inforex weekly#75

11
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°75 SENTYABR 2014 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 8

Upload: inforex

Post on 03-Apr-2016

228 views

Category:

Documents


0 download

DESCRIPTION

Inforex Weekly#75: treyderler ucun heftelik online Forex icmali

TRANSCRIPT

Page 1: Inforex Weekly#75

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°75 SENTYABR 2014

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ8

Page 2: Inforex Weekly#75

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

INFOREX WEEKLY TEXNIKI ANAlİZ01

EUR/USD

Qiymət hal hazırda vacib dəstək zonası olan 1.2830 -1.2800 səviyyəsində ticarət aparır.Bu dəstəkdən aşağıda möhkəmlənmə növbəti hədəflər olan 1.2750 və 1.2670 ətrafına yol açır.Əksinə olacağı təqdirdə,qiymətin verilmiş kanal daxilində hərəkətini və yuxarı sərhədə çatmaq cəhdlərini gözləmək olar.Qalxış hədəfi kimi götürülə biləcək nöqtələr qrafikdə göstərilmişdir.

Page 3: Inforex Weekly#75

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 02

BANKLARIN ortamüddətli perspektivüçün proqnozlar

Morgan Stanley avro/dolları hədəf $1.2200-$1.2000 olmaqla satır“Əvvəllər kapital axını ilə əlaqədar olaraq istənilən xəbər avronun dinamikası üçün müsbət təsirə malik idi,indi isə fikrimizcə hər şey əksinədir.Biz hesab ediirk ki,,Avropa bankları isə əsasən xaricdə kredit verilməsinə daha çox üstünlük verəcəklər,avro isə tədricən fondlaşdırma valyutasına çevriləcək.Avroda daun trendin davam edəcəyinin əsas səbəblərindən biri isə QE proqramı barədə gözləmələrdir.Biz cütlükdə ayı mövqeyindəyik və hədəf $1.2200-$1.2000 olmaqla satışlar açmışıq.”

Societe Generale:valyutalar və ümumi vəziyyət barədəAydındır ki,FRS kütləvi zəiflədilmə proqramının başa çatdırılması istiqamətində addımlar atır.Bu dollar üçün pozitiv faktordur.Fond bazarları ,kapital bazarı və inkişaf etməkdə olan ölkələrin bazarları tərəfindən cavab reaksiyaları gün gündən daha opti-mist olur. Funt/dollar strateji baxımdan 1.6500 səviyyəsindən yuxarıda satlıb. Dollar/yenada alış hədəfi 110.50 nöqtəsindədir. Avro/dollarda bazarın pozisiyalaşdırılması satışların çoxluğu ilə müşaiyət olunur. Yeni Zellandiya dolları bu həftənin sonuna gözlənilən seçkilər ərəfəsində zəif görünür.

«Şotlandiya Kataloniyanı ilhamladırıb»Şotlandiya referendumunun nəticələri açıqlandıqdan sonra Kataloniyanın prezidenti Artur Mas Barselonada mətbuat konfransı çağıraraq elan edib ki,Kataloniyada da analoji səsvermə keçirilməsinə nail olmaq nyyətindədir.Mas bildirir ki,Şotlandiyanın müstəqiliyin “lehinə “ səs vermədiyinə görə təəssüf edir,amma hesab edir ki,referendumun keçirilməsi faktı özlüyündə bir uğurdur. «Britaniya dünyaya birmənalı olmayan ismarıc göndərir: hər kəsin bu tip fikri ayrılıqlarını həll etməyə haqqı vard », -Mas qeyd edir.

«EUR/USD 1.2750 səviyyəsinə hədəflənib– Commerzbank»Commerzbank baş analitiki K.Cons bildirir ki ,avro/dollar qısamüddətli periodda 1.2750 səviyyəsinə istiqamətlənə bilər. «Günlük RSI 1.2834 nöqtəsinin minimum olduğunu təstiq etmir və bu da EUR/USD cütlüyünün enişi davam etdirəcəyini göstərir.Cütlük 1.2951 səviyyəsindən aşağıda qaldıqca satışlar davam edəcək.Bizim qısamüddətli period üçün hədəflərimiz 1.2755 və 1.2661 nöqtələrindədir».

