jurnal ii hisse+.indd

236
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Proqramlar, qanunvericilik və infrastrukturun inkişafı (2008-2012-ci illər) Bakı - 2013

Upload: vantram

Post on 11-Jan-2017

312 views

Category:

Documents


24 download

TRANSCRIPT

Azərbaycan RespublikasıEkologiya və Təbii Sərvətlər Nazirliyi

Proqramlar, qanunvericilik və infrastrukturun

inkişafı(2008-2012-ci illər)

Bakı - 2013

33

I. DÖVLƏT PROQRAMLARININ İCRASI

1.1. Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram

Ümumi nəzarət əsasında su ehtiyatlarından səmərəli istifadənin stimullaşdırılması

Su obyektlərində suların dövlət uçotu aparılmış, uçot məlumatlarının əsasında su kadastrı hazırlanmış, hər bir kiçik çay hövzəsinin su ehtiyatları qiymətləndirilmiş, iri su anbarlarına (Şəmkir, Mingəçevir, Araz və s.) yaz-yay gursululuq və s. dövrləri üçün axın proqnozları verilmişdir.

İçməli suyun keyfiyyətinin yaxşılaşdırılması, bölgələrdə yerli, alternativ su mənbələ-rindən istifadə edilməsinin əsaslandırılması və müvafiq standartlara uyğunlaşdırıl-ması

Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması istiqamətində təmiz suya çıxışı olmayan ən ucqar yaşayış məntəqələrinin də tez bir zamanda təhlükəsiz içməli su ilə təmin edilməsi üzrə görülmüş işlər nəticəsində 20 rayonun 221 yaşayış məntəqəsin-də 400 min əhali keyfiyyətli içməli su ilə təmin olunmuşdur.

Eyni zamanda, əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Böyük Qafqaz dağlarının cənub şərq yamacında mövcud olan bulaq sularından, digər yeraltı sulardan istifadə olunması layihələri üzrə tədbirlər həyata keçirilir.

“Azərsu” ASC tərəfindən Ceyranbatan su anbarında təmizləyici qurğular ye-niləndirilmiş və Avropa standartlarına uyğunlaşdırılmışdır. Layihənin yekunu-na əsasən su anbarı üzrə ekoloji idarəet-mə təkmilləşdirilmiş və Almaniya audi-tor təşkilatının yoxlamasının nəticəsinə görə İSO 14001 standartına uyğun iş təşkil olunmuşdur. Salyan şəhərinin iç-məli suyunun keyfiyyətinin yaxşılaşdırıl-ması məqsədilə sutəmizləyici qurğular yenidən qurulmuş və suyun keyfiyyəti DÜST tələblərinə uyğunlaşdırılmışdır.

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

44

“Azərbaycanda suvarma və drenaj infrastrukturunun bərpası və tamamlanması” layihəsi çərçivəsində “Samur-Abşeron kanalı sisteminin texniki-iqtisadi əsaslandırılması və uzun-müddətli strategiyasının nəzərdən keçirilməsi” layihəsinə əsasən dövlət sanitar-epidemi-oloji nəzarət orqanları tərəfindən bölgələrdə əhali arasında kəskin bağırsaq xəstəliklərinin təhlili aparılmışdır.

Bakı şəhər əhalisinin dövlət standartlarına cavab verən içməli su ilə təmin edilməsi üçün müvafiq sanitar-gigiyenik və əks epidemik tədbirlər görülmüş, şəhər əhalisini içməli su ilə təmin edən mərkəzi və məhəllədaxili su anbarlarının təsdiq edilmiş cədvəl üzrə sanitariya tələblərinə uyğun, yuyulub zərərsizləşdirilməsi üzərində nəzarət təmin edilmişdir.

Regionların su təchizatı və kanalizasiya sistemlərinin işini yaxşılaşdırmaq məqsədilə prak-tiki işlərə başlanılmışdır.

Su ekosistemlərinin fəaliyyətini tənzimləyən müvafiq normativ hüquqi aktların tək-milləşdirilməsi, su ekosistemlərinin sabitliyinə nail olmaq üçün əsas hövzələrdə mo-nitorinq yönümlü kompleks tədqiqatların həyata keçirilməsi

Su ekosistemlərinin fəaliyyətini tənzimləyən aşağıdakı normativ hüquqi aktlar təkmilləş-dirilmişdir:

– ”Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təs-diq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 06 sentyabr tarixli 146 nömrəli qərarına əlavə edilməsi barədə Nazirlər Kabinetinin 16 iyul 2005-ci il tarixli 104 nömrəli Qərarı;

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında balıq-çılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 06 sentyabr tarixli 146 nömrəli və “Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu Qayda-larının təsdiq edilməsi haqqında” 1999-cu il 21 sentyabr tarixli 152 nömrəli qə-rarlarına dəyişikliklərin və əlavələrin edilməsi barədə Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 119 nömrəli Qərarı;

– “Nərə cinsli balıq ehtiyatlarının istifadəsi və dövriyyəsinin tənzimlənməsi Qaydala-rı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 9 noyabr 2005-ci il tarixli 206 nömrəli Qərarı;

– ”Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin bey-nəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 7 yanvar 2009-cu il tarixli 2 nömrəli Qərarı;

Su ekosisteminin mühafizə olunması məqsədilə normativ-hüquqi aktlar əsasında Ha-cıqabul, Ağgöl, Ağstafaçay su anbarı, Abşeron gölləri üzrə tədqiqat işləri aparılmış, çirk-

55

lənmənin nəzarətdə saxlanılması məqsədilə daimi monitorinq işlərinin aparılması təmin edilmişdir.

Transsərhəd çayların çirklənmədən mühafizəsi və onların hövzəsində yerləşən döv-lətlər tərəfindən su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi

Transsərhəd su ehtiyatlarının istifadəsi və mühafizəsi üzrə aşağıdakı tədbirlər görül-müşdür:

– Samur çayının su ehtiyatlarının bölünməsi üzrə yaradılmış Rusiya-Azərbaycan bir-gə işçi komissiyasının mütəmadi iclasları keçirilmişdir. 2010-cu ilin sentyabrında Rusiya Federasiyası Prezidentinin Azərbaycana səfəri zamanı Bakı şəhərində Sa-mur çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi üzrə Hökumətləra-rası Saziş imzalanmışdır;

– BMT-nin Avropa İqtisadi Komissiyası və ATƏT tərəfindən “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi” Konvensiyası ilə birgə “Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası Hökumətləri arasında Kür çayı hövzəsinin mühafizəsi və dayanıqlı inkişafı sahəsində əməkdaşlıq üzrə Saziş” layihəsi hazırlanmışdır. Sənədin son versiyası ATƏT tərəfindən yaxın günlərdə Xari-ci İşlər Nazirliyinə təqdim olunacaqdır.

Transsərhəd çayların çirklənmədən mühafizəsi və səmərəli istifadə edilməsi məqsədilə aşağıdakı regional layihələr çərçivəsində əməkdaşlıq davam etdirilmişdir.

– Avropa İttifaqının “Transsərhəd çay sularının keyfiyyətinin qiymətləndirilməsi”;

– Almaniyanın Ətraf Mühitin mühafizəsi üzrə Federal Agentliyi tərəfindən “Kür çayı hövzəsində qəza vəziyyəti hallarının qarşısının alınması üzrə tədbirlərin işlənilməsi və həyata keçirilməsi” layihəsi;

– Avropa İttifaqının “Çayların beynəlxalq hövzələrinin mühafizəsi” layihəsi;

– BMT-nin İnkişaf Proqramı və Qlobal Ekologiya Fondu tərəfindən “Kür-Araz hövzə-sində transsərhəd deqradasiyanın azaldılması” regional layihəsi.

Su çatışmazlığının aradan qaldırılması məqsədilə, sənaye və digər obyektlərdə su-yun təkrar istifadəsinin genişləndirilməsi üçün qeyri-ənənəvi sulardan (tullantı, kol-lektor-drenaj və s.) məqsədyönlü istifadə edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi.

Kollektor-drenaj, dəniz, tullantı suları da daxil olmaqla, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi prinsipləri nəzərə alınmaqla suvarma mənbələrinin suyunun ekoloji və aqrono-mik tələblərə cavab verən norma göstəriciləri ekoloji cəhətdən əsaslandırılmış, çirklən-

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

66

mədən mühafizə tədbirləri işlənib hazırlanmış, su çatışmazlığının aradan qaldırılması məqsədilə dəniz, kollektor-drenaj, məişət tullantı sularından təkrar istifadə edilməsi üzrə tövsiyələr hazırlanmışdır.

Hövsan, Binə, Lökbatan, Sahil, Səngəçal, Qobustan qəsəbələri ətrafında yaşıllıqların sa-lınması üçün təmizlənmiş tullantı sularından təkrar istifadə olunması üzrə layihə təklifləri hazırlanmışdır.

Sənaye və digər obyektlərdə suyun təkrar istifadəsinin genişləndirilməsi məqsə-dilə müəssisələrə təkliflər verilmişdir. Quraqlıq illərində ölkənin müxtəlif bölgələ-rində (Qarabağ, Mil, Muğan) kollektor-drenaj sularından suvarma məqsədilə isti-fadə edilir.

Neft emalı zavodlarında formalaşan sənaye tullantı sularını mexaniki üsulla dərindən təmizləmək və təkrar istifadə etmək məqsədilə Almaniyanın “Faset İnternational” şirkə-tindən məhsuldarlığı 1200 m3/saat olan separator alınıb quraşdırılmış və 20 mln m3 su təmizlənmişdir.

Su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində dövlət proqramının ha-zırlanması və həyata keçirilməsi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən “2009-2013-cü illər üçün meli-orasiya və su təsərrüfatının İnkişaf Proqramı” hazırlanmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq dövlət qurumlarının iştirakı və BMT-nin Avropa İqtisadi Komissiyasının “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi” Konvensiyası Katibliyinin dəstəyi ilə Azərbaycan Res-publikasının Su strategiyasının layihəsi hazırlanaraq rəy bildirilməsi məqsədilə aidiyyəti qurumlara təqdim olunmuşdur.

Sənaye müəssisələrindəki qaz-toztutucu qurğuların əsaslı təmir edilməsi və ya ye-niləri ilə əvəz edilməsi

Atmosfer havasını çirkləndirən müəssisələrin qaz-toztutucu qurğularının əsaslı təmir edil-məsi üçün bu müəssisələr qarşısında müvafiq tələblər qoyulmuş və təkliflər verilmişdir.

Hər il müəssisələr tərəfindən, daxili imkanlar hesabına texnoloji proseslərin təkmilləşdi-rilməsi və mövcud təmizləyici qurğuların effektivliyinin artırılması üzrə müəyyən tədbirlər həyata keçirilir və bunun nəticəsində atmosferə atılan çirkləndirici maddələrin miqdarı azalır.

Nəqliyyatda qurğuşunsuz benzindən(etilsizləşdirilmiş) istifadə olunmasına keçil-məsi

77

Keyfiyyətli yanma normalarına uyğun gələn yanacaqlardan istifadə edilməsi, tüstü qazla-rında zərərli maddələrin zərərsizləşdirilməsi üçün neytrallaşdırıcıların tətbiq olunması və digər ətraf mühitin mühafizəsi tədbirlərinin həyata keçirilməsinə görə müvafiq göstərişlər verilmişdir.

Ekoloji tələblərə cavab verməyən köhnə nəqliyyat vasitələrinin istismarının qada-ğan edilməsi

Ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələrinin istismarının qadağan edilmə-si məqsədilə Dövlət Yol Polisi ilə birlikdə yerli ekologiya idarələri tərəfindən mütəmadi qaydada hər il “Təmiz hava” aylığı keçirilir, müvafiq tədbirlər görülür. Az sərnişin tutum-lu avtobuslar beynəlxalq standartlara cavab verən orta və iri tutumlu avtobuslarla əvəz olunmuşdur.

Ekoloji təmiz sərnişin nəqliyyat növlərinin tətbiqi, şəhər daxilində “piyada” zonaların genişləndirilməsi

Geniş park və xiyabanların salınması yolu ilə şəhər daxilində “piyada” zonalar genişləndi-rilərək havanın avtonəqliyyat tullantılarından mühafizə olunması üçün tədbirlər görülür. Şəhərin mərkəzi yerlərində, mühüm dövlət orqanlarının, digər təşkilatlarının ərazisinin ətrafında, metro stansiyalarının giriş-çıxış yerlərində və əhalinin sıx cəmləşdiyi ərazilərdə piyada zonalar yaradılmış və ya genişləndirilmişdir. “Piyada” zonalarının yaradılması is-tiqamətində işlər davam etdirilir.

Şəhər yaşıllıqlarının artırılması yolu ilə atmosfer havasının keyfiyyətinin yaxşılaşdı-rılması

Şəhər yaşıllıqlarının artırılması yolu ilə atmosfer havasının keyfiyyətinin yaxşılaşdı-rılması istiqamətində geniş miqyaslı əməli tədbirlər həyata keçirilir. Son zamanlar şəhər yaşıllıqlarında təsadüf edilən zərərvericilərə qarşı mübarizə tədbirləri güclən-dirilmişdir.

Bakı-Aeroport yolunda qurudulmuş göllərin ərazilərində 3000-dən artıq evkalipt, iydə, 1000-ə qədər sərv, müxtəlif növ gül kol bitkiləri əkilmişdir. Bayıl sürüşmə zonasında, Dərnəgül yolunda, Sabunçu dairəsinin yaxınlığındakı bataqlıq sahədə qurudulma, sonra isə yaşıllaşdırma işləri aparılmışdır. Hökumət Evi qarşısında olan yaşıllıq sahəsi yenidən qurulmuş, Şəhidlər Xiyabanında rekonstruksiya işləri həyata keçirilmişdir. S.Vurğun və Bakıxanov küçələrində 5,2 hektar sahədə yeni çəmənliklər salınmışdır.

Şəhər ərazisində yaşıllıqların suvarılması üçün yeni su quyuları qazılmış, su xətləri təmir edilmişdir.

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

88

Təkcə 2012-ci ildə Ekologiya və Tə-bii Sərvətlər Nazirliyi tərəfindən yol-ların mühafizə zolaqlarının yaşıllaş-dırılması, onların külək və su erozi-yasından mühafizəsi, ətraf mühitin qorunması və yolların estetik görü-nüşünün yaxşılaşdırılması məqsə-dilə Abşeron yarımadası və ona bitişik digər arid zonalarda, həmçi-nin magistral avtomobil yollarının kənarlarında 1840 hektar ərazidə effektiv damcılı suvarma sistemləri qurulmuş, 3,1 milyon ədəddən artıq

müxtəlif növ ağac və kol cinsləri əkilmişdir.

Kənd təsərrüfatına yararlı torpaq ehtiyatlarının mühafizə edilməsi və münbitliyinin artırılması məqsədilə milli fəaliyyət planının hazırlanması

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Aqrar-sənaye kompleksinin inkişaf strategiyası (2007-2015-ci illər)” hazırlanmış və həmin sənəddə torpaq resurslarından səmərəli istifa-dənin təmin edilməsi, sudan istifadə, meliorasiya və irriqasiya sistemlərinin inkişaf etdiril-məsi üzrə tədbirlər müəyyənləşdirilmişdir.

Ayrı-ayrı suvarma massivləri üzrə torpaqların ekoloji – meliorativ vəziyyətinin qiymətlən-dirilməsində yeni meyarlar hazırlanmışdır. Respublikanın potensial suvarılan əkinçilik zo-nası olan Kür-Araz ovalığındakı torpaqların tərkibi nəzərə alınmaqla yeni şorlaşma dərə-cəsi əsasında şorlaşma xəritəsi tərtib edilmişdir. Həmin xəritə və meliorativ vəziyyətin qiy-mətləndirmə meyarlarına görə ölkənin mövcud suvarılan torpaq ehtiyatlarından səmərəli istifadənin əsasları işlənilmişdir.

Eroziya və şoranlaşma proseslərinin qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsi

Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Ucar rayonu ərazisində Yuxarı Salyan kanalının 5 km-lik hissəsində keyfiyyətli tökmə işləri aparılmış və qurğu-ların tikintisi başa çatdırılmışdır. Kürdəmir rayonu ərazisində Fətixanlı kanalı ərazisində yenidənqurma və Beyləqan rayonu ərazisində açıq və örtülü drenlərin qurğularla birlikdə tikintisi işləri həyata keçirilmişdir.

Eroziya və şoranlaşma proseslərinin öyrənilməsi Yevlax, Ağcabədi, İmişli, Qazax, Ağstafa və Zərdab rayonlarının 383 obyektini əhatə etmişdir ki, bu da 387907 hektar torpaq sahə-sinin torpaq və şoranlaşma xəritələrinin tərtibi ilə başa çatmışdır.

Damcılı suvarma sistemli yaşıllaşdırılmış ərazilər

99

2009-cu ildə Şamaxı rayonunda 30204 ha, Göygöl rayonunda 63490 ha, Hacıqabul rayo-nunda 75655 ha, Masallı rayonunda 37213 hektar bələdiyyə, özəl və dövlət mülkiyyətinə aid olan torpaqlarda torpaq xəritələrinin müəyyən edilməsi, şorlaşma ilə əlaqədar çöl və kameral işlər görülmüşdür. Ölkənin 19 rayonu üzrə torpaqların keyfiyyət göstəricilərinə aid ümumilikdə 1,15 mln hektar ərazini əhatə edən kameral işlər başa çatdırılmışdır. Ra-yonlarda qrunt sularının səviyyəsinin aşağı salınması ilə məqsədilə Bərdə rayonunda 5529 hektar sahədə, Ağdam rayonunda 1000 hektar sahədə, Ağstafa rayonunda 1396 hek-tar sahədə açıq kollektorların tikintisi işləri həyata keçirilmişdir. Abşeron yarımadasında eroziya və səhralaşma prosesinin öyrənilməsi və ona qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması istiqamətində tədqiqat işləri aparılmışdır.

1,2 mln torpaq sahəsində çöl-tədqiqat işləri aparılmış və xəritələşdirilmişdir. Səhralaşma və eroziyanın qarşısını almaq üçün mütərəqqi suvarma texnika və texnologiyalarından olan qapalı sistemlərdən çiləyici, yağışyağdırıcı, damcılı üsullardan istifadə edilməsi is-tiqamətində Quba-Xaçmaz, Gəncə-Qazax, Qarabağ bölgələrində və Şamaxı rayonunun dağlıq hissəsində elmi-tədqiqat işləri aparılır. Mütərəqqi suvarma texnologiyalarının tət-biqi barədə kitablar, tövsiyələr, broşurlar hazırlanmış və yerlərə paylanmışdır.

Neftlə çirklənmiş torpaqlarda rekultivasiya işlərinin davam etdirilməsi

Neftlə çirklənmiş torpaqlarda rekultivasiya işlərinin davam etdirilməsi ilə əlaqədar Bi-bi-Heybət, Balaxanı və Suraxanı yataqlarının ərazilərində çirkli torpaq sahələri mexaniki və bioloji üsullarla təmizlənmiş və landşaft-arxitektura planına uyğun olaraq bərpa edil-mişdir. Neftçıxarma idarələrinin əraziləri sənaye-məişət tullantılarından təmizlənmiş, ba-taqlıqlar qurudulmuş, neft şlamı toplanıb tullantı mərkəzinə daşınmışdır. “Bibi-Heybət” NQÇİ-nin ərazisində çirklənmiş sahənin monitorinqi aparılmış, torpağın təmizlənməsi işi-nin sürətləndirilməsi üçün məhsuldarlığı 15 t/saat olan qurğu alınmışdır. “Bibi-Heybət” zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə neftlə çirklənmiş 500 hektar-dan artıq ərazi rekultivasiya edilmiş, zonanın quru və dəniz hissələrində mövcud olan kommunikasiya xətləri, mühəndis qurğu və avadanlıqları sökülərək ərazidə yaşıllaşdırma işləri aparılmışdır.

Mövcud drenaj-kollektor və suvarma şəbəkələrinin yararlı vəziyyətə gətirilməsi

Şoranlaşmaya qarşı mübarizə tədbiri olaraq mövcud drenaj-kollektor və suvarma şəbəkələ-rinin yararlı vəziyyətə gətirilməsi üçün 51 min hektar ərazidə bərpa işləri aparılmışdır ki, bu da şoranlaşmaya məruz qalmış torpaqların 30%-ni təşkil edir. İl ərzində suvarma şəbəkəsi-nin təqribən 12-13%-də, drenaj-kollektor şəbəkəsinin isə 4-5%-də bərpa işləri aparılır.

Meliorativ işlərin düzgün aparılmaması nəticəsində əmələ gəlmiş süni gölməçə və bataqlıqların qurudulması yolu ilə torpaq sahələrinin münbitləşdirilməsi

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

1010

Abşeron yarımadasında tullantı suları və s. nəticəsində əmələ gəlmiş süni göllərin ekoloji tədqiqi aparılmış, geniş hesabat hazırlanmış və onların ekoloji bərpası üçün təkliflər ha-zırlanmışdır.

Bölgələrdə torpaqların inventarlaşdırılması prosesi aparılarkən torpaq uçotu xəritələrində son illərdə sızma, qrunt və çirkab suları ilə yaranan göl, gölməçə və bataqlıqların yayıldığı sahələr qeyd olunmuş və gələcəkdə bu cür sahələrin inkişafı, eləcə də qarşısının alınması ilə bağlı tədbirlər görülmüşdür.

Balıqqulağı əhəng daşından divar və üzlük materialları istehsal olunan daş karxa-nalarında və Abşeronun Xəzərboyu zolağında kvars qumu karxanalarında yaranan tullantıların utilizasiyası və çirklənmiş ərazilərin rekultivasiyası

“Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı Dövlət Proq-ramı”nda müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Daş karxanaları və qum ya-taqlarında yaranan tullantıların utilizasiyası və çirklənmiş ərazilərin rekultivasiya olunması üçün tədbirlər görülməsi məqsədilə təkliflər hazırlanmışdır.

Meşələrdə qanunsuz ağac tədarükü və digər meşə qırılması ilə əlaqədar fəaliyyətin qadağan edilməsi

Qanunsuz ağac kəsilməsi halları ilbəil azalmışdır. Belə ki, müxtəlif araşdırmalar zama-nı 2002-ci ildə 41110 m3, 2003-cü ildə 49063 m3, 2004-cü ildə 46793 m3, 2005-ci ildə 38493 m3, 2006-cı ildə 36842 m3, 2007-ci ildə 31430 m3 həcmində qanunsuz ağac kəsil-məsi halları müəyyən edilmişdir. Göründüyü kimi 2002-ci illə müqayisədə 2007-ci ildə qanunsuz ağac kəsmə halları 23,5% azalmışdır. 2009-cu ildə 31 840 m³, 2010-cu ildə isə 34 min m³ həcmində qanunsuz qırıntı aktlaşdırılmış və qanuna müvafiq tədbirlər görülmüşdür. Meşələrdə qanunsuz ağac tədarükü və digər meşə qırılması ilə əlaqədar fəaliyyətin qarşısını almaq üçün tədbirlər davam etdirilir və bu istiqamətdə ardıcıl işlər həyata keçirilir.

Bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman və digər bitkilər) səmərəli isti-fadənin təşkili

“Meşələrin bərpa olunması və artırılmasına dair Milli proqram”da müvafiq tədbirlərin gö-rülməsi nəzərdə tutulmuşdur. Ölkə ərazisindəki meşələrdə yabanı şəkildə geniş çeşiddə meyvələr, giləmeyvələr və dərman bitkiləri yetişir. Müraciətlər əsasında həmin meyvələr-dən müxtəlif ərzaq məhsulları və dərman istehsalı üçün emal müəssisələrinə verilir.

Rekreasiya əhəmiyyətli meşə sahələrinin müəyyən edilməsi, onlara yol verilən təzyiq həcminin müəyyənləşdirilməsi və bunun əsasında turizm və rekreasiya potensialı-nın təyin edilməsi

1111

Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının turizm və rekreasiya zonalarının nümunəvi Əsasnaməsi” təsdiq edilmişdir. Bu əsasnaməyə uyğun olaraq turizm və rekreasiya zonaları, o cümlədən rekreasiya əhə-miyyətli meşə əraziləri müəyyən edilir. Bununla yanaşı, rekreasiya-turizm məqsədilə meşə fondu torpaqlarına aid meşə sahəsi müxtəlif fiziki və hüquqi şəxslərə istifadəyə verilmişdir.

Yeni əkinçilik metodlarının tələbatlarına cavab verən təsərrüfat əhəmiyyətli meşə-bağların layihələşdirilməsi və salınması

Aqrar sektorda kənd təsərrüfatı əkin sahələrinin ətrafında (əsasən suvarılan torpaqlarda) tarlaqoruyucu meşə zolaqlarının əkilməsi üçün ayrı-ayrı rayonlarda fiziki və hüquqi şəxs-lərlə görüşlər keçirilmiş və təbliğat işləri aparılmışdır. Hər il təxminən 10 min hektardan çox ərazidə meşəbərpa işləri aparılır ki, bunun 3,7 min hektarını yeni meşə və meşə bağla-rın salınması təşkil edir. Meşə əkinində əsasən meşə əmələgətirən ağac cinsləri ilə yanaşı, qozmeyvəli, çəyirdəkli meyvə ağac və kol cinslərindən istifadə olunur.

Meşələrin ümumi fitosanitar vəziyyətinin müəyyənləşdirilməsi, habelə müxtəlif xəstəliklərdən və zərərvericilərdən mühafizə edilməsi məqsədilə mütəmadi olaraq müvafiq tədbirlərin həyata keçirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən ziyanverici və xəstəliklərin yayılmasının qarşısının alınması, eyni zamanda ərazilərdə zəruri profilaktik tədbirlər keçirilməsi təmin olunur.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin maddi-texniki bazasını gücləndirmək məqsədi ilə, o cümlədən istifadəyə ya-rarsız və istifadəsi qadağan olunmuş pestisidlərin qalıqlarının basdırılması üçün nəzərdə tutulan Cəngi poliqonu yenidən qurulmuşdur.

Meşə ərazilərində yerləşən yaşayış məntəqələrində yaşayan əhalinin məşğulluq probleminin həlli və təbii meşə ehtiyatları ilə əlaqədar olmayan məşğulluq sahələ-rinin yaradılması

Meşələrin bərpa olunması və artırılması proqramına əsasən meşəbərpa idarələri yaradıl-maqla kənd rayonlarında yeni iş yerlərinin açılması nəzərdə tutulmuşdur. Yaradılmış yeni meşəbərpa müəssisələrində yerli əhali işlə təmin edilmişdir.

Meşələrin bərpa olunması və artırılması istiqamətində aparılan işlərin genişləndirilməsi nəticəsində son illər ərzində meşəsalma və tinglik müəssisələrində 350-dən artıq yeni iş yerləri açılmışdır.

İnşaat və mebel sənayesi üçün yararlı oduncaq istehsal etmək üçün müvafiq keyfiy-yətə malik olan və tezböyüyən ağacların becərilməsi və istismarı

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

1212

Meşələrin bərpa olunması və artırılması Milli proqramına uyğun olaraq hər il 100 hektar-dan çox ərazidə tez böyüyən ağac və kol cinslərindən məqsədli plantasiyalar salınır ki, bu da əhalinin qismən oduncağa olan tələbatın ödənilməsinə yönəldilmişdir. 800 hektardan çox sahədə qısa qırma dövriyyəsi olan plantasiya sahələri yetişdirilir.

Meşələrdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə xüsusiləşdirilmiş ope-rativ kimyəvi-yanğınsöndürmə stansiyasının yaradılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə hallar mərkəzi tərəfindən meşə yanğınlarının qarşısını almaq üçün xüsusiləşdirilmiş çevik qrup yaradılmışdır. Meşə müəssisələri tərəfindən gündəlik növbətçilik təşkil olunmuşdur. Bu müəssisələr yanğına qarşı ilkin mübarizə vasitələri ilə təmin olunmuşlar.

Xəzər dənizində nərəkimilərin ehtiyatlarının qiymətləndirilməsi

Bu məqsədlə ildə bir dəfə Əlıf Hacıyev adına elmi tədqiqat gəmisi ilə ekspedisiya təşkil olunmuşdur. Orta və Cənubi Xəzərin Azərbaycana aid sularında nərəkimilərin və digər növ balıqların yem bazasının, məskunlaşdığı mühitin öyrənilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu tərəfindən nərəkimilə-rin ehtiyatlarının öyrənilməsi və qiymətləndirilməsi məqsədilə ekspedisiyalar təşkil olun-muşdur. Azərbaycanın ərazi sularında alınmış nəticələr nərəkimilərin ehtiyatının ümumi vəziyyətinin sabit olduğunu göstərir.

Balıq ehtiyatlarının artırılmasının idarə edilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamen-tinin nəzdində 11 balıqartırma zavodu fəaliyyət göstərir. Bunlardan 4-ü nərə-cinsli, 3-ü qızılbalıq, 4-ü isə çəkikimi və bitki ilə qidalanan balıq körpələrinin artırılması üzrə ixtisaslaşmışdır. Xəzər dənizində nərəkimilərin populyasiya-sının kəskin azalmasını nəzərə alaraq 2004-cü ildə Xıllı Nərə Balıqartırma za-vodunun bazasında təmir törədici fon-

du yaradılmışdır. Hazırda təmir törədici fondunda 4000 ədədə qədər müxtəlif növ və yaş qruplarına aid nərəcinsli balıqlar saxlanmaqdadır.

Balıq ehtiyatlarının artırılması və bu ehtiyatların istismarı sahəsində beynəlxalq əməkdaşlıq

Nərə balığını tələf etmədən kürü alınması

1313

Bu sahədə beynəlxalq CİTES konvensiyasının katibliyi ilə, eləcə də Xəzəryanı dövlətlərlə sıx əməkdaşlıq edilir. Beş Xəzəryanı dövlətlər tərəfindən yaradılmış Xəzərin Su Bioresurs-ları Komissiyası çərçivəsində bu dövlətlərin aidiyyəti təşkilatları Xəzərdə balıq ehtiyatla-rının öyrənilməsi və qiymətləndirilməsi, müxtəlif növ balıqların artırılması və mühafizəsi, balıq ehtiyatlarından davamlı və səmərəli istifadə olunması, balıqçılıq təsərrüfatlarının elmi əsaslarla inkişaf etdirilməsi və dəniz bioresursları ilə əlaqədar digər məsələlərin həll edilməsində əməkdaşlıq edirlər. Xəzər dənizində balıq ehtiyatlarının artırılması sahəsində əməkdaşlıq əlaqələrinin qurulması üçün 2010-cu ildə Həştərxan vilayətinin dövlət nü-mayəndə heyəti ilə Bakı şəhərində görüş keçirilmişdir.

Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının çoxaldılması və yetiş-dirilməsi

Balıq ehtiyatlarının artırılması məqsədilə köhnəlmiş 3 nərə balıqartırma zavodlarının əsaslı təmir olunması istiqamətində işlər aparılmışdır. Neftçala rayonunda yeni Xıllı nərə balıqar-tırma zavodu tikilib istifadəyə verilmişdir. Zavodun ildə 15 mln nərəcinsli balıq yetişdirmək imkanı vardır.

Xəzər dənizində morekultura istehsalının yaradılması

Azərbaycanda morekulturanın yaradılması istiqamətində işlər Qaradağ rayonundakı Ba-lıqartırma zavodunda həyata keçirilmişdir. Hal-hazırda bu zavoddan balıqartırma üçün istifadə edilir. Bu sahədə zavodda böyük təcrübə toplanmış, qızıl balıq körpələrinin dəniz-də qurulmuş tor qəfəslərində daha yüksək çəkiyədək yetişdirilib açıq dənizə buraxılması prosesi davam etdirilir.

Təhlükəli sənaye tullantılarının yerləşdirilməsi üçün yeni poliqonların yaradılması

Xıllı nərə balıqartırma zavodu

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

1414

Təhlükəli tullantıların yerləşdirilməsi üçün Sumqayıt şəhərinin yaxınlığında poliqon istifadəyə verilmişdir. Sumqa-yıt şəhərinin ətraf mühitinin ciddi çirklənməsinə səbəb olan Səthi Ak-tiv Maddələr zavodunun 95,7 min m3 civə tərkibli toksiki tullantıları Sumqa-yıt şəhəri yaxınlığında yaradılmış Təh-lükəli tullantılar poliqonuna daşına-raq zərərsizləşdirilmiş, tullantı altında qalmış torpaq örtüyü təmizlənmişdir. Təhlükəli tullantılar poliqonunda köh-nə hücrənin dolması ilə əlaqədar 250

min m3-lik yeni hücrə tikilmişdir.

Məişət tullantılarının çeşidlənməsi, utilizə edilməsi və təkrar emalının təşkili məqsə-dilə mütərəqqi təcrübədən istifadə olunması

Məişət tullantılarının çeşidlənməsi, utilizə edilməsi və təkrar emalının təşkili məqsə-dilə təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim edilmişdir. 2008-ci ilin 6 avqust tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən “Bakı şəhərində məişət tul-lantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 2983 nömrəli Sərəncam imzalanmışdır. Sərəncama əsasən “Təmiz Şəhər” ASC təsis edilmişdir. Bu təşkilatın əsas funksiyası Bakı şəhərində formalaşan bərk məişət tullantılarının çeşidlənməsi, yerləşdirilməsi və zərərsizləşdirilməsi işinin təşkil edilməsindən ibarətdir. Bundan əlavə Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında “Abşeronun eko-loji bərpası Proqramı” çərçivəsində həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi üzrə müvafiq tədbirlər həyata keçirilmişdir. Bakıda məişət tullan-tılarının idarə olunması (toplanması, yerləşdirilməsi və zərərsizləşdirilməsi) üçün “Tə-miz Şəhər” ASC yaradılmış, Balaxanı şəhər məişət tullantıları poliqonu və Suraxanı, Qaradağ rayonlarının ərazilərində yerləşən məişət tullantıları poliqonları Cəmiyyətin idarəçiliyinə verilmişdir. Fransanın CNİM şirkəti tərəfindən Balaxanı ərazisində ildə 500 min ton məişət tullantısı yandırmaqla 231,5 mln. kVt/saat elektrik enerjisi istehsal edə bilən zavod tikilmişdir.

Tullantılardan bioqazın alınması üçün müvafiq üsulların tətbiq edilməsi

Tullantılardan bioqazın alınması üçün bu sahədə fəaliyyətin qurulması məqsədilə təbliğat xarakterli tədbirlər həyata keçirilir, müvafiq texnologiyalar barədə alınmış məlumatlar ETSN-in internet saytında yerləşdirilir.

Təhlükəli tullantılar poliqonunun inzibati kompleksi

1515

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 5 dağ kəndində fərdi istifadə üçün bi-oqaz qurğusu alınıb quraşdırılmışdır. Şamaxı rayonunun Avaxıl kəndinin orta məktəbində istilik sisteminin yaradılması məqsədilə bioqaz qurğusu quraşdırılmışdır.

Enerji alınması, eləcə də kompost alınması məqsədilə zibilyandırma zavodunun tikilməsi

Bakı şəhərində Bərk məişət tullantılarının yandırılması zavodu tikilərək istifadəyə ve-rilmişdir.

İstilik effekti yaradan qazların (İEYQ) tullantılarının statistik hesabatı, qiymətləndi-rilməsi, mənbələri və toplayıcıları haqqında məlumatların analitik-informasiya sis-temlərinin yaradılması

2006-cı ildən etibarən İEYQ-ın statistik hesabatı aparılır. Bu qazlar üzrə aparılmış qiymətləndirmənin nəticələri 2007-ci ilin İqlim Dəyişmələri üzrə Milli Məlumatda öz əksini tapıb.

Köhnə müəssisələrin bir qismi fəaliyyətini dayandırması, yeni müəssisələr yaranması və bu prosesin davam etdiyi üçün məlumatların analitik-informasiya sistemlərinin yaradılma-sı istiqamətində iş davam etdirilir.

İEYQ-in analitik informasiya sistemlərinin yaradılması sahəsində baza olaraq İqlim Dəyiş-mələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun (İDHEQ) metodologiyası əsas götürül-müşdür. İqlim Dəyişmələri və Ozon Mərkəzində (İDOM) 2004-cü il üçün İEYQ tullantıları-nın statistik hesabatı hazırlanmışdır. İnventarlaşdırma energetika, sənaye, kənd təsərrüfa-tı və bərk məişət tullantılarını əhatə edir. Energetika və sənayedən atılan İEYQ-nin miqdarı haqqında məlumatları əldə etmək üçün cədvəl forması hazırlanmış və Dövlət Statistika Komitəsinə təqdim edilmişdir.

Dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi üçün iqtisadiyyata və təbii ekosis-temlərə iqlimin təhlükəli təsirləri barədə məlumatların toplanması, təhlili və ümu-miləşdirilməsi üzrə dövlət sisteminin yaradılması

İqlimin təhlükəli təsirləri barədə məlumatların toplanması, təhlili və ümumiləşdiril-məsi sahəsində AMEA-nın Coğrafiya İnstitutunda kompleks işlər aparılır. Bu sahədə təhlilləri aparmaq üçün uzunmüddətli statistik məlumatların toplanması prosesinə başlanmışdır. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Milli Elm-lər Akademiyasının müvafiq bölmələrində bu işlər davam edir.

İqlim dəyişmələrinin əhalinin sağlamlığına, ətraf mühitə təsirinin qiymətləndirilməsi və müvafiq adaptasiya tədbirlərinin işlənib hazırlanması

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

1616

Kioto Protokolunun qüvvəyə minməsi ilə onun mexanizmlərindən biri olan “Təmiz İnkişaf Mexanizmi” bu sahədə bir sıra inkişaf etmiş dövlətlərlə danışıqların aparılmasına imkan yaratmışdır. İEYQ-nin azaldılması sahəsində birgə fəaliyyət haqqında Azərbaycanla Dani-marka Krallığı arasında memorandum imzalanmış, Norveç, Almaniya, Yaponiya və bir sıra digər ölkələrlə memorandumların imzalanması üzərində işlər aparılır. Respublikada bu iş-lərin genişləndirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinasiyası ilə iq-tisadiyyatın müxtəlif sahələrindən olan ekspertlər qrupu yaradılmışdır. Kanada Beynəlxalq inkişaf Agentliyinin bilavasitə yardımı ilə Pirallahı meteostansiyasında nümayiş layihəsi kimi “Külək və günəş enerjisindən istifadə”, “Sumqayıt liseyində istilik sisteminin bərpası”, “CO2-nin udulması və əhalinin oduncaqla təmin edilməsi məqsədilə Dəvəçi rayonunuda tezyetişən ağac növündən ibarət meşə massivinin salınması” və “Adi işıq lampalarının onlara ekvivalent olan və az enerji istifadə edən flyüresent lampalarla əvəz edilməsi” la-yihələri həyata keçirilmişdir.

Əhalinin sağlamlığına, ətraf mühitə təsirinin qiymətləndirilməsi və müvafiq adapta-siya tədbirləri işlənib hazırlanmış və İqlim Dəyişmələri üzrə 2-ci Milli Məlumatda öz əksini tapıb.

Günəş, külək və bioqazdan istilik və elektrik enerjisi alınması imkanı verən ekoloji cəhətdən təmiz texnologiyaların Azərbaycana gətirilməsinin stimullaşdırılması

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respub-likasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” dünya təcrübəsində istifadə olunan alternativ enerji mənbələrinin ölkədə isti-fadəsi və inkişafı üzrə tədbirləri özündə əks etdirir.

Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə texnologiyalarının stimullaşdırıl-ması ilə əlaqədar Nazirlər Kabinetinin 187 nömrəli 2005-ci il 15 oktyabr tarixli Sərəncamı ilə külək elektrik qurğularının idxalı zamanı gömrük rüsumundan və əlavə dəyər vergisin-dən azad edilib, digər güzəştlər üzərində iş aparılır.

Ozondağıdıcı maddələrdən istifadə olunmasının tədricən aradan qaldırılmasının başa çatdırılması

Azərbaycan Respublikası Prezidentinin “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn məsələlərin icrası istiqamətində tədbirlər görülür.

“Ozondağıdıcı maddələrlə əlaqədar idxal-ixrac fəaliyyətinin dövlət tənzimlənməsi haqqın-da” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 386 nömrəli Fərmanı əsasında “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu ilə müəyyən edilmiş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər Ka-

1717

binetinin 2006-cı il 12 sentyabr tarixli 203 nömrəli Qərarı qəbul olunmuşdur. Monreal Protokoluna uyğun olaraq digər ozondağıdıcı maddələrin istifadəsinin tənzimlənməsi məqsədilə həmin maddələrin Azərbaycanda kəmiyyət və keyfiyyətlərinin təyin edilməsi üzərində işlər davam etdirilir.

Səhralaşma prosesinin təsirinə məruz qalmış torpaqların inventarlaşdırılması

Eroziya və şoranlaşmaya məruz qalmış örüş-otlaq və biçənək ərazilərinin sahələri (1,1 mln. hektar səthi, 64,6 min hektarda isə əsaslı) müəyyən edilmişdir.

Səhralaşmaya qarşı mübarizə üzrə milli fəaliyyət planının hazırlanması və həyata keçirilməsi

“Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alın-masına dair” Milli Proqram hazırlanıb Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmişdir. Bununla yanaşı, “Səhralaşmaya qarşı mübarizə” konvensiyası çərçivəsində Milli Fəaliyyət Planının işlənilməsinə başlanmış, fermer təsərrüfatları üçün tədris proqramlarının keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Qlobal Ekoloji Fondun dəstəyi ilə “Torpaqların birgə və davamlı idarə edilməsi üçün imkanların yaradılması” layihəsi həyata keçirilir.

Səhralaşmaya qarşı mübarizə işlərinin effektivliyinin yüksəldilməsi məqsədilə proq-nozlaşdırma və əhalinin məlumatlandırılması sisteminin yaradılması

Səhralaşmaya qarşı mübarizə işlərinin effektivliyinin yüksəldilməsi məqsədilə proqnozlaş-dırma və əhalinin məlumatlandırılması sisteminin yaradılması istiqamətində tədbirlər həya-ta keçirilmişdir. Bu sahəni gücləndirmək məqsədi ilə beynəlxalq təşkilatların maddi-texniki bazalarından istifadə olunması nəzərdə tutulmuşdur. Bundan əlavə, ilkin xəbərdarlıq siste-minin yaradılması məqsədi ilə layihə təklifi işlənərək Qlobal Ekolji Fonda təqdim edilmişdir.

Qlobal ekoloji problemlərin qarşılıqlı mənfi təsirinin qiymətləndirilməsi və müvafiq əks tədbirlərin həyata keçirilməsi

İqlim dəyişmələri, ozon qatının qorunması, biomüxtəlifliik haqqında, səhralaşmaya qarşı mübarizə Beynəlxalq Konvensiyalarının tələbləri çərçivəsində tədbirlər həyata keçirilir.

İqlim dəyişmələri üzrə İEYQ üzrə inventarlaşma aparılmış, insanlarda yarana biləcək xəstə-liklərin qarşısının alınması üçün adaptasiya tədbirləri hazırlanmış və iqlim dəyişmələri üzrə 2-ci Milli Məlumata daxil edilmişdir. Biomüxtəlifliyin qorunması məqsədilə Xüsusi müha-fizə olunan ərazilərin ümumi sahəsi 2003-cü ildə 4,5 %-dən 2012-ci ildə 10,3%-ə qədər artırılmışdır. Səhralaşmanın qarşısının alınması üçün 2003-2012-ci illər ərzində 100 min hektar sahədə meşəbərpa tədbirləri həyata keçirilmişdir.

Biomüxtəlifliyin qorunmasına yönəldilmiş bütün Beynəlxalq Konvensiyalara və di-gər ölkələrarası və regional müqavilələrə qoşulmaq

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

1818

Biomüxtəlifliyə dair konvensiyanın Biotəhlükəsizlik üzrə Kartogena Protokolu Milli Məclis tərəfindən 2005-ci ildə ratifikasiya olunmuşdur.

Biomüxtəlifliyin vəziyyətinin monitorinqi üçün ölkə flora və faunasının Qırmızı və Yaşıl Kitabların tərtibi və yeniləşdirilməsi

Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın ikinci nəşri hazırlanmışdır.

Nadir və kökü kəsilməkdə olan bitki və heyvan növlərinin genofondunun qorunma-sının təmin edilməsi və onları xüsusi qorunan təbii ərazilərdə, botanika bağlarında, zooloji parklarda saxlanılması üçün şəraitin yaradılması

Nadir və kökü kəsilməkdə olan bitki və heyvan növlərinin genofondunun qorunmasının təmin edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi müha-fizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu ərazilərdə məskunlaşan və təsadüf olunan flora və fauna növlərinin qorunması, onların bərpası və gələcək nəsillərə çatdırılması təşkil edilir. Genetik ehtiyat-ların tədqiqi ilə əlaqədar müxtəlif kənd təsərrüfatı bitkilərinin 33 mindən çox nümunəsi öyrənilmiş, seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə Dövlət Komissiyası tərəfin-dən kənd təsərrüfatı bitkilərinin 3 sortu rayonlaşdırılmış, 8 ixtiraya isə patent alınmışdır.

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən layihə nəticəsində ceyranların tarixi areal-ları hesab olunan Qobustan, Acınohur, Ağgöl ərazilərinə köçürülməsi həyata keçirilmiş, 2010-cu ilin yayında Ağgöldə onların təbii artımı müşahidə olunmuşdur. 2010-cu ilin 24 dekabr tarixində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk ceyran sürüsünün (21 baş) tarixən məskunlaşdığı yerlərdən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbə-si yaxınlığındakı əraziyə buraxılması prosesini izləmişlər.

Biomüxtəlifliyin qorunması məqsədilə Milli Parkların yaradılması

Biomüxtəlifliyin qorunması məqsədilə Milli Parkların yaradılması istiqamə-tində əməli tədbirlər görülmüş, 2003-2012-ci illər ərzində 9 milli park (Şirvan, Ağgöl, Ordubad, Hirkan, Altıağac, Ab-şeron, Şah-Dağ, Göygöl, Samur-Yala-ma) yaradılmışdır. Şirvan Dövlət Təbiət Qoruğunun və Bəndovan yasaqlığının bazasında 65 min ha. sahədə Şirvan Milli Parkı, “Ağgöl” dövlət qoruğunun və eyni adlı yasaqlığın bazasında 18 min hektara yaxın ərazidə Ağgöl Milli Parkı, Naxçıvan Muxtar Respublikasın-Şirvan Milli Parkında ekoturizm şəhərciyi

1919

da “Ordubad” yasaqlığının bir hissəsində Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı yaradılmış, daha sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə milli park genişləndirilmiş və adı dəyişdirilərək Zəngəzur Milli Parkı adlandırılmışdır. Yaradıl-mış milli parkların bəzilərinin infrastrukturu qurulub başa çatdırılmış, bəzilərində isə bu istiqamətdə iş davam etdirilir.

Biomüxtəliflik üçün təhlükənin və bu təhlükə nəticəsində ilk növbədə təsir altına düşə bilən təbii bitki və heyvan növlərinin proqnozlaşdırılması

Qeyd olunan problemlər üzrə tədbirlər BMT-nin İnkişaf Proqramının dəstəyi ilə yerinə yetirilmiş Azərbaycan Respublikasında “Biomüxtəlifliyə dair Milli Məruzə, Strategiya və Fəaliyyət Planı”nda öz əksini tapmışdır.

Biomüxtəlifliyin qorunub saxlanması məqsədilə AMEA-nın mütəxəssisləri ilə birlikdə mütəmadi olaraq məməlilər və quşlar sinfi üzrə payız və qış sayğısı keçirilir. Sayğının nə-ticələri təhlil olunur, flora və faunanın hazırkı vəziyyəti qiymətləndirilir, sayğının nəticələ-rindən asılı olaraq təbiətdə azalması müşahidə edilən fauna növlərinin sayının artırılması və bərpası istiqamətində proqnozlaşdırma aparılır və müvafiq tədbirlər işlənib hazırlanır.

İstilik elektrik stansiyalarında yüksəkeffektli texnologiyaların tətbiqi və enerji siste-minin strukturunun optimallaşdırılması

1 saylı İstilik Elektrik Mərkəzi, “Şimal” Dövlət Rayon Elektrik Stansiyası (DRES) yenidən bərpa edilmiş, “Azərbaycan” DRES-də yenidənqurma işləri aparılmış, 5-ci enerji blokunun gücü 170 MVt-dan 330 MVt-a çatdırılmışdır.

Şimal İES-də gücü 400 MVt, Sumqayıt şəhərində gücü 506 MVt olan müasir tipli, ekoloji cəhətdən səmərəli, yüksək faydalı iş əmsalına malik buxar-qaz turbinli elektrik stansiyası-nın tikintisi, ölkənin müxtəlif bölgələrində isə 52 ədəd modul tipli müasir elektrik stansi-yasının tikintisi həyata keçirilmişdir.

Kiçik hidroenergetik obyektlərin sxeminin yaradılması və tətbiqi

Kiçik hidroenergetik obyektlərin sxeminin yaradılması yerüstü su obyektlərində (çaylar-da) aparılan çoxillik hidroloji müşahidə məlumatları (çoxillik kadastr məlumatları) əsasın-da həyata keçirilir. Qeyd olunan sxemlərin yaradılması üçün müvafiq məlumatlar hazırlan-mışdır. Kiçik hidroenergetik obyektlərinin tikilməsi üçün ölkənin potensialı öyrənilmiş və prioritet istiqamətlər müəyyənləşdirilmişdir.

İstehsalat və qeyri-istehsalat sahələrində müasir enerji qoruyucu texnologiyaların istifadəsinin stimullaşdırılması.

Bu sahədə işlərin genişləndirilməsi üçün Kioto Protokolunun “Təmiz İnkişaf Mexanizmi”n-dən istifadə olunaraq layihələrin həyata keçirilməsi sahəsində İqtisadi İnkişaf Nazirliyinin

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

2020

mütəxəssisləri ilə danışıqlar aparılmışdır. Sənayenin bir sıra sahələrində, yəni sement və əhəng istehsalında, kimya və maşınqayırma müəssisələrində İEYQ-ın azaldılmasına gə-tirən yeni texnologiyaların tətbiqi üçün layihə ideyaları təklif edilmişdir.

Məişətdə enerjiqoruyucu vasitələrin istifadəsinin geniş tətbiqinə yönəldilmiş milli və regional proqramların hazırlanması.

“Azərbaycan Respublikasının istilik təchizatı” Dövlət Proqramı hazırlanmış və müvafiq qaydada təsdiq olunmuşdur. “Azərbaycan Respublikası alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda istiləşdirmə və isti su təchizatı məqsədilə günəş, su qızdırıcılarının tətbiqi, geotermal sulardan istifadə edərək istixanalarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və binaların qızdırılması nəzərdə tutulur.

Günəş və külək enerjisinin istifadəsinə dair milli fəaliyyət planlarının hazırlanması

“Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” hazırlanmış və Azərbaycan Respublikası Prezidenti tərə-findən 21 oktyabr 2004-cü il tarixli, 462 nömrəli Sərəncamla təsdiq edilmişdir. Göstərilən planların hazırlanması üçün meteoroloji şəbəkədə külək və günəş enerjisi üzərində aparı-lan müşahidə məlumatlarından istifadə edilməlidir.

Külək enerjisindən istifadə edilməsi və müvafiq qurğuların quşların ənənəvi miqra-siya və konsentrasiya edilən ərazilərdən uzaq yerlərdə quraşdırılması

Külək enerjisindən istifadə edilməsi üçün müvafiq qurğuların layihəsi hazırlanır və layihələ-rin hazırlanması üçün çoxillik meteoroloji məlumatlardan istifadə edilir. Külək enerjisin-dən istifadə edilməsi və müvafiq qurğuların quşların ənənəvi miqrasiya və konsentrasiya edilən ərazilərdən uzaq yerlərdə quraşdırılması məqsədilə həmin ərazilər mütəxəssislər tərəfindən öyrənilir. Bu sahədə bəzi məlumatlar artıq əldə edilmiş və konkret tədbirlərin görülməsinə başlanmışdır.

Abşeron zonasında külək enerjisi potensialından istifadə imkanlarına uyğun olaraq Qobus-tan rayonunda 100 MVt gücündə külək elektrik stansiyasının tikintisi başa çatdırılmışdır. Yaponiyanın “Tomen Corporation” şirkəti tərəfindən Qobustan ərazisində külək elektrik qurğularının inşası üçün TİƏ hazırlanmışdır. Qobustan rayonunda gücü 5 MVt, Abşeronda gücü 10 MVt olan hibrid Günəş-Külək Elektrik Stansiyası layihələri işlənilmişdir.

Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Milli Elmlər Akade-miyasının dəstəyi ilə “Caspian Texnoloji” şirkəti və Azərbaycan Beynəlxalq Bankı tərəfin-dən “Azərbaycanda külək elektrik stansiyasının inşası, istismarı və istehsalının təşkili” adlı pilot layihə həyata keçirilmişdir.

Fərdi obyektlər və bələdiyyə obyektlərində bioqazın istehsalı və istifadəsi

2121

Bu sahədə mövcud olan texnologiyaların tətbiq olunması üzrə təbliğat aparılır.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yardımı ilə 5 dağ kəndində fərdi bioqaz qur-ğuları quraşdırılmış və istifadəyə verilmişdir. Bu istiqamətdə işlər fərdi qaydada davam etdirilir.

Yerli xammal materialları, o cümlədən tullantıların yenidən emalı nəticəsində əldə olunan materiallar əsasında yeni inşaat materiallarının alınma texnologiyasının iş-lənib hazırlanması

Bu sahədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılan mişar daşı istehsalı zamanı karxa-nalarda yığılıb qalmış külli miqdarda tullantılardan istifadə etməklə yüngül divar materi-allarının mütərəqqi konstruksiyalarının işlənməsi və onların əsasında zəlzələyə davamlı binaların konstruktiv həllərinin təkmilləşdirilməsi, belə tullantılardan daha geniş istifadə sahəsində tədqiqat işləri yerinə yetirilmişdir.

Artıq belə tullantılardan sement istehsalında və dənəvər tərkibi 20-30 mm və 60-80 mm və daha iri ölçülü tullantılardan doldurucu kimi yerli əhəmiyyətli yolların tikintisi işlərində geniş istifadə olunur.

Kimyəvi maddələrin istifadə olunması sahəsində ekoloji təhlükəsizlik baxımından vahid dövlət proqramının yaradılması

Ekoloji təhlükəsizlik baxımından pestisidlərin və aqrokimyəvi maddələrin keyfiyyətinə nə-zarət etmək məqsədilə ayrı-ayrı iş adamları və sahibkarlar tərəfindən ölkəyə idxal olunan preparatlar respublika nəzarət toksikologiya laboratoriyasında analiz olunaraq “Pestisid-lərin və aqrokimyəvi maddələrin sınağı” üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edil-miş qaydada sınaqdan keçirilir.

Yerlərdə tətbiq olunan pestisid və aqrokimyəvi maddələrin reqlamentə uyğun istifadəsi-nin təmin olunması üzərində nəzarət Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumları tərə-findən həyata keçirilir.

Hər bir sənaye müəssisəsinin fəaliyyət sahəsi üzrə ətraf mühitin idarə edilməsi mo-dellərinin hazırlanması;

Müəssisələr üçün ekoloji menecmentin təkmilləşdirilməsi müvafiq layihələr çərçivəsin-də işlənilir. Norveç hökumətinin dəstəyi ilə fəaliyyət göstərən “Təmiz istehsalat” proqra-mı çərçivəsində il ərzində 10-15 sənaye müəssisələrində ətraf mühitin idarə edilməsinin təkmilləşdirilməsi üzrə kiçik layihələr həyata keçirilmişdir. Yeni yaradılmış müəssisələrdə ətraf mühitin idarə edilməsinin yeni modelləri müəssisələrin özləri tərəfindən tətbiq edi-lir. Müəssisə və təşkilatlarda araşdırmalar aparılarkən bu sahədə zəruri tədbirlərin yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verilməklə icrasına nəzarət edilmişdir.

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

2222

Dövlət və özəl müəssisələrə məhsul və xidmətlərlə bağlı ekoloji iddiaların irəli sürül-məsinin yeni prinsiplər əsasında həyata keçirilməsi

İstehsal üçün təklif olunan yeni sənaye məhsullarının tətbiqinin dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun müəyyənləşdirilməsi

Müəssisə və təşkilatlarda araşdırmalar aparılarkən bu istiqamətdə zəruri olan tədbirlər görülür. İddiaların irəli sürülməsinin yeni prinsipləri ətraf mühitlə bağlı son illər qəbul olunmuş normativ-hüquqi aktlar əsasında həyata keçirilir.

Yeni texnologiyalarla təmin edilməklə metalın və metal məhsullarının, həmçinin ferroərintilərin qapalı istehsal tsikllərinin yaradılması

“Det-Al” şirkəti tərəfindən Gəncə şəhərində illik gücü 100 min ton olan tam istehsal döv-rəli Alüminium zavodunun tikintisi həyata keçirilmişdir.

2009-cu ildə Azərbaycan Respublikasının iqtisadiyyatının möhkəmlənməsinə xidmət edən və qızıl, gümüş və mis emalı ilə məşğul olan “Gədəbəy Qızıl-Mis Emalı Zavodu” istifadəyə verilmişdir.

Təbii ehtiyatlardan səmərəli istifadə olunmasını təmin etmək üçün xammal mən-bələrinin istismarı zamanı itkilərin qarşısının alınması məqsədilə müasir metodlar-dan istifadə etməklə müvafiq tədbirlərin həyata keçirilməsi

Tikinti üçün istifadə olunan material və konstruksiyaların ehtimal olunan tempera-tur itkilərinin nəzərə alınması, enerji itkiləri ilə əlaqədar problemlərin yaranmaması üçün tikintidə müvafiq material və konstruksiyaların istifadəsinin stimullaşdırılması

Respublikada inşa olunan yaşayış, ictimai və sənaye binalarının, qoruyucu konstruksiyala-rının istilik itkilərinin azaldılması və onların səviyyəsinin beynəlxalq standartlara yaxınlaş-dırmaq məqsədilə qüvvədə olan normativ sənədlərə əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklərlə binaların xarici və daxili divarlarının, arakəsmələrin, mərtəbələrarası örtük-lərin, qapı və pəncərələrin istilikkeçirmə müqaviməti artırılmışdır.

Binalar üçün istifadə olunan material və konstruksiyaların onların gələcəkdə utiliza-siyası ilə əlaqələndirilməsi

Bu sahədə müvafiq tədbirlər görülür. 2010-cu ildə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnsti-tutu tərəfindən “Azərbaycan Respublikasında mənzil-kommunal təsərrüfatlarının mövcud problemləri” mövzusunda tədqiqat işləri aparılmışdır. Tədqiqatda ölkənin mənzil-kom-munal təsərrüfatında mövcud olan problemlər, o cümlədən yeni Mənzil Məcəlləsinin qü-vvəyə minməsi ilə əlaqədar olaraq kondominiumlarda ekoloji standartlara uyğun material və konstruksiyalardan istifadə edilməsi və onların utilizsiyisına dair bəzi məsələlər araşdı-rılmış və tövsiyələr verilmişdir.

2323

Nəqliyyat sahəsində ekoloji harmonik siyasətin həyata keçirilməsi üçün nəqliyyat sektorunda qanunvericilik sisteminin təkmilləşdirilməsi

“Hava gəmisinin uçuşa yararlılığı və ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğu haqqında vəsiqələrin verilməsi və digər ölkələrdə verilmiş analoji sənədlərin tanınması” qaydaları hazırlanmışdır.

Avtomobil nəqliyyatında istifadə edilmək üçün ekoloji baxımdan təmiz yanacaq növlərinə keçilməsi (sıxılmış maye qaz, bioqaz və s.)

Sıxılmış maye qazdan istifadə olunması genişləndirilir. Nazirlər Kabinetinin 2010-cu il 6 mart tarixli 45 nömrəli Qərarının icrasını təmin etmək məqsədilə AVRO-2 və daha yüksək standartlara uyğunlaşdırma tədbirlərinin görülməsi üçün Sənaye və Energetika Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanmış və həyata keçirilir.

Avtomobil və dəmir yollarının müasir dünya standartlarına müvafiq rekonstruksiya olunması

Respublikanın əsasən beynəlxalq əhəmiyyət kəsb edən şərq-qərb və şimal-cənub is-tiqamətli magistral avtomobil yollarının yenidən qurulması layihələrinin icrası ilə əlaqədar zəruri layihələndirmə və tikinti işləri həyata keçirilmişdir. Sənədləşdirmə işləri, o cümlədən layihələrin ekoloji qiymətləndirilməsi beynəlxalq standartların tələblərinə müvafiq ola-raq aparılır. Bakı-Quba və Bakı-Şamaxı istiqamətləri üzrə işlər başa çatdırılmışdır. Hazırda Bakı-Qazax, Ələt-Astara magistral yollarının ayrı-ayrı hissələrinin layihələndirilməsi və tikintisi üzrə işlər görülür. Layihələrin həyata keçirilməsinin ətraf mühitə və sosial sahələrə təsirlərinin kompleks qiymətləndirilməsi aparılır.

2010-cu ildə Respublikada avtomobil və dəmir yollarının müasir dünya standartla-rına müvafiq rekonstruksiya olunması məqsədilə 57 layihə üzrə işlər aparılmışdır, o cümlədən – “Magistral yol-II” layihəsində, “Bakı dairəvi avtomobil yolunun tikintisi” layihəsində, “Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurul-ması” layihəsində, “Yevlax-Gəncə” avtomobil yolunun reabilitasiyası” layihəsində (49,8 km) və Bakı-Ələt avtomobil yolunun yenidən qurulması layihəsində Azərbaycan tərə-finin payı, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci dərəcəli sement beton örtüklü avtomobil yolunun tikintisi (16-134 km), Heydər Əliyev Beynəlxalq Hava Limanı-Mərdəkan dairəsi-Bilgəh mövcud avtomobil yolunun (19 km) 6 cərgəli hərəkət üçün yenidən qurulması və tikinti altına düşən torpaq və digər obyektlərin özgəninkiləşdirilməsi, Xaçmaz rayonunun Xudat şəhərində dəmir yolu xətti üstündəki körpünün bərpası, “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi” layihəsində Azərbaycan tərəfinin payı, Saloğlu-Poylu mənzilinin 73-cü km-də Kür çayı üzərində II yeni dəmir yolu körpüsünün tikintisi və s.

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

2424

Şəhər daxilində avtonəqliyyat vasitələrinin sıxlığının azaldılması və tıxacların qar-şısının alınması məqsədilə yaşayış məntəqələrinin ətrafında dairəvi avtomagistral yolların çəkilişinə üstünlük verilməsi

“Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi üzrə tədbirlər planı” hazırlanmış-dır. Keçən müddət ərzində Bakı şəhərində, şəhər daxilində avtonəqliyyat vasitələrinin sıxlığının azaldılması və tıxacların mümkün qədər aradan qaldırılması məqsədilə dairəvi avtomobil yolunun tikintisi davam etdirilir.

Bakı şəhərinin şimal çıxışında müasir standartlara cavab verən yeni beynəlxalq avtovağzal kompleksi istifadəyə verilmişdir. Avtovağzal istifadəyə verildikdən və dairəvi yolun tikintisi başa çatdırıldıqdan sonra avtonəqliyyat vasitələrinin şəhərə daxil olması məhdudlaşmış, bu da şəhər daxilində avtonəqliyyatın sıxlığının azalmasına və tıxacların aradan qaldırıl-masına müsbət təsir göstərmişdir.

Dövlət orqanlarının, özəl sektorun və qeyri-hökumət təşkilatlarının kənd təsərrüfa-tının dayanıqlı inkişafı sahəsində əməkdaşlığının gücləndirilməsi

Aqrar sahədə qarşıda duran başlıca vəzifələrdən biri istehsalçının zəruri kənd təsərrüfa-tı texnikası ilə təchizatını yaxşılaşdırmaqdan, keyfiyyətli məhsul yetişdirməkdən və onun itkisiz yığılmasını təmin etməkdən ibarətdir. Kənd təsərrüfatının texniki təminatının yax-şılaşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən layihələr işlənib həyata ke-çirilmişdir.

Maddi-texniki bazanın möhkəmləndirilməsi üçün Azərbaycan hökuməti ilə Yaponiya hö-kuməti arasında imzalanmış Notalar Mübadilələrinə əsasən respublikaya 773 ədəd tex-nika gətirilmiş və sahibkarlara lizinq yolu ilə satılmışdır. Fermerlərin texniki təminatını yaxşılaşdırmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Aqrotexsevis” xidmətləri şəbəkəsinin yaradılmasının dəstəklənməsində ardıcıl iş aparılır.

Dövlət orqanlarının, özəl sektorun və QHT-lərin kənd təsərrüfatının dayanıqlı inkişafı sahəsində əməkdaşlığının genişləndirilməsi məqsədilə xüsusi fonddan ayrılmış vəsait he-sabına alınmış dezinfeksiya maddələri, xüsusi geyim və çiləyici aparatlar, avtotexnika özəl və qeyri-özəl qurumlara məxsus mal-qaraya xidmət göstərir.

Sırf üzvi kənd təsərrüfatı metodlarını tətbiq edən dövlət və fərdi təsərrüfatlar üçün xüsusi imtiyazların yaradılması

Aqrar sahədə nəzərdə tutulan texniki xidmət işlərinin yerinə yetirilməsini sürətləndirmək, sa-hibkarların əməyini yüngülləşdirmək, onların vaxtında zəruri texnikalarla və güzəştli şərtlərlə təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında”

2525

Sərəncamı ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Nazirlər Kabinetinin 2005-ci il tarixli 314s nömrəli Sərəncamı ilə isə “Aqrolizinq” ASC-nin yerlərdə 10 bazası yaradılmışdır. Bu da ərazilərdə fermerlərin zəruri texnikalara olan tələbatının ödənilməsini asanlaşdıraraq, əkin, səpin, becərmə və yığım prosesinin optimal müddətə yüksək keyfiyyətlə aparılmasına şərait yaradır.

Kənd təsərrüfatında torpaqların eroziyasının və şoranlaşmasının qarşısını almaq məqsədilə optimallaşdırılmış əkin sistemlərindən və kənd təsərrüfatı bitkilərinin su-varılmasında mütərəqqi suvarma texnologiyalarından istifadə edilməsinin genişlən-dirilməsi

Kənd təsərrüfatında torpaqların eroziyasının və şoranlaşmasının qarşısını almaq məqsə-dilə, bu kimi təsirlərə məruz qalmış torpaq sahələri müəyyənləşdirilmiş, hər bir regionun torpaq-meliorativ şəraiti nəzərə alınmaqla kompleks tədbirlər sistemi müəyyənləşdiril-mişdir. Tədbirlər sistemində suvarma eroziyasına qarşı mübarizə vasitələri (o cümlədən mütərəqqi suvarma texnologiyaları və s.), şoranlaşmış və şorəkətləşmiş torpaqların ya-rarlı hala salınması üsulları işlənib hazırlanmışdır. Qeyd edilənlərlə yanaşı, həlli vacib olan problemlər də mövcuddur ki, bu istiqamətdə tədqiqat işləri davam etdirilir.

Kənd təsərrüfatı bitkilərinin suvarılmasında mütərəqqi suvarma texnologiyalarından istifadə edilməsinin genişləndirilməsi üçün əsas yerüstü su mənbələrinin (çayların, göllərin və su anbarlarının) hidroloji monitorinqi aparılır və belə məlumatların möv-cudluğu suvarma tədbirlərinin əvvəlcədən planlaşdırılmasına və dayanıqlılığına imkan yaradır.

Hazırda dağ və dağətəyi bölgələrdə 8-10 min hektar dəmyə əkin sahələrində qara-he-rik-dənli bitki, Muğan və Qarabağ bölgələrinin suvarılan sahələrində yonca-pambıq-taxıl, qərb zonasında isə günəbaxan-taxıl, qarğıdalı-taxıl növbəli əkin sistemləri tətbiq olunur ki, bu da kənd təsərrüfatında məhsul istehsalının artırılması ilə bərabər ətraf mühitin, o cümlədən aqrobioloji müxtəlifliyin qorunmasına müsbət şərait yaradacaqdır.

Kənd təsərrüfatında kimyəvi maddələrin istifadəsinin milli və regional səviyyələrdə sxemlərinin yaradılması və ona nəzarətin gücləndirilməsi

Kənd təsərrüfatında kimyəvi maddələrdən istifadə edilən zaman ətraf mühitin mühafizəsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə, bu sahə ilə məşğul olan ayrı-ayrı hüquqi, fiziki şəxslərə tapşırıqlar verilmiş və aidiyyəti strukturlarla birlikdə nəzərdə tutulan işlərin həyata keçirilməsi davam etdirilmişdir.

Torpaqların çirklənməsinə və deqradasiyasına səbəb ola bilən texnologiyalardan is-tifadə olunmasının qarşısının alınması

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

2626

Torpaqların çirklənməsinin və deqradasiyasının qarşısının alınması məqsədilə, tor-pağın münbitliyini, mineral üzvi gübrələrə və meliorantlara tələbatını öyrənmək məqsədilə əkin qatında qida maddələrinin, zərərli kimyəvi maddələrin qalıq miq-darını müəyyən etmək məqsədilə əkinə yararlı torpaqlarda tədqiqat işləri aparılır. Tədqiqatın nəticələrinə əsasən fövqəladə ekoloji şərait zonalarında pestisidlərin tətbiqi məhdudlaşdırılır.

2008-ci ildə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qa-nunu qəbul edilmiş, Nazirlər Kabinetinin 8 yanvar 2009-cu il tarixli 5 nömrəli Qərarı ilə “Eyni vaxtda ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı üsulları ilə məhsul istehsalı Qaydaları”, “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı Qaydaları”, “Ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii vasitələ-rin siyahısı”, “Ekoloji təmiz kənd təsərrüfatı subyektlərinə verilən sənədin forması və verilməsi Qaydası”, “Ekoloji təmiz kənd təsərrüfatında ekoloji müşahidə və sertifikatlaş-dırma Qaydaları və akkreditasiya olunmuş orqanların funksiyaları”, “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının sertifikatlaşdırılması Qaydaları”, Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi, markalanması, saxlanması və daşınması Qaydaları təsdiq edilmişdir.

Hər bir zona üçün ətraf mühitə maksimum yolveriləsi turist təzyiqinin müəyyənləş-dirilməsi və onun yerinə yetirilməsinə nəzarət edilməsi

Rekreasiya məqsədilə ayrılmış sahələrə təzyiq normalarının hesablanması üçün müvafiq hüquqi-normativ bazanın yaradılması istiqamətində müəyyən işlərin görülməsinə başlan-mışdır. Hər bir zona üçün ətraf mühitə yol verilə biləcək turist təzyiqinin müəyyənləşdiril-məsi və onun yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikası Prezidentinin 2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının turizm və rekreasiya zona-larının nümunəvi Əsasnaməsi”ndə öz əksini tapmışdır.

Milli parkların ərazilərində ekoloji turizmin, o cümlədən turizmin digər yeni forma-larının inkişaf etdirilməsi

Ekoturizmin inkişaf etdirilməsi, elmi tədqiqat işlərinin aparılması üçün milli parkların əra-zilərinin zonalara ayrılması üçün topoqrafik işlər görülmüş, turist marşrutları işlənmiş, parkların xəritələri hazırlanmışdır. “Milli Parklarda ekoturizmin inkişafına dair Milli Fəa-liyyət Proqramı” və “Milli Parklarda ekoturizm fəaliyyətinin təşkili, mövcud problemlər və inkişaf perspektivlərinə dair Strategiya Planı”, ekoturizm fəaliyyəti zamanı bir sıra milli parkdaxili münasibətləri tənzimləyəcək Qayda və Təlimatlar hazırlanmışdır.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şirvan Milli Parkının ərazisində Almaniya və İsveçrədən gələn turistlər üçün info-turlar təşkil olunmuşdur. Astara rayonunda turizmin

2727

inkişafı ilə əlaqədar 7 turist marşrutu müəyyən edilmiş, onlardan üçünün Hirkan Milli Par-kında keçirilməsi nəzərdə tutulmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji təqvim günləri ilə əlaqədar məktəbli, tələbə, jurnalist və QHT nümayəndələrindən ibarət qruplar üçün Şirvan, Hirkan, Altıağac milli parklarına ekskursiyalar təşkil olunmuş, tədbirlər keçirilmişdir.

