İsmayil haciyev azƏrbaycan xalq cÜmhurİyyƏtİnİn … · 2019-12-22 · baycan milli Şurası...

13
AZƏRBAYCAN MILLI ELMLƏR AKADEMİYASI N.\XÇIV.4N BÖLMƏSLNİN XƏBƏRLƏRİ ictimai və humanitar elmlər seriyası, 2017, Xs 3 ИЗВЕСТИЯ НАХЧЫВА11СКОГО ОТДЕЛЕШШ RMIHOHvVTbHOfi ARV^EMIDI НЛУТС А^ЕРБМЩЖ.ША Серия общественных и гуманитарных наук, 2017, Xs 3 PROCEEDINGS OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES NAKHCHIVAN BRANCH OFFICE The series o f social sciences and humanities. 2017, ЛЬ 3 tarix İSMAYIL HACIYEV AMEA Naxçıvan Bölməsi E-mail: [email protected] AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN DAXİLİ VƏ XARİCİ SİYASƏTİNDƏ NAXÇIVAN Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində Naxçıvan məsələsinə xüsusi əhəmiyyət verməsi faktlarla göstərilmiş, Cümhuriyyət hökuməti və parlamentinin fəaliyyətində Naxçıvanla bağlı bir sıra məsələlərə diqqət yetirilməsi, bölgənin ermənilər tərəfindən tutulmasına imkan verilməməsi üçün ona siyasi, hərbi, maddi və mənəvi kömək göstərilməsi əsaslandırılmışdır. Burada həmçinin Müsəlman Milli Komitəsinin Naxçıvanı qorumaq uğrunda fəaliyyəti, erməni daş- naklarına qarşı mübarizəsi. Osmanlı dövləti ilə yaratdığı əlaqələr, bölgədə yaradılan Araz-Türk Respub- likası, Rusiyanın, İngiltərənin və ABŞ-ın Naxçıvanla bağlı siyasətləri araşdırılmışdır. Tədqiqat nəticəsin- də belə bir yekun nəticə çıxarılmışdır ki, yerli əhalinin Lstifadə etdiyi müxtəlif vasitələr, xüsusilə naxçı- vanlıların inadlı mübarizələri Naxçıvanı Azərbaycanın tərkibində qoruyub .saxlamışdır. Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, naxçıvanlılar, türklər, Rusiya, İngiltərə, ABŞ, Araz- Türk Respublikası, ermənilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 may 2017-ci il ta- rixdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imza- lamışdır. Eləmin Sərəncamda deyilir: “ 1918-ci il may ayının 28-də Azərbaycanın müs- təqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək dö- yüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhə- miyyətli işlər görüldü” [11, 2017, 17 may]. 1918-ci ilin mayında müsəlman şərqində ilk dəfə yaradılmış yeni suveren dövlət - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) çətin və mürəkkəb şəraitdə 23 ay yaşayıb fəaliy- yət göstərdi. Bu Cümhuriyyət Rusiya ilə yanaşı dünyanın böyük dövlətlərinin - ABŞ, İngiltərə və Fransanın siyasi, iqtisadi siyasətlərinin məngənəsində mübarizə aparmalı ol- du, öz suverenliyini qoruyub saxlamaq üçün bütün vasitələrə əl atdı, bu yolda çox mü- rəkkəb problemlərlə üzləşdi. Bu dövlətlərin təzyiqi altında 1918-ci il mayın 29-da Azər-

Upload: others

Post on 21-Feb-2020

11 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: İSMAYIL HACIYEV AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN … · 2019-12-22 · baycan Milli Şurası Azərbaycan-Ermənistan arasındakı sərhəd problemini müzakirə edərkən öz

AZƏRBAYCAN M ILL I ELMLƏR AKADEMİYASI N.\XÇIV.4N BÖLMƏSLNİN XƏBƏRLƏRİ ictimai və humanitar elmlər seriyası, 2017, Xs 3

ИЗВЕСТИЯ НАХЧЫВА11СКОГО ОТД ЕЛ ЕШ Ш RM IHOHvVTbHOfi A R V ^E M ID I НЛУТС А ^ЕРБМ Щ Ж .Ш А Серия общественных и гуманитарных наук, 2017, Xs 3

PROCEEDINGS OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES NAKHCHIVAN BRANCH O FFICE The series o f social sciences and humanities. 2017, ЛЬ 3

t a r ix

İSMAYIL HACIYEVAMEA Naxçıvan Bölməsi

E-mail: [email protected]

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN DAXİLİ VƏ XARİCİ SİYASƏTİNDƏ NAXÇIVAN

Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində Naxçıvan məsələsinə xüsusi əhəmiyyət verməsi faktlarla göstərilmiş, Cümhuriyyət hökuməti və parlamentinin fəaliyyətində Naxçıvanla bağlı bir sıra məsələlərə diqqət yetirilməsi, bölgənin ermənilər tərəfindən tutulmasına imkan verilməməsi üçün ona siyasi, hərbi, maddi və mənəvi kömək göstərilməsi əsaslandırılmışdır.

Burada həmçinin Müsəlman Milli Komitəsinin Naxçıvanı qorumaq uğrunda fəaliyyəti, erməni daş­naklarına qarşı mübarizəsi. Osmanlı dövləti ilə yaratdığı əlaqələr, bölgədə yaradılan Araz-Türk Respub­likası, Rusiyanın, İngiltərənin və ABŞ-ın Naxçıvanla bağlı siyasətləri araşdırılmışdır. Tədqiqat nəticəsin­də belə bir yekun nəticə çıxarılmışdır ki, yerli əhalinin Lstifadə etdiyi müxtəlif vasitələr, xüsusilə naxçı­vanlıların inadlı mübarizələri Naxçıvanı Azərbaycanın tərkibində qoruyub .saxlamışdır.

Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, naxçıvanlılar, türklər, Rusiya, İngiltərə, ABŞ, Araz- Türk Respublikası, ermənilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 may 2017-ci il ta­rixdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imza­lamışdır. Eləmin Sərəncamda deyilir: “ 1918-ci il may ayının 28-də Azərbaycanın müs­təqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək dö­yüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhə­miyyətli işlər görüldü” [11, 2017, 17 may].

1918-ci ilin mayında müsəlman şərqində ilk dəfə yaradılmış yeni suveren dövlət - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) çətin və mürəkkəb şəraitdə 23 ay yaşayıb fəaliy­yət göstərdi. Bu Cümhuriyyət Rusiya ilə yanaşı dünyanın böyük dövlətlərinin - ABŞ, İngiltərə və Fransanın siyasi, iqtisadi siyasətlərinin məngənəsində mübarizə aparmalı ol­du, öz suverenliyini qoruyub saxlamaq üçün bütün vasitələrə əl atdı, bu yolda çox mü­rəkkəb problemlərlə üzləşdi. Bu dövlətlərin təzyiqi altında 1918-ci il mayın 29-da Azər­

Page 2: İSMAYIL HACIYEV AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN … · 2019-12-22 · baycan Milli Şurası Azərbaycan-Ermənistan arasındakı sərhəd problemini müzakirə edərkən öz

baycan Milli Şurası Azərbaycan-Ermənistan arasındakı sərhəd problemini müzakirə edərkən öz suverenliyini qoruyub saxlamaq naminə İrəvanın ermənilərə verilməsi qəra­rını çıxarmağa məcbur oldu və bu qərarı ürək ağrısı ilə “tarixi zərurət”, “labüd bəla” he­sab etdi [1, V. 51].

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu ölkələr Azərbaycana qarşı bir sıra ərazi iddiaları irəli sürürdü. Bu zaman Azərbaycanın ərazisi 113.9 min kv. km idi. Onun 97.3 min kv. km-i mübahisəsiz, 16.6 min kv km-i mübahisəli zonaları əhatə edirdi [10, s. 461].

Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoru­yub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparır, bütün imkanlardan istifadə edir, taleyüklü məsələlərin həllinə çalışırdı.

