marketing.ucoz.org  · web viewazәrbaycan respublikasının . vergi mәcәllәsi. Ümumi hissә1....

180
Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi Ümumi hissә------------------------------------------------------------------------------------------------------- 1 Fәsil I Ümumi müddәalar-----------------------------------------1 Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.-----------------------11 Fәsil III. Dövlәt vergi orqanları------------------------------14 Fәsil IV Vergi nәzarәti----------------------------------------18 Fәsil V. Vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәt- -27 Fәsil VI. Vergi orqanlarının qәrarlarından (aktlarından) vә onların vәzifәli şәxslәrinin hәrәkәtlәrindәn (hәrәkәtsizliyindәn) şikayәt verilmәsi-------------------------30 Fәsil IX. Hüquqi şәxslәrin mәnfәәt vergisi---------------------40 Fәsil X. Fiziki şәxslәrin gәlir vergisinә vә hüquqi şәxslәrin mәnfәәt vergisinә aid olan maddәlәr----------------------------42 Fәsil XI. Әlavә dәyәr vergisi----------------------------------65 Fәsil XII. Aksizlәr--------------------------------------------74 Fәsil XIII. Әmlak vergisi--------------------------------------76 Fәsil XIV Torpaq vergisi---------------------------------------79 Fәsil XV Yol vergisi-------------------------------------------80 Fәsil XVI. Mәdәn vergisi---------------------------------------81 Fәsil XVII Sadәlәşdirilmiş vergi-------------------------------83 Ümumi hissә Fәsil I Ümumi müddәalar Maddә 1. Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi ilә tәnzimlәnәn münasibәtlәr 1.1. Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi Azәrbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi әsaslarını, vergilәrin müәyyәn edilmәsi, ödәnilmәsi vә yığılması qaydalarını, vergi ödәyicilәrinin vә dövlәt vergi orqanlarının, habelә vergi münasibәtlәrinin digәr iştirakçılarının vergitutma mәsәlәlәri ilә bağlı hüquq vә vәzifәlәrini, vergi nәzarәtinin forma vә metodlarını, vergi qanunvericiliyinin pozulmasına görә

Upload: lytram

Post on 13-Aug-2019

232 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Azәrbaycan Respublikasının

Vergi Mәcәllәsi

Ümumi hissә-----------------------------------------------------------------------------1Fәsil I Ümumi müddәalar----------------------------------------------------------1Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.----------------------------------------11Fәsil III. Dövlәt vergi orqanları-------------------------------------------------14Fәsil IV Vergi nәzarәti------------------------------------------------------------18Fәsil V. Vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәt-------27Fәsil VI. Vergi orqanlarının qәrarlarından (aktlarından) vә onların vәzifәli şәxslәrinin hәrәkәtlәrindәn (hәrәkәtsizliyindәn) şikayәt verilmәsi------------------------------------------------------------------------------30Fәsil IX. Hüquqi şәxslәrin mәnfәәt vergisi----------------------------------40Fәsil X. Fiziki şәxslәrin gәlir vergisinә vә hüquqi şәxslәrin mәnfәәt vergisinә aid olan maddәlәr-----------------------------------------------------42Fәsil XI. Әlavә dәyәr vergisi-----------------------------------------------------65Fәsil XII. Aksizlәr-------------------------------------------------------------------74Fәsil XIII. Әmlak vergisi----------------------------------------------------------76Fәsil XIV Torpaq vergisi----------------------------------------------------------79Fәsil XV Yol vergisi-----------------------------------------------------------------80Fәsil XVI. Mәdәn vergisi----------------------------------------------------------81Fәsil XVII Sadәlәşdirilmiş vergi------------------------------------------------83

Ümumi hissә

Fәsil I Ümumi müddәalar

Maddә 1. Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi ilә tәnzimlәnәn münasibәtlәr1.1. Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi Azәrbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi әsaslarını, vergilәrin müәyyәn edilmәsi, ödәnilmәsi vә yığılması qaydalarını, vergi ödәyicilәrinin vә dövlәt vergi orqanlarının, habelә vergi münasibәtlәrinin digәr iştirakçılarının vergitutma mәsәlәlәri ilә bağlı hüquq vә vәzifәlәrini, vergi nәzarәtinin forma vә metodlarını, vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәti, dövlәt vergi orqanlarının vә onların vәzifәli şәxslәrinin hәrәkәtlәrindәn (hәrәkәtsizliyindәn) şikayәt edilmәsi qaydalarını müәyyәn edir.

1.2. Bu Mәcәllә ilә Naxçıvan Muxtar Respublikasında vә bәlәdiyyәlәrdә vergitutmanın ümumi әsasları vә vergilәr müәyyәn edilir.

Page 2: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

1.3. Bu Mәcәllә ilә müәyyәn olunan anlayışlar vә qaydalar vergitutma mәqsәdi ilә müәyyәn edilir vә müstәsna olaraq bu Mәcәllә vә onun әsasında qәbul edilmiş digәr normativ hüquqi aktlar ilә tәnzimlәnәn vergitutma vә vergi nәzarәti ilә bağlı münasibәtlәr hüdudlarında tәtbiq olunur.

Maddә 2. Azәrbaycan Respublikasının vergi qanunvericiliyi2.1. Azәrbaycan Respublikasının vergi qanunvericiliyi Azәrbaycan Respublikasının Konstitusiyasından, bu Mәcәllәdәn vә onlara uyğun olaraq qәbul edilmiş Azәrbaycan Respublikasının qanunvericilik aktlarından ibarәtdir.

2.2. Bu Mәcәllәnin әsasında vә ya onun icrası mәqsәdi ilә qәbul edilmiş normativ hüquqi aktlar bu Mәcәllәnin müddәalarına zidd olmamalıdır.

2.3. Vergi qanunvericiliyi aktları ilә digәr sahә qanunvericilik aktları arasında bu Mәcәllәnin 2.7-ci maddәsindә nәzәrdә tutulan hallar istisna olmaqla vergitutma vә vergi nәzarәti mәsәlәlәri üzrә ziddiyyәt yarandıqda vergi qanunvericiliyinin aktları tәtbiq edilir.

2.4. Aşağıdakılar istisna olunmaqla, vergi qanunvericiliyindәn başqa digәr qanunvericilik aktlarına vergitutma vә vergi nәzarәti mәsәlәlәri, daxil edilә bilmәz:

2.4.1. Azәrbaycan Respublikasının inzibati xәtalar Mәcәllәsindә nәzәrdә tutulan vergi münasibәtlәrinә aid İnzibati xәtalar haqqında müddәalar;

2.4.2. Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsindә nәzәrdә tutulan vergi cinayәtlәri haqqında müddәalar;

2.4.3. vergi öhdәliklәrinin üstünlüyü haqqında müflislәşmә vә iflas haqqında qanunvericilikdә nәzәrdә tutulan müddәalar;

2.4.4. büdcә qanunvericiliyindә vergilәrlә bağlı müddәalar;

2.4.5. vergilәr üzrә dövlәt tәminatlarının vә müddәtli güzәştlәrin verilmәsi ilә bağlı müddәalar;

2.4.6. hasilatın pay bölgüsü haqqında, әsas boru kәmәri haqqında vә digәr bu qәbildәn olan sazişlәrdә vә ya qanunlarda nәzәrdә tutulan müddәalar.

2.5. Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrdә vergilәr haqqında bu Mәcәllә ilә vә ona müvafiq olaraq qәbul edilmiş normativ hüquqi aktlarla nәzәrdә tutulmuş müddәalardan fәrqli müddәalar müәyyәn edildikdә, hәmin beynәlxalq müqavilәlәrin müddәaları tәtbiq edilir.

2.6. Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynәlxalq müqavilә ilә bu müqavilә bağlanan dövlәtin rezidentinә verilәn vergi güzәştlәrinә vә üstünlüklәrinә münasibәtdә, hәmin müqavilә onu bağlamış dövlәtin rezidenti olmayan şәxs

Page 3: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

tәrәfindәn qeyd edilәn güzәştlәrin vә üstünlüklәrin alınması üçün istifadә edilirsә, bu Mәcәllәnin 2.5-ci maddәsinin müddәaları tәtbiq olunmur.

2.7. Bu Mәcәllә qüvvәyә minәnәdәk vә ya o, qüvvәyә mindikdәn sonra qanunla tәsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, әsas boru kәmәri haqqında vә digәr bu qәbildәn olan sazişlәrdә vә ya qanunlarda, o cümlәdәn neft vә qaz haqqında qanunda bu Mәcәllәdә vә vergilәr haqqında digәr normativ hüquqi aktlarda nәzәrdә tutulmuş müddәalardan fәrqli müddәalar müәyyәn edildikdә, hәmin sazişlәrin vә ya qanunların müddәaları tәtbiq edilir.***

Maddә 3. Vergilәrin müәyyәn edilmәsinin vә tutulmasının әsasları3.1. Vergilәr haqqında qanunvericilik vergitutmanın ümumi, bәrabәr vә әdalәtli olmasına әsaslanmalıdır.

3.2. Vergilәr iqtisadi cәhәtdәn әsaslandırılmalıdır.

3.3. Hәr kәsin konstitusiya hüquqlarının vә azadlıqlarının hәyata keçirilmәsinә maneәçilik törәdәn vergilәrin müәyyәn edilmәsinә yol verilmir.

3.4. Azәrbaycan Respublikasının vahid iqtisadi mәkanını pozan (xüsusilә, Azәrbaycan Respublikasının әrazisindә malların (işlәrin, xidmәtlәrin) vә pul vәsaitlәrinin azad yerdәyişmәsini bilavasitә vә ya dolayısı ilә mәhdudlaşdıran vә ya digәr yolla vergi ödәyicilәrinin qanuni fәaliyyәtini mәhdudlaşdıran, yaxud maneәçilik törәdәn) vergilәrin müәyyәn edilmәsinә yol verilmir.

3.5. Heç bir şәxs әldә etdiyi mәnfәәtdәn (gәlirdәn) eyni növ vergini bir dәfәdәn artıq ödәmәyә mәcbur edilә bilmәz.

3.6. Vergilәr siyasi, ideoloji, etnik, konfessional vә vergi ödәyicilәri arasında mövcud olan digәr xüsusiyyәtlәr әsas götürülmәklә müәyyәn edilә bilmәz vә diskriminasiya xarakteri daşıya bilmәz. Mülkiyyәt formasından vә ya fiziki şәxslәrin vәtәndaşlığından vә ya kapitalın yerindәn asılı olaraq vergilәrin müxtәlif dәrәcәlәrinin müәyyәn edilmәsi qadağandır. Azәrbaycan Respublikasına gәtirilәn mallar üçün hәmin malların hansı ölkәdәn gәtirilmәsindәn asılı olaraq bu Mәcәllәyә vә gömrük qanunvericiliyinә uyğun olaraq müxtәlif gömrük rüsumu dәrәcәlәrinin müәyyәn edilmәsi mümkündür.

3.7. Azәrbaycan Respublikasının vergilәri yalnız bu Mәcәllә ilә müәyyәn edilir, onların dәyişdirilmәsi vә ya lәğv edilmәsi bu Mәcәllәyә dәyişiklik edilmәsi ilә hәyata keçirilir.

3.8. Heç bir şәxsin üzәrinә bu Mәcәllә ilә müәyyәn edilәn vergilәrin xüsusiyyәtlәrinә malik olan vә bu Mәcәllә ilә müәyyәn edilmәyәn, yaxud bu Mәcәllә ilә müәyyәn edilәn qaydalardan fәrqli olaraq müәyyәn edilәn vergilәr ödәmәk vәzifәsi qoyula bilmәz.

3.9. Vergilәr haqqında qanunvericilik elә tәrzdә formalaşdırılmalıdır ki, hәr

Page 4: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

kәs hansı vergilәri, hansı qaydada, nә vaxt vә hansı mәblәğdә ödәmәli olduğunu dәqiq bilsin.

3.10. Vergi sistemi sahibkarlıq vә investisiya fәaliyyәtini tәşviq etmәlidir.

3.11. Vergilәr haqqında qanunvericiliyin bütün ziddiyyәtlәri vә aydın olmayan mәqamları, şübhәlәri vergi ödәyicisinin xeyrinә şәrh edilmәlidir.

3.12. Fiziki vә hüquqi şәxslәrin vergilәrә aid normativ hüquqi aktlarla azad tanış olmaq imkanı tәmin edilmәlidir.

Maddә 4. Azәrbaycan Respublikasında vergi sistemi4.1. Azәrbaycan Respublikasında aşağıdakı vergilәr müәyyәn edilir vә ödәnilir:

4.1.1. dövlәt vergilәri;

4.1.2. muxtar respublika vergilәri;

4.1.3. yerli vergilәr (bәlәdiyyә vergilәri).