Seçilmiş universitetlərdə dayanıqlı inkişaf üzrə pilot layihələrin həyata ke-çirilməsi

“Davamlı İnsan İnkişafı naminə ətraf mühitin idarə edilməsi” kursu üzrə mühazirələr təşkil olunmuşdur. 2007-ci ilin may ayında Qobustan rayonunda akademik Həsən Əliyevin “Tə-biəti qorumaq – həyatı qorumaq deməkdir” devizi altında ən yaxşı ekoloq-jurnalist mü-sabiqəsi, “Biomüxtəlifliyi qoruyaq” mövzusunda konfrans keçirilmişdir. Təhsil işçiləri BMT-nin Dayanıqlı inkişaf naminə təhsil dekadası çərçivəsində ATƏT, BTC şirkətinin dəstəyi ilə “Davamlı inkişaf uğrunda” İctimai birliyi ilə birgə həyata keçirdikləri “Yaşıl Paket” layihəsi üzrə seminar-treninqlərdə iştirak etmiş, “Yaşıl Paket” təlim vəsaitini dərnək məşğələlərin-də sınaqdan keçirmişlər.

Elmi kadr potensialının gücləndirilməsi və elmi tədqiqat işlərinin aparılmasının sti-mullaşdırılması

Universitetlərdə ekologiya sahəsi üzrə bakalavr və magistr pillələrində kadrların hazırlan-masına getdikcə daha çox yer verilir. Bu məqsədlə xüsusi kafedralar, fakültələr yaradılmış-dır. Ekologiya sahəsində namizədlik dissertasiyaları yazan alimlərin sayı da artmaqdadır.

Elmi tədqiqat işlərinin aparılmasının və ekoloji maarifləndirmə fəaliyyətinin stimullaşdı-rılması məqsədilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsis olunmuş “Aka-demik Həsən Əliyev adına mükafat” mütəmadi olaraq keçirilən müsabiqə vasitəsilə bu sahələrdə fərqlənənlərə təqdim olunur.

Dayanıqlı inkişaf üzrə ali məktəblər üçün tədris vəsaitinin hazırlanması

Respublikanın təhsil müəssisələrində ekologiyanın əsasları, ətraf mühitin mühafizəsi üzrə bir sıra proqram, dərs vəsaitləri, əyani və metodik vəsaitlər hazırlanmışdır. O cümlədən “Ekologiya və ətraf mühitin mühafizəsi”, “Ekologiyanın əsasları”, “Ekoloji hüquq”, “Ekoloji genetika”, “Ekologiya və təbiətdən səmərəli istifadə”, “Ekoloji kimya”, “Sosial ekologiya” və s. dərsliklər tərtib edilmişdir.

Dayanıqlı inkişaf üzrə ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisləri üçün tədris proqramları, dərslik hazırlanması, xüsusi kursların və məşğələlərin keçirilməsi

Respublikanın ali, orta ixtisas, ümumtəhsil məktəbləri üçün tərtib edilmiş bir sıra proqram, dərslik, metodik vəsaitlərə dayanıqlı inkişafa dair mövzular daxil edilmişdir. Ekoloji dərnək,

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

2828

klub və digər birliklər üçün “Ekoloji təhlükəsizlik”, “İnsan ekologiyası”, “Ailə və ətraf mühit”, “Məktəb ekoloji monitorinqi” və s. mövzularda yeni tədris proqramları hazırlanmışdır. Xüsu-si proqramlar əsasında təşkil olunmuş kurslarda dayanıqlı inkişaf və ətraf mühit problemləri ilə bağlı məşğələlər təşkil olunub keçirilir. “Əhali və ətraf mühit”, “Biosfer və insan”, “Cəmiy-yət və ekologiya”, “Biomüxtəlifliyin qorunması”, “Meşəçiliyin əsasları”, “Fauna və əraf mühit”, “Bitkilərin ekologiyası”, “Azərbaycan torpaqlarının ekologiyası”, “Xəzərin ekologiyası”, “Ətraf mühit və insan sağlamlığı” adlı ekoloji tədris proqramlarında qlobal ekoloji problemlərlə yanaşı, ölkəmizin təbii sərvətlərinin qorunması məsələləri geniş yer verilmişdir.

Ekoloji təhsilin fasiləsizliyini təmin etmək məqsədilə məktəbəqədər tərbiyə müəssisələri üçün “Ətraf mühit və biz” mövzusunda təlim-tərbiyə proqramı və metodiki tövsiyələr, ümumtəhsil məktəblərinin I-IV, V-VII və VIII-XI siniflər üçün ekoloji dərnək, klub və digər birləşmələrin nümunəvi tədris proqramları və metodiki tövsiyələr hazırlanmışdır.

Muzeylərdə və incəsənət salonlarında ekologiya məsələlərini işıqlandıran rəsm, foto, plakat və s. bədii sərgilərin təşkil olunması

Klub müəssisələrində, mədəniyyət və istirahət parklarında müxtəlif sərgilər, disputlar, mü-sabiqələr, bayramlar və s. mədəni-kütləvi tədbirlər keçirilmişdir. Tarix-diyarşünaslıq mu-zeylərində ekologiya mövzusuna, yerli flora və faunaya həsr olunmuş ekspozisiya böl-mələri zənginləşdirilmişdir.

Ekologiya mövzusunda yeni incəsənət əsərlərin yaradılmasının stimullaşdırılması

Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq ekologiya mövzusu üzrə Azərbaycan rəssamları və fotoqrafları tərəfindən əsərlər yaradılmış, həmin əsərlər müxtəlif fərdi və kollektiv sərgilərdə nümayiş etdirilmişdir. “Uşaq Teatrı”nın repertuarına təbiətin mühafizəsi ilə bağlı tamaşalar daxil edilmiş və təhsil ocaqlarında, uşaq bağçala-rında müvəffəqiyyətlə nümayiş etdirilmişdir.

Etnik biliklərin qorunması və gələcək nəsillərə çatdırılmasına dair regional layihələ-rin həyata keçirilməsi

“Azərbaycan-doğma diyar” devizi altında ənənəvi olaraq milli azlıqların incəsənət festivalları keçirilir. Azərbaycanın ənənəvi musiqi atlası və Azərbaycan etnik musiqisinə həsr olunmuş albom hazırlanmışdır. Festivallar çərçivəsində respublikanın görkəmli alimlərinin iştirakı ilə “Azsaylı xalqların mədəni irsi və müasirlik” mövzusunda məruzələr dinlənilmişdir.

Dayanıqlı inkişaf üzrə respublika əhalisinin maarifləndirilməsi tədbirlərinin həyata keçirilməsi

Əhalinin maarifləndirilməsi məqsədilə Orxus Konvensiyası çərçivəsində mütəmadi qayda-da tədbirlər (seminarlar, dəyirmi stol və s.) keçirilir. Ekoloji təbliğat və maarifləndirmə işlə-

2929

rinin gücləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji təbliğat şöbəsi, yerli ekologiya şöbələrində isə təbliğat sektorları yaradılmışdır. “Yer günü”, “Ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar kütləvi tədbirlər keçirilmişdir.

Kiçik yaşlı uşaqlarda ekologiya və ətraf mühit haqqında elementar təsəvvürün yara-dılması, onlarda ətraf mühitə qayğıkeş münasibətin formalaşdırılması məqsədilə uşaq bağçalarında, məktəbdənkənar iş mərkəzlərində mütəmadi olaraq ekoloji tədbirlər həyata keçirilir.

Ekoloji problemlərin həllində cəmiyyətin iştirakını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində müntəzəm olaraq məktəbli-tələbələrlə, QHT-lərlə görüşlər, dəyirmi masalar keçirilir, fikir mübadiləsi aparılır, ictimaiyyətlə mütəmadi əlaqələr yaradı-lır. Aktual ekoloji problemlərə dair Nazirliyin mütəxəssislərinin mütəmadi olaraq KİV-də çıxışları ictimaiyyətin ətraf mühit problemləri barədə məlumatlandırılmasında mühüm rol oynayır.

1.2. Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram

Meşələrin müasir vəziyyətinin qiymətləndirilməsi

Ölkənin meşəbitmə regionlarında (Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara, Aran böl-gələri) tədqiqat işləri aparılmış və meşələrin müasir vəziyyəti qiymətləndirilmişdir. Meşə fondunun ümumi sahəsi 1213,7 min hektardır. Bunun 1021 min hektarı meşə ilə örtülü-dür ki, bu da ölkə ərazisinin 11,8 %-ni təşkil edir. Bu da adambaşına düşən ümumdünya göstəriciləri ilə müqayisədə dəfələrlə azdır. Meşələrin 88%-i bərkyarpaqlı, 8,9 %-i yum-şaqyarpaqlı, qalan 3,1 %-i isə iynəyarpaqlı cinslərdir. Meşələrdə orta sıxlıq 0,54, orta bo-niteti III-dür. Meşələrin tərkibi 31,68 % fıstıq, 23,4 % palıd, 26,01 % vələs, 18,91 % qovaq, qızılağac, ağcaqayın, cökə və digər cinslərdən ibarətdir.

Bərpa işlərinin layihələndirilməsi və aparılması

Aparılan tədqiqat işlərinə uyğun olaraq meşəbərpa və yeni meşələrin salınması istiqamə-tində ölkənin regionları üzrə (2003-2008-ci illərdə) cəmi 59184 hektar sahədə meşəbərpa və meşəsalma işləri aparılmışdır. Bundan 39250 hektarı Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi ərazilərində, 13600 hektarı Talışın dağlıq və dağətəyi meşə zonalarında, 6000 hektarı Kür-Araz çayları vadilərində və digər düzən ərazilərdə, 1087 hektarı Bakı şəhəri ətrafında və Abşeron yarımadasının digər ərazilərində salınmışdır.

Böyük Qafqaz üzrə cəmi 26968 ha, bundan Balakən Meşə Mühafizə və Bərpa Müəssisəsi (MMBM) üzrə 2203 ha, Zaqatala MMBM üzrə 2461 ha, Şəki MMBM üzrə 2394 ha, Qax

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

3030

MMBM üzrə 2402 ha, Oğuz MMBM üzrə 2218 ha, Qəbələ MMBM üzrə 2499 ha, Şabran MMBM üzrə 2205 ha, İsmayıllı MMBM üzrə 2379 ha, Şamaxı MMBM üzrə 1627 ha, Giləzi RMSM (Xızı rayonu) üzrə 512 ha, Giləzi Regional Meşəsalma Müəssisəsi (RMSM) (Qobustan rayonu) üzrə 163 ha, Abşeron rayonu üzrə 710 ha, Qusar MMBM üzrə 2011 ha, Yalama MMBM (Xaçmaz rayonu) üzrə 1632 ha, Quba MMBM üzrə 2425 ha, Kiçik Qafqaz üzrə 7476 ha, bundan Şəmkir MMBM üzrə 525 ha, Göygöl MMBM üzrə 2045 ha, Goranboy MMBM üzrə 526 ha, Daşkəsən MMBM üzrə 2054 ha , Gədəbəy MMBM üzrə 2326 ha, Lənkəran – Astara zonası üzrə cəmi 13605 ha, bundan Cəlilabad MMBM üzrə 2399 ha, Masallı MMBM üzrə 2390 ha, Lerik MMBM üzrə 2362 ha, Lənkəran MMBM üzrə 2138 ha , Astara MMBM üzrə 2093 ha, Yardımlı MMBM üzrə 2223 ha, Aran zonası üzrə cəmi 9145 ha ,bundan Beyləqan MMBM üzrə 713 ha, Ağstafa MMBM üzrə 1006 ha, Qazax MMBM üzrə 1406 ha, Tovuz MMBM üzrə 2040 ha, Yevlax MMBM üzrə 670 ha, Ağdaş MMBM üzrə 599 ha, Şamaxı MMBM (Ağsu) üzrə 27 ha, Bərdə MMBM üzrə 689 ha, Zərdab RMSM üzrə 227 ha, Sabirabad MMBM üzrə 833 ha, Ağcabədi MMBM üzrə 635 ha meşəbərpa və meşəsalma işləri aparılmışdır. Milli Proqramın bu bəndi üzrə nəzərdə tutulmuş işlər tam yerinə yetirilmişdir.

Müxtəlif rayonlarda becərmə üçün perspektivli tezböyüyən və müvafiq keyfiyyətə malik olan ağac cinslərinin müəyyənləşdirilməsi, ağac növlərinin eyniləşdirilməsi

Tezböyüyən ağacların plantasiyalarının yaradılmasına dair işlərin aparılması

Ölkənin regionları üzrə perspektivli tez böyüyən, müvafiq keyfiyyətə malik ağac və kol cinsləri xüsusi olaraq seçilib əkilmişdir. Bu ağac və kol cinslərindən şabalıdyarpaq palıd, şabalıd, adi göyrüş, çinar, sərv və s. göstərmək olar.

Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi bölgələrində meşələrin salınmasında ağac və kol cinsləri konkret şəraitə uyğun olaraq seçilib əkilmişdir. Salınmış meşə əkinlərinə aqrotexniki qulluq edilmiş və tələb olunan ərazilərdə suvarma işləri apa-rılmışdır.

Milli Proqramın icrası ilə əlaqədar olaraq Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi əra-zilərində 39250 hektar sahədə meşəbərpa və yeni meşələrin salınmasında istifadə edilən ağac və kol cinslərinin 80%-dən çoxu, Talışın dağlıq və dağətəyi ərazilərində salınan 13600 hektar meşə əkinlərinin 100 %-i, Kür-Araz çayları məcralarında (Tuqay meşə əra-zilərində) salınan 6600 hektar sahilbərkidici meşə əkinlərinin 75%-dən çoxu, Bakı şəhəri ətrafı ərazilərdə və Qobustan yarımsəhra zonalarında salınan 1087 hektar meşə və yaşıllıq sahələrində əkilən ağac və kolların 90%-dən çoxu tezböyüyən və perspektivi olan ağac və kollardan ibarətdir.

Böyük Qafqaz üzrə (2003-2008-ci illərdə) cəmi 465 ha, bundan Zaqatala MMBM üzrə 90 ha, Yalama MMBM üzrə 23 ha, Şabran MMBM üzrə 35 ha, Şəki MMBM üzrə 22 ha,

3131

Qəbələ MMBM üzrə 33 ha, İsmayıllı MMBM üzrə 25 ha, Oğuz MMBM üzrə 39 ha, Şamaxı MMBM üzrə 40 ha, Kiçik Qafqaz üzrə cəmi 158 ha, bundan Tovuz MMBM üzrə 36 ha, Ağstafa MMBM üzrə 40 ha, Qazax MMBM üzrə 19 ha, Göygöl MMBM üzrə 9 ha, Goran-boy MMBM üzrə 24 ha, Gədəbəy MMBM üzrə 30 ha, Kür-Araz ovalığı üzrə cəmi 439 ha, bundan Yevlax MMBM üzrə 85 ha, Sabirabad MMBM üzrə 20 ha, Bərdə MMBM üzrə 41 ha, Zərdab RMSM üzrə 132 ha, Beyləqan MMBM üzrə 22 ha, Ağcabədi MMBM üzrə 14 ha, Ağdaş MMBM üzrə 125 ha, Bakıətrafı ərazilərdə (Qobustan rayonu, Cəngi MSM) 90 ha sahədə perspektivli tezböyüyən cinslərdən ibarət meşə əkinləri salınmışdır.

Oduncağın işlənmə sisteminin yaradılması, tullantıların təkrar istifadəsi

Qanunvericiliyə əsasən ölkə meşələri I qrupa aid edildiyindən sənaye qırmaları qadağan edilmişdir. Meşələrdə xidməti qırmalardan ildə 50-60 min m3 oduncaq qazlaşma aparıl-mayan regionlarda istilik enerjisi alınması məqsədilə istifadə edilmişdir.

Yeni meşə-bağların salınması üçün perspektivli sahələrin müəyyənləşdirilməsi

Böyük və Kiçik Qafqazın dağlıq, dağətəyi və Aran meşə ərazilərində meşə bağlarının sa-lınması üçün müvafiq sahələr müəyyənləşdirilmiş, cəmi 2084 ha sahədə qoz, şabalıd, badam, armud, ərik, gavalı və digər ağac-kol cinslərindən meşə-bağlar salınmışdır.

Böyük Qafqaz üzrə cəmi 1715 ha, bundan Balakən MMBM üzrə 50 ha, Zaqatala MMBM üzrə 364 ha, Şəki MMBM üzrə 130 ha, Qax MMBM üzrə 219 ha, Oğuz MMBM üzrə 146 ha, Qəbələ MMBM üzrə 335 ha, İsmayıllı MMBM üzrə 233 ha, Şamaxı MMBM üzrə 1 ha, Giləzi RMSM üzrə 6 ha, Qusar MMBM üzrə 18 ha, Yalama MMBM üzrə 56 ha, Quba MMBM üzrə 157 ha, Kiçik Qafqaz üzrə 100 ha, bundan Göygöl MMBM üzrə 43 ha, Go-ranboy MMBM üzrə 5 ha, Daşkəsən MMBM üzrə 4 ha , Gədəbəy MMBM üzrə 39 ha, To-vuz MMBM üzrə 9 ha, Lənkəran – Astara zonası üzrə cəmi 230 ha, bundan Masallı MMBM üzrə 96 ha, Lerik MMBM üzrə 35 ha, Lənkəran MMBM üzrə 44 ha , Astara MMBM üzrə 55 ha, Aran zonası üzrə cəmi 39 ha, bundan Beyləqan MMBM üzrə 12 ha, Bərdə MMBM üzrə 27 ha sahədə meşə-bağlar salınmışdır.

Meşə ehtiyatlarından səmərəli istifadə edilməsi üçün zonalar üzrə ehtiyatların müəyyənləşdirilməsi.

Milli Proqramın icra müddəti dövründə (2003-2008-ci illərdə) 930 ton meyvə, giləmeyvə, sitrus və qozmeyvəli bitkilərdən məhsul tədarük edilmişdir. Biomüxtəlifliyin qorunması məqsədilə ölkə üzrə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 4,5 %-dən 10,3 %-ə qədər artırılaraq 893 min hektara çatdırılmışdır. Xüsusi mühafizə olunan təbiət əraziləri əsasən meşə fondu torpaqları hesabına artırılmışdır.

Böyük Qafqaz üzrə 128 ton qoz, 74 ton cır meyvə, 273 ton meyvə, 5 ton bal, Kiçik

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

3232

Qafqaz üzrə 21 ton qoz, 71 ton cır meyvə, 145 ton meyvə, 2 ton bal, Lənkəran-Astara bölgəsi üzrə 79 ton sitrus meyvələri, 25 ton cır meyvə, 114 ton meyvə, Aran zonası üzrə 256 ton taxıl, 65 ton bostan məhsulları tədarük edilmişdir.

Meşə ərazilərində yerləşən yaşayış məntəqələrinin iqtisadi vəziyyətinin, o cümlədən əmək ehtiyatlarının, enerji təminatının və s. qeydə alınması

Bu istiqamətdə bölgələr üzrə maarifləndirmə işləri aparılmış və yaşayış məntəqələrinə yaxın olan meşə ərazilərində meşələrin qorunmasına və mühafizəsinə yardım məqsədilə yerli icmalara meşələrdən əlavə istifadə üçün bəzi güzəştlər (ot tədarükü, yanacaq üçün ağacların quru budaqlarının sahədən təmizlənməsi) edilmiş, əhali mövsümi işlərə (meyvə tədarükü, arıçılıq) cəlb olunmuşdur.

Rekreasiya meşə zonalarının inkişafı

2003-2008-ci illər ərzində regionlarda hüquqi və fiziki şəxslərlə istirahət-rekreasiya məqsədilə 1154 müqavilə üzrə 1251 ha meşə sahəsi istifadəyə verilmiş və 4061 yeni iş yeri açılmışdır. Bu müddət ərzində meşə fondu torpaqlarının istifadə vəziyyətinin araş-dırılması məqsədilə 42 dəfə yoxlama keçirilmiş və meşə qanunvericiliyinin və müqavilə şərtlərinin pozulması ilə əlaqədar 36 müqaviləyə vaxtından əvvəl xitam verilmişdir.

Əhali arasında meşə proqramı ilə əlaqədar təşkilatlanma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin yerli struktur bölmələri müntəzəm olaraq “Meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proq-ram”ın yerinə yetirilməsi barədə yerli icmalarda maarifləndirmə işləri aparmışdır.

Ətraf mühitin, o cümlədən meşələrin və biomüxtəlifliyin qorunmasına yönəldilmiş beynəlxalq proqramlarda iştirak

Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Şəki rayonunun Kiş çayı hövzəsində eroziyanın qarşısının alınması üçün yuxarı meşə qurşağında 550 hektar sahədə meşəbərpa və meşə-salma tədbirləri aparılmışdır.

3333

1.3. Azərbaycan Respublikasında hidrometeorologiyanın inkişafı Proqramı

Qlobal Telekommunikasiya Sisteminə (QTS) çıxışın regional mərkəz olan Rusiya ilə yanaşı Türkiyə vasitəsi ilə təmin edilməsi

İlkin mərhələdə Ankara ilə meteoroloji məlumatlar mübadiləsi İnternet üzərindən həyata keçirilirdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamen-tinin binasında VSAT (Very Small Aperture Terminal) yerüstü peyk mübadilə sistemi qu-raşdırıldıqdan sonra Ankara Meteorologiya Mərkəzi ilə məlumatlar mübadiləsi bu sistem-lə TÜRKSAT rabitə peyki vasitəsilə aparılır. 2010-cu ilin sonlarında Türkiyə tərəfindən bu sistem yeniləşdirilmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin binasında yeni VSAT sistemi quraşdırılmışdır. Bakı-Ankara kommunika-siya kanalı Ümumdünya Meteorologiya Təşkilatının Qlobal Telekommunikasiya Sistemi-nin sxeminə əlavə edilmişdir.

Ölkənin Hidrometeoroloji şəbəkəsinə daxil olan stansiya və məntəqələrin regional müəssisələr vasitəsi ilə Məlumatların Kommutasiya Mərkəzinə (MKM) qoşulmasının təmin edilməsi

Bütün Regional Mərkəzlər (Abşeron, Gəncə, Mingəçevir, Şəki, İsmayıllı, Sabirabad, Lənkə-ran, Quba, Neftçala, Tərtər) və bir sıra stansiyaların Mərkəzlə əlaqəsi müasir kommunika-siya kanalları vasitəsilə təmin edilmişdir.

Müvafiq dövlət orqanlarına təbii fəlakət xarakterli hadisələr barədə təqdim olu-nan informasiya bülletenlərinin təkmilləşdirilməsi, məlumatların yerlərdən alın-mış fotoşəkillər, CİS-də vizuallaşdırılmış xəritə-sxemlər, peyk məlumatları ilə tə-min edilməsi

Təqdim olunan bülletenlərin yeni forması işlənilmişdir. Məlumatların məzmunu dəqiqləş-dirilərək istifadə üçün daha yararlı formatda verilir. Hər il dağlarda qar ehtiyatlarının müəy-yən edilməsi üçün aparılan ekspedisiyaların, Kür çayı boyu və onun deltasında aparılan hidroloji ölçmə və en kəsiyinin profillərinin çıxarılması, Tufandağ buzlaqlarının tədqiqi üzrə ekspedisiyaların nəticələri və s. materiallar qrafik, fotoşəkillər, xəritələr daxil olmaqla yeni formatda hazırlanılır. Azərbaycan Respublikasının iqlim və sel xəritələri CİS-də işlə-nilmişdir.

Aidiyyəti dövlət orqanlarına təqdim olunması üçün kənd təsərrüfatı, suvarma, tikinti, energetika və digər sahələrdə iqlim resursları, yağıntı rejimi və yerüstü su resursları haqqında aylıq və illik icmallar, habelə iqlim və aqroiqlim xəritələrinin (əsas statistik məlumatların əks olunduğu atlas formasında) hazırlanması

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

3434

13 meteoroloji stansiyanın aylıq-illik məlumatları Statistik Hesabatlarda yerləşdirilir və çap olunur. Azərbaycanın İqlim xəritəsinin CİS variantı işlənilmişdir. Aylıq yağıntıların və aylıq orta temperaturların xəritələri, verilən aqroiqlim icmalları hər ay Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çap olunan aylıq bülletenə daxil edilir.

Yerlərdə WEB - kameraların quraşdırılması, rəqəmli fotoaparatlardan istifadə edil-məsi, operativ videomaterialların mərkəzə ötürülməsi və yayımlanması

İqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidro-meteorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri aparılır. Bu məqsədlə quraşdırılmış avadanlıqlar vasitəsilə Kür çayının mənsəbində səviyyə tərəd-düdlərini və Kiş çayında sel axınlarını, o cümlədən Şahdağın Kaboş zirvəsində və Ləzə məntəqəsində, həmçinin Şahdüzündə yüksək dağlıq ərazilərin hava şəraitini real vaxt re-jimində izləməyə imkan verən videogörüntülər alınır və nazirliyin internet səhifəsində yayımlanır.

Paytaxtın küçələrində, böyük şəhərlərdə və avtomagistrallarda radio ilə idarə olu-nan meteoroloji məlumat tablolarının yerləşdirilməsi

Bakı şəhərinin ictimai nəqliyyat dayanacaqlarında və avtomagistrallarda meteoroloji mə-lumat tabloları quraşdırılmışdır.

Aqrometeoroloji məlumatların kənd təsərrüfatı sahəsində tətbiqinin genişlən-dirilməsi

Aylıq yağıntıların və aylıq orta temperaturların xəritələri verilən aqroiqlim icmalları Eko-logiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çap olunan aylıq bülletenlərə daxil edilir. Həftədə 2 dəfə aqrometeoroloji icmallar gündəlik meteoroloji bülletenə əlavə olunur.

Kənd təsərrüfatında su təminatının yaxşılaşdırması, suvarma suyundan və suvarılan torpaqlardan səmərəli istifadə edilməsi məqsədi ilə kənd təsərrüfatı strukturlarının müəyyən edilmiş qaydada aqroiqlim və operativ hidrometeoroloji məlumatlarla tə-min edilməsinin təşkili

Təqdim olunan operativ hidrometeoroloji proqnozlar, icmallar və məlumatlar Kənd Təsərrüfatı Nazirliyində, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də və onların yerli strukturları, fermerlər tərəfindən istifadə olunur.

Aqrometeoroloji məlumatların bülleten, icmal formasında müasir tələblərə uyğun tərtibatı, kütləvi informasiya vasitələrində aqrometeoroloji şərh və icmalların ya-yımlanması

3535

2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı çərçivəsində müvafiq məlumatlar hazırlanıb müta-madi aidiyyəti qurumlara təqdim edilmişdir. Çap edilən aylıq bülletenlərdə aqrome-teoroloji şərhə geniş yer verilir. Həftədə 2 dəfə aqrometeoroloji icmallar gündəlik meteoroloji bülletenə əlavə olunur. Kütləvi informasiya vasitələrində bu barədə mə-lumatlar verilir.

Aqrometeoroloji müşahidə şəbəkəsinin optimallaşdırılması, müşahidə şəbəkəsinin müasir cihaz və avadanlıqlarla təmin edilməsi, əkin sahələrində və otlaqlarda tor-paqların rütubətliyi üzərində müşahidələrin bərpası, torpaq səthindən buxarlanma üzərində müşahidələrin təşkili

3 ədəd buxarlanma ölçən QQİ-3000 markalı cihaz alınmış və quraşdırılmışdır. Yeni qu-raşdırılmış 10 ədəd avtomatik meteoroloji stansiyanın məlumatları evatranspirasiyanın hesablanmasına imkan verir.

Dəniz akvatoriyasında və sahilboyu ərazilərdə müşahidə sisteminin inkişaf etdiril-məsi, stansiya və məntəqələrin müasir cihaz və avadanlıqla təmin edilməsi, açıq dənizdə avtomatlaşdırılmış meteoroloji stansiyalar şəbəkəsinin yaradılması

Dəniz stansiyaları bır sıra yeni cihaz və avadanlıqlarla təmin olunmuşdur. Neft Daşları stansiyası təmir edilmişdir. NATO-nun “Sülh Naminə Elm” proqramı üzrə həyata keçi-rilmiş “Xəzər dənizi ekosisteminin çoxsahəli analizi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Türkiyənin Orta Şərq Texniki Universiteti, Rusiya Elmlər Akademiyasının Okeanoqrafiya, Riyazi Hesablamalar və Su Problemləri institutları, Ukrayna Elmlər Akademiyasının Də-niz Hidrofizikası İnstitutu, Həştərxan Beynəlxalq Okeanoqrafiya İnstitutu ilə birgə Xəzər dənizinin monitorinq sisteminin təkmilləşdirilməsi, dəniz ekosistemində gedən proses-lərin aydın təsəvvür edilməsi, baş verə biləcək hadisələrin keyfiyyət və kəmiyyət göstəri-cilərinin proqnozlaşdırılmasına imkan yaradılması üçün stasionar və səyyar cihazlardan istifadə olunaraq dəniz axınları və digər parametrlər öyrənilmişdir.

Layihə çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti üçün 2 ədəd dəniz axınlarını ölçən stasionar cihaz (Current Meter) və 1 ədəd elektrik keçiriciliyi, temperatur və dərinliyi təyin edən cihaz (CTD) alınmışdır. Həmçinin dəniz axınlarını ölçən 6 səyyar cihaz - drifterlər alınmış və onlar nazirliyin “Əlif Hacıyev” gəmisindən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin şimal, orta və cənub hissələrində dənizə atılmış, drifterlərin peyk vasitəsilə fasiləsiz müşahidə edilən koordinatları əsasında axınların istiqamət və sürəti, təzyiq, dəniz səthində və dərinlikdə temperatur real vaxt rejimində qeyd olunmuşdur. Həmin pa-

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

3636

rametrlərdən istifadə olunaraq real vaxt rejimində sirkulyasiya modelləri hazırlan-masıdır.

Səngi-Muğan adasında yeni dəniz hidrometeoroloji stansiyasının açılması

Səngi-Muğan adasında yeni dəniz hidrometeoroloji stansiya qurularaq istifadəyə ve-rilmişdir.

Səviyyə dəyişmələrinin sahilboyu zonalara və dəniz akvatoriyasının ekoloji vəziy-yətinə təsirinin qiymətləndirilməsi, Xəzərə tökülən çayların deltalarında baş verən dəyişikliklərin əlaqədar elmi-tədqiqat institutları ilə birgə öyrənilməsi

Hidrometeoroloji məlumatlardan istifadə edilməklə bu sahədə bir sıra araşdırmalar, elmi-tədqiqat işləri, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu ilə birgə tədqiqat işləri aparılmışdır. Xəzər dənizinin səviyyəsinin qalxmasının Kür çayının su ötürücülük qabiliyyətinə əks təsiri barəsində tədqiqatların nəticələri 6-cı Ümumrusiya Hidroloji Qurultayına məruzə olunmuşdur. Sahil ərazilərinin subasma eh-timalı barəsində xüsusi atlas hazırlanmış və dövlət orqanlarına tövsiyələr verilmişdir. Dənizin səviyyə tərəddüdləri araşdırılmış və uzunmüddətli proqnozlar hazırlanmışdır.

Avtomatlaşdırılmış aviameteoroloji müşahidə şəbəkəsinin yaradılması və inkişaf et-dirilməsi

Binə, Naxçıvan, Gəncə, Zaqatala, Lənkəran beynəlxalq aeroportlarında beynəlxalq standartlara cavab verən avtomatlaşdırılmış meteoroloji müşahidə sistemləri qurul-muş, Yevlax hava limanında, Ağsuda, Heydər Əliyev Bakı Dərin Özüllər Zavodunun ərazisində Finlandiya istehsalı olan avtomat meteoroloji stansiyalar quraşdırılmışdır.

Müvafiq dövlət orqanları, habelə əhali üçün iqlimdə baş verən və baş verə biləcək dəyişikliklər, bununla bağlı problemlər barəsində məlumatlandırma sisteminin inki-şaf etdirilməsi, bülletenlərin, icmalların hazırlanması və yayımlanması

“Azərbaycan Respublikasının iqlim dəyişmələri sahəsində İkinci Milli Məlumatları” ha-zırlanmış və BMT-nin İqlim dəyişmələri üzrə çərçivə Konvensiyasının Katibliyinə təqdim edilmişdir. Layihə çərçivəsində Böyük Britaniyanın Meteorologiya Təşkilatının “PRESİS” regional modeli ilə 2020-2050, 2070-2100-cü illər üçün iqlim ssenariləri hesablanmış-dır. Alınmış maraqlı nəticələr seminarlarda, mətbuat konfranslarında müzakirə edilmiş, KİV-də yayımlanmışdır. Hazırda “Azərbaycan Respublikasının iqlim dəyişmələri sahəsində Üçüncü Milli Məlumatları” layihəsi işlənilir.

Parnik qazlarının azaldılması üzrə yeni layihələrin hazırlanması və həyata keçirilməsi

3737

Kiçik su elektrik stansiyalarının tikintisi üzrə layihələr həyata keçirilir. Vayxır SES (4.6 MVt) tikilib. Ordubad SES üzrə texniki iqtisadi əsaslandırma sənədi hazırlanmış, inşası üzrə da-nışıqlar aparılır.

Şirvan İES-də fiziki və mənəvi cəhətdən köhnəlmiş, ekoloji tələblərə cavab verməyən enerji bloklarının yerində müasir tipli yüksək faydalı iş əmsalına malik, gücü 800-900 MVt olan stansiyanın inşa edilməsi nəzərdə tutulmuşdur.

Alternativ enerji mənbələrindən - günəş, külək, su enerjilərindən istifadə edilməsi üçün əsaslandırılmış tədqiqatların aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyində pilot layihə kimi Pirallahı hidrometeoroloji stan-siyasında külək və günəş aqreqatları quraşdırılmışdır. Alınmış yeni Avtomat Meteoroloji Stansiyalar günəş panelləri ilə təchiz edilmişdir.

Sənaye və Energetika Nazirliyi tərəfindən “Alternativ enerji mənbələrindən - günəş, külək, su enerjilərindən istifadə edilməsi üçün əsaslandırılmış tədqiqatların aparılma-sı” tədbirinin icrası ilə əlaqədar Abşeron rayonunun ərazisində 105 MVt gücündə hib-rid tipli (25 MVt günəş və 80 MVt külək) elektrik stansiyalarının pilot layihəsi həyata keçirilir.

AMEA tərəfindən 2010-cu ildə “Azərbaycanda müasir külək enerji ehtiyatlarının tədqiqi” mövzusunda elmi-tədqiqat işi aparılmışdır.

“Azərenerji” ASC tərəfindən kiçik çayların hidropotensialının qiymətləndirilməsi və onla-rın ölkə üzrə yerləşmə xəritəsinin hazırlanması istiqamətində tədqiqat işləri aparılmışdır. Ölkənin dağ və dağətəyi çayları, eləcə də digər kiçik su axarları üzərində 280-dən çox Kiçik Su Elektrik Stansiyasının (KSES) tikilməsinin mümkünlüyü müəyyən edilmiş, onla-rın xəritə-sxemi işlənilmişdir. KSES-lərin ümumi gücü orta hesabla 0.80 MVt, onların illik enerji istehsalı 3.3 mlrd. kVt/saat təşkil edir. Yaxın gələcəkdə tikilməsi nəzərdə tutulan 10 KSES-nin texniki-iqtisadi əsaslandırılması işləri yerinə yetirilmişdir. Onlardan Yuxarı Şirvan Kanalı üzərində “Göyçay-1” KSES, Balakənçay üzərində “Balakən-1” KSES və Qusar qolu kanalı üzərində “Qusar-1” KSES-in texniki layihələri də işlənilmişdir. Səngərçayın üzərin-dəki KSES-7-nin geniş texniki-iqtisadi əsaslandırılması, eləcə də 6 KSES-in ilkin texniki-iq-tisadi əsaslandırılması tərtib olunmuşdur.

Təsərrüfat sahələrinin iqlim məlumatlarına olan tələbatlarının öyrənilməsi və ödənilməsi

Təsərrüfat sahələrinin iqlim məlumatlarına olan tələbatlarının öyrənilməsi və ödənilməsi üçün araşdırmalar aparılır. İqlim məlumatları təşkilatlara sorğu əsasında qanunvericiliyə

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

3838

uyğun olaraq təqdim olunur. “Tikinti normaları və qaydaları”nda istifadə olunan iqlim məlumatları yenilənmişdir.

İqlim məlumatlarının təhlili metodlarının inkişaf etdirilməsi, iqlimlə bağlı müxtə-lif xarakteristikaların və indekslərin (quraqlıq, termal, yağıntı, ekstremallıq və s.) müntəzəm hesablanması, indeks kataloqlarının yaradılması, son dövrlərin mə-lumatları nəzərə alınmaqla hidrometeoroloji parametrlərin çoxillik normalarının hesablanması

Bir sıra iqlimi xarakterizə edən indekslər mütəmadi olaraq hesablanılır, aylıq, illik icmal-larda, Ümumdünya Meteorologiya Təşkilatının illik iqlim icmalında çap edilir. Aparı-lan tədqiqatlarda ekstremallıq indeksi qiymətləndirilmiş və çap edilmişdir. Son dövrlərin məlumatları nəzərə alınmaqla hidrometeoroloji parametrlərin yeni çoxillik normalarının hesablanması üçün məlumatlar yığılır.

İqlim məlumatları bazasının CİS-də vizuallaşdırılması, yeni iqlim atlaslarının hazırlanması

İqlim xəritəsinin və sel xəritəsinin CİS variantı işlənilmişdir. Hər ay yağıntı və temperatur xəritələri CİS-də qurulur. Külək, günəş radiasiyası, buludluluq və s. parametrlərin CİS xəritələri hazırlanmışdır. Yeni iqlim atlaslarının tam şəkildə CİS-də qurulmasına hazırlıq işləri aparılır.

Ümumdünya Meteorologiya Təşkilatının tövsiyəsinə uyğun olaraq internetdə milli iqlim səhifəsinin yaradılması və inkişaf etdirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında www.eco.gov.az hidrometeorologiya sə-hifəsi yaradılmışdır.

Ümumdünya Meteorologiya Təşkilatının tövsiyəsinə uyğun olaraq biometeoro-logiya və iqlimlə bağlı insan sağlamlığının qorunması üzrə xüsusi proqramın yerinə yetirilməsi

Mütəmadi olaraq meteohəssas vətəndaşlar üçün xüsusi biometeoroloji proqnozlar verilir, bu proqnozlar KİV-də yayımlanır.

Azərbaycan Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyi ilə birlikdə meteoroloji şə-raitdən asılı olaraq təcili tibbi yardıma olan müraciətlər, Lənkəran, Salyan, Zaqatala, Yevlax, Quba rayonları üzrə tənəffüs orqanları və qan dövranı sisteminin xəstəlikləri, yenitörəmələrə aid məlumatlar toplanılmış, onların meteoroloji şəraitlə əlaqəsi tədqiq olunmuşdur.

3939

İqlim dəyişmələrinin təsirinin qiymətləndirilməsi sahəsində tətbiqi əhəmiyyəti olan elmi-tədqiqat işlərinin aşağıdakı istiqamətlərdə yerinə yetirilməsi:

– qlobal iqlim ssenarilərinə uyğun olaraq Azərbaycan Respublikasında baş verə biləcək regional və yerli iqlim şəraitinin zonalar üzrə dəyişikliklərinin tədqiqi;

– iqlim dəyişmələrinin təsiri nəticəsində kənd təsərrüfatı bitkilərinin və meyvə ağac-larının vegetasiya dövrünün dəyişməsinin tədqiqi;

– iqlim dəyişmələrinin insan sağlamlığına təsirinin tədqiqi;

– iqlim dəyişmələrinin bioloji müxtəlifliyə təsirinin qiymətləndirilməsi sahəsində araş-dırmaların aparılması;

– iqlim dəyişmələrinin təsirinə həssas olan iqtisadi zonaların və ekosistemlərin tədqiqi.

Bütün bu məsələlər “Azərbaycan Respublikasının İqlim Dəyişmələri üzrə 2-ci Milli Mə-lumatları” layihəsi çərçivəsində tədqiq edilmiş, azərbaycan və ingilis dillərində çap edilərək yayımlanmış, eyni zaman BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konven-siyasının Katibliyinə təqdim edilmiş və onların internet səhifəsində yerləşdirilmişdir. Hazırda “Azərbaycan Respublikasının İqlim Dəyişmələri üzrə 3-cü Milli Məlumatları” layihəsi həyata keçirilir.

Hidrometeoroloji müşahidə şəbəkəsinə daxil olan stansiya və məntəqələrin modern-ləşdirilməsi

Finlandiya istehsalı olan 19 müasir avtomat meteoroloji stansiya alınıb quraşdırılmışdır (Pirallahı adası, Yevlax aerodromu, Heydər Əliyev Bakı Dərin Özüllər Zavodu, Ağsu, Bakı şəhəri, Göyçay, Tərtər, Gəncə, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Mərəzə, Şəki, Zaqa-tala, Qəbələ) və 12 ədəd mini avtomat stansiya alınmışdır.

Hidrometeoroloji müşahidə şəbəkəsinin optimallaşdırılması, yüksək dağlıq ərazilər-də, açıq dənizdə, meşə və xüsusi mühafizə olunan təbiət ərazilərinin iqlim xüsusiy-yətlərinin öyrənilməsi məqsədi ilə yeni stansiya və məntəqələrin açılması

Şirvan Dövlət Qoruğunda 1 ədəd, Naxçıvan MR-nın Dövlət Qoruqlarında 2 ədəd, Ağsuda 1 ədəd yeni meteoroloji stansiya qurulmuşdur. Ağgoldə hidroloji məntəqə açılmışdır. Ba-zardüzü – Tufandağ - Şahdağ ərazisində kompleks hidrometeoroloji, qlyasioloji və ekoloji müşahidə və elmi-tədqiqat mərkəzi yaradılmış, Tufandağda, Şahdağda və Şahdüzündə Avtomat Meteoroloji Stansiyalar quraşdırılmışdır.

Meteoroloji, hidroloji, aviameteoroloji, dəniz hidrometeoroloji, aeroloji, aktinometrik, ozonometrik müşahidələrin avtomatlaşdırılmış sistemlə aparılmasının təmin edilməsi

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

4040

8 yağıntıölçən, su səviyyəölçənləri, 19 ədəd Avtomatik Meteoroloji Stansiya (AMS), 12 ədəd mini AMS qurularaq müşahidələrin avtomatlaşdırılmış sistemlə aparılması təmin edilmişdir.

Maştağa və Lənkəran aeroloji stansiyalarının fəaliyyətinin bərpa edilməsi və ae-roloji məlumatların QTS-də yayımlanmasının təmin edilməsi

Maştağa aeroloji stansiyasının fəaliyyəti bərpa edilmişdir.

Hidrometeoroloji məlumatların istifadə edilməsi üçün kompyuter idarəetmə şəbəkəsinin yaradılması

Müasir kompyuter idarəetmə şəbəkəsi yaradılmışdır.

Hidroloji proqnoz modellərinin inkişaf etdirilməsi

Mövcud və müasir hidroloji modellər haqqında informasiya toplanmışdır. Danimarka Hidrologiya İnstitunun “MİKE BASİN” modeli alınmış və həmin model üzrə treninq ke-çirilmişdir.

Kür çayı mənsəbində instrumental topoqrafik planalma işlərinin aparılması

Mütəmadi olaraq ekspedisiyalar təşkil olunmuş, Kür şayının deltası boyunca ay-rı-ayrı qollarda hidroloji ölçmə və çayın en kəsiyinin profilinin çıxarılması işləri apa-rılmışdır.

Sellərin və təhlükəli daşqınların izi ilə maksimal su sərflərinin və başqa ekstremal hidroloji hadisə və proseslərin tədqiqi

Sel və daşqın hadisələrindən sonra daşqınların izi ilə maksimal su sərflərinin hesablan-ması üçün xüsusi ekspedisiyalar təşkil olunur. Maksimal su sərfləri haqqında məlumatlar hidroloji sıralara əlavə edilərək planlaşdırma və tikinti layihələrində işlədilən təminatlı qiy-mətlərin hesablanmasında istifadə olunur. Bu məlumatlar əsasında sel riski xəritəsi və sel kataloqu hazırlanmışdır.

Təbii göllərin öyrənilməsi

İri su anbarlarından əlavə Göygöl, Ağgöl, Ağzıbirçala kimi təbii göllərdə hidroloji müşahi-dələr və tədqiqat işləri aparılmışdır.

Su ehtiyatlarının tədqiqi üzrə qlyasioloji (buzlaqların tədqiqi) işlərin aparılması

Tufandağın Mahmuddərə buzlağına mütəmadi olaraq ekspedisiya təşkil olunur. Təs-diq olunmuş plan-proqrama uyğun olaraq Bazardüzü – Tufandağ - Şahdağ ərazisin-də kompleks hidrometeoroloji, qlyasioloji və ekoloji müşahidə və elmi-tədqiqat işləri aparılır.

Qarölçmə işlərinin aparılması

4141

Hər ilin mart ayında Böyük və Kiçik Qafqazda əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə ekspedisiyalar təşkil olunur və qarölçmə işləri aparılır. Tədqiqatların nəticələri əsasın-da hesabat hazırlanır və yaz-yay gursululuğu dövründə çaylarda sululuğun proqnozunun tərtib olunmasında istifadə olunur.

Respublikanın su ehtiyatlarının qiymətləndirilməsi və çayların daşqın axım proqnoz metodikasının işlənməsi

Su ehtiyatlarının monitorinqi sisteminin inkişafı istiqamətində Kür çayında Qıraq Kəsəmən məntəqəsində, Ağstafaçayda Musaköy məntəqəsində, Qabırrıda Kəsəmən məntəqəsin-də, Qanıxda Əyriçayın mənsəbində telemetriya sistemi ilə təmin olunmuş hidroloji ölçmə məntəqələri quraşdırılmışdır. Dövlət Su Kadastrının aparılması sistemi avtomatlaşdırılır.

Çayların ekoloji axımının tədqiqi

Çaylarda ekoloji axımın qiymətləndirilməsi üzrə geniş tədqiqat işləri aparılmışdır.

Təhlükəli hidrometeoroloji hadisələrin öyrənilməsi və proqnozlaşdırılması

Təhlükəli hidrometeoroloji hadisələr barəsində illik xülasələr hazırlanır və çap edilir. Mete-oroloji radarlardan istifadə edilməklə təhlükəli hidrometeoroloji hadisələrin (dolu, leysan, daşqınlar) çox qısa müddətə (2-6 saat) proqnozlaşdırılması metodikası üzrə tədqiqat iş-ləri aparılmışdır. Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunda Təhlükəli hidrometeo-roloji hadisələrin öyrənilməsi və proqnozlaşdırılması mövzusunda tədqiqat işləri yerinə yetirilmişdir. Hidrometeorologiya xidməti peyk məlumatlarından istifadə edilməklə yağış daşqınlarının və subasmaların proqnozlaşdırılması üzrə beynəlxalq layihədə iştirak edir. Respublikanın sel kataloqu və sel təhlükəsi xəritəsi hazırlanmışdır.

Biometeoroloji tədqiqatların aparılması

Azərbaycan Milli Elmlər Akademiyası və Səhiyyə Nazirlyinin mütəxəssislərinin iştirakı ilə biometeoroloji tədqiqatlar aparılır.

Hidrometeoroloji ölçü vasitələrinin sınağı, standartlaşdırılması və metroloji təmi-natının həyata keçirilməsi məqsədi ilə müasir tələblərə cavab verən laboratoriyanın yaradılması

Nazirliyin Metrologiya və Standartlaşdırma Mərkəzi bir sıra etalon cihazlarla təmin edil-mişdir və metrologiya işlərinin görülməsi üçün lisenziya almışdır. Respublikadakı mete-oroloji cihazlar bu mərkəz tərəfindən yoxlanılır.

Kompleks etalon yoxlama cihazlarının alınıb quraşdırılması

Etalon yoxlama cihazları alınaraq quraşdırılmışdır.

ÜMT-nin RMTM-də təşkil edilən qısamüddətli və uzunmüddətli seminar və kurslar-da kadrların ixtisaslarının artırılmasının təşkili

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

4242

Hər il 3-7 nəfər mütəxəssis xarici ölkələrdə ixtisasartırma kurslarında iştirak edir. Son il-lərdə mütəxəssislər Türkiyədə, Rusiyada, Çində, Cənubi Koreyada, Almaniyada, Fransada, Böyük Britaniyada və digər ölkələrdə ixtisaslarını artırmışlar.

Ölkə hüdudlarında texniki və mühəndis kadrlarının ixtisaslarının artırılmasının təşkili

Nazirliyin İxtisasartırma İnstitutunun nəzdində hər il hidrometeorologiya üzrə ixtisasartır-ma kursları təşkil olunur. Bundan əlavə yerlərdə mütəxəssislər üçün kurslar təşkil olunur, metodik yardım göstərilir.

Hidrometeorologiyanın ayrı-ayrı sahələri üzrə mühəndis kadrlarının hazırlanma-sı və onların Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tədris-təcrübə bazasında istehsalat təcrübəsinin keçirilməsi sahəsində Təhsil Nazirliyi ilə əməkdaşlığın ge-nişləndirilməsi

Hidrometeorologiya sahəsində kadrlar Bakı Dövlət Universitetində hazırlanır. Universite-tin Hidrometeorologiya kafedrası ilə sıx əməkdaşlıq həyata keçirilir.

Hidrometeoroloji məlumatların vizuallaşdırılması, təhlili üçün sinoptika, peyk meteoro logiyası, hidroloji proqnoz, aqrometeorologiya, aktinometriya, aerologiya, radiometeorologiya, dəniz hidrometeorologiyası, iqlimşünaslıq sahələri üzrə avto-matlaşdırılmış iş yerlərinin yaradılması

Sinoptika sahəsində avtomatlaşdırılmış iş yeri, Peyk meteorologiyası üzrə Avropa Mete-oroloji Peyklər Təşkilatının dəstəyi ilə əldə edilmiş yerüstü sistem istifadə olunur. Radio-meteorologiya üzrə Ağstafada və Şamaxıda yerləşən MRL-5 radarları avtomatlaşdırılmış müşahidə sistemi ilə təchiz olunmuşdur. Məlumatların təhlili və arxivləşdirilməsi xüsusi proqram kompleksinin köməyi ilə həyata keçirilir, hazırda bu işin xeyli hissəsi region-larda aparılır.

Hidrometeoroloji müşahidə şəbəkəsinin yeni cihaz və avadanlıqlara olan tələba-tının ödənilməsi məqsədilə meteoroloji, aktinometrik, aeroloji, hidroloji, aqromete-oroloji, dəniz hidrometeoroloji, aviameteoroloji, radiometeoroloji ölçü cihazlarının və kompüterlərin alınması

19 ədəd avtomat meteoroloji stansiya, 12 ədəd mini avtomat meteoroloji stansiya, 8 ədəd avtomat yağıntı məntəqəsi, 5 çay səviyyəölçəni, 43 ədəd anemorumbometr (külək), 22 ədəd flyuger (külək), 16 ədəd plyuvioqraf (yağıntı), 6 ədəd elektron baro-metr, 15 dəst hidroloji avadanlıq, 500-dən çox müxtəlif termometrlər, radiasiyanı ölç-mək üçün 15 ədəd dozimetr, buxarlanmanı ölçən 3 ədəd qurğu, 16 ədəd termoqraf, 16 hiqroqraf (rütubətyazan), qarölçən tamasalar və s. bu kimi hidrometeoroloji cihaz-lar alınmışdır. Kür və Araz çaylarında su sərfinin dəqiq ölçülməsi üçün 2 ədəd Dopler su sərfölçən cihazı alınmışdır.

4343

1.4. Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı

Şəhərdaxili təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin yağış kanalizasiyası şəbəkə-sindən təcrid edilməsi ilə Bakı buxtasına axıdılan fekal tullantı sularının qarşısının alınması

2008-2009-cu illərdə 25 kanalizasiya obyekti üzrə işlər yerinə yetirilib, uzunluğu 16,28 km, diametri 400-1200 mm olan kanalizasiya kollektorları quraşdırılmışdır.

Bakı buxtasının və çimərliklərinin batmış və yarımbatmış vəziyyətdə olan gəmilər-dən, sıradan çıxmış metal və beton konstruksiyalardan və digər iriqabaritli tullantı-lardan təmizlənməsi

Bakı buxtasının akvatoriyasında suyun səthində üzən neft ləkələrinin və müxtəlif növ məişət tullantılarının yığılması üçün spesifik texniki qurğularla təchiz olunmuş “Bul-var-1” gəmisi alınaraq istismara verilmişdir. Ümumilikdə Buxtanın və çimərliklərin əra-zisi on minlərlə ton ağırlığında olan batmış və yarımbatmış gəmilərdən, sıradan çıxmış metal və beton konstruksiyalardan və digər iriqabaritli tullantılardan təmizlənmişdir.

Bakı buxtasının sahil zolağında fəaliyyət göstərən və ətraf mühitə mənfi təsir edən müəssisələrin şəhərdən kənara köçürülməsinə dair təkliflərin hazırlanması və həya-ta keçirilməsi

Bakı buxtasının sahil zolağında yerləşən bütün istehsalat müəssisələri və digər obyektlər şəhərdən kənara köçürülmüşdür. Bakı buxtasında yerləşən liman və bərənin yerinin dəyiş-dirilməsi məqsədi ilə Ələt qəsəbəsində yeni liman və bərə inşa edilir.

Heydər Əliyev Beynəlxalq Aeroport yolunun yenidən qurulması ilə əlaqədar dend-roloji layihənin hazırlanması və həyata keçirilməsi

Metronun “Koroğlu” stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən ma-gistral avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolun hər iki tərəfində 206 hek-tar ərazidə 204 min ədəddən artıq dekorativ ağac və kol cinsləri əkilmiş, 98 425 min m2 sahədə qazon sərilmiş və suvarma sistemi qurulmuşdur.

Aeroport ətrafının ekoloji sağlamlaşdırılması məqsədi ilə kompleks tədqiqat işləri-nin aparılması və ekoloji bərpa layihəsinin hazırlanması və həyata keçirilməsi

Zığ- Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında 308 hektar ərazidə 293 mindən artıq ağac əkilmişdir. Günəşli yamacında 52 hektar ərazidə 69 min ədəd üzüm tənəyi və 13 min ədəd ağac və kol əkilmişdir.

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

4444

“Bibi-Heybət” zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə zonanın quru və dəniz hissələrində mövcud olan kommunikasiya xətlərinin, mühəndis qurğu və avadanlıqlarının demontajı, tikililərin sökülməsi və ərazinin rekultivasiya edilərək reabilitasiyası

Bibi-Heybət” zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə neftlə çirklən-miş 500 hektardan artıq ərazi rekultivasiya edilmiş, zonanın quru və dəniz hissələrində mövcud olan kommunikasiya xətləri, mühəndis qurğu və avadanlıqları sökülərək ərazidə yaşıllaşdırma işləri aparılmışdır.

“Bibi-Heybət” ərazisində təmizləyici qurğunun inşası və ərazidə təsərrüfat-məişət və yağış kanalizasiya şəbəkəsinin yaradılması

Uzunluğu 3,96 km, diametri 800-1000 mm olan qapalı kanalizasiya kollektoru quraşdırıl-mışdır. “Bibi Heybət” ərazisində quraşdırılması nəzərdə tutulan təmizləyici qurğunun yeri dəyişdirilmiş və hazırda Lökbatan qəsəbəsində inşa edilir.

Aeroport ətrafındakı ərazilərin ekoloji təhlükəsizliyinin təmin edilməsi məqsədilə Sədərək və Binə ticarət mərkəzlərinin ərazidən çıxarılması və təbii landşaftın bərpa edilməsi

Heydər Əliyev Beynəlxalq Hava Limanı ətrafındakı Sədərək və Binə ticarət mərkəzlərinin ərazidən çıxarılması üçün Qaradağ rayonu ərazisində müvafiq torpaq sahəsi ayrılmış, Sə-dərək və Binə ticarət mərkəzləri həmin ərazidən köçürülmüşdür. Nazirlik tərəfindən keç-miş ticarət mərkəzlərinin ərazisi tullantılardan təmizlənmiş və 60 hektar sahədə 65 min ədəd ağac və kol əkilmişdir.

“Bibi-Heybət” zonasında aparılan yaşıllaşdırma tədbirləri

4545

Böyük Şor gölünün təmizlənməsi, gölün ətrafının abadlaşdırılması və şəhərin əhalisi üçün istirahət zonası kimi istifadə edilməsinə dair layihənin hazırlanması və həyata keçirilməsi

2007-2009-ci illərdə uzunluğu cəmi 22,23 km, o cümlədən - diametri 200-400 mm və uzunluğu 12,05 km, diametri 600-1000 mm və uzunluğu 10,18 km olan kanali-zasiya şəbəkəsi və kollektorları quraşdırılmış, 3 ədəd kanalizasiya nasos stansiyası tikilmişdir.

2010-cu il ərzində diametri 400-600 mm, uzunluğu 4,8 km olan yığım kanalizasiya kollektoru, diametri 200-400 mm, uzunluğu 11,5 km olan şəbəkə, diametri 500 mm, uzunluğu 3,0 kilometr olan təzyiqli kanalizasiya xətti quraşdırılıb, bir ədəd nasos stan-siyası tikilib.

Böyük Şor gölünün təmizlənməsi, gölün ətrafının abadlaşdırılması və şəhərin əhalisi üçün istirahət zonası kimi istifadə edilməsinə dair “Konsepsiya” hazırlanmış və Böyük Şor gölü-nün ekoloji reabilitasiyası üzrə işlər davam etdirilir.

Hövsan Aerasiya Stansiyasında və digər təmizləyici qurğularda müasir tələblərə uyğun təmizlənmiş suların təkrar istifadə edilməsinə dair təkliflərin hazırlanması

Hövsan Aerasiya Stansiyasında və digər təmizləyici qurğularda təmizlənmiş suyun təkrar istifadə olunması və yaşıllıqların suvarılmasına yönəldilməsi üzrə layihə təklif-ləri hazırlanmış, müxtəlif donor dövlətlər və beynəlxalq təşkilatlara təqdim olunmuş və bəziləri tərəfindən maraq göstərilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən pilot olaraq Hövsan Aerasiya Stansiyasında müasir tələblərə uyğun tə-

Keçmiş Binə və Sədərək ticarət mərkəzlərini ərazisi – bərpadan sonra

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

4646

mizlənmiş sulardan həmin ərazilərdə salınmış yaşıllıqların suvarılmasında təkrar is-tifadə olunur.

Pirallahı, Çilov, Qum adaları və Neft Daşlarındakı təmizləyici qurğuların müasir tələblərə uyğun yenidən qurulması

Çilov və Pirallahı adalarında və “Neft Daşları”nda təmizləyici qurğular quraşdırılmışdır.

Abşeron yarımadasının neftqazçıxarma idarələrinin fəaliyyət zonalarında neftlə çirklənmiş torpaqlar, lay suları altında qalmış sahələr və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin müəyyənləşdirilməsi və Abşeron yarımadasının irimiqyaslı (1:10 000) ekoloji xəritəsinin hazırlanması

Qum Adası Neft-Qazçıxarma İdarəsinin balansında olan neft tullantıları ilə çirklənmiş və texnogen pozulmuş ərazilərin 920 hektarında 1:1000 miqyasında topoqrafik planalma və torpaq tədqiqatı işləri aparılmışdır. Həmçinin, Qaradağ rayonunda yerləşən daş karxana-larında 1445 hektar ərazidə 1:1000 miqyasında topoqrafik planalma işləri aparılmışdır. Naturada 197724,84 hektar ərazidə inventarlaşma işləri aparılmış və aparılmış işlərin nə-ticələri elektron variantda yığılmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkə ərazisində torpaqların neft məh-sulları ilə çirklənməsinin öyrənilməsi məqsədilə “Bibi-Heybətneft”, “Suraxanıneft”, “Binəqədineft”, “Balaxanıneft”, Z.Tağıyev və F.Əmirov adına NQÇİ-lərin ərazilərindən götürülmüş torpaq nümunələri üzərində analizlər aparılmış və hesabatlar hazırlanaraq aidiyyəti üzrə dövlət orqanlarına çatdırılmışdır. Neftlə çirklənmiş torpaqlar, lay suları altında qalmış və digər istehsal tullantıları ilə çirklənmiş sahələr haqqında məlumat, həmçinin Abşeron yarımadasında antropogen təsirlər nəticəsində çirklənmiş ərazilərin sxematik xəritəsi hazırlanmışdır.

Neft və qaz yataqlarında quyuların qazılması və təmiri zamanı yaranan şlam və qazma məhlullarının və digər təhlükəli tullantıların təhlükəli tullantılar poliqonun-da zərərsizləşdirilməsinin təmin edilməsi

“Azərneftyağ” BNEZ-in 106 nömrəli qurğusunda əmələ gələn turşulu qudronun rege-nerasiyası zamanı alınan turşulu istehsalat tullantı suların təmizlənməsi üçün neytral-laşdırıcı tutucu və digər avadanlıqlar quraşdırılmışdır. Bu, hətta zəif turşulu istehsalat tullantı sularının Xəzər dənizinə axıdılmasının qarşısını almışdır. Zavodda formalaşan 15693 ton neft şlamı zərərsizləşdirilmiş və yeraltı daş tutumlarda uzun illərdən qalmış 74510 ton neft şlamı emal üçün xüsusi ayrılmış sahəyə daşınmışdır. 10,97 mln. m3 sənaye çirkab suları dərindən təmizlənmişdir. Heydər Əliyev BNEZ-də əmələ gələn 15693 ton neft şlamı təkrar emal edilmiş, 10,5 mln. m3 sənaye çirkab suları mexaniki üsulla dərindən təmizlənmişdir.

4747

Ətraf mühitin çirklənməsinin əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi və informasiya bankının yaradılması

Bakı şəhərinin tibb müəssisələrində 14 yaşa qədər uşaqların və yaşlı əhali qruplarının ümumi xəstələnməsinin (ekoloji cəhətdən şərtləndirilmiş xəstəliklər) epidemioloji təd-qiqatları aparılmışdır, qeydə alınmış qeyri-yoluxucu xəstəliklərin cədvəli və qrafik sxemi hazırlanmışdır;

Respublika üzrə əhali arasında ölümün səbəblərinin təhlili aparılaraq müqayisəli cədvəli və qrafik sxemi hazırlanmışdır;

Bakı şəhərinin atmosfer havasının stasionar məntəqələrdə göstəriciləri kompüter bazası-na salınmış və müqayisəli analiz prosesində istifadə edilmişdir;

İçməli suyun keyfiyyətinə nəzarət məqsədi ilə Kür, Ceyranbatan sutəmizləyici qurğuları, Bakı şəhərinin su anbarları və nasos stansiyaları üzrə içməli suyun laboratoriya monito-rinqinin müayinələrinin nəticələri kompyuter bazasına daxil edilmişdir;

Bakı, Gəncə, Mingəçevir və Sumqayıt şəhərləri üzrə qeydə alınan qeyri-yoluxucu xəstəlik-lərin müqayisəli təhlili aparılmış, cədvəllər və qrafik-sxemlər şəklində hazırlanaraq komp-yuter bazasına salınmışdır;

Ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi ilə bağlı monitorinq aparılmış, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumat bazası yaradılmış, operativ və rejim məlumatları hazırlanaraq yayılmışdır. Aparılan monitorinqin nəticələri əsasında gündəlik, 10 günlük və aylıq bülletenlər hazırlanaraq aidiyyəti üzrə dövlət orqanlarına təqdim olunmuş və məlumatlar mütəmadi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifə-sində yerləşdirilmişdir.

Bakı və Sumqayıt şəhərlərində, habelə şəhərlər ətrafı digər yaşayış məntəqələrində yaranan bərk məişət tullantılarının utilizasiyası məqsədi ilə zibil emalı zavodunun tikilməsi

Bakıda məişət tullantılarının idarə olunması (toplanması, yerləşdirilməsi və zərərsişləşdi-rilməsi) üçün “Təmiz Şəhər” ASC yaradılmış, Balaxanı şəhər məişət tullantıları poliqonu, Suraxanı və Qaradağ rayonlarının ərazilərində yerləşən məişət tullantıları poliqonları Cə-miyyətin idarəçiliyinə verilmişdir. Fransanın CNİM şirkəti tərəfindən Balaxanı ərazisində ildə 500 min ton məişət tullantısı yandırılmaqla 231,5 mln. kVt/saat elektrik enerjisi isteh-sal edən zavod tikilmişdir.

Suraxanı rayonu ərazisində yod-brom istehsalı prosesində əmələ gəlmiş radioaktiv kömür tullantılarının zərərsizləşdirilməsi

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

4848

Suraxanı rayonu ərazisində yod-brom istehsalı prosesində əmələ gəlmiş radioaktiv kömür tullantıları zərərsizləşdirilərək ərazi təmizlənmişdir.

Sumqayıt səthi aktiv maddələr zavodunda xlorun alınmasında əmələ gəlmiş civə tərkibli tullantıların Təhlükəli tullantılar poliqonuna daşınması və zərərsizləşdi-rilməsi

Sumqayıt şəhərinin ətraf mühitinin cid-di çirklənməsinə səbəb olan Səthi Ak-tiv Maddələr zavodunun 95,7 min m3 civə tərkibli toksiki tullantıları Sumqa-yıt şəhəri yaxınlığında yaradılmış Təh-lükəli tullantılar poliqonuna daşına-raq zərərsizləşdirilmiş, tullantı altında qalmış torpaq örtüyü təmizlənmişdir. Təhlükəli tullantılar poliqonunda köh-nə hücrənin dolması ilə əlaqədar 250 min m3-lik yeni hücrə tikilmişdir.

Ceyranbatan su anbarının şərqindəki yamacda salınan yaşayış massivində yaranan tullantı sularının yeni kanalizasiya kollektoruna qoşulmasının təmin edilməsi

Ceyranbatan su anbarının şərqindəki yamacda salınan yaşayış massivində yaranan tul-lantı suları yeni kanalizasiya kollektoruna qoşularaq şəhər kanalizasiya sisteminə yönəl-dilmişdir.

Yarımadanın Bülbülə, Hacı-Həsən, Masazır, Qızıl Nohur və s. bu kimi təbii və süni göllərin çirklənmə mənbələrinin dəqiqləşdirilməsinə, onların səviyyəsinin tənzim-lənməsinə və ətrafında istirahət zonaları yaradılmasına və ya onların qurudulması-na dair təkliflərin hazırlanması və həyata keçirilməsi

Abşeron yarımadasında yerləşən göl-lərin ekoloji vəziyyəti, onların mən-şəyi, yaranma səbəbləri, göl sularının çirklənmə vəziyyəti və yeraltı sularla əlaqəsi öyrənilmiş, aparılmış tədqiqat-ların nəticələrinə əsasən göllərin rea-bilitasiyası üzrə təkliflər hazırlanmış və ətraf ərazilərdə yaranan tullantı suları-nın şəhər kanalizasiya sisteminə yönəl-dilməsi, ərazilərin təmizlənməsi və s. üzrə tədbirlər həyata keçirilir.

Təhlükəli tullantılar poliqonu

Böyükşor gölünün monitorinqi

4949

Ətraf ərazilərə mənfi təsirin və Xəzər dənizinə neft məhsulları ilə çirklənmiş tullantı sularının axıdılmasının qarşısını almaq məqsədi ilə Hövsan açıq kanalının qapalı tipdə yenidən qurulması və onun çıxışında təmizləyici qurğunun inşası

Uzunluğu 5,17 km, diametri 2000 mm olan dəmir beton kollektor və diametri 2000 mm olan qapalı kanalizasiya kollektoru quraşdırılmışdır.

Neft mədənləri ərazilərində ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədi ilə pers-pektivliyi qeyri-məqbul qiymətləndirilən quyuların ləğvinə dair tədbirlərin hazırlan-ması və həyata keçirilməsi

“Azneft” İB-nin neft yataqlarında istismarı səmərəsiz olan 329 ədəd quyu ləğv edilmiş və lay sularının gündəlik hasilatı 1370 m3 azaldılmışdır.

Abşeron magistral kanalı boyu sızmaların və ərazilərin bataqlıqlaşmasının qarşısını almaq məqsədi ilə kanalın əsaslı təmir edilərək yenidən qurulmasının texniki-iqtisa-di əsasnaməsinin hazırlanması

Abşeron magistral kanalının suvarma məqsədilə təkmilləşdirilməsi, yenidən qurulması və şimal çaylarında suqəbuledici qurğuların müasirləşdirilməsi üçün “Koreya Mühəndis Kon-sultant Korporasiyası” tərəfindən texniki suqəbuledici qurğuların yeri və konstruksiyaları müəyyənləşdirilmiş, müvafiq hidroloji hesabatlar aparılmış və texniki-iqtisadi əsaslandır-ma hazırlanmışdır.

Bakı şəhərində, ətraf qəsəbə və kəndlərdə və Abşeron rayonu ərazisində yaranan tullantı sularının təmizlənməsi və axıdılması üçün təmizləyici qurğuların tikilməsi və kanalizasiya şəbəkəsinin yaradılması

Bakı şəhərində formalaşan tullantı sularının təmizlənməsi üzrə görülən tədbirlər nəticə-sində Hövsan aerasiya stansiyasının gündəlik gücü 640 min m3-ə çatdırılmışdır. Şəhərin rekreasiya zonasında yerləşən Buzovna qəsəbəsində layihə gücü gündə 10 min m3 olan bioloji sutəmizləyici qurğu inşa edilmiş və məhsuldarlığı gündə 20 min m3 olan Mərdəkan-Şüvəlan təmizləyici qurğu-su yenidən qurularaq bioloji təmiz-ləmə təmin olunmuşdur. Sumqayıtda məhsuldarlığı gündə 100 min m3 olan sutəmizləyici qurğu istismara verilmiş-dir. Eyni zamanda su hövzələrinin hətta kiçik lokal mənbələrdən çirklənməsinin qarşısını almaq üçün modul tipli təmiz-ləyici qurğular quraşdırılır. Mərdəkan-Şüvəlan bioloji təmizləyici qurğusu

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

5050

Xəzər dənizinin sahili boyu (Abşeron yarımadası da daxil olmaqla) fəaliyyət göstərən kurort-müalicə, turizm və iaşə müəssisələrində, çimərliklərdə və fərdi yaşayış massivlərində kanalizasiya şəbəkəsinin və tullantı sularının təmizlənməsi üçün lokal təmizləyici qurğuların quraşdırılmasına dair təkliflərin hazırlanması və həyata keçirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən - Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin çirklən-mədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamlarına əsasən ya-radılmış modul tipli çirkab sutəmizləyi-ci qurğulardan ibarət “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”-nin fəaliyyəti nəticəsində Abşeron yarı-madasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahilboyu ərazilərində bataqlıqlaşmış sahələrin və çirkab gölməçələrin əksə-

riyyəti qurudularaq ekoloji tarazlıq bərpa olunmuşdur. Bu istiqamətdə ümumilikdə gündə 6400 m3 çirkab sutəmizləmə gücünə malik 17 stansiya istismara verilmişdir.