Azərbaycan tarixşünaslığmda Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti, Antanta ölkələri ilə əlaqələri, qonşu ölkələrlə münasibətləri, daxili regionlarla əlaqələrin inkişaf etdirilməsi kimi məsələlər bir sıra tarixçilər tərəfindən öyrənilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti ilə Naxçıvanın əlaqələrindən tədqiqat əsərlərində bəhs edilsə də problemin bütün tərəfləri öyrənilməmişdir. Hətta bu problemlə bağlı müxtəlif fikirlər mövcuddur. Azərbaycan sovet tarixşünaslığmda belə bir fikri əsaslan­dırmağa çalışmışlar ki, guya Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ayrı-ayrı bölgə­lərin ərazi toxunulmazlığını və onların əhalisinin təhlükəsizliyini nəinki təmin edə bil­məmiş, hətta buna cəhdlər belə göstərməmişdir. Lakin arxiv sənədləri, obyektiv araş­dırmalar bu mövqeyin həqiqətə uyğun olmadığını göstərir. Azərbaycan Xalq Cümhuriy­yətinin “rəhbərliyi və yerli hakimiyyət orqanları imkanları daxilində bu problemlərə diqqət yetirmiş, torpaqlarımızın bütövlüyü və suverenlik məsələlərində daxili-xarici düşmən qüvvələrə qarşı barışmaz mövqe tutmuşlar” [17, s. 142]. Azərbaycan Xalq Cüm­huriyyətinin hökuməti və parlamenti öz fəaliyyətində, daxili və xarici siyasətində Nax­çıvanla bağlı bir sıra məsələlərə diqqət yetirmiş, bölgənin ermənilər tərəfindən tutulma­sına imkan verməmiş və ona siyasi, hərbi, maddi və mənəvi köməkliyini göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə əlaqədar Naxçıvan ətrafında yeni konkret tarixi şəraitdə sosial və ictimai-siyasi qüvvələrin yeni nisbəti yaranmışdı. Cümhuriyyətin fəaliyyət göstərdiyi dövrdə baş vermiş sosial və siyasi proseslər bir-biri ilə çox sıx əlaqəli inkişaf edirdi. Bu proseslər daxili və xarici amillərin mürəkkəb qarşı­lıqlı təsirini əks etdirən bir mənzərə yaratmışdı.

RSFSR çar Rusiyasından miras qalmış millətçilik ideologiyasını hər vəchlə mü­dafiə və inkişaf etdirərək çox mürəkkəb şəraitdə müsəlman aləmini parçalamaq, bu re­gionda ona arxa ola biləcək xristian dövləti - Ermənistan Respublikası yaratmaq məq­sədi ilə cəhdlərini daha da genişləndirirdi. Rusiya Türkmənçay müqaviləsi əsasında Azərbaycandan qoparıb imperiyaya birləşdirilmiş ölkəmizin tarixi torpaqlarının - İrəvan quberniyasının, həmin əraziyə tabe edilmiş Naxçıvan diyarının, Şərur-Dərələyəz və Or­dubad qəzalarının süni surətdə yaradılmış Ermənistana birləşdirilməsini elan etmişdi.

Həmin illərdə Naxçıvan məsələsi həm daxildə, həm də beynəlxalq aləmdə müxtə­lif mənafelərin toqquşduğu, ziddiyyətlərin kəsişdiyi düyün nöqtələrindən birinə çevril­mişdi. Bu dövr Naxçıvanda hakimiyyətin tez-tez dəyişilməsi illəri olmuşdur. Bu müd­dətdə Ermənistan Respublikası, Xüsusi Zaqafqaziya Komitəsi, müsavatçılardan və daş­naklardan ibarət yaradılmış Milli Komitələr, ABŞ, İngiltərə, Türkiyə arasında Naxçıva­na yiyələnmək uğrunda ardı-arası kəsilməyən mübarizə getmişdir.

Ermənistan Respublikasının Naxçıvana hücumları, hakimiyyət çəkişmələri bu öl­kəni daha çıxılmaz vəziyyətə salmışdı. Əhalinin xeyli hissəsi qaçqına çevrilmişdi, aclıq hökm sürürdü.

Page 3: İSMAYIL HACIYEV AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN … · 2019-12-22 · baycan Milli Şurası Azərbaycan-Ermənistan arasındakı sərhəd problemini müzakirə edərkən öz

Naxçıvan diyarına 1828-30-cu illərdə köçürülmüş və orada məskunlaşmış erməni əhalisi diyarda vəziyyətin daha da mürəkkəbləşməsinə çalışırdı. Naxçıvandakı erməni­lərə. xarici silahlı (jüvvələrə arxalanan Ermənistan Respublikası Naxçıvan divarına yi- vələnınək iıçün öz ləaliyyətlərini daha da genişləndirirdi. ABŞ, İngiltərə. Fransa, Rusiya döviətləi'i Ermənistan Respublikasına hərtərətli yardım göstərirdilər, Naxçıvan erməni­ləri divarın təkləndiyindən və daxiidəki ziddiyvətiər, habelə hakimiyyətsizlik məngənə­sində boğulduğundan istifadə edərək Na.xçıvanın ən yaxın vaxtlarda Ermənistana birləş­diriləcəyi barədə şayiələr vayır,. bu yerlərin Ermənistanın bir hissəsi olduğunu iddia edirdilər. Erməni qüvvələri vəziyvətin mürəkkəbliyindən, qanşıqhqdan i.stifadə edərək “Böyük Ermənistan" varatmaq üçün ərazi iddiaları irəli sürürdü Ermənilər torpaq id­diaları ilə bağlı layihə hazırlamış və bunu Ənv'ər paşaya təqdim etmişdilər. Bu lavihəyə görə Naxçıvan və Ordubadla birlikdə Sürməli, .A.xalkələk. Eçmiədzin. İrəvan (qəzası). Borçalı. Qazax, Şərur-Dərələyəz, Otnabağ və Zəngəzur qəzaları Ermənistana verilməli idi [16, s. i 16]. Ermənilər bu tələblərini onunla əsaslandırırdılar ki, guya bu qəzaların əhalisinin 70 faizi ermənilərdir [4. \ 4]. Əslində isə Şərur-Dərələyəz qəzasında əhalinin 72.3 faizini. Naxçıvan qəzasında 62.ə faizini, İrəvan qəzasında 60,2 faizini. Sürməlidə 70 faizini. Qarayazıda 89 faizini azərbaycanhiar təşkil edirdi [ 16, s. 366].

.Azərbaycan Xalq Cümhııriyvəti yarandığı gündən Naxçıv^an divarının əhalisi bu respublika ilə birləşməyə hazır olduğunu bildirsə də mövcud siyasi və beynəlxalq və­ziyyət Naxçıvan əhalisinin arzusunu həyata keçirməyə imkan vermirdi.

İ918-Cİ ilin yayında Naxçıvan ikilərətli təhlükə ilə rastlaşdı. Bir tərəfdən Naxçı­vana köçürülən \ə burada vaşayan erməni əhalisi bu divarın Ermənistana birləşdiriləcə­yi barədə yayılan şayiələrdən ruhlanaraq Naxçıvana Ermənistanın bir hissəsi kimi baxır və divarın müxtəlif yerlərində hər cur fitnəkarlıq törədirdilər. Digər tənəldən isə daşnak­ların ingilislərdən geniş vardım alaraq Culfanı öz əlinə keçirmiş qaniçən .Nndranik Ozanvan Naxçıvanın şəhər və kəndlərini talan edir, dinc əhalini kütləvi surətdə qırırdı: Yavcı, Dizə. Diiylün, Süst. Çeşməbasar. Tumbul və b. kəndlər tamamilə dağıdılmışdı Lakin bu azğınlıqlara baxmavaraq nıüttəfiq dövlətlər - İngiltərə və Fransa daşnakların hərbi ənıəiİN yatlarına vardım göstərdiklərini biidirməkdə daxam edirdilər.

