qovuşduq ki, ayrılmayaq - ebooks.azlibnet.az · 4 rüfət elçin oğlu soltanov rüfət soltan)...
Post on 16-Jul-2019
238 Views
Preview:
TRANSCRIPT
2
Rüfət Soltan
Qovuşduq ki,
ayrılmayaq
3
Редактор: Фярганя Акифгызы
Рцфят Солтан «Говушдуг ки, айрылмайаг»(роман)
Сумгайыт «Билик» няшриййаты, 2013, 224
сящифя.
“İstedadlı olmaq bir səhifə deyil, 300 səhifə
yazmaqdır. Hər hansı bir yazıçının yaza
bilməyəcəyi heç bir roman yoxdur, təcrübəsiz bir
yazıçı belə gözəl bir cümlə qura bilər. Bundan sonra
sadəcə qələmi götürüb səbrlə kağızı doldurmaq
qalır. Güclü olanlar heç bir zaman işi yarımçıq
buraxmazlar, masa arxasında oturur, tərləyərlər,
amma sona qədər gedərlər. Heç bir vəchlə işə
başlaya bilməyən tənbəllərlə istedadlı yazıçıları
ayıran budur”.
MD09257
207525000
© «Билик» няшриййаты, 2013
4
Rüfət Elçin oğlu Soltanov (Rüfət Soltan)
1991-ci ildə Ağdam rayonunun Xıdırlı kəndin- də anadan olub. Qarabağ müharibəsində tor-
paqlarını itirdikdən sonra ailəsilə Bakıda məs- kunlaşmışlar. 2009-cu ildə Bakıda orta məktəbi
bitirdikdən sonra Sumqayıt Dövlət Universite-
tinə daxil olub və hal- hazırda dördüncü kursda təhsil alır. İxtisası “Coğrafiyaçı”dır. Jurnalist kimi fəaliyyət göstərir. Yaradıcılığa ikinci kurs-
da başlayan gənc yazar 2 ildən çoxdur ki, bədii
– publisistika ilə məşğuldur. Bir neçə qəzetlər- də məqalələri, köşə yazıları yayımlanıb. Bədii yaradıcılığa şeirlə başlasa da, (“Mənim həyatım”,
“Qarabağa gedirəm mən”, “Xəyalımda fırla-
5
nıram”, “B.E.Ş”, “Yenə” və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri (“Heyf”, “Rənglənmiş barı”, “Dağı-
lan ittifaq”, “Qarşılıqsız sevgi”, “Bədii və elmi kitab”, “Xatirə məktubları”, “Qatilə məktublar”, “Redaksiya heyəti” və s.) qəzetlərdə, bədii jur-
nallarda yer alıb. “Qarabağa gedirəm” şeiri Karabakh.info e-jurnalında nümayiş olunub. Mediapost-az.com qəzetində bir neçə məqalə və
köşk yazıları yayımlanıb. “Ayan” və Vətəninfo.az internet qəzetində məqalələri dərc olunub. Hal-hazırda “Ümman press”qəzetində
xüsusi müxbir kimi fəaliyyət göstərir. Bununla bərabər tanınmış yazıçı-kultroloq Aydın Xan Əbilovun yaradıcısı və rəhbəri olduğu
Azərbaycanın ən böyük elektron kitabxanası “kitabxana.net” saytında “Qarşılıqsız sevgi”
adlı hekayələr toplusu yerləşdirilib. Bu yaxın- larda çap olunmağa verilmiş və içində bir neçə
yazarın hekayə və şeirlərinin yer aldığı “Ömür”
antologiyasında iki hekayəyə yer verilib. Özəl
WEBBLOG-da (“dostun.wordpress.com”) bir çox yazıları dərc olunub. “Qovuşduq ki, ayrılma-
yaq” romanı yazıçının nəşr olunmuş ilk kitabıdır.
6
Ön söz
Azərbaycan istedadlar diyarıdır. Bu
zaman-zaman sübut olunmuşdur. Hazırda
Azərbaycanın gələcək inkişafını təmin
edəcək və bir-birindən öz dəsti-xətti ilə,
müxtəlif yaradıcılıq qabiliyyəti ilə seçilən,
müxtəlif maraq darəsinə malik olan iste-
dadlarımız vardır. Çox sevindirici haldır
ki, belələrini görəndə adamın ürəyi dağa
dönür. Onlar istedadlı və bacarıqlı olmala-
rına görə digərlərindən seçilirlər. Hətta da-
ha üstündürlər desək, yəqin ki, yanılmarıq.
Sizinlə yaxından tanış etmək istədiyim
gənc, istedadlı və qeyri-adi düşüncə tərzi
ilə digərlərindən fərqlənən yazıçımız Rüfət
Soltandır. Əsas məqsədimiz haqqında söh-
bət açacağımız gənc yazarı ruhlandırmaq,
onu tarixin yaddaşında yaşatmaq, ətrafda-
kıların ona qayğısını artırmağa nail olmaq-
dır. Axı əsl istedadlar təvazökar olurlar.
Qədim dünyada yaşamış yunan alim-
ləri, sonra isə rahib və hüquqçuları, habelə
şair, ədib və digər sənətkarları deyərlərmiş
7
ki, bir ucu yazan qələmin digər ucu gərək
pozmağa yararlı olsun. Elə buna görə də,
onlar qələmin yazmayan ucuna pozan
maddə yapışdırar, sonra onu işlədərlərmiş.
Yunan yazarları bu vasitə ilə hazırladıq-
ları mətn üzərində dönə-dönə düşüncəli
əməliyyat aparar, onu məna tutumunu
saxlamaq şərtilə mümkün olan qısalıq həd-
dinə çatdırarlarmış. Dözüm, hövsələ, vaxt
və gərgin zehni fəaliyyət tələb edən belə
əzablı işi yunan sənət adamları dürüstlük
şərəfi, nüfuz ucalığı hesab edirlərmiş.
Rüfət Soltan cəmiyyətin məngənəsində
sıxılan, öz təmizliyi, ləyaqəti ilə yaşayan,
mübarizə aparan, zalımların təzyiqi ilə
müxtəlif zülmlərə düçar olan adamların
realist, canlı surətlərini ustalıqla yaradan
yazıçıdır. Onun qəhrəmanları çox zaman
igid, qəhrəman, temiz və ülvi sevgi ilə
dünyaya öz hiss və duyğularının gözü ilə
baxan insanlardır.
Rüfət Soltanı məhəbbət fonunda psixo-
loji süjetlər qurduğuna görə lirik-realist
8
yazıçı adlandırsaq yanılmarıq. Onun “Qo-
vuşduq ki, ayrılmayaq” romanında lirik
düşüncələr elə təsvir olunmuşdur ki, bu
duyğuların təsiri altında oxucu özünü hə-
min qəhrəmanların yanında hiss edir,
onların ürək çırpıntıları oxucu qəlbini
riqqətə gətirir. Lakin yazıçı yalnız lirik
hissləri, duyğuları qələmə almaqla
kifayətlənmir, qəhrəmanını daha böyük
sınaqlardan, sarsıntılar içərisindən keçirir.
Yazıçı əsərlərində, öz zəmanəsinin və
cəmiyyətinin bütün təbəqələrini təsvir
etmiş, yaxud ona münasibətini bildirmiş-
dir. O, insanları bir-birilərinə qarşı ədalətli
olmağa çağırır. Əsərlərinin əksəriyyətində
gənc nəsli savadlı və bilikli olmağa və
gələcək nəsillərə də, ötürməyə çağırır.
Rüfət Soltan “Qovuşduq ki, ayrılma-
yaq” romanı iki hissəli etməklə, insanı
dərin düşünməyə çağırır. Birinci hissədə
bir-birini sevən uşaqlıq dostları, çox çətin-
liklə qovuşaraq təmiz, saf sevgiyə çatırlar.
Bundan sonrası isə oxucunu həyacanlan-
9
dıran, səbirsiz edən süjetlərdir. Rauf vətən-
pərvərliyi, ailəsinə sonsuz məhəbbəti və o
cümlədən savadlı və istedadlı iş adamı
olması ilə gənc oxucularımızı ondan nü-
munə götürməyə səsləyir. Romanın ikinci
hissəsində isə qəlbi, o cümlədən ruhu qara
olan insanların gənc, xoşbəxt ailəyə təca-
vüz etməsi və Elnarənin qurban olması ilə
yadda qalır. Kədərli notlarla təsvir olunan
roman “bir ailə faciəsi” və “dost xəyanəti”
kimi oxucunu həyacanlandırır.
Rüfət Soltanın hekayələrinin əsas möv-
zusunu ailə-məişət məsələləri, uşaq tərbi-
yəsi, qadın hüquqsuzluğu, ailə faciə-
ləri kimi mühüm məsələlər təşkil edir.
Mən də bir jurnalist və romanın oxu-
cusu kimi gənc tələbə, müxbir, yazıçı Rüfət
Soltana işlərində müvəffəqiyyətlər arzula-
yıram. Ümid edirəm ki, “Qovuşduq ki,
ayrılmayaq” adlı romanı uğur qazanaraq,
yazıçıya bol-bol yaradıcılıq uğurları
gətirəcək. Amin!
Fərqanə Akifqızı
10
I HİSSƏ
İllərin yaddaşı
11
İllərin yaddaşı
ərdən zarafat olanda yoldaşlarım
mənə saman altından su yeridən
deyirdilər. Əslində bu mənə xoş
gəlirdi ki, hər hansı bir məsələdə bir
yeniliyə əl atım və maraq-
lananları təəccübləndirim.
Rauf adında bir gəncin hekayəsində illərin
yaddaşı bir sevginin təməlini qoymuşdu iki
gənc arasında.
Tədqiqatçılığı sevən Rauf, doğrudan da
müəyyən bir məsələnin üstünü açmağı və fana-
tizm ona güc gəldikcə maraqlananları nümayiş
etdirdiyi yeniliklə təəccübləndirməyi sevərdi.
O, bir yaşındaykən Qarabağ savaşında
torpaqlarını itirmiş, ailəsilə məcburi köçkün
kimi Bakıda məskunlaşmışdılar. Beş yaşında
olanda, qaldıqları yataqxanadan köçüb şəhərin
kənar qəsəbələrinin birində ev tikdirmiş, orada
yaşamağa başlamışdılar. Rauf orta məktəb
illərini çox maraqlı keçirir, orada göstərdiyi
məharətlərinə görə sinif yoldaşları arasında
seçilirdi. Sakit, gözə çarpan uşaq idi. Sakit
H
12
olduğu qədər də soyuqqanlılığı təcəssüm etdi-
rən irsi xarakter sahibi idi. Bəzi dostları Raufu
saman altından su yeridən, bəziləri filosof,
bəziləri isə sadəcə talant deyə adlandırardılar.
Hələ bir dəfə coğrafiya müəllimi onu coşqun
platforma deyə adlandırmışdı.
Rauf böyüdükcə həyatın onun beynində
yaratdığı sualların daimi ardtığını hiss edirdi.
Uşaqikən bu sualların cavablarını valideyn-
lərində, böyüdükcə isə özündə axtarmağa ça-
lışırdı. Duyğusallığını gizlətsə də, sinif yol-
daşı və uşaqlıq dostu olan Elşən onun şeirlərini
hər zaman üzə çıxarmağa çalışırdı. Məktəbdə
oxuyanda bu təvazökar oğlanın bir neçə şeiri
məktəb qəzetində çıxmışdı. Elə yeri gelmişkən
duyğusal Raufu daha çox maraqlandıran sevgi
məfhumu olmuşdu həyatda. O, orta məktəbi
bitirdikdən sonra universitetə sənədlərini verir
və ora qəbul olur. İndi yeniyetməlik dövrünü
keçmiş, gənclik fəslinə addım atan bu gəncin
tədqiqatçılıq məharətini, necə deyərlər, “Ceyms
Bond” məharətini göstərməyin zamanı gəlmiş-
di. Ancaq bu dəfə onun bu axtarışı fanatizmdən
uzaq, yəni kimlərisə təəccübləndirmək, şöhrət-
pərəstlik naminə deyil, sırf onun özünü maraq-
landıran, özü üçün lazım olan bir məsələydi...
13
Belə ki, həmin o yataqxana illərində vaxtı
ilə Qarabağda eyni kənddən olan qonşuları ilə
Bakıda yataqxanaya köçmüş, orada da qonşu
olmuşdular. Onu xatirələrə aparan isə həmin
yataqxanadakı illər olmuşdu. Daha dəqiq desək
o qonşuluqdakı qız...
Qızın adı Elnarə idi. O qızın çox dəcəl bir
uşaqlıq illəri Raufun yaddaş süzgəcindən keçir-
di. Rauf birinci kursda oxuduğu ilk vaxtlardan
o qızı axtarmağa başlamışdı. O, on üç illik
həyatı boyunca Elnarə haqqında, onun ailəsi
haqqında öz anasından öyrənirdi. İndi isə
onların on səkkiz yaşı var idi. Səriyyə xala
Elnarənin anasıydı. Elnarə bunca illər (on il)
Moskvada dayısının himayəsində qalmış, orada
orta təhsil almışdı. Sonra isə Bakıya gəlmiş ali
məktəbə burada daxil olmuşdu. Rauf onunla
görüşəndən üç-dörd ay öncəyədək Elnarənin
onunla eyni universitetə daxil olduğunu bilmir-
di. Rauf artıq universitetə qəbul olmuşdu. Yay
aylarının birində öz həyət evlərində tətil keçi-
rirdi. İmtahanlarının nəticələri bəlli olandan
sonra anası yaxınlarını, qohum-əqrabalarını
qonaq çağırmış, Raufun tələbə adını qazanması
münasibətilə məclis təşkil etmişdi. Səriyyə xala
da məclisə gəlmişdi. Qızı yaxınlarda Moskva-
14
dan qayıtsa da, Elnarə rayonda digər qohum-
larıyla birlikdə idi. Rauf bir az heyfslənmişdi
ki, o qızı - uşaqlıq dostunu görə bilmədi. Rauf
Elnarəni görsə tanıyardı, çünki onun şəkillərini
qızın anası Səriyyə xanım bunlara qonaq
gələndə görmüşdü. Məclis çox gözəl keçdi.
Raufun anası onun yeganə oğlu ali məktəbə
qəbul oldu deyə təmtəraqlı qonaqlıq verməkdən
çəkinməmişdi. Bu məclisdən bir-iki ay keçdi və
hekayənin qızıl anlarının başlanğıcına vədə
çatdı....
Rauf artıq ilk tələbəlik ilinə qədəm qoydu.
Sentyabr. Və yüzlərcə, minlərcə tələbə ali
məktəbə axışırdılar. Raufda onlardan biri
olmuşdu. O Elnarənin də burada - onunla eyni
Universitetdə, ancaq başqa fakültədə oxudu-
ğunu bilirdi. Axı Səriyyə xanım onlara gələndə
demişdi ki, mənim də qızım Rauf balamın
qəbul olunduğu ali məktəbə daxil olub. Rauf
bir neçə gün dərsə gedib gəldikdən sonra qərar
verdi ki, Elnarəni onun oxuduğu fakültədə
axtarsın. Elnarə “Metrologiya” fakültəsində
oxuyurdu. Səriyyə xanım belə demişdi deyə,
Rauf hər dəfə Elnarə yadına düşəndə həmin
15
sözləri təkrarlayırdı. Rauf Universitetin struk-
turasına bir az bələd olandan sonra, korpusları
gəzərək “Metrologiya” fakültəsini axtarmağa
başladı. Onun oxuduğu dönəmdə, birinci dərs
növbəsinə ancaq birinci kursları salmışdılar.
