mƏrkƏzİ kÜr pİlot hÖvzƏ rayonu ÜzrƏ Çay...

95
1 Beynəlxalq Çay Hövzələrinin Ətraf Mühitinin Qorunması (BÇHƏMQ) Müqavilə 2011/279-666 Layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir Layihə Hulla&Co. Human Dynamics KG Kompaniyalarınn başçılıq etdiyi konsorsium tərəfindən icra edilir. MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY HÖVZƏSİNİN İDARƏ EDİLMƏSİ PLANI: AĞSTAFAÇAY, TOVUZÇAY, ŞƏMKIRÇAY VƏ GƏNCƏÇAY ÇAY HÖVZƏLƏRİ KOMPONENT A – ÇAY HÖVZƏSİNİN TƏHLİLİ HMC Kompaniyası tərəfindən hazırlanıb Mart 2013

Upload: others

Post on 30-Dec-2019

8 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

1

Beynəlxalq Çay Hövzələrinin Ətraf Mühitinin Qorunması (BÇHƏMQ)

Müqavilə № 2011/279-666

Layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir

Layihə Hulla&Co. Human Dynamics KG Kompaniyalarınn

başçılıq etdiyi konsorsium tərəfindən icra edilir.

MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY HÖVZƏSİNİN İDARƏ EDİLMƏSİ PLANI:

AĞSTAFAÇAY, TOVUZÇAY, ŞƏMKIRÇAY VƏ GƏNCƏÇAY ÇAY HÖVZƏLƏRİ

KOMPONENT A – ÇAY HÖVZƏSİNİN TƏHLİLİ

HMC Kompaniyası tərəfindən hazırlanıb

Mart 2013

Page 2: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

2

MÜNDƏRICAT:

ABREVIATURALAR: ..................................................................................................... 4

1. HÖVZƏNİN ÜMUMİ İCMALI ................................................................................... 5

1.1 Ümumi icmal ...................................................................................................... 5

1.1.1 Hövzədə beynəlxalq əməkdaşlıq və koordinasiya ..................................................... 6

1.1.2 ÇHİEP həyata keçirilməsi üçün potensial səlahiyyətli orqanların təyini 10

1.2 Hövzənin təbii şəraiti ....................................................................................... 13

1.2.1 Coğrafi mövqe ......................................................................................................... 13

1.2.2 İqlim və bitki örtüyü ............................................................................................... 15

1.2.3 Mühafizə olunan ərazilərin və bataqlıqların ekosistemləri ...................................... 17

1.2.4 Geologiya və topoqrafiya ......................................................................................... 20

1.2.5 Geodinamik proseslər: sel, torpaq sürüşmələri, daşqınlar və s. ............................... 23

1.3 Hövzənin hidroloji xarakteristikası ................................................................... 24

1.3.1 Səth su ehtiyatları ..................................................................................................... 24

1.3.2 Pilot ərazi çaylarının əsas xüsusiyyətləri ................................................................. 27

1.3.3 Yeraltı su ehtiyatları ................................................................................................. 31

1.3.3.1.Yeraltı su ehtiyatları barədə ümumi məlumat ........................................................... 31 1.3.3.2 Ərazinin qısa geoloji xarakteriktikası ......................................................................... 32 1.3.3.3 Hidrogeoloji şərait ...................................................................................................... 34 1.3.3. 4 Yeraltı su horizontu və komplekslərinin mühafizə dərəcəsi ...................................... 35

2. İNSAN FƏALİYYƏTLƏRİ ................................................................................................ 39

2.1 Əhali və demoqrafiya ....................................................................................... 39

2.2 Ərazidə iqtisadi fəaliyyətin tarixi ...................................................................... 39

2.3 Kənd təsərrüfatı ................................................................................................ 40

2.4 Suyun istifadə məqsədilə götürülməsisi ............................................................. 41

2.4.1 İrriqasiya üçün suyun götürülməsi ........................................................................... 41

2.4.2 İçmək məqsədilə suyun götürülməsi ....................................................................... 43

2.5 Daşqından mühafizə ......................................................................................... 45

2.6 Dağ-mədən sənayesi ......................................................................................... 48

2.7 Hidroenerji istehsalı .......................................................................................... 50

2.8 Tullantıların daşınması ..................................................................................... 52

2.9 Meşələr ............................................................................................................ 53

2.10 Turizm .............................................................................................................. 54

2.11 Yeraltı sulara texnogen yükləmələr və təsir .................................................... 54

Page 3: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

3

2.11.1 Məişət tullantıları ilə çirklənmə ............................................................................... 54

2.11.2 Sənaye tullantıları ilə çirklənmə ............................................................................... 55

2.11.3 Kənd təsərrüfatı çirkləndiriciləri ilə çirklənmə ......................................................... 56

2.11.4 Sel axınları ilə çirklənmə .......................................................................................... 56

2.11.5 Yeraltı suların istismarı ............................................................................................. 57

2.12 İnsan fəaliyyətinin əsas sahələri ........................................................................ 57

3. TƏZYIQ VƏ TƏSIRLƏRIN MÜƏYYƏN OLUNMASI ........................................................... 58

3.1 Suyun istifadə üçün götürülməsi ....................................................................... 59

3.1.1 Məişət-təsərrüfat məqsədləri üçün suyun götürülməsi .......................................... 59

3.1.2 İrriqasiyyatda istifadə məqsədi ilə suyun götürməsi ............................................... 60

3.1.3 Sənaye məqsədləri üçün suyun götürülməsi ........................................................... 64

3.1.4 Hidroenergetika ....................................................................................................... 64

3.2 Nöqtəvi çirklənmə mənbələri ............................................................................ 65

3.2.1 Yaşayış məntəqələrindən atılan çirkab suları .......................................................... 65

3.2.2 Sənaye və filizçıxarmadan atılan sular ..................................................................... 67

3.3 Diffuzion çirklənmə mənbələri .......................................................................... 68

3.3.1 Bitkiçilik və gübrələrdən istifadə .............................................................................. 68

3.3.2 Heyvandarlıq və həddən artıq otarılma ................................................................... 68

3.3.3 Avtomobil nəqliyyatı ................................................................................................ 69

3.3.4 Bərk tullantılar.......................................................................................................... 69

3.3.5 Tullantı hovuzları ...................................................................................................... 70

3.4 Su obyektlərinin fiziki-morfoloji dəyişdirilməsi ................................................... 71

3.5 Pilot ərazi çaylarında suyun keyfiyyəti .............................................................. 71

4. PİLOT ÇAY HÖVZƏSİNDƏ SUYUN MONİTORİNQİ .......................................................... 82

4.1 Yerüstü suların keyfiyyətinin monitorinqi ......................................................... 83

4.2 Hidromorfoloji monitorinq ................................................................................ 88

4.2.1 Hidroloji monitorinq ................................................................................................ 88

4.2.2 Hidromorfologiya ..................................................................................................... 91

4.2.3 Hidrogeoloji monitorinq........................................................................................... 91

4.3 Bioloji monitorinq ............................................................................................. 93

Ədəbiyyat ....................................................................................................................... 93

Page 4: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

4

ABREVIATURALAR:

Meliorasiya ASC Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Azərsu ASC Azərsu AçıqSəhmdar Cəmiyyəti Daşkəsən FASC Daşkəsən filizsaflaşdırma Açıq Səhmdar Cəmiyyəti AB Avropa Birliyi GEF Qlobal Ekoloji Fond HES Hidro Elektrik Stansiyası SEİİ Su Ehtiyyatlarının İnteqrasiyalı İdarə edilməsi ETSN Ekologiya və Təbii Sərvətlər Nazirliyi YVH Yol Verilən Hədd MHD Milli Hidrometeorlogiya Departamenti (ETSN) MSD Milli Siyasi Dialoq ATƏT Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı KT Keyfiyyətə Təminat KN\ ÇSTQ

Keyfiyyətə Nəzarət Çirkab Suların Təmizlənməsi Qurğusu

ÇHİEP Çay Hövzəsinin İdarə edilməsi Planı QREM Qafqaz üzrə Regional Ekolji Mərkəzi İBİA İsveç Beynəlxalq İnkişaf Agentliyi DSA Dövlət Su Agentliyi (Azərbaycan) MDBTY Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım TT Texniki Tapşırıq BMTİP Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı BMTAİK BMT-nin Avropa İqtisadi Komissiyası ABŞ BİA ABŞ Beynəlxalq İnkişaf Agentliyi SÇD Su Çərçivə Direktivi (AB) QİBK Qərb İxrac Boru Kəməri

Page 5: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

5

1. HÖVZƏNİN ÜMUMİ İCMALI

1.1 Ümumi icmal

Pilot ərazi mürəkkəb relyefi və 9 inzibati rayonu olmaqla Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda yerləşir. Gəncə-Qazax iqtisadi rayonu Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını və Gəncə və Naftalan şəhərlərini əhatə etməklə Azərbaycanın qərb hissəsində yerləşir. Iqtisadi rayon çox əlverişli iqtisadi – coğrafi mövqeyə malikdir. (Mənbə: RSIIDP) 2012-ci ilin əvvəlində əhalinin ümumi sayı 1 milyon 205.2 min nəfər olub ki, bu da ölkə əhalisinin 13.4% - ni təşkil edir. İqtisadi rayonun əhalisinin 46%-i şəhərlərdə, 54 %-i kəndlərdə yaşayır, Əhalinin orta sıxlığı hər km2 - də 97 nəfər təşkil edir, bu da ölkə əhalisinin orta sıxlığından azdır (107 nəfər). Ovalıq ərazilərdə əhalinin sıxlığı daha çoxdur (100 – 120 nəfər). (Mənbə: DSK )

Şəkil 1 . 1. Gəncə-Qazax iqtisadi rayonunun xəritəsi Azərbaycanın ikinci sənaye rayonu olaraq ölkənin ümumi sənaye məhsulunun 12-13 %-i bu iqtisadi rayonun payına düşür. İqtisadi rayonun sənayesi hasiledici və emaledici sahələrdən ibarətdir. Gəncədə və Daşkəsən rayonunda qara və əlvan metallurgiya üçün xammal və onların emalı müəssisələri var. Ağır sənayenin regionun iqtisadiyyatında mühüm rolu var. Elektrik cihazları və rabitə avadanlıqları istehsalı müəssisələri, maşın təmiri və maşınqayırma müəssisələri var. İqtisadi rayonun yüngül sənayesi (Dəliməmmədlidə yarımfabrikat pambıq, pambıq parça, yun parça, Gəncə tekstil mallar istehsalı, Gəncə, Qazax və Daşkəsəndə xalçaçılıq müəssisələri) yerli xammalın emalı üzərində qurulub. Yeyinti sənayesi istehsalı kənd təsərrüfatı məhsullarının emalına əsaslanır – şərab, gündəlik ət məhsulları, qənnadı məmulatları, konserv məhsulları istehsalı əsasən yerli tələbatı

Page 6: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

6

ödəyir. Tikinti sənayesinin əsas müəssisələri böyük panel binaların tikilməsi üzrə şirkət, metal-beton, kərpic, keramika və mərmər zavodlarıdır. Regionun əlverişli təbii şəraiti, mülayim iqlimi, mənzərəli dağ və meşə landşaftları, müalicəvi mineral suları burada mühüm beynəlxalq istirahət və müəlicə müəssisələri yaratmağa imkan verir. Dəniz səviyyəsindən 1566 m hündürdə Göy-Göl və Hacıkənd istirahət zonası yaradılmışdır. Naftalan istirahət və müalicə kompleksi isə dünya əhəmiyyətlidir. Regionun sosial infrastrukturu Azərbaycanın şimal-qərbinin sosial-iqtisadi inkişafında və bu ərazidə məskunlaşmış əhalinin əsas sosial-maddi (səhiyyə, elm, mədəniyyət və təhsil) ehtiyaclarının ödənilməsində mühüm rol oynayır. Azərbaycan Milli Elmlər Akademiyasının Tədqiqat Mərkəzi və digər tədqiqat müəssisələri Gəncə şəhərində fəaliyyət göstərirlər. Kənd Təsərrüfatı Akademiyası, Texnologiya İnstitutu, Gəncə Dövlət Universiteti region və ölkənin digər bölgələri üçün yüksək ixtisaslı kadrlar hazırlayırlar. Regionda ictimai kitabxanalar, muzeylər, xəstəxanalar və başqa infrastruktur obyektləri vardır. Regionun çayları mənbəyini Kiçik Qafqaz dağlarından götürür. Ərazinin əsas çayları birbaşa Kür çayına və ya Kür çayı üzərində olan su anbarlarına tökülən Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Kürəkçay, Tərtərçay çaylarıdır. Regionun bir çox ərazilərində çaylar içməli su, suvarma və sənaye üçün yeganə su mənbəyidirlər ki, bu səbəbdən su regionda prioritet təşkil edən sektorlardan biridir. Su qıtlığı və çirklənməsi idarəetmə problemləri ilə birlikdə (SEİİ yönlü yanaşmanın olmaması, istifadəçilər arasında inteqrasiyanın olmaması və s.) regionda davamlı su təhcizatı üçün əsas maneələrdir. Bu məsələlərin qarşısını almaq və bütün su ehtiyaclarını təmin etmək üçün yuxarıda göstərilən çayların hər birinin hövzələrində ekosistem yanaşılmasına ehtiyac var. 1.1.1 Hövzədə beynəlxalq əməkdaşlıq və koordinasiya

Gəncə -Qazax regionundan axan qollar da daxil olmaqla Kür hövzəsi çaylarının su ehtiyatları ciddi deqradasiyaya uğramış və bu ciddi bir problem olaraq qalır. Su qıtlığı, çay sisteminin çox hissəsində ciddi bir məsələyə çevrilib. Suyun keyfiyyət və kəmiyyət məhdudiyyətləri növbəti illər ərzində su istifadəçiləri arasında mübahisələrin artmasına səbəb ola bilər.

Kür çayı regiona Gürcüstan ərazisindən daxil olur və regionun bəzi çayları isə Ermənistan ərazisindən başlayır (Ağstafaçay, Tovuzçay və.s.). Regionun transsərhədd çaylarında suyun kəmiyyət və keyfiyyəti ilə bağlı ciddi problemlər vardır.

Azərbaycan su ehtiyatlarının idarə olunması və mühafizəsi üzrə bir neçə Beynəlxalq Konvensiyalara qoşulmuşdur və bu sazişlərdən öz qonşuları ilə ikitərəfli səviyyədə əməkdaşlıqda istifadə etməyə çalışır.

• Su resurslarından istifadə haqqında Azərbaycan Hökumətinin nümayəndə heyəti ilə Gürcüstan Hökumətinin nümayəndə heyətləri arasında danışıqlarıın nəticəsinin protokolu (Tbilisi, 25-26/12/1997). Bu yaxınlarda iki ölkənin Hökumət nümayəndə heyətləri yenidən görüşmüş və transsərhəd su ehtiyatlarının birgə istifadəsi və mühafizəsi məsələsini müzakirə etmişlər (mövcud olan məlumata əsasən iki ölkə arasında saziş hazırlanıb).

Page 7: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

7

• Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqda Azərbaycan Hökuməti və Gürcüstan Hökuməti arasında saziş (Bakı, 18/02/1997)

• Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqda Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında saziş (Bakı, 09/07/2004)

• Bərpa olunaraq istifadəyə verilmiş olan hidroloji məntəqələrdə məlumatların toplanması və mübadiləsi haqqında Azərbaycan Respublikası və Gürcüstan Respublikası hidrometeorologiya qurumları nümayəndələrinin görüşünün protokolu (Tbilisi, 2004).

Yuxarıda göstərilən sazişlər su ehtiyyatlarının birgə monitorinqi və mühafizəsində pozitiv rol oynayır, lakin təəssüf ki, əməkdaşlıq edən orqanlar yalnız su ehtiyyatlarının idarə olunmasının bəzi aspektlərini müzakirə etmək üçün görüşürlər və bu müzakirələr su ilə əlaqədar bütün transsərhəd məsələləri əhatə etməlidir və onlar mütəmadi olaraq həll olunmalıdır. Monitorinq nəticəsində əldə olunan məlumatlar su götürüləndən sonra çayda qalan suyun ekoloji axımdan az olmamasına nəzarət etmək üçün istifadə olunur. Çay sularının vəziyyətini daha dəqiq qiymətləndirmək üçün daha effektiv monitorinq və məlumatlar mübadiləsi sistemi yaratmaq yaxşı olardı. Burada həmçinin əməkdaşlığın səmərəliliyi də inkişaf etdirilməlidir. Su keyfiyyəti və kəmiyyəti üzrə daimi fəaliyyət göstərən monitorinq və məlumatlar mübadiləsi sistemi yaradılmalıdır. Hövzədə davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə edilməlidir. Transsərhəd su ehtiyatlarının birgə istifadəsi və mühafizəsi haqda Azərbaycan və Gürcüstan hökumətləri arasında bağlanacaq sazişə əsasən tezliklə dövlətlərarası komissiyanın yaradılması gözlənilir. Bu əməkdaşlığı beynəlxalq tələblərə əsaslanmaqla daha da effektiv etmək lazımdır. Hövzə səviyyəsində beynəlxalq əməkdaşlıq transsərhəd su idarəçiliyində yaxşı alət hesab oluna bilər. Bu gün ölkədə Beynəlxalq maliyyə təşkilatları, çoxtərəfli və ikitərəfli donor qurumları, habelə Azərbaycan Respublikasının dövlət büdcəsi tərəfindən maliyyələşdirilən çoxlu sayda davam edən regional və milli səviyyədə layihələr icra olunmaqdadır. Son illər Azərbaycanda Su Çərçivə Direktivi prinsiplərinə əsasən Su Ehtiyyatlarının İnteqrasiyalı İdarə Olunması sahəsində müəyyən irəliləyişlər olmuşdur. Son 10 15 il ərzində regionda bir çox transsərhəd layihələr həyata keçirilmişdir.Onlardan bəziləri cədvəl 1-də göstərilib

Page 8: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

8

Cədvəl 1. Regional layihələr

• 2001-dən bügünədək REM Qafqaz Su Proqramı

• 2000-2004. ABŞ BİA. Cənubi Qafqazda Su Ehtiyatlarının İdarə olunması

• 2002-2003. AB/TACİS. Transsərhəd Çaylarda Suyun Keyfiyyətinin

Monitorinqi və Qiymətləndirilməsi üzrə Çayların

Birgə İdarə olunması Proqramı

• 2002-2008. ATƏT-NATO. Sülh Proqramı üçün Elm – Cənubi Qafqazda Çayların Monitorinqi

• 2003-2005. UND-İBİA Kür-Araz hövzəsində Transsərhəd Deqradasiyasının Azaldılması

• 2004-2008. ABŞ BİA Cənubi Qafqaz Su Proqramı

• 2004-2008. Avrasiya Fondu Su Proqramı

• 2003-2006. Almaniya Hökuməti. Kür çayı hövzəsində təhlükəli halların qarşısını almaq üçün transsərhəd əməkdaşlığı.

• 2005-2007. BMT İP-QEF. Kür-Araz hövzəsində transsərhəd deqradasiyasının

azaldılması. B mərhələsi.

• 2007-2011.AB/TACİS .Kür çayı hövzəsinin transsərhəd idarəçiliyinə dəstək

• 2007-2010. AB Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada Su İdarəetməsi

• NATO, SnE 982227, Cənubi Qafqazda Transsərhəd Aqrosistemin Su Ehtiyatlarının İdarə edilməsi

• 2011 – REM Qafqaz Kür hövzəsi üçün SEİİ yol xəritəsi

• 2011. AB və BMT AİK Azərbaycanın Su Strategiyasının hazırlanması

Yuxarıdakı ABŞ BİA-in 2 Sulayihəsi çərçivəsində Çay Hövzəsinin İdarə Edilməsi (ÇHİE) və SEİİ üzrə təlimlər təşkil edilmişdi. QHT-lərə su ehtiyatlarının idarə olunması məsələlərində ictimaiyyətin məlumatlandırılması və maraqlı tərəflərin iştirakını gücləndirməyə yönələn təlimlərin keçirilməsi üçün bəzi qrantlar ayrılıb. Təlim Hidrometeoroloqlar üçün Mayk Hövzə modelli üzrə keçirilmişdir.

Page 9: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

9

AB/TACİS-in həyata keçirdiyi “Transsərhəd Çayların İdarə olunmasına Dəstək” layihəsinin Kür Çayı Hövzəsinə aid olan II fazası (2007-2011) çərçivəsində Gəncəçayın pilot ərazisi üçün ÇHİE üzrə plan-sxem hazırlanmışdır.

ABŞ BİAvə TACİS-in dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində regionda 3 hidroloji stansiya bərpa olunmuşdur (Kür, Ağstafaçay və Qabırrı çayları üzərində).

NATO, SnE 982227, Cənubi Qafqazın Transsərhəd Aqroekosistemlərinin SEİİ layihəsi Gəncədə fermerlər üçün müasir kənd təsərrüfatı texnologiyalarından istifadəyə əsasən kənd təsərrüfatında SEİİ üzrə təlimlər təşkil etmişdi.

AB və BMT AİK-nin dəstəyi ilə icra olunan Azərbaycanın Su Strategiyasının hazırlanması sahəsində layihəsi su ehtiyatlarının idarə edilməsində geniş maraqlı tərəflərin iştirakına və ekosistem yanaşmasına əsaslanan bir sənədin hazırlanmasını nəzərdə tutur. Finlandiyadan olan beynəlxalq ekspert milli seminarda AB SÇD-nə uyğun strateji su planlaşdırmasının əsas prinsiplərini izah etmişdir. Yuxarıda göstərilən layihələr su ilə bağlı məsələləri, hüquqi və institusional təkmilləşdirilməni, monitorinq və qiymətləndirilməni və s. əhatə edir. Gəncə-Qazax regionunda ÇHİEP daha dəyərli hazırlamaq üçün mövcud olan informasiya və layihələrin nəticələrindən lazımi səviyyədə istifadə etmək lazımdır. Donor maliyyələşdirən transsərhəd su layihələri əsasən Texniki Tapşırığa uyğun həyata keçirilmişdir. Onlar əsasən ölkələrə ümumilikdə suyun monitorinqi, planlaşdırılması və idarə olunması sahəsində fəaliyyətin təkmilləşdirilməsində yardım etmək məqsədi daşıyır və lazımi səviyyədə transsərhədd fəaliyyəti maliyyələşdirməyi nəzrdə tutmur. .

Page 10: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

10

1.1.2 ÇHİEP həyata keçirilməsi üçün potensial səlahiyyətli orqanların təyini

Azərbaycan Respublikası AB ilə geniş əməkdaşlıq etmək niyyətindədir.. Əməkdaşlıq üçün prioritet sahələr Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti altında 2007-2013 illər üçün ölkə üzrə Strategiya Sənədində Azərbaycan Hökuməti və Avropa Komissiyası tərəfindən razılaşdırılıb. Bu qarşılıqlı razılaşdırılmış AB/Azərbaycan Fəaliyyət Planı beynəlxalq və Avropa norma və prinsiplərinə uyğun olaraq birgə razılaşdırılmış prioritetləri həyata keçirməkdə Azərbaycanın öhdəçiliyini göstərir. Plan su idarə olunması daxil olmaqla əsas ətraf mühit sektorları üçün prioritet olan tədbirləri müəyyən etmişdir. Avropa Birliyində su ətraf mühitinin mühafizəsini əhatə edən qanunvericiliyin ən vacib hissəsi Su Çərçivəsi Direktividir. Bu sənəd Avropa Birliyində su ehtiyatlarının idarə olunmasının əsas prinsiplərini, eləcə də əsas məqsədlərini və icra planını müəyyən edir.

Azərbaycanda SEİİ üzrə Milli Siyasi Dialoqa 2010-cu ilin Aprel ayında start verilib. Milli Siyasi Dialoq su ehtiyyatlarının Avropa Birliyi Su Çərçivəsi Direktivində (AB SÇD) qeyd olunmuş prinsiplərə və BMT AİL-nın Transsərhəd Sular və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi üzrə Konvensiyasına (Su Konvensiyası) uyğun idarə olunmasına yönələn dövlət su strategiyasının hazırlanmasına yönəlibdir.

SEİİ-nin tətbiqi istiqamətində daha bir addım kimi AB Su Çərçivə Direktivi Azərbaycan dilinə tərcümə olunmuş və həmin sənəd SEİİ planlaşdırmasını sınaqdan keçirmək üçün müxtəlif agentliklər tərəfindən istifadə olunur. Həmçinin ölkənin 2 pilot regionu üçün ÇHİE Planları hazırlanmışdır. Su sıyasəti və idarəçiliyi sahəsində əsas milli orqanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin nəzdində yaradılan Milli Su Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC və Azərsu ASC –dır. Yeni Milli Su Agentliyinin yaradılması su sektoru ilə bağlı bir çox təşkilati və idarəetmə məsələlərinin həllində mühüm addımdır. Lakin buna baxmayaraq qeyd etmək lazımdır ki, su ehtiyyatlarının deqradasiyasının qarşısını almaq və onların səmərəli istifadəsi və idarə olunması üçün yuxarıda göstərilən təşkilatların hüquq və vəzifələrinin tam şəkildə aydınlaşdırılmasına ehtiyac var. Azərbaycanda hövzə prinsipinə əsaslanan dövlət su idarə olunması sistemi yoxdur. Əhali, iqtisadiyyat, kənd təsərrüfatı və s. daxil olmaqla bütün sektorların su təminatına inteqrasiyalı yanaşmanı həyata keçirən və çaylar və su anbarlarında su ehtiyyatlarının vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlər görülməsinə cavabdeh olan bir dövlət orqanının olması vacibdir. Götürülən suyun miqdarı və çirkli suların axıdılması üçün məhdudiyyət qoyulması üzrə müəyyən edilmiş yanaşma istehsalın növü və həcmini, texnologiyaları və müəssisələrdə mövcud olan su təhcizatı sxemlərinin necə olmasını (birbaşa, ehtiyat və s.) nəzərə almır.

Su sektoru orqanlarının (Milli Su Agentliyi istisna olmaqla) və digər əlaqəli təşkilatların əsas fəaliyyətləri aşağıda təsvir olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi su ehtiyatlarının konservasiyası və çirklənmədən qorunması üçün məsuliyyət daşıyır. Daimi olaraq hidroloji, hidrogeoloji və hidrokimyəvi müşahidələr aparmaqla su ehtiyatlarını uçotunu aparır və onların keyfiyyətinə nəzarət edir, su balansını inkişaf etdirir, su rejiminin elementlərini proqnozlaşdırır, yeraltı su ehtiyatlarını dəyərləndirir, su ehtiyatlarının səmərəli istifadəsi və bərpası məsələləri ilə məşğul olur.

Page 11: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

11

Ekologiya və Ətraf Mühit Siyasəti Departamenti milli səviyyədə su ehtiyatlarının konservasiyası və çirklənmədən qorunması siyasətinin əsas istiqamətlərini müəyyən edir. Ətraf Mühitin Mühafizəsi Departamenti ətraf mühitin qanuni aktlarına əməl olunmasının monitorinqini aparır, onların icrası üzrə fəaliyyətləri koordinasiya edir və planlaşdırılmış fəaliyyətlərin su ehtiyatları ilə bağlı mövcud olan qanunvericiliyə uyğun olmasına nəzarət edir.

Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departamentləri səth sularının miqdarının və keyfiyyətinin monitorinqi ilə məşğul olurlar. Yeraltı sualrın monitorinqi Milli Geoloji Kəşfiyyatı Xidməti tərəfindən aparılır. Su ehtiyatlarının vəziyyəti və tərtib olunmuş rəhbər sənədlər Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlərin İstifadəsi üzrə Məlumat və Arxiv Fondunda saxlanılır. Ətraf Mühitin Monitorinqi üzrə Milli Departamentin Ətraf Mühitin Çirklənməsi Mərkəzi suyun keyfiyyətinin analizini aparır. Nazirliyin Qazax şəhərində regional idarəsi var.

Hidrometeorologiya Departamentinin 11 regional bölməsi vardır. Bunlardan biri Gəncə-Qazax regionunun çaylarının su ehtiyatlarını monitorinq etmək üçün Gəncədə yerləşir.

Milli Geoloji Kəşfiyyat Xidmətinin ixtisaslaşmış Hidrogeoloji və Mühəndis Geoloji Ekspedisiyası yeraltı resursların qiymətləndirilməsi, bütün ölkədə yeraltı suların keyfiyyətinin öyrənilməsi, müxtəlif təşkilatlar tərəfindən yeraltı suların idarə edilməsi şərait və imkanların müəyyənləşdirilməsi fəaliyyətini həyata keçirir.

Yaxın gələcəkdə yuxarıda qeyd olunan 2 regional bölmənin su ehtiyatlarını lazım olan səviyyədə monitorinq etmək, onların SEİİ prinsipləri əsasında nəzarəti və istifadəsini inkişaf etdirmək və müvafiq qaydada tənzimlənməsini həyata keçirmək üçün gücləndirilməsinə ehtiyac var. Həmçinin su ehtiyatlarının monitorinqini aparmaq üçün lazım olan imkanı yaratmağa, AB SÇD tələblərinə uyğun su obyektlərinin monitorinqini planlaşdırmağa və həyata keçirməyə ehtiyac var.

Meliorasiya və Su Ehtiyatları Səhmdar Cəmiyyətinin əsas funksiyalarına Respublikanın iqtisadiyyatının müxtəlif sektorlarını su ilə təmin etmək və su ehtiyyatlarının səmərəli istifadəsinə nəzarəti həyata keçirmək; suvarılan torpaqları drenaj sistemi ilə təmin etmək; su təhcizatı və meliorasiya qurğularını idarə etmək, selə qarşı tədbirləri həyata keçirmək və s. daxildir.

Meliorasiya və Su Təsərrüfatı ASC əvvəllər sudan inteqrasiyalı istifadəyə cavbdeh olan, su ehtiyatlarına olan tələbatı qiymətləndirən, onlarin proqnozunu və istifadə normalarini hazirlayan və irriqasiya sistemini idarə edən bir qurum idi. ASC həm də Sudan İstifadəçilər Assosiasiyaları ilə birlikdə su istifadəsini koordinasiya edən və iqtisadiyyatın müxtəlif sektorları arasında suyun bölüşdürülməsini praqnozlaşdıran, sudan istifadə haqqını müəyyən edən və transsərhəd su ehtiyyatlarının idarə olunması ilə məşğul olan digər agentliklərlə su ehtiyyatlarının inteqrasiya olunmuş istifadəsini həyata keçirirdi. İndi onun bəzi funksiyaları yeni yaradılmış Dövlət Su Agentliyinə verilmişdir.

Gəncə-Qazax regionunda ASC-in yerli səviyyədə sudan istifadəni idarə edən və suvarma üçün planlaşdıran idarələri var. Meliorasiya ASC-nin Hidroloji və Torpaq Meliorasiya Xidməti departamenti regional ofisləri cəlb etməklə suvarılan ərazilərdə yeraltı suların və torpağın keyfiyyətinə nəzarət edir; Su Ehtiyyatları və Torpaq Meliorasiya Qurğularının Sertifikatlaşdırılması və Kadastrı İdarəsi su ehtiyatlarını sistemləşdirir və qeydiyyatını aparır; Suvarma Sistemləri və Su anbarlarının və Əsas Drenajların Əməliyyatı Şöbəsi müvafiq regional departamentlərin işini birgə koordinasiya edir. “Su Ehtiyatları və Ödənişli Su İstifadəsinə Nəzarət” şöbəsinin fəaliyyətlərinin səmərəli planlaşdırılması üçün Su İstifadəçiləri Assosiasiyalarına Dəstək Qrupları yaradılmışdır.

Page 12: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

12

Su Hövzəsinin İnteqrasiyalı İdarəetmə Planına uyğun olaraq hövzə səviyyəsində su ehtiyyatlarının idarə olunması və planlaşdırlımasında iştirakı üçün ASC-nin yuxarıda qeyd olunan idarə və ofislərini regionlarda gücləndirmək lazımdır

Səhiyyə Nazirliyi öz Gigiyena və Epidemiologiya Mərkəzi ilə içməli suyun keyfiyyət üzrə standartların təyin edilməsinə və onun monitorinqinə cavabdehdir. Regionlarda suyun keyfiyyətinə nəzarət üçün Nazirliyin müvafiq bölmələri var.

Problemlər: müasir avadanlıq və reagentlərin olmaması; yerli su keyfiyyəti standartlarının AB standartlarna uyğun olmaması.

Içməli suyun tələb olunan keyfiyyət standartlarına uyğunluğunu qiymətləndirmək üçün Gəncə-Qazax regionunun əsas şəhərlərində nazirliyin regional ofislərinin imkanlarını gücləndirmək lazımdır. SEİİ tələblərinə uyğun su qiymətləndirilməsini təmin etmək üçün ETSN – nin regional idarələri ilə əməkdaşlıq etməklə su monitorinqi proqramlarını inkişaf etdirmək və həyata keçirmək lazımdır.

“Azərsu” Qapalı Səhmdar Cəmiyyəti Azərsu Su təchizatı və Kanalizasiya xidmtələri üzrə dövlət şirkətidir. O 2004-cü ildə yaradılmışdır. Qurum Böyük Bakının və ölkənin digər bölgələrinin Su təchizatı və Kanalizasiya sistemlərinin birgə idarəçilik məqsədilə birləşdirilməsi nəticəsində yaranmışdır. Azərsunun Azərbaycanın bütün bölgələrində o cümlədən Qazax-Gəncə bölgəsində yerləşən ofisləri, üçün yerli icra qurumları və Sudan İstifadə edənlər Assosiasiyalarının dəstəyi ilə SEİİ- nə əsaslanan su idarəçiliyi sahəsində müvafiq treninqlər keçirilməli və onların potensialı gücləndirilməlidir.

Xülasə Azərbaycanda su idarəçiliyi mərkəzləşdirilmişdir və sektorlararası əlaqənin zəif olması səbəbindən bu sahədə bütün qərarlar hər bir müvafiq qurumun mərkəzi ofisi tərəfindən onun fəaliyyət sahəsi üzrə ayrı ayrılıqda verilir.

Tənzimləyici sənədlərin və icazələrin hazırlanması və onlara əməl olunmasına nəzarət sahəsində müvafiq qurumlar arasında cavabdehlik aydın formada bölüşdürülməlidir. Sudan istifadəyə icazənin verilməsi prosesində müstəqilliyi təmin etmək məqsədi ilə icazələrin hazırlanması və sudan istifadəyə nəzarət ayrıl- ayrılıqda həyata keçirilməlidir.

Su toplanan ərazilər inzibati tənzimləmələrdə nəzərə alınmalıdır. Buna baxmayaraq hüquqi uyğunluğa vahid nəzarət, təşkilatların funksiyalarının və əməliyyatlarının inkişaf etdirilməsi regional hakimiyyət orqanlarının mərkəzləşdirilmiş planlı idarə olunmasını zəruri edir.

Monitorinq məlumatları, həmçinin ilkin məlumatlar bütün hökümət təşkilatları üçün toplayan və ödəyicidən asılı olmayaraq əlçatan olmalıdır. Əks halda nizamnaməni tərtib edənlər üçün problemlərin vahid qiymətləndirilməsi və həlləri yollarını təyin etmək mümkün deyil. Bütün çöl məlumatlarının toplanılmasını və təhlilini edən laboratoriyalar sertifikatlaşdırılmalıdır.

Su ehtiyatlarının inteqrasiyalı idarə olunmasına dəstək üçün regional səviyyədə dəstək qruplarının yaradılması haqda düşünülməlidir. Bu qruplar regional səviyyədə su strategiyasının həyata keçirilməsində bütünlüklə əsas rol oynayan hökümət, icmalar, müəssisələr və QHT nümayəndələrindən ibarət olmalıdır. Bu əməkdaşlıq qrupları həmçinin su istifadəsinin məqsədləri və

Page 13: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

13

mühafizəsini müzakirə edə, zəruri yeni tədqiqatlar planlaşdıra və yeni regional maliyyə imkanları axtara bilər.

Ekologiya Nazirliyi, Dövlət Su Agentliyi və donor dəstəyi olan layihələr Ekologiya Nazirliyi, Dövlət Su Agentliyi və donor dəstəyi olan layihələrin köməyi ilə digər təşkilatlar tərəfindən aşağıda göstərilən əsas işlər görülə bilər:

• Bütün maraqlı tərəflərin planlaşdırma və həyata keçirmə imkanlarını artırmaq.

• Su sahəsində Milli Agentlikləri gücləndirmək.

• AB SÇD tələblərinə uyğun olaraq çay hövzələrini, su ehtiyatlarını və digər resursları inteqrasiyalı idarə etmək məqsədilə Hövzə İdarəetmə Qurumları(HİQ) və İctimai Hövzə Şurası(İHŞ) kimi çay hövzəsi qurumlarının yaradılması üçün proqramları cəmləşdirmək.

• Texniki boşluqların qiymətləndirilməsi, bu boşluqları doldurmaq üçün təlim proqramlarının inkişaf etdirilməsi və bu proqramların həyata keçirilməsinə başlamaq.

• Su ehtiyatlarının inkişaf etdirilməsi, planlaşdırılması və idarə olunması üzrə müvafiq məsələlərdə bütün maraqlı tərəflərin (dövlət qurumları, özəl sektor, yerli icmalar və s.) texniki imkanlarını gücləndirmək. Hövzə planlaşdırılmasında onların fəal iştirakını daha da atrırmaq.

1.2 Hövzənin təbii şəraiti

1.2.1 Coğrafi mövqe

Gəncə-Qazax iqtisadi rayonu Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Xanlar, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərlərini özündə birləşdirməklə Azərbaycanın qərb hissəsində yerləşir. Regionun əlverişli iqtisadi-coğrafi mövqeyi var. Kiçik Qafqaz sıra dağlarının Şimal-Şərq yamacında yerləşir, Cənub-Qərbdən Ermənistanla, Şimalda və Qərbdə Gürcüstanla həmsərhəddir. İqtisadi rayon 12500 km2 (Azərbaycan Respublikası ərazisinin 14.4%-i) ərazini əhatə edir. İqtisadi Rayonun ərazisi landşaft xüsusiyyətləri nəzərə alınmaqla 4 zonaya bölünə bilər: maili düzənliklər, dağətəyi zona, orta dağlıq (dəniz səviyyəsindən 1000-2000 m yüksəkdə) və alp zonaları (dəniz səviyyəsindən 2000 m-dənyüksəklikdə). Regionda hər zonanın iqlimi fərqlidir(Mənbə: Elba LLC, Wikipedia). Region Azərbaycan, Gürcüstan və Qara Dəniz sahillərini birləşdirən dəmir yol və magistral yollar üzərində yerləşir. Onlar əsas nəqliyyat qovşaqları olaraq Gəncə, Qazax və Ağstafanı birləşdirir. Gəncədə Respublika əhəmiyyətli hava limanı yerləşir. Xəzər Dənizindən dünya bazarlarına çıxarılan neft və qaz nəql edən boru xətləri( Bakı- Tbilisi- Ceyhan Neft Kəməri, Bakı - Tbilisi- Ərzurum Qaz Kəməri və Bakı- Supsa Qərb Neft İxracı Kəməri ) regionun ərazisindən keçir.

Page 14: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

14

Ərazininn əsas çayları birbaşa Kür çayına və ya Kür çayı üzərindəki anbarlara tökülən Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Kürəkçay və Tərtərçay çaylarıdır. Seçilmiş pilot ərazisi bu çayların hövzələrini əhatə edir:Ağstafaçay, Tovuzçay, Şəmkirçay və Gəncəçay(Şəkil 1.2)

Şəkil 1.2 Seçilmiş pilot ərazinin çayları Pilot ərazi çayları hövzələrinin əsas coğrafi xüsusiyyətləri: 1. Gəncəçay Kiçik Qafqazın Murovdağ silsiləsinin şimal yamacından başlayır. Çayın hövzəsi Murovdağ silsiləsi boyunça Tərtərçayla, qərbdən Qoşqarçay hövzəsi ilə, şərqdən isə Kürəkçay hövzəsi ilə həmsərhəddir. Hövzənin orta eni 7.6 km, orta hündürlüyü isə 1119 m-dir. Çayın ümumi düşməsi 2744 m, orta meyilliyi 27.7%, çay şəbəkəsinin sıxlığı isə 0.64 km/km2 təşkil edir. 2. Şəmkirçay Sarısu və Ağdaşsu çaylarının qovşmasından (Kiçik Qafqazın Şahdağ silsiləsi) başlayır. Sarısunun mənbəyi Şəmkirçayın mənbəyi kimi qəbul oluna bilər. Sarısu 3220 m yüksəklikdə olan Hinaldağdan başlayır. Şəmkirçay hövzəsinin sahəsi 1170 km2, uzunluğu 95 km-dir, onun 6 sağ qolu və 8 sol qolu var. Şəmkirçay Xuluf kəndi yaxınlığında 93 m yüksəklikdə Kür çayına tökülür. Hövzənin orta hündürlüyü 1634 m-dir. Çayın ümumi düşməsi 3127 m, onun 43.5%-i dağlıq əraziyə ,14%-I düzənlik əraziyə düşür. Çayın hövzəsində meşə sahəsi Barsum kəndinə qədər 310 km2 ərazini əhatə edir. Xulif yaxınlığında Tuqay meşələri var.

Page 15: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

15

Şəmkirçayın mənbəyində buzlaq fəaliyyəti nəticəsində Göygöl gölü əmələ gəlib. Göygöl 2470 m yüksəklikdə yerləşir. Gölün uzunluğu 1250 m, minimal dərinliyi 60 m-dir. Göygölün axını tənzimlənir və o intensiv suvarma dövründə Şəmkirçayı qidalandırır. 3. Tovuzçay Kiçik Qafqazın Murğuz silsiləsində 1973 m hündürlükdən başlayır və Dondar-Quşçu kəndindən 24 m qərbdə Axınça çayına tökülür. Tovuzçay hövzəsinin orta hündürlüyü 1142 m, ümumi düşməsi 1440 m-dir. Hövzəsinin 30 % i (83 km2) meşə ərazisidir. Çay şəbəkəsinin sıxlığı 0.93 km/km2-dir. Çayın dərəsi əsasən V şəkillidir. Əlibəylı kəndinə kimi dərənin eni 50-75 m, yamacların hündürlüyü 100-200 m, mailliyi isə 20 – 45 % - dir. Dərədə Əlibəylıdən mənsəbə qədər 3-4 terras var (Mənbə:Məmmədov). 4. Ağstafaçay Kiçik Qafqazın Pampak silsiləsindən (3000 m) başlayır. Hövzənin sahəsi 2586 km2, uzunluğu 133 km-dir. Ağstafaçay transit çaydır və çayın 34 km-lik hissəsi respublikanın ərazisindədir. Çayın orta meyilliyi 21%-dir. Çayın vadisi əsasən V şəkillidir. Ağstafaçay yaz daşqını rejimlidir. Çay əsasən qar (35%) və yeraltı sularla (45%) qidalanır. Yağış sularının payı 25% - dir. Hövzənin çay şəbəkəsinin orta sıxlığı 0.58 km/km2-dir. O 208 m hündürlükdə Kürə tökülür. İllik axımın əsas hissəsi mart-iyun aylarında keşir. Çayın yuxarı axınında daşqın dövrü İyun ayının əvvəllərində bitir.

1.2.2 İqlim və bitki örtüyü

İqlim Gəncə-Qazax regionu, düzənliklərdə yarımsəhra və quruçöl iqlim tipinə malikdir. Dağlıq ərazisinin iqlimi soyuq və rütubətlidir. Orta illik temperatur 11.8-130C təşkil edir. Orta illik yağıntıların miqdarı 250-500 mm arasındadır. İyul ayında orta temperatur 23-260C, mütləq maksimum 37-400C-dir. Qış mülayim-istidir. Yanvar ayı üçün orta temperatur 00C-dir. Mütləq minimum temperatur -6-100 C arasındadir. Şaxta olmayan dövrün müddəti 220-250 gündür. Uzun müddət qalan qar örtüyü olmur. Illik yağıntı 550-850 mm-dir. Yüksəkliklər üzrə yağıntının miqdarının dəyişməsi aşağıdakı cədvəldə verilmişdir:

Cədvəl 1.1. Yüksəkliklər üzrə yağıntı miqdarının dəyişməsi

Yüksəklik m 200 500 1000 1500 2000 2500 3000 300 m 395 mm 550 mm 690 mm 810 mm 895 mm -

Cədvəldən göründüyü kimi yüksəklik artdıqca yağıntıların miqdarı da artır.

Ən hündür dağlıq ərazidə iqlim soyuqdur. Yayı nisbətən sərindir. İyul ayı üçün orta temperatur 17-230C-dir. Qışda hava soyuq və qarlıdır. Yanvar ayı üçün orta temperatur 30C, mütləq minimum üçün orta qiymət -14-150 C-dir. Şaxta olmayan dövrün müddəti 180-220 gündür. 1300-1400 m-dən hündürdə olan və uzun müddət (60 gündən çox) qalan qar örtüyü də müşahidə olunur.

Page 16: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

16

Ərazinin iqlim şəraitinin dəyişikliyini qiymətləndirmək üçün 1961-1990 və 1991-2005-ci illəri əhatə edən dövrlərdə illik və mövsümi hava temperaturu və yağıntıların miqdarından istifadə oluna bilər. Misal kimi havanın temperaturu və yağıntıların dəyişməsi aşağıdakı cədvəldə verilmişdir (Cədvəl 1.2 və 1.3) Cədvəl 1. 2. Gədəbəy stansiyasında hava temperaturunun tərəddüdü (0 C)

Dövrlər Qış Yaz Yay Payız İllik

XII-II III-V VI-VIII IX-XI XII-XI 1961-1990 - 1.07 6.7 16.5 9.03 7.80 1991-2005 - 0,90 7,07 17,8 9,74 8,42 Fərq(0C) 0.17 0.37 1.3 0.71 0.62

1991-2005-ci illərdə regionda hava temperaturunun illik artımı ortalama 05-070C təşkil edir Cədvəl 1.3. Ağstafa stansiyasında yağıntıların dəyişikliyi (%)

Dövrlər

Qış Yaz Yay Payız İllik

XII-II III-V VI-VIII IX-XI XII-XI 1961-1990 54,6 119 113 76.7 362,9 1991-2005 24,09 55,5 93,5 60,7 233,8 Fərq(%) -56 -53 -17.2 -21 -36

Regionun digər stansiyalarının bir çoxunda da yağıntıların azalması müşahidə olunur. Cədvəl 1.2-dən göründüyü kimi regionda hava temperaturunun illik artımı təqribən 0.6 0Ctəşkil edir. Yağıntılar son 15 il ərzində azalır. Bu dəyişikliklər və buxarlanma qabiliyyətinin hesablanmasında və həmçinin kənd təsərrüfatı məhsullarının su rejimində nəzərə alınmalıdır. Bitki aləmi Aşağıda Gəncəçay hövzəsində daha çox yayılmış bitki növləri haqda məlumat verilmişdir: Düzənlik və dağətəyi zonada yarımsəhra bitkiləri əsasən Gəncə Bozdağın cənub hissəsində olan delüvial-prolüvial düzənliklərdə yayılmışdır. Bu bitkilərin yayıldığı ərazinin yuxarı sərhədi dəniz səviyyəsindən 200-300 m-dir. Quru çöl və çöl bitkiləri. Bu bitkilər kiçik Qafqazın yüksək ərazilərindəki maili düzənlikləri tutur (mütləq hündürlüyü 250-300 m-dən 500 m-ə qədər Gəncəçay və Goranboy arasında olan monoklinal maili düzənliklər). Dağ meşələri. Əsas meşə əmələ gətirən bitki növü Murovdağ silsiləsinin şimal yamacının orta dağlıq meşələrində bitən Hiss ağacıdır. Gürcü palıdı, şərq palıdı, Qafqaz vələsi geniş yayılmışdır.

Page 17: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

17

Bundan başqa göyüş və kol bitkilərindən zoğal, göyəm, itburnu, alça, fındıq və başqalarına rast gəlinir. Yarımsəhra və quru çöl bitkiləri Gəncəçay hövzəsində 400-500 m-ə qədər hündürlükdə yayılmışdır. Ondan yuxarıda( 600-700 m-ə qədər) çöllərin formalaşmasında qarışıq strukturlu siblyak, bəzən də palıd-vələs kollarının rolu var. Alçaq dağ meşələri 600-700 m-dən başlayır. Əksər hallarda 800-1000 m-ə qədər hündürlüklərə kimi meşələr tamamilə qırılmışdır (Göygöl rayonu) və onların yerində yenidən ağac əkilir. Əsas meşələr hiss, hiss-vələs, hiss və palıd meşələridir. Zəngin dağ çəmən bitkiləri dağlıq rayonun yüksək dağ zonasının xüsusiyyətidir. Yüksək dağlıq qurşağın çəmən bitkiləri iki zonaya bölünür: subalp və alp çəmən. Yüksək dağ çəmən qurşağının aşağı sərhəddi Gəncəçay hövzəsində 1800-2000 metrdən keçir. Subalp çəmənliyi dağ çəmən zonasının hündür otlardan ibarət olan aşağı hissəsini tutur. Ot bitkilərindən qıyaq, topal və digər otlar yüksək subalp çəmənliklərində qalın bir sahəni əhatə edir. Otların hündürlüyü 1.5-2 m-ə çatır Alp çəmən subalp çəmənlərin (2400-2600 m) üst sərhəddindən 300-320 m-ə qədər olan dağ yamaclarını tutur. Qazax-Ağstafa regionunun bitki örtüyü Kür çayının sol sahilində olan Tuqay meşələri və Ceyrançol ovalığının bitkiləri ilə təmsil olunur. Kür çayı boyunca alluvial düzənliklər söyüd, ağ qovaq, qızılağac və müxtəlif kollarla zəngin tuqay meşələrindən başqa yulğun meşələri ilə də xarakterizə olunur. Bölgədə dağ kserofiti, dağlıq yovşan çölləri, dağətəyi ərazidə yovşanla zəngin quru çöllər və yovşan yarımsəhraları üstünlük təşkil edir. Yovşan və Batis qrupu bitkiləri (şoran və s.) dağətəyi maili düzənliklərdə və arid iqlimin üstünlük təşkil etdiyi Ceyrançöldə daha çox yayılmışdır. Regionun yarımsəhra və quru çöl zonalarında bitki örtüyü suvarma, kənd təsərrüfatı, çökmə və sanaye texnoloji təsirlərin inkişafı nəticəsində mühüm dəyişikliklərə məruz qalmışdır. Təbii fitosenez bu ərazilərdə kənd təsərrüfatı bitkilərinin çoxalması nəticəsində məhv edilmiş üzüm və meyvə bağları onları əvəz etmişdir. Bundan başqa ərazidə karxanalar, qum çuxurları, müxtəlif tikinti zavodları, həmçinin yollar və hidrotexniki infrastruktur tikintiləri də bitki örtüyünü dağıtmışdır. Ağstafa rayonuna məxsus olan Ceyrançöl yüksəkliyinin 170 min hektar otlaq sahəsi vardır ki, bunun da 165 min hektarı istifadəyə yararlıdır. Səhra, yarımsəhra, bozqır və qismən çəmən bitki növləri fitosenez ərazinin təbii bitki örtüyünün əsas hissəsini təşkil edir. Ağstafa rayonunun meşələri 7500 hektar sahəni tutur və əsasən ağ qovaq, söyüd, palıd və qarağacdan ibarətdir. Meşə təsərrüfatında 1826 hektar ağ qovaq meşələrinin, 200 hektar söyüd meşələrinin, 920 hektar palıd meşələrinin və 50 hektar qara ağac meşələrinin payına düşür. Meşə təsərrüfatının zəif mühafizə olunması, məhsuldar torpaqların qorunması sıxlığı nəticəsində su tənzimləyici meşələr azalmışdır, hətta bəzi yerlərdə ağacların qeyri qanuni qırılması və il boyunca meşələrdə heyvan otarılması nəticəsində tamamilə itmişdir. Qovaq meşələrinin özünü təbii bərpa etmək üçün əlverişli xüsusiyyəti olduğundan orada çoxlu cücərti və tumurcuqlar bitir. Meşələrdə mal-qara otarılması nəticəsində tumurcuqların məhv olması bu meşələrin özünün təbii bərpasına mane olur.

1.2.3 Mühafizə olunan ərazilərin və bataqlıqların ekosistemləri

Milli parklar, qoruqlar və ziyarətgahlar, güzəştli, ekoloji, tarixi, estetik və bu tip əhəmiyyətli təbii

Page 18: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

18

komplekslər yerləşən ərazilərdə yaradılmışdır və təbiətin mühafizəsi, maarifləndirmə, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunur. Bunlardan regionda mövcud olan bəziləri aşağıda göstərilib. Göygöl milli parki

Göygöl Milli Parkı 2008-ci il Aprel ayının 1-i Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Xanlar (indiki Göygöl), Daşkəsən və Goranboy rayonlarının inzibati ərazisində Göygöl Dövlət Təbiət Qoruğunun bazasında yaradılmışdır. Milli Park status aldıqdan sonra Göygöl Dövlət Təbiət Qoruğunun ərazisi 6739 hektardan 12755 hektara qədər genişləndirildi(Mənbə ETSN).

Göygöl Milli Parkı Kiçik Qafqazın Şimal-Şərq hissəsində, Kəpəz Dağının Şimal yamacında, dəniz səviyyəsindən 1000-3060 m hündürlükdə yerləşir, orta və yüksək dağ-meşə yarımzonaları, dağ meşə-çəmən, subalp və alp zonalarını əhatə edir. Bu səbəbdən gölün şəffaf suyu onu əhatə edən yaşıl meşələri və mavi səmaları güzgü kimi əks etdirir(Şəkil 1.3).

Şəkil 1.3 Göygölün görüntüsü (Mənbə ETSN)

Göygöl Milli Parkının yaradılmasının əsas məqsədi endemik və nəsli kəsilməkdə olan flora və fauna növlərinin mühafizəsi, təbii komplekslərin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin, ətraf mühitin monitorinqi, əhalinin ekoloji maarifləndirilməsi və potensial turizm zonalarında ekoturizmin inkişaf etdirilməsi üçün daha əlverişli şəraitin yaradılmasıdır.

Göygöl Milli Parkında ən uzun çay Kürəkçayın sağ qolu olan Ağsuçayıdır. Ərazidə ən böyük göl Azərbaycanın ən gözəl və ecazkar göllərindən biri olan Göygöldür. 1939-cu ildə Gəncədə baş verən zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsuçayın qarşısını kəsmiş və Göygöl

Page 19: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

19

yaranmışdır. Ərazidə Maralgöl, Qaragöl, Zəligöl, Ağgöl, Şamlıgöl və s. kimi kiçik göllər də var. Milli parkın əsas hissəsinin zəngin bitki örtüyü var. Ərazidə dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemi yayılmışdır.

1100-2200 m hündürlüyü əhatə edən dağ meşələrinin çox zəngin bitki örtüyü var və 80 ağac və kol növlərini əhatə edir. Meşələrin əsas hissəsi şərq fısdığı, şərq palıdı, Qafqaz vələsi, ağcaqayın, göyrüş, itiyarpaq ağcaqayın kiçik yarpaqlı cökə, iynəyarpaqlı və kox şam ilə təmsil olunur. Kollardan zoğal, zirinc, itburnu, əzgil, milağacı, böyürtkən, Qafqaz bənövşəsi, oduvançik, cançiçəyi, nəcib romaşka, çayırotu, mat ot, çəmən ot və s. kimi dərman bitkilərinə rast gəlinir. Onlar xüsusən subalp çəmənliklərdə yayılmışdır.

Göygöl Milli Parkı həmçinin öz heyvanlar aləmi ilə də zəngindir. Məməlilərdən – Qafqaz nəcib maralı, cüyür, qonur ayı, təkə, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, tülkü, kirpi, köstəbək və s., quşlardan – bildirçin, göyərçin, ağac xoruzu, saqqallı leşyeyən, qaya leşyeyən, Misir leşyeyəni, qartal, bayquş, su quşu, qara ağacdələn, qızıl sarıköynək, meşə torağayı, qaratoyuq və s. ərazidə yayılmışdır. Nadir – Qafqaz nəcib maralı və Forel balığı (göldə) Milli Parkda qorunmaqdadır. Göygöl Milli Parkının gözəl və rəngarəng təbiəti, zəngin flora və faunası turist və qonaqları cəlb etməklə ərazidə ekoturizmin təşkili və inkişafına imkan yaradacaq.

Qarayazı Dövlət Təbiət Qoruğu

Qarayazı Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 2 mart 1978-ci il tarixli qərarına əsasən Qazax rayonu ərazisində — Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində 6000 hektara yaxın ərazidə yaradılmışdır. Lakin sonra qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu Qazax rayonunun Sadıqlı üzümçülük sovxozuna verildi və 4855 hektar ərazisi qaldı. 2003-cü ilin iyun ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qoruğun ərazisi genişləndirilərək 9658 hektara çatdırıldı.

Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir. Bu meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və kürün hidroloji rejiminin dəyişməsilə əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, ağacların cins tərkibi xeyli dəyişilmişdir.

Kürətrafı meşələrin mühafizəsi üçün tədbirlər ilk dəfə Ağstafa rayonundakı Qarayazı meşələri sahəsində həyata keçirilməyə başlanmışdır.

Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayı boyunca onun yatağının sol sahillərini və Qarayazı düzünün xeyli hissəsini əhatə edir. Qoruğun şərqə davamı Qarayazı-Ağstafa Dövlət Yasaqlığıdır. Qərbdə Gürcüstan, şimalda Bakı—Tbilisi dəmiryolu, cənubda Kür çayı ilə sərhədlənir.

Qoruğun ərazisi əsasən meşəlikdən ibarətdir, bununda çox hissəsini meşə ilə örtülü, az hissəsini isə meşə ilə örtülü olmayan sahə təşkil edir. Meşəsiz sahə əsasən qumluqlardan, su sahələrindən, bataqlıqlardan və s. ibarətdir.

Eldar Şamı Dövlət Təbiət Qoruğu

Page 20: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

20

Eldar Şamı Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli 550 nömrəli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisində yaradılmış mühafizə və elmi-tədqiqat idarəsi statusuna malik ərazidir. Qoruğun yaradılmasının başlıca məqsədi genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin (ardıc,saqqızağacı və s.), dünyada yeganə vətəni olan Ellər oyuğunda Eldar şamı meşəliyinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir.

Hələ 1910-cu ildə 3,5 min hektar sahədə Eldar şamı sahəsi botaniki yasaqlıq elan edilmiş və qorunmuşdur. Samux rayonu ərazisində dünyada yeganə təbii Eldar şamı meşəliyinin qorunması məqsədi ilə Azərbaycan hökumətinin 5 may 1948-ci il tarixli qərarı ilə «Eldar şamı» yasaqlığı yaradıldı. Eldar şamı respublikamızın və xarici ölkələrin müxtəlif regionlarının quraq sahələrində əkilməyə başlandı. Quraq, az münbit torpaqlı sahələrin Eldar şamı vasitəsilə yaşıllaşdırılması şöhrəti hərtərəfə yayıldı. Həmin yasaqlıq sonradan qoruq elan edildi. 1961-ci ildə 300 ha sahə Türyançay qoruğunun, 1967-ci ildə Göygöl qoruğunun filialına çevrildi və dövlət meşə torpaqları hesabına 1978-ci ildə 92 ha artırıldı. Hal-hazırda Eldar şamı qoruğunun sahəsi 1686 hektardır.

Eldar şamı qoruğunun yerləşdiyi ərazi mütləq örtüyü 600 m-ə çatan və şimal-qərbdən cənub-şərqə uzanan alçaq dağlıq sahədir. Torpaq örtüyü şiddətli eroziyaya uğramış, çox yerdə torpaq əmələ gətirən suxurlardan azfərqlənən qəhvəyi arid meşə torpaqlarıdır. Burada yarımsəhra və quru bozqırların yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir.

Eldar şamı Ellər oyuğunda özünəməxsus arid meşə landşaftı yaratmışdır. Burada meşələr əsasən Eldar şamı, ardıc, saqqızagacı, murdarça, doqquzdon, nar, efedra, zirinc, qarağan, dovşanalması, qaratikan kimi ağac və kollardan ibarətdir. Eldar şamı ağaclarının yaşı 100-120 il, hündürlüyü 2-6 m, diametri 10-28 sm, boniteti V, sıxlığı 0,32-dir. Onun adı Azərbaycan Respublikasının «Qırmızı kitab»ına daxil edilmişdir.

Qoruğun ərazisinin əsas hissəsini meşə sahəsi, qalan hissəsini isə yarğanlar və sıldırım yamaclar təşkil edir.

Burada heyvanlar aləmi zəngin deyil. Üstünlük təşkil edən heyvanlardan yalnız dovşan, quşlardan isə kəklik diqqəti cəlb edir.

Cədvəl 1.4. Dövlət təbiət yasaqlıqları(Mənbə ETSN)

No DTY adı İnzibati ərazi Sahəsi Yarandığı il 1 Korçay DTY Goygol və Goranboy rayonları 15 000 1961 2 Şəmkir DTY Şəmkir rayonu 10 000 1964 3 Qarayazi-Ağstafa DTY Ağstafa rayonu 10 000 1964 4 Qizilca DTY Gədəbəy rayonu 5135 1984

1.2.4 Geologiya və topoqrafiya

Gəncə-Qazax region respublikamızın iki əsas oroqrafik ərazilərində yerləşir. Onlardan biri Kiçik Qafqaz, digəri isə Kür çökəkliyidir.

Gəncə-Qazax region çaylarında hövzələrinin geoloji quruluşu aşağıdakı kimidir:

Page 21: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

21

1. Yüksək dağlıq ərazi: təbaşir dövrünün süxurları - əhəngdaşı, qumdaşı, gilli şist, təbaşir, qumdaşı tərkibli əhəngdaşı və vulkanik süxurlar – tuf süxurları.

2. Orta dağlıq ərazi: porfirinlər və onların tufları, tufo-kanqlomeratlar və Yura dövrünün tuf qumları.

3. Dağətəyi ərazi: vulkanik süxurlar bazalt və rəngli litoloji tərkibli kontinental çökmə süxurlarla özünü biruzə verir. Onlar iri çay daşları, çakıl, qum, çınqıl, supeslər, gillər və s. şəklində görsənir.

Kür çökəkliyinin böyük oroqrafik vahidlərindən biri Gəncə-Qazax düzüdür. Bu düzənlik həmçinin Kiçik Qafqaz aşağı maili düzü adlanır. Cənub və Cənub-Şərqdə Qarabağ maili düzənliyi və Şimal-Qərbdə isə Xram çayı ilə həmsərhəddir. Düzənliyin eni Şıxlı və Yuxarı Salahlı kəndləri ətrafında 3-5 km, Goranboy rayonunda 35 km-ə qədərdir.

Gəncə-Qazax düzü Şimalda orta Kür dərəsi ilə, Şərqdə Bozdağın Cənub yamacı ilə həmsərhəddir. Düzənliyin hündürlüyü 200-400 m aralıqda dəyişir. Kiçik Qafqazdan axan çaylar onun səthindən keçir.

Gəncə-Qazax düzünün bütün ərazisi alluvial-prolüvial elementlərdən ibarətdir. Kiçik Qafqaz dağlarının Şimal-Şərq yamacının alçaq dağlıq ərazilərində yerləşən Qazax-Ağstafa rayonları Qazax sinklinorium tektonik strukturunun bir hissəsini təşkil edir. Geoloji quruluşu təbaşir, Paleogen dövrünün vulkanik–çökmə və çökmə süxurlarının toplusundan, həmçinin Dördüncü dövrün alluvial-prolüvial və delüvial-prolüvial gilləri, qumdaşı, çınqıl və s. ibarətdir. Kür çayı və Ağstafaçay yatağının sağ sahilində olan üst təbaşir çöküntülərnin ümumi qalınlığı 1800-2000 m-ə çatır ki, dağ əmələgəlmə prosesləri zamanı qırışıqlığa məruz qalmış və tektonik dövrlərdə şırımlaşmış və mürəkkəbləşmişdir. Bu regionun cənub sərhədlərini təşkil edən düzənliklərdə iqtisadi fəaliyyətləri məhdudlaşdırır və bəzi problemlərə səbəb olur. Regionun geoloji və geomorfoloji şəraiti ilə bağlı problemlərindən biri ərazinin seysmikliyidir. Regionun Rixter şkalası ilə 7 ball gücündə zəlzələ zonası kimi qiymətləndirilməsinə baxmayaraq, ərazidə çox zəif təkanlar müşahidə olunur.

Murovdağ, Şahdağ və Qaradağ antiklinorium dağ silsilələri regionun əsas morfostrukturlarıdır.

Hövzələrin çoxunun geoloji və tektonik xüsusiyyətləri, xüsusən də orogen mərhələdə diferensial neotektonik fəaliyyətlərin təsiri altında formalaşmış morfostrukturlar, öyrənilən ərazinin rəngarəng təbii şəraitinin, fiziki-coğrafi komponentlərinin və həmçinin təbii landşaftın ərazi fərqlərinin formalaşmasının əsas səbəbləridir.

Gəncə-Qazax regionunun yüksəklik əraziləri Şəkil 1.4 də göstərilmişdir.

Page 22: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

22

Şəkil 1.4. Gəncə-Qazax regionunun yüksəklik xəritəsi Şəmkir antiklinoriumu Şimal-Şərq yamacın ən böyük morfoloji strukturudur. Bu antiklinorium Yura dövrünün orta və hündür vulkanogen mineral kompleksləri nəticəsində əmələ gəlmişdir. Tektonik yamacın erroziyası nəticəsində Gəncə-Qazax maili düzənliyindən ayrılmışdır. Kiçik Qafqazın bütün Şimal-Şərq yamacı və Kür maili ərazisinin sərhəddində təbaşir gili, əhəngdaşı və qismən vulkanik minerallardan ibarət alçaq monoklonal dərələr var. Çaylar həmin monoklinal dərələrdən axır. Torpaq tipləri Regionda qədim zamanlardan kənd təsərrüfatı inkişaf etdirilir və öz landşaft xüsusiyyətlərindən asılı olaraq intensiv suvarılır. Aşağıda göstərilən torpaq tipləri regionda geniş yayılmışdır: açıq boz-qonur, tünd boz-qonur, nəm çəmən, nəm çəmən-meşə, bataqlıq-çəmən və boz. Yuxarıda qeyd olunan torpaq tipləri regionda şaquli zonallıq üzrə yerləşir. Buna görə də, xüsusən Kür çayı sahillərindən, müxtəlif iqlim şəraitində formalaşan alçaq və orta dağlıqlara qədər olan düzənliklərdə genişlənən müxtəlif torpaq tipləri, genetik, fiziki, kimyəvi və mexaniki xüsusiyyətlərinə və həmçinin istismar intensivliyinə görə fərqlidirlər. Boz-qonur və boz torpaqlarda humusun miqdarı 1.8-3.0% təşkil edir və şorandır. Şoranlıq Ceyrançölün yeraltı sular səthə çox yaxın olan ovalıqlarda və silsilələr arasındakı düzənliklərdə geniş yayılmışdır. Regionun torpaq tipləri kənd təsərrüfatı bitkilərinin becərilməsinə imkan verir. Əsas kənd təsərrüfatı sahələri üzümçülük, taxılçılıq və heyvandarlıqdır. Kartof becərilməsi, bağçılıq və tərəvəzçilik də yaxşı inkişaf etmişdir. Regionun əsas təbii kənd təsərrüfatı resursu Ceyrançöl

Page 23: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

23

düzənliyinin qışlaqlarıdır. Bu ərazilər əsasən otlaq heyvandarlığı (qoyunçuluq) və yem istehsalı üçün istifadə olunur.

1.2.5 Geodinamik proseslər: sel, torpaq sürüşmələri, daşqınlar və s.

Gəncə-Qazax region bir çox təbii fəlakətlərlə üzləşir. Qəfil daşqınlar, sellər və torpaq sürüşməsi geniş əraziləri bürüyür ki, bu da bir çox yerlərdə əmlak və məhsulların məhv olmasına səbəb olur. Bu təbii fəlakətlərin iqtisadiyyata çox boyük təsiri və təzyiqləri var. Bu daşqınlar əsasən zəif mühafizə olunan ərazilərdə yerləşmələri və xidmətlərə zəif yetişmələri səbəbindən yoxsul əhaliyə təsir göstərir. Tez-tez baş verən sel daşqınları onun təsirinə məruz qalan ərazilərin sosial-iqtisadi inkişafına əsas maneədir. Regionun geoloji və geomorfoloji şəraiti ilə bağlı problemlərdən biri ərazinin seysmikliyidir. Regionun Rixter şkalası ilə 7 ball gücündə zəlzələ zonası kimi qiymətləndirilir. 2012-ci il daşqınların və torpaq sürüşmələrinin sayında əhəmiyyətli dərəcədə artım müşhidə olunmuşdur. Bu əkin sahələrinin normadan artıq istismarı və istirahət zonalarının artması və s. daxil olmaqla insan fəaliyyətinin və iqlim dəyişməsinin, təsirinin artması ilə əlaqədardır. Yüksək dağlıq ərazilərdə (Murovdağ silsiləsinin Qamış, Ömər və Koroğlu zirvələrinin ətrafları) bu proseslərə insan fəaliyyətinin təsiri aşağı axın sahələrindəkindən azdır. Murovdağ və Şahdağ silsilələrinin çay axan alp çəmən ərazilərində (Şəmkirçay, Kürəkçay və Gəncəçay çaylarının mənbələri) bitki və torpaq örtüyünə insan fəaliyyətinin bəzi təsirləri olduğuna baxmayaraq, ekosistem hələ də əvvəlki vəziyyətini bərpa (özünübərpa) etməyə qadirdir. Gəncəçay, Şəmkirçay və Zəyəmçayın dərələri boyunca olan subalp çəmənlərdə, meşə zonalarında daşqın, torpaq sürüşməsi və torpaq erroziyası riski, meşə deqradasiyası və torpaq istifadəsinin dəyişdirilməsi (suvarma, yaşayış sahələri və yol tikintisi məqsədi ilə) nəticəsində artır. Nəticədə, yüksək dağ çəmən landşaftının sərhədləri (2200-2800 m) dəyişir və həmçinin meşələrin sahəsi azalır. Bitkilərin və məhsuldar torpaq qatının deqradasiyası nəticəsində erroziya intensivləşir, daşqınların və sellərin sayı artır. Regionun çay dərələrinin aşağı axın ərazilərində vəziyyət daha fəlakətlidir. Bitkilərin çoxu səhra və yarımsəhra ərazilərinin bitkiləri ilə əvəzlənir, səhralaşma prosesi və suvarmanın təsirindən torpağın şoranlığı artır. Daşqın yazda (hövzədə qar əriməsi və həmçinin güclü yağışlar nəticəsində) və tez-tez payızda (güclü yağış zamanı) baş verir. Sel regionda 2 qrupa bölünür: • Turbulent sel • Strukturlaşdırılmış sel Turbulent seldə gətirmələr strukturlaşdırılmış selə nisbətən az olur. Strukturlaşdırılmış seldə gətirmələr çay və çay konusu ətrafında yığılır. Yağıntıdan başqa hövzədə çayın yamacı və quru material növləri selin formalaşmasında mühüm rol oynayır. Ağstafaçayda suyun kritik axım 1960-cı

Page 24: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

24

il 18 Apreldə müşahidə olunmuşdu ki, bu da 144m3/san idi. Ağstafaçayda yüksək axın həmçinin 1942, 1948, 1955, 1959 və 1966-cı illərdə də müşahidə olunmuşdu.

1.3 Hövzənin hidroloji xarakteristikası

1.3.1 Səth su ehtiyatları

Hazırda Milli Hidrometeorologiya Departamentinin Gəncə-Qazax regionunda 23 hidroloji müşahidə məntəqəsi vardır. Bu məntəqələrdən 18-i pilot ərazinin çayları üzərində, 3-ü Kür çayı üzərində və biri Qabırrı çayı üzərindədir. ETSN-nin Milli Hidrometeorologiya Departamenti hövzələrin müxtəlif yüksəklik zonalarında yerləşir( Monitorinq məntəqələri barədə geniş məlumat 4-cü fəsildə verilir). Qazax- Gəncə regionunun su ehtiyatları 1,4- 1,5 km3 təşkil edir. Çay hövzələrinin su balansı cədvəl 1.5.-də verilib

Cədvəl.1.5. Çay hövzələrinin su balansı №

Çay

Məntəqə Su

topl

ayıc

ı sa

hə, k

m2

Suto

play

ıcın

ın

orta

ndür

lüyü

, m

Yağ

ıntı,

mm

Axı

m, m

m

Buxa

rlan

ma,

m

m

1 2 3 4 5 6 7 8

Page 25: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

25

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26

Ağtafaçay Ağtafaçay Agstafaçay Coğaşçay Əskipara Əskipara Həsənsu Axıncaçay Axıncaçay Tovuzçay Tovuzçay Zəyəmçay Zəyəmçay Cəyirçay Şəmkirçay Şamkirçay Qoşqarçay Gəncəçay Gəncəçay Gəncəçay Zivlançay Zivlançay Gəncəçay Kürəkçay Kürəkçay Gorançay

Dilijan İcevan Ayrı körpü Coğaş Voskepar Məzimli Saxkavan Ayqedzor Ağdam Bərd Öysüzlü Ağbaşlar Yanıxlı Cəyir Barsum Qalakand Daşkəsən Zurnabad Yuxarı Zivlançayın Mənsəbi Aşağı Zivlançayın Mənsəbi Zivlançay Gədəmiş Göygöl Çaykənd Dozular Ağcakənd

222 1270 1610 167 184 266 169 425 521 102 264 511 740 113 922 137 105 332 83.4 160 46.2 54.4 439 198 439 128

2010 1835 1800 1520 1430 1260 1605 1500 1480 1580 1170 1720 1520 1650 1897 2458 1850 1905 2442 2320 2220 2140 1675 2010 1760 2190

700 630 600 580 610 570 600 589 560 590 500 610 570 590 660 700 630 660 720 690 730 715 640 660 650 680

356 216 198 185 182 152 265 229 196 282 103 302 220 193 286 520 258 382 640 486 533 539 308 429 272 489

344 414 402 395 428 418 335 351 364 308 397 308 350 397 374 180 372 278 80 204 197 176 332 231 378 191

Region çaylarının axım layı hündürlüyə və yağıntının miqdarına görə dəyişir (Cədvəl 1.5).

Yüksək axım modulu Gəncəçay, Zivlənçay və Gorançay hövzələrinin yuxarı hissəsində müşahidə olunur. Hündürlük artdıqca axım layı da artır (Cədvəl 1.6).

Tovuzçayda 1170 m-dən yüksəkdə axım layı aşağıdır (103mm). Bu həmin ərazidə yağıntının da az olması (500mm) ilə izah olunur.

Gəncə-Qazax regionunda müşahidə materialların əsasında qiymətləndirilmiş hündürlük ilə axının dəyişdirilməsi cədvəl 1.6-da verilir

Cədvəl.1.6. Gəncə-Qazax regionunda axımın hündürlüklər üzrə dəyişməsi

Hündürlük, m

200 500 1000 1500 2000 2500 3000 10mm 20mm 70mm 180mm 400mm 800mm 910mm

Page 26: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

26

Yuxarıdakı qeyd edildiyi kimi regionda orta illik hava temperaturunda təxminən 0.6 artma müşahidə olunur. Yağıntılar isə son 15 ildə azalıb. Hesab edirik ki, bu dəyişiklər buxarlanma-transpirasiya və həmçinin kənd təsərrüfatı məhsullarının su rejimini hesablamaqla nəzərə alınmalıdır.

Region çaylarında əsasən yaz daşqınları olur və bu zaman illik çay axımının təqribən 40-50 %-i keçir. Yayda suyun səviyyəsi qışla müqayisədə daha yüksək olur. Payızda yağışlarla əlaqədar olaraq daşqınlar da baş verir. Region çaylarının bəziləri üzrə su ehtiyatının illik paylanması cədvəl 1.7-də göstərilib. Cədvəl 1.7. Axının illik və mövsümi paylanması N Çay/məntəqə Ölçü

vahidi Qış XII-II

Yaz III-IV

Yay VI-VIII

Payız IX-XI

II

1 Ağtafaçay/ Barxudərli (su anbarından aşağıda yerləşir)

m3/san. 3.05 17.49 9.2 4.4 8.65 mln. m3 24.2 139 73,3 34,9 271 % 10 51 26.5 12.5 100

2 Həsənsu/ Saxkavan

m3/san. 0.54 2.6 1.8 0.85 1.43 mln. m3 4,19 20,7 14,3 6,76 45,0 % 9.0 44.9 31.4 14.7 100

Havanın temperaturunun artması və yağıntıların azalması Gəncə-Qazax regionu çaylarında su ehtiyatının 10-15% azalmasına gətirib çıxarır (təxminən 1.5 milyard kub metrdən 1,3 milyard kub metrə qədər).

Regionda intensiv antropogen təsir 90-cı illərin əvvəllərində başlanıb. Bu eyni zamanda iki dövr üzrə illik və mövsümi çay axımlarının müqayisəsindən də aydın şəkildə görünür (şəkil 1.5: 1961-1990 və 1991-2005).

0

1

2

3

4

5

6

7

8

9

winter spring summer autumn annual

м3/

с

1961-1990 1991-2005

Page 27: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

27

Şəkil 1.5. Zəyəmçayın Ağbaşlar məntəqəsində illik və mövsümi çay axımlarının müqayisəsi İqlim dəyişkənliyinin su ehtiyatlarına təsirinin qiymətləndirilməsini aparmaq məqsədilə yuxarıda göstərilən dövrlər üçün çay axımları və meteoünsürlərin dəyişikliklərinin müqayisəsi yerinə yetirilib. Cədvəl 1.8. Gəncəçay (Zurnabad) çay axımının (%) və Gəncə stansiyasında havanın temperaturunun (0C) və yağıntıların (%) iki müxtəlif dövr üçün müqayisəli təhlilinin nəticələri.

Ünsürlər

Qış Yaz Yay Payız Illik

XII-II III-V VI-VIII IX-XI XII-XI Gəncə stansiyasında havanın temperaturu (0C) 0.8 0.3 0.8 0.7 0.65 Gəncə stansiyasında yağıntı (%) -18 -16 -16 1 -13 Gəncəçayın (Zurnabad) çay axımı (%) -12 -12 -23 -17 -20

Cədvəldən göründüyü kimi havanın temperaturunun artması və yağıntının azalması nəticə etibarilə çay axımının azalmasına səbəb olmuşdur.

1.3.2 Pilot ərazi çaylarının əsas xüsusiyyətləri

Gəncəçay Çay mənbəyini 2814m yüksəklikdən götürür. Gəncəçay Kürə tökülür. Gəncəçayın uzunluğu 99km, ümumi hövzəsi 752 km2-dir. Çayın 9 qolundan 5-i sağ, 4-ü isə sol qollarıdır (Cədvəl 1.9 ). Cədvəl 1.9. Gəncəçayın əsas qolları Çayın adı Sağ/sol sahil ML, km L, km Km2 Zincirliçay Sol 91 11 29 Danagirənsu Sağ 85 9 14 Zivlənçay Sağ 75 15 48 Gozaçay Sağ 72 7 14 Çimkirçay Sağ 69 6 10 Dəstəfurçay Sol 66 28 69 Madyunçay Sağ 59 6 12 Dərəmirzəçay Sol 56 12 46 Xanbulaq Sol 53 13 25

Gəncəçay yazda daşan çaylar qrupuna aiddir. Daşqın dövrləri mart ayından iyun ayına kimi davam edir. Daşqın dövrünün orta müddəti 137-150 gündür. Daşqınların orta başlanğıc vaxtları Gədəmiş çayında martın 17-si, Zurnabadda martın 9-u, Alaxançallı çayında isə mart ayının 20-sinə və bitmə vaxtları isə 4-6 avqusta təsadüf edir. Hərçənd, Zilvənçay daşqını 131 gün davam edir və onun orta başlanğıc vaxtı mart ayının 17-si, bitmə vaxtı isə 28 iyuldur. Gəncəçayın sol qolu olan

Page 28: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

28

Dəstəfurçayda da daşqınlar 131 gün davam edir. Daşqınların orta başlanğıc vaxtı 6 mart, bitmə vaxtı isə 15 iyuldur.

Gəncəçay 32% qar suları və 44% qrunt suları ilə qidalanır. Yaz daşqını dövründə illik axın çayın ümumi həcminin 60%-ini təşkil edir. Avqust, oktyabr və bəzən noyabrda düşən yağıntılar qısamüddətli daşqınlara səbəb olur. Əsas çay və onun qolları üzərində 5 hidrometrik məntəqə var.

Gəncəçay üzərində – Alaxançallı məntəqəsində axım norması 137 m3/s 29 iyun 1974-cü ildə 13,7 m3/s ən yüksək su sərfi və 12 yanvar 1986-cı ildə 0,33 m3/s minimal su sərfi müşahidə olunmuşdur.

Gəncəçay üzərində – Gədəmiş məntəqəsində axım norması 1,63 m3/s, ən yüksək su sərfi – 7 iyun 1974-cü ildə 15,9 m3/s və 14 fevral 1986-cı ildə 0,37 m3/s minimal su sərfi müşahidə olunmuşdur.

Zurnabad məntəqəsində stasionar müşahidələr həyata keçirilir. İllik axım norması 4,38 m3/s, 11 iyul 1965-ci ildə 107 m3/s ən yüksək su sərfi və 1 mart 1939-cu ildə 0,36 m3/s minimal su sərfi müşahidə olunmuşdur.

Şəmkirçay Çay şəbəkəsinin orta sıxlığı 0,83 km/km2-dir. Mənsəb hissəsinin çay dərəsi dayazdır və V formasında olur, aşağı axında dərinlik artır. Hövzə mailliyinin hündürlüyü 100-150m. çay dərəsinin eni 20-50 mdir(Mənbə: Məmmədov). Cədvəl 1.10. Şəmkirçayın əsas qolları Çayın adı Sağ/sol sahil ML, km L, km Km2 Sarısu Sağ 84 12 30 Ağdaşsu Sol 84 11 28 Adsız Sol 79 9 20 Qoşqarçay Sağ 76 18 86 Çobançay Sol 74 7 8 Murtuzçay Sol 70 11 20 Şəmkirçay Sağ 69 25 192 Aytalçay Sol 65 6 14 Gədəbəyçay Sol 60 19 121 Əmirvarçay Sağ 58 19 100 Adsız Sağ 56 10 20 Sərdarçay Sol 54 9 19 Barsumçay Sol 47 7 19 Nuzkərçay Sağ 39 7 36

Şəmkirçay yaz daşqınlı rejimə malikdir. Mövsümi qar suları ilə qidalanmaq 38% təşkil edir.

Şəmkirçay üzərində 2 hidrometrik məntəqə var. Şəmkirçayın hövzəsinin Qalakənd yaxınlığındakı məntəqəyə qədər olan ərazisi 117 km2-dir və 1966-cı ildən bugünə kimi ərazidə stasionar müşahidə həyata keçirilmişdir. Məntəqənin məlumatlarına əsasən çayın axın norması 2,34 m3/s-dir.

Şəmkirçayın hövzəsinin Barsum məntəqəsinə qədər olan ərazisi 92 km2-dir. Məntəqənin hidrometrik məlumatlarına əsasən çayın axım norması 8,38 m3/s olmaqla ən yüksək su sərfi - 240 m3/s iyulun 4-ü 1981-ci ildə qeydə alınmışdır

Orta çoxillik maksimal su sərfi 67,1 m3/s təşkil edir.

Page 29: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

29

Tovuzçay Tovuzçay hövzəsinin sahəsi 278 km2, uzunluğu isə 42 km-dir. Tovuzçay həmçinin tranzit çaydır və onun Azərbaycan ərazisində uzunluğu 11 km-dir. Tovuzçay Axıncaçayın sol qoludur. Tovuzçayın əsas qolları aşağıdakılardır:

1. Çayın sol qolu; uzunluğu 7 km, hövzəsinin sahəsi 25 km2-dir. Qol çaya Tovuzçayın mənsəbindən 34 km yuxarıda tökülür.

2. Navur çay, sol qol; uzunluğu 8 km, hövzəsinin sahəsi 10 km2-dir. Qol çaya Tovuzçayın mənsəbindən 22 km yuxarıda tökülür.

3. Noraşen çay, sağ qol; uzunluğu 17 km, hövzəsinin sahəsi 26 km2-dir. Qol çaya Tovuzçayın mənsəbindən 10 km yuxarıda tökülür.

Su rejiminin əsas fazasını gursululuq dövrü təşkil edir. Yaz daşqınları dövrü qısa zamanda yekunlaşır və yaz-yay yağışları (aprel-iyul) daşqınlara səbəb olur.

Axım norması 0,7 m3/s; ən yüksək axım Tovuz şəhəri yaxınlığında 22,2 m3/s olmaqla 25 may 1982-ci ildə və 50,8 m3/solmaqla 7 may 1952-ci ildə müşahidə olunmuşdur.

Respublika ərazisində bu çayın sululuğu azalır, belə ki, ölkədən kənarda suyun istifadə həcmi yüksəkdir. Bəzi illərdə çayın qollarında sellər baş verir. Bulanıqlıq dərəcəsi qışda mimimal həddə çatır, lakin yaz-yay daşqınları zamanı yenidən artır və 1000 q/m3-ə çatır. Orta minerallaşma 500 q/m3-a bərabərdir. . Çayın suyundan əsasən suvarmada istifadə olunur. Su çaydan 4-dən çox maqistral kanal vasitəsilə götürülür. Ağstafaçay Çay üzərindəki 5 müşahidə məntəqəsinin məlumatlarına əsasən hövzənin 6-10 %-ni təşkil edən yuxarı axım hissəsində müşahidə olunan ən yüksək axım 6 aprel 1943-cü ildə 45, 2 m3/san olmuşdur. Ən yüksək su sərfi 18 aprel 1960-cı ildə olaraq 144 m3/san təşkil etmişdir

Respublika ərazisində Ağstafaçayın bulanıqlığı 10 q/m3-dən 430 q/m3-ə qədər dəyişir. Ən böyük bulanıqlıq 500 q/m3 yazda gur daşqınlar dövründə müşahidə olunmuşdur.

Gətirmələrin illik miqdarı 50,000 t, onların axın modulu 28 t/km2 təşkil edir.

Ağstafaçayda suyun temperaturu il ərzində 1,5oC-dən (fevral) 20,6oC-yə (iyul) qədər dəyişir. Maksimal temperatur 25,10C 1988-ci ildə qeydə alınmışdır.

Ağstafaçayın axımını tənzimləmək üçün onun üzərində Ağstafaçay su anbarı tikilmişdir.

Təbii göllər və su anbarları

Regionda çox sayda göllər mövcuddur. Onların əksəriyyəti şirin sulu göllərdir.

Page 30: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

30

Murovdağ və Şahdağın yüksək dağlıq ərazilərində erroziya və buzlaq mənşəli göllər yerləşir. Kiçik Qafqaz ərazisi üçün ən səciyyəvi göllər bənd tipli (çökək yataqlı) göllərdir. Bu tip göllərə Göygöl, Maralgöl, Qaragöl və s. aiddir.

Ən mənzərəli və şirin sulu Azərbaycan gölü 1139-cu ildə 1,556 m yüksəklikdə Ağsu çayında baş verən zəlzələ nəticəsində formalaşan Göygöldür. Digər göllər (Maralgöl, Zəligöl və s.) də zəlzələ nəticəsində yaranıb. Göygölün sahəsi 0.79 km2, həcmi 24 mln m3-dir.

Şəmkir çayı üzərində Göygöl adlanan digər bir göl də var. Bu göl adətən çaya daxil olan suyu tənzimləyir. Maksimal axımı azaldır və aşağı axım dövründə axımı artırır. Gölün sahəsi 0,34 km2 təşkil edir. Göygöl buzlaq fəaliyyətləri nəticəsində yaranmışdır. Göl 2470 m yüksəklikdədir. Onun uzunluğu 1250 m, minimal dərinliyi 60 m-dir. Hinaldağ və Göygöl arasında bir sıra kiçik göl qrupları yerləşir. (Mənbə: skyscrapercity)

Candargöl süni gölü Gürcüstanla sərhəddə yerləşir və 10.6 km2 sahəyə 52 mln m3 tutuma malikdir. Onun səth sahəsinin 55%- i Azərbaycana və 45%-i Gürcüstana aiddir. Ölkələrin sərhəddi gölün mərkəzi yaxınlığından keçir. Əsas morfometrik xüsusiyyətləri:səthinin mütləq hündürlüyü – 291 m, səthin sahəsi – 12,5 km2, hövzənin sahəsi – 102,4 km2, ən böyük dərinlik – 7,2 m, orta dərinlik – 4,8 m, orta eni– 2,1 km, uzunluğu– 6 km, və həcmi – 52 mln m3.

Göl 19-cu əsrdə dayaz, suyu duzlu olmaqla tez –tez quruyurdu. Suvarma suyunu təmin etmək məqsədilə 20-ci əsrdə əlavə su kanalı olan Qardabani kanalı çəkildi. Kanal suyu Kür çayından götürərək gölə axıdır. Gölə axan digər kanal Tbilisi (Samqori) su anbarından başlayır.

Gölün hidroloji rejimi lazimi səviyyədə müşahidə və tədqiq edilmir. Yayda suyun teçmperaturu 30oC olur və qışda isə suyun səthi tamamilə buzla örtülə bilər.

Azərbaycan və Gürcüstan hökmətləri arasında Ətraf Mühitin Mühafizəsi sahəsində əməkdaşlığa dair sazişim 6-cı bəndi Candar gölü da daxil olmaqla transsərhəd sulara həsr olunur. İlk növbədə antropogen təsirə məruz qalmış sərhədyanı zonanın ekosisteminin mühafizə olunmasının vacibliyi vurğulanır. Kür çayı üzərində yerləşən əsas su anbarları haqqında məlumat cədvəl 1.11- də verilir (Mənbə ETSN).

Cədvəl 1.11 Kür çayı üzərində yerləşən əsas su anbarları No Su anbarı Sahəsi(km2) Həcmi (km3) 1 Mingəçevir 605.0 15.73 2 Shəmkir 116.0 2.68 3 Yenikənd 23.2 1.58 4 Varvara 22.5 0.06

Ağstafaçay su anbarı eyni adlı çayın üzərində 1969-cu ildə Ermənistanla sərhəddə inşa edilmişdir. Əsas məqsəd Qazax və Ağstafa rayonlarında suvarılan sahələrini anbardan çıxan sağ və sol kanallar vasitəsilə su ilə təmin etməkdir. Anbarın həcmi 120 million m3 (Mənbə: Məmmədov). Sağ kanalın uzunluğu 58,0 km; su sərfi 27 m3/s-dir; o 24 min hektar sahəni su ilə təmin edir ; kanal Qazax, Ağstafa, Tovuz vəŞəmkir rayonları ərazilərindən keçir. Sol kanalın uzunluğu 11,06 km; sərfi 12 m3/s;o 12min hektar sahəni su ilə təmin edir.

Tovuz rayonu ərazisində Axincaçay üzərində inşa edilən Axınçaçay su anbarının ümumi həcmi 14 mln m3

və faydalı həcmi isə 12 mln m3-dir. 1966-cı ildə inşa edilmişdir və 8700 hektar ərazinin suvarılmasına xidmət edir.

Page 31: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

31

Xatınlı su anbarı Tovuzçay Çayı üzərində yerləşir. Həcmi of 4,1 mln m3, istifadə oluna bilən həcmi 3.85 mln m3(Mənbə: Məmmədov və UNDP/SIDA Layihəsi).

Coğaz su anbarı Ağstafaçayın qolu olan Coğaz çayı üzərində yerləşir. Həcmi 26,0 mln m3 , istifadə oluna bilən həcmi 25.0 mln m3 . 121000 hektar ərazinin suvarılmasına xidmət edir (Mənbə: UNDP/SIDA Layihəsi).

İncəçay su anbarı İncəçay üzərində yerləşir. Həcmi 7 mln m3 , istifadə oluna bilən həcmi 6 mln m3 . sahəsi 1,2 km2; orta dərinliyi 5,9 m; 400 hektar ərazinin suvarılmasına xidmət edir (Mənbə: UNDP/SIDA Layihəsi).

Tovuzçay su anbarı Tovuzçay Çayı üzərində yerləşir. Həcmi 3 7 mln m3 , istifadə oluna bilən həcmi 35 mln m3 . sahəsi 8,25 km2;3.7 min hektar ərazinin suvarılmasına xidmət edir (Mənbə: UNDP/SIDA Layihəsi).

Gəncəçay üzərində yerləşən bənd suyun Zurnabad SES-na ayrılmasını təmin edir.

Zəyəmçay çayı üzərində yerləşən su anbarı 14 min hektar sahənin suvarılmasını təmin edəcəkdir. İstifadə oluna bilən həcmi 138 mln m3 təşkil edəcəkdir (Mənbə: İmanov). Hal-hazırda Zəyəmçay çayının su ehtiyatları 11 kanal vasitəsilə irriqasiyada istifadə olunur.

1.3.3 Yeraltı su ehtiyatları

1.3.3.1.Yeraltı su ehtiyatları barədə ümumi məlumat

Azərbaycan Respublikası ərazisində Böyük Qafqaz və Kiçik Qafqaz dağ-qırışıq zonaları və onlar arasındakı Kür-Araz düzənliyi hüdüdlarında yerləşən 18 yeraltı su hövzələrindən 14-ü transsərhəd su hövzəsidir. Transsərhəd yeraltı su hövzələrindən olan Gəncə-Qazax yeraltı su hövzəsi Kiçik Qafqazın Şimali-Şərq ətəkləri ilə Kürçayı və Ceyrangöl yaylası arasında yerləşərək, şimali-qərbdə Gürcüstanla olan dövlət sərhəddi, cənubi-şərqdə isə Qarabağ düzü ilə şərti olaraq İncəçayla sərhədlənir. Ərazinin sahəsi 3737 km2olmaqla və mütləq səviyyəsi cənub-qərbdə 700 m Kürəkçayın mənsəbində isə 30m təşkil edir. Düzənliyin iqlimi quru qış (dağətəyinə söykənən sahələr boyunca) iqlimi ilə müşayət olunan zəif-isti, zəif-isti səhra və quru-qış (Kür boyu zonalar) iqlim tipləri ilə səciyyələnir. Havanın orta çoxillik temperaturu 10-14,5o C, yağıntının miqdarı 200-400mm təşkil edir. Yağıntılar əsasən yaz fəslində düşür. İnzibati cəhətdən düzənlikdə Azərbaycan Respublikasının Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Goranboy rayonları və Yevlax Göy-Göl rayonlarının bir hissəsini əhatə edir. İri yaşayış məntəqələrində Gəncə, Şəmkir, Qazax, Ağstafa, Tovuz, Dəlməmmədli, Goranboy və s. şəhərləri göstərmək olar. Gəncə-Qazax yeraltı su hövzəsinin əsas qidalanma mənbəyi olan Ağstafaçay, Həsənsu, Tovuzçay, Zəyəmçay, Şəmkirçay, Qoşqarçay, Gəncəçay və Kürəkçay çayları cənubi Qafqazda iri çaylardan olan Kür çayının sağ qollarıdır. Kür çayının uzunluğu 1515 km. Su toplayıcı sahəsi 188 min km2 təşkil edir. Çayın mənbəyi Türkiyə ərazisindədir. Çayın orta axarının bir hissəsi, aşağı axarının isə hamısı Azərbaycan Respublikası ərazisinə düşür. Mingəçevir şəhəri rayonunda Kür çayı üzərində 1953-cü ildə iri su anbarı tikilmişdir. 1956-cı ildə ondan aşağıda Varvara su elektrik stansiyasi inşa olunmuşdur. Kür çayının orta illik su sərfi Mingəçevir məntəqəsində -307, Yevlaxda -320, Zərdab şəhəri yaxınlığında -339 m3/s təşkil edir.

Page 32: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

32

Çayda maksimal sərflər yüksək dağlıq zonalarında qar əriməsindən və intensiv yaz-yay yağışlarından sonra formalaşır. Kür çayının sağ qollarından Ağstafaçayın orta çoxillik sərfi -8,54; Tovuzçayın -050; Zəyəmçayın -5,05;Şəmkirçayın -8,38; Gəncəçayın -4,06 m3/s təşkil edir. Bu çayların suyu, düzənlik ərazilərdə suvarmaya istifadə olunur.

1.3.3.2 Ərazinin qısa geoloji xarakteriktikası Gəncə-Qazax dağətəyi düzənliyin geoloji quruluşunda Yura, Təbaşir, Paleogen, Neogen və Dördüncü dövr yaşlı çöküntülər iştirak edir. Mezozoy yaşlı süxürlar Kiçik Qafqaz dağ sistemində yayılaraq dağətəyi ərazidə bəzi lokal sahələrdə yer səthinə çıxır və düzənliyin əsas hissəsində yer səthindən 1000-1250m dərinlikdə rast gəlinir. Düzənliyin cənubi-şərq hissəsində yer səthinə Paleogen və Neogen yaşlı süxurların çıxışları var. Bütün bu süxurlar düzənlik boyu daha cavan Dördüncü dövr yaşlı süxurlarla örtülmüşdür. Yura sistemi tədqiqat sahəsində orta Yura ilə təmsil olunur və bu yaşlı süxurların litoloji tərkibi vulkanik porfirit, onların tufları, tufobrekçiyaları, tuflu qum daşları, kvarslı porfiritlər və onların tuflarından ibarətdir. Yura çöküntülərinin qalınlığı 1500-2000 m-ə çatır. Təbaşir sistemi alt və üst şöbələri ilə təmsil olunaraq əsasən Kiçik Qafqazın dağətəyi zonasında geniş yayılmışdır. Alt Təbaşirin bat və bayos yaşlı süxurları boz qumdaşlı əhəngdaşlarından təşkil olunmuşdur. Üst Təbaşir Senoman, Turan, Konyak, Santon, Kampan və Maastrixt mərtəbələri ilə təmsil olunur. Süxurların litoloji tərkibi, qumdaşları, əhəngdaşları, tuflar, tuflu brekçiyalar, porfiritlər, tufoqravellitlər, tufoalevrotitlər, konglamerat, merqeller və s. ibarətdir. Süxurlar müxtəlif dərəcəli çatlılığa malikdir. Dərinliyə getdikcə çatlılığ dərəcəsi azalır. Paleogen sistemi eosen və olivgesen-alt miosen şöbələri ilə təmsil olunur. Orta eosen çöküntülərinin litoloji tərkibi əhəngdaşlı qumdaşlarından və gillərdən ibarət olaraq qalınlığları 150 metrdir. Gəncə şəhəri və Şəmkir rayonunun Könüllü kəndi yaxınlığında quyu vasitəsi ilə 275 m qalınlığında Eosen süxurları açılmışdır. Ağstafaçayın dərəsində aşkar edilmiş eosen çöküntüləri litolji tərkibcə porfirit, tuf, tuflu brekçiya və tuflu qumdaşlarından ibarətdir. Oligosen-alt Miosenin (Maykop Svitasi) yer səthinə çıxışı qeydə alınmamışdır. Neft quyuları vasitəsi ilə Gəncəçayın qərbində 155-520m dərinlikdə açılmış oligasen-alt Miosen çöküntüləri əsasən qara-boz rəngli gil, qumdaşı laycıqları və mergellərdən ibarətdir. Neogen sistemi Ağcagil və Abşeron mərtəbələri ilə təmsil olunur. Gəncə-Qazax düzənliyində demək olarki, bütün ərazi boyunca yayılan Ağcagil çöküntüləri 100m-dən çox qalınlığa malik bazalt konglomerat, qumdaşları, gil, çaqıl və çınqıllardan ibarətdir. Ərazidə dəniz və kontinental mənşəli Ağcagil çöküntülərinə rast gəlinir. Abşeron mərtəbəsinin süxurlarına Ağcagil mərtəbəsinin süxurları yayılan ərazilərdə rast gəlinir. Abşeron mərtəbəsinin süxurları da dəniz və kontinental mənşəlidir. Nisbətən zəif sululuğu ilə səciyyələnən Abşeron mərtəbəsinin çöküntülərinin litoloji tərkibi, əhəngdaşları, boz və boz-yaşımtıl gil və qum laycıqlarından ibarətdir.

Page 33: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

33

Dördüncü dövr yaşlı çöküntüləri Gəncə-Qazax düzənliyində bütün ərazi boyunca yayılaraq allüvial, allüvial-prolüvial və allüvial-prolüvial-delüvial mənşəli kontinental çöküntülərdən ibarətdir. Ərazidən axan çayların gətirmə konuslarının yuxarı hissələrində araları qumla və çay daşları ilə dolmuş çağıllar, orta hissələrdə iri dənəli süxurların nisbəti azalır, gilli təbəqələr əmələ gəlir və vahid sulu horizont kompleksini grunt və dörd təzyiqli sulu horizontlara ayırırlar. Tektonik cəhətdən Gəncə-Qazax dağətəyi düzənliyi Kür meqasinklinoruyasinin tərkib hissəsidir. Kür meqasinklinorıyası öz növbəsində Böyük və Kiçik Qafqaz meqaantiklinoriyaları arası ərazidə yerləşir. Düzənlik Kür meqasinklinoriyasının şimali-qərb hissəsində yerləşir. Bu vilayət Somxit-Qarabağ antiklinoriy sisteminə daxil olur və çoxsaylı antiklinal və sinklinal qırışıqlardan təşkil olunmuşdur Bu qırışıqların səciyyəvi xüsusiyyətləri onların kifayət qədər (100 km-ə qədər) uzanmasıdır. Belə uzanma onların çox hissəsində lokal qalxımların əmələ gəlməsinə səbəb olur. Belə qırışıqlardan Bozdağ və Duzdağ antiklinal qalximları əmələ gəlir.

Şəkil 1.6 Qazax- Gəncə regionunun geoloji xəritəsi (legenda Cədvəl 1.12-də verilir)

Cədvəl 1.12 Qazax- Gəncə regionunun geoloji xəritəsnin legendası (Şəkil 1.6) 1 Müassir Dövr Alluvium 2 Yuxarı Rüb Diluvium, Proluvium 3 Xvalin Dövrü Kürün Terrası 4 Xvalin, Xəzər Mərhələsi Diluvium-Proluvium- Alluvium 5 Xəzər Mərhələsi Kürün Terrası 6 Qorqan Horizonu Diluvium, Proluvium, Alluvium 7 Qorqan Horizonu Göl Çöküntüləri 8 Qorqan Horizonu Qeyri Sabit Kontinental-Dəniz Çöküntüləri

Page 34: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

34

9 Qorqan Horizonu Kürün Terrası 10 Bakı Mərhələsi Diluvium, Proluvium, Alluvium 11 Bakı Mərhələsi Qeyri Sabit Kontinental-Dəniz Çöküntüləri 12 Bakı Mərhələsi Kürün Terrası 13 Abşeron Mərhələsi Kontinental-Dəniz Çöküntüləri 14 Ağcagil Mərhələsi Dəniz Çöküntüləri 15 Bölmələri Olmayan Miosen Dövrü Dəniz Çöküntüləri 16 Oliqosen, Orta Miosenin Aşağı Hissələri

Dövrü Maykop Lay Dəstəsi, Gil Və Qumdaşları

17 Eosen Dövrü Dövrü Foraminiferal Laylar, Gillər, Mergel (Gil Və Əhəngdən Ibarət Çöküntü Süxur), Qumdaşları

18 Yuxarı Təbaşir, Maastrixt Dövrü Əhəngdaşı 19 Yuxarı Təbaşir Dövrü Əhəngdaşı, Mergel (Gil Və Əhəngdən Ibarət

Çöküntü Süxur) 20 Yuxarı Təbaşir, Yuxarı Turoniyan Dövrü Torf, Qumdaşları, Gillər 21 Yuxarı Təbaşir, Aşağı Turoniyan Dövrü Vulkanoloji Seriyalar 22 Yuxarı Təbaşir, Senoman Dövrü Qumdaşları, Gillər, Əhəngdaşı 23 Yuxarı Və Aşağı Təbaşir, Senoman Dövrü AlbukerkVulkanoloji Çöküntü Seriyaları 24 Orta Yura, Batoniyan Dövrü Vulkanoloji Seriyalar 25 Orta Yura, Bayos Dövrü Kvarslı Porfirlər (Tikinti Işlərində Işlədilən

Vulkanik Süxurlar) Və Tuflar 26 Orta Yura, Orta Və Aşağı Bayos Dövrü Vulkanoloji Seriyalar 27 Mezozoy Dövrü Parçalara ayrılmamış 28 Kembri Və Kembridən Öncəki Dövr Qarantlar, Qarandroidlər və Droitlər

1.3.3.3 Hidrogeoloji Şərait

Düzənlik ərazisində 300-400 metr dərinliyə qədər 5 sulu horizont (qrunt və 4 təzyiqli sulu horizont) aşkar edilmiş və öyrənilmişdir. Qrunt suları horizontu ərazinin hər sahəsində inkişaf tapıb və onun yatma dərinliyi dağətəyi bölgədə 70-98m arasında olmaqla Kür çayına doğru və bəzi yerlərdə bulaqlar şəklində yer səthinə çıxırlar. Qrunt su səviyyəsinin mütləq qiyməti 713-37 m, mailliyi 0,050,04, adətən 0,05-0,013-dür. Sulu süxurlar araları qumla və çaydaşları ilə dolmuş çaqıllardan təşkil olunmuş, süzülmə əmsalları 49,9 m/günə çatır, effektiv qalınlıqları isə 5,5-185,2 m-dir. Onlara çoxlu kəhrizlər qazılmış və bəzilərinin sərfi 10-50 l/s-yə çatır, bir çoxu indi də su təchizatı mənbəyidir. Quyular vasitəsilə bir neçə litrdən 32,7l/s qədər su alınıb. Birinci təzyiqli sulu horizont kontinental dördüncü dövr çöküntülərinin orta hissəsinə aid olmaqla, ərazinin şimali-şərqində gətirmə konuslarının orta və kənar hissələrində, Ağstafaçay və Tovuzçayın gətirmə konuslarının yuxarı hissələrində, hətda dağətəyi bölgədə də aşkar edilib. Digər tərəfdən Gorançay və İncəçayın gətirmə konuslarının orta hissələrində ona rast gəlinir. Horizontun tavanı 19,3-218 m dərinliklərində açılıb və ən böyük dərinlik gətirmə konuslarının yuxarı, ən kiçik isə kənar hissələrini təvafüq edir. Onların pyezometrik səviyyəsi çox yerlərdə yer səthinə 80 m dərinlikdə, bəzi sahələrdə isə 6-14 m, bəzən +32 m yuxarıda yerləşərək, özüaxar olur. Pyezometrik səviyyənin mütləq qiyməti ilkin kəşfiyyat məlumatlərına görə 441-33,8 m arasında Kürə doğru azalır,maillik isə 0,05-0,04 arasında dəyişir. Sulu süxurlar qrunt suları ilə eynilik təşkil edir və onların effektiv qalınlığı 2,6-97,3 m, süzülmə əmsalı 0,04-105,9 m/gündür. Quyular vasitəsilə 0,04-57 l/s (özüaxar da) su alınmış və xüsusi sərf 0,02-8,7 l/s.m olmuşdur. İkinci təzyiqli sulu horizont dördüncü dövrün kontinental təbəqəsinin aşağı hissəsinə məxsusdur və gətirmə konuslarının ancaq orta kənar hissələrində, birinci horizonta nisbətən az sahədə yayılıb. Horizontun tavanı 68,5-192 m dərinliklərdə açılıb. Onun dərinliyi ərazinin şimali-qərbində cənubdan şimala doğru artır və ən böyük Kürün solunda, Qarayağı düzündə aşkar edilib. Düzənliyin orta hissəsində Tovuzçay-Qoşqarçay çayarası sahədə horizontun tavanının açılması

Page 35: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

35

dərinliyinin müəyyən qanunauyğunluğu müşahidə edilmir. Qalan sahələrdə dərinlik yeraltı suların hərəkəti istiqamətində kürə doğru azalır. Quyularda su səviyyəsi yer səthindən aşağı -80,7 m-ə qədər və +13,7 m-ə qədər yuxarı olur. Mütləq səviyyə qiyməti -373,7-33,8 m, mailliyi 0,028-0,002-dir. Sulu süxurlar qumlu çaqıllardan (gətirmə konuslarının orta hissələrində) və qumlardan ibarətdir, effektiv qalınlıqları 3-200 m, süxurların süzülmə əmsalı 0,5-55,6 m/gündür. Quyulardan 0,28-25 l/s, ən yüksək sərf özüaxar vaxt alınmışdır. Xüsusi sərf 0,04-3,13 l/s.m-dir. Üçüncü (Abşeron) təzyiqli sulu horizont ikinci sulu horizontun inkişaf etdiyi sahələrdə formalaşır (Kürün sol sahili və İncəçayın gətirmə konusu istisna olmaqla) bu horizontu təşkil edən süxurlar da kontinental mənşəllidirlər və onun tavanı 120-283 m dərinliklərdə açılıb. Pyezometrik səviyyəsi yer səthindən 23,9 m-ə qədər aşağı 2,2 m-ə qədər yuxarıda yerləşir. Mütləq səviyyəsi 357-38,5 m, mailliyi 0,014-0,005-dir. Sulu süxurlar əsasən qumlardır. Bəzi sahələrdə çaqıl-çınqıllar da mövcuddur. Onların effektiv qalınlığı 4,5-44,7 m, süzülmə əmsalı 0,5-16,2 m/gündür. Dördüncü (ağcalıq) təzyiqli sulu horizont yuxarıdakı horizontlara nisbətən az sahəni əhatə edir. Düzənliyin şimali-qərbində bu horizont təkcə Kür ətrafı sahədə quyularda açılıb və dəniz mənşəli süxurlara məxsusdur. Onların üzərində kontinental mənşəli süxurlar yatır. Ərazinin cənubi-şərqində kontinental mənşəli süxurların aşağı hissələri də ağcaqıla aid edilir. Burada sulu hprizontun yayıldığı sahə genişlənir və Gorançayın bütün gətirmə konusunu əhatə edir. Həmin yerdə bu horizont qrunt sularından sonra rast gəlinən birinci təzyiqli əsas sulu horizont olur. Onun tavanı 36-284 m dərinliklərində açılır, pyezometrik səviyyəsi yer səthindən 32,2 m aşağıda və bəzi sahələrdə +24, m yuxarıda qərarlaşır, mailliyi 0,02-0,006, mütləq səviyyəsi isə 446-63,4 m arasında dəyişməklə Kür çayına doğru azalır. Sulu süxurlar ərazinin şimali-qərbi və mərkəzi hissəsində qumlardan, cənubi-şərqində isə - araları qumla dolmuş çaqıl-çınqıllardan və qumlardan ibarətdir. Horizontun effektiv qalınlığı düzənliyi şimali-qərbində 87 m-ə çatır. Buruq quyularında suyun sərfi 0,48-36,8 l/s, xüsusi sərfi – 0,04-3,06 l/s.m-dir. Sulu süxurların su keçirmə əmsalı ərazinin şimali-qərbində 10 m/günə qədər, cənubi şərqində isə 0,9-36,7 m/gün təşkil edir. Qeyd etmək lazımdır ki, ərazi boyu yuxarıda təsvir edilən sulu horizontlar arasında regional su keçirməyən təbəqənin hər yerdə böyük qalınlığa malik olması və bəzi yerlərdə onların yuyulub aradan çıxması Sulu horizontlar arasındakı sıxı hidrodinamiki və hidrovliki əlaqənin olmasına zəmin yaratmışdır. Elə bu səbəbdən də bütün bu horizontlara birləşmiş sulu horizontlar kompleksi kimi baxmaq məqsədyönlüdür. Bu kompleksin effektiv qalınlığı 3-179 m, çox sahədə isə 50-100 m arasındadır. Süxurların sukeçiriciliyi bir neçədən 2550 m2/gün daha tez-tez 20-1700 m2/gündür. Dağətəyi bölgədə sukeçiricilik əmsalı adətən 100-200 m2gün, yeraltı su axını istiqamətində artaraq,gətirmə konsullarının orta hissələrində 1000-2000 m2/gün və konuslar arası çökəkliklərdə isə 100-1000 m2/günə qədər olur. Ən böyük sukeçiriciliyi kiçik ərazilərdə Cəyirçayın, İncəçayın və s. gətirmə konuslarında rast gəlinir.

Yeraltı sular ərazinin əksər hissəsində şirin və az minerallaşaya (0,2-4,8 q/l) malikdir, lakin cənubi-şərqdə doğru minerallaşma artaraq 10-20 q/l və daha çox olur. Minerrallaşmanın artması suyun kimyəvi tərkibinə görə tipinin də dəyişməsinə səbəb olur və o, hidrokarbonatlı kalsiumdan sulfatlı-hidrokarbonatlı, hidrokarbonatlı-sulfatlı, sulfatlı, sulfatlı-xlorlu kalsiumlu-maqneziumlu və natriumlu tipə qədər dəyişir. Bu istiqamətdə suyun codluğu da artir (21,6 mq ekv/l) və hətda Gəncə şəhəri ərazisində də o bir qədər normadan artıqdır.

1.3.3. 4 Yeraltı su horizontu və komplekslərinin mühafizə dərəcəsi

Azərbaycan Respublikası ərazisində yeraltı sulu horizontların və komplekslərin “ çirklənmə şəraiti ’’ və “ təbii mühafizə ’’ dərəcəsi regional hidrogeoloji tədqiqatlar zamanı zəif öyrənilmişdir. Həmin istiqamətdə problemlərin araşdırılması 1980-ci illərdə Milli Geoloji Kəşfiyyat Xidməti

Page 36: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

36

tərəfindən tematik işlərdə aparılmışdır. Aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, Respublikanın dağətəyi düzənliklərində ( o cümlədən Gəncə-Qazax düzənliyində ) yeraltı sular çökmə süxurlarında intişar tapmışlar və kəsilişdə olan süxurlar, xüsusən də, qrunt suları olanlar yaxşı sukeçiriciliyə malikdirlər. Digər tərəfdən qrunt suları əksər sahələrdə yer səthindən 0-3 m dərinlikdə qərarlaşdığından onların kimyəvi çirklənmədən təbii mühafizə şəraiti yoxdur. Təbii mühafizə şəraitini oynayan - “ ekran ” gil və gilcələrin qalınlığı əksər sahələrdə 1-2 m təşkil edir və qrunt sularının çox dərində yerləşdiyi (10-7m və çox) dağətəyi şleyfdə və çayların gətirmə konuslarının yuxarı hissələrində aerasiya zonalarındakı süxurlar yüksək sukeçiricilikli çaydaşları, çağıl və qumlardan ibarətdirlər. Ona görə hər hansı çirkləndiricinin şaquli miqrasiyası və horizontal-yəni sulu horizontla hərəkəti onun üçün ideal şəraiti yaradır. Ümumiyyətlə Respublikanın dağətəyi düzənliklərində yayılmış qrunt suları çirklənmədən təbii mühafizə şəraitinə malik deyillər. Təzyiqli yeraltı sular, onların sərbəst yayıldığı yerlərdə çirklənmədən şərti mühafizə şəraitinə malikdirlər. Qazax- Gəncə regionunun hidrogeoloji xəritəsi şəkil 1.7 –də yeraltı suların axım modulu Şəkil 1.8-də və regionda yeraltı suların yerləşməsi şəkil 1.9-da verilir.

Şəkil 1.7 Gəncə-Qazax regionunun hidrogeoloji xəritəsi

Page 37: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

37

Şəkil 1.8 Yeraltı suların axım modulu: (1) 0,1 l/s/ km2-dək (2) 0,1-1,0 l/s/ km2-arasında (3)1,0-10,0 l/s/ km2-arasında (4) 10,0 l/s/ km2–dən yüksək (5) yeraltı su izoxətlərinin sərhəddi.

Şəkil 1.9 Gəncə-Qazax regionunda yeraltı suların yerləşməsi və dərinliyi Allüvial-prolüvial düzənlik şəraitində yeraltı və yerüstü sular arasındakı qarşılığlı əlaqənin öyrənilməsi su təchizatı və suvarma məqsədləri üçün onlardan kompleks istifadə olunması istər pozulmuş istərsədə pozulmamış (təbii) şəraitdə problemli məsələdir. Belə düzənliklərdə o cümlədən Gəncə-Qazax dağətəyi düzənliyində yeraltı suların formalaşması əsasən çay sularının hesabına baş verir. Bu çaylar düzənliyin yuxarı hissəsində öz suyunun bir hissəsini itirir və ya hamısını itirərək quruyur.

Page 38: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

38

Dağ çayları (Ağstafaçay, Tovuzçay, Şəmkirçay, Gəncəçay və s.) öz axımlarının 46%-ə qədərini infiltrasiyada itirir. Yeraltı suların axını istiqamətində düzənliyin mərkəz hissələrində çay sularının filtrasiyası nisbətən azalsa da burada da yeraltı suların əsas qidalanma mənbəyi olaraq qalır. Azərbaycan Respublikasının dağətəyi düzənliklərində yeraltı su ehtiyyatlarının orta hesabla 27,2% çay sularının infiltrasiyası hesabına formalaşır. İntensiv suvarma aparılan sahələrdə magistral kanallardan sızmalar, suvarma sularının infiltrasiyası hesabına 23,2% yeraltı su ehtiyatı formalaşır. Bütövlükdə Gəncə-Qazax düzənliyində yeraltı su ehtiyyatlarının 60%-ə qədəri çay sularının infiltrasiyası nəticəsində əmələ gəlir. Düzənlik ərazisində çay sularından suvarmaya istifadə prinsiplərindən asılı olaraq yeraltı su ehtiyyatlarının formalaşmasının 3 vəziyyətini qeyd etmək olar. - Suvarmada istifadə olunan çay suyu düzənlikdən kənarda axan çaydan və yaxud da düzənlikdə yeraltı suların qidalanmasında rol oynamayan tranzit çaydan götürülür. - Suvarmada istifadə olunan çay suyu təbii şəraiti pozulmamış ərazidə buradan axan çayın suyu hesabına kifayət qədər yeraltı su ehtiyyatı əmələ gətirir. - Suvarmada istifadə olunan çay suyu düzənlik ərazisində yeraltı suların formalaşmasında iştirak edən çaydan kanal vasitəsi ilə düzənlikdən kənarda götürülür. Hər üç hal düzənlik üçün mövcuddur və hidrogeoloji şəraitdə aşağıdakılar baş verir. Birinci halda yeraltı suların qidalanma ölçüləri kifayət qədər artır, onların səviyyəsi sürətlə qalxır və kritik dərinliyə yaxınlaşır. İkinci halda yeraltı suların qidalanma sahələri dəyişir. Düzənliyin yuxarı hissəsində yerüstü sular kanallar vasitəsi ilə götürülərək onun mərkəzi və periferiya hissələrinə verilir. Burada zəif su keçiriciliyə malik gilli süxurlar daha çox inkişaf etmişdir. Ona görə də buxarlanma və transpirasiya proseslərinə suyun miqdarı çoxalır. Digər tərəfdən çay suyunun demək olar ki, hamısı suvarmaya sərf olunur. Belə hallarda konkret sahələrdə şəraitdən asılı olaraq yeraltı su ehtiyatları çoxalada bilər, azala da bilər. Üçüncü halda yeraltı su ehtiyatlarının qidalanması azalır.

Page 39: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

39

2. İNSAN FƏALİYYƏTLƏRİ

2.1 Əhali və demoqrafiya

Gəncə-Qazax iqtisadi rayonu Azərbaycanın qərb hissəsində yerləşir. Regionun sahəsi 12,5 min km2 olub, Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Xanlar, Qazax, Samux, Tovuz, Şəmkir inzibati rayonlarını birləşdirir. Əlverişli iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynayır. Regionun əhalisi ölkə əhalisinin 16,6 %-ni təşkil edir. 2011-ci ilin məlumatına əsasən əhalinin sayı 1 120 803 nəfərdir. Bu il ərzində ərazidə 11697 nəfər doğulan, 5749 nəfər ölən (onlardan 104 uşaq) olmuşdur. Nigahların sayı 4742, boşanmaların sayı isə 598-dir. Regionda 33 247 yeni iş yeri açılıb [Quliyev].

Cədvəl 2.1. Gəncə-Qazax iqtisadi rayonunun əhalisi

Şəhərlər və inzibati rayonlar Status İnzibati

mərkəz Sahə (km2)

Əhali (min nəfər)

Gəncə şəhər Gəncə 298 320.7 Ağstafa Rayon Ağstafa 1 504 75 614 Qazax Rayon Qazax 701 85 569

Gədəbəy Rayon Gədəbəy 1229 90 963 Samux Rayon Samux 1455 50 642 Tovuz Rayon Tovuz 1942 152 000

Daşkəsən Rayon Daşkəsən 1046.97 31 238 Göy-Göl Rayon Göy-Göl 1 380 54 700 Şəmkir Rayon Şəmkir 1956.7 186 697

Goranboy Rayon Goranboy 1731 88 700 Naftalan şəhər Naftalan 9.3

2.2 Ərazidə iqtisadi fəaliyyətin tarixi

Qazax Azərbaycan xalçaçılıq məktəbinin mərkəzlərindən biri kimi tanınır. Bütün dünyada "Qazax xalçaları" adı ilə tanınan xalçaların əksəriyyəti XVI-XX əsrlərdə Qazax xanlığında və Yelizavetapol əyalətində toxunmuşdur. Gəncə Böyük İpək yolunda yerləşən əlverişli coğrafi mövqeyə malik bir şəhərdir. XVII-XVIII əsrlərdə Gəncə beynəlxalq ticarətdə və ölkənin sosial iqtisadi, mədəni həyatında əsas rol oynamağa başlayır. Həmin dövrdə sənətkarlığın inkişafı üçün bu şəhərdə böyük iqtisadi potensial olduğuna görə, ticarət və sənətkarlıq mühüm yer tutur. Sənətkarların xammal mənbəyi şəhərin yaxınlığında yerləşən dəmir, mis, alüminium və digər filiz mədənləri idi. Gəncə böyük mərkəzə

Page 40: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

40

çevrildikcə, onun ərazisi genişlənir, yeni ticarət və sənaye yerləri tikilirdi. İpək və ipək məhsulları tək yerli deyil, həmçinin xarici alıcıların da rəğbətini qazanmışdı. XII-XIII əsrləri Atabəylər dövlətinin ikinci paytaxtı olan Gəncənin çiçəklənmə dövrü adlandırmaq olar. Burada inşa edilmiş "Gəncə ipəyi" adlanan fabrik qonşu ölkələrdə və Orta Şərqdə yüksək qiymətləndirilirdi(Mənbə: Çin). Tədqiqat rayonu strateji mövqeyə malikdir. Belə ki, Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri bu ərazidən keçir.

2.3 Kənd təsərrüfatı

Respublikanın kənd təsərrüfatı üçün yararlı torpaqların 13 %-i bu regionun payına düşür. Mal-qaranın 15%-i, becərilən üzüm bağlarının 28 %-i bu ərazidədir [Mənbə: Nadirov ]. Kənd təsərrüfatının əsas sahələri kartofçuluq, taxılçılıq və üzümçülükdür. Pambıq yalnız Goranboyda becərilir. Qazax, Ağstafa, Şəmkir və Samux rayonları üzümçülük, Gədəbəy, Şəmkir, Tovuz rayonları kartofçuluq, Goranboy isə taxılçılıq üzrə ixtisaslaşmışdır. Gəncə-Qazax iqtisadi rayonunda həmçinin bostançılıq, meyvəçilik, tərəvəzçilik və heyvandarlıq da yaxşı inkişaf etmişdir. Tovuzda iqtisadiyyatın əsas sahəsi kənd təsərrüfatıdır. Ümumiyyətlə ərazinin kənd təsərrüfatı heyvandarlıq, bostançılıq və üzümçülük ilə təmsil edilir. Yerli sahibkarlar son iki il ərzində yaşayış yerlərinin tikintisi, sosial və mədəni layihələr, infrastruktur və kənd təsərrüfatının inkişafı üçün 20 milyon dollardan artıq kredit əldə ediblər. Ancaq Tovuzun Ermənistanla qonşu olan 69 km-lik sərhəddi burada işgüzar adamları kapital yatırmaqdan çəkindirir. Tovuzun ən məşhur markası alkoqol və təbii şirə istehsalçısı olan geniş tanınmış "Tovuz Baltik" MMC şirkətidir. Onlarla məhsul çeşidi olan şirkət Azərbaycan konyaklarının geniş miqyaslı istehsalını klassik Fransız texnologiyasıyla, ətraf mühiti çirkləndirmədən, bulaq suyunun istifadəsi ilə, ikiqat distillə metodu ilə hazırlayır. "Tovuz Baltik" MMC MDB bazarı üçün ən böyük və perspektivli şirktətdir. Son illərdə yerli şirkətlər ilə yanaşı, Avropa, Kanada və Yaponiya şirkətləri də nar meyvələrinin tumlarından alınan yağa böyük maraq göstərərək onun istehsalı üçün müqavilələr imzalayırlar. Ceyrançöl respublikanın ən vacib qış otlaqlarından biridir. Ağstafa rayonunda böyük heyvandarlıq kompleksi layihəsi (30 milyon avro dəyərində) planlaşdırılır. Bu kompleksin süd emalı zavodu da olacaq. Layihə üçün 48 hektar torpaq sahəsi ayrılmışdır. Müəssisənin inşasına 2012-ci ilin yayında başlanılacaq. Müəssisədə yem istehsalını təmin etmək məqsədilə müasir avadanlıqla təchiz ediləcəkdir. Hər gün zəngin vitamini və zülalı olan 40 tondan çox yem istehsal olunacaq. İki min inəyi olan heyvandarlıq fermasına və saatda 10 ton süd istehsal edən süd zavodunun tikintisinə başlamaq üçün Azərbaycandan başqa, Alman şirkətləri də cəlb edilmişdir. Aqrar sektorda 1995-ci ildən həyata keçirilən uğurlu islahatlar regionun iqtisadiyyatına, bazar münasibətlərinin yaranmasına, torpaq və əmlakdan səmərəli istifadəyə, aqrar sahələrin filial

Page 41: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

41

strukturunun təkmilləşdirilməsinə, biznesin formalaşmasına və ümumiyyətlə ərazinin görünüşünün dəyişməsinə ciddi təsir göstərmişdir. Qeyd etmək lazımdır ki, kənd təsərrüfatının sosial və sənaye xidmətində ciddi dəyişiklər olmuşdur. Belə ki, müxtəlif mənşəli çoxsaylı təsərrüfat sahələri böyük iqtisadi formalarla əvəz edilmişdir. Hazırda geniş miqyaslı özəlləşdirmə siyasətinə uyğun olaraq, torpaq sahələrini, mal-qaranı, istehsal və qeyri-istehsal sahələrini, kənd təsərrüfatı maşınqayırmasını idarə edən dövlət sahibkarlığı fərdi sahibkarlıqla əvəz olunmuşdur.

2.4 Suyun istidadə üçün götürülməsi

Gəncə-Qazax regionunun düzən hissəsində iqlimin quraq olması, məhdud su ehtiyatlarının ərazi üzrə qeyri-bərabər paylanması, əhali artımı və iqtisadiyyatın son on ildə sürətli inkişafı ərazidə suya olan tələbatı getdikcə artırmaqdadır. Təsərrüfat fəaliyyətinin təsirinin başlıca istiqaməti suvarma əkinçiliyi və məişət ehtiyacları üçün sudan istifadədir.

2.4.1 İrriqasiyat üçün suyun götürülməsi

Çay kanalları Keçən əsrin 40-cı illərinin axırlarında Zurnabad kəndindən aşağıda yerləşən çayın sağ sahilindən kanal çəkilmişdir, bu kanalın suyundan Göygöl rayonunun bir sıra kəndlərində əsasən irriqasiya məqsədi ilə istifadə olunur. Topalhəsənli kəndi ərazisində birbaşa çayın yatağından 3 boru ilə suvarma üçün su götürülür. Bu kənd ilə Göygöl şəhəri arasında Gəncəçayın yatağında beton suaşırıcı inşa olunmuş və çayın hər iki sahilində yerləşən əkin sahələrini suvarmaq üçün iki kanal–Ərəbliarx və Xanarx çəkilmişdir. Bu torpaq yataqlı kanalların hər birinin su buraxma qabiliyyəti təqribən 2m3/s-dir. Çayın aşağı axınında yerləşən Samux rayonunun əkin sahələrini suvarmaq üçün Gəncə şəhəri ərazisindən 4 kanal çəkilmişdir.Onların ümumi suburaxma qabiliyyəti 4.4 m3/s təşkil edir.

Ərazidə fəaliyyətdə olan əsas suvarma kanalları haqqında məlumat Cədvəl 2.2-də su

obyektindən götürülən suyun ümumi miqdarı isə Cədvəl 2.3.verilmişdir Cədvəl 2.2.Əsas suvarma kanalları haqqında məlumat Mənbə: [Əhmədzadə, 2003]

Kanalların adı

İstismara verildiyi il

Su götürmə mənbəyi

Uzunuluğu, km

Suburaxma qabiliyyəti, m3/san

Xidmət etdiyi sahə, min.ha

Yerləşdiyi ərazi

Xidmət etdiyi suvarma massivləri

Ağstafaçay kanalı 1 Sağ sahil 1969 Ağstafaçay

su anbarı 58.04 27 24 Qazax,

Ağstafa, Tovuz, Şəmkir

Gəncə-Qazax

2 Sol 1969 Ağstafaçay su anbarı

11.06 12 12 Qazax, Ağstafa

Gəncə, Qazax

Cədvəl 2.3. Çaylardan suyun götürülməsi

Page 42: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

42

№ Çay Suvarılan ərazi, min. Ha

İnzibati rayon Su götürmə həcmi, mln. m3

Suvarmaya sərf olunan suyun həcmi, mln. m3-lə

Su itkilərinin həcmi, mln. m3-lə

1 Ağstafaçay 26.0 Qazax 144.6 102.8 41.8 2 Həsənsu 2.1 Qazax 9.6 6.9 2.7 3 Axıncaçay 8.7 Gədəbəy, Tovuz 56.4 35.2 21.1 4 Tovuzçay 2.3 Tovuz 2.1 5.6 3.5 5 Asrikçay 0.8 Tovuz 4.1 2.4 1.7 6 Zəyəmçay 9.7 Gədəbəy, Tovuz 57.2 44.4 12.8 7 Cəyirçay 6.5 Gədəbəy, Şəmkir 51.0 38.5 12.5 8 Şəmkirçay 21.1 Gədəbəy, Şəmkir 167.1 106.7 60.4 9 Qoşqarçay 5.0 Daşkəsən, Göygöl,

Gəncə 20.3 9.7 10.6

10 Gəncəçay 18.3 Göygöl, Gəncə 111 55.3 55.7 11 Kürəkçay 16.5 Göygöl, Gəncə,

Yevlax 111 78.9 32.1

12 Gorançay 7.2 Goranboy, Yevlax 66 52.6 13.4 13 İncəçay 1.4 Yevlax, Goranboy 10.4 8.0 2.4 Su anbarları Azərbaycanda su anbarlarının kütləvi inşasına ötən əsrin 50-ci illərindən başlanılıb. Su anbarları başlıca olaraq suvarma məqsədi üçün tikilib [Əhmədzadə, 2003]. Fəaliyyətdə olan su anbarlarına dair məlumat 2.4 - cü cədvəldə və 2.1-ci şəkildə verilir. Cədvəl 2.4-də ərazidə fəaliyyətdə olan su anbarları haqqında məlumat verilmişdir.

Cədvəl 2.3.Əsas su anbarları haqqında məlumat [Əhmədzadə, 2003] Sıra №-si

Su anbarlarının adı

İstifadəyə verildiyi il

Çay hövzəsinin adı

Ümumi həcmi, mln. m3

Su səthinin sahəsi, km2

Bəndin hündürlüyü, m

Yerləşdiyi ərazi

Qeyd

1 Ağstafaçay 1969 Ağstafaçay 120 6.38 52.5 Qazax r. 2 Coğazçay 1988 Coğazçay 20 0.21 35 Qazax r. 3 Xatınlı 1962 Məcradan

kənar (Tovuzçay)

4.1 0.75 14.7 Tovuz r.

4 Cəyəri 1982 Yağış suyu 3.5 0.26 9 Şəmkir r. 5 İncə su 1988 İncə su 2.6 0.26 26 Qazax r. 6 Axıncaçay 1966 Axıncaçay 14 0.92 42.5 Tovuz r. İşğala

yaxın

Page 43: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

43

Şəkil 2.1. Həcmi 2 milyon m3-dən çox olan su anbarları

Gəncə, Şəmkir, Samux şəhərlərinin və ətraf kəndlərinin eləcə də Goranboy rayonuna məxsus yaxın kəndlərin içməli su ilə təchiz edilməsi üçün tikilməkdə olan Şəmkirçay su anbarı sistemindən ayrılan 1.6 m3/s qədər sudan istifadə edilməsi nəzərdə tutulur. Ümumi su tələbatı Şəmkir şəhəri üzrə 150 l/s; Gəncə şəhəri üzrə 600 l/s; Nəbiağalı şəhəri üzrə 40 l/s, cəmi 790 l/s nəzərdə tutulmuşdur.

Tikilməkdə olan Şəmkirçay su anbarı aşağıdakı ölçülərə malikdir [Mənbə: DB].

• Su anbarının ümumi həcmi: 160.0 mln kub metr

• Su anbarının faydalı həcmi: 135.0 mln kub metr

• Bəndin hündürlüyü: 150.0 metr

• Bəndin üstdən uzunuluğu: 692 metr

• Bəndin üstdən eni: 12 metr

• Su təminatının yaxşılaşdırılması: 50122 hektar

• Yeni suvarılan torpaqlar: 20834 hektar

2.4.2 İçmək məqsədilə suyun götürülməsi

Gəncə şəhərini təmin etmək məqsədilə səth və yeraltı sulardan istifadə olunur. İçməli su kəməri Topalhəsənli kəndindən aşağıda, Gəncəçayın yanında yerləşən Qızılqaya ərazisindən başlayır. Gəncə şəhərinin su təchizatı üçün su həmçinin Göygöldən götürülür. Cədvəl 2.5-də Gəncə şəhərinin təchizatında istifadə olunan qrunt sularının miqdarı göstərilir [Mənbə: Jesper və b.,2011].

Cədvəl 2.5. Gəncə şəhərində istifadə olunan qrunt sularının ümumi həcmi

Page 44: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

44

Qrunt suyu İstifadə olunan qrunt suyu, min m3/gün

Şirin Zəif duzlu Cəmi Qızılqaya artezian lay suyu 6.80 - 6.80

İstismar olunan artezian quyuları*

67.5 15.5 83.0

Yeraltı su xətti** 26.0 2.50 28.5 Cəmi, min m3/gün 100.3 18.0 118.3 Cəmi, milyon m3/il 36.6 6.6 43.2

*: İstifadə olunmayan artezian quyuları köhnəliyindən və ya digər səbəblərdən istifadə olunmayanlar kimi fərqləndirilir. **: Yəqin ki, yeraltı kəhriz sistemlərinin istifadəsi hesabınadır.1 Qazax şəhərində əsas içməli su mənbələri Coğazçay üfiqi infiltrasiya qalereyası, Didəban su anbarından aşağıda Ağstafaçayın üfiqi infiltrasiya qalereyası, Şır-şır bulağı, 5 ədəd quyu hesab olunur. 1994-95-ci illərdə tikilən Coğazçay magistral su kəməri yalnız şəhəri su ilə təchiz edir. Kəmər Coğazçay çayının yatağında yerin səthi ilə çəkilmiş və hazırda korroziyaya uğramışdır. Daşqınlar zamanı AzərSu kəmərin zədələndiyini qeyd edilmişdir. Didəban magistral su kəməri 2008-ci ildə çəkilmişdir. Onun vəziyyətinin yaxşı olması və gələcəkdə də istismar olunması ehtimal edilir. Yay dövrlərində su mənbələrində suyun həcmi azaldığı üçün yuxarıda qeyd edilən istehlakçıların yalnız 60%-i müvafiq şəkildə su ilə təchiz edilirlər.

Şəkil 2.2. Məcraaltı suların toplandığı quyulardan biri

1 Kəhrizlər dağlardan sızan yeraltı suları çıxaran tunel sistemləridir. Kəhriz texnologiyası ilə tanışlıq tarixi bizim eranın birinci minilliyinə təsadüf edir.

Page 45: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

45

2012-ci ilin oktyabr ayında əraziyə səfər zamanı Qazax Sukanal idarəsi qeyd etmişdir ki, yay aylarında suya olan tələbi tam olaraq ödəmək mümkün olmur. Müvafiq su çatışmazlığı 6 həftəyə qədər davam edə bilir və mövcud tələbatın 60%-inə qədər aşağı düşə bilir. Su təchizatını stabilləşdirmək məqsədilə yerli icra hakimiyyəti orqanının göstərişinə əsasən suvarma suyuna məhdudiyyət qoyulur. Samux rayonunda əsas içməli su mənbələri şəhərdə yerləşən 15 ədəd müstəqil sub-artezian quyusundan ibarətdir. Mərkəzləşdirilmiş su təmizləyici sistem mövcud deyildir. Su heç bir təmizləmə prosesi keçmədən birbaşa olaraq istehlakçılara çatdırılır. Bu isə insan sağlamlığı üçün ciddi risk təhlükəsi yaradır. Şəmkir şəhərində 9 ədəd sub-artezyan quyu var. Su şəhərin hüdudlarından kənarda yerləşən (Qarğış dağ kəhrizi - 12 km, Cəyir çayı (kəhriz) - 7 km, Kəhriz № 1 və № 2 - şəhərdən 5 km aralı) bulaqlardan yığılaraq suötürücülərlə Şəmkir şəhərinə ötürülür. Bu suötürücülər 1850 - 1928 illər arasında quraşdırılmış qapalı özaxını ilə gələn kanallardılar. Mərkəzləşdirilmiş su təmizləyici sistem mövcud deyildir. Su heç bir təmizləmə prosesi keçmədən birbaşa olaraq istehlakçılara çatdırılır.

2.5 Daşqından mühafizə

Son 10-15 ilin elmi ədəbiyyat mənbələrində qeyd olunur ki, daşqınlar iqlim dəyişmələrinə çox həssasdırlar. Eyni zamanda aparılan müşahidələr daşqınların təkrarlanmasının kəskin artmasını göstərir. XX əsrin son 10 ilində dünyada qeyd olunmuş yeddi ən güclü daşqının hər birinin vurduğu ziyan10 milyard dollardan çox olmuşdur (ABŞ, Avropa, Çin, Koreya, Almaniya). Rusiyada da son 10 ildə tarixi daşqınların keçməsi nəticəsində dəyən zərərin miqdarı 5-15 milyard rubla yaxın olmuşdur. Bütün dünyada daşqınlardan ziyan çəkənlərin sayı 1,5 milyard nəfərdir. Daşqınlar 9 milyondan artıq insan həyatını məhv etmişdir. Hazırda daşqınlarla bağlı maddi ziyanların tendensiyası artım yönümlüdür. Məlumdur ki, daşqınlar regionların infrastrukturuna dağıdıcı təsir göstərir. Lakin çaylarda qısamüddətli daşqınlar qəfildən baş verdiyi üçün onların qarşısını tamamilə almaq qeyri-mümkündür. Buna baxmayaraq, effektiv metodlardan istifadə edərək daşqınlardan dəyən ziyanın azalmasına nail olmaq mümkündür. Daşqınların idarə edilməsində istifadə olunan metodlar 2 qrupa bölünür: mühəndis və qeyri-mühəndis [UNESCO]. Mühəndis metodları daşqınların idarəedilməsi üçün dünyada geniş istifadə edilən ənənəvi metodlardır :

• Su anbarlarının tikintisi; • Çay hövzələrinin idarəedilməsi; • Çay sahillərinin bərkidilməsi; • Çay məcrasının lil və daşlardan təmizlənməsi; • Daşqın sularının xüsusi yerlərə ötürülməsi.

Su anbarları daşqın dalğasını əhəmiyyətli dərəcədə azaldır və bənddən aşağı byefdə daşqınların pikini zəiflədir. Çay hövzəsinin idarə edilməsində əsas məqsəd daşqın dövründə səth axımının azaldılmasıdır. Daşqınlara nəzarət üçün mühəndis metodlarından Azərbaycanda geniş istifadə

Page 46: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

46

olunur. Respublikamızın quraq ərazilərində torpaqların suvarılmasını tənzimləmək məqsədiylə müharibədən sonrakı illərdə 100-dən çox su anbarı inşa edilmişdir. Beton, daş və torpaq bəndlər vasitəsilə çay sahillərinin bərkidilməsi cay dərəsini və ətraf əraziləri daşqından qoruyur. Çay məcrasının lillənmədən təmizlənməsi də axıma müsbət təsir göstərir, daşqın dalğasının qaçış müddətini sürətləndirir, səviyyəni azaldır, ətraf ərazilərin su altında qalmasına imkan yaratmır. Çayları daşqın və sellərdən mühafizə məqsədiylə hazırda və gələcəkdə planlaşdırılan sahilbərkitmə qurğuları, həmçinin, çay məcrasında yerləşən əkin sahələri və yaşayış kompleksləri haqqında məlumat Cədvəl 2.6-da verilmişdir.

Cədvəl 2.6. Çaylarda daşqın və sellərdən mühafizə, sahilbərkitmə qurğuları

№ Çayların adı

Müdafiə zonası Qoruyucu bəndin uzunluğu (km)

Tikintisi layihələndirilən (km)

Həmçinin Əkin sahələri (hektar)

Yaşayış əraziləri (sayı)

hazırda (km)

gələcəkdə (km)

1 Ağstafaçay 600.0 1 15.0 14.43 2.0 12.43

2 Gəncəçay 150.0 1 18.0 18.0 - 18.0

3 Axıncaçay 210.0 2 19.0 19.0 - 19.0

4 Tovuzçay 180.0 1 18.0 18.0 - 18.0

5 Əsrikçay 160.0 1 14.0 14.0 - 14.0

6 Zəyəmçay 340.0 1 17.0 17.0 1.0 16.0

7 Cəhriçay 110.0 - 15.0 15.0 - 15.0

8 Şəmkirçay 410.0 2 22.0 22.0 - 22.0

9 Qoşqarçay 80.0 - 10.0 10.0 - 10.0

10 Həsənsu 130.0 - 11.0 11.0 - 11.0

11 Kürəkçay 145.0 - 12.0 12.0 - 12.0

12 Gorançay 290.0 1 16.0 16.0 - 16.0

cəmi 2805.0 10.0 187.0 186.43 3.0 183.43

Page 47: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

47

Şəkil 2.3. Çay sahillərində daşqından mühafizə qurğuları Qeyri-mühəndis metodlar :

• vahid mərkəzləşmiş heyətlərin və idarəetmə sistemlərinin yaradılması: • proqnoz və xəbərdarlıq üçün monitorinq sisteminin yaradılması; • meşəsalma; • daşqınlardan sığorta; • əhalinin köçürülməsi.

Vahid komandalar və nəzarət sistemləri daşqınların mənfi təsirini azaldır və qismən onların qarşısını alır. Hidrometeorologiya və məsafədən idarəetmə texnologiyalarının sürətli inkişafı proqnoz və xəbərdarlıq üçün monitorinq sisteminin yaradılmasına imkan verir. Güclü yağışın dəqiq qısamüddətli proqnozu yağış daşqınlarının və sel hadisələrinin proqnozu üçün çox mühümdür. Ağstafada, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Atmosfer Proseslərinə Aktiv Təsir üzrə Eksperimental Poliqonunda, MRL-5 radarı və müasir proqram kompleksinin tətbiqi ilə avtomatlaşdırlımış sistem yaradılıb. Metod çay hövzələrinin səthinə cari və əvvəlki günlərdə düşən yağıntıların radar vasitəsilə ölçülməsinə və növbəti günlərdə buludlardan gözlənilən yağıntının qiymətləndirilməsinə əsaslanır. Beləliklə, MRL vasitəsi ilə, yağıntıların şay hövzəsinin səthində paylanmasını, sel mərkəzlərini mövqeyini təyin edərək yağış daşqınlarını və sel axınlarını qabaqcadan kifayət qədər etibarlı proqnozlaşdırmaq mümkündür. 2001-2008 illər ərzində Kiçik Qafqazın şimal-şərq yamacının çay hövzələrinin əksəriyyətində güclü daşqınların bu metodla proqnozu yüksək dəqiqliklə (80-90%) və qabaqcadan (3-6 saat) verilmişdir. Meşəsalma çay hövzəsinin vəziyyətini yaxşılaşdıraraq daşqınların pikini və eroziyanı azaldır. Daşqınlardan sığorta dəyən ziyanın müəyyən hissəsinə görə təzminat əldə etmək imkanı yaradır. Təəssüf ki, təbii fəlakətlər, ekstremal vəziyyətlər və onlardan dəymiş zərər sığorta şirkətlərinin diqqətini cəlb etmir. 1999-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi sığorta şirkətlərinin fəaliyyəti haqqında qanun qəbul edib. Lakin təbii fəlakətlərlə bağlı bu qanun demək olar ki, işləmir. Bəzi ölkələrdə daşqınların beş ildə bir təkrarlandığı ərazilərdə yeni yaşayış sahələrinin tikintisi qadağandır.

Page 48: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

48

2.6 Dağ-mədən sənayesi

Mədən sənayesi vəmetallurgiya Ərazinin əsas yeraltı ehtiyatları kükürd piritləri, kobalt, barit, dəmir filizi, alunit, daş, mərmər, gips, seolit, bentonit, sement xammalı, qızıl, mis, əhəng daşından ibarətdir. Bu iqtisadi rayon Respublikanın ikinci sənaye regionudur. Azərbaycanda sənaye məhsulları istehsalının 12-13 %-i bu rayonun payına düşür. Gəncə və Daşkəsəndə əlvan və qara metallurgiya müəssisələri fəaliyyət göstərir.

Respublikanın mühüm mədən filiz sənayesi rayonlarından biri (Daşkəsən rayonu) Qoşqar çayı hövzəsindədir. Faydalı qazıntıları dəmir filizi, kobalt, alunit, mərmər, əhəng daşı və s. Hazırda ölkə ərazisində 3 dəmir filizi yatağının ehtiyatları təsdiq edilib: "Daşkəsən", "Cənubi Daşkəsən" və "Dəmir" yataqlarıdır.

Kəşf olunmuş dəmir filizi ehtiyatları 250 mln tondan artıqdır. Burada filizin sənaye yolu ilə hasilatına 1954-cü ildən başlanılıb. Dəmir filizi yatağındakı

mədəndə çıxarılan filizin daşınması üçün uzunluğu 4 km olan kanat yolu da tikilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra Gəncədə iri metallurgiya zavodu tikilib.

Şəkil 2.4. Daşkəsən dəmir filizı yatağında filizin daşınması

2007-ci ildən işə düşən "Daşkəsən filizsaflaşdırma" ASC iqtisadi böhrandan sonra yalnız 2010-cu ilin avqustunda dəmir filizinin istehsalına başlayıb. Bu günə kimi zavod cəmi 60 min ton həcmində dəmir-filiz konsentratı məhsulu satıb. Ümumilikdə hasil olunmuş konsentratın 36 min tonunda dəmirin miqdarı 60,3%, qalanlarında isə 52-58% təşkil edir. Müəssisə ay ərzində 40-50 min ton dəmir filizi hasil etmək gücündədir. . Zəylik “Alunit” İstehsalat Sahəsi 1967-ci ildə məhsul istehsalına başlamışdır. Layihədə istehsal gücü ildə 1 milyon ton xırdalanmış alunit filizi olmuşdur. Sonuncu dəfə 1997-ci ildə qismən işləmişdir. Zəylik alunit filizi əsasında isə alunitdən aluminium – oksid istehsal edən Gəncə Aluminum zavodu tikilmişdir. “Daşkəsən Filizsaflaşdırma” ASC və Zəylik “Alunit” İstehsalat Sahəsi müəssisələrinin xammal bazası nəzərə alınmaqla 2008-ci ildə Gəncədə 2 böyük sənaye müəssisəsinin aluminium və polad kompleksinin təməli qoyulmuşdur. Gəncədəki yeni inşa olunan Alüminium Zavodunun poladəritmə sexi işə düşdükdən sonra "Daşkəsən filizsaflaşdırma" ASC-nin də illik istehsal gücü 500 min, daha sonra isə 1 milyon tona çatdırılacaq

Page 49: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

49

Gədəbəy ərazisi qızıl, uran, mis və digər əlvan metallarla zəngindir. Qızıl yatağı 1858-ci ildə Siemens qardaşları tərəfindən kəşf edilib. Hazırda ərazidə təxminən 2000 nəfərin işlədiyi qızıl zavodu fəaliyyət göstərir. Daşkəsən rayonu ərazisində yerləşən "Çovdar" qızıl yatağının istismarına 2012-ci ildə başlanılmışdır. 1966-cı ildə Göygöl rayonunun Çıragidzor mədənində (1985-ci ildən isə “Rizvan” MMC) mərmər istetsalına başlanılmışdır. Müəssisənin istehsal gücü ildə 3000m3 –dir. Mərmər karxanası “Rizvan” MMC-də 2008-ci ilin 6 ayı ərzində 1120 ton mərmər blok, 1237 ton mərmər qırıntıları, 131 ton mərmər lövhəsi istehsal edilmişdir [Mənbə :İEN]. Ermənistan ilə sərhəddə yerləşən "Daşsalahlı" ərazisində Rusiya-Azərbaycan birgə müəssisəsi olan "Azrosprominvest" tərəfindən metallurgiya sənayesinin əsas komponenti olan bentonit istehsal olunur. Keyfiyyətinə görə Azərbaycan bentoniti çox yüksək qiymətləndirilir Bu müştərək müəssisəyə 2,7 milyon $ investisiya qoyulmuşdur. "Azrosprominvest"-in istehsal gücü ildə 245 min tondur. Rusiya metallurgiya bazarının 90%-ini bentonitlə bu müəssisə təmin edir Maşınqayırma sənayesi: cihazqayırma müəssisələri, rabitə təchizatı, maşın təmiri və kənd təsərrüfatı maşınlarının istehsalı ilə məşğuldur. Energetika sənayesi: ərazidə Gəncə, Şəmkir və Yenikənd su elektrik stansiyaları fəaliyyət göstərir. Gəncə şəhərində kimya sənayesi zavodları kükürd turşusu, potaş gübrələrini istehsal edir. Ərazinin yüngül sənayesi yerli xammal (Dəliməmmədlidə pambıq parça, Gəncə, Qazax, Daşkəsəndə pambıq və yun parça və xalça istehsalı müəssisələri) istehsalından ibarətdir. Kənd təsərrüfatı məhsulları: yeyinti sənayesi müəssisələri, ət və süd məhsulları, konservləşdirilmiş məhsullar, şərab, konyak və s. istehsal edilir. Əsas inşaat müəssisələri: iri panellər, dəmir-beton, kərpic, mərmər istehsal edən zavodlardır(Azqiprovodxoz)

Şəkil 2.5. Qoşqarçay hövzəsində dəmir Şəkil 2.6. .Qoşqarçay dərəsində filizi hasilatı (Daşkəsən) mərmər hasilatı (Daşkəsən)

Page 50: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

50

2.7 Hidroenerji istehsalı

Ötən əsrin 30-40-cı illərində çaylar üzərində kiçik su elektrik stansiyaları tikilmişdir. Məsələn, Qoşqarçayda gücü 50 kVt olan su elektrik stansiyası tikilmişdi. Bu Zagala kəndindən (mənsəbdən 63 km) aralı yerləşir. Dəmir-beton bəndın uzunluğu 15 m, yalın eni 1,5 m, basqı isə 3 m-dir. Bənddən aşağıda su elektrik stansiyasının fəliyyəti üçün kanal elə çəkilmişdir ki, istifadə olunan su yenidən Qoşqarçaya qayıdır. Zurnabad kəndi ərazisində 1927-ci ildə kiçik su elektrik stansiyası tikilmişdir. Bəndinın uzunluğu 25 m, eni 1,5 m, basqı isə 1,5 m-dir. Su anbarının həcmi 900 m3-dir. İstifadə olunmuş su yenidən Gəncəçaya qayıdır. 1953-cü ildə Kür çayı üzərində Mingəçevir su elektrik stansiyası tikiləndən sonra kiçik su elektrik stansiyaları əhəmiyyətini itirdi və onların fəaliyyəti dayandırıldı. Hazırda, ekoloji təmiz enerji mənbələrinin-kiçik çayların hidravlik güc potensialından istifadə edən yeni kiçik SES-lərin tikintisi planlaşdırılır (Cədvəl 2.7).

Cədvəl 2.7. Gəncə-Qazax iqtisadi rayonunda tikintisi planlaşdırılan kiçik su elektrik

stansiyalarının texniki və iqtisadi göstəriciləri

Rayon Çay SES№ Gücü (MVt)

Su ötürmə qabiliyyəti, m3/s

Basqı, m

Borunun uzunluğu, km-lə

Diametri, m-lə

Göy-Göl Gəncəçay GQG-1 2,0 4,57 149,60 1x1,30 2,00

GQG-2 3,4 4,57 84,40 1x1,25 2,00

GQG-3 3,0 4,57 74,40 1x1,10 2,00

GQG-4 2,8 4,57 69,50 1x1,15 2,00

Qoşqarçay GQG-5 4,0 1,90 99,30 1x1,30 1,00

GQG-6 4,0 1,90 99,30 1x1,45 1,00

GQG-7 3,0 1,90 74,40 1x1,05 1,00

GQG-8 3,0 1,90 74,40 1x1,20 1,00

Cəmi: Göy-Göl ərazisində 8 25,2

Ağstafa Ağstafaçay GQA-1 2,8 10,70 29,60 1x1,40 1,20

Coğazçay GQA-2 0,9 0,95 107,10 1x1,20 0,80

Cəmi: Ağstafa ərazisində 2 3,7

Tovuz Tovuzçay GQT-1 1,8 1,50 145,20 1x0,7 0,80

GQT-2 4,0 2,50 181,80 1x0,,95 0,80

Page 51: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

51

GQT-3 3,2 2,00 180,80 1x1,05 0,80

Axıncaçay GQT-4 1,5 2,91 58,40 1x1,15 1,20

Cəmi: Tovuz ərazisində 4 10,5

Şəmkir Şəmkirçay GQŞ-1 4,0 4,46 155,60 1x1.14 1,20

GQŞ-2 0,8 2,46 36,90 1x0,90 2,00

Zəyəmçay GQŞ-3 3,6 5,59 72,90 1x1,35 2,00

GQŞ-4 5 5,59 101,30 1x1,40 2,00

GQŞ-5 5,0 5,59 101,30 1x1,00 2,00

GQŞ-6 5,0 5,59 101,30 1x1,20 2,00

Cəmi: Şəmkir ərazisində 6 23,4

Goranboy Kürəkçay GQK-1 4,8 3,50 154,80 1x1,10 1,50

GQK-2 3,0 2,83 120,00 1x1,20 1,20

GQK-3 3,0 2,83 120,00 1x1,25 1,20

Gorançay GQK-4 3,0 2,33 120,00 1x1,20 1,20

GQK-5 3,0 2,33 120,00 1x1,10 1,20

GQK-6 2,3 2,33 92,00 1x1,15 1,20

GQK-7 2,3 2,33 92,00 1x1,30 1,20

GQK-8 2,2 2,33 88,00 1x1,35 1,20

GQK-9 2,0 2,33 80,00 1x1,40 1,20

GQK-10 1,4 2,33 56,00 1x1,30 1,20

İncəçay GQK-11 3,4 2,87 129,80 1x1,20 0,80

GQK-12 3,0 2,87 124,50 1x1,15 0,80

Cəmi: Goranboy ərazisində 12 33,4

Cəmi: Gəncə-Qazax iqtisadi rayonu üçün

32 96,2

Page 52: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

52

Hazırda Şəmkirçay üzərində yeni su anbarı və Su elektrik stansiyası tikilir. • SES-in gücü: 24438 kVt • İllik enerji hasilatı: 56 mln kVt saat •

Şəkil 2.7. Şəmkirçay su elektrik stansiyasının inşası

2.8 Tullantıların daşınması

Regionda ekoloji vəziyyət ciddi problemlərə səbəb olur. Gəncə şəhərində görülən “Tullantıların Birgə İdarəedilməsi” layihəsi şəhər icra hakimiyyəti, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Alman KFW Bankı tərəfindən yerinə yetirilir. Vesti.az saytının məlumatına görə Gəncədə təqdim olunan 96-100 t tullantının orta hesabla 98%-i məişət tullantılarının payına düşür. Burada zibilin yandırılması ətraf mühitə mənfi təsir göstərir, lakin bu layihənin məqsədi bərk tullantıların daha zərərsiz məhv edilməsindən ibarətdir. Layihə bərk tullantıların toplanması və emalı üçün yeni qaydalar təklif edir. Kağız, şüşə, plastik və metal tullantıların ayrılıqda emalı və onlardan gübrə istehsalı təklif edilir. Layihənin həyata keçməsi nəticəsində ətraf mühitdə emissiyaların 80 % azalacağı nəzərdə tutulur. KFW bankının krediti hesabına tullantı emalı zavodunun tikintisini gələn iki il ərzində bitirmək planlaşdırılır. Gəncədə kanalizasiya sisteminin yenidən qurulması və Gəncə inventar sisteminin yenilənməsi eyni bank tərəfindən maliyyələşdirilir. Kompleks tədbirlər-təmizləmə sistemlərinin tətbiqi, məişət tullantılarının yığışdırılması və emalı, nəqliyyat sistemində sərt standartların qoyulması, suyun keyfiyyətinin yaxşılaşdırılması regionda ekoloji vəziyyətin dəyişməsi üçün vacibdir. Vətəndaşların müxtəlif maarifləndirmə tədbirləri ilə ekoloji bilik səviyyələri artırılır.

Page 53: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

53

2.9 Meşələr

Ağstafa rayonunda 0.35 km2 ərazini, Gəncəçay hövzəsində 101 km2, Qoşqarçay hövzəsində 11 km2 və Tovuzçay hövzəsində 78 km2 ərazini meşələr tutur. (Şəkil 2.8). .

Şəkil 2.8. Regionda meşə örtyüyü. Meşələrin əsas hissəsi sahilboyu meşələrdir (çaybasar meşələr-Tuqay meşələri). Burada yaradılmış Qarayazı Milli parkında adları Qırmızı kitaba daxil edilmiş bitki növləri və quşlar qorunur. Hövzə üçün yenidən meşəsalma planının hazırlanması təklif edilir. Meşə massivi təbii bitki örtüyünün əhalinin fəaliyyəti nəticəsində seyrəldiyi ərazilərdə və,

torpaq eroziyasına həssas ərazilərdə, əsas su təbəqələrini bərpa edə bilən ərazilərdə, çayları təbii axım rejiminə (sürüşmələr, daşqınlar azalacaq və minimal axım artacaq) qaytara

bilən ərazilərdə, yerli əhali üçün əsas meşə xidmətlərini təmin edə bilən və turistləri cəlb edən ərazilərdə

bərpa edilməlidir. Meşə massivlərinin bərpa olunması ilkin biomüxtəlifliyə malik meşələrin yaradılması ilə nəticələnəcək. Meşə massivinin bərpa olunması layihəsinə daxil edilə bilən fəaliyyətlər aşağıdakılardır:

1. Hövzədə ilkin bitki örtüyü xəritəsinin tərtibi 2. Meşə massivinin bərpa olunması üçün münasib ərazilərin müəyyənləşdirilməsi 3. Yeni salınmış meşələrin mühafizəsi.

Page 54: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

54

2.10 Turizm

Əlverişli iqlim şəraiti, təmiz hava, dağ və meşə landşaftı, müalicəvi mineral sular beynəlxalq dərəcəli müalicə və istirahət mərkəzləri yaratmağa imkan verir. Burada dəniz səviyyəsindən 1566 m hündürlükdə yerləşən Göy-Göl və Hacıkənd istirahət zonaları var. Bu ərazidə dünya şöhrətli Naftalan müalicəvi sanatoriyası yerləşir. Naftalan dünyanın yeganə tibbi neft yatağı olan kurortudur. Təxminən 8 min əhalisi olan Nafatalan, Bakıdan 320 km qərbdə, Gəncədən 50 km cənubda Goranboy rayonunda yerləşir. Naftalan şəhəri eyni adlı yatağın adındandır. Zərərli benzin və kerosin buxarlarının olmaması, qiymətli sürtkü yağlarının mövcudluğu, tam təmizlik və olduqca böyük çəki (0,930-0,960) Naftalan neftini digər növlərdən fərqləndirir. İndi Naftalan nefti demək olar ki, tibbin bütün sahələrində böyük müvəffəqiyyətlə tətbiq edilir. Naftalan dəri, sinir, uroloji, qaraciyər və s. xəstəliklərin müalicəsi üçün yaxşı bir vasitədir. Tovuzda bu yaxınlarda regionun ən böyük, 700 nəfərə hesablanmış beş ulduzlu “Ayan Palace” mehmanxanasının açılışı olmuşdur.

2.11 Yeraltı sulara texnogen yükləmələr və təsir

Yeraltı suların potensial çirklənmə mənbələrinə üst suları ilə çirkləndiricilərin sulu horizonta daxil ola biləcək müxtəlif sənayə və kənd təsərrüfatı tullantılarının atıldığı, toplandığı və anbarlarda və ya sahələrdə saxlandığı sahələr (şlamtoplayıcılar, kültökülən yer, doldurucu hovuzlar, hövzələr, süzülmə sahələri və s.) kəndtəsərrüfatı suvarılan sahələri (gübrələr və pestisidlərdən istifadə edilən), dağ-mədən işləri və geoloji-kəşfiyyat işlərinin və s. aparıldığı sahələr aid edilə bilər.

Çirkləndiricilər öz mənşəyi və keyfiyyət göstəricilərinə görə aşağıdakılara bölünürlər: -məişət (təsərrüfat – fenol); -sənayə (istehsalat); -kənd təsərrüfatı; -sellərlə.

Kimyəvi tərkib və növlərinə görə yeraltı suların çirklənməsi kimyəvi, bakterioloji, radioaktiv və istilik yolları ilə baş verir. Bu göstərilən yolların hər biri ilə yeraltı suların çirklənməsi baş verir. Lakin kimyəvi çirklənmə çox qorxulu və çətin kənarlaşdırılan bir xüsusiyyət daşıyır. Qısa şəkildə yeraltı sualrın Respublika və düzənlik ərazisində çirklənmə mənbələri və onların müasir zamanda yeraltı sularda aşkar edilmiş miqdarı haqqında məlumatlar sonrakı bölmələrdə verilir.

2.11.1 Məişət tullantıları ilə çirklənmə

Respublika ərazisindəki iri şəhərlər qəsəbələr, qəsəbələr və kəndlər adətən dağətəyi düzənliklərdə, terraslarda, çayların gətirmə konuslarının yuxarı hissələrində - yəni o yerlərdəki, aerasiya zonasındakı süxurlar sukeçiricilik xüsusiyyətlərinə malikdir, salınmışdır. Başqa sözlə həmin ərazilərdəki yeraltı sular çirklənmədən təbii mühafizə şəraitinə malik deyillər. Bir neçə iri şəhərləri –

Page 55: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

55

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və s., çıxmaqla qalanları kanalizasiya və tullantı suaları təmizləyən sistemlərə malik deyillər. Gəncə şəhərinin məişət və təsərrüfat tullantı suları bioloji təmizləndikdən sonra şəhərin şimali şərqində, təxminən 18 km məsafədə Qarayeri sahəsində yerləşən üzüm bağlarına, onların suvarılması üçün atılır. Məlumdur ki, bu keçmiş SSRİ qaydalarına əsasən vəziyyətdən çıxış yolu hesab edilirdi. Əslində üzüm ağacları il boyu sulanmış və öz keyfiyyətinə görə bu sular heç bir məqsəd üçündə yararlı deyillər. Gəncə şəhərinin tullantı sularının təmizləyici qurğusu yaxınlığında bu sular təmizlənərək suvarma üçün istifadə edilən üzümçülük bağının içində 1974-cü ildə çirklənməni öyrənmək üçün 3 müşahidə quyusu qazıldı. Bu quyularda qrunt suları 20,35 m-dən 21,92 m dərinliklərdə yerləşirdi. Quyulardan götürülmüş su nümunələrində fenolun miqdarı 0,007-0,13 mq/l, turşu yağları 0,3-384,4 mq/l, sulfatlar 960-1280 mq/l, dəmir 0,5-5,0 mq/l, oksigenə biokimyəvi təlabat 0,46-23,9 mq/l və s. olmuşdur. Qrunt sularının ümumi minerallaşması 0,7-0,8 q/l təşkil edir və kimyəvi tərkibcə sulfatlı-hidrokarbonatlı natriumlu-kalsiumludur. Qeyd etmək lazımdır ki, Respublika ərazisində 185 şəhər və şəhər tipli qəsəbə olduğu halda, onlardan ancaq 19-da kanalizasiya sistemi mövcuddur ki, onlardanda biri Gəncə şəhəridir. Əksər hallarda bu çirkab suları elə həmin yerlərdə torpağa və oradan da yeraltı sulara süzülür, bəzən də yerüstü mənbələrə-çaylara axıdılır. Son zamanlar Respublikanın şəhər və rayon mərkəzlərində (o cümlədən Gəncə-Qazax düzənliyində yerləşən rayon mərkəzlərində) su təchizatı və kanalizasiya sistemlərinin bərpa və yenidən qurulması istiqamətində geniş miqyaslı işlər yerinə yetirilir.

2.11.2 Sənaye tullantıları ilə çirklənmə

Sənayə tullantıları ilə çirklənmə stasionar müşahidə şəbəkəsi yeraltı şirin suların yayıldığı və əhali tərəfindən içmək-məişət xidmətləri və suvarma üçün geniş istifadə edilən Gəncə çayın gətirmə konusunun orta hissələrində, Gəncə aliminium (indiki gil-torpaq) zavodunun təsir zonasında öyrənilir. Burada 1974-cü ildən başlayaraq yeraltı suların hərəkəti istiqamətində zavodun tullantılarının toplandığı sahələrdən başlayaraq onun kənarı boyunca, oradan 1000 və 3000 m məsafədə müşahidə quyuları qazılaraq onlarda yeraltı suların çirklənməsi öyrənilir. Aerasiya zonasında çaqıl-çınqıl və qumlar – yəni yaxşı sukeçiriciliyə malik süxurlar mövcuddur. Qrunt suları bu tullantı toplayıcıları (3 ədəddir) sahəsi boyunca 21-16 m dərinlikdə və get-gedə azalaraq sonuncu quyuda (19 saylı) 8,4 m dərinlikdə qərarlaşır. Suların ümumi minerallaşması 0,7-1,0 q/l arasında dəyişir və kimyəvi tərkibcə onlar sulfatlı-hidrokarbonatlı natrium-kalsium tiplidirlər. Suda aliminiumun miqdarı vaxt aşırı onların BHK-dan (0,05 mq/l) artıq, dəmirinki 3,5-50 dəfə (BHK – 0,3 mq/l), fenollar (BHK – 0,002) 3-4 dəfə çox olur. Başqa çirkləndiricilərin də (turşu yağları, ammiak, nitritlər, nitratlar, xüsusən də sulfat ionlarının) miqdarı dəfələrlə onların BHK-dan çox olur. Qeyd etmək lazımdırki, elə Gəncə şəhəri ərazisində yeraltı suların sənayə tullantıları ilə çirklənməsinə ideal şərait var. Yeraltı suların düzənlik ərazisində neft məhsulları ilə potensial çirklənmə mənbəyi Xəzər dənizindən çıxarılan Sanqaçal terminalında toplanaraq Qərb Eksport neft kəməri marşurtu hesab edilə bilər.

Page 56: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

56

2.11.3 Kənd təsərrüfatı çirkləndiriciləri ilə çirklənmə

Kənd təsərrüfatı çirkləndiriciləri amilləri içərisində Respublika ərazisində suvarma əkinçiliyi aparılan yerlərdə gübrə və pestisidlərin uzun illər (axırıncı 5-6 il müstəsna olmaqla) intensiv istifadəsi ilə bağlıdır. Demək olar ki, 1960-1985-ci illər arasında mineral gübrələr də pestisidlər hər il rekord miqdarda lazım gəldi və ya gəlmədi, planlı formada torpağa səpilirdi. Mineral gübrələrin assortimenti çox olmasına baxmayaraq yeraltı sulara təhlükə yaradanı azotlu gübrələrə daxil olan azotun (nitratlar, nitritlər, ammonium) birləşmələridir. Bu maddələr (birləşmələr) yeraltı hidrosferada çox dəyanətli və yaxşı miqrasiya edəndirlər. Bunlarla bağlı dünya əhalisi arasında, Azərbaycan istisna olmaqla bir çox xəstəliklər-verəsiliyin dəyişməsi (mutagen xüsusiyyətlər), uşaqların eybəcər (debil) doğulması (teragen xüsusiyyət), başqa sözlə genofondun pisləşməsi və s. baş verir. Fosforlu gübrələr də toksik hesab edilirlər. Lakin fosforlu birləşmələrin yeraltı hidrosferada hərəkəti (miqrasiyası) onların yüksək səviyyədə sorbsiya olmaları və suda həll olmayan birləşmələr yaratmaları ilə müəyyən edilir. Respublika torpaqlarında kalium gübrələri və müxtəlif mikroelementlərdən də yüksək kənd təsərrüfatı məhsulları almaq üçün istifadə edilir. Lakin onlardan nisbətən az istifadə edildiyindən və onların bitkilər tərəfindən yaxşı udulduğundan yeraltı sulara təhlükəsi başqaları ilə müqayisədə azdır. Keçmiş SSRİ-nin normalarına əsasən planlaşdırılmış hər hektardan 35-40 sentner məhsul götürüləcək əkin sahələrinə 190-240 sen/ha azotlu gübrələr və 125-140 sen/ha fosforlu gübrələr verilirdi. Bununla yanaşı, pambıq, üzüm, tütün, taxıl və s. sahələrdə müxtəlif adda və həcmdə zəhərləyici maddələr verilirdi. (50-70 adda) Aparılmış tədqiqatların nəticələrinə əsasən müxtəlif (50-150m) dərinliyə malik mərkəzləşmiş yeraltı su götürücülərdən götürülmüş nümunələrdə ekoloji vəziyyətin gərginliyi qeydə alınmışdır. Məsələn dəmirin miqdarı (mq/l) Tovuz (0,3), Qazax (0,5), Goranboy (2,0), Yevlax (1,0) şəhərlərinin mərkəzləşdirilmiş su götürücüləri sularında böyük diapazonda dəyişir, yağlar 11-118 mq/l, nitrat 1,5-12,5 mq/l və s. olmuşdur. Bu və ya digər çirkləndiricinin yeraltı sularda miqdarı bir çox amillərlə yanaşı, bu çirklənmə mənbələrinin daimi və ya təsadüfü olmasından, yeraltı suların yatma dərinliyindən, aerasiya zonasındakı süxurların sorbsiya xüsusiyyətlərindən çox asılıdır. Maldarlıq komplekslərilə çirklənmə Respublika ərazisində maldarlıq, qoyunçuluq, toyuqçuluq, atçılıq və qismən donuzçuluq fermaları son 30-40 il ərzində xüsusəndə maldarlıq və qoyunçuluq geniş inkişaf etmişdir. Bununla əlaqədar olaraq bütün inzibati rayonlar ərzisində formalar üçün tövlələr tikilmişdir. Aparılmış tədqiqatlar nəticəsində Gəncə Qazax düzənliyinə qonşu olan Qarabağın düzənliyində aerasiya zonasının qalınlığından asılı olaraq fermalar yerləşən ərazilərdə çirkləndiricilər qrunt sularına miqrasiya etməsi müşahidə olunmuşdur.

2.11.4 Sel axınları ilə çirklənmə

Respublika ərazisində sel prosesləri də geniş yayılmışdır. Dağlıq bölgələrdə dağ qazma dağ mədən, buruq quyuları qazma və s. torpaq işləri , həmçinin sənayə, kənd təsərrüfatı, məişət tullantıları, digər kimyəvi və texniki maddələr sellərlə ərazilərə gətirilərək ətraf mühitə və yeraltı hidrosferaya bir başa yaxud dolayısı yollarla da potensial çirklənmə mənbəyi ola bilər. 1997-ci ilin oktyabr ayında Gəncə-Qazax düzənliyində Goranboy və Yevlax rayonları ərazisində baş vermiş sel prosesi ilə bir neçə yanacaq doldurma məntəqəsində neft məhsullarının ətraf mühitə

Page 57: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

57

dağılması qeydə alınmışdır. Bu lokal proses olsa da ətrafda qrunt suların çirklənməsinə səbəb olmuşdur.

2.11.5 Yeraltı suların istismarı

Yeraltı suların qədim zamanlardan əhalinin su təchizatında kəhrizlər qazıyaraq istifadə edildiyi qeyd edilib. Onların sərfi adətən 5-20 l/s, bəzən isə 30-70 l/s olmuşdur. Sonralar baxımsızlıq ucundan onların bir qisminin gözü dolmuş, digərlərinin təsir zonasında çoxsaylı istismar buruq quyuları qazılaraq onların bəzilərinin tam sıradan çıxmasına, digərlərin isə sərfinin azalmasına səbəb olmuşdur. Yeraltı sulardan horizontal drenlər vasitəsilə Ağstafaçaydan Qazax şəhərinin, Axınçaydan və Zəyəmçaydan Tovuz şəhərinin və kəndlərinin, Şəmkirçaydan Şəmkir şəhərinin, Gəncəçaydan Gəncənin və s. su təchizatı problemi qismən ödənilir. Bu drenlərin məhsuldarlığı 3-6 l/s-dən 50-60 l/s arasındadır. Yeraltı sulardan ən çox pərakəndə və xətti sugötürücülər-buruq quyuları vasitəsilə istifadə edilir. Onların ümumi sayı 2000 ədədi keçmişdir və dərinlikləri isə 25-70 m, çox vaxt 120-150 m, bəzən 300-400 m, quyulardan isə nasoslar və özüaxarla 50-70 l/s-yə qədər, çox vaxt 5-30 l/s su alınır. Onlardan suvarma məqsədilə geniş istifadə edilir. Yeraltı şirin və az minerallaşmaya malik suların regional istismar ehtiyyatları bütün sulu komplekslər üçün 4075 min m3/gün həcmində təsdiq edilib. Gəncə şəhərinin su təchizatı ilə bağlı Gəncəçayın gətirmə konusunun yeraltı su ehtiyyatları 200,8 min m3/gün, Qazax, Tovuz, Şəmkir, Xanlar, Goranboy, Gəncə qrup su kəmərlərinin tikilməsi üçün -232,8 min m3/gün , Şəmkir şəhəri əhalisinin su təchizatı üçün 17,3 min m3/gün və Daşsalahlı bentonit gilləri karxanası üçün Coqasçayın yataqaltı suyunun ehtiyyatları 2,5 min m3/gün həcmində Dövlət Ehtiyyatlar Komissiyalarında təsdiq edilmişdir. Yeraltı suların istismarı Gəncə-Qazax düzənliyində intensiv şəkildə aparılır. Xüsusilə suvarma təsrrüfatı üçün qazılan subartezian quyularının sayı ilbə il artmaqdadır. Bu isə qrunt sularının səviyyəsinin aşağı düşməsinə, çaylarda suyun azalmasına, ekosistemdə neqativ halların yaranmasına səbəb olur. Məsələn 1976-1985-ci illər Gəncəçayın gətirmə konusunda yeraltı suların (adətən qrunt və I-II təzyiqli su horizontların) intensiv istismarı nəticəsində ildə 0,3-0,5 m, bəzən 2,0 m-ə qədər sürətlə düşmüşdür. Gəncə-Qazax düzənliyinin qərbdən Gürcüstan Respublikasının hidrogeoloji hövzəsi ilə həmsərhəddir. Düzənliyin qərb hissəsində (Ağstafa, Qazax rayonları ərazisində) pərakəndə şəkildə qazılmış istismar quyuları vasitəsi ilə hasilat qonşu Respublikanın yeraltı su ehtiyyatlarına neqativ təsir göstərmir. Monitorinq quyularının çoxillik məlumatlarına əsasən düzənliyin bu hissəsində qrunt sularının səviyyələrində ciddi dəyişiklik baş verməmişdir. Burada rejim müşahidə məntəqələrində səviyyənin illik amplitudası 0,70 m-1,0m olur, çoxilliklər boyu qrunt sularının səviyyəsinin yatma dərinliyi demək olarki, stabil qalır. Təzyiqli hoizontları açmış fəvvarəli müşahidə quyularında suyun sərfi çoxilliklər miqyasında demək olarki stabil qalmışdır.

2.12 İnsan fəaliyyətinin əsas sahələri

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il fevral ayının 11-də imzalamış 24 saylı Fərmanına əsasən 2004-2008 və 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişaf Proqramlarına əsasən makroiqtisadi stabillik və uzunömürlü inkişafı təmin etmək üçün görülən tədbirlərin nəticələri bu iqtisadi rayonun da dinamik iqtisadi inkişafına səbəb olmuşdur. Proqramın əsas məqsədi milli iqtisadiyyatın dinamik inkişafı istiqamətində ardıcıl və əlaqələndirilmiş siyasəti həyata keçirməklə vətəndaşların həyat səviyyəsinin artımını təmin etməkdir.

Page 58: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

58

Müxtəlif sahələri əhatə edən dövlət proqramı makroiqtisadi sabitliyin və Gəncə-Qazax iqtisadi rayonunun inkişafının təmin edilməsinə yönəldilmiş 90 tədbirin həyata keçirilməsini nəzərdə tutur. Dövlət Proqramı üzrə tədbirlərin həyata keçirilməsi regionun sosial-iqtisadi inkişafında, əhalinin rifahının yaxşılaşdırılmasında özünü doğruldur və onun əsas məqsədləri aşağıdakılardır: - regionun iqtisadi potensialından effektiv istifadə; - regionda biznesin inkişafının sürətləndirilməsi; - yerli istehsalat və emal müəssisələrin fəaliyyətlərinin bərpası və inkişafı; - təsərrüfat və məişat infrastrukturu obyektlərinin bərpası və inkişafı; - yoxsulluğun azaldılması, yeni iş yerlərinin yaradılması və regionlarda əhalinin həyat səviyyəsinin artımı. Tədbirlər planı nəticəsində artıq 2005-ci ildə regionda ciddi irəliləyişlərə gətirdi. Ölkənin iqtisadi göstəricilərində ərazinin xüsusi çəkisinin artımı müşahidə olunur. Belə ki, rayonda biznesin inkişafının sürətləndirilməsi, yerli istehsal və emal müəssisələrinin açılması, iqtisadi və məişət infrastruktur obyektlərinin bərpası, yoxsulluğun azaldılması, yeni iş yerlərinin yaradılması əhalinin həyat səviyyəsinin real yüksəlməsinə yönəlmişdir. Dövlət Proqramı qəbul edildikdən sonra bu 4 il ərzində dövlət dəstəyinin biznesin inkişafına gücləndirilməsi Gəncə-Qazax iqtisadi rayonunda özəl sektora marağı artırıb. Pilot ərazidə yaxın gələcəkdə su ehtiyatlarının kəmiyyət və keyfiyyətinə təsir edə biləcək mühüm iqtisadi fəaliyyət növləri aşağıdakılardır:

• əkin sahələrini suvarmaq üçün çaylardan sugötürmələr • əkin sahələrində gübrələrdən istifadənin çoxalması • dağ-mədən sənayesinin inkişafı • turizmin inkişafı

3. TƏZYIQ VƏ TƏSIRLƏRIN MÜƏYYƏN OLUNMASI

Pilot ərazinin su ehtiyatlarının iki əsas toplananı var: yeraltı sular və səth suları. Bu sular

arasında qarşılıqlı əlaqə mövcuddur. Daşqınlar dövrü çaylardan süzülən sular yeraltı suların

ehtiyatlarını artırır. Azsulu dövrdə isə əksinə yeraltı suların bazis axımını təşkil edir.

Bu fəsildə təzyiqlərin tədqiqat ərazisinin su obyektlərinə təsirinə baxılır. O, əvvəlki fəsildə insan

fəaliyyətlərinin təhlilinə əsaslanır.

2-ci fəsildəki təhlilə əsaslanan təsir qiymətləndirilməsi üçün aşağıdakı mühüm təzyiqlər

seçilmişdir:

Suvarma və məişət məqsədləri üçün suyun götürülməsi;

Məişət-tullantı suları;

Kənd təsərrüfatı, bitkiçilik;

Sənaye, ərzaq və qeyri-ərzaq məhsulları istehsalı;

Page 59: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

59

Bərk tullantıların atılması;

Meşələrin qırılması;

Çay sahillərinin bərkidilməsi və hidromorfoloji dəyişikliklər və s.

Su ehtiyatlarının kəmiyyətinə təsir baxımından suvarma və məişət məqsədləri üçün suyun

götürülməsi (nöqtəvi təzyiqlər) daha böyük əhəmiyyət kəsb edir. Su ehtiyatlarının keyfiyyətinə təsir

baxımından təmizlənməmiş çirkab suların çaylara axıdılması (nöqtəvi təzyiq) daha güclü təzyiqdir.

Bu baxımdan təzyiqlər 4 əsas qrupa bölünə bilər:

suyun istifadə üçün götürülməsi;

diffizion çirklənmə mənbələri

nöqtəvi çirklənmə mənbələri;

Çay obyektlərində fiziki və morfoloji dəyişikliklər

SÇD-də nəzərdə tutulan “Yaxşı status” sinifinə uyğun olmayan bütün su obyektləri üçün bütün

təzyiqlər nəzərdən keçirilməlidir.

3.1 Suyun istifadə üçün götürülməsi

3.1.1 Məişət-təsərrüfat məqsədləri üçün suyun götürülməsi

Pilot ərazinin çaylarının ümumi su ehtiyatları 1.2 milyard m3 təşkil edir. 2011-ci ildə bunun yalnız

29 milyon m3 (2.43%) məişət-təsərrüfat məqsədləri üçün istifadə olunur (Cədvəl 3.1).

Cədvəl 3.1. Məişət-içməli məqsədlər üçün su götürmələr

Rayonlar/illər

2005 2010 2011

Cəmi, milyon.k

ub m

Bir sakinə düşən, kub m

Cəmi, milyon kub m

Bir sakinə düşən, kub m

Cəmi, milyon kub m

Bir sakinə düşən, kub m

Pilot ərazi -cəmi 30.0 27.0 25.4 21.7 29.5 24.2 o cümlədən: Gəncə şəhər ə/d 21.4 70.0 15 47.4 11.5 35.8 Qazax rayonu 1.0 9.0 1.6 17.6 1.2 12.7 Ağstafa rayonu 1.0 13.0 0.5 6.1 0.4 5.3

Page 60: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

60

Tovuz rayonu 1.0 7.0 1.4 8.7 1.2 7.5 Şəmkir rayonu 2.0 11.0 1.4 7.1 1.1 5.4 Gədəbəy rayonu 0.2 2.0 0.3 3.2 0.2 2.1 Daşkəsən rayonu 0.5 16.0 0.5 15.1 0.2 6.9 Samux rayonu 0.4 8.0 0.4 7.3 0.3 6.0 Göygöl rayonu 1.5 27.0 3.6 61.7 2.0 33.8 Goranboy rayonu 1.0 9.0 0.8 8.3 11.4 92.2

Məsələn, Qazax rayonu üzrə su təchizatı məqsədi ilə 1981-1982-ci illərdə Ağstafaçayın

sahillərində hidrogeoloji tədqiqat işləri aparılmışdır. Bu tədqiqatlar nəticəsində baxılan ərazidə

yeraltı suların istismar ehtiyatları Dövlət Ehtiyatlar Komissiyasında 463 l/s həcmində təsdiq

olunmuşdur (protokol № 9151; 24 dekabr 1982-ci il). Bu rəqəm Azərbaycan Respublikasının

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 dekabr 2008-ci il 715/ü saylı əmrinə əsasən təsdiq

olunmuşdur. Baxılan ərazidə Ağstafaçayın yeraltı su ehtiyatlarından (463 l/s) çay ekosistemə mənfi

təsirlər olmadan 118 l/s su götürməyə imkan verir. Belə ki, ərazinin hidrogeoloji xüsusiyyətləri

yeraltı suların formalaşması üçün əlverişlidir. Quyu sahələri çayın subasarında yüksək filtrasiya

qabiliyyətinə malik süxurların (qum, çınqıl) yayıldığı ərazidədir. Didiban bəndindən filtrasiya olan

sular və Didiban su anbarından daşqın suları buraxıldıqda bu yeraltı suların ehtiyatı lazımi həcmdə

bərpa olunacaq. Bu isə o deməkdir ki, sugötürülən ərazidə və ondan aşağıda qrunt sularının

səviyyəsinin enmə ehtimalı yox səviyyəsindədir. Belə şəraitdə ərazidəki ağac və kolluqların normal

inkişafı üçün qrunt suları lazımi səviyyədə qərarlaşacaq. Bu qeyd olunanlar ətraf mühitə təsir

baxımından quyu sahələrinin uğurlu seçildiyini bir daha təsdiqləyir.

3.1.2 İrriqasiyyatda istifadə məqsədi ilə suyun götürməsi

Pilot ərazinin düzən hissəsində iqlimin quraq olması, məhdud su ehtiyatlarının ərazi üzrə qeyri-

bərabər paylanması, əhali artımı və iqtisadiyyatın son onillikdəki sürətli inkişafı suya olan tələbatı

getdikcə artırmaqdadır. Su mənbələrindən, başlıca olaraq çaylardan geriyə qaytarılmadan götürülən

suyun miqdarının getdikcə artması çayların rejimində ciddi dəyişmələrə səbəb olmuş, əksər çayların

azsulu dövr axımının azalması baş vermiş, çoxillik və ildaxili tənzimlənmə nəticəsində axımın il

ərzində təbii paylanma qanunauyğunluqları pozulmuşdur.

Təsərrüfat fəaliyyətinin ərazi çaylarının axımına intensiv təsiri ötən əsrin 50-ci illərindən başlayır.

Suvarma və məişət ehtiyacları üçün su götürülməsi ərazidə əsas su mənbələri hesab olunan çayların

axımına təsir edən başlıca antropogen amillərdir.

Ağstafaçay su anbarından aşağıda Ağstafaçay üzərində Musaköy hidroloji müşahidə məntəqəsi

fəaliyyət göstərir. Bu məntəqədə qeydə alınan axım təbii rejimə uyğun axımdan kəskin fərqlənir.

Page 61: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

61

Bu çaylardan təsərrüfat fəaliyyətinin təsirinə ən çox məruz qalanlardan biri Ağstafa çayıdır. Ağstafa

çayı Azərbaycan ərazisinə Ermənistan Respublikasından daxil olur. Çayın orta çoxillik su sərfi 13,5

m3/s-dir. Çayın hövzəsində 18 suvarma kanalı və çoxsaylı sugötürmə qurğuları var. Bu qurğular

əsasən 1950-1980 illərdə istifadəyə verilmişdir. Ağstafa çayında təsərrüfat fəaliyyətinin intensiv

təsirinin başlanğıc ili 1952-ci ildir. Statistik üsullara əsaslanan hesablamalar göstərir ki, Ermənistan

ərazisində yerləşən İcevan məntəqəsinə qədər çayın orta illik axımının 35-40 %-i müxtəlif

məqsədlər, başlıca olaraq suvarma və məişət məqsədləri üçün istifadə olunur. Əsas su tələbatçıları

Ermənistan ərazisindəki İcevan və Dilican şəhərlərinin məişət və kommunal obyektləridir.

Azərbaycan ərazisində qeyd olunduğu kimi, suvarma əhəmiyyəti olan Ağstafaçay su anbarı fəaliyyət

göstərir.

Ermənistandan Azərbaycana gələn digər transsərhəd çaylarda – Tovuz və Axınca çaylarında

təsərrüfat fəaliyyətinin təsirinin başlandığı illər müvafiq olaraq 1965 və 1973-cü illərdir.

Hesablamalar Tovuz çayında axımın 45-50 % (cədvəl 3.2 ,şəkil 3.1 ) Axınca çayında isə 50-55 %

azaldığını göstərir.

Cədvəl 3.2 Tovuzçayın su ehtiyatlarına (m3/s) suvarmanın təsirinin qiymətləndirilməsi

Çay-Məntəqə İl I II III IV V VI VII VIII IX X XI XII İllik

Berd 195

5 0.18 0.17 0.45 1.02 3.53 2.82 0.36 0.42 0.75 0.50 0.51 0.40 0.99

Öysüzlü 195

5 0.11 0.082 0.63 0.20 2.50 1.06 0.16 0.18 0.36 0.21 0.15 0.07

3 0.48

0

0.5

1

1.5

2

2.5

3

3.5

4

I II III IV V VI VII VIII IX X XI XIIAylar

Su sə

rfi,

m3 /s Berd

Öysüzlü

Şəkil 3.1. Tovuzçayın Berd və Öysüzlü məntəqələrində aylıq su sərflərinin hidroqrafları

Page 62: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

62

Bu şəkildən göründüyü kimi Öysüzlü məntəqəsi Berd məntəqəsindən aşağıda yerləşməsinə

baxmayaraq, demək olar ki, bütün il boyu bu məntəqədə su sərfləri yuxarı məntəqə ilə müqayisədə

kiçikdir. Bu azalma suvarma üçün sugötürmələrin təsiri ilə izah olunur.

Kürəkçayda isə təsərrüfat fəaliyyətinin başlandığı il 1975-ci ildir. Təsərrüfat fəaliyyətinin təsiri

altında həmin çayın axımı orta hesabla 1,2 m3/s azalmışdır ki, bu da axım normasının orta hesabla

30 %-ni təşkil edir [Əliyev, 2005].

F.Ə.İmanovun tədqiqatlarına görə çayların minimal yay-payız axımı orta hesabla 28 % azalmışdır

[İmanov, 2000].

Həmçinin müəyyən olunmuşdur ki, Qoşqarçayın Sarıtəpə məntəqəsində təbii rejim 1959-cu,

Kürəkçayın-Dozular məntəqəsində 1959-cu, Zəyəmçayın Ağbaşlar məntəqəsində isə 1978-ci ildən

pozulmağa başlamışdır.

Kiçik Qafqazın bütün çayları boyu antropogen təsir mənbədən mənsəbə doğru artır.

Gəncəçayın su ehtiyatlarından əsasən suvarmada istifadə edilir. 7-dən çox kanalla çaydan su

götürülür. Gəncə şəhərinin su təchizatı üçün də bu çaydan su götürülür.

Keçən əsrin 40-ci illərinin axırlarında Zurnabad kəndindən aşağıda yerləşən Topalhəsənli

kəndindən təqribən 700 m yuxarıda Gəncəçayın sağ sahilindən kanal çəkilmişdir. Bu kanalın

suyundan Göygöl rayonunun bir sıra kəndlərində əsasən suvarma məqsədi ilə istifadə olunur.

Su mənbələrindən, başlıca olaraq çaylardan geriyə qaytarılmadan götürülən suyun miqdarının

getdikcə artması Gəncəçayın rejimində ciddi dəyişmələrə səbəb olmuş, çayın axımının azalması baş

vermiş, axımın il ərzində təbii paylanma qanuna uyğunluqları pozulmuşdur.

Gəncəçayın son 15 ildə axım göstəricilərinin dəyişməsini qiymətləndirmək üçün onun 1991-

2005-ci illər üzrə orta mövsümi və illik qiymətləri 1961-1990-cı illər ərzindəki müvafiq orta

qiymətləri ilə müqayisə edilmişdir (Cədvəl 3.3).

Cədvəl 3.3 Gəncəçayın orta mövsümi və illik su sərflərinin dəyişməsi (m3/s)

Dövrlər Qış Yaz Yay Payız İllik XII-II III-V VI-VIII IX-XI XII-XI

1961-1990 1.86 6.07 6.76 2.99 4.44 1991-2005 1.64 5.35 5.19 2.47 3.54 Fərq (%) -12 -12 -23 -17 -20

Bu cədvəldən göründüyü kimi, Gəncəçayın Zurnabad məntəqəsində son 15 ildə həm mövsümi,

həm də illik axımın azalması müşahidə edilir.

Yay aylarında, hətta üzərində su anbarı olmayan bir qrup çayın aşağı axınında da axım olmur

(Gorançay, Gəncəçay və s.). Bu, müxtəlif məqsədlər, xüsusilə suvarma üçün çaydan su götürülməsi

Page 63: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

63

ilə bağlıdır.

Çayların su ehtiyatlarından daha səmərəli istifadə olunmalı və çaylarda ekoloji axımın kəmiyyəti

təmin edilməlidir. Cədvəl 3.4-də suvarma məqsədilə sugötürmələrə dair məlumat verilir.

Cədvəl 3.4. Suvarma məqsədilə sugötürmələr 1) (milyon kub metr)(Mənbə: Meliorasiya və Su Təsərrüfatı ASC)

Rayonlar / İllər 2000 2005 2008 2009 2010 2011 Pilot - cəmi 350.3 516.3 715.1 705.8 718.3 765.3

Gəncə şəhər ə/d 6.0 1.2 1.8 2.7 2.5 1.6 Qazax rayonu 48.0 36.0 59.0 49.9 48.4 56.9 Ağstafa rayonu 56.0 69.4 61.0 65.7 69.8 74.0 Tovuz rayonu 44.0 59.0 79.6 84.9 84.9 90.9 Şəmkir rayonu 72.0 130.5 165.7 156.5 168.6 163.9 Gədəbəy rayonu - - - - - 0.0 Daşkəsən rayonu 0.3 - - - - 0.01 Samux rayonu 61.0 100.0 128.0 131.0 131.7 141.0 Göygöl rayonu 20.0 43.6 48.5 48.6 48.6 49.6 Goranboy rayonu 43.0 76.6 171.5 166.5 163.8 187.5

Pilot ərazi üzrə 2011-ci ildə suvarma məqsədi ilə 765.3 mln m3 (63.7%) sudan istifadə olunub.

Bu bir daha təsdiq edir ki, pilot ərazidə su ehtiyatlarının kəmiyyətinə təsir göstərən əsas təzyiq növü suvarma məqsədilə çaylardan suyun götürülməsidir. Yekun olaraq qeyd etmək olar ki, irriqasiya məqsədilə suyun götürülməsi ərazinin bütün pilot çaylarının su sərflərinə kəmiyyətcə ciddi təsir edir

Page 64: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

64

3.1.3 Sənaye məqsədləri üçün suyun götürülməsi

Regionda sudan iqtisadiyyatda istifadə suvarma ilə müqayisədə o qədər də yüksək deyil. Bunu

3.5 və 3.4-cü cədvəlləri müqayisə etsək daha aydın görərik.

2011-ci ildə sənaye ehtiyacları üçün 10.9 mln m3 (0.9%) sudan istifadə olunub. Göründüyü kimi,

bu kifayət qədər kiçik rəqəmdir.

Cədvəl 3.5. Sənaye ehtiyacları üçün sudan istifadə edilməsi1) (milyon m3) (Mənbə: Meliorasiya və

Su Təsərrüfatı ASC) Rayonlar / İllər 2000 2005 2008 2009 2010 2011

Pilot - cəmi 12.7 16.9 15.5 13.7 19.6 10.9 Gəncə şəhəri 5.7 8.2 7.5 2.0 0.4 1.3 Qazax rayonu 0.3 - 0.2 0.2 - 0.2 Ağstafa rayonu 0.2 - 0.1 0.1 0.0 0.0 Tovuz rayonu - 0.7 0.0 0.0 - 0.0 Şəmkir rayonu 5.1 8.0 6.0 8.2 9.9 7.2 Gədəbəy rayonu 0.2 - - - - - Daşkəsən rayonu 0.4 - 0.0 - 0.0 0.0 Samux rayonu - - 0.0 0.0 0.2 0.0 Göygöl rayonu 0.3 0.0 1.6 3.1 9.0 2.1 Goranboy rayonu - - - - - 0.1

Tədqiqat ərazisində əsas sənaye müəssisələri Gəncə və Şəmkir şəhərlərindədir. Gəncə

şəhərinin çirkab suları şəhərin kanalizasiya sisteminə axıdılır. Gəncənin tullantı suları şəhərdən

keçən Gəncəçayın hövzəsində deyil, qonşu Kürəkçayın hövzəsinə axıdılır. Bu səbəbdən sənaye

tullantı suları Gəncəçayı çirkləndirmir. Bu məsələ Kürəkçay hövzəsinin idarə olunma planı

hazırlanarkən bu məsələ nəzərə alınmalıdır.

3.1.4 Hidroenergetika

Zurnabad kəndi ərazisində 1927-ci ildə tikilmiş və hazırda fəaliyyət göstərməyən kiçik su

elektrik stansiyasının su götürən kanal (uzunluğu 2.5 km) hazırda lillənmişdir və bu səbəbdən onun

suburaxma qabiliyyəti kəskin azalmışdır [Рустамов, Кашкай, 1989].

Şəmkirçay su anbarı suvarma məqsədilə tikilir və eyni zamanda suyun enerjisindən istifadə

edilməklə əlavə elektrik enerjisinin əldə etməsi məqsədilə layihədə 3 elektrik stansiyasının tikintisi

nəzərdə tutulmuşdur. Bu su elektrik stansiyalarında istifadə olunacaq su təzədən Şəmkirçaya

Page 65: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

65

axıdılacaq. Bu o deməkdir ki, Şəmkirçayın su ehtiyatlarının kəmiyyətinə əhəmiyyətli mənfi təsir

gözlənilmir.

Yekun olaraq qeyd etmək lazımdır ki, Gəncəçayın yuxarı axınında sudan hidroenergetikada

istifadə onun su rejiminə o qədər də ciddi təsir etmir.

3.2 Nöqtəvi çirklənmə mənbələri

3.2.1 Yaşayış məntəqələrindən atılan çirkab suları

2011-ci ildə pilot ərazidə yaşayış məntəqələrindən 31.1 mln m3 çirkab suları atılıb (Cədvəl

3.6.). Bu da məişət təsərrüfat və sənaye məqsədləri üçün götürülən ümumi su həcminin (40.4 mln

m3) 76 %-ni təşkil edir.

Cədvəl 3.6. Yaşayış məntəqələrindən çirkab suların atılması (milyon kub metr) (Mənbə: Meliorasiya və Su Təsərrüfatı ASC)

Rayonlar / İllər 2000 2005 2008 2009 2010 2011

Pilot ərazi- cəmi 6.6 28.7 22.3 34.8 35.5 31.1 Gəncə şəhəri 0.01 19.0 12.3 12.4 12.3 9.5 Qazax rayonu 0.5 0.4 0.4 0.4 0.8 0.6 Ağstafa rayonu 0.3 0.5 0.2 0.7 0.1 0.1 Tovuz rayonu - 0.2 1.2 0.9 0.95 0.8 Şəmkir rayonu 4.9 8.0 6.0 7.0 8.6 7.4 Gədəbəy rayonu 0.1 - 0.1 0.3 0.4 0.1 Daşkəsən rayonu 0.7 0.3 0.1 0.2 0.1 0.2 Samux rayonu - 0.2 0.0 0.4 0.11 0.1 Göygöl rayonu 0.1 0.1 1.0 11.6 12.0 11.9 Goranboy rayonu - - 1.0 0.9 0.1 0.5

Qazax şəhərində 1970-ci illərdə qurulmuş kanalizasiya sistemi kiçikdir. Təqribən 6.100 sakin

kanalizasiya şəbəkəsinə qoşulmuşdur.

Çirkab su toplama sistemi köhnədir və əvəz edilməlidir; çox sayda zədələrin olduğu bildirilir;

kanalizasiya sistemlərində olan əks-filtrasiya mühüm çirklənmə mənbəyidir.

Page 66: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

66

Şəkil 3.2. Mövcud ÇSTQ görünüşü

Əvvəllər yeganə nasos stansiyası şəhərin Ağstafaçay çayının sol sahilində yerləşən hissəsindən

çirkab suyu ÇSTQ-ya vururdu. Hal-hazırda, bu stansiya işləmir və onun yerləşdiyi bina istismar

üçün artıq yararlı deyildir. 2,800 m3/gün gücünə malik ÇSTQ 1970-73-cü illərdə tikilmişdir. O,

tamamilə bərbad vəziyyətdədir və mövcud strukturlar artıq istifadə üçün yararlı deyildir.

Təmizlənməmiş çirkab su Ağstafaçaya axıdılır.

Qazaxda 1.754 ev birləşmələri, 9 kommersiya və sənaye birləşmələri və 38 büdcə təşkilatı

birləşmələri mövcuddur. Birləşmə səviyyəsi təqribən 30%-dir. Qalan şəxslər fərdi septik çənlərə

malikdir. Bu çənlər müraciət əsasında və ödənişli yolla Azərsu tərəfindən boşaldılır.

Samux şəhərində çirkab suların toplanılması və təmizləmə sistemi mövcud deyildir. Məişət

çirkab suları septik quyular vasitəsilə birbaşa torpağa axıdılır. Bu yeraltı suları çirkləndirməklə

yanaşı insanların sağlamlığı üçün də ciddi təhlükə yaradır.

Şəmkir rayonunda mövcud olan çirkab su toplama sistemi bəsit xarakter daşıyır. Bu sistem

aşağıdakı xüsusiyyətlərə malik üç kollektorlardan ibarətdir.

Mövcud kollektorlar fəaliyyət göstərmir. Qeyd edək ki, bu kollektorlar hətta Sukanal İdarəsinin

balansında qeydiyyatda deyillər. Məişət çirkab suları septik çənlər vasitəsilə birbaşa torpağa axıdılır.

Bu hal yeraltı suların ciddi səviyyədə çirklənməsinə səbəb olub, həmçinin əhalinin sağlamlığı üçün

də mühüm risk təşkil edir.

Page 67: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

67

Göygöl şəhərinin kanalizasiya suları şəhərdən şərqdə yerləşən və 2008-ci ildə Mollacəlilli kəndi

yaxınlığında tikilmiş təmizləyici qurğuya yönəldirilir. Çirkab sular təmizləndikdən sonra suvarmada

istifadə olunur. Kənd təsərrüfatı mövsümü başa çatdıqdan sonra, təmizlənmiş çirkab suları

rezervuarlarda saxlanılır və buxarlandırılır.

Gəncə şəhərinin əksər hissəsi kanalizasiya sisteminə qoşulmuşdur (bəzi yeni istehsal sahələri

istisna olmaqla) və Gəncə şəhərinin əsas kollektoru, şəhərdən şimalda yerləşən Ziyadlı kəndinin

yaxınlığındakı əraziyə yönəldilib. Bu ÇSTQ 1970-ci ildə tikilmişdir və hazırda işləmir. ÇSTQ

Gəncəçay hövzəsinin bilavasitə yaxınlığındadır.

Çirkab suları Gəncə şəhərindən Gəncəçay hövzəsinin kənara, Kürəkçay hövzəsinə nəql olunur.

Tovuz şəhərinin çirkab suları birbaşa Tovuzçaya axıdılır. Odur ki, çirkab sular Tovuzçay üçün ciddi

təzyiq mənbədir ki, çirkab sular Tovuzçay üçün ciddi təzyiq mənbəyi hesab oluna bilər.

Hər bir çay üzərində yalnız bir müşahidə məntəqəsi olduğu üçün çay boyu insan fəaliyyətinin su obyektlərinin təsirini qiymətləndirmək çətindir (Cədvəllər 3.12-3.14). Pilot çaylar da daxil olmaqla çayların yaxınlığında yaşayan əhali məişət tullantılarını bilavasitə çaya atırlar. Bu səbəbdən də çay yaxınlığında yerləşən yaşayış məntəqələrindən atılan çirkab sular pilot çayların suyunun keyfiyyətinə ciddi təsir edir.

Tovuz şəhərinin çirkab suları Tovuzçaya və Qazax şəhərinin çirkab suları Ağstafaçaya axıdıldığından bu iki çayda çirklənmə digər çaylarla müqayisədə daha yüksəkdir. Və bu iki şəhərin çirkab suları ciddi nöqtəvi çirklənmə mənbəyi hesab edilməklə, digər çirklənmə mənbələri ilə birgə Tovuzçay və Ağstafaçaya ciddi təsir edirlər

3.2.2 Sənaye və filizçıxarmadan atılan sular

Dövlət Statistika Komitəsinin saytında pilot ərazidə sənaye və filizçıxarma sahələrindən atılan

suların miqdarı haqqında məlumat yoxdur. Lakin fəsil 2-də qeyd olunduğu kimi, pilot ərazidə

sənaye müəssisələri və filiz mədənləri fəaliyyət göstərir.

Gəncəçay çayına əsas təsir edən sənaye sahəsi Daşkəsən metallurgiya sənayesi, Çovdar qızıl mədənləri və mərmər yatağı ( kiçik parçalar suya qarışaraq onun rəngini dəyişir)

Tovuz və Qazax şəhərlərində yerləşən sənaye müəssisələri (əsasən kiçik ərzaq sənayesi) öz tullantı sularını məişət tullantı sularına atmaqla Tovuzçay və Ağstafaçay çaylaınrda suyun keyfiyyətinə təsir edir. Bunu Şəmkirçay hövzəsində yerləşən yüngül sənaye müəssisələri üçün də demək olar.

Yekunda, qeyd etmək olar ki, 4 pilot çay hövzəsində yerləşən sənaye müəssisələri həmin çayların suyunun keyfiyyətinə ciddi təsir edir.

Page 68: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

68

Şəkil 3.4. Daşkəsən mərmər yatağının Qoşqarçayın sularının keyfiyyətinə təsiri

3.3 Diffuzion çirklənmə mənbələri

3.3.1 Bitkiçilik və gübrələrdən istifadə

Yem bitgiləri, kartof, meyvə və giləmeyvə bağları və tərəvəzlər kənd təsərrüfatı sahələrində yetişdirilən əsas məhsullardır. Son illərdə üzüm plantasiyalarının sahəsi genişlənsə də onlar digər kənd təsərrüfatı bitgiləri ilə müqayisədə o qədər çox deyil.

Qeyd etmək lazımdır ki, Göygöl və Gəncə şəhərləri arasında pestisid və gübrə (azot və fosfor)

anbarı yerləşir. Hazırda ölkədə gübrə istehsal olunmur və idxal edilir. 2012-ci ildə Azərbaycanda

böyük gücə malik mineral gübrə zavodunun inşasına başlanılmışdır.

Həm üzüm plantasiyalarında, həm də tərəvəzçilikdə kübrə və kimyəvi maddələrdən istifadə

olduğundan onlar pilot çaylar ücün ciddi təsir mənbəyi hesab edilə bilərlər. Bu nəticəni pilot çaylar

üzrə olan suyun keyfiyyətinə dair məlumatda təsdiq edir (Cədvəllər 3.12-3.14).

3.3.2 Heyvandarlıq və həddən artıq otarılma

Tədqiqat ərazisində, xüsusilə onun dağlıq və qismən düzənlik hissəsində heyvandarlıq da inkişaf etdirilir. Bu region həm də respublikanın əsas heyvandarlıq rayonlarından biridir. Burada Azərbaycanda

Page 69: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

69

saxlanılan iri buynuzlu mal-qaranın 13.6%, qoyun və keçilərin 22.3% bəslənilir. Respublikada istehsal olunan ətin 13%, südün 13.1%, yumurtanın 9.1% bu rayonun payına düşür [Mənbə: Nadirov]. Heyvandarlığın yayıldığı ərazilərdə peyin və digər tullantıların yeraltı və səth sularına atılması ilə bağlı olaraq çayların suyunda üzvü maddələrin miqdarı artır. Qeyd edildiyi kimi ərazi çayları üzərində yalnız bir müşahidə məntəqəsi olduğundan heyvandarlıq sektorunun təsirini qiymətləndirmək çətindir. Lakin buna baxmayaraq müşahidə məlumatları bu sahənin təsiri ilə bağlı olan müvafiq kimyəvi elementlərin yol veriləcək həddən yüksək olduğunu göstərir (Cədvəllər 3.12-3.14). Bu səbəbdən də belə hesab etmək olar ki, heyvandarlıq pilot çaylarda suyun keyfiyyətinə ciddi təsir edir.

Çay hövzəsinin yuxarı və qismən orta hissələrindəki meşələr keçən əsrin 90-cı illərindən başlayaraq intensiv şəkildə qırılmışdır. Bu isə çayın su rejimində dəyişikliklərlə səbəb olmuşdur: maksimal su sərfləri artmış, minimal su sərfləri azalmışdır. Bulaqların debiti azalmış, bəziləri isə qurumuşdur. Eroziya prosesi gücləndiyindən suyun bulanıqlığı artmışdır. Bunu birinci fəsildə bəzi çaylar üçün verilən trend təhlilindən də görmək olar.

Ağacların kəsilməsi və heyvanlar tərəfindən bitki örtüyünün tələf edilməsi ərazidə eroziya proseslərini artırır. Erroziya yeraltı və səth axımının kəmiyyətinə və paylanmasına mənfi təsir göstərir və bölgədə daşqınların həcmini və tezliyini artırır. Bu səbəbdən də bu faktor da çayların su rejiminə və suyun keyfiyyətinə mənfi təsir edir.

3.3.3 Avtomobil nəqliyyatı

Avrasiya nəqliyyat dəhlizinin 200 km- dən artıq hissəsi bu ərazidən keçir. Ən mühüm dəmir yolu xətti 1883-cü ildə istifadəyə verilmiş Bakı-Tbilisi magistral yoludur. Ən əsas avtomobil yolu isə Bakı-Tbilisi dəmir yoluna paralel uzanan Bakı-Gəncə-Qazax-Tbilisi xəttidir. Bu magistral xətti ərazinin dağlıq hissələri ilə birləşdirən Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Goranboy-Ağcakənd şosse yollarıdır [Mənbə: Nadirov ]. Adları çəkilən dəmir yolları və avtomobil yolları ilə daşınan neft məhsulları nəqliyyat vasitələrinin nasazlığı və qəzalar nəticəsində yollara dağılır və son nəticədə çay sularının da çirklənməsinə səbəb olur. Yayda çaylar boyu yerləşən şəhər və kəndlərin bir çox sakinləri maşınlarını çayın dayaz sahələrinə sürərək orada yuyurlar. Bu da çayın neft məhsulları və benzinlə çirklənməsinə gətirib çıxarır. Qeyd edildiyi kimi ərazi çayları üzərində yalnız bir müşahidə məntəqəsi olduğundan çaylarda maşın yüməyin və ya neft məhsullarının çaya axmasının təsirini qiymətləndirmək çətindir, lakin müvcud monitorinq məlumatları göstərir ki, çayların suyunda neft məhsullarının kəmiyyəti əksər hallarda yol veriləcək normadan çoxdur ( Cədvəllər 312-3.14). Bu səbəbdən də bu faktor da çayların su rejiminə və suyun keyfiyyətinə mənfi təsir edir.

3.3.4 Bərk tullantılar

Göygöl şəhərinin zibilxanası Mollacəlilli kəndi yaxınlığındadır və onun Gəncəçayın axımına birbaşa təsiri yoxdur.

Gəncənin zibilxanası şəhərdən10 km şərqdə Kürəkçay hövzəsində yerləşir. Samux rayonunun inzibati mərkəzi olan Nəbiağalının zibilxanası şəhərin kənarındadır (şərq

hissəsində) və onun çay sularına təsiri yoxdur.

Page 70: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

70

Cədvəl 3.9. Kommunal xidmətlər tərəfindən yığılmış məişət tullantıların miqdarı (min kub m)

Rayonlar / İllər 2005 2008 2009 2010 2011

Pilot ərazi - cəmi 347.8 515.1 471.0 563.8 582.2 Gəncə şəhəri 252.0 335.0 315.0 421.0 421.5 Qazax rayonu 26.8 36.0 38.2 38.5 39.0 Ağstafa rayonu 14.0 20.7 25.1 25.2 25.8 Tovuz rayonu 7.6 12.8 9.5 11.0 12.8 Şəmkir rayonu 8.3 29.1 29.3 17.8 18.0 Gədəbəy rayonu 2.6 12.0 3.4 0.1 0.1 Daşkəsən

rayonu 2.6 2.8 4.7 2.8 2.8 Samux rayonu 10.2 10.1 4.1 6.8 6.8 Göygöl rayonu 8.7 22.5 24.2 21.0 22.2 Goranboy

rayonu 15.0 34.1 17.5 19.6 33.2

Çay boyu yerləşən şəxsi ev təsərrüfatlarının məişət tullantıları çayın dərəsinə atılır və daşqınlar zamanı çay suları onları yuyub aparır. Bərk tullantılar müxtəlif yollarla səth və yeraltı sulara daxil olaraq onların keyfiyyətinə təsir edir. Bu əsasən yağış zamanı baş verir. Bu səbəbdən də Bərk tullantılar çaylarda suyun keyfiyyətinə ciddi təsir edir.

3.3.5 Tullantı hovuzları

Daşkəsən dəmir filizi kombinatında çıxarılan filizdən konsentrant alınır və emalın tullantıları xüsusi hovuzda yerləşdirilir. Bu kombinatın tullantı hovuzu (şəkil 3.4) Qoşqarçayın dərəsindədir. Çay suları tələnin yeraltı tunel vasitəsilə ötürülür. Bununla da çayın çirklənməsi minimuma endirilir. Lakin filizin çıxarılmasında istifadə olunan və tullantı hovuzuna axıdılan suyun miqdarı haqqında kəmiyyət göstəriciləri yoxdur. Şəkil 3.5-dən göründüyü Daşkəsən dəmir filizi yatağının tullantılarından əmələ gələn terrikonlar təbii landşaftı pozur. Amma səth suları bu sahələrdən aralıda yerləşir. Bu səbəbdən də onların sulara elə bir ciddi təsiri yoxdur.

Page 71: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

71

Şəkil 3.4. Filizçay dəmir filizi Şəkil 3.5. Daşkəsən dəmir kombinatının tullantı hovuzu filizi yatağının terrikonu

3.4 Su obyektlərinin fiziki-morfoloji dəyişdirilməsi

İnsanın təsərrüfat fəaliyyətinin təbiətə təsiri nəticəsində son dövrdə daşqınların təkrarlanması, davamiyyəti və maksimal su sərfləri dəyişmişdir. Hər il daşqın zamanı subasar torpaqları çay sularının altında qalır və lillənir. Bunun nəticəsində subasar torpaqlarının münbitliyi azalır [Quliyev, 1992]. Subasarlarda olan sənaye və kənd təsərrüfatı obyektləri də daşqın və sellərdən mühafizə etmək üçün mühəndisi qurğular mövcuddur (bax fəsil 2-yə). Hazırda yeni bəndlər inşa olunur və bir sıra bəndlər isə planlaşdırılır. Topalhəsənli kəndi ərazisində Gəncəçayın yatağı çox genişdir və əsas axın bir neçə qola parçalanmışdır. Çay sularından istifadəni asanlaşdırmaq üçün məcrada düzləndirmə işləri aparılmış və azsulu dövrdə çay sularının əsas hissəsi bir yataqda axır. Yekun olaraq qeyd etmək olarki, Ağstafaçay su anbarı, Gəncəçay üzərində Topalhəsənlidə yerləşən sugötürmə qurğusu və yaşayış məntəqələri ərazisində çay hasillərində qurulan daşqından mühafizə bəndləri pilot çaylarının məcrasında ciddi morfoloji dəyişikliklərə səbəb olmuşdur. Bu səbəbdən də pilot çayların müvafiq hisslələrində onları ciddi dəyişdirilmiş su obyekti hesab etmək olar.

3.5 Pilot ərazi çaylarında suyun keyfiyyəti

Regionda insan fəaliyyəti çaylarda suyun yalnız kəmiyyətinə deyil, həm də keyfiyyətinə də təsir edir və nəticədə suda bu elementlərin miqdarı artır. Bu isə öz növbəsində insan sağlamlığı və ətraf mühit üçün təhlükə yaradır.

Page 72: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

72

Pilot hövzə caylarında suyun keyfiyyətinə qiymətləndirmək məqsədilə ölçülmüş keyfiyyət göstəriciləri onalrın Azərbaycanda qəbul edilmiş su keyfiyyəti standartları sisteminin müəyyən etdiyi yol verilə bilən həddi ilə müqayisə edilmişdir (Cədvəl 3.10).

Cədvəl 3.10 Bəzi kimyəvi elementlər üzrə Azərbaycanda qəbul edilmiş suyun keyfiyyət standartları sistemi

No Komponentlər Suyun Keyfiyyət Standartları 1 Temperatur °C – 2 Şəffaflıq 3 Həllolmuş oksigen (mq/l) >4.002 4 Doymuş oksigen (%) 5 pH 6.5-8.5 6 BOD5 3.00 7 NH4

+ (mg/l) 0.5 8 NO3

- (mg/l) 45.0 9 NO2

- (mg/l) 0.08 10 PO4

3- (mg/l) 0.2 11 Fuzluluq (mg/l) 1000 12 Elektrik keçiriciliyi (s/sm) – 13 Cu (mg/l) 1 14 Zn (mg/l) 100 15 As (mg/l) 50.0 16 Cr (ug/l) 50 17 Mn (mg/l) 1.0 18 Fe (mg/l) 0.5 19 Cd (ug/l) 5.0 20 Ni (ug/l) 10.0 21 Co 130 22 Al 500 23 Mo 250 24 SSAS 0.1 25 Fhenol (mg/l) 001 26 Neft məhsulları (mg/l) 0.05

Yol veriləcək hüdud əvvəlcədən təyin edilmiş limit qiymətilə məhdudlaşdırmaya əsaslandığından beynəlxalq standartlara uyğun gəlmir. Son illərdə Azərbaycanda yeni standart sistemi işlənilmişdir. AB-nin maliyələşdirdiyi su İdarəçiliyi Layihəsi çərçivəsində müxtəlif su qurumlarının ekspertlərinin iştirakı ilə hazırlanmış bu sistem həm yol verilə bilən həddə, həm də sudan istifadənin növünə əsaslanır. Sistem baxılmaq üçün dövlət qurumlarına təqdim edilmişdir(Cədvəl 3.11). Hal hazırda o hökumətin işçi qurupu tərəfindən nəzərdən keçirilir.

Table 3.11 Bəzi elementlər üçün səth suyunun keyfiyyət standartları sistemi.(AB layihəsi tərəfindən təklif olunur)

Parametr (qrup) İşarə Vahid İ İstifadə sinifi

İİ İstifadə

III İstifadə sinifi

IV İstifadə sinifi

V İstifadə sinifi

Page 73: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

73

sinifi ÜMUMİ ŞƏRAİT Oksigen şəraiti OBT (5gün) BOD5

[mg O2/l] 3 (və ya TV) 5 6 7 >7

OKT permanqanat metodu CODMn

[mg O2/l] <7 (və ya TV) 7 15 20 >20

Şəraiti Ümumil nitrogen Ntot [mg

N/l] 1.5 (və ya TV) 4 8 20 >20

Ammonium NH4 [mg

N/l] 0.2 (v əya TV) 0.4 0.8 3.1 >3.1

Ümumi fosfor Ptot [mg P/l] 0.1 və yar TV) 0.2 0.4 1 >1

Fenol [mg/l] 0.001 və ya TV) 0.001 0.003 0.05 >0.05

Neft məhsulları [mg/l] 0.05 0.05 0.1 0.5 >1 * TV - :təbii vəziyyət Pilot ərazidə suyun keyfiyyətini qiymətləndirmək məqsədilə hər iki su keyfiyyəti standartları sistemindən istifadə edilmişdir. Cədvəl 3.12 AB layihəsi tərəfindən təklif olunan sistemə əsasən və Şəkil 3.6 isə yol veriləcək hüduda (hal –hazırda Azərbaycanda istifadə olunan) əsasən qiymətləndirmə sisteminə əsaslanaraq Ağstafaçayda ( Musaköy məntəqəsi) suyun keyfiyyəti qiymətləndirilmişdir. Cədvəl 3.10-dan göründüyü kimi bəzi elementlər (OBT, həll olmuş oksigen, neft məhsulları, metal) ayrı-ayrı aylarda yol verilən hüdudu aşırlar. Şəkil 3.6-dan da görünür ki, neft məhsulları yüksəkdir. Nəticədə hər iki sistemə əsasən belə fikir söyləmək olar ki Ermənistan və Azərbaycan ərazilərindən daxil olan sənaye və məişət sektorları üzrə tullantılar Ağstafaçay çayının çirklənməsinə səbəb olmuşdur.

Şəkil 3.6. Ağstafaçay su anbarında çirkləndiricilərin YVQH-ə nisbəti

Page 74: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

74

1 Cədvəl 3.12 Ağstafaçay Musaköy məntəqəsində suyun keyfiyyət göstəriciləri (2007-ci il)

maddələr Aylar

I II III IV V VI VII VIII IX X XI XII pH 8.25 7.75 8.08 7.94 7.89 7.55 8.04 7.46 7.96 8.11 8.2 Eh1 284 249 235 285 241 300 240 236 251 276 281 T 2.5 3.5 11.5 12.5 21.5 25 26 26.2 8.6 3.4 3 Asılı maddələr 101 94 142 15 11.4 6.32 618 109.3 214.3 21 10.1 Şəffaflıq 14 18 >30 >30 >30 <1 2.2 <1 >30 >30 Rəng 4 0 0 0 0 0 0 0 0 0 İy 0 0 0 0 0 0 0 0 0 0 Elektrik keçiriciliyi

2,74*10-

4 3,41*10-

4 1,09*10-

4 3,17*10-

4 7,14*10-

4 5,42*10-

4 4,50*10-

4 5,01*10-

4 CO2 - 7.6 1.9 - - 7.5 - - - 7.3 6.6 Həl olmuş O2 8.24 8.46 8.34 7.59 7.58 6.24 7.45 7.02 8.03 8.11 8.33 Cl- 40.8 63.5 32.6 51.3 SO4 149.9 203.5 219.1 184.6 HCO3 228.8 167.7 179.3 194.3 Ca 95.7 106.3 98.4 101.2 Mg 25.7 24.9 25.7 21.8 Na+K 27.4 65.3 35 34.8 ∑ion 571.3 687.8 593.8 572 Ümumi codluq 6.9 7.35 7.02 6.68 OBT5 3.35 4.02 2.19 3.04 2.61 2.34 3.11 3.14 3.11 2.63 3.25 Pb (mkq-e) 0.45 - - - - - - - - 0.51 - - maddələr I II III IV V VI VII VIII IX X XI XII NH4

+ 0.219 0.14 - 0.198 0.179 0.213 NO2 0.07 0.07 0.007 0.011 0.09 0.01

Page 75: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

75

NO3 0.587 0.5 0.802 0.901 0.558 0.633 ∑N 0.813 0.647 0.809 1.11 0.746 0.856 PO4 0.037 0.027 0.021 0.21 0.029 0.021 ∑p 0.141 0.117 0.192 0.168 0.133 0.121 Si 4.9 7.4 3.9 5.9 5.6 4.2 Ümumi Fe 0.06 0.07 0.06 0.06 - 0.09 - - 0.09 - 0.08 Neft məhsulları 0.06 0.04 0.05 - 0.05 - 0 0.04 0.06 0.03 0.04 Fenollar 0.004 0.003 0.002 0.001 0.003 0.007 0.005 0.006 0.009 0.005 0.007 SSAM 0.031 0.03 0.043 0.023 0.031 0.033 0.026 0.022 0.033 0.027 0.041 Cu (mq/e) 2.7 2.97 2.01 2.43 2.11 2.49 2.84 2.5 2.58 2.36 2.41 Ni 2.61 2.7 2.64 2.7 2.68 Co 0.55 0.59 0.68 0.72 2.61 Al 1.6 1.6 1.65 1.65 Mo 2.5 2.55 Mn 2.88 1.38 6.2 6.4 4.98 Ti 1.52 1.68 1.74 1.73 Ümumi Gr 0.4 0.32 0.4 0.39 Zn 0.7 1.96 5.1 5.4 3.98 ∑metal 72.19 74.68 80.83 81.44 91.76

Page 76: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

76

Misin miqdarının yüksək olması Ermənistandan daxil olan sənaye çirklənməsi ilə bağlıdır. Bir daha bu məlumatlar təsdiq edir ki,nöqtəvi və diffizion çirklənmə mənbələri bu çayda suyun keyfiyyətinə ciddi təsir edir. Ağstafaçay çayında 2007-ci ilin məlumatlarına əsasən (Cədvəl 3.12) misin, nitrogein, fosforun və s. elementlərin miqdarı yol verilən həddən yüksəkdir (Cədvəl 3.10 /3.11).

Ağstafaçay çayında suyun keyfiyəti ilə bağlı vəziyyət 2010-2012-ci illərdədə analoji olmuşdur. Bəzi çirkləndiricilərin bu dövrdə müşahidə olunmuş qiymətləri tez-tez yol veriləcək həddən yüksək olmuşdur (Cədvəl 3.13). Odur ki, yuxarıda qeyd edildiyi kimi müxtəlif mənbələr suyun çirklənməsinə səbəb olur.

Cədvəl 3.13. Pilot çayların suyunda olan bəzi kimyəvi elementlərin 2010-2012-cu illərdə müşahidə olunan qiymətləri.

No Çay İl Neft

məhsulları

Fenollar OBT5 (mq O2/l)

NH4+

(mg N/l) NO2

(mq N/l) NO3

(mq N/l)

Ümumi fosfor

(mq P/l)

1 Ağstafaçay Musaköy 2010 0.021 0.002 1.6 0.28 0.04 5.7 0.04

2 Şəmkirçay Şəmkir 2010 0.015 0.002 0.265 0.03 5.1 0.05

3 Tovuzçay Tovuz 2010 0.018 0.003 1.61 0.3 0.042 9.2 0.04

4 Ağstafaçay Musaköy 2011 1.8 0.7 0 8.1 0.22

5 Şəmkirçay Şəmkir 2011 0.001 1.4 0.4 0 6 0.1

6 Tovuzçay Tovuz 2011 0.003 1.5 0.4 0 4.5 0.22

7 Ağstafaçay Musaköy 2012 0.01 0 1.7 0 0.1 3.2 0.07

8 Şəmkirçay Şəmkir 2012 0.04 0.001 0 0.03 2 0.11

9 Tovuzçay Tovuz 2012 0.03 0.002 0.5 0.3 0.1 7 0.1

Gəncəçay çayında da çirkləndiricilərin yol veriləcək həddi aşması trendi təhlil edilib. Bunu 2007-ci ildə müşahidə olunan suyun keyfiyyətinə dair məlumatlardan görmək olar (Cədvəl3.14). Çayda əsas çirkləndiricilər (ammonium, nitrat, nitrit, fosfat və mis) Ağstafaçayla müqayisədə aşağıdılar. Ağstafaçay çayında bir çox sənaye və məişət tullantıları birbaşa çaya axıdılır. Gəncədə isə bunun əksinə olaraq mərkəzi kanalizasiya sistemi tullantı sularını Gəncəçayın hüvzəsindən kənara atır. Lakin çaya yaxın olan ayrı-ayrı yaşayış məntəqələrindən tullantı sularının və digər tullantıların birbaşa çaya atılması nəticəsində çayın suyunda bir çox çirkləndiricilərin miqdarı (məsələn fenollar) yüksəkdir. Neft məhsullarının yüksək olması isə çayda maşınların yüyülməsi ilə bağlıdır. Məişət tullantı suları ilə çirklənmə Tovuzçay və Şəmkirçayda suyun keyfiyyətinə əhəmiyyətli təsir edir (Cədvəl 3. 13). Ağstafaçayda olduğu kimi Tovuzçayda da suda bəzi elementlərin yüksək olması Tovuz şəhərinin tullantı sularının birbaşa bu çaya axıdılması ilə bağlıdır.

Page 77: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

77

Cədvəl 3.14. Gəncəçay Zurnabad məntəqəsində suyun keyfiyyət göstəriciləri (2007-ci il)

Aylar maddələr I II III IV V VI VII VIII IX X XI XII pH 8.09 7.95 7.65 7.77 Eh1 310 230 300 256 T 3.5 3.6 27 11.6 Asılı maddələr 45 135 1.51 93 Şəffaflıq 28 80 >30 10 Rəng 0 0 0 0 İy 0 0 0 0 Elektrik keçiriciliyi 7,12*10-4 7,50*10-4 1,02*10-4 6,98*10-4 CO2 4.7 5.4 6.4 5.1 Həl olmuş O2 8.2 7.99 5.46 7.68 Cl- 32.1 34.3 29.2 31.6 SO4 179.6 181.8 168.4 174.7 HCO3 218.7 217.3 198.7 203.1 Ca 127.6 124.1 107.6 112.4 Mg 18.4 17.2 16.7 18.3 Na+K 8.4 18.3 9.8 11.6 ∑ion 586.3 594.8 530.4 567.7 Ümumi codluq 7.87 7.6 6.41 7.04 OBT5 3.13 2.32 2.16 2.13 maddələr I II III IV V VI VII VIII IX X XI XII NH4

+ 0.134 0.129 - 0.142 NO2 yox 0.01 0.007 0.009 NO3 0.301 0.334 0.409 0.382

Page 78: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

78

∑N 0.43 0.473 0.416 0.532 PO4 0.016 0.014 0.01 0.012 ∑p 0.057 0.042 0.051 0.49 Si 6 4.9 6.9 5.2 Ümumi Fe 0.03 0.04 0.07 0.06 Neft məhsulları 0.03 0.02 - 0.002 Fenollar 0.001 0.001 0.002 0.001 SSAM 0.009 0.013 0.019 0.014 Cu (mq/e) 1.79 1.94 1.61 1.83 Ni 0.74 0.96 0.79 1.01 Co Iz iz Iz iz Al 1.12 1.23 0.98 1.12 Mn 1.84 1.72 1.76 1.31 Ti 1.03 0.92 1.01 1.01 Zn 1.01 1.12 1.31 1 ∑metal 271.3 222.6 136.4 268.4

Page 79: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

79

Məişət tullantı suları ilə çirklənmə Tovuzçay və Şəmkirçayda suyun keyfiyyətinə əhəmiyyətli təsir edir (Cədvəl 3. 13). Ağstafaçayda olduğu kimi Tovuzçayda da suda bəzi elementlərin yüksək olması Tovuz şəhərinin tullantı sularının birbaşa bu çaya axıdılması ilə bağlıdır.

Müşahidə olunan elementlərin (Cədvəl 3.13) keyfiyyət sinifləri ilə(Cədvəl 3.11) müqayisəsi göstərir ki, bir və ya bir neçə göstəriciyə əsasən çaylara uyğun olan siniflər 2-ci sinifdən (2-suyun yaxşı statusu olan sinifdir) yüksəkdir (yəni daha pis statusu sinifinə düşür). Bu isə onu deməyə əsas verir ki, pilot ərazinin çaylarında insanın antropogen fəaliyyətinin təsiri ilə bağlı olaraq suyun keyfiyyəti göstərilən təsnifat sisteminə əsasən “Yaxşı su statusu”tələblərinə cavab vermir.

Nitrogen və fosfatların miqdarı Ağstafaçay və Tovuzçay çaylarında Şəmkirçay çayı ilə müqayisədə daha yüksəkdir və bu da uyğun olaraq Qazax və Tovuz şəhərinin tullantı sularının birbaşa həmin çaylara atılması ilə əlaqədardır. Şəmkirçayda isə tullantı suları yalnız onun keçdiyi kənd və qəsəbələrin çaya yaxın olan ayrı-ayrı yaşayış yerlərindən atılan sulardan ibarətdir. Şəmkirçay çayında suyun çirklənməsində onu qidalandıran yeraltı sulara çirkləndirici maddələrin həyətlərdə qazılan quyulardan daxil olması ilə də bağlıdır.

Yekun Yuxarıda göstərilənləri əsas tutaraq belə bir qənaətə gəlmək olarki, 4 pilot çay hövzəsində insan fəaliyyəti

Su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərinə ciddi təsir göstərir. Su götürmələri nəticəsində axım ciddi dərəcədə azalır və hətta bir çox hallarda çaylar quruyur.Yaşayış məntəqələrində çay sahillərində mühafizə bəndlərinin qurulması çay yataqlarının ciddi dəyişdirilməsinə səbəb olur. Məişət tullantı suları, bərk tullantılar, kənd təsərrüfatı və sənaye çayların kimyəvi çirklənməsinə səbəb olur.Müvcud müşahidə məlumatlarının təhlili göstərir ki, bir çox kimyəvi elementlərin suda olan miqdarı yol veriləcək hüduddan yüksəkdir.

Təəssüflər olsun ki adətən çay üzərində yalnız bir müşahidə məntəqəsi fəaliyyət göstərir və onu da çay boyu insan fəaliyyətinin təsirini qiymətləndirmək baxımından hər bir sektoru təhlil etməyə kifayət etmir. Seçilmiş pilot ərazidə yerləşən poliqonların və sutəmizləyici qurğuların xəritəsi 3.7-ci şəkildə verilir.

Page 80: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

80

Şəkil 3.7 Pilot ərazidə ÇSTQ və poliqonlar Yekunda pilot ərazi üzrə 15 təzyiq növü onların ciddiliyinə görə belə quruplaşdırılıb: (1)çox ciddi, (2) -ciddi, və(3) qeyri ciddi (Cədvəl 3.14).

Cədvəl 3.14 Antropogen təzyiqin pilot ərazi çaylarına təsirinin ciddilik dərəcəsi

No Təzyiq Su obyekti Təsir 1

Suyun istifdə üçün götürülməsi

Ağstafaçay (Ermənistanın ərazisi və Musaköy su anbarı) Tovuzçay (Ermənistanın ərazisi və Azərbaycan ərazisinin Öysüzlü kəndindən yuxarı hissəsi) Şəmkirçay (Şəmkir şəhərində yuxarıda) Gəncəçay (Zurnabad-Topalhəsənli)

Çox ciddi Çox ciddi Çox ciddi Çox ciddi

2 Sudan məişətdə istifadə

Ağstafaçay (Ermənistanın ərazisi və Musaköy su anbarı) Tovuzçay (Ermənistanın ərazisi və Azərbaycan ərazisinin Öysüzlü kəndindən yuxarı hissəsi) Şəmkirçay (Şəmkir şəhərində yuxarıda) Gəncəçay (Zurnabad-Topalhəsənli)

Qeyri ciddi Qeyri ciddi Qeyri ciddi Qeyri ciddi

3 Sudan suvarmada istifadə

Ağstafaçay (Ermənistanın ərazisi və Musaköy su anbarı) Tovuzçay (Ermənistanın ərazisi və Azərbaycan ərazisinin Öysüzlü kəndindən yuxarı hissəsi) Şəmkirçay (Şəmkir şəhərində yuxarıda) Gəncəçay (Zurnabad-Topalhəsənli)

Çox ciddi Çox ciddi Çox ciddi Çox ciddi

4 Sudan sanayedə istifadə

Ağstafaçay (Ermənistan ərazisi və Azərbaycanın Qazax kəndi ) Tovuzçay (Ermənistanın ərazisi və Azərbaycan ərazisinin Tovuz şəhəri və ondan yuxarı hissəsi) Şəmkirçay (çay boyu yerləşən yaşayış məntəqələri

Qeyri ciddi Qeyri ciddi Qeyri ciddi Qeyri ciddi

Page 81: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

81

No Təzyiq Su obyekti Təsir Gəncəçay (Zurnabad-Samux)

5 Hidroenergetika Ağstafaçay Tovuzçay Şəmkirçay Gəncəçay-Topalhəsənli

– – – Qeyri ciddi

6 Nöqtəvi çirklənmə mənbələri

Ağstafaçay (Ermənistan ərazisi və Azərbaycanın Qazax kəndi ) Tovuzçay (Ermənistanın ərazisi və Azərbaycan ərazisinin Tovuz şəhəri və ondan yuxarı hissəsi) Şəmkirçay (çay boyu yerləşən yaşayış məntəqələri Gəncəçay (Zurnabad-Samux)

Çox ciddi Çox ciddi Ciddi Ciddi

7 Məişət tullantıları

Ağstafaçay (Ermənistan ərazisi və Azərbaycanın Qazax kəndi ) Tovuzçay (Ermənistanın ərazisi və Azərbaycan ərazisinin Tovuz şəhəri və ondan yuxarı hissəsi) Şəmkirçay (çay boyu yerləşən yaşayış məntəqələri Gəncəçay (Zurnabad-Samux)

Çox ciddi Çox ciddi Ciddi Ciddi

8 3.2.2 Sənaye və mədən tullantıları

Ağstafaçay (Ermənistan ərazisi və Azərbaycanın Qazax kəndi ) Tovuzçay (Ermənistanın ərazisi və Azərbaycan ərazisinin Tovuz şəhəri və ondan yuxarı hissəsi) Şəmkirçay (çay boyu yerləşən yaşayış məntəqələri) Gəncəçay (Zurnabad-Samux)

Ciddi Ciddi Ciddi Ciddi

9 Diffizion çirklənmə mənbələri

Ağstafaçay (Ermənistan və Azərbaycan əraziləri) Tovuzçay (Ermənistan və Azərbaycan əraziləri) Şəmkirçay (çay boyu yerləşən yaşayış məntəqələri) Gəncəçay (Zurnabad-Samux)

Ciddi Ciddi Ciddi Ciddi

10 Kənd təsərrüfatı və kübrələrdən istifadə

Ağstafaçay (Ermənistan və Azərbaycan əraziləri) Tovuzçay (Ermənistan və Azərbaycan əraziləri) Şəmkirçay (çay boyu yerləşən yaşayış məntəqələri) Gəncəçay (Zurnabad-Samux)

Ciddi Ciddi Ciddi Ciddi

11 Heyvandarlıq və otlaqların deqradasiyası

Ağstafaçay (Ermənistan və Azərbaycan əraziləri) Tovuzçay (Ermənistan və Azərbaycan əraziləri) Şəmkirçay (çay boyu yerləşən yaşayış məntəqələri) Gəncəçay (Zurnabad-Samux)

Ciddi Ciddi Ciddi Ciddi

12 Avtomobil transport (maşınların çayda yuyulması)

Ağstafaçay (Ermənistan və Azərbaycan əraziləri) Tovuzçay (Ermənistan və Azərbaycan əraziləri) Şəmkirçay (çay boyu yerləşən yaşayış məntəqələri) Gəncəçay (Zurnabad-Samux)

Ciddi Ciddi Ciddi Ciddi

13 Bərk tullantılar Ağstafaçay (Ermənistan və Azərbaycan əraziləri) Tovuzçay (Ermənistan və Azərbaycan əraziləri) Şəmkirçay (çay boyu yerləşən yaşayış məntəqələri) Gəncəçay (Zurnabad-Samux)

Ciddi Ciddi Ciddi Ciddi

14 Tullantı hovuzları

Ağstafaçay (Ermənistan və Azərbaycan əraziləri) Tovuzçay (Ermənistan və Azərbaycan əraziləri) Şəmkirçay (çay boyu yerləşən yaşayış məntəqələri) Gəncəçay (Zurnabad-Samux)

Qeyri ciddi Qeyri ciddi Qeyri ciddi Qeyri ciddi

Page 82: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

82

No Təzyiq Su obyekti Təsir 15 Su

obyektlərinin fiziki və morfoloji dəyşdirilməsi

Ağstafaçay (Ermənistan və Azərbaycanın Musaköy kəndi və Qazax şəhəri ) Tovuzçay (Ermənistan və Azərbaycanın yaşayış əraziləri) Şəmkirçay (çay boyu yerləşən yaşayış məntəqələri ) Gəncəçay (Zurnabad-Samux arasında çay boyu yerləşən yaşayış məntəqələri)

Ciddi Ciddi Ciddi Ciddi

4. PİLOT ÇAY HÖVZƏSİNDƏ SUYUN MONİTORİNQİ Ümumi müddəalar Su obyektlərinin monitorinqi və mühafizəsi istiqamətində fəaliyyət «Su Məcəlləsinin təsdiq edilməsi haqqında», «Hidrometeorologiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunları və bu qanunların icrası ilə əlaqədar hazırlanmış «Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında» Əsasnamə (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmişdir) ilə həyata kecirilir.

Azərbaycan BMT-nin sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Helsinki Konvensiyasına qoşulduqdan sonra əsas tranzit çaylarda suyun təmizliyinə nəzarət işlərinin dövlət tərəfindən beynəlxalq standartlara uyğun qurulması təmin edilmişdir. Belə ki, transsərhədd çaylarda BMT-nin AİK-nın ixtisaslı ekspertlər qrupu tərəfindən (ŞAOACQ ölkələrinin milli ekspertlərinin iştirakı ilə) hazırlanmış “Transsərhəd su axınları və beynəlxalq göllərin monitorinqi və qiymətləndirilməsi” üzrə rəhbər prinsiplərə əsaslanaraq operativ monitorinq işləri təşkil edilib. Kür çayının suyunun keyfiyyətinə nəzarət edən müasir cihaz və avadanlıqlarla təchiz olunmuş Qazax analitik tədqiqatlar laboratoriyası və Araz çayının suyunun keyfiyyətinə nəzarət edən analoji Beyləqan analitik tədqiqatlar laboratoriyası 2005-ci ildən fəaliyyət göstərir.

Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamədə qeyd edilir ki, su obyektlərinin monitorinqi - onların vəziyyətində baş verən proseslərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, həmin proseslərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, su təchizatı və su mühafizəsi sistemlərinin təkmilləşdirilməsi məqsədi ilə su obyektlərinin hidroloji, hidrogeoloji, hidrobioloji və hidrokimyəvi göstəricilərinə müntəzəm müşahidə və nəzarət sistemindən ibarətdir. Su obyektlərinin dövlət monitorinqi dövlət su kadastrı hüdudlarında aparılır. Su kadastrı özündə vahid dövlət su fondunun tərkib hissələri olan:

o yerüstü su obyektləri (çaylar, göllər, su anbarları, kanallar, gölməçələr və buzlıqlar);

o yeraltı su obyektləri (quyular, kəhrizlər, məcraaltı su götürücüləri və s.) o sərhəd su obyektləri; o Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi,

onların su ehtiyyatları, su obyektlərindən istifadə və su obyektlərinin istifadəçiləri barədə məlumatların məcmusudur.

Dövlət su kadastrının (DSK) nəşr olunan hissəsi aşağıdakı struktura malikdir:

Page 83: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

83

• yerüstü sular bölməsi; • yeraltı sular bölməsi; • sulardan istifadə bölməsi;

Sadalanan üç bölmədən hər biri üç seriyadan ibarət olur:

• kataloq məlumatları - birdəfəlik nəşr; • illik məlumatlar – illik nəşr; • çoxillik məlumatlar - 5 ildə bir dəfə nəşr edilir.

4.1 Yerüstü suların keyfiyyətinin monitorinqi

Əsasnamədə göstərilir ki, yerüstü su obyektlərinin fon tərkibi və çirklənməsinin monitorinqi təbii proseslərin fonunda antropogen təsirləri müəyyən etmək üçün su ehtiyyatlarının hidroloji, hidrokimyəvi, və hidrobioloji göstəricilərində olan dəyişikliklərin təhlili qiymıtləndirilməsi və proqnozlaşdırılmasından ibarətdir.

Yerüstü su obyektlərinin (su axınları və sututarlar) fon tərkibi və çirklənməsinin monitorinqinin əsas məqsədi su ehtiyyatlarının mühafizəsi, onlardan səmərəli istifadə olunması və yerüstü su obyektlərinin optimal idarə edilməsi üçün suyun keyfiyyət göstəricilərinə nəzarətin elmi əsaslarla həyata keçirilməsidir.

Əsasnaməyə əsasən yerüstü su obyektlərinin çirklənməsinin vəziyyəti haqqında lazımi və real informasiyanın toplanması ilə bağlı monitorinq məntəqələri dörd kateqoriyaya bölünür və aşağıdakı qaydada təşkil olunur:

I kateqoriyalı məntəqələr: orta və iri su obyektlərinin (sututar və su axınlarının ) iqtisadiyyat üçün böyük əhəmiyyətli hissələrində; 1 mln-dan çox əhalisi olan iri sənaye şəhərlərinin yaxınlığında; xüsusi qiymətli su orqanizmlərinin kürüləmə və qışlama yerlərində; fövqəladə çirklənmə hallarının təkrar olunduğu hissələrdə; tullantı sularının həddən çox axıdılması nəticəsində yüksək çirklənmə vəziyyəti olan yerlərdə təşkil olunur. Xüsusi hallarda kiçik sututarı və su axınlarında I kateqoriyalı məntəqələr təşkil edilə bilər. Bu kateqoriyalı məntəqələrdə: su mühitinin hidroloji və hidrokimyəvi göstəriciləri üzrə müşahidələr hər gün; 2-3 xarakterik çirkləndiricilər üzrə müşahidələr ayın hər dekadasında; bütün mümkün çirkləndiricilər üzrə müşahidələr ayda bir dəfə; suyun fon tərkibi və çirkləndiricilər üzrə tam həcmli müşahidələr hidroloji rejimin bütün fazalarında (adətən ildə 7 dəfə) aparılr. Hidrobioloji göstəricilər – fitoplankton , zooplankton, zoobentos və perifitonun göstəriciləri üzrə ayda bir dəfə, bu göstəricilərlə yanaşı, makrofitlər , fitobentosun fotosintez intensivliyi və mikrobioloji göstəricilər üzrə hər rübdə bir dəfə müşahidələr aparılır.

Page 84: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

84

II kateqoriyalı məntəqələr: su obyektlərinin əhalisinin sayı 0,5-1,0 mln. olan şəhərlər yerləşən hissələrində; çayların Azərbaycan Respublikasının dövlət sərhədi ilə kəsişdiyi yerlərində; su canlılarının kürüləmə və qışlama yerlərində; çayların balıq təsərrüfatı üçün əhəmiyyətli olan su bəndlərinin yaxinlığında; kollektor - drenaj və sənaye tullantı sularının mütəşəkkil axıdıldığı/atıldığı yerlərdə, suyun orta çirklənmə səviyyəsinin olduğu rayonlarda və çayların mənsəblərində təşkil olunurlar. Məntəqələrdə: vizual müşahidələr - hər gün, su mühitinin hidroloji və hidrokimyəvi göstəriciləri üzrə müşahidələr - ayın hər dekadkasında, bütün mümkün çirkləndiricilər üzrə müşahidələr ayda bir dəfə, suyun fon tərkibi və çirkləndiricilər üzrə tam həcmli müşahidələr hidroloji rejimin bütün fazalarında ( adətən ildə 7 dəfə ) aparılır. Hidrobioloji göstəricilər – fitoplankton, zooplankton, zoobentos və perifitonun göstəriciləri üzrə ayda bir dəfə, bu göstəricilərlə yanaşı, makrofitlər, fitobentosun fotosintez intensivliyi və mikrobioloji göstəricilər üzrə hər rübdə bir dəfə müşahidələr aparılır.

III kateqoriyalı məntəqələr: su obyektlərinin əhalisinin sayı 0,5 mln-dan az olan orta və kiçik yaşayış məntəqələrinin yerləşdiyi və əhalinin kütləvi istirahət etdiyi zonalarda, su obyektlərinə müxtəlif tullantı sularının mütəşəkkil axıdılması/atılması nəticəsində zəif çirklənmə səviyyəsi müşahidə edilən zonalarda, böyük və orta çayların suqovuşanlarında, böyük çayların və sututarların çirklənmiş qollarının mənsəblərində təşkil olunur. Bu məntəqələrdə suyun hidroloji və hidrokomyəvi göstəriciləri və bütün mümkün çirkləndiricilər üzrə müşahidələr ayda bir dəfə, suyun fon tərkibi və çirkləndiricilər üzrə tam həcmli müşahidələr isə hidroloji rejimin bütün fazalarında (adətən idə 7 dəfə) aparılır. Hidrobioloji göstəricilər fitoplankton, zooplankton, zoobentos və perifitonun göstəiciləri üzrə vegetasiya dövründə ayda bir dəfə, bu göstəricilərlə yanaşı, makrofitlər, fitobentosun fotosintez intensivliyi və mikrobioloji göstəricilər üzrə hər rübdə bir dəfə müşahidələr aparılır.

IV kateqoriyalı məntəqələr stasionar hidroloji şəbəkədə su obyektlərinin təbii fon tərkibinin öyrənilməsi məqsdi ilə sututar və su axınlarının çirklənməyə məruz qalmayan hissələrində, həmçinin təbii milli parkların və qoruqların ərazilərindəki su obyektlərində təşkil olunur. Bu məntəqələrdə müşahidələr çayların (göllərin) hidroloji rejiminin əsas fazalarında (adətən il ərzində 7 dəfə) kimyəvi tərkibi üzrə tam həcmdə aparılır.

Kateqoryalardan asılı olmayaraq müşahidə məntəqələrinin hamısında hər gün su obyektinin ümumi vəziyyəti üzrə kimyəvi analiz su nümunələri götürülən zaman suyun sərfi (səviyyəsi), temperaturu və su axınının surəti üzrə müşahidələr aparılır.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi su ehtiyatlarının monitorinqi proqramları üzrə səlahiyyətlidir, hansılar ki su keyfiyyəti üçün Milli Ətraf Mühitin Monitorinqi Departamenti (MƏMMD), su kəmiyyəti üçün Milli Hidrometereologiya Departamenti (MHD), sahil suları üçün Xəzər Kompleks Monitorinq Administrasiyası və yeraltı sular üçün Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən həyata keçirilir. Səth su keyfiyyətinin monitorinqi üçün nümunələr su hövzələrindən götürülür və daha sonra Milli Ətraf Mühitin Monitorinqi Departamentinin laboratoriyasında təhlil edilir. 2005-ci ildən bəri transsərhəd çayların su keyfiyyətinin monitorinqini aparmaq üçün Qazax və Beyləqanda iki analitik laboratoriya nümunə götürmək və fiziki-kimyəvi analiz üçün müasir laboratoriya avadanlığı ilə təchiz edilmişdir..

Səth sularının çirklənməsinin monitorinqi şəbəkəsi 43 əsas su obyektinə - 27 çay , 4 su anbarı, 11 göl və bir liman olmaqla 72 müşahidə məntəqəsinə, 65 şaquliyə və 66 üfüqiyə (nümunə götürülmə nöqtəsinə) malikdir. Bu məntəqələrdə tam və ixtisara salınmış proqramlar üzrə su

Page 85: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

85

nümunələri götürülərək, suyun aşağıda qeyd olunan kəmiyyət və keyfiyyət göstəriciləri təyin olunur.

Hidroloji göstəricilər: · suyun sərfi (m3/san), · suyun səviyyəsi (m), · axın sürəti (m/san); Fiziki göstəricilər: · temperatur (0C), · bulanıqlıq (NTU), · şəffaflıq (sm), · rəng (dərəcə), ·qoxu (sinif və ball); Kimyəvi göstəricilər: · hidrogen göstəricisi-pH, · həll olmuş qazlar: - karbon dioksid-CO2(mq/l), - NH3(mq/l), - oksigen-O2 (mq/l); · əsas ionlar: - xlorid - Cl-, - sulfat - SO4

2-, - hidrokarbonat - HCO3

-, - kalsium - Ca2

+, - maqnezium - Mg2

+,3+ - natrium + kalium – (Na++ +K+) - ionların cəmi - ei (mq/l), - ümumi codluq - (mq-ekv/l); · oksigenin 5 günlük biokimyəvi sərfi -OBS5; · biogen maddələr: - ammonium ionu, - nitrit ionu, - nitrat ionu, - mineral azotun cəmi (mqN/l); - fosfatlar, - ümumi fosforun cəmi (mqF/l), - silisium ionu -Si (mq/l); - dəmir Fe2+, Fe3+ və ümumi (mq/l) ;

spesifik çirkləndiricilər: - neft və neft məhsulları, - fenollar, - səthi aktiv sintetik maddələr-SASM (mq/l); - davamlı üzvi cirkləndiricilər (mkq/l): - α -HXSH, - β -HXSH, - γ -HXSH, - DDT, - DDE, - p, p-DDD+ opDDT · Ağır metallar(mkq/l): - qurğuşun-Pb, - mis-Cu, - nikel-Ni, - vanadium-V, - stibium-Sb, - molibden-Mo, - kobalt-Co, - alüminium-Al, - qalay-Sn, - manqan-Mn, - titan-Ti, - bismut-Bi, - xrom-Cr, - sink-Zn, - civə-Hg, - kadmium-Cd - ağır metalların cəmi.

Su obyektlərindən nümunələr götürülərək ilkin analizlər yerinə yetirildikdən sonra əsas kimyəvi analizlərin aparılması üçün Ətraf Mühitin Çirklənməsinin Monitorinqi Mərkəzinin müvafiq laboratoriyasına göndərilir. Laboratoriyada 50-dən çox göstərici üzrə ildə 17 minə qədər analiz aparılır. Suyun keyfiyyətini qiymətləndirmək məqsədi ilə аnalizlərin nəticələrinə əsasən (6 komponent üzrə) suyun çirklənmə indeksi hesablanır. Suyun təmizlik dərəcəsi 7 ballıq şkala üzrə qiymətləndirilir.

Alınmış monitorinqin nəticələri əsasında transsərhəd çirklənmələr üzrə on gündən bir, ümumi su obyektləri üzrə aylıq vəziyyət təhlil olunur, su obyektlərində mövcud çirklənmə vəziyyətini əks etdirən bülletenlər hazırlanaraq respublikada qərar qəbul edən şəxslərə, dövlət orqanlarına,

Page 86: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

86

KİV-ə təqdim olunur və İnternetdə yerləşdirilir. Monitorinq proqramı əsasında təhlil olunan elementlər və təhlil metodları 4.1.1-ci cədvəldə verilir.

Cədvəl 4.1.1. Monitorinq proqramı və təhlil metodu

Hidrokimyəvi monitorinq proqramı Təhlil metodu

1 Həll olmuş oksigen Konduktometrik

2 Oksigenin 5 günlük biokimyəvi sərfi (OBS5) Şüşə qablar metodu

3 Oksigenin kimyəvi sərfi Titrimetrik bixromat

4 Karbon dioksid, Nitrit ionu (NO2

-) Düzünə titrimetrik təyinat Qrissa-ilosvaya reaktivi ilə kolorometrik

5 Nitrat ionu (NO3-) Natrium salisilat vasitəsilə

kolorometrik

6 Ammonium ionları (NH4+) Kolorimetrik hipoxlorid metod

7 Fosfat ionu (PO43-)

Kolorimetrik metodla mavi rəngli fosfor-molibden kompleksinin əmələ gəlməsi

8 Ümumi fosfor Kalium persulfatla yanma. Kolorimetrik

9 İkivalentli dəmir ionu (Fe2+) Orto-fenantrolinlə kolorimetrik

10 Ümumi dəmir Orto-fenantrolinlə kolorimetrik

11 Silisium Kolorimetrik metodla sarı rəngli silisium-molibden kompleksinin əmələ gəlməsi

12 Maqnezium ionu (Mg2+) Hesablama

13 Kalsium ionu (Ca2+) Trilon-B (etilen diamin tetraasetat turşusunun 2-li natrium duzu) ilə titrimetrik

14 Hidrokarbonat ionu (HCO3-) Əks titrləmə

15 Ümumi codluq Xromogen qarası ilə titrimetrik təyinat, hesablama

16 Sulfat ionu (SO42-) Qurğuşun duzlarının benzoy

turşusunun iştirakı ilə titrimetrik

17 Xlorid ionu (Cl-) Argentometrik

18 Mis ionu (Cu2+) Atom absorbsiya, Dəlinmiş elektrodla spektroqrafik

19 Sink ionu (Zn2+) Atom absorbsiya, Dəlinmiş elektrodla spektroqrafik

20 Ağır metallar Atom absorbsiya, Dəlinmiş

Page 87: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

87

elektrodla spektroqrafik

21 Natrium, kalium ionları (Na+, K+) Atom absorbsiya, Alov fotometriyası, hesablama

22 Sintetik səthi aktiv maddələr Metilen göyü ilə kolorimetrik

23 Fenollar Əsasi reakstraksiya kolorimetrik

24 Neft və neft məhsulları İnfraqırmızı sonluqlu kolon, xromotoqrafiya

25 Xlorüzvi pestisidlər Qaz-maye xromotoqrafiya

26 Hidrogen göstəricisi Potensiometrik

27 Oksidləşmə - reduksiya potensialı Potensiometrik

28 Elektrik keçiriciliyi Konduktometrik

29 Rəng Kolorimetrik titrləmə

30 Qoxu Orqanoleptik

31 Şəffaflıq Şrift vasitəsi ilə təyinat

32 Asılı bərk hissəciklər Çəki metodu

Yuxarıda qeyd olunan məntəqələrdən 6-sı Qazax- Gəncə pilot ərazisindən axan çaylar (Kür istisna olmaqla ) üzərində yerləşir ( Ağstafaçay, Tovuzçay , Qoşqarçay, Kürəkçay, Şəmkirçay, Gəncəçay) . Eyni zamanda bölgədə 1 su anbarı ( Ağstafa) və 1göl( Göy-göl) müşahidə məntəqəsi var/Şəkil 1/.

Şəkil 4.1. Pilot ərazidə suyun keyfiyyətinin monitorinq şəbəkəsi

Keyfiyyətə nəzarət və Keyfiyyətə zəmanət

Page 88: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

88

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriasında su nümunələrinin təhlili üçün Keyfiyyətin İdarəçiliyi Sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə Aİ Kur TACİS İİİ layihəsi çərçivəsində 2011-2012-ci illər ərzində mütəmadi təlimlər keçirmiş və nəticədə bu sahədə ciddi irəliləyişlər olmuşdur. Keyfiyyətin İdarəçiliyi Sistemi (KİS) üçün əsas sənəd kimi Aİ SÇD-nin tələblərinə müvafiq olaraq keyfiyyətə nəzarət və zəmanət üzrə metodiki sənəd işlənilib hazırlanmış və laboratoriyalarda bu sənədin prinsiplərinə uyğun olaraq KNKZ sistemi yaradılmışdir. Nümunə götürmə və təhlil sahəsində kadr potensialını artırmaq məqsədilə regionda icra edilən layihələrin dəstəyi ilə müvafiq təlimatlar keçirilmiş və pilot çay hövzələrində praktiki çöl ölçmə işləri aparılmışdır. Laboratoriyanın işçiləri standartlaşdırma və avadanlığın yoxlanması sahəsində milli təşkilatlarda təlim keçirlər. Bütün laboratoriya avadanlıqları Milli Standartlaşdırma və Metrologiya Dövlət Agentliyi tərəfindən Dövlət sınağından keçmiş və aidiyyatı vəsiqələrlə təmin edilmişdir və uyğunluq serttifikatları vardır. Ətraf Mühit üzrə Milli Monitorinqi Departamentinin (ƏMMMD) laboratoriyası da milli səvəyyədə akkreditasiya olunmuşdur. Son 5 il müddətində ƏMMMD-nin laboratoriyası beynəlxalq səviyyədə kvalifikasiya sınaqlarında iştirak etmişdir (misal üçün, 2009-2011-ci illərdə Bratislavada Slovakiya Milli İstinad laboratoriyasında). Laboratoriya qənaətbəxş nəticələr göstərmiş və uyğunluq sertifikatı əldə etmişdir. ƏMMMD daxilində hələ də ayrıca təyin edilmiş keyfiyyətə nəzarət/keyfiyyətə Zəmanət(KN/KZ) üzrə mükəmməl hazırlığa malik olan mütəxəssis yoxdur. Həmçinin gözlənilir ki, MƏMMD özünün su keyfiyyəti sınaqlarının akkreditasiya prosesinə (İSO/EİC 17025 Standartı) Keyfiyyətin İdarəçiliyi Sisteminin yaxın gələcəkdə rəsmi şəkildə təqdimatından sonra başlayacaqdır. 4.2 Hidromorfoloji monitorinq

4.2.1 Hidroloji monitorinq

Respublikanın su obyektlərində - çaylarda, göllərdə və su anbarlarında Milli Hidrometeorologiya Departamentinin (MHD) stasionar hidroloji müşahidələr şəbəkəsində 93 hidroloji məntəqə fəaliyyət göstərir. Həmin məntəqələrdə təlimata uyğun olaraq su obyektinin vəziyyəti, suyun səviyyəsi, temperaturu, su sərfləri, dalğalanma və su rejiminin başqa elementləri üzərində standart hidroloji müşahidələr aparılır. Qeyd edilən hidroloji məntəqədən 68-də suyun səviyyəsidə fərdi ölçülür. Bütün bu işlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət sularının uçotu və onlardan istifadə” Qərarı və müvafiq Əsasnamə əsasında aparılır. Suyun səviyyəsi və temperaturu adi hallarda gündə iki dəfə , təhlükəli hirdometeoroloji hadisələr zamanı isə 3-4 dəfə ölçülür. Su sərfləri ayda 3-6 dəfə , il ərzində isə 35-70 dəfə ölçülür. Gündəlik su sərflərini təyin etmək üçün səviyyə ilə su sərfi arasında qurulan əlaqədən istifadə olunur. Su anbarlarında suyun səviyyəsi avtomatlaşdırılmış cihazlarla ölçülür. Kür çayı üzərində yerləşən 5 məntəqədə su sərfləri də avtomatlaşdırılmış cihazla(ADCP) ölçülür. Yeni cihazların alınması və ya fəaliyyətdə olanların kolibrə edilməsi tələb olunur. Bəzi məntəqələrdə hidroloji müşahidələr artıq ötən əsrin əvvəllərindən aparılır və müşahidə məlumatları hidroloji illik və çoxilliklərdə dərc edilmişdir(Sovet dövrü ərzində). Yalnız son 30 il üzrə toplanılan məlumatlar rəqəmsal formatdadır. ABŞ BİA Cənubi Qafqazda su idarəçiliyi layihəsi tərəfindən işlənilmiş olan elektron məlumatlar bazasında informasiyanın yerləşdirilməsi müxtəlif səbəblər üzündən həyata keşirilmir. Eksel formatından istifadə etməklə məlumatlar əllə komputerə vurulur.

Page 89: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

89

Qazax –Gəncə regionunda yerləşən 18 hidroloji müşahidə məntəqəsi yerləşir(Cədvəl 1)ş Hal-hazırda bu məntəqələrdən 8-i fəaliyyət göstərir( Cədvəl 2ç Şəkil 2)). Cədvəl 4.2.1. Qazax- Gəncə zonası üzrə müxtəlif dövrlər ərzində fəaliyyətdə olan hidroloji müşahidə məntəqələri №№

Су обйекти

Мянтягя Мянсябдян олан

мясафя, км

Су топлайыcы

сащя км2

Сутоплайыcынын орта

щцндцрлцйц,м

Мцшащидя дюврц

37 Аğsта фа ча й Бярх у д а рлы 32 1763 1974-91 38 Аğста фа ча й М уса к ю й 26 1815 1977-90 39 Ах ынcа ча й Аьд а м 7,0 493 1933-35,1940-

43,1949-57,1969-dən bəri

40 Ясрик ча й Ясрик cырд а х а н 18 114 1960-91 41 Зяйям ча й Аьб а шла р 60 511 1941,1942,1944-

dən bəri 42 Ш а м х о рча й Ба рсум 42 922 1928-88 43 Ш ям к ирча й Га ла к янд 7,0 117 1966-dan bəri 44 Го шга рча й Сярк яр 32 286 1962-64,1966-95 45 Э янcяча й Ала х а нча ллы 82 94,4 2540 1961-64,1973-

76,1978-90,1992,1994-dən bəri

46 Э янcяча й Э яд ям ыш 75 102 2320 1959-64,1973-90,1992-dən bəri

47 Э янcяча й Зурна б а д 62 314 2090 1928-dən bəri 48 Зивлянча й Э яд ям ыш 0,2 46,6 2200 1959-90 49 Д ястсфцрча й Га ра гулла р 12 27.,9 2140 1932,1933,1959-

dan bəri 50 Д ястяфцрча й Д ястяфцр 4.6 61,8 1959-64,1974-87 51 Кцряк ча й Ча йк янд 82 198 2070 1928-31,1936-

44,1948-91,1993-dən bəri

52 Кцряк ча й Д о зула р 69 439 1770 1939-46,1948-dan bəri

53 Ах су Э ю йэ ю л 62 13,2 2110 1952-71,1977-91 54 Э о ра нча й Йух . Аьъа к янд 50 144 2210 1937-60,1962-89 Hal-hazırda bu məntəqələrin bəziləri bağlanılmış və ya müxtəlif səbəblər üzündən fəaliyyət göstərmirlər. Yaxın dövrlərdə Hidromet Şəmkirçay Barsum və Görənçay- Yuxarı ağcakənd məntəqələrini yenidən açmağı planlaşdırır. Ümumilikdə pilot ərazidə fəaliyyətdə 19 hidroloji məntəqə var(Cədvəl 4.2.2.). Cədvəl 4.2.2. . Qazax- Gəncə zonası üzrə hal-hazırda fəaliyyətdə olan hidroloji müşahidə məntəqələri

Page 90: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

90

N Hidroloji məntəqə Səviyyə Su sərfi Gündəlik

1 Сяркяр - Гошгарчай' + + 2 Алаханчаллы -Эянcячай' + + 3 Эядямиш - Эянcячай' + + 4 Зурнабад - Эянcячай' + + + 5 Гарагуллар - Дястяфцрчай' + + 6 Чайкянд - Кцрякчай' + + + 7 Дозулар - Кцрякчай' + + 8 Заьалы - Гошгарчай су анб.' + 9 Эюй-Эюл - курорт + 10 Галакянд - Шямкирчай' + + 11 Галакянд - Шямкирчай' + + 12 Эюй-Эюл - Аьсучай + + 13 Мусакюй - Аьстафа су анб. + 14 Мусакюй - Аьстафачай² + + 15 Аьдам - Ахынcачай' + + 16 Аьдам - Ахынcачай су анб. + 17 Аьбашлар - Зяйямчай + + + 18 Гушчуарх - Ахынcачай + +

Şəkil 4.2. Qazax- Gəncə zonasında yerləşən hidroloji müşahidə məntəqələri Regiondan keçən Kür çayı üzərində 3 hidroloji müşahidə məntəqəsi var(Qıraxkəsəmən, Şəmkir su anbarında yerləşən məntəqə və Xuluf məntəqəsi). Region hüdudlarında Kürə sol tərəfdən tökülən Qabırrı çayı üzərində isə Kəsəmən məntəqəsi yerləşir.

Page 91: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

91

4.2.2 Hidromorfologiya

Su götürmələri, bənd , sahil bərkitmə işləri və məcranın dəyişdirilməsi nəticəsində baş verən digər morfoloji dəyişikliklər səth sularına və onun rejiminə müxtəlif təsir edirlər AB- nin SÇD- nə əsasən hidromorfoloji təzyiqin suyun rejiminə, axımın fasiləsiz olmasına(gətirmələrin və orqanizmlərin sərbəst hərəkəti üçün şəraitin olması) və morfologiyaya(məcranın eninə, dərinliyinə, dibinə , sahilə və sahilyanı zonaya) təsir. Azərbaycanda hidromorfoloji parametrlər 68 məntəqədə ölçülüb. Bu zaman axımın sürəti və sərfi, dərinlik və en və onların dəyişməsi. Hal-hazırda su anbarları və göllərdə hidromorfoloji ölçmə işləri aparılmır. Qazax- Gəncə pilot regionunda seçilmiş 4 çay(Gəncəçay, Şəmkirçay, Tovuzçay və Ağstafaçay) suvarma və digər məqsədlərlə geniş istifadə olunur. Ağstafaçay üzərində yerləşən su anbarı ölkənin iri su anbarlarından olmaqla çayın rejimini köklü surətdə dəyişib. Bu dəyişməni kəmiyyətcə qiymətləndirmək üçün Musaköy məntəqəsində hidroloji məntəqə fəaliyyət göstərir. Bu kimi dəyişikliyə müəyyən dərəcədə Gəncəçay da məruz qalıb. Belə ki, çayın yuxarı hissəsində onun Zurnabad qəsəbəsi yaxınlığında yerləşən SES-na məcrada qurulan müvafiq hidrotexniki qurğular vasitəsilə su kanal vasitəsilə daxil olur(kanal həm də yerli əhalinin tələbləri üçün və suvarmada istifadə olunur) . Demək olar ki, bütün çaylar ayr-ayrı yay günlərində su götürülməsi nəticəsində suyunu mənsəbə çatdira bilmir. Milli Hidrometeorologiya Departamentinin Gəncə bölgəsi su sərfi ölçərkən məcranın eni, dərinlik, sürət və s kimi parmetrləri hal- hazırda ölçür. Gətirmələr və digər morfoloji parametrlər isə yalnız əvvəlki illər ərzində dərc olunmuş hidroloji illiklərdən götürülə bilər.

4.2.3 Hidrogeoloji monitorinq

Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmiş əsasnaməyə əsasən monitorinq təbii və texnogen amillərin təsiri nəticəsində, onların kimyəvi element və birləşmələrlə, üzvi maddələrlə, bakteriyalarla (mikroorqanizmlərlə) çirklənmə dərəcəsinin öyrənilməsi, proqnozlaşdırılması və çirklənməyə qarşı tədbirlərin hazırlanmasının təmin edilməsi məqsədi ilə aparılır. Yeraltı su obyektlərinin çirklənməsinin monitorinqi regional və xüsusi şəbəkə üzrə aparılır. Yeraltı su obyektlərinin çirklənməsinin monitorinqinin regional şəbəkəsi yeraltı su obyektlərinin vəziyyətinin monitorinqini təşkil edən Dövlət dayaq rejim şəbəkəsinin müşahidə məntəqələri - quyular, bulaqlar, kəhrizlər, horizontal drenlər və s. ilə eynidir və bu məqsədlə ayrıca şəbəkə yaradılmır. Şəhər, qəsəbə, və digər yaşayış məntəqələrinin və aqrar sektor obyektlərinin su təchizatı üçün istifadə edilən yeraltı su götürücülərin sahəsində, yeraltı suları çirkləndirən obyektlərin təsir sahələrində, yeraltı suların qidalanma mənbəyi olan çirklənmiş yerüstü və həmçinin yerüstü suları qidalandıran çirklənmiş yeraltı suların təsir zonasında yeraltı suların çirklənməsinin monitorinqinin aparılması məqsədi ilə ərazinin hidrogeoloji, geoloji, geomorfoloji şəraiti, yerüstü və yeraltı suların axınının istiqaməti, obyektin planda və kəsilişdə sərhədləri,

Page 92: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

92

çirkləndiricilərin növü, miqrasiya xüsusiyyətləri və s. nəzərə alınmaqla xüsusi şəbəkə yaradılır. Regional və xüsusi şəbəkənin məntəqələrindən su nümunələrinin götürülərək labaratoriyalarda xüsusi kimyəvi, bioloji və radioaktiv analiz edilməsi yeraltı suların çirklənməsinin monitorinqinin tərkib hissəsidir. Monitorinqin aparılma tezliyi regional şəbəkə üzrə ildə bir dəfədən az olmamaqla həyata keçirilir. Xüsusi şəbəkə üszrə isə hər bir hal üçün ayrılıqda müyyən edilir. Yeraltı su obyektlərinin hidrokimyəvi göstəriciləri müşahidə məntəqələrindən götürülmüş su nümunələrinin labaratoriya şəraitində analiz edilməsi ilə öyrənilir. Analizlərin götürülmə tezliyi qarşıda duran məqsəddən və sulu horizontların hidrokimyəvi dinamikiliyindən asılı olaraq bir dəfədən az olmamalıdır. Respublikanın düzənlik və dağətəyi bölgələrində əsası keçən əsrin ortalarında qoyulan mövcud şəbəkə üzrə hidrogeoloji şəraitin hidrodinamiki və hidrokimyəvi parametrlər üzrə dəyişməsinin regional qiymətləndirilməsi fasiləsiz olaraq həyata keçirilir. Dövlət dayaq rejim şəbəkəsinin məlumatları əsasında təbii və süni amillərin təsirindən yeraltı (qrunt və təzyiqli) mövsümi, illik və çoxillik rejimlərin formalaşması qanunauyğunluqları araşdırılır və bu və ya digər bölgələrdə (sahədə) baş verə biləcək dəyişiklərin praqnozu verilir. Fəaliyyətdə olan monitorinq şəbəkəsi:

1. Qrunt suları: a) Respublika üzrə 415 quyu, 28 bulaq. b)Gəncə-Qazax regionu üzrə-27 quyu 1.1. Xlopuşka ilə ayda 3 dəfə ölçü aparılır. 1.2.Kimyəvi tərkib monitorinq quyularının hamısında (vəsaitdən asılı olaraq) ildə bir

dəfə həyata keçirilir. 1.3. Götürülmüş nümunələrdə kimyəvi analiz yolu ilə makroelementlər (anion və

kationlar), minerallıq, codluq, PH göstəricisi və s. təyin edilir. 2. Təzyiqli sular: a) Respublika üzrə-125 quyu b) Gəncə-Qazax regionu üzrə-26 quyu 2.1. Ayda 3 dəfə Xlopuşka ilə səviyyə, saniyə ölçən ilə sərf ölçülür. 2.2. Kimyəvi tərkib monitorinq quyularının hamısında (vəsaitdən asılı olaraq) ildə bir

dəfə həyata keçirilir. 2.3. Götürülmüş nümunələrdə kimyəvi analiz yolu makroelementlər (anion və

kationlar), minerallıq, codluq, PH göstəricisi və s. təyin edilir. 3. Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının Bakı şəhərində

yerləşən ofisində ilkin çöl materialları işlənilərək orta aylıq, orta illik məlumatlar hesablanır. 2-3 ildə bir dəfə monitorinqin nəticələri haqqında hesab tərtib olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-texniki Şurasının “Geologiya” bölməsində təsdiq olunduqdan sonra hesabat nazirliyin Ətraf Mühit və Təbii Sərvətlər üzrə informasiya Arxiv fonduna təhvil verilir. Burada eləcədə Milli Geoloji və Mühəndis Geologiyası

Ekspedisiyasında yeraltı suların monitorinqi haqqında informasiya yazılı və elektron formada saxlanılır. Monitorinq nöqtələrinin yerləşdiyi dövlət torpaqlarının torpaq islahatları aparıldıqdan sonra xüsusi mülkiyyətə keçməsi nəticəsində monitorinq şəbəkəsinin mövcudluğu, qorunması və monitorinq müşahidələrinin aparılması ilə əlaqədar ciddi problemlər yaranır. Bir çox müşahidə

Page 93: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

93

quyuları sıradan çıxır. Sıradan çıxmış müşahidə quyuları mümkün olunan sahələrdə yeniləri ilə əvəz olunur.

4.3 Bioloji monitorinq

Hal-hazırda fəaliyyətdə olan mütəmadi monitorinq programlarına əsasən su obyektlərində bioloji monitorinq aparılmır. Milli Elmlər Akademiyası tərəfindən Elmi məqsədlərlə pilot çaylar üzrə müxtəlif dövrlərdə müxtəlif dərəcədə bioloji moniyorinq aprılıbdır. Monitorinq üzrə aparıcı dövlət qurumu olan MƏMMD əsrin əvvəllərindən başlayaraq regionda həyata keçirilən müxtəlif layihələr(ABŞ BİƏ-nin 2001-2004 və 2005-2008-ci illlərdə maliyələşdirdiyi Cənubu Qafqaz üzrə su layihələri və Aİ Kür TACİS-programı) çərçivəsində pilot çaylarda keçirilən təlim xarakterli bioloji monitorinq işlərində iştirak etmiş və bu sahədə müvafiq təcrübə toplamışdır. Ədəbiyyat Abbasov C/R/ Azərbaycan Respublikasının İqtisadi və Sosial Coğrafiyası, BDU, Baku, 2002

Азгипроводхоз.Технический отчет по комплексному использованию водных ресурсов Азербайджана. Баку, 2007

Əhmədzadə Ə.C. Heydər Əliyev və Azərbaycanın su təsərrüfatı. Bakı, 2003.

Ахмедов Б.М., Агаев И.Г. Селевые очаги в бассейне реки Киш и меры борьбы с ними. Сборник научных трудов AзНИГ и ГМ НИО: XXVIII изд, 2008, с. 290-294. (на азерб. языке).

Ахмедов Б.М, Муслимов А.М., Агаев И.Г., Зейналов Т.С. Регулирование паводков и селевых потоков в реке Киш и комплексные защитные меры по устронению вредного воздействия. Сборник научных трудов AзНИГ и ГМ НИО: XXVIII изд, 2008, с. 295-305. .

Əliyeva İ.S. Kiçik Qafqaz lnadşaftlarının çayların rejiminə təsiri. Coğrafiya elmləri namizədi alimlik dərəcəsinin iddiası üçün təqdim edilmiş dissertasiya. Bakı, 2005

Amelioration and Water Economy OJSC, “2010,” Region Plus Magazine, Baku, No. 01, February 2006, No. 02 , March 2006, Baku, 2006, No 46 April 2007.

Ansbaek Jesper, Anatoli Picçugin, Peter Ronçak, Vəfadar İsmayılov, Fərda İmanov və Rafiq Verdiyev. Gəncəçay hövzəsi üçün Pilot Çay Hövzəsinin İdarəçiliyi Planı. Bakı,2011.

.Azerbaijan today. Reference materials. M, 1995

Бабаханов Н.А. Можно ли управлять стихийными бедствиями. Баку: Элм, 2006, 213 с.

A.İ.Çebotarev. Hidroloji Lüğət. L. Hidrometeeoizdat. 1978 – səh. 300.

David A. Chin. Water-resources Engineering (Second edition). Pearson Education International, USA, New Jersey: 2006, 962 p.

Гулиев Ш.Ш. Рациональные компоновки и конструкции защитно-регуляционных сооружений на горных и предгорных участках рек: Автореф. ... канд. тех. наук. М., 1992, 22с.

Руководство по гидрологической практике. ВМО-N 168, 1994, 808с.

Hidrometeoroloji stansiyalar və postlar üçün təlimat. 2-ci nəşr II hissə, Hidrometeeoizdat,

Page 94: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

94

Leninqrad. 1975, səh. 262.

Гупта Х., Растоги Б. Плотины и землетрясения. М: Мир, 1979, 251с.

Azərbaycanın Su Strategiyası Layihəsi. Bakı, 2012

Flash floods in arid end semi-arid zones. International hydrological programme. UNESCO, Paris: 1999, № 23, 60 p.

İmanov F.A. Qafqazın minimal çay axınları Caucasus. Bakı - 2000, səh. 298.

Ekoloji lüğət. F. İmanov, E. Sultanov və R. Verdiyev. Bakı, 2010.

İsmail M. History of Azerbaijan: The short review from the most ancient times to 1920 of Baku, 1995

Məmmədov M.A. Azərbaycanın Hidroqrafiyası Bakı. – 2012, səh 253.

Müseyibov M. Azərbaycanın Fiziki Coğrafiyası. Bakı

Надиров А.А. и др. Экономическая и социально географическая география Азербайджана. Баку 2010. 470 с. (на азерб. языке).

Oджагов Г.О., Управление чрезвычайных ситуаций. Баку «Тахсил» НПМ, 2008, 232 с. (на азерб. языке).

Avropa Birliyinin maliyyələşdirdiyi layihə: Kür çayı üzrə Transsərhəd Çay İdarəetməsi Mərhələsi II. Gəncəçay Çay Hövzəsinin İdarə Edilməsi Planının Layihəsi, Azərbaycan 2011

Avropa Birliyinin maliyyələşdirdiyi layihə: Kür çayı üzrə Transsərhəd Çay İdarəetməsi Mərhələsi II. Çay hövzəsinin idarə edilməsində ictimaiyyətin iştirakı. Qərar qəbul edənlər üçün rəhbər səndə. Tbilisi. 2011

BMTİP/İBİA-nin Layihəsi: Kür-Araz çayı hövzəsinin transsərhəd tənəzzülünün azaldılması. Ermənistan, Azərbaycan və Gürcüstanın su sektorunun institusional vasitələri, Tiflis 2005.

BMTİP/İBİA-nin Layihəsi: Kür-Araz çayı hövzəsinin transsərhəd tənəzzülünün azaldılması. Kür-Araz çayı hövzəsinin tənəzzülünün azaldılması üzrə qanunvericilik tələbləri, Tiflis 2005. Çay Hövzəsinin İdarə olunmasında Cəmiyyətin İştirakı. Qərar Qəbuledicilər üçün Təlimatlar.

Xəzər dənizəinə tökülən çayların mühafizəsində ictimaiyyətin iştirakı. Rəhbər sənəd. İHPA.Ecores birgə Layihəsişi. Bakı. 2006

Rüstəmov S.Q., Qaşqay R.M. Azərbaycan SSR-in çaylarının su ehtiyatları, Baku, Elm 1989, səh. 180.

Водные ресурсы России и их использование / Под ред. проф. И.А. Шикломанова. СПб: ГГИ, 2008, 600с.

Todua, Zurab, Azerbaijan Today: Power, Oil, Economics, Political Parties, Biographies [in Russian], Panorama, Moscow, 1995.

Verdiyev R. Q. İqlim dəyişkənliyi şəraitində Şərqi Qafqaz çaylarının su ehtiyatları. Bakı 2002, Elm, səh. 224. WB, World Bank, National Water Supply and Water Sanitation Project for Shamkir Region, Feasibility Study Report, World Bank, 2010.

Onlayn mənbələr: Elba LLC kompaniyasının veb saytı . http://elba.az/main.php?dil=en&bolme=1

Page 95: MƏRKƏZİ KÜR PİLOT HÖVZƏ RAYONU ÜZRƏ ÇAY ...blacksea-riverbasins.net/sites/default/files/Ganja-Gazakh...davam edən iqtisadi inkişaf və onun su ehtiyyatlarına təsiri müzakirə

95

İİN, İqtisadi İnkişaf Nazirliyinin veb saytı http://www.economy.gov.az/

ETSN, Ekilogiya vəTəbii Sərvətlər Nazirliyinin veb saytı http://www.eco.gov.az/en/#/

Sənaye və energetika Nazirliyinin veb saytı http://www.mie.gov.az/

Skyscrapercity – city and urban development web forum. http://www.skyscrapercity.com/

Azərbaycan Respublikasının Regionalarının Sosial- İqtisadi inkişafı üzrə Dövlət Proqramı (2004-2008), İqtisadi İnkişaf Nazirliyi, Bakı, 2004. http://unpan1.un.org/intradoc/groups/public/documents/untc/unpan016803.pdf/

ASK, Azərbaycanın Statistika Komitəsinin veb saytı: http://www.stat.gov.az/indexen.php/

Wikipedia – Republic of Azerbaijan page. http://en.wikipedia.org/wiki/Azerbaijan/