raya_meqale

10
Əliyarzadə Rahilə Azər qızı Bakı Avropa Liseyi İKT üzrə direktor müavini Əməkdar müəllim [email protected] XXI əsrin tələbləri və İKT əsaslı innovativ tədris yanaşmaları Məqalədə XXI əsr təhsilinin rəqəmsal xüsusiyyətləri və yeni dərs modelləri barəsində məlumat verilir. Müəllimlərə yeni rəqəmsal mühitə uyğunlaşmanın üsulları ilə yanaşı İKT-nin tətbiqi ilə XXI əsrin tələblərinə cavab verən yeni dərs modellərinin yaradılması və tədris prosesində tətbiqi üsulları izah edilir. Bakı Avropa liseyində fəaliyyət göstərən “İnteraktiv Təlim Mərkəzi”-nin fəaliyyət istiqamətləri və görülən işlər barədə məlumat verilir və Bakı Avropa liseyinin təcrübəsindən nümunələr göstərilir. Virtual sinif otaqlarında müxtəlif fənlər üzrə Web 2.0 on-line alətlərindən, interaktiv lövhə və qurğulardan istifadə etməklə yeni dərs modellərinin yaradılması öyrədilir. Öz övladlarınızı şəxsi təcrübənizlə məhdudlaşdırmayın, çünki onlar başqa zamanın övladlarıdırlar. Çin atalar sözü XXI əsr təhsilinin xüsusiyyətləri ETT-in (Elmi Texniki Tərəqqi) həyatımızın bütün sahələrini əhatə etdiyi bir dövrdə məktəblərdə tədris olunan dərslərin keyfiyyət göstəricilərini artırmaq məqsədilə İKT-ni dərs prosesinə tətbiq etmək artıq zəruri bir məsələyə çevrilmişdir. İKT-nin istifadəsi təlim prosesini həm əyaniliyi ilə zənginləşdirir, həm də bilikləri praktik şəkildə tətbiq etməyə sövq edir. Bu faktın doğruluğunu biz aşağıdakı piramida üzrə müşahidə edə bilərik. Verilmiş piramida müxtəlif tədris üsulları vasitəsi ilə yeni məlumatların şagirdlər tərəfindən hansı dərəcədə qavranılmasını əks etdirir.

Upload: raya-aliyarzadeh

Post on 10-Mar-2016

217 views

Category:

Documents


0 download

DESCRIPTION

XXI esrin telebleri ve IKT esasli Innovativ tedris yanashmalari

TRANSCRIPT

Page 1: RAYA_Meqale

Əliyarzadə Rahilə Azər qızıBakı Avropa Liseyi İKT üzrə direktor müavini

Əməkdar müə[email protected]

XXI əsrin tələbləri vəİKT əsaslı innovativ tədris yanaşmaları

Məqalədə XXI əsr təhsilinin rəqəmsal xüsusiyyətləri və yeni dərs modelləri barəsində məlumat verilir. Müəllimlərə yeni rəqəmsal mühitə uyğunlaşmanın üsulları ilə yanaşı İKT-nin tətbiqi ilə XXI əsrin tələblərinə cavab verən yeni dərs modellərinin yaradılması və tədris prosesində tətbiqi üsulları izah edilir. Bakı Avropa liseyində fəaliyyət göstərən “İnteraktiv Təlim Mərkəzi”-nin fəaliyyət istiqamətləri və görülən işlər barədə məlumat verilir və Bakı Avropa liseyinin təcrübəsindən nümunələr göstərilir. Virtual sinif otaqlarında müxtəlif fənlər üzrə Web 2.0 on-line alətlərindən, interaktiv lövhə və qurğulardan istifadə etməklə yeni dərs modellərinin yaradılması öyrədilir.

Öz övladlarınızı şəxsi təcrübənizlə məhdudlaşdırmayın, çünki onlar başqa zamanın övladlarıdırlar.

Çin atalar sözü

XXI əsr təhsilinin xüsusiyyətləri

ETT-in (Elmi Texniki Tərəqqi) həyatımızın bütün sahələrini əhatə etdiyi bir dövrdə məktəblərdə tədris olunan dərslərin keyfiyyət göstəricilərini artırmaq məqsədilə İKT-ni dərs prosesinə tətbiq etmək artıq zəruri bir məsələyə çevrilmişdir. İKT-nin istifadəsi təlim prosesini həm əyaniliyi ilə zənginləşdirir, həm də bilikləri praktik şəkildə tətbiq etməyə sövq edir. Bu faktın doğruluğunu biz aşağıdakı piramida üzrə müşahidə edə bilərik. Verilmiş piramida müxtəlif tədris üsulları vasitəsi ilə yeni məlumatların şagirdlər tərəfindən hansı dərəcədə qavranılmasını əks etdirir.

Page 2: RAYA_Meqale

Müasir təhsil mühiti daim

dəyişməkdə və yeniləşməkdədir. Şagirdlərimiz multimedia dünyasında inkişaf etməlidirlər. Texnologiya elə sürətlə inkişaf edir

ki, müəllimlərin yeni rəqəmsal alətlərlə ayaqlaşması bir az çətinlik törədir. Bizim şagirdlər bizdən bir neçə addım irəlidədirlər. Onlar mobil telefonlardan, çatdan rahat istifadə edir, YouTube-da video görüntülər yerləşdirirlər. Bloqlarlar yaradaraq, Facebook-un imkanlarından istifadə edərək öz dostları ilə əlaqə yaradırlar və s. Bu səbəbdən müasir texnologiyaların köməyi ilə şagirdləri tədris prosesində daim məşğul saxlamaq və öyrənmə prosesini cəlbedici formada həyata keçirmək üçün Azərbaycan müəllimlərinin təlim prosesinə yaradıcı və rəqəmsal yanaşması vacibdir.

Biz müəllimlər öz şagirdlərimizi düzgün istiqamətləndirərək elə yönəltməliyik ki, sagird bu imkanlardan istifadənin yalnız əyləncə məqsədi ilə deyil, həm də bilik və bacarıqlarını artırmaq üçün zəruri olmasını dərk etsin. Həmçinin müəllimlər sagirdlərimizdə daha böyük maraq oyadaraq bu günün sinif otaqlarında və gələcəyin iş yerlərində onları İnformasiya Kommunikasiya Texnologiya alətlərindən düzgün istifadə yollarına yiyələnləndirməlidirlər. Şagirdlərimizi XXI əsrin tələblərinə cavab verən müasir iş yerlərinə tam hazırlıqlı şəkildə yetişdirməliyik.

Artıq XXI əsrdə yalnız yazıb-oxuya bilməyən insanlar savadsız hesab olunmayacaqlar, bu siyahıya həmçinin öyrətməyi və yenidən öyrənməyi bacarmayanları da aid etmək olar. Müasir dövrün insanlarında həm həyat üçün, həm də peşəkar fəaliyyət üçün vacib olan bir sıra bacarıq və kompetensiyalar formalaşmalıdır. Bu bacarıqlar aşağıdakı sxemdə əks olunmuşdur:

Page 3: RAYA_Meqale

Bizim dəyişməyə hazır olan, cəmiyyətin dəyişdiyini və məktəblərin də buna müvafiq dəyişməli olduğunu başa düşən müəllimlərə ehtiyacımız vardır.

XXI əsr Rəqəmsal Texnologiyalar əsri olduğu üçün müəllimlər şagirdlərə yeni rəqəmsal dünyadan düzgün və səmərəli şəkildə bəhrələnməyi öyrətməlidirlər.

Rəqəmsal mühitdə müəllimlər üçün əsas fəaliyyət istiqamətləri bunlardır:

• Şagirdi öyrənməyə və yaradıcılığa həvəsləndirmək və istiqamətləndirmək;• Rəqəmsal təhsil təcrübəsini və Qiymətləndirməni inkişaf etdirmək;• Rəqəmsal dövrün iş və tədrisini tərtib etmək;• Rəqəmsal vətəndaşlığı modelləşdirmək və məsuliyyətli yanaşmanı inkişaf etdirmək; • Professional yüksəlişi və liderliyi inkişaf etdirmək.

Yuxarıda sadalanan istiqamətlərdə fəaliyyət göstərən müəllim artıq müasir dövrdə rəqəmsal dünyanın üzvünə çevrilir və sosial şəbəkənin imkanlarından faydalanaraq dərs prosesini XXI əsrin tələblərinə müvafiq şəkildə qurmağı öyrənir. Şəbəkə üzvü olan müəllimi aşağıdakı sxemdə aydın şəkildə görmək olar:

Page 4: RAYA_Meqale

Bu vəzifələri həyata keçirmək üçün müəllim əvvəlcə öz potensial imkanlarını araşdırmalı, öz fəaliyyətini qiymətləndirməyi bacarmalıdır. Bu məqsədlə müəllim özünə bir neçə sual verərək onun üzərinə düşən konkret vəzifələri müəyyən etməlidir.

Yeni texnologiyalar haqqında müəllimin özünə verəcəyi 12 sual:

1. İKT şagirdin öyrədilməsinə istiqamətlənmişdirmi?2. Burada müşahidə olunan nəticələr varmı?3. Bu standartlara cavab verirmi?4. Bu nəticələri göstərirmi?5. Bu tədqiqat bacarıqlarını inkişaf etdirirmi?6. Bu kommunikasiya bacarıqlarını artırırmı?7. Şagirdlər məsuliyyətlidirlərmi?8. Bu şagirdlər arasında əməkdaşlığı inkişaf etdirirmi?9. Bu şagirdlərə qlobal miqyasda əlaqə yaratmağa imkan verirmi?10. Bu şagirdlərin böyük həcmdə informasiya ilə işləməyinə şərait yaradırmı?11. Bu şagirdlərə özlərini yönləndirməyə və özünütəhsillə məşğul olmağa şərait yaradırmı? 12. Bu davamlıdırmı?Yeni dərs modeli

Yuxarıdakıları nəzərə alaraq, İKT-nin tətbiqi ilə XXI əsrin tələblərinə cavab verən yeni dərs modelinin yaradılması və tədris prosesində tətbiqi dövrün tələbidir. Şagirdlərimizi uğurlu gələcəyə hazırlamaq istəyiriksə, sinif otaqlarımızı XXI əsrin tələblərinə uyğun dəyişmək kifayət deyil, həmçinin şagirdlər üçün yeni imkanlar açan alətlərdən istifadə modelinin yaradilmasına da ehdiyacımız vardır. Buna müvafiq şagirdlər üçün texnologiyaların Təhsil Standartlarını nəzərə almaq lazımdır.

Uşaqların demək olar ki, necə təhsil alacaqları barəsində öz seçimləri yoxdur. Əksər hallarda onlar sinif otaqlarına yığılır və onlara nə etmək və nə zaman etmək lazım olduğu müəllim tərəfindən deyilir.

Bugünkü şagirdi texnologiyanın vasitəsilə fikirləşməyə, təsəvvür, tətbiq, analiz etməyə, xatırlamağa, fikir mübadiləsinə və yaradıcılığa həvəsləndirmək zəruridir . Bunları yalnız

Page 5: RAYA_Meqale

şagirdlərin İKT barədəsində bildikləri ilə biz müəllimlərin yaxşı təhsil barədə bildiklərimiz arasında körpü yaratdıqdan sonra etmək olar.

Bakı Avropa Liseyinin təcrübəsindən

Artıq 2 ilə yaxındır ki, Bakı Avropa liseyində “İnteraktiv Təlim Mərkəzi” fəaliyyət göstərir. Mərkəzin fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, “Smart technologies” , “Ultra”, “Microsoft”, “Mədəd Humanitar Təşkilatı və İctimai Birliyi”, “AzEduNet”, ” HP” şirkəti təşkilati dəstək vermişlər. “İnteraktiv Təlim Mərkəzi” nin məqsədi müəllimləri rəqəmsal texnologiyaların imkanları ilə tanış edərək tədris prosesində tətbiqi yollarını öyrətməkdir.

2008-2010 –cu il tədris illəri ərzində mərkəzin keçirdiyi təlimlərdə 29 məktəb və 400-ə yaxın müəllim iştirak etmişdir. “Interaktiv Təlim Mərkəzi” nin ilk mərhələsində müəllimlər aşağıdakı bilik və bacarıqlara yiyələnmişlər:

“Interaktiv Təlim Mərkəzi” nin növbəti fəaliyyət növlərinə aşağıdakılar aiddir:

Sosial şəbəkələrə qoşulma, müəllim və şagird bloqlarının yaradılması, tədris prosesində müxtəlif fənlər üzrə Web 2.0 on-line alətlərdən istifadə qaydalarını öyrətmək;

İnteraktiv lövhə və qurğularla işləmə və İnteraktiv tədris resurslarının yaradılması bacarıqları;

“1 şagird : 1 kompyuter” layihəsi çərçivəsində tədris prosesinin qurulması bacarıqları.

Tədris prosesində müxtəlif fənlər üzrə Elektron-İnteraktiv dərs resursları və İnteraktiv iş vərəqlərinin yaradılması üsullarını öyrətmək;

Virtual sinif otaqlarında dərs prosesinin təşkilini öyrətmək;

Video dərslərin və görüşlərin, Video – Konfransların keçirilməsi üsullarını öyrətmək;

Beynəlxalq səviyyəli layihələrdə iştirak etmək üçün zərruri olan bacarıqları öyrətmək.

Page 6: RAYA_Meqale

Mərkəzin nailiyyətlərindən biri də müəllim fəaliyyətini səmərəli təşkil edən xüsusi alətlərin köməyi ilə yeni resursların hazırlanması və çatdırılmasıdır.

Elektron İnteraktiv iş vərəqləri

Ideyalar Xəritəsi və Məzmun Xəritələri – informasiyanın və ideyaların qrafik və ya şəkil yolu ilə təşkil olunması üçün istifadə edilən alətlərdir. Bu alətlər informasiyanın başa düşülməsi, yadda saxlanılması və çatdırılması üçün vasitədir. İnteraktiv Ideyalar Xəritəsi və Məzmun Xəritələri şagirdlərə düşünməyə, ideyalarını birgə təşkil etməyə və vizuallaşdırmağa şərait yaradır.

Bakı Avropa liseyində 2009-2010-cu tədris ilində “1 şagird : 1 kompyuter” layihəsi çərçivəsində Elektron-İnteraktiv iş vərəqləri yaradılmış və Virtual sinif otaqlarında tətbiq edilmişdir.

Web 2.0 On-line alətlər

İnternetdə tədris prosesi üçün kifayət qədər on-line alətlər mövcuddur ki, onların köməyi ilə texnologiyanı müasir sinif otaqlarına gətirərək şagirdləri dərs prosesində aktiv iştirak etməyə həvəsləndirmək və xarici mühit ilə əlaqə yaratmasına kömək etmək olar. XXI əsrin bilik və bacarıqlarını özündə əks etdirən Web 2.0 On-line alətlərin köməyi ilə istifadəçi passiv izləyicidən aktiv iştirakçıya çevrilir.

Bakı Avropa liseyində 2009-2010-cu Tədris ilində “1 şagird : 1 kompyuter” layihəsi çərçivəsində Virtual sinif otaqlarında müxtəlif fənlər üzrə Web 2.0 On-line alətlərindən istifadə edilmişdir.

Hal-hazırda tədris prosesində istifadə etdiyim bir neçə Web 2.0 On-line alətlərlə sizi də tanış etmək istərdim:

- http://www.wordle.net Sizin daxil etdiyiniz, bir-biri ilə əlaqəli olan sözlər əsasında söz toplusu yaradan alətdir. Nümunə:

- http://www.creaza.com 4 yaradıcı alət – İdeyalar xəritəsi yaradan alət, cizgi filmi yaradan alət, video və audio alətlər. - http://classtools.net öyrədici oyunların, yoxlayıcı sualların və diaqramların hazırlanması aləti

- http://edu.glogster.com On-line İnteraktiv posterlər hazırlamaq üçün alət Nümunə: http://aliyarzaderaya.edu.glogster.com/azerbaijan-novruz/

- http://shwup.com

Page 7: RAYA_Meqale

Foto və video göruntülərdən ibarət təqdimatların hazırlanması.

Beynəlxalq layihələrdə iştirak

Beləliklə, XXI əsrin bilik və bacarıqlarını əldə edən İnnovativ müəllim İKT-nin müxtəlif imkanlarından istifadə etməklə “Yeni dərs modeli” qura bilər və proffesional istiqamətdə inkişaf edərək dünya təhsilinə inteqrasiya etmək imkanına sahib ola bilər. Qərb təhsilinə inteqrasiya və onların təcrübələrindən istifadə müasir təhsil prosesinin mühüm göstəricilərindən birinə çevrilmişdir. Artıq proyektlər yalnız ölkə daxilində həyata keçirilmir, bu prosesə dünya ölkələri də qoşulur. Birgə əməkdaşlıq yolu ilə həyata keçirilən proyektlər XXI əsr təhsilinin ayrılmaz hissəsinə çevrilmişdir. Belə proqramlardan birinə Avropa Birliyinin təklif etdiyi e-Twinning proqramını göstərmək olar.

2010-cu ilin oktyabr ayında Azərbaycan nümayəndə heyəti Avropa Birliyinin təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş dəyirmi masasında iştirak etmişdir. Dəyirmi masa Avropa Birliyinin e-Twinning proqramı çərçivəsində 4-5 oktyabr 2010-cu il tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilmişdir. Bu dəyirmi masada, əsasən Şərq ölkələri (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova) və Rusiyadan nümayəndə heyətləri iştirak etmişlər. Azərbaycanın bu tədbirdə iştirakı haqqında xəbərlər bir çox Kütləvi İnformasiya Vasitələrində geniş əksini tapmışdır.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycanı bu tədbirdə mən - Bakı Avropa Liseyinin İKT üzrə direktor müavini Rahilə Əliyarzadə, Təhsil Nazirliyinin Təhsil sisteminin İnformasiyalaşdırılması İdarəsinin Treninq və Monitorinq şöbəsinin müdiri Ramil Suleymanov, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Informasiya cəmiyyətinin inkişafı şöbəsinin

baş məsləhətçisi Etibar Umudov təmsil etmişık.

Page 8: RAYA_Meqale

Avropa komissiyasının təşəbbüsü ilə yaradılmış e-Twinning proqramı Avropa ölkələrinin məktəbləri üçün vahid bir internet-platformada ünsiyyət qurmaq üçün reallaşdırılır. Proqram çərçivəsində yaradılmış internet-portal vasitəsilə müxtəlif ölklərin məktəbliləri ünsiyyət qurur, bir-birilərinə mədəniyyətləri, tarixləri və insan fəaliyyətinin müxtəlif sahələri haqqında məlumat verə bilirlər. Proqram artıq 5 ildir ki, reallaşdırılır və bu müddət ərzində müxtəlif ölkələrin minlərlə müəllim və məktəbliəri arasında virtual ünsiyyət yaradıblar. E-twinning proqramı belə bir ehtimal üzərində qurulub ki, həm müəllimlər, həm də şagirdlər digər ölkələrdəki həmkarları ilə əməkdaşlıq edərək bir-birlərinin resurslarından və ideyalarından faydalana bilərlər.

Proyekt zamanı müəllim və şagirdlərin gördükləri işlər onlara yalnız proyektin mövzusunda bacarıqlar əldə edib inkişaf etdirməyə kömək olmur, həmçinin komanda işi, planlaşdırma, İKT sahəsində də yeni bacarıqlar əldə etməyə əlverişli şərait yaradır. Müxtəlif ölkələrin məktəbləri ilə əməkdaşlıqda iştirak etmək müəllim və şagirdlərin xarici dil bacarıqlarını da artırır, həmçinin yeni dil öyrənməyə motivasiya edir.

Məqaləmin sonunda qeyd etmək istərdim ki, XXI əsrin müasir müəllimi müasir dövrə uyğun planlaşdırmağa, digər həmkarları ilə əlaqələr yaratmağa və təcrübə mübadiləsi aparmağa çalışmalıdır.

There is information about digital features of the XXI century education and new lesson models in the article. It is explained methods of the be adapted to the new digital environment and applied methods in the creation of the new lesson models with ICT application answering the demands of the XXI century and application to the teaching process. There is given information about activity directions of the "Interactive Training Center" in Europe lyceum and is shown examples from the experience of the Baku Europe lyceum. It teaches the creation of the new lesson models using Web 2.0 on-line tools, interactive board and devices on different subjects in the virtual classroms.

В статье дана информация о цифровых признаках образования XXI века и моделях новых уроков. Объсняются методы, адаптированные к новой цифровой среде и применяемые в создании новых моделей уроков с использованием ИКТ, отвечающие требованиям XXI века и использование их в учебном процессе. В статье дана информация о деятельности «Центра Интерактивного Обучения» в Европейском лицее и даны примеры из опыта Европейского лицея. Центр обучает как создавать модели новых уроков с использованием On-line инструментов Web 2.0 технологий, интерактивной доски и оборудования по разным предметам в виртуальных классных комнатах.