metodik,psixoloji-iradi xüsusiyyətləri nəzərə almalı, prosesin təşkilinəyaradıcı yanaşmalıdır.

Qeyd edək ki, interaktiv təlim metodlarından həmişəistifadə etmək onun təsirini azalda bilər. Həqiqi təlim üçün metodvə texnologiyalar qarşıya qoyulmuş məqsəd və şəraitdən asılıolaraq seçilməlidir. Ona görə də müəllimlər məqsəd və şəraitdənasılı olaraq seçilməlidir. Müəllimlər fənnə, mövzuya, şagirdlərintəcrübə və bilik səviyyəsinə görə bütün təlim modellərindəmüxtəlif metodika və texnologiyalardan istifadə etməlidirlər.Əsas odur ki, təlim uşaqları inkişaf etdirsin. Onlara düşünmək,müstəqil fikir söyləmək, biliklərini tətbiq edə bilmək bacarıqları

38

aşılasın. Onlarda ünsiyyət, anlaşma mədəniyyəti, öz problemlərinihəll edə bilmək qabiliyyəti formalaşdırsın.

Deməli, interaktiv təlim dedikdə, dərsdə yaranan, təlimprosesində meydana çıxan, şagirdlərarası öyrənmə ünsiyyəti vəəməkdaşlığı, müəllim – şagird birliyi nəzərdə tutulur.

Çevik düşündürücü iştirak fəallığını doğurmayan metodlaruşaqların marağını təmin etmir, onları canlandırmır, fəaliyyətəqoşmur. Digər tərəfdən, hər bir uşağın (şagirdin) öz idealı,marağı, həyata hazırlıq istəyi var. Belə ki, təlimin həm məzmunu,həm də metodları bu istəyi təmin etməlidir. Daha bir amil isə,vətəndaş təhsili və tərbiyəsinin aktuallığıdır.

Bütün bu şərtlər müasir təlimin məzmunca metod vətexnologiyalara görə yeniləşməsini zəruri edir.

Pedaqoji prosesdə baş verən yeniliklərdən biri də təlimdətərbiyəediciliyin daha da artmasıdır. İnteraktiv təlim şagirdlərəbilik vermə prosesində həm də onları iradi, əxlaqi, əqli, estetik,mədəni, hüquqi, ekoloji, iqtisadi və digər akseoloji dəyərləryönümündə inkişaf etdirir, formalaşdırır.

Yeni tələblərə cavab verən pedaqoji kadr olmadan təhsiliyenilik səviyyəsinə qaldırmaq mümkün deyildir. Hər şeymüəllimdən, təhsili idarə edən insanlardan, onların vətəndaşlıqamalından, ləyaqət, mənəviyyat, mədəniyyət və müasir tələblərəcavab verən peşə – ixtisas hazırlığından asılıdır.

Fəal və interaktiv metodlar bir-birilə sıx bağlıdır, ammatam eyni deyillər. İnteraktiv metodların hansı prosesdə zərurətəçevrildiyini irəlidə qeyd etmişik. Bəs, fəal təlim metodları nədir?

Bu anlayış XX əsrin 80-cı illərindən Azərbaycandaişlənməyə başlamışdır. “Fəal” sözü bəlli olduğu kimi daha işlək,hərəkətdə, təsirdə olan mənasını verir. Fəal təlim metodlarınıninteraktiv təlim metodları ilə yaxınlığı mahiyyətindən doğur, lakindoğuluş və seçim təsirinə görə bir-birindən fərqlənir. Belə ki, əgərinteraktiv metodlar dərsdə təlim prosesinin gedişindən doğursa,yəni biri digərini əvəz edərək meydana çıxırsa və öyrənənlərinhamısının birlikdə tam, müstəqil fəaliyyətini təmin edirsə, fəalmetodlar irəlicədən planlaşdırılmış təlimin fəallaşdırılmasına

Page 20: Müasir təlim texnologiyaları mühazirə xülasələri

39

şərait yaradır. Ənənəvi olaraq işlənən söz metodları, əyani,praktik metodlar bu gün də fəal metodlar sırasına daxildir. Rolluoyunlar, müxtəlif xarakterli didaktik çalışmalar, esse, test tap-şırıqlarının icrası, diskussiya, müzakirə və s. fəal təlim metod-larıdır. Təlimin fəal metodları dedikdə, öyrənənlərin məlumat-lanmasını, idrak müstəqilliyini, fikri fəallığını, yaradıcılığınıartıran metodlar nəzərdə tutulur.

İnteraktiv təlim qarşılıqlı fəaliyyət prosesində yaradıcıfəaliyyətə əsaslanmaq deməkdir. Bu gün məktəb nə üçüninteraktiv təlim sorağındadır? Ənənəvi təlimin mahiyyəti ondanibarətdir ki, təlimdə müəllimin fəaliyyətinin izahlı illüstrativxarakteri üstünlük təşkil edir. Birinci yerə yalnız tədris vəzifələriilə məhdudlaşan fənn xarakterli bilik, bacarıq və vərdişlərəyiyələnmək dururdu. Müəllimin fəaliyyəti ona yönəlirdi ki, necəetsə, hər şeyin aydın olmasını, başa düşülməsini təmin edə bilər.Bu da təlim fəaliyyətini yerinə yetirərkən müəllimin başlıcameyarı olurdu. Ənənəvi təlim tipində müəllim-şagirdl münasi-bətləri birtərəfli idi. Şagirdlər müəllimin dediklərini icra edir, onutəqlid edir, müəllim kimi olmağa çalışır. Dərsdə müəllimləşagirdlər ancaq işgüzar əlaqə saxlayırlar.

İnteraktiv təlim şagirdlərə bilik vermə məsələlərində, həmdə onları iradi, əxlaqi, əqli, estetik, mədəni, hüquqi dəyərləryönümündə inkişaf etdirib formalaşdırır. İnteraktiv metodlarıaktuallaşdıran bir sıra tələblər var:

1. İnsanların bazar iqtisadiyyatı cəmiyyətində yaşaması vəhər kəsin özünün bu cəmiyyətdə yaşaya bilməsi üçün hazır-lanması zərurəti;

2. Uşaqların 20-30 il əvvəlki zamana görə dünyagörü-şünün, sosial, texniki məlumatlıq səviyyəsinin yüksək olması;

3. Deməli, çevik, düşündürücü idrak fəallığını doğur-mayan metodlar uşaqların marağını təmin etmir, onlarıcanlandırmır, fəaliyyətə qoşmur.

Təlim strategiyası nədir? Təlim strategiyaları müəllimintəlim prosesində istifadə etdiyi metod, forma və üsulları əhatəedir. Pedaqoji ədəbiyyata təlim metodlarının müxtəlif növlərinin

40

olduğu göstərilir. Məsələn, beyin həmləsi (əqli hücum), BİBÖ,klaster (şaxə) anlayışının çıxarılması, söz assosiasiyaları, akva-rium, rollar üzrə oyun, venn dioqramı, layihələrin hazırlanması,ESSE və s.

Beləliklə, “Tədris prosesinə fəal təlim metodlarının daxiledilməsi şagirdlərin passivliyinin aradan qaldırılmasına, təfək-kürün inkişafına, təlimin keyfiyyətinin yüksəldilməsinə şəraityaradır. Fəal təlim metodlarının tətbiqi nəticəsində “Təhsil sahə-sində İslahat proqramı”nın təlim-tərbiyə prosesinin demok-ratikləşdirilməsi, humanistləşdirilməsi, humanitarlaşdırılması,diferensiallaşdırılması, fərdiləşdirmə, inteqrasiya prinsiplərinigeniş tətbiq etməklə həyata keçirmək olar”. (A.Mehrabov və b.Pedaqoji texnologiyalar. Bakı-2006, səh. 282)

ƏDƏBİYYAT

1. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu.Bakı, 2009.

2. Ağayev Ə., Talıbov Y., Eminov A., İsayev İ. Pedaqogika.Bakı, 2006.

3. Ağayev Ş. və b. İbtidai siniflərdə fəal təlimin nəzəri vəpraktik məsələləri. (Metodik vəsait). Bakı, 2007.

4. Bunyadova F., Abdulla B. Təlim və tərbiyədə interaktivtexnologiya. Bakı, 2000.

5. Həsənov M., Bəhmənova C. İbtidai siniflərdə fəal vəinteraktiv metodlardan istifadənin nəzəri-praktik məsə-lələri. (Metodik vəsait). Bakı, 2009.

6. Kərimov Y. Pedaqoji tədqiqat metodları. Bakı, 2009.7. Nəzərov A. “Təhsilin müasir problemləri” fənni üzrə

proqram. Bakı, 2010.8. Nəzərov A., Mollayeva E. Müasir dövrün təhsil

problemləri. (Mühazirə xülasələri). Dərs vəsaiti, Bakı,2011.

9. Veysova Z. Fəal (interaktiv) təlim: Müəllim üçün vəsait.Bakı, 2007.

Page 21: Müasir təlim texnologiyaları mühazirə xülasələri

41

VI MÖVZUTƏLİM PROSESİNDƏ PEDAQOJİ DİAQNOSTİKA

MƏSƏLƏLƏRİ

PLAN:1. Bütün zamanlarda mütərəqqi pedaqoqların pe-daqoji prosesdə şagirdləri hərtərəfli öyrənməyinzəruriliyini ön plana çəkmələri2. Diaqnostika nəticəsində informasiyanı almaq üçünistifadə olunan prinsiplər3. “Pedaqoji diaqnostika” termininin pedaqogikayadaxil olduğu konkret dövr4. Yeni təlim və pedaqoji texnologiyaların tətbiqəhazırlanmasının kriteriyayönümlü diaqnostikası

Respublikamızda müasir dövrdə sosial-iqtisadi proseslərininkişaf istiqamətlərini xarakterizə edən başlıca xüsusiyyətlərdənbiri də informasiyanın rolunun əhəmiyyətli surətdə artmasıdır.Təhsil sisteminin təlim-tərbiyə, idarəetmə, qiymətləndirmə və s.fəaliyyət növlərinin təkmilləşdirilməsində informasiyanın roluböyükdür. Həmçinin təhsil sistemi inkişafın başlıca istiqa-mətlərini xarakterizə edir. Təhsil sistemində informasiyalardanistifadəyə kortəbii surətdə yanaşma yüksək səviyyədə subyek-tivliyə gətirir və informasiya cəmiyyətinin inkişaf tendensiyalarıilə ziddiyyət təşkil edir. Baxılan problemin həlli təhsil prosesinəmüasir pedaqoji texnologiyaların tətbiqi nəticəsində mümkündür.Pedaqoji diaqnostikanı belə müasir texnologiyalara aid etməkolar. Şagirdlərin biliyinin inkişaf mərhələsinə müxtəlif faktor-lardan bu və ya digər formada alimlər, tədqiqatçılar münasibətbildirmişlər.

Rus tədqiqatçısı Uşinski yazmışdır ki, “Əgər pedaqogikainsanı hərtərəfli tərbiyə etmək istəyirsə, onda hər şeydən əvvəlonu hərtərəfli öyrənməlidir”. O, müəllimlərə məsləhət görmüşdürki, şagirdlərinizi, onların ətraf mühitini, fiziki və daxili təbiətininə qədər mümkündürsə çox öyrənsinlər.

42

Suxomlinski bu problemin həllinə daha hərtərəfli və dərinyanaşmış və qeyd etmişdir ki, uşağı hərtərəfli öyrənmək peda-qogikanın nəzəri və praktik sahələrinin başlıca kəsişmə nöq-təsidir. Sonrakı müəllimlər və tədqiqatçılar da pedaqoji prosesdəuşağın hərtərəfli və dərindən öyrənilməsinə diqqət yönəltmişlər.Göründüyü kimi, bütün zamanlarda mütərəqqi pedaqoqlarpedaqoji prosesdə şagirdlərin hərtərəfli öyrənilməsinə geniş yervermişdir. Onların bu fikirləri müasir pedaqogika elmində peda-qoji diaqnostikanın mahiyyətinin əsasını təşkil etmişdir. Pedaqojidiaqnostika termini isə pedaqogika elminə keçən əsrin sonuncuonilliyində daxil olmuşdur. Təhsil sahəsində tətbiq olunanənənəvi nəzarət metodlarından fərqli olaraq pedaqoji diaqnostikatəhsil sisteminin fəaliyyətin nəticələrinin müntəzəm olaraq izlənil-məsini nəzərdə tuturdu ki, bu da onun yekun olaraq müqayisəlitəhlilinə imkan verir.

Praktik olaraq təhsil müəssisəsi üçün hazırlanan hər birdiaqnostik metodika pedaqoji diaqnostika üçün də müvəf-fəqiyyətlə istifadə oluna bilər.

Pedaqoji diaqnostikanın məqsədi, onun fəaliyyətinin ma-hiyyətini əks etdirən pedaqoji informasiya yolu ilə həyata ke-çirilir.

Diaqnostika nəticəsində informasiyanı almaq üçünaşağıdakı prinsiplərə istinad olunur:

1. Diaqnostik praqnozvermə istiqamətliliyi prinsipi2. Pedaqoji kommunikativlik prinsipi3. Sosial normativ xarakterlilik prinsipi4. Elmilik prinsipi5. Peşəkarlığın məqsədəmüvafiqlik prinsipi6. Fasiləsizlik prinsipi7. Tamlıq prinsipi8. Ardıcıllıq prinsipiPedaqoji diaqnostikanın texnologiyasının işlənilməsi

prosesində təcrübi və nəzəri metodlardan istifadə edilir. Onlarasorğu, müşahidə, müsahibə, anketləşdirmə, söhbət, təbii və diaq-nostik eksperiment, modelləşdirmə aid edilir.

Page 22: Müasir təlim texnologiyaları mühazirə xülasələri

43

Pedaqoji diaqnostika termini, pedaqogikaya keçən əsrinaxırıncı on illiyində daxil olmuşdur. Təhsil sahəsində tətbiqolunan ənənəvi nəzarət metodlarından fərqli olaraq öyrənilməsininəzərdə tutur ki, bu da onun nəticələrinə, müqayisəli təhlilinəimkan verir. Praktik olaraq təhsil müəssisəsi üçün hazırlanan hərbir diaqnostik metodika pedaqoji diaqnostika üçün əhəmiyyətliolar. Pedaqoji diaqnostikanın məqsədi, onun fəaliyyətininmahiyyətini əks etdirən pedaqoji informasiya təyin olunur. Peda-qoji informasiya dedikdə, biz diaqnostika, proqnoz vermə, məq-sədəmüvafiq, pedaqoji, kommunikativ, interaktiv, sosial normativxarakterlə şərtlənən və ümumtəhsil məktəblərində təhsil fəaliyyətinəticəsində onun subyektlərə tərbiyəvi təsir edən inkişafınınəzərdə tutur.

Diaqnostika nəticəsində informasiyanı almaq üçün diaq-nostikanın nə kimi prinsiplərə əsaslanması barədə yuxarıdaməlumat verilmişdir.

İnnovasiyalı metod və texnologiyalardan istifadəniarzulamaq azdır, bunu reallaşdırmaq üçün yüksək peşəkarlığa nailolmaq lazımdır. Ona görə də müəllimin, yaxud kollektivin hərşeydən əvvəl yeni texnoloji təcrübənin tətbiqinə peşəkarlıqlayanaşması məsləhət görülür. Bu baxımdan, şəxsiyyətyönümlütəlim sistemi əsasında qurulan metodika daha səciyyəvidir. Əgərmüəllim metodikada əks olunan bütün parametrləri icra etmişsə,o, yeni təhsil texnologiyasından, indiki halda şəxsiyyətyönümlütəlimdən istifadə etməyə hazır ola bilər.

Müəllim üçün təzə olan metodikanın tətbiqində təhsilmüəssisəsi rəhbərinin mövcud innovasiyaya münasibəti də çoxvacib faktordur. Təəssüflə qeyd etmək lazımdır ki, bir çoxmüəllim yeniliklərin tətbiq edilməsi ilə işlədiyi halda, onunfəaliyyətini yenə də köhnə ölçülərlə qiymətləndirirlər.

Məktəb rəhbərləri yeni təlim metodları ilə işləyənmüəllimlərin dərsini dinləmək üçün yeni yanaşmaları yüksəksəviyyədə mənimsəməlidir.

44

Əgər məktəb rəhbərləri bir çox parametrlərə görə dərsintəhlilinə hazır deyilsə, onda o yeni metodlarla tanış olmalı, bu növfəaliyyət üçün şəxsi hazırlığını artırmalıdır.

Pedaqoji diaqnostikanın texnologiyasının işlənilməsi pro-sesində təcrübi nəzəri metodlardan istifadə edilir. Onlara sorğu,müşahidə, müsahibə, anketləşdirmə, təbii və diaqnostik ekspe-riment, modelləşdirmə və s. daxil edilir. Bu halda diaqnostikanınsubyektlərindən alınan informasiyanın etibarlılıq səviyyəsimühüm əhəmiyyət kəsb edir.

Deməli, təlimdə pedaqoji diaqnostikanın metodlarındandüzgün və yaradıcı şəkildə istifadənin əhəmiyyəti təkzibolun-mazdır (müşahidə, müsahibə, anket sorğusu, testləşdirmə,pedaqoji-psixoloji eksperiment və s.).

Məktəbli müvəffəqiyyətinin diaqnostikası baxımındanbiliyin yoxlanılmasının şifahi, yazılı və test formalarından səmə-rəli istifadə olunmalıdır. Bu da onu göstərir ki, təhsil sitemindətəlimə yararlılığın və intellektual inkişafın diaqnostikası düzgünmüəyyənləşdirilməlidir.

ƏDƏBİYYAT

1. Ağamalıyev R., Əhmədov İ. Tədris prosesində modultəlim texnologiyasından istifadənin imkan və yolları.Pedaqoji texnologiyalar. Bakı, 2006.

2. Ağayev Ə. Təlim prosesi: Ənənə və müasirlik. Bakı, 2006.3. Kazımov N., Həşimov Ə. Pedaqogika. Bakı, 1996.4. Kərimov Y. Təlim metodları. Bakı, 2007.5. Mehrabov A. Azərbaycan təhsilinin müasir problemləri.

Bakı, 2007.6. Məktəb pedaqogikası.(Q.İ.Şukinanın redaktəsi ilə) Bakı,

1982.7. Nəzərov A., Mollayeva E. Müasir dövrün təhsil

problemləri. (Mühazirə xülasələri) Dərs vəsaiti, Bakı,2011.

Page 23: Müasir təlim texnologiyaları mühazirə xülasələri

45

VII MÖVZUPEDAQOJİ İNNOVASİYALAR

PLAN:1. İnnovasiyanın mahiyyəti2. Pedaqoji sistemin optimallaşdırılması3. İnnovasiyaların obyektini müəyyənləşdirən

problemlər4. Hazırda pedaqoji sistemdə gedən innovasiya

prosesinin növləri

İnnovasiya sözü ingiliscə, “innovation” sözündəngötürülmüşdür. Mənası “yenilik” deməkdir. Pedaqoji innovasiyadedikdə, təlim, tərbiyə, təhsil prosesinin gedişini və nəticələriniyaxşılaşdırmaq məqsədilə pedaqoji sistemdə həyata keçirilənyenilik başa düşülür. İnnovasiya pedaqoji sistemin daxiliehtiyatları hesabına baş verir. İnnovasiya sözünün əvvəlindəki“in” hissəsinin mənası da daxili deməkdir.

