nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/bash-romani.docx · web viewaxşam o sağlam şaxtası...

305
Nizami Tağısoy Elçinin «Baş» romanı struktur- funksional təhlil müstəvisində 1

Upload: others

Post on 07-Jan-2020

1 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Nizami Tağısoy

Elçinin «Baş» romanı struktur-funksional təhlil müstəvisində

Bakı-2016

1

Page 2: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Elmi redaktor və ön sözün müəllifi:

Məmməd Əliyev

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun

direktor müavini, filologiya elmləri doktoru, professor

Rəyçilər:Məmməd Qocayev

Bakı Slavyan Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının müdiri,

filologiya elmləri doktoru, professor

Rəhilə Qeybullayeva

Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı

kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

2

Page 3: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

MÜNDƏRİCAT

Müqəddimə.................................................prof.M.Əliyev

Giriş...........................................................................................................................13

I Fəsil. «Baş» romanının ədəbi-bədii xüsusiyyətləri……………….....................21

1. Romanın süjet konstruksiyası...............................................................................21

2. Süjet bədii forma kateqoriyasından biri kimi.......................................................29

3. «Baş» romanında süjetdənkənar elementlər.........................................................34

4. Romanda tarixi fon və bədii təxəyyülün özəl xətləri............................................39

II Fəsil. Romanda ədəbi personajların tipologiyası.............................................44

1. «Baş» romanında

konflikt......................................................................................44

2. Romanda ədəbi qəhrəman problemi......................................................................45

3. Qəhrəman davranışı və psixoloji ovqatın yaradılma

özünəməxsusluğu...................................................................................................... 47

4.Romanda Sisianovun prototipi...............................................................................52

5. «Baş» romanının portret

xarakteristikası................................................................54

6. «Baş» romanının personajlar sistemi və onların bədii üsulla

şərtlənmə priyomları................................................................................................57

7. «Baş» romanında xarakterlər və personajların psixologiyası...............................62

III Fəsil. «Baş» romanının bədii məkan və zaman problemi……………….......67

1. Xronotop süjetyaradıcı element kimi...................................................................67

2. Romanda canişin Sisianovun ölümü....................................................................76

IV Fəsil. «Baş» romanında etnik-milli keyfiyyətlərin əksi..................................80

1. «Baş» romanında dövrün milli çalarlarının və yerli koloritin saxlanılması……..80

2. «Baş» romanında türkçülük və azərbaycançılıq ideyaları.....................................89

3

Page 4: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

V Fəsil. «Baş» romanında sənətkarlıq məsələləri................................................97

1. «Baş» özünəməxsus roman tipi kimi.................................................................97

2. Postmodernist estetika və «Baş» romanının

poetikası………………………….107

3. «Baş» romanında postrealist və postmodernist xətlər və gedişlər......................115

4. Romanın sosioloji çözümü – ideoloji mahiyyəti................................................123

5. «Baş» romanında mistik – idillik təsvirlər..........................................................127

VI Fəsil. «Baş» romanında müəllifin üslub konsepsiyası..................................132

1. Sisianov ikiləşmə və bütövləşmə burulğanında………………………….......132

VII Fəsil. «Baş» romanı ədəbi tənqiddə..............................................................152

VIII Fəsil. Хронотоп как сюжетообразующий элемент в романе

Эльчина «Голова»..............................................................................................166

4

Page 5: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

KİTAB HAQQINDA KİTAB

(və ya ön söz əvəzinə)Postmodernist romanın imkan hüdudlarının genişliyi həm də müstəqil

düşüncə sahibi olan ədibin yüksək yaradıcılıq manerası ilə yaratdığı

bədiiləşdirmələr və obrazlar sistemində də özünü aydın göstərir. Bu zaman ədibin

müəyyən zaman və məkan kəsiyində baş vermiş tarixi hadisələri

səciyyələndirmək, öz məntiqinə uyğun şəkildə dəyərləndirmək, üzə çıxardığı

ideyanı oxususuna təlqin etmək, onu inandırmaq bacarığı sənətkarlıq istedadının

gücündən asılı olur. Ədəbi məclislərdə, mətbuat səhifələrindəki diskussiyalarda

postmodernist nəşrimizdən söhbət açarkən İ.Hüseynov, M.Süleymanlı,

Y.Səmədoğlu, K.Abdulla və bir neçə ədəbiyyat nümayəndələrimizdən çox

ehtiyatla danışsaq da, onun gələcək taleyinin hansı istiqamətdə inkişaf edəcəyi

bizim üçün hələ dumanlıdır, postrealist və postmodernist istiqamətlərin hansının

daha davamlı olacağı, hansının daha çox «repertuarda» qalacağı haqqında

düşüncələr ümmanında ikən Elçinin «Baş» romanını ortaya çıxarması bu «götür-

qoyların» fövqündə dayandı. O, bir daha sübut etdi ki, bu janrın hüdudları kimi

onun poetik çalarları, zəngin və rəngarəng mövzusu, məzmun və ideya müxtəlifliyi

olduğu qədər də, o, ənənəvi süjet və kompozisiya konstruksiyalarını, şablonları çox

asanlıqla dağıdıb özünü təsdiqləyə bildi.

Eyni zamanda o, sübut etdi ki, hər şey yazıçının sənətkarlıq məharətindən

asılıdır. Elçinin romanı Azərbaycan postmodernist nəsrinin yeni nümunəsi olub

əvvəlkilərdən özünün üslub fərdiliyi ilə fərqlənən, kifayət qədər mürəkkəb süjet və

kompozisiya quruluşuna malik əsər olmaqla, bədii ümumiləşdirmə apara bilmək,

tarixi hadisələri dərindən öyrənib, gərginlik doğuran psixoloji lövhələrdə,

obrazlarla əks etdirmək, insan taleləri, onların daxili aləminə nüfuz edib duyğy və

düşüncələrini, arzu və istəklərini əks etdirmək baxımından maraqlıdır. 200 ildən

artıq bir dövrdən bəri işğalın səbəb və nəticələri bəlli olsa da, bunları doğuran 5

Page 6: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

ictimai-siyasi şərait, milli birlik, milli şüurun yetkinlik dərəcəsi barədə hələ də

dərindən düşünülüb-daşınılmamış, məsələyə öz bildiyimiz kimi qiymət vermişik.

İşğalçı ya Şimaldan olsun, ya da Cənubdan, onun bir rəngi vardır – qırmızı.

Bunların hər birinə haqq qazandırmaq onlarla şərik olmaq deməkdir. Hansının

daha haqlı olduğunu söyləmək, yenə də onlardan biri və digəri ilə şərik olmaqdır.

Lakin bir həqiqət də var idi ki, bu da işğalın labüdlüyü idi. Labüdlük isə bütün

gücü ilə diqtə edirdi ki, Qafqazda imperiya kabusu dolaşmaqdadır. O özü hələ yox

idi. Onun qara yellərinin qılınc kimi kəsərli şaxtalı soyuğu artıq əsirdi. O gəlirdi…

O özu ilə min bir ağrı, acı, fəlakət doğuran faciəli tarixi gətirirdi.

İndi özün seç! Ya təhqirə dözüb onun boyunduruğu altına gir, ya da əl-qolunu

çırmayıb onunla cəngə başla, əzil və yerlə yeksan ol!

Elçinin güclu məntiqlə demək istədiyi bu idi, özü məqsədyönlü şəkildə həmin

tarixi mənzərənin real səhnələrini yaratmaqla məhz bu həqiqəti oxucusuna

çatdırırdı. Böyük Derjavanın qarşısında cılız, güclü hərbi potensialı, güclü

iqtisadiyyatı, ordusu, donanması olmayan, bir-birilə didişən Azərbaycan xanlıqları

dururdu...

Derjavanın başında duranlar kimliklərindən asılı olmayaraq, bunu aydın

görürdülər. Portəgiz kimi kiçik bir dövlət hələ XV əsrdə Hindistana bir «qonaq»,

«dost» kimi gedib çıxmışdı. Derjava isə gözləməyəcəkdi ki, sabah ingilis və ya

fransız onun çənəsinin altındakı Qafqazı, qoltuğunun altındakı Orta Asiyanı gəlib

tutsun. «Bu əsərdə tarix axtarmayın», – deyən müəllif XIX əsr tarixinin bütün

gizlinlərinə bələd olaraq oxususuna imkan verir, onu real tarixin ən maraqlı

məqamları ilə üzləşdirərək nəticə çıxarmağa sövq edir (Bu təəssüratlarımızı qeyd

edərkən «Fətəli fəthi»nin pərdə arxası, bəzən də real səhnələrini göz önünə

gətirməli oluruq).

Əsərin çoxsaylı obrazlar qalereyasında rast gəldiyimiz personajlar da tarixi

şəxsiyyətlərdir. Knyaz Sisianov, Hüseynqulu xan, Hacı Muxtar, Abbas Mirzə,

polkovnik fon Qrenfald, knyaz Elizbar Eristov, Valerian Zubov, Yelizaveta

Alekseyevna, İrinarx İvanoviç Zavalişin və b. Professional nəsr ustası kimi Elçin

həmin tarixi şəxslərin psixoloji-fərdi keyfiyyfətləri əsasında onların portretlərini 6

Page 7: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

ustalıqla yaratmaqla müasir yazarlarımıza tarixi janrlara müraciət etmənin

məsuliyyətini, bədiiləşdirmə aparmaq məharətini göstərir. Baş qəhrəman Pavel

Sisianov Elçinin çox böyük uğurla yaratdığı, özünün bütün fərdi-psixoloji

keyfiyyətləri, ziddiyyətləri ilə oxucusunun diqqətini cəlb edən obrazlardandır.

Biz onun simasında əslində üç sisianovla rastlaşırıq: Qafqazı fəth edən

böyük Sərkərdə, Qafqazın canişini, bütün ruhu, qanı ilə Derjava ilə nəfəs alan,

onun yolunda hər an ölümə hazır olan, daim imperiyanın sərhədlərinin

genişləndirilməsi arzusu ilə alışıb-yanan, ən yaxın qohum-əqrəbasını qan içində

boğmağa hazır olan General.

İkincisi, Avropa təlim-tərbiyəsi almış, ziyalı və zadəganlıq keyfiyyətləri ilə

seçilən, dostluq etməyi bacaran, qadınlarda hüsn-qəğbət oyadan bir insan.

Üçüncü isə «O» – onun «Şəffaf və çəkisiz varlığ»ıdır. Bu, onun ruhudur.

«Çünki» başının kəsilməsinin onun üçün heç bir fərqi yoxdur Məhz «O»

Sisianovun xarakterindəki fərdi keyfiyyətlərin açılması və onun oxusuya

tanıdılmasında digərlərindən az rol oynamır.

«Baş» romanında Baş sənətkarın yaradıcılıq dühası və qabiliyyəti ilə

yaradılmış, müəllifin özünəməxsus orjinallıqla XIX əsr tarixi hadisələrinin bədii

müstəviyə gətirməsində vəsilə rolunu oynayan personajdır. Hər şeydən öncə,

hadisələrin axarı belə bir həqiqəti ortaya çıxarır ki, «Baş» yazıçı təxəyyülünün

məhsuludur. Dövrün ictimai-siyasi mənzərəsinin, tarixin səhifələrindən tanıdığımız

şəxsiyyətlərin fərdi cizgilərinin, psixoloji aləminin öyrənilməsi baxımından əbibin

tutarlı məntiqlə yaratdığı obrazdır. O, nə dinir, nə də danışır. Lakin ətrafındakıları

«danışdırır», onları lərzəyə salır, qorxu və təlaş içində olanların yuxusuna haram

qatır… Məhz bu zaman ətrafdakıların daxili aləmi bütün cizgiləri ilə oxucuya

təqdim olunur. Bu vaxt istər-istəməz XIX əsr Azərbaycan həyatının faciəli

reallıqları ilə rastlaşaraq özün-özünə, cavabı çeşidli suallarla bağlanan bir sual

verirsən: «Ölkəni kimlər idarə edirmiş?!»

Bu suallar isə «İşğal labüd imiş» qənaətini doğurur. İşğal başa çatmamış iki

sərkərdənin – Pavel Sisianov və Abbas Mirzənin qarşılaşdırılması, onların şəxsi-

mənəvi keyfiyyətlərinin üzə çıxarılması yazıçının yaradıcılıq manerasından asılı 7

Page 8: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

olaraq, real psixoloji vəziyyətlərdə təqdim olunur. «Üzləşmədə» bircə detalı

xatırlatmaq istərdik. Pavel Sisianovun vaxtilə sevdiyi fransız qadını Qrafinya

Natalya de lafonjen ondan xoş xatirələrlə ayrılır, burada nifrət yoxdur. O, başa

düşür ki, onun üçün daha vacib olan Derjava qarşısında xidmətlər idi. Abbas Mirzə

isə əksinə, guya xoşu gəldiyi Sarı Çoban Qızını beş ata dəyişərək hərəmxanasına

alıb gətirir. Bir müddət keçəndən sonar isə onu Tehran fahişəxanalarına atdırır (Bu

barədə yazıçı ilə polemikaya da girmək olardı). Lakin bu bir həqiqət idi. Bu

həqiqət bütün çılpaqlığı ilə belə bir faktı təsdiqləyirdi ki, Azərbaycan da digər şərq

ölkələri kimi feodal despotizmi və fanatizmi ilə idarə olunurdu...

Baş əldən-ələ keçdikcə bu insanların daxili aləmi ilə daha yaxından tanış

oluruq. Gözlənilmədən Bakı xanı Hüseynqulu xan müşkül vəziyyətə düşür. Sərdar

Sisianov öldürülmüşdür. Bu, planlaşdırılmış qətl deyildir. O, məşvərət məclisi

çağırıb çıxış yolu axtarır, çünki yaxşı bilir ki, Rusiya bunu cavabsız qoymayacaq.

Bakı xanı istəməsə də, Molla Müzəffər ağanın təklifi ilə razılaşmalı olur ki,

Sisianovun başını Fətəli şaha göndərsin. Başı aparanlar onu Şirvanın sahibi Hacı

Muxtar xana göstərdikləri zaman o, xanlıqdan qaçır, Azərbaycanı guya ruslardan

müdafiə edən Abbas Mirzə də nəinki bu işə rəğbət göstərir, əksinə, onları

cəzalandırır, Lal Qafaroğlunu döydürür, Mahmud bəyi Arazın cənubuna buraxmır

və s. Bütün bu dramatik, gərgin-psixoloji vəziyyətlərdə yazıçı məntiqi belə bir

həqiqəti üzə çıxarır: imperiya hansı rəngdə olur-olsun, hansı coğrafi məkanda

yerləşir yerləşsin, onun mahiyyəti eynidir... Milli birlikdən, milli şüurdan əsər-

əlamət belə yoxdur. Millətin təəssübünü çəkənlər tək-tək adamlar varsa, onlar çox

azdır. Onların yeri ya Yemelyan Puqaçov kimi dar ağacı, ya da ən yaxşı halda

Sibirə sürgündür...

Əsərdə xalqı təmsil edən Sarı Çoban, Səfər kimi obrazlarla rastlaşdıqda da

ağrılı hadisələrin şahidi oluruq. Sarı Çoban yoxsul həyat keçirir, doğma balasını

vəliəhdə 5 atın müqabilində satır. Kəndli Səfər ailəsini dolandırmaq üçün at-eşşək

oğurlayıb satır, sonda biabırçılıqla, faciəli şəkildə məhv olur. Bu dövr

Azərbaycanda adi insan, vətəndaş kimi yaşamaq müşkül məsələyə dönüb, bir parça

8

Page 9: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

çörək qazanmaq üçün ölüm-dirim mübarizəsinə qoşulmalısan. Təsvir olunan

hadisələrin məntiqi nəticəsi belə idi...

Belə çoxsaylı sualların cavabını prof. Nizami Tağısoyun «Baş» romanına həsr

etdiyi «Elçinin «Baş» romanı struktur-funksional təhlil müstəvisində» monoqrafik

tədqiqatında tapa bilərik. Müəllifin posmodernist estetika və ədəbi-nəzəri görüşlər

müstəvisində tədqiqata cəlb etdiyi əsərində romanın başlıca məziyyətləri – mövzu

aktuallığı, janr və üslub xüsusiyyətləri, formal-struktur özəlliyi poetikası, obrazlar

sistemi xüsusi həssaslıqla araşdırılmışdır. Roman işıq üzü görəndən yeni bir nəsr

nümunsi kimi onun «doğuluşu» ədəbi tənqidin diqqətini cəlb etdi və

ədəbiyyatşünaslığımız üçün səmərəli olan diskussiyalara səbəb oldu. V.Yusiflinin

«İsti-İsti» («Azərbaycan» jurnalı, 2015, №12), Əsəd Cahangirin «Başlanğıc»

(«525-ci qəzet», 2016, fevral), Vaqif Nəsibin «Baş qeyrət romanımız – «Baş»

(«Ədəbiyyat qəzeti», 2016, 5 mart), C.Yusifli və Qan Turalı (Lent. az və Kulis.az

saytlarında (2016, 5 may) və b. «Baş» romanına müxtəlif yönlərdən yanaşaraq, onu

fərdi prizmalardan dəyərləndirməyə. Nizami Tağısoy da əsərə laqeyd qala

bilməmişdir. Onun ayrı-ayrı mətbuat səhifələrində çap etdirdiyi və sonralar

genişləndirdiyi tədqiqat işi təqdim etdiyi kitabda toplanmışdır. Ayrı-ayrı bölmə və

başlıqlarda verilən nəzəri mülahizələr də əsərə çoxcəhətli və müxtəlif yönlərdən

yanaşmanın nəticəsidir. Əvvəl məqalələr toplusu kimi nəzərdə tutulmuş bu kitab

burada bir-birinin davamı olub, eyni məqsədə müxtəlif yönlərdən xidmət

etdiyindən əsər monoqrafik tədqiqat səviyyəsinə qalxmışdır. Burada biri digərini

tamamlayan bölmə və başlıqlarda «Baş» romanının bütün məziyyətləri üzə

çıxarılmış, romanın yeni dövr nəsr yaradıcılığımızdakı yerinə və mövqeyinə layiqli

qiymət verilmişdir. Bir-birinin məntiqi davamı olan «Baş» romanında süjet bədii

forma kateqoriyalarından biri kimi», «Baş» romanında tarixi fon və bədii

təxəyyül», «Baş» romanında xarakterlər və personajların psixologiyası», «Baş»

romanında qəhrəman davranışı və psixoloji ovqatın yaradılma özünəməxsusluğu»,

«Elçinin «Baş» romanında xronotop süjet yaradıcı element kimi», «Baş»

romanında türkçülük və azərbaycançılıq», «Baş» romanında canişin Sisianovun

ölümünün təsviri», «Baş» romanı özünəməxsus roman tipi kimi», «Postmodernist 9

Page 10: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

estetika və «Baş» romanının estetikası», «Baş» romanında postrealist və

postmodernist xətlər və gedişlər», «Baş» romanında mistik-idillik təsvirlər», «Baş»

romanında milli çalar və yerli kolorit», «Baş» romanında Sisianov ikiləşmə və

bütövləşmə burulğanında», «Elçinin «Baş» romanı Azərbaycan ədəbi tənqiddə»

adı altında verilmiş başlıq və paraqraflarda əsərin bütün məziyyətləri üzə

çıxarılmış, oxucuya təqdim edilmişdir.

Müasir ədəbiyyatşünaslığın ədəbi-estetik müstəvisinə, müasir nəsrin qlobal

funksional təsirinə dərindən bələd olan müəllif adını çəkdiyimiz başlıq və

paraqraflarda romanı yeni bədii təfəkkür nümunəsi kimi təqdim edərək özünün

tənqidi görüşlərini, bilik və bacarığını, professional ədəbiyyatşünas alim kimi təhlil

aparmaq gücünü göstərə bilmişdir. Elçinin uğurlu süjetqurma ustalığını müşahidə

edən müəllif diqqəti onun əsərinin mürəkkəb konstruksiyasına, baş xətdən ayrılan

törəmə xətlərin ondan süzülərək, sonda baş xəttə yaxınlaşmasına xidmət etməsini

xüsusi vurğulayaraq yazır: «Elçinin «Baş» romanında çoxsaylı süjet və

kompozisiya problemləri ilə (konstruksiyaları ilə–M.Ə.) rastlaşırıq: burada biz

müəllifin dinamik hadisələrin daxilinə onun yeni personajları necə daxil etməsini,

onları təhkiyə səhifələrindən necə kənarlaşdırmasını, zaman və məkan daxilində

necə qruplaşdırmasını görürük. Konstruktiv baxımdan təşkil olunmuş «Baş»

romanında epizodlar süjet kulminasiyasında müxtəlif cür iştirak etməklə müxtəlif

dərəcəli «aksent» və gərginliyə malikdirlər». Müəllif haqlı olaraq qeyd edir ki.

Elçinin romanında personajlar süjet vasitəsilə yerbəyer edilməklə konkret zaman

şəraitində bir-biri ilə təmasa girirlər. Onlar arasında bütün münasibətlər süjet

vasitəsilə yaradılır, inkişaf edir və başa çatır.

Nizami Tağısoy əsərdə bir faktı da nəzərdən qaçırmayaraq yazır ki, Elçinin

bədiiliyi roman materialının infrastrukturuna daxil etməsi tarıxə həm yaxından,

həm də uzaqdan müşahidəsi sayəsində başa gəlmişdir. Müəllifin məntiqi belə bir

doğru nəticə çıxarmağa imkan verir, roman kompozisiya baxımından romantik

prinsipə yox, sırf realist elmi-tarixi əsər prinsipinə soykənərək qurulmuşdur.

Elçinin obraz yaratmaq manerası çoxcəhətli və rəngarəngdir. Elçin

personajlarını yaradarkən ilk növbədə şəxsiyyətin daxili aləminin mənəvi 10

Page 11: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

dünyasını necə əks etdirmək barədə düşünür. Odur ki, yazıçının hərtərəfli

düşünülmüş şəkildə yaratdığı obraz və xarakterlər bütün çalarları ilə yaddaşlara

həkk olunur.

Nizami Tağısoy «Baş»a özünəməxsus roman tipi kimi baxır və fikrini belə bir

məntiqlə əsaslandırır ki, romanda baş verəcək hadisələrin təkrarlanması, onun

quruluşunun, məzmununun, onda gedən hadisələrin ənənəvi və yenilikçi

kanonlardan çıxması, ənənəvi dəyər oriyentlərinin dağıldılmasıdır.

Müəllifin fikrincə, bu əsər müasir roman janrının qanunlarına söykənilərək

yazılmaqla həm roman-tədqiqat, həm də inikasetdirici-roman kimi dəyərləndirilə

bilər. Elçinin romanı ona görə roman-tədqiqat kimi nəzərdən kecirilə bilər ki,

burada Azərbaycan üçün yetərincə ziddiyyətli dövrün tarixi-nəzəri panoramı

vardır. «Baş» özündə yüksək sənətin ən mühüm xüsusiyyətlərini – nəinki zahiri

həyatı, həm də daxili-abstrakt dünyanı əks etdirməkdədir. Bu romanda zahirdə

görünənlərlə alt qatda, pərdə arxasında oturanlar, oradan boylananlar eyni ilə

maraq doğurmaqdadır.

Nizami Tağısoy romanın semantik-struktur özünəxaslığından danışaraq qeyd

edir ki, burada mətn süjetinin vahidliyini görmək çox cətindir, lakin sonucda o

bütovləşir, tamamlanır. O, yazır: «Əsərdə adi şriftlə yazılanlarla digər şrift

arasındakı mətnlərdə nə qədər uyğunluq, ardıcllıq görürüksə, onlar arasında o

qədər də fərqliliklər nəzərə çarpmaqla bütovün disqarmoniyası, assimmetriklik

özünü büruzə verməkdədir...». «Baş» bir postmodernist roman kimi həm də

linqvistik eksperimentdən geniş seçim etməklə öz intermətnliyi və ikiqat

kodlaşması ilə şərtlənir və ədəbiyyatımızda fərqlənir». Tədqiqatçının romanın

məziyyətləri, onun yeni nümunə kimi özünə yer tutması haqqındakı fikirləri

yeterincə obyektivliyə söykənir. Romanın daxili-struktur, mövzu, məzmun

komponentlərini dərindən analitik təhlilə çəkən müəllif belə bir təkzibolunmaz

faktı təsdiqləyir ki, əsər özü-özlüyündə mürəkkəb struktur konstruksiyasına

malikdir və adi söz sənəti əsəri kimi onun məzmunu heç də asanlıqla qavranılmır.

Burada Sisianovun əsil-nəslindən, kök-nəcabətindən tutmuş rus təbəəliyində

yetişməsi, bu təsir altında Qafqazda «Əmin-amanlıq yaratması», Rus 11

Page 12: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

imperiyasının qələbəsini təmin etmək üçün yalnız gücdən, hərbi üsullardan istifadə

edilməsinin labüdlüyü haqqındakı qənaətlərinin alt qatda verilməsi və s. kifayət

qədər çətinlik yaradır. Nizami Tağısoyun fikrincə romanda Sisianovun vaxtilə

üzləşdiyi döyüş səhnələri, ölüm-dirim savaşlarının yaşatdığı hallar özünəməxsus

rənglərlə təqdim olunmaqdadır. Odur ki, Elçinin romanı dünya romançılıq

praktikasında mövcud olan məqam və mənzərələri ortaya çəkmək baxımından da

unikaldır. Əsərdə yer alanlar yazıçının subyektiv fikir və mülahizələrinin

mənzərəsi yox, 200 il bundan öncə baş verənlərin postrealist üslubda təqdimatı

kimi də qəbul oluna bilər və olunmalıdır.

Prof.N.Tağısoy əsərin bədii xüsusiyyətlərinə müasir dünya ədəbi-nəzəri,

fəlsəfi-estetik və sosial-ictimai, praktik-psixoloji gorüşlər prizmasından yanaşaraq

təhlil etdiyindən, onun qənaətləri özünü yetərincə doğrulda bilmişdir. Müəllif

əsərdəki real tarixin modernist antitarix əksliyinə kifayət qədər nəzər yetirmiş,

onlardan birinin digərini doğurmaq və tamamlamaq məqamlarını sərgiləmişdir.

Nəticə isə budur ki, təsvir edilən dövrdəki, həyat həqiqətlərini saxlamaqla yanaşı,

realist yazı dəst-xətti, üslub səciyyəviliyini qorumaqla bu roman yeni nəsr

kefiyyətlərini özündə əks etdirməkdədir. «Baş» pomanında mistik-idillik təsvirlərə

diqqət yetirən N.Tağısoy qeyd edir ki, əsərin ayrı-ayrı bədii-fəlsəfi, mistik-magik

parçalarda qeyri-adi mənzərələr yaradan müəllif təsvirində Sisianov sanki hardasa

Xaosla Kosmosun əlaqəsini, onların harmoniyasını pozmuş qeyri-adi məkandadır.

Doğrudan da, Sisianovun belə mistik aurada tədqimatı qeyri-adi mənzərələr

yaratmaqdadır. Romanın mətninə daxil edilmiş mistik lövhələr baş obrazın ruhi və

mənəvi ovqatını anlamaq üçün daha yaxşı şərait yaradır...

Nizami Tağısoyun analitik təhlilə söykənən mülahizələri Elçinin «Baş»

romanının daxili mahiyyətinin açılmasına xidmət etməklə, bir sıra ədəbi

mübahisələrin həllinə imkan yaradacağına, ümidləri doğruldacağına inamı

artırmaqdadır.

***

Biz işğal qarşısında aciz qalmış Azərbaycandan və onun «başbilənlərindən»

söz açmışdıq. Bu xalqa əl qaldıranlar, onun sərvətlərinə yiyələnmək istəyənlər nə 12

Page 13: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

qədər güclü olsalar da, burada başlarını sahibsiz qoyub getmişlər. Bu Tomiris

anadan qalma qan yaddaşımız, genetik kodlarımız deyilmi?!... O ilahi qüvvəni

tapaq və fikirləşək. Kir Padşah, Ağa Məhəmməd şah Qaçar, Sisianov, Lazarev və

başqaları...

Məmməd Əliyev

Filologiya elmləri doktoru, professor

13

Page 14: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Giriş

Hərə bu dünyaya gəlməklə öz təyinatını, öz missiyasını yerinə yetirir. Biri

bu dünyaya gəlib baxır, əylənib onu tərk edir. Bir başqası isə adını yaddaşlara,

bəşər övladının təfəkkürünə həkk edir. Və sanki o, dünyanın yaddaşına ömürlük,

əbədi, həmişəlik yazılmaq üçün gəlir. İkincilər nədənsə dünən də, bu gün də

özüylə, sözüylə, təfəkkürüylə, həyatıyla, dünyaya orijinal baxışıyla ürəkləri fəth

edir, onları riqqətə gətirir, insanların iç dünyasına səyahət edir, onların mənəvi

aləmini özünün içindən çıxarıb kadrlarda nümayiş etdirildiyi kimi özünə

göstərirlər. Bəzən mifoloji aləmdən gələn səs, ilğım kimi görünüb yaxınlaşır, sən

ona yaxınlaşdıqca o səndən uzaqlara çəkilir. Uzaqlaşdıqca daha maraqlı, sirli-

sehrli bir aləmə dönür...

Elçin yaradıcılığı da belədir. Əvvəllər mənə elə gəlirdi ki, yazıçıya nə var

ki?! Hər hansı bir mövzudur, ortaya qoyub müəyyən süjet xətti yaradır, onun

ətrafında cərəyan edən hadisələri, olayları, obrazları, personajları yerləşdirir. Öz

bədii təxəyyülünə söykənərək ona rənglər verir, müəyyən məcra qurur, onun bu

ətrafda düzür. Beləcə, bədii əsərin ümumi həlqələri, düsturları yaradılır. Oxucu da

oxuyub ondan həzz alır. Lap əvvəllər Elçinin yaradıcılığı ilə ilkin tanış olanda da

mən hələ belə fikirlərimdə israrlıydım. Lakin yazıçının irihəcmli əsərləri, 10

cildliyi araya-ərsəyə gələndən sonra mənim fikrlərim, mülahizələrim

dinamikləşdikcə burada istedadı, Allah vergisini ön plana çıxarmağa daha çox

meyilli oldum. Etiraf edim ki, Elçin yaradıcılığa başladığı ilk dövrlərdən ədəbi

tənqidin olduğu kimi, elə mənim də diqqət mərkəzimə düşmüşdü. Çünki Elçin

qələminin obyektivini, təfəkkürünün səmtini hara çevirirdisə, orada orijinallıq

arayıb-axtarıb ortaya qoymağa çalışırdı. Bu, yazıçının 10 cildliyində daha

mükəmməl səviyyədə görünməkdədi. Oxucularla hər yeni görüşdə Elçin qələmi ilə

özünün nadir təfəkkür daşıyıcısı olduğunu sübut edə bilir.

Elçin bədii məqsədə doğru israrla irəliləyir. O, dövlət və ictimai xadim kimi

çalışmasına baxmayaraq, ədəbi cameənin zirvəsində yerini daim möhkəmlətməkdə

davam etdirməkdədir. Onu yalnız böyük yazıçı - nasir kimi yox, həm də ünlü

dramaturq, ssenarist, ədəbiyyatşünas-tənqidçi kimi yaxşı tanıyırlar. Ədəbi orijinal 14

Page 15: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

yaradıcılığı ilə bərabər, praqmatik xarakterli məqalələr müəllifi kimi oxucular,

ədəbiyyatşünaslar, tənqidçilər onu həvəslə oxuyur, mütaliə edir, söylədiyi fikirlər

ətrafında mübahisələrə daha böyük meydan verirlər. Elçin az yazıb, saz

yazanlardan yox, çox yazıb hər dəfə qeyri-adi problematikalar tapıb dəyərli

mülahizələr ortaya qoymağı bacaran fikir sahiblərindəndir. Mövzuları, obrazları,

sənət dünyası o qədər rəngarəngdir ki, Elçinin harada öz gəmisində, harada

ondan kənarda olub üzməsini söyləmək çətindir. O, hər yerdə, hər yanda

özündədir, özü ilədir. İstər onun yaradıcılığının ilk illərində qələmə aldığı

hekayələrinə («Qatar. Pikasso. Latur, 1968», «Hotel Bristol», «Beş dəqiqə və

əbədiyyət»), istər uşaqlar üçün yazdığı hekayələrinə («Mən lalə istəyirəm», «Mən

hər şeyi bilirəm») və nağıllarına («Nigar, Yalçın və onların Dədəsi», «Humayın

yuxusu», «Qəhrəman Aysu, qara pişik və cıqqılı siçanın nağılı»), istər («Dolça»,

«Bayraqdar», «Aman ovçu, vurma məni», «Hökmdarın taleyi») povest və

kinopovestlərinə, istər («Hövsan soğanı», «O da aşiq olub, yaza dünyada….»,

«Mənim ərim dəlidir», «Ah, Paris, Paris!») kimi pyeslərinə, istər «Mahmud və

Məryəm», «Ağ dəvə», «Ölüm hökmü», «İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti»

kimi romanlarına, esselərinə, ədəbi düşüncələrinə, Vətən və vətənpərvərliklə

bağlı qələmə aldığı yazılarına, böyük şəxsiyyətlər M.Ə.Rəsulzadə, N.Nərimanov,

C.Cabbarlı, M.Hüseyn, İ.Məlikzadə, V.Şekspir, M.Şoloxov və başqa yazıçılara;

«Dədə Qorqud», «Molla Nəsrəddin» və s. kimi abidələrlə bağlı obyektiv

mülahizələrinə, ədəbi tənqidimizin müxtəlif problemlərini işıqlandıran poeziya,

sənətin yaradıcılıq problemləri, tənqid və nəsr, ədəbiyyatda tarix və müasirlik,

tənqid və ədəbiyyatşünaslığın yaradıcılıq məsələləri və s. kimi məqalə və

monoqrafiyalarına baxsaq - bütün bunların hamısı ədəbiyyat və mədəniyyətimizin

estetik problemlərini çözmək və həll etmək baxımından əsaslı mövqe

qazanmaqdadır. Sadaladıqlarım Elçinin əsərlərinin eksklüziv, son dərəcə olduqca

natamam mənzərəsidir. Sonralar Elçin qələmini bir an belə, bir gün belə yerə

qoymadı. Araya-ərsəyə gətirdiyi on cildliklə Elçin ədəbiyyatımız üçün hər şey etdi.

Yazdı. Yaratdı. Yorulmaq nədi bilmədi. Elə buna görə də daim diqqət mərkəzində

qaldı. Qaldı və ədəbiyyatımızda qələbə çaldı. Onun haqqında çox danışdılar, çox 15

Page 16: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

yazdılar. Məqalələr, namizədlik və doktorluq dissertasiyaları və monoqrafiyalar

ortaya qoyuldu. Bununla belə Elçin yaradıcılığının çoxsaylı problematikaları tam

şəkildə hələ də ədəbi tənqidimizdə öz təfsirini tapmadı. Hər bir tədqiqatda

özünəməxsus yanaşmalar, fərdi və fərqli nəzər nöqtələri ortaya qoyuldu. Elçin

yaradıcılığının görünən və görünməyən tərəflərinə nəzərlər daha çox dikəldi. Bu

sətirlərin müəllifi də Elçin yaradıcılığına ayrı-ayrı rakurslardan yanaşmağa səy

göstərdi. Lakin hər dəfə elə göründü ki, Elçin yaradıcılığı haqqında heç də əsaslı

söz deyilmədi, fundamental fikir söylənilmədi. Elə buna görə hər dəfə də içimdə

onun əsərlərinə yenidən baxmaq ehtiyacı yaranırdı. Bu ehtiyac məni daim

narahat edir və, yəqin ki, Elçin yazıb yaratdıqca bundan sonra da mənim tənqid

gündəmimdə qalacaqdır.

Elçin haqqında Anar, Şamil Qurbanov,Tofiq Hacıyev, İsa Həbibbəyli,

Kamal Abdulla, Fikrət Qoca, Nərgiz Paşayeva, Abid Tahirli, Məryəm Əlizadə,

Tofiq Abdin, Adil Mirseyid, Afaq Məsud, Mövlud Süleymanlı, İlham Rəhimli,

Qurban Bayramov, Tehran Əlişanoğlu, Əsəd Cahangir, Vaqif Yusifli, Cavanşir

Yusifli, bu sətirlərin müəllifi və başqaları çox deyib, çox yazıblar. Bu yazılardan

hər birində mən xeyli pozitiv təhlil məqamları görməkdəyəm. Bununla belə Elçin

yaradıcılığına həsr olunmuş yazılardan biri diqqətimi daha çox cəlb etməkdədir.

Bu, türkiyəli araşdırmaçı Sədat Adgözəlin «Elçin: romanlarının struktural-sosioloji

təhlil» monoqrafiyasıdır. Müəllifin problemin çözümünə münasibəti yetərincə

özəl və orijinaldır. Yeddi bölmədən ibarət olan bu kitabda ədəbiyyatın

sosiologiyası və structural-sosioloji tənqiddən tutmuş xeyli digər məsələlərlə

bərabər Elçinin həyat və yaradıcılığı, yazıçının «Ölüm hökmü», «Ağ dəvə»,

«Mahmud və Məryəm» kimi əsərlərinin təhkiyəsi, təhkiyənin tərkib hissələri,

qaynaqları, rəmzləri, xronotopları, ictimai mühit, mənzərə və s. kimi estetik

incələmə üçün mühüm əhəmiyyət kəsb edən məqamlar təhlil obyekti kimi çıxış

etmiş, ədibin yaradıcılığının dolğun mənzərəsi yaradılmışdır. 2006-ci il

səviyyəsindən baxdıqda Sədat Adıgözəlin əsəri, heç şübhəsiz ki, təqdirəlayiqdir.

Lakin, yuxarıda qeyd etdiyimiz kimi, Elçin yaradıcılığının dinamikası, çevikliyi və

monumentallığı ədəbi tənqidin onun əsərlərinə obyektiv və adekvat 16

Page 17: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

dəyərləndirməni hər dəfə yeni yozumda, yeni izahda ortaya qoymağa ehtiyac

duyur. Son illərdə Elçin neçə-neçə gözəl əsərlər yaratmışdır. Hamısı da mövzu,

obraz, incələmə baxımından əvəzsiz şedevrlər. Təkcə «Canavarlar» hekayəsinin

bədii tutumunu diqqətə çəksək, burada romanın əhatə etdiyi qədər unikal bir

mənzərə göz önündə dayanar. «Canavarlar» hər hansı sənətkarın həsəd apara

biləcəyi yüksək təxəyyül və təfəkkür nümunəsidir. Bu əsərin ədəbi-mədəni,

ictimai-kulturoloji keyfiyyətləri haqqında fikir söylənilməsinə baxmayaraq, məncə,

onun xeyli cəhətləri təhlil obyekti kimi hələ xeyli zaman kəsiyində diqqət

mərkəzində dayanacaqdır. Bunu ilk növbədə əsərin məzmun və mahiyyətində

oturan problemlər ortaya atır. Elə buna görə də, bu əsərin üzərində hələ çox

düşünüləcəkdir. Bax, bədii yaradıcılığın axarı Elçində məhz belə keyfiyyətdədir.

Çünki onun əsərləri hər dəfə yeni yanaşmaya, yeni oxunuşa ehtiyaclıdır.

Beləcə bir-birinin ardınca sıralanan həm bədii, həm də ədəbi-fəlsəfi

estetikanın nəzəri məsələlərini özündə birləşdirən əsərlər Elçini günümüzün

aparıcı (həm də tarixi-sosioloji yönümdə) tənqidçisinə çevirdi. Son illərdə digər

ədəbi-tənqidi əsərlərinin adını çəkmədən onlardan yalnız ikisində («Sosrealizm

bizə nə verdi?» və «Aqoniya», yoxsa təkamül?») qoyulmuş estetik problemlərə

diqqət yetirsək, bu zaman Elçinin münbit məhsuldar təfəkkürlü, əhatəli düşüncə

və nəzəri-metodoloji baxışlı şəxsiyyət olduğunun şahidi olacağıq. Elçin tənqidi,

hər şeydən öncə, obyektivliyi ilə seçilən tənqiddir. Bunun iki adını çəkdiyim

əsərlərin ruhunda daha rahat sezilməsi mümkündür. Əgər müəllif «Sosrealizm

bizə nə verdi?» kitabındakı fundamental baxışlarında XX əsr ədəbiyyatına

rəngləri nə həddən artıq açmadan, nə də qatılaşdırmadan münasibət sərgiləyib

sosrealizm metodunun müsbətlərinin və mənfilərinin estetik yaradıcılığa, bir

tərəfdən, müvafiq təkanverici cərəyan, bədii fikri staqnasiya halına gətirən gediş

kimi dəyərləndirirsə, digər tərəfdən adı çəkilən metodun bir sıra Azərbaycan

yazıçılarının yaradıcılığında önəmli rol oynadığını bədii faktlara istinad edərək

söyləyir, sübuta yetirir.

Ədəbiyyatşünaslığımızda, ədəbi tənqidimizdə mübahisələrə, plüralist

fikirlərə meydan açan və XX əsr ədəbiyyatımızın təhlillərinin mükəmməl 17

Page 18: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

mənzərəsini yaradan bu fəlsəfi-sosioloji, ədəbi-estetik yanaşmadan sonra Elçin

ikinci bir maraqlı «Aqoniya», yoxsa təkamül?» adlı tənqidi düşüncələrini

mütəxəssis və ədəbiyyatsevərlərə təqdim etdi. Birinci əsərdən sonra burada

müəllifin ədəbiyyatımızın inkişaf mərhələsi baxımından geriyə qayıdışı da başa

düşünüləndir. Əvvəla, 2013-cü ildən və ondan bir qədər əvvəllər də sosial

şəbəkələrdə, virtual məkanlarda, kütləvi informasiya vasitələrində gah ara-sıra,

gah da sistemli şəkildə XIX əsr ədəbiyyatımızın ümumi landşaftına və ayrı-ayrı

sənətkarların yaradıcılığına baxışda obyektivlik nəzərə alınmadan çamurlar atılır,

poetik–bədii təfəkkür sahiblərinin və ədəbiyyatımızın XIX əsr dönəminin

aşağılanması cəhdləri özünü açıq-aydın göstərirdi. Qeyri-obyektiv çıxış və fikirləri

müəyyən balanslaşdırılmış məxrəcə gətirmək üçün Elçin kimi ədəbiyyatçının və

ədəbiyyatşünasın metodoloji yanlışlıqlara, nəzəri-tarixi çaşqınlıqlara, klassikadan

kənarlaşmağa çağıran hallara, sosioloji ifratlara, özünü qətiyyən doğrultmayan

radikal çıxışlara nöqtə qoyması da bu zaman təbii görünürdü. Çünki burada Elçin

emosiyalara söykənib təftiş etməkdən daha çox obyektiv bədii materialların və

ədəbi şəxsiyyətlərin özünün köməyi ilə opponentlərinə cavab verməyi daha üstün

tutmuşdu. O, bəzilərinin XIX əsr ədəbiyyatımızda dialektik keçidin inkarına

ədəbi dialektikanın təkamülü ilə cavab verməkdə daha israrlı oldu. Ədəbiyyatımızı

yalnız öz canının halına qalan aqoniya vəziyyətində görən ədəbiyyat kimi yox,

dinamikada, təkamüldə olduğunu faktlar və ədəbi materiallarla sübut etdi. Eyni

zamanda Elçin öz nəzər nöqtələrini bəyan edərkən bədii fikirdə varisliyin də nə

qədər əhəmiyyətli bir şey olduğunu vurğuladı. Və, zənnimcə, əvvəlki əsrlərdən

gəlib ədəbiyyatımızda özünü əks etdirən ənənələrin XX əsrə uğurla adlamaq

istəyini daha doğru-düzgün metodoloji mövqedən vurğulaya, ortaya qoya bildi.

Bunu «Aqoniya», yoxsa təkamül?» ədəbi-tənqidi qeydlərinin nəticə hisssəsində

Elçin daha düzgün şəkildə «Həsən bəy Zərdabinin o dəfn mərasimi ilə elə bil ki,

XIX əsr ədəbiyyatını və ictimai fikrini ehtiva edən zəngin mündəricatlı böyük bir

epoxa öz missiyasını yerinə yetirərək estafeti artıq formalaşdırdığı yeni bir

mərhələyə ötürürdü» (s.61), – deyə yekunlaşdırmışdı.

18

Page 19: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Zaman irəliləyirdi. Elçin də ondan geri qalmırdı, yorulmaq bilmirdi. Belə

fədakar yaradıcılıq mühitində Elçin nəsri kimi, onun dramaturgiyası da ön plana

çıxır və gündəmi daha çox «zəbt» edirdi. Tamaşaçı rəğbətini qazanmış əksər dram

əsərləri kimi Elçinin «Mənim sevimli dəlim» və «Şekspir» pyeslərinin London

səhnəsinə «ayaq açması» haqlı olaraq Azərbaycan dramaturgiyasının uğuru kimi

təqdir olunurdu. Onun bu müvəffəqiyyətinin ardınca yenə də Londondakı

«St.James» teatrında «Cəhənnəm sakinləri» pyesinin motivləri əsasında

hazırlanmış «Gecə yarısı» («Midnight») musiqili tamaşasının ingilis rejissoru

Matthev Qoldun quruluşunda, musiqi tərtibatçısı Ceyms Kliv, musiqisi və sözləri

Lourens Mark Whyte və Timoti Knepmen tərəfindən yaradılmış səhnə təcəssümü,

«West End» teatrının tanınmış aktyorları Devid Hauter, Rebekka Trehern və

Nikolas Kolinos, Nik Heys, Tomas Satkliff, Qreq Kastilyoni, Kiara Ceys və Cenni

O’lirini və başqa bu kimi tanınmış aktyor və aktrisaların iştirakı və köməyi ilə

uğurlu premyerasının keçirilməsi, Elçinin bu əsərində 1937-ci il repressiyalarının

müdhiş və həyəcanlı mənzərəsi ingilis tamaşaçının gözü qarşısında

müvəffəqiyyətlə canlandırıldı. Əsərdə cərəyan edən hadisələrin real və irreal

dünyalarda baş verməsi onu qeyri-adi sənət nümunəsi kimi yaddaşlara həkk etdi.

Yeri gəlmişkən qeyd edim ki, Elçinin yaradıcılığı dramatik konfliktlər

müstəvisində daha maraqlı interpretasiya imkanları yaradır və bunu da əlavə edim

ki, «Gecə yarısı»nın 2016-cı ildə daha ardıcıl və planlı şəkildə İngiltərənin digər

teatrlarında da nümayiş etdirilməsi ilə nəticələndi. Elə buna görə də əsərin belə

səhnə təcəssümü Elçinin və Azərbaycan dramaturgiyasının növbəti uğuru kimi

yaddaşlara yazıldı.

Elçin çox yazır, çox yazdığı qədər də məsuliyyətli yazır, məsuliyyətli

yazdığı qədər də ocağa, ənənəyə olan münasibəti, bir tərəfdən, formalaşdırır, digər

tərəfdən, istedadıyla kükrədir. Elçin İlyas Əfəndiyev ocağının varisi kimi əslinə-

nəslinə, ədəbiyyatımıza başucalığı gətirən, onun yaradıcılıq diapazonunu

genişləndirən və zənginləşdirən yazıçı kimi çox işlər görür. Elə buna görə də,

hesab edirəm ki, onun ədəbiyyatımızda tutduğu belə öncül mövqe daim

vurğulanmalıdır. Elçin İlyas Əfəndiyevin övladı olub onun yazdıqlarının 19

Page 20: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

kölgəsində daldalanmadı, o, Atanın araya-ərsəyə gətirdiklərinə yaradıcılıqla

yanaşmaqla bərabər, onları saf-çürük etdi, onlardan öz təfəkkürünün, ağılının və

istedadının işığında yararlandı. Onları böyük professionallıqla problematikaya

çevirdi. Onlara öz düzümünü, öz çözümünü, öz duyumunu verdi. Belə olmasaydı,

Elçinin folklor, epik-etnoqratik səpkili «Mahmud və Məryəm», mifoloji-dini

cizgili «Ağ dəvə», esse-bioqrafik xarakterli «İlyas Əfəndiyev: şəxsiyyəti və

sənəti» adlı rəngarəng mövzulu romanları ədəbi-tənqidin təhlil trayektoriyasında

özünə ətraflı yer ala bilməzdi. Bu əsərlərin adını çəkdim, birdən «Ağ dəvə» romanı

qeyri-adi mifoloji qiyafədə gözlərim önündə zühr etməklə fikirlərimi yenə də

özünə cəlb etdi. «Ağ dəvə» haqqında, fikrimcə, hələ xeyli deyilməmiş mülahizələr

qalmaqdadır. Elə buna görə də «Ağ dəvə» yenidən özünəqayıdış tələb etməkdədir.

Bu gün yorulmaq bilməyən Elçin daha bir böyük nəsr əsəri ilə ədəbi-mədəni

gündəmi ələ almaqdadır. Bu, onun İlyas Əfəndiyevin xatirəsinə həsr etdiyi «Baş»

romanıdır və burada Elçinin bədii təxəyyülünün doğrudan da zəngin, çoxşaxəli və

çoxçalarlı tərəflərini, heç vaxt bəşər övladının görmədikləri ilə görməyəcəklərini,

esxatoloji aləmdə qurduqları məkanda və mifoloji zamanın əvvəlində durub oradan

bizə əl edən əvvəlki zamanlardan necə ustalıqla daşımasını «Baş» romanının

məzmununda və infrastrukturunda görürük. Əsərdə hadisələr,tarix,siyasət,ictimai

şəxsiyyətlər, hökmdarlar, xanlar, xanlıqlar, coğrafi realilər, etnik-milli kolorit,

coğrafi landşaft, hadisələrin cərəyan etdiyi məkanlar, çarlıqlar, knyazlıqlar,

sərdarlar, şairlər, aparıcı obrazlar, ikinci dərəcəli personajlar elə şəkildə qurulub

yerləşdirilib ki, buradan xalqımız və vətənimiz üçün keşməkeşli tarixi bir dövrün

indiyə qədər tam məlum olmayan geniş və zəngin panoramı yaradılmaqdadır.

«Baş»ın doğru-dürüst incələnməsi və interpretasiyası tədqiqatçıdan da ağıllı baş

tələb edir. «Baş» romanınıı oxumaq zəruridir. Burada Hüseynqulu xan, Hacı

Muxtar, Ağa Məhəmməd Qacar, Molla Müzəffər Ağa, Sisianov, Münsi Hacı

Həsənağa, Sultan Səlim, Mahmud bəy, Zavalişin, Lal Qafaroğlu, Dilmanc Şərif

bəy, Dəli Pyotr, Babua Arçil, I Aleksandr, Elizbar Eristov, Bakı, Gəncə, Tiflis,

Şamaxı, Dərbənd və s. haqqında geniş məlumatlar diqqətinizi məşğul edəcəkdir.

Eyni zamanda «Baş» romanı qeyri-adi bir tarixi-siyasi-psixoloji roman kimi 20

Page 21: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Elçinin baş naşir olduğunu sizə gözünüz qarşısında sübut edəcəkdir. Elçinin «Baş»

romanının kompozisiya-struktur, məzmun-forma, portret, qəhrəman obrazları

yaratma bacarığı və s. baş keyfiyyətləri mənə bu əsərlə bağlı fikir və

mülahizələrimi monoqrafik araşdırma şəklində ortaya qoymağı diktə etdi.

21

Page 22: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

I Fəsil. «Baş» romanının ədəbi-bədii xüsusiyyətləri

1. «Baş» romanının süjet konstruksiyası

«Baş» romanının süjet xətti konstruktiv baxımdan müxtəlif üsullarla təşkil

olunmuş epizodlardan ibarətdir və yeri gəlmişkən qeyd edək ki, həmin epizodlar

romanın infrastrukturuna ustalıqla daxil edilmişdir. Eyni zamanda, bu süjet

epizodları süjet kulminasiyasının hazırlanmasında müxtəlif şəkildə iştirak edir. Elə

bu səbəbdən də müxtəlif dərəcəli aksent, yaxud gərginliyə malikdir. Məsələn,

əsərin konkret təhkiyə epizodları, gerçək hadisələr, personajların hərəkəti,

davranışı və s. məqamlara diqqət yetirdikdə (kynaz Sisianovun qətlə yetirildiyi

məqam, onun başının Tehrana aparılması, Abbas Mirzəyə verilməsi, Tehrana

Fətəli şahın sarayına çatdırılması və s. və i.a) daha aydın görünür. Bu epizodlar

süjetin ümumi həlqə və zəncirlərinin bir-birinə bağlanmasında əsaslı rol

oynamaqla oxucunun gözü qarşısında hazırkı (indiki) halda baş verənləri sanki

səhnədəki kimi əks etdirməkdədir.

Təhkiyə epizodları isə əsərdə gedən hadisələr haqqında ümumi halda

(şəkildə) danışır ki, bu, həm hazırkı süjet zamanı, həm də bəzən keçmişə

monumental ricətlərlə eyni zamanda müəllifin öz izahları, ayaqüstü

səciyyələndirmələri ilə və s. gedir. Məsələn, burada Bakının Rusiya tərəfindən

işğalı zamanı müəllifin 600 il əvvəlki tarixə müraciəti, Qızıl Arslanın Şamaxını

tutması, Şirvanşah Axistanın Şirvanın paytaxtını Bakıya köçürməsi, Bakı halal

camaatının zəhməti ilə məşğul olub Qızıl Orda şəhərlərinə, Moskva kynazlığına,

Avropa ölkələrinə xalça, ipək, əncir qurusu, kişmiş, zeytun göndərməsi,

Türküstana, Ərəbistana, Hindistana, Həştərxana mal daşıması, Böyük Pyoturun

Bakı vasitəsilə isti dənizlərə çıxmaq istəyi, Yemelyan Puqaçovun, Stenka Razinin,

Don kazaklarının taleyindən söhbət açması, knyaz Paata Sisişvilinin Tiflisi tərk

edib, Rusiyaya mühacirət etməsi, Rusiyaya köçdükdən sonra Paata Sisişvilinin

Pavel Sisianova çevrilməsi (s. 39), 1743-cü ildə İsveç müharibəsi zamanı

Vilmanstrandam yaxınlığında həlak olması, Sisianova babasının adının qoyulması 22

Page 23: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

və onun Paata adını daşımasını Babua Arçilin ona söyləməsi, Yekaterinanın

xarakterik xüsusiyyətlərindən bəhs açması, Çaldıran döyüşləri barədə düşüncələr,

Səfəvilər, Toxtamış, Əmir Teymur, Osmanlılar, Sultan Səlim, Uzun Həsən, Uzun

Həsənin Trabzon imperatoru 4-cü İoann Homnenin qızı Feodora ilə evlənməsi,

Qaraqoyunlu hökmdar Qarayusif, Miranşah, Nadir şahın Azərbaycana və

Dağıstana 1744-cü ildə dördüncü dəfə yürüş etməsi, Şəki xanı Hacı Çələbinin ona

Gələsən-Görəsən qalasında müqavimət göstərməsi, Nadir şahın Şəkini viran etməsi

və s. kimi yerləri yada salmaq kifayətdir.

Əsərdə yer almış digər epizodlar isə, demək olar ki, tamamilə müxtəlif

xarakterli təsvirlərdən, peyzajdan, interyerdən, zaman və məkanda gedən

hadisələrin əks olunmasından, bu və ya digər vəziyyət və situasiyalardan ibarətdir.

(“Dilmanc Şərif bəy atdan enib, qoz ağacından düzəldilmiş və üzü sədəflə

naxışlanmış qutunu Mahmud bəyin istehza dolu qəzəbli nəzərləri altında

Hüseynqulu xana uzaldı» (s. 26);« Milad tarixi ilə 1806-cı il fevral ayının 9-u, hicri

tarixi ilə 1220-ci il zülqədə ayının 20-si çovğunsuz, küləksiz, sakit, ancaq xəncər

kimi kəsən şaxtalı bir qış axşamı idi və o qış axşamı quşbaşı yağan qar Abbas

Mirzənin Arazın Şimal sahilində, Haramı düzündə saldığı ləşgərgahını başdan-

başa ağappaq ağartmışdı. Axşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə

bil, Haramı düzünün ilkdən sona kimi əbədi bir sakitliyindən, əbədi bir əmin-

amanlığından xəbər verirdi və, əlbəttə, heç kimin ağlına gəlməzdi ki, o ağlıq

içindən bir - birindən seçilməyən qoşun çadırlarında əslində, Cənubi Qafqazda

ölüm-dirim müharibəsi aparan yüzlərlə insanın – rusların, farsların, azərbaycanlıla-

rın, gürcülərin, ləzgilərin, avarların, kumukların... gələcək taleyi yazılırdı (s. 43).

Əsərin məzmununa dərindən nüfuz etdikdə «Baş» romanın psixoloji

epizodlarla zəngin bir əsər olduğunu görürük ki, burada personojların psixoloji

vəziyyəti, halı, psixoloji proseslər, onların daxili aləmi qabarıq şəkildə əks olunur

(“Ömrünü mal, qoyun çapıb doğramaqla məşğul olan Qəssab Balarza şəyirdi ilə

bərabər bir kənarda durmuşdu və şəyirdinin maraq və həyəcanla kötüyə tərəf

baxdığını görüb:

23

Page 24: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

- Alə, çövür başuvu, ora baxma! – dedi və ustasının sözlərindən narazı qalmış

şəyirdlə birlikdə özü də başını yana çevirdi ki, insan başının kəsilməsini görməsin -

Sərdar gavur idi, nə idi, özü bilərdi, ancaq insan idi» (s.45). «Sizə sevgim

sayəsində mən bu çıxılmaz sarsıntıya dözə bilmirəm... bu sevgi mənim varlığıma o

qədər hakimdir ki, bu hissi sizə bildirməyə gücüm çatmır. Məgər sevmək bu qədər

qəbahətdir ki, bu qədər əzab çəkəsən? Bu sevgini sevdiyin insandan gizlədəsən?...

mən bütün içimdən axıb gələn bir ehtirasla... sizi sevirəm kynaz!..» (s. 99). «Abbas

Mirzə gözlərini başdan çəkib yenə Qurd Kərimə baxdı və Qurd Kərimin bədənsiz

bir Başın qarısında o cür diz çökməyə Baş və ona təzim edən sərkərdə vəliəhdi

uşaqlıq çağlarında hərisliklə kitablardan oxuduğu, dayələrdən, müəllimlərdən

eşitdiyi nağıllar aləminə apardı» (s.129) «Keşikçilər.. Lal Qafaroğlunu qurşaqdan

yuxarı soyundurub, belini bükdülər və dörd nəfər – hərəsi bir tərəfdən var gücləri

ilə onun əllərindən, ayaqlarından yapışıb saxladı, keşikçi isə şallağı götürüb yuxarı

başa keçdi... elə bil bu adamlar sifətini birinci dəfə gördükləri bu insanla çoxdanın

qan düşməni idilər və xüsusi bir ləzzətlə ondan ən yaxın adamlarının intiqamını

alırdılar:

- Vur, görək!..

- Vur bu köpək oğlunu!..

- Vur, anqırsın!..

- Vur, canı çıxsın» (s.132).

Elçinin «Baş» romanının başlıca süjet və epizodları belədir və məhz

onlardan da əsərin ümumi süjet xətti asılıdır. Lakin başqa bir məsələ də vardır ki,

süjetin hər bir epizodu necə qurulur və o hansı təhkiyə komponentlərindən

ibarətdir?! Nəzərə almaq lazımdır ki, hər süjet epizodunun öz kompozisiyası

mövcuddur və o hansı təsvir formalarından qurulur.

«Baş» romanındakı belə kompozisiyanı süjet epizodlarının konstruksiyası

adlandırmaq daha məqbuldur və əsərdə belə yerlər kifayət qədərdir. Epizodların

konstruksiya epizodları, onlardakı müxtəlif təhkiyə komponentləri çoxdur və

«Baş»da belə hallar bir neçə yerdə təkrarlanır. Yeri gəlmişkən bildirək ki, Elçinin

romanlarında süjet epizodlarının komponentləri müxtəlif dərəcəli ifadə imkanı və 24

Page 25: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

intensivliyə malikdir. Eyni zamanda Əsər personajların söhbətləri, çoxsaylı

mübahisə səhnələri və s. zəngindir.

«Baş» romanının süjetində onun konfliktinin əsasında duran hərəkət və

hadisələrin mərhələlərini fərqləndirmək olar. Əsərdə onlar xüsusi «proloq» və

«epiloq» terminləri ilə fərqləndirilməsə də, romanın lap əvvəlində onun müəllif

tərəfindən İlyas Əfəndiyevə həsr edildiyini, ayrı-ayrı Azərbaycan nasirlərindən

(Ənvər Məmmədxanlıdan «Həyatım ağrıyır», Arif Abdullazadədən «Bir də bu

dünyaya gəlməyə tövbə») epiqraflar verildikdən sonra, Elçin romana özünəməxsus

bir epiqraf tipli giriş verir. Bundan sonra əsərin ekspozisiyası (zavyazkaya qədərki

yer), zavyazka (hadisələrin balanğıcı və konfliktin ortaya çıxması), hadisələrin

inkişafı, kulminasiya (hadisələrin ən son nöqtəyə qədərki inkişafı), razvyazka

(hadisələrin sona yetdiyi məqam), epiloq (mətləbin əsas hissələrindən ayrılmış

hissəsi) gəlir. «Baş» romanında bu, müəllif tərəfindən verilmiş 26-cı bölmədə

yığcam şəkildə formaladırılmış, knyaz Sisanovun nəşinin Tiflisdəki Sion

kilsəsində general Lazarevin yaxınlığında təzədən torpağa tapşırılması və Başın

sonrakı taleyindən və aqibətindən heç nə bilinmədiyini söyləməklə yekunlaşır (s.

176). Əlbəttə, biz «Baş» romanının süjetinin şərti olaraq elə bu tipli elementlərə

bölgüsünü apardıq. Variantlar isə müxtəlif cür ola bilər.

İrihəcmli əsərlərdə («Baş» romanı məhz belə əsərlərdəndir) adətən bir sıra

süjet xətti mövcud olur. «Baş» romanında bu xətlər həm bir yerə yığılır, qaynayıb

qarışır, yaxud da paralel olaraq inkişaf edir (məsələn, burada Gürcüstanın, Cənubi

Qafqazın, Şimali Azərbaycanın, Cənubi Azərbaycanın işğalından tutmuş, tarixi

hadisə və olaylara müəllifin ayrı-ayrı obrazların gözü ilə baxışı, Qafqaz xalqlarının

tarixi, Rusiya imperiyasının tarixi, rusların öz faciələri, onların başında duranların

alman-fransızəsilli olmaları, Avropanın özündə, Osmanlıda getmiş və gedən

proseslər və s. – bunların hamısı Elçinin təxəyyülündə vahid məqsədə, süjetin

bütün zəncirlərini bir bütöv halına gətirən başlıca ideyaya tabe edilmişdir. Buna

görə də «Baş» romanındakı proloq, ekspozisiya, razvyazka, kulminasiya,

zavyazka, epiloq və s. süjetin mütləq və danılmaz tərkib hissələri kimi bu və ya

digər kombinasiyalarda göz qabağına gəlir.25

Page 26: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

«Baş» romanında personajların davranışları, hadisələrin fərdi ardıcıllığı,

xarakterlərin onların bu və ya digər həyat situasiyalarında və qarışılıqlı

əlaqələrində yaradıcı tipizasiyasının nəticəsi kimi ortada dayanır (bunu biz

Hüseynqulu xanın, Mahmud bəyin, lal Qafaroğlunun, Abbas Mirzənin, kapitan

Suxaryovun, knyaz Sisanovun, Babua Arçilin, Markiza Natalya de Lafonjenin,

Qurd Kərimin, Fətəli şahın və başqalarının timsalında yaxşı görürük). Eyni

zamanda xarakterlərin və situasiyaların tipizasiyasında, demək olar ki, əksər

hallarda hiperbolizə edilməmənin və yaradıcı inkişafın üstünlük təşkil ediyinin

şahidi oluruq.

Fikrimizcə, «Baş» romanının süjeti heç də birdən-birə yaranmamışdır. Çünki

Elçin bitkin və daimi formanı qəbul etməzdən əvvəl, həm forma bir neçə dəfə

dəyişilmiş, yenidən işlənilmiş, personajların həyatındakı yeni faktlarla

zənginləşdirilmiş, yazıçının yaradıcı təxəyyülündə hər dəfə yeni variantlara

çevrilmişdir. «Baş»ın süjetinin yaranmasında daha fəal rolu yaradıcılığın

ekspressivliyi və təsvirin emosianallığı oynayır. Əsərdəki personajlar müəllif

tərəfindən düşünüldüyü kimi daha parlaq şəkildə verilmişdir (Hüseynqulu xan,

Molla Müzəffər Ağa, Mahmud bəy, Lal Qafaroğlu və başqaları belələrindəndir).

Bununla bağlı hadisələrdə daxili sarsıntılar, düşüncələr, davranışlar, personajın

özü-özünü lənətlənməsi kimi məqamlar onların xarakterlərinin təcəssümü üçün

mühüm rol oynayır.

– Bir təklifin yoxdur, Ağa?

Məclis əhli nə qədər qayğılı olsa da, xanın səsindəki o titrəyişin fərqinə vardı

və bunu Sərdar Sisianovun qətli ilə bağlı yaranmış vəziyyətin ağırlığı ilə yozdu.

Hüseynqulu xan özü də səsin titrəyişini hiss etdi» (s. 30). «Bu an ikinci cəllad da,

yəqin öz məharətini nümayiş etdirmək üçün, cəld eşafotun bir kənarına atılmış

uzun dəmir mili götürdü, sonra da Yemelkanın başını saçlarından tutub qaldıraraq,

milin iti ucunu onun lırt boğazına keçirtdi və başı milin ucunda qaldırıb bayraq

kimi, öz başı üzərində fırlatmağa başladı.

Ancaq kütlənin kəsilmiş başı görmək ehtirası, indi qızğın bir narazılıqla əvəz

olunmuşdu, qadınlar, kişilər də, qocalar, cavanlar da bir-birinə qarışıb bu dəfə 26

Page 27: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

cəlladları fitə basırdı, ən qatı küçə söyüşləri ilə söyürdü, çünki hökmə görə,

əvvəlcə diri-diri Puqaçovun əllərini, ayaqlarını kəsməliydilər, başı isə ancaq

bundan sonra balta ilə bədəndən ayırmalıydılar və Puqaçovun diri-diri

doğranmasını görmədiyi üçün kütlə hiddətə gəlmişdi, qeyzlə qışqırırdı:

• Cəlladlara rüşvət veriblər!..

• Cəlladlar oğrudur...

• Cəlladlar rüşvət alıb!.. » (s. 38)

Gördüyümüz kimi, əsərin məhz süjeti üzərində müəllif daha çox zəhmət

çəkməklə böyük işlər aparmışdır. Çünki biz məhz «Baş»ın süjetində təsvir

olunmuş hadisələrin və xarakterlərin mahiyyətini görürük ki, onlar əsərdə yer

almışların mühüm tərəfini əks etdirə bilir. Beləliklə, süjet əsas ideya məzmununu

və onunla funksional baxımdan bağlı olan nə varsa, hamısının yazıçı fantazıyasının

köməyi ilə yarandığını görürük. «Baş» romanının süjetinə (məzmuna, ideyaya, ha-

disələrə) daxil olanlar, əlbəttə, müəllifin fərdi istəklərinin ifadəsi kimi dərk

olunmalıdır. Bunun biz bariz təsdiqini romanın lap əvvəlinə müəllif tərəfindən ya-

zılmış ön sözdə («romanın hər səhifəsində tarixi dəqiqlik axtarmaq lazım deyil»də)

görə bilərik.

«Baş» romanına oxucu marağının artması, fikrimizcə, ilk növbədə müəllifin

buraya həm məntiqi baxımdan nəzərdə tutula biləcək, həm də ondan kənarda olan

hadisələri (bu hadisələr sırf müəllif fantaziyasından qaynaqlanmış olsa belə) uğurla

daxil edə bilməsi ilə bağlıdır. Romanda belə hadisələr və personajlar yetərincədir.

Onların hamsı müəllifin düşüncəsinin məhsulu kimi müvəffəqiyyətli hesab edilsə

də, Yemelyan Puqaçov, Stepan Razin, Rusiya tarixi, rus milli düşüncəsinin alman,

fransız, polyak fonlarının təsirinə məruz qalması, onların istəklərinin ön plana

çəkilməsi kifayət qədər Azərbaycan müəllifinin bədii tapıntıları sırasına

qoyulmalıdır. XVIII-XIX əsrlərdə rusların Avropaya üz tutması, Avropa təsiri, bu

təsirlərin həm təqdir, həm də tənqid olunması rus tarixşünaslığında, bədii

ədəbiyyatında, fəlsəfəsində üfüqi və şaquli müstəvilərdə işıqlandırılsa da, qeyri-

rusun (bizim təqdirdə Elçinin) bu hadisələrə Azərbaycandan, azərbaycanlı sənətkar

tərəfindən və mövqeyindən baxışı yetərincə unikal və maraqlıdır. Bu baxımdan 27

Page 28: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Elçinin əsərdəki hadisələrin və xarakterlərin xüsusiyyətlərini açması, personajların

davranışlarında orada əksini tapmış hadisələrin ardıcıllığında yaxşı nəzərə çarpır.

Personajların öz aralarındakı münasibətlərin inkişafı, fərdi motivirovkalar,

bioqrafik sevgi-məhəbbət macəraları və kolliziyaları, daxili çırpıntılar – bütün

fərdi-dinamik sıra əsərin süjetini daha dolğun əks etdirməkdədir.

Əsərlə dərindən tanış olduqda (çünki səthi, qaçaraq oxunuşda onun süjetində

elə şeylər var ki, biz onları tam, doğru-dürüst anlamağımız, hadisələri adekvat

qiymətləndirə biləcəyimiz bir qədər şübhəli görünə bilər) görürük ki, Elçin öz

personajlarının xarakterinin elə məqamlarını təsvir etmək istəyir ki, onlar süjetin

inkişafında daha önəmli rol oynamaqla əsərin ideayasının bütün əlvanlığı ilə

açılmasına xidmət edir.

Süjetin qurulmasında və süjetin təhkiyəsində müəllif münasibəti müxtəlif

şəkildə özünü təzahür etdirir. Bu da əsərə müəllifin özünün etdiyi müdaxilə kimi

dəyərləndirilə bilər. «Baş» romanında müəllif ruporu kimi bir, yaxud bir neçə

personajların seçilməsi ola bilər. Bu, həm də hardasa əsərdə müəllifin hansısa

hakim rolunda çıxış etdiyini göstərə bilər.Buna baxmayaraq, hadisələrin bütün

gedişi, onlar arasında mövcud olan səbəb-zaman-nəticə şərtiliyi xarakterlərin ideya

dəyərinin və ekspressiv ifadə prinsipi əsasında qurulduğunu göstərir.Elə buna görə

də «Baş» romanının hər bir zənciri, hər bir epizodu, hər bir süjet priyomunun

müəyyən funksiyaya malik olduğunu qeyd etməyə ehtiyac vardır. Əsərdəki hər bir

süjetdə başlıca və ikinci dərəcəli personajlar mövcuddur ki, onlar öz məzmun

funksiyasını yerinə yetirməklə yanaşı, həm də eyni zamanda özündə hər hansı

ierarxiyanı daşımaqda, hər bir təqdirdə, hər bir konkret halda əsərin müəyyən bədii

sistemində birləşib fərdi, ziddiyyətli, bir-birinə qarşı dayanmış, bir-biri ilə üzvü

şəkildə bağlanmış epizod və şəkilləri əks etdirməkdədir.

«Baş» romanının kompozisiyası, yuxarıda göstərdiyimiz kimi, onun süjet

xətti ilə üzvi şəkildə əlaqədədir. Onun kompozisiyası müəyyən mənada müəllifin

özündən asılı olmadan ortaya çıxsa da, bununla belə əsasən müəllifin hissi

harmoniyasına tabe olduğunu da nəzərdən qaçırmaq olmaz. Kompozisiya bütün

hallarda Elçinin şüuri, yaxud təhtəlşüurunun nəticəsi kimi ortaya çıxmışdır. Elçinin 28

Page 29: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

bu romanında komposiziya özünü hadisələrin həm ardıcıllığının qorunmasında,

həm də bu ardıcıllığın pozulmasında, hadisələrin, hərəkətlərin, davranışların, həm

də neçə-neçə frazaların (məsələn, «Baş»ın infastrukturunda yer almış (əvvəlki

səhifələrdən sona qədər) ONUN, ONU, ÖZÜNÜ, O və s. başlayan məqamlardakı

müəllif düşüncələrində, replikalarda, bədii detallarda necə nümayiş olunduğunu

görürük. Belə hallarda biz ayrı-ayrılıqda süjetin kompozisiyası, obrazın

kompozisiyası, poetik ifadə vasitələrinin kompozisiyasını, təhkiyənin özünün

kompozisiyasını və s. fərqləndirə bilərik.

Bir fikri çəkinmədən qeyd etmək olar ki, Elçinin «Baş» romanı çoxsüjetli və

çoxplanlı əsərdir.Belə hallarda əksər yazıçıların iri süjet materialını yerbəyer

etməkdə çətinlik çəkdiyini görsək də, Elçin bu materialları əsərin infastrukturunda

elə məharətlə yerləşdirə bilmişdir ki, bəzən oxucu əsərdəki hadisələrin dürüst tarixi

hadisələri əks etdirdiyini daha çox düşünməkdə olur. Romanın uğurlu kompozisiya

bitkinliyini əks etdirməsi ilə bağlı vaxtı ilə böyük sənətkar A.P.Çexov belə bir fikri

vurğulamışdır ki, romanın qurulması üçün simmetriya qanunu və kütlənin

bərabərliyini bilmək zəruridir. Roman sanki bütöv bir saraydır və oxucunun orada

özünü sərbəst hiss etməsi lazımdır ki, muzeydəki kimi sıxıntı keçirməsin. Bəzən

oxucuya həm qəhrəmandan, həm də müəllifdən dincəlmək, istirahət etmək üçün

imkan vermək lazımdır. Bunun üçün peyzajdan istifadə etmək, əsərə gülməli nəsə

daxil etmək, yeni zavyazka, yeni sifətlərə, simalara yer vermək daha yaxşı olardı.

(Elçinin «Baş»da belə hallara yer verdiyinin şahidi ola bilirik. Bu tipli məqamlara,

at oğrusu Səfərlə, gürcü Vaxtanqla, Sarı Çoban və Sarı Çoban Qızı, 1806-cı ilin

fevral ayının təsviri, Muğandakı şaxtalı qış gecəsi və s. yer alması nümunə ola

bilər).

«Baş» romanının təhkiyə komponentlərinin ierarxiyasında biz onlardan

bəzilərinin daha aydın, yaxud boğunuq, tutqun olması, daha çox aksent olunmuşu,

yaxud keçici, xidməti rol oynaması təhkiyənin kompozisiyasının əsası kmi ortada

dayanır. Onun tərkibində biz süjet epizodlarının təhkiyə bərabərliyini, onların

proporsionallığını, xüsusi aksentlər sisteminin yaranmasını görə bilərik. Romanın

süjetinin kompozisiyası səviyyəsində biz epizodları «səhnə» və «qeyri-səhnə» 29

Page 30: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

epizodlarına bölə bilərik. Onlardan birincisində bilavasitə əsərdə gedən hadisələr

haqqında danışılırsa, ikincidə əsərin alt hissəsində, yəni «qeyri-səhnə»də gedən,

keçmiş dövrlərdəki hadisələr əksini tapır. Burada Elçinin əsərdə domunanta kimi

təsvir olunan hadisələrdən başqa, həm də 300, bəzi hallarda hətta 500 il əvvələ

ekskurs etməsini göstərmək olar. «Baş»da biz kompozisiyanın mürəkkəbləşməsini

baş qəhrəmanın hadisələrin mərkəzində durması ilə əlaqədar olduğunu göstərə

bilərik ki, burada onun digər personajlarla münasibətləri ortaya gəlməklə müxtəlif

konfliktlər yaranır, əlavə süjet xətləri ortaya çıxır (bu baxımdan, kynaz Sisianov

obrazı həm qətlə yetirilənə qədər, həm də ondan sonra əsərin kompozisiyasında

daim ön mövqedə dayanır). Bax bu tipli süjet xətlərinin birləşməsi «Baş»ın

kompozisiya əsasını təşkil edir.Yeri gəlmişkən qeyd edək ki, belə mürəkkəb

kompozisiyalı struktur İsa Hüseynovun, Yusif Səmədoğlunun, Mövlud

Süleymanlının, Kamal Abdullanın və digərlərinin romanları üçün də xarakterikdir.

Elçin «Baş» romanına müxtəlif tipli lirik ricətlər, əlavə epizodlar, təfərrüatlı

təsvirlər daxil etmişdir. Bu elementlər bəzən hərəkətin, hadisələrin ümumi gedişini

bir qədər ləngitsə də, onlar əksər hallarda personajların çoxcəhətli düşüncələrini,

meyllərini, istəklərini, daxili hal və sarsıntılarını, müəllif fikirini tam şəkildə

aşmaqla, ideyanı daha böyük inamla ortaya qoymağa kömək edir.

2. «Baş» romanında süjet bədii forma kateqoriyasından biri kimi

«Baş» romanında süjet (əsərdə zaman və məkan müstəvisində gedən

hadisələrin inkişafı, məzmunu və s.) əhəmiyyətli mövqedə dayanır. Qeyd edək ki,

ədəbiyyatşünaslıqda «süjet» termini Bualo, Kornel və digərlərində, başqa sözlə

desək, əsasən fransız ənənəsində çox işlənmişdir. Elə bundan sonra bu ənənəyə

söykənən, onu mənimsəməyə çalışan rus tənqidi ədəbiyyatı da süjet terminini

anoloji məzmunda istifadə etməyə səy göstərmişdir. XIX əsrin ikinci yarısından isə

böyük rus nəzəriyyəçisi A.Veselovski süjetin rus ədəbiyyatşünaslığında nəzəri

baxımdan öyrənilməsi müstəvisində böyük və fundamental tədqiqatlar aparmış,

30

Page 31: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

süjeti tərkib elementlərinə, motivlərə bölməklə, onları törədənləri müəyyənləşdirib,

mənşəyini izah etməyə çalışmışdır. A.N.Veselovskinin süjetə verdiyi tərif bizi

daha çox maraqlandırır və belə izah süjetin mahiyyəti ilə daha yaxından

səsləşməklə Elçinin «Baş» romanının bu cəhətini daha uyğun xarakterizə edir:

«Süjetlər elə mürəkkəb sxemlərdir ki, onların obrazlılığında insan həyatının məlum

aktları və məişət gerçəkliyinin psixikanın bir-birini əvəzləyən formaları

ümumiləşdirilir. Bu ümumiləşdirmələrlə hərəkət və hadisələrlə müsbət və mənfilər

birləşmişdir». A. Veselovski daha sonra süjetdə elə bir sxem gördüyünü qeyd edir

ki, burada müxtəlif vəziyyətlərin, motivlərin hazırlandığı ortaya çıxır. B.

Tomaşevski isə «Ədəbiyyat nəzəriyyəsi»ndə süjeti aşağıdakı kimi səciyyələndirir:

«Burada heç də hadisələrin məşğul edən zəncirini başlanğıc və sonla

müəyyənlədirmək kifayət deyil. Bu hadisələri elə paylamaq, bölmək, elə sıraya

düzmək lazımdır ki, onları izah etmək, fabula materialından ədəbi kombinasiya

qurmağa çalışmaq lazımdır. Bədii baxımdan əsərdə qurulmuş hadisələrin bölgüsü

süjet adlanır».

Bütün bunlar göstərir ki, hər hansı yazıçının süjet arsenalı istənilən qədər

geniş ola bilər və onun sərəncamında o qədər süjet priyomları və hadisələrin

qurulma və paylanma prinsipləri vardır ki, bu da müəllifə yaradıcı qərarlar qəbul

etmək üçün yetərincə geniş imkanlar verir.

Elçinin «Baş» romanında çoxsaylı süjet və kompozisiya problemləri ilə

rastlaşırıq: burada biz müəllifin gedən hadisələrin daxilinə onun yeni personajları

necə daxil etməsini, onların təhkiyə səhifələrindən necə kənarlaşdırılmasını,

yenidən təhkiyəyə cəlb edilməsini, onların zaman və məkan daxilində necə

qruplaşdırmasını görürük. Konstruktiv baxımdan uğurla təşkil olunmuş «Baş»

romanında epizodlar süjet kulminasiyasının hazırlığında müxtəlif cür iştirak

etməklə müxtəlif dərəcəli «aksent» və gərginliyə malikdir.

«1800-cü ildə Qacarlardan ehtiyat edən Şimali Azərbaycan xanlıqları - Bakı,

Dərbənd, Quba, Lənkəran xanları həmişəki Şərq hiyləsi ilə növbəti bir manevr

edərək öz nümayəndələrini Dağıstan hakimlərinin nümayəndələri ilə birlikdə

Peterburqa göndərib himayədarlıq istəmişdilər. Onları bədbəxt Pavelin tapşırığı ilə 31

Page 32: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

xarici işlər naziri Rastopçin şəxsən qəbul etmişdi və imperatorun sözlərini onlara

çatdırmışdı». Siz əvvəlcə öz aranızda ittifaq yaradın, bundan sonra bizlə ittifaq

yaradarsız» (s.23).

Elçinin təhlilə cəlb çəkdiyimiz bu əsərində biz konkret-təhkiyə, cəm-

təhkiyə, təsvir epizodlarını özündə birləşdirərən məqamlar və psixoloji epizodları

əks etdirən halları görə bilərik.

Konkret-təhkiyə epizodlarında biz təhkiyədəki konkret hadisələri,

personajların davranışını, onların hərəkətinin necəliyini görürük. Bu epizodlar

bəzən səhnə əsərlərində olduğu kimi, gözümüz (həm tədqiqatçının, həm də

oxucunun) qarşısında keçənləri canlandırır. Təhkiyə epizodlarının cəmi kimi isə

biz hadisələrin hazırkı süjet zamanında gedənləri lirik keçmişə ricət və

ekskurslarla, müəllif kommentariyalarında, izahlarında, bəzi hallara və hadisələrə

münasibət söylədikdə, onların səciyyəvi xüsusiyyətlərinə toxunduqda görürük.

Məsələn, «1775-ci ilin 10 yanvar günü Moskva qışının şaxtası ülgücün ağzı qədər

iti idi, ancaq qar basmış küçə ilə edam meydanına gedən o gənc zabitin bütün

bədənini elə bir həyacan bürümüşdü ki, şaxta elə bil, o həyəcan qatını yarıb onu

üşüdə bilmirdi» (s.33).

Təsviri epizodlarda isə biz müxtəlif xarakterli mənzərələrin – peyzajın,

interyerin, hərəkətin zamanını və yerini, bu və ya digər vəziyyət və situasiyaları

görürük». Və 1806-cı ilin həmin fevral səhəri sübh tezdən Hacı Muxtar bəy

həyətdəki itlərin hürüşməsinə ayılıb, dərhal da Hürü Bəyim xanım ayılmasın deyə,

səssiz ayağa qalxdı: pis zəmanə idi – bir tərəfdən, rus soldatları, o biri tərəfdən,

sərbazlar, bir tərəfdən də öz düşmənlərinin girəvə axtarması və zəmanənin xofu

hətta Hacı Muxtar bəy kimi bir kişinin də içini nigarançılıqla doldurmuşdu» (s.72).

«Baş» romanının bütün süjet xəttinə nəzər saldıqda biz A.Hacıyevin yazdığı

kimi süjetin heç də «süjetli-konstruksiya», texniki üsul, hadisələrin, hərəkət və

münasibətlərin, ziddiyyət, toqquşma və mübarizələrin sadəcə ardıcıllığı – sistemli

düzülüşü» olmadığını görürük (Hacıyev A. Ədəbiyyat nəzəriyyəsi. Bakı,

Mütərcim, 1996, s.150 (376s.)). Burada əsərdə yer almış hislər, duyğular, detallar,

obrazların düşdüyü şərait və təsvirlərdə yer almış insanlar, hadisələrin bir-biri ilə 32

Page 33: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

bağlılığı və s. maraqlı şəkildə təqdim olunmuşdur. Bütün bunlar «Baş» romanının

məzmununda özünü relyefli nümayiş etdirməkdədir.

Psixoloji epizodlar Elçinin təhlilə cəlb etdiyimiz bu romanında yetərincə yer

almaqdadır. «Knyaz Sisianov yavəri polkovnik Fon Qrenfaldın az qala

yalvarışlarına – «– Olmaz, ali-həzrət! Bu vəziyyətdə çölə çıxmaq olmaz! Xahiş

edirəm!...» – məhəl qoymadan, özü düşərgədəki vəziyyəti yoxlamaq üçün o sazaqlı

sübh çağı düşərgəni nəzərdən keçirməyə çıxdı və çox böyük əhəmiyyət verdiyi

Bakı yürüşü zamanı bu xain qızdırmanın gəlib onu tapması sübh çağı yuxudan –

əslində bu xəstə olduğu üçün yuxu ilə gerçəklik arasında növbəti əzablı bir gecə

idi – oyandığı dəqiqədən onun bütün ovqatını pozmuşdu (s.95).

Elçinin «Baş» romanında personajlar (qəhrəmanlar) süjet vasitəsilə uğurlu

yerbəyer edilmişlər və onlar konkret şərait müstəvisində bir-biri ilə təmasda

olurlar. Onlar arasında bütün münasibətlər süjetin vasitəsilə yaradılır, inkişaf edir

və başa çatır. M.Baxtin özünün «Dostoyevski poetikasının problemləri» adlı

fundamental əsərində yazır: «Qəhrəmanlar bir qəhrəman kimi süjetin özü

tərəfindən yaradılır. Süjet təkcə onların libası deyil, həm də onların vücudu və

ruhudur. Və əksinə, onların vücudu və ruhu yalnız süjetdə kifayət qədər açılıb

tamamlana bilər» (Baxtin M.M.Dostoyevski poetikasının problemləri. Tərc. edən

M. Qocayev. Bakı, Kitab aləmi, 2005, s.145) M. Baxtinin qeyd etdiyi bu məqamlar

«Baş» romanının süjetində aydın görünməkdədir.

Eyni zamanda süjet üçün hər bir epizodun, onun qurulduğu hər bir təhkiyə

komponentinin elementləri zəruri yer tutur. Çünki hər bir süjet epizodunun öz

təsvir formasının kompozisiyası mövcuddur ki, onlardan da süjetin özü qurulub

ortaya çıxmaqla bütün bunlar süjet epizodlarının kompozisiyası kimi çıxış edir. Bu

tipli epizodların konstruktiv variantları «Baş» romanında rəngarəng və çoxsaylıdır.

Onlar bir sıra hallarda təkrarlansa da, əsərin maraqlı qavrayışı üçün şərait yaradır

və onun ifadəliliyini artırır.

«Baş» romanının süjeti ilə tanış olduqda biz onun tədricən yaranıb, inkişaf

edib, formalaşdıqdan sonra bitkin hala gətirildiyinin şahidi oluruq. Gözünüz

qarşısında – onun çoxsaylı dəyişilməsini, yenidən işlənməsini, personajların həyatı 33

Page 34: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

ilə bağlı yeni faktlarla zənginləşdirilməsini (Hüseynqulu xanın, knyaz Sisianovun,

Xacə Əbdül Rəhmanın və başqalarının), yeni süjet zəncirləri və motivirovkalarının

ortaya çıxmasını və Elçinin bədii təxəyyülündə gələcək variantlara çevrilməsini

müşahidə edə bilirik.

«Baş» romanın süjetinin yaranmasında yaradıcı ekspessiya və təsvirin

emosionallığı mühüm rol oynayır. Əsərdəki personajların müəllifin ortaya

qoyduğu hadisələrdə özlərini necə aparmaları diqqəti cəlb edir. Hadisələr

zəminində qəhrəmanların sıxıntıları, mühakimələri, davranışları, özü-özünü ifşa

etməsi (Suxaryov, Markiza Natalya de Lafonjen və başqalarının əsərdə olan

davranış və düşüncələri bu baxımdan zəngin material verir) Elçinin yaradıcı

fantaziyası ilə süjetin bu şəkildə təqdim olunması aparıcı ideya məzmununun

ortaya qoyulmasına kömək edir və süjetin burada məzmunla funksional baxımdan

əlaqəli olduğunu göstərir.

Elçinin «Baş» romanında personajlar (qəhrəmanlar) süjetin köməyi ilə

uğurlu yerbəyer edilməklə bərabər, həm də müəyyən, yazıçının özü üçün ehtiyac

olduğu qədər konkret zaman kəsiyində və məkanda əlaqə yarada bilirlər. Onlar

arasındakı qarşılıqlı təmaslar süjet vasitəsilə yaradılır və elə süjet vasitəsi ilə də

tamamlanır. Bu bizə belə bir fikir vurğulamağa əsas verir ki, uğurlu nəsr

əsərlərinin müəllifləri həm də süjetyaratma ustaları kimi oxucu və tədqiqatçıların

diqqətini cəlb edir. Belə halın biz F.M.Dostoyevski nəsrində daha aydın müşahidə

edildiyini yuxarıda qeyd etmişik. Elçinin «Baş» romanında da belədir. Çünki bu

əsərdə müəllif qəhrəmanına geyindirdiyi libası istədiyi məqamda dəyişir, onu

istənilən məcraya yönəldir. Elçinin «Baş» romanında süjet bədiiliyi, dinamikliyi,

dəyişikənliyi, çevikliyi ilə yanaşı, həm də ekstremallığı və gözlənilməzliyi ilə

diqqəti məşğul edib, əsərin mahiyyət, məzmun və obrazlarının daxili aləmini

açmaq baxımından maraqlı quruluş ortaya qoyur. Burada süjet xətlərinin gedişi,

inkişafı, çevikliyi və şaxələnməsi oxucunun nəzərdə tutmadığı halda birdən birə

elə şəkildə törəyib doğulur ki, bu, bir tərəfdən, hadisələrin gedişatını aramlı,

mülayim bir məcraya yönəltmək məqsədini güdürsə, digər tərəfdən, rahat şəkildə

34

Page 35: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

gedən, axan hislərin, emosiyaların, psixoloji gərilmələrin təzahürünə şərait yaradır,

oxucu əsərdə gedən hadisələrin aktiv iştirakçısına (bəlkə də personajına) çevrilir.

3. «Baş» romanında süjetdənkənar elementlər

Məlum olduğu kimi, hər bir əsərin poetik tutumunu onun bədii elementləri

təşkil edir. Buna görə də bilmək lazımdır ki, mətnin əsas mahiyyətini başa

düşməyə heç də yalnız süjet, yaxud konflikt kömək etmir. Qəhrəmanların

xarakterinin açılması, süjetin inkişaf perspektivi üçün sənətkarlar mətnə həm də

süjetdənkənar elementlər daxil edirlər. Qəhrəmanların (məsələn, «Baş»da kynaz

Sisianovun yuxusu) yuxusu, əsərə verilmiş müqəddimə, epiqraflar, lirik ricətlər,

əlavə epizodlar, bəzən daxil edilmiş tarixi faktlar, əfsanələr əsərdəki süjetdənkənar

elementlər sırasındadır.

«Baş» romanında Knyaz Sisianovun yuxusunu biz süjetdənkənar element

kimi qəbul etməklə, onu həm də kompozisiyanın mühüm komponenti kimi götürə

bilərik ki, bunu əsərdə təsvir olunmuş hadisələrin açılışına kömək üsulu və onlara

verilən qiymət kimi nəzərdən keçirə bilərik. Romanda knyaz Sisianovun yuxusu

Sisianovun psixoloji xarakteristikası kimi nəzərdən keçirilə, əsərin ideya-məzmun

planının düzgün başa düşülməsi kimi qiymətləndirilə bilər. Y.Lotman yuxu

haqqında deyir ki, «Yuxu sırf halda insanın bilməsinə baxmayaraq ki, o yuxudur,

göz önünə gələn bir şeydir, onun hansısa mənası, mahiyyəti var, lakin bilmir ki, bu

məna nədir? Məhz bu mənanı açmağa ehtiyac vardır». «Baş»ın 7-ci bölməsində

oxuyuruq: «Hər tərəf qapqara qaranlıq idi və bu qaranlığa bir hənirti hissiyatı

yayılmışdı, elə bil, gözə görünməz nəsə, kimsə o qapqara qaranlıq içində hərəkət

edirdi – bu nə idi? Kim idi? – knyaz yuxuda bunu ayırd edə bilmirdi, başa düşürdü

ki, bu qapqara qaranlıq və hənirti hissiyyatı yuxudadır, o, yatıb, yuxu görür.

Birdən-birə siyrilmiş xəncərin yuxudakı o qaranlıq içində işıldaması ilə o xəncərin

knyazın qarnına soxulması bir oldu və qarnına yeridilmiş o xəncərin buz

soyuqluğunu knyaz elə yuxuda ikən hiss etdi, o saat da yuxudan oyandı – onun

alnını soyuq tər basmışdı (s.54). «Knyaz Sisianov... yuxu görmüşdü... ancaq

ayılanda heç nəyi xatırlamırdı... ancaq həmin gecənin yarısı onun bütün bədənini 35

Page 36: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

üşüdən o yuxu knyaz Sisianova təsir etdi – Bakıya yürüş ərəfəsində bu nə yuxu

idi» (s.54). Mətnin bu parçası məna baxımından əsərin ümumi kontekstindən

fərqləndirilmişdir. Onun özünə məxsus fərqli xüsusiyyətləri görünməkdədir: bu

parça yetərincə kompressiya olunmuş, sxematikləşdirilmiş, simvolika bolluğu ilə

fərqlənməkdədir. Mətnin belə kiçik bir hissəsində onun məna xətlərinin və

motivlərinin konsentrasiyası ortadadır. Mətnin bu hissəsinə Elçin Sisianovun

fikrini dırnaq içində «Bu yerlərdəki xalqlar üçün yeganə siyasət – gücdür» fikrini

verməklə, onu «Knyaz P.D.Sisianovun imperator 1-ci Aleksandra məktubundan»

adlandırmışdır. Əsərin bu yeri müəyyən dərəcədə bütün roman üçün üslubi

uyğunsuzluq təşkil etsə də, burada təhkiyə diskretliyi şüur axını ilə izah olunur və

bu, assosiasiyaların əlaqəsizliyini yaratsa da, mətndə əhəmiyyətli yer almaqdadır.

Mətnin bu yerini knyaz Sisianovun imperator 1-ci Aleksandra məktubunu

knyazın qəlbindən gələn məlumat, informasiya kimi də dərk etmək olar. Burada

yuxu onun peyğəmbərcəsinə öngörənliyi kimi də nəzərdən keçirilə bilər. Yuxu

burada yozumla, falçılıqla, fakirliklə, ilahi bir qüvvə ilə ünsiyyət sferasına keçir.

Əsərdə bu xüsusi məkan kimi qəbul oluna bilər ki, o müxtəlif yozum və

interpretasiyalar anlamına gəlir. Onu oxucu öz bildiyi kimi qavrayır. Çünki

Y.Lotman qeyd etdiyi kimi» yuxu – semiotik ayna olduğundan, onda hər bir kəs

özü istədiyini görə bilir». Yeri gəlmişkən qeyd edək ki, yuxu müasir mədəniyyət

mərhələsində intellektual oyun obrazlarının ən aparıcılarından olmaqla labirint,

maska, ayna və s. bağla bağlı obrazdır. X.Borxesə görə yuxugörmə universalın

təkdə, yeganədə iştirakı, oxunun strategiyasını dəyişən işarə, mətnin və oxucunun

«psixoloji zamanı»nı əks etdirməsidir. Postmodernistlər yuxunu irreal təcrübə,

sitatı isə mədəniyyət arxetiplərini göstərən əlaqə kimi izah edirlər.

Yeri gəlmişkən qeyd edək ki, işarəvi mahiyyət müxtəlif bədii estetikada

müxtəlif cür təzahür olunmaqdadır. Məsələn, Barokko ədəbiyyatında həyat yuxuya

bənzədilərək Kalderonda «həyat yuxudur» formulunda ortaya qoyulmaqla illüziya

ilə reallığın qarşılıqlılığını göstərməklə ədəbi eksperiment kimi qəbul edilirdi.

Romantizim estetikasında gerçəkliyin yuxugörməyə bənzədilməsi reallıqla

arzu, istək arasındakı sərhədlərin aradan qaldırılması üsulu kimi dərk edilirdi. Elə 36

Page 37: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

bu səbəb üzündən romantik mətnlərdə yuxugörmənin əvvəli nadir hallarda

dürüstləşdirilir. Oxucu üçün reallıqdan illuziyaya keçid sirr olaraq qalır. Elçinin

«Baş» romanında yuxu öz məzmununun simvolik konteksti mistika və irreallığı

ilə canlandırılanla qəlbin providensial kosmosla sirli-sehrli dünyanın əksidir. Bu

baxımdan romanda yuxu metaforikası müəllif mövqeyinin dərk olunması üçün

açar rolunu oynayır. Yuxudan Azərbaycan, rus, türk, dünya ədəbiyyatı

nümayəndələri gen-bol istifadə etmişlər. Azərbaycan ədəbiyyatında İ.Hüseynov,

V.Səmədoğlu, M.Süleymanlı, rus M.Y.Lermontovun «Demon», N.V.Qoqolun

«Burun», L.S.Turgenevin «Ərəfə», L.A.Qonçarovun «Adi əhvalat» və başqalarının

əsərləri bu baxımdan səciyyəvidir. Bundan başqa, Ç.Aytmatovun, M.Auezovun,

O.Bukeyevin, T.Kaipbergenovun və digərlərinin də əsərlərində yuxudan yetərincə

yararlanılmışdır.

Ədəbi əsərlərdə, o cümlədən Elçinin «Baş» romanında yuxunun ən adi

funksiyalarından biri qəhrəmanın özünün özünə kənardan baxmaq imkanıdır.

Çünki məhz yuxuda knyaz Sisianovun daxili ailəminin materializasiyası,

qəhrəmanın daxili təcrübəsi əks olunur və eyni zamanda qəhrəman yuxugörmənin

həm obyekti, həm də subyekti kimi ortada dayanır. Elçin burada kynaz Sisianovun

keçmiş dünyasını rekonstruksiya etmir, əksinə onun həyatının mifoliji

xüsusiyyətlərini yaradır. Elçinin «Baş» romanında süjetdənkənar elementlərə həm

də elə digər mistik elementləri aid edə bilərik. Əsərdə bu, falçı ilə bağlı məqamda

yaxşı görünür: «Kynazın özü-özünə hirsi tutdu: bu, nə avam və axmaq fikirlərdi

belə? – deyəsən, Qafqaz onu qaraçı falçısına çevirib, heç özünün də xəbəri yoxdur

hə?» (s.54). Belə süjetdənkənar elementlər məktubda sonrakı səhifələrdə də yer

alır: «Knyaz təsəvvüfdən uzaq, mistikanı nəinki qəbul etməyən, bununla

ümumiyyətlə maraqlanmayan, xurafata tamamilə yad bir adam idi və Peterburq

Moskva kübarlarının, hətta bədbəxt Pavelin də mistikaya inamı onu qıcıqlandırırdı,

daxilən əsəbləşdirirdi, bu insanların ilk növbədə, öz taleləri ilə bu qədər

maraqlanmasını o, Rusiyanın taleyinə biganəlik kimi qiymətləndirirdi» (s.57).

Əsərdə knyaz Sisianovun qarabasmalarla rastlaşmaları da süjetdənkənar elementlər

kimi diqqət mərkəzində dayanmaqdadır: Həmin gecə knyaz Sisianovun gözlərinin 37

Page 38: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

qabağında birdən-birə üç dənə 4 rəqəmi peyda oldu: 444- Pavelin imperatorluğu

düz 4 il, 4 ay, 4 gün çəkdi – bu 4-lər elə bil, şifrələnmiş bir tale yazısı idi və Pavel

bu tale yazısını düz 34 il gözlədi – O, 34 il əvvəl taxta çıxmalı idi...

Knyaz Sisianov:

– Lənət şeytana!

– Və elə özü-özünə lağ etdiyi həmin məqamda birdən-birə knyaz Sisianova

elə gəldi ki, o 444-ü ona çariça Mariya göstərir.

Bu dəfə kynaz içindən qalxan bir qəzəblə:

Bu nədi belə?- pıçıldadı.

O – kynaz Pavel Dmitriyeviç Sisianov! – kimsəsiz qoca kaftara dönmüşdü,

nədir? Bu nə qarabasmalardı belə?»(s. 57).

Süjetdənkənar elementlər sırasında müqəddimə də əhəmiyyətli rol oynayır.

Adətən müqəddiməni ön söz də adlandırırlar ki, o əsərin başlanğıcında yer alır.

Elçinin «Baş» romanında bu izahedici, polemik, yaxud proqnozlaşdırma funksiya-

sını yerinə yetirilir. Məsələ elədir ki, biz əsərin bu yerinə bir neçə dəfə müraiət

etməli oluruq. Elçin yazır: «Tarixçilər bu romandakı isimlərin hamısı ilə, buradakı

məktublarla, ayrı-ayrı tarixi epizod və məqamlarla bağlı arxivlərdə axtarış aparma-

sınlar, çünki heç nə tapmayacaqlar». Bizə belə gəlir ki, müəllif bu müqəddimədə

onun əsərinin oxucular tərəfindən doğru-dürüst başa düşülməsi ilə bağlı açar təq-

dim edir. Yazıçı oxucu auditoriyasına müraciət edib, ona mesajlar göndərməklə,

əsərdəki məqsəd və məramlara onun düzgün mövqedən yanaşmasını müəyyənləş-

dirir.

Elçinin «Baş» romanı epiqrafsız da keçinməmişdir. Müəllif burada, yuxarıda

söylədiyimiz kimi, iki epiqrafdan yararlanır, Ənvər Məmmədxanlının «Həyatım

ağrıyır» və Arif Abdullazadənin «Bir də bu dünyaya gəlməyə tövbə» kimi maraqlı

deyimlərini verir. Məlum olduğu kimi, epiqraf yunan sözü olub dilimizə tərcümədə

«abidə üzərində yazı» deməkdir. Və qeyd olunmalıdır ki, Elçinin «Baş» romanı

sözün əsl mənasında ədəbi abidədir. Və bunu bu gün kimlərsə duyub adekvat hiss

edib dəyərləndirməsə belə, nə zamansa məhz belə dəyərləndirmək zorunda

qalacaqlar. İki tanınmış Azərbaycan nasirlərindən verilmiş elə kiçik frazaların 38

Page 39: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

romanın əvvəlində yer alması nə təsadüfi, nə də dəb xarakteri daşımır. Bu son

dərəcə müxtəsər aforistik şəkildə verilmiş deyimlərdə əsərin başlıca kollizisiyası,

onun əsas mövzusu, ideyası, yaxud əhval-ruhiyyəsi verilmişdir.Yeri gəlmişkən

söyləyək ki, epiqraf mətnin estetik informasiyası və oxucu tərəfindən müəllifin

ortaya qoyduğu istiqamətin qavrayışında mühüm rol oynayır. Epiqraf burada həm

də sitat xassələrinə malikdir ki, o mürəkkəb obraz yaratmaqla, həm də epiqrafın

özünün hansı mətndən çıxarılmasının dərkinə hesablanan elementdir. Epiqraf təsvir

predmetinə əlavə nəzər nöqtəsini əks etdirməklə onun mənasını aydınlaşdırır, eyni

zamanda əsərin bu istiqamətdə söykəndiyi ənənələri göstərir. Epiqrafların köməyi

ilə Elçin təsvir olunanlara həm də öz münasibətini ifadə edir. Epiqrafın

kommunikativ-praqmatik nitq vahidi kimi özünəməxsusluğu onun müəlliflə oxucu

və oxucu ilə mətn arasındakı əlaqələrini həm müəyyənləşdirir, həm də

möhkəmləndirir.

Əlbəttə, bədii əsərlərdə, ümumiyyətlə, epiqraf süjetdənkənar element kimi

müəyyən məzmun əhəmiyyətinə malikdir və ona müxtəlif janr formalarında

müraciət (şeir, dialoq, atalar sözü, zərbi məsəl, tapmaca, nəsr fraqmenti kimi)

olunur və o öz formal strukturuna malikdir. Həm də eyni zamanda nəzərə almaq

lazımdır ki, epiqraf intermətn münasibətlərinin modelləşdirilməsi vasitələrinə aid

olmaqla əqli-dəyər informasiyasının verilməsinə xidmət edir.

Mətnin semantik strukturunda epiqrafın rolu formal xarakteristikalarla

müəyyənləşir: onun əsərin kompozisiya quruluşunda mövqeyi, epiqrafın özünün

strukturu, onun sitat gətirilmiş mənbə ilə əlaqələr sistemi və s. əlaqələrin olduğuna

işarə edir.

Semiotik planda epiqraf muxtar işarə, simvoldur. Epiqrafın formal

diskretliyinin qrafik baxımdan tərtib olunmasıdır. Epiqraf, adətən, «Baş»

romanında isə həmçinin qara şriftlə verilməklə, həm də əsas mətndən

fərqləndirilmiş mövqe baxımdan da başqa cür qururlmuşdur. Epiqrafın

fərqləndirilməsi mənbənin göstərilməsidir. «Baş» romanında təqdim olunmuş

epiqrafların müəllifləri məlum olsa da, konkret mənbə verilməmişdir.

39

Page 40: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Formal-qrammatik baxımdan epiqraf geniş diapazon struktur tipləri ilə

seçilir ki, burada bir sözdən ayrıca əsərə qədər təqdim olunma mümkündür. Bəzən

epiqraflar müəllifin özü tərəfindən düşünülüb ortaya qoyulsa da, Elçin bunu

konkret müəlliflərdən gətirdiyi ilə əsərə daxil etmişdir. Elçin bəzi müəlliflər kimi

hamı üçün populyar olan epiqrafları diqqət mərkəzinə çəkmir. Əksinə o, ikiqat

epiqrafdan istifadə etməklə oxucunu mətnin müxtəlif səviyyələrinin açılmasına

istiqamətləndirir. Yeri gəlmişkən söyləyək ki, belə ikiqat epiqrafdan istifadəetmə

bədii əsərlərin qələmə alınmasında zəngin praktikaya malikdir. Məsələn,

Dostoyevski «Şeytanlar», M.Bulqakov «Ağ qvardiya» kimi romanlarda məhz bu

yolla getmişlər və belə təcrübəni Elçin «Baş» romanında uğurla davam etdirmişdir.

Elçinin «Baş» romanında verilmiş hər iki epiqraf nəinki ədəbi ənənənin davamı

kimi başa düşülməlidir, onun həm də maarifləndirici və tərbiyəvi əhəmiyyətə

malik olduğunu qeyd etməyə ehtiyac duyuruq.

4. «Baş» romanında tarixi fon və bədii təxəyyül

«Baş» romanı bir bədii nümunə kimi Elçinin nəsr təfəkkürünün orijinal

məhsulu kimi ortada dayansa da, müəllif bu əsərin araya-ərsəyə gətiriliməsində

müxtəlif səpkili mənbələrdən yetərincə faydalanmış, onlardan öz ideyalarının

ortaya qoyulmasında istifadə etmişdir. Əlbəttə, istifadə üçün nəzərdə tutulmuş

sənədlərdən o, heç də ayrı-ayrı fraqmentlər götürüb çıxarışlar aparmamış, onları

tam şəkildə təhlil etmiş, dövrün aydın mənzərəsini yaratmağa çalışmışdır. Əsərlə

tanış olduqda biz burada çoxsaylı personajların real insanlar olub tarixdə yer

aldıqlarını, onların konkret adlar və soyadlar altında çıxış etdiklərinin şahidi

oluruq. Əsərdə kifayət qədər çoxsaylı tarixi şəxsiyyətlər iştirak edirlər. Onlara

nümunə kimi biz Hüseynqulu xanı, Ağa Məhəmməd şah Qacarı, Abbas Mirzəni,

knyaz Pavel Sisianovu, polkovnik fon Qrenfaltdı, knyaz Elizbar Eristovu, Valerian

Zubovu, imperatritsa Yelizaveta Alekseyevnanı, knyaz Çartoriyskini, İrinarx

İvanoviç Zavalişini, Molla Pənah Vaqifi, Stepan Razini, Yemelyan Puqaçovu,

Toxtamışı, Əmir Teymuru, III Sultan Səlimin anası Validə Sultanı, Uzun Həsəni,

Qara Yusifi, Miranşahı, onun oğlu Abubəkri, Şirvanşah I İbrahimi, Şəki xanı Seyid 40

Page 41: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Əhmədi, Kaxetiya çarı II Konstantini, Nadir şahı, I Aleksandrı, Avarlı Ömər xanı,

general-mayor İvan Petroviç Lazarevi, Çariça Mariyanı, Napoleon Bonopartı, Jan

Pol Maratı, Maksimilyan Robespyeri, Jorj Jak Dantonu, Şarl Anri Sansonu, qraf

Timofeyev–Boqoyavlenskini, Arkadi Yevdokimoviç Razumovskini, markiza

Natalya de Lafonjeni və başqalarını göstərə bilərik. Bakı Qoşa Qala Qapısının

alınmasının təsviri də dürüst tarixi sənədlərə əsaslanır və onun özünəməxsus

xüsusiyyətləri də məxəzlərdə kifayət qədər adekvat yer almışdır. Məsələn, tarixdən

məlumdur ki, XVIII əsrin lap son illərində Rusiya Gürcüstanda itirlimiş nüfuzunu

bərpa etmək məqsədilə Zubovun başçılığı ilə Azərbaycan şimal torpaqlarına hərbi

yürüş təşkil etmişdi. 1797-ci ilin yazında Ağa Məhəmməd şah Qacarın Şuşaya

hücum etməsi, Qarabağ xanlığının müvəqqəti olaraq Məhəmməd bəy Cavanirşirin

əlinə keçməsi, tezliklə İbrahimxəlil xan tərəfindən Ağa Məhəmməd şah Qacarın

cənazəsinin Tehrana yola salınması, qızı Ağabəyim Ağanı Ağa Məhəmməd şah

Qacardan sonra hakimiyyətə gəlmiş Fətəli şah Qacara verməklə siyasi hərbi

münasibətləri normallaşdırması tarixdən yaxşı məlumdur. Yaxud XVIII əsrin sonu

– XIX əsrin lap ilk ilindən başlayaraq, imperator I Aleksandrın əvvəl şərqi

Gürcüstanı, sonra Azərbaycanın Qazax, Borçalı, Şəmşəddil, Pəmbək torpaqlarının

Rusiyaya qatılmasına nail olmasını da bilirik. 1802-ci ilin dekabrından Quba,

Dərbənd, Lənkəran xanlıqlarının İrana qarşı birgə müqavilə imzalayıb çıxış

etmələri, Rusiya himayəsinə qəbul olunmaları, 1803-cü ildə general Qulyakovun

başçılığı altında rus ordusunun Car-Balakənə hücumu, Tiflisdə Car-Balakən

camaatlığı ilə Rusiya arasında «Andlı öhdəlik haqqında saziş» imzalanması,

Qulyakovun 1804-cü ildə Cara soxulması, Zaqatala yaxınlığında məğlub edilmiş

rus ordusunun Muxax kəndi ərazisinə çəkilməsi, Qulyakovun öldürülməsi, bundan

sonra carlılara divan tutan Sisianovun İlisu sultanlığını da işğal etməsi, növbəti

hədəf kimi Gəncəni seçməsi, Sisianovun öz hədələyici məktublarında Cavad

xandan təslim olmağı tələb etməsi, rus qoşunlarının 1804-cü ilin yanvarın 3-də

Gəncəni iğal etməsi və qeyri-bərabər döyüşdə Cavad xanın və onun oğlu

Hüseynqulu xanın öldürülməsi də məlumdur. Bunun digər Azərbaycan xanlıqları-

nın da taleyinə mənfi təsir etməsi və s. Azərbaycan tarixinin həm şərəfli, həm də 41

Page 42: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

məğlubiyyət dolu səhifələri kimi sənədlərdə yer almaqdadır. Qarabağ xanlığının

Rus təbəəliyinə qəbul olunması, Şuşada rus qoşunlarının yerləşdirilməsi,

Sisianovun Şamaxı xanı Mustafa xandan vaxtilə Qarabağdan Şirvana köçürülmüş

əhalini geri qaytarmağı və Cavad ərazisini Qarabağa verməyi tələb etməsi, 1805-ci

ildə Sisianovun Şamaxı xanına Rusiya hakimiyyətini qəbul etdirdikdən sonra

Bakıya yol açılması, Sisianovun güclü artilleriya ilə Bakıya yaxınlaşıb Bakı

xanlığının Rusiya tabeliyinə kecməsi ilə bağlı layihəni Hüseynqulu xana

göndərməsi, Sisianovun Bakı xanlığı ərazisində öldürülməsi, 1806-cı ildə rus

qoşunlarının Dərbəndi və Bakını işğal etdikdən sonra Bakı xanlığının ləğvi, Quba

xanlığının təslim edilməsi, Azərbaycan torpaqlarının Rusiya hakimiyyəti altına

düşməsi tariximizdə yetərincə öz müfəssəl əksini tapmışdır. Car-Balakən

camaatlığının Avar xanını və Dağıstan feodallarını Rusiyaya qarşı üsyana səsləsə

də, məğlub olması, İran qoşunlarının 1806-ci ilin iyununda Şuşaya hücum etməsi,

Şuşa qarnizonunun rəisi, Cavad xanın qatili mayor Lisaneviçin Xankəndində

İbrahimxəlil xanı öldürməsi, Şəkili Səlim xanın cavab olaraq rus qarnizonunu

Şəkidən qovması, Şəki xanlığının 1806-cı ilin oktyabrında rus qoşunları tərəfindən

tutulması, Abbas Mirzənin başçılıq etdiyi İran ordusunun 1809-cu ildə İrəvan

uğrunda gedən döyüşlərdə rusları məğlub etməsi, 1813-cü ilin oktyabrında

Gülüstan müqaviləsinə görə İrəvan və Naxçıvan xanlıqlarından başqa, Şimali

Azərbaycan xanlıqlarının – Gəncə, Qarabağ, Şəki, Şamaxı, Dərbənd, Bakı, Quba

və Lənkəran – Şərqi Gürcüstan və Dağıstanın Rusiyanın tərkibinə qatılması faktları

məlum tarixi olaylar kimi mənbələrdən boylanmaqdadır.

«Baş» romanının tarixi – coğrafiyası da kifayət qədər real həqiqətləri əks

etdirməkdədir. Burada yer almış nəinki Azərbaycan xanlıqları, Gürcüstan, onun

müxtəlif knyazlıqları, çarlıqları, şəhərləri (Tiflis), Dağıstan, Avar xanlığı, İran

(Tehran, Təbriz), Türkiyə, Rusiya, Avropa və s. regionlar, ümumiyyətlə, həmin

dövrün reallıqlarını əks etdirmək baxımından uyğun mənzərə yaradır. Bununla belə

əsərdə yüksək şəkildə bədiiliyin təmin olunması ilə əlaqədar Elçinin özünün

bədiiliyi roman materialının infrastrukturuna daxil etməsi də maraqlıdır. Müəllif

«Baş» romanında tarixə həm yaxından, həm də uzaqdan bədiiyyat kontekstində 42

Page 43: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

baxır. Elçinin Azərbaycanla bağlı tarixi olaylara XVIII əsrin əvvəllərindən 500-

600 il öncəyə yeri gəldikdə ekskurs etməsi də məqsədsiz deyildir. Bu tipli

müraciətlər əsərin daha dolğun və mükəmməl alınmasına xidmət etmək

baxımından edilmişdir. Elçinin Rusiya, Avropanın ayrı-ayrı ölkələrinə (Osmanlı

Türkiyəsi, İngiltərə, Fransa, Danimarka və s.) ekskurs etməsi də məqsədli xarakter

daşımaqdadır.

«Altı yüz il bundan əvvəl, o zaman ki, Qızıl Arslan Şamaxını tutdu,

Şirvanşah Axistan Şirvanın paytaxtını Bakıya köçürüb, buranı qorumaq üçün

ikicərgəli qala divarı tikdi, indi o qala divarı dənizdən də, qurudan da bu qalaya

tuşlanmış rus toplarının qarşısında nə edə bilərdi? Sərdar Sisianov altı mindən artıq

soldatla şəhərin qabağını kəsmişdi, general Zavalişinin gəmiləri də yenə gəlib

Bakının qabağını kəsdirmişdi, Hüseynqulu xan 400, lap olsun 500 – 600 atlı ilə

hücum çəkib rus ordusunu məğlub edəcəkdi?» (s.6). Müəllif bu sətirlərdə, bir

tərəfdən, qarşıda duran işğalla bağlı Hüseynqulu xanın təsvişlərini ortaya qoymaq

məqsədini güdmüşsə, digər tərəfdən, qüvvələr nisbətinin yetərincə fərqli olduğunu

göstərib xalqın qeyrət hissəsinin, yenilməzliyinin fərqində olmuşdur. Çünki biz

romanın sonrakı səhifələrində xalqın qəhrəmanlığının, nəinki Sisianovun

öldürülməsinin hətta öldürüldükdən sonra onun qəssab Balarzanın qəssab kötüyü

üzərində başının bədənindən ayrılmasının və başın torbaya qoyularaq Tehrana

yollanmasının şahidi oluruq.

Yaxud Stepan Razin və Yemelyan Puqaçovla bağlı tarixi olayları Elçin

özünəməxsus şəkildə bədiiləşdirməklə həmin hadisələri öz fərdi

interpretasiyasında təqdim etməyi məqbul saymışdır. Onların Moskvadakı

«Boloto» meydanında edam səhnəsini öz «rəngləri» və «naxışları» ilə boyamışdı.

«Pavel Sisianov isə o zaman – elə indinin özündə də belə düşünmürdü, çünki

Yemelyan Puqaçov adi cani və quldur deyildi, o, dövlətə xəyanət etmişdi, ac-

yalavac lümpenləri dövlətin üzərinə aparırdı, silahı böyük rus imperiyasına qarşı

qaldırmışdı və and içib silahla dövləti müdafiə edən hər bir kəs o, yaramazın

edamını görməli idi, bu onun borcu idi (s.33).

43

Page 44: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Elçinin «Baş» romanında tarixi informasiya materialı ilə təhkiyə arasındakı

inteqrasiya bir-birini kifayət qədər tamamlayır və Azərbaycan həyatının,

regiondakı çaxnaşmaların analoji mənzərəsini yaradır. Prinsip etibarı ilə «Baş»

romanında bədii təxəyyülün birbaşa rolu bizim düşündüyümüzdən o qədər də artıq

deyildir. Bununla belə əsərdə yer almış və müəllif tərəfindən ortaya çıxarılmış

personaj və hadisələrin hamısının, yuxarıda qeyd etdiyimiz kimi, gerçəklikdə

prototipləri və analoqu olmuşdur. «Baş» romanında Elçinin başlıca ustalığı ondan

ibarətdir olmuşdur ki, o, real materialları özünəməxsus şəkildə işləyib hazırla-

maqla, yadda qalan məzmun və obrazların yaranmasına ustalıqla nail olmuşdur.

Elçin «Baş» romanında bədii uydurmanı əsərdəki reallıqla elə uğurlu şəkildə

bağlayır ki, bu, həm də ənənəvi janr formalarının transformasiyasına gətirib çıxarır.

Fikrimizcə, «Baş» romanı kompozisiya baxımından romantik prinsip yox, sırf

realist elmi-tarixi əsər prinsipinə söykənilərək qurulmuşdur. Müəllifin IX əsrin

əvvələrindəki reallığa marağı, məişət detallarına diqqəti, sənədli təhkiyənin

sənədliliyinə meyletmə, təsvir olunan dövrü milli detallarını incəliyi ilə bilmə ona

əsərə zamanda isti oxucu münasibətini əks etdirir. «Baş» romanındakı realist

estetikanın əsası xarakterlərlə hadisələrin və vəziyyətlərin qarşılıqlı əlaqələri

mühüm əhəmiyyət kəsb edir. Müəllifin dövrün reallığına toxunuşu personajlardan

hər birinin daxilində öz izini qoyur və burada xarakter şəxsiyyətlə mühitin

mürəkkəb əlaqələrinin nəticəsi kimi görünür. Bununla belə burada həmin tarixi

mühit əsərdəki fəaliyyət göstərən personajlar tərəfindən təsirə məruz qalır.

V.Xalizevin qeyd etdiyi kimi, realist estetika burada yazıçı-realist tərəfindən

insandan həmin gerçəkliliyə məsuliyyətlə yanaşmağı tələb edir. (Хализев Б.Е.

Теория литературы. М., 1999, s.363). Bütün bunlar bir daha qəhrəmanla mühitin,

xarakterlərlə hadisələrin realist estetikanın mahiyyətində durduğunu, gündəmə

gətirildiyini sübut edir.

44

Page 45: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

II Fəsil. «Baş» romanında ədəbi subyektlərin tipologiyası

1. «Baş» romanında konflikt

«Baş» romanında Elçinin qurduğu konflikt, ayrı-ayrı personajlar, yaxud

konkret personajın, qəhrəmanın, mühitin, cəmiyyətin xarakter, ideya, hal, əhval-

ruhiyyəsi arasında yaranmış ziddiyyətləri, kolliziyaları əks etdirir. Adətən, çoxsaylı

epik və dramatik əsərlərdə yeni ilə köhnənin, ictimai ilə qeyi-ictimainin (məsələn

N.Nərimanovun «Bahadır və Sona», C.Məmmədquluzadənin «Ölülər», C.Cabbar-

lının «Almaz», İ.Turgenevin «Atalar və oğullar», A.Ostrovskinin «Tufan» və s.)

artıq ömrünü başa vurmuş prinsiplərlə yenilərin, insanın sərbəst təbii hislərinin

kükrəyişi, daxili-mənəvi hislərin dağılması, avamlıqla mübarizliyin ziddiyyətləri,

maarifçilik və demokratik baxışların geriliklə, mürtəceyə qarşı mübarizəsi əks

olunursa, Elçinin «Baş» romanının konfliktinin əsasında Azərbaycanın, Bakı

xanlığının Rusiya imperiyasına qarşı apardığı mübarizə dayanır. Burada konflikt

əsasən sosial-siyasi, tarixi şəraitlə, hərbi üstünlük, qəhrəmanların xarakterindəki

müxtəlifliklərlə, onların həyat vəziyyəti və baxışları ilə bağlıdı. Məsələn,

Hüseynqulu xan, Mahmud bəy, Lal Qafaroğlu, Mirzə Müzəffər Ağa, Abbas Mirzə,

Xacə Əbdül Rəhman və başqaları rusların Bakını, Cənubi Qafqazı, Cənubi

Azərbaycanı, İranın işğalına münasibətləri mənfi olsa da, sərdar Sisianovun qətlə

yetirilməsi, onun başının Tehrana Fətəli şaha çatdırılması ilə bağlı ortada konflikt

yaranır. Hüseynqulu xan bu qətldən zahirən təşvişə düşməklə onunla Mahmud bəy

arasındakı dialoqda biz gərgin konflikt yarandığını görürük. Yaxud Mahmud bəy

və Lal Qafaroğlu Başı şəxsən özlərinin Tehrana çatdırılmasının onlara

tapşırılmasına əməl etmələrini israrla söylədikdə Abbas Mirzə ilə onlar arasında

konflikt yaranır və sərbazlar onları ölüncə döyürlər və i.a və s.) Bundan başqa,

Elçin ayrı-ayrı Azərbaycan xanlıqları, Səfəvilər və Osmanlılar arasında konflikt-

ləri, Rusiya ilə Fransa və Avropa arasında olan kolliziyaları əsərdə bir neçə yerdə

qabartmaqdadır. Buna görə də «Baş» romanında konfliktlərin özünəməxsus

səciyyəsi görünməkdədir. Burada sosial, mənəvi, psixoloji xüsusiyyətlər göz önünə

gəlir. Sosial-tarixi konflikt kimi biz Suxaryovun Sisianovun əmrini yerinə yetirmək

45

Page 46: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

istəmədikdə fərdi münasibət kontekstindən başqa, həm də ruslara ağalığı fonların

etdiyindən onların qərblilər tərəfindən sıxışdırılmasında Suxaryovun qərblilərlə

bağlı daxili nitqində ortaya çıxır.

Psixoloji konflikt Xacə Əbdül Rəhmanın saray əhlinə, insanlara daxili

münasibətində, Sarı Çoban Qızının lüt şəkildə onu saymadan ayıblı yerini ona

göstərə-göstərə çarpayıda uzandığı zaman ortaya çıxır. Eyni zamanda konflikt

Xacə Əbdül Rəhmanın axta olması ilə bağlı özünü lənətlənməsində hiss

olunmaqdadır. Burada sosial-tarixi konflikt də özünü büruzə verir. Bu müstəvidə

Səfəvilərlə Osmanlılar arasında, türklərin özlərinin daxilində hökm sürən konflikt

də yaşanmaqdadır. «Baş» romanında, həmçinin, intim şəxsi konflikt kimi

qəhrəmanların şəxsi arzu-istəkləri ilə ictimai borc arasında gedən konflikti

fərqləndirmək olar. Xarakterlə yaranmış vəziyyət arasında olan konflikt kimi biz

Hüseynqulu xanın rusların Bakını işğal etdikləri zaman, Sisianov öldürüldüyü

məqamda Hüseynqulu xanla Mahmud bəy arasında ortaya çıxan konflikti qeyd edə

bilərik və s.

Göründüyü kimi, «Baş» romanında konfliktin inkişafı süjet və kompozisiya

ilə sıx, yetərincə sıx əlaqədədir. Konfliktin inkişafı burada əsərin əsasında

durmaqla «Baş»ın kompozisiyasını təkil etmişdir. «Baş»da biz Elçin tərəfindən

əsərə daxil edilmiş yeni xarakterlərin, yeni tiplərin fəaliyyət göstərdiyini, hərəkət

etdiyini görürük. Müəllifin əsərdə personajların fərdiləşdirilmiş nitqindən, davranı-

şından ustalıqla istifadə etməsinin özünü də konflikti şərtləndirən hal kimi

nəzərdən keçirmək olar.

2. «Baş» romanında ədəbi qəhrəman problemi

Bəri başdan deyək ki, ədəbi qəhrəman dedikdə biz hər hansı bir insanın

bütöv obrazını – onun simasını, fikir obrazlarını, davranışını və mənəvi aləmini

başa düşürük. Belə olduğu halda «ədəbi qəhrəman» termininə «xarakter» termini

də yaxın tutula bilər. Əlbəttə, burada onu geniş yox, dar mənada götürmək də olar.

46

Page 47: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Geniş mənada isə ədəbi qəhrəman dedikdə biz şəxsiyyətin daxili psixoloji halını,

onun təbii xüsusiyyətlərini, bütün naturasını nəzərdə tutmalıyıq.

Məlum olduğu kimi, «Baş» romanında hadisələrin iştirakçısı olan

personajlar kifayət qədərdir. Bununla belə, əsərin ümumi problematikasının bir

nəfərlə daha çox əlaqələri vardır ki, romandakı hadisələr də məhz onunla bağlıdır.

Bu da knyaz Pavel Sisianovdur. Knyaz Sisianov əsərin mərkəzi personajıdır. Məhz

o, həm Bakıya hücum hazırlanarkən daha fəal idi, həm də qətlə yetirildikdən və

qəssab Balarzanın kötüyü üstündə knyazın başı bədənindən ayrıldıqdan sonra,

hadisələrin əsas xətləri onun başı üzərində qurulmuşdur ki, bu da oxucu diqqətini

məhz onunla bağlı daha çox məşğul etməkdədir. Elə buna görə də knyaz Sisianov

burada nəinki qəhrəman, həm də baş qəhrəman kimi nəzərdən keçirilməlidir.

Sisianov əsərdə ədəbi personaj olmaqla daim hadisələrin burulğanında onlara daha

çox cəlb edilmiş, müəllif və oxucunun diqqət mərkəzindədir. Deməli Sisianov

obrazı «Baş» romanının ədəbi qəhrəmanıdır. Obrazlı struktur baxımından ədəbi

qəhrəman xarakteri personajın daxili məzmununu, onun davranışını, fəaliyyətini

birləşdirir. Xarakter həm də təsvir olunan şəxsi qanunauyğun keyfiyyətdə nəzərdən

keçirməyə, onun özünü davranış məzmunu və qanunu kimi görür. «Personaj»

termininə gəldikdə isə onun da ədəbi qəhrəman mənasında işlənildiyini

söyləməliyik. Elə buna görə də ədəbiyyatşünaslıqda «personaj» termini daha dar

mənada işlənir, bununla belə heç də bütün hallarda eyni mənanı kəsb etmir. Əksər

hallarda personaj dedikdə biz əsərdə iştirak edən şəxsləri nəzərdə tuturuq. Burada

da iki yanaşma mövcuddur: hərəkətdə təqdim olunmuş və xarakterizə edilən şəxs,

təsvirdə yox. Belə olduqda burada «personaj» anlayışına dramaturgiya qəhrəman-

ları, obraz-rollar daha uyğun gəlir. Yeri gəlmişkən qeyd edək ki, Elçinin bu əsəri

nəsrdə qələmə alınsa da, romanda o qədər geniş monoloqlar, dialoqlar, poliloji nitq

vahidləri və məqamları vardır ki, onlar eyni uğurla əsəri dramatik janrda təqdim

etmək üçün də geniş və zəngin əsaslar verməkdədir. «Baş» romanında təqdim

olunmuş hər hansı iştirakçı şəxs, həm də hadisə subyekti kimi nəzərdən

keçirilməlidir. «Baş»ın hələ ilk fəslindən əvvəl biz ədəbi qəhrəmanın özü ilə

laməkan və qeyri-zaman kontekstində tanış oluruq. Əsəri oxuya-oxuya və 47

Page 48: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

hadisələrin təfərrüatlarına vardıqca biz Sisianovun, onun xarakterini, keçmişini,

psixoloji halını, düşüncə tərzini, istəklərini, mübarizəsini və qarşıya qoyduğu

məqsədə doğru necə əzmlə irəliləməsini görürük. «Knyaz Sisianov özündən deyən,

döşünə döyən, elədikləri ilə öyünən və bunları kimlərinsə gözünə soxan adam

deyildi, ancaq qürurlu idi, öz qələbələri ilə fəxr edirdi və bunu heç kimdən də

gizlətmirdi. O, özündən müştəbehliyə, xüsusən yüksək vəzifəli məmurların və

generalların özündən müştəbehliyinə nifrət edirdi və yalançı təvazökarlıq da onun

qətiyyən xoşuna gəlmirdi» (s.16). Bax, Elçin öz ədəbi qəhrəmanını məhz belə

xarakterizə edirdi

3. «Baş» romanında qəhrəman davranışı və psixoloji ovqatın

yaradılma özünəməxsusluğu

Elçinin «Baş» romanı təhlil edilərkən bu əsərdəki obrazların tipoloji

baxımdan və psixoloji aspektdə öyrənilməsi də az əhəmiyyət kəsb etmir. Bu

onunla bağlıdır ki, Elçinin «Baş»dan əvvəlki əsərlərində də obrazların

xarakteristikasında bir sıra psixoanalitik yanaşmalar mövcud olsa da, müəllif

obrazları səciyyələndirərkən buradakı insanların obrazlarından hər birinin

(Hüseynqulu xanın, knyaz Sisianovun, Abbas Mirzənin, Molla Müzəffər Ağanın,

Stepan Razinin, Yemelyan Puqaçovun, İvan Bolotnikovun, Xacə Əbdül Rəhmanın,

Mahmud bəyin, Lal Qafaroğlunun, Qəssab Balarzanın və qeyrilərinin) daxili

mahiyyətini açmağa səy göstərmə özünü büruzə verməkdədir və bu da, təbiidir.

Elçin personajları xarakterizə edərkən onlardakı təbii, fizioloji, psixoloji,

psixososial, hərbi faktorları bədii təsvirlərin köməyi ilə təqdim etməyə çalışır ki,

onlar da məhz əsərdə bu şəxsiyyətlərin formalaşmasına necə təsir etdiyini

əyaniləşdirir. Yuxarıda adlarını çəkdiklərimizdən hər biri müəyyən dünyagörüşü,

əxlaq daşıyıcıları, həyata öz ölçüləri, öz «fəlsəfə»ləri ilə yanaşanlardır. Elçin insan

qəlbinin həssas psixoloqu kimi öz ədəbi personajlarında (obrazlarında) daim

insanın həyatla və ictimai-sosial mühitlə əlaqələrini təsvir etməyə istiqamətlidir.

İstedadlı yazıçı kimi şəxsiyyətin izahı və təsviri ilə məşğul olan müəllif, həm də

sanki onların hansı həyat prototiplərinin bədii priyom və üsullarla ortaya

48

Page 49: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

qoyulması haqqında düşünür. Belə olduğu halda müəllif şəxsiyyətin təsvirinə

hansı rakursdan yanaşmasından asılı olmayaraq, o, onu mövcud olan psixi həyatın

konkret real hissəsi kimi götürür ki, artıq o, öz fərdi keyfiyyətləri ilə düşüncələrdə

özünə yer edib möhkəmlənmişdir. Bu baxımdan düşünürük ki, Pavel Sisianovun,

Hüseynqulu xanın, Abbas Mirzənin, Ağa Məhəmməd şah Qacarın və başqalarının

psixoloji və fərdi keyfiyyətləri ustalıqla yaradılmışdır. Belə olduğu halda Elçin

Azərbaycan, Cənubi Qafqaz, İran, hətta Rusiya etnoqrafik-tarixi mənbələri və bədii

nümunələrdə adları çəkilənləri kifayət qədər doğru-dürüst xarakterizə etməyi

bacarmış, onları xarakterik xüsusiyyətlərinə görə roman mətnində yerləşdirmişdir

desək, yanılmarıq.

Elçinin «Baş» romanında müəllif qarşısında dayanan mühüm vəzifələrdən

biri xarakterlərin fərdiləşdirilməsi, şəxsiyyətin daxili aləminin hiss və duyğularını,

sarsıntılarını, onların mənəvi dünyasını əks etdirmək tələbləri dayanır. Bununla

bərabər burada özünü büruzə verən mühüm məqamlardan biri də çoxsaylı ədəbi

prototiplərdən eləsini ortaya qoymaq istəyi yaranır ki, yazıçının diqqət mərkəzinə

çəkdiyi xarakterlərin öz psixologiyasına görə müvafiq həyat gerçəklikləri və

konkretliyi ilə fərqlənmiş olsun. «Baş»ın müxtəlif səhifələrində biz aparıcı

obrazların psixoloji halları və ovqatları ilə tanış olduqda məhz bu cəhətin özünü

aydın ifadə etdiyini görürük. Əsərin kiçik bir epizodunda knyaz P.D.Sisianovun

imperator I Aleksandra göndərdiyi məktubunda «Bu yerlərdəki xalqlar üçün

yeganə siyasət – gücdür» (s.54) deməsində canişinin Qafqazda yaşayan xalqlara

olan münasibəti, onun psixologiyasında oturanlar, onun daxili mahiyyətindəkilər

özünü biruzə verir. Bundan başqa «Baş»ın infrastrukturuna daxil edilmiş və knyaz

Sisianovun psixoloji ovqatını təcəssüm etdirən yuxular və yuxugörmələr də əsərdə

maraqlı assosiasiyalar yaratmaqdadır. «Hər tərəf qapqara qaranlıq idi və bu

qaranlığa bir hənirti hissiyatı yayılmışdı, elə bil, gözəgörünməz nəsə, kimsə o

qapqara qaranlıq içində hərəkət edirdi – bu nə idi? Kim idi? – knyaz yuxuda bunu

ayırd edə bilmirdi, başa düşürdü ki, bu qapqara qaranlıq və hənirti hissiyyatı

yuxudadır» ... (s. 54) o, yatıb, yuxu görür. Nümunədən göründüyü kimi, Elçin

knyaz P.Sisanovun daxili aləminə, onun psixoloji durumuna uğurlu nüfuz edir, 49

Page 50: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

knyazın içində gedən prosesləri, emotiv dəyişiklikləri, xarakterindəki şübhələri

dərindən təsvir edir, onun psixologiyasının fərdi cəhətlərini sərgiləyir. Elçini

«Baş» romanının personajlarının müxtəlif parametrləri, onlardakı səciyyəvi hallar,

onların emosiyaları, həyati, ictimai, siyasi, mədəni-mənəvi keyfiyyətləri, varlığın

və şüurun ədəbi-fəlsəfi aspektləri, bədii maraqları, daxili monoloqları, daxili

eqoizmi və s. daha dərindən maraqlandırır. Elçin müvafiq tipaj yaratmaq üçün

təfəkkürünün induktiv və deduktiv qütblərindən istifadə etməyə meyillidir. Öz

ideyalarının təcəssümü üçün Pavel Sisianov obrazını təqdim edərkən o, induktiv

yanaşmaya daha böyük üstünlük verir. Yeri gəlmişkən qeyd edək ki, induktiv

təfəkkürlü şəxsiyyətlər öz mahiyyəti etibarı ilə daha müşahidəli, diqqətli, həssas və

hər şeylə daha dərindən maraqlananlardır. Belələri, adətən, qaçaraq nəticələr qəbul

etmir, ən kiçik detalları diqqətdən kənarda qoymur. «Bu hadisədən sonra knyaz

Sisianov bir daha əmin oldu ki, gürcü çarlarının qohum-əqrabası Qafqazdan sürgün

olunmasa, Gürcüstanda əmin-amanlıq olmayacaq və Gürcüstanın bölgələrində

çarlıq iddiasında olanların qarşısını almaq başqa cür mümkün deyil. Əlahəzrət

imperator Aleksandrı inandırmaq lazım idi ki, Gürcüstanda çar nəslinin bütün

nümayəndələrini burada yaşamaq hüququndan məhrum etməyə icazə versin və

knyaz Sisianov bütün qətiyyəti ilə əlahəzrətin özünə müraciət etdi və buna nail

oldu» (s.58).

Əlbəttə, Elçin şəxsiyyət və hadisələri psixoloji baxımdan düzgün

dəyərləndirən bir sənətkar kimi seçib qruplaşdırdığı şəxslər, şəxsiyyətlər üzərində

bu və ya digər müşahidələr apara bilər. Belə olduğu halda yenə də insan

psixologiyasının müxtəlif tərəflərini təsvir etməkdə o yetərincə sərbsətdir. Belə

müşahidələrin spontan, yaxud xaotik xarakterli olmasından asılı olmayaraq, onun

obraza münasibəti bu və ya digər personajın xüsusiyyətlərinə nəzərəçarpacaq

dərəcədə təsir etməyəcəkdir. Burada müəllifin öz fərdi psixologiyasının bir sıra

məhdudlaşdırıcı çərçivələrinin olduğu məlum olsa da, onların zəruriliyini də etiraf

etmək lazımdır. Çünki bu çərçivələr ümumi şəkildə nəticə və ümumiləşdirmələrin

yoxlanılmasındakı sistemə və qaydalara öz təsərini göstərir, obyektiv reallıqların

ortaya qoyulmasını tələb etməklə sənətkarı subyektivizmə yuvarlanmadan qoruyur. 50

Page 51: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Bununla bərabər həm də sənətkar özü realizə edə bilmədiyi, nəzərdən qaçırdığı

məqamları mütləq realizə etməyə çalışır. «Baş» romanında şəxsiyyətin tipoloji

xarakteristikası məhz müşahidəli müəllifin şəxsiyyətin psixoloji xüsusiyyətlərini,

onun davranışında olan təsadüfi hallar arxasında özünəxas distributiv diqqətin

cəmləşdirilməsi ilə bu və ya digər hərəkətdəki qanunauyğunluğu görməyə zahirən

motivasiyasız qəbul edilə biləcək davranışda düşünülmüş hərəkətin olduğunu görə

biləcəyik. Elə yuxarıda gətirdiyimiz parçadan sonrakı abzasdakı fikir

dediklərimizin bariz illüstrasiyası kimi xidmət edə bilər. «Əlahəzrət imperator

razılıq verdikdən sonra, knyaz Sisianov əmri və bilavasitə nəzarəti ilə hələ də

Gürcüstanda qalmış şahzadələr, çar ailələrinə mənsub olanlar köçürülməyə başladı.

Köçmək istəməyən, ən çox müqavimət göstərən isə knyaz Sisianovun yaxın

qohumu çariça Mariya idi və ifritə Mariyanın övladları ilə birlikdə Rusiyaya

göndəriliməsini knyaz şəxsən general Lazarevin özünə tapşırmışdı.

Hayıf Lazarevdən ona yaraşmayan ucuz bir ölümlə öldü, o cür soldat bir

Baba Yaqanın qurbanı oldu.

Belə-belə işlər, Babua Arçil ...

Və knyaz Sisianov birdən-birə Babua Arçili xatırladı» (s.58).

Əsərlə yaxından tanış olanlar yaxşı bilirlər ki, «Baş» romanında Elçin nəinki

baş qəhrəmanların, həm də ümumiyyətlə, bütün personajların şəxsi, fərdi

xarakteristikasını əsərin alt qatında da olsa, verir. Zəruri olduqda onların geneoloji

və tarixi həyatına ekskurs edir. Onların hərəkətlərinin motivasiyasını ortaya qoyur.

Bu baxımdan müəllifin Pavel Sisianovun və Lazarevin geneologiyasına nəzər

yetirməsi təsadüfi hesab edilməməlidir. Hələ vaxtı ilə Pavel Sisianovun babası

Rusiyaya köçüb orada yaşamışdı və onun həyata baxışları, dünyanı dərki rus təsiri,

düşüncəsi altında formalaşmışdı. Gürcü olmasına baxmayaraq, o, rus

quvernyorundan dayəsindən aldığı tərbiyəylə həyat baxışını, Cənubi Qafqaza

rusların yiyələnməsini məqbul və zəruri saymışdı və sonra bu cəhət nəvə Pavel

Sisianovun da düşüncəsində özünə yer etmişdi.

«Baş» romanındakı personajlar qalereyasına dərindən diqqət yetirdikdə

sezilir ki, Elçinin bədii inikası psixi hadisələrin müasir vəziyyətinə söykənir və 51

Page 52: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

bunun əsasında yazıçı öz qəhrəmanlarını müxtəlif sosial-siyasi və mənəvi-ruhi

situasiya və sınaqlarda yoxlayır. «Baş» polifonik roman olduğundan (çünki burada

çoxsaylı personajlardan hər biri öz səsi, öz nəfəsi, öz dəst-xəti, öz istəyi ilə

görünməkdədir) sənətkar qəhrəmanlarından hər birinin iç dünyasını bütün

parlaqlığı ilə ortaya qoya bilir. Bunu biz, demək olar ki, Hüseynqulu xanın, Pavel

Sisianovun, Mahmud bəyin, Lal Qafaroğlunun, Hacı Muxtarın, Markiza Natalya

de Lafonjenin, kapitan Suxaryovun, Qraf N.İ. Timofeyev – Boqoyavlenskinin və

bir sıra digərlərinin timsalında açıq-aydın sezə bilərik.

«Baş» romanı üzərində təhlillər apararkən biz Pavel Sisianovu bəzi

məqamlarda həm də F.M.Dostoyevskinin «Cinayət və Cəza» romanının baş

qəhrəmanı Radion Raskolnikovla müqayisə edirik. Əgər Radion Raskolnikov

sələmçi qarını öldürüb Napoleon olmaq üçün bütün hamı tərəfindən etiraf edilmiş,

ümumi qəbul olunmuş normaları pozmağa çalışmışdırsa və bunu ətrafdakılara

böyük əzm və həvəslə nümayiş etdirmişdirsə, Pavel Sisianov «Bu yerlərdəki

xalqlar üçün yeganə siyasət – gücdür», – deyərək silaha söykənib Qafqazda

yaşayan xalqları məhv etməyə üstünlük vermişdir. Və belə psixoloji durumda çıxış

etdikdə o, sanki Radion Raskolnikovu özünəxas şəkildə təkrarlamış olur. Belə

yanaşma onun həyat kredosunun ifadəsi kimi görünür. Əgər F.M.Dostoyevski

romanda konkret psixologiya terminologiyasından kənarlaşıb, ədəbi-bədii

qaydalara riayət etməklə Raskolnikov kimi cinayətkar tipini yaratmışdırsa, Elçin

də öz bədii təfəkkürünə meydan verib Pavel Sisianovun insanlıq və canişinlik

tragediyasını ortaya qoymuşdur. Ümumiyyətlə, «Baş» romanının bütün

xüsusiyyətləri üzərində müahidələr apardıqda biz Elçinin tükənməz nəsr

yaradıcılığı potensialına söykənərək uğurlu – geniş maraqları əhatə edən, yüksək

əqli potensiala tapınıb siyasətçi, hərbçi, canişin həyatının maraqlı detallarını seçib,

ayrı-ayrı faktlara söykənərək müvafiq ümumiləşdirmələr etməyə müvəffəq olmaq

bacarığını görürük ki, burada sənətkar özü fərqli bir bədii düşüncə ilə işləməklə

mühüm tarixi dövrün xoş olmayan bir mənzərəsini yarada bilmişdir.

«Baş» romanında Elçin, hər şeydən əvvəl şəxsin yaxud şəxsiyyətin

davranışının motivlərini, dünyanın mühüm hadisələrini obrazlar vasitəsilə 52

Page 53: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

yaratmağa çalışır ki, bu da böyük nasirin titanik potensialının danılmaz

keyfiyyətidir ki, burada müəllif fikri və ideyası da məhz dolğun bədii obrazlar –

personajların vasitəsi ilə ortaya qoyulur. «Baş»da şəxsiyyətin çoxtərəfli və

çoxaspektli xüsusiyyətləri rasionalist, didaktik və elmi-tarixi reali və yanaşmalarla

yox, müəllif tərəfindən tipik obrazın yaradılması ilə araya-ərsəyə gətirilmişdir. Bu

müstəvidə Pavel Sisianovun Elçin təqdimatı həm psixoloji, həm de ədəbi aspektdə

kifayət qədər uğurludur. Əlbəttə, bədii ədəbiyyatda şəxsiyyətin tipologiyası

məsələsi yeni bir şey deyil. Və burada tipik xarakterlərin tipik şəraitlərdə

yaradılması təsviri də danılmaz həqiqətdir. Buna görə də tipik xarakterlərin təsviri

üçün bu və ya digər situasiyalar sosial şəraitin həmin xarakterin ortaya gətirdiyi

faktorlarla əlaqələndirilməli, həmin hallar təsadüfə yox, mühüm sosial-tarixi

xarakteri ilə çulğaşmalıdır. Yəni, həmin şəxsin psixologiyası sənətkarın təsvir

etdiyi şəraitdən irəli gəlməli, özünü doğrultmalı, şübhə yaratmamalıdır. Elçin Pavel

Sisianovun obrazı əsasında şəxsiyyətin tipologiyasını yaradarkən o, heç də

şəxsiyyətin davranışında yer almış davranış motivlərinin xrestomatik

göstəricilərinə söykənməmiş, özü istedadlı bir nasir olaraq nəinki rasional, həm də

irrasional psixi halları nəzərdən keçirməklə buna müvəffəq ola bilmişdir.

4. «Baş» romanında Sisianovun prototipi

Prototip, məlum olduğu kimi, obrazın əsli deməkdir. Burada, əlbəttə,

müəyyən şəxs və şəxslərdən söhbət gedə bilər ki, onlar da məhz yazıçı üçün

romanda obraz-personajın ümumiləşdirilməsi üçün əsaslı rol oynayır. Belə olduğu

halda Elçin öz personajı üçün həmin xarakterin prototipini, onun zahiri

görünüşünü, nitqini, səciyyəvi xüsusiyyətlərini ortaya qoyur. Bu baxımdan knyaz

Sisianov elə vaxtı ilə Cənubi Qafqazda canişinlik edən Pavel Dmitriyeviç

Sisianovun özüdür. Tarixdən məlumdur ki, Şamaxı xanı Mustafa xan 1805-ci ilin

ikinci yarısında Azərbaycanın şimal xanlıqlarının ona tabe ediləcəyi halda Rusiya

hakimiyyətinin qəbul edəcəyini bildirmişdi. Sisianov isə Mustafa xandan vaxtı ilə

Qarabağdan Şirvana köçürülmüş əhalini geri qaytarmağı və Cavad ərazisini 53

Page 54: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Qarabağa verməyi tələb etmişdi. 1805-ci ilin dekabrında Şamaxı Rusiya

hakimiyyətini qəbul etdikdən sonra Bakıya yol açılmışdı. Sisianov güclü artilleriya

ilə Bakıya tərəf irəliləmişdi. Bakı xanlığının Rusiya tabeliyinə keçməsi ilə bağlı

alçaldıcı müqavilə layihəsini gətirərkən Baş komandan Sisianovun özü Bakı

xanlığı ərazisində öldürülmüşdü. Buna baxmayaraq, 1806-cı ildə Dərbənd, sonra

Bakı işğal edilmiş və Bakı xanlığı ləğv edilmişdi. 1806-cı ildə Lənkəran, İrəvan və

Naxçıvan xanlıqlarından başqa Azərbaycanın şimal torpaqları Rusiya hakimiyyəti

altına düşmüşdü. 1806-cı ilin yayında İran Şuşaya hücum etmişdi. Şuşadakı rus

qarnizonunun rəisi, Cavad xanın qatili mayor Lisaneviç Xankəndində İbrahim xanı

öldürmüşdü. Şəki xanı Səlim xan əvəzində rus qarnizonunu Şəkidən qovmuşdu.

Buna baxmayaraq, 1806-cı ilin oktyabrında Şəki xanlığı da ruslar tərəfindən ələ

keçirilmişdi. Car-Balakən camaatlığı Avar xanından və Dağıstan feodallarından

kömək alsalar da, məğlub olmuşdular. Naxçıvan və İrəvan xanlıqlarına göz dikən

Rusiya 1806-cı ilin sentyabrında Fətəli Şah Qacarın sülh təklifini rədd etmişdi və

i.a və s.

Gördüyümüz kimi, romanda Pavel Sisianovun özünün fəaliyyəti və digər

məsələlərlə bağlı hadisələr tarixdə olanlarla təxminən üst-üstə düşür. Bu baxımdan

Elçinin onunla bağlı etdiyi ümumiləşdirmələr əsasən uyğundur, lakin bununla belə

bu da qeyd edilməlidir ki, Elçin böyük ustalığa, bədii ümumiləşdirmə istedadına,

yaradıcı fantaziyaya malik olmaqla, Sisianov və XIX əsrdə tarixdə mövcud olmuş

hadisələrin kopiyasını, nüsxəsini çıxarmaqla məşğul olmamış, naturalistlikdən

kənar olub romanı bədii hadisələr zəmininə istiqamətləndirə bilmişdir. Əlbəttə,

Elçinin «Baş» romanının əsas xüsusiyyətlərini qeyd etsək, burada bu janrın bədii-

tarixi müstəvidə ortaya gəldiyini göstərməliyik. Və belə olduğu halda burada

prototipin rolu bir qədər fərqli şəkildə ortada dayanır. Çünki burada Elçinin

yaradıcı fantaziyası ilə tarixi həqiqətlərdə zəruri ölçülərin qorunulması gərəklidir.

Bu baxımından «Baş» romanındakı Sisianovla tarixi zaman kəsiyində Bakı

xanlığına öz artilleriya qoşunu ilə hücum etmiş Sisianov bir-birinə uyğundur.

Burada yazıçının (çünki qeyd etdiyimiz kimi, bu, əsər digər xüsusiyyətləri ilə

yanaşı, həm də tarixi romandır) gerçəklikdəki tarixi reallıqlardan müəyyən mənada 54

Page 55: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

asılılığı vardır, deməli, bu həm də prototip aslılığıdır ki, burada tipizasiya və

yaradıcı fantaziya mütləq ortada dayanmalıdır.

5. «Baş» romanının portret xarakteristikası

Portret, məlum olduğu kimi, personaj strukturunun tərkib hissəsi olub təsvir,

zahiri görüntü anlamını ifadə edir. Ədəbi portret kifayət qədər geniş anlayışdır.

Portretə də nəinki insan xarakterinin mahiyyətini təşkil edən qəhrəmanın daxili

xüsusiyyətləri aiddir, həm də onun zahiri, fərdi, xarakterik xüsusiyyətlərini, tipik

tərəflərini özündə əks etdirən xüsusiyyətləri aid etmək lazımdır. Hələ vaxtı ilə

böyük Leonarda Da Vinçi rəssam qarşısında duran vəzifələrdən danışarkən

söyləmişdi ki, istedadlı rəssam iki mühüm şeyi yaxşı çəkməlidir – insanı bir də

onun mənəvi aləminin özünəməxsuslunu. Bu baxımdan biz «Baş» romanında

Elçin tərəfindən portretlərin verilməsini uğurlu hesab edirik. Bu isə, bizim

fikirimizcə, iki əsas məqamla bağlıdır. Birinci, Elçin istedadlı nasir kimi ədəbi

personajın portretinin yaradılmasını nəinki hekayə, povest və romanlarında, həm

də dram əsərlərində uğurla verə bilən sənətkar kimi oxucu və tamaşaçı diqqətini

cəlb etməkdədir. İkinci isə Elçin istedadlı nasirliyi ilə yanaşı, həm də tanınmış

ədəbiyyatşünas-alimdir. O, sənətin estetik mahiyyətinin tarixi, nəzəri, praktik

aspektlərini dərindən bilən bədiyyat yaratmağı bacaran filosof-estetdir. Elə buna

görə də Elçinin «Baş» romanında personajların portreti əsərin kompozisiyası və

müəllif ideyası ilə üzvi sürətdə bağlı olan mühüm komponent kimi ortada

dayanmaqdadır. Hər sənətkarın personaj obrazını yaratma manerası olduğu kimi

Elçinin də portret yaratmaqda öz manerası, öz priyomları vardır. Elçində bu

portretlərin xarakterisikasını yaratmağın obyektiv priyomları mövcuddur. Müəllif

əsərdə portretin istənilən tipinə xas olan detal üzərində diqqəti cəmləşdirə bilir.

“Meydana yenə sükut çökdü və Puqaçov o müdhiş sükut içində dizləri üstə

edam kötüyünün qarşısında oturdu,... onun vücudu, elə bil, birdən-birə əriyib, bir

maye kimi dizləri üstə yerə töküldü. Cəlladların biri onun saçından yapışıb, başını

edam kötüyünə tərəf çəkdi, o biri cəllad isə sağ əli ilə baltasını qaldırdı və elə o

55

Page 56: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

andaca Puqaçovun başı kötüyün üstündən eşafotun döşəməsinə düşdü» (s.37).

Burada portret təsviri müəllifin həm Puqaçov, həm də cəlladın özü üçün istifadə

edilmiş rəngarəng üsulların köməyi ilə əldə edilir. Estetik baxımdan müəyyən

epitetlərin işlənməsi portretə müxtəlif tipli realist intonasiya verir («Puqaçov o

müdhiş sükut içində dizləri üstə edam kötüyünün qarışısında oturdu...» «elə o

andaca Puqaçovun başı edam kötüyünün üstündən eşafotun döşəməsinə düşdü»).

Hər iki halda portretlərdə Puqaçov obrazının həm də cəlladın qeyri-adi işlə məşğul

olduğunun ağırlığı görünməkdədir. Puqaçovun portreti oxucuda ona rəğbət hissi,

yazıqgəlmə emosiyası yaratsa da, romanın mətnində edama tamaşa edənlərdə heç

də analoji hislər yaratmır. Çünki kütlə bu qeyri-adi səhnəyə tamaşa etmək, ondan

özünəməxsus «zövq» almaq məqsədilə buraya yığışmışdı.

Elçinin «Baş» romanında detallaşdırılmış portretlər də az deyildir. Bu

baxımından knyaz Sisianovun, Hüseynqulu xanın, Mirzə Müzəffər Ağanın,

Mahmud bəyin, Lal Qafaroğlunun, kapitan Suxaryovun, Vaxtanq Porsixaşvilinin,

Sarı Çobanın, Lisaneviçin portretlərini məhz belə planda nəzərdən keçirmək olar.

Belə detallaşdırılmış portretlərdə personajın zahiri təsviri müəllif tərəfindən daha

relyefli və tutumlu şəkildə təqdim olunmuşdur. Onların boy-buxunu, saçı, sir-sifəti,

gözləri, fərdi əlamətlərinin xarakterik cizgiləri və s. oxucunun görmə qavrayışları

üçün əsaslı rol oynayır: «Az qala iki saat idi ki, məsləhətləşmələr gedirdi və uzun-

uzadı danışıqları xoşlamayan, çox zaman kimin nə dediyinə əhəmiyyət verməyib

öz bildiyini edən, kəmhövsələ bir adam olan Hüseynqulu xan bu dəfə heç kimin

sözünü kəsmirdi, məclis əhlindən kim söz istəyirdisə, danışırdı...» (s.5). Burada

Elçin qəhrəmanın detallaşdırılmış xüsusiyyətlərinin təqdimatı ilə başlayır və belə

olduğu təqdirdə hər şey müəllif kommentariyaları ilə getməklə, hadisə və

proseslərə sujetin inkişafında ştrixlər əlavə edilir. Bununla da oxucu personaj

haqqında mühüm bilgilər əldə edir. Elçin nəinki Hüseynqulu xan, həm də knyaz

Sisianovun, Elizbar Eristovun, Molla Müzəffər Ağanın, Suxaryovun, Mahmud

bəyin portret xarakteristikalarını daha aydın detallarla verməyə çalışmaqla özü

bilərəkdən oxucunu maraqlandırmağa çalışır və personajların portretlərini müxtəlif

şəkildə, qiyafədə onun diqqətinə təqdim edir.56

Page 57: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

«Baş» romanında qəhrəmanların psixoloji portreti də yetərincə görümlü

verilmiºdir. Belə portret təsvirində nəinki zahiri əlamətlər, həm də psixoloji

xüsusiyyətlər əsaslı rol oynayır. Müəllif qəhrəmanın (qəhrəmanların) daxili

aləmini açmaq üçün müxtəlif bədii priyomlara əl atmağa çalışmışdır. Bunu biz

Markiza Natalya de Lafonjenin knyaz Sisianova yazdığı məktubunda daha yaxşı

görə bilərik.»... mən Sizi sevirdim, knyaz və bu sevgi bir fırtına idi, bir ayın içində

başladı da, bitdi də.

Mən bu sevginin və bu ayrılığın təfərrüatına varıb, özümlə birlikdə Sizi də

yenidən incitmək istəmirəm.

Siz bu gün də mənə yeganə oğlumun həqiqi atası kimi əzizsiz, ancaq bu,

mənim uzun illər boyu çəkdiyim mənəvi əzabları azaltmır.

Bu əzablar azmış kimi, Mişel böyüdükcə, onun uğurları artdıqca, mən sizin

qarşınızda daha artıq mənəvi əzab çəkirəm.... axı günahkar mənəm, Sizin nə

təqsiriniz? O fırtınanı mən başladım və ağrısını da mən çəkməliyəm» (s.94).

Bundan sonra romanın mətnində biz Markiza Natalya de Lafonjenin psixoloji

portretinin detallarının müəllif izahları, əlavələri ilə getdiyini görürük. Elçin

personajın xarakteristikası üçün detalları uyğun şəkildə seçə bilməklə onun

psixoloji xüsusiyyətlərini, daxilində keçirdiyi halları ustalıqla verir. Beləliklə,

görürük ki, yazıçı «Baş» romanında insanların səciyyəvi xüsusiyyətlərini, onların

çoxtərəfli, çoxaspektli hiss və həyəcanlarını inkişafda və hərəkətdə verməyə

müvəffəq ola bilir. Bax, elə bu qeyd etdiklərimiz də Elçinin əsərindəki obrazlarının

plastikliyini və relyefli verilməsini təmin edir.

Elçinin portret xarakteristikasında daim müəllifin öz qəhrəmanına

münasibəti özünü əks etdirməkdədir. Bəzən Elçin qəhrəmanların yaradıcılığında

«gizli psixologiya» prinsipindən də istifadə edir. Belə olduğu halda biz bəzən

müəllifin qəhrəmana münasibətinin gizlədiyini də görə bilərik. Elçinin həm

müsbət, həm də mənfi qəhrəmanları diqqət çəkməkdədirlər. Elçinin psixoloji

portretlərində mühüm rolu əşyavi detal və müxtəlif ədəbi reminissensiyalar

oynayır. Bunun parlaq nümunəsi kimi knyaz Sisianovun zahiri görünüşünün

57

Page 58: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

detallaşdırılmış təsviri oynayır ki, biz onunla romanın müxtəlif səhifələrində

rastlaşırıq.

6. «Baş» romanının personajlar sistemi və onların bədii üsulla şərtlənmə

piryomları

Məlum olduğu kimi, personaj bədii obraz növü, hadisə subyektidir. Bu

termini biz müəyyən kontekstdə «hadisə iştirakçısı olan şəxs», yaxud «ədəbi

qəhrəman» kimi ifadələrlə də adlandıra bilərik. Bununla belə nəzəri planda onların

müxtəlif terminlər olduğunu da qeyd etməliyik. Belə qarşılıqlı əvəz etmə onunla

izah olunur ki, latın dilindən tərcümə olunduqda (persona-maska) «personaj» sözü

maskada rol oynayan aktyora aid edilmişdir ki, o müəyyən tipin xarakterini ifadə

edir. Elə buna görədə «personaj» terminini mətnin formal komponentlərinə aid

etmək gərəklidir. Eyni zamanda obraz – personajlar sisteminin təhlili zamanı,

kompozisiya xüsusiyyətlərinin öyrənilməsində bu termindən istifadə etmək

mümkündür. Ədəbi personaj əsərdə konstruktiv rol daşıyıcısıdır, o, əsərdə muxtar

səlahiyyətə malik olmaqla yanaşı, həm də yazıçı təxəyyülünün təcəssümüdür.

Personaj hadisə, yaxud epizodik hadisələrdə iştirak etməklə həm aktiv, həm də

passiv mövqelərdə olmaqla öz iştirakı ilə hadisələrin inkişafına təsir göstərir.

Q.Pospelov personajla bağlı aşağıdakıları yazır: «Personajlar-epik və dramatik

əsərlərdə təsvir olunurlar. Onlar özlərində ictimai varlığın bu və ya digər səciyyəvi

xüsusiyyətlərini təcəssüm etdirirlər və buna görə də müəyyən fərdi keyfiyyətlərə

malik olub öz adlarını almaqla bu və ya digər yer və zaman şəraitində gedən

hərəkətləri belə əsərlərin süjetini yaradırlar».

Əlbəttə, roman janrı üçün baş qəhrəman yoxluğu səciyyəvi deyildir. Hər

şeydən öncə, məhz romanda onun ətrafında ideoloji dairə yaranır ki, onunla da

digər obrazlar əlaqədə olur. Elçinin «Baş» romanının baş qəhrəmanı, məlum

olduğu kimi, knyaz Pavel Dmitriyeviç Sisianovdur. Burada bütün personajlar

sistemi mərkəzəqaçma prinsipi əsasında qurulur, süjet qəhrəmanın mərkəzi

fiqurunun ətrafına toplanılır və qəhrəmanla həmin personajların qarşılıqlı

toqquşması əsasında «Baş» romanının başlıca problematikası formalaşır. Qeyd

etməyə ehtiyac vardır ki, Elçinin (bunu onun nə dərəcədə istəyib-istəməməsini 58

Page 59: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

özümüz üçün müəyyənləşdirə bilməsək də) əsərdə məhz Sisanova, istər qətlə

qədər, istərsə də onun qətlindən sonra ona daha böyük yer və diqqət ayırır.

Bununla belə müəllif əsəri elə qurmuşdur ki, o, bəzən baş qəhrəmandan müəyyən

mənada kənarlaşıb, əsərdə gedən hadisələri həm də personajlar sistemi üzərində

qura bilir. Belə olduqda az qala əsərin hər bir personajı – Knyaz Sisianov, Elizbar

Eristov, Mahmud bəy, Hüseynqulu xan, Lal Qafaroğlu, Qəssab Balarza, onun

şəyirdi, Lazarev, Babua Arçil, Suxaryov, knyaz qraf Timofeyev Boqoyavlenski,

Vaxtanq Porsixaşvili, at oğrusu Səfər, Qurd Kərim, Abbas Mirzə, Fətəli şah və

i.a.), eyni zamanda hadisələr onunla bu və ya digər şəkildə bağlanıldıqda əsərin

əsas iştirak edən şəxsinə, personajına çevrilir. Bu təqdirdə biz Elçinin bütün

personajlara sözün əsil mənasında cavabdehlik daşıdığını görürük. Və belə olduqda

müəllifin hansı personaja üstünlük verməsini də müəyyənləşdirə bilmirik. Bunu

müəllif sanki oxucuların öz ixtiyarına verir. Obrazlar burada öz xronotopu

dairəsində açılır və xronotop elə bir ideoloji-siyasi və psixoloji dairə-müstəvisi

yaradır ki, bu müstəvi qəhrəmanlar tərəfindən formalaşdırılmaqla konfliktin ortaya

çıxmasını təmin edir. Əgər «Baş» romanında hər hansı qəhrəman digərləri ilə

mübahisəyə girişib dialoqlarda öz xüsusi mövqeyini bildirə, sərgiləyə bilmirsə də

(məsələn, oğru Səfər, Qurd Kərim və başqaları), Elçin onların içini daxildən

açmağa imkan tapır və o, elə psixoloji müstəvi yaratmağa müvəffəq olur ki, bu,

romanı yeni, sırf modern mahiyyətlə doldurur və burada Elçinin əsəri unikallığı ilə

seçilir.

Əlbəttə, romanda bütün bunların uğurlu şəkildə qurulmasında müəllif

təhkiyəsinin təşkili prinsipi mühüm rol oynayır. Elçin qəhrəmanlardan hər birini

xarakterizə etməklə, onun daxili mənəvi aləmini, özünə qiymətverməni, hadisələrin

qavrayışını, hadisələrin əsərə qədərki tarixçəsini verərkən, müəllif mövqeyinin

birbaşa ortaya qoyulması formasından uzaqdır, burada müəllifin nəzər nöqtəsinin

qəhrəmanın nəzər nöqtəsi ilə üst-üstə düşməsi, yaxud onun düşüncələrinin əksi

olsa belə, bütün əsər boyu obrazların səsi eşidilməkdə, yeri görünməkdə, mövqeyi

ortaya qoyulmaqdadır. Personajla bağlı təhkiyə (söhbət) üçüncü şəxsin adından

aparılmaqla məhz onun düşüncə və qavrayış tipinə köklənmişdir (Məsələn, 59

Page 60: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Hüseynqulu xanın obrazı danışdıqda biz xan əhlinin, Sisianov danışdıqda

canişinin, baş komandan psixologiyasının, Mirzə Müzəffər Ağa danışdıqda

əməlisaleh adamın, Lal Qafaroğlunun hərəkət və davranışlarında müvafiq həyat və

ədəbi tiplərin düşüncə tərzini görürük).

«Hüseynqulu xan açıq-aşkar bir rişxəndlə – əlacsız bir rişxəndlə Mahmud

bəyə baxdı:

– Pah!.. bunun on dörd nəfər atlısı var!.. Gedib Sərdar Sisianovun az qala on

minlik qoşununu darmadağın edəcək! Gəmilərini batıracaq! Topların da hamsını

dənizə tökəcək! Əhsən! Mübarək olsun! Bəlkə gedib Peterburqu da alasan?!

Aleksandr padşahı da əsir gətirərsən, qaraçı ayısı kimi qəfəsə salıb camaata

göstərərik, hə?! (s.10).

Əsərin bu yerində bir abzas çərçivəsində portretdən daha çox vasitəsiz nitqə

keçidi görürük. Müəllif və qəhrəmanın nəzər nöqtələri bir-biri ilə uzlamasa da,

müəllif öz qəhrəmanının nəzər nöqtəsi ilə birbaşa polemikaya girmir.

«Rusca da, firəgncə də sərbəst danışan, mənzilində bu dillərdə bir yığın

kitabları olan Dilmanc Şərif bəy İstanbul Darülfununda təhsil aldıqdan sonra

Avropaya getmiş, Firəngistandan tutmuş, bütün Avropanı dolaşmış, oradan Sankt-

Peterburqa gəlmiş və bir müddət orada da təhsil aldıqdan sonra Bakıya qayıtmışdı.

Beş il bundan qabaq hələ Sərdarlıq Knorrinqdə idi-nökərlər Bakıya gəlmiş rus

tacirlərini soyub var dövlətlərini əllərindən almışdılar və rusların Tehrandakı

konsulu Vaksenberq xüsusi olaraq Bakıya gəlib Hüseynqulu xanla uzun-uzadı

danışıqlar aparmışdı ki, tacirlərin malları özlərinə qaytarılsın» (s.13). Əsərin bu

parçasında təhkiyə Dilmanc Şərif bəy üzərində cəmləşdirilir və ruslarla

azərbaycanlılar arasında tarımlanmış münasibətlər ortaya qoyulur. Müəllif belə

tarım münasibətləri növbəti parçada da davam etdirir:

“Konsul Vaksenberqin danışıqlarından bir şey çıxmadı və Hüseynqulu xan

onu yağlı vədlərlə və şəxsi hədiyyələrlə... Tehrana yola saldı, ancaq o hədiyyələri

məmnuniyyətlə qəbul edən, hətta bəxşiş qızılları bir-bir dişi ilə yoxlayan konsul

Vaksenberq Bakıdan çıxan kimi aləmi bir-birinə qatdı və onun təhriki ilə

Xəzərdəki rus donanmasının kapitanı Moçakov «Gizlər» gəmisi ilə limana girib 60

Page 61: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Bakını topa tutdu, rus tacirlərinin də malları qaytarıldı və Hüseynqulu xan bu

xatadan tamam qurtarmaq üçün Şərif bəyi Tiflisə, general Knorrinqin hüzuruna

göndərib üzrxahlıq etdi, ancaq vəziyyətin gərginliyini görüb, Bakı xanlığını yenicə

Rusiya taxtına çıxmış Aleksandr özünün daimi ali himayəsinə götürsün xahişi ilə

Şərif bəyi Peterburqa göndərdi. Peterburqda Şərif bəyi vitse-kansler Kurakin qəbul

etdi və Kurakin Bakı xanlığının himayədarlığa qəbul edildiyi barədə «Ali fərmanı»

da, Hüseynqulu xana yazdığı məktubda imperatorun əmrini də Şərif bəy vasitəsilə

ona çatdırdı» (s.13). Burada müəllif sözləri ilə qəhrəmanın istəyi (nəzər nöqtəsi)

üst-üstə düşsə də, obyektiv vəziyyətlə subyektiv təhkiyə də, hər hansı fərdlər də

nəzərə çarpa bilər. Əsərdə biz daha sonra təhkiyənin subyektivləşməsini görürük.

Bunu Sisianovun qətlindən sonra Bakı xanlığında yaranan çaşqınlıqda Hüseynqulu

xanın və Molla Müzəffər Ağanın davranışlarında daha aydın görmək olar. «Baş»

romanında qəhrəmanın nəzər nöqtəsinə orijentasiya (istiqamət götürmə) əsərin

kifayət qədər yerlərində özünü nümayiş etdirməkdədir.

Beləliklə, Elçinin «Baş» romanında personajın birbaşa dəyərləndirilməsi və

onun məşğul etdiyi mövqedən qaçaraq, bir tərəfdən, roman janrı üçün xaraketik

olan ənənəvi vasitələrdən istifadə edirsə (məsələn, portret, qəhrəmanların –

Hüseynqulu xanın, Dilmanc Şərif bəyin, Mahmud bəyin və başqalarının nitqinin

özünəməxsusluğu) qəhrəmanın psixoloji vəziyyətinin təsviri, qəhrəmanın həmin

parçaya qədərki həyatının təsviri (məsələn, Dilmanc Şərif bəyin vəziyyəti, daxili

monoloqlar, qeyri-vasitəsiz nitq), digər tərəfdən, əsərə daxil edilmiş başqa parçalar

da müəllif mövqeyinin ifadə formasından birbaşa imtina edib yeni təcəssüm

üsulları axtarışında olduğunu görürük. Burada ən mühüm məsələ qəhrəman

mövqeyinin ümumi roman situasiyası ilə uyğunluq təşkil etməsidir. Müəllif

mövqeyi, demək olar ki, müəllif obrazına uyğun anlayışdır. Bununla belə burada

biz müəllifi bioqrafik planda yox, həm də yaradıcı planda qeyd etməliyik ki, məhz

belə yaradıcı planda əsərin məna nüvəsi yaranır ki, orada ideya-emosional

cəmləşmə, əsərin formal-məzmun mərkəzi ortada olur. M.Baxtinə görə müəllif

obrazı – bu xüsusi obraz tipidir ki, o əsərdəki digər obrazlardan fərqlidir və bu,

əsəri yazıb ortaya qoyan şəxsin obrazıdır. Bununla belə M.Baxtinin ardıcıllarından 61

Page 62: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

biri L.Çernets belə bir fikir də söyləyir ki, müəllif obrazını təhkiyəçi obrazı ilə

qarışdırmaq da düzgün olmaz. «Müəllif obrazı» əsil müəllif tərəfindən (əsərin

yaradıcısı tərəfindən) eyni ilə rəssamlıqda avtoportret yaratma prinsipinə əsasən

yaradılır.

Əlbəttə, roman janrı üçün baş qəhrəman yoxluğu səciyyəvi deyildir. Hər

şeydən öncə, məhz romanda onun ətrafında ideoloji dairə yaranır ki, onunla da

digər obrazlar əlaqədə olur. Elçinin «Baş» romanının baş qəhrəmanı, məlum

olduğu kimi, knyaz Pavel Dmitriyeviç Sisianovdur. Burada bütün personajlar

sistemi mərkəzəqaçma prinsipi əsasında qurulur, süjet qəhrəmanın mərkəzi

fiqurunun ətrafına toplanılır və qəhərmanla həmin personajların qarşılıqlı

toqquşması əsasında «Baş» romanının başlıca problematikası formalaşır. Qeyd

etməyə ehtiyac vardır ki, Elçinin (bunu onun nə dərəcədə istəyib-istəməməsini

özümüz üçün müəyyənləşdirə bilməsək də) əsərdə məhz Sisanova, istər qətlə

qədər, istərsə də onun qətlindən sonra ona daha böyük yer və diqqət ayırır.

Bununla belə, müəllif əsəri elə qurmuşdur ki, o, bəzən baş qəhrəmandan müəyyən

mənada kənarlaşıb, əsərdə gedən hadisələri həm də personajlar sistemi üzərində

qura bilir. Belə olduqda az qala əsərin hər bir personajı - Knyaz Sisianov, Elizbar

Eristov, Mahmud bəy, Hüseynqulu xan, Lal Qafaroğlu, Qəssab Balarza, onun

şəyirdi, Lazarev, Babua Arçil, Suxaryov, knyaz qraf Timofeyev Boqoyavlenski,

Vaxtanq Porsixaşvili, at oğrusu Səfər, Qurd Kərim, Abbas Mirzə, Fətəli şah və i.a

və s.), eyni zamanda hadisələr onunla bu və ya digər şəkildə bağlanıldıqda əsərin

əsas iştirak edən şəxsinə çevrilir. Bu təqdirdə biz Elçinin bütün personajlara, sözün

əsl mənasında, cavabdehlik daşıdığını görürük. Və belə olduqda müəllifin hansı

personaja üstünlük verməsini də müəyyənləşdirə bilmirik. Bunu müəllif sanki

oxucuların öz ixtiyarına verir. Obrazlar burada öz xronotopu dairəsində açılır və

xronotop elə bir ideoloji-siyasi və psixoloji dairə-müstəvisi yaradır ki, bu müstəvi

qəhrəmanlar tərəfindən formalaşdırılmaqla konfliktin ortaya çıxmasını təmin edir.

Əgər «Baş» romanında hər hansı qəhrəman digərləri ilə mübahisəyə girişib

dialoqlarda öz xüsusi mövqeyini bildirə, sərgiləyə bilmirsə də (məsələn, oğru

Səfər, Qurd Kərim və başqaları), Elçin onların içini daxildən açmağa imkan tapır 62

Page 63: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

və o, elə psixoloji müstəvi yaratmağa müvəffəq olur ki, bu romanı yeni, sırf

modern mahiyyətlə doldurur və burada Elçinin əsəri unikallığı ilə seçilir.

7. «Baş» romanında xarakterlər və personajların psixologiyası

Elçinin qəhrəmanları müxtəlif təbəqədən olan insanlardır. Burada onlardan

hər biri əsərdə ona ayrılan öz rolunu, öz missiyasını, öz fəaliyyətini yerinə

yetirməkdədir. Pavel Sisianov sərdar, knyaz, canişindir. Onun qılıncının qabağı da

kəsirdi, dalı da. General idi. Cənubi Qafqazda at oynadırdı. Derjavanın

məqsədlərini burada həyata bacarıqla keçirənlərdən idi. O, Allahın yaratdığı

imperiyanın xidmətçisi idi. Buna görə də knyaz Sisianov Qafqaza gəldiyi gündən

daima Rusiya imperiyasına sədaqət prinsipinə sadiq qaldığını nümayiş etdirirdi. O,

Qarabağ cinsli Pantera atına ürəkdən bağlı idi. Zaqafqaziyaya gələndən sonra

seçmə atlar arasından yalnız bu atı seçib onun belinə minməsi, Pantera ilə knyaz

arasında qarşılıqlı məhəbbətin yaranması, həyatda özünə ən sədaqətli kimi bu atı

seçməsi, bu Qarabağ atının özü ağ olsa da, knyazın ona qapqara Pantera adını

qoyması, onu tumarlaması, Qoşa Qala Qapısından Panteranın belində Bakıya

Böyük Rusiya imperiyasının xidmətçisi qismində daxil olmaq istəyi və Panteraya

«dostum» deyə müraciət edib Bakı xanlığında nə varsa, bir neçə dəqiqədən sonra

Derjavaya məxsus olacağı haqqında düşünməsi, Bakını işğal zamanı əvvəllər özü

ilə öyünməsə də, özündən razılıqla özü-özünə tənə ilə «Bəsdir, knyaz, deyəsən,

yaman şöhrətpərəst olursan», deyib içində bir həyəcan yaratması, Bakının işğalı

olan tarix gündə nəinki özü ilə, həm də bütün Rusiya ilə qürur duyması, «onun

bütün daxilindən gələn həqiqət idi»(s.17). Aleksandr onu yenidən (1802-ci ildə)

hərbi qulluğa çağırıb, general-leytenant rütbəsi verərək, Həştərxanın hərbi

qubernatoru, Qafqaz ordusunun baş komandanı, Cənubi Qafqazın imperator

canişini, Gürcüstanın Ali hakimi təyin etdikdən sonra «Rusiyanın Qafqaz uğurları

sizinlə birlikdə olacaq» – deyib» (s.19). «Mən bilirəm sizi hara göndərirəm,

knyaz... Özünüzü qoruyun» – (s.19) deyəndə, bu söz Sisianovun qulaqlarını

cingildətmişdi. Knyaz Derjavanın əldə edilmiş qələbələri qarşısında farağat

dururdu. Gəncəyə Yelizavetpol adını verib, Bakıya Aleksandropol adını verməyi

63

Page 64: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

düşünməsi, sonra kim Aleksandropolun adını Bakı adlandırsaydı, bir gümüş rubl

cərimə edilməsi, Aleksandropol və Abşeronda bütün məscidlərdə imperator

Aleksandr Pavloviçin və onun ailəsinin sağlığına və şərəfinə dualar oxudacağı ilə

öyünməsi (s.21), onun xarakterinin mühüm cizgilərindəndir.

Elçin, fikrimizcə, Pavel Sisianovun xarakterlərinin bütün cizgilərini, onun

şəxsiyyətini, mənəviyyatını, Cənubi Qafqazda yaşayan xalqlara qarşı münasibətini,

Derjavaya canla-başla xidmət etmək istəyində olmasını, Bakının işğalı ərəfəsində

keçirdiyi hiss və duyğularını, içindəki təlaşlarını, səksəkələrini, haldan-hala

düşməsini uğurlu bədii təsvir vasitələri və psixoloji gərginliklər fonunda vermiş və

onun xarakterinin bütün səciyyəvi xüsusiyyətlərinə oxucunu inandıra bilmişdir.

«Baş» romanında yer almış bütün personajlar öz dövrünün, mühitinin və

ətrafının insanları olmaqla öz fərdi psixologiyaları ilə ortada durmaqdadırlar.

Knyaz üçün at özünəməxsus fərdi və zahiri xüsusiyyətləri, görünüşü tamamlayan

canlı olmaqla, bərabər, həm də çoxsaylı cins atların arasından seçilmişdir. Pantera

Sisianovun bir heyvan olaraq dostu yox, həm də mübarizə meydanında onun yaxın

köməkçisidir. Sisanov mahiyyət etibarilə Derjavanın maraqlarını silah, ordu,

artilleriya gücü ilə qoruyanlardandır. Onun üçün Qafqazda lap qədim dövrlərdən

bəri yaşayan xalqların sərbəst yaşamaq istəyi İmperiyanın işğal maraqlarına görə

heç bir əhəmiyyət daşımır, əksinə onun düşüncəsində onların qul edilib, Rusiya

təbəəliyinə qəbul edilməsi daha prioritetlidir. Onun bütün düşüncəsi imperiya

ambisiyalarının təmin edilməsini nəzərdə tutur. O, israrlı idi ki, Kaxetiya və

İmeretiya çarlıqları, Minqreliya, Quriya knyazlıqları, bütün Şimali Azərbaycan –

Qarabağ, Gəncə, Şəki, Şirvan xanlıqları, Car-Balakən camaatlığı ana Rusiyanın

tərkibində olduğu kimi, 1806-cı il fevral ayının 8-i Bakı xanlığı da Rusiya

imperiyasının ərazisinə çevriləcəkdi. Bu çarlıqlar və xanlıqlar Derjavanın

quberniyaları olacaqdı (s.17). O, azərbaycanlıların məğrurluğunu bilsə də, bu

məğrurluğu romantik dona bürüməklə heç nəyə nail olmağın mümkünsüzlüyünü

dilə gətirib, əksinə onu sındırıb bu məğrurluğu başqalarına görk etmək lazım

olduğunu (s.21) düşünürdü. Və eyni zamanda düşünürdü ki, Cənubi Qafqaz o

64

Page 65: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

zaman tam ram olunacaq və bu zəngin tarixli, bu qədim mədəniyyətli vəhşilər bir-

birilə düşmən olsun ki, aralarındakı çəkişmələr heç zaman bitməsin (s.23).

Elçin «Baş»da Sisianovu intellektual baxımdan adekvat təqdim edir. Onun,

bir tərəfdən, özünə güvənməsini, qürrələnməsini, digər tərəfdən, daxilini didib-

dağıdan sarsıntılarını kifayət qədər yaxşı yaradır. Yazıçı Sisianovun bütün iç

dünyasını (bəzi hallarda həm də sevgi romanlarını) uğurla təsvir mərkəzinə çəkir,

ani təəssüratlarını göz önünə gətirir». Knyaz Sisianov əvvəlcə heç nə anlamadı,

təəccüblə fikrindən keçdi ki, bu güllə səsləri hardan gəlir... və yerə sərilmiş

yavərinə baxdı, ancaq Hüseynqulu xanın isterik çığırtısından sonra başa düşdü ki,

nəsə, nəzərdə tutulmamış bir hadisə baş verib. Knyaz təhtəlşüur olaraq əlini

belindən asılmış qılıncının dəstəyinə apardı, ancaq dəstəkdən yapışa bilmədi və

yavaş-yavaş atdan yanakı sürüşərək yerə düşdü» (s.26). Müəllif burada knyaz

Sisianovun içindən gələn monoloqların, onun düşüncəsində oturanların şübhələrlə

bağlı olduğunu uyğun vurğulaya bilmişdir.

«Baş» romanında o qədər aparıcı rola malik olmasa da, Markiza Natalya de

Lafonjenin iç dünyası, xarakterik cizgiləri, onun knyaz P.D.Sisianova ünvanladığı

məktubu da bizim nöqtəyi-nəzərimizdən önəmli görünür. Romanda cəmi iki

səhifəyə yaxın həcmi əhatə edən bu parça gənc bir qadının Sisianova qarşı olan

məhəbbət macəralarını və hislərini görümlü təsvir etməkdədir. Natalya de

Lafonjenin, bir tərəfdən, oğlu Mişeli sinəsinə sıxdıqca özünün əri Markiz Jerar de

Lafonjenə xəyanət etdiyini, digər tərəfdən, knyaza qarşı bir ayın içində fırtına kimi

yaranmış sevginin başlayıb bitməsinə təəssüf edir, bu qadının öz daxilində çəkdiyi

mənəvi əzablar, sarsıntılar yaşadığını, Sisianovu xatırlamaqla yaşayacağını təsirli,

emosional təsvirlərin köməyi ilə ortaya qoyur, içi sevgi hissi ilə dolu olan bir

qadının xarakterini oxucunun göz önündə canlandırır (s.93-94).

Əri Jerar, oğlu Mişel ilə Sank-Peterburqda üzücü hislər və günlər keçirən

Natalya de Lafonjenin özünü məzəmmətləyə-məzəmmətləyə yazdığı, xarakterini

ortaya qoyduğu bu məktubda onun daxili təlatümləri, qınaqları verilmişdir. Öz

həyatına acımaq bu arada həm də fərdi baxımdan özü qarşısında, əri, oğlu

qarşısında alçalma kimi görünür. Knyaz Sisianova yazdığı məktubunda Natalya de 65

Page 66: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Lafonjen öz içində ağlayır, özünü həm günahkar sayır, həm də knyaz Sisianovun

bu məktubu on yeddi il bundan əvvəlki ilk məktubu kimi oda atıb yandıracağına,

lakin bütün bunlara baxmayaraq, bu qadının onu xatırlayacağına əmin olduğunu

söyləyir. Knyaz Sisianovu lap gənc yaşlarından sevmiş bu qadın əri Jerara və oğlu

Mişelə xəyanət etdiyinə görə özünə yer tapa bilmir, Jerarla cismən bir yerdə olsa

da, ruhi və mənəvi baxımdan Sisianovla birgə qalması haqqında düşünür.

«Baş» romanının digər personajlarında - Hüseynqulu xanın, Molla Müzəffər

Ağanın, Mahmud bəyin, Lal Qafaroğlunun, Dilmanc Şərif bəyin, Babua Arçilin,

Abbas Mirzənin, kapitan Suxaryovun, Qəssab Balarzanın, Hacı Muxtarın,

Ağabəyim Ağanın, Hürü Bəyim xanımın, Cavad xanın, Xacə Əbdül Rəhmanın,

Sarı Çobanın, Sarı Çoban Qızının, Qurd Kərimin və başqalarının da xarakterik

cizgiləri müəllif tərəfindən bütün tərəfləri ilə verilmişdir. Bu personajlardan hər

birinin davranışı üzərində müşahidələr aparsaq, maraqlı məqamların ortaya

çıxdığını görərik. Məsələn, müəllif Bakı xanı Hüseynqulu xanı xarakterizə edərkən

onun «kəmhövsələ bir adam» olduğunu qeyd etsə də, Bakının taleyi həll olan

zaman onun təmkinlə məsləhətləşmə apardığı «məsləhətə, təklifə ülgüc ağzı kimi

iti, həssas» ehtiyacı olduğunu, Bakının taleyi həll olduğu məqamlarda: «taxtında

oturmuş Hüseynqulu xan otağın istisində əməlli-başlı üşüyürdü... əslində, onu

üşüdən.... sümüklərini ağrıdan eşikdə cövlan eyləyən sulu külək deyil, ... xanlığın

düşdüyü bu çıxılmaz vəziyyət idi və sərdar Sisianov onu elə boğazlamışdı ki, heç

bir çoban iti qurdu belə boğazlaya bilməzdi» (s.5-6). Bakının işğalı ilə bağlı

Hüseynqulu xanın keçirdiyi iztirablar, Molla Müzəffər Ağanı dinləmək istəyəndə

onun Ağa Məhəmməd şahınTiflisdən çıxdıqdan sonra Qarabağa hücum etməsini

yada salarkən İbrahim Xəlil xanın Balakənə qaçmasını, Qacarın qəzəbindən qan

qoxusu gəlməsi və Hüseynqulu xanı Qacarın iki dəfə öz hüzuruna çağırması,

Hüseynqulu xanın bəhanələrlə onun hüzuruna getməməyinin Bakı xanlığına baha

başa gələcəyini düşünüb öz ölümünə doğru Şuşaya getməsi, iki gündən artıq

vaxtdan sonra axşamüstü Şuşaya çatıb Ağa Məhəmməd şahın qəzəb qığılcımı

saçan gözləri önündə dayanması, Hüseynqulu xanın içindən hürkü dalğasının

keçməsi, Ağa Məhəmmədin Hüseynqulu xanı satqın adlandırıb edam edəcəyi, 66

Page 67: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Hüseynqulu xanın taxtdan salınması barədə sabah fərman olacağı halda gecə

Qacarın özünün qətlə yetirildiyini biləndə Qacarın hökumünə yox, Allahın

hökumünə inanması, vəziyyətin onsuz da çətinliyini dərk edib ruslarla dil tapmağın

məqbul hesab edilməsi, Mahmud bəyə çımxırması, bütün imkan və yolların

tükəndiyini dərk edib «Seçim yoxdur, tərəzinin bir gözündə sərdar Sisianovun

zatımızı təhqir edən şərtləridir, o biri gözündə camaatımızın qırğını» (s.14), –

deyib Bakının açarını sərdar Sisianova təqdim etmək zorunda qalması, Bakının

təslim olunması ilə bağlı ağır şərtlərlə razılaşmaya getmənin yeganə yol olaraq

düşünməsi, Dəli Pyotr zamanında Bakının alınmasını yada salması, rusların

buradan çəkilib getməsi, sonra Yekaterinanın qoşunlarının Bakını ələ keçirib

Sisianovu buraya şəhər rəisi təyin etməsi, Yekaterina gorbagor olduqdan sonra

Aleksandrın atasının qoşunları geri çəkməsinə ümid etməsi, rusların bir gün rədd

olub gedəcəkləri, beləliklə, Bakını və camaatı qorumaq haqda düşünməsi, Qoşa

Qala Qapısının qarşısında Bakının açarının knyaz Sisianova Hüseynqulu xanın

özünün şəxsən təqdim edəcəyini fikirləşməsi, zərif cizgilərlə naxışlanmış iri gümüş

açarı qutunun içindəki yaşıl ipək üzlü döşəkciyin üstündə Sisianova uzatdığı an

tüfənglərdən açılan atəş zamanı «Adə, qoymayın... nə edirsiz? (s.26) deyərək,

keçirdiyi hislər və s. də xanın xarakterinin özəl ştrixlərini ortaya qoymaqdadır.

67

Page 68: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

III Fəsil. «Baş» romanının bədii məkan və zaman problemi

1. Xronotop süjetyaradıcı element kimi

Elçin yaradıcılığı bir küll halında Azərbaycan nəsrinin mahiyyətini – onun

mövzularını, ideyasını, kompozisiya-struktur özünəməxsusluğunu, maraqlı bədii

obrazlarını, poetika sistemini özündə bütöv şəkildə, bir tam halında əks etdirən

(hekayə, povest, roman, publisistika, uşaq nəsri, esse, ayrı-ayrı ədəbi şəxsiyyətlərin

(istər milli, türk, istərsə də əcnəbi – Avropa, dünya) əsərlərini incələyən, əsasən

epiqraf xarakterli, deyim-duyum tutumlu ibarə və ifadələr,vodevil, fars, qrotesk,

metamorfoza, dramaturgiya (komik-tragik), ədəbi-tənqidi yanaşmalar, təhlillər,

çözümlər, konsepsiyalaşmış araşdırmalarla zəngin polifonik, çoxaspektli və

çoxcəhətli yaradıcılıqdır. Elçində polifonizm dəb, modern yanaşma tərzi yox,

sindromçuluq meyli yox, yaradıcı mahiyyətdən gələndir. Bunları biz Elçinin 4

onillikdən üzü bəri uzanıb gələn əsərlərinin mahiyyət və infrastrukturunda görüb,

oxuyub, müəyyənləşdirmişik. Elçinin bədii nəsri, xüsusən romanları tarixi, mifoloji

folklor, dini, klassik və modern müstəvidə zühur eləyib ortaya çıxmışdır.

«Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü», «İlyas Əfəndiyev: şəxsiyyət

və sənəti» məhz belə yanaşmanın məhsulu kimi dərk olunmaqda, həzm-rabedən

keçirilməkdədir. Elçin nəsri dinamizmli realizm və psixologizm qovuşuğundadır.

Elçin yazarkən heç də yalnız intuitiv bacarığına söykənməklə yazmır. O, tarixi

mifoloji, folklor, dini, klassik mənbələri, etnik düşüncə tərzini, fəlsəfi-estetik

baxışları saf-çürük etdikdən sonra əsərlərini «start xətti»nə çıxarmağa hökm verir

və yazdıqlarını sanki birnəfəsə yazır. Bu gün biz Elçin yaradıcılığından danışdıqda

«professionallıq» terminindən istifadəyə daha çox meyilliyik. Çağdaş nəsrimizdə

Elçin yazı texnikasına yüksək şəkildə yiyələnmiş müəllif kimi təqdim və təqdir

olunmaqdadır. Bu gün məsuliyyətlə deyə bilərik ki, Elçin nəsri ədəbiyyatımızın

nəbzidir. Məmnunuq ki, bu nəbzin döyüntüsü daim öz ritmində, öz halında, öz

ovqatındadır. Bu döyüntünün ritmi Elçinin oxuculara və ədəbi ictimaiyyətə təqdim

etdiyi «Baş» romanında da yetərincə nəzərə çarpmaqdadır.

«Baş» romanı nəinki XIX əsrin əvvəllərinin, həmin mərhələdən həm

öncənin, həm də sonrakı dövrlərin tarixi, siyasi, ideoloji, mənəvi, geosiyasi, 68

Page 69: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

coğrafi, «iri derjavaların» maraqlarını özündə ehtiva edən ensiklopedik bədii-

psixoloji salnamə, gərəkli mənbədir.

«Baş»da müəllif zehninin, təxəyyülünün zəngin üfüqləri, onun bir bədii

əsərin sərhədlərinə sığışmayan problemləri, daxili çırpıntıları, hiss və duyğuları,

psixoloji gərilmələri, ekstremal situasiyaları, siyasi oyunbazlıqları və oyunları əks

etdirən, özündə ustalıqla birləşdirə bilən yaradıcı şəxsin uğurları cəmlənmişdir.

«Baş»ın problematikası başdan çox-çox yüksək və əhatəlidir.

«Baş» romanında bir siyasətçinin, bir canişinin taleyi, faciəsi, uğurları,

əzazilliyi yox, ondan çox-çox epoxal, çoxşaxəli problemlərin ortada durması

görünür. «Baş»ın oxunuşu kommentariyalı oxunuş və səriştəli təhlil tələb edir.

Çünki ilk baxışda əsərdə Azərbaycanın faciələri, tarixi-siyasi durumu ortada

dayanırsa, dərindən fikir verdikdə burada daha qlobal siyasi hallar və oyunlar,

qibtə olunmayacaq məqamlar özünü büruzə verir. Elçin «Baş»da dayanıb, bir

tərəfdən, Azərbaycandan – Bakıdan, Gürcüstandan-Tiflisdən, digər tərəfdən,

Cənubi Azərbaycandan, İrandan, üçüncü bir tərəfdən, Rusiyadan, dördüncü bir

tərəfdən, Avropadan, beşinci bir tərəfdən isə ümumi dünyanın üzərindən dayanıb

XIX əsrin əvvəllərində gedən siyasi oyunlara gah azərbaycanlının, gah farsın, gah

gürcünün, gah rusun, gah da avropalının gözü ilə baxır. Bu baxışlar o qədər

obyektiv, dərin və düşündürücüdür ki, oxucunun gözü önündə çevrəsiz, hüdudsüz

bir mənzərə görünməkdədir.

«Baş» romanını müxtəlif müstəvilərdə və yönlərdə təhlillərə cəlb etmək olar

və bu, zəruridir. Bu baxımdan onun süjet xətti və kompozisiyası üzərində

müşahidələr yetərincə maraq doğurur. Əsərdə hadisələrin seçilməsi

(fərqləndirilməsi), süjetin diskret vahidləri və onları mənalarla yükləmək, eləcə də

müəyyən zaman-məkan, səbəb-nəticə, yaxud hər hansı sistemə, ardıcıllığa,

qaydaya tabeetmə və s. Elçinin «Baş» romanının süjetinin mahiyyətini təşkil edir.

Burada yanaşmalar müxtəlif olsa da, biz əsərin süjet xəttinin ümumi hadisələr

sisteminə səbəb-nəticə müstəvisində tabe etdirildiyini, personajların xarakterik

xüsusiyyətlərini və onların əsərdə gedən hadisələrə təsirini bağlılığını görürük.

69

Page 70: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

«Baş» romanının kompozisiya vahidliyinin yaranması funksiyasını faktiki

olaraq əsərin formal-məzmunu elementləri: leytmotivlər, obrazların, süjet

situasiyalarının təkrarları, baxış bucağının növbələşməsi, personajların hadisələrə

münasibəti, təhkiyəçinin bu və ya digər məsələlərin çözümünə özünəməxsus

yanaşma tərzi təşkil edir. Eyni zamanda, süjetin rolunun təşkiledici xassəsi son

dövrlərdə nəinki Azərbaycan, rus, türk, Avropa, həm də bütün dünya

ədəbiyyatında müəyyən dərəcədə zəiflənməsini müşahidə etmək olar. Bu, əsasən

realizm ənənələrini sındırmağa çalışan yazıçıların yaradıcılığını səciyyələndirən

xüsusiyyətdir. Yeni fəlsəfi yanaşmalar, təbiət elmləri sahəsində kəşflər, proseslərə

A. Eynşteyn, P.Florenski, M.Baxtin nəzəriyyələri rakursundan yanaşmaq, zaman

və məkan konsepsiyasında özünəməxsus gedişlər etmək, dünyanın statik

mənzərəsindən imtina, hər hansı obyektin çoxvariantlı təsviri – bütün bunların

hamısı ona gətirib çıxardı ki, əvvəlki dövrlərdəki fəlsəfi və bədii təfəkkürün

tələblərinə cavab verən bütün hadisələrin səbəb-nəticə əlaqələrindəki pozitivist

təsəvvürlər artıq XX əsrin ikinci yarısından öz universallığını itirməyə başladı.

Elçin isə «Baş» romanında başqa bir yolla getməyə üstünlük verir: o,

süjetdən imtinanı məqbul hesab etməyib, onu romanın mühüm elementinə

çevirməklə bədii zamanı istənilən kimi genişləndirdiyi qədər (məsələn, yazıçı XIX

əsrin əvvəllərindən obrazların, yaxud təhkiyəçinin köməyi ilə birdən 500-600-il

əvvəl getməklə), həm də bədii zamanın mühüm hadisələrini əsas etibarı ilə 1806-

cı ilin içində sıxlaşdırır. Daha doğrusu, əsərdə gedən başlıca proseslər 1806-cı ilə

təsadüf etsə də, 1811-ci ilə keçib sürətlə sona çatır. Romanda zamanın bu şəkildə

sıxılması prinsipinin nə ilə bağlı olması səbəbi bizim (həm də oxucu) üçün tam

şəkildə aydın deyildir. Elçin əsasən knyaz Sisianovla bağlı dilə gətirdiklərini

Bakının təslim edilib Rusiyaya qatılması (həm də digər ərazilərin Cənubi

Azərbaycanın, Azərbaycan xanlıqlarının, Gürcüstan çarlıqlarının və

knyazlıqlarının) fonunda ortaya qoyur. Zamanın belə sıxlaşdırılması roman

məkanının lokallaşdırılmasını müəyyənləşdirir. Əsərin başlıca hadisələri Bakı

xanlığı ilə İran şahlığı arasında gedərkən, həm də Azərbaycanın digər ərazilərinə

keçirilir. Bəzən Muğan, Mil, Arazın o tayı, Şuşa, Dərbənd, Car-Balakən, Tiflis, 70

Page 71: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Kaxetiya, Minqreliya və başqa ərazilərdə davam etdirilir. Xanın sarayı, saraydaxili

həyat, nökərlər, kənizlər-cariyələr, bəylərlə onlar arasındakı münasibətlər dövrün

adekvat koloriti fonunda göz önündə canlandırılır.

Belə güclü təzyiq (söhbət bədii-estetik təzyiqdən gedir) altında əsərin

zaman və məkanın roman şüuru M.Baxtinin xronotop nəzəriyyəsi ilə uyğunlaşır.

Bu nəzəriyyə əvvəlki düşüncələrə və nəzər nöqtələrinə söykənsə də, dünyanın

zaman-məkan münasibətlərinin fəlsəfi baxımdan sərfi-rahı, müasir insanın (hər

şeydən öncə yaradıcı insanın) dünyanı dərkidir.

«Baş» romanında xronotop əsərin mühüm süjetyaradıcı elementi kimi çıxış

edir. Buna görə də zamanı və məkanı sıxmaqla Elçin elə bir süjet düyünü qurmağa

müvəffəq olur ki, burada nəzərdə tutduğu aparıcı mühüm hadisələri və onların

düyünlərini orada yerləşdirə bilir. Burada yer alan personajların əksəriyyəti –

bəylər, xanlar, şahlar, knyazlar, baş komandanlar – hamısı mühüm vəzifə

sahibidirsə, onların arasında həm də ara vəziyyətində olan at oğrusu Səfər, Lal

Qafaroğlu, Sarı Çoban, Sarı Çoban Qızı və qeyriləri də yerləşdirilmişlər. Əsərin

süjet xəttinin necə qurulacağı ilə bağlı Elçinin romana yazdığı müxtəsər

müqəddimə açar rolunu oynayır. Müəllif yazır ki, əsərin qəhrəmanlarının bir

qisminin tarixi şəxsiyyətlər olmasına baxmayaraq, orada tarixi dəqiqlik axtarmaq

da əbəsdir, çünki onlar müəllifin qəhrəmanlarıdır. Əsərdəki başlıca xətt müəllifin

özünün düşüncələrinin ifadəsi, qeyri-tarixi qəhrəmanlar onun «özününkü»lərdir.

Qeyd etdiyimiz kimi, Elçin «Baş» romanı üçün özünəməxsus süjet düyünü

tapmışdır. Onun zavyazkası Bakının Qoşa Qala Qapısına Rusiya ordusunun və Baş

komandan sərdar Sisianovun yaxınlaşması, Bakının təhqir olunacağı ilə bağlı

Hüseynqulu xanın narahatlığı, xanın saray əhlini başına yığıb keçirdiyi məşvərət

və gərgin psixoloji anların yaşanıldığı ilə yadda qalır. Zavyazka burada, demək

olar ki, əsərin əsas personajlarını, onların içini narahat edən problemləri əks etdirir.

Hadisələr əsərdə çevik şəkildə dəyişir və belə hal tezliklə konfliktin yaranmasına

gətirib çıxarır: – «Seçim yoxdur, tərəzinin bir gözündə Sərdar Sisianovun zatımızı

təhqir edən şərtləridir, o biri gözündə camaatımızın qırğını və ah-vayıdır».

71

Page 72: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Elçinin «Baş» romanında zamanın sıxlığına baxmayaraq, bir neçə xronotop

fərqləndirmək olar. Onlardan ən mərkəzdə duranı knyaz Sisianovun başının qəssab

kötüyünün üstündə kəsilməsidir. Məhz knyaz Sisianovun başının kəsilməsi ilə

romanın əsas həlqələri bağlıdır. Burada xarakterizə olunası o qədər məqamlar

vardır ki: – «Bilirəm, sənin işindir bu!... Sənin əlini-qolunu zəncirləyəcəyəm, səni

qəfəsə salacağam! Sərdarın meyiti ilə bərabər səni ruslara göndərəcəyəm» (s.28).

Burada xeyli personajlar iştirak edir – knyaz Sisianov, Elizbar Eristov,

Mahmud bəy, Lal Qafaroğlu, Hüseynqulu xan, Molla Müzəffər Ağa, Qəssab

Balarza, onun şəyirdi və b. Adı çəkilən obrazlardan müəllifin rəğbətinin kimin

tərəfində olduğu bu şəraitdə o qədər mühüm əhəmiyyət daşımasa da, onlardan hər

birinin daxili mənəvi, psixoloji aləminə ekskurs etməsi yetərincə maraqlıdır.

Bütün əsər boyu onun infrastrukturunda yer almış mübahisələr, fikirlərin

çarpazlaşması, düşüncələrin toqquşması romanda iştirak edən personajların həyat

mövqelərini müqayisə etməyə, onların ideoloji ziddiyyətlərini ortaya qoymağa

tuşlanmışdır.

Məhz bu tipli mübahisələr, mövqelər, düşüncə və müşahidələr «Baş»

romanının, bir tərəfdən, ideoloji-tarixi və fəlsəfi-psixoloji problematikasını ortaya

atırsa, digər tərəfdən, belə bir məzmunu özündə təcəssüm etdirən süjet-

kompozisiya strukturunu formalaşdırır. Romanda baş verən hadisələr onun bir

sıra səhifələrində özünəməxsus hadisədənkənar cərgə yaradır. Xanlıqlarda,

çarlıqlarda və knyazlıqlarda baş verən proseslər qəhrəmanların dialoji nitqində,

onların həyata, ictimai-siyasi şəraitə, dünyanın nizamına olan fikir və nəzər

nöqtələrində, daxili nitq kontekstində inkişaf etdirilir.

Bu tipli daxili və zahiri mükalimələrdə romanın tarixi, fəlsəfi, psixoloji,

siyasi, mədəni-maarif, hətta elm-texnika və s. bağlı ideyaları ortaya çıxır.

Personajların, qəhrəmanların bir-biri ilə mübahisə və düşüncələrində romanın

ideoloji və psixoloji problematikası formalaşır.

«Baş» romanında fəlsəfi, siyasi, ictimai, hərbi və ideoloji aspektlərin

problematikası əsasında formalaşan dialoqlar, bir tərəfdən, romandakı hadisələrin

daxili inkişaf formasını müəyyənləşdirirsə, digər tərəfdən, onun polilojiləşməsini 72

Page 73: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

təmin edir. Bax, belə bir zəmində roman polifoniklik xüsusiyyətləri əldə etməklə,

həm də müxtəlif çoxsaylı səslərin özünəməxsus mənzərəsini ortaya qoyur. Belə

bir müstəvidə roman süjetinin zahiri və daxili zavyazkası araya gəlir. Bununla belə

romanın aparıcı xronotopundan digər süjet xətləri formalaşır ki, onlar əsərin

ümumi müstəvisində əsaslı rol oynayır. Burada biz Rusiyanın Cənubi Qafqaza

yiyələnmək istəyi, Rusiyanın özünün daxilindəki ziddiyyətləri, onu idarə edənlərin

Avropa mənşəli olmalarını, əsil rus insanının belə siyasi gedişlərdə, hərbi

çəkişmələrdə heç nəyə nail ola bilməməsini, Qacarların Azərbaycan xanlıqları

üzərində nəzarəti, Azərbaycan xanlıqlarının, bir tərəfdən, özləri daxilində

çəkişmələri, digər tərəfdən, yadellilərə qarşı apardıqları pərakəndə mübarizə cəhdi

və s. romandakı başlıca xronotopla, yəni Sisianovun Qoşa Qala Qapısında qətlə

yetirilməsi ilə üzvü surətdə bağlanır. Romanın əsas, mərkəz xətti onun zavyazkası,

əlbəttə, «Baş»ın (Sisianovun başının) bütün roman boyu hadisələrin diqqət

mərkəzində durmasını şərtləndirir. «Baş» romanının ilk səhifələrindən (Mahmud

bəyin Elizbar Eristovla birgə Sisianovu qətlə yetirməsi, Sərdarın Qəssab

Balarzanın qəssab kötüyü üzərində Lal Qafaroğlu tərəfindən başının və leşinin bir-

birindən ayrılması, başın torbaya qoyulub çovğunlu fevral günlərində Bakıdan

Tehrana göndərilməsi, Muğanda, digər yaşayış məntəqələrində başı aparanların və

onun torbada olmasından xəbər tutanların daxili həyəcanları, ekstremal

situasiyalar, başın Abbas Mirzə Qaçara çatdırılması, onun sərbazlarının Mahmud

bəy və Lal Qafaroğlu ilə münasibətləri, Mahmud bəy və Lal Qafaroğlunun başın

Tehrana özləri tərəfindən çatdırılmasının mütləq nail olunması, Abbas Mirzənin

onlarla davranışı, Mahmud bəyin başına gələnlər, onun, nəhayət, Sibirə

göndərildikdən sonra qazamatdakı həyatı, başın Tehrana Fətəli şaha çatdırılması,

Fətəli şahın özündə belə vəziyyətin qorxunc hallar yaratması, Fətəli şahın xanımı

Ağabəyim Ağanın sarayda ayrıca otaqda saxlanılan başı gördükdə «Ya Allah... Bu,

buyruq quluydu! Şuşa müsibətinin cəzasını bunların hökmdarına ver!!! (s.174), –

deyə keçirdiyi hislər, Xacə Əbdül Rəhmanın daxili təlatümləri, başın sonrakı

aqibətinin müəmmalı qalması, Sisianovun nəşinin 27 noyabr 1811-ci ildə Baş

Komandan markiz Pauluççinin Sankt-Peterburqdan gələn əmrinə əsasən Bakının 73

Page 74: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Qoşa Qala Qapısının yaxınlığındakı düzənlikdən çıxardılıb Tiflisdə təntənə ilə

Sion kilsəsində general Lazarevin yaxınlığında torpağa tapşırılması və s. sonuna

qədər gedən bütün hadisələr həm bir-biri ilə bağlı, həm də ayrı-ayrılıqda oxunula

və qəbul edilə bilib romanın xronotoplarını formalaşdırmaqda əsaslı rol

oynamışdır. Bütün bu söylədiklərimizlə bərabər «Baş»ın digər süjet xəttində həm

də knyaz Sisianovun sevgi macəraları dayanmaqdadır.

Əsərdə bundan heç də əhəmiyyəti az olmayan Tiflis polismeysteri, general-

mayor İvan Petroviç Lazarevin həyatının müxtəsər mənzərələri göz önündədir.

Həcmcə daha az səhifələrdə əksini tapmış lazarevin gözlənilmədən on altı yaşlı

qızı Tatyana və bir il keçməmiş arvadı Zoxranın vəfatı, Xaç suyuna çəkilmiş,

mənşəcə Kazan tatarlarından olan Zoxranın vəfatından sonra Polşa

zadəganlarından olan, Qafqaza, Tiflisə gələndən sonra tamam tək qalmış İvan

Petroviçin əvvəlkindən daha böyük məsuliyyətlə öz hərbi xidmətinə bağlanması,

öz gücündən və imperiyanın nüfuzundan istifadə etməklə, bir tərəfdən, gürcü

şahzadələrini zərərsizləşdirməsi, digər tərəfdən, onlardan Rusiyaya müxtəlif

məqsədlərlə göndərib ruslara rəğbət hissi aşılaması, Dağıstanda böyük nüfuz sahibi

olan Avarlı Ömər xanın on beşminlik dəstəsi ilə üz-üzə gəlməsi, çevik və güllədən

qorxmaz Lazarevin Baqratın və İoannın köməyi ilə Ömər xanın ordusunu məğlub

etməsi, Ömər xanın özünün Dağıstana qayıtması, İsgəndər bəyin əsir düşməsi,

çariça Mariya ilə görüşləri, XII İrakli vəfat etdikdən sonra o vaxtkı şahzadələrin

Kaxetiya taxt-tacı uğrunda mübarizələri, Kaxetiya tacına Cəbrayılın yiyələnməsi,

Gürcüstanın Rusiyaya birləşdirilməsi, Qafqazda ardı-arası kəsilməyən

çaxnaşmalar, imperator Aleksandrın knyaz Sisianovu buraya Baş Komandan təyin

etməsi, Lazarev və Sisianovların ailələrinə müəllifin retrospektiv baxışları və s.

romanın daha maraqlı məqamlarındandır.

«Baş» romanının digər xronotopu knyaz Sisianova Markiza Natalya

Arkadyevna de Lafonjenin məktublarındadır. Bu məktublarla oxucu romanın iki

yerində 93-94 və 99-100-cü səhifələrində rastlaşır. Markiza Natalya da Lafonjenə

qədər knyaz Sisianovun həyatında xeyli digər qadınlar olsa da, onların ən incə

qəlblisi Natalya idi. Natalya de Lafonjen Peterburq kübar cəmiyyətinin elə gözəl 74

Page 75: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

və bədbəxt qızlarından idi ki, o, sevgi ilə ailə qurmamışdı. Bununla belə, Natalya

34 yaşlı polkovnik, Sankt-Peterburq qrenader polkunun komandiri, knyaz Pavel

Sisianovu bütün varlığı ilə sevmişdi. Müəllif Lafonjenin knyaz Sisianova sevgi

dolu məktubunda öz hisləri ilə bacara, yuxuya gedə bilmədiyini, əzablı gecələr

keçirdiyini və içindən gələn güclü bir ehtirasla onu sevdiyini, onlar arasında olan

intim hiss və duyğuları böyük ustalıqla təsvir edə bilmişdi.

«Baş» romanında biz başqa bir xronotopla da üzləşirik. Bunu knyaz

P.D.Sisianovun qraf N.L.Timofeyev-Boqoyavlenskiyə ünvanladığı məktubunda

görürük. Sisianov hələ 1804-cü ildə ona yazdığı ilk məktubunda dörd ay ərzində

dörd ilə sığmayan hadisələri danışır. Rusiyanın Gürcüstanda qorunası maraqları,

İmeretiya, Quriya, Minqreliya, ətrafdakı Qazax, Borçalı, Şəmsəddin və Pəmbək

sultanlıqlarını Rusiyaya qatmaq istəyi, Gəncənin təslimi, onun təkcə Azərbaycanın

yox, bütün Zaqafqaziyanın mühüm və nüfuzlu xanlıqlarından biri olması, şəhərin

strateji baxımdan ram edilməsi, Cavad xanın layiqli rəqib olması, Gəncənin

yerində Yelizavetpol şəhərinin yaradılması və şəhərin adının təkcə tarixçilərdən

başqa heç kimin yadında saxlamayacağı, Osmanlı imperiyasını məhv etmək planı,

bunun gələcəkdə Rusiyaya şərəf gətirəcəyi, türklərin əsarətində olan xalqları

azadlığa çıxarma cəhdi, Cənubda Osmanlı imperiyasının Rusiyanın ən təhlükəli

rəqibi olması, Türkiyəni parçalamaq, Rumıniya, Bolqarıstan və Moldaviyanı

Rusiyaya qatmaq planı, Alyaskadan tutmuş İstanbulacan dünyanın ən qüdrətli

dövlətinin Rusiya olacağı, Nadir şahdan sonra İranda və Zaqafqaziyada yaranmış

hərc-mərclikdən Rusiyanın istifadə etməməsi və axta Ağa Məhəmməd şahın ağlı

və qəddarlığı nəticəsində İranda, Azərbaycanın cənubunu da özünə tabe edib Qaçar

məmləkəti yaratması, Şimali Qafqazı Rusiyaya qatıb, Cənubi Qafqazı başlı-başına

buraxmağın təhlükəliliyi və s. yada salınır, yollar axtarılır, planlar cızılır (s.99-

106). Yəni bu məktubda ideoloji-siyasi mahiyyət daha çox diqqət mərkəzində

dayanır.

Markiza Natalya de Lafonjenin Sisianova və knyaz Sisianovun qraf

N.İ.Timofeyev-Boqoyavlenski ilə yazışmaları fikrimizcə, əsərdə ara vəziyyətində

olsa da, burada iki bir-birini intim və siyasi müstəvidə birləşdirən və iki bir-biri ilə 75

Page 76: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

qarşı-qarşıya dayanan süjet düyünlərinin zavyazkası və qəhrəmanların iç dünyası

görümlü əks olunmaqdadır.

Knyaz R.D. Sisianovun qraf N.İ. Timofeyev-Boqoyavlenskiyə məktubunda

romanın həqiqi ideyası - Rusiyanın siyasi maraq və ambisiyalarının mahiyyəti əks

etdirməklə, həm də bu xronotop özündə Rusiyanın tarixi gedişlərini, itirilmişlərini

göz önündə canlandırmaqdadır.

Romanın xronotopları özünəməxsus daxili dünyası ilə öz ierarxiyasını, öz

dəyərlər sistemini, etnik-milli mənəviyyatı, həyatın xeyir və şərlə bağlı mənasını

əks etdirməkdədir. Əlbəttə, əsərdə bu anlayışlar əksər hallarda bir-birinə qarşı

dayanır. Burada davranış maneraları, adi, məişət, sevgi həyatında olan ünsiyyət bir

xronotopu səciyyələndirdiyi kimi, romanın başqa bir məqamında heç də özünü

mütləq kimi əks etdirmir. Və bu da təbiidir.

Bununla belə Elçinin «Baş» romanında hər bir xronotop hər hansı bir

mərkəz ətrafında düzülür ki, onlardan hər biri əsərin ümumi süjet xəttinə üzvü

şəkildə bağlanır. Romanın xronotoplarının hədlərini özündə əks etdirən

qəhrəmanların varlığı, onların bir-birini mahiyyət etibarı ilə tamamlaması

romandakı geniş obraz-simvol dövrələrinin olması ilə izah edilir.

«Baş» romanının bütün xronotopları süjet zavyazkasının sıxılmış düyününə

istiqamət götürməkdədir. Eyni zamanda belə zahiri süjet romanın daxili

hadisələrini bir-birinə bağlamağa, onun fəlsəfi, tarixi, psixoloji, ideoloji, siyasi

süjetini müəyyənləşdirməyə kömək edir. Süjetin belə inkişaf impulsu

qəhrəmanların, onların ideologiyasının, psixoloji vəziyyətinin, fəlsəfi baxışlarının

çoxsaylı ziddiyyətləri fonunda əks olunur (Hüseynqulu xanın, knyaz Sisianovun,

Molla Müzəffər Ağanın, Mahmud bəyin, Lal Qafaroğlunun, Qəssab Balarzanın,

Sarı Çobanın, Sarı Çoban Qızının, Abbas Mirzənin, Xacə Əbdül Rəhmanın,

Vaxtanqın, at oğrusu Səfərin və digərlərinin vəziyyətini burada yada salmaq

kifayətdir). Beləliklə, «Baş» romanının süjet xəttinin çoxsaylı zahiri və daxili

konfliktlər və mübahisələr zəminində qurulmaqla bir bütöv yaratdığını söyləmək

mümkündür.

76

Page 77: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

2. «Baş» romanında canişin Sisianovun ölümü

«Baş» romanında əvvəlcədən proqramlaşdırılmamış, təhkiyənin bəzən

şərtləndirmədiyi, lakin müəllifin nəzərdə tutulmayan zaman kəsiyində realizə

etdiyi gedişlər özünü əks etdirməkdədir. Biz onlardan biri üzərində dayanmağı

məqsədə uyğun hesab edirik. Bu da sərdar Sisianovun bir canişin, hərbçi, imperiya

maraqlarını Cənubi Qafqazda həyata keçirən bir rəhbər kimi ictimai-sosial fiqur

olaraq məhvinin bədii təsvirinin roman daxilindəki gediş və ideyalarda ortaya

qoyulmasıdır. Çünki Sisianovun Cənubi Qafqazda yaşayan xalqlara neqativ baxışı

onun imperator I Aleksandra ünvanladığı «Bu yerlərdəki xalqlar üçün yeganə

siyasət – gücdür», – dediyi məktubunda müəyyənləşir və burada yaşayan xalqları

onun insan kimi qiymətləndirmədiyi, bu xalqlarla rəftarın yalnız gücə bağlılığını

söyləməklə xalq fenomenini təhqir etdiyini görürük. Yəqin Qafqazda yaşayan

xalqlara belə dəyərsiz və etinasız münasibətinə görə Sisianov həyatının qurban

gedəcəyi haqqında düşünməli idi. Görünür, Sisianov burada yaşayan xalqların,

xüsusən azərbaycanlıların etnik-milli ruhundan, psixologiyasından, vətənə

bağlılığından, onun uğrunda həyatını qurban verməyə hazır olan cəngavər

oğullardan xəbərsiz idi. Romanda knyaz Sisianovun həyat baxışları bir sıra

hallarda hamar, məntiqli (imperiyaya xidmət baxımından) olsa da, başqa

məqamlarda onun düşüncəsində bu baxışların diametral əksini müşahidə edirik.

Bütün belə vəziyyətlərdə Sisianov gah özüdür, gah da özü deyildir. Heç şübhəsiz

ki, onun belə xarakteri də əsərdə məqsədsiz olaraq təsvir edilmir. Belə olduğu

halda Sisianov həyatda yerini itirməklə yanaşı, həm də sanki onun haqqında

düşünməkdən kənarlaşır. «Knyaz Sisianov əvvəlcə heç nə anlamadı, təəccüblə

fikrindən keçdi ki, bu güllə səsləri hardan gəlir və eyni təəccüblə də yerə sərilmiş

yavərinə baxdı… Knyaz təhtəlşüur olaraq əlini belindən asılmış qılıncının

dəstəyinə apardı, ancaq dəstəkdən yapışa bilmədi və yavaş-yavaş atdan yanakı

sürüşərək yerə düşdü.

Knyazla yavərini müşayiət edən serjant da, elə bil birdən ayıldı və aşkar bir

dəhşət içində atın ağızını döndərib, geriyə çapdı.

Dilmanc Şərif bəy atından yerə sıçrayıb:77

Page 78: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

– Knyaz!... Knyaz!..., – deyə qışqıra-qışqıra köksündən axan qan sinəsi

bulamış knyaza tərəf qaçdı» (s.26–27).

Knyazın ölümü sanki onun Qafqaz həqiqətlərindən xəbərsiz olması ilə bağlı

idi. Yəqin elə buna görə də nə vaxtsa onun quvernyoru Babua Arçil haralardansa

çox uzaqlardan mehriban səsi ilə səsləmişdi. «Onun sifəti yanakı yerə dirənmişdi

və – bir-birini sürətlə əvəz edən o anlarda knyaz ağzında palçıq təmi hiss etdi, onun

sönməkdə olan fikrindən keçdi ki, «torpaq necə də dadsızdır…»

Və knyaz Sisianov qəflətən Babua Arçilin ona öyrətdiyi o sözü xatırladı:

–«Paata, təkrar et «Xmerti! Təkrar et!» Knyaz Sisianov həyatının sonuncu anında:

– Xmerti… (yəni Allah) – pıçıldadı.

Bu sözün mənasını dərk etməyə isə, onun vaxtı çatmadı» (s.27). Roman

boyu biz doğrudan da görürük ki, knyaz Sisianov heç bir hərəkətində,

davranışında, fəaliyyətində gözünün qabağına sanki Allahı gətirmirdi. O, yalnız

Rusiya imperiyasının gücünə və silahına arxalanırdı. Qafqazda yaşayan xalqlara

necə alçaldıcı münasibəti vardısa, o, Tiflisdə yaşayarkən Markiza Natalya de

Lafonjenin də şəxsiyyətinə məhz öz gücünə görə təcavüz etmişdi. Buna görə də

Natalya de Lafonjen əri Jerar və oğlu Mixailə (Mişel) etdiyi xəyanətdən mənəvi

əzab çəkirdi. Burada müxtəsər bir müqayisə də aparmaq olar. Belə ki, Sisianovu

İ.S.Turgenevin «Atalar və oğullar» romanındakı baş qəhrəman Bazarovla

tutuşdurmaq mümkündür. Belə ki, Bazarovun ölümü onun hər şeyi inkar etməsi,

gerçəkliklə barışmasına görə baş verirsə və onun düşüncəsində bu, mənəvi

böhranın məntiqi nəticəsidirsə, burada Sisianovun ölümünün imperiya

ambisiyalarıının qurbanı olduğu görünməkdədir. Yəqin elə buna görə də

Sisianovun özünün və Başının başına gələnlər də buna qədər olan ölümlərdən

fərqli və tükürpədicidir. Sisianov ölür. Oxucu isə onun həm cəsədinin, həm də

Başının başına gələnlərin ümumi mənzərəsində xeyli məsələlərin şahidi olur.

Oxucu onu da görür ki, Qurd Kərim Xacə Əbdül Rəhmanın müşayiəti ilə knyaz

Sisianovun başını Fətəli şaha gətirib təhvil verdikdən sonra Baş sarayda saxlanılır

və ölçü-biçili siyasət adamı olan Fətəli şah başın nə vaxtsa Aleksandra

qaytarılmasının məqamının çatacağını ehtimal edir. Sarayda isə Başın 78

Page 79: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

vəziyyətindən yalnız Xacə Əbdül Rəhman xəbərdar ola bilərdi. Oxucu onu da bilir

ki, Ağabəyim Ağa Xacə Əbdül Rəhmanla birgə Başı görmək istəsə də, otağa o,

tək-tənha daxil olmağı üstün tutmuşdu.

«Ağabəyim Ağa irəli addımlayıb, örpəyi Başın üzərindən qaldırdı…

Baş bərəlib, az qala hədəqəsindən çıxacaq sağ və büzüşüb alacalanmış sol

gözləri ilə Ağabəyim Ağaya baxırdı.

… Mumlanmış Baş Tehranda, Fətəli şahın sarayında, o boş otaqdakı

qaranlıq içində yenə tənha qaldı (s.174).

Lakin bundan sonra da nə knyaz Sisianovun neçə illərdən sonra Bakının

Qoşa Qala Qapısı qarşısındakı düzənlikdən çıxarılıb Tiflisin Sion kilsəsində təzə-

dən torpağa tapşırılan nəşi rahatlıq tapmadı, nə də Başın sonrakı aqibəti müəmmalı

qalmaqla o, özünə şərəfsiz bir ölüm qazandı. Sisianovun belə şərəfsiz ölümündən

Mahmud bəy kimi vətənpərvərliyi uca tutub onun uğrunda Sibirdə qazamatda

ömür çürüdən qəhrəmanların şərəf mərtəbəsinə yetişməsi daha əzəmətli görünmək-

dədir.

Özünü bütün ömrü boyu Derjavanın sıravi soldatı kimi görən, bütün çətinlik-

lərə baxmayaraq, 1806-cı ili Derjava üçün ən uğurlu illərdən hesab edən, Rusiya-

nın hər cür fəlakətlərdən uzaq olmasını arzulayan Sisianov «Zaqafqaziyanı əbədi

olaraq imperiyanın bir güşəsinə çevirmək» istəyini bu dünyada ən başlıca missiya

olduğunu nəzərdə tutub Yaradanın onu dünyaya məhz bundan ötrü göndərdiyini

söyləyib ona bu missiyanı tam şəkildə yerinə yetirməyə möhlət istəsə də, Mahmud

bəy Sisianovun arzularını gözündə qoymuşdu. Çünki Sisianov ölənəcən Zaqafqa-

ziyada vuruşmağa və quruculuq işləri ilə məşğul olmağa hazır olduğunu bildirsə

və fikrini 27 dekabr 1805-ci ildə Azərbaycanın Mil düzündə olarkən Qraf N.A.Ti-

mofeyev - Boqoyavlenskiyə yazdığı məktubunda söyləsə də, onun nəzərdə tutduq-

ları heç də gözlədiyi kimi olmadı. Daha doğrusu o, arzu elədiyi şərəf rütbəsinə

yetişə bilmədi və o, Qraf N.A.Timofeyev – Boqoyavlenskinin ona dediyi «Sən

həmişə deyirsən ki, həyatın sirləri biz ölüb başqa dünyaya gedəndən sonra məlum

olacaq» (s.160) üzərində düşündüyünə daha uyğun oldu və bu da canişinin son

79

Page 80: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

aqibətini müəyyənləşdirən mühüm hal kimi ortada dayandı. Elçin göstərmək istəyir

ki, belə mənəmlik ambisiyasında olanların aqibəti məhz belə də sona yetməlidir.

80

Page 81: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

IV Fəsil. «Baş» romanında etnik-milli dəyərlərin əksi

1. «Baş» romanında dövrün milli çalarlarının və yerli koloritin

saxlanılması

Elçinin «Baş» romanı digər danılmaz keyfiyyətləri ilə yanaşı, hər şeydən öncə,

həm də öz etnik-etnoqrafik-milli çalar və naxışları ilə diqqəti cəlb edən əsərdir. Roman

əslində bir canişinin həyat faciəsinə və Bakı xanlığının işğalının təfərrüatlarına həsr

olunsa da, onun mətnində Azərbaycan xalqının tarixi-ənənəvi keçmişi, milli həyatı,

insanların halı, xasiyyəti, xarakterik cizgiləri hərtərəfli öz əksini tapmışdır. Bu onu

göstərir ki, Elçin yaradıcılığı üçün həm də tarixi və mənəvi mədəniyyətimizin

xüsusiyyətləri böyük önəm daşımaqdadır. Əsəri oxuduqca Elçin istedadlı nasir olması

ilə yanaşı, həm də müşahidəli etnoqraf təsiri bağışlayır. Çünki müəllif əsəri hansı

üslubda, hansı tərzdə yazıb ortaya qoymasından asılı olmayaraq, özünün hansı xalqa və

ədəbiyyata mənsubluğunu dərindən nümayiş və sübut etdirməkdədir. Bu əsər hansı

dillərə tərcümə olunacağından asılı olmayaraq (düşünürük ki, onun yaxın zamanlarda

müxtəlif dillərə tərcümə ediləcəyi, heç şübhəsiz ki, reallaşacaqdır), həmin dillərin

daşıyıcıları romanda yer almış milli çalar və naxışların orbitinə düşəcəklər. Əsərdə

mənəvi mədəniyyətimizin atributları kimi Azərbaycan xanlıqlarının (ilk növbədə Bakı

xanlığının) özünəxas həyatı, həyat şəraiti bütün varlığı ilə əks olunmaqla, məişət

mənzərələri çeşidli boyalarla təqdim olunmaqdadır. Əsərdəki özünəməxsus milliliklə

zənginləşmiş detallar romanın ilk sətirlərindən mətnə ustalıqla daxil

edilmişdir: ...Hüseynqulu xan manqal gətirdib, məşvərət otağının ortasına qoydurdu.

Manqalın qızaran közləri ... bu otaqdakı həyəcanı, qorxu-hürkünü, çaşqınlığı daha da

artırırdı və Hacı Muxtar xalçalarının üzərinə salınmış döşəkcələrdə bardaş qurub dairəvi

oturmuş məşvərət iştirakçıları – bəylər, Bakı ağsaqqalları, ətraf kəndlərdən dəvət

olunmuş axundlar gözlərini o qıpqırmızı qızaran közə zilləyib susmuşdular» (s.5). Daha

sonra müəllif davam edərək»... Suraxanıda toxunan xalçalara az qala Hacı Muxtar

xalçaları dərəcəsində tələbat var idi..., Şüvəlan zəfəranı bütün dünyada məşhur idi, yazın

əvvəllərində Novxanı düzlərindən yığılan dombalan Avropanın ... saraylarında ən ləziz

və bahalı ərzaq hesab olunurdu, Bakı duzu az qala qızıl qiymətinə gedirdi, əsası da,

əlbəttə, neft idi – uzun sözün qısası, Bakı xanlığı divlərin gözü qabağında həmişə 81

Page 82: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

təptəzə bir quyruq tikəsi idi» (s.7). Göründüyü kimi, bu parçalarda yer almış nə varsa,

hamısı milli koloritin xarakterik cizgiləri ilə haşiyələnməklə, həm də xalqın konkret

tarixi dövrünün, mərhələsinin mühüm komponentləri kimi mətndə oturdulmuşdur. Eyni

zamanda nümunə gətirdiyimiz fraqmentlərdə xalqın milli koloriti ilə yanaşı, onun əsrlər

ərzində formalaşan psixiki vəziyyəti, milli ənənələri, adətləri, hiss və zövqləri,

maraqları və baxışları yer almışdır.

Elçinin «Baş» romanında milli koloritin zahiri əlamətləri ilə bu koloritin zahiri

spesifikası dil ünsürləri ilə bağlı olmaqla özünü milli varlığın mahiyyətində dayanmaqla

əks etdirməkdədir. Bu isə, heç şübhəsiz ki, Elçinin milli dil stixiyasından uğurla

yararlana bilməsi ilə əlaqədardır. Təbiidir ki, bədii əsərlərdə milli koloritin ustalıqla

yaradılması müəllifin milli düşüncəyə dərindən bağlı olduğu təqdirdə baş verə bilir.

Qeyd edək ki, yuxarıda bildirdiyimiz kimi, «Baş» romanında təsvirini tapan mənzərələr

ən azı 200 il bundan öncə olan hadisələri əks etdirməkdədir. Və burada əsərdəki

hadisələrlə müasir dil arasındakı zaman fərqi də nəzərdən qaçırılmamalıdır. Azərbaycan

dili canlı orqanizm olduğundan XVIII əsrin sonu XIX əsrin əvvəllərindən indiyə qədər

böyük inkişaf yolu keçmiş, xeyli transformasiyalara uğramış, leksik, semantik və üslubi

çalarlarla zənginləşmişdir. Lakin belə vəziyyət Elçin kimi sənətkara oxucunu həmin

tarixi mərhələyə, təsvir olunan zamanın xarakterik xüsusiyyətlərinə , ənənələrinə bələd

etmək o qədər də çətin olmamışdır.

Məlum olduğu kimi, hər bir xalqın özünəməxsus, təkrarolunmaz, bənzərsiz

davranış və hərəkətlərində əks olunan xüsusiyyətlər vardır ki, məhz bu da konkret xalqı

digərlərindən fərqləndirir. Elçin kamil bir nasir kimi bütün bunlardan yaxşı xəbərdardır.

Elə buna görə də müəllif milli xarakterik ilmələrdən istifadə etməklə onlardan

qəhrəmanların simasında, replikasında, müraciət formalarında və s. uğurla yararlanır:

“Hüseynqulu xan, yəqin, bu dəli ehtirasdan yaxa qurtarmaq üçün tələsik taxtında

əyləşdi və sağ əlini yumruqlayıb taxtın dəstəyini döyəcləyə-döyəcləyə Mahmud bəyin

üstünə bağırdı:

– Bilirəm, sənin işindir bu!.. Sənin əlini-qolunu zəncirləyəcəyəm, səni qəfəsə

salacağam!.. Sərdarın meyti ilə bərabər səni ruslara göndərəcəyəm.

82

Page 83: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

– Həmişəki yerində – Hüseynqulu xanla üzbəüz döşəkçədə oturmuş Mahmud bəy

gözlərini xandan çəkib qapıya tərəf baxa-baxa – elə bil, durub çıxıb getməyə hazırlaşırdı

– dedi:

– Göndər! Göndər, qoy ruslar dar ağacından assınlar məni! Rusların ayaqlarının

altında olmaqdansa, onların başlarının üstündən dar ağacında asılmaq yüz dəfə

şərəflidir!» (s. 28–29) (fərqləndirmə bizimdir – N.T). Mahmud bəyin «Rusların

ayaqlarının altında olmaqdansa, onların başlarının üstündən dar ağacından asılmaq yüz

dəfə şərəflidir!» frazasını işlətməsi onun milli yenilməzliyinin göstəricisi kimi

dəyərləndirilməlidir və fikrimizcə, bunu Elçin etnik-milli kimliyin atributu olaraq əsərə

daxil etmişdir.

Məlum olduğu kimi, Elçinə öz fərdi təsvir manerası xasdır. O, öz arsenalında olan

bədii ifadə vasitələrindən istifadə etməklə sırf fərdi təsvir üslubunu yaradır və elə bunun

özü də əsərdə milliliyin hər hansı bir əlaməti kimi çıxış edir. «Baş» romanı polifonik

əsər olduğundan burada personajların fərdi nitqinin verilməsi də maraqlıdır. Əsərdə yer

almış qəhrəmanların fərdi nitqindəki hər bir detalda özünəməxsus kolorit mövcuddur.

Bu nitq hər bir personajın temperametinin, iç dünyasının, mənəvi aləminin xarakterik

cizgilərinin yaradılması üçün edilir və eyni zamanda bu da «Baş» romanının obrazlı

strukturunun yaradılması ilə bərabər əsəri milli keyfiyyətlərlə daha da zənginləşdirir.

Personajların nitqinin öz fərdiliyi ilə seçilməsini biz Hüseynqulu xanın, Dilmanc Şərif

bəyin, Mahmud bəyin, Molla Müzəffər Ağanın, Abbas Mirzənin, Ağabəyim Ağanın və

başqalarının timsalında yetərincə müşahidə edirik: «Mahmud bəy kimsəyə

deyilməyəcək məlumatı Hacı Muxtara söylədi...

– Mahmud bəy:

– Əmi, – dedi, – Səlahəddin Təbibi çağırtmağını rica edəcəyik ki, Başı səfərə

hazırlasın. Hələ Tehrana nə zaman yetişəcəyimiz məlum deyil. Arada, xanın

tapşırığıyla, Abbas Mirzə ilə də görüşümüz olmalıdır. Düzdür, hava soyuqdur, ancaq

bərayi-ehtiyat, Səlahəddin Təbib Başı mumlasa yaxşıdır. Səfər uzansa, iylənə bilər»...

(s.75). Burada «çağırtmaq», «rica», «bərayi-ehtiyat» kimi ifadələr dövrün adekvat

möhürünü yaradır. Əsərdə milli koloriti doğru-dürüst yaratmaq və onun obrazlı

strukturunu ortaya qoymaq üçün romandakı personajlardan hər birinin nitq 83

Page 84: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

xüsusiyyətlərinin verilməsi olduqca əhəmiyyətlidir. Elçin də bütün bu tipli məqamlara

əsərdə zəruri yer ayırır. Elçin milli keyfiyyət və xüsusiyyətləri öz xalqının milli və

sosial özünəməxsusluğunun mahiyyətinə daxil olmaqla xalqın psixoloji halının,

ovqatının onun dilində, dil materiallarında, nitq keyfiyyətlərində necə ifadə olunmasına

nəzər salmaqla və onları dərindən mənimsəməklə verə bilmişdir. Söhbət milli nitq

koloritindən düşmüşkən onun xalqın dil tarixi ilə sıx bağlı olduğunu qeyd etmək

zəruridir. Ədəbi personajın dil özünəməxsusluğu həm də təsvir olunan hadisələrin

harada, hansı regionda getdiyini işarələyir. Məsələn, Qəssab Balarzanın «Həyif onnan.

Yaxçı kötüy idi. Zay oldu» ifadəsinin məhz Bakı camaatına məxsus olduğu elə frazanın

intonasiyasından məlum olur. «Baş» romanın mətnində yer almış personajların nitqinə

müxtəlif tipli məhəlli söz və ifadələrin, şivə və dialektizimlərin daxil edilməsi həm də

müəllifin əsərdə yerli koloriti yenidən canlandırma istəyindən irəli gəlmişdir. «Baş»

romanın personajlarından hər biri, yuxarıda söylədiyimiz kimi, öz fərdiləşmiş nitqi ilə

seçilməkdədir. Hüseynqulu xanın, Molla Müzəffər Ağanın, Mahmud bəyin və

digərlərinin nitqi məhz öz fərdi dəst-xəti ilə fərqlənir. Bu fərdiliyi təmin etmək də

obrazın xarakterik xüsusiyyətlərini ortaya qoymaq baxımından, onların psixoloji halını,

temperamentini təqdim etmək ehtiyacından yaranmışdır. «Baş» romanı bu göstəricisinə

görə də oxucu diqqətini məşğul edən mükəmməl bir bədii mətn nümunəsidir. Bunu

Hüseynqulu xanın Bakının diz çökdürülməsi ərəfəsində apardığı məşvərətdə Dilmanc

Şərif bəydən eşitdiyimiz və Mahmud bəyin ona cavab verdiyi frazalarda da aydın

görmək mümkündür:

«Həzərat! Şər deməsən, xeyir gəlməz! Biz ruslarla dil tapmalıyıq. Bizim ruslarla

birləşməyimiz bu günü dünyada elmə, maarifə aparan bir yoldur. Şərtlər ağırdır, başa

düşürəm, ancaq yasa batmaq, təziyə tutmaq da lazım deyil... Bir vaxtlar ərəblər

dünyanın sahibi idi... Sonra Osmanlılar gəldi. İndi də görməlisiniz və bilməlisiniz ki,

dünya artıq Avropanındır, Rusiyanındır... Rusiya təkcə Sisianovlardan ibarət deyil...

Rusiya bu gün böyük bir intibah ərəfəsindədir... Rusiyada darülfununlar yaradılır, təzə

məktəblər açılır...

Şərif bəy, elə bil, get-gedə daha da qızışırdı, ancaq Mahmud bəy yenidən onun

nitqini kəsdi.84

Page 85: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

– Kaş sən o Peterburqdan qayıtmayaydın, biz də fəxr edəydik ki, orada ruslara

nökərçilik edən bir həmşərimiz var!» (s. 12).

Gördüyümüz kimi, həm Dilmanc Şərif bəyin, həm də Mahmud bəyin nitqi öz fərdi

xarakteri ilə bir-birindən diametral halda seçilir. Burada hər bir nitq aktı bütün psixi

formaların (duyğu, qavrayış, hiss, təsəvvür, təfəkkür, emosiya, milli heysiyyat və s.)

təsirinə məruz qalır, onların hər biri Bakının işğalı məsələsinə öz maraqları və

dünyagörüşləri səviyyəsindən baxır. Əsərin həm bu, həm də digər yerlərində ortaya

çıxan dialoqlarda məsələyə, vəziyyətə hərənin öz münasibəti sərgilənir. Yeri gəlmişkən

«Baş» romanında həm də dialoqların kifayət qədər yer aldığından danışmaq olar. Nəsr

əsərinin effektini artıran nitqin belə formasından geniş istifadə (eyni zamanda mükalimə

zamanı nitqə əlavə edilən jestlər, mimikalar, əl-qol hərəkətləri və s. yararlanma) onun

həm də müəyyən mənada dramaturji əsər kontekstinə keçirilməsi, səhnə əsəri üçün də

yetərincə münasibliyini sübut etməkdədir. Elə buna görə də «Baş»ın saysız-hesabsız

dramaturji elementlərlə zəngin olduğunu və səhnə müstəvisinə keçirilməsi üçün münbit

quruluş sərgilədiyini də burada qeyd etməyə ehtiyac vardır. Söylədiklərimiz bir daha

təsdiqləyir ki, «Baş» romanında personajların nitqi nivelirləşdirilməmiş, boğulmamış,

mətn obrazların xüsusiyyətlərinə nəzər salınmaqla ustalıqla yaradılmışdır. «Baş»

romanında Elçinin bacarıqlı bir sənətkar kimi ustalığı, yuxarıda söylədiyimiz kimi,

obrazların nitq xarakteristikasında özünü daha aydın bürüzə verir. Ənənədən gələnlər və

qəhrəmanların dilinin fərdiləşdirilməsinin köməyi ilə Elçin onlardan hər birinin ideoloji

mövqeyini və mənəvi simasını açır. Onun romanında personajlar öz milli xarakterini

digər məqamlarla yanaşı, həm də öz nitqində nümayiş etdirirlər. Burada Azərbaycan

cəmiyyətinin müxtəlif təbəqələri (xanlar, bəylər, baş bilənlər, hacılar, məşədilər, adi

insanlar, nökərlər, cariyələr və b.) təqdim olunmuşlar. Onlardan hər birinə öz fərdi

danışıq leksikası, müəyyən obrazlı nitq quruluşu, dialekt, şivə manerası xasdır:

«... Mahmud bəy atdan enəndən bəri yüyəni əlindən buraxmırdı, nökərlərdən biri

yaxınlaşıb atı aparmaq üçün yüyəni almaq istəyəndə Mahmud bəy:

– Dur, – dedi və atın yəhərinə bağladığı torbanın ipini özü açıb, torbanı da özü

götürdü.

85

Page 86: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Nökər o torbanı yəhərdən bəyin özünün açıb götürməsinə, özünün əlində tutub

saxlamasına təəccüb etdi və Hacı Muxtar bəyin hüzurunda artıq söz danışmağın düşər –

düşməz olduğunu yaxşı bildiyi üçün, heç nə demədi, Mahmud bəyin atını da, başqa atlar

kimi, həyətin aşağı başındakı tövləyə apardı.

Mahmud bəy, Molla Müzəffər Ağa və Lal Qafaroğlu Hacının müşayiəti ilə

malikanənin ikinci mərtəbəsindəki qonaq otağına qalxdılar və döşəməyə sərilmiş

xalçaların üzərinə düzülmüş üzü zərxara döşəkçələrdə bardaş qurub əyləşdilər» (s.74).

Parçadan göründüyü kimi, Elçin XVIII əsrin sonu XIX əsrin əvvələrində

Azərbaycan mədəni-məişət həyatında olan yerli münasibətləri kifayət qədər incə

detalları və təfsilatları ilə verə bilir ki, bunun da köməyi ilə dövrün koloriti bütün

xüsusiyyətləri ilə göz önünə gətirilir.

Eyni zamanda Elçin əsərdə milli koloritin yaradılmasına tarixilik

mövqeyindən də yanaşır. Müəllif bunu da bilir ki, milli forma daim dəyişməkdə,

dinamikada, inkişafdadır. Bununla belə, milli formada xalqın ölməz ruhu yaşayır

ki, məhz onun köməyi ilə də oxucunun təfəkkürü zənginləşir. Bir daha söyləməyi

zəruri hesab edirik ki, milli forma daxilində nitq koloriti mühüm faktorlardan

biridir. Yeri gəlmişkən qeyd edək ki, «kolorit» əsasən rəssamlıqda işlənən termin

olmasına baxmayaraq, o həm də bədii əsərin xarakterik xüsusiyyətlərini əks

etdirməklə, həm də mərhələnin, dövrün, məkanın və s. xarakterik cəhət və cizgiləri

kimi çıxış edə bilir. Eyni zamanda vurğulayaq ki, S.Ojеqovun «Rus dili lüğəti»ndə

«kolorit», həm də tarixi romandakı epoxanın verilməsi kimi nəzərdən keçirilir

(Ожегов С.И. Словарь русского языка. Изд. 17-е, стереотипное. М., Русский

язык, 1985, c.245). «Əcnəbi sözlər lüğəti»ndə «kolorit» həm də hər hansı bir şeyin

(mərhələnin, yerin) xüsusiyyətlərinin cəmi kimi təqdim olunur (Словарь

иностранных слов. 18-е издание. М., Русский язык, 1989, с.243). Ensiklopedik

lüğət» də isə, fikrimizcə, bu terminin daha əhatəli izahı verilir: «Kolorit» sənət

əsərində rəng sistemlərinin uyğunluğu deməkdir. Emosional ifadəliliyin mühüm

vasitələrindən biridir – o isti (daha çox qırmızı, sarı, narıncı tonda) və soyuq (daha

çox mavi, yaşıl, bənövşəyi), aramlı və gərgin, aydın və tutqun ola bilər ki, lokal

rənglərdə və tonun, refleksin, valyorun istifadəsinə əsaslanır (Советский 86

Page 87: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

энциклопедический словарь. М., Сов. Энциклопедия, 1989, с. 610), «Böyük

Sovet Ensiklopediyası»nda isə qeyd olunur ki, «kolorit» estetik-emosional

ifadəliliyin mühüm vasitələrindən, bədii obrazın komponentlərindən biri kimi

xidmət edir. Koloritin xarakteri əsərin məzmunu və ümumi mahiyyəti ilə, zamanla,

üslubla, sənətkarın fərdliliyi ilə bağlıdır» (Большая Советская Энциклопедия.

T.12. M.,1973, c.456). Bu baxımdan nitq koloritini milli, yerli və tarixi koloritə

bölmək olar. Lüğət və ensiklopediyalarda yer almış bu təriflərə biz ona görə üz

tuturuq ki, koloritin nəinki rəsm əsərlərində, həm də bədii əsərlərdə mühüm rol

oynadığını nəzərə çarpdıra bilək. Əlbəttə, əsil sənətkar öz əsərində milli adət, etik

norma, öz xalqının davranışını və nitq manerasını özündən asılı olmayaraq əks

etdirməyə borcludur. Başqa sözlə desək, bu, yaradıcılığın mahiyyətində mütləq

oturmalı olan mühüm detaldır. Yəqin məhz belə xüsusiyyətləri əks etdirdiyinə görə

milliliklə bağlı V.Q.Belinski aşağıdakıları yazırdı: ...bədii əsərdə millilik xidmət

yox, yaradıcılığın mühüm, zəruri məxsusluğu olmaqla şair tərəfindən olan hər

hansı bir cəhdsiz ortaya çıxmalıdır... milli şair olmaq üçün, hər şeydən öncə dahi

insan, öz milli ruhunun nümayəndəsi olmalısan» (Белинский В.Т. Полн. cобр.

cоч. Статьи и рецензии 1841-1844 гг. М., Изд-во АН СССР,1954, с.317).

Deməli, doğrudan da milli sənətkar, hər şeydən öncə, dahi insan olmaqla, həm də

öz milli ruhunun nümayəndəsi olmalıdır. Və Elçinin timsalında biz bu dəyərlərin

nəinki təhlilə cəlb etdiyimiz romanında, həm də onun digər əsərlərində şahidi

oluruq. Və bu, «Baş» romanının danılmaz emosional-estetik keyfiyyəti, müəllifin

ortada dayanan üslub keyfiyyəti kimi nəzərdən keçirilməlidir. Tarixi kolorit

yaratmaqla Elçin müxtəlif tarixi dövrlərə aid olan realiləri diqqət mərkəzinə

çəkməklə, tarixi şəxsiyyətlər haqqında məlumatlar verməklə (bu da ayrıca təhlillər

tələb edən məsələdir) təsvir olunan tarixi dövrün realist mənzərəsini yaratmağa nail

ola bilmişdir. Məsələyə belə geniş və zəkalı kontekstdə baxış, fikrimizcə, digər

mühüm məqamlarla yanaşı, həm də Elçinin mütəfəkkir yazıçı, istedadlı

ədəbiyyatşünas-estet olması ilə əlaqədardır. Milli kolorit həm də Elçinin

qəhrəmanlarının portretinin yaradılmasında bəlkə də birinci dərəcəli rol oynayır.

Personajların zahiri əlamətləri, jestləri və mimikaları, geyimi, yaşadığı mühit və s. 87

Page 88: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

onlar haqqında kifayət qədər məlumatlar verməklə aydın mənzərə yaradır. Müəllif

burada portret yaradarkən onun həm digər personajlar, həm də oxucu tərəfindən

necə görünüb qəbul edilməsinə diqqət yetirir:

«Mahmud bəy Hüseynqulu xanın bacısı oğlu idi və xanın onu öz

övladlarından da çox istəməsi yalnız sarayda yox, bütün xanlıqda heç kim üçün sirr

deyildi. Güzəştə gedə bilən, birbaşalığa, müstəqimliyə yox, dolama yollara meyl

edən, hiylə, hiylə-fəsaddan istifadə etməyi bacaran, vaxtı olanda şeir oxuyan

Hüseynqulu xan yaşı artıq otuzu haqlamış, baxışlarından od yağan bu yaraşıqlı

cavanda, bəlkə də özündə olmayan, ancaq ömrü boyu xiffətini çəkdiyi mərdliyi,

qətiyyəti, dönməzliyi, igidliyi gördüyü üçün, ona məhəbbəti bu dərəcədə idi və

Hüseynqulu xan tam əmin idi ki, bu satqın dünyada öz övladları da daxil olmaqla,

xanlığın əyan əşrəfi arasında ona heç vaxt xəyanət etməyən bir adam vardısa −

əgər vardısa – o da Mahmud idi» (s. 10). Elçin gözümüz önündə əsərdəki iki

aparıcı personajın Hüseynqulu xanın və Mahmud bəyin portretlərinin adekvat

cizgilərini yarada bildiyindən, oxucu onlardan hər ikisinin kimliyi haqqında uyğun

təsəvvürlər əldə edir.

Əlbəttə, əsil bədii sənət əsəri, yuxarıda qeyd etdiyimiz kimi, hər hansı

müəyyən millətin xarakterik xüsusiyyətlərini özündə əks etdirməklə, dil, tarix,

xalqın bütün mədəniyyəti, adət və ənənələri ilə şərtlənən xüsusiyyətləri

daşımalıdır. Hələ rus xalq poeziyasının milli özünəməxsusluq keyfiyyətlərini təhlil

edərkən əvvəlki səhifələrdə müraciət etdiyimiz, V.Q.Belinski milli xüsusiyyətsiz

bədii yaradıcılığın olmasına inanmsızlığını ifadə etməklə qeyd etmişdi ki, «... əsər

bədii cəhətdən nə qədər yüksək olarsa, o qədər də o milliliyi ilə fərqlənər»

(Белинский В.П.Полн. cобр. cоч. В. 13-ти т., т.5. М., Изд-во АН СССР, 1954,с.

317). Bu xüsusiyyətləri Elçin yaradıcılığında (çünki «Baş» romanından başqa bu

göstəriciləri biz müəllifin digər nəsr (hekayə, povest, roman) və dram əsərlərində

(pyes, komediya, vodevil) kifayət qədər müşahidə etmişik.

Elçin «Baş» romanında konkret-tarixi mərhələdə baş vermiş olayları ortaya

qoymaqla öz doğma xalqının estetik idealları mövqeyindən və öz istedadının imkanları

daxilində Azərbaycan cəmiyyətinin (eləcə də gürcülərin) ağrı-acılarını dilə gətirir, 88

Page 89: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

cəmiyyətin mənəvi, sosial, siyasi həyatını, həyatda yaranan problemləri aşkarlayır.

Bunu edərkən müəllif öz xalqının 200 il bundan əvvəl mövcud olan ruhi halına və

psixoloji sarsıntılarına nəzər salır. Dövrün koloritli mənzərəsini yaradır. Bütün bunlara

yazıçı öz fərdi duyum tərzinin köməyi ilə, əsərin təhlili üçün doğru-dürüst tapdığı

priyom və obrazlardan istifadə etməklə nail olur. Buradan görünür ki, milli qiyafə və

forma xalq həyatının müxtəlif tərəflərinin bədii baxımdan yaradılma imkanı və

üsuludur. Böyük rus yazıçısı, vaxtilə Səməd Vurğun fenomeninə yüksək qiymət vermiş

A.Fadeyev sənətdə milli forma məsələsinə toxunarkən qeyd etmişdi ki, biz bu istilahı

işlətdikdə, hər şeydən öncə, doğma dili nəzərdə tuturuq. Eyni zamanda bu, həm də hər

bir xalq üçün yüz illər boyu özündə əks etdirdiyi xalq folklorudur ki, onun özünəməxsus

ruh və nitq düzümünü nəzərdə tutur. Bu, milli klassik ədəbiyyatın ənənələri, xarakterin

təkrarolunmaz milli düşüncə tərzi, psixoloji, emosional xüsusiyyətləridir ki, onların

hamısı birlikdə milli sənətin təkrarolunmaz rəngini və qoxusunu yaradır (Фадеев А.

Собр.соч. В 7-и т, т.5. Cтатьи и речи. М., Худож. лит, 1971, с.256). Türk xalqlarının,

xüsusilə Azərbaycan ədəbiyyatının yaxın dostu, tanınmış ədəbiyyatşünas, prof.

P.Skosırev isə milli özünəməxsusluğa belə bir tərif vermişdir: «Milli spesifika, hər

şeydən öncə, müəllifin özünün milli xarakterində ortaya çıxır... milli forma-bu, hər bir

milli ədəbiyyatın bütün xüsusiyyətləridir ki, onlar tarixidir və az, ya çox sabit

xarakterlidir... bu xüsusiyyətləri biz adətən milli ənənə adlandırırq... Milli formada

aynada əks olunan kimi xalqın bütün keçmişi əksini tapır-onun məişəti, onun tarixi,

onun rəğbət və nifrətləri, ona xas olan assosiasiyalar sistemi əks olunur (Скосырев. П.

Наследство и поиски. М., Сов. писатель, 1961, с 36-41). Biz «milli forma» dedikdə,

yaxud «milli özünəməxsusluq», «milli çalar», «yerli kolorit» işlətdikdə, bu terminlər

altında milli dil, sosial psixologiyanın spesifik xüsusiyyətləri, millətin həyat və məişət

xüsusiyyətləri, onun mədəniyyəti, realiyaları və s. başa düşürük ki, burada hər bir xalqa

xas olan milli spesifika göz önünə gəlir. Və «Baş» romanını oxuduqda sadaladığımız

bütün bu milli keyfiyyətlərin təhlil etdiyimiz əsərin mətnində mühüm yer aldığını

görürük.

Əlbəttə, «Baş» romanını belə yüksək milli keyfiyyətlərlə zənginləşdirdiyindən biz

burada Elçini öyməkdən, tərif etməkdən kənarıq. Lakin eyni zamanda biz bununla həm 89

Page 90: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

də qeyd etmək istəyirik ki, bədiiliyin mühüm komponenti olan milli özünəməxsusluq

romanda qətiyyən zəiflədilməmiş, məişət koloriti müasirləşdirilməmiş,

trafaretləşdirilməmiş, tarixi mərhələnin məişət atributları və keyfiyyətləri

zədələnməmiş, bədiilik üçün mühüm ola biləcək nə varsa, onların hamısı qorunub

saxlanılmış, təsvir edilənlər tarixi xronika və konstatasiyalar şəklində verilməmişdir.

Məhz elə buna görə bu gün də bəzən tarixi roman janrında işləməyə səy göstərən bir

sıra yazıçılar üçün Elçinin «Baş» romanı örnək olaraq xidmət edəcəyi ilə bağlı ümidləri

közərtməkdədir. Elə buna görə də «Baş» tarixi roman janrının ən mühüm

keyfiyyətlərini özündə nümayiş etdirmək baxımından da uğurlu və orijinal əsər hesab və

qəbul edilməlidir.

2. «Baş» romanında türkçülük və azərbaycançılıq

«Baş» romanında ustalıqla yapılmış koloritli obrazlar çoxdur. Və, heç

şübhəsiz ki, onlardan hər biri üzərində dayanıb fərdi, bədii keyfiyyətlərini

səciyyələndirmək olar. Onlardan biri, bəlkə də birincisi əsərdəki Mahmud bəy

obrazıdır. Mahmud bəy bir azərbaycanlı oğlu kimi, elə-obaya bağlı, vətən adını,

şərəfini uca tutmaq istəyənlərin hamısından bütün davranış və fəaliyyəti ilə

fərqlənməkdədir. Bakı xanı Hüseynqulu xanın bacısı oğlu olan Mahmud bəy

xanlıqda böyük nüfuz sahibi kimi tanınırdı. Müəllif əsərin lap ilk səhifələrindən

birində onu yaşı otuzu haqlamış, baxışlarından od yağan yaraşıqlı bir cavan kimi

səciyyələndirməklə xanın ona daha çox bel bağladığını, onun qətiyyətli, mərd, igid

olduğunu söyləməklə əyan-əşrəfi arasında onu heç vaxt xana xəyanət etməyəcək

bir adam kimi görürdü (s.10).

Hüseynqulu xanın Mahmud bəyi məhz belə xarakterizə etməsindən sonra

bütün roman boyu biz Mahmud bəyin belə yenilməz, bütöv məslək daşıyıcısı

olduğunun şahidi oluruq. Mahmud bəy milli hiss, duyğu və düşüncəsi ilə seçilən,

xalq istiqlalının, vətən azadlığının, həmin dövr üçün yeni vətənpərvər tipinin

daşıyıcısı idi və nəzərə alaq ki, bu heç də XX əsrin əvvəllərindən həyata atılan

qəhrəmanlar nəslindən yox, XIX əsrin lap əvvəllərində ortaya çıxmış milli məfkurə

daşıyıcısılarından idi. Bu o dövr idi ki, hələ Mirzə Fətəli Axundzadə dünyaya 90

Page 91: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

gəlməmişdi və onun qəhrəmanlarının dünyaya gəlməsinə yarım əsrdən çox vaxt

qalırdı və milli məfkurə anlayışının özü haqqında təsəvvürlər belə yox idi. Əlibəy

Hüseynzadə, İsmayıl bəy Qaspralı, Yusuf Akçura oğlu, Məmməd Əmin Rəsulzadə,

Mirzə Bala Məmmədzadə, Əhməd Cəfəroğlunun və başqa aydınların və məfkurə

daşıyıcılarının dünyaya gəlməsinə də hələ çox qalırdı. Biz bunu ona görə

söyləyirik ki, Mahmud bəy bir milli təfəkkür daşıyıcısı kimi əsərdə XIX əsrin lap

əvvəllərindəki düşüncənin məhsulu olaraq müəllif tərəfindən həmin epoxanın

mühüm tipi kimi təqdim olunmuşdur. Mahmud bəyin belə xarakteri hələ türkçülük,

azərbaycançılıq ideologiyasından xəbər-ətər olmadığı bir dövrdə yaranır,

formalaşırdı. Dövrün ictimai, siyasi, iqtisadi, mədəni mənzərəsi də kifayət qədər

dumanlı idi. Qərbi Avropadan, Rusiyadan ictimai fikrin burada inkişafına müəyyən

təkanlar olub, «qırmızı qaranlıqlar içində yaşıl işıqlar» az-az görünsə də,

Azərbaycan feodal-sxolastik qanun-qaydalarla idarə olunurdu. İctimai-fəlsəfi fikir

də bu kontekstdə, bu durum içində var-gəl edirdi. Hələ Cənubi Qafqazda ictimai

fikirə yetərincə təsir edə biləcək mətbuat orqanları da yox idi. Zaqafqaziyada ilk

rəsmi mətbuat orqan kimi fəaliyyətə başlayacaq «Tiflisskiye vedomosti» qəzetinin

ilk sayının çıxacağı vaxta da 23 il qalırdı və i.a. və s.. Bütün bunları ona görə

söyləyirik ki, ictimai-mədəni fikrin belə məhdudluğu dövründə Mahmud bəy kimi

ədəbi tipin ortaya çıxması maraqlı və gözlənilməz idi. Həmin dövrdə

Azərbaycanda fanatizm, gerilik, avamlıq, despotizm hökm sürürdü. Bununla belə

köhnəliklə mübarizə əhval-ruhiyyəsi, vətən təəssübü, torpaq qeyrəti, milli mənafe

keşiyində dayanmaq və onu qorumaq istəyi Mahmud bəy kimi nadir ədəbi

qəhrəmanların timsalında ortaya çıxması da çox sevindirici, fəxarətverici idi. Bu da

maraqlıdır ki, Mahmud bəy əsərdə özünün yaşadığı dövrdən az qala 100 il sonra

ortaya çıxacaq ictimai-fəlsəfi fikrin və düşüncənin daşıyıcısı və ilk qaranquşu kimi

ortada dayanır. Sonra 1906-cı ildə Əli bəy Hüseynzadə tərəfindən əsası qoyulmuş

azərbaycançılıq və türkçülük ideologiyasının daşıyıcılığını Mahmud bəy 1806-cı

ildə daşımağa başlamışdı. Romanda oxuyuruq: «Mahmud bəy»millət» dedikdə

yalnız Abşeron camaatını yox, hətta yalnız bütün xanlıqlar da daxil olmaqla

Azərbaycan əhalisini yox, dünyada yaşayan bütün türkləri nəzərdə tuturdu və adlı-91

Page 92: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

sanlı cavan bəyin od kimi püskürən əqidəsi türkçülüyü də hamıya və, təbii ki, Bakı

xanının məşvərət otağında əyləşmiş bu adamlara da yaxşı məlum idi (s.27).

Mahmud bəy sanki tarixin ən qədim dövrlərindən günümüzə qədər

xalqımızın məslək-ideya, əqidə-mənəviyyat, milli-əxlaq axtarışlarını özündə

birləşdirir və onu böyük əzmlə nümayiş etdirirdi. O, özünün və dövrün sosial-

siyasi və fəlsəfi-estetik düşüncə modelinə söykənib ondan bəhrələnəcək millətçilik,

türkçülük ideyasını formalaşdırmaqla bu amala şüurlu şəkildə xidmət etməkdən

qürur duyurdu. O, bununla da yeni əxlaq kamilliyi ortaya qoyur, istismara məruz

qalacaq xalqın taleyi ilə heç cür barışmamaqla mübarizəsini davam etdirməyi,

öləndə kişi kimi ölməyi üstün tuturdu. Onun belə naturasını biz Sisianovun

ölümündən sonra Hüseynqulu xanın məşvərət otağında apardığı müzakirəsində və

Mahmud bəyin üstünə bağırdığı məqamda daha aydın görürük:

« – Bilirəm, sənin işindir bu!.. Sənin əlini-qolunu zəncirləyəcəyəm, səni

qəfəsə salacağam!. Sərdarın meyiti ilə bərabər səni ruslara göndərəcəyəm!» (s.28)

dedikdə Mahmud bəy Hüseynqulu xana:

« – Göndər! Göndər, qoy ruslar dar ağacından assınlar məni! Rusların

ayaqlarının altında olmaqdansa, onların başlarının üstündən dar ağacından asılmaq

yüz dəfə şərəflidir (s.29).

Mahmud bəy belə bir əqidənin daşıyıcısı, sahibi idi. O, millət, xalq,

türkçülük və azərbaycançılıqla bağlı ayrıca təhsil almasa da, gerçəkdə xalqın,

vətənin, millətin nə olması ilə bağlı nəzəriyyələrlə tanış olmasa da, onların siyasi

mənafeyini dərk edib qoruyanlardan idi. O, azadlığın, sərbəstliyin, vətənsevərliyin,

humanizmin nə olduğunu yaxşı biliridi. Sonralar M.F.Axundzadədən, Əli bəy

Hüseynzadədən, Namiq Kamaldan oxuyub öyrənəcəyimiz məslək düşüncəsini və

əxlaq prinsiplərini məhz onda görəcəyik. O, azərbaycançılığa, türkçülüyə,

vətənçiliyə münasibəti ilə sanki türk xalqlarına bütün dünyanın münasibətini

dəyişmək və sübut etmək istəyir ki, türklər ən böyük sayğıya layiq millətdir.

Mahmud bəy bunu da bilirdi ki, «... bütün dünya bizimlə düşməndi!(s.49). Elə

buna görə də Mahmud bəy içindəkiləri Molla Müzəffər Ağaya püskürüb bir az

rahatlıq tapmaq istəyirdi:92

Page 93: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

« – Allah mənə bir qılınc verəydi ki, bir həmləsiylə yer üzündəki bütün

rusları, Avropadakı o firəngləri, ingilisləri, o birilərini, hamısını o qılıncdan

keçirəydim! Elə farsları da! ... Ərəbləri də! ...Həbəşləri də!...» (s.49). Amma

Mahmud bəyin belə iddiada olması, onun heç də türklərdən başqa qeyrilərinə

meydan oxuması, fatehlik eşqinə düşməsi, F.M.Dostoyevskinin «Cinayət və cəza»

romanın baş qəhrəmanı Rodion Raskolnikov kimi Napoleonluq iddiasına düşməsi

deyildi, o, digər yuxarıda sadaladıqlarımızın türklərə münasibətini yaxşı dərk

edirdi. Molla Müzəffər Ağanın da Mahmud bəyə:

« – Sən cəmi – məxluqatı qılıncdan keçirmək istəyirsən ki, dünyada ancaq

türklər qalsın?» (s.49) və «Ancaq türklər bir-biri ilə dostdur? Sən bütün məxluqatı

qılıncdan keçirəndən sonra, türklər daha bir-birini qırmayacaq?» (s.49), – sualını

verməsi də əbəs deyildi. Çünki Molla Müzəffər Ağa Osmanlılarla Azərbaycan

arasında olan ixtilaflardan da xəbərdar idi və Elçin müxtəlif mərhələlərin tarixi

faktlarını yaxşı mənimsədiyindən həmin məsələlərə də «Baş» romanında yetərincə

diqqət ayırmışdır ki, onun bu tərəfini də ayırıca təhlilə çəkməyə ehtiyac

duyulmaqdaır.

Molla Müzəffər Ağa ilə Mahmud bəy arasında bu müstəvidə olan mükalimə

sonra davam etsə də və Ağanın sözlərinə Mahmud bəy cavab vermək istəməsə də,

birincinin bir fikri «türklər daha bir-birini qırmayacaq?» sualı Mahmud bəyin

beynində nəbz kimi vurduqca onun gözlərini sanki duman bürüyürdü. Mahmud

bəyin türkləri bütün digər xalqlardan ucada görməsi onun fərdi keyfiyyətləri ilə

olduqca həmahəng idi. Əsərin məzmununda müəllif Mahmud bəyi bir neçə yerdə

xarakterizə edərək onun kişiyə xas olan üstün keyfiyyətləri üzərində dayanır:

«Yaşı otuzu haqlamaqda olan Mahmud bəy həyatını türkün tarixini

öyrənməyə, bu tarixdən ibrət dərsi almağa və bütün varlığı ilə də o dərs naminə

çalışmağa həsr etmişdi.

Abşeronda böyükdən kiçiyə hamı bu fikirdə idi ki, Hüseynqulu xan igidliyi

və mərdliyi, xeyirdə də, şərdə də özündən sonra xanlıq taxtında oturdacaq, ancaq

Mahmud bəy özü, nəinki gözəl taxt-tac xəyallarına qapılırdı, ümumiyyətlə, heç

vaxt xanlıq taxtı barədə fikirləşmirdi də, çünki onun üçün dünyadakı türklərin ilk 93

Page 94: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

növbədə ədavətləri, bir-biri ilə böyük-kiçik müharibə və savaşları bitib-

tükənməyən Osmanlılar ilə Qacarların birləşib, vahid bir türk dövləti

yaratmaqlarından müqəddəs bir amal yox idi» (s.50).

Bu sətirlər bir daha sübut edir ki, Mahmud bəyin damarında axan qan onu

yalnız bir məqsəd və məram uğrunda yaşamağa sövq edirdi. Və Mahmud bəy üçün

«azərbaycanlı» məfhumu ilə «türk» məfhumu arasında heç bir fərq də yox idi, təki

Osmanlılarla Qacarlar birləşib vahid bir türk dövləti qura bilsinlər.

Mahmud bəy bu amal barədə nə qədər düşünsə də, Molla Müzəffər Ağanın

türklərlə bağlı söylədikləri onu həm əsəbləşdirirdi, həm də türklərin səhvlərini

onun gözləri önünə gətirirdi. Molla Müzəfər Ağa istehza ilə hədəfi düz vura-vura

Mahmud bəyə Çaldıran düzündə hər iki tərəfdən tökülən qan, Osmanlının

Çaldıranda Şah İsmayılı məğlub edərkən Avropaya sahib olma yolunda

zəifləməsindən, elə bunun da nəticəsində Osmanlıların öz qoşunlarını Avropanın

göbəyindən çəkməsindən, Avropanın türkün əlindən çıxmasından, rusların Krıma

yiyələnməsindən, Toxtamışın Moskvanı alıb yandırmasından, rusları qırıb yer

üzündən silmək əvəzinə öz türkü Əmir Teymurla müharibə etməsindən danışdıqca

və tarixin çoxsaylı qara səhifələrini vərəqlədikcə, Mahmud bəy yenə də belə bir

fikirdə bulunurdu ki, bu məğlubiyyətlərin, bu didişmələrin hamısının səbəbi

onların bir-birindən ayrı düşməsi, bir-birilə yadlaşması, bir-birinə qarşı

düşmənçilik etməsindədir. Elə buna görə də Mahmud bəy bir neçə dostu ilə

İstanbula gedib bütün türkləri birliyə çağırıb, Osmanlı dövlətinin bu birliyin

başında durub Azərbaycanı ruslardan xilas etməsini umurdu. Sultan Səlim isə

tamamilə bu fikirdən kənar idi. Çünki Sultanın anası avropalı kafir qızıydı (Sultan

III Səlimin anası Validə Sultan Mehrişah Genuya Respublikasından olmaqla, əsil

adı da Aqnes idi). O, onu da fikirləşirdi ki, Türk gərək təmiz türk olsun, təmiz

olmayan türk türkə xidmət edə bilməz» (s.51).

Mahmud bəy özünü, bütün varlığını türklərin birləşməsi, istiqlaliyyəti,

azadlığı və milli qurtuluşu yolunda qurban verməyə hazır olmaqla türk dünyasının

mücahidi kimi ortada dururdu. Onun türkçülüyü quru yerdə yaranmırdı. O, bütün

tarixi dönəmləri bilməsə də, türklərin ümumi gəldiyi yoldan xəbərdar idi və onun 94

Page 95: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

amalı-istəyi türklərin birliyi uğrunda mübarizəyə tuşlanmışdı. Elə buna görə də

onun türkçülük şüuru, həm də milli şüurun formalaşmasına təsir edə biləcək

baxımından diqqətəlayiqdir. Mahmud bəy Avropa mühitində yetişməsə də, onun

təfəkkürü süst, ətalətdə olan Şərq və şərqli təfəkküründən daha iti, daha işıqlı idi.

Bizə belə gəlir ki, «millət» və «milliyyət» fikri Avropada, Türkiyədə,

Azərbaycanda, Krımda yaşayanlardan hansına daha öncə nüfuz etməsindən asılı

olmayaraq, Mahmud bəy də onun erkən baş qaldırdığını görürük. Mahmud bəydə

türkçülük heç də türklərin hansısa bir hissəsinə rəğbət də deyildi. Bu düşüncə onda

bir tamlıq, bütövlük təşkil edirdi. O, türkçü olmaqla öz varlığını mühafizə etmək

yox, bütün türkləri qorumaq istəyirdi. Sonralar təxminən Mahmud bəyin mübarizə

apardığı dövrdən 50 il keçdikdə görəcəyik ki, türkçülük həm tarixi, həm nəzəri,

həm də praktik aspektlərdə ardıcıl və səmərəli mədəni bir hərəkat kimi

Azərbaycanda, Türkiyədə, Krımda, Tatarıstanda boy göstərməyə başladı və

dinamik bir yön götürdü. Çünki söylədiyimiz dövrdə Rusiya müstəmləkəçiliyinin

ağır təzyiqləri türklərin arasında türkçülüyün inkişafına daha əlverişli şərait

yaradırdı. Sonralar türk xalqlarının milli şüurunun inkişaf məfkurəsi kimi meydana

çıxan türkçülük türklərin milli fikir taixində böyük bir mərhələ təşkil etdi ki, onun

da ön sıralarında Y.Akçuraoğlu, H.S. Ayvazov, Ə.Hüseynzadə, Ə.Ağaoğlu kimi

böyük şəxsiyyətlər yer almışdı.

Əlibəy Hüseynzadənin «Türklər kimdir və kimlərdən ibarətdir»? adlı

fundamental tarixi-nəzəri tədqiqatında oxuyuruq: «...türkçülük tarixdə ilk dəfə XIX

əsrin sonlarında Türkiyədə türk-yunan, türk-makedoniya müharibələri dövründə

Rusiyanın panslavizm siyasətinə qarşı mübarizədə meydana çıxmışdır. Lakin bu

ideologiya orada yayıla bilməmişdir. Çünki II Sultan Əbdülhəmid türkçülüyə

Osmanlı imperiyası daxilində türklərlə türk olmayan xalqlar arasına təfriqə salan

bir ideologiya kimi baxırdı (Əli bəy Hüseynzadə. Türklər kimdir və kimlərdən

ibarətdir? Bakı, «Mürtəcim», 1997, s.26). Lakin II Sultan Əbdülhəmid bu

cərəyanın inkişafının qarşısını ala bilmədi və türkçülük duyğuları, türkçülük

meyilləri nəinki siyasəti, ictimai fikri, mədəniyyəti, həm də ədəbiyyatı, dilçiliyi öz

havasına qovuşdurdu. O zamanlar XIX əsrin lap başlanğıcındakı türkçülük 95

Page 96: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

işartıları, Mahmud bəyin düşüncəsində görünən türkçülük məfkurəsi sonralar

qarşısıalınmaz və dönməz bir hərəkata çevrildi. Mahmud bəy Sisianovun Başını

torbada Abbas Mirzəyə göstərərkən Abbas Mirzənin ona məhəl qoymadığını

gördükdə mühafizəçiləri özündən aralaya-aralaya: « –Mən də türkəm, siz də

türksünüz, əlahəzrət! – qışqırdı, – siz məni dinləməlisiz! Dinləyin məni! Biz bir-

birimizə əl tutmalıyıq! Biz hamımız Osmanlı padşahlığı ilə birləşib, böyük bir türk

dövləti yaratmalıyıq! Dünyadakı bütün türklər birləşməlidir, yoxsa Osmanlının da,

sizin də axırınız pis olacaq! Biz hamımız məhv olacağıq! Bizim özümüzdən başqa

kimsəmiz yoxdur! Siz təkbaşına rus ordusu ilə bacara bilməyəcəksiniz», (s.129) –

demişdi. Mahmud bəy öz ideoloji-ictimai konsepsiyasına söykənməklə türklərin

qələbə çalacağına inanırdı. O, inanırdı ki, rusların, avropalıların ideologiyalarının

qurbanına çevrilməmək, milli əsarətə qarşı mübarizə aparmaq üçün türklərin siyasi

və mənəvi azadlığını əldə etmək zəruridir. Əlbəttə, o zaman Mahmud bəy də

Əlibəy Hüseynzadə də, İsmayıl bəy Qaspralı da, Yusuf Akçuraoğlunda olduğu

kimi türkçülüyün mükəmməl siyasi proqramı və nəzəri əsasları yox idi. Lakin

bununla belə Mahmud bəyi türkçülük ideologiyasının əsasını qoyanlardan hesab

etməkdə, zənnimizcə, haqlıyıq. Mahmud bəyin ideoloji düşüncəsinin əsasında

azərbaycançılıq və türkçülüyün dayanması birmənalıdır. Bu ideoloji kredoya,

əsərdən göründüyü kimi, Mahmud bəy, hətta Sibirdə sürgündə olduğu dövrdə də

sadiq qalmışdır.

«Başı açıq, pırpızaqlı uzun saçları saqqalına qarışmış, qaşları, kirpikləri buz

bağlamış o dustaqlardan biri bir anlıq ayaq saxladı və başını göyə qaldırıb canavar

ulamasına oxşayan bir səslə: « – Mən Atillayam!.. qışqırdı və onun qışqırığının

görünən o məkandakı əks-sədası çovğunun vıyıltısına qarışdı.

... Çovğun bürümüş o Sibir çöllərində ayağı zəncirli Mahmud bəy yenə bir

anlıq ayaq saxlayıb , üzünü göyə qaldırdı və yenə də canavar ulamasına oxşayan

həmin səslə : «– Mən Allahın qəzəbiyəm!...» (Atillanı Avropada Allahın qəzəbi

adlandırırdılar) – qışqırdı və o qışqırığın görünən o məkandakı əks-sədası yenə

qarlı Sibir çöllərindəki o çovğun vıyıltısına qarışdı» (s.169).

96

Page 97: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Mahmud bəy Rusiyanın maraqlarını qorumağa çalışan Dilmanc Şərif bəyin

mövqeyini, Bakı xanlığında məşvərətdə çıxışı zamanı diqqətlə izləmişdi və Şərif

bəy rusların idelogiyasını, siyasətini izah edərkən qızışa-qızışa danışıb rusların

maarifini, mədəniyyətini, elmini, ədəbiyyatını təqdir edib, Bakı xanlığının başqa

çarəsi qalmayıb Sisianova tabe etdirilməsinin alternativi olmadığını qəti şəkildə

bildirərkən Mahmud bəy yerindən onun nitqini kəsərək:

« – Kaş sən o Peterburqdan qayıtmayaydın, Şərif Bəy, biz də fəxr edəydik

ki, orada ruslara nökərçilik edən bir həmşərimiz var!» – demişdi (s.12).

Romanda Mahmud bəyin tutduğu mövqe ilə ətraflı tanış olduqda biz onun

sonralar Azərbaycanda (eləcə də Türkiyədə) yeni məvkurənin yaradılacağına təkan

verdiyini sezəcəyik. Əlbəttə, onda türkçülük ideologiyasının nəzəri prinsipləri

(«türkləşmək, islamlaşmaq, avropalaşmaq» şəklində) bütövlüyü ilə təzahür etməsə

də, belə düşüncənin işartıları həmin dövr üçün kifayət qədər maraqlı hal idi.

Mahmud bəy düşünürdü ki, köhnə stereotiplər, feodal-sxolastik adət-ənənələri və

münasibətləri, tayfa və qövmlərarası çaxnaşma və mübarizələr, türklərin bir-birini

qırıb məhv etmək istəyində bulunması, yaxud siyasəti ilə bundan sonra yaşamaq

olmaz. İrəliyə getmək, bütün türklərin bir-birinə sevgisini oyatmaq gərəklidir. Eyni

zamanda belə düşüncə, heç şübhəsiz ki, davamlı mübarizəyə hazır olmanı tələb

edirdi. Və eyni zamanda Molla Müzəffər Ağa, Abbas Mirzə, Dilmanc Şərif bəy və

başqalarının timsalında, onların türkçülüyə, vətənçiliyə münasibətində hələ ciddi

problemlərin qaldığı görünürdü. Mahmud bəy Əli bəy Hüseynzadə kimi türklərin

qədim tarixi dönəmlərini yüksək səviyyədə tarixi və nəzəri aspektdə təhlil

etməmişdi və bilmirdi ki, türklərin tarix səhnəsinə çıxmaları hələ miladdan çox-

çox öncəyə təsadüf edirdi. Bununla belə türkçülüyə belə önəm verib ona hörmətlə

yanaşma sanki onun təhtəlşüurundan gələn bir şey idi. Bəlkə elə buna görə də

Mahmud bəyi (romana söykənərək) biz gələcəkdə başlayacaq türkçülük

hərəkatının öndəri hesab etməkdə haqlı görünərik. Mahmud bəyin türkçülük

portretini biz, əlbəttə, «Baş» romanının materiallarına istinad etməklə ortaya

qoyduq. Mahmud bəy obrazı Elçinin bir müəllif kimi öz arzu-istəklərinin tələbi

olaraq ortaya çıxsa da, hər halda romanda təsvir olunan dövrün mənzərəsini 97

Page 98: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

yaratmaq baxımından inandırıcı və koloritli obraz-fərd kimi diqqəti cəlb

etməkdədir. Bu obraz Elçinin orijinal milli məfkurəli obraz yaradıcısı olduğunu

təsdiqləməkdədir.

V Fəsil. «Baş» romanında sənətkarlıq məsələləri

1. «Baş» özünəməxsus roman tipi kimi

Müasir sosial-ictimai, mədəni-ədəbi epoxa həm də yeni roman formalarının

və tiplərinin yaranması ilə diqqəti cəlb edir. Çünki XX əsrin 80-ci illərindən üzü

bəri yaranmış yenilikçi romanlarda (məsələn, Qabriel Qarsia Markesin, Milorad

Paviçin, Umberto Ekonun, Orxan Pamukun və digərlərinin əsərlərinə nəzər

saldıqda) janrın xeyli hallarda özünəməxsus şəkildə «sürüşmə»sini müşahidə

edirik. Burada nəinki süjetlərin xüsusi görümdə mənimsənilməsi, milli ədəbi

düşüncələrdə yer almış özünəxaslığın aradan götürülməsi, həm də zaman - məkan

xətlərindəki fraqmentarlığı, romanda baş verəcək hadisələrin təkrarlanması (buraya

Elçinin «Baş»ında bütün roman boyu ümumi mətnə fərqli şriftlərlə daxil etdiyi

mahiyyətdə oturan, həm də ondan kənarda müstəqim şəkildə yer alan hissələri

daxil etmək olar) daha yaxşı sübut etməkdədir. Romanın quruluşunun,

məzmununun, onda gedən hadisələrin ənənəvi və yenilikçi kanonlardan çıxması

(daha doğrusu, dekanonizasiyası), ənənəvi dəyər orijentirlərinin dağıdılması XX

əsrin əvvələrindən baş versə də, bu proses bizim dövrdə daha ardıcıl «dağıdıcı»

xarakter almaqdadır. Və belə vəziyyət, ictimai – fəlsəfi – estetik yanaşmanın

mühüm, qaçılmaz atributu kimi qəbul edilməlidir. Bu gün tanınmış nəzəriyyəçilər

müasir romanın ideoloji, yaxud fəlsəfi aspektdə qəbul edilməsinə daha çox nəzər

yetirirlər. M.Fuko, U.Eko, L.Qoldman, T.İqolton, J.Derrida, J.Liotard,

F.Ceymison, M.Baxtin, A.Beletski, A.Çiçerin, A.Dolqenko, A.Marçenko,

Y.Abdullayev, N.Anikeyeva, M.Repenkova, L.Skoropanova, O.Sisoyeva və

başqaları roman janrının yenilənməsinə və formanın evolyusiyasına (təkamülünə)

müxtəlif rakurslardan yanaşmaqda haqlıdırlar. Çünki onlar çağdaş dövrdə roman

98

Page 99: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

janrının əsasında oturanları, onun forma və mahiyyətindəki sürüşmələri daha yaxşı

görməkdə və dərindən təhlil etməkdədirlər. Bəzilərinə görə belə olduğu təqdirdə

həmin əsərlərin roman adlandırılmasının özünü hətta şərti olaraq qəbul etmə doğru

deyildir. Lakin məsələyə müxtəsər şəkildə cavab vermək də heç də asan olmur.

Ona görə ki, roman janrının özü müasir dövrə çatana kimi nə qədər ziqzaqlı yol

keçmişsə, o qədər də eyni sürətlə janr daxilində dağılmalar getmiş və getməkdədir.

Bu gün bəzi romanlar fəlsəfi baxımdan yetkin olmasa da, ideoloji xəttə xidmət

etmək istəyindən kənarda deyillər. Bununla belə düşünürük ki, fəlsəfi aspekt hər

bir keyfiyyətli bədii əsərin mahiyyətini təşkil etməli, etnosun, xalqın, millətin,

dövlətin maraqlarına xidmət göstərməlidir. Bu baxımdan Elçinin «Baş» romanı

müasir Azərbaycan romanının fəlsəfəsini, daha doğru ifadə etmiş olsaq tarixi –

sosioloji məsələləri özündə daha çox əks etdirməkdədir. «Baş» özünəməxsus yeni

roman tipidir. Çünki bu romanın həm tarixi, həm də çağdaş fəlsəfi aspektlə daha

sıx genetik əlaqələri görünməkdədir.

Hələ vaxtı ilə böyük alman filosofu və esteti F.Şlegel yazırdı ki, romanlar

bizim dövrün Sokrat dialoqudur. Və bu da, onun fikrincə, sərbəst formadakı həyat

müdrikliyinin məktəb müdirikliyindən xilas olaraq özünə yuva tapması deməkdir

(Шлегель Ф. Критические заметки // Шлегель Ф. Эстетика, Философия.

Критика. В 2-х т., т.1. М., «Искусство», 1983, с. 281). Bax elə buna görə də hər

hansı bir janr və kompozisiya forması ilə məhdudlaşmayan «sərbəst forma»

romana müxtəlif mühakimələr səviyyəsində yanaşmada ona fəlsəfi «müdriklik»

statusunu qazandırmışdır. Roman janrının istedadlı tədqiqatçısı Yevgeni

Abdullayev müasir roman fəlsəfəsi ilə bağlı fikirlərini ortaya qoyarkən o, romanın

üç tipi haqqında danışır və onu maarifçi roman, tədqiqat roman və inikasetdirici

romana bölür (Абдуллаев Е. Свободная форма. «Букеровские» заметки о

философии современного романа. Журн. «Вопр. литературы». Сентябрь-

Октябрь, 2015, с.32-50). Dünya, Avropa, rus, türk və Azərbaycan

ədəbiyyatlarında bu tipli romanlara rast gəlinsə də, biz onların differensiasiyası

üzərində dayanmaq istəmirik və fikrimizi Elçinin «Baş» romanının hansı tipə

uyğunluğu üzərində cəmləşdirməyə üstünlük verməyi qərarlaşdırmışıq. Bununla 99

Page 100: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

belə, Y.Abdullayevin məqaləsində başlığa çıxardığı «Свободная форма»

(«Sərbəst forma») Elçinin adını çəkdiyimiz romanının formasına uyğun

olduğundan biz ona müraciət etməklə, fikrimizlə səsləşən məqamları ortaya

qoymağa meyilliyik. Bəri başdan deyək ki, «Baş» romanı birinci tipə aid olan

maarifçi roman möhürünü daşımaqdan kənardır. Bu əsər müasir roman janrının

qanunlarına söykənilərək yazılmaqla həm «roman-tədqiqat», həm də

«inikasetdirici roman» kimi dəyərləndirilə bilər. Elçinin romanı ona görə roman-

tədqiqat kimi nəzərdən keçirilə bilər ki, birinci, burada Azərbaycan üçün yetərincə

ziddiyyətli dövrün tarixi-nəzəri panoramı yaradılır. Fəlsəfi, tarixi, siyasi, hərbi

məsələlərlə, etnos, xalq taleyi ilə yanaşı, həm də təhkiyənin mahiyyətində insan

qəlbində gedənlərin tədqiqi, onun hiss və həyəcanları verilir. Çünki «Baş» özündə

yüksək sənətin ən mühüm xüsusiyyətlərini – nəinki zahiri həyatı, həm də daxili

dünyanı əks etdirməkdədir. Bu romanda zahirdə görünənlərdən daha çox alt qatda,

mahiyyətdə oturanlar, oradan boylananlar önəmlidir. Elçin də həmin o mahiyyətə

işıq tutmağa çalışan sənətkarlardandır. «Baş»ın inikasetdirici roman olmasını heç

də onun fəlsəfi yönlərlə zəif əlaqədə olduğu ilə bağlamaq düzgün olmaz və eyni

zamanda burada Elçinin pozitivist meyillərə yuvarlanmasını da qeyd etmək doğru

olmazdı. Burada, yuxarıda qeyd etdiyimiz kimi, insanın daxili «mən»inə zond

salınması, həm də kifayət qədər spesifikliyi ilə seçilməkdədir. Müəllif cəmiyyətdə

ədəbiyyatın və metafizikanın təsirinə qarşı mübarizə də aparmır. Bununla belə

digər xüsusiyyətləri ilə yanaşı, roman həm də qəhrəmanların davranışına fakt və

hadisələri fiksasiya etməklə birmənalı dəyər verməkdən də kənardır. Romanda

müəllif personajlar tərəfindən hadisələrin qavrayışını, bəzən hadisələr sferasının

empirik qəbulunu və dərkini göstərməkdədir.

Elçinin «Baş» romanı müasirliyi ilə yanaşı, praqmatizm fəlsəfəsi ilə

poztivist paradiqma müstəvisindədir. Praqmatizm fəlsəfəsinin müasir romanda yeri

kifayət qədər görünməkdədir. Çünki burada hərəkət daim fikri üstələməkdə,

həqiqətin relyativasiyasında, hər hansı estetik təcrübənin etiraf edilməsindədir.

İnikasetdirici-roman oxucu kütləsinin siyasi və sosial proseslərdən

kənarlaşma və bu təsirin ədəbi rolunun itirilməsi alətindən biri olsa da, Elçində bu 100

Page 101: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

məsələ tamamilə fərqli müstəvidədir. Çünki «Baş»da xarakterlər psixoloji

baxımdan istənilən qədər parlaqdır. Onların yapılmasında müəllif heç də təsvir

zamanı qəhrəmanların fikir və hislərinə birmənalı qiymət verməkdən qaçmır,

onların daxili aləminə, məişətinə, ictimai sferada təsvirinə, həm spontan, həm də

ölçülüb-biçilmiş hərəkətinə, duyğularına müvafiq yer ayırır.

Elçinin romanı, hər şeydən əvvəl, öz tarixiliyi ilə seçilməkdədir. Bununla

belə «Baş» həm də eyni zamanda ənənəvi tarixi romanda yer alan ideyalardan

fərqli olaraq ierarxiyanı özünəməxsus şəkildə pozur. «Baş»da baş qəhrəman baş

rolu oynadığı kimi, onun ətrafındakıların hərəkəti və davranışları, hadisələr və s.

həm də ondan qopmaqla, onunla bərabər gedir. Romanda iştirak edənlərin hamısı –

Hüseynqulu xan, Mahmud bəy, Lal Qafaroğlu, Elizbar Eristov, kapitan Suxaryov,

Markiza Natalya de Lafonjen, Abbas Mirzə, Fətəli şah, Molla Müzəfər Ağa, Hacı

Muxtar, Ağabəyim Ağa və qeyriləri istər Sisianov sağ olarkən, istərsə də onun Başı

torbada Tehrana Fətəli şaha göndərilərkən onunla bu və ya digər şəkildə

əlaqədədir. Bununla belə qəhrəman həm də sanki boşluq içində zaman və

məkandan kənarda, metazaman və metaməkandakı bir boşluqdadır. Elçin

qəhrəmanı boşluqda göstərməklə inikasetdirici-romanın xarakterik əlamətlərini və

«simptomları»nı ortaya qoymuşdur. Məsələn, Sisianov roman daxilində bizi sona

qədər müşayiət edərkən onun fikirləri əsərdə kifayət qədər ziddiyyətlidir. Onları

ümumi mətn daxilində birmənalı interpretasiya etmək də mümkün deyildir. Və

müəllif bunun üçün romanda konkret resept də təklif etmir. Bu da romanı tarixliyi

ilə bərabər, həm də fəlsəfi, psixoloji müstəvidə də nəzərdən keçirməyə əsas verir.

Lakin «Baş» romanının bu müstəvidə tipolojiləşdirilməsi də sxematik olmaqla,

fərdi yozumludur. Bununla belə əsərdə fəlsəfi başlanğıcın dominanta kimi ortada

durması şübhəsizdir. Fəlsəfi baxışın özü də burada heç də ədəbi baxış kimi bazis

deyildir. Buna görə də burada müəllifin təsvir olunanlara fəlsəfi münasibəti mətnin

bəzi yerlərində güclüdürsə, bəzi məqamlarında nisbətən zəifdir. Və bu bilərəkdən

belə edilməklə müəllifin fərdi yanaşması ilə bağlıdır. Bu gün dünya mobilləşdikcə

və qloballaşdıqca müasir postrealist roman klassik romanla müqayisədə daha az

fəlsəfidir və bu, ilk növbədə müəyyən mənada fəlsəfi biliklərin prestijinin aşağı 101

Page 102: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

düşməsi ilə izah olunmalıdır. Lakin bütün bunlara baxmayaraq, «Baş» romanının

fəlsəfə ilə genetik əlaqəsi qorunub saxlanılmaqdadır.

Lakin eyni zamanda bunu da söyləmək olar ki, roman konkret zamanda

əlaqələr müstəvisindədir və romanın fəlsəfə ilə əlaqəsi də heç də bütün hallarda

genetik deyildir. Onların hər ikisi (roman və fəlsəfə) üçün ümumi bir məqam -

zamanın reprezentasiyası mövcuddur. Çünki zamanın yeni qavrayışı öz

fiksasiyasını elə roman daxilində tapır. Belə olduğu halda roman iri hadisələri –

müharibələri, siyasi prosesləri, işğalları əks etdirən, sosial dəyişiklikləri ortaya

çıxaran tarixi zamanla zənginləşir. Bu zaman xətti olmaqla, həm də dönməzdir.

Burada həm hadisələrin gedişi var ki, bu tarixi gediş günü, həftəni, ayı, ili və bütün

həyatın gedişatını göstərir. Belə zaman sırası Elçin tərəfindən əlavə roman kimi

göstərilməklə, həm də digər zaman sıraları ilə əlaqələrdə olmaqla energik zaman

sıraları və hadisələr üçün konstatasiya olunan fon kimi xidmət edir. Elçinin «Baş»

romanında siklik zaman tarixin və keçmişin indiki zaman üzərində daha böyük

əhəmiyyətə malik olduğunu göstərir. Bu baxımdan Elçinin «Baş» romanı üçün

inkasetdirici-roman kimi fərdi xüsusi zamanın əks olunmasını söyləməliyik. Hələ

vaxtı ilə M.Baxtin romanın nə olduğuna tərif verərkən onu «təşəkküldə olan

yeganə və hələ də hazır olmayan janr» adlandırarkən (Бахтин М.М.

Формывремениихронотопавромане // БахтинМ.М. Литературно –

критическиестатьи. М., «Худож. Лит.», 1986, с.392) fikrimizcə, yanılmamışdı.

Belə tərifi Elçinin «Baş» romanına da aid etmək olar. «Baş» real fakt və hadisələri

özündə əks etdirən sənədlərlə bərabər fərdi duyum və interpretasiyaya

söykənməkdədir. Romanın belə quruluşu bu gün təklif olunmuş şəkildə olsa da,

hələ də adət olunmamış formadır.

«Baş» romanının sosio-ədəbi konteksti də fərqlidir. Bütün sadaladığımız

keyfiyyətlərinə görə həm də «Baş» inikasetdirici – roman olmaqla özündə ənənəvi

«romandan kənar mətn materialını özünəməxsus etməklə fərqlənir». Belə olduğu

halda onun roman başlanğıcını qeyri – romandan fərqləndirmək də zəruridir. Buna

görə də Elçinin «Baş» romanı o dərəcədə inikasetdirici - romandır ki, nə dərəcədə

o bizim roman haqqında təsəvvürlərimizi dəyişə bilir. Həm də eyni zamanda 102

Page 103: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Elçinin «Baş» romanı bu gün də yuxarıda qeyd etdiyimiz sərbəst formanı ustalıqla

yaradıb özündə əks etdirməkdədir.

Bütün bunlar göstərir ki, hələ də tədqiqatçılar tərəfindən təklif edilmiş

təsnifat sistemləri yetərincə olmadığından və aydın kriteriyalar işlənmədiyindən

romanın növlərinin mövcud tiploji sistemini təklif etmək də mümkün deyildir.

S.Şərifova bu baxımından haqlı olaraq kriteriya kimi baş qəhrəmanın obrazının

quruluşunda və problematikasında, «daxili formada», «əlavə tabe edilmiş»

məzmunda-mədəni-tarixi ənənələrdə, roman formalarının birbaşa və şərti

istifadəsində və s. müxtəlifliklərdən istifadəni məqbul hesab etmişdir» (Шарифова

С. Жанровоесмешениевромане: коммуникативно-социокочнитивныйподход.

М., «Московский Парнас», 2011, с.114). «Baş» romanının «daxili formasında»

və «əlavə tabe edilmiş» məzmununda biz belə məqamları yetərincə müşahidə

edirik. «Baş» romanını M.Baxtin nəzəriyyəsinə əsaslansaq, qəhrəmanı sınaq

romanı kimi də nəzərdən keçirə bilərik. Yuxarıda qeyd etdiyimiz ümumi təsnifatda

romanların üç qrupa bölündüyünü nəzərə alsaq, Elçinin «Baş» romanında bu üç iri

qrupun bu və ya digər şəkildə əksini görə bilərik. Burada sosial – ictimai, hərbi

problematika ilə yanaşı, qəhrəmanların şüurundakı mürəkkəb vəziyyət,

psixologizmlərin xeyli dərəcədə güclənməsi özünü əks etdirir. Və bu cəhət

qəhrəmanların daxili aləminin özü-özünə açılması üçün vasitə kimi xidmət edir

(Yadımıza Hüseynqulu xanın vəziyyətini, Natalya de Lafonjenin knyaz Sisianova

məktubundakıları, Knyaz P.D.Sisianovun Qraf N.İ.Timofeyev – Boqoyavlenskiyə

məktubundakıları salmaq kifayətdir).

Elçinin «Baş» romanı bədii bir əsər kimi cəmiyyətdəki durumu izah edən,

bədii söz və cəmiyyət münasibətlərini aşkarlayan nümunədir. (Çünki «Baş» tarixi

zamana həsr olunmuş əsər kimi nəzərdən keçirlsə də, onun çağdaş dövrümüzlə

bağlılığı da şübhəsizdir). «Baş»da Azərbaycanla yanaşı, Gürcüstanda, Rusiyada,

Osmanlıda, İranda, hətta Qərbi Avropada gedən proseslər işıqlandırılsa da, əsərin

mahiyyəti Azərbaycanda olan siyasi quruluş, proseslər, zaman və s. kimi amillər və

konkret şərait nəzərə alınmaqla izah edilə bilər. Çünki «Baş», hər şeydən öncə,

həm də Azərbaycan cəmiyyətinin düşüncəsinin ifadəçi rolunu oynamaqla onun 103

Page 104: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

mədəni-ədəbi düşüncəsini təşkil edən cəmiyyətlə və ənənələrlə qırılmaz şəkildə

bağlılığını əks etdirir (Aksoy E.Roman Tarihine Çoldmannꞌı Bir Yaklaşım.

Edebiyat və Toplum Sempozyumu. Qaziantep. 4-5 Haziran, 1999, s. 80). Bundan

başqa «Baş» mövcud cəmiyyətə iki əsr bundan əvvəl mövcud olmuş faktların

mənasını anladır, onların səbəbini aydınlaşdırmağa can atır. Ədəbiyyata bu

kontekstdə sosioloji baxımından müraciət etdikdə onun üç tərkib hissəsində –

müəllif-əsər-oxucu üçbucağının necə göründüyünü qeyd etməyə ehtiyac vardır. Bu

üçbucaq formatının ortaya atılması ədəbiyyatşünaslıqda heç də yeni məsələ

deyildir. Çünki hələ XX əsrin 70-ci illərindən bu barədə daha sıx-sıx bəhs

edilməkdədir. Lakin burada bir mühüm məsələni də vurğulamağa ehtiyac var ki, bu

üçbucağa nəzər saldıqda ən mühüm görünən mənzərə ondan ibarət olur ki, «Baş»

romanı hələ jurnal variantında işıq üzü gördüyü andan oxucuların «aclığına»

yetərincə səbəb olan bir nümunəyə çevrildi və olduqca sürətlə oxundu. Roman

haqqında (hələ kitab nəşr olunmazdan öncə, onun «Azərbaycan» ədəbi-bədii

jurnalına əlavəsi şəklində) ictimai yerlərdə, yığıncaqlarda, Akademiya

institutlarının və Universitetlərin dəhlizlərində və s.) fikirlər səsləndirildi,

müzakirələr aparıldı. Ədəbi tənqid indiyə qədər «Baş» romanına bildirdiyi kimi

«isti izlər»lə heç bir əsərə belə münasibət ortaya qoymamışdır. Fikirlər çalın-

çarpaz, bəzən bir-birini tamamlayan, bəzən təkzib edən olsa da, müəlliflər bir

fikirdə həmrəylik nümayiş etdirdilər ki, «Baş» romanı çağdaş nəsrimizin başında

qərar tutmaqdadır. Deməli, istedadlı əsər cəmiyyətin tələblərinə yetərincə cavab

verdikdə, hansı dövrdə qələmə alınmasından asılı olmayaraq, öz ünvançılarını tapa

bilir. Bu, fikrimizcə onunla bağlıdır ki, Elçin yaşadığı cəmiyyətin ağrılarını içində

daxilən yaşatdığından ona bütün varlığı ilə bağlı olduğunu sübut edir. Deməli,

Elçin bir sənətkar kimi təsvir etdiyi dövrün nəinki siyasi, ictimai, hərbi, həm də

mədəni, mənəvi münasibətlərini aşkarlayan mənzərə yaradır.

«Hüseynqulu xan açıq-aşkar bir rişxəndlə – əlacsız bir rişxəndlə Mahmud

bəyə baxdı:

– Pah!.. Bunun on dörd nəfər atlısı var!.. Gedib sərdar Sisianovun az qala on

minlik qoşununu darmadağın edəcək! Gəmilərini batıracaq, topların da hamısını 104

Page 105: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

dənizə tökəcək! Əhsən! Mübarək olsun! Bəlkə gedib Peterburqu da alasan?!

Aleksandr padşahı da əsir götürəsən, qaraçı ayısı kimi qəfəsə salıb camaata

göstərərik, hə?! (s. 10). Bu sətirlərdə Elçin tərəfindən Bakı xanlığının potensial

imkanlarının həmin dövrdə nə qədər zəif olduğu qabardılır və həmin cəmiyyətin

hərbi, iqtisadi imkanları haqqında yetkin mənzərə yaradılır. Elçin xalq təəssübü

çəkən, onun problemləri ilə nəfəs alan parlaq zəkalı şəxsiyyət olduğundan

Azərbaycanın təsvir edilən dövrünə laqeyd qalan təfəkkür daşıyıcısı deyil, o,

nəinki hazırda yaşadığı cəmiyyətin, həm də təsvir etdiyi dövrdəki cəmiyyətin

təəssübkeşi kimi çıxış edir. Türkiyəli müəllif İbrahim Armağan haqlı olaraq

vurğulayır ki, «... bədii yaradıcılıqla sənətkarın mənsub olduğu ictimai mühit

arasında dinamik bir bağlılıq mövcuddur» (Armağan İ. Sanat Toplumbilimi,

Demokrasi Kültürüne Giriş./.baskı. İzmir, İleri Kitab evi, 1992,s. 3). Elçinin «Baş»

romanını ona görə sosiologiya problemlərini çevrələyən əsər adlandırırıq ki,

yaşadığı, baxış və qənaətlərini əks etdiridiyi cəmiyyətlə müəllif münasibətləri

əsərin nə dərəcədə yanğı ilə yazılmasını sübut edir. Elçin «Baş»da təsvir etdiyi

cəmiyyətin sosial şəraitini, siyasi və ictimai, mədəni-kulturoloji münasibətlərini,

ictimai gerçəklikdəki əsas əlamətləri öz təsvirləri ilə ortaya qoymağa səy göstərir.

Bizə belə gəlir ki, Elçin sosiologiyanı bilmədən, təsvir etdiyi mərhələnin

xüsusiyyətlərini mənimsəmədən bədii əsərin, yaxud sənətin ictimai funksiyalarını

dərk etməkdə də və onu oxucuya çatdırmaqda da çətinlik çəkərdi. Çünki «Baş»da

anladılan ictimai-siyasi dövr, hərbi çəkişmələr, iri Derjavaların antaqonizmi,

ictimai-mədəni həyat konkret tarixi dövrdür. Elçin də əsərində təsvir etdiyi

cəmiyyətlə, mədəniyyətlə, ənənələrlə bağlı olan dövrü əks etdirməyi qarşıya

məqsəd qoymuşdur. Elçin bir sənətkar kimi əsərin əvvəlindən axırına kimi loyal,

bitərəf mövqedə durmaqdan kənardır. O, «Baş» romanı ilə oxucunun və

cəmiyyətin şüuruna yetərincə pozitiv təsir edir. O, Azərbaycan üçün son dərəcə

ekstremal və mürəkkəb dövr olan XVIII əsrin sonu XIX əsrin əvvəllərinə daha

dərindən zond salmaqla dövrün proseslərini dərindən anlatmaq barədə düşünür.

Elçin Azərbaycan cəmiyyətinin və həqiqətinin ideoloqudur. Eyni zamanda o, bu

cəmiyyətin həm də mühafizəkarıdır, çünki Azərbaycan onun əbədi beşiyi, xalq isə 105

Page 106: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

onun qürur mənbəyi, güvənc yeridir. O, Azərbaycanı və xalqını daim uca görmək

istəyir. Həmin dövrdə Azərbaycana «yağlı tikə» kimi hər tərəfdən göz dikilməsi

onun qüruruna toxunur, onu narahat edir. Yəqin Elçin romana Ənvər

Məmmədxanlıdan «Həyatım ağrıyır» epiqrafını heç də əbəs yerə verməyib. Həmin

dövr Elçinin həyatını doğurdan da ağrıdır, onu silkələyir. Buna görə də təsvir etdiyi

bütün məqamların incəliyinə varır, hadisələr arasındakı dialektik ardıcıllığı, yaxud

ziddiyyətləri bədii sözün qüdrəti ilə tarixi fakt və sənədlərə, eyni zamanda fərdi

bədii istedadına söykənərək ortaya qoyur. Elçin göstərir ki, o dövrdə əzilən

Azərbaycan cəmiyyəti təzyiqlərə məruz qaldıqda (Sərdar Sisianovun Bakının Qoşa

Qala Qapısına yaxınlaşıb Hüseynqulu xanı diz çökdürəcəyi məqamı gözümüz

önündə canlandıraq) onun gözünə heç nə görünmür və düşmənin başını

bədənindən ayırmağa müvəffəq olur. Bizə belə gəlir ki, müəllif burada Mahmud

bəyin timsalında Azərbaycan türkünün cəsurluq əzmini, qorxmazlığını yetərincə

relyefli nümayiş etdirir və Mahmud bəyin damarında axan qanın qeyrət, qisas hissi

ilə dolu olduğunu gözə çarpdırmaq istəyir. 30-yaşı tamam olmamış bu gənc

yenilməz türk oğlu qeyrət mücəssəməsi kimi özünə nüfuz qazanır. Sərdar

Sisianovun təzyiqi altında Mahmud bəyin Azərbaycan türkünün yenilməz simasını

ortaya qoymaq üçün özünütəsdiqi və qüruru hər şeydən yüksəkdə qoyur. Başqa

sözlə desək, Elçin Mahmud bəy obrazının köməyi ilə Azərbaycan cəmiyyətinə

baxışda öz ideologiyasını, dünyabaxışını sərgiləyir. Belə baxışın köməyi ilə Elçin

cəmiyyətdə ictimai mənlik şüurunu formalaşdırmağa səy göstərir. Bizə belə gəlir

ki, Azərbaycanın müasir sosial-ictimai, siyasi-hərbi, iqtisadi-mədəni münasibətləri

dövründə, bir tərəfdən, Ermənistanın Qarabağla bağlı hadisələr və münaqişələr

fonunda, digər tərəfdən, qloballaşmanın gətirdiyi yadlaşmalar, doğma xalqın,

cəmiyyətin maraqlarının zəif qorunduğu dövrdə, Elçinin «Baş» romanı

gənclərimizin cəmiyyətdə vətənpərvərlik, vətənsevərlik emosiyalarını qaldırmaq

Azərbaycan kimi bir məmləkətin təəssübünü çəkməyi təlqin etməsi nəzərdən

qaçırılmamalıdır. Bu gün qloballaşma, Avroposentizm və Avropalaşma

ideologiyası insanlarda cəmiyyətə, doğma torpağa, vətənə qarşı biganəlik doğurur,

yadlaşmaya gətirib çıxarır. Yadlaşma prosesində sosial mühitə, cəmiyyətə, ictimai, 106

Page 107: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

mədəni-mənəvi dəyərlərə, ənənəyə hörmətə maraq itir, insan öz iç dünyasında

vurnuxur, ətrafda onu əhatə edənlərə qarşı biganələşir. Belə yadlaşmalar cəmiyyət

içində xoşagəlməz münasibətlər yaradır, torpaq, xalq, millət, vətən heç kimi

maraqlandırmır. Elçin «Baş» romanını araya-ərsəyə gətirərkən həm də bütün bu

halların doğura biləcəyi fəlakətləri öz praqmatik təfəkkürünün gücü ilə nümayiş

etdirir. Bax, bütün bu keyfiyyətlərinə görə biz «Baş» romanını həm realist sənət

nümunəsi, həm də postrealist nümunə kimi görürük. Çünki Elçin yadlaşma

gedəcək biganəlik hökm sürəcək cəmiyyətdə psixoloji gərginliklərin meydana

çıxmasına qarşı dayanmağı mühüm hesab edir. Elə buna görə mühüm ictimai

məzmun, sosial önəm daşıyan və ictimai baxımdan dominanta kimi xidmət edə

biləcək məsələlərə diqqət yetirmək onun üçün hər şeydən önəmli görünməkdədir.

Elçinin «Baş» romanı təkcə oxucu ilə əsər arasında körpü yaratmaq deyil. O, bu

romanla böyük ədəbiyyatla Azərbaycan cəmiyyəti arasındakı əvvəl mövcud olmuş,

eyni zamanda bugünkü və gələcəkdə yaranacaq münasibətləri olduqca kamil

konsepsiya üzərinə qoymağı təlqin edir.

Burada bunu da qeyd etməliyik ki, «Baş»ın başlıca problematikası sadəcə

bir canişinin taleyinin təsviri deyil, həm də Elçinin özünün mənsub olduğu

cəmiyyətin məfkurəsi, dəyərləri və dünyagörüşüdür. Buna görə də Elçin əsəri öz

xəyalında qurarkən ilk növbədə onun cəmiyyətdə hansı əks-səda doğuracağı barədə

düşünmüşdür. Heç şübhəsiz ki, bədii əsərin, o cümlədən «Baş» romanının düzgün

anlanılması üçün mətnin mükəmməl konsepsiyaya malik olması zəruridir. Bu isə

müəllif-əsər-oxucu triosunun ünsiyyəti, qarşılıqlı şəkildə anlanılması deməkdir.

«Baş»ı biz ona görə mükkəmməl əsər hesab edirik ki, burada oxucunun zövqünü

korşaldan zəif konfliktlər müstəvisi görünmür, onlar yox dərəcəsindədir. «Baş»ın

yüksəkliyi ondadır ki, mətni oxuduqdan sonra oxucuda vahid baxış bucağı

formalaşmır, zaman və məkan xronotopları, mətnin (hipermətnin) fərqli şriftlərlə

ayrı-ayrı fəsillərdə ortaya qoyulması onun anlanılmasını yeni-yeni imkan və şərh

bucağı ilə zənginləşdirir. Elçinin «Baş» romanında əsas yer tutan məqam müəllifin

keçmiş zamana orijinal, özünəməxsus bucaqdan müraciətidir. Bununla müəllif

tarixdən məlum olanlara, həm də öz baxış bucağından əlavələr edir. Əsərin lap ilk 107

Page 108: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

səhifələrindən müəllif bizi indiyə qədər məlum olmayan knyaz Sisianovun

yaşantılarını və psixoloji gərilmələrini XVIII əsrin sonu XIX əsrin əvvəllərinə

qayıtmaqla oxucuya yaşadır. Bunu Elçin bir sıra priyomların köməyi ilə knyaz

Sisianovun daxili dialoqu, təhkiyənin inandırıcılığını təmin etmək üçün baş

qəhrəmanın digərləri ilə mükalimələri, qəhrəmanın xarakterini açan hərəkətlər və

ifadələr (məsələn, «Rusiya-Allahın yaratdığı imperiyadır» (s. 22), yaxud «Knyaz

barmağını Bakı Qalasına tərəf tuşlayaraq, podpolkovnik Eristova:

– Knyaz, – dedi. – Sən bu tarixi məqamın şahidisən və bu məqam heç vaxt

sənin yadından çıxmayacaq!» (s. 24) şəklində ortaya qoyulması, qəhrəmanın ömür

səhifələrinə ekskurs, Qarabağ atı Pantera, Sisianovun daxilində özü-özü ilə,

quvernyoru Babua Arçillə söhbəti, baş qəhrəmanın hərəkətlərinin, düşüncələrinin

Elçinin öz sənətkarlıq imkanları daxilində oxucuya çatdırılması və s. mühüm yer

tutur. «Baş» romanı kifayət qədər mükəmməl bədii nümunə olduğundan onu həm

bu müstəvidə, həm də fərqli və müxtəlif rakurslardan təhlil etmək olar və bu da,

heç şübhəsiz ki, zəruridir. Ona görə ki, «Baş» romanı bütün keyfiyyətləri ilə

orijinal əsər olduğundan onun digər tərəflərinə və xüsusiyyətlərinə nəzər yetirməyi

də önəmli hesab edirik.

2. Postmodernist estetika və «Baş» romanının poetikası

Qərb mədəniyyətində daha erkən təşəkkül tapıb inkişaf etmiş postmodernist

estetikanın əsas inkişaf oriyentirləri yeni nəzəri müddəaların qanunauyğun nəticəsi

olaraq Azərbyacan ədəbiyyatında özünü büruzə verməsi, heç şübhəsiz ki, onun

tarixi-epoxal hadisələrlə bağlı olmasındadır.

Postmodernist mətnlərin xarakterik xüsusiyyətləri, intermətn, ikiqat

kodlaşma, esseist-nəzəri axın hücumu, eklektiklik (yəni müxtəlif tərkibli, bəzən

bir-birinə zidd, bir-birini təkzib edən prinsipləri, baxışları, nəzər nöqtələrini, bədii

elementləri və s. mexaniki şəkildə özündə əks etdirməsi) və s. müxtəlif bədii üslubi

vasitələrdən istifadəni nəzərdə tutmaqla bir qrup müasir Azərbaycan yazıçılarının

əsərlərində özünü büruzə verməkdədir.

108

Page 109: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Bunu biz Elçinin «Baş» romanının materialında da yaxşı müşahidə edə

bilirik. Belə görüntü ilk növbədə ondan ibarətdir ki, burada biz mətn süjetinə

söykənmiş vahidliyi görə bilmirik. Əsər iki cür şriftlə yazıldığından, adi şriftlə

yazılanlarla digər şrift arasındakı mətnlərdə nə qədər uyğunluq, ardıcıllıq

görürüksə, onlar arasında o qədər də fərqliliklər nəzərə çarpmaqla bütövün

disqarmoniyasını, asimmetriklik özünü büruzə verməkdədir. Belə olduğu halda

«Baş»ın bu şəkildə təqdimatı sanki özünəməxsus labirinti xatırladır. Elçinin «Baş»

romanı mətninin ən mühüm postmodern əlaməti mətn daxilində gedən dağılma,

destruksiyadır. «Baş» bir postmodernist roman kimi həm də linqvistik

eksperimentdən geniş seçim etməklə öz intermətnliyi və ikiqat kodlaşması ilə

şərtlənir və fərqlənir. Əgər romanın mətnini iki hissəyə bölsək – yəni bunlardan

birini yazıçı mətn-təhkiyəsi kimi götürürüksə (və bu adi şriftlərlə təqdim

olunmuşdursa), ikinci mətn (başqa şriftlərlə verilmiş) knyaz Sisianovun başının

özü və Sisianovun özünün özü ilə, özü haqqında danışdığı, müzakirəsi, özünün

hisləri, əhvalı, vəziyyəti haqqında, həm də özündən kənardan olan düşüncələridir.

Sisianov başqa şriftlərlə yazılmış mətndə dünyaya konkret məkan və zaman, həm

də onlardan kənarda zaman və məkan kontekstlərindən uzaqda qərar tutmuş

«şəffaflıq»da və «çəkisizlik»də olan bir personaj vəziyyətindədir. Romanda biz elə

bir formulirovka görürük ki, burada baş qəhrəmanın mətn psixodinamikası

müxtəlif səviyyələrə əsaslanmaqla, həm də burada postmodernizmin aparıcı ifadəli

forması kimi daxili monoloq və özünəməxsus dialoq seçimi özünü əks

etdirməkdədir. Lakin burada da daxili dialoq iki sferaya-yazıçı sferasına və

personaj – Sisianov sferasına bölünür. Deməli, burada həm diffuziya yəni

(birləşmə), həm də uzaqlaşma baş verir. «Baş»da, bir tərəfdən, yazıçı təhkiyəsi və

onun daxili fikirləri (monoloqu), digər tərəfdən, personajın (Sisianovun) nitqi və

onun daxilindəki fikirləri, üçüncü bir tərəfdən, yazıçın və personajın daxili

kəsişmələrində onların yeni forma qazanaraq intermətn yaratması ortaya gəlir.

Belə vəziyyət mətndə yazıçı və personajın daxili dialoqlarının birləşməsi

nəticəsində yaranmış mətn hər iki tərəfin psixodinamik halını özündə əks etdirir.

Düzdür, ilkin səthi müşahidə zamanı son nəticədə oxucu elə düşünür ki, onların hər 109

Page 110: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

ikisi müəllif mətnidir. Bununla belə bu mətnlər prinsipial baxımdan həm də

kifayət qədər fərqlidirlər. Bundan başqa, mətni personajın daxili monoloqu da

zənginləşdirir. Belə modifikasiya bir sıra linqivistik qanunauyğunluqların

pozulmasına gətirib çıxara bilir. Lakin buna baxmayaraq, bu həm də şüurun

mürəkkəb şəkildə bir-biri ilə qaynayıb-qarışmasında reprezentasiya (görümlü)

olması üçün daha zəruri vasitə kimi xidmət edir. Burada bir mətn digər mətnin

araya gəlməsi üçün müvafiq şərait yaradır ki, bu da öz keyfiyyəti baxımından

fərqlidir və həm də bu, nə müəllif təhkiyəsi, nə personaj nitqi deyil və tamamilə

mətn təhkiyəsinin yeni növünü yaratmaqla, yazıçı tərəfindən təqdim olunmuş

«qeyri-adiliklə» qarşıya qoyulmuş problematikanın daha qlobal şəkildə ifadə

olunmasına şərait yaradır. Mətnin müxtəlif parçalarına müraciət etməklə qeyd

etdiklərimizin xüsusiyyətlərini göz önündə canlandırmaq mümkündür:

«Knyaz qeyri-şüuri əlini sinəsində, ürəyinin üstündə gəzdirdi – Nə olsun?

İndi bu gecə vaxtı bütün bunları xatırlamağın nə mənası var? Hər kiçik

büdrəmədən sonra günəş geriyə fırlanacaqdırsa, onda dünya gərək çoxdan tarmar

olaydı – günəş isə əvvəlki kimi səhər çıxır, axşam batır.

Bu nə uşaq fikirləridir belə? Güllələr, qəlpələr ona görə səndən yan keçib,

qılınclar ona görə aman verib, sən 50-ni ona görə keçimisən ki, indi səni soyuq tər

bassın və bu cürə boş-boş fikirlərə qapılasan?

Ancaq yataq otağını bürümüş qaranlıq içində o, ürəyinin dərinliyində hiss

edirdi ki, İrəvan uğursuzluğu bir bəhanədir, onu gecənin yarısı yuxudan oyadan,

onu darıxdıran, ürəyini sıxan bu deyil... Bəs nədir? Və bu dəfə Knyaz Sisianov

fikrində yox, pıçıltı ilə:

Bəsdir! – dedi və elə o andaca özü-özünə istehza etdi: gecənin yarısı özü-

özünə komandan soldata – əmr edir.

«Təklikdəndi...» – qəflətən ağlına gələn bu fikir özü ilə soyuq bir tər gətirdi» (s.55-

56).

«Baş»ın başqa şriftlərlə yazılmış və ümumi mətndən fərqləndirilmiş

parçasından isə biz fərqli təəssüratlarla tanış oluruq:

110

Page 111: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

«... ONUN yaddaşında elə bir oyanış baş vermidi ki, görünən həmin məkanla bağlı

xatirələr, elə bil, bir -birini qovurdu və bütün bu qovhaqovu saxlamaq ONUN

şəffaf və çəkisiz varlığından asılı deyildi.

ONU çəkən, ONU aparmaq istəyən qüvvəyə sarı uçmaq ehtirası ONUN

bütün hislərinə hakim idi, ancaq o xatirələr imkan vermirdi və görünən o məkanda

bir-birini əvəz edən epizodlar heç bir sərhəd tanımırdı, keçmiş ilə gələcək, yaxın

ilə uzaq, doğma ilə yad – hamısı bir-birinə qarışmışdı.

Və sürətlə bir-birini əvəz edən epizodlar eyni sürətlə də informasiyalar

yayırdı və o informasiyalar dalğa-dalğa ONUN şəffaf və çəkisiz varlığını

bürüyürdü» (s.67). Adi şriftlə verilən parça ilə başqa şriftlə verilən parçanı bir-biri

ilə müqayisə edərkən, bu zaman fiziki terminlə ifadə etsək, onlar arasında məntiqi

qravitasiyanın olmadığını, mətnin birinin digərini qravitasiya ilə zənginləş-

dirmədiyini, aralarında qravitasiya əlaqələrinin olmadığını müəyyənləşdirə bilərik.

Çünki Sisianovun düşüncəsində məkanla bağlı baş qaldıran hadisələr Onun şəffaf

və çəkisiz varlığından asılı olmadığından qravitasiya dalğaları qravitasiya

sahəsində əlaqəsizlikdə qalmaqda davam etdirdi.

Elçinin «Baş» romanı məhz belə göstəricisinə görə də roman hədlərini

özünəməxsus şəkildə genişləndirməkdə və formalaşdırmaqdadır. Müəllif belə

ölçülərlə romanın yeni dövrdə ölmədiyini, əksinə özünəxas xüsusiyyətlərlə

zənginləşdiyini sübut etməkdədir. «Baş» bir bədii nümunə olmaqla tarixdən gələn

ən böyük paradiqma dəyişikliyini fərdi duyum kontekstində yaşatmaqdadır.

Burada Elçin müəyyən mənada milli ədəbi qaynaqdan gələn xətləri «zədələyib» öz

estetik yanaşmalarından gələn yenilikçi baxış münasibətlərini ortaya qoymaqdadır.

Elçin XVIII əsrin sonu XIX əsrin əvvəlləri Azərbaycan həyatında (eyni zamanda

Gürcüstan, Rusiya imperiyası, Osmanlı, İran, o cümlədən Avropada) baş vermiş

dəyişkən gerçəkliklərə öz bucağından baxmağı üstün tutmuşdur. Əlbəttə,

gerçəkliyi özünəxas şəkildə təcəssüm etdirmək hər sənətkarın öz rakursundan baş

verir və sənətkar bu müstəvidə tamamilə sərbəstdir. Vaxtı ilə Alain Robben Qrillet

haqlı olaraq yazırdı ki, «bütün yazarlar gerçəkçi olduqlarını düşünürlər... Klassiklər

gerçəkliyin klassik, romantiklər romantik, realistlər isə realist olduğunu 111

Page 112: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

düşünürlər» (Qrillet A.R.Yeni roman. Çevirən Asim Bezirci. 2.baskı. İstanbul, Ara

Yayıncılık, 1989, s.132-133). Məsələyə belə kontekstdə yanaşmağı diqqət

mərkəzinə çəksək, elə Elçinin də «Baş» da öz realizmini ortaya qoymağa səy

göstərdiyini müşahidə etmiş olarıq.

Elçinin sözün həqiqi mənasında bir postmodernist yazıçı olduğunu sübuta

yetirmək üçün aşağıdakı məqama nəzər salmaq kifayətdir. 1981-ci ilin oktyabrında

Fransada çıxan» Le Monde Dimanche» qəzeti öz oxucularına manşetdən belə bir

fikri çatdırırdı: «Avropada bir xəyal dolaşır – bu xəyalın adı, postmodepnizmdir»

(«Le Monde Dimanche» , 1981, 18 oktyabr).

XX əsrin sonları XXI əsrin əvvəllərindən bu «meh»in, bu «axın»ın, bu

xəyalın Azərbaycana da gəlib yetişməsi mümkün və labüd idi. Və getdikcə ədəbi

əsərə belə münasibət göstərmə, mətnlə belə söz oyunu qurma istəyi Azərbaycan

yazıçılarının da arsenalında özünə yer tapırdı. Onlar roman mətnini istədikləri kimi

qurmağa, bədii məzmunu istədikləri kimi çözməyə çalışırdılar. Anlamlar, dəyərlər,

ölçülər, metafizikaya söykənən gerçəkliklər daha çox üstünlük təşkil etməyə

başlayırdı. Onlar üçün ortaya qoyulan yeni bir poetika, yeni bir estetik şəkil, model

postmodernist düşüncə tərzinin dominantasına çevrilirdi. Postmodern ədəbiyyatın

yeni quruluşunda təqlid, parodiya, mətnlərarası struktur fərqli bir görüntüylə ortada

durmaqla gerçəyin reproduksiyası yeni şəkildə təqdim olunurdu. Bütün bu

şəkilləri, yanaşma tərzini Elçinin «Baş» romanında da görürük.

Yuxarıda qeyd etdiyimiz kimi, «Baş» romanı faktiki olaraq iki mətndən

ibarətdir.Adi şriftlə təqdim olunmuş mətn və başqa şriftlə təqdim olunmuş mətn.

Bu mətnlər romanda həm bir yerdə, həm də bir-birindən ayrı şəkildə nəzərdən

keçirilə bilər. Yəni müxtəlif şriftlərlə təqdim olunmuş parçalar həm bir-biri ilə

əlaqəli, həm də əlaqəsizdir. Bu baxımdan «Baş» romanının qara şriftlərlə təqdim

olunmuş hissəsini həm də roman içində roman kimi dəyərləndirmək olar. Roman

içində romanın tarixinin biz XIX əsrdən ortaya çıxdığını görsək də (məsələn, M.Y.

Lermontovun «Zəmanəmizin qəhrəmanı»), Elçində o tamamilə yeni şəkildə, yeni

modeldə özünü əks etdirməkdədir. Çünki burada bir-birinin içində yerləşmiş

mətnlərdən hər birinin öz təyinatı olmaqla romanda onlar məhz belə funksiyanı 112

Page 113: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

yerinə yetirmək baxımından iştirak edirlər. Dərindən diqqət etdikdə biz Elçinin

burada özünəməxsus şəkildə mətnlərarası oyun qurduğunu görərik. Belə

mətnlərarası düzüm həm də romanın ikili mənimsənilməsi üçün şərait yaradır. Və

eyni zamanda bu da vurğulanmalıdır ki, romanın mətnləri arasında başqa bir dünya

olduğu da görünməkdədir. Elçinin bir romançı kimi özünü təsdiq etməsi onun

sanki bu iki bir-birindən fərqli şəkildə qələmə alınmış mətnlərdə və onların

arasında yaşamasıdır. Müxtəlif, bir-birindən tamamilə fərqli biçimlərdə olan bu

mətnlərdən Elçinin özünün görünməsidir. Eyni zamanda romanda iki mətnin bir-

biri ilə dialoqu da əks olunmaqdadır. Bütün bunlar bir daha onu təsdiqləyir ki,

Elçin böyük sənətkardır. Sənətkardır – deməli yaradıcıdır, böyük sənət isə sözün

həqiqi mənasında yaradıcılıq deməkdir. Belə yaradıcılıq isə heç də köhnə şeyləri

yeniləmək deyil, sənətdə yeni ölçülər, yeni biçimlər ortaya qoymaqdır. Vaxtı ilə

Nizami də, Servantes də, Şekspir də, Höte də sənətdə yeniliklər yaratdılar, elə buna

görə də dahi oldular. Çünki onlar əskidən yola çıxmaqla, zamanla onu aşdılar,

onlara qədər gedilməmiş bir cığır açmaqla və sənətə yeni nəfəs gətirməklə zaman

səddini aşmağa müvəfəq oldular. 2004-cü ildə Elçin yaradıcılığına həsr olunmuş»

Elçin – zaman səddini aşmış sənətkar» monoqrafiyasında təqdim olunan məqalələr

onun nə qədər böyüklüyünü sübut etsə də, «Baş» romanında Elçinin daha yüksək

zirvələr fəth etdiyi görünməkdədir. Elçinin «Baş» romanını biz ona görə

postmodernist nümunə adlandırırıq ki, burada mətnlərarası təqdimatlarda fərqli

durumlar özünü göstərməkdədir və belə olduqda adi şriftlərlə başqa şriftli mətnlər

özünəməxusus oyun parçaları görüntüsü yaratmaqdadır. Bu da, fikrimizcə,

müəllifə daxili və zahiri görüntü və durumu ortaya qoymaq üçün gərək olmuşdur.

Və, yuxarıda söylədiyimiz kimi, bu da mətnlər arasında dialoqlaşma yaradır. Adi

şriftlə təqdim olunanlarda orijinallıq güclü olduğu halda başqa şriftlə olanlarda

üslubun təqlidini görmək mümkündür. Məlum olduğu kimi, postmodern əsərlərdə

təqlid, parodiya ilə yanaşı, həm də ironiya texnikasından istifadə olunur və Elçin

burada Sisianovla bağlı bədii mülahizələrini onun sözlərinin və davranışlarının

köməyi ilə tərsinə ortaya qoymağa cəhd edir. Eyni zamanda bu, həm də səhnə

effekti yaradır. Çünki səhnə sənətində olduğu kimi ironiyadan söz oyununda da 113

Page 114: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

istifadə olunmaqla sözün əksi ortaya gəlir. Elçin də öz təfəkkürünə söykənməklə

sözün əksindən məharətlə istifadə edir.

Elçin «Baş» romanında öz postmodernist baxışlarını Azərbaycan tarixinin

mühüm bir dönəmini diqqət mərkəzinə çəkməklə araya gətirir. Müəllif üçün

oxucunun gözü qarşısında tarixə üztutma adi məqsəd deyil, həm də xalqın taleyinin

mühüm bir dönəmindəki problemlərini ona çatdırmaq istəyidir. Bəs belə olduğu

təqdirdə müəllifin postmodernist düşüncəyə müraciəti nə ilə bağlı olmuşdur? Bu

məsələyə biz Serpil Oppermann və Bedya Kocaqoğlunun fikirləri ilə aydınlıq

gətirmək istəyirik. Onlar bu tərzdə yazılmış postmodern mətnlərin əslində istəyinin

xəyal ünsürü ola biləcəyini irəli sürən nəzəriyyələri diqqət mərkəzinə çəkərək

tarixi quraşdırmaq və günümüzdəki hakim yanaşmaları dağıtmaq məqsədini üstün

tuturlar. Bununla belə, əsl məqsəd ədəbiyyatdakı həqiqət ənənəsini dağıtmaq üçün

iki tərəfli ziddiyyət yaratmaqdır. «Baş» romanında xüsusi ilə diqqətçəkici ünsür

tarixdəki boşluqları və ziddiyyətləri marginal ünsür olmaqdan çıxarıb diqqət

mərkəzinə qoymaqdır. Bu cür romanların ortaya çıxması, həm də qeyd etmək

lazımdır ki, tarix elminə gətirilən yeni yanaşmaların müzakirəsi ilə başlayır. Bu

yeni yanaşmalara görə tarixçi yeni hekayələr anladan bir informatora çevrilir. Belə

olduğu halda tarixçi nə qədər obyektiv olacağı da şübhəli görünür. Tarixi

yazanların öz meyllərini nə dərəcədə gizlədə bilmələri də, tarixi nə dərəcədə tam

bilə biləcəkləri də inandırıcı olmur. Bütün bunları tədqiq edən postmodern

yazıçılar əslində həqiqət və ədəbiyyat arasındakı əlaqələri araşdırırlar. Bu

romanların ortaya atdığı digər bir əhəmiyyətli məsələ də «tarixi nə dərəcədə

bilmək» məsələsidir. Eyni zamanda bizə bu məlumdur ki, keçmiş bizə yalnız

mətnlərdən səslənir. Çünki tarixi zamanla eyni vaxtda yolçuluq edə bilmədiyimizə

görə biz yalnız yazılı mətnlərə baxa bilirik. Yazılı mətnlər isə bizə heç də bütün

hallarda əsla sağlam və konkret bilgi verə bilmir (Oppermann S.Postmodern

Romanda Degişen Anlatım Biçimi və Gerçeklik // Yazı İkilemi. Littera Edebiyat

Yazıları. 3c. Ankara, Karşı Yayınları, 1992, s.252, 254; Koçakoğlu B.Cümhuriyet

Dönemi Türk Edebiyatında Postmodern anlatı // Cümhuriyet Dönemi Türk

Edebiyyatı 1.Baskı. Ankara, Akçağ Yayınları, 2015, s.617). 114

Page 115: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

«Baş» postmodern mətn olduğundan romanın başqa şriftlərlə qələmə alınmış

hissələrində məkanın tamamilə «şəffaf» və «çəkisiz» olduğunu görürük. Çünki

postmodern düşüncəyə görə» Məkan modern nəzəriyyəyə görə hərəkət etməz.

Burada hər şey yox dərəcəsindədir və məkanla bağlı olan əngəllər aradan

qaldırılmışdır. Hər şey sanki coğrafi bir axın içindədir, məkan da sürəkli olaraq

sanki görünməyən, irəlisi bilinməyən biçimlərdə hərəkət etməkdədir» (Rosenau

Pauline Marie.Postmodernizm və Toplum Bilimləri. Çevirən Tuncay Birkan.

İstanbul, Ark yayınları, 1992, s.14). Bütün bu söylənənləri «Baş»ın mətnində daha

aydın şəkildə illüstrasiya etmək olar:

«... O, heç nə hiss etmirdi: nə ağrı, nə aclıq, nə susuzluq, nə iztirab, nə qayğı.

Və bu, elə bil, ONUN o şəffaflığını, çəkisizliyini daha rahat və azad edirdi.

Yalnız get-gedə heyrətə çevrilən bir maraq və bu heyrətlə bərabər get-gedə

artan bir təəssüf bu rahatlıq və azadlıqla heç vəchlə uyuşmurdu və ONUN artıq

tamam oyanmış yaddaşından nə keçirdisə, O, görünən o məkanda nəyi görürdüsə,

həmin heyrət və təəssüfdə bir mənasızlıq duyğusuna çevrilirdi və bitməyən «nə

üçün?» məchulluğuna aparırdı...»

... Çaydaşı – qənbər döşənmiş dar və kimsəsiz küçə idi. Və bu darısqal,

kimsəsiz bir küçənin üzərində bir Qafqaz aurası var idi, Tiflisin Şeytanbazarındakı

bir məhəlləyə oxşayırdı, ancaq bu küçənin ensiz səkisinə qır basılmışdı, qır isə neft

idi və əlbəttə, bu, Bakı qalasındakı küçələrdən biri idi.

... Və birdən-birə ONA elə gəldi ki, sumsük nəzərlərlə o tərəf bu tərəfə baxa-baxa

qənbər döşənmiş darısqal küçənin ortası ilə yavaş-yavaş addımlayan o kimsəsiz it,

əslində, O özüdür...

...Eləcə veyillənə-veyillənə gəlib keçən it yox, ODUR...

...Ancaq qəfil yaranmış bu hissiyyat ONUN varlığının şəffaflığı və çəkisizliyi

içində əriyib yox oldu...» (s.92-93).

Postmodernist mətnin ən görümlü özəlliklərindən biri də dil xüsusiyyətləri

olduğundan «Baş» romanının başqa şriftlərlə fərqləndirilmiş mətnində dil

materialının özünəməxsus düzümünü qeyd etməyə ehtiyac vardır. Gerçəklik

burada dillə təmas halına gətirilir. Çünki postmodernistlərə görə dil xaricində heç 115

Page 116: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

bir şey yoxdur» (Murphu Y. «W.Postmodern Sosyal və Postmodern Eleştiri.

Çevirən Hüsamettin Arslan. İstanbul, Paradiqma Yayınları, 2000, s.53).

Elçin «Baş» romanında Sisianovun davranışını, hərəkətini və şəxsiyyətini

ustalıqla təqdim edir. Və nəzərə almaq lazımdır ki, bu, müəllif tərəfindən əsərin

effektini artırmaq naminə edilməklə həyata keçirilmişdir. Postmodern ədəbiyyat

üçün xarakterik olan əsərin müəllifi də roman personajı kimi Sisianov şəxsiyyəti

və «mən»i həm də öz etibarı ilə dəyişir. Sisianovun belə hala, vəziyyətlərə

salınması, onun «nə ağrı, nə aclıq, nə susuzluq, nə iztirab, nə qayğı» hiss

etməməsi, onun «maraq və heyrətinin «rahatlıq və azadlıqla heç vəchlə

uyuşmaması, gördüklərinin «heyrət və təəssüfdə bir məkansızlıq duyğusuna

çevril»məsi, onu «məchulluğa apar»ması və bütün bunların «ONUN varlığının

həmin şəffaflığı və çəkisizliyi içində əriyib yox ol»ması qəhrəmanın özünəməxsus

məkansızlıq və zamansızlıq şəraitində olmasını təsdiqləməklə «Baş» romanının bir

daha postmodernist əsər olduğunu göstərməkdədir.

Bütün qeyd etdiklərimiz Elçinin bu əsərinin xüsusi bir postmodernist

düzümdə ortaya qoyulduğunu sübut etməklə «Baş» romanını onun indiyə qədər

özünün qələmə aldığı romanlardan xeyli cəhətləri ilə həm məzmun, həm

kompozisiya, həm də zaman və məkan hədlərini fərqli şəkildə və müstəvidə təqdim

etdiyinə görə seçilməkdədir. Məhz belə keyfiyyətlərinə görə «Baş» romanı

Azərbaycan romançılığında postmodernizmin yeni üfüqlərini açması baxımından

dəyərləndirilməlidir.

3. «Baş» romanında postrealist və postmodernist

xətlər və gedişlər

«Baş» romanının bir postrealist və postmodernist roman kimi başlıca

xüsusiyyəti ondan ibarətdir ki, əsər özü – özlüyündə strukturuna görə yetərincə

mürəkkəbdir və adi söz sənəti əsəri kimi onun məzmunu heç də asanlıqla

qavranılmır. İlk baxışda romanın bəzi yerləri rahat oxunsa da, bu «rahatlıq» heç də

müvafiq üstqatda dayandığı kimi düzüm və qavrayış yaratmır. Əsərin

qavranılmasını çətinləşdirən heç də roman boyu öz əksini tapmış, fərqli şirftlərlə

Sisianovun özü, Başı, onun qeyri-adi bir dünyadan konkret zamana və məkana, 116

Page 117: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

eyni zamanda baş qəhrəmanın məkandan və zamandan kənarda durub hadisələrə

və faktlara verdiyi dəyər, yaxud vermədiyi dəyər kimi görünən və görünməyən,

olan və olmayan bir şey deyil. Burada Sisianovun əsilindən, nəslindən-

nəcabətindən, soyundan-kökündən, onun genetik bağlarından tutmuş rus

təbəəliyində yetişməsi və həmin təbəəliyin təsiri altında gürcüəsilli olmasına

baxmayaraq, Qafqazda əmin-amanlığın yaranması (rusların fikrincə) və Rus

imperiyasının qələbəsini təmin etmək üçün gürcü çarlarına, knyazlarına mənsub

olanların nəsil-köklərinin kəsilməsi haqda düşünməsi və bundan sonra bu yerlərdə

«rahatlığın» hökm sürəcəyinə inam ifadə etməsi, Qafqazda yaşayan xalqlar üçün

gücdən başqa heç bir şeyin önəmli olmaması, gürcü knyazlıqları, çarlıqları,

Azərbaycan xanlıqları, İran şahlığı üçün yeganə vasitənin yalnız təzyiq olmasını

düşünməsi və eləcə də belə münasibətlərin alt qatında, daha doğrusu, metamətndə

dayananların təhlilini aparmaqla, əsərdəki cələ kimi dolaşıq düşmüş fikir, ideya,

xətt və məfkurələrin və s. incələnməsi yetərincə çətinlik yaratmaqdadır. Əsərdə

ümumi şəkildə Bakı xanlığının işğalı zamanı ortaya çıxan olaylar təsvir olunsa da,

burada həm kiçik zaman kəsiyi, həm də epoxal bir dövr, ondan əvvəl və ondan

sonra baş vermiş və verə biləcək hadisələr, geniş tarixi fon, təhkiyə materialı,

epizodları, Azərbaycanın, Cənubi Qafqazın düşdüyü ekstremal vəziyyət, hadisələr

burulğanları, imperiyaların toqquşan maraqları, çarlıqların, knyazlıqların,

xanlıqların vəziyyəti, mübarizələri, L.Tolstoyun «Hərb və sülh» epopeyasındakı

Şenqraben və Austerlis döyüşləri, A.Tolstoyun «Əzablı yolları» trilogiyasında

kimi irimiqyaslı vuruşlar əks olunmasa da, az qala əsərdə təsvirini tapan çoxsaylı

ölüm-dirim səhnələrinin yaşatdığı hallar özünəməxsus boya və rənglərlə təqdim

olunmaqdadır. «Baş» romanı, demək olar ki, dünya roman praktikasında mövcud

olan (həm də müəyyən mənada olmayan) məqam və mənzərələri ortaya çəkmək

baxımından da unikaldır. Əsər vahid nüvə əsasında qurulduğu kimi, həm də ondan

parçalanaraq yaranan qollar – budaqlar, insan taleyi, sərdar taleyi, canişin taleyi,

hərbçi taleyi (Pavel Sisianov, Elizbar Eristov, İvan Petroviç Lazarev), vətəninin,

xalqının düşməni olan insanın taleyi («...gürcü şahzadələrinin ...Gürcüstandan

uzaqladırılmasında, Rusiyaya köçürülməsində xüsusi xidmətləri olan Tiflis 117

Page 118: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

polismeysteri general mayor İvan Petroviç Lazarevin Tiflisdə yaratdığı məxfi

kəşfiyyat şəbəkəsinin məlumatına əsasən» bildirilmişdi ki, «bir dəstə gürcü

zadəganı Baqrationları taxtda oturtmaq üçün çevriliş hazırlayır və bu çevrilişi

hazırlayanlar arasında knyaz Sisianova qohumluqları çatan bir neçə Sisiaşvili

knyazları da var». Knyaz hərtərəfli yoxlama apartdırıb Lazarevin məlumatının

təsdiqini tapmasından sonra gürcü zadəganlarının satqınlığından qeyzə gəlmiş

Sisianov xüsusi bir amansızlıqla həmin sui-qəsdçi gürcü zadəganlarını Sisiaşvili

knyazları ilə birlikdə darmadağın etdi, qaça bilənlər canlarını qurtardı, qaça

bilməyənlər Msxet həbsxanasına salındı. İmperator razılıq verdikdən sonra knyaz

Sisianovun əmri ilə Gürcüstanda qalmış şahzadənin hamısı köçürülməyə başladı

(s.57-58). Və, beləliklə də gürcü Sisiaşvilinin nəslinin kökünü gürcüəsilli

Sisianovun özü kəsdi, imperatorlar və şahların taleyi (Pyotr, Yekaterina,

Aleksandr, Sultan Səlim, Toxtamış, Əmir Teymur, Nadir şah, Ağa Məhəmməd şah

Qacar, Fətəli şah), knyazlıqlar, çarlıqlar, xanlıqların taleyi (İmeretiya, Minqreliya,

Svanetiya, Kaxetiya, Bakı xanlığı, Qarabağ xanlığı, Şirvan xanlığı, Şəki xanlığı,

Gəncə xanlığı və s.), xanların taleyi (Hüseynqulu xan, Mustafa xan və başqaları),

quvernyorın taleyi (Babua Arçil), əməlisaleh insanların taleyi (Molla Müzəffər

Ağa, Hacı Muxtar və başqaları), Sisianovun qatili Mahmud bəyin taleyi, Başı

torbada Mahmud bəylə birgə aparan Lal Qafaroğlunun taleyi, neçə-neçə digərləri-

nin taleyi, Stepan Razinin və Yemelyan Puqaçovun taleyi, at oğrusu Səfərin taleyi,

Xacə Əbdül Rəhmanın taleyi, Ağabəyim Ağanın və onlarca digərlərinin (İbrahim

Xəlil xanın çox sevdiyi Ağabəyim ağanı yad ellərə, fitnə-fəsad yuvası olan saraya

göndərməkdən başqa çarəsi qalmadı. Şuşanı və külli – Qarabağı Qacarlardan

qorumaq üçün bu yola əl atmaqdan savayı bir əlacı qalmadığından Ağabəyim Ağa

atasının vəziyyətini başa düşüb bu izdivacı rədd edə bilməmişdi (s.170) və

başqalarının taleləri görünməkdədir. Sadaladıqlarımız romanda yer almışların

hamısını çevrələməsə də, hər halda onun monumentallığı göz qabağındadır. Və

burada baş verənlərin heç də düz xətt üzərində inkişaf edib getmədiyini göstərsə

də, hadisə və obrazların necə yerbəyer olunduğunu sübuta yetirməkdədir.

118

Page 119: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Əsərdə yer alanlar heç də Elçinin subyektivist fikir və mülahizələrinin

mənzərəsi yox, 200 il bundan öncə olanların həm də xeyli yerlərdə postrealist

üslubda təqdimatı kimi dərk olunmalıdır. Eyni zamanda bu da qeyd olunmalıdır ki,

əsərin bütün komponentlərindən Elçinin öz fərdi dəst-xəti boylanmaqdadır. Başqa

sözlə desək, romanda həm bədii, həm də qeyri-bədii ifadələrdə Elçinin bədii canlı

nitqinin başlıca elementləri özünü əks etdirməkdədir. Elçin sanki Sokrat demişkən

«Danış, səni görüm»ə daha çox meyillidir. Yəni o, özünün (daha doğrusu

personajlarının, qəhrəmanlarının) nitqini elə qurur, onları elə danışdırır ki, onlar

əşyavi, yaxud hadisə informasiyası ilə bərabər, həm də bu məqamlarda onların

hisləri, maraqları, düşüncələrinin quruluşu, hansı təbəqəyə aid olmaları və s.

haqqında dürüst təsəvvürlər yaradır. «Qəssab Balarza bircə dəfə ayaq saxlayıb,

uzun illər boyu ona xidmət etmiş o kötüyə tərəf arxaya baxdı və elə bil özü-özünə:

– Heyif onnan! – dedi. – Yaxçı kötüy idi, zay oldu!».. (s.45) – deməsi ilə

özü-özünü xarakterizə edir.

Digər sənət əsərlərində olduğu kimi söz sənətinin də spesifikasının məzmu-

nunda subyektin ətraf aləmə münasibəti, daha doğrusu, subyektiv məqam aparıcı

rol oynayır və ən başlıcası ədəbi-bədii əsərin məzmunu nəinki subyektin təsvir

predmetinə münasibətini, həm də bu predmeti ideal nöqteyi-nəzərindən, yəni qarşı-

ya qoyduğu məqsədə çatmağın zəruriliyini vurğulamaq baxımından etdiyi görünür.

Elçinin «Baş» romanında müəllif idealının (istəyinin) təsvir olunan obyektiv

gerçəkliklə ziddiyət təşkil etməsi personajların şüurunda və hərəkətində yer alır.

Bu hal, yəni müəllif idealı ilə obyektiv gerçəkliyin ziddiyyətlərində başlıca məqam

kimi biz Elçinin şüurunda əsərdə təsvir olunmuş hadisə və proseslərin mahiyyətinə

dərindən nüfuzetməni görürük.

Elçinin «Baş» romanının bədii təsvirinin mərkəzində hadisələr və insanlar

tarixi-fəlsəfi-estetik-psixoloji müstəvidə nəzərdən keçirilir. Personajların (eyni

zamanda həm də müəllifin) nitqində daim fikrin, mövqenin semantik hərəkəti

müşahidə olunur, belə olduğu halda bu nitq əlavə, obrazlı məna əldə edir. Bununla

belə personaj nitqindəki sözdə semantik yerdəyişmə baş verdikdə burada müəllifin

gerçəkliyə münasibəti yox, personaj şüurunun vəziyyəti və onun ətraf aləmə, 119

Page 120: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

məsələn, Sisianovun aləmində Qafqazda yaşayan xalqlarla «danışmaq» üçün

yeganə yolun gücə söykənilməsi ortada dayanır. Belə olduqda M.Qorkinin ifadəsi

ilə desək, dil faktlarla, hadisələrlə birgə ədəbiyyatın (bizim təqdirdə «Baş»

romanının) əsas alətinə, materialına çevrilir.

«Baş» romanı bir bədii mətn kimi məzmun özünəməxsusluğu, çevrələdiyi və

ifadə etdiyi mürəkkəbliklə fərqlənir. Burada qeyri-bədii, adi mətnlərdən fərqli olan

dil vasitələri fikrin məzmununu heç də ifadə etdiyi öz hərfi mənaları ilə ortaya

çəkmir, daha doğrusu, bu fikri heç də ətraf aləmdəki əşya və hadisələr haqqında

məlumatlarla yekunlaşdırmır. Elçinin bu romanında səthi müşahidə və görünənlər-

dən kənarda qalan, daha doğrusu, mətndəki ifadələrin alt qatında yer almış mahiy-

yət subyektin təhkiyəsində və müəllifin əsərdə yer verdiyi personajların fikrinin

məzmununa münasibətində ortaya çıxır. Qeyd etdiklərimiz belə bir fikri vurğula-

mağa əsas verir ki, «Baş» romanının ideya-obrazlı məzmunu, bu əsərin mətninin

spesifikası, quruluş və mahiyyət baxımından mürəkkəb olduğundan oradakı

hadisələr, onlar arasında, onun tərkib hissələri haqqında mühüm əlaqələri görmək

və təhlil etmək üçün onun alt qatında dayanan müəllifin məqsəd və məramını

dərindən duya bilmək zəruridir. «Baş» romanının bir epik əsər kimi spesifikasını,

hər şeydən öncə, Elçinin tarixi obyektiv gerçəklikdəki faktlara münasibəti nəinki

birbaşa müəllif nitqində, həm də bilavasitə, daha doğrusu, personajların fikirlərinin

və hislərinin quruluşunda, onların şüurunda və bu əsərin yazılmasına təkan verən

hallarda axtarmaq lazımdır. Hər bir mükəmməl epik əsər üçün olduğu kimi «Baş»

romanı üçün də aşağıdakı qanunauyğun məqamlar mütləq keyfiyyət kimi

görünməkdədir: təsvir olunan obyektin gerçəkliyində yer almış faktlar (hadisələr),

bu faktlara (hadisələrə) müəllifin özü tərəfindən və personajların fikir və hislərinin

köməyi vasitəsi ilə ifadə olunan, yaradılan münasibət. Elçin bacarıqlı bir sənətkar

kimi, əlbəttə, personajların, obrazların köməyi, onların fikir və hislərinin quruluşu

vasitəsi ilə onların hadisələrə öz münasibətini xeyli hallarda obyektiv

gerçəklikdəki faktlarla bərabər, həm də bu hadisələrin personajların şüurunda əks

olunması arasındakı ziddiyətlərdə müşayiət olunduğu görünür. «Baş» romanında

bu ziddiyyətlər, bizə belə gəlir ki, bilərəkdən yaradılır. Bununla belə bütün hallarda 120

Page 121: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Elçinin personajlarının bəziləri statik görünürsə (və bu statiklik, fikrimizcə, əsasən

knyaz Sisianovun timsalında daha çox yer almaqdadır), digərləri (Hüseynqulu xan,

Mahmud bəy, Abbas Mirzə, Molla Müzəffər Ağa və başqaları) hərəkiliyi ilə

seçilməkdədir Hərəkətdə olan personajın davranış spesifikasının biz hər hansı

müəyyən müstəvidə konkret mətn daxilində dəyişməsini görürük. «Baş»

romanında iştirak edən personajlardan hər biri əsərin bütöv quruluşunda öz iştirak

xarakteri və dərəcəsinə görə fərqlənir. Bundan başqa burada iştirak edən bədii

obrazlarla yanaşı, müəllif obrazının da müəyyənləşdirici rolu vardır. Çünki bu

obrazın özü də hərəkətdə olmaqla təsvir olunan gerçəkliyin dərin mahiyyətini açıb

oxucuya çatdırmağa meyillidir.

Bütün bunlar göstərir ki, Elçinin müasir dövr nəsri, xüsusən «Baş» romanı

indiyədək mövcud olan bədii model, forma və konstruksiyaları transformasiya

edərək yeni bədii paradiqmaların köməyi ilə dəyişdirməyə meyllidir. Bizə belə

gəlir ki, Elçin yaradıclığında bu cəhət modernizmlə yeni realizmin (yəni

postrealizmin) formalaşmasını, hər iki istiqamətlərin sintezini bir araya gətirmək

və təsvir etdiyi gerçəkliyin bədii cəhətdən mənimsənilməsini ənənəvi realizimlə

birləşdirməklə modernizmə xas olan dünyanın subyektiv görüntüsünə təkan vermə

üstünlük təşkil edir.

Məlum olduğu kimi, müasir dövrdə yazıçılar mövzu və obrazların yeni

təqdimat üsullarının intensiv axtarışındadırlar. Bu axtarışlar həm də ədəbi tənqid

və ədəbiyyatünaslıqda realizimin yeni təyinlərini ortaya çıxarır. Tədqiqatçılar və

estetlər ədəbi dövriyyəyə yeni terminoloji əlamətlərin çıxdığını söyləməklə

«transmetarealizm», «hiperrealizm», «postmodernist realizm», «yeni realizm» və s.

yanaşı, hətta «mistik realizm», «simvolik realizm», «romantik realizm», «metafizik

realizim» və s. kimi realist ədəbiyyatda üslub novasiyaları (yenilikləri) təqdim

edirlər. «Baş» romanının mətnində fərqli şriftlə verilmişlər həm də mistik realizm

kimi nəzərdən keçirilə bilər. «Baş» – müasir Azərbaycan romanı olmaqla yanaşı,

həm də müəyyən mənada nəsrimizin dönüş nöqtəsi hesab olunmalıdır. Bu romanın

ortaya gəlməsi ilə ədəbiyyatımızda tam mənada bədii mətn fenomeninin özündə

radikal dəyişikliklərə aparan böyük proses başlayır. Bu proses Böyük Sistemin öz 121

Page 122: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

təbiətində hər həlqədə «Müəllif-Mətn-Oxucu» (eyni zamanda Tədqiqatçı)

tiradasında dəyişikliyə gətirəcək məqamlar özünü əks etdirməkdədir.

Əsərin unikallığı, hər şeydən öncə, onun məzmununda və kompozisiyasında

daha yaxşı müşahidə olunmaqdadır. Romanda, əslində, Qafqaz canişini Pavel

Sisianovun qətli (daha doğrusu, Başı) ilə bağlı hadisələr çevrələnsə də, əsər

daxilinə müəllifin sığışdırdığı böyük və faciəvi tarixi dövrdə - Azərbaycan, xalq,

tarix, həyat, türklər və s. bağlı sığışdırdığı tarix daha monumental görünməkdədir.

Elçin əsəri elə qurmuşdur ki, Başın «epopeyası» zaman daxilində və ondan

kənarda (Sisianovun özü tərəfindən həm görünməkdə, həm də görünməməkdədir)

ortaya qoyulmaqdadır. Əsərin arxitektorinikasının digər maraq doğuran məqamı,

fikrimizcə, real tarixiliyin, modernist antitarixiliklə dəyişdirilməsidir. Romanda

müəllif indiyə qədər həmin tarixi dövrə yanaşma xətlərindən əl çəkib, ənənələrdən

imtina edib öz yanaşmasını sərgiləyir. Ənənəvi təsvir əvəzinə müəllif tanınmış

tarixi nüfuzlu simalara üz çevirməklə, onların bəzilərindən iqtibaslar gətirir,

bəziləri ilə mübahisə edir, gözlənilməz analogiyalar aparır, eyni zamanda nəzərdə

tutulmayan, eyndən keçməyən assosiasiyalar kaleydoskopu yaradır ki, belə

«gəzişmələr»i yalnız nəhəng modernist mənzərə, yaxud mozaika və şəbəkə ilə

müqayisə etmək olar ki, burada hər bir hissə, hər bir rəng kiçik hissəciklərdən

ibarət klassik həll kimi də nəzərdə tutula bilir ki, bütün bunlar bədii xülyaya

müvafiq olaraq müəllif təfəkküründə bir yerə yığılıb sistemləşdirilmişdir.

Şüurun fasiləsiz axını getdiyi müstəvidə Elçin qavrayışında ətraf aləmin

dərki XIX əsrin lap əvvəllərinin sonrakı dövrün həlqələri ilə sıx əlaqədə olduğunu

göstərir. Lakin bu əlaqələrdə real tarixi faktların, həyatın realist təsviri Elçində

assosiativ məqam kimi görünməklə sonuclanır. Romanda Onun (başın)

gözlənilməz keçmiş «xatirələrə» dalması, tamamilə yersiz assosiasiya olsa da,

yazıçı onları əsərin strukturunda uğurla yerləşdirmişdir. Elçinə görə bu dünyada

gedən proseslər, baş verən hadisələr bir-birilə qarşılıqlı əlaqədədir. Elə buna görə

də, romanda baş verənlər möcüzəli dərəcədə bir-biri ilə əlaqədədir: xülya və

reallıq, müəllif fantaziyası və roman infrastrukturunda ustalıqla quraşdırılıb montaj

edilmiş bütün nə varsa, qeyri-ədəbi personajların əlaqələri sıxdır, lokaldır. 122

Page 123: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Romandakı assosiativ qavrayışlar gözlənilmədən nəinki xatirələrə, həm də

müxtəlif xalqların – azərbaycanlıların, gürcülərin, rusların, farsların tarixi keçmişi

ilə birgə dünyəvi problemlər, dünya və həyat üzərində düşüncələr, fəlsəfi və

mənəvi məsələlər, ən müxtəlif insan instinktlərinin xüsusiyyətləri üzərinə keçirilir.

Əsərin belə yeni forması, yazıçının dünyanı belə qeyri-adi üsulla

modelləşdirməsini, Umberto Ekonun təbirincə desək, elə bir labirintlə müqayisə

etmək olar ki, orada müxtəlif istiqamətlərdə hərəkət etməklə, əsərin daxilində

saysız-hesabsız cərgələr seçmək imkanı əldə edilə bilər. Bu keyfiyyətinə görə

«Baş» romanını ədəbiyyatımızda yeni nəsr nümunəsi, yeni bədii qəlib və

qanunların kəşfi və tapıntısı hesab etmək olar ki, bu səmtdə də ədəbiyyatımız

bundan sonra irəliləyişlər etməyə borcludur. Elə bunun özü də yeni realizmi ifadə

etmək üçün «postrealizm»ə üztutma, köklənmədir. Eyni zamanda bu da qeyd

olunmalıdır ki, bu termin əsasən postmodernizm mərhələsində realizmin

mövcudluğunu inikas etdirməklə, həm də dünyanın realist görüntüsünün

xüsusiyyətlərini verməyə can atan bir yazı tərzidir. Çünki dünyanın özü daim

dəyişkənliyə məruz qaldığı kimi, həmin dəyişkənliyə bədii baxışların özünün də

məruz qalması qaçılmaz olur və bu da qanunauyğun bədii-estetik münasibət kimi

ədəbi əsərlərdə özünə yer tutmalıdır.

Postrealizm estetikasına və strategiyasına müraciət Elçinin son illərdə

qələmə aldığı əsərlərində özünü daha çox büruzə verməkdədir. Bu tipli əsərləri ilə

Elçin sanki klassik realizmlə müasir yazı-roman texnikası arasında dialoq –

mükalimə münasibətləri qurmağa çalışır. Bununla belə Elçin bəzi postmodernist

yazıçılar kimi sosial-psixoloji-ictimai problemlərdən üz döndərib diqqətini

bugünkü həyatın ekzistensial interpretasiyası üzərində qurmur. «Baş» romanında

müəllifin 200 ildən bəri rus fitvası, diqtəsi və göstərişi ilə ermənilərin Azərbaycan

torpaqlarında yerləşdirilməsi, Azərbaycan xanlıqlarının (ilk növbədə Bakı

xanlığının, digər xanlıqlar da istisna olunmamaq şərti ilə) işğalına, bu işğalın

sonrakı dövrlərdə günümüzə qədər müharibə ocağı kimi közərən faciələrinə

özünəməxsus bir üslub və eyhamla münasibət sərgiləməsi özəldir. Elçin bu

romanda dünyanın dərkini (bizim təqdirdə Azərbaycanın işğalının) Azərbaycana 123

Page 124: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

uzanan xain əllərin nəticədə ona vurduğu ziyanı, ortaya gətirdiyi fəlakəti

göstərməyi qarşısına məqsəd qoymuşdur. Bu yöndə Elçinin, heç şübhəsiz ki,

özünəməxsus maraqlı bədii-estetik axtarışlarla məşğul olduğunu, bu əsəri ilə

müasir ədəbiyatımızın inkişafını və onun transformasiya modelini mükkəmməl

fərdi bədii forma ilə əldə etdiyini söyləyə bilərik. Digər realist məzmunlu

əsərlərində olduğu estetik baxışları ilə yanaşı, Elçin öz yaradıcılığını nəinki realist,

postrealist, həm də modernist və postmodernist məzmunlu əsərləri ilə

zənginləşdirməyə səy göstərir. «Baş» romanında Elçin manerasını xarakterizə edən

cəhət təsvir edilən dövrdəki «həyat həqiqətləri»ni, «özünəməxsus sənədliliyi»

saxlamaqla yanaşı, realist yazı dəst-xəti, üslub səciyyəviliyini qorumaqla bu roman

fərqli və danılmaz keyfiyyətləri özündə əks etdirməkdədir... Bizə belə gəlir ki,

oxucuların ixtiyarına yenicə verilmiş Elçinin «Baş» romanı baş, yüksək nəsr

nümunəsi kimi çağdaş Azərbaycan nəsrinin nəbzini tutub kompas rolu oynaya

biləcək bir örnək kimi ədəbi tənqidin prioriet problemləri sırasında uzun müddət

təhlil və müzakirə predmeti və obyekti kimi diqqət mərkəzinə çəkiləcək, onun

fərqli, özəl məqamları ilə bağlı fikirlər səsləndiriləcəkdir.

4. «Baş» romanının sosioloji çözümü – ideoloji mahiyyəti

Elçinin «Baş» romanı bədii bir əsər kimi cəmiyyətdəki durumu izah edən,

bədii söz və cəmiyyət münasibətlərini aşkarlayan nümunədir (Çünki «Baş» tarixi

zamana həsr olunmuş əsər kimi nəzərdən keçirlsə də, onun çağdaş dövrümüzlə

bağlılığı da şübhəsizdir). «Baş»da Azərbaycanla yanaşı, Gürcüstanda, Rusiyada,

Osmanlıda, İranda, hətta Qərbi Avropada gedən proseslər işıqlandırılsa da, əsərin

mahiyyəti Azərbaycanda olan siyasi quruluş, proseslər, zaman və s. kimi amillər və

konkret şərait nəzərə alınmaqla izah edilə bilər. Çünki «Baş», hər şeydən öncə,

həm də Azərbaycan cəmiyyətinin düşüncəsinin ifadəçisi rolunu oynamaqla onun

mədəni-ədəbi düşüncəsini təşkil edən cəmiyyətlə və ənənələrlə qırılmaz şəkildə

bağlılığını əks etdirir (Aksoy E.Roman Tarihine Çoldmannꞌçı Bir Yaklaşım. 124

Page 125: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Edebiyat və Toplum Sempozyumu. Qaziantep. 4-5 Haziran, 1999, s. 80). Bundan

başqa «Baş» konkret cəmiyyətə iki əsr bundan əvvəl mövcud olmuş faktların

mənasını anladır, onların səbəbini aydınlaşdırmağa can atır. Ədəbiyyata bu

kontekstdə sosioloji baxımından müraciət etdikdə onun üç tərkib hissəsində –

müəllif-əsər-oxucu üçbucağının necə göründüyünü qeyd etməyə ehtiyac vardır. Bu

üçbucaq formatının ortaya atılması ədəbiyyatşünaslıqda heç də yeni məsələ

deyildir.

Elçin yaşadığı cəmiyyətin ağrılarını içində daxilən yaşatdığından ona bütün

varlığı ilə bağlı olduğunu sübut edir. Deməli, Elçin bir sənətkar kimi təsvir etdiyi

dövrün nəinki siyasi, ictimai, hərbi, həm də mədəni, mənəvi münasibətlərini

aşkarlayan mənzərə yaradır.

«Hüseynqulu xan açıq-aşkar bir rişxəndlə – əlacsız bir rişxəndlə Mahmud

bəyə baxdı: «Müəllif tərəfindən Bakı xanlığının potensial imkanlarının həmin

dövrdə nə qədər zəif olduğu qabardılır və həmin cəmiyyətin hərbi, iqtisadi

imkanları haqqında yetkin mənzərə yaradılır. Elçin xalq təəssübü çəkən, onun

problemləri ilə nəfəs alan parlaq zəkalı şəxsiyyət olduğundan Azərbaycanın təsvir

edilən dövrünə laqeyd qalan təfəkkür daşıyıcısı deyil, o, nəinki hazırda yaşadığı

cəmiyyətin, həm də təsvir etdiyi dövrdəki cəmiyyətin təəssübkeşi kimi çıxış edir.

Türkiyəli müəllif İbrahim Armağan haqlı olaraq vurğulayır ki, «...bədii

yaradıcılıqla sənətkarın mənsub olduğu ictimai mühit arasında dinamik bir bağlılıq

mövcuddur» (Armağan İ. Sanat Toplumbilimi, Demokrasi Kültürüne Giriş./.baskı.

İzmir, İleri Kitab evi, 1992,s. 3). Elçinin «Baş» romanını ona görə sosiologiya

problemlərini çevrələyən əsər adlandırırıq ki, o, yaşadığı, baxış və qənaətlərini əks

etdiridiyi cəmiyyətlə müəllif münasibətlərinin, əsərin nə dərəcədə yanğı ilə

yazılmasını sübut edir. Elçin «Baş» da təsvir etdiyi cəmiyyətin sosial şəraitini,

siyasi və ictimai, mədəni-kulturoloji münasibətlərini, ictimai gerçəklikdəki əsas

əlamətləri öz təsvirləri ilə ortaya qoymağa səy göstərir. Bizə belə gəlir ki, Elçin

sosiologiyanı bilmədən, təsvir etdiyi mərhələnin xüsusiyyətlərini mənimsəmədən

bədii əsərin, yaxud sənətin ictimai funksiyalarını dərk etməkdə də və onu oxucuya

çatdırmaqda da çətinlik çəkərdi. Çünki «Baş» da anladılan ictimai-siyasi dövr, 125

Page 126: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

hərbi çəkişmələr, iri Derjavaların antaqonizmi, ictimai-mədəni həyat konkret tarixi

dövrdür. Elçin də əsərində təsvir etdiyi cəmiyyətlə, mədəniyyətlə, ənənələrlə bağlı

olan dövrü əks etdirməyi qarşıya məqsəd qoymuşdur. Elçin bir sənətkar kimi

əsərin əvvəlindən axırına kimi loyal, bitərəf mövqedə durmaqdan kənardır. O,

«Baş» romanı ilə oxucunun və cəmiyyətin şüuruna yetərincə pozitiv təsir göstərir.

O, Azərbaycan üçün son dərəcə ekstremal və mürəkkəb dövr olan XVIII əsrin sonu

XIX əsrin əvvəllərinə daha dərindən zond salmaqla dövrün proseslərini dərindən

anlatmaq barədə düşünür. Elçin Azərbaycan cəmiyyətinin və həqiqətinin

ideoloqudur. Eyni zamanda o, bu cəmiyyətin həm də mühafizəkarıdır, çünki

Azərbaycan onun əbədi beşiyi, xalq isə onun qürur mənbəyi, güvənc yeridir. O,

Azərbaycanı və xalqını daim uca görmək istəyir. Həmin dövrdə Azərbaycana

«yağlı tikə» kimi hər tərəfdən göz dikilməsi onun qüruruna toxunur, onu narahat

edir. Buna görə də təsvir etdiyi bütün məqamların incəliyinə varır, hadisələr

arasındakı dialektik ardıcıllığı, yaxud ziddiyyətləri bədii sözün qüdrəti ilə tarixi

fakt və sənədlərə, eyni zamanda fərdi bədii istedadına söykənərək ortaya qoyur.

Elçin göstərir ki, o dövrdə əzilən Azərbaycan cəmiyyəti təzyiqlərə məruz qaldıqda

(Sərdar Sisianovun Bakının Qoşa Qala Qapısına yaxınlaşıb Hüseynqulu xanı diz

çökdürəcəyi məqamı gözümüz önündə canlandıraq) onun gözünə heç nə görünür

və düşmənin başını bədənindən ayırmağa müvəffəq olur. Bizə belə gəlir ki, müəllif

burada Mahmud bəyin timsalında Azərbaycan türkünün cəsurluq əzmini,

qorxmazlığını yetərincə relyefli nümayiş etdirir və Mahmud bəyin damarında axan

qanın qeyrət, qisas hissi ilə dolu olduğunu gözə çarpdırmaq istəyir. Sərdar

Sisianovun təzyiqi altında Mahmud bəyin Azərbaycan türkünün yenilməz simasını

ortaya qoymaq üçün özünütəsdiqi və qüruru hər şeydən yüksəkdə qoyur. Başqa

sözlə desək, Elçin Mahmud bəy obrazının köməyi ilə Azərbaycan cəmiyyətinə

baxışda öz ideologiyasını, dünyabaxışını sərgiləyir. Belə baxışın köməyi ilə Elçin

cəmiyyətdə ictimai mənlik şüurunu formalaşdırmağa səy göstərir. Bizə belə gəlir

ki, Azərbaycanın müasir sosial-ictimai, siyasi-hərbi, iqtisadi-mədəni münasibətləri

dövründə, bir tərəfdən, Ermənistanın Qarabağla bağlı hadisələr və münaqişələr

fonunda, digər tərəfdən, qloballaşmanın gətirdiyi yadlaşmalar, doğma xalqın, 126

Page 127: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

cəmiyyətin maraqlarının zəif qorunduğu dövrdə, Elçinin «Baş» romanı

gənclərimizin cəmiyyətdə vətənpərvərlik, vətənsevərlik emosiyalarını qaldırmaq

Azərbaycan kimi bir məmləkətin təəssübünü çəkməyi təlqin etməsi nəzərdən

qaçırılmamalıdır. Elçinin «Baş» romanı təkcə oxucu ilə bu əsər arasında körpü

yaratmaq deyil. O, bu romanla böyük ədəbiyyatla Azərbaycan cəmiyyəti arasındakı

əvvəl mövcud olmuş, eyni zamanda bugünkü və gələcəkdə yaranacaq

münasibətləri olduqca mükəmməl magistral konsepsiya üzərinə keçirməyi

qarşısına məqsəd qoyur,.

«Baş»ın başlıca problematikası, sadəcə bir canişinin taleyinin təsviri deyil,

həm də Elçinin özünün mənsub olduğu cəmiyyətin məfkurəsi, dünyagörüşüdür.

Buna görə də Elçin əsəri öz xəyalında qurarkən ilk növbədə onun cəmiyyətdə hansı

əks-səda doğuracağı barədə düşünmüşdür. Heç şübhəsiz ki, bədii əsərin, o

cümlədən «Baş» romanının düzgün anlanılması üçün mətnin mükəmməl

konsepsiyaya malik olması zəruridir. Bu isə müəlliflə oxucu arasındakı ünsiyyətin

dialektik müstəviyə qoyulması deməkdir. «Baş»ı biz ona görə mükkəmməl əsər

hesab edirik ki, burada oxucunun zövqünü korşaldan, zəif konfliktlər müstəvisi

yoxdur. «Baş»ın yüksəkliyi ondadır ki, mətni oxuduqdan sonra oxucuda vahid

baxış bucağı formalaşmır, zaman və məkan xronotopları, mətnin (hipermətnin)

fərqli şriftlərlə ayrı-ayrı fəsillərdə ortaya qoyulması onun anlanılmasını yeni-yeni

imkan və şərh bucağı ilə zənginləşdirir. Elçinin «Baş» romanında əsas yer tutan

məqam müəllifin keçmiş zamana orijinal, özünəməxsus bucaqdan müraciətidir.

Bununla müəllif tarixdən məlum olanlara, həm də öz baxış bucağından əlavələr

edir. Əsərin lap ilk səhifələrindən müəllif bizi indiyə qədər məlum olmayan knyaz

Sisianovun yaşantılarını və psixoloji gərilmələrini əvvəlki dövrlərə qayıtmaqla

oxucuya yaşadır. Bunu Elçin bir sıra priyomların köməyi ilə knyaz Sisianovun

daxili dialoqu, təhkiyənin inandırıcılığını təmin etmək üçün baş qəhrəmanın

digərləri ilə mükalimələri, qəhrəmanın xarakterini açan hərəkətlər və ifadələrlə

(məsələn, «Rusiya Allahın yaratdığı imperiyadır» (s. 22) deməklə təsvir edir.

«Baş» romanı kifayət qədər mükəmməl bədii nümunə olduğundan onu həm

bu müstəvidə, həm də fərqli və müxtəlif rakurslardan təhlil etmək olar. «Baş» 127

Page 128: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

romanı bütün keyfiyyətləri ilə orijinal ideoloji mahiyyət daşıyan əsər olduğundan

onun digər tərəflərinə və xüsusiyyətlərinə nəzər salınması da vacibdir.

5. «Baş» romanında mistik – idillik təsvirlər

Bəri başdan deyək ki, tənhalıq Elçin yaradıclığının heç də mahiyyətində

oturan təbii vəziyyət kimi qəbul edilməməlidir. Bununla belə, baş qəhrəmanın bu

tənhalığının səbəbi müəyyən dərəcədə sosial-ictimai vəziyyət, digər xalqlara və

insanlara dəyərsiz münasibətlərə görə (təsvir olunan dövr baxımından) onun içində

kök salmışdır. Bu, əsasən «canişin-özgə xalqlar», «şəxsiyyət-özgə cəmiyyət»

konfilikti ilə bağlıdır. Knyaz Sisianovun tənhalığı heç də onun varlığın sirlərini

öyrənə bilməyib onların qarşısında çaşqınlığı ifadə edən metafizik təbiət tənhalığı

deyildir. «...Bakıya yaxınlaşdığı təntənəli anlarda knyaz Sisianov birdən-birə

Babua Arçili xatırladı və sövq-təbii başını qaldırıb göyə baxaraq...» Oralarda nə

var, nə yox, Babua?» – soruşdu.

Bəlkə, kim bilir, Babua doğrudan da indi ona baxır? Buna kim «hə», ya da

«yox» deyə bilər? Heç kim. Bu yerdə «hə» ilə «yox» arasında heç bir fərq yoxdur,

nə «hə» oraları görüb, nə də «yox» (s.18).

Qeyd edək ki, Pavel Sisianovun uşaqlıq illərində tərbiyəsi ilə onun

quvernyoru Babua Arçil məşğul olmuşdu. O, Sisianova xeyli əyləndirici, maraqlı

söhbətlər etməklə yanaşı, bəzən şirin və qorxulu şeylər də danışmışdı. Belə

söhbətlər böyüyəndə də onun yadına düşəndə içini qorxu və təlaş bürüyürdü. Bu

söhbətlərdən birində Babua Arçil ona Peterburqdakı iki başdan danışmışdı və

Peterburqda kolbada spirt içində saxlanılan bu iki solğun baş – biri qadın, o biri

kişi gəlib düz onun qabağına dayanmışdı. Yanaşı qoyulmuş o başları Pavel

təsəvvüründə canlandırdıqca onu dəhşətə gətirib qorxutmuşdu (s.38). Pavelin anası

Yelizaveta Mixaylovna bu tipli söhbətlərə görə Babua Arçilə «Dyadya Arçil, xahiş

edirəm sizdən, uşağın yanında belə qorxulu şeylər danışmayın!» Babua Arçilsə ona

cavabında «Eybi yox, Liza: Qoy həyatı indidən öyrənsin. Bilsin ki, həyatda nələr

olur!» (s.38–39), – demişdi. Babua Arçilin dediyi kolbalarda spirtin içində

128

Page 129: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

saxlanan və bir-birinə baxan o iki baş Pavel Sisianovun beynində elə bil həyəcan,

hətta isterika yaratmışdı ki, hətta təsəvvüründə canlandırdığı o iki başın bir-biri ilə

danışıqlarının səsi də, elə bil, uzaqlardan gəlməyə başlayırdı... ona elə gəlirdi ki, o

sözlər o bədənsiz başlardan daha dəhşətlidir (s.40). Yəqin Paata bu sözləri

dinlədikdə təlaş və həyəcan keçirdiyindən Babua Arçil ona «Paata» Xmerti», –

deyə təkrarlamış və demişdi ki, sən gərək Yaradanın adını sənin ulu babaların

dediyi kimi deyəsən (s.41), yəni «Allah» şəklində təkrarlayasan. Bununla belə

uşaqlıq dövründə Sisianovun gözü önündə canlandırılanların sonra Qoşa Qala

Qapısında Bakının diz çökdürüləcəyi məqamlarda yuxu kimi xatırladılması da

əsərdə əbəs yerə əksini tapmamışdır.

Pavel Sisianovun timsalında mistik (sirli-sehrli) halların ortada durması da

əsərdə maraqlı şəkildə təqdim olunmaqla «Baş» romanın əvvəlindən lap

sonunadək belə halların şahidi olmaqda davam edirik. Pavel Sisianovun halını

müəllif əsərin müxtəlif fəsillərinə ustalıqla səpələyə bildiyinin aşağıdakı mənzərəsi

yaranır. Birinci fəsilin sonundan ikinci fəsilədək (eyni zamanda, ikinci fəslin

ortasında da olmaqla), üçüncü fəsildən beşinci fəsilədək, yeddinci fəsildən,

doqquzuncu fəsildən, onuncu fəsildən, on ikinci fəsildən, on dördüncü fəsildən

(burada doqquz bir-birilə fərqləndirilmiş həm məzmun, həm həcm baxımından

fraqment yer almaqdadır), on beşinci fəsildən, on altıncı fəsildən (iki müstəqil

fraqmentdə), on yeddinci fəsildən (üç müstəqil fraqmentdə), on səkkizinci fəsildən,

on doqquzuncu fəsildən, iyirminci fəsildən, iyirmi birinci fəsildən, iyirmi ikinci

fəsildən, iyirmi üçüncü fəsildən, iyirmi dördüncü fəsildən, iyirmi beşinci və iyirmi

altıncı fəsildən əvvəl təqdim olunmuş bu tipli bədii-fəlsəfi-mistik parçalarda

Sisianovun özünün (başının) əsərin əvvəlindən sonunadək keçirdiyi hallar maraqlı

olduğu qədər, həm də qeyri-adi mənzərələr yaratmaqdadır. Müəllifın təsvirində

Sisianov sanki haradasa Xaosla Kosmosun əlaqəsini, harmoniyasını pozmuş qeyri-

adi bir məkanda təsvir olunub. Onun hisləri bir çəkisizlik və boşluq içində olduğu

kimi, həm də çəkisizlik onun hislərinin içini bürümüşdü, o, daxilən yox olduğu

kimi, cismani baxımdan da yox idi. O, laməkan bir dünyanın sakini idi. O, idillik

bir məkanda olsa da, onun yaddaşı dərk edirdi ki, Ona görünən o məkandan baxan 129

Page 130: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Baş Onun başı idi. Lakin bütün bunları ona görə dərk etmirdi ki, Onun varlığı

çəkisiz idi. Müəllifin fikrincə, o həm var idi, həm də yox idi. O, nə olmuşdu və nə

olacağını heç cür anlamırdı, çünki onda hər şey dərk olunmaz hissiyyat idi. Onu

hansısa bir qüvvə tutub çəksə də, harasa uçmaq istəyirdi. Amma Onu görünən

məkan saxlayırdı, Ona baxan Baş – Onun Başı – Onu saxlayırdı. Eyni zamanda O

Başa baxmaq da istəmirdi (s. 4-5).

Sisianovun belə mistik aurada, məkanda, qeyri-məkanda, daha doğrusu,

laməkanda təqdimatı onun dünyagörüşünün əsası, həm də qeyri-əsası kimi dərk

oluna bilər. Əsərdəki bu yerləri oxuyanda adama elə gəlir ki, baş qəhrəmanın

düşüncəsində oturanlar onun mistik təfəkkür tərzinin nüvəsidir. Bununla belə bu

nüvədə müəyyənliklərdən daha çox qeyri-müəyyənliklər ortadadır və belə olduğu

hallarda qəhrəmanın mövcud vəziyyətinin, halının mahiyyətini də izah etmək

mümkünsüz olur.

Əsərdəki bu tipli inkrustasiyalarda biz gah Sisianovun yaddaşının bərpa

olunduğunu, müəyyən məkandakı epizodların bir-birini əvəz etməsinin fərqində

olmaması və gördüklərini görmək istəməməsi, bütün bunların onun istəklərindən

asılı olmaması (s.14-15) kimi hallar qeyri-adi mənzərələr yaradır və belə halın

Sisianovu daim müşayiət etdiyi vurğulanır. O, hətta Bakıya doğru Panteranın

belində hərəkə edəndə də, şəffaflıq və çəkisizlik şəraitində və içində olanda da

Onun rahatlıq idilliyası Onun duyğularına yad olurdu (s.19).

Yəqin elə buna görə də müəllif baş qəhrəmanın xronotoplarına nəzər

salarkən onun üçün nə sənət, nə də zaman sərhəddi ortada deyildi, yox idi, çünki

orada zamanın özü yox idi. Elə buna görə də qəhrəman üçün azadlıq və sərbəstlik,

şəffaflıq və çəkisizlik onun üçün mənasız idi(s.27-28). Onun üçün əvvəlin özü

olmadığı kimi nə əvvəldən əvvəl yox idi, nə də son, amma irəlinin, gələcəyin də

harada olduğundan xəbərsiz idi.

Sisianovun başı torbada Fətəli şaha aparılarkən torbadakı Onun başı

olmasına baxmayaraq, bütün bunlar Onun şəffaf və çəkisiz varlığına təsir etmirdi

və Onun özünün başının öz bədənindən ayrılmasına tamamilə biganə idi. O, özü-

özünə sarı dartılmaq istəsə də, Onun bu ehtiyacını hansısa bir qüvvə boğurdu. Eyni 130

Page 131: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

zamanda bunu da qeyd etmək lazımdır ki, özü-özlüyündə bu mistik-idillik dünya

heç də gözəl təbiət qoynunda, kənd şəraitində yaşanan asudə həyatın təsviri, antik

bukoliki (çobanlıq poeziyası) poetik janrında yer alan yunan Feokrit, Romalı

Vergiliya, alman yazıçıları L.Foss və İ.V.Hötedəki kimi social-tənqidi motivli

təsvirlər və qayğısız həyat səhifələri deyildi. Bu, knyaz Sisianovun daxili və

mənəvi əzablarının stixiyasını yaradan mistik-idillik mənzərə idi. Müəllif romana

belə özünəməxsus inkrustasiyaları ustalıqla daxil etməklə əsər içində öz

kompozisiyası, strukturu, məzmunu və ideyası ilə fərqlənən və roman mətninin

altqatında oturan mahiyyətlə əlaqədə olan, onunla uzlaşan və ümumi mətnin

hermenevtikası kimi xidmət edən bir hissə ortaya qoymuşdur. Çünki əsərin,

yuxarıda söylədiyimiz kimi, müxtəlif səhifələrinə yerləşdirilmiş, səpələnmiş bu

mistik və eyni zamanda idillik parçalar roman mətnində özünəməxsus şəkildə yer

almışların izahına və interpretasiyasına xidmət etmək baxımından edilmişdir. Və

əsərdə yer almış bu parçalar roman mətni üçün geterogen (fərqli tərkibli, tamamilə

başqa nəyi isə nəzərdə tutan şey deyildir), daha doğrusu, həmcinslikdən kənar

deyildir. Knyaz Sisianovun mistik halı, vəziyyəti onun ekstaza gəlib Allahla

birləşməsinə, ona çatmasına da şərait yaratmır. O, mistik vəziyyəti ilə həmin

məkanın üzvünə də çevrilə bilmir, onun vəziyyəti, halı tamamilə fərqlidir. O,

mistik əhval-ruhiyyəyə gətirilib Babua Arçil onu müəyyən mənada belə vəziyyətə

hazırlasa da, onun mənəvi halı mistikaya intuitiv-ekstatik üsulla çatmasına mane

olur. Başqa sözlə desək, Sisianovun daxilindəki antaqonizm, konfliktlər, içini

dağıdan ikiləşmələr bunu reallaşmağa qoymur. Bəlkə də qəhrəmanın içindəki bu

şübhələr, bu ikiləşmələr, bir-birini inkar edən hallar onun mistifikasiyaya

yuvarlanmasına, onunla baş verənlərin mahiyyətinə vara bilmə, yolundan

sapınmalarla müşayiət olunmasını düşünmək obrazın ruhi və mənəvi vəziyyətini

anlamaq üçün daha yaxşı şərait yaradır. Bütün əsər boyu biz Sisianovu ikiləşmələr

müstəvisində müşahidə edirik.

Bununla belə Sisianovun halındakı ikiləşmə həm də onun mürəkkəb, çətin

və əziyyətlə formalaşmış dəyişkən vəziyyətini, özünəməxsus insan emosiyalarını

əks etdirməkdədir. Əsərin bütün bu tipli yerlərində Sisianov sanki heç bir 131

Page 132: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

dinamikliyi ilə ortada dayanmır, o, statikadadır, melanxolikdir, depressiyalar

burulğanındadır. Elçinin «Baş» romanındakı Sisianovun belə mistik-idillik-

metafizik vəziyyətini təsvir edən fraqmentlərdə şərti-bədii ifadələr (“Bu qədər

böyüklük və bu qədər kiçiklik nədir?, ««O, artıq bilirdi ki, o torbadakı da Onun

başıdır, ancaq bu Onun səffaf və çəkisiz varlığına qətiyyən təsir etmirdi»(s.53)

sanki bir-birinə işləməklə, effekti qarşılıqlı şəkildə gücləndirmək üçün nəzərdə

tutulmuşdur. Burada qeyd etmək istərdik ki, Elçin heç də əsərin həmin

fərqləndirilmiş, xüsusi şriftlə verilmiş yerlərində söz və ifadələri elə belə

səpələmir, onları oxucu təfəkküründə (eləcə də tədqiqatçı) daha ifadəli və

düşündürücü, hansı məsələlərə eyham vurması istəyindən irəli gələrək ortaya

qoyur. Bizə belə gəlir ki, Sisianovu bu mənada xarakterizə edən hallar onun

tənhalığı, içində hissi olaraq susma motivi, özünəməxsus bağlılığı, özünəqapanma

hermetikliyi ilə uzlaşdırmaq olar. Elə buradaca Elçinin Sisianovun timsalında

xatırlatmalara məqsədli şəkildə yer verdiyini söyləyə bilərik. Bununla belə bu

xatırlatmalara heç də Sisianov şəxsiyyətinin mənəviyyatına identik yox, əksinə

onun daxili əzablarının, sarsıntılarının mənbəyi kimi ortada dayanır. Sisanov bu

parçalarda nə gələcəklə bağlı arzularda bulunmurdu, nə də keçmişi düşünmürdü.

Onun bütün zamanlarla bağlı düşüncələri havadan asılı qalır. Burada nə xöşbəxt

keçmiş, nə də bel bağlanacaq hər hansı bir gələcəyə inam da yoxdur. Lakin bütün

xatırlatmalarda hansısa ağrı-acının (bəlkə də heç birinin) olduğunu və olmadığını

da görməkdəyik.

Elçinin «Baş» romanında mistik-idillik təsvirlər həm də təhkiyədə gecə və

gündüz kimi zaman hədləri (xronotop) daxilində yer almaqdadır. Burada gecənin

gündüzə qarşı qoyulmasını prinsip etibarilə romantik movtivlər və ənənələrlə

bağlamaq da qətiyyən doğru olmazdı. Gecə və gündüz «gündəlik» həyat sferasının,

iş-gücün getdiyini də bir-birindən fərqləndirmir, burada dünyanın, o cümlədən

Bakı xanlığında və ondan kənarda «gecə»nin mistik görüntüsü və vahiməsi əksini

tapmaqdadır. Əgər gündüz səsli-küylüdürsə, insanın ruhuna hər hansı bir aramlıq

gətirirsə, gecə vahimələr və qorxularla yaddaşda oturur. Gecə və axşam ifadələri

əsərdə şərin, pisliyin, çətinliyin, ağırlığın məğlubiyyətin altobrazı kimi öz rolunu 132

Page 133: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

oynamaqdadır. Bu, romanda yer almış bir neçə fraqmentlərdə özünü görümlü

ifadə etməkdədir. Məsələn, «... Şamaxı dağlarını aşıb Cəngi aşırımının altında,

Bakı xanlığının sərhədində hərbi düşərgə qurmuş knyaz Sisianov dünən

Hüseynqulu xandan təslimolma xəbərini aldı...» (s.24). Elə Qarabağ xanlığına

1797-ci ilin yayında hücum etmiş Ağa Məhəmməd şah Qacar ikinci dəfə hücum

çəkib «alınmaz Şuşa qalasını» alanda da bədbəxt hadisə gecə baş vermişdi. Belə ki,

şahın yaxın adamları gecə otağına girib ona sui-qəsd edərək öldürmüşdülər.

Deyilənə görə, sui-qəsdçilərdən biri xəncərlə onun boğazını üzmüşdü (s.32-33).

Knyaz Sisianovun başı da Fətəli şaha aparılanda soyuqlu, sazaqlı axşam

təsvir olunur: «Milad tarixi ilə 1806-cı il fevral ayının 9-u, hicri tarixi ilə 1220-ci il

zülqədə ayının 20-si çovğunsuz, küləksiz, sakit, ancaq xəncər kimi kəsən bir qış

axşamı idi və o qış axşamı quşbaşı yağan qar Abbas Mirzənin Arazın şimal

sahilində, Haramı düzündə saldığı ləşgərgahını başdan-başa ağappaq ağartmışdı»

(s.43).

Beləliklə, Elçin «Baş» romanına mistik-idillik təsvirləri daxil etməklə əsərin

həm özünəməxsus məzmun kofisentini, həm də oxucuda qeyri-adi vəziyyətləri

görüb onların qavrayış effektinin təsirli olmasına çalışmış və bununla da əsərin

uğurlu alınmasına nail ola bilmişdir.

VI Fəsil. «Baş» romanında müəllifin üslub konsepsiyası

Sisianov ikiləşmə və bütövləşmə burulğanında

Kulturoloji baxımdan ikiləşmə (doppelqanger) insanın ətraf aləmə binar

fəlsəfi konsepsiyaya söykənən dünyanın yaranışının və dünyanı qavrayışının əsası

olaraq lap qədim universal model kimi çıxmışdır. Oxşarlıq süjet konsepsiyasında

obrazların özünəməxsus gediş və hərəkətinin xüsusi üsulu kimi praktik olaraq bədii

əsərin zahiri və daxili xüsusiyyət və xassələrini özündə əksetdirmə modelidir. Həm

psixologiya, həm də ədəbi təhlil baxımından bütün oxşarları onların ilkin

«mən»inə müvafiq olaraq iki qrupa bölmək olar: «mən»dən kənarda olan oxşar və

«mən»in daxilindəki oxşar.

«Mən»dən kənarda olan oxşar anlayışı oxşarı etibardan salan oxşar, yaxud

karnaval oxşarı, oxşar-antaqonist, oxşar trikster, oxşar-əkizdir. Etibarı itirmiş oxşar 133

Page 134: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

anlayışı M.Baxtin tərəfindən ortaya atılmışdır. O.Freydenberq bu nəzəriyyəyə

söykənərək elmi dövriyyəyə oxşar-dublyor (əvəzedici) anlayışını daxil etmişdir ki,

o da baş qəhrəmanla qarşılıqlı əvəzetmə və qarşılıqlı bir-birini tamamlama

münasibətlərində olur.

Oxşarlıq əsərin bədii strukturunun bütün elementlərini hərəkətə gətirir. Və

oxşarların mətnə daxil edilmə motivi qəhrəmanın xarakterini, daxili aləmindəki

qütbləşmələrini nümaiyş etdirmək üsulu olaraq araya gəlir. Elçinin «Baş»

romanında Sisianovun oxşarının əsərdə iştirakı süjet və təhkiyə müstəvisində

quruluşa xüsusi şəkildə təsir edir. Burada bədii əsərlərdə olan (Hofman, Nabokov,

H.Cavid, C.Məmmədquluzadə və başqaları) müxtəlif oxşar tiplər, karnaval,

parodiya triksterlər deyil, burada oxşar etibarını itirmiş, antaqonistdir ki, o,

özündənkənar «mən» kateqoriyasına uyğun olub demonik oxşar, yaxud oxşar-

casus, oxşar –xəfiyyə də deyildir. Biz Sisianovdakı doppelqanger xüsusiyyətlərini

təhlil etdikdə ona S.Aqranoviç və İ.Samorukovanın fərqləndirdikləri oxşar tiplərin

əkiz modelinin uyğun gəldiyini görürük ki, o, əvvəlki oxşar tiplərdən fərqli olaraq

sosiumun faciəvi taleyini və onun şəxsiyyətsiz kimi təsvir olunan xarici qüvvəyə

qarşı dayandığını müşahidə edirik (Агранович С.З., Саморукова И.В. Самара,

Самарский университет, 2001, с. 49).

Qeyd edək ki, oxşar (almanca doppelqanger) romantizm dövründə

ədəbiyyatda insanın oxşarı qoruyucu-mələyin antitezası, yaxud şəxsiyyətin kölgə

tərəfi kimi nəzərdə tutulurdu. Bəzi müəlliflərin əsərlərində personaj kölgəni rədd

etməməklə aynada da əks olunmur və onun ortaya çıxması əksər hallarda

qəhrəmanın ölümündən xəbər verir.

Oxşar şüuraltı məzmunun kölgə tərəflərini (arzularını, istəklərini,

instinktlərini və s.) təcəssüm etdirir ki, bu onun (yəni subyektin) özü ilə bağlı olan

şüurlu təsəvvürləri ilə bir araya sığışmır. Bəzən oxşar prataqonist hesabına

qidalanır, onun solmasından (məhv olub getməsindən) asılı olaraq özünə inanaraq

onun dünyadakı yerini tutur. Bu baxımdan biz Kolricin 1797-ci ildə yazdığı

«Kristabeli» poemasındakı Kristabeli obrazının kölgə tərəflərini qeyd edə,

Hofmanın «Şeytan eliksiri» və «Qum adam» əsərlərində oxşar probleminin necə 134

Page 135: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

dərindən açıldığını nümunə kimi göstərə bilərik. Hofmandakı belə demonik

oxşarlıq sonra A.S.Puşkinin («Vasilyev adasında tənha evcik»), V.F.Odoyevskinin

(«Silfida», N.V.Qoqolun («Şinel»), F.M.Dostoyevskinin («Oxşar») əsərlərindəndə

adlayıb keçmişdir.

Oxşar psixoanalizdə Freydin «Qorxunc», onun şagirdi Otto Rannin

(«Oxşar»), U.Bionun («Təxəyyüldəki oxşar»), M.Doparinin («Kəbin gecəsi mən

səninlə olacağam») və başqalarının əsərlərində də yer almışdır və qeyd edək ki,

oxşar kimi, demək olar ki, əksər hallarda kişi cinsindən olanlar iştirak etmişlər.

Doppelqangerlərə fantastik əsərlərdə də rast gəlinir. Bu, qulyabanıdır ki, o

davranış simasını daha böyük dəqiqliklə yenidən yarada bilir. Öz simasında

doppelqanger insana oxşar fiqur kimi görünməklə sanki gildən olur. Doppelqanger

daim maskalanmağa meyillidir, çünki onun bacarıqlarının ikrah doğurduğunu o,

özü daha yaxşı duyur. Oxşarlıq fenomeni fəlsəfi-estetik nöqteyi-nəzərdən,

yuxarıda bildirdiyimiz kimi, ilk dəfə romantizm ədəbiyyatında özünü əks

etdirmişdir. Belə hal ilk növbədə burjua inqilabı, İngiltərədə sənaye çevrilişi ilə

bağlı olsa da, onun inkişafına Böyük Fransız İnqilabı daha güclü təsir etməklə

insanın varlığını, təbiətini, kainatla bağlı əlaqələr kompleksini əks etdirirdi.

Oxşarda canlı insanın qəlbsiz mexanizmə çevrilməsi halı da mövcud

olmuşdur ki, bu qəlibə Sisianov «Baş» romanında təsvir olunan xüsusiyyətləri ilə

uyğun gəlməkdədir. Bununla belə, Sisianov əsərdə filister (yəni qəlbsiz) varlıq

kimi daha çox görünməkdədir.

Doppelqanger insan düşüncəsinin ikili mahiyyətini onun kölgəli tərəfini əks

etdirən bir şeydir. Bu, sanki qəhrəmanın aynadakı əksidir. Oxşarla bağlı belə

xarakterik süjet onun ölüm motivinin əsasını təşkil edir. O.M.Freydenberqin

fikrincə, belə olduğu halda onun dünyanın həyat və ölüm sferasına arxaika ilə

əlaqədə olduğu görünməkdədir. Qəhrəmanı hər yerdə izləyən, onun bütün hərəkət

və fəaliyyətini nəzarətdə saxlayan oxşar düşmən sonda onun özünü də məhvə

gətirib çıxarır.

Yuxarıda bildirdiyimiz kimi, oxşarlıq mədəniyyət arxetipi olub dünyanın

binar modeli ilə bağlıdır. Buna görə də oxşarlıq nəinki personaj-oxşarların 135

Page 136: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

müəyyən sistemi səviyyəsində, həm də əsərin struktur-kompozisiya müstəvisində

realizə olunur, yəni süjet, kompozisiya, quruluş, təhkiyənin xüsusiyyətlərində və s.

özünü büruzə verə bilir.

Oxşarlıq fenomeni və qəhrəman-oxşarlar nəinki müəllifə həyatı

qəbuletmənin xüsusiyyətlərini başa düşməyə kömək edir, onlar həm də əsərin

strukturuna kifayət qədər təsir etməklə (bu, «Baş» romanının strukturunda olduqca

aydın nəzərə çarpmaqdadır), onların süjetini də yeni məcraya yönəldir. İki dünya

içində bulunma (real həyatla irreal həyat – çəkisizlik və şəffaflıq şəraiti)

Sisianovun ikiləşməsini şərtləndirməklə, onun bütövlüyünü dağıdır. O, real dünya

ilə irreal dünya arasında var-gəl etməkdədir. Elə buna görə də biz «Baş» romanının

digər xarakterik xüsusiyyət və keyfiyyətləri ilə yanaşı, həm də əsərdə Sisianovun

obrazının ikiləşmə, duallaşma kontekstində təqdim olunmasını müəllifin uğuru

hesab edirik. Daha doğrusu, Elçin romanda gah onu çəkisizlik və «boşluq içində»,

«çəkisizlik içində»n kənarda, həm konkret ətraf içində, gah ətrafdan kənarda, qarşı

və arxa olmayan yerdə, tərəflərin yoxluğunda, şəffaflığın ortasında, şəffaflığın

ortalığı olmayan yerdə, O nə özü özünü görmədiyi, özünü görməyəcəyi, onun

görünməsi mümkün olmadığı, onun kimliyinin və nəliyinin dərk edilmədiyi bir

şəraitdə təqdim edir.

O ilğım dalğalarda get-gedə əriyirdi, eyni zamanda o dərk edirdi ki, görünən

məkandan Ona baxan Baş Onun başıdır, ancaq bu qəfil formasiya Onu qətiyyən

diksindirmədi, Onu heç vəchlə qorxutmadı, çünki Onun varlığı şəffaf və çəkisiz

idi.

O, var idi və O, yox idi və bu varlıqla yoxluq arasında yaranan

anlaşılmazlıq, məchulluq Onun şəffaf və çəkisiz varlığına yad idi» (s.4).

Əslində, növbəti bəhs edəcəyimiz məqamı ortaya gətirmədən biz bu

parçanın özündə Sisianovun obrazının ikiləşməsini görürük. Çünki, parçadan

göründüyü kimi, bir tərəfdən, Sisianov çəkisizlik və boşluq içindədi, digər

tərəfdən, onun buradan (haradan?) baxdığı həm bilinirdi, həm də bilinmirdi.

Sisianov, bir tərəfdən, özünü görürdü, digər tərəfdən, görmürdü. Bir tərəfdən,

Onun özü görünürdü, digər tərəfdən görünmürdü. Əslində, bu məqamların özündə 136

Page 137: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

biz obrazın duallaşmasını, ikiləşməsini apaydın müşahidə edir, görürük. O, var

olduğu kimi, həm də yox idi. Biz ümumi roman mətnindən adi şriftlərlə

yazılanlardan fərqli şriftlərdə verilmiş parçalarda bu duallaşmanı, ikiləşməni bütün

roman boyu izləyirik.

Düzünü söyləsək, romanla ilk tanışlığımız zamanı biz mətndə ikiləşmənin

daha çox ortaya çıxmasına diqqət yetirmişdiksə, getdikcə burada həm də üçləşməni

şahidi olmaq qənaətinə üstünlük veririk. Belə ki, ümumi mətndən fərqli yazılan

parçada faktiki olaraq ikiləşmə ortadadır. Bəs onda roman mətnində üçləşməni

şərtləndirən amillər nə ilə bağlıdır və onları nəyə əsaslanaraq əyaniləşdirmək

mümkündür?! Bu suala mətnin özündə yer almış məqamlara müraciət etməklə

aydınlıq gətirmək olar. Romanın ümumi mətninin 80-90%-ni təşkil edən adi

şriftlərlə yazılmış hissələrində biz Sisianovu fərqli qiyafədə, libasda görürük. O,

1806-cı ilin fevral ayının 8-i öz yavəri ikinci yavər polkovnik fon Qrenfald Baş

komandanın xüsusi tapşırıqlarını yerinə yetirmək üçün Tiflisdə qalmışdı və knyaz

Elizbar Eristovla birlikdə Bakının Qoşa Qala Qapısına yaxınlaşıb Bakı xanlığının

açarını alıb onu kapitulyasiyaya məcbur etməli (s.15), Bakını Rusiya ərazisinə

çevirməli idi. O, Allahın yaratdığı Rusiya imperiyasına canla-başla xidmət

etməkdən şərəf duymaqla (s.22), Böyük Rusiyanı Zaqafqaziyaya qılıncla gətirirdi

(s.56). Rusiyaya lazımınca baş əymədiklərinə görə o, gürcü knyazlarının axırına

çıxırdı, Qafqazda yaşayan xalqlar üçün yeganə alətin güc olduğunu söyləyir və

buna sadiqlik nümayiş etdirirdi. Bir sözlə, Sisianov yalnız mənəmlik iddiasında idi.

Roman boyu biz Elçinin baş qəhrəmana üç tərəfdən baxışını görürük. Birinci,

Sisianov konkret şəxsiyyət kimi var, mövcuddur və o, kifayət qədər dinamik

fəaliyyəti ilə seçilməkdədir. İkinci, o, konkret şəxsiyyət kimi yoxdur, mövcud

deyil, həm də fəaliyyətsizdir, ətalətdədir, statikadadır. Üçüncü, o, Cənubi Qafqazda

İmperiya maraqlarını ciddi-cəhdlə qoruyan sərdar, knyaz canişindir. Romanda

Sisianovu bu üç cəhətdən, rakursdan xarakterizə etmək nəinki mümkündür, həm də

zəruridir. Sisianovun «Baş» romanında belə təqdimatı bizdən bəzi mətləblər

üzərində dayanmağı tələb edir.

137

Page 138: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Məlum olduğu kimi, dünya şifahi və yazılı söz sənətində obrazın ikiləşməsi

ilə bağlı fikir və mülahizələr heç də yeni problem deyildir. Və məsələnin

özünəməxsus tərəflərinə xeyli dərəcədə nəzər də salınmışdır. Folklor tipinin,

yazılı ədəbiyyat obrazının ikiləşməsi maraqlı bədii priyom kimi ilk növbədə

ustalıqdan irəli gələn ədəbi hadisə kimi dərk edilməlidir. İki tərəfli qarşıdurma

nəinki folklor və yazılı ədəbiyyatın ideya istiqaməti, həm də obrazlar sisteminin

əsas mənbəyi kimi ortaya çıxır. Elə buna görə də iki tərəfli qarşıdurma tip və

obrazların paralellik yaratmasının səbəbini açmaq üçün biz daha dərinliklərə

varmağı, başlıca nöqtələri vurğulamağı zəruri sayırıq. Sisianov adi şriftlərlə təqdim

olunmuş parçalarda oxucunun gözü qarşısında sərdar, knyaz, canişin kimi diqqət

mərkəzində dayanırsa, başqa şriftlərlə yazılmış parçalarda o, tamamilə fərqli bir

məkanda və zamanda, həm də onlardan kənarda, şəffaflıq və çəkisizlik şəraitində

təqdim və təsvir olunmuşdur.

«Baş» romanında obrazın ikiləşməsinin nəinki zahiri görkəminin kimlik

göstəricisi ortadadır, burada həm də obrazın iç dünyasında onun ikiləşmə, bölünmə

depressiyası altında çırpınması maraqlı verilmişdir. Bütün roman boyu biz

Sisianovun həm özü, həm də özü olmamasını müşahidə edirik. Digər bədii

əsərlərdəki ikiləşmələrdən «Baş» romanındakı Sisianovun ikiləşməsinin fərqi

ondadır ki, burada təsvir olunan vəziyyət onun şəffaflığına və çəkisizliyinə təsir

etmir. Başqa sözlə desək, Elçin postmodernist düşüncə və təxəyyülə uyğun olaraq

obrazla bağlı maraqlı oyun qurub oxucuya (tədqiqatçıya) təqdim edir. Folklorda

bu, xeyli hallarda qəhrəmanın libasını dəyişməklə, məsələn, dərviş libası geymiş

padşahın rəiyyət içinə çıxması, eşq-məhəbbət dastanlarında aşiqin öz

məşuqəsindən ötrü diyarbadiyar düşüb başqa libasda digər mühitlərdə, ərazilərdə

görünməsi, bununla da öz görkəmini gizlədib digərlərindən, əksər məqamlarda

düşmənlərdən qoruna bilməyə can atmasıdırsa (məsələn Kamal Abdullanın

«Yarımçıq əlyazma»sında Şah İsmayıl Xətainin yerinə döyüşlərə onun oxşarının,

başqa Xətainin çıxmasıdırsa), Elçinin «Baş» romanında bu bir qədər fərqli

yöndədir. Burada Sisianov komik yöndə deyil, daha çox ciddi yöndə ikiləşmişdir.

Yəni Sisianov, bir tərəfdən, Cənubi Qafqazda mənəmlik iddasında olub, bu 138

Page 139: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

regionda yaşayanları milliyyətindən asılı olmayaraq, əzməkdə, öldürməkdə idisə,

onun başqa vəziyyətdə təqdimatı nə Kosmos, nə də Xaos içindədir. O, yalnız

şəffaflıq və çəkisizlik şəraitindədir və belə hal onun vəziyyətinə qətiyyən təsir

etmirdi və etsəydi belə, o, bunu özü hiss etmirdi. Bununla biz Elçinin romanındakı

ikiləşmənin tamamilə fərqli kontekstdə və yerdə ortaya çıxdığını söyləməliyik.

Folklor və digər yazılı nümunələrdə obrazın ikiləşməsində libas obrazı

başqalaşdırırsa, «Baş» romanı mətnində obrazın oxşarının yaradılması həm

funksional oxşarlıqdır, həm də funksional oxşarlıq deyildir. Burada o, ciddi yöndə

olmaqla, həm də oxucunun tənəsini, nifrətini qazanan obraz kimi ortada durur.

Çünki oxucu Sisianova iki mövqedən baxdıqda birində ona əzazilliyinə görə nifrət

bəsləyirsə, ikincidə o, şəffaflıqda və çəkisizlikdə olduğuna görə nə ölü, nə də diri

deyil, ara vəziyyətindədir, hətta o, ara vəziyyətindən də kənardadır, nə əvvəldədir,

nə də sondadır. Burada Sisianovun əvəzedicisinin həm də iki tərəfli qarşıdurmada

əkizlər mifinə getdiyi də ehtimal oluna bilir. Bununla belə burada həm də əkizlər

mifi üçün səciyyəvi olan qutsal, sakral aləmlə bağlılıq məsələsi də ön plana

çəkilmir, ona görə ki, burada nə ön plan, nə də arxa plan yoxdur.

«Baş» romanında Sisianovun oxşarı problemi həm də mifoloji hadisələr və

obrazın həyatı mifoloji dünyadakından da əvvəli əhatə edir. Bəs belə olduğu halda

Sisianovun əvəzedicisinin folklorda və ədəbiyyatda oxşarını tapmaq

mümkündürmü?! Bizim qənaətlərimizə görə yox, çünki Sisianovun ikiləşməsinə

nə folklor, nə də yazılı ədəbiyyat nümunə vermir. Folklorda bu yetərincə görümlü

şəkildədir və folklorşünas prof.Muxtar Kazımoğlu «Folklorda obrazın ikiləşməsi»

monoqrafiyasında (Bakı, «Elm», 2011) folklor qəhrəmanının müsbət əvəzedicisi

kimi mənfi əvəzedicisinin əkizlər mifinə gedib çıxdığını ehtimal edir və bu

müstəvidə mövcud araşdırmaları öyrənməklə əkiz qardaşların əks qütblərdə

dayanması motivinin Azərbaycan folklorunun bəzi örnəklərində rastlaşıldığını

qeyd edir. Və elə bu müstəvidə də əkiz və əkiz olmayan qardaşların bir-birinə

qarşıdurmasına nəzər salır və «Basatın Təpəgözü öldürdüyü boyu» ətraflı təhlil

edir, şəri təmsil edən xeyiri təmsil edənin mənfi əvəzedicisi, yalançı qardaşı

olduğunu söyləyir. Muxtar Kazımoğlu nağıl və dastanlarda rast gəlinən qəhrəman 139

Page 140: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

və yalançı qəhrəman münasibətlərini əkizlər mifində yer almış daim rəqabətdə olan

qardaşların özünəməxsus münasibətlərinin törəməsi və davamı kimi dəyərləndirir.

Müsbət qəhrəman nə qədər böyük rəğbət qazanırsa, mənfi qəhrəman daha çox

nifrətə layiq olur. «Baş» romanındakı Sisianov obrazında biz obraza nifrət

gördüyümüz halda, onun oxşarında ona rəğbət də görmürük. Arxaik ikiləşmədə

başlıca məqsəd hökmdarı şərdən-yalandan qorumaq və onun həyatverici qüdrətini

artırmaq məqsədi güdülürsə, hökmdarın oxşarı olan qul ona yeni həyat verir. Bizə

belə gəlir ki, Elçinin roman mətnini, bir tərəfdən, həqiqi fakt və hadisələr əsasında

qurması ona oxucu diqqətini özünəməxsus şəkildə artırırsa və bu, oxucu tərəfindən

xüsusi şəkildə izlənilirsə, digər tərəfdən, fərqli şriftlə yazılmış mətndə oxucunu

maraqlandıran Onun (Sisianovun) bu, şəffaflıq və çəkisizlik şəraitində necə

görünməsi, yaxud görünməməsinə görə izlənilir. Bütün bunlar da biz müəllifin

mətni necə (həqiqi fakt və hadisələr və konkret zaman və məkanda, ondan kənarda,

o məkan və zamanın özündən də əvvəldə, yaxud əvvəlin özü olmadığı kimi,

sonranın da olmadığı qeyri-müəyyənlikdə) qurması və mətnə münasibəti ilə

bağlanır. Mətndə Sisianovun tədbirli sərdar olduğu göstərildiyi halda, onun

axmaqlığını sübut edən və göstərən məqamlar da romanda yoxdur. Elə buna görə

də biz Elçinin «Baş» romanında obrazın ikiləşməsini uğurlu şəkildə mətnə daxil

etdiyini müəyyənləşdirməklə və bu məsələni filoloji fikrin diqqət mərkəzində

dayanan problemlərindən hesab etməklə ona müxtəlif yönlərdən yanaşmağın

aktual olduğunu söyləyirik. Eyni zamanda bunu da qeyd edirik ki, bu ikiləşmədə

nə ciddi yön, nə komik yön, nə libas dəyişmə və ad dəyişmə, nə qəhrəmanın

oxşarı, onun mənfi əvəzedicisi, nə də yalançı qəhrəman kimi şərhi yoxdur.

Yuxarıda söylədiyimiz kimi, ədəbiyyatda obrazın ikiləşməsi yetərincə geniş

yayılmış bədii priyom kimi maraqlı və diqqətçəkəndir. Heç uzağa getməyək. Belə

ikiləşməyə C.Məmmədquluzadə nəsrində, H.Cavid pyeslərində kifayət qədər rast

gəlinir. Və obrazların ikiləşməsi işığında aparılan təsvirlər (məsələn, «ölü və diri»,

«ağıllı və dəli», «İblis və mələk» və s.) maraqlı qarşılaşdırmalar yaradır və

ədəbiyyatda obrazın duallaşması mühüm problem kimi yenidən təsvirin ayrılmaz

hissəsinə çevrilir.140

Page 141: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Sisianovun obrazının ikiləşməsində biz heç də folklorda olduğu kimi

ikitərəfli qarşıdurma görmürük və burada obrazın xeyirlə şər qütblərinə bölünüb

mübarizəsini fərqləndirmək də düzgün olmazdı. Məlum olduğu kimi, iki tərəfli

qarşıdurma folklorun yalnız ideya istiqamətinin yox, həm də obrazlar sisteminin

əsas mənbəyi kimi ortada durur. «Baş» romanında isə bu ikiləşmə, söylədiyimiz

kimi, tamamilə fərqli müstəvidədir.

«Baş»da ikiləşmənin perspektiv mahiyyəti olduğu kimi onun diaxron

istiqaməti də vardır. Sisianov obrazına ikiləşmə, qarşıdurma (bəlkə də heç biri)

müstəvisində münasibət sərgiləyən müəllif məsələyə, bir tərəfdən, retrospektiv

yanaşaraq, müasirlikdən keçmişə baxıb, obrazın fərdi keyfiyyətlərinə nəzər

saldıqda həm də, digər tərəfdən, ona 200 ildən sonrakı gözlə baxır və XIX əsrin lap

əvvəllərindən bu günə qədər keçilmiş mərhələləri, «nə qədər suların axdağı»

obyektiv nəzər kontekstində təhlil olunur. Elə buna görə də Sisianov gah özünü

görüb tanıyırdı, gah da özü öz kimliyindən xəbərsiz olurdu. «Onu çəkən, onu

aparmaq istəyən qüvvəyə sarı uçmaq ehtirası ONUN bütün hislərinə hakim idi,

ancaq o xatirələr imkan vermirdi və görünən o məkanda bir-birini əvəz edən

epizodlar heç bir sərhəd tanımırdı, keçmiş ilə gələcək, yaxın ilə uzaq, doğma ilə

yad – hamısı bir-birinə qarışmışdı» (s.67).

«Baş» romanının məzmunu ilə ətraflı tanış olduqda görürük ki, Sisianov

obrazının ümumi səciyyəsi təzahürdən mahiyyətə doğru hərəkət etməklə dərinləşir

və burada Sisianov heç də konkret olaraq xeyir və şərin daşıyıcısı olmaqla birinci

halda (adi şriftlərlə olan mətndə) onlardan biri (şər) kimi çıxış edirsə, ikinci halda

biz onun belə xüsusiyyətini görə bilmirik və bu mənada Sisianovun ikiləşmiş

obrazı həm də paralellik yaratmır. Çünki yenə də təkrar edirik ki, xeyirlə şərin

qarşıdurması ümumi əlvanlığa xidmət edib effekti gücləndirməyə istiqamətlənib

xeyirə rəğbəti artırdığı halda, «Baş»da təsvir olunan Sisianov obrazında biz

bunların şahidi olmuruq. Lakin buna baxmayaraq, Sisianov obrazındakı binar

oppozisiya modeli bu obrazın mahiyyətindəki gerçəkliyi aydınlaşdırır və buradakı

dialektik qarşıdurma obrazın ümumi və keçmiş aqibətinə işıq salır. Elçin «Baş»

romanında, dəfələrlə qeyd etdiyimiz kimi, həm də tarixin və obrazın fəlsəfi 141

Page 142: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

problemlərinə işıq tutur və, bizim fikrimizcə, Elçin bu duallaşmanı heç də tarixdən,

folklordan, etnik mədəniyyətdən gələn bədii priyom kimi ortaya atmır. Bu, birbaşa

yaradıcı təxəyyülündən qaynaqlanmaqla müəllif tərəfindən əsərə xüsusi ideya

gətirən uğurlu bədii detal kimi düşünülmüşdür.

Bununla belə, Sisianov obrazında ikiləşmənin biz həm də mifologiya və

folklordan qidalanma kimi olduğunu da qeyd etməliyik və belə halın, yəni

mifologiya və folklora müraciətin Elçin yaradıcılığı üçün səciyyəvi olduğunu da

nəzərdən qaçırmamalıyıq. Məsələn, burada Elçinin folklor motivlərindən nəşət alıb

gələn «Mahmud və Məryəm» romanının adını çəkmək kifayətdir. Lakin «Baş»

romanında buraya əlavə edilən yuxugörmələrdən istifadə etmənin özü də

maraqlıdır. Yeri gəlmişkən onu da vurğulayaq ki, müasir nəsrdə «ədəbiyyat və

yuxu» qarşıdurması geniş vüsət almaqdadır. Yuxular əsərə (N.Q.Çernışevskinin

«Nə etməli» romanını yada salaq) xüsusi effektyaradıcı element kimi daxil

edilərkən ədəbi kontekst daha çox qabardılır. Bir effektyaradıcı element kimi

yuxulara illüziya, qorxu-vahimə, adi və fövqəl qüvvələrin vəhdəti və qarşıdurması,

yuxu simvolikası, metaforik obrazlar, xüsusi xronotop sahəsi, oyun və çevrilmə

elementləri xasdır ki, bu da ədəbiyyatda xüsusi yuxu sferasından – o neyro

sferadan danışmaq üçün şəraityaradır. Postmodernist mətnlərin personajları – yuxu

görənləri yalnız müəllif təxəyyülü nəticəsi deyil, onlar həm də bir sıra hallarda

müəllifin həyat-ölüm və yuxularla bağlı təsəvvürlərini təcəssüm etdirməkdədir.

Postmodernist əsərlərdə yuxuların sakral dünyası desakrallaşdırmaya məruz qalır.

Yuxu, «Baş» romanından gördüyümüz kimi, Elçin nəsrinin polifunksional

fenomenidir. Yazıçı yuxu və gerçəklik arasında müvafiq körpü yaratmaqla, özü

eyni zamanda mediator rolunu oynayır. Elçin «Baş»da postmodernest estetikanın

tələblərinə uyğun olaraq yuxulardan ədəbi priyom, oyun başlanğıcı kimi istifadə

etməklə «yuxu oyunu» və «yuxularla oyun» qurub onu intensivləşdirir. Elə buna

görə də burada yuxu görümlü bir hal kimi çıxış edir. «Baş» romanında yuxu

(hallüsinasiya, qarabasma) yüksək sürəti və tezliyi ilə seçilir. Yuxu motivi burada

Elçin nəsrinin poetikasını, yazıçının dünyagörüşü və estetik münasibətlərini

anlamağa imkan verir.142

Page 143: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Çünki Sisianovun başına gələnlərin, eynindən keçənlərin xeyli hissəsi elə

yuxuda vaqeə olanlardır. Sisianov yuxuda dəfələrlə ekstremal hallara düşür. Lakin

folklorda olduğu kimi burada o, nə badə içmir, nə alma almır, nə də ona buta

verilmir, o, nə vergili deyil, nə də haqq aşiqliyi iddiasında deyildir. Burada

qəhrəmanın düşdüyü vəziyyətə görə ona alqışlar da deyilmir, eyni zamanda burada

əksini tapanlarda hər hansı ritual elementləri də yoxdur. Onu bu baxımdan arxetip

kimi də həm qəbul etməmək, həm də qəbul etmək doğru olmazdı. Lakin onun

bütün varlığı duallıqda, ikiləşmədə itib-batır, o, nə fövqəlqüvvə mənşəlidir, nə

Tanrı övladı kimi qəbul edilə bilməz, nə də səma oğludur. O, duallaşma, ikiləşmə

müstəvisində Elçin tərəfindən yaradılmış yeni obrazdır. O, heç mifoloji qəhrəman

da deyil. Lakin o, Kosmosla Xaos arasında var-gəl etməkdə, həm də

etməməkdədir. Biz onun demonik-komik hərəkətlərinin də şahidi deyilik. O, heç

də demonik-komik hərəkətlər etmir, yaxud onun timsalındakı ikiləşmə mifoloji

hiyləgər-kələkbazları (triksterləri) ekiz qardaşları da xatırlatmır. Buna görə də biz

mifik müstəvidə Sisianovun obrazının ikiləşməsinə nəzər salıb Levi-Stros, Levi-

Bryul, Kassirer, Freyd, Yunq, Toporov, Losev, Freydenberq, Eliade

nəzəriyyələrinə əsaslanıb məsələyə münasibət sərgiləmək istəsək, yanaşmamız

havadan asılı qala bilər. Sisianov əsərin xeyli parçalarında mistik bir dünyada olsa

da, bu, fikrimizcə, heç də bütünlüyü ilə mifoloji dünya deyildir. Sisianov obrazının

ikiləşməsində biz realın və idealın (hərəkətin və fikrin) bir-biri ilə üst-üstə

düşmədiyini də müşahidə edirik, Bununla belə, burada Sisianov obrazında həm də

sinkretizmin inikasını da görmürük. «Baş» romanında Sisianov obrazı adi şriftlərlə

yazılmış mətndə ifadə və məzmun planında görümlüdürsə, fərqli şriftlərlə yazılan

parçalarda süjet və obraz xeyli dərəcədə amorfdur. Bu parçalarda reallıq sanki

mistik dünya ilə əvəzlənmişdir. Lakin eyni zamanda burada nə mif görünmür, nə

də mif simvolların qurulması üçün universal model kimi ortada deyildir. Eyni

zamanda bu da məlumdur ki, mif sənət yaradıcılığı (bədii sənət üçün daha çox)

süjet və obrazların mühüm mənbəyi olmaqla müəllif tərəfindən «bədii həqiqət

qanunlarına görə» yaradılan yeni reallıqdır ki, burada mifin modelləşməsi araya

gəlir. Freydenberq mifoloji obrazın səciyyəvi xüsusiyyətləri haqqında mülahizələr 143

Page 144: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

sərgiləyərkən «mifoloji obrazla bağlı polisemantizm adlanan təsəvvürlər üçün

səciyyəvi olan keyfiyyətsizlikdən danışır və, fikrimizcə, romanın fərqli şriftlərlə

yazılmış yerlərində biz doğrudan da Sisianovun «keyfiyyətsizliyi»nin şahidi

oluruq. Bununla belə, Elçin fərqli şriftlərlə təqdim etdiyi parçalarda Sisianovla

bağlı özünəməxsus orijinal mifo-poetik hər hansı sistem yaratmağa da can atmır.

Eyni zamanda düşüncənin dərinliyində oturan mifo-sinkretik strukturun

yaradılmasına can atılanda səbəb-nəticə əlaqələri pozulur, müxtəlif yer və

məkanlar möcüzəli şəkildə uyğunlaşdırılır, ikiləşmə (duallaşma) personajın səhv

hərəkət və davranışlarının düzəlməsinə də kömək etmir:

«ONUN üçün səmt sərhədi yox idi və O, artıq bilirdi ki, ONUN üçün

görünən o məkandakı zaman sərhədi də yoxdur, çünki burada (harada?) zaman yox

idi» (s.27) yaxud:

«… ONUN yaddaşında elə bir oyanış baş vermişdi ki, görünən həmin

məkanla bağlı xatirələr, elə bil, bir-birini qovurdu və bütün bu qovhaqovu

saxlamaq ONUN şəffaf və çəkisiz varlığından asılı deyildi» (s.67).

Mətnin fərqli şriftlərlə yazılmış və ora sərbəst şəkildə daxil edilmiş bu tipli

rekonstruksiyaların, realist təhkiyəyə mifoloji motiv və obrazın daxil edilməsi,

həm də konkret tarixi obrazın universal məna ilə zənginləşdirilməsi, mifoloji,

qeyri-adi dünyadan özünəməxsus baxış bucağı, bəşəri və təbii varlığın arxetipik

konstantlarına (dəyişməzliyinə) istiqamətləndirilmiş pritçaya oxşarlıq, kinayəli

mifoloji hekayətə bənzərliyinin və s. əks olunduğunu görmək mümkündür.

Diqqətlə nəzər saldıqda biz «Baş» romanının infrastrukturunda müəllifin ustalıqla

quraşdırdığı həm ənənəvi, həm də kifayət qədər modern elementlərdən istifadə

etmə cəhdini görürük. Elçin bəlkə də romanın daha ekstravaqant, yeni

postmodernist yanaşmada alınması üçün Sisianov obrazını bəzi məqamlarda

mifoloji situasiya və aləmə salmaqla gerçəkliyin mifoloji düşüncə qanunlarına

uyğun olaraq modelləşdirilməsinə və modernləşdirilməsinə daha çox səy

göstərmişdir.

Mifə istiqamətlənmiş əsərlərdə həm ənənəvi mif, yaxud mifologiyadan

istifadə tendensiyası tarixi mövzulu əsərlərdə və onların süjetlərində daha aydın 144

Page 145: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

görünməkdədir. Y. Meletinskinin fikrincə belə qaydada şüurlu əxzetmə, yəni

tənqidə qurulmaya təsir və yeni bədii tənqidin inikası özünü göstərir. XX əsrdə

ədəbiyyatın bir sıra istiqamətlərinin mifologiyaya müraciəti şüurlu şəkildə

dəyişmişdir. Bu, mifoloji simvolların köməyi ilə edilmişdir. Praya görə mifin

ədəbiyyatda rolu əsaslıdır. Eyni zamanda mif həm də ədəbiyyatın başlanğıcı və

sonudur.

Müasir postmodernist yazıçılar mifə daha davamlı müraciət etdikdə süjet və

obrazlardan ağıllı şəkildə istifadə əsəri şedevrə çevirir. Eyni zamanda bunu da

qeyd etmək lazımdır ki, bu gün mif fenomeni həm də müasir mədəniyyətin

müxtəlif problemlərinin özünəməxsus açarı rolunu oynamaqdadır. Bu açarı

yazıçıların hərəsi bir cürə tapır. Məsələn, Elçinin burada istifadə etdiyi açar nə

qazax yazıçısı Oralxan Bukeyevin («İnsan-Maral», «Kerbuqu», «Bura», «Aypara

ana haqqında hekayət», «İldırım izi»), nə qırğız yazıçısı Çingiz Aytmatovun («Ağ

gəmi», «Erkən leyləklər», «Dəniz kənarı ilə qaçan Alabaş», «Edam kötüyü»), nə

də digərlərinin açarına bənzəmir, Elçin mifdən istifadəyə özünəməxsus açar salır.

Fikrimizcə, yazıçının Sisianovun obrazına belə müraciəti onun keçmişi, indisi və

gələcəyi arasında müəyyən əlaqələr yaratmaq istəyindən irəli gəlir.

Biz yuxarıda Elçinin «Baş» romanının xüsusiyyətlərindən danışarkən onu

tarixiliyi ilə bərabər, həm də fəlsəfi, sosioloji və psixoloji baxımdan

dəyərləndirmişdik. Burada isə biz «Baş»ın mifologiya və folklorla əlaqələrini də

qeyd etməyi zəruri hesab edirik. Eyni zamanda əsərdə fərqli şriftlərlə təqdim

olunmuş parçalarda Sisianovun əsil siması (daha doğrusu, simasızlığı) diqqət

mərkəzinə çəkilmiş və obraz özünəxas görüntüsü ilə duallaşdırılmışdır. «Baş»

romanında Elçinin Sisianovu təqdimatında zaman-məkan hədləri fərqli xronotop

anlayışları kimi ortada olduğundan burada adət edilmiş ölçülər də pozulmuşdur.

Bu da bizə bir sıra hallarda V.Xlebnikovun yaradıcılığında yer almış kosmoloji

motivləri andırmaqdadır. Yəni burada zaman məkanla dinamikləşmiş və

həmahəngləşmiş məkandır, həm də nə məkandır, nə də zamanın özüdür. Burada

zaman bəzən məkanla birləşir, bəzən siklik təkrarlanır, bəzən də yox olur və bir

sıra hallarda tradisionalist və avanqardist məqamlar özünü büruzə verir. Müxtəlif 145

Page 146: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

tarixi mərhələlər üz-üzə gətirilir. Belə olduqda şüurlu olaraq anaxronizmlər

yaranır. Bu da bizdə V.Xlebnikovun «Qarcığaz», «Zaman və Venera», «Ladomir»,

«Uzıdan olan Azı», «Şeytancıqlar» və başqa əsərlərindəki zamanla məkanın

«köndələn» dayandığını andırır. Çünki fərqli şriftlərlə yazılmış mətnin heç bir

hissəsi digərinə oxşamır, burada zaman hissələri ölçülərinə qədər mövcuddursa, o

qədər də yoxdur. V.Xlebnikovun «Zangezi»sindəki kimi çoxsaylı zaman-məkan

vahidləri olduğu kimi, həm də onlarla toqquşan zaman və məkanın özü yoxdur.

«Baş»ın bəzi məqamlarını biz XX əsr avanqardist və modernist əsərləri ilə

müqayisə edib müxtəlif paralellər aparmağa can atsaq da, Elçinin bu romanında

məsələyə bədii münasibət özünü tamamilə fərqli müstəvidə təzahür etdirməkdədir.

Çünki Elçin «Baş» romanında mifoloji və miforitual simvolikaların

elementlərindən tamamilə fərqli şəkildə yararlana bilir və müəllif bu elementlərdən

istifadə etməkdə oxucuya (tədqiqatçıya), ümumiyyətlə, ədəbiyyatımıza yeni bədii

üslub təqdim edir. Biz bunu həm də Elçinin yaradıcılıqda yeni formaya

yiyələnməsi kimi başa düşürük.

«Baş»da duallaşmanı, ikiləşməni nəzərdən keçirib təhlil etdikcə biz heç də

bu fikirdə deyilik ki, belə hal Elçinin lap erkən yaradıcılığından gələn xəttdir.

Lakin bu da vardır ki, Elçini Azərbaycan taleyi, etnik-milli tale, xalq taleyi daim

maraqlandırmışdı. O, Sisianovu ikili, dual müstəvidə təqdim etməklə onun xoşbəxt

olduğu, mənəmlik etdiyi dövrü ilə obrazın özünün nəzərindən belə keçməyən,

eyninə belə gəlməyən bədbəxt taleyini (aqibətini, yaxud aqibətsizliyini) verməyə

çalışmışdır. Daha doğrusu, adi şriftlərlə verilən parçalarda Sisianovun həyatının

işıqlı çağları, fərqli şriftlərlə verilənlərdə isə qara səhifələri əksini tapmışdır.

Sisianovun ikiləşməsi heç də obrazın özünün istəyi ilə bağlı deyildir. Bir

tərəfdən, burada hərbi fəaliyyətlə məşğul olub sərdarın zövq alması ortadadırsa,

digər tərəfdən, onun şəffaflıq və çəkisizlik şəraitində olmasıdır. Biz burada iki ayrı

dünya, iki ayrı məkan görməkdəyik. Və, yuxarıda söylədiyimiz kimi, Sisianov

burada iki zaman və məkan, həm də zamansızlıq və məkansızlıq şəraitindədir. O,

sanki özü-özü ilə qarşı-qarşıya durmaqla həm özü, həm də özü deyil. O, sanki iki

ayrı-ayrı dünyanın insanıdır. Bir dünyada o, özündən imperiya maraqlarını həyata 146

Page 147: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

keçirməklə həzz almaqdadırsa, digərində o nə Xaosda, nə Kosmosda olduğunu hiss

etmir, çünki ona hissiyyatsızlıq məxsusdur. O, həm burada, həm də orada

bölünmələr, dağılmalar, ikiləşmələr içindədir. Onun belə ikili xarakteri həm fiziki,

həm də mənəvi baxımdan yerdəyişmələrdədir. Bu yerdəyişmələrdə sadəcə həm bir,

həm də iki insanın maraqları, yaxud maraqsızlığı əks olunur. Bir halda o,

mərddirsə, digər halda onun belə halından heç bir əsər-əlamət yoxdur. Əslində

oxucu (tədqiqatçı) onun iki fərqli müstəvidə görünməsini həm başa düşə bilir həm

də bilmir.

Sisianov həm adi şriftlərlə yazılan, həm də digər şriftlərlə yazılanlarda baş

qəhrəmandır. Bununla belə bu ikiləşmələrdə hər iki mətndə onlar bir-birini

mənimsəməkdən və dərk etməkdən kənardadırlar. Onlardan hansının düşüncəsinin

doğru olduğu isə oxucu tərəfindən nə təyin olunmur, nə də birmənalı qarşılanmır.

Əslində burada onlardan hər birinin daxili dünyasında öz şəxsiyyəti ilə mənliyi

arasında hansısa mübarizə gedir. Elə bax buna görə də bunu ədəbiyyatda «ikiləşmə

(duallaşma, doppelqanger) hekayələridə adlandırırlar.

Mifoloji ekizlər, Herakl və qardaşı İfikles, şəxsiyyət yanlışlığına söykənən

komediyadakı Kastor və Pollüks, Quran qissələrindəki Habil və Qabil kimi

qardaşlar, «Qilqameş» dastanındakı Qılqameş və Enkidu qardaşları ikiləşmənin

köklərinin daha qədimlərə dirəndiyini sübut edir. (Parla Jale. Roman və kimlik:

Beyaz Kale Orhan Pamuku anlamak. Derleyen: Engin Kılıç. 2.Baskı. İstanbul,

İletişim Yayınları, 2000. s.86). Yeri gəlmişkən qeyd edək ki, belə özünəməxsus

priyomdan digər postmodernist yazıçılar da geniş istifadə etmişlər. Məsələn, Orxan

Pamuk «Bəyaz qala» romanında belə ikiləşməni diqqət mərkəzinə çəkərək romanın

sonunda bir sıra mənbələrlə bağlı məlumat verərkən «ekiz» mövzusunu aşağıdakı

kimi incələməyə çalışır»… ədəbiyyat tarixi deyilən o zəngin xəzinənin məşhur

ekizlər, bir-birinə bənzəyən cütlər mövzusundan faydalanmağını ədəbiyyatı sevən

oxucularım anında başa düşər. Təbii ki, musiqiçi olması üçün Mosartın adını

(Amadey) öz adına əlavə edən E.T.A.Hofmanın «Cütlük» mövzusunda yazılmış

romanları, Dostoyevskinin «Bir başqası» adlı romanı, Robert Luis Stivensonun

«Dr.Jekkyill və Mr.Haudi» adlı romanlarındakı doktor obrazları «Bəyaz qala»nın 147

Page 148: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

mənbələrindən sayıla bilər (Orhan Pamuk. Beyazkale. İstanbul, İletişim yayınları,

2000, s. 196-197). Deməli, Orxan Pamuk əsərdə «ikiləşməni» ortaya gətirmək

üçün ekizlər mətnlərindən istifadə etmişdir. Elçinin «Baş» romanında ikiləşmə,

bizim qənaətimizə görə, fantastik xarakter daşımır, sadəcə olaraq real dünya ilə

irreal dünyanın kəsişdiyi məkan-zaman kontekstində ortaya gəlir. Bizə belə gəlir

ki, Elçin həm əsərdə təsvir edilən dövrü, həm də bu günkü dövrün ictimai, siyasi,

mədəni, mənəvi dəyərlərini saf-çürük edib təhlil etməklə ikiləşmə problemini

ortaya qoymuşdur. «Baş» romanında təfəkkür və məntiq (bəlkə də məntiqsizlik)

qarşıdurması Sisianovun fizionomiyasında və şəxsiyyətində iki bədəndəbir (vahid)

ruh şəklində qarşımıza çıxır. Əgər, əsərdə müəllif, bir tərəfdən, Sisianovun

kimliyini bu ikiləşmələr vasitəsi ilə ortaya qoymağa səy göstərmişdirsə, digər

tərəfdən, demək olar ki, Elçin, ümumiyyətlə, bu məqsədlə heç bir hərəkət belə

etməyə çalışmamışdır. O, sadəcə olaraq əsərin fərqli postmodernist mahiyyətini və

görkəmini yaratmışdır.

Elçinin «Baş» romanında təsvirini tapan Sisianov obrazının keçmişi, onun

kimliyinin xarakteri qədər məlumdur. Bununla belə o, burada mistik qüvvələrlə

tərəf-müqabil kimi çıxış etmir. «Baş» romanında ikiləşmə bəzi məqamları ilə,

yuxarıda qeyd etdiyimiz kimi, folklordan gələnlərə bənzəsə də, burada

duallaşmanın özünün obrazın qoşalığı ilə ortaya çıxmasıdır. Qoşalıq yaradan

obrazlardan biri o birinin oxşarına çevrilir və «Baş»da bu oxşarlığın özü də

tamamilə fərqli müstəvidə təqdim olunmaqla ikiləşmə öz zahiri və daxili

keyfiyyətləri ilə genişlənir. Zahiri duallaşmada Sisianovun davranışları, daxili

duallaşmada isə onun psixoloji sarsıntıları, iç dünyası ortaya qoyulur:

«O, görünən o məkanda nə görürdüsə, bunu dəyişmək, buna müdaxilə etmək

mümkün deyildi, çünki ONUN gördüklərinin hamısı mütləq bir məhkumluğun

ifadəsi idi. O, artıq bunu anlamışdı və belə bir istəyin özü də ONUN şəffaf və

çəkisiz varlığına yad idi.

ONUN varlığındakı şəffaflıq və çəkisizlik görünən o məkandakı hadisələrin

mütləqliyi ilə üzbəüz idi və əslində, ONUN o şəffaf və çəkisiz varlığında nəyəsə

müdaxilə etmək, gördüklərində nəyisə dəyişmək istəyi yox idi (s.107). Əsərin 148

Page 149: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

mətnində daxili duallaşma zahiri duallaşmadan həcm etibarı ilə az yer tutsa da,

mahiyyət etibarı ilə onu üstələməkdədir. Lakin həcmdən asılı olmayaraq, hər iki

haldakı duallaşmada biz əsl məzmun və mahiyyətin ortaya çıxdığını görürük.

«Baş» romanını izahlı və ən başlıcası tələskənliyə yol vermədən oxuduqda biz

Elçinin mifik mətnlərdən, folklor nümunələrindən və yazılı ədəbiyyatdan gələn

ənənələri özünəxas şəkildə davam etdirdiyini, Sisianovun təbiətindəki ziddiyyətləri

göstərmək üçün obrazın daxili xüsusiyyətlərini (onun mənəvi sarsıntılarını)

göstərməyi daha önəmli hesab etdiyini görə bilərik. Daha doğrusu, Sisianov

obrazında biz ikiləşmədən danışdıqda burada heç də paralelliklər aramağı da

mühüm hesab etmirik, əslində burada obrazlar arasında antaqonizmin yaranması

daha çox diqqət mərkəzinə düşməkdədir.

Zahiri ikiləşmədə biz Sisianovun özünü nə qədər görürüksə, daxili

ikiləşmədə biz onu tamamilə başqa birisi kimi görürük. Zahiri və daxili

ikiləşmələrdə Sisianov obrazı bir-birinin diametral əksidir. Onun düşüncəsi,

qiyafəsi, libası, cildi bir-birindən o qədər fərqlidir ki, hətta oxucu (tədqiqatçı)

bəzən obrazı onun ikiləşməsi kimi də qəbul etmir. Zahiri ikiləşmədə Sisianov

əzazil imperiya ambisiyaları ilə yaşayan, Azərbaycanı, Gürcüstanı Rusiya

imperiyası qarşısında diz çökdürəsi sərdar, knyaz, canişindirsə, daxili ikiləşmədə o

sanki nə demonik obrazdır, nə də hər hansı bir işi, hərəkəti, fəaliyyəti həyata keçirə

biləcək bir qüvvədir. Çünki, dəfələrlə təkrarladığımız kimi o, şəffaflıq və çəkisizlik

şəraitindədir və onun belə vəziyyəti halına heç bir təsir də göstərmir.

Elçin «Baş» romanında Sisianovun karyera, yüksəliş əldə etməsi ilə bağlı

onda yaratdığı ikiləşmədə tərəddüd və ziddiyyətləri daha çox ön plana çıxarır. Adi

şriftlərlə qələmə alınmış mətndə Sisianov nə qədər ötkəmdirsə, fərqli şriftlə

yazılanlarda onda heç bir qüvvə, güc özünü əks etdirmir. O, hər şeyə laqeyddir.

Belə olduqda Sisianov öz oxşarı ilə müxtəlif qütblərdə dayanır və dünyada gedən

proseslərə fərqli müstəvidən baxır:

«… Görünən o məkanda xatirələr, epizodlar bir-birini əvəz etdikcə, ONUN

o şəffaf və çəkisiz varlığını anlaşılmaz bir hissiyyat bürüməyə başladı və ən

qəribəsi isə bu oldu ki, ONUN şəffaf və çəkisiz varlığı, elə bil, bu şəffaflıq və 149

Page 150: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

çəkisizliklə heç vəchlə uyuşmayan o anlaşılmaz hissiyyata qarşı tamam biganə idi,

həmin hissiyyata müqavimət göstərmirdi, onu özündən uzaqlaşdırmaq, yox etmək

istəyirdi» (s.124). Bütün bu qeyri-müəyyənliklərdə bulunan Sisianovdur. O,

«görünən o məkanda doğrudan da anlaşılmaz hislər içindədir və bəlkə də onu belə

hala qeyri-müəyyən varlıq məcbur edir və o, bu mənzərənin içində tamamilə

acizdir.

Bakının Qoşa Qala Qapısında baş verən müdhiş hadisədən sonra Sisianovla

bağlı nə varsa, hamısı sakit məntiqli axardan çıxıb qəflətən gərginləşməyə başlayır.

Bundan sonra əsərdə fərqli şriftlərlə verilmiş parçalarda oxuduqlarımız

yarımmistik şəkildə ortadadırsa, adi şriftlərlə verilmişlərdə özünəməxsus real həyat

bütün ziddiyyətləri ilə təqdim olunur.

Məlum olduğu kimi, oxşarın (doppelqangerin) ölməsi qəhrəmanın yenidən

doğulması, onun yeni keyfiyyət əldə etməsi kimi qəbul oluna bilər. Buna

mifologiyada, yunan eposunda kifayət qədər rast gəlinir, elə «Kitabi-Dədə

Qorqud»da da biz Beyrəyin ölməsində, Qazan xanın Aruz Qoca üzərindəki

qələbəsində güc mənbəyi görürük. Amma «Baş»da ölüb-dirilmə tamamilə başqa

şəkildədir. «Baş»da Sisianovun oxşarı sanki Allahın qəzəbinə tuş gəlmişdir və o,

C.Məmmədquluzadənin «Ölülər»indəki kefli İskəndər kimi bununla məzələnib nə

dərdini dağıda, nə də davranışında sərbəst olub özünü oxucuya sevdirə bilir.

Əksinə, onun ara vəziyyəti oxucuda istehzaya səbəb ola bilir. Bəlkə də Sisianovun

belə vəziyyətə düşməsi onun dünyanı birinci halda düzgün başa düşməməsi ilə,

varlığa, dünyada olan digər insanlara, xalqlara dəyər verməməsindən irəli gəlirdi.

O, həyatın, dünyanın gərdişlərini olduğu kimi qəbul etməyə meylli deyildi.

Baxmayaraq ki, Sisianovun quvernyoru Babua Arçil ona həyatla bağlı xeyli şeyləri

anlatmağa da çalışmışdı:

«Babua Arçilin söhbətləri balaca Pavel üçün oxuduğu kitablardan da qat-qat

maraqlı və təsirli olurdu, onu sirli bir dünyaya aparırdı və o sirli dünyada Babuanın

danışdığı hadisələr, söylədiyi faciələr canlanırdı, hərəkətə gəlirdi, Babua doğrudan

da göydə – Ayın, ulduzların arasında olurdu, Pavel özü də o sirli dünyadakı

150

Page 151: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

hadisələrin içinə girirdi, o hadisələrin iştirakçısı olurdu, bəzən də o sirli dünya

qorxulu dünyaya çevrilirdi.

Həmin gün də Babua Arçilin danışdığı əhvalat o qorxulu dünyanın hadisələri

idi və neçə gün gecələr Pavel o qorxulu dünyanın xofu içində yuxuya gedə

bilmirdi, hətta yuxudan qalxıb dayəsi madam Jenonun yataq otağına qaçmaq,

madam Jenonu qucaqlayıb ağlamaq istəyirdi, ancaq bunu özünə sığışdırmırdı –

general gərək heç nədən qorxmasın! – özü-özünü məcbur edib, o qorxulu dünya ilə

təkbətək qalırdı» (s.39-40). Qeyd edək ki, əsərdə Sisianovun getdikcə halının

pisləşməsi sanki oxucunun gözü qarşısında baş verir.

Babua Arçilin ona Peterburqda spirtin içində iki baş saxlanılmasından

danışması, gələcəkdə dünyada daha cinayətkarların olmayacağına inandırması, o

başların bir-birinə baxıb, gecələr qaranlıqda bir-biri ilə danışmasını və o iki başın

Pavelin beynində həyəcan, isterika yaratması, bütün bunların hamısının sanki

ulduzlardan gəldiyini düşünməsi, çünki Babua Arçilin danışdıqları ona o bədənsiz

başlardan daha dəhşətli təsir bağışlayırdı. Və bütün bunlar hələ uşaq ikən

Sisianovu özündən alırdı və elə buna görə də Babua Arçil ona «Xmerti», yəni

«Yaradan» sözünü təkrarlamağı israrla desə də, o vaxtlar səkkiz-doqquz yaşlı

Pavel üçün «Xmerti» sözü nəinki ona yad idi, hətta gülməli gəlirdi və elə buna

görə «Xmerti» onun tamamilə yadından çıxırdı (s.11).

Babua Arçil Sisianovgilin evinə gedib-gəldiyindən, onlarla daha yaxın

münasibətlərdə olduğundan gürcü ləhcəsi ilə rus dilində danışa-danışa Tiflisdən,

Tiflisdəki azərbaycanlılar yaşayan Şeytanbazar məhəlləsindən, orada çalınan gözəl

musiqilərdən, Tiflisdən keçən Kür çayından, Gürcüstanın dağlarından, bağlarından

söhbət açırdı. Onun söhbətləri Sisianovların evində artıq çox uzaq, uzaq olduğu

qədər də nağılvari bir dünyadan xəbər verirdi. Babua Arçil Tiflisdəki

Şeytanbazarda ən ləzzətli qış yeməklərindən olan «Kəllə-paça»nı, əcnəbilərin

yeməsindən danışarkən kəsilib qana bulaşmış o qoyun kəlləsi Pavelin gözlərinin

qabağına gəlirdi və onu vahiməli bir heyrət bürüyürdü ki, bu cür qanlı başı necə

yemək olar və bunu danışa-danışa Babua kimi necə gülmək olar (s.41).

151

Page 152: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Bununla belə əsərdən görürük ki, Sisianovun özünün başı qana bulaşır və

onun başı Qəssab Balarzanın kötüyü üstündə cəsədindən ayrılır və o, həqiqətən də

gülməli bir vəziyyətə düşür, yəqin Sisianovun oxşarı onun özünün vahimə doğuran

halından ayrılaraq mistik bir dünyada – şəffaflıq və çəkisizlik şəraitində, ölü və ya

diri kimi olması da təəccüblə qarşılanmamalıdır. Sisianovun halı burada

tragikomik vəziyyətdə də deyildir. Və belə hal onun səciyyəvi əlaməti də hesab

edilə bilməz.

Sisianovun ikiləşməsi, dondan-dona, bir görüntüdən digərinə keçməsi,

yaxud girməsi bəlkə də onun içində olduğu hadisələrə adekvatlıq kimi

dəyərləndirilməlidir. Onun ikiləşməsində və oxşarında formasızlığın zaman və

məkan hədlərindən kənarda qalması mahiyyətinə uyğun gəlmək kimi dərk

olunmalıdır. Bununla belə «Baş»da Sisianovun obrazının ikiləşməsi xalq gülüş

mədəniyyətində obrazın ikiləşməsi ilə yaxından səsləşmir, burada biz

C.Məmmədquluzadənin «Ölülər» və «Dəli yığıncağı»ndakı kimi məzhəkəsayaqılıq

da görmürük. Sisianov öz oxşarında real dünyadakı davranışlarına görə mistik bir

aləmə düşüb özü-özü ilə ya mübarizə aparmır, ya da onun varlığı ilə yoxluğu

arasında heç bir fərq olmadığından öz faciəvi taleyini yaşayır, ya da yaşamır

VII Fəsil . «Baş» romanı ədəbi tənqiddə

152

Page 153: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Biz Elçin yaradıcılığını hələ lap əvvəllərdən izləyərkən bir sıra hallarda

onları mütaliə edə-edə bəzi qeydlər də aparmışıq. Ədibin yaradıcılığı haqqında

xeyli məqalələr yazıb dövrü mətbuatda çap etdirib, bəzi mülahizələrimizi söyləsək

də, «Baş» romanı nəşr olunandan sonra ona dönə-dönə qayıtmış, yazıçının digər

əsərlərindən fərqli olaraq əsərin bədii üslubu, məzmunu, kompozisiyası, obrazları,

tarixə, hadisələrə müəllifin tamamilə fərqli müstəvidə yanaşdığını yəqin etmişik.

Odur ki, «Baş»ın timsalında özünəməxsus bir nümunə ortaya qoymuş Elçinin bu

romanı ilə bağlı bir sıra yazılar çap etdirmiş, onu daha dərin və geniş kontekstdə

təhlil etməyi qərarlaşdırmaqla əsərlə bağlı söylənilən fikirləri nəzərdən keçirməyi

məqsədə müvafiq hesab etmişik. Qeyd edək ki, 2000-ci illərin ortalarındakı biz

Elçin yaradıcılığı ilə bağlı məqalələrimizdən birini yazıçının bədii arsenalının

görünən və görünməyən tərəflərinə həsr etmiş və oxuculara (həm də ədəbi

tənqidə) onun əsərlərini daha ətraflı öyrənməyi təklif etmişdik. Bəri başdan deyək

ki, Elçində gerçəklik hissi olduqca diridir. Əgər yazıçıda gerçəkliyin, yaxud təsvir

etdiyi predmetin bədii dərk duyğusu yüksəkdirsə, deməli, o, həyat hadisələrinin

dərinliklərinə həm üfüqi, həm də şaquli istiqamətlərdə nüfuz edə bilməklə hər dəfə

elə bədii problematika, onun elə fərqli və ümumiləşmiş konturlarını diqqət

mərkəzinə çəkir ki, oxucu təsvir olunanlarla bağlı qeyri-adi sirli-sehrli ekstremal

bir aləmə düşür.

Elçin ədəbiyyat trayektoriyasına daxil olduğu lap ilk dövrlərdən bu günə

qədər ədəbi tənqid onun yaradıcılığını daim diqqət mərkəzində saxlamaqdadır.

Onun əsərləri ilə bağlı yazılmışların adları bəlkə də bir kitaba sığmaz, bu sahədə

məqalələr yüzlərlə olduğu halda, monoqrafik araşdırmalarsa onlarladır. Hər

müəllifin də Elçin yaradıcılığına verdiyi qiymət təhlili onun təfəkkürünün

hüdudları çevrəsindədir.

Əlbəttə, burada biz Elçinin əsərlərinin ümumi məzmunundan, ədəbi tənqidin

onun yaradıcılığını necə çözməsindən danışmayacağıq. Fikirlərimizi məxsusi

olaraq «Baş» romanı ilə bağlı söylənilmiş mülahizələr üzərində cəmləşdirəcəyik.

Elçinin «Baş» romanı 2015-ci ilin payızında ədəbi dövriyyəyə buraxıldı. Elə

biz də «Baş»ı isti-isti, mürəkkəbi qurumamış oxuyanlardan biri olduq. Azərbaycan 153

Page 154: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

ədəbi tənqidində nəşri güclü rezonans doğuran bu əsərlə bağlı ilk tənqidi fikir

söyləyənlərdən biri (bəlkə də birincisi?!) Vaqif Yusifli oldu. Onun bu romanın

məziyyətlərinə həsr etdiyi qeydləri «Ədəbi hadisə» adı altında «Azərbaycan»

jurnalının 2015-ci il 12 sayında «İsti-isti» qeydi ilə işıq üzü görmüşdür.

Vaqif Yusifli «Baş» romanının tarixi mövzuda olub «müəllifin tarixi

hadisələrə nə dərəcədə riayət edib-etməməsindən asılı olmayaraq» onu tarixi-

psixoloji romana aid edir. Çünki məqalə müəllifinin fikrincə «Baş»da təsvir olunan

hadisələrin hamısı ayrı-ayrı başların (təkcə Sisianovun kəsilmiş başının deyil)

«psixoloji durumlarını, halət və vəziyyətlərini özündə əks etdirir (s.173.). Onun

fikrincə «Baş» romanında... bəzi tarixi hadisələr qətiyyən təkrar olunmayıb.

Bununla belə, onun doğru qeyd etdiyinə görə, roman tarixə baxışın və

münasibətin fərqli bir çalarını əks etdirir. V. Yusifli düzgün söyləyir ki, «bir var

tarixi hadisələrə sədaqət ruhu – bu cəhəti bizim əksər tarixi romanlarda hiss edirik

– bir də var tarixi mənbələrin əsiri olmadan tarixdə baş verən hadisələri müasir

düşüncənin, bədii təfəkkürün işığında əks etdirmək prinsipi» (s.174). Bizə belə

gəlir ki, məqalə müəllifi Elçinin «Baş» romanındakı tarixiliyə yazıçı münasibətini

doğru-dürüst mövqedən görməyə səy göstərməklə əsəri oxucunun gözü qarşısında

«döyüşlər, vürüşlar, hərbi yürüşlərin mənzərəsini yaradan istilalar tarixi,

mənəviyyatlar toqquşmasını əks etdirən olduqca gərgin, qəddar və amansız

döyüşlərin bədii salnaməsi» adlandırmaqda haqlıdır.

Vaqif Yusifli romanın baş qəhrəmanı Sisianovun xarakterik cizgilərini də

düzgün müəyyənləşdirərək onun qüvvətli xarakter olduğunu qeyd etməklə əsərdə

onun bu tərzdə təsvirini Elçinin bədii uğuru kimi müəyyənləşdirir. Sisianovun

əsərdə qüvvətli xarakter olduğunu Vaqif Yusifli eyni zamanda onunla

müəyyənləşdirir ki, «qətl anına qədər də o, öz ideyalarından dönmür». Eyni

zamanda bu gürcü mənşəli general öz əslinə, kökünə qətiyyən bağlı deyil və o,

Babua Arçilin «Xmerti» kəlməsinə də tamamilə biganədir. Məqalə müəllifinə görə

Sisianovun xarakterik xüsusiyyətləri ona görə Elçin tərəfindən inandırıcı

işlənmişdir ki, o, «əlindəki qılıncla Rusiya imperiyası naminə evlənməyə də, ailə

qurmağa da macalı olmayan bir insan... hətta Avropanı da rus qılıncından keçirmək 154

Page 155: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

xəyalı ilə» yaşamaqdadır. Elə buradaca məqalə müəllifi onun bizim romandan yox,

tarixdən tanıdığımız Sisianov olduğunu söyləyir və buna görə də Elçinin bu

təqdimatında heç bir uydurma, hiperbola nəzərə çarpmadığını qeyd edir. Onun

fikrincə Sisianov obrazına Elçin heç də fərqli planda yox, həm də ona rus

imperiyasının istilaçı, işğalçı Puşkinin, Lermontovun, Çernışevskinin lənət

oxuduğu çar Rusiyasının təcəssümçüsü kimi təsir bağışladığını dilə gətirir. Eyni

zamanda V.Yusiflinin fikrincə Sisianov fərdi planda da mürəkkəb və

ziddiyyətlidir. Bütün bunlar onu göstərir ki, Elçin Sisianovun timsalında, doğrudan

da, maraqlı və təzadlı bir canişin xarakteri yarada bilmişdir.

Tənqidçi onu da doğru olaraq söyləyir ki, «Baş» romanında kəsilmiş başın

yollar, məsafələr qət edərək Fətəli şaha çatdırılması da tarixi həqiqətlə səsləşir və

romandakı bu «səfər»in marşrutu Şərq koloritini də yetərincə gücləndirir.

Hüseynqulu xanın məşvərət məclisində, vəliəhd Abbas Mirzə və Fətəli şahın

sarayında XIX əsr Şərq (Azərbaycan-İran) despotizmi,hakimiyyət ierarxiyası, dini

–ruhani mühafizəkarlıq, mənəvi işğalçılıq siyasəti..., Hüseynqulu xanın sarayındakı

məsləhətləşmələr Axundovun «Aldanmış kəvakib» əsərindəki səhnəni

xatırlatmaqla (s.175-176), həm də dövrün və regionun maraqlı kolorit və çalarlarını

oxucunun gözü qarşısında canlandırır.

Məqalə müəllifinin diqqətini məşğul edən parçalardan biri romanda

Ağabəyim Ağanın obrazının böyük məhəbbətlə yaradılması, canlı saray həyatı,

Ağabəyim Ağanın atası və Qarabağla bağlı xatirələri, şairliyi o qədər səmimi təsir

bağışlayır ki, Ağabəyim Ağa göz qarşısında yetərincə canlı göstərilir. Tənqidçiyə

görə Elçinin «Baş» romanı onun əvvəllər qələmə aldığı əsərlərindəki fərdi

üslubunu bir daha nümayiş etdirir və bu nümayiş bir qədər də yeni naxış və

cizgilərlə müşayiət olunur. «Mahmud və Məryəm»dəki, «Ölüm hökmü»ndəki bədii

sənətkarlıq, yüksək dil mədəniyyəti, təsvir etdiyi obrazların daxili, psixoloji

aləmini incələməyə qədər əks etdirmək məharəti «Baş»da bütün parlaqlığı ilə üzə

çıxır. V.Yusifli eyni zamanda əsərdə əksini tapmış epizodik obrazlara da Elçinin

məsuliyyətlə yanaşdığını söyləyir. Tənqidçi eyni zamanda onu da vurğulamağı

mühüm sayır ki, «Elçin bugünkü»zaman axını»na sözün əsl mənasında meydan 155

Page 156: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

oxuya bilib. «Baş» doğrudan da milli roman sənətimizin gözəl bir nümunəsi olaraq

ƏDƏBİ HADİSƏ kimi ortadadır və onu tezliklə başqa dillərə çevirməyə (s.177)

də böyük ehtiyac vardır.

«Baş» romanı haqqında erkən mülahizə bildirənlərdən biri də

ədəbiyyatşünas Nizaməddin Şəmsizadədir. O, 2015-ci ilin 19 dekabrında «525-ci

qəzet»də «Baş»ın səyahəti» adı altında fikirlərini «Xalq yazıçısı Elçinə ədəbi

məktub» janrında qələmə almışdır. Məqalə müəllifi Elçinin bu romanın ciddi bədii

bir nümunə olduğunu, əsərdəki bütün hadisələrin «bu Başın yaddaşında və Başın

səyahətində baş verdiyini və sıxılmış zaman çərçivəsində getdiyini, hər iki

müstəvidə baş verən olayların əslində Onun şəffaf və çəkisiz varlığında, sərhədsiz

və Zamanın görünən məkanda əks olunub qiymətini aldığını söyləyir. Onun

fikrincə «şəffaf və çəkisiz varlıq», «sərhədsiz və zamansız görünən məkan», onun

söylədiyinə görə, sadəcə irreal, mistik anlayışlar deyil – insanın fəhm tərzidir və

romanın qeyri-adiliyi də elə bundadır.

Nizaməddin Şəmsizadə doğru olaraq göstərir ki, Yemelyan Puqaçovun

başının kəsilməsi səhnəsini Sisianovun hələ gənc zabit olduğu dövrdə böyük

şövqlə izləyib həzz aldığı səhnənin sənətkarlıqla qələmə alındığını və Sisianovun

bu səhnədə baş kəsmənin ibrət dərsi olub sonra bu bəlaların məhz Sisianovun özü

üzərinə yönəldiyini düzgün müşahidə edə bilmişdir.

Tənqidçi doğru olaraq düşünür ki, «Baş» xarakterlər romanıdır. Belə

xarakterlər sırasında o, Hüseynqulu xanı, Molla Müzəffər Ağanı, Teymuru, Pavel

Sisianovu, Hacı Muxtarı, kapitan Suxaryovu, general Lazarevi qətlə yetirən gürcü

çariçası Mariyanı və başqalarını qeyd etsə də, onların içində ən güclü Hacı Muxtarı

hesab edir. Çünki, Şəmsizadənin düzgün müşahidəsinə görə, son xəyanət anında

Hacı Muxtar özünə qalib gəlir, dostluğa sadiq qalmaqla gənc Mahmudun uşaqlığı

ilə bağlı nəcib xatirələrin onun nəfsinə üstün gəldiyi qeyd olunur.

Məqalə müəllifi «Baş» romanını böyük həyat yaşamış, bu həyatın

boşluğundan doymuş, çox şeyin yerində olmamasından dolayı dərin psixoloji

vakuumda olduğunu dərk etmiş və bu vakuumla daimi mücadilə aparmağın

səmərəsizliyindən yorulmuş bir adamın etirafı kimi dəyərləndirir. Onun fikrincə 156

Page 157: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

romanın üç mətni var: bir başla bağlı tarixi mətn, bir O-nun romanı, bir də

deyilənlərdə deyilməyən mətn. Əsas məsələ bu sonuncu mətni «oxuya» bilməkdir.

Bu həyatda olmayan, fəqət insan xoşbəxtliyi üçün olduqca zəruri – olmalı olan

romanın mətnidir».

N.Şəmsizadənin fikrincə «Baş» romanı poetikanın ehkamlarını dağıdan,

ədəbiyyatımıza yeni poetika gətirən novator əsərdir. Eyni zamanda tənqidçi «Baş»

romanının böyük fəhmlə yazıldığını qeyd etməklə bərabər, burada yer

«həqiqətlərindən bezmiş, usanmış bir yazıçının yerdən qırılıb səmaya köçmək

istəyini təsvir etdiyini əbədiləşdirdiyini, «Baş» romanının ümumbəşəri faciəni əks

etdirdiyini, Başın (başların) elə Başın düzəltdiyi silahla kəsildiyini və bu mənada

əbədiyyatın hökmünün hər şeydən uca olduğunu göstərmişdir.

«Baş» romanı haqqında tənqidçi Əsəd Cahangir 2016-cı ilin fevralında

«Baş»lanğıc» adı altında iki hissədə «525-ci qəzet»in səhifələrində dərc etdirdiyi

yazıda «Elçinin «Baş» romanında tarix və metatarix məsələsi»ni nəzəri-

metodoloji və tarixi aspektlərdən dəyərləndirmişdir. Müəllif bu məqalədə Elçinin

«Baş» romanını digər dünya tarixi roman ustadlarının əsərləri ilə müqayisə etmiş,

əsərin metafizik aurasına uyğun olaraq bu əsərdə Elçinin «tarixdə insanla Allahın,

zamanla ədəbiyyatın dialoqu»nu necə qurduğunu diqqət mərkəzinə çəkmişdir.

Bununla belə tənqidçi eyni zamanda bu əsəri postmodern ötəsi «mərifətnamə»

kimi nəzərdən keçirməklə romanın iki qatının – tarixi (yəni zahiri) və metatarixi

(yəni batini) olduğunu dilə gətirmişdir. Bizə belə gəlir ki, «Baş» romanı ilə bağlı

tənqidi mülahizələr bildirənlərin əksəriyyətindən Əsəd Cahangir daha çox mətnin

özünə istinadən danışır, Sisianov, Boqoyavlenski, Babua Arçil (o, nədənsə ona

Baba Arçil deyir?!), Qəssab Balarza, Mİrzə Şərif, kapitan Suxaryov, Mirzə

Müzəffər Ağa, Abbas Mirzə, Sarı Çoban, Sarı Çoban qızı, Xacə Əbdül Rəhman, at

oğrusu Səfər, Lal Qafaroğlu (nədənsə o, onu Cəfəroğlu adlandırır?!) və

digərlərindən hər birinin romanda müəllif təqdimatını və əsərin dərin qatlarında

yerləşdirilmiş oradan bizə «boylanan» xüsusiyyətlərini uğurlu təqdim edir .

Əsəd Cahangir «Baş»ı dərindən təhlil etməklə, onun nəsrimizdə həqiqətən

ədəbi «Baş»lanğıc» hadisə olduğunu əsaslandırmaq üçün romandakı aparıcı 157

Page 158: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

obrazları nəinki dünya ədəbiyyatının orijinal nümunələri (Dantenin «İlahi

komediya», L.Tolstoyun «Hərb və sülh», A.Fransın «Tais», V.Skottun «Altmış il

öncə», Ç.Dikkensin «İki şəhər haqqında povest», Q.Floberin «Salambo» və s.) ilə

eyniləşdirməyə, onlardan gələn ənənənin bu əsərdə özünəməxsus şəkildə

işləndiyini, əsərin doğru və uğurlu çözümdə araya-ərsəyə gətirildiyini sübut etmək

üçün əsaslı fərziyələrlə çıxış edir.

Əsəd Cahangir əsərin təhlili üzərində gəzişmələri heç də amorf,

əsaslandırılmamış, əsərin özünün məzmun və mahiyyətindən gəlməyən mücərrəd

fikirlər üzərində qurmur. O, bir tərəfdən, əsərin əhatə etdiyi dövrü, XIX əsr

M.F.Axundzadə dövrünü, XX əsrin əvvəlləri ilə səsləşən məqamları,

C.Məmməquluzadə yaradıcılığına istinadən, həm də sonrakı M.Bulqakovun

(«Ustad və Marqarita»), Ç,Aytmatovun («Qiyamət»), Y. Səmədoğlunun («Qətl

günü») romanlarının bəzi məqamları ilə səsləşən yerlərinə nəzər salıb təhlil

etməyi zəruri hesab edir. Və belə müqayisəli-tipoloji araşdırma müstəvisində onun

söylədikləri heç də havadan asılı, təsdiqlənməmiş qalmır, əksinə roman mətninin

altqatına nüfuz etmə istəyi əsəri həm üfüqi, həm şaquli müstəvidə təhlil etmə

cəsarətini və bacarığını ortaya qoyur. Əsəd Cahangirin nəzər nöqtəsini ona görə

dəstəkləyirik ki, o, həqiqətən də müəllifin mətndə (həm onun üstqatında, həm də

altqatında) verdiklərini təkcə oxumur, həm də istedadlı tənqidçi hissi ilə duya və

onlara münasibət bildirməyi nümayiş etdirir.

Biz Əsəd Cahangirin «Baş»ı təhlil edərkən romanın hər iki yönü ilə (həm

tarix, həm də metatarix yaratmaq istəyi) tam formalaşmış koordinat sisteminin

olması fikrini, roman üçün səciyyəvi olan sərt obyektivlik, insanı üşüdən

ciddiyyət, emosional amplitudanın… sıfıra enməsi bu üzdən məntiqidir» fikri və

müəllifin hadisələri sıfır nöqtəsindən necə uğurla izlədiyini necə də müsbət hal

kimi dəyərləndirir və müşahidə edə bilirik.

Əsəd Cahangir romanın xronotop özəlliyinə toxunarkən fərqli tarixi

zamanların sinxron təsvirindən danışır və, onun fikrincə, başqa müəlliflərdən

fərqli olaraq Elçin indiyə qədər mövcud olan modelə keyfiyyət fərqi yaradan

(birinci, onun romanından sadəcə keçmişlə indi yox, hər üç zamanın keçmişin, 158

Page 159: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

indinin və gələcəyin qarşılaşdırıldığını, bunlardan iki əvvəlkilər təsvir olunduğu

halda, gələcəyin təsəvvür olunduğu; ikinci, romanda sadəcə romanın fərqli qatları

yox, zaman və əbədiyyətlə qarşılaşdırıldığı; öncəki yazıçılar bir zamanı digəri ilə

ölçürdüsə, Elçinin zamana əbədiyyət vasitəsilə qiymət verdiyini və bütün bunların

Əsəd Cahangirin fikrincə «Baş» romanının Elçinin «Ədəbi düşüncələri»i kimi

meydana çıxdığını (Əsəd Cahangir burada Elçinin illərcə əvvəl «Ədəbi

düşüncələr» ədəbi-tənqidi səpkidə qələmə aldığı monoqrafik əsərinə işarə edir)

söyləyir. Ə.Cahangir romanı təhlilə cəlb edərkən onun başlıca ideyasının tarixin

daha geniş diapazonda təsvirlərə xidmət etdiyini, fərqli zamanların sinxron

təqdiminin ya şüuraltı, ya da şüurlu olaraq zamandan çıxmaq, ölməzliyə qovuşmaq

arzusundan irəli gəldiyini vurğulayır. Elçinin «Baş» romanını Ə.Cahangir nəinki

ədəbi-estetik-fəlsəfi kodlarla, həm də semiotik, həndəsi və fiziki terminlərlə

açmağa çalışır. Burada o, daha tez-tez metazaman, struktural baxış, vertikal və

horizontal tarixi olaylar (absis) vertikal metatarix olayların (ordinat) oxu üzərində

nəzərdən keçirir, əsərin fəza quruluşuna diqqət çəkir, onun bir sıra məqamlarını

«Yerin cazibə qanununu aşan kosmonavtın durumuna» bənzədir. Ə.Cahangir

tərəfindən coğrafi kontekstdə əsərin anladılmasında Elçinin «aysberq üslubundan

istifadə məharəti»ndən danışır və onun metatarixçi kimi kəşfini ön plana çəkib,

«Baş»da Elçinin tarixi roman yox, metatarixi ortaya qoyub oxucunun mətni

«fəhmlə» «oxuduğunu» söyləyir. Ə.Cahangir»Baş «da iki gələcək zamanın –

birinci qat, II Nikolay dövrü Rusiyası (gələcək zamanın bu qatında problem artıq

çözülüb); ikinci qat isə çağdaş dövrdür « (fikrimizcə, tənqidçinin burada məsələyə

belə yanaşması daha məntiqə sığışandır) o, 30 il bundan öncə erməni daşnakları

tərəfindən ortaya atılan Qarabağ sindromundan, romanovlar Rusiyasının Putin –

Medvedyev Rusiyasının Ermənistana hərbi yardımından, Qarabağda məhv edilən

yüzlərlə Azərbaycan ailəsinin faciəvi taleyinin əksi görünür ki, Ağabəyim Ağanın

qarğışı məsələnin bu müstəvisində hələ öz aktuallığını itirməyib») kimi

səciyyələndirməsi də maraqı yanaşma tərzidir.

Əsəd Cahangirin təhlillərinin aktuallığı və məntiqi axarı həm də ondadır ki,

o, «Baş» romanının araşdırılması zamanı hansısa kənar fikirlərin təsiri altına 159

Page 160: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

düşüb onlarla «yol yoldaşı olmur», əksinə, yalnız ilkin mətnin həm hərfindən, həm

mənasından, həm də onların içindən boylanan mətnaltı fikir və ideyalardan

yararlanmaqla mülahizələr yürüdür. Zənn edirik ki, Əsəd Cahangirin əsərlə bağlı

tarixə yanaşmaları, nəzəri fikirləri, praktik çözümləri insaflı və obyektiv tənqidçidə

və ədəbiyyatşünaslarda şübhə doğurmayacaqdır.

«Baş» romanını təhlillərə cəlb edənlərdən biri də yazıçı Vaqif Nəsibdir.

2016-cı ilin 5 martında onun «Ədəbiyyat qəzeti»nin səhifələrində «Baş qeyrət

romanımız – «Baş» məqaləsi dərc olunmuşdur. Peşəkar bədii qələm və təfəkkür

sahiblərimizin nəinki publisistik, həm də tənqidi məqalələr yazıb, bu və ya digər

maraqlı əsər haqqında mülahizələr irəli sürməsi, heç şübhəsiz ki, yaxşı haldır.

Bütün hallarda nəinki tənqidçilərin, həm də yaradıcı insanların belə əsərlərə dəyər

verməsi alqışlanmalıdır, lakin bu tipli mülahizələri, heç şübhəsiz ki, səriştəli

qələmlə etmək daha ağılabatandır. Ümumiyyətlə söyləsək, Vaqif Nəsib nəsrimizdə

illərlə sınanmış qələm sahibi olan Elçinin «Baş» romanını bütün ipostaşları ilə

təqdir etməkdə israrlıdır. Məqalə müəllifi Elçinin bu əsərindən danışarkən onu

mövzu, tarixi roman janrına müraciət, ideya, kompozisiya, obrazlar sistemi və s.

nöqteyi-nəzərdən öyür. Çağdaş Azərbaycan nəsrində bu romanın hadisə olduğunu,

Elçinin bu romanının yetərincə monumental tarixi əsərlər ərsəyə gətirməkdə

səriştəli yazıçı olduğunu qeyd edir. Eyni zamanda məqalə müəllifi Azərbaycan

nəsrində xeyli sayda mövcud olan tarixi romanlardan ən parlağını məhz Elçinin

ortaya qoyduğunu söyləməklə tarixi romanı mövzusuna görə həmin janrın ən

məsuliyyətli nümunəsi hesab edir. Çünki müəllifin fikrincə belə əsərlər «xalqların

qan yaddaşının bədii inikasına çevrilir». Müəllifə görə Elçin tariximizin xeyli

dövrünü ümumiləşdirib, olduqca çətin bədii əməliyyatın altına girdiyini

söyləməklə bu istiqamətdə «Baş»ın müəllifinin elə mürəkkəb bir mövzuya girişə,

«qılıncı» və qələmi ilə (yeri gəlmişkən Vaqif Nəsib Azərbaycan tarixi roman

janrında M.S.Ordubadinin «Qılınc və qələm» romanını ən monumental əsər hesab

edir) böyük uğura imza atdığını vurğulayır.

Eyni zamanda əsər üzərində təhlillərini davam etdirən V.Nəsib «Baş»

romanının məziyyətlərindən danışarkən o, heç də çağdaş dövrün təfəkkür 160

Page 161: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

dairəsində qapanıb qalmır. Tomirisin qəhrəmanlığına, Vaqif dövrünə, Toroslara,

Orxon-Yeniseylərə, Kül Tiginlərə, Şah İsmayıl Xətai, Qacarlar dövrünə,

Rasputinlərə, XIX əsr Rusiyasına, XIX əsr Azərbaycanına və s. özünəməxsus

ekskurslar edir. V.Nəsibin fikrincə «Baş» romanını «türklüyün qeyri-rəsmi,

bozqurd himni» kimi dəyərləndirmək daha düzgündür. Müəllifə görə romanın

səhifələrini keçmiş, ulu tariximizin şanılarına bənzətsək, orda müəllif tərəfindən

məna balı doldurulmamış bircə dənə də olsa boş şanıya rast gələ bilməzsən. «Baş»

romanını ədəbiyyatımızın təntənəsi hesab etməklə onun fikrincə bütün bunlar

Elçinin peşəkar qələm yoldaşlarında da heyrət hisləri yaratmalıdır.

Lent.az və Kulis.az saytları da «Baş» romanının əsərin təhlilləri ilə bağlı

xeyli fəallıq nümayiş etdirdi. Belə ki, 2016-cı ilin 5 mayında tənqidçi Cavanşir

Yusifli ilə yazıçı QanTuralının Elçinin adı çəkilən roman ilə bağlı söhbəti təqdim

etdi. Qan Turalı tənqidçilərin bir hissəsinin bu romanı öz beyinlərində

konstruksiyaya uyğun şərh etdiklərini söyləməyi məqbul hesab etməyib, nəyə

görəsə onlar yazıçının əsərini şərh etmək əvəzinə onun mətni üzərindən üçüncü

sort metafizik fikirlər demələrini bəyənmədiyini qeyd edir. Cavanşir Yusifli isə

ona «...hissiyatıma görə insan birdən birə haqsız olmaq istəyir…» fikrini

söyləməklə bu deyimin mənasını aqillərin ixtiyarına buraxır. Roman mətnlərinin

təhlilində yanlışlıqların sovet dövründən getdiyini söyləyir və bu baxımdan o,

yalnız tənqidçi Akif Hüseynovu fərqləndirir. Onun söylədiyinə görə» roman Elçin

müəllimdən kənarda» onun müstəqil həyatına uyğun şəkildə təhlil edilsə, çoxlu

suallar meydana çıxar: İkinci halda tənqid, təəssüf ki, buna imkan vermir» – deyə

təəssüflənir.

Qan Turalı Elçinin mövzunu bildiyini vacib məsələ hesab etməklə «Ölüm

hökmü» romanını daha çox sevdiyini, bu əsərin ona daha çox doğma olduğunu,

dövrün atmosferini daha yaxşı yaratdığını, bununla belə «Baş» romanının ona

«Ölüm hökmü» qədər canlı gəlmədiyindən təəssüfləndiyini söyləyir. «Amma mənə

belə gəlir ki, «Ölüm hökmü» romanı 80-ci illərin ədəbi hadisəsi olduğu üçün biz

ona realizm tələbləri baxımından yanaşırıq. Lakin XXI əsrin romanı olan «Baş»

üçün bu estetikanın bir az vaxtı keçmiş görünür. Yəni «Ölüm hökmü»ndə uğurlu 161

Page 162: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

olan ədəbi estetika «Baş» romanı üçün uğurlu sayılmır». Eyni zamanda Qan Turalı

romanın realizm tələbləri baxımından uğurlu, dövrün ab-havasını kifayət qədər

aydın şəkildə əks etdirdiyini, təhkiyənin axıcılığını, əsərdə yadda qalan obrazların

olduğunu, ruhi situasiyalar, dramatizmlərin oxucuya uğurlu ötürüldüyünü söyləsə

də, əsərin «Ölüm hökmü» olmadığını və həyat həqiqətlərinin ədəbi səviyyədə

ümumiləşmədiyini bilmədiyini söyləyir.

Cavanşir Yusifliyə görə Elçinin bəzi əsərlərində üslub yox, stilizasiya olur,

texnika yox, texniki məsələ olur. Bu fikirlərinə don geyindirmək üçün C.Yusifli

«Baş» romanından kiçik fraqment gətirməklə və müəllifin»…ülgüc ağzı kimi iti,

həssas ehtiyac nədir?» ifadəsini ifadə səhvi yox, «intonasiyanın pozulması,

korlaşması» kimi dərk edir.

C.Yusifli bütün müqayisələrin qüsurlu olduğunu nəzərə çarpdırmaqla

romanı inkar etmədiklərini, əsərdə dövrün ab-havasının uğurlu əksini tapdığını,

müasirlik duyğusunun verilməsi hissəsi ilə tam razı olmadığını söyləyir və

«təhkiyə axıcıdır» ifadəsinin ümumiyyətlə romanın məziyyəti sayılmadığını deyir.

Eyni zamanda tənqidçi bu zamanda Elçinin fərqli texnologiyalardan bəhrələnməyə

cəhd etdiyini, romanının retrospeksiya imkanlarından və müəllifin bu «mətnində

müxtəlif zaman qatları arasında daxili ritmi tutmağa çalış»dığını, «keçmişi ələk-

vələk» etdiyini, «bu fonda Hüseynqulu xanın üşüməsi»ni, yəni sırf realist cizginin

hər pasajda qabardılması, mətnin strukturunda əsas olanı üzə çıxar»masını,

müəllifin mətləbi, təhkiyə materialını bir neçə üsulla çözmək istəyini, realist-

cizgilər, metaforiklik, şərti-simvolik gedişlərin uğurundan, romanda estetik

dinamikanın bu üçbucaq içində çözüldüyünü, lakin belə uğurlu gedişlərin bu

üçbucağın köhnə təhkiyə texnologiyasını gizlətdiyini və görünməz etdiyini

söyləyir. Qan Turalı isə bu əsərdə Elçinin qəhrəmanlarının tarixdəkilərdən o qədər

də ciddi fərqi olmadığını ön plana çəkir.

Cavanşir Yusifli «bu qədər gözəl niyyətlə qurulan əsərə yanaşma, demək

olarsa, səhvdir» – söyləməklə «Elçinin bu əsərdə estetik dominantı dəyişməyə

çalışdığını, hətta postmodernizmdən fərqli münasibət, texnika sərgiləmək istədiyini

(əsəri postmodern mətn kimi təqdim edənlərlə razı olmadığını), illər boyu 162

Page 163: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

formalaşan bədii təfəkkür tipində, üslubda müəyyən korrektələr aparmaq istəyib

buna nail olduğunu, lakin mətləbi, hissiyyatı lap dərinlərdən göstərmək gücü olan

təsvirlərlə metaforik gedişlərin fərqli məkanlarda cövlan etdiyini mətndə

«ikitirəlik» yarandığını qeyd edir. C.Yusifli burada Hüseynqulu xanın manqaldakı

közlərə baxması, Molla Müzəffər Ağaya tərəf çevrilib «niyə bir söz demirsən»lə

müraciəti, sonra Molla Müzəffər Ağanın səkkiz il qabaq baş verən hadisələrə

fikrən qayıdışı, Ağa Məhəmməd şah Qacar, sərdar Zubov, Sisianov, çar Aleksandr,

Qaçarın qan qoxusu və Vaqifin «Görmədim» müxəmməsi və bir də: «… İndi isə o

ilğım dalğaları get-gedə əriyirdi və nəhayət , ONUN oyanan yaddaşı dərk etdi ki,

görünən o məkandan ONA baxan Baş – ONUN başıdır…» və s. C.Yusiflinin

fikrincə «ikinci sitatdakı əhvalat qeyri-müəyyənliyi, şəffaflığı, çəkisizliyi

göstərmək əvəzinə, özü qeyri-müəyyənliyə uğrayır. Onun fikrincə, hər hansı bədii

əsərdə məhz irreal şeylər, reallıqla heç bir əlaqəsi, bağlılığı olmayan əhvalatlar

gerçəkliyin özünü belə ötüb keçən gerçək şəkildə təsvir edilməlidir».

Qan Turalı Elçinin peşəkarlığını təqdir etməklə yanaşı, həm də onun

Azərbaycan ülgülərinin təsiri altında qaldığını və burada əsas məsələ kimi nəsrin

və nəslin problemini göstərir. O, burada «Şamo» romanına toxunur, onu Balzakın

və M.Bulkaqovun romanları ilə müqayisə edir, «Baş» romanında güclü bir türkçü

millətçi ab-havası olduğunu deyir. Və bunun XIX əsrin əvvəlllərində Azərbaycan

üçün xarakterik olmadığını, Bakıxanov və Axundovun hətta türkçülük

platformasından çıxış etməmələrini və bunun anaxronizm kimi qəbul edildiyini

söyləyir.

Tehran Əlişanoğlu «Tarix janrın həqiqətləri (2015-ci ilin tarixi romanları)» adlı

materialda Elçinin «Baş» və S.Rüstəmxanlının «Şair və şər» əsərlərini təhlil

edərkən hər iki əsərdə tarixi romanın janrı ölçülərinin saxlanılmasını göstərməklə,

bu bədii nümunələrin oxucu ictimaiyyəti arasında yaxşı əks-səda doğurmasını

qeyd etməklə, Elçinin romanına daha yüksək qiymət verir. «Baş» romanını ədəbi

hadisə adlandıranları dəstəkləyir. Eyni zamanda, «Baş»ı metafizik müstəvidə

nəzərdən keçirənlərə haqq qazandırıb, burdakı metafizik auranı təqdir etməklə

metafizikanı Elçin yaradıcılığının daimi ərazisi hesab edir. Müəllifin bu romanının 163

Page 164: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

hər növ yanaşmaları asanlıqla həzm etdiyini söyləməklə, əsərin «Baş»

adlandırılmasını da təsadüfi hesab etmir və «Baş»ın metaforik anlamda

işlədildiyini və «Baş» ifadəsini müəllifin özünəməxsus şəkildə dekonstruksiya

etməklə başqa anlamın, başqa yozumların romanının mahiyyətinə uyğun olaraq

deşifrə edildiyini bildirir: «Başını qoyub getmək», «Başını əzmək» «Başsız

qalmaq» və s. kimi çeşidli mənaların oradan özünü nümayiş etdirdiyini və əsərin

hər cür təfsirlərə açıq olduğunu, mətndə gizli ironiyaya yetərincə yer verildiyini

söyləyir.

T.Əlişanoğlunun fikrincə Elçin «Baş»da idealda milli insan modeli yaradaraq

Mahmud bəylə (çünki o, XIX əsrin əvvəllərində eyndən belə keçməyən əsil türk

oğlu əqidəsini daşıyan insandır) Ağabəyim Ağanı fərqləndirir ki, ikincinin

obrazında millilik, yüksək ali mənəvi keyfiyyətlər, elitar mədəniyyət daşıyıcısı

obrazı oxucunun gözü qarşısında dayanmaqdadır. T.Əlişanoğlunun bu əsərdə

təqdir etdiyi keyfiyyətlərdən biri romanda rəmzi-romantik xətlə yanaşı, realist

tədqiq planının, daha doğrusu tarixi koloritin uğurla saxlanılmasıdır. Material

müəllifinin fikrincə, Elçin romanı elə qurmuşdur ki, burada oxucu tarixdən dərs

almaq üçün kifayət qədər suallar verib cavablar ala bilər

Qeyd etdiklərimizlə yanaşı, T.Əlişanoğlunun romanla bağlı bəzi digər səpkili

fikirləri də yer almaqdadır. Belə ki, onun təbirincə «... mətnə girdikcə Elçinin

romanı onu darıxdırır». Tənqidçinin buradakı iradları ondan ibarətdir ki, onun

düşüncəsincə «tarixi tarix kitablarından oxumaq daha düzgün» olardı. Bununla

yanaşı, eyni zamanda buraya əlavə edir ki, romanın funksiyası başqadır və həssas

olduqda görürük ki, «Baş» romanında darıxqanlıq (nəyə görəsə o, «darıxdırıcılıq»,

yaxud «darıxsınma» əvəzinə sözü belə işlədir, mətnin ideya-bədii məqsədlərindən

gələn keyfiyyət kimi nəzərdən keçirilir. Onun fikrincə, oxucunu son dərəcə «ağır

havası ilə Tarixin özü darıxdırır, bütöv bir əsri çalxayan, xalqları, millətləri,

toplumları bir-birinə vuran dünyanın çək-çeviri darıxdırır. Tarixin sərhədlərinə heç

cür sığmayan insan həyatının keşməkeşləri darıxdırır...» T.Əlişanoğluya görə

«romanda darıxmayan, nəyinsə xiffətini çəkməyən bircə obraza da rast gəlmirik.

Bu darıxqanlıq(?!) hər cür sosial-zümrələri və milli-etnoqrafik ölçülərin altından, 164

Page 165: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

bilavasitə insan müstəvisində, fərdin həqiqətində üzə çıxır. Onun fikricə elə buna

görə də çıxılmaz durumda olan Hüseynqulu xan Molla Pənah Vaqifin şeirinə

tapınır. Əsərdə yer almış personajların halını-halətini göz önünə gətirib onlardan

hər birinin roman mətnində oynadıqları rola nəzər salır. T.Əlişanoğlu eyni

zamanda əsəri «Başlanğıc» adlandıranlarla da razılaşmır. Bizə gəldikdə isə bildirək

ki, T.Əlişanoğlunun romanla xeyli qənaətlərini dəstəkləsək də, onun əsərdə yer

almış tarixlə bağlı iradları ilə razı deyilik. Belə ki, bədii əsərlərdə bizim tarixin özü

elə böyük rol oynayır ki, onlardan əl götürmək, kənarlaşmaq da mümkün olmur.

Bununla bağlı L.N.Tolstoyun «Hərb və sülh» epopeyasına, A.Tolstoyun «Əzablı

yollarla» trilogiyalarına və s. nəzər salmaq kifayətdir. Yazıçı təkcə salnaməçi,

bədiyyatçı deyil, həm də tarixçidir. Bu haqda fransız estetləri Qonkur qardaşları da

vaxtı ilə xeyli pozitiv fikir bildirmişdilər. «Darıxqanlığ»a gəldikdə isə, bizim

fikrimizcə, əsər oxucunu darıxdırmaqdan daha çox hiddətləndirir, imperiya

maşınının gücünə qarşı onun nifrət hissini coşdurur və daşdırır. Yuxarıdakı

«Başlanğıc» məsələsinə gəldikdə isə deyə bilərik ki, «Baş» romanı ilə (onun

müsbət keyfiyyətləri ilə bağlı kitabın mətnində kifayət qədər dəlil və sübutlar

gətirdiyimizdən burada təkrara ehtiyac duymuruq) Azərbaycan nəsrinin yeni

özünəməxsus postrealist və postmodernist havaya kökləndiyini inkar etmək

insafsızlıq olardı.

Bütün qeyd olunanlar sübut edir ki, Azərbaycan ədəbi-tənqidi Elçinin «Baş»

romanını müasir nəsrimizin böyük uğuru hesab etməklə, onu son illər də yaranmış

bədii nəsrimizin mühüm hadisəsi kimi dəyərləndirməkdədir.

Baş romanı ilə bağlı bütün nəzərdən keçirdiyimiz baxış bucaqları, tənqidi

münasibətlər nə qədər bir-birinə yaxın, yaxud bir-birindən fərqli olsa da, bu əsəri

təhlilə çəkən müəlliflər onun yetərincə dəyərli nümunə olduğunu nəzərdən

qaçırmırlar. Söylənilən fikirlərin hamısı bu monoqrafiyada tərəfimizdən imkan

daxilində müasir bədii estetik təfəkkür xətləri ilə ortaya qapılmışdır. Və hesab

edirik ki, Elçinin «Baş» romanının əsaslı oxunuşunun (bunu rusca daha yaxşı

«proçteniya» adlandırırlar) necə dərk olunması tərəfimizdən dərinləşdirilmiş

şəkildə təhlillərə cəlb edilmişdir. Bu monoqrafiyada söylədiklərimiz bizim «Baş» 165

Page 166: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

haqqında olan müstəqil qənaətlərimizdir. Kitab və onun müəllifi «Baş» romanı və

onunla bağlı bütün ədəbi-nəzəri diskussiyalara hazırdır. Monoqrafiya haqqında

mülahizə söyləmək istəyənlərə qabaqcadan təşəkkürümüzü bildiririk.

VIII Fəsil. Хронотоп как сюжетообразующий элемент в романе

Эльчина «Голова»

Творчество Эльчина, отражающее в полной форме сущность

азербайджанской прозы: ее темы, идеи,композиционно-структурное

своеобразие, интересные художественные образы, поэтическую систему, -

полифоничное, многоаспектное, многостороннее явление. Его рассказы,

повести, романы, публицистика, детская проза, эссе, освещающие отдельные

стороны творчества литературных личностей (как национальных

тюркских,так и зарубежных – европейских, мировых), эпиграфического

характера выражения, водевиль, фарс, гротеск, метаморфоза, драматургия

(трагикомическая), литературно-критические взгляды, исследования и

изучения), обогащенные своеобразной полифонией, как

многоспектрные,всегда приковывают внимание.

Полифонизм у Эльчина не прием современного модернистского

подхода, или склонность к синдрому, а исходит изо всей сути его

творчества. Это мы видим в инфраструктуре и сущности созданных им в

течение четырех десятилетий произведениях.

Художественная проза Эльчина, в особенности романы, возникла на

исторической, мифологической, фольклорной, религиозной, классической и

современной плоскости. «Махмуд и Марьям», «Белый верблюд», «Смертный

приговор», «Ильяс Эфендиев: жизнь и творчество» мыслятся именно как

плоды такого подхода. В прозе Эльчинасовмещены динамический реализм и

психологизм. Эльчин пишет, опираясь не только на интуитивное мастерство.

Рассмотрев и перебрав исторические, мифологические, фольклорные,

религиозные-эстетические взгляды, он повелевает произведениям «выйти на

старт»; и многим кажется, будто они написаны одним духом.

166

Page 167: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Сегодня, говоря о творчестве Эльчина, мы больше употребляем

термин «профессионализм». В современной прозе Эльчин представлен и

признан как автор, овладевший высокой техникой письма. Сегодня с

ответственностью можем сказать, что Эльчин – «пульс» нашей прозы.

Биение этого ритма ощущается и в представленном читательской

общественности его новом романе «Голова».

Роман «Голова» – энциклопедическая, художественно-психологи-

ческая летопись, объемлющая исторические, политические, идеологические,

военные, духовные, геополитические интересы великих держав не только

начала XIX века, а также предыдущих периодов.

В романе «Голова» автор описывает не вмещающиеся в рамки одного

художественного произведения проблемы, внутренние переживания, чувства

и ощущения, экстремальные ситуации, политические игры Российской

империи. Проблематика «Головы» намного выше самой головы. В этом

романе Эльчина мы видим не только судьбу, трагедию, успехи, жестокость

одного политика, наместника, а также эпохальные многосторонние и

многоаспектные проблемы.

Чтение этого романа,безусловно, требует комментарий и опытного

анализа, потому что на первый взгляд кажется, что здесь показана только

трагедия Азербайджана, общая историко-политическая обстановка в регионе,

а если взглянуть глубже, то можно увидеть, что в романе решается

глобальные политические проблемы. В романе «Голова» на политические

игры, ведущиеся с началаXIX века, Эльчин смотрит, стоя, с разных сторон:

со стороны Азербайджана – Баку, со стороны Грузии- Тифлиса, со стороны

Южного Азербайджана, Ирана, со стороны России, Европы, а также всего

мира, то глазами азербайджанца, то перса, то грузина, то русского , то

европейца. Эти взгляды до того объективны, глубокомысленны, что перед

глазами читателей открывается беспредельная панорама, необъятные

«просторы».

167

Page 168: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Роман «Голова» можетбыть анализирован с разных плоскостей и по

разным направлениям. С этой точки зрения наблюдения за сюжетно-

композиционной линией романа рождают неподдельный интерес. Выбор

событий, дискретных единый сюжета, наполнение их содержанием, а также

подчинение определенной пространственно-временной, причинно-

следственной или любой другой связи и системы, последовательности и

порядку составляют суть сюжета романа Эльчина. Хотя здесь подходы

разные, тем не менее мы видим подчинение произведения сюжетной линии

общей системе событий, характерные черты персонажей и их влияние на

происходящие события. Фактическую функцию единой композиции

выполняют такие формально – содержательные элементы, как лейтмотивы,

повторение сюжетных ситуаций, отношение персонажей к событиям,

своеобразный подход повествователя к этим или другим проблемам.

В последнее время можно наблюдать ослабление в определенной

степени организующего свойства сюжета не только в азербайджанской,

русской, тюркской, европейской, но и во всей мировой литературе, что

является отличительной чертой творчества писателей, старающихся

нарушить традиции реализма.

Новые философские подходы, открытия в области естественных наук,

подход к процессам с теоретической точки зрения А.Эйнштейна,

П.Флоренского, М.Бахтина своеобразный ход во временной и

пространственной концепции, отказ от статической природы мира,

многовариантное изображение какого-либо объекта – все это привело к тому,

что позитивные представления, ранее отвечающие требованиям

философского и художественного мышления, со второй половины ХХ века

стали терять свою универсальность.

Эльчин в романе «Голова» все же предпочтение отдает другой

концепции: не признав отказ от сюжета удовлетворительным, он превратил

его в важный элемент романа, расширяя художественное время, переносит

его сразу на 500 лет вперед, так же важные события художественного 168

Page 169: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

времени сжимает в пределах 1806 года. Хотя основные события в

произведении,начавшись в 1806 году, стремительно завершаются в 1811

году. Так, в таком случае чем связан принцип сжатия формы времени

романа?! И понятен ли такой подход автора читателям?! В основном все, что

связано с князем Сисиановым, Эльчин ставит в центр на фоне сдачи Баку и

присоединения к России других территорий: Южного Азербайджана,

азербайджанских ханств, грузинских княжеств. Такое сжатие времени

определяет локализацию пространства. Хотя основные действия романа

протекают на территории Бакинского ханства и Ирана, в то же время

охватывает и другие территории: Мугань, Миль, другую сторону Араза,

Шушу, Дербенд, Джар-Балакен, Москву, Петербург, Тифлис, Кахетию,

Мингрелию и т.д. Перед глазами на адекватном колоритном фоне времени

оживают дворец хана, внутридворцовая жизнь, интриги, слуги, наложницы,

их отношения с беками и к бекам.

Под таким сильным влиянием (речь идет о художественно-

эстетическом влиянии) восприятие времени и пространства совпадает с

теорией хронотопаМ.Бахтина. Эта теория, хотя и опирается на предыдущие

суждения и точки зрения познание пространственно – временных отношений

мира с философской точки зрения является познанием мира современного

человека (прежде всего творческого человека).

В романе «Голова» хронотоп выступает как важный

сюжетообразующий элемент, поэтому сжатием времени и пространства

Эльчин добился создания такого сюжетного узла, что, принимая во внимание

ведущие важные события,их всех он сумел разместить здесь.Большинства

размещенные здесь персонажи беки, ханы, шахи, князья, главноко-

мандующие – высокопоставленные люди, персонажи-среднего и низкого

положения; конокрад Сафар, Лал Кафароглы, Сары Чобан и другие.

Краткое предисловие, имеющее важное значение и связанное с

построением сюжетной линии в романе, играет ключевую роль.

169

Page 170: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

Автор пишет, что, несмотря на то, что часть героев романа являются

историческими личностями, тут напрасно искать историческую точность,

потому что они «персонажи романа».

Как замечено выше, Эльчин нашел своеобразный сюжетный узел для

романа «Голова». Завязка романа – приближение русской армии и

главнокомандующего Сисианова к воротам Гоша Гала Баку, раздражение

Гусейнгулу хана, связанное с оскорблением Баку, совещание хана с

дворцовым окружением и напряженное психологическое состояние. Здесь в

завязке, можно сказать, представлены главные персонажи произведения,

проблемы, волнующие их. События в романе стремительно меняются, и

такое положение очень скоро приводит к назреванию конфликта. «Нет

выхода, на одной чаще весов унизительные условия главнокомандующего

Сисианова, на другой чаще весов – истребление народа и вопли» (с.11).

Несмотря на сжатость времени, в романе Эльчина можно различить

несколько хронотопов. Один из центральных – снятие головы Сисианова на

мясоразделочном пне. Основные звенья романа связаны именно со снятием

головы Сисианова. Здесь столько характерных моментов: «Знаю, это твое

дело!... Цепями свяжу руки-ноги, посажу тебя в клетку. С трупом наместника

Сисианова отправляю тебя к русским» (с. 28).

Здесь участвует много персонажей - Элизбар Эристов, Махмуд бек,

Лал Кафароглы, Гусейнгулу хан, МоллаМузаффар ага, Мясник Баларза и

другие. Неважно, на стороне какого названного образа симпатии автора,

экскурс во внутренний мир,психологию каждого из них в достаточной мире

интересен.

Автор показал занимающие на протяжении всего романа большое

место конфликты, перекрещивания мыслей. Сравнение жизненной позиции

персонажей, идеологические противоречия.

С одной стороны, именно такого типа споры, позиции, размышления

и наблюдения создают идеолого-историческую и философско-

психологическую проблематику, с другой формируют идейно-170

Page 171: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

содержательную и сюжетно-композиционную структуру романа. События в

романе создают своеобразный внесобытийный ряд. Процессы, протекающие

в ханствах, царствах, княжествах, развиваются в диалогической речи героев,

их взглядах, рассуждениях о жизни, общественно-политической обстановке,

порядках мира.

В такого типа внутренних и внешних рассуждениях возникают

исторические, психологические, политические, культурно-просветительские

и даже пороюнаучно-технические идеи. В спорах и рассуждениях героев,

персонажей формируется идеологическая и психологическая проблематика

романа.

С одной стороны, диалоги, формирующиеся на основе проблематики

философских, политических, общественных, военных и идеологических

аспектов, определяют внутреннее развитие событий в романе, с другой

обеспечивают его полилогичность. Именно, на такой основе роман, получив

полифоничные особенности, создает также своеобразную картину

многоголосья. На такой плоскости возникает внутренняя и внешняя завязка

сюжета романа.В связи с этим из ведущих хронотопов романа формируются

другие, играющие важную роль в сюжетной линии. Здесь мы видим желания

России захватить Южный Кавказ, противоречия внутри самой России,

имеющих европейское происхождение российских правителей; в

политических и военных раздорах сами русские не добиваются своей цели.

Распри между азербайджанскими ханствами, с одной стороны, и, с другой их

борьба в одиночку против иноземцев и другие события, связанные с главным

(основным) хронотопом, то есть убийствомСисианова у Бакинских ворот

Гоша Гала. В центральной линии романа, его завязке, конечно, голова

Сисианова, которая на протяжении всего романа стоит в центре всех

событий. С первых страниц романа такие события, как убийство Сисианова

вместе с Элизбаром Эристовым Махмуд беком, расчленение Лалом

Кафароглы тела и головы наместника на мясоразделочном пне, отправка

морозным февральским днем головы в мешке из Баку в Тегеран, 171

Page 172: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

переживания, волнения людей, узнавших эту весть, экстремальные

ситуации, доставка головы Аббасу Мирзе Каджару, история Махмуд бека и,

наконец, отправка его в Сибирь и последующая жизнь в каземате, доставка

головы в Тегеран Фатали хану, и страх Фатали хана при виде головы,

последующая судьба головы; на основе приказа главнокомандующего

маркиза Пауличина от 27 ноября 1811 года вывод останков из степей,

расположенных недалеко от Бакинских ворот Гоша Гала и торжественная

отправка в Тифлис, в Сионскую церковь, и предание праха земле рядом с

генералом Лазаревым играют важную роль в формировании хронотопов

романа. Здесь все события связаны между собой. Но тем не менее они могут

читаться и в отдельности.

В романе «Голова» не менее важное значение имеет и краткое

описание жизни тифлисского полицмейстера, генерал-майора Ивана

Петровича Лазарева. Интересными моментами романа являются внезапная

смерть Татьяны, шестнадцатилетней дочери Лазарева, а через год смерть

жены, по имени Зохра, родом из Казанских татар, принявшая христианство.

Оставшийся совсем одиноким, Иван Петрович, выходец из польских

аристократов (дворян), приехав на Кавказ, в Тифлис, рьяно, усердно, с еще

большой ответственностью привязывается к своей военной службе,

используя свои силы и авторитет империи, с одной стороны, он обезврежи-

вает казанских князей, с другой стороны, под различным предлогом,

отправив их в Россию, привил им чувство уважения к русским.

В романе с большим мастерством показано столкновение и победа

храброго, не страшившегося пуль Лазарева над пятнадцатитысячным

отрядом, имеющего на Кавказе большой авторитет, аварца Омар хана.

Привлекательными в романе «Голова» являются возвращение Омар

хана в Дагестан, пленение Искендер бека, встреча с царицей Марией, борьба

за престол в Кахетии после смерти Ираклия XII, захват Джебраилом

престола в Кахетии, присоединение Грузии к России, непрерывные войны на

Кавказе, назначение императором Александром князя Сисианова 172

Page 173: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

главнокомандующим на Кавказе. Ретроспективный взгляд автора на семьи

Лазарева и Сисианова и т.д.и т.пр.

Другой хронотоп романа – переписка князя Сисианова и его

любовные приключения с маркизой Натальей Аркадьевной де Лафонжен.

Хотя до маркизы Натальи де Лафонжен в жизни князя Сисианова было много

других женщин, но самой хрупкой, душевной была именно она. Наталья

была самой красивой девушкой из аристократического общества, но

несчастной, создавшей семью не по любви. Вместе с тем, Наталья всей

душой полюбила 54 летнего полковника, командира Санкт-Петербургского

гренадерного полка, князя Павла Сисианова. В письмах, полных любви к

Сисианову, Эльчин с большим мастерством описал интимные чувства,

бессонные ночи этой любящей его девушки.

В романе «Голова» мы встречаемся и с другим хронотопом. Это мы

видим в письмах П.Сисианова, адресованных графу Н.Л.Тимофеев-

Богоявленскому. Еще в первом письме, отправленном в 1804 году, он пишет

о событиях, не вмещающихся в 4 года. В этом письме в центре внимания

стоит политико-идеологическая суть, вспоминаются такие моменты, как

интересы России в Грузии, желание присоединить к России Имеретию,

Гурию, Мингрелию, Казахские, Борчалинские, Шамсаддинские земли,

подчинение важного и авторитетного не только в Азербайджане, но и во всем

Закавказье Гянджинского ханства, переименование Гянджи в Елизаветполь

(потом придет время, когда наименование города кроме историков никто не

запомнит), составление плана сокрушения самым опасным врагом России

на юге, победа над которой принесет в будущем славу русским,

освобождение народов, находящихся под гнетом турков, план присоединения

Румынии, Болгарии, Молдовы к России, желание видеть Россию самым

мощным государством от Аляски до Стамбула. В этой части романа

говорится о том, что Россия не воспользовалась раздорами, начавшимися

после смерти Надир шаха в Иране и Закавказье, в результате Ага Мухаммед

173

Page 174: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

шах умом и жестокостью смог присоединить юг Азербайджана к своим

владениям, о присоединении Северного Кавказа к России и т.д.и т.пр.

Письма Натальи де Лафонжен к Сисианову и письма князя Сисианова

к Н.И.Тимофееву-Богоявленскому, по нашему мнению, хотя и занимают

промежуточное положение, отражают две соединяющие друг друга на

интимной и политической плоскости и две противостоящие друг другу

сюжетные завязки.

В письме князя Сисианова графу Н.И.Тимофееву-Богоявленскому

раскрывается идея романа – суть политических интересов и амбиций России,

этот хронотоп отражает также и ход истории России.

Хронотопы романа наряду с другими моментами отражают свою

иерархию, систему ценностей, этническо-национальную духовность, понятия

добра и зла. Надо сказать, что в произведении эти понятия в большинстве

случаев противостоят друг другу.

Таким образом, в романе Эльчина «Голова» каждый хронотоп

строится вокруг какого-либо центра. Каждый из них сам связывается с

общей сюжетной линией.

Все хронотопы романа направляются к сюжетному узлу сюжетной

завязки. Одновременно этот внешний сюжет связывает внутренние события

романа друг с другом, помогает определить философский, исторический,

психологический, идеологический, политический сюжет. Такой импульс

развития сюжета отражается на фоне действия героев, их идеологии,

психологического состояния, многочисленных противоречий, философских

взглядов (здесь достаточно вспомнить поступки Гусейнгулу хана, князя

Сисианова, Мясника Баларза, Махмуд бека, Сары Чобана, Аббаса Мирзы,

Вахтанга, конокрада Сафара и др.).

Таким образом, строясь на основе многочисленных внешних и

внутренних конфликтов, сюжетная линия романа Эльчина «Голова»

составляет единое целое.

174

Page 175: nizami-tagisoy.netnizami-tagisoy.net/pdf/Bash-romani.docx · Web viewAxşam o sağlam şaxtası ilə hər tərəfi bürümüş ağlıq elə bil, Haramı düzünün ilkdən sona kimi

175