c.cabbarlı adına respublika gənclər kitabxanası · 2018. 7. 24. · sirləri və şifrələri,...
TRANSCRIPT
-
BİBLİOQRAFİK ICMAL
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası
Bakı 2018
-
1
İsa Mustafa oğlu Hüseynov
İsa Mustafa oğlu Hüseynov (Muğanna) (12 iyun 1928, Muğanlı, Ağstafa
rayonu, Azərbaycan SSR - 1 aprel 2014, Bakı, Azərbaycan) - Azərbaycanın
görkəmli xalq yazıçısı, Azərbaycan SSR əməkdar incəsənət xadimi,
ssenarist və kinoredaktor, "Nəsimi" mükafatının ilk laureatı (2012).
İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı
kəndində dünyaya gəlmişdir.
Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra
N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra
kəndə qayıtmışdır. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya
fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat
İnstitutunu bitirmişdir.
Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy
Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı
adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968),
redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR
Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində
çalışmışdır.
Yaradıcılığı 1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan
yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap
edilmişdir.1950-ci illərdən etibarən kitabları nəşr olunmuşdur. Ssenariləri
əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər
çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı"
filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi
film mükafatını almışdır.
Mükafatları Azərbaycan SSR əməkdar incəsənət xadimi -23.12.1976
"Nəsimi" mükafatı - 2012-ci il
-
2
"Qırğızıstan Yazıçılar İttifaqı" diplom və priz - 1976-cı il
Əsərləri Bizim qızlar (pyes), 1953
Dan ulduzu (pyes), 1955
Hekayələr, 1957
Yanar ürək (pyes), 1960
Doğma və yad adamlar (roman), 1962
Teleqram (povest), 1963
Yanar ürək (roman), 1965
Tütək səsi (pyes və hekayələr), 1965
Pyeslər, 1967
Kollu koxa (pyes və hekayələr), 1969
Ömrümdə izlər, 1971
Saz (pyeslər), 1971
Seçilmiş əsərləri (roman və pyeslər), 1972
Yanar ürək, Doğma və yad adamlar, 1979
Məhşər (roman), 1979
İdeal (roman), 1985. http://anl.az/el/m/mi_i.pdf
Türfə (roman),2009
Qəbiristan (roman),2013
Cəhənnəm (roman), 2013
GurÜn (roman),2013
İsahəq-Musahəq (roman),2013
Seçilmiş əsərləri İsa Muğanna - Əsərləri I
İsa Muğanna - Əsərləri II
İsa Muğanna - Əsərləri III
http://anl.az/el/m/mi_i.pdf
-
3
İsa Muğanna - Əsərləri IV
İsa Muğanna - Əsərləri V
İsa Muğanna - Əsərləri VI
Filmoqrafiya Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
Dəli Kür (film, 1969)
İyirmialtılar (film, 1966)
Qərib cinlər diyarında (film, 1977)
Liderlik missiyası. 1-ci hissə (film, 2008)
Nəsimi (film, 1973)
Nizami (film, 1982)
Od içində (film, 1978)
Tütək səsi (film, 1975)
Ulduzlar sönmür (film, 1971)
Zəlimxan dastanı (film, 2007)
Yazıçı İsa Hüseynov uzun müddət xroniki ürək çatışmazlığından əziyyət
çəksə də heç vaxt yataq xəstəsi olmamışdır. 2014-cü il 1 aprel tarixində
gecəyarısı qəfildən vəfat etmişdir. Dəfn mərasimi xaricdə yaşayan
nəvəsinin gəlişi və iştirakı ilə Fəxri Xiyabanda gerçəkləşmişdir.
"İdeal" romanı "İdeal" romanı ədəbiyyatımızın Dostoyevskisi adlandırılan İsa
Muğannanın yaradıcılığında yeni səhifə açmış və böyük ajiotaj yaratmış
romandır.Qeyd etmək lazımdır ki, bu roman Azərbaycan ədəbiyyatının ən
sanballı romanlarından biri olmaqla yanaşı həm də dünya ədəbiyyatının da
incilərindən hesab olunur.Dünya ədəbiyyatında sayılıb-seçilməsinin ən
əsas səbəbi də ondadır ki iyirminci əsr dünya ədəbiyyatında ən möhtəşəm
adlar olan Coys, Kafka, Prust, Tomas Mann, Feyxtvanger, Sartr, Kamyu,
Brox, Faulz, Eko və s. kimi yazıçıların heç birinin yaradıcılığında bu növdə
romana rast gəlinməmişdir.