Page 4: Inforex Weekly#75

INFOREX WEEKLY TEXNIKI ANAlİZ03

Barclays Capital EUR|GBP barədə

Barclays Capital hesab edir ki,bu həftə EUR/GBP cütlüyünün satışları əlverişli ola-caq Şotlandiya referendumunun arxada qaldığı indiki vaxtda AMB-nin və İngiltərə Bankının hərəkət proqnozları EUR/GBP cütlüyünün enişə meylli olacağından xəbər verir.Yaxın hədəf ₤0.7755 illik minimumu və ₤0.7700 ərazisidir. Yalnı qiymətin ₤0.8140 səviyyəsindən yuxarıda möhkəmlənməsi eniş tendensiyasının başa çatmasından xəbər verə bilər.

Draqi və onun Avropa iqtisadiyyatını oyatmaq üçün göstərdiyi uğursuz cəhdlər

Ötən cümə axşamı M.Draqi növbəti dfə Avrozonadakı staqnasiyanı boğmağa çalışaraq TLTRO proqramını işə saldı.Məlum olduğu kimi bu proqrama maraq elə də güclü olmayıb və bu da AMB-ni daha radikal addımlar ,məsələn kütləvi zəiflədikmə tədbirlərinə başlamaq barədə düşünməyə vadar edir,amma Avrozonanın ən güclü iqtisadi ölkəsi olan Almaniya buna qarşıdır.

Faiz dərərəcələrinin sıfra yaxınlaşması ,zəif daxili tələb ,Ukrainanın Şərq və Qərbi arasındakı qarşıdurmalar avropa iqtisadiyyatına olduqca pis təsir edir,ona görə də MB-ın dövlət istiqrazlarını böyük həcmlərdə almaqdan başqa çarəsi qalmır. Mərkəzi Bank analtikləri TLTRO-a marağın dekabrda artacağını gözləyirlər. İri borcalan bankların siyahısında İtaliyanın UniCredit, Monte dei Paschi di Siena,Yunanıstanın Alpha Bank-nın adı çəkilir.Şİmal ölkələri bu kreditlərə elə də maraq göstərməyiblər,belə görünür ki,onların kifayət qədər vəsaitləri vardır və bu kreditlərə kiçik və orta biznesin maraq göstərməyəcəyini düşünürlər.

İri Almaniya bankı Deutsche Bank proqramda iştirak etməyiblər,Avstriyanın kredit orqanizasiyaları da kənarda qalıblar.Niderlandda növbəti hərraclarda 5.7 mlrd vəsait götürməyi planlaşdırıblar.Fransada Société Générale və Crédit Agricole kredit götürüblər,amma vəsaitin həcmi açıqlanmır. TLTRO proqramı banklara əsas faiz dərəcəsindən azacıq yuxarı olan faiz dərəcəsi ilə 2018 -ci ilin sonuna qədər qaytarıla bilən kreditlər götürmək imkanı yaradır və bu kreditlərin kiçik və orta sahibkarlığa dəstək üçün istifadə olunmasını nəzərdə tutur.Əgər bu banklar öhdəliklərini yerinə yetirməsələr ,bu kreditləri 2016 -cı ildə ödəməlidirlər.

Növbəti TLTRO fazası dekabra planlaşdırılır,daha iki mərhəl gələn il,1 raund isə 2016-cı ildə keçiriləcək.Yaxın illərdə Mərkəzi Bank bu məqsədlə 1 trln avroya qədər xərcləməyi nəzərdə tutur.

Page 5: Inforex Weekly#75

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 04

EUR/USD

cütlük lokal minimumu yeniləyib və hazırda 1.2660-1.2755 diapazonuna eniş riskləri ilə qarşı qarşıyadır.Amma bu diapazonun qırılması ehtimalı zəifdir və birinci hədəfdən qiymətin 1.2800 ətrafına qayıdışı mümkündür.

