inforex weekly#57

21
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°57 MAY 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 3 DALĞA ANALİZİ 17

Upload: inforex

Post on 21-Mar-2016

233 views

Category:

Documents


4 download

DESCRIPTION

InForex Weekly -treyderler ucun heftelik online Forex icmali

TRANSCRIPT

Page 1: Inforex Weekly#57

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°57 MAY 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 3 DALĞA

ANALİZİ17

Page 2: Inforex Weekly#57

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

Eur/Usd

Eurusd cütlüyü dəstək səviyyəsini 1.3711 nöqtəsini aşağı qırmağa nail olub və hazırda bu dəstəkdə ticarət aparır.Ümumiyyətlə,əksər analitiklər avro/dollar üçün ortamüddətli eniş periodunun başladığını bildirirlər və 1.3590,1.3540,1.3470 və daha aşağı səviyyələri eniş hədəfləri kimi qeyd edirlər.Fikrimcə qiymət hazırki 1.3710-30 ətrafını qıra bilməzsə,1.3660 və 1.3590 səviyyələrinə eniş gözləmək olar. Deyilən səviyyədən yuxarıda möhkəmlənmə 1.3760/90 və 1.3850 ətrafına yol aça bilər.

Page 3: Inforex Weekly#57

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

Amerika valyutası artıq ikinci həftədir ki,digər valyutalar qarşısında yüksəlişlə başa çatdırıb. EUR/USD cütlüyü həftə ərzində Avrozonanın neqativ makroiqtisadi göstəriciləri fonunda təzyiq altında qalıb.

Həftənin əsas hadisəsi ÜDM göstəricisi olub, Avrozona ölkələrindən yalnız Almaniya rəqəmləri proqnozdan nisbətən yüksək olub.İtaliya iqtisadiyyatı isə tamamilə mənfi zonaya düşüb.Bundan sonra avroda kütləvi satışlar başlayıb.

GBP/USD cütlüyündə ayılar həftə ərzində üstün mövqedə olublar.Çərşənbə günü açıqlanan İngiltərə Bankının infli-yasiya hesabatı buğaları təəccübləndirib,belə ki, monetar requlyator iqtisadi artım templərinin qiymətləndirilməsini dəyişməyib, üstəlik də M.Karni bildirib ki,funtun bu sürətlə möhkəmlənməsi ölkə iqtisadiyyatına mənfi təsir edir.

Bu fonda funtun zəifləməsi müşahidə olundu və gbpusd cütlüyü həftəni 1.6814 ətrafına başa çatdırıb.

Ötən həftəlik icmal

Həftəlik proqnoz 19may – 23 may

EUR/USD:

Həftənin birinci yarısında Avrozona və ABŞ-dan vacib makroiqtisadi statistika gözlənilmir.21 may çərşənbə günü ABŞ FRS iclas protokolları dərc olunacaq . Amerika requlyatorundan iqtisadi perspektivlər barədə dəyişiklik gözlənilmir.

22 may cümə axşamı bazarın diqqəti Almaniya və Fransada PMi indeksi dərc olunacaq.Avrozonanın aparıcı dövlətlərinin iqtisadiyyatlarında enişə meyllilik müşahidə olunur və hazırki vəziyyətdə pozitiv rəqəmlər gözləmək düzgün deyil.Bu fonda avro/dolların eniş tendensiyası davam edə bilər.Cütlüyün 1.3561 səviyyəsini yoxlaması mümkündür.

GBP/USD:

Çərşənbə axşamı 20 mayda diqqətlər Böyük Britaniyada istehlak qiymətləri indeksi dərc olnacaq.İşsizliyin azalması və istehlakçıların inam indeksinin artması faktiki rəqəmlərin pozitiv olacağına işarə edir.Çərşənbə günü 21 mayda İngiltərə Bankının pul kredit siyasəti barədə iclas protokolları dərc olunacaq.

Ötən həftə M.Karni təstiq edib ki,investorlar faiz dərəcələrinin artırılmasını 2015 ci ilin 2ci rübündən tez gözləməsinlər.Ümumiyyətlə funt sterlinqin yan tendensiyasında hərəkət edəcəyini gözləmək olar. Diapazon sərhədləri :1.6730 – 1.6930.