Buna görə də yuxarı kursun tələbələrindən
“Metrologiya” fakültəsinin yerləşdiyi yeri
soruşmaq imkanı olmurdu. O, məcburən ikinci
növbəni gözləməli oldu ki, yuxarı kurslardan
bunu öyrənsin. Dərsləri sona çatandan sonra
Rauf evinə getmədi və artıq bura gələn yuxarı
kurs tələbələrini görürdü. Onlardan birinə
yaxınlaşdı. Bir azdan hündürboy bir cavan
oğlanın önündə dayanmışdı. Qıyıq gözləri
vardı, qıvrım saçı tünd sarıya çalırdı, qarayanız
olsa da, yaraşıqlı qaməti göz oxşayırdı. Yaşda
Raufdan böyük olardı (təxminən 4-5 yaş).
- Salam, qardaş, - Rauf əlini uzatdı - sən
neçənci kursdasan?
- Salam, ikinci. Necə bəyəm?
- Burada “Metrologiya” fakültəsi hardadır?
- Gəl gedək, elə mənim oxuduğum fakul-
tənin yanındadır.
- Hə, bu yaxşı oldu. Gedək.
Beləcə, bu iki yoldaş universitetin korpu-
suna yollandılar, yol boyu söhbət edirdilər:
16
- Deyəsən, yenisən.
- Hə.
- Fakültənin yerini tanımamağından bildim
ki, yenisən burada...
Bir az getdilər və həmin oğlan yenidən
dilləndi:
- Bilirsən əslində ikinci kursda da olsan
universitetdəki fakültələri tanımamağın təəccüb
doğurmazdı.
- Hə! Düz deyirsən, məktəbimiz çox böyük-
dür, on beş dəqiqədi hələ həyətin o başındakı
korpusa gedib çatmamışıq. Bunu deyib hər ikisi
də güldü.
Bir azdan onlar korpusun binasına çatmış-
dılar. Pilləkanlarla yuxarı qalxdıqdan sonra
fakültənin yerləşdiyi mərtəbəyə çatdılar.
Metrologiya fakültəsinin qapısına yaxınlaşanda
yuxarı kurs tələbəsi Nicat (Onlar artıq bir –
birilərinin adlarını da öyrənmişdilər.) Raufa
çönüb dedi:
- Bax ha! Birdən səhv salarsan.
- Nəyi? – deyərək Rauf qaşlarını büzdü.
- Bu universitetdə iki fakültə var: – biri
“Metrologiya”, digəri isə “Meteorologiya və
iqlimşünaslıq” (Buna bəzən sadəcə Meteo-
rologiya da deyirdilər). Yaxşı sağ ol. Mən
17
dərsə getməliyəm. Nicat Raufun əlini sıxıb
onunla sağollaşdı.
Bu universitetin strukturası belə idi ki,
fakültənin səlahiyyətində olan kafedralar və
dərs otaqları həmin fakültə dekanlığının yer-
ləşdiyi mərtəbədə, onun ətrafında yerləşirdi.
Deməli, Rauf üçün əsas dekanlığı tapmaq
kifayət idi, onu da Nicatın köməyi ilə tapmışdı.
Bundan sonra Rauf artıq öz işini bilirdi.
Nicatdan ayrılandan sonra oradan ayrıldı və
geri qayıtdı. Həmin mərtəbədə, dəhlizin sonun-
da isə Nicat oxuduğu fakültə yerləşirdi.
Tələbəlik həyatının ilk dostunu qazandığını
hesab edən Rauf tənbəlik etməyib, pilləkandan
düşmədi və geri döndü. Dəhlizin sonuna qədər
gedib Nicatın oxuduğu fakültənin dekanlığının
qapısına yaxınlaşıb qapını üstündəki tabloda
yazılan fakültənin adını da öyrəndi. Sonra
binanı tərk edib evinə getdi. Raufu anası
Şamama xanım qarşıladı:
- Oğlum xoş gəlmisən.
- Salam ana, (Rauf yorğun halda birbaşa ye-
mək masasının önündə əyləşdi) yeməyə nə var?
Mülayim üzlü Şamama ana:
18
- Allah verəndən oğlum. Amma sən əlini
yumamısan, get əl - üzünə su vur, yorğunsan,
biraz özünə gəl.
Rauf yorğun halda yerindən qalxdı və
mətbəxə keçdi. Əlini yuyanda o bir şeyi
fikirləşməli oldu:
- Bəlkə anamdan soruşum, Elnarə haqqın-
da?! Yox! Soruşsam bilirəm ki, məndən əl
çəkməyəcək ki: "yoxsa ondan xoşun gəlir?” Ən
yaxşısı elə soruşmamaqdır, onsuz da özüm onu
görəcəm nə vaxtsa. Üzünə bir çırtmaq su
şappıldadıb, əlini dəsmala atdı və əl -üzünü
quruladıqdan sonra süfrəyə əyləşdi. Şamama
xanım artıq süfrəni nemətlərlə bəzəmişdi. Rauf
əyləşib Bismillah elədi və yeməyə başladı.
- Hə!... – Şamama xanım bu “hə” kəlməsini
bir az uzatdı - oğlum, dərslərin necə keçdi bu
gün? - Ananın o sevincli və maraqlı üz çöhrəsi
parıldayırdı.
- Ana, sənə qurban olum qoy çörəyimi
yeyim sonra danışaram.
Raufun ağzında loxmalar oynayırdı. Şama-
ma xanım əli ilə oğlunun saçına sığal çəkib
dedi:
– Neyləyim axı. Bircə oğlum var, soruşma-
yım neyləyim… Yaxşı, sən çörəyini ye!
19
Şamama xanım gülümsəyərək sözünə da-
vam gətirdi:
- Səriyyənin qızı var idi ha?!
- Elnarəni deyirsən? – Rauf başını qaldırdı
və gözlərini bərəldib anasına baxdı. Oğlunun
bu reaksiyasına ana bir az təəccübləndi:
- Hə, Elnarəni deyirəm. Dünən onun ad
günü imiş. Səriyyə xanım bu səhər bizə qonaq
gəlmişdi, qızının tort payından bizə gətirdi.
Yeməyini ye qurtar, sənə tortla qəşəng bir
pürrəngi çay verəcəm.
- Yaxşı, Ana.
Həftənin növbəti günü istirahət gününə düş-
düyündən Rauf bu günü şəhər kitabxanasına
getməyi qərara aldı. Kitabxanada tələbə - mü-
əllim kütləsi çox idi. Rauf universitetdən
verilən tapşırıqları kitablardan tapmışdı və oxu
zalına (geniş bir zal idi) daxil oldu. Bir masa
tapdı və əyləşdi. Bu tələbənin başı kitab
oxumağa o qədər qarışmışdı ki, ona yaxınlaşıb
yanında əyləşən xanıma belə baxmadı. Ancaq o
xanım bir az buna baxdı və çönüb işi ilə məşğul
olmağa başladı. Rauf yanındakı xanımın ona
baxdığını hiss etsə də, buna reaksiya vermədi.
Təxminən bir saat yarım keçmişdi. Rauf hələ
20
də başını aşağı salıb kitab oxuyurdu. Bir azdan
həmin xanım yerindən qalxdı və çıxışa tərəf
istiqamət götürüb getdi. O, qalxıb masadan
uzaqlaşan anda, Rauf başını həmin xanıma
tərəf döndərmiş və bayaqdan onun yanında
əyləşmiş, hərdən çönüb ona baxan Elnarəni
tanımışdı. Amma artıq gec olmuşdu. Çox ani
və natamam şəkildə Elnarənin üzünü görən
Rauf o qızın Elnarə olduğuna tam əmin
olmamışdı. Çünki neçə ildir görmədiyi birini
üzdən tanımaq çox çətin idi. Nə isə...
Elnarədən yarım saat sonra Rauf da çıxıb
evinə getdi. Həftənin birinci günü idi. Rauf
səhər tezdən yuxudan ayılan kimi Elnarəni
düşünməyə başladı. Şamama xanım ona
şirinçay hazırladı, Rauf isə şirinçayı içə – içə
biraz düşüncələrə dalmışdı. O öz - özünə sual
verməyə başladı: – Axı mən niyə Elnarəni
axtarıram? Bunun ardınca çaydan bir qurtum
da alıb, öz – özünə danışmağa davam edir:–
Çünki o, mənim uşaqlıq dostum olub. Hə, hə,
elə buna görə. Ümid edirəm ki, o da məni görsə
tanıyacaq, bəlkə də sevinəcək.
Rauf evdən çıxır, məktəbə gəlib çatır. Belə
məqamlarda o, çox səbirsiz davranırdı. III dərsi
21
gözləyə bilməzdi. Elə isə, iki dərsdən sonra
icazə alıb Metrologiya fakültəsinin yerləşdiyi
korpus binasına gəlib çatdı, ardınca binaya
daxil oldu. Fakültənin qapısına yaxınlaşıb
qapını döydü, icazə alıb içəri daxil oldu:
- Salam.
- Salam. Sizə kim lazımdır?
- Mənə bu fakültənin I kurs tələbəsi Elnarə
Məmmədova lazımdır. Bilmək istəyirəm o,
burada oxuyur?
Katibə siyirtmədən bir – birinə tikilmiş list
vərəqləri çıxardı.
- I kursdur?
- Hə, I kursdur.
Katibə listə baxsa da, Elnarə Məmmədova
adlı tələbəni tapmadı:
- Təəssüf edirəm cavan oğlan, bu fakültədə
Elnarə Məmmədova adında tələbə oxumur.
Katibə bir az düşündü – ola bilsin ki, siz o
tələbəni "Meteorologiya və iqlimşünaslıq"
fakültəsində tapa bilərsiniz.
Nicatın ona dediyi kimi, Rauf artıq
anlamışdı ki, fakültələri səhv salıb. Elə isə:
- Hə! Bəs Meteorologiya və iqlimşünaslıq
fakültəsi hansı binadadır?
22
- Elə bu binadadır, sadəcə bir mərtəbə aşağı
düşməlisiniz?
Rauf katibəyə təşəkkürünü bildirib otaqdan
çıxdı. Sonra pilləkanlarla irəliləyib bir mərtəbə
aşağıya düşdü. Və orada “Meteorologiya və
iqlimşünaslıq” fakültəsinin dekanlığının qapı-
sına yaxınlaşıb qapını döydü və sonra azca
qapını araladı:
- Salam. Olar?
Növbəti katibə:
- Salam buyurun. Katibə mülayim və xoş
üzünü təbəssümə boyayaraq dedi:–Nəsə lazım-
dır?
- Bəli, mən Elnarə Məmmədova adlı bir
tələbənin bu fakültədə oxuyub oxumadığını
bilmək istəyirdim.
Katibə listə baxdı:
- Bəli burada belə bir tələbə var: Məmmə-
dova Elnarə Mahir qızı, birinci kursda oxuyur.
Atası da Qarabağ müharibəsində itkin düşüb,
elədirmi?
- Bəli, elədir ki var. Həmin tələbədir.
- Neyniyirsiniz o xanımı, tanışısınız?
- Demək olar ki, tanışıq. Bu cavabdan sonra
katibə təəccübələnsə də, heç bir şey demədi.
23
- Sağ olun xanım, təşəkkür edirəm - Rauf
gülər üzünü xanıma göstərib bayıra çıxdı.
Sonra saatına baxıb gözlədi. Zəngin vurul-
masına 5 dəqiqə qalmışdı. Rauf dəhlizi o baş,
bu baş gəzirdi, ancaq Elnarənin hansı qapıdan
çıxacağını bilmirdi. Beş dəqiqə ötdü, zəng
vuruldu. Tələbələr toplum şəklində bütün
qapılardan bayıra çıxırdılar. Bir neçə saniyə
sonra dəhlizdə tələbə iztihamı yaranmışdı. Rauf
isə həyəcanla Elnarəni axtarmağa başladı. Artıq
üçüncü dərs qurtarmışdı, ona görə də tələbələr
axışıb evə gedirdilər. Rauf nə qədər diqqətli
olmağa çalışsa da, tələbələrin arasında Elnarəni
görə bilmədi. Bu qarmaqarışıqlıqda əlacsız
qalan Raufun ağlına bir şey düşdü. O tezliklə
məktəbi tərk edib, universitetin çıxış qapısına
tərəf qaçdı. Ancaq təəssüf ki, orada da istəyinə
nail ola bilmədi, kor-peşman evlərinə qayıtmalı
oldu. Elnarəni görə bilmədiyi üçün çox bikef
olmuşdu...
Universitetin yanından adəti üzrə iki
istiqamətdə avtobuslar çıxırdı. Bu avtobusların
biri Raufgilin yaşadığı qəsəbədən keçib, Elna-
rəgilin evinin yerləşdiyi küçəyə gedirdi. Ancaq
digər avtobus birbaşa qısa yolla Elnarəgilin
24
yaşadığı əraziyə getdiyindən, bu iki gəncin
yolları həmişə ayrı olurdu. Bundan isə nə
Raufun, nə də Elnarənin xəbəri var idi. Eşq
təsadüfləri sevər (bəlkə də eşq deyil, eşqə
gedən yol təsadüfləri sevər…). Elnarə həmin
günü dərsdən çıxıb evə gedəndə ləngidiyindən
avtobusu da qaçırmışdı. Onun növbəti avtobusu
isə düz yarım saatdan sonra gələcəkdi. Bu gənc
qız evə gecikməsin deyə digər avtobusdan is-
tifadə etməli olmuşdu. O, dayanacaqda dayan-
mış bu avtobusa yaxınlaşdı. Dilxor vəziyyətdə
qaşlarını büzmüş Rauf isə həmin avtobusda bir
küncdə əyləşib, gözləri bayırı seyr etməkdə,
avtobusun tərpənməsini gözləyirdi. Avtobus
sərnişinlərlə dolmuşdu. Elnarə avtobusun pillə-
kanları ilə qalxanda, içəridə, bir az aralıda
Raufun əyləşib bayırı seyr elədiyini gördü.
Biixtiyar gözünü pəncərədən ayırıb avtobusun
qapısına baxan Rauf da Elnarəyə baxdı. İndi bu
gənc oğlanda həyəcan coşur, gözlərini Elnarəyə
zilləyərək yerində donub qalmışdı. Rauf həmin
an nə edəcəyini bilmirdi. Elnarənin avtobusda
ayaqüstə dayandığını görəndə, tez yerindən
qalxdı:
- Xanım, buyurun əyləşin.
25
Raufun parıldayan gözlərini görən Elnarə
sanki, onu tanımırmış kimi təşəkkürünü bildi-
rib, əyləşdi. Avtobus yerindən tərpənmişdi. Yol
boyu Elnarənin başının üstündə dayanmış Rauf
hərdən başını aşağı endirib Elnarəyə baxırdı.
Rauf fikirləşməyə başlamışdı:
- Görəsən, indi mən nə etməliyəm, bəlkə
onunla gedim, o düşəndə ardınca mən də düşə-
rəm avtobusdan. Bununla belə Raufu bir şey də
narahat edirdi:
- Bəs görəsən, Elnarə doğrudan məni unu-
dub, yoxsa utanır üzümə baxmağa? Bəlkə də
tanıyır məni, amma bunu üzümə vurmaq
istəmir… Hə məni tanıyır, əgər mənim yadda-
şımda həmin illər qalıbsa, deməli bu qızın da
yadındadır. Bir az fikirləşdi və qərar verdi:
Mən Elnarə ilə birlikdə düşəcəm. Avtobus
təxminən iyirmi beş dəqiqədən sonra Raufun
qaldığı qəsəbəyə çatmışdı, lakin o düşmədi.
Həmin an Elnarə başını azca yuxarı qaldırıb,
Raufu süzdü. Rauf isə dərhal bunu hiss etdi:
- Görəsən, bu mənim qaldığım ünvanı da
tanıyır? Bəlkə də…
Bir azdan avtobus son dayanacağa çatdı,
sərnişinlər düşdülər, ardınca da bu iki nəfər.
26
Artıq əsas məqam gəlib çatmışdı, Rauf bir şey
etməli idi. Avtobusdan düşəndən sonra bir neçə
metr addımladılar və Elnarənin arxasıyla gələn
Rauf axır ki, dilləndi:
– Xanım! Xanım! Elnarə yerində dayandı və
arxaya çönüb:
– Buyurun.
– Elnarə?!.......
Raufun bu xitabının, emosional ahəngdə
səslənməsi görünür Elnarəyə də təsir etmişdi.
– Bəli. Siz kimsiniz?
– Məni tanımadın?
- Yox - sakit tərzdə - siz məni hardan tanı-
yırsınız?
- Mənəm də Rauf, uşaqlıq dostun, qaçqın
yataqxanası.
Elnarə Raufu hələ kitabxanada ikən tanımış-
dı. Lakin nədənsə Raufu tanıdığını ona bildir-
məkdən çəkinirdi. Və qarşısındakı oğlan bu
sözləri deyəndən sonra Elnarə utancaq şəkildə
başını aşağı əyib susurdu.
- Bu neçə illər ərzində o dəcəl qız uşağı gör
necə dəyişib?! Rauf bunu dedikdən sonra
Elnarə axır ki, danışmağa başladı:
- Nə olub ki, o qıza.
27
- Heç. (Rauf dodaqlarının arasında azca
gülümsədi) Qonşumuz Tərlan bibinin dəhliz-
dəki şfonerinin içərisinə pişiyi balaları ilə salıb
gözdən itən kim idi görəsən?
Bundan sonra o soyuq çöhrəli Elnarə dodaq-
larının arasında güldü. Rauf bunu görüb
həvəslə sözünə davam etdi:
- Hələ mən, evimizdəki çarpayının küncünə
kəllə vurmağımı demirəm?! (Rauf özünü artist
fasona salıb, üz - gözü ilə öz sözlərini təqib
edirdi.) Görəsən, məni itələyib başımı yaran
kim idi, onda?!
O sakit, utancaq Elnarənin gülüşü artıq açıq,
aydın hiss olunurdu.
- Bəs yataqxanadakı o qara pişiyə kolba-
saları yedizdirib, yazıq heyvanı xəstə salan kim
idi, hə?
Bunun ardınca hər ikisi dərindən qəh – qəhə
çəkib gülməyə başladılar. Bir qədər sonra araya
sükut çökmüşdü. Onlar dayanıb bir – birlərinin
gözlərinə baxırdılar. Gülən üzləri də ciddiləş-
mişdi artıq.
- Yaxşı mən gedim, hələlik. (Elnarə gülüm-
sündü və sağollaşdı.)
- Elnarə!
28
- Hə. Elnarə yenidən çönüb Raufa baxdı.
Rauf nəsə demək istəyirdi, ancaq deyə bilmədi:
- Heç. (dərindən nəfəsini verdi.) Hələlik!
Həmin gün Raufun sevincinin həddi – hüdu-
du yox idi. Sanki bu fani dünya da onun
romantik hisslərinə təslim olmuşdu. Sevincək
halda evə tələsirdi. Gəlib evə çatanda anasının
o gözəl nurlu üzünü yenə gördü:
- Salam ana. Raufun sevinci o an büruzə
verirdi.
- Necəsən?
- Yaxşıyam oğlum. Nə olub, niyə bu qədər
sevincəksən, bir de, mən də bilim.
- Heç ana, elə - belə.
- Yox, elə - belə insan sevinmir. De görüm!
- Ana, bu gün Səriyyə xalanın qızını, Elna-
rəni gördüm.
- Nə yaxşı! Universitetdə?
- Hə.
- Lap yaxşı - Şamama xanım gülümsədi və
sonra qaşının birini qaldırıb şübhəli nəzərlərlə
oğluna baxdı:
– Bəs sən niyə sevinirsən, hə?! Rauf anasın-
dan utandı:
- Heç, uşaqlıq dostum idi də, gördüm,
sevindim… Ona görə. Başqa nə ola bilər ki?!
29
- Yaxşı, de görüm nə danışırdınız?
- Düzü çox söhbət eləyə bilmədik, təsadüfən
yolda, avtobusda gedəndə rastlaşdıq, avtobus-
dan enəndən sonra bir az da ayaq üstə danışdıq,
sonra sağollaşıb evə gəldim. Ancaq deyə bilə-
rəm ki, Elnarə çox dəyişib. O balaca dəcəl
qızdan əsər belə qalmayıb ana.
Raufun üzü təbəssümə boyandı: - Amma
indi daha da gözəlləşib.
- Hə, lap yaxşı.
Şamama xanım oğluna yemək çəkdi və
ardınca divanın o başına keçib telefona yaxın-
laşdı.
– Yenə kimə zəng eləyirsən?
- Səriyyə xanımgilə. Raufun loxması ağzın-
da qaldı:
- Elnarə ilə görüşdüyümüzü demə ha!
- Niyə ki?
- Nə bilim e…, demə də...
- Yaxşı demərəm. Bundan sonra Şamama
xanım telefonu götürüb nömrəni yığdı:
- Alo, salam Səriyyə. Necəsən?
- Salam Şamama bacı, yaxşıyam, siz
necəsiniz?
- Belə də, ay Səriyyə, yaşayırıq hələ ki.
- Hə, şükür bu günümüzə.
30
- Şükür, şükür.
- De görüm, Rauf balam neynəyir, dərsə
gedib, gəlirmi? Şamama xanım dəstəyi qula-
ğında saxlayaraq Raufa çönüb baxdı:
- Hə, gedib, gəlir. Bəs Elnarə qızımız
neyləyir?
- Elə o da hər gün dərsə gedir- gəlir. Qızım
deyir bu gün evə gələndə təsadüfən Raufu
görüb.
- Bilirəm, Rauf indicə mənə dedi. Balam
dərsdən sevincək gəlirdi, səbəbini soruşanda
dedi ki, Elnarə ilə rastlaşıb.
- Amma deyirəm, nə yaxşı bir – birilərini
tanıyıblar e…
- Rauf deyir ki, Elnarə dəyişib, deyir ki, o
dəcəl qızdan əsər - əlamət qalmayıb.
- Elədir Şamama bacı. Bizim qız Rusiyada
yaşayandan sonra dəyişib.
- Hər şey mühitdən asılıdır - Şamama xanım
gülərək - Eybi yoxdur, bir neçə ildən sonra
həmişəki dəcəl qız olar yenə. Buna Səriyyə
xanım da güldü:
- Demə day, işimiz var da bunlarla.
- Yadındadır hələ rəhmətlik qonşumuz Ta-
mara arvadın başına nə oyun açırdılar. Yazıq
qoca arvad bunların əlindən lap təngə gəlmişdi.
31
- Əsas odur ki, böyüyüb bu günə çatıblar,
indi də ali məktəbdə oxuyurlar.
- Şükür Allaha ki, bu günü görə bildik –
danışıqları astadan gəlirdi - yaxşı ay Səriyyə
bacı. Elnarəyə de ki, Şamama xalası ona salam
deyir.
- Salam göndərən sağ olsun, deyərəm. Sən
də Rauf balama məndən salam söylə. Sağ olun.
Şamama xanım dəstəyi yerinə qoydu:
– Səriyyə xalan sənə salam deyir.
Rauf artıq çay içirdi:
- Sağ olsun.
- Bax görürsən, qoymurdun Elnarə ilə gö-
rüşdüyünü Səriyyə xanıma danışım. Səriyyə
xanım özü mənə dedi ki, Elnarə səninlə
rastlaşdığını danışıb anasına.
Rauf bir söz demədi. Sonra süfrədən qalxdı:
- Sağ ol ana, əlin - qolun ağrımasın. Mən
gedim bir az yatım, yorğunam.
- Yaxşı get yat!
Raufun adəti gün rejimi davam edirdi –
dərsdən gəlir, yatır, durub tapşırıqları yerinə
yetirir və axşam yeməyindən sonra yatıb
növbəti günün dərsinə gedir. Növbəti gün Rauf
üçün Elnarəylə görüşəcəyi əlamətdar gün idi.
32
Dərsdən çıxıb, digər korpusa – Elnarənin yanı-
na getdi. Dərslərin bitməyini gözlədi, onlar
çıxıb yenə birlikdə avtobus dayanacağına yol
aldılar, orada isə xudahafizləşib fərqli avtobus-
lara mindilər. Raufla Elnarənin hər günü,
dərsdən çıxıb dayanacağa gedənə qədər maraqlı
və xoş keçirdi. Bu iki gənc artıq biri – birilərinə
öyrəşmişdilər. Hərdən telefonla danışırdılar,
istirahət günləri görüşürdülər. Bu iki gəncin
həyatında artıq yeni bir səhifə açılmışdı. Aşiq-
lərin bu eşq dastanından yalnız anaları xəbərdar
idilər. Çünki onlar qərara almışdılar ki,
analarının övladlarının bu yaxın dostluğundan
xəbəri olsun. Qohum - əqrabanın bilməyinə isə
hələ ki, ehtiyac yox idi.
İllər bir - birini əvəz etmişdi. Raufla Elnarə
artıq sonuncu IV kursda oxuyurdular. Rauf bir
gün Elnarəyə zəng edir ki, hər zamankı kimi
görüşsünlər, birlikdə dərsdən çıxıb evə getsin-
lər. Lakin Rauf nə qədər zəng etsə də, Elnarə
telefonu götürmürdü. Rauf Elnarənin oxuduğu
korpusa daxil olub, yuxarı mərtəbəyə qalxdı.
Pilləkanlarla yuxarı doğru addımlayarkən elə
oradaca Elnarəni gördü. Dərhal sevgilisinə
33
yaxınlaşan Rauf onun üzündəki solğunluğu,
gözlərinin ağlamaqdan qızardığının şahidi oldu.
- Elnarə, nə olub, niyə bu haldasan?
Elnarə başını aşağı salıb susmuşdu. Raufun
həyəcanı daha da artırdı:
- Səninləyəm, nə olub deyirəm?
Rauf Elnarənin qollarından yapışıb onu
ehmalca silkələdi.
- Ay qız, səninləyəm.
Bunun ardınca Elnarə yenə bir söz demədi,
Raufu bərk qucaqladı və ağlamağa başladı.
- Yaxşı sakitləş, gəl düşək aşağı.
Onlar birlikdə tələbə kafesinə getdilər. Yer
tapıb əyləşdilər. Rauf bu dəfə də Elnarədən nə
baş verdiyini soruşdu:
- Yaxşı, indi necəsən? De görüm nə olub,
səni belə ağlamağa məcbur edən səbəb nədir?
- Rauf!
- Hə, eşidirəm.
- Mən səni sevirəm!
- Mən də səni... – Rauf dərin baxışlarla
gözlərini Elnarəyə zilləmişdi.
Bunlar bir neçə dəqiqəni sakit şəkildə çay
içməklə keçirdilər. Rauf artıq heç nə soruş-
murdu, bilirdi ki, Elnarə birazdan onunla
34
danışacaq. Ona görə də, sakitcə ona gözünü
zilləyib baxırdı. Elnarənin gözündə bir az
həyəcan, qorxu var idi. Rauf bunu hiss etməyə
başlamışdı.
- Rauf, bilirsən nə olub?
Rauf sakit şəkildə dedi:
- Əslində bayaqdandır sənə baxdıqca niyə
ağladığını, bu hala düşdüyünü anlamışam.
(araya bir neçə saniyə də sükut çökdü.) Bəlkə
müharibə yaxınlaşır deyə belə edirsən?
Elnarə dərhal cavab verdi:
- Hə, ona görə - onlar biri-birilərinin əllərin-
dən tutdular – Mən səni itirmək istəmirəm
Rauf!
Elnarənin ağlamasına səbəb olan universitet
rəhbərliyinin təşkil etdiyi “Qarabağa az qalıb”
adlı seminar olmuşdu. Seminarın iş proqramı
bütünlüklə Qarabağa aid keçmiş tarixi sənədli
filmlər və cəbhədə mövcud olan hazırki
vəziyyətdən gənclərimizi xəbərdar edən carçı
formatlı qısa filmlər nümayiş etdirmək idi.
Rauf da bir gün öncə həmin seminarda iştirak
etmişdi. Ona görə də, doğru olaraq düşün-
müşdü ki, Elnarə onu itirəcəyindən qorxur.
Ölkədə müharibəyə hazırlıq gedirdi. Düşmənlə
35
sərhəddə silsilə şəklində kiçik və ya böyük
atışmalar baş verirdi. Rauf isə bir - iki aydan
sonra universiteti qurtarıb əsgərliyə, bir başa
döyüş cəbhəsinə yollanacaqdı, daha doğrusu
oraya getmə ehtimalı yüksək idi. Çünki, ölkə
rəhbərliyindən bildirilmişdi ki, yeni yaranmış
müharibə şəraitində yeni əsgər gədənlər hamısı
düşmənlə üzbəüz cəbhə xəttinə köçürüləcək.
Elnarə bu səbəbdən qorxmuş, müharibə başla-
yandan bəri cəbhədə əsgərlərin şəhid olaraq
ölməsindən xəbərdar olandan sonra, seminarda
qala bilməyib, ağlayıb çıxmışdı oradan. O həm
cəbhədə şəhid olmuş əsgərlərə görə ağlamışdı,
həm də Raufu itirəcəyindən qorxduğu üçün göz
yaşlarını axıtmışdı.
Onlar kafeni tərk edib evlərinə doğru yol
aldılar. Rauf Elnarəni üzgün vəziyyətdə evlə-
rinə tək göndərə bilməzdi. Ona görə də onunla
birlikdə getdi.
Növbəti gün yağış yağırdı. Hətta leysan
olmuşdu. Deyəsən, bu leysan insanları hazır-
lıqsız yaxalamışdı. Universitetin binasında çox
az sayda tələbə və ya müəllim əlində çətirlə
gözə dəyirdi. Bu iki aşiqi də yağış naəlac
haqlamışdı. Yağışın suyu çiyinlərindən süzülüb
bir-birinə möhkəm bənd olunmuş yumulu əllə-
36
rindən yerə damcılayırdı. Əl - ələ verib avtobus
dayanacağına doğru qaçdılar. Bu dəfə də Rauf
Elnarə ilə getdi. Yolda onunla danışmalı möv-
zuları var idi. Ümumiyyətlə bu sevgililər son
vaxtlar tez-tez, demək olar ki, hər gün avto-
busda da birlikdə gedirdilər. Avtobus yerindən
tərpənmişdi. Pəncərədə qaçan kiçik yağış dam-
laları bir azdan güclü su axınına çevrilmişdi.