Belə ağır vəzıyxətdə Naxçıvan Milli Komitəsi haqlı olaraq türklərlə əlaqəni daha da genişləndirməyi lazım bildi. Həmin vaxtda türklər Şərur-Dərələvəz və İrəvan-Culfa dəmir yolunu oz əllərinə keçirərək Naxçıxana doğru irəliiəvirdüər. Kazım Qarabəkir paşanın komandanlığı altında olan tıırk dix iziyası Şərur qəzasına daxıl olduqdan sonra hücumu müvəqqəti dayandırmış və beləliklə Andranikin Naxçıvanı ələ keçirməsi üçün əixerişli imkan xaranmışdı. Belə bır şəraitdə Naxçıxan Milli Komitəsi daşnakların sayca üstün qüvvələri ilə döyüşə girmədən geri çəkilməyi məqsədəuyğun sayırdı. Bununla belə bütün xalq öz torpaqlarının nıüdalləsı üçün avağa qalxmışdı. Nehrəm kəndində qonşu kəndlərin nümayəndələrinin iəa! iştirakı ilə xaiq qoşun dəstələn yaradıldı Xaltj qoşunu 1918-ci i! iyunun axııiarında Nehrəm kəndi yaxınlığında .Andranikin quldur dəstəsi ilə qarşılaşaraq onu əzdi, .Andranik rüsxayçılıqla (larabağ dağlarına qaçmağa məcbur oldu. Bu hadisələrdən sonra, veni daşnak talanlarına vol xermənıək məqsədilə türk qoşunları Naxçıvana, Ordubada və Culfava daxil oldular. Türklərin daşnaklara qar­şı dövüşdə kifayət qədər qətiyyətli olmaması Naxçıvan Milli Komitəsi ilə onların ara­sında soyuqluq yaratmışdı. Türklər Naxçıxana daxıl olan vaxt ilk sıvasi tədbir kiırıı Naxçıvan Milli Komitəsini və milli hissələri buraxmışdılar Xəlil bəy isə Naxçıvanın generai-qubernatoru təyin olunmuşdu ( !4, s. 36]. r.akin vəziyyət uzun sürmədi. Tezliklə Naxçıvan Milli Komitəsinin və onun silahlı dəstələrinin fəaliyyəti bərpa edildi. 1918-ci ilin ikinci yarısında müharibə cəbhələrində Türkiyənin vəziyyəti çətinləşdikcə o, Nax-

7

Page 4: İSMAYIL HACIYEV AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN … · 2019-12-22 · baycan Milli Şurası Azərbaycan-Ermənistan arasındakı sərhəd problemini müzakirə edərkən öz

çi\anci;ı daha giıclü ' ə sabi! verh hakimivvətin varadılnıa'.ma mey! göstərirdi. Elə yeri i hakimiyvət ki. daşnakların hucıimuna davam gətirsin və diyan heç vaxt onların tapdağı ahına qovmasın l'ürkivə Mudros müqaviləsinin şənlərinə uyğun olaraq qoşunlarınıNaxçıvandan çıxarmağa məcbur oidiı.

IdIS-cı ilin novabnnda verli əhali .Araz-lürk Respublikasının müvəqqəti müstə- qiilivini elan etdi. Bu respublika bir təı əfdən erməni iddialarını dəf etməyə, digər tərəf­dən isə respubiikanm bütıin əhalisinin həm din, həm də diİ cəhətdən can atdığı .Azər­baycanla birləşməni lıa/ıriamağa cəhd edirdi [ !5. s. 47J.

Araz-Türk Re.spubükasınm əhalisi I ımlvon nəfər, ərazisi 8,7 min kv. km oimaqla 122, s ,r.r| tərkibinə Naxçıvan və .Şərur-Dərələyəz qəzaları, Sərdarabad, Uluxanlı, Vedi- basar. Kəmərli, Mehri və s. bölgələr daxil idi f I. v. 9). Respublikanın paytaxtı Naxçıvan şəhəri, hökumətin sədri isə Əmir bəy Nərimanbəvov olmuşdur [9, v, 7]. Araz-Türk Res­publikasının silahlı qüvvələrinin koməvi ilə verli əhalinin fəal müqaviməti nəticəsində Ermənistanın daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alındı.

Araz-Türk Respublikasının yaradılması ilə türklərin Naxçıvan diyarı ilə əlaqələri tamam kəsilmirdi. Türk ordusunun polkovniki Xəlil bəy .Araz-Türk Respublikasında səlahiyyətli nümayəndəliyin başçısı təyin olunmuşdu [22, s. 91], Bundan başqa, türklə­rin Naxçıvanda 5 zabit və 300 əsgəri qalırdı. .Araz-Türk Respublikası qısa müddət fəaliy­yət göstərməsinə (1918 nov abr-!9 ! 9 mart) baxmayaraq “bölgənin azərbaycanlı əhalisi­nin qüvvələrirnn düşmənlərə (.jarşı mübarizə üçün birləşdirilməsinə və bölgənin erməni­lərə keçməsinə imkan v'ennəməkiə onun toxunulmaziığim \ə bununla da AXC-in ərazi butöviuvünu ləmin etdi" | 18. s 76].

Naxçıvan əhalisi bölgənin .Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inadla mübarizə aparırdı. Onlar !919-cu i! yanvarın 4-də Azərbaycan Xalq Cüm­huriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə ünvanlanmış müraciətdə Naxçı­van. Şərur \ə Ordubad qəzalarında ermənilərin törətdikləri vəhşiliklər haqqında geniş məlumat verirdi Müraciətdə deyilirdi; "1917-ci ilin dekabr ayından başlayaraq 1918-ci iiin iyun ayına qədər erməni hərbi hissələri tərəfindən İrəvan qubemivasmda 200-dən artıq müsəlman kəndi vandırılmış, əhalinin bövük əksərivyəti öldürülmüş, bir hissəsi isə dağlara qaçaraq aclıqdan və soyuqdan məhv olmuşdur. Müsəlmanların kütləvi şəkildə vaş.adıq!an İi'əvan quberniyasımn Sürməli. Eçmiədzin, Şərur qəzaları erməni qoşunları tərəfindən tutulmağa başladığı vaxt dinc müsəlman əhalisinin bir hissəsi öldürülür, bir hissəsi də öz yaşayış yerlərini tərk edərək dağlara çəkilib iran sərhədlərinə keçməyə məcbur olmuşdular ki, burada onları hər dəqiqə ölüm gözləyirdi. Məcburi təmizlənmiş yerlərə. 'Türkiyə Ermənistanından" qaçmış erməniləri yerləşdirirlər" (5, v. 9j,

İ9İ8-Cİ il novabrın 4-də İrəvan müsəlmanları, dekabrın 22-də Ordubad şəhərinin və ətraf ərazinin müsəlmanları, yanvarın 4-də Ordubad qəzasının sakinləri, yanvarın 2- də İrəvan quberniyasının ictimai xadimləri yaranmış ağır vəziyyətlə bağlı Azərbaycan hökumətinə müraciət etmiş və tədbirlər görülməsini xahiş elmişlər j ! I, 1919. .5-3i yan­var; 4 noyabr].

1918-ci il dekabrın 22-də Ordubad şəhərinin və ətraf ərazinin müsəlınanlanmn Milli Komitəsinin sədri Mir Hidayət Seyidzadə Azərbaycan Xalq Cümhuriyyətinin hö­kumətinə xəbər verirdi ki, “bəzi kəndlərdə bütün Zəngəzur qəzasının Ermənistana bir­ləşməsi barədə F:nnəni.stan hökumətinin elanları asılmışdır. Onlarm məqsədi bundan ibarətdir Əgər bunu etməyə gücləri çatmasa. Zəngəzur, Şərur-Naxçıvan və Ordubad cjəzalanmn bütün müsəlman əhalisini qılıncdan keçirsinlər, bu qəzaları müsəlmanlardan təmizləsinlər ki. xalqların gələcək sülh konfransında özlərinin bu yerlərə sahiblik hü­quqlarını .sübut etsinlər və həmin əraziləri Ermənistan elan etsinlər, çünki bütün .xalqlar

8

Page 5: İSMAYIL HACIYEV AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN … · 2019-12-22 · baycan Milli Şurası Azərbaycan-Ermənistan arasındakı sərhəd problemini müzakirə edərkən öz

müsəinıanlann vaşamadığı qəzaları ennəııilərinki hesab edəcəklər... Nə va.xla qədər bi­zim hökumət öz müsəlman qardaşlarınm qıniaraq məhv edilməsinə yabançı kimi sovuq- -qanlıqia tamaşa edəcəkdir. Əgər ermənilər bu əraziləri müsəlmanlardan təmizləsələr, sonra gec olacaq Onda bizim toıpaqlarda ermənilər məskunlaşacaq və burada bizim xalqımızın izi də qalmayacaq /' fil, 1919. 14 yanvar].

1919-cu i! yanvarın 7-də Azərbaycan hökuməti Erməni.stan hökumətinə nota gön­dərməyə məcbur oldu. Notada Azərbaycan xalqına qarşı zorakılığa son cjoyulması tələb olunurdu [II, 1919, 7 yanvar].