Korreksiyadan sonra EUR/USD cütlüyünü satışlar gözləyir

Page 4: Inforex Weekly#57

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

GBP/USD

EUR/USD

Page 5: Inforex Weekly#57

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

«İlin sonunda EUR/USD 1.35/34 səviyyəsində ticarət aparacaq– Rabobank»

Rabobank strateqi C.Fouli bildirir ki, EUR/USD cütlüyü ilin sonunda 1.35/34 səviyyəsində ticarət aparacaq. «Biz yenə də hesab edirik ki,dolların möhkəmlənməsi EUR/USD cütlüyünün enişini təmin edəcək».

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Commerzbank -bəzi valyutalara dair proqnozlar

« AUD/USD cütlüyünün 0.9402 səviyyəsinin qırılması ehtimalı var»

Commerzbank analitiki A.Rudolf bildirir ki, 0.9402 səviyyəsi qırıldıqdan sonra AUD/USD 0.9460 ətrafına qalxa bilər. Funt/dollar fevral minimumunu test etsə də,ayılar hələ də güclüdür.

Ötən həftə funt/dollar 1.7000 səviyyəsini yuxarı qıra bilmədi və biz hesab edirik ki,cütlük əsas təpəni formalşadırdı. 1.6763 və 55günlük ma-nın keçdiyi 1.6730/27 səviyyələri həftə ərzzində diqqət mərkəzində olacaq. 1.6819- 1.6833 ətrafı ola bilsin ki,hərəkəti məhdudlaşdırar,bu belə olmazsa 1.6919 səviyyəsi diqqət mərkəzində olacaq. Hazırki : 1.6904 ətrafında satış.

Tövsiyyə: stop 1.7050. Satış 1.6725 səviyyəsində bağlana bilər.1 həftəlik proqnoz : 1.7000 psixoloji səviyyəsindən korreksiya.

USD/JPY 101.32/15 dəstəyinə düşüb və dayanıb

Ötən həftə dollar/yena qalxsa da 55-günlük ma-nın keçdiyi 102.33 səviyyəsini qıra bilməyib və 101.31 ətrafına düşüb. Bu səviyyə hazırda dəstək rolu oynayır.Cütlük mart minimumundan yuxarıda ticarət apardıqca qısamüddətli proqnoz buğa istiqamətində olacaq.Hesab edirik ki ,buradan qalxış korreksiyası başlaya bilər.

1-3 həftəlik proqnoz: Ticarət diapazonu 105.50- 100.00.

EUR/USD cütlüyünün hərəkət perspektivləri: minimumlara doğru eniş

Analitiklər əvvəlki kimi avro/dolların eniş dinamikasını davam etdirəcəyini gözləyirlər.Bu analizi Commerzbank, Merrill Lynch və bir çox iri bank analitikləri dəstəkləyirlər .Avro/dollar üçün ilkin hədəf 1,3628, ardınca 1,3397 və ayın sonunda 1,3104 səviyyəsində götürülür. Hazırki geosiyasi vəziyyət sığınacaq valyutalara tələbi artırır.İnvestorlar AMB-nin iyun iclasında monetar siyasəti yumşaldacağı gözləmələri fonunda avronu kütləvi satırlar. Yumşaldılmnın ola biləcəyi ehtimalı artıq reallığa yaxındır.M.Draqi ötən çıxışında artıq bu barədə məlumat verib.Avrozonada iqtisadi problemlər bunun üçün əsas yaradır.