4.2. Dövlәt vergilәri dedikdә, bu Mәcәllә ilә müәyyәn edilәn vә Azәrbacan Respublikasının bütün әrazisindә ödәnilmәli olan vergilәr nәzәrdә tutulur.

4.3. Muxtar respublika vergilәri dedikdә, Naxçıvan Muxtar Respublikasında bu Mәcәllәyә müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilә müәyyәn edilәn vә Naxçıvan Muxtar Respublikasında ödәnilәn vergilәr nәzәrdә tutulur.

4.4. Yerli vergilәr (bәlәdiyyә vergilәri) dedikdә bu Mәcәllәdә vә müvafiq qanunla müәyyәn edilәn, bәlәdiyyәlәrin qәrarlarına әsasәn tәtbiq edilәn vә bәlәdiyyәlәrin әrazilәrindә ödәnilәn vergilәr nәzәrdә tutulur. Bәlәdiyyәlәr tәrәfindәn tәtbiq edilәn digәr mәcburi ödәnişlәr müvafiq qanunla müәyyәn edilir. Bәlәdiyyәlәr öz әrazilәrindә vergitutmanın aşağıdakı elementlәrini müәyyәn edirlәr: vergilәr üzrә güzәştlәr vә bu Mәcәllә ilә müәyyәn edilәn hәddlәrdә vergi dәrәcәlәri. Vergitutmanın digәr mәsәlәlәri bu Mәcәllә ilә tәnzimlәnir.

4.5. Azәrbaycan Respublikasında bu Mәcәllәyә uyğun olaraq xüsusi vergi rejimi tәtbiq edilә bilәr. Xüsusi vergi rejimi dedikdә müәyyәn dövr әrzindә vergilәrin hesablanması vә ödәnilmәsinin xüsusi qaydası nәzәrdә tutulur.

4.6. Bu Mәcәllә ilә nәzәrdә tutulmayan vergilәrin müәyyәn edilmәsinә yol verilmir.

Maddә 5. Vergitutmanın formaları5.0. Vergi mәblәğlәri aşağıdakı formalarda tutulur:

5.0.1. bilavasitә mәnbәdәn (verginin gәlir vә ya mәnfәәt әldә edilmәsinәdәk tutulması);

Page 5: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

5.0.2. bәyannamә üzrә (verginin gәlir vә ya mәnfәәt әldә edilmәsindәn sonra tutulması);

5.0.3. Bildiriş üzrә (vergitutma obyektinin dәyәri әsasında vergi orqanının vә ya bәlәdiyyәnin hesabladığı mәblәğ üçün tәqdim etdiyi tәdiyә bildirişi әsasında vergi ödәyicisi tәrәfindәn verginin ödәnilmәsi).***

Maddә 6. Dövlәt vergilәri6.1. Dövlәt vergilәrinә aşağıdakılar aiddir:

6.1.1. fiziki şәxslәrin gәlir vergisi;

6.1.2. hüquqi şәxslәrin mәnfәәt vergisi (bәlәdiyyә mülkiyyәtindә olan müәssisә vә tәşkilatlardan başqa);

6.1.3. әlavә dәyәr vergisi;

6.1.4. aksizlәr;

6.1.5. hüquqi şәxslәrin әmlak vergisi;

6.1.6. hüquqi şәxslәrin torpaq vergisi;

6.1.7. yol vergisi;

6.1.8. mәdәn vergisi;

6.1.9. sadәlәşdirilmiş sistem üzrә vergi.

6.2. Bu Mәcәllә ilә bütün dövlәt vergilәrinin dәrәcәlәrinin әn yüksәk hәdlәri müәyyәn edilir.

6.3. Dövlәt vergilәrinin hәr il üçün tәtbiq olunan dәrәcәlәri bu Mәcәllәdә müәyyәn edilәn dәrәcәlәrdәn yüksәk ola bilmәz vә hәr il Azәrbaycan Respublikasının dövlәt büdcәsi haqqında qanunu qәbul edilәn zaman hәmin dәrәcәlәrә yenidәn baxıla bilәr.

Maddә 7. Muxtar respublika vergilәriMuxtar respublika vergilәrinә Naxçıvan Müxtar Respublikasında tutulan bu Mәcәllәnin 6.1-ci maddәsindә (yol vergisi istisna olmaqla) sadalanan dövlәt vergilәri aiddir.

Maddә 8. Yerli vergilәr (bәlәdiyyә vergilәri)8.0. Yerli vergilәr (bәlәdiyyә vergilәri) aşağıdakılardır:

8.0.1. fiziki şәxslәrin torpaq vergisi;

8.0.2. fiziki şәxslәrin әmlak vergisi;

Page 6: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

8.0.3. yerli әhәmiyyәtli tikinti materialları üzrә mәdәn vergisi;

8.0.4. bәlәdiyyә mülkiyyәtindә olan müәssisә vә tәşkilatların mәnfәәt vergisi.

Maddә 9. Vergilәrin hesablanmasının vә ödәnilmәsinin pul vahidiAzәrbaycan Respublikasının әrazisindә vergilәr Azәrbaycan Respublikasının pul vahidi - manatla hesablanır vә ödәnilir.

Maddә 10. Vergi qanunvericiliyi ilә tәnzimlәnәn münasibәtlәrin iştirakçıları10.0. Vergi qanunvericiliyi ilә tәnzimlәnәn münasibәtlәrin iştirakçıları aşağıdakılardır:

10.0.1.bu Mәcәllәyә uyğun olaraq vergi ödәyicisi hesab edilәn hüquqi vә fiziki şәxslәr;

10.0.2.bu Mәcәllәyә uyğun olaraq vergi agenti hesab edilәn hüquqi vә fiziki şәxslәr;

10.0.3.Azәrbaycan Respublikasının dövlәt vergi orqanları;

10.0.4.Azәrbaycan Respublikasının gömrük orqanları;

10.0.5.bu Mәcәllә ilә nәzәrdә tutulan mәsәlәlәrin hәlli ilә bağlı Azәrbaycan Respublikasının maliyyә orqanları;

10.0.6.bu Mәcәllә ilә nәzәrdә tutulan hallarda vergi ödәyicilәrindәn vergilәrin ödәnilmәsi üçün vәsaitlәrin alınmasını vә onların büdcәyә köçürülmәsini, vergi vә gömrük orqanlarından başqa, müәyyәn edilmiş qaydada hәyata keçirәn dövlәt hakimiyyәti orqanları, yerli özünüidarәetmә orqanları, digәr sәlahiyyәtli orqanlar vә vәzifәli şәxslәr.

Maddә 11. Vergi anlayışıVergi - dövlәtin vә bәlәdiyyәlәrin fәaliyyәtinin maliyyә tәminatı mәqsәdi ilә vergi ödәyicilәrinin mülkiyyәtindә olan pul vәsaitlәrinin özgәninkilәşdirilmәsi şәklindә dövlәt büdcәsinә vә yerli büdcәlәrә, habelә mәqsәdli dövlәt fondlarına köçürülәn mәcburi, fәrdi, әvәzsiz ödәnişdir.

Maddә 12. Vergilәrin müәyyәn edilmәsinin әsas şәrtlәri12.1. Vergi o halda müәyyәn edilmiş hesab olunur ki, bu zaman vergi ödәyicisi vә aşağıdakı vergitutma elementlәri müәyyәn edilmiş olsun:

12.1.1. vergitutma obyekti;

12.1.2. vergitutma bazası;

12.1.3. vergi dövrü;

Page 7: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

12.1.4. vergi dәrәcәsi;

12.1.5. verginin hesablanması qaydası;

12.1.6. verginin ödәnilmәsi qaydası vә müddәti.

12.2. Vergi müәyyәn edildikdә, bu Mәcәllә ilә nәzәrdә tutulan әsaslarla vergi güzәştlәri müәyyәnlәşdirilә bilәr.

12.3. Vergitutma obyekti gәlir, mәnfәәt, әmlak, torpaq, faydalı qazıntılar, tәqdim edilmiş malların (işin, xidmәtin) әlavә edilmiş dәyәri vә ya bu Mәcәllә ilә müәyyәnlәşdirilәn digәr vergitutma obyektlәridir.

12.4. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissәsinin kәmiyyәtcә ifadәsidir.

Maddә 13. Bu Mәcәllәdә istifadә edilәn әsas anlayışlar13.1. Bu Mәcәllәdә istifadә olunan mülki, ailә vә Azәrbaycan Respublikasının digәr qanunvericilik sahәlәrinin anlayışları, әgәr bu Mәcәllәdә digәr mәna nәzәrdә tutulmamışdırsa, hәmin qanunvericilik sahәlәrindә qәbul edilmiş mәnada tәtbiq edilir.

13.2. Bu Mәcәllәnin mәqsәdlәri üçün aşağıdakı anlayışlar istifadә olunur:

13.2.1. Şәxs - istәnilәn fiziki vә ya hüquqi şәxs, beynәlxalq tәşkilatlar, onların filialları, nümayәndәliklәri vә digәr bölmәlәri.

13.2.2. Hüquqi şәxs - Azәrbaycan Respublikasının vә ya xarici dövlәtin qanunvericiliyinә uyğun olaraq huquqi şәxs statusunda yaradılmış müәssisә vә tәşkilatlar.

13.2.3. Fiziki şәxs - Azәrbaycan Respublikasının vәtәndaşı, habelә әcnәbi vә vәtәndaşlığı olmayan şәxs.

13.2.4. Vergi ödәyicisi - bu Mәcәllәyә uyğun olaraq müәyyәn edilmiş vergitutma obyektlәrindәn vergi ödәyәn istәnilәn şәxs.

13.2.5. Rezident:

13.2.5.1. aşağıda göstәrilәn tәlәblәrin birinә cavab verәn istәnilәn fiziki şәxs:

- tәqvim ilindә başa çatan hәr hansı ardıcıl olan 12 aylıq dövr әrzindә üst-üstә 182 gündәn artıq vaxtda hәqiqәtәn Azәrbaycan Respublikasının әrazisindә olan;

- tәqvim ili içәrisindә, yaxud bir tәqvim ili әrzindә xarici ölkәdә Azәrbaycan Respublikasının dövlәt xidmәtindә olan;

- bu Mәcәllәnin 13.2.5.1-ci maddәsinin ikinci vә üçüncü abzaslarında

Page 8: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Azәrbaycan Respublikasının әrazisindә vә xarici ölkәdә (hәr hansı birindә) fiziki şәxsin olma müddәti 182 gündәn artıq olmadıqda, hәmin fiziki şәxs aşağıdakı ardıcıllıqla göstәrilәn meyarlarla Azәrbaycan Respublikasının rezidenti sayılır:

- daimi yaşayış yeri;

- hәyati mәnafelәrinin mәrkәzi;

- adәtәn yaşadığı yer;

- Azәrbaycan Respublikasının vәtәndaşlığı;

13.2.5.2. Fiziki şәxs vergi ilindә Azәrbaycan Respublikasının әrazisindә qaldığı son gündәn etibarәn bu vergi ilinin sonunadәk olan dövr әrzindә Azәrbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şәrtlә ki, hәmin şәxs bilavasitә növbәti vergi ilindә Azәrbaycan Respublikasının qeyri-rezidenti olsun;

13.2.5.3. Azәrbaycan Respublikasının qanunvericiliyinә müvafiq olaraq tәsis edilәn vә sahibkarlıq fәaliyyәtini hәyata keçirәn vә ya Azәrbaycan Respublikasında idarә edilәn istәnilәn hüquqi şәxs.

13.2.6. Qeyri-rezident:

13.2.6.1. Azәrbaycan Respublikasının әrazisindә diplomatik vә ya konsulluq statusu olan şәxs vә onun ailә üzvlәri ;

13.2.6.2. Azәrbaycan Respublikasının әrazisindә müәyyәn edilmiş qaydada dövlәt qeydiyyatından keçmiş beynәlxalq tәşkilatın әmәkdaşı vә ya Azәrbaycan Respublikasında xarici ölkәnin dövlәt xidmәtini hәyata keçirәn şәxs vә onların ailә üzvlәri;

13.2.6.3. mәqsәdi yalnız Azәrbaycan Respublikasının әrazisindәn bir xarici dövlәtdәn digәr xarici dövlәtә keçmәk olan şәxs;

13.2.6.4. Bu Mәcәllәnin 13.2.6.1-ci vә 13.2.6.2-ci maddәlәri Azәrbaycan Respublikasının әrazisindә sahibkarlıq fәaliyyәti göstәrәn şәxslәrә aid edilmir;

13.2.6.5. Azәrbaycan Respublikasının әrazisindә yerlәşәn diplomatik imtiyazları vә immunitetlәri olan diplomatik nümayәndәliklәr, konsulluq idarәlәri vә xarici ölkәlәrin digәr rәsmi nümayәndәliklәri, beynәlxalq tәşkilatlar vә onların nümayәndәliklәri, habelә sahibkarlıq fәaliyyәti ilә mәşğul olmayan xarici tәşkilatların vә firmaların nümayәndәliklәri;

13.2.6.6. rezident anlayışı ilә әhatә edilmәyәn digәr şәxslәr.