Elnarə başını Raufun çiyninə söykəmişdi.
Avtobus yağmur damlalarına çırpılaraq gedirdi.
Rauf dilləndi:
- Sənə sözüm var. Elnarə başını Raufun çiy-
nindən qaldırıb ona sarı baxdı:
- Nə sözün var?
- O günkü sənin ağlamağın.
- Hə?!
- Deməyim odur ki, bu bir savaşdı, talehin
bir yazısıdır mənim üçün. Vətən uğrunda
döyüşməliyəm. Bunu sən də bilirsən.
- Sən nə demək istəyirsən?
- Mən onu demək istəyirəm ki, müharibədə
şəhid olmaq da var, gedib sağ qayıtmaq da. Sən
gərək bunların birini yox, ikisini də qəbul edə-
sən.
Bu sözlərinin ardından o, Elnarənin gözlə-
rinin parıldadığını gördü:
37
-Ağlama, xahiş edirəm.
- Rauf, mən bunu qəbul edə bilmirəm məni
bağışla.
- Qəbul etməlisən! Məgər biz vətənpərvər
ailələrin uşaqları deyilik? Sənin də, mənim də
atam bizi və analarımızı savaşın ortasında xilas
ediblər, sonra geri dönüb vuruşublar və indi
onların ölü, ya diri olduğundan da xəbərimiz
yoxdur. – Rauf Elnarənin çiyninə tökülən nəm
saçına sığal çəkdi.
– Mən getməliyəm və sən də indidən özünü
buna öyrəşdirməlisən, Elnarə!
Elnarə dərindən içini çəkməyə başladı, sonra
özünü toplayıb dedi: - İndi ki, belədir, sənə bir
şey olduğunu xəbər alsam, əgər sənin şəhid
olduğunu öyrənsəm, mən daha yaşaya bilmə-
yəcəm!
- Belə demə günahdır. Bəlkə bir neçə ildən
sonra bu sözləri dediyinə də peşman olarsan.
Yadından çıxarma ki, biz hələ həyatı yeni dərk
etməyə başlayırıq. Bu gün dediklərimizi
sabahısı gün etməyə də bilərik.
- Bilirəm günahdır, Allah günahımızdan
keçsin – Elnarə bir az da sakitləşdi - Onda sən
qayıtmasan bax burda sənə söz verirəm ki,
38
gedib mən də vuruşacam, ölənədək! Elnarənin
qətiyyətli cavabından sonra Rauf daha bir söz
demədi və uzun baxışlarını yola zillədi.
Bir neçə həftə keçdi. Raufun dostu Nicat
əsgərlikdən qayıtmışdı. Rauf bundan xəbər tu-
tandan sonra onlar kafelərin birində görüşdülər:
- Xoş gördük, əziz dostum, həmişə evində
eşiyində necəsən?
- Xoş gördük. Çox sağ ol, qardaşım. Sən
necəsən? De görüm dərslər qurtarıb?
- Hə, artıq bitirmişik.
(Təbii ki, Raufla Elnarənin arasında olan
münasibətdən onun dostları Nicatla Elşən
xəbərdar idi.)
- Elnarə necədir? Yəqin səndən ötrü
darıxacaq, hə? (Nicat bir az gülümsədi).
Nicat hərbi baxımdan ölkədə mövcud olan
hazırkı vəziyyətdən agah olmuşdu, özü də ki,
əyani. Belə ki, bir neçə gün öncə əsgərlikdən
qayıdan Nicat da, yeni yaranmış müharibə
dövrünün əsgəri olmuşdu. Hətta, o, əsgərlikdə
yaralandığını və bədənində qəlpə gəzdirdiyini
heç kimə, heç ailəsinə belə deməmişdi.
- Eh, Nicat. Qız pərişan olub, mənim hərbi
xidmətim müharibə vaxtına düşüb deyə (Rauf
39
başını buladı),hələ deyir ki, əgər mənə bir şey
olsa o da gedib mənim kimi vuruşacaq.
- Mən əminəm ki, Elnarə bunu tək səni
sevdiyi üçün yox, həm də vətənpərvər bir qız
olduğu üçün deyib.
- Hə, elədi. Əslində bu məni üzmür.
- Nə mənada dedin bunu, başa düşmədim?
(Rauf olduqları kafedə ofisianta əli ilə işarə
edib çaylarını yenilənməsini istədi, ardınca
söhbətə davam elədi)
- Mən özüm də Vətənimi sevirəm, ona görə
də içimdə zərrə belə şübhə yoxdur ki, o məni
az istəyir və yaxud vətənpərvər deyil.
- Axı siz Qarabağlısınız! Nicatın bu sözün-
dən sonra Rauf dostunu şübhəli nəzəriylə bir az
sezdi və dedi:
- Nicat sən atışmada yara almamısan ki?
Səni bir az tanıdığım qədər bilirəm ki, bəzi
şeyləri gizlətmək adəti səndə var. Bayaqdandır
fikir verirəm hərdən əlinlə çiynini oxalayırsan.
- Nicat əvvəl bir qədər deməyə tərəddüd etsə
də, sonra danışmağa başladı:
- Hə, gözümün qabağında mina partlayıb.
- Doğrudan? - Rauf təəccüblü şəkildə soruş-
du – necə oldu?
40
- Bizdə bir əsgərə məxsus silah minalı sahə-
yə düşmüşdü. Daha doğrusu öz əsgər yoldaşla-
rımız onun silahını gizlədib, pul almaq istəyir,
əvəzində isə silahını qaytaracaqdılar. Silahın
sahibinin adı Rövşən idi. O vicdansızlar Röv-
şəndən pul tələb edəndə Rövşənin onlarla mü-
bahisəsi düşdü, sonra alçaq əsgər yoldaşlarımız
silahı minalanmış sahəyə atdıqlarını söylədilər.
Mən də Rövşənlə minalanmış sahəyə çıxdım
ki, silahı gotürək. Mən minalanmış əraziyə gir-
mədim. Amma Rövşən addım atar–atmaz, (Ni-
cat bir qurtum çay içdi) sözünə titrək səslə
davam etdi – Rövşən minaya düşdü.
- Öldü?
- Yox, o, ayağının birini itirdi, mənsə qəlpə
yarası aldım.
- Çox pis oldum. İndi necəsən, Rövşən ne-
cədi?
- Bu hadisə çoxdandır olub, yaxşı olmağına
mən yaxşıyam, Rövşən də ki, həyatdan küsmüş
kimidir. Bir neçə ay əvvəl məzuniyyət alanda
onun yanına getmişdim. Yenə gedib ona baş
çəkəcəm.
- Maraqlıdır, bəs o kələkbaz əsgərlərin və-
ziyyəti necə oldu.
41
- Onlar iki nəfər idilər, ikisinə də bir neçə il
həbs verdilər.
Rauf Nicatla görüşəndə digər dostu Elşəni
də çağırmışdı. Bir azdan o da gəlib çıxdı. Onlar
görüşüb əyləşdilər. (Rauf ofisiantdan bir stəkan
da gətirməsini əli ilə işarə etdi).
- Hə.., Nicat necəsən qardaş? Həmişə evin-
də, eşiyində!
- Şükür Allaha, yaxşıyam. Sən necəsən?
- Mən, belə də… Bu gün işdən çıxmışdım.
Rauf zəng elədi ki, sən gəlmisən, mən də tez
gəlib özümü çatdırdım bura. Səni gördüyümə
də çox sevindim.
- Çox sağ ol qardaş, elə mən də.
- Əsas odur ki sağ-salamat gedib – qayıtmı-
san. Bircə qalıb bu balacamız – (əliylə Raufu
işarə etdi)- bu da gedib sağ-salamat qayıtsın
inşallah. 3 dost gör nə planlar quracayıq, aləmə
toy tutacağıq e…
Elşənin bu nitqindən sonra 3 yoldaş qəhqəhə
çəkib güldülər. Rauf dilləndi:
- Elşən. Sağ-salamat deyəndə ki, bunu Nica-
ta aid etmək olmaz.
- Niyə ki? – Elşən təəccüblü baxışını gah
Raufa, gah da ki, Nicata yönəldirdi - Nicata nə-
sə olub?
42
Nicat cavab verdi və aldığı qəlpə yarasını
Elşənə də danışdı.
- Çox üzüldüm. İndi özünü necə hiss edir-
sən?
- İndi yaxşıyam, heç nə olmamış kimiyəm.
- Hə lap yaxşı. Mən də əsgərlikdə olanda,
bölük komandirimizin kürəyində qəlpə oldu-
ğunu öyrənmişdim, hətta bizə o qəlpənin tari-
xini də danışmışdı.
- Deyirdi ki, Qarabağ savaşında alıb, o izi.
- Yaxşı Elşən məni də, özünü də boş ver get-
sin. Biz indi Raufu düşünməliyik.
Dostlar bir - biri ilə söhbət edir, Rauf isə
onları dinləyirdi:
- Düz deyirsən qardaş. Söhbətimiz mühari-
bədən gedirsə, Raufun başına gələ biləcəkləri
sən məndən daha yaxşı bilərsən.
- Hə doğru deyirsən. Mən yaxşı vaxta düş-
məmişəm.
Bu dəmdə Rauf dilləndi:
- Niyə mən? Burada nə var axı, gedəcəm
əsgərliyə ya şəhid olacam, ya da sağ – salamat
qayıdacam. İndi kişinin başına iş gələr də, ola
bilsin mən də bir-iki qəlpə yarası alıb qayı-
dacam.
43
Nicat: - Hə alacaqsan, bəlkə də ömürlük
şikəst qalarsan.
Elşən gülərək: - Yaxşı uşağı qorxutma.
Rauf qaş – qabaq elədi:
- Siz bilirsiniz ki, mən belə şeylərdən qorx-
muram.
Elşən:
- Yaxşı, yaxşı. Zarafat eləyirik, sən də o saat
incimə.
- Elşən düz deyir, elə - belə səni sınayırdıq.
Biz ki səni necə biri olduğunu yaxşı bilirik.
(Nicat yanında əyləşmiş Elşənə dirsəkləndi)-
düz demirəm?
Elşən:
- Əlbəttə, sən bəlkə də bizdən də cəsursan,
həqiqi sözümdür.
Araya bir az sükut çökdü. Rauf sakitlik situ-
asiyasına son qoyaraq dilləndi:
- Yaxşı durun gedək bir az gəzə - gəzə söh-
bət eləyərik.
Bu üç dost kafedən ayrılıb getdilər.
…Aradan bir neçə gün keçmişdi. Rauf
evində əyləşib televizora baxırdı. Onun əsgər-
44
liyə yollanmasına çox az vaxt qalmışdı. Günləri
sayırdı. Televizorda yerli kanalların demək olar
ki, hamısında hərbiyə aid sənədli filmlər,
verilişlər nümayiş olunurdu. Rauf isə bu veri-
lişləri izləyirdi. Həmin an Elnarə ona zəng etdi:
- Salam, necəsən?
- Salam, gülüm, yaxşıyam, sən necəsən?
- Belə də… Günlər azaldıqca narahatçılıq
daha da artır.
Rauf bikef hal aldı:
- Belə eləmə də... Sən belə danışanda mən
də pis oluram axı.
- Neyləyim daha, hər yerdə əsgərlikdən,
müharibədən danışırlar.
- Demək, sən də televizora baxırsan?
- Hə, Elnarə köksünü ötürdü - bir əlimdə
pult gözüm televizorda, bir əlimdə də telefon
səninlə danışıram.
- Yaxşı üzmə özünü, əgər sən belə etsən,
mənim bütün fikrim səndə qalacaq. Rauf Elna-
rənin səsindən onun ağladığını başa düşdü -
Ağlama, bax ağlasan bu dəqiqə telefonu sön-
dürəcəm.
- Yaxşı - Elnarə gözünün yaşını sildi. -
Şamama xala necədi?
45
- Heç. Necə olacaq?! - dərindən nəfəs aldı -
Anam mənə qarşı əsəbidir, ancaq yenə də
heçnə deyə bilmir. Başa düşürsən də?
- Başa düşürəm. Bir tərəfdən getməyini istə-
mir, digər tərəfdən də getməli olduğunu bilir.
- Elədir ki, var. Əgər mən sakit dursam
anam əlindən gələni edər ki, məni saxlatdırsın
əsgərlikdən, xalamın həyat yoldaşının əli yuxa-
rılara çatır, istəsə bunu edər.(Rauf hələ də bikef
halda idi). Sən necəsən, neyləyirsən?
- Dediyim kimi sənin getməyini gözləmək-
dəyəm. Sənin üçün dua edirəm ki, sağ-salamat
qayıdasan.
- Sən ürəyini buz kimi tut, Allahın köməyi
ilə salamat qayıdacam.
- Yaxşı! Yaxşı!
- Bəs Səriyyə xala necədi?
- Anam da yaxşıdır, elə indicə sənə salam
deyirdi.
- Salam göndərən sağ olsun. Sən də məndən
salam söyləyərsən. Oldumu?
- Oldu!
- Yaxşı sağ ol, səni sevirəm!
- Mən də səni, sağ ol...
Raufun hərbi xidmət vaxtı gəlib çatmışdı.
Artıq hərbi komissarlığın çağırış müddəti baş-
46
lamışdı, minlərlə gənc hərbi xidmətə yola dü-
şürdü. Rauf əvvəlcədən hansı bölgəyə düşdü-
yünü öyrənmişdi, ancaq Elnarəyə yalandan
bunu bilmədiyini söyləyirdi. Hərbi xidmətinin
ermənilərlə sərhəd bölgəsinə salındığını qıza
desə, bilirdi ki, Elnarə narahat olacaq. Nəinki
Elnarəyə, heç anası Şamama xanıma da
deməmişdi.
Vədə yetişdi, Rauf hərbi komissarlıqdan
cəbhəyə yollandı. Dostları, sevgilisi və anası ilə
Səriyyə xanım Raufu yola saldılar. Onun hansı
bölgəyə düşdüyünü də artıq öyrənmişdilər.
Raufun dostlarından başqa, digərilərinin gözləri
yaşarmışdı.
Birisi oğul həsrəti çəkəcək, birisi sevgilisi
üçün darıxacaq, Raufu özünə oğul təki gördüyü
Səriyyə xanım da həsrətin nə olduğunu bəlkə
bir az da çox başa düşəcək. Dostları Elşənlə
Nicat Raufa daha çox inanırdılar və ona daha
çox güvənirdilər.
Cəbhədə Rauf ilk günlərdən gərgin məşq-
lərin həm şahidi, həm də iştirakçısı olmuşdu.
Atışma səsləri elə ilk günlərdən əsgərlərə
47
bələdçilik etsə də, Rauf bundan o qədər də
qorxmurdu, qorxmaması da normal idi. Ona
görə ki, o, şəhid övladıdır, ona görə ki, o, iki
əsgər dostudur və ona görə ki, əzmkarlıq,
mərdlik Raufa atasından qalan miras idi. Bütün
bunlar onun psixologiyasına təsir eləmişdi.
Bunu anası Şamama xanım deyirdi.
Rauf bütün məşqlərdə maraqla, həvəslə işti-
rak edir, artıq komandirin də gözünə girmişdi.
Əsgər yoldaşları da, onunla heç bir mübahisə
etməyi sevmirdi. Çünki, onun qısa bir vaxt
ərzində qazandığı rəğbəti buna imkan vermirdi.
Zaman ötdükcə Raufun narahatçılığı artmağa
başlayırdı. O, bir tərəfdən anasına görə narahat
olurdu. Ancaq bilirdi ki, qohum - əqrabası hə-
mişə onun yanında olacaq. Bu yaxınlarda eşit-
mişdi ki, xəstələnib. Telefonla danışmaq da
əvvəlki kimi asan deyildi. Onun olduğu şərait-
də bu çətin idi. Digər tərəfdən isə o, sevgili-
sinin vəziyyətindən xəbərsiz idi, ondan ötrü də
çox darıxmışdı. Rauf anasıgilə onun özü ilə
bağlı hər şeyin qaydasında olduğunu çatdır-
mağa çalışırdı. Bununla bərabər təkcə Vətən,
torpaq deyil, əslində Raufu daha çox narahat
edən baş verə biləcək atışma idi. Ona görə ki,
neçə-neçə əsgər burada canını qurban verəcək-
48
di. Hərçənd ki, heç sonuncu da onu o qədər
narahat etmirdi.
Raufun hərbi xidmətə başlamasından artıq
bir neçə ay keçmişdi. Əsgər yoldaşları Təhmaz
və Rafiq ona qardaş münasibəti bəsləyirdilər.
Bu qarşılıqlı idi. Onları bir-birinə yaxınlaşdıran
hər üçünün də taleyinin demək olar ki, eyni
olması idi. Təbii ki, xasiyyətləri də, üst – üstə
düşürdü. Kazarmada bu üç dostun biri altdakı
çarpayıda, biri üstdəkində, digəri isə Raufun
yan tərəfindəki alt çarpayıda uzanmışdılar.
Əsgərlərin “adboy” vaxtı idi.
Rafiq: - Deməli belə! Uşaqlar başımıza gələ
biləcəkləri bilirsiniz də? (Onlar sakitcə danışır-
dılar.)
Rauf: - Niyə bilmirik ki, biz də sənin kimi
burdayıq neçə aydır. Bilirik ki, gecə bizi ya-
rımçıq yuxudan qaldırıb döyüşə aparacaqlar
(Rauf yorğun halda danışırdı, çönüb Təhmaza
baxdı, sonra Rafiqə) – Dostlarım, mən istəyi-
rəm ki, halallaşaq. Bu neçə ayda bir-birimizə
dayaq olmuşuq, dost olmuşuq. Bilmək olmaz
başımıza nə gələcək.
Təhmaz: - Rauf haqlıdır, mən də onu sizə
deyəcəkdim.
Rafiq: - Yaxşı, gəlin halallaşaq.
49
Onlar yerlərindən qalxdılar və qucaqlaşaraq
bir-birlərindən halallıq aldılar. Dostlar söhbət-
lərində “bəlkə”lərlə danışsalar da, başlarına
gələcəklərin əminliyini bir-birlərindən gizlədir-
dilər.
Onlar halallaşıb çarpayılarına qayıtdılar,
sonra Rauf dilləndi: - Yaxşı, gəlin heç olmasa
yataq, yoxsa döyüşdə yuxu tutar bizi. Raufun
zarafatı dostlarının xoşuna gəldi.
Rafiq: Düz deyirsən, yoxsa yuxumuz gələr
və əbədiyyən yatarıq. Bir azdan araya sükut
çökmüşdü. Bütün əsgərlər yatmışdılar. Gecə
saat əqrəbləri üçü göstərirdi. Geniş kazarmada
şəlakət hökm sürürdü. Yatan əsgərlərə ana
gözüylə baxsaq sanki, körpə uşaqlar kimi
uyuyurdular.
Artıq saat əqrəbləri dördü göstərirdi. Birdən
güclü siqnal (trevoqa) səsi eşidildi. Qapıdan
komandir tələsik və səs – küylə içəri daxil
oldu. Əsgərlər tələm-tələsik qalxdılar, əyin -
başlarını geyinib hazır vəziyyət aldılar. Və
komandirin göstərişi ilə silah anbarına doğru
yüyürdülər. Bir neçə saniyədən sonra əsgərlər
silahlara büründülər. Az sonra isə cəbhədə
müxtəlif mövqelər tutulmuşdu. Hər kəs hazır
50
vəziyyətdə komandirin əmrini gözləyirdi. Düş-
mən artıq qarşı tərəfə güllə yağdırmağa baş-
lamışdı. Bir azdan komandir də, əmrini verdi.
Bundan sonra iki tərəfli qızğın müharibə baş-
ladı. Əsgərlər öz mövqelərindən tərpənmirdilər.
Bu atışma adi atışmalara bənzəmirdi, bu atış-
mada hələ xeyli vaxtdan sonra düşmən tərəfi
susdurulacaqdı. Artıq yaralananlar, ölənlərin
sayı bir - birini mütənasib sürətdə təqib etməyə
başlamışdı. İtginlər də var idi. Çünki, bəzi
əsgərlər ya qarşı tərəfə cürət edib keçirdi, ya da
qarşı tərəf onları gizlin əsir götürürdü. Bəlkə də
gedib qayıtmağa nail olanlar da olurdu.
Raufla yoldaşlarının mövqeləri çox yaxın
idi. Onlar əvvəlcə bir – biriləri ilə təmas qura
bilsələr də, sonradan bu qarmaqarışıqlıq onları
tədricən ayırdı.
Səhərə qədər atışma davam edirdi. Bir neçə
saat atışmadan sonra düşmən tərəfi susdurul-
muş və cəbhə bölgəsində sakitlik bərqərar
olmuşdu. Ancaq ard - arda atışma olacağından,
yeni bir atışmanın başlamayacağından heç kəs
sığortalanmamışdı. Ona görə əsgərlər mövqelə-
rində dayanıb düşməni pusurdular. Komandir
əsgərlərinə çağırış edərək müntəzəm olaraq
51
onları döyüşə ruhlandırırdı. Atışmadan sonra
yaralılar çox olmuşdu. Ölənlər də var idi.
Yaralılara yardım olunurdu, ölənlər və itkin
düşənlərin adları qeydə alınmışdı. Təhmaz ağır
yaralanmışdı. Onu digər yaralı əsgərlərlə birlik-
də qospitala göndərdilər. Təhmaz iki güllə
yarası almışdı, əməliyyat olunduqdan sonra
qospitalda yatırdı. Atışmadan bir neçə gün
keçmişdi. Komandir qospitaldakı yaralı əsgər-
ləri ziyarət etməyə gəlmişdi. Bu ağır şəraitdə
əsgərlərin ailələrinə nə ölənlər, nə yaralananlar,
nə də ki, itkin düşənlər barədə xəbər verilmə-
mişdi. Komandir burada yatan bütün əsgərləri
yaxşı tanıyırdı. Təhmazla görüşəndə isə, Təh-
mazın ona ilk sualı bu olmuşdu: - Dostlarım...
Dostlarım hanı? (Onun həyəcanı yarasını unut-
durmuşdu)
Komandir: Sakitləş! Hamısını deyəcəm sə-
nə. (Əsgərin başı üzərində ayaq üstə dayanan
komandir stulu çəkib onun yanında əyləşdi)
Çox təəssüf ki, Rafiqi itirmişik, (komandir Təh-
mazın əlini tutmuşdu) o, şəhid oldu, Vətəni
uğrunda şəhid oldu. Bizim tərəfdə vurublar,
ürəyindən bir güllə… Deyilənlərin ardından
Təhmazın gözündən yaş axmağa başladı. Göz-
ləri yaşlı, tavana zilləyib qalmışdı:
52
- Bəs valideynləri bilir?
- Yox, hələ bilmirlər. Ümumiyyətlə burada –
cəbhədə olanlardan əsgərlərin valideynləri xə-
bərsizdirlər. Təhmaz gözünü tavandan ayırıb
cəld komandirə baxdı:
- Bəs Rauf?
- Raufun adı ölən əsgərlərin siyahısında
yoxdur, ancaq sağ olduğunu da bilmirik.
- Necə bəyəm? Onda itkin düşüb?
- Hə!
Təhmaz nə deyəcəyini bilmirdi, susdu və
sonra yenidən danışmağa başladı: Rauf tapı-
lacaq, özü də sağ – salamat. Mən buna əminəm,
o, yenə gözündən yaş axıtmağa başladı.
- Yaxşı, yaxşı kişisən, ağlama! Məgər sizin
üçün ən şərəflisi şəhid olmaq deyilmi?
- Cənab komandir, o, itkindir, ölməyib.
- Bilirəm itkin olduğunu. (Komandir titrək
nəfəsini sinəsinə çəkdi)–Demək istəyirəm ki,
oğlum, Rauf ya sağ tapılacaq, ya da şərəfli
yolun yolçusu olacaq.
Bir neçə saniyəlik araya sükut çökdü və
Təhmaz yenidən dilləndi:
- Bəs ailələrimiz bundan nə vaxt xəbər
tutacaqlar?
53
- Bir-iki günə xəbər veriləcək onlara. (Əli ilə
Təhmazın əlini sıxıb) – sən darıxma, inşallah
Rauf da qayıdacaq, əgər əsir düşübsə, onu
mütləq geri almağa çalışacağıq. (Komandir
ayağa qalxdı.) O, əsgərlərilə çox səmimi idi,
onlarla quru, rəsmi rəftara deyil, tam səmimiy-
yətə yol verərdi. Bəzən bölük əsgərləri ona
sadəcə Ağabala dayı deyə müraciət edərdilər.
- Yaxşı mən gedim o biri əsgərlərlə də
görüşüm. Sən dincəl yaxşı olacaqsan.
- Sağ ol, Ağabala dayı. Allah razı olsun
sizdən (Əsgərlər üçün onu dayı deyə çağırmaq
düzgün olmasa da, mövcud şəraitdə komandir
buna etiraz etmirdi).
Cəbhə bölgəsində bir ara durğunluq yaran-
mışdı. Artıq yaralanmış əsgərlər də, yavaş–
yavaş evlərinə göndərilirdilər. Təhmaz demək
olar ki, tam sağollaşmışdı, ailəsi xəbər tutan
kimi özləri gəlib onu aparmışdılar. Həkim
ambulator müalicə üçün buna icazə vermişdi.
Dövlət kanalları düşmənlə sərhəddəki vəziy-
yətlə bağlı hər gün xəbər verirdilər. Raufun
yaxınlarının da onunla bağlı xəbəri eşitməsinin
54
vaxtı gəlmişdi. Televiziya kanallarında ölən və
itkin düşmüş əsgərlər barədə xəbərlər yayıl-
mağa başladı. Kanallarda onların adlarının si-
yahısı nümayiş olunurdu. Bu an Raufun anası
Şamama xanım gözü yaşlı, həyəcanla divanda
əyləşib televizoru izləyirdi. Ən azından oğlu-
nun ölüm xəbərini eşitmək istəmirdi. “Çox
şükür, balamın adı ölən əsgərlərin siyahısında
deyil” – deyə sevinirdi. Bu xəbərin ardından
elə həmin gün Səriyyə xanım və onu qızı
Elnarə Şamama xanımgilə gəldilər. Bir az
sonra Elşənlə Nicat da burada idilər.
Səriyyə xanım: - Ürəyini üzmə ay bacı heç
olmasa itkin düşdüyünü bilirik. Allahdan ümi-
düni üzmə. Dünyanın işidir də. İnşallah sağ-
salamat Rauf balamız geri qayıdacaq bir gün.
Gözündə yaşlar dinməyən Şamama xanıma
Elnarə də qoşulmuşdu.
- İndiyənə kimi kim qayıdıb ki, ay bacı –
(Şamama xanım ağlayan səsini güclə içində
boğa-boğa danışırdı) - məgər oğlumun rəhmət-
lik atasıyla, Mahir qardaş da belə olmadılarmı?
Onlar da itkin düşmüşdü, üstündən 20 ilə yaxın
vaxt keçib hələ yoxdular. Nə diriləri, nə də
ölüləri var. (Mahir Elnarənin atası, Səriyyə
xanımın həyat yoldaşı idi.) İndi bircəcik oğlu-
55
mun da başına bu hadisə gəldi. Bunu demiş,
Şamama xanım hönkür - hönkür ağlamağa
başladı.
- Ağlama xala,(Şamama xanımın ağlamağı
Elnarəyə də çox təsir etmişdi) sən yenə də
ümidini üzmə.
Bu anda söhbətə Elşən qoşuldu: -Elnarə
haqlıdır, siz ümidinizi üzməyin. Əgər oğlunuz
əsir düşübsə, bu onun üçün daha yaxşı ola
bilər.
Şamama xanım bir az sakitləşdi:
-Necə beyəm?
Düşmənin əsiri olduğu kimi, bizim də əsir-
lərimiz var. Ona görə də, gələcəkdə əsirlər də-
yişdiriləcək. Belə olan halda Raufu geri ala
bilərik. Bunun üçün ən azından düşmən əsgər-
lərinin bizdə olan cəsədləri də kifayət edər.
- Yaxşı biz necə bilək ki, Rauf əsirdir?
(Şamama xanım burnunu çəkdi)
- Mən əsgərlikdə leytenant olmuşam, tanı-
şım çoxdur orada. Elə burda da hərbi komis-
sarlıqda tanışlarım var, onlardan öyrənə bilə-
rəm.
Nicat əyləşdiyi stulda Elşənə sarı çönüb ona
diqqətlə baxdı: - Onu öyrənmək mümkündür
ki?
56
- Nicat, əslində çətin olacaq öyrənmək, an-
caq dostum üçün mən bunu edəcəm.
Elşən üzünü yenidən Şamama xanıma tut-
du. Mən sizi Raufla bağlı xəbardar edəcəm. Siz
narahat olmayın.
Elşən məsələyə aydınlıq gətirdikdən sonra
Şamama xanım bir az sakitləşdi: - İnşallah
oğlum, İnşallah...
Bir müddət araya sükut çökmüşdü. Heç kəs
danışmırdı.
- Yaxşı ana, biz gedək. (Elşənlə Nicat ayağa
qalxdılar.) Elə mən indi Rauf haqqında xəbər
almağa gedirəm, siz ürəyinizi buz kimi sax-
layın, biz də sizin oğlunuz! Nə vaxt bir şey
lazım olsa biz həmişə hazırıq.
- Sağ ol bala, Allah razı olsun sizdən.
Dostlar bayıra çıxandan sonra qapının
ağzında Nicat növbəti dəfə Elşəndən soruşdu:
- Doğrudanmı öyrənə biləcəksən?
- Bilirsən Nicat, əslində əmin deyiləm.
- Yəni yalan dedin?
- Yox, o qədər də yalan demiş sayılmıram.
Mənim tanışım həqiqətən də çoxdur. Erməni
əsgərini öldürdüyümə görə əsgərlikdə bir az
şöhrətim və hörmətim var idi, sadəcə buna
görə. Bir neçə saniyədən sonra Elşən dedi:
57
(Onlar gedə-gedə söhbət edirdilər) - Başa
düşmürəm, niyə belə təəccüblənirsən, sən ki,
əsgər olmusan!?... Ən azında sənin bu işə inan-
mamağın normal deyil.
- Yox, təəccüblənmirəm. Sadəcə olaraq,
Raufgildə dillənmədim, amma demək istəyirəm
ki, Raufla bağlı mənim də ümidim azdır.
- Daha sən ümidini kəs, mən ümidimi kə-
sim. Onda Raufu kim axtarsın hə? Nicatın
məsələyə laqeyd münasibəti Elşənə göründüyü
kimi təsir etmişdi, ancaq Elşən yenə də dostu
Raufa biganə hislərdən qaçırdı.
- Yaxşı. Nicat, mən çatdım evə. Gəl bizə
söhbətimizi davam eləyərik.
- Yox, mən getməliyəm, işdən çağırıblar.
Sən Raufla bağlı mənə xəbər verərsən, çalışa-
cam mən də bir şey öyrənim. (Nədənsə, Nicat
Elşənə yalan söylədi, onun həmin günü bir işi
yox idi.) Oldu, görüşərik.
Elşən bir az şübhəli nəzərlərlə Nicatı başdan
ayağa süzdü. Nicatın davranışı onun xoşuna
gəlməmişdi:
- Yaxşı, görüşərik.
Ardınca Elşən də evlərində çox qalmadı.
Elşənin anası Məhbarə xanım da, Raufu öz
58
balası kimi çox istəyirdi. Oğlunun gəldiyini
görəndə, ondan soruşdu:
- Elşən, oğlum nə oldu, Raufdan bir xəbər
varmı?
- Yox ana, elə bildiyimiz kimi itkindir.
Amma, ola bilsin ki, əsirlikdədir, yəni sağdır.
Mən indi gedirəm məsələni aydınlaşdırmaq
üçün hərbi komissarlığa. (Elşən evdən çıxmağa
hazırlaşırdı).
- Elə mən də çıxıb Şamama xanımın yanına
gedirdim.
- Get! Səriyyə xala ilə qızı da ordadırlar.
- Oğlum! İnşalah yaxşı xəbərlərlə qayıdar-
san. (Deməyi ilə ana qapıdan çıxan oğluna
səsləndi).
Raufgilə Mehbarə xanımla Nicatın anası da
gəlmişdi. Bir tərəfdən əsgər anaları Raufun
anasına ürək–dirək verirdilər, digər tərəfdən
Elnarə Şamama xanımın yanında dayanıb,
hərdən o da bir-iki kəlmə deyirdi. Bütün
bunlarla bərabər Səriyyə xanımla Şamama
xanımın arasında olan gizli baxışlar da, qonaq-
ların gözündən yayınmırdı. Sanki, bir məsələ,
59
əslində açıq – aydın bir məsələ onların yadına
düşmüşdü. Elnarə ilə Rauf məsələsi.... Amma
əslində indi bu məsələnin yeri deyildi. Xanım-
lar söhbət edirdilər. Artıq iki saatdan çox vaxt
keçmişdi.
Elşən komissarlıqdan qayıdıb evlərinə gəl-
mişdi. Bir az tələskən görünürdü. Dərhal əlini
cibinə saldı və telefonunu götürdü və ilk öncə
Nicata zəng etdi: Alo, Nicat! Hardasan?
- İşdən qayıdıram, yoldayam.
- Tez bir başa bizə gəl
- Yaxşı gəlirəm, nə olub? Niyə belə təlaş-
lısan?
- Sən gəl, deyəcəm.
- Oldu, gəlirəm.
Elşən telefonun söndürdü və cibinə qoymaq
istəyəndə, təzədən Nicatın nömrəsini yığdı:
- Nicat, sən bir başa gəl Şamama xalagilə. Mən
də ora gedirəm.
- Yaxşı gəlirəm ora.
Elşən Raufla bağlı yeni xəbər gətirmişdi. Və
istəyirdi ki, bunu birlikdə hamıya desin.
- Artıq bir neçə dəqiqədən sonra onlar Şa-
mama xanımın evində idilər. Şamama xanımın
bir-iki qohumu da artıq burada idi. Elşən yeni
xəbəri deməyə hazır idi. Hər kəs gözünü ona
60
zilləmişdi. Elşən həyəcanla gözlərini ona zillə-
miş adamlara göz gəzdirib sözə başladı:
- Mən buradan çıxıb getdim bir başa dedi-
yim yerə, əvvəlcə tanış hərbçi yoldaşlarımı tapa
bilmədim. Sonra komandirimlə əlaqə saxlayıb
onun icazəsi ilə bir şey öyrənə bildim.
Şamama xanım səbirsiz davranırdı: - Hə, de
görüm nə öyrəndin?
- Şamama xala! Mənə dedilər ki, – Elşən
solğun mimikasını dəyişmədi – Mənə dedilər
ki, bir neçə əsgərimizlə birlikdə Rauf da sağdır
və düşmən əlində əsirdir. Bunu eşidcək salonda
hər kəsin üzünə təbəssüm gəldi. Buna baxma-
yaraq, Elşənlə Nicat o qədər də gülümsəyə
bilmirdilər.
- Əslində yaxşı xəbərdir bu, Nicat dilləndi: -
amma o ki, qaldı Raufun azadlığına...
- Raufun azad olma ehtimalı var. (Elşən
Nicatın sözünü kəsdi.) Şamama xala, sadəcə bu
bizdən bir az vaxt tələb edir, gözləməliyik.
Bizə səbr etmək qalır.
Həmin an Şamama xanımın Raufun dostla-
rına etdiyi minnətdarlığının həddi yox idi. O,
bircə həyat yoldaşının başına gələnlərin oğlu-
nun da başına gəlməsindən qorxurdu.
61
Bir azdan qonaqlar getdilər. Şamama xanım
tək deyildi, onun qohumları onun yanında idi-
lər. Elşən Şamama xanıma həqiqəti desə də, o,
bir şeydən narahat idi, qorxurdu ki, əsirlikdə
Raufun başına min cür oyun açarlar, bəlkə də
sağ qoymazlar. O, Raufu uşaqlıq dostu, qardaşı
bilirdi.
Zamanın küləyi bir qədər əsmişdi...
Rauf və əsgər yoldaşları əsir düşəndən bir
neçə ay sonra onları sərhədə yaxın olan bir
posta gətirmişdilər. Deyəsən, iki tərəfli razılaş-
ma baş tutmuş və onları erməni əsirləri ilə
dəyişərək azad edəcəkdilər. Lakin Rauf və
digər əsirlər bundan xəbərsiz idilər. Onlar geniş
bir salonun qaranlıq otaqlarında saxlanırdılar.
Burada saxlanılan əsgərlərə erməni əsgərləri
zülm yaşadırdılar. Yoldaşlarına edilən zülmlər
Raufu da həmin an tezliklə haqlıyacaqdı, elə
isə belə bir psixoloji gərginliyin hökm sürdüyü
şəraitdə sıra ona çatana qədər nə isə fikirləş-
məyə çalışırdı. Ermənilər digər əsgərləri döyür,
onları öz dillərində təhqir edirdilər. Rauf isə bu
zülmün səsindən təşvişə düşmür, əksinə sakit
halda diqqətini bir nöqtəyə verib bir çıxış yolu
62
axtarırdı. Onun olduğu yer xarabalıq, qaranlıq
bir otaq idi. İçərisi zibilxanaya oxşayırdı. Bu
gənc əsgərin əlləri kürəyində çarpaz şəkildə
bağlanmışdı. Otağın qapısı ilə üzbəüz divara
söykənmiş halda yerə çökmüşdü. Qapının bir
qədər böyük olan deşiyindən Raufun olduğu
qaranlıq otağa, onun düz sifətinə işıq düşürdü.
Çox yorğun idi. Bir az keçmişdi artıq qonşu
otaqdakı əsgərin döyüldüyünü eşidəndə sıranın
özünə çatdığını anladı. Rauf erməni əclaflarının
payını verəcəkdi. Çünki, o bunu özünə illər
öncə söz vermişdi. Bunun üçün ilk öncə tez bir
zamanda düşdüyü vəziyyətdən çıxış yolu tap-
maq lazım idi. Elə bu vaxt gözü zibillərin
arasında, barının küncündə dayanan boş araq
şüşəsinə sataşdı. Yerindən tərpənib sürünə -
sürünə butulkaya yaxınlaşdı. Ayağı ilə ona
zərbə endirərək sındırdı. İndi yerdə səpələnmiş
şüşə qırıntılarına baxırdı, onlardan birini götü-
rüb əlini bağlı saxlayan ipi kəsməyə başladı.
Artıq qonşu otaqdan çıxan erməni əsgərləri
sonuncu qapıya doğru addımlayırdılar. Onlar 3
nəfər idilər. Rauf dayanmadan ipi kəsməyə
çalışırdı. Bu zaman onun olduğu otağın qapısı
açıldı. Rauf hələ ipi kəsib qurtarmamışdı. İçəri
63
daxil olan əsgərlər onun yaxasından tutub sürü-
yərək otaqdan çıxardılar. Rauf dərhal ipi
kəsməyə çalışdığı əlindəki şüşə qırığını kü-
rəyində, şalvarla qayışının arxasında gizlətdi.
Onu bayıra çıxarıb divara dayadılar, erməni
əsgərləri öz dillərində bir – birlərinə nəsə deyir-
dilər. Deyəsən, hansısa məsələdə qərarlaşa bil-
mirdilər. Nə isə... Əlinə düşmüş bu fürsətdən
istifadə edən Rauf şüşəni kürəyindən çıxarıb ipi
kəsməyə davam elədi. Çox az qalmışdı və
nəhayət ipi kəsdi. Bunu bildirməmək üçün
Rauf qollarını tərpətmədi və əllərini çarpaz
vəziyyətdə saxlamağa davam elədi. Erməni
əsgərinin biri silahını kürəyinə atıb Raufa doğ-
ru yaxınlaşdı. Raufun əllərinin bağlı olduğunu
düşünən erməni əsgəri onun yaxasından yapışıb
özünə doğru çəkmək istəyəndə Rauf qəfil
əllərini kürəyindən götürüb ayağının baldır
nahiyəsində gizlədiyi pıçağı çıxardı və ermə-
nini yerə yıxıb onun boğazına dirədi. Təlaşa
düşən digər erməni əsgərləri bir şey edə bilmir-
dilər. Rauf onların silahlarını yerə atmalarına
müvəffəq oldu. Belə olan halda boğazına pıçağı
dirədiyi əsgərin də silahını götürüb yanına
qoydu. O, silahı niyə kənarında özünə yaxın
64
yerə qoyduğunu bilmirdi, Rauf çox həyəcanlı
idi. Bəlkə də o silahla orada olan digər erməni
əsgərlərini öldürmək fikrindən keçmişdi. An-
caq buna nail ola bilmirdi.
Həyəcanlı, həyəcanlı olduğu qədər də təhlü-
kəli an yaxalamışdı Raufu. Bir anlıq anası
Şamama xanım, sevgilisi, dostları yadına düş-
dü. Ancaq onları düşünməyin yersiz olduğunu
anlayan əsgər bıçağı əlində möhkəm saxla-
mışdı. Həyəcanlı görünsə də düşmənə olan
qəzəbi onu şux vəziyyətdə saxlayırdı.
Erməni əsgərləri silahlarını yerə atmışdılar.
Rauf rusca danışdı: Silahları bura itələyin –
Qəzəbli halda – Tez! – Rauf artıq həyəcanını
gizlətməyi bacarmırdı. Ürəyinin döyüntülərin
sürəti artmışdı. Görünür düşmənə olan qəzəbin
köməyi də itirdi. Yox əsla. Qəzəb sönməmişdi,
sadəcə Rauf əlinin altındakı əsgəri eyni vəziy-
yətdə çox saxlaya bilməyəcəyini bilirdi. Bunu
düşündükcə beynindən sürətlə sovuşan taktiki
düşüncələri tuta bilmirdi, ona görə də qorxu
hissi ona güc gəlirdi. Bu ölmək qorxusu deyil
idi, alçaqlara məğlub olmaq qorxusu idi. Rauf
onların əlində öləcəyini bilsə dərhal bıçağını öz
ürəyinə sancardı. Ancaq indi heç nə dəyiş-
65
məyib, Rauf isə getdikcə daha çox həyəcan-
lanırdı. Gicgahından süzülən damcılar bunun
bariz nümunəsi olmuşdu.
Bunu hiss eləyən erməni əsgərləri də özlə-
rini sakit aparmağa çalışırdılar. Bu vəziyyət
Raufa psixoloji təsir edirdi.
- Sizə demirəm silahlar itəliyin əclaflar! Ra-
uf onları qorxutmaq üçün bıçağı ilə erməninin
boğazını azca cızdı. Əlinin altında bayaqdandır
zarıyan erməni əsgəri yoldaşlarından imdad
diləyirdi. Yoldaşının hədsiz zarımasına hövsə-
ləsiz davranan ermənilərdən biri gözlənilmədən
belində gizlədiyi tapancasını çıxarıb boğazına
bıçaq dirənmiş erməni yoldaşına bir neçə güllə
atdı.
Araya bir anlıq sükut çökmüşdü. Əsgər yol-
daşının bu hərəkətindən yerində donub qalmış
digər erməni öz dilində yoldaşına qışqıraraq
nəsə deyirdi.
İndi iki nəfər qalmış erməni əsgərlərini
həyəcan, qorxu bürümüşdü. Raufun əlinə bəlkə
də belə bir fürsət heç vaxt düşməyəcəkdi. Ölən
əsgərin silahını nəyə görə öncədən yanında
saxladığını anlamışdı. Üstündə uzanıb qalmış
leşi kənara itəliyib cəld hərəkətlə AKM silahını
66
əlinə aldı və gözünü belə qırpmadan önündə
dayanmış ermənilərin bədənlərini deşik – deşik
etdi. Rauf nə etdiyinin fərqində deyildi. Bir
neçə saniyədən sonra özünü toplayıb avtomatı
kənara atıb öz bıçağını götürdü və həbsdə olan
əsir dostlarının yanına qaçdı. Raufdan əlavə bu-
rada 3 əsir əsgər də var idi. Tələsmək lazım idi.
Əslində düşmən əsgərləri bir an əvvəl bura-
ya gəlmədən Raufun qaçıb, oradan çıxmaq
imkanı vardı. Lakin o bunu etmədi. Yoldaş-
larının bir – bir otaqlardan çıxardıqdan sonra,
onların əlləri bağlanmış ipi kəsdi. Döyülmüş
əsgərlər halsız vəziyyətdə yerdə oturub qalmış-
dılar. Görünür, onları bərk döymüşdülər. Vaxt
çox az idi. Rauf bir an əvvəl özünü də, yol-
daşlarını da oradan çıxarmalı idi. Sərhədə - öz
postlarına qədər məsafə çox az idi, amma əsgər
yoldaşlarını orada qoyub gedə bilməzdi. Sanki
şeytan ona qaç canını qurtar deyə pıçıldayır,
onsuz da bunları apara bilməyəcəksən – deyə
onu fikrindən daşınmağa sövq edirdi. Rauf bir
anlıq anasını, dostlarını, onu gözləyən sevgilisi-
ni fikirləşdi. Həmən an oradan qaçıb getmək
istəyirdi, ancaq düşündü ki, axı bu yoldaşların
da yaxınları, gözləyənləri var, onların da həs-
67
rətini çəkənlər var. Tez geri qayıdıb avtomatı
əlinə aldı və digər silahları da yerdən qalx-
maqda çətinlik çəkən əsgərlərə verdi. Artıq gec
olmuşdu, bu zaman qayıtmaq haqqında düşün-
mək yersiz idi.
