inforex weekly#79

12
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°79 OKTYABR 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 9

Upload: inforex

Post on 05-Apr-2016

230 views

Category:

Documents


0 download

DESCRIPTION

Inforex Weekly#79: treyderler ucun heftelik online Forex icmali

TRANSCRIPT

Page 1: Inforex Weekly#79

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°79 OKTYABR 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ9

Page 2: Inforex Weekly#79

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

EUR/USD

Eur/usd cütlüyü qrafikdə göstərildiyi kimi,qalxış trendi daxilində hərəkət edir və qiymət 1.2750 dəstəyindən yuxarıda qaldıqca bu hərəkətin davam edəcəyi gözlənilir.Hazırki müqavimətlər 1.2887 və 1.2970,dəstəklər 1.2750,1.2695 ətrafındadır.Hazırda investorların diqqətli FRS iclas nəticələrinə və AMB-nin kütləvi zəiflədilmə tədbirlərinə yönəldiyi üçün bu barədə məlumatlara maraq və reaksiya əhəmiyyətli ola bilər.

Page 3: Inforex Weekly#79

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Deutsche Bank: ABŞ-da infliyasiya hesabatı FRS-in faiz dərəcələri ilə bağlı qərarına təsir edəcək Deutsche Bank analitiki C.Reydin fikrincə çərşənbə günü çıxacaq ABŞ infliyasiya rəqəmləri investorların diqqət mərkəzində olacaq və bu FRS -in faiz dərəcələri ilə bağlı qərarına əhəmiyyətli təsir göstərəcək.

AMB təminatlı aktivlərin alışına başlamağa məcbur olacaq...Avropa iqtisadiyyatı problemlər yaşamaqda davam edir.Almaniyada topdan satış qiymətlərinin infliyasiyasına dair xəbərlər neqativ tendensiyas\nın davam etdiyni göstərir.Belə rəqəmlər AMB-ni iqtisadiyyatı dirçəltmək üçün kütləvi stimullaşdırma tədbirlərinə başlamaq məcburiyyəti ilə qarşı qarşıya qoyur.Avropa iqtisadiyyatının eniş trayektoriyası bu ilin 4-cü rübündə AMB-ni ABS proqramına ,bu ay isə ip-oteka istiqrazlarını almağa vadar edə bilər.Hadisələrin bu cür inkişafı isə avronun dinamikasını neqativ təsir altına sala bilər.

Danske Bank və Commerzbank: EUR/USD-də əhvalYeni həftənin əvvəlində avroda qlxış müşahidə edirik.Commerzbank analitikii K.Cons yazır: «EUR/USD 1.2600 səviyyəsindən dəstək alaraq qalxış korreksiyasını davam etdirə bilər.Elliot dalğa strukturu qalxışın 1.2955/1.3100 ətrafına qədər davam edə biləcəyini göstərir». Danske Bank analitikləri əlavə edirlər ki, «EUR/USD və USD/JPY korreksiyaya həssasdır və bu 1.30/1.31 və 105/106 yaxınlığında başa çata bilər.Qeyd etmək lazımdır ki,bazar qiymətdə FRS-lə bağlı gözləmələri nəzərə alıb və hazırda hes-ab edir ki, MB sərtləşdirməni yalnız 2015-ci ilin otyabrında başlaya bilər».

BoA-ML: AMB üçün QE qaçılmazdırAvro/dollar enişlərdə alışa maraqla üzləşir və JP Morgan hesab edir ki,cütlük $1.2953 ətrafına qədər qalxa bilər,amma burada yeni satışların olması mümkündür. $1.3132 səviyyəsinin qırılması isə ayıların zəifləməsinə və $1.3246 ətrafına qalxışa yol açacaq.

Avro/dollar enişlərdə alışa maraqla üzləşir və JP Morgan hesab edir ki, cütlük $1.2953 ətrafına qədər qalxa bilər,amma burada yeni satışların olması mümkündür. $1.3132 səviyyəsinin qırılması isə ayıların zəifləməsinə və $1.3246 ətrafına qalxışa yol açacaq.