13.2.7. Vergi ödәyicisinin ailә üzvlәri:

13.2.7.1. әr-arvadlar;

Page 9: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

13.2.7.2. valideynlәr, övladlar vә övladlığa götürülmüş şәxslәr;

13.2.7.3. vәrәsәlәr;

13.2.7.4. doğma (ögey) bacılar (qardaşlar);

13.2.7.5. bacı vә qardaş övladları;

13.2.7.6. әr-arvadların bacıları, qardaşları vә valideynlәri;

13.2.7.7. bacıların әrlәri vә qardaşların arvadları;

13.2.7.8. valideynlәrin bacıları (qardaşları);

13.2.7.9. qәyyumlar vә qәyyumluğa götürülәnlәr, onların arasındakı ev tәsәrrüfatı birliyi nәticәsindә biri o biri ilә valideyn vә övlad kimi bağlı olduqda.

13.2.8. Mal - hәr hansı maddi vә ya qeyri-maddi әmlak (aktiv), o cümlәdәn, elektrik vә istilik enerjisi, qaz vә su. Әlavә dәyәr vergisinin (әDV) mәqsәdlәri üçün qeyri-maddi aktivlәr, pul vәsaiti vә torpaq mal sayılmır.

13.2.9. Qeyri-maddi aktivlәr - intellektual, o cümlәdәn ticarәt nişanları, digәr sәnaye mülkiyyәti obyektlәri, habelә müvafiq qanunvericiliklә müәyyәn edilmiş qaydada vergi ödәyicisinin mülkiyyәt hüququnun obyekti kimi tanınan digәr analoji hüquqlar.

13.2.10. Malların tәqdim edilmәsi - mallar üzәrindә mülkiyyәt hüququnun başqasına verilmәsi, o cümlәdәn, lakin bunlarla mәhdudlaşdırılmayan, malların satışı, mübadilәsi, hәdiyyә verilmәsi, natura şәklindә әmәk haqqı ödәnilmәsi vә natura şәklindә digәr ödәmәlәr, hәmçinin girov qoyulmuş mallar üzrә mülkiyyәt hüququnun girov saxlayana keçmәsi.

13.2.11. İş - nәticәlәri maddi ifadә kәsb edәn fәaliyyәt, o cümlәdәn kәşfiyyat, hasil etmә, tikinti, quraşdırma vә tәmir işlәri, habelә, elmi-tәdqiqatlar, tәcrübә-konstruktor vә layihә işlәri.

13.2.12. İş görülmәsi - haqqı ödәnilәn hәr hansı işlәrin görülmәsi. İşlәrin görülmәsi zamanı istifadә olunan mallar ayrıca tәqdim edilmirsә vә ya işlәrin dәyәrinә daxil edilmәyәn kompensasiyalı xәrclәr müqavilәdә vә ya ödәniş sәnәdlәrindә ayrıca göstәrilmirsә, hәmin mallar vә ya xәrclәr iş görülmәsinin ayrılmaz tәrkib hissәsi hesab edilir.

13.2.13. Xidmәt göstәrilmәsi - mal tәqdim edilmәsi vә ya iş görülmәsi sayılmayan maddi vә qeyri-maddi istehlak vә istehsal xidmәtlәrinin göstәrilmәsi, o cümlәdәn mülkiyyәtin icarәyә verilmәsi, hüquq verilmәsi, o cümlәdәn lizinq әsasında, ödәnişli, ödәnişsiz vә ya qismәn ödәnişli hәr hansı fәaliyyәt. ӘDV-nin mәqsәdlәri üçün pul vәsaitinә vә torpağa mülkiyyәt hüququnun başqasına verilmәsi, hәmçinin işәgötürәnә muzdlu işçi kimi xidmәt göstәrilmәsi istisna olunur. Xidmәtlәrin göstәrilmәsi zamanı istifadә olunan mallar ayrıca tәqdim edilmirsә vә ya xidmәtlәrin dәyәrinә daxil

Page 10: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

edilmәyәn kompensasiyalı xәrclәr müqavilәdә vә ya ödәniş sәnәdlәrindә ayrıca göstәrilmirsә, hәmin mallar vә ya xәrclәr xidmәtlәrin göstәrilmәsinin ayrılmaz tәrkib hissәsi hesab edilir.

13.2.14. Maliyyә xidmәtlәri:

13.2.14.1. kreditlәrin, kredit tәminatlarının vә pul-kredit әmәliyyatlarında hәr hansı girov vә ya lombard tәminatının tәqdim edilmәsi (yaxud verilmәsi) vә qaytarılması, o cümlәdәn krediti vә ya tәminatı tәqdim etmiş şәxsin kreditlәri vә kredit tәminatlarını idarә etmәsi;

13.2.14.2. müştәrilәrin depozitlәrinin vә hesablarının idarә edilmәsi, tәdiyәlәr, köçürmәlәr, borc öhdәliklәri vә tәdiyә vasitәlәri ilә bağlı әmәliyyatlar;

13.2.14.3. qanuni tәdiyә vasitәlәri olan valyutanın, pul vәsaitlәrinin vә әskinasların (numizmatika әşyalarından başqa) tәdavülü ilә bağlı әmәliyyatlar;

13.2.14.4. sәhmlәrin, istiqraz vәrәqәlәrinin, sertifikatların, veksellәrin, çeklәrin vә digәr qiymәtli kağızların tәdavülü ilә bağlı әmәliyyatlar. İnkassasiya xidmәtlәri vә ya banknotların, qiymәtli kağızların vә ya digәr qiymәtlilәrin saxlanması vә ya onların qorunmasının tәmin edilmәsi üzrә xidmәtlәr maliyyә xidmәtlәrinә aid deyildir;

13.2.14.5. törәmә maliyyә vasitәlәri ilә әqdlәrә, forvard müqavilәlәrinә, opsionlara vә analoji sazişlәrә aid әmәliyyatlar;

13.2.14.6. investisiya fondlarının idarә edilmәsi ilә bağlı xidmәtlәr;

13.2.14.7. sığorta vә tәkrar sığorta әmәliyyatları.

13.2.15. Dividend - hüquqi şәxsin öz tәsisçilәrinin (payçılarının) vә yaxud sәhmdarlarının xeyrinә xalis mәnfәәtinin bölüşdürülmәsi ilә bağlı pul vә ya digәr ödәmәlәr şәklindә etdiyi ödәniş. Hüquqi şәxsin lәğvi ilә bağlı әmlakın bölüşdürülmәsi nәticәsindә әldә edilәn gәlir, hәmçinin sәhmdarların sәhmlәrinin faiz nisbәtini dәyişdirmәyәn sәhmlәrin bölüşdürülmәsi, sәhmlәrin (hissәlәrin, payların) nominal dәyәri hüdudlarında geri alınması ilә bağlı edilәn ödәnişlәr dividend sayılmır.

13.2.16. Azәrbaycan mәnbәyindәn gәlir:

13.2.16.1. Azәrbaycan Respublikasında muzdlu işdәn gәlir;

13.2.16.2. Azәrbaycan Respublikasında istehsal edilmiş malların istehsalçı tәrәfindәn tәqdim edilmәsindәn gәlir;

13.2.16.3. Azәrbaycan Respublikasında malların tәqdim edilmәsindәn, iş görülmәsindәn vә xidmәt göstәrilmәsindәn gәlir;

13.2.16.4. Azәrbaycan Respublikasının әrazisindәki daimi nümayәndәliyә aid edilәn sahibkarlıq fәaliyyәtindәn әldә olunan gәlir, o cümlәdәn belә

Page 11: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

daimi numayәndәlik vasitәsilә tәqdim edilmiş mallara (işlәrә, xidmәtlәrә) aid edilә bilәn eyni cinsli, yaxud bәnzәr (oxşar) malların (işlәrin, xidmәtlәrin) tәqdim edilmәsindәn, habelә daimi nümayәndәlik vasitәsilә hәyata keçirilәn fәaliyyәtә aid edilә bilәn fәaliyyәtdәn vә ya ona oxşar fәaliyyәtdәn әldә edilmiş gәlir;

13.2.16.5. Azәrbaycan Respublikasındakı sahibkarlıq fәaliyyәti ilә әlaqәdar:

- vergi ödәyicisinin borclarının onun kreditorları tәrәfindәn silinmәsindәn;

- bu Mәcәllәnin 114.7-ci maddәsinә uyğun olaraq gәlirә daxil edilmiş әsas vәsaitlәrin tәqdim edilmәsindәn;

- xәrclәrin bu Mәcәllәnin 141-ci maddәsinә uyğun olaraq kompensasiya edilmәsindәn vә ya ehtiyatların azalmasından gәlir;

13.2.16.6. rezident hüquqi şәxsdәn dividend şәklindә әldә edilәn gәlir, hәmçinin bu hüquqi şәxsdә iştirak payının satılmasından vә ya başqasına verilmәsindәn әldә edilәn gәlir;

13.2.16.7. rezidentlәrdәn alınan faizlәr şәklindә gәlir;

13.2.16.8. rezident tәrәfindәn ödәnilәn pensiya;

13.2.16.9. Azәrbaycan Respublikasının әrazisindә daimi nümayәndәliyi vә ya әmlakı olan şәxsdәn alınan faizlәr şәklindә gәlir - hәmin şәxsin bu faizlәr üzrә borcu bu cür daimi nümayәndәlik vә ya әmlakla bağlıdırsa;

13.2.16.10. Azәrbaycan Respublikasında saxlanılan vә ya istifadә edilәn әmlak üçün alınan royalti şәklindә gәlir, yaxud bu Mәcәllәnin 13.2.23-cü maddәsindә göstәrilәn vә Azәrbaycan Respublikasında saxlanılan vә ya istifadә edilәn әmlakın tәqdim edilmәsindәn gәlir;

13.2.16.11. Azәrbaycan Respublikasında istifadә edilәn daşınan әmlakın icarәyә verilmәsindәn әldә edilәn gәlir;

13.2.16.12. Azәrbaycan Respublikasındakı daşınmaz әmlakdan әldә edilәn gәlir, o cümlәdәn bu әmlakda iştirak payının tәqdim edilmәsindәn gәlir;

13.2.16.13. aktivlәrinin 50 faizindәn çox olan hissәsi birbaşa vә ya dolayısı ilә Azәrbaycan Respublikasındakı daşınmaz әmlakdan ibarәt olan müәssisәnin sәhmlәrinin vә ya iştirak payının tәqdim edilmәsindәn gәlir;

13.2.16.14. rezidentin sahibkarlıq fәaliyyәti ilә bağlı olmayan әmlak tәqdim edilmәsindәn әldә etdiyi digәr gәlirlәr;

13.2.16.15. idarәetmә, maliyyә xidmәtlәri göstәrilmәsindәn әldә edilәn gәlir - bu gәlir rezident hüquqi şәxsin vә ya qeyri-rezidentin Azәrbaycan Respub-likasının әrazisindә yerlәşәn daimi nümayәndәliyi tәrәfindәn ödәnilirsә, yaxud o, hәmin müәssisә vә ya onun daimi nümayәndәliyi ilә bağlanmış

Page 12: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

müqavilәyә әsasәn әldә edilmişdirsә;

13.2.16.16. Azәrbaycan Respublikasında riskin sığortası vә ya tәkrar sığortası haqqında müqavilә üzrә ödәnilәn gәlir;

13.2.16.17. Azәrbaycan Respublikası ilә digәr dövlәtlәr arasında beynәlxalq rabitә vә ya daşınmalar hәyata keçirilәrkәn telekommunikasiya vә ya nәqliyyat xidmәtlәrindәn gәlir;

13.2.16.18. Azәrbaycan Respublikasındakı fәaliyyәtlә bağlı meydana çıxan vә bu Mәcәllәnin әvvәlki

maddәlәrindә әhatә edilmәyәn digәr gәlirlәr. Bu maddәyә uyğun olaraq gәlirin mәnbәyi müәyyәn edilәrkәn gәlirin ödәnildiyi yer, hәmçinin onun birbaşa vә ya dolayısı ilә ödәnilmәsi nәzәrә alınmır.

13.2.17. Әsas vәsaitlәr - istifadә müddәti bir ildәn çox olan vә bu Mәcәllәnin 114-cü maddәsinә uyğun olaraq amortizasiya edilmәli olan maddi aktivlәr.