”İdeal”da ictimai konflikt çox güclüdür. Həqiqi kommunist tərbiyəsi ilə
böyümüş gənc Səmədin qarşısında çox böyük maneələr durur. Kəndə gəlib
-
4
işə başladığı ilk gündən elə böyük çətinliklərlə, hər gün, hər saat, hər
dəqiqə elə ağır və bəd xəbərlərlə, dəhşətli və anlaşılmaz müəmmalarla, el
malına həris düşmən qüvvələrlə qarşılaşır ki, onun bu çətinliklərə necə
dözəcəyini, bunlara necə tablaşacağını, bunlarla necə mübarizə
aparacağını, öz ürəyinin, vicdanının tələbləri əsasında necə işləyəcəyini,
məsələləri necə həll edəcəyini fikirləşdikdə az qala oxucunun nəfəsi
təngiyir. Rayona çatan kimi, sevgilisini əmisi evində gəlin görməsi, ata
yadigarı köhnə evlərini gözləri önündə Əlləzoğlunun yandırması,əmisi ilə
barışmaq üzrə ikən gözünün qabağında Sultanın Gülgəzi zorlaması hələ bir
yana, Səməd əmisinin idarəçilik işlərində geriyə doğru dəhşətli dönüş
görür: illərlə Qudalılara qarşı mübarizə aparan əmisi indi Qudalıları iş
başına gətirmiş, kolxoza rəhbərliyi onlara tapşırmışdır. Qudalı Rəhim
kolxoz sədri olan kimi, əsas vəzifələri - mühasibliyi də, fermanı da
qudalılara tapşırmışdır. Rəhim kişi sədr olan kimi, vaxtilə xalq düşməni
çıxarılmış qardaşı Məhəmmədin intiqamını almağa başlayıb, kolxozçuların
əmək haqqını ləngidir, onları dövlətdən narazı salır, gizli yolla kolxozu
dağıtmağa çalışır. Təbiətən əyriliyə, soyğunçuluğa, el malına həris olan,
faktiki olaraq Sovet hökumətinə düşmən mövqe tutan Qudalıları Sultan niyə
birdən-birə iş başına gətirmiş, kolxozun ixtiyarını onlara vermişdir?
Romanı oxuduqca oxucu həyəcanla hadisələrin necə cərəyan
edəcəyini,baş qəhrəman Səmədin,müəllifin diliylə desək SimOdun başına
nələr gələcəyini düşünür.Müəllifin-İsa Muğannanın da elə əsl qələbəsi
bunda oldu ki,Azərbaycan xalqının ulu tarixi kökləri ilə müasir mənəvi
problemlərini vahid süjet xəttində ustalıqla birləşdirdi.
http://www.anl.az/el/m/mi_i.pdf
“Məhşər” romanı “Məhşər” tarixi-fəlsəfi romandır. XİV əsrdə Teymurləngin yürüşləri
dövründə baş vermiş hadisələrdən, Şərqin böyük filosofu Fəzlullah
Nəiminin və böyük hürufi şairi İmadəddin Nəsiminin insan və insanlıq
uğrunda qeyri-adi mübarizələrindən bəhs edir. Əsərdə həmçinin maraqlı
siyasi konfliktlər, siyasi maraqların toqquşması və bu maraqların insan
mənəviyyatının məhvi məsələsi çox böyük ustalıqla təsvir edilir.
“Məhşər” romanı haqqında Vaqif Yusifli (filologiya elmləri doktoru, ədəbi tənqidçi): “Məhşər” ən
yaxşı romanlardan biridir. İsa Hüseynov tarixi romanda çox şeyləri sübut
etdi. Orada bəzi səhnələr var ki, bəlkə də tarixdə bunlar olmaşdır. Yəni
http://www.anl.az/el/m/mi_i.pdf
-
5
tarixi mənbələr onları təsdiq etmir. Məsələn, Nəsimi ilə Əmir Teymurun
görüşməsi yalnış “tarixi fakt”dır. Amma burada rəmzi olaraq iki fərqli
qüvvənin görüşü əsərə əlavə rəng qatır. Nəsimi ölüb gedib, amma o böyük
ideya qalıb. İ. Hüseynov da əsərdə məhz bunu yarada bilmişdir. Nəsimini
zaman və məkan kontekstindən çıxara bilmişdir.
Aydın Xan (yazıçı-kulturoloq): “İsa Hüseynov - Muğannanın “Məhşər”
tarixi romanı ötən əsrin ikinci yarısında Azərbaycan SSRİ kimi güclü
dövlətin tərkibində olanda qələmə alınmış kitab-manifestdir. Nəsimi obrazı
altında Azərbaycan insanının həm orta əsrlərdə, həm də SSRİ kimi bir
imperiyanın tərkibində hər zaman can atdığı milli və mənəvi azadlığının
simvoluna çevrilən bu əsərdə müxtəlif qatlar var: tarixilik, milli sivilizasiya
sirləri və şifrələri, İslam dininin intellektual tərəfi, sufizm, hürufizm təriqəti
fəlsəfəsi, milli azadlıq hərəkatı, Təbriz, Şirvan, Ərdəbildəki gizli cəmiyyətlər,
yadellilərə qarşı müqavimətdə insanlarımızın səfərbər olunması, Bütöv
Azərbaycan, ədəbiyyatımızın ana dilinə üz tutması, ilahi poeziya və s. Belə
bir yükün altına yalnız İsa Hüseynov - Muğanna girə bilərdi. Düzdür, sovet
senzoru o romanın daha da kamil yaradılmasına, oradakı fikirlərin, xalqın
arzularının mətnin alt qatında deyil, birbaşa yürüdülməsinə heç cür icazə
verə bilməzdi, odur sənətkar daha estetik-kulturoloji üsullardan
bəhrələnmişdir. Bu roman həm də Azərbaycan tarixi haqqında
ədəbiyyatımızda çox möhtəşəm bir söz abidəsidir. Eləcə də ilk intellektual
Azərbaycan romanlarından sayıla bilər.
Vaqif Bayatlı Odər (şair): “Əvvəla, düşünürəm ki, “Hüseynovu”
ümumiyyətlə deməyək. İsa Muğanna, vəssalam. “Məhşər” çox möhtəşəm
əsərlərdən biridir. İsa Muğanna həm bu əsərdə, həm də digər romanlarında
təkcə Azərbaycan ədəbiyyatı üçün deyil, hətta dünya ədəbiyyatı üçün də
yeni sayılacaq manevrlər etdi. O bu əsərdə bəşəriyyəti xilas edəcək
məsələləri çox böyük ustalıqla göstərə bildi. Burada bəşəriyyəti xilas edə
biləcək məqamlar var. Təkcə bir regionun yox ümumi dünyanın dərdləri
burada göstərilib. İsa Muğanna yaşının bu vaxtında da bu işlərlə məşğuldur
və mən bunu alqışlayıram.
Niyazi Mehdi (fəlsəfə elmləri doktoru, professor): “Yaxşı roman kimi
yadımda qalmişdır. Oradakı etimoloji spekulyasiyalar elmi deyil, bədiidir.
Hərçənd yazarın özü deyəsən, onları elmi sayır”.
Elmin Nuri Modern.az
file:///C:/Users/BENQ/Downloads/[kitabyurdu.org]-1478179765_isa_muganna_3.pdf
file:///C:/Users/BENQ/Downloads/%5bkitabyurdu.org%5d-1478179765_isa_muganna_3.pdf
-
6
Qərib cinlər diyarında (film, 1977) Filmin məzmunu
Film var- dövlət arzusu ilə yaşayan kasıb kəndli balası Qərib (Bəxtiyar
Xanızadə) haqqında söhbət açır. Günlərin birində gəncin arzusundan xəbər
tutan cinlər padşahı Akşad(Muxtar Maniyev) onu öz diyarına dəvət edir və
gəncə çoxlu var-dövlət verəcəyini bildirir, amma bir şərtlə: oğlan cinlərə
taxıl əkməyi və çörək bişirməyi öyrətməlidir. Gənc razılıq verir. Beləliklə, ilk
baxışda elə görünür ki, o, məqsədinə çatıb, istəyinə nail olmuşdur.Lakin
çox keçmir ki, Qərib evləri üçün darıxmağa, anasını (Firəngiz Şərifova),
sevgilisini(Gülnarə Əfəndiyeva) tez-tez xatırlamağa başlayır. Yalnız bu
zaman o, başa düşür ki, dünyada Vətəndən əziz heç nə yoxdur və ola
bilməz.
Film insan iradəsinin yenilməzliyi, var-dövlətin vətənə, ailəyə
məhəbbəti əvəz edə bilməyəcəyindən bəhs edir.
http://www.azerikino.com/qerib-cinler-diyarinda-1977.html
Иса Гусейнов
Биография
Иса Гусейнов (р. 12 апреля 1928) - советский и азербайджанский
писатель, сценарист и редактор. Родился в селе Мунгалы в семье
школьного учителя. После окончания средней школы в 1945 году
поступил в Азербайджанский медицинский университет, но через
четыре месяца ушёл из него и вернулся в родное село.
Впоследствии окончил филологический факультет Бакинского
государственного университета и в 1952 году - Литературный институт
им. Максима Горького.
В 1952-1954 годах работал редактором в Азербайджанском
государственном издательстве, в 1960 -1964 годах - редактором в
газете «Литературный Азербайджан». В 1964 -1968 годах был
главным редактором на киностудии «Азербайджанфильм», в 1964 -
1968 годах - редактором, в 1974 -1979 годах - членом совета
http://www.azerikino.com/qerib-cinler-diyarinda-1977.html
-
7
сценаристов, с 1979 года стал главным редактором Комитета по
кинематографии Азербайджанской ССР.
В 1977 году получил звание Заслуженного деятеля искусств
Азербайджанской ССР. Литературную деятельность начал в 1949
году, опубликовав статью «İnqilab və Mədəniyyət» (рус. «Революция и
культура»). Написанием романов и сценариев занялся с 1950 года,
некоторые его произведения были переведены на иностранные языки.
Поставленный по его сценарию фильм «26 бакинских комиссаров»
получил в 1968 году премию на Ленинградском всесоюзном
кинофестивале как лучший историко-революционный фильм.
Подробнее на livelib.ru:
https://www.livelib.ru/author/424515-isa-gusejnov
https://www.livelib.ru/author/424515-isa-gusejnov
-
8
Virtual sərgi
-
9
Biblioqrafiya
İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
https://president.az/articles/28891
Muğanna, İsa. İdeal / İ. Muğanna. - Bakı : Lider nəşriyyat, 2005. -
536 s.
Təqdim olunan, yenidən işlənmiş şəkli ilə yaxın və uzaq
keçmişimizdən tarixi hadisələrin, alim və filosoflarımızın vətənpərvərlik
çarpışmalarının əks etdirildiyi "İdeal" əsərində yazıçı Azərbaycan xalqının
ulu tarixi kökləri ilə müasir mənəvi problemlərini vahid süjet xəttində
ustalıqla birləşdirmişdir.
Muğanna, İsa. Seçilmiş əsərləri : 6 cilddə / İ. Muğanna ; tərt. F.
Muğanna ; red. U. Rəhimoğlu ; bur. məsul V. Bəhmənli ; Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi.
I cild : Povestlər. - Bakı : Avrasiya Press, 2009. - 424 s. - (Ustad
sənətkarlar).
Ədibin "Seçilmiş əsərləri"nin bu cildinə onun müxtəlif illərdə qələmə
aldığı məşhur povestləri daxil edilmişdir.
Muğanna, İsa Seçilmiş əsərləri : 6 cilddə / İ. Muğanna ; tərt. F.
Muğanna ; red. U. Rəhimoğlu ; bur. məsul V. Bəhmənli ; Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi.
II cild : Povestlər, hekayələr. - Bakı : Avrasiya Press, 2009. - 432 s. ; 21,5
sm. - (Ustad sənətkarlar).
Görkəmli yazıçımız İsa Muğannanın altı cildlik "Seçilmiş əsərləri"nin II
cildinə onun "Sürgün", "Dan ulduzu" povestləri, müxtəlif illərdə qələmə
aldığı hekayələri və "Ömrümdə izlər" başlığı altında bir neçə xatirə-oçerki
daxil edilmişdir.
Muğanna, İsa. Seçilmiş əsərləri : 6 cilddə / İ. Muğanna ; tərt. F.
Muğanna ; red. U. Rəhimoğlu ; bur. məsul V. Bəhmənli ; Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi.
III cild : Mənşər : roman. - Bakı : Avrasiya Press, 2009. - 304 s. ; 21,5 sm.
- (Ustad sənətkarlar).
https://president.az/articles/28891
-
10
Bu cildə ədibin "Mənşər" tarixi-fəlsəfi romanı daxil edilmişdir. XIV
əsrdə Əmir Teymurun yürüşləri dövründə baş vermiş hadisələrdən, filosof
Fəzlullah Nəiminin və böyük humanist şair Nəsiminin insan uğrunda qeyri-
adi mübarizələrindən, habelə məşhur Şirvanşah İbrahimin hakimiyyəti
illərində Azərbaycanda, İranda və Yaxın Şərqdə geniş xalq kütlələrinin
taleyindən bəhs edən bu əsər yazıçının "Karvan" adlandırdığı roman və
povestlər silsiləsinə daxildir.
Muğanna, İsa. Seçilmiş əsərləri : 6 cilddə / İ. Muğanna ; tərt. F.
Muğanna ; red. U. Rəhimoğlu ; bur. məsul V. Bəhmənli ; Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi.
IV cild : İdeal : roman. - Bakı : Avrasiya Press, 2009. - 576 s. - (Ustad
sənətkarlar).
Yazıçının həyatdakı ziddiyyətləri bütün kəskinliyi ilə göstərən "Yanar
ürək" romanı özünün ictimai, vətəndaşlıq konsepsiyası ilə, mühüm sosial
həqiqətlər barədə söz açmaq cəhdi ilə ədəbiyyatımızın inkişafı üçün çox
gərəkli olmuşdur. Bu əsərin mövzusunu müəllif sonralar "İdeal" romanında
bir qədər də dərinləşdirmiş, yeni bədii məzmunda zənginləşdirmişdir.
Yenidən işlənmiş şəkli ilə yaxın və uzaq keçmişimizdən tarixi hadisələrin,
alim və filosoflarımızın vətənpərvərlik çarpışmalarının əks etdirdiyi "İdeal"
romanında yazıçı Azərbaycan xalqının ulu tarixi kökləri ilə müasir mənəvi
problemlərini vahid sujet xəttində ustalıqla birləşdirmişdir.
Muğanna, İsa. Seçilmiş əsərləri : 6 cilddə / İ. Muğanna ; tərt. F.
Muğanna ; red. U. Rəhimoğlu ; bur. məsul V. Bəhmənli ; Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi.
V cild : Romanlar. - Bakı : Avrasiya Press, 2009. - 480 s. - (Ustad
sənətkarlar).
Bu cilddə yazıçının son illərdə qələmə aldığı "Qəbiristan" "GurÜn",
"Cəhənnəm" və "İsahəq, Musahəq" romanları verilmişdir.
Muğanna, İsa. Seçilmiş əsərləri : 6 cilddə / İ. Muğanna ; tərt. F.
Muğanna ; red. U. Rəhimoğlu ; bur. məsul V. Bəhmənli ; Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi.
VI cild. - Bakı : Avrasiya Press, 2009. - 384 s. - (Ustad sənətkarlar)
Ədibin altıcildliyinin son cildinə onun müxtəlif illərdə qələmə aldığı
məqalələri, müsahibələri və haqqında yazılar daxil edilmişdir.
Muğanna, İsa. İsahəq, Musahəq : roman / İ. Muğanna ; red. Ş.
Sadiq. - Bakı : Hədəf Nəşrləri, 2013. - 200 s. - ("XAN" milli ədəbiyyat).
-
11
Muğanna, İsa. Məhşər : roman / İ. Muğanna ; red. Ş. Sadiq. - Bakı :
Hədəf Nəşrləri, 2013. - 327 s. - ("XAN" milli ədəbiyyat).
Muğanna, İsa. Cəhənnəm : roman / İ. Muğanna ; red. Ş. Sadiq. -
Bakı : Hədəf Nəşrləri, 2013. - 272 s. - ("XAN" milli ədəbiyyat)
Muğanna, İsa. GurÜn : roman / İ. Muğanna ; red. Ş. Sadiq. - Bakı :
Hədəf Nəşrləri, 2013. - 168 s. - ("XAN" milli ədəbiyyat).
Muğanna, İsa. Qəbiristan : roman / İ. Muğanna ; red. Ş. Sadiq. - Bakı
: Hədəf Nəşrləri, 2013. - 280 s. - ("XAN" milli ədəbiyyat)
Muğanna, İsa.Kollu koxa : Mirzə Cəlilin əziz xatirəsinə / İ. Muğanna ;
red. Ş. Sadiq. - Bakı : Hədəf Nəşrləri, 2015. - 144 s.
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri
olan və öz əsərləri ilə nəsr tariximizdə əhəmiyyətli yer tutmuş İsa
Muğannanın bu kitabında onun yaradıcılığının müxtəlif mərhələlərinə aid
nümunələr toplanıb. Burada insanlara ayama qoşan, hər zaman həqiqəti
söyləyən, ətrafını saflaşdıran və qorxudan Kollu Koxanın kaloritli obrazıyla
qarşılaşacaq, məşhur "Kollu Koxa" povestini oxuya biləcəksiniz. Bununla
yanaşı, kitabda yazıçının yaradıcılığının çoxşaxəli olduğunu göstərən
"Qayım qaya" kimi rəmzləşdirmə modeli, "Elan:bİsa Hüseynov özünü
axtardı, tapmadı" zarafatının yer aldığı "Yazıq" essesi kimi bir çox maraqlı
nümunələr də dərc olunub.
Muğanna, İsa. Şəppəli : povestlər / İ. Muğanna ; red. Ş. Sadiq. -
Bakı : Hədəf Nəşrləri, 2015. - 128 s.
Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri
olan İsa Muğannanın iki maraqlı əsəri - "Şəppəli" və "Quru budaq" tədim
edilib. "Şəppəli"də sovet dövrünün tipik xarakterlərindən biri - hesabdar
Şəppəlinin, rüşvət üstündə işdən qovulan doxtur Məmmənin başına
gələnlər nəql edilir. Molla Gülənlə Komsomol Tahir arasındakı ədavətdən
başlayan konflikt isə "Quruyan budaq"ın əsas mövzusudur.
Muğanna, İsa. İlan dərəsi : əsərlər, povestlər / İ. Muğanna ; red. Ş.
Sadiq. - Bakı : Hədəf Nəşrləri, 2013. - 320 s.
Bu hadisə ilk dəfə uzun illər bundan əvvəl, Ceyrançöldəki tək binada
baş vermişdi. Gecənin bir aləmində Ağ gəlin taxtda yatarkən birdən
sinəsinin üstündə yumşaq bir şey hiss edib, diksinib oyananda döşlərinin
arasında qıvrılıb yatan ilanı görmüşdü. Lakin nədənsə lap cüzi də olsa
eymənmədən: - Ay ƏlAğın heyvanı, san burda nə gəzirsən? - demişdi və
bu an çox heyrətli hadisə baş vermişdi. İlan Ağ gəlinin döşlərinin arasında
dartınıb, kənardan Ağ gəlinin gözlərinə baxıb insan kimi dilə gəlib. "Mən
-
12
səni sevirəm" - demişdi və səhərə qədər Ağ gəlinin döşlərinin arasında
qalıb, səhərisi Ağ gəlini İlan dərəsinə aparıb, yuvasını göstərib: - Mənim
yerim buradır. Sənə nə vaxt lazım olsam məni buradan çağır - demişdi.
Muğanna, İsa. Türfə : türfə gözəl deməkdir / İ. Muğanna ; red. Ş.
Sadiq. - Bakı : Hədəf Nəşrləri, 2015. - 136 s.
İsa Muğannanın 2009-cu ildə yazılmış, lakin sağlığında müəyyən
səbəblərdən çap edilməyən "Türfə" romanı ilk dəfə nəşr edilir. Roman
müəllifin SafAğ elmii silsiləsində yazılan əsərlərin sonuncusudur. Dini-
fəlsəfi mövzuda olan bu əsərdə İslam dinində olan təhriflərdən və
Nəqşibəndilikdən bəhs edilir.
Muğanna, İsa. Saz : povestlər / İ. Muğanna ; red. Ş. Sadiq. - Bakı :
Hədəf Nəşrləri, 2015. - 280 s.
Kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri
olan İsa Muğannanın iki maraqlı əsəri - "Saz" və "Tütək səsi" təqdim edilib.
Hər iki əsər Böyük Vətən Müharibəsi illərində arxa cəbhədə yaşanan
həyatın ağırlığını, baş verən konfliktlərin dinamik inkişafını maraqlı şəkildə
əks etdirir. İsfəndiyar kişi, Qılınc Qurban, Çekist Məhərrəm, Milli, CƏbrayıl
kimi xarakterlər, yaradılan təzadlı situasiyalar Azərbaycan kəndinin və
insanının bütüb koloritini canlı şəkildə ötürə bilir.
Hüseynov, Məhərrəm Abbasəli oğlu. Janr, zaman və ədəbi qəhrəman
(İsa Hüseynovun hekayələri). / M. A. Hüseynov.- Bakı: “Elm və təhsil”,
2012. - 156 s.
http://anl.az/el/h/Azf-265968.pdf
Kitabda görkəmli yazıçı İsa Hüseynovun 1950- 60-cı illər hekayə
yaradıcılığı dövrün ədəbi prosesinin inkişaf meylləri fonunda
araşdırılmışdır. Hekayələr bütövlükdə ədəbiyyatımızın təcrübəsi, janrın
estetik prinsipləri mövqeyindən təhlilə cəlb edilmişdir.Hekayələrin ideya
məzmununu və sənətkarlıq xüsusiyyətlərinin müəyyənləşdirilməsində
yüksək nəzəri baxış, müasir elmi - metodoloji münasibət aydın hiss olunur.
Dövrü mətbuatda İsa Hüseynov Xəlilzadə,F. Mövqeyi ilə seçilən yazıçı: İsa Hüseynov-80 / F.Xəlilzadə
Xəlilzadə, Flora. //Azərbaycan.-2008.- 13 iyun.- S. 6.
Əhmədoğlu, A."Yazıçı": İsa Hüseynov-Muğanna /A.Əhmədoğlu
//Ədəbiyyat qəzeti. -2009. - 16 yanvar.- S.6.
http://anl.az/el/h/Azf-265968.pdf
-
13
Əhmədoğlu, A. "Yazıçı": İsa Hüseynov-Muğanna /A.Əhmədoğlu
//Ədəbiyyat qəzeti.- 2009.-16 yanvar.- S.6.
İsa Hüseynov: "Yaxşı rejissor olsa indi də ssenari yazaram" /İ.Hüseynov
//Ədalət.-2012.- 7 dekabr.- S.8.
Ölümsüz insan, əbədi həyat və Muğanna /İ.Muğanna; Müsahibəni
apardı:Vahid, Təranə //Mədəniyyət.-2012.-13 iyun.- S. 11.
Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı
İsa Hüseynov son mənzilə yola salınıb. //Yeni Azərbaycan.-2014.- 3 aprel.-
S.3.
Babasoy, Ülvi.Muğanna mərtəbəsi və ya milli nəsrimizdə İsa Hüseynov
mərhələsi /Ü.Babasoy //525-ci qəzet.-2015.- 18 avqust.- S. 4.
Muğanna, Sevinc.Muğanna kimdir? /S.Muğanna //Kaspi - 2017.- 11-13
fevral.- S.20.
http://web2.anl.az:81/read/page.php?bibid=vtls000528094
Məhərrəmova, Təranə. Azərbaycanın Dostoyevskisi - İsa Muğanna
/T.Məhərrəmova //Kaspi.-2017.- 11-13 fevral.- S.22.
Xan, Müşfiq. Tanıdığım İsa Muğanna /M.Xan //Kaspi.-2017.- 11-13
fevral.- S.19.
http://web2.anl.az:81/read/page.php?bibid=vtls000528098
Cəfərov, Nizami. "İsa Muğanna yaradıcılığı "İdeal" işığında" əsərinə
baxış / N. Cəfərov // 525-ci qəzet. - 2017.- 20 iyun. - № 108. - S. 7 .
http://web2.anl.az:81/read/page.php?bibid=vtls000528088
Cəfərov, Nizami "İsa Muğanna yaradıcılığı "İdeal" işığında" əsərinə
baxış /N.Cəfərov //525-ci qəzet.-2017.- 20 iyun.- S.7.
Yusifli, Vaqif. İsa Hüseynovdan ...Muğannayadək : böyük tərcümeyi-
haldan bir nüçə sətir: [Isa Muğanna - 90] / V. Yusifli // Azərbaycan. - 2018. -
№ 6. - S. 47-54 .
Гусейнов, Иса Мустафа оглы Имя твое - человек : повести : пер. с
азерб. / Иса Гусейнов ; [худож. А. И. Гольдман]. - Москва : Советский
писатель, 1978. - 382 с. - Содерж.: Родные и чужие ; Телеграмма ; Саз
; Звуки свирели ; Сухая ветка ; Коллу-Коха.
https://lib.nspu.ru/catalogs/?base=library&f0=c&t0=3&v0=звук+свирели&f1
=b&t1=0&v1=Иса+Гусейнов&f2=b&t2=0&v2=&show=20
http://web2.anl.az:81/read/page.php?bibid=vtls000528094http://web2.anl.az:81/read/page.php?bibid=vtls000528098http://web2.anl.az:81/read/page.php?bibid=vtls000528088https://lib.nspu.ru/catalogs/?base=library&f0=c&t0=3&v0=звук+свирели&f1=b&t1=0&v1=Иса+Гусейнов&f2=b&t2=0&v2=&show=20https://lib.nspu.ru/catalogs/?base=library&f0=c&t0=3&v0=звук+свирели&f1=b&t1=0&v1=Иса+Гусейнов&f2=b&t2=0&v2=&show=20
-
14
Гусейнов, Иса.Звук свирели : [Повести : Для детей] / Иса Гусейнов.
- Баку : Гянджлик, 1989. - 230,[2] с.
https://search.rsl.ru/ru/record/01001525620
Гусейнов И. «Свадьба». / И. Гусейнов // Литературная газета.-
1965.- 21 октября.
Elektron resurslar İsa Muğanna - Vikipediya
https://az.wikipedia.org/wiki/İsa_Muğanna
Гусейнов, Иса Мустафа оглы - Википедия
https://ru.wikipedia.org/wiki/Гусейнов,_Иса_Мустафа_оглы
Azərbaycanın Dostoyevskisi - İsa Muğanna » Kaspi.azAzərbaycanda ..
http://kaspi.az/az/azerbaycanin-dostoyevskisi-isa-muanna/
“İlan dərəsi”-İsa Muğanna | Hədəf Nəşrləri MMC
http://hedefnesrleri.az/nesrler
Oyaq İsa Hüseynov, yuxulu İsa Muğanna -
http://modern.az/az/news/54626#gsc.tab=0
“Yazıçı”: İsa Hüseynov-Muğanna
http://anl.az/down/meqale/edebiyyat/edebiyyat_yanvar2009/66550.htm
89-UN İŞIĞINA TOPLAŞDILAR..
http://www.sherg.az/site/id-32628/_89-
un_işığına_toplaşdılar..._-_FOTO#.WyDCb3P4nIU
İsa Hüseynovdan İsa Muğannaya: Axırıncı əlyazma və bütöv dünya
http://senet.az/isa-huseynovdan-isa-mugannaya-axirinci
Народного писателя Ису Гусейнова проводили в последний путь ...
http://www.1news.az/news/narodnogo-pisatelya-isu-guseynova-provodili-v-
posledniy-put---foto
ГУСЕЙНОВ • Большая российская энциклопедия - электронная ...
https://search.rsl.ru/ru/record/01001525620https://az.wikipedia.org/wiki/İsa_Muğannahttps://ru.wikipedia.org/wiki/Гусейнов,_Иса_Мустафа_оглыhttp://kaspi.az/az/azerbaycanin-dostoyevskisi-isa-muanna/http://hedefnesrleri.az/nesrlerhttp://modern.az/az/news/54626#gsc.tab=0http://anl.az/down/meqale/edebiyyat/edebiyyat_yanvar2009/66550.htmhttp://www.sherg.az/site/id-32628/_%3cfont_color=red%3e89-un_işığına_toplaşdılar...%3c/font%3e_-_FOTO#.WyDCb3P4nIUhttp://www.sherg.az/site/id-32628/_%3cfont_color=red%3e89-un_işığına_toplaşdılar...%3c/font%3e_-_FOTO#.WyDCb3P4nIUhttp://senet.az/isa-huseynovdan-isa-mugannaya-axirincihttp://www.1news.az/news/narodnogo-pisatelya-isu-guseynova-provodili-v-posledniy-put---fotohttp://www.1news.az/news/narodnogo-pisatelya-isu-guseynova-provodili-v-posledniy-put---foto
-
15
https://bigenc.ru/literature/text/5213681
12 апреля в истории •WEM.az
http://wem.az/12-aprelya-v-istorii/
Все книги автора Иса Гусейнов - Rubuki
http://rubuki.com/authors/isa-guseynov/books
Библус - Звук свирели (Гусейнов Иса) - Biblus.ru
http://www.biblus.ru/Default.aspx?book=6m1g086m1
ГУСЕЙНОВ Иса Мустафа оглы https://persons-
info.com/persons/GUSEINOV_Isa_Mustafa_ogly
Смотреть Звук свирели онлайн
http://kinemathek.ru/72047-kinemathek_ru-zvuk-svireli.html
Muğanna : biblioqrafik vəsait / tərt. Y. Z. Sadıqlı. - Bakı : Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanası, 2018. -13 s. -
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası.
Ünvan : Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 203.
Telefon : 012 538 54 46, 012 538 93 54, 012 538 54 57
https://bigenc.ru/literature/text/5213681http://wem.az/12-aprelya-v-istorii/http://rubuki.com/authors/isa-guseynov/bookshttp://www.biblus.ru/Default.aspx?book=6m1g086m1https://persons-info.com/persons/GUSEINOV_Isa_Mustafa_oglyhttps://persons-info.com/persons/GUSEINOV_Isa_Mustafa_oglyhttp://kinemathek.ru/72047-kinemathek_ru-zvuk-svireli.html