Böyük Britaniya Mərkəzi Bankı dünya iqtisadiyyatında soyuqlaşma olduğunu bildirirİngiltərə Bankının baş iqtisadçısı E.Holdeyn bildirir ki,qlobal iqtisadiyyatın zəifləməsi fonunda Böyük Britaniyada faiz dərəcələrinin qaldırılması daha gec zamana atıla bilər.Holdeyn qeyd edir ki,Britaniya requlyatoru monetar siyasəti sərtləşdirməyə tələsməməlidir.Onun fikrincə faiz dərəcələri gözləniləndən daha uzun müddət aşağı səviyyələrdə qala bilər.Amma o bunu da qeyd edib ki,vəziyyət dəyişdikcə,maaliyyə bazarları da,Mərkəzi Banklar da qərralarına və proqnozlarına yenidən baxırlar.Qeyd etmək lazımdır ki,hələ bir həftə əvvəl İngiltərə MB sədri M.Karni faiz dərəcələrinin 2015-ci ilin ortalarında qaldırıla biləcəyini açıqlamışdı.Maaliyyə bazarları isə faiz dərəcələrinin 2015-ci ilin ortalarında qaldırılacağını gözləyirlər.

Citi : Funtun kütləvi satışları başa çatdımı?CitiFX mütəxəssiləri qeyd edirlər ki,sterlinqin spred və risk göstəricilərinə əsaslanmış həqiqi dəyəri kütləvi satışların geridə qaldığını göstərir. «Kəskin eniş və Böyük Britani-ya iqtisadi göstəricilərinin pisləşmə risklərinin yoxluğu şəraitində funt daha da yuxarı qalxa bilər.Bu həftə çəxacaq İngiltərə Bankının iclas protokolları faiz dərəcələrinin gözləniləndən daha tez artırıla biləcəyi ehtimalını qabardacaq » - deyə Citi bildirir.

Page 4: Inforex Weekly#79

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

Avropada həftə ərzində gözlənilən fundamental hadisələr

Almaniyada,Fransada,Avrozonada PMI indeksi,Böyük Britaniyada ÜDM hesabatı və İngiltərə Bankının iclas protokollarıProqnozlara görə Fransa xidmət sektorunda dinamikanın yaxşılaşması Almaniyadakı müvafiq enişi kompensasi-ya edə bilər.İndeksin aparıcı komponentləri -yeni sifarişlər son aylarda enişə meylli dinamika göstərir.Almaniya iqtisadiyatının hərəkətverici qüvvəsi dayanıb və onu yenidən canlandırmaq çətin olacaq.Emaledici sektorda PMI indeksinin zəifləməsi gözlənilir. Fransada sentyabr ayında

PMI indeksi 1 punkt artdıqdan sonra oktyabrda artmağa davam edib.Proqnozlara görə artımın davamı müm-kündür.Böyük Britaniyada ÜDM 3-cü rübdə təəccüblü dərəcədə yüksək ola bilər.PMİ rəqəmlərinə əssalanan indi-kator 2-ci rübdə qalxış ehtimalının mümkünlüyünü göstərir.

Emaledici sektorun PMİ indeksi isə son aylarda aşağı düşür və bu da xidmət sektorunu ardınca apara bilər. İngiltərə Bankının iclas protokolları yəqin ki,yeni heç nə açıqlamayacaq.İşgüzar sektorda aktivlik və infliyasiya balansı eniş istiqamətinə dönüb və buna görə də Komitə üzvləri çətin ki,sərtləşdirmə tərəfdarı olsunlar.Əksinə.bank hazırda Avrozona problemlərinə görə narahatdır.

ABŞ və Kanadada həftə ərzində gözlənilən fundamental məlumatlar

ABŞ daşınmaz əmlak bazarında satışların artacağı gözlənilir.Başa çatdırılmamış alqı-satqı müqavilələri isə avqust-da inamlı artımdan sonra azalmışdı.Amma evtikənlərin satışlar barədə optimist proqnozları və sentyabrda məşğulluq səviyyəsinin artması daşınmaz əmlak satışlarının artım yolunda olacağını gözləməyə əsas verir.

CPİ indeksinin sentyabr qiyməti proqnozlara gösrə dəyişilməyəcək.Baza rəqəminin artacağı gözlənilir.Enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi ümumi CPİ qiymətinə təzyiq göstərir. Credit Agricole indeksin stabil olacağını gözləyirlər,amma baza CPİ indeksinin aşağı düşməsi üçün potensial təhlükənin transport xidmətləri qiymətlərinin enerji daşıyıcılarının ucuzlaşması fonunda aşağı düşməsi olduğun u bildirirlər.

Bu həftə Kanada Bankının iclası gözlənilir.Proqnozlara görə ,MB monetar siyasəti dəyişməz saxlayacaq,məmurlar isə gözləmə mövqeyində qalacaqlar.

Page 5: Inforex Weekly#79

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

Page 6: Inforex Weekly#79

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

EUR/USD1.2725-1.2804 diapazonunda ticarətlər gözlənilirGünlük qrafik : Daha bir günlük bar formalaşdı və o potensial yığımını əks etdirir.ADX hələ ki,trendin işlənilməsinə hazır olduğunu göstərmir,bu da yuxarı konvertdə ticarətlər (1.2717-1.2870) olacağı ehtimalını yaradır.

Trendin potensialının təyin edilməsi

GBP/USDSıx müqavimət zonası buğaların hədəfidirGünlük qrafik:Ossilyatorun və ADX-in əks istiqamətli olması müşahidə edilir,bu da Bollincerin orta xəttinə (1.6158) istiqamətlənəcək hərəkətdən xəbər verir ki,buradan qiymətin 1.5870 ətrafına yönələcəyi mümkündür.Buğalar 1.6226 səviyyəsindən yuxarıda möhkəmlənə bilsələr, Over&Under dönüş patterni yaranacaq,bu halda qalxış hərəkətinin 1.6450 orta xəttinə qədər davaını gözləmək olar ,sonra isə 1.5955 yaxınlığına qayıdış ehtimalı var.

Page 7: Inforex Weekly#79

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

USD/JPY

Ehtimal olunan hədəf 106.38Günlük qrafik:Qalxış sapma svinqi formalaşıb,ona görə də pozisiya üstünlüyü ayıların əlindədir,bu onlara hazırki səviyyələrdən 105.94 ətrafına yönəlməyə imkan yaradacaq.

TREYDERLƏR ÜÇÜN FORUM

Page 8: Inforex Weekly#79

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

NZD/USD

Cütlük eniş kanalını tərk edib və müqavimətdən yuxarıda ticarət aparır.Bununla əlaqədar qalxışın davamı və ardınca əvvəl 0.8130-0.8150,sonra isə 0.8230-0.8270 yaxınlığına qalxış mümkündür.

Texniki analiz

EUR/USD

Cütlük uzunmüddətli eniş kanalı daxilində hərəkət edir,bununla əlaqədar olaraq eniş trendinin daxilində 1.2500 minimumunun qırılaraq kanalın dəstəyinin yoxanması mümkündür.Eyni zamanda hələ ki, 1.2960-1.3000 müqavimətinə sıçrayış mümkündür ki,buradan da eniş trendinin yen ilənməsi mümkündür.

Page 9: Inforex Weekly#79

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

GBP/USD

Vəzİyyət ümumilikdə dəyişməyib və cütlük 1.5850 dəstəyi və 1.6200 müqaviməti aralığında hərəkə edir.Ortamüddətli perspektivlər bu diapazonun hər hansı birinin qıırlması ilə müəyyən olunacaq.

XAU/USD

FRS monetar siyasəti ilə bağlı qeyri-müəyyənlik qiymətli metal bazarında aktivliyin azalmasına gətirir.Texni-ki baxımdan,əvvəlki kimi diqqətlər qiymətin 1240.00 səviyyəsindən yuxarıda möhkəmlənməsinə yönəlib.Bu cəhdlər hələ ki,uğurlu alınmır,ona görə də eniş trendinin yenilənməsi və 1180.00 dəstəyinin qırılması müm-kündür və bu, 1100.00 ətrafına yol açacaq.

Page 10: Inforex Weekly#79

Dalğa analizi və proqnozlar

EUR/USD

Mümkün variantlardan birinə görə son (E) of [B] eniş dalğası inkişaf edir və o ziqzaq forması ala bilər.,Hazırda inkişaf edən A of (E) impulsunun [iv] of A of (E) of [B] qalxış korreksiyası yaranmaq üzrədir.

GBP/USD

(С) son diaqonalının 4 of (C) eniş dalğası inkişaf edir və bu ziqzaq və ya daha mürəkkəb forma ala bilər.İlkin [a] of 4 diaqonalının dalğası başa çatmaq üzrədir.

INFOREX WEEKLY09 DALGA ANALIZI

Page 11: Inforex Weekly#79

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 10

USD/JPY

(A) iri qalxış ziqzaqı formalaşır.Hazırda onun 5 of (A) lokal qalxış impulsu formalaşır.

USD/CHF

Mümkün variantlardan biri E eniş dalğasınnın inkişaf etdiyini ehtimal edir. [a] of E qalxış impulsunun formalaşması daxilində , (iv) of [a] of E lokal korreksiyası formalaşır və o üfüqi üçbucaq şəklini ala bilər.

Page 12: Inforex Weekly#79

INFOREX WEEKLY DALGA ANALIZI

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal

INFOREX WEEKLY09 DALGA ANALIZI