Tezliklə erməni əsgərləri gələcəkdi. Əsgər-
lər güclə yerlərindən tərpəndilər və bayıra çıxış
qapısının içəri tərəfindən kənarında düzüldülər.
Döyülməkdən üz – gözləri qana boyanmış əs-
gərlərin hər üçü və Rauf əllərində silahla,
erməni əsgərlərinin gəlib içəri daxil olmasını
gözləyirdilər. Bu vaxt bayırdan atışma səsi
eşidildi. Rauf və dostları ilk öncə nə baş ver-
diyini anlamasalar da, bir neçə saniyədən sonra
vəziyyəti başa düşmüşdülər.
Əsgərlərimiz bura gəliblər – Rauf təəccüb
içində həyəcanla qışqırırdı – onlar buradadırlar,
qardaşlarım! – yaralı əsgərlərə baxdı. Yoldaş-
larının vəziyyətindən hali olan Rauf bu atış-
maya tamaşaçı kimi qala bilməzdi. Əlindəki
AKM-i yerə atdı və onun üçün daha yüngül
olsun deyə öldürdüyü erməninin yumulmuş
əlindəki tapancanı götürdü və ehtiyatla qapıdan
bayıra çıxdı. Atışma davam edirdi. Rauf artıq
bayırda ermənilərin arasında idi. Bu cəsarətinin
68
ona nə verəcəyini belə düşünmədən bütün
fikrini hazırki, vəziyyətdə cəmləmişdi. O,
yavaş – yavaş, ehtiyatla hərəkət edirdi, daha
doğrusu yerlə sürünə - sürünə gəlib səngərə
çatmışdı. Lakin səngərin içinə düşə bilməzdi,
çünki, belə bir şəraitdə bütün erməni əsgərləri
səngərdə yer almışdı. Buna baxmayaraq o bura
düşməli idi, tək başına qəhrəmanlıq etmək
istəyir, hətta, ölməkdən belə qorxmurdu, bu
ərən. Bəlkə də Şəhidliyə ucalmaq şərəfi ondan
bütün bu qorxuları almışdı. Çox gözləmədən
səngərə düşdü. Düşməyi ilə bir neçə saniyə
sonra belində saxladığı bıçağı ilə bir erməninin
boğazını kəsdi. Bir tərəfdən həyəcan, digər
tərəfdən əzmkarlıq, qorxmazlıq onu pusurdu.
Atışma hələ davam edirdi. Rauf səssiz ad-
dımlarla səngərdəki “dod”a yaxınlaşdı. Orada
iki erməni əsgərini əks tərəfə atışma apararkən
görürdü. Bu zaman tapancasına əl atan Rauf
onlardan birini vurub yerə sərdi və “dod”da
dayanan digər əsgər cəld atılıb küncdə gizləndi.
Ölən erməni əsgərinin silahı “dod”un düz girə-
cəyində yerə düşmüşdü, gizlənmiş erməni isə
onu götürməyə ürək eləmirdi. Çünki, silah
açıqda idi və Rauf onu görürdü. Düşməninin
69
silahsız olduğunu anlayan Rauf astaca ona –
“dod”a doğru addımladı. Oraya çatanda küncə
qısılmış erməninin qorxusundan ağladığının şa-
hidi olmuşdu. Onu həmin an öldürə bilərdi. Əli
erməni öldürməyə öyrəşmiş Rauf üçün bu adi
hal almışdı artıq, buna baxmayaraq onu vur-
mağa tələsmirdi. Erməni isə küncə qısılmış
ağlaya – ağlaya öz dilində Raufa nəsə deyirdi.
Dilini başa düşməsə də, onun nə istədiyi Raufa
bəlli idi. Onun zarıltısı Raufa təsir eləmişdi,
ona görə də atəş açmağı bir qədər ləngitdi. Bu
anda “dod”dan bir neçə metr kənarda, səngərdə
atəş səsi eşidildi. Zarıyan erməni bu səsdən
sonra susmuşdu. Əlindəki tapancanı erməniyə
tuşlayıb qalan Rauf çömbəlib səngərin o tayına
boylandı, bu zaman orada həmin yaralı yoldaş-
larını gördü. Qürur hissi Raufu necə cənginə
almışdısa yanında - yerdə oturuqlu vəziyyətdə
qalmış əsgəri də unutmuşdu və ona tuşlanan
silahını biixtiyar aşağı saldı və dönüb yoldaş-
larına tərəf yüyürdü. Yoldaşlarını qucaqlayıb
bağrına basmağa tələsən Rauf bir şeyi
unutmuşdu, bu onun “dod”da qoyub getdiyi
erməninin yanındakı silah idi. Bayaqdandır
küçük kimi zarıyan həmən erməni əsgəri silahı
70
cəld götürdü və Raufa tuşlamağı ilə atəş açdı.
Güllə Raufun sağ qolunu sıyırdı və ardınca
onun yoldaşlarından biri əlindəki TŞK-dan atəş
açaraq erməni köpəyini gəbərtdi.
Onlar səngərdən yuxarı qalxanda Azərbay-
canlı əsgərlərin bunlara tərəf gəldiklərini gör-
dülər. Artıq təhlükə sovuşmuşdu. Onlar sərhəd-
di keçərək öz postlarına qayıtdılar. Geridə
qalan isə bir neçə erməni əsgərinin meyidləri
olmuşdu.
Görünür ermənilər özləri – özlərinin başına
oyun açmışdılar. Əvəzində onların əsir yoldaş-
ları qalmışdı, bir neçə əsgəri isə ölmüşdü.
Yəqin ki, bundan sonra erməni xalqı bu
atışmada həlak olmuş əsgərlərinə əsirlikdə olan
digər əsgərləri xilas edə bilmədiklərinə görə
rəhmət yox, lənət oxuyacaqlar.
Şamama xanım oğlun vəziyyətindən çox
nigaran idi, neçə aydır ki, yaxınları tərəfindən
ona verilən təskinliklərlə yaşayırdı. Nə vaxtsa
oğlunun qayıdacağına çox ümid edirdi. Belə də
olmuşdu, Rauf artıq azad idi. Amma bundan
hələ heç kimin xəbəri yox idi. Erməni postunda
71
baş verən hadisədən bir neçə gün keçmişdi.
Elşənə Raufla bağlı xoş xəbəri isə onun
komandiri vermişdi. Elşənə şəxsən özü zəng
edən komandir ona Raufun azad olduğunu və
hazırda onun yanında dayanmış olduğunu
söylədi. Eşitdiyi xəbərdən bir anlıq yerində
donub qalmış Elşən komandirin telefonda bir
neçə dəfə çağırışından sonra dilləndi:
- Alo eşidirəm cənab komandir, siz dediniz
ki, Rauf ordadır? – təəccüblü halda – o, yanı-
nızdadır?
- Bəli oğlum! yanımdadır – komandir yanın-
da dayanan Raufa baxırdı – ancaq o, indi da-
nışmaq istəmir, deyir ki, bir başa üzünüzü
görmək arzusundadır.
- Oldu. Yaxşı. Mən bu bir azdan hərbi
komissarlıqda olaram – deyib komandirlə
sağollaşdı və Raufun dalınca getdi.
Elşənin sevincinin həddi - hüdudu yox idi.
Dostunu görəcəkdi, daha çox isə ona görə
sevinirdi ki, ən əsası bir əsgər övladının ana-
sına qovuşmasında vasitəçi olacaqdı. Onun
üçün bu həyatının ən önəmli anı idi bəlkə də.
Komissarlıq onların yaşadığı əraziyə yaxın idi.
Elşən evdən tələsik çıxıb getdi. O qədər tələsdi
ki, komandirlə danışığı bitirməyi ilə evdən çıx-
72
mağı bir olmuşdu. Anası Mehbarə xanım oğlu-
nun bu təlaşını səbəbini belə soruşmağa macal
tapmadı.
Artıq yarım saatdan sonra Elşən komis-
sarlıqda idi. İlk oncə o, elə dəhlizdə komandiri
Ağabala müəllimlə görüşdü. (Ağabala müəllim
həm Elşənin, həm də Raufun komandiri ol-
muşdu).
Elşən həyəcanlı görünürdü:
- Cənab komandir Rauf hanı? O buradadır?
Komandir gülümsəyərək təmkinlə danışırdı
– indicə apardılar, sonuncu dəfə həkim müayi-
nəsindən keçməlidir.
- Nə yaxşı oldu, mən onun qayıdacağına və
bu xəbəri məhz sizdən eşidəcəyimə çox ina-
nırdım dayı. Komandir Ağabala müəllim ona
dayı deyilməsinə yenə də etiraz etmirdi.
- Ümidlərin sonu bəzən yaxşı qurtarır,
oğlum – o, əli ilə Elşənin çiyninə toxundu –
Sonuncu ölən ümidlərdir deyirlər.
Onlar Raufu gözləyərkən komandir Elşəni
ofisinə dəvət etdi. Bayaqdandır ayaq üstə
söhbət eləyən komandirlə onun keçmiş əsgəri
keçib içəridə əyləşsinlər. Komandir iki çay
gətizdirdi.
73
- Bilirsənmi oğlum əslində Raufu erməni
əsgəri ilə dəyişməmişik, daha doğrusu buna
ehtiyac qalmadı.
- Necə yəni? Özləri qaytardılar?
- Sənin kimi ağıllı əsgərimdən bu sualı heç
gözləməzdim – komandir bir az ciddi, bir az
zarafatyana söylədi: – Ən azından sən, o ermə-
ni köpəklərinə çoxlarından daha yaxşı
bələdsən. Ermənidə vicdan nə gəzir ki, düşmən
əsgərini buraxsınlar.
Elşən təəccüblü sifət almışdı: – Amma Ağa-
bala dayı mənim təcrübəmə arxalansaq belə
olmayan halda gərək Raufu və digər əsirləri
düşmən postuna keçib döyüşməklə geri alaq.
- Bax indi səndən razı qaldım – komandir
gülümsəyirdi.
- Yəni atışma olub? Elşən təəccüblü vəziy-
yətini dəyişməmişdi. Əsgərlərimiz düşmənin
postuna geçiblər?
- Bəsdir, daha sual verdin.
Artıq çaylar da gəlmişdi. Komandir çaydan
bir qurtum aldı: “Mən fəxr edirəm ki, dövlə-
timizin, Vətənimizin həqiqi, qəhrəman əsgər-
ləri var, Rauf da onlardan biridir.” Komandir
danışarkən Elşən diqqətlə onu dinləyirdi. Lakin
74
komandirin mətləbə gəlmədiyini görüb səbir-
sizliklə dilləndi:
- Xahiş edirəm, danışın görüm Rauf nə
igidlik göstərib?
- Təbii ki, dostunun göstərdiyi igidliyi.
(Komandir Elşənin özünü nəzərdə tuturdu).
- Yəni erməni əsgərini öldürüb?
- Tamamilə doğrudur oğlum, (komandir
çaydan bir qurtum daha aldı) özü də 3 erməni.
Bilirsən məndən olsa bir komandir kimi böyük
şərəf hissi ilə bu cəsarətli igidimizi, burada –
hərbidə saxlayardım, amma təəssüf ki, Raufun
özü istəmədiyi halda hərbidə qala bilməz. Həm
də ki, artıq o hərbi xidmətini bitirmiş sayılır.
- Siz narahat olmayın o, vətənpərvər biridir.
Növbəti dəfə çayının dadına Elşən baxdı:
“Bəlkə onun qərarı siz istədiyiniz kimi olacaq,
cənab komandir. Bilmək olmaz”. Elşən bir
neçə illik dostunu yaxşı tanıyırdı, ona gorə də
onun əvəzinə danışmaqdan çəkinmirdi.
- Olsun. Lap yaxşı olar.
- Yaxşı. Bəs Raufla onun yoldaşları necə
xilas oldular əsirlikdən, yəni hadisə necə baş
verdi? Deyirsiniz ki, onları atışma ilə xilas
etmişik.
75
- Hə. Doğrudur, əslində bu hadisə bizim
yox, ermənilərin xeyrinə bitmiş olsaydı, yəni
itkiləri onların yerinə biz versəydik, mənə heç
vaxt icazə verməzdilər ki, bunu kiməsə
danışım.
- Başa düşürəm – Elşən başını yellədi.
- İndi ki, belə olmayıb elə isə mən indi sənə
hamısını danışacağam – Komandirin çayı
soyumuşdu. O, yenisini istədi və hadisəni
ətraflı şəkildə danışmağa başladı.....
Təxminən bir saat keçmişdi. Birdən koman-
dirin qapısı döyüldü və otağa adi vətəndaş
geyimli bir gənc daxil oldu. Elşən tez yerindən
dikəldi və ona sarı baxdı. Bu Rauf idi.
Sevincindən gözləri dolan Elşən dostunu
bağrına basdı. Birazdan bu iki dost koman-
dirləri ilə xüdahafizləşib gedirdilər. Onlar qapı-
dan çıxanda Komandiri arxadan Raufu səsləyib
ona: Rauf! Oğlum, sən fikirləş – dedi.
- Oldu cənab komandir– Rauf gülümsədi –
fikirləşərəm.
Rauf da, Elşən də komandirin nəyi nəzərdə
tutduğunu yaxşı bilirdilər. Rauf kimi əzmkar və
nümunəvi bir zabit Vətənə çox lazımdır.
Rauf anasını və sevgilisini görmək üçün
tələsirdi. Anasını görənədək, sevgilisini isə El-
76
şənin dediklərinədək.... Onlar avtobusa min-
dilər. Rauf uşaqlıq xatirələrinin qaldığı bu
şəhərdən ötrü çox darıxmışdı. O, Qarabağ adlı
bir diyarda göz açsa da burada böyüyüb boya –
başa çatmışdı. Avtobusda gedəndə Rauf
pəncərədən bayırı seyr edirdi. Sonra yanında
əyləşmiş dostuna çönüb baxdı. Onu daldığı
xəyallardan ayırmaq istəməyən Elşən, Raufun
ona baxdığını görəndə danışmağa başladı:
- Səninlə fəxr edirəm – Elşən dostunun çiy-
nindən tutub onu möhkəm qucaqladı – Koman-
dirimiz mənə başına gələnləri danışdı.
- Önəmli deyil – Rauf təvazökar olmağa ça-
lışdı–biz (biz deyərkən özü və əsgər yoldaşla-
rını nəzərdə tuturdu) sadəcə sağ qalmaq üçün
vuruşurduq. Həm də ki, mən həm anama, həm
də itkin düşmüş atamın ruhuna söz vermişdim
ki, düşmənimdən intiqam alacam.
- Hə, bilirəm və səni çox yaxşı başa düşü-
rəm dostum. Raufun igidliyi və hünəri istənilən
adamı heyrətləndirərdi, o cümlədən Elşəni. Ona
görə də Elşən istər – istəməz özünün, Rauf
qədər olmasa da, vaxtı ikən göstərdiyi igidliyini
dostunun yadına salmaqda maraqlı idi.
Bir neçə dəqiqədən sonra avtobus dayana-
cağa çatmışdı. Dayanacaqdan Raufgilə piyada
77
getmək olardı. Dostlar avtobusdan enib irəlilə-
dilər. Rauf çox həyəcanlı idi. İndi onlar evə
gəlib çatmışdılar. Qapının ağzında dayandılar.
Raufu həyəcanlı görən Elşən özü qapının zən-
gini basmaq istədi, ancaq tez özünü toplayan
Rauf onun əlini saxladı: Dayan! – Rauf dərin-
dən nəfəs alıb verdi – mən özüm – dedi və bar-
mağını zəng düyməsinə yaxınlaşdırdı və üzünü
dostuna sarı tutub - Çox həyəcanlıyam –dedi.
Əli ilə gicgahından axan tərini sildi və nəhayət
düyməyə toxundu.
Şamama xanım sanki oğlunun gəldiyini hiss
etmişdi və o, cəld qapıya yüyürdü. Lakin qapı-
nın gözlüyündən baxanda heç kəsi görmədi.
Görünür oğlu ona surpriz etmək istəyirdi. Yenə
də ümidini itirməyən ana qapını açanda oğlunu
yox, ona oğlu tək əziz olan Elşəni gördü.
- Xoş gəlmisən oğlum – Samama xanım
bikef olmuş kimi görünürdü – buyur keç içəri.
- Salam Şamama ana – Elşən içəri ayaq
basdı. Deyəsən məni gözləmirdin ana?
- Sənin qədəmin həmişə xoşdur oğlum. Bu-
yur keç əyləş.
Şamama xanım Elşəni evə buyurdu, ancaq
Rauf hələ içəri girməmiş, bayırda gözləyirdi.
78
Elşən keçib stulda əyləşdi, Şamama xanım ona
bir stəkan çay gətirmək üçün mətbəxə keçdi.
Bir neçə saniyədən sonra əlində çayı gətirib
Elşənin önünə qoydu, sonra özü də keçib onun
qarşısında əyləşdi. Elşən bilirdi ki, həmişəki
kimi yenə Şamama xanım ondan oğlu Rauf
barədə soruşacaq. Bu dəfə Elşən özü birinci
sözə başladı: Şamama ana bu nədir? O əli ilə
önündəki çayı göstərdi: – Elə, bircə stəkan?
Şamama xanım gözlərini döyüb ona zillədi
və qayğıkeş və mülayim səslə dedi:
- Onu iç qurtar, birini də gətirim.
- Yox. Mən onu demirəm. Birdən bir Allah
bəndəsi qapını döyüb eləsə.. – Elşənin yanağı
açıldı – məsələn, Raufun özü.
- Nə?! - Şamama xanımın təəccübdən göz-
ləri bərəli qalmışdı - Demək ürəyimə düz
damıb hə?
- Elədir ki, var Şamama ana. Bu anda
qapının zəngi vuruldu. Şamama xanım cəld
yerindən qalxıb qapıya yüyürdü. Qapını açan
anda gözlərinə inana bilmədi: Oğlum!.. Balam!
- ananın gözləri parıldayırdı.
- Ana!
- Oğlum!....
79
Bu səhnənin şahidi olan Elşən də köv-
rəlmişdi. Onun etdiyi bu yaxşılığına görə ana
da oğul da ona bir ömür minnətdar olmalı
idilər. Amma Elşən bunu heç ağlına da gətir-
mirdi. Çünki, o bununla özünə də böyük bir
yaxşılıq etmişdi. O da əsgər olmuşdu. Raufla
onun əsgərlik taleləri çox oxşar idi. Bu səhnəyə
kənardan baxmaq isə başqa bir duyğu bəxş
edirdi insana.
Onlar keçib əyləşdilər.
- Allah səndən razı olsun, oğlum – Şamama
xanım gözü yaşlı halda – sən ki, məni oğluma
qovuşdurdun, Allah səni ən xoşbəxt bəndə-
lərindən etsin.
- Bunu mən etməliydim Şamama ana –
Elşən alçaq səslə danışırdı – Yaxşı mən gedim.
Siz də ana – bala həsrətin evini yıxarasınız.
Sabah anamı da götürüb gələrəm sizə – dedi və
əyləşdiyi stuldan qalxdı.
Rauf Elşəni yola salmaq üçün onunla qapı-
ya doğru getdi. Xudahafizləşəndə Rauf dostuna
təşəkkürünü bildirdi: Çox sağ ol qardaşım,
sənin bu yaxşılığını heç vaxt unutmayacam.
Bunun cavabında Elşən dostunun hər iki əlini
sıxıb dedi: Yadındadır? Bir neçə il əvvəl sən də
mənim anama belə bir xoş xəbəri çatdırmışdın.
80
Elşən gülümsədi: “İndi isə hesablaşdıq, elə
deyil?”
- Elədir.
- Sabaha qədər.
- Hələlik.
Rauf Elşəni yola saldı və qayıdıb anasının
yanında əyləşdi və anasına dediyi ilk cümlə bu
oldu:
- Ana! Atamın qisası və şəhidlərimizin qanı
yerdə qalmadı. Mən onlardan (erməni əsgər-
lərindən) 4-nü öldürdüm. – Anasının əllərindən
bərk tutmuşdu – indi şəhidlərimiz rahat yata
bilərlər.
- Oğlum, səninlə fəxr edirəm – Şamama
xanım əri Şövkət kişinin divarda asılmış şək-
linə baxdı – doğru deyirsən, ölüdürsə də diri-
dirsə də onun ruhu indi şad olmalıdır. Gözlə-
rindən axan yaşlar dinmirdi. Rauf anasının bu
halına dözə bilmirdi. Anasının gözündən axan
yaşlar sanki üstünə gələn sel kimi görsənirdi
ona.
Şamama xanımın sevinc və kədər göz
yaşları bir – birinə qarışmışdı.
- Yaxşı ana bəsdir ağladın, mən gəldim ki,
sənin gülən üzünü görüm. Sənsə ağlayırsan.
81
- Neyləyim axı, canımın parası bircə oğlum
var, ona da bir şey olsaydı mən neynərdim.
- Yaxşı, mən çox acam. Mənə yemək ver.
- Acsan?! – Şamama xanım tələsik gözünün
yaşını sildi – bu dəqiqə, indi sənin üçün süfrəni
naz nemətlərlə dolduraram.
Rauf ancaq bu yolla anasının göz yaşlarını
saxlaya bilərdi. Çünki, istər sevinc göz yaşı
olsun, istər kədər göz yaşı fərqi yoxdur, belə
vəziyyətlər həmişə onun üçün dözülməz
olurdu.
Bir neçə dəqiqədən sonra Şamama xanım
süfrəni nemətlərlə bəzədi. Rauf anasının ye-
məklərindən ötrü çox darıxmışdı. Elə isə
qolunu çırmalıyıb başladı yeməyə. Rauf ikinci
dəfə ağzının dadını dəyişmişdi. Birincisi əsgər-
liyə gedəndən sonra olmuşdu. Yemək yedikcə
Şamama xanım oğlunun qarşısında əyləşib, ona
tamaşa eləyirdi. Ancaq onu danışdırmırdı,
bilirdi ki, o, yemək yeyərkən narahat olmaq
istəmir. Hərçənd Rauf bundan narahat olmazdı.
O, indi daha çox anasının səsini eşitmək
istəyirdi. Yeməkdən sonra Şamama xanım çay
hazırlamaq üçün mətbəxə keçdi.
- Anamın əliylə hazırlanmış yeməklərdən
gözəli dünyanın heç bir yerində yoxdur – Rauf
82
yüksək səslə sözlərini mətbəxdə iş görən
anasına çatdırırdı.
Bir azdan çay da hazır oldu. Şamama xanım,
oğlu və özü üçün çay gətirib əyləşdi.
- Hə, körpə balam indi necəsən? Deyirsən
atışma olub, necə baş verdi?
- Ana uzun hekayədir, məni əsir götürmüş-
dülər, digər əsir yoldaşlarımı döyür, onlara
işgəncələr verirdilər. Amma sonda onların
dərsini verə bildik.
Rauf bir qurtum çay aldı: - Sən özünüzdən
danış, Elnarə necədir? Əsirlikdə olanda mənim
məktubumda onun haqqında olan suallarıma
cavab yazılmamışdı.
- Deyirsən dərsini verdiniz? Bəs necə öldür-
dün onları? – Şamama xanım oğlunun bu
sualından yayınmağa çalışırdı.
- Ana dedim axı uzun hekayədir, sonra
hamısını bir – bir sənə danışaram. İndi isə
mənə Elnarə haqqında danış? De görüm o,
neyləyir, nə iş görür?
Şamama xanım oğlunu üzmək istəmirdi, ən
azından indi.
- Hamısı yaxşıdırlar. Salamatçılıqdır. Daha
nə olsun ki, oğlum?
83
- Elşən avtobusda gələndə mənə dedi ki,
nişanlanıb.
- Hə, oğlum başa düşürsən də.
- Mən başa düşürəm ana, ancaq, o, məni
gözləyə bilməzdimi? – Rauf qərəzli baxışlarını
anasından çəkmirdi.
- Yazıq qızı çox qınama, ona da təzyiqlər
olub.
- Məgər bilmirdiniz ki, əsirlikdəyəm, hələ
sağam?
- Rauf gözlərini anasından çəkdi və uzun
baxışlarla gözünü otağın küncünə zillədi:–
bunca illik sevginin hörməti budurmu?! Sonra
anasına baxdı: – Səninləyəm ana, budurmu?!
Şamama xanım susurdu. Oğluna bir az haqq
qazandırdığı üçün susmaq məcburiyyətində idi.
Rauf alçaq və yorğun səslə: - Kimdir o?
Üzgün halda başını aşağı dikmiş ana yeni-
dən oğlunu üzünə baxdı:
- Kimi deyirsən oğlum?
- Elnarə kiminlə nişanlanıb, tanıyıram o
insanı?
- Elşən deməyibmi?
- Yox deyirdi ki, bilmir.
Şamama xanım Elşənin niyə Raufa bunu
demədiyini çox yaxşı başa düşürdü.
84
- Hə, sən onu tanıyırsan – Şamama xanım
titrək səslə - Sənin dostunla nişanlıdır.
- Nicatla?!
- Hə!
Rauf həmin an bu xəbərə qarşılıq necə
davranmalı olduğunu bilmirdi. Buna sevinmək
istəyirdi bəlkə, amma sevinə bilmirdi.
Bunun ardınca Rauf tez telefonu götürüb
Elşənə zəng elədi və onunla təcili görüşmək
istədiyini bildirdi və evdən çıxıb dostu ilə
görüşmək üçün getdi. O bu məsələdə Elşənin
çox şeyi bildiyinə əmin idi. Onlar eyni gündə
artıq ikinci dəfə görüşürdülər. Şəhərdə yerləşən
kafelərin birində oturdular. Rauf Elşəndən
bilmədiklərini öyrənəcəyinə ümid edirdi. Onlar
masa arxasında əyləşmişdilər.
- De görüm mən olmayanda nələr baş verib?
- Tələsmə! Danışacam.
Elşən sanki Raufun ona bu sualı verəcəyini
bilirdi. Ofisiant da artıq çayı gətirmişdi. Elşən
asta davaranışla çaydanı götürüb ikisinin də
stəkanını dodaq yeri səviyyəsinə qədər
doldurdu.
- Əvvəlcə bunu bilməyini istəyirəm ki, mən
də sənin kimi bu hadisədən sonra Nicata haqq
85
qazandırmadım. (Elşən Raufun qarşısında
özünü günahkar kimi hiss edirdi.)
- Düzü mən hələ bu cür düşünmürəm.
- Səni başa düşürəm, səni bu dəqiqə bütün
olanlardan xəbərdar edərəm. (Elşən boğazını
yaşladı.) Sənə dediyim kimi Nicata haqq
qazandırmıram və mən də bundan xəbər
tutanda onunla mübahisə elədim. (Elşən başını
buladı.) Təəssüf ki, onun başqa planları varmış.
- Necə bəyəm? - Rauf qaşlarını büzdü.
- Sən bilirdin ki, sən əsirlikdə olanda Nicatın
və mənim ən ümdə vəzifələrimizdən biri Elna-
rəyə və onun yaxınlarına sənin qayıdacağını
inadırmaq idi.
- Hə, belə olan halda qız məni gözləyəcəkdi.
Məni də üzən budur.
- Bilirəm dostum - Elşən Raufun masanın
üstünə söykədiyi yumulmuş əlinə iki dəfə
toxundu – o, səni çox sevir, amma bir az da
qadınları başa düşmək lazımdır.
- Mən başa düşməyə çalışıram – Rauf kök-
sünü ötürdü – Yaxşı, bəs Nicat? Onun nə
planları var imiş?
- Nicatın isə çoxdandır Elnarədən xoşu
gəlirmiş və sənin olmamağın onun üçün fürsət
86
olmuşdu. Elşən istehzalı görkəmini almış, dərin
nifrətlə: – O, vəfasız, alçaq isə bunu öz xeyrinə
istifadə etdi.
Rauf məsələni anlamağa çox yaxın idi.
Ancaq o susur, dostuna qulaq asırdı.
- Sənin əsir düşdüyün vaxtlarda Nicat öz
planlarını gizlincə həyata keçirirdi.
Rauf getdikcə hövsələdən çıxmağa başla-
yırdı. Elşən bunu onun üzündən hiss etməyə
başladı. Uşaqlıq dostuna çox yaxşı bələd idi.
- Mən onların nişan mərasimlərində iştirak
etmədim. Amma nişandan bir neçə gün sonra
Elnarə özü mənə zəng elədi. Dedi ki, onların
nişanında iştirak etmədiyimə görə çox pis olub.
Elnarə çox xahiş etdi ki, onu başa düşüm.
Sonra Səriyyə xala da, özü də məni qonaq
çağırdılar və mən getdim. Səriyyə xanımdan
hadisələrin niyə bu cür dövr elədiyini
soruşmaqdan çəkinmədim. Səriyyə xala etiraf
etdi ki, sənin kimi bir kürəkən hər anaya qismət
olmazdı. Ancaq sənin qayıdacağına ümidlərinin
demək olar ki, tükəndiyini söylədilər. Elnarə də
bunu təsdiqləyirdi.
- Bəs sən onlara mənim qayıdacağım barədə
heç bir şey deməmisən?
87
- Çox demişəm sənin qayıdacağını. Çox
inadırıcı səbəblər gətirmişəm onlara. Amma
sonra məlum olub ki, bizim bu şərəfsiz dostu-
muz gizlincə, bəhanələrlə Səriyyə xanımgillə
görüşür, guya dostunun qayıtmayacağı barədə
məlumatı olduğunu söyləyir, bununla da sənin
əsirlikdən qayıdacağına inamlarını sıfıra endir-
mişdi. Sonra Nicat tədricən Elnarənin qohum -
əqrəbasının da gözünə girir, onlara özünü
sevdirməyi bacarır. Nicat indi Moskvada
dayısının yanındadır, - Elşən yenə istehza ilə
gülümsədi – guya toy üçün pul yığmağa gedib,
dələduzun biri dələduz!
Elşən Raufun çiyninə toxundu: - Rauf,
dostum! Sən gəl Elnarəni qınama.
- Necə yəni qınamayım?! Mən onu çox
sevirdim. O isə məni.... Yanılmışam.
- Yanılmamısan Rauf, o, indi də səni sevir.
Elşən dostunun gözlərinin içinə baxaraq
sakit və duyğusal tərzə danışırdı: Elnarə zəng
eləyib danışarkən bunu mənə demişdi. Sən
özünü toplamalısan. Biz ikimiz də çalışmalıyıq
ki, Nicatın çirkin məqsədini üzə çıxaraq.
- Sən hələ də məndən nəsə gizlədirsən?
88
top related