13.2.18. Faizlәr - borc öhdәliklәri ilә bağlı olan hәr hansı ödәmә, o cümlәdәn kreditlәrin (ssudaların) vә ya depozitlәrin (hesabların) verilmәsi üçün ödәmә.

13.2.19. Xalis mәnfәәt - mәnfәәt vergisi çıxıldıqdan sonra qalan mәnfәәt.

13.2.20. İştirakçı - sәhmdar, payçı vә ya müәssisәnin mәnfәәtindә digәr iştirakçı.

13.2.21. Әmlak - hәr hansı daşınan vә ya daşınmaz әmlak, o cümlәdәn qeyri-maddi aktivlәr vә pul vәsaitlәri.

13.2.22. Әmlakın qalıq dәyәri - müәssisәnin balansında olan әsas vәsaitlәrin ilkin dәyәrinin hәmin әsas vәsaitlәrә hesablanmış amortizasiyanın mәblәği qәdәr azaldılan dәyәri.

13.2.23. Royalti - әdәbiyyat, incәsәnәt, yaxud elm әsәrlәri, proqram tәminatı, kinematoqrafik filmlәr üzәrindә müәllif hüquqlarından istifadә olunması yaxud istifadә hüquqlarının verilmәsinә görә, istәnilәn patentә, ticarәt markasına, dizayn yaxud modelә, plana, mәxfi düstura yaxud prosesә, sәnaye, kommersiya yaxud elmi tәcrübәyә aid olan informasiyaya, sәnaye, kommersiya vә ya elmi avadanlıqdan istifadә yaxud istifadә hüquqlarının verilmәsinә görә mükafat şәklindә alınan ödәnişlәrdir.

13.2.24. Aylıq gәlirin vergi tutulmayan mәblәği - bu Mәcәllәnin 101.1-ci maddәsindә göstәrilәn cәdvәlә uyğun olaraq aylıq gәlirin vergi tutulmayan mәblәği.

13.2.25. Forvard kontraktı - şәxsin qiymәtli kağızlar, mallar vә ya pul vәsaitlәri gәlәcәkdә müәyyәn vaxtda vә müәyyәn şәrtlәrlә bu cür forvard kontraktının bağlandığı anda tәsbit edilmiş qiymәtlә әldә etmәyә (satmağa) öhdәliyini tәsdiq edәn müqavilәdir.

Page 13: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

13.2.26. Opsion - qiymәtli kağızlar, mallar vә ya pul vәsaitlәri gәlәcәkdә müәyyәn şәrtlәrlә bu cür opsionun bağlanması anına vә ya tәrәflәrin qәrarına әsasәn bu cür әldә etmәnin anına satış qiymәtlәrinin tәsbit edilmәsi ilә әldә etmәyә (satmağa) hüququ tәsdiq edәn sәnәddir.

13.2.27. Qeyri-kommersiya fәaliyyәti - mәqsәdi gәlir götürmәk olmayan vә әldә etdiyi gәliri yalnız qeyri-kommersiya mәqsәdlәri, o cümlәdәn öz nizamnamә mәqsәdlәri üçün istifadә etmәyi nәzәrdә tutan qanunla qadağan edilmәyәn fәaliyyәtin hәyata keçirilmәsidir, әks halda bu fәaliyyәt kommersiya fәaliyyәti sayılır.

13.2.28. Qeyri-kommersiya tәşkilatı - qeyri-kommersiya fәaliyyәtini hәyata keçirәn, әldә etdiyi gәliri tәsisçilәr (payçılar, iştirakçılar) arasında bölüşdürmәyәn vә onu kommersiya mәqsәdlәri üçün sәrf etmәyәn hüquqi şәxsdir, әks halda bu tәşkilat kommersiya tәşkilatı sayılır.

13.2.29. Malların ixracı - gömrük qanunvericiliyinә uyğun olaraq ixrac malları hesab edilәn malların Azәrbaycan Respublikası әrazisindәn çıxarılması.

13.2.30. Malların tәkrar ixracı - gömrük qanunvericiliyinә uyğun olaraq, tәkrar ixrac malları sayılan malları idxal etmiş şәxsin hәmin malları idxal edәndәn sonra tәqdim etmәdәn vә idxal olunduğu andakı vәziyyәtdә ixrac etmәsi.

13.2.31. Malların idxalı - gömrük qanunvericiliyinә uyğun olaraq idxal malları sayılan malların Azәrbaycan Respublikası әrazisinә gәtirilmәsi.

13.2.32. Malların tәkrar idxalı - gömrük qanunvericiliyinә uyğun olaraq, tәkrar idxal malları sayılan malları tәqdim etmәdәn vә ixrac olunduğu andakı vәziyyәtdә ixrac etmiş şәxsin hәmin malları idxal etmәsi.

Beynәlxalq daşıma yüklәrin vә sәrnişinlәrin Azәrbaycan Respublikası ilә �(Azәrbaycan Respublikasının sәrhәdlәrindәn) digәr dövlәtlәrdәki mәntәqә arasında daşınma sayılır.

13.2.33. Azәrbaycan Respublikası әrazisindәn tranzit - gömrük qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada Azәrbaycan Respublikası sәrhәddindәki iki mәntәqә arasında Azәrbaycan Respublikası әrazisi ilә daşınma.

13.2.34. Muzdlu iş - әmәk qanunvericiliyinә uyğun olaraq müqavilә (kontrakt) әsasında haqqı ödәnilmәklә yerinә yetirilәn әmәk fәaliyyәtidir. Muzdlu işlәyәn şәxs bu Mәcәllәnin mәqsәdlәri üçün "işçi", bu cür fiziki şәxsin işçi kimi göstәrdiyi xidmәtlәrin haqqını ödәyәn şәxs "işәgötürәn", bu cür haqq isә "әmәk haqqı" adlandırılır.

13.2.35. Xeyriyyәçilik fәaliyyәti - fiziki şәxs vә (vә ya) xeyriyyә tәşkilatı tәrәfindәn hәyata keçirilәn vә maddi vә ya digәr kömәyә (yardıma) ehtiyacı olan fiziki şәxslәrә vә ya bilavasitә bu cür kömәk (yardım) göstәrәn tәşkilatlara, o cümlәdәn xeyriyyә tәşkilatlarına, birbaşa bu cür tәmәnnasız kömәk (yardım) göstәrmәkdәn, o cümlәdәn әvәzsiz pul köçürmәkdәn ibarәt

Page 14: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

olan fәaliyyәt, yaxud bu Mәcәllәdә digәr hallar nәzәrdә tutulmamışdırsa, ictimai mәnafelәr naminә hәyata keçirilәn elmi, tәhsil vә ya başqa fәaliyyәtdir. Aşağıdakı hallarda kömәk (yardım) göstәrilmәsi xeyriyyәçilik fәaliyyәti sayılmır:

13.2.35.1. bu cür kömәyi (yardımı) alan şәxs kömәyi (yardımı) göstәrәn şәxsin qarşısında mülkiyyәt vә ya qeyri-mülkiyyәt xarakterli öhdәlik (alınan vәsaitdәn vә ya әmlakdan mәqsәdli tәyinatla istifadә olunmasına dair öhdәlikdәn başqa) qәbul edirsә;

13.2.35.2. bu cür kömәyi (yardımı) alan vә kömәyi (yardımı) göstәrәn şәxslәr qarşılıqlı surәtdә asılı olan şәxslәr sayılırlarsa;

13.2.35.3. bu cür kömәk (yardım) hәr hansı fiziki vә ya hüquqi şәxsә seçki kompaniyasında iştirak etmәk üçün göstәrilirsә.

13.2.36. Xeyriyyә tәşkilatı - xeyriyyәçilik fәaliyyәtini hәyata keçirәn qeyri-kommersiya tәşkilatı.

13.2.37. Sahibkarlıq fәaliyyәti şәxsin müstәqil surәtdә, öz riski ilә hәyata �keçirdiyi, әsas mәqsәdi әmlak istifadәsindәn, malların tәqdim edilmәsindәn, işlәr görülmәsindәn vә ya xidmәtlәr göstәrilmәsindәn mәnfәәt götürülmәsi olan fәaliyyәtidir.

13.2.38. Büdcә tәşkilatı - büdcә smetası әsasında fәaliyyәti tamamilә vә ya qismәn büdcә vәsaiti hesabına maliyyәlәşdirilәn, hesablaşma hesabı olmayan qeyri-kommersiya tәşkilatıdır.

13.2.39. Müәssisә - bu Mәcәllәnin mәqsәdlәri üçün müәssisәlәr - sahibkarlıq fәaliyyәtini hәyata keçirәn vә bu cür fәaliyyәt üçün yaradılan aşağıdakı qurumlar demәkdir:

13.2.39.1. Azәrbaycan Respublikasının qanunvericiliyinә müvafiq olaraq yaradılmış hüquqi şәxslәr;

13.2.39.2. xarici dövlәtin qanunvericiliyinә uyğun olaraq yaradılmış hüquqi şәxslәr (korporasiyalar, şirkәtlәr, firmalar vә digәr analoji qurumlar), habelә onların filialları vә ya daimi nümayәndәliklәri;

13.2.39.3. bu Mәcәllәnin 13.2.39.1-ci maddәsindә göstәrilmiş hüquqi şәxslәrin sәrbәst balansa, cari vә ya digәr hesablara malik olan filialları, struktur bölmәlәri vә ya digәr ayrıca bölmәlәri.

13.2.40. Vergi ödәyicisinin, alıcının, sifarişçinin vә ya hәr hansı şәxsin adı - hüquqi şәxsin dövlәt qeydiyatına alınmış adı, fiziki şәxsin adı, atasının adı vә soyadı.***

Maddә 14. Bazar qiymәti14.1. Bazar qiymәti malın (işin, xidmәtin) tәlәblә tәklifin qarşılıqlı tәsiri nәticәsindә tәşәkkül tapan qiymәti demәkdir.

Page 15: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

14.2. Bu maddәdә başqa hallar nәzәrdә tutulmamışdırsa, vergitutma mәqsәdlәri üçün malların (işlәrin, xidmәtlәrin) qiymәti tәrәflәrin әmәliyyatda (әqddә) tәsbit etdiklәri qiymәt qәbul edilir. әks hal sübuta yetirilmirsә, bu qiymәt bazar qiymәti kimi qәbul edilir.

14.3. Bazar qiymәti nәzәrә alınmaqla vergilәrin hesablanması aşağıdakı hallarda hәyata keçirilә bilәr:

14.3.1. barter (mal mübadilәsi), idxal-ixrac әmәliyyatları aparıldıqda;

14.3.2. tәsәrrüfat әqdlәri qarşılıqlı surәtdә asılı olan şәxslәr arasında hәyata keçirildikdә;

14.3.3. 30 gün әrzindә vergi ödәyicilәrinin eyni xüsusiyyәtli vә ya eyni cinsli mallara (işә, xidmәtә) tәtbiq etdiklәri qiymәtlәrin sәviyyәsi 30 faizdәn çox (aşağı vә yuxarı) dәyişdikdә.

14.4. Bazar qiymәti mal (iş, xidmәt) satılan anadәk, lakin malın (işin, xidmәtin) tәqdim edildiyi andan çoxu 30 gün keçәnәdәk (әvvәl vә ya sonra) әn yaxın tarixdә eyni (analoji) mal (iş, xidmәt) üçün müvafiq әmәliyyatlar zamanı tәşәkkül tapan qiymәtlәrә әsasәn müәyyәnlәşdirilir. Bu zaman qiymәtli kağızın bazar qiymәti bu qiymәtli kağızın tәqdim edildiyi andan әvvәlki әn yaxın tarixdә hәmin emitentin eyni qiymәtli kağızları üçün fond birjasının kotirovkasına әsasәn müәyyәnlişdirilir, bu şәrtlә ki, kotirovkalar yuxarıda göstәrilәn qaydaya uyğun elan edilsin.

14.5. Bazar qiymәti müәyyәnlәşdirilәrkәn bu Mәcәllәnin 18-ci maddәsi ilә müәyyәn edilәn qarşılıqlı surәtdә asılı olan şәxslәr arasındakı әmәliyyat yalnız o halda nәzәrә alına bilәr ki, onların münasibәtlәri hәmin әmәliyyatın nәticәsinә tәsir göstәrmәmiş olsun.