Page 6: Inforex Weekly#57

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

Trend xətlərinə əsaslanan strategiyaBu strategiya istənilən valyuta cütlüyündə və istənilən taym-fremdə işləyə bilər,amma yaxşı olar ki M5 perio-dundan yüksək taymfremdə istifadə olunsun.Hesab edək ki,biz eurusd cütlüyünü və M15 periodunu seçmişik.Müvafiq olaraq biz seçdiyimiz intervaldan 2 period yüksək taymfremlərdə trendin istiqamətini müəyyən etməli və əməliiyyatları yalnız bu trend istiqamətində açmalıyıq. Yəni,əgər M15 periodundan 2 period iri olan qrafiklərdə trend xətləri yuxarı meyllənibsə,biz qiymətin bu xətlərə yaxınlaşdığı zaman Buy-stop limitləri ilə deyil,birbaşa almalıyıq. Müvafiq olaraq bu xətlər enişə meyllidirsə,qiymət bu xətlərdən aşağı dönən zaman Sell-limitlə deyil,birbaşa satmalıyıq. Stop-loss dönüş şamının minimumundan 5 punkt aşağıda alışlar,dönüş şamından 5 punkt yuxarıda satışlar üçün təyin edilməlidir.Take-profit yaxın lokal maksimumu ətrafında (5-10 punkt aşağıda ) alışlar üçün ,lokal minimum yaxınlığında satışlar üçün təyin edilməlidir. Eyni zamanda stop-loss bağlanmış şamlara uyğun olaraq dəyişdirilə bilər.Bunun üçün eyni zamanda universal treylinq stoplardan istifadə edilməsi mümkündür.

Page 7: Inforex Weekly#57

06INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Bukmeker prinsipləri ilə işləyən brokerlər

Əslində çox brokerlər mahiyyətcə broker deyil, bukmekerdirlər.Dürüst işləyən brokerlə bukmeker tipli broker arasında fərq ondadır ki,ikincilər bazara müştərilərin əməliyyatlarını çıxarmırlar və mənfəət-itiki arasındakı fərqlə işləyirlər.Bukmeker üçün qazancı necə əldə etməyin fərqi yoxdur və daim hərəkət edən qrafiklər bunu ört-basdır etmək üçün əla həlldir.

İkinci əksər treyderlər əlbəttə ki,uduzurlar ,çünki onlar bazarı analiz etməyi bacarmır və uğura ümid bağlayaraq opsion ticarətini kazinoya çevirirlər.Kazinoda isə bildiyimiz kimi uduzanların sayı udanlardan dəfələrlə çoxdur,bu da bukmeker tipli brokerə qazanmaq üçün şərait yaradır.Əgər 5 dəqiqəlik vaxt üçün opsion alınırsa və bunu alan treyder ümid edirsə ki,qiymət 5 dəqiqədən sonra 1-2 punkt yuxarıda/aşağıda olacaq,bu tam olaraq kazinodur,çünki 5 dəqiqə ərzində qiymətin nə edəcəyini bilmək mümkün deyil.Bunu da qeyd etmək lazımdır ki,yaxşı bukmeker-broker heç vaxt heç kimi aldatmır.Əgər siz qazanmısınızsa,siz əldə etdiyini qazancı alacaqsınız.Amma... Müştərilərini aldadan bukmeker brokerləri başqa bir əlamətə görə müəyyən etmək olar.Uduzan treyderlərə bu brokerlər müqavilədə nəzərdə tutulmüş qaytarılacaq itki məbləğini ödəmirlər.Bukmeker üçün bu çox böyük xərcdir.Qeyd edək ki,əməkdaşlıq etdiyimiz “Templer “ şirkəti itki halında ödənilmiş məbləğin 40%-ni müştərilərinə qaytarır.

Bukmeker-brokerin saytını analiz edərəkn görmək olar ki,o yeni müştərilərin əldə olunmasında çox maraqlıdır və əsassız vədlər,hər bir müştərinin tez və iri həcmli gəlir əldə edəcəyini reklam edir.Bu tip brokerə yeni və təcrübəsiz treyderlər professionaldan daha çox lazımdır.Bundan başqa bu brokerlər uğurlu treyderlərə əlverişli şərtlərlə partyorluq proqramı təklif edir.Yəni,yeni müştərilərin cəlb olunmasına çalışır.Bu ondan xəbər verir ki,qarşınızda bukmekerdir ,çünki əsl brokerə professional treyderlər mane olmur.

Nəhayət ,bukmeker bazara daxil olmaq üçün çox kiçik məbləğ təklif edir,minimal depozit kimi çox kiçik məbləğlər 1-5 usd təklif edir.Bu da onu təstiq edir ki,bu broker üçün yeni və təcrübəsiz müştərilər əldə etmək daha vacibdir.Bunu da qeyd etmək istəyərdik ki,Templer FX bazara daxil olmaq üçün minimal məbləğ kimi 50 usd göstərir.

Əsl brokerlər

Əsl broker — odur ki,müştərilərin pullarını əməliyyatların bitməsi üçün istifadə edir.Yəni, misal üçün əgər siz qızılın artımı üçün order vermisinizsə,broker pulları götürür və əmtəə bazarına daxil olur,əgər siz səhmlərlə işləyirsinizsə,fond bazarına,valyutalarla işləyirsinizsə forex bazarına daxil olur.

Binar opsionlar broker üçün ona görə rahatdır ki,müştəri öz pulunu opsionun dəyəri qədər tam ödəyir.Opsion alınırsa,balansdan həmin məbləğ misal üçün $100 çıxılır.Opsionun vaxtı bitdikdən sonra müşrəti $160-180 gəlir əldə edir, ya da $0-15 kompensasiya alır. ( “Templer “ şirkətində kompensasiya-40%)

Bundan başqa bəzi brokerlər stabil işləmək üçün bir neçə əlavə metodlardan istifadə edirlər.

Birinci— Yalnız bir tərəfli açılmış əməliyyatlarla.Bu opsionlar One Touch adlanır. Bu halda broker qiymətin misal üçün 1.80 səviyyəsinə gedəcəyini gözləyir,amma treyderlərə yalnız 1.85 səviyyəsinə qədər qalxışı nəzərdə tutan opsionları təklif edir.Broker bu təklif ilə treyderləri uduzmağa məhkum edir.

İkinci —iki tərəfli oyun.Məsələn həm avronun satışı,həm də alışı orderləri açılır. Qiymət hansı istiqamətə gedərsə,ikinci tərəf uduzmuş olacaq. Bu brokerləri ayırd etmək üçün bir neçə əlamət var.Belə şirkətlərdə invest-ment limiti çox yüksəkdir.

Bu tip brokerlər üçün opsion “assortimentinin” tez -tez yenilənməsi xarakterikdir.Məsələn,indi o hər hansı bir opsionun 50 punkt qalxışını nəzərdə tutan alışını təklif edir,sabah isə bu opsionun əvəzinə eyni korrelyasiyaya malik olan opsionun 70 punkt enişini nəzərdə tutan satışını təklif edir.Bütün bunlar brokerin özü üçün çalışdığını göstərir.

Nəticə

Kiminlə- broker və ya bukmekerlə işləməyinizdən asılı olmayaraq sizin üçün əsas olan komfortlu iş şərtləridir.Vəsaitin qəfil silinməsi,görünməmiş komissiyalar,vəsaitin çıxarılmasında gecikmələrin olmaması çalışmaq üçün əsas şərtdir.

Page 8: Inforex Weekly#57

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

Trendin potensialının təyin edilməsi -3 əsas cütlük üzrə həftəlik təhlil

EUR/USD

Aylıq qrafik: Görürük ki,buğalar 1.4053 müqavimətini qıra bilməyib və aktivliklə Bollincerin orta xəttinə doğru korreksiya edir (1.3310).Eyni zamanda avronun üçbucaqda konsolidasiyasını və impulsla bu fiqur daxilindən çıxmasını gözləmək olar. Hələ ki,ADX buğa və ayı ssenarisinə uyğun hərəkət edə bilər, 1.3310 səviyyəsi nəzarət səviyyəsidir,qiymət Over&Under fiqurunu formalaşdırmaq üçün bu səviyyədən daha da aşağı düşə bilər.

Qeyd etmək lazımdır ki,buğa variantında qalxışın 1.4964 səviyyəsinə qədər qalxışın mümkünlüyü nəzərdə saxlanmalıdır.

Həftəlik qrafik: burada ayıların üstünlüyü müşahidə olunur. Ona görə də 1.3515 səviyyəsinin yoxlanmasından sonra 1.3951 ətrafına qalxış və 1.3310 nöqtəsinə hədəflənmiş ortamüddətli eniş dalğasının yaranması müm-kündür.

Page 9: Inforex Weekly#57

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

Günlük qrafik: yalnış eniş qırılması müşahidə olunur.Əsas ssenari kimi bu ətrafdan 1.3950 səviyyəsinin yoxlanması və yenidən 1.3310 yaxınlığına eniş nəzərdə tutulur. Alternativ variant kimi 1.3648 lou səviyyəsinin qırılacağı halda 1.3515 dəstəyinə eniş götürülə bilər

GBP/USD

Aylıq qrafik: 1.7150 pivotunun yoxlanması mümkündür. Dəstək kimi 1.60 səviyyəsi götürülə bilər. Ayı ssenarisi yalnız 1.60 səviyyəsinin qırılması halında aktiv ola bilər və bu zaman ortamüddətli olaraq 1.4863 səviyyəsinin yoxlanmasını gözləmək olar.

