azƏrbaycan mİllİ elmlƏr akademİyasi · 2015. 5. 9. · yolunda şairlərin tarixi kəşfidir....

101

Upload: others

Post on 25-Jan-2021

2 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • 1

    AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI _________

    N Ə S İ M İ a d ı n a D İ L Ç İ L İ K İ N S T İ T U T U

    TÜRKOLOGİYA

    B E Y N Ə L X A L Q E L M İ J U R N A L

    1970-ci İLDƏN NƏŞR OLUNUR

    Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir (Reyestr № 3378)

    Jurnal Azərbaycan Respublikası Prezidenti yanında

    Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınmışdır (Filologiya elmləri bölməsi №18)

    İldə 4 dəfə çıxır

    № 2

    BAKI – 2014

  • 2

    BAŞ REDAKTOR

    AĞAMUSA AXUNDOV – AMEA-nın həqiqi üzvü, fil.ü.e.d., prof.

    REDAKSİYA HEYƏTİ

    KAMAL ABDULLAYEV, GÖVHƏR BAXŞƏLİYEVA, NİZAMİ CƏFƏROV, TOFİQ HACIYEV, NİZAMİ XUDİYEV, MUXTAR İMANOV, TEYMUR KƏRİMLİ, ƏBÜLFƏZ QULİYEV, AZAD MƏMMƏDOV,

    SOLMAZ SÜLEYMANOVA (baş redaktorun müavini), FƏXRƏDDİN VEYSƏLLİ

    BEYNƏLXALQ MƏSLƏHƏTÇİLƏR

    ŞÜKRÜ HALUK AKALIN (Türkiyə), ƏHMƏD BİCAN ƏRCİLASUN (Türkiyə), ÇONQ JİN OH (Cənubi Koreya), KADIRALİ KONAKBAYEV (Qırğızıstan), İQOR KORMUŞİN (Rusiya), FUAT QƏNİYEV (Rusiya), VALENTİNA QƏRƏNFİL (Moldova), TOFİK MƏLİKOV (Rusiya), MEHMAN MUSAOĞLU (Türkiyə),

    MURADGELDİ SOYEQOV (Türkmənistan), HAYASİ TOORU (Yaponiya)

    SAHƏ REDAKTORLARI

    Azərbaycan dili və terminologiya üzrə – BULUDXAN XƏLİLOV, SAYALI SADIQOVA; türk dilləri üzrə – MƏMMƏDƏLİ QIPÇAQ, MƏHƏBBƏT MİRZƏLİYEVA; şərq dilləri üzrə – ŞƏFƏQ ƏLİBƏYLİ, KAMANDAR ŞƏRİFOV; qədim dillər üzrə – İLHAMİ CƏFƏRSOY, ÇİNGİZ QARAŞARLI; abidələrin dili üzrə – ƏZİZXAN TANRIVERDİYEV, VAHİD ZAHİDOĞLU; ədəbiyyat və folklor üzrə – MƏHƏRRƏM QASIMLI; tipoloji-müqayisəli dilçilik üzrə – TEYYUB QULİYEV, HƏBİB ZƏRBƏLİYEV; dil nəzəriyyəsi üzrə –

    AFƏT ABBASOVA, MƏSUD MAHMUDOV

    Türk mətninin elmi redaktoru fil.ü.f.d., dos. Kübra Quliyeva Türk mətninin elmi redaktoru fil.ü.f.d. Gülşən Axundova

    Rus mətninin elmi redaktoru Militina Vasilenko

    JURNALIN TƏSİSÇİSİ

    AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTUDUR

    Ünvan: AZ1143. Bakı-143, Hüseyn Cavid pr., 115. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. «Türkologiya». Tel.: (+99412) 5372083, 5372081

    e-mail: [email protected] sayt: www.turkologiya.org

    Адрес: АZ1143. Баку-143, пр. Гусейна Джавида, 115. Институт языкознания им. Насими НАНА.

    «Тюркология». Тел.: (+99412) 5372083, 5372081 e-mail: [email protected] sayt: www.turkologiya.org Address: AZ1143. Baku-143, Hussein Javid avenue, 115. ANAS Nasimi Institute of Linguistics.

    «Turkologiya». Tel.: (+99412) 5372083, 5372081 e-mail: [email protected] sayt: www.turkologiya.org

  • 3

    M Ü N D Ə R İ C A T

    DİLİN STRUKTURU VƏ TARİXİ

    Tofiq Hacıyev (Bakı). Füzulinin mətn dili ............................................................................................. 4 Sayalı Sadıqova (Bakı). Alınma terminlərin Azərbaycan dilinə tərcüməsinin nəzəri problemləri...................................................................................................................... 16 Напил Базылхан (Казахстан). Древнетюркские письменные памятники Евразии ......................... 27

    DİSKUSSİYALAR VƏ MÜZAKİRƏLƏR

    Oruc Musayev (Bakı). Bir daha Azərbaycan dilində sifətin dərəcə kateqoriyası haqqında ................... 38

    MATERİALLAR VƏ MƏRUZƏLƏR

    Nailə Əskər (Bakı). «Советская тюркология» və «Türkologiya»: ənənələr və müasirlik..................................................................................................................... 49 Mustafa Öner (Türkiye). Üzbek Bayçura ve Onun Türkoloji’de Yeri ................................................... 57

    RESENZİYALAR

    Зоя Барболова (Болгария), Солмаз Сулейманова (Азербайджан). Альбина Хайруллина-Валиева. Древние болгары в лингвистическом, культурном и историческом контекстах евразийского пространства …………... 66 Gülsüm Hüseynova (Bakı). Rasim Heydərov. Dillərin inkişafında dil əlaqələrinin rolu ......................................................................................................... 71 Buludxan Xəlilov (Bakı). Azərbaycan dilinin orfoqrafiya lüğəti ........................................................... 73 İsmayıl Kazımov (Bakı). Leonard Blumfild. Dil .................................................................................... 78

    XRONİKA

    Nəzakət Qaziyeva (Bakı). Beynəlxalq Ana Dili Günü ........................................................................... 84

    NEKROLOQ

    Д.М.Насилов (Россия). Щека Юрий Владимирович ......................................................................... 87 А.В.Шеймович (Россия). Благова Галина Фёдоровна.......................................................................... 90

    ___________

  • 4

    TÜRKOLOGİYA № 2 2014

    D İ L İ N S T R U K T U R U V Ə T A R İ X İ

    TOFİQ HACIYEV

    FÜZULİNİN MƏTN DİLİ

    X ü l a s ə . Mətn dilçiliyi fikri bir elmi ideya kimi yeni olsa da, bir əməli iş kimi onun tətbiqi tarixin çox dərinliyinə gedir. Bu bəşəri nitq hadisəsinin türk dilinin tarixində tipik özünəməxsus bir təzahürü vardır. Belə ki, mətn bütövlüyü fərdi yaradıcılıq, fərdi nitq faktı kimi yox, qövmlərarası ünsiyyətin bütövlüyünə xidmət işi kimi meydana çıxır. Ümumi siyasi, ictimai məqsəd kimi türkcənin türkcələrə ayrılmasının qarşısını almaq düşüncəsi əsas tutulmuşdur.

    Tarixən türkləri bir-birinə bağlayan ən fəal nitq forması bədii dildir. Bu istiqamətdə bir fəaliyyət kimi bir tayfanın, bir qövmün, bir coğrafiyanın böyük sənətkarının mükəmməl bir şeirinə başqa qövmün, başqa coğrafiyanın şairinin öz türkcəsində nəzirə yazması dil bütövlüyü yolunda şairlərin tarixi kəşfidir.

    Türkcələrin bu nəzirəçilik tarixində elə hadisələrə də rast gəlirik ki, tarixi və coğrafi rabitə-lər paralel gedir, uzaq tarixlər və uzaq coğrafiyalar eyni mətndə birləşir.

    Əlbəttə, mətn bütövlüyü mətn dilçiliyində, bir qayda olaraq, fərdi yaradıcılıq faktı kimi sə-ciyyələnir. Bu mənada mətn bədii nitq sahəsində şairin, söz ustasının üslub göstəricisidir, üslubu-nun güzgüsüdür. Mətn yaradıcı subyektin üslub şəbəkəsidir. Bu şəbəkənin təhlili sənətkarın üslu-bunu açır. Örnək olaraq Füzuli dilindən bir neçə faktın üzərində dayanılır. Əcnəbi leksika və onunla birgə türkcəyə nüfuz edən yabançı qrammatika orta əsrlər divan poeziyasının dilində üslubi müəyyənləşdirici fakt kimi geniş mövqeyə malikdir. Füzuli bununla da mətni əcnəbi qram-matikanın ixtiyarına vermir, əksinə, milli tərəfə daha artıq işlənmə tezliyi verir.

    Füzulidə mətnin mahiyyətini hazırlayan sözlər var; eşq, aşiq, mə’şuq sözlərindən sonra dərd, bəla, qəm, əşk ən işlək sözlərdir.

    Açar sözlər: mətn dilçiliyi, mətn bütövlüyü, ədəbi dil, bədii dil, üslub XX yüzilin ortalarından dünya dilçiliyində və onun tərkib hissəsi kimi türkologiyada mətn

    dilçiliyi deyilən tədqiqat sahəsi aktual mövqeyə çıxır. Türkologiyada, ən çox da Azərbaycan və Türkiyə dilçiliklərində bu mövzuda xeyli araşdırmalar varsa da, bu tədqiqat sahəsi hələ də aktuallığını saxlayır. Və bu istiqamətdə tədqiqatların daha da dərinləşməsinə ehtiyac var. Biz dərinləşmə anlayışı altında iki yönü – müasir (sinxron) vəziyyətdə tədqiqatda ümumi məlu-matlardan dil faktlarının daha dərinliklərinə enməyi, daha incəliklərə varmağı, nəzəri ümumi-ləşdirməyə keçməyi və o biri tərəfdən də, tarixin içinə, dərinliyinə diqqət yetirməyi nəzərdə tuturuq. Burada bu məsələ ilə bağlı türkcənin tarixinə nəzər salırıq. Bilindiyi kimi, mətn dilçiliyində mətn formal qrammatik göstəricilərin çılpaq sistemi kimi alınmır, dilin müxtəlif yaruslarına aid işarələrin məntiqi münasibətləri, bu işarələrin əlaqəli şəkildə yaratdıqları məntiqi semantika qavranır. Və əslində mətn bir semantik bütövlük kimi alınır. Sözümüzü türkcə bədii mətnlərin üstündə qururuq.

  • 5

    Mətn dilçiliyi fikri bir elmi ideya kimi yeni olsa da, bir əməli iş kimi onun tətbiqi tarixin çox dərinliyinə gedir. Əslində yazı başlayandan mətn bütövlüyü başlanıb. Hətta bir cümlə, bir abzas yara-nanda mexaniki şəkildə, necə deyərlər, təhtəl-şüur (şüuraltı) yaradıcılıq faktı kimi mətn bir bütövdən ibarət olub. Bu, bəşəri faktdır. Nitq prosesinin təbiətindən doğur, nitqin məzmun bildirmək, fikir çatdırmaq xasiyyəti ilə bağlıdır.

    Bu bəşəri nitq hadisəsinin türk dilinin tarixində tipik özünəməxsus bir təzahürü vardır. Bu təzahür türkcələrin ayrılma, xüsusiləşmə, lokallaşma prosesi ilə başlayır. Belə ki, mətn bütövlüyü fərdi yaradıcılıq, fərdi nitq faktı kimi yox, qövmlərarası ünsiyyətin bütövlüyünə xidmət işi kimi meydana çıxır. Və bu, əslində stixiya ilə şərtlənən qrammatika fəaliyyəti, təbii dil-nitq işi deyil, düşünülmüş, şüurlu şəkildə həyata keçirilən siyasi, milli hadisə olmuşdur. Ümumi siyasi, ictimai məqsəd kimi türkcənin türkcələrə ayrılmasının qarşısını almaq düşüncəsi əsas tutulmuşdur. Və burada yazı ilə yanaşı, şifahi mətn də nəzərə alınmışdır. Deməli: bu mətn bütövlüyü dil birliyidir. Bu milli ictimai niyyət əməli iş kimi əsrlərlə davam etmişdir. Ola bilər ki, sonrakı əsrlərdə bu işi mexaniki hərəkət kimi, sadəcə mövcud ənənənin davamı kimi icra edənlər olub, ancaq bu davranış bünövrəsində şüurlu ictimai fəaliyyət olaraq düşünülmüşdür. Məsələn, Mahmud Kaşğari öz «Divan»ında deyəndə ki, bu səsi oğuzlar belə, qıpcaqlar elə, karluklar başqa cür deyirlər, ya filan mənanı bildirmək üçün filan tayfa bu sözü, filan tayfa filan, başqası da ayrı bir sözü işlədir, əslində o, türkcə mətn bütövlüyünün pozulmağa getdiyini elan edirdi. Pozulmanı xəbər verirsə, deməli, qövmlərin düşünən insanlarını bu bütövlüyü bərpa etməyə, ya onun dərinləşməsinin qarşısını almağa çağırırdı. Əlbəttə, bu böyük türkçü birinci növbədə üzünü türkün şairlərinə, qələm sahiblərinə, hökmdarların tarixini yazan salnaməçilərə tuturdu.

    Şairlər, qələm sahibləri, savadlılar, təlim görmüş insanlar bu çağırışa qulaq verirlər. Bu ayrılma prosesinə qarşı mühüm bir fəaliyyət kimi bu insanlar ədəbi dili qurmağa, onu inkişaf etdirməyə və yaymağa can atırlar. Bu mərhələdə ədəbi dilin baş əlaməti müxtəlif tayfa dillərini ümumiləşdirmək, ümumi olanları götürüb əhatə etmək və bu ümumini hamının istifadəsinə vermək olur. Bu, bizim XIX əsrdə gördüyümüz türkçülük təcrübəsinin İsmayıl bəy Qaspıralının ortaq türk dili ideyasının modeli idi. Beləliklə: Mahmud Kaşğari XI əsrin Qaspıralısıdır. Və deməli: İsmayıl bəy XIX əsrin Mahmud Kaşğaridir. Deməli: türklər üçün ortaq türk dili siyasi məqsədli mətn bütövlüyüdür. Əlbəttə, tarixən türkləri bir-birinə bağlayan ən fəal nitq forması bədii dildir. Bu istiqamətdə bir fəaliyyət kimi bir tayfanın, bir qövmün, bir coğrafiyanın böyük sənətkarının mü-kəmməl bir şeirinə başqa qövmün, başqa coğrafiyanın şairinin öz türkcəsində nəzirə yazması dil bütövlüyü yolunda şairlərin tarixi kəşfidir. Nəzirə yazılışında iki məqsəd izlənir. Biri: nəzirə yazan orijinalın mükəmməlliyi səviyyəsinə qalxmağa çalışır, öz kamilliyini nümayiş etdirir. Hər əsərə nəzirə yazılmır gərəkdir ki, orijinal nümunə öz coğrafiyasında dillər əzbəri olsun, ağızdan-ağıza gəzsin və çıxıb başqa coğrafiyalara da yol alsın. Bu halda yeni coğrafiyaların söz ustaları öz yerlilərinə öz sənətkarlığını göstərirlər. O biri şeir bu coğrafiyaya gələ bildiyi kimi, bu da o biri coğrafiyaya keçə bilirmi? Bu sual sənətkarlıq yarışı, ustalıq qarşılaşmasıdır. Və böyük sənət nümunələri yaradılması üçün meydan açır. Bu, bir məqsəd. O biri: nəzirə yazan tərəf orijinalın dilindəki yerli nitq faktlarını saxlayır. Bununla da əzbərlənən şeir (bəli, şeirlər rahatlıqla əzbərlənirdi nəzirələr bayatı kimi yayılıb, kütləviləşirdi) müxtəlif coğrafiyaların nitqini bir-birinə təlqin edir, özünəməxsus şəkildə təlim edir. Bu ikinci tərəfin özü (nitq fərqlərinin təlimi) bütövləşdirmə işini iki istiqamətdə aparırdı. Biri coğrafi rabitə yaratmaqdır. Məsələn, Füzulinin özbək şairi Lütfidən təxmisi:

    Can verir çağında, tanrıçün, qaşımğa gəl, bəgüm, Bari görmüş bulğay mən bir ləhzə didarun sənün. Çünki xublar məzhəbində yox imiş rəsmi-vəfa, Ey könül, nə yerə yetkay naleyi-zarun sənün?.. [1] Bu, Füzulinin XVI əsr Azərbaycan türkcəsinin eynidir. M.Kaşğarinin dediyi kimi, fərq ancaq

    deyilişində, ara-sıra morfoloji göstəricilərdədir. Füzuli Azərbaycan oxucusunu cağataycanın -ğa

  • 6

    isim, -ğay (-kay) feil şəkilçisi ilə tanış edir. Belə nəzirə-təxmislər Əlişir Nəvaidən də, başqa özbək şairlərindən də yazıldıqda bir sistem halına düşür və fərqli cəhətlərin bütöv mənzərəsi alınır, nəticədə Azərbaycan türkcəsi ilə bütöv anlaşma yaradılır. Beləliklə, müxtəlif coğrafiyalı sənətkarların nəzirələri qrammatika təlimi işini görür.

    Nəzirələrin başqa bir işi türkcənin (və ya türkcələrin) inkişafında tarixi rabitə qurmaqdır. Məsələn, XVI əsrdə Füzuli yazırdı:

    Səbadən gül üzündə sünbüli-pürpiçü tab oynar, Sanasan, pər açub, gülşəndə bir mişkin qürab oynar. Xəyali-arizin cövlan edər bu çeşmi-pürnəmdə, Nəçük kim, mövclənmiş suda əksi-afitab oynar [2]. XVII əsrdə, yüz il sonra Füzuli məktəbinin istedadlı nümayəndəsi Qövsi Təbrizi ona nəzirə

    yazır: Tutar ahəng mütrib, çün dili-püriztirab oynar, Məgər bilməzmi kim, dəfsiz bu sərməsti-xərab oynar. Bu ol söz pərtövidir kim, Füzuli söyləmiş, Qövsi: «Neçün kim, mövclənmiş sudə əksi-afitab oynar» [3]. Yaxud Füzulinin «Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor» mətləli qəzəlinə Anın zülfün

    əsiri-həlqeyi-zünnar olandan sor, // Mənim halım xərabi-nərgisi-bimar olandan sor beyti ilə başlayan nəzirəsini yazır və s. Bütün bu nəzirələr əsrlər arasında mətn körpüsü yaradır. XVII əsrin oxucusunu XVI əsrin dili-mətni ilə tanış edir. Bu oxucu XVI əsrin təkcə dil mətni ilə, qrammatika və leksikası ilə ünsiyyətə girmir, həm də həmin əsrin mədəniyyəti, bədii-psixoloji yaşanışı, dövrün insanlarının intellektual səviyyəsi, zövqü, duyğusu haqqında məlumat alır. Yəni görünsün ki, onun ulu babası da onun dili ilə danışıb, sözün əsil mənasında iki əsrin mətn semantikası yan-yana dayanır. Və babasının dili ilə danışığı davam etdirir, ondan ayrılmamağa çalışır. Həm də bu o demək deyil ki, bu yüz ildə türkcəmiz donub qalıb, inkişaf etməyib. Edib, ancaq bu son dərəcə təd-rici gedib; xalqın ünsiyyətinə girməyən ərəb, fars sözləri yazı dilində azalıb, hətta Füzulinin öz misrasında nəçük sual əvəzliyi neçün ilə əvəzlənib. Deməli, mətndəki dəyişmə dilin lüğət tərkibində təbii şəkildə gedən arxaikləşmə prosesini əks etdirib. Bu tarixi mənzərənin təhlili, əsrlərarası mətnlərin qarşılıqlı öyrənilməsi əsil mətn dilçiliyinin tədqiqat predmetidir. Bu tədqiqatın bizə verdiyi bilik odur ki, ədəbi dilin təkamülü ana dili olmaq istiqamətində getmişdir, əslindən uzaqlaşmamışdır. Hətta bu əsrlərarası mətn bütövlüyünü daha da əyani əks etdirmək üçün Qövsi orijinal üslubi əməliyyat işlədir – Füzulinin misrasını iqtibas gətirir, öz misrası ilə yan-yana qoyur, lüğət tərkibində, anlaşma dərəcəsində iki əsrin mətnlərində yüzdə yüz uyğunluq olduğunu birbaşa göstərir. Məsələn, Qövsidə belə nümunələr var:

    Qövsi, bu ol qəzəldir kim, söyləmiş Füzuli: «Ha böylə möhnət ilə keçsinmi ruzigarım» [3]. Yaxud: Qövsi, bu ol qəzəli-nəğzi-Füzulidir kim: «Necə ah eyləməyim, ah, yanıbdır cigərim» [3]. Yaxud buradakı kimi, elə bil misraların ikisi də Qövsinin qələmindən çıxmışdır: Bu ol qəzəl ki, Füzuli bəyan edir, Qövsi: «Zaman-zaman tökülün qətrə-qətrə qanımdan» [3].

  • 7

    Məqsəd də budur ki, bədii mətni həm əsrlərarası məsafənin təzyiqindən qurtarsın, həm də yazı dilini xalq türkcəsinə yaxınlaşdırsın.

    Türkcələrin bu nəzirəçilik tarixində elə hadisələrə də rast gəlirik ki, tarixi və coğrafi rabitələr paralel gedir, uzaq tarixlər və uzaq coğrafiyalar eyni mətndə birləşir. Məsələn, XIII əsrin əvvəlində Azərbayanda İzzəddin Həsənoğlu yazdı:

    Apardı könlümü bir xoş, qəməryüz, canfəza dilbər, Nə dilbər, dilbəri-şahid, nə şahid, şahidi-sərvər... [4]. XIV əsrin sonlarında Seyfi Sarayi öz nəzirəsilə Misirə Həsənoğlunu apardı: Tapulmas hüsn mülkündə sana tən bir qəmər mənzər, Nə mənzər, mənzəri-şahid, nə şahid, şahidi-dilbər... [4]. Və daha bir əsr sonra XV yüzildə Anadolu şairi Əhməd Dai tarixin dərinliyindən Hə-

    sənoğlunu yenə ayıltdı: Eyya, hurşidi-mehpeyker, cemalün Müşteri-menzer, Ne menzer, menzeri-tale’, ne tale’, tale’i-enver... [4]. Şeirin əsli də, nəzirələr də milli və alınma sözlərin işlənmə dərəcəsinə görə, ədəbi dil nor-

    masının gözlənməsinə görə vahid mətn mənzərəsi nümayiş etdirir. Türkcə, tarixi və coğrafiyanı özünə tabe edir. Türkcə öz tarixini ilkin coğrafiyasındakı məzmunu ilə davam etdirir. Şairlər ədəbi dili həm yaradır, cilalayır, həm də türkcələyini itirməyə qoymurlar. Seyfi Sarayi və Əhməd Dainin işini Qövsi Təbrizi təkrar edir; uzaq tarixi və uzaq coğrafiyanı yaxına çəkir – XIV əsrin Nəvai cağataycasını XVII əsrin Təbriz türkcəsinin bədii mətnində canlandırır [3]. Qövsi özünəməxsus üslubla Nəvai misralarını öz misraları ilə bir mətn müstəvisinə çıxarır, cağatayca ilə Azərbaycan türkcəsini yanaşı qoyur, cağataycanın qrammatika nəfəsini öz müasirlərinə, türk həmvətənlərinə yetirir, tarixi və coğrafi məsafələri əlaqələndirir, o türkcəni (cağataycanı) bu türk-lərə təlim edir, türkcənin mətn bütövlüyünün qorunması üçün bir şair nə edə bilərsə, onu edir. Nümunələrinə baxaq:

    Ol kəlamidir Nəvainin bu, Qövsi kim, demiş: «Bəs ki, tofrağ oldu eşqin dəştində avarələr» [3].

    Yaxud:

    Bu həman rəna qəzəlidir kim, Nəvai söyləmiş: «Sürməgün tünadə hicran səmi tut bidar göz» [3].

    Bu şəkildə dil tətbiqi türkcələrin yeni dövründə də müşahidə olunur. Və bu halda leksik-qrammatik

    ünsiyyətlə yanaşı, ideya iqtibasının xüsusi yeri var. Məsələn, Türkiyənin tənzimat şairi Namiq Kamala mollanəsrəddinçi M.Ə.Sabirin bir satirik nəzirəsinə diqqət yetirək. N.Kamal yazır:

    Amalımız, əfkarımız iqbali-vətəndir, Sərhəddimizə qəl’ə bizim xaki-bədəndir, Osmanlılarız, zinətimiz qanlı kəfəndir. Qovğadə şəhadətlə bütün kam alırız biz, Osmanlılarız, can veririz, nam alırız biz [5].

    Sabir onu belə improvizə edir:

  • 8

    Amalımız, əfkarımız ifnayi-vətəndir, Kinü qərəzü hirs bizə ziynəti-təndir, Əf’al yox, ancaq işimiz lafi-dəhəndir. Dünyadə əsarətlə bütün kam alırız biz, Qafqazlılarız, yol kəsiriz, nam alırız biz. Qəflətdə yatıb, ad batırıb nam alırız biz [6].

    Əlbəttə, bu paralellərdə Türkiyə (Osmanlı) və Azərbaycan türkcələrinin fərdi incəlikləri də

    var: orada I şəxsin cəmində -ız, burada -ıq şəkilçiləri. Bu da maraqlıdır ki, həmin dövrdə -ız forması yüksək üslub faktı kimi Azərbaycan aristokratiyasının, elitasının dilində işlənirdi. Və deməli, «Osmanlıcadan tərcümə türkə [7] nə deməkdir» deyən Sabir burada birinci növbədə Namiq Kamalın vətənpərvərlik, millət, vətən yolunda şəhid olmaq ideyasını Azərbaycan mühitinə təlqin etmək məqsədini izləmişdir. Təsadüfi deyil ki, «Füyuzat» şeirin üçüncü misrasındakı osmanlılarız yerində iranlılarız yazmışdı. O zaman Cənub Azərbaycanında (İranda) Səttarxan hərəkatı tüğyan edirdi. Deməli: «Füyuzat» Cənub hərəkatını Şimala keçirmək qayəsini izləyirmiş. Sabir də həmin işarəni öz satirası üçün leytmotivə çevirir [4].

    Əlbəttə, mətn bütövlüyü mətn dilçiliyində, bir qayda olaraq, fərdi yaradıcılıq faktı kimi

    səciyyələnir. Bu mənada mətn bədii nitq sahəsində şairin, söz ustasının üslub göstəricisidir, üslubunun güzgüsüdür. Mətn yaradıcı subyektin üslub şəbəkəsidir. Bu şəbəkənin təhlili sənətkarın üslubunu açır. Müəllifin sözlə davranışı, münasib məzmun üçün qəliblənmiş ifadələrin sistem təşkil etməsi, cümlə və söz birləşmələri işlənməsində uyğunluqlar və hətta təkrarlar, hikmət və aforizmlərin müxtəlif məsafələrdən səslənişi, ayrı-ayrı detalların, xırdalıqların arasındakı semantik əlaqə və mənşə birliyi lüğəti, səs sistemi və qrammatikası ilə üslubdur və bu, mətn bütövlüyünün özüdür.

    Örnək olaraq Füzuli dilindən bir neçə faktın üzərində dayanıram. Bilindiyi kimi, eşq mərtəbəsinin ən kamil nümayəndəsi Məcnundur. Buna görə də aşiqliyin ən dolğun semantik qarşılığına Məcnunluq deyirlər. Şərqin məşhur aşiqləri çoxdur, ancaq heç biri bu adı qazana bilmir: nə Fərhadlıq var, nə də Vamiqlik var, nə Sənanlıq, nə də başqa bir -lıq, -lik. Eşqdə Məcnunluq bu zümrənin Tanrı səviyyəsidir. Bu səbəbdən də Füzuli öz aşiqlik mən’ini ancaq Məcnunla müqayisə edir: Məndə Məcnundan füzun aşiqlik istedadı var, // Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var; Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq, // Yaxşı derlər, hər zaman bir aşiqin dövranıdır; Qıldı Məcnun kimi çoxlar həvəsi-eşq, vəli // Doymadı kimsə məni-bisərü padən qeyri; Lövhi-aləmdə yudum əşk ilə Məcnun adını, // Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərəm.

    Füzuli dili türkcə heç kəsdə olmadığı qədər təşbehlərlə zəngindir – həm kəmiyyətcə çoxdur, həm də rəngarəngliyi, orijinallığı, qeyri-adiliyi ilə diqqəti çəkir. Ancaq Füzuli mən’inin ifadəsində Məcnun təşbihi onun bədii mətnində daha işləkdir. Bədii mətnin əvvəlindən axırına bütöv bir xətt təşkil edir. Hətta, aşiqlik dərəcəsindəki bəhsinə, şəxsi mən’lik ‘intriqasına’ baxmayaraq, dünyanın ən kədərli aşiq nakamlığının təqdimi olan «Leyli-Məcnun» mənzum romanının başlanğıcında Füzuli Tanrıdan sidqlə istəyir ki, onun şeirini, sözünü Məcnun kimi ciyəryandıran etsin; «Məcnun kimi nəzmini cigərsuz eylə» deyir. Füzuli mətninin bədiilik suyuna çəkilməsində bu təşbehin öz yeri var.

    Əcnəbi leksika və onunla birgə türkcəyə nüfuz edən yabançı qrammatika orta əsrlər divan poeziyasının dilində üslubi müəyyənləşdirici fakt kimi geniş mövqeyə malikdir. Və bu prosesdə yad qrammatika yad lüğətdən zərərlidir. Yad leksika müxtəlif münasibətlərlə xalqın məişətinə, ictimai əlaqələrinə aid anlayışların daşıyıcısı kimi daxil olur və tədricən milliləşir. Təsirin bu qanadı kəmiyyət faktıdır. Ancaq yad qrammatik müdaxilə keyfiyyət faktıdır və dilin orqanizminə

  • 9

    xəstəlik gətirən virus kimi yoluxur. Dilin milli-etnik mahiyyətinə ziyan verə bilər. Əgər əcnəbi qrammatik müdaxilə davamlı olarsa, dönməz olarsa, dilin təbiəti zədələnər və bu zədə artarsa, dərinə işləmiş yara kimi sağalmaz olar; hətta bu bəla tədricən ədəbi dildən xalq türkcəsinə yoluxur. Bu, türkcə üçün sadəcə bir problem yox, böyük əndişəyə və fəlakətə çevrilər. Buna görə də Füzuli əcnəbi qrammatik göstəricini milli qrammatika ilə növbələşdirir: Pərişan halın oldum, sormadın hali-pərişanım, // Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım; Füzuli, eşq zövqün zövqi-eşqi var olandan sor; Nola, qan tökməkdə mahir olsa çeşmim mərdümi; Mərdümi-çeşmim ayağına rəvan su tökdü...

    Bununla da Füzuli öz mətnini əcnəbi qrammatikanın ixtiyarına buraxmır, əksinə, milli tərəfə daha artıq işlənmə tezliyi verir.

    Füzulidə mətnin mahiyyətini hazırlayan sözlər var; eşq, aşiq, məşuq sözlərindən sonra dərd, bəla, qəm ən işlək sözlərdir hətta həyat, can sözlərindən, lirik şeir üçün səciyyəvi, daha çox gözlənilən bülbül, gül, gülşən sözlərindən də işləkdir: Ya rəb, bəlayi-qeydə Füzuli əsirdir; Canü tən olduqca dərdü-dağ əskik deyil; Nəqdi-can taraci-qəmdən saxlamaq düşvardır. Bu bəla, dərd, qəm eşqin tərkibidir, aşiqin, məşuqun yaşama tərzidir, var olmasıdır. Ona görə onun müalicəsi yoxdur, onun müalicəsi ölümdür, eşqin yox olmasıdır. Deyir ki, Rənc çəkmə, səhhət ümidin Füzulidən götür. Eşq dərdini sağaltmaq istəyən «Həkim» şeirində dərd və həkim sözlərinin hər biri səkkiz dəfə işlənir. Deyirlər ki, Tanrı min dərd, min bir dərman verib. Yəni dərman dərddən çoxdursa, deməli, çarəsini tapsan, xəstə sağalar. Burada dərdlə dərman bərabər saydadır. Demək, bu dərdin sağalmasına ümid qalmır. Və bir də həkimə xəbərdarlıq edir ki, onun diaqnozu yanlışdır: Çəkmə zəhmət, çək əlin tədbiri-dərdimdən təbib Kim, deyil sən bildiyin mən çəkdiyim bimarlıq. Bu eşqin dərmanı elə bəladır. Dərd, bəla eşqin cövhəridirsə, bəs onda varlığı cövhərdən ayırmaq nə deməkdir? Buna görə də Məcnun-Füzuli üzünü tanrıya tutub sidq ilə istəyir ki: Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni, // Bir dəm bəlayi-eşqdən etmə cüda mən! // Az eyləmə inayətini əhli-dərddən, // Yəni ki, çox bəlalarə qıl mübtəla məni! // Olduqca mən götürmə bəladən iradətim, // Mən istərəm bəlanı, çün istər bəla məni ... dərdinə betər et mübtəla məni. Şair mətləbi bütün təfərrüatı ilə ifadə edir; bir yerdə ki az eyləmə inayətini (köməyini, şəfqətini, qayğını, hüsn-rəğbətini) və çox bəlalərə qıl mübtəla ifadələrinin mənası bir-birinin eynidir, o mətndə eşq, aşiq, məşuq tərəfinin sözləri dərd, qəm, bəla tərəfinin sözləri ilə sinonimdir. Füzulinin mətni sözləri belə mənalandırır. Bu, fərdi üslubdur, bu hissələr ancaq tərkibin özünündür.

    O biri tərəfdən, şair həmin məzmunu belə ifadə edir: Hasilim yox səri-kuyində bəladan qeyri, // Qərəzim yox rəhi-eşqində fənadən qeyri və əlavə edir ki, Neyi-bəzmi-qəməm, ey ah, nə bulsan, yelə ver, // Oda yanmış quru cismimdə həvadan qeyri ... // Bəzmi-eşq içrə, Füzuli, necə ah eyləməyim, // Nə təməttö bulunur neydə sədadən qeyri? Buradakı ney, yel, həva, səda sözlərinin fəlsəfi-sufi mənaları üstündə duran bədii məzmun Mövlana «Məsnəvi»sinin ilk misraları ilə eyni psixoloji-semantik cərgədə sıralanır: Dinlə, bu ney nasıl şikayət ediyor; ayrılıkları nasıl anlatıyor: Beni kamışlıktan kestiklerinden beri fəryadımla kadın, erkek/her kes ağladı. İştiyak derdimi anlatmaq için ayrılıktan parça-parça olmuş sine istiyorum. Aslından/vatanından ayrı kalan tekrar kavuşma anını arar.

    Ben her toplulukta ağladım, iyilere və kötülere eş oldum. Her kes kendi düşüuncesine göre bana arkadaş oldu, içimdeki sırları araştırmadı. Sırrım ağlayışımdan ayrı değil, fakat göz ve kulağın o ışığı yok. Beden ruhtan, ruh bedenden saklı değil, ancaq kimsenin ruhu görmesine izin yok. Bu neyin sesi ateşdir, hava değil. Bu ateşe sahip olmayan yok olsun [8. S.39].

    Mövlana deyir: Ney necə şikayət edir: parça-parça olmuş sinə istərəm. Füzuli deyir: Nalədəndir, ney kimi avazeyi-eşqim bülənd, // Nalə tərkin qılmazam, ney tək

    kəsilsəm bənd-bənd. Mövlana deyir: Neyin səsi atəşdir, hava deyil.

  • 10

    Füzuli deyir: Ey ah (bu, odlu nəfəsdir), nə bulsan, yelə ver oda yanmış quru cismimdə, // mənə ürəyimin odundan başqa heç kəs yanmaz (nə yanar kimsə mənə atəşi-dildən özgə).

    Mövlana deyir: Neyə düşən eşq atəşidir, // // Meyə düşən eşq coşqunluğudur. Füzuli deyir: Meydə istilik (təşviri-hərarət), neydə səsin təsiri (təsiri-səda) eşqdəndir. Deməli: bu Füzuli mətni həm də ümumi sufi düşüncəsinin təsəvvüf mətnidir. Və deməli, bu,

    ümumşərq təsəvvüf mətninin tərkib hissəsidir. Beləliklə, Füzulinin bədii mətninin dil poetikasında, ifadə, təşbeh, dil obrazları sistemində bir sinkretizm var: bir ümumşərq təsəvvüf əlaməti, bir də Füzulinin özününkü.

    Füzulinin kədər kateqoriyasını təmsil və ifadə edən fəal sözlərdən biri əşkdir. Əşk (göz yaşı) dərdin, bəlanın, yəni eşqin doğurduğu fiziki görüntülərdən biridir. Mətndə – həm «böyük mətn»də (Füzulinin bütün əsərlərində), həm də «kiçik mətn»də (Füzulinin konkret bir əsərində – qəzəlində, qitəsində, məsnəvisində və s.) əşk sözü farsca sirişk sinonimi (əşk sözü də farscadır) və türkcə göz yaşı paralelləri ilə növbələşir, ancaq üstünlük əşkdədir. Əşk təkcə də işlənir: Yazar göz pərdəsinə əşk şərhi-hal, bilməz kim, // Oxunmaz qan ilə yazılsa xətt övraqi-al üzrə; əşki-laləgun, əşki-gülgun, əşk seylabı kimi söz birləşmələri ilə də verilir – birinci ikisində əşkin rəngi, göz yaşının qana boyanmış olması bildirilir. Başqa «kiçik mətn»də bu qızartının qan yox, od, qığılcım olduğu söylənir: Ləhzə-ləhzə könlüm odundan şərərlərdir çıxan, // Qətrə-qətrə göz tökən, sanmın, sirişkin qanıdır. Burada eşqin şiddəti ifadə olunmuş olur. Bu halda qan adiləşir, gözündən qan axıtmaq dəyərdən salınır. Beləliklə, mətndə bədii mətləb misra-misra, ifadədən ifadəyə dərinləşir. Üçüncü birləş-mədə (əşk şeylabı) göz yaşının şiddəti, selə çevrilmə mənzərəsi təqdim olunur. Bəzən də əşklə mənfi obraz ifşa olunur. Aşiqin eşqinin çarəsizliyini bildirən və aşiqə insanlarda rəhm və rəğbət oyadan əşkdən mənfi obraz sui-istifadə edir – bu, riyakarlıqdır. Və ilk dəfə şeir dilində əşki-riya anlayışına yer verilir: Silki-əhli-halə çəkmiş zahidi əşki-riya, // Mis kimi kim, sim qədrini bildirir simab ona [3. S.46].

    Türkcə göz yaşı qarışılığı da əşkin mətn semantikasının bütün çalarlarını, şiddətini, rəng təfərrüatlarını, dərd-bəla-kədər yükünü eynən daşıyır. Heç bir təyinsiz gəlir: Bu bəlayə saldı məni qədin ki, yaşırdı yer üzünü yaşım... [1. S.317]. Burada da həmin şeylab, həmin şiddət – belə ki aşiqin göz yaşı bütün yer üzünü qərq edir, yer üzünü öz içində gizlədir. Və həmin laləgun, gülgun rəngli göz yaşı təmiz türkcə: Qanlı yaşın bəs ki saçmışdır, Füzuli, hər tərəf... [1. S.318]. Bu dəfə göz yaşının qan rəngi al şəraba bənzədilir: Ləbin əksi gözüm yaşını mey tək laləgun etdi [1. S.324].

    Füzulinin mətn semantikasında üslubi təzahürlərdən biri odur ki, «kiçik mətnlər» arasında özünəməxsus bir dialoq gedir: bir əsərində başqa bir əsərində deyilmiş bir fikrə isnad olunur. Yaxud müxtəlif «kiçik mətn»lərdəki mənalar bir-birini tamamlayır. Məcnun deyir: Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni, // Bir dəm bəlayi-eşqdən etmə cüda məni! // Olduqca mən götürmə bəladan iradətim, // Mən istərəm bəlanı, çü istər bəla məni... dərdinə betər et mübtəla məni. Yəni Füzulinin məlum eşq fəlsəfəsində dərd, bəla ən köklü məntiqdir, bu əlamətlər eşqin cövhəridir: Eşq dərdi, ey müalic, qabili-dərman deyil, // Cövhərindən eyləmək cismi cüda asan deyil. Bəs onda bu ah-nalə, bu sel kimi axan, qan kimi, al şərab kimi qızaran göz yaşları nədir? Başqa bir «kiçik mətn»də aşiqin qarşısında bu sual qoyulur, aşiqdən sual olunur ki, bəla istəmək nədir, bu hay-küy, bu giley-güzar, bu dava-dalaş, taledən bu şikayət nədir: Ahü fəryadın, Füzuli, incidibdir aləmi, // Gər bəlayi-eşq ilə xoşnud isən, qovğa nədir? Bu «böyük mətn» daxili psixoloji dialoqdur, ümumi mətnin tərkib hissələrinin bağlılığıdır. Həmin üslubi davranışın tərkib hissəsi kimi Füzuli sinonim sözün semantik-üslubi yükünün müqabilinə onun analogiyası ilə sinonim ifadə anlayışı çıxarır. Yəni sinonim termini leksik vahidlərə aiddir. Ancaq Füzuli bir fikri müxtəlif «kiçik mətn»lərdə sinonim məzmun kimi təkrar edir. Məsələn, bir qəzəlində deyir: Ey Füzuli, eşq

  • 11

    mənin qılma nasehdən qəbul, // Əql tədbiridir ol, sanma ki, bir bünyadı var. Yaxud bir qitəsində: Elm kəsbilə payeyi-rifət Arizuyi-məhal imiş ancaq. // Eşqdir hər nə var aləmdə, // Elm bir qiylü qal imiş ancaq. Eşq və əql//elm anlayışları qarşı-qarşıya qoyulur: eşqin yasaq olunmasının əql tədbiri olması və eşq hər şey ikən elmin bir qiylü qal olması fikirləri sinonim ifadələrdir. Və ya müxtəlif qitələrdəki Hər sözüm bir pəhlivandır kim, bulub təyidi-Həq Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri misraları ilə Müddəi eylər mənə təqlid nəzmü nəsrdə... Pəhləvanlar badpalar səgridəndə hər yana Tifl həm cövlan edər, əmma ağacdan atı var misraları sinonim fikirlərdir. Birincidə şair hökmdarla, sultanla müqayisə edib özünü yüksək tutur, ikincidə fərsiz qələm sahibinin aşağılığını söyləyir. Bu qəbildən müqayisələr də mətndaxili əlaqələrdir ki, mətn bütövlüyünü göstərir.

    Başqa bir üslubi təzahür aşiq və məşuqun eyni düşüncələrlə yaşamasının ifadəsidir. Bir «kiçik mətn»də aşiq (Məcnun) deyir: «Gərçi canandan dili-şeyda üçün kam istərəm, // Sorsa canan, bilməzəm, kami-dili şeyda nədir? // Vəsldən çün aşiqi müstəğni eylər bir vüsal, // Aşiqə mə’şuqdən hər dəm bu istiğna nədir?» Məşuq da eyni məzmunda gileylənir, o da aşiqinə eyni sualı verir. Və maraqlıdır ki, onun da sualında uyğun leksik tərkibdən istifadə olunur. Bu, aşiq və məşuqun eyni duyğularla yaşamasının dəlillərindəndir: Ey qılan şeyda məni, məndən bu istiğna nədir? Nişə sormazsan ki, əhvali-dili-şeyda nədir? Aşiq deyir ki, mən şeyda könlümün kama çatmasını istərəm, ancaq yar sorsa ki, kama çatmaq nə deməkdir, bilmərəm ki, nə deyim. Məşuq da ona deyir: niyə şeyda (vurğun) könlümün əhvalını sormursan? Aşiq məşuqun istiğnasından (laqeydliyindən, nazından) gileylidir. Məşuq da gileylənir ki, məni vurğun (şeyda) edən də sən, mənə etinasızlıq göstərən də sən. Bu nədir? Çox maraqlıdır: son anda, ölümqabağı Leyli anasına ürəyini açır, onun (Qeysin) ən sədaqətli, ən ideal aşiq olduğunu, məhz məşuqunun (Leylinin) dərdindən Məcnun adını aldığını deyir: «Məndəndir onun cünuni əfzun, // Qeys ikən olubdur adı Məcnun. // Risvayi-zəmanə oldu məndən...». Mətn bütövlüyü budur; müxtəlif «kiçik mətn»lərdə ifadələr, sözlər, suallar dialoq edirlər.

    Füzuli üçün rövzən (pəncərə) üzüaçıqlığın, hər yetənə baxmaqlığın təşbehidir: Qanda olsan, qapı lövhi tək gözət ismət yolun, // Açma göz divarlərdən hər evə rövzən kimi [1. S.310] – qapı ismət, pəncərə gözüdağınıqlıq kimi göstərilir. Eyni təşbehi anası Leyliyə nəsihətində onun üçün işlədir: Rövzən kimi küçələr gözətmə [2. S.61]. Yaxud anası qızına Hər gördüyünə su kimi axma təşbehinin davamı kimi ‘axmağın’ mənasını belə açır: Mey gərçi səfa verər dimağə, // Axdığı üçün düşər əyağə [2. S.61]. Başqa məqamda ayağa/əyağa düşməyi təvazökarlıq əlaməti kimi verir: Sərvərlik istər isən, üftadəlik şüar et Kim, düşmədən əyağa çıxmadı başə badə – əyağa düşmək meyin mayeliyi, axmaq qabiliyyəti ilə bağlanır. Təşbehin kökü eynidir.

    Təzadla emosiya yaratmaq Füzuli dilinin mühüm üslub davranışlarındandır. Tutuşdu qəm oduna şad gördüyüm könlüm [1. S.238] qəzəlində hər misrada, hər beytdə məna qarşıdurması mətnin üslubunu təşkil edir: qəm odu – şad könül; müqəyyəd oldu (bağlandı) – azad könül; xərab oldu – abad könül; badəpərəst – mürid məşrəb (xasiyyət); mum tək əridi – fulad könlüm; əcz gətirmək – bütün hünərlərə ustad olmaq; əhli-işrət – qanlar içməyə adət etmək; Bağdadın əsiri – Rum əhli (Füzuli, eylədi ahəngi-eyşxaneyi-Rum Əsiri-möhnəti-Bağdad gözdügün könlüm). Hətta xüsusi bədii effekt yaratmaq üçün frazeoloji vahidlərin tərkibində əks mənalı (mövqeyinə görə anto-nim) sözlərdən istifadə olunur: ayaq basmaq – əl vermək (Ayaq basdım dəri-ümmidə sərgərdanlıq əl verdi).

    Başqa halda uyğun məzmunlarla aşiqlərin uyğun psixoloji əhvalları ifadə olunur: Canı canan diləmiş verməmək olmaz, ey dil, // Nə nizə eyləyəyim, ol nə sənindir, nə mənim; və: Dilbərin canə imiş qəsdi, // Füzuli, gəl kim, Can verib dilbərə, minnət qoyalım canımıza.

    Ən munis məqamlar üçün adət olunmamış bir obyekt məcazlaşır, obraza çevrilir: Hünər sərriştəsin tutdum, əlimdə əjdaha gördüm [2. S.125]; Hər ləhzə alıb əlinə bir mar... deyirdi ol zar: Ol sünbuli-mişkbuyi tutdum [2. S.177]. Başqası bu məcazdan mənfi emosiya üçün istifadə edərdi, ancaq Füzuli həqiqətən mənfi olan bu nəsnəyə aşiqin ürəyinə yatan məzmun daxil edir. Bununla

  • 12

    şair cəmiyyətdəki mənfilərin müqabilinə mənfiləri daha mənfi göstərmək üçün zəhərli ilan çıxarır. Aşiqi məşuqundan ayıran cəmiyyətdə şair zəhərli ilanı sevgilisinin ətirli hörüyü (sünbüli-mişkbuyu) kimi aşiqin əlinə verir. Cəmiyyəti bundan da gerçək və bu qədər analitik başqa obrazla vermək olmaz.

    Biz Füzuli mətnini lirik nitq aktı kimi qəbul edib, onda ancaq lirik, həzin, kövrək hisslər

    görürük. Bu lirik mətnin içinə, dərinliyinə varanda orada ictimai-sosial narahatlıqların şahidi oluruq – cəmiyyətdəki mənəvi acıların, ictimai küdurətlərin müqabilinə ilan zəhərinin çıxarılması, insan vəhşiliklərinin müqabilində ilanın munis dostluğunun vəsf olunması faktlarında olduğu kimi. Bu həmin Füzuli mətnidir ki, bütün «Leyli-Məcnun»lardakı ərəb sərkərdəsini türk sərkərdəsinə transformasiya edir, möhtəşəm türk sultanı Səlim oğlu Süleymanı ona prototip alır. Bu mətndə hicr-vəsl, hicran-vüsal, vəfa-cəfa semantik qarşıdurmalarında aşiq-məşuq yanğıları ilə yanaşı, ətrafında gündə gördüyü fiziki, cismani, gerçək ağrılar, ehtiyaclar içində yaşayan insanların gündəlik əhvallarından, ictimai-sosial, məişət kədərlərindən də kədərlənir. Onun bədii mətnini bu qədər məhzun, bu qədər kədərli edən onun yaşadığı zamanın özüdür, hər il, hər ay, hər gün qulağında nərə çəkən şaxsey-vaxseylər, Kərbəla müsibətləri, gözünün qabağında axan göz yaşlarıdır (real əşklər/sirişklərdir). «Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım» deyir. Şəbi-hicran yanan can (Şəbi-hicran yanar canım), ağlar gözlərdən axan qanlı göz yaşları (tökər qan çeşmi-giryanım), xalqı yatmağa qoymayan nalələr (oyadar xəlqi əfqanım) təkcə bir aşiqin öz məşuqəsi üçün yanan canı, axıtdığı göz yaşları, çəkdiyi nalələr deyildi, həm də Füzulinin dövründə yaşayan insanlardan hər birinin yaşadığı gündəlik şəxsi kədərin şairin vətəndaş düşüncəsindəki əks-sədalarıdır. Hər kəs, savadlılar da, Füzulini muğamlarda dinləyən hər kəndli, hər şəhərli də şairin aşiqləri ilə (qadınları, məşuqları ilə) özünü həmdərd görürdü. Ona görə Füzuli, özünün dediyi kimi, zəmanəsində müxtəlif diyarlarda, uzaq-uzaq şəhərlərdə tezliklə tanındı, məşhurlaşdı, oxundu və tarixə çevrildi.

    Göründüyü kimi, Füzuli dilinin mətn bütövlüyündə onun müxtəlif əsərləri (böyük və kiçik

    mətnləri) arasındakı dil, ifadə əlaqələri mühüm yer tutur, Füzuli mətninin üslub göstəricisi kimi çıxış edir. Bu əlamət heç kəsdə ondakı tipiklikdə yoxdur. Ayrı-ayrı sözlərin leksik və psixoloji semantikası ilə yanaşı, işlənmə tezliyi Füzuliyə məxsusluğu ilə seçilir. Deməli, bu da üslub faktıdır. Deyilənlərin statistikasını hazırlamaqla Füzuli mətninin üslubunu, deməli, Füzulinin dil üslubunu incəlikləri ilə aşkar etmək olar. Bu, cildlərlə yaradıcılıq işi deməkdir.

    Ə D Ə B İ Y Y A T V Ə Q E Y D L Ə R

    1 Füzuli. Əsərləri. Bakı: Azərnəşr, 1996. C. 1. 2 Yenə onun. Əsərləri. Bakı: Azərnəşr, 1996. C. 2. 3 Təbrizi Qövsi. Divan. Bakı, 2006. 4 Hacıyev T.İ. Azərbaycan ədəbi dilinin tarixi. Bakı: Elm, 2012. C. 1. 5 Namiq Kamal. Amalımız... // Füyuzat. 1907. № 11. 6 Sabir Mirzə Ələkbər. Hophopnamə. Bakı, 1962. C. 1. 7 Onda Türkiyə türkcəsinə osmanlıca, Azərbaycan dilinə sadəcə türkcə deyilirdi. 8 Mevlana. Mesnevi: Tamam Metn Türkçəsi: Prof. Dr. Adnan Karaismailoğlu. Ankara, 2012. 12.

    Baskı. TOFIQ HADJIYEV

    THE LANGUAGE OF FIZULIS TEXT

  • 13

    S u m m a r y Though the thought about linguistics of the text is new but as a practical work its

    application goes back to the remote past. This general speech phenomenon has specific and typical expression in the history of Turkic languages. Thus, the integrity of the text is manifested not as a fact of individual activity or a fact of personal speech but as a work serving to the communication between peoples. It must be noted that as a common political and social purpose it was directed against division of Turkic languages into separate languages.

    Historically the most active speech form which united the Turks was the artistic language. On the way of languages integrity the writing of imitative poems nazire by the poets geographically distant from one another and belonging to another tribe, another people who acknowledged these poems be perfect must be estimated as historical invention. In the history of imitative poems in the style of nazire we observe such phenomema when historical and geographical relations took place in parallels, far histories and far geographies united in a scientific text.

    Certainly that the integrity of the text as a rule in the texts linguistics is estimated as a fact of individual activity. In this sense the text is an index of poets artistic speech and the mirror of a style. The text is a stylistic ornament of a creative person. The interpretation of this ornament reveals the style of a master. The author gives some facts from Fizulis language as examples. The borrowed lexics and the alien Grammar which influenced on Turkish language in medieval ages Divan poetry took a great and considerable position in its style and was a defining fact. But Fizuli did not give his text to the power of alien Grammar and vice versa used a prevalent frequency in favour of national means of expression.

    The words which form the essence of Fizulis text: the most frequent words are eşq ‘love’, aşiq ‘enamoured’, mə’şuq ‘beloved’, ‘lover’, then come the words dərd ‘sorrow’, bəla ‘misfortune’, qəm ‘sadness’, əşk ‘tears’.

    Key words: linguistics of the text, the integrity of the text, literary language, artistic

    language, Fizuli, style

    ТОФИК ГАДЖИЕВ

    ЯЗЫК ТЕКСТОВ ФИЗУЛИ

    Р е з ю м е

    Несмотря на то что мысль о контекстной лингвистике как идея является новой, её прикладная история уходит в далёкое прошлое. В тюркских языках у этого вечного речево-го явления есть некое типичное специфическое проявление. Так, целостность текста предстаёт средством, служащим целостности общения между людьми, но никак не личным творчеством или фактом речи индивида. Основная идея, которую она как общественно-

  • 14

    политическая цель содержит в себе, – это противодействие делению общетюркского языка на отдельные тюркские языки.

    Исторически самой активной речевой формой, которая связывала тюркские народы, был художественный язык. Настоящим открытием на пути его целостности стало создание поэтами одного тюркского племени, одного народа на своём языке подражаний стихам географически отдалённого от них великого поэта другого племени, другого народа. Из истории написания тюрками имитационных стихов известны случаи, когда при парал-лельном развитии исторических и географических связей далёкие географии соединялись в одном контексте.

    Как правило, в лингвистике целостность текста характеризуется как факт личного творчества. В этом смысле текст является показателем наличия у мастера слова индиви-дуального стиля в области художественной речи, т.е. своеобразным зеркалом его стиля. Текст – это не что иное, как стилевой орнамент субъекта творчества. Исследование стиле-вого орнамента раскрывает стиль творца.

    В настоящей статье в качестве примера автор рассматривает некоторые факты из языка Физули. Заимствованная лексика и вместе с ней проникающая в тюркские языки чуждая грамматика явились теми определяющими стилистику языка средневековой диван-ной поэзии фактами, которые обладали довольно сильными позициями. Тем не менее Физули не отдаёт свой текст во власть чуждой грамматики. Наоборот, он демонстрирует излишнюю частотность в национальную пользу.

    Наиболее употребительными словами у Физули были eşq ‘любовь’, aşiq ‘влюблённый’, mə’şuq ‘возлюбленный’, а также dərd ‘горе’, bəla ‘несчастье’, qəm ‘грусть’, əşk ‘слёзы’.

    Ключевые слова: лингвистика текста, целостность текста, художественный

    язык, Физули, стиль

    Ünvan: AZ1143. Bakı-143, Hüseyn Cavid pr., 115. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu – direktor, fil.ü.e.d.

    e-mail: [email protected]

    Çapa təqdim edən –

    Çapa tövsiyə edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurası (16.IV.2014, protokol № 3)

    Məqalənin redaksiyaya daxil olma tarixi

    1.IV.2014

  • 15

    Təkrar işlənməyə göndərilmə tarixi

    7.VII.2014

    Çapa göndərilmə tarixi 8.VII.2014

    ________

  • 16

    TÜRKOLOGİYA № 2 2014

    SAYALI SADIQOVA

    ALINMA TERMİNLƏRİN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİNİN NƏZƏRİ PROBLEMLƏRİ

    X ü l a s ə . Məqalə alınma terminlərin Azərbaycan dilinə tərcüməsinin nəzəri problemlərinə həsr olunmuşdur. Tədqiqatdan müəyyənləşdirilmişdir ki, tərcümə prosesində anlayışın əsas əla-mətləri termində öz əksini tapmalıdır. Bu prosesin düzgün həyata keçirilməsi müxtəlif dillərdə ye-ni terminlərin yaranmasında paralelliyi törədən səbəbləri aradan qaldırır.

    Bunun üçün alınma terminlərin Azərbaycan dilindəki qarşılıqlarının müəyyənləşdirilməsi zamanı əksər hallarda kalka üsulu ilə tərcüməyə üstünlük verilir. Çünki bu yolla tərcümə zamanı orijinaldakı bu və ya digər anlayışları ifadə edən terminlərin Azərbaycan dilindəki qarşılıqlarının müəyyənləşdirilməsi, ona uyğun söz və ifadələrin tapılıb işlədilməsi zərurəti yaranır. Tərcümə ek-vivalentliyi orijinalda olan mənanın müxtəlif elementlərinin adekvat və uyğun şəkildə müəyyən-ləşdirilməsi dilin istənilən səviyyəsində dillərarası kommunikasiyanı təmin edir.

    Açar sözlər: nəzəriyyə, məzmun, tam uzlaşma, semantik sahə, məna paralelliyi, ümumi

    semantika Elmi-texniki, ictimai-siyasi, diplomatik əlaqələrin sürətlə inkişaf etdiyi müasir dövrdə milli

    dillərin daxili imkanları əsasında başqa dillərə məxsus söz və terminlərin mənimsənilməsinə tələbat daha da artmışdır. Bu baxımdan milli dillərdə alınma söz və terminlərin struktur-semantik cəhətdən mənimsənilməsində tərcümənin çox mühüm rolu vardır. Tarixin çox qədim dövrlərinə gedib çıxan tərcümə yaradıcılığı bugünkü yeni ictimai-siyasi şəraitdə xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyət inkişaf edib dəyişdikcə, elmi-texniki sahədə baş verən yeniliklər tərcüməyə olan tələbatı artırmış, qiymətləndirmə meyarını dəqiqləşdirmişdir.

    Dilçilikdə tərcümə bir dildə olan anlayışın digər dilin leksik-qrammatik, fonoloji-semantik, fonetik və s. vasitələri ilə müəyyən məfhumları ifadə edən söz yaratmaq məqsədilə aparılan dillərarası əməliyyat kimi başa düşülür. Tərcümə obyekti olan dilin kommunikativ vahidlərinin strukturunda əs-lində heç bir redundant element olmadığı halda, tərcümə edən dildə tərcümə zamanı müəyyən qədər izahedici elementlərin işlənilməsinə yol verilir.

    Tədqiqatlardan məlum olur ki, tərcümə prosesi hər şeydən əvvəl iki başlıca ünsür kimi qiy-mətləndirilir: a) tərcümə olunacaq məlumatın başa düşülməsi; b) başa düşülənin adekvat şəkildə tərcümə dilində ifadə olunması. Bu iki ünsürün vəhdətindən ibarət olan tərcümə prosesində orijinal dildə müəyyən anlayış semantik cəhətdən başqa dilə tərcümə edilir. Yəni elmi-texniki terminlərin

  • 17

    dilimizə tərcüməsi prosesində dünya elmində qəbul olunmuş konsepsiya, nəzəri fikir və müddəalarla tanış olmaqla bərabər, həm də dilimizin zənginləşməsi üçün yeni söz və ifadələrin yaranmasına nail olunur. Lakin müasir dövrdə beynəlxalq aləmə inteqrasiyası nəticəsində alınma terminlərin dilimizə tərcüməsi zamanı müəyyən problemlər yaranır, bəzən d onların mənası düzgün müəyyənləşdirilmir. Belə səbəblərin yaranması terminlərin əvvəllər yalnız rus ekvivalentlərindən istifadə edildiyindən onların Azərbaycan dilinə dəqiq tərcüməsinin olmamasından irəli gəlir. Çün-ki hər bir dildə olan sözlərin müəyyən qismi çoxmənalı olur və bu da terminin dəqiq başa düşülməsini çətinləşdirir. Doğrudur, tərcümə sahəsində tərcümə dəqiq olmalıdır kimi mübahisə doğurmayan fikirlər mövcuddur. Lakin ilk baxışdan dəqiqlik problemi mübahisəsiz görünsə də, tərcümə praktikasında bu sahədə xeyli fərqli fikir ayrılıqları və anlaşılmazlıqlar meydana çıxır. Bu mə-sələyə yaxından nəzər saldıqda və onu dərindən öyrəndikdə məlum olur ki, dəqiqlik anlayışı altında texni-ki terminlərin tərcüməsi zamanı müxtəlif səpgili anlaşılmazlıqlar, çətinliklər yaranır. Məsələn, tərcüməyə sırf dəqiqlik nöqteyi-nəzərdən yanaşma, orijinalı olduğu kimi təqdim etmə ayrı-ayrı təfsilatlara vararaq orijinaldan uzaqlaşır və nəticədə orijinalla tərcümə dili arasında uyğunsuzluq yaranır.

    Məlum həqiqətdir ki, quruluş və söz dəqiqliyi heç də həmişə təfsilatı ilə tərcümə dəqiqliyinə gətirib çıxartmır. Orijinaldakı bütün sözləri mütləq şəkildə tərcümə dilinə gətirmək əslində sintaktik əlaqəni pozmaq, leksik vahidi öz yerində işlətməmək kimi qiymətləndirilir. Məsələn, blind transmission – ‘kor ötürülmə’ kimi tərcümə edilsə, əslində belə halda terminin tərcüməsi adətən dəqiq olmur, ifadəsiz bir variant alınır. Kontekstə görə isə blind transmission ‘cavabı eşitmədən birtərəfli ötürülmə’ yaxud ikitərəfli ‘rabitə qurulmadığı hallarda bir stansiyadan digərinə ötürülmə’ mənasını ifadə edir. Eləcə də blind sector – ‘kor sektor’ (kommersiya hüququ olmayan uçuş sahəsi yaxud planlaşdırılmış uçuşlara icazə verilməyən sahə) mənasını ifadə edir [1. S.22]. Bu ifadələrin heç birində qeyri-dil ünsürləri yoxdur. Tərcümə zamanı həmin termin-söz birləşmələri öz məzmun mahiyyətini tam açıqlamadığı üçün son halda adekvat dəyişmədən isti-fadə etmək zərurəti yaranır və burada problemin həllinin optimal yolu kimi həmin terminlərin Azərbaycan dilinin söz və ifadələri ilə əvəz edilməsi deyil, onların ifadə etdikləri mənaların terminlərlə birlikdə verilməsidir.

    Alınma terminlərin tərcüməsində bu terminlərin nəzərdə tutduqları anlayışların məna tutumları heç də həmişə tam şəkildə üst-üstə düşmür. Bu da tərcümə işində əlavə çətinliklər yaradır. Anlayışların məna tutumlarının üst-üstə düşməməsi həm terminlərin dillərdə müxtəlif mənşəli olması ilə, həm də bu və ya digər texniki terminlər yaradılarkən fərqlənən təsnifat əlamətlərinin seçilməsi ilə şərtlənir. Məsələn, 1. coupler – a) ‘mufta’; b) ‘birləşdirici’; c) ‘elektrorabitə bloku’ (avtopilotla radiostansiya arasında); d) ‘siqnal çeviricisi’; 2. deflection – a) ‘qanad konsolunun ox meyilliyi’; b) ‘istiqamət dəyişməsi’; c) ‘əksolunma’ (hava axınının); d) ‘ara’ (sükan); 3. renewal – a) ‘köhnə avadanlığı dəyişdirmə’; b) ‘müddəti/vaxtı uzatma’; c) ‘bərpa etmə’; 4. clearance – a) ‘dispetçer icazəsi’; b) ‘gömrük rüsumundan təmizləmə’; c) ‘aviadaşımaların qeydiyyatı’; d) ‘hündürlük ehtiyatı’ (klirens); e) ‘maneələri uçub keçmə’; f) ‘ara məsafəyə keçid’; 5. feeder – a) ‘yükləmə qurğusu’; b) ‘yerli (köməkçi) aviaxətt’ və s. Bu anlayışların müxtəlif semantik çalarları ona gətirib çıxarır ki, onların semantik tutumu müxtəlif dillərdə bir-birindən fərqlənir.

    Müstəqilliyin ilk dövrlərində öz forma və ifadə etdikləri məzmuna görə terminlər sisteminə daxil olan yeni terminlərin (dreyf, qlissada, interliver, kabrirləmə, simpleks, spin, şattl,

    ştopor, şpanqout, taymaut və s.) qəbul edilməsi ilə bağlı tərcümə zamanı sahə mütəxəssisləri arasında müəyyən fikir ayrılıqları yaranmışdır. Lakin tədricən həmin ifadələr terminlər sisteminə daxil oldu, müxtəlif sahələr üzrə işlədilərək öz real məzmunlarına yiyələnərək mütəxəssislər tərəfindən

  • 18

    eyni məzmunda dərk olundu. Alınma terminlərin Azərbaycan dilində orijinalda olduğu kimi işlədilməsinin müsbət cəhəti ümumi anlayışlar sisteminin formalaşması, beynəlxalq səviyyədə qə-bul edilmiş terminlərin Azərbaycan elmi-texniki terminologiyasına daxil edilməsi ilə bağlıdır. Qeyd etmək lazımdır ki, terminlərin olduğu kimi qəbul edilməsi ilk dövrlərdə onların ifadə etdikləri mənaların adekvat dərk olunmasında çətinliklərlə müşayiət olunur. Məsələn, distribütor, monitor, modulator, freym, kabotaj, flatter, kollimator, ornitopter, pivot, sintilyasiya, modem, pa-radiqm, şattl və s. kimi terminlərin şərh olunmadan verilməsi onların başa düşülməsi və istifadə edilməsində problemlər yaradır. Hətta bu terminlərin tərcüməsi zamanı ifadə etdikləri mənanın başa düşülməsi üçün ana dilində mənaca yaxın söz müəyyənləşdirə bilmədikdə çətinliklər meydana çıxır. Məsələn, monitoring, mute, net, normalization, search və s. kimi terminləri informatika sahəsində nəzarət, söndürmək, şəbəkə, normallaşdırma, axtarış və s. kimi tətbiq edilir və real elmi mahiyyət kəsb edir. Lakin elə terminlər var ki, onların qarşılığı mouse – həm ‘siçan’, həm də ‘maus’; substitute – ‘əvəzetmə’, ‘dəyişdirmə’; sweep – ‘variasiya’, ‘dəyişmə’; switch – ‘çevirgəc’, ‘kommutator’ kimi tərcümə edilir. Bu kimi terminlərin təhlilindən məlum olur ki, tərcümə zamanı ana dilində qarşılığı düzgün verilməyən və məzmununa görə yerli-yerində işlənməyən terminlər, xüsusilə anlayışlar arasında bağlılıq, əlaqə pozulur və məzmunun başa düşülüb dərk edilməsinə maneçilik yaradır. Son halda adekvat əvəzetməyə üstünlük verməklə tərcümə dilində fikrin dəqiq ötürülməsi üçün orijinalın hərfi tərcüməsindən, lüğət və fraza uyğunluqlarından uzaqlaşıb məsə-lənin həllinin bütövdə – məzmunda və orijinalın ifadə etdiyi mənada axtarılmalıdır. Bu cür dəyişməyə tərcümə üsullarından birinin, yəni a) orijinalın qeyri-diferensial və mücərrəd anlayışların tərcüməsinin aparılması prosesində konkretləşdirmə; b) anlayışların məntiqi inkişafı; c) antonimik tərcümə; d) kompensasiya vasitəsilə nail olunur [2. S.34]. Adekvat dəyişməyə anlayışın məntiqi inkişafı (izahedici tərcümə) və ya şərh, forma cəhətdən əks olan ifadənin köməyi ilə antonimik tərcümə və nəhayət, kompensasiya və ya həmin fikrin orijinaldan fərqli vasitələrlə ifadəsi haqqında fikirləri də söylənilmişdir [3. S.172]. Bu terminlərin təhlili əsasında aydın şəkildə qeyri-dəqiqlik müşahidə edilir. Məs.: a) breakaway – ‘ayrılma’ (sərhəd qatından); b) cutoff – ‘pozma’ (radio əlaqəni); c) flareout – ‘tarazlaşmada xəta’ (enmədən qabaq); d) heading – ‘istiqamət’ (hava gəmisinin gövdəsinin vəziyyəti); e) marshaller – ‘dispetçer’ (perronda hava gəmilərini istiqamətləndirən [4.I]) və s. Belə ki, uyğun ifadələri hərfi tərcümə etməyə heç bir ehtiyac yoxdur. Yalnız antonimik tərcümə istifadəçiyə fikri anlamaq imkanı verir.

    Bir sıra terminlər tərcümə edilsə də həm ingilis, həm də Azərbaycan variantları ilə yanaşı işlədilir. Məs.: a) stopover (aralıq dayanacaq); b) squitter (qeyri-müntəzəm ötürülmə); c) deklarasiya (bəyannamə); d) interliver (laylaşdırıcı); e) məlumatlar freymi (məlumatlar dəsti); f) skanirləyən şüa (izləyən şüa); g) monoton artım (yeknəsək artım); h) pelenq (istiqamət); j) qlissada (enmə maili); k) dreyf (yana yerdəyişmə), fedinqli kanal (zəifləmələri olan kanal); q) Aloha üsulu (intervalların Aloha üsulu ilə bölüşdürülməsi) və s. Nəhayət, bir qisim terminlərin yazılışı ilə bağlı problemlər vardır. Belə ki, ingilis dilindən tərcümə zamanı dilimizə keçən bəzi terminlər öz yazı qaydaları ilə birlikdə dilimizə keçməməli, Azərbaycan dilinin orfoqrafik qaydalarına uyğun-laşdırılmalıdır. Bu cəhətdən şattl, skvitter, transmissometr, kollimator, flatter və s. kimi sözlər iki deyil bir samitlə yazılmalıdır.

    Bununla belə, tərcümə zamanı əsas qarşılaşdığımız problemlərdən biri də orijinalla tərcümə dili arasında yaranan məzmun münasibətlərinin hərtərəfli təsviri və tərcümənin ekvivalentliyi anlayışın açılmasından ibarətdir. Birinci növbədə tərcümə dilində orijinalın məzmunu düzgün ifadə edilməlidir. Lakin dil məzmununun ekvivalentliyinin bu və yaxud digər səviyyəsində tərcümənin qəbuledicisinin orijinalın konkret mənasını bərpa etmək qabiliyyətinin hansı dərəcədə olması haqqında məsələ açıq olaraq qalır. Məlumdur ki, istənilən orijinalda olan termin və ya termin-söz birləşmələrinin dil özünəməxsusluğu,

  • 19

    yəni onun məzmununun yalnız özünəxas olan ‘fon’ bilikləri və texniki xüsusiyyətlərinə malik müəyyən dil kollektivinə yönəlməsi mütləq tamlığı ilə digər dildə yaradıla bilməz. Buna görə də tərcümə prosesi tam uy-ğun termin və ya termin-söz birləşmələrin yaradılmasını nəzərdə tutmur və tam uyğunluğun olmaması da tərcümənin mümkün olmamasının sübutu ola bilməz. Qeyd etmək olar ki, tərcümə prosesində orijinalla və tərcümə dilində olan termin və ya termin-söz birləşmələrinin mütləq eyniliyinin qeyri-mümkün olmasıdır. Təbii ki, tərcümə prosesində qoyulmuş məqsədin həyata keçirilməsi üçün mütləq eynilik əsas götürülmür [2. S.163]. Çünki hər hansı bir dildə bir sahə üzrə yaranmış termin və ya termin-söz birləşmələri məhz həmin dilin qrammatik-semantik xüsusiyyətlərini özündə əks etdirdiyindən, onun tam şəkildə başqa dildə verilməsi mümkün deyildir. Burada termin və ya termin-söz birləşmələrinin mənasından asılı olaraq tərcümə pro-sesinin mahiyyəti də dəyişir. Məs.: obstacle clearance – ‘maneələrin üzərindən uçub-keçmə hündürlüyü’; Q-feel system – ‘sürət təzyiqi üzrə yükləmə avtomatı’; traffic advisory – ‘hava vəziyyəti haqqında konsultativ məlumat’; grazing incidence –‘mikrofon membranının sürüşən düşmə bucağı’; margin – ‘təshih etmə qabiliyyəti’; mean annoyance level – ‘küy təsirindən orta qıcıqlanma səviyyəsi’.

    Təhlildən məlum olur ki, yüksək səviyyəli tərcümə ciddi nəzəri bilik tələb edir. Buna görə də tərcümə prosesində anlayışı dəqiq ifadə edən terminlər düzgün seçilməli və məxsusi sinonim frazalar yerində dəqiq işlədilməlidir.

    Elmin müxtəlif sahələri üzrə yeni formalaşan ayrı-ayrı anlayış adlarının da Azərbaycan dilinə tərcüməsi zamanı bəzi problemlər diqqəti cəlb edir. Çünki elə terminlər vardır ki, ingilis, Azərbaycan, rus dillərinin məna variantları onların hər birinin imkan və qrammatik xü-susiyyətlərini nəzərə almadan heç vaxt dərk edilib düzgün başa düşülə bilməz. Tərcümə pro-sesində terminlərin müxtəlif məna variantlarının işlənilməsi zamanı ekvivalentlik səviyyəsindən istifadə edərək bir qism spesifik terminlərin məna variantları müəyyənləşdirilməlidir. Bu zaman, bəzən həmin terminin tərcüməsini yox, mənasını daha dəqiq əks etdirən sözlə əvəz etmək daha məq-sədəuyğundur. Məs.: feeder – fider; transmissometer – transmissometr; spoiler – intersqreptor; gyroplane – ciroplan; intermodulation – intermodulyasion; frame – freym; de-interleaver – deinterlever (təbəqəsiz-ləşdirici); spin – ştopor (vintvari başı aşağı uçuş); downlink – hava-yerəlaqəkanalı; flange – flans (lonceronun kənar hissəsi) və s. Elm, texnika inkişaf etdikcə belə sözlərin dilimizə daxil olması və işlədilməsi daha da artır. Elmi-texniki terminologiyanın göstərilən xüsusiyyətlərini bilmək ingilis dili terminləri üçün Azərbaycan dilində vacib ekvivalent uyğunluqlarının axtarışını asanlaşdırır. Bu zaman bəzi terminlərin tərcüməsində onların türk dili təcrübəsindən də istifadə etmək olar. Məsələn, glidepath – enmə zamanı hava gəmisinin uçuş traektoriyasını ifadə edən termindir. Bu termini həm ‘qlissada’, həm də ‘enmə maili’ kimi ifadə etmək olar. Lakin enmə maili bu terminin daha münasib ekvivalenti ola bilir.

    Elmi-texniki tərcümənin əsasında müxtəlif elm sahələrinə aid dil vahidlərinə müvafiq variantın tapılması və digər dildə orijinalı adekvat şəkildə əvəz edən termin, termin-söz birləş-məsinin yaradılması durur. Tərcümə zamanı orijinaldakı dil vahidləri tərcümə dil vahidləri ilə əvəzlənir və bu prosesdə tərcümə dilində orijinaldakı elementləri həm məna, həm də struktur baxımından tam əvəz edə biləcək vahidlərin tapılması yönümündə axtarışlar aparılır. Yəni, iki dil arasında məna və üslub baxımından ümumi sayılan vahidlərin seçilməsi tərcümə prosesinin əsasını təşkil edən amildir və bu prosesin nəticəsi bilavasitə bundan asılıdır.

    Məlum həqiqətdir ki, dil sistemlərindəki mövcud fərqlər və dillərin hər birində termin yaradılmasının spesifik xüsusiyyətləri elm və texnikanın müəyyən sahəsinə aid termin və termin-söz birləşmələrinin orijinaldakı məzmununun tərcümədə tam saxlanılması imkanını müxtəlif dərəcədə məhdudlaşdıra bilər. Buna görə də tərcümə ekvivalentliyi orijinalda olan mənanın

  • 20

    müxtəlif elementlərinin saxlanılmasına (və uyğun olaraq itirilməsinə) əsaslana bilər. Ekvivalentliyin təmin olunması üçün tərcümədə məzmunun hansı hissəsinin verilməsindən asılı olaraq ekvivalentliyin müxtəlif səviyyələri fərqləndirilir. Tərcümə ekvivalentliyin adekvat və uyğun şəkildə müəyyənləşdirilməsi dilin istənilən səviyyəsində dillərarası kommunikasiyanı təmin edə bilər.

    Tədqiqatçılar tərcümə prosesində terminin ifadə etdiyi anlayışın əsas əlamətlərinin mak-simal dərəcədə saxlanılmasını, bununla belə məna yaxınlığı baxımından müxtəlif norma və üsullarla son həddə yaxınlaşma dərəcəsini müəyyənləşdirməyə dair fikir və mülahizələr irəli sürürlər. Buradan belə qənaətə gəlmək olar ki, iki müxtəlifdilli ifadələrin tərkibindəki termin və ya termin-söz birləşmə-lərinin məzmunları bu ifadələrin yaradıldığı dillərdə fərqlərin imkan verdiyi maksimal ümumiliyi başa düşülən və mümkün olan ekvivalentliyi, tərcümə ekvivalentliyini, orijinal və tərcümə dillərinin tərcü-mə prosesində çatdırılmalı olan real məna yaxınlığını fərqləndirmək lazımdır.

    Tərcümə zamanı ekvivalentliyə nail olma tərcümə nəzəriyyəsinin ən mühüm mərhələlərindən biridir. Ekvivalentlik dedikdə, orijinal ilə tərcümə olunan termin arasında ən böyük mümkün olan oxşarlıq nəzərdə tutulur. Ekvivalentlik anlayışı tərcümənin tədqiqində ən müəmmalı anlayışlardan biridir və müxtəlif yollarla izah olunur. Birinci halda ekvivalentlik prinsipinin əsasını həmin va-hidin tərkib elementlərinin arxitektonik (say, quruluş və s.) adekvatlığı, münasibliyi təşkil edirsə, ikinci halda bu əsası material yox, semantik münasibətlər təşkil edir.

    Ümumi tərcümə nəzəriyyəsi tərcümə ekvivalentliyinin yalnız mahiyyətini açıqlayaraq orijinalda və tərcümədə tam və qismən üst-üstə düşən linqvistik, yəni dil və yaxud ekstralinqvistik qeyri-dil amillərinə işarə edir. Tərcümə ekvivalentliyinin mahiyyətinin izahı tərcümə prosesinin həyata keçməsinin müxtəlif şəraitlərində ekvivalentlik növlərinin təfsilatı ilə öyrənilməsi, orijinal-da və tərcümədə müxtəlif vahidlər qrupu arasında mövcud real məna münasibətlərinin tədqiqi ilə tamamlanmalıdır. Ekvivalentlik münasibətlərinin konkret növlərinin tədqiqi tərcümənin ümumi nəzəri modelinin sınaqdan keçməsinə, onun real mövcud olan tərcümə faktlarının daha düzgün əks etdirilməsi üçün əlavə dəqiqləşdirmə və dəyişikliklərin daxil edilməsinə imkan verir.

    Ekvivalentlik münasibətlərinin təhlili ekvivalentliklər səviyyəsinin yuxarıda göstərilmiş nəzəriyyəsi əsasında aparılır. Bu nəzəriyyəyə əsasən tərcümə ekvivalentliyi terminin bütün əlamətlərinin tərcümə edilən dildə bütün səviyyələrinin maksimal eyniliyində öz əksini tapır. Bu ümumi müddəanın termin-söz birləşmələrinin komponentlərinin və onların hər bir səviyyədə ifadə vasitələrinin orijinalda və tərcümədə bu cür komponentlərinin üst-üstə düşməsinin imkan və səviyyəsinin aydınlaşdırılmasını nəzərdə tutur. Orijinal və tərcümənin ekvivalentliyinin təsviri məzmunu beş müxtəlif səviyyəyə əsaslanır: 1) dil işarələr səviyyəsi; 2) söyləm səviyyəsi; 3) xətər səviy-yəsi; 4) situasiyanın təsviri səviyyəsi; 5) ünsiyyətin məqsəd səviyyəsi. Tərcümə prosesində orijinal və tərcümənin müvafiq səviyyələri arasında ekvivalentlik münasibətləri qurulur. Orijinal və tərcümə vahidləri bütün səviyyədə və yaxud onlardan bəziləri də bir-birinə ekvivalent ola bilərlər.

    Qeyd etdiyimiz kimi, terminlərin tərcüməsindən danışarkən iki termin arasındakı fərq nəzərdə tutulur ki, bunlardan biri orijinaldakı, digəri isə tərcümə dilindəki termindir. Yuxarıda göstərildiyi kimi, tərcümənin məğzi orijinaldakı mənanı tərcümə dili vasitəsilə yenidən ifadə et-məkdir. Bu zaman müxtəlif elm sahələrinə aid terminlərin tərcüməsi zamanı bu iki sistem arasındakı fərqlərin minimuma endirilməsi və orijinaldakı mənaya daha yaxın ifadə olunması əsas şərtlərdən hesab edilməlidir.

    Termin ekvivalentliyi bütövlükdə və tamamilə orijinalın termin və ya termin-söz bir-ləşmələrinin ifadə etdiyi semantika ilə üst-üstə düşür. Məsələn, ingilis dilində – channel

  • 21

    configuration; charter carrier sözlərinə Azərbaycan dilindəki – kanalın konfiqurasiyası; çarter daşıyıcı sözlərini ekvivalent kimi vermək olar və bu da onların mənalarını tam şəkildə açıqlayır. Lakin bu zaman qeyri-ixtisasçı üçün, həmçinin konfiqurasiya, çarter sözlərinin də tərcümə edilməsinə, onların ekvivalentlərinin müəyyənləşdirilməsinə zərurət yarana bilər. Ekvivalentliliyin köməyilə tərcümənin heç bir çətinliyi yoxdur. Analoq isə bir neçə mümkün sinonimlərdən birinin seçilməsi ilə analoji tərcümənin nəticəsidir. Ekvivalent bir, analoqlar isə bir neçə ifadə vasitəsindən ibarət ola bilər. Bunlar təhlil yolu ilə təyin edilir, bunun nəticəsində də kontekstdə ən çox uyğun olan sözdə dayanılır. Sinonim fraza cərğəsi dedikdə, onların ifadə etdikləri keyfiyyət çalarlarından asılı olaraq yerləşdirilmiş çox və ya az miqdarda eyni mənalı sözlərin sıraları nəzərdə tutulur.

    Hər bir dildə ilkin strukturdan çıxarılması mümkün olan və yaxud əksinə, müəyyən dəyişmələrin (sintaktik transformasiya) köməkliyi ilə onlarda əks olunan sinonim strukturlar möv-cuddur. Belə strukturlar əsas məntiqi-sintaktik əlaqələrin ümumiliyinə malikdir. Bununla belə, onların hər biri belə transformasiya (sinonim) sırasının başqa struktur mənalarından fərqləndirən öz sintaktik mənasına da malikdir. Belə ki, ‘icraçı-hərəkət’ əsas mənalı ilkin strukturdan bu əsas mənanı saxlayan və yalnız əlavə sintaktik mənalarla fərqləndirilən struktur sırası müəyyənləşdirilə bilər. Məsələn, daşıyıcı yük tarifini rəsmiləşdirir – yük tarifinin rəsmiləşdirilməsi – rəsmiləşdirilən yük tarifi – daşıyıcı tərəfindən rəsmiləşdirilmiş yük tarifi və s. Bu sıralardan rəsmiləşdirilən yük tarifi anlayışı daha dəqiq ifadə edən termindir.

    Müxtəlif dillərin terminlərinin semantik həcmindən asılı olaraq müxtəlif elm sahələrində terminlərin ingilis, Azərbaycan və yaxud fransız, alman dillərinin arasında bütöv və ya qismən ekvivalentlik münasibətlərinin olması ilə yanaşı, qeyri-ekvivalent münasibətlər də ola bilər. Tam ekvivalentlik müxtəlifdilli leksikanın elə münasibətləridir ki, bir dilin termini o biri dilin terminində dəqiq məna uyğunluğu yarada bilsin. Məs.: radar approach – approachradar – radar üzrə enməyə yaxınlaşma; radar clutter – brouillage radar – radar maneələri; omnidirectional radiobeacon – radiophare omnidirectionnel – hər tərəfə istiqamətlənməmiş (istiqamətlənmiş) radiomayak – sözü bu zaman mənaca radarın ümumiyyətlə istiqamətlənmədiyini deyil, konkret bir səmtə görə istiqamət-lənmədiyini bildirir [4. I. S.164]; extended squitter – squtter long – genişləndirilmiş özügenerasiya olunan siqnal; drift error of altimeter – erreur de derive altimetrique – hündür-lükölçənin ləngimə xətası; indicated slant course line – alignement oblique indique – cihaz üzrə maili kurs xətti və s. kimi terminlərin tərcüməsi ingilis, Azərbaycan və yaxud fransız dilində tərcüməçilər və mütəxəssislər üçün aydındır.

    Semantik münasibətlərin başqa növünə qismən ekvivalentlik aiddir: termin və ya onun mənası digər dildə terminə çevrilmiş sözün bir və yaxud bir neçə mənasının ekvivalentidir. Belə münasibətlər çoxmənalı terminlərə aiddir. Məsələn, müxtəlif kontekstlərdə bearing termininin ‘pelenq’; ‘azimut’; ‘istiqamət’; efflux – ‘reaktiv qaz şırnağı’ və ‘qaz axını’; beam – sözünün Azərbaycan dilində bir sıra qismən ekvivalentləri var: beam – ‘şüa’; antenna beam – ‘antena diaqramının ləçəkləri’; lifting beam – ‘yükqaldırıcı kranın hərəkətli hissəsi’; supporting beam – ‘dayaq tiri’; carrier – ‘aviaşirkət’; air carrier – ‘aviadaşıyıcı’; frequency carrier – ‘tezlik daşıyıcısı’; charge – ‘yığım’ (rüsum) və s.

    Nəhayət, iki dilin terminləri qeyri-ekvivalent münasibətdə olanda, onlardan birində xarici dilə aid terminin hazır məna uyğunluğu olmur. Misallardan göründüyü kimi, bu, müxtəlif dövlətlərin hava məkanında geostrateji mövqeyin, strateji yük daşımalarının və tranzit reyslərin intensivləşməsinin qeyri-bərabərliyindən irəli gəldiyi üçün tamamilə qanunauyğun bir hal hesab edilir. Qeyri-ekvivalent leksikanın tərcüməsi bizim üçün həm müvafiq materiallarla iş vaxtı, həm də çoxdilli lüğətlərin tərtibində böyük

  • 22

    çətinliklər yaratmışdır. Məs.: flans, dissispasion, emulyasiyalı, kollimator və s. Bir tərəfdən bu qeyri-ekvivalent terminlərin orijinalın dilindəki məna məzmununun başa düşülməsi çətinliyi, digər tərəfdən isə onların mahiyyətinin tərcümə dilindəki leksik vasitələrlə ifadəsinin çətinliyi ilə izah olunur. Faktiki olaraq, belə terminlərin tərcümə imkanlarına daha çox diqqət yetirilir. Birinci növbədə bu çox və ya az mənada semantika baxımından ingilis dili ilə üst-üstə düşən Azərbaycan dilindəki terminlərin istifadəsinə imkan verməklə Azərbaycan dili terminoloji vahidlərinin fəallaşdırılmasına şərait yaradır.

    Terminlərin rus dilinə tərcümə olunması təcrübəsindən yararlanaraq tərcümə prosesində nəzərə çarpan müəyyən aspektlərə nəzər salmaqla həmin terminlərin Azərbaycan dilinə tərcüməsi işini asanlaşdırmaq mümkündür. Belə ki, bounced landing termininin Azərbaycan və rus dillərindəki tərcüməsinin məna variantlarına diqqət yetirməklə aşağıdakıları müəyyənləşdirmək olur. Bu termin rus dilinə ‘козлить’ kimi tərcümə edilir və aviasiyada istifadə edilən slenq sözdür, yəni bu sahədə çalışanlar üçün mənası aydın olan termindir. Azərbaycan dilinə birbaşa tərcümə edildikdə ‘keçi kimi atılıb-düşmək’ mənasını verir. Burada görünür ki, həmin variantda rus dilindən edilə biləcək birbaşa tərcümə mənanı izah etmir və onun tam dolğunluğu ilə başa düşülməsini qeyri-mümkün edir. Buna görə terminin təynininə mü-raciət edərək onun tam mənasını ancaq təyinin məzmununa görə verilə bilər. Burada iki variant, yəni, ‘sıç-rayışlarla enmə’ və ya ‘enmə zamanı yer səthində kəskin şaquli yerdəyişmə’ kimi tərcümə daha düzgündür və məqsədəuyğun hesab edilə bilər. Belə tərcümə terminin həm tam tərcüməsini, həm də mənasını açıqlayır.

    Eləcə də blindsector termini rus dilinə tərcümədə ‘слепой сектор’ kimi tərcümə edilir. Azər-baycan dilində bu söz birləşməsini ‘kor sektor’ kimi tərcümə etmək mümkündür, lakin bu zaman sözün məna cəhətdən izah olunması çətinləşir. Bu səbəbdən terminin açıqlamasına müraciət edərək onu ‘planlaşdırılmış uçuşlara icazə verilməyən sahə’ kimi tərcümə etmək daha düzgün olardı. Blind sector (blind sector ‘kor sahə’) yəni planlaşdırılmış uçuşlara verilməyən sahə termini blind velocity (rus dilinə tərcümədə ‘слепая скорость’) [2. S.222] radarın ekranında görünməyən sürəti açıqlayır və onu mənaca ekvivalentlik səviyyəsi nöqteyi-nəzərdən ‘görünməyən sürət’ kimi tərcümə etmək daha münasibdir. Yaxud:

    Burn – 1. tilişkə, çıxıntı (metalda). 2. üçbucaqlı iskənə: balta. 3. dəyirman daşı, oxvar daşı. 4.

    tikan. Cam – 1. qulaqcıq, qulaqcıqlı şayba, eksentrik. 2. lekal, şablon, kopir. 3. əyrixətli paz. 4. dağ.

    filiz. Camera – 1. fotoaparat. 2. kinokamera. 3. telekamera. 4. arx. tağtavan, qübbə. Camper – 1. qabarıqlıq. 2. əyrilik; əyinti. 3. avto. qabaq təkərin maililik səviyyəsini ölçən

    qurğu (razval maşinı, qurğusu). Crop – 1. məhsul, biçin. 2. kənd təsərrüfatı bitkisi, taxıl, dənli bitki. 3. geol. üstünü açma,

    çılpaqlama. 4. dağ. çıxarma (filizi). 5. met. kəsik. Monomial – riyaz. bir hədli, bir üzvlü, təkhədli (ədəd). Pinch [pint] – 1. daralma, yığılma, sıxılma. 2. lom, ağırlıq, yük. 3. qapan (böyük tərəzi). 4.

    fiz. plazma şnuru, pins effekt [4. I]. Azərbaycan dilinə tərcümə ediləndə bu terminlər bir neçə variantda verilmişdir. Bu halda

    həmin tərcümələrin hər birində düzgün və dəqiq hesab oluna bilən, termindən də istifadə etmək olardı.

  • 23

    Flight crew termininin tərcüməsi zamanı bu termini ‘uçuş heyəti’ kimi vermək olardı. Lakin fransız dilinə müraciət etsək, görərik ki, bu terminin mənasını ümumi şəkildə ifadə etmək üçün ‘ekipaj’ sözündən istifadə edilir. Bu söz etimologiyasına görə fransız sözüdür və dilimizə rus dili vasitəsilə daxil olmuşdur.

    Procedure – termini ümumi termin kimi bəzi mənalarında əməliyyatların icra etmə qayda-larını, bəzi mənalarda isə hər hansı bir əməliyyatı ifadə edir. Ona görə də həmin termini yenə də rus dili vasitəsilə dilimizə daxil olmuş ‘prosedur’ kimi ümumi məna daşıyan termin olaraq vermək olar.

    Drift – yana yerdəyişmə mənasını ifadə edir. Bu zaman əksinə olaraq, onun mənaca ifa-dəsini deyil, bu terminin ‘dreyf’ kimi qəbul edilməsi onun digər terminlərlə qarışdırılmaması üçün daha məqsədəuyğun olardı.

    Yuxarıda göstərilən terminlərin Azərbaycan dilindəki qarşılıqlarının müəyyənləşdirilməsi

    və onların dilin daxili imkanları ilə ifadə olunması zamanı əksər hallarda kalka üsulu ilə tərcüməyə üstünlük verilir. Çünki bu yolla tərcümə zamanı orijinaldakı bu və ya digər anlayışları ifadə edən terminlərin Azərbaycan dilində qarşılıqlarının müəyyənləşdirilməsi ona uyğun söz və ifadələrin tapılıb işlədilməsi zərurəti yaranır. Kalka zamanı adlandırılan anlayışın məzmununa uy-ğun və bununla onun düzgün başa düşülməsinə kömək etdiyi halda müvəffəqiyyətlə istifadə oluna bilər. Əks halda kalka yanlış assosiasiyalara görə lazımi effekti vermir. Qeyri-ekvivalent terminlərin tərcüməsinin ikinci üsulu Azərbaycan dilində olmayan yeni terminlərin ya-radılmasıdır. Bununla da Azərbaycan dilinin leksik elementlərinin səs və semantik istifadə üsulları fəallaşır, təsviri tərcümə və termin yaradılmasından istifadə oluna bilir. Məs.: «Воздушная заслонка – ha-va qapağı; Воздушная защита – hava müdafiəsi; Воздушная подушка – hava yastığı» [4. I. S.40]; «Во-яж – səyahət, səfər» [4. I. S.41]; «Наработка – yürüş, işləmə, müddət» [4. I. S.137]; «Наработка до от-казa – imtina yürüşü (müddəti)» [4. I] və s.

    Buradan belə çıxır ki, mükəmməl tərcümə nəzəriyyəsi iki əsas tərkib hissəsinə bölünür: a) dilin kommunikasiya nəzəriyyəsi mövqeyindən ümumi nəzəriyyə; b) dillər arasında mövcud olan konkret ekvivalent uyğunluqları nəzərdən keçirən xüsusi nəzəriyyə. Bununla yanaşı terminlərin məna müxtəlifliklərini ayırd etmək zəruridir. Tərcümənin analoqun köməkliyi ilə verilməsi, hər şeydən əvvəl, sinonimlərlə tanışlığı tələb edir. Bundan başqa, tərcüməçi üçün terminin mənasını anlamaq və bunu öz ana dilinin vasitələri ilə ifadə etmək bacarığı çox böyük əhəmiyyət kəsb edir.

    Bununla belə, qeyd etmək lazımdır ki, bu xüsusi məsələlərə də tutuşdurma metodu vasitə-silə deyil, məhz kommunikasiya nəzəriyyəsi mövqeyindən baxılır. Belə olan halda prosesin özünü onun bütün xüsusiyyətləri ilə dərk edilir, ancaq bu üsul yalnız onların təsnifatını, həmçinin bu və ya digər konkret ekvivalent uyğunluğunun seçilməsi üçün təminat verməyə və yaxşı halda tu-tuşdurma metodu ilə öyrənməyə qadirdir. Lakin bu halda da tutuşdurma halı mövcuddur. Belə ki, ancaq o, tərcümənin dəqiqlik meyarlarının, yəni orijinal və onun tərcüməsinin ekvivalentlik meyarlarının aşkar edilməsinə gətirib çıxarır.

    Beləliklə, tərcümə zamanı funksional leksik vahidlərin ingilis, rus, Azərbaycan dillərində hər növ vari-

    antlarından, onların ifadə vasitələri və imkanlarından geniş istifadə etməklə elm-texnika, iqtisadiyyat, mədəniyyət, ictimai-siyasi həyatla bağlı yeni yaranan anlayışları ifadə edən terminlər yaradılır.

    Azərbaycan dilinin semantik sisteminin tədqiqindən aydındır ki, dildə işlənən hər bir dil vahidi müəyyən məna daşıyır. Ayrı-ayrı sahələrə aid termin və ya termin-söz birləşmələrinin

  • 24

    Azərbaycan dilinə tərcüməsi zamanı da dilimizin semantik zənginliyinin, ifadə imkanlarının geniş olmasının bir daha şahidi oluruq. «…Azərbaycan ədəbi dili lüğət tərkibinin zənğinləşməsi mürəkkəb bir proses olaraq davam edir. Cünki, elmi terminologiya müxtəlif dillərin, müxtəlif təfəkkür formalarının dünya sivilizasiyasına qovuşmasıdır» [5. S.11].

    Məqalənin elmi yeniliyi və tətbiqi əhəmiyyəti. Buradan aydın olur ki, tərcümənin son

    məqsədi hər bir səviyyədə ekvivalentliyin maksimal səviyyəsinin qurulmasından ibarətdir. Bu zaman əksər hallarda kalka üsulu ilə tərcüməyə üstünlük verilir və məzmunun hər bir səviyyəsində dil kodlarının köməyilə fikir ifadə edilir. Müəyyən bir səviyyədə ekvivalentlik münasibətlərinin qurulması imkanı həmin səviyyədə ifadə edilən fikrin xüsusiyyətlərindən və bu növ məlumatın orijinal tərcümədə öz əksini tapması üçün ifadə vasitələrinin nisbətindən asılıdır. Müşahidələr za-manı o da məlum olur ki, Azərbaycan dilinin ifadə imkanlarını nəzərə almaqla bu dildə istənilən elmi-texniki fikirləri ifadə etmək olar. Məqalədə qoyulan problemin həlli terminoloji lüğətlərin tərtibində müstəsna əhəmiyyəti vardır.

    Ə D Ə B İ Y Y A T

    1. Пособие по переводу техниčескоj литературy авиаcионноgо профилja с анgлиjскоgо

    jaзyка на русскиj. Новосибирск, 2000. 2. Реcкер Y.I. О закономернyh соответствиjah при переводе на родноj jaзyк // Вопросy теории и

    методики уčебноgо перевода. М., 1981. 3. Даниленко В.П. Актуалнyе направлениja линgвистиčескоgо исследованиja rусскоj терми-

    нолоgии // Современнyе проблемy русскоj терминолоgии. М.: Наука, 1986. 4. İngiliscə-azərbaycanca-rusca aviasiya terminləri lüğəti. Bakı: Şərq – Qərb, 2008. C. 1–2. 5. Sadıqova S.A. Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində tərcümənin rolu // Ter-

    minologiya məsələləri. Bakı: Elm, 2009.

    SAYALI SADIGOVA

    THE THEORITICAL PROBLEMS OF TRANSLATION

    OF BORROWED TERMS INTO AZERBA