biologiya (gövdənin şəkildəyişməsi)

Post on 18-Jul-2015

396 Views

Category:

Education

10 Downloads

Preview:

Click to see full reader

TRANSCRIPT

Biologiya 6müəllim: Ülviyyə Mahmudova

Mövzu: GÖVDƏNİN ŞƏKİLDƏYİŞMƏSİ, VEGETATİV ÇOXALMA

Gövdənin funksiyası

Toxumun rüşeym gövdəciyindən inkişaf edən gövdə təpə hissəsi (uc) və ya buğumarası ilə (taxıllarda interkalyar böyümə) uzuna böyüyür. Gövdə bitkinin ən mühüm vegetativ orqanlarından biridir. üzərində normal və yatmış tumurcuqlar yerləşir.

Aşağıdakı funksiyaları var:1. Bitkilərin digər orqanları arasında əlaqə yaradır,2. Maddələrin enən, qalxan və üfiqi istiqamətlərdə nəql

olunmasını təmin edir,3. Əksər hallarda ehtiyyat qida maddələri toplayaraq anbar rolu

oynayır,4. Üzərində digər orqanları (yarpaq,çiçək, meyvə) saxlayır,5. Fotosintezdə (dəriciyin yaşıl hüceyrələri) iştirak edir6. Vegetativ çoxalmanın əsas orqanlarından biridir.

Gövdələrinin quruluşuna görə bitkilər 3 qrupa bölünür: 1.ağaclar, 2.kollar, 3.otlar

Gövdənin şəkildəyişməsi (cədvəl)ŞƏKİLDƏYİŞMƏLƏR FUNKSİYALARI AİD OLDUĞU BİTKİLƏR

YERÜSTü

TİKAN Əsas gövdədə inkişaf edir, müdafiə, qoruma

Göyəm, nar, yemişan, alça, itburnu

BIĞCIQ Dayaq rolu oynayır Lianlar, çiyələk, üzüm, boranı, qarpız

SUKKULENT(LƏTLİ) Ehtiyyat su mənbəyi Kaktus, maldili

ÇİÇƏK Cinsi çoxalma örtülütoxumlularda

TUMURCUQ Yeni zoğ, yarpaq və ya çiçəyə başlanğıc verir

örtülütixumlularda

YERALTI

KÖKÜMSOV GÖVDƏ Kökdən fərqi:kök üsküyü, əmici tellər yoxdu, pulcuqların qoltuğunda tumurcuq var.

Gicitkən, çayır, əsmə, bağ süsəni, aspidistra, meşə incişişəyi, qamış

SOĞANAQ Qısa gövdə dibcik adlanır, ehtiyyat qida toplayır

Soğan, dağ laləsi, hiasint, sarınsaq, zanbaq

SOĞANAQLI YUMRU Xarici görünüşünə görə soğanağa, daxili quruluşuna görə gövdə yumrusuna bənzəyir.

Qarğa soğanı, zəfəran

GÖVDƏ YUMRULARI Ehtiyyat qida toplayır, gözcüklər qoltuq tumurcuqlarıdır

Yerarmudu(topinambur), kartof

Gövdənin şəkildəyişməsi: (tumurcuğa, tikana, çiçəyə, bığcığa çevrilmə)

Gövdənin şəkildəyişməsi

Vegetativ çoxalma

Çiliklə çoxalma

Soğanaq ilə çoxalma

Gövdə yumrusu ilə çoxalma

Bığcıqlarla çoxalma

Basdırma və yarpaq çiliyi ilə çoxalma

Calaq vasitəsilə çoxalma

DİQQƏTİNİZƏ GÖRƏ

TƏŞƏKKÜR EDİRƏM.

top related