Texniki baxış

GBP/USD

Cütlük korreksiya edib ,amma son qalxış dalğası eniş trendinin başa çatdığını təstiq edib və yaxın vaxtda qalxış trendinin bərpa olunacağını gözləmək lazımdır.Yaxın qalxış diapazonu 1.6650-1.6700 ərazisindədir.

Page 6: Inforex Weekly#75

INFOREX WEEKLY TEXNIKI ANAlİZ05

Divergensiyalar analizi GBP/USD

Cütlük funtun xeyrinə dönüş həyata keçirib və 1,6341 səviyyəsindən şağıda ticarət aparır.Qalxış hərəkəti 161,8% -Fibo səviyyəsinin keçdiyi 1,7274 ətrafına qədər davam edə bilər. 100,0% -lik Fibo səviyyəsindən aşağıda möhkəmlənmə 76,4% -Fibo səviyyəsinə - 1,5990 yaxınlığına eniş üçün yol aça bilər.Hələ ki,heç bir indikatorda başa çatmış divergensiuya müşahidə olunmur. Divergensiyalar analizi GBP/USD. Cütlük funtun xeyrinə dönüş həyata keçirib və 1,6341 səviyyəsindən şağıda ticarət aparır.Qalxış hərəkəti 161,8% -Fibo səviyyəsinin keçdiyi 1,7274 ətrafına qədər davam edə bilər. 100,0% -lik Fibo səviyyəsindən aşağıda möhkəmlənmə 76,4% -Fibo səviyyəsinə - 1,5990 yaxınlığına eniş üçün yol aça bilər.Hələ ki,heç bir indikatorda başa çatmış divergensiuya müşahidə olun-mur.

USD/JPY

Cütlük qalxış prossesini 76,4% - Fibo səviyyəsinin keçdiyi 112,54 ətrafına istiqamətləndirməyə çalışır.Hələ ki, heç bir indikatorda başa çatmış divergensiuya müşahidə olunmur.Qiymətin fibo 61,8% səviyyəsindən aşağıda möhkəmlənməsi Fibo 50,0% - 100,45 ətrafına diqqətləri yönəldəcək.Bütün indikatorların həddindən artıq alınmış zonada olması 76,4% səviyyəsindən korreksiya ehtimalını gücləndirir.

Page 7: Inforex Weekly#75

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 06

Ötən həftə qiymətli metallarda ucuzlaşma baş verdi.Həftənin nəticələrinə görə qızıl о 1,07%, gümüş 4,22% ucuzlaşıb.Onlara fond bazarındakı artım,geosiyasi nisbi stabillik və J.Ellenin faiz dərəcəllərinin vaxtından əvvəl artımının mümkünlüyü barədə açıqlaması təzyiq göstərir.

Valyuta bazarında GBP/USD qeyri-müəyyən dinamika əks etdirib.Böyük Britaniyada birliyin saxlanmasına səs verənlərin qalib gəlməsi cütlüyün maksimum təyin etməsinə səbəb oldu ,sonra isə “ şaiyələrə görə al,faktlara gör sat” prinsipinə əsasən əldə etdiyi mövqelərdən geri çəkildi. USD/JPY cütlüyü qalxışa meylli ticarət aparıb.Amerika və Yaponiya requlyatorlarının əhvallarındakı fərqlilik dolların üstünlük əldə etməsinə səbəb olur.Avro/dollar cütlüyü illik minimumu yeniləyib və 1,2827 ətrafına düşüb.İlk TLTRO hərracı göstərdi ki,içgüzar mühit AMB-nin gördüyü tədbirlərin effektivliyinə inanmır.