Atmosfer havasının avtonəqliyyat vasitələrindən atılan zəhərli qazlarla çirklənmə-sinin qarşısını almaq məqsədilə nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarə-tin gücləndirilməsi, onlar üçün atmosferə atılmanın texniki normativlərinin Avropa standartlarına uyğunlaşdırılması, ekoloji yoxlama-ölçü məntəqələrinin yaradılması, istismardan çıxmış nəqliyyat vasitələrinin utilizə edilməsinin təşkili, yol hərəkətinin tənzimlənməsində müasir qurğu və avadanlıqların tətbiqi ilə tıxacların aradan qaldı-rılması, şəhərlərdə “piyada” zonalarının artırılması və s. tədbirlərin həyata keçirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Azərbaycan Respublikası ərazisində av-tonəqliyyat vasitələrindən atmosferə atılmanın texniki normativlərinin Avropa standartla-rına uyğunlaşdırılması üzrə Tədbirlər Planı” layihəsi hazırlanmış, müvafiq dövlət orqanları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 06 mart tarixli 45 nömrəli Qərarı ilə təsdiq olunmuşdur.

Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsini əhatə etmək məqsədilə Bakı şəhərinin Sabunçu rayonunda yeni Müayinə Mərkəzi tikilib istifadəyə verilmişdir.

Meşə fonduna antropogen təzyiqlərin azaldılması, ölkənin iqlim, torpaq şəraiti və üzvi əkinçiliyə əsaslanan yeni meşə bağlarının salınması üzrə perspektiv sahələrin müəy-yənləşdirilməsi üçün meşə quruluşu və layihələndirmə işlərinin başa çatdırılması

Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sisteminin Bilgəh stansiyası

5151

Meşə fonduna antropogen təzyiqlərin azaldılması, ölkənin iqlim, torpaq şəraiti və üzvi əkinçiliyə əsaslanan yeni meşə bağlarının salınması üzrə perspektiv sahələrin müəyyən-ləşdirilməsi üçün 2006-2010-cu illər ərzində ümumilikdə 363 303 hektar sahədə meşə quruluşu işləri aparılmışdır. 2010-cu ildə bu istiqamətdə 51 871 hektar sahədə meşə qu-ruluşu işləri aparılmışdır.

Sumqayıt şəhərindən və ona yaxın olan yaşayış məntəqələrindən Xəzər dənizinə tullantı sularının atılmasının qarşısının alınması, ərazinin sanitar vəziyyətinin və ekoloji durumunun yaxşılaşdırılması üçün kanalizasiya sistemlərinin yaradılması və yenidən qurulması

Sumqayıt şəhərində məhsuldarlığı 200 min m3/gün olan təmizləyici qurğunun tikintisinə başlanılmış və həmin qurğunun məhsuldarlığı 100 min m3/gün olan hissəsi istismara ve-rilmiş və kanalizasiya sistemləri qurulmuşdur.

Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir və digər şəhərlərdə ətraf mühiti çirkləndirən yanacaq, energetika və istilik təchizatı sistemlərinin və di-gər sənaye obyektlərinin ekoloji tələblərə uyğun fəaliyyət göstərməsini təmin etmək üçün onlarda təmizləyici, o cümlədən qaz-toztutucu qurğuların quraş-dırılması

“Azərenerji” ASC- 1 nömrəli Sumqayıt İEM-in ərazisində gücü 525 MVt olan çoxval-lı buxar-qaz qurğusunun, gücü 87,5 MVt olan daxili yanma mühərrikli Astara Elektrik Stansiyasının (aqreqatlarının sayı-10), gücü 87,5 MVt olan daxili yanma mühərrikli Şəki Elektrik Stansiyasının (aqreqatlarının sayı-10), gücü 87,5 MVt olan daxili yanma mü-hərrikli Xaçmaz Elektrik Stansiyasının (aqreqatlarının sayı-10, gücü 105 MVt olan daxili yanma mühərrikli Bakı Elektrik Stansiyasının 9 aqreqatlarının sayı-12), gücü 87,5 MVt olan daxili yanma mühərrikli Naxçıvan Elektrik Stansiyasının (aqreqatlarının sayı-10), gücü 300 MVt olan daxili yanma mühərrikli Səngəçal Elektrik Stansiyasının (aqreqatla-rının sayı-18), gücü 105 MVt olan daxili yanma mühərrikli Şahdağ Elektrik Stansiyasının (aqreqatlarının sayı-12) inşası və Azərbaycan İstilik Elektrik Stansiyasının 5 blokunun yenidən qurulması həyata keçirilmişdir.

“Azəralüminium” ASC-nin Sumqayıt Alüminium istehsalat sahəsində istehsalat prosesi za-manı atmosfer havasına zərərli maddələrin atılmasının qarşısının alınması istiqamətində bir sıra kompleks tədbirlər görülmüşdür. Yeraltı qaz-toz sorma xətləri yerüstü qaz-toz sorma xətləri ilə əvəz edilmiş, zərərli maddələrin 120 metrlik tüstü borusuna mütəşəkkil şəkildə ötürülməsinə şərait yaradılmış, bu da atmosferin qeyri-mütəşəkkil mənbələrdən çirklənməsini əhəmiyyətli dərəcədə azaltmağa imkan vermişdir. Elektroliz təknələrin pər-də örtüklərində aparılan rekonstruksiya işlərinin nəticəsi olaraq, təknələrin kipliyinin art-ması sayəsində qazların sorulub nəql edilməsinin səmərəliliyi artmış, dövrü su sisteminin

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

5252

bərpa olunub istismara buraxılması ilə əlaqədar avadanlıqların birbaşa soyudulması üçün istifadə olunan il ərzində 360 min m3 həcmdə istehsal tullantı sularının Xəzər dənizinə atılmasının qarşısı alınmışdır.

Meşə fonduna daxil olmayan ağac və kol bitkilərinin mühafizəsinin gücləndirilməsi, şəhərdə yaşıllıqların artırılması tədbirlərinin müəyyənləşdirilməsi üçün onların uçot sisteminin təkmilləşdirilməsi

2010-cu ildə ölkə ərazisində yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ümumilik-də 11 mln-a yaxın, Bakı və Abşeron yarımadasında isə 1,8 mln ədəd ağac və kollar əkilmişdir.

Meşə fonduna aid olmayan ağac və kol bitkilərinin mühafizəsi və yaşıllıqların artırılması is-tiqamətində yolların estetik görünüşünün yaxşılaşdırılması və mühafizə zolaqlarının eroziya-dan mühafizəsi məqsədilə ümumilikdə 714 hektar ərazidə 739 333 ədəd, o cümlədən, Zığ - Heydər Əliyev Beynəlxalq Hava Limanı yolu boyu 121 hektar ərazidə 113 538 ədəd, Sabunçu - Heydər Əliyev Beynəlxalq Hava Limanı yolu boyu 125 hektar ərazidə 115 min ədəd, Bayıl yamacında 23 hektar ərazidə 76 600 ədəd, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-At-bulaq hissəsində 90 hektar ərazidə 100 800 ədəd, Atbulaq-Hacıqabul istiqamətində 64 hek-tar ərazidə 58 594 ədəd, Ələt-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində 100 hektar ərazidə 101 566 ədəd, Bakı-Şamaxı magistral avtomobil yolunun Pirəkəşkül-Çaylı his-səsində 103 hektar ərazidə 94 863 ədəd, Bakı-Quba magistral avtomobil yolunun Z.Tağıyev qəsəbəsi - Zarat hissəsində 88 hektar ərazidə 78 402 ədəd ağac-kollar əkilmişdir.

Sözügedən ərazilərdə münbit torpaq gətirilməsi, müasir damcı suvarma sisteminin yara-dılması və daimi qulluq hesabına yüksək bitişə nail olunmuşdur.

Ağac və kol bitkilərinin mühafizəsi gücləndirilmiş, yaşıllıqların artırılması və uçot siste-minin təkmilləşdirilməsi məqsədi ilə salınmış yaşıllıqların inventarlaşdırılması aparılmış, aktlaşdırılmış ərazilər, sahələr bölünərək sərhədləşdirilmiş və nəzarətə götürülmüşdür. Ərazinin plan xəritəsi hazırlanmış və rəsmiləşdirilmişdir.

Təmizlənmiş torpaqları yaşıllaşdırmaq və landşaft arxitektura planına uyğun bərpa etmək məqsədilə H.Z.Tağıyev adına NQÇİ-nin 9,3 hektar ərazisində Ekoloji Park salınmışdır. 2010-cu ildə və əvvəlki illərdə bərpa edilmiş neft mədənlərinin ərazilərində 91996 ədəd ağac, 12100 ədəd kol və gül tingləri əkilmiş, 280 m2 ot örtüyü salınmışdır. Bundan əlavə, ARD-NŞ-in struktur bölmələrinin, Birgə Müəssisə və Əməliyyat Şirkətlərinin inzibati ərazilərində 52322 ədəd ağac, 20480 ədəd kol və gül tingləri əkilmiş, 1600 m2 ot örtüyü salınmışdır.

Ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində 2010-cu ildə 200 mindən çox yerli iqlim şəraitinə uyğun ağac, 300 mindən çox kol, 3,8 milyon ədəd gül şitili əkilmiş, 15 hektara yaxın çəmənlik sahəsi salınmış və aqrotexniki qaydalara uyğun olaraq qulluq göstəril-mişdir. 12093 hektar yaşıllıq sahəsində yaşıllıqlara müntəzəm aqrotexniki qulluq həyata keçirilmiş, park və bağlar cari təmir edilmişdir.

5353

Heydər Əliyev sarayının qarşısındakı parkda, Şəhidlər xiyabanında, Fəxri xiyabanda Hol-landiyadan gətirilmiş 2 mln-dan çox zanbaq, giasint və nərgiz gülləri əkilmişdir.

Ölkənin rayon mərkəzlərinin və kəndlərinin keyfiyyətli su ilə təminatının yaxşılaş-dırılması məqsədi ilə lokal sutəmizləyici sistemlərin quraşdırılmasına dair təkliflərin hazırlanması və həyata keçirilməsi

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə tə-minatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında” Sərəncamlarına əsasən Kür-Araz boyu və digər yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 20 rayonun 221 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular qurularaq is-tismara verilmiş və 400 mindən artıq əhali Ümumdünya Səhiyyə Təşkilatının norma-larına cavab verən içməli su ilə təmin edilmişdir. Sutəmizləyici qurğuların inşası za-manı 1381 km uzunluğunda supaylayıcı şəbəkə çəkilmiş, 3198 supaylayıcı məntəqə tikilmişdir.

Toksik xassəyə malik istifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və aqro-kimyəvi maddələrin qalıqlarının inventarlaşdırılması, geri alınması və məhvinin tə-min edilməsi

Cəngi pestisid poliqonunun inzibati binası, nəzarət keçid məntəqəsi, sanitar qovşaqları, inventar üçün anbar, 100 m3-lik su çəninin tikintisi və mövcud 183 quyunun bərpası başa çatdırılmışdır. Maye pestisidlərin saxlanması üçün anbar və əlavə olaraq 60 quyu inşa edilmişdir.

Ölkənin bir neçə regionunda aşkar edilmiş köhnə, yüksək toksiki, istifadəsi qadağan olun-muş tozşəkilli pestisidlər və onların qabları poliqona daşınaraq basdırılmışdır (Ağcabədi, Zərdab, Goranboy, Ucar, Cəlilabad rayonları).

2010-cu ildə Ağcabədi rayonundan tozşəkilli pestisidlər və Gəncə şəhərindən maye poli-dofen qablaşdırılaraq poliqona daşınmışdır.

Siyəzən, Neftçala, Şirvan və s. ərazilərin neft və neft məhsulları ilə çirklənmiş tor-paqlarının rekultivasiyası və mədən sahələrinin mərhələli bərpası

“Siyəzənneft” NQÇİ-də 21 hektar neftlə çirklənmiş torpaq sahələrində bioremediasiya işləri aparılmış, 52744 m3 şlam xüsusi ayrılmış sahəyə daşınmış və əraziyə 99753 m3 təmiz torpaq daşınmışdır. Lay sularını axıtmaq üçün 550 m uzunluğunda qapalı kanal çəkilmiş, 5 ədəd neft tutucusunun içərisi betonlanmış və üstü örtülmüşdür. Lay suları vurulan quyulara 3724 m uzunluğunda müxtəlif ölçülü boru xətləri çəkilmiş, 1090 m atqı xətləri, 668 m neft kollektoru və 5466 m mədəndaxili yol təmir edilmişdir.

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

5454

Neftçala Əməliyyat Şirkətinin 1-ci mədənin ərazisində 1,5 hektar sahədə rekultivasiya iş-ləri aparılımışdır. Saziş ərazisindəki gölün səviyyəsinin qış mövsümündə qalxaraq mədən ərazisini basmasının qarşısını almaq məqsədilə nasosxana ilə göl arasında 400 m uzunlu-ğunda kanal qazılmışdır. 12 ədəd neft quyusunun ətrafı təmizlənmişdir.

Salyan Oyl Əməliyyat Şirkəti Qarabağlı və Kürsəngi yataqlarında formalaşan və ayrı-ayrı sahələrdə saxlanılan qazma şlamını bioremediasiya sahəsinə daşınması və təmizlənməsi işlərini həyata keçirmiş və 8 anbarı ləğv etmişdir. Sızmaların qarşısını almaq məqsədilə 150 mm-lik texniki su kəmərinin Qaradağlı sahəsinin “Çatal” hissəsində 1800 m və Kürov-dağ-Qaradağlı sahəsində 260 m hissəsi dəyişdirilmişdir.

Şirvan Oyl Əməliyyat Şirkətinin Muradxanlı sahəsində 0,4 hektar olan 9 ədəd torpaq neft anbarı ləğv edilmiş və sahə rekultivasiya edilmiş, 2,7 hektar sahə təmizləmişdir. 980 m uzunluğunda neft kəməri, 6150 m mədəndaxili yol təmir edilmişdir.

Qarasu Əməliyyat Şirkətinin Mişovdağ yatağında 2 ədəd torpaq neft şlamı anbarı ləğv edilmiş və təmizlənmişdir. 2464 m3 neftlə çirklənmiş torpaq və şlam stabilləşdirmə yolu ilə zərərsizləşdirilmiş, 3 qazma meydançasının əraziləri rekultivasiya edilmiş, təhlükəli tul-lantılar çeşidlənmiş və utilizə edilmək üçün podratçı təşkilata təhvil verilmişdir.

Gəncə Alüminium zavodunun fəaliyyəti nəticəsində yaranmış və şəhərin ətrafında yığılıb qalmış alunit şlamının ətraf mühitə zərərli təsirinin aradan qaldırılmasına dair layihənin hazırlanması və həyata keçirilməsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 10 noyabr tarixli 17/4637 nömrəli tapşırığına əsasən Gəncə Alüminium zavodunun fəaliyyəti nəticəsində əmələ gəlmiş alu-nit və boksit tullantılarının ətraf mühitə zərərli təsirlərinin aradan qaldırılması üzrə komp-leks tədbirlər planının hazırlanması məqsədilə işçi qrup yaradılmışdır.

Gəncə “Gil-Torpaq” istehsalat sahəsinin fəaliyyəti nəticəsində yaranmış və şəhərin ətra-fında yığılıb qalmış alünit şlamının ətraf mühitə zərərli təsirinin aradan qaldırılmasına dair layihənin hazırlanması və həyata keçirilməsi istiqamətində hər 3 şlam gölünün damba-sının bərkidilməsi və dambanın səth boyu bütünlüklə qaldırılması işləri aparılmış, boksit və alunit göllərində 82998 m3 torpaq işləri görülmüş, boksit gölündə uzunluğu 970 p/m, diametri 325 mm, alunit gölündə isə uzunluğu 850 p/m, diametri 273 mm olan dairəvi xəttin çürümüş yerləri tam dəyişdirilmişdir. İstehsalat sahəsinin ərazisindən boksit və alu-nit şlam göllərinə gedən 7 ədəd uzunluğu 20600 p/m, diametri 273 mm və diametri 325 mm boru xətləri dəyişdirilmişdir.

Hovuzların etibarlılığının artırılması üçün 3 hovuzun bəndləri kənardan torpaqla peri-metrləri boyunca möhkəmləndirilmişdir (alunit hovuzlarının bəndləri 317 m-dən 321 m hündürlüyə, boksit hovuzun bəndi 306 m-dən 312 m hündürlüyə qaldırılmış, hər 3 hovu-zun bəndinin eni 2-3 m-dən 4-6 m-dək genişləndirilmişdir).

5555

Hovuzların qurumuş səthlərini nəmləndirmək məqsədi ilə uzunluğu 2350 m, diametri 325 mm olan boru xətti və uzunluğu 650 m, diametri isə 325 mm ölçüdə təzə kollektor qu-raşdırılmış, sulama üçün 10 ədəd əlavə çiləmə borusu düzəldilmiş, alünit hovuzların ət-rafında 3 ha, boksit hovuzun ətrafında isə 5 ha tozlu sahənin üstü 15-30 sm qalınlığında torpaq ilə örtülmüşdür.

Su ehtiyatlarının dəqiq qiymətləndirilməsi, onların çirklənməsinin qarşısının alınması və optimal idarə olunması üçün Açıq Hidroloji Monitorinq Sisteminin yaradılması

Sel təhlükəsinə məruz qalan Balakənçay-Balakən, Talaçay-Zaqatala, Kürmükçay-İlisu, Ti-kanlıçay-Tikanlı, Girdimançay - Qaranohur məntəqələrində bərpa işləri aparılmışdır.

İri çaylarda su sərfinin dəqiq ölçülməsi üçün 2 ədəd ABŞ istehsalı olan akustik dopler profayler cihazı alınmışdır.

Çaylardakı hidroloji monitorinq sisteminin avtomatlaşdırılması məqsədilə Kür çayı üzə-rində Qıraq-Kəsəmən məntəqəsində, Qabırrı çayının üzərində Kəsəmən məntəqəsində, Qanıx çayının üzərində Əyriçay məntəqəsində, Ağstafaçayın üzərində Musaköy məntəqə-sində ABŞ istehsalı olan avtomat çay səviyyəyazanları, Kürmükçayın üzərindəki İlisu məntəqəsində isə Finlandiya istehsalı olan avtomat çay səviyyəyazanı quraşdırılmışdır.

İqlim dəyişmələri ilə bağlı təh-lükəli hidrometeoroloji ha-disələrdən dəyən ziyanın azal-dılması məqsədi ilə Erkən Xəbər-darlıq Sisteminin yaradılması

Finlandiya istehsalı olan 19 komplekt avtomat meteoroloji stansiya qurul-muşdur. Böyük Qafqazın sel təhlükəsi olan çaylarının hövzələrində İtaliya is-tehsalı olan 8 ədəd avtomat yağıntıöl-çən stansiya quraşdırılmışdır.

Ekoloji təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, tədris müəssisələ-rində ekoloji təhsilə daha geniş yer ayrılması və bu sahə üzrə kadrların hazırlanması

2009-2010-cu tədris ilində orta ümumtəhsil məktəblərində, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərində ətraf mühit və ekologiyaya aid I-XI siniflər üzrə ekoloji dərnək, klub və digər birləşmələr üçün 55 adda nümunəvi tədris proqramları üzrə ekoloji dərnəklər yara-dılmışdır. Ölkənin bütün regionlarında “Bioloji müxtəliflik”, “İnsan və ətraf mühit”, “Ekoloji mədəniyyət”, “Təbii sərvətlər” profilləri üzrə şagirdlərin maraq və həvəsini nəzərə alaraq

Yüksək dağlıq ərazidə quraşdırılmış avtomat meteostansiya

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

5656

yaradılmış 55 adda 50370 dərnək üzvünü birləşdirən 3358 qrup fəaliyyət göstərmişdir. Dərnək üzvləri məşğələ prosesində ekoloji bilikləri mənimsəməklə yanaşı, ətraf mühitdə düzgün davranış qaydalarına, biomüxtəlifliyin qorunması sahəsində bacarıq və vərdiş-lərə yiyələnmişlər. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvət-lər Nazirliyi, “Davamlı İnkişaf Uğrunda” cəmiyyətinin təşəbbüsü və ATƏT-in, BTC/CQBK şirkətlərinin maliyyə dəstəyi ilə hazırlanmış “Yaşıl Paket” təhsil materialları ölkənin orta ümumtəhsil məktəblərində digər fənlərlə inteqrativ olaraq tədris edilmiş, ekoloji dərnək-lərdə məşğələlər yeni təlim texnologiyalarını tətbiq etməklə daha məzmunlu və səmərəli keçirilmişdir. “Ətraf mühit və biz” mövzusunda məktəbəqədər tərbiyə müəssisələri üçün ekoloji təlim-tərbiyə proqramı və metodiki tövsiyələr, metodiki-tədris vəsaitləri, əyani və-saitlər və s. hazırlanmışdır.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına gənc ekoloqlar da öz töhfələrini vermişlər. “Ekologiya ili”ndə minlərlə məktəbli yaşadıqları ərazilərdə təmizlik, abadlıq və yaşıllaşdırma işlərində fəal iştirak etmişlər. 2010-cu ilin fevral ayının 15-dən mart ayının 15-nə kimi ənənəvi olaraq keçirilən “Yaşıl Azərbaycan” devizi altında məktəb-lilərin respublika yaşıllaşdırma aylığında Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şirvan, Şəki şəhərlərinin, İsmayıllı, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və digər rayonların gənc təbiətsevərləri fəal iştirak etmişlər. Məktəblilər məktəbyanı sahələrdə, yol kənarla-rında, yaşayış yerlərində on minlərlə ağac və kol bitkisi əkmiş, yeni meşə zolaqları-nın salınmasına, nadir bitkilərin toxumla artırılmasına və tükəndikləri ərazilərdə bərpa edilməsinə nail olmuşlar.

2010-cu ilin fevral-mart aylarında orta məktəb şagirdləri və dərnək üzvlərinin iştirakı ilə “Su-həyatdır” devizi altında məktəblilərin içməli suya qənaət aylığı keçirilmişdir. Ölkənin müxtəlif regionlarında alim və mütəxəssislərin iştirakı ilə orta məktəblərdə, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərində “22 mart - Ümumdünya su günü”nə həsr olunmuş viktori-nalar, dəyirmi masalar, ekoloji aksiyalar, seminarlar və s. tədbirlər təşkil edilmişdir. Mək-təblilər yerli ərazilərdə içməli su mənbələrinin ətrafında təmizlik və abadlıq işlərinin apa-rılmasında, su kəmərlərində nasazlıqların aşkar edilməsində, əhali arasında içməli suyun qənaətlə istifadəsi barədə təbliğat işlərində fəal iştirak etmişlər. Yüzlərlə bulağın, çayların ətrafı tullantılardan təmizlənmiş, abadlaşdırılmış, yaşıllıqlar salınmışdır.

“22 aprel-Yer günü” ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Qala kəndi yaxın-lığında yaradılmış “Eko-park”da ağacəkmə tədbiri keçirilmiş, 1000-dən artıq ağac əkilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, Bakı şəhəri üzrə Təhsil İdarəsi və 46 saylı Məktəbdənkənar İş Mərkəzi ilə birlikdə 2010-cu ilin mart ayının 3-də Bakı şəhəri məktəblilərinin “Ekoerudit” ekoloji breyn-rinq yarışının yarımfinal mər-hələsi keçirilmişdir.

5757

“Ekoerudit” Bakı şəhəri məktəblilərinin ekoloji breyn-rinqinin final mərhələsi 30 aprel 2010-cu il tarixində keçirilmişdir.

2010-cu ilin may ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə birgə əməkdaşlığı çərçi-vəsində “22 may-Biomüxtəliflik günü” mövzusunda məktəblilərin Respublika ekoloji təd-biri keçirilmişdir. 17-19 may 2010-cu il tarixlərdə mütəxəssislərin iştirakı ilə Azərbaycanın 12 regional Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzlərində biologiya müəllimlərinin iştirakı ilə təlimat seminarları keçirilmişdir. Bakı, Naxçıvan, Sumqayıt, Gəncə şəhərlərində, Qax, Şamaxı, Ordubad, Şəmkir, Lənkəran, Füzuli, Bərdə rayonlarında keçirilmiş seminarlarda ATƏT-in dəstəyi ilə nəşr edilmiş biomüxtəlifliyə aid təyinedici kitabçalar, cədvəllər, müəl-limlərə ekoloji oyunların keçirilməsi üçün kartlar təqdim olunmuşdur. 22 may 2010-cu il tarixində respublikada 1500-ə qədər şagird və dərnək üzvü ekoloji ekskursiyada iştirak edərək məktəbyanı ərazilərdə bioloji müxtəlifliyi tədqiq etmişlər. Məktəblilər yerli ərazidə təsadüf olunan bitki və heyvan növlərini öyrənərək qeydə almışlar. Tədbirin keçirilməsi bi-omüxtəlifliyin öyrənilməsi məqsədilə məktəb ekoloji monitorinq şəbəkəsinin yaradılması üçün əhəmiyyətli olmuşdur.

“31 may - Beynəlxalq Tütünlə mübarizə günü” ilə əlaqədar olaraq 2010-cu ilin may ayında Bakı şəhəri məktəbliləri arasında “Tütünlə mübarizə” mövzusunda ən yaxşı plakat mü-sabiqəsi keçirilmişdir. Müsabiqəyə təqdim olunmuş 120-dən artıq yaradıcılıq işlərində 5-15 yaşlı şagirdlər tütünün zərərli təsiri, yeniyetmələr arasında siqaretçəkmə hallarına qarşı mübarizə istiqamətində maarifləndirmə, sağlam həyat tərzinin formalaşdırılması məsələlərini əks etdirmişlər.

22 oktyabr 2010-cu il tarixində “Gender və ekoloji təhsil” mövzusunda metodistlərin, dərnək rəhbərlərinin, QHT nümayəndələrinin iştirakı ilə seminar keçirilmişdir.

2010-cu il dekabr ayının 21-də “Ekologiya ilinə töhfəmiz” mövzusunda məktəblilərin Res-publika Ekoloji Forumu keçirilmişdir.

Orta məktəblərdə “Ekolo gi ya ili” ilə əlaqədar “Planetimiz-gələcəyimizdir” mövzusunda ekoloji müsabiqə, “Ekologiya və uşaqlar” mövzusunda dəyirmi masa, “Ekologiya ilində-hər kəsdən təbiətə bir töhfə” mövzusunda ekoloji tədbir, “Xəzər sərvətimizdir” mövzusunda ekoloji tədbir, “Biomüxtəlifliyi qoruyaq” mövzusunda dəyirmi masa, “Azərbaycanın su eh-tiyatları” mövzusunda dəyirmi masa, “Dünya bizim evimizdir” mövzusunda ekoloji gecə, “Bizim yaşıl sərvətimiz” mövzusunda viktorina, “Xəzər təhlükədədir” mövzusunda ekoloji tədbir, “Enerjiyə qənaət” mövzusunda ekoloji gecə, “Çörək bol olarsa basılmaz vətən” mövzusunda ekoloji gecə və digər dəyirmi masalar, məktəb konfransı, müsabiqələr və sərgilər keçirilmişdir.

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

5858

Ölkənin müxtəlif regionlarında ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarda “2010-cu il “Ekologiya ilidir”, “Ətraf mühitin mühafizəsi hamımızın borcudur”, “Yeni yaşıllıq-ların salınmasında və mühafizəsində gənc nəslin rolu”, “Ətraf mühitin mühafizəsi-sağlamlı-ğımıza təminatdır”, “İnsan və təbiət”, “5 iyun “Ümumdünya ətraf mühit” günüdür”, “Yaşıllıq-ların mühafizəsi”, “Uşaqlara təmiz su – təmiz həyat”, “Selin yaranma səbəbləri və ona qarşı mübarizə tədbirləri”, “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ekologiya və təbiət ərazilərinin inkişafına göstərdiyi diqqət və qayğı” və s. mövzularda ekoloji təbliğat xarakterli seminar məşğələlər, dəyirmi masalar, görüşlər təşkil etmişdir.

Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) bu ilki baş şəhərlər siyahısına İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı Azərbaycanın Bakı şəhərinin də salınması ilə əlaqədar 5 iyun “Ümumdünya ətraf mühit” günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət və Qeyri-Hökumət Təşkilatlarının, diplomatik korpusların, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin, Kütləvi İnformasiya Vasitələrinin, ümumi-likdə 2000 nəfərdən çox əməkdaşın iştirakı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmuş kütləvi ağacəkmə kompaniyası keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil olunmuş “Ekologiya möv-zusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” birgə layihəsi çərçi-vəsində jurnalistlər arasında keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

Ekoloji təqvim günlərində KİV-də məqalələr dərc olunmuş, televiziya və radio kanalların-da çıxışlar təşkil edilmiş, respublikanın yaşayış məntəqələrində təmizlik və abadlıq işləri-nin aparılması məqsədilə iməciliklər keçirilmiş, ali və orta təhsil müəssisələrində müəllim və tələbələrin iştirakı ilə ekoloji mövzularda seminar məşğələlər, dəyirmi masalar, Bakı şəhərinin bir sıra orta məktəblərində isə Nazirliyin təcrübəli mütəxəssisləri ilə görüşlər təşkil olunmuşdur.

20 oktyabr – 20 noyabr 2010-cu il tarixlərində ölkənin müxtəlif regionlarında ali və orta təhsil müəssisələrində “2010-cu il “Ekologiya ili”dir devizi altında ətraf mühit problemləri ilə bağlı müxtəlif mövzularda ekoloji təbliğat xarakterli seminar məşğələlər, dəyirmi ma-salar, görüşlər keçirilmişdir.

Eyni zamanda aylıq ərəfəsində “Heydər Əliyev: Mən istəyirəm ki, hamınız təbiəti qo-ruyanlar olasınız” mövzusunda inşa müsabiqəsi, “Ətraf mühit uşaqların gözü ilə” möv-zusunda uşaq bağçalarında rəsm müsabiqəsi, məktəblilər arasında bilik yarışları təşkil olunmuş, eyni zamanda ölkə ərazisində payız əkin mövsümü ilə əlaqədar iməciliklər keçirilmişdir.

5959

Ətraf mühitin mühafizəsi sahəsində jurnalistlərin bilik və məlumatlılıqlarının artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılmış “Jurnalistlərin ekologiya məktəbi” 3 avqust 2010-cu il tarixində fəaliyyətə başlamış və həftədə 2 dəfə ol-maqla 6 ay davam etmiş mühazirələrin sonunda məktəbi bitirənlərə müvafiq sertifikatlar təqdim olunmuşdur.

2010-cu il ərzində Nazirliyin fəaliyyətini əks etdirən 310 press-reliz mütəmadi olaraq Na-zirliyin internet səhifəsində yerləşdirilməklə ictimaiyyət və KİV nümayəndələrinin diqqətinə çatdırılmış, mətbuat xidmətinə telefon vasitəsilə daxil olan 1361 sorğu cavablandırılmışdır.

İl ərzində KİV-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini əks etdirən 1900-dən artıq material dərc olunmuş, həmçinin televiziya və radio kanalllarında müxtəlif eko-loji mövzularda çıxışlar təşkil edilmişdir.

Həmçinin, eco.gov.az saytının istifadəçilərinin məlumatlılığını artırmaq məqsədilə “Mək-tublar” və “Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi” bölmələri yaradılmışdır.

Yer təki istifadəçilərinin və onların hasil etdiyi faydalı qazıntıların (neft və qaz istisna olmaqla) miqdarının müəyyən edilməsi və bu göstəricilər nəzərə alınmaqla Faydalı Qazıntıların Dövlət Balansında faydalı qazıntıların miqdarının dəqiqləşdirilməsi

Faydalı qazıntıların Dövlət balansında miqdarının dəqiqləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət balansında ehtiyatları təsdiq edilmiş istismarda və ehtiyatda olan 481 faydalı qazıntı yataqları qeydə alınmış və yerin təkinin istifadəçiləri tərəfindən təqdim olunmuş hesabatlar əsasında yataqların qalıq eh-tiyatı hesablanmışdır.

01 yanvar 2011-ci il tarixinə olan məlumata görə ölkədə qeyri-filiz faydalı qazıntı yataqla-rının ehtiyatları A+B+J1 kateqoriyaları üzrə 1702500,974 min ton, inşaat materialları üzrə faydalı qazıntı yataqlarının ehtiyatları A+B+J1 kateqoriyaları üzrə 2242556,627 min m3; 453899,8 min ton, yeraltı şirin su yataqlarının ehtiyatları 5068 min m3 /gün, mineral su ya-taqlarının ehtiyatları 19,772 min m3/gün, sənaye (yodlu-bromlu) suları yataqlarının ehti-yatları 229,56 min m3/gün, termal su yataqlarının ehtiyatları 25,375 min m3/gün olmuşdur.

Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əley-hinə olan inzibati xətalara görə inzibati tənbehin sərtləşdirilməsi; Ekoloji təhlükəsiz-lik qaydalarının pozulmasına görə yeni inzibati tənbeh növlərinin müəyyən edilməsi

Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 478-IIIQD nömrəli Qanunu ilə Azər-baycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilərək həmin Məcəllədə “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar”ın sanksiyaları sərtləşdirilmişdir.

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

6060

Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 896-IIIQD nömrəli Qanunu ilə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilmişdir. Bu Qanunla Məcəlləyə in-zibati xəta növləri üzrə magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaq-larında yerləşən və su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) ətrafında yerləşən yaşıllıq sahələrində inzibati xətanın törədilməsinə dair konk-ret müddəalar əlavə edilmiş və bu əmələ görə inzibati qaydada tətbiq olunan cərimələr sərtləşdirilmişdir.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 18 iyun tarixli 1038-IIIQD nömrəli Qanununda İnzi-bati Xətalar Məcəlləsinin 163.0.8-ci maddəsinə edilmiş dəyişikliyə əsasən avtomobil yolla-rında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsiz-liyinin pozulmasına yaşıllığın qırılması deyil, yalnız torpaqların şumlanması daxil edilmişdir.

Həmçinin 198-ci maddənin köhnə redaksiyada verilmiş, “Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların zədələnməsi və ya özbaşına qırılması” adı dəyişdirilərək yeni redaksiyada “Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların başqa yer-lərə keçirilməsi və yaxud mühafizəsi üçün tədbirlər görülməməsi” adı ilə əvəz edilmiş-dir. Buna müvafiq olaraq həmin maddənin dispozisiyası da dəyişdirilərək “Şəhərlərdə və digər yaşayış məntəqələrində tikinti işləri başlanan zaman yaşıllığı olan ayrı-ayrı sahələrin tikilişində lazımi icazə olmadan yaşıllıqların başqa yerə keçirilməsinə, yaxud öz sərəncamında olan yaşıllıqların mühafizəsi üçün şəxslərin tədbirlər görməməsi” məzmununda verilmişdir.

Azərbaycan Respublikasının 7 dekabr 2007-ci il tarixli 502-IIIQD nömrəli Qanunu ilə Azər-baycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulmasına görə in-zibati cərimə nəzərdə tutan maddə əlavə olunmuşdur.

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Res-publikasının Qanununda aşağıdakılar barədə dəyişikliklər edilməsinə dair qanun layihəsinin hazırlanması:

– xüsusi mühafizə rejiminin xüsusiyyətlərinin təkmilləşdirilməsi;– xüsusi mühafizə olunan təbiət ərazilərinin zonalaşdırılması; – xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunmasının təkmilləşdirilmə-

si və s.

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanmış və aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Azərbaycan Respub-likasının Milli Məclisinə təqdim olunmuşdur.

6161

Digər qanunvericilik aktlarında dəyişikliklər edilməsi və yeni qanun layihələrinin hazırlanması

Azərbaycan Respublikasının 1 oktyabr 2012-ci il tarixli 435-IVQD nömrəli Qanunu ilə “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər olunmuş və Qanuna vəhşi heyvanların xüsusi icazə olmadan təbii mühitdən ayırmaqla və ya digər qanunsuz yollarla əldə etməklə, yarımsərbəst və ya qeyri-sərbəst şəraitdə müvafiq tələblərə riayət etmədən saxlanması, mühafizəsi və istifadəsi aşkar olunduq-da, həmin heyvanlar bu sahədə dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən geri götürüldükdən sonra onların reabilitasiyasına çəkilmiş xərclərin ödənilməsinin heyvanlar aləmi obyektlərinin istifadəçilərinin vəzifəsi olması barədə müddəa əlavə edilmişdir.

Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 456-IIIQD nömrəli Qa-nunu ilə meşələrdə və ya qoruqlarda, milli və ya təbii parklarda ağacların və ya kolların, eləcə də meşə fonduna aid olmayan ağacların və ya kolların qanunsuz kəsilməsi üçün ekoloji cinayət əməlinə görə cəzanın sərtləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsi yeni redaksi-yada verilmişdir.

Azərbaycan Respublikasının 22 may 2007-ci il tarixli 341-IIIQD nömrəli Qanunu ilə “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr olunaraq respublikada istehsalat və məişət tullantılarının idarə edilməsi Birləşmiş Millətlər Təşkilatının “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”nın müd-dəalarına uyğun olaraq təkmilləşdirilmiş, bununla bağlı qanunda bir sıra əlavə an-layışlar verilmişdir. Bundan irəli gələrək digər qanunvericilik aktlarında dəyişikliklər aparılmışdır.

Azərbaycan Respublikasının 7 dekabr 2007-ci il tarixli 502-IIIQD nömrəli Qanunu ilə “Eko-loji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik-lər edilərək ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının müəyyən edilməsi və səviyyələrinin nizama salınması barədə müddəalar əlavə olunmuşdur.

“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə Azərbaycan Res-publikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” təs-diq edilmişdir.

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

6262

İqtisadi və digər təsərrüfat fəaliyyətinin ətraf mühitə və insan sağlamlığına ola biləcək təsirinin və onun nəticələrinin ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun öyrənilməsi məqsədi ilə həyata keçirilən ətraf mühitə təsirin qiymətlən-dirilməsi prosesinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən və bu sahədə yaranan münasibətləri tənzimləyən “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanaraq aidiyyəti dövlət qurumları ilə ra-zılaşdırılmış və layihəyə hazırda Azərbaycan Respublikasının Milli Məclisində baxılır.

Azərbaycan Respublikasında insanların sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin etmək məqsədilə meşə fonduna daxil olmayan yaşıllıqların (ağac-kol bitkilərinin) müha-fizəsi, qeydiyyatı, salınması, bərpası və artırılması ilə əlaqədar münasibətləri tənzimləyən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi işlənib ha-zırlanmışdır. Qanun layihəsi hazırda Azərbaycan Respublikasının Milli Məclisindədir.

1.5. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqti-sadi inkişafı Dövlət Proqramı

Şəhər və şəhər tipli qəsəbələrdə yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi üçün müxtəlif çeşiddə əkin materiallarının yetişdirilməsi

2009-2012-ci illərdə müxtəlif çeşiddə 5,035 mln. ədəd əkin materialı yetişdirilmişdir.

Arid ərazilərdə meşəbərpa və meşəsalma tədbirlərinin aparılması

Arid ərazilərdə 2552 hektar sahədə meşəbərpa və meşəsalma tədbirləri həyata keçi-rilmişdir.

Tezböyüyən ağac cinslərindən ibarət meşə plantasiyalarının salınması

Əkin materiallarının yetişdirilməsi

6363

798 hektar sahədə tezböyüyən ağac cinslərindən ibarət meşə plantasiyaları salınmışdır.

Sel-daşqın təhlükəsi olan regionlarda meşəbərpa tədbirlərinin davam etdirilməsi

Sel-daşqın təhlükəsi olan regionlarda 2575 hektar sahədə meşəbərpa və meşəsalma təd-birləri yerinə yetirilmişdir.

Milli parklarda rekreasiya əhəmiyyətli meşələrin müəyyən edilməsi və ekoturizmin inkişafı üçün xidmət infrastrukturunun təşkilinin dəstəklənməsi

Azərbaycan Respublikasının Milli Park-larında ekoturizminin inkişafı məqsə-dilə Şirvan Milli Parkının Xəzər dənizi ilə həmsərhəd olan Bəndovan ərazisin-də 6 ədəd taxta konstruksiyalı evdən ibarət ekoturizm şəhərciyi inşa edilmiş, günəş panelləri və külək generatoru qurularaq alternativ enerji ilə təmin olunmuş, içməli su ilə təmin olunması məqsədilə əks osmos texnologiyalı də-niz suyunun duzsuzlaşdırılması qurğu-su istifadəyə verilmişdir.

Hirkan Milli Parkının İstisu ərazisində 2 mərtəbəli İnformasiya Mərkəzi yaradılmış və tu-ristlər üçün 4 ədəd taxta konstruksiyalı kempinq inşa edilmişdir.

Böyük Qafqazın zəngin bioloji müxtəlifliyə malik olan Quba, Qusar, Qəbələ, Oğuz, Şamaxı, İsmayıllı rayonlarının inzibati ərazisində yerləşən Şahdağ Milli Parkının inzibati binası, eko-turizm mərkəzi, habelə turistlərin daxil olmaları üçün müasir tipli 6 keçid məntəqəsi inşa edilmişdir. Şahdağ Milli Parkına gələn turistlər turizm marşrutları haqqında məlumat al-maqla yanaşı, Şahdağda qurulmuş foto və videokameralar vasitəsilə ətraf ərazilərin hava şəraiti və ətraf mühiti barədə məlumatları internet vasitəsilə əldə etmək imkanlarından istifadə edirlər.

Ölkənin müxtəlif regionlarında yerləşən milli parkların ərazilərində turizm marşrutları üzrə yollar abadlaşdırılmış, xüsusi göstəricilər və yol nişanları quraşdırılmışdır.

Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində xüsusi mühafizə olunan təbiət əraziləri-nin turizm potensialının artırılması məqsədilə milli parkların inkişaf planları hazırlanmışdır.

Nadir və nəsli kəsilmiş flora və fauna növlərinin reintroduksiyası üzrə tədbirlərin həyata keçirilməsi

Yeni salınmış meşə plantasiyası

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

6464

Heydər Əliyev Fondunun dəstəyi ilə ceyranların tarixi ərazilərinə reintroduksiyası layihə-sinə başlanmış, bu günədək 100-dək ceyran öz tarixi arealına buraxılmışdır

2013-cü ilin payızında ceyranlar Azərbaycan Respublikasının Gürcüstan Respublikası ilə həmsərhəd ərazisindən Qabırrı çayının digər sahil ərazisinə köçürüləcəkdir

Hazırda Azərbaycanda 1975-ci ildə nəsli kəsilmiş vəhşi bizonun ölkəmizdə tarixən məs-kunlaşdığı Şahdağ Milli Parkının ərazisinə reintroduksiyası imkanları üzərində iş aparılır. Beynəlxalq ekspertlər tərəfindən ilkin qiymətləndirilmə işləri başa çatdırılmışdır.

Təhlükəli hidrometeoroloji hadisələrin Erkən Xəbərdarlıq Sisteminin inkişaf etdirilməsi

Finlandiyanın Vaisala şirkətinin WXT520 sensor bloku əsasında Erkən xəbərdarlıq siste-mi üçün yağıntıölçən stansiya funksiyasını yerinə yetirən avtonom sistem hazırlanmışdır. Böyük Qafqazın sel təhlükəsi olan çaylarının hövzələrində İtaliya istehsalı olan 8 ədəd avtomat yağıntıölçən stansiyalar quraşdırılmışdır. Finlandiya istehsalı olan 19 komplekt avtomat meteoroloji stansiya qurulmuşdur.

Dövlət hidrometeoroloji müşahidə şəbəkəsinin təkmilləşdirilməsi

Hidrometeoroloji müşahidə şəbəkə-sinin bərpası, inkişafı, yeni texnologi-yaların tətbiqi və tərtib olunan hidro-meteoroloji proqnozların keyfiyyətinin yaxşılaşdırılması istiqamətlərində bir sıra tədbirlər həyata keçirilmişdir. Ölkə ərazisində havaların kəskin dəyişməsi və təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar tərtib olunmuş, yarımsutkalıq, sutkalıq, iki günlük, ay-lıq hidrometeoroloji proqnozlar hazır-

lanaraq müvafiq dövlət orqanlarına, sifarişçi təşkilatlara, kütləvi informasiya vasitələri ilə birbaşa əhaliyə çatdırılmışdır.

Sutkalıq və yarımsutkalıq proqnozların özünü doğrultması 87-91%, Azərbaycanın rayon-ları üzrə tərtib olunmuş xəbərdarlıqların özünü doğrultması 85%, Xəzər dənizi və Abşeron dəniz akvatoriyası üzrə 84-85%, ölkənin çayları üzrə isə 86 % təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qusar rayonunun ərazisində Qafqaz-da ən yüksək dağlıq “Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi” yara-dılmışdır.

Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi

6565

Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosistemlərində hidrometeoroloji və ekoloji tədqiqat işlərinin aparılması məqsədilə yaradılmış “Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi”ndə avtomat meteoroloji stansiyalar qurulmuş, bütün kompleks alternativ enerji ilə təmin olunmuşdur. Ərazinin müxtəlif nöqtələrində quraş-dırılmış veb-kameralar hesabına operativ məlumatlar əldə edilməklə bərabər, hər bir Azərbaycan vətəndaşı internet vasitəsi ilə həmin əraziləri canlı rejimdə izləmək imkanı-na malik olmuşdur.

Kür, Araz çaylarında və digər çaylarda hidroloji monitorinq sisteminin təkmil-ləşdirilməsi

Milli Aerokosmik Agentliyin istehsalı olan 3 avtomat çay səviyyəyazanı alınaraq quraş-dırılmışdır. Neftçala rayonunda Kür çayı üzərində, Şəki rayonunda Kiş çayı üzərində, Şahdağda yerləşən avtomat meteoroloji stansiyada və Şahdağ Milli Parkının ərazisində Ləzə məntəqəsində daimi fəaliyyət göstərən videokamera quraşdırılmış və video gö-rüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet saytına ötürülür.

Əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması məqsədilə modul tipli sutə-mizləyici sistemlərin quraşdırılması

Ümumilikdə 20 rayonun 221 yaşayış məntəqəsində modul tipli içməli sutəmizləyici qur-ğular quraşdırılmış və 400 min nəfərdən artıq əhali Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunmuşdur.

Heydər Əliyev Beynəlxalq Hava Limanı ətrafının ekoloji vəziyyətinin yaxşı-laşdırılması

Sabunçu dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı arası ərazidə 334 hektar sahədə 281354 ədəd ağac və kol əkilmiş, 98425 m2 çəmən örtüyü yaradılmışdır.

Magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılması (Bakı şəhəri)

Zığ - Heydər Əliyev Hava Limanı arası ərazidə 345 hektar sahədə 264587 ədəd ağac və kol əkilmişdir.

Bakı-Şamaxı magistral avtomobil yolunun Pirəkəşkül-Çaylı hissəsində 250 hektar sahədə 255901 ədəd ağac və kol cinsləri əkilmiş, damcılı suvarma sistemi qu-rulmuşdur.

Yaşıllıqların salınması (Bakı şəhəri)

Bayıl yamacında 68 hektar sahədə 168508 ədəd ağac və kol cinsləri əkilmiş, damcılı su-varma sistemi qurulmuşdur.

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

6666

Tikinti materialları yataqlarının axtarışı və kəşfiyyat işlərinin davam etdirilməsi (Ab-şeron iqtisadi rayonu)

Rayon ərazisində 100 km2 sahədə geoloji işlər başa çatdırılmış, Sündü, Bəklə əhəngdaşı, Qurbançı gil və Nabur vulkan külü yataqları aşkarlanmış, ehtiyatları C2 kateqoriyası ilə hesablanmış və sahə balansına təqdim edilmişdir.

Xəzər dənizinin sahil zolağında modul tipli sutəmizləyici qurğuların quraşdırılması (Abşeron iqtisadi rayonu)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış modul tipli çirkab sutəmiz-ləyici qurğulardan ibarət “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin fəaliyyəti nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahilboyu ərazilərində bataqlıqlaşmış sahələrin və çirkab gölməçələrin əksəriyyəti qurudularaq ekoloji tarazlıq bərpa olunmuşdur. Bu istiqamətdə ümumilikdə gündə 6400 m3 çirkab sutəmizləmə gücünə malik 17 stansi-ya istismara verilmişdir. Tullantı sularının toplanması və qurğulara yönəldilməsi üçün drenaj sistemləri yaradılmış, boru kəmərləri çəkilmişdir.

Magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılması (Aran iqtisadi rayonu)

Bakı-Qazax magistral avtomobil yolunun Atbulaq-Hacıqabul hissəsində 307 hektar sahə-də 340543 ədəd, Ələt-Atbulaq hissəsində 427 hektar sahədə 455385 ədəd ağac və kol cinsləri əkilmişdir. Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində 250 hektar sahədə 256066 ədəd ağac və kol əkilmiş, bütün ərazilərdə damcılı suvarma sistemi qurulmuşdur.

Yol kənarlarının yaşıllaşdırılması və meşə mühafizə zolaqlarının salınması (Şəki ra-yonu)

4 hektar sahədə tezböyüyən ağac cinslərindən ibarət meşə plantasiyaları salınmışdır.

Ölkə ərazisində tikinti materialları (gil, qum və s.) yataqlarının axtarışı və kəşfiyyat işlərinin aparılması

Ölkə ərazisində 4491 km2 sahədə tikinti materialları yataqlarının aşkarlanması məqsədilə axtarış-qiymətləndirmə işləri başa çatdırılmış, yekun hesabat tərtib olunmuş və sahə balansına təqdim edilmişdir.

6767

1.6. 2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı

Avtomobil yollarının ətrafında müvafiq torpaq işlərinin görülməsi, su mənbələrinin müəyyənləşdirilərək, suvarma sisteminin qurulması və yaşıllaşdırma işlərinin apa-rılması

Zığ - Heydər Əliyev Hava Limanı və Sabunçu dairəsi - Heydər Əliyev Hava Limanı magist-ral avtomobil yollarının ətrafında ümumi ərazisi 791 hektar olmaqla cəmi 664 min ədəd müxtəlif cinsli ağac və kol bitkiləri əkilərək, ərazidə suvarma sistemi qurulmuşdur.

Həmçinin, keçmiş Binə ticarət mərkəzinin yerində 86 hektar ərazidə damcılı suvarma sistemi qurulmuş, 92 300 ədəd ağac və kol cinsləri əkilmiş, ümumilikdə 18261 m2 qazon sahəsi salınmışdır.

Bayıl yamacı - 20-ci sahə arası yaşıllaşdırılmış ərazidə suvarma sisteminin qurulması

Səbail rayonu ərazisində sürüşməyə həssas və çətin bitmə şəraitinə malik Bayıl yamacın-da 60 hektar ərazidə müasir damcılı suvarma sistemi qurulmuş və quraqlığa davamlı və estetik görkəmə malik 157 min ədəd ağac və kol əkilmişdir. Suvarma sisteminin fasiləsiz fəaliyyətini təmin etmək üçün yaşıllaşdırılmış ərazilərdə əlavə su çənləri quraşdırılmışdır.

Hövsan-Binə-Dədə Qorqud-Ba-har qəsəbələri ətrafı 300 hektar ərazidə müvafiq torpaq işləri-nin görülməsi, su mənbələrinin müəyyənləşdirilərək, suvarma sisteminin qurulması və ərazinin yaşıllaşdırılması

300 hektar və əlavə olaraq 176 hektar sahədə torpaq işləri görülmüş, sahəyə münbit torpaq və gübrə (peyin) daşı-naraq 334 min ədəd ağac və kol cins-ləri əkilmiş, damcılı suvarma sistemi qurulmuşdur.

Hövsan-Binə-Dədə Qorqud-Bahar qəsəbələri ətrafında salınmış yaşıllıq sahəsi

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

6868

1.7. Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərə-li istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı

1.7.1. Normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi və zəruri təşkilati təd-birlərin həyata keçirilməsi

Heyvandarlığın və əkinçiliyin dayanıqlı inkişafını təmin edən normaların, aqroqay-daların, standartların və digər normativ sənədlərin təkmilləşdirilməsi

Ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin aqrotexniki xəritələri bazar iqtisadiyyatı şəraiti üçün hesablanmış və “Kənd təsərrüfatında məsrəflərin uçotu və məhsulların maya dəyərinin kalkulyasiya edilməsinə dair tövsiyələr” kitabında öz əksini tapmışdır. Kitab kütləvi tirajla çap edilərək bütün rayonlara çatdırılmışdır. Bundan əlavə “Toxumçuluq haqqında” Azər-baycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2005-ci il tarixli Fərmanı əkinçiliyin əsasını təşkil edən toxumçuluğun daha da inkişaf etməsinə kömək etmişdir.

“Toxumçuluq haqqında”, “Pambıqçılıq haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “İpəkçilik haqqında” Azərbaycan Respublikasının Qanunları tətbiq olunmağa başlamışdır. Bu qanunların işləməsi üçün normativ sənədlər hazırlanmışdır.

Təbii yem sahələrində fəaliyyəti tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdi-rilməsi

Təbii yem sahələrində fəaliyyətin tənzimlənməsi üçün normativlər müəyyən edilmişdir. Təbii yem sahələrinin yüklənməsinin qarşısını almaq üçün Azərbaycan Respublikası Na-zirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq, biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”na əsasən otlaqların hər hektarına heyvan yükü müəyyən edilmişdir. Azərbaycan Respublika-sının Nazirlər Kabineti “Qış otlaq sahələrindən istifadənin tənzimlənməsi barədə” 2 mart 2006-cı il tarixli 60 nömrəli Qərar qəbul etmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalında və emalında tətbiq edilən normativ sənəd-lərin təkmilləşdirilməsi və məhsulların sertifikatlaşdırılması

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müda-fiəsi Dövlət Xidmətinin nəzdində İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən ərzaq və qeyri-ərzaq mallarına, o cümlədən kənd təsərrüfatı məhsullarına mənşə sertifikatı verilir.

Tütün şitilinə, diri ipək baramaqurduna, toxum sınaqlarına və pambığa dair Azərbaycan Respublikasının milli normativ sənədləri hazırlanmış və qüvvəyə minmişdir.

6969

Toxumçuluq məhsullarının istehsalı və hərəkəti üzrə statistik müşahidənin aparılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmış 16-kt (toxumçuluq) nömrəli sta-tistik hesabat forması və onun tərtib edilməsinə dair müvafiq tövsiyə hazırlanıb təsdiq edilmişdir.

Emal olunmuş kənd təsərrüfatı məhsulları da əhatə olunmaqla, Avropa İttifaqının müva-fiq təsnifatı əsasında milli “Sənaye Məhsullarının Statistik Təsnifatı (siyahısı)” hazırlanaraq təsdiq olunmuşdur. Bu təsnifatın tətbiqi və onun əsasında hesabat formalarının təkmilləş-dirilməsi nəticəsində, emal məhsullarının dünya və Avropa Birliyi ölkələri üzrə məlumat-larla birbaşa müqayisəsinə imkan yaranmışdır.

Sənaye müəssisələri, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan müəssisələr tərəfindən təqdim olunan “Malların istehsalı, yüklənməsi və xidmətlərin göstərilməsi haqqında” 1-istehsal (sənaye) nömrəli rəsmi statistika hesabatının doldu-rulmasına dair metodoloji tövsiyələr hazırlanmış və Dövlət Statistika Komitəsinin müvafiq qərarı ilə təsdiq edilmişdir.

1.7.2. Torpaq, su və digər təbii ehtiyatların səmərəli istifadə olunması

Kənd təsərrüfatına yararlı torpaqların kateqoriyalar üzrə bölgüsünün dəqiqləşdiril-məsi və onlardan səmərəli istifadə istiqamətlərinin müəyyən edilməsi

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinq Elmi-İs-tehsalat Mərkəzinin 10 Regional Torpaq Qeydiyyatı Mərkəzləri kənd təsərrüfatına yararlı torpaq sahələrində aparılan əməliyyatların, o cümlədən, torpaq bölgüsü, alqı-satqı, icarə, istifadə, vərəsəlik, girov və s. əqdlərin qeydiyyatı, torpaq mülkiyyətçiləri və istifadəçiləri haqqında qanunvericilikdə nəzərdə tutulmuş məlumatların toplanması, hüquqi sənədlərin hazırlanması və torpaqla bağlı zəruri olan digər işlərdə fermer və torpaq mülkiyyətçilərinə xidmət göstərmək məqsədilə fəaliyyət göstərir. Ötən dövr ərzində onların maddi-texniki bazaları gücləndirilmiş, ən müasir avadanlıqla təmin edilmiş və işçi qüvvələri artırılmışdır. Komitənin mərkəzi aparatı ilə regional mərkəzlərin arasında müasir üslubda elektron ra-bitə sistemi yaradılmaqla ümumi şəbəkə qurulmuşdur ki, bunun da nəticəsində mərkəzin üzərinə düşən vəzifələr ən qısa vaxtda operativ şəkildə yerinə yetirilmişdir.

Yay və qış otlaq sahələrində torpaq və geobotaniki tədqiqatların aparılması, torpaq-ların texniki uçotunun dəqiqləşdirilməsi

2009-cu ildə Şamaxı rayonunun inzibati ərazisində 30204 ha, Göygöl rayonu ərazisində 63 490 ha, Hacıqabul rayonu ərazisində 75655 ha, Masallı rayonunda 37213 hektar bələ-diyyə, xüsusi və dövlət mülkiyyətinə (yay və qış otlaqlarında) aid olan torpaqlarda torpaq xəritələrinin tərtib edilməsi, şorlaşma ilə bağlı çöl və kameral işlər görülmüş və hesabatlar hazırlanmışdır. Respublikanın 19 rayonu üzrə torpaqların keyfiyyət göstəricilərinə (şoran-

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

7070

laşma, şorakətləşmə, eroziyaya uğrama dərəcələrinə və qranulometrik tərkibinə görə) aid ümumilikdə 1 149,5 min hektar ərazini əhatə edən kameral işlər başa çatdırılmışdır.

Həmçinin Cəlilabad rayonunun ərazisindəki 9428 hektar və Balakən rayonunun 1908 hek-tar bələdiyyə mülkiyyətinə aid olan kəndətrafı örüş sahələrinin kameral işləri aparılmışdır.

2005-ci ildə Yevlax rayonunun qış otlaqlarında 28373 ha, Zərdab rayonunun qış otlaq-larında 19497 ha, Göyçay rayonunun qış otlaqlarında 9517 ha, Ağdaş rayonu ərazisində Oğuz rayonunun qış otlaqlarında 13905 ha, Ucar rayonu ərazisində qış otlaqlarında 6570 ha, İsmayıllı rayonunun yay otlaqlarında 69060 hektar sahədə geobotaniki tədqiqat işləri aparılmışdır.

2006-cı ildə İmişli rayonunun qış otlaqlarında 13623 ha, Göyçay rayonunun qış otlaqla-rında 8679 ha, Zərdab rayonunun qış otlaqlarında 26163 ha, Ucar rayonunun qış otlaq-larında 3161 ha, Yevlax rayonunun qış otlaqlarında 15172 ha, Kürdəmir rayonunun qış otlaqlarında 12581 ha, Gədəbəy rayonunun yay otlaqlarında 29917 ha, Lerik rayonunun yay otlaqlarında 4654 hektar sahədə geobotaniki tədqiqat işləri aparılmışdır.

2007-ci ildə İmişli rayonunun qış otlaqlarında 53643 ha, Ucar rayonu ərazisində Qəbələ rayonunun qış otlaqlarında 1809 hektar sahədə geobotaniki tədqiqat işləri aparılmışdır.

2008-ci ildə Hacıqabul rayonunun qış otlaqlarında 88449 ha, İmişli rayonunun qış otlaq-larında 4580 hektar sahədə geobotaniki tədqiqat işləri aparılmışdır.

2009-cu ildə Balakən rayonunun yay otlaqlarında 3168 ha, Qax rayonunun yay otlaqla-rında 6023 ha, Qobustan rayonunun qış otlaqlarında 28117 ha, Beyləqan rayonunun qış otlaqlarında 22211 ha, Abşeron rayonunun qış otlaqlarında 22103 ha, Ağcabədi rayonu-nun qış otlaqlarında 12979 hektar sahədə geobotaniki tədqiqat işləri aparılmışdır.

2010-cu ildə Balakən rayonunun yay otlaqlarında 905 ha, Qax rayonunun yay otlaqlarında 6023 ha, Qobustan rayonunun qış otlaqlarında 28117 ha, Beyləqan rayonunun qış otlaq-larında 25013 ha, Abşeron rayonunun qış otlaqlarında 24173 ha, Ağcabədi rayonunun qış otlaqlarında 36895 hektar sahədə geobotaniki tədqiqat işləri aparılmışdır.

Həmçinin, Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifa-dəsinə dair Milli Strategiya və Fəaliyyət Planına uyğun olaraq 2009-cu ildə Quba rayonu-nun 60455 ha, Qax rayonunun 6807 ha, Oğuz rayonunun 4205 hektar və Xaçmaz rayo-nun 7024 hektar (cəmi 78491 ha) bələdiyyə mülkiyyətindəki kəndətrafı örüş sahələrində tədqiqatlar aparılmışdır.

Torpaqların münbitliyinin bərpası və artırılması üzrə tədbirlərin müəyyənləşdirilmə-si və həyata keçirilməsi

7171

Torpaqların şoranlaşmasına qarşı mübarizə tədbirləri işlənib hazırlanmış, torpaqların münbitliyinin bərpası və artırılması məqsədilə əsas kənd təsərrüfatı zonalarının suvarılan torpaqlarının optimal su-duz rejiminin (təbii və süni faktorlar nəzərə alınmaqla) yaradıl-ması və onların idarə olunması, hidromeliorativ sistemlərin yenidən qurulması, istismarı istiqamətində metodik göstərişlər, təlimatlar və normativ-hüquqi sənədlər işlənib hazır-lanmışdır.

2009-cu il ərzində qrunt sularının səviyyəsinin dəyişməsi üzrə nəzarət aparılmış, 8692 müşahidə quyusunda 86612 dəfə yeraltı qrunt sularının səviyyəsi ölçülmüş, onların duz-luluğunun öyrənilməsi üçün 6180 su nümunəsi götürülərək kimyəvi analiz edilmişdir. Su-varılan ərazilərdə qrunt sularının səviyyəsinin aşağı salınması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Biləsuvar rayonunun sərhəd ərazilərində 35846 pm açıq suyığıcı kollektor və 17696 pm örtülü drenaj şəbəkəsi, Laçın rayonunun Ağca-bədi rayonu ərazisində yerləşən qış otlaqlarında 9930 pm açıq suyığıcı, 1275 pm uzunlu-ğunda örtülü drenaj şəbəkəsi tikilmişdir.

“Azərbaycanda suvarma paylayıcı sistemi və onun idarə olunmasının təkmilləşdirilməsi layihəsi (İrriqasiya-2)” çərçivəsində 140 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının və respublikanın 11 rayonunda (Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Xaçmaz, Quba, Naxçıvan MR-in Ba-bək və Şərur rayonları) 34361 hektar ərazidə suvarma-drenaj sistemlərinin bərpası işləri aparılmış, 750 min pm uzunluğunda suvarma kanalları, 290 min pm uzunluğunda kollek-tor-drenaj şəbəkəsi təmizlənmiş və bərpa olunmuşdur. Xaçmaz rayonu ərazisində 5586 ha, Saatlı rayonu ərazisində 3115 ha, Beyləqan rayonu ərazisində 5050 ha, Sabirabad ra-yonu ərazisində 6090 ha, İmişli rayonu ərazisində 2543 ha, Zərdab rayonu ərazisində 3200 ha, Goranboy rayonu ərazisində 1271 ha, Ağcabədi rayonu ərazisində 4569 hektar və Naxçıvan MR-in Babək rayonu ərazisində 2937 hektar sahədə suvarma- drenaj şəbəkələri bərpa olunmuşdur.

Suvarılan torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq, şoranlaşmanın və bataqlıqlaş-manın qarşısını almaq məqsədi ilə 2009-cu ildə 1630 kilometr kollektor-drenaj şəbəkələri lildən təmizlənmiş, onların üzərindəki 1200 hidrotexniki qurğu, 110 nasos aqreqatları tə-mir edilib işlək vəziyyətə gətirilmişdir. Kanal, kollektor və digər su təsərrüfatı obyektləri boyunca 160 hektar qoruyucu meşə zolaqları salınmışdır.

2010-cu il ərzində qrunt sularının səviyyəsinin dəyişməsi üzrə nəzarət davam etdirilmiş, 8692 müşahidə quyusunda 86420 dəfə yeraltı qrunt sularının səviyyəsi ölçülmüş, onların duzluluğunun öyrənilməsi üçün 5975 su nümunəsi götürülərək kimyəvi analiz edilmişdir. Suvarılan ərazilərdə qrunt sularının səviyyəsinin aşağı salınması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Biləsuvar rayonunun sərhəd ərazilərində, Laçın rayonunun Ağcabədi rayonu ərazisində yerləşən qış otlaqlarında və Saatlı rayonunun Ka-

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

7272

mallı və Hacıqasımlı kəndləri ərazisində açıq suyığıcı və qapalı drenaj şəbəkəsi tikilmiş-dir. Bundan əlavə, Bərdə, Tərtər, Ağdam, Biləsuvar, Ağstafa, Şəmkir və Saatlı rayonlarında qrunt sularının səviyyəsinin aşağı salınması məqsədi ilə açıq suyığıcı və qapalı drenaj şəbəkəsi tikilmişdir. Ümumilikdə 179897 pm uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası aparılmışdır.

“Azərbaycanda suvarma paylayıcı sistemi və onun idarə olunmasının təkmilləşdirilməsi layihəsi (İrriqasiya-2)” çərçivəsində respublikanın Goranboy və Quba rayonları ərazisində suvarma şəbəkələrində təmir-bərpa işləri başa çatdırılmış və 4119 hektar sahədə torpaq-ların suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır. Həmin layihə çərçivəsində 2010-cu ildə 51559 hektar sahədə obyektlər üzrə təmir-bərpa və tikinti işləri tamamlanmış və istifadəyə verilmişdir. Suvarılan torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq, şoranlaşmanın və bataqlıqlaşmanın qarşısını almaq məqsədi ilə 2010-cu ildə 2150 kilometr kollektor-dre-naj şəbəkələri lildən təmizlənmiş, onların üzərindəki 1600 hidrotexniki qurğu, 106 nasos aqreqatları təmir edilib işlək vəziyyətə gətirilmişdir. Kanal, kollektor və digər su təsərrüfatı obyektləri boyunca 160 hektar qoruyucu meşə zolaqları salınmışdır.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini təmin edən təd-birlərin həyata keçirilməsi

Aparılan araşdırmalar zamanı istifadəçilər tərəfindən otlaq sahələrinin səmərəli və düz-gün istifadə edilməməsi, otlaq sahələrinin bərpası məqsədilə heç bir qabaqlayıcı tədbir-lərin görülməməsi, torpaqların münbitliyinin bərpası ilə əlaqədar zəruri tədbirlərin həya-ta keçirilməməsi, torpaqların mühafizəsi sahəsində mövcud standartların və normaların tələblərinə əməl olunmaması, qış otlaq sahələrinin sərhədlərinin müəyyən edilməməsi, ümumi gediş-gəliş və köç yollarından əlavə yolların salınması, qışlaqlarda normadan artıq və təyinata uyğun olmayan əkinlərin aparılması, hər hektar sahəyə düşən davarların baş sayının normadan artıq olması, iribuynuzlu mal-qaranın sürü halında otarılması, habelə qış otlaqlarının istifadəçilər tərəfindən fasiləsiz olaraq il boyu istifadə olunması, otlaq sahələrinin dincə qoyulmaması, növbəli otarılma üsullarına əməl olunmaması, aidiyyəti yerli İcra Hakimiyyətləri tərəfindən torpaqların təyinatının dəyişdirilməsi və onlar tərəfin-dən qış otlaqlarının qorunmasına nəzarət edilməməsi aşkar edilmişdir.

Qeyd olunanlarla əlaqədar istifadəçilərə inzibati qaydada cərimələr tətbiq edilmiş və qış otlaq sahələrinin məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyana görə həmin şəxslərə qarşı iddia qaldırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qış otlaq sahələrindən istifadənin tənzim-lənməsi barədə” Qərarının icrası ilə əlaqədar otlaqların təyinatının özbaşına dəyişdirilməsi və şumlanaraq əkilməsi faktları da aşkar edilmişdir. Ağcəbədi rayonunda “KRAUN-Ko” müəsisəsinin istifadəsinə verilmiş 10378 hektar və Şəki rayonunda “Azər Şəki Aqro” MMC-

7373

yə verilmiş 2000 hektar sahələrin bütovlükdə şumlanaraq dənli taxıl bitkiləri əkilməsi ilə bağlı akt tərtib edilmiş və həmin müəssisələrə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilmişdir.

Qobustan və Şamaxı rayonları ərazisindəki kənd təsərrüfatı təyinatlı əkin sahələ-rindən torpağın münbit qatının götürülərək müxtəlif məqsədlər üçün daşınması ilə əlaqədar mütəmadi reydlər keçirilmişdir. Keçirilən reydlər zamanı 2010-cu ilin okt-yabr ayında Qobustan rayonunun şimal hissəsindən kütləvi torpaq daşınması faktı ilə bağlı protokol tərtib edilmiş, İnzibati qaydada 3500 manat məbləğində cərimə tətbiq edilmiş və təbiətə dəymiş ziyana görə 391 min manat məbləğində iddia qal-dırılmışdır.

Torpaq ehtiyatlarının mühafizəsi sahəsində aparılan yoxlamalar zamanı 157 akt tərtib olunmuşdur. Aşkar olunmuş qanun pozuntusu faktları ilə bağlı üzərinə protokol tərtib edilməklə, 42 təqsirkar şəxsə inzibati qaydada 88 min manat məbləğində cərimə tətbiq olunmuş, torpaqların korlanması müqabilində ayrı-ayrı cavabdehlərə qarşı 395 min ma-nat məbləğində iddia qaldırılmışdır.

Aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün ayrı-ayrı şəxslərə məcburi göstəriş-lər verilmişdir.

Ölkənin su ehtiyatlarının mənbələrinin dəqiqləşdirilməsi, onların yararlılıq dərəcəsi-nin müəyyən edilməsi

Respublikanın çay axımının illik miqdarı 30.9 km3 təşkil edir ki, onun da 10.9 km3 ölkə-daxili çayların, qalan 20.6 km3 isə ölkə ərazisindən kənarda formalaşan çay sularının pa-yına düşür. Ölkədə il ərzində istifadə olunan 11-12 km3 -dən artıq suyun təqribən 70%-ə qədəri kənd təsərrüfatı bitkilərinin suvarılmasına sərf edilir. Ölkənin əsas su mənbəyi çay suları olmaqla yanaşı, digər su mənbələrindən də (yeraltı, göl, buzlaq) istifadəyə böyük ehtiyac olduğu müəyyənləşdirilmişdir.

Ölkənin mürəkkəb təbii şəraiti nəzərə alınmaqla mövcud su ehtiyatlarından səmərəli və kompleks istifadəni həyata keçirmək məqsədilə su mənbələri haqqında ətraflı məlumat toplanmış və onlardan planlı şəkildə istifadə yolları əsaslandırılmış, keyfiyyət göstəriciləri müəyyənləşdirilmişdir.

Su ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün kənd təsərrüfatı bitkiləri-nin və ərazilərin xüsusiyyətlərini nəzərə alan suvarma rejiminin hazırlanması

Su ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə ölkənin müxtəlif təbii iqtisadi böl-gələrində kənd təsərrüfatı bitkilərinin əlverişli suvarma normaları və bu normaların hesab-lanma metodikası hazırlanmışdır.

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

7474

Aparılmış tədqiqatların nəticəsində respublikanın müxtəlif təbii iqtisadi bölgələrində kənd təsərrüfatı bitkilərinin optimal və iqtisadi cəhətdən əlverişli suvarma normaları müəyyən-ləşdirilmişdir. Kənd təsərrüfatı bitkilərinin suvarma texnologiyası və suvarma normasının hesablanmasına dair mövcud materiallar ümumiləşdirilməklə, ölkənin müxtəlif bölgələ-rinin torpaq, su, təsərrüfat, meliorativ xüsusiyyətləri nəzərə alınmaqla, su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair metodika işlənib hazırlanmışdır.

Təbii yem sahələrinin suya olan tələbatının dəqiqləşdirilməsi və onların su ilə təmin olunmasına dair təkliflərin hazırlanması

Kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin dəstəklənməsi ilə əlaqədar Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 135 su anbarı, 16 hidroqovşaq, 54,8 min kilometr suvarma kanalları, 30 min kilometr kollektor-drenaj şəbəkələri, 128 min müxtə-lif hidrotexniki qurğu, 931 nasos stansiyası, 7352 subartezian quyusu, 1,8 min kilometr seldən və daşqından mühafizə bəndləri, digər meliorasiya və su təsərrüfatı sistemləri və qurğuları istismar olunur. Bu əsaslı fondlar suvarılan torpaqlardan yüksək və sabit məhsul götürülməsinə təminat verir. Əkin sahələrini tələb olunan miqdarda suvarma suyu ilə təmin etmək məqsədilə vegetasiya suvarması dövrünədək su anbarlarına təxminən 20 mlrd. m3 həcmində su yığılır.

Sudan səmərəli istifadəni təmin edən suvarma sistemlərinin bərpası və suvarma şəbəkəsinin genişləndirilməsi

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan “Taxta-körpü su anbarının SES-lə birlikdə layihələndirilməsi və tikintisi” (su tutumu 268 mln m3) obyekti üzrə tikinti işləri davam etdirilir. Uzunluğu 110,4 kilometr olan “Taxtakör-pü - Ceyranbatan kanalının tikintisi” obyekti üzrə işlər davam etdirilmişdir. “Vəlvələ-çay-Taxtakörpü kanalının tikintisi”nin I (10,7 km) və II mərhələsi (20,7 km) üzrə işlər aparılmışdır.

Şəmkir çayı üzərində su anbarının tikintisi üzrə işlər aparılmış, mövcud Gəncə-Şəmkir avtomobil yolundan tikinti meydançasına qədər uzunluğu 15,81 kilometr olan asfalt yol çəkilmişdir. Su anbarının nüvə tipli torpaq bəndinin və SES-in tikintisi üzrə hazırlıq işləri tam başa çatdırılmışdır, tunelin və sutullayıcının giriş və çıxış hissələrində, sahə daxili yol-ların çəkilməsində qazma və s. işlər yerinə yetirilmişdir.

Şamaxı rayonunda Zoğalavaçay və Hacıqabul rayonunda Pirsaatçay su anbarları əsaslı təmir olunmuş, Cəlilabad rayonunda Göytəpə su anbarı (su tutumu 4,2 mln m3) tikilmişdir.

Hacıqabul rayonu ərazisində Hacıqabul magistral kanalının, Neftçala rayonunda Neftça-la magistral kanalının nasos stansiyası ilə birlikdə, Ağstafa rayonunun ərazisindəki Can-dar kanalının, Kürdəmir rayonu ərazisində Axtacı-Ərəbqubalı kanalının, Qax rayonunda

7575

Qax-İnqiloy magistral kanalının və rayonun Güllük kəndinin əkin sahələrinin su təminatı məqsədi ilə təzyiqli boru kəmərinin, Şirvan rayonunun Hacıqəhrəmanlı qəsəbəsinin əkin sahələrinin suvarılması üçün nasos stansiyası və təzyiqli boru kəmərinin, Zaqulba nasos stansiyasının sutəmizləyici qurğu binasının və sutəmizləyici qurğuların tikintisi üzrə işlər görülmüşdür.

Füzuli rayonunda məskunlaşmış məcburi köçkün ailələrinə ayrılmış 1100 hektar əkin sahələrinin suvarma suyu ilə təmin olunması üçün 2361 pm uzunluğunda suvarma boru kəməri çəkilmiş, eləcə də Yuxarı Mil kanalı üzərində 600 hektar sahədə Füzuli rayonundan məskunlaşmış məcburi köçkün ailələrinin əkin sahələrinin su təminatı məqsədi ilə suvar-ma şəbəkələri tikilmiş, Şəki rayonunun Cəyirli, Şəkikənd və Aran kəndlərinin 3000 hektar torpaq sahələrinin suvarılmasını təmin etmək üçün Əlicançay çayı üzərində sugötürücü qurğunun və kanalın, Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində 520 hektar sahədə suvarma şəbəkələrinin tikintisi tamamlanmışdır.

Respublikanın rayonlarında 1492 hektar sahədə su təminatının yaxşılaşdırılması üçün 46 ədəd subartezian quyusu qazılmışdır.

Şəmkir çayı üzərində dəryaçanın (su tutumu 160 mln. m3) tikintisi üzrə işlər yerinə yetiril-mişdir.

Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı, İkinci Şıxlı, Abbasbəyli, Alpoud, Fərəhli və Ürkməzli və Qax rayonunun Güllük kəndlərinin, Füzuli rayonunda məskunlaş-mış məcburi köçkün ailələrinə ayrılmış 1100 hektar əkin sahələrinin, Ağdam rayonunun Ergi massivinin və Yevlax rayonunda 300 hektar torpaq sahəsinin su təminatının yaxşılaş-dırılması üçün 31621 pm uzunluğunda qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırıl-mışdır. Eyni zamanda Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə tikintisi və Yuxarı Qarabağ kanalında maşın yolunun tikintisi obyektləri üzrə 2340 pm uzunluğunda təzyiqli boru xətti çəkilmişdir.

Respublikanın rayonlarında su təchizatının yaxşılaşdırılması və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası olaraq rayonların ərazisində 2950 hektar sahədə su təminatının yaxşı-laşdırılması üçün 114 ədəd subartezian quyusu qazılmışdır.

Suvarılan torpaqların meliorativ vəziyyətinə və sudan istifadə olunmasına dövlət nəzarətinin gücləndirilməsi

Ölkənin suvarılan ərazilərində aparılmış çöl tədqiqatları və rejim müşahidə məlumatları əsasında massivlər və rayonlar üzrə torpaqların meliorativ, hidromeliorativ sistemlərin isə texniki vəziyyəti qiymətləndirilmiş və suvarılan torpaqların meliorativ kadastrı hazırlan-mışdır.

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

7676

2009-cu ildə Ölkədə yeni təsərrüfatçılıq prinsiplərinə keçilməsi ilə əlaqədar müasir tələb-ləri nəzərə almaqla suvarma suyundan daha səmərəli istifadə edilməsi məqsədi ilə ay-rı-ayrı bölgələrin təbii-təsərrüfat şəraitinə uyğun olaraq kənd təsərrüfatı bitkilərinin kor-rektə edilmiş suvarma rejimləri işlənilib hazırlanmışdır.

2010-cu ildə yeni təsərrüfatçılıq prinsipləri nəzərə alınmaqla Sudan İstifadə edənlər Bir-likləri (SİB) tərəfindən suvarma suyundan səmərəli istifadə etmək məqsədi ilə “Sudan istifadə Planı”nın tətbiqinə dair metodik vəsait və “Sudan İstifadə edənlər birliklərində suvarma suyunun sahədaxili səmərəli paylanmasına dair tövsiyələr” işlənib hazırlanmış və su istifadəçilərinə paylanmışdır.

1.7.3. Ətraf mühitin qorunması və dayanıqlı inkişafın təmin edilməsi

Yay və qış otlaqlarının mövcud vəziyyətinin araşdırılması, şiddətli eroziyaya və şo-ranlaşmaya məruz qalmış ərazilərin sahələrinin dəqiqləşdirilməsi, xəritələşdirilməsi və bərpa edilməsi

Ölkənin yay-qış otlaqlarının mövcud vəziyyəti araşdırılmış, şiddətli eroziyaya və şoranlaş-maya məruz qalan sahələr dəqiqləşdirilmişdir.

Ölkənin suvarılan və suvarmaya yararlı torpaqlarında şoranlaşma, şorakətləşmə və su-basma proseslərini formalaşdıran amillərin müəyyənləşdirilməsi, bu proseslərin inkişaf etdiyi ərazilərin təbii və texnogen şəraitinin qiymətləndirilməsi və səhralaşma proseslə-rinin səbəblərinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yara-dılmış komissiya respublikanın Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Salyan, Hacıqabul və Neftçala rayonlarında araşdırmalar aparmışlar. Araşdırmaların nəticəsi olaraq komissiya respublikanın suvarılan və suvarmaya yararlı torpaqlarında şoranlaşma, şorakətləşmə və subasma proseslərinin inkişafının qarşısının alınması və torpaqların meliorativ-texniki və-ziyyətinin yaxşılaşdırılması məqsədilə aidiyyəti üzrə təkliflərini vermişdir.

Təbii otlaq sahələrinin tutumunun dəqiqləşdirilməsi, onların inzibati ərazilər arasın-da yenidən bölüşdürülməsi üçün təkliflərin hazırlanması

Təbii otlaq sahələrinin tutumu 1952-ci ildə keçirilən torpaq-geobotaniki tədqiqatlar əsa-sında müəyyən edilmişdir. Bu vaxtdan ötən dövrdə otlaqlardan sistemsiz istifadə olunma-sı və onların yaxşılaşdırması üzrə lazımi tədbirlərin görülməməsi nəticəsində bir çox təbii otlaq sahələrinin məhsuldarlığı kəskin surətdə azalmış, onları alaq basmış və otlaqların xeyli hissəsi yararsız hala düşmüşdür. Bununla yanaşı təbii otlaq sahələrinin yüklənməsi hesablanarkən ötən əsrin ortalarında müəyyən edilmiş normalara riayət olunur. Yeni nor-maların müəyyən edilməsi üçün otlaq sahələrin torpaq-geobotaniki vəziyyəti tədqiq olu-nur. Otlaqların inzibati ərazilər arasında yenidən bölüşdürülməsi bir sıra məsələlərin həll

7777

edilməsini tələb edir. Bura məhdud torpaq sahəsinə malik olan ölkədə köçəri heyvandar-lığın inkişaf etdirilməsinin iqtisadi səmərəliliyi, heyvandarlıq və yem istehsalı sahələrinin kompleks inkişaf etdirilməsinin istiqamətinin müəyyən edilməsi, müasir tələblərə cavab verən maddi-texniki bazanın, emal müəssisələri və infrastrukturun mövcudluğu daxildir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 02 mart tarixli “Qış otlaq sahələrindən istifadəsinin tənzimlənməsi barədə” 60 nömrəli Qərarına əsasən qışlaqların icarəyə verilməsi səlahiyyəti, həmin otlaqların yerləşdiyi rayonların icra hakimiyyətlərinin başçılarına verilmişdir.

Su və külək eroziyası, torpaqların təkrar şoranlaşması, antropogen təsir nəticəsində ətraf mühitin (torpaq, su, hava, flora və fauna) çirklənməsinin və təsirə məruz qal-masının qarşısının alınmasına dair xüsusi tədbirlərin həyata keçirilməsi

Təbii və antropogen təsirlər nəticəsində ölkənin təqribən 2220 min hektar ərazisi orta və şiddətli eroziyaya, 1145 min hektar ərazisi şoranlaşma və şorakətləşməyə, 30 min hektar ərazisi texnogen çirklənməyə məruz qalmışdır. Bu prosesin qarşısını almaq üçün meylli torpaqlarda ağacların, kolların və çoxillik otların əkilməsi, eninə şumlama və növbəli əkin sisteminin tətbiq edilməsi və s. bu kimi tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. 2004-2008-ci illərdə su və külək eroziyasının qarşısının alınması, biomüxtəlifliyin qorunması üçün 36369 hektar sahədə təbii bərpaya kömək tədbirləri həyata keçirilmiş, 22815 hektar sahədə yeni meşələr salınmışdır, suvarma zonasında 1527 hektar ərazidə meşə zolaqları, avtomobil yolları ətrafında 428,2 hektar və dəmir yolları ətrafında 65,03 hektar meşə zo-lağı salınmışdır. Ölkənin əsas əkinçilik rayonlarının fermer təsərrüfatlarında növbəli əkin sisteminin tətbiqi genişləndirilmişdir.

Torpaqların eroziyasının və şoranlaşmasının qarşısının alınması məqsədilə 2 rayonda (Füzu-li, Saatlı) 11 obyekt üzrə 6680 hektar sahədə bələdiyyə mülkiyyətində olan torpaqlarda, 6 rayonda (Şəki, Tovuz, Gədəbəy, Abşeron, Xaçmaz, Oğuz) 11 şəhər və kənddə 9824 hektar sahədə vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaqlarda, 1 rayonda (Qaradağ) 6 obyekt üzrə 18558 hektar qış otlağı sahəsində, 2 rayonda (Zaqatala, Balakən) 4 obyekt üzrə 10706 hektar Dövlət Torpaq Fondu torpaqlarında, 32 rayonda 304 İnzibati Ərazi Dairəsi üzrə 488167,4 hektar suvarılan torpaqlarda, 8 rayonda 18 İnzibati Ərazi dairəsi üzrə 27063 hektar xüsusi mülkiyyətə verilmiş torpaqlarda yer quruluşu layihə-axtarış işləri aparılmış və 6 rayonda (Samux, Qəbələ, Göygöl, Goranboy, Göyçay, Dəvəçi) 49 obyekt üzrə 68288,7 hektar İnzibati Ərazi Dairəsinin döngə nöqtələrinin koordinatlarını göstərməklə sərhədləri müəyyən edilib xəritələşdirilmişdir.

Sürüşmə və kəskin eroziyaya meylli sahələrin dəqiqləşdirilməsi və onların texniki vasitələrlə (terras, bənd, divar, çoxillik bitkilər və s.) bərkidilməsinə dair tədbirlərin hazırlanması və həyata keçirilməsi

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

7878

Yay otlaqları, eləcə də meşə təsərrüfatlarının ekzogen geoloji proseslərin (sürüşmə, ero-ziya, uçqun – töküntü, sel və s.) baş verməsi ehtimal olunan ərazilərində mühəndis-ge-oloji araşdırmalar aparılmış və proseslərin inkişaf etmə dinamikasını öyrənməklə onlara qarşı aparılması tələb olunan tədbirlər haqqında təkliflər hazırlanıb aidiyyəti təşkilatlara çatdırılmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası ərazisinin, xüsusilə əhalinin sıx məskunlaşdığı yerlərin və magistral yolların ekzogen geoloji proseslərə (sürüşmələr, yan eroziyası, yarğanlaşma, abraziya, uçqunlar və s.) məruz qalma dərəcəsinin dəyişmə təmayülünün müəyyən edilməsi, yeni təzahürlərin aşkarlanması, hər bir genetik tipin fəal-lığı və dinamikası, onları formalaşdıran amillərin araşdırılması ilə bağlı müxtəlif təyinatlı işləri yerinə yetirmişdir.

Ərazilərdə ekzogen geoloji proseslərin yeni təzahürlərinin aşkar edilməsi məqsədi ilə yoxlama təftiş işləri aparılmış, səbəbləri aydınlaşdırılmış, fəallığı səciyyələndirilmiş, onların inkişafının mühəndis-geoloji şəraitə təsiri dəyərləndirilmiş, baş verəcək proseslər proq-nozlaşdırılmış və bu yöndə müvafiq qabaqlayıcı tədbirlər planı tərtib edilmişdir.

Müşahidə və xəbərdarlıq xidməti istiqamətində operativliyin təmin edilməsi məqsədilə müvafiq dövlət orqanları və təşkilatları ekzogen geoloji proseslərin vəziyyəti haqqında proqnozla təmin olunmuşdur. Ekzogen geoloji proseslərin vəziyyəti haqqında mütəmadi olaraq aylıq bülletenlər tərtib olunaraq aidiyyəti dövlət orqanlarına təqdim olunmuşdur.

Ekzogen geoloji proseslərin çox inkişaf etdiyi mövcud sahələrdə proseslərin dinamika-sının öyrənilməsi üzrə kompleks tədqiqatlar davam etdirilmiş, aşkar edilmiş yeni lokal sahələrdə müvafiq miqyaslarda mühəndis-geoloji planalma və geofiziki işlər aparılmışdır.

Bu müddət ərzində ekzogen geoloji proseslərin monitorinqinin təşkili və aparılması işləri-nin nəticələri haqqında 3 yekun geoloji hesabat tərtib olunmuş və Nazirliyin Elmi-Texniki Şurasının geologiya bölməsində təsdiq edildikdən sonra Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya Arxiv fonduna təqdim olunmuşdur.

Sel sularının qarşısının alınması üçün mühafizə bəndlərinin və digər qoruyucu qur-ğuların tikintisi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublikanın çaylarında gözlənilən sel və daşqınlar haqqında aidiyyəti orqanlara vaxtında müvafiq xəbərdarlıqlar verilmişdir, mü-hafizə bəndlərinin və digər qoruyucu qurğuların layihələndirilməsi və tikintisi üçün zəruri olan məlumatlar, yəni, çaylarda keçən sel və daşqınların hidroloji müşahidə məntəqələ-rində ölçülmüş və çöl ekspedisiya işləri nəticəsində təyin olunmuş maksimal səviyyələr, sərflər və həcmlər haqqında məlumatlar, həmin orqanlara onların sorğuları əsasında çat-dırılmışdır.

7979

Ekologiya və Təbii Sərvətlər Nazirliyi su obyektlərində (çaylarda, göllərdə və su anbarla-rında) suların dövlət uçotunu həyata keçirmək məqsədilə hidroloji məntəqələr şəbəkə-sində standart müşahidələr aparılmışdır. Məntəqələrdə gündə 2 dəfə müşahidə ilə suyun səviyyəsi, suyun və havanın temperaturu, çay məntəqələrində, həmçinin su sərfi ölçül-müşdür (çayın su rejimindən asılı olaraq ildə 40-60 su sərfi). Gursululuq dövründə sə-viyyə üzərində tezləşdirilmiş müşahidələr aparılmışdır (hər 2-3 saatdan bir 20-30 su sərfi ölçülür). Alınmış müşahidə məlumatları hidroloji üsullarla işlənib hazırlanmış və hər bir çayın illik su ehtiyatı təyin edilmışdir. Bütün məntəqələrdə hər ilin hidroloji məlumatları sistemləşdirilmiş və Dövlət su kadastrı şəklində çap edilmişdir. Operativ rejimdə işləyən məntəqələrdən daxil olan məlumatlar (suyun səviyyəsi, sərfi və s.) hər gün Milli Hidrome-teorologiya Departamentinin Hidroloji proqnozlar şöbəsinə örtülür.

Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin çay hövzələrində qarölçmə işləri aparıl-mış və müvafiq hesabat hazırlanmışdır. Qar ehtiyatları haqqında məlumatlara və gözlə-nilən yağıntılar haqqında proqnoza əsaslanaraq (burada Gürcüstan ərazisində aparılan qarölçmə işlərinin nəticələri və yağıntı məlumatları da nəzərə alınmışdır) gursululuq dövründə respublikanın iri su anbarlarına (Şəmkir, Mingəçevir, Araz) Kür, Araz və Qanıx transsərhəd çayları ilə daxil olacaq axımın və yerli dağ çaylarının sululuğunun proqnozu verilmişdir.

Çaylarda gözlənilən axımın gündəlik, ongünlük, aylıq və rüblük proqnozu tərtib edilmiş və məntəqələrdən daxil olan gündəlik operativ məlumatlarla birgə bülleten şəklində ai-diyyəti dövlət qurumlarına göndərilmişdir.

Sel və daşqın təhlükəli çaylarda (Kürmükçay, Türyançay, Daşağılçay, Dəmiraparançay, Muxaxçay, Qudiyalçay, Vəlvələçay, Araz, Ağstafaçay, Zəyəmçay, Astaraçay) 5821 pm uzunluğunda sahilbərkitmə və 11927 pm uzunluğunda məcra təmizləmə və mövcud bəndlərin bərpası işləri yerinə yetirilmişdir. 2009-cu ildə respublikanın sel və daşqın təh-lükəli çaylarının məcralarında 10,6 mln m3 həcmində məcra təmizləmə işləri, 13450 m3 şax-daş və faşin bəndlər, 19310 m3 daş-beton və 3070 m3 həcmində qabion bəndlər ti-kilmişdir. Kür-Araz və onlara qovuşan çaylardan sel sularını təhlükəsiz axıtmaq məqsədilə 396,6 kilometr uzunluğunda mövcud torpaq mühafizə bəndlərində hündürləndirmə və möhkəmləndirmə işləri həyata keçirilmiş, 5283 m3 həcmində betonitlərlə sahilbərkitmə işləri götürülmüşdür.

2010-cu ildə respublikada ən təhlükəli hesab olunan çaylarda sel və daşqınlara qarşı mü-hafizə bəndlərinin tikintisi işləri həyata keçirilmişdir. Çaylarda 13395 pm uzunluğunda sahilbərkitmə işləri yerinə yetirilmişdir. Bundan əlavə, Bala Kürün məcrasında 1967 pm lildən təmizləmə və Türyançay çayının məcrasında 7468 pm məcra təmizləmə tədbirləri görülmüşdür.

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

8080

2010-cu ildə respublikanın sel və daşqın təhlükəli çaylarında 13,9 mln. m3 həcmində məc-ra təmizləmə işləri, 15900 m3 şax-daş və faşin bəndlər, 20800 m3 daş-beton və 3700 m3 həcmində qabion bəndlər tikilmişdir. Kür-Araz və onlara qovuşan çaylardan sel sularını təhlükəsiz axıtmaq məqsədilə 610 kilometr uzunluğunda mövcud torpaq mühafizə bənd-lərində hündürləndirmə və möhkəmləndirmə işləri həyata keçirilmiş, 5789 m3 həcmində betonitlərlə sahilbərkitmə işləri görülmüşdür.

Suvarma şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə xüsusi tədbirlərin (kollektor-dre-naj şəbəkəsinin yaradılması, meşə zolaqlarının salınması, suvarma rejimi və s.) ha-zırlanıb həyata keçirilməsi

Ağcabədi rayonu ərazisində yerləşən Laçın rayonunun qış otlaqlarının meliorativ vəziyyə-tinin yaxşılaşdırılması obyekti çərçivəsində 8,14 km kanalın tikintisi, 1006 hektar ərazinin su təminatı və kollektor-drenaj şəbəkəsi yaradılmışdır.

2009-cu ildə 11580 km uzunluğunda mövcud suvarma və kollektor-drenaj şəbəkələri lil-dən təmizlənmiş, onların üzərindəki qurğular və nasos stansiyaları təmir edilib işlək və-ziyyətə gətirilmişdir.

Su itkisi və torpaq eroziyasına qarşı, 2009-cu ildə Baş Mil-Muğan kollektoru, Baş Muğan, Yuxarı Şirvan, Əzizbəyov kanalları və digər su təsərrüfatı obyektləri boyunca 160 hektar qoruyucu meşə zolaqları salınmışdır.

2010-cu ildə 14380 km uzunluğunda mövcud suvarma və kollektor-drenaj şəbəkələri lil-dən təmizlənmiş, onların üzərindəki qurğular və nasos stansiyaları təmir edilib işlək və-ziyyətə gətirilmişdir.

Su itkisi və torpaq eroziyasına qarşı 2010-cu ildə Baş Mil-Muğan kollektoru, Baş Muğan və Yuxarı Şirvan kanalları, Mingəçevir su anbarı boyunca və Kürdəmir rayonu ərazisində 160 hektar qoruyucu meşə zolaqları salınmışdır.

Heyvandarlıq və əkinçiliyin inkişafı ilə əlaqədar bioloji müxtəlifliyin qorunması üçün əlavə tədbirlərin həyata keçirilməsi

Xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizə zonalarında təsərrüfat fəaliyyətinin bioloji müxtəlifliyə mənfi təsirinin azaldılmasına yönəldilmiş tədbirlərin həyata keçirilmə-si, otarma normalarına əməl olunması, əhalinin əraziyə antropogen təsirlərinin qarşısının alınması və azaldılması, pestisidlərdən istifadənin məhdudlaşdırılması məqsədilə təbliğat işləri aparılmış, sərhədlərdə demarkasiya işləri görülmüş, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaxınlığında lövhələr qurulmuş və digər maarifləndirmə işləri aparılmışdır.

Nadir və kökü kəsilməkdə olan bitki və heyvan növlərinin genofondunun qorunma-sının təmin edilməsi və onların xüsusi qorunan təbii ərazilərdə saxlanılması üçün şəraitin yaradılması

8181

Biomüxtəlifliyin qorunub saxlanılması, səciyyəvi və nadir bitki və heyvanların genofondunun öyrənilməsi və qorunması, təbii proseslərin və hadisələrin dinamikasının izlənilməsi və tə-biətin kompleks şəkildə qorunub saxlanılmasında xüsusi mühafizə olunan təbiət ərazilərinin (XMOTƏ) əhəmiyyətini nəzərə alaraq bu ərazilərin genişləndirilməsinə böyük diqqət yetiril-mişdir. 2003-2012-ci illər ərzində XMOTƏ şəbəkəsi genişləndirilərək onların ümumi sahəsi ölkə ərazisinin 10,3%-nə çatdırılmışdır. Hazırda Respublikada 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

2006-cı ildə Altıağac Milli Parkının nəz-dində Cənubi Qafqazda ilk Vəhşi təbiə-tin bərpası və canlıların reabilitasiyası mərkəzi yaradılmışdır. Mərkəzin əsas məqsədi qeyri-qanuni əldə edilmiş heyvan növlərinin reabilitasiya edilib vəhşi təbiətə uyğunlaşdırıldıqdan sonra təbiətə buraxılması, onların müvafiq şə-kildə saxlanılmasının təşkili, o cümlədən nadir və sayı azalmaqda olan heyvan növlərinin süni və yarımqapalı şəraitdə artırılması, təbiətə uyğunlaşdırılması, bərpası və təbiətə qaytarılmasından ibarətdir. Ekologi-ya və Təbii Sərvətlər Nazirliyi nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlə-rinin qeyri-qanuni olaraq ovlanmasının qarşısını almaq məqsədi ilə bu hüquq pozuntusuna görə müəyyən edilən cərimələrin məbləğinin artırılması təşəbbüsü ilə çıxış etmiş, Nazirlik tərəfindən hazırlanmış və Nazirlər Kabinetinin 06 noyabr 2004-cü il tarixli Qərarına əsasən bir sıra heyvan növlərinin ovlanmasına görə cərimələrin miqdarı bir neçə dəfə artırılmışdır.

Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin genofon-dunun qorunması və onların xüsusi qorunan təbii ərazilərdə saxlanması məqsədilə bey-nəlxalq təcrübənin öyrənilməsi istiqamətində işlər aparılır. AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun nəzdində genofondun qorunmasının təmin edilməsi məqsədi ilə Genetik Bank yaradılmışdır.

Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin genofondu-nun qorunmasının təmin edilməsi üzrə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik institutunda 21305, Tərəvəzçilik institutunda 228, Elmi-Texniki Üzümçülük və Şərabçılıq İnstitutunda 7877, Elmi-Texniki Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunda 215, Pambıqçılıq İnstitu-tunda 1032, Bağçılıq və Subtropik Bitkilər İnstitutunda 3247, Heyvandarlıq İnstitutunda 10 heyvan cinsi toplanmış, öyrənilmiş və perspektiv formalar seçilmişdir.

Heyvandarlıq və əkinçiliyin inkişafı ilə əlaqədar ekosistemlərin, təbii landşaftların, mühafizə olunan ərazilərin və təbiət abidələrinin qorunmasına dair tədbirlərin ha-zırlanması və həyata keçirilməsi

Altıağac Milli Parkı

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

8282

Ölkədə heyvandarlıq və əkinçiliyin inkişafı ilə əlaqədar ekosistemlərin, təbii landşaftların, mühafizə olunan ərazilərin və təbii abidələrin qorunmasına dair bir sıra qanunvericilik akt-ları qəbul edilmişdir: “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanunu, “Xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına daxil edilən heyvanların mühafizəsi və istifa-dəsi Qaydaları”, “Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydaları”, “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cə-rimələr”, “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində Dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”, “Ovçuluq təsərrüfatları haqqında Əsasnamə” hazırlanmış və müvafiq qaydada təsdiq edilmişdir.

Təbiət abidələri yerləşən ərazilərdə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir və onlar təbii vəziyyətdə qorunub saxlanılır və mövcud təbiət abidələrinin yenidən pasportlaşdı-rılması işləri davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış təkliflər əsasında 4 təbiət abidəsi: Bakı mərtəbəsi dağı, Lökbatan palçıq vulkanı, Binəqədi dördüncü dövr fauna və flora yatağı və Hirkan meşələri UNESCO-nun Ümumdünya mə-dəni və təbii irs siyahısına daxil edilməsi üçün qeydiyyata alınmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyul 2006-cı il tarixli 169 saylı Qərarı-na əsasən “Təbiət abidələrinin və onların yerləşdiyi ərazilərin təşkili Qaydaları” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il 24 mart tarixli 1368 №-li Sərəncamı ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı is-tifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” təsdiq edilmişdir.

Bioloji müxtəlifliyə və ekoloji həssas ərazilərə (ekosistemlərə) antropogen təsirlərin azal-dılması məqsədilə əhalinin əlavə qazanc əldə etməsi və onların biomüxtəlifliyinin qo-runması tədbirlərinə cəlb edilməsi məqsədilə yerli icmaların nümayəndələri ilə görüşlər keçirilmiş, onlarla bir sıra alternativ iş imkanları (məsələn, ekoturizm sahəsinə yardım, heyvandarlıq əvəzinə arıçılığın inkişafı və s.) araşdırılmışdır.

Səhralaşma sahəsində monitorinqin keçirilməsi və onun qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsi

Ölkə ərazisində səhralaşmanın qarşısının alınması sahəsində torpaqların fon tərkibinin, neft məhsulları, pestisidlər və ağır metallarla çirklənməsinin öyrənilməsi məqsədi ilə mo-nitorinq işləri həyata keçirilmişdir. Azərbaycan Respublikasının qoşulduğu “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası çərçivəsində torpaqların münbitliyinin və məhsuldarlığının yüksəldilməsi üçün istifadə olunmuş müxtəlif gübrə, pestisid, melio-rant və digər kimyəvi maddələrlə torpaqların çirklənmə dərəcəsinin öyrənilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kənd təsərrüfatı rayonlarında yaz-pa-yız mövsümlərində mütəmadi monitorinqlər həyata keçirilmişdir. Bakı və Sumqayıt şəhər-lərinin ərazi və ətraf torpaqlarının texnogen çirklənməsi tədqiq edilmişdir.

8383

Səhralaşma sahəsində və yeni salınmış meşə ərazilərində mütəmadi monitorinqlər aparılmış, vəziyyət qiymətləndirilmiş və lazımi tədbirlərin görülməsi üçün tövsiyələr hazırlanmışdır.

Heyvandarlıq və əkinçilik fəaliyyəti və kənd təsərrüfatı məhsullarının emalı nəti-cəsində ətraf mühitə olan təsirlər, onların aradan qaldırılması üzrə xüsusi məlu-matların, tövsiyələrin hazırlanması, kurslar seminarlar, kütləvi informasiya və digər vasitələr ilə fermer və sahibkarların məlumatlandırılması

Milli parklarda, təhsil müəssisələrində müxtəlif ekoloji mövzularda, o cümlədən heyvan-darlıq və əkinçilik fəaliyyəti və kənd təsərrüfatı məhsullarının emalı nəticəsində ətraf mü-hitə olan təsirlər, onların aradan qaldırılması yolları üzrə QHT-lərin, ekoloqların, alimlərin, ziyalıların iştirakı ilə seminar məşğələlər, dəyirmi masalar keçirilmiş, görüşlər təşkil olun-muş, KİV-də məqalələr dərc edilmiş, televiziya və radioda çıxışlar təşkil olunmuşdur.

Ekoloji təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi məqsədilə plakatlar hazır-lanmış və Nazirliyin internet saytında, ali, orta məktəblərdə, əhalinin sıx olduğu yerlərdə, iri şirkətlərdə, QHT-lərin ofislərində, Ərazi ekologiya və təbii sərvətlər şöbələrində xüsusi guşələr yaradılaraq yerləşdirilmişdir. Eyni zamanda ekoloji problemlərin həllinə ictimaiy-yəti cəlb etmək məqsədilə səhralaşma mövzusunda reklam çarxları çəkilərək televiziya kanallarında yayımlanmış, Nazirliyin saytında yerləşdirilmiş, respublikanın müxtəlif orqan-larına, o cümlədən video çarxlar disk şəklində rayon, şəhər icra hakimiyyətlərinə, orta məktəblərə paylanılmışdır.

Həmçinin, ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, təbiətdən davamlı istifadənin tə-min olunması ideyalarının yayılması və əhalinin məlumatlandırılması məqsədilə jurnalist-lər arasında hər il 5 iyun “Ümumdünya ətraf mühitin mühafizəsi günü” ərəfəsində ekoloji mövzuda yazılmış ən yaxşı məqalə və televerilişlər üzrə müsabiqənin keçirilməsi və qalib-lərin mükafatlandırılması artıq ənənəyə çevrilmişdir.

Eyni zamanda, əvvəlki illərdən fərqli olaraq, xəstəlik, zərərverici və alaq otlarına qarşı isti-fadə olunan, ətraf mühit üçün təhlükəli hesab olunan pestisidlərin və mineral gübrələrin miqdarı xeyli azaldılmış, ətraf mühit üçün nisbətən təhlükəsiz preparatlara üstünlük veril-məsi təmin olunur.

Ət və süd emalı müəssisələrinin çirkab suların və tullantıların ətrafa yayılmaması, ekoloji tarazlığın qorunması üçün tədbirlər görülür. Sanitar epidemioloji təşkilatların nümayən-dələri ilə birlikdə müəssisələrə baxışlar keçirilmiş və bu sahədə aşkar edilən nöqsanlar operativ şəkildə aradan qaldırılmışdır.

Regionlarda keçirilən seminar-müşavirələrdə bu istiqamətdə təbliğat işləri aparılmışdır. Respublikanın 59 rayonunu əhatə edən 10 regional məsləhət mərkəzi və onların nəzdin-

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

8484

də fəaliyyət göstərən 201 kənd təlim mərkəzi ailə-kəndli təsərrüfatının üzvləri və digər sahibkarlara informasiya və məsləhət xidmətini davam etdirmişlər. Belə ki, 201 özəl məs-ləhətçi tərəfindən ailə-kəndli təsərrüfatının üzvlərinin aqrar sahədə bilik və bacarıqlarının artırılması və bu təsərrüfatlarda yeni texnologiyaların tətbiqi məqsədilə 9828-dən çox təlim və 11174-dən çox sahə nümayişi keçirilmişdir. Təkrar iştirakçılar nəzərə alınmaqla 98181 nəfər təlim və 145670 nəfər sahə nümayişlərində iştirak etmişlər. Həmçinin Özəl Məsləhətçilər tərəfindən 1282 xüsusi maraq qrupu üzrə məsləhət layihəsi və 3149-dan çox fərdi məsləhət xidmətləri həyata keçirilmişdir. “Ekoloji təmiz kənd təsərrüfatı” mövzu-sunda yeni təlim modulu hazırlanmışdır.

1.8. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldıl-ması və davamlı inkişaf Dövlət Proqramı

Regional əhəmiyyətli alternativ enerji layihələrində iştirakın dəstəklənməsi

Hidrometeoroloji müşahidələrin fasiləsizliyini təmin etmək məqsədilə Pirallahı adasında yerləşən meteostansiyada quraşdırılmış külək və günəş qurğularından Ekologiya və Təbii Sərvətlər Nazirliyin 18 qurumunda quraşdırılması üçün layihə hazırlanmışdır.

BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Təmiz inkişaf Mexanizmi (TİM) üçün 2008-2012-ci illər üzrə Milli Strategiya hazırlanmışdır.

Cənubi Koreyanın COPEC şirkətinin Abşeron yarımadasında və Mil-Muğan düzənliyində alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanları barədə müvafiq məlu-matların toplanması və bu sahədə əlavə tədqiqat işləri davam etdirilmişdir.

Regional əhəmiyyətli alternativ enerji layihələrində iştirak üzrə imkanlar qiymətləndirilmiş-dir. Meşələrdən istilik enerjisi mənbəyi kimi istifadə edilməsinin qarşısını almaq məqsədilə mavi yanacağıın olmadığı dağ kəndlərində bioqaz qurğularının tikintisinə əməli texniki və metodiki köməkliklər göstərilmiş, Nazirliyin daxili imkanları hesabına Şamaxı rayonunun Avaxıl kəndində kənd orta məktəbini istilik enerjisi ilə təmin etmək məqsədilə bioqaz qurğusu quraşdırılaraq istifadəyə verilmişdir.

Enerji resurslarından qənaətli və səmərəli istifadənin təşviq edilməsi

“Kompleks Hidrometeorolji və Ekoloji Tədqiqat Elm Mərkəzi”ndə həm telemetriyada, həm də enerji təminatında günəş panellərindən istifadə edilmişdir.

“İqlim Dəyişmələri üzrə Azərbaycan Respublikasının İkinci Milli Məlumatları” layihəsi çər-çivəsində maarifləndirmə işləri aparılmış, BMT-nin İnkişaf Proqramı, KİV və QHT-lərin iş-tirakı ilə seminarlar keçirilmişdir. 2009-cu il 23-25 sentyabr tarixlərində Bakıda X Bey-nəlxalq “Enerji, ekologiya, iqtisadiyyat” konqresi keçirilmişdir.

8585

Dağ kəndlərində bioqaz qurğularının quraşdırılması, habelə onun əhəmiyyəti barədə təş-viqat işləri aparılmış, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar ölkə ərazisində quraşdırılmış və quraşdırılması nəzərdə tutulan su təmizləyici qurğuların enerji təminatında günəş enerjisindən istifadə edilməsinə dair təkliflər hazırla-naraq təqdim edilmişdir.

Alternativ və bərpa olunan enerji mənbələri üzrə potensialdan istifadə edilməsi

Alternativ və bərpa olunan enerji mən-bələrindən istifadə potensialları qiy-mətləndirilmişdir. Külək və günəş ener-jisinin ölkədə paylanması üzrə xəritələr, cədvəllər işlənilmişdir. Müasir külək aqreqatlarının işinin iqtisadi səmərə-liliyi üzrə hesablamaların prinsipləri müəyyənləşdirilmişdir. Külək aqreqat-larının quraşdırılması üçün yerlərin se-çilməsində vacib olan külək müşahidə sıraları və onların müəyyən parametrləri hazırlanmışdır.

Hidrometeoroloji stansiyalarda helioqrafla aparılan “günəş parıltısının davamiyyəti” müşahidələri barədə məlumatlar müvafiq təşkilatlara təqdim edilmişdir. Ölkədə günəş panellərindən əsasən enerji mənbəyi olmayan telemetriya avadanlığının istismarında istifadə olunur.

Son illərdə alınan 16 Avtomat meteo-roloji stansiya günəş panelləri ilə təchiz olunmuşdur. Pirallahı hidrometeoroloji stansiyasında pilot layihəsi çərçivəsin-də qızdırıcı günəş paneli ilə birlikdə kiçik külək aqreqatları quraşdırılmışdır.

Xudat rayonunun ictimai binalarının geotermal su mənbələrinin enerjisin-dən istifadə etməklə qızdırılması üzrə hazırlanmış TİM layihəsinə maraqlı tərəflərin cəlb olunması üzrə işlər da-vam etdirilmişdir.

Yanacaq-enerji kompleksinin fəaliyyəti nəticəsində ətraf mühitə dəyən zərərin azaldılması

Qobustan rayonunda quraşdırılmış külək aqreqatları

Yüksək dağlıq ərazidə alternativ enerji ilə işləyən avtomat meteostansiya

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

8686

Müəssisələrdə atmosfer havasının mühafizəsi istiqamətində aparılan araşdırmalar zama-nı 1734 akt və 277 protokol tərtib olunmuş, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı cərimə və ödəmə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyan-la bağlı iddia qaldırılmışdır.

2011-2012-ci illərdə müəssisələrdə tullantıların idarə olunması vəziyyəti araşdırılmış və tullantıların ətraf mühitə təsirinin azaldılması üçün müəssisələr tərəfindən tullantıların utilizasiyası və zərərsizləşdirilməsi istiqamətində lazımi tədbirlərin həyata keçirilməsi üzrə 1294 akt və 301 protokol tərtib olunmuş, hüquqi və fiziki şəxslərə 962 məcburi göstəriş verilmiş, tullantı sularının idarə olunması vəziyyətinə dair aparılan araşdırmalar zamanı 293 akt və 76 protokol tərtib olunmuş, tullantı sularının idarə olunması sisteminin təkmil-ləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi üçün hüquqi və fiziki şəxslərə 236 məcburi göstəriş verilmişdir.

Qış və yay otlaqlarının, kəndətrafı örüşlərin münbitliyinin bərpası, səthi və əsaslı yaxşılaşdırılması, onun təyinatının dəyişdirilməsi kimi və digər neqativ halların qar-şısının alınması üçün tədbirlərin görülməsi

BMT-nin İnkişaf Proqramı ilə birgə “Qafqaz regionunda meşələrin bərpası və yay qış ot-laqların idarə olunmasının yaxşılaşdırılması” üzrə layihə hazırlanaraq maliyyələşdirilməsi üçün Qlobal Ekologiya Fonduna (QEF) təqdim edilmiş, layihə QEF tərəfindən təsdiq olun-muşdur. Sözügedən layihədə torpaqların münbitliyi, meşələrin və otlaqların qorunması problemləri öz əksini tapmışdır.

Milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla alternativ turizm növlərinin inkişaf etdirilməsi (ekoturizm, kənd turizmi və s.) və müvafiq tu-rizm marşrutlarının yaradılması

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 24 yanvar tarixli 13 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının Şahdağ Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” təsdiq edilmişdir. Şahdağ Milli Parkının nümunəvi infrastrukturunun yaradılması istiqamətində işlər aparılmış - Par-kın inzibati kompleksi, 6 inzibati rayonda ekoturizm – məlumat və Milli Parkın giriş-çıxış mərkəzləri tikilmişdir.

Respublikanın xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq səviyyədə tanınması üçün onların Avropanın Vəhşi Təbiəti “PANParks” siyahısına daxil edilməsi istiqamətində müvafiq işlər davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkədə ən müasir standartla-ra cavab verən Zooloji Parkın yaradılması işləri davam etdirilir.

8787

28 meşə təsərrüfatında meşə fondunun birdəfəlik dövlət qeydiyyatının, meşəquruluşu və layihələndirmə işlərinin aparılması. Meşə təsərrüfatlarında meşə fondunun dövlət uçotunun aparılması və meşə quruluşu layihələrinin hazırlanması

“Meşə təsərrüfatında meşə fondunun dövlət uçotunun aparılması və meşə quruluşu la-yihələrinin hazırlanması tədbirləri” üzrə Goranboy Meşə Mühafizəsi və Bərpası Müəssisə-sində 8,0 min hektar, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsində 46 min ha və Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində 16,5 min ha, cəmi 70,5 min ha sahədə meşə quruluşu işləri aparılmış, təsərrüfatın idarə olunmasına və aparılmasına dair təsərrüfat təşkili planının layihəsi hazırlanmışdır.

Astara Meşə Mühafizəsi və Bərpası Müəssisəsində 6,0 min hektar, Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsində 7.0 min ha, Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsində 2,0 min ha, cəmi 15,0 min ha sahədə çöl-meşə quruluşu işləri aparılmış, meşə təsərrüfatının təşkili və inkişafı layihələrinin tərtib edilməsi üçün hazırlıq işləri görülmüşdür.

Lənkəran, Astara, Lerik, Zərdab, Cəlilabad, Yardımlı Meşə Mühafizəsi və Bərpası Müəs-sisələrində və Qarayazı Dövlət Qoruğunda meşə quruluşu işləri aparılmışdır.

Eroziyaya uğramış dağlıq ərazilərdə kompleks meşə-meliorativ tədbirlərin aparılması

Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində meşələrin bərpa edilməsi və torpaqların ero-ziyadan qorunması üçün 8,424 min hektardan artıq sahədə meşəbərpa və meliorasiya tədbirləri aparılmışdır.

Respublikada meşə salınması və bərpası işlərinin genişləndirilməsi və meşə sahələ-rinin ümumi torpaq sahələrinə olan nisbətinin 12,5%-ə çatdırılması

2008-2012-ci illər ərzində 53480 ha sahədə meşəbərpa tədbirləri, o cümlədən 17278 ha sahədə meşə əkini və səpini işləri yerinə yetirilmişdir. Meşələrin təbii bərpasına kömək tədbirləri isə 36202 ha sahədə aparılmışdır.

Kür və Araz çayları vadilərində təbii ekoloji sistemin qorunması məqsədilə Tuqay meşələrinin bərpa edilməsi

Tuqay meşələrin bərpa edilməsi və rekonstruksiya yolu ilə cins tərkibinin yaxşılaşdırılması məqsədilə 1500 hektar sahədə yeni meşəliklər salınmışdır.

Su tutarların və anbarların (Xəzər dənizi daxil olmaqla) sahillərinin yuyulmasının və suyunun çirklənməsinin qarşısının alınmasını təmin edən sahilbərkidici meşə zolaq-larının salınması

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

8888

Sututarların ətrafında və Xəzərsahili qumluqlarda sahil abraziyasının və suların çirklən-məsinin qarşısını almaq məqsədilə 55 hektar sahədə meşə salınmışdır. Bundan 20 hek-tarı - Xəzər sahili qumluqlarda, qalan 35 hektarı isə Ceyranbatan sututarının ətrafında salınmışdır.

Yolkənarı ərazinin və atmosfer havasının qorunması, eləcə də nəqliyyatın hərəkə-tindən yaranan səs küyün azaldılması məqsədilə yolqoruyucu meşə zolaqlarının salınması

Azərbaycan Respublikası Preziden-tinin “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” 30 oktyabr 2007-ci il ta-rixli 2471 saylı Sərəncamının icrası ilə əlaqədar Ələt-Hacıqabul və Zığ-Ae-roport magistral avtomobil yolların mühafizə zolaqlarının yaşıllaşdırılması, onların külək və su eroziyasından mü-hafizəsi, ətraf mühitin qorunması və yolların estetik görünüşünün yaxşılaş-dırılması məqsədilə:

– Ələt-Hacıqabul magistral avtomobil yolunun ətrafında 110 hektar sahədə yerli şəraitə uyğun 167 min ədəd yüksək estetik görünüşə malik ağac-kollar əkilmişdir;

– Zığ gölü-Heydər Əliyev Beynəlxalq Hava Limanı arası 791,5 hektar ərazidə 654379 ədəd ağac və kol cinsləri əkilmişdir;

– Bayıl yamacı-20-ci sahə arası ərazidə 60 hektar ərazidə 167 min ədəd ağac və kol əkilmiş, damcılı suvarma sistemi qurulmuşdur;

– Bakı-Quba magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması istiqamətində 330 hektar sahədə 320 min ədəd ağac və kol bitkiləri əkilmiş, aqrotexniki qaydada xidmət edilmişdir;

– Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq hissəsində 112 hektar sahədə 265,8 min ədəd ağac və kol cinsləri əkilmiş, damcılı suvarma sistemi qurulmuşdur;

– Bakı-Şamaxı magistral avtomobil yolunun kənarlarında 122 hektar sahədə 144,7 min ədəd ağac və kol cinsləri əkilmiş, damcılı suvarma sistemi qurulmuşdur;

– Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsinin kənarlarında 150 hektar ərazidə 125 min ədəd ağac və kol cinsləri əkilmiş, damcılı suvarma sistemi qurulmuşdur.

Meşələrdən istifadənin genişləndirilməsi məqsədilə yabanı meyvə (qoz, fındıq, şaba-lıd, alça, armud, alma, alma, zoğal, əzgil və s.) növlərinin miqdarının artırılması

Bakı-Qazax magistral avtomobil yolunun ətrafında salınmış yaşıllıqlar

8989

Yardımçı təsərrüfat sahəsi üzrə 774 ton təbii ot, 11,6 ton bağ meyvəsi, 98,4 ton bağ narı, 3780 kq əmtəəlik bal tədarük edilmişdir. Bundan əlavə qoz, fındıq, şabalıd, cır meyvə, naringi, limon, feyxoa, itburnu və digər kənd təsərrüfatı məhsulları tədarük edilmişdir.

Yabanı meyvə tədarükü aparılacaq sahələrə baxış keçirilmiş, təxmini ehtiyatı müəyyən etmək üçün hesablamalar aparılmışdır.

Əhalinin tikinti materiallarına və oduncağa olan tələbatının təmin edilməsi məqsə-dilə tezböyüyən ağac növlərindən plantasiyaların salınması

Bu tədbirin icrası ilə əlaqədar olaraq, ölkənin düzən, Tuqay və dağətəyi meşə ərazilərində 425 hektardan çox sahədə qısa qırma dövriyyəli məqsədli plantasiyalar salınmışdır.

Meşə landşaftı əsasında ekoturizm və rekreasiya potensialının inkişaf etdirilməsi məqsədilə mərkəzlərin yaradılması

Hirkan Milli Parkının İstisu ərazisində ekoturizm və informasiya mərkəzi tikilmiş, 4 ədəd taxta konstruksiyalı ev quraşdırılmışdır. Şirvan Milli Parkının dənizkənarı hissəsində ekotu-rizm üçün zəruri infrastruktur yaradılmışdır.

Ekoturizmi inkişaf etdirmək və əhalinin təbiət qoynunda istirahət etdikləri əraziləri geniş-ləndirmək, onlara davamlı şərait yaratmaq məqsədilə, meşə fondu torpaqlarından 154,2 hektar sahə qanunamüvafiq olaraq, müqavilə əsasında müvəqqəti olaraq fiziki və hüquqi şəxslərə icarəyə verilmişdir.

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün kənd yerlərinin içməli su mənbələrinin qeydiyyata alınması, onların sanitar-mühafizə zonalarının müəyyən edilməsi

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün kənd yerlərində içməli su mən-bələrinin aşkarlanması məqsədilə Türyançay çayının gətirmə konusunda və Lerik rayonu ərazisində geoloji-axtarış işləri aparılmışdır. Lerik rayonunun Qələbin və Siyov kəndləri ərazisində qazılmış quyularda içməli su mənbləri aşkarlanmışdır.

İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində rayonun su təchizatının yaxşılaşdırılması məqsədilə dərinliyi 160 metr olan quyu qazılmışdır. Quyuda aşkarlanmış su mənbəyindən götürülmüş sınaqların kimyəvi tərkibinin təhlili müsbət nəticələr vermişdir.

Ölkənin mövcud yeraltı şirin sularının təftişi obyektində su mənbələrinin ehtiyatının da-vamlı idarə olunması məqsədilə müayinə olunacaq mövcud istismar quyularının və qa-zılacaq kəşfiyyat quyularının yerləri müəyyənləşdirilmişdir. Beyləqan rayonunun su təchi-zatını təmin edəcək Dünyamalılar yeraltı sugötürücüsü ərazisində 1 ədəd mərkəzi quyu

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

9090

qazılmışdır. Dərinliyi 120 metr olan quyuda öz axımı ilə təzyiqli yeraltı içməli sular aşkar-lanmışdır.

Ölkənin mövcud yeraltı şirin sularının təftişi obyektlərində su mənbələrinin ehtiyatının davamlı idarə olunması məqsədilə mövcud istismar quyularında operativ şəkildə müşahi-də işləri davam etdirilmişdir.

Kənd yerlərində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, yerli bulaqlar-dan və yeraltı su mənbələrindən istifadə etməklə rayon mərkəzlərində və kəndlərdə etibarlı su təchizatı sistemlərinin yaradılması və mərkəzləşdirilmiş su təchizatı sis-temləri vasitəsilə bütün əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi

2008-2012-ci illərdə 221 yaşayış məntəqəsinin içməli su mənbələri qeydiyyata alınmış, onların sanitar-mühafizə zonaları müəyyən edilmiş və bu məntəqələrdə modul tipli sutə-mizləyici qurğular quraşdırılmışdır, 400 mindən artıq əhali ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunmuşdur.

Xəzər dənizinin, çayların və su anbarlarının sahillərində yerləşən yaşayış məntəqələ-ri, sənaye, kənd təsərrüfatı və istirahət obyektləri tərəfindən suyun çirklənməsinin qarşısını almaq üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi

Xəzər dənizinin sahil zolağında yerləşən yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı, eləcə də istirahət obyektlərində monitorinqlər keçirilmiş və qeydə alınmış çirkləndirici mənbələrdən su nümunələri götürülərək təhlillər aparılmışdır. Yaranmış ekoloji vəziyyətlə bağlı məlumatlar həftəlik və aylıq bülletenlərdə işıqlandırılaraq aidiyyəti orqanlara təqdim edilmişdir.

Xəzər dənizinin sahil zolağında ekoloji tarazlığın bərpasına nail olmaq məqsədilə Piral-lahı qəsəbəsində formalaşan tullantı sularının idarə olunması istiqamətində mövcud na-sosxanalar yenidən qurulmuş, tullantı suları nəql olunan boru kəmərləri dəyişdirilmiş və təmizləyici qurğular sistemi rekonstruksiya olunaraq istifadəyə verilmişdir. Yarımadanın Mərdəkan – Novxanı istiqamətində sahilboyu ərazilərdə idarə olunmayan tullantı suları-nın qarşısı alınmışdır.

Ölkə ərazisindəki çaylarda və su anbarlarında keçirilən monitorinqlərin nəticələrinə əsasən çirklənmiş ərazilər və bu mənbələrin kəmiyyət və keyfiyyət göstəriciləri haqqında arayışlar, aylıq, on günlük bülletenlər, icrası məcburi olan göstərişlər, tapşırıqlar, habelə tövsiyələr hazırlanaraq müvafiq qaydada aidiyyəti təşkilatlara təqdim olunmuş və infor-masiya vasitələrində əks olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamlarına əsasən 2007-2009-cu illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış modul tipli çirkab sutəmizləyici qurğulardan ibarət “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin fəaliyyəti nəticəsində Abşe-

9191

ron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sa-hilboyu ərazilərində bataqlıqlaşmış sahələrin və çirkab gölməçələrin əksəriyyəti qurudula-raq ekoloji tarazlıq bərpa olunmuşdur. Bu istiqamətdə ümumilikdə gündə 6400 m3 çirkab su təmizləmə gücünə malik 17 stansiya istismara verilmişdir. Ərazilərə axıdılan tullantı sularının toplanması və qurğulara yönəldilməsi üçün drenaj sistemləri yaradılmış, yeni boru kəmərləri çəkilmiş, formalaşan tullantı sularının qurğulara ötürülməsi üçün anbarlar inşa edilmişdir. Bu tədbirlər ərazilərin perspektivli rekreasiya imkanlarını nəzərə alaraq, gələcəkdə xeyli artması gözlənilən tullantı sularının idarə olunmasını təmin edəcəkdir.

Əsas kollektorlarda toplanan çirkab suların yoxlanılması və onların yenidən istifa-dəsinə dair lazımi tədbirlərin həyata keçirilməsi

Əsas çirkab suları qəbul edən Buzovna, Mərdəkan, Hövsan bioloji təmizləyici qurğuları yenidən qurularaq istifadəyə verilmişdir. “Azərsu” ASC–nin tabeliyində olan leysan su-lar kollektorlarında və təmizləyici qurğularda, həmçinin qaynar nöqtə kimi qeydə alınmış Bakının Səbail və Suraxanı rayonları ərazisindən dənizə qovuşan “Hövsan” və “32 saylı” kanallarda mütəmadi monitorinqlər keçirilmiş, çirklənmənin vəziyyəti və çirklənmə mən-bələri haqqında aidiyyəti təşkilatlara müvafiq sənədlər təqdim edilmişdir. Əsas kollektor-larda toplanan çirkab suların su obyektlərinə tökülən yerlərdə mütəmadi monitorinqlər həyata keçirilmiş, onların ətraf mühitə neqativ təsirləri qiymətləndirilmişdir.

Su obyektlərinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasını təmin edən qabaqcıl metod və texnologiyaların işlənməsi və tətbiq edilməsi

Quraşdırılan modul tipli təmizləyici qurğuların fəaliyyəti nəticəsində sahil zolağında möv-cud çirkab gölməçələrin, bataqlıqlaşmış ərazilərin qurudulmasına və dənizə axıdılan axarların norma və standartlar həddinə qədər təmizlənməsinə nail olunmuşdur.

Daşqın və su basma ilə bağlı ekstremal vəziyyətlərin baş verməsi gözlənilən zona-ların müəyyən edilməsi və xəritələşdirilməsi, mütəmadi olaraq proqnozların tərtib edilməsi və müvafiq qurumlara çatdırılması

Sel xəritəsi işlənilmiş və mütəmadi olaraq gözlənilən daşqın, subasma hadisələri ilə əlaqədar müvafiq təşkilatlar məlumatlandırılmışdır. Daşqın və subasma ilə bağlı ekstre-mal vəziyyətlərin baş verməsi gözlənilən zonaların müəyyən edilməsi və xəritələşdirilməsi məqsədilə mütəmadi monitorinqlər keçirilmiş və arayışlar, tövsiyələr hazırlanaraq müva-fiq qurumlara təqdim olunmuşdur.

Su ehtiyatlarından səmərəli istifadə edilməsi və onların çirklənmədən qorunması üzrə monitorinq sisteminin təkmilləşdirilməsi

Əsasən transsərhəd çayların ekoloji vəziyyətinin öyrənilməsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mərkəzi

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

9292

laboratoriyası müasir analitik cihaz və avadanlıqlarla təchiz edilmişdir. Belə ki, sözüge-dən laboratoriya su ehtiyatlarının çirklənmədən qorunması üzrə monitorinq sisteminin təkmilləşdirilməsi istiqamətində ”Perkin Elmer” firmasının istehsalı olan “Lambda 35” UB molekulyar spektrometri, suyun ilkin keyfiyyət göstəricilərini təyin edən “650-01 markalı konduktometr” , “Zenit 650 Bu” markalı atom-adsorbsiya spektrofotometri, “Elix 3” mar-kalı distilyator, “Specord 205 Bu” markalı spektrofotometr, bioloji monitorinqin həyata keçirilməsi üçün avadanlıqlar, portativ cihazlarla təchiz edilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin nəzdində Lənkəran və Gəncə regional kompleks monitorinq laboratoriyaları yaradılmışdır.

Torpaqların münbitliyinin qorunması və artırılmasına dair tədbirlər planının hazır-lanması və həyata keçirilməsinə nəzarətin gücləndirilməsi

Yeni yaşıllıq sahələrinin salınması və bitki örtüyünün qorunması istiqamətində işlər aparıl-mış və bu sahədə nəzarət gücləndirilmişdir. Bakı şəhərinin və Abşeron yarımadasının əra-zisində yaşıllıqların qorunması tədbirlərinin icrasına nəzarət edilmiş və yaşıllıqların məhv edilməsi faktları aşkar edildiyi təqdirdə hüquqi və fiziki şəxslərə qarşı müvafiq tədbirlər görülmüşdür.

Torpaqların münbitliyinin qorunması və artırılması məqsədilə mütəmadi monitorinqlər həyata keçirilmiş, şoranlaşmış və şorəkətləşmiş, eroziyaya uğramış torpaqlarda sağlam-laşdırma tədbirlərinə dair arayışlar, tövsiyələr hazırlanmışdır.

Kənd təsərrüfatına yararlı torpaqlardan istifadə sisteminin təkmilləşdirilməsi, tor-paqların antropogen çirklənmədən qorunmasının gücləndirilməsinə dair təkliflərin hazırlanması

Torpaqların antropogen çirklənmədən qorunması məqsədilə nəzarət gücləndirilmiş-dir. Kənd təsərrüfatına yararlı torpaqlardan istifadənin yaxşılaşdırılması istiqamətin-də xlorüzvi, fosforüzvi pestisid və herbisidlərin qalıq miqdarının təyini məqsədilə yaz və payız mövsümlərində kənd təsərrüfatı torpaqlarından nümunələr götürül-müş, analizlər aparılmış və hesabatlar hazırlanaraq Nazirliyin internet səhifəsində yerləşdirilmişdir.

İri sənaye və dağ-mədən obyektlərinin fəaliyyəti nəticəsində korlanmış torpaqların reabilitasiyasına dair təkliflərin hazırlanması

Qaradağ rayonu ərazisində fəaliyyət göstərən “Qaradağ Sement” ASC-nin rayonda yer-ləşən və uzun illər fəaliyyət göstərən “Qaradağ (1-ci geoloji sahə)” mişar daşı karxana-sında 132 hektar sahədə texniki rekultivasiya işləri aparmaqla dağ mədən istehsalatı tullantılarından sement istehsalında istifadə edilməsi, Qaradağ rayonu ərazisində fəaliy-yət göstərən “NORM” MMC-nin mişar daşı karxanalarının dağ-mədən işləri ilə əlaqədar 2442,4 hektar ərazidə texniki rekultivasiya işlərinin həyata keçirilməsi, “Messenat Holdinq”

9393

Şirkətlər Qrupu tərəfindən sahəsi 339 hektar olan “Qaradağ (II geoloji sahə)” mişar daşı karxanasının dağ-mədən istehsalatı tullantılarından sement istehsalında istifadə üçün ya-taqda texniki rekultivasiya işlərinin aparılması təklif olunmuşdur.

Səhralaşma ilə mübarizə üzrə Milli Fəaliyyət Planının hazırlanması

Səhralaşma prosesləri, torpaqların və meşələrin vəziyyəti üzrə əldə edilən informasiyalar dəqiqləşdirilmiş, problemlər araşdırılmış, müvafiq prioritetlər müəyyən olunmuş və Milli Fəaliyyət Planı hazırlanmışdır.

Qış və yay otlaqlarının, kəndətrafı örüşlərin münbitliyinin bərpası, səthi və əsaslı yaxşılaşdırılması, onun təyinatının dəyişdirilməsi kimi və digər neqativ halların qar-şısının alınması üçün tədbirlərin görülməsi

BMT-nin İnkişaf Proqramı ilə birgə “Qafqaz regionunda meşələrin bərpası və yay qış ot-laqların idarə olunmasının yaxşılaşdırılması” üzrə layihə hazırlanaraq maliyyələşdirilməsi üçün Qlobal Ekologiya Fonduna (QEF) təqdim edilmiş, layihə QEF tərəfindən təsdiq olun-muşdur.

Su bioloji ehtiyatlarının artımının davamlılığının təmin edilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 balıqartırma müəssisəsi (bunlardan 4-ü nərə cinsli balıqların, 3-ü qızıl balıq, 5-i isə çəkikimi balıq növlərinin artırılması üzrə ixtisaslaş-mışlar) tərəfindən Kür çayına, Xəzər dənizinə və daxili su hövzələrinə 2 146,5 mln ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri buraxılmışdır.

Akvakulturanın gələcəkdə inkişaf etdirilməsi üçün aşağıdakı təkliflər hazırlanmışdır:

– nərə balıqlarının təmir-törədici fondunun yaradılması və bərpası üzrə sxem və me-todların təkmilləşdirilməsi;

– müxtəlif yetişdirilmə şəraitində (hovuz, nohur, tor qəfəsi) nərə balıqlarının tə-mir-törədici reproduktiv sürülərinin yaradılması və istismarı texnologiyasının işlə-nib hazırlanması;

– körpə balıqların qarışıq üsulu ilə yetişdirilmə (hovuz-tor qəfəsi) biotexnologiyası-nın işlənib hazırlanması və təkmilləşdirilməsi;

– törədici balıqların genetik pasportlaşdırılması və körpə balıqların nişanlanması iş-lərinin təmin edilməsi;

– nərə balıqlarının süni artırılması səmərəliliyinin qiymətləndirilməsi metodlarının təkmilləşdirilməsi.

Xəzər dənizi daxil olmaqla, su bioloji ehtiyatlarının kompleks tədqiqi, vəziyyətinin monitorinqi və davamlı inkişafını təmin edən tədbirlər planının hazırlanması və hə-yata keçirilməsi

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

9494

Nazirliyin struktur bölmələrindən biri olan Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrü-fatı İnstitutu tərəfindən aşağıdakı mövzular üzrə tədbirlər planı hazırlanmış və tədqiqatlar aparılmışdır:

– Xəzər dənizinin Azərbaycan bölməsində vətəgə əhəmiyyətli balıqların (nərəki-milər, siyənəklər, kilkələr, kefallar, çəki kimilər) ehtiyatının müasir vəziyyətinin qiymətləndirilməsi;

– Orta və Cənubi Xəzərin biotopuna antropogen amillərin təsiri şəraitində trofik strukturun formalaşdırılmasının qiymətləndirilməsi;

– Kür çayı nərəkimilərinin və qızıl balıqlarının təbii və süni artırılması və-ziyyətinin öyrənilməsi biotexnikasının müasir şəraitə uyğun olaraq tək-milləşdirilməsi;

– Xəzər dənizinin biosenozuna onun yeni sakinlərinin təsir xüsusiyyətlərinin öy-rənilməsi.

Samur-Yalama Milli Parkının yaradılması

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 2518 nömrəli Sərən-camına əsasən 11772,45 hektar ərazidə Samur-Yalama Milli Parkı təsis edilmiş, hazırda Milli Parkın idarəçilik planının hazırlanması, administrasiya və ştatın formalaşması, Parkın infrastrukturunun qurulması işləri aparılır.

Zaqatala Biosfer Rezervatının yaradılması

Biosfer Rezervatın hüquqi əsasları-nın yaradılması ilə bağlı mövcud qa-nunvericiliyə əlavələr edilmiş, Biosfer Rezervatın yaradılması üçün xüsusi razılaşma və maliyyə müqaviləsi imza-lanmış, torpaqayırma sənədləri hazır-lanmışdır. Zaqatala Biosfer Rezervatı-nın UNESCO-nun Biosfer Rezervatlar siyahısına daxil edilməsi məqsədilə nominasiya hazırlanmışdır.

Qızılağac Dənizkənarı Milli Parkının yaradılması

Milli Parkın təsis edilməsi məqsədilə müvafiq qurumların rəyləri alınmış, torpaqayırma sənədləri hazırlanmış, Milli Parkın infrastrukturunun qurulmasına dəstək göstərilməsi məqsədilə donor təşkilatlara müraciət olunmuşdur.

9595

Ordubad Milli Parkının genişləndirilməsi

Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2009-cu il tarixli 606 nömrəli Sərərn-camı ilə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı mövcud Ordubad Milli Parkı (12131,0 ha), Şahbuz Dövlət Təbiət Qoruğu (3139,0 ha), habelə Naxçıvan Muxtar Respub-likasının Culfa, Ordubad rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu (396 hektar) və Şahbuz, Culfa, Ordubad rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqları-nın (27131,0 hektar) torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırıl-mışdır. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək Zəngəzur Milli Parkı adlandırılmışdır.

Milli parklarda ekoturizmin inkişaf etdirilməsi məqsədilə Dövlət İnvestisiya Proqra-mı çərçivəsində zəruri infrastrukturun yaradılması

Hirkan, Şirvan, Göygöl və Şahdağ Milli Parklarında ümumi sahəsi 1330 m2 olan infrastruk-tur yaradılmışdır.

Biomüxtəlifliyi təmin edən tingliklər, meşə heyvanların və quşların artırılması üçün bioloji mərkəzlərin yaradılması

Ümumdünya Təbiəti Mühafizə İttifaqının (IUCN) “Qırmızı Siyahı”sına və Azərbaycan Res-publikasının “Qırmızı Kitabı”na daxil edilmiş bitki növlərinin, o cümlədən ağac, kol və ot bitkilərinin yetişdirilməsinin təşkil edilməsi, onların yayıldığı areallarda artırılması ilə əlaqədar tədbirlər həyata keçirilmiş, örtülü kök sisteminə malik tinglik yaradılmışdır.

Dövlət ovçuluq təsərrüfatlarında vəhşi heyvanların, o cümlədən məməlilərin və quşların volyer şəraitində artırılması və təbiətə buraxılması istiqamətində müvafiq işlər aparılmışdır. “Şəki” Ovçuluq Təsərrüfatında nadir növ olan qırqovulun artırılması üzrə işlər təşkil olunmuşdur.

Yanacaq, energetika və istilik təchizatı sistemləri tərəfindən atmosferə atılan istixa-na qazlarının miqdarının azaldılması üzrə tədbirlər planının hazırlanması və həyata keçirilməsi

Yanacaq, energetika və istilik təchizatı mənbələrinin ətrafında operativ monitorinqlər hə-yata keçirilmiş və əldə olunan məlumatlar əsasında arayışlar, tövsiyələr hazırlanmışdır.

Atmosferə atılan istixana qazlarının miqdarının azaldılması məqsədilə elektrik enerjisi is-tehsalında mazut yanacağından tam şəkildə imtina edilərək təbii qaza keçilmişdir.

Daha az maliyyə tələb edən tədbirlərin araşdırılması, eyni zamaqnda bu sahədə Təmiz İnkişaf Mexanizmi çərçivəsində layihə təkliflərinin hazırlanması işləri davam etdirilmişdir. 38 layihə təklifi hazırlanmış və 28 layihə təklifi Milli Səlahiyyətli Orqan tərəfindən qeydə alınmışdır. “Sumqayıt elektrik stansiyasının tikintisi” layihəsi validasiya mərhələsini keçmiş və İqlim dəyişmələri katibliyinin saytında yerləşdirilmişdir.

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

9696

İqlim dəyişmələrinin təsiri üzrə qiymətləndirmənin aparılması, ekosistemlərə və iq-tisadiyyata mənfi təsirinin azaldılması

İqlim dəyişmələrinin su ehtiyatlarına, sahilyanı ərazilərə, kənd təsərrüfatının bəzi sahələ-rinə və insan səhhətinə mümkün təsirləri qiymətləndirilmiş və əldə edilmiş nəticələr BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Azərbaycanın İkinci Milli Məluma-tında əks etdirilmişdir.

Qərar qəbul edən orqanlar və əhali üçün qlobal istiləşmənin təsirləri haqqında ma-arifləndirmənin həyata keçirilməsi

Nazirliyin mütəxəsisləri tərəfindən iqlim dəyişmələri, qlobal istiləşmə və onun tə-siri mövzularında KİV vasitəsi ilə ictimaiyyətin maarifləndirilməsinə yönəlmiş mə-lumat xarakterli çıxışlar edilmişdir. Qərar qəbul edən orqanlar və əhali arasında qlobal istiləşmənin təsirləri haqqında maarifləndirmənin həyata keçirilməsində iştirak edilmişdir.

Qərar qəbul edən şəxslər üçün İqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupu-nun IV Hesabatının fiziki-elmi əsaslar bölməsi Azərbaycan dilində hazırlanmışdır.

BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair ikinci milli məlumat ictima-iyyətə çatdırılmışdır.

Bakı və digər iri şəhərlərdə atmosfer havasının nəqliyyat vasitələri tərəfindən çirk-lənməsinin qarşısının alınması məqsədilə intensiv hərəkət sahələrində qazanalize-dici qurğuların quraşdırılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən birgə iş planı-na uyğun olaraq ölkə ərazisində “Təmiz hava” aylığı çərçivəsində avtomobillərin intensiv hərəkət yerlərində avtomobillərdən atmosferə atılan zərərli maddələrin kəmiyyət və key-fiyyət göstəricilərinin müəyyən edilməsi istiqamətində reydlər keçirilmiş, zərərli maddələ-rin miqdarı yol verilən həddən artıq olduğu təqdirdə müvafiq qaydada sənədləşdirilmiş və qanunauyğun qaydada tədbirlər görülmüşdür.

Günəş və külək enerjisi ehtiyatlarından istifadə imkanlarının tədqiqi məqsədilə Abşe-ron və Quba-Xaçmaz regionlarında pilot enerji stansiyalarının inşa edilməsi - Abşeron yarımadasında hidrometeoroloji stansiyaların günəş batareyaları ilə təhciz olunması

Abşeron yarımadasında hidrometeoroloji stansiya alternativ enerji ilə təhciz olunmuşdur (Pirallahı HMS-da 2 külək aqreqatı, 1 günəş paneli).

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində meteoroloji şəraitin, buzlaqların tədqiqi atmosferin fon çirklənməsi, flora və faunanın müşahidəsi sahəsində fəaliyyət

9797

göstərən Kompleks hidrometeoroloji və ekoloji tədqiqat elm mərkəzi və avtomat hidro-meteoroloji stansiyaları günəş batareyaları və külək aqreqatı ilə təchiz edilmişdir.

İqlim dəyişmələrinin təsiri üzrə qiymətləndirmənin aparılması

İqlim dəyişmələri təsirinə həssas ərazilərin müəyyənləşdirilməsi üçün Böyük Qafqazın cənub-qərb və şimal-şərq yamaclarında temperatur və yağıntılar üzrə məlumatlar təhlil edilmiş, qlobal iqlim dəyişmələri ssenariləri və modelləri üzrə dəyişikliklər araşdırılmışdır.

İqlim dəyişmələrinin kənd təsərrüfatında məhsuldarlığa təsirinin qiymətləndirilməsi məqsədilə Şamaxı və Qobustan rayonlarında pilot ərazilər seçilmiş və bu ərazilərdə 1965-2010-cu illər üzrə kənd təsərrüfatı məhsullarının istehsalı və məhsuldarlığı üzrə məlumat-lar təhlil edilmiş və iqlim dəyişmələrinə daha davamlı kənd təsərrüfatı bitkilərinin seçilmə-si üzrə işlər aparılmışdır.

Kənd təsərrüfatının, iqtisadiyyat sahələrinin və əhalinin sağlamlığının iqlim dəyiş-mələrinə adaptasiya tədbirlərinin hazırlanması

Kənd təsərrüfatında iqlim dəyişmələrinə davamlı heyvan cinslərindən istifadə üzrə tək-liflərin hazırlanması məqsədilə qabaqcıl dünya təcrübəsi öyrənilmiş və elmi məlumatlar təhlil edilmişdir.

İqlim dəyişmələri nəticəsində baş verə biləcək təbii fəlakətlərin təsirinin azaldılması üçün müşahidə sistemlərinin gücləndirilməsi, əhalinin təhlükəsizliyinin təmin edil-məsi məqsədilə Qabaqcadan Xəbərdarlıq Sisteminin modernləşdirilməsi

Ağstafa və Şamaxı MRL-5 lokatorlarında quraşdırılmış avtomatik müşahidə komplekslə-rinin köməyi ilə ölkə ərazisində leysan, sel və dolu prosesləri üzərində avtomatlaşdırılmış müşahidələr aparılmış, qısamüddətli ştorm xəbərdarlıqları əhaliyə çatdırılmışdır.

Şahdağda qurulmuş video və foto kameralar vasitəsilə ətraf ərazinin hava şəraiti on-line rejimində internet vasitəsilə yayımlanmışdır.

Təhlükəli tullantıların sərhədlərarası daşınmaları haqqında qeydiyyat və hesabat prosedurlarının keçirilməsi

“Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisinə idxal, ixrac edilən və tranzit daşınan, habelə təh-lükəsiz emalı mümkün olmayan, tranzit daşınması, basdırılması və zərərsizləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasına gətirilməsi qadağan olunan təhlükəli tullantıların dəqiqləşdirilmiş siyahıları Dövlət Gömrük Komitəsinə təqdim edilmişdir.

Təhlükəli tullantıların ölkə ərazisinə idxal və ixrac olunması, habelə tranzit daşınması barə-də məlumatlar Bazel Konvensiyasının Katibliyinə təqdim olunmuşdur.

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

9898

Ölkədə tullantıların idarə edilməsi vəziyyətinin araşdırılması və tullantılar üzrə mə-lumat bazasının təkmilləşdirilməsi

Müəssisələrdə tullantıların idarə olunması vəziyyəti araşdırılmış və tullantıların ətraf mühitə təsirinin azaldılması üçün müəssisələr tərəfindən tullantıların utilizasiyası və zərərsizləşdirilməsi istiqamətində lazımi tədbirlərin həyata keçirilməsi üçün müvafiq göstərişlər verilmişdir. Araşdırmalar zamanı 1294 akt və 301 protokol tərtib olunmuşdur. Tullantıların utilizasiyası və zərərsizləşdirilməsi, həmçinin, aztullantılı və ya tullantısız texnologiyaların öyrənilməsi və tətbiqi, həmçinin tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi və tullantılar üzrə statis-tik hesabatların tərtib olunmasının təmin edilməsi tələbi üzrə hüquqi və fiziki şəxslərə 962 məcburi göstəriş verilmişdir.

Tullantıların, müvafiq statistik hesabatlar və araşdırmalar zamanı müəyyən edil-miş həcmi əsasında məlumat bazasının yaradılması istiqamətində işlər davam etdirilmişdir.

Tullantıların idarə olunmasında qeydiyyat və hesabat prosedurunun təkmilləş-dirilməsi

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa müva-fiq əlavə və dəyişikliklər edilmiş, həmçinin, Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 saylı Qərarı ilə təsdiq edilmiş ”Yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının mü-vəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları” və Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il 13 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası” qüvvəyə minmişdir. “Təhlükə-li tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət barədə” Bazel Konvensiyasının tələblərinə uyğun olaraq 2005-ci ildə Dövlət Statistika Komitəsinin 2TG (tullantılar) hesabat formalarında və 2008-ci ildə tibbi tullantılar barədə statistik hesabat-larına müvafiq əlavələr edilmişdir.

Toplanmış və əmələ gələn tullantıların miqdarının kəmiyyət və keyfiyyət üzrə qiy-mətləndirilməsi, onların idarə olunmasına dair tədbirlərin hazırlanması və utilizasi-yasının monitorinqi

Toplanmış və əmələ gələn tullantıların həcminin azaldılması, emalı və zərərsizləşdirilməsi məqsədilə monitorinqlər keçirilmiş və monitorinqlərin nəticələri əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən arayışlar, tövsiyələr hazırlanıb aidiyyəti qurumlara təq-dim edilmişdir.

9999

Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 13 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası”na uyğun olaraq əmələ gələn tullantıların kəmiyyət və keyfiyyətinin qiymətləndirilməsi, onların inventarlaşdırıl-ması aparılaraq pasportları tərtib olunmuş və həmin qərara əsasən bu tullantıların utiliza-siyası sistemi müəyyən edilmişdir.

İri yaşayış məntəqələri üçün ekoloji və sanitar tələblərə cavab verən tullantı poliqon-larının yaradılmasına dair təkliflərin hazırlanması

Şirvan və Hacıqabul rayonları arasında regional məişət tullantılarının poliqonlarının inşası üçün təkliflər verilmişdir. Nazirlər Kabinetinin 2008-ci il 29 iyul tarixli 267 s nömrəli Sərəncamı-nın icrası ilə əlaqədar olaraq Şamaxı və Hacıqabul rayonlarında məişət tullantılarının zərərsiz-ləşdirilməsi və yaranacaq metanın utilizasiyasını nəzərdə tutan regional poliqonların tikintisi üçün torpaq sahələri ayrılmışdır. Poliqonların tikintisinin layihə-smeta sənədləri hazırlanmış və aidiyyatı üzrə razılaşdırılmışdır. Nazirlər Kabinetinin 2008-ci il 23 dekabr tarixli 454 s nömrəli Sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sözügedən poliqonların inşası üçün ayrılmış 1679 min manat vəsait (Nazirlər Kabinetinin 2008-ci il 29 iyul tarixli 267 s nöm-rəli Sərəncamı əsasında) digər tədbirə - Təhlükəli tullantıların idarə edilməsi milli mərkəzinin infrastrukturunun genişləndirilməsinə və yeni hücrənin qazılmasına yönəldilmişdir.

Gəncə şəhəri yaxınlığında təhlükəli tullantılar poliqonunun tikintisi üçün torpaq sahəsi ayrılmış və tikinti işlərinin layihə-smeta sənədləri hazırlanmışdır.

Ölkənin tullantı poliqonlarının, qanuni və qeyri-qanuni zibilliklərin yerləşmə-si, sahəsi, zərərlilik dərəcəsi və s. göstəriciləri üzrə qiymətləndirilməsi, onların modernləşdirilməsi və yaxud ləğv edilməsinə dair təkliflərin hazırlanması

ARDNŞ-nin “Tullantılar Mərkəzinin”, “bp” şirkətinə məxsus “Sərəncə” və ”AA” servis po-liqonlarının ətraf mühitə təsirini müəyyən etmək məqsədi ilə monitorinqlər keçirilmiş, əldə olunan məlumatlar əsasında Nazirlik tərəfindən arayışlar hazırlanıb aidiyyəti qurum-lara təqdim edilmişdir.

“Təhlükəli tullantılar” MMC-nin Təhlükəli tullantıların idarə edilməsi Milli Mərkəzinin inf-rastrukturunun genişləndirilməsi məqsədilə yeni hücrə inşa edilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz zibilliklərin yaranma səbəbləri-nin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılmış və bu cür zibilliklərin aradan qaldırılması üçün müvafiq təkliflər verilmişdir.

Vaxtı keçmiş və istifadəyə yararsız pestisidlərin və aqrokimyəvi maddələrin basdırılması üçün Kənd Təsərrüfatı Nazirliyinin “Cəngi” poliqonunda yenidənqurma və bərpa işləri aparılmışdır.

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

100100

Ekosistemlərin idarə olunması, monitorinqi və inkişafı kimi ekoloji biliklər üçün əra-zidə məskunlaşmış əhalinin maarifləndirilməsi məqsədilə yerli ekoloji mərkəzlərin yaradılması

Hazırda ölkədə, əhalinin ekoloji məlumatlılığının artırılması məqsədilə ictimaiyyətin istifa-dəsinə verilmiş 3 Orxus Mərkəzi (Bakı, Gəncə və Qazax şəhərlərində) fəaliyyət göstərir ki, bu da Orxus Konvensiyasının müddəalarının ölkəmizdə həyata keçirilməsinə öz töhfəsini verir.

Bu mərkəzlər vasitəsilə ətraf mühitə dair siyasətin formalaşması və həyata keçirilməsində Hökumət və Qeyri-hökumət təşkilatları arasında görüşlərin təşkil edilməsi, yerli təşkilatlarla beynəlxalq təşkilatlar arasında əlaqə yaradılmasına köməklik göstərilməsi, QHT-lərin fəa-liyyətinin əlaqələndirilməsi, ictimaiyyəti maraqlandıran ədəbiyyat, internet resurslarından, dövlət orqanları və digər mənbələrdən əldə edilmiş məlumatlardan ödənişsiz istifadə imka-nının yaradılması kimi funksiyalar yerinə yetirilir. Bütün bunlar isə ətraf mühit məsələləri ilə bağlı əhalinin məlumatlandırılmasına və maarifləndirilməsinə yönəldilmişdir.

Bələdiyyələr, yerli icra nümayəndələri, icmalar, məktəbli gənclər, müəssisə və təşkilatların kollektivləri arasında ekoloji təbliğat, maarifləndirmə, məlumatlandırma xarakterli görüş-lər, diskusiyalar, seminarlar keçirilmiş, mühazirələr oxunmuş, KİV-də mütəmadi çıxışlar edilmişdir.

Ətraf mühitin mühafizəsini tənzimləyən normativ hüquqi bazanın beynəlxalq nor-ma və standartlar, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqa-vilələrin tələblərinə uyğunlaşdırılması

“Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli qərarına əlavələr edilməsi barədə” Nazirlər Kabinetinin qərar layihələri hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Admi-nistrasiyasına və Nazirlər Kabinetinə göndərilmişdir.

“Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanmışdır.

Ətraf mühitə təsirin qiymətləndirilməsi ilə əlaqədar fəsil də daxil edilərək “Ekoloji eksper-tiza haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanmışdır.

“Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanmışdır.

“Azərbaycan Respublikasında radiasiya təhlükəsizliyinin təmin olunması üzrə əsas Norma və Qaydalar” hazırlanmışdır. Qeyd olunan qaydalarda radioaktiv maddələr və ionlaşdırıcı mənbələri ilə işləyən zaman işarələmə xəbərdarlıq formalarının tətbiqi

101101

üzrə xüsusi müddəalar, ətraf mühitin çirklənmə normativləri, radioaktiv çirklənmənin qarşısının alınması və ona nəzarət olunması qaydaları, radioaktiv maddə və tullantıla-rın daşınmasına dair normativ tələblər, əhalinin ionlaşma radiasiyasından qorunması, əhalinin müəyyən qruplarının doza hədləri, ərzaq məhsullarının, oyuncaqların, şəxsi bəzək əşyalarının radiasiya təhlükəsizliyinin təmin olunmasına dair müddəalar öz ək-sini tapmışdır.

Bərk sənaye və məişət tullantılarının idarə olunmasına dair normativ hüquqi baza-nın təkmilləşdirilməsi

Bərk sənaye və məişət tullantılarının idarə olunmasına dair bir sıra normativ-hüquqi sənədlər təsdiq olunmuşdur:

“İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası” - Nazirlər Ka-binetinin 25 yanvar 2008-ci il tarixli 13 saylı Qərarı;

“Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası” - Nazirlər Kabinetinin 25 iyul 2008-ci il tarixli 167 saylı Qərarı;

“Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın müəyyən edilməsi Qaydası” - Nazirlər Kabinetinin 12 avqust 2008-ci il tarixli 185 saylı Qərarı.

Genetik modifikasiya edilmiş bitki və heyvan mənşəli məhsulların ölkə daxilində istifadəsini tənzimləyən normativ hüquqi aktların hazırlanması

04 mart 2005-ci il tarixli 841-IIQ nömrəli Qanuna əsasən Azərbaycan Respublikası “Bioloji müxtəliflik haqqında” Konvensiyanın “Biotəhlükəsizliyə dair Kartagena Proto-kolu”na qoşulmuşdur. Bununla əlaqədar “Gen mühəndisliyi fəaliyyəti zamanı təhlükə-sizlik haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi hazırlanmış, aidiy-yəti dövlət qurumları ilə razılaşdırılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir.

Mövcud qlobal və lokal ekoloji problemlərin sosial-iqtisadi aspektləri üzrə tədris/təlim vəsaitlərinin hazırlanması və əhali arasında paylanması

Mövcud qlobal və lokal ekoloji problemlərin sosial-iqtisadi aspektləri üzrə plakat, buklet və təqvimlər hazırlanaraq müəssisə və təşkilatlar vasitəsi ilə ictimaiyyətə çatdırılmış, əhali arasında paylanmışdır.

Ekoloji təbliğat xarakterli plakatların elektron versiyaları və ekoloji problemlərin həllinə ictimaiyyəti cəlb etmək məqsədilə “Şəhərin zibillənməsi”, “Səhralaşma”, “Havanın çirklən-məsi” mövzularında çəkilmiş reklam çarxları bir sıra İnformasiya Agentliklərinin saytların-

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

102102

da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifəsində yerləşdirilmiş, televiziya kanallarında yayımlanmışdır.

“Baku Еkspо” mərkəzində “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” mövzusunda keçi-rilən Beynəlxalq Ətraf Mühit Sərgisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliy-yətini əks etdirən 2 mindən artıq bukletlər, broşurlar sərgi iştirakçılarına paylanılmışdır.

İçməli suyun Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənərək əha-liyə verilməsi və Xəzər dənizinin çirklənmədən qorunması üzrə həyata keçirilən tədbirlər haqqında hazırlanmış bukletlər aidiyyəti təşkilatlar və əhali arasında paylanılmışdır.

Ekoloji baxımdan əhəmiyyətli qərar qəbul etmə prosesində ictimaiyyətin iştirakı mexanizminin təkmilləşdirilməsi

“Ətraf mühitin mühafizəsi sahəsində ölkə əhalisinin hüquqlarının təminatı istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər, perspektivlər” mövzusunda Nazirliyin aidiyyəti strukturlarının, QHT-lərin iştirakı ilə dəyirmi masa, eko-logiya və ətraf mühitin mühafizəsi sahəsində hüquq və vəzifələrinin öyrədilməsi məqsə-dilə 46 saylı məktəbdənkənar İş Mərkəzi ilə birgə Bakı şəhəri məktəbliləri arasında “Breyn-Rinq” bilik yarışı, ətraf mühitlə əlaqədar əhalinin məlumat almaq hüquqlarının təminatı sahəsində “Qazax və Gəncə Orxus mərkəzləri tərəfindən görülmüş işlər, qarşıda duran vəzifələr” mövzusunda QHT-lərin, yerli ekoloqların, alim və ziyalıların iştirakı ilə dəyirmi masalar, respublikanın müəssisə, təşkilat və təhsil ocaqlarında ekoloji təbliğat xarakterli tədbirlər keçirilmişdir.

Təbii ehtiyatlardan səmərəli istifadə üzrə təbliğat materiallarının hazırlanması və müxtəlif vasitələrlə əhali arasında yayılması

Hazırlanmış ekoloji təbliğat xarakterli plakatların elektron versiyaları Nazirliyin internet saytında yerləşdirilmiş, 7000-dən çox nüsxədə nəşr olunaraq ali, orta məktəblərdə, əha-linin sıx olduğu yerlərdə, iri şirkətlərdə, QHT-lərin ofislərində, Ərazi ekologiya və təbii sərvətlər şöbələrində xüsusi guşələr yaradılaraq yerləşdirilmişdir.

Nazirlik xətti ilə keçirilmiş və ictimaiyyət üçün maraq kəsb edən, habelə onun fəaliyyə-tinin əsas istiqamətlərinin və davamlı inkişaf konsepsiyasının təbliğini əks etdirən bütün tədbirlər KİV-də geniş işıqlandırılır və Nazirliyin gördüyü işlər barədə təbliğat xarakterli məlumatlar Nazirliyin veb saytında yerləşdirilir.

Ölkə ərazisindəki Milli Parkların flora və faunası barədə məlumatları özündə əks etdirən buklet və broşurlar hazırlanaraq müxtəlif sərgi və tədbirlərdə ictimaiyyətə paylanmışdır.

İxtisaslaşmış kursların aparılması vasitəsi ilə ekoloji təhsil sisteminin təkmilləş-dirilməsi

103103

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xidmət, departament, idarə və ərazi ekologiya və təbii sərvətlər şöbələrinin və tabeli müəssisələrinin əməkdaşlarının ixtisaslarının artırılması məqsə-dilə “Ekzogen və endogen geoloji proseslər haqqında”, “Çaylarda axımın uçotu, onun proq-nozlaşdırılması və iqlim dəyişmələrinin çay axınına və su ehtiyatlarına təsiri”, “Azərbaycan Res-publikasında Ətraf mühit və təbii ehtiyatların dövlət monitorinqi”, “Ətraf mühitin mühafizəsi və yerin təkindən istifadə”, “Etik davranış və peşə etikası”, “Regionlarda ekoloji təbliğat və maarifləndirmənin gücləndirilməsi haqqında”, “Landşaft ekologiyası, yaşıllıqların mühafizəsi”, “Mühafizə olunan təbiət əraziləri və ekoloji təbliğat haqqında”, “Ekoloji təhsil, ekoloji maarif-ləndirmə və ekoloji mədəniyyət” və s. mövzularda ixtisaslaşmış kurslar keçirilmişdir.

1.9. Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı

Respublikanın içməli su təchizatı sisteminin və sanitar-mühafizə zonalarının inkişafı üzrə müvafiq tədbirlərin həyata keçirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən regionlarda içməli su mənbələrinin qeydiy-yata alınması, bu mənbələrin mühafizəsi və sanitar-mühafizə zonalarına riayət olunması və-ziyyətlərinin mütəmadi olaraq araşdırılması, qurğuların fəaliyyətinə və onların sanitar-müha-fizə zonasına kənar müdaxilələrin qarşısının alınması istiqamətində işlər həyata keçirilmişdir.

Atmosfer havasının çirklənməsinin qarşısının alınması və müəssisələrin ətrafında sa-nitar-mühafizə zonalarının yaradılması üzrə tədbirlərin hazırlanması və tətbiq edil-məsi. Təmizləyici qurğuları olmayan və sanitar-mühafizə zonaları təşkil edilməyən sənaye müəssisələrinin və kənd təsərrüfatı obyektlərinin istifadəsinə yol verilməməsi məqsədilə qanunvericiliklə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsi

2009-2012-ci illər ərzində atmosfer havasının mühafizəsi ilə əlaqədar aparılan araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularına görə 1734 akt və 277 protokol tərtib olunmuş, qanun pozuntusu hallarına yol verildiyi üçün hüquqi və fiziki şəxslərə 590 915 manat məb-ləğində 196 inzibati cərimə tətbiq olunmuş, aşkar olunan çatışmazlıqların aradan qaldırılması məqsədilə müəssisələrə 824 məcburi göstəriş verilmişdir. Atmosfer havasının çirklənməsinə görə fiziki və hüquqi şəxslərə 1 063 223 manat məbləğində ödəmə tətbiq edilmişdir.

Avtonəqliyyatın işi ilə bağlı havanın zəhərlənməsinin azaldılması üzrə tədbirlərin həyata keçirilməsi. Avtomaşınların texniki vəziyyətinə və avtotəsərrüfatların işlən-miş qazların toksikiliyi normalarına riayət edilməsinə nəzarətin təmin edilməsi

Avtonəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsinə nəzarətin güclən-dirilməsi məqsədilə 2008-2012-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Yol Polisi tərəfindən keçirilmiş “Təmiz hava aylığı” tədbirləri müddətində 63 avtonəqliyyat müəssisələrində və nəqliyyat sexlərində yoxlama aparılmışdır. Yoxlamaların nəticələrinə

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

104104

əsasən müəssisələrə 3620 manat məbləğində iddia verilmişdir. Yoxlamalar zamanı 40945 fərdi minik avtomobillərindən 12207-də dəm qazının miqdarı normadan artıq olduğu üçün müvafiq protokollar tərtib olunmuşdur.

Ətraf mühitin vəziyyəti haqqında kütləvi informasiya vasitələrinə mütəmadi ola-raq məlumatların verilməsi, tematik məqalələrin nəşr edilməsi, verilişlərin təşkil edilməsi

Ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə keçirilən monitorinq zamanı antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslər barədə operativ və rejim məlumatlarının hazırlanması, on-ların bülletenlər vasitəsi ilə yayımlanması təmin edilmiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet saytında yerləşdirilmişdir.

Meşələrin qorunub mühafizə olunması, bərpası və artırılması istiqamətində həyata ke-çirilmiş tədbirlər, o cümlədən alternativ enerji mənbələrindən istifadə olunması, ölkənin qazla təminatı sahəsində aparılan işlərin nəticəsində ağacların qanunsuz kəsilməsi halla-rının ilbəil azalması barədə məlumatlar KİV-də işıqlandırılmışdır.

Ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, təbiətdən davamlı istifadənin təmin olun-ması ideyalarının yayılması və əhalinin məlumatlandırılması, ekoloji mövzuda yazan jur-nalistlərin bu sahəyə diqqətini daha da artırmaq məqsədilə jurnalistlər və telereportyorlar arasında hər il 5 iyun “Ümumdünya ətraf mühitin mühafizəsi günü” ərəfəsində ekoloji mövzuda yazılmış ən yaxşı məqalə və telereportajlar üzrə müsabiqənin keçirilməsi və qaliblərin mükafatlandırılması artıq ənənəyə çevrilmişdir.

Respublikanın müxtəlif regionlarında ali və orta təhsil müəssisələrində, idarə və təş-kilatlarda əhalinin ətraf mühitin vəziyyəti haqqında məlumatlandırılmasına xidmət edən ekoloji təbliğat xarakterli seminar-məşğələlər, dəyirmi masalar, görüşlər təşkil olunmuşdur.

Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün UNEP-in baş şəhərləri siyahısına İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı Azərbaycanın Bakı şəhərinin də salınması ilə əlaqədar 5 iyun “Ümumdünya ətraf mühit” günü ərəfəsində BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru cənab Kristof Buvye Bakıya gəlmiş və Ekologiya və Təbii Sərvətlər Nazir-liyinin, Dövlət və Qeyri-Hökumət Təşkilatlarının, diplomatik korpusların, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin, Kütləvi İnformasiya Vasitələrinin ümumilikdə, 2000-dən çox əməkdaşın iştirakı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında kütləvi ağac əkmə kompaniyası təşkil edilmişdir.

105105

Ekoloji təqvim günlərində əhalinin ətraf mühitin vəziyyəti haqqında mə-lumatlandırılması məqsədilə KİV-də məqalələr dərc olunmuş, televiziya və radio kanallarında çıxışlar təşkil edil-miş, respublikanın yaşayış məntəqələ-rində təmizlik və abadlıq işlərinin apa-rılması məqsədilə iməciliklər keçiril-miş, ali və orta təhsil müəssisələrində, müəllim və tələbələrin iştirakı ilə eko-loji mövzularda seminar məşğələlər, dəyirmi masalar, Bakı şəhərinin bir sıra orta məktəblərində isə görüşlər təşkil olunmuşdur.

“Xəzər həftəsi”nin qeyd olunması ilə əlaqədar Xəzərin bioloji resurslarının mühafizə olun-ması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə KİV nü-mayəndələri Neftçala rayonu Xıllı Nərə Balıqartırma zavodunda olmuş, zavodun fəaliyyəti və görülmüş işlərlə bağlı jurnalistləri maraqlandıran suallar mütəxəssislər tərəfindən ca-vablandırılmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekologiya ili” çərçivəsində hazırladığı Kompleks Tədbirlər Planına uyğun olaraq media nümayəndələri üçün “2010 Ekologiya ili –Yaşıl dün-ya naminə” devizi altında press-turlar təşkil edilmişdir.

Ekoloji təbliğat sahəsində Orxus Konvensiyasının Azərbaycanda həyata keçirilməsini tə-min etmək və ətraf mühit məsələləri ilə bağlı əhalinin məlumatlandırılması və maariflən-dirilməsi məqsədilə Bakı, Gəncə və Qazax şəhərlərindəki Orxus İctimai Ekoloji İnformasiya Mərkəzlərində seminar-məşğələlər keçirilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini əks etdirən məlumatlar mütəmadi olaraq Nazirliyin internet səhifəsində yerləşdirilməklə ictimaiyyət və KİV nümayəndələri-nin diqqətinə çatdırılmışdır. Belə ki, 301 press-reliz yayımlanmış, mətbuat xidmətinə tele-fon vasitəsilə daxil olan 1361 sorğu cavablandırılmışdır.

Nazirliyin internet saytının istifadəçilərinin məlumatlılığını artırmaq məqsədilə sayt da “Məktublar” və “Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi” bölmələri yaradılmışdır.

Ceyranların mühafizəsi ilə bağlı 1000 ədəd plakat, buklet və stolüstü təqvimlər hazırla-naraq müəssisə və təşkilatlar vasitəsi ilə ictimaiyyətə çatdırılmışdır. Eləcə də, ölkə ərazi-sindəki Milli Parkların flora və faunası barədə məlumatları özündə əks etdirən buklet və

UNEP Avropa Bürosunun direktoru Kristof Buvye Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil

yolunun ətrafında ağacəkmə kompaniyasında iştirak edir

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

106106

broşurlar hazırlanaraq Nazirlik tərəfindən həyata keçirilən müxtəlif sərgilərdə və digər tədbirlərdə ictimaiyyətə paylanmışdır.

Hazırlanmış ekoloji təbliğat xarakterli plakatların elektron versiyaları və ekoloji problem-lərin həllinə ictimaiyyəti cəlb etmək məqsədilə “Şəhərin zibillənməsi”, “Səhralaşma”, “Ha-vanın çirklənməsi” və “Nərəkimiləri birgə qoruyaq” mövzularında çəkilmiş reklam çarxları bir sıra informasiya agentliklərinin internet səhifələrində, televiziya kanallarında yayım-lanmışdır.

Modul tipli su təmizləyici qurğuların quraşdırılaraq əhaliyə təmiz içməli suyun verilməsi və Xəzər dənizinin çirklənmədən qorunması üzrə həyata keçirilən tədbirlər haqqında ha-zırlanmış bukletlər aidiyyəti təşkilatlar və əhali arasında paylanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə birgə “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlan-dırılmasına dəstək” layihəsi həyata keçirilmiş, jurnalistlər arasında ətraf mühitin vəziyyəti haqqında yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.

“Xəzər həftəsi” ilə əlaqədar Xəzər dənizinin sahil zolağında yerləşən yaşayış məntəqələrinin orta məktəblərində, Bakı Dövlət Universitetində tələbələr qarşısında “Mavi Xəzərimiz” mövzusunda mühazirələr keçirilmiş, tələbələri maraqlandıran sual-lar mütəxəsislər tərəfindən cavablandırılmış, dənizin sahilində təmizlik-abadlıq işləri həyata keçirilmişdir.

2012-ci ilin 21-23 noyabr tarixində “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” mövzusunda Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilmiş, ətraf mühit haqqında məlumatları özündə əks etdirən minlərlə buklet və broşur sərgi ziyarətçiləri arasında paylanılmışdır.

Orxus İctimai Ekoloji İnformasiya mərkəzində “Su ehtiyatlarından səmərəli istifadə və tullantılardan mühafizəsi”, “Atmosfer havasının mühafizəsi sahəsində mövcud prob-lemlər və onların həlli yolları”, “Abşeron yarımadasında mövcud olan göllərin çirk-lənmə mənbələri və ekoloji bərpası”, “Ətraf mühitin mühafizəsi sahəsində vətəndaş cəmiyyətinin rolu” mövzularında dövlət qurumlarının, həmçinin, qeyri-hökumət təşki-latlarının nümayəndələrinin, tələbə-gənclərin iştirakı ilə dəyirmi masalar, ictimai mü-zakirələr eləcə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Təbiətin dostları” İcti-mai Birliyinin birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin azaldılmasının təbliğ edilməsi məqsədilə Dənizkənarı Milli Parkda velosiped yürüşü keçirilmişdir.

107107

1.10. Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Kor-rupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Açıq Hö-kumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərinin icrası ilə əlaqədar Nazirliyin 2012-ci il 16 oktyabr tarixli 686/ü nömrəli əmri ilə 2012-ci il üçün İş Planı təsdiq edilmiş və buna uyğun bir sıra tədbirlər həyata keçirilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilmiş, bu barədə ictimaiyyət məlumatlandırılmış və ictimaiyyətin (qeyri-hökumət təşki-latlarının) iştirakı ilə informasiya azadlığı ilə bağlı daxili icraat qaydaları hazırlanır.

Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarəetmə orqanlarında çalışan məsul dövlət qulluqçuları üçün informasiya azadlığının təmin edilməsi məqsədi ilə tre-ninq və seminarlar keçirilmişdir.

Ümumilikdə 2012-ci il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif struktur bölmələrində çalışan 307 nəfər mütəxəssis treninqlərə cəlb olunmuşdur.

2012-ci il ərzində Nazirliyin fəaliyyətinə dair, eləcə də əhalini maraqlandıran ətraf mühit məsələlərini əks etdirən 385 press-reliz Nazirliyin internet səhifəsində yerləşdirilməklə ictimaiyyət və KİV nümayəndələrinin diqqətinə çatdırılmışdır.

Ötən il ərzində KİV-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini, həmçinin ətraf mühitin vəziyyətini əks etdirən 2250-dən artıq material dərc olunmuş, eləcə də televiziya və radiolarda müxtəlif ekoloji mövzularda çıxışlar təşkil edilmişdir.

Eyni zamanda, hər il mütəmadi olaraq Nazirliyin fəaliyyəti barədə illik məruzələr hazırla-naraq rəsmi internet səhifəsində yerləşdirilmiş və Nazirliyin hər bir qurumu üzrə ayrıca olaraq yaradılmış bölmələrdə hesabatlar yerləşdirilərək ictimaiyyətə təqdim olunmuşdur.

Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində “Su ehtiyatlarından səmərəli istifadə və onun tullantılardan mühafizəsi” mövzusunda dövlət qurumlarının, həmçinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa, Ekologiya və Təbii Sərvətlər Na-zirliyi və IDEA (Ətraf Mühit Naminə Beynəlxalq Dialoq) beynəlxalq kampaniyasının birgə təşkilatçılığı ilə “Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi” mövzusunda yay məktəbi, “Atmosfer havasının mühafizəsi sahəsində mövcud problemlər və onların

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

108108

həlli yolları” mövzusunda aidiyyəti dövlət qurumlarının, eləcə də, qeyri-hökumət təşki-latlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa, Ekologiya və Təbii Sərvətlər Nazirliyində İqtisadi inkişaf və Səhiyyə nazirliklərinin, Dövlət Neft Şirkətinin, “Azərsu” ASC-nin, Bakı şəhər İcra Hakimiyyətinin, həmçinin, ictimaiyyətin, o cümlədən qeyri-hökumət təşkilatları nümayəndələ-rinin iştirakı ilə “Abşeron yarımadasında mövcud olan göllərin çirklənmə mənbələri və ekoloji bərpası” mövzusunda “Açıq qapı” vətəndaş forumu, eyni zamanda, ali təhsil müəssisələrinin tələbələri və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə “Ətraf mühitin mühafizəsi sahəsin-də vətəndaş cəmiyyətinin rolu” mövzusunda ictimai müzakirələr keçirilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini tənzimləyən qanunvericilik aktları Nazirliyin internet səhifəsi vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılmış və ətraf mühitə dair hazırlanmış qanun layihələri ictimaiyyətin (o cümlədən qeyri-hökumət təşki-latlarının) müzakirəsinə verilərək təqdim olunmuş təkliflər əsasında yenidən işlənmişdir.

Nazirliyin internet səhifəsində “Dövlət proqramları” bölməsi yaradılmış və sözügedən bölmədə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlər, həmçinin son 10 ildə bu is-tiqamətdə görülmüş işlər barədə məlumatlar yerləşdirilmişdir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin yanında tərkibi əsasən qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələrindən ibarət olan İctimai Ekoloji Şura yaradılmışdır.

Şura ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması, ekoloji təhlükəsizlik və təbiətdən səmərəli istifadə olunması sahələri üzrə layihələr, təkliflər, proqramlar hazırlanması və s. tədbirlərin hə-yata keçirilməsi istiqamətində Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək, habelə BMT-nin “Ətraf mühit ilə bağlı məsələlərdə məluma-tın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət mühakiməsinin açıq keçirilməsi haqqında” (Orxus) Konvensiyası müddəalarının yerinə yetirilməsində səmərəliliyi artırmaq məqsədi ilə Nazirlikdə yaradılan və məsləhətləşmələr aparılması üçün yığıncaqlar keçirmək formasında ictimai əsaslarla fəaliyyət göstərən qurumdur.

Şuranın fəaliyyətinin əsas istiqamətlərinə ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və təbiətdən səmərəli istifadə olunması sahələri üzrə ictimaiyyətin fikrini öyrənməklə təkliflər, proqramlar, normativ hüquqi aktların layihələrini hazırlamaq, əhalinin ekoloji şürunun for-malaşması istiqamətində təbliğat aparmaq, ətraf mühitin mühafizəsi sahəsində qeyri-hö-kumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, ətraf mühit üzrə informa-siya fondunun genişləndirilməsi, onun məqsədyönlü istifadəsinin təmin olunmasına dair təkliflər vermək və ətraf mühitlə bağlı digər birgə tədbirlərin həyata keçirilməsi daxildir.

Ekoloji problemlərin həllində cəmiyyətin iştirakını təmin etmək, eləcə də Nazirliyin vəzifə və funksiyaları çərçivəsində həyata keçirdiyi tədbirlər barədə əhalinin məlumatlılığının

109109

artırılması məqsədilə müntəzəm olaraq məktəbli-tələbələrlə, qeyri-hökumət təşkilatları ilə görüşlər və dəyirmi masalar keçirilmiş, fikir mübadilələri aparılmışdır.

Ekoloji təqvim günlərində KİV-də məqalələr dərc olunmuş, televiziya və radio kanallarında çıxışlar təşkil edilmiş, respublikanın yaşayış məntəqələrində təmizlik və abadlıq işlərinin aparıl-ması məqsədilə iməciliklər keçirilmiş, ali və orta təhsil müəssisələrində müəllim və tələbələrin iştirakı ilə ekoloji mövzularda seminar-məşğələlər, dəyirmi masalar, Bakı şəhərinin bir sıra orta məktəblərində isə Nazirliyin təcrübəli və məsul mütəxəssisləri ilə görüşlər təşkil olunmuşdur.

Mütəmadi KİV və QHT nümayəndələri üçün seminarlar təşkil olunmaqla yanaşı, Nazirlik tərəfindən keçirilən bütün tədbirlərdə ictimaiyətin nümayəndələri iştirak edir və yaradılan müvafiq komissiyalarda təmsil olunurlar.

İctimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakının geniş-ləndirilməsi məqsədilə Nazirliyin internet səhifəsi vasitəsi ilə vətəndaşların təklif və rəylərinin qəbul edilməsi üçün xüsusi bölmə yaradılmışdır. Həmin bölmədə vətəndaşların məlumatlan-dırılması üçün hər hansı bir layihənin həyata keçirilməsi barədə elanlar yerləşdirilmişdir.

İctimaiyyətin maarifləndirilməsi ilə bağlı 2000 ədəd maarifləndirici bukletlər hazırlanaraq əhaliyə paylanılmış, “Açıq Hökumət Tərəfdaşlığı” çərçivəsində tədbirlər davam etdirilmişdir.

1.11. Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Kor-rupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Korrupsi-yaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərinin icrası ilə əlaqədar Nazirliyin 2012-ci il 16 oktyabr tarixli 685/ü nömrəli əmri ilə 2012-ci il üçün İş Planı təsdiq edilmiş və buna uyğun bir sıra tədbirlər həyata keçirilmişdir.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə dövlət qulluqçuları tərəfindən etik davranış qay-dalarına riayət edilməsi və korrupsiyaya qarşı mübarizə ilə əlaqədar seminarların keçirilməsi haqqında” Nazirliyin müvafiq əmrləri verilmiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin idarəetmə orqanlarında çalışan dövlət qulluqçuları üçün etik davranış qaydalarının mahiy-yəti, vicdanlı davranış, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, korrupsiya və maraqların toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydaları və prinsipləri, onlara əməl edilməsi və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbay-

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

110110

can Respublikası Qanununun tətbiqi ilə bağlı digər aktual mövzuları əhatə edən təlimlər və seminarlar keçirilmişdir. Nazirliyin Etik müvəkkili, Hüquq şöbəsi, Kadrlarla iş və elm sektoru və İxtisaslaşdırma və İxtisasartırma İnstitutu ilə birgə keçirilən təlim zamanı dövlət qulluq-çularını maraqlandıran bütün məsələlər üzrə suallar cavablandırılmışdır.

Nazirliyin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunda keçirilən seminar və treninqlərdə dövlət qulluqçularına mütəmadi olaraq korrupsiyaya qarşı mübarizə və etik davranış qay-daları haqqında mühazirələr oxunur. Ötən ildə regionlarda keçirilən seminarlarda iştirak edən 282 nəfər əməkdaşa həmin mövzuda mühazirələr oxunmuşdur.

Nazirlikdə 24 saat ərzində fəaliyyət göstərən qaynar xətt barədə ictimaiyyət daim mə-lumatlandırılır və qaynar xəttə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər gö-rülməsi sistemi yaradılmışdır. Nazirliyə daxil olan ərizə və şikayətlərlə əlaqədar effektiv araşdırmanın aparılmasına dair müvafiq tədbirlər həyata keçirilmiş, elektron poçt vasitə-silə ərizə və şikayətlərin qəbulu işinin təşkilinə dair müvafiq tədbirlərin görülməsi təmin edilmiş, məlumat əldə edilməsi qaydaları və üsulları, məlumat əldə edilməsi üzrə məsul struktur bölmənin fəaliyyəti təkmilləşdirilmişdir. Hazırda hər iki formada müraciətlərin qə-bulu həyata keçirilir. Əhalinin problemlər və neqativ hallar barədə məlumat verə bilməsi imkanlarının gerçəkləşdirilməsi üçün Nazirliyin internet səhifəsində “Qaynar xətt” sistemi-nin əlaqə telefon nömrələri yerləşdirilmişdir. Ötən il ərzində “Qaynar xətt”ə ətraf mühitlə bağlı 1225 şikayət və xəbərdarlıq daxil olmuşdur. Daxil olan məlumatlar Nazirliyin aidiy-yəti qurumları tərəfindən operativ və effektiv olaraq araşdırılmış və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülmüşdür. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Qaynar xətt”-rabitə əlaqəsi ilə vətəndaşların müraciətlərinin qəbulunu asanlaşdırmaq üçün üçrəqəmli (168) xidmət fəaliyyət göstərir.

İstehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standart-lara uyğun olaraq tənzimlənməsi, aparılan yoxlamalar zamanı səlahiyyətlərindən sui-is-tifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrə uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin et-mək məqsədilə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəaları əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli qurumları sahibkarlıq fəaliyyəti subyektləri olan hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyətini araşdırmış və bu sahədə normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada tədbirlər görülmüşdür.

111111

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli qurumlarının sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bü-tün növ yoxlamaların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyest-rinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınması təmin edilir. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilir.

Dövlət qulluqçularının qeyri-etik davranışı barədə fiziki və hüquqi şəxslərin, vətəndaşla-rın şikayət etmə imkanlarının genişləndirilməsinə dair mütəmadi tədbirlər həyata keçiri-lir, etik davranış qaydaları barədə ictimaiyyət məlumatlandırılır. Nazirlik əməkdaşlarının yerinə yetirdikləri xidməti vəzifələrin icrası zamanı ictimai mənafeyin üstünlüyünün tə-min edilməsi, etibarlılıq və xidmət şərəfini qorumağa imkan verməyən halların yaran-masının qarşısının alınması istiqamətində səmərəliliyin artırılması məqsədilə tədbirlər həyata keçirilmişdir.

Dövlət orqanlarına ictimai etimadın artırılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli qurumlarının fəaliyyəti ilə bağlı ictimaiyyət mütəmadi olaraq mə-lumatlandırılır, bu məqsədlə internetin və kütləvi informasiya vasitələrinin imkanlarından geniş şəkildə istifadə olunur.

Nazirlik “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində işləri davam etdirilmişdir.

1.12. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırıl-ması və dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə bey-nəlxalq təşkilatlarda aparılan işin davam etdirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mü-hitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) Operativ Mərkəz”i tərə-findən müxtəlif mənbələrdən, o cümlədən yerli və beynəlxalq mətbuat, internet, təmas xəttinə yaxın yaşayan yerli əhali, vizual müşahidə və s. vasitələrlə Ermənistanın Azərbay-cana qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin dağıdılması faktları aşkar edilərək dünya ictimaiyyətinə çatdırılması və dəymiş zərərin Er-mənistan dövləti tərəfindən ödənilməsi istiqamətində beynəlxalq təşkilatlarda aparılan iş davam etdirilmişdir. Belə ki, beynəlxalq səviyyədə keçirilən müxtəlif tədbirlərdə iştirak edən Azərbaycanın nümayəndələri bu barədə məlumatlarla təmin edilmiş, nazirliyin in-

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

112112

ternet səhifəsi və kütləvi informasiya vasitələri ilə yerli və beynəlxalq ictimaiyyət bu barə-də mütəmadi məlumatlandırılmışdır.

Elektron xidmətlərin həyata keçirilməsinin təmin edilməsi

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının icrası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifəsində elektron xidmətlər bölməsi yaradılmış, Nazirlik tərəfindən göstəriləcək bütün elektron xidmətlərin adları və bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq si-yahısı göstərilmiş, ərizə və müqavilə formalarının elektron variantları, həmçinin, elektron xidmətlərin inzibati reqlamentlərinin layihələri yerləşdirilmiş, vətəndaşların bu bölmədən sərbəst istifadəsi təmin edilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 18 elektron xidmət həyata keçirilir:

– təsərrüfat (iqtisadi) fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar dövlət ekoloji eks-pertizası rəyinin verilməsi;

– toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu;

– yabanı dərman bitkilərinin xammalının yığılmasına xüsusi razılıq (lisenziya) verilmə-si üçün müraciətin və sənədlərin qəbulu;

– mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (Ozondağıdıcı maddələr və tərkibin-də belə maddələr olan məhsullar) dövriyyəsinə xüsusi icazə verilməsi üçün müra-ciətin və sənədlərin qəbulu;

– atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu;

– sudan xüsusi istifadəyə icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu; – ekoloji və normativ sənədlərin razılaşdırılması və təsdiq edilməsi üçün müraciətin

və sənədlərin qəbulu; – meşə fonduna daxil olmayan yaşıllıqların istifadəsi, mühafizəsi və qorunması ilə əlaqədar rəyin verilməsi;

– yerin təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə Dağ-mə-dən ayırması statusunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu;

– vəhşi heyvanların ovuna icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu;

– sənaye balıq ovu üçün balıqovlama biletlərinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu;

– əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ov etmək üçün icazənin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu;

113113

– Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid edilmiş mal və mate-rialların ixracına və idxalına razılığın verilməsi;

– milli parklara onlayn bilet satışı;– meşə məhsulları və dərman bitkilərinin onlayn satışı;– meşə fondu torpaqlarından istifadə edilməsi üçün razılığın verilməsi;– ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsi;– cərimə, ziyan və ödəmələrin internet vasitəsilə ödənilməsi.

Elektron xidmətlər aktivləşdirilmiş, yəni elektron xidmətlər bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə, müqavilə və tələb olu-nan sənədlərin elektron formada qəbul edilməsi və həmin şəxslərə təsdiqedici bildirişin göndərilməsi xidməti istifadəyə verilmişdir. Bu məqsədlə müvafiq avadanlıqlar alınaraq quraşdırılmışdır.

Göstərilən elektron xidmətlərin hər biri üçün hazırlanmış inzibati reqlamentlərin layihələri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müsbət rəyindən sonra geniş ictimai fikrin bildirilməsi məqsədilə elektron xidmətlər bölməsində yerləşdirilmişdir.

Elektron xidmətlər bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik tədbirləri görülmüş, bu məqsədlə mü-vafiq avadanlıqlar alınaraq quraşdırılmışdır. Ödənişli xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsi tə-min olunmuşdur.

Yuxarıda qeyd olunanlarla yanaşı, cəmiyyətin bu sahədə məlumatlılığının artırılması is-tiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

Dövlət proqramlarının icrası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

114114

http://e-xidmet.eco.gov.az

115115

Ətraf mühit qanunvericiliyinin inkişafı

II. ƏTRAF MÜHİT QANUNVERİCİLİYİNİN İNKİŞAFI

2.1. Ətraf mühit üzrə qanunların təkmilləşdirilməsi

Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu 13 iyun 2008-ci il № 650-IIIQ

Bu Qanun Azərbaycan Respublikasında əhalinin, torpağın, suyun, bitkilərin və heyvanların sağlamlığını və təhlükəsizliyini təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məh-sullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir.

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Res-publikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublika-sının Qanunu 16 dekabr 2008-ci il № 738-IIIQD

Bu dəyişikliyə əsasən Naftalan nefti müalicəvi vasitə kimi həmin qanuna əlavə edilmişdir.

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, “Xü-susi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respubli-kasının Qanununa və “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 30 sentyabr 2009-cu il № 882-IIIQD

“Müalicə-sağlamlaşdırma yerləri və kurortlar beynəlxalq, ölkə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilə bilər.” əlavəsi edilmişdir.

“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 1 oktyabr 2012-ci il 435-IVQD

Bu dəyişikliklə heyvanlar aləmi obyektlərinin istifadəçilərinin vəzifələrinə “vəhşi heyvan-ların, xüsusi icazə olmadan təbii mühitdən ayırmaqla və ya digər qanunsuz yollarla əldə etməklə, yarımsərbəst və ya qeyri-sərbəst şəraitdə müvafiq tələblərə riayət etmədən sax-lanması, mühafizəsi və istifadəsi aşkar olunduqda, həmin heyvanlar bu sahədə dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən geri götürüldükdən sonra onların reabilita-siyasına çəkilmiş xərcləri ödəmək” vəzifəsi əlavə edilmişdir.

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda də-yişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 1 fevral 2013-cü il № 553-IVQD

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

116116

Qanuna edilmiş bu dəyişiklik özündə dövlətin bu sahədə vəzifəsi kimi genetik modifika-siya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının idxalına və dövriyyəsinə dövlət nəzarətini həyata keçirmək vəzifəsini nəzərdə tutmuşdur.

“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 1 fevral 2013-cü il tarixli 552-IVQD nömrəli Qanunu

Bu dəyişiklik nəticəsində bu sahədə mövcud olan məhdudiyyətlər sırasına “Mədəni bit-kilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Res-publikasının Qanununa uyğun olaraq, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, həmin ərazidə yayıl-masına və istifadəsinə” məhdudiyyət əlavə edilmişdir.

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunun-da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 1 fevral 2013-cü il tarixli 550-IVQD nömrəli Qanunu

Qəbul edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin mühafizəsi kimi prinsip əlavə olunmuşdur.

2.2. Azərbaycan Respublikası Prezidentinin Fərmanları

Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirk-lənmələri normalarının icrasının təmin edilməsi barədə 2009-cu il 13 fevral tarixli 52 nömrəli Fərman

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fərmanla müəyyən edilmiş səlahiyyətləri daxilin-də bir sıra obyektlərdə monitorinq-araşdırma işləri həyata keçirilmişdir.

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərman

Fərmanın müvafiq bəndlərinin icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 mart 2011-ci il tarixli 128/ü nömrəli əmrinə əsasən nazirliyin aidiyyəti qurumları arasında sə-lahiyyət bölgüsü aparılmışdır. Daxil olmuş sənədlərin aidiyyəti üzrə baxılması təmin olunur.

Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında 2011-ci il 26 oktyabr tarixli 509 nömrəli Fərman

117117

Ətraf mühit qanunvericiliyinin inkişafı

Fərmanın 4.1. yarımbəndinin icrası ilə əlaqədar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən icazələr barədə məlumatlar 4/254-02-15 nömrəli, 13 fevral 2012-ci il tarixli məktubla İqtisadi İnkişaf Nazirliyinə təq-dim edilmişdir.

“Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirk-lənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezi-dentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanı

Azərbaycan Respublikası Prezidentinin bu Fərmanı ilə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları müəyyən edilmişdir. Bu nor-malar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir.

Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zalları-na, idman saraylarına) şamil edilmir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tən-zimlənməsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli 461 nömrəli Fərmanı

Bu Fərman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlən-məsi sahəsində çalışan əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və onlar tərə-findən qulluq vəzifələrinin icrasına nəzarəti artırmaq məqsədi daşıyır və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 fa-izindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlən-məsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsini nəzər-də tutur. Həmçinin bu Fərmanla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlar tərəfindən qulluq vəzifələrinin icrası və inzibati xətalara baxılması zamanı qanunvericiliyin tələblərinə ciddi riayət olun-masına nəzarətin gücləndirilməsi tapşırılmışdır.

Fərmanın icrası ilə əlaqədar Nazirlər Kabinetinin 156 və 157 nömrəli 29 sentyabr 2011-ci il tarixli Qərarları imzalanmışdır. 156 nömrəli qərara əsasən mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

118118

tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi barədə Forma təsdiq edilmişdir. 157 nömrəli Qərara əsasən isə “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”yə 7-1. hissəsi əlavə edilərək, fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə edilməsi nəzərdə tutulur.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi təd-birlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının icrası üzrə gö-rülmüş işlər

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstər-məsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının icrası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet saytında elektron xidmətlər bölməsi yaradılmış, Nazirlik tərəfindən göstəriləcək bütün elektron xidmətlərin adları və bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq si-yahısı göstərilmiş, ərizə və müqavilə formalarının elektron variantları, həmçinin, elektron xidmətlərin inzibati reqlamentlərinin layihələri yerləşdirilmiş, vətəndaşların bu bölmədən sərbəst istifadəsi təmin edilmişdir.

Elektron xidmətlər aktivləşdirilmiş, yəni elektron xidmətlər bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə, müqavilə və tələb olu-nan sənədlərin elektron formada qəbul edilməsi və həmin şəxslərə təsdiqedici bildirişin göndərilməsi xidməti istifadəyə verilmişdir. Bu məqsədlə müvafiq avadanlıqlar alınaraq quraşdırılmışdır.

Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron xidmətləri “Elektron Hö-kumət” portalına inteqrasiya edilmiş və tələb olunan bir sıra sənədlər barədə informasiya əldə edilməsi üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatların-dan istifadə edilməsi təmin edilmişdir.

Bütün bunlarla yanaşı, elektron xidmətlər bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik tədbirləri görülmüş, bu məqsədlə müvafiq avadanlıqlar alınaraq quraşdırılmışdır. Ödənişli xidmətlərə görə nəzər-də tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənil-məsi təmin olunmuşdur.

Eyni zamanda, ictimaiyyətin bu istiqamətdə maarifləndirilməsi məqsədilə elektron xid-mətlər bölməsində müvafiq şərait yaradılmış, elektron xidmətləri həyata keçirən əmək-daşlara metodiki köməkliyin göstərilməsi üçün seminarlar keçirilmişdir.

119119

Ətraf mühit qanunvericiliyinin inkişafı

2012-ci ildən etibarən elektron xidmətlərin həyata keçirilməsinə başlanılmış və vətən-daşların müraciətlərinə qanunvericilikdə nəzərdə tutulduğu qaydada operativ baxılmışdır.

Yuxarıda qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq olunmuş elektron xidmətləri elektron xidmətlər reyestrində qeydə alınmış və xidmətlərin göstərilməsində iştirak edən Nazirliyin əməkdaşı elektron imza ilə təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstər-məsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 2012-ci il 6 iyul tarixli 676 nömrəli Fərmanına əsasən göstərilən elektron xidmətlərin hər biri üçün ayrıca olaraq inzibati reqlamentlərin layihələri hazırlanaraq aidiyyəti üzrə rəy alınması üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim olunmuş və sözügedən Nazirlik tərəfin-dən inzibati reqlamentlər qənaətbəxş hesab edilmişdir.

İnzibati reqlamentlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 17 aprel 2013-cü il tarixli 01-Q nömrəli Qərarı ilə təsdiqlənərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmuş və təsdiqlənmişdir.

2.3. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları

Azərbaycan Respublikasının Korçay Dövlət Təbiət Qoruğunun yaradılması haqqın-da 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncam

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə Goranboy rayonunun inzibati ərazinin 4833,6 hektar sahəsində Korçay Dövlət Təbiət Qoruğu yaradılmışdır.

Korçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsi hazırlanaraq Nazirlər Kabinetinin 2008 -ci il 30 may tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş və Əsasnamədən irəli gələn məsələlər həll olunmuşdur.

Yaradılmasının əsas məqsədi Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Ge-ologiya Muzeyinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında 2008-ci il 21 may tarixli 2831 nömrəli Sərəncam

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

120120

Bu Sərəncama əsasən Azərbaycan Respublikasının təbii ehtiyatlarının öyrənilməsi və on-ların təbliğinin daha da gücləndirilməsi ilə yanaşı, indiyədək toplanmış eksponatların qo-runub saxlanması və gələcək nəsillərə çatdırılması zərurətini nəzərə alaraq, Azərbaycan Geologiya Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsi və fəaliyyətinin müa-sir standartlara uyğun qurulmasının təmin olunması məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Geologiya Muzeyinin inzibati binası-nın təmiri və muzeydə mühafizə olunan eksponatların restavrasiyası nəzərdə tutulmuşdur.

Azərbaycan Geologiya Muzeyi müasir tələblər səviyyəsində yenidən qurulmuşdur. Muze-yin sahəsi genişləndirilərək 511 m2-dən 630 m2-ə çatdırılmış, müvafiq muzey avadanlığı ilə təchiz olunmuş, zalların temperaturunu nizamlayan sistem quraşdırılmış, eksponat-lar bərpa olunmuşdur. Hazırda Respublikanın çeşidli və zəngin yeraltı təbii sərvətlərini, mürəkkəb geoloji quruluşunu hərtərəfli səciyyələndirən 5000-dən artıq süxur, filiz, mine-ral və kristalların seçmə nümunələri Muzeyin bölmələrində yer alır.

Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin tək-milləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2868 nömrəli Sərəncamı

Sərəncama əsasən Azərbaycan Respublikasında qeyri-meşə fondu torpaqlarında, o cüm-lədən magistral avtomobil yollarının mühafizə zolaqlarında yaşıllıqların salınması, bərpası və becərilməsi sahəsinin davamlı inkişafını təmin edən idarəetmə sisteminin təkmilləşdi-rilməsi məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabe-liyində ölkədə yaşıllaşdırma sahəsində xidmətlər göstərən, yaşıllıqların salınması, becə-rilməsi, bərpası və artırılması, müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işləri yerinə yetirən “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin təsis edilmişdir.

Azərbaycan Geologiya Muzeyi

121121

Ətraf mühit qanunvericiliyinin inkişafı

“Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnamə-si hazırlanaraq Nazirlər Kabinetinin 2009-cu il 6 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Nizamnamədən irəli gələn məsələlər həll edilmiş, o cümlədən ASC-nin struktur və ştat cədvəli təsdiq edilmişdir.

Xəzər dənizinin çirklənmədən qorunması üzrə əlavə tədbirlər haqqında 2008-ci il 13 iyun tarixli 2867 nömrəli Sərəncam

Abşeron yarımadasının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan Mərdəkan, Bu-zovna, Bilgəh, Nardaran, Pirşağı, Novxanı və Sumqayıt sahilboyu ərazilərində ümumilikdə gündə 6400 m3 çirkab su təmizləmə gücünə malik beynəlxalq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğulardan ibarət 17 stansiya istismara verilərək “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılmışdır.

“Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin fəaliyyəti nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahil-boyu ərazilərində bataqlaşmış sahələrin və çirkab gölməçələrin əksəriyyəti qurudularaq ekoloji tarazlıq bərpa olunmuşdur.

Bu ərazilərə axıdılan tullantı sularının toplanması və qurğulara yönəldilməsi üçün suyun artmış həcminə uyğun daha irihəcmli drenaj sistemləri yaradılmış, yeni boru kəmərləri çəkilmiş, formalaşan tullantı sularınin qurğulara ötürülməsi üçün yeni anbarlar inşa edil-mişdir. Bu tədbirlər ərazilərin perspektivli rekreasiya imkanlarını nəzərə alaraq, gələcəkdə xeyli artması gözlənilən tullantı sularının idarə olunmasını təmin edəcəkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu ərazilər xüsusi nəzarətə götürülmüş, sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzləri və iaşə obyektlərində tullantı su-larının düzgün idarə edilmədiyinə görə onlar barəsində akt və protokol tərtib olunmuş, çatışmazlıqların aradan qaldırılması üçün hüquqi və fiziki şəxslərə qarşı icrası məcburi olan göstərişlər verilmişdir.

Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin kompleks hidromete-oloji və ekoloji tədqiqatı ilə bağlı tədbirlər haqqında 2008-ci il 27 dekabr tarixli 110 nömrəli Sərəncam

Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ərazisində iqlim dəyişmələrinin tədqiqi, buzlaqların iqlim dəyişmələri ilə əlaqədar dinamikasının, həmçinin bu ərazidəki ekosis-temin kompleks öyrənilməsi məqsədilə “Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi” yaradılmış, Tufandağın zirvəsində, Şahdağda və Şahdüzundə avtomat me-teoroloji stansiyalar quraşdırılaraq alternativ enerji ilə təmin edilmişdir.

Azərbaycan Respublikası və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ara-sında Minilliyin İnkişafı Məqsədlərinin Karbon Fonduna dair Anlaşma Memoran-dumunu imzalamaq səlahiyyətinin verilməsi barədə 2009-cu il 9 fevral tarixli 137 nömrəli Sərəncam

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

122122

Azərbaycan Respublikası və BMT-nin İnkişaf Proqramı arasında Minilliyin İnkişafı Məqsəd-lərinin Karbon Fonduna dair Anlaşma Memorandumu 2009-cu il 07 aprel tarixində im-zalanmışdır.

Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında 2009-cu il 3 ap-rel tarixli 218 nömrəli Sərəncam

Metronun “Koroğlu” stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən av-tomobil yolunun yenidən qurulması ilə əlaqədar Ramana dairəsindən Buta sarayına qə-dər 56 ha ərazidə 55000 ədəd dekorativ ağac və kollar əkilmişdir. 12455 m2 ərazidə yaşıl çəmən (qazon) döşənmiş, 42830 m2 ərazidə isə yaşıl çəmən toxumu (qazon toxumu) səpil-mişdir. Salınmış yaşıllıqlara nəzarət gücləndirilmiş, bitkilərə aqrotexniki qaydada qulluq və suvarma işləri aparılmışdır. Ramana dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qədər olan ərazidə memarlıq elementlərinə uyğun olaraq klumbalar müxtəlif bitkilərlə bəzədilmiş, milli ornamentlərə uyğun yaşıl kompazisiyalar yaradılmışdır. Ərazidə 1600 m3 həcmində su anbarı tikilmiş, 9 ədəd artezian quyusu qazılmış, 250 KV-lıq transformator qoyulmuş, 1200 m uzunluğunda elektrik xətti çəkilmişdir. Salınmış yaşıllıqların suvarılması məqsədilə bütün ərazi boyunca 96 km uzunluğunda suvarma şəbəkəsi qurulmuşdur. Əkin materialları İran, Türkiyə və İtaliyadan gətirilmişdir.

Bundan əlavə, keçmiş “Binə” və “Sədərək” ticarət mərkəzlərinin köçürülməsindən sonra tikinti və məişət tullantıları ilə zibillənmiş 150 ha ərazi abadlaşdırılmışdır.

“Binə” ticarət mərkəzinin 85 ha ərazisi tikinti və məişət tullantılarından təmizlənmiş, əra-zidəki gölməçələr doldurulmuş və Yeni Suraxanı yaşayış massivinin yaxınlığında təpə-ciklər yaradılmışdır. Tullantılardan təmizlənmiş əraziyə 88 min m3 torpaq daşınmışdır. Sahəyə 6400 m3 münbit torpaq və 2160 m3 üzvü gübrə gətirilərək 94 000 ədəd ağac və kol əkilmişdir.

Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında 2008-ci il 20 noyabr tarixli 59 nömrəli və 2009-cu il 25 iyun tarixli 348 nömrəli Sərəncamlar

Kür və Araz çayları boyu və digər yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 20 rayonun 221 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılaraq bu kəndlərdə yaşayan 400 mindən artıq əhali təmiz içməli su ilə təmin edilmişdir.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Almaniya Fe-derativ Respublikasının Texniki Əməkdaşlıq Təşkilatı (GIZ) arasında Təbii sərvətlərin davamlı idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu-nu imzalamaq səlahiyyətinin verilməsi barədə 2009-cu il 23 iyun tarixli 330 nömrəli Sərəncam

123123

Ətraf mühit qanunvericiliyinin inkişafı

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Almaniya Federa-tiv Respublikasının Texniki Əməkdaşlıq Təşkilatı (GIZ) arasında ”Təbii sərvətlərin davamlı idarə olunması sahəsində əməkdaşlıq” haqqında 2009-cu il 17 iyul tarixli Anlaşma Me-morandumu imzalanmışdır.

Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında Ət-raf Mühitin Mühafizəsi sahəsində əməkdaşlığa dair Sazişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə 2009-cu il 25 iyun tarixli 347 nömrəli Sərəncam

Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında Ətraf Mühitin Mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş 2009-cu il 25 iyun tarixində im-zalanmışdır.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Koreya Res-publikasının Ətraf Mühit Sənayesi və Texnologiyaları İnstitutu arasında Azərbay-canda Ətraf Mühitin İdarə Edilməsi üzrə Baş Planın hazırlanmasına dair Anlaş-ma Memorandumunu imzalamaq səlahiyyətinin verilməsi haqqında 2009-cu il 10 avqust tarixli 436 nömrəli Sərəncam

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Koreya Respublikası-nın Ətraf Mühit Sənayesi və Texnologiyaları İnstitutu arasında Azərbaycanda Ətraf Mühi-tin İdarə Edilməsi üzrə Baş Planın hazırlanmasına dair Anlaşma Memorandumu 2009-cu il 16 sentyabr tarixində imzalanmışdır.

Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncam

Aidiyyəti icra qurumlarından daxil olmuş torpaqayırma sənədlərinə baxılaraq razılaşdırıl-ması təmin olunur.

Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq olunması haqqında 2011-ci il 20 iyul tarixli 1644 nömrəli Sərəncam

“Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Pla-nına müvafiq olaraq:

– tələbə və şagirdlərin turizm nümayişi obyektlərinə ekskursiyaların təşkil edilməsinə dair Milli Parklar tərəfindən fərdi xüsusi proqramlar hazırlanmışdır;

– Xəzər dənizinin sahil ərazilərində çimərlik turizminin inkişaf etdirilməsi məqsədilə müvafiq idarəetmə mexanizminin yaradılması üçün təkliflər hazırlanmışdır. Bu-nunla əlaqədar Şirvan Milli Parkının Xəzər dənizi ilə həmsərhəd olan Bəndovan ərazisində “Ekoturizm şəhərciyi” salınmış, Samur-Yalama Milli Parkı yaradılmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

124124

Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisi genişləndirilərək Qızılağac dənizkənarı Milli Parkının yaradılması məqsədilə müvafiq layihə sənədləri hazırlanmışdır;

– “Müalicəvi su və digər təbii mənbələrin olduğu ərazilərdə müasir tələblərə uy-ğun rekreasiya-yerləşdirmə obyektlərinin yaradılması”na dair rəy və təkliflər hazırlanmışdır;

– “Ölkəmizin milli parklarında və ona yaxın ərazilərdə ekoturizm, xüsusən də “Bird Watching” turizm növü üzrə turların təşkili, təşviqi və təqdimatlarının keçirilməsi” bəndi ilə bağlı müvafiq tədbirlər görülmüşdür. 2011-ci il ərzində Milli Parklarda ekoturizm fəaliyyəti ilə bağlı turistlərin səyahəti üçün təyin olunmuş xüsusi marş-rutlar üzrə (əlavə olunur) təşkil olunmuş turlarda cəmi 5287 turist (o cümlədən 445 xarici, 4842 yerli turist) iştirak etmişdir (2010-cu il ərzində 1035 nəfər - bundan 421 nəfəri xarici, 616 nəfəri isə yerli vətəndaşlar);

– “Azərbaycanda palçıq vulkanları” marşrutunun hazırlanması və təqdimatının ke-çirilməsi ilə bağlı qoruq statusuna malik olan palçıq vulkanları üzrə marşrutlar və həmin marşrutlar üzrə xəritələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2011-ci il 09 sentyabr tarixli məktubla Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilmiş və palçıq vulkanları üzrə marşrutların təqdimatı keçirilmişdir.

– “Azərbaycanın turizm və mədəniyyət obyektlərinin, gəzməli-görməli yerlərinin telefon məlumat xidmətinin yaradılması” bəndinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytının Milli Parklar bölməsində əlaqə telefon nömrələri göstərilmişdir;

– “Respublikanın ərazisində turizm və nümayiş obyektlərinə (tarix və mədəniyyət qo-ruqlarına və xüsusi əhəmiyyətli abidələrə) gedən yolların abadlaşdırılması, təmiri, yollarda xüsusi göstəricilərin və yol nişanlarının qoyulması” bəndinə əsasən Şirvan Milli Parkında ekoturistlərə göstərilən xidmətin yaxşılaşdırılması üçün 2011-ci ildə turizm marşrutlarında yollar abadlaşdırılıb, yollarda 25 ədəd yol nişanları və xüsusi göstəricilər qoyulmuşdur.

Şahdag Milli Parkının ərazisində Milli Park ərazisindəki marşrutlar və sərhəd sahələrində yol nişanları yerləşdirilmişdir. Milli Parkın sərhədlərindəki vacib nöqtələrdə 38 ədəd məlu-matlandırıcı lövhə quraşdırılmışdır.

Azərbaycan Respublikasının Göygöl Milli Parkının yaradılması haqqında Azərbay-can Respublikası Prezidentinin 1 aprel 2008-ci il tarixli 2744 nömrəli Sərəncamı

Sərəncama əsasən Göygöl dövlət qoruğunun və Azərbaycan Respublikasının Xanlar, Daş-kəsən və Goranboy rayonları inzibati ərazilərinin 12755 hektarlıq sahəsində Azərbaycan Respublikasının Göygöl Milli Parkı yaradılmışdır.

Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 188 nömrəli Qərarı ilə “Göygöl Milli Parkının ərazisinin xüsusi mühafizəsinin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zo-

125125

Ətraf mühit qanunvericiliyinin inkişafı

naları üzrə bölgüsü” təsdiq edilmişdir. Göygöl Milli Parkının Əsasnaməsi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 8 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqın-da Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2008-ci il tarixli 2983 nömrəli Sərəncamı

Sərəncama əsasən Bakı şəhərində məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, şəhərin ekoloji vəziyyətinin yax-şılaşdırılması və bu sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.

Zooloji parkın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 26 de-kabr 2008-ci il tarixli 109 nömrəli Sərəncamı

Sərəncama əsasən Azərbaycan təbiəti haqqında ictimaiyyətin məlumatlandırılması, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin bərpası və reintroduksiyasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində qey-ri-kommersiya hüquqi şəxs statusuna malik zooloji parkın yaradılması müəyyən edilmişdir.

Sərəncamın icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmrləri ilə İşçi Qrupu yaradılaraq onun Əsasnaməsi təsdiq olunmuş, Tender komissiyası və “Zooloji Parkın dizayn, tikinti və inkişaf Planı layihəsinin hazırlanması” işlərinin qəbulu ilə bağlı Komissiya təşkil edilmişdir. Açıq tenderdə qalib gəlmiş şirkət tərəfindən bütün qitələrin landşaft və bioloji müxtəlifliyini əks etdirən, müasir infrastruktura, o cümlədən nadir növ-

Zooloji parkın layihəsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

126126

lərin reabilitasiyası, artırılması və tarixi areallarına köçürülməsi mərkəzinə malik Zooloji Parkın yaradılması məqsədilə layihə-dizayn sənədləri hazırlanmışdır.

Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkı haqqında Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2009-cu il tarixli 606 nömrəli Sərəncamı

Sərəncama əsasən Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkının ərazisi Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğu (3139,0 hektar), habelə Naxçıvan Muxtar Respublikasının Culfa, Ordubad rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu (396,4 hektar) və Şahbuz, Culfa, Ordubad rayonla-rının inzibati ərazilərində yerləşən yay otlaqlarının (27131,0 hektar) torpaqları hesabına 30666,4 hektar genişləndirilmişdir.

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları

“Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2008-ci il tarixli 53 nörəli Qərarı

Sözügedən qərara əsasən “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqın-da” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən və “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərən-camının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə” təsdiq edilmişdir.

“Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nın təsdiq edilməsi haqqın-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2008-ci il tarixli 167 nörəli Qərarı

Bu Qayda təhlükəli tullantıların istifadə məqsədi ilə Azərbaycan Respublikasının ərazisinə idxalını, ixracını və tranzit daşınmasını tənzimləyir. Təhlükəsiz emalı mümkün olmayan təhlükəli tullantıların tranzit daşınması, basdırılması və zərərsizləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasına gətirilməsi bu qaydaya əsasən qadağandır.

“Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Res-publikası Nazirlər Kabinetinin 7 yanvar 2009-cu il tarixli 2 nömrəli Qərarı

Bu Qaydalar Azərbaycan Respublikasının qoşulduğu “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyanın iştirak-

127127

Ətraf mühit qanunvericiliyinin inkişafı

çısı olan dövlətlərin 2004-cü il oktyabrın 2-14-də Tailandın Banqkok şəhərində keçirilmiş 13-cü konfransında qəbul olunmuş 13.81 nömrəli Qərarına əsasən Konvensiyanın həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya”nın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrində qeyd olunan yabanı flora və vəhşi fauna növlərinin, onların hissələrinin və derivatlarının beynəlxalq ticarətini tənzimləyir.

“Kurortlar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbay-can Respublikası Nazirlər Kabinetinin 8 yanvar 2009-cu il tarixli 6 nömrəli Qərarı

Bu Qərara əsasən “Kurortlar haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir. Kurortla-rın öyrənilməsi, istifadəsi, inkişafı sahəsində fəaliyyətinin əlaqələndirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, mühafizəsi sahəsində isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2010-cu il tarixli 159 nömrəli Qərarı

Bu Qaydalar “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanunu-nun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 267 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının hüquqi və fiziki şəxs-lər tərəfindən həyata keçirilməsini tənzimləyir. Ekoloji təmiz kənd təsərrüfatının elmi tə-minatını Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası öz səlahiyyətləri daxilində həyata keçirirlər.

Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”, “Ekoloji auditor fəa-liyyətinin aparılması Qaydaları” və “Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2011-ci il tarixli Qərarı

Bu Qərara əsasən “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”yə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları-nın pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilmə-si üçün istifadə edilir” məzmunda 7.1-ci hissə əlavə edilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

128128

2.5. Ekoloji standartlar

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 26 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydala-rın və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qay-daları”nın müddəalarının tələbləri nəzərə alınaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2010-cu il 29 iyul tarixli birgə əmri ilə Ekologiya üzrə Texniki Komitə yaradılmışdır.

Ekologiya üzrə Texniki Komitənin tərkibi Ekologiya və Təbii Sərvətlər və Səhiyyə nazirlik-lərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən təşkil edilmişdir. Nəzərdə tutulmuş işlərin səmərəli və operativ şəkildə həyata keçirilməsi üçün ətraf mühit, hava, su və torpaq üzrə alt komitələr yaradılmışdır.

2.5.1. Təsdiq edilmiş standartlar

Ekologiya üzrə Texniki Komitə tərəfindən 2010 - 2012-ci illər ərzində 37 standart hazırlan-mış, bu günə kimi bunlardan 31-i Azərbaycan Respublikasının Standartlaşdırma, Metro-logiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmişdir.

Ətraf mühitin idarə olunması. Ekoloji effektivliyin qiymətləndirilməsi. AZS 563-2011

Bu standart təşkilatın ekoloji effektivliyinin qiymətləndirilməsinin planlaşdırılması və isti-fadəsi üzrə təlimat kimi çıxış edir. Standart növündən, ölçüsündən, yerləşmə mövqeyin-dən və mürəkkəbliyindən asılı olmayaraq bütün təşkilatlar üçün tətbiq olunur.

Bu standart sertifikatlaşdırma və ya qeydiyyat üçün nəzərdə tutulan texniki şərtlərin stan-dartı kimi və yaxud ətraf mühitin idarə olunması sistemlərinin uyğunluğu ilə bağlı hər hansı bir digər tələblərin işlənib hazırlanması üçün istifadə oluna bilməz.

Torpağın keyfiyyəti - Torpağı qeydiyata almaq üçün format və ərazi haqqında mə-lumat AZS 564-2011

Ərazinin operativ olaraq qeydə alınması, tədqiqatın keçirilməsi, torpaq nümunələrinin sahə və laborator analizlərinin hesabat nəticələrində yüksək dərəcəli harmoniyaya nail ol-maqdır. Belə ki, bu analizlərin nəticələrində istifadə olunan kəmiyyət və vahidlərin düzgün müəyyən olunması, metodların tətbiqi və onların dəqiqliyi üçün təlimatları təmin edir.

“Atmosfer havası. Atmosfer havasında azot oksidlərinin (NOx) naftiletilendiaminlə spektrofotometrik metodla təyini”. AZS 566-2011

129129

Ətraf mühit qanunvericiliyinin inkişafı

Bu standart ölkə ərazisində fəaliyyət göstərən ekoloji, sanitar-gigiyena və atmosfer hava-sının monitorinqi ilə məşğul olan digər laboratoriyalarda istifadə oluna bilər.

“Atmosfer havası. Atmosfer havasında tozun (asılı bərk hissəciklərin) qravimetrik metodla təyini” AZS 567-2011

Bu standart xüsusi materialdan hazırlanmış filtrdən sorulan müəyyən həcmli havadan tu-tulan toz hissəciklərinin kütləsinin təyininə əsaslanır.

“Təbii və süni göllərdən su nümunəsinin götürülməsi üzrə qaydalar AZS 603.1-2011

Bu standart yalnız təbii və süni göllərdən su nümunələrinin götürülmə qaydalarını müəy-yən edir.

Su nümunələrinin götürülməsi aşağıdakı məsələlərin həlli üçün keçirilir:

• uzun müddət ərzində göl suyunun keyfiyyətinin təyini (bütün göl suyu daxil olmaqla);

• uzun müddət ərzində gölün bir və ya bir neçə yerində suyun keyfiyyətinin yox-lanması (insan istifadə edən yerlərdə);

• çirklənmənin təyin edilməsi və zərərin (məsələn: balıqların, quşların ölməsi və s. hadisələr) qiymətləndirilməsi.

“Dib çöküntülərindən və lildən nümunələrin götürülməsi üzrə qaydalar” AZS 603.2-2011

Bu standart çaylarda, axarlarda, göllərdə, çayların mənsəblərində, limanlarda dib çökün-tülərindən və lildən nümunələrin götürülməsi qaydalarını müəyyən edir. Bu qaydalar, həmçinin, sənaye axarlarının, dənizlərin və okeanların dib çöküntülərindən də nümunələ-rin götürülməsinə şamil edilə bilər.

Nümunələr aşağıda göstərilən məsələlərin həlli üçün götürülür:

– su sistemlərində dib çöküntülərinin tətqiqi;– dib çöküntülərinin tərkibinin dinamikasının monitorinqi;– dib çöküntülərinin kimyəvi tərkibinin tədqiqi;– dib çöküntülərinin geolojı tərkibinin tədqiqi və s.

“Su axınlarından və çaylardan nümunələrin götürülməsi üzrə qaydalar” AZS 603.3-2011

Bu standart yalnız su axınlarından və çaylardan nümunələrin götürülmə qaydalarını müəy-yən edir. Bu standart su nümunələrinin sahilyanı sulardan və çayların mənsəblərindən gö-türülməsinə zəmanət vermir. Nəzərə almaq lazımdır ki, sakit su axını olan kanallardan (ka-nalda bənd, yaxud damba olduqda) su nümunəsinin götürülməsinin öz xüsusiyyətləri var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

130130

Su nümunələrinin götürülməsi aşağıdakı məsələlərin həlli üçün aparılır:

– çayın hövzəsində suyun keyfiyyətinin təyini;– çay suyunun içməli su kimi yararlı olmasının təyini;– çay suyunun suvarma üçün yararlı olmasının təyini;– balıq yetişdirmə üçün çay suyunun keyfiyyətinin təyini;– su idmanı və çimərlik üçün suyun yararlı olmasının təyini;– çay suyunun çirkab sular və kənd təsərrüfatı tullantıları ilə çirklənmə mənbələ-

rinin müəyyənləşdirilməsi.

“Dəniz sularından nümunələrin götürülməsi üzrə qaydalar” AZS 603.4-2011

Bu standart dəniz sularından nümunələrin götürülmə qaydalarını müəyyən edir. Nümunə-nin götürülmə yerinin seçimi müşahidənin məqsədindən və suyun tərkibinə təsir edən faktorlardan asılıdır. Nümunə götürülən zonanı öyrəndikdən sonra, götürmə nöqtələrini təyin etmək olar. Suyun tərkibinə dəniz suyunun artması təsir edə bilər. Dənizdən nümunə əsasən gəmidən, vertolyotdan və s. götürülür. Lakin ensiz çayın mənsəblərindən və bux-tadan nümunə sahildən (körpüdən, pirsdan, dalğaqırandan) götülür.

“Çirkab sularından nümunələrin götürülməsi üzrə qaydalar” AZS 603.5-2011

Bu standart sənaye müəssisəsinin çirkab sularından, həmçinin emal edilmiş və edil-məmiş məişət sularından nümunələrin götürülmə qaydalarını müəyyən edir. Nü-munənin götürülmə məqsədi – çirkab sularda çirkləndiricilərin qatılığının təyini, təmizləmə qurğuları üçün məlumatların hazırlanması və çirkləndirici mənbələrin müəyyən edilməsi.

Nümunələrin götürülmə proqramı aşağıda göstərilən məqsədlərin həllini nəzərdə tutur:

– çirkab sularda çirkləndiricinin qatılığının təyini;– çirkab sularına daxil olan çirkləndiricilərin kütləsinin təyini;– çirkab suların təmizlənmə stansiyaları üçün məlumatların təyini;– çirkab sularda çirkləndiricilərin qatılıqlarının müəyyən edilmiş norma daxilində

olmasının təyini;– ətraf mühitin çirklənməsinə görə verginin hesablanması üçün məlumatların əldə edilməsi.

“Ekoloji idarəetmə - Həyat dövrəsi qiymətləndirməsi, prinsiplər və struktur” AZS İSO 140 40-2012

Ətraf mühitin mühafizəsi sahəsində mövcud olan problemlərin mühümlüyü, məhsu-lun hazırlanması və istehlakı ilə bağlı mümkün təsirlər və s. bu təsirlərin azaldılmasına yönələn metodların işlənib hazırlanmasına marağı artırır. Bu məqsədlə işlənib hazırlanmış metodlardan biri “Həyat dövrünün qiymətləndirilməsi”dir (HDQ). Bu standart HDQ üzrə

131131

Ətraf mühit qanunvericiliyinin inkişafı

tədqiqatların aparılması və hesabatın təqdim olunmasını təmin edən HDQ prinsiplərini və strukturunu, eləcə də metoda yönəldilən bəzi minimal tələbləri özündə əks etdirir.

“Həyat dövrünün qiymətləndirilməsi” metoduna aşağıdakı müddəalar daxildir: – məhsul sisteminin müvafiq giriş və çıxış axınlarının inventarlaşmasının aparılması; – bu axınlarla əlaqədar ətraf mühitə potensial təsirlərin qiymətləndirilməsi; – inventarlaşma analizi nəticələrinin və təsirləri qiymətləndirmə mərhələlərinin

tədqiqatın məqsədlərindən asılı olaraq şərhi.

Bu metodun köməyilə xammalın alınmasından istehsal, istismar və utilləşdirməyədək (yəni “beşikdən qəbrədək”) məhsulun bütün həyat dövrü ərzində ekoloji aspektləri və potensial təsirləri qiymətləndirilir.

“Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında kükürd dioksidin (SO2) kütlə qatılığının tetraxlormerkurat və pararozanilin ilə spektrofotometrik me-todla təyini” AZS 748-2013

Ölkə ərazisində fəaliyyət göstərən ekoloji, sanitar-gigiyena və atmosfer havasının moni-torinqi ilə məşğul olan digər laboratoriyalarda istifadə oluna bilər.

Standart yaşayış məntəqələrinin atmosfer havasında kükürd qazının qatılığının 0,05-10 mq/m3-ə qədər diapazonunda hava nümunəsinin həcmi 10 litr olduqda təyin etmək üçün müəyyən edilmişdir.

“Suyun keyfiyyəti üzrə tərtib edilmiş 8 hissəli lüğət”. AZS İSO -6107-1- 2013, AZS İSO -6107-4- 2013, AZS İSO -6107-5- 2013, AZS İSO -6107-6- 2013, AZS İSO -6107-8- 2013

“Suyun keyfiyyəti –Lüğət” 8 hissədən ibarətdir və bu lüğətin 5 hissəsi təsdiq edilmişdir. Bu lüğətdəki təyinatlar suyun xarakteristikasına aid standart terminologiya yaradılması məqsədi ilə tərtib edilmişdir. Bu lüğətə daxil edilmiş terminlər digər beynəlxalq təşkilatlar tərəfindən buraxılan lüğətlərdəki terminlərlə oxşar ola bilər, lakin təyinatlar müxtəlif ola-caqdır. Belə ki, onlar müxtəlif məqsədlər üçün nəzərdə tutulmuşdur.

“Təbii sularda ammonium ionlarının təyini” AZS 751.1-2013

Suyun keyfiyyətini səciyyələndirən əsas göstəricilərdən biri olmaqla bərabər, ammonium ionlarının qatılıq göstəricisi hidro və mikrobioloji tədqiqatlar zamanı su hövzələrinin və-ziyyətinin qiymətləndirilməsində istifadə olunur. Ammonium ionlarının miqdarının çoxal-ması hövzənin sanitar vəziyyətinin pisləşməsinə işarə edir.

“Təbii sularda asılı bərk hissəciklərin təyini”AZS 751.2-2013

Təbii və çirkab suların tərkibində olan asılı bərk hissəciklərin təyini üçün müəyyən edilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

132132

“Təbii sularda həll olmuş oksigenin təyini” AZS 751.3-2013

Suda oksigenin qatılığı oksidləşmə-reduksiya potensialının göstəricisidir və əhəmiyyətli dərəcədə üzvi və qeyri-üzvi birləşmələrin kimyəvi və biokimyəvi oksidləşmə proseslərinin istiqamətini və sürətini müəyyənləşdirir. Oksigen rejimi su hövzələrinin həyatında böyük rol oynayır. Balıqların normal inkişafı üçün oksigenin minimal qatılığı 5 mq O2/l-dən az olmamalıdır.

“Təbii sularda oksigenin biokimyəvi sərfinin (OBS5) təyini” AZS 751.4-2013

OBS5 - nin təyini səth sularında biokimyəvi dəyişkən üzvi maddələrin miqdari qiymət-ləndirilməsini, hidrobiontların yaşayış şəraitini və suyun keyfiyyətini xarakterizə etmək üçün aparılır. OBS5 -nin təyini təmizləyici qurğuların səmərəliliyini yoxlamaq üçün çox vacibdir. Bu göstərici vasitəsilə çirkab suların təbii su hövzələrinə axıdılmasından əvvəl təmizləyici qurğuda saxlanma müddətini təyin etmək üçün imkan yaradır. Bundan əlavə biokimyəvi proseslərin inkişafında aerasiyanın sürətini, həcmini və verilən dozaları müəy-yən etmək, texnoloji xəttin hər istənilən nöqtəsində və vaxtında qalıq çirklənmə dərəcəni təyin etmək və s. üçün şərait yaradır.

“Təbii sularda qələviliyin (HCO3-) təyini” AZS 751.5-2013

Qələvilik səth sularının əhəmiyyətli göstəricilərindən biridir və yer üzündə baş verən bir çox hidrokimyəvi və geokimyəvi prosesləri (su tərkibinin kimyəvi formalaşması, torpaq qatının eroziyası, çöküntü süxurlarının, o cümlədən, karbon süxurlarının əmələ gəlməsi və s.) xarakterizə edilir.

“Təbii sularda xüsusi elektrik keçiriciliyinin təyini” AZS 751.6-2013

Xüsusi elektrik keçiriciliyi suda elektrolitlərin, əsasən qeyri üzvü təxmini qatılığını qiymət-ləndirən göstəricilərdən biridir.

“Təbii sularda xlorid ionunun təyini” AZS 751.7-2013

Xloridlərin qatılığının artması suyun keyfiyyətini pisləşdirir və onu içməli su təchizatı üçün yararsız hala salır, suyun digər texniki və təsərrüfat məqsədləri üçün, həmçinin kənd təsərrüfatında, istifadəsini məhdudlaşdırır. Xloridlərin qatılığı və qatılığının dəyişməsi, o cümlədən gün ərzində, su hövzəsinin təsərrüfat - məişət tullantıları ilə çirklənmə göstəri-cilərindən biridir. Təbiətdə xloridlərin dövranı və duzyığımı kimi proseslərin tədqiqi üçün xloridlərin sularda miqdarının və dəyişkənliyinin öyrənilməsi vacibdir.

“Təbii sularda ümumi codluğun təyini” AZS 751.8-2013

Yüksək codluq, xüsusən maqnezıum codluğu, suya xoşagəlməz dad verir, suyun orqano-leptik xüsusiyyətlərini pisləşdirir, onun buxar gücü ilə işləyən qurğularda və başqa sənaye

133133

Ətraf mühit qanunvericiliyinin inkişafı

texnologiyalarında istifadəsini məhdudlaşdırır. İçməli və sənayedə istifadə edilən suların codluğuna sərt çərçivə qoyulduğu üçün, codluq mütəmadi yoxlanmalıdır.

“Təbii sularda şəffaflığın təyini ” AZS 751.9-2013

Suyun şəffaflığı, başqa sözlə desək, suyun işıq keçirmə qabiliyyəti, onun rəngi və bulanıq-lığı ilə əlaqədardır.

“Təbii sularda qoxunun təyini” AZS 751.10-2013

Su orqanizmlərinin həyat fəaliyyəti, aerob və anaerob şəraitdə üzvi maddələrin biokim-yəvi parçalanması, su tutarlarında mövcud olan komponentlərin kimyəvi reaksiyası və suyun emalı nəticəsində əmələ gələn, həmçinin kimya, metallurgiya, neft emalı, yüngül sənaye, digər sənaye müəssisələrinin çirkab sularından uçucu qoxulu maddələrin su mü-hitinə daxil olması suyun qoxusunu müəyyən edir.

“Təbii sularda sulfatların təyini” AZS 751.11-2013

Sulfatların qatılığı haqda məlumat suların tərkibinin dəyişməsini və istifadə dairəsini müəyyən etmək üçün lazım olur.

Torpağın keyfiyyəti – Torpağın mikrobioloji tənəffüsünün müəyyən etməyin labora-tor üsulları. AZS İSO 16072-2013

Bu standart aerob, neytrallaşdırılmayan torpağın nəfəs almasının müəyyən edilməsi üsul-larını təsvir edir. Bu üsullar O2 sərfi və CO2 buraxılmasının müəyyən edilməsi üçün uyğun-dur, hər iki halda, həm substrat əlavəsindən sonra (substrat modelləşdirilmiş respirasiya), həm də substrat əlavə edilmədən (başlıca respirasiya). Bu standart aşağıda qeyd edilənlər məqsədilə torpağın ölçülməsi üçün yararlıdır:

– torpaqda mikrobioloji fəaliyyətin müəyyən edilməsi; – mikroorqanizmlərin metabolik fəaliyyəti üzərində əlavələrin (qidalandırıcılar,

çirkləndirici maddələr, torpaq keyfiyyətini yaxşılaşdıran maddələr və s.) effek-tinin bərpa edilməsi;

– mikrobioloji biokütlənin müəyyən edilməsi;– metabolik qCO2 əmsalının müəyyən edilməsi.

Torpağın keyfiyyəti - idarəetmə proqramlarının yaradılması və idarə edilməsi. AZS İSO 16133-2013

Yoxlama, ətraf aləmin canlanması və məlumat toplanması üçün müqayisəli üsullardan istifadə edərək məkanda və zamanda əvvəlcədən hazırlanan planlara müvafiq olaraq ət-raf aləmin bir və ya daha çox komponentlərinin müəyyən edilən məqsədləri üçün təkrar müşahidələr prosesidir. Yoxlama planlarından bütün dünyada bir çox məqsədlər üçün is-tifadə olunur. Xüsusilə torpağın yoxlanması uzunmüddətli işdir. Yoxlama nəticəsində mə-lumatın keyfiyyəti və faydası, yoxlama sahəsinin seçilməsi, illər ərzində onların saxlanması

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

134134

və prosesin bütün mərhələlərində keyfiyyətə müvafiq nəzarət ilə müəyyən edilən yüksək dərəcədədir.

Sənaye (çirklənən) rayonları ilə aparılan yoxlama, qanuni tələblər daxil olmaqla, çoxlu xüsusi əraziləri cəlb edə bilər. Bu Beynəlxalq Standartda rəhbərlik belə vəziyyətləri əhatə etmək üçün planlaşdırılmayıb və nəzərdə tutulmayıb.

Bu standart torpağın keyfiyyətinin uzunmüddətli yoxlanması üzrə proqramların yaradıl-ması və saxlanması üçün proseduraların seçimi üzrə ümumi göstəriş verir. O, torpağın yoxlanması proqramları üzrə çoxlu sayda məqsədləri nəzərə alır.

Bu standart tərəflər arasında yoxlama planına daxil edilə bilən fikir mübadiləsinin ba-zasına köməyi təmin etmək üçün nəzərdə tutulub. Müxtəlif ölkələrdən torpaq yoxlama proqramlarından nümunələr təmin edilir.

Torpağın keyfiyyəti - insanlara təsiri ilə bağlı torpağın xarakteristikası. AZS İSO 15800-2012

İnsanlara təsirinə görə torpaq və ərazilərin xarakteristikaları dünyanın hər yerində aparılır. Onlar, adətən, məsləhətçi şirkətlər və ekspert təşkilatları tərəfindən planlaşdırılır və həyata keçirilir. Bu xarakteristikalar zamanı toplanan məlumatlar insanlara təsiri qiymətləndirmək üçün istifadə edilir.

Bu xarakteristikalardan həmçinin şirkətlər, fərdlər, yerli və milli hakimiyyət orqanları tərə-findən qərarların verilməsində və milli, beynəlxalq qurumlar tərəfindən nizamnamələrin və təkliflərin qəbul olunmasında istifadə edilir.

İnsan sağlamlığına olan potensial təsirlərin qiymətləndirilməsi aşağıdakı məsələlər üçün istifadə oluna bilər:

– çirklənmiş ərazilərin təsnifatı;– ərazilər, torpaq və torpaq materiallarının bərpası ilə bağlı təkliflərdə; bərpa

olunmanın prioritetliyi;– çirklənmiş ərazilərin gələcək/planlaşdırılan/ istifadəsi ilə bağlı qərarların qəbulu;– çirklənmiş və ya bərpa olunmuş torpaq və torpaq materialının yerləşdirilməsi/

istifadəsi/yenidən istifadəsi ilə bağlı qərarların qəbulu.

İnsanlara təsirlə bağlı qiymətləndirmələr üçün lazım olan məlumatlar təsirlərin necə qiy-mətləndirilməsindən asılıdır, yəni hesablamalar müxtəlif məlumatlara əsaslanan fəaliyyət planları üzərində qurula bilər.

İnsanlara təsirləri qiymətləndirmək üçün vacib olan araşdırmaların həcmi çirklənmənin səviyyəsi və yerli istifadədən asılı olaraq müxtəlif ola bilər. Bəzi hallarda potensial insan sağlamlığına təsirin qiymətləndirilməsi torpaqdakı maddələr, onların birləşmələri və uy-

135135

Ətraf mühit qanunvericiliyinin inkişafı

ğun torpaq parametrləri haqda məlumata əsaslana bilər. Digər hallarda maddənin ya-rarlılığı haqda daha dəqiq məlumat vacib ola bilər. Bu məlumat maddənin növündən və birləşməsindən, uyğun torpaq parametrlərindən və areal istifadəyə uyğun təsirin növün-dən asılı olacaq. Nümunənin üsulu və strategiyaları areal istifadədən və mümkün təsir növlərindən asılı ola bilər.

Çirklənmiş ərazilərin bərpası üçün həm şəxsi torpaq sahiblərinin, həm də icma fondlarının ehtiyac duyduğu böyük xərcləri və kapital və sənaye/biznes/ korporasiyalarının ümumi hərəkəti nəzərə alınarsa, çirklənmiş ərazilərinin xüsusi ilə insan sağlamlığı ilə bağlı xarak-teristikası sahəsində Beynəlxalq Standartlara böyük ehtiyac var.

Kompleks sahədə olan bu Beynəlxalq Standartlar məlumat mübadiləsi, biliklərin inkişafı və kommersiyanın qiymətləndirilməsi üçün ümumi elmi bazanın yaradılmasına təminat verir.

Torpağın keyfiyəti - torpaq və torpaq materiallarının ekotoksikoloji xarakteristikası-na dair göstərişlər. AZS İSO 15799-2013

Beynəlxalq standartlara uyğun olan mövcud ekotoksikoloji sınaq üsullarının (bio-sınaqlar) əksəriyyəti torpaq və ya torpaq materiallarına əlavə olunan zaman sınaq maddəsinin ekotoksikoloji potensialını əks etdirmək üçün tərtib edilmişdir. Torpaq və torpaq materiallarının funksiyası və istifadəsindən asılı olaraq, ekotoksikoloji xarakteristikası üçün bəzi modifikasiyalarla birgə bu üsullar istifadə oluna bilər. Belə hallarda bu üsulların istifadəçiləri bilməlidirlər ki, üsulların uyğunluq kriteri-yası tam deyil.

Toksikoloji təsirlərlə nəticələnən xüsusiyyətlərə malik maddələr üçün biotestlər ənənəvi kimyəvi analizləri tamamlayır. Kimyəvi analizlərin nəticələri kimyəvi maddələrin xüsu-siyyətləri, onların bioakkumlyasiya potensialı da daxil olmaqla müəyyən edilmiş mate-riallar haqda məlumatlara əsaslanaraq ekotoksikoloji qiymətləndirmələr üçün istifadə oluna bilər.

Bu məlumatlar çox vaxt kifayət etmir (əgər mövcuddursa) və kimyəvi maddələrlə komp-leks torpaq matrisi arasında olan mümkün qarşılıqlı təsirləri (birgə təsir/ziddiyyət) əks etdirmir. Laboratoriya sınaqlarından müxtəlif sahə vəziyyətlərinə olan ekstrapolyasiya sınaq vəziyyətlərində mühüm ətraf mühit amillərinin adekvat olaraq nəzərə alınmasını və uyğun ekotoksikoloji sonluqların seçilməsini tələb edir.

Bu standart canlı təbiətin qorunub saxlanılması da daxil olmaqla, müəyyən funksiyalar və istifadə qaydaları ilə münasibətdə torpaq və torpaq materialları haqda verilən göstərişlər-dən biridir və digər göstərişlərlə birgə oxunmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

136136

2.5.2. Hazırlanmış standartlar

Ekologiya üzrə Texniki Komitə tərəfindən daha 6 standart hazırlanaraq təsdiq üçün təq-dim edilmişdir.

İstehsalatda elektromaqnit sahələrinə olan tələblər. Sanitariya qaydaları və normativləri

Sanitariya qayda və normativləri “Sanitar-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işlənmişdir.

Təqdim olunan normativ sənəddə həmçinin, əmək fəaliyyəti prosesində elektromaqnit sahəsinin müxtəlif tezliklər diapazonunda peşə təsirinə məruz qalan işçilərin iş şəraitlərinə sanitariya tələblərinin şərhi verilmişdir.

Normativ sənəd elektromaqnit sahələri mənbələrinin layihələndirilməsi, istismarı, istehsalı və satışı ilə məşğul olan təşkilatlar, həmçinin Azərbaycan Respublikasının dövlət sanitar-e-pidemioloji xidməti orqanları və müəssisələri üçün nəzərdə tutulmuşdur.

Təbii sularda xlorofil-a -nın təyini

Xlorofil-a-nın qatılığı səth sularının trofikasiya dərəcəsindən asılıdır. Aktiv biokütlənin başqa göstəriciləri ilə yanaşı, xlorofil-a-nın qatılığının təyini onun miqdarı və yosunlarda fotosintezin potensial aktivliyi barədə düzgün təsəvvür yaradır.

Çaylarda makrobentos orqanizmlərinin götürülməsi

Çirkləndirici maddələrin çaylara, göllərə, su tutarlarına, sahil və dəniz sularına axıdılması-nın ən əsas təsiri ekosistemlərin strukturunu və funksiyasını dəyişdməsidir. Su obyektla-rinin təsnifati (əla, yaxşı, mülayim çirklənmiş, çirklənmiş və pis vəziyyət) üçün tələb olunan əsas məlumatlar bioloji monitorinq nəticəsində əldə olunur.

Bu sanitariya qaydaları və normativləri “Sanitar-epidemioloji salamatlıq haqqında” Azər-baycan Respublikasının Qanununa uyğun olaraq işlənmişdir.

Bu qaydalar Azərbaycan Respublikasının bütün ərazisində qüvvədədir və iş fəaliyyəti pro-sesində elektromaqnit sahələrinin (EMS) müxtəlif tezliklər diapazonunda peşə təsirinə məruz qalan işçilərin iş şəraitlərinə sanitariya tələblərini müəyyən edir.

Qaydalar EMS-in yol verilən səviyyələrini, həmçinin iş yerlərində EMS-in səviyyələrinə nəzarət yoxlaması keçirmə metodlarına və işçilərin mühafizə vasitələrinə tələbləri müəyyən edir.

Sanitariya qaydaları EMS-in istehsalat şəraitinə təsirinə, sanitariya tələblərini təyin edir. Bu tələblərə EMS mənbəyi olan istehsalat obyektlərini layihələndirərkən, yenidən qurarkən,

137137

Ətraf mühit qanunvericiliyinin inkişafı

inşa edərkən, yerli və idxal olunmuş texniki vasitələri layihələndirərkən, hazırlayarkən və istismar edərkən riayət olunmalıdır.

Sanitariya qaydalarının tələbləri, EMS mənbələrinin istismarı xidməti ilə peşəkar məşğul olan heyətin mühafizəsinin təmin olunmasına yönəlmişdir.

Təbii sularda oksigenin kimyəvi sərfinin (OKS) təyini

Səth sularında olan üzvi birləşmələrin (5 və daha çox O2/l) miqdarının təyinini nəzərdə tutur.

Yaşayış evlərində, ictimai binalarda və tikinti aparılan ərazilərdə 50 Hs tezlikli maq-nit sahələrinə olan gigiyena tələbləri. Sanitariya qaydaları və normativləri

Təqdim olunan normativ sənəddə, yaşayış evlərinin, ictimai binaların daxilində və tikinti aparılan ərazilərdə yerləşdirilən, daim fəaliyyətdə olan 50 Hs tezlikli maqnit sahələri mən-bələrinin yerləşdirilməsinə və istismarına olan sanitariya tələblərinin şərhi verilmişdir.

Sanitariya qaydaları insanların ola biləcəkləri hər bir yerdə 50 Hs tezlikli maqnit sahələri səviyyələrinin nəzarət yoxlamalarının keçirilmə metodlarını və əhalinin 50 Hs tezlikli maq-nit sahələrinin təsirindən mühafizəsini təmin edən tədbirləri müəyyən edir.

Normativ sənəd 50 Hs tezlikli maqnit sahəsi yaradan, daim fəaliyyətdə olan elektromaq-nit mənbələrindən istifadə edən vətəndaşlar, fərdi sahibkarlar, hüquqi şəxslər üçün, həm-çinin sanitariya idarə, müəssisələri və digər aidiyyəti qurumlar üçün nəzərdə tutulmuşdur.

“Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında ammonyakın in-dofenol metodla təyini.

Ölkə ərazisində fəaliyyət göstərən ekoloji, sanitar-gigiyena və atmosfer havasının moni-torinqi ilə məşğul olan digər laboratoriyalarda istifadə oluna bilər.

Standart yaşayış məntəqələrinin atmosfer havasında ammonyakın qatılığını 0,1-1 mq/m3 diapazonunda hava nümunəsinin həcmi 10 litr olduqda təyin etmək üçün müəyyən edilmişdir. Birdəfəlik və orta sutkalıq qatılıqların təyini üçün istifadə edilir.

Metod ammonyakın havadan turşu məhlulu vasitəsi ilə udulmasına və sonra natrium nit-roprussidin iştirakı ilə ammoniumun hipoxlorid və fenolla qarşılıqlı təsirindən alınan indo-fenolun fotometrik üsulla təyininə əsaslanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

138138

III. EKOLOJİ İNFRASTRUKTURUN İNKİŞAFI

3.1. 2008-2012-ci illər ərzində xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı

Azərbaycanda 9 milli park (MP), 11 dövlət təbiət qoruğu (DTQ) və 24 dövlət təbiət yasaqlığından (DTY) ibarət xüsusi mühafizə olunan tə-biət ərazilərinin ümumi sahəsi 892,5 min hektar təşkil edir. Ümu-milikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 %-ni, o cümlədən, milli parklar 3,7%-ni təşkil edir.

Biomüxtəlifliyin qorunması məqsə-dilə əvvəlki illərdə başlanılmış xü-susi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi işi 2008-2012-ci illər ərzində davam etdirilmiş, yeni yaradılmış milli parklarda ekoturizmin təşkil edilməsi üçün infrastrukturun qurulması tədbirləri görülmüşdür.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi, ha

Milli parklar 322316 Dövlət Təbiət Qoruqları 209083

Dövlət təbiət Yasaqları 361157

41% 36%

23%

900

800

700

600

500

400

300

200

100

0

2002 2003 2004 2005 2006 2008 2009 2010 2011 2012

487 566 571

583

699

778

876 881 881 892,5

min ha

139139

Ekoloji infrastrukturun inkişafı

3.1.1. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı

2003-cü il 16 iyun tarixində Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Res-publikasında yaradılmış ilk Milli Parkdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 sentyabr tarixli 606s nömrəli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının ərazisi Şahbuz Dövlət Təbiət Qoruğu (3139,0 hektar), habelə Culfa, Ordubad rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu (396,4 hektar) və Şahbuz, Culfa, Ordubad rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqlarının (27131,0 hektar) torpaqları hesabına 30666,4 hektar genişləndirilmişdir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazi-nin özünəməxsus iqlim, relyef və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların o cümlədən, endemik növlərin qorunub saxlanması ilə yanaşı, ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekololi monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm üçün əlverişli şərait yaratmaqdır.

Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gə-miqaya Zəngəzur Milli Parkının ərazisində ol-maqla 3906 metrdir.

Milli Parkın ərazisində 32-yə qədər məməli heyvan növünə, 10-larla adları “Qırmızı Kitab”a düşmüş quş və balıq növünə rast gəlinir. Zən-gəzur Milli Parkının və Ordubad Dövlət Tə-biət Yasaqlığının ərazisi ali və nadir bitkilərə görə də zəngindir. Belə ki, Muxtar Respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın və yasaqlığın ərazisində mövcuddur.

Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi fauna və floranın zənginliyi ilə yanaşı, həm də təbii və tarixi abidələr diyarıdır.

Zəngəzur Milli Parkı

Yerləşdiyi ərazi: Kiçik Qafqaz (Naxşıvan Muxtar Respublikası)

Sahəsi: 42 797,4 ha

Landşaftı: dağ meşəsi, dağ çəmənlikləri, qayalıqlar

Əsas qorunan növlər: Flora - Araz palıdı, zərif süsən, çilraq do-rema, Qrossheym süsəni, gözəl qayışçiçəkFauna - bəbir, kaftar, manul pişiyi, dağ qo-yunu (muflon), bezoar keçisi, toğlugötürən, Xəzər uları, ağboğaz bülbül, turac, kəklik

Tarixi abidələr: Gəmiqaya

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

140140

3.1.2. Hirkan Milli Parkı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 137s nömrəli Sərən-camı ilə ərazisi 18923 hektar genişləndirilərək 40358 hektara çatdırılmışdır.

Milli Parkın yaradılmasında məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının “Qır-mızı Kitabı”na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin

məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.

Hirkan Milli Parkının ərazisinin çox hissəsi-ni meşələr və şimal-qərbdən cənub-şərqə doğru uzanan sıra dağlar əhatə edir. Hirkan Milli Parkının yerləşdiyi Lənkəran zonası-nın subtropik meşələrinin ən səciyyəvi xü-susiyyətlərindən biri də burada Hirkan tipli meşələrin yaxşı saxlanılması, bir çox ende-mik, nadir ağac və kol bitkilərinin geniş ya-yılmasından ibarətdir.

Hirkan Milli Parkı

Yerləşdiyi ərazi: Talış dağları (Astara və Lənkəran rayonları)

Sahəsi: 40 358 ha

Landşaftı: Meşə

Əsas qorunan növlər:Flora - şabalıdyarpaq palıd, dəmirağacı, Qafqaz vələsi, Hirkan şümşadı, Xəzər lələyiFauna - bəbir, qonur ayı, vaşaq, meşə pişi-yi, qara leylək, cırtdan qartal, kiçik qartal-ça, Talış qirqovulu, Hirkan arıquşu

Zəngəzur Milli Parkının inzibati bina kompleksi

Dəmirağac meşəsi

İlandağ

141141

Ekoloji infrastrukturun inkişafı

Milli Parkın entomofaunası 10-larla endem növlərlə zəngindir. Ümumiyyətlə, ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların yaşamasına imkan yaratmışdır.

Hirkan Milli Parkı həmçinin öz nadir təbiət abidələri ilə də məşhurdur. Burada 100-dən çox təbiət və mədəniyyət abidələri var. Ən məşhur təbii meşə abidələrindən biri Asta-ra rayonunun Züngüləş kəndi yaxınlığında yerləşir. Xəzər dənizinin yaxınlığı, təbiətin rəngarəngliyi ərazidə ekoturizmin inkişafı və ətraf mühitin öyrənilməsi üçün əlverişli şərait yaradır.

Hirkan Milli Parkının giriş qapısı

Ekoturizm şəhərciyi

Milli Parkın inzibati binası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

142142

3.1.3. Şahdağ Milli Parkı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 08 iyul tarixli 193s nömrəli Sərən-camı ilə ərazisi 14631,1 hektar genişləndirilərək 130508,1 hektar çatdırılmışdır və hazırda Cənubi Qafqazın sahəcə ən böyük milli parkıdır.

Milli Parkın yaradılmasında məqsəd ətraf mü-hitin mühafizəsi, ondan səmərəli istifadə edil-məsi, biomüxtəlifliyin, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növləri-nin qorunub saxlanılması və ekoturizmin inki-şaf etdirilməsidir.

Milli Parkın ərazisinin yerləşdiyi yüksəklik, rel-yefin şaquli dəyişməsi və parçalanması, mürək-kəb iqlim şəraiti və torpaq örtüyü onun iqlimi-nin müxtəlifliyinə, bitki örtüyünə və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir. Buradakı meşələr öz zənginliyi və füsunkarlığı ilə məşhurdur.

2011-2012-ci illərdə “Dövlət əsaslı vəsait qoyuluşu” çərçivəsində dövlət büdcəsin-dən ayrılmış 1 milyon manat vəsait hesabına Milli Parkın infrastrukturu, o cümlədən inzibati binası, ekoturizm mərkəzi, mühafizə postları və giriş – nəzarət məntəqələri qurulmuşdur.

Şahdağ Milli Perkının inzibati bina kompleksi

Şahdağ Milli Parkı

Yerləşdiyi ərazi: Böyük Qafqaz (Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz, Şamaxı rayonları)

Sahəsi: 130 508,1 ha

Landşaftı: dağ meşəsi, alp çəmənlikləri, qa-yayıqlar və buzlaqlar

Əsas qorunan növlər:Flora - qaraçöhrə, şərq palıdı, şərq fısdığı, Qafqaz vələsi və s.Fauna - Dağıstan turu, köpgər, qonur ayı, vaşaq, cüyür, Qafqaz tetrası, Qafqaz uları, turac, berqud, çöl qartalı və s.

143143

Ekoloji infrastrukturun inkişafı

3.1.4. Göygöl Milli Parki

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2744 nömrəli Sərəncamı ilə yaradılmışdır. Göygöl Milli Parkının yaradılmasında məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərininqorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsidir.

Göygöl təbiətinin gözəlliyi sayəsində daima diqqəti cəlb etmiş və 1925-ci ildə Azərbay-can Respublikasının ərazisində ilk qoruq olan Göygöl Dövlət Təbiət Qoruğu yaradılmış-dır. 2008-ci ildə isə Göygöl Dövlət Təbiət Qoruğunun və Azərbaycanın Xanlar (indiki Göygöl), Daşkəsən və Goranboy rayonlarının inzibati ərazilərində sahəsi 12 755 hektar təşkiledən Milli Park yaradılmışdır.

Göygöl Milli Parkı Kiçik Qafqazın şimal-şərqin-də, Kəpəz dağının şimal yamacında, 1100-3065 metr hündürlükdə yerləşərək, orta və yuxarı dağ-meşə yarımqurşaqlarını, dağ meşə-çəmən, subalp və alp qurşaqlarını əhatə edir.

Ərazidə yerləşən ən böyük göl - Azərbaycanın ən gözəl və ecazkar göllərindən biri olan Göy göldür. 1139-cu ildə Gəncədə baş vermiş zəl-zələ nəticəsində Kəpəz dağı uçaraq, Ağsu çayı-nın qarşısını kəsmiş, nəticədə füsunkar gözəl-liyi, xüsusilə də, suyunun şəffaflığı ilə seçilən Göygöl yaranmışdır.

Şahdağ Milli Parkının giriş qapıları

Göygöl Milli Parkı

Yerləşdiyi ərazi: Kiçik Qafqaz (Göygöl, Daş-kəsən və Goranboy rayonları)

Sahəsi: 12 755 ha

Landşaftı: dağ meşəsi, dağ çəmənlikləri, göllər, qayalıqlar

Əsas qorunan növlər:Flora - qarmaqvari şam, palıd, fıstıq, ağ-caqayın, çökəFauna - nəcib maral, qonur ayı, cüyür, va-şaq, meşə pişiyi, meşə torağayı, meşə cül-lütü, qara kərkəs, muymun, toğlugötürən, şahin.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

144144

3.1.5. Samur-Yalama Milli Parkı

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 05 noyabr tarixli 2518 nömrəli Sərəncamı ilə yaradılmışdır.

Samur-Yalama Milli Parkının yaradılmasın-da məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, bioloji müxtəlifliyin, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsidir

Hal-hazırda Almaniya İnkişaf Bankının (KFW) dəstəyi ilə həyata keçirilmiş layihə çərçivəsində ən müasir standartlara uyğun təşkili və infrast-rukturunun qurulması işləri aparılır.

Göygöl

Samur-Yalama Milli Parkının ərazisi

Göygöl Milli Parkının inzibati bina kompleksi

Samur-Yalama Milli Parkı

Yerləşdiyi ərazi: Böyük Qafqaz (Xaçmaz ra-yonu)

Sahəsi: 11 772,45 ha

Landşaftı: Meşə

Əsas növlər: Flora - şabalıdyarpaq palıd, dəmirağacı, Eldar şamı,Fauna - cüyür, böyük qırğı, məzar qartalı, adi qızılquş, bozqırmuymulu qızılquş, fısıl-dayan qu, ilanbalığı, Kür qızılbalığı, nərə, uzunburun nərə, dəniz sıfı, çapaq, kütüm, xəşəm, şahmayı və s.

145145

Ekoloji infrastrukturun inkişafı

3.1.6. Zaqatala Dövlət Təbiət Qoruğu

Azərbaycanda 1929-cu ildə yaradılmış ilk qoruq ərazilərindən biridir. Azərbaycan Respub-likası Nazirlər Kabinetinin 2008-cu il 17 oktyabr tarixli 370s nömrəli Sərəncamı ilə ərazisi 23 505 hektar genişləndirilmişdir.

Zaqatala Dövlət Təbiət Qoruğunun yaradılmasında məqsəd ərazinin təbii kompleksini qorumaq, bitki və heyvanlar aləmini mühafizə etmək, artırmaq və zənginləşdirməkdir

Qoruğun ərazisi meşələr, subalp və alp çəmənlikləri və yüksək sal qayalıqlardan ibarətdir. Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında, dəniz səviyyəsindən 650-3646 metr hündürlükdə yerləşir.

Zaqatala Dövlət Təbiət Qoruğu

Yerləşdiyi ərazi: Zaqatala və Balakən rayon-ları

Sahəsi: 47 349 ha

Landşaftı: meşələr, subalp çəmənlikləri, qa-yalar, dağ meşəsi, dağ çəmənlikləri, göllər, qayalıqlar

Əsas qorunan növlər:Flora - qaraçöhrə, rododendron, təmiz kladoxeta, Laqodex açıçiçəyiFauna - Dağıstan turu, qonur ayı, qara-paça, nəcib maral, Qafqaz uları, Qafqaz tetrası, toğlugötürən, berqud və s.

Dağıstan turu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

146146

Qoruqda 1000-dən artıq bitki növünə təsadüf edilir. Burada 32 növ məməli, 89 növ köçəri və oturaq quşlar yaşayır.

1950-ci ildə qoruqda yaradılmış elmi-tədqiqat işlərinin aparılmasına rəhbərlik edən şöbə-də beynəlxalq bioloji problemlər üzrə tədqiqat işləri aparılır.

Hazırda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Almaniya Federal Hökumətinin dəstəyi ilə ərazidə Zaqatala Biosfer Rezervatının yaradılması istiqamətində müvafiq təd-birlər həyata keçirilir.

3.1.7. Korçay Dövlət Təbiət Qoruğu

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə ya-radılmışdır.

Korçay Dövlət Təbiət Qoruğunun yaradılmasın-da məqsəd səciyyəvi və nadir təbiət kompleks-lərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərini və hadisələrini öyrənməkdir.

Ərazinin relyefi düzənlik, təpəlik və alçaq dağ-lıq (Bozdağ) sahələrindən ibarətdir. Bitki örtüyü yovşanlı-şoranlı, şoranlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Bu-rada efemerlər də yaxşı inkişaf edir.

Qoruğun təbii landşaft sahələri heyvanlar üçün əlverişlidir. Korçay Dövlət Təbiət Qoru-ğunun ərazisində məməlilərdən - ceyran, do-vşan, tülkü, çaqqal, canavar; quşlardan - tu-rac, kəklik və s. yayılmışdır.

Ərazidə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş ceyran növünün Azərbaycanda olan 2-ci boyük arealı yerləşir.

Korçay Dövlət Təbiət Qoruğu

Yerləşdiyi ərazi: Goranboy rayonu

Sahəsi: 4833,6 ha

Landşaftı: yarımsəhra

Əsas qorunan növləri:Fauna - ceyran, köpkər, canavar, turac, meşə pişiyi, kəklik

147147

3.1.8. Arpaçay Dövlət Təbiət Yasaqlığı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 22 iyun 2009-cu il tarixli fərmanl ilə yaradıl-mışdır.

Arpaçay Dövlət Təbiət Yasaqlığının yaradıl-masında məqsəd Arpaçayın sahil ərazilərinin təbiət komplekslərinin və ya onların kompo-nentlərinin qorunması, ekoloji tarazlığın sax-lanılmasıdır.

3.1.9. Rvarud Dövlət Təbiət Yasaqlığı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 02 oktyabr tarixli 162s nömrəli Sərəncamı ilə yaradılmışdır.

Dövlət Təbiət Yasaqlığının yaradılmasında məqsəd təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması, ekoloji tarazlığın saxlanılmasıdır.

3.1.10. Zaqatala Dövlət Təbiət YasaqlığıAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-cu il 27 noyabr tarixli 263s nömrəli Sərən-camı ilə yaradılmışdır. Yasaqlığın yaradılmasın-da məqsəd təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması, vahid ekosistemi təşkil edən xüsusi mühafizə olunan təbiət əra-ziləri şəbəkəsinin yaradılması, ekoloji tarazlığın saxlanılmasıdır.

Rvarud Dövlət Təbiət Yasaqlığı

Yerləşdiyi ərazi: Lerik rayonu

Sahəsi: 510 hektar

Landşaftı: dağ quru bozqır, alp çəmənlikləri

Əsas növlər: Fauna - çöl donuzu, dovşan, kəklik, canavar

Zaqatala Dövlət Təbiət Yasaqlığı

Yerləşdiyi ərazi: Zaqatala və Balakən rayonlarıSahəsi: 6557 haLandşaftı: meşələr, subalp çəmənlik-ləri, qayalar, dağ meşəsi, dağ çəmən-likləri, göllər, qayalıqlar

Əsas növlər:Flora - qaraçöhrə, rododendronFauna - Qafqaz tetrası, berqud, toğ-lugötürən, dağıstan turu, qarapaça, nəcib maral

Arpaçay Dövlət Təbiət Yasaqlığı

Yerləşdiyi ərazi: Dərələyi silsiləsi boyu ərzilər (Şərur, Kəngərli, Babək və Şahbuz rayonlarının inzibati əraziləri)Sahəsi: 68 911 hektarLandşaft: düzənlik və orta dağlıq

Əsas növlər: Flora - ağır iyli ardıc, gözəl qayış ləçək, zərif süsənFauna - bəbir, safsar, bezoar keçisi, muflon, Xəzər uları, saqqallı qartal

Ekoloji infrastrukturun inkişafı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

148148

3.2. Azərbaycanın palçıq vulkanları

Azərbaycanın ərazisi palçıq vulkanlarının unikal və klassik regionudur. Planetdə mövcud olan 800 palçıq vulkanlarının 300–dən çoxu Azərbaycanın şərqində və onunla həmsər-həd Xəzərin akvatoriyasında yerləşir. Burada vulkanların bütün növlərinə: aktiv fəaliyyətdə olan, sönmüş, gömülmüş, neft çıxaran, ada və sualtı vulkanlara rast gəlinir. Vulkan gili müalicəvi və tikinti əhəmiyyətli xammaldır, eyni zamanda palçıq vulkanizmi prosesi ilə zəlzələlər arasında sıx əlaqə vardır.

Palçıq vulkanlarının çoxu Bakı və Abşeron yarımadasında yayılmışdır. Onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. 1982-ci ildə Bakı şəhərinin inzibati ərazisində yerləşən Lökbatan, Ayrantökən, Böyük Kənizdağ və Daşgil palçiq vulkanları təbiət abidələri siyahı-sına daxil edilmişdir.

Bakı və Abşeron yarımadasında olan palçıq vulkanlarına antropogen təsirlərin azaldıl-ması (ərazilərin dağıdılması, inşaat işlərinin aparılması, vulkanların püskürmə ehtimalı olan təhlükəli zonalarında yaşayış binaları inşa edilməsi) onların qorunub saxlanılması, elmi–tədqiqat işlərinin aparılması, gələcək nəsillərə çatdırılması və ölkənin təbii irsinin təbliğ olunması məqsədilə Azərbaycan Res-publikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərəncamı ilə Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu yaradılmışdır.

Pilpili Qaradağ palçıq vulkanının krateriPalçıq vulkanının monitorinqi

Daşgil palçıq vulkanının qrifonları

149149

Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun yaradılmasında əsas məqsəd ekoloji tarazlığın, qiymətli təbiət abidələrinin müha-fizəsi, elmi cəhətdən öyrənilməsi və palçıq vulkanı materiallarından səmərəli istifa-də edilməsidir. Həmin ərazilərdə gələcəkdə müalicə-sağlamlaşdırma yerlərinin və kurortların, həmçinin ekoturizmin inkişafı üçün Milli Parkın yaradılması regionların sosial iqtisadi inkişafı, bu təbii sərvətin dünyaya tanıdılmasında mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294s nöm-rəli Sərəncamı ilə Azərbaycan Respublikasının Bakı və Abşeron yarımadasının pal-çıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu üçün Bakı şəhəri və Abşeron rayonunun ərazilərində palçıq vulkanları yerləşən 12 322,84 hektar torpaq sahələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daimi istifadəsinə verilmiş, palçıq vulkanlarının sərhədləri-ni müəyyən edən xəritələri və siyahısı təsdiq edilmiş, Azərbaycanda palçıq vulkanları marşrutu hazırlanmışdır.

3.3. Azərbaycan Təbiət Aləmi Zooloji Parkı

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2008-ci il tarixli 109 nömrəli Sərəncamı-na əsasən ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması məqsədilə Ab-şeron rayonunda Qumyataq gölünün sahilindəki ərazilərdə 55 hektar torpaq sahəsi ayrıl-mışdır. İlkin mərhələdə görüləcək işlərin layihə, dizayn və smeta sənədləri hazırlanmışdır.

Azərbaycan Təbiət Aləmi Zooloji Parkı 9 əsas sərgi zonası, 80 sərgi hissəsindən ibarət olacaq və burada 224 növ 1518 heyvan fərdi nümayiş etdiriləcəkdir. Zooloji Parkda hey-vanların təbiətdə məskunlaşma zonalarına uyğun olaraq müvafiq təbii zonaların (bataqlıq sahələri, çəmənliklər, meşələr, dağlıq ərazilər və səhralar) yaradılması və onların qitələrin xüsusiyyətlərinə görə yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Zooparkın master planı

Ekoloji infrastrukturun inkişafı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

150150

İlkin olaraq Zooloji Parkın 4,6 hektarlıq sahəsini əhatə edəcək hissəsində vəhşi heyvanlar üçün baytarlıq klinikası və saxlanc yerlərinin inşası nəzərdə tutulur və bu hissə hazır olduqdan sonra Bakı şəhərində yerləşən Heyvanat Parkının oraya köçürülməsi planlaşdırılır. Növbəti mərhələdə Zooloji Parkın 50 hektardan artıq hissəsində tikinti işlərinin aparılması planlaşdırılır. Bu mərhələdə əsas sərgi salon-larının, vəhşi heyvan volyerlərinin və terrariumların inşası, ərazinin daxili yollarının və tramvay xəttinin çəkilişi, zəruri coğrafi relyeflərin və mühitlərin (qitələr üzrə bölgələrin) yaradılması nəzərdə tutulur. Tikinti zamanı həmçinin Cənubi Amerika-nın iqlim şəraitinə uyğun nəhəng günbəz formalı qapalı “Biodom”un, qütb zona-sının və okeanariumun, bir neçə kiçik həcmli otel kompleksinin yaradılması plan-laşdırılır.

Zooloji Parkda aşağıdakı əsas bölmə və sahələrin yaradılması nəzərdə tutulur:

• Amerika: : 21.500 m2

- Şimali Amerika : 15.000 m2

- Cənubi Amerika : 6.500 m2

- o cümlədən biogünbəz : 3.500 m2

• Avstraliya : 13.000 m2

• Afrika : 76.000 m2

• Qütb zonasi : 16.000 m2

• Okeanarium : 2.000 m2

• Avrasiya: : 257.500 m2

- bataqlaşmış ərazilər : 48.500 m2

- meşələr və çəmənlər : 102.000 m2

- dağlıq : 49.000 m2

- səhra : 46.000 m2

- rütubətli dağlıq : 12.000 m2

• Uşaq zooparkı : 2.500 m2

• Baytarlıq klinikası : 1.100 m2

• Biomüxtəliflik mərkəzi : 2.600 m2

• İşçi heyətin yaşayış zonası : 8.300 m2

• Mehmanxana zonası : 28.000 m2 Günbəz formalı “Biodom“

151151

Ekoloji infrastrukturun inkişafı

3.4. Meşə təsərrüfatının inkişafı

Meşələrin mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması, meşə fon-dundan səmərəli istifadənin təşkili və əhalinin ekoloji baxımdan maariflən-dirilməsi istiqamətində həyata keçiril-miş tədbirlər nəticəsində meşə ilə ör-tülü sahələr 2002-ci il ilə müqayisədə 0,4 % artaraq, ölkə üzrə ümumi sahə-nin 11,8 %-ni təşkil edir. Ümumilikdə 2008-2012-ci illərdə Ekologiya və Tə-bii Sərvətlər Nazirliyinin Meşələrin İn-kişafı Departamenti tərəfindən 53480 hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən 17278 hektar meşə əkini və səpini işləri həyata keçirilmiş və 39628 min ədəd ağac əkilmişdir.

Tədbirlərin adı Ölçü vahidi

İlllərCəmi:

2008 2009 2010 2011 2012

Cəmi meşəbərpa tədbirləri

ha 10960 10792 10696 10504 10528 53480

O cümlədən meşə əkini və səpini

ha 3898 3632 3521 3149 3078 17278

Əkilmiş ağacların sayı

min ədəd

8178 7385 10835 7738 5492 39628

Əkin materiallarının yetişdirilməsi

mln ədəd

30,5 26,2 24,3 26,6 25,4 133

Cavan ağacların yetişdirilib qiymətli meşə ağacları kateqoriyasına keçirilməsi

ha 4232 5126 6675 7800 9214 33047

O cümlədən meşə əkini və səpinindən

ha 1481 1956 2509 2934 3414 12294

Toxum tədarükü ton 180 159,1 159,4 170,4 179,9 849,0

Meşələrin inkişafı sahəsində görülmüş işlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

152152

2008-2012-ci illərdə tinglik sahələrində 133 mln ədəd müxtəlif çeşiddə əkin materialla-rı yetişdirilmişdir. Həmin əkin materialları nəzərdə tutulan meşə əkini, təmir-doldurma işləri, eləcə də respublikanın yaşayış məntəqələrinin və magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılmasında istifadə edilmişdir. Cavan ağaclıqların yetişdirib qiymətli meşə ağaclar kateqoriyasina keçirilməsi tədbirləri 33047 hektar sahədə icra edil-mişdir. Bundan 12294 ha-ı meşə əkinidir. Müxtəlif ağac və kol cinslərindən 849 ton toxum tədarük edilmişdir.

“Azərbaycan Respublikasında meşələ-rin bərpa edilməsi və artırılmasına dair Milli Proqrama” uyğun olaraq, 2008-ci il ərzində 10960 hektar sahədə meşə-bərpa və meşə əkini tədbirləri həyata keçirilmişdir. 30,5 mln. ədəd müxtəlif çeşiddə əkin materialı yetişdirilmiş, 3898 hektar ərazidə toxum səpilmiş-dir. Yetişdirilmiş əkin materiallarından meşə əkini, ətraf şəhər və qəsəbələ-rin, magistral yolları kənarlarının, çay və su hövzələri ətraflarının yaşıllaşdırılması nəzərdə tutulmuşdur. 180 tondan artıq meşə ağac və kol cinslərinin toxumları tədarük olunmuşdur.

2009-cu il ərzində 10 792 hektar sahədə meşəbərpa işləri aparılmışdır ki, bundan da 3632 hektar sahədə meşə əkini və səpini işləri yerinə yetirilmişdir. Tinglik sahəsində 57,49 hektar ərazidə toxum səpilmiş, 25,88 hektar sahədə 1180,78 min ədəd toxmacar və 12,54 hektar sahədə 639,2 min ədəd çilik basdırılmışdır. Meşə fondu ərazilərində meşə əkinlərinin be-cərilməsi məqsədilə 30 000 hektar sahədə xidmət, 25 663 hektar sahədə suvarma işləri aparılmışdır. Ağac və kol cinslərindən ibarət toxum tədarükü isə 159 000 kq-dan artıq ol-muşdur. 2009-cu ildə yardımçı təsərrüfat sahəsi üzrə 774 ton təbii ot, 2,6 ton bağ meyvə-

si, 35,4 ton bağ narı, 1780 kq əmtəəlik bal tədarük edilmişdir. Bundan əlavə qoz, fındıq, şabalıd, cır meyvə, naringi, limon, feyxoa, itburnu və digər kənd təsərrüfatı məhsulları tədarük edilmış-dir. Meşə mühafizə işçiləri tərəfindən 230 000 manat köküstə nırx dəyərində 31 840 m³ həcmində qanunsuz qırıntı aktlaşdırılmış və qanunamüvafiq təd-birlər görülmüşdür.

153153

Ekoloji infrastrukturun inkişafı

2010-cu ildə meşə və qeyri-meşə fondu torpaqlarında 10696 hektar sahədə meşəbər-pa işləri, o cümlədən 3521 hektar meşə əkini və səpini, 7171 hektar təbii bərpa işləri aparılmışdır. Meşə əkinlərinin becərilməsi məqsədilə 31335 hektarda xidmət və 31358 hektarda suvarma işləri aparılmışdır. Tinglik sahəsinin 69 hektar ərazisində toxum sə-pilmiş, 51 hektar sahədə 2021 min ədəd toxmacar, 11,35 hektar sahədə 629,5 min ədəd çilik basdırılmışdır. Ağac və kol cinslərindən 159 400 kq toxum tədarük edil-mişdir. 2010-cu il ərzində müəssisələr üzrə 37 640 m3 həcmində oduncaq tədarük olunmuşdur. Yardımçı təsərrüfat sahəsi üzrə 784 ton təbii ot, 9 ton bağ meyvəsi, 63 ton bağ narı, 8 ton qoz, 26 ton fındıq, 3 ton şabalıd, 5 ton feyxoa, 1 ton kivi, 2 077 kq əmtəəlik bal tədarük edilmişdir. Meşə mühafizə işçiləri tərəfindən 245 min manat köküstə nırx dəyərində 34 min m³ həcmində qanunsuz qırıntı aktlaşdırılmış və qa-nunamüvafiq tədbirlər görülmüş, 73 min manat məbləğində 295 iş hüquq mühafizə orqanlarına göndərilmişdir.

2011-ci ildə 10504 hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən 3149 hektar sahədə meşə əkini və sə-pini işləri yerinə yetirilmişdir. Meşələ-rin təbii bərpasına kömək tədbirləri 7800 hektar sahədə aparılmışdır. Ting-lik sahələrində 77,36 hektarda toxum səpilmiş, 61,55 hektar sahədə 2278 min ədəd toxmacar və 24,1 hektar-da 1121 min ədəd çilik basdırılmışdır. Tinglik sahələrində 26615 min ədəd müxtəlif çeşiddə əkin materialları ye-tişdirilmişdir. Bundan 16 428 min ədədi meşə standartlarının tələblərinə uyğundur. Səpin, böyütmə və kökləndirmə üzrə yetişdirilən əkin materiallarının müəyyən hissəsi 2011-ci ilin payız mövsümündə meşə əkinlərində istifadə olunmuşdur. Qalan əkin materialları isə 2012-ci ilin yaz mövsümündə meşə fondu torpaqlarında meşə əkini, təmir-doldurma işləri, eləcə də yaşayış məntəqələrinin və magistral yolların mühafizə zolaqlarının yaşıllaş-dırılması üçün istifadə edilmişdir. Meşə və qeyri meşə fondu ərazilərində meşə əkinlə-rinin becərilməsi məqsədilə 34140 hektar sahədə xidmət, 30802 hektar sahədə suvarma işləri aparılmışdır. Müxtəlif ağac və kol cinslərindən 170400 kq toxum tədarük edilmişdir. İlin yekununa görə cavan ağacların yetişdirilib qiymətli ağaclar kateqoriyasına keçirilməsi tədbirləri 7800 hektar sahədə icra edilmişdir. Bundan 2934 hektar meşə əkinidir.

2011-ci il ərzində müəssisələrdə aparılmış bütün növ yoxlama və reydlərdə 162922 manat dəyərində 22305 m³ həcmində qanunsuz ağac kəsilməsi aktlaşdırılmışdır ki, bu da ötən ilin yekunu ilə müqayisədə 35% azdır. Aktlaşdırılmış qanunsuz qırıntılar-

Meşə tingliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

154154

dan 16%-nin təqsirkarları meşə mü-hafizə xidməti tərəfindən operativ qaydada aşkar edilərək qanunamü-vafiq tədbirlər görülmüş, qanunsuz qırıntılara görə hesablanmış ziyanın 70%-i operativ qaydada ödənilməsi təmin edilmişdir. Meşələrin tör-tö-küntüdən təmizlənməsi və köküstə tam qurumuş ağacların aradan gö-türülməsi hesabına 38482 m3 həc-mində oduncaq tədarük olunmuş-dur. Təsərrüfat sahəsi üzrə 852 ton təbii ot, 60 ton bağ narı, 12,3 ton qoz, 23,8 ton fındıq, 2,9 ton şabalıd, 6 ton feyxoa, 1 ton kivi, 2625 kq əmtəəlik bal tədarük edilmişdir.

2012-ci ildə 10500 hektar proqnoza qarşı 10528 hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən 3075 hektara qarşı 3078 hektar sahədə meşə əkini və səpini işləri yerinə yetirilmişdir. Meşələrin təbii bərpasına kömək tədbirləri isə 7450 hektar sahədə apa-rılmışdır. Əkin materiallarının yetişdirilməsi məqsədilə 82,61 hektarda toxum səpilmiş, tingliklərin böyüdülməsi üçün 74,6 hektar sahədə 2834,2 min ədəd toxmacar və kök-ləndirmə məqsədilə isə 16,2 hektarda 722 min ədəd çilik basdırılmışdır. Tinglik sahələ-rində 25037,5 min ədəd müxtəlif çeşiddə əkin materialları yetişdirilmişdir. Bundan 16205,2 min ədədi meşəbərpa tələblərinə uyğundur. Tinglik sahəsində yetişdirilən əkin materiallarının müəyyən hissəsi 2012-ci ilin payız mövsümündə meşə əkinlərində istifadə olunmuş, qalan əkin materialı isə 2013-cü ilin yaz mövsümündə meşə fon-du torpaqlarında nəzərdə tutulan meşə əkini, təmir-doldurma işləri, eləcə də yaşayış məntəqələrinin və magistral yolların mühafizə zolaqlarının yaşıllaşdırılması üçün tələ-batı tam ödəmişdir. Meşə və qeyri meşə fondu ərazilərində meşə əkinlərinin becəril-

məsi məqsədilə 35307 hektar sahədə xidmət, 31989,62 hektar sahədə su-varılma işləri aparılmışdır. 174218 kq plan-proqnoza qarşı müxtəlif ağac və kol cinslərindən 179900 kq toxum tədarük edilmişdir. Yardımçı təsərrü-fat sahəsi üzrə 703 ton təbii ot, 56 ton bağ narı, 12.8 ton qoz, 20 ton fındıq, 4 ton şabalıd, 6 ton feyxoa, 1 ton kivi, 3611 kq əmtəəlik bal təda-rük edilmişdir.

Meşə əkini

Yeni salınmış meşə əkinləri

155155

Ekoloji infrastrukturun inkişafı

3.5. Yaşıllaşdırma layihələri

Azərbaycan Respublikası Prezidentinin “Magistral avtomobil yollarının mühafizə zolaqları-nın yaşıllaşdırılması” və “Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqın-da” Sərəncamlarının icrası ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasında 2008–2012–ci illərdə 8 iri yaşıllaşdırma layihələri həyata keçirilmişdir. Bu layihələr çərçivəsində 1556 hektarda yaşıllaşdırma işləri aparılmış, ümumilikdə, 2172 hektarda müasir damcılı suvar-ma sistemləri qurulmuş, 1 865 523 ədəd müxtəlifcinsli ağac və kollar əkilmişdir.

İstifadə olunmuş ağac və kol cinslərinin bir qismi ölkədə yetişdirilmiş, o cümlədən eldar şamı, sərv, tuya, göyrüş, ağcaqayın, akasiya, qarağac, iydə, badam, nar, qlediçiya, maklyu-ra, meliya və s., qalanları isə xaricdən alınmışdır. Xaricdən gətirilmiş ağaclar əsas etibarı ilə Abşeronun sərt və quru iqliminə dözə bilən, yerli şəraitə daha tez uyğunlaşan zeytun (643 234 ədəd), oleandr (46 607ədəd), fısdıq şamı (11 014 ədəd), ardıc (3593 ədəd), leylandı, limon sərvi, arizona sərvi və s. cinslərdən ibarətdir.

3.5.1. Bakı – Qazax magistral avtomobil yolunun Atbulaq – Hacıqabul hissəsinin yaşıllaşdırılması

Yaşıllaşdırılmış sahə - 110 haƏkilmiş ağacların sayı – 167090 ədədDamcılı suvarma sistemi qurulmuş-

dur – 110 haİstifadə olunmuş əsas ağac cinsləri:

– yerli ağac cinsləri – eldar şamı, sərv, tuya, ğöyrüş, ağcaqayın, akasiya, iydə, nar, qarağac, qlediçiya və s.

– xarici ağac cinsləri – zeytun, arizona sərvi, sidr, palma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

156156

3.5.2. Hövsan – Binə - Heydər Əliyev Beynəlxalq Hava Limanı ətrafı ərazilərin yaşıllaşdırılması

Yaşıllaşdırılmış sahə - 196 haƏkilmiş ağacların sayı – 199792 ədədDamcılı suvarma sistemi qurulmuşdur – 126 haİstifadə olunmuş əsas ağac cinsləri:

– yerli ağac cinsləri – eldar şamı, sərv, tuya, göyrüş, ağcaqayın, akasiya, iydə, nar, qarağac, qlediçiya və s.

– xarici ağac cinsləri – zeytun, oleandr, leylandı, arizona sərvi, limon sərvi

3.5.3. Hövsan - Binə - Dədə Qorqud – Bahar qəsəbələri arası ərazilərin yaşıllaşdırılması, su mənbələrinin müəyyən edilməsi və suvarma sisteminin qurulması

– Layihə üzrə:yaşıllıqlar salınıb - 300 haəkilmiş ağacların sayı - 324 min ədəddamcılı suvarma sistemi qurulub - 300 ha

– Layihədən əlavə:yaşıllıqlar salınıb - 176 haəkilmiş ağacların sayı - 155,7 min ədəddamcılı suvarma sistemi qurulub - 176 ha

– Cəmi:yaşıllaşdırılmış sahə - 476 haəkilmiş ağacların sayı - 479,7 min ədəddamcılı suvarma sistemi qurulub - 476 ha

Yaşıllaşdırma ərazisində qurulmuş damcılı suvarma sistemi

157157

Ekoloji infrastrukturun inkişafı

İstifadə olunmuş əsas ağac cinsləri:

- yerli – eldar şamı, sərv, tuya, göyrüş, akasiya, iydə, nar, qarağac, qlediçiya - xarici – zeytun, oleandr, fısdıq şamı, leylandı, arizona sərvi, limon sərvi

Hövsan - Binə - Dədə Qorqud – Bahar qəsəbələri arası ərazilərdə 95 889 m3 həc-mində əkin qabağı torpaq işləri görülmüş, 3500 m3 münbit torpaq və üzvü gübrə daşınmışdır.

Yaşıllaşdırılmış ərazidə nasos stansiyası, əks osmos texnologiyalı sutəmizləyici qurğu, mi-nerallaşdırma və gübrələmə sistemi qurulmuş, 1200 m3 həcmli yeraltı dəmir-beton su anbarı və gözətçi köşkü inşa edilmiş, ərazi hasara alınmış, 270 m2 ərazidə abadlıq işləri görülmüşdür.

Ərazini yüksək gərginlikli elektriklə təmin etmək məqsədilə 1 ədəd 250 kVt; KTM 10/0.4 kVt gücündə transformator quraşdırılmış, 1050 metr uzunluğunda yeraltı elektrik xətti çəkilmişdir.

Ərazinin suvarılması üçün 280 mm və digər ölçülərdə 83 125 pm ana boru xətləri çə-kilmişdir. Suyun paylanmasını tənzimləmək üçün 280 mm və digər ölçülərdə 144 ədəd siyirtmələr istifadə olunmuş, 216 ədəd elektron taymer kranları və onların yerləşdirilməsi üçün metal qutular quraşdırılmış, 1 203,2 min pm uzunluğunda damcılı suvarma sistemi qurulmuşdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

158158

3.5.4. Bakı – Astara magistral avtomobil yolunun Ələt – Salyan hissəsinin yaşıllaşdırılması, su mənbələrinin müəyyən edilməsi və suvarma sisteminin qurulması

– Layihə üzrə:yaşıllıqlar salınıb -100 haəkilmiş ağacların sayı -208,2 min əd.damcılı suvarma sistemi qurulub - 250 ha

- Layihədən əlavə: yaşıllıqlar salınıb - 50 haəkilmiş ağacların sayı - 41,5 min əd.damcılı suvarma sistemi qurulub - 50 ha- Cəmi: yaşıllaşdırılmış sahə - 150 haəkilmiş ağacların sayı - 249,7 min əd., damcılı suvarma sistemi qurulub - 300 ha

İstifadə olunmuş əsas ağac cinsləri:-yerli – eldar şamı, sərv, tuya, göyrüş, maklyura, akasiya, iydə, nar, qarağac, qlediçiya və s.-xarici – zeytun, oleandr, fısdıq şamı, arizona sərvi, limon sərvi

Bakı – Astara magistral avtomobil yolunun Ələt – Salyan hissəsinin yaşıllaşdırılması üçün 52000 m3 həcmində əkin qabağı torpaq işləri görülmüş, 2500 m3 münbit torpaq və üzvü gübrə daşınmışdır.

Yaşıllaşdırılmış ərazidə nasos stansiyası, 2000 m3/gün gücündə əks osmos texnologiyalı duzsuzlaşdırma qurğusu, minerallaşdırma və gübrələmə sistemi qurulmuş, 500 m3 həcmli su anbarı və 3 ədəd gözətçi köşkü inşa edilmiş, ərazi hasara alınmış, 1955 m2 ərazidə abadlıq işləri görülmüşdür.

Xaricdən gətirilmiş ağac cinsləri

159159

Ərazini yüksək gərginlikli elektriklə təmin etmək məqsədilə 1 ədəd 250 kVt; KTM 10/0.4 kVt gücündə transformator quraşdırılmış, 150 ədəd metal elektrik dirəyi quraşdırılaraq 8100 metr uzunluğunda elektrik xətti çəkilmişdir.

Ərazinin suvarılması üçün 225 mm və digər ölçülərdə 45 532 pm ana boru xətləri çəkilmiş-dir. Suyun paylanmasını tənzimləmək üçün 200 mm və digər ölçülərdə 30 ədəd siyirtmələr istifadə olunmuş, 98 ədəd elektron taymer kranları və onların yerləşdirilməsi üçün metal qutular quraşdırılmış, 625 min pm uzunluğunda damcılı suvarma sistemi qurulmuşdur.

3.5.5. Bakı – Şamaxı magistral avtomobil yolunun yaşıllaşdırılması, su mənbələrinin müəyyən edilməsi və suvarma sisteminin qurulması

– Layihə üzrə: yaşıllıqlar salınıb - 82 ha əkilmiş ağacların sayı - 150,8 min əd.damcılı suvarma sistemi qurulub - 223 ha

– Layihədən əlavə: yaşıllıqlar salınıb - 40 haəkilmiş ağacların sayı - 34,1 min əd.damcılı suvarma sistemi qurulub - 40 ha

– Cəmi:Yaşıllaşdırılmış sahə - 122 haəkilmiş ağacların sayı - 184,9 min əd.damcılı suvarma sistemi qurulub - 263 ha

İstifadə olunmuş əsas ağac cinsləri:

– yerli – eldar şamı, sərv, tuya, göyrüş, maklyura, akasiya, iydə, nar, qarağac, qlediçi-ya və s.

– xarici – zeytun, oleandr, fısdıq şamı, arizona sərvi, limon sərvi

Bakı – Şamaxı magistral avtomobil yolunun yaşıllaşdırılması üçün 43 145 m3 həcmində əkin qabağı torpaq işləri görülmüş, 1385 m3 münbit torpaq və üzvü gübrə daşınmışdır.

Ekoloji infrastrukturun inkişafı

Xaricdən gətirilmiş ağac cinsləri

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

160160

Yaşıllaşdırılmış ərazidə nasos stansiyası, əks osmos texnologiyalı sutəmizləyici qurğu, mi-nerallaşdırma və gübrələmə sistemi qurulmuş, 500 m3 həcmli dəmir-beton su anbarı və 3 ədəd gözətçi köşkü inşa edilmiş, 30 min m3 həcmli su dəryaçası yaradılmış, ərazi hasara alınmış, 1000 m2 ərazi abadlaşdırılmışdır.

Ərazini yüksək gərginlikli elektriklə təmin etmək məqsədilə 1 ədəd 250 kVt; KTM 10/0.4 kVt gücündə transformator quraşdırılmış, 12 ədəd metal elektrik dirəyi quraşdırılaraq 1310 metr uzunluğunda elektrik xətti çəkilmişdir.

Ərazinin suvarılması üçün 200 mm və digər ölçülərdə 29 276 pm ana boru xətləri çə-kilmişdir. Suyun paylanmasını tənzimləmək üçün 200 mm və digər ölçülərdə 3 ədəd siyirtmələr istifadə olunmuş, 84 ədəd elektron taymer kranları və onların yerləşdirilməsi üçün metal qutular quraşdırılmış, 305 min pm uzunluğunda damcılı suvarma sistemi qurulmuşdur.

3.5.6. Bakı – Quba magistral avtomobil yolunun yaşıllaşdırılması, su mən-bələrinin müəyyən edilməsi və suvarma sisteminin qurulması

– Layihə üzrə:yaşıllıqlar salınıb - 230 haəkilmiş ağacların sayı - 368 min əd.damcılı suvarmasistemi qurulub - 230 ha

– Layihədən əlavə: yaşıllıqlar salınıb - 100 haəkilmiş ağacların sayı - 97,6 min əd.damcılı suvarma sistemi qurulub - 100 ha

– Cəmi: yaşıllaşdırılmış sahə - 330 haəkilmiş ağacların sayı - 465,6 min əd.

Su dəryaçası və nasos stansiyası Sutəmizləyici qurğu

161161

damcılı suvarma sistemi qurulub - 330 ha

İstifadə olunmuş əsas ağac cinsləri:

– yerli – eldar şamı, sərv, tuya, ğöyrüş, maklyura, akasiya, iydə, nar, qarağac, qlediçiya və s.

– xarici – zeytun, oleandr, fısdıq şamı, ari-zona sərvi, limon sərvi

Bakı – Quba magistral avtomobil yolunun yaşıllaşdırılması üçün 60185 m3 həcmində əkinqa-bağı torpaq işləri görülmüş, əraziyə 3142 m3 münbit torpaq və üzvü gübrə daşınmışdır.

Yaşıllaşdırılmış ərazidə 2 ədəd nasos stansiyası, əks osmos texnologiyalı sutəmizləyici qurğu, minerallaşdırma və gübrələmə sistemi qurulmuş, 2 ədəd 750 m3 həcmli dəmir-be-ton su anbarı və 2 ədəd gözətçi köşkü inşa edilmiş, ərazi hasara alınmış, 5505 m2 ərazi abadlaşdırılmışdır.

Ərazini yüksək gərginlikli elektriklə təmin etmək məqsədilə 1 ədəd 100 kVt; KTM 10/0.4 kVt gücündə transformator quraşdırılmış, 33 ədəd metal elektrik dirəyi quraşdırılaraq, 1077 m uzunluğunda elektrik xətti çəkilmişdir.

Ərazinin suvarılması üçün 200 mm və digər ölçülərdə 62 622 pm ana boru xətləri çə-kilmişdir. Suyun paylanmasını tənzimləmək üçün 200 mm və digər ölçülərdə 32 ədəd siyirtmələr istifadə olunmuş, 138 ədəd elektron taymer kranları və onların yerləşdirilməsi üçün metal qutular quraşdırılmış, 575 min pm uzunluğunda damcılı suvarma sistemi qu-rulmuşdur.

Ekoloji infrastrukturun inkişafı

Xaricdən gətirilmiş ağac cinsləri

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

162162

3.5.7. Bakı – Qazax magistral avtomobil yolunun Ələt – Atbulaq hissəsinin yaşıllaşdırılması, su mənbələrinin müəyyən edilməsi və suvarma sis-teminin qurulması

– Layihə üzrə:yaşıllıqlar salınıb - 62 haəkilmiş ağacların sayı - 148,2 min əd.suvarma sistemi qurulub - 450 ha

– Layihədən əlavə: yaşıllıqlar salınıb - 50 haəkilmiş ağacların sayı - 118,7 min əd.suvarma sistemi qurulub - 50 ha

– Cəmi: yaşıllaşdırılmış sahə - 112 haəkilmiş ağacların sayı - 266,9 min əd.suvarma sistemi qurulub - 500 ha

İstifadə olunmuş əsas ağac cinsləri:

– yerli – eldar şamı, sərv, tuya, göyrüş, makl-yura, iydə, nar, qarağac, qlediçiya, qovaq, ərik, şam və s.– xarici – zeytun, oleandr və s.

Bakı – Qazax magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması üçün 31390 min m3 həcmində əkinqabağı torpaq işləri görülmüş, əraziyə 1943 m3 münbit torpaq və üzvü gübrə daşınmışdır.

Yaşıllaşdırılmış ərazidə nasos stansiyası, 500 m3 həcmli su anbarı və 3 ədəd gözətçi köşkü inşa edilmiş, ərazi hasara alınmış, 812,2 m2 ərazidə abadlıq işləri görülmüşdür.

163163

Ərazini yüksək gərginlikli elektriklə təmin etmək məqsədilə 1 ədəd 160 kVt; KTM 10/0.4 kVt gücündə transformator quraşdırılmış, 82 ədəd metal elektrik dirəyi quraşdırılaraq 6500 metr uzunluğunda elektrik xətti çəkilmişdir.

Ərazinin suvarılması üçün 315 mm və digər ölçülərdə 63 404 pm ana boru xətləri çə-kilmişdir. Suyun paylanmasını tənzimləmək üçün 250 mm və digər ölçülərdə 41 ədəd siyirtmələr istifadə olunmuş, 212 ədəd elektron taymer kranları və onların yerləşdirilməsi üçün metal qutular quraşdırılmış, 1 250 min pm uzunluğunda damcılı suvarma sistemi qurulmuşdur.

3.5.8. Bayıl yamacı – 20-ci sahə arası ərazilərin yaşıllaşdırılması, su mənbələ-rinin müəyyən edilməsi və suvarma sisteminin qurulması

– Layihə üzrə:yaşıllaşdırılmış sahə - 60 haəkilmiş ağacların sayı - 168,5 əd. damcılı suvarma sistemi qurulub - 60 ha

İstifadə olunmuş əsas ağac cinsləri:

- yerli – eldar şamı, sərv, tuya, akasiya, iydə, nar, badam və s. - xarici – zeytun, oleandr, fısdıq şamı, limon sərvi, arizona sərvi, ardıc

Ərazinin yaşıllaşdırılması üçün 150 m3 münbit torpaq və üzvü gübrə daşınmışdır.

Ekoloji infrastrukturun inkişafı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

164164

Yaşıllaşdırılmış ərazidə nasos stansiyası, əks osmos texnologiyalı sutəmizləyici qurğu, mi-nerallaşdırma və gübrələmə sistemi qurulmuş, 4 ədəd metal su çəni və gözətçi köşkü inşa edilmiş, ərazi hasara alınmış, 1194 m2 ərazi abadlaşdırılmışdır.

Ərazini yüksək gərginlikli elektriklə təmin etmək məqsədilə 1000 metr uzunluğunda elektrik xətti çəkilmişdir.

Ərazinin suvarılması üçün 110 mm və digər ölçülərdə 10 574 pm uzunluğunda ana boru xətləri çəkilmişdir. Suyun paylanmasını tənzimləmək üçün 110 mm və digər ölçülərdə 6 ədəd siyirtmələr istifadə olunmuş, 17 ədəd elektron taymer kranları və onların yerləşdiril-məsi üçün metal qutular quraşdırılmış, 150 min pm uzunluğunda damcılı suvarma sistemi qurulmuşdur.

3.6. Keyfiyyətli içməli su ilə təminat

3.6.1. Regionlarda əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması Proqramı

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə tə-minatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 20 iyun 2007-ci il tarixli 2245 nömrəli, “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdı-rılması ilə əlaqədar əlavə tədbirlər haqqında” 20 noyabr 2008-ci il tarixli 59 nömrəli və 25 iyun 2009-cu il tarixli 348 nömrəli Sərəncamlarına əsasən Kür və Araz çayları boyu və digər yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 2007-2012-ci illər ərzində Ekologiya və Tə-bii Sərvətlər Nazirliyi tərəfindən 20 rayonun 221 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılaraq bu kəndlərdə yaşayan 400 mindən artıq əhali içməli su ilə təmin edilmişdir.

165165

Ekoloji infrastrukturun inkişafı

Kür və Araz çayları boyu məskunlaşmış əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün ilk öncə bu kəndlərdə su mənbələrinin kəmiyyət və keyfiyyət göstəriciləri üzərində dəqiq monitorinqlər aparılmış və ən sərfəli variant kimi yaşayış məntəqələrindən təqribən 50-1000 m məsafədə mövcud yerüstü su mənbələrindəki suyun təmizlənərək əhaliyə ve-rilməsi seçilmişdir.

Fiziki, kimyəvi və bioloji cəhətdən çirklənmiş Kür və Araz çaylarının suyundan uzun illər ərzində heç bir təmizlənmə aparılmadan istifadə edən kəndlərdə qısa zaman ərzində ən müasir texnologiyalara əsaslanan və yerli şəraitdə istismarı asan olan sutəmizləyici qurğu-ların quraşdırılması üçün xarici ölkələrin aparıcı şirkətləri ölkəyə dəvət edilmiş və nazirliyin mütəxəssisləri müasir texnologiyalarla yerində tanış olmaq üçün bu şirkətlərin yerləşdiyi ölkələrə ezam olunmuşdur.

Sutəmizləyici qurğuların layihələndirilməsi və onlarda istifadə olunan texnologiyaların seçilməsində su mənbələrinin çirklilik dərəcəsi, əhalinin sayı, yerlərdə enerji təminatının vəziyyəti və digər parametrlər əsas götürülmüşdür. Sutəmizləyici qurğuların gücü adam-başına gün ərzində içməli suyun miqdarı 20–30 litr olmaqla layihələndirilmişdir. Yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işlərinə başlamazdan əvvəl bu məqsədlə hazırlanmış layihələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət ekspertiza idarəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin təsisatdankənar dövlət ekspertiza baş idarəsi, Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğın nəzarəti xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və epidemiologiya mərkəzi ilə, smeta sənədləri isə Fövqəladə Hallar Nazirliyinin Tikintidə qiymətqoyma mərkəzi ilə razılaşdırılmışdır.

Sutəmizləyici qurğuların quraşdırılması ilə əlaqədar bir neçə mərhələdə keçirilmiş tender-lərdə Türkiyənin “Arı-Arıtma”, Cənubi Koreyanın “Hyundai”, İsrailin “Odis” şirkətləri qalib gəlmiş, qurğuların ölkəyə gətirilərək kəndlərdə quraşdırılması işləri bu şirkətlər və onların subpodratçı şirkətləri tərəfindən görülmüşdür.

Sutəmizləyici qurğuların və supaylayıcı şəbəkənin layihələndirilməsində kənd icmasının nümayəndələri, kənd ağsaqqalları, bələdiyyələr, icra nümayəndələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak etmiş və tərtib olunan işçi və dövlət aktları bütün aidiyyəti dövlət qurumları tərəfindən təsdiqləndikdən sonra sutəmizləyici qurğular müvafiq kənd bələdiyyələrinin istismarına verilmişdir.

Hər bir kənddə quraşdırılmış sutəmizləyici qurğuda alınan içməli su əhaliyə supaylayıcı şəbəkə vasitəsi ilə çatdırılır. Tikilmiş supaylayıcı məntəqələrin bir-birindən məsafəsi 200 - 400 metr təşkil edir. Bu o deməkdir ki, əhali ən uzağı 200 metr məsafə getməklə içməli su götürə bilir. Supaylayıcı şəbəkə hər bir kənddə əhalinin sayından və kəndin yerləşmə sxe-mindən asılı olaraq qurulmuş və hər birində 2 ədəd kran qoyulmuş supaylayıcı məntəqə-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

166166

dən və məntəqəni sutəmizləyici qurğu ilə birləşdirən içməli su üçün nəzərdə tutulmuş müxtəlif diametrli boru xətlərindən ibarətdir.

Bu müddət ərzində quraşdırılmış sutəmizləyici qurğuların 53 ədədini Almaniya, İtaliya, Belçika, ABŞ texnologiyaları əsasında Türkiyədə modulda yığılmış, 67 ədədini Cənubi Ko-reya istehsalı olan və əks osmos texnologiyalı, 98 ədədini isə yerli şəraitdə etibarlılığı və dözümlülüyü ilə seçilən İsrail istehsalı olan qurğular təşkil edir.

Avtomatlaşdırılmış sistemdə idarə olunan lil və qumtutucu, qum və aktiv kömür filtrləri, kimyəvi təmizləmə sistemi, avtonom rejimdə işləyən dalğıc, ötürücü və hidrofor nasos-larla, xlor tənzimləyici nasosla, ultrabənövşəyi zərərsizləşdirmə sistemi ilə təchiz olunmuş, Türkiyədə modulda yığılmış qurğular çirklənmə dərəcəsi nisbətən aşağı olan kəndlərdə quraşdırılmışdır.

Cənubi Koreya istehsalı olan qurğular Türkiyə istehsalı olan qurğularda quraşdırılmış və av-tomatlaşdırılmış sistemdə idarə olunan filtrlərdən əlavə, qurğunun gücündən asılı olaraq 2 ədəddən 6 ədədədək əks osmos membranı ilə və su ozonlaşdırıcı sistemlə təchiz olunmuş-dur ki, bu da hədsiz dərəcədə kimyəvi və bioloji cəhətdən çirklənmiş suyun təmizlənməsini təmin edir. Məsələn, Biləsuvar rayonunun kəndlərində içməli su kimi istifadə olunan Əziz-bəyov kanalının suyunda ağır metallar, biogen maddələr və digər zərərli çirkləndiricilərdən başqa, isti yay aylarında 1 litr suda bağırsaq çöpü bakteriyalarının miqdarı 1,5 milyon ədəd-dən artıq müşahidə olunur. Bu səbəbdən belə kəndlərdə əks osmos membran texnologiyalı qurğular quraşdırılmışdır. Bu qurğularda xam su çənində suyun ilkin çökdürülməsində insan sağlamlığı üçün zərərsiz olan çökdürücü koaqulyantlardan istifadə olunur.

Ən müasir tələblərə cavab verən avtomatlaşdırılmış sutəmizləmə sistemi ilə təchiz olun-muş İsrail istehsalı olan qurğular isə istismarda olduqca etibarlı və rahatdır.

Əks osmos texnologiyalı sutəmizləyici qurğu (Cənubi Koreya)

Almaniya, İtaliya, Belçika, ABŞ texnologiyaları əsasın-da Türkiyədə modulda yığılmış sutəmizləyici qurğu

167167

Cənubi Koreya istehsalı olan sutəmizləyi-ci qurğularda suyun təmizlənməsi bir neçə mərhələdə həyata keçirilir. Bunlar çökdür-mə, ilkin təmizləmə filtri, qum filtri, aktiv kömür filtri və ionlaşdırıcı filtrdən, əks os-mos membranlarından keçməklə kimyəvi və bioloji təmizləmə, ultrabənövşəyi və ya ozonlaşdırıcı sistemdən keçməklə zərərsiz-ləşdirmə mərhələlərindən ibarətdir. Qur-ğuların komplektləşdirildiyi konteynerlərin daxilində xüsusi dizaynla qurulmuş xam su çənində suyun çökdürülməsi üçün arakəs-mələr mövcuddur və çökdürücü maddənin suya vurulması xüsusi nasos vasitəsi ilə həyata keçirilir. Qurğularda suyun təmizlənmə prosesində yığılıb qalan lilin axıdılması üçün avtomatik atqı sistemi qurulmuşdur. Osmos membranlı qurğularda xam su çəninin lildən təmizlənməsi üçün xüsusi nasos da quraş-dırılmışdır.

Sutəmizləyici qurğuların quraşdırılması və supaylayıcı məntəqələrin inşası zamanı qa-lınlığı 25 sm-dən 60 sm-dək, ümumi sahəsi 8500 m2 olan dəmir-beton özül tikilmiş, diametri 20 mm-dən 100 mm-dək olan borulardan ibarət 1381 kilometr uzunluğunda supaylayıcı şəbəkə çəkilmiş və 3198 ədəd supaylayıcı məntəqə tikilmişdir. Bundan əlavə, hər bir kənddə transformatordan qurğuya qədər 50 metrdən 500 metrdək məsafədə orta hesabla 2 ədəddən 11 ədədədək elektrik dirəkləri basdırılaraq elektrik xətti çə-kilmişdir. Su mənbəyində üzən sistem üzərində qurulmuş dalğıc nasosundan qurğuya qədər 50-1000 metr uzunluğunda boru və elektrik xətləri çəkilmişdir. Qurğular quraşdı-rılmış kəndlərin bəzilərində elektrik transformatoru, elektrik enerjisi aşağı olan qurğu-

İsrail istehsalı olan sutəmizləyici gurğu

Supaylayıcı məntəqələr

Ekoloji infrastrukturun inkişafı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

168168

larda isə elektrik tənzimləyiciləri quraşdırılmışdır. Sutəmizləyici qurğuların və supaylayıcı məntəqələrin ətrafı hasarlanaraq ərazilər abadlaşdırılmışdır.

Qurğuların effektivliyinin artırılması və avadanlıqların ömrünün uzadılması üçün əlavə olaraq həcmi 40 m3-dan 96 m3-dək olan 66 ədəd dəmir-beton özül üzərində dəmir-beton və ya daş-beton su anbarı inşa edilmiş, dəmir-beton özül üzərində 47 ədəd xüsusi texno-logiya üzrə hazırlanmış çökdürücü çən qurulmuşdur.

Sutəmizləyici qurğular quraşdırıldıqdan sonra müvafiq dövlət orqanlarının nümayəndələ-rinin təmsil olunduğu işçi və dövlət komissiyalarının aktları əsasında kənd bələdiyyələ-rinə təhvil verilmişdir. Sutəmizləyici qurğuların bələdiyyələr tərəfindən istismarının təşkili, suyun keyfiyyətinə nəzarətin həyata keçirilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində “Kür-Araz Boyu və Digər Yaşayış Məntəqələrində İstifadə Olunan İçməli Suyun Ekoloji Standartlarına Nəzarət və Təminat Mərkəzi” yaradılmışdır. Mərkəz

tərəfindən sutəmizləyici qurğuların normal fəaliyyətinin təmin olunmasına nəzarət olu-nur və qurğular müntəzəm olaraq ehtiyat hissələr və sərf materialları ilə (dezinfeksi-yaedici, yuyucu və çökdürücü maddələr və s.) təchiz olunur, qurğuların işində yaranan problemlər operativ olaraq aradan qaldırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərə-findən Kür və Araz çaylarının və digər mən-bələrin suyundan içməli su kimi istifadə edən yaşayış məntəqələrində əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə qu-

Sugötürmə sistemi

Sutəmizləyici qurğu

169169

raşdırılmış sutəmizləyici qurğularda alınan suyun keyfiyyəti Ekologiya və Təbii Sərvətlər Na-zirliyi və Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən nəzarətdə saxlanılır. Sutəmizləyi-ci qurğularda təmizlənmiş su Ümumdünya Səhiyyə Təşkilatının normalarına tam uyğundur.

Bütün bu işlərin həyata keçirilməsinə 27397,2 min manat vəsait sərf olunmuşdur. Sutə-mizləyici qurğuların böyük bir hissəsi artıq 5 ildir ki, fasiləsiz istismar edilir.

Bu Proqramın uğurlu olması və əhali tərəfindən müsbət qarşılanması çoxsaylı məktub-larda öz əksini tapır. Proqramla hələ əhatə olunmamış digər yaşayış məntəqələrində də təmizləyici qurğuların quraşdırılması barədə İcra Hakimiyyəti və yerli idarəetmə orqanları, əsasən də əhalidən çoxsaylı müraciətlər daxil olur.

Yaşayış məntəqələrində quraşdırılmış sutə-mizləyici qurğuların işində problem yaran-dıqda nasazlıq aradan qaldırılanadək həmin yaşayış məntəqələrində əhalinin fasiləsiz su təchizatını təmin etmək üçün 12 ədəd mobil sutəmizləyici qurğular alınmışdır. Bu mobil sutəmizləyici qurğular istənilən su mənbə-yindən (çay, göl, kanal, dəniz və s.) götürülən suyu Ümumdünya Səhiyyə Təşkilatının stan-dartlarına uyğun təmizləmək imkanına malik-dir. Alternativ enerji mənbələri ilə təchiz olun-duğuna görə heç bir infrastruktur olmayan istənilən ərazidə istifadə oluna bilir. Mobil sutəmizləyici qurğuların işə salınması və istismarı üçün heç bir əlavə avadanlıq və ya inşaat-quraşdırma işləri tələb olunmur. Mobil sutəmizləyici qurğular avtomaşın (təkərli qoşqu) üzərində installyasiya olunmuş və istifadəyə hazırdır.

3.7. Dəniz suyunun duzsuzlaşdırılması

Yer kürəsində təmiz suya tələbat elə bir həddə çatmışdır ki, artıq mövcud mən-bələrin imkanları artan tələbat qarşısında get-gedə aciz qalmaqdadır. Bu səbəbdən də alternativ mənbələrin üzə çıxarılması, onlardan istifadənin təşkili bir çox ölkələr üçün aktualdır.

Məhz bu baxımdan regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda da belə bir problemin yaxın gələcəkdə yaşana

Ekoloji infrastrukturun inkişafı

Mobil sutəmizləyici qurğu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

170170

biləcəyini qabaqcadan görən Azərbaycan Res-publikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına dair keçi-rilmiş 14 aprel 2011-ci il tarixli iclasında dəniz suyunun duzsuzlaşdırılması məsələsini xüsusilə vurğulayaraq, bununla bağlı lazım olan bütün tədbirlərin həyata keçirilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırmışdır.

Bununla əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Salyan və Qa-radağ rayonlarının ərazilərində yaşıllaşdırma tədbirlərinin effektivliyini, o cümlədən su-

varma imkanlarının artırılması və müxtəlif çeşidli keyfiyyətli əkin materialları ilə tə-minatın yaxşılaşdırılması məqsədilə inf-rastruktur imkanları 20 min m3/gün olan, ilkin mərhələdə pilot olaraq gündə 1000 m3 gücündə əks osmos membranları ilə təchiz olunmuş avadanlıq quraşdırılmış dəniz suyunun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleksin in-şası üzrə pilot layihə həyata keçirilmişdir.

Bu layihə Abşeron yarımadası və onun ətrafında yaşayan əhalinin içməli suya olan tələbatı qarşısında gələcəkdə yarana biləcək su qıtlığının aradan qaldırılmasına texnoloji hazırlıq baxı-

Dəniz suyunun duzsuzlaşdırılması kompleksi

“Hesab edirəm ki, 2011-ci ildə biz birinci Xəzər dənizinin suyunun şirinləşdirilməsinə dair layihəni icra etməliyik. Bizim Xəzər də-nizi kimi böyük su mənbəyimiz var və onun suyu o qədər də duzlu deyildir. Biz Yaxın Şərq ölkələrinin təcrübəsini də öyrənmişik, bilirik ki, onlar suları necə şirinləşdirir, həm suvarma üçün, həm də içməli su kimi istifadə edirlər. Yəni biz də bu layihələri həyata keçir-məyə başlamalıyıq - 2011-ci ildə birinci pilot layihəni, yəni Xəzər suyunun ilk növbədə su-varmada istifadə olunması üçün konkret la-yihəni icra etməliyik. Əgər bu layihə uğurlu olarsa, - mən buna şübhə etmirəm, - ondan sonrakı illərdə konkret proqram çərçivəsin-də genişmiqyaslı tədbirlər görülməlidir.”

Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev

Metal su çənləri Yeraltı dəmir-beton su anbarı

171171

mından mühüm strateji əhəmiyyət kəsb edir. Həmçinin, son illər ölkə iqtisadiyyatının sürətli inkişaf tempinə uyğun olaraq paytaxt və ona bitişik ərazilərdə yeni-yeni yaşıllıqların salınması yolu ilə ekoloji mühitin sağlamlaşdırılması sahəsində çox ciddi irəliləyişlər baş verməkdədir və bu işlərin uğurla davam etdirilməsi məqsədilə tələb olunan əkin materiallarının yetişdiril-məsi üçün həmin ərazidə açıq və qapalı kök sisteminə malik yeni tinglik yaradılmışdır.

Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsi. Kompleksin yaradılması za-manı 240 min m3 həcmində torpaq işləri, 91,5 min m3 həcmində beton işləri görülmüşdür. 24 kilometr uzunluğunda 315 millimetr və digər diametrli yüksək təzyiqli su boruları, 6,5 kilometr uzunluğunda 110 millimetr və digər diametrli suvarma boruları quraşdırılmış, 10 km uzunluğunda damcılı suvarma sistemi qurulmuşdur.

Uzunluğu 15 kilometr olan yol salınmış, 12 700 m2 sahədə asfalt örtüyü döşənmişdir.

1,3 kilometr məsafədə yüksək gərginlikli elektrik xətti çəkilmiş, gücü 250 kVt olan trans-formator və gücü 330 kVt olan generator qurulmuşdur. Ümumi sahəsi 320 m2 olan 13 otaqdan ibarət 2 ofis binası inşa edilmişdir. Həcmi 500 m3 olan yeraltı dəmir-beton su

Örtülü kök sistemli tinglik müəssisəsi

Ekoloji infrastrukturun inkişafı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

172172

anbarı, həcmi 25 000 m3 olan izolyasiya olunmuş torpaq su anbarı, həcmləri 500 m3 və 200 m3 olan 3 ədəd izolyasiya olunmuş metal su çənləri inşa edilmişdir.

21,8 hektar ərazidə 26 mindən artıq ağac, kol və güllər əkilmiş, 3 hektar əraziyə qazon döşənmiş, damcılı və səpələyici suvarma sistemləri qurulmuşdur.

Dənizdən suyun götürülməsi üçün uzunlu-ğu 200 m, eni 8 m, dəniz səviyyəsindən hün-dürlüyü 5 metr olan damba inşa edilmişdir. Damba ərazisində dənizin maksimal dərinli-yi 5,5 m-dir.

Dambanın inşası üçün 76 000 m3 qarışıq daş suxur və gil, ümumi sahəsi 1500 m2 olan 200 ədəd dəmir-beton plitələr istifadə olun-muşdur.

800 metr məsafəyə yüksək gərginlikli elekt-rik xətti çəkilmiş, gücü 100 kVt olan transformator və gücü 125 kVt olan generator qurul-muşdur. Nasosxana, 2 otaqlı gözətçi evi, təsərrüfat sarayı və s. inşa edilmişdir.

İldə 1 milyon ədəd ağac və kol (o cümlədən dekorativ) cinsləri yetişdirməyə imkan verən bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik yaradılmışdır. Avtomatik idarə olunan suvarma və gübrələmə sistemi yaradılmış, mikroiqlim nəzarətini həyata keçirmək məqsə-dilə temperatur, rütubət, küləyin sürəti və istiqaməti, günəş radiasiyası, yağıntı miqdarını ölçmək üçün meteoroloji stansiya quraşdırılmışdır.

3.8. Tullantı sularının idarə olunması

3.8.1. Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi

Ölkədə ətraf mühitin, eləcə də su hövzələrinin çirklənmələrdən qorunması ən aktual problemlərdən biri kimi həmişə diqqət mərkəzindədir. Təbii resurslardan düzgün istifa-də olunması, su hövzələrinin vəziyyətinin yaxşılaşdırılması sahəsində görülən kompleks tədbirlər sırasında artmaqda olan əhalinin və sənaye obyektlərinin fəaliyyəti nəticəsində formalaşan axıntı sularının təmizlənməsi üçün müasir tipli təmizləyici qurğuların quraşdı-rılması günün vacib tələblərindən biridir.

Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə tədbirlər haqqında” Sərəncamlarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfin-dən Abşeron yarımadasının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan Mərdəkan,

İzolyasiya olunmuş torpaq su anbarı

173173

Ekoloji infrastrukturun inkişafı

Buzovna, Bilgəh, Nardaran, Pirşağı, Novxanı və Sumqayıt sahilboyu ərazilərində ümumi-likdə gündə 6400 m3 çirkab su təmizləmə gücünə malik beynəlxalq standartlara cavab verən (ABŞ, Almaniya, Türkiyə, Fransa, İtaliya, Tayvanda istehsal olunmuş və Türkiyədə komplektləşdirilmiş) modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya istismara ve-rilərək “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılmışdır. Bunun sayə-sində çirkab sular ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən inqrediyent-lərdən (o cümlədən bəzi hallarda hər l-də 2,3 milyon ədəd olan bağırsaq çöpü bakteri-yalarından və normanı 100 dəfə üstələyən üzvi çirkləndiricilərdən) təmizlənərək dənizin dərinliyinə axıdılır. Nəticədə aparılan monitorinqlər qısa zaman ərzində Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin aşağı düşdüyünü göstərir.

Sahil zolağında quraşdırılmış modul tipli təmizləyici qurğularda iş prinsipi aktiv lillə təmiz-ləmə sisteminə əsaslanır. Bu qurğular qəbuledici anbar, aerotenk (havalandırma bölməsi), durulducu, lilin bərpası-stabilləşdirilməsi bölməsi, kompressor, xlor məhlulu hazırlama və vurma aparatı, operator idarəetmə mərkəzi, çirkab və təmizlənmiş suyun nəqli nasosları və aktivləşmiş lilin nəqli nasosundan ibarətdir. Bilgəh Kardioloji Sanatoriyasında müa-licə məqsədilə neft məhsullarından istifadə edildiyinə görə 1 saylı Bilgəh stansiyasında qurğuya daxil olan suyun neftdən təmizlənməsi üçün əlavə olaraq nefttutucu qurğu da quraşdırılmışdır.

Stansiya: Gündəlik gücü 500 m3 olan bioloji təmizləyici qurğu və neft ayırıcısından ibarətdir.Quraşdırıldığı yer: Bilgəh Kardiologiya Sanatoriyasının yaxınlığı

1 №-li Bilgəh stansiyası Həmin ərazidə istismara yararsız təmizləyici qurğu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

174174

Məntəqə: Gündəlik gücü 150 m3 olan bioloji təmizləyici qurğu. Quraşdırıldığı yer: “Qızıl Qum” istirahət mərkəzinin yanında yerləşən tullantı sularının əmələ gətirdiyi bataqlıqlaşmış, uzunluğu - 200 metr, eni - 120 metr, orta dərinliyi - 0,6-0,7 metr, təqribi həcmi 16,8 min m3 və uzunluğu - 200 metr, eni - 200 metr, orta dərinliyi 0,6-0,7 metr, təqribi həcmi – 28 min m3 olan 2 göl.

Modul tipli çirkab su təmizləyici qurğulardan ibarət “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin fəaliyyəti nəticəsində Abşeron yarımadasının şimal hissəsini əhatə edən Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahilboyu 90 km-lik ərazilərində bataqlıqlaşmış sahələr və çirkab gölməçələr qurudularaq ekoloji taraz-lıq bərpa olunmuşdur. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatori-yasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacaqdır.

Məntəqə : Gündəlik gücü 240 m3 olan dezinfektor qurğu.Quraşdırıldığı yer: Mərdəkan bağları yaşayış massivi ilə “Marian Bich” istirahət mərkəzi arasında yerləşən tullantı sularının əmələ gətirdiyi uzunluğu – 600 metr, eni – 400 metr, orta dərinliyi 0,4 – 0,6 metr, təqribi həcmi – 144 min m3 olan bataqlıqlaşmış göl.

3 №-li Mərdəkan stansiyası Çirkab suların axıdılması nəticəsində əmələ gəlmiş gölməçə

2 №-li Mərdəkan stansiyası Çirkab suların axıdılması nəticəsində əmələ gəlmiş gölməçə

175175

Stansiya: Gündəlik gücü 500 m3 olan bioloji təmizləyici və gündəlik gücü 240 m3 olan dezinfektor qurğularından ibarətdir.Quraşdırıldığı yer: Buzovna və Şağan kəndləri arasında səhəsi 12 hektar və orta hesabla saatda 40 m3 miqdarında çirkab su daxil olan bataqlıqlaşmış qamışlıq sahə.

Məntəqə: Gündəlik gücü 100 m3 olan təmizləyici qurğu.Quraşdırıldığı yer: Buzovna qəsəbəsi “Əli ayağı” ziyarətgahının arxasında tullantı sula-rının əmələ gətirdiyi uzunluğu – 650 metr, eni - 115 metr, orta dərinliyi - 0,6-0,7 metr, təqribi həcmi - 52 min m3 olan bataqlıqlaşmış göl.

4 №-li Buzovna stansiyası Çirkab suların axıdılması nəticəsində əmələ gəlmiş bataqlıqlaşmış qamışlıq sahə

Ekoloji infrastrukturun inkişafı

5 №-li Buzovna stansiyası Çirkab suların axıdılması nəticəsində əmələ gəlmiş gölməçə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

176176

Stansiya: Gündəlik gücü 350 m3 olan bioloji təmizləyici qurğu.Quraşdırıldığı yer: Pirşağı qəsəbəsinin girəcəyində uzunluğu 1200 metr, eni 50-200 metr arasında dəyişən, orta dərinliyi 30-35 sm olan Şor göldən çəkilmiş xəttin çıxışı.

Stansiya: Gündəlik gücü 350 m3 olan bioloji təmizləyici qurğu.Quraşdırıldığı yer: Qızılnohur gölündən çəkilmiş xəttin çıxışı

7 №-li Pirşağı stansiyası Çirkab suların axıdılması

6 №-li Pirşağı stansiyası Çirkab suların axıdılması nəticəsində əmələ gəlmiş gölməçə

177177

8 №-li Nardaran stansiyası Çirkab suların axıdılması

Ekoloji infrastrukturun inkişafı

Stansiya: Gündəlik gücü 240 m3 olan dezinfektor.Quraşdırıldığı yer: Nardaran çimərliyi.

Stansiya: Gündəlik gücü 500 m3 olan bioloji təmizləyici qurğu və çirkab suyun tərkibinə uyğun olaraq əlavə nefttutucu qurğu. Quraşdırıldığı yer: Amburan istirahət mərkəzinin ərazisi.

9 №-li Bilgəh-Amburan stansiyası Çirkab suların axıdılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

178178

Stansiya: Gündəlik gücü 500 m3 olan dezinfektor. Quraşdırıldığı yer: Novxanı bağları sahil zolağı.

Stansiya: Gündəlik gücü 500 m3 olan dezinfektor.Quraşdırıldığı yer: Novxanı bağları sahil zolağı.

Stansiya: Gündəlik gücü 125 m3 olan bioloji təmizləyici qurğu. Quraşdırıldığı yer: Novxanı bağları sahil zolağı.

11 №-li Sumqayıt stansiyası

12 №-li Novxanı stansiyası

Çirkab suların axıdılması

Çirkab suların axıdılması

10 №-li Novxanı stansiyası Çirkab suların axıdılması

179179

Ekoloji infrastrukturun inkişafı

Stansiya: Gündəlik gücü 125 m3 olan bioloji təmizləyici qurğu. Quraşdırıldığı yer: Novxanı bağları sahil zolağı.

Stansiya: Gündəlik gücü 125 m3 olan bioloji təmizləyici qurğu. Quraşdırıldığı yer: Novxanı bağları sahil zolağı.

Stansiya: Gündəlik gücü 500 m3 olan bioloji təmizləyici qurğu. Quraşdırıldığı yer: Sumqayıt sahil zolağı.

13 №-li Novxanı stansiyası

14 №-li Novxanı stansiyası

15 №-li Novxanı stansiyası

Çirkab suların axıdılması

Çirkab suların axıdılması

Çirkab suların axıdılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

180180

Stansiya: Gündəlik gücü 250 m3 olan bioloji təmizləyici qurğu. Quraşdırıldığı yer: Sumqayıt inzibati ərazisinin sahil zolağı.

Stansiya: Gündəlik gücü 250 m3 olan bioloji təmizləyici qurğu.Quraşdırıldığı yer: Novxanı bağları sahil zolağı.

3.9. Ətraf mühitin monitorinqi

Ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mü-hitin radioaktiv çirklənməsi üzərində monitorinq fəaliyyəti həyata keçirilmiş, antro-pogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması aparılmış, ətraf mühitin vəziyyətinə dair məlumat bazasının yara-dılması davam etdirilmiş, ətraf mühitin vəziyyətinə dair operativ və rejim məlumatları hazırlanaraq yayımlanmışdır.

16 №-li Sumqayıt stansiyası

17 №-li Novxanı stansiyası

Çirkab suların axıdılması

Çirkab suların axıdılması

181181

Ekoloji infrastrukturun inkişafı

sıra

№si

Nüm

unən

inai

d ol

duğu

ko

mpo

nent

2008 2009 2010 2011 2012

mu

-lə

rin s

ayı

Ana

lizlə

rin

sayı

mu

-lə

rin s

ayı

Ana

lizlə

rin

sayı

mu

-lə

rin s

ayı

Ana

lizlə

rin

sayı

mu

-lə

rin s

ayı

Ana

lizlə

rin

sayı

mu

-lə

rin s

ayı

Ana

lizlə

rin

sayı

1 Atmosfer havası 91939 96905 93826 98204 91044 93211 100653 102871 85046 86440

2 Atmosfer yağıntıları 271 2936 274 3014 241 2665 262 2916 280 3050

3 Səth suları 600 9156 784 12907 791 13755 433 8745 526 102034 Torpaq 1150 4013 798 2933 424 1186 542 2163 417 1256

5Atmosfer aerozolla-rının -ra-dioaktivliyi

3630 3630 3895 3895 3924 3924 3801 3801 4026 4026

2008-2012-ci illər ərzində həyata keçirilmiş monitorinqlər

Atmosfer yağıntıları

Bioloji ehtiyatlar

Torpaqlar

Su obyektləri

Atmosfer havası

Mineral xammal

ehtiyatlarıRadio aktiv lik

Zərərli fiziki təsirlər

Tullantılar

Sanitar-epidemioloji

vəziyyət

Geoloji və seys-

mogeo-dina-mik pro -

seslər

XMOTƏ

Dövlət monitorinq

sistemi

Ətraf mühit üzrə dövlət monitorinq sistemi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

182182

3.9.1. Atmosfer havasının monitorinqi

Atmosfer havasının monitorinqinin istiqamətləri:

sənaye tullantılarının monitorinqi;atmosfer havasının fon tərkibinin monitorinqi;yaşayış ərazilərində havanın monitorinqi.

Atmosfer havasının çirklənməsinin monitorinqi. Atmosfer havasının çirklənməsinin monitorinq şəbəkəsi ölkənin iri sənaye şəhərlərində fəaliyyət göstərən 26 müşahidə məntəqəsindən ibarətdir.

Atmosfer havasının mühafizəsi sahəsində fəaliyyət “Ekoloji təhlükəsizlik haqqında”, “Ət-raf mühitin mühafizəsi haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunları, “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə ilə tənzimlənir.

Atmosfer yağıntılarının monitorinqi. Atmosfer yağıntıları (yağış, qar) vasitəsilə ölkə ərazisinə gətirilən çirkləndirici maddələrin tərkibinin öyrənilməsi, onların ətraf mühitə təsirinin qiymətləndirilməsi və yağıntıların keyfiyyət göstəricilərinə nəzarətin həyata keçirilməsi məqsədilə ölkənin davamlı qar örtüyü olan yüksək dağlıq ərazilərində dörd məntəqədə qarın kimyəvi tərkibi, 21 məntəqədə isə atmosfer yağıntılarının kimyəvi tərki-bi üzərində monitorinqlər aparılır.

Atmosfer yağıntılarının tərkibində elektrik keçiriciliyi, codluq, pH, sulfat, nitrat, ammoni-um, xlor, fosfat, hidrokarbonat, kalsium, maqnezium ionları təyin olunur.

3.9.2. Səth sularının monitorinqi

Səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə (27 çay, 4 sututarı, 1 liman, 10 göl) 50 müşahidə məntəqəsində və eləcə də Qazax və Beyləqan analitik tədqiqatlar laboratoriyalarında aparılır.

Səth sularının çirklənmədən mühafizəsi istiqamətində fəaliyyət “Su Məcəlləsi”, “Ətraf mü-hitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin “Ətraf mühit və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə ilə tənzimlənir.

Monitorinq aparılan transsərhəd çaylar. Qazax rayonu ərazisində Xram, Kür, Tovuzçay, Ağstafaçay və Ağstafaçay su anbarı; Beyləqan rayonu ərazisində Horadiz qəsəbəsi, Araz, Şahsevən I kəndi, Bəhrəmtəpə kəndi müşahidə məntəqələri.

183183

Ekoloji infrastrukturun inkişafı

Kür çayının mənsəbində keçirilən monitorinq Səth sularının çirklənməsinin monitorinqi

3.9.3. Torpaqların çirklənməsinin monitorinqi

Torpaqların çirklənmədən mühafizəsi istiqamətində fəaliyyət “Ətraf mühitin mühafizəsi haqqında”, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi“Dövlət torpaq kadastrı, torpaq-ların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunları və Ətraf mühit və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə ilə tənzimlənir.

Torpaqların çirklənməsi üzrə monitorinq işləri aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

İri sənaye şəhərlərində yerləşən müəssisələrin ərazi və ətraf torpaqlarının texnogen tullantılar-ağır metallarla (nikel, kobalt qurğuşun, manqan, xrom, sink, mis, qalay, molibden, kadmium, vanadium, civə) çirklənməsi üzrə Bakı, Sumqayıt, Gəncə, Min-gəçevir, Şirvan şəhərlərində;

Torpaqların neft və neft məhsulları ilə çirklənməsi üzrə Bakı, Sumqayıt şəhərlərində; Kənd təsərrüfatı torpaqlarının xlorüzvi, fosforüzvi pestisid və herbisidlərlə çirklən-

məsi üzrə hər il 3 rayon olmaq şərti ilə yaz və payız aylarında ölkənin kənd təsər-rüfatı əhəmiyyətli rayonlarında.

3.9.4. Radioaktiv çirklənmənin monitorinqi

Qanunvericilik və metodologiya. Ətraf mühitin radioaktiv çirklənmədən mühafizəsi sahə-sində fəaliyyət “Ekoloji təhlükəsizlik haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunları və “Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə ilə tənzimlənir.

Təbii mühitin radiasiya şəraitinə 2 göstərici üzrə nəzarət edilir:

təbii radiasiya fonu; atmosfer aerozollarının ümumi β-radioaktivliyi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

184184

“Azərbaycan Respublikasında radioaktivliyin monitorinqi sahəsində infrastrukturun inkişaf etdirilməsi” layihəsi çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dəstəyi ilə nüvə texnologiyalarından istifadə edən ölkələrlə sərhəd olan Qazax, Sədərək, Beyləqan, Astara, Quba rayonlarında və Pirallahı adasında meteoroloji stansiyalarda radiasiya fonu üzərində av-tomatlaşdırılmış monitorinq nəzarəti sistemi quraşdırılmışdır. Sərhədboyu ərazilərdə fəaliyyət göstərən avtomatlaşdırılmış monitorinq nəzarəti sisteminin məlumatları hər yarım saatdan bir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür.

Məntəqələrin adı

Fəsillər üzrə təbii fon (mkR/saat) Məntəqələrin

adı

Fəsillər üzrə təbii fon (mkR/saat)

Qış Yaz Yay Payız Qış Yaz Yay Payız

Bakı (Əhmədli) 7-13 7-12 6-13 7-14 Şahbuz 10-15 9-20 9-20 10-20

Maştağa 6-16 5-19 6-22 6-16 Ordubad 10-19 10-15 8-20 10-15

Xırdalan 6-13 6-15 6-17 5-14 Culfa 10-15 10-20 8-21 10-15

Sumqayıt 7-18 7-15 6-17 6-19 Mingəçevir 7-18 7-18 7-17 7-17

Gəncə 6-13 7-14 7-21 5-15 Yevlax 8-16 6-15 7-16 6-16

Şəmkir 6-15 7-18 8-18 6-14 Ağcabədi 7-12 8-17 9-17 8-17

Tovuz 8-16 8-15 7-18 8-16 Beyləqan 5-11 5-18 5-22 5-14

Ağstafa 8-13 7-14 8-13 7-13 İmişli 12-16 11-15 12-16 11-16

Daşkəsən 5-11 6-13 5-15 6-11 Zərdab 6-14 5-13 6-12 7-14

Gədəbəy 5-12 6-12 7-19 6-12 Göyçay 6-13 6-18 7-15 7-13

Zaqatala 10-26 7-26 7-26 7-25 Sabirabad 10-18 10-20 8-18 6-18

Şəki 7-19 7-20 7-20 9-19 Cəfərxan 10-18 7-19 7-18 6-18

Qəbələ 10-23 11-23 9-24 10-23 Hacıqabul 6-15 6-18 7-15 6-15

İsmayıllı 6-18 7-18 5-18 7-18 Salyan 6-12 9-18 9-11 9-14

Şamaxı 9-15 9-13 9-14 9-15 Neftçala 6-13 8-12 7-13 8-13

Quba 7-18 6-16 8-17 7-18 Biləsuvar 6-12 5-13 5-12 6-13

Xaçmaz 8-15 6-14 6-13 6-17 Göy-Təpə 6-15 5-15 6-14 6-16

Naxçıvan 10-16 10-16 8-20 10-16 Lənkəran 8-17 8-18 7-19 7-19

Astara 5-15 6-14 5-17 5-13

Məntəqələr üzrə radiasiya şəraiti

ZONALAR Qış Yaz Yay PayızBakı-Abşeron 6-18 6-15 6-17 5-19Naxçıvan MR 10-19 9-20 8-21 10-20Daşkəsən-Gədəbəy 5-12 6-13 5-19 6-12Qazax-Gəncə 6-16 7-18 7-21 5-16Zaqatala-Şəki, Şamaxı-Quba 6-26 6-26 5-26 6-25Mərkəzi Aran 6-18 5-20 6-18 5-18Lənkəran-Astara 5-17 5-18 5-19 5-19

Zonalar üzrə təbii radiasiya fonu (mkR/saat)

185185

Ekoloji infrastrukturun inkişafı

3.9.5. Monitorinqin nəticələrinin aidiyyəti qurumlara və ictimaiyyətə çatdı-rılması

Aparılmış analizlərin nəticələri əsasında gündəlik olaraq ətraf mühit komponentlərinin vəziyyəti təhlil olunur, bülletenlər hazırlanaraq müvafiq dövlət orqanlarına, aidiyyəti üzrə digər təşkilatlara, KİV-ə təqdim olunur və Nazirliyin İnternet saytında (www.eco.gov.az) yerləşdirilir.

Ətraf mühitin monitorinqi üzrə yayımlanan bülletenlər:

Atmosfer havasının çirklənmə səviyyəsi və təbii mühitin radiasiya şəraiti haqqında gündəlik bülleten;

Yerüstü su obyektləri haqqında aylıq hidrokimyəvi bülleten;

Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyəti haqqında 10 günlük hid-rokimyəvi bülleten;

Təbii mühitin radiasiya şəraiti haqqında gündəlik bülleten.

Ətraf mühitin monitorinqi sistemi üzrə Bakı şəhərində və regionlarda aşağıdakı laborato-riyalar fəaliyyət göstərir:

Atmosfer havasının çirklənməsinin monitorinqi laboratoriyası;

Təbii suların geokimyəvi rejim və çirklənməsinin monitorinqi

laboratoriyası;

Qazax analitik tədqiqatlar laboratoriyası;

Beyləqan analitik tədqiqatlar laboratoriyası;

Torpaqların çirklənməsinin monitorinqi laboratoriyası;

Atmosfer yağıntılarının fon tərkibinin monitorinqi laboratoriyası;

Analitik tədqiqat laboratoriyaları

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

186186

Təbii mühitin radioaktivliyinin geoekoloji monitorinqi

laboratoriyası;

Spektrometriya və xromatoqrafiya laboratoriyası;

Bioloji monitorinq laboratoriyası.

3.10. Faydalı qazıntıların axtarışı və kəşfiyyatı

Yer təkindəki mineral xammal ehtiyatları ümumi təbii sərvətlərin tərkib hissəsi olaraq ölkənin iqtisadi baxımdan müstəqilliyini müəyyənləşdirən əsas amillərdən biridir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mineral xammal siyasəti sahəsində əsas funksiyası respublika iqtisadiy-yatının tələbatını kəmiyyət və keyfiyyət baxımından ödəyə biləcək mineral xammal bazasının daha da genişləndirilməsi məqsədi ilə sistemləşdirilmiş geoloji (regional geoloji, hidrogeoloji, mühəndis geoloji planaalma, geokimyəvi, geoekoloji və s.) tədqiqatların aparılmasından və təbii mühitdə baş verə biləcək fövqəladə təbiət hadisələrinin öyrənilməsi, proqnozlaşdırılma-sı, ətraf mühitin mühafizəsi tədbirlərinin müəyyənləşdirilməsindən ibarətdir.

Bu işlərin həyata keçirmək üçün aşağıdakı əsas vəzifələrin həllinə üstünlük verilir:

daxili tələbat nəzərə alınmaqla ölkə ərazisində strateji əhəmiyyətli mineral-xam-mal növlərinin müəyyənləşdirilməsi və onların resurslarının perspektiv qiymətlən-dirilməsi;

bazar iqtisadiyyatı şəraitində istismarı səmərəli ola biləcək, rəqabət qabiliyyətli, faydalı qazıntı yataqlarının aşkar edilməsi, qiymətləndirilməsi və texniki-iqtisadi cəhətdən əsaslandırılması;

mineral xammal bazasının yeni filiz yataqları hesabına genişləndirilməsi;

qeyri-filiz və tikinti materiallarının xammal bazasından daha səmərəli istifadə im-

Analitik tədqiqat laboratoriyaları

187187

kanlarının araşdırılması, yeni yataqların axtarışı və kəşfiyyatının genişləndirilməsi;

yeraltı mineral xammal, termal, sənaye və içməli su ehtiyatlarının səmərəli və məqsədyönlü istifadə problemlərinin araşdırılması, ekoloji təmiz yeraltı şirin su ya-taqlarının axtarışı və kəşfiyyatının gücləndirilməsi;

yer təkinin geoloji tədqiqinin elmi əsaslandırılması, geoloji kəşfiyyat işlərinin effek-tivliyinin artırılması, faydalı qazıntı yataqlarının işlənməsində müvafiq ekoloji stan-dartlara əməl olunması, ətraf mühitin təhlükəsizliyinin tam təmin edilməsi;

perspektiv filiz rayonları ərazilərində qabaqlayıcı geokimyəvi tədqiqat üsullarının tətbiqi vasitəsilə nəcib, əlvan və nadir metalların yüksəktutumlu oreol sahələri-nin axtarışı, faydalı komponentlərin generativ korrelyasiya əlaqələrinin təyini və məqsədyönlü geoloji-kəşfiyyat işlərinin istiqamətləndirilməsi;

faydalı qazıntı yataqlarının axtarışı və qiymətləndirilməsi işlərində istifadə olunacaq buruq-qazma avadanlıqları bazasının yeniləşdirilməsi sayəsində kern çıxımının artı-rılması ilə alınan geoloji kəsilişlərin keyfiyyətinin artırılması;

laborator analizlər üçün cihaz və avadanlıqların yeniləşdirilməsi sayəsində sertifi-katlara cavab verən nəticələrin alınması;

texnoloji tədqiqatlarla bağlı yeni sistemlərin, cihaz və avadanlıqların tətbiqi sayə-sində filizlərin laborator və yarımsənaye işlənmə və emalı üzrə səmərəli nəticələrə nail olunması;

topoqrafik planalma işlərində peyk-naviqasiya sistemli cihaz və avadanlıqların tət-biqi sayəsində (GPS) planalma işlərinin keyfiyyətinin yüksəldilməsi;

regional geoloji öyrənilmə və axtarış işlərində kosmik görüntülərin deşifrələnməsi texnologiyaları və proqramlarının tətbiqi sayəsində regional strukturların, tektonik sərhədlərin çözülməsi, spektoqramlar əsasında minerallaşmış və hidrotermal də-yişmiş perspektiv sahələrin ayrılması və onların yer səthində yoxlanılması;

geoloji informasiya bazasının yaradılmasında və genişləndirilməsində GİS (Coğra-fi İnformasiya Sistemləri) texnologiyalarının tətbiqi sayəsində geoloji materialların dəqiqliyi və keyfiyyətinin yüksəldilməsi;

geoloji axtarış və kəşfiyyat işləri kompleksinə daxil olan geofiziki, hidrogeoloji və mühəndis-geoloji tədqiqatlarda müasir tip cihaz və avadanlıqların və yeni texnologiyaların tətbiqi sayəsində qabaqlayıcı geofiziki tədqiqatların və eləcə də hidrogeoloji və mühəndisi-geoloji tədqiqatların keyfiyyət və səmərəliliyi-nin artırılması;

faydalı qazıntıların ehtiyat və resurslarının qiymətləndirilməsi və çeşidlənmə-sində beynəlxalq standartların tətbiqi sayəsində faydalı qazıntı yataqlarının sənaye əhəmiyyətli ehtiyatları və resurslarının iqtisadi cəhətdən düzgün qiy-mətləndirilməsi;

Ekoloji infrastrukturun inkişafı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

188188

ekzogen geoloji proseslərin baş verdiyi ərazilərdə monitorinq işlərinin təkmilləşdi-rilməsi və gözlənilən fəsadların qabaqcadan proqnozlaşdırılması;

seysmoaktiv zonalarda monitorinq işlərinin təkmilləşdirilməsi və tektonik hərəkət-lərin qabaqcadan proqnozlaşdırılması.

Ölkədə müxtəlif mineral xammal ehtiyatlarına olan tələbat, ərazinin geoloji quruluşunun, seysmogeodinamik və geoekoloji vəziyyətinin öyrənilməsi zərurəti, əvvəllər aparılmış ge-oloji tədqiqatlar nəticəsində aşkarlanmış metallogenik zonalar, filiz rayonları və sahələri üzrə müxtəlif növ faydalı qazıntıların hesablanmış və qeydə alınmış proqnoz resursları, müxtəlif ərazilərin konkret mineral xammal növünə görə lokal və regional perspektivliyi və digər müxtəlif çoxsaylı geoloji-geofiziki amillər nəzərə alınaraq geoloji-kəşfiyyat işlə-rinin əsas istiqamətləri müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının bir sıra qızıl yataqla-rının kəşfiyyatı və işlənməsi barədə” Sərəncamının icrası olaraq “Azərqızıl” Dövlət Şirkəti

ilə ABŞ-ın “R.V.İnVESTMENT Group Services LTD” Şirkəti arasında Gədəbəy Qoşa, Or-dubad qrupu, Söyüdlü, Qızılbulaq, Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, iş-lənməsi və hasilatın pay bölgüsü haqqında Saziş, həmçinin Azərbaycan Respublikasın-da Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Hökuməti ilə “Londeks resources S.A.”, “Uill

ənd Meyris C.A.”, “Farqeyt Mayninq Korporeyşn” “Qlobeks İnterneyşnl LLP” və “Mitsui Mi-neral Devolopment Encenerinq Ko LTD” arasında bağlanmış Saziş azərbaycanda faydalı qazıntı yataqlarının istismara cəlb olunmasına, dağ-mədən sənaye sektorunun inkişafına əlverişli şərait yaratmışdır.

Əvvəlki illərdə kəşf olunaraq balansa götürülmüş qızıl yataqlarının bazasında istehsal pro-sesi təşkil edilmiş, Azərbaycan qızıl istehsal edən ölkələr sırasına çıxmış və 2012-ci ilin sonuna 5,7 tondan artıq qızıl emal olunmuşdur.

İqtisadiyyatın davamlı inkişafını təmin etmək üçün geoloji kəşfiyyat işlərinin istiqamət-ləri ölkənin bugünkü tələbatı nəzərə alınmaqla müəyyənləşdirilir. Yaxın gələcəkdə stra-teji əhəmiyyətli mineral-xammal növləri statusunun müəyyənləşdirilməsi ölkənin mine-ral-xammal bazasının genişləndirilməsi və onların səmərəli istismar edilməsi istiqamətin-də daha geniş imkanlar açacaqdır. Strateji əhəmiyyətli mineral-xammal növləri ölkədaxili aparıcı sənaye sahələrinin (o cümlədən hərbi və müdafiə sənayesi sahələrinin), ölkənin iqtisadi inkişafının və milli təhlükəsizliyinin təmini üçün kifayət edəcək səviyyədə lazım

Gədəbəy qızıl-mis emalı zavodu

189189

gələn mineral-xammal növlərindən və həcmlərindən bilavasitə asılılığı əsasında müəy-yən edildiyindən dövlət tərəfindən onların ehtiyat resurs bazasının yaradılması önəmlidir. Ehtiyat resurs bazasının formalaşması, ilk növbədə, ölkə daxilində aparılan geoloji-kəş-fiyyat işlərinin müvəffəqiyyətləri və müsbət nəticələri əsasında aşkarlanan ehtiyatlar və proqnoz resurslar hesabına təmin ediləcəkdir.

Azərbaycanda bərpa olunmayan mineral resursların mühafizəsi, artırılması və onlardan isti-fadə sahəsində səmərəlilik göstəricisinin üstünlük təşkil edəcəyi dağ-mədən iqtisadiyyatının qurulması istiqamətində önəmli tədqiqatlar davam etdirilməkdədir. Bərpa olunmayan mineral xammal resurslarının məhdudluğu və yer qabığında qeyri-bərabər paylanması, onların artı-rılmasını yalnız, yeni texnika və tex no logiyaların tətbiqi və elmi-tətbiqi kəşflər sayəsində hə-yata keçirə bilər. Mövcud yataqlardan əlverişli şəraitdə yerləşənləri və eləcə də yüksək faydalı komponent tutumuna malik olanları artıq istismara cəlb olunmuşlar. Hal-hazırda, dünyada dağ-mədən sənayesinin daha ekstremal ərazilərə yerdəyişməsi və daha kasad yataqların is-tismara cəlb olunması müşahidə olunur. Həm, yeni yataqların kəşfi, həm də problemli yataq-ların istismara cəlb olunması ətraf mühitin bərpası işləri də nəzərə alınmaqla, yalnız güclü maliyyə imkanlarına və dağ-mədən sənaye sahələrinə malik olan qurumlar tərəfindən yerinə yetirilə bilər.

Regional geoloji tədqiqatların mühüm nəti-cəsi ölkə ərazisinin elmi cəhətdən əsaslan-dırılmış metallogenik rayonlaşdırılmasının həyata keçirilməsi, ayrılmış struktur formasi-ya zona və yarımzonalar çərçivəsində profil-ləşdirici faydalı qazıntıların və onların başlıca sənaye tipli yataqlarının müəyyən edilməsi-dir. Tərtib edilmiş müxtəlif profilli geoloji xə-ritələr perspektiv planlaşdırmanın, proqnoz-laşdırmanın və faydalı qazıntı yataqlarının

Çöl geoloji axtarış işlərində süxur nümunələrinin delta premium cihazı ilə təyini

Faydalı qazıntıların yeraltı dağ qazması vasitəsi ilə öyrənilməsi

Ekoloji infrastrukturun inkişafı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

190190

axtarışının elmi-praktiki əsası rolunu oynayır. Regional geoloji tədqiqatların təhlili göstərir ki, ölkə ərazisinin bu baxımdan öy-rənilməsinin səviyyəsi qənaətbəxş sayılsa da, yer təkinin öyrə-nilməsinin ən müasir texnologiyalarından biri olan–kosmik gö-rüntülərin deşifrələnməsi əsasında vulkano-tektonik strukturla-rın, hidrotermal dəyişmə zonalarının, filiz və qeyri-filiz xammalı saxlayan komplekslərin, minerallaşma zonalarının öyrənilməsi daha məqsədəmüvafiq hesab olunur. Bununla yanaşı rəqəmsal geoloji informasiya və 3D formatlı modelləşdirmə sistemləri-nin tətbiqi sayəsində xüsusi təyinatlı geoloji xəritəalma işləri kompleksinin, hidrogeoloji və mühəndis-geoloji xəritəalma iş-lərinin, yer qabığının dərinlik quruluşunun öyrənilməsinin, təh-lükəli təbiət hadisələrinin araşdırılmasının, zəlzələlər və vul-kanik fəaliyyətlərin öyrənilməsinin, geoekoloji tədqiqatların aparılmasının əhəmiyyəti getdikcə artmaqdadır.

Faydalı qazıntı yataqlarının geoloji axtarışı və kəşfiyyatı işlərinin aparılması ilk növbədə, geoloji xəritəalma işləri nəticələrinin stratiqrafik, maqmatik, vulkanik, filizəmələgəlmə, geo-fiziki, geokimyəvi, metallagenik və s. baxımdan elmi-praktiki təhlili nəticəsindən doğan əsas-landırılmış təklif kimi formalaşdırılır. Faydalı qazıntı yataqlarının geoloji axtarışı və kəşfiyyatı işlərini dövlət sifarişinin əsas bölmələri - qara və ərinti, əlvan, nəcib və radioaktiv metallar, qeyri-filiz, yeraltı sular bölmələri üzrə planlaşdırılır və icra edilir.

Son beş ildə həm regional geoloji, geofiziki, hidrogeoloji, mühəndis-geoloji planaalma, həm faydalı qazıntı yataqla-rının geoloji axtarışı və kəşfiyyatı, eləcə də ekzogen geoloji proseslərin öyrənilməsi, zəlzələlərin proqnozlaşdırılması, geo-logiya, geoiqtisadiyyat və texnologiya sahələrinə aid elmi-tə-dqiqat işlərində önəmli nəticələr əldə edilmişdir. Yer təkinin geoloji öyrənilməsi üzrə aparılan geoloji-istehsalat işlərinin əsas məqsədi yeni faydalı qazıntı yataqlarının kəşf edilməsi hesabına ölkənin mineral-xammal bazasının genişləndirilmə-sindən ibarətdir. Aparılan uğurlu siyasət nəticəsində təmin edilmiş yüksək iqtisadi inkişafın ahənginə uyğun olaraq təbii sərvətlərin axtarışı və kəşfiyyatı istiqamətində yeni ciddi nəti-cələr əldə edilmişdir.

Ölkənin faydalı qazıntı ehtiyatlarının dövlət və sahə balansla-rında ümumilikdə 867, o cümlədən 61 filiz, 126 qeyri-filiz, 579 inşaat materialı və 101 yeraltı su yataqları qeydə alınmışdır ki, onlardan da 107 yataq, o cümlədən 5 filiz, 4 qeyri-filiz, 97 inşaat materialı və 1 yeraltı su yatağı son 5 ildə öyrənilmişdir. Azərbaycanın ilk səpinti qızılı

Azərbaycanda emal olunan qızıl külçəsi

191191

3.11. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan elmi-tədqiqat müəssisələri

3.11.1. Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu

Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu (AzETBTİ) 1912-ci ildə yaradılmış-dır və tarixən Azərbaycanda ilk elmi mərkəz olmuşdur. AzETBTİ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentinin nəzdində fəaliyyət göstərir. AzETBTİ Kür-Xəzər hövzəsinin ən qiymətli balıqlarının (nərəki-milər, qızıl balıq, çəkicinsli, siyənəkkimilər və s.), eləcə də Azərbaycanın çaylarında yaşayan balıqların tədqiqi ilə məşğuldur, onların say dinamikasında, eləcə də Xəzərdə baş verən hid-roloji, hidrobioloji, hidrokimyəvi və s. dəyişiklikləri öyrənir, onların genofondunun qorunub saxlanılması, qiymətli vətəgə balıqlarının ehtiyatlarının artırılması, mühafizəsi və səmərəli istifadə olunması istiqamətində elmi cəhətdən əsaslandırılmış təkliflər hazırlayır.

İnstitutda aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətləri: Xəzərin Azərbaycan sektorunda mühüm vətəgə balıqlarının (nərəcinsli, qızıl ba-

lıq, çəkicinsli və siyənəkkimilər) ehtiyatının vəziyyəti və onların mümkün olan ovu barədə proqnozların işlənib hazırlanması;

Kür çayında nərə cinsli və digər balıqların təbii çoxalmasının müasir vəziyyəti və onların yaxşılaşdırılması üzrə təkliflərin hazırlanması;

Atma və dayanan torlar vasitəsilə siyənək və çəkicinsli balıqların ovu zamanı tora düşən nərəcinsli balıqların, xüsusən onların körpələrinin hesabının aparılması və bu sahədə təkliflərin hazırlanması;

Kür çayında, Kürağzı ərazidə, eləcə də Orta Xəzərin qərb sahillərində balıqların yem bazasının vəziyyətinin qiymətləndirilməsi, onları yaxşılaşdırılması istiqamətin-də təkliflərin hazırlanması;

Orta və Cənubi Xəzərin biotopuna antropogen amillərin təsiri şəraitində trofik strukturun formalaşdırılmasının qiymətləndirilməsi, invaziv növlərin təsir xüsusiy-yətlərinin öyrənilməsi, Xəzər dənizi biosenozunun yaxşılaşdırılması istiqamətində təkliflərin və tədbirlərin işlənib hazırlanması;

Qiymətli vətəgə balıqlarının süni artırılması biotexnologiyasının təkmilləşdirilməsi və yenidən işlənməsi, süni nərə balıqartırma zavodlarının səmərəliliyinin yüksəlt-mək üzrə tədbirlərin işlənib hazırlanması;

Nəsli kəsilmək təhlükəsində olan qiymətli balıqların (kür qızılbalığı, qaya balığı) ehtiyatının bərpa olunması üzrə tədbirlərin hazırlanması.

İnstitutda balıqçılıq təsərrüfatının bütün sahələrini, Xəzər dənizi ekosistemi və daxili su hövzələrində heyvanların biomüxtəlifliyinin öyrənilməsi, qenofondun qiymətləndirilməsi, bioresursların artırılması və səmərəli istifadəsi üzrə elmi problemləri əhatə edən 3 elmi mövzu və 10 elmi-tədqiqat işi üzərində tədqiqatlar aparılır. Azərbaycan Milli Elmlər Aka-demiyasının Qeydiyyat Mərkəzi tərəfindən hər il AzETBTİ –nin elmi-tədqiqat işlərinin planı qeydiyyata alınır və yekun hesabatı qəbul edilir.

Ekoloji infrastrukturun inkişafı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

192192

AzETBTİ nərəcinsli balıqların ovlanmasının tənzimlənməsi və onların ehtiyatının qiymət-ləndirilməsi həvalə olunmuş dövlət strukturudur. AzETBTİ Xəzəryanı ölkələrin dövləta-rası proqramı çərçivəsində kilkələrin vətəgə ovlanmasının analizi və nərəcinsli balıqların yayılması, miqdarının, populyasiyaların keyfiyyət tərkibinin qiymətləndirilməsini aparır, həmçinin Ümumi Ovun Yol Verilən Həddini (ÜOYVH) təyin edir. Nərə balıqlarının ovu üzrə ölkəyə ayrılan kvotanın həcmi müəyyən olunarkən bu tədqiqatlar əsas götürülür və Xəzərdə nərəcinsli balıq ehtiyatının formalaşmasında ölkənin xidmətləri nəzərə alınır. AzETBTİ-də 3 laboratoriya fəaliyyət göstərir:

Balıqların sayının öyrənilməsi və ovunun proqnozlaşdırılması; Balıqların süni artırılması və əmtəə balıqçılığı; Balıqların yem bazasının öyrənilməsi.

İnstitutda 30-dan yuxarı işçi, o cümlədən 2 elmlər doktoru, 6 elmlər namizədi, 5 böyük elmi işçi, 7 elmi işçi, 3 kiçik elmi işçi çalışır. Kadr hazırlığı işini aparmaq üçün İnstitutda doktorantura yaradılmışdır.

3.11.2. Mineral Xammal Elmi-Tədqiqat İnstitutu

İnstitut 1988-ci ildə yaradılmışdır və hal-hazırda Milli Geoloji Kəşfiyyat Xidmətinin nəzdin-də fəaliyyət göstərir.

İnstitutun əsas fəaliyyəti aşagıdakıdır:

– Azərbaycan Respublikasında bütövlüklə hər növ faydalı qazıntı yataqlarının geoloji xüsusiyyətlərinin müəyyənləşdirilməsi üzrə kompleks tədqiqatların aparılması;

– müasir proqnozlaşdırma üsullarının tətbiqi əsasında dünya bazarının konyukturası-nı nəzərə almaqla, ölkə ərazisinin müxtəlif növ mineral xammallara olan tələbatının potensial perspektivlərinin təyini istiqamətində tədbirlərin hazırlanması;

– geoloji-kəşfiyyat işlərinin məqsədyönlü aparılması üzrə perspektiv istiqamətlərin müəyyənləşdirilməsi və təkliflərin hazırlanması;

– müvafiq miqyasda xəritələr komplektlərinin tərtib olunması ilə kiçik və irimiqyaslı proqnoz-metallogenik və mineralgenik tədqiqatların aparması;

– geoloji-kəşfiyyat işlərinin səmərəliliyini qiymətləndirmək məqsədi ilə geoloji-iqti-sadi və elmi tədqiqatların aparılması;

– filiz və qeyri-filiz mineral xammalının emalı üzrə mövcud texnologiyaların təkmil-ləşdirilməsi, komponentlərin tam və kompleks çıxarılmasını təmin edən yeni və qeyri-ənənəvi texnoloji sxemlərin tərtib edilməsi;

– faydalı qazıntıların istismarında ətraf mühitin mühafizəsini təmin edən müasir sxem-lərin işlənməsi;

– istismar olunan yataq sahələlərinin, filiz ehtiyatına malik rayonların, yeraltı və ye-rüstü suların, ümumilikdə ölkə ərazisinin geoekoloji şəraitinin qiymətləndirilməsi və proqnozunun aparılması üzrə müvafiq təkliflərin hazırlanması.

193193

Mineral Xammal Elmi-Tədqiqat İnstitutunda 8 mövzu üzrə 8 elmi-tədqiqat işi aparılır. 2 iş ilin sonunda bitəcək, 6 iş isə növbəti ilə keçir.

Mineral Xammal Elmi-Tədqiqat İnstitutunun strukturu: Faydalı qazıntı yataqlarının geologiyası və proqnozlaşdırılması şöbəsi:

– Faydalı qazıntı yataqlarının proqnozlaşdırılması laboratoriyası;– Faydalı qazıntı yataqlarının axtarış-proqnoz meyarlarının işlənməsi laboratoriyası;

Geoloji-iqtisadi və dağ-mədən tədqiqatlar şöbəsi:– Faydalı qazıntı yataqlarının iqtisadi və morfostruktur modelləşdirmə laboratoriyası;– Texniki-iqtisadi və dağ-mədən layihələndirmə laboratoriyası;

Faydalı qazıntıların texnologiyası və zənginləşdirilməsi şöbəsi:– Faydalı qazıntıların zənginləşdirilməsi laboratoriyası;– Geotexnoloji tədqiqatlar laboratoriyası;– Kimya analitik laboratoriyası;– Mineraloji tədqiqatlar laboratoriyası;

Geoloji informasiyaların elektron vasitəsilə toplanması və informasiya bankının yaradılması bürosu.

İnstitutda 45-dən yuxarı işçi, o cümlədən 9 elmlər namizədi (2-i texnika elmləri üzrə, 2-i kimya üzrə, 5-i geologiya-mineralogiya üzrə), 2 böyük elmi işçi, 9 aparıcı elmi işçi, 1 elmi işçi çalışır.

3.11.3. Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu

Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu (HMETİ) 1966-cı ildə yaradılmışdır və hal-ha-zırda Milli Hidrometeorologiya Departamentinin nəzdində fəaliyyat göstərir. İnstitutun əsas fəaliyyəti ölkə ərazisinin (səth suları, dəniz, hava, torpaq və bitki örtüyü), o cümlə-dən Azərbaycana aid Xəzər dənizi (gölü) akvatoriyasının hidrometeoroloji şəraitini öyrə-nir, həmçinin hidrometeoroloji proseslərlə bağlı ətraf mühitin çirklənməsinin tədqiqini elmi əsaslarla həyata keçirir. HMETİ eyni zamanda respublikada hidrometeoroloji xidmə-tin elmi bazalara istinadən təminatını, onun elmi-metodiki təlimatlara, normativ və digər tələblərə olan ehtiyacını ödəyir. İnstitutun fəaliyyəti müddətində Xəzər dənizin və ölkənin quru ərazilərinin hidrometeoroloji şəraitinin öyrənilməsinə dair çoxlu sayda elmi-tədqiqat işləri aparılmış və bir sıra fundamental əsərlər, o cümlədən monoqrafoyalar, atlaslar, xə-ritələr və digər praktik əhəmiyyətli məcmuələr dərc edilmişdir.

HMETİ-nin fəaliyyət istiqamətini elmi-tədqiqatlar, elmi-metodiki işlər, elmi nəşrlər təşkil edir.

İnstitutda 40-a yaxın işçi, o cümlədən 1 elmlər doktoru, 6 elmlər namizədi, 11 böyük elmi işçi, 12 elmi işçi, 11 kiçik elmi işçi çalışır. Kadr hazırlığı işini aparmaq üçün İnstitutda dok-torantura yaradılmışdır.

Ekoloji infrastrukturun inkişafı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

194194

3.11.4. Elmi-Tədqiqat Meşəçilik İnstitutu

Elmi-Tədqiqat Meşəçilik İnstitutu Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqro-meşəmeliorasiya İnstitutu kimi 1949-cu ildə Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirliyi nəzdində təsis edilmişdir.

Elmi-Tədqiqat Meşəçilik İnstitutu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnki-şafı Departamentinin nəzdində fəaliyyət göstərir.

Mövcud olduğu illər ərzində institutda nəzəri və praktiki əhəmiyyətli aktual mövzular üzrə tədqiqatlar yerinə yetirilmişdir.

Müxtəlif illərdə meşə əkinlərini, tinglikləri, meşə toxumlarını xəstəlik və ziyanvericilərdən qorumaq üzrə elmi tədqiqatlar aparılmışdır. Sonralar meşələrin xəstəlikləri və ziyanve-ricilərin öyrənilməsi və onlarla mübarizə yolları üzrə elmi tədqiqatlar uzun illər davam etdirilmişdir. Son 20-25 ildə institutun elmi fəaliyyətində təbii mühitin qorunmasının və saxlanmasının vacibliyi ilə əlaqədar elmi mövzular işlənmişdir:

– tarlaqoruyucu meşə zolaqlarının salınması qaydaları və parametrləri;– Azərbaycan meşələrində baş istifadə, meşəyə qulluq məqsədilə qırma qaydalarının təkmilləşdirilməsi;– meşələrin suqoruyucu və torpağı mühafizəedici rolu;– Azərbaycan Respublikasında gedən səhralaşma prosesləri, onların xəritələşdirilmə-

si və mübarizə yollarıın işlənməsi və s. Respublikanın meşə təsərrüfatının elmi əsaslarla aparılması məqsədilə institutun işçiləri tərəfindən normativ aktlar (meşələrin qoruyucu kateqoriyalara ayrılması, meşə kadastrı, meşə monitorinqi, meşə quruluşunun aparılması, respublika meşələrində bitən ağac və kol cinslərinin həcm cədvəllərinin hazırlanması və s.) işlənmişdir.

Hazırda İnstitutda 5 şöbə və 1 laboratoriya fəaliyyət göstərir:

– ümumi meşəçilik şöbəsi;– meşə ağac və kol bitki toxumlarının analizi laboratoriyası;– meşələrin monitorinqi və ekologiya şöbəsi;– meşəmeliorasiya və taksasiya şöbəsi;– relikt və endemik ağac və kol bitkiləri şöbəsi;– meşə əkinləri, yaşıllaşdırma və introduksiya şöbəsi.

İnstitutda 30-dan yuxarı elmi işçi, o cümlədən 3 elmlər namizədi (2- biologiya elmləri üzrə, 1-kənd təsərrüfatı üzrə), 7 böyük elmi işçi, 6 elmi işçi, 1 kiçik elmi işçi çalışır.

195195

3.12. Ekoloji fəaliyyətin nəticələrinin indeksi

ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance İndex) hazırlanmış-dır. Sənəddə 132 ölkə arasında 2 istiqamət üzrə qiymətləndirmə aparılmışdır:

ölkənin ekoloji vəziyyəti;

ətraf mühitin mühafizəsi ilə bağlı son 10 ildəki fəaliyyətin nəticələri.

Mövcud ekoloji vəziyyətə görə Azərbaycan 111-ci, ətraf mühitin mühafizəsi sahəsindəki son 10 ildəki fəaliyyətə görə isə 2-ci yerdədir.

Beynəlxalq ekoloji fəaliyyətin nəticələrinin indeksində ətraf mühitin vəziyyəti və ekoloji vəziyyətin dəyişikliyi 10 sahə üzrə 22 indikator əsasında qiymətləndirilmişdir: meşə ehti-yatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri; istilik effekti yaradan qaz-ların adambaşına, istehsal olunan hər kVt/saat elektrik enerjisinə və ümumi daxili məhsu-la nisbətən miqdarı və bərpa olunan enerji; uşaq ölümü; əsas yaşam yerlərinin mühafizəsi, mühafizə olunan dəniz əraziləri və biomların mühafizəsi; içməli su və kanalizasiya xidmət-ləri ilə təminat; kənd təsərrüfatına subsidiyalar və pestisidlərin tənzimlənməsi; SO2-nin adambaşına düşən və ümumi daxili məhsula nisbətən miqdarı; bərk hissəciklər və qapalı məkanlarda havanın keyfiyyəti; sudan istifadə və s.

Siyahıdan göründüyü kimi, ekoloji qiymətləndirmə geniş çərçivədə aparılmış, əsas ətraf mühit komponentləri ilə bərabər, qapalı məkanlarda havanın keyfiyyəti, uşaq ölümü, kənd təsərrüfatına subsidiyalar kimi məsələlər də qiymətləndirilmişdir.

Son illər ölkədə ətraf mühit sahəsindəki aparılan islahatlar və fəaliyyətin qiymətləndiril-məsinin təhlili göstərir ki, ekoloji problemlərin həlli istiqamətində sürətlə həyata keçirilən tədbirlər effektiv olmuş və fəaliyyət istiqaməti düzgün seçilmişdir.

Ətraf mühitin vəziyyəti ilə bağlı 111-ci yer, həmin sənəddə qeyd olunan son illərdə əldə olunmuş ekoloji inkişaf nəzərə alınmaqla, müəyyən suallar doğursa da, Azər-baycanda neftlə çirklənmiş və deqredasiyaya uğramış ərazilər, tullantıların və çirkab suların idarə olunması, su ehtiyatlarının və atmosfer havasının çirklənməsi və s. ekoloji problemlərin mövcudluğu və onların əsasən keçmişdən miras qaldığı hamıya mə-lumdur. Sözsüz ki, ətraf mühitin vəziyyəti qiymətləndirilən zaman bu məqamlar əsas götürülmüşdür.

Bəli, 150 il ərzində Abşeron yarımadasında 10 min hektar torpaq neftlə çirklənmişdir. Son illər ərzində bunun yüzlərlə hektarı təmizlənmişdir. Lakin bu işlər böyük həcmdə maliyyə vəsaiti və vaxt tələb etdiyinə görə problem qısa müddətdə aradan qaldırıla bilməz. Su təchizatı və sanitariya ilə bağlı yığılıb qalmış problemlərin də sürətlə həllinə başlanılmış

Ekoloji infrastrukturun inkişafı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

196196

və böyük investisiya qoyuluşları hesabına ölkənin bütün bölgələrində iri layihələr həyata keçirilir. Lakin bu problemin də tam şəkildə həlli müəyyən vaxt tələb edir.

Ümumilikdə, ABŞ-ın tanınmış Yel və Kolumbiya Universitetləri tərəfindən hazırlanmış Eko-loji İndeksdə Azərbaycanın son illərdə ən çox nailiyyətlər əldə etmiş ölkələr arasında 2-ci yeri tutması ölkədə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən təd-birlərin yüksək qiymətləndirilməsini göstərir.

Uşaq ölümü indiqatoru əsasında qiymətləndirilən ətraf mühitlə bağlı xəstəliklər üzrə Azər-baycan 86-cı yerdə olmasına baxmayaraq, bu göstərici üzrə son illərdəki fəaliyyətə görə Azərbaycan maksimum nəticə göstərərək birinci yeri tutmuşdur. Buna insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər zəmin yaratmışdır. Belə ki, təhlükəli tullantıların idarə olunması sahəsində dəyişikliklər, o cümlədən 300 min tona yaxın civə tərkibli toksiki tullantıların müasir təhlükəli tullantılar poliqonunda zərərsizləşdirilməsi, əhalinin içməli su ilə, o cümlədən regionlarda 400 min-dən artıq əhalinin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilməsi, bərk məişət tullantıları və çirkab suların idarə olunmasındakı irəliləyişlər, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. fəaliyyətlər bu nəticələrin əldə olunmasına səbəb olmuşdur.

Meşələrlə bağlı məsələlərdə qiymətləndirmə aparılmış hər 3 komponent üzrə – meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri sahəsində – həm ətraf mühitin vəziyyətinin indeksi, həm də ekoloji inkişafın göstəricilərinə görə Azərbaycan ən yüksək nəticə göstərərək 132 dövlət arasında 1-ci yeri tutmuşdur. Belə yüksək qiymət sevindirici haldır, çünki Azərbaycanda meşələrin sahəsi siyahının sonunda qərarlaşmış bir çox dövlətlərlə müqayisədə çox azdır. Buna baxmayaraq, Azərbaycanın meşələrlə bağlı yüksək qiymətləndirilməsi əldə olunmuş nailiyyətləri göstərir. Bu qiymətləndirmədə, yeni meşə əkinləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin ümumi ölkə ərazisinin 11,4 %-dən 11,8 %-dək artırılması, meşə qırıntılarının qadağan olunması, meşələrin müha-fizəsi tədbirlərinin gücləndirilməsi, o cümlədən qanunsuz ağackəsmə hallarının qarşısının alınması, regionların qazlaşdırılması, KİV və QHT-lərlə birgə ictimaiyyət arasında aparılmış təbliğat hesabına qırıntı hallarının ilbəil azalması nəzərə alınmışdır.

İqlim dəyişikliyi bəndi üzrə Azərbaycan son illərdəki fəaliyyətə görə 1-ci, mövcud vəziy-yətə görə isə 67-ci yerdədir. Məlumdur ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının istilik effekti yaradan qazların tullantılarının azaldılması üzrə kə-miyyət öhdəliyi götürməyən tərəf olsa da, tullantıların azaldılması istiqamətində konkret tədbirlər hesabına, son illər iqtisadiyyatın intensiv inkişafına baxmayaraq, həmin tullantılar 1990-cı baza ilindəki 70 milyon tondan azaldılaraq 2005-ci ildən 50(±2,5) mln. ton ətra-fında sabitləşmişdir. Ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin təsirlərinin yumşal-dılması da daxil olmaqla, davamlı inkişaf prinsiplərinə böyük önəm verilməsi nəticəsində

197197

buna nail olunmuşdur. Ümumilikdə, Kioto prosesi başlandıqdan bəri istilik effekti yaradan qazların tullantılarının təxminən 500 milyon ton azaldılmasına müvəffəq olunmuşdur ki, bu da inkişaf etmiş Avropa dövlətlərindən birinin, məsələn, İspaniyanın illik emissiyasına bərabərdir.

Alternativ enerji sektorunun inkişafı prioritet istiqamət kimi seçilmiş, ildə 30 mVt gücün-də günəş panellərinin istehsalı zavodu istifadəyə verilmiş, hibrid enerji layihəsi həyata keçirilmişdir.

Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ərazisində iqlim dəyişmələrinin tədqiqi, buradakı buzlaqların iqlim dəyişmələri ilə əlaqədar dinamikasının, həmçinin bu ərazidə-ki ekosistemin kompleks öyrənilməsi məqsədilə “Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi” yaradılmış, Tufandağın zirvəsində, Şahdağda və Şahdüzundə av-tomat meteoroloji stansiyalar quraşdırılmış və enerji təlabatı alternativ enerji hesabına təmin olunmuşdur.

Həyata keçirilən bütün bu tədbirlərin nəticələri reytinqdə nəzərə alınmışdır.

Beynəlxalq Ekoloji İndeksdə əsas yaşam yerlərinin mühafizəsi, biomların mühafizəsi və mühafizə olunan dəniz əraziləri indiqatorları əsasında qiymətləndirilmiş biomüxtəliflik üzrə Azərbaycan son on ildə inkişafa görə 45-ci, faktiki vəziyyətə görə isə 100-cü yerdədir. Bu inkişaf, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər (xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 2003-cü ildəki 478 min hektardan 892,5 min hektaradək artırılmışdır ki, bu da ümumi ölkə ərazisinin 10,3 faizini təşkil edir, o cümlədən ilk dəfə olaraq 2003-cü ildən etibarən yaradılmasına başlan-mış və hazırda mövcud olan 9 Milli Parkın ümumi sahəsi ölkə ərazisinin 3,7 faizini təşkil edir), nadir bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintro-duksiya olunması (yalnız 2011-ci ildə 100 başadək ceyran öz areallarına köçürülmüşdür), mühafizə tədbirlərinin ciddiləşdirilməsi hesabına nəsli kəsilmək təhlükəsi qarşısında olan nadir növlərin təbii artımına nail olunması (nəticədə bir sıra növlərin artıq qırmızı siyahı-dan çıxarılması nəzərdə tutulmuşdur) ilə bağlıdır.

Suyun insan sağlamlığına təsiri (indiqatorlar - içməli su və kanalizasiya xidmətləri ilə tə-minat) üzrə Ətraf mühitin vəziyyətinin indeksi 111, son 10 ildə Ekoloji inkişafın göstəricisi isə 56-dır. Bu istiqamət qiymətləndirilərkən bir tərəfdən bu günədək ümumilikdə, kanali-zasiya sisteminin mövcudluğu və əhalinin içməli su ilə təminatı məsələləri, digər tərəfdən isə son illər ərzində bu sahədə görülmüş işlər nəzərə alınmışdır.

Son illər ölkədə mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud tul-lantı sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə böyük layihələr icra olunur. Həmçinin su hövzələrinin hətta kiçik lokal mənbələrdən çirklənməsinin qarşı-

Ekoloji infrastrukturun inkişafı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

198198

sını almaq üçün modul tipli təmizləyici qurğulardan ibarət xəzəryanı ölkələr arasında ilk dəfə “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılmışdır.

Ölkə əhalisinin təhlükəsiz içməli su ilə təmin edilməsi üçün boru kəmərlərinin çəkilişi və təmizləyici qurğuların qurulması üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir. Həmçinin, mərkəzləşmiş şəkildə təmiz içməli suya çıxışı olmayan ən ucqar yaşayış məntəqələrinin də tez bir zamanda təhlükəsiz su ilə təmin edilməsi üçün modul tipli sutəmizləyici qurğu-lar qurularaq 2007-2012-ci illər ərzində 221 kənddə 400 min nəfərdən çox əhali ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunmuşdur.

Azərbaycan eyni zamanda, kənd təsərrüfatı üzrə (indiqatorlar - kənd təsərrüfatına subsi-diyalar və pestisidlərin tənzimlənməsi) 111-ci, bu sahədəki inkişaf göstəricilərinə görə isə orta mövqedə qərarlaşmışdır (58-ci yer). Bu sahədə qiymətləndirmə zamanı kənd təsər-rüfatına ayrılan subsidiyaların miqdarı, pestisidlərin idarə olunması sahəsindəki fəaliyyət, o cümlədən Cəngi pestisidlər poliqonunun rekonstruksiya olunması və vaxtı keçmiş pes-tisidlərin inventarlaşdırılaraq sözügedən poliqonda zərərsizləşdirilməsi məsələləri nəzərə alınmışdır.

Atmosfer havasının ekosistemə təsiri (SO2-nin adambaşına düşən və ÜDM-ə nisbətən miqdarı) üzrə Azərbaycana 94-cü, bu sahədəki son 10 ildə inkişaf göstəricilərinə görə isə 24-cü yer verilmişdir. Ölkənin bu sırada qərarlaşmasına səbəb elektrik enerjisinin alınma-sında mazutdan imtina olunaraq tamamilə təbii qaza keçilməsi və elektrik enerjisi vahidi-nin istehsalına sərf olunan şərti yanacağın 2000-2012-ci illər ərzində 411,3 qramdan 332 qramadək azaldılmasıdır.

Atmosfer havasının insan sağlamlığına təsiri (bərk hissəciklər və qapalı məkanlarda ha-vanın keyfiyyəti) baxımından Azərbaycan 76-cı, bu sahədəki inkişaf göstəricilərinə görə isə 116-cı yeri tutmuşdur. Bunun da əsas səbəbi son illərdə nəqliyyat vasitələrinin sayının kəskin dərəcədə artması və tikinti sektorunun inkişafı ilə bağlı atmosferə atılan zərərli maddələrin miqdarının çoxalmasıdır.

Su ehtiyatlarının ekosistemə təsiri (kəmiyyət göstəriciləri) komponenti üzrə həm Ətraf mühitin vəziyyətinin indeksi, həm də Ekoloji inkişafın göstəricilərinə görə Azərbaycan mənfi qiymətləndirilmişdir (127-ci yer). Bu Azərbaycanın su ehtiyatlarının məhdud olması və onun əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşması, çayların nizamlanması və su itkiləri ilə izah edilir.

199199

ƏLAVƏLƏR

Əlavə 1. Ətraf mühitin monitorinqi üzrə yayımlanan bülletenlər- Atmosfer havasının çirklənmə səviyyəsi və təbii mühitin radiasiya şəraiti

haqqında gündəlik bülleten- Yerüstü su obyektləri haqqında hidrokimyəvi bülleten- Kür və Araz transsərhəd çayların çirklənmə səviyyəsi haqqlnda 10 günlük

hidrokimyəvi bülleten

Əlavə 2. Ekoturizm marşrutları- Şahdağ milli parkında ekoturizm marşrutları

Əlavə 3. Xəritələr- Çay sularının ümumi codluğu- Ekzogen və endogen proseslərə məruz qalmış ərazilər- Xəzərin Azərbaycan Respublikasına mənsub sahil zolağının ekoloji vəziyyəti- Azərbaycan Respublikasının sxematik geoloji xəritəsi- Torpaqların ekoloji qiymətləndirmə xəritəsi- Torpaqların ekoloji parametrləri

Əlavə 4. Modul tipli su təmizləyici qurğular- Ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunmuş yaşayış məntəqələrinin siyahısı- Regionlarda quraşdırılmış modul su təmizləyici qurğuların giriş və çıxışından

götürülmüş su nümunələri üzərində aparılan tədqiqatların nəticələri- Xəzər dənizi sahil zolağında quraşdırılmış modul tipli çirkab su təmizləyici

qurğuların giriş və çıxışından götürülmüş su nümunələri üzərində aparılan tədqiqatların nəticələri

Əlavə 5. Beynəlxalq ekoloji fəaliyyətin nəticələrinin indeksi (Azərbaycan)

Əlavələr

200200

Əlavə 1. Ətraf mühitin monitorinqi üzrə yayımlanan bülletenlər

201201

202202

Qus

ar-S

udur

-Ayı

yay

lağı

-Kab

aş- Şa

hdağ

marşr

utu

203203

Əla

və 2

. Eko

turi

zm m

arşr

utla

Qub

a-Xı

nalıq

-Qud

yalç

ay-T

ufan

marşr

utu

– 17

km

204204

Qub

a-Xı

nalıq

-Atəşg

ah-Qızıl

qaya

-Hey

dər

zirvəs

i marşr

utu

– 14

km

205205

Qus

ar-Ləzə-

Qus

ar ç

ayın

sağ

sah

ili-K

abaş

-Şah

dağ

marşr

utu

– 14

km

206206

Qub

a-Xı

nalıq

-Şah

yay

lağı

–Baz

ardü

zü m

arşr

utu

– 39

km

207207

Çay

sula

rını

n m

iner

allaşm

ası və

kim

yəvi

tərk

ibi

208208

Əla

və 3

. Xər

itələr

Çay

sula

rını

n üm

umi c

odluğu

209209

210210

Azə

rbay

can

Resp

ublik

asının

eks

ogen

endo

gen

pros

eslə

rə mər

uz q

almış

əra

zilə

rin

xəri

təsi

Xəzərin Azərbaycan Respublikasına mənsub sahil zolağının ekoloji vəziyyəti

211211

Azə

rbay

can

Resp

ublik

asının

sxe

mat

ik g

eolo

ji xə

ritə

si

212212

Torp

aqla

rını

n ek

oloj

i qiy

mət

lənd

irmə

xəri

təsi

213213

214214

Torp

aqla

rın

ekol

oji p

aram

etrlər

i

Torp

aqla

rH

YΣT

BİP

Md

Hum

usPh

Saq.

Qr

BTə

sərr

üfat

yer

a.ğ

o.ğ

y.gq

e.u

z.e

o.eş.e

şz.ş

o.ş

ş.ş

1D

ağ-çəm

ən20

0012

00-

1400

1000

-20

001,

600,

606,

44,

3-6,

378

--

--

-1,

000,

80,

60,

3-

--

-89

Yay

otla

qları

2Q

onur

dağ

-m

eşə

800-

1200

800-

900

2500

-30

001,

50-

1,90

0,45

-0,

602,

95,

1-7,

276

0,80

0,90

1,00

0,89

0,60

1,00

0,8

0,5

0,2

--

--

87M

eşə

(vələs

, fıs

tıq)

3Qəh

vəyi

dağ

-m

eşə

200-

1200

550-

700

3000

-42

001,

80-

2,30

0,25

-0,

453,

07,

0-7,

578

0,80

0,09

1,00

0,89

0,60

1,00

0,7

0,5

0,2

--

--

85M

eşə

(palıd

)

4D

ağ q

ara

500-

1600

500-

1600

3800

-45

002,

10-

2,70

0,28

-0,

303,

97,

0-7,

270

0,80

0,90

1,00

0,89

0,60

1,00

0,9

0,5

0,3

--

--

100

Taxı

l, ka

rtof

5Sa

n70

0-ə

qədə

r14

00-

1700

4000

-45

003,

00-

4,40

0,60

3,0

4,3-

6,3

620,

330,

961,

000,

89-

1,00

0,9

0,5

0,3

--

--

68Su

btro

pik

bitk

ilər və

tərə

vəz

6Şa

balıdı

300-

500

300-

450

3800

-44

001,

80-

2,20

0,20

-0,

253,

07,

5-8,

248

0,80

0,90

1,00

0,89

-1,

000,

60,

40,

21,

000,

910,

640,

5660

Taxı

l, üz

üm, qış

otlağı

7Bo

z qə

hvəy

i20

0-55

040

0-50

038

00-

4400

1,70

-2,

200,

20-

0,25

2,8

7,5-

8,2

710,

800,

901,

000,

89-

1,00

0,7

0,5

0,3

1,00

0,91

0,64

0,56

63Ü

züm

, taxıl,

qış

otlağı

8Bo

z15

0-yə

qədər

200

4200

-56

000,

8-1,

800,

10-

0,15

1,6

8,4-

8,9

260,

780,

601,

000,

73-

1,00

0,6

0,4

0,2

1,00

0,73

0,63

0,42

66Pa

mbı

q, ta

xıl,

qış

otlağı

9Bo

z qo

nur

100-ə

qədə

r35

046

000,

80,

10-

0,15

1,0

8,7-

9,0

220,

780,

601,

000,

73-

1,00

0,7

0,4

0,3

1,00

0,73

0,63

0,42

42N

ar, z

eytu

n, ü

züm

, tə

rəvə

z

10Çə

mən

100

250

4400

0,8-

2,20

0,10

-0,

151,

77,

4-8,

640

0,36

0,91

1,00

0,89

0,60

--

--

1,00

0,86

0,60

0,55

63Pa

mbı

q, qış

otla

qları

11Şo

ranlıq

lar

8025

046

000,

80,

10-

0,15

-8,

614

--

--

--

--

--

-10

Qış

otla

qları

12Şo

rakə

tliklər

8025

046

000,

80,

10-

0,15

->

8,6

14-

--

--

--

--

--

10Qış

otla

qları

13Ta

kırla

rYa

rımsə

hra

landşa

ftın

da a

yrı-a

yrı ləkələr

şək

lində

möv

cudd

ur14

Qum

luql

arDən

iz mənşə

li, b

ütün

sah

ilboy

u zo

laqd

a ge

niş

yayı

lmış

, bəz

i hal

lard

a ye

m o

tlarının

yayıldığı y

erlə

r, kə

nd tə

sərr

üfatı b

axımın

dan

az e

ffekt

lidir

15Te

xnog

en

pozu

lmuş

Antr

opog

en x

arak

terli

törə

mələr

. Kən

d tə

sərr

üfatın

da is

tifadə

olun

mur

.

16Ça

qıld

aşlı

çay

yata

qları

Alp

zona

sınd

a başl

anmış

ova

lıq ə

razi

lərə

qədər

dağ

çay

larının

yat

aqla

rı bo

yu u

zanı

r.

17Çı

lpaq

Geo

loji

xara

kter

li tö

rəmələr

Qey

d: “

H”-

hünd

ürlü

k m

etrlə

; “Y”

-yağın

tılar

mm

-lə; “

T-ΣT

10°C

”; “BİP

”–bi

oiql

im p

oten

sialı;”

Md”

-rüt

ubət

lənd

irmə

inde

ksi;

“Hum

us”-

çürü

ntü

miq

darı,

%-lə

; “pH

”-m

ühiti

n re

-ak

siya

sı; “

Saq.

”-su

ya d

avam

lı aq

reqa

tların

(>0,

25 m

m)

miq

darı;

“Q

r”-q

ranu

lom

etrik

tərk

ib; “

g”-g

illi;

“a.g

”-ağır

gilli

cəli;

“o.

g”-o

rta

gilli

cəli;

“y.g

”-yü

ngül

gill

icəl

i; “q

”-qu

msa

l; “E

”-er

oziy

aya

uğra

ma

dərə

cəsi

; “e.

u”-e

rozi

yaya

uğr

amam

ış; “

z.u”

-zəi

f ero

ziya

ya uğr

amış

; “o.

u”-o

rta

eroz

iyay

a uğ

ramış

; “ş.u

”-şi

ddət

li er

oziy

aya

uğra

mış

; “Ş”

-şor

laşm

a də

rə-

cəsi

; “ş”

-şor

laşm

amış

; “z.ş”

-zəi

f şor

laşmış

; “o.ş”

-ort

a şo

rlaşmış

; “ş.ş

”-şi

ddət

li şo

rlaşmış

; “B”

-eko

loji şə

raiti

nəzərə

alın

maq

la to

rpağın

xas

sələ

rinə

görə

bon

itet b

alı;

“T-y

”-tə

sər-

rüfa

t yer

i

215215

Zonalar və bitkilər Nazot

Pfosfor

Kkalsium

TaxılçılıqMuğan-Salyan 90 90 90Mil-Qarabağ 80-120 80-150 60-100Gəncə-Qazax 90 90 90Şirvan 60 40 40Naxçıvan MR 60 40-60 40-60PambıqçılıqŞirvan 90-180 150-180 60Gəncə-Qazax 120 90-100 50Muğan-Salyan 90-150 90-150 45-90Mil-Qarabağ 90-180 90-180 30-90ÜzümçülükDağ-Şirvan 120 90 90Gəncə-Qazax 90-135 135 200Qarabağ düzü 60-150 90-100 90-100Abşeron 60-120 60-120 90Tütünçülük 90-120 90-180 90-150Çayçılıq 200-350 400-500 100-200Tərəvəz bitkiləri 90-180 90-150 60-90Bostan bitkiləri 100 100 100Yem bitkiləri 50 - -Muğan 50 50 50Şirvan 30-60 50-120 30-60Gəncə-Qazax 30-50 60-90 30-50

Gübrələmə dozası (Ə.N. Güləhmədova görə 1990-cı il, t/ha)

Quru qalığına görə qradasiya (V.R. Volbuyevə görə 1965-ci il,

%-lə)

Qiyməti

<0,10 Şorlaşmamış Çox yaxşı0,10-0,25 Çox zəif şorlaşmış Yaxşı0,25-0,50 Zəif şorlaşmış Orta0,50-1,00 Orta şorlaşmış Aşağı1,00-2,00 Şiddətli şorlaşmış Şərti yararsız2,00-3,00 Çox şiddətli şorlaşmış Şərti yararsız>3,00 Şoranlar Şərti yararsız

Şorlaşma dərəcəsinə görə

Şorakətləşmə dərəcəsi (Antipov-Karatayevə görə, %-lə)

Qiyməti

<5 Şorakətləşməmiş Çox yaxşı5-10 Zəif şorakətləşmiş Yaxşı10-15 Orta şorakətləşmiş Orta15-20 Şiddətli şorakətləşmiş Aşağı20-25 Çox şiddətli şorakətləşmiş Şərti yararsız>25 Şorakət Şərti yararsız

Şorakətliyə görə

Qranulometrik tərkib QiymətiGilli AşağıAğır gillicəli OrtaYüngül gillicəli YaxşıOrta gillicəli Çox yaxşıQumsal OrtaQumlu Aşağı

Qranulometrik tərkibə görə

pH Qiyməti<3,0 Əlverişsiz3-4 Aşağı4-5 Orta5-6 Yaxşı6-7 Çox yaxşı7-8 Yaxşı8-9 Orta9-10 Aşağı>10 Əlverişsiz

pH əhəmiyyətinə görə

Aqreqatların miqdarı (R.H. Məmmədova görə 1965-ci il, %-lə)

Qiyməti

>80 Çox yaxşı60-80 Yaxşı40-60 Orta20-40 Zəif<20 Qeyri-kafi

Suyadavamlı aqreqatların miqdarına görə

Eroziya dərəcəsi QiymətiEroziyaya uğramamış Çox yaxşıZəif eroziyaya uğramış YaxşıOrta eroziyaya uğramış OrtaŞiddətli eroziyaya uğramış AşağıÇox şiddətli eroziyaya uğramış Şərti yararsız

Eroziya dərəcəsinə görə

Torpaqların ekoloji parametrləri

216216

Qurşaqlar, metrlə QiymətiNival >3000 ƏlverişsizAlp 2400-3000 Çox aşağıSubalp 2200-2400 AşağıOrta dağlıq 1000-2200 OrtaAlçaq dağlıq 500-1200 YaxşıDağətəyi 500-1000 YaxşıDüzənlik 200-500 Çox yaxşıOvalıq -27-200 Ən yaxşı

Hündürlüyə görə

RƏ (Rütubətlik əmsalı İvanov-Vısotskiyə görə)

Qiyməti

>1,33 Çox rütubətli1,33-1,00 Rütubətli1,00-0,55 Yarımrütubətli0,55-0,33 Yarımquru0,33-0,12 Quru

<0,12 Çox quru

Rütubətlik əmsalı (RƏ) göstəricisinə görə

RƏ (Rütubətlik əmsalı, İvanov-Vısotskiyə görə)

Qiyməti (Şaşkoya görə, 1967-ci il)

<1300 Zəif kontinental Ən yaxşı130-150 Mülayim kontinental Çox yaxşı150-160 Orta kontinental Yaxşı160-170 Orta kontinental Orta170-200 Orta kontinental Kafi

>200 Kontinental Əlverişsiz

Kontinentallıq əmsalı

Kr (Əyyubova görə, 1975-

ci il)

Qiyməti

>0,95 Çox yüksək məhsuldarlıq0,80-0,95 Yüksək məhsuldarlıq0,65-0,80 Orta məhsuldarlı0,35-0,65 Zəif məhsuldarlıq (aşağı məhsuldarlıq)0,15-0,35 Zəif məhsuldarlıq (aşağı məhsuldarlıq)

<0,15 Çox zəif məhsuldarlıq (çox aşağı məhsuldarlıq)

Bioloji məhsuldarlıq əmsalının hesablama yolu ilə alınmış kəmiyyəti (Kr)

Md (Əyyubova görə 1975-ci il, min/mm-lə)

Qiyməti

>0,45 Suvarma tələb etmir0,35-0,45 Yarımrütubətli0,25-0,35 Yarımquraq0,15-0,25 Quraq0,10-0,15 Yarımquru

<0,10 Quru

Rütubətləndirmə indeksinin (Md) göstəricisi

BİP (Əyyubova görə, 1975-ci il)

Bonitet balı Qiyməti

<0,08 <24 Çox aşağı0,08-1,2 24-35 Aşağı 1,2-1,6 35-47 Orta 1,6-2,2 47-65 Az yaxşı2,2-2,8 65-82 Yaxşı2,8-3,4 82-100 Çox yaxşı>3,4 >100 Ən yaxşı

Bioiqlim potensialı (BİP) göstəricisinə görə

Yağıntılar, mm-lə Qiyməti>100 Yarımsəhra

100-300 Quru bozqır300-500 Bozqır500-700 Meşə zonası700-1200 Dağ-çəmən, çəmən-bozqır

<1200 Rütubətli meşə, rütubətli subtropik

Yağıntılara görə

ΣT°>10° C Qiyməti (Əyyubova görə, 1968-ci il)<2000 Mülayim-soyuq Kafi

2000-3000 Soyuq Orta3000-4000 Mülayim-isti Ortadan yüksək4000-5000 İsti Çox yaxşı

>5000 Çox mülayim-isti Ən yaxşı

ΣT°>10° C görə

Torpağın bonitet balına görə aqroistehsal qrupu

Qiyməti

>81 Çox yaxşı80-61 Yaxşı60-41 Orta40-21 Aşağı<20 Şərti yararsız

Ekoloji şəraitləri nəzərə alınmaqla torpağın bonitet balı

Torpaqların ekoloji parametrləri

Əlavə 4. Modul tipli sutəmizləyici qurğular

Ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunmuş yaşayış məntəqələrinin siyahısı

Salyan rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Abad 2870 60 18

2. Qarabağlı 5187 100 26

3. Yenikənd 2237 40 18

4. Marışlı 2019 40 20

5. Sarvan 2467 50 15

6. Kürqaraqaşlı 2420 50 16

7. Çuxanlı 2272 50 14

8. Boranıkənd 2092 40 21

9. Xələc 3011 60 17

10. Yuxarı Noxudlu 1037 20 8

11. Xocalı 380 20 8

12. Seyidsadıqlı 1050 20 9

13. Ərəbqardaşbəyli 960 20 9

14. Gomuşlu 1300 20 9

15. Aşağı Noxudlu 1520 30 12

16. Aşağı Kürkənd 1534 30 10

17. Arbatan 5811 120 34

18. Qaraçala 4200 80 32

19. Kərimbəyli 2600 50 14

20. Yolüstü 2000 40 15

21. Dayıkənd 1300 30 25

22. Seyidlər 918 20 14

23. Beştalı 545 10 10

24. Şorsulu 3650 70 47

25. Xurşud 909 20 11

26. Parça Xalac 1210 20 13

217217

Neftçala rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Qaraqaşlı 950 20 12

2. Yuxarı Qaraymanlı 1480 30 11

3. Qədimkənd 1452 30 9

4. Pirəbbə 350 20 6

5. Kürqarabucaq 1166 20 7

6. II Qaralı 1014 20 6

7. Aşağı Qaraimanlı 1687 30 8

8. Abasallı 800 20 6

9. Ərəbqardaşbəyli 400 20 10

10. I Qaralı 923 20 7

11. Astanlı 1002 20 7

12. Boyat 1153 20 10

13. Tatarməhlə 478 20 10

14. Aşağı Surra 4470 90 23

15. Xolqarabucaq 2337 50 16

16. Xıllı 3871 80 25

17. Kürkənd 1769 40 11

18. Xolqaraqaşlı 1732 40 14

19. Qırmızıkənd 2400 50 15

20. Qaçaqkənd 1080 20 13

21. XanməmmədliRamazanlı 760 20 17

22. Xəzər 1400 30 22

23. Şirvanlı 493 10 8

24. Ballıcallı 571 10 6

Göyçay rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Bəydövül 1381 30 102. Çaxırlı 3258 70 18

218218

Biləsuvar rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Təzəkənd 1440 30 14

2. Nərimankənd 3086 60 20

3. Nəsimi 3298 70 20

4. Zəhmətabad 3192 60 19

5. Səmədabad 2230 50 17

6. Əskərabad 3471 70 22

7. Aşaği Cürəli 2623 50 12

8. Əliabad 1201 30 13

9. Ağalıkənd 4100 80 32

10. Yuxarı Cürəli 1310 30 14

11. Əmənkənd 3460 70 20

12. Dərvişli 1480 30 23

13. Ovçubərə 1715 40 30

14. Aranlı 550 10 13

15. Çinarlı 800 20 12

16. Bağbanlar 3889 80 51

Ağcabədi rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Nəcəfqulubəyli 1115 20 15

2. Aşağı Avşar 2005 40 15

3. Şorlama 5000 100 25

219219

Sabirabad rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Həşimxanlı 2308 50 18

2. Muğan Gəncəli 1762 40 16

3. Şəhriyar 2600 50 17

4. Sərxanbəyli 1801 40 12

5. Quruzma 2029 40 17

6. Narlıq 1601 30 16

7. Türkəndi 2047 40 14

8. Cavad 3300 70 20

9. Əliləmbəyli 2012 20 13

10. Surra 1264 20 10

11. Qasımbəyli 1084 20 10

12. Muradbəyli 980 20 9

13. Əlicanlı 1010 20 8

14. Qaralar 817 20 7

15. Güdəcühür 1410 30 10

16. Yolçubəyli 3067 60 25

17. Qaragüney 3020 60 25

18. Məmişlər 2100 40 16

19. Ulacalı 3800 80 25

20. Şıx Salahlı 1570 30 28

21. Bulaqlı 1350 30 22

22. Qaratuğay 1850 40 33

23. Xankeçən 1600 30 22

24. Poladtuğay 1500 30 34

Ağsu rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Ağabəyli 536 10 82. Kəndoba 2180 40 12

220220

Saatlı rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Qıraqlı 3357 70 20

2. Əlisoltanlı 1534 30 16

3. Bəylik 823 20 9

4. Musalı 859 20 9

5. Əliabad 1188 20 9

6. Genişkənd 543 20 8

7. Qaracalar 1050 20 9

8. Novruzlu 548 20 8

9. Dəllər 2078 40 12

10. Fətəlikənd 2832 60 15

11. Mustafabəyli 2169 40 14

12. Qara Nuru 6017 100 24

13. Nəsimikənd 3426 70 18

14. Mircəlalkənd 2314 50 15

15. Soltanabad 1996 40 14

16. Simadakənd 1712 40 14

17. Qarayevkənd 2660 50 17

18. Günəşli 1380 30 11

19. Sarıçalar 2800 60 20

20. Məzərli 1020 20 11

21. Kamallı 1400 30 11

22. Dədə Qorqud 2070 40 26

23. Əbilkənd 936 20 18

24. Əhmədbəyli 1440 30 27

25. Cəfərxan 500 10 9

26. Hacıqasımlı 1100 20 20

27. Naharlı 609 10 20

28. Varxan 2200 40 34

221221

İmişli rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Qulubəyli 1524 30 12

2. Yalavac 2967 70 18

3. Muradallı 2753 50 15

4. Məzrəli 3248 80 21

5. Cavadxanlı 1117 20 10

6. Xoşçobanlı 1313 20 10

7. Xubyarlı 1041 20 10

8. Qaraqaşlı 1374 20 10

9. Göbəktala 1410 30 10

10. Qaradonlu 1238 20 10

11. Telişli 1151 20 9

12. Qaravəlli 1001 20 14

13. Cəfərli 4000 80 31

Naxçıvan MR

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Qaraçuk (Babək) 2752 50 222. Qaraxanbəyli (Babək) 2334 50 173. Bulqan (Babək) 1165 20 154. Kərimbəyli (Şərur) 2067 40 175. Muğanlı (Şərur) 2500 20 136. Alışar (Şərur) 2166 50 24

Ucar rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Qaradağlı 3099 60 18

2. Məlikballı 1568 30 113. Rəstəcə 1158 20 114. Pirkənd 1060 20 11

222222

Kürdəmir rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Pirili 2096 40 13

2. Şıxımlı 2096 50 16

3. Muradxan 2407 40 13

4. Mollakənd 2556 50 15

5. Beyi 1118 20 10

6. Carlı 1197 20 11

7. Köhünlü 1032 20 9

8. Sovla 1030 20 10

9. Şüşün 1177 20 7

10. Yenikənd 3152 60 18

11. Dəyirmanlı 1627 30 13

12. Mürtülü 1625 30 10

13. Cəyli 1558 30 11

14. Şahbəyli 572 10 13

15. Sor-Sor 1761 40 32

16. Ərşəli 705 10 13

17. Muğanlı 826 20 21

18. Xınıslı 691 10 15

Hacıqabul rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Meyniman 2335 50 142. Ələtli 1500 30 93. Abdulabad 3500 70 20

Laçın rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün

Bulaqların sayı

1. Alxaslı 722 20 6

2. Qarakeçidi 644 10 5

223223

Zərdab rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Yarməmmədbağı 1027 20 12

2. Gödəkqobu 1345 40 10

3. Məlikli 1604 30 14

4. Məmmədqasımlı 1832 40 14

5. Bıçaqçı 2518 30 10

6. Yuxarı Seyidlər 760 20 13

7. Qoruqbağı 1500 30 12

8. Pərvanlı 1311 20 9

9. Məlikumudlu 1338 20 10

10. Körpükənd 1446 30 12

11. Əlvənd 952 20 11

12. Şahhüseynli 1746 30 12

13. İsabağı 1255 30 10

14. I Alıcanlı

1823 40 1615. II Alıcanlı

16. Qızlıq

17. Bəyimli 1060 20 10

18. Dəli Quşcu 1317 30 11

19. Qəsəbə 120 30 8

Füzuli rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Arayatılı 1131 20 7

2. Aşağı Yağlıvənd 2255 50 143. I Qayıdış 1003 20 84. II Qayıdış 1589 30 135. III Qayıdış6. IV Qayıdış 1007 20 8

224224

Yevlax rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Xaldan 1678 30 13

2. Aşağı Bucaq 841 20 11

3. Duzdağ 426 10 12

4. Yuxarı Bucaq 810 20 12

5. Aran 5560 100 16

6. Yuxarı Salamabad 1378 20 11

7. Qaraoğlan 1200 20 9

8. Aşağı Salamabad 930 20 8

9. Əcəmi 700 20 8

10. Yenicə 768 20 9

11. Bəydili 870 20 8

12. Əkşəm 1350 30 13

13. Xanabad 1000 20 11

14. Xaldan II 1050 20 8

15. Ərəbbəsrə 820 20 14

16. Aran II 3100 70 18

17. Meyvəli 600 10 11

18. Balçılı 1100 20 18

Beyləqən rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Eyvazalılar 2370 50 132. Şərq 1680 40 123. Türklər 1230 20 124. Aşıqalılar 2400 50 19

Samux rayonu

№ Kəndin adı Əhalinin sayı, nəfər

Qurğunungücü, m3/gün Bulaqların sayı

1. Qırmızı Samux 1799 40 142. Lüksemburq 1635 20 123. Yenikənd 1204 20 10

225225

Regi

onla

rda

quraşdırılm

ış m

odul

sutəm

izlə

yici

qurğu

ları

n gi

riş

və çıxışın

dan

götü

rülm

üş s

u nü

munələr

i üzər

ində

apa

rıla

n tə

dqiq

atla

rın

nəti

cələ

ri

№Tə

yin

olun

an k

ompo

-ne

ntlə

lçü

va-

hidi

Nüm

unə

götü

rülm

üş mən

təqə

ləri

n adı

YVQ

HBi

ləsu

var

Kürdəm

irN

eftç

ala

Zərd

ab

Təzə

kənd

Carlı

Aşağı

Qar

aym

anlı

Bəyi

mli

giriş

çıxış

giriş

çıxış

giriş

çıxış

giriş

çıxış

1Şə

ffaflı

qSm

1430

830

1330

1530

>30

2Bu

lanı

qlıq

FTU

250

027

00

131

024

.20

-

3Həl

l olm

uş o

ksig

enm

q/l

%6.

572

.68,

5885

,88,

5683

,98,

8788

,77.

575

.08,

2483

,28.

7685

.48,

4186

,7≥

4

4El

ektr

ik K

eçiri

ciliy

iS/

sm

0,89

80,

074

0,78

10,

029

1.15

0,03

29.

30,

10-

5Rə

ng,

orqa

nole

ptik

met

odla

r ə

n

g

s i

z

-

6pH

7,87

6,83

8,01

8,04

7.84

7,5

8,2

7.9

6,5-

8,5

7Co

dluq

mq-

ekv

/l

6.52

0,52

4,48

0,56

7.6

0,63

7,85

0,65

7,0

8Ka

lsiu

m Cа2

+

mq

/l75

,37,

4662

,54,

0167

.43,

9187

,25,

6057

,0

9M

aqne

zium

Мq2+

m

q /l

29,8

0,94

21,4

4,37

32.2

6,12

41,7

5,53

50,0

10Xl

orid

ionu

Cl

mq

/l74

,911

,437

,28,

8093

.38,

712

2,3

19,2

350,

0

11Su

lfat i

onu

SO42-

mq

/l45

3,6

63,6

134,

438

,430

9.3

57,6

201,

311

2,2

500,

0

12N

itrit

ionu

2-m

q /l

0,04

00,

050

0,05

00,

060

0

13N

itrat

ionu

3-m

q /l

2,70

2,52

4,66

0,21

6.18

1,49

7,13

1,14

45,0

14Am

mon

ium

ionu

NH

4 +m

q /l

0,38

00,

700

0,35

00,

410

0

15Bağı

rsaq

çöp

ləri

bakt

eri-

yala

rına

aid

olan

qru

plar

(k

oli-i

ndek

s)

əd/li

tr62

2000

norm

al69

4000

norm

al48

7000

norm

al68

5000

norm

al

226226

Regi

onla

rda

quraşdırılm

ış m

odul

sutəm

izlə

yici

qurğu

ları

n gi

riş

və çıxışın

dan

götü

rülm

üş s

u nü

munələr

iüzər

ində

apa

rıla

n tə

dqiq

atla

rın

nəti

cələ

ri

№Tə

yin

olun

an k

ompo

nent

lər

Ölç

ü va

hidi

Nüm

unə

götü

rülm

üş mən

təqə

ləri

n adı

YVQ

HSa

lyan

Sabi

raba

d Sa

atlı

İmiş

li

Marış

lıM

urad

bəyl

iŞə

hriy

arCə

fərl

i

giriş

çıxış

giriş

çıxış

giriş

çıxış

giriş

çıxış

1Şə

ffaflı

qSm

1130

330

530

430

>30

2Bu

lanı

qlıq

FTU

250

027

80

231

031

50

-

3Həl

l olm

uş o

ksig

enm

q/l

%8,

5182

,88,

5885

,88,

5683

,98,

8788

,78,

1582

,88,

2483

,28,

2785

,28,

4186

,7≥

4

4El

ektr

ik k

eçiri

ciliy

iS/

sm

0,80

90,

072

0,78

10,

029

1,37

70,

035

1,36

50,

132

-

5Rə

ng, o

rqan

olep

tik m

etod

lar

ə

n

g

s

i

z-

6pH

7,88

7.2

8,01

8,04

8,25

7,78

8,27

7,

776,

5-8,

5

7Co

dluq

mq-

ekv

/l5,

520,

444,

480,

567,

880,

727,

800,

767,

0

8Ka

lsiu

m Cа2

+

mq

/l71

,37,

2162

,54,

0192

,24,

0184

,25,

6157

,0

9M

aqne

zium

Мg2+

m

q /l

23,8

0,97

21,4

4,37

39,8

6,32

43,7

5,83

50,0

10Xl

orid

ionu

Cl

mq

/l54

,910

,637

,28,

8013

1,1

8,8

131,

121

,235

0,0

11Su

lfat i

onu

SO42-

mq

/l15

3,6

57,6

134,

438

,415

3,6

57,6

211,

311

5,2

500,

0

12N

itrit

ionu

2-m

q /l

0,04

00,

050

0,07

00,

070

0

13N

itrat

ionu

3-m

q /l

12,7

02,

644,

660,

216,

571,

497,

391,

3645

,0

14Am

mon

ium

ionu

NH

4 +m

q /l

0,48

00,

700

0,33

00,

540

0

15Bağı

rsaq

çöp

ləri

bakt

eriy

aların

a ai

d ol

an q

rupl

ar (k

oli-i

ndek

s)

əd/li

tr52

000

0no

rmal

650

000

norm

al49

000

0no

rmal

620

000

norm

al

227227

Xəzə

r də

nizi

sah

il zo

lağı

nda

quraşdırılm

ış m

odul

tip

li çi

rkab

su

təm

izlə

yici

qurğu

ları

n gi

riş

və çıxışın

dan

götü

rülm

üş s

u nü

munələr

i üzə

rində

aparıla

n tə

dqiq

atla

rın

nəti

cələ

ri

Gös

təri

cilə

lçü

vahi

di

YVQ

H(dən

iz

suyu

)

1 sa

ylı

Bilgəh

BTQ

2 sa

ylı

Sum

qayı

t BT

Q3

saylı

Mər

dəka

nD

ezin

fekt

or T

Q4

saylı

Buzo

vna

BTQ

giriş

çıxış

dəni

z su

yugi

riş

çıxış

dəni

z su

yugi

riş

çıxış

dəni

z su

yugi

riş

çıxış

dəni

z su

yu

pH6,

5-8,

58,

228,

248,

357,

487,

448,

288,

228,

258,

337,

757,

808,

28

Duz

lulu

q‰

3,3

3,3

10,2

0,5

0,5

10,0

20,0

20,0

10,2

2,7

2,4

10,3

Amm

oniu

m io

nları (

NH

4)m

q/l

0,5

7,7

0,5

0,27

4,75

0,44

0,36

3,72

0,50

0,34

0,91

0,40

0,28

Nitr

itlər

(NO

2)m

q/l

0,08

0,68

0,04

0,01

0,17

00

0,18

0,04

0,01

0,09

0,04

0

Oks

igenə

biok

imyə

vi tə

ləba

t (O

BT5)

mq/

l3,

065

,010

,0-

58,0

12,0

-50

,012

,0-

44,0

10,0

-

Asılı

mad

dələ

rm

q/l

4,25

10,0

4,0

3,0

10,5

4,0

2,0

6,0

3,0

4,0

8,0

4,0

1,0

Sint

etik

sət

hi a

ktiv

mad

dələ

r (S

SAM

)m

q/l

0,5

0,65

0,4

0,3

0,6

0,5

0,3

0,75

0,4

0,4

0,9

0,4

0,4

Nef

t məh

sulla

rım

q/l

0,05

0,56

0,05

0,03

--

--

--

--

-

Mik

robi

oloj

i təh

lillə

rBağı

rsaq

çöp

ü ba

kter

iya

qrup

unun

m

iqda

rı, ə

dəd/

litr

100

09

800

000

norm

al3

500

14 1

0000

0no

rmal

4 20

02

970

000

norm

al2

700

2 60

000

0no

rmal

3 60

0

Mik

robi

oloj

i təh

lillə

rE.

coli

(pat

ogen

–xə

stəl

ik tö

rədə

n ba

kter

iya)

, ədə

d/lit

r

100

03

260

000

norm

al1

100

4 50

000

0no

rmal

1000

980

000

norm

alno

rmal

810

000

norm

al1

200

228228

Xəzə

r də

nizi

sah

il zo

lağı

nda

quraşdırılm

ış m

odul

tip

li çi

rkab

su

təm

izlə

yici

qurğu

ları

n gi

riş

və çıxışın

dan

götü

rülm

üş s

u nü

munələr

i üzə

rində

aparıla

n tə

dqiq

atla

rın

nəti

cələ

ri

Gös

təri

cilə

lçü

vahi

di

YVQ

H(dən

iz

suyu

)

5 sa

ylı

Buzo

vna

BTQ

6 sa

ylı

Pirş

ağı B

TQ7

saylı

Pirş

ağı B

TQ

8 sa

ylı

Nar

dara

n de

zinf

ekto

r TQ

giriş

çıxış

dəni

z su

yugi

riş

çıxış

dəni

z su

yugi

riş

çıxış

dəni

z su

yugi

riş

çıxış

dəni

z su

yu

pH6,

5-8,

58,

438,

408,

308,

108,

088,

328,

558,

488,

328,

458,

358,

32

Duz

lulu

q‰

5,0

4,7

10,2

4,9

4,7

10,1

1,2

1,2

10,2

0,6

0,8

10,2

Amm

oniu

m io

nları (

NH

4)m

q/l

0,5

0,55

0,40

0,27

3,5

0,45

0,33

6,6

0,44

0,24

0,75

0,40

0,30

Nitr

itlər

(NO

2)m

q/l

0,08

0,10

0,02

00,

230

0,02

0,12

00

0,02

0,01

0

Oks

igenə

biok

imyə

vi tə

ləba

t (O

BT5)

mq/

l3,

038

,014

,0-

42,0

9,0

-56

,014

,0-

32,0

9,0

-

Asılı

mad

dələ

rm

q/l

4,25

10,0

4,0

2,0

16,0

3,0

3,0

18,0

5,0

3,0

12,0

4,0

2,0

Sint

etik

sət

hi a

ktiv

mad

dələ

r (S

SAM

)m

q/l

0,5

0,7

0,4

0,15

1,0

0,35

0,4

1,1

0,5

0,4

1,2

0,3

0,5

Mik

robi

oloj

i təh

lillə

rBağı

rsaq

çöp

ü ba

kter

iya

qrup

unun

miq

darı,

ədəd

/litr

100

03

820

000

norm

al4

800

14 3

0000

0no

rmal

3 90

08

070

000

norm

al4

100

2 10

000

0no

rmal

2 00

0

Mik

robi

oloj

i təh

lillə

rE.

coli

(pat

ogen

–xə

stəl

ik tö

rədə

n ba

kter

iya)

, ədəd

/litr

100

0

1 41

000

0no

rmal

2 00

04

630

000

norm

al1

300

2 60

000

0no

rmal

2 00

065

000

0no

rmal

norm

al

229229

Xəzər

dən

izi s

ahil

zolağı

nda

quraşdırılm

ış m

odul

tip

li çi

rkab

su

təm

izlə

yici

qurğu

ları

n gi

riş

və çıxışın

dan

götü

rülm

üş s

u nü

munələr

i üzə

rində

aparıla

n tə

dqiq

atla

rın

nəti

cələ

ri

Gös

təri

cilə

lçü

vahi

diYV

QH

(dən

iz

suyu

)

10 s

aylı

Nov

xanı

de

zinf

ekto

r TQ

11 s

aylı

Nov

xanı

de

zinf

ekto

r TQ

12 s

aylı

Nov

xanı

BTQ

13 s

aylı

Nov

xanı

BTQ

giriş

çıxış

dəni

z su

yugi

riş

çıxış

dəni

z su

yugi

riş

çıxış

dəni

z su

yugi

riş

çıxış

dəni

z su

yu

pH6,

5-8,

58,

358,

338,

288,

258,

248,

338,

298,

228,

288,

528,

508,

33

Duz

lulu

q‰

17,0

17,0

10,3

18,0

18,2

10,7

40,0

40,0

10,5

40,0

40,0

10,5

Amm

oniu

m io

n-la

rı (N

H4)

mq/

l0,

57,

40,

550,

367,

80,

430,

2512

,35

0,5

0,37

11,6

0,47

0,28

Nitr

itlər

(NO

2)m

q/l

0,08

0,08

00

00

00,

090,

040,

010

00

Oks

igenə

bio-

kim

yəvi

tələ

bat

(OBT

5)m

q/l

3,0

75,0

15,0

-78

,015

,0-

--

--

--

Asılı

mad

dələ

rm

q/l

4,25

14,0

4,0

4,0

8,0

4,0

4,0

18,0

2,0

2,0

12,0

4,0

4,0

Sint

etik

sət

hi

aktiv

mad

dələ

r (S

SAM

)m

q/l

0,5

0,9

0,5

0,4

0,7

0,35

0,4

0,8

0,5

0,45

1,0

0,5

0,35

Mik

robi

oloj

i təh

lillə

rBağı

rsaq

çöp

ü ba

kter

iya

qrup

unun

m

iqda

rı, ə

dəd/

litr

100

03

500

000

norm

al4

600

3 40

000

0no

rmal

3 00

01

050

000

norm

al2

800

2 00

000

0no

rmal

3 10

0

Mik

robi

oloj

i təh

lillə

rE.

coli

(pat

ogen

–xə

stəl

ik tö

rədə

n ba

kter

iya)

, ədə

d/lit

r

100

0

1 12

000

0no

rmal

1 80

01

600

000

norm

al1

000

320

000

norm

al1

100

585

000

norm

al1

500

230230

Xəzər

dən

izi s

ahil

zolağı

nda

quraşdırılm

ış m

odul

tip

li çi

rkab

su

təm

izlə

yici

qurğu

ları

n gi

riş

və çıxışın

dan

götü

rülm

üş s

u nü

munələr

i üzə

rində

aparıla

n tə

dqiq

atla

rın

nəti

cələ

ri

Gös

təri

cilə

lçü

vahi

di

YVQ

H(dən

iz

suyu

)

14 s

aylı

Nov

xanı

BTQ

15 s

aylı

Sum

qayı

t BT

Q16

say

lı Su

mqa

yıt

BTQ

17 s

aylı

Nov

xanı

BTQ

giriş

çıxış

dəni

z su

yugi

riş

çıxış

dəni

z su

yugi

riş

çıxış

dəni

z su

yugi

riş

çıxış

dəni

z su

yu

pH6,

5-8,

58,

328,

288,

358,

238,

308,

278,

458,

478,

337,

907,

888,

27

Duz

lulu

q‰

30,0

30,0

10,4

0,4

0,5

10,0

1,0

1,0

10,1

40,0

40,0

10,6

Amm

oniu

m io

nları (

NH

4)m

q/l

0,5

12,3

0,48

0,35

11,2

70,

500,

253,

900,

320,

1211

,30,

460,

22

Nitr

itlər

(NO

2)m

q/l

0,08

0,08

0,01

00,

120,

070,

010,

20,

080,

020,

090,

010,

01

Oks

igenə

biok

imyə

vi tə

ləba

t (O

BT5)

mq/

l3,

0-

--

80,0

14,0

-44

,010

,0-

--

-

Asılı

mad

dələ

rm

q/l

4,25

16,0

3,0

4,0

18,0

5,0

3.0

10,0

4,0

4,0

12,0

4,0

4.0

Sint

etik

sət

hi a

ktiv

mad

dələ

r (S

SAM

)m

q/l

0,5

0,8

0,5

0,5

0,9

0,3

0,35

0,8

0,4

0,3

1,2

0,4

0.4

Mik

robi

oloj

i təh

lillə

rBağı

rsaq

çöp

ü ba

kter

iya

qrup

unun

m

iqda

rı, ə

dəd/

litr

100

05

200

000

norm

al3

300

14 0

0000

0no

rmal

4 40

015

700

000

norm

al4

700

2 01

000

0no

rmal

2 20

0

Mik

robi

oloj

i təh

lillə

rE.

coli

(pat

ogen

–xə

stəl

ik tö

rədə

n ba

kter

iya)

, ədə

d/lit

r

100

01

820

000

norm

al1

600

5 20

000

0no

rmal

2 60

06

030

000

norm

al2

900

690

000

norm

al1

000

Qey

d: Y

VQH

- Y

ol V

erilə

n Q

atılı

q Həd

di

B

TQ -

Bio

loji

Təm

izlə

yici

Qurğu

231231

17.8

26.6

-2.4

-14.2

9.5

50.0

50.0

8.8

1.2

16.3

10.6

0.0

0.0

0.0

25.4

10.7

40.1

5.9

5.9

44.0

50.0

50.0

44.8

15.1

0.0

0.0

0.0

0.0

-47.5

-47.5

2

9

116

112

20

1

1

56

62

45

14

58

5029

24

57 13

45

37

1

1

1

10

28

1

1

1

1

127127

43.1 111

51.4 92

63.2 76

93.2 85

33.2 64

60.4 86

60.4 86

21.6 111

12.8 107

30.5 105

39.5 101

32.0 111

48.0 57

0.0 89

28.1 94

32.3 81

23.8 103

40.2 100

40.2 8944.3 67

69.7 60

47.4 69

10.2 69

12.2 78

100.0 1

100.0 1

100.0 1

100.0 1

5.0 1275.0 127

Environmental Performance Index

Environmental Health

Air (Effects on Human Health)

PM 2.5

Indoor Air Pollution

Environmental Burden of Disease

Child Mortality

Water (Effects on Human Health)

Sanitation

Drinking Water

Ecosystem Vitality

Agriculture

Agricultural Subsidies

Pesticide Regulation

Air (Ecosystem Effects)

SO2 per Capita

SO2 per GDP

Biodiversity and Habitat

Critical Habitat Protection

Marine Protected Areas

Biome Protection

Climate Change

CO2 per Capita

CO2 per GDP

CO2 per KWH

Renewable Electricity

Fisheries

Trawling Intensity

Fish Stocks Overexploited

Forests

Forest Cover

Growing Stock

Forest Loss

Water Resources (Ecosystem Effects)

Water Use

Performance Score with Trend Shading 0 50 100

Performance Score RankLevel of Aggregation

Pilot Trend Results Score (-50 to 50) Rank

232232

Əlavə 5. Beynəlxalq ekoloji fəaliyyətin nəticələrinin indeksi (Azərbaycan)

MÜNDƏRİCAT

I. DÖVLƏT PROQRAMLARININ İCRASI .................................................................................................. 31.1. Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi

inkişafa dair Milli Proqram .............................................................................................................. 31.2. Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair

Milli Proqram.......................................................................................................................................291.3. Azərbaycan Respublikasında hidrometeorologiyanın inkişafı Proqramı.....................331.4. Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair

2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı ..............................................................431.5. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi

inkişafı Dövlət Proqramı ................................................................................................................621.6. 2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi

inkişafına dair Dövlət Proqramı ..................................................................................................671.7. Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərinin səmərəli

istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı ...681.7.1. Normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi və zəruri təşkilati

tədbirlərin həyata keçirilməsi ............................................................................................681.7.2. Torpaq, su və digər təbii ehtiyatların səmərəli istifadə olunması ........................691.7.3. Ətraf mühitin qorunması və dayanıqlı inkişafın təmin edilməsi sahəsində ....76

1.8. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı ..................................................................................................84

1.9. Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı ....................................................................................................... 103

1.10. Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı ...... 1071.11. Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün

Milli Fəaliyyət Planı ................................................................................................................... 1091.12. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin

səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı ........................................ 111

II. ƏTRAF MÜHİT QANUNVERİCİLİYİNİN İNKİŞAFI ....................................................................... 1152.1. Ətraf mühit üzrə qanunların təkmilləşdirilməsi ................................................................. 1152.2. Azərbaycan Respublikası Prezidentinin Fərmanları .......................................................... 1162.3. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ..................................................... 1192.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları ................................................ 126

233233

Mündəricat

2.5. Ekoloji standartlar ......................................................................................................................... 1282.5.1. Təsdiq edilmiş standartlar ............................................................................................... 1282.5.2. Hazırlanmış standartlar .................................................................................................... 136

III. EKOLOJİ İNFRASTRUKTURUN İNKİŞAFI ...................................................................................... 1383.1. 2008-2012-ci illər ərzində xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı ..... 138

3.1.1. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı .............................................. 1393.1.2. Hirkan Milli Parkı ................................................................................................................. 1403.1.3. Şahdağ Milli Parkı ............................................................................................................... 1423.1.4. Göygöl Milli Parki ................................................................................................................ 1433.1.5. Samur-Yalama Milli Parkı ................................................................................................. 1443.1.6. Zaqatala Dövlət Təbiət Qoruğu .................................................................................... 1453.1.7. Korçay Dövlət Təbiət Qoruğu ........................................................................................ 1463.1.8. Arpaçay Dövlət Təbiət Yasaqlığı .................................................................................... 1473.1.9. Rvarud Dövlət Təbiət Yasaqlığı ...................................................................................... 1473.1.10. Zaqatala Dövlət Təbiət Yasaqlığı ................................................................................ 147

3.2. Azərbaycanın palçıq vulkanları ................................................................................................. 1483.3. Azərbaycan Təbiət Aləmi Zooloji Parkı ................................................................................. 1493.4. Meşə təsərrüfatının inkişafı ....................................................................................................... 1513.5. Yaşıllaşdırma layihələri ................................................................................................................. 155

3.5.1. Bakı-Qazax magistral avtomobil yolunun Atbulaq-Hacıqabul hissəsinin yaşıllaşdırılması................................................................................................................... 155

3.5.2. Hövsan-Binə Heydər Əliyev Beynəlxalq Hava Limanı ətrafı ərazilərin yaşıllaşdırılması................................................................................................................... 156

3.5.3. Hövsan-Binə-Dədə Qorqud-Bahar qəsəbələri arası ərazilərin yaşıllaşdırılması, su mənbələrinin müəyyən edilməsi və suvarma sisteminin qurulması ........................................................................................................ 156

3.5.4. Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsinin yaşıllaşdırılması, su mənbələrinin müəyyən edilməsi və suvarma sisteminin qurulması ........................................................................................................ 157

3.5.5. Bakı-Şamaxı magistral avtomobil yolunun yaşıllaşdırılması, su mənbələrinin müəyyən edilməsi və suvarma sisteminin qurulması ....... 158

3.5.6. Bakı-Quba magistral avtomobil yolunun yaşıllaşdırılması, su mənbələrinin məyyən edilməsi və suvarma sisteminin qurulması ............................................. 159

3.5.7. Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq hissəsinin yaşıllaşdırılması, su mənbələrinin müəyyən edilməsi və suvarma sisteminin qurulması ........................................................................................................ 162

3.5.8. Bayıl yamacı - 20-ci sahə arası ərazilərin yaşıllaşdırılması, su mənbələrinin müəyyən edilmsi və suvarma sisteminin qurulması............................................. 163

234234

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hesabati (2008-2012-ci illər)

235235

3.6. Keyfiyyətli içməli su ilə təminat................................................................................................ 1643.6.1. Regionlarda əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının

yaxşılaşdırılması Proqramı .............................................................................................. 1643.7. Dəniz suyunun duzsuzlaşdırılması .......................................................................................... 1693.8. Tullantı sularının idarə olunması .............................................................................................. 172

3.8.1. Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi .......................................... 1723.9. Ətraf mühitin monitorinqi.......................................................................................................... 180

3.9.1. Atmosfer havasının monitorinqi .................................................................................. 1823.9.2. Səth sularının monitorinqi ............................................................................................. 1823.9.3. Torpaqların şirklənməsinin monitorinqi .................................................................... 1833.9.4. Radioaktiv çirklənmənin monitorinqi......................................................................... 1833.9.5. Monitorinqin nəticələrinin aidiyyəti qurumlara və ictimaiyyətə

çatdırılması ........................................................................................................................... 1853.10. Faydalı qazıntıların axtarışı və kəşfiyyatı ............................................................................ 1863.11. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elmi-tədqiqat müəssisələri ..................... 191

3.11.1. Azərbaycan Elmi-Tədqiqt Balıqçılıq Təsərrüfatı İnstitutu................................. 1913.11.2. Mineral Xammal Elmi-Tədqiqat İnstitutu ............................................................... 1923.11.3. Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu ....................................................... 1933.11.4. Elmi-Tədqiqat Meşəçilik İnstitutu ............................................................................. 194

3.12. Ekoloji fəaliyyətin nəticələrinin indeksi............................................................................... 195

ƏLAVƏLƏR ................................................................................................................................................... 199Əlavə 1. Ətraf mühitin monitorinqi üzrə yayımlanan bülletenlər ............................... 200Əlavə 2. Ekoturizm marşrutları ................................................................................................. 203Əlavə 3. Xəritələr ........................................................................................................................... 208Əlavə 4. Modul tipli sutəmizləyici qurğular ........................................................................ 217Əlavə 5. Beynəlxalq ekoloji fəaliyyətin nəticələrinin ı̇ndeksi ........................................ 232

Mündəricat

Qeydlər

“Ziya“ Nəşriyyat Poliqrafiya MərkəziTel.: 050 315 15 [email protected]