film fiction magazine №23

48

Upload: film-fiction-magazine

Post on 25-Jul-2016

280 views

Category:

Documents


13 download

DESCRIPTION

 

TRANSCRIPT

Page 1: Film Fiction Magazine №23
Page 2: Film Fiction Magazine №23

Təsisçi

Əlaqəfb.com/filmfictionjurnali

[email protected]

Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.Jurnalda yayımlanan məqalələrdən müəlliflərin

icazəsi olmadan istifadə etmək qadağandır.

© Bütün hüquqlar qorunur.

1

Baş redaktorŞahin Xəlil

PR menecerFuad Alqayev

Dizayn və tərtibatTural Əlisoy

RedaktorNuranə Axundzadə

REDAKSİYA

Jurnal satış üçün nəzərdə tutulmayıb. Kimsə maddi "təşəkkür" etmək istəyirsə bu

4198 4185 6328 1953 hesab nömrəsinə card to card xidməti ilə

ödəniş edə bilər.

Page 3: Film Fiction Magazine №23

2

BU SAYDASupernatual (müsahibə)

Yatmışlardan Susqunlara

Friends (Serial qəhrəmanlarının vida müsahibəsi)

Ceyms Bondun qadın versiyası: Miss Fişer

Netflix serialları

Sabun olmayan operalar

Farqo (Noah Hawley ilə müsahibə)

Mikele Plaçido ilə müsahibə

Mr. Robot

Seriallardan maraqlı faktlar

Friends

Breaking Bad (müsahibə)

Azərbaycan Respublikasının Əməkdar Artisti, kino və teatr aktyoru Ələsgər Məmmədoğlunu

sevgi ilə anır və jurnalın bu sayını böyük aktyorumuzun əziz xatirəsinə həsr edirik.

Allah Rəhmət Eləsin.

Page 4: Film Fiction Magazine №23

Supernatural TərcüməŞahin Xəlil

Müsahibə

Onlar 2005-ci ildən bərabərdirlər. “Supernatural” serialı məhz bu cütlük sayəsində hələ də reytinqlərdəki birincilikdən düşmək bilmir. Çoxları aktyorları öz adları ilə deyil, Din və Sem Vinçestrlar kimi tanıyırlar.

Müsahiblərimizi təqdim edirik: Jensen Ross Ackles (Din Vinçestr) və Jared Tristan Padalecki (Sem Vinçestr)

3

Page 5: Film Fiction Magazine №23

Censen: İlin on iki ayının on ayını biz birlikdəyik. 24 saat, həftənin yeddi günü, hər dəqiqə. Hətta çəkilişlər olmayan vaxtlarda belə vaxtımızı

bərabər keçiririk.

Cared: Biz hətta bir yerdə yaşayırdıq.

Censen: Bəli, birgə yaşayırdıq.

Cared: Biz bir-birimizin toyunda da olmuşuq.

Censen: Doğrudur.

Cared: Kanadadan Texasa qayıdanda biz ailələrimizi bir yerə yığıb, birlikdə Miladı qeyd edirdik.

Censen: Bu belədir, bəli. Amma mən hər zaman deyirəm, əgər serialdakı Din və Sem qardaşlarınını bizimlə müqayisə etsəniz, onlarla

bizim aramızda fərq çox böyükdür. Çünki mən Caredlə heç vaxt mübahisə etmirəm.

Cared: Deməzdim, heç vaxt... (gülür)

Censen: Yox, təbii ki, arada fikir müxtəlifliyi yarana bilir. Bu bizim yaşda olan hər insan üçün keçərli bir şeydir. Amma ciddi-ciddi bir mübahisə

yaşanmayıb aramızda.

Cared: Hə, lap əgər biz dalaşırıqsa da, hər ikimiz eyni mövqədə oluruq.

Cared və Censen haqqında deyirlər: Onlar Hollivudun ən yaxşı ulduz dostlarıdır. Onlar kütlə qarşısında qucaqlaşmağı da sevirlər. Bu sadəcə kütlə

qarşısında deyil. Onlar qucaqlaşmağı sevirlər.

Censen: Caredlə məni tanış edən kimi biz dostluq etməyə başladıq. O məndən beş yaş kiçikdir. Amma bu əladır! Mən böyük qardaş

necə olur, yaxşı bilirəm. O da həmçinin. Necə deyərlər, bizim həyat ritmlərimiz üst-üstə düşür. O mənim kiçik qardaşımdır.

Və mən onu sevirəm!

– Bir-birinizdə üstünlük verdiyiniz şeylər nədir?

Cared: Onun əla götü var! (gülür)

Censen: Çox gözəl təbəssüm və gülüş.

4

Page 6: Film Fiction Magazine №23

YatmışlardanSusqunlara

MüəllifMir Bağır

5

YATMIŞLAR

Dünya sabun operalarını, telenovellaları, sitkomları artıq çoxdan zibil qutusuna göndərərkən, bizimkilərçeynənmiş, yeyilmiş, amma həzm olunmamış formatları yenidən bizə sırımaqla məşğuldurlar. “Dr.Haus”, “Homeland” (“Vətən”), Boardwalk Empire (“Yeraltı imperiya”), “Newsroom” (“Xəbərlər”), “Simpsons”, “Sherlock”, Game of Thrones və bu nəsildən olan bir çox kino və intellektual yüklü serialları izləyən bugünkü tamaşaçıya yenidən Mariyanasayaq melodramlar təklif edənlər görən nə haqda düşünürlər? Biz “keçən ilki ilə müqayisədə bu babatdır”, “o birinə baxanda bu yaxşıdır”, “heç olmamaqdansa, bu var” deyərkən, “yaxşı”, “əla”, “şedevr” sözlərini müstəqil, heç bir şeylə müqayisədə istifadə edəcəyimiz günü həsrətlə gözlərkən, qonşumuzda Hollivud kinolarını böyrü üstə yıxan, tapdalayan, az qala onlarkını onların özündən daha yaxşı edə biləcək bir sektor yaranır. Biz isə bu arada çəkilən, yox, yox, sanki əlləri “rec” düyməsinə dəyib heç özlərinin də xəbərləri olmadan çəkilən serialları tənqid və təhlil etməkçün müvafiq sözlər axtarmaqla məşğul oluruq, amma tapa bilmirik. Çünki kinematoqrafın terminologiyasında belə “avi, mp4, mpeg”ləri məngənədən keçirtməkçün uyğun terminlər yoxdur, çünki heç onların kino ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur.

Onlar Yatmışları oyatdılar. Berri Levinsonun Yatmışlarını. Bəs bizim

“yatmışları” (serial sektorunu) kim oyadacaq?

Page 7: Film Fiction Magazine №23

6

Türklər əla çəkir, nə çəkirlərsə, hamısı şedevrdir filan deyə bir şey yoxdur. Onların bir gün gəlib fransızlara, italyanlara çatacağı iddiası da yoxdur. Amma ən azından çəkdikləri serialları “aktyorlar süni oynayır”, “səslənmə zəifdir”, “kamera işi yoxdur”, “dialoqlar sönükdür”, “görüntü keyfiyyəti heç nədir” kimi kriteriyalara görə təhlil etmirlər. Ən pis halda “yüngül mövzudur”, “sabun operasıdır”, “evdar qadınlara

hesablanıb” deyirik. Yəni mövzunu müzakirə edirik, daha adi texniki göstəriciləri yox. İldə çəkilən 80-100 dənə serial arasında da hərdən həftədə bir saat vaxtını ayırıb baxacağın, sonra da haqqında bir-iki kəlmə heç bir filmlə müqayisə etmədən, “əla”, “yaxşı” deyə biləcəyin 2-3 dənəsi də olur – “Ezel”, “Behzat Ç”, “İşler Güçler”, “Leyla ile Mecnun”, “Ben de özledim” və “Suskunlar” kimi.

SUSKUNLAR

Türkiyənin serial bazarında digərlərindən fərqli tərz, mövzu yanaşımı ilə fərqlənən, dünyaya açıla biləcək alnıaçıq seriallar barmaqla sayılası qədərdir. İki mininci illərdən başlanan serial bumunda fərqli siqnallar verən ilk film “Ezel” oldu deyə bilərik. Yəqin elə bu siqnallar da daha yetkin, daha professional, daha tutumlu bir serialın gələcəyinə işarə idi. Eyni komanda iki il sonra, yəni bu ilin martında ortaya qoyduqları keyfiyyətli iş ilə türk serial sektorunun əslində heç də çoxunun düşündüyü kimi zirvədə olmadığını və bu günə kimi çəkilən serialların çoxunun tələb-təklif, “xaltura” prinsipləri ilə ərsəyə gəldiyini, gözüsulu auditoriyaya hesablandığı sübut etdi. Tamaşaçı fərqi gördükdə isə film ətrafında böyük ajiotaj yarandı və heç kim susmadı. Berri Levinsonun 1996-cı ildə çəkdiyi “Sleepers” (“Yatmışlar”) dramından təsirlənən ssenarist Pınar Bulut hekayəni eyni filmin süjeti əsasında daha da zənginləşdirərək nəticədə tam fərqli və tutarlı bir hekayə yaradıb. Elə bir hekayə ki, oradan nə Hollivud iyi gəlir, nə də İstanbul. Kiçik bir ehtiyyatsızlıq üzündən uşaq həbsxanasına düşən dostlar – Ecevit, Bilal, Zeki və İbo burada başlarına gətirilənlərdən sonra hər şeyi unutmaq üçün bir daha görüşməmək və susmaq qərarına gəlirlər. Amma 20 il sonra Zekinin ölümü və intiqam hissi dostları yenidən bir araya gətirir. Bütün bu hadisələr fonundakı Ahmet Kaya musiqiləri, ya da əksinə, Ahmet Kaya musiqiləri founundakı hadisələr isə serialı daha da dramatik və sosial yüklü edir.

Page 8: Film Fiction Magazine №23

Murat Yıldırım, Sarp Akkaya, Güven Murat Akpınar, Aslı Enver, Mehmet Özgür,Berk Hakman və Reha Özcan kimi aktyorlar öz ifaları ilə bu hekayəni daha da dramatikləşdirir və sanki hər bir aktyorun rol ifa etdiyi yox, öz talelərini yaşadığı təsəvvürü yaranır. Və təbii ki, Umur Turugay, M.Çağatay Tosun və Çağrı Lostuvalı kimi rejissorların bu günə kimi susması və hələ də “Suskunlar” deyə susması onlar haqqında yüksək ölçülərdə düşünməyə əsas verir. Onlar “Yatmışlar”-ı oyatdılar. Bəs bizim “yatmışlar” nə zaman oyanacaq?

7

Page 9: Film Fiction Magazine №23

5 fb.com/intibahmagazine

www. in t i bahmagaz ine . com

Page 10: Film Fiction Magazine №23

9

TərcüməŞahin Xəlil

serial qəhrəmanlarının vida müsahibəsi

Page 11: Film Fiction Magazine №23

10

“Central perk” kafesinə aparıcı Oprah Winfrey (Opra Vinfri) daxil olur.

Opra: Vau! Bu möhtəşəmdir! Mən buradayam! Əla! Sonuncu mövsüm. Epoxanın sonu. Mən televiziya tarixinin ən populyar seriallarından birinin çəkiliş meydançasındayam. Bu, “Central perk”dır. 10 il ərzində hər çərşənbə axşamı televizor önündə əyləşib ondan asılı birinə çevrilmişik. Bu gün isə onlara əlvida deyirik... Beləliklə, qarşılayın: Jennifer Aniston, Matthew Perry, Lisa Kudrow, Courtney Cox, Matt LeBlanc, David Schwimmer.

Opra: Bu, həqiqətən də həyəcanlı anlardır. Burada olmaq, hər kəsi birlikdə görmək. Sonuncu çəkiliş həftəsi necə keçir?

Kortni: Məncə, Cenifer indi nəfəs ala bilmir. O, sonuncu mövsümün ilk çəkiliş günündən durmadan ağlayır.

Cenifer (ağlayaraq): Elə indi də ağlayıram...

Kortni: Düşünürəm ki, sonuncu çəkiliş həftəsi çox çətin keçəcək. Bəlkə də həyatımızın ən duyğulu günlərini yaşayacağıq.

Opra: Buna inanmaq çətindir. 10 il öncə biz ilk dəfə Rachel Green, Monica Geller, Phobe Buffay, Joey Tribbiani, Chandler Bing, Ross Geller ilə tanış olduq.

Zaldan sual: Bilmək istərdim, şoudan qazandığınız populyarlıq şəxsi həyatınıza təsir edib?

Metyu: Heç cür təsir etmədi... (ağlamağa başlayır, üzünü tutur).

Opra: Cenifer, doğrudur? Yəni heç bir təsiri olmadı?

Cenifer: Xeyr, mən hiss etmirəm... Mən indi də hər gün işə gedirəm. Onlara baxanda (digərlərini göstərir) məni fanatlar o qədər də bezdirməyiblər.

Opra: Saçınız... Bu həmin məşhur “Reyçel” saç düzümüdür, elədir?

Cenifer: Bəli. Bu saç düzümünün də səbəbi var idi. Əsasən dairəvi üz quruluşuna uyğun gəldiyi üçün qərara alındı ki, Reyçel məhz bu saç düzümü ilə təqdim olunsun.

Opra: Qızlar, bəs o doğrudur ki, siz hələ də birgə nahar edirsiniz?

Cenifer: Bəli.

Opra: 10 il, hər gün birgə nahar?

Cenifer: Bəli.

Page 12: Film Fiction Magazine №23

Opra: Bəs o doğrudur ki, 10 il ərzində siz hər dəfə nahara eyni şey sifariş etmisiniz?

Kortni: Bu da doğrudur. Mən o salatdan artıq o qədər yorulmuşam ki...

Opra: Nə salat idi ki?

Cenifer: Kobb salatı idi. Bu adəti də mən başlatmışdım. Amma yəqin, onu da bilirsiniz ki, biz hər ikinci və beşinci günlər adətlərimizi dəyişirdik.

Kortni: Hə, biz salata bir az soğan da qatırdıq.

Opra: Mənim sizə “kim, necədir” mövzusunda bir xeyli sualım var. Beləliklə, bu mövzuda ilk sualım. Hansınız üçün son çəkiliş həftəsi daha çətin keçəcək?

Metyu: Cenifer üçün.

Cenifer: Məncə, Metyu üçün.

Metyu: Etiraf edim ki, sonuncu çəkiliş gecəsi mənim üçün sözün əsl mənasında faciəvi olacaq.

Opra: Aranızda ən zarafatcıl kimdir?

Kortni: Əlbəttə ki, Metyu Perri! Onun zarafatcıl olması üçün kamera lazım deyil. O, ssenari olmadan da güldürməyi bacarır. Metyu tanıdığım ən zarafatcıl insandır. Səhər gözümüzü açan kimi o bizi güldürməyə başlayır.

Opra: Bəs ən ciddi?

Metyu: Devidi deyərdim.

Opra: Bəs ən yaxşı məsləhət verən kimdir?

Metyu: Kortni və Liza.

Opra: Bəs aranızda kim hər zaman borc istəməyi sevir? Tutaq ki, 20 dollar.

Cennifer: Metyu (hamı gülür).

Metyu: Olub belə şey (gülür).

Opra: Bəs kim hər zaman gecikir?

11

Page 13: Film Fiction Magazine №23

Kortni: Mən və Cenifer.

Opra: Əgər gecənin yarısı başınıza bir iş gəlsə, kimə zəng edərdiniz?

Devid: Leblank.

Leblank: Məni oyatmağı düşünməyin (hamı gülür).

Opra: Ən tərsiniz kimdir?

Cenifer: Devid Şvimer.

Opra: Keçən 10 il ərzində kim daha çox dəyişib? Kimin baxışları daha çox dəyişib?

Metyu: Kameralar məni çəkir? (gülür) 10 il ərzində mətbuatda haqqında ən çox yaxşı və

pis yazılan mən olmuşam, bəli.

Opra: Yaxşı... Devid, öz həmkarların haqqında nə deyə bilərsən?

Devid: Leblank – o mənimçün ən işlək aktyordur. Lazım olan an lazım olan yerdədir hər zaman.

Məsələn, barda dava düşübsə, onun yanınızda olması yerinə düşərdi. Olduqca etibarlıdır.

Leblank: Təəssüf ki, öz obrazlarımızın iç dünyası ilə vidalaşmağa məcbur olacağıq. İndi burada adi insan kimi

oturmağımız belə mənə qorxulu gəlir.

Opra: Səncə, Co üçün burada oturmaq daha rahat olardı?

Leblank: O artıq sənə girişmişdi... (hamı gülür)

Opra: Əla zarafat idi. Devid davam elə...

Devid: Liza haqqında deyə bilərəm ki, o, əsl komediya aktrisasıdır. Onun intuisiyası möhtəşəmdir. Bəzən

öz-özünü belə təəccübləndirir.

Opra: Bu belədir Liza? Sən öz-özünü təəcübləndirə bilirsən?

Liza: Aha, bəli (hamı gülür)..

12

Page 14: Film Fiction Magazine №23

Devid: O təkrarolunmazdır... Kortni – o, bəlkə də dünyanın ən böyük ürəkli insanıdır. Metyu – dəhşətdir. Kadr arxasında onun efirə getməyən replikaları var ki, eşitməyiniz lazımdır. Cenifer – möhtəşəmdir. O, qarşısındakının maraqlarını öz maraqlarından üstün tutur. Məncə, bu, bir növ vergidir.

Opra: Bu əsl sevgidir. Siz bir-birinizi sevirsiniz, dostlar.

Cenifer: Əlbəttə.

Opra: Bu çox gözəldir. Cenifer, bəs sən necə düşünürsən, Reyçel kiminlə qalmalıdır son bölümdə?

Cenifer: Yenə gözlərim yaşardı... Belə deyək, hər şeyə başdan nəzər salsaq, məncə, tamaşaçılar Reyçelin Rosla qalmasını istəyir.

Opra: Devid, nəsə demək istəyirsən?

Devid: Sadəcə onların ilk öpüşünü xatırlayanda anlayırsan ki, onlar bərabər nələrdən keçiblər.

Opra: Bəs ən yaddaqalan səhnə hansı olub?

Devid: Çox səhnə xatırlayıram. Daha çox alınmayan səhnələrdir. Məsələn, Leblankın məşhur səhnəsi var: qaçaraq gəlib yıxılması. Onda heç cür alınmırdı. Amma nəhayət ki, alındı. Və o alınan kadra Metyu bilərəkdən girib yıxıldı.

Leblank: Mənim yıxılmağım sənə gülməli gəlir, demək... (hamı gülür)

Cenifer: Emmanın doğuluşu, Reyçellə Rosun ilk öpüşü və s.

Opra: Onlara Ros və Reyçel deməyin necə də gözəldir.

Cenifer: Hə, çünki onlar tamam ayrı insanlardır.

Kortni: Mənim üçün ən yaddaqalan səhnə Monikanın Çendlerə evlənmə təklif etməsi səhnəsi idi.

Metyu: Kortni ilə razıyam. Həmin səhnə mənim üçün də xüsusidir.

13

Page 15: Film Fiction Magazine №23

Liza: Chrissie Hynde ilə olan səhnələr. Onu çox bəyənirəm, əla insandır.

Leblank: Xüsusi səhnə seçib deyə bilməyəcəyəm. Bu gözəl insanlarla bərabər çəkildiyim hər səhnə mənim üçün dəyərlidir.

Opra: Cenifer, indi isə sən öz həmkarların haqqında danış.

Cenifer: Metyu haqqında onu deyə bilərəm ki, o, hazırcavab, zarafatcıldır. Ağıllıdır, hətta bildiyim

qədəri ilə fransızca da bilir. Düzdür, Metyu?

Metyu: Oui (bəli)...

Cenifer: O çox etibarlıdır. Daim dəstəyə hazırdır. Yaxşı dostdur. Kortni isə... Mən onu

sevirəm. O ən pis anımda yanımda idi. O çox etibarlı və vəfalı biridir. Həm də olduqca

zarafatcıl biridir. Şvimer – onunla böyük hekayəmiz var. O, normal biridir (hamı

gülür)... Yox, ciddi desək, o çox ağıllıdır. Anlamadığım şeyləri anlamaq üçün hər

zaman mənimlə müzakirələr edir. Onunla tam səmimi ola bilərəm, ağlımda olan hər şeyi onunla bölüşə bilərəm. Bunun üçün sənə təşəkkür edirəm, Devid... Tanrım... Bəlkə

mövzunu dəyişək? (kövrəlir)

Opra: Hər şey normaldır, Cennifer... Davam elə, məncə.

Cenifer: (sakitləşdikdən sonra) Liza haqqında onu deyə bilərəm ki, o, tanıdığım ən yaxşı aktrisalardan biridir. Çox istedadlıdır. Mən

ondan çox şey öyrənmişəm. İnanmaq çətin olsa da, o, həm də əla dram aktrisasıdır. Biz, qızlarla çox mehribanıq. Bir-birimizlə

gəzmişik, əylənmişik, hətta bir-birinin toyunda belə iştirak etmişik. Birlikdə uzun

yol qət etmişik... Leblank isə böyük qardaşdır. Nə qədər banal səslənsə də,

əgər kimsə xətrimə dəysə, bilirəm ki, Leblank onun dərsini verəcək. Nəsə yolunda

olmayanda o bunu hiss edir. Çağırıb, qarşısında oturdub, nə olduğunu soruşur. O anlayışlı və gözəl insandır. Mən onu sevirəm.

Opra: Metyu, indi isə növbə sənindir. Sən öz dostların haqqında nə deyə bilərsən?

14

Page 16: Film Fiction Magazine №23

15

Metyu: Leblank elə oğlanlardandır ki, hər zaman ona güvənmək olar. Kimsə xətrinə dəydisə, o, beysbol bitası ilə orada peyda olacaq. Özünü mafiozi kimi aparmasa da, bu onun təbiətində var. Yaxşı insandır. Hesab edirəm ki, Liza doğuluşdan komediya aktrisasıdır. Devid – bizim haqqımızda mətbuatda hər cürə axmaq şeylər yazıblar. Amma deyim ki, Devidlə mən hər zaman birlikdəyik. Devid hamımızdan əvvəl seriala təsdiqlənib. Yəni onun aktyorluğuna artıq söz ola bilməz. Həmçinin ilk dəfə məhz Devid təklif etdi ki, biz komanda olaraq qərarlar qəbul edək. Halbuki özünü düşünə bilərdi. Amma o mənim qrim otağıma gəlib dedi: "Metyu, düşünürəm ki, biz komanda olmalıyıq". Mən isə dedim: "Yaxşı, axmaq" (hamı gülür). Mən bu hərəkətinə görə Devidi hər zaman xatırlayacağam (hamı gülür). Kortni haqqında isə bir söz deyə bilərəm. Mən onu sevirəm. O təkrarolunmazdır. Cenni əsl əməksevərdir. Yorulmadan öz üzərində işləyir. Qarşısına məqsəd qoyub, ona çatmağı bacarır. Bizim gözümüzün qarşısında Cenni indiki halına, yəni bu möhtəşəm qadına çevrildi.

Page 17: Film Fiction Magazine №23

16

Opra: Liza, sən öz dostların haqqında danış.

Liza: Leblank haqqında deyilənlərə qoşuluram. Met, sənin qızıl ürəyin var. Həmçinin çox istedadlısan. Sənin Co obrazın mənim sevimlimdir. Şvimer – əgər onun birlik təklifi olmasaydı, biz indi bəlkə də burada belə mehribanlıqla oturmazdıq. Bu, möhtəşəm bir qərar idi. Kortni elə mehriban və səmimidir ki... Çox düzgün, etibarlıdır. Və bunları bir kənara qoysaq, həm də çox zarafatcıldır. Kortni kimi insanlar Yer kürəsində olduqca azdır. Mən onun kimisinə rast gəlməmişəm. Metyu üçün daha öncə də qeyd edildi ki, o, çox şən və zarafatcıl biridir. Əlavə olaraq demək istəyirəm ki... Metyu, mən səni hər gün görməyə adət etmişəm. Bu bitən zaman nə edəcəyəm, bilmirəm. Yəqin ki, çox darıxacağam. Məni onun kimi güldürən birinə rast gəlməmişəm. Cenifer mənim üçün böyük döyünən ürəkdir. Çox emosional, hissiyyatlı, enerjili... Desən ki, "Cenni, mən adam öldürmüşəm", o yenə sənə dəstək çıxacaq. Mənim üçün əvəzedilməz rəfiqədir. Həmçinin çox istedadlıdır. Aramızda ssenarini əlində ən az saxlayan odur. Çünki rolu ürəkdən oynayır və bu möhtəşəm alınır.

Page 18: Film Fiction Magazine №23

CEYMS BONDUNQADIN VERSİYASIMiss Fişer

MüəllifLamiyə Göycəyeva

Buraxılış ili: 2012 (3 mövsüm)Rejissor: Toni Tils (Tony Tilse)Janr: dram, kriminal, detektivÜmumi seriyaların sayı: 34

17

Page 19: Film Fiction Magazine №23

"Miss Fisher's Murder Mysteries" ("Miss Fişerin qətlinin sirləri”) – Avstraliya istehsalı olan bu teleserialda ötən əsrin 20-ci illərində Melburnda yaşayan ledi-xəfiyyə Frayni Fişerin (Phryne Fisher) araşdırdığı cinayət işlərindən bəhs edilir. Teleserial Kerri Qrinvudun (Kerry Greenwood) xəfiyyə hekayələri əsasında ekranlaşdırılıb. Hadisələr varlı qadınları, kompanyonkaları, sadiq majordomları ilə viktorian İngiltərəsinə oxşayan Avstraliyada baş verir. Bir sözlə, klassik detektiv üçün bütün komplekt işə salınıb. Əsas qəhrəman 30-cu illərin tipik vamp-qadınıdır: arsız, imkanlı, zəngin keçmişi olan, enerjili, macəra və gözəl kişi düşkünü, mehriban, müstəqil və kübar cəmiyyətin şərtiliklərindən uzaqdır. Seriyalar irəlilədikcə Frayni Fişerin həyat hekayəsi onun xarakterini daha da dolğunlaşdırır. Ekran işinin üstünlüklərindən biri əsas qəhrəmanla yanaşı, ikinci dərəcəli personajların – katolik kompanyonka, protestant polis əməkdaşı, vəfalı eşikağası, konservativ bibi, lesbian həkim rəfiqə, övladlığa götürülmüş ağıllı qız və s. – detallı verilməsidir.Serialda vaxtaşırı tolerantlıq da vurğulanır: milli və cinsi azlıqlar, emiqrantlar və feminizm - bütün bu mövzular ortalığa çıxır. 20-ci illərin dəbdəbəsini, vintaj əşyaları, caz musiqisini və maraqlı cinayət işlərini sevənləri bütün bunlarla yanaşı, stilist Marion Braysın möhtəşəm dəb şousu da gözləyir. Çəkilişlər üçün Braysın seçdiyi 150 geyim arasında qədimi parçalardan sifarişlə tikilmiş paltarlarla yanaşı, Mendi Mörfinin şlyapa kolleksiyası, xüsusi salon və internet mağazalarından alınmış vintaj

paltarlar, serial pərəstişkarlarının hədiyyələri yer alıb. Bunu da vurğulamaq lazımdır ki, aktrisa ilə kostyum dizaynerlərinin əməyi öz bəhrəsini verib. Belə ki, layihə məhz kostyumlarına görə bir neçə mükafata namizəd kimi irəli sürülüb. Bundan əlavə, Avstraliyada "Miss Fişerin geyimlərindən ibarət sərgi" yaradılıb. Burada xəfiyyənin qarderobundan 40 orijinal model təqdim olunur. Sərgi böyük marağa səbəb olduğundan ekspozisiya indiyədək uzadılıb və əksər böyük şəhərlərdə nümayiş olunub. Digər detektivlərdən fərqli olaraq, Frayni Fişer nəinki ağıllı personaj kimi xarakterizə olunur, onun həmçinin sosial maraqları və şəxsi həyatı var. Eyni zamanda bütün bunlar onun işinə qarşı qoyulmur, əksinə tədqiqat işində ona kömək olur. Aktrisa Essi Devis (Essie Davis) verdiyi müsahibələrin birində öz qəhrəmanı barədə bu sözləri deyir: "Düşünürəm ki, Frayni Fişer Ceyms Bond, İndiana Cons və bu kimi personajlara qadınsayağı cavabdır. O müstəqildir, həyatı dolu yaşayır. Ailə həyatı qurmağa çalışmır, həyatı və insanları, xüsusilə yaraşıqlı kişiləri sevir". Yaraşıqlı kişi məsələsinə gəldikdə, serial 120 ölkədə yayımlanmağa başladıqdan sonra belə bir şayiə yayılmışdı ki, tamaşaçılar xanım Fişerin açıq-saçıq davranışından razı deyillər - axı ledi-xəfiyyə, demək olar ki, hər seriyada bir kişi dəyişir. Qəhrəmanın ədəbi anası Kerri Qrinvud isə ona belə haqq qazandırır: "Şəxsən bu məsələ ilə bağlı heç bir şikayət almamışam. Qoca qadınlar və rahibələr daxil".

18

Page 20: Film Fiction Magazine №23

Bir filmə baxmaq istədiyimizdə internetə girib “filan film smotret onlayn”, “filan film smotret onlayn v xoroshem kacestve” yazmaq dövrü bitdi, Netflix artıq bütün dünyada, həmçinin bizim ölkəmizdə də işləyir. Qısaca olaraq, Netflix – striminq videoxidmətidir, abunə yolu ilə film və seriallara baxmaq imkanı yaradır. 1997-ci ildə Amerikada yaranan şirkətin hazırda bütün dünya üzrə 70 milyondan çox müştərisi var. Dünya üzrə Netflix xidmətinin əsas dili ingilis dilidir. Proqram ərəb, koreya, çin dili də daxil olmaqla, daha 16 dili dəstəkləyir. Son dövrlərdə kompaniya dünyada o qədər məşhurlaşıb ki, artıq yalnız Netflix üçün istehsal olunan film və seriallar vardır. Netflix-in serial izləmək üçün ideal cəhətlərindən biri də bütün mövsüm və seriyaların eyni vaxtda şəbəkəyə yerləşdirilməsidir. Yatmayıb bütöv bir mövsümə bir gecəyə baxa bilərik. Təbii ki, orada Azərbaycan dilində altyazılı filmlər olmayacaq, amma coğrafi mövqeyimiz bizə asanlıqla rus və türk dillərində altyazı ilə izləməyə imkan verən dil biliyi bəxş edib. Mənim üçün qaranlıq qalan əsas məqam Netflix arxivindəki film və serialları izləyə bilib-bilməyəcəyimiz mövzusudur ki, bu haqda hələ məlumat yoxdur.Baxdığım ilk serialdan başlamaq istəyirəm: “House of Cards” (“Karton ev”). Siyasi dram janrında olan bu serialın sizi heyran etməsi üçün siyasətə qarışıb-qarışmamağınız vacib deyil. Filmdə hadisələr Vaşinqtonda cərəyan edir. Baş rolu Kevin Speysin canlandırdığı konqresmen, Qarret Uokerə prezident seçilməyə kömək edir; bu şərtlə ki, o, prezident olandan sonra onu ABŞ-ın dövlət katibi vəzifəsinə qoyacaq. Amma prezident sözünə əməl etməyincə, qəzəbli konqresmen və onun arvadı “nə yemisən, turşulu aş” misalı. Devid Finçer yaradıb! Seriala baxandan sonra ölkəmizin siyasi durumuna baxmağı da unutmayın. “Orange Is the New Black” (hərfi: “Narıncı yeni qaradır”). Amerikan yazıçının avtobioqrafik romanı əsasında çəkilib, qadın həbsxanasındakı həyatdan bəhs edir. Komediya-dram janrında olan film həm ən yaxşı komediya, həm də ən yaxşı dram nominasiyalarında 2 dəfə “Emmi” mükafatını qazanıb. Qəhrəmanımız universitet vaxtı sevgili olduğu narkotika satıcısı ilə münasibətinə görə həbsə düşür. Burada o maraqlı qadınlarla – müxtəlif xasiyyətli, ayrı-ayrı peşə sahibləri – tanış olur. Hər seriya bir həyat hekayəsidir. 3 mövsümü bitirib 4-cü mövsümü gözləyirik.

MüəllifNuranə Axundzadə

serialları

19

Page 21: Film Fiction Magazine №23

Elmi-fantastika həvəskarları üçün Netflix-in ən gözəl serialı “Sense8” (“Səkkizinci hiss”). Berlin, Seul, San-Fransisko, Çikaqo və dünyanın digər müxtəlif nöqtələrində yaşayan, bir-birini tanımayan səkkiz nəfər gözlənilmədən bir-birinə qarşı özlərində mental və emosional əlaqə hiss edirlər. Elmi-fantastik filmlərdə görməyə öyrəşmədiyimiz din, siyasət, seks, gender kimi mövzulara toxunulan serialın hər seriyası bir personaja həsr olunub. Bütöv bir mövsümü bir gecəyə bitirilə bilən seriallardandır. “Marco Polo” ötən il çəkilib yayımlanan möhtəşəm bir tarixi dramdır. Artıq adından məlum olduğu kimi, məşhur italyan səyyah və coğrafiyaçı Marko Polonun həyatından, sərgüzəştlərindən bəhs edən film, həm də öyrədici xarakter daşıyır. Səyyahın gəzdiyi yerləri, coğrafi kəşfləri, o dövrün siyasi vəziyyətini gözümüz önündə canlanır. Filmin saundtreki haqda xüsusi vurğulamaq lazımdır, qulağımızın öyrəşmədiyi möhtəşəm fərqli ifalardır. Bütöv bir mövsümü bir gecəyə izlədim. BBC-nin məşhur “The Office” serial yadınızdadırsa, onda “Unbreakable Kimmy Schmidt” (“Sarsılmaz Kimmi Şmit”) asanlıqla qəlbinizə yol tapacaq. Çünki qəhrəmanımız həmin unudulmaz serialdakı Erin Hennondur. Burada o, 15 il etiqad etdiyi təriqəti atandan sonra başına gələn macəralardan söhbət gedir.“Bloodline” (“Soy”) və “Narcos” “to wach” listimin ilk serialı. Adı çəkilən ilk serial bir ailənin dramından, ikincisi isə məşhur narkobaron Pablo Eskobarın həyatından bəhs edir. Netflix-in ən məşhur seriallarından biri də “Daredevil” (“Başkəsən”). Marvel komiksinin eyniadlı personajı haqqında çəkilmiş serialda qəhrəman gündüzlər vəkil işləyir, gecələr isə cinayətkarlarla mübarizə aparır, bir sözlə, Supermenin kiçik qardaşı. Baxmamışam, amma rusdilli forumlar tərifləyir. Bir neçə ay əvvəl təqdim olunmuş “Jessica Jones” isə həmin komiks əsasında çəkilmiş, növbəti serialdır. Mistik qüvvəyə sahib olan qız detektiv olmağa hazırlaşır, cinayətkarlarla mübarizə, döyüş, qısası, Supermenin bacısı. “The Killing” (“Qətl”) detektiv, dram janrındadır. Tv-dəki iki uğurlu mövsümdən sonra 3-cü mövsümü Netflix sifariş etdi. Filmin qəhrəmanı olan iki detektivin həm öz həyatlarında, həm də iş həyatlarında başlarına gələn macəralardan bəhs edir.“Arrested Development” (“Yavaşıyan inkişaf”) adından çoxuna məlumdur, çünki neçə illərin serialıdır. Əvvəldə qeyd etdiyimiz kimi, bunu da tv-dəki uğurlu mövsümlərindən sonra Netflix alıb. Amerikanın ən məşhur sitkomlarından sayılır. Serialın qəhrəmanı olan ailə pula pul deməyən, milyonçu üstü insanlar. Biz belə şeylərdən nə anlarıq… Sonda isə onu qeyd edim ki, Netflix-in tarifləri ayda baza 7,99 avro, Standart paket 9,99 avro, Premium paketi isə 11,99 avro olmaqla dəyişir. Azərbaycanda yanvarın 6-da aktivləşən proqram bir ay müddətinə kimi pulsuzdur.

20

Page 22: Film Fiction Magazine №23

“Hələ uşaq vaxtlarımdan yadımdadır ki, ОRТ hər şənbə gecələri "X- Files" serialını yayımlayırdı. Yəqin ilk baxdığım televiziya seriallarından biri olub. Malder və Skallini o vaxt tanımayan yox idi” 2011-ci ildə seriallarla bağlı yazdığım qısa bir yazı belə başlayırdı. Təsadüfdən elə alındı ki, uzun illərdən sonra bu ilin yanvarında "X-Files" yenidən ekranlara qayıtdı. Müsahibələrində aktyorlar Devid Duxovnı (David Duchovny) və Gilian Anderson (Gillian Anderson) serialın 14 ildən sonra yenidən ekranlara qayıtmasının yalnız və yalnız filmin fanatlarının davamlı şəkildə istehsalçılara məktublar yazması sayəsində mümkün olduqlarını qeyd etdilər. Bu, bir daha serialın nə qədər böyük bir kütləyə xitab edə biləcəyi və hansı gücə sahib olduğuna sübutdur. Serialın yayımlandığı illər ərzində (1993-2002) serialların bügünkü qədər çox və keyfiyyətli olmaması da, təbii ki, "X-Files" fenomeninin yaranmasına

səbəb olmuşdu.Hazırda isə mənzərə tam

başqa cürdür. O qədər fərqlidir ki, böyük tv-serial

istehsalçıları “indi artıq kino yox, tv-serial, tv-filmlərin

zamanıdır” deyir. Ən istedadlı və məşhur

aktyorların, demək olar ki, hamısının son illər tv

seriallarında oynaması isə bunu bir daha təsdiqləyir.

Kevin Spacey kimi nəhəngin rol aldığı "House

of Cards" ("Karton ev"), yaxud Metyu MakKonahi (Matthew Mc Conaughey)

və Kolin Farrelin (Colin Farrell) çəkildikləri "True

Detective" ("Əsl detektiv”), Dastin Hoffmanın (Dustin

Hoffman) həm baş rol oynadığı, həm də

prodüserlik etdiyi "Luck" ("Uğur"), Skorsezenin

rejissorluq etdiyi və Stiv Buşeminin (Steve

Buscemi) oynadığı "Boardwalk empire"

("Yeraltı imperiya"), ya da elə Koen qardaşlarının

ötən ildən yayımlanmağa başlamış çox yaxşı filminin

özü qədər yaxşı olan eyniadlı "Farqo" serialı və

onlarla digər keyfiyyətli seriallar buna misaldır.

Hətta hazırda inkişaf o yerə çatıb ki, Amazon və Netflix

kimi web şirkətlər özləri serial istehsal edib online

olaraq yayımlayırlar. Bunlar içərisində mövsümlərlə

davam edənlərlə yanaşı, mini-seriallar da yer alıb.

Lakin hər şey bu sektorda da həmişə yağ-bal kimi

getmir. Serialın efirdə qalması üçün hazırda ən vacib faktor reytinqdir. Bir

mövsüm uğurlu alınan serialın, növbəti mövsümdə

aşağı reytinq verdiyinə görə dayandırıldığını, ya da

heç final belə etməmiş kəsildiyini az görməmişik.

Yaradıcı heyətin sosial-siyasi çıxışlarından

21

Sabun olmayanoperalar

MüəllifMir Bağır

Page 23: Film Fiction Magazine №23

22

dolayı reytinq bəhanəsi ilə dayandırlımış çox gözəl seriallar da az olmayıb. Elə çox uzağa getməyək, Onur Ünlünün "Leyla ile Mecnun", "Ben de Özledim", "Beş Kardeş" kimi absurd-komediya və sevgi ilə bol keyfiyyətli serialları bunun qurbanları olmadımı?Bizim tamaşaçıya və seriallara növbə çatanda isə tamaşaçı həmişə serialdan narazı, serial istehsalçısı, rejissoru isə tamaşaçıdan və reytinqdən həmişə razı olur. Yəni, belə bir absurd və anlaşılmayan situasiya. Dünyada istehsal olunan istənilən seriala əli çatan tamaşaçının yerli serialları qəbul etməməyi anlaşılandır. O seriallarla müqayisədə çox kiçik büdcə ilə çəkilən yerli serial istehsalçılarının yüksək səviyyədə serial çəkə bilməməyi də başa düşüləndir. Adi bir müqayisə aparaq: ABŞ-da istehsal olunan məşhur serialların bir bölümünün büdcəsi 2-3 milyon dollardır. Amma pilot seriyada bu daha da çox olur. Məsəlçün, "Yeraltı imperiya" ("Boardwalk empire") serialının ilk seriyasının büdcəsi 18 milyon dollar olub, məşhur "Lost"-un pilot bölümü isə 14 milyon dollara çəkilib. Bu rəqəmlər özləri artıq hər şeyi deyir. Odur ki, bizdə yaxşı seriallar çəkilmir deyəndə bu rəqəmləri yadınıza salın. Amma əttökən aktyor oyunu, “Kurtlar Vadisi sayağı” ssenarilər, serialın 50 faizini təşkil edən və az qala seriala yox, serialın reklama produkt pleysment kimi girdiyi təsəvvürünü yaradan uğursuz reklam çarxları heç də yuxarıdakı fakta haqq qazandırmır.Və bir də yadıma düşmüşkən, 2011-ci ildə seriallarla bağlı yazdığım o yazıda baxdığım seriallardan bir neçəsinin adını qeyd etmişdim. O siyahıdakıların əksəriyyəti ya bitib, ya da mən daha baxası olmamışam. Təkcə hər mövsümündə məni təəccübləndirməyə davam edən "Homeland" ("Vətən") serialından savayı.

Page 24: Film Fiction Magazine №23

Noah Hawleylə müsahibə

Hələ “Farqo” ekranlara çıxmamış artıq bir çoxları

klassikaya çevrilmiş filmin eyniadlı parodiya

versiyası olacağını, tez bir zamanda batacağını

düşünürdü. Amma ilk seriyadaca istər

tamaşaçılar, istərsə də tənqidçilər anladılar ki,

onlar son illərin ən uğurlu seriallarından birini

izləyirlər, bu, heç də Koen qardaşları

“Farqo”-sunun axmaq serial versiyası deyil.

Əsas alqış isə serialın ssenaristi və rəhbəri

Noy Havliyə (Noah Hawley)

düşür. Onun serialın ilk

mövsümünün sonunda

mətbuata verdiyi müsahibəsini təqdim edirik.

Spoyler olmasın deyə,

müsahibənin bəzi yerlərini ixtisara

salmışıq.

23

TərcüməŞahin Xəlil

Page 25: Film Fiction Magazine №23

– Serial üzərində işləməyə başlayanda Orta Qərb şəhərlərindəki həyat haqqında nə dərəcədə məlumatlı idiniz?

– Çox az dərəcədə. Mən xeyli müddət Texasın bir neçə xırda şəhərində yaşadım, orda hər şey çox maraqlı qurulub. Olduqca quru yumor hissinə malikdirlər. Belə desək, mən Minnesotanı olduğu kimi təqdim etməyə məcbur deyildim. Mən Koenlərin Minnesotasını göstərəcəkdim.

– Bu baxımdan filmdən nə götürdünüz?

– Bir neçə şey. Məsələn, insanların bir-biri ilə danışmaqda çətinlik çəkməsini çox bəyəndim. Belə qəhrəmanlar üçün replika yazmaq olduqca əyləncəlidir.

– İşə başlayanda əmin idiniz ki, bütün hekayə bir mövsümə sığacaq? Onun quruluşunu necə planlamışdınız? Hadisələrin hara istiqamətlənəcəyi ilə bağlı bir fikriniz var idi?

– Hər şey dəqiqliklə planlaşdırılmışdı. “FX”-ə serialı təqdim edərkən, 20 səhifəlik təqdimat sənədim var idi. Mən onlara film haqqında və Koenləri necə anlamağım barədə danışdım. Bütün bunların televiziyaya necə daşınması istiqamətində fikirlərimi dedim. Amma onlar serial istədiklərini dedilər. Mən isə cavabında “Bundan serial alınmaz” – dedim. Hələ də eyni fikirdəyəm. Çünki film necə lazımdırsa, eləcə də bitib. Düşündüm ki, əgər biz “Farqo”-nun davamını çəksək, bu maraqsız olacaq. Məncə, zalı tərk etməzdən əvvəl son səhnədə qadının bir əclafla qarşılaşandan sonra, normal həyatına geri qayıtmasını izləmək az da olsa insana xoş əhval bəxş edir. Nəisə... Mənim 20 səhifəlik təqdimat sənədim var idi və mən ilk seriyanın ssenarisini yazdım. Sonradan mövsüm planını hazırladım. O da təxminən 5 və ya 6 səhifə idi. Onlar planı oxuduqdan sonra dərhal ilk mövsümə start vermək istədiklərini bildirdilər. Mən söz verdim ki, həvəslə bunu edərəm. Layihənin efirə getməsinə 6-7 ay var idi. Onlara dedim: “Mənə dörd ssenarist və bir otaq verin ki, qalan 9 seriyanı birgə hazırlayaq”. Biz birlikdə xırdalıqlarına qədər hər seriyanın planını hazırladıq və 115 səhifəlik ssenarini rəhbərliyə verdik. Onlar hörmət əlaməti olaraq, görüşüb ətraflı danışmaq istədilər. Bu görüşdən sonra planlarda xırda dəyişikliklər etdim və ssenarini tamamlamağa getdim. Mən onlara hər dəfə iki-üç ssenari birdən verirdim və buna görə heç bir ləngimə olmurdu.

– Mövsümün möhtəşəm quruluşu var. Sanki hər şey bir-birini tamamlayır, eyni zamanda cavabsız suallar qalmaqdadır. Məhz belə quruluşlu bir layihə üçün ssenari yazmaqda hər hansı çətinliklər oldu?

– Hər seriyanın başlanğıcında qeyd olunur: “Bu, gerçək hekayədir”. Əlbəttə ki, bu belə deyil. Amma buna inanaraq danışmaq, hekayəni fərqli şəkildə təqdim etməyə imkan verir. Gerçək olmayan filmlərdə qəhrəmanlar hadisələrə birbaşa təsir göstərirlər. Bizdə isə belə olmadı. Hadisələrə real həyatda olduğu kimi yanaşdıq.

24

Page 26: Film Fiction Magazine №23
Page 27: Film Fiction Magazine №23

26

– Hekayənin əsas ideyalarından biri də keçmiş üzərində qurulmuş münasibətlərdir ki, məsələn, Bill inanmaq istəmir ki, Lester qatil ola bilər. Çünki onu məktəbdən tanıyır. Bu fikir haradan qaynaqlanır?

– Əslində bu bizim qarşımızda ən böyük maneədir. Deyirlər, heç kim gördüyünə inanmaq istəmir. Hər kəs inanmaq istədiyini görür. Bizim hekayə də elə bunun üzərində qurulub.

– Biz Malvo ilə Mollinin qarşılaşmasını, söhbətini heç cür görə bilmədik. Molli bir dəfə onu külək zamanı gördü. Növbəti dəfə görəndə isə Malvo artıq ölmüşdü. Nə üçün belə düşündünüz hekayəni?

– Bilmirəm. Bəlkə də, gülməli olduğu üçün. Bu, insanı əsəbiləşdirir, amma nə olmasından asılı olmayaraq, 10-cu seriyada Molli, Malvo haqqında belə deyir: "O adam, bəlkə heç adam da deyil". Malvo, Molli üçün əclafın biri, atası demişkən, vəhşiliyin nümunəsi olaraq qalır. Yəqin ki, mən sadəcə 10 seriya təqibin məntiqi yekunu olaraq, sonuncu dəfə əclafla qarşılaşmanı onun artıq ölmüş olduğunu göstərməklə, həyatda da belə olur deyə düşünmüşdüm.

– Elə yerlər var ki, siz hekayəni bütövlüklə danışırsınız, hətta dialoqlarda belə. Amma elə hissələr də var ki, bundan qaçırsınız. Yanaşmanızda əsas olan nədir?

– Gözləntisi olan auditoriya ilə münasibət olduqca maraqlıdır. Yəni sən hekayəni nəql edən biri olaraq, ya onların gözləntilərinə qarşılıq verməlisən, ya da əksinə. Biz hər ikisini etdik. Bir epizod var: Molli xəstəxanada deyir: – "Bax, sən indi buradasan. Mən düşünürəm, sənin də haradasa atan var". Eyni epizod filmdə də var. Məncə, kiçik şəhərlərin hər mədəni polis işçisi ilə cinayətkarlar arasında oxşar hadisələr olur. Fundamental xatırlatma – niyə insan pislik edir. Ron Rosenbaumun əla bir kitabı var – "Hitlerə anlatmaq". Burada o, bir neçə nəzəriyyə ilə Hitlerin niyə Hitlerə çevrildiyini izah etməyə çalışır. Kitabın sonunda qaldırılan mövzulardan biri – anlatmaq ideyasıdır. Anlatmaq – müdafiə etmək deməkdir, vəhşiliyi anlamağa çalışmaq isə elə vəhşilik etmək kimidir. Düşünürəm ki, bir çox ürəyiyumşaq insan üçün özünü vəhşinin yerinə qoyub, onun vəhşiliyini anlamaq istəməsi çox qorxuludur.

– Hekayəni fərqli şəkildə yenidən çəkməyi sınamaq istərdinizmi? Yoxsa bu versiyaya yeganə mümkün variant kimi baxırsınız?

– Mən bu versiyadan məmnunam. Hər şeyi kənara atıb, dincəlməyə gedərdim. Amma məhz bu regiondan və bu tonda hekayə danışmağı çox sevirəm. Hər şey ora gətirib çıxarır ki, mənim işlədiyim studiya, kanal var; orada hər kəs inanır ki, danışdığım hekayə, mənim həqiqətlərim, həqiqətən də çox yaxşıdır. Təsəvvür edə bilməzsiniz, necə möhtəşəm bir duyğudur öncədən danışmaq ki, biz göydən balıq yağdıracağıq, pritça üzərində seriya çəkəcəyik. Məndə elə bir hiss var ki, sanki hər kəsi hipnoz etmişəm və hər an bu hipnozun effekti itə bilər.

Page 28: Film Fiction Magazine №23

Mikele Plaçitomüsahibə

Təkcə "La Piovra" ("Osminoq") serialı kifayət etdi ki, Michele Placido bütün dünyanın sevimlisinə çevrilsin. Sözügedən serialdan sonra bir xeyli filmlərə çəkilsə də, Komissar Katani obrazı onu tərk etmədi. Bu günə qədər İtaliya karabinerisi onu görərkən hərbi salam verir: "Hər vaxtınız xeyir, komissar Katani!", "Komissar Kataninin işləri qaydasındadırmı?"... 69 yaşlı aktyorun mətbuata verdiyi son müsahibələrindən birini təqdim edirik.

27

Rus dilini öyrənib, Dostoyevski əsərlərini orijinaldan oxumaq mənim arzumdur.

Page 29: Film Fiction Magazine №23

TərcüməŞahin Xəlil

– Bilmək istəyirsiniz, niyə mən prodüserləri inandırdım ki, komissar Katani 4-cü hissədə öldürülsün?

– Əlbəttə. Çünki tamaşaçıların seriala marağı itməmişdi.

– Bəli, bu belədir. "La Piovra" İtaliya televiziya tarixinin ən uğurlu layihəsi oldu. 1980-ci ildə – hər şey hələ başlamamış düşünməzdik ki, serialın taleyi bu yerlərə qədər gələ

biləcək. Bilirsiniz, niyə sadə detektiv, cəsur, prinsipial Kataninin qəhrəmanı olduğu "La Piovra" milyonların qəlbini fəth etdi? Çünki Katani təkcə işinin peşəkarı olaraq deyil, həm

də insan kimi göstərildi – ailəsini, xanımını, uşağını sevən kişi kimi. Həyəcan keçirən, əzab çəkən insan kimi.

– Yeri gəlmişkən, məlumatınız varmı, əsl mafiyanın seriala münasibəti necə olmuşdu?

– Yox, onların reaksiyasından məlumatım yoxdur. Amma çox təəssüf. Etiraf edim ki, mafiyadan kiminsə zəngini və ya məktubunu gözləyirdim. Serial haqqında fikirləri əsl

Siciliya mafiyasından eşitmək maraqlı olardı. Axı aktyora hər zaman canlandırdığı obrazına fərqli nəsə qatacaq detallar maraqlıdır. Korrado Katani sadə obraz

deyil. Bu sizə təəccüblü gələ bilər, amma məncə, o, qibtə etdiyim Dostoyevski obrazları ilə oxşardır. İnanırsınız, rus dilini öyrənib, bu dahi

yazıçının əsərlərini orijinaldan oxumaq mənim arzumdur. Dostoyevski obrazları ilə Kataninin oxşarlığı isə odur ki, bu personajlar özləri üçün

yaşamırlar. Hər zaman özlərini digərləri üçün qurban etməyə hazırdırlar. Komissar Katani həmişə mənə dəyərli olacaq. Amma...

hər şey gec-tez başa çatır axı (gülür). Düzünü desəm, Katanini ona görə öldürdük ki, mənim teatrda Şeksprin bir pyesinin

tamaşa öncəsi məşqinə hazırlaşmağım lazım idi.

– Siz Şekspir və demək olar ki, əsl Dostoyevski qəhrəmanı arasında Şekspirə üstünlük verdiniz?

– Yox, bu elə deyil. Dostoyevski mənim üçün bir nömrəli yazıçıdır. Rus ədəbiyyatının insan ruhunun dərinliklərinə enməyi bacaran digər nümayəndələri kimi. Dostoyevski mənim həm aktyor, həm rejissor kimi püxtələşməyimdə

əvəzsiz rol oynayıb. Son dövrlər mən təkcə kinoda deyil, teatrda da rejissor kimi çalışıram. İtaliya, Fransada

tamaşalar qoyuram. Məsələn, baharda çox sevdiyim Çexovun "Qağayı"-sı üzərində işləməyə başlayacağıq.

Sonra isə mütləq Dostoyevskiyə keçəcəyəm. Teatr mənim üçün hər şeydir. Minlərlə yaxşı filmdə

çəkilə bilərsən, amma yalnız teatrda əsl aktyor olursan. Təkcə səhnədə aktyor kimi nəyə qadir olduğunu anlaya

bilərsən. Mən axı elə teatr aktyoru kimi başlamışdım.

28

Page 30: Film Fiction Magazine №23

29

1969-cu ildə dramatik akamediyadan məzun olduqdan sonra Romada Şekspirin "Yay gecəsi yuxusu" komediya tamaşasında debüt etmişdim.

– Valideynlərinizin kinoya və ya teatra bağlılığı olub?

– Xeyr. Atam bənna, əmim keşiş, anam isə gecə-gündüz bal arısı kimi dinclik bilmədən işləyən evdar qadın idi. Bizim ailəmiz böyük idi. Məndən başqa ailədə daha yeddi uşaq böyüyürdü: üç bacım və dörd qardaşım. 19 yaşım olanda atamı itirdim. Bütün yük anamın çiyinlərinə düşdü. Böyük övladlar, mən də daxil olmaqla, anamıza dəstək olmaq üçün işləməyə, evə az da olsa pul gətirməyə başladıq. Aktyor olmadan öncə mən çox işlərdə işləmişəm. O qədər çox ki, bəzilərini hətta unutmuşam.

– Deyəsən polisdə də işləmisiniz?

– Polisə 18 yaşımda getdim, hərbi xidmət üçün. Biz qaravul və mühafizə ilə məşğul idik. Gələcək qəhrəmanımla müqayisədə həyəcanverici heç nə yox idi.

– Qardaş və bacılarınızdan artistliyi seçən oldu?

– Heç biri. Onlar digər peşə seçdilər – pedaqogika. İndi biri fəlsəfə, biri italiyan dili, biri ədəbiyyatdan dərs deyir. Benjamin və Mariya Plaçido ailəsində aktyorluq təkcə mənə qismət oldu. Niyə? Bilmirəm. Məktəbdə könüllü dərnəklərdə belə iştirak etməzdim.

– Yaxınlarınızla əlaqə saxlayırsınızmı?

– Əlaqə saxlamaq? Biz bir-birimiz olmadan yaşaya bilmərik! Uşaq vaxtından bir-birimizin arxasında dağ kimi durmağa adət etmişik. Düzdür, indi uşaq deyilik, mübahisə edə, küsə bilərik. Amma bunların heç biri ciddi deyil. Çünki bir-birimizi çox sevirik və heç vaxt bilərəkdən bir-birini incitmirik.

– Qardaş və bacılarınızdan fərqli olaraq, övladlarınız öz yollarını özləri seçdi. Daha dəqiq desək, 39 yaşlı Violante və 24 yaşlı Brenno...

– Doğrudur. Onların seçiminə qarışmadım. Öz qərarlarını müstəqil şəkildə qəbul etdilər. Mən beş övladımdan (üç nigahdan) heç birinə “aktyor ol” demədim. Nə Violanteyə, nə Brennoya, nə İniqoya, nə Mikelanceloya, nə də ən kiçikləri Qabrielə. Hesab edirəm, bu, mən tərəfdən əsl axmaqlıq olardı. Məncə, aktyorluq qədər yorucu, bezdirici peşə yoxdur. Şükür ki, Violante və Brennoda hələ ki, hər şey yaxşı gedir. Brenno kinoda, televiziyada çəkilir, tamaşalarda iştirak edir. Hətta "Kral Lir"-də eyni səhnəni bölüşürük. Özünü rejissor kimi də sınayır.

Page 31: Film Fiction Magazine №23

30

– Yeri gəlmişkən, niyə o sizin soyadınızdan imtina edib ləqəb götürdü? İndi Brenno Plaçido kimi deyil, Marko Brenno kimi məşhurdur. Ona sizin şöhrətiniz mane olurdu?

– Mənim şöhrətimin bura nə dəxli? Hər şeyi istedad həll edir: o ya var, ya yoxdur. Brennonu aktyor kimi mən deyil, başqa bir rejissor kəşf eləmişdi. Buna görə çox şadam. Soyada gəldikdə isə, deyə bilərəm ki, bu məsələdə də Brenno mənimlə məsləhətləşməyib. Yəqin bu nəsə oyundur. Ya da hesab edib ki, Plaçido olaraq bir aktyorun olması kifayətdir. Bilmirəm. Violante mənim soyadımı daşıyır. Təkcə aktrisa deyil, həm də müğənnidir. Öz musiqilərini özü yazır. Həm ingilis, həm italiyan dilində yaza bilən şairədir. Aktrisalığa gəldikdə isə, Violente artıq Corc Kluni və Nikolas Keyc ilə eyni filmdə çəkilib.

Bir zamanlar anasının etdiyi kimi, Hollivudda karyera qurmaqdadır. Simonetta Stefanelli (Mikelenin arvadı. Red.) "Xaç atası" filmində Brando, Al Paçino kimi aktyorlarla çəkilmişdi.

– Mikele, bəs sizi Hollivud cəlb etmir?

– Yox, bilirsiniz, mən həmişə ingilis dilində pis danışmışam (gülür).

– Yəni nə qızınıza, nə də keçmiş həyat yoldaşınıza qarşı professional aktyor paxıllıq hissi olmayıb?

Page 32: Film Fiction Magazine №23

31

– Mən ümumiyyətlə heç kimə paxıllıq etmirəm. Hollivudda məndən məşhur olan doğma qızıma qarşı isə heç cür belə hiss ola bilməz. Mənə bu hiss tanış deyil. Həmçinin mən heç vaxt nə peşmançılıq çəkmirəm. Axı bu hər şeydən öncə insanın özünə yazığı gəlməsi deməkdir. Bu isə günahdır. Olur ki, aktyor “dağılır”, hansısa obrazı yaratmamağın peşmançılığını çəkir. Belə hallar olur. Amma mən xoşbəxtəm ki, kinoda və səhnədə olmağı bacarmışam. İnanın, obraz üzərində işlərə başlayanda mənə nəticədən çox gedişat daha maraqlıdır. Mən heç vaxt nəticə haqqında düşünməmişəm. Aktyor kimi ilk addımlarımdan bu günə qədər. Mən indi də özümü ulduz hesab etmirəm. Nə mühafizəçilərim var, nə yaxtalarım, nə də təyyarəm. Əsas isə – onların heç birinə ehtiyac duymuram. Doğrudur ki, xoşbəxtlik maddi durumdan asılı bir şey deyil. Bunu mənə sadə və xoşbəxt həyat yaşayan valideynlərim öyrədib.

– Adi bir gününüzü təsvir edin.

– Səhərlər saat yeddi radələrində oyanıram adətən. Dərhal səhər yeməyi hazırlamağa başlayıram. Oğlumla bərabər yemək hazırlamağı sevirik. Əsas da yumurta. Qabriel yumurtanı böyük həvəslə qırır. Sonra Federika gəlir və biz üçlükdə yemək yeyirik. Sonra xanımım uşağı məktəbə aparır, mən isə tamaşa məşqinə, ya çəkiliş meydançasına, ya da ofisə gedirəm. Axşamlar isə biz Qabriellə oynayırıq, futbola baxırıq, dərs edirik. Səkkiz radələrində şam edirik, on bir radələrində isə yatmağa gedirik.

– Xanımınız sizdən 37 yaş cavandır. Federika ilə harada və necə tanış olmusunuz?

– Bu təxminən on bir il öncə baş verib. Bizim tanışlığımız romantik olmayıb. Mən gənc aktyorlar üçün seminar keçirirdim. Federika da həmin gənclərin arasında idi. Sevgi yaşa baxmır ki. Onunla tanışlığa qədər mən iki dəfə ailəli olmuşdum. Hər iki keçmiş yoldaşımla da münasibətim indiyə qədər çox yaxşıdır. Amma Federika xüsusidir. O, həyatımın qadınıdır. Onunla bərabər çox şeydən keçmişik. Bu haqda danışmaq çətindir, amma... Biz bir uşağımızı itirmişik. Amma inanıram ki, Qabrielin mütləq ya qardaşı, ya da bacısı olacaq. Bəli, bizim münasibətimiz çətinlikdən çıxıb. Sonda evlənməyə qərar verdik. Toy möhtəşəm idi. Hər şey qırmızı və ağ rənglərdə idi. Mənim dostum Al Bano "Ave Mariya" oxuyurdu.

– Bəs Federikanın sizin digər övladlarınızla münasibəti necədir?

– Əla! Biz hamımız böyük bir ailədə yaşayırıq. Təsəvvür edə biləsiniz deyə, sizə bir adətimizi danışım. Hər bazar kilsə ziyarətindən sonra anamgildə yığışırıq. Hamı gəlir. Mənim digər nigahdan olan övladlarım, qardaş və bacılarım öz ailələri ilə. Düzdür, bəzi səbəblərə görə hər dəfə hər kəsin tam tərkibdə olması mümkün olmur. Amma əsas bu deyil. Əsas odur ki, biz bu adəti qoruya bilmişik. Biz söhbət edirik, zarafatlaşırıq, gələcəyə dair planlar qururuq. Və əlbəttə ki, yeyib içirik. Stol üzərində iki xüsusi yemək olur: əllə hazırlanmış tort və qaz sobasında qızardılmış kartofla mal əti. İndi bunu danışanda belə mənim iştahım oyanır. Neçə gün qalmışdı bazar gününə?

Page 33: Film Fiction Magazine №23

İŞIQLA ÇƏKİRƏM

5 fb.com/isiqlacekirem

Page 34: Film Fiction Magazine №23

MüəllifNuranə AxundzadəMr. Robot

33

Page 35: Film Fiction Magazine №23

Uzun müddət xakerlər, ümumiyyətlə kompüterlə bağlı olan personajlar filmlərdə darıxdırıcı, quru şəkildə təsvir edilirdi. Amma 2015-ci ildə ABŞ-da “Mr. Robot” serialının yayımlanması ilə hər şey dəyişdi. Rejissorların gözündə xakerlər adi insanların baş açmadığı şeylərlə dil tapan fövqəl-insan – super-qəhrəmanlardır. Biz uşaq olanda texnologiya bu mövzuların filmlərə, kitablara mövzu olacağı qədər inkişaf etməmişdi; yadımıza salaq – “Hackers” (yeri gəlmişkən, bu il onun 20 illiyi olur). Bu, mənimlə yaşıd olan texno-triller həvəskarlarının izlədiyi ilk filmdir, burada hələ Ancelina Coli lap sütül, adi insanlar isə kompüter və virus sözləri ilə heç tanış deyillər. Təsadüfi deyil ki, adi insanların filmi başa düşməsi üçün müəlliflər bütün xaker əməliyyatlarını olduqca sadələşdirilmiş şəkildə təqdim edirlər. Bir il sonra çəkilmiş “Independence Day” (“Müstəqillik günü”) filmində isə Uill Smit və Ceff Qoldblum gəmilərində yerləşdirilən kompüterə PowerBook qoşmaqla yadplanetliləri qovurlar. Elm və texnologiyanın inkişafı nəticəsində 2000-ci illərdən kompüterlər, xakerlər bir çox filmə mövzu olmağa başladı. 2001-ci ildə Hyu Cekmanın ABŞ-ın müdafiə nazirliyinin verilənlər bazasını qırdığı “Swordfish” (“Qılınc-balıq”) filmi ilə. Ən sonuncusu isə ötən ilin əvvəlində Maykl Mannın çəkdiyi “Kiber”-dir. Bu janrlı film həvəskarları tarixi ardıcıllığı izlədikcə “Kiber”-də texnoloji hissənin müasir dövrün bütün imkanlarından ən geniş şəkildə istifadə etməklə çəkildiyini asanlıqla görə bilərlər. Mən isə sizə bu mövzuda olan ilk serialdan danışacağam: “Mr.Robot”. “Mr.Robot”-u məşhur “Əjdaha tatuirovkalı qız” (“Män som hatar kvinnor”) filminin rejissoru Arden Oplev çəkib. Serialın pilot versiyası SXSW festivalında nümayiş etdirildikdən sonra, pulsuz olaraq YouTube-da yerləşdirildi. Birinci seriya o qədər marağa səbəb oldu ki, birinci mövsümün çəkilişlərinə başlamamış ikinci mövsümü hazırlaşmağa başladılar. “Mr.Robot” kiber-təhlükəsizlik şirkətində işləyən sosiopat Elliott adlı gənc oğlan haqdadır. Elə ilk seriyanı 15 dəqiqə izləmək kifayətdir ki, ”Bu ki xakerlər haqda olan ”Dekster”dir!” deyə fikrindən keçirəsən. Dekster kimi, Elliott da işini sevmir və ətrafdakıların gözünə normal insan tipində görünmək üçün dəridən-qabıqdan çıxır. Qəhrəmanımız insanlarla ünsiyyəti minimuma endirməyi, seks və münasibətdən uzaq durmağı üstün tutur. Onun münasibət qurduğu yalnız uşaqlıq rəfiqəsi və psixoloqudur. Yenə də Deksterdə olduğu kimi, Elliott da tamaşaçı ilə kadrarxası səslə danışır, düşündüklərini çatdırır. Ən maraqlısı psixoloqun iştirak etdiyi epizodlarda aydın olur ki, Elliott özü özünün terapevtidir, o, problemin nədə olduğunu və onun həllini öz-özü ilə danışmaqla bizə çatdırır. Bu monoloqlardan ən çox xoşuma gələn onun öz başında növbəti manifesti zamanı Svit Cobsun timsalında ifşa etdiyi cəmiyyətin yalançı kumirləridir.

34

Page 36: Film Fiction Magazine №23

“Mr.Robot”-da önəmli olan nədir? Birincisi, müəllif tamaşaçıları gic yerinə qoymur. Biz 10 il bundan əvvəlki ilə müqayisədə texnologiyaya daha yaxınıq, hətta onunla bağlılıqda, vəhdətdəyik. Ola bilər ki, kompüter biliyimiz o səviyyədə deyil, amma “DDOS”, “Linux” və ya “proksi-server” kimi ifadələr qulağımıza yad deyil. Serial tamaşaçıya ona müəllimlik etmir, amma eyni zamanda öyrədir. Necə? Məsələn, seriyanın ilk dəqiqələrində kompaniyanın serverləri DDOS-hücuma məruz qalanda Elliott hansısa “tor” və “soğan marşrutizasiyası çatışmazlığı” haqqında danışır. Müəllif qəhrəmanların bir-biri ilə müzakirəsi fonunda bu terminləri anlaşıqlı bir dildə, beynini yormadan tamaşaçıya izah edir.İnformator, dissident Edvard Snoudendən sonra dünyada casusluq və “hacking” ideyası geniş kütləvi şüur miqyasında yayıldı. “Mr.Robot”-un da süjet xətti sol ideyası ətrafında cərəyan edir. Qəhrəmanımız xakerlər qrupu ilə dünya iqtisadiyyatında dönüş etmək, bank sistemini qırmaqla hamını kredit borclarından xilas etmək istəyir. Heç vaxt dünyanı dəyişə bilməyəcəyini anlayanda isə öz xakerlik bacarığından istifadə edərək xeyirxah işlər görür; uşaq pornosu ilə məşğul olan adamı polislərə təhvil verir, ona xəyanət edən sevgilisini psixoloqundan uzaqlaşdırır və s.Serialda ən çox diqqətimi çəkən məqam Facebook və Twitter sosial şəbəkələrinə baxış tərzi oldu. Elliott qarşısına çıxan hər kəsin sosial şəbəkələrdəki profillərini tapıb öyrənməklə onların psixoloji portretini yaradır, hətta özlərinin də xəbərsiz olduqları tərəlflərini kəşf edir.“Mr.Robot” hamı üçün olmayan serialdır, bəlkə də qəhrəmanın ağıllı monoloqlarına görə, bəlkə də 80-lərin stilində olan minimalistik elektron musiqisinə görə, yaxud da insanların Facebook profillərinin və ya eBay-dan etdikləri alış-verişin onlar haqqında dediyi həqiqətlərə görə.

35

Page 37: Film Fiction Magazine №23

Seriallardan maraqlı faktlar* Dövrünün ən reytinqli serialı "Dexter" hesab edilir. Hesablamalara görə, serialın 4-cü mövsümünün son seriyasını 2.5 milyon tamaşaçı izləmişdi. Serialın baş qəhrəmanı Michael C. Hall serialda bacısı rolunda çəkilmiş Jennifer Carpenter ilə ailə həyatı qurub. Serialın çəkilişləri zamanı aktyor üçün ağır keçib. Belə ki, onda xərçəng aşkarlanıb. Amma xoşbəxtlikdən aktyor xəstəliyə qalib gəlməyi bacarıb.

* "Prison Break" ABŞ-ın 13 həbsxanasında izlənməsi qadağan edilmiş serialdır. Əsas obraz Michael Scofield-in bədənindəki tatu gərçək deyil. Əgər bu tatu həqiqi olsaydı, bu "şedevr"i yaratmağa 200 saat vaxt və 15 min dollar pul lazım olacaqdı.

* Ən bahalı serial "Game of Thrones" deyil, Spilberqin "Terra Nova" serialı hesab edilir. Büdcəsi – 60 milyon funt sterliq.

* "House M.D." sözündəki "M.D." abbreviaturası 2 cür mənaya gəlir: "Medicine Doctor" (Tibb həkimi) və "Mentally Deficient" (Psixi qaydasında olmayan).

* Ən uzunömürlü serial "Santa Barbara" deyil, "Guiding Light" hesab edilir. Serial 1930-50-ci illərdə radioda, 1950-ci ildən 2009-cu ilə qədər isə televizyada yayımlanıb. Ümumilikdə serial 18262 seriyadan ibarətdir.

* "Supernatural"-ın qəhrəmanları Dean və Sam hər dəfə saxta F.B.İ agenti olarkən məşhur rok qrupları üzvlərinin adlarından istifadə edirlər.

* "Çalıkuşu" serialından (1986-cı ilin istehsalı) Kamuran kimi tanınan aktyor Kenan Kalav İstanbuldan Barcelona şəhərinə gedərkən İspaniya aeraportu gömrüyündə saxlanılır. Çantasından 2 kq yarım heroin çıxan aktyora on il həbs cəzası verilir. Aktyor bu cəzanın beş ilini həbsdə keçirdikdən sonra əfv olunub.

* "Lost" serialının təkcə iki hissəli pilot seriyasının büdcəsi 12 milyon dollar idi.

* "Sabun operası" anlayışı 1930-cu illərdə yaranıb. Həmin zamanlar seriallar radiolar vasitəsi ilə yayımlanırdı. Belə serialların auditoriyası əsasən evdar qadınlar hesab edilirdi. Serialların reklam fasiləsində isə "Procter & Gamble", "Colgate" kimi məhsulların reklamları səslənirdi. Məhz bu reklamlara görə qəzetlər seriallara "sabun operası" adı qoymuşdu.

* İlk serial "Faraway Hill" hesab edilir. Həmin serial televiziyada ilk dəfə 1946-cı ilin dekabrının 2-si yayımlandı. Həmin ayın 18-i isə tamamlandı. Serial Nyu-Yorkdan kiçik şəhərə gələn dul qadının hekayəsindən bəhs edirdi.

* DuMont Television Network – serial yayımlayan ilk televiziya kanalıdır.

* "As the world turns" serialında əsas qəhrəmanlardan biri sayılan aktrisa Helen Wagner serial layihəsində 1956-cı ildən ölənə qədər – 1990-cı ilə qədər çəkilərək rekord müəyyənləşdirib. 54 il bir serialda çəkilmək rekordu yəqin ki, bir daha təkrar olunmayacaq.

* Azərbaycanın ilk serialı 1994-cü ildə Lütfi Məmmədbəyli tərəfindən çəkilmiş 12 seriyadan ibarət "İtgin gəlin" hesab edilir. VHS kameralara və minimum texniki avadanlıq hesabına ərsəyə gələn serialda aktyorların çoxu qonorarsız çəkilib.

Page 38: Film Fiction Magazine №23

MüəllifGümüş Fətullayeva

serialı haqda bilmədiyiniz25 fakt

37

Page 39: Film Fiction Magazine №23

38

riends” serialı David Crane və Marta Kauffman tərəfindən yaradılmış, 1994-2004-cü illər ərzində yayımlanan Amerika istehsalı komediyadır. Serial Manhattan, Nyu-Yorkda yaşayan 6 dostun həyatından bəhs edir. 6 may 2004-cü ildə yayımlanan

final seriyası təxminən 52,2 milyon insan tərəfindən seyr edilməklə dünya televiziya tarixinin final seriyası ən çox baxılan 5 serialından birinə çevrilib. 63 dəfə Primetime Emmy Mükafatı laureatı olmuş və Qızıl Qlobus mükafatına layiq görülmüşdür. Final seriyasından sonra aktyor komandasına dəfələrlə yenidən birləşmə təklifləri verilmiş, amma görüş heç vaxt baş tutmamışdır. Bu yaxınlarda serial qəhrəmanları axır ki, illər sonra birləşəcəklər. Əslində, bu birləşmə artıq baş tutub. Bütün dünyanın maraqla gözlədiyi xüsusi proqram 21 fevral 2016-cı il tarixində NBC kanalında efirə veriləcək. Amma bir nəfər əksik olacaq – Chandler Bing! Düzü, 6 dostdan biri belə çatmırsa, məncə, bu tam olaraq birləşmə deyil. Qeyd edək ki, bu görüş rejissor-prodüser James Burrows-un şərəfinə təşkil olunmuşdur.

Əvvəlcə serialı izləməyənlər üçün qısa məlumat verək.

1. İlkin variantda serial “Insomnia cafe” adlanırdı...

90-cı illərin əvvəllərində “Friends” serialının yaradıcıları David Crane və Marta Kauffman “Insomnia Cafe” üçün yeddi səhifəlik bir ssenari yazmışdılar. Təkcə ad yox, süjetin özü də indiki “Friends”-dən fərqlənirdi. Məsələn, serialda əsas diqqət Ross və Raxelin yox, Coy və Monikanın sevgi münasibətinə yönəlmişdi. NBC kanalı ssenarini aldıqdan sonra serialın adı “Frirends Like Us” oldu. Kanal prezidenti Warren Littlefield başqa bir ad – “Across the Hall” da irəli sürmüşdü. Çəkilişlərə başlayana qədər ad yenidən dəyişib “Six of One” oldu. Axır ki, 22 sentyabr 1994-cü il premyerada sadəcə “Friends” adında qərarlaşdılar.

2. Aktyor heyəti tamamilə fərqli ola bilərdi.

Altı nəfərlik aktyor heyəti olan bir layihə üçün sözsüz ki, bir çox başqa aktyorlar da nəzərə alınmışdı. Məsələn, Kathy Griffin və Jane Lynch, Phoebe rolu üçün keçirilən kastinqdə tanış olub dostlaşmışdılar.Chandler rolu Matthew Perry-yə verilməzdən əvvəl həm Jon Favreau, həm də Jon Cryer adları alternativ olaraq dəyərləndirilmişdi. Əslində, rol az qalsın Perriyə də qismət olmayacaqdı. Serialın 1994-cü il pilot sezonunda o, “Friends”-dən əlavə “LAX2194” adlı serialın ilk seriyasına çəkilmişdi. Xoşbəxtlikdən, bu layihə rəğbət qazanmadı və Perry “Friends” layihəsinə qoşula bildi.Serialın premyerasınadək aktyor heyətinin ən məşhur üzvü yəqin ki, Courteney Cox idi. Bir çox reklam çarxlarında rol alan aktrisa, xüsusilə də Bruce Springsteen-nin “Dancing in the Dark” (“Qaranlıqda rəqs etmək”) klipindən sonra məşhurlaşmışdı. “Friends” prodüserləri ona ilk olaraq Raxil rolunu təklif etmişdilər. Amma aktrisa Monikanın “güclü” xarakterini sevdiyindən bu rolu istəmişdi.

“F

Page 40: Film Fiction Magazine №23

39

3. Ross xarakteri sırf David Schwimmer üçün yazılmışdı.

Bu, oxucular üçün bir az təəccüblü səslənə bilər, çünki “Will & Grace”-dəki Will xarakterini canlandıran Eric McCormack, Ross rolu üçün “iki-üç dəfə” kastinqdən keçdiyini deyərək əks-səda yaratmışdı. Lakin prodüser Kevin Brayt Şvimmerlə əvvəl də birlikdə çalışmışdı və ssenaristlər Ross obrazını artıq Şvimmerin səsinə uyğun inkişaf etdirirdilər. Qeyd edək ki, o, həm də serial üçün seçilmiş ilk aktyor idi.

4. Serialın açılış səhnəsi Gramercy və ya Central park–da yox, Warner Bros studiyasında çəkilmişdi.

Nyu-York tur bələdçinizə aldanaraq, Rembrandtsın ifasında “I’ll be There for You” mahnısının müşayiət etdiyi məşhur açılış səhnəsindəki fəvvarəni Burbankda tapacağınıza inanmayın. Bu fəvvarə həm də Central Park-dakı Pulitzer fəvvarəsinə bənzəyir. Əslində isə çəkilişlər Warner Bros. studiasında aparılmışdı.

5. Serial ekrana çıxmazdan əvvəl heyət birlikdə Veqasa səyahət etmişdi.

1995-1997-ci illər arasında bir çox seriyanı ərsəyə gətirəcək olan rejissor James Burrows “Məşhur olmazdan əvvəl son şansınızdır” – deyib serialın altı nəfərlik aktyor heyətini Veqasa aparmış və əlavə etmişdi: – “Serial ekrana çıxdıqdan sonra ətrafınızda elə bir insan izdihamı olacaq ki, bir də heç yerə belə rahat gedə bilməyəcəksiniz.” Haqsız deyildi.

6. Liza Kudrovun gitara çalmaqdan zəhləsi gedirmiş.

Lisa üçün tezliklə gitara müəllimi tapırlar, lakin çox keçmir ki, Kudrov dərsləri atır. Cəmi bir neçə akkord öyrənə bilir. Liza serialın qalan bütün seriyalarını beləcə “yola verir”. Amma razılaşaq ki, “Smelly Cat” elə olduğu kimi möhtəşəmdir.

Page 41: Film Fiction Magazine №23

40

7. Bəzi səhnələr istisna olmaqla, serialın böyük hissəsi tamaşaçıların qarşısında çəkilmişdi.

Bir seriyanı çəkmək üçün təxminən 5 saat vaxt tələb olunurdu və adətən tamaşaçıların önündə çəkilirdi. Aktyorlar tamaşaçının nəbzini tutmaq üçün bunun bir növ sınaq olduğunu və tamaşaçıların həvəsini artırdıqlarını deyirdilər.Bəs tamaşaçı önündə çəkilməyən seriyalar hansılar idi? 4-cü mövsümün final seriyasındakı toy səhnəsində Rossun Emili yerinə Raxilin adını dediyi səhnəni misal göstərmək olar. Cennifer Enistonun sözlərinə görə, tamaşaçıda maraq ölməsin deyə, həyəcanlı, kritik səhnələri tamaşaçılar olmadan çəkirdilər.

8. Liza Kudrov da daxil olmaqla, çoxları Çendlerin gey olduğunu fikirləşirmiş.

Kudrov, Perrinin Çendler rolunu ifa etdiyini görəndə xeyli təəccüblənib. Çünki mətnin ilkin variantında onun gey olduğunu fikirləşirmiş. Belə fikirləşən təkcə Liza deyilmiş. Serialın ilk mövsümlərində Çendlerin cinsi oriyentasiyası tamaşaçılar arasında da həmişə müzakirə mövzusu olub. 1997-ci ildə Çendler xarakterinin gey olmadığı dəqiqləşdi.

9. Qiymət razılaşmalarını qrup halında aparan ilk aktyor heyəti idi.

İlk mövsüm ərzində aktyorlar hər seriyaya görə 22.000 dollar alırdı. Ancaq ikinci mövsümə başlayanda aktyorlar üçün qiymətdə ayrı-ayrılıqda kiçik dəyişikliklər etdilər. 6 aktyor sözü bir yerə qoyaraq hər biri seriya başına 100.000 dollar alana qədər işləməyi rədd etdi. O vaxtlar bu xəbər böyük əks-səda doğurdu. “New York Times”-ın xəbərinə əsasən, məşhur serial aktyorlarının yüksək əmək haqqı tələb etməsi təbii hal idi. Lakin hər birinin eyni qonorarı almaq üçün serialı boykot etməsi indiyə qədər görünməmiş hal idi. Bu sövdələşmə effektiv oldu və final mövsümündə 6 aktyorun hər biri seriya başına 1 milyon dollar qazandı.

Page 42: Film Fiction Magazine №23

16. Central Park-dakı narıncı divan...

... Warner Bros Studio-sunun zirzəmisindən tapılmışdı.

41

12. Coyun rəsm taxtası heyət üçün rəsm taxtasına çevrilmişdi.

Çəkilişlər boyu bu taxtaya şəkil çəkmək heyətin bir neçə üzvünə həvalə edilmişdi. Getdikcə bu taxta da serialın ulduzlarından birinə çevrildi. Kimsə içəri girəndə və ya çıxanda qapının üstünə asılmış bu taxta mütləq ekranda görünürdü. Hətta serial izləyiciləri bu taxtanı diqqətlə izləyir, verilən gizli mesajları üstündəki şəkillərə əsasən açmağa çalışırdılar.

13. “The One After Vegas” seriyasının açılış səhnəsində hamıya “Arquette” soyadı verilmişdi.

6-cı mövsümün başlanğıcı olan bu seriya Courteney Cox və David Arquette evləndikdən sonra çəkilən ilk seriya idi. Yeni evli cütlüyün şərəfinə hamı eyni soyadı götürmüşdü.

14. Canlandırdıqları rollardan fərqli olaraq aktyorlar bəzən heyvanlarla yola gedə bilmirdi.

Kudrov 3-cü mövsümdə-ki ördəkdən çox qorxur-muş. Rossun saxladığı meymun – Marcel rolunu isə iki meymun oynamışdı: Katie və Monkey. Onlar təlim keçdiklərinə baxma-yaraq, çəkilişləri olduqca çətinləşdiriblər.

15. Cox və Matthew Perry çəkilişlər vaxtı mərcləşiblər.

Perri bu mərcdə uduzduğuna görə, düz 5 ay ərzində Koksun qul-luğunda “qul” kimi durmalı olub.

10. Phoebe-nin əkiz bacısı Ursula həm də “Mad About You” serialının aktrisalarından biri idi.

Kudrov, “Friends” heyətində olarkən eyni zamanda “Mad About You” serialında Ursula obrazını canlandırırdı. Əkiz bacı ideyası isə “Friends”-in quruluşçu rejissoruna aid idi. Kudrov “Friends”-in 8 seriyasında da Ursula xarakterini canlandırdı.

11. Kudrovun real həyatdakı hamiləliyi seriala sirayət etsə də, Koksun hamiləliyi gizlədildi.

Kudrov oğluna hamilə qalanda ssenari müəllifləri bunu seriyala da daxil edərək Phoebe xarakterini surroqat ana olaraq göstərdilər. Lakin Çendler və Monikanın uşaqları olmadığına görə, Koksun hamiləliyini kostyumlar və səhnədəki digər əşyalarla gizlətməli oldular.

Page 43: Film Fiction Magazine №23

42

17. Bruce Willis, Perriyə bir mərcdə uduzduğuna görə, seriala könüllü şəkildə çəkilməli olub.

Belə görünür, Perri əsl qumarbaz imiş. Perriyə uduzan məşhur aktyor Bruce Willis serialdan aldığı qonorarı xeyriyyəçilik fonduna bağışlamalı olub.

18. Dizayn komandası, “The One with the Dollhouse” seriyası üçün 6 karton ev hazırlamalı olub.

Karton ev yandığına görə, əlavə olaraq 6 ədəd ona bənzər ev düzəldilib.

19. Matthew Perry çəkilişlər boyu narkotika aludəçiliyi ilə mübarizə aparıb.

Perri həm 1997-ci il, həm də 2001-ci ildə spirtli içki və narkotik maddə aludəçiliyinə görə müalicə almışdı. O sonralar verdiyi müsahibədə – “İşdə heç vaxt maddə təsiri altında olmamışam. Sadəcə ağrılarım olurdu, bir müddət sonra vəziyyət lap pisləşdi. Artıq gizlədə bilmədim və hamı öyrəndi” – deyə bildirmişdi.

20. Coy və Çendlerin böyük ağ iti...

...əslində Cennifer Enistonun idi. Bu iti ona serial başlayanda bir dostu uğur gətirsin deyə hədiyyə etmişdi.

21. Bütün xarakterlər bir-birini öpmüşdü.

Serialdakı əsas 6 xarakte-rin hamısı bir-biri ilə öpüşmüşdü... Monica və Phoebe-dən başqa.22. Gunther...

İkinci mövsümün orta-larına qədər Gunterin adı yox idi. Serial başlayandan ilk sözü isə 33-cü seriyada “Hə” demək olmuşdu.23. Komanda hər seriyadan əvvəl bir yerə toplaşıb qucaqlaşırmış.

Şvimmerin sözlərinə görə, hər həftə çəkilişlər başlamazdan əvvəl aktyorlar kiçik bir dairə yaradıb qucaqlaşırmış. Finaldan əvvəl çox kövrələn Şvimmer – “Çoxdandır ki, həmin andan qorxurdum. Hamımız bir-birimizin gözünə baxıb ürəyimizdə “yenə də yaxşı iş bacardıq” dedik. Birdən dərk elədim ki, kiçik dairəmizdə artıq sonuncu dəfə birləşirik,” – deyərək hisslərini bölüşmüşdü.

24. Cennifer Eniston az qala son mövsümdə iştirak etməyəcəkdi.

Serial başa çatanda Eniston serialın birmənalı olaraq ən məşhur aktyoru idi. Keçmiş həyat yoldaşı Brad Pitt belə onu kölgədə qoymamışdı. Lakin onun bu şöhrəti bəzi söz-söhbətlər doğurdu. Deyilənə görə, serial sırf Cenniferə görə finala getmişdi. “Nə qədər ki, insanların sevgisini qazanıram, bu işə davam etmək istəyirəm. Amma bir tərəfdən də fikirləşirəm: nə vaxta qədər Raxil ola bilərəm?” – deyən Eniston axırda final mövsümündə də rol almağı qəbul etdi.

25. Serialdakı məşhur kafeyə istinadən bir çox Central Park kafesi açıldı.

Serialdakı məşhur kafedən ilhamlanaraq, dünyanın bir çox yerində kafelər açılmışdı. “Friends” fanatlarından Du Xin də onlardan biri idi. Du Xinin Pekində açdığı “Central Park” replikası böyük şöhrət qazandı. Bu uğurun ardınca Xin, Coyun evinin eynisini qurdu və kafe kimi istifadəyə verdi.

Son olaraq bütün Friends fanatlarına...

Chandler kimi sevin!Joey kimi yeyin!Monica kimi bişirin!

Rachel kimi geyinin!Ross kimi qayğı göstərin!Phoebe kimi yaşayın!

...deyirəm

Page 44: Film Fiction Magazine №23

TərcüməŞahin Xəlil

43

ilə müsahibə

Page 45: Film Fiction Magazine №23

44

Bryan Cranston ilə müsahibə.

– Serialın çəkilişləri heç də asan deyildi. Öhdəsindən necə gəlirdiniz?

– Bunlar xırda şeylərdir. Məsələn, yay fəslində biz qış çəkilişləri edirdik. Ya da qışda yayı. Hərarət müsbət 5

dərəcə. Soyuq külək əsir. Obrazım isə keçəl. Dörd dəqiqəlik səhnə çəkilməli idi. Mən yarım dəqiqə sonra

əsməyə başlamışdım.

– Çəkilərkən sizə hekayənin sonunu bilmək maraqlı gəlir?

– Xeyr, maraqlı gəlmir. Heç bunu mənə demirlər də. Mən özüm də soruşmuram. Digər aktyorlar

maraqlanırdılar. Amma mənim üçün bunu bilməyin əhəmiyyəti yoxdur. Serialda çəkilmək mənim

unudulmaz səyahətim oldu.

– Öz qəhrəmanınız üçün hansı sonluğu gözləyirdiniz?

– Bilmirəm, o öz günahlarını yuya biləcək, ya yox. Buna inanmaq subyektiv baxış olar. Bu serial

digərlərinə bənzəmir, çünki, əvvəldən qərarlaşdırılmışdı ki, bu serial tamaşaçılarına diskomfort hissi yaşadacaq.

Anlayırdıq ki, əgər ilk seriyalardan tamaşaçılara qəhrəmanı sevdirsək, sona qədər bu dəyişməz olaraq

qalacaq. Siz elə bilirdiniz, o, narkotik hazırlayıb, asanlıqla sata biləcək? Məgər bu yaxşı şeydir?

– Qəhrəmanınız keçəldir, siz isə saçlı. Saç düzümünü dəyişmək çətin deyil ki?

– Hər mövsümü çəkib bitirdikdən sonra, mən digər layihələr üçün saç uzatmağa başlayıram.

– Çəkilişlərdəki xarici görünüşünüz sizi qane edir?

– Mənə ümumiyyətlə qəhrəmanımın xarici görünüşü və geyimi maraqlı deyil. Mən çəkilişlərdə geyindirilməyə

öyrəşmişəm. Evdə yoldaşım və qızım mənə geyim seçməyi sevirlər. Yəni mən sərbəst şəkildə geyinməyi

unutmuşam.

Page 46: Film Fiction Magazine №23

45

– Real həyatda stressdən necə xilas olursunuz?

– Bir çox insan emosiyalardan xilas olmaq üçün dərmanlardan istifadə edir. Mən isə qaçmağı üstün tuturam. Qaçan zaman aqressiyanı və neqativ enerjini özümdən uzaqlaşdırıram. Bu mənim üçün vacibli bir şeydir. Qaçmaq mənə yaxşı yatmağa, yaxşı yeməyə kömək olur. Hər birimizə neqativ enerjidən xilas olmağımız üçün klapan lazımdır. Kimlər o klapanı tapıbsa, onlar xoşbəxtdirlər.

– Uolter rolu sizi necəsə dəyişib?

– İlk mövsümə baxsanız, dəyişikləri hiss edə bilərsiniz. Səsim və hərəkət tərzim dəyişib. Hərəkət mexanizmi hər hansı rola girdikdə avtomatik dəyişir. Uolter olaraq sakit danışmaq isə danışıq tərzimin dəyişməyinə səbəb oldu. İndi daha yavaşdandanışıram.

– Necə düşünürsünüz, hər insan ağır qırılma nöqtəsinə enə bilərmi?

– Hər birimiz xüsusi vəziyyətlərdə qorxulu birinə çevrilə bilərik. Biz asılı yaradılmışlarıq. Uşaqlar mehriban və mülayim doğulmurlar. Onlar eqoist və eqosentrik olurlar. Uşaq olanda bizi tərbiyələndirirlər, böyüdükdən sonra öz-özümüzü tərbiyə etməyə məcburuq. Biz qaydalara əməl edərək davranışlarımıza nəzarət edib, nəyin doğru, nəyin yanlış olmasına qərar veririk. Səhv etdiyimiz zaman barışıq üçün üzr istəmək və seks karımıza gəlir.

Aaron Paul ilə müsahibə.

– Siz, həqiqətən də, sonuncu seriyadan sonra tatu döydürmüsünüz?

– Hə, "No Half Measures". Mən bütün günü çəkiliş meydançasında veyillənib, səhər hər şeyin başa çatacağı vahiməsi ilə yaradıcı heyətə zarafatla xatirə olaraq tatu etdirməyimizi təklif etdim. Onlar isə razılaşdılar. Axşamı bir bara getdik və hər birimiz tatu döydürdük. Kimlərsə "No Half Measures", kimlərsə serialın loqosu olan

"BR".

– Serialın bitməsinə inanmaq çətin idi?

– Olduqca! Mən bacardığım qədər özüm

üçün son səkkiz seriyanı uzadırdım. Tələsəmədən

ssenarini oxuyub, çaxır içirdim. Son seriyanın ssenarisini biz Brayan

Krenston ilə şifahi oxuyurduq. İlk dəfə onda serialın necə

bitəcəyini bildik. Yadımdadır, ssenarinin sonluğunda

"Son" yazılmışdı. Həmin an orada, o otaqda olanlar

üçün olduqca emosional anlar idi. Biz Brayanla səssiz bir-birimizə

baxırdıq. Gözlərimizdən yaş süzülürdü. İnanmaq çətin idi ki, serial

başa çatır və davam olmayacaq.

– Serial haqqında ilk təəssüratınızı xatırlayırsınız?

– Mən pilot seriyasında çəkilən gün anlamışdım ki, bu, nəsə qeyri-adi bir serial

olacaq. Amma tam olaraq necə bir şey olacağını ilk seriyaya baxdıqdan sonra

anladım. Yadıma gəlir ki, ağzım açıq qalmışdı və beynimdə "bəxtin gətirdi"

düşüncəsi var idi. İndi də bu düşüncədəyəm.

Page 47: Film Fiction Magazine №23

46

– Rolunuza necə hazırlaşmışdınız?

– Canlandıracağım obrazı tam qavramaq üçün mən youtube-a daxil oldum. İnana bilməzsiniz, amma orada əsl narkomanlar və narkotikin istifadəsi zamanı nələrin baş verdiyini göstərən lazımlı filmlər çoxdur. Mən xəstəxanalara gedib, narkotik asılılığı ilə mübarizə aparan insanlarla, küçələrdə isə istifadəçiləri ilə söhbətlər edirdim. Bir sözlə, maksimum dərəcədə obrazı real göstərməyə hazırlaşırdım. Özümə inandırmağa çalışırdım ki, mən öz obrazımın həyatını yaşayıram.

– Son seriyanın çəkilişi zamanı nələr hiss edirdiniz?

– Eh, yaxşısı budur, yada salmayaq. Olduqca emosional keçdi. Çəkiliş bitəndən sonra çəkiliş heyətinin yüzə yaxın üzvü qarşımızda dayanıb ağlayırdı. Bu çox ağır idi.

– Ən çox nə üçün darıxacaqsınız?

– Mən artıq öz qəhrəmanım üçün darıxıram. Onunla vidalaşmaq çox çətin idi. Realist olaq: bundan sonra inanmıram ki, bu rol qədər çətin rolum olsun. Gələcək bütün rollarım, bu serialdakı obrazdan zəif aktyorluq tələb edəcək. Amma bu pis deyil, çünki bu serialdakı obrazım mənim üçün aktyorluq həyatımda zirvə idi. Xoşbəxtəm ki, burada çəkildim və bu obrazı yaratdım. Bundan sonrakı bütün gələcək rollara mənəvi hazıram.

Page 48: Film Fiction Magazine №23