r r b v lman m t - isamveri.orgisamveri.org/pdfdrg/d01996/2014_19/2014_19_qallezu.pdf ·...

20
«Şə rq F ə ls ə f ə si Probleml əri» Beynə lxalq elmi- n ə z ə ri jurnal © Bakı / № 1. 201 4 19 U İ Z A Q A L L E Z “HAYDEQQER VƏ ƏRƏB FİKRİ” Muşir Aunun «Haydeqqer irsinin ərəb və müsəlman məkanlarına təsiri» adlı kitabının təqdimatı Açar sözlər: Haydeqqer, ərəb fikri, Muşir Aun, müsəlman bölgəsi, müasir ərəb mədəniyyəti. Keywords: Heıdegger, Arab Thought, Mushir Aoun, Muslim region, contemporary Arabic Culture. Ключевые слова: Хайдеггер, арабская мысль, Мушир Аун, мусульманский регион, современная арабская культура. Haydeqqerin mətnlərini gözdən keçirərkən, 1927 ildə nəşr edilən “Zaman və varlıq” (Sein und Zeit), “Le Tordа seminarlar”dan (1969) başlayaraq, “Kant və metafizika məsələsi” (1929), “Humanizm haqqında məktub” kimi əsərlərə nəzər salarkən, biri birindən fərqli olan iki tövsiyə aşkarlanır. Günümüzün mövcud problemlərini anlamaq üçün, ilk başda bəşəri fikrin yaranış mənşəyini, ümumiyyətlə, varlıq haqqında sual qoyulduğu andan izləmək vacibdir və sonra filosof hər bir anlamaq istədiyimiz əşyanın və ya həll etmək istədiyimiz problemin dekonstruksiyasına başlayaraq şeylərin mahiyyətinin dərk edilməsi üçün bir yanaşma üsulu təklif edir. Müasir insan üçün aktual olan məsələlər ilə Haydeqqer hazırda əsrimizin real problemlərinə çevrilən məqamlar çərçivəsində maraqlanmağa başlamışdı. Texnologiya və reklamlar bəlasının etirafından sonra tikinti və betonun hücumuna, “qara meşənin” turistlər üçün abadlaşdırılmasına və yaxud da Əlcəzair, Fəlsəfə doktoru, 3 Rue F. D. Roosevelt- Alger, Web: www.cnrpah.org, 06.61.95.12.58, [email protected] Məqalədə Haydeqqer irsinin ərəb və müsəlman fikrinə təsiri məsələsinə dair iki müəllifin – Uiza Qallez və Muşir Aunun mövqeləri təqdim olunub. Jurnalın redaksiyası belə hesab edir ki, tarixən varlıq və idrak məsələlərini geniş miqyasda həll edən ərəb və islam dünyası fəlsəfə tarixinin adı çəkilən məkanlara təsiri məqalədə nəzərə alınmadığı üçün, onun bir çox məsələlər üzrə irəli sürdüyü müddəaları mübahisəlidir. Məqalənin mövzusunun elmi və mənəvi-etik nöqteyi-nəzərindən aktual olmasını, müəlliflərin peşəkarlığını, və mövqelərində möhkəm dayanmalarını nəzərə alaraq onu oxucuların diqqətinə təqdim edirik və məqalədə qaldırılan məsələlər haqqında tədqiqatçıların fikir və rəylərini gözləyirik. Məqalənin fransız dilindən Azərbaycan və rus dillərinə tərcüməsi: f. ü. fəls. d. Leyla Məlikova, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, “Din İctimai fikir tarixi” şöbəsi, [email protected] Şvartsvald (alm.: Schwarzwald – «qara meşə») – Almaniyanın cənub-qərbində, Baden-Vürtemberq torpağında dağlıq massiv. Martin Haydeqqer (Martin Heidegger) orada yerləşən Messkirş şəhərciyində dünyaya göz açmışdır. – Tərcüməçinin qeydi: M.L.

Upload: others

Post on 10-Jan-2020

3 views

Category:

Documents


0 download

TRANSCRIPT

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

19

U İ Z A Q A L L E Z

“HAYDEQQER VƏ ƏRƏB FİKRİ”

Muşir Aunun «Haydeqqer irsinin ərəb və müsəlman məkanlarına

təsiri» adlı kitabının təqdimatı

Açar sözlər: Haydeqqer, ərəb fikri, Muşir Aun, müsəlman bölgəsi, müasir

ərəb mədəniyyəti.

Keywords: Heıdegger, Arab Thought, Mushir Aoun, Muslim region,

contemporary Arabic Culture.

Ключевые слова: Хайдеггер, арабская мысль, Мушир Аун,

мусульманский регион, современная арабская культура.

Haydeqqerin mətnlərini gözdən keçirərkən, 1927 ildə nəşr edilən “Zaman

və varlıq” (Sein und Zeit), “Le Tordа seminarlar”dan (1969) başlayaraq, “Kant

və metafizika məsələsi” (1929), “Humanizm haqqında məktub” kimi əsərlərə

nəzər salarkən, biri birindən fərqli olan iki tövsiyə aşkarlanır. Günümüzün

mövcud problemlərini anlamaq üçün, ilk başda bəşəri fikrin yaranış mənşəyini,

ümumiyyətlə, varlıq haqqında sual qoyulduğu andan izləmək vacibdir və sonra

filosof hər bir anlamaq istədiyimiz əşyanın və ya həll etmək istədiyimiz

problemin dekonstruksiyasına başlayaraq şeylərin mahiyyətinin dərk edilməsi

üçün bir yanaşma üsulu təklif edir.

Müasir insan üçün aktual olan məsələlər ilə Haydeqqer hazırda əsrimizin

real problemlərinə çevrilən məqamlar çərçivəsində maraqlanmağa başlamışdı.

Texnologiya və reklamlar bəlasının etirafından sonra tikinti və betonun

hücumuna, “qara meşənin” turistlər üçün abadlaşdırılmasına və yaxud da

Əlcəzair, Fəlsəfə doktoru, 3 Rue F. D. Roosevelt- Alger, Web: www.cnrpah.org, 06.61.95.12.58, [email protected] Məqalədə Haydeqqer irsinin ərəb və müsəlman fikrinə təsiri məsələsinə dair iki müəllifin – Uiza Qallez və Muşir Aunun mövqeləri təqdim olunub. Jurnalın redaksiyası belə hesab edir ki, tarixən varlıq və idrak məsələlərini geniş miqyasda həll edən ərəb və islam dünyası fəlsəfə tarixinin adı çəkilən məkanlara təsiri məqalədə nəzərə alınmadığı üçün, onun bir çox məsələlər üzrə irəli sürdüyü müddəaları mübahisəlidir. Məqalənin mövzusunun elmi və mənəvi-etik nöqteyi-nəzərindən aktual olmasını, müəlliflərin peşəkarlığını, və mövqelərində möhkəm dayanmalarını nəzərə alaraq onu oxucuların diqqətinə təqdim edirik və məqalədə qaldırılan məsələlər haqqında tədqiqatçıların fikir və rəylərini gözləyirik. Məqalənin fransız dilindən Azərbaycan və rus dillərinə tərcüməsi: f. ü. fəls. d. Leyla Məlikova, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, “Din və İctimai fikir tarixi” şöbəsi, [email protected] Şvartsvald (alm.: Schwarzwald – «qara meşə») – Almaniyanın cənub-qərbində, Baden-Vürtemberq torpağında dağlıq massiv. Martin Haydeqqer (Martin Heidegger) orada yerləşən Messkirş şəhərciyində dünyaya göz açmışdır. – Tərcüməçinin qeydi: M.L.

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

20

hidravlika və mexanika ilə zəbt olunmuş Reynə diqqət yetirərək.., daha qlobal

götürdükdə Haydeqqeri insanın müasir dövrdə gələcəyi haqqında sual və

fəlsəfə ilə fikir istiqamətlərinin taleyi narahat etmişdir. Onun sözlərinə görə,

problem zamanda deyil, fəlsəfə varlıq haqqında sualı qoymaqdan əl çəkdiyi

andan tənəzzül dövrünü yaşayır. Bir neçə əsr sürən metafizikanın hökmranlığı

dövrü ərzində varlıq həqiqəti üstü örtülü qalmışdır. Onun yenidən aşkar

edilməsinə başlamaq üçün Haydeqqer metafizikanı dekonstruksiya etməyi

təklif edir. Bunun üçün o, tarixi yenidən gözdən keçirir ki, həlledici məqamların

təhlili vasitəsi ilə insanı dəyişiklərə məruz edən təkamülü müəyyən etsin, çünki

təhlükə məhz varlığı dəyişdirən və zəiflədən mutasiyalar zamanı yaranır.

Metafizikanın gəlişi fikir dövrünün sonuna dəlalət edən ən başlıca məqamdır.

Antik Yunanıstan ilkin fikri təmsil etdiyi zaman ilkin suallar məhz orada

yaranmış, şeylər hələ vəhdətdə, fəlsəfi sual isə qlobal və mərkəzi idi. Yalnız bu

dövrün sonu və orta əsrlərin gəlişi ilə hələ gənc olan metafizika özünün

genişlənməsi ilə insan simasını, onun rol və statusunu kiçiltməklə, o cümlədən

fəlsəfənin də intellektual strukturunu və məqsədini dəyişdirərək öz ərazisini

işarələməyə başlayacaq.

Bu yanaşma vasitəsilə Haydeqqer dövriyyəyə yeni düşünmə üslubu, XX

əsrin fəlsəfi dairələrini silkələyən bir fəlsəfi mövzu gətirmişdir.

Müəllifin vəfatından azı 40 il keçdikdən sonra buna nəyə görə

qayıtmalıyıq? Məhz ona görə ki, ərəb ölkələrinin aktual problemləri üzrə

mümkün həll yollarını, nəhayət, tapmaq üçün ədəbiyyat Haydeqqerə qayıtmağı

tövsiyə edən Muşir Aunun “Haydeqqer və ərəb fikri”1 adlı yeni əsəri ilə

zənginləşdi. Müxtəlif sahələrdə həyata keçirilən əsaslı axtarışlarında o,

özlərinin müvafiq ərazilərinə lokal təhlillər həsr etmiş və Haydeqqerin

metodunu ölkələrinin dərk edilməsi üçün təsirli bir alət kimi işlətməyə cəhd

göstərmiş az və ya çox dərəcədə haydeqqeriançı olan ərəb və ya müsəlman

müəlliflərini təqdim edir.

Haydeqqer (1889-1976) – sələflərinin biliklərindən faydalanmağı bacaran

və bir çox şəxsiyyətlərə təsir göstərən alman mütəfəkkiridir. Beləliklə, sosial və

ya siyası seçim məsələlərində bu nə qədər də mübahisəli olsa da, onun adı hər

halda dövrün böyük şəxsiyyətləri sırasında qalacaqdır. Onun düşüncə yolu

təkamül prosesində insanın inkişafını mərhələli şəkildə izləməyə və hələ ki,

təzahürünə yenicə başlayan həqiqətlər olan və bəşəri fikrin dayaq sütununa

çevrilən məsələlər üzrə müzakirə açaraq gələcək üçün plan tərtib etməyə

1 - Aoun Mouchir Basile: Heidegger et la pensée arabe, Paris : L’Harmattan, 2006.

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

21

imkan verir. Onun tələbələrindən biri olan Qadamer2 onu “yeni Aristotel, və

daha bir Heqel” adlandırmışdı. O, deyir ki, Haydeqqer şagirdin özünün

düşünməyə necə öyrədilməsini yaxşı bilən bir ustaddır3. Həqiqətən də, o,

oxucusuna baş verən vəziyyət dəyişmələri və dönümlər zamanı bir neçə yol

istiqamətindən eyni vaxtda faydalanaraq əsas məqsəddən yayınmamağı

öyrətmişdi. Bu mənada o, Haydeqqeri “insanla onun öz taleyi arasında dialoqun

təşəbbüskarı”4 adlandırmışdı, universal olan bir dialoqun.

Haydeqqeri gələcək haqqında sual narahat edirdi. Çox erkən zamanlardan,

Husserlin təsiri altında, elmi, texnoloji, iqtisadi, və hətta geosiyasi tərəqqinin

qarşısında fəlsəfi fikrin köhnəlməsini anlayarkən özü üçün maraqlı olan

mövzulara təsir göstərərək, bəşəri fikrin əbədi hərəkətini və transformasiyasını

nəzərə almaqla o, bəşəriyyətin azarını şərh edir. Elmin gur inkişafında ilk

növbədə fəlsəfə əziyyət çəkir, ona görə ki, onun maraq dairəsi o qədər tez

dəyişir və transformasiya edir ki, o, özü bu inkişafı çətinliklə izləməyə bacarır.

Elmin təkamülü, onun yayılması və ixtisaslaşması elmi fikirdə və onun

dilində metamorfoz yaradır. Bu da, yaranmış ehtiyaclar qarşısında fəlsəfədən

hər dəfə yeni dil və yeni baxış hasil edərək səviyyəsinin yüksəltməsini,

vəhdətliyinin qorunması zamanı çevik və birləşdirici qabiliyyətə malik olmasını

tələb edir. Beləliklə, insan tərifi haqqında sual hər dəfə yeni, və hər halda, həll

edilməmiş məsələ kimi meydana çıxır.

Varlıq haqqında axtarışlarını davam etdirən Haydeqqer tezliklə başa

düşür ki, varlığın ilkin mənasının unudulması antik dövrün sonundan

başlayaraq fikrin üzərində hökmranlıq edir, və metafizika həmin bu

unudulmadan qaynaqlanır, ona görə ki, o, dünyada şeylər haqqında

düşünməyin səbəbidir, və Haydeqqer bunu “mövcudluq” adlandırır. Müasir

dünya həm də ona görə qurbandır ki, qlobal səviyyədə onu işğal edən, ləngidib

yatızdıran texniki ölçüyə özünü düçar etmişdir. Belə ki, bizim hamımız

insanın inkişafına mane törədən özgələşmə dünyasında yaşayırıq. Bu mürəkkəb

bir problemdir. Unudulma təsadüfən, qəflətən, insan həyatının bir anında onun

başına gəlməmişdi. O, bir neçə əsr ərzində onu müşayiət edən kvazi-təbii

təkamülün nəticəsidir. Həmin mutasiya komfort və praktiki həyatın

asanlaşması tələbatının da nəticəsidir.

Bütün bunlar, hələ ki, müəyyən sualları vermək üçündür. Lakin, insan

istər elm, istərsə də metafizika vasitəsilə, həyat tərəfindən ona hazır cavabların

2 - Georq Hans Qadamer 60 il ərzində Haydeqqerin ardınca gedib. “Haydeqqerin yolları” (1983) («Les chemins de Heidegger») əsərində o, bu davamlı dostluğu bütün təfsilatı ilə xatırlayır. 3 - Georq Hans Qadamer: “Haydeqqerin yolları” («Les chemins de Heidegger»), s. 10. 4 - Yenə orada, s. 25.

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

22

verilməsi ilə razılaşan kimi, o, özü düşünməkdən uzaqlaşır və varlığı təhlil

etmək qabiliyyətini unudur. “Varlıq haqqında sualı yenidən mənimsəmək”

lazımdır, bu da ki, Parmenid və ya Sokrat dövründə artıq mövcud olan

fundamental həqiqətə tərəf üz tutmaq üçün dünyaya baxmaq, onu seyr etmək,

şeylərə baxarkən onların həqiqi mahiyyətini görmək bacarığını, elmi-texniki

nəticələrin çərçivəsindən çıxaraq, şeylərin özünə qayıtmağı da nəzərdə tutur.

Haydeqqerin fikri necə təkamül etmişdir ki, o cümlədən, insanın yeri

də müəyyən edilsin?

Haydeqqer fəlsəfi fikrin vəhdətini, bütövlüyünü, və birləşdirici rolunu

qoruyub saxlayaraq eyni zamanda onu elmin təsiri altında dəqiqləşdirmə və

ixtisaslaşma həvəsindən çəkindirmək istəyir, çünki onun donub parçalanması

təhlükəsi mövcuddur. Həqiqətən də, onun ətrafında səhvlər riskini minimuma

endirmək üçün fəlsəfə ilə dəqiq elmlər metodunun yaxınlaşdırılmasının

tərəfdarı olan Husserl5 kimi mütəfəkkirlər var idi. Daha sonra o, “varlıq”

anlayışını bütövlükdə onun bütün tamlığı və zənginliyi ilə birlikdə bərpa

edilməsi üçün, “Bütün – Birdir”6 dedikdə: insanı, fikri, və dünyanı nəzərdə

tutan erkən dövrün mütəfəkkirlərinə qayıtmağı təklif edir. Fikri, ümumiyyətlə,

dünya qarşısına çıxaran müasir elmlərin böhranına düşməyin qarşısını almaq

üçün o, fəlsəfi fikrin doğuşuna təkan verən və onu mənalandıran ilkin

səbəblərin gözdən keçirilməsinə qayıtmaq istəyir. Tam bütövlükdə götürülmüş

fikrə qayıdaraq insan dünyanı problemlərinin bir qismi kimi görmək əvəzinə

problemlərinin həll edilməsi üçün öz bütövlüyünü və dünya ilə əlaqəsini bərpa

edə bilər. Qədim Yunan fəlsəfəsində təmsil olunmuş şəklində olan varlıq

haqqında sual onun əsas mövzusu olacaq.

Lakin, yunan fikrinə qayıdış müasirliyin problemlərinin həllini necə təmin

edə bilər? Bu cür həllin yəqinliyi tam bəlli deyil, xüsusilə də, əgər “Varlıq və

zaman”da (Sein und Zeit) Haydeqqerin “varlıq” haqqında müzakirə açdığını

nəzərə alsaq, halbuki daha çox bu “aktın” nəticəsidir. Əslində, onun niyyəti heç

də müasirliyi inkar etməkdə və ya o, dövrün ənənələrinə bağlanıb qalmaqda,

5 - Edmund Husserl «Məntiqi araşdırmalar» (Recherches logiques) (1900), İdeyalar I – «Təmiz fenomenologiyaya ümumi giriş» (Ideen ou Idées directrices pour une phénoménologie) (1913), eləcə də «Arifmetikanın fəlsəfəsi» (Philosophie de l'Arithmétique) (1891), «Fəlsəfə - ciddi elm kimi» (La philosophie comme science rigoureuse) (1955), «Zamanın daxili dərk etmə şüuru üzrə mühazirələr» (Leçons pour une phénoménologie de la conscience intime du temps) (1928), «Geometriyanın yaranması» (L'origine de la géométrie) (1968), «Avropa elmlərinin böhranı və transsedental fenomenologiya» (La Crise des sciences européennes)(1961), (Phénoménologie transcendantale) (1935). 6 - Heraklitin poemasının bir parçasında o, belə deyir: Məgər bu mən deyiləm, lakin siz eşitdiyiniz mənayam / Sonra, həmin mənada belə demək müdrik olardı: Bütün – Birdir. Martin Haydeqqer: Essais et conférences, s. 250.

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

23

yaxud da, aktları olduqca sadə nəticələri isə dərhal gerçəkləşən qədim yunanlar

kimi düşünməkdə deyildi, bu daha çox, o, mənbəyə qayıdışdır ki, fikir orada öz

təkamülünü və nəticəsini daha yaxşı dərk etmək üçün şeylərin özü haqda

suallar verir. Haydeqqer hər bir sirrin və ya qeyri müəyyənliyin qarşısında

yunan fikrinə dalmaq ehtiyacını hiss edir. Onun düşüncə aparatı üçün

fundamental olan bu sağalmanı “Esse və konfranslar”da (Essais et Conférences) o

“doğma evə qayıdış” adlandırır.

O, “olmaq” haqqında sualı qaldırır və heç də təsadüf deyil ki, varlıq

haqqında sual ilk dəfə fəlsəfi mənasını aldığı məhz er. əv. VII əsri insan tarixinin

başlanğıc nöqtəsini kimi qeydə alır. Poetik dildə Anaksimandr qeyri maddi və

xəlq edilməyən varlıq haqqında bəhs edərkən mənşə, sonsuzluq, və ilkin

elementlər haqqında məsələni qoymuşdur. Onun fikri ona görə “ilkin”

adlandırılmışdır ki, arxa plana istinad etmirdi o, hər hansı keçmiş təsirə və ya

doqmatizmə məruz qalmayan kvintessensiya olan bir fəlsəfi fikirdir.

İlkin sual bundan ibarətdir: “Niyə görə heçlik deyil, varlıq var?”. Fales və

Pifaqorun dövründə mövcud olan bu sual Heraklit və Parmenid, eləcə də,

ənənənin digər sələfləri tərəfindən yenidən verildi. Bu geniş, dərin, əhatəli,

məzmunca zəngin, hissələrə parçalanmamış, vahid mövzulu və qlobal xasiyyətli

cavablara malik olan bir sualdır. O, həqiqətin axtarışına keçərək insanın dünya

haqqında qlobal kontekstdə suallar yaratmaq qabiliyyəti qarşısında

təəccübündən doğan “başlanğıc” konsepsiyasını vurğulayır. İnsanın təbiətlə

inteqrasiyası istisna olunmur, marjinallaşmır və ya ona qarşı etinasızlıq

göstərilmir, çünki bir fakt olduğundan o, “varlıq” anlayışının mənasının

zənginliyi ilə dərk edilir.

İlkin element və ya ilkin səbəb vasitəsi ilə həyatın yaranışını nəzərdə

tutan bu ilkin suallar “Fizikanın nəzəriyyəsi” və ya “Başlanğıc nəzəriyyəsi”nin

yaranmasına gətirib çıxaracaqdır. Artıq çox sonralar, bu ilkin səbəbin nəticəsi

olan insan haqqında, və eyni şəkildə bütün mövcud olanlar haqqında düşüncə

müstəqil tərzdə təqdim olunacaqdır. Sokrat və Platon (er. əv. IV əsr) həmin

problemi ilk dəfə dəqiqləşdirənlərdən olmuşdurlar. Sokrat sadəcə insanı özünü

dərk etməyə çağıran “özün özünü dərk et” 7 şüarı ilə, Platon isə güclü inkişaf

etmiş diskursun vasitəsi ilə zahiri və illüziya olan hissi aləmi, “həqiqət aləmi”

konsepsiyasını təqdim edərək insan hər şeyi bilən olduğu ideyalar və həqiqətin

İntellegibell aləmini, və hər şeyi unudan olduğu “gözə görünən aləmi”

ayıracaqdır. Öyrənərək insan öz insanlığını xatırlayır. Hər halda, bu “Bilik

nəzəriyyəsi”nin elementar prinsiplərindən biri kimi qəbul edilə bilər. Antik

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

24

fəlsəfənin bu iki sütununun ardınca zəkanı təşviq edərək “Məntiq

nəzəriyyə”sinə də yayılmış Aristotel8 surətlə gəlib keçdi. Bu dövr həmçinin

“Epistemologiyanın nəzəriyyəsi” nə olacaqdırsa, onun və hətta antik

Yunanıstanın xaricində orta əsrlər minilliyinin ərzində və sonralar öz təsirini

davam etdirəcək “Metafizikanın nəzəriyyəsi”nin 9 yaranışına gətirib

çıxarmışdır.

“Təfəkkür prosesində” iştirakına görə misilsiz olan fəlsəfəni formalaşdıran

və strukturlaşdıran yunanlardan sonra Haydeqqer onun tərəfindən, əsasən çox

bacarıb az danışan və dinməz dəstək kimi təqdim edilən orta əsrlərə

söykənməyə başlayır. Əslində, bu dövr onun ilk ilham mənbəyi olmuşdur, çünki

dinin həll etmədiyi məsələlərə cavab tapmaq üçün fəlsəfəyə üz tutmağından

əvvəl o, katolik ruhunda olan teoloji təhsil almışdır. Daha sonra, Duns Skotun10

baxışlarına həsr olunmuş doktorluq dissertasiyası və dinləyiciləri tərəfindən

dəyərləndirilmiş, kütlələr toplamış, provokasiya xasiyyətli “Dini həyatın

fenomenologiyası” adlanan ilk kursu olmuşdur ki, orada o, “Fenomenologiya”

ilə “Din”i yanbayan qoymağa söz verərək, sonradan onların biri birinə tam zidd

olma məsələsini təhlil edir.

Orta əsrlərin xüsusiyyəti yunan məsələsini tədricən teoloji məsələyə

transformasiya edən və ilk növbədə monoteistik dinlərin təsiri altında

ontologiyanı ənənəvi və xüsusi ontologiyaya ayıran insana baxış metoduna görə

təşkil etdiyi metafizikanın çəkisinin artmasındadır. Ümumilikdə mövzular

olduğu kimi qalırdı, ona görə ki, orta əsrlərdə də, eynilə, mütləq varlıq, və ya

kainatın, təbiətin, və maddənin ilkin səbəbi haqqında bilik axtarırdılar, eləcə də,

xoşbəxtlik və insan azadlığı haqında suallar verirdilər. Lakin, metafizika əbədi

prinsip və ilk mühərrik məsələsini modifikasiya edən, insan azadlığının

dairəsini onun öz taleyinə müdaxilə etmək imkanlarında daraldan dini tələblər

ilə şərtləşdirilmişdir. Həmçinin, varlığın gizli siması və ictimaiyyətə açıq

olmayan həqiqətin naməlum ölçüsü işlənib inkişaf etdiriləcək, halbuki

ümumilikdə varlıq haqqında sual getdikcə daha marjinallaşdırılacaq və sonra

tamamilə gizliləşdiriləcəkdir. Əslində, hələ qeyri-müstəqil olan elmlər onların

7 - Sokratın istifadə etdiyi bu cümlə Delfi məbədinin giriş qapısında yazılmış bir ifadədir. O, Appolona həsr olunmuş böyük fəlsəfi ifadələr panteonunun frontonu üzərində cızılmışdı. 8- Məhz Frants Bretanonun 1862-ci ildə nəşr edilmiş “Aristotelə görə mövcudluğun çoxmənalılığı haqqında” (De la signification multiple de l'étant chez Aristote) kitabını oxuduqdan sonra Haydeqqer özünə Aristoteli kəşf edir, və 1920-ci illərin kurslarının böyük hissəsi ona həsr edilmişdir. 9 - Həmin giriş tam metafizika ruhunda idarə olunan müasir ərəb dünyası şəraitində daha aydın görmək üçün bizə köməklik edə bilər. 10 - Martin Haydeqqer: “Duns Skotun kateqoriyalar və məna haqqında təlimi” (La doctrine des catégories et de la signification chez Duns Scot, thèse de doctorat, 1913), Pol Natorpun redaktəsi altında (Paul Natorp).

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

25

bütün nəticələrini istiqamətləndirən, təməl prinsiplərinə zidd gedə bilən bütün

nailiyyətlərin qarşısını alan bu hegemoniyanın təsiri altında idi.

Belə bir tendensiya mövcuddur ki, metafizika orta əsrlərin məhsuludur,

halbuki onun əsaslarını qoyan Aristotel11 onu “Varlığın özü haqqında elm”

adlandırmışdı. Lakin, orta əsrlərdə o, daha çox, varlığın unudulmasına kömək

edən mövcudluğa müraciət edərkən, Aristotelin nəzərdə tutduğu mənadan çox-

çox uzaqlarda idi. Və insan fikri ilə Tanrı iradəsi arasında razılaşma tapmaq

ümidi naminə yaranış haqqında suala giriş, Yaradan və yaranan12 arasında

başlıca əlaqənin mövcudluğu vurğulanaraq, dəyişdiriləcəkdir.

Bu eləcədə, xaydeqqerianlığın ixtirası olmayan klassik metafizikanın

bərpa edilməsinə də aiddir. Kant da, eyni təşəbbüsü dəstəkləyib və həmin

nəticəyə gəlmişdir, lakin, ola bilsin ki, universal düşüncə daxilində bu cür

uçurumun törənməsinə zaman hələ imkan vermir. Ona görə də o, nisbətən,

metafizikanın yanaşmasına qayıtdı.

Sözün doğrusu, metafizikanın yenidən baxılması təcrid olunmuş surətdə

edilə bilməz. Bu təşəbbüsün yalnız bütövlükdə geniş baş verdikdə, fəlsəfədə və

onun xaricində insan fikrini hərəkətə gətirəcək dərin dinamikanın bir hissəsi

olduğu halda mənası vardır. Lakin, Kant dövrü nəticələrini dəyərləndirmək

üçün dünyaya təsir edən dəyişikləri hələ hiss etməyib. Halbuki, Haydeqqer

həmin fəaliyyətin mərkəzində idi. Maarifçilik əsri, sənaye inqilabı, iki dünya

müharibəsi, Almaniyanın xüsusi vəziyyəti, və ardınca gələn restrukturizasiya

dövrü onu “insan” məfhumu tərifinin yenidən baxılması zərurəti haqqında

suala gətirib çıxardı, bu həmin insan idi ki, azadlığına mane olan metafizikanı

rədd edərək, bəşəri dəyərləri müdafiə edə bilməyən humanizm nəzəriyyəsinin

öz mənasını belə şübhə altına qoyaraq, Haydeqqer onu Dasein 13

adlandırmışdır, nəticədə isə, onun ekzistensializmin tənqidində insan azadlığı

nəzəriyyəsi haqqında bu olmadığı halda bəhs edilirdi.

Buna görə də, “Esse və konfranslar”da müzakirələri canlandıran

Haydeqqer “Metafizikanın aşması” haqqında danışarkən izah etmişdir ki,

“aşmaq” qeyri münasib termindir. Ondan o, yalnız ona görə istifadə edir ki,

həmin halda onun məqsədi əvvəldən aydın və aşkar görunür, lakin, onun

11 - Aristotel özündən sonra toplanılan və nəşr olunan monumental əsərlər korpusu qoyub. Vəfatından sonra 14 kitabı kitabxanaçı Andronik Rodoslu tərəfindən toplanmış və “Metafizika” adı almışdı. 12 - Hugo Ott: Martin Heidegger, Eléments pour une biographie, tərcümə.: J.-M. Beloeil, Paris : Payot, 1990, s. 90-92. 13 - Dasein termini fransız dilində öz son «être-là» («varlıq-orada») formasını tapmaqdan əvvəl, ilk dəfə fransız dilinə Anri Korben tərəfindən «condition humaine» (insan durumu; insanın vəziyyəti; insanın var olması şərtləri) kimi tərcümə olunmuşdur.

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

26

xüsusilə qeyd etmək istədiyi məsələ “öz mahiyyətinə nail olmaq üçün varlığın

tarixinə necə imkan yaradılsın” və ya “təmiz varlığın doğuşu və vəhyi”14

adlandırdığıdır.

Haydeqqer, həmçinin özünü fenomenologiyadan da uzaqlaşdırmışdır,

halbuki, əvvəllər Husserlin təsiri altında onu bütövlükdə qəbul edirdi. İnsan

probleminə və varlıq məsələsinə bir neçə yanaşma tapmaq üçün o, qermenevtik

və ya eksperimental, hətta poeziya metodu kimi digər metodlara da müraciət

etmişdir. İnsan həyatının tərzi və düşüncəsi səbəblərinin təqdim edilməsini

nəzərdə tutan varlığın mənası haqqında sualın canlandırılması Haydeqqerin

ixtirası deyildi, çünki varlıq haqqında suala qayıtmaq zərurəti heç zaman

tamamilə dayandırılmamışdır. O, tarix boyu davam etmiş və fikri

istiqamətləndirməyi, yönəltməyi, hərəkətləndirməyi davam etdirmişdir. Lokk

və Spinoza kimi mütəfəkkirlər onu müntəzəm olaraq geri qaytarmışlar, o

zaman ki, Dekart və Nitsşe həmin zərurətin qarşısında “düşüncə” və “varlıq” nə

olduğunu anlamaq və söyləmək üçün bir alət icad etmişdirlər .

Orta əsrlərə müraciətində Haydeqqer hələ də müqəddəs Foma Akvinalı,

müqəddəs Pol, yaxud Martin Luter kimi teologiya, kilsə, və ya dinə xüsusi

aidiyyəti olan şəxslərə maraq göstərəcəkdir. Lakin, hamıdan çox onu Müqəddəs

Avqustin cəlb edəcək, çünki o, Haydeqqer müraciət etmək istədiyi ölümün

yaxınlaşması, narahatlıq, şübhə, insan və zaman məsələləri kimi, və qəti

əminliyə yer saxlamayan bütün insan problemlərini aşkara çıxarmışdır. O,

varlıq həqiqəti, hökm və ağıl, xeyir və şər, iman və Tanrı problemlərinin həlli

yolu ilə xoşbəxtlik axtarışına çıxmaq üçün üzərimizdə işləməyi təklif edir.

Bütün bu mövzular yenidən “Varlıq və Zaman” (Sein und Zeit) əsərində yer

alacaqdır. Haydeqqer demişdir: “bu teoloji təhsilim olmasaydı, mən öz düşüncə

yoluma heç vaxt nail olmazdım”15.

Modern və müasirliyin gəlişi ilə o, onlara daha yaxın olacaq. O, həqiqətən

də, bu iki dövr arasında fərq qoymur, çünki insan həyatının yenidən bərpası

üçün onun hər iki azad edilməsi cəhdi tam azadlığa çıxış yolu olmadan tam

şəkildə reallaşa bilməz. Bütün bunlar tamamilə Haydeqqerin zövqünə

uyğundur. Uydurulmuş və ya real dialoqlarda o, Husserl ilə əsrin bütün

məsələlərini müzakirə edəcək, Sartr ilə mövcudluğun və ekzistensializmin

problemlərini, Qadamer ilə qermenevtik hüdudları, Bofre ilə isə, fəlsəfi dilin

14 - Martin Heidegger : Essais et conférences, s. 80. 15 - Martin Heidegger: Sözlərə göstərici, «Entretien sur la parole avec un Japonais» («Yaponlunun və

sual verənin arasında baş verən dialoq»), Tərcümə : Beaufret, Brokmeier, Paris : Gallimard, 1976 ( Haydeqqerin həmsöhbəti ilə dialoqudur ki, burada o, «yol» (der Weg) sözünün mənası üzərində davamlı surətdə meditasiya edir. Onun öz fikir yolunun Lao Tszınin sözləri ilə yaxınlığı ifadə olunur.

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

27

sualları və onun izah edilməsi məsələlərini... Bunlar, zamanın gedişi ilə onun

inşa edəcəyi insan tərifinin ətrafında bir araya toplaşmış ünsürlər idi.

Onun diqqətini iki nəhəng çəkmiş – transendent ölçüsü olan Kant və bədii

ölçüsü olan 16 Nitsşe17. O, həmçinin, bədii və poetik ölçünün ifadəsi üçün işinin

bir qismini Gölderlinə 18 də həsr etmişdir.

“Ontologiya. Faktlara uyğunluğun qermenevtikası” kursunda o, yazır:

“Axtarışda yol yoldaşım gənc Lüter oldu və tərəfindən nifrətlə qarşılanan

təsəvvürümdə canlandırdığım Aristotel siması. Zərbələr – onları mənə endirən

Kyerkeqor, və gözlər – onları mənə bəxş edən Husserl oldu 19”.

Buna görə də, Haydeqqerin təşəbbüsü nəticəsində başlayan hərəkat bütün

Avropaya, və qalan dünyanın böyük hissəsinə yayıla bilmışdır. Köhnə karkasları

sirkələyib əzilmiş fəlsəfənin qalıqları altından yeni insanı axtarıb tapmaq

niyyətində olan və bütün var gücü ilə yenilənməyə çalışan filosofun gəlişi böyük

səbirsizliklə gözlənilirdi.

Haydeqqerin ərəb ölkələrində qavranışı.

İnsanı yenidən kəşf etmək, onun təkamülünün hər bir məqamını

mənimsəmək üçün Haydeqqer tərəfindən başlanmış tarixin bu dərk edilməsi

insan cəmiyyətinin inkişaf etməsi qaydalarını anlamaq, bəşəriyyəti təşkil edən

sosial davranışlar komponentlərini müəyyən etmək istəyənlər üçün gərəkli bir

addımdır. Ölkələr, dövlətlər, və xalqlar başa düşməlidir ki, fəlsəfənin hər hansı

bir ləngiməsi elmin və etikanın inkişafına mənfi təsir göstərir. Ərəb ölkələri

istisna deyil. Onlar, həmçinin məzmunu tərəqqinin və fərdiyyətlər haqqında

elmin xeyrinə müsadirə edilmiş fəlsəfəni bərpa etməlidir. Muşir Aun məhz bu

fikri çatdırmaq istəyirdi.

Qeyd etmək lazımdır ki, məktəblər yaratmamış bir neçə müəllifi istisna

etsək, haydeqqerianlıq təsiri dairəsində ərəb və müsəlman ölkələri tərəfindən

istinadlar yoxdur. Bəlkə, haydeqqerian fikri tam bütövlükdə, və yaxud bir

yanaşma üsulu kimi bu ölkələrin filosoflarını heç də valeh etməmiş, çünki bu

16 - Martin Heidegger : «Lettre à Husserl» (Письма Гуссерлю) от 22 октября 1927 г., fransız dilinə tərcümə: J.-F. Courtine, ön söz: Michel Haar : Martin Heidegger, Paris : Editions de l'Herne, coll. « Cahier de l'Herne », 1983, s. 67-68. 17 - «Kant və metafizika problemi» (Kant et le problème de la métaphysique) (1929), tərcümə: Rudolf Böehm və Alphonse de Waelhens, Paris : Gallimard, 1953. Nietzsche I- II, tərcümə: Pierre Klossowski, Paris : Gallimard, 1971. İoqann Xristian Fridrix Gölderlin – /alm.: Johann Christian Friedrich Hölderlin/, (1770-1843), görkəmli alman şairi. – Tərcüməçinin (M.L.) qeydi. 18 - Approche de Hölderlin, Tərcümə: Henri Corbin, Paris : Gallimard, 1962 ; Edition augmentée, 1973. 19 - Gadamer : Chemins de Heidegger, s. 5-6. .

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

28

növ yanaşma siyasi iradə olmadığı halda təcrid olunmuş individuumların heç

zaman birləşə bilməyəcəyini nəzərdə tutur?

Onu da qeyd edək ki, dünyanın ən görkəmli haydeqqeriançıları

Haydeqqerlə əsasən öz gənclik yaşlarında tanış olmuş, olduqca qeyri-adi gənc

filosofun mövcudluğu haqqında xəbər tutaraq onlar Frayburq im Breisqau

şəhərinə getmişdirlər.

Onlar onun təlimini bilavasitə qavramışlar, öyrənilmiş və assimilyasiya

edilmiş onun fikri bir başa ötürülmə prosesini daha da möhkəmləndirərək

işlənilmiş surətdə onların öz tələbələrindən ibarət olan auditoriyaya

çatdırılırdı. Bundan başqa, onun fikri yunan və latın20 dili olmadan çətin

qavranılır və fenomenologiya, ontologiya, metafizika21 və onları əhatə edən

məsələlərə mükəmməl surətdə yiyələnməmiş dərk edilə bilməz... bu

şəxsiyyətlər üçündür. Biliklərin strukturuna gəldikdə regionlararası tərzdə

düşünmək daha faydalı olardı, çünki, bütün ölkələrə aid olan tələblər və onların

yerinə yetirilməsi yolları mürəkkəbdir. Lakin, hər hansı, o cümlədən, xarici iş

qüvvəsi mövzusu ətrafında da təşkil olunmuş və kommunikasiya körpülərinin

yaradılması məqsədilə həmin miqyasda tərcümə işlərinə üstünlük verən

universitetlərarası və ya regionlararası struktur mövcud deyil.

Deməliyik ki, müqavimət totaldır: üstəlik, elmi isteblişmentin olmaması,

biliyin və idrakın, o cümlədən, elmi vasitələrin və istiqamətlərinin qarşısını

alan, mənafelərinə heç bir fayda gətirməyən, və hətta zidd gedərək onların

dəyər sistemini məhv edə bilən fikir sisteminə dəstək göstərmək istəməyən

yerli hakimiyyət orqanları mövcuddur. Onlar ortaq bir məqsəd istiqamətində

yaxınlaşmanı və müzakirə və təhlil yolu ilə fəlsəfi problemlərin qoyuluşu üçün

çərçivəni təmin edən, fəlsəfənin tərəqqisinə maneçilik törədən qüsurların

aradan qaldırmasını bacaran, nəzəri və praktik həllər təklif edən homogen fikir

üzrə təkmilləşdirilmə mərkəzinin yaranmasını qeyri-mümkün edir. Aydındır ki,

biliyin iplərini əlində saxlayanlar Haydeqqeri heç xoşalmırlar, qapalı və ya

əlçatmaz ölkələrdə insanlar və biliklər dövriyyəsinin kanalları tamamilə

mühasirəyə alınır. Bəs onda, mütəfəkkirlərin səylərini koordinasiya edə bilən

qlobal əhatə dairəli müşavirələr üzrə strategiyaların qurulmasını necə

gözləmək olar?

20 - Qədim yunan və qədim latın dilləri – Haydeqqerin anlayışına görə öyrənilməsi faydalı olan iki dildir ki, ərəb ölkələrinin məktəb proqramlarında, demək olar ki, təmsil olunmayıblar. Alman dili isə, məktəb proqramlarında, ikinci xarici dil kimi, nadir hallarda mövcuddur. Üçüncü dilin öyrənilməsi nəzərdə tutulmayıb. 21 - Metodologiya haqqında sual tədris metodlarına əsaslanır, metafizika fənni proqramda mövcud deyil, yaxud da, ondan vaz keçilir.

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

29

Texniki çətinliklər ilə yanaşı, elmi çətinliklər də var. Bəziləri fikirləşir ki,

Haydeqqerin dilini ərəb dilinin quruluşuna uyğunlaşdırmaq qeyri-mümkündür

və bu da səhv deyil, çünki məsələ olduqca çətindir22. Haydeqqer gizlətmir ki,

onun fikri və bu fikrin ifadəsi üçün istifadə etdiyi dil müəmmalı təşbehlər ilə

dolu məcazi bir dildir. Onlar o, dərəcədə çətindir ki, onların əziyyətli axtarışı

prosesinə heç olmazsa bir qədər güc qoymaq istəməyən xalqların rifahının

bərpasına yol tapmaq olmaz. Lakin, bu qeyri-mümkün deyil, bu sadəcə bir neçə

təcrübəni birgə işlətmək bacarığını tələb edən bir işdir. Elmin iradəsini iman

təşkil etdiyi bir dövrdə, islamın “qızıl əsr”i ərzində yunan əsərlərinin ərəb

dilinə tərcüməsi xatırlatma və inandırıcı nümunə kimi çıxış edir. Lakin, nə

qədər ki, Haydeqqerin və digər fundamental müəlliflərin şax əsərləri tərcümə

edilməyib23, və fəlsəfələrinin universitet korpusu tamamilə ərəbləşdirilmiş olan

ölkələrin intellektual dinamikasına daxil edilməyib onların dürüst izahına

keçmək və dəyişiklərə aid hər hansı bir mövzu ətrafında məktəb yaratmaq

mümkün deyil.

Bu, doğrudur ki, tarixdə yaxın keçmişə qədər ərəb ziyalıları marksizmlə

maraqlanmışlar, çünki müstəmləkələşdirilmiş ölkələrin bir çoxu

müstəmləkəçilik boyunduruğunu atmağa çağırırdılar və Marksın irsi «təlim

kitabçası»nı təşkil etdiyi sovet sosialist meylli oriyentasiyanı sonradan qəbul

etmişlər. Bu marağın kontekstində onlar müstəmləkəçilik üzrə xüsusi mövqeyi

olan Sartr ilə qarşılaşmışlar. Filosofun siyasətə göründüyündən daha çox cəlb

edilməsi aydın məsələdir, lakin getdikcə hər şey çətinləşəcək. Xüsusən də, ona

görə ki, bu ölkələrin ümidləri dəyişib, elə həmin marksizm və ya Sartr

məktəbləri artıq populyar deyil və hazırki böhran intellektual fəaliyyətlərinin

digər formalarını tələb edir. Bu onların haydeqqerian fikrə müraciət etmələri

üçün həlledici bir məqamdır, çünki onların məruz qaldıqları hadisələr öz

köklərindən kəsilib və baş verən bu inkoherensiyanın mənşəyi və səbəbini başa

düşmək üçün, o cümlədən, fəlsəfəyə də, müraciət etmək lazımdır.

Söhbət hansı inkoherensiyadan gedir? Ədalətsizlik indi də orada baş

verməkdədir, identiklik qəsb olunub, fikir müsadirə edilib və insanı

dezinteqrasiya edən, onun individuallığını kiçildən, şəxsi azadlığına, kollektiv

xoşbəxtliyə, maddi rifahının yaxşılaşmasına, daxili aləminə, iqtisadi inkişafa,

tarixi təsdiqə, müasir dünyaya aidiyyətinə, insanlar iştirak etdiyi inkişaf

proqramlarına artıq yer saxlamayan kütləvi ideologizm pərdəsi altında

22 - Fəthi Miskininin Sein und Zeit tərcüməsi, bu mənada, bir igidlikdir. 23 - «Varlıq və zaman» (Sein und Zeit) bu yaxınlarda, 2012-ci ildə Tunisdə ərəb dilinə Fəthi Miskini tərəfindən tərcümə edilmişdi, lakin Kantın, Nitsşenin kitabları, və Sualları (Questions) (I, II, III, IV) Sein und Zeit-in dərk edilməsi üçün ilk növbədə əhəmiyyət daşıyırlar.

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

30

gizlədilib. Bütün bunlar ontoloji narahatçılıq, özgələşmə, və şəxsi “mən”in

annihilyasiyasını törədərək ciddi fəsadlara malik olan ekzistensial əzaba gətirib

çıxarır. Buna, siyasi məqsədlərlə meydana gətirilmiş və sosial cəhətdən kortəbii

olaraq yüksək sürətlə yayılan islamlaşmanı da, əlavə edək. O, texnika ilə idarə

olunan dünyada rasionallığı pisləyir, və uzun müddət ərzində müsbət olan

məkanlarda sakrallığı oyadır. Metafizikaya bu qayıdış ərəb insanını onun

universal ölçüsü ilə parçalanmasında ayırarkən, iki əsr ərzində bəşəriyyətin

qoruyub saxladığı səyləri dəstəksiz qoyur. Dünyanın Haydeqqerin

təşəbbüsündən tam azad olmamasını bilərək, metafizikanın dekonstruksiyasına

başlamaq lazımdırmı? Yoxsa, XXI-ci əsrin neo-teologiyasına qarşı müvafiq

mübarizə aləti yaratmaq üçün lokal tanıma vasitəsi ilə Haydeqqerin

metoduna müraciət etmək lazımdır?

Ümumiyyətlə, fəlsəfi fikrin, və xüsusilə də, haydeqqerian fikrin inkişafını

görmək istəyində olarkən bu yadda olmalıdır ki, insan və cəmiyyət islahatı

məsələsi ilə bağlı olan bugünkü ərəb fikrinin mübarizə apardığı mühit XX-ci

əsrin əvvəlində mövcud olmuş və Qərb fikrinin yüksəlişinə zəmin yaratmış

mühitdən olduqca fərqlənir. Haydeqqerin Avropasında ideyalar mübadiləsini

dəstəkləyən və yeni fəlsəfi cərəyanların yaranmasına kömək edən müasirlik

üstünlük təşkil edirdi. Bugünkü ərəb dünyasında çətinliklər içində böyük əzabla

başını qaldırmağa çalışan müasirlik mövcuddur, ərəb və müsəlman ölkələrinin

əksəriyyətində şəxslərin və onların əsərləri dövriyyəsinin tamamilə olmadığı

bir halda, filosofu digər bir filosof ilə təcrid olunma və tənhalıqdan başqa heç

bir şey əlaqələndirmir.

Lakin bu, o demək deyil ki, fikir dayandırılıb, və yaxud da, bütün ziyalılar

vahid bir fikir istiqamətinə yönəlib. Bu dezinteqrasiyanın səbəblərini anlamaq

və ərəb dünyasında vəziyyəti təhlil etmək üçün bir neçə ilkin yanaşma

sınanmışdır. Muşir Aun ümumi səviyyədə müasir ərəb fikrində ən azı üç

intellektual istiqaməti ayırır: fəlsəfi ənənəçiliyə gətirib çıxaran sırf teoloji yönlü

cərəyanları, sərt mövqesiz razılaşma təmayülünü yaradan barışıqlıq fikrini, və

Qərb düşüncəsinə yaxın olan modernist fəlsəfi təmayülünü yaratmış

dünyəviliyə üzvlülük haqqında fikri.

Halbuki, Yusif bin ‘Adi 2009-cu ildə apardığı təhlildə dörd mühüm sırf

fəlsəfi istiqaməti müəyyən edir: onlardan birincisi, ərəb fikrinin islahatı prosesi

zamanı dini islahatı yeritməyə təklif edir, ikincisi, ənənəvi islam fikrini yenidən,

yeni tənqidi assimilyasiya24 istiqaməti çərçivəsində şərh etməyi təklif edir,

üçüncüsü, müasir məntiqin ərəb ağlının analitik sistemləşdirilməsi prosesində

24 - Bunlar Məhəmməd əl-Cəbirinin və Məhəmməd Arkunun təsvir etdikləridi.

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

31

işlədilməsi məqsədilə tədqiqinə yönəlibdir, və nəhayət, dördüncüsü, müasir

qermenevtikanın nailiyyətlərini nəzərdə tutur, və ərəb dini mətnini dolayı yolla

yeni konseptuallığın vasitəsilə bu fənnin təqdimatında investisiya etməyə

çalışır25.

Əvvəlcədən görünür ki, üçüncü təmayül, əsasən, mətnin ərəb dilində

müasir oxunuşu üçün açıqdır, lakin, dördüncüsü qermenevtik oxunuş üçün

daha çox yarayır, və haydeqqerian fəlsəfənin ərəb fikrinə uyğunlaşdırılmasında

tətbiq edilə bilər.

Məktəb yarada bilməsə də, Şərqdə və Məğribdə (Şimali Afrika) yaxşı

tanınmış, məşhur filosof Əbdürrəhman Bədəvinin26 ərəb ölkələrində vəziyyəti

hamıdan yaxşı müəyyən etməsi, eləcədə mənəvi cəhətdən Haydeqqerə ən

yaxın olması barədə tarixçilər yekdildirlər. Onun yanaşması ekzistensialistdir,

“islam fikrinin tənəzzülü” haqqında əsərləri isə həmin fikrin xilas etmə yolunda

olan vasitələri hərəkətə gətirmək istəyini və zərurətini nümayiş etdirir.

Taleyin istehzası bundadır ki, islam bölgəsində yeganə haydeqqerian

məktəb Haydeqqerin və iki Şirazinin – Fars dövlətinin “qızıl əsri”nin iki

mütəfəkkiri, sufi şairləri Qütb əd-Din əş-Şirazi 27 və Hafiz əş-Şirazinin 28

fikirlərinin oxşarlığı barədə iddianı irəli sürən, müsəlman, lakin, ərəb olmayan,

“Haydeqqerian islamşünaslar” İran qrupunun təsisçisi Əhməd Fərdidin (1912-

1994) məktəbidir. Lakin, bu iddia vaxtında onun təhrifedici strategiyasının

düşüncəsizliyini pisləyən və müsəlman fikrinin Qərb fikri ilə fərqliliyi, hətta,

radikal surətdə bir araya sığmazlığı, bu iki model arasında heç bir

yaxınlaşmanın mümkün olmaması29 faktının gizlədilməsində onu ittiham edən

Şayeqan tərəfindən tənqid edilmişdir. O, həmçinin Haydeqqerin dilini

cəmiyyətləri yayındırmaq və onların məqsədlərini dəyişdirmək üçün onun

zahiri mürəkkəbliyi pərdəsi altında dolam-dolaşıq yolları gizlətməkdə

günahlandırır.

25 - Youcef b. ‘Adi : As’ilat al-Tanwir wa-l-aqlaniyya fi-l-fikr al-‘arabi al-mu’asir, (Questions des Lumières et de la Rationalité dans la pensée arabe contemporaine) (Müasir ərəb fikrində maarif və rasionallığa dair suallar), Edition : al-Dar al-‘Arabiyya lil ‘Ulum, p. 2009 ; in: Moushir Aoun : Heidegger et la pensée arabe, s. 19-20. 26 - Əbdürrəhman Bədəvi (1917-2002) – ərəb fikrini ifadə edən ən böyük filosoflardan biri, ekzıstensialist-haydeqqeriançi, aktivində 150 əsəri mövcuddur ki, onlardan bir çoxu peyğəmbərin həyatı, islam filosofları, müsəlman fikrinin tarixi və tənəzzülü mövzularına həsr olunubdur. 27 - Qütb əd-Din Şirazi (Şiraz, 1236 – Təbriz, 1311) – fars mənşəli təbib, astronom, riyaziyyatçı, filosof, ilahiyyatçı, və sufi şairi. 28 - Şəms əd-Din Məhəmməd Hafiz Şirazi (1310 - 1379) – fars şairi, filosof və təsəvvüf mütəfəkkiri, Bəha-üd-Dinin oğlu, öz dövrünün ən yaxşı Quran bilicisi və qiraətçisi olduğuna görə, Hafiz adını qazanmışdır. 29 - D. Shayegan : « Heidegger en Iran », Le Portique, Revue de philosophie et de science humaine, 2006, n° 18.

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

32

Obyektiv və rasional təhlil üçün Muşir Aun çox bir qısa coğrafi tədqiqat

aparmışdır. O, müxtəlif ölkələrdə Haydeqqer fikrinin təmsilçilərinin etibarlı

siyahısını təqdim edir. Onun sözlərinə görə, Məğrib ölkələri (Əlcəzair, Mərakeş,

Tunis) ənənəvi cəmiyyət məsələsinin qoyuluşunda Haydeqqerin fikri işığında

metafizik irsi təkrar oxumaq üçün daha açıqdırlar. Səriştəlilik nöqteyi-

nəzərindən, onlar, həmçinin haydeqqeriançılığın fəlsəfi dilinin real

assimilyasiyasını nümayiş etdirilər baxmayaraq ki, üzərilərinə götürdükləri

vəzifə üçün ərəb dilində ifadə imkanları geniş deyil. O, Əlcəzairdə İbrahim

Əhməd və Abu-l-Aid Dududan, Mərakeşdən Abdüssələm bin Əbdüləli,

Əbdürrəzzəak Düvey Məhəmməd Səbildən və Məhəmməd əş-Şeyxdən, Tunisdə

Əli əl-Həbib əl-Frivi, Məhəmməd əl-Muzqi, Fəthi Miskinidən və Züheyr əl-

Hvaylididən sitatlar gətirir. Ərəb Şərqində yalnız Livan və Misir ona cüzi şəkildə

bağlılıq nümayiş etdirirlər. Bütün adları çəkilən şəxslərin ərəb dili sənətkarları

olduqlarına görə üstünlüyü var, onlar orta əsr və müasir ərəb fəlsəfi ənənə

sahəsində güclü biliklərə malikdir, lakin, Qərb fikrinə xas olan məsələlərin dərk

edilməsində və haydeqqerianlığın30 fəlsəfi məğzinin mənimsənilməsi nöqteyi-

nəzərindən onlar açıq-aydın qusurlar nümayiş etdirilər. O, Misirdə təqdimata

artıq ehtiyacı olmayan Bədəvidən savayı, Livanda Musa Vəhbi, Əli Hərb, və Eli

Nəcmdən, filosof İsmayıl Musaddak və Fuad Kamil, Mahmud Rahhab, və Əbd əl-

Qaffar Məkkavi kimi tərcüməçilərdən sitatlar gətirir 31*. Aydındır ki, bütün bu

adamlar eyni tərzdə düşünmürlər. Bəziləri, Əli əl-Həbib əl-Frivi kimi, belə

hesab edirlər ki, əgər ərəb ziyalıları fikir məsələlərinə yiyələnməyə istəyirlərsə

fəlsəfəyə yanaşmada özlərinin oxunuş üsulunu tətbiq etməkdə maraqlı

olmalıdırlar. Fəthi Miskini ərəb ağılını Haydeqqerin mətnləri üzərində

düşünməyə dəvət edir, Züheyr əl-Hvaylidi isə, ərəb fəlsəfi ənənəsində dərk

edilməmişi dərk etmək üçün Haydeqqerin ardınca getməyi təklif edir32.

Lakin, Haydeqqer, həmçinin, metodu da təklif edir. Bu metodun istifadəsi

ilə neçə əsərin yazılığını biz bilmirik, lakin nümunə kimi fəlsəfə məntiqinin

oxunuşu üçün ondan istifadə edən Fəhmi Hüveydini göstərmək olar, habelə,

30 - Məğrib filosoflarının bu qabiliyyəti fransız müstəmləkəçiliyinin təbiətindən irəli gəlir ki, kontinental fəlsəfə ilə qarşılaşmaya gətirib çıxarmışdır, o zaman ki, ingilis müstəmləkəçiliyini yaşamış Yaxın Şərq ölkələri Anglo-Sakson analitik fikri ilə rastlaşmışlar. 31 - Moushir Aoun: Heidegger et la pensée arabe, s. 25-26. * Biz burada ərəb tələffüzünün üsuluna riayət etməmişik, çünki şəxsi adlara gəldikdə, hər ölkənin özünə məxsus oxunma tərzi var, və bu bizim mövzumuzdan kənarda olan məsələdir. 32 - Moushir Aoun : Heidegger et la pensée arabe, s. 25-26.

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

33

onun qədim yunan dilində səriştəliliyi ona sözə və fikrə haydeqqerianlığın

çərçivəsində yanaşmağa imkan verir33.

Beləliklə, təsir mövcuddur, lakin nə qədər ki, birgə işləmək istəyi bütün

səyləri kapitallaşdırmaq və istiqamətləndirmək məqsədi ilə, haydeqqerian fikri

ətrafında birgə layihənin əldə edilməsi vasitələrinin gerçəkləşdirilməsinə

yönəlməyib, bu xoş məramlı başlanğıclar həmişə tək-tənha ziyalıların səyləri

kimi qalacaqdır.

Hazırki gerçəkliyin prizmasından baxaraq iki fikir – ərəb və

haydeqqerian fikri obyektiv səbəblərdən bir-biri ilə razılaşmır. Əvvəla, ərəb

fikri ilahi səbəblərlə dolu, vəhy və ağıl dialektikası məğzindən hörülmüş

fundamental şəkildə ilahiyyat fikridir, o zaman ki, Haydeqqerin fikri

fundamental şəkildə ontolojidir, və varlığın axtarışına yönəlib. Fikirlərin hər

ikisi onların tarixin dərinliklərində axtaracaqları dərk edilməmişə sadiqdirsə də,

bunlardan biri nazil olunmuş unikal əsər vasitəsi ilə baxışlarını erkən orta

əsrlər dövrünə, digəri isə, şaxələndirilmiş korpus vasitəsi ilə baxışlarını antik

dövrə yönəldib. Öz strukturuna görə birincisi metafizika üzərində qurulub,

digəri isə metafizikadan imtina əsasında fəaliyyət göstərir. Məhəmməd Arkun

üçün ərəb dərk edilməmişi bir çox şeylərə qadağa qoymuş bir fikri təmsil edir,

çünki, bundan daha da çox azad olunmuş potensiallar ənənəyə teoloji dərk

edilməmişin34 vahid təsiri altına axışır. O, deyir: “Təqdim etdiyi hüdudsuz fikri

qiymətləndirərək öz diskursunun işlənilməsinə qapanmış teologiya nə

tarixiliyi, nə linqvistik immanentliyi, nə də semiotik əməliyyatı hiss edə

bilmir”35. Başqa sözlə desək, islamda eyni şəkildə imanın mənası səmadan

(sözün hərfi mənasında) alınmış kitabda leksiki və sintaktiki cəhətdən

mürəkkəb dildə öz əksini tapmış dərk edilməmişin üzərində qurulubdur, bu

təfəkkür prosesinin nəticəsi deyil, bu vəhydir və fundamental metafizik əsaslar

üzərində qurulmuş dərk edilməmiş burada özü özünə görə saxlanılmalıdır.

Haydeqqerin metafizikasında da varlığı qaranlıqda saxlayan, onun təzahür

və aşkar olunmasına imkan verməyən dərk edilməmiş vardır. Məhz buna görə, o

varlığın və mövcudluğun yaranışında “ontoloji fərq” adlandırdığının izahı

zamanı hüdudları aşma təklif etmişdir.

33- Bax.: M. Fakhri : Dirasat fi-l-fikr al-‘arabi (Ərəb fikrinin öyrənilməsi), Beytouth, 1977 et W. Ghali : Qira’a fi-l-fikr al-masri al-mu’asir (Müasir Misir Fikrinin Öyrənilməsi), 2009 ; in: Moushir Aoun : Heidegger et la pensée arabe, s. 15. 34 - Mohamed Arkoun : «Islam, révélation et révolution» («İslam, vəhy, və inqlab»), in : Dieux en société, le religieux et le politique, Autrement, n° 127, février 1992, s. 138. 35 - Mohamed Arkoun : Pour une critique de la raison islamique («İslam ağılının tənqidinə dair»), Paris : Maisonneuve et Larose, 1984, s. 93.

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

34

Ərəb fikrində də, həmçinin islahatçı tendensiyalar var, lakin onlar

Haydeqqerin fikri kontekstində deyil. Onlar ənənəçilik məntiqi ilə üz-üzə

qarşılaşmır ki, həqiqətin açılışına və təzahürünə metafizikanın aşması yolu ilə

getsinlər, onlar, daha çox, səylərini ilahi mətn ilə insan ümidləri arasında

harmoniyanın axtarışına yönəldiblər, xüsusən də, bu müasir elmlə islam irsi

arasında əməkdaşlıq tapmağa çalışdıqda gah birinin, gah da, o birisinin

tərəfində çıxış edən müasir fikrə aiddir. Həmin nisbətin hüdudları haqqında

sual verən Zəki Nəcib Mahmudu da, məhz bu narahat edir: necə ola bilər ki,

müasir ərəb fikri eyni zamanda36 autentik surətdə ənənəvi və autentik surətdə

müasirdir? Bu bipolyarlıq, eləcə də Adonisi37 narahat edir, lakin onun təklif

etdiyi izahın kökləri tarixin daha dərin qatlarına gedir. “Sadmat əl-Hədəsə”

(“Müasirliyin şoku”) əsərində o, belə hesab edir ki, ərəb fikrinin defisiti islam ilə

ellinistik fikir arasında mövcud olan ilkin razılaşmadan qaynaqlanır. Halbuki,

Əl-Cündi “Ma’alim əl-Fikr əl-’ərəbi əl-Mu’asır” (“Müasir ərəb fikrinin sələfləri”)

əsərində ərəb fikrinin təsvirini öz irsinə uyğun olaraq mədəniyyətlərin nəzərə

alınmasına və adaptasiyasına üstünlük verən qızıl orta yolun tərəfdarı olan bir

cəmiyyətin fikri kimi təqdim etmişdir. Sözsüz ki, yeni alternativ üçün qeyri-adi

dəlil, və yeganə təmayülü təşkil edən İran modeli də mövcuddur. İranda

Haydeqqerin məktəbini təmsil edən metafizikanın sonu ideyası ilə valeh olmuş

Fərdid 1966-cı ildə həftədə bir dəfə çıxan «Der Spiegel» qəzetində Haydeqqerin

“Bizləri yalnız Tanrı, hələ ki, xilas edə bilər” sözləri ilə bəyan etdiyini təkrar

edir, və metafizikanın sonunda yaranacaq yeni Tanrının müasir dünyaya nə

gətirə biləcəyi haqda məsələni qoyur. Ona inansaq, metafizikanın sonu daha bir

metafizikanı törədəcəkdir.

Bunlar əməli nəticələrində özünə görə yetərli olan radikal mövqelərdir ki,

intellektual dinamikanı, varlıq üslubunu, və düşüncə tərzini qaçılmaz şəkildə

əhatə edən məhsuldar impulsu rədd edir və ya kənara atır. Mütəfəkkirin elmi

təsiri necə olursa olsun o, öz cəmiyyətinə yeni təkan, və yeni nəfəs verir.

Haydeqqer, Qərbin fəlsəfi irsinin oxunması layihəsini hazırlayarkən, Qərb

fikrinə müzakirə və təhlil metodunu gətirmişdir. Aristotelin irsinə dair öz

şərhinin təqdim edilməsi üçün Haydeqqer tərəfindən hələ 1922-ci ildə yazılmış

mətndə metafizik ənənəyə girişin açar sözü ləğv olunmuşdur: müasir fəlsəfəni

təcrid edən konseptuallığı sökmək, varlığın unudulması səbəblərini bərpa

36 - Zaki Najib Mahmoud :Tajdid al-Fikr al-‘arabi, Beyrouth (Renouveau de la pensée arabe) (Ərəb fikrinin yenilənməsi), le Caire, 1974, s. 9-20. В: Moushir Aoun : Heidegger et la pensée arabe, s. 34. 37 - Adonis – 1930-cu ildə anadan olan, Əli Əhməd Said Esber adlı, fransızdilli suriyalı şairin təxəllüsüdür. Bu ləqəb Yaxın Şərqdə çox məşhur və siklik dirçəlişin simvolu olan Finikiya tanrısına aid edilir.

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

35

etmək, və müasirliyin subyektiv şüuru kateqoriyalarının radikal tənqidi

haqqında sualı yenidən təkrar gözdən keçirmək38. Bu məqsədə nail olmaq üçün

o, ömür boyu çalışacaqdır. Ərəb fikri de-konstruksiyanı bir metod kimi qəbul

etmədi. Radikal olmadığı dövrdə o, barışıqlıq, konvergensiya və sintezə

yönəlmişdir.

Bütün bunlara daha yaxından nəzər salanda, hər şeyi şübhə ilə rədd edən

ənənəçilər özlərinin həyat tərzlərini müasirliyə qarşı qoymaqla geri qalmış və

hüdudlarını aşmış metafizika ilə həmişəkindən daha çox varlığın unudulmasına

kömək edən texniki özgələşmə aləmi arasında azaraq tarixi həqiqətindən

uzaqlaşmış, müasirliyində birmənalı olmayan və insanları birləşdirən

cəhətlərdən daha çox ayıran cəhətləri vurğulamaqla perspektivdə

deqradasiyanın başlanğıcını elan etmiş Qərbə, eyni şəkildə, etimad

göstərməyən haydeqqerian fikrindən heçdə fərqlənmirlər. Dilin daxili

zənginliyi üzərində hökm sürən reklamlar əsasında qurulmuş bu dünyada artıq

özünü evdə hiss etməyən Daseinin axtarışları zamanı yeni insanı onun ontoloji

sıxlığını üzə çıxararaq şeylərin “öz”ündən tapmaq üçün Haydeqqerin fikri

fenomenoloji qermenevtika ilə təsbit edilir.

Beləliklə, tarixə nəzər salanda iki fikir – ərəb və haydeqqerian və ya qərbi

– biri birinə o qədər də, yad və diametral şəkildə zidd deyil. Bir az daha

yaxından baxanda, biz görürük ki, etik nöqteyi-nəzərdən onlar, hərəsi

özünəməxsus şəkildə, monoteist din təməli üzərində qurulub. Lakin, islam

heçlikdən gəlməmişdir o, özündən əvvəlki dinlərin izi ilə getmiş, eyni

esxatologiyadan ilhamlanmış, Adəmin vaxtından mövcud olan və Bibliyada yer

almış eyni hekayə və əhvalatlardan ruhlanmış, və etiraf etmişdir ki, əvvəlki

mətnlərdə çatışmayanları tamamlayıb. Bir fəlsəfi nöqteyi-nəzərindən, Qərb fikri

yunan fikrindən irəli gəlmişdir, lakin, təkcə ondan yox, və birbaşa deyil. Yunan

fikri, fəlsəfəsi və elmi ilk olaraq ərəblərə ötürülmüş, daha doğrusu, ərəblər

onun axtarışlarına çıxaraq tapıb oxumuş, assimilyasiya etmiş və Buxaradan

Mərakeşədək islamın əhatə etdiyi bütün ölkələri və onların təmsilçilərini

inteqrasiya edən bir ölçüyəgəlməz diapazonda məhəlli materiallar ilə

tamamlamışlar. Bütün bunlar ərəb dilində əsrlər keçdikdən sonra ilk dəfə

müasir Qərbin təmsilçilərinin sələfləri tərəfindən aşkar olunmuşdur.

Mən Haydeqqer haqqında ekstrapolyasiya etməli olsaydım, deyərdim ki,

varlığın unudulması hamı üçün ellinistik ola bilməz. Tarixdə olmaq sehrli bir

məqamdır ki, iki və ya daha çox universal sivilizasiyalar arasında bağlantını

təcəssüm etdirir, və yunan fikrinin ərəb fikrinə və ya ərəb fikrinin Qərb fikrinə

38 - Martin Heidegger : Questions IV, Paris, Gallimard, 1968, s. 48.

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

36

keçdiyi anlar da, həmin məqamların qaynağı hesab edilə bilər. Bəşəri

sivilizasiya bu “keçid ayinlərində” özünü hər dəfə bir varlıq qaynağı kimi

təqdim edir.

Quranın varlıq həqiqətinin qaynağı kimi dərk edilməsi qapalı surətdə

həyata keçə bilməz. Bu mətn dini, tarixi, batıni, həmçinin digər bəşəri fikir

formalarını inteqrasiya edərək, onu qabaqladığı və ondan sonrakı arasında

işıqlandırma kimi çıxış edir. Qapanma bu mənbəni onun öz mifoloji və ontoloji

sələflərindən və onun işığına doğru ardınca gedəcəklərdən təcrid edilmiş

vəziyyətdə saxlayır. Buna baxmayaraq demək olar ki, bu qapanmanın səbəbi,

yenə də, tarixdədir. Əsrlər boyu sürən siyasi işğal, mədəni əlaqələrin kəsilməsi,

fikir durğunluğu və zehni fəaliyyətsizlik dövründən sonra yuxudan oyanmağa

çalışan, kəsilmiş kökləri ilə əlaqə tapa bilməyən ərəb dünyası özünü tanınmaz

bir mühitdə aşkar edir. Ziddiyyətli tərəddüdlər və ixtilaflardan uzaqda olmaqla

onun öz vücudu ilə birləşməsinin yeganə alternativi islamın həqiqiliyindədir.

Hətta, əgər ərəb fikri özünü planetar təlaşdan uzaqda saxlasa da, öz şəxsi

identikliyinin həqiqiliyi qarşısında o, kor qalır. Bunun üçün də, o, tarixinin

dinamikasına işləyərək haydeqqerian fikrinin çağırışına səs versəydi, bundan

ancaq qazanardı. Eləcə də o, həqiqətən də, varlığı dinləməyə və ona xidmət

etməyə başlayardı ki, bütün dövrlərə məxsus olan bəşəri gerçəkliyin qarşısında

heyran olsun. Fəlsəfənin qarşısında şüura və təəccüblənməyə istinad edən bu

heyranlıq ilə, ona veriləcək bir çox suallar ortaya çıxır, xüsusilə də, onlar insan

haqqında və müxtəlifliyi və mürəkkəbliyində olan gerçəklik haqqındadır. Bu da

ona görünən fərqləri tapıb aradan götürməyə kömək edərdi: həm ərəb

dövlətləri arasında, həm ərəb dünyası ilə Qərb arasında, eləcə də, onlar və

onların hazırkı dövrü, və ya keçmişi arasında, və əlbəttə ki, daha fəlsəfi

səviyyədə pozitiv və humanitar elmləri və onlara məxsus olan fikir

istiqamətləri də daxil etməklə. Beləliklə, fərdiyyətlər manifesti üzərində

dayanmaq əvəzinə o, öz dərinliklərində hər hansı bir rasional rekuperasiyaya

qarşı davamlı olan ontoloji sıxlığın tükənməz ölçüsünü aşkar edə bilərdi.

Dünyaya ontoloji yaxınlığına görə insan – varlığın çobanıdır39. Əgər ərəb

fikri öz identikliyini axtarırsa o, onu mondéité ölçüsünün xaricində tapa bilməz,

çünki ərəb individuumu da, öz qorxuları, narahatçılıqları, və qayğıları ilə

39 - Martin Heidegger : «Qu'est-ce que la métaphysique ?» («Metafizika nədir?») «Le Nouveau commerce» № 14-1969 («Yeni ticarət») adlı toplumda nəşr edilmiş, 1929-cu ilin konfransıdır. Tərcüməsi təqdim olunub, və şərh edilir : «Cahier de l'Herne» № 45: Xüsusi buraxılışı Haydeqqer : 1983, с. 47-58. Mondéité – (alm.) Yalnız Dasein –nin vasitəsi ilə ifadə olunmuş dünya konsepsiyasını nəzərdə tutan Martin Haydeqqerin terminidir. – Tərcüməçinin (M.L.) qeydi.

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

37

dünyada mövcud olan varlıqdır (être-au-monde ). Ədalətli dünya quruluşuna

can atmaqla o, ideal dünyada Xilafət modeli üzərində ədalətli cəmiyyət

quruluşunun rekonstruksiyasına ümid bəsləyərək müvəqqətilik və tarixilik

məfhumlarını bərpa etməyə çalışır. Bu da, Platonun Respublikasından,

Müqəddəs Avqustinin Tanrının şəhərindən, və ya Farabinin Fəzilətli şəhərindən

heç də fərqlənmir. Bu modelin arxasında orta ərəb vətəndaşı, ola bilsin ki,

hüquq və səlahiyyətlərə malik olan təbəələrin müasir cəmiyyətindən başqa heç

bir şey görmür, lakin, onun özünə olan hörmətini və heysiyyətini bərpa edən

bərabərlik və ədalət dünyasına bu giriş onun gözünə hasarlanmış görsənir və

bir pərdə onu onun həqiqətindən ayırır.

Lakin, “Varlıq və zaman” (Sein und Zeit) öz problematikasını insanın

bütövlüyünə zəmanət verən, onun parçalanmasının qarşısını alan üç təməl –

“tarix”, “dünya”, və “zaman” üzərində qurur. Bu da ki, insanın yerini müasirliyin

orbitində dəyişdirən və onun ətrafında müxtəliflik, mübadilə və bərabər

faydalanma harmoniyasını yaradan dinamik gözləyişə və bir tarixi və tarihsel

(historiale) ölçüyə doğru getməsi əvəzinə, insanı keçmişdə və fərdilikdə

qapatdıran səciyyəvi bloklamaların aradan qaldırılması üçün ərəb fikrində xətti

görünməyən zaman məsələsidir 40.

İki fikir arasında bu düşüncədə Muşir Aunla birlikdə demək olar ki,

haydeqqerian fikrin müasir ərəb mədəniyyəti universumuna inteqrasiyası

müasir ərəb cəmiyyətlərinin çoxqütblü açılması şərti ilə əsaslandırılır.

Qloballaşma və identikliyin məhv olması dövründə varlığa bu növ yanaşma bir

planetar qurtuluşa dair fürsətləri daha da möhkəmləndirə bilər41. Əlbəttə ki, bu

ambisiyalı, lakin, zərif bir ideyadır, çünki dəyişməzlik iddiasında olan bir fikri

hərəkətə gətirməyi nəzərdə tutur, lakin, dünyanın vəhdətliyini xilas etmək üçün

onu təşkil edən bütün ünsürlərin iştirak etməsi vacibdir. Bəşəriyyətin bütün

qurucu elementlərini dərhal açılış hərəkatına yönəltməyə ehtiyac var, çünki

qəbul edilməmiş, izah olunmamış, və qeyri-müəyyən müasirliyin ağırlığı altında

ərəb xalqlarının nəfəsləri kəsiləcək və onlar gücdən düşəcəklər.

«In-der-Welt-sein» – alman dilində Haydeqqerin orijinal terminidir. Hazırda məqalədə fransız dilində müəllif tərəfindən işlənən «être-au-monde» termini onun ekvivalentidir. – Tərcüməçinin (M.L.) qeydi. 40 - Moushir Aoun : Heidegger et la pensée arabe, s. 50. 41 - Yenə orada, s. 10.

« Ş ə r q F ə l s ə f ə s i P r o b l e m l ə r i » B e y n ə l x a l q e l m i - n ə z ə r i j u r n a l

© B a k ı / № 1 . 2 0 1 4

38

İstifadə olunmuş ədəbiyyat

1. Martin Heidegger : Sein und Zeit, Traduction : « Etre et Temps », Rudolf

Boehm & Alphonse Waelhens, Paris : Gallimard, 1964 ; réédité en 1986.

2. Martin Heidegger : Essais et conférences - Traduction : André Préau -

Paris : Gallimard, 1958.

3. Martin Heidegger : Questions I - Traduction : Henry Corbin - Paris :

Gallimard, 1968.

4. Questions II - Traduction : Axelos, Beaufret, Janicaud, Braun, Haar, Paris :

Gallimard, 1972.

5. Questions III - Traduction : André Préau, Paris : Gallimard, 1966.

6. Questions IV - Traduction : Henry Corbin, Paris : Gallimard, 1976.

7. Martin Heidegger : Les chemins qui ne mènent nulle part, Traduction :

Wolfgang Brokmeier, Paris : Gallimard, nouvelle édition, 1980.

8. Martin Heidegger : Lettres sur l’humanisme, Traduction : Roger Munier,

Paris : Aubier, 1983.

9. Martin Heidegger : Acheminement vers la parole : « Entretien sur la

parole avec un Japonais », Traduction : Beaufret, Brokmeier, Paris : Gallimard,

1976.

10. Martin Heidegger : Kant et le problème de la métaphysique (1929),

traduction Rudolf Böehm et Alphonse de Waelhens, Paris : Gallimard, 1953.

11. Martin Heidegger : Nietzsche I - II, traduction : Pierre Klossowski, Paris :

Gallimard, 1971.

12. Martin Heidegger : « Qu'est-ce que la métaphysique ? » in : « Cahier de

l'Herne » n° 45 : numéro spécial Heidegger : 1983.

13. Georg Hans Gadamer : Les Chemins de Heidegger, trad. Jean Grondin,

Paris : Vrin, 1983.

14. Michel Haar : Martin Heidegger, Paris : Editions de l'Herne, coll. « Cahier

de l'Herne », 1983.

15. Hugo Ott : Martin Heidegger, Eléments pour une biographie, trad. J.-M.

Beloeil, Paris : Payot, 1990.

16. Aoun Mouchir Basile : Heidegger et la pensée arabe, Paris : L’Harmattan,

2006.

17. Moushir Aoun : Heidegger et la pensée arabe, p. 50.

18. Le Coran : traduction de Denise Masson.