14.6. Bu Mәcәllәnin 14.4 vә 14.5-ci maddәlәrinin müddәalarını tәtbiq etmәk mümkün olmadıqda, malın (işin, xidmәtin) bazar qiymәti müvafiq icra hakimiyyәti orqanının tәsdiq etdiyi qaydalara uyğun olaraq müәyyәn edilir. Bu zaman malın (işin, xidmәtin) istehsalına vә (vә ya) tәqdim edilmәsinә çәkilәn adi mәsrәflәr (alınma qiymәti vә ya qalıq dәyәri), nәqletmә, saxlanma, sığorta vә digәr bu cür mәsrәflәr, hәmçinin adәtәn qarşılıqlı surәtdә bağlı olmayan şәxslәr arasında әmәliyyatlar zamanı tәlәb vә tәkliflәr amilinә әsasәn әlavә yığım vә güzәştlәr nәzәrә alınır. Bu güzәştlәr malın keyfiyyәtinin vә ya digәr istehlak xüsusiyyәtlәrinin itdiyi, yaxud yararlılıq müddәtinin bitdiyi (bitmәyә yaxınlaşdığı) vә başqa bu cür hallarda da nәzәrә alınır.

14.7. Hәr bir tәrәfin mal (iş, xidmәt) göndәrmәsi vә әvәzinә digәr mal (iş, xidmәt) almasına uyğun olan әmәliyyatların mәcmusu mal (iş, xidmәt) mübadilәsi әmәliyyatını tәşkil edir. Hәmin әmәliyyatların gedişindә verilәn (alınan) malların (işlәrin, xidmәtlәrin) bazar qiymәtlәri bu maddәnin müddәalarına uyğun olaraq müәyyәn edilir.

14.8. Vergi ödәyicisinin dövlәt vergi orqanına bu vә ya digәr әmәliyyatda malın (işin, xidmәtin) bazar qiymәtinin bu maddәdә göstәrildiyindәn fәrqli qaydada müәyyәnlәşdirilmәsi barәdә sübutlar vermәk hüququ vardır.

Page 16: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

14.9. Malın (işin, xidmәtin) bazar qiymәti müәyyәnlәşdirilәrkәn vә tәsbit olunarkәn malın (işin, xidmәtin) bazar qiymәtlәri vә birja kotirovkaları haqqında rәsmi mәlumat mәnbәlәrindәn, dövlәt vә yerli hakimiyyәt orqanlarının mәlumat bazalarından, vergi ödәyicilәrinin dövlәt vergi orqanlarına verdiklәri mәlumatdan, yaxud reklam mәnbәlәrinin mәlumatından vә digәr müvafiq mәlumatlardan istifadә edilir.***

Mәcәllәyә dәyişiklik vә әlavәlәrin edildiyi sәnәdlәrin Siyahısı

1. Azәrbaycan Respublikasının Qanunu - 22 iyun 2001-ci il, N 157-IIQD.

2. Azәrbaycan Respublikasının Qanunu - 2 iyul 2001-ci il, N 171-IIQD.

3. Azәrbaycan Respublikasının Qanunu - 16 noyabr 2001-ci il, N 217-IIQD.

Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.

Maddә 15. Vergi ödәyicisinin hüquqları

15.1. Vergi ödәyicisinin aşağıdakı hüquqları vardır:

15.1.1. vergi orqanlarından qeydiyyat (uçot) yeri üzrә qüvvәdә olan vergilәr vә onların ödәnilmәsi qaydasını vә şәrtlәrini tәnzimlәyәn normativ-hüquqi aktlar, vergi ödәyicilәrinin hüquq vә vәzifәlәri, vergi orqanlarının vә onların vәzifәli şәxslәrinin sәlahiyyәtlәri haqqında әvәzsiz olaraq yazılı mәlumat almaq;

15.1.2. vergi orqanlarından vergi qanunvericiliyinin tәtbiq edilmәsi mәsәlәlәrinә dair yazılı izahatlar almaq;

15.1.3. vergi qanunları ilә müәyyәn edilmiş hallarda vә qaydada vergi güzәştlәrindәn istifadә etmәk;

15.1.4. artıq ödәnilmiş vә ya artıq tutulmuş vergilәrin vaxtında geri qaytarılmasını vә ya әvәzlәşdirilmәsini tәlәb etmәk;

15.1.5. vergi münasibәtlәrindә bilavasitә vә ya öz nümayәndәsi vasitәsi ilә iştirak etmәk;

15.1.6. vergi yoxlaması ilә bağlı tәrtib edilәn aktların (protokolların) vә vergi orqanlarının qәrarlarının surәtini almaq;

15.1.7. vergi orqanlarından vә onların vәzifәli şәxslәrindәn vergi ödәyicisinә münasibәtdә vergilәr haqqında qanunvericiliyә riayәt olunmasını tәlәb etmәk;

Page 17: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

15.1.8. vergi orqanlarının vә onların vәzifәli şәxslәrinin Vergi Mәcәllәsinә vә digәr vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qәrarlarını) vә tәlәblәrini yerinә yetirmәmәk;

15.1.9. müәyyәn edilmiş qaydada vergi orqanlarının vә onların vәzifәli şәxslәrinin hәrәkәtlәrindәn (hәrәkәtsizliyindәn) mәhkәmәyә şikayәt etmәk;

15.1.10. qanunvericiliklә müәyyәn edilmiş qaydada kommersiya (vergi) sirrinin qorunmasını tәlәb etmәk;

15.1.11. vergi orqanlarının vә ya onların vәzifәli şәxslәrinin qeyri-qanuni aktları (qәrarları) vә hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә dәymiş zәrәrin tam ödәnilmәsini qanunvericiliklә müәyyәn edilmiş qaydada tәlәb etmәk;

15.1.12. vergi yoxlamalarının aktları vә digәr materialları ilә tanış olmaq, vergi orqanlarına vә onların vәzifәli şәxslәrinә vergilәrin hesablanması vә ödәnilmәsi, habelә keçirilәn vergi yoxlamalarının aktları üzrә öz rәyini bildirmәk;

15.1.13. bu Mәcәllә vә qanunlarla müәyyәn edilmiş digәr hüquqlardan istifadә etmәk.

15.2. Vergi ödәyicisinin hüquqları vә qanuni maraqları qanunvericilik normaları ilә tәmin edilir.

Vergi ödәyicisinin hüquqlarının vә qanuni maraqlarının müdafiәsi qaydası bu Mәcәllә vә digәr qanunlarla müәyyәn edilir.

Vergi ödәyicisinin hüquqları vә qanuni maraqları vergi orqanlarının vә onların vәzifәli şәxslәrinin sәlahiyyәtlәri ilә tәmin edilir.

Vergi ödәyicisinin hüquqlarının vә qanuni maraqlarının tәmin olunmaması vә ya lazımınca tәmin olunmaması qanunla müәyyәn edilmiş mәsuliyyәtә sәbәb olur.

15.3. Vergi ödәyicisi vergi münasibәtlәrindә bilavasitә vә bu Mәcәllәdә başqa hallar nәzәrdә tutulmamışdırsa öz qanuni vә ya sәlahiyyәtli nümayәndәsi vasitәsi ilә iştirak edә bilәr.

Maddә 16. Vergi ödәyicisinin vәzifәlәri

16.1. Vergi ödәyicisinin aşağıdakı vәzifәlәri vardır:

16.1.1. qanunla müәyyәn edilmiş vergilәri ödәmәk;

16.1.2. vergi orqanlarından vergi ödәyicisinin eynilәşdirmә nömrәsini (VГ–EN) almaq;

16.1.3. qanunvericiliklә nәzәrdә tutulmuş qaydada gәlirlәrinin (xәrclәrinin) vә

Page 18: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

vergitutma obyektlәrinin uçotunu aparmaq;

16.1.4. vergi orqanlarına qanunvericiliklә müәyyәn edilmiş hallarda vә qaydada, auditor tәrәfindәn tәsdiq olunmaqla tәqdim edilmәsi nәzәrdә tutulduğu hallarda isә, auditor rәyi әlavә edilmәklә vergi hesabatını tәqdim etmәk;

16.1.5. vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tәlәblәrini icra etmәk, habelә vergi orqanlarının vәzifәli şәxslәrinin qanuni fәaliyyәtinin icra edilmәsinә maneçilik törәtmәmәk;

16.1.6. bu Mәcәllә ilә müәyyәn edilmiş hallarda vә qaydada vergi orqanlarına vә onların vәzifәli şәxslәrinә zәruri olan mәlumatları vә sәnәdlәri tәqdim etmәk;

16.1.7. qanunvericiliklә müәyyәn edilmiş müddәtdә mühasibat sәnәdlәrinin vә vergilәrin hesablanması vә ödәnilmәsi üçün zәruri olan digәr sәnәdlәrin, habelә alınan gәliri (hüquqi şәxslәr üçün çәkilәn xәrclәri dә) vә ödәnilәn (tutulan) vergilәri tәsdiq edәn sәnәdlәrin saxlanılmasını tәmin etmәk;

16.1.8. bu Mәcәllә vә qanunlarla müәyyәn edilmiş digәr vәzifәlәr.

16.2. Vergi ödәyicisi kimi uçota alınmış hüquqi vә fiziki şәxslәrin hesabat dövründә sahibkarlıq fәaliyyәti, әmlakı, torpağı vә vergi tutulan әmәliyyatı olmadığı halda, onlar bu barәdә vergi orqanına vergi hesabatları әvәzinә arayış verirlәr.

Maddә 17. Vergi agenti

17.1. Vergi agenti bu Mәcәllәyә uyğun olaraq vergini hesablamağa, onu vergi ödәyicisindәn tutmağa vә tәyinatı üzrә köçürmәyә borclu olan şәxsdir.

17.2. Vergi agentinin, bu Mәcәllәdә başqa hallar nәzәrdә tutulmamışdırsa, vergi ödәyicisi ilә eyni hüquqları vardır.

17.3. Vergi agenti:

17.3.1. müvafiq vergilәri düzgün vә vaxtında hesablamağa, onları vergi ödәyicisindәn tutmağa vә tәyinatı üzrә köçürmәyә;

17.3.2. vergi ödәyicilәrinә ödәnilәn gәlirlәrin, onlardan tutulan vә tәyinatı üzrә köçürülәn vergilәrin, o cümlәdәn, hәr vergi ödәyicisi üzrә ayrıca uçotunu aparmağa;

17.3.3. vergilәrin hesablanmasının, tutulmasının vә ödәnilmәsinin düzgünlüyünә nәzarәt etmәk üçün zәruri sәnәdlәri dövlәt vergi orqanlarına vermәyә;

17.3.4. vergi ödәyicisindәn verginin tutulmasının mümkün olmadığı hallarda, bu barәdә vә vergi ödәyicisinin vergi borcunun mәblәği barәdә vergi orqanlarına 30 gün müddәtindә öz qeydiyyat (uçot) yeri üzrә yazılı mәlumat vermәyә;

Page 19: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

17.3.5. bu Mәcәllә ilә müәyyәn edilmiş digәr vәzifәlәri yerinә yetirmәyә borcludur.

17.4. Vergi agenti qanunla ona hәvalә edilmiş vәzifәlәri yerinә yetirmәmәyә vә ya lazımınca yerinә yetirmәmәyә görә bu Mәcәllә vә digәr qanunlarla müәyyәn edilmiş qaydada mәsuliyyәt daşıyır.

17.5. Vergi agenti birbaşa vә ya dolayı yolla tabe olduğu şәxsin tәqsiri üzündәn ona hәvalә olunmuş vәzifәlәrin yerinә yetirilmәmәsinә vә ya lazımınca yerinә yetirilmәmәsinә görә vergi agentinin bilavasitә vә ya dolayısı ilә tabe olduğu şәxs bu Mәcәllә vә digәr qanunlarla müәyyәn edilmiş qaydada mәsuliyyәt daşıyır.

Maddә 18. Qarşılıqlı surәtdә asılı olan şәxslәr

18.1. Vergi mәqsәdlәri üçün qarşılıqlı surәtdә asılı olan şәxslәr - aralarındakı münasibәtlәr fәaliyyәtlәrinin iqtisadi nәticәlәrinә vә ya onların tәmsil etdiyi şәxslәrin fәaliyyәtinә bilavasitә tәsir göstәrә bilәn fiziki şәxslәr vә (vә ya) hüquqi şәxslәrdir.

18.2. Bu maddәnin mәqsәdlәri üçün qarşılıqlı surәtdә asılı olan şәxslәr aşağıdakılar sayılır:

18.2.1. bir şәxs digәr şәxsin әmlakında bilavasitә vә ya dolayısı ilә iştirak edirsә vә onun iştirak payı vә ya sәs hüququ azı 20 faizdirsә;

18.2.2. bir şәxs özünün xidmәti vәziyyәtinә görә digәr şәxsә tabedir vә ya bir şәxs digәr şәxsin bilavasitә vә ya dolayısı ilә nәzarәtindәdir;

18.2.3. şәxslәr üçüncü şәxsin birbaşa vә ya dolayısı ilә nәzarәtindәdirlәr;

18.2.4. şәxslәr üçüncü şәxsә birbaşa vә ya dolayısı ilә birgә nәzarәt edirlәr;

18.2.5. bu Mәcәllәnin 13.2.7-ci maddәsindә göstәrilәn ailә üzvlәri.

Maddә 19. Daimi nümayәndәlik

19.1. Azәrbaycan Respublikasında qeyri-rezident hüquqi şәxsin vә ya qeyri-rezident fiziki şәxsin daimi nümayәndәliyi hәmin şәxslәrin istәnilәn 12 ay әrzindә Azәrbaycan Respublikasında üst-üstә 90 gündәn az olmayaraq bilavasitә vә ya müvәkkil edilmiş şәxs vasitәsilә tam vә ya qismәn sahibkarlıq fәaliyyәtini hәyata keçirdiyi yerdir.

19.2. Daimi nümayәndәlik, әsasәn aşağıdakıları әhatә edir, amma bunlarla mәhdudlaşdırılmır:

19.2.1. idarәetmә yerini;

Page 20: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

19.2.2. bölmәni;

19.2.3. kontoru;

19.2.4. filialı vә agentliyi;

19.2.5. tikinti vә tәmir meydançaları, quraşdırma vә ya yığma obyektlәri, hәmçinin bu cür obyektlәrlә bağlı nәzarәt fәaliyyәti göstәrilmәsini;

19.2.6. tәbii ehtiyatların kәşfiyyatı, işlәnmәsi vә çıxarılması üzrә yerlәr, istifadә olunan qurğular vә ya meydançalar, qazma avadanlığı vә ya gәmilәr, hәmçinin bu cür obyektlәrlә bağlı nәzarәt fәaliyyәti göstәrilmәsini;

19.2.7. qeyri-rezident fiziki şәxsin sahibkarlıq fәaliyyәti üçün istifadә etdiyi bazanı (yeri);

19.2.8. müxtәlif mәslәhәt xidmәti üzrә yerlәrini;

19.2.9. Azәrbaycan Respublikası әrazisindә digәr sahibkarlıq növlәrinin hәyata keçirildiyi istәnilәn hәr hansı iş yerlәrini;

19.2.10. qeyri-rezident müәssisәlәrin vә ya qeyri-rezident fiziki şәxsin Azәrbaycan Respublikasındakı daimi nümayәndәliyi funksiyalarını hәyata keçirәn, onların adından fәaliyyәt göstәrәn, onların adından müqavilәlәri hazırlamaq vә ya bağlamaq sәlahiyyәtlәrinә malik olan vә adәtәn belә sәlahiyyәtlәri hәyata keçirәn şәxslәri;

19.2.11. malların istehsal vә ya tәqdim edildiyi, işlәrin görüldüyü vә ya xidmәtlәrin göstәrildiyi yeri.

19.3. Bu Mәcәllәnin 19.2-ci maddәsindә müәyyәn edilәn müddәalardan fәrqli olaraq, aşağıda göstәrilәn fәaliyyәt növlәri daimi nümayәndәlik vasitәsi ilә hәyata keçirilәn fәaliyyәt sayılmır:

19.3.1. qeyri-rezident müәssisәsinin özünә mәxsus malların vә mәmulatların müstәsna olaraq saxlanması vә ya nümayiş etdirilmәsi;

19.3.2. qeyri-rezident müәssisәsinin özünә mәxsus olan malların vә mәmulatların ehtiyatlarının digәr şәxs tәrәfindәn emal vә sonradan Azәrbaycan Respublikasından ixrac edilmәsi mәqsәdi ilә saxlanması;

19.3.3. qeyri-rezident müәssisәsinin yalnız özü üçün malların alınması vә ya mәlumatların toplanması;

19.3.4. qeyri-rezident müәssisәsinin özü üçün hәr hansı digәr hazırlıq vә ya yardımçı xarakterli fәaliyyәt göstәrmәsi;

19.3.5. bu Mәcәllәnin 19.3.1-19.3.4-cü maddәlәrindә göstәrilmiş hәr hansı fәaliyyәt növlәrinin bir yerdә hәyata keçirilmәsi.

Page 21: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

19.4. Bu maddәnin mәqsәdlәri üçün qeyri-rezident müәssisәnin vә ya qeyri-rezident fiziki şәxsin istәnilәn 12 ay әrzindә üst-üstә 90 gündәn az müddәtdә Azәrbaycan Respublikasında fәaliyyәt göstәrdiyi hәr hansı yer daimi nümayәndәlik sayılmır, bu halda Azәrbaycan mәnbәyindәn әldә olunan gәlir bu Mәcәllәnin 125-ci vә 169-cu maddәlәrinә әsasәn ödәniş mәnbәyindә vergiyә cәlb edilir.

Fәsil III. Dövlәt vergi orqanları

Maddә 20. Dövlәt vergi orqanları vә onların tәyinatı

20.1. Azәrbaycan Respublikasında dövlәt vergi orqanlarını müvafiq icra hakimiyyәti orqanı vә bilavasitә ona tabe olan әrazi vergi orqanları tәşkil edir. Vergi orqanları öz sәlahiyyәtlәri çәrçivәsindә hüquq mühafizә orqanlarının sәlahiyyәtlәrini hәyata keçirirlәr.

20.2. Vergi orqanları öz fәaliyyәtini yerli dövlәt hakimiyyәti orqanlarından asılı olmayaraq müstәqil hәyata keçirirlәr. Vergi orqanları tәrәfindәn onların sәlahiyyәtlәri daxilindә qәbul edilәn qәrarlar bütün hüquqi vә fiziki şәxslәr üçün mәcburidir.

20.3. Vergi orqanları mәhkәmәlәrә iddia әrizәlәrinin verilmәsi üçün dövlәt rüsumunu ödәmәkdәn azaddırlar.

20.4. Vergi orqanları vergilәrin (yol vergisi, yerli vergilәr (bәlәdiyyә vergilәri) vә idxal-ixrac әmәliyyatları üzrә vergilәrdәn başqa) tam vә vaxtında ödәnilmәsinә nәzarәti hәyata keçirirlәr.

20.5. Bu Mәcәllә ilә nәzәrdә tutulan hallarda vergi orqanlarının sәlahiyyәtlәrini qanunla müәyyәn edilmiş hallarda vә qaydada yol vergisi vә idxal-ixrac әmәliyyatları sahәsindә gömrük orqanları hәyata keçirir.

20.6. Bu Mәcәllәnin 20.5-ci maddәsindә göstәrilәn orqanlar öz sәlahiyyәtlәri daxilindә bu Mәcәllәyә, Azәrbaycan Respublikasının Gömrük Mәcәllәsinә, digәr qanunlara vә onlara uyğun qәbul edilmiş qanunvericilik aktlarına әsasәn fәaliyyәt göstәrirlәr.

Maddә 21. Vergi orqanlarının fәaliyyәtinin hüquqi әsasları

Vergi orqanlarının fәaliyyәtinin hüquqi әsaslarını Azәrbaycan Respublikasının Konstitusiyası, bu Mәcәllә vә onlara uyğun olaraq qәbul edilmiş qanunvericilik aktları tәşkil edir.

Maddә 22. Vergi orqanları işçilәrinin sosial müdafiәsi vә bu orqanların maddi hәvәslәndirmә vә inkişaf fondu

22.1. Vergi orqanlarının işçilәrinin sosial müdafiәsinә dövlәt tәminat verir

Page 22: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

vә onlar dövlәt büdcәsinin vәsaiti hesabına icbari qaydada sığorta olunurlar. İcbari sığortanın qaydası vә şәrtlәri qanunla müәyyәn edilir. Vergi orqanının işçisinә xidmәti fәaliyyәti hәyata keçirdiyi zaman peşә fәaliyyәti ilә mәşğul olmağa imkan vermәyәn ağır bәdәn xәsarәti yetirildikdә, ona dövlәt büdcәsinin vәsaiti hesabına vәzifә maaşı ilә pensiyası arasındakı fәrq ödәnilir. Xidmәti fәaliyyәtlә әlaqәdar vergi orqanının işçisinin vә ya onun ailә üzvlәrinin әmlakına dәymiş zәrәr, sonradan tәqsirkar şәxsdәn tutulmaqla, tam hәcmdә dövlәt büdcәsinin vәsaiti hesabına ödәnilir.

22.2. Vergi orqanlarının maddi hәvәslәndirmә vә inkişaf fondu, onların nәzarәti ilә büdcәyә ödәnilmәsi tәmin olunmuş vergilәrin vә qeyri-vergi büdcә daxilolmalarının müvafiq il üçün dövlәt büdcәsindә nәzәrdә tutulmuş hәcmdәn artıq mәblәğin 50 faizi hesabına yaradılır. Vergi orqanlarının maddi hәvәslәndirmә vә inkişaf fondundan istifadә qaydalarını müvafiq icra hakimiyyәti orqanı tәsdiq edir.

Maddә 23. Vergi orqanlarının hüquqları

23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:

23.1.1. bu Mәcәllә ilә müәyyәn edilmiş qaydada vә hallarda kameral vә sәyyar vergi yoxlamaları keçirmәk;

23.1.2. vergi ödәyicilәrindә bütün maliyyә sәnәdlәrini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vәsaitlәri, qiymәtli kağızları vә başqa qiymәtlilәri, bәyannamәlәri vә vergilәrin hesablanması vә ödәnilmәsi ilә bağlı olan digәr sәnәdlәri qanunvericiliklә müәyyәn edilmiş qaydada yoxlamaq, habelә yoxlamaların keçirilmәsi zamanı yoxlamaya aid olan mәsәlәlәrlә bağlı vergi ödәyicilәrindәn vә ya onun vәzifәli şәxslәrindәn lazımi izahatlar, arayışlar vә mәlumat almaq;

23.1.3. vergi ödәyicilәrinin gәlir götürmәk üçün istifadә etdiklәri, yaxud vergi tutulan obyektlәrin saxlanılması ilә bağlı olan istehsal, anbar, ticarәt vә digәr binalarında (әrazilәrindә) qanunvericiliklә müәyyәn edilmiş qaydada xronometraj metodu ilә müşahidә aparmaq vә baxış keçirmәk, bu Mәcәllә ilә müәyyәn edilmiş qaydada sәnәdlәri vә әşyaları götürmәk, mülkiyyәtindә vә ya istifadәsindә olan әmlakın (yaşayış sahәlәri istisna olmaqla) bu Mәcәllәdә müәyyәn edilmiş hallarda müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq edilmiş qaydada inventarizasiyasını aparmaq;

23.1.4. vergi ödәyicilәrindәn vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını, habelә vergi ödәyicisi auditor tәrәfindәn yoxlanılmalı olduğu halda auditor rәyini tәlәb etmәk;

23.1.5. qanunla müәyyәn edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilә bağlı işlәrә baxmaq, hüquqi vә fiziki şәxslәrin vergi borclarına faizlәr hesablamaq, bu şәxslәrә maliyyә sanksiyaları vә inzibati cәrimәlәr tәtbiq etmәk;

23.1.6. müәyyәn edilmiş müddәtlәrdә ödәnilmәmiş vergilәrin, faizlәrin, maliyyә sanksiyalarının vә inzibati cәrimәlәrin qanunla müәyyәn edilmiş

Page 23: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

qaydada dövlәt büdcәsinә vә ya mәqsәdli dövlәt fondlarına ödәnilmәsini tәmin etmәk;

23.1.7. vergi ödәyicilәrinin hesablaşma, valyuta vә ya digәr hesablarından qanunvericiliyә müvafiq olaraq hesablanmış vergilәr üzrә borcların vә faizlәrin dövlәt büdcәsinә alınması üçün banklara vә ya digәr kredit tәşkilatlarına icra sәnәdi olan sәrәncam vermәk, inzibati cәrimәlәrin alınmasını tәşkil etmәk;

23.1.8. qanunla müәyyәn edilmiş hallarda vergi ödәyicisinin hesablaşma, valyuta vә digәr hesablarına hәbs qoyulması barәdә mәhkәmәdә iddia qaldırmaq, bu Mәcәllә ilә müәyyәn edilmiş qaydada vergi ödәyicisinin әmlakının siyahıya alınması üçün tәdbirlәr görmәk;

23.1.9. «Әmәliyyat-axtarış fәaliyyәti haqqında» Azәrbaycan Respublikasının Qanunu ilә müәyyәn olunmuş hallarda vә qaydada vәtәndaşların vergi mәsәlәlәri ilә bağlı sorğusunu hәyata keçirtmәk;

23.1.10. «Әmәliyyat-axtarış fәaliyyәti haqqında» Azәrbaycan Respublikasının Qanunu ilә müәyyәn olunmuş hallarda vә qaydada binalara (yaşayış sahәlәri istisna olmaqla), qurğulara vә torpaq sahәlәrinә daxil olmaq vә baxış keçirtmәk;

23.1.11. «Әmәliyyat-axtarış fәaliyyәti haqqında» Azәrbaycan Respublikasının Qanunu ilә müәyyәn olunmuş hallarda vә qaydada nәzarәt qaydasında mal alqısını hәyata keçirtmәk;

23.1.12. Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsi ilә müәyyәn edilmiş qaydada tәhqiqat aparmaq;

23.1.13. aksiz markası ilә markalanmalı olan malların markalanmadan satışının hәyata keçirilmәsi aşkar edildikdә, hәmin malları siyahıya almaq vә vergi ödәyicisindә vә ya onun razılığı ilә vergi orqanlarının vәzifәli şәxslәri tәrәfindәn müәyyәn edilәn yerlәrdә mәsul saxlamaya qoymaq;

23.1.14. bu Mәcәllә ilә müәyyәn edilmiş qaydada mütәxәssislәri, ekspertlәri, tәrcümәçilәri, müşahidәçilәri cәlb etmәk;

23.1.15. mәhkәmәnin qәrarı ilә müsadirә edilmiş aksiz markası olmayan vә ya saxta aksiz markaları ilә markalanmış malların satışını qanunvericiliyә uyğun olaraq tәşkil etmәk;

23.1.16. bu Mәcәllә vә Azәrbaycan Respublikasının digәr qanunvericilik aktları ilә vergi orqanlarının tәyinatına uyğun olaraq nәzәrdә tutulmuş başqa hüquqları hәyata keçirmәk.

23.2. Yuxarı vergi orqanları tabeliyindә olan vergi orqanlarının vә onların vәzifәli şәxslәrinin qeyri-qanuni aktlarını vә qәrarlarını lәğv edә bilәrlәr.

Maddә 24. Vergi orqanlarının vәzifәlәri

Page 24: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

24.0.1. Vergi orqanları:

24.0.1. vergilәrin düzgün hesablanmasına, tam vә vaxtında ödәnilmәsinә nәzarәt etmәyә; vergi qanunvericiliyinә tam vә dәqiq riayәt etmәyә;

24.0.2. vergi ödәyicilәrinin hüquqlarını vә qanuni mәnafelәrini gözlәmәyә vә müdafiә etmәyә;

24.0.3. vergi qanunvericiliyi vә vergi qanunvericiliyindә edilәn dәyişikliklәr barәdә vergi ödәyicilәrinә kütlәvi informasiya vasitәlәri ilә vә ya fәrdi qaydada әvәzsiz olaraq mәlumat vermәyә, müәyyәn edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etmәyә, vergilәrin hesablanması vә ödәnilmәsi barәdә izahatlar vermәyә, vergi ödәyicilәrinә onların hüquq vә vәzifәlәrini izah etmәyә;

24.0.4. hesablanmış vә tәyinatı üzrә daxil olmuş vergilәrin uçotunu aparmağa vә bu barәdә müvafiq icra hakimiyyәti orqanlarına mәlumat vermәyә;

24.0.5. vergi qanunvericiliyinin pozulması hallarına dair mәlumatları toplamağa, tәhlil etmәyә vә qiymәtlәndirmәyә, belә halların baş vermәsinә gәtirib çıxaran sәbәblәrin vә şәraitin aradan qaldırılması üçün müvafiq dövlәt orqanlarına tәkliflәr vermәyә;

24.0.6. vergi ödәyicilәrinin uçotunu aparmağa;

24.0.7. bu Mәcәllәdә vә qanunvericilikdә nәzәrdә tutulmuş qaydada vergi ödәyicilәri haqqında mәlumatın, o cümlәdәn vergi vә kommersiya sirrinin qorunması qaydalarına riayәt etmәyә vә onu tәmin etmәyә;

24.0.8. vergi ödәyicilәrinә vergi yoxlamalarının nәticәlәri haqqında aktın, habelә qanunvericiliklә müәyyәn edilmiş hallarda vergi orqanının qәrarının surәtini vermәyә;

24.0.9. vergi ödәyicilәri tәrәfindәn artıq ödәnilmiş vergi mәblәğlәrinin әvәzlәşdirilmәsi vә ya geri qaytarılması, habelә vergi ödәyicilәrindәn düzgün tutulmayan vergi mәblәğlәrinin, maliyyә sanksiyalarının, faizlәrin vә inzibati cәrimәlәrin geri qaytarılması üçün qanunvericiliklә müәyyәn edilmiş tәdbirlәri görmәyә;

24.0.10. tabeliyindә olan vergi orqanlarının fәaliyyәtinә nәzarәti hәyata keçirmәyә;

24.0.11. bu Mәcәllә vә Azәrbaycan Respublikasının digәr qanunvericilik aktları ilә vergi orqanlarının tәyinatına uyğun olaraq müәyyәn edilmiş digәr vәzifәlәri hәyata keçirmәyә borcludur.

Maddә 25. Dövlәt gömrük orqanlarının vergitutma sahәsindә hüquq vә vәzifәlәri

Dövlәt gömrük orqanları mallar Azәrbaycan Respublikasının gömrük

Page 25: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

sәrhәdindәn keçirildikdә, vergilәrin tutulması sahәsindә bu Mәcәllә, Azәrbaycan Respublikasının Gömrük Mәcәllәsi vә digәr qanunları ilә müәyyәn edilmiş hüquqları vә vәzifәlәri hәyata keçirirlәr.

Maddә 26. Vergi orqanlarının digәr dövlәt hakimiyyәti orqanları ilә qarşılıqlı münasibәtlәri

26.1. Vergi orqanları öz vәzifәlәrini mәrkәzi vә yerli icra hakimiyyәti orqanları, hüquq-mühafizә, maliyyә vә digәr dövlәt hakimiyyәti orqanları ilә qarşılıqlı әlaqәdә hәyata keçirirlәr.

26.2. Vergi orqanlarının vәzifәlәrinin yerinә yetirilmәsi ilә әlaqәdar digәr dövlәt hakimiyyәti orqanları vergi orqanlarına kömәk etmәyә vә zәruri hallarda müәyyәn edilmiş qaydada onlara lazımi mәlumatları vermәyә borcludurlar.

26.3. Gömrük orqanları vergitutma ilә әlaqәdar onlarda olan mәlumatı bu Mәcәllәnin 20.1-ci maddәsindә nәzәrdә tutulan müvafiq icra hakimiyyәti orqanına vermәlidir.

Maddә 27. Vergi orqanlarının vәzifәli şәxslәri

27.1. Vergi orqanlarının vәzifәli şәxslәri dövlәt qulluğundadırlar.

27.2. Vergi orqanlarının vәzifәli şәxslәri müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş qaydada vәzifәyә tәyin olunur vә vәzifәdәn azad olunur.

27.3. Vergi orqanlarının vәzifәli şәxslәri elmi, pedaqoji vә yaradıcılıq fәaliyyәti istisna olmaqla, heç bir sahibkarlıq vә digәr ödәnişli fәaliyyәt növlәri ilә mәşğul ola bilmәzlәr.

Maddә 28. Vergi orqanlarının vәzifәli şәxslәrinin xüsusi rütbәlәri

28.1. Vergi orqanlarının vәzifәli şәxslәrinә tutduğu vәzifәsinә, ixtisasına vә iş stajına görә xüsusi rütbәlәr verilir.

28.2. Xüsusi rütbәlәrin verilmәsi, hәmin rütbәlәrdәn mәhrum edilmәsi qaydası vә xüsusi rütbәlәrlә bağlı digәr mәsәlәlәr qanunvericiliklә müәyyәn edilir.

28.3. Vergi orqanlarının vәzifәli şәxslәrinin xüsusi rütbәlәrinә uyğun olaraq xüsusi geyim forması vә fәrqlәnmә nişanları vardır. Hәmin geyim formasının vә fәrqlәnmә nişanlarının nümunәsi müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq edilir.

Maddә 29. Mәnafelәrin toqquşması

Page 26: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

29.0. Vergi orqanlarının vәzifәli şәxslәri tәrәfindәn aşağıdakı hallarda öz xidmәti vәzifәlәrini vergi ödәyicilәrinә münasibәtdә hәyata keçirmәk yol verilmәzdir:

29.0.1. vergi orqanlarının vәzifәli şәxslәri ilә vergi ödәyicilәri arasındakı münasibәtlәr ailә üzvlәrinin münasibәtlәri olduqda;

29.0.2. vergi orqanlarının vәzifәli şәxslәrinin vә ya onların ailә üzvlәrinin bilavasitә vә ya dolayası ilә vergi ödәyicisindә (onun fәaliyәtindә) maliyyә marağı olduqda.

Maddә 30. Kommersiya (vergi) sirri

30.1. Vergi orqanları vә onların vәzifәli şәxslәri (vergi orqanlarında işlәdiklәri dövrdә vә ya işdәn çıxdıqdan sonra qanunvericiliklә müәyyәn edilmiş müddәtdә) xidmәti vәzifәlәrini yerinә yetirәrkәn vergi ödәyicilәri haqqında әldә etdiklәri vә ya onlara etibar edilәn hәr hansı mәlumatın mәxfiliyini qorumağa borcludurlar.

30.2. Aşağıdakı mәlumatlar istisna olmaqla vergi orqanı vә onun vәzifәli şәxslәri tәrәfindәn vergi ödәyicisi barәdә әldә edilәn istәnilәn mәlumat kommersiya (vergi) sirri hesab olunur:

30.2.1. vergi ödәyicisinin razılığı ilә aşkar edilәn;

30.2.2. vergi ödәyicisinin eynilәşdirmә nömrәsi haqqında;

30.2.3. müәssisәnin nizamnamә fondu (nizamnamә kapitalı) haqqında;

30.2.4. vergi qanunvericiliyinin pozulması vә bu pozulmalara görә mәsuliyyәt tәdbirlәri haqqında.

30.3. Kommersiya (vergi) sirri vergi orqanları, onların vәzifәli şәxslәri tәrәfindәn qanunla nәzәrdә tutulmuş hallar istisna olmaqla açılmamalıdır. Kommersiya (vergi) sirrinin açılmasına әsas etibarilә, ancaq bununla mәhdudlaşmayan, vergi yoxlaması zamanı vәzifәlәrini yerinә yetirәrkәn vergi orqanının vәzifәli şәxsinә, cәlb edilmiş mütәxәssisә vә ya ekspertә bәlli olmuş vergi ödәyicisinin kommersiya (vergi) sirrinin istifadә edilmәsi vә ya başqa şәxsә verilmәsi aiddir.

30.4. Vergi orqanına daxil olmuş vә kommersiya (vergi) sirrini tәşkil edәn mәlumatların qorunmasının vә әldә edilmәsinin xüsusi rejimi vardır. Kommersiya (vergi) sirrini tәşkil edәn mәlumatları müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilәn siyahı üzrә vәzifәli şәxslәr әldә edә bilәr.

30.5. Kommersiya (vergi) sirrini tәşkil edәn mәlumatların itirilmәsi vә yaxud belә mәlumatların açılması qanunla nәzәrdә tutulmuş mәsuliyyәtә sәbәb olur.

30.6. Bu Mәcәllәnin 30.1-ci maddәsindә göstәrilәn vergi orqanları vә onların vәzifәli şәxslәri vergi ödәyicilәri haqqında mәlumatı ancaq aşağıdakı

Page 27: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

hallarda digәr orqanlara qanunvericiliklә müәyyәn edilmiş qaydada verә bilәrlәr:

30.6.1. vergi orqanlarına vә onların vәzifәli şәxslәrinә vergi orqanlarının vәzifәlәrinin hәyata keçirilmәsi mәqsәdi ilә;

30.6.2. vergi qanunvericiliyinin cinayәt tәrkibli pozuntuları ilә әlaqәdar onların qarşısının alınması vә istintaq aparılması üçün müvafiq icra hakimiyyәti orqanına;

30.6.3. İnzibati xәtalar vә ya vergi qanunvericiliyinin cinayәt tәrkibli pozuntuları ilә bağlı işlәrә baxılma ilә әlaqәdar müvafiq mәhkәmәlәrә;

30.6.4. Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrә uyğun olaraq digәr dövlәtlәrin müvafiq dövlәt hakimiyyәti orqanlarına;

30.6.5. sosial müdafiә haqqında qanunların yerinә yetirilmәsi üçün zәruri olan hәdlәrdә dövlәt sosial müdafiә vә tibbi sığorta fondlarına;

30.6.6. gömrük qanunvericiliyinin tәtbiq edilmәsi mәqsәdlәri üçün gömrük orqanlarına.

30.7. Dövlәt hakimiyyәti orqanları vә onların vәzifәli şәxslәri kommersiya (vergi) sirrini tәşkil edәn mәlumatları әks etdirәn sәnәdlәri hәmin sәnәdlәri onlara tәqdim etmiş vergi orqanlarına qaytarmalıdırlar.

30.8. Vergi ödәyicisinә aid mәlumat vergi ödәyicisinin yazılı icazәsi ilә digәr şәxsә verilә bilәr.

Maddә 31. Vergi orqanlarının vәzifәli şәxslәrinin vәzifәlәri

31.0. Vergi orqanlarının vәzifәli şәxslәrinin aşağıda göstәrilәn vәzifәlәri vardır:

31.0.1. bu Mәcәllәyә vә Azәrbaycan Respublikasının digәr qanunlarına ciddi riayәt etmәk;

31.0.2. vergi orqanlarının hüquq vә vәzifәlәrini öz sәlahiyyәtlәri daxilindә yerinә yetirmәk;

31.0.3. vergi ödәyicilәrinә, onların nümayәndәlәrinә vә vergi münasibәtlәrinin digәr iştirakçılarına diqqәt vә nәzakәtlә yanaşmaq.

Fәsil IV Vergi nәzarәti

Maddә 32. Vergi nәzarәti vә onun formaları

32.1. Vergi orqanları vergilәrin tam vә vaxtında yığılmasını tәmin etmәk mәqsәdi ilә vergi nәzarәtini hәyata keçirirlәr. Vergi nәzarәti vergi

Page 28: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

ödәyicilәrinin vә vergitutma obyektlәrinin uçotuna, habelә vergi qanunvericiliyinә riayәt olunmasına vahid nәzarәt sistemidir.

32.2. Vergi nәzarәtini bu Mәcәllәdә vә Azәrbaycan Respublikasının Gömrük Mәcәllәsindә nәzәrdә tutulmuş hallarda vә qaydada müvafiq icra hakimiyyәti orqanları hәyata keçirirlәr. Yerli vergilәrin (bәlәdiyyә vergilәrinin) qanunvericiliyә uyğun olaraq hesablanmasına, tam vә vaxtında ödәnilmәsinә nәzarәt bәlәdiyyәlәrin vergi xidmәti orqanları tәrәfindәn hәyata keçirilir

32.3. Vergi nәzarәti vergi orqanlarının vә gömrük orqanlarının, onların vәzifәli şәxslәrinin sәlahiyyәtlәri hәdlәrindә bu Mәcәllәyә, Azәrbaycan Respublikasının Gömrük Mәcәllәsinә vә digәr qanunvericilik aktlarına müvafiq olaraq hәyata keçirilir.

32.4. Vergi orqanları vergi nәzarәtini vergi ödәyicilәrinin vә vergitutma obyektlәrinin uçotunu aparmaqla, uçot vә hesabat mәlumatlarını yoxlamaqla, vergi ödәyicilәri vә digәr şәxslәr arasında sorğu aparmaqla, gәlir әldә etmәk üçün istifadә olunan binalara baxış keçirtmәklә vә bu Mәcәllә ilә müәyyәn edilmiş digәr formalarda hәyata keçirirlәr.

Maddә 33. Vergi ödәyicilәrinin uçotu

33.1. Vergi nәzarәtinin hәyata keçirilmәsini tәmin etmәk mәqsәdi ilә vergi ödәyicisi olan hüquqi şәxslәr, filial vә nümayәndәliklәr olduqları yer üzrә, fәrdi sahibkarlar vә bu Mәcәllәnin müddәalarına uyğun olaraq bәyannamә vermәli olan rezident fiziki şәxslәr yaşadıqları yer üzrә vergi orqanlarında uçota alınır.

33.2. Vergi ödәyicisinin uçotda olduğu vergi orqanının әrazisindәn kәnarda fәaliyyәt göstәrәn filialı, nümayәndәliyi vә ya digәr tәsәrrüfat subyekti (obyekti) olduqda, vergi ödәyicisi kimi hәm özünün olduğu yer üzrә, hәm dә onun filialının, nümayәndәliyinin vә ya digәr tәsәrrüfat subyektinin (obyektinin) olduğu yer üzrә uçota alınır.

33.3. Hüquqi şәxsin vә sahibkarlıq fәaliyyәtini hüquqi şәxs yaratmadan hәyata keçirәn fiziki şәxsin (bundan sonra - fәrdi sahibkar) bu Mәcәllә ilә vergi ödәmәsi vәzifәsini şәrtlәndirәn halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödәyicisi kimi uçota alınır.

33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödәyicilәri tәrәfindәn onların olduğu vә ya yaşadığı yer üzrә vergi orqanına әrizә verilir. Vergi orqanına әrizә hüquqi şәxsin dövlәt qeydiyyatına alındığı gündәn, Azәrbaycan Respublikasında filial vә nümayәndәlik vasitәsi ilә sahibkarlıq fәaliyyәti hәyata keçirildikdә isә - filialın vә ya nümayәndәliyin yaradılmasından sonra 30 gün müddәtindә verilmәlidir. Dövlәt qeydiyyatını hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanı bu maddәnin birinci abzasında göstәrilәn şәxslәrin dövlәt qeydiyyatına alınması barәsindә onlara qeydiyyat sәnәdlәri ilә birlikdә hәmin sәnәdlәrin verilmәsi tarixini әks etdirәn arayış vermәlidir. Daimi nümayәndәliyin vergi orqanlarında uçota alınması Azәrbaycan Respublikasının hüquqi şәxslәri üçün müәyyәn

Page 29: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

edilmiş qaydada hәyata keçirilir.

33.5. Bu Mәcәllәnin 33.3-cü maddәsindә nәzәrdә tutulmuş halda vergi orqanı 5 gün müddәtindә fәrdi sahibkara onun vergi uçotuna alınması barәdә mәlumat verir.

33.6. Vergi ödәyicisinin vergi uçotuna alınması yerinin müәyyәn edilmәsi ilә bağlı çәtinliklәr ortaya çıxdıqda, tәqdim olunmuş mәlumatlar әsasında yuxarı vergi orqanı tәrәfindәn qәrar qәbul edilir.

33.7. Müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilәn iri vergi ödәyicilәri vә xüsusi vergi rejimli müәssisәlәr müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi qaydada mәrkәzlәşdirilmiş uçota alına bilәr.

33.8. Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynәlxalq müqavilәlәrә әsasәn xarici dövlәtin rezidentinin Azәrbaycan Respublikasında fәaliyyәt göstәrәn vә daimi nümayәndәlik yaratmayan bölmәlәrinin, habelә bu Mәcәllәnin 13.2.5.3-cü maddәsinә müvafiq olaraq idarәetmә yerinә görә rezident sayılan hüquqi şәxsin vergi orqanında uçota alınması qaydaları müvafiq icra

hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.

Maddә 34. Uçota alınma, yenidәn uçota alınma vә uçotdan çıxarılma qaydaları

34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödәyicisi tәrәfindәn әrizә verilir. Vergi ödәyicisi olan hüquqi şәxslәr, onların filial vә nümayәndәliklәri uçota alınmaq üçün әrizә ilә birgә vergi orqanına müraciәt etdikdә, müәyyәn edilmiş qaydada tәsdiq edilmiş onların dövlәt qeydiyyatına alınması haqqında şәhadәtnamәnin vә tәsis sәnәdlәrinin bir nüsxәdә surәtlәrini vergi orqanına tәqdim etmәlidirlәr. Vergi ödәyicisi olan fәrdi sahibkar uçota alınması üçün әrizә ilә birgә onun şәxsiyyәtini tәsdiq edәn sәnәdin surәtini vә yaşadığı yer haqqında mәlumat tәqdim edir. Vergi ödәyicilәri olan fiziki şәxslәr uçota alındıqda, onların şәxsi mәlumatlarına o cümlәdәn onların adı, doğulduğu tarix vә yer, cinsi, yaşadığı ünvan, şәxsiyyәtini tәsdiq edәn sәnәdin mәlumatları, vәtәndaşlığı haqqında mәlumat daxil edilir. Uçota alınmaq üçün әrizәnin forması müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq olunur.

34.2. Vergi orqanı vergi ödәyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında әrizә vә bu maddәdә göstәrilәn digәr vergi orqanına sәnәdlәr daxil olduğu gündәn sonrakı 10 gün müddәtindә hәyata keçirmәli vә hәmin müddәtdә dә vergi ödәyicisinә müvafiq şәhadәtnamә vermәlidir. Vergi ödәyicisinin uçota alınması haqqında şәhadәtnamәnin forması müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq edilir.

34.3. Vergi ödәyicisinin olduğu yer vә ya yaşadığı yer dәyişdikdә, vergi orqanına bu cür dәyişiklik baş verdiyi gündәn 15 gün müddәtindә әrizә vermәlidir. Vergi ödәyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer vә ya yaşadığı yer dәyişdiyi barәdә әrizә ilә müraciәt etdiyi gündәn

Page 30: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

sonra 15 gün müddәtindә hәmin vergi orqanı vergi ödәyicisinin yenidәn uçota alınmasını (yәni әvvәlki vergi orqanından uçotdan çıxarılması vә yeni vergi orqanında uçota alınması) hәyata keçirmәlidir.

34.4. Hüquqi şәxsin lәğvi vә ya yenidәn tәşkil edilmәsi, hüquqi şәxs tәrәfindәn öz filialının vә ya nümayәndәliyinin lәğv edilmәsi, nümayәndәlik vasitәsi ilә fәaliyyәtinin lәğvi, fәrdi sahibkarın fәaliyyәtinin lәğvi hallarında uçotdan çıxarılma bu Mәcәllәnin 34.3-cü maddәsindә göstәrilәn müddәtlәr nәzәrә alınmaqla vergi ödәyicisinin müraciәtinә әsasәn hәyata keçirilir. Bu Mәcәllәnin 33.2-ci maddәsi ilә nәzәrdә tutulan hallarda hüquqi şәxs hәm özünün olduğu yer üzrә, hәm dә onun filialının, nümayәndәliyinin vә ya digәr tәsәrrüfat subyektinin (obyektinin) olduğu yer üzrә uçota alındıqda, onun filialına, nümayәndәliyinә vә ya digәr tәsәrrüfat subyektinә (obyektinә) vergi ödәyicisinin eynilәşdirmә nömrәsi (VÖEN) verilә bilәr.

34.5. Uçota alınma, yenidәn uçota alınma, uçotdan çıxarılma ödәnişsiz hәyata keçirilir.

34.6. Hәr bir vergi ödәyicisinә bütün vergilәr üzrә, o cümlәdәn Azәrbaycan Respublikasının gömrük sәrhәdindәn malların keçirilmәsi ilә bağlı ödәnişlәr üzrә Azәrbaycan Respublikasının bütün әrazisindә vahid olan vergi ödәyicisinin eynilәşdirmә nömrәsi (VÖEN) verilir. Vergi orqanı vergi ödәyicisinә göndәrilәn bütün bildirişlәrdә onun eynilәşdirmә nömrәsini göstәrir.

34.7 Hәr bir vergi ödәyicisi vergi orqanına tәqdim etdiyi hesabat, әrizә vә digәr sәnәddә, habelә qanunvericiliklә müәyyәn edilmiş digәr hallarda öz eynilәşdirmә nömrәsini göstәrir. Eynilәşdirmә nömrәsinin verilmәsi vә tәtbiq edilmәsi qaydası vә şәrtlәri müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.

34.8. Uçot mәlumatları әsasında müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq edilmiş qaydada müvafiq icra hakimiyyәti orqanı vergi ödәyicilәrinin vahid dövlәt reyestrini aparır.

34.9. Bu Mәcәllә ilә başqa hallar nәzәrdә tutulmamışdırsa, vergi ödәyicisi haqqında mәlumatlar onun uçota alınması anından vergi sirrini tәşkil edir.

34.10. Vergi ödәyicisi kimi uçota alınmayan vergi agenti olan tәşkilatlar bu fәsildә nәzәrdә tutulmuş qaydada olduqları yer üzrә vergi orqanlarında uçota alınırlar.

Maddә 35. Bankların vergi ödәyicilәrinin uçotu ilә bağlı vәzifәlәri

Banklar hüquqi şәxslәrә, onların filial vә nümayәndәliklәrinә, fәrdi sahibkarlara yalnız onlar vergi orqanlarında uçota alınması haqqında şәhadәtnamәni vә onun vergi orqanında tәsdiq olunmuş dublikatını tәqdim etdikdәn sonra bank hesabları açırlar. әәhadәtnamәnin bir surәti vergi ödәyicisinә bank hesabı açmış bankda saxlanılır.

Page 31: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Maddә 36. Vergi yoxlamaları

36.1. Vergi orqanları tәrәfindәn keçirilәn yoxlamalar kameral vