bİzƏ dua etmƏyİ ÖyrƏt - teach kidsdƏrsİn plani giriş davudun valideynləri ilə söhbəti....

42
BİZƏ DUA ETMƏYİ ÖYRƏT 5-12 yaşlı uşaqlar üçün dua haqda 5bibliya dərsi İngilis dilindən tərcümə Orijinalın adı: Teach Us To Pray Orijinal mətn: Pol Rid İllüstrasiya: Didi Herqnauer Copyright © 1994, 2008, 2014 European Child Evangelism Fellowship All rights reserved. Used by permission. Bütün hüquqlar qorunur. Icazəsi ilə istifadə olunur. Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar. İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz. Xahiş edirik, DİQQƏTLİ OLUN! Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz.

Upload: others

Post on 02-Mar-2021

2 views

Category:

Documents


0 download

TRANSCRIPT

BİZƏ DUA ETMƏYİ ÖYRƏT

5-12 yaşlı uşaqlar üçün dua haqda 5bibliya dərsi

İngilis dilindən tərcüməOrijinalın adı: Teach Us To Pray

Orijinal mətn: Pol Ridİllüstrasiya: Didi Herqnauer

Copyright © 1994, 2008, 2014 European Child Evangelism Fellowship

All rights reserved. Used by permission.

Bütün hüquqlar qorunur. Icazəsi ilə istifadə olunur.

Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar.

İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

Xahiş edirik, DİQQƏTLİ OLUN!

Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet

mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz.

MÜNDƏRİCAT Giriş ....................................................................................................................... 3

Dərslərin xülasəsi ....................................................................................................... 5

Dərs 1. Allahla danışmaq imkanı – böyük sevincdir! ......................................... 7

Dərs 2. Dua- məsihçi üçün ruhani oksigendir ..................................................... 13

Dərs 3. Mənim dualarım Allaha sevinc gətirir ................................................... 19

Dərs 4. Mənim dualarım başqa adamlara lazımdır ........................................... 25

Dərs 5. Gəlin daha yaxşı dua etməyi öyrənək ..................................................... 33

Tətbiqi fəaliyyət (dərs 2) .......................................................................................... 41

Uşaq ilə xilas haqqında söhbət planı ...................................................................... cilddə

3

GİRİŞVerilmiş dərs silsiləsinin məqsədi – uşaqlara duanın üstünlüyünü və mənasını açmaqdır. Əlbəttə, biz

istəmirik ki, öyrədilmiş materiallar, sadəcə olaraq, bilik yığını kimi qalsınlar. Uşaqlara, praktiki olaraq, Alla-ha dua etmələrini öyrətmək mühümdür.

Aşağıda bir neçə vasitələr verilmişdir ki, onların köməkliyi ilə siz – müəllim, uşaqlara dua etməyi öyrədə bilərsiniz…1. Duanın prinsiplərini Müqəddəs Kitabdakı nümunələrə əsaslanaraq izah edin. 2. Öz həyatınızdan misallar gətirin. Uşaqlar məmnuniyyətlə belə hekayələri dinləyəcəklər. Bundan əlavə,

onlar uşaqlar üçün xeyir-dua olacaqlar. Hazırlanmış dərslərdə misallar verilməmişdir. Hər bir müəllim öz şəxsi təcrübəsinə əsasən, Allahın ona necə dua etməsini öyrətməsini və dualara necə cavab verməsini danışa bilər.

3. Allaha dua edən uşaqların həyatlarından misallar gətirin. Belə müasir nümunələr uşaqlara Müqəddəs Kitabdan olan dua prinsiplərini və nümunələrini tətbiq etməkdə kömək edəcəkdir.

4. Uşaqları dərslərdə duada iştirak etməyə həvəsləndirin. Onları istiqamətləndirin və ruhlandırın. Öyrədərək imanlı uşaqların diqqətini müəyyən mövzularda duanın vacibliyinə yönəldin. Hər dərsin əvvəlində uşaqlardan hansının duada iştirak edə biləcəyini fikirləşin. Əvvəlcədən uşaqları məlumatlandırın ki, siz dərsdə onlardan dua etmələrini (qısaca) xahiş edəcəksiniz. Həmçinin, əgər fikirləşirsinizsə ki, duada Allaha müraciət etmək üçün onların növbəsi çatanda uşaqlar həyəcanlanacaqlarsa və duanın mətnini vərəqdə yazmaqla daha az həyəcanlanarlarsa, onda bunu etmələrini xahiş edə bilərsiniz.

5. Uşaqların duada Allaha müraciət etmək həvəslərinin sərbəst – evdə, yaxud istənilən başqa yerdə olması-na həvəsləndirin. Uşaqlar Allaha dua etməyi həqiqətən sərbəst şəkildə öyrənənə qədər demək olmaz ki, onlar dua etməyi öyrəniblər. Ya da, başqa sözlə desək, əgər uşaqlar verilmiş dərslərdən sonra Allaha dua etməyi öyrənmirlərsə, onda öyrənmə-öyrətmə effektiv olmamışdır, yaxud da bitməmişdir! Öyrətmə prosesində uşaqlarla şəxsi kontakt- telefonda söhbət, yaxud fərdi görüşlər böyük kömək olacaqdır. Belə söhbətlər zamanı siz soruşa bilərsiniz: “Sən bu gün dua etmisən?” Əgər hə, onda uşağı alqışlayın. Əgər yox, onda duaya həvəsləndirin və uşaqlara praktiki kömək və ideyalar təklif edin.

6. Axırıncı dərsdə birlikdə duanın vacibliyini xatırladın. Əgər sizin qrupda məsihçi ailəsindən olan uşaqlar varsa, onları dirilmə günü məktəbində və hətta məbəddəki toplantılarda və həmçinin, öz ailə çevrəsində və sizinlə birlikdə “Xoş xəbər” dərnəyində duada iştirak etməyə həvəsləndirin. Siz hətta sinfinizdəki imanlı uşaqlardan dua qrupu da təşkil edə bilərsiniz. Uşaqlar dərsin başlamasına 15 dəqiqə qalmış, yaxud başqa bir vaxtda toplaşa bilərlər. Allahın onların dualarına necə cavab verdiyini və s. kimi danışaraq, dua üçün müxtəlif mövzular təklif edərək onlara kömək edə bilərsiniz.

Hər şeydən əvvəl, yadda saxlayın ki, sizin məqsədiniz – sadəcə olaraq, dua haqqında danışmaq yox, lakin uşaqlara dua etməyi öyrətməkdir! Sizin təcrübəniz, həmçinin, öyrətməkdə də çox vacibdir, axı uşaqlar duanın sizin üçün necə çox böyük rolu olduğunu görürlər. Dua edin ki, öyrətmə uşaqlar üçün xeyir-dua olsun və uşaqların həyatları dəyişilsin!

“Bizə dua etməyi öyrət” silsiləsini Müqəddəs Kitabı gündəlik oxuma dəftəri olan “Tədqiqatçının qey-dləri” (Böyük Britaniya BUM–də çap edilir) ilə birlikdə istifadə edə bilərlər. Dəftərdə xüsusilə imanlı uşaqlara gündəlik olaraq şəxsən Allahla ünsiyyətdə olmağın zəruriliyi qeyd edilir. Öyrətməni möhkəmləndirmək üçün siz “Allahla ünsiyyət vaxtı” illüstrasiyalanmış dərslər silsiləsindən öyrədə bilərsiniz. Silsiləni hər dərsdə dərnəkdə, duadan əvvəl altı, yaxud yeddi həftə ərzində 5-10 dəqiqə keçin.

HƏMÇİNİN, İMAN ETMƏYƏN UŞAQLARI DA UNUTMAYINVerilmiş dərslər silsiləsi, əslində, müjdələmək üçün nəzərdə tutulmamışdır, lakin dərslərin bəzi

hissələrində İncilin həqiqətləri izah edilir. Siz Allaha gəlmənin zəruriliyini dərs proqramının başqa hissələri-ni qeyd edə bilərsiniz, misal üçün, mahnıları izah edərkən, qısa tətbiqi dərs keçərək, yaxud missionerlər haqqında danışaraq. Əgər iman etməyən uşaqlarda ruhani problemlər olarsa, yaxud onlar imanla Məsihi öz Xilaskarları kimi qəbul edərlərsə, sizin həmişə onlara kömək etməyə hazır olmağınız vacibdir. Dərs proqram-larının istənilən hissəsində, yaxud Müqəddəs Kitab dərsləri vaxtı Müqəddəs Ruhun rəhbərliyi ilə siz təqribən bu sözləri deyə bilərsiniz:

4

“Əgər sən İsa Məsihdən sənin Xilaskarın olmasını hələ xahiş etməmisənsə, əgər səni günahlarının prob-lemi narahat edirsə, Rəbbə elə indicə müraciət et, Onun gözəl bağışlanma və əbədi həyat ənamını qəbul et. Sən elə oturduğun yerdə, yaxud evdə, öz otağında iman edə bilərsən. Amma əgər sən xilas haqqında mənimlə danışmaq istəsən, mən sevinərək sənə kömək edərəm və Müqəddəs Kitaba əsaslanaraq artıq bu gün Allahın övladı necə ola biləcəyini izah edəcəyəm. Mən sənə yaxınlaşanda necə həqiqi məsihçi olmaq haqqında söhbət edərik.”

İman etməyən uşaqlar üçün dua haqqında həqiqətləri öyrətməyə bunlar daxildir: Allah Öz övladlarının dualarına cavab verəcəyini vəd edir; O, həmçinin, tövbə və imanla Ona müraciət edən adamın duasına da sevinir. Məzmur 150:6-da biz oxuyuruq: “Ey bütün canlı varlıqlar, Rəbbə həmd edin! Rəbbə həmd edin!”; Məzmur 117:1-də isə - “Ey bütün millətlər, Rəbbə həmd edin! Ey bütün ümmətlər, Onu mədh edin!” Müqəd-dəs Ruhla ilhamlanmış məzmurçu bütün insanları Allahı izzətləndirməyə çağırır. Bütün kişilər və qadınlar, oğlanlar və qızlar Rəbbi alqışlamalı və Ona öz Yaradanı və bütün yaxşı hədiyyələri Verən kimi ehtiram etməlidirlər. Beləliklə, bütün uşaqlara - iman edənlərə və iman etməyənlərə, məktəbə qədərkilərə və böyük sinifdəkilərə Yaradan Allaha Onun xeyirxahlığına və xeyir-dualarına, sevgisinə və qayğısına görə minnətdar-lıq etməyi öyrətmək lazımdır. Lakin Allahla Səmavi Ata kimi ünsiyyətdə olmaq sevinci yalnız Rəbb İsaya imanla Allahın ailəsində doğulanlara verilmişdir (bax: Yəh. 1:12,13).

Buna görə də könüllüləri çağırmamaq, lakin artıq məsihçi olan uşaqlara dua etməyi təklif etmək daha müdrik olacaqdır.

Lakin əgər iman etməyən uşaqların özləri dua etmək istəsələr, qoy bunu etsinlər, amma bununla yanaşı, onlara dua üçün Allahın bizə sevən valideynlər, yaxşı evlər, qida və geyim, sağlamlıq və dostlar verərək göstərdiyi sevgisinə görə minnətdarlıq etmək kimi mövzular da verin. Amma iman etməyən uşağa İsa Məsi-hin çarmıxdakı ölümünə görə minnətdarlıq, yaxud başqa uşaqların Məsihə gəlməsi kimi mövzular verməyin yeri yoxdur.

HƏR BİR DƏRSİN MƏRKƏZİ HƏQİQƏTİDərsi öyrədərkən, unutmayın ki, Müqəddəs Kitab hekayələrini, sadəcə olaraq, danışmaq kifayət deyildir!

Hər bir dərsin planında siz mərkəzi həqiqətin düsturunu tapacaqsınız (Baxmayaraq ki, Müqəddəs Ruh sizə Müqəddəs Kitab ayəsindən bir neçə başqa mühüm fikirlər də aça bilər.).

“Hadisələrin gedişatı” bəndi altında aşağıdakı qısaldılmış formalardan istifadə edin: MHİ – mərkəzi həqiqətin iman edən uşaqlar üçün tətbiqi; MHİE – mərkəzi həqiqətin iman etməyən uşaqlar üçün tətbiqi.

TƏKRARLAMAQ üÇüN SUALLARHər bir dərsdə təkrarlamaq üçün suallar verilir. Onları həmin dərsdə Müqəddəs Kitabdərsini izah edəndən sonra, yaxud da ki, sonrakı dərsdə, yeni dərsi izah edəndən sonraistifadə etmək olar.Təkrarlama müddəti sizin izah etdiyiniz yeni dərs materialını möhkəmləndirmək üçün gözəl imkan ola bilər. Təkrarlama vaxtı siz:.... uşaqların nə mənimsədiklərini və başa düşdüklərini bilə bilərsiniz;.....görə bilərsiniz ki, siz müəllim, daha bir dəfə izah etməlisiniz;.....uşaqlarla oynaya bilərsiniz.Uşaqlar müsabiqələri sevirlər və onlar təkrarlama vaxtını səbirsizliklə gözləyirlər. Lakintəkrarlama – bu, sadəcə olaraq, oyun deyil, bu, həmçinin, öyrətmə vaxtıdır.Dərslərin mətnlərində izah edilmiş dərslərə aid suallar verilibdir. Sualları mahnılara,yadda saxlamaq üçün ayələrə və proqramın digər hissələrinə əlavə etmək yaxşı olardı. Bu,uşaqlara başa düşməyə kömək edər ki, dərsin hər bir hissəsi vacibdir.

5

DƏRSLƏRİN XÜLASƏSİ DƏRS

MƏRKƏZİ HƏQİQƏT

TƏTBİQ YADDA SAXLAMAQ

üÇüN AYƏ

1. Allahla danışa bilmək imkanı – böyük sevincdir!Məz. 57; 1 Şam. 22:1-5; 23:14-29; 1 Şam. 24:1-22.

Allahla danışa bilmək imkanı – böyük sevinc, şərəfdir!

İman edən uşaqlar: Allahla hər şey haqqında danış!İman etməyən uşaqlar: Sən İsa Məsihi imanla öz Xi-

laskarın kimi qəbul etməyənə qədər dua şərəfindən həqiqətən istifadə edə bilməzsən.

Məzmur 57:1b”... Canımı götürüb Sənin yanına pənah

gətirmişəm. Bəlalar keçib-gedənəcən

Qanadlarının altına sığınacağam”.

2. Dua- məsihçi üçün ruhani oksigendir.

2 Pad. 18 və 19

Məsihçi dua et-məlidir.

İman edən uşaqlar: Allahın istədiyi kimi yaşamaq

üçün Ona tez-tez dua et

Məzmur 57:1b-ni təkrarlayın.

3. Mənim dualarım Allaha sevinc gətirir.Matt. 21:10-17; Luka 17:11-18; Məz. 40:5; Vəhy 5:11-14.

Allah mənim dualarımı eşitməyi sevir.

İman edən uşaqlar:

Allahı mədhlərlə və minnətdar-lıqlarla sevindir.

Məzmur 51:15” Ey Xudavənd, Sən

dilimi aç, ağzımla Sənə olan həmdlərimi bəyan

edim”.

4. Mənim dualarım başqa adamlara lazımdır.

Yar. 18:16-33.

Allah mənə başqa adamlar üçün dua etməyi əmr edir.

İman edən uşaqlar:

Öz ailəniz, müəllimləriniz, mis-sionerlər, rəhbərlər, xəstələr və öz dostlarınız üçün dua edin.

1Şamuel 12:23”... Mənə gəlincə,

sizin üçün yalvarmağı dayandırmaqla Rəbbə qarşı günah etmək qoy məndən uzaq olsun...”

5. Gəlin daha yaxşı dua etməyi öyrənək. Dan. 9:1-4, 16-19; Yer. 29:10-14; Mark 9:14-27.

Daha yaxşı dua etməyi öyrən.

İman edən uşaqlar:

Allahın Müqəddəs Kitabda bizim üçün qoyduğu duaya aid məsləhətlərdən istidafaə et

Keçən dərslərin ayələri-ni təkrarlayın.

6

Bizə dua etməyi öyrət

Dərs 1MüQƏDDƏS YAZIMəz. 57:1; 1 Şam. 22:1-5; 23:14-29; 1 Şam. 24:1-22.Kəlamdan təklif olunan ayələr kifayət qədər həcm-lidirlər, lakin onlarda Allahın Davuda göstərdiyi gözəl qayğıdan bəhs edilir. Bu dərs sizin üçün və uşaqlar üçün xeyir-dua olacaqdır.

MƏRKƏZİ HƏQİQƏTAllahla danışa bilmək imkanı – böyük sevinc və şərəfdir!Davudun həyatından hadisələri danışaraq, təfsilat-lara getməyin, yoxsa dərs uzana bilər. Həmişə mərkəzi həqiqəti xatırlayın.

TƏTBİQİman edən uşaq üçün: Allahla hər şey haqqında

danış!İman etməyən uşaq üçün: Sən İsa Məsihi imanla öz

Xilaskarın kimi qəbul etməyənə qədər, dua şərəfindən həqiqətən istifadə edə bilməzsən.

YADDA SAXLAMAQ üÇüN AYƏ“...Canımı götürüb Sənin yanına pənah gətirmişəm. Bəlalar keçib-gedənəcən qanadlarının altına sığınacağam”. Məzmur 57:1BƏYANİ VƏSAİTLƏR◆ İllüstrasiyalar: 1-1, 1-2, 1-3, 1-4, 1-5, 1-6,

1-7 və 1-8.◆ Mərkəzi həqiqət yazılan kartoçka: «Allahla

danışa bilmək imkanı – böyük sevinc və şərəfdir!»

UŞAQLARIN DƏRSDƏ İŞTİRAKI Dərsin hissələrinin birində biz sizin dərnəyinizdəki uşaqlardan kimsənin (mətndə biz uşağın adını Sev-da qoyduq) Allahın onun duasına necə cavab verdiyi haqqında qısa şəhadətini bölüşməsini təklif edirik. Tapşırığa uyğun olaraq böyük yaşlı imanlı qız, yax-ud da qrupun köməkçisini seçin. Dərsə bir, yaxud iki gün qalmış onunla tapşırıq haqqında danışın və kiçik şəhadətçilik hazırlamaqda kömək edin. Dərs vaxtı uşaqlar da, həmçinin, Müqəddəs Kitabdan ayələr oxuya bilərlər. Tapşırığı yerinə yetirə bilən uşaqlar seçin və onlara əvvəlcədən deyin ki, dərsə Müqəddəs Kitabla gəlsinlər və oxumağa hazırlaşsınlar.

DƏRSİN PLANI

Giriş

Davudun valideynləri ilə söhbəti. MHİ

Hadisələrin gedişatı1. Davud Allaha dua nəğmələri bəstələyir. MHİ2. Həyatın sevincli anlarında Ofeliyanın dua

nümunələri. MHİE3. Davud Qolyata qalib gəlir.4. Davud Şauldan qaçır.5. İman edən uşağın (müəllimin özünün,

yaxud köməkçinin) çətin anlarda Allaha duası haqqında şəhadət.

6. Davudun çətin anlardakı dualarının qısa araşdırılması

7. Şaul tərəfindən izlənilən Davud mağarada.8. Məzmur 57-nin son ayələrinin araşdırıl-

ması (uşaqlar oxuyurlar).9. Pərvizin doğum günü haqqında hekayə və

uyğun suallar. MHİE

KlminasiyaAllahla danışa bilmək imkanı – böyük sevinc və şərəfdir!

Yekunİki, yaxud üç uşaq duada iştirak edir.

7

ALLAHLA DANIŞA BİLMƏK İMKANI – BÖYüK SEVİNCDİR!

88

Dərs 1. Allahla danışmaq imkanı – böyük sevincdir!

DƏRSİllüstrasiya 1-1

Davud öz velosipedini qaraja qoydu və evə ketlərini və idman geyimini gətirdi. O, məktəbdəki 200 metrlik kross yarışı haqqın-da valideynlərinə danışmasını səbirsizliklə gözləyirdi. O, haradan başlayacağını bilmirdi. Oğlanı qarışıq hisslər bürüyürdü: bir tərəf-dən o sevinirdi, digər tərəfdən isə bir az məyus idi. Davud krossu ümid etdiyi kimi qaçmamışdır. Lakin o bilirdi ki, valideynləri onun hisslərini tamlıqla başa düşəcəklər, buna görə də baş verənləri onlar-la danışmağı çox istəyirdi.

Oğlan otağa sıçradı və ucadan dedi: - Hə, necədir, tapın görüm sizə nə deyəcəyəm? - Yaxşı, öz uğurlarından danış, - ana və atası gülümsəyərək

dedilər. Davud cəld cibindən bürünc medalını çıxartdı və dedi:- Mən üçüncü yeri tutdum! – Sonra isə valideynlərinə kross

barədə və bütün var gücü ilə necə qaçmasından, lakin Sahibin və Pərvizin finişə çatmamış onu ötməsindən danışdı.

Valideynlərinə bütün təfsilatı ilə danışmaq necə də gözəl idi, va-lideynləri isə oğullarını qucaqladı və onunla fəxr etdiklərini dedilər. Davud çox xoşbəxt idi.

Razılaş ki, valideynlərinin, yaxud yaxşı dost kimi hər şeyi bölüşə biləcəyin kiminsə olması çox gözəldir. Kiminsə səni diqqətlə din-ləməsi və sənin hisslərini başa düşməsi necə də gözəldir. Lakin hər şey haqqında Allahın Özü ilə danışmaq daha gözəldir. Həqiqi məsihçi Allahda onunla söhbət üçün həmişə vaxtı olduğunu, Allahın həmişə onu sevdiyini və onun hisslərini tamamilə başa düşdüyünü dərk edərək həmişə Allahla danışa və həqiqi xoşbəxtliyi hiss edə bilər.

Sən, yəqin ki, bəzi saqqızların üzərində bu yazılarla olan şəkilləri görmüsən: “Xoşbəxtlik - bu, isti qucaqlardır”, yaxud: “Xoşbəxtlik - yaxşı dostunun olmasıdır”. Biz isə bunlardan daha yaxşı cümlə qurarıq: “Xoşbəxtlik - duada Allahla danışa bilmək imkanıdır.” Bu, düzdür, elə deyilmi? Bəli, düzdür!

İllüstrasiya 1-2Çox illər bundan əvvəl, faktiki olaraq, Rəbb İsanın doğulmasın-

dan min illər əvvəl İsraildə Davud adında bir gənc oğlan yaşayırdı. O, tez-tez duada Allahla danışırdı. Davud haqqında hekayə Müqəd-dəs Kitabda yazılmışdır və buna görə də, şübhəsiz ki, həqiqətdir.

Davud çəngdə çox gözəl çalırdı. O, hələ öz atasının qoyunlarını otaran vaxtlar çalmağı öyrənmişdi. Davuddan hətta padşah Şaul üçün çalmasını xahiş edirdilər. Müqəddəs Kitabda Davudun özünün çəng-də müşayiət edərək bəstələdiyi və oxuduğu çoxlu sayda nəğmələr və Məzmurlar var. Əslində isə o nəğmələrin əksəriyyəti Allaha olan du-alar idi, ona görə ki, Davud Allahı sevirdi və ürəyində və fikirlərində olan hər şey haqqında Ona danışmaq imkanına görə sevinirdi. Bəzən gənc oğlan böyük sevinc hissləri keçirirdi və sadəcə olaraq, bütün

MHİ

99

Bizə dua etməyi öyrət

99

bunları Allahla bölüşmək istəyini saxlaya bilmirdi. Lakin bəzən çətinliklər də yaranırdı. Davudun onu ələ salan və ona zərər vur-maq istəyən düşmənləri var idi. Gənc oğlan bu problemlər haqqında da Allaha danışırdı, onlar haqqında Allaha oxuyurdu. Bundan sonra Davud özünü daha yaxşı hiss edirdi.

Sənin həyatında da heç belə anlar olurmu ki, Rəbbin sənin Xilas-karın və Dostun olmasından səni xüsusi bir sevinc bürüyür? Məgər nə vaxtsa Davudun Allahla danışdığı kimi hər şey haqqında Allahla danışa bilmək imkanına malik olmaq gözəl deyilmi?

İllüstrasiya 1-3Ofeliyanın doqquz yaşı var idi; o, “Xoş Xəbər” dərnəyinə gedir-

di. Dərslərdən biri xüsusilə qızın xoşuna gəlmişdir. O, çox böyük maraqla Müqəddəs Kitab hekayəsini dinləyirdi və bütün uşaqların sevdiyi mahnıları sevinclə oxuyurdu. Ofeliya hələ bir il əvvəl Rəbb İsaya öz Xilaskarı kimi iman etmişdir və məsihçi olduğuna görə çox sevinirdi. Ofeliyanın anası və atası məbədə getmirdilər. Onlar Rəb-bi tanımırdılar və sevmirdilər, buna görə də Ofeliya Müqəddəs Ki-tabdan öyrəndiyi gözəl həqiqətlər haqqında onlarla çox söhbət edə bilmirdi. Öz çarpayısının yanında diz üstə çökərək Ofeliya bütün öz sevinclərini Allaha danışırdı. Qız xoşbəxt idi ki, hər şey haqqında duada Allahla bölüşə bilirdi.

Əgər Rəbb İsa sənin Xilaskarın olubsa, sən də ürəyində olan bütün şeyləri Allaha danışa bilərsən. Amma ola bilsin ki, iştirak edənlərdən hələ kimsə İsa Məsihi imanla öz Xilaskarı kimi qəbul et-məyibdir. Sən hələ günahların bağışlanmasını əldə etməmisən və Al-lah sənin Səmavi Atan olmayıbdır. Sən bilirsən ki, sənə günahlardan, tənbəllikdən, özünü sevməkdən, qəzəbdən və Allahdan uzaqlaşdıran bütün pisliklərdən dönmək lazımdır. Sənə Ofeliya etdiyi kimi Rəbb İsadan sənin Xilaskarın olmasını və həyatına gəlməsini xahiş etmə-yin lazımdır. Bu addımı sən bu gün edəcəksən? Artıq bu gün Rəbb İsanı imanla öz Xilaskarın kimi qəbul et və Allaha məqbul yaşamağa başla.

İllüstrasiya 1-4Lakin Davudun hekayəsinə qayıdaq. O, hələ gənc olanda, Allah

gözəl yolla onu o dövrdə ölkəni idarə edən natəmiz Şauldan sonra İsrailin padşahı olmaq üçün seçdi. Davud, həmçinin, cəsur döyüşçü oldu. Mən əminəm ki, siz Allahın nəhəng Qolyata necə qalib gəldiyi haqqında olan gözəl hekayəni bilirsiniz. Davud çox gənc idi və onun yeganə silahı isə sapand və daş idi. Amma gənc oğlan Allaha güvən-məyi öyrənmişdir və Allah ona qələbə verdi.

Bütün xalq Davudu gözəl döyüşçü kimi alqışlayırdı. İnsanlar hət-ta deyirdilər ki, o, padşah Şauldan daha yaxşıdır. Əlbəttə, bu, Şau-lu çox qəzəbləndirirdi və o andan padşah Davudu öldürməyi qərara almışdır. Gənc oğlan öz həyatını xilas etmək üçün gizlənməli oldu. Və bilirsiniz, elə görünür ki, məhz təqib etmə vaxtlarında Davud Allaha olan nəğmələrinin və Məzmurlarının çoxunu yazmışdır. Davud çox çətinliklər yaşamışdır, bəzən qorxu və kədər hissləri də yaşayırdı. O, Allahla çox və uzun müddət söhbət edirdi. Demək olar ki, həmişə duasını bitirərkən Davud sevinc və xoşbəxtlik hiss edirdi,

MHİ

MHİE

1 Samuel 17:1 – 18:9.

1010

Dərs 1. Allahla danışmaq imkanı – böyük sevincdir!

axı bilirdi ki, Allah bütün çətinliklər haqqında bilir və bütün had-isələr Allahın əllərindədir.

İllüstrasiya 1-5Bəli, Şaul həqiqətən Davudu öldürməyi qərara aldı və buna görə

də gənc oğlan səhralıqda, mağaralarda və dağlarda, padşah sarayın-dan uzaqda gizlənməli oldu. Davud qorxduğuna görə yox, lakin Al-lahın Davuddan padşah taxtı üçün mübarizə aparmağı istəmədiyi üçün gizlənirdi. Davud onsuz da padşah olacaqdır və Allah vədini Öz vaxtında yerinə yetirəcəkdir.

(İllüstrasiyaları kənara qoyun).

Min illər əvvəl Davud öz çətinlikləri haqqında Allahla danışırdı. Bu gün çox insanlar çətinliklər və problemlər yaşayırlar ki, onlar bu haqda duada Allaha danışmalıdırlar. Mən Sevdadan duada onu kədərləndirən şey haqqında Allahla necə ünsiyyətdə olması və Al-lahın ona cavab verməsi haqqında danışmasını xahiş etdim.

Gəlin yenidən Allahın Sözündən olan çox maraqlı hekayəyə qa-yıdaq. Davudu heyvan ovuna çıxanlar kimi ovladıqları, orda-burda dolaşdığı illərdə o özünü necə hiss edirdi? Onun fikirlərini bilmək maraqlı olardı, düzdür? Heyranedicisi odur ki, biz həqiqətən bilirik ki, Davud nə haqda fikirləşirdi, axı o, Allaha oxuduğu bir neçə duanı yazmışdır. Bu nəğmələri o öz ailəsinə və dostlarına da öyrədirdi. İn-diyə qədər də insanlar bazar günləri məbədə gələndə gözəl Məzmur-ları (yaxud duaları) Allaha oxuyurlar.

Gəlin Davudun dualarından birinin başlanğıcına qulaq asaq. Va-sif bizə Məzmur 57-nin birinci sətrini oxuyacaq, Mahir isə - ikinci sətrini. Sonra biz Davudun Allaha olan duasını necə başladığı haqda düşünəcəyik.

(Uşaqlar iki ayə oxuyurlar).

“Mənə rəhm et, ey Allah, mənə rəhm et! Canımı götürüb Sənin yanına pənah gətirmişəm.

Bəlalar keçib-gedənəcən qanadlarının altına sığınacağam.”Gözəl ayələrdir, düzdür? Davud Allaha nə haqqında danışır? (Qoy uşaqlar cavab versinlər).

O, Allahdan, cücələr təhlükədə olanda toyuq onları öz qanadları altında necə müdafiə edirsə, ona qarşı mərhəmətli olmasını və onu müdafiə etməsini xahiş edir. Necə gözəldir ki, Allah belə qüvvətli və sevəndir! O, bizim qayğımıza qalmaq istəyir.

Heç bilirsən bu dua nə vaxt yazılmışdır? Məzmur 57-nin birinci ayəsində belə sözlər yazılmışdır: “Davud Şauldan qaçıb mağarada gizlənəndə...”.

İllüstrasiya 1-6Baş verəni ətraflı izah etməyə izin verin. Şauldan qaçaraq, Davud

bir neçə dəfə mağaralarda gizlənmişdi. Bir dəfə dostlarıyla birlikdə Davud çox böyük bir mağarada gizlənmişdi. Şaul isə böyük bir ordu ilə onu axtarırdı. Onda bir az dincəlmək üçün elə həmin mağaraya Şaul daxil oldu. Davud dostları ilə mağaranın qaranlıq olan dərinli-yinə düşdülər və divara söykəndilər. Şaulun heç ağlına gəlməzdi ki, gözlənilmədən ona hücum edə bilən və hər şeyə görə ondan qisas

Dərsdən əvvəl yaxşı oxuyan iki, yaxud üç uşaqdan, yaxud köməkçidən Məzmur 57-yə baxmasını və dərs vaxtı iki ayə oxumasını xahiş et.

Uşaq, yaxud köməkçi birinci ayəni oxuya bilər. Uşaqlar dərsdə nə qədər çox iştirak edərlərsə, həqiqəti bir o qədər çox yadda saxlayarlar.

(Müəllim, ola bilsin ki, siz qısa müsabiqə formasında dua haqqın-da öz şəhadətini danışmaqda “Sevdaya” kömək edəcəksiniz. Siz qıza təqribən belə suallar verə bilərsiniz: Sevda, həyatındakı sevincli, yaxud kədərli hadisələri bölüşə bilərsən? Yaxşı, xahiş edirəm, bizə duaya qədər özünü necə hiss etdiyin haqqında danış.Bəs duadan sonra səndə eyni hisslər qaldı? Belə vəziyyətlərdə Allahla ün-siyyətdə olmaq imkanına malik olmaq gözəl deyilmi?).

1111

Bizə dua etməyi öyrət

1111

ala bilən Davud onun yanında idi. Davudun döyüşçüləri deyirdilər: - Budur, uyğun vaxt! Allah Şaulu bura gətirdi ki, onu öldürəsən. Amma Davud cavab verdi ki, o, heç vaxt padşahı öldürməz. Belə

hərəkət Allah qarşısında günah idi. Davud Şaula mağaradan zərər dəyməmiş çıxmasına izin verdi. Mən əminəm ki, Davud bütün ürəyi ilə Allaha ona bəxş edilən həyata və azadlığa görə minnətdar idi.

Gəlin bir daha Davudun mağaralardan birində yazdığı dua üzərində fikirləşək. Siz xatırlayırsınız ki, əvvəlcə gənc Allahdan onu müdafiə etməsini xahiş edirdi. Və Allah dəfələrlə onun duasına cav-ab vermişdir. Bəs duanın sonunda Davud Allaha nə deyir?

“Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb, qoy ilahi oxuyum, Səni tərənnüm edim. .....Ey Xudavənd, xalqlar arasında Sənə şükür edəcəyəm. Ümmətlər arasında Səni tərənnüm edəcəyəm.”

Davud duanın sonunda nə hiss edirdi? (Qoy uşaqlar cavab versin-lər.). Bəli, Allahla söhbət, şübhəsiz ki, ona kömək etdi, düzdür?

İllüstrasiya 1-7Hər bir insanın, hətta məsihçinin də, Rəbb İsanı sevənlərin də

çətinlikləri olur. Gəlin bu çətinliklərin nə olduğunu fikirləşək. Təsəvvür edək ki, Pərvizin ad günüdür. O, ən yaxşı məktəb şagirdlərindən biridir, amma hansısa bilinməyən səbəblərə görə o, səni ad gününə dəvət etməyibdir. Əlbəttə, dostlarının Pərviz-in ad gününə getdiyini görmək pərt edici və xətirə dəyəsidir. Elə hiss var ki, sanki səni tərk ediblər. Nə etməli? (Qoy uşaqlar fikirləşsinlər və suala cavab versinlər.). Bəli, ən müdrik qərar - gözləri yummaq və duada Rəbbə müraciət etməkdir. İndi isə, uşaqlar, sizin bunun kimi vəziyyətdə Allaha deyə biləcəyiniz sözləri seçməkdə mənə kömək edin

(Uşaqlardan əllərini qaldırmalarını və dua sözləri təklif etmələrini xahiş edin. Məsihçi uşaq Allaha öz kədəri haqqında deyə bilər; Allaha onu sevdiyinə və onu başa düşdüyünə görə minnətdar-lıq edə bilər; Allahdan Pərvizlə yaxşı dost qala bilmələri üçün kömək etməsini diləyə bilər. Ola bilsin ki, siz, müəllimə verilmiş vəziyyətdə uşaqlara fikirləşməkdə köməyiniz gərək olacaqdır.).

Sonra uşaqlara buna bənzər bir, yaxud iki sual verin: 1. Səncə, duadan sonra sən özünü necə hiss edəcəksən? (Yəqin ki,

Allahın mənim kədərimi başa düşdüyünü bilərək daha xoşbəxt hiss edəcəyəm.)

2. Səncə, Pərviz yenə də səni öz ad gününə dəvət edəcəkdir? (Yəqin ki, yox; Allah həmişə vəziyyətləri dəyişmir; daha tez-tez O, bizim vəziyyətə olan münasibətimizi, bizim hisslərimizi dəyişir.)

3. Necə fikirləşirsən, növbəti gündə sən Pərvizlə özünü necə aparacaqsan? (Sən Allahdan Pərvizə qarşı xeyirxah ola bilmə-yin və onu bağışlaya bilməyin üçün kömək diləyə bilərsən.)

İllüstrasiya 1-8Allahla sevindirici şey haqqında olduğu kimi, kədərli şey

haqqında da danışmaq imkanına malik olmaq necə də böyük sevinc-dir! Dua – Allahın övladlarının xüsusi üstünlüyüdür. Əgər sən hələ

Qoy iki uşaq 7 və 9-cu ayələri oxusunlar.

MHİE

Mərkəzi həqiqət olan kartoşkanı göstərin.

1212

Dərs 1. Allahla danışmaq imkanı – böyük sevincdir!

Allahın ailəsinə məxsus deyilsənsə, əgər sən hələ öz günahlarından dönməmisənsə və Rəbb İsaya öz Xilaskarın kimi iman etməmisənsə, onda bu üstünlük sənin üçün deyil. Amma əgər öz günahına görə narahatsansa, artıq indi İsa Məsihə müraciət edə və Ondan sənin Xi-laskarın olmasını xahiş edə bilərsən. O, səni sevir. O, sənə görə ölüb. O, səni bağışlamaq və sənə yeni həyat vermək istəyir. İmanla bu gün Ona gəl!

(Müəllim, uşaqlara Allahla söhbət etmək istədikləri mövzunu seçməkdə on-lara kömək edin. Bir neçə uşağı yüksəkdən dua etməyə həvəsləndirin. Hər bir uşaq nə vaxt duada iştirak etdiyini bilməlidir və nə haqqında Allaha deyəcəyini yadında saxlamalıdır).

TƏKRARLAMAQ üÇüN SUALLAR1. Nə üçün Davud çox sevinirdi və eyni zamanda, bir az kədərli

idi? 2. Davudun valideynləri ilə söhbəti məsihçinin Allaha olan duasını

xatırladır? (Məsihçi ürəyində olan bütün şeylər haqqında Alla-ha danışa bilər. Biz uğursuzluğa uğrayanda O, bizə təsəlli verə bilər və s.)

3. Ofeliya “Xoş xəbər” dərnəyindəki dərsdən sonra duada Allaha nə demək istəyirdi?

4. Biz Davudun Allaha dua etdiyi Məzmurun bir hissəsini oxuduq. Biz hansı Məzmuru oxuduq?

5. Məzmurun əvvəlində Davud hansı sözlərlə Allaha müraciət etmişdi?

6. Davud Məzmurun sonunda nə elan etdi? 7. Hansı vəziyyətlərdə Davud belə dua ilə Allaha müraciət et-

mişdir? 8. Dərsdə biz təsəvvür etdik ki, səni ad gününə dəvət etməmişdilər

və sən, sadəcə olaraq, duada Allaha müraciət etdin. Hamının səni tərk etməsinə baxmayaraq, sən nəyə görə Allaha minnət-darlıq edə bilərdin? (Misal üçün, Allahın səni sevməsinə və səni başa düşməsinə görə.)

9. Belə kədərli vəziyyətdə Ondan nə xahiş edə bilərdin? (Misal üçün, Pərvizlə yaxşı dost kimi qalmaları üçün; Allahın səni sakitləşdirməsinə görə.)

10. Məsihçinin duada Allaha müraciət edə biləcəyi daha iki-üç vəziyyəti misal gətirin.

12

Bizə dua etməyi öyrət

Dərs 2

MüQƏDDƏS YAZI2 Pad. 18 və 19Müəllim, verilmiş iki fəsildəki bütün hadisələri uşaqlara izah etmək lazım deyil, lakin sizin özünüzə hekayə və tarixi hadisələrlə tanış olmaq lazımdır.

MƏRKƏZİ HƏQİQƏTMəsihçi dua etməlidir.

TƏTBİQİman edən uşaq üçün: Allahın istədiyi kimi

yaşamaq üçün Ona tez-tez dua etmək lazımdır.

YADDA SAXLAMAQ üÇüN AYƏMəzmur 57:1-i təkrarlayın.“...Canımı götürüb Sənin yanına pənah gətirmişəm. Bəlalar keçib-gedənəcən qanad-larının altına sığınacağam.”

ƏYANİ VƏSAİTLƏR♦ İllüstrasiyalar: 2-1, 2-2, 2-3, 2-4, 2-5, 2-6,

2-7 və 2-8.♦ Mərkəzi həqiqət olan kartoçka: «Məsihçi

dua etməlidir» və tətbiq olan kartoçka: «Allahın istədiyi kimi yaşamaq üçün Ona tez-tez dua etmək lazımdır».

UŞAQLARIN DƏRSDƏ İŞTİRAKIDərsin sonunda uşaqlara onların mütləq dua etməli olduqları üç vəziyyəti çəkmələrini (yaxud sözlərlə təsvir etmələrini) təklif edin. Kağızı əvvəlcədən hazırlamaq lazımdır. Uşaqlar işi dərsdə (əgər vaxt varsa), yaxud da evdə yerinə yetirə bilərlər. Əgər tapşırıq sinifdə icra edilirsə, uşaqlara karandaş, boya və s. lazımdır.

DƏRSİN PLANI

GirişOkeanın dibində dalğıc. MHHadisələrin gedişatı1. Assurlar ətrafdakı ölkələri zəbt edirlər.2. Hətta Samariya da təslim edildi. MHİE İman etməyən uşaq üçün tətbiq: Allahın Sözünü dinlə.

3. Assurlar Yerusəlimə qarşı döyüşə başlayırlar.

4. Padşah Xizqiyaya duada Allaha müraciət etməsi və belə çətin vəziyyətlərdə Allaha güvənməsi çox gərəkdir.

5. İman edən uşaqların Allaha dua etməsi gərək olan dörd müasir vəziyyət təsvir olunmuş şəkillər:– pul oğurlamaq sövqü; MHİ– dələduzların məhlədə hədə-qorxusu; MHİ– məktəbdə çətin fənn; MHİ– günahı Allaha etiraf etmək. MHİ

6. Xizqiya Şalmaneserdən hədələyici mək-tub alır.

7. Padşah xilas üçün Allaha dua edir. MHİ8. Allah Yeşaya vasitəsilə Öz xalqını xilas

edəcəyini vəd edir.

KulminasiyaAssurları məhv etmək üçün Allah Öz mələyini göndərir

YekunXizqiya və Yerusəlim xilas olunurlar MHİUşaqlar dua etmək lazım olan üç çətin vəzi-yyətin şəklini çəkirlər.

13

DUA MƏSİHÇİ üÇüN RUHANİ OKSİGENDİR

1414

Dərs 2. Dua- məsihçi üçün ruhani oksigendir

DƏRS İllüstrasiya 2-1

Sən heç çoxdan batmış gəmilərin və yaxud da xəzinələrin ax-tarışında dənizin dibinə düşən dalğıclar haqqında filmə baxmısan, yaxud da o barədə kitab oxumusan? Okeanın dibində necə də gözəl və valehedici dünya açılır, düzdür? Amma o dünya, həmçinin, təhlükəlidir.

Suyun altındakı göy-yaşıl dünyada işləmək, bizim yaşadığımız, günəşin, havanın və istiliyin olduğu bu dünyadan çox fərqlənən dünyada işləmək çox çətindir. Dalğıcı qoruyan və işi yerinə ye-tirməyə imkan verən tək bir şey var. Bilirsən, bu nədir? Düzdür, oksigen! O, dalğıcın belinə taxdığı akvalanqdan, yaxud gəminin səthdə qalan göyərtəsindəki şlanqdan gəlir. Sağ qalmaq üçün dalğıc oksigen ilə nəfəs alır. Və əgər oksigen olmazsa və dalğıc nəfəs ala bilməzsə, o, çox tezliklə okeanın dibində öləcəkdir.

Amma sən heç bilirsən ki, dua biz məsihçilər üçün də dalğıcın oksigeninə bənzəyir? Biz günah işlətməyin çətin olmadığı və Rəb-bi məqbul saymağın çətin olduğu bir dünyada yaşayırıq. Biz, bizi ruhən çox tez “boğan” günahlı dünyada yaşayırıq. Bax buna görə dayanmadan dua etmək çox vacibdir. Dua, ruhani oksigen kimi bizə həyatımızı qorumaqda kömək edəcəkdir.

Ötən dərsdə mən duada Allaha müraciət etməyin necə gözəl old-uğu haqqında danışdım. Amma mən istəyirəm ki, siz fikirləşəsiniz ki, dua çox nadir hallarda özümüzə icazə verdiyimiz, misal üçün, dondurma kimi bir həzzdir. Dua – daha vacib və ciddidir. Dua o qədər vacibdir ki, əgər sən dua etmirsənsə, onda sən Allahı razı sal-araq yaşaya bilməzsən, ruhən güclü məsihçi kimi böyüyə bilməzsən və Allah üçün işləyə bilməzsən.

İllüstrasiya 2-2Bu gün biz Müqəddəs Kitabda, Allahın Sözündə yazılmış bir

adamın həyatını izləyəcəyik və onun hərəkətləri haqqında fikirləşəcə-yik. Bu adam başa düşürdü ki, təhlükəli vəziyyətdən yeganə çıx-ış yolu – Allaha duadır. Bu adamın adı Xizqiya idi. O, Yəhudanın padşahı idi və Rəbb İsanın yer üzünə gəlişinə təqribən 700 il qalmışa qədər yaşamışdır. Xizqiya yaxşı padşah idi. O, Allahı sevirdi və öz xalqına Allahın Qanunlarını yetirərək rəhbərlik etməyə çalışırdı (bax: 2 Pad. 18:26).

İllüstrasiya 2-3Yəhuda xalqının qəddar və güclü düşməni olan assur ordusu var

idi. Güclü assur ordusu yaxın ölkələrə hücum edir və onları bir-bir-inin ardınca zəbt edirdilər. Sonra assurlar Yəhudaya çox yaxın olan Samariyanı ələ keçirdilər. Allahın peyğəmbərləri və elçiləri vasitəsilə Samariyanın sakinləri Allahın dəfələrlə onlara günahlı həyatdan dönmələrini və Ona müraciət etmələrini əmr etdiyi Allahın Sözünü eşitdilər, lakin Allahın xəbərdarlığına məhəl qoymadılar. Və budur, indi Allah assurlara şəhəri zəbt etməyə və sakinlərini başqa ölkəyə əsir aparmaqlarına izin verdi.

MH

«Məsihçiyə dua etmək lazımdır» mərkəzi həqiqət olan kartoçkanı göstərin.

1515

Bizə dua eməyi öyrət

1515

Əziz uşaqlar, biz Allahın Öz Sözü vasitəsilə bizə dediklərinə çox diqqətlə qulaq asmalıyıq. Dərslərdə mən tez-tez Allahın səni günahlardan xilas etmək istədiyini demişdim. O, hətta Öz Oğlu Rəbb İsa Məsihi sənin günahlarına görə ölümə verdi. Amma qorxuram ki, sizlərdən kimsə günahlardan üz döndərməyi və Xilaskar kimi Rəbb İsaya iman etməyi əmr edən Allahın Sözünə qulaq asmaz. Əgər sən iman etməsən, onda vaxt gələcək ki, Allah səni, Onun Sözünə itaət etmədiyinə görə cəzalandıracaqdır. Elə bu gün imanla Ona müraciət et və Onun sənə təklif etdiyi gözəl xilas ənamını qəbul et.

İllüstrasiya 2-2 (təkrar)

Bəlkə, Xizqiya fikirləşirdi ki, assur ordusu Samariyanı ələ keçirə bilməz. Amma Allah böyük şəhərin məğlub olmasına izin verdi. “As-surlar, görəsən, indi kimə hücum edəcəklər?” – Xizqiya fikirləşirdi. Bilirsiniz, nə baş verdi? Böyük ordu qərbə tərəf döndü və Xizqi-yanın padşahlıq etdiyi Yəhudaya müharibəyə getdi. Mən əminəm ki, Yəhuda xalqı və padşah Xizqiya çox narahat idilər. Döyüşü saxla-maq üçün padşah Xizqiya assur padşahı Şalmanserə çoxlu qızıl və gümüş göndərdi. Lakin böyük ordu Yəhudaya yaxınlaşmağa davam edirdi.

Əgər sən padşah Xizqiyaya yaxınlaşa və onun qulağına bir neçə yax-şı məsləhət verə bilsəydin, ona nə məsləhət edərdin? Mən bir neçə məsləhət nümunələri çəkəcəyəm, sən isə onlardan hansının daha vacib olduğunu mənə de:

1) öz ordunu yaxşı təşkil et və öyrət;

2) öz ordunu yaxşı silahlandır;

3) şəhərlərinin ətrafındakı divarları və qalaları möhkəmləndir;

4) Allaha öz ağır vəziyyətin haqqında danış və Ona güvən; O, səni idarə edəcək və sənə kömək edəcəkdir.

Düzdür, Xizqiyanın ən vacib hərəkəti yalnız Allaha dua etmək ola bilərdi. Xizqiya digər məsləhətlərdən də istifadə etdi, amma dua və Allaha güvənmək daha vacib idilər. Necə fikirləşirsən, padşah bunu dərk edirdi?

İllüstrasiya 2-4 Həyatımızdakı çətin vəziyyətlərdə bizə bu mühüm məsləhət-

dən istifadə etmək lazımdır. Misal üçün, əgər bir gün şeytan belə bir dəhşətli fikri sənin beyninə salsaydı, sən nə edərdin: “Qulaq as, axı sən avtomat oyunlarda oynamaq istəyirsən, düzdür? Hə, onda sakitcə ananın pul qabından pul götür. O, bu haqda heç bilməyəcək də, sən isə doyunca oynayarsan.”

Hə, sənə dua etmək lazımdır: “Rəbb, mənə kömək et. Mən Sənin köməyin olmadan bu sınağa üstün gələ və Allahın köməkliyi ilə pul götürməməyin qəti qərarını verə bilmərəm!” Allah sənə kömək edər!

Yaxud da küçədə, sənin evinin yanında dələduz gəzir. O, səni qorxudur. Sən belə dua etməyi fikirləşirsən: “Rəbb, çox sağ ol ki, Sən mənimləsən və mən Sənə güvənə bilərəm”. Yaxud da ötən dərsdə öyrəndiyimiz padşah Davudun sözləriylə dua et. Gəlin bu sözləri bir-

MHİE

MHİ

İman edən uşağa aid olan tətbiqi kartoçkada göstərin: «Allahın istədiyi kimiyaşamaq üçün Ona tez-tezdua etmək lazımdır».

1616

Dərs 2. Dua- məsihçi üçün ruhani oksigendir

likdə təkrar edək: “Canımı götürüb Sənin yanına pənah gətirmişəm. Bəlalar keçib-gedənəcən qanadlarının altına sığınacağam”.

Allah sənin qorxunu götürə bilər və qəlbini sülhlə doldura bilər.

İllüstrasiya 2-5Yaxud da, məktəbdəki fənlərdən biri sənə çətin gələ bilər? Onda

sən bu haqda da dua etməlisən, elə deyilmi? Ya da, təsəvvür edək ki, bir dəfə sən qəzəbləndin və kobud

davrandın. Sən Allaha dua etməli və bağışlanma diləməlisən. Allaha dua et ki, Ondan uzaqlaşmamaqda və pis hərəkətlər etməməkdə sənə kömək etsin.

Bizə, Allahın övladlarına hər gün dua etmək lazımdır, düzdür? Bu şəkildə biz Rəbbə yaxınlaşa və Onu razı salaraq yaşaya bilərik.

Uşaqlar, siz də gözəl bir şey görəcəksiniz: duada öz problemlərin-izi və çətinliklərinizi Rəbbə etibar edən kimi, O, sizin qəlbinizi sül-hlə dolduracaq və narahatçılıq və qorxu fırtınasını sakitləşdirəcəkdir.

Ancaq, gəlin yenidən padşah Xizqiyaya qayıdaq. Assurların gü-clü ordusu düz Yerusəlimin divarlarına, Yəhudanın paytaxtına daxil olmuşdur. Ordunun başçısı, qəddar padşah Şahmanser şəhəri vermək üçün Yəhuda xalqına üç elçi göndərdi. Elçilər şəhərin divarlarının yanında dayanmışdılar və ucadan təhqiredici sözlər deyirdilər. As-surlar istəyirdilər ki, onların hədələrini nəinki padşah Xizqiyanın elçiləri, lakin şəhəri düşmənlərdən qorumaq üçün divarlarda yer-ləşən bütün Yerusəlim xalqı eşitsin.

İllüstrasiya 2-6Salmanserin elçiləri isə qışqırırdılar: - Qoy Xizqiya sizi aldatmasın, çünki o, sizi xilas edə bilməz!

(2 Pad. 18:29). Bundan əlavə, Allaha güvənmək lazım deyil! O, sizi xilas edə bilməz! Zəbt etdiyimiz digər xalqların allahları onları xilas edə bildimi? Əlbəttə ki, yox! (Bax: 2 Pad. 18:33).

Assurlar təhqiramiz yolla Göylərin həqiqi Allahını bütpərəst xalqların yalançı bütləri ilə müqayisə edirdilər! Yerusəlimin sakinləri yalnız onların ünvanına deyil, lakin Allahın Özünə də olan dəhşətli hədə-qorxulardan və təhqirlərdən tir-tir əsirdilər.

Bütün bu hədə-qorxuları Şalmanser padşah Xizqiyaya göndərdi-yi məktubda da yazdı. Necə fikirləşirsiniz, məktubu alaraq Xizqi-ya nə etdi? Gəlin görək, Müqəddəs Kitab bu haqda nə deyir. İradə (yaxud mənim köməkçim) bu ayəni oxuyacaqdır. Çox diqqətlə qulaq asın, sonra isə padşah Xizqiyanın məktubu alaraq etdiyi dörd fəali-yyətin adını çəkin. Bu fəaliyyətlərdən hansının daha mühüm olduğu haqqında fikirləşin

(İradə 2 Pad. 19:14-ü və 15-ci ayənin birinci sözlərini oxuyur).

Beləliklə, gəlin fikirləşək görək, padşah Xizqiya hansı dörd fəali-yyəti etdi?

Hə... O, məktubu oxudu... O, Rəbbin Evinə daxil oldu... O, mək-tubu Rəbbin üzünün qarşısında açdı....və dua etdi.

Əgər siz yerinə düşdüyünü hesab edirsinizsə, onda məhz dərsin bu mərhələsində uşaqlara öz şəxsi təcrübələrində çətin vəziyyətlərdə Allaha dua etməkləri nümunələri ilə bölüşməyə icazə vermək imkanınız var. Yaxud da uşaqlara kömək üçün, Allaha müraciət edə biləcəkləri vəziyyətlərin mis-allarını gətirmələri üçün onları həvəsləndirə bilərsiniz.

Hansı fəaliyyətlərdən söhbət getdiyini başa düşməkdə uşaqlara kömək edin. Ola bilsin ki, ayəni bir daha oxumaq lazım gələcək-dir.

İman edən uşaqlara aid olantətbiqi kartoçkada göstərin.

1717

Bizə dua eməyi öyrət

1717

İllüstrasiya 2-7Bu fəaliyyətlərdən hansı ən vacibdir? Düzdür, dua. Onun gözəl

duasından bir hissəni sizin üçün oxumaq istəyirəm. Bu dua ayəsinin uşaqların diqqətlə dinləyə biləcəkləri qədərini oxuyun (2

Pad. 19:15,19). Bəlkə, duanı diqqət azaldıqca qısaltmaq daha yaxşı olar. Lakin Rəbbə arxayın olun ki, uşaqlar Allahın gücü və Xizqiyanın Rəbbə ümidi haqqında mühüm həqiqəti başa düşsünlər.

Necə fikirləşirsən, Allah Öz övladının, Xizqiyanın duasını eşitdi? Əlbəttə! Eyni cür də sən harda dua etsən belə, hansı vəziyyətdə olsan belə, duan nə olursa olsun, O, sənin duanı eşidəcəkdir. Mən əminəm ki, Xizqiya dərhal öz qəlbində Rəbdən olan gözəl sülhü hiss etdi. O da Davud kimi Allahın qanadlarının kölgəsində gizləndi! Və Allah nəinki onun duasını eşitdi, lakin ona cavab da verdi.

Hər şeydən əvvəl Allah Xizqiyaya peyğəmbər Yeşaya vasitəsilə müraciət etdi və dedi ki, assurlar Yerusəlimi ələ keçirməyəcəklər (bax: 2 Pad. 19:20, 32, 33, 34). Düşmənlər şəhərə qarşı hətta bir ox belə atmayacaqlar, bir nizə belə tullamayacaqlar! Amma Allah Öz xalqını belə güclü və rəhmsiz ordudan necə xilas edə bilərdi?

İllüstrasiya 2-8Həmin gecə Allah Öz mələyini düşərgəyə göndərdi və assurları

məhv etdi. Və o vaxt hələ qaranlıq idi, 18500 döyüşçü həlak oldu. Sağ qalanlar oyananda, ətraflarında minlərcə ölü cəsədlər gördülər. İndi assurlar heç cür Yerusəlimə hücum edə bilməzdilər! Buna görə də onlar öz ölkələrinə qayıtdılar və Xizqiya və onun xalqı və Yerusəlim şəhəri xilas oldular! Xizqiya və Yerusəlimin sakinləri assur ordusuna heç cür qalib gələ bilməzdilər, amma Xizqiya duada Allaha müraciət edəndə və öz ümidini Ona bağlayanda, qələbəni onlara Allah verdi! Xizqiya və onun ordusu yaraq-əsləhə belə geyinməli olmadı!

Məsihçi, sən hər gün çoxlu sayda vəziyyətlərlə və həyati had-isələrlə üzləşirsən ki, onda sən Allaha dua etməlisən. Üzləşdiyin müəyyən problemlər üçün sən Allahdan kömək istəməlisən. Belə problem Xizqiyanın üzləşdiyi düşmənçilik problemi ola bilər; yaxud da günah işlətmək sövqü; yaxud da, ola bilsin ki, sən etdiyin hansısa pis hərəkətə görə Allahdan bağışlanma diləməlisən.

MHİ

MHİ

1818

Dərs 2. Dua- məsihçi üçün ruhani oksigendir

TƏKRARLAMAQ üÇüN SUALLAR1. Dalğıcın su altında çox təhlükəli işi var. Okeanın dibində onun

həyatını nə saxlayır? 2. Bu günahlı dünyada məsihçinin həyatı dalğıcın işinə nədə

bənzəyir? 3. Bu gün haqqında öyrəndiyimiz padşahın adı nə idi? 4. Padşah Xizqiyanın və onun xalqının güclü düşməni kim idi? 5. Nə üçün Allah assur ordusunun Samariyanı zəbt etməsinə izin

verdi? 6. Ordu Yerusəlimə yaxınlaşanda, xalqı qorxutmaq üçün Şalmanse-

rin elçiləri nə etdilər? 7. Xizqiya hədə-qorxu məktubu alaraq hansı dörd fəaliyyətə

başladı? 8. Xizqiya etdiyi kimi, duada Rəbb qarşısında öz problemlərini

“aça” biləcəyin üç çətin vəziyyət nümunəsi gətir.

TƏTBİQİ FƏALİYYƏTİndi sizə karandaş, boyalar və üç hissəyə bölünmüş vərəq

verəcəyəm. Daha kiçik olanlar, Allaha dua etmək lazım olduğu üç vəziyyətin şəklini çəkəcəklər. Ola bilsin ki, məktəbdə sən çətin bir vəziyyətlə üzləşəndə; yaxud evdə iblis səni yalan deməyə sövq edəndə; yaxud küçədə Allahdan səni təhlükədən qorumasını xahiş edəndə; yaxud hətta “Xoş xəbər” dərnəyində” Onun Sözünə diqqətlə qulaq asmaq üçün Allahdan kömək diləyəndə. Padşah Xizqiya kimi Allahın köməyini daha çox dilədiyin yerlər haqqında fikirləş. Daha böyük olanlar isə elə üç vəziyyəti də çəkə, yaxud təsvir edə bilərlər. Bir-iki nümunə kifayət olacaqdır. Yuxarıda başlıq yazın: “Məsihçi dua etməlidir”, aşağıda isə – “evdə, məktəbdə, küçədə, “Xoş xəbər” dərnəyində, yaxud sizin seçdiyiniz istənilən yerdə.

Lakin, əgər sən hələ məsihçi deyilsənsə, Allahın övladı ol-mamısansa, yadda saxla ki, Rəbb yalnız Öz övladlarının dualarına cavab verməyi vəd edir. Biz dua edirik ki, sən də tezliklə məsihçi olasan.

Siz 41-ci səhifədə olan cədvəli çoxalda bilərsiniz.

Bizə dua etməyi öyrət

Dərs 3MüQƏDDƏS YAZIMatta 21:10-17; Luka 17:11-18; Məz. 40:5; Vəhy 5:11-14

MƏRKƏZİ HƏQİQƏTAllah mənim dualarımı eşitməyi sevir.

TƏTBİQİman edən uşaq üçün: Allahı mədhlərlə və

minnətdarlıqlarla sevindirVerilmiş dərsdə iman etməyən uşaq üçün az dərs var. Dərsin digər hissələrində (misal üçün, müvafiq olan mahnını oxuyarkən) siz İncilin əsas həqiqətlərini izah edə bilərsiniz. YADDA SAXLAMAQ üÇüN AYƏMəzmur 51:15:“Ey Xudavənd, Sən dilimi aç, ağzımla Sənə olan həmdlərimi bəyan edim.”

ƏYANİ VƏSAİTLƏR♦ İllüstrasiyalar: 3-1, 3-2, 3-3, 3-4, 3-5, 3-6,

3-7 və 3-8.♦ Mərkəzi həqiqət olan kartoçka: «Allah

mənim dualarıma qulaq asmağı sevir» və tətbiq olan kartoçka: «Allahı mədhlərlə və minnətdarlıqlarla sevindir».

MüƏLLİMİN HAZIRLAŞMASIƏgər sizdə “Məsih” Gendelin oratoriya audio yazıları varsa, mətndə göstəriləndə (həmçi-nin, “Sən layiqsən” mahnısını da qoymaq olar) “Mələk” mahnısı səslənən parçanı qoşun. Əlbəttə, bu, mütləq deyil, amma bu gözəl əsərdən bir parça dinləmək uşaqların çox xoşuna gələcəkdir. Hazırkı dərs duanın məsihçiyə sevinc və sülh gətirdiyini izah etdiyiniz 1-ci dərsi tamamlayır. Verilmiş dərsdə siz izah edəcəksiniz ki, bizim dualarımız Allaha sevinc də gətirir, xüsusilə də biz Onu izzətləndirərkən və Ona minnətdarlıq edərkən.

DƏRSİN PLANI

GirişAna qoyun və onun quzusu. MHİ

Hadisələrin inkişafı1. Məsih məbədi təmizləyir.2. Uşaqlar Onu “Davud Oğlu” adlandırırlar.3. Məsih sevinclə alqışı qəbul edir. MHİ4. Mədh nədir? *5. Məsih on cüzamlıya şəfa verir.6. Bir cüzamlı Ona minnətdarlıq etmək üçün

geri dönür.7. Məsihin sevinci və kədəri.*8. Müzakirə:

Görünən ənamlar və onlar üçün minnət-darlıqlar. MHİ*9. Görünməyən ənamlar və onlar üçün minnətdarlıqlar. MHİ*10. “Mədh” ilə “minnətdarlıq” arasında fərq. MHİ*

11. Hər gün, səhər və axşam duada Rəbbə müraciət etmək çox vacibdir. MHİ

12. Göylərdəki alqışlar (Vəhy 5). MHİ13. Gendel “Məsihin” oratoriyasından “Quzu”

mahnısı

KulminasiyaƏgər sən Rəbb İsanı öz Xilaskarın kimi qəbul etmisənsə, hər gün Ona dua et.

YekunSizinlə birlikdə uşaqları məbədə getməyə dəvət etmək.

UŞAQLARIN DƏRSDƏ İŞTİRAKI* Dərsin (*) ulduz işarəsi ilə qeyd edilm-iş müxtəlif hissələrində, uşaqlar üçün suallar təklif olunur ki, uşaqlar onlar üzərində əvvəlcə fikirləşməli, sonra isə cavab verməlidirlər. Öyrət-mə prosesində uşaqları daha da fəal etmək üçün bu və ya digər sualları dərsə əlavə etməyi unutmayın.

MƏNİM DUAM ALLAHA SEVİNC GƏTİRİR

19

2020

Dərs 3. Mənim dualarım Allaha sevinc gətirir

DƏRS Bir dəfə şəhərdən kənarda gəzərkən, tarlada böyük qoyun sürüsü

gördüm. Bir balaca quzu deşikdən çəpərə girmişdi və yolda sürüdən uzaqda nabələd yerə düşmüdü. Birdən o, özünü tək hiss etdi və yazıq-yazıq mələməyə başladı: “M-ə-ə, m-ə-ə”. Quzu anasını çağırırdı. Ana qoyun, demək olar ki, dərhal quzunun itdiyini gördü və onu çağırmağa, axtarmağa başladı. Həmin anda o, quzunun səsini eşitdi və çəpərdən deşiyə sıçradı. Qoyun quzuya yol tapmaqda kömək etmək üçün qaçırdı. Ana qoyun öz quzusunun yazıq səsini eşidərək necə də sevindi!

İllüstrasiya 1-8Bu hekayə bizim Allaha olan duamıza fikir gətirir. Birinci dərsdə

biz Allahla söhbət etmək imkanına malik olmağın necə gözəl old-uğu haqqında öyrəndik. Dua ünsiyyəti bizə nə qədər sevinc gətirir! Ötən dərsdə biz dua etməyin nə qədər vacib və zəruri olduğu haqqın-da öyrəndik. Bu gün isə biz daha gözəl və möcüzəli bir həqiqəti mənimsəyəcəyik: Allah, həmçinin, biz Onunla söhbət edəndə də çox sevinir. Ana qoyun quzunun səsini eşidəndə çox sevindi, amma Al-lah Öz övladlarının səsini eşidəndə daha çox sevinir!

Məzmur 40:5-də Davud yazır: “Bizə aid xariqələrin, düşüncələrin çoxdur.

Onlardan danışmaq istəsəm...” Bu, o deməkdir ki, Allah həmişə bizim haqqımızda düşünür və bizim Onunla danışacağımız vaxtı gö-zləyir. Axı sən bilirsən ki, Rəbb heç vaxt yatmır; Onun bizim kimi dincəlməyə ehtiyacı yoxdur. O, həmişə gümrahdır. Onun fikirləri sənə yönəlmişdir. Sən səhər yuxudan oyananda, O, həvəslə sənin səsini eşitməyi gözləyir. Elə yuxudan oyanınca sən bundan əmin ola bilərsən ki, Allah artıq sənin haqqında fikirləşir. Günün əvvəlində sən Ona minnətdarlıq etmək, Onunla məsləhətləşmək, Ona yaxınlaş-maq üçün bir neçə dəqiqə ayıra bilərsən.

İllüstrasiya 3-1Bir dəfə, hələ yer üzündə olarkən, İsa Məsih məbədə daxil oldu.

Ola bilsin ki, O, dua etmək, yaxud Allahın Sözünü dinləmək istəy-irdi. Amma heç sən bilirsən ki, O, daxil olanda nə gördü? Məbəddə bazar açmışdılar. Çox sayda adamlar Allaha qurban gətirmək üçün heyvan və quşlar (göyərçin) satırdılar və alırdılar. Digərləri isə mx-təlif ölkələrdən gələn səyyahların pullarını dəyişirdilər.

Alverin sonunda hamı yüksəkdən danışır, yaxud hətta qışqırırdı da. Orada olanlardan heç kim Allaha dua etmək, Ona alqış oxumaq, Onun Sözünü dinləmək üçün tikilmiş binada yerləşdiklərini başa düşmürdü. İnsanlar bir anlıq belə Allah haqqında fikirləşmirdilər! Rəbbə İsaya bunu görmək necə də acıverici idi! O, çox qəzəbləndi. Müqəddəs Kitabda yazılıb ki, O, bütün tacirləri və sərrafları onlara yüksək səslə Allahın Sözünü xatırladaraq qovdu:

- Mənim Evim dua evi adlanacaqdır, siz isə onu quldur yuvası-na çevirmisiniz.

İllüstrasiya 3-2Səsli-küylü və çox danışan tacirlər gedəndə, İsaya, Ona ehtiyacı

20

MHİ

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxusun.

«Allah mənim dualarımı eşitməyi sevir» Mərkəzi həqiqətolan kartoçkanı göstərin.

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxuyun.

2121

Bizə dua etməyi öyrət

2121

olan adamlar yaxınlaşdılar. Məhz kim? Düzdür- korlar və axsaqlar. İsa sevgiylə və şəfqətlə onlara şəfa verirdi. Məbəddə, həmçinin, İsa Məsihin etdiyi möcüzələri görən uşaqlar ucadan deməyə başladılar:

- Hosanna Davud Oğluna!“Davud Oğlu”- xalqı xilas etmək üçün gələn Məsih, yaxud Xi-

laskar deməkdir! Uşaqlar İsa Məsihin gəlişinə çox sevinirdilər!Bütün baş verənləri başqa adamlar da – baş kahinlər və fəriseylər

– yəni xalq Allahın Sözünü və Allahın planını izah etməli olan din xadimləri də izləyirdilər. Sevinmək əvəzinə, onlar uşaqların ağzın-dan Rəbb İsaya alqışları eşidərək qəzəbləndilər. Baş kahinlər və fəriseylər İsaya belə sualla müraciət etdilər:

- Onların nə dediklərini eşidirsən? Onların səni Məsih və Xi-laskar adlandırdıqlarını eşidirsən?

Necə fikirləşirsiniz, İsa nə cavab verdi? O dedi: - Bəli, Mən eşidirəm, Allah bu uşaqları Mənə alqış vermək

üçün oyandırdı. Rəbb İsa sevinclə uşaqların ağzından alqışları qəbul edirdi.

Uşaqlar isə Onu “Davud Oğlu” adlandırırdılar. Sən Onu “mənim Allahım” və “mənim Xilaskarım” adlandıra bilərsən. Sən Onu alqışlaya bilərsən, çünki O, çox qüdrətlidir, O, bütün dünyanı Öz əllərində saxlayır. Sən Onu mədh edə bilərsən, çünki O, sevən və hər şeyə qadirdir, çünki O – hər yerdə olan və eyni zamanda, sənin yanında olandır.

İllüstrasiya 3-3Bəlkə sən nə vaxtsa fikirləşirdin ki, yalnız böyüklər Allaha dua və

alqış edə bilər? Orada məbəddə yetkin adamlar İsanı izzətləndirmir-dilər; Onu uşaqlar izzətləndirirdilər! Və Rəbb İsa nəinki onlara izzətləndirmələrinə izin verdi və həm də O, sevinclə uşaqların sevgiylə dolu alqışlarını da qəbul edirdi. Mən bilmirəm ki, sizlərdən kimsə öz məbədində dua toplantılarına gedir, ya getmir. Əlbəttə, sən həmişə öz ürəyində Allaha dua edə bilərsən və Onu izzətləndirə bilərsən, ancaq ucadan da dua etməkdən qorxma. Bəzi yetkin adam-lar uşağın dua etməsini eşidəndə təəccüblənəcəklər, amma Rəbb İsa sevinclə sənin duana qulaq asacaqdır.

Sən “Rəbb İsanı izzətləndirmək” ifadəsinin mənasını başa düşürsənmi? Görək kim mənə izah edə bilər?

(Müəllim, qoy uşaqlar cavab versinlər. Allaha Onun necə gözəl, necə qüdrətli və güclü, sevən və müdrik və s. kimi olduğunu deməyin nə olduğunu ifadə etməkdə onlara kömək edin.).

İndi isə izin verin, Rəbb İsanın sevinclə bir adamın sözlərini qəbul etməsi haqqında başqa bir hadisə danışım...

MHİ

«Allahı mədhlərlə vəminnətdarlıqlarla sevindir» tət-biqi olan kartoçkanı göstərin.

* Uşaqlarla müzakirə etmək üçün sual.

2222

Dərs 3. Mənim dualarım Allaha sevinc gətirir

İllüstrasiya 3-4Bir dəfə, Fələstinin tozlu yollarıyla səyahət edərək Rəbb İsa şagir-

dləri ilə birlikdə kiçik bir kəndə daxil oldular. Orada o, Ondan uzaq durmağa çalışan bir qrup adam gördü. O adamlar Ona qışqırırdılar. İsa onların xahişini eşitdi. Nə üçün onlar Ona daha yaxın gəlmədilər? O adamlar dəhşətli xəstəlikdən –cüzamdan əzab çəkirdilər və başqa adamlara da keçirməmələri üçün onlara başqa adamlara yaxınlaş-maq qadağan edilmişdi. Ö dövrdə cüzam sağalmırdı, amma yəqin ki, kimsə cüzamlılara demişdi ki, İsa onlara şəfa verə bilər və O, on-ların kəndindən keçəcəkdir. Buna görə də cüzamlılar uzaqda duraraq İsaya yalvarırdılar:

- Mürəbbi İsa, bizə mərhəmət et.İsa sevgi və güclə dolu idi və əlbəttə ki, kömək etmək istəyirdi.

O, sadəcə olaraq, onlara dedi: - Gedin, özünüzü kahinlərə göstərin.Məhz kahinlər adamın cüzam xəstəliyinə tutulub- tutulmadığını

qərara alırdılar. Başqa sözlərlə, İsa sanki cüzamlılara dedi: “Gedin və kahinlərə göstərin ki, Mən sizə şəfa vermişəm”. Bunun mümkün olduğuna inanmağa cürət etməyərək, cüzamlılar, öz eybəcərləşdir-ilmiş ayaqlarıyla büdrəyərək, kahinlərə göstərmək üçün şəhərə get-dilər. Və onlar gedərkən, birdən təmiz olduqlarını gördülər. Cüzam getmişdi. Nə vaxtsa yara-xorayla örtülü olan dəriləri indi təmiz olmuşdur. Şəfa tapanlar çox sevindilər! Onlar qaçırdılar, həmd edir-dilər və gülürdülər!

İllüstrasiya 3-5Ancaq onlardan biri əvvəlcə möcüzənin düz baş verdiyi yerdə

dayandı, sonra isə geriyə, İsa ilə rastlaşdığı yerə getdi. Rəbb İsanı görərək, o, Onun ayaqları önündə yıxıldı və şəfaya görə Ona çox minnətdarlıq etdi. Necə fikirləşirsiniz, İsa nə hiss etdi? Bir tərəf-dən O sevinirdi, digər tərəfdən isə- kədərlənirdi. Maraqlıdır, sizdən kimsə nə üçün Rəbb İsanın eyni zamanda həm sevindiyini və həm də kədərləndiyini izah edə bilər?

Müəllim, qoy uşaqlar öz fikirlərini bölüşsünlər.Bəli, O, ona görə sevinirdi ki, şəfa tapmış adam şəfaya görə Ona

təşəkkür etmək üçün geri döndü, amma eyni zamanda O, digər do-qquzun Ona “çox sağ ol” deməyi fikirləşməməsi üçün kədərləndi.

Maraqlıdır, sən Rəbb İsaya sevinc gətirirsən, yoxsa kədər? Allaha Onun sənə etdiyi bütün xeyirxahlıqlarına görə minnətdarlıq etməyi unutmursan ki? Bəli, sən Ona minnətdarlıq edəndə Rəbb İsa sevinir. Amma heç fikirləşmisən ki, sən bunu etməyəndə, O, kədərlənir?

İllüstrasiya 3-6İndi isə gəlin nəyə görə Rəbbə minnətdar ola biləcəyimizi

fikirləşək. Biz Ona gördüyümüz və hər gün istifadə etdiyimiz şeylərə görə minnətdarlıq edə bilərik. Misal üçün, yeməyə və geyimə görə. Biz Ona bizim gözlərimiz üçün görünməz olan ruhani xeyir-dualara göə minnətdarlıq edə bilərik. Misal üçün, günahların bağışlanmasına görə. Daha üç ruhani xeyir-duanı yadına sala bilərsən?

Müəllim, uşaqların cavabları ilə bölüşmələrinə izin verin. Onlara, Rəbb İsanın bizim yerimizə ölümü, əbədi həyat ənamı, Onun həmişə bizimlə olması, bizim üçün Göylərdə yer hazırlaması və s. kimi xeyir-duaları yadlarına salmaqda kömək edin.). Və gördüyümüz və Allaha minnətdarlıq etməli olduğumuz daha üç şey? (Müəllim, qoy uşaqlar söhbətdə iştirak etsinlər. Siz onlara bizim valideyn-lərimiz, bizim sinfimiz, bizim dostlarımız, Müqəddəs Kitab və s. kimi cavabları

MHİ

* Uşaqlarla müzakirə etmək üçün sual.

2323

Bizə dua etməyi öyrət

2323

təklif edərək uşaqlara kömək edə bilərsiniz.İndi isə çox çətin sual səslənəcəkdir. Rəbbi “mədh etmək” ilə

Ona “minnətdarlıq etmək” arasında hansı fərq var? Müəllim, fasilə edin ki, uşaqlar fikirləşə və bir, yaxud iki cavab verə bilsinlər.Doğrudur, biz Rəbbi mədh edəndə, biz Onu – qüdrətli, sevən,

hər şeyi bilən olduğuna görə izzətləndiririk. Minnətdarlıq isə Al-laha bizə etdiklərinə görə - bizim günahlarımıza görə çarmıxdakı ölümünə, qayğımıza qaldığına, gündəlik çörəyə və s. üçün “çox sağ ol” deməkdir.

Mədh və minnətdarlıq vacibdirmi? Bəli, vacibdir. Biz Rəbbə alqış və minnətdarlıq edəndə, O, həqiqətən məmnun olur və bizim səslərimizi eşitməyə sevinir.

Sən hər gün Rəbbə sevinc gətirməyə səy göstərəcəksən? Hər səhər, məktəbə getməzdən əvvəl sən Müqəddəs Kitabdan bir neçə ayələr oxumaq və onlar üzərində fikirləşmək üçün bir neçə dəqiqə ayıra bilərsən. Sonra Rəbbə dua edə bilərsən, Ondan bütün gün üçün kömək və xeyir-dua diləyə bilərsən. Həmçinin, Onu izzətləndirməyi və minnətdarlıq etməyi də unutma.

Çox tez-tez Müqəddəs Kitabdan ayələri oxuyaraq, sən Allah, Rəbb İsa Məsih haqqında daha çox şey öyrənəcəksən. Bu həqiqətlər üzərində düşünərək, Rəbbi Müqəddəs Kitab vasitəsilə sənə açdığı xüsusiyyətlərinə görə izzətləndirə bilərsən. Axşam isə, yatmazdan əvvəl Allahın sevgisinə və qayğısına görə Ona minnətdarlıq et. Bu Rəbb və sənə sevinc gətirəcəkdir!

İllüstrasiya 3-7Gəlin daha bir dəfə Allahın Sözünə nəzər salaq. Mən istəyirəm

ki, siz Müqəddəs Kitabın axırıncı kitabından, Vəhy Kitabından gözəl sözlərə qulaq asasınız. Allahın Özünün rəhbərliyi ilə Yəhya Göyləri təsvir etdi. Allah ona bu gözəl yeri göstərdi. Düz mərkəzdə Yəhya Ata Allahın oturduğu taxtı gördü. Bir müddət keçəndən sonra tax-ta Rəbb İsa oturdu. Yəhya Onu Quzu adlandırır. Başa düşürsünüz nə üçün Yəhya Rəbb İsanı Quzu adlandırır? İzin verin, qısaca izah edim. İsanın yer üzərinə gəlməsindən əvvəl, insan Allaha yaxınlaş-maq istəyəndə, o, qurban – quzu gətirməli idi. Heyvanı kəsirdilər və Allaha qurban gətirirdilər.

Belə hərəkətlərlə insan sanki deyirdi: “Mən günah işlətdim, mən pis hərəkətlər etdim. Mən Sənin Əmrlərini pozduğum üçün ölümə layiqəm, Rəbb. Amma bu quzu mənim yerimə ölür, mənim əvəzimə ölür”. Əslində, heyvanlar günahlı adamları əvəz edə bilməzdilər. Heyvanları qurban gətirmək, sadəcə olaraq, daha sonralar yer üzərinə gələn Rəbb İsanın ölümünün rəmzi təsviri idi. İsa Məsihi Allahın Quzusu adlandırırdılar. Məhz O, həqiqətən bizi əvəz etdi, bizim hamımızın günahlarına görə çarmıxda öldü. Amma ölümdən sonra O, ölülərdən dirildi və Göylərə qayıtdı. İndi O, Onu sevənləri ora-da gözləyir. Beləliklə, Göylərə Rəbb İsanın yanına gedəcəyimiz və Onunla bir olacağımız gün gələcəkdir.

Və Vəhy kitabında Yəhya Göylərdə baş verəcək o gözəl səhnəni təsvir edir. Allahın Taxtı öz günahlarından xilas olmuş minlərcə adamlarla əhatə olunmuşdur. Onlar hamısı birlikdə Allaha və Rəbb İsaya- Allahın Quzusuna dua edirlər. Onlar nə deyirlər və nə oxuyur-

* Uşaqlarla müzakirə etmək üçün sual.

* Uşaqlarla müzakirə etmək üçün sual.

* Uşaqarla müzakirə etmək üçün sual..

Tətbiq olan kartoşkanı göstərin.

2424

Dərs 3. Mənim dualarım Allaha sevinc gətirir

lar? Gəlin Vəhy kitabı 5:13-də yazılan sözlərə qulaq asaq.

İllüstrasiya 3-8Necə də gözəl alqış mahnısıdır, düzdür? Əgər Rəbb İsa artıq

sənin Xilaskarın olubsa, əgər sən Onu sevirsənsə, onda bir gün sən də Göylərdə belə gözəl mahnını oxuyacaqsan! Lakin, Rəbbi alqışla-maq üçün Göylərə gedənə qədər gözləmək lazım deyil. Göylərdə biz Rəbbi indi bacardığımızdan daha yaxşı, mükəmməl mədh edə bilərik. Amma Allah istəyir ki, sən Onu hər gün mədh edəsən. Sən bunu hər səhər duada Allaha müraciət edərkən edə bilərsən. Bundan əlavə, əgər sən məbədə, yaxud dirilmə məktəbinə getmək qərarını versəydin, Allah çox şad olardı. Məbəddə biz duada Rəbbə üz tut-mağı sevən, Onu izzətləndirməyi sevən və Onun Sözünü sevən digər adamlarla görüşürük. Məsihçilərin oxuduğu mahnılar, adətən, Al-lahı izzətləndirirlər. Və əgər sən- həqiqi məsihçisənsə, sən də təmiz qəlbinlə Rəbbə oxuya bilərsən, bilərək ki, O, səni eşidir və sənin alqışına sevinir. Əgər sən hələ məbədə getmirsənsə, mən səni özüm-lə aparmağa şad olardım.

TƏKRARLAMAQ üÇüN SUALLAR1. Məzmurçu Davud bizə Allahın fikirləri haqqında nə deyir?

(Məz. 40:5). 2. Məbəddə olan uşaqlar Rəbb İsanı necə adlandırdılar? 3. Rəbb İsanı biz hansı gözəl adlarla adlandıra bilərik? 4. Deyə bilərsən ki, “mədh” nə deməkdir? 5. Haradan bilirsən ki, uşağın məbəddə dua toplantısında Rəbbi

izzətləndirməsini eşitmək Rəbbə xoş olacaqdır? 6. Nə üçün Rəbb İsa, cüzamlılardan biri Ona minnətdarlıq et-

mək üçün geri dönəndə, eyni vaxtda həm sevindi və həm də kədərləndi?

7. Allaha minnətdarlıq etməli olduğun görünən beş ənamın adını çək.

8. Allaha minnətdarlıq etməli olduğun görünməyən ruhani xey-ir-duaların adını çək.

9. Bizdə hər gün olan xoş şeyləri və Rəbbi mədh edə biləcəyimiz və Ona minnətdarlıq edə biləcəyimiz şeyləri xatırla.

MHİ

Müəllim, əgər siz “Məsih” Gen-del oratoriyanın audio yazısını hazırlamısınızsa,“Mələk”, yaxud “Sən layiqsən” mahnısını qoşun. Biz əminik ki, uşaqlar dinləmək-dən də xeyir-dua alacaqlar və özləri də Allahı izzətləndirməyi öyrənəcəklər.

Mərkəzi həqiqət olankartoçkanı göstərin.

Müəllim, bazar günü toplantıya hələ getməyənləri özünüzlə məbədə aparmaq üçün valideyn-lərlər və uşaqlarla danışın.

Dərs 4MüQƏDDƏS YAZIYar. 18:16-33

MƏRKƏZİ HƏQİQƏTAllah mənə başqa adamlar üçün dua etməyi əmr edir. Məqsəd bundan ibarətdir ki, iman edən uşaqlara onlar başqa adamlara dua edərək Allaha xidmət edə bilmələrini izah etməkdir. Həmçinin, istəyərdim ki, uşaqlar başa düşsünlər ki, məsihçi borcunu yerinə yetirməmək- başqa adamlar üçün dua etməmək – Allah qarşısında günahdır. Yadda saxlamaq üçün ayə bunu göstərir.

TƏTBİQİman edən uşaq üçün: Öz ailən, öz müəllim-

lərin, missionerlər, rəhbərlər, xəstə adamlar və öz dostların üçün dua et.

YADDA SAXLAMAQ üÇüN AYƏ1 Şam. 12:23:“.... sizin üçün yalvarmağı dayandırmaqla Rəbbə qarşı günah etmək qoy məndən uzaq olsun...”.

ƏYANI VƏSAITLƏR♦ İllüstrasiyalar: 4-1, 4-2, 4-3, 4-4, 4-5, 4-6,

4-7 və 4-8.♦ Mərkəzi həqiqət olan karotçka «Allah mənə

başqa adamlar üçün dua etməyi əmr edir» və tətbiq olan kartoçka: «Öz ailən, öz müəllim-lərin, missionerlər, rəhbərlər, xəstə adamlar və öz dostların üçün dua et.».

UŞAQLARIN DƏRSDƏ İŞTİRAKI Dərsin axırında hər bir uşağa bir vərəq və karandaş verməyinizi təklif edirik. Uşaqlardan dua etmək üçün beş qrup adam yazmaqlarını xahiş edin. Müəllim, siz kağız və karandaşları əvvəlcədən hazırlamalısınız və həmçinin, əmin olmalısınız ki, uşaqlar öz yerlərində yaza bilirlər. Əgər yaza bilmirlərsə, ola bilsin ki, siz bir neçə dənə qalın karton kağız tapmalı olacaqsınız. Tapşırıq iman edən uşaqlar üçün nəzərdə tutulmuşdur, lakin iman etməyən uşaqlar da iştirak edə bilərlər. Tapşırığı izah edərkən, sizə şəkillər və müvafiq sözlər kömək edəcəkdir. Siz şəkil çəkə bilərsiniz və sözləri lövhədə, yaxud da flomasterlə karton vərəqində yaza bilərsiniz (bax: dərsin axırındakı illüstrasiyaya). Balaca uşaqlar söz yazmadan “əl” şəkli çəkə bilərlər.

MƏNİM DUALARIM BAŞQA ADAMLARA LAZIMDIR

DƏRSİN PLANI

GirişQitələrarası raket.

Hadisələrin inkişafı1. Dua adamı olan İbrahim həmişə Allaha

qurbangahlar düzəldirdi . MHİ2. Allah İbrahimi və Saranı ziyarət edir (Yar.

18:2).3. İbrahim üç qonaq qəbul edir.4. Allah İbrahimə oğul vəd edir (Yar. 18:9-

15).5. Allah İbrahimə Sodomu məhv etmək

haqqında fikirlərini açır (Yar. 18:20). MHİE İman etməyən uşaq üçün tətbiq: Allah

günahı cəzalandırır.6. 6. İbrahim dua ilə kömək edə biləcəyini

başa düşür. MHİ, MHİE7. İbrahim Sodom və Lot üçün dua edir. MH

KulminasiyaAllah Sodomu məhv edir, amma İbrahimin duasına görə Lutu xilas edir.

YekunUşaqlar üçün tapşırıq – “əl” çəkmək, hər barmaq dua etmək lazım olan qrup adamları xatırladacaqdır. MHİ

Bizə dua etməyi öyrət

25

2626

Dərs 4. Mənim dualarım başqa adamlara lazımdır

DƏRSHeç bilirsiniz ki, qitələrarası raket nədir? Bu, xüsusi güclü si-

lahdır. Döyüş raketlərini dünyanın bir tərəfindən buraxırlar, göylərə yüksəkliyə uçurlar, dünyanın başqa bir hissəsində müəyyən məqsəd üçün düşürlər və inanılmaz güc ilə yolda olan bütün şeyləri məhv edərək partlayırlar.

İllüstrasiya 4-1Bizim dualarımız nədəsə qitələrarası raketə bənzəyir. Lakin

dua əks nəticə daşıyır: pislik əvəzinə o, yalnız yaxşılıq verir. Sən dünyanın bir tərəfində dua edə bilərsən. Sənin duan Göylərə, Allaha qalxır və dünyanın tamamilə başqa bir hissəsində, sənin yaşadığın yerdən minlərcə kilometrlər uzaqda inanılmaz güclü bir cavabı görmək olar. Sənin duana görə Allah səndən çox uzaqdan yaşayan adamlara xeyir-dua verə bilər.

Duanın ən mühüm səciyyələrindən biri - başqa adamlar üçün duadır. Əhdi-Ətiqdə dua etməyi sevən bir adam haqqında hekayə yazılmışdır. Maraqlıdır, onun adının nə olduğunu tapacaqsınız? Budur bir neçə kömək:

1. O, Məsihin doğulmasında təqribən 2000 il əvvəl yaşamışdır.

2. Allah onu evini, öz şəhərini tərk etməyə və uzun bir səyahətə yola düşməsinə çağırdı.

3. Adətən, o, Allahın onu hara apardığını bilmirdi.4. O, həmişə səyahət edirdi.5. Həyatının böyük bir hissəsini çadırda keçirmişdi.

İllüstrasiya 4-2Kimin haqqında bəhs etdiyimi tapdınız? Bu adamın adı İbrahim

idi. İbrahim hara gedirdisə, o, hər yerdə Allah üçün daşdan qurban-gahlar qururdu. Orada o, Allaha quzu, yaxud da başqa hansısa hey-van qurbanları gətirirdi; orada o, duada Allahla söhbət edir və Allaha yaxınlaşırdı. İbrahim, yəqin ki, çox qurbangahlar qoymuşdur, çünki o, çox illər səyahət etmişdir.

Sən heç olmasa bir az da olsa İbrahimə bənzəyirsənmi? Hər yerdə, harda olsan belə - evdə, məktəbdə, velosiped sürərkən (əl-bəttə, əgər sən velosiped sürərək dua edirsənsə, gözləri bağlamaq lazım deyil!), məbəddə, idman meydanında duada Allahla danışır-san? Allahın həmişə bizimlə olmasını və bizə qulaq asmağa hazır olmasını bilərək, sevən Səmavi Atamızla hər yerdə danışmaq im-kanına malik olmaq necə də gözəldir.

Bir dəfə İbrahim və onun həyat yoldaşı Sara çox qoca yaşların-da olanda Allah onlara baş çəkməyi qərara aldı. Rəbb istəyirdi ki, İbrahim Onu görsün və buna görə də insan şəklində ona göründü. Onunla daha iki yoldaş da var idi - yəqin ki, onlar mələklər idi.

İllüstrasiya 4-3Günün isti vaxtında İbrahim çadırın girişində gözləyirdi. Birdən

MHİ

2727

Bizə dua etməyi öyrət

2727

o, ona tərəf gələn üç qonağı gördü. İbrahim çox xeyirxah adam idi və çox yaşlı olmasına baxmayaraq, qonaqları qarşılamağa qaçdı, onları öz çadırına dəvət etdi və qulluqçuya qonaqların ayaqlarını yumasını əmr etdi. Sonra İbrahimin arvadı Saray – qonaqlar üçün dadlı yemək hazırladı: yumşaq ət, yağ, süd və təzə kökələr.

Nahar bitəndə, Allah İbrahimə gözəl vəd verdi. O dedi ki, Saray oğul doğacaqdır. İbrahimin arvadı artıq qocalmışdı. Onun heç vaxt övladları olmamışdır, buna görə də Allahın vədinə inanmaq onun üçün çox çətin idi. Lakin Allahın Özü İbrahimə dedi: “Rəbb üçün çətin olan bir şey varmı?” Əlbəttə ki, yox! Və Saray, Allahın vəd etdiyi kimi, oğul doğacaqdır.

İllüstrasiya 4-4Lakin Allahda İbrahim üçün kədərli bir xəbər də var idi. Uzun

müddət Allah İbrahimin yaşadığı yerə yaxın şəhərdə yaşayan sakin-lərinin pisliklərinə səbirlə baxırdı. Şəhərin adı Sodom idi; orada İbrahimin qardaşı oğlu Lut yaşayırdı. Allah İbrahimi Öz əziz dostu hesab edirdi və buna görə də qərara gəldi ki, Sodom sakinlərinin pis-liklərinin həddindən artıq çoxalmasına görə, O, oranın insanlarını və şəhərini məhv etmək məcburiyyətində olduğunu ona desin. Yəqin ki, Allah belə qərar vermək məcburiyyətində olduğuna görə kədərlənir-di. İbrahim də kədərləndi.

Bəzən bizə elə görünür ki, Allah o qədər xeyirxah və yaxşıdır ki, ola bilsin ki, O, günahı cəzalandırmayacaqdır. Amma Müqəddəs Kitabda aydın yazılıbdır ki, Allah nəinki çox sevən və xeyirxahdır, O, həmçinin, tamamilə müqəddəs, ədalətli və kamildir. Onun üçün günah- çox iyrənc və dəhşətli bir şeydir. Allah Sodom sakinlərinin günahlarını cəzalandırmalı oldu, çünki onlar öz günahlarından, bi-yarbırçı hərəkətlərindən dönmək istəmədilər.

Ola bilsin ki, sən də fikirləşirsən ki, Allaha qarşı günah işlədə bilərsən, müxtəlif cür günahlı hərəkətlər edə bilərsən - misal üçün, yalan danışmaq, aldatmaq, başqa adamlara pislik etmək, - və Al-lah buna fikir verməyəcəkdir? Allah sənin günahına məhəl qoyma-ya bilməz. Lakin O, səni ədalətin tələb etdiyi kimi cəzalandırmaq istəmir. Məhz buna görə də O, dünyaya Öz yeganə Oğlunu, Rəbb İsanı göndərdi ki, sənin layiq olduğun cəzanı Öz üzərinə götürsün. Və əgər sən öz günahlarından dönsən və Rəbb İsadan sənin Xilaskarın olmasını xahiş etsən, onda Allah sənin günahlarını bağışlayacaqdır. O, bunu böyük məmnuniyyətlə edəcəkdir. Onda səni cəzalandırmaq istəyi yoxdur, çünki O, səni çox sevir. Lakin əgər sən Onun sevgisini inkar etməyə və öz günahında yaşamağa davam edəcəksənsə, onda Allah səni ciddi cəzalandıracaqdır.

Nə üçün elə bu gün sən öz günahlarından dönməyəsən? Rəbb İsaya gəl və Onu öz Xilaskarın kimi qəbul et. O, vəd edir: “Yanıma gələni heç vaxt kənara atmaram” (Yəh. 6:37). Rəbb İsa səni qəbul edəcəyini vəd edir. Sən günahlarlın bağışlanmasını artıq bu gün, bu otağı tərk etmədən əvvəl əldə edə bilərsən!

İbrahim Sodomda Luta necə kömək edə bilərdi? Axı onun qardaşı

MHİE

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxuyun.

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxuyun.

2828

Dərs 4. Mənim dualarım başqa adamlara lazımdır

oğlunu böyük təhlükə gözləyirdi! Allahın dostu olmaq və Onunla ünsiyyətdə olaraq və Onu dinləyərək gözəl vaxtlar keçirmək necə də gözəldir. İbrahim çox sevinirdi ki, ona Allahın cəzasından qorxmağa gərək yox idi. Bəs Lut necə? İbrahim öz qardaşı oğluna kömək edə biləcək yeganə çıxış yolunu tapdı. O, onun, onun arvadı və onun ailəsi üçün dua edə bilərdi.

İllüstrasiya 4-5Bizim sinifdə kifayət qədər çoxlu imanlı oğlanlar və qızlar var.

Siz Allaha məxsussunuz və bir az da İbrahimə bənzəyirsiniz. Siz Allahın dostlarısınız; siz duada Onunla danışa bilərsiniz və Onun hüzurundan zövq ala bilərsiniz. Sənə günahlara görə olan cəzadan qorxmağa gərək yoxdur, axı sən bilirsən ki, İsa sənin yerini tutdu və sənin yerinə cəzanı üzərinə götürdü. Bəs sənin dostların necə? İbrahim Lut üçün narahat olduğu kimi, sən də onlar üçün narahat olursanmı? Bütün ürəyinlə onların da Rəbb İsanı dərk etmələri üçün dua edirsənmi? Sənin duaların başqa adamlara – sənin məktəbdə iman etməyən dostlarına, ola bilsin ki, hətta sənin ailə üzvlərin üçün lazımdırlar. Onların xilasları üçün Allaha dua etmək üçün mütləq vaxt ayır.

Sizə isə, xilası hələ əldə etməyən uşaqlara demək istəyirəm ki, sizin üçün tez-tez dua edirəm. Hətta bu gün dua etdim ki, sizlərdən bəziləri İsa Məsihi imanla öz Xilaskarı kimi qəbul edə bilsin. Əgər sən Rəbbə necə iman etmək haqqında mənimlə söhbət etmək istəy-irsənsə, dərsdən sonra sevinərək sənə izah edərəm. Sənə kömək et-məyə həmişə məmnuniyyətlə hazıram. Dərsdən sonra birbaşa mənim masama yaxınlaş və biz söhbət edərik.

İllüstrasiya 4-6İbrahim Sodom üçün Allaha dua etməyə başladı. O dedi: - Əgər, bu şəhərdə əlli saleh olsa (Allaha itaət etmək istəyən

və Ona məqbul olmaq istəyən əlli adam), Sən onlara görə şəhərə mərhəmət etməyəcəksənmi?

Allah cavab verdi: - Əgər mən əlli saleh tapsam, onda onlara görə bütün şəhərə

mərhəmət edəcəyəm. Sonra İbrahim təvazökarlıqla soruşdu: - Bəs əgər şəhərdə Sənə itaət etmək istəyən qırx beş adam olsa,

onda nə olacaqdır? Allah dedi: - Əgər orada qırx beş adam tapsam, şəhəri məhv etməyəcəyəm. İbrahim dua etməyə davam etdi: - Bəs əgər orda yalnız qırx saleh olsa? Allah İbrahimi inandırdı ki, qırx adama görə şəhərə mərhəmət

edəcəkdir. İbrahim isə soruşmağa davam edirdi:- Ya Rəbb, qəzəblənmə, amma bəs orada yalnız otuz saleh

olsa, onda necə? Məgər İbrahim israrla dua etmirdi? O, Luta və onun ailəsinə görə

MHİE

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxuyun.

MHİ

2929

Bizə dua etməyi öyrət

2929

çox narahat idi. - Yox, Allah cavab verdi, - əgər orada yalnız otuz saleh varsa,

şəhəri dağıtmaram. Amma İbrahim duasını bitirmədi. O, hələ iki dəfə Rəbdən soruş-

du! Bilirsən, Allah istəyir ki, biz də böyük təhlükədə yerləşən, iman etməyən dostlarımız üçün dua etməyi dayandırmayaq. Gəlin səylə, dəfələrlə Rəbbə müraciət edən İbrahim kimi olaq. O, Sodomun sakinləri üçün uzun müddət dua etdi.

Nəhayət, İbrahim Allahdan soruşdu: - Bəs əgər günah işlətmək istəməyən yalnız on adam olsa? Allahın sevgisi o qədər böyükdür ki, O, İbrahimi inandırdı ki, Ona

itaət edən sadəcə beş adam tapsa belə, Sodoma mərhəmət edəcəkdir. İbrahim əmin idi ki, Sodomda Allahı sevən heç olmasa on nəfər

tapılacaqdır. Allahın vədləri onu sakitləşdirdi. Beləcə, Allahla olan uzun söh-

bət bitdi.

İllüstrasiya 4-7Amma siz heç bilirsinizmi ki, Allah Sodomda hətta on saleh belə

tapmadı? Allah ədaləti yerinə yetirməli oldu: natəmiz, günahlı şəhəri məhv etmək. Rəbb şəhərə alov göndərdi və yandırdı. Bütün sakinlər öldülər. Cəza güclü zəlzələni və eyni zamanda, vulkan püskürməsini xatırladırdı. Bəs Lut necə oldu? Məgər İbrahim boş yerə dua etmiş-di? Xeyr. Allah İbrahimin duasını xatırladı. Gəlin Yaradılış 19:29-da nə deyildiyini oxuyaq.

(Müəllim, ya da ki, yaxşı oxumağı bacaran uşaq ayəni oxuyur.). “Allah düzənlikdəki şəhərləri məhv etdiyi zaman İbrahimi xatır-ladı, buna görə də Lutun yaşadığı şəhərləri dağıdarkən, onu fəlakət içindən çıxartdı.”

İllüstrasiya 4-8İbrahimin öz qardaşı oğlundan uzaqda yaşamasına baxmayaraq,

o öz duaları vasitəsilə Lut üçün gözəl xeyir-dua oldu. Allah istəyir ki, sən də başqa adamlar üçün dua edəsən ki, O, duaların vasitəsilə onlara xeyir-dua verə bilsin. Sən iman etməyən adamlar və həmçi-nin, məsihçilər üçün də dua edə bilərsən ki, Allah onlara kömək etsin və onların həyatlarını və işlərini xeyir-dualı etsin.

TƏKRARLAMAQ üÇüN SUALLAR1. Dua qitələrarası raketə nədə oxşayır və nədə tamamilə fərqlənir? 2. İbrahim hara gedirdisə, orada özündən sonra nə saxlayırdı? 3. İbrahim nə üçün qurbangahlar qururdu? 4. Allah İbrahimə baş çəkəndə, o, harada idi? 5. Allah İbrahimə və Saraya hansı vədi verdi? 6. Allah hansı kədərli planını İbrahimə açdı? 7. Allah nə üçün Sodomu məhv etməsini qərara aldı? 8. Sodomun dağıdılmasını xatırlayanda, biz Allah haqqında nə

MH

MHİ

«Allah mənə başqa adamlar üçün dua etməyi əmr edir» Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxuyun.

3030

Dərs 4. Mənim dualarım başqa adamlara lazımdır

öyrənirik? 9. İbrahim Sodomda yaşayan öz yaxınlarına kömək etmək üçün nə

etdi? 10. İbrahim Sodomda ən az nə qədər saleh adam təsəvvür edirdi? 11. Allah İbrahimin duasına cavab verdi? Necə? 12. Dua etməli olduğumuz beş qrup adamların adlarını çək.

DüŞüNMƏK üÇüN SUALLAR /UCADAN CAVAB VERMƏK üÇüN DEYİL/1. Sən heç mənim üçün, öz müəllimin üçün dua edirsən? Bu gün

dua etməyə başlayacaqsanmı? 2. Öz iman etməyən dostların üçün dua edirsənmi? Sən də İbra-

him kimi güclü dua edirsənmi? 3. Dua etməli olduğun adamların siyahısını tutmaq haqqında heç

fikirləşmişdin? Bu, gözəl fikirdir! Nə üçün elə indicə bu si-yahını tutmayasan?

4. Heç ağlına nə vaxtsa belə fikir gəlibdir ki, başqa adamlar üçün dua etməmək – bu, Allaha qarşı günahdır? (1 Şam. 12:23).

TƏTBİQİ FƏALİYYƏT

Başqaları üçün dua etməkİndi isə biz sizinlə çox sadə, amma çox vacib bir şey edəcəyik.

Mənim köməkçim sizin hər birinizə bir vərəq və karandaş verəcək-dir.

Vərəq və karandaş paylayın.

İndi sol əlinizi vərəqin üstünə qoyun, barmaqlarınızı aralayın və səliqə ilə əlinizin izini çəkin. Sizdə lövhədəki (yaxud kağızdakı) kimi şəkil alınacaqdır.

Şəkil budur.Böyük uşaqlar hər bir barmağın yanında sözlər yazacaqlar. Balaca uşaqlar

bu tapşırığı yerinə yetirməli deyillər, onlara, sadəcə olaraq, sözləri yadda saxla-maq yetər. Birlikdə biz dua etməli olduğumuz beş qrup adamları xatırlayacağıq.

Əgər sən əlini belə tutursansa (barmaqlar yuxarı), onda böyük barmaq sənin bədəninə yaxında yerləşir, düzdür? Beləliklə, böyük barmaq bizə, yaxın adamlarımız, yəni ailəmiz üçün - ana, ata, qardaş, bacı və başqa yaxın olan adamlar üçün dua etməyimizi xatırladır. Allahdan sənin ailənə xeyir-dua verməsini diləyirsənmi? Vərəqdə böyük barmağın yanında “ailə” sözünü yaz.

Müəllim, izah etdikcə sözləri lövhədə yazın.

Sonra “işarə” barmağı yerləşir. Kim tez-tez bu barmaqla belə edir?

Müəllim, işarə barmağınızı tərpədin.

Bəli, müəllimlər, vaizlər, pastorlar və missionerlər, yəni Allahın Sözünü təbliğ edən və öyrədən adamlar. Siz, yəqin ki, fikir vermis-iniz ki, “Xoş xəbər” dərnəklərində mən bu barmaqdan necə istifadə

3131

Bizə dua etməyi öyrət

3131

edirəm, düzdür? Beləliklə, işarə barmağı bizə müəllimlər, vaizlər və missionerlər üçün dua etməyimizi xatırladır. Sən mənim üçün, öz müəllimin üçün dua edirsənmi? Sən öz dualarınla mənə kömək edə bilərdin! Mən sənin dualarını çox qiymətləndirirəm. Bəs bizim mis-sionerlərimiz necə? Burada, dərsdə biz onlar üçün dua edirik, bəs sən tək olanda onlar üçün dua etməyi unutmursan ki? Sən minlərcə kilometrlərlə xeyir-dua “qitələrarası raketini” buraxa bilərsən! İşarə barmağının yanındakı şəkildə yaz: “Müəllim, vaizlər və missioner-lər”.

Növbəti və ən hündür barmaq – orta barmaqdır. Necə fikirləşir-siniz, duada o, bizə kimi xatırladır? Ölkəmizdə yüksəkdə olan, vacib adamlar üçün. Mən ölkəmizi idarə edən adamları – preziden-ti, hökümət rəhbərlərini, şəhərin merini nəzərdə tuturam. Müqəddəs Kitabda Allah bizə o adamlar üçün dua etməyimizi əmr edir ki, onlar müdrik qərarlar versinlər və ölkəni ədalətlə idarə etsinlər. Şəkildə orta barmağın yanında yazın: “Prezident və rəhbərlər”. Bəlkə bu adamlar üçün dua etmək sənin heç ağlına da gəlməz, amma Allah istəyir ki, sən onlar üçün dua edəsən!

İndi biz dördüncü barmağa, böyüklərin nişan üzüyü taxdığı bar-mağa keçdik. Nədəsə bu barmaq ən zəif barmaqdır. Əgər sən pia-nino çalırsansa, onda bilirsən ki, məhz bu barmaqla düzgün dilləri basmaq ən çətinidir. Həmçinin, hər bir barmağı sən ayrı-ayrılıqda qaldıra bilərsən, amma əgər “adsız” barmağı qaldırmaq istəyirsənsə, bunun üçün çox səy göstərməli olursan. Hələ bir yoxla! Beləliklə, bu barmaq bizə kimin üçün dua etməyi xatırladır? Düzdür, zəiflər üçün: xəstələr, yaşlı adamlar, dullar, yetimlər və fəqirlər. Onların hamısına sənin duaların gərəkdir. Şəkildə adsız barmağın yanında yaz: “Zəiflər və xəstələr”. Hal-hazırda xəstə olan və duaya ehtiyacı olan birini tanıyırsan?

Nəhayət, növbə çeçələ barmağa da gəlib çıxdı. Bu barmaq bizə kimin üçün dua etməyi xatırladır? O, bizə uşaqlar üçün dua etməyi xatırladır. Çeçələ barmağa baxaraq, biz bütün oğlanlar və qızlar, öz dostlarımız üçün dua etməyi unutmayacağıq. Onlardan bəziləri artıq məsihçi olublar, lakin onlara da bizim dualarımız lazımdır. Bi-zim dostlarımızın çoxu hələ Rəbbi tanımır. Sən öz iman etməyən dostların üçün dua edirsən? Luta xeyirxahlıq göstərən İbrahim kimi həlak olanlar üçün yaxşı dost ol! Şəkildə çeçələ barmağın yanında yaz: “Mənim dostlarım”. Sən, həmçinin, bir məsihçi dostunun və bir iman etməyən dostunun adını da yaza bilərsən.

Allahın dua etməyini istədiyi bu beş qrup adamları yadda saxlaya bilərsən? Onlara sənin duaların gərəkdir!

Mən artıq sizdən özüm üçün duanı xahiş etmişəm. Axı mənə siz-in dualarınız çox lazımdır. Amma mən, həmçinin, sizin bilməyinizi istəyirəm ki, mən tez-tez sizin üçün dua edirəm! Sizin üçün, iman etməyən oğlanlar və qızlar üçün dua edirəm ki, siz də tezliklə Rəbb İsanı imanla öz Xilaskarınız kimi qəbul edəsiniz və həmçinin, bütün gənc məsihçilər üçün dua edirəm ki, siz ruhani həyatda böyüyəsiniz. Başqa adamlar üçün dua etmək - böyük şərəfdir. Beləliklə, gəlin başqa adamlar üçün ithafla dualar edək!

Ailə

Müəllimlər, vaizlər və missionerlər

Prezident və rəh bərlər

Zəiflər və xəstələr

Mənim dostlarım

3232

Dərs 4. Mənim dualarım başqa adamlara lazımdır

Dərs 5

MüQƏDDƏS YAZIDan. 9:1-4; 16-19; Yer. 29:10-14; Mark 9:14-27.

MƏRKƏZİ HƏQİQƏTDaha yaxşı dua etməyi öyrən.

TƏTBİQİman edən uşaq üçün: Allahın Müqəddəs

Kitabda bizim üçün duaya aid qoyduğu məsləhətlərdən istifadə et.

Hazırki dərs, demək olar ki, tamamilə məsihçi uşaqlar üçün nəzərdə tutulmuşdur. İncil həqiqətlərini mahnı oxuma vaxtı, yaxud da dərs proqramının başqa hissəsində izah etmək olar

YADDA SAXLAMAQ üÇüN AYƏKeçən ayələri təkrarlayın.

ƏYANI VƏSAITLƏR♦ İllüstrasiyalar: 5-1, 5-2, 5-3, 5-4, 5-5, 5-6,

5-7 və 5-8.♦ Qaydalar olan kartoçkalar: «Biz dua

edəndə bizim həyatımızda etiraf edilməmiş günah olmamalıdır», «Biz Allahın iradəsinə uyğun dua etməliyik», «Biz inamla dua etməliyik».

UŞAQLARIN DƏRSDƏ İŞTİRAKIDərs keçməyə mütləq bir neçə sual da daxil edin. Mətndə 30-dan çox suallar verilmişdir. Bütün suallar cavab tələb etmirlər, lakin onlar uşaqları fikirləşməyə və materialı mənimsəməyə həvəsləndirirlər. Bəzi mühüm suallar fərqləndi-riliblər. Belə suallara cavablar (yaxud sizin tərtib etdiyiniz onlara bənzər suallar) uşaqların dərsə qulaq asıb-asmadıqlarını, başa düşdüklərini və öz həyatlarına tətbiq etdiklərini aydın göstərəcəkdir. Dərsin sonunda dərsi təkrarlamaq üçün suallar verilmişdir. Uşaqları iki komandaya ayırın və əyani vəsaitdən istifadə edərək siniflə təkrarlamaq üçün oyun keçirin. Təkrarlamaq üçün olan oyun sayəsində uşaqlar çox şey mənimsəyəcəklər.

DƏRSİN PLANI

GirişKörpə danışmağı öyrənir.

Hadisələrin inkişafı1. Duanın 1-ci qaydası: bizim həyatımızda

tövbə edilməmiş günah olmamalıdır MHİ2. Qısa tövbə duası.3. Duanın 2-ci qaydası: biz Allahın iradəsinə

görə dua etməliyik. MH4. Allahın iradəsinə uyğun olmayan dualar MH5. Müqəddəs Kitabdan misal: Danielin du-

ası.6. Allahın iradəsini necə bilmək olar? 7. Müqəddəs Kitabı oxuyaraq.8. Bizi duada istiqamətləndirən Müqəddəs

Ruhu dinləyərək.9. Duanın 3-cü qaydası: biz imanla dua

etməliyik MH10. İmansız dua nümunələri11. Müqəddəs Kitabdan misal: ata pis ruha

tutulmuş oğlu üçün dua edir

Kulminasiya«Ya Rəbb, inanıram»

Yekun Gəlin üç qaydanı yadda saxlamaq və daha effektli dua etmək üçün Allahdan yardım diləyək.

GƏLİN DAHA YAXŞI DUA ETMƏYİ ÖYRƏNƏK

Bizə dua etməyi öyrət

33

3434

Dərs 5. Gəlin daha yaxşı dua etməyi öyrənək

DƏRSİllüstrasiya 5-1

Sənin balaca qardaşın, yaxud bacın var? Onların necə danışmağı öyrənmələrini seyr etmisən? Məgər onların ilk sözü tələffüz et-mələrini eşitmək məzəli deyilmi? Ola bilsin ki, “ana”, yaxud “ata” körpənin ilk sözləridir. Lakin o, həmçinin, nə istədiyini sənə demək üçün maraqlı səslər də çıxardır. Misal üçün, körpə “am-am” deməklə, yəqin ki, “Mən çox acmışam. Nə vaxt mənə yemək verəcəklər” demək istəyir. Körpə hələ çox söz deyə bilmir, ona görə də qısa dey-ir: “Am-am”, - və ana onu çox gözəl başa düşür.

Amma əgər körpə heç vaxt düzgün danışmağı öyrənməsəydi və bütün ömrü boyu yemək istəyəndə “Am-am” və “Mən çox yorul-muşam və yatmaq istəyirəm” deməyin yerinə südəmər körpələr kimi ağlamağa başlasaydı, dəhşət olmazdımı?

Bilirsiniz, bəzi məsihçilər heç vaxt yaxşı danışmağı öyrənməyən adama bir az bənzəyirlər, mən duada Allahla söhbəti nəzərdə tutur-am. Böyüyərək, yetkin məsihçilər olaraq onlar dua etməyi və öz du-alarını daha da yaxşılaşdırmağı öyrənmədilər. Fikirləşirəm ki, Allah onların dualarını başa düşür, amma əgər onlar daha yaxşı dua etməyi öyrənsəydilər, bu, Ona daha xoş olardı.

Mən əminəm ki, sən daha yaxşı dua etməyi öyrənmək istəy-irsən, düzdür? Sən duayla əlaqədar Allahın ailəsində yenicə doğul-muş körpə kimi qalmaq istəmirsən. Mən demirəm ki, sən təmtəraqlı sözlər öyrənməlisən və duada gözəl ifadələrdən istifadə etməlisən. Yox, ondan daha vacib şeylər var. Həmçinin, Müqəddəs Kitabda Al-lahı məqbul sayaraq, bizim daha effektiv dua etməyimiz üçün Allah bizə bir neçə qayda açır.

İllüstrasiya 5-2

Bizim baxacağımız birinci qayda belə səslənir: biz dua edəndə, bizim həyatımızda tövbə edilməmiş günah olmamalıdır. İzin verin, bunun nə olduğunu izah edim. Bəzən, duaya başlayaraq, sən birdən hansısa pis hərəkətlərini xatırlayırsan ki, onlar üçün hələ Rəbdən bağışlanma diləməmisən. O hərəkətləri xatırlayaraq sənin beynin dolur və sən duada Allaha nə demək istədiklərini güclə xatırlayırsan. Müqəddəs Kitabda çox aydın yazılmışdır ki, əgər sənin həyatında tövbə edilməmiş günah varsa, Allah dualara qulaq asmayacaqdır.

Müqəddəs Kitabdan olan bu ciddi sözlərə qulaq as.Müəllim, bəzi ayələri oxuyun, yaxud bütün dördünü də, amma Kəlamdan olan

yeri buraxın.

“... Günahlarınıza görə Onun üzü sizdən döndü, O, səsinizi eşit-mir...” (Yeş. 59:2).

“Gün gələcək, Rəbbə fəryad edəndə O, sizə cavab verməyəcək” (Mik. 3:4).

“... Allahdan cavab olmayacaq” (Mik. 3:7).

Birinci qayada olan kartoçkanı göstərin: «Biz dua edəndə bizim həyatımızda etiraf edilməmiş günah olmamalıdır».

3535

Bizə dua etməyi öyrət

3535

“...onlar da çağıranda Mən qulaq asmayacağam...” (Zək. 7:13).

Məgər belə sözlər bizi diqqətli olmağa çağırmır? Və Allah bizə qulaq asmaqdan imtina edərkən Ona dua etmək necə də dəhşətlidir!

Beləliklə, əgər biz həyatımızda Rəbb qarşısında tövbə edilməmiş pis hərəkətin olduğunu biliriksə, onda biz dərhal bağışlanma diləməliyik.Əks halda, günah bizimlə Allah arasında böyük bir əngəl olacaqdır və Allah bizim dualarımızı eşitməyəcəkdir.

Biz öz günahlarımızı Allaha etiraf edəndə və həqiqətən Ondan bağışlanma diləyəndə, O, bizi bağışlayacağına və hər bir günahdan təmizləyəcəyinə söz verir (1Yəh. 1:9). Və yalnız bundan sonra biz Allahla başqa şeylər haqqında da danışa bilərik; özümüz və başqa-ları üçün dua edə bilərik.

Birinci qaydanı xatırlayırsınız? Düzdür, bizim həyatımızda tövbə edilməmiş günah olmamalıdır. Bunun nə olduğunu xatırlayırsınız?

Qoy uşaqlar cavab versinlər.

Dərsimiz davam etməzdən əvvəl, biz qısa fasilə edəcəyik və sükunətdə duracağıq. Əgər sən həqiqi məsihçisənsə, amma bilirsən ki, sənin ürəyində günah gizlənmişdir, onda elə indicə sakitlikdə bu haqda Rəbbə deyə bilərsən və bağışlanma diləyə bilərsən. Ola bilsin ki, sən valideynlərinə yalan demisən, yaxud ola bilsin ki, soruşmadan yad adamın nəyinisə götürmüsən. Elə indicə Allahdan bağışlanma dilə, sonra isə kimə qarşı günah işlətmisənsə, o adama yaxınlaş və həmçinin, ondan da bağışlanma dilə.

Müəllim, bir az vaxt ayırın ki, uşaqlar sakitlikdə dua etsinlər.

İndi isə davam edək. Mən bilirəm ki, sən dua haqqında daha çox öyrənmək istəyirsən. Allah Öz Sözündə bizə deyir ki, biz təmiz ürəklə yox, lakin Onun, Allahın iradəsinə uyğun da dua etməli-yik.

İllüstrasiya 5-3

Bu, nə deməkdir? Bu, o deməkdir ki, Allah istəyir ki, biz Onun yerinə yetirmək istədiyi şeylər üçün dua edək. Başa düşürsən, Al-lahın razı olmadığı şey üçün dua etmək mümkün deyil. Əgər Allah sənin duanla razı deyilsə, onda O, sənin xahiş etdiyin şeyi heç cür edə bilməz. Elə deyilmi? İzin verin, misallar gətirim. Təsəvvür edək ki, dörd yaşlı uşaq belə bir xahişlə anasına yaxınlaşır:

- Ana, böyük qutuda konfet almaq üçün mənə pul ver.

Uşaq elə bir şeyi xahiş edir ki, anası bunu etməsinə heç vaxt razılaşmaz. Əgər uşaq bu qədər konfet yesə, bu, onun orqanizminə böyük zərər vurar.

Buna görə də anası cavab verir:

- Xeyr, üzr istəyirəm, amma bunu edə bilmərəm.

Bəzən imanlı oğlanlar və qızlar bir az bu uşağa bənzəyirlər - on-ların duaları çox xudbindir və Allahın iradəsinə uyğun deyildir. Mis-al üçün, oğlan yeni böyük velosiped üçün dua edə bilər. Amma Allah

MHİ

* Uşaqlarla müzakirə etmək üçün sual.

İkinci qayda olan kartoçkanı göstərin: «Biz Allahın iradəsinə uyğun olan dua etməliyik».

MH

* Uşaqlarla müzakirə etmək üçün sual.

3636

Dərs 5. Gəlin daha yaxşı dua etməyi öyrənək

onun ürəyini görür və əslində, oğlan başqa uşaqlar qarşısında öyün-mək istəyir ki, məhəllədə onun ən yaxşı velosipedi var. Əgər oğlan yalnız buna görə dua edirsə, onda Allah, yəqin ki, belə deyəcəkdir:

- Xeyr, Mən velosiped əldə etməyinə izin verə bilmərəm. Belə hədiyyə sənə yalnız zərər vurar.

Amma əgər bu oğlan başqaları ilə də bir az bölüşmək üçün və missionerlik işi üçün ianə vermək üçün Allahdan bir az pul qazan-maqda ona kömək etməsini diləsəydi, belə dua Allahın iradəsinə daha uyğun gələrdi?

İllüstrasiya 5-4

Müqəddəs Kitabda biz Allahın iradəsinə görə dua edən adam haqqında gözəl hekayə tapırıq. Allah onun duasına cavab verdi. O adamın adı Daniel idi. Düzdür! Məhz onu nə vaxtsa şirlərin quyusu-na atmışdılar.

Daniel evindən çox uzaqda, Babildə yaşayırdı. Yəhudilər öz günahlarına görə Babil ölkəsində əsir düşmüşdülər. Xatırlayırsınız-sa, ötən dərslərin birində mən assurların Yerusəlimə necə hücum etməsi, padşah Xizqiyanın Allaha necə dua etməsi və Allahın necə düşmən ordusunu məhv etdiyi haqqında danışmışdım. O vaxtdan uzun illər keçmişdir, yəhudilər isə Allaha itaət etməməyə və pis hərəkətlər etməyə davam edirdilər. Nəhayət, Allah babil ordusuna Yerusəlimi zəbt etmələrinə və şəhəri dağıtmalarına izin verdi. Çox adamları öldürdülər və çoxlarını əsir apardılar.

Daniel, Babilə aparılan əsirlər arasında idi. Orada o, yaxınların-dan uzaqda çox illər yaşadı. Daniel yad ölkədə böyüdü. Bir dəfə, Müqəddəs Kitabı oxuyaraq, Yeremiya kitabında (Yer. 29:10-14) ox-udu ki, 70 il Babildə əsirlikdən sonra, yəhudilər öz günahlarından üz döndərəndə, Allaha dönəndə və Ona qulaq asanda, Allah onları yad ölkədən çıxardacaq və öz ölkələrinə aparacaqdır.

Necə fikirləşirsiniz, Daniel Kəlamdan bu sözləri oxuyanda nə etdi?

Qoy uşaqlar cavab versinlər..

Düzdür, o, dua etməyə başladı. O, öz günahlarını və öz xalqının günahlarını tövbə etdi və Allahdan Yerusəlimə qayıtmalarına izin verməsini xahiş etdi ki, şəhər bir daha boş qalmasın (bax: Dan. 9:16-19).

Daniel Allahın iradəsinə uyğun dua etdi? Bəli! Biz bunu haradan bilirik?

Qoy uşaqlar cavab versinlər..

Ona görə ki, Allah Öz Sözündə deyir ki, Öz xalqına qarşı olan iradəsi belə idi; O istəyirdi ki, yəhudilər yetmiş ildən sonra Yerusəlimə qayıtsınlar. Bir müddət keçəndən sonra, Allah Danielin duasına cav-ab verdi. Minlərlə yəhudilər dağıdılmış məbədi və Yerusəlimi bərpa etmək üçün öz ölkələrinə qayıtdılar.

MHİE

* Uşaqlarla müzakirə etmək üçün sual.

* Uşaqlarla müzakirə etmək üçün sual.

3737

Bizə dua etməyi öyrət

3737

İllüstrasiya 5-5

Beləliklə, sən və mən Allahın iradəsinə uyğun necə dua et-məyi öyrənmək istəyirik, düzdür? Sənə kifayət qədər çətin bir sual verəcəyəm: dualarımızın Allahın iradəsinə uyğun olub-olmadığını biz necə bilə bilərik?

Uşaqlara fikirləşmək və cavab vermək üçün vaxt verin.

Düzdür, sizin cavablarınız mənə çox kömək etdilər. Allahın iradəsini bilməyin yollarından biri - Daniel etdiyi kimi, Allahın Sözünü oxumaqdır!

Müqəddəs Kitabda Allah bizə Öz niyyətlərini açır və Ona nəyin məqbul olduğunu deyir. Bax buna görə, hər gün Allaha dua edəndə, Allahın Sözündən bir neçə ayə oxumaq və onlar üzərində diqqətlə düşünmək vacibdir. Bu yolla, sən Allahın iradəsinə uyğun dua et-məyi daha yaxşı öyrənəcəksən.

Maraqlıdır, biz birlikdə Allahın iradəsinə dəqiq uyğun olan bəzi şeyləri xatırlaya bilərik? Allahın Öz Sözündə aydın dediyi şeylər Onun niyyətlərinə daxildir. Sizə 4 müxtəlif dua təklif edəcəyəm, sonra isə biz birlikdə onlardan hansının Allahın iradəsinə uyğun old-uğu və hansının uyğun olmadığı haqqında fikirləşəcəyik. Əgər siz hesab edirsinizsə ki, hansısa dua Allahın iradəsinə uyğundur, onda onu təsdiq edən ayəni də xatırlamağa çalışın. Başa düşürsünüz? Ola bilsin ki, bütün dörd dua Allahın iradəsinə uyğundur, ola bilsin ki, biri, yaxud ikisi, yaxud da heç biri. Gəlin baxaq. Budur birinci dua...

İllüstrasiya 5-61. “Əziz Rəbb İsa, xahiş edirəm, Müjdənin təbliği üçün daha çox missionerlər göndər.”Verilmiş dua Allahın iradəsinə uyğundurmu? Bəli, uyğun-dur. Müqəddəs Kitabda hansı ayə bunu təsdiq edir? Markın Müjdəsi 16:15: “Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin.”2. “Ey Allahım, xahiş edirəm, bizim dərnəyimizdəki oğlan və qızları xilas et.”Bu dua Allahın iradəsinə uyğundurmu? Bəli, bu dua da Allahın iradəsinə uyğundur, düzdür? Müqəddəs Kitabdan hansı ayə bu duanı təsdiqləyir? Mat-tanın müjdəsi 18:14: “Beləcə, bu kiçiklərdən birinin belə həlak olması, göylərdə olan Atanızın iradəsi deyil.”3. “Əziz Allahım, xilası artıq əldə edən hər birimizə güclü məsihçi olmaqda kömək ol.” Bəs bu dua Allahın iradəsinə uyğundur? Yenidən müsbət cavab, “bəli”. Peterin 2-ci məktubu 3:18-də Allah bizə lütfdə və Rəbbi-mizi və Xilaskarımız İsa Məsihi dərk etməkdə böyüməy-imizi əmr edir. 4. “Səmavi Ata, ağzımızdan çıxan sözlərə fikir vermək-

* Uşaqlarla müzakirə etmək üçün sual.

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxuyun.

3838

Dərs 5. Gəlin daha yaxşı dua etməyi öyrənək

də və yalnız həqiqəti və yaxşı sözləri deməkdə bizə kömək et.”

Bu dua Allahın iradəsinə uyğundur? Bəli, uyğundur, axı Müqəd-dəs Kitabda Allah bizə həmişə ağzımızdan çıxan sözlərə fikir ver-məyimizi xatırladır (Efes. 4:29).

Beləliklə, bütün dörd dua Allahın iradəsinə uyğundur. Biz, həmçinin, Allahın iradəsini hər bir məsihçi yaşayan Müqəddəs Ruh vasitəsilə də bilə bilərik. Müqəddəs Kitabdan sizə maraqlı bir ayə oxumaq istəyirəm. Onun üzərində yaxşıca fikirləşin

Müəllim, Rom. 8:26-nın ikinci hissəsini oxuyun.

“...biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik...” Bu, çox tez-tez baş verir, düz deyilmi? Biz nə üçün dua edəcəyimizi bilmirik. Amma həmin ayədə Allahın iradəsini necə dərk etməyi öyrənirik. Ayənin birinci hissəsində deyilir: “Beləcə, Ruh da bizə zəif olarkən kömək edir...”. Yəni, bizdə yaşayan Allah Müqəddəs Ruh bizi öz zəifliklərimizdə möhkəmləndirir və Allahın iradəsinə uyğun dua etməyimizdə bizə kömək edir.

Məgər gözəl deyil?! Dua edəndə, sən bütün ürəyinlə Allaha səndə yaşayan Müqəddəs Ruha görə minnətdarlıq edə bilərsən. Sadəcə olaraq, Allahdan xahiş et ki, Müqəddəs Ruh duada sənə rəhbərlik etsin. O, Allahın iradəsinə uyğun hərəkət etməkdə sənə kömək et-mək istəyir.

İllüstrasiya 5-7

İndi izin verin, sizi üçüncü qayda ilə tanış edim: biz imanla dua etməliyik. İlk iki qayda necə idi?

(Qoy uşaqlar cavab versinlər.).

Bəli, düzdür. Təmiz ürəklə dua etmək, yəni tövbə edilməmiş günah olmamalıdır; Allahdan Onun tamamilə razılaşdığı şey üçün dua etməsi üçün kömək diləmək. Və həmçinin, sənə və mənə imanla dua etməyimiz lazımdır.

Necə fikirləşirsiniz, “imanla dua etmək” nə deməkdir? (Qoy uşaqlar cavab versinlər.).

Tamamilə düzdür, bu, o deməkdir ki, inanmaq ki, Allah Ondan dilədiyini yerinə yetirəcəkdir. Misal gətirə bilərsiniz ki, insan necə dua edir və Allahın onun xahişini yerinə yetirəcəyinə inanmır?

(Qoy uşaqlar cavab versinlər.).

Düzdür, mən daha bir nümunə gətirəcəyəm. Təsəvvür edək ki, “Xoş xəbər” dərnəyində sən dua edirsən ki, növbəti dərsdə Allah başqa uşaqları da gətirsin. Amma həyətə çıxaraq sən öz dostun Turalı görürsən və fikirləşirsən: “Onu dəvət etməyə dəyməz. O, onsuz da gəlməyəcəkdir.” Həqiqətənmi, sən imanla dua etdin, məgər sən in-anırdın ki, Allah yeni uşaqlar gətirəcək?

İllüstrasiya 5-8

Rəbb İsa yer üzündə yaşayanda, Onun yanına böyük dərdi olan

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxuyun.

* Uşaqlarla müzakirə etmək üçün sual.

* Uşaqlarla müzakirə etmək üçün sual.

* Uşaqlarla müzakirə etmək üçün sual.

Üçüncü qayada olan kartoçkanı göstərin: «Biz inamla dua etməli-yik».

3939

Bizə dua etməyi öyrət

3939

bir ata gəldi. Ata İsanın yanına öz yeganə oğlunu gətirdi. Onun oğlu pis ruha tutulmuşdu, bu ruh onu qışqırmağa, ağzından köpüklər axıt-mağa məcbur edirdi. Bu ruh gənci alova, yaxud da dərin suya ataraq məhv etmək istəyirdi. Oğlunun uzun illər bu dəhşətli xəstəlikdən əzab çəkdiyini görən bədbəxt atanın nə hisslər keçirdiyini təsəvvür edə bilərsiniz. Atası ürəkdən Rəbb İsadan soruşdu:

- Əgər mümkünsə, bizə rəhm et və kömək et.

Atanın sözlərində bir az ümid var idi, düzdür? Bilirsiniz, İsa nə cavab verdi? O da öz sözlərini “əgər” ilə başladı. Budur, O, belə dedi:

- Əgər bir azacıq imanın varsa, iman edənə hər şey müm-kündür.

Onda atası ucadan nida etdi:

- İnanıram, Rəbb! Mənim imansızlığıma kömək et.

Yaxşı cavabdır, elə deyilmi? Atası başa düşürdü ki, onun imanı çox güclü deyildi, amma yenə də, həqiqətən inanırdı ki, İsa onun oğluna şəfa verə bilər. Və Rəbb İsa möcüzəli yolla gənc oğlana şəfa verdi və natəmiz ruhu qovdu.

Bəzən sən və mən təqribən o ata və gənc oğul kimi hiss edirik. Dua vaxtı biz belə deyə bilərik: “Rəbb, mən inanıram ki, Sən bunu edə bilərsən, amma mənim imansızlığıma kömək et. Mən imanla dua etmək istəyirəm ki, Sən mənim xahişlərimə cavab vermək istəy-irsən və qadirsən.” Heç fikir verdin ki, Rəbb İsa gənc oğlanın atası-na nə vəd etdi? O dedi ki, iman edənə hər şey mümkündür. Məgər bu, bizim hamımız üçün gözəl vəd deyilmi? Allah bizə tamamilə mümkün olmayan şey etməyə qadirdir. Beləliklə, üçüncü dua qay-dasını mənə xatırlada bilərsən? Düzdür, Allah istəyir ki, sən imanla dua edəsən. Bəs digər iki qayda? Təmiz ürəklə dua etmək. Allahın iradəsinə uyğun dua etmək.

Mən əminəm ki, Rəbb İsanı tanıyan və Onu sevən hər bir oğlan və qız daha yaxşı dua etməyi öyrənmək istəyir. Əgər səndə məndən soruşmaq istədiyin dua ilə əlaqəli problemlər, yaxud suallar yara-narsa, dərsdən sonra mənə yaxınlaşmaqdan və söhbət etməkdən qorxma. İndi isə, gəlin bir neçə dəqiqəlik başlarımızı aşağı əyək və Allahdan Ona uyğun dua etməyi bizə öyrətməsini və Onun sevinclə bizim dualarımıza cavab verməsini xahiş edək

Müəllim,duanı aparın

* Uşaqlarla müzakirə etmək üçün sual.

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxuyun.

* Uşaqlarla müzakirə etmək üçün sual.

Üç qayda olan kartoçkanı göstərin.

Can himayadarlığı söhbətinə hazır ol.

4040

Dərs 5. Gəlin daha yaxşı dua etməyi öyrənək

TƏKRARLAMAQ üÇüN SUALLAR1. Biz hansı duanın birinci qaydasını öyrəndik? (Biz təmiz ürəklə,

günahları tövbə etmədən dua etməməliyik.) 2. Əgər sən dua etməyə başlayırsansa və hansısa pis bir hərəkətini

xatırlayırsansa, onda sən nə etməlisən? (Hər şeydən əvvəl, Al-lahdan bağışlanma diləmək lazımdır. Sonra, ola bilsin ki, kimə qarşı günah işlətmisənsə, o adamdan üzr istəməli olacaqsan.)

3. Əgər biz günahlarımızı Allaha tövbə ediriksə, O, nə vəd edir? (Allah bizi bağışlayacağını və bizi günahlardan təmizləyəcəyini vəd edir, 1 Yəh. 1:9.)

4. Biz duanın hansı ikinci qaydasını öyrəndik? (Biz Allahın iradəsinə uyğun dua etməliyik.)

5. Bu, nə deməkdir? (Bu, o deməkdir ki, biz Allahın tamamilə razılaşdığı şey üçün dua etməliyik.)

6. Uşağın anasından, yaxud atasından onların iradəsinə uyğun olmayan bir şey istəməsi misalını gətirin. (Uşaq böyük qutuda konfet almaq üçün anasından pul istəyir.)

7. Allahın iradəsinə uyğun olmayan dua nümunələri gətirin. (Dərsdən: “Mənə qəşəng, yeni velosiped ver ki, hamıya göstərim ki, mənim velosipedim məhəllədə ən yaxşı velosiped-dir.”)

8. Biz Allahın iradəsini bilməyin iki üsulunu öyrəndik. Onlardan birinin adını çək. (Allahın Sözü vasitəsilə.)

9. Allahın iradəsini bilməyin başqa üsulunun adını çək. (Məsi-hçilərin ürəklərində yaşayan Müqəddəs Ruh vasitəsilə; O, duada bizə rəhbərlik edir.)

10. Müqəddəs Kitabdan duası Allahın iradəsinə uyğun olan adamın misalını gətirin. (Daniel yəhudilərin Yerusəlimə geri dönmələri üçün dua edir.)

11. Allahın iradəsinə uyğun gələn müasir dua nümunəsi gətirə bilərsiniz? (Misal üçün: “Valideynlərimə itaət etməkdə mənə kömək ol.” /Efes. 6:1/).

12. Duanın üçüncü qaydası hansıdır? (Biz imanla dua etməliyik.) 13. Bu, nə deməkdir? (Biz inanmalıyıq ki, Allah bizim dualara

cavab verə bilər və vermək istəyir.) 14. Pis ruha tutulmuş gənc oğlanın atası İsanın yanına gələndə,

o öz duasını “əgər” sözü ilə başladı. Bu duanı bitirə bilərsən? (“Əgər mümkünsə, bizə mərhəmət et və kömək et.”)

15. İsanın cavabı da “əgər” sözü ilə başladı. Cümləni bitirə bilərsən? (“Əgər bir az imanın varsa, iman edənə hər şey müm-kündür.”)

16. Gənc oğlanın atası şübhələrlə mübarizə apardığı, lakin İsanın onun duasına cavab verəcəyinə inandığı haqqında bir neçə söz dedi. O, nə dedi? (“İnanıram, Rəbb! İmansızlığıma kömək et.”)

41

Məsihçiyə dua etmək lazımdırTətbiqi fəaliyyət (dərs 2)

Məs

ihçi

yə d

ua et

mək

lazı

mdı

r

Uşaq ilə xilas haqqında söhbətin qısa planı Əmin olun ki, uşaq aşağıdakıları başa düşür:

Allah:Allah kimdir?Allah bizi yaradıb. O, Müqəddəs Kitab vasitəsi ilə bizə müraciət edir.Allah müqəddəs və təmizdir. O, bizi sevir.

Günah: Günah nədir? Günah – Allahın əmrlərinə itaət etməməkdir. Allaha qarşı günah. Müəyyən günahlar haqqında danışın. Uşaq da təbiətən və əməllərinə görə günahlıdır. Günah cəzaya layiqdir.

Xilaskar:Səni günahdan yalnız Kim xilas edə bilər? Allah Oğul çarmıxda günahkarlara görə öldü. Allah Oğul günahkarlar üçün çarmıxda öldü. Rəbb İsa ölülərdən dirildi. O, hər şeyin Rəbbidir.

İzah edin, necə xilas olmaq olar:İzah edin, Rəbb bizdən nə gözləyir və O, nə edir.

Müqəddəs Kitab ayələrindən istifadə edin: (Yəh. 1:12; 3:16; 6:37; Həv. iş.16:31; Rom. 6:23, yaxud 10:13) Rəbb sənin nə etməyini istəyir? Rəbb nə edəcəyini vəd edir?

Çətinliklər haqqında xəbərdarlıq edin: Soruşun: “Sən Məsihi indi qəbul etmək istəyirsən, yoxsa gözləmək istəy-irsən?”Uşağı yüksəkdən dua etməyə həvəsləndirin (əgər o, hazırdırsa).

Xilasa əminlik haqqında danışın:İstifadə etdiyiniz Müqəddəs Kitab ayəsini istifadə edin.

Dəyişilmiş həyat haqqında danışın: Uşağa hər bir Məsihə həqiqi inanan şəxsin bilməsi lazım olan şey haqqında deyin.

Sonra məsihçi həyatına aid bir neçə məsləhət verin: Müqəddəs Kitabı oxu və orada yazılanlara əməl et. Səmavi Atamızla, Allahla söhbət et. Rəbbin sənin üçün etdikləri haqqında başqalarına danış.Günah işlədəndə, Rəbdən bağışlanma dilə. Digər məsihçilərlə görüş.Rəbbin vəd etdiyini unutma: “Səni tərk etməyəcəyəm” (İbr. 13:5).

Surətini çıxarın, kəsin və Müqəddəs kitabınızda saxlayın.