Yanvarın 8-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti vəziyyəti müzakirə et­di, qəbul olunmuş qətnamədə hökumətə ciddi tədbirlər görməyi tapşırdr

Yanvann 2.5-də Parlament "‘İrəvan quberniyasmdakı hadisələrə dair" məsələni ye­nidən müzakirə etdi. MƏ.Rəsulzadə bəyanatla çıxış edərək bildirdi ki, Naxçıvan qəza­sında ermənilər günahsız müsəlmanların qanını tökür. O, hökuməti bir daha kəskin təd­birlər görməyə çağırdı [11. 1919, .31 yanvar],

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin Naxçıvandakı vəhşilik­lərinə son qoymaq üçün Müttəfiqlərin Qafqazdakı .Ali Komissarına müraciət etdi.

•Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə Naxçıvan bölgəsinin əlaqələrinin ya­radılmasında və əhalinin problemlərinin həllində İrəvan quberniyasından olan ictimai xadimlərin, onların yaratdıqlan müxtəlif təşkilatların mühüm rolu olmuşdur. 19i9-cu ilin yanvarın 2-də !rə\an quberniyası ictimai xadimlərinin müşavirəsi keçirilmiş, burada .Araz-fılrk Respublikasmm yaranması, bölgədəki vəziyyət haqqında məlumat verilmiş və çıxış yollan göstərilmişdir. Yanvarın 5-də Bakıda İrəvan quberniyasında yaşayan azərbavcanlı nümayəndələrin fövqəladə iclası keçirilmiş və quberniya müsəlmaniarımn həmyerlilər cəmiyyəti yaradılmışdı [7, 2]. Bir gün sonra həmyerlilər cəmiyvətininidarə heyəti seçilmişdi: T.Makinski. H.Qasımov, R.İsmayılov. M.Ə.Sidqi, A.Makinski.

Məmyerülər cəmiyvəri öz nümayəndəsi kimi Mirabbas Mirbağırovu İrəvan quber­niyasına göndərdi. Burada əsas məqsəd yerlərdə '\əziyyətiə tanış olmaq və müəyyən tövsiyələr hazırlamaq idi. İrəvan qubernivasından olan qaçqınlar üçün vəsait avnldı. .Azərbaycan hökumətinin Naxçıvan üçün ayırdığı 900 min manatı P.Bayrambəyxvv və Y Qazıyevə vermişdi [18, s. 92]. AXC hökumətinin razılığı ilə M.Mirbağırov Gəncəyə gəlmiş, burada ona 12 nəfər .Azərbaycan zabiti qoşulmuş və onlar Ordubadda əhali ilə görüşdükdən sonra 1919-cu il fevralın 19-da Naxçıvana çatmışlar [7. v 2],

.M.Mirbağırov və onunla gələn heyət yerli hökumətin rəhbərləri, ingilis general- qubernatoru və xalqın nümayəndələri ilə görüşləri oldu. Fevralın 23-də keçirilən yığın­caqda xalq yekdilliklə .Azərbaycana birləşmək arzusunda olduqlarını bildirdilər Nüma­yəndələr Azərbaycanın təmsilçiləri kimi mövcud yeri: hökuməri tamdıqlarmı bildirdilər, M.Mirbağırov könüllü surətdə .Azərbaycana birləşmək barədə rəsmi akt tərtib elməy i məsləhət gördü. Siyasi, iqtisadi, hərbi, mülki və mədənivyət məsəiəkərinə dair maddə­lərdən ibarət olan akt hökumətin. Milli Şuranın və əhalinin nümayəndələri tərəlindən imzalandı [18. s. 94]. Mirabbas Mirbağırov (Mirbağırzadə) 1919-cu ildə Naxçıvanın .Azərbaycana birləşməsi haqqında akt qəbul etdirmiş ‘"Mirbağırzadə missiyasf’nm baş­çısı kimi xatırlanır [26]. M.Mirbağırov Naxçıvanda olduğu müddətdə bölgədəki və ətraf yerlərdəki siy asi-hərbi vəziyyətlə tanış oldu, əhalinin və ictimai qüvvələrin mövqelərini öyrəndi. Bütün bunlardan sonra .Azərbaycan hökumətinə aşağıdakı təkliflərini verdi: ' i. Bu mahalı idarə etmək üçün müttəfiqlərin, İran və Ermənistanın təsirinə qarşı mübarizə aparmağa qabil olan, özgə təsiri altına düşməyən və müəyyən məqsədyönlü siyasəti inadla və ardıcıllıqla həyata keçirən, habelə iradəli, cəsur, qətiyyətli, rüşvətə meyl etmə­yən azərbaycanlı general-qubernator təvin olunmalıdır. 2, Bölgəvə Hərbi nazirlivin yu­

Page 6: İSMAYIL HACIYEV AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN … · 2019-12-22 · baycan Milli Şurası Azərbaycan-Ermənistan arasındakı sərhəd problemini müzakirə edərkən öz

xarıda sadalanan keyfiyyətlərə malik olan nümayəndəsi də göndərilməlidir. 3. Mülki və məhkəmə idarələrinin rəhbərliyinə baş məmurlar mütləq azərbaycanlılar təyin edilməli­dirlər. 4. Yerli hərbi işi təşkil etmək üçün göndərilən zabitlər kifayət etmədiyindən əlavə zabitlər dəstəsini bölgəyə yollamaq lazımdır. 5. Azərbaycanın uzaq ucqarları, məhsuldar torpağı, çoxlu məhsulu, duzu və digər faydalı mineralları olan və müttəfiqlərin, fars-er­məni diplomatiyasının məkrli siyasəti ilə üzləşən Naxçıvan və Şərur Azərbaycan Res­publikası tərəfindən səxavətlə təchiz olunmalıdırlar” [18, s. 95].

M.Mirbağırovun Naxçıvana səfəri, Azərbaycan Xalq Cümhuriyyəti ilə Naxçıvanın əlaqələrinin artırılması sahəsindəki təkliflərinin çox böyük əhəmiyyəti oldu. Azərbaycan hökuməti Naxçıvanın problemləri ilə sistematik məşğul olmağa başladı. Azərbaycan hökuməti Naxçıvana kömək göstərilməsində bir sıra addımlar atdı. Regional əlaqələri yaxşılaşdırmaq üçün Ağdam-Karyagin-Naxçıvan poçt-teleqraf xəttinin qaydaya salın­ması və mühafizə edilməsinə diqqət artırıldı [13, s. 61]. Ticarət və sənaye naziri M.Əsə­dullayev AXC Nazirlər Şurasına məktubla müraciət edərək Naxçıvan bölgəsinin neft məhsulları ilə təmin edilməsini əsaslandırdı. Azərbaycan hökuməti M.Mirbağırovun və Naxçıvanın Müvəqqəti hökumətinin işlər müdiri B.Naxçıvanskinin təklifləri əsasında 1919-cu il fevralın 28-də Naxçıvan general-qubernatorluğu yaratdı [8, v. 2]. Bəhram xan Naxçıvanski general-qubernator. Kərim xan İrəvanski və Hacı Mehdi Bağırov onun köməkçiləri təyin olundular. General-qubernatorluğun nəzdində Şura yaradıldı. Yerli hakimiyyətin təşkili və qoşun hissələrinin saxlanması üçün 500 min manat pul ayrıldı [18, s. 96]. Bir qədər sonra - 1919-cu il 30 mart tarixli sərəncamla bölgədə idarəçiliyin təşkilinə daha 1 milyon manat ayrıldı [8, v. 3].

1919-cu il martın 8-də Araz-Türk Respublikasının xüsusi missiyası Bakıya gəldi. Bu missiyaya Bəhram xan Naxçıvanski rəhbərlik edirdi. O, yolüstü Tiflisdə və Gəncədə danışıqlar aparmışdı. Bəhram xan özü ilə yerli Cənub-Qərbi Azərbaycan adı altında Naxçıvanı Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirmək təklifini də gətirmişdi. Bəh­ram xan Bakıdan eyni zamanda maliyyə yardımı, zabit və başqa köməklər də xahiş etdi [21, s. 161]. Məhz Bəhram xan Naxçıvanskinin Bakıya səfərindən və AXC rəhbərləri ilə danışıqlarından sonra iki respublika arasında qarşılıqlı əlaqələrin fəallaşması nəzərə çarpır. Nümayəndə heyətinin qaldırdığı məsələlər Azərbaycan Parlamentinin 1919-cu il10 mart tarixli iclasında müzakirə olundu.

1919-cu ilin əvvəlində ingilislər Naxçıvanı tutaraq Araz-Türk Respublikasını, Naxçıvan Milli Komitəsini ləğv etdilər. İngilislər Naxçıvanı Ermənistanın tərkibinə da­xil etmək üçün hər cür üsul və vasitələrə əl atır, fəal danışıqlar aparırdılar. Hələ 1919-cu11 yanvarın əvvəllərində Böyük Britaniya ordusunun mayoru Hibbon Naxçıvana gəl­mişdi. Onun gəlişinin əsl məqsədi diyarın iqtisadi və siyasi vəziyyəti ilə tanış olmaq, Araz-Türk Respublikası silahlı qüvvələrinin vəziyyətini, bu dövlətin siyasətinə türklərin təsir dərəcəsini öyrənmək olmuşdur [17, s. 56].

1919-cu ilin fevralında digər bir ingilis komissarı kapitan Lautenin başçılıq etdiyi nümayəndə heyəti də Naxçıvana gəlmişdi [19, v. 24]. O, Britaniya qoşun hissəsinin Də- vəlidə, Naxçıvanda, Culfada və Şahtaxtıda yerləşdirilməsi, bu yerlərdə bütün məsələlə­rin ingilis hakimiyyət orqanları tərəfindən həll ediləcəyi barədə danışıqlar aparmışdı. Naxçıvan rəhbərləri yerli muxtariyyəti saxlamaq şərtilə ingilislərin təkliflərini qəbul etmiş və hətta bir neçə ingilispərəst yerli hakimi öz hökumətlərinin tərkibinə daxil et­mişdilər [19, V. 26]. Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq mövqeləri­nin kifayət qədər aydınlaşmadığı bir şəraitdə məqbul sayılan bu güzəştlər ingilislərə münasibətdə məqsədəuyğun addımlar idi. Bu güzəştlər başqa çıxış yolunun olmamasın­dan və növbəti daşnak təhlükəsinin yaxınlaşmasından irəli gəlirdi.

10

Page 7: İSMAYIL HACIYEV AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN … · 2019-12-22 · baycan Milli Şurası Azərbaycan-Ermənistan arasındakı sərhəd problemini müzakirə edərkən öz

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan bölgəsinə dair suveren hü­quqlarının bərqərar edilməsinə yönəldilən tədbirlərin həyata keçirilməsi ingilislər tərə­findən müdafiə olunmur və müxtəlif maneələrlə qarşılaşırdı [18, s. 129]. Ümumiyyətlə, Bö3oik Britaniya komandanlığının Naxçıvana münasibətdə ikiüzlü, riyakar siyasəti hə­mişə müşahidə olunmuşdur. Məsələn, M.Mirbağırovun başçılığı ilə Naxçıvana gələn nümayəndə heyətinə ingilis valisi “Bakının buraya hərbi işin təşkili üçün zabitlər gön­dərməyə haqqının olmadığını” bildirib, onlara eşitdirdi ki, “bu ərazi hələlik Azərbayca­nın tərkib hissəsi deyil və məlum deyil ki, kimə çatacaq; indi burada ingilis general- qubernatorluğudur... Mən sizə qonaq kimi baxıram, necə ki, qonaq kimi gəlmisiniz, elə də qonaq kimi gedə bilərsiniz” [6, v. 3].

Başqa bir fakt; 1919-cu il martın 10-da Ermənistanla Naxçıvan şəhərindəki daşnak hərbi hissələrindən Ermənistanın daxili işlər nazirinin adma göndərilən məlumatda de­yilirdi ki, ingilis komandanlığı daşnakların Şərur qəzasının bir sıra kəndlərini tutmasına etiraz etmir. Elə bu siyasətin nəticəsi olaraq 1919-cu il iyulunda daşnak hərbi dəstələri ingilislərin köməyi ilə Şərur mahalını tutsalar da yerli hərbi qüvvələr daşnakların hərbi hissələrini buradan qovdu [22, s. 91-92].

Yenə başqa bir misal: 1919-cu il mayın 4-5-də ingilis generalı Devi Naxçıvana gə­lərək bildirmişdir ki, Naxçıvan və Şərur qəzası Ermənistan Respublikası ərazisində yer­ləşdiyinə görə Ermənistan hökumətinə tabe olmalıdır [20, v. 17]. Lakin həmin təklif müsəlmanların yığıncağında müzakirə olunarkən bildirildi ki, ermənilərin tutmuş olduq­ları ərazilər tarixən Azərbaycan torpaqları olduğundan və müsəlmanlar yaşadıqlarına görə Devinin təklifi məqbul sayıla bilməz. Naxçıvan və Şərur qəzalarının müsəlmanları özlərinin və yaşadıqları ərazinin Azərbaycan Respublikasına tabe olduğunu təsdiq edir və erməni silahlı hissələrini deyilən qəzaların ərazisinə buraxmamağı qərara alırlar [12, 1919, 16 may]. Lakin ingilis komandanlığı xalqın bu haqlı tələbinə də məhəl qoymadı. Daşnaklar ingilis zabitlərinin bilavasitə köməyi və iştirakı ilə 1919-cu ilin iyununda Naxçıvanın bir hissəsini tutsalar da, Naxçıvan Milli Komitəsinin hərbi hissələri daşnak­ların nizami qoşununu əzərək Naxçıvan ərazisindən kənara atdı [2, v. 3-4]. Yerlərdə hakimiyyət Milli Şuranın əlində idi. İyulun əvvəllərində ingilis qüvvələri Naxçıvanı tərk etdilər [24, s. 165]. Milli Şura əlverişli vəziyyətdən istifadə edib, erməni nizami hissələ­rini əzdi. Naxçıvan və Şərur qəzalarının, demək olar ki, bütün ərazilərini tutaraq, burada öz şəriksiz nüfuzunu bərpa etdi [17, s. 51-53].

İngilislərin Naxçıvan bölgəsində olduqları müddətdə Azərbaycan Xalq Cümhuriy­yətinin rəhbərliyi bu əraziyə dair öz suveren hüquqlarını müdafiə etmək, oranın təhlü­kəsizliyinin təminatına yardım göstərmək və azərbaycanlı əhalisinə qarşı ermənilərin tö­rətdikləri vəhşiliklərin qarşısını almaq, ən başlıcası isə, mahalı Quzey Azərbaycanın di­gər torpaqları ilə birləşdirmək sahəsində müəyyən tədbirləri həyata keçirmək istəyirdi. Bir sıra hallarda ingilislər bunlara mane olurdular. İrəvan quberniyası müsəlman əhali­sinə 1 mln. manat vəsait çatdırılması üçün F.Xoyski 1919-cu il aprelin 3-də məktubla Tomsona müraciət etdi. Həm də hökumət komissiyasının Naxçıvan, Şərur və s. rayon­lara getməsinə şərait yaradılmasını da xahiş etdi. Lakin hər iki xahişə mənfi cavab verildi.

İngilislər bir tərəfdən Naxçıvanın Azərbaycanın bir hissəsi olduğunu tanıyır, ma­liyyə və silah vəd edir, digər tərəfdən isə Naxçıvanın daşnak Ermənistanın hakimiyyəti­nə verilməsi təklifini irəli sürürdülər [30, s. 59].

Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi Naxçıvanla bağlı hərbi səciyyəli müəy­yən işləri görə bilməsə də bəzi diplomatik-siyasi yollardan istifadə edirdi. Bu sahədə Azərbaycan hökumətinin İrəvan və Tiflisdəki diplomatik nümayəndələri səmərəli və iş­güzar fəaliyyət göstərir, Azərbaycan rəhbərliyini və Xarici İşlər Nazirliyini obyektiv

11

Page 8: İSMAYIL HACIYEV AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN … · 2019-12-22 · baycan Milli Şurası Azərbaycan-Ermənistan arasındakı sərhəd problemini müzakirə edərkən öz

məlumatlarla təmin edir, bir sıra hallarda təkliflərini də çatdırırdılar. M.Təkinski Nax­çıvanla bağlı AXC hökuməti sədrinə yazırdı ki, əgər Ermənistan Qarabağın Azərbayca­na keçməsinə razılaşarsa, ingilislər Şərur-Naxçıvan rayonunu ona verəcəklər [3, v. 18]. Onun fikrincə, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Şərur və Naxçıvanı ermənilərə vermək olmazdı. Naxçıvan bölgəsində ermənilərin özbaşınalıqlarının qarşı­sının alınmasında da M.Təkinskinin böyük əməyi ölmüşdür [27]. O, bu məsələlərlə əlaqədar məlumat hazırlayaraq Xarici İşlər Nazirliyinə göndərirdi.