Ötən həftənin hadisələrinin icmalı 15 - 19 sentyabr

Həftəlik proqnoz 22 - 26 sentyabr

Valyuta bazarı

Əgər Avropa statistikası iqtisadiyyatın zəif olduğunu təstiq edərsə, EUR/USD cütlüyü 1,2800 – 1,2790 ətrafını qıracağı halda 1,2700 ətrafına düşə bilər.Qalxışa ümidlər ancaq SNB-nin 1.20 səviyyəsini qorumaq üçün EUR/CHF səviyyəsini qıracağı halda yarana bilər.Bu halda avro dollar qarşısında itkilərini nisbətən bərpa edə bilər.

Alışlar üçün USD/JPY cütlüyü cəlbedici görünür.Hədəf olaraq 110,00 nöqtəsi götürülə bilər.Hətta o qədər pozitiv olmayan Amerika statistikası da cütlüyün 107,10 ətrafına korreksiyasını təmin edə bilər ki,burada da alışlara daxil olmaq üçün yeni nöqtələr axtarıla bilər.

Buğa formasiyası olan «Buluddaki işıq» modeli və Fibo 61,8% - 0,8078 səviyyəsindən sapma cütlüyə Yeni Zelandiya valyutasının xeyrinə dönüş etməyə və Fibo 76,4% - 0,8226 səviyyəsinə artıma şərait yaradır. Ayı şam formasiyasının Ameika valyutasının xeyrinə işləyə və Fibo 61,8% səviyyəsinə qayıdışa səbəb olacaq. .

Şamlar analizi NZD/USD

Page 8: Inforex Weekly#75

INFOREX WEEKLY TEXNIKI ANAlİZ07

XAU/USD:

Qızıl (XAU/USD) artıq 3 həftə ardıcıl olaraq satış təzyiqi altına düşüb.Ayı trendi hələ də qüvvədə qalır -onun qırılması üçün hələ ki,heç bir siqnal yoxdur.Neqativ geosiyasi fonda 1225 -1240 ətrafına qısamüddətli qalxış mümkündür ki,bundan da hədəf 1205 olmaqla satışların yenilənməsi üçün istifadə etmək olar.Amerika dollarının mövqelərini möhkəmləndirməsi də qııl üçün ayı siqnalı ola bilər.

Həftəlik proqnoz 22 sentyabr – 26 sentyabr:

TREYDERLƏR ÜÇÜN FORUM

Page 9: Inforex Weekly#75

INFOREX WEEKLYTEXNIKI ANAlİZ 08

Dalğa analizi EUR/USD, GBP/USD, USD/CHF , USD/JPY 2014-cü il sentyabr ayı üçün

EUR/USD

Mümkün variantlardan birinə görə (E) of [B] son eniş dalğası inkişaf edirvə iri ziqzaq şəklini ala bilər. A of (E) impulsu formalaşır və onun [iv] of A of (E) of [B] qalxış korreksiyası gözlənilir.

GBP/JPY

(B) meylli üçbucağının D of (B) qalxış ziqzaqının [c] of D klini ilə başa çatması ehtimal olunur. E of (B) son eniş dalğasının inkişafı və onun ziqzaq forması alacağı gözlənilir.

Page 10: Inforex Weekly#75

INFOREX WEEKLY09 DALGA ANALIZI

EUR/JPY

“Udulma “ buğa şam formasiyasının yaranmasından sonra cütlük 261,8% - 139,41 korreksiya səviyyəsinə istiqamətlənmiş qalxışı davam etdirir. Ayı formasiyasının yaranması treyderlərdə yenanın xeyrinə olan dönüş və 200,% - 128,70 səviyyəsinə eniş ümidləri yaradır.

Cütlüyün 261,8% səviyyəsindən yuxarıda möhkəmlənməsi 323,6%-lik Fibo ətrafına qalxışını təmin edəcək.

USD/CHF

Mümkün sıralamalardan biri E ziqzaqının yaranmasını ehtimal edir. [a] of E impulsu və onun (iv) of [a] of E eniş korreksiyası formalaşa bilər.

Page 11: Inforex Weekly#75

INFOREX WEEKLY 10DALGA ANALIZI

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal