film fiction magazine №22

70

Upload: film-fiction-magazine

Post on 25-Jul-2016

241 views

Category:

Documents


5 download

DESCRIPTION

 

TRANSCRIPT

Page 1: Film Fiction Magazine №22
Page 2: Film Fiction Magazine №22

Baş redaktorŞahin Xəlil

RedaktorNuranə Axundzadə

PR menecerFuad Alqayev

Dizayn və tərtibatTural Əlisoy

TəsisçiEternity film

Əlaqəfb.com/[email protected]

Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.Jurnalda yayımlanan məqalələrdən müəlliflərin icazəsi olmadan istifadə etmək qadağandır.

© Bütün hüquqlar qorunur.

Jurnalın bu sayını Günəşli Platformasında həyatını itirmiş

neftçilərimizin əziz xatirəsinə həsr edirik. Allah Rəhmət Eləsin!

1

Page 3: Film Fiction Magazine №22

Monika və Mikele: Sevgi hekayəsiHit Ledcer: Evə dönüş

Lukino Viskonti: İnanc olmasaTanrı olmaq çətindir

Larisa Şepitkoİzabella Rossellini (müsahibə)

Arif Babayev: Tənha intellektualBela Tarr (müsahibə)

İlin ən yaxşı filmləriErik Romer (müsahibə)

Əsgər Fərhadi (müsahibə)Leo Karaks: 10 fikir

Kieslovski Pasoliniyə qarşıKianu Rivz: 8 hekayə

Film Fiction seçimi

Jurnalın bu sayını Günəşli Platformasında həyatını itirmiş

neftçilərimizin əziz xatirəsinə həsr edirik. Allah Rəhmət Eləsin!

1 2

Page 4: Film Fiction Magazine №22

MüəllifŞahin Xəlil

3

v

Page 5: Film Fiction Magazine №22

3 4

Page 6: Film Fiction Magazine №22

5

Page 7: Film Fiction Magazine №22

5 6

Həm Antonioni, həm də Vitti ciddi katolik ailəsinin övladları idi. Mikeledən fərqli olaraq, Monika bədxərclik, eyş-işrət və sevgili dəyişməkdən uzaq biri idi. Qızcığaz böyük təcrübəsi olan bu özündənrazı qarşısında axmaq və soyuq görünməkdən çox qorxurdu. Və bütün bunlar o zaman baş verirdi ki, Romada qadınlar kişiləri paltar kimi dəyişirdi... Monikanın tanışı olan qızlar çantalarında həmişə əlavə diş fırçası gəzdirərdilər ki, bəlkə gecəni kiminsə evində keçirdilər. Monika onların cəsarətinə heyran idi. Amma çantasına diş fırçası qoymağı heç cür bacarmadı. Mikele ilə tanışlıq son hədd idi. Artıq qarderobunda kifayət qədər cəsarətli paltarlar peyda olmuşdu. Monika rejissorun diqqətini çəkmək üçün hər şeyə hazır idi... Bunu aktrisa kimi bacarmışdı. Bəs qadın kimi necə, bacaracaqdımı? Bir neçə gecəni Mikele və onun dostlarının kampaniyasında keçirmək hər zaman eyni cür başa çatardı. Ehtiram və hörmətlə sağollaşıb, xeyirli gecələr arzulamaqla. May ay idi... Romanın, demək olar, hər bir tinində sevgililərin pıçıltıları və gülüşləri eşidilərdi. Səsyazma studiyaları isə olduqca havasız idi. Bir dəfə hətta istidən Monikanın ürəyi xarab oldu. Özünə gələndə Mikelenin qucağında idi. Aktrisanın başı yenə gicəllənirdi. Bu dəfə istidən deyil, Antonioni mehribanlıqla ondan yayı harada keçirəcəyini soruşurdu: “İstəyirəm, yayı mənimlə bərabər Siciliya yaxınlığındakı adaların birində keçirəsən. İmtina edə bilməzsən. Çünki bu, təklif deyil, istəkdir”. Təbii ki, Monika imtina edə bilməzdi...Monika Vitti və Mikelancelo Antonioni adanın ən bahalı otelində, dövrün ən məşhur şəxsiyyətlərinin əhatəsində. Adlı-sanlı vəkillər, bank sahibkarları, idmançılar, soyadları hər kəsə məlum olan aristokratlar və s. Mikele vals oynayır və ağılları başdan alır. Məclisdə, demək olar, elə bir qadın olmaz ki, ona heyranlığını gizlədə bilsin.

Page 8: Film Fiction Magazine №22

Möhtəşəm ikinəfərlik otaq nömrəsi, hər səhər otağa şampan və gül sifarişi. Vitti daha nə arzu edə bilərdi ki? O, özünü dəyərli və sevilən hiss edirdi. Tək bir şey istəyirdi: bu şirin yuxu bitməsin. Mikele Romaya qayıtmalı idi. İşlər onu tələsdirirdi. Monika, heç olmasa, üç gün daha qalması üçün yalvarırdı. Rejissorun tərsliyi isə idarəolunmaz idi. Həmin gün ilk dəfə Vitti öz narazılığını gizlətmədi. Mikele-yə qışqırıb, otaqdan qaçdı. Axşama qədər sahildə oturdu. Otelə qayıdanda rejissorun onu qapı ağzında gözlədiyini gördü. Qaçaraq Mikelenin boynuna sarılan aktrisa etdiyi axmaq, uşaq hərəkətinə görə üzr istədi. Antonioni sakit səslə dedi: “Biz elə bu haqda film çəkirik”. Bir həftə sonra Romaya qayıdan Vitti çox dəyişmişdi. Mikele onun üçün həm sevgili, həm dost, həm ata, həm də rejissor idi. Antonioni sanki onu “puzzle” kimi

7

Page 9: Film Fiction Magazine №22

hissələrdən yığırdı. Ona yeriş, duruş, oturuş, danışıq, şampan bokalını əldə tutmağı öyrədirdi. Vitti onun hər hərəkətini əzbərləməyi sevirdi... Necə qalstuk taxması, necə köynək düymələməsi, ofisianta çay pulu verməsi... Mikelenin yanında özünü balaca qızcığaz kimi hiss edirdi, sanki bu balaca qızcığaza böyük bir farfor oyuncaq verilmişdi. Antonioni isə özünü tanrı kimi hiss edirdi. Eyni zamanda həm qadın, həm aktrisa yaradan tanrı. Əvvəlcə Antonioni Monika üçün “Gizli skandal” adlanan kiçik teatr pyesi yazdı. Birgə monoloqu əzbərlədilər. Sonra isə Trevi fontanı yaxınlığındakı kafedə dondurma yedilər. Badamlı, südlü, çiyələkli dondurmalar... Monika onları yeməkdən doymazdı. Bir gecə Mikele Vittiyə dedi ki, onun siması kişi qatilini xatırladır. Geniş, anlaşılmaz cizgilər və dərin yaşıl gözlər – sehrli, çəkici. İllər öncə, daha dəqiq, 1950-ci ildə Antonioni bir dəfə səhv etmişdi. Sevgilisi olan “Miss İtalia” Lucia Bose-yə öz “Cronaca di un amore” (“Bir sevgi xronikası”) filmində baş rol vermişdi. Lusiya aktrisa kimi çox uğursuz olmuşdu. Nəticədə film alınmamışdı. O zaman Mikele özünə söz vermişdi ki, bir daha filmində gözəl qadın çəkməyəcək. İndi isə tək istəyi Monika ilə film çəkmək idi… “L’avventura”-nı (“Macəra”) İtaliyanın cənubunda çəkirdilər. Çəkilişlər Monika üçün ilk böyük təcrübə idi. O, Antonionini tanıya bilmirdi. Hər zaman mülayim və diqqətcil olan Mikele çəkiliş meydanında çox soyuq görünürdü. Hər şey onun diqtəsi altında idi. Antonioni çəkiliş meydançasında siqaret çəkməyi, bərkdən danışmağı və ağır ayaqqabı geyməyi (texniki avadanlığı tapdalayaraq zərər gətirməsinlər deyə) qadağan etmişdi. Heç bir artıq hərəkət, söz olmamalı idi. Çəkilişin ilk günü Monika

8

Page 10: Film Fiction Magazine №22

ondan rolu haqqında soruşdu. Cavabında isə Mikele dedi: “Yadında saxla, mən heç vaxt heç bir aktyor, aktrisaya rollarının psixologiyası haqqında heç nə demirəm. Öz fantaziyana güvən. Təbii ki, o səndə varsa”. Monika bu təhqiredici eyhamı uddu. Vitti artıq əmin idi ki, Mikele ilə mübahisə etmək olmaz. Çünki birinci növbədə onun üçün hər zaman işi olacaq. Səbrini basan aktrisa rejissorun despot xarakterinə tab gətirdi. Nəticədə Antonioninin məhz bu filmi sayəsində Monika Vitti bir göz qırpımında dünyaca məşhur ulduza çevrildi. On bir ildə Antonioni, Vitti ilə bərabər dörd film çəkdi. Hər bir film intellektual kütlə və tənqidçilər tərəfindən yüksək qiymətləndirildi.“L’eclisse” (“Tutulma”) filmində Vittinin tərəf müqabili yaraşıqlı fransız Alain Delon idi. Özündənrazı aktyor Vitti ilə sevgi macərası yaşamaq istədiyini, demək olar, gizlətmirdi. Monika isə onun baxışları qarşısında əriyəcək qadınlardan deyildi. Mikelancelo! – Vitti ona sadiqliyini inadla qoruyurdu. Amma Mikele bu sədaqətə önəm verən biri deyildi. Münasibətlərinin soyuması onları ayırdı. Vitti üçün bu, arzuolunmaz idi. Çünki rejissorun qəlbinə yol tapmaq üçün fürsət yaranmışdMikelancelo! – Vitti ona sadiqliyini inadla qoruyurdu. Amma Mikele bu sədaqətə önəm verən biri deyildi. Münasibətlərinin soyuması onları ayırdı. Vitti üçün bu, arzuolunmaz idi. Çünki rejissorun qəlbinə yol tapmaq üçün fürsət yaranmışdı. Mikele fransızca çox gözəl danışır və Parisdə tez-tez olurdu. Lion vağzalında görünən kimi, onu dövrəyə alıb, sorğu-suala tutardılar. Kimisi onu şam yeməyinə, kimisi hansısa tədbirə, kimisi festivalın açılışına dəvət edərdi. Mikele hər yerdə sevilirdi. Şəninə verilən qonaqlıqlar gecə saatlarına qədər sürərdi. Rejissor ona dikilmiş baxışların mənasını anlamağa heç vaxt çətinlik çəkmirdi. Bu dəfə də yanılmamışdı. Yaxın masaların birində şaten bir gözəl baxışlarını ondan çəkmirdi. Mikele onu tanımışdı. Nə vaxtsa rastlaşmışdılar. Adətən belə qonaqlıqlardan sonra Mikele, Monika ilə birgə otel nömrələrinə qalxardılar. Bu dəfə isə Monika başağrısı səbəbilə rejissordan əvvəl nömrəyə qalxmışdı. Aspirin ağrısını götürsə də, yuxu gətirməmişdi. Yerində uzanıb Mikelenin ayaq səslərini gözləmək heç bu qədər uzun və əzablı olmamışdı. Səhər saat 9 idi. Antonioni heç nə olmamış kimi nömrəyə gəldi. Heç bir açıqlama vermədən taksi sifarişi etdi. Vitti hamam otağında özünü ələ almağa çalışsa da, mümkün deyildi. Göz yaşlarına heç cür əngəl ola bilmirdi. Mikelenin özündən isə bir şey soruşmağa ürək eləmirdi. Çünki əlində əsaslı bir səbəb yox idi. Ürəyinin dərinliyində Mikelenin ona xəyanət etdiyini əla bilirdi. Həm də axı bir neçə gün əvvəl özü Antonioniyə demişdi ki, onlar bərabər olsalar da, hər ikisinin öz həyatı var və hər biri bu istəyə görə sərbəst şəkildə hərəkət edə bilər. O zaman Mikele təəccüblə soruşmuşdu ki, yəni doğrudan Monika belə düşünür? Monika isə başı ilə təsdiq etmişdi… Mikele onun alnından öpüb demişdi ki, sən nadir qadınlardansan.Nəhayət, Monika özünü ələ ala bildi. Özünü inandırmağı bacardı ki, bu, qaçılmaz idi, gec-tez baş verəcəkdi. Nə qədər axmaq olasan ki, bunu görməyəsən: o hər zaman özünəməxsus olacaq – öz ideyalarına, qərarlarına, əyləncəsinə. Onu saxlamağın yeganə yolu, onu saxlamamağa çalışmaqdır... Bir neçə saat sonra isə artıq “Kupol” kafesində “Mond” qəzetinə müsahibə verirdi.Antonioninin yeni filmində Vitti əsəbin son həddinə çatmış bir qadını canlandırırdı.

9

Page 11: Film Fiction Magazine №22

9 10

Page 12: Film Fiction Magazine №22

11

Filmdə insan psixologiyası üzərində eksperimentlər Mikeleyə hər zaman maraqlı idi. Bunda özünü kifayət qədər uğurlu göstərirdi. Hətta ABŞ-da keçirilən Beynəlxalq Psixoloqlar Təşkilatının konqresində ona dərəcə də vermişdilər. Yəqin ki, bu maraq rejissora illər öncə əqli zəiflərin müalicə olunduğu məkandan qalmışdı. Rejissor burada həvəskar film də çəkmişdi. Gördüyü səhnələr onu uzun müddət öz təsirində saxlamışdı. Mikele, Monikanın istənilən rolun öhdəsindən gələ biləcəyinə əmin idi. Monika, Mikelenin növbəti filminə görə əqli məhdudiyyətli insanların müalicə mərkəzində bir neçə gün keçirməyə razı oldu. “Il deserto rosso” (“Qırmızı səhra”) filmindən sonra Vittiyə məşhur bir psixoloq zəng etdi: “Əziz Vitti, sizin yaratdığınız obraz möhtəşəmdir! Sizi küçədə görsəydim, qəbuluma gəlməyi tövsiyə edərdim”. Bu sözlər qarşısında Monika acı çəkərək güldü. Hiss etdi ki, həyatı onu yaratdığı obrazlara çevirir. Mikelenin filmlərindəki qadınlar heç vaxt xoşbəxt deyillər. Təklik həmişə onlara əzab verir. Mikele ilə yenə görüşürdülər. Hər axşam birlikdə qəhvə içib, öz təkliklərinə geri dönürdülər. Monika artıq həyatı ilə barışmışdı. Amma yenə də özünə belə etiraf etmədiyi arzularında, şəhərdən kənar ev, evlilik, uşaqlar canlanırdı. Mikele isə o qədər özünü kinoya vermişdi ki, zamanın axışından xəbərsiz idi.Monikaya gələn növbəti film təklifi Antonionidən deyildi. Müqaviləyə imza atan Vitti tez bu xəbəri Mikele ilə müzakirə etmək istədi. Kitabxanasında kitablarının tozunu alan Antonioni, Vittinin birnəfəsə danışığını səbrlə dinləyib susdu. Monika ondan: – “Səncə, qəbul etməklə düz etdim? Axı, bu, sənin filmin deyil…” – deyə soruşdu. Mikele eyni soyuqluqla cavab verdi: – “Düz etmisən. Mənim filmlərimdə sənin bacarığın tam açılmır. Başqa filmlərə çəkilməklə, sən bütün potensialını açmış olacaqsan. Məyus olma. Bu, sənin problemin deyil ki”.Antonioninin yeni filmində Monika yox idi… Rejissor bu dəfə Londonda 10 həftəyə “Blow-up” kimi möhtəşəm sənət əsəri yarada bilmişdi. Üstəlik yeni sevgili də tapmışdı. Monika isə qısqanclıqdan özünə yer tapa bilmirdi. Ona bu 10 həftə sonsuzluq kimi gəldi. Hər gün bir neçə dəfə Londona zəng edir, Mikele ilə danışmağa çalışırdı. Antonioninin xəyanətini bağışlamışdı. Amma düşünürdü ki, o, bir aktrisa kimi rejissorunu satıb və bu düşüncə onu rahat buraxmırdı. Mikeleyə zəng çatmırdı.

Page 13: Film Fiction Magazine №22

12

Aktrisanın valideynlərindən yardım istəməsi isə yalnış bir addım idi. Çünki onlar nəinki Mikeleni sevmir, ümumiyyətlə, kinonun əleyhinə idilər. Mikelancelo isə gözlənilmədən qayıtdı və Monikanı da götürüb Nyu-Yorka “Blow-up” filminin təqdimatına yollandı. Təqdimat zamanı Vitti sakit və xoşbəxt görünsə də, evə qayıdarkən bütün yol boyu ağlamışdı. Mikele, Monikadan göz yaşlarının səbəbini soruşmurdu. Ancaq filmləri haqqında düşünən eqoist rejissor çoxdan idi ki, aktrisanı “görmürdü”.

Özünə bələd biri olan Antonioni, Vittini daha çox incitmək istəmirdi.

Peşmançılığını ondan gizlətməyə çalışırdı. Bəlkə də buna görə onun göz

yaşlarını, əzablarını görməzlikdən gəlirdi. Bütün bunların Monikanı daha çox

üzdüyünü görəndən sonra isə gözlənilməz bir addım atdı. Ona evlənmə

təklifi etdi. O, bu təklifi ömür boyu gözləmişdi. Mikele onun üçün hər şey

etmişdi. Onun həyatını yazmışdı. Bir kişi bir qadın üçün bundan artığını edə

bilməzdi. Onlar bərabər tarix yazmışdılar, birlikdə sənət əsərləri yaratmışdılar. Ən

yaxşı ikili olmuşdular. Bərabər tamamlanmışdılar. Bəs bir qadın və kişi

olaraq bir-birlərinə lazım idilərmi? “Özümüzü niyə aldadırırıq ki, artıq çox

gecdir. Nə o əvvəlki deyil, nə də Mikele” – düşündü Monika… Antonioninin cavab

gözləyən gözlərinə baxaraq dedi: “Bacarmıram… Anlayırsan,

bacarmıram…” Bir qədər fasilədən sonra isə nədənsə əlavə etdi: – “Bəlkə də bir il

sonra…” Bir il sonra isə onlar birdəfəlik ayrıldılar. Romanın iki müxtəlif yerində özlərinə ev aldılar. İllər keçdi… Mikele şedevrlər yaradırdı, Monika isə milyonlar tərəfindən sevilməyə davam edirdi. Pavarottinin konsertlərinin birində görünən aktrisa ayaq üstə alqışlandı. Konsertdən çıxanda isə Vitti rəfiqəsinin qulağına pıçıldadı: “Bilirsən, Mikele məni çağırsa, hər şeyimi atıb ona gedərəm”… Əlli yaşında olmasına baxmayaraq, Vitti müxtəlif janrlı filmlərdə rollar alır, yorulmurdu. Potensialını hərtərəfli açmış, özünü gəlmiş-getmiş ən yaxşılardan biri kimi sübut etmişdi. Artıq sübuta ehtiyacı yox idi. Amma o, nəyisə sübut etməyə çalışırmış kimi təslim olmurdu. Antonioniyə sübut edirdi özünü… 1990-cı ildə Vitti, Antonionin hələ tanışlıqlarının ilk illərində onun üçün yazdığı “Scandalo segreto” pyesini ssenariləşdirib, rejissor kimi ilk filmini çəkdi. Film Kann Film Festivalında nümayiş olundu. Dəvət olunan qonaqlar arasında Antonioni də var idi. Film başa çatandan sonra onlar girişdə təsadüfən rastlaşdılar. Mikelancelonu diabet tamam haldan salmışdı. Qocalmış, cavan həyat yoldaşının qoluna girib zorla yeriyirdi. Titrəyən əli ilə Monikanın üzünə toxunub astadan dedi: “Bu gözəl idi…” Dostlarının əhatəsində olan Vittiyə hər tərəfdən təriflər, təbriklər yağırdı. O isə sanki bunları eşitmirdi. Gözləri ilə həyatının sevgisi olan sevimli Mikeleni yola salırdı…

Page 14: Film Fiction Magazine №22

13

Hit Ledcer MüəllifŞahin Xəlil

ömrəyə daxil olan kimi dəhlizdəcə yaş gödəkçəsini yerə tullayıb, yataq otağına keçərək üzüqoylu çarpayıya yıxıldı. On iki saatlıq fasiləsiz çəkilişdən sonra, demək olar, tükənmişdi. Döşəkağıdan yuyucu tozun xoş ətri duyulurdu. Ətir zəif olsa da, zəhlətökən idi və o, xəstə ciyərlərə daxil olaraq öskürək gətirdi. Heath yatağın kənarına oturub sakitləşməyə çalışdı. Niyə hər bahalı döşəkağı eyni zibil iyi verir? Bu iy əməlli-başlı yatmağa mane olur. Uşaqlığı yadına düşdü. Gecələr süd içib rahat-rahat yatdığı illəri. Onun evi... Yox, o, bu şeyləri unutmalıdır. Onun heç bir evi yoxdur. Uşaq ikən var idi. O da valideynlərinin boşanmasına qədər. Yaxın üç ilə qədər də evi var idi. Bruklində digər evlərə bənzəyən, hər cür bahalı texniki avadanlıqla dolu bir ev. Öskürək isə öz işindədir. Hit yataq otağından çıxıb, özünü qonaq otağına çatdıraraq kresloya yıxılır. Əlləri ilə dərman şüşələrini axtarır. Bir neçə rəngli ağrıkəsici atır və yerini rahatlayır. Həmin tanış ağırlıq bir neçə saniyə sonra bütün bədəninə hakim olacaq. Necə də bezdiricidir... Nyu-Yorka gedən kimi mütləq müalicə olunacaq. Gələn cümə günü Kanadada çəkilişlər başlayır. Hit isə Terriyə söz verib ki, Vankuverə gümrah və sağlam gələcək. Yəqin ki, Terry Gilliam öz birinci həyatında ya sehrbaz olub, ya da şaman. İndi isə rejissor kimi möcüzələr yaradır. Məhz belə bir rejissorun çəkdiyi filmlərdə insan hər şeyi unuda bilər. Məsələn, Bruklindəki evini düşünməmək... Orada qış daha gözəl keçir. Burada – Londondakı kimi zəhlətökən küləkli deyil. Yəqin ki, orada yenə qar yağır. Gecələr işıqforun altında asta-asta yağan qar dənəciklərinə heyranlıqla baxmaq varkən, indi anlayırsan ki, bir daha o şeylər baş verməyəcək. O ev artıq sənin deyil. Orada hansısa xoşbəxt ailə yaşayır.

N

Evə Qayıdış

Page 15: Film Fiction Magazine №22

13 14

İki il öncə də qar yağırdı. Üçaylıq qızı Matildaya baş çəkməyə gələn tibb bacısı xəbərdarlıq

etmişdi ki, hazırlaşsınlar, gecə uzun olacaq; uşaqlar qar yağanda pis yatırlar. ABŞ-ın digər

ucunda isə Oskar laureatlarını açıqlayacaqdılar. Hit Ledcer və Mişel Uilyams səhəri ya ulduz kimi

açacaqdılar, ya da hər zaman olduğu kimi. Amma indi valideyn məsuliyyəti hər şeyi ikinci

plana keçirmişdi. Mişelin gözündən yuxu axırdı, yorğunluq onu haldan salmışdı. Matilda isə heç

cürə yuxuya getmək istəmirdi. Hit uşağı geyindirdi, Mişelin boynundan öpüb, onu

inandırdı ki, gedib rahat yatsın, uşaqla özü məşğul olacaq. Gecə saatları... Küçədə Hit

Ledcer və yavaş-yavaş sürdüyü uşaq arabasında yeni doğulmuş körpəsindən başqa

heç kim yoxdur. Nağıllardakı kimi qar yağır. Ledcer tez-tez telefonunu yoxlayır. Enq Li söz verib ki, mərasimdə (“Oskar”) nəsə olsa, ona bildirəcək. Çox güman ki, Hollivudun sevimli

rejissoru laureatları jurnalistlərdən daha əvvəl biləcək. Təmiz havada gəzinti Matildanı

mürgülədir. Onun bapbalaca burnu qızarıb. Hit fərəhlə qızına tamaşa edir. O, dünyaya

gəlməzdən öncə necə tənha olduğunu düşünür. Matilda onu bu tənhalıqdan xilas edə bilmişdi. O

böyüyəcək, dostları, sevdiyi insanlar, öz həyatı olacaq. Amma onun üçün əvəzolunmaz

insanların başında Heath gələcək. Çünki bir qız üçün atası həmişə hər kəsdən öndə gəlir. Qoy bir

az da böyüsün. Onlar birgə Avstraliyaya gedəcəklər. Daha səkkiz il sonra isə onu öz

oxuduğu məktəbə aparacaq. Düzdür, “Guilford Grammar” oğlanlar məktəbidir və orda Matildanı maraqlandıracaq elə bir şeylər yoxdur, amma o,

mütləq ferma, məktəb həyəti və atların saxlandığı yerləri görməlidir. Bunlar onun

atasının ən əziz xatirələrindəndir. Hit on il əvvəl bu lənətə gəlmiş məktəbdən qaçmışdı. Amma

məktəb ona çox şey öyrətmişdi. Məsələn, rəqs etməyi. Hətta elə gözəl rəqs edirdi ki, məktəbin

rəqs qrupunun kapitanı idi və bu qrup beynəlxalq turnirdə məktəbə birincilik qazandırmışdı. Üç il

sonra isə bu yeniyetmə gənci Hollivud prodüserləri kəşf etmişdilər. Məktəbdə həmçinin

yaxşı at sürməyi öyrənmişdi.

Page 16: Film Fiction Magazine №22

Sonralar, demək olar, at sürdüyü bütün filmlərdə dublyorsuz çəkiləcəkdi. Hər gün

hokkey oynaması isə onu fiziki gücləndirmişdi. Digər aktyorlardan fərqli

olaraq, uzun çəkilişlər zamanı tez yorulmazdı. Məktəb vaxtı kiçik auditoriya önündə rəqs edərkən, tamaşalarda çıxış

edərkən hiss edirdi ki, özündə gizlənən hansısa böyük sirri çözməyə doğru

addımlayır. Sözsüz ki, o vaxtlar ağlına gəlməzdi ki, bir neçə il sonra böyük

aktyorlardan birinə çevriləcək. Ümumiyyətlə, kino aləmində olmağı təsəvvür belə edə bilməzdi. Liderlik

keyfiyyətlərinə görə, ətrafında həmişə insanlar olardı, hər kəs ona yaxın olmaq,

dost olmaq istəyirdi. Onda yuxusuz gecələr və tənhalıq hissi hələ ona tanış

deyildi. Sonradan bunlardan möhkəm əziyyət çəkəcəkdi.

Hər şey valideynlərinin boşanmasından sonra başlamışdı. Boşanma isə ilk

baxışdan xoşbəxt görünən ailələrdə olduğu kimi qəfil və çox sakit şəkildə baş vermişdi. Buna qədər isə hər şey əla idi.

Gözəl evdə yaşayırdılar, şəhər kənarında pikniklər, həyətdə bayramlar, doğum

günləri qeyd edərdilər. Bir gözəl gün isə məlum oldu ki, xəyalpərəst fransız dili

müəlliməsi və bruntal mühəndis tamam fərqli insanlardır və onlar üçün ən doğrusu ayrılıqdır.Boşanma şərtlərindən biri olaraq,

Hit bərabərhüquqlu valideyn himayəsinə verildi. Başqa sözlə desək, onun artıq bir

deyil, iki evi olacaqdı. Hər iki evdə sevilirdi. Məhz həmin ərəfələrdə Hitdə

əsəbilik yarandı; nəsə danışarkən əllərini sürətli şəkildə oynadırdı. Nə qədər içində

çəksə də, heç vaxt valideynlərindən barışmaqlarını istəmədi.

15

Page 17: Film Fiction Magazine №22

16

Page 18: Film Fiction Magazine №22

Əvəzində isə atasının yanında olanda yeni bir əyləncə yaratmışdı. Uğuru hesab etdiyi şeyləri vərəqə yazar, sonra atasına oxuyardı. Atasına isə oğlunun bu özündənrazılığı xoş gəlmədiyindən, onu sərt şəkildə tənqid etməkdən belə çəkinməzdi. Bu, belə bir sətiraltı mənada ata və oğulun dueli idi. Hər ikisi fikrində başqa şeyi tutub, dildə ayrı şeyin mübahisəsini edirdilər. Hit demək istəyirdi ki, “Ata, bax, mən sənə oxşamıram. Mən yaxşı insanam. Sənin kimi oğlunu atmış pis insan olmayacağam”. Atası isə cavab verirdi: “Mənə ağıl öyrətmə! Səni atmamışam. Atsaydım, gələcəyin üçün çalışmazdım”. Belə “duel”lərdən biri məktəbi bitirən günün səhəri baş verdi. Hit teatrda yaratdığı obrazından danışıb, özünü tərifləyirdi. Bibisi qızları ağızlarını açıb, heyranlıqla onu dinləyirdilər. Hit isə bu pərəstişdən məmnun halda davam edirdi. Hə, hansısa rejissor onu bəyənib. Onun serialda çəkilmək şansı var. Atası onun sözünü kəsdi. Dedi ki, aktyorluq kişi sənəti deyil. Əgər Hitə biznes sahəsi maraqlı deyilsə, o zaman heç olmasa özünü idmanda sınasın. Ondan yaxşı hokkeyçi olar. Amma deyəsən, o, avara olmaq istəyir! Atası icazə verməyəcək ki oğlu üzü ilə alver etsin. Dilənçi pulu ilə aktyorluq etsin. Bu dəfə isə atasının sözü yarımçıq qaldı... Hit əsəbi halda otaqdan qaçdı. Evin qapısını çırpıb çıxmazdan əvvəl dedi: “Mənə heç kimin icazəsi lazım deyil. Həyatım öz əlimdədir”.Həmin gün daha bir hadisə məşqçisi ilə yaşandı. O da eynən atasının dediklərini dedi. Hit yaxşı hokkeyçi olar, aktyorluq sənət deyil, belə həyat yaxşı heç nə vəd etmir və s. O, atasından fərqli olaraq, məşqçisinin sözünü sona qədər dinlədi və heç bir şey demədən, sadəcə arxasınca qapını çırparaq cavabını vermiş oldu. Gecə isə dostu Trevor Di Karlo ilə görüşdü. Söhbət uzun çəkdi. Hit, Trevora inandırmağa çalışırdı ki, onlar birgə Sidneyə qədər gedə bilərlər. Orada isə mütləq kastinqlərin birindən keçə, hansısa seriala düşə bilərlər. Bir həftəlik pul da var. Trevor isə dostuna başa salmağa çalışırdı ki, ona burada da yaxşıdır, aktyorluq potensialı isə Hit qədər deyil. Yaxşısı budur, o, tək getsin. Hit dostunun gözlərinin içinə baxaraq dedi: “Yaxşı bilirsən axı, mən tək bacarmaram”. Səhəri günü onlar Sidneyə yola düşdülər. Saata baxdı. Bir saat keçib. Matilda bu qədər soyuqda qalmamalıdır. Uşaq arabasını döndərəndə oyuncaq səs saldı. Hit cəld oyuncağı cibində gizlətdi. Bunu Matildaya xaç atası Ceyk Cilenhal hədiyyə etmişdi.

17

Page 19: Film Fiction Magazine №22

Ceyk, Hitin ilk aktyor dostu olmuşdu Amerikada. Təkcə Ceyk onun Avstraliya xatirələrini dinləməyi sevirdi.Digər aktyor, aktrisalar isə Hitin Avtraliyadan olduğunu eşidən kimi kenquru mövzusunda zarafatlara başlayardılar. Hit

isə onları əmin edərdi ki, Avtraliyanın şəhərlərində kenquru olmur. Yaxşı ki, “Brokeback mountain”

(“Qozbel dağ”) filmində də onun tərəf müqabili elə Ceyk olmuşdu, yoxsa başqası ilə bacarmazdı. Film ekranlara çıxandan elə gün olmurdu ki, Hitə hansısa sərxoş zəng edib, Ceyklə aralarında həqiqətən nəsə olub-olmaması ilə maraqlanmasın. Aktyor onları normal oriyentasiyada olduğuna inandırmaqdan yorulmuşdu. Filmin çəkilişləri

zamanı səhnələrin birində Hitdə heç cür alınmırdı. Ceyk isə gülərək ona demişdi: “Mənə bax və düşün ki, mən

sənin ilk sevgilinəm”. Hit onda ürəkdən gülmüşdü. Çünki Ceyk onun ilk sevgilisi Lizaya heç oxşamırdı.

Lizanı Sidneydə birlikdə çəkildikləri serialdan tanımışdı. Bir neçə xırda roldan sonra isə birbaşa filmin qəhrəmanı şahzadə obrazını canlandıran Hit yavaş-yavaş tanınırdı.

Lizanın 34, Hitin 17 yaşı var idi. Qıza birbaşa efirdə ürəyini açdı: “Qoy bütün Avstraliya bilsin ki, mən Lizanı

sevirəm”. Cavab da özünü çox gözlətmədi. Bu dəfə Liza birbaşa kameralara: “Əgər uşaq istəsəm, doğa bilərəm. Başqasının uşağını qaşıqla yedirtmək, altını təmizləmək istəyim yoxdur”. Hit buna cavab olaraq həmin gecə aktrisanın evinə getdi. Və onlar Liza ilə sevgili oldular. Bir neçə ay sonra isə bu nağıl başa

çatdı. Liza sonrakı müsahibələrində etiraf edirdi ki, Hiti ilk dəfə görər-görməz ona aşiq olmuşdu. Xüsusilə də

səsinə. “Patriot” və “A Knight’s tale” (“Cəngavərin hekayəsi”) filmlərindən sonra Hit artıq dünyada tanınırdı.

Lizadan sonrakı sevgilisi Hiter Qraham ilə münasibətlərini gizlətmirdi. Başgicəlləndirən pullar,

uğur fonunda Hit xoşbəxt görünmürdü. Gözlərindəki yorğunluğu ancaq gözəl təbəssümü gizlədirdi. Verdiyi

müsahibələrdə isə özünü vecsiz kimi göstərirdi. İlk baxışdan elə hiss yaranırdı ki, belə həyat Hitin

ürəyincədir. Amma ürəyində hər kəsdən gizli saxladığı qorxular ona əzab verirdi. Hər yeni filmlə, hər yeni

uğurla bu qorxu bir az daha böyüyürdü. Düşünürdü ki, indi o məşhurdur. Hər şeyi var. Sevilən aktyordur. Bəs

sonra? Bir gün bütün bunlar sona çatacaq və o, çox qorxduğu tənhalığa qayıdacaq. Hə, elə bu cür olacaq.

Digər aktyorlarda da belə olub. Bundan qaçmaq mümkünsüzdür. Qorxuları haqqında Mel Gibsona

danışmışdı.

17 18

Page 20: Film Fiction Magazine №22

Mel onun üçün ata qədər əziz biri idi. Hitin danışdıqlarını Mel diqqətlə dinlədi və sonda dedi: “Oğlum, mənim də belə qorxularım var idi. Amma bilirsən, onları necə yox etdim? Ailəm vasitəsi ilə. Uşaqların, sevdiyin həyat yoldaşın olandan sonra heç bir qorxun qalmayacaq”. Hit ilk dəfə o gün ailə haqqında düşündü... Ailə və uşaqlar. Qəribədir, nə vaxtsa onun da ailəsi, uşaqları olacaq. Hələlik isə bu çox uzaq görünür. Arabanı qapıya sürüb, ehtiyatla Matildanı qucağına aldı. Qızcığaz gözlərini açıb, atasının gözlərini görüb gülümsədi. Mel Gibson haqlı idi. Bu təbəssüm bütün qorxuları yox etməyə qadirdir. Onun sözləri ilə Hit hələ bir il öncə razılaşmışdı. Mişellə birgə metroya düşüb, Bruklindən Manhettenə gedərkən. Əvvəlcə zarafatlaşıb, deyib-gülürdülər, birdən Mişel ciddiləşib dedi ki, Hitdən hamilədir. O, bu xəbəri eşidən kimi ayağa qalxıb, əllərini yelləyərək vaqonun bir başından o biri başına qaçıb qayıtdı. Mişelin yanında oturaraq, əllərini bir-birinə keçirib gözlərini yerə zillədi. Relslərin səsinə qulaq asıb, bir müddət sükutu pozmadı. Qadın əyilib onun üzünə baxaraq soruşdu: “Niyə susursan? Sevinmədin?” Hit Mişeli qucaqlayıb, metrodakı digər sərnişinlərə fikir vermədən onu öpməyə başladı. Bütün vaqon bu xoşbəxtliyi alqışlayırdı... Evin istisi Matildanı elə atasının qucağındaca yuxuya apardı. Hit onu yerinə qoyub otağa qayıtdı. Mişel divanda yatmışdı. Hit onun qaşqabaqlı siması və uşaq dodaqlarına baxırdı. İlk dəfə tanış olduqları gündəki kimi görünürdü. Pilləkənləri qalxarkən rejissor Enq Li soruşmuşdu: “Mişel, sən uşaqlıqda kim olmaq istəyirdin?”. Qız cavab vermişdi: “Ağır çəkili döyüşçü. Mayk Taysona qalib gəlmək istəyirdim”. Qabaqda gedən Hit maraqla çevrilib baxanda qarşısındakı bəstəboy, gözəl bədən quruluşlu və iri, boz gözləri olan qız ona baxırdı. Bu görüşdən əvvəl Hit birgə yaşadığı Naomi Uotts ilə mübahisə etmişdi. Mübahisələri çox olurdu. Bu mübahisələr qab-qacaq sındırmağa qədər uzanar, ehtiraslı sevişmədən sonrakı barışıqla bitərdi. Naomi çılğın təbiətli biri idi. Onu dayandırmaq mümkünsüz idi. Rəfiqələrinə Hit Ledcerin bəyəndiyi qadın tərifini də vermişdi. Həmin qadın sarışın, ondan azı on yaş böyük və hər cür intellektual maraqlardan uzaq biri olmalıdır. Hit bu tərifdən məmnun qalıb gülümsəmişdi: “Əzizim, sən öz portretini çəkdin. Bəlkə səndə dayanım?”. Uotts isə cavabında: “Mən sənin arvadınam. Biz isə bəyəndiyin qadınlardan danışırıq,” – demişdi. Mişel, Naominin çəkdiyi portretdən çox uzaq biri idi. Təkcə sarışın olması xaric. Hitdən bir yaş kiçik, Vonnequt və Dostoyevski heyranı. O, Hitin əvvəlki sevgililəri kimi çəkici gözəlliyə malik qadın deyildi. Əksinə onu heç gözəl də adlandırmaq olmazdı.

19

Page 21: Film Fiction Magazine №22

Nömrəsində ilk dəfə gecələyən Mişeli səhər qapıdan yola salarkən Ceyk onları görmüşdü. Gülümsəyib: – “Həsəd

aparıram,” – demişdi. Onlar fərqli insanlar idilər. Hit daha çılğın və emosional, Mişel isə sakit və anlayışlı. Hit istənilən

rolun öhdəsindən gəlməyi qarşısına məqsəd qoyaraq bacaran, Mişel isə ölçüb-biçən. Amma Mişelin əsas

üstünlüyünü Hit bir il sonra Bruklində birgə yaşayandan sonra anladı. Başa düşdü ki, Mişel onun uzun müddət

arzusunda olduğu qadındır. Onunla heç nədən qorxmur, sakit və rahatdır.

Yatmış arvadını öpmək üçün əyildi. Amma həmin an telefonun işığı yandı. Mişel oyanıb, telefona

baxaraq cəld televizoru açdı. “Ən yaxşı aktyor” nominasiyasında – Heath Ledger, “Ən yaxşı

ikinci dərəcəli aktrisa” nominasiyasında – Michelle Williams”. “Başladı,” – deyə pıçıldadı.

Nömrəyə zəng gəldi. Ledcer çətinliklə kreslodan qalxıb telefonu götürdü: – “Cənab

Ledceri səhər oyatmaq lazımdırmı?”. “Hə, lazımdır. Cənab Ledcer çox pis yatır.

Cənab Ledcer hətta yatmaq üçün rəngli dərmanlar içir, bilirsiniz? Bu dərmanlar isə

ancaq səhərə yaxın 1-2 saatlıq təsir edir. Cənab Ledcer həm də təklikdən qorxur,

ona görə də diplomları dolu olan bir professorun yazdığı bu rəngli zibilləri içir”.

Xəttin o başına bir neçə saniyəlik sükut çökdü. Sonra isə “Cənab Ledcerin başqa bir istəyi var?”

– deyə soruşuldu. Əsəb gəldiyi kimi də keçdi və Hit eyni sakit tərzdə cavab verdi: “Yox, heç nə lazım deyil.

Sadəcə uçuşdan 2 saat əvvəl oyadın, kifayətdir, təşəkkürlər”. Bara yaxınlaşıb viski şüşəsini götürdü.

Deyəsən, ona demişdilər ki, ciyərlərinə görə içki içmək olmaz. Dərmanlarla eyni vaxt içmək isə qəti olmaz. Yoxsa

olar? Yadına sala bilmir. Bu üç il ərzində bütün həkim məsləhətləri ilə Mişel məşğul olurdu. Dərman şüşələrinin

üzərində qəbul saatlarını və digər təlimatları qeyd edirdi. Dərman qutusunda həmişə ideal səliqə olurdu. Evdə olduğu kimi. Mişel onun həyatını da öz kontrolu

altında saxlayırdı. Nəyin harada olmasını əzbər bilirdi. Əlbəttə, başqa cür ola da bilməzdi. Əgər onların

bir evi varsa, demək, bu evin səliqəsinə Mişel cavabdeh idi. Amma ailə həyatındakı rahatlıq

“Oskar” mərasiminin səhəri pozulmağa başladı. Hit laureatlar arasında olmasa da, ona olan maraq bir

günün içində pik həddə çatmışdı. 19 20

Page 22: Film Fiction Magazine №22

Piar menecerləri, prodüserləri onu nə qədər qorumağa çalışsalar da, sırtıq müxbirlər və fanatlarla mübarizə elə də asan deyildi. Ard-arda bir neçə filmdən gələn təkliflər arasında Hit seçim edirdi. Əvvəlcə Bob Dilan haqqında olan filmə çəkiləcəkdi. Çəkiliş zamanı Mişellə bərabər çox sevdikləri İtaliya haqqında arzular quracaqlar. Daha sonra Avstraliyada çəkiləcək növbəti film təklifi gələcək. Gözlənilmədən Hit bu təklifi müsbət qarşılayıb vətəninə yollanacaq. Demək olar, bir il müddətində Mişeldən uzaq qalacaq. Bu ayrılıq isə onların münasibətinə son qoyacaq. Bruklindəki evə qayıtmaq isə onu böyük bir boşluğa atırdı. Gecələri bu boşluqdan xilas olmaq üçün saatlarla yaxınlıqdakı parkları gəzirdi. Bəzən darıxmaq hissi o qədər mümkünsüzə çevrilirdi ki, o, Mişelə zəng vurub qayıtmasını xahiş edir, yalvarır, hədə-qorxu gəlirdi. Bəzən isə bu yalvarışlar hönkürtüyə keçirdi. Mişel bu sonsuz zənglərin hər birinə səbrlə cavab verər, onunla saatlarla danışar, sakitləşdirərdi. Bəzən Mişel danışar, o isə çəkiliş meydançasının bir küncündə qucağında qızı Matildanın oyuncağını sıxmış halda yuxuya gedərdi.Şüşəyə baxdı. Üç saatdan az qalıb. Bir azdan dərmanlar öz təsirini göstərəcək, ona yuxu gələcək. Yox, nəsə etmək lazımdır. Dörd aylıq yuxusuzluq və kəsilməyən öskürək artıq son həddə çatıb. Gilliamla filmi çəkəndən sonra mütləq harasa istirahətə getməlidir. Hara oldu. Bircə Pert (Avstraliya, doğulduğu şəhər) olmasın. Sorğu-suala, təəssüflərə filan ehtiyac yoxdu. Ən yaxşısı İtaliyadır. Yox, nə İtaliya? Hər yerdə Mişellə bağlı xatirələr var. Əlindəki stəkanı stola çırpdı. Lənət şeytana, o, axı necə ailəni dağıda bilərdi? Bizim axı arzusunda olduğumuz evimiz var idi. Sənət haqqında, özünütəsdiq barədə söhbətlərlə özünə haqq qazandırmaq – hamısı yalandır. O, uşaqdır və hələ anlamır ki, təkcə ailədə insan özünü təsdiq edir.

21

Page 23: Film Fiction Magazine №22

Hit hər ikisinin yerinə kifayət qədər qazana bilər, təki bilsin ki, onun bir evi və o evdə yolunu

gözləyən ailəsi var. Bütün bunları o, Mişelə hələ o vaxt, iyulda bağıraraq demişdi. Hətta demişdi

ki, daha çox uşaqlarının olmasını istəyir, Mel Gibsonda olduğu kimi. Amma buna onların vaxtı yoxdu. Mişel ilk dəfə o gün başını qaldırıb onun

bu bağırtılarına qarşılıq – “Melin həyat yoldaşı aktrisa deyil,” – demişdi. Daha danışmaq artıq

idi. Artıq onun evi yox idi. Manhettendə böyük və qırmızı divanı olan, bardeli xatırladan boş bir

mənzili var. Dünyanın ən bahalı otellərində, döşəkağılarından yuyucu tozu qoxan lyuks

nömrələrdə də yaşamaq olar. Amma bunların heç biri ev deyil.

Londonda otelin nömrəsinə zəng gəldi. Altı-yeddinci zəngdən sonra Hit dəstəyi götürüb

onu oyatdığı üçün portyeyə təşəkkür etdi. Aeroport yolunda, soyuq duş və 3-4 stəkan

kofenin köməyilə tam ayılmış halda Nyu-Yorkda keçirəcəyi 5 günü planlaşdırırdı. Onun hələ 28 yaşı var və hər şey o qədər də pis deyil. Onun

çox az olsa da, arada görüşə bildiyi bir qızı var. Onun işi var. Bəlkə Mişellə də barışmaq olar nə

vaxtsa. Tezliklə onun İsveçdəki çəkilişləri bitəcək və Nyu-Yorka qayıdacaq. Əla! Görüşüb

danışarlar. Hər şey də yaxşı olar.Üç gün sonra isə Hit Ledceri Manhettendəki

evində heç kim oyada bilmədi.

21 22

Page 24: Film Fiction Magazine №22

İnanc olmasa, həyat öz mənasını itirər…

TərcüməSamirə Əşrəf

İtalyan neorealizminin əsasını qoyanlardan biri, dünya kinosunda adı Antonioni və Fellini ilə yanaşı çəkilən, aristokrat, marksist, antifaşist hərəkatının üzvü Lukino Viskonti 1906-cı ildə Milanda anadan olub. Viskonti “Rokko və onun qardaşları” (“Rocco e i suoi fratelli”), “İnteryerdə ailə portreti” (“Gruppo di famiglia in un interno”), “Tanrıların məhvi” (“La caduta degli dei”), “Leopard” (“Il Gattopardo”), “Ludviq” (“Ludwig”) kimi məşhur filmlərin rejissoru olub. Viskontinin ölümündən iki il əvvəl verdiyi sonuncu müsahibəsini sizə təqdim edirik.

23

Page 25: Film Fiction Magazine №22

– İnsult keçirdiyiniz gecəni necə xatırlayırsınız? Bəlkə xəstəlikdən əvvəl sağlamlığınız sizə hansısa xəbərdarlıq etmişdi…

– Mən həmişə yaxşı vəziyyətdə olmuşam. Heç vaxt sağlamlığımla bağlı narahatçılığım olmayıb. Hətta məəttəl qalırdım necə olur ki, mən bir dəfə də olsun xəstələnmirəm. Çünki heç vaxt sağlamlığımın qayğısına qalmamışam. Həddindən artıq siqaret çəkirdim. Bəzən bir günə yüz on, yüz iyirimi dənə siqaret çəkirdim. Gecə-gündüz bilmədən işləmişəm. İndi bir çox rejissor kiçik bir epizod çəkən kimi deyir: “İcazənizlə, mən bir neçə dəqiqəlik otağıma çəkilib istirahət edim”. Xeyr, mən belə olmamışam. Hətta prodüserlərim çox vaxt məni qınayırdılar ki, “sən bizə ayaqyoluna getməyə belə imkan vermirsən”.Həmin gün isə biz dostlarla birlikdə “Edem” restoranına dincəlməyə getmişdik. Qəfildən halım dəyişdi. Sonra məni otağa qaldırıb çarpayıya uzatdılar. Daha sonra isə xəstəxanaya apardılar. Ətrafımda baş verən hər şeyi bu gün də tam dəqiqliklə xatırlayıram.

– Bəs xəstəliyinizin ilk anlarında sizi ən çox narahat edən nə oldu?

– Film, film, film… “Ludviq” filmini tamamlaya bilməmək, onu ekrandan izləməmək qorxusu ağlıma gələn ilk fikir oldu. “Ludviq”lə bağlı düşüncələr məni bir an olsun belə rahat buraxmadı. Hətta sizə bir söz də deyim: məhz həmin fikirlər mənə güc verdi ki, xəstəliyimlə mübarizə aparıb ayağa qalxım və filmin çəkilişlərini tamamlayım. Bu səbəbdəndir ki, “Ludviq” mənim ən sevimli filmimdir.

– Yəqin ki, həmin gün sizi təkcə filmlə bağlı fikirlər narahat etməyib… Dostlarınızı, doğmalarınızı, həmkarlarınızı xatılayırdınızmı?

– Hər şeydən əvvəl ciddi bir məqamı qeyd etmək istərdim. Mən doğma insanlarla əhatə olunmuşdum və bunu hiss edirdim. Əgər onlar olmasaydı, nə vəziyyətdə olacağımı təsəvvür belə edə bilmirəm. Xəstəxanada yatdığın müddətdə tərk edilmək çox acınacaqlı haldır. Onlar isə məni bircə dəqiqə də tək qoymurdular. Enriko Medioli bir an da yanımdan çəkilmirdi. Elə bil ki, mənim baxıcım idi. Bəzən ona acıqlanıb deyirdim: “Bura bax, Enriko, əsəblərim hərəkətə keçməmiş buradan yox ol!” Ancaq mən onu da çox gözəl başa düşürdüm. O istəyirdi ki, tezliklə sağalım. Həmin ərəfədə istər İtaliyada, istərsə də dünyanın başqa yerlərində yaşayan dostlarımın mənə olan sədaqətinin və həqiqi sevgisinin şahidi oldum. Alen Delon, Helmut Berqer tez-tez mənə baş çəkirdilər, ikisi də hər cür köməklik etməyə hazır idi.

– Bəs gələ bilməyib məktub yazan və ya teleqram göndərənlər oldumu?

– Əlbəttə. Cozef Luiz, Marlen Ditrix, Bert Lankaster, hətta Mariya Kallas belə mənə məktub göndərmişdi. Ancaq ən yaddaqalan sözləri Marlen yazmışdı. O, mənə məktubla birgə özünün iri bir şəklini göndərmişdi. Fotonun altından isə belə yazmışdı: “Həmişə səni düşünürəm”.

24

Page 26: Film Fiction Magazine №22

25

– Lukino, siz inanclı insansınız? Allaha inanırsınızmı?

– Bəli, həmişə inanmışam. Lap uşaqlıqdan. Mən katolik tərbiyəsi almışam. Ancaq heç vaxt katolik olmamışam. Buna baxmayaraq, Allaha inanıram. Həmişə hansısa sirli qüvvənin kainatın üzərində dolaşdığına əmin olmuşam. Çünki inanc olmasa, həyat öz mənasını itirər. Səncə, də bu belə deyil? İnsan nəyəsə inanmalıdır axı…

– Siz həm də kommunistsiniz. Kommunistlərlə yaxınlaşmağınız, onlarla dostluğunuz necə baş tutdu? Axı siz varlı, aristokrat, atları və bahalı əşyaları sevən adamsınız…

– Bəli, bu doğrudur. Mən varlı və aristokrat ailəyə mənsubam. Atam imkanlı və əsilzadə idi, teatrı və musiqini çox sevirdi. O, bizi öz dünyagörüşü ilə tərbiyə edirdi. Bizdə teatra, mütaliəyə, incəsənətə hər cəhətdən maraq

oyatmağa çalışırdı. Milanda yerləşən “La skala” teatırını babamdan sonra uzun illər atam maliyyələşdirirdi. Anam da eynilə onun kimi incəsənəti çox sevirdi. Amma onda bahalı yaşayış tərzinə, bər-bəzəyə maraq çox idi. Buna baxmayaraq, anam hər gün bizim tərbiyəmizin və təhsilimizin qayğısına qalırdı. Mənim violonçeldə ifa etməyim məhz onun təkidi ilə olmuşdu. Yəni biz başqa aristokrat ailələr kimi vaxtımızı boş və mənasız yerə keçirməmişik.

– “Mübtəla olmaq” (“Ossessione”) filminin çəkilişləri üçün kommunistlərdən maliyyə yardımı aldığınız doğrudurmu?

– Əlbəttə, doğrudur.

– Film necə qarşılanmışdı?

– Film nümayiş olunan zaman zalın ən qaranlıq yerində əyləşmişdim.

“Allaha inanıram. Həmişə hansısa sirli qüvvənin kainatın üzərində dolaşdığına əmin olmuşam. Çünki inanc olmasa, həyat öz mənasını itirər. Səncə, də bu belə deyil?”

Page 27: Film Fiction Magazine №22

26

Mən bahalı kürkə bürünüb filmə baxan qadınların utanaraq qıcıqlandıqlarını və bunu gizlətmədən “necə də iyrəncdir” sözlərini eşidirdim. Ancaq onlar ağıllarına belə gətirə bilməzdilər ki, həmin filmi çəkmək üçün mən anamın bahalı zinət əşyalarını satmışam.

– Sizi həm də özünüzü ispan qrandı kimi aparmaqda günahlandırırlar. Prodüserləri talamaqda heç də Fellinidən geri qalmadığınız haqqında da xəbərlər gəzir…

– Bu sözlər əfsanədir. Əlbəttə, mən tələbkar insanam, film üçün nə lazımsa, onu etməyə çalışıram. O ki qaldı, Fellini haqqında deyilənlərə, hesab edirəm ki, o, elə dedikləri kimi də davranır. Yeri gəlmişkən, Fellini indi nə işlə məşğuldur, nə danışır?

– Fellini deyir ki, kinonun yaranması sanki dünyanın yaranmasına bənzəyir. Heç kim kinonun necə yaranması, neçəyə başa gəlməsi haqqında heç nə bilmədiyindən, onun üçün də bu qəbildən olan məsələlərin heç bir fərqi yoxdu.

– O, bunu yaxşı deyib. Lakin insanlar müxtəlifdirlər. Mən həddindən artıq tələbkar və ciddi adamam. İş prosesində isə bütün hakimiyyət yalnız mənim əlimdə olur.

– Fellini ilə münasibətiniz nə yerdədir?

– Yaxşıdır… Bizim dost olmamağımız söz-söhbətdən başqa bir şey deyil. O, mənə həmişə heyranlıq hissi aşılayıb.

Page 28: Film Fiction Magazine №22

27

Fellini kinematoqrafiyanın nəhəngidir. Əgər bir insan dahidirsə, onu dahi kimi də qəbul etmək lazımdır.

– “Ludviq” filmindən başqa daha hansı filminizi bəyənirsiniz?

– “Torpaq titrəyir” (“La terra trema”), “Rokko və onun qardaşları” (“Rocco e i suoi fratelli”). Həmin filmlərdə sosial çağırışlar daha çoxdur.

– Bəs teatrda?

– Teatrda vəziyyət bir az başqa cürdür. Orada baş verən hər şey ancaq yaddaşlarda qalır. Bunun belə olması bəlkə də daha yaxşıdır. Təsəvvür edirsinizmi, bir gecədə baş verən bütün əhvalatlar, emosiyalar pərdə enən kimi yaddaşlara köçür və orada yaşayır.

– Layihələriniz içərisində ən bahalı olanı hansıdır? Tomas Mannın “Sehrli dağlar” romanını ekranlaşdırdıqdan sonra kino karyeranızı dayandırmaq fikri hələ də aktualdır?

– Hesab edirəm ki, hə. Tomas Mannın oğlu da artıq romanın ekranlaşdırılmasına icazə verir. Lakin mən hələ film çəkməyə hazır deyiləm. Mənə yüksəkliyə, dağlara çıxmaq olmaz. Ancaq bütün hallarda ilk olaraq “İnteryerdə ailə portreti”, ardınca isə “Sehrli dağlar” filmini çəkməyi planlaşdırıram. Bu düşüncə həmişə məni yaşamağa və işləməyə ilhamlandırır.

Page 29: Film Fiction Magazine №22

– Nə üçün məhz həmin fikir sizi həmişə ilhamlandırıb? Nədir bunun səbəbi?

– Xəstəlik müddətində mən Tomas Mannın bu əsərinin şedevr olduğuna bir daha əmin oldum. Çünki indi mən xəstəxananın necə yer olduğunu yaxşı bilirəm. Əvvəllər isə bu haqda bilmirdim. Ən maraqlı təsadüf isə ondan ibarətdir ki, mən Tomas Mannın Sürixdə yatdığı və həyata gözlərini yumduğu xəstəxanada yatmışam. Nəyə görəsə bu faktı bütün xəstəxana heyəti məndən gizlin saxlamağa çalışırdı. Bir dəfə yanıma bir professor gəldi. Mən ondan soruşdum ki, “Tomas Mann bu xəstəxanada ölüb?” O mənə dedi ki, “Burada bu haqda danışmırlar. Lakin bu barədə siz soruşursunuzsa, bəli, o, burada vəfat edibdir. Mən hələ də başa düşmürəm ki, onlar niyə bu xəbəri məndən gizlədirdilər. Bəlkə də buna səbəb onun məhz mənim yatdığım otaqda keçinməsi idi. Bilmirəm… Ölümündən əvvəl Tomas Mann İsveçrəyə dağlara dincəlməyə getmişdi. Axşam tərəfi arvadı onu xəstəxanaya gətirir. Onun ayaqlarında dəhşətli ağrılar başlayıbmış. Elə güman ediblər ki, bu, flebit xəstəliyindəndir. Həkimlər onu dərhal xəstəxana qeydiyyatına salıblar. Elə həmin gecə də o, dünyasını dəyişib. Ölümündən əvvəl isə Mann arvadına deyib ki, “Eynəyimi və kitabımı çarpayının yaxınlığına qoy. Kim bilir, bəlkə gecə oyanıb mütaliə etməli oldum”. Bu onun sonuncu sözləri olub. Ertəsi gün onu cansız bədən görüblər. Sizcə, bu həddindən artıq kədərli deyil? Adi bir flebit insanların, üstəlik Tomas Mann kimi insanların erkən ölümünə səbəb olur. Bu, çox… çox kədərlidir. Sonsuz dərəcədə qüssəlidir...

28

Page 30: Film Fiction Magazine №22

Tanrı olmaq çətindirAleksey German

MüəllifŞahin Xəlil

ir neçə müddətdir ki, kino gündəmini rejissor Robet Rodrigez (Robert Rodriguez) və aktyor Con Malkoviçin (John Malkovich) birgə işi olacaq “100 years” (“100 il”) adlanan film layihəsi zəbt edib. Əgər bu layihə reallaşsa, bunu heç birimiz görməyəcəyik, çünki film 100 il sonra nümayiş etdiriləcək. Tarixdə buna oxşar bir təcrübə – daha bir film var ki, onun üzərində 45 il işlənilib. Struqatski qardaşları 1964-cü ildə “Tanrı olmaq çətindir” adlı elmi-fantastik povest yazdılar. Əsərdə hadisələr gələcəkdə bir planetdə cərəyan edir. Arkanar adlanan dövlətdə sivilizasiya Yer planetinin orta əsrlərini xatırladır. Oradakı əhalinin inkişafını müşahidə edənlər arasında Yerdən olan eksperimental tarixi öyrənən əməkdaşlar var. Don Rumata adlı xeyirxah aristokrat da Yer planetindəndir, o, Arkanar planeti üçün tanrı hesab edilir. Həmin il Aleksey German bu povesti ekranlaşdırmaq üçün Struqatskilərlə görüşür. Beləliklə, 1968-ci ildə Boris Struqatski ilə birgə German çəkməyi planlaşdırdığı filmin ilk ssenarisi yazır. Ssenari “Qoskino” tərəfindən əvvəlcə müsbət qəbul edilir. Arkanar dünyanın hazırkı durumudur, Don Rumata isə əsl kommunist ruhlu xeyirxah biri olaraq bu planetdə inkişafa nail olmağa çalışır. Elə həmin ilin 20 avqustunda ssenari üzərində dəyişiklik edilir. 21 avqustda isə German gələcək həyat yoldaşı Svetlana Karmalita ilə tanış oldu (Düz 32 il sonra onlar birlikdə Çexiyaya haqqında danışdığımız filmi çəkməyə gedəcəkdilər). Həyatın ironiyasımı deyək – 21 avqust daha bir hadisə ilə yadda qaldı: Sovet tankları Praqaya daxil oldu. Və Germana gələn teleqram: “Bu filmi unut. Biz belə filmə razılıq verə bilmərik”. “Uydurma Arkanar dövləti SSRİ-ni xatırladırdı, bəlkə də ona görə belə paradoks yaranmışdı” – Germanın oğlu xatırlayır.1989-cu ildə Qərbi Almaniyadan bir rejissor eyniadlı əsəri ekranlaşdırır. Olduqca zəif alınan bu filmin çəkilməsi Germana çox pis təsir edir (German həmin filmin çəkilişində olub, alman rejissora işbirliyi də təklif edib. Amma Peter Fleischmann bu təklifi rədd edib). Rejissora təklif edirlər ki, o da öz versiyasını çəksin. Təbii ki, senzuradan keçə bilsə. Əvvəlcə razı olan German, daha sonra “Tanrı olmaq, doğrudan da, çox çətindir” – deyərək, yazdığı 3-4 səhifəlik yeni ssenarini yarımçıq qoyur.1999-cu ildə isə rejissor tam yeni ssenari ilə filmin çəkilişlərinə start verir. Film tamamlanmadan operator Vladimir İlin xərçəng xəstəliyindən dünyasını dəyişir. Onu digər dahi operator Yuriy Klimenko əvəzləyir (Yeri gəlmişkən, hər iki operatorun özünəməxsus fəndlərinə heyran olmamaq mümkün deyil). 2006-cı ildə filmin çəkilişləri tamamlanır və “post production” mərhələsinə keçir. 2008-ci ildə filmin “qaralama” versiyasına (səs yazılışı olmadan) baxış olur. O zaman filmin adı “Arkanar soyqırımının xronikası” idi.

29

B

Page 31: Film Fiction Magazine №22

2012-ci ildə Karlovı Varı festivalında “Tanrı olmaq çətindir” adı altında filmin çəkilişləri haqqında sənədli film nümayiş etdirilir. 2013-cü ilin fevralında German dünyasını dəyişir. Filmi onun oğlu və həyat yoldaşı tamamlayır. Həmin ilin noyabrında Roma festivalında “Tanrı olmaq çətindir” filmi, nəhayət ki, nümayiş etdirilir. “45 illik layihə” deyə biləcəyimiz film əsl dərs vəsaitidir və bunu çəkinmədən deyirəm, bütün iyrənc, ürəkbulandırıcı səhnələrə baxmayaraq, kino tarixinin şah əsərlərindən biridir. Boris Struqatskiyə filmi izləmək nəsib olmasa da, 2011-ci ildə verdiyi müsahibəsində: “Mən ssenarinin son variantı ilə tanış deyiləm, amma əminəm ki, German möhtəşəm bir film çəkib” – demişdi. Filmi izləyənlərdən biri Umberto Ekonun da fikri maraqlıdır: “Germandan sonra Tarantino filmləri mənə “Disney” multfilmləri kimi gəlir”. Film birmənalı qarşılanmadı. Kino-tənqidçilərdən bəziləri filmi “trash” adlandırmaqdan belə çəkinmədilər. Bəziləri isə filmi ayaq üstə alqışladılar. Aleksey Germanın həyatının layihəsi olan filmi izləmədən öncə mütləq eyniadlı əsəri oxuyun. Çünki German, filmi öyrəşdiyimiz kino dilində deyil, tamam fərqli biçimdə lentə alıb. Əsərin sonluğunu belə dəyişdirib. Etiraf edim ki, bu sonluq əsərlə müqayisədə daha məntiqlidir.

30

Page 32: Film Fiction Magazine №22

TərcüməSamirə ƏşrəfLARİSA

ŞEPİTKO

Vanqadan ölüm xəbərini alan rejissor

31

Page 33: Film Fiction Magazine №22

arisa Şepitko 1938-ci il yanvarın 6-da Ukraynanın Artemov şəhərində dünyaya gəlib. Atası əslən fars idi və uzun müddət hərb sahəsində fəaliyyət göstərmişdi. Anası isə orta məktəb müəlliməsi idi. Bir müddət sonra Larisanın atası ilə anası ayrılırlar. İki qız və bir oğlunu təkbaşına böyütməyə məcbur olan ananın çətinliklərini görən Larisa onları tərk etdiyi üçün atasını bağışlamır və onunla ömrünün sonuna qədər heç vaxt görüşmür. Orta məktəbi Lvov şəhərində bitirən Larisa tezliklə Moskvaya gəlib sənədlərini Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə verir, 1955-ci ildə tələbə adını qazanır və yaşamaq üçün yerli yataqxanalardan birində məskunlaşır. Nədənsə sonralar onun haqqında yüksək təbəqədən olan insanlarla qohumluq əlaqələrinin olması barədə şayiələr gəzsə də, həmin insanların kim olması heç vaxt məlum olmur. Haqqında gəzən söz-söhbətlərə baxmayaraq, onu yaxından tanıyanların dediyinə görə, Larisa özünü çox ciddi, sadə və əsl əyalət adamı kimi aparırdı. Universitetdə Larisa ən cazibədar qızlardan biri hesab olunurdu. Müəllim və tələbələr onun qulluğunda durmaqdan ötrü canfəşanlıq etsələr də, o, onların heç birinə əhəmiyyət vermirdi. Larisanın rejissor kimi ilk işi Çingiz Aytmatovun “Dəvə gözü” povesti əsasında çəkilmiş “Bürkü” (“Зной”) filmi olur. Həmin filmi o, 1962-ci ildə Qırğızıstanın çöllərində lentə alır. Deyilənlərə görə, həmin filmin çəkilişləri zamanı onun səhhətində ciddi narahatlıqar yaranır. Onsuz da arıq və solğun görünən rejissor çəkiliş zamanı daha da əldən düşür. İsti, susuzluq və tozlu hava şəraiti onu xəstələndirir. Film bitən kimi Larisa birbaşa xəstəxanaya gedir. Elə xəstəxanada yatdığı müddətdə o, gələcək həyat yoldaşı olacaq rejissorluq fakültəsinin tələbəsi Elem Klimovla yaxından tanış olur. Klimovun sözlərinə görə, Larisanı hələ universitetdə ilk gördüyü vaxtlardan ona aşiq olsa da, qız onun sevgi məktublarını kobud şəkildə rədd edirdi.

Uğurlar və qadağalar...L

31 32

Page 34: Film Fiction Magazine №22

33

Sonralar isə onlar bir-birlərini görmürlər. Lakin filmin çəkilişlərinin sonunda yaranan çətinlikləri aradan qaldırmaq üçün Larisanın dadına məhz Klimov çatır. Elə həmin ərəfədə də onların sevgi münasibəti başlanır. 1963-cü ilin qışında isə Klimov Larisaya evlənmək təklifi edir. Təklifinə nə cavab verəcəyini gözləyərkən Larisa ondan soruşur: – “Sən məni sıxışdırmayacaqsan? Axı biz ikimiz də rejissoruq”. Klimov isə ona sənəti ilə bağlı heç bir qadağa, məhdudiyyət qoymayacağına söz verir.

“Bürkü” filmi rejissorun ilk işi kimi çox böyük uğur qazanır. Şepitko 1964-cü ildə Sankt-Peterburq və Karlovı Varı şəhərlərində keçirilən ən yüksək beynəlxalq mükafatlarla təltif olunur. Daha sonra o, “qırğız kinosunun ustası” adına da layiq görülür. Onun növbəti filmi 1965-ci ildə çəkdiyi “Qanadlar” (“Крылья”) filmi olur. Film qırx yaşlı, müharibədə iştirak etmiş təyyarəçi Nadejda Petruxinadan bəhs edir. Həqiqət tərəfdarı olan həmin qadını öz qızı və dostları dalana sıxışdırırlar. “Qanadlar” filminin ekranlara çıxması üçün müəyyən senzuralar qoyulsa da, sonradan film rus kinematoqrafiyasının ən yaxşı filmləri siyahısında yer tutur. Baş rolun ifaçısı aktrisa Maya Bulkakovanın filmoqrafiyasında isə önəmli filmlərdən biri olur.

Elem Klimovla kəsişən yollar...

1970-ci ildə Larisa Şepitko Qennadi Şpalikovun ssenarisi əsasında “Sən və mən” (“Ты и я”) filminin çəkilişlərinə başlayır. Çəkilişlər bitən kimi filmin müəyyən hissələri bir çox yüksək rütbəli məmurların narazılığına səbəb olduğundan “qayçılanır”. Lakin tənqidçilərin sözlərinə görə, “Güzgü” (“Зеркало”) filmi Tarkovskinin yaradıcılığında nə dərəcədə önəmli yer tutursa, “Sən və mən” filmi də Larisa Şepitkonun yaradıcılığında o qədər əhəmiyyət kəsb edir.Həyat yoldaşı rejissor Elem Klimovla iş birliyinə o, 70-ci illərin əvvəllərindən başlayır. Bir neçə filmində aktrisa kimi də özünü sınayır. Larisa Şepitkonun ailə dolanışığı o qədər də ürəkaçan olmayıb. O, həmişə pul sarıdan korluq çəkib. Filmlərinin çəkilişi bitdikdən sonra bütün heyətlə birlikdə veriləcək qonararı gözləməli olub. 1973-cü ildə Klimov, nəhayət ki, Qriqori Rasputinin həyatından bəhs edən filmin çəkilişlərini başlamaq üçün icazə alır. Lakin film ilk baxışdan sonra dərhal dayandırılır və ləğv edilir.

Page 35: Film Fiction Magazine №22

34

Elə həmin ərəfələrdə Larisa otuz beş yaşında ana olmaq qərarına gəlir. Hamiləliyinin ilk günlərində o, evinin dəhlizində sürüşərək yıxılır və başı istilik sisteminin dəmirinə dəyir. Onu beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya aparırlar. Lakin sonradan məlum olur ki, onurğasında da güclü zədələnmə olub. Oğlu Antonun doğulduğu günə qədər yataq şəraitində olan rejissor bir müddət yaradıcılıqdan uzaqlaşmalı olur. 1974-cü ildə Larisa Şepitko əməkdar incəsənət xadimi adı ilə təltif olunur. 1975-ci ildə o, yenidən kino yaradıcılığına geri dönür.

1976-cı ildə ona ən çox məşhurluq gətirən “Qalxma” (“Восхождение”) filminin çəkilişlərini bitirir. Müharibənin ağrı-acılarından, insanların mənəvi aləmindən bəhs edən film rejissora həm ölkə daxilində, həm də beynəlxalq kino aləmində çox böyük uğurlar qazandırır. O, “Berlin” film festivalında “Qızıl ayı” mükafatına layiq görülür.Elem Klimov xatirələrində qeyd edir: “Həmin filmdən sonra Larisa çox məşhurlaşır. O ərəfədə isə mənim”Get və bax” (“Иди и смотри”) filmimə müəyyən qadağalar tətbiq edilirdi. Larisadan fərqli olaraq, mən daima fikirli və psixolji gərgin idim. O, tez-tez başqa ölkələrə səfər edirdi. Təriflər onu yağış kimi qarşılayırdı. Mənim daxilimdə qısqanclıq qorxusu yaranmışdı – birdən kimsə onu məndən alar.

Ana olmaq uğrunda mübarizə...

Page 36: Film Fiction Magazine №22

Ölüm çox yaxındadır...

Bilirdim ki, bu mümkün deyil, amma yenə də özümlə bacarmırdım. Elə həmin vaxtlar da bizim münasibətlərimizdə müəyyən gərginliklər yaşandı. Hətta mən bir müddət evdən çıxıb getdim. O, elə bilirdi ki, mənim başqa bir qadınım var və onunla yaşayıram. Əslində isə mən dostum Viktor Merejkonun evində yaşayırdım. Bu barədə isə Larisa bilmədi. Nədənsə sonralar mən də heç nə demədim. Mən öz hisslərimi qaydasına salana qədər o, səbr və müdrikliklə gözlədi”.

Həmin filmdən sonra Larisada qeyri-adi fikirlər baş qaldırır. Bir çox yaxınları onun həmişə fikirli və kədərli olduğunu qeyd edirlər. O, özündə hansısa mistik qüvvənin formalaşdığını hesab edirmiş. Və bu mistikanı filmlə də əlaqələndirmək istəyir. 1979-cu ildə o, yeni filminin çəkilişlərinə başlamağa qərar verir. Lakin çəkilişlərdən əvvəl o, falçı Vanqanın yanına getmək istəyir. Sonuncu müsahibələrinin birində “Ölüm çox yaxındadır”

ifadəsini işlədən Larisanı Vanqanın yanına getməyə məcbur edən də həyatının sonuna dair bilmək istədikləri olur. Beləliklə, o, ən yaxın rəfiqəsini dilə tutaraq Vanqanın qəbuluna yazılır. Vanqa ona ölümünün yaxın olduğunu deyir. Dəqiq tarix açıqlamasa da, 1979-cu ilin yayının onun üçün çox təhlükəli olacağını, açar olaraq isə “yay” və “avtomobil” sözlərini qeyd edir. Ən maraqlısı isə Larisanın baxıcının sözlərinə zərrə qədər də təəccüblənməməsi olur. Vanqanın yanından çıxan kimi Larisa rəfiqəsi ilə birbaşa kilsəyə gedir və orada ona and içdirir ki, ölümündən sonra yeganə oğlu Antonu heç vaxt tək buraxmayıb, onun qayğısına qalacaq. 2 iyul 1979-cu ildə sübh tezdən Elem Klimov dəhşətli qışqırıqla yuxudan oyanır. O, yuxusunda arvadının qara “Volqa” markalı avtomobildə qəzaya düşdüyünü görür. Elə həmin saatlarda Larisa Şepitkonun çəkiliş qrupu ilə əyləşdiyi qara “Volqa” yük maşını ilə toqquşur. Başından zərbə alan rejissor həyatını itirir. Onun ölümündən sonra Elem Klimov Larisanın yarımçıq qalmış “Matera” filmini tamamlayır. Daha sonra isə Larisaya həsr olunmuş “Əlvida” (“Прощание”) filmini çəkib bitirir.

35

Page 37: Film Fiction Magazine №22

İŞIQLA ÇƏKİRƏM

5 fb.com/isiqlacekirem

Page 38: Film Fiction Magazine №22

İZABELLAROSSELLİNİ

müsahibə

– On dörd il “Lancome”-in siması olmusunuz. Bu necə bir şey idi?

– Əla idi. Amma hər kəsin dediyi kimi – gözəlliyinlə yaxşı pul qazanmaq, dəbdəbəli həyat yaşamaq və məşhur olmaq – əsas bu deyil. Ən böyük üstünlük dünyanın hər yerində sayı-hesabı olmayan tanışlıqlardır. Elə olurdu ki, bir günün içində yüzə yaxın pərəstişkarla görüşüb, danışırdım. Bu ani görüşlər on saniyədən çox çəkməsə də, emosiyalarla zəngin olurdu. Çox maraqlıdır ki, Tayvan və İndoneziya kimi ölkələrdə səni təkcə kosmetika siması olaraq tanımırdılar. Mənə deyirdilər ki, “Sizin xarici görünüşünüzü daxiliniz gözəlləşdirir”. Hətta Tayvanda insanlar diz çökərək əlimdən öpürdülər. Pərəstişkarların nələrə qadir olması insanı təəccübləndirir. Onlar üçün sən sıradan biri deyilsən. Bu görüşlərdən sonra mən çox bədbinləşirdim. Yeganə həmsöhbətim isə Paloma Pikasso idi. O da kosmetika işində olduğundan, məni gözəl anlayırdı. Biz evə qayıdıb, bütün bu emosional yüklənmələr səbəbi ilə hönkürüb ağlayırdıq.

Sizin xarici görünüşünüzü

daxiliniz gözəlləşdirir

TərcüməŞahin Xəlil

37

Page 39: Film Fiction Magazine №22

– Siz Linçin “Blue Velvet” (“Göy məxmər”) filmində Doroti obrazını canlandırmısınız. Həmin obraz sizə bənzəmirdi.

– “Blue Velvet” – soyunduğum yeganə filmdir. Bu film alçaqlıq və seksual zorakılığa dözmək məcburiyyətində qalan qadın haqqındadır. Devid Linç (David Lynch) istəmirdi ki, obrazımın seksual mahiyyəti olsun. Xarakter olaraq obraz tamaşaçını qorxutmalı və həyəcanlandırmalı idi. Vyetnamlı qızın bombardmandan qaçışı zamanı çəkilmiş məşhur fotodan çox təsirlənmişdim. Mən bu zorakılığı, qəddarlığı, qorxunu göstərməli və eyni zamanda seksual görünməli idim. Pəhriz saxlamırdım. Maraqlanmırdım ki, məni necə çəkəcək. Bir parça ət kimi görünmək istəyirdim.

– Bu, etiraz idi? Siz cazibədarlıq aləti kimi görünməkdən bezmiş və bu obrazı qırmaq istəyirdiniz?

– Düzünü desəm, məni gözəl hesab edənlərə hər zaman təəccüblənmişəm. Elə düşünmüşəm ki, nə vaxtsa biri çıxıb məşhur “gözəlliyimin” sirrini açacaq və məni biznesdən kənarlaşdıracaqlar. Hər növbəti tanışlıqda qorxdurdum ki, insanlar məndə yanılacaqlar.

– Yaratdığınız idealla yaşamağın çətinləşdiyini hiss edirsiniz?

– Bəli.

– Və onu “Blue Velvet” filmi ilə məhv etmək istədiniz?

– Xeyr. Mən “Blue Velvet”-də ssenarini bəyəndiyim üçün çəkildim. Mən italyanam və aqressiv italyan maçoları arasında böyümüşəm. İsveç əsilli olduğuma görə, italyanlar üçün həmişə “gəlmə” təsiri bağışlamışam. İndi təsəvvür edin, mən gənc ikən nələr çəkmişəm. Ona görə mən filmdə yaradacağım obrazı gözəl anlayırdım.

– “Vogue” jurnalının üz qabığında tez-tez göründükdən sonra isə şübhəniz qalmadı: “Tanrım, sadəcə gözəl varlıq olaraq qəbul edilməkdən bezdim!”

– Şübhə var idi. Daxilim məni yalançı olmaqda günahlandırırdı. Amma bunun dözülməz olduğunu deməyəcəyəm. “Lancome”-in müqaviləyə xitam verməsi məni dərindən yaraladı. On dörd illik birgə iş, müsbət rəylər, əla satış göstəriciləri məni az qala düşünməyə vadar edirdi ki, mən qırx yaşa qədər qadın tabusunu qırmışam. Qadın yalnız qırx yaşa qədər gözəl ola bilər – gözəlliyə necə də iyrənc yanaşmadır!

– Necə düşünürsüz, bu fikir haradan qaynaqlanır?

– Yəqin ki, küçədən. Bunu hər jurnal göstərir: “Vogue” və ya “Harper’s Baazar”-da siz qırx yaşında bir qadın görə bilməzsiniz. Sözsüz ki, əgər “Oskar”a nominant olmayıbsa. Məşhur nəşrlərdə nadir hallarda fərqli görünüşlü qadın, Asiya modelləri görmək olar. Amma ümidvaram ki, mən bir qədər bu şeyləri dəyişə bilmişəm.

38

Page 40: Film Fiction Magazine №22

– Uşaqlığınıza qayıdaq. Ananız İngrid Bergman dünyanın ən gözəl qadınlarından biri hesab edilir.

– Hər şey bu qədər sadə deyil. İnsanlar sənə gözəl olduğunu ancaq ulduz olduqdan sonra deyirlər. Onlar ilk dəfə Hollivuda gələndə prodüser Devid Selznik ona baxıb demişdi: “Qaşlarınızı düzəltmək lazımdır. Yəqin ki, bir qədər də dişlərinizi”. Anam dəhşət içində idi, amma cavab verməyə özündə güc tapmışdı: “Əgər sizi qane etmirəmsə, niyə məni İsveçdən bura çağırmısınız? Mən geri qayıdıram!” Selznik isə onun cavabına heyran olmuşdu. Hollivudda təbii gözəllik, demək olar, yox idi.

– Bəs sizin üçün gözəllik nədir?

– Gözəllik haqqında danışanda ilk olaraq ağlıma cazibədarlıq gəlir. Bir insana bağlanıramsa, onu gözəl hesab edirəm.

– Sizcə, gözəllik imtiyazdır?

– Əlbəttə. İnsan qarşısında eyni zamanda bir neçə qapı açan böyük imtiyazdır.

– Bəlkə lənət?

– Bilmirəm. Ona demokratiklik qatmaq üçün “hə” deyərdim. Amma belə düşünmürəm. Mənim üçün gözəllik təsvirolunmaz üstünlük deməkdir.

“Bir insana bağlanıramsa, onu gözəl hesab edirəm.”

39

Page 41: Film Fiction Magazine №22

39 40

Page 42: Film Fiction Magazine №22

41

Evli qadını sevən və heç vaxt evlənməyən azərbaycanlı rejissor

…İçindənKommunist küçəsinə çıxan təəccübüm,oğrularından qorxan cibim,ölüm ayağındadır indiBiçarə şəhər,İçəri şəhər...

ArifBabayev

MüəllifLeyla Əliyeva

Tənha intellektual

O, doğulub-böyüdüyü biçarə şəhərin son günlərini lentə köçürə bilmişdi. Çəkdiyi filmlərə İçərişəhərin ruhunu, insanlarını, daşlarını həkk etmişdi. İndi ölüm ayağında olan İçərişəhər onun əbədi muzası idi. 15 il Bakının müxtəlif yerlərində kirayədə yaşamışdı. Xalq yazıçısı Anarın dediyi kimi, harada qalmasından asılı olmayaraq, Arif Babayev hansısa mənzildə, evdə deyil, elə Bakıda yaşayırdı. Bakının hər küçəsi, hər tini onun evi idi. Ailə qurmamışdı, övladı yox idi, amma 54 illik qısa ömrünə 9 film sığdıra bilmişdi. Arif Babayev bu dünyaya kino üçün gəlmişdi. Gəlmişdi ki, “Uşaqlığın son gecəsi”ni, “Gün keçdi”ni, “Bizi bağışlayın”ı çəksin, həmişə darıxsın və desin: “Dəlisov şeydir kino. Çətinliklərim çox oldu. Hamısını otağımda tək həll elədim. Nə isə, yaşasın həyat!”

Sən, ey uşaqlıq… Arif Babayev 1928-ci ilin avqustunda İçərişəhərdə, Şirvanşahlar sarayının yanındakı ata mülkündə doğulub. Köklü içərişəhərli olub. Anası Səriyyə xanım evdar qadın imiş. Dövrünün məşhur tacirlərindən olan ana babası Zeynal kişi simic olduğundan, hamı ona “cuhud Zeynal” deyərmiş. İçərişəhərdə 6-7 mülkü olan atası Hacıağa kişi müharibəyə qədər Partiya Təşkilatının rəhbəri, müharibədən sonra isə bir neçə bazarda müdir kimi çalışır. Ailədə incəsənət adamı olmasa da, Səriyyə xanım gözəl qarmon çalarmış.

Page 43: Film Fiction Magazine №22

1953-cü ildə o, İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirir. İlk illər Naxçıvandakı Uşaq Gənclər Teatrında işləyir. Daha sonra Ağəli Dadaşovun köməkliyi ilə Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayır. 1956-cı ildə Rauf Kazımovskinin dəvəti ilə dövlət televiziyasına gəlir. Uzun illər televiziyada bir-birindən maraqlı layihələr, verilişlər hazırlayır. Amma Arifin kinoya marağı heç vaxt azalmır. Teatrda işlədiyi illərdə belə o, demək olar ki, hər gün “Azərbaycan” kinoteatrında bir neçə filmə baxmağa gedirdi.Kino sənəti, texnikası ilə bağlı cild-cild kitabları indi Vasif Babayevin evindədir.

42

Beş qardaşınən böyüyü

Arif 5 uşaqlı ailənin ən böyüyü olub. Arif, Akif, Dias, Vasif və Azər. Aralarındakı ən böyük fərq yaşları yox, xasiyyətləriymiş. Böyük qardaş olduğundan Arifin xasiyyəti tünd olub. Vaqif Mustafazadə ilə dostluq edən Vasif Babayev deyir ki, Arif evə gələndə Vaqif həmişə qaçırmış. Yaşıdları belə ondan çox çəkinərmiş. Futbolu çox sevib. İndiki Sabir bağının yerindəki boş sahədə futbol oynayan Arif hətta futbolçuların şəkillərini cibində gəzdirərmiş. Caz musiqisinin populyarlıq qazandığı o illərdə Arif də truba çalırmış. Atası “Adə, yekə kişisən, az çal bu zurnanı. Get əməlli iş gör”, – deyə etiraz edəndə, o ancaq “Ata, bu, zurna deyil, trubadır” deyə bilərmiş. Bir gün ata və anasını məktəb buraxılışına çağırırlar. Şagirdlər öz bacarıqlarını nümayiş etdirir, Arif də şeir deyir. Tədbirin sonunda müəllimlər Hacıağa kişiyə təşəkkür edir. Atası məhz o gün Arifdəki istedadı sezir və oğlu dram dərnəyinə gedəndə də ona etiraz etmir.

15 yaşında səhnədə Arif Bakı Pionerlər Evindəki dram dərnəyinə yazılır. Müharibə illərində, o çətin günlərdə Arifi məhz teatr, incəsənət xilas edir. 15 yaşı olanda “İbrət” tamaşasında kiçik rolla Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edir. Teatr texnikumunu bitirsə də, nədənsə, Arif kamera qarşısında deyil, kamera arxasında olmağı seçir.

Page 44: Film Fiction Magazine №22

43

Qısaömürlülər nəsli

“Stilyaqa”

İçərişəhərin mərkəzində, Şirvanşahlar sarayının yanındakı bağın yerində Arifgilin ikimərtəbəli evi varmış. O ev söküləndən sonra Arifin gözlərinə qəribə bir kədər çökür. Xoşbəxt uşaqlıq illəri, xatirələri də o evlə birlikdə dağılır. Qardaşı deyir ki, evləri söküləndə Arif ora gedib, dağıntılara baxıb ağlayırmış. Arif Babayev 1956-cı ildə atası Hacıağa kişini, iki il sonra isə anası Səriyyə xanımı itirir. Bu nəslin nümayəndələrinin əksəriyyəti şəkər xəstəliyindən əziyyət çəkir.Rejissor özü də bu xəstəliyə düçar olur. Qardaşları Akif 61, Dias 59, Azər isə 62 yaşında köçür bu dünyadan.

Kirayələrdə keçən ömür

Valideynlərinin vəfatından sonra hər şey dəyişir. İntellektual, hər gün yazı-pozu işiylə məşğul olan rejissor quşbazlıq edən qardaşı Akif, boksçu Dias, yavaş-yavaş məktəbdən soyuyan balaca Azərlə dil tapa bilmir. Vasif Babayevin sözlərinə görə, səhər kim tez yuxudan dursa, Arifin paltarlarını geyinib qaçırmış. Nəsə yazıb-oxumaq istəyəndə həyətin səs-küyü ona mane olurmuş. Arif Babayev belə yaşamağın mümkün olmadığını görüb kirayəyə çıxır. 15 il şəhərin müxtəlif yerlərində yaşayır. Ancaq balaca qardaşları Vasif və Azərə görə tez-tez İçərişəhərə baş çəkir. 1968-ci ildə çəkdiyi “Uşaqlığın son gecəsi” filmindəki Davud obrazı qardaşı Akifin prototipidir. Damda göyərçin saxlayan, başında “aerodrom” papaqla gəzən Akiflə buna görə həmişə dalaşar, – “Məni bütün ölkədə biabır eləmisən” – deyərdi.Yemək bişirməkdən zəhləsi gedirmiş. Yeməyini indiki Muğam Mərkəzi ilə üzbəüz köhnə “İnturist”də yeyərmiş. Maqsud və Rüstəm İbrahimbəyovlar, Anar, Yusif Səmədoğlu, Əkrəm Əylisli ilə tez-tez o restoranda görüşər, səhərə qədər yeyib-içərmişlər. Çox bədxərc imiş. Televiziyadan, kinolardan qazandığı pulu elə bir günün içində xərcləyərmiş.

Xruşşovun hakimiyyətə gəlməsindən sonra rejim nisbətən yumşalır, xarici ölkələrlə əlaqələr genişlənir. Arif Babayev də xaricə gedən tanışlardan, alverçilərdən bahalı paltarlar alırmış. Dama-dama pencək, yaşıl şalvar, qırmızı qalstuk taxarmış. O dövrdə Arif kimi geyinən gənclərə “stilyaqa” deyirlərmiş. Saçları uzun, şalvarlarının balağı enli şəhər uşaqları yaşıdlarından çox fərqlənirmiş. Arif Məlikov, Fikrət Əmirov, Yusif Səmədoğlu da o nəslin nümayəndələridir. “Paltarların, ayaqqabıların köhnələndə təzələmək həvəsin qalmayıbsa, demək, ölüm sənə yaxınlaşıb”. Bu sözlər də “stilyaqa” Arif Babayevə məxsusdur.

Page 45: Film Fiction Magazine №22

43 44

Kirayələrdə keçən ömür

Valideynlərinin vəfatından sonra hər şey dəyişir. İntellektual, hər gün yazı-pozu işiylə məşğul olan rejissor quşbazlıq edən qardaşı Akif, boksçu Dias, yavaş-yavaş məktəbdən soyuyan balaca Azərlə dil tapa bilmir. Vasif Babayevin sözlərinə görə, səhər kim tez yuxudan dursa, Arifin paltarlarını geyinib qaçırmış. Nəsə yazıb-oxumaq istəyəndə həyətin səs-küyü ona mane olurmuş. Arif Babayev belə yaşamağın mümkün olmadığını görüb kirayəyə çıxır. 15 il şəhərin müxtəlif yerlərində yaşayır. Ancaq balaca qardaşları Vasif və Azərə görə tez-tez İçərişəhərə baş çəkir. 1968-ci ildə çəkdiyi “Uşaqlığın son gecəsi” filmindəki Davud obrazı qardaşı Akifin prototipidir. Damda göyərçin saxlayan, başında “aerodrom” papaqla gəzən Akiflə buna görə həmişə dalaşar, – “Məni bütün ölkədə biabır eləmisən” – deyərdi.Yemək bişirməkdən zəhləsi gedirmiş. Yeməyini indiki Muğam Mərkəzi ilə üzbəüz köhnə “İnturist”də yeyərmiş. Maqsud və Rüstəm İbrahimbəyovlar, Anar, Yusif Səmədoğlu, Əkrəm Əylisli ilə tez-tez o restoranda görüşər, səhərə qədər yeyib-içərmişlər. Çox bədxərc imiş. Televiziyadan, kinolardan qazandığı pulu elə bir günün içində xərcləyərmiş.

Tənha intellektual 60-70-ci illər kinematoqrafiyasına romantika, sadəlik və reallıq gətirən Arif Babayev tək yaşayırdı. Ətrafında gözəl qadınlar kifayət qədər çox olsa da, heç biri Arifin diqqətini cəlb edə bilmir. Hələ atasının sağlığında Səriyyə xanım tez-tez onu danlayar, nəvə arzuladığını deyərmiş. Amma Arif elə təbiətcə də tənha imiş. O, çox yumşaq, mədəni insan idi və buna görə də bir çox qadın onu əldə etməyin asan olduğunu düşünür, bəzən qadınlar özləri ona evlənmək təklifi edirdi. Bir dəfə Arif Babayev evlənməyə razı olur. Elçilik günü yolda rejissor saç düzümündən narazı olduğunu deyir, dostlarını qızgilə yola salır və qayıdacağına söz verir. Elçilər əllərində şirniyyat qız evinə gəlir, üzrxahlıq edirlər. Vaxt keçir, Arif isə gəlmək bilmir. Birdən qapı döyülür, Arifin əvəzinə əlində bir dəstə qızılgül tutan poçtalyon gəlir. Gül dəstəsinin üstündə isə rejissorun xanıma yazdığı qeyd: “Bacarırsansa, bağışla. Mən sənə layiq deyiləm”.

Page 46: Film Fiction Magazine №22

45

Evli qadın və ümidsiz sevgi

Adamayovuşmaz

Əslində, Arif yalnız bir qadını sevirdi. Özü də elə sevirdi ki, bu, lap filmlərdə olan məhəbbətdən idi – Arif onun qədəm qoyduğu torpağı öpürdü. Qadın, doğrudan da, sevilməyə layiq idi. Yəhudi əsilli Nina Yarova Bakının ən intellektual, yaradıcı xanımlarından sayılırdı. Onlar dövlət televiziyasında eyni redaksiyada çalışırdılar. Nina redaktor, Arif isə rejissor idi. Bu cütlük 50-60-cı illərdə AzTV-nin ən uğurlu tandemlərindən biri idi. Nina ona çox isti münasibət bəsləyirdi. Bəlkə, o da Arifi dəlicəsinə sevirdi, amma Nina ailəli idi. Arif tez-tez onların evində olurdu, həyat yoldaşı və övladlarıyla münasibətlərini görəndən sonra o, bu ailənin dağılmasını istəmirdi. Arif onu sonsuz və ümidsiz məhəbbətlə sevirdi…Amma bir neçə il sonra Nina boşanır və başqasına ərə gedir. Arif onun ikinci həyat yoldaşına yaxınlaşır və deyir: “Onu qoru. Nina dünyanın ən yaxşı insanıdır…”“Gün keçdi”dəki Oqtay da rejissorun öz prototipidir. Qəhrəmanın tənhalığı, evi, Bakıya olan sevgisi, Əsmərə münasibətdə göstərdiyi çəkingənlik. Oqtay – Arif Babayevin daxili dünyasının təzahürüdür.

Həmkarları, birlikdə işlədiyi aktyorlar xatırlayır ki, xarici səfərlər zamanı yadigar qalsın deyə kollektiv şəkil çəkdirəndə Arif ya hamıdan kənarda durar, ya da arxa sıralarda gizlənərdi. Hər dəfə kinoteatrlarda seanslardan əvvəl çıxış edənlərin siyahısı tutulanda o, təşkilatçılara yaxınlaşar – “Mənim adımı siyahıya salma. Danışmağa həvəsim yoxdur” – deyib qaçardı. Kinoşünas Aydın Kazımzadə xatırlayır ki, “Birisi gün gecəyarısı” filminin təqdimatı günü Arif Babayev tamaşaçılar qarşısında çıxış etməli, bir neçə söz deməliydi. Amma rejissor əlini Aydın Kazımzadənin çiyninə qoyur və etiraf edir: “Mən ölüm, inciməyin, hərənin bir cür xasiyyəti var.

Page 47: Film Fiction Magazine №22

45 46

Filmin sonu

Məni də anam belə doğub – qaradinməz, adamayovuşmaz.İndiyə qədər nə etmişəmsə, pis-yaxşı göz qabağındadır. Təzədən durub özüm barədə nə danışım ki…” Qaradinməz olsa da, ən xırda detalları belə nəzərdən qaçırmazdı. İnsanları inandırmaq qabiliyyəti çox güclü idi. “Uşaqlığın son gecəsi” filmində nənə rolunu oynayan Törəxanım Zeynalova Musiqili Komediya Teatrında kostyumer işləyirdi. İçərişəhərdə yaşayan nənəni kinoya çəkilməyə Arif Babayev razı salır.

Kinoda sonuncu işi 1981-ci ildə ekranlaşdırdığı “Birisi gün gecəyarısı” olur. Son vaxtlar film də çəkmir, maaş da almırdı. Olan-qalanını da xərcləyib-qurtarmışdı. Siqareti-siqaretə calayıb fikirləşirdi.Səhhətindəki problemləri hiss edir, amma xəstəxanalara nifrət edirdi və ora düşməkdən qaçırdı. Arif Babayev şəkər xəstəliyindən əziyyət çəkirmiş. Vasif Babayev deyir ki, qətiyyən özünə baxmırdı, yeməyinə fikir vermirdi. Buna görə də belə tez – 54 yaşında orqanizm xəstəliyə boyun əyir. Şəkərdən müalicə olunmaq üçün qardaşı ilə xəstəxanaya gedəndə məlum olur ki, rejissor həm də vərəmə yoluxub. Amma “Yaşasın həyat!” deyən rejissor sağalacağına ümid edir. Ölümündən bir gün əvvəl Vasif qardaşının saçını qırxır, hətta Arif ayağa durub oynayır da. Səhər saat 7-də isə xəstəxanadan məlum zəng gəlir: “Arif Babayev dünyasını dəyişib”. 55 yaşı tamam olmadan… Təəssüf ki, başdan-ayağa içərişəhərli olan rejissorun adı hələ də əbədiləşdirilməyib. Bakı Arif Babayevə İçərişəhərdəki dar küçələrindən birinin adını da çox görüb.

Page 48: Film Fiction Magazine №22

47

Bela Tarrmüsahibə

TərcüməŞahin Xəlil

Hər şeydən öncə demək istəyirəm ki, sizin “Turin atı” da filmi daxil olmaqla, bütün filmlərinizi sevirəm. İlk sualım belə olacaq: “Turin atı” filmində su qurudu, alov söndü. Bu, düşünülmüş bir şey idimi?

– Bu, sadəcə anti yaradılışdır. “İncil”i oxumusunuzsa, bilirsiniz ki, Tanrı dünyanı, hər gün yeni bir şey yaratmaqla, altı günə yaratdı. Biz isə Tanrının verdiyi şeyləri güc hesabına əldə etdik.

Film bir qədər reallıqdan uzaq görünür.

– Deyə bilərəm ki, əgər böyük rejissorsansa, sənin öz dilin, biçimin olmalıdır. Bu, mədəniyyətdən, tarixdən, büdcədən və bir çox şeydən asılı ola bilər. Ona görə düşünürəm ki, kino – ətrafda baş verənlərə reaksiyadır. Siz digərlərinə dünyanı necə gördüyünüz haqda danışırsınız. Mən hadisələrə digərləri kimi qarşılıq vermirəm. Axı kiminsə sözü ilə – “Belə qəbuldur, vəssalam. Hər şeyi olduğu kimi saxlayaq” – demək düzgün deyil. Bu, birmənalı olaraq yalan və səhv seçimdir. Özün olmalısan və öz dilini yaratmağa çalışmalısan. Əgər bu baş versə, o zaman başqalarının fikri sənə maraqlı olmayacaq. 34 il ərzində hiss etdiyim və qazandığım da məhz budur.

Əgər indi dünya zibil günündədirsə, bunun səbəbkarı bizik.

“”

Page 49: Film Fiction Magazine №22

Yəqin ki, bu film (“Turin atı”) öz ağ-qara kadrları ilə estetik cəhətdən cəlbedicidir. Amma bir çox rejissorlar bu cür gözəl hesab etməyib, tamam başqa cür edərdilər. Bunu necə qərarlaşdırırsınız?

– Bilirsiniz, mən bilmirəm gözəllik necə olur. Amma bu filmə baxan zaman... Onda gözəl heç nə yoxdur. Bizim göstərdiyimiz həyat gözəl deyil. Bəlkə bu ona görədir ki, mən həyatı bu cür görürəm. Bir neçə uzun plan, kameranın asta hərəkəti və ağ-qara kadrlar. Bu mənim xoşuma gəlir. Və əgər nəsə xoşuna gəlirsə, bunu etməlisən. Mən də edirəm. Mən belə görürəm, belə göstərmək istəyirəm və belə film çəkmək istəyirəm. Bu, təbii bir şeydir və içimdən gəlir. Gözəlliyin nə olduğunu bilmirəm. Mənə görə, gözəl və çirkin adlandırdığımız şeylər hər zaman sual olaraq qalmaqdadır. Bəzən elə insanlar görürük ki, onlar haqqında “çox çirkindir” deyirik. Amma ola bilər ki, həmin insanlar mənim üçün “Vanity Fair”-in üz qabığında olanlardan daha gözəldirlər.

Bəzi kompazisiyalarınız rəsm əsərlərini xatırladır. Bəlkə sizi hansısa rəssamlar təsirləndirib?

– Yox, amma bəlkə də nəsə əlaqə ola bilər. Sizə deyim ki, məni rəsm və incəsənətin digər sahələri kinodan daha çox təsirləndirib. Mən onlardan daha çox şey almışam.

Gözəlliyin nə olduğunu bilmirəm. Mənə görə,

gözəl və çirkin adlandırdığımız

şeylər hər zaman sual olaraq

qalmaqdadır. ”

Bəs digər rejissorlarla dialoqa getmək, yoxsa tendensiyanı saxlamaq?

– Əlbəttə, biz dialoqa gedirik. Bir-birimizə hörmət edirik, sevirik. Amma həm də yaxşı bilirik ki, “onun etdiyi onun, mənim etdiyim mənim işimdir”. Mən Carmuşun, Qas Van Sentin, Atom Eqoyanın, Karlos Reyqadasın yeni filmlərinə məmnuniyyətlə baxıram. Onlar mənim dostlarımdır. Amma biz tamam ayrı planetlərdənik. Daha doğrusu, eyni Yer kürəsinin hər şeyi ilə bir-birindən tamamən fərqlənən müxtəlif bucaqlarından.

47 48

Page 50: Film Fiction Magazine №22

Çünki o yazıçıdır, sözləri var, mən isə rejissoram, obrazlarım var. Bu sadəcə iki fərqli özünütəqdim üslubudur. İstənilən ədəbi əsəri götürüb film etmək düzgün deyil. Amma ondan intellektual rəng qatmaq, hadisə yaratmaq üçün istifadə etmək çox vacibdir.

Axı hansısa rəsmə tamaşa edərkən onu öz istədiyin kimi görə bilirsən. Filmdə olmadan ona təbiətlə, zamanla və s. əlaqəli şeylər qatırsansa, bunu necə edəcəyini düşünməyə başlayırsan. Hər şeyin dəqiqliklə yerini almağa başlamasını, aydın görünməsini sevirəm. Çünki özüm də bu cürəm.

Ssenaristinizlə necə işlədiniz? (Laslo Krasnaxorkai ilə)

– O, ssenarist yox, yazıçıdır. Kitabları təkcə Macarıstanda deyil, bir çox ölkələrdə və dillərdə nəşr olunub. Məsələn, onu yaxınlıqdakı mağazadan soruşa bilərsiniz. O çox yaxşı yazıçıdır və biz onunla rahat işlədik. Çünki dünyaya baxışımız da eynidir. Bilirsiniz, hətta nəsə bir hadisə ilə qarşılaşanda reaksiyalarımız da eyni olur. Əlbəttə, onun özünü təqdimetmə üslubu fərqlidir.

Filminizdəki at da insan kimi hansısa obrazı ifadə edirdi?

– Əlbəttə, atın öz xüsusiyyətləri var. Amma kastinqlər elə aktyor seçimlərində olduğu kimi aparıldı. Kastinq zamanı biz insanların daxili keyfiyyətlərinə üstünlük veririk, nəinki obraza uyğunluğuna. Obrazlar mənim vecimə deyil. İntuisiyama arxalanaraq seçim edirəm və sonradan hadisələri göstərirəm, aktyor oyununu deyil. Elə buna görə dəqiqliklə seçirəm və çox vaxt eyni aktyorlarla işləməyi sevirəm. Onları tanıyıram və hansı vəziyyətdə özlərini necə aparmaqlarını gözəl bilirəm.

Bəs qeyri-peşəkar aktyorlarla işləmək? Siz...

– Artıq qeyd etdim ki, sadəcə insani keyfiyyətlərə önəm verirəm. Məni onun peşəkar, ya qeyri-peşəkar olması maraqlandırmır. Bir şeyi dəqiq deyə bilərəm: mən onlarda nəsə görməliyəm. Peşəkarlarla işləyən zaman onların aktyorluq fəndlərindən istifadə etməsinə yol vermirəm. Eyni şey qeyri-peşəkarlar üçün də keçərlidir.

Məni filmin soundtrack-i də maraqlandırır. İki musiqi elementi və külək səsi. Belə minimalizmə necə qərar verdiniz?

49

Page 51: Film Fiction Magazine №22

– Bunun üçün yaxınlıqdakı bara gedib, oradakı sərxoş insanların monoloqunu dinləmək kifayət edir. Bu sadəcə onların düşüncəsidir. Bir nəfər bara gəlib, içki sifariş edir. Ona içki verilənə qədər isə danışır, danışır, danışır... Filmdəki qonşununun sözləri ilə bara gəlib içki istəyən insanın danışıqları arasında oxşarlıq

– Xoşbəxtlikdən, mən həmişə bircə bəstəkarla işləyirəm (Mihály Víg nəzərdə tutulur – tərc.). 1983-cü ildən. Bu isə uzun zaman deməkdir. O olduqca hissiyyatlı, ağıllı, şair və rok musiqiçisidir. O, eyni zamanda bir çox şeylər edir və həm də sənin nə istədiyini gözəl anlayır. O, studiyaya girib, mahnı bəstələməyə başladıqda mən oradan çıxıram. Başa düşürəm ki, onu narahat etmək olmaz. Mən onu tək buraxıram və tezliklə o, yeni musiqisi ilə qayıdır. Konkret bu filmə gəldikdə isə, bu, asan başa gəldi. Öz dediyiniz kimi, iki musiqi elementi və külək səsi.

Filmdə ən çox marağıma səbəb olan qonşunun monoloqundakı sözlər idi. Düşünürəm ki, bu sözlər bir çox suala cavab verir. Amma filmdəki kişi bunları axmaqlıq adlandırır. Kimsə sizə bütün bunları desəydi, siz ona necə cavab verərdiniz?

Amma onun, həqiqətən də, maraqlı düşüncələri var.

– Hə, əlbəttə, maraqlıdır. Hər şeyi tükətmişik, nəyə toxunuruq dəyərsizləşdiririk, zibilə çeviririk deməsi. Bunlar həqiqətən anlamlı şeylərdir. Amma mən bunlar haqqında danışmaq istəmirəm. Özünüz düşünün bu barədə.

O deyir ki, hər şeyi almaq olur və əsrlər keçdikcə hamısı dəyərini itirir. Yaşadığımız dünyanı 100, 1000, 10000 il əvvəllərlə müqayisə etdikdə, nə qədər eniş dövrü yaşadığını düşünürük. Bu fikirlərlə razısınız?

– Mən bilmirəm əvvəl dünya necə olub. İndi yaşadığım dünyanı bilirəm və bir də onu dəqiq bilirəm ki, dünyanın hazırkı durumu – bizim əsərimizdir. Əgər indi dünya zibil günündədirsə, bunun səbəbkarı bizik. Gözəldirsə, demək, onu qoruyub saxlaya bilmişik. Amma düzünü desəm, çevrilib baxanda mənə elə gəlir ki, dünya bir pox parçarısıdır. Deyə bilmərəm ki, gözəl, əmək üçün yararlı, heç kimin bir-birini əzmədiyi, alçaltmadığı, hər kəsin bir-birini anladığı, hörmət etdiyi dünyamız var. Yəqin ki, biz bunları görmürük və ya görmədiyimizin fərqində deyilik.

5049

çoxdur. Barda içən insanların söhbətləri hər zaman ciddiyyəti ilə seçilir.

Page 52: Film Fiction Magazine №22

51

O həm də deyir ki, Tanrı ölüb və...

– Tanrı ölüb və biz bunu Nitsşenin “Zərdüşt”ündən əzbər bilirik. Bu, həqiqətən belədir.

Ağ atlı qaraçılarla olan səhnə çox maraqlı idi. Onlar sanki bu insanları lənətləmişdi və...

– Qaraçıların atları həmişə gözəl olur. Onlar atı haradan almağı və onunla necə rəftar etməyi yaxşı bacarırlar. Əgər siz Avropada qaraçı görsəniz və onun atı olsa, bu çox gözəl at olacaq. Onlar azaddırlar. Azaddırlar. Gəlirlər, gedirlər. Anlayırsınız?

Və sanki burada onların azadlığı ilə qəhrəmanlar arasında kontrast yaranır.

– Yox, onlar elə-belə gəlirlər. Bəlkə də küləkdən, qasırğadan xilas edirlər. Ya da dünyanın sonunu hər kəsdən öncə bilirlər. Əgər insan azaddırsa, bunu daha yaxşı anlayır, nəinki nələrdənsə asılı vəziyyətdə yaşayan biriləri.

Page 53: Film Fiction Magazine №22

5251

Siz inanılmaz işlər görmüsünüz. Mən təsəvvür edirəm ki, bütün bu illər ərzində filmlərinizi necə bir ehtirasla çəkmisiniz. Maraqlıdır, filmlər hazır olandan sonra bu ehtiras necə olur?

– Bilmirəm, nə cavab verim. Bu haqda heç düşünməmişəm. İnsanlarla işləyirsənsə, onları dinləmək, anlamaq, onları çəkəcəyim filmə inandırmaq lazım gəlir. Bu vacibdir. Məcburiyyətlə olmur bu iş. Əgər olsa da, əsl emosiyalardan xaric, boş, quru və qurma görünəcək. Buna nifrət edirəm. Biz onlarda gizlənmiş şeyləri – ya onların özünün xəbərsiz olduğu, ya da göstərməyə cəsarətləri çatmadığı şeyləri üzə çıxarmağa çalışırıq. Necə adlandırmaq lazımdır bilmirəm, ehtiras və ya nəsə başqa şey – o özü gəlir və onu dinləmək lazımdır.

Bu iki paralel dünya haqqında fikirlərinizi bilmək maraqlı olar: sənət kinosu və kütləvi kino. Onlar bir-birindən getdikcə daha çox uzaqlaşırlar?

– Razı deyiləm. Sual budur ki, siz tamaşaçılarınız haqqında nə fikirdəsiniz, onlara etibar edirsinizmi? Mən tamaşaçılarıma etibar edirəm. Onlar uşaq deyillər, kifayət qədər ağıllı, düşüncə qabiliyyəti,

yüksək təhsili olan insanlardır. Onlar üçün hər şey etmək lazımdır. Başqa variant da deyə bilərəm: “Sən axmaq uşaqsan. Heç nə anlamırsan. Sənə əylənmək üçün fast food-dan başqa bir şey lazım deyil”. Nifrət etdiyim şeydir. Amma bilirsiniz ki, indi insanlar belə deyil. İnsanlara hörmətsizlik etmək istəyirlərsə, o ayrı məsələ. Amma mən belə şeyləri bəyənmirəm.

Və sonda oxuculara maraqlı olacaq sual. Bir çox gənc ağıllı film çəkmək istəyindədir. Amma onların qarşısında maneələr çox olur. Onlara nə demək istərdiniz?

– Bu elə də çətin deyil. “Satantango” filmim 7 saat 15 dəqiqə idi. Onda hər kəs məni dəli adlandırırdı. Heç kim bu axmaq filmə baxmaq istəmirdi. Amma mənim vecimə də deyildi. Və bilirsiniz nə oldu? Bu film üstündən 16 il keçməsinə baxmayaraq, hələ də nümayiş olunur. Onunla eyni ildə çəkilən digər filmlər isə 1-2 ay sonra zibil yeşiyində idi. Əgər film həqiqətən dərindirsə, üstündən 20-25 il, hətta 50 il də keçsə, müzakirə ediləcək, düzdür? İndi bizim auditoriyamız bir çox axmaq kassa rekordu vurmuş filmləri üstələyir. İstəmirik, filmimiz 2 aya gəlir gətirsin. Qoy sadəcə nümayiş edilsin. Qoy lap 15 il keçsin. Əvəzində bizim də auditoriyamız o məşhur filmlərin auditoriyası qədər olacaq. Sizi buna əmin edirəm.

Page 54: Film Fiction Magazine №22

rəyinə əsasən bu ilin ən yaxşı 10 filmi

53

Page 55: Film Fiction Magazine №22

rəyinə əsasən bu ilin ən yaxşı 10 filmi

1. Carol (Todd Haynes)2. Hard To Be A God (Aleksei German)3. Phoenix (Christian Petzold)4. 45 Years (Andrew Haigh)5. Anomalisa (D. Johnson, C. Kaufman)

6. Taxi Tehran (Jafar Panahi)7. Horse Money (Pedro Costa)8. No Home Movie (Chantal Akerman)9. Cemetery Of Splendour (A. Weerasethakul)10. Youth (Paolo Sorrentino)

53 54

Page 56: Film Fiction Magazine №22

55

ErikRomermüsahibə

TərcüməŞahin Xəlil

2007-ci ildə son filmi “Les Amours d’Astrée et de Céladon”-u (“Astreya və Seladonun sevgisi”) bitirdikdən sonra, Fransada “Yeni dalğa”nın qurucularından olan rejissor Eric Rohmer adı çəkilən filmlə rejissorluq karyerasına son qoyduğunu açıqladı. Həmkarları bir festivaldan digərinə gedib, saatlarla müsahibə verən zamanda Rohmer evdə oturmağı üstün tuturdu. Özünə qapalı xarakteri ilə seçilən rejissor 1946-cı ildə yazdığı “Elizabeth” kitabında belə, öz adından istifadə etmir. Əsl adı Jean-Marie Maurice Scherer olan rejissor Eric Rohmer adını da təxəllüs kimi seçib. Kino-tənqidçi kimi çalışmağa başlayandan ən böyük istəyi kinonun da incəsənətin digər iki böyük sahəsi – təsviri sənət və ədəbiyyat kimi əhəmiyyətli olmasını isbatlamaq idi. Kinoda klassikaya üstünlük verirdi.

Sonuncu moqikan

Page 57: Film Fiction Magazine №22

55 56

– Artıq “Yeni dalğa” mövcud deyil, biz hamımız çoxdan qocalmışıq. Trüffo ölüb, Klod Şabrol və Jak Rivett bu yaxınlarda hərəsi bir film çəkib, Qodar isə çəkməyə hazırlaşır. Bizim filmlərimiz oxşar idimi? Bu haqda heç nə deyə bilmərəm.– Mübahisə etmirəm, Qodar rejissor kimi daha çox inkişaf etdi. Amma kütlə marağından kənar. Eyni zamanda Şabrol da nisbətən kommersiya filmlərinə istiqamətləndi. Nə baş versə də, hesab edirəm ki, biz bu və ya digər baxımdan hər zaman ideyalarımıza sadiqliyimizi qorumağı bacardıq.– Mənə gəldikdə isə, mən başladığım tərzdə davam edirəm. Özümə məxsus film çəkirəm. Mənim üçün vacib olan odur ki, onlar o qədər də bahalı filmlər deyil. Studiyada belə çəkmək mənə xoşdur. Amma daha çox açıq məkanlarda çəkməyi sevirəm. Kinoda hər zaman poetikliyə üstünlük vermişəm.– Mənim filmlərimi yaxşı olar ki, mövzu şəklində izləsinlər. Fransa televiziyası “İlin fəsilləri” trilogiyasını, həftədə bir film olmaqla, üç həftə ərzində göstərəndə ideal alınmışdı. Əsas fikri anlamaq üçün gərək mövzuya aid olan bütün filmləri izləyəsən.– Hər hansı bir filmimi bəyənib-bəyənməməyinizdən

asılı olmayaraq, deyə bilərəm ki, bütün filmlərim bir-biri ilə əlaqəlidir. Tamaşaçılar tez-tez mənə bildirirlər ki, bütün çəkdiklərim bir-birinə oxşayır. Bu normaldır. Çünki mən onları bütünləşdirirəm.– Mənim heç vaxt şəxsi avtomobilim olmayıb. Taksidən də çox az hallarda istifadə etmişəm. Düşünürəm ki, ictimai nəqliyyatdan istifadə edərkən həyatdan qopmuş sayılmıram. Əgər siz taksiyə otursanız, o zaman həqiqətdən uzaqlaşacaqsınız. Mənim filmlərim isə həqiqət üzərində qurulub. Kütlədən gizlənsəm, bahalı otellərdə yaşasam, film çəkə bilmərəm. İnsanlara qaynayıb-qarışandan sonra artıq onlardan birinə çevrilirsən və sənin üzün onlar üçün brendə çevrilmir. Bəlkə də buna görə mətbuatda çox az-az görünürəm, baxmayaraq ki, çox sadə həyat yaşayıram. Bu, həm də üstünlükdür: haradasa film çəkəndə insanlar məni və aktyorları tanımırlar və biz rahat işləyə bilirik.– Mən hər zaman texnologiyada yenilikçiliyin tərəfdarı olmuşam. İnsanların ağ-qara filmlərə üstünlük verdiyi zamanlarda belə, mən rəngli kadrlara baxmağı sevirdim. Düşünürəm ki, canlı səs və rəngli kadr həqiqəti daha yaxın edir.

Page 58: Film Fiction Magazine №22

57

müsahibəTərcüməŞahin Xəlil

ƏsgərFərhadi

Sizin üçün kinofestivallarda mükafatlar nə dərəcədə önəmlidir? Bu sizin filmlərinizin satışı üçün üstünlükdür, ya sizin özünüz üçün əhəmiyyətlidir?

– Bu qədər mükafat (“A Seperation” (“Boşanma”) filminə görə qazandığı mükafatları nəzərdə tutur) mənim özüm üçün də təəccüblüdür. Sözsüz ki, filmin bu qədər mükafat toplaması sevindiricidir. Əsas da Berlində aktyorlara verilən mükafat. Çünki konkret olaraq film deyil, hər kəs təltif edildi. Berlindən sonra insanlarda maraq yarandı ki, bu qədər mükafat qazanmış film, görəsən, necə bir şeydir. Ona görə film həm İranda, həm də onun xaricində uğurla nümayiş olundu. Mükafat həm də reklam deməkdir. Reklam da öz sözünü dedi.

Filmin adında “ayrılma” sözünə diqqət yetirdikdə belə metafora düşünmək olar ki, bu, həm ailəyə, həm də cəmiyyətə aid bir şeydir. Yoxsa sizə görə, bu sadəcə süjet xətti olaraq dedektiv gərginlik yaradan bir şeydir?

Bir-birini anlayan insanlar sözlər vasitəsi ilə anlaşa bilmirlər.

Page 59: Film Fiction Magazine №22

58

Filmlərinizin maliyyə məsələlərindəki sıxıntı Berlin festivalından sonra ümidvaram ki, həll olunub.

– Hə, amma mənim üçün filmin büdcəsi deyil, oradakı hekayə daha vacibdir.

Demək, belə çıxır ki, filminizdəki İrandan getmək arzusunda olan qadından daha çox, vətənində qalıb, atasına baxmaq istəyən kişi sizə yaxındır?

– Qəhrəmanlar arasında seçim etmək mənə çətindir. Məgər onlar arasındakı fərq bu qədər çoxdur? Onları nə fərqləndirir? “Nader və Siminin boşanması” filmində mən özümə maraqlı mövzuya toxunmuşam və bununla həmin mövzu bitmiş sayılmır. Daha bir neçə filmimdə bu mövzudan istifadə edəcəyəm. Bu suallar dilə, danışığa və sözün mənasına aiddir. Hərəkət və davranışdan daha çox dil yalan söyləyir. Dialoq zamanı sözlərin anlamı dərinləşə və ya dəyişə bilir. Mənə elə gəlir ki, insanların bir-birini anlaması üçün yaradılan dil çox vaxt əksini edir. İnsanlar sözlər vasitəsi ilə anlaşa bilmirlər.

– Məncə, heç kimə mənim əslində nə düşündüyüm vacib olmamalıdır. Çalışdım ki, filmin stilistikası mənim əvəzimə cavab versin. Filmin başlanğıcında olan ilk sual iranlı qız uşağının gələcəyi ilə əlaqəlidir: o, digər ölkəyə getsə, yaxşı olar, ya İranda qalsa? Konkret cavab heç vaxt vermirəm.

Bəs özünüzün vəziyyətində bu suala cavab tapmısınız? Sizin bir çox kolleqalarınız – Mohsen Mahmalbaf, Babak Payami gedib. Digərləri filmlərini xaricdə çəkirlər: məsələn, Abbas Kiarostami. Bəziləri isə qalmağı üstün tutublar: Cəfər Pənahi. Onlar üçün bu qərar sonradan böyük əngəllərə yol açıb. İranda qalıb işləməyə qərarlısınız?

– Mən heç vaxt xaricdə film çəkməmişəm (“Le Passe” (“Keçmiş”) filmi hələ çəkilməmişdi). Özlüyümdə belə qərara gəlmişəm ki, İranda sənət sahəsində işlər Avropa ilə müqayisədə çətindir. Bəzən isə əksinə, asan. Məsələn, İranda film çəkmək çox asandır. Böyük büdcəyə gərək yoxdur. Əminəm ki, İranda çəkməyə davam edəcəyəm. Çünki xarici ölkələrə köçmək arzusu heç vaxt məni üstələməyib. Siyasi vəziyyətdən asılı olmayaraq, mən vətənimi və oranın insanlarını gözəl tanıyıram. Mən İranda doğulub böyümüşəm və burada işləmək mənə daha asandır. Təkliflər, sözsüz ki, olur. Bəlkə də yeni filmi İran sərhədləri xaricində çəkdim. Buna baxmayaraq, xarici mədəniyyət və qanunlar haqqında çox az məlumatlıyam. Düzdür, ABŞ-da və ya Avropanın hansısa ölkəsində işləyərək bunlarla yaxından tanış ola bilərəm. Amma müqavilə şərtləri ilə uzun müddət digər ölkədə yaşamaqdan və ya emiqrantlıqdan söhbət belə gedə bilməz.

Page 60: Film Fiction Magazine №22

59

Page 61: Film Fiction Magazine №22

59 60

Bəs tamaşaçının filmi anlamasında problem yaşanmır? Axı bir çoxları İran reallıqları ilə tanış deyil.

– Təbii ki, iranlılara mənim filmimi anlamaq daha asandır. Bu, təkcə dilə aid deyil, həmçinin sosial kontekst baxımından da belədir. Amma əgər tamaşaçı nəyisə anlamırsa, mən bunu problem hesab etmirəm. Nə qədər çox sualı yaransa, o qədər yaxşıdır.

Cavabsız suallardan söhbət düşmüşkən, sizin “Elli haqda” (“About Elly”) filminizin Antonioninin “Macəra” (“L’avventura”) filminə oxşarlığı danılmazdır. Bəs “Nader və Siminin boşanması” filmində hansısa filmdən təsirləndiyiniz olub?

– Məncə, yox. Amma bir jurnalist Berqmanın “Evlilikdən Səhnələr” (“Scener ur ett äktenskap”) filmi ilə əlaqəli nəsə tapmışdı. Berqmana böyük hörmətim var. Lakin mən öz açdığım mövzuların davamını çəkməklə məşğulam. Bu, təkrarçılıq deyil, özünüinkişafdır. Yeni filmim bütün filmlərimdən daha qəliz olacaq.

İran daxilində və xaricində sizin pərəstişkarlarınız kimlərdir?

– Heç bir fikrim yoxdur. Yəqin ki, mənim bundan əvvəlki filmlərimi izləyənlər. Berlin zəfəri bir yana, məni öz vətənimdə böyük sevgi ilə qarşıladılar. “Nader və Siminin boşanması” İranda bir neçə ay əvvəl nümayişə girdi və son onilliyin ən uğurlu filmi hesab edildi. Bu, bütün müfakatlardan daha xoş bir şeydir.

Page 62: Film Fiction Magazine №22

10 fikir TərcüməŞahin XəlilLeo Karaks

1. “Holy Motors” (“Müqəddəs mühərriklər”) haqqında:

Bu, çox sadə, anlaşılan filmdir. Çoxdan film çəkmədiyim üçün elmi-fantastik universium dünya yaratmaq istədim. Elmi-fantastik deyərkən, elmdən daha çox fantastika. Bir gün ərzində dünyada bir insanın yaşayışını göstərmək istədim. Düzdür, qəhrəmanım Oskar kimi bir adamın olmadığını bilirəm, amma istərdim inanım ki, biz, həqiqətən, onun timsalında real insan yaşantılarını göstərməyi bacardıq.

2. Katya Qolubeve haqqında:

“Holy Motors” filmini ona görə bu qadına həsr etdim ki, məncə, Katya müasir kinonun ən möhtəşəm, eyni zamanda dəyər qazanmayan aktrisalarından biri idi. O məni rusa çevirmişdi? Yəqin ki, yox. Babam və nənəm Odessada doğulsalar da, Nyu-Yorka köçmüş əslən yəhudi emiqrantlar idi. Mən rus ədəbiyyatını hər zaman oxumuşam və oxuyuram. Rus filmlərini hər zaman izləmişəm və izləyirəm. Məsələn elə bu gün Moskvadan gəlmişəm, amma özümə rus deyə bilmərəm.

3. Layihə haqqında:

Niyə çox fasilə vermişdim? Uyğun bir layihə olmurdu. Hansısa an elə hiss etdim ki, bax məhz indi çəkmək vacibdir. O, çox tez qərarlaşdırılıb, çəkilməyə başladı. Büdcəsi azdır və rəqəmsal kameralar vasitəsi ilə Parisin müxtəlif yerlərində çəkilib. Hətta çəkiliş gününün axşamı oturub çəkilmiş materialları da izləmədim.

4. Tənqid haqqında:

Mənim dostlarımın arasında tənqidçi yoxdu və mən heç vaxt film resenziyaları oxumuram. Baxmayaraq ki, on yeddi yaşım olarkən özüm də bir neçə ay tənqidçi olmuşam. Bilirəm ki, “Holy Motors”-u tez-tez mənasız adlandırırlar. Onu da bilirəm ki, bir çox böyük filmləri də bir zamanlar mənasız adlandırıblar. Mənə elə gəlir, sadəcə gözləmək lazımdır ki, zaman özü nəyin dəyərli, nəyin dəyərsiz olduğunu sübut etsin.

5. Denis Lavant haqqında:

Rola aktyor tapmaq hər zaman çətindir. Mən bir neçə film çəksəm də, bütün filmlərimdə eyni aktyor və aktrisalarla işləmişəm. 17 yaşımda ilk filmimi çəkməyə başlayanda çəkilişləri saxlamışdım. Çünki “Boy meets girl” filminə heç cür aktyor tapa bilmirdim. Niyə Denis Lavantı seçdim? Çünki o, digər aktyorlardan seçilirdi. İlk filmdən sonra hiss etdim ki, onun potensialını tam açmamışam və qərara gəldim ki, ikinci filmimi də onunla çəkim. Sonra üçüncü... Bir neçə il fasilədən sonra ona “Tokio” filmi üçün müraciət edəndə hətta həyəcanlanmışdım. Çünki o, artıq böyük aktyor idi. Mən onunla real həyatda tanış deyiləm. Heç vaxt birgə şam etməmişik. Amma hesab edirəm ki, o, yaşayan ən böyük aktyordur.

61

Page 63: Film Fiction Magazine №22

6. Digər filmlər haqqında:

Kinonu özüm üçün 16 yaşımda kəşf etmişdim. O zamanlar lal Hollivud filmlərinə və bir çox digər filmlərə baxırdım. Özümə ən yaxın rejissor kimi Jean-Luc Godardı görürdüm. İlk filmlərimdə onun təsirini hiss etmək olar. Amma ikinci filmimdən sonra qərara gəldim ki, başqa rejissorların filmlərinə baxmayım. Buna ehtiyacım yoxdur.

7. “Holy Motors” filminin musiqisi haqqında:

Musiqi dünyasında yaşamaq istərdim. Çünki, mənim üçün musiqi dünyada ən gözəl şeydir. Musiqini çox sevirəm. Amma o məni sevmir. Mənim üçün məqsəd halına gəlmiş bir şey var idi ki, mən musiqisi olan film çəkəcəyəm. Kylie Minogue-a gəldikdə isə... Onun adını bilirdim, amma yaxşı müğənni olmasından xəbərsiz idim. Mahnının sözlərini birlikdə yazdıq. Musiqisini isə “The Divine Comedy” qrupu bəstələdi.

8. Xoşbəxtlik haqqında:

“Holy Motors”-da olduğu kimi, eyni zamanda bir neçə həyat yaşaya bilən insan xoşbəxtdirmi? Heç vaxt bu haqda düşünməmişəm. Amma, məncə, orada da hansısa xoşbəxtlik anları var. Filmin əsas mövzularından biri də özü olmaqdan bezən insanı göstərməkdir. Məncə, insan özünü dəyişməyi bacarmalı və buna güc tapmalıdır.

9. Maskalar haqqında:

Hal-hazırda onlardan biri üzümdədir. Həmçinin 17 yaşımda ilk filmimi çəkəndə də, daha öncə nə kamera görmüşdüm, nə çəkiliş meydançası, amma insanları çəkə bildiyimə inandırmaq üçün goplamalı idim. Ona görə maska taxdım və bu kömək etdi. Maskalar çox vaxt lazımlı və faydalı ola bilirlər, amma bəzən mane olurlar. Onlarla ehtiyatlı olmalısan.

10. Uşaqlar haqqında:

Məncə, böyüklərlə müqayisədə uşaqlar mənim filmlərimi daha yaxşı anlayırlar. Bəlkə bu ona görədir ki, hazırda bir qız atasıyam və uşaq düşüncəsi mənə daha yaxındır. Ona görə də filmin final səhnəsində danışan limuzinlər yarandı. Mən qadın-kişi-əşya qarışığı dünya haqqında film çəkmək istəyirdim. Son səhnədə isə real dünya ilə virtual dünyanın mübarizəsini göstərdim.

61 62

Page 64: Film Fiction Magazine №22

63

* Kieślowski devizi "Uduzdunsa bir daha cəhd et. Yenə uduz. Daha yaxşı uduz". Pasolinin devizi "Parçala, hökmranlıq et!". * Kieślowski "Dekalogdur", Pasolini "Teorema". * Pasolini komunist olub, Kieślowski sosialist. * Pasolini üsyançıdır, Kieślowski etirazçı. * Kieślowski-nin ən qəddar filmi "Ölüm haqqında qısa film"-dir, Pasolinidə "Sadomun 120 günü". * Kieślowski rəngsazdır, Pasolini rəssam. * Pasolini qəhrəmanları tanrılar qədər müdrük və gözəldirlər. Kieślowski qəhrəmanları mələklər qədər saf və mərhəmətli. * Pasolininin əsl siması "Accattone"-dir. Kieślowskinin isə "Amator".* Kieślowski sosial realizmi sürrealığa çevirə bilib. Pasolini isə faşizmi Markiz De Sad romanına. * Kieślowski insanın ürəyindən xəbər verir. Pasolini əxlaqsızlığından.* Pasolini insanların düşüncəsini dəyişir, Kieślowski hisslərini.* Pasolini zorlanaraq, öldürülüb, Kieślowski ürək tutmasından.* Kieślowski "rənglər" trilogiyasıdır, Pasolini "həyat" trilogiyası. * Kieślowski ölən zaman "Cənnət, cəhənnəm, bərzəx" trilogiyasını, Pasolini ölən zaman "Ölüm" trilogiyasını yarımçıq qoydu. * Pasolini kinoda fiziki dil, Kieślowski dramaturgiyadır.

Page 65: Film Fiction Magazine №22

1. Aktyor problemli ailədə doğulub. Atası Kianunun hələ 3 yaşı olarkən onları tərk edib. Sonradan isə narkotik üstündə həbsə atılıb. Anası əvvəlcə Avstraliyaya, oradan isə ABŞ və Kanadaya köçüb. Həmin ərəfələrdə Kianunun bir neçə atalığı peyda olub. Uşaqlıq arzusu hokkeyçi olmaq olsa da, aldığı zədə bu arzusunun üstündən xətt çəkib.2. Sevdiyi qadın Cennifer Saym avtomobil qəzasında dünyasını dəyişib. Bundan öncə isə onlar hələ doğulmamış uşaqlarını itirmişdilər. O vaxtdan bəri Kianunun bir daha ciddi münasibəti olmayıb. Ən yaxın dostu River Feniks isə narkotik istifadəsi zamanı dozanı aşma nəticəsində vəfat edib.3. Deyilənlərə görə, o, zorakı obrazlardan imtina edir. “Şeytanın vəkili” filminə görə öz qonorarından 2 milyonu şirkətə geri qaytarıb ki, Al Paçino ilə razılığa gəlinsin. Eyni jesti Cin Hekmenə qarşı da edib.4. Kiçik bacısında leykemiya olduğu üçün Rivs “Matrix” filmindən aldığı qonorarın böyük hissəsini “Leykemiya ilə mübarizə fondu”-na bağışlayıb. Digər Hollivud aktyorlarından fərqli, Kianunun nə şəxsi mühafizəsi, nə də bahalı evi var.5. Dörd il əvvəl doğum günündə özünə kiçik keks və kofe alıb. Evinin yaxınlığından keçən hər kəs onu asanlıqla təbrik edə bilib.6. Onu çox vaxt avtobus və metrodan istifadə edərkən görmək mümkündür.7. Bir gün iki dost Los-Ancelesi gəzirmişlər. Məhşur “Hollywood” yazısı tərəflərdə istiqaməti səhv salan dostlar təsadüfən Kianunun evinə rast gəliblər. Aktyor “Metallica”dinləyərək öz motosikletini təmir edirmiş. Kianu onlara gedəcəkləri yolla bağlı istiqamət verib və üzr istəyib ki, onları şəxsən yola sala bilmir.8. Aktyorun məşhur ifadəsi: “Yadda saxlayın, foto insan haqqında çox söz deyə bilər, amma heç biri həqiqət ola bilməz. Mən çox xoşbəxt insanam”.

Kianu Rivz 8 HEKAYƏ

64

Page 66: Film Fiction Magazine №22

65

FilmFiction

Şahin Xəlil(baş redaktor)

Geridə qoyduğumuz 2015-ci il filmlərlə zəngin il oldu. Yaxşı, ya pis bunu zaman müəyyənləşdirəcək. Jurnalın yaradəcə heyəti üçün bəs necə? Onlar 2015-ci ildə izlədikləri hansı filmləri unudulmaz hesab edir?se

çim

i

“Hard to be a God” (“Tanrı olmaq çətindir”) – Aleksey German

Düzü, filmə 2 cəhddə baxmışam. İlk dəfə baxanda yarımçıq saxladım. Çünki əsərlə tanış deyildim. Elmi-fantastik əsərlər heç vaxt marağımı çəkməsə də, filmə görə Struqatskilərin eyniadlı əsəri ilə tanış oldum. Filmi tam izlədikdən sonra belə nəticəyə gəldim ki, oxuduğumla izlədiyim başqa-başqa şeylər idi. 45 ilə ərsəyə gələn bu filmə görə Germanın məzarı qarşısında baş əyməyə dəyər. Nəinki Rusiya, dünya kinosunun ən gözəl filmlərindən biridir. Əminəm ki, yaxın gələcəkdə mütləq dərs vəsaiti kimi kino məktəblərində, incəsənət universitetlərində tədris olunacaq.

“L’Amour, l’apres midi” (“Günortadan sonra”) – Eric Rohmer

Romer, mənim üçün, “Yeni dalğa”da ən yaxşıdır. Onun “əxlaq hekayələri” silsiləsindən sonuncu filmini bu il izlədim. Deyə bilərəm ki, filmoqrafiyasında ən yaxşı iki filmdən (digəri, sözsüz ki, “Ma nuit chez Maud”-dur) biridir. Filmin üstünlüyü isə toxunduğu mövzunun incəliyidir. Nə qədər qəribə də olsa, eyni mövzunu bir daha heç bir rejissor təkrarlamayıb və təkrarlamağa da çalışmayıb. Rohmerin dahiliyi də elə budur.

“Mommy” (“Ana”) – Xavier Dolan

Dördbucaq kadr, ən xırda detalları belə yüksək zövqlə təqdimetmə bacarığı. Bəli, bu oğlan alqışalayiqdir. Dolan filmlərini izləmək bahalı ətir istifadə etmək kimidir. Qoxusu necəsə aylarla qalmaqda davam edir. Hər rejissorun bir imza filmi olur. Çox təəssüf ki, Dolan

“Taxi” – Jafar Panahi

Pənahiyə ev dustağı cəzası verilib, kino işi ilə məşğul olmağa qadağa qoyulmasından sonra çəkdiyi 3-cü filmlə bir daha sübut etdi ki, o, bütün qadağalara baxmayaraq, hər vasitə ilə sənət yaratmağa qadirdir. Bu baxımdan “Taksi” filminin Berlində baş mükafata layiq görülməsi gözlənilən idi. Burada qadağalara rəğmən, film çəkməsi də rol oynadı, amma bu heç də filmin gözəlliyi faktına kölgə salmamalıdır. Sadəlik anlayışı sənətdə riskli bir şeydir.

“Mommy” ilə bu imzanı qoydu. Niyə təəssüf? Çünki inanmıram ki, bundan sonrakı filmləri “Mommy” qədər möhtəşəm olsun. Amma istərdim, bu sözlərim yanlış olsun və Dolan sübut etsin ki, o özünü də aşmağa qadirdir.

Page 67: Film Fiction Magazine №22

65 66

Fuad Alqayev(PR menecer)

“C.R.A.Z.Y” – Jean-Marc Vallée

Rejissorun bütün filmlərini izləmişəm. İşləri arasında bir neçə nominasiyada “Oskar” qazanmış "Dallas Buyers Club" bizə tanışdır, lakin mən “C.R.A.Z.Y” filmini daha çox sevirəm. Həm rejissor işinə, həm musiqilərinə, ssenarisinə və xüsusilə də, çox təbii aktyorlar işinə görə baxmağa dəyər.

“Paradies: Liebe” (“Cənnət: Sevgi”) – Ulrich Seidl

Film rejissorun "Cənnət" trilogiyasına daxildir.

“Mean Streets” (“Qəddar küçələr”) – Martin Scorsese

Əgər bir Scorsese pərəstişkarı deyilsinizsə, baxmağınıza dəyməz. Film rejissorun uğursuz işlərindən sayılır, ancaq bir Scorsese sevən filmə zövqlə baxa və bir gecə içərisində insanın başına nələr gələ bilər sualına cavab ala bilər.

“The World is Big and Salvation Lurks Around the Corner” (“Dünya böyükdür, xilas isə döngədə gözləyir”) – Stephan Komandarev

Bu filmə Kusturica filmlərindən sevdiyim aktyor Predrag Manojlovic-ə görə baxmışdım, həmçinin yüksək IMDB balı da baxmağıma başqa bir səbəb olmuşdu. Çox səmimi və maraqlı ssenarisi olan filmdir.

“Southpaw” (“Solaxay”) – Antoine Fuqua Hollivud filmlərindən isə “Solaxay” izlədiyim ən yadda qalan film oldu. Bəlkə də çox bəyəndiyim aktyor Jake Gyllenhaal-ın oyununa görə, bəlkə də sinematoqrafik cəhətdən filmin kifayət qədər səliqəli olduğundan, bəlkə də mövzunun ənənəvi tərzdə olmamasından. Hər halda izlədiyim filmdən həzz

“Bez Konca” (“Sonsuz”) – Krzysztof Kieslowski Film haqqında fikirlərimi qısaca elə filmdən bir sitatla bildirmək istəyirəm: "Qanunlar indi insanlardan çox şey istəyir. İnsan münasibətlərindəki ən dəyərli şeyləri öldürür. Əgər qanunlar sədaqət və inama qarşıdırsa, bu,

Nuranə Axundzadə(redaktor)

2015-ci ili A.Q.İnyarritunun “Birdman”ı ilə açdıq. Düzdür, film 2014-cü ildə çəkilsə də, rusdilli versiyası 2015-ci ilin ilk ayında torrent-ə sızdı. İnyarritu və Lubezkinin birgə işi o qədər gözəl idi ki, haqqında nəsə deməyə çəkinirəm. E.Lubezki, A.Q.İnyarritu və Di Kaprio üçlüyünün adı belə həyəcan doğuran

Çünki adiliyə çevrilmə faizi olduqca yüksəkdir. Pənahi filmləri ona görə mükəmməldir ki, olduqca sadə mövzularla insanın ruhuna enməyi bacarırlar.

əxlaqsızlıqdır. Heç bir hökumət parçalanmış bir cəmiyyəti idarə etməyə cəhd etməməlidir".

Həqiqətləri görmək və həzm etmək istəyən xüsusi bir kütlə üçün nəzərdə tutulmuşdur. Hadisələr Avropanın müstəmləkə ənənələrini müasir müstəvidə təsvir edir.

Page 68: Film Fiction Magazine №22

67

“The Revenant” (“Qayıdış”) filmi bu böhran zamanında 2016-nı yaşamaq üçün güclü stimuldur.

IMDB hesabım isə deyir ki, keçən illə müqayisədə bu il daha çox seriala baxmışam. 2015-ci ili sevimli “Black Mirror” (“Qara güzgü”) serialının “White Christmas” seriyası ilə başladım. Antiutopiya, sci-fi janrında olan bu serialda süjet, aktyor, rejissor, zaman və məkan baxımdan seriyalar bir-biri ilə əlaqəli deyil və hər seriyası ayrı-ayrı rejissor tərəfindən çəkilmişdir. Brukerin sözlərinə görə, süjet xətti müasir cəmiyyətin həyat tərzinə satiradır. Mövzu informasiya texnologiyalarının insan münasibətlərinə təsiridir.

2015-ci ilin qəlbimizi fəth edən serialı isə “Mister Robot” oldu. Texnotriller, psixoloji triller janrında olan serialın ilk pilot versiyası festivalda nümayiş etdirildikdən sonra pulsuz olaraq Youtube-da yerləşdirildi. Qəhrəman gündüzlər kiber-təhlükəsizlik mühəndisi, gecələr isə güclü xaker olan sosiofob gəncdir. Serial mənə o qədər güclü təsir etmişdi ki, avqust ayında kapüşonla gəzirdim. :)

“Scorpion” serialı isə ötən il çıxsa da, gecikdirib bu il baxdım. Tələsməyimə dəyməzmiş, 197 IQ ilə dahi kompüter eksperti və onun dahi dostlarından ibarət qrupdan bəhs edən serialda nə elmdən, nə də fantastikadan əsər-əlamət var, “gopa basıblar” :)

“Everest” bu ilin ən çox gözlədiyim filmlərindən idi. Film elə internətə sızan gün torrentlə oğurlayıb baxdım. Bu hadisə haqda çox oxuyub, sənədli filmlərə baxsam da, filmin finalını əvvəlcədən bilsəm də, yenə də həyəcan və maraqla izlədim.

“Битва за Севастополь” (“Sevastopol Uğrunda Döyüş”) Sergey Mokritskinin snayperçi Lyudmila Pavliçenko haqqında olan bioqrafik filmidir. Rus kinematoqrafiyasında böyük rəğbətlə qarşılanan filmin sauntreklərindən biri məşhur “Kino” qrupunun “Кукушка” və “Океан Ельзи” qrupunun möhtəşəm “Обійми” mahnısıdır.

Endi Virin ilk əsəri olan “The Martian” (“Marslı”) romanı plaqiat olması mübahisəsi səbəbilə böyük səs-küyə səbəb olmuşdu. Keçən il əsəri oxumuşdum, filmə iki dəfə baxdım. Film haqqında çox danışılıb, təkcə onu demək istəyirəm ki, ötən ilki “Interstellar”dan sonra “The Martian” da yağ kimi yayıldı. Filmdəki hadisələrin elmi əsasları haqda olan araşdırmanı gələn saylarımızın birində təqdim edəcəyik.

Coni Deppin heç anası da onu bu obrazda görsə, tanımazdı. “Black Mass” (“Qara Kütlə”) öncə Deppin qriminə görə, daha sonra mükəmməl oyununa görə hamını heyran etdi.

Bir “Star Wars” pərəstişkarı olmasam da, “Star Wars: Episode VII. The Force Awakens” (”Ulduz Müharibələri: Epizod VII - Gücün Oyanışı”) filminə də baxdım.

1996-cı ilin “Microcosmos: Le peuple de l’herbe” filminə 2015-ci ildə baxdığım üçün çox heyfsilənirəm. Həşəratlar aləmi haqda olan sənədli film mükəmməl operator işi, real görüntülərlə möhtəşəm atmosfer yaradır.

Kim Ki Dukun “Hwal” (“Yay”) filminə də 10 il sonra orijinalda – koreya dilində baxdım. Çünki burada sözdən

Page 69: Film Fiction Magazine №22

68

Nurlan Babazadə(yazar)

“Barton Fink” – Coen’s

Əgər məndən Koen qardaşlarının hansı filmini ən çox sevdiyimi soruşsalar, yəqin ki, tərəddüd edərək, “Barton Fink”i deyərəm. “Farqo” və “Böyük Lebovski”yə görə tərəddüd edirəm, amma yenə də “Barton Fink”.

“Zivot je cudo” (“Həyat bir möcüzədir”) – Emir Kusturica

Kusturica mənim ən sevdiyim rejissordur. Onu adı çəkiləndə ilk olaraq “Yeraltı” filmi ağıla gəlir, amma “Həyat bir möcüzədir” mənim üçün daha optimist, bütün hisslərlə zəngin bir filmdir.

Kosmos – Reha Erdem

“Kosmos” türk kinosunda bütün dövrlərin ən yaxşı filmləri siyahısında yer almağa layiqdir. Reha Erdemi başa düşmək üçün bu filmə 2 gündə 3 dəfə, dərhal sonra da digər filmlərinə baxmışdım.

“Жить” (“Yaşamaq”) – Vasiliy Sıgarev

Bu il bu qədər tükürpədici bir film izləməmişdim. Aktyor oyunundan tutmuş, rejissor işinə qədər tamaşaçını özündən asılı edən və tez bir zamanda unudulmayan filmdir.

“Le notti di Cabiria” (“Kabiriya gecələri”) – Federico Fellini

İzlədikcə “Balaca şahzadə”ni xatırladan bir filmdir. Eyni məsumiyyət, eyni sadəlövhlük, eyni mimikalar, eyni hərəkətlər...

çox musiqi danışır. Deyilən sözləri də başa düşmək önəmli deyil, qızın yaşı tamam olanda sevgilisi qoca balıqçı ilə evlənəcək. Böyük rus rejissoru M.Zaxarovun “Убить дракона” (“Əjdahanı Öldürmək”) filminə ikinci dəfə bir də baxdım. Sovet dövründə qadağalara məruz qalmış film bu günümüzdə də olduqca aktualdır, insan haqları, hakim dairələrin özbaşınalığı, şəxsiyyətə pərəstiş filmdə çox gözəl təsvir olunub.

Cinsini dəyişən ilk insan haqda “The Danish Girl” (“Danımarkalı Qız”) filminə də baxdım. “King’s Speech” (“Kral Danışır”) qədər olmasa da, yaxşı filmdir.

Bu il həm də “Relatos salvajes”, Nakasimanın “Kokuhaku”, Leni Rifenştalın Hitlerin sifarişi ilə çəkdiyi “Triumph des Willens” sənədli filmi, sevimli Vudi Allenin sonuncu filmi olan “Irrational Man”, Kristofer Nolanın prodüseri olduğu sci-fi “Transcendence”, Kann kinofestivalının Felliniyə həsr etdiyi “Chacun son cinema” (“Hərənin öz kinosu”) qısametrajlı filmlər almanaxı, Abbas Kiarostaminin “Shirin”, C.Panahinin “Offside”, yapon rejissor Hosodanın “Девочка, покорившая время” (“Zamanı aşan qız”, original adını yadımda saxlaya bilmirəm.:) ), məşhur “Chaplin” filmi, A.Qranikin “Максим Перепелица” filmi, Fukuanın “Southpaw” filmlərini böyük zövqlə izlədim.Ona baxmağa sərf etdiyim vaxtıma heyfsiləndiyim filmlərin sayı iki oldu: “9 days” və “Kağıt”.

Page 70: Film Fiction Magazine №22