Nəticə: əsas ssenari - cütlüyün birbaşa 1.3950 səviyyəsinə qalxışı və ardınca 1.3310 səviyyəsinə istiqamətlənəcəyi gözlənilir.

Page 10: Inforex Weekly#57

INFOREX WEEKLY TEXNIKI ANAlİZ09

Həftəlik qrafik: Əsas dəstək - 1.6610 səviyyəsini yoxlanması gözlənilir. 1.6610 səviyyəsinin aşağı qırılacağı halda 1.6289 ətrafına eniş və Over&Under fiquruna 1.6835 nöqtəsindən giriş mümkündür .

Günlük qrafik: bu periodda Over&Under fiquru yaranıb və 1.6920 səviyyəsində satışlar başlaya bilər.

Qeyd edək ki, 1.6610 səviyyəsinin yoxlanması hfətəlik qrafikdə qalxış ssenarisini neytrallaşdırmır.

Page 11: Inforex Weekly#57

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 10

Həftəlik qrafik: buğalar yüksək təzyiq göstərmirlər,amma yada salaq ki,bu qalxış konvergensiya fonunda baş verir,ona görə də 0.9625 səviyyəsinin qırılması ehtimalı gündəmdədir.

AUD/USD

Aylıq qrafik: hərəkət eniş strukturunda davam edir 0.9625 müqavimətinin qırılmaması qiymətin 0.84 səviyyəsinə hədəflənəcəyini təmin edə bilər.

Page 12: Inforex Weekly#57

INFOREX WEEKLY TEXNIKI ANAlİZ11

Günlük qrafik: 0.9233-0.9400 kanalında hərkət mümkündür.

FACEBOOK

Page 13: Inforex Weekly#57

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 12

EUR/USD

Əvvəlki kimi 1.3640-1.3670 səviyyəsi cütlüyə dəstək verir və bununla əlaqədar 1.4000 istiqamətinə sıçrayış formalaşa bilər.Amma ... əgər 1.3640-1.3670 dəstəyi qırılarsa, 1.3475 dəstəyi yoxlana bilər.

Texniki analiz

Qızıl hazırda Amerika iqtisadi göstəricilərinə qarşı həssasdır

Texniki baxımdan qızılda vəziyyət əvvəlki kimidir. Əsas dəstək olaraq 1265.00-1275.00 səviyyəsi götürülə bilər , metall buradan yuxarıda ticarət apardıqca 1330.00 müqavimətinin yoxlanması mümkündür və onun qırılması ortamüddətli periodda 1392.00, 1435.00 ətrafına qalxışa yol aça bilər. Eyni zamanda 1265.00-1275.00 dəstəyinin əminliklə qırılması pozitiv gözləntiləri neytrallaşdıra və 1200.00 istiqamətində yol aça bilər.

Page 14: Inforex Weekly#57

INFOREX WEEKLY TEXNIKI ANAlİZ13

GBP/USD

Cütlük 1.6720-1.6750 səviyyəsinə korreksiya edir. Eyni zamanda 1.7040 müqavimətinin yoxlanması da müm-kündür. 1.6720-1.6750 səviyyəsinin aşağı qırılması 100-günlük SMA nın keçdiyi 1.6465 və 1.6200 ətrafına yol açacaq.

USD/JPY

Cütlük 100.75-101.40 dəstəyi ətrafında ticarət aparır, 100.75 dəstəyinin qırılması istisna edilmir . Qalxış trend-inin inkişafı üçün 50- və 100-günlük SMA yuxarı qırılmalıdır.Bu 104.10 və 105.40 yaxınlığına qalxışa yol açacaq.

Page 15: Inforex Weekly#57

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 14

AUD/USD

Hazırda qısamüddətli risklər neytraldır.Qalxış və 0.9450 müqavimətinin yoxlanması və 0.9140-0.9185 ətrafına eniş ehtimalları bərabərdir,

TREYDERLƏR ÜÇÜN FORUM

Page 16: Inforex Weekly#57

INFOREX WEEKLY TEXNIKI ANAlİZ15

USD/JPY

Cütlük 100.75-101.40 dəstəyi ətrafında ticarət aparır, 100.75 dəstəyinin qırılması istisna edilmir . Qalxış trend-inin inkişafı üçün 50- və 100-günlük SMA yuxarı qırılmalıdır.Bu 104.10 və 105.40 yaxınlığına qalxışa yol açacaq.

Page 17: Inforex Weekly#57

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 16

“Elliot Dalğaların Analizi” MAY 2014-cü ilEUR/USD

(D) of [B] qalxış ziqzaqının C of (D) ikinci qolunun diaqonal formasını alaraq bitməsi ehtimal olunur.Bu halda (E) of [B] son eniş ziqzaqının yaranmasını gözləmək olar.

GBP/USD

(B) iri üçbucağnın D of (B) qalxış ziqzaqının başa çatması ehtimal olunur . E of (B) son eniş ziqzaqının yaranması gözlənilir.

Page 18: Inforex Weekly#57

INFOREX WEEKLY17

USD/CHF

D of (4) eniş ziqzaqının [c] of D diaqonalı ilə başa çatması , son E of (4) qalxış ziqzaqının yaranması ehtimal edilir.

USD/JPY

4 of (A) uzanan üfüqi korreksiyasının inkişaf etməsi ehtimal edilir.Bu halda onun ardınca qiymətin 5 of (A) dalğası şəklində sıçrayışı gözəlnilir.

TEXNIKI ANAlİZ

Page 19: Inforex Weekly#57

INFOREX WEEKLY 18

Avro-dolların ötən həftənin bağlanış qiymətinə nəzərən müqavimət -dəstək səviyyələrini araşdıraq. 12-16 may 2014 üçün gözləmələr

1) Həftə qara şamla və boz punktir trend xəttindən aşağıda ,amma qəhvəyi kanal daxilində bağlanıb.

2) Gün də qara şamla başa çatıb.Bütün bunlar satışların prioritet olduğunu və enişin üstünlük təşkil etdiyini göstərir. Amma saatlıq qrafikdə baxsaq,brilyantı və ya “baş və çiyinlər” xatırladan fiqur yarandığını görə bilərik,ona görə də qalxış hərəkəti istisna edilmir.

Həftənin bağlanış qiymətindən aşağıda yerləşmiş dəstək/müqavimətlər:

1) Qəhvəyi trend xətti –günlük və həftəlik bağlanış qiyməti izlənməlidir.Onun yoxlanması və qırılması satışları artıracaq.

2) Qırmızı trend xətti: h4 periodunda divergensiya müşahidə olunur,ona görə də qiymətin ötən həftənin mini-mumundan aşağı düşəcəyi halda sapma mümkündür.

4)Fibonaççi yığılması: 23,6% bənövşəyi rəng ,38,2% boz Fibo.

5) Mavi kanal xətti. Həftənin bağlanış qiymətindən yuxarıda yerləşmiş dəstək/müqavimətlər:

1) Bənövşəyi + чqara + boz punktirli + onların yuxarıdan yoxlanması –alışlara yol açır, aşağıdan yoxlanma –daha da aşağı səviyyələr yol açıla bilər.

2) Çəhrayı uzunmüddətli trend xətti + yaşıl –günlük bağlanış qiyməti izlənməlidir!

3) Mavi trend xətti + 38,2% yaşıl punktirli Fibo – aşağı sıçrayış mümkündür.

4) Yaşıl fon kanalı.

5) Narıncı trend xətti+ qırmızı punktirli və 61,8% yaşıl punktirli Fibonaççi – günlük bağlanış qiyməti izlənməlidir!

6) Qəhvəyi kanalın yuxarı xətti + qırmızı uzunmüddətli trend xətti – gün və həftə izlənməlidir.

7) Yaşıl fon kanalı + mavi uzunmüddətli kanal –analojidir.

TEXNIKI ANAlİZ

Page 20: Inforex Weekly#57

INFOREX WEEKLY DALĞA ANAlİZİ19

Page 21: Inforex Weekly#57

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal