mövzu 19. dolağın hopdurulması və bişirilməsi. dolağın kompaundlaşdırılması

11
Mövzu 19. Dolağın hopdurulması və bişirilməsi. Dolağın kompaundlaşdırılması. Plan Hopdurulmanın təyinatı Qurutma, hopdurma və laklama prosesləri Dolaqların hopdurulmsı və bişirilməsi Hopdurma və qurutma üçün avadanlıq Dolaqların kompaundlaşdırılması Ədəbiyyat 1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт электрооборудования. – М.: Колос, 1981. 2.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по ремонту электрических машин. М.: Высшая школа, 1980. 1

Upload: bruno-rojas

Post on 31-Dec-2015

58 views

Category:

Documents


0 download

DESCRIPTION

Mövzu 19. Dolağın hopdurulması və bişirilməsi. Dolağın kompaundlaşdırılması. Plan Hopdurulmanın təyinatı Qurutma, hopdurma və laklama prosesləri Dolaqların hopdurulmsı və bişirilməsi Hopdurma və qurutma üçün avadanlıq Dolaqların kompaundlaşdırılması Ədəbiyyat - PowerPoint PPT Presentation

TRANSCRIPT

Page 1: Mövzu   19.   Dolağın hopdurulması və bişirilməsi.  Dolağın kompaundlaşdırılması

1

Mövzu 19. Dolağın hopdurulması və bişirilməsi. Dolağın kompaundlaşdırılması.

Plan

Hopdurulmanın təyinatı

Qurutma, hopdurma və laklama prosesləri

Dolaqların hopdurulmsı və bişirilməsi

Hopdurma və qurutma üçün avadanlıq

Dolaqların kompaundlaşdırılması

 

Ədəbiyyat

1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт электрооборудования. – М.: Колос, 1981.

2.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по ремонту электрических машин. М.: Высшая школа, 1980.

Page 2: Mövzu   19.   Dolağın hopdurulması və bişirilməsi.  Dolağın kompaundlaşdırılması

2

Hopdurulmanın təyinatı

Dolaqların izolyasiyasının etibarlılığı yalnız izolyasiya materiallarının xüsusiyyətləri ilə deyil, həm də onların hopdurulmasının keyfiyyəti ilə təyin edilir. Elektrik maşınqayırmasının inkişaf prosesində hopdurma texnologiyası müasir səviyyəyə çatana kimi böyük yol keçmişdir. Keçmiş elektrik maşınqayırma zavodlarında yalnız lifli izolyasiya materiallarının deyil, həm də ПБО və ПБД markalı dolaq naqillərinin lak və bəzən də kətan yağı doldurulmuş vannalardan keçirilməsi ilə hopdurma aparılırdı. Bundan sonra naqilləri təbəqə əmələ gəlməsi üçün qurudurdular və dolamaya göndərirdilər. Belə prosesin mürəkkəb və uzun müddətli olduğu üçün sonralar sarınmış makaraları hopdurmağa başladılar, nəmliyə qarşı izolyasiyalı maşınlar üçün isə, bundan başqa, sarınmış nüvələri fırçanın köməyi ilə lakla örtürdülər. Dolaq nüvələrini xaricdən örtmək üçün yalnız şellak lakı istifadə edirdilər. Bir qədər qatı konsentrasiyada bu lak pambıq-parça lentdən olan izolyasiyanı yapışdırmağa xidmət etmişdir.

Page 3: Mövzu   19.   Dolağın hopdurulması və bişirilməsi.  Dolağın kompaundlaşdırılması

3

Hopdurulduqdan sonra elektrik izolyasiya materiallarının istiyə davamlılığının yüksəlməsi onunla təsdiqlənir ki, eyni izolyasiya

materialları hopdurulana qədər Y istiliyə davamlılıq sinfinə aid olurlar, hopdurulduqdan sonra A sinfinə, eyni zamanda buraxıla

bilən işçi temperatur 900S-dən 1050S-ə qədər yüksəlir. Bu onunla izah olunur ki, hopdurulmamış sellüloz materiallarda 900S-dən yuxarı

temperaturda, oksidləşmə prosesləri ilə bağlı olan, sürətli dağılma baş verir. Emal izolyasiyalı naqilli makaraların hopdurulması onların

xidmət müddətini 3...4 dəfə artırır.Bütün lifli materiallar, xüsusən də sellüloz materiallar, ətraf mühitdən

nəmliyi udmaq xüsusiyyətinə malikdirlər. Nəmlənən zaman izolyasiyanın dielektrik xüsusiyyəti kəskin aşağı düşür. Elektrik

maşınlarının izolyasiyasının nəmliyə davamlılığını yüksəltmək üçün hopdurmaq vacibdir. Lak təbəqəsi nəmliyin izolyasiyanın

məsamələrinə daxil olmasına maneçilik törədir. Nəmliyə davamlılığı yüksəltmək üçün yalnız lifli materialları deyil, həm də emal izolyasiyalı

naqilləri hopdurmaq lazımdır.

Page 4: Mövzu   19.   Dolağın hopdurulması və bişirilməsi.  Dolağın kompaundlaşdırılması

4

Hopdurulmamış lifli materialların elektriki möhkəmliyi aşağıdır, belə ki, onların məsamələri hava ilə doludur. Hopdurma zamanı

məsamələr hopdurucu tərkiblərlə dolur və izolyasiyanın elektriki möhkəmliyi əhəmiyyətli dərəcədə yüksəlir.

Yüksək gərginlikli maşınların dolaqlarında hava aralıqlarında havanın ionlaşması baş verir və ayrılan ozon üzvi izolyasiyanı dağıdır. Slüda izolyasiyasında hava aralıqları izolyasiyanın şişməsinə və hətta

onun yuvadan çıxma yerlərində və ventilyasiya kanallarında kəsilməsinə gətirib çıxarır. Buna görə də bütün hava aralıqlarını

doldurmaq üçün bitumla kompaundlaşdırma çox vacibdir.Dolaqların hopdurulması yalnız izolyasiya materiallarının özlərinin mexaniki möhkəmliyini artırmır, həm də dolaqların sarğılarını bir-

birinə bərkidir ki, bu da onların titrəmə, elektrodinamiki qüvvələr və istilikdən naqillərin genişlənməsi nəticəsində onların yeyilməsinin qarşısını alır. Bu nazik naqillərdən ibarət çox sarğılı dolaqlar üçün

xüsusi əhəmiyyətə malikdir.

Page 5: Mövzu   19.   Dolağın hopdurulması və bişirilməsi.  Dolağın kompaundlaşdırılması

5

Turşu və qələvilərin təsiri altında üzvi izolyasiya çox tez dağılır. Dolaqların kimyavi davamlı laklarla hopdurulması izolyasiyanın səthini

kimyəvi aktiv hissəciklərin təsirindən qoruyur ki, bu da onun etibarlılığını əhəmiyyətli yüksəldir.

Elektrik maşınlarının gücü onların dolaqlarının qızması nəticəsində məhtudlaşdırılmışdır. Maşın işləyən zaman əsas istilik onun aktiv

hissələrində və əsasən də dolaqlarda ayrılır. Maşının verilmiş iş rejimi zamanı dolaqların qızması ondan asılı olur ki, soyuducu hava vasitəsi ilə istilik dolaqlardan nə qədər tez kənarlaşdırılır. Ona görə də izolyasiyanın

istilik keçiriciliyi çox vacib xüsusiyyətdir. Hopdurulmamış dolaqlarda hava qatları izolyasiyanın istilik keçiriciliyini əhəmiyyətli dərəcədə

azaldır ki, bu da naqilin hədsiz qızmasına gətirib çıxarır. Hopdurmadan sonra dolağın misindən istilik verimi yaxşılaşır. Bu naqillərdə cərəyan

sıxlığını artırmağa, dolaq misinə qənaət etməyə və maşının xidmət müddətini artırmağa imkan yaradır. Hopdurmadan sonra izolyasiyanın üzərinə örtük laklarının və ya emalının təbəqəsini çəkirlər, hansılar ki,

izolyasiyanı yağlama yağlarının təsirindən qoruyur və onun üzərinə tozun və çirkin çökməsinə mane olur, bu çöküntülər keçirici körpücüklər

yaradır və dolağın soyumasını pisləşdirirlər.

Page 6: Mövzu   19.   Dolağın hopdurulması və bişirilməsi.  Dolağın kompaundlaşdırılması

6

Qurutma, hopdurma və laklama prosesləri

İzolyasiya materialları uzun müddət normal, hər şeydən əvvəl də yüksək nəmlikli binalarda saxlanılarkən nəmliyi udur, hansı ki, izolyasiyanın elektriki möhkəmliyini azaldır və ona hopdurma lakının daxil olmasına maneçilik törədir. Buna görə də hopdurmadan əvvəl izolyasiya materiallarını və dolaqları qurudurlar. Sulu emulsiya lakları ilə hopdurulan dolaqlar istisna təşkil edir, belə ki, onların həll edicisi (su) izolyasiyanın nəmliyi ilə yaxşı qarışır və hopdurmadan sonrakı qurutma prosesində xaric edilir. Qurutma temperaturu nə qədər yüksək olarsa, nəmlik dolaqdan bir o qədər tez xaric olunar, lakin temperaturu izolyasiyanın istiliyə dözümlülüyü ilə müəyyən olunan hüduddan yuxarı qaldırmaq olmaz ki, izolyasiyanın köhnəlməsi sürətlənməsin. Vakuumda qurutma prosesi əhəmiyyətli sürətləndirir.Vakuumda qurutmadan əvvəl dolaqları atmosfer təzyiqi altında qızdırırlar.

Page 7: Mövzu   19.   Dolağın hopdurulması və bişirilməsi.  Dolağın kompaundlaşdırılması

7

Hopdurmanın əsas üsulu qızdırılmış dolağın laka batırılması ilə hopdurmadır. Lakin, dolağa daxil olması lakın çəkisinin göstərdiyi

kapilyar qüvvələrinin və təzyiqin təsiri altında baş verir. Hopdurmaların sayını maşının istismar şəraitindən, həmçinin də

tətbiq olunan izolyasiya materiallarından asılı olaraq seçirlər. Hopdurmaya izolyasiya materiallarını, dolaq makaralarını və

maşının dolaqlanmış hissələrini məruz qoyurlar. Vakuum və təzyiq altında hopdurma zamanı belə adlandırılan məşq prosesi xüsusən səmərəlidir, hansında ki, lak növbə ilə 3...5 dəq müddətində gah

atmosfer təzyiqi və gah da 7...8 kqq/sm2 təzyiq altında olur.Hopdurmadan və lakın artığının sürülüb axmasından sonra

həllediciləri kənarlaşdırmaq üçün dolağı yenidən qurudurlar. Qurutma prosesi iki mərhələyə bölünür: həlledicilərin xaric

edilməsi ilə dolaqların qızdırılması və lak təbəqələrinin bişirilməsi (qovrulması). Quruma dərəcəsini izolyasiya müqaviməti ilə təyin

edirlər. Qurutma müddətini azaltmaq üçün temperaturu qısa müddətdə yüksəldirlər.

Page 8: Mövzu   19.   Dolağın hopdurulması və bişirilməsi.  Dolağın kompaundlaşdırılması

8

Ağır şəraitdə işləmək üçün nəzərdə tutulmuş dolaqlar, misal üçün nəmli şəraitdə və ya ionlaşmış havada, bitum kompaundu ilə

kompaundlaşdırılır. Kompaundlaşdırma prosesi atmosfer təzyiqində və vakuum altında qurutmadan və 7...8 kqq/sm2 təzyiq altında

hopdurmadan ibarətdir. Bu zamn izolyasiyadakı hava aralıqları presləmə yolu ilə aradan qaldırılır və onlar kompaundla doldurulur.

Kompaundlaşdırma izolyasiyanın elektriki möhkəmliyini xeyli yüksəldir, ona görə də onu yüksək gərginlikli bütün maşınlar üçün tətbiq edirlər.  

Son illər qütb dolaqlarının hopdurulma texnologiyası xeyli mükəmməlləşdirilmişdir. Mövcud olmuş texnologiya üzrə qütb

makaralarını sarıdıqdan sonra bir neçə qat lentlə izolə edirdilər. İzolə edici dəzgahların olmasına baxmayaraq, bu proses texnoloji

çatışmazlıqlara malik idi, xüsusən də ensiz daxili deşiyə malik olan əlavə qütbün makaraları üçün. Izolə etdikdən sonra makaraları

kompaundlayırdılar və sonra qütblərin nüvələrinə yığırdılar, titrəmədən qaçmaq üçün onları bərkidirdilər. Bu zaman qütbün nüvəsi və

makaranın daxili pəncərəsi arasında hər tərəfdə 4,5mm-ə qədər ara məsafəsi qalırdı ki, bu da makaradan maqnit dövrəsinə istilik verilməsini

çox azaldırdı.

Page 9: Mövzu   19.   Dolağın hopdurulması və bişirilməsi.  Dolağın kompaundlaşdırılması

9

Qütblə birlikdə hopdurulan makara

Yeni texnologiya üzrə sarıdıqdan sonra makaraları şüşə lentlə sarğıları çəkmək üçün ilgəkləyirlər, sonra qütblə birlikdə xüsusi formaya yerləşdirirlər və epoksid qətranlı müxtəlif tərkiblərlə hopdururlar. İstilik keçirməni yüksəltmək üçün doldurucu kimi kvars qumundan istifadə edirlər. Yeni texnologiya ilə hazırlanmış makaraları sınaqdan keçirilməsi yaxşı nəticələr vermişdir. Makaraların nəmliyə davamlılığı və titrəyişə davamlılığı xeyli yüksəlmişdir, qızma temperaturu azalmışdır. Sınaqların nəticələrinin analizi makaraların ölçülərini azaldaraq onların konstruksiyalarının dəyişdirilməsinin mümkünlüyünü təsdiq etdi ki, bu da izolyasiya materiallarının, aktiv və konstruktiv materialların böyük qənaətini verir.

Page 10: Mövzu   19.   Dolağın hopdurulması və bişirilməsi.  Dolağın kompaundlaşdırılması

10

Yağlı transformatorların dolaqlarının hopdurulması və bişirilməsi. Yağlı transformatorların dolaqlarını hər şeydən çox batırılma

metodu ilə МЛ-92 lakıyla hopdururlar. İşçi özülülüyü əldə etmək üçün lakı ksilol və ya uayt-spirtlə qarışdırırlar. Hopdurulma üçün hazırlanmış dolaqlar lak doldurulmuş çənə elə batırılır ki, lakın səviyyəsi dolaqdan 50...100 mm yuxarı olsun və onu orada hava

qabarcıqlarının çıxması dayanana qədər saxlayırlar, 10 dəqiqədən az müddət olmayaraq. Dolağı lakdan çıxardıb, altlığa qoyurlar və

lakın artığı tam axana qədər, 1 saatdan az olmayaraq, havada saxlayırlar, bundan sonra dolağı xüsusi arabacıqda bişirilməsi

üçün içərisində hava mütləq dövr edən şkafa (kameraya) yerləşdirirlər. Təmiz-tər havanın daxil olması və həlledicilərin

buxarı qarışmış havanın xaric edilməsi siyirtmələrlə nizamlanır. Dolaqlar yükləndikdən sonra havanın qızdırılması və dövr

etdirilməsi sistemini vururlar. Kamerada temperaturu (115±5)0S-ə qədər qaldırırlar. Bu temperaturda dolağı yapışqanlıq yox olana

qədər, lakin 9 saatdan az olmayaraq, bişirirlər.

Page 11: Mövzu   19.   Dolağın hopdurulması və bişirilməsi.  Dolağın kompaundlaşdırılması

11

Quru transformator dolaqlarının hopdurulması və bişirilməsi. Nəmliyin bir başa düşməsindən mühafizə olunmuş, nisbi nəmliyi

65%-ə qədər havası olan binalarda işləyən quru transformatorların dolaqlarını БТ-987 lakı ilə yağlı

transformatorların dolaqlarının hopdurulma metodu ilə hopdururlar. Hopdurulmuş dolaqları (115±5)0S temperaturda

yapışqanlıq itənə qədər, lakın 12 saatdan az olmayan müddətdə bişirirlər.

Yüksək nəmlikli binalarda işləyən quru və xüsusi transformatorların dolaqlarını iki dəfə hopdurur və bişirirlər:

МЛ-92 lakı ilə və ГФ-92ГС emalı ilə. МЛ-92 lakı ilə hopdurulmuş və bişirilmiş dolaqları ГФ-92ГС emalı doldurulmuş çənə batırır və 2 dəq müddətində orada saxlayırlar. Bundan sonra

onu çıxarıb altlığa qoyurlar və 20 dəq müddətində artıq emalın axmasını gözləyirlər. Daha sonra dolağı kamerada 6 saatdan az

olmayan müddət ərzində (115±5)0S temperaturlu hava şırnağında yapışqanlıq itənə qədər bişirirlər.