Pedaqoji sistemin yeniləşməsi çox vacib və aktualideyadır. Çünki təhsil cəmiyyətin simasıdır. Cəmiyyətin inkişafıtəhsildə də öz əksini tapmışdır. Ölkədə siyasi sistemin dəyiş-məsindən sonra cəmiyyətdə olduğu kimi təhsildə də yeniliklər başvermişdir. İndi yeni tip məktəblər yaranmışdır. Alternativ təhsilplanları, dərslikləri, dərs vəsaitləri yaranmışdır. Təhsilə inves-tisiyalar qoyulur.

Pedaqoji sistem zəncirvari şəkildə bir-birinə bağlıdır.Sistemdəki komponentlərdən biri pozulduqda sistem dağılır vəonun əvəzinə yeni xassələri olan başqa bir sistem yaranır.Pedaqoji sistemin elementləri aşağıdakılardır:

1. Şagirdlər;2. müəllimlər;3. təlim və tərbiyənin ümumi və xüsusi məqsədləri;4. təlim və tərbiyənin məzmunu;5. təlimin texniki vasitələri;6. təlim-tərbiyə və təhsil işinin təşkili formaları;

46

7. təlim-tərbiyə və təhsil prosesinin idarə olunması;8. təlim-tərbiyə və təhsil prosesinin texnologiyası;9. təlim-tərbiyə və təhsil prosesinin nəticələri.Pedaqoji sistemin səmərəsi 100%-dən artıq ola bilməz. Bu

göstəricinin 50%-i müəllimin, 50%-i isə şagirdin payına düşür.Buradan belə çıxır ki, ən pis pedaqoji prosesin nəticəsi 50%-dənaşağı ola bilməz. Həmin 50%-i bünövrə götürməklə hər zamandaha 50%, yəni 100%-ə çatmaq uğrunda mübarizə gedir. Lakinindiyədək tam 100%-lik qələbə əldə edilməmişdir. Ənənəvipedaqoji sistemli iş əmsalı 60%-dir. Bu o deməkdir ki, məktəbyetirmələrinin yarıdan bir az çoxu proqram materiallarınımənimsəyə bilir. Odur ki, daha yüksək mənimsəmənin yollarıaxtarılır.

Pedaqoji sistemin təkmilləşdirilməsinin iki yolu var: 1)İntensiv (fransızca – gücləndirmək, məhsuldarlığı artırma); 2)Ekstensiv (latınca – genişləndirmək, uzatmaq).

İntensiv yol – pedaqoji sistemin inkişafını daxili ehtiyatlarhesabına həyata keçirməyi nəzərdə tutur. Ekstensiv yol isə peda-qoji sistemin inkişafı üçün əlavə qüvvələrin (investisiyaların),yeni vasitələrin, avadanlıqların, texnologiyaların, kapital qoyu-luşunun cəlb edilməsidir.

Hazırda qərb məktəbi ekstensiv yolla inkişaf edir. Hazırdamüstəqil yolla pedaqoji məhsulun keyfiyyətinin artmasına şübhəedirlər və nəzəriyyəçilər belə fikir söyləyirlər ki, yaxın vaxtlardapedaqogikada innovasiyalar keçmişə qayıtmağı aparıb çıxa-racaqdır. Odur ki, indi intensiv və ekstensiv yolların inteqrasiyasıyolu ilə pedaqoji sistemin səmərəliliyini yaxşılaşdırmağınmümkünlüyünü iddia edirlər.

İnnovasiyaların obyekti aşağıdakı problemlərdir:a. təlim-tərbiyə fəaliyyətinin motivasiyasını (öyrənməyə,

oxumağa olan marağı) necə yüksəltmək;b. dərsdə öyrənilən materialın həcmini necə artırmaq;c. təlimin sürətini artırmaq;d. vaxt itkisini necə aradan qaldırmaq və s.

Page 24: Müasir təlim texnologiyaları mühazirə xülasələri

47

Hazırda bu problemləri həll etməyin yolları müəyyən-ləşməlidir. Bu səbəbdən bəzi mütəxəssislər ənənəvi pedaqogikanıtənqid edir, yeni bir elmin yaranması fikrini irəli sürürlər ki,həmin elm təhsili kökündən yeniləşdirsin. Bu, olduqca çətindir.

Yeni pedaqoji ədəbiyyatda belə bir elm şərti olaraq “inno-vasiya pedaqogikası” adlanır. Təlim və tərbiyənin paradiqmalarını(nəzəri və praktiki problemlərin həllinin əsasını təşkil edən hakimnəzəriyyə) dəyişməyi tələb edir. İnnovatorlar belə hesa edirlər ki,klassik pedaqoji nəzəriyyə köhnəlmişdir, indiki şəraitdə yeninəsillərə həmin nəzəriyyə əsasında təlim-tərbiyə vermək çətindir.

Ölkəmizdə innovasiyalı təhsil müəssisələri hazırdafəaliyyət göstərməkdədir. Müasir Təhsil Kompleksini, XXI əsrinbir sıra başqa təhsil sahəsindəki yeniliklərini buna misalgöstərmək olar.

1. Humanist pedaqogikanın təşəkkülünə pedaqoji sistemdəsözün əsl mənasında gedən innovasion prosesi nümunə kimigöstərmək olar.

2. Təlim-tərbiyə prosesin optimallaşdırılması ümumilikdəpedaqoji sistemə aid edilən ümumi innovasiyadır. Optimal-laşdırma (optium – ən yaxşı) mümkün olan variantlardan ənyaxşısını seçib götürmək prosesidir. Pedaqoji proses çox planlı,mürəkkəb və dinamik olduğu üçün optimal variantlar da çoxdur.Onların ən yaxşısını seçib işlətmək vacibdir. Bu zaman alternativvariantları müqayisə etməyə, daha məqsədəmüvafiq variantaönəm verməyə lüzum var. Çünki bu şərait (məsələn, sinif) üçünyararlı olan optimallıq digər şəraitdə özünü doğrultmaya bilər.

Optimallaşdırma nəzəri və praktik baxımdan iki istiqa-mətdə olur:

1) nəzəri aspektdə – optimallaşdırmanın sinonimvariantlarını hesaba (uçota) alma, müqayisə, tutuşdurmadır;

2) praktiki aspektdə – bu pedaqoji sistemin innovasiyası,yekun təşkili və qurulması, qarşıya qoyulmuş vəzifələri həlletmək üçün onun ən yaxşı vəziyyətə gətirilməsidir. Təlim-tərbiyəprosesi o zaman optimal hesab olunur ki, orada şagirdlər vəmüəllimlər yüklənmir və maksimum nəticə əldə edirlər.

48

Təcürbə göstərir ki, şagirdlərin həddindən artıq yüklən-məsi onların iş qabiliyyətini azaldır, sağlamlığına mənfi təsirgöstərir.

Optimallaşdırma pedaqoji prosesi mövcud vəziyyətə,şəraitə uyğunlaşdırmağı nəzərdə tutur. Bununla belə o özü yenişərait yaradır və pedaqoji prosesin ona tabe olmasını tələb edir.

Təlim-tərbiyə prosesinin optimallaşdırılması o zamanmümkündür ki, müəllim pedaqoji sistemin bütün parametrlərini(göstəricilərini) yaxşı bilsin. Bu baxımdan müəllim aşağıdakıkeyfiyyətlərə malik olmalıdır.

1) yaradıcı təfəkkür üslubuna;2) təfəkkür çevikliyinə;3) təfəkkür konkretliyinə;4) təfəkkür sistemliliyinə;5) qərarlar qəbul edən və fəaliyyət göstərən zaman həddi

gözləmək qabiliyyətinə;6) daha çox ünsiyyətə girmək və pedaqoji taktı gözləmək

bacarığına.Ümumiyyətlə, hər bir müəllim təlimi optimallaşdırmağı

bacarmalıdır.Müasir yeniləşmə prosesinin təhlili əsasında pedaqoji

sistemində gedən innovasiya prosesini üç növə ayırmaq olar:1. Aşağı səviyyə: Burada yeni qeyri-adi adlar və ümumi

ifadələrdə dəyişikliklər aparılması güman edilir;2. Orta səviyyə: Burada mahiyyətə toxunulmadan

formalar dəyişir;3. Yüksək səviyyə: Burada bütün sistemin və onun

başlıca komponentlərinin əsaslı dəyişilməsi baş verir.Əslində üçüncü yüksək elmi və praktiki dəyərə malikdir.

Qalanlar keçici xarakter daşıyır və “innovasiya” xatirinə edilir.Təhlil göstərir ki, üçüncü səviyyə innovasiyanın çox cüzihissəsini, ancaq 3 fəslini təşkil edir.

Humanist məktəblərin təcrübəsi artıq innovasion fəaliy-yətin konkret forma və üsullarını müəyyən etmişdir. Onlardanaşağıdakıları göstərmək olar.

Page 25: Müasir təlim texnologiyaları mühazirə xülasələri

49

1. Təlim-tərbiyə fəaliyyətinin diferensiasiyası2. Tərbiyə və təlim prosesinin fərdiləşdirilməsi3. Hər bir tərbiyə olunanın meyl və qabiliyyətinin inkişafı

üçün əlverişli şəraitin yaradılması4. Homogen (eyni mənşəli) siniflərin və paralellərin

formalaşdırılması5. Təlim-tərbiyə üçün rahat şəraitin olması6. Şagirdə və onun inkişafına inam7. Şagirdi necə varsa elə qəbul etmək8. məktəbin məqsəd istiqamətinin dəyişməsi9. Qiyabi, ekstern təlimin aradan qaldırılması10. Müəllimin şəxsi daxili yönümünün dəyişdirilməsi11. Humanitar təhsilin gücləndirilməsi

ƏDƏBİYYAT

1. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu.Bakı, 2009.

2. Əliyev A. Yeni (müasir) pedaqoji texnologiyalar vəonlardan təlim praktikasında sistemli istifadəninəhəmiyyəti. “Təhsil problemləri” qəzeti, 21-30 iyun, 2007.

3. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.4. Qasımova L., Mahmudova R. Pedaqogika. Bakı, 2003.5. Mehrabov A. Azərbaycan təhsilinin müasir problemləri.

Bakı, 2007.6. Mərdanov M. Azərbaycan təhsili yeni inkişaf mər-

hələsində. Bakı, 2009.7. Nəzərov A., Mollayeva E. Müasir dövrün təhsil prob-

lemləri. (Mühazirə xülasələri) Dərs vəsaiti. Bakı, 2011.

50

VIII MÖVZUYENİLİKÇİ MÜƏLLİMLƏRİN PEDAQOJİ

TEXNOLOGİYALARDAN İSTİFADƏ BACARIĞI

PLAN:1. Müəllimlik peşəsinin insan fəaliyyətinin çoxmürəkkəb növünə aid olması2. Müəllimin pedaqoji qabiliyyətinin yeddi qrupaayrılması3. İdeal pedaqoji keyfiyyətlərin üç qrupa ayrılması4. Həqiqi təlim üçün metod və texnologiyaların qar-şıya qoyulmuş məqsəd və şəraitdən asılı olaraq seçil-məsi5. Xarici təcrübədə əxz edilmiş bəzi yenilikçi müəl-limlər tərəfindən tətbiq edilməyə başlayan interaktivmetodlar (rollu oyun, debatlar və s.)

Müəllimlik peşəsi insan fəaliyyətinin çox mürəkkəbnövünə aiddir. Pedaqoji funksiya müəllimə peşə bilikləri vəbacarıqlarını tətbiq etmək istiqamətini göstərməkdir. Pedaqojifəaliyyətin başlıca istiqamətlərini şagirdlərin təlimi, təhsili,tərbiyəsi, inkişafı və formalaşması təşkil edir. Bu işlərin hərbirində müəllim çox konkret işlər görür. O, özü bu başlıcafunksiyanı nə qədər dərindən başa düşsə öz şagirdlərinə də bir oqədər müstəqillik, təşəbbüskarlıq, sərbəstlik verər. Müəlliminpedaqoji qabiliyyətləri yeddi qrupa ayrılır:

1. Təşkilatçılıq qabiliyyəti – müəllimin uşaqlarıbirləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işiplanlaşdırmaq, görülən işə yekun vurmaq və s. bacarığında özünügöstərir.

2. Təlim (öyrətmək, didaktik) qabiliyyəti – tədrismaterialının əyani vasitələri, avadanlığı seçmək və hazırlamaq,tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcınəql etmək, tədris – idrak fəallığını yüksəltmək, idrak maraqlarınıvə onların mənəvi tələbatlarını stimullaşdırmaq bacarığı daxildir.

Page 26: Müasir təlim texnologiyaları mühazirə xülasələri

51

3. Perseptiv qabiliyyət – şagirdlərin daxili aləminigörmək bacarığında onların emosional vəziyyətini obyektivqiymətləndirməkdə psixikasının xüsusiyyətlərini üzə çıxarmaqdaözünü göstərir.

4. Kommunikativ (ünsiyyət) qabiliyyəti – müəlliminşagirdlər, onların valideynləri, həmkarları, tədris müəssisəsininrəhbərləri ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət qurabilməsində özünü göstərir.

5. Suqqestiv (təlqinedici) qabiliyyət – şagirdlərəemosional – iradi təsir göstərməkdən ibarətdir.

6. Tədqiqatçılıq qabiliyyəti – pedaqoji situasiyaları vəprosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığıdır.

7. Elmi-idraki qabiliyyət – seçdiyi sahə üzrə elmibilikləri mənimsəmə qabiliyyətidir.

Bu qabiliyyətlər içərisində aparıcı və köməkçi qabi-liyyətlər vardır. Didaktik və təşkilatçılıq qabiliyyəti aparıcıqabiliyyətlərə aiddir. Qalanları isə köməkçi qabiliyyətlər hesabolunur.

Müəllim üçün ən vacib keyfiyyət humanizmdir. “Huma-nizm” sözünün mənası, insanpərvər (“insani”, “bəşəri”) deməkdir.Humanist münasibətlər şagirdlərin şəxsiyyətinə maraqdan, onunvəziyyətinə şərik olmaqdan, fikrinə hörmət etməkdən, tədrisfəaliyyətinə yüksək tələbkarlıqdan, şəxsiyyətinin inkişafına qayğıgöstərməkdən və s. – dən ibarətdir.

İnteraktiv metodlarla əlaqədar xarici təcrübədən əxzolunan, istifadə edilən və əməli işdə tətbiq olunan bir sıra müx-təlif adlar və terminlərin işlədilməsinə diqqət yetirməyin zəruriliyiortaya çıxır. Bu adların verilməsi nəzəri ideyadan deyil, prak-tikadan – təlim təcrübəsindən irəli gəlmişdir. Əgər hər hansı işinimükəmməl bilən, yaradıcı işləyən müəllim öz təcrübəsindəşagirdlərarası fəallaşdırmanı təmin edən hər hansı metodikaişləyib tətbiq edərsə özü də onun adını verə bilər.

Nümunə üçün xarici təcrübədən əxz edilmiş və bəziyenilikçi müəllimlər tərəfindən tətbiq edilməyə başlanılaninteraktiv metodlara diqqət yetirək:

52

Rollu oyun. Bu metod didaktikada ilkin formalaşmışmetodlardan biridir. XX əsrin 20-30-cu illərində Azərbaycandahətta ədəbi müzakirələri də bu metodla keçirirmişlər. Hələ Sovetdönəmində müəllimliyə başlayan bəzi müəllimlər dərslərindərollu oyundan şagirdləri fəallaşdırma və qabiliyyətlərinin artırmametodu kimi orta məktəbdə istifadə etmişlər. Rollu oyunu hazırdainteraktiv metodlar sırasına daxil edən digər qabaqcıl müəllimlərvaxtı düzgün hesablamalıdırlar. Göstərilən şərtləri Azərbaycanınqabaqcıl müəllimləri və uşaq bağçası tərbiyəçiləri 50 ildir ki,tətbiq edirlər. Rollu oyun mövzuya, fənnə, sinfə görə müxtəlif cürimitasiya edilə bilər.

Debatlar. Debatlar (fransız dilində, “Debats” – hansısaiclasda, yığıncaqda fikir mübadiləsi) müəyyən bir problemə aidmübahisədir, bir – birinə əks nöqteyi – nəzərdən toqquşması,tərəflərin öz mövqeyini mədəni surətdə dəlillər əsasında müdafiəetməsidir. Debatlar hadisələrə müxtəlif nöqteyi – nəzərlərdənbaxmağa, faktları və ideyaları şübhə altına almağa və inan-dırmağa başlayırlar.

Debatların əsasını arqumentlər – dəlillər təşkil edir.Debatlarda gərək nəinki nitqlə çıxış edəsən, eyni zamanda

digər tərəfin arqumentlərini dəf edəsən, öz mövqeyini qarşıtərəfin mövqeyi ilə qarşılaşdırasan və bununla hakimləri öz üstün-lüyünə inandırasan. Bu mənada debatlar şahmat oyununa bən-zəyir, çünki suala nəinki öz mövqeyindən, eyni zamanda rəqibinmövqeyindən baxaraq onun növbəti arqumentinə hazır olursan.

Debatlar mövzunun qısaca və dürüst ifadəsindən başlanır.Hər qrup öz mövqeyini müdafiə edir və qarşı tərəfin arqu-mentlərini təkzib edir.

Demokratik dövlətin gələcək vətəndaşları kimi şagirdlərdebatlar vasitəsilə siyasi hadisələri başa düşə bilir və öz nöqteyi-nəzərini müdafiə etməyi öyrənirlər.

Debatlar insanların deyil, ideyaların qarşıdurmasıdır,demokratik cəmiyyətdə isə bu qarşıdurmanın yeganə həlli vasitəsiəsaslandırılmış arqumentlər ola bilər. Başqa sözlə desək, şagirdlər

Page 27: Müasir təlim texnologiyaları mühazirə xülasələri

53

qarşı tərəfin özünə deyil, onun arqumentlərinə – dəlillərinə həmləetməlidirlər.

Debatların ən vacib elementi – tənqidi düşüncədir. Rolluoyun şagirdlərin yaradıcı təxəyyülünü inkişaf etdirir, onlarıniştirak hissini gücləndirir. Bu üsulla işlədikdə şagirdlər elə bil ki,hadisələrin canlı iştirakçılarına çevrilirlər. Rollu oyunun keçiril-məsi zamanı sinfin əksər hissəsi dərs prosesinə qoşulur. Rolluoyunun sayəsində şagirdlər digərlərinin düşüncə tərzini yaxşıanlamağa başlayırlar. Bu metodika şagirdlərdə qrupda işləməkbacarığını inkişaf etdirir. Bu oyunlar dərsin yeknəsəkliyini aradanqaldırır və mövzuya maraq oyadır.

Rollu oyunların keçirilməsi üsulları müxtəlifdir. Adətən,müəllim sinfi qruplara bölür və bu qrupların arasında rollarıbölüşdürür. Şagirdlərin fəaliyyəti onların oyuna nə dərəcədə cəlbolunmasından asılıdır. Şagirdlərin hansının cəlb olunması üçünmüəllimin istiqamətləndirici fəaliyyəti böyük rol oynayır.

Rollu oyunlar hökmən şagirdlərə ünvanlanmış müvafiqsuallarla nəticələnməlidir. Bu suallar rollu oyunların məqsədlərinəxidmət etməlidir.

Mümkün çətinliklər:– Rollu oyunlar şagirdlər üçün əyləncəyə çevril-

məməlidir. Bəzən müəllimlər rollu oyunları keçirərkənoyunun məqsədləri barədə unudurlar və oyunun təkzahiri tərəfinə diqqət verirlər.

– Oyuna cəlb olunmayan şagirdlər oyun prosesindənkənarda qala və ümumiyyətlə dərsin gedişinə mane-çilik törədə bilərlər.

– Rollu oyunların digər mümkün çətinliyi müəlliminvaxtı düzgün hesablamamsı ilə əlaqədar ola bilər, buda şagirdlər tərəfindən oyunun mahiyyətinin qavranıl-maması ilə nəticələnə bilər.

Çıxış yolu:Bu cür çətinlikləri aradan qaldırmaq üçün müəllim oyunun

bilavasitə rəhbəri olmalı, uşaqları oyuna cəlb etməli, müzakirə

54

edilən ideyaların dürüst ifadə edilməsi müəyyənləşdirilməli,əsaslandırılmalı və təhlil edilməlidir.

Tədqiq etmə bacarıqlar. Dərs prosesində debatlara 5-10dəqiqəlik hazırlıq zamanı mövzuya dair məlumatın toplanması –yəni “məlumat bankı” yaranır. Qrupdan bir nəfər bu məlumatıqeyd etməlidir. Məlumata:

– Misallar;– Faktlar;– Statistika;– Sitatlar və s. daxil edilməlidir.Arqumentin yaradılması:1. Dəlilin irəli sürülməsi;2. Dəlilin izahı;3. Dəlilin sübut edilməsi;4. Nəticələr.Struktur:Mövzu:Vərəq:Təsdiq, yaxud inkar (şagirdlər mövzu ilə razıdır, yoxsayox).İzah: (şagirdlər səbəbi ətraflı izah edirlər).Əsaslandırma: (adətən vərəqlərdə yazılmış sübutlardanibarətdir).Nəticə: (şagirdlər yenidən əvvəlki dəlili təsdiq edirlər).Pedaqoqun professional potensialının ümumi strukturu

aşağıdakılardır: İntellektual, motivasion, kommunikativ, ope-rasion (və ya sırf professional), yaradıcı komponentlər.

“İdeal pedaqoq” anlayışının da öz mənası vardır. İdealpedaqoq professional pedaqoqa nümunədir. İdeal pedaqoq ənyüksək səviyyədə formalaşmış vətəndaşlıq, istehsalat və şəxsiyyətfunksiyalarının daşıyıcısıdır. İdeal pedaqoqun keyfiyyətləri 3qrupa ayrılır:

1. İdeal pedaqoq bir mütəxəssis kimi;2. İdeal pedaqoq bir işçi kimi;3. İdeal pedaqoq bir insan kimi.

Page 28: Müasir təlim texnologiyaları mühazirə xülasələri

55

Pedaqoji ünsiyyətin üslubundan asılı olaraq müəllimlər 3tipə bölünür: fəal, az fəal, çox fəal.

Fəal müəllim: ünsiyyətin təşkilində təşəbbüskardır,şagirdlərlə əlaqələrini fərdiləşdirir, onun mövqeyi, xətti, topladığıtəcrübəyə uyğun dəyişir, o nə istədiyini bilir və öz hərəkətlərindənəyin məqsədə nail olmağa kömək göstərdiyini başa düşür.

Az fəal müəllim: öz xəttində, mövqeyində çevikdir, ammadaxilən zəifdir. Onun siniflə ünsiyyətinin xarakterini özü yox,şagirdlər diktə edir. Onun məqsədləri dağınıqdır və davranışınıaçıq – aşkar şəraitə uyğunlaşdırır.

Çox fəal müəllim: öz şagirdlərini yüksək qiymətlən-dirməyə və qeyri – real ünsiyyət modelləri qurmağa meyillidir.Ona görə əgər şagird başqalarına nisbətən fəaldırsa, o qiyamçı vədələduz, əgər passivdirsə tənbəldir. Belə müəllimin uydurduğuqiymətlər ona müvafiq olaraq hərəkət etməyə məcbur edir.

Azərbaycanda interaktiv metodlarla, yeni texnologiyalarlaişləyən müəllimlərin iş təcrübəsi demək olar ki, uğurlu alınır.Ancaq onu da qeyd edək ki, interaktiv təlim metodlarındanhəmişə istifadə etmək onun təsirini azalda bilər.

Həqiqi təlim üçün metod və texnologiyaları qarşıyaqoyulmuş məqsəd və şəraitindən asılı olaraq müəllimlər fənnə,mövzuya, şagirdlərin təcrübə və bilik səviyyəsinə görə yeni təlimmetodlarından, müxtəlif metodika və texnologiyalardan istifadəetməyi bacarmalıdırlar.

Yeni təlim texnologiyalarını aktuallaşdıran aşağıdakışərtlərə əməl olunmalıdır:

1. İnsanların bazar iqtisadiyyatı (kapitalizm) cəmiyyətindəyaşaması və hər kəsin özünü bu cəmiyyətdə yaşaya bilmək üçünhazırlaya bilməsinin önəmliyi.

2. Uşaqların 20-30 il əvvəlki zamana görə dünya-görüşünün, sosial, texniki məlumatlılıq səviyyəsinin xeyli yüksəkolması. Təlimin məzmun və metodlarının uşağın istəyini təminetməyin vacibliyi.

56

ƏDƏBİYYAT

1. Ağayev Ə. Təlim prosesi: ənənə və müasirlik. Bakı,2006.

2. Ağayev M. Kiçik yaşlı məktəblilərin tərbiyəsi. Bakı,2006.

3. Mehrabov A. Azərbaycan təhsilinin müasir problem-ləri. Bakı, 2007.

4. Mehrabov A., Bəylərov E. Şagird intellektinin inkişafı.Bakı, 2006.

5. Mərdanov M. Azərbaycan təhsili yeni inkişafmərhələsində. Bakı, 2009.

6. Mərdanov M., Şahbazlı F. Azərbaycan təhsil sistemi(1998-2005). II kitab, Bakı, 2005.

7. Nəzərov A., Məmmədov R. Pedaqoji ustalıq. (Müha-zirə xülasələri) Dərs vəsaiti. Bakı, 2008.

8. Nəzərov A., Mollayeva E. Müasir dövrün təhsilproblemləri (dərs vəsaiti). Bakı, 2011.

Page 29: Müasir təlim texnologiyaları mühazirə xülasələri

57

IX MÖVZUPEDAQOJİ TEXNOLOGİYA SİSTEMİNDƏ YENİ TƏLİM

TEXNOLOGİYALARININ SƏCİYYƏSİ

PLAN:1. Pedaqoji texnologiyanın zaman-zaman yeniləşməsi2. Voldorf məktəbinin ənənəvi məktəblərdən təşkilatıbaxımdan fərqlənməsi

Pedaqoji texnologiya ifadəsi də son illərdə daha çoxişlədilən anlayışlardandır. Texnika inkişaf etdikcə təkcə elmin vətexnikanın müəyyən sahəsinə deyil, təlim prosesinə də daxil olur.Əgər ötən əsrin 50-ci illərində pedaqoji texnologiya dedikdəəsasən təlimin texniki vasitələri başa düşülürdüsə, hazırda bütünpedaqoji prosesdə mövcud paradiqmalar, vasitələr, müxtəliftəlim-tərbiyə prosesləri, məzmunun formalaşdırılması, öyrətməmodelləri və metodları, idarəetmə, qiymətləndirmə bütün buprosesdə korreksiya və təkamül nəzərdə tutulur.

“Pedaqoji texnologiya” sözü yunanca, “techne” incəsənət,“remesto” elm, “logos” isə anlayış, təlim deməkdir. Pedaqojifəaliyyət pedaqoji ustalıq tələb edir. Lakin müəllim işləyən bütüninsanlarda pedaqoji ustalıq eyni dərəcədə ola bilməz və həttabəzilərində heç olmaya bilər. Amma hər bir müəllim pedaqojitexnologiyaya yiyələnə bilər və yiyələnməlidir. Çünki bu konkretbilgilərdən və əməliyyat bacarıqlarından ibarətdir.

V.V.Basovaya görə, ənənəvi pedaqogikada fəal təlimmetodları adlandırılan proqramlaşdırılmış, problemli, adaptaedilən modul suqqestiv təlim, işgüzar oyunlar əslində təlimmetodları deyil, təlim texnologiyasıdır. Bizə görə bunları işlənməyerinə tətbiq məqsədinə görə həm metod, həm də texnologiyaadlandırmaq olar.

Pedaqoji texnologiyalar müxtəlif formada təzahür edir.“Voldorf pedaqogikası” deyilən təlim formasını ayrıca

nəzərdən keçirək. 1919-cu ildə Almaniyanın Ştutqard şəhərindəkitütün fabrikinin fəhlələri voldorf Ustoriya fabrikinin direktoru ilə

58

birlikdə alman alimi Rudolf Şteyner (1861-1925) onların uşaqlarıüçün məktəb yaratmağı təklif etmişlər.

R.Şteyner ensiklopedik biliyə malik görkəmli alim idi. O,elmin və incəsənətin müxtəlif sahələrinə aid 300 cildlik əsəryazmış və nəşr etmişdir. Tibb, kosmologiya, din tarixi, heykəl-taraşlıq, memarlıq sırasında əsərlərinin 25 cildlik pedaqogika vətəhsilə həsr edilmişdir. “İnsan haqqında ümumi təlim peda-qogikasının əsası kimi”.

R.Şteyner “azad məktəb” tipinə uyğun ilk məktəbiniyaratmışdır. Onun əsasında insan varlıq kimi prinsipi dayanırdı.N.V.Basov yazır ki, təhsilin Voldorf texnologiyasının mahiyyətiinsanın hiss etdirmək qabiliyyətini inkişaf etdirmək başqa sözlə,hisslərin tərbiyəsi, bədii zövqün formalaşdırılması təbiət bilikləriəsasında yaradıcı, quruculuq bacarığı aşılamaqdır. Əsas o idi ki,təhsilin məqsədi və məzmunu istehsalın tələbi və ya sosial-siyasikonyuktura təyin etmirdi. İnsan onun imkanları və tələbatı təhsilinməzmununun aparıcı prinsipi hesab edilirdi.

Voldorf məktəbi ənənəvi məktəblərdən təşkilatı baxı-mından fərqlənirdi. Özünüidarə əsasında fəaliyyət göstərirdi,direktor yox idi, məktəbi pedaqoji kollektiv idarə edirdi, məktəbinhəyatında valideynlər iştirak edirdi. Məktəb mərkəzləşmiş dövlətreqlamentləşdirilməsindən azad idi. Hazırda Almaniyada şagird-lərin 1% voldorf məktəbində təhsil alırlar. Burada təhsilödənişlidir, differensialdır. Müəllimin əmək haqqı da differensialqaydada ödənilir. Məktəblər müstəqildir, ancaq dövlət onlarıdəstəkləyir və təlim prosesinə müdaxilə etmədən xərclərin 70-80%-ni öz üzərinə götürür.

Klassik Voldorf məktəblərində təlim 12 ildir. Universitetədaxil olmaq istəyənlər “abituriyent sinfi” adlanan 13-cü ili dəoxuyurlar. Amma universitetlərə qəbul faizi aşağıdır. Məktəbtədris siteminə görə ənənəvi məktəblərdən tamamilə fərqlənir. Isinifdən VIII sinfə qədər bütün məşğələləri bir müəllim aparır.Möhkəm tədris planı yoxdur, qiymətləndirmə yoxdur, qiymət-ləndirmə xasiyyətnaməsindən istifadə olunur.

Page 30: Müasir təlim texnologiyaları mühazirə xülasələri

59

VIII sinifdən sonra məşğələləri fənn müəllimləri aparır.Səhər ilk 2 saatda bir fənn öyrədilir (riyaziyyat, zoologiya və s.),həmin gün başqa fənn tədris olunmur. Öyrədilən fənn hər günhəmin qaydada 3-6 həftə davam etdirilir və “dövr” adlanır.

I dövr kimya üzrə, II dövr ədəbiyyat üzrəvə s. ola bilər.Dövrün hər günü 2 saatlıq fənn məşğələsindən, sonra məşğələlərsinifdə oturmaqla aparılmır. Bu fənlərin tədrisi ənənəvi qaydadadeyil, obrazlı-estetik qaydada aparılır. Voldorf məktəbində əməktərbiyəsinə və təliminə böyük yer verilirdi. Cildləmə, ağacdaöymə, dülgərlik, tikiş yapma və s. oğlanlar dəmirxanada işləməyi,torpaq hazırlamağı, dən üyütməyi, çörək bişirməyi öyrənirdilər.Alimlər belə fikirdədirlər ki, Voldorf məktəbindəki bənzərsizşəxsiyyətyönümlü pedaqogika təlimin humanistləşdirilməsi vəhumanitarlaşması qabiliyyətlərinin inkişaf etdrilməsi əğzedilməyə layiqdir. Göründüyü kimi, Voldorf məktəbindəki təlimtexniologiyası ayrıca bir istiqamət təşkil edir.

İnformasiya texnologiyası (İT) – metod və vasitələryığımını istifadə edilən məcmusu prosesidir.

İnformasiya texnologiyalarını bütün dünya birliyi çərçi-vəsində vahid məkan birliyinin, vahid təhsil məkanınınformalaşmasına, şəraitin formalaşmasına səbəb olur.

Hazırda pedaqoji texnologiyaların adı altında pedaqojiprosesdə müsbət nəticələrə gətirib çıxaran pedaqoji ideallar kom-pleksi başa düşülür. Habelə, tam və sistemli pedaqoji texno-logiyada mövcud olması və onlardan bir sıra ölkələrdə istifadəolunması diqqəti cəlb edir:

1. Təbii təlim texnologiyaları2. Modul-retinq texnologiyası3. İnteqrativ təlim texnologiyası4. Parasentrik təlim texnologiyası5. Biliklərin tam mənimsənilməsi texnologiyası6. Fərdi təlim texnologiyası7. Kooperativ təlim texnologiyası8. Təlimin nəzarət-korrektdə texnologiyası

60

XX əsrin 70-80-cı illərində kompüterlərin təlim texno-logiyasına daxil olması nəticəsində yeni təlim texnologiyasınınəsasının qoyulması, kompüter təliminin əsasında kompüterlərdənistifadə etməklə proqramlaşdırılmış təlimin dayanması “təliminkompüter texnologiyası”nın artıq “informasiya texnologiyaları”ilə əvəz olunması diqqəti cəlb edirdi. Hətta yaş anlayışlarınınyaranması – TYİT – təlimin yeni informasiya texnologiyalarıyarandı. Kommunikativ texnologiyalar (KT) hətta cəmiyyətin“infortmalaşdırılması”, “informasiya cəmiyyəti” anlayışlarınıngeniş yayılmağa başlanması ilə səciyyələnirdi.

Keçmiş SSRİ-də təlim texnologiyasını təkmilləşdirən, onayenilik gətirən novator müəllimlər, məktəb direktorları var idi. Busıradan Gürcüstanda Ş.Amanaşvilinin, Azərbaycanda Z.Şoyu-bovun, Rusiyada F.V.Şataların və daha bir neçə müəllimi qeydetmək olar. Bunların arasında Şatalov daha çox diqqəti cəlb edir.Onun işlədiyi təlim texnologiyalarını “Şatalov metodu” adlan-dırırlar. Onun təlim texnologiyasının əsasına qrup (sinif) təlimişəraitindən şagirdlərin mürəkkəb idrak fəaliyyətinin qurulmasıtəşkil edirdi.

F.V.Şataların əsas məqsədi belə idi:1. Materialı olduqca yığcam izah etməklə uşaqların

diqqətindən artıq yükləri atmaq2. Bir dərsdən bir teoremi yox, qarşılıqlı, əlaqəli mövzuları

blok-blok (hissə-hissə) öyrətmək3. Şagirdlərə əsas olan mahiyyəti çatdırmaq və onların

yadda saxlanacaqlarının həcmini azaltmaq4. Şagirdlərin eyni zamanda dinləmələrinə və yazmalarına

imkan verməmək, əvvəlcə dinləməli, sonra yazmalı5. Hər bir şagirdə yığdığı balı yaxşılaşdırmaq imkanı

vermək. Bu prinsip “açıq perspektivlər” adlanırdı.6. Şagirdlərə və valideynlərə humanist münasibət7. Sinifdə elə ab-hava yaratmaq lazımdır ki, hər bir şagird

özünü sakit və inamlı hiss etsin.

Page 31: Müasir təlim texnologiyaları mühazirə xülasələri

61

Göründüyü kimi, Şatalovun pedaqoji texnologiyasınınmahiyyəti onda ifadə edilir ki, şagird öz biliyini qeyri-ənənəvişəraitdə təqdim edir, anlayır, yada salır və tətbiq edir.

Ötən əsrin 80-cı illərində Bolqarıstanda inteqral təlimtexnologiyası tətbiq olunmağa başladı. Onun işlənməsi üzrəÇexoslavakiyada geniş eksperimentlər aparıldı. Digər ölkələrdədə belə cəhdlər oldu. Nəticədə inteqral təlim sistemi əsasındaqlobal təhsil konsepsiyası yarandı.

Rusiyada ictimai əsaslarla qlobal təhsil mərkəzi yaradıldı.Mərkəz ABŞ-ın eyni adlı mərkəzi ilə əməkdaşlıq edirdi. Mərkəzməktəblər üçün 3 əsas blok üzrə işləmələr hazırlayır.

1. Necə gözəldir bu dünya;2. Necə kövrəkdir bu dünya;3. İnsan adamlar arasında.Bu təhsil və tərbiyənin əsasında insan, onun cəmiyyəti,

həyatın dəyişməsinə uyğun olan təlimi dayanır. Ona (insana)mütləq həyatın yeni dəyişmələrinə uyğunlaşmasına öyrətməklazımdır.

XX əsrin 70-80-cı illərindən kompüterlər təlim prosesinədaxil oldu və yeni təlim texnologiyasının əsası qoyuldu.Kompüter təliminin əsasında kompüterlərdən istifadə etməkləproqramlaşdırılmış təlim dayanırdı.

Təbii təlim texnologiyası dedikdə, işin qrup vasitəsiləgörülməsi və bu zaman subyektlər arasından təbii, ünsiyyətinbərqərar olması və bu şəraitdə müxtəlif didaktik materiallardan,hərəkət alqoritmlərindən istifadə edilməsi nəzərdə tutulur.

Modul-reytinq texnologiya şagirdlər üçün 2 tip modulproqramlarına (idrak və fəaliyyət, yaxud əməliyyat və fəaliyyət) –modul – qovluqlarına həmçinin şagirdlərin biliklərinin qiymət-ləndirilməsinin reytinq şkalasının işlənməsinə əsaslanır.

“Modul” sözü latın dilindəki “modulus” sözündəngötürülmüşdür. Ölçü deməkdir. Dəqiq elmlər, xüsusilə riyaziy-yatda, eləcə də memarlıqda modul anlayışı çoxdan məlumdur.Pedaqogikada modul vəziyyət və keyfiyyətin səviyyəsini dəqiqqurmağa xidmət edir.

62

Məzmun verilən biliyin həcmi, istifadə ediləcək metod vəvasitələr, keyfiyyət səviyyəsi şagirdə veriləcək qiymətlər hansısəviyyəyə görə qruplaşdırılacaq və s. Bütün bunlar irəlicədəndəqiq müəyyənləşdirilir və tətbiq olunur. Öyrənənlər bilik,bacarıq və vərdişlərinin dairəsini qabaqcadan bilir və bu dairənimütləq əhatə etməyə çalışırlar.

Buna əsasən modul üzrə bütün iş növlərini əhatə edən sualvə tapşırıqlar hazırlanır və modulun öyrənilməsindən sonranəzarətə (yoxlamaya) çıxarılır (adətən testlə).

Biliyin tam mənimsənilməsi, texnologiyanın reallaş-dırılması zamanı şagirdlərin fəaliyyətinin nəticələrinin hesabaalınması və qiymətləndirilməsi üçün müxtəlif formalardan istifadəedilir. Bu zaman korrektə, diaqnostik və yekun məqsədi həyatakeçirilir. Kooperativ təlim texnologiyasının əsasında şagirdlərinfəaliyyətini fərdi işdən briqada formasına və əksinə keçiril-məsində müxtəlif vasitələrdən istifadənin bir-birini əvəz etməsidurur.

ƏDƏBİYYAT

1.Abbasov A. Pedaqogika. Bakı, 2007.2.Ağayev Ə.,Talıbov Y.,Eminov A.,İsayev İ.Pedaqogika. Bakı,2006.3.Əhmədov B., Rzayev A. Pedaqogikadan mühazirə konspektləri.Bakı, 1983.4.Əhmədov Ş. Təhsilimiz dünən, bu gün, sabah. Bakı, 2003.5.Anamalıyev R. “Azərbaycan təhsili XX əsrə doğru: idarəetmə,prioritetlər, islahatlar”. Bakı, 1998.6.Əlizadə Ə. Müasir Azərbaycan təhsilinin psixoloji problemləri.Bakı, 2004.7.Həmzəyev M. Pedaqoji psixologiya. Bakı, 1991.8.Mehrabov A. Azərbaycan təhsilinin müasir problemləri. Bakı,2007.9.Mərdanov M., İsgəndərov İ., Ağamalıyev R., Əhmədov İ.Azərbaycan təhsili islahat illərində. Bakı, 2001.10. “Təhsil sahəsində” Azərbaycan Respublikasının Qanunu. Bakı,2009.

Page 32: Müasir təlim texnologiyaları mühazirə xülasələri

63

X MÖVZUTƏLİM NƏZƏRİYYƏSİ YENİLƏŞƏN,

İNKİŞAF EDƏN ELMDİR

PLAN:1. Pedaqoji islahatların (terminin) yaranması və işləkhala düşməsi, təhsilin elmin məzmununun zənginləş-məsi ilə sıx bağlı olması2. Pedaqoji prosesin həyata keçirilməsində bir-birinitamamlayan iki vacib şərtin nəzərə alınması3. Pedaqogika həmişə yeniləşən, inkişaf edən bir elmkimi4. XX əsrin 60-cı illərindən başlayaraq təlimprosesinə müxtəlif yanaşmalar

Pedaqoji islahatların (terminlərin) yaranması və işlək haladüşməsi təhsilin elmi məzmunu ilə sıx bağlıdır. XIX əsrinsonlarında rusiyada pedaqogika elmində “pedaqoji proses”anlayışı sıx işlənməyə başlamışdır. P.F.Karteryev tərəfindənəsaslandırılan pedaqoji proses ifadəsi sonralar işləməkdən qaldı.Təlim və tərbiyə proseslərinə ayrı-ayrı yanaşılaraq təlim-tərbiyəprosesini aktuallaşdı. XX əsrin 70-80-cı illərində təlim və tərbiyəproseslərinin vəhdəti problemi işləndi və pedaqoj proses problemidoğurdu. Eləcə də “pedaqoji sistem” anlayışı. Məlumdur ki,“pedaqoji sistem” pedaqoji prosesdə baş verən və şəxsiyyətintəhsilləndiriciliyi, tərbiyələndiriciliyi, inkişafı məqsədilə çoxluqarşılıqlı əlaqələr, struktur komponentlərin birləşməsidir. Deməli,“təhsil sistemi”, “tam” “pedaqoji proses” anlayışları bütövlük,problemə tam sistemli yanaşma mənasını ehtiva edir və bu günkükurikulum anlayışlarının mayasını təşkil edir. Deyilənlərdən beləbir nəticə hasil olur ki, təhsil işindəki müasirliyi, yeniliyi dahadüzgün, elmi əsasda qavraya bilmək üçün, pedaqogika elminin(onun anlayışlarını) inkişafını öyrənmək lazımdır. Beləliklə də,ondakı müasirlik və yenilik daha konkret və mahiyyətcə düzgün

64

qavranılır. Əgər belə olmasa, bu sahədə yazılanlar mücərrədliknümunəsinə çevrilə bilər.

Pedaqoji prosesin həyata keçirilməsi və pedaqoji elminməqalələri və digər əsərlərində bir-birini tamamlayan 2 vacib şərtnəzərə alınmalıdır. Onun birincisi, tədris, təlim, tərbiyə işinə –pedaqoji prosesə bələdlilik, daha doğrusu bu təcrübənin yüksəksəviyyədə daşıyıcısı, ustası olmaq. İkincisi, bu məsələlər üzrəelmi-nəzəri fikrə, ideyalara, pedaqoji elminə dərindən yiyə-lənirlər. Bunlar təkcə görünən tərəflərdir. Pedaqoji işdə, intuisiyailə duyulan ləyaqət və mənəviyyat saflığı tələb edən, müəllim-şagird, yaxud rəddar-icraçı əməkdaşlıq şəraitində meydana çıxabilən münasibətlər ola bilər ki, bunları hər iki tərəfin pedaqojiduyum, etika, taktika yanaşma ilə şəxsi qabiliyyətləri, mədəniy-yəti səviyyəsində həll edir. Ona görə də təhsildə, pedaqoji işdə busahənin bütün incəliklərinə bələd olan şəxslərə mütəxəssis sözüdeyilə bilər.

Pedaqogika – zəngin, çoxsahəli, çoxfunksiyalı, prosesləeitəsvirə gəlməyən mürəkkəb bir işi – pedaqoji fəaliyyət sahələriniəhatə edir. Kim ki bu işin mahiyyyətinə, məzmununa bələd deyil,yəni onu bəsit şəkildə qavrayır, elə düşünür ki, adi bir işdir, çoxsadə bir prosesdir. Pedaqoji elm və pedaqoji fəaliyyət o qədərmürəkkəbdir ki, o sahədə mütəxəssislər belə həmişə çevik,informasiyalı olmasalar, yenilikləri nəzərə almasalar köhnə bilikvə təcrübələr ilə gərəksiz ola bilərlər.

Pedaqogika həmişə yeniləşən, inkişaf edən bir elmdir. O,həm nəzəri cəhətdən, həm də praktik yönümdən yeniləşir. Buyeniləşmələr də səmərəli və səmərəsiz ola bilər. Ona görə də istərtədqiqatçı pedaqoq, istərsə də praktik müəllim, təhsil işçisi gərəkmilli təhsil siyasətinə, təhsilin dövlət standartlarına, təhsilininkişaf proqramına, vətəndaşların milli konsepsiyasına bələdolsun, yeniliklərin milli təhsil qaydalarını görə bilsin. Deməli,istər tədqiqatçı-pedaqoq, istərsə də praktik müəllim, təhsil işçisiçox yüksək intellektə, peşəkarlığa, müstəqil düşüncəyə, yaradıcı,məntiqi fikrə sahib olsun ki, nəyin gərəkli, nəyin gərəksiz, yaxudnəyin xeyirli, nəyin ziyanlı olduğunu kəsdirə bilsin.

Page 33: Müasir təlim texnologiyaları mühazirə xülasələri

65

XX əsrin 60-cı illərindən başlayaraq təlim prosesinəmüxtəlif yanaşmalar formalaşmağa başlamışdır. Bunlar aşağı-dakılardır:

1. Problemli təlim və ya təlim prosesində problemlivəziyyətin yaradılması2. Proqramlaşdırılmış təlim3. Alqoritmləşdirilmiş təlim4. Differensial təlimProblemli təlim, yəni təlim prosesində problemin vəziyyət

yaradıb şagirdlərin təfəkkürünü, düşüncə tərzini inkişaf etdirməkideyasının kökləri çox qədimdir. Problemli təlim prosesindəşagirdlər müstəqil olaraq fikri fəallıq priyomlarından istifadə edir,eksperiment qoyur, müşahidələr aparır, onların nəticələrini təhliledir, düşünür, fikir mübadiləsi edir, qaydaları, qanunları,teoremləri özləri üçün kəşf edirlər. Problemli təlim şagirdlərdədərsə maraq oyadır, şagirdlərin təşəbbüskarlığını inkişaf etdirir,hadisələrin daxili mahiyyətini, onların arasındakı qarşılıqlıəlaqələri başa düşməyə kömək edir, hadisə və proseslərin qiymət-ləndirilməsinə dialektik yanaşmağı öyrədir, prosesi həll etməkyollarını tapmaq bacarığını formalaşdırır, elmi idrak metodlarınaalışdırır.

Proqramlaşdırılmış təlim kibernetika elminin təsirinəticəsində yaranmışdır. Bu təlimin əsasını tədris materiallarınınməzmununun seçilməsi təşkil edir. Proqramlaşdırılmış təliminxüsusiyyətləri bunlardır:

1. Tədris materialları konkret paylara bölünür.2. Tədris prosesi ardıcıl olaraq addımlara bölünür vəşagird həmin addımlar üzrə fikri fəaliyyət priyomlarındanistifadə edir.3. Hər bir şagird nəzarətlə tapşırığı tamamlayır.Alqoritmləşdirilmiş təlim məktəb həyatında yeni bir

məsələ deyildir. Onun indi aktuallaşmasına səbəb həyatımızın hərsahəsinə daxil olan elektron-hesablayıcı maşınların tətbiqidir.Alqoritm düzgün nəticələrə aparan ardıcıl hərəkətlərin sistemidir,şagirdlərə tədris fəaliyyətində ardıcıllığı yerinə yetirməyə kömək

66

edir. Öyrədici proqram tətbiq etməzdən əvvəl fikri fəallıqhərəkətləri və tədris əməliyyatlarının alqoritmini müəyyənləş-dirmək lazımdır ki, EHM-in tədris prosesini əhatə edə bilsin.

Differensial təlim şagirdlərin inkişafını və fərdi xüsu-siyyətlərini nəzərə almağa əsaslanır. Dərsdə şagirdlərin qarşısınamüəyyən idrak vəzifələri qoyulur və müəllim həmin vəzifələrinicra edilməsinə, dərk olunmasına nəzarət edir. Differensial təlimşagirdlərin biliyini dərinləşdirib genişləndirir, onların fərdiqabiliyyətlərini, fərdi öyrənmə üslubunu formalaşdırır, müxtəliftələbatlarının öyrənilməsinə şərait yaradır.

ƏDƏBİYYAT

1. Ağayev Ə. və b. Pedaqogika. Bakı, 2006.2. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.3. Hüseynzadə R. Təlimin humanistləşdirilməsi vədemokratikləşdirilməsi. Bakı, 1997.4. Nəzərov A. “Müasir təlim texnologiyaları” fənni üzrəproqram. Bakı, 2010.5. Sadıqov F. Pedaqogika. Bakı, 2006.6. Paşayev Ə., Rüstəmov F. Pedaqogika. Bakı, 2002.7. “Təhsil haqqında” Azəraycan Respublikasının qanunu.Bakı, 2009.

Page 34: Müasir təlim texnologiyaları mühazirə xülasələri

67

XI MÖVZUBİLİK MƏNBƏLƏRİNİN MEYARINI TƏŞKİL EDƏN

TƏLİM METODLARININ PEDAQOJİTEXNOLOGİYALARIN ƏSASINI TƏŞKİL ETMƏSİ

PLAN:1. Müəllimin şərhinin bütün təlim metodlarına daxilolması2. İnformasiya texnologiyaları bütün dünya birliyiçərçivəsində vahid təhsil məkanının formalaşmasınaşərait yaratması3. Şagirdlərə biliklərin verilməsi, bacarıq vəvərdişlərin aşılanması prosesi

Yeni təlim metodlarının (proqamlaşdırılmış təlimmetodları), təlimdə verbal (söz) metodlarının təbiiliyinə, ekolojicəhətdən təmizliyinə görə bundan sonra da öz əhəmiyyətini sax-laya bilməsidir. Müəllimin şərhinin nəqletmə, izahetmə, müsa-hibə, mühazirə, təlimatlandırılma formasında həyata keçiril-məsidir. Bunun təlim prosesinin bütün həlqələri ilə bağlı olma-sıdır. Müəllimin şərhinin idraki tapşırığı verəndə, hər hansı birqaydada yeni tədris materialını təqdim edəndə, məktəblilərinfəaliyyətinə nəzarəti həyata keçirəndə və başqa hallarda tətbiqolunmasıdır. Müəllimin şərhinin bütün təlim metodlarına daxilolması:

1. Nəql;2. izah;3. məktəb mühazirəsi;4. müsahibə;5. təlim diskussiyası;6. illüstrasiya metodu;7. demonstrasiya metodu;8. videometod;9. çalışmalar;10. laboratoriya metodu;

68

11. problemli-laborator metod;12. praktik metod;13. idraki (didaktik) oyunlar;14. proqramlaşdırılmış təlim metodları;15. öyrədici-nəzarət metodu;16. situasiya metodu;17. kitab üzərində iş metodu.İnformasiya texnologiyaları bütün dünya birliyi çərçi-

vəsində vahid təhsil məkanının formalaşmasına şərait yaradır.Təlim informasiya texnologiyaları uzaqdan, yaxından,

müxtəlif mənbələrdən, yerlərdən nəhayətsiz formada məlumat-lanmadan bilik alma şəraiti yaradır. Təsadüfi deyildir ki, ilkinpedaqoji texnologiya anlayışı təlimdə texniki vasitələrin tətbiqi iləəlaqədar olmuşdur. Sonralar yapon alim pedaqoqu T.Sakomo-tonun verdiyi səciyyəyə görə pedaqoji texnologiya sistemlitəfəkkür vasitələrinin pedaqogikaya tətbiqi formasında təsəvvürolunmağa başlamışdır.

Hazırda pedaqoji texnologiya adı altında pedaqojiprosesdə müsbət nəticələrə gətirib çıxaran pedaqoji ideyalarkompleksi başa düşülür.

Dünyadakı müxtəlif pedaqoji texnologiyalar ideyası vəpraktikasını nəzərdən keçirən alimlərin əksəriyyəti belə birqənaətdədirlər ki, PT-nın əsas elementləri onun mikrotexno-logiyasındadır. PT-nın mikrotexnologiyasına bunlar daxildir:

a) məqsədlərb) diaqnostikalar (ilkin, cari, yekun) təlim prosesinəsubyektlərin birgə fəaliyyəti (əməkdaşlığı, müəllim-şagird,şagird-müəllim, şagird-şagird), təlimin təşkili və forma,metod və vasitələrinin seçilməsi;c) refleksiyalar;d) tədris olunan fənnin (fənlərin) məzmunu.Bunlardan əlavə tam və sistemli pedaqoji texnologiya alt

sistem texnologiyalarını əhatə edir. Bir sıra ölkələrdə bunlardanistifadə edilir. Məsələn, təbii təlim texnologiyaları; modul-reytinqtexnologiyaları; interaktiv təlim texnologiyası; parasentrik təlim

Page 35: Müasir təlim texnologiyaları mühazirə xülasələri

69

texnologiyası; biliklərin tam mənimsənilməsi texnologiyası; fərditəlim texnologiyası; kopeerativ təlim texnologiyası; təliminnəzarət-korrektə texnologiyası.

Bilik mənbəyinin meyarını təşkil edən təlim metodlarıaşağıdakı prinsiplərə söykənir:

1. İnteraktiv təlim texnologiyası2. Pedaqoji texnologiyaların ciddi elmi əsasa, didaktik

prinsiplərə söykənməsiİnteraktiv təlim texnologiyası differensial-inkişafetdirici

təlimi sinifdə şagirdlərin müxtəlif tərkibini nəzərə almaqla həyatakeçirir. Fərdi təlim texnologiyası isə fərdi təhsilləndiricilikdairəsini yaradır.

Parasentrik təlim texnologiyası təlimin müxtəlif vasitələriilə iş zamanı müstəqil təşkilini nəzərdə tutur.

Göründüyü kimi, təlim texnologiyası çoxdur. Hər birikonkret təlim-tərbiyə məqsədini həyata keçirməyə xidmətgöstərir. Müxtəli təlim metod və vasitələrindən istifadə olunur.Bütün bunlar son dövrlərdə qeyri-ənənəvi yanaşmalarla həyatakeçirilir. Təbii ki, bunun üçün müəllimdə ciddi ixtisas-peşəkarlıqhazırlığı və təcrübəsi, təşəbbüskarlıq və yaradıcılıq, demokratiklikvə humanizm keyfiyyətləri olmalıdır.

XX əsrin 70-80-cı illərində Azərbaycanda yeni pedaqojitexnologiyalarla işləyən müəllimlər və məktəb rəhbərləri var idi.Onlar öz yenilikçi və səmərəli nəticə verən belə təcrübələrinəxüsusi ad verməmişdilər. Lakin tətbiq etdikləri sistemin üsul vəvasitələrin nəticələrinin verdiyi təlim-tərbiyə keyfiyyətinisəciyyələndirdilər. Bu yeni işlərdən özləri də, jurnalistlər də,metodistlər də yazırdılar. Bu təcrübələr məqalələrə səpələnir vəbir də Maarif Naziri akademik M.Mehdizadənin məruzə vəkitablarında ümumiləşdirilirdi.

Beləliklə qeyd edə bilərik ki, pedaqoji texnologiyalarəsasən mütəxəssislər tərəfindən yaradılsa da onlar digərləritərəfindən öyrənilir, yayılmasına, elmin onun tədqiqat obyektinəçevirməsinə böyük ehtiyac vardır. Əks təqdirdə, yenilikləryarandığı ocaqdan kənara çıxmır, hamının yararlanmasına çatmır.

70

Bilik – təbiətin, cəmiyyətin, idrakın ümuminkişaf qanunauy-ğunluqları, qanunlarına dair faktların, rəqəmlərin, məlumatlarınvə informasiyaların məcmuudur. Vəsait – biliklərin tətbiq olun-ması, vərdiş ilə bacarıqların avtomatlaşdırılması kimi başadüşülür. Hər bir tədris fənnində biliklər real predmetləri, pro-sesləri, maddi aləmin təzahürlərini özündə əks etdirən vəmüəyyən sistemdə verilən faktlarda, anlayışlarda, qanunlarda vəelmi nəzəriyyələrdə ifadə olunur.

Biliklər həm də praktikada tətbiq olunma prosesindəbacarıqla bağlıdır. Bacarıq – bu mənimsənilmiş biliklər əsasındaşüurlu surətdə yerinə yetirilən praktik fəaliyyətə insanın bir növhazır olmasıdır. Bacarıq biliklərin məzmunu ilə birbaşaəlaqədardır. Bacarıqların hər biri müəyyən nəzəriyyəyə əsaslanır.Məsələn, riyazi qanunların dərk olunmaq bacarığı, yaxud oxun-muş mətnin planını tutmaq bacarığı, məsələləri həll etməkbacarığı, müəyyən dərəcədə mürəkkəb inşalar yazmaq bacarığı,kimya üzrə müşahidə və ya təcrübə aparmağı, musiqi alətindəçalmaq bacarığı, rəqs etmək bacarığı və s. bu cür bacarıqlardır.

Vərdiş bacarıqların dəfələrlə təkrarı nəticəsində avto-matlaşmış formasıdır. Vərdiş o qədər avtomatlaşmalıdır ki, osürətli və nöqsansız fəaliyyətə çevrilməlidir. Məsələn, qiraət,məktub yazmaq, şifahi hesablama vərdişi, alətlərdə sərbəstçalmaq, rəsmi təxəyyüldən kağıza köçürmə, topu dəfələrlə çiləmə,turnikdə sərbəst yellənmə, aşma, fırlanma və s.

Şagirdlərin hadisələri mənimsəməsi zamanı şüurlarındamaddi aləmin düzgün, təhrif olunmamış şəkildə əksini necə təminetmək qaydalarını da onlara necə dərk və tətbiq olunmasını məhzmüəllim öyrədir. Şagirdlərin idrak prosesinin fəaliyyət dina-mikasını elə tənzimləmək lazımdır ki, onlar duyduqları predmetvə hadisələri, yəni elmi-nəzəri faktları dərindən mənimsəyibqavrasın, hafizəsində saxlasın, hifz etsin, sonra təfəkkür süz-gəcindən keçirərək nitq vasitəsilə onu ifadə edə bilsin.

Page 36: Müasir təlim texnologiyaları mühazirə xülasələri

71

ƏDƏBİYYAT

1. Bayramov Ə., Əlizadə Ə. Psixologiya. Bakı, 1983.2. Kərimov Y. Təlim metodları. Bakı, 2007.3. Mərdanov M. Azərbaycan təhsili islahat yollarında:uğurlar, problemlər, vəzifələr. Bakı, 2001.

4. Mehdizadə M. Ümumtəhsil məktəblərində təlim-tərbiyə işinin təkmilləşdirilməsi yolları. Bakı, 1983.

5. Nəzərov A. Müəllimin pedaqoji mərifəti. Bakı, 1992.6. Sadıqov F. Pedaqogika. Bakı, 2006.7. “Təhsil haqqında” Azərbaycan RespublikasınınQanunu. Bakı, 2009.

72

XII MÖVZUTƏDRİS, TƏLİM VƏ TƏRBİYƏ PROSESİNİN VƏHDƏTİ,FUNTAMENTALLIQ VƏ MƏDƏNİYYƏTƏMÜVAFİQLİK

PLAN:1. Pedaqoji texnologiyaların mahiyyəti və didaktikəsasları2. Tədris və təlim fəaliyyətinin vəhdəti qanunu3. Funtamentallıq qanunu4. Mədəniyyətəmüvafiqlik qanunu

Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri Təhsilhaqqında Azərbaycan Respublikasının Qanununda aşağıdakıkimim müəyyənləşdirilmişdir: humanistlik, demikratiklik, bəra-bərlik, millilik və dünyəvilik, keyfiyyətlilik, səmərəlilik, fasilə-sizlik, vəhdətlik, daimilik, varislik, liberallaşma (təhsil sahəsindəvə təhsil fəliyyətinin açıqlılığının genişləndirilməsi), inteqrasiya(milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formadaqoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı).

Təhsil haqqında Qanunun dördüncü maddəsində göstərilirki, Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən,xalqının milli ənənələrinə və demokratikliyi prinsiplərinə, insanhüquqları və azadlıqlarına hörmət edən vətənpərvərlik vəAzərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcıdüşünən vətəndaş və şəxsiyyət yetişdirmək.

Tədris, təlim və tərbiyə prosesi daim vəhdətdədir. Təliminməqsədi tərbiyənin funksiyasını yerinə yetirməkdir. Təlim yenibiliyin öyrədilməsi prosesidir. Təlim vasitədir. Təhsilləndirmə,tərbiyəetmə məqsəddir. Təhsil və tərbiyə nəticədir. Tərbiyə ancaqtəhsillə vəhdətdədir. Yeni biliyin ancaq tərbiyəyə təsiri vardır.

Texno – “sənət”, logiya – “elm” deməkdir. Texnologiya –sənət haqqında elm anlamı verir. Bu mənada pedaqoji tex-nologiyanın mahiyyəti və didaktik əsaslarını daha dərindən qav-raya bilmək üçün təhsil haqqında dövlət siyasərinin əsasprinsipləri ilə ətraflı tanış olmaq lazımdır.

Page 37: Müasir təlim texnologiyaları mühazirə xülasələri

73

Pedaqoji texnologiyaların mahiyyəti və didaktik əsaslarınıdaha aydın qavramaq üçün təhsil prosesini – məktəbi səciyyə-ləndirən faktorların (vasitələrin, proseslərin) münasibətinin ayrı-ayrı ölkələrdə və pedaqoq alimlərin baxışlarında necə qoyul-duğuna diqqət yetirək. İngilis məktəbi hələ də vahid təhsil siste-minə (proqramlar, dərsliklər) malik deyil. Polşa məktəbi üçbucaqşəklində təsəvvür edilir. Bir tərəfdən öyrənən, digər tərəfdənöyrədən, üçüncüdə məzmun.

Sovet məktəbi bir sıra aparıcı alimlərin təqdimatında ifadəedilirdi. Məsələn, S.İ.Arxangelski didaktik üçbucaq haqqındadanışaraq məktəbi – təhsili, pedaqoji prosesi belə təqdim edirdi:

1. Tədris və təlim fəaliyyətinin vəhdəti qanunuA – biliklərin verilməsi;B – biliklərin mənimsənilməsi;C – təlimin məqsədi və vəzifələrinə uyğun olaraq biliklərsisteminin formalaşması.2. Təlim və tərbiyənin vəhdəti qanunua – təlim;b – tərbiyə;c – təhsil alanların şəxsiyyət kimi hərtərəfli inkişafı.E.Z.Belkin pedaqoji prosesi pedaqoji sistem kimim

təsəvvür edərək buraya 6 qarşılıqlı əlaqəli elimenti daxil edir.I. təlim və tərbiyənin məqsədi;II. təlim və tərbiyənin məzmunu;III. təlim və tərbiyə texnologiyası (metodlar, vasitələr,

formalar və s.);IV. təlimin təşkili formaları;V. öyrədən;VI. öyrənən;M – məqsəd;TT – təlim texnologiyası;PKV – pedaqoji kommunikativ vasitələr;M – müəllim;Ş – şagird.

74

Göründüyü kimi, pedaqoji texnologiyalar hər hansıtəsəvvürdə olursa-olsun tamlıq xüsusiyyəti nəzərə alınır. Təqdimedilən pedaqoji sistem texnologiyaların tamlığı ilə prosesi bitkinvə bütöv edir.

Fundamentallıq dedikdə, adətən, fundamental elmlərə aidfənlərin tədrisi nəzərdə tutulur. Eləcə də öyrətmənin fundamentalolaraq aparılması ehtiva edilir. Pedaqoji texnologiyalarda funda-mentallıq fənnin əsas məzmununun böyük bloklar əsasında təlimikimi başa düşülür. Bəllidir ki, hər bir fənn özündə baza təşkiledən əsas məlumatları (informasiyanı) birləşdirir. Bu əsas biliklərözül təşkil edərək məlumatları genişləndirməyə, yenilərinimüstəqil əldə etməyə və ömrü boyu ondan istifadə etməyə vəartırmağa kömək edir. Başqa sözlə desək, hər bir fənndə eləbiliklər var ki, onun fundamentini təşkil edir. Bu baza olmadanheç nəyi qurmaq, yaratmaq mümkün deyil. Bu biliklər oyunlarla,müzakirə və qruplarla işlər möhkəm aydın qavranıla bilməz.Onun üçün əvvəlcə ciddi şərh, kitab üzərində iş, çalışma və yalaborator işi, fundament biliyi mənimsədən təlim metodlarındanistifadə edilməlidir. Bu prinsipdən bolqar, həkim psixiatrıQ.Zozanov və yenilikçi müəllim V.Şatalov uğurla bəhrələnmişdir.

Fundamentallıq prinsipi təbiət, humanitar və texnikifənlərin sintezində sineqretik yanaşmanı nəzərdə tutur.

Sineqret yanaşma öyrənənlərin həm marağını artırır, həmdə müxtəlif elmlərin bir fakta, hadisəyə, təzahürə münasibətinitələb edir. Beləliklə, təbiət, cəmiyyət və insanın öyrənilməsinəkompleks yanaşılaraq hissləri özündə birləşdirən tamlıq alınır.

Mədəniyyətəmüvafiqlik prinsipi tələb edir ki, təlim müasirmədəniyyətin inkişaf səviyyəsinə uyğun olsun. Həm təlimdəistifadə edilən vasitələrlə rəftarda, həm də əməkdaşlıqda –insanlararası münasibətlərdə mədəniyyətin nümayişi təzahüretsin. Müasir təlim azad, sərbəst, yaradıcı düşüncəni təzahür etsin,müstəqilliyi inkişaf etdirdiyi kimi insanın mədəniyyət səviyyəsinidə yüksəltməlidir.

Page 38: Müasir təlim texnologiyaları mühazirə xülasələri

75

ƏDƏBİYYAT

1. Ağayev Ə. və b. Pedaqogika. Bakı, 2006.2. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.3. Hüseynzadə R. Qədim və erkən əsrlər dövründə

Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir. Bakı,2007.

4. Kərimov Y. Təlim metodları. Bakı, 2009.5. Mehrabov A. və b. Pedaqoji texnologiyalar. Bakı,

2007.6. Mərdanov M. Azərbaycan təhsili müstəqillik illərində.

Bakı, 2007.7. Mərdanov M. Azərbaycan təhsili yeni inkişaf

mərhələsində. Bakı, 2009.8. Mustafayeva R., Mustafayeva S. Pedaqogika. Ümumi

pedaqogika üzrə mühazirə xülasələri. Bakı, 2002.9. Nəzərov A. “Müasir təlim texnologiyaları” fənni üzrə

proqram. Bakı, 2010.10. “Təhsil haqqında” Azərbaycan Respublikasının

Qanunu. Bakı, 2009.

76

XIII MÖVZUTƏLİMİN HUMANİTARLAŞDIRILMASI VƏ

HUMANİSTLƏŞDİRİLMƏSİ

PLAN:1. Humanizmin genişlənməsi üçün humanitar fənlərin

tədrisinin genişləndirilməsi2. Təlimin humanitarlaşdırılması3. Təlimin humanistləşdirilməsı

Bu prinsipləri ayrı-ayrılıqda qeyd etmək olardı. Lakinməzmunca bir-birinə yaxın olduqlarına görə eyni sırada davermək olar. Əslində bu gün prinsiplərə çevrilmiş bu yanaşmalarsovet pedaqogikasında və təhsil tərbiyəsində həmişə olmuşdur.Çünki sosializm prinsiplərinə görə insanlara vəzifəsindən, cinsin-dən, irqindən, milliyətindən, sosial mənşəyindən asılı olmayaraqeyni diqqətlə, hörmət və qayğı ilə yanaşılması əsas idi. Bu prinsipAzərbaycanda ötən əsrin 70-80-cı illərindən pozulmağa başladı.Kapitalizm dünyasında isə əvvəllər diqqətdə olmayan bu prinsipdemokratik vətəndaş cəmiyyəti yarandıqca aktuallaşdı. İnsanları“daş qəlbli” olmaqdan humanist olmağa meylləndirdilər. Huma-nizmin genişlənməsi üçün humanitar fənlərin tədrisini genişlən-dirdilər. Təlim prosesinin humanitarlaşdırılması tarix, sosiologiya,psixologiya, hüquq və digər insan haqqında fənlərin tədrisinə yerverilməsini diqqətdə tutmağı tələb edir.

Humanistləşdirmə isə hər şeyin insan üçün, insan naminəedilməsini qabardır. Bu prinsiplərin nəzərə alınması pedaqojitexnologiyaların tətbiqində müəllim tərəfindən sərbəst olaraqhəyata keçirilməlidir. Hətta fundamental fənlərin öyrədilməsizamanı tarixi faktlara müraciət edilməsi, elmi kəşflər, ixtiralaredən şəxslər haqqında danışılması, onların əxlaqı, mənəvi keyfiy-yət və fənni tədris edən müəllimin humanizm nümunəsi bubaxımdan böyük təsirə malikdir.

Bu prinsiplər maddi marağın artırılmasına meyilli olankapitalizm cəmiyyətində “insanın insana qayğısı” mövqeyini arxa

Page 39: Müasir təlim texnologiyaları mühazirə xülasələri

77

plana atmışdır və bu elə kapitalizmin mahiyyətindən doğur. Onagörə də bu cəmiyyətdə terror, qəza, cinayət, korrupsiya hallarıhəmişə baş vermişdir. Sosializmdə isə (aparıcı) ictimai maraqlaraparıcı olduğu üçün bu hallar xarakterik olmamışdır. Bazariqtisadiyyatının bərqərar olduğu indiki halda Azərbaycanda dafərdi, şəxsi mənafelər önə keçmiş, pul hərisliyi yaranmışdır. Mala,pula, varidata hərislik bir çox halda bəzi təhsil və tərbiyəsəviyyəsi aşağı olan insanları humanizm hisslərindən uzaqlaş-dırmaqdır. Onlar tutduqları vəzifə imkanlarından istifadə edərəkonlara müraciət edən insanları incidir, bezikdirir, onları rüşvətverməyə təhrik edir, yaxud istehsalçıdırsa, saxta əmtəəhazırlamaq yolunu seçir, zay məhsulu ilə pul qazanmağa çalışaraqxalqın sağlam məişətinə ziyan vurur, yaxud elmdə, təhsildəsaxtakarlıq yolu ilə millətin gələcəyinə zərbə vuraraq əyriyollarla, çirkli pullarla şəxsi həyatının firavanlığına çalışır.Hazırda Azərbaycanda da belə hallar çoxdur. Bu hallara qarşımübarizə aparmağa gəncləri hazırlamaq məqsədi də onlarahumanizmi aşılamaq, humanist və yüksək vətəndaş, ləyaqətliolmalarını məhz bu prinsiplə təmin etmək lazımdır.

Beləliklə, bu nəticəyə gəlmək olar ki, humanistləşdirmədedikdə, “insani”, “bəşəri” hisslər nəzərdə tutulur. “Qurani-Kərim”də deyilir: “İnsanlar, yaxşılıq edin! Allah yaxşılıq edənlərisevir”. Bir mahnıda deyilir: “Ey insanlar, sülhə gəlin, yoxsadünya məhv olar”. Böyük şairimiz M.Ə.Sabirin nəzərincə,humanizm budur:

“Kim ki insan sevir, sahibi-huriyyət olur,Bəli, huriyyət olan yerdə insanlıq olur”.

Beləliklə, hər bir müəllim istər dərsdə, istərsə də sinif-dənxaric və məktəbdənkənar məşğələlərdə şagirdlərə humanistideyaları aşılamalıdır. Bu ideyalar aşağıdakılardır: xeyirxahlıq,yaxşılıq, dostluq, sədaqət, nəzakət və s.

Təcrübə göstərir ki, məktəblərdə humanist əhval-ruhiyyənihəyata keçirən demokrat müəllimlər olur. Çünki bu müəllimləravtokrat və avtoritar, liberal müəllimlərdən fərqlənir. Məktəbdəhumanist ideyaları həyata keçirmək üçün demokratik şərait

78

olmadan heç bir humanist ideyaların həyata keçiriləcəyindənsöhbət gedə bilməz.

Əslində bu gün prinsiplərə çevrilmiş bu yanaşmalarpedaqogikanın tədris təcrübəsində mövcud olmuşdur.

Təlim prosesinin humanistləşdirilməsinin tarix, ədəbiyyat,sosiologiya, psixologiya, hüquq və digər insan haqqında fənlərintədrisində geniş yer verilir. Neqativ hallara qarşı mübarizəaparmaq üçün bu prinsipin imkanlarından istifadənin zəruriliyinədaim diqqətin artırılması zəruridir. Humanistləşdirmə hər şeyininsan üçün, insan naminə edilməsini tələb edir. Bu prinsiplərinnəzərə alınmasının pedaqoji texnologiyaların tətbiqi zamanı müəl-lim tərəfindən sərbəst olaraq həyata keçirilir. Hətta funtamentalfənlərin öyrədilməsi zamanı tarixi faktlara müraciət edilməsi, elmikəşflər, ixtiralar edən şəxsiyyətlər haqqında danışılması, onlarınəxlaqi-mənəvi keyfiyyətlərinin və fənni tədris edən müəlliminhumanizm nümunəsi bu baxımdan böyük təsir gücünə malikdir.İnsanın tərbiyəsi məsələsi zaman-zaman bu və ya digər şəkildəvacib bir problem kimi bu işlə məşğul olanları düşündürmüşdür.Böyük yunan filosofları Sokrat, Platon və Aristotelin bu vacibməsələni əhəmiyyətli bir iş hesab etmələri diqqəti cəlb edir.

XI-XII əsrlərdə Qətran Təbrizi, Xətib Təbrizi, Bəhmənyar,Əfzələddin Xaqani, Nizami Gəncəvi kimi mütəfəkkirlərin təlimvə tərbiyənin insanın xoşbəxtliyi üçün gözəl vasitə olduğunudönə-dönə qeyd etmişlər. Nizaminin ictimai-faydalı əmək vəinsanlara təmənnasız, yardımla bağlı fikirləri humanist tərbiyəninəsas prinsiplərindən biri hesab edilir.

Ancaq humanist tərbiyə ilə pedaqoji prosesin humanist-ləşdirilməsini bir-birindən fərqləndirmək lazımdır. Humanisttərbiyənin, humanist hisslərin, keyfiyyətlərin aşılanması humanistqabiliyyətlərin şagirdlərə aşılanması kimi başa düşülür.

Pedaqoji prosesinin humanistləşdirilməsi və humanitar-laşdırılması məktəbdə humanist psixoloji mühitin yaradılmasıkimi başa düşülməlidir. Humanistləşdirmə eyni zamanda məktəb-daxili idarəetmənin tərkib hissəsidir.

Page 40: Müasir təlim texnologiyaları mühazirə xülasələri

79

Humanistləşdirmə müəllim-şagird münasibətini birtərəfliyox, “öyrədim-öyrən”, “öyrəndiklərinə əməl et” prinsipinə uyğunöz həllini tapmalıdır.

Məktəbin idarə olunmasının, quruluşunun büsbütünyeniləşdirilməsi, humanist demokratik prinsip əsasında idarəolunması təhsil sahəsində islahatların tələblərindən irəli gəlir.Pedaqoji əməkdaşlıq ideyası məktəbin ruhudur və məktəbdə hərşey bu ideyaya istiqamətlənməlidir. Məktəblərdə aparılan təcrübəvə müşahidələrdən məlum olmuşdur ki, müəllim şagirdlərlə müx-təlif formalarda ünsiyyət və münasibətdə olur. Həmin yanaşmanövlərindən ən səmərəlisi demokratik əməkdaşlıq növüdür. Beləəməkdaşlıqda müəllim şagirdlərlə gündəlik təmasda və ünsiy-yətdə olur. Burada müəllim uşaqların fərdi-psixoloji xüsusiy-yətlərini nəzərə alır. Belə müəllim öz fəaliyyətində kollektivəarxalanır, onlarla məsləhətləşir, uşaqların tənqidi qeydlərinə diq-qətlə qulaq asır, onların fəallıq və təşəbbüskarlığını inkişaf etdirir.

ƏDƏBİYYAT

1. Ağayev Ə. və b. Pedaqogika. Bakı, 2006.2. Bədəlova Ə. Azərbaycan xalq pedaqogikası. Bakı,2010.3. Hüseynzadə R. və b. Təhsilin humanistləşdirilməsi vədemokratikləşdirilməsi. Bakı, 1997.4. Nəzərov A. və b. Pedaqoji ustalıq. Bakı, 2008.5. Təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqojitəfəkkürün inkişafı. Bakı, 1999.6. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu.Bakı, 2011.

80

XIV MÖVZUTƏHSİLİN FASİLƏSİZLİYİ VƏ

İNFORMATLAŞDIRILMASI

PLAN:1. Təhsilin fasiləsizliyi dedikdə, bilik, bacarıq,informasiya olmanın nəzərdə tutulması2. Təhsilin informatlaşmasının indiki şəraitdə dahaçox aktuallıq kəsb etməsi3. Kompüterin Azərbaycan məktəblərinə daxil olduğuindiki zamanda bu prinsipin çox böyük əhəmiyyətdaşıması4. Təhsilin informatlaşdırılması ilə əlaqədar alimlərinmüxtəlif fikirləri

Bu prinsipin əsas məqsədi, təlimin metodu və texno-logiyalardan istifadə edərək təhsil alanlara müstəqilliyi “öyrən-məyi” öyrətməyi, təhsilə çevik münasibət göstərməyi aşılamaqdır.Məlum olduğu kimi, hazırda həm informasiyalar, həm dəinformasiyaların tez-tez dəyişməsi, yeniləşməsi baş verir. Digərtərəfdən, peşə qazanmış insanlar yeni tələbatlara uyğun olaraqyeni peşə qazanmaq məcburiyyətində qalırlar. Bütün bunlarınəzərə alaraq şagirdlər orta təhsil alarkən elə hazırlanmalıdırlar ki,onlar təhsilin fasiləsizliyindən istifadəyə hazır olsunlar, eynizamanda öz təsirlərini fasiləsiz, məqsədəuyğun olaraq artıra bil-sinlər. Burada “təhsil” dedikdə, bilik, bacarıq, informasiya almanəzərdə tutulur.

Bu prinsip cəmiyyətin informatlaşdırılmasının sürətləndiyiindiki şəraitdə daha aktualdır. Bu prinsipin nəzərə alınmasındaəsas məqsəd təhsil alanların müasir informasiya texnologi-yalarında istifadəyə hazırlamaq, onlarda informasiya mədəniyyətiformalaşdırmaqdır.

Kompüterin Azərbaycan məktəblərinə daxil olduğu indikizamanda bu prinsipin çox böyük əhəmiyyəti vardır. Təlim –yalnız təfəkkürlə iş deyil, təlimin nəticələri digər psixi proseslərin

Page 41: Müasir təlim texnologiyaları mühazirə xülasələri

81

razılaşdırılmış təsirindən və insanın digər psixi xüsusiyyətlərininmeydana çıxmasından asılıdır. Təlim fəaliyyətinin fəallaşdırılmasıbu prosesdə motivləşdirmənin və psixi proseslərin idarə edilmə-sindən çox asılıdır, əks təqdirdə tətbiq olunan pedaqoji texno-logiya və ya interaktiv metodlar istənilən səmərəli nəticəni verəbilməz.

1. Təlimin motivləşdirilməsi üçün dəqiq, məqsəd-yönlülük olmalıdır.

2. Təlimin məzmunu şagirdlərin dərketmə səviyyələrinəuyğun olaraq seçilməlidir.

3. Hər bir fənnin dövlətin təhsil standartlarına uyğunolması üçün optimal səviyyə həyata keçirilməlidir.

4. Şagirdlərin şəxsiyyətyönümlülüyü, maraq və meyllərinəzərə alınmalıdır.

5. Verilən biliklərin həyati gərəkliliyi meydana çıxarıl-malıdır və s.

Öyrənmə proseslərini (diqqəti, marağı, təfəkkürü)fəallaşdırmaq üçün isə bir neçə vacib şərtə əməl edilməlidir:

- Məşğələlər, sosial-gigiyenik tələblərə cavab verənşəraitdə aparılmalıdır. Buraya binanın (avadanlığı) abadlığı,istiliyi, akkustikası, işıqlılığı, şagirdlərin gün rejimi, yeməyi,gəliş-gedişi daxildir. Əgər təlim tədris üçün normal şəraityoxdursa, orada diqqət və qavrama yüksək ola bilməz. Alimlərmüəyyənləşdirmişlər ki, normal yatmamaq və aclıq əqli əməyinməhsuldarlığını kəskin şəkildə endirir. Bu şərt təkcə təhsilalanlara deyil, təhsil verənlərə də aiddir;

- Təlim informasiyası kəmkəsrlər deyil, kifayət qədərməlumatlandırıcılıq səviyyəsində verilməlidir. Bu həm diqqətindavamlılığını qoruyur, həm də mükəmməl anlama şagirdfəaliyyətinin düzgün və fəal qurulmasına kömək edir;

- Əyani vasitələrdən, didaktik materiallardan istifadəzamanı həmin materialların təmiz, səliqəli, yararlı olması təminedilməlidir. Eləcə də müəllimin şərhi kitab dili ilə deyil, canlıdanışıq səviyyəsində, həm də professional olmalıdır. Həmçininmüəllimin səsinin ucalığı, tembri, nitqin tempi, intonasiyası,

82

pauza təlim prosesinin təşkilində mühüm rol oynayır. Təəssüf ki,bu cür əhəmiyyətli keyfiyyətlər müəllim hazırlığında lazımıncanəzərə alınmır;

- Təlim prosesində xoş əhval-ruhiyənin yaradılmasıintellektual məhsuldarlığı xeyli artırır. Təəssüf ki müəllimlərinxeyli qismi bu cəhəti yerinə yetirmirlər. Müşahidələrimiz göstərirki, dayaz biliyi olan sinfi idarə edə bilməyən hazırlıqsızmüəllimlər sinifdə tələbkarlıq adı altında amirlik edir. Kobud sözgücünə, özlərinin qəbul edilməsinə çalışırlar. Belə üslubşagirdlərin müəllimi dinləməyə də, təlim fəaliyyətinə də marağınıheçə endirir;

- İnformasiyanın vizual və sözlə verilməsinin əlaqələn-dirilməsi şagirdlərin qavramasını və dərkini həm asanlaşdırır, həmdə məhsuldar edir.

Alimlər yazırlar ki, ötən əsrin 50-ci illərinin sonlarındaQərbdə “ağıllı göz” nəzəriyyəsi baş qaldırmışdır. Həmin nəzə-riyyənin nümayəndələri deyirlər ki, göz beyni inkişaf etmişdir.

İ.M.Yaqlom qeyd edirdi ki, yaşlı insanın eşitmə orqanı birneçə məlumat üzrə eyni vaxtda 1000 vahid informasiya buraxır.Toxunma orqanı 10.000, görmə orqanı isə 100.000. PsixoloqB.Q.Anonyev bildirir ki, görmə sistemi vasitəsilə qavrama 3səviyyədə gedir.

Hissetmə, qavrama, təsəvvüretmə, eşitmə vasitəsilə yalnıztəsəvvür etmə səviyyəsində.

Tədqiqatlar göstərir ki, insan şifahi nitqlə aldığıinformasiyanı 15%, görməklə 25% yadda saxlayır. Əgər eynivaxtda bu hər iki vasitədən informasiya verilərkən istifadəedilirsə, məzmunun yadda saxlanılması 65%-ə çata bilər.

Page 42: Müasir təlim texnologiyaları mühazirə xülasələri

83

ƏDƏBİYYAT

1. Ağayev Ə. Təlim prosesi: Ənənə və müasirlik. Bakı,2006.2. Ağayev Ə. və b. Sosial pedaqogika. Bakı, 2008.3. Abbasov A. Pedaqogika. Bakı, 2010.4. Kərimov Y. Pedaqoji tədqiqat metodları. Bakı, 2009.5. Mərdanov M., Şahbazov F. Azərbaycan təhsil sistemi(1998-2005) II kitab. Bakı, 2005.6. Mehrabov A. Azərbaycan təhsilinin müasirproblemləri. Bakı, 2007.7. Nəzərov A. “Müasir təlim texnologiyaları” fənni üzrəproqram. Bakı, 2010.

84

XV MÖVZUTƏHSİLİN MƏHSULDARLIĞINA GÜCLÜ TƏSİRGÖSTƏRƏN TİBBİ-BİOLOJİ ŞƏRTLƏR. FİZİKİ

TƏRBİYƏ

PLAN:1. Şagird sağlamlığının qorunması2. Uşaqların təmiz havada olmasına diqqət yetirilməsi3. Həddindən artıq yorğunluğa yol verməninqarşısının alınması4. Fiziki tərbiyənin mahiyyəti və əhəmiyyəti5. Fiziki tərbiyənin vasitələri və formaları

Təlimin məhsuldarlığına güclü təsir göstərən tibbi-biolojişərtlər vardır ki, bunları həm müəllimlər, həm də şagirdlər vəvalideynlər bilməli, nəzərə almalıdırlar. Həmin şərtlər bunlardır:

1. Şagird sağlamlığının qorunması. Şagirdə sağlamlığınısaxlaya bilmək, qorumaq qaydaları öyrədilməlidir. Bəzi tədqiqiməlumatlara görə şəhər məktəblərindəki yuxarı sinif şagirdlərininorqanizmi son həddə qədər yüklənir. Onların gənc bədənlərinindözümü buna çatmır. Əksəriyyəti sutkada 30 dəqiqədən 2,5 saataqədər az yatır. Yalnız azyatma onların iş qabiliyyətini 30%azaldır.

2. Uşaqların təmiz havada olmasına diqqət yetirilməsi.Şəhər uşaqlarının demək olar ki, 2/3-si təmiz havada kifayət qədərolmur. Bədən tərbiyəsi dərsləri ya heç keçirilmir, ya da açıqmeydançalarda aparılan səyahətlər, turizm gəzintiləri təşkiledilmir, ailədə də bir çox halda bu cəhətə diqqət yetirilmir.Nəticədə şagirdin səhhəti zəifləyir, təlimdə zora düşür.

3. Həddindən artıq yorğunluğa yol vermənin qarşısınınalınması. Şagird yorğunluğu başlıca olaraq iki halda təzahür edir:

I. gün rejiminə əməl edilməməsi, təlim yükünün çoxluğuvə ağırlığı;

II. kifayət qədər müsbət emosiyaların olmadığı şəraitdə.

Page 43: Müasir təlim texnologiyaları mühazirə xülasələri

85

Şagirdin müəllimin ona münasibətindən, öyrətmə səyin-dən, yaxud təlim şəraitindən daxili razılığı yoxdursa, o tez yorulurvə təlim əməyi ona zövq vermir. Bütün bunları nəzərə alaraqtəlimi elə qurmaq lazımdır ki, şagird bütün şəraitdən tam razıqalsın.

Əməkdaşlıq şəraiti və yeni təlim metod və texno-logiyalarının doğurduğu yaradıcı interaktiv ab-hava təbii kişagirdlərin həvəsini və marağını artırır, onların özlərinə aidproblemlərin həllinə müstəqil yanaşa bilmələrini təmin edir.

Bədən tərbiyəsi, idman orqanizmin möhkəmləndirilməsi,səmərəli əqli fəaliyyət üçün geniş imkanlar açır, əqli fəaliyyətləfiziki fəaliyyətin növbələşməsi nəticəsində iş qabiliyyətininbərpası prosesi daha səmərəli olur. Fiziki tərbiyə uşaqların bədə-ninin ahənfdar inkişafına, qamətin yaraşıqlı, hərəkətlərin gözəl,zərif və çevik olmasına kömək edir, estetik zövqün forma-laşmasına imkan yaradır.

Bütün yuxarıda deyilənləri yekunlaşdıraraq fizikitərbiyəyə belə bir konkret tərif vermək olar: Fiziki tərbiyə –müəllimin rəhbərliyi altında şagirdlərin öz sağlamlığını möh-kəmləndirməsi, çevikliyini və gumrahlığını təmin etməsi prose-sidir. Bu proses fiziki mədəniyyətin müasir inkişaf səviyyəsinətam uyğun olaraq təşkil edilməli və şagirdlərin fiziki kamilliyinəgətirib çıxarmalıdır.

Fiziki tərbiyə məqsədyönlü, planlı və mütəşəkkil prosesolub, gənc nəslin can sağlığını təmin etməyə, onun fiziki qabiliy-yətini inkişaf etdirməyə, mütəhərrik vərdişlərin və bacarıqlarınformalaşmasına xidmət edir. Fiziki tərbiyə şagirdlərin bədənquruluşunun mütənasibliyində, qamətin gözəlliyində, hərəkikeyfiyyətlərin (gücün, hərəkət sürətinin, cəldlik və dözümlüyün,elastikliyin) inkişaf və formasında təzahür edir. Fiziki tərbiyəşagirdlərdə əməkdə iştirak etmək vərdişləri, iradə, kollektivçilik,əzmkarlıq və s. keyfiyyətləri inkişaf etdirir, onları Vətəninmüdafiəsinə hazırlayır.

Bu zəruri işdə fiziki tərbiyənin mühüm tərkib hissəsi olanbədən tərbiyəsi dərsləri böyük rol oynayır. Bədən tərbiyəsi

86

dərslərində şagirdlər düzgün yeriməyi, qaçmağı, tullanmağı,maneələri dəf etməyi, idman alətlərində müxtəlif çalışmaları,təmrinləri yerinə yetirməyi öyrənir, öz bədənlərinin sağlamlığınakömək edən hifzüsəhha qaydalarına yiyələnirlər.

Cəmiyyətin ən qiymətli sərvəti insan və onun sağlam-lığıdır. Heç bir yüksək texniki nailiyyət insanların səhhətininqorunması və möhkəmləndirilməsi ilə müqayisə oluna bilməz.Buna görə də insanların sağlamlığı Pluton, Hippokrat dövründənmüdrik şəxsiyyətlərin diqqətini cəlb etmişdir. Təsadüfi deyil ki,“sağlam bədəndə sağlam ruh olar” yunan atalar sözü də həmindövrün məhsuludur. Qədim Elladanın nəhəng qayaların birində busözlər yazılmışdır: “Güclü olmaq istəyirsənsə qaç, sağlam olmaqistəyirsənsə qaç, gözəl olmaq istəyirsənsə qaç”. Antik dövrünböyük filosofu Platon sağlamlığı insan üçün birinci xoşbəxtlikhesab edirdi. Hippokrata görə hərəkətsiz müalicə yoxdur. Plutarxdeyirdi ki, gimnastika təbabətin şəfaverici hissəsidir.

“Qanunlar” əsərinin müəllifi, xalq arasında Loğman adı ilətanınan Əbu Əli ibn Sina deyirdi:

Vərdişlə (idmanla – A.N.) yaxşıca olsan aşina,Çatırsan fərəhlə sən yüz yaşına.Bəlkə də daha çox yaşayırsan bil,Həb və toz dərdinə heç dərman deyil.Bütün dərdlərinə bax budur dava:Təbiət – su, günəş və təmiz hava.

Hər bir adam yüksək mənəviyyatla, əməksevər vətəndaşolmaqla yanaşı möhkəm sağlamlığa, fiziki keyfiyyətə yiyələn-məlidir. Sağlamlığı mühafizə edən və möhkəmləndirən mühümamillərdən biri fəal hərəkətdir, zəruri fiziki qüvvədir.

Qüvvə xarici müqaviməti və ona qarşı təsiri əzələnin gücüilə aradan qaldırmaq qabiliyyətidir.

Cəldlik insanın yeni hərəkətləri tez mənimsəmək vədəyişilən şəraitdə hərəki vəzifələri müvəffəqiyyətlə icra etməyəimkan verir. Bu hərəki qarşılıqlı əlaqədə inkişaf və təzahür edir.Y.A.Komenski “Ana qucağı məktəbi” adlı əsərində yazırdı ki,həyatımız oda bənzəyir, hava axını və daimi hərəkət olmadıqda

Page 44: Müasir təlim texnologiyaları mühazirə xülasələri

87

od dərhal söndüyü üçün uşaqların da hər gün təmrinlər etməsi vəhərəkətdə olmaları zəruridir.

Fiziki tərbiyə məktəblilərin sağlam və möhkəmböyüməsini təmin edir, şagirdlərə həyatda zəruri olan hərəkət,bacarıq və vərdişləri (düzgün yerimək, qaçmaq, tullanmaq,üzmək, təbii amillərdən düzgün istifadə etmək və s.) aşılayır,məktəblilərdə əqli qabiliyyətləri, mənəvi keyfiyyətləri, əməkvərdişlərini, estetik zövq və duyğuları, idman və bədən tərbiyəsiməşğələləri ilə üzvi şəkildə birləşdirir, onların ahəngdar inkişafınıtəmin edir.

Bütün şagirdlərin hər gün dərslərdə, dərsdənkənar vaxt-larda, idman bölmələrində bədən tərbiyəsi ilə məşğul olmasınıtəşkil etmək, bunun üçün lazımi şərait yaratmaq lazımdır. Hər birməktəbdə, bütün təlim-tərbiyə ocaqlarında avadanlıqla vəinventarla yaxşı təchiz edilmiş idman salonları və meydançalarıyaradılmalı, şagirdlərin fiziki tərbiyəsinə, gigiyenik məsələlərinədaha çox fikir verilməlidir.

Fiziki təmrinlər, çalışmalar, sağlamlığı təmin edən təbii,habelə gigiyenik amillər tərbiyənin qüdrətli vasitələridir.

İnsanın sağlamlığının təmin edilməsində, əmək və hərbifəaliyyətə hazırlanmasında təmrin və çalışmalar mühüm roloynayır. Məktəbdə fiziki təmrinlərdən gimnastika, oyun, turizmvə idman zalında istifadə olunur. Gimnastika təmrinləri üçünsəciyyəvi cəhət odur ki, bunlar şagirdlərin ayrı-ayrı əzələ qrup-larını, orqanizmlərini inkişaf etdirir. Oyunlar bütövlükdə orqa-nizmə təsir göstərir, hərəki keyfiyyətlərin kompleks inkişafınakömək edir. Oyun, hərəkət bir növ işdir, fəaliyyətdir.

Turizm zamanı şagirdlərdə ünsiyyət, kollektivçilik,qarşılıqlı hörmət və s. keyfiyyətlər formalaşır.

Fiziki tərbiyənin təşkili formalarına bədən tərbiyəsi fənni,idman sağlamlıq işləri, müstəqil məşğələlər, fiziki tərbiyə üzrəsinifdənxaric və məktəbdənkənar işlər daxildir. Fiziki tərbiyə vəidman üzrə sinifdənxaric işlər bədən tərbiyəsi dərslərindəmənimsənilmiş biliklər və bacarıqlarla sıx əlaqələndirilir.

88

Şagirdlərin fiziki, hərbi vətənpərvərlik yerişi “Üfüqdəparıltı”, “Qartal balası” kimi hərbi idman oyunları xüsusiəhəmiyyətlidir. “Üfüqdə parıltı” hərbi idman oyunu aşağı siniflər,“Qartal balası” isə yuxarı sinif şagirdləri üçün nəzərdətutulmuşdur. Bu oyunlarda güclü romantika olduğu üçün onlaryeniyetmələri və gəncləri özünə cəlb edir. Bu oyunlar axtarışlarvə kəşfiyyatlar, “hərbi” sirlər aləmidir. Hərbi idman oyunlarıməktəblilərin şəxsiyyətinin formalaşmasına ciddi təsir göstərir.Onlar belə hərbi idman oyunları prosesində çətinlikləri aradanqaldırmağı öyrənir, vəziyyətdən çıxış yolu axtarır, ətraf aləminmürəkkəb, müəmmalı sirlərini dərk edirlər. Belə hərbi idmanoyunlarında iştirak etməklə məktəblilər xalqımızın döyüşənənələrinin mahiyyətini mənimsəyir, tədricən hərbi intizamınməsuliyyətini, çətinlikləri aradan qaldırmağın nə demək olduğunuöyrənirlər.

I sinifdə şagirdlərə sağlamlıqda rejimin rolu haqqındaməlumat vermək, bədəni təmiz saxlamağın, səhərlər gimnastikailə məşğul olmağın əhəmiyyətini öyrətmək lazımdır və s.

II sinif şagirdləri I sinifdə əldə edilmiş məlumatı inkişafetdirməli və aşağıdakıları bilməlidir: düzgün nəfəs almaq, düzgünyerimək və düzgün oturmaq, sanitariya-gigiyena qaydalarına əməletmək və rejimi gözləmək; dərs məşğələlərində öyrəndiklərihərəkətlərin icrası ilə məşğul olmaq, dərsdənkənar idmantədbirlərində iştirak etmək və s.

III sinif şagirdləri sağlamlıq haqqında söhbətlərə qulaqasmalı, rejimə əməl etməli, vaxtlı-vaxtında istirahət etməyin,vaxtında yatıb-durmağın əhəmiyyətini dərk etməli və bunlarıəməli olaraq yerinə yetirməlidirlər.

IV sinif şagirdləri gimnastika, yüngül atletika, üzgüçülük,xizək sürmək işləri ilə məşğul olur, kiçiklərə mütəhərrik oyunlarıöyrədir, gigiyenik qaydalara əməl edir, proqram səviyyəsindəpraktik bacarıq və vərdişlərə yiyələnirlər.

Page 45: Müasir təlim texnologiyaları mühazirə xülasələri

89

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasında ümumi təhsilin konsep-siyası. Bakı, “Kurikulum” jurnalı, 2008. № 1.

2. Ağayev Ə. Pedaqogika. Bakı, 2006.3. Əhmədov B., Rzayev A. Pedaqogikadan mühaziyə

konspektləri. Bakı, 1983.4. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.5. Mehrabov A. Azərbaycan təhsilinin müasir prob-

lemləri. Bakı, 2007.6. Mərdanov M. Azərbaycan təhsili müstəqillik illərində.

Bakı, 2003.7. Mustafayeva R., Mustafayeva S. Pedaqogika. (Müha-

zirə xülasələri) Bakı, 2002.8. Nəzərov A. Təhsilin müasir problemləri (Proqram)

Bakı, 2010.9. Sadıqov F. Pedaqogika. Bakı, 2006.

90

XVI MÖVZUTƏRBİYƏ TEXNOLOGİYALARI. ŞƏXSİYYƏTİNTƏRBİYƏSİ İŞİNDƏ FƏRDİ XÜSUSİYYƏTLƏRİN

NƏZƏRƏ ALINMASI

PLAN:1.Tərbiyə texnologiyaları anlayışının şərhi2.Tərbiyə olunanla tərbiyə edən arasında qarşılıqlımünasibətlər3.Fərdi yanaşma ilə fərdi tərbiyə arasındakı fərqlər4.Uşaqların fərdi xüsusiyyətlərini öyrənmək üçünmüxtəlit tədqiqat üsullarından istifadə olunması

Tərbiyə texnologiyalarının yaradılmasında aşağıdakıpedaqoji prinsiplər nəzərə alınmalıdır:

1. Məqsədyönlülük2. Perspektivlik3. Komplekslik4. Fəallıq5. Mütəşəkkillik6. Yaşauyğunluq və s.Məktəbdə müxtəlif işlərin hazırlanması texnologiyalarının

həyata keçirilməsində yuxarıdakı pedaqoji prinsiplər diqqətmərkəzində saxlanmalıdır. Tərbiyəvi tədbirlərin təşkilində kollek-tivçiliyin böyük rolu vardır. Dahi rus pedaqoqu A.S.Makarenko(1888-1939) öz pedaqoji fəaliyyətində kollektiv tərbiyəyə böyükönəm vermiş və bu barədə demişdir: “Kollektivdə kollektiv üçünkollektiv vasitəsilə tərbiyə – budur tərbiyənin ən ali prinsipi”.Həm də şagirdlərlə iş apararkən hər bir müəllim, yaxud tərbiyəçifərdi işlə kollektiv işi uzlaşdırmalıdır. Çünki burada tərbiyətexnologiyaları və tərbiyə metodlarının tələblərinə müvafiq olaraqməktəblilərin ümumi və fərdi cəhətləri nəzərə alınmalıdır.

Məlumdur ki, tərbiyə prosesi dedikdə, ilk növbədə birneçə sualla qarşılaşırıq. Tərbiyə olunan kimdir? Tərbiyə edənkimdir? Tərbiyənin məqsədi nədir? Tərbiyə prosesində hansı

Page 46: Müasir təlim texnologiyaları mühazirə xülasələri

91

üsullardan istifadə olunur? Tərbiyə olunanla tərbiyəedən arasındaqarşılıqlı münasibətlər necədir? və s. Təbii ki, pedaqoji vəpsixoloji biliklərə istinad etmədən həmin suallara düzgün cavabvermək mümkün deyildir. Çünki tərbiyə işinin bir sıra dərinpedaqoji-psixoloji problemləri mövcuddur. Tərbiyə prosesindəuşaq şəxsiyyətinin təlabatları, arzıı və istəkləri, temperamentxüsusiyyətləri, sərvət meylləri, maraqları, idealları, dünyagörüşüvə əqidəsi təşəkkül edir. Tərbiyə prosesində hansı pedaqoji-psixoloji biliklərə istinad etmək, hansı psixoloji qanunauy-ğunluqlardan çıxış etmək lazımdır ki, tərbiyə işi uğurlu getsin,qarşıya qoyulmuş nıəqsədə müvəffəqiyyətlə nail olmaq mümkünolsun?

Bunun üçün ilk növbədə tərbiyə obyektinə (tərbiyəolunana) yaxından bələd olmaq, onun bütün fərdi psixolojixüsusiyyətlərini dərindən öyrənmək lazımdır. Çünki dünyada ənincə, lakin ən mürəkkəb olan insan qəlbini, onun psixolojixüsusiyyətlərini mükəmməl öyrənmədən tərbiyə işində uğurqazanmaq mümkün deyildir.

Təbii ki, tərbiyə obyekti olan insan, fərdi psixolojixüsusiyyətlərinə görə biri digərindən kəskin surətdə forqlənir.İctimai praktikanın müxtəlif sahələrində (sənaye, kənd təsərrüfatı,təhsil, səhiyyə və s.) fərdi xüsusiyyətlərin təhlili və nəzərəalınması pedaqogikanın və psixologiyanın tətbiqi problemləriiçərisində xüsusi yer tutur. Gənc nəslin təlim-tərbiyəsi işində isəonun əhəmiyyəti xüsusilə böyükdür. Pedaqogika və psixologiyatarixi ilə tanış olsaq, bir cəhəti aydın görə bilərik. Zamanıngörkəmli alimləri uşaq tərbiyəsindən danışarkən diqqəti həmişəfərdi yanaşma məsələlərinə cəlb etmişlər.

Fərdi yanaşma mühüm pedaqoji-psixoloji prinsipdir.Həmin prinsipə görə, təlim-tərbiyə işində hər bir uşağın fərdixüsusiyyətləri zəruri surətdə nəzərə alınmalıdır. Təlim-tərbiyəişində fərdi yanaşma iki cəhətdən xüsusilə vacibdir. Birincisi, bizuşağa fərdi yanaşmaqla onun özünəməxsus xüsusiyyətlərə malikolan şəxsiyyət kimi inkişaf etməsi üçün psixoloji cəhətdənəlverişli şərait varatmaq. İkincisi, ıışağın fərdi xüsusiyyətlərini

92

nəzərə almadan, ona göstərilən pedaqoji təsir adətən istənilənnəticəni vermir. Müəyyən edilmişdir ki, pedaqoji təsir həmişəuşağın fərdi-psixoloji xüsusiyyətləri ilə şərtlənir. Bu, о deməkdirki, pedaqoji təsirin xarakteri və səmərəsi təkcə onun obyektivxüsusiyyətləri ilə deyil, həm də uşağın həmin təsiri necə qəbuletməsi ilə müəyyən olunur. Xahiş, tərif, cəzalandırma və s.-ninbütün uşaqlara eyni səviyyədə təsir etməməsini də birincinövbədə, məhz bununla izah etmək lazımdır.

Tərbiyə işində fərdi yanaşmanın mahiyyəti ondan ibarətdirki, tərbiyənin ümumi məqsədləri nəinki uşaqların yaş və cinsixüsusiyyətlərinə, həm də fərdi xüsusiyyətlərinə müvafiq olaraqkonkretləşdirilir. Təcrübə göstərir ki, tərbiyə işində uşaqların fərdixüsusiyyətləri nəzərə alınmadıqda hətta ən səmərəli təsir vasitələriöz əhəmiyyətini itirir.

Fərdi yanaşmanın bir-birilə qarşılıqlı əlaqədə olan ikitərəfi vardır. Onlar: a) şəxsiyyətin fərdi xüsusiyyətlərinin təhlili;b) təlim-tərbiyə işində psixoloji cəhətdən düzgün nəzərə alınmasıməsələləri ilə bağlıdır.

Tərbiyə vasitələri seçərkən uşağın fərdi xüsusiyyətlərinidə nəzərə almaq lazım gəlir. Bəzi şəxslər fərdi yanaşma və fərditərbiyəni bir-biri ilə eyniləşdirirlər, halbuki onlar arasında fərqvardır. Həmin fərqləri valideynin, tərbiyəçinin bilməsi vacibdir.Professor M.Ə.Muradxanov onların aşağıdakılardan ibarətolduğunu göstərirdi: 1) fərdi tərbiyə uşağı təklikdə, kollektivdəntamamilə ayrılıqda tərbiyə etməyi nəzərdə tutur; fərdi yanaşma isəuşağı kollektiv içərisində saxlamaqla ona düzgün təsir etmək üçünfərdi xiisusiyyətləri nəzərə almağı tələb edir; 2) fərdi tərbiyə,tərbiyənin məqsədini uşağın şəxsi xüsusiyyətlərinə tabe edərək,hər uşağın tərbiyə məqsədini bu xüsusiyyətlərdən asılı etməyinəzərdə tutur; Fərdi yanaşma isə, uşağın fərdi xüsusiyyətlərinəuyğun olaraq, onu ümumi məqsədə gətirib çıxarmağı tələb edir.Burada məqsəd uşağa tabe edilmir, üsul və vasitələr uşağınxüsusiyyətlərinə uyğun olaraq seçilir.

Uşaqların fərdi xüsusiyyətlərinin öyrənilməsi üçün müx-təlif tədqiqat üsullarından – müşahidə, eksperiment və s. istifadə

Page 47: Müasir təlim texnologiyaları mühazirə xülasələri

93

olunur. Müəllim və tərbiyəçilər üçün uşaqları təbii şəraitdə –dərsdə, sinif yoldaşları ilə ünsiyyət prosesində, ictimai-faydalıəməkdə öyrənmək xüsusilə zəruridir. Uşaq şəxsiyyətinin bütünmühüm cəhətlərini əhatə edən pedaqoji-psixoloji xarakteris-tikaların onlar üçün böyük əhəmiyyəti vardır. Pedaqoji-psixolojixarakteristikanı adətən sinif rəhbəri tərtib edir və həmin sinifdədərs deyən müəllimlərin hamısı ilə birlikdə onun müzakirəsinitəşkil edir. Pedaqogikada buna pedaqoji konsilium deyilir.

Uşaqların fərdi xüsusiyyətlərini təhlil edərkən hansıməsələlərə diqqət yetirmək lazımdır? Müəllim şagirdlərin yaş-cins xüsusiyyətlərini nəzərə almaqla, onların həm də fərdipsixoloji xüsusiyyətlərini – qabiliyyətlərini, temperamentini,xarakterini və s. diqqətlə öyrənməlidir. Fərdi xüsusiyyətlərinformalaşmasını şərtləndirən amillər xüsusilə ətraflı tədqiqolunmalıdır.

Beləliklə, deyilənlərdən çıxan konkret nəticələr bunlardanibarətdir ki, tərbiyəolunma şəxsiyyətin sosiallaşmasını təmin edir,onu həyatda, cəmiyyətdə, ictimai fayda verəcəyi fəaliyyətəhazırlaşdırma prosesidir. Çünki insanın zənginliyi onun həqiqi,obyektiv münasibətlərin zənginliyindən asılıdır. Məhz tərbiyə-olunma sayəsində insanlara, əməyə, biliklərə, fəaliyyətə çoxcə-hətli münasibətlər yaranır. Şəxsi təcrübənin qazanılmasındabaşlıca cəhət ictimai münasibətlərin şüurlu dərk olunmasındanibarətdir. Bu zaman uşaq özünəməxsus şəxsi tələbatının ödənil-məsinə çalışır, ictimai münasibətlərlə şəxsi münasibətlərin qar-şılıqlı əlaqədə baş verməsinə nail olur. Tərbiyəetmə çox dinamikvə didaktik prosesdir. Tərbiyəetmə prosesində müxtəlif əlaqə vəasılılıqlar sosial, psixoloji, pedaqoji bir-birinə qovuşmuş vəqarşılıqlı şəkildə şərtlənmişdir. Tərbiyəetmə prosesinin didak-tikası onun ziddiyyətliyində, inkişafında, mütəhərrikliyində,dəyişiklirində ifadə olunur. Belə bir fəaliyyətin təşkili şəxsiyyətinformalaşması prosesinin elmi əsaslarını təşkil edir. Şəxsiyyətsosial əlaqələrə və qarşılıqlı sosial münasibətlərə malik insandır.

94

ƏDƏBİYYAT

1. Abbasov A. Pedaqogika. Bakı, 2010.2. Ağayev Ə. Azərbaycan ictimai-pedaqoji fikrində

şəxsiyyətinin formalaşması problemi. Bakı, 2005.3. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.4. Həşimov Ə. Azərbaycan xalq pedaqogikasının bəzi

məsələləri. Bakı, 1970.5. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R.

Pedaqoji texnologiyalar. Bakı, 2006.6. Mərdanov M. Azərbaycan təhsili yeni inkişaf

mərhələsində. Bakı, 2009.

Page 48: Müasir təlim texnologiyaları mühazirə xülasələri

95

XVII MÖVZUTƏRBİYƏ İŞİNİN TƏŞKİLİNDƏ MƏKTƏB, AİLƏ VƏ

İCTİMAİYYƏTİN BİRGƏ FƏALİYYƏTİ

PLAN:1. Yetişməkdə olan nəslin tərbiyəsində məktəbinhəlledici rolu2. Uşağın həyatının ilk dövrü ilə əlaqədarvalideynlərin vəzifələri3. Cəmiyyətin inkişafının hazırkı mərhələsində gəncnəslin tərbiyəsi işini hərtərəfli təşkil etməklə əlaqədardövlət və ictimai təşkilatların sıx birliyi4. Məktəbin ailə və ictimaiyyətlə fərdi əlaqə formaları5. Məktəbin ailə və ictimaiyyətlə kollektiv əlaqəformaları

Ailə cəmiyyətin ilkin özəyi, onun sosial quruluşununəsasını təşkil edir.

Ailə tərbiyəsinin məqsədi, şəxsiyyətin elə keyfiyyət vəxassələrini formalaşdırmaqdan ibarətdir ki, şəxsiyyət həyatyolunda qarşılaşdığı çətinlik və maneələri asanlıqla aradan qaldırabilir.

Ailənin iki mühüm vəzifəsi vardır: 1. Nəslin davametdirilməsi4 2. Yeni nəslin, yeni insanın tərbiyəsi

Bu iki vəzifə bir-birilə sıx bağlıdır. İnsan öz nəsliniartırmasa, öz nəslinə tərbiyə verməsə cəmiyyət məhv olar. Birincivəzifə nə qədər əhəmiyyətlidirsə, ikinci vəzifə daha məsu-liyyətlidir. Çünki bu vəzifədə təbiətin bəxş etdiyi xüsusiyyətlərdeyil, həm də insanlığın min illər ərzində topladığı mədəniyyət,cəmiyyətin əlavə etdiyi xüsusiyyətlər də təzahür edir. Bir damlasuda günəş əks olunduğu kimi, ailə münasibətlərində dəcəmiyyətin bütün əlaqmətləri öz inkişafını tapır. Ailə özlüyündəkiçik bir dövlətdir. Ailə insani münasibətlərin ilk tərbiyəməktəbidir. Ailədə ilk əxlaqi təcrübə, fəzilət və qəbahət təşəkkültapır. Ailədə böyüyən uşaqlar tərbiyəsində övladlıq borclarını

96

dərk edir, qocalmış valideynlərinə qayğı göstərməyin zəruriliyinidərk edirlər. Ailənin birinci və ən əsas vəzifəsi övladlarını sağlamvə gümrah böyütməkdən, onların sağlam həyat tərzini təşkiletməkdən ibarətdir.

Beləliklə, ailə qarşılıqlı məhəbbət, etibar, hörmət və inamaəsaslana yeni həyata başlamış, yeni nəslin yaradılması vəinkişafının qayğısına qalan qrupdur.

Məktəb gənc nəslin təlim-tərbiyəsi işinin mərkəzidir.Hazırkı dövrdə təhsil sistemi qarşısında duran başlıca vəzifə –dərin bilikli, fiziki və zehni cəhətdən inkişaf etmiş, elmidünyagörüşünə, yüksək mədəniyyətə, zəngin əxlaqa malik olanahəngdar şəxsiyyət tərbiyəsidir. Məktəbdə təlim-tərbiyə işiməqsədyönlü, planlı və mütəşəkkil şəkildə, xüsusi hazırlıqlıpedaqoji kadrların rəhbərliyi ilə həyata keçirilir. Müəllim təlim-tərbiyə işində mərkəzi simadır, necə deyərlər, məktəbin ürəyidir.Müəllimin gənc şəxsiyyətə təsiri çox böyükdür; onu heç bir şeyləəvəz etmək olmaz.

Uşağın həyatının ilk dövrü valideynlər qarşısında böyükvəzifələr qoyur. Valideynlər ata-ana olduqları gündən həm dətərbiyəçidirlər. Bəzi pedaqoqlar ananı təbii tərbiyəçi adlan-dırmaqda haqlıdırlar. Uşağa qarşı ağıllı tələblə birləşmiş anaməhəbbəti, valideyn məhəbbəti tərbiyə işində böyük qüvvədir.

Ailə tərbiyəsinin müvəffəqiyyəti üçün bir çox pedaqojişərtlərə əməl etmək lazımdır. Həmin şərtlərdən başlıcalarıbunlardır:

- ailədə sağlam tərbiyə şəraiti yaradılmalıdır; uşaqlarıntərbiyəsi sağlam, normal, sakit, səmərəli və şən həyat şəraitindədaha normal və asan olur. Əksinə, qeyri-normal tərbiyə şəraitində,valideynlərin dolğun insani həyatı olmadan tam dəyərli insantərbiyə etmək mümkün deyildir;

- tərbiyə işində mütəşəkkil ailə kollektivi mühümvasitədir. Uşaq dolğun şəxsiyyət kimi о zaman yetişə bilər ki,onun tələbat və arzuları kollektivçi tələbat və arzuları olsun. Əkshalda о fərdiyyətçi kimi yetişə bilər. Ailə kollektivçilikəlamətlərini itirdikdə onun tərbiyəvi təsiri də xeyli azalır;

Page 49: Müasir təlim texnologiyaları mühazirə xülasələri

97

- böyük ailə – çoxuşaqlı ailə tərbiyə üçün daha əlverişlidir:belə ailəni ümumi mənafe, ümumi həvat, ümumi sevinc və kədərbirləşdirir. Burada uşaqlar bir-birindən öyrənir, tərbiyə üçünəlverişli ünsiyyət mühiti yaranır. Təkuşaqlı ailədə isə tərbiyə işiçətindir: burada uşaq hamının diqqət mərkəzində olur, hamı onuəzizləyir, heç kəs onun xətrinə dəymək istəmir. Belə uşaqlaradətən, ərköyün və eqoist böyüyürlər;

- tərbiyənin, xüsusən xarakterin bünövrəsi kiçik yaşlardanqoyulur: bu yaşda tərbiyə düzgün aparılmadıqda sonradan uşağıyenidən tərbiyə etmək lazım gələcəkdir. Yenidəntərbiyə isəəvvəldən aparılan düzgün tərbiyəyə nisbətən qat-qat çətindir: o,tərbiyəçidən çoxlu vaxt, qüvvə və əsəb gərginliyi tələb edir;

- tərbiyənin, о cümlədən ailə tərbiyəsinin müvəffəqiyyətitərbiyə qanunlarına və onlardan irəli gələn prinsiplərə düzgünəməl etməkdən asılıdır. Uşağa qarşı hörmət və tələbkarlığıbirləşdirmək, ona nikbin nəzərlə yanaşmaq, hər bir uşağın yaş vəfərdi xüsusiyyətlərinə əsaslanmaqla onun qəlbinə yol tapmaq,tərbiyə işində kollektivə istinad etmək, uşağın müstəqilliyi iləpedaqoji rəhbərliyi düzgün əlaqələndirmək, fəallıqla “tormoz tər-biyəsi” arasındakı orta həddi tapmaq və s. belə prinsiplərdəndir;

- tərbiyə işində uşağın birtərəfli inkişafına yol verməmək,onun ahəngdar şəxsiyyət kimi formalaşmasına şərait yaratmaq,yəni zehni, ideya-mənəvi, əmək, estetik, fıziki və s. cəhətdəninkişafına qayğı göstərmək vacibdir;

- həddini aşmayan valideyn məhəbbəti ilə çulğalaşan borchissi, valideynlərin düzgün həyat tərzi, bir-birilə və uşaqla səmimimünasibətləri, şəxsi ləyaqəti, vətəndaşlıq siması, müsbətnümunəsi və nüfuzu – bütün bunlar ailə tərbiyəsinin müvəf-fəqiyyətini təmin edən şərtlərdəndir.

Ailə tərbiyəsi sahəsində nəzərdən keçirilən məsələlərinuğurla yerinə yetirilməsi üçün valideynlər məktəblə sıx əlaqəsaxlamalı, müəllimlərlə əməkdaşlıq şəraitində işləməlidirlər.

İctimaiyyət tərbiyə işində böyük qüvvədir. Cəmiyyətininkişafının hazırkı mərhələsi gənc nəslin tərbiyəsində dövlət vəictimai təşkilatların sıx birliyi, ictimaiyyətin tərbiyəvi rolunun

98

yüksəlməsi ilə səciyyələnir. Uşaqların tərbiyəsinə qayğı göstərənictimaiyyət, ictimai təşkilatlar müəyyən bir sistem təşkil edir. Busistemə aşağıdakı ictimai təşkilatlar – komitələr, şuralar,komissiyalar, birliklər, cəmiyyətlər, fondlar və daxildir.

Tərbiyə ictimai proses olduğundan, uşağı tək bir adam –müəllim (və ya müəssisə) tərbiyə edib yetişdirə bilməz. Uşaq həmməktəbin, müəllimlərin, həm də valideynlərin, ictimaiyyətin, yaşlıadamların, yoldaşlarının təsiri ilə böyüyüb inkişaf edir. Buna görədə tərbiyə işini məktəbin, müəllimin işi çərçivəsi ilə məh-dudlaşdırmaq olmaz. Ayrılıqda nə məktəb, nə ailə, nə də ictimaiy-yət gənc nəslin tərbiyəsini təmin edə bilməz. Uşaq gündəlikvaxtının ancaq 4-5 saatını məktəbdə, qalan vaxtını isə ailədə,ictimai yerlərdə keçirir. Məktəbin uşağa göstərdiyi tərbiyəvitəsirlər ailə və ictimaiyyətin təsiri ilə uyğun gəlməli və bir- birinitamamlamalıdır. Bu isə, pedaqoji üçlüyün əlbir fəaliyyəti iləmümkün ola bilər. Məktəb, ailə və ictimaiyyət müxtəlif formadabir-birilə sıx əlaqə saxlamalıdır. Bu əlaqə formalarını iki qrupaböləmk olar:

a)fərdi əlaqə formaları;b)kollektiv əlaqə formaları.Fərdi əlaqə formalan müəllimlərin (o cümlədən sinif

rəhbərlərinin) valideyn və ictimaiyyət nümayəndələri iləbilavasitə və ya bilvasitə əlaqə yaratmaqla aparılan fərdi işformalarını əhatə edir. Nisbətən geniş yayılmış fərdi əlaqəformalarına aşağıdakılar daxildir:

- müəllimin. sinif rəhbərlərinin ailəyə getməsi: bu halda,bir tərəfdən, şagirdin ailə şəraiti, ailədaxili münasibətlər, ailədətərbiyə işinin qoyuluşu haqda məlumat toplanır, digər tərəfdən isəuşağın təlim-tərbiyəsi ilə bağlı valideynlərlə söhbət vəməsləhətləşmələr aparılır, birgə hərəkət xətti müyyən edilir, zərurihallarda valideynlərə pedaqoji məsləhətlər verilir;

- Valideynlərin, ictimai təşkilat nümayəndələrinin mək-təbə dəvət edilməsi: bu zaman valideynləri danlamaq, uşaqdanşikayət etmək yox, hər hansı konkret pedaqoji hadisənin (təliməməsuliyyətsiz münasibət, intizamsızlıq və s. hallarının) səbəb-

Page 50: Müasir təlim texnologiyaları mühazirə xülasələri

99

lərini valideynlə birlikdə təhlil etmək, konkret çıxış yolutapmaqda kömək etmək lazımdır. Valideynləri məktəbə təkcəxoşagəlməz hallar üçün deyil, şagirdin təlim və tərbiyəsindəkimüsbət dəyişikliklərlə, müəyyən tədbirlərlə əlaqədar da dəvətetmək məsləhətdir;

- məktəbdə və ya sinifdə “açıq qapı” günlərininkeçirilməsi: bu halda əvvəlcədən müəyyən edilmiş vaxtda (aydavə va rübdə bir gün) müəllimlər məktəbdə olur. Valideynlərməktəbə gələrək istənilən miiəllimlə görüşüb övladı barədəsöhbət aparır, məsləhət alırlar;

- şagird gündəliyi, yaxud məktub vasitəsilə əlaqə: müəllimşagirdin təlim-tərbiyəsi ilə bağlı onun gündəliyində, yaxud ayrıcavərəqdə qeydlər edir, valideynlərə lazımi göstəriş və məsləhətlərverir;

- telefon vasitəsilə əlaqə: şagird haqqında müəyyəninformasiya mübadiləsi məqsədi ilə müəllim (sinif rəhbəri) vəvalideynlər bir-birilə telefon əlaqəsi saxlayırlar.

Ailə və ictimaiyyət nümayəndəsi ilə fərdi əlaqəsi zamanımüəllim özünü müfəttiş və ya ittihamçı kimi yox, uşağıngələcəyinə qayğı göstərən müəllim-ziyalı, yaxın məsləhətçi kirniçıxış etməli, valideynlərlə pedaqoji əməkdaşlıq yaratmağaçalışmalıdır.

Məktəbin ailə və ictimaiyyətlə əlaqəsi kollektivformalarda da aparılır. Kollektiv əlaqə formaları aşağıdakılardanibarətdir:

- valideyn yığıncaqları – pedaqoji biliklərin təbliği, ailətərbiyəsi məsələlərinin təhlili, təcrübə mübadiləsi məqsədi ilətəşkil edilən kollektiv iş formasıdır. Valideyn yığıncaqları sinif vəməktəb miqyasında keçirilir. Sinif valideyn yığıncaqları rübdə 1-2dəfə, məktəb valideyn yığıncaqları isə ildə 3-4 dəfə keçirilir. Buyığıncaqlarda görülmüş işlərə yekun vurulur, ailə tərbiyəsinin ənmühüm məsələləri müzakirə olunur. Ehtiyac olduqda ayrı-ayrıpedaqoji mövzulara həsr olunmuş tematik yığıncaqlar (nıəsələn,“Uşaqların təliminə necə kömək etməli?”, “Valideyn nüfuzu”,

100

“Ailədə əmək tərbiyəsi” və s.), habelə ata və analar üçün ayrıcayığıncaqlar keçirmək olar;

- valideyn universitetləri və pedaqoji lektoriyalar pedaqojibiliklərin təbliği məqsədi ilə təşkil olunan iş formalarıdır.Valideyn universitetləri 1-2 il müddətinə məktəblərdə, idarə vəmüəssisələrdə yaradılır, valideyn və ictimaiyyət nümayəndələrinəsistemli pedaqoji biliklər verilir. Valideyn lektoriyaları isəepizodik xarakter daşıyır. Ayda 1-2 dəfə keçilən bu məşğələlərdəpedaqoji mühazirələrlə yanaşı, tərbiyə mövzusunda müzakirələr,diskussiyalar, təcrübə mübadiləsi, şagird bədii özfəaliyyətkollektivinin çıxışları, uşaqların işlərini əks etdirən sərgilər dətəşkil edilir;

- ailə tərbiyəsi təcrübəsinə həsr olunmuş konfranslar vəsual-cavab gecələri – ailədə uşaqların tərbiyəsi ilə bağlı aktualpedaqoji mövzuların və valideynləri maraqlandıran suallarınmüzakirəsi təqsədi güdür. Konfrans məktəb (sinif) rəhbərinin girişsözü ilə açılır, sonra isə fəal valideynlər və ictimaiyyət nüma-yəndələri öz təcrübələri əsasında müəyyən pedaqoji mövzulardaçıxış edirlər. Konfrans pedaqoji tövsiyələrlə başa çatır. Beləkonfransları sinif və məktəb miqyasında keçirmək olar;

- valideyn komitələri – valideyn və ictimaiyyəti gəncnəslin təlim-tərbiyəsi işinə səfərbər edən, uşaqlara tərbiyəvitəsirlərin vahidliyini təmin edən kollektiv formadır. Valideynkomitələri məktəblərdə, idarə və müəssisələrdə, yaşayış yerlə-rində yaradılır. Məktəblərdə sinif və məktəb valideyn komitələritəşkil olunur. Sinif valideyn komitələri sinfin valideyn yığın-cağında 3-5 nəfərdən ibarət, məktəb valideyn komitəsi isəümumməktəb valideyn iclasında 7-9 nəfərdən ibarət seçilir.Valideyn komitəsində müxtəlif iş sahələri (icbari təhsil. təlimişləri, mədəni-kütləvi işlər, idman-sağlamlıq işləri, ictimai-faydalıəmək, təsərrüfat işləri və s.) üzrə komissiyalar yaradılır və xüsusiplanla iş aparılır. Valideyn komitələri rübdə bir dəfədən azolmayaraq öz iclaslarını keçirir, görülmüş işləri müzakirə edir,həlli vacib vəzifələri müəyyənləşdirir;

Page 51: Müasir təlim texnologiyaları mühazirə xülasələri

101

- məktəbə və ailəyə kömək şuraları – ictimaiyyəti, əməkkollektivlərini uşaqların tərbiyəsi işinə cəlb etməyə xidmətgöstərən ictimai orqandır. Belə şuralar idarə və müəssisələrdə –valideynlərin iş yerlərində fəaliyyət göstərir. Onlar məktəbintədris-maddi bazasının möhkəmlənməsində, şagirdlərin əməktərbiyəsi və asudə vaxtlarının təşkilində, uşaq nəzarətsizliyi iləmübarizədə, habelə valideynlərin tərbiyə sahəsində məsuliyyəthissinin artırılmasında məktəbə və ailəyə yaxından köməkgöstərirlər.

Göründüyü kimi, gənc nəslin tərbiyəsi işinə qayğı göstərənqüvvələr çoxdur. Onların işini əlaqələndirmək və bir istiqamətəyönəltmək mühüm şərtdir. Məktəb əlaqələndirici mərkəz kimi busahədə mühüm rol oynamalıdır.

102

ƏDƏBİYYAT

1. Abbasov A., Əlizadə H. Pedaqogika. Bakı, 2000.2. Ağayev Ə. və b. Pedaqogika. Bakı, 2006.3. Ağayev M., Nəzərov A. Qabaqcıl təcrübənin ünvanı.Bakı, 2004.4. Əhmədov B., Rzayev A. Pedaqogikadan mühazirəkonspektləri. Bakı, 1983.5. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.6. Quliyev S. Ailə pedaqogikasının mühüm problemləri.Bakı, 2005.7. Mərdanov M. Azərbaycan təhsili yeni inkişafmərhələsində. Bakı, 2009.8. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., həsənov R.Pedaqoji texnologiyalar. Bakı, 2006.9. Mehrabov A., Cavadov İ. Ümumtəhsil məktəblərindəmonitorinq və qiymətləndirmə. Bakı, 2007.10. Nəzərov A., Məmmədov R. Pedaqoji ustalıq. Bakı,2008.11.Talıbov Y. və b. Pedaqogika. Bakı, 1993.12.“Təhsil haqqında” Azərbaycan RespublikasınınQanunu. Bakı, 2009.

Page 52: Müasir təlim texnologiyaları mühazirə xülasələri

103

MÜNDƏRİCATÖN SÖZ.....................................................................................3I MÖVZU: Pedaqoji texnologiyalara tarixi-nəzəri baxış .........4II MÖVZU:Təlim texnologiyalarının mahiyyəti vəməzmunu....................................................................................10III MÖVZU: Təlim texnologiyasının struktur və funksionalkomponentləri. ...........................................................................17IV MÖVZU: Təlim texnologiyalarının təsnifati və xarakterikxüsusiyyətləri .............................................................................23V MÖVZU: Təlimdə interaktiv metodlar və fəal təlimmetodları problemi.....................................................................35VI MÖVZU: Təlim prosesində pedaqoji diaqnostikaməsələləri ...................................................................................41VII MÖVZU: Pedaqoji innovasiyalar ......................................45VIII MÖVZU: Yenilikçi müəllimlərin pedaqojitexnologiyalardan istifadə bacarığı ............................................50IX MÖVZU: Pedaqoji texnologiya sistemində yeni təlimtexnologiyalarının səciyyəsi.......................................................57X MÖVZU: Təlim nəzəriyyəsi yeniləşən, inkişaf edənelmdir .........................................................................................63XI MÖVZU: Bilik mənbələrinin meyarını təşkil edən təlimmetodlarının pedaqoji texnologiyaların əsasını təşkil etməsi ....67XII MÖVZU: Tədris, təlim və tərbiyə prosesinin vəhdəti,funtamentallıq və mədəniyyətəmüvafiqlik ................................72XIII MÖVZU: Təlimin humanitarlaşdırılması vəhumanistləşdirilməsi ..................................................................76XIV MÖVZU: Təhsilin fasiləsizliyi vəinformatlaşdırılması ...................................................................80XV MÖVZU: Təhsilin məhsuldarlığına güclü təsir göstərəntibbi-bioloji şərtlər. Fiziki tərbiyə ..............................................84XVI MÖVZU: Tərbiyə texnologiyaları. Şəxsiyyətin tərbiyəsiişində fərdi xüsusiyyətlərin nəzərə alınması... ...........................90XVII MÖVZU: Tərbiyə işinin təşkilində məktəb, ailə vəictimaiyyətin birgə fəaliyyəti .....................................................95

Page 53: Müasir təlim texnologiyaları mühazirə xülasələri

Nəzərov Akif Məmmədağa oğlu10 sentyabr 1936-cı ildə Astara rayonunun Səncərədi

kəndində anadan olmuşdur.1955-ci ildə Astara şəhər 1 №-li orta məktəbi, 1960-cı ildə

isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinibitirmişdir.

1960-1978-ci illərdə Astara rayonunun ayrı-ayrı kənd,qəsəbə orta məktəblərində tədris işləri üzrə direktor müavini,direktor və ixtisası üzrə müəllim işləmişdir.

1978-1984-cü illərdə Bakı şəhəri Sabunçu rayonundakı 66№-li orta məktəbdə müəllim, 1984-cü ilin dekabrından hal-hazıraqədər AMİ-də əvvəlcə baş müəllim, 1994-cü ildən isə dosentvəzifəsində işləməkdə davam edir.

May 1976-cı ildə Respublikanın EA Nizami adınaƏdəbiyyat İnstitutunda dissertasiya müdafiə edərək filologiyaüzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.

Akif Nəzərovun bir filoloq kimi ədəbiyyatımızın aktualproblemləri ilə əlaqədar bir sıra kitabçası, jurnal və qəzetməqalələri çap olunmuşdur.

Lakın o, ömrü boyu əsasən pedaqoji işlə məşğul olmuş, birmüəllim kimi ictimaiyyətin dərin rəğbətini qazanmışdır.

1970-1978- ci illərdə Respublika PedaqojiMühazirələrinin qalibi olmuşdur. “Sosializm Yarışının Qalibi”,“Qabaqcıl Təhsil İşçisi” döş nişanları, çoxlu Fəxri Fərmanlar və“Əmək Veteranı” medalı ilə təltif olunmuşdur. 07 dekabr 2009-cuil tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə“Əməkdar Müəllim” Fəxri adına layiq görülmüşdür.

Pedaqoji sahədə dörd metodik tövsiyənin, iki kitabçanın,üç proqramın, dörd dərs vəsaitinin, on beş jurnal, altmışa qədərqəzet məqalələrinin müəllifidir.

Ailəlidir, dörd övladı, on nəvəsi vardır.