gəncə, qax, zaqatala, naxçıvan mr Şərqi avropa ölkələri, İran, türkiyə, gürcüstan
Post on 24-Feb-2016
110 Views
Preview:
DESCRIPTION
TRANSCRIPT
Patogenin sporları piknidlərdə həyatilik qabiliyyətlərini 2-3 il və daha artıq saxlayır, asanlıqla suda və
üzümün təzə yaralarında 15-33°C temperatur həddində cücərir, göbələk sporlarının cücərməsi üçün optimal
temperatura 22-27°C, rütubətli hava şəraitində patogen 3-5 gün müddətində gilələrin 30-60%-ni sirayətlənir
Gəncə, Qax, Zaqatala, Naxçıvan MRŞərqi Avropa ölkələri, İran, Türkiyə, Gürcüstan
Sirayətlənmiş salxımlarda əvvəlcə sarı, sonra qonur, bənövşəyi haşiyəli ləkələr müşahidə edilir, yoluxmuş gilələr qonurlaşır, bişmiş görkəm alır, sonra büzüşür və quruyurlar
Üzümdə bakterial xərçəng - Agrobacterium tumefaciens (Smith et Townsend) Conn.
Təsnifatda yeri:
Qrammənfi aerob çuğuqlar qrupu, Rhizobiaceae fəsiləsi,
Agrobacterium cinsi
Müasir adı:
Rhizobium radiobacter
Bioloji qrupu:
Fakültətiv parazit
Şamaxı, Tovuz, Samux, Göy-göl
Üzümlüklərdə bakterial xərçəng xəstəliyinə qarşı
kimyəvi və bioloji tədbirlər səmərəli deyildir.
Bakteriyadan azad əkin materialının alınması, öz
kökləri üzərində bitən üzüm bağlarının salınması
önəmlidir
Bakteriyanın inkişafı üçün optimal temperatur 25-30°C-dir
50-52°C-də məhv olurlar
Xəstə bitkilərdə böyümənin gecikməsi, kiçik, xlorozlu yarpaqlar müşahidə edilir
Qış şaxtalarına qarşı dözümsüzdürlər və tezliklə
zədələnirlər
Xəstəlik üzüm tənəyinin kök boğazında, calaq
vurulan hissədə, gövdədə fırlar, şişlər formasında
əmələ gəlir.
14.2 Çiyələk bitkisinin xəstəlikləri
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi,
Loculoascomycetes sinfi, Dothideales sırası,
Mycosphaerellaceae fəsiləsi, Mycosphaerella cinsi
Bioloji qurpu:
Fakültətiv parazit
Çiyələyin ağ ləkəliyi – Mycosphaerella fragariae Sacc.
Yarpaq, saplaq, çiçəkdaşıyan və çiyələk bitkisinin meyvə ayaqcıqlarında əmələ gəlir. Cavan yarpaqlarda həlqəvi nazik haşiyəsiz qəhvəyi ləkələr formalaşır. Bu ləkələr
sonra qovuşaraq daha iri ləkələrə çevrilirlər.
Güclü yoluxmuş çiçəkdaşıyanlar qəhvəliləşirlər, nazilirlər və yerə doğru əyilirlər. Daha yaşlı yarpaqlar
tez yoluxurlar. Xəstəlik törədicinin kisə və konidi mərhələləri vardır.
Xəstəlik törədicinin konidi mərhələsi Hyphomycetes sinfinin Hyphomycetales sırasından olan Ramularia
tulasnei Sacc. göbələyidir. Yazda və yayda yarpağın alt və üst tərəflərində ləkədə ağızcıq vasitəsilə göbələk
konidi mərhələsini əmələ gətirir, onun köməyi ilə yayılır.
Gəncə-Qazax, Düzən Qarabağ, Dağlıq Şirvan, Şəki-Zaqatala
Göbələyin sporları 8-30°S temperatur Optimal temperatur 20-23°S 85%-dəsı yuxarı nisbi rütubətdə cücərirlər Damcı su olarsa, cücərmə daha tez olur
Bu xəstəliyin təsirindən məhsul itkisi 15%-ə qədər çatır Xəstəliklə bütün sortlar yoluxurlar
Yarpaqların əmələ gəlməsinin başlanğıcında 3-4%-li bordo mayesi ilə qabaqlayıcı çiləmə aparılır Çiləmələrdə 0,2-0,5%-li kaptan, 0,2%-li euparen, 1%-Ii bordo mayesindən istifadə edilir
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi,
Euascomycetes sinfi, Erysiphales sırası,
Erysiphaceae fəsiləsi, Sphaerotheca cinsi
Bioloji qrupu:
Obliqat parazit
Çiyələyin unlu şehi- Sphaerotheca macularis Magn. f. fragarie Yakz.
Bitkinin bütün yerüstü orqanları, xüsusilə yarpaqları yoluxurlar. Sirayətlənmiş yarpaqların kənarları qayıq formasında bükülür. Yarpağın alt tərəfində, bəzən isə üst tərəfdə zərif nazik ağ örtük əmələ gəlir və örtük zoğ, çiçək və toxumluqda da formalaşır.
Çiyələkdə unlu şeh bütün vegetasiya dövrü inkişaf edir. Xəstəliyin kütləvi inkişafı adəti üzrə çiçəkləmə və
meyvəvermə fazalan ilə üst-üstə düşür.
Patogen konidi və kisə mərhələlərini əmələ gətirir. Kisə mərhələsi adətən yayın ikinci yarısında tünd-qəhvəyi meyvə bədəni-kleystotesi formasında müşahidə edilir. Hər kleystotesidə hələ payızda bir kisə qoyulur və orada kisəspor formalaşır. Kisə kisəşəkilli, kisəsporlar
oval, birhüceyrəlidir.
Konidilər 100% nisbi rütubət, 5-35°S (optimal 20-22°C) temperaturda cücərirlər, inkubasiya dövrü
orta hesabla 4-15 gün davam edir
Unlu şeh xəstəliyi həm açıq, həm də örtülü şəraitdə zərərlidir, xəstəliyin təsirindən məhsul
itkisi 4-50%-ə çatır
Aqrotexniki tədbirlər kompleksinə düzgün əməl edilməli, artıq suvarmalara, birtərəfli qaydada azotlu
gübrələrdən istifadəyə, bitkilərin sıxlığına və zibillənməsinə yol verilməməlidir, xəstəliyin ilkin simptomları müşahidə edildikdə 0,5%-li kumulus,
0,1%-li saprol, 0,05%-li topaz preparatının işçi məhlulları ilə 15 günlük intervalla 2 çiləmə
aparmalıdır.
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi, Anamorfic fungi
şöbəsi, Hyphomycetes sinfi, Hyphomycetales
sırası, Dematiaceae fəsiləsi, Botrytis cinsi
Bioloji qrupu:
Fakultətiv parazit
Çiyələkdə boz çürümə- Botrytis cinerea Fr.
Giləmeyvə, yarpaq, qönçə, çiçək, çiçəkayaqcıqları, toxumluq və hamaşçiçəklər yoluxurlar. Giləmeyvələrin
üzərində yumşalmış, qonur, xəstəlik törədicinin boz örtüyündən ibarət tez böyüyən ləkə inkişaf edir.
Sirayətlənmiş meyvələr dad və aromatı itirir, tədricən quruyur və mumyalaşırlar. Yarpaqlarda iri, dağınıq, tünd
boz, qonur ləkələr əmələ gəlir, rütubətli havada onlar üzərində də boz örtük müşahidə edilir.
Patogen yaxşı inkişaf etmiş ağac kimi budaqlanan, yüngülcə rəngli konidilərə bərkimə yerlərində kiçik dişli konididaşıyanlar əmələ gətirir, konidilər dairəvi, və ya
yüngülcə dartılmış, birhüceyrəlidir.
Patogen sklerosiya əmələ gətirir. Onlar müxtəlif ölçülü, anormal formalı qara rənglidir. Yoluxmuş giləmeyvə, yarpaq və başqa orqanlarda sklerosiyalar əmələ gəlir.
Yazda 12°C temperaturda və 95%-dən aşağı olmayan nisbi rütubətdə sklerosiyalar cücərməyə başlayırKonididaşıyanlar konidilər formalaşdırır, külək, yağış damcıları ilə yayılırlar, yay dövrü göbələk 11-12 konidi nəsli verirPatogen 5-30°C temperaturda inkişaf edir, lakin 15- 25°C daha əlverişli hesab edilir
Xəstəliklə yoluxmuş meyvələr dad keyfiyyətlərini və əmtəəlik qabiliyyətini itirir Saxlama rejiminə əməl etmədikdə məhsul tam çıxdaş ola bilirKompleks profilaktiki fitosanitar, torpağı becərmək, əkinin sıxlığım təmin etməliXəstəlik güclü inkişaf edən zaman topaz 0,5 l/ha preparatının işçi məhlulu ilə çiləmələr aparmalı
Təsnifatda yeri:
Chromista aləmi, Oomycota şöbəsi,
Oomycetes sinfi, Peronosporales sırası,
Pythiaceae fəsiləsi, Phytophthora cinsi
Bioloji qrupu:
Obliqat parazit
Çiyələyin fitoftorozu – Phytophthora fragarie Hiekman.
Bitkinin bütün yerüstü hissələri yoluxurlar: giləmeyvələr, qönçələr, çiçəklər, hamaşçiçəklər, bundan əlavə rütubətli illərdə gövdənin təpə hissəsi, böyümə nöqtəsində yoluxur.
Göbələk ən çoxu giləmeyvələrə ziyan vurur, belə ki, hələ yaşıl vəziyyətdə qonur və qabıqlı olur. Onlar yetişən zaman yumşalır, təbaşir rəngli haşiyəli qəhvəyi bərk
qabıqlı ləkələrlə örtülürlər. Xəstə meyvələrə göbələyin mitseli daxil olur və acı tama malik olurlar.
Yoluxmuş qönçə, çiçək və hamaşçiçəklərdə ləkələr qeyri bərabər forma alır və qəhvəyi rəngi qəbul edir. Gövdə
qonurlaşır, yarpaq saplaqları və kolun rozeti məhv olur. Göbələk kök sisteminə də daxil ola bilir.
Xəstəliyin inkişafına damcı su əlverişli şərait yaradır, patogenin sıçrayışları yağış və şehdən
sonra müşahidə edilir
İstehsal edilən məhsulun 20-25%-i xəstəlik nəticəsində itkiyə gedir
Plantasiyalar bitki qalıqlarından təmizlənməli, qalıqlar dərhal məhv edilməli, bitkilər sükunət dövrü 1%-li
DNOK-la dərmanlanmalı, vegetasiya dövrü xəstəliyin ilkin simptomları müşahidə edildikdə 0,1% ridomil MS 0,3%-li arserid preparatlarından birinin suspenzi-yası
ilə 12-14 günlük intervalla çiləmələr aparılır
Çiyələkdə kələ-kötür ləkəlik - Xanthomonas fragariae Kennedy et King.
Təsnifatda yeri:
Qrammənfi aerob çubuqlar və kokklar bölməsi,
Pseudomonaceae fəsiləsi, Xanthomonas cinsi
Bioloji qrupu:
Fakültətiv parazit
Çiyələkdə mozaika, ksantos və ya sarılıq- Stranberry mosaic virus
14.3 Qarağat bitkisinin xəstəlikləri
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi, Anamorfic fungi
şöbəsi, Coelomycetes sinfi, Melanconiales sırası,
Melanconiaceae fəsiləsi, Gloeosporium cinsi
Bioloji qrupu:
Hemibiotrof
Qarağatda antraknoz – Gloesporium ribis Mont et Desm.
Xəstəlik yarpaq və saplaqlar sirayətlənirlər, təsadüfi hallarda xəstəliyin əlamətlərinə cavan zoğ, meyvəayaqcıqğı və gilələrdə
təsadüf edilir.
Yarpaqlarda kiçik, tünd-qonur, həlqəvi və ya yarım həlqəvi ləkələr əmələ gəlir. Bu ləkələrin üzərində xəstəlik törədicinin qara,
parlaq, qabarıq konidi mərhələsi İnkişaf edir. Yarpaq saplaqlarında, meyvəayaqcığı və yaşıl zoğlarda qara, azacıq basıq,
zəif sporlu ləkələr, gilələrdə isə qırmızı haşiyəli parlaq-qonur kiçik ləkələr formalaşır.
Azərbaycanın Gəncə- Qazax, Dağlıq Şirvan, Şəki- Zaqatala və Quba- Xaçmaz bölgələrində rast gəlinir
Konidilər bir bitkidən digərinə yağış damcılan və həşəratlar vasitəsilə yayılırlar, onlar yalnız damcı suda cücərirlər, 15-20°C
temperaturda xəstəliyin inkubasiya dövrü 8-12 gündür
Xəstəliyinin təsiri atında yarpaqların çox hissəsi vaxtından əvvəl tökülür, cavan zoğlar məhv olur, məhsul kəskin aşağı düşür,
məhsuldarlıq 30-75% azalır
Yarpaq tökümündən sonra və ya erkən yazda tumurcuqlar açılmamış nitrafen (30-40 kq/ha), tumurcuqlar şişən zaman 3%-li bordo mayesi ilə göy çiləmə aparmaq, çiçəkləmədən
əvvəl və 10-12 günlük intervalla yay dövrü 1% bordo mayesi ilə çiləmələr aparılmalıdır, çiləmələr məhsul toplanışına 20
gün qalmış dayandırılmalıdır
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi,
Euascomycetes sinfi, Erysiphales sırası,
Erysiphaceae fəsiləsi, Sphaerotheca cinsi
Bioloji qrupu:
Obliqat parazit
Qarağatda unlu şeh - Sphaerotheca mors-uvae Bert. et Curt.
Xəstəliklə yarpaq, zoğ və gilələr yoluxurlar. Unlu şeh xəstəliyinin simptomları cavan təpə
yarpaqlarda və böyüyən zoğlarda əmələ gəlir. Yoluxma yerlərində ağ torvarı örtük inkişaf edir.
Bu göbələyin konidi sporlarından ibarətdir. Müəyyən zaman müddətindən sonra səthi mitsel
qonurlaşır və göbələyin qara meyvə bədəni (kleystotesilor) ilə örtülür.
Parazitin konidi mərhələsi qısa budaqlanmayan konididaşıyan-larla və zəncir formasında düzülmüş
birhüceyrəli, rəngsiz, ellipsvarı konidilərlə təmsil olunmuşdur. Onlar şarşəkilli, qəhvəyidir.
Kleystotesilərdə bir yumurtaşəkilli kisə formalaşır. Hər kisədə 8 kisəspor əmələ gəlir.
Xəstəlik Azərbaycan şəraitində də geniş yayılmışdır
Bitkilərin konidilər və mitsel vasitəsilə yoluxması üçün optimal temperatura 17-20°C, havanın nisbi rütubətinin 90-100%
olması tələb olunur, 30°C-dən yuxarı temperaturda xəstəliyin inkişafı zəifləyir, ətraf mühit şəraitindən asılı olaraq, göbələk
10-a qədər konidi spor nəsli əmələ gətirir
Yarpaqlarda assimilyasiya səthi aşağı düşür, transpirasiya güclənir, meyvələrin yoluxması nəticəsində onların keyfiyyət göstəriciləri pisləşir, məhsuldarlıq 10-15%,
epifitotiya illərində isə 30-35% aşağı düşür
Xəstəliyin ilkin simptomları göründükdə kumulus (5-6 kq/ha), Topaz (0,5 l/ha), Skor (0,2 l/ha) və s. preparatlardan biri ilə çiləmə aparılır, axırıncı çiləmə məhsul toplanışına 20
gün qalmış dayandırılır
Qarağatda mozaika- Curront mosaic
Xəstəlik yarpaq damarları arasında sarı ləkələr formasında əmələ gəlir. Sirayətlənmiş yarpaq tamamilə saralır və soluxurlar.
Mozaika xəstəliyinin Curront mosaic əmələ gətirir. Mənənələr vasitəsilə yayılır. Xəstə bitkilər
inkişaf etmir və meyvə vermirlər. Yoluxmuş bitkiləri yandırırlar. Xəstəliyin yayılmasına səbəb olan
mənənələrə qarşı insektisidlərdən biri ilə kimyəvi mübarizə aparılmalıdır.
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi,
Coelomycetes sinfi, Melanconiales sırası,
Melanconiaceae fəsiləsi, Gloeosporium cinsi
Bioloji qrupu:
Fakültətiv parazit
Moruğun antraknozu - Gloesporium venetum Sreg.
14.4 Moruq bitkisinin xəstəlikləri
Yarpaqlar, saplaq, zoğ və meyvələr sirayətlənirlər. Yarpaqlarda çox kiçik həlqəvi ləkələr əmələ gəlir. Ləkələr çox vaxt ortası boztəhər olmaqla geniş al-
qırmızı haşiyə ilə əhatə edilmişdir. Çox iri ləkələr bəzən qovuşurlar. Müəyyən hallarda köhnə ləkələrdə olan
yoluxmuş toxuma tökülür. Saplaqlarda kiçik qovuşan yaralar formasında ləkələr əmələ gəlir.
Gövdədə geniş al-qırmızı haşiyə ilə əhatəyə alınmış dərin yaralar formalaşır. Güclü yoluxma zamanı
ləkələr qovuşurlar və qonurtəhər rəng alır, mantarlaşır və partlayır. Belə bütöv mantarlar adətən bic zoğların
uclarında, meyvəverən budaqlarda əmələ gəlir və onları məhv edir. Payızda və qışda belə bütöv yoluxmuş
toxuma bozarır və xəstəliyin bu mərhələsinə "boz qabıq" deyirlər.
Ölkəmizin rütubətlə zəngin Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz bölgələrində rast gəlinir
70-80% nisbi rütubətdə, 18-20ºC temperaturda daha fəal inkişaf edir, xəstəliyin inkubasiya müddəti 8-12 günə başa çatır
Meyvələr yoluxan zaman dad keyfiyyətlərini itirir, əmtəəlik qabiliyyət aşağı düşür, ümumi məhsulun azalması ilə istehsal
olunan əmtəənin maya dəyəri də yüksəlir
2%-li nitrafen məhlulu ilə (30-40 kq/ha) qabaqlayıcı çiləmələr aparılmalıdır, vegetasiyanın əvvəllərində çiçəkləmədən əvvəl və məhsul dərimindən sonra 1 %-li bordo mayesi (1000-1200 1/ha)
0,4%-li misxloroksidi (4 kq/ha), 0,5%-li kaptan preparatının suspenziyası (5 kq/ha) çiləmələr aparılmalıdır
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi,
Coelomycetes sinfi, Sphaeropsidales sırası,
Sphaeropsidaceae fəsiləsi, Septoria cinsi
Bioloji qrupu:
Fakültətiv parazit
Moruğun ağ ləkəlik və ya septoriozu – Septoria rubi West.
Moruq bitkisinin yarpaqlarında çoxsaylı həlqəvi, qəhvəyitəhər ləkələr əmələ gəlir. Az sonra onlar ağarır və al-qırmızı haşiyəli olur. Zaman ötəndən sonra ləkələr qovuşur,
dağılır və tökülürlər.
Patogen yarpaqların üst tərəfində olan ləkələrin üzərində piknidlər əmələ gətirir. Piknidlərdə sapvari, rəngsiz, 3-4 aydın
olmayan arakəsməli piknosporlar formalaşır.
Onlar piknidlərdən çəhrayı-qırmızı lent kütləsi şəklində çıxırlar. Göbələk kisə mərhələsi də əmələ gətirə bilir və bu
halda onu Mycosphaerella rubi Roak. adlandırırlar. Kisələr silindrik olub, 8 kisəsporu var.
Piknosporların uçuşması və yeni infeksiyalar törətməsi üçün yüksək rütubət və 20-25ºC temperatur tələb olunur
Xəstəliklə yoluxma nəticəsində yarpaqlarda fotosintez zəifləyir, yarpaqların əksətiyyəti vaxtından əvvəl yerə tökülür, zoğların
zədələnməsi bitkilərin xarici stress amillərinə qarşı davamlılığını aşağı salır.
Yüksək aqrofon yaradılmalı, davamlı sortların yaradılması və rayonlaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Xəstəliyin ilkin simptomları göründükdə moniko bordo (5-6 kq/ha), ridomil MS (1,5 kq/ha), mankoseb (2,0 kq/ha) və s.
preparatlardan biri ilə çiləmə aparılır.
1. Üzümdə mildyu xəstəliyinin törədicisi hansı sinfə və sıraya mənsubdur?
Özünü yoxlama üçün mövzuya aid test sualları
a) Oomycetes sinfi, Perenosporales sırası
b) Oomycetes sinfi, Pythiales sırası
c) Zycomycetes sinfi, Mucorales sırası
d) Zygomycetes sinfi, Entomophthorales sırası
e) Chytridiomycetes sinfi, Chytridiales sırası
2. Mildyu xəstəliyinin törədicisini düzgün müəyyən edin ?
a) Plasmopara helianthii
b) Peronospora destructor
c) Plasmopera viticola
d) Pseudoperonospora cubensis
e) Peronospora schachtii
3. Plasmopara viticola göbələyinin inkişafı üçün minimal, optimal və maksimal temperatur
hədlərini göstərin ?
a) 0ºC; 10-15ºC; 30-32ºC
b) 7,9ºC; 20-22ºC; 29ºC
c) 8ºC; 16-18ºC; 35ºC
d) 10ºC; 18-20ºC; 35ºC
e) 5ºC; 6-12ºC; 24ºC
4. Mildyu xəstəliyi ilə üzüm bitkisinin yoluxduğu orqanları düzgün sıralayın ?
a) yarpaqlar, gilələr
b) hamaşçiçək, çiçək və gilələr
c) yalnız bitkinin vegetativ orqanları
d) yalnız bitkinin generativ orqanları
e) yarpaq, bığcıq, qönçə, çiçək, salxım və yetişməmiş
gilələr
5. Mildyu xəstəliyinə qarşı davamlı sortları düzgün sıralayın ?
a) Qaraburnu, Mədrəsə, Saperavi, Qara şam, Arnaqrna,
Qara Aldərə, Ağ Aldərə, Şirvanşahı
b) İzabella, Şardone, Mələyi, Keçiməməsi
c) Xındoqnı, Takveri, Şafeyi, Ağ muskat
d) Xərci, Hüseyni, Xəlili, Ağ kişmiş
e) Rkasiteli, Bayanşirə, Şamaxı Mərəndisi, Qara şam
6. Oidium xəstəliyi ilk dəfə hansı Avropa ölkəsində qeydə alınmışdır?
a) İngiltərə
b) İngiltərə, Fransa, Polşa
c) Slovakiya, Belorus
d) Fransa
e) Rumıniya
7. Oidium xəstəliyi törədicisinin konidi mərhələsi necə adlanır?
a) Erysiphe cochloides
b) Oidium tuckeri
c) Uncinula necator
d) Gloesporium ampelinum
e) Fusicladium dendriticum
8. Oidium xəstəliyinin törədicisi necə qışlayır?
a) mitsel ilə tumurcuqların daxilində
b) kleystotesilərlə tökülən yarpaqlarda
c) mitsel ilə gilələrin səthində
d) mitsel və kleystotesilərlə torpağın səthində
e) göbələk qışlamır, daim inkişafdadır
9. Üzümün xəstəliklərini düzgün sıralayın ?
a) mildyu, toz sürmə, fomoz, alternarioz, fitoftorozb) oidium, mildyu, bərk və ya iylənən sürmə, qovuqlu
sürməc) pirkulyarioz, boz çürümə, ləkəli nekroz, toz sürmə,
helmintosporiozd) klasterosporioz, monilioz, boz çürümə, makrofomoz,
dəmgile) mildyu, oidium, antraknoz, boz çürümə, ağ çürümə,
ləkəli nekroz, bakterial xərçəng, eska (iflic) və s.
10. Antraknoz xəstəliyi hansı şəraitdə daha geniş əraziləri əhatə edir?
a) yeraltı suların torpağın üst qatlarına yaxın yerləşdiyi şəraitdə
b) istənilən şəraitdəc) dağlıq və dağətəyi rayonlardad) düzən rayonlardae) yüksək rütubət olan şəraitdə
11. Boz çürümə xəstəliyini üzümdə hansı göbələk törədir?
a) Pythium de barianum
b) Vertisillium dahliae
c) Sclerotinia sclerotiorum
d) Botrytis cinerea
e) Aspergillus niger
12. Çiyələkdə ağ ləkəlik xəstəliyini hansı göbələk törədir?
a) Sphaerothera mors-uvae
b) Mycosphaerella fragariae
c) Ramularia tulasnei
d) Rhizoctonia aderholdii
e) Monilia laxa
13. Antraknoz xəstəliyi ilə qarağat bitkisinin hansı orqanları yoluxur ?
a) bitkinin kök sistemi
b) yalnız bitkinin kökboğazı
c) generativ orqanları
d) vegetativ orqanların hamısı
e) yarpaq, saplaq, çiçək, meyvə
Diqqətinizə görə təşəkkür edirəm !
top related