Bununla əlaqədar F.Xöyski Azərbaycan hökumətinin məlum mövqeyini Tömsöna bildirmişdi. Yəni, Naxçıvan rayönunun idarəsi müvəqqəti ölaraq Ermənistana verilərsə, önlar bu aktla heç vəchlə razılaşmayacaqlarmı çatdırmışdı.

Naxçıvan bölgəsinin müsəlmanları özlərini Azərbaycanın ayrılmaz hissəsi sayır və hökumətdən silah-sursat alacaqlarına ümid edirdilər. Bu dövrdə Şərur-Naxçıvan hissə­sində süvari dəstə və top, pulemyötlarla birlikdə 6 minədək qöşun hissələri ölmüşdür [18, s. 143]. Bunlar öz döyüş keyfiyyətlərinə görə ermənilərinkindən heç də geri qal­mırdı. Naxçıvanlılar Baş nazirdən buraya zabit kadrları göndərməyi və 100 min manat pul buraxılmasını xahiş edirdilər [3, v. 30]. Azərbaycan hökuməti Naxçıvan, Şərur, Or­dubad rayonları üçün Naxçıvan Milli Şurasına 400 min manat göndərmişdi və daha 300 min manat göndərilməsi nəzərdə tutulmuşdu.

Azərbaycan Xalq Cümhuriyyətinin Baş nazirləri ölmuş F.Xöyski və N.Yusifbəyli imkanları daxilində Naxçıvana köməklik edir, önun Azərbaycan ərazisi kimi qörunub saxlanılması üçün siyasi, diplömatik, maddi və mənəvi vasitələrdən istifadə edir və qəh­rəman naxçıvanlıların fəaliyyətlərini də yüksək qiymətləndirirdilər. F.Xöyski parlamen­tin iclasında Naxçıvan bölgəsinin qəhrəman əhalisinin Vətənə qövuşmaq üçün öz hə­yatları və ailələri ilə risk edərək mübarizəyə qalxıb azadlığa çıxdıqlarını söyləmişdi. N . Yusifbəyli 1919-cu il avqustun 18-də parlamentdəki çıxışında bu bölgə ilə bağlı qeyd etmişdir ki, Naxçıvan öz qüvvələri ilə istilaçıları devirərək Azərbaycanla birləşməyə ha­zır olduğunu bildirmişdi [12, 1919, 10 sentyabr]. 1919-cu il dekabrın 22-də N.Yusif­bəyli parlamentdəki çıxışında yenidən bu məsələyə qayıdaraq demişdir: “İgid naxçıvan­lılar, şərurlular və vedibasarhlar bu məsələni özləri həll ediblər; önlar həyatlarını, ailə­lərinin şərəfini və var dövlətlərini riskə qöyaraq doğma torpağa-vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sön- ra önlarm qanuni hüquqlarını danmayacaqlar...” [5, v. 4-5].

Göründüyü kimi, Naxçıvan əhalisi ciddi-cəhdlə Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmış, önunla birləşmək üçün müxtəlif yöl və vasitələr ara­mışdı. Bütün bunlar isə AXC tərəfindən razılıqla qəbul ölunmuş, müəyyən tədbirlər gö­rülmüşdü.

Qeyd etməliyik ki, Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvanla əlaqələrin çətinli­yini nəzərə alaraq Azərbaycan Respublikasının nümayəndəsi Qarabağ general-quberna- törunun Naxçıvan bölgəsinin idarəsi üzrə köməkçisi fəaliyyət göstərmişdir. Bir qədər sönra isə Qarabağ general-qubernatörluğu nəzdində Naxçıvan bölgəsinə dair xüsusi tap­şırıqlar üzrə müvəkkillik vəzifəsi yaradıldı. Səməd bəy Cəmillinski Naxçıvanın general- qubernatoru təyin edildi. S.Cəmillinskinin qərargahı əvvəlcə Ordubadda yerləşmiş, son­ra isə Naxçıvana köçmüşdü. Naxçıvan və Ordubadda yerli hakimiyyətin və silahlı qüv­vələrin təşkili üçün 1919-cu ilin avqustunda S.Cəmillinskinin sərəncamına 1 mln manat vəsait ayrıldı.

1919-cu ilin ikinci yarısında Zaqafqaziya məsələləri üzrə Paris sülh könfransı adından çıxış edən ABŞ-m rolu kəskin surətdə artdı. Hələ 1919-cu ilin əvvəllərindən

12

Page 9: İSMAYIL HACIYEV AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN … · 2019-12-22 · baycan Milli Şurası Azərbaycan-Ermənistan arasındakı sərhəd problemini müzakirə edərkən öz

Azərbaycanla ciddi maraqianan ABŞ nümayəndələri tez-tez Bakıda gorunməyo başla­mışdılar Şübhəsiz onların Azərbaycana dair planlarında mühüm strateji mövqedə yer­ləşən Naxçıvan diyarı da öz əksini tapmişdı. Lakin ilk vaxtlar arnenkaldann sıv asəti də ermənipərəstlivı ilə ingilislərdən az fərqlənirdi. I9iö-cu ilin vayında Naxçıvana gəlmiş ABŞ polkovniki Rey evni vaxtda həm müsavatçılarla, həm daşnaklarla, liəm də türk zabiti Xəlil bəylə danışıqlar aparmışdı [20. v. 71 j. O, Naxçnmn Milli Komitəsinin baş­çısı Cətərqulu xanla apardığı danışıqlarda Naxçıvanda ABŞ-m general-qubernatoriuğu- nu yaratmaq ideyasını irəli sürmüşdü [25. s. 29-.30İ.

İ 9 İ 0 - C U il avqustun axırlarında Amerika polkovniki Paris sulh konfransı və .An­tantanın ittifaq şurası adından AXC hökumətinə bildirmişdi ki. Naxçıvan və Şərur- Dərəiəvəz qəzaları xüsusi zona təşkil edir və həmin yerlərdə bütün idarəçilik işlərinə ca­vab verə biləcək Amerika general-qubernatorlugu təşkil olunacaqdır [17, s. 65]

İ 9 1 9 -C U il sentyabrın !-də Haskelin Paris sülh konfransı adından Azərbaycan və Ermənistan hökumətlərinə göndərdiyi “Naxçıvan və Şərur-Dərələyəz qəzaları haqqında əsasnamə'Alə həmin fikirlər bir daha nəzərə çatdırılırdı [2İ, v. 135|, Əsasnaməyə görə, Naxçıvan və Şərur-Dərələyəz qəzalarını əhatə edən rayonlar bitərəf zona elan edilir və burada bütün idarəçilik işləri 'Amerika general-qubernatoıiuğuna tapşırılırdı 1L3, s 300- 301]. Bütün hərbi qüvvələr, poçt, teleqraf onun tabeliyinə verilir, yerli vəzifəli şəxsləri ueneral-qubernator ləvin edirdi l.akin .ABŞ-ın həmm movqevı 'AXC hökuməti və Nax­çıvan Milli Komitəsi tərəfindən qəbul edilmədi. Çünki 20 bənddən ibarət Haske! layi­həsinin məzmunundan görünürdü ki. belə bii layihə amerikanlar tərəfindən hazırlana bilməzdi. Ekı. müttəfiqlənn .Ali Komissarı Vüyam Haskelin adı ilə elan edilmiş erməm layihəsi idi. Bu layihə Azərbaycan hökuməti tərəfindən qəbul edilmədiyi üçün sentyab­rın 27-üə V.Haskel birincidən o qədər də fərqlənməyən 12 bənddən ibarət ikinci layihə­ni .Azərbaycan hökumətinə göndərdi. .Azərbavcan xarici işlər naziri sentyabr avının 29- da Haskeiə vazrrdı ki. onun hökuməti şərtlərin bir qisminə etiraz edir. Bununla belə hökumət Naxçıvan və Şərur-Dərələyəz qəzalarında xüsusi genetal-qubevnatorluğun ya­radılmasının əlevhinə deyildir Azərbaycan hökuməti i2 bənddən ibarət layihə hazırladı və sentvabr avından polkovnik Haskeiə göndərdi. Lavihədə göstərilirdi, ■‘Naxçıvan və Şərui'-Dərəiə\mz qəzalarında muvəqtjəti olaraq, xüsusi general-qııbernatorluq yaradılır, general -qu bernatoru .Amerika vətəndaşları içərisindən polkovnik Haskel təyin edir; bu qəzalar ümumi, birbaşa, bərabər və gizli səsvermə yolu ilə seçilən ver!i Şuralar tərəfin­dən idarə edilir, vilayətlərdə bütün hakimivvət-inzıbati, məhkəmə, dəmir və şose yollan, poçt-teleqraf xalq maarifi və sair Şuranın müstəsna səlafıiş-yətinə daxil edilir və bu işi general-qubernator tənzim edir; Şura tərəfindən təyin edilən icra hakimiyyəti çoxluq təşkil edən millətin nümayəndəsindən olmalıdır; bütün general-qubernatorkıqda mət­buat. vicdan, söz azadlığı, şəxsiyyətin və əmlakın toxunulmazlığı elan edilməlidir; ge­neral -q u bern a to r!uğun büdcəsinə Azərbavcan parlamentində baxılmalı, çatışmayan nıəbləü .Azərbavcan xəzinəsindən əlavə edilnıəlıdir; .Azərbavcan pulu rəsmi pul ’'.ahidi kimi qəbul edilməlidir; seçkilər keçirilənə qədər general-qubernator Azərbaycandan iki rnəsiəhətçi dəvət edib onların köməyi ilə qavda-qanun varatmahdır; nevtral zonadan Bakı-Culfa dəmir yolunun keçdiyi xüsusi zolaq ayrılıb, Azərbavcan hökumətinə veril­məlidir; general-qubernatorluuıiii əhalisi tərksilah edilməməl idir: general-qu bernatorlu- ğun bütün ərazisində amnistiva keçirilməlidir" [ i 2, i 919. 23 okıvabrj.

AvHaske! Azərbaycan Tərəfindən təqdim edilən lavıhəni qəbul etmədi. Sentvabr avının ortalarında Haskel Naxçıvan, Şərur və Ordubad nümayəndələri Əli Səbri Qası­movu və K.M.Əsgərovu ((əbııl edərək bildirdi kı. Birləşmiş Şlaiiarm ordu mühəndisi polkovnik Ldnıund DelH .Naxçıvana qubernator təvin edilmişdir və bır aydan sonra öz

i 3

Page 10: İSMAYIL HACIYEV AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN … · 2019-12-22 · baycan Milli Şurası Azərbaycan-Ermənistan arasındakı sərhəd problemini müzakirə edərkən öz

vəzifəsinə başlayacaqdır. Nümayəndələr adından Əli Səbri Qasımov Naxçıvan əhalisi­nin 10 bənddən ibarət olan tələblərini V.Haskelə təqdim etdi. Burada Naxçıvan əhalisi­nin bu rayona erməni qoşunu yeridilməsinə razı olmayacağı, bu qəzaların əhalisinin Ermənistan hökumətinə tabe olmayacağı və lazım gələrsə, azərbaycanlı əhalinin öz is­tiqlaliyyətini silahlı yolla qoruyacağı göstərilirdi [12, 1919, 23 oktyabr].

1919-cu il oktyabrın 23-də Müttəfiqlərin Ali Komissarlığından Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə ünvanlanmış aşağıdakı məlumat alınmışdı: “Naxçıvan və Şə­rur rayonlarında əmin-amanlıq yaratmaq məqsədilə Azərbaycan və Ermənistan höku­mətləri razılığa gəldilər ki, bu iki rayon bundan sonra da ittifaq səviyyəsində idarə edi­lən zonada Amerika qubernatorluğunun inzibati hakimiyyəti altında qalacaqdır” [11, 1919, 23 oktyabr].

1919-cu il oktyabrın 22-də Bakıda AXC-in rəsmi orqanı olan “Azərbaycan” qəze­tində Naxçıvanda ABŞ polkovniki Edmund Delli başda olmaqla Amerika general-qu- bernatorluğunun təşkil olunması haqqında əsasnamə dərc edildi [12, 1919, 22 oktyabr]. Bu isə çıxılmaz vəziyyətdə qalmış AXC rəhbərliyinin həmin məsələyə qeyri-rəsmi qay­dada razılığı kimi qəbul edilə bilərdi. Bununla belə, Azərbaycan hökuməti ilə Naxçıvan Milli Komitəsi arasında qardaşlıq münasibətləri əvvəlki kimi saxlanılırdı. Əldə olunmuş razılığa əsasən, AXC hökuməti altı min nəfərlik qoşun hissələrini silahlandırmağı Nax­çıvan Milli Komitəsinə vəd vermişdi [11, 1919, 22 oktyabr].

Oktyabr ayının 24-də Ceymis S.Rey Naxçıvana gəldi və müsəlman Milli Şurası qarşısında neytral zona yaratmaq barədə V.Haskelin bəyanatını elan etdi. Bəyanatda de­yilirdi ki, Şərur və Naxçıvan dairəsində, Amerika qubernatorunun rəhbərliyi altında müttəfiq idarəçilik zonasının yaradıldığını... polkovnik Edmund L.Dellinin bu zonaya qubernator təyin edildiyini bildirirəm [16, s. 374-375]. Ceymis Rey sərəncamla bəyanat­da qeyd olunanları rəsmiləşdirdi. Lakin Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidi ilə polkovnik Delli Naxçıvanda general-qubernator kimi deyil, Ameri­ka Ali Komissarın nümayəndəsi kimi qaldı. Milli Şuradan C.Reyə məlumat verdilər ki, “xalq azərbaycanlı general-qubernatordan başqa heç kimi tanımaq istəmir”. C.Rey başa düşürdü ki, neytral zona üçün nəzərdə tutulan ərazini Azərbaycandan ayırmaq qeyri- mümkündür.

Noyabr ayında C.Rey və E.Delli cəhd göstərsələr də general-qubernatorluq yarada bilmədilər, onların missiyası süquta uğradı və Naxçıvanda möhkəmlənmək cəhdi baş tutmadı.

Bunu görən ermənilər 1919-cu ilin sonlarında Naxçıvana yenidən hücum etdilər. Ermənistanın nizami qoşun hissələri ilə Naxçıvan Milli Komitəsinin hərbi dəstələri ara­sında qanlı toqquşmalar başlandı. Bu qanlı döyüşlər amerikalıların ümidlərini döğrult- madı. Döyüş qabiliyyətini itirmiş Ermənistan ordusu heç bir əhəmiyyətli müvəffəqiyyət qazanmadı. Amerikalıların gözlədiklərinin əksinə olaraq hərbi toqquşmalar, azərbay­canlı əhaliyə qarşı törədilən qanlı cinayətlər Naxçıvan Milli Komitəsinin, müsavatçı Kəlbalı xanın hərbi, inzibati və siyasi hakimiyyətini daha da möhkəmləndirdi. O, həm­çinin, xəzinəyə, dəmir yoluna, poçt-teleqrafa və vergilərin qoyulmasına nəzarəti ələ keçirdi.

Belə uğurlu vəziyyətə baxmayaraq amerikalılardan yardım alan daşnak Ermənis­tanı 1920-ci ilin yanvarında Naxçıvanı işğal etmək üçün yeni cəhd göstərdikdə, diyarın müdafiəçilərinin vəziyyəti xeyli mürəkkəbləşdi. Azərbaycan Xalq Cümhuriyyətinin özün­də siyasi böhranın dərinləşməsi Naxçıvana hərbi yardım göstərilməsini çətinləşdirdi. Düşmənin üstün qüvvələri qarşısında tək və zəif qalmış Naxçıvan rəhbərliyi kömək üçün türklərə müraciət etməli oldu. Belə cəhd öz növbəsində Naxçıvanda Azərbaycanın

14

Page 11: İSMAYIL HACIYEV AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN … · 2019-12-22 · baycan Milli Şurası Azərbaycan-Ermənistan arasındakı sərhəd problemini müzakirə edərkən öz

ino'.qeiərini xevli zəiflətdi, 'Təsadüfi devi! ki. Iv20-ci ilin fe\ralında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nümayəndələri Naxçıvanı tərk etməvə məcbur oldular. Nax­çıvanda hərbi-siyasi \əziyyət xeyli mürəkkəbləşdi, Naxçıvan əhalisinin misilsiz qəhrə­manlığı sayəsində Şərur. Ordubad, Na-xçıvan toıpaqlan i920-ci ilin ortalarına doğru tamamilə erməni daşnaklarından təmizləndi,

Kəlbah xan və onun tərəfdarlarının səyləri nəticəsində Naxçıvandakı genera!-qu- bernatorlucj !920-ci ilin martında faktiki olaraq ləğ\ edilmiş və Naxçıvan yemdən döv­lət müstəqilliyi qazanmışdı. Təsadüfi deyildir ki. o günlərdə Naxçıvan, Şərur, Ordubad və Vedibasar rayonu nümayəndəiəıinin iclası 'qəti olaraq .A.XC-Ə birləşmək" cəhdini ifadə edirdi j 15. s 116].

Naxçıvan diyarının əhalisini erməni qırğınından xilas etmək üçün türklərin kömə­yinə ehtiyac duyulurdu. Yerli əhali nümayəndələrinin türk qoşunlarını Naxçıvana dəvət etmək barədə mətbuatda dərc olunmuş müraciətdə də həmin reallıq öz ifadəsini tap­mışdı, FJə bunun nəticəsi idi ki. 1920-ci ilin martında Əli Teymur bəy başda olmaqla yeni türk qoşun hissəsinin Naxçıvana gəlməsi əhali tərəfindən böyük şadlıqla qarşılandı. Hadisələrin sonrakı gedişi bir daha təsdiq etdi ki, bu tədbir Naxçıvan əhalisinin yeni qırğınının qarşisııii almış, diyarın gələcək siyasi taleyinin həllində, onun məhz Azər- baycan dövlətinin tərkibində muxtariyyət əldə etməsində əhəmiyyətli, bəlkə də miiəy- yənedici rol oynamışdır.

Beləliklə, aydın olur ki. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti \ ə parlamenti hərbi-siyasi vasitələrdən istifadə edərək ölkənin ərazi bütövlüyünü qorumağa çalışmış. Naxçıvanın itirilməsinə və ermənilər tərəiındən işğal edilməsinə yol verməmiş \ə bu istiqamətdə ingilislər və amerikalılarla diplomatik danışıqlar aparmış, eyni zamanda Naxçıvana itərbı və rnaddi köməkliklər göstərmiş, lakin bütun bunlarla yanaşı, özlərinin çətin ictimai-siyasi və hərbi vəziyyətlə qarşılaşdıqlarından bir sıra hallarda məqsədlərinə tam nail ola bilməmişlər. Bölgə əhalisinin igidliyi \ə qəhrəmanlığı sa\ əsində Naxçıvan ərazisi .Azərbaycanın tərkib iıissəsi kimi qorunub saxlanılmış \.ə nəhavət bevnəixalq Moskva və Qars müqavilələrinə uv<ğun olaraq İ921-cı ilin martında və oktyabrında .Azərbaycanın tərkibində ona muxtarivyət statusu verilmişdir.

Ə D Ə B I \ YAT

iikasi Dövlət Arxivi (ARDA): к 970. si\, 1. iş 1.1. iş 42,!. iş 54 10. iş 31 10, iş 37.10. iş 76.10, iş 94.!0. iş 102.10, iş 17H

1900-1920-ci illər, Bakı; Elm. 2008, 696 s.

1. Azərbaycan Respub2. ARDA: F 970, siy.3. ARDA: F. 970. siy,4. ARDA: Г, 894. siv.5. ARDA: F 894, siy.6. ARDA: F 894, siv.7. ARDA: F 894, siv,8 ARDA: F 894, siy.9 ARDA: F. 894, siv.10. Azərbavcan tarixi: 7 cilddə V c. i 1. ".Azərbaycan” qəzeti12, "А:зербапджан" qəzeti.13. Азербайджанская Республика. Документы и материалы. 1918-192(: гг. Ьаку:

Элм, 1998, 616 с.14 Atmır ! Е. Osmanlı vönctiminden Sovyet vönetiınine kadar Nahçıvan (1918-192 i

Doktora tezi. Erzurum, 1996. 438 s.

15

Page 12: İSMAYIL HACIYEV AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN … · 2019-12-22 · baycan Milli Şurası Azərbaycan-Ermənistan arasındakı sərhəd problemini müzakirə edərkən öz

15. Hacıyev А. Qars və Araz-Türk respublikaları tarixindən. Bakı; Azərnəşr, 1994, 124 s.16. Həsənli C. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920). Bakı:

Garisma MMC, 2009, 576 s.17. Малахов Г. Победа Советской власти в Нахичевани и образование Нахичеван­

ской АССР. Баку, 1968, 188 с.18. Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xa­

rici dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı Universiteti nəşriyyatı, 1996, 328 s.19. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi (NMRDA); F. 314, siy. 5, iş 67.20. NMRDA: F. 314, siy. 5, iş 71.21. NMRDA: F. 314, siy. 5, iş 73.22. Naxçıvan Muxtar Respublikası. Bakı: Elm, 2001, 220 s.23. Naxçıvan tarixi atlası. Bakı, 2010, 55 s.24. Nəsibzadə N. Azərbaycanın xarici siyasəti (1918-1920). Bakı: Ay-Ulduz, 1996,

304 s.25. Quliyev C., Mədətov Q., Nadirov A. Sovet Naxçıvanı. Bakı: Azərnəşr, 1984, 136 s.26. Tahirzadə Ə. Mirabbas Mirhüseyn oğlu Mirbağırzadə. “525-ci qəzet”, 2005, 19

fevral.27. Paşayev A. Məhəmməd xan Təkinski kimdir? “Xalq qəzeti”, 2010, 18 iyul.

Исмаил Гаджиев

НАХЧЫВАН ВО ВНУТРЕННЕЙ И ВНЕШНЕЙ ПОЛИТИКЕ АЗЕРБАЙДЖАНСКОЙ НАРОДНОЙ РЕСПУБЛИКИ

В статье на основе фактов показаны: особое значение, придававшееся нах- чыванскому вопросу в период деятельности Азербайджанской Народной Респуб­лики, некоторые вопросы в деятельности республиканского парламента и власти, связанные с Нахчываном, политическая, военная материальная и моральная по­мощь, оказанная области для предотвращения оккупации со стороны армян.

Здесь также исследована деятельность Мусульманского Национального Ко­митета в целях защиты Нахчывана, борьба против армянских дашнаков, связи с Османским государством, созданная в области Аразско-Тюркская Республика, политика США и Англии в отношении Нахчывана.

В результате исследования автор пришел к заключению, что разные сред­ства, использованные населением, особенно упорная борьба нахчыванцев, способ­ствовали сохранению Нахчывана в составе Азербайджана,

Ключевые сюва: Азербайджанская Народная Республика, нахчыванцы, тюрки, Россия, Англия, США, Аразско-Тюркская Республика, армяне.

İsmayil Hajiyev

NAKHCHIVAN IN THE INTERNAL AND FOREIGN POLICY OF THE PEOPLE’S REPUBLIC OF AZERBAIJAN

The special significance attached to the Nakhchivan issue during the activity of the Azerbaijan People’s Republic, some issues in the activity of the republican par­liament and authorities related to Nakhchivan, political, military material and moral

16

Page 13: İSMAYIL HACIYEV AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN … · 2019-12-22 · baycan Milli Şurası Azərbaycan-Ermənistan arasındakı sərhəd problemini müzakirə edərkən öz

assistance, rendered to the area for prevention of occupation by Armenians are shown in the paper on the factual basis.

It also examined the activities of the Muslim National Committee in order to protect Nakhchivan, the struggle against the Armenian Dashnaks, relations with the Ottoman state, established in the Araz-Turkic Republic, the policy of the USA and England towards Nakhchivan.

As a result of this research, the author came to the conclusion that different means used by the population, especially the persistent struggle of the Nakhchivanians, con­tributed to the preservation of Nakhchivan within Azerbaijan.

Key words: People’s Republic o f Azerbaijan, Nakhchivanians, Titrkis, Rii,<isia, England, USA, .iraz-Turk Republic, armenians.

ij* ib » y e an SosoubliWasi Prezidentir.in(

i^lar \darssi

' PREZiDENT KlT»\CXANASl

17