əxlaq və davranış

Post on 03-Jul-2015

251 Views

Category:

Education

9 Downloads

Preview:

Click to see full reader

DESCRIPTION

Davranış qaydaları

TRANSCRIPT

Sinfə müəllimdən əvvəl gəlməliyik.Zəng çalınan kimi kitabı,dəftəri və dərs ləvazi-matlarını partanın üstünə qoyub,öz yeri-mizdə əyləşməliyik.

Müəllim sinfə daxil olanda hamımız ayağaqalxmalıyıq.Belə davranmaq müəllimimizəqarşı dərin hörmət əlamətidir.

Dərsdə sakitcə müəllimi dinləməli,öyrən-məyə həvəs göstərməliyik.Müəllimin tapşı-rıqlarına əməl etməliyik.

Dərsdə yersiz danışmaqdan,başqalarınındiqqətini dağıdan hərəkətlər etməkdən çə-kinməli və dərsi pozmamalıyıq.

Sinfin pəncərəsindən boylanmaq,bu cürhərəkət edən yoldaşlarla zarafatlaşmaq həyat üçün çox təhlükəlidir.

Dəhlizdə,həyətdə və ya küçədə müəllimlə-rimizlə rastlaşarkən,onlara salam verməliyik

Məktəbdə bizə xidmət edənlərə (qapçılara,fəhlələrə,xidmətçilərə) həmişə hörmət gös-tərməliyik.

Müəllimlərimizin hamısı hörmətə layiqdir.Bütün müəllimlərə eyni münasibət göstər-məliyik.

Sinifdə dəhlizdə və məktəbin həyətində saqqız çeynəmək mədəni davranış deyildir.

Bufetdən bir şey alarkən növbəyə durmalı,səbirlə növbəmizin çatmasını gözləməliyik.

Bufetdə xidmət edənlərlə mülayim rəftaretməli,mədəni davranmalıyıq.

İsrafçılıq etməməyə,yəni yerli-yersiz pulxərcləməməyə çalışmalıyıq.

Aldığımız yeməklərin kağızlarını və hər cürtullantıları zilib qutusuna atmalıyıq.

Əl-üz yuyarkən yoldaşlarımızla zarafatlaş-mamalıyıq.

Dırnaqlarımızı hər həftə tutmalı,dişlərimizimüntəzəm olaraq təmizləməli,qulaqlar vəburunun təmizliyinə,paltarın səliqəsinədiqqət yetirməliyik.Həftədə ən az iki dəfə çimməliyik.

Saçlarımız hər zaman təmiz,daranmış və səliqəli olmalıdır.

Dərslərimizdə müvəffəqiyyət qazanmaq üçün

səylə çalışmalıyıq.

Ev tapşırıqlarını vaxtında yerinə yetirməliyik.

Hər zaman dərsə hazır gəlməliyik.Ev tapşırı-ğı verilməsə belə,həmin günkü dərsləri təkraretməyimiz dərsdə fəal iştirak etməyə köməkedəcək,üstəlik yoldaşlarımıza da köməyimizdəyəcəkdir.

Partalarımızın üstünə,divarlara ya da məktə-bimizin hər hansı bir yerinə yazı yazmaq səhvdavranışdır.

Yığıncaq və tədbirlərdə səs salmamalıyıq.yanımızdakılarla danışmaq sağa-sola bax-maq,ayağa qalxmaq səhnədəkilərin diqqətinidağıdar,tamaşaçıları narahat edər.

Dövlət Bayrağımıza həmişə hörmətlə yanaş-malıyıq.Bayrağımızı aşağı salmamalı,endir-məməliyik.

Dövlət himnimizi ayaq üstə dayanaraq sağəli ürəyin üstünə qoyaraq ucadan oxumalıyıq

Yoldaşların xətalarından müəllimə şikayətetməyə xəbərçilik deyilir.Əgər yoldaşlarımızındavranışı onun özünə və başqalarına zərər ve-rirsə,bu barədə müəllimi xəbərdar etmək lazım-dır.

Yalan danışmaq çox pis adətdir.Çox çətinvəziyyətə düşsək də doğru danışmaqdan əl çəkməməli,sözün düzünü deməliyik.

Yardımsevər olmaq çox gözəl davra-nışdır.Məşğələlərdə,birgə işlərimizdə yoldaş-larımıza kömək etməliyik.

Kobud danışmaq və davranmaqdan uzaqdurmalıyıq.

Yoldaşlarımızın sevinclərinə də,kədərlərinə-də şərik olmalıyıq.

Biri bizə yaxşılıq etmiş,bizi tərifləmişsə,onatəşəkkür etmək nəcib davranışdır.

Yoldaşlarımızla dalaşmamalı,onlardan küsmə-məli,heç vaxt başqasının arxasınca danışma-malıyıq.

Bütün ictimai yerlərdə olduğu kimi,avtobusdada ucadan danışmaq,yersiz zarafatlar etmək olmaz.Bununla siz başqasını narahat etmiş olarsınız.

Maşına minərkən və düşərkən özümüzdənkiçiklərə və böyüklərə yol verməliyik.Kiçiklərəvə qocalara kömək etməliyik.

Məktəbə çatıb maşından enərkən,yaxud dərs-dən sonra maşına minərkən növbəni gözləmə-liyik.Maşına minməyə və maşından düşməyətələsənlər qəzaya səbəb ola bilərlər.

Məktəb avadanlıqlarını qorumalı,onlara zərəryetirməməliyik.Bilmədən vurduğumuz zərərivalideynlərimizin yardımı ilə ödəməliyik.

Məktəbdə özümüzdən kiçiklərə yardım etmə-li,onları qorumalıyıq.Onlara qarşı mərhəmətliolmalıyıq.Özümüzdən böyüklərə hörmət etmə-liyik.

Məktəbə cib telefonu gətirməməliyik.Dərsdənsonrakı məşğələlər zamanı evə gecikdiyimiz hallarda ailəmizə xəbər vermək üçün telefəngətirmişiksə,onu müəllimimizə verməliyik.Dərsvə ya məşğələ başa çatandan sonra onu geriala bilərik.

Məktəb həyətində özümüz və başqaları üçünzərərli olan davranışlardan çəkinməliyik.

Pilləkənin tutacaqlarından sürüşmək çox təh-lükəlidir.

Məktəbə yalnız məktəbli formasında gəlməli-yik.

Məktəbdə əldə edilən ən böyük qazanclardanbiri kitab oxumaq vərdişidir.Əgər hələlik bu vərdişi qazana bilməmişiksə,bunun üçün səygöstərməliyik.

Dəhlizdə və pilləkənlərdə qaçmaq ciddi xəsa-rətlərə səbəb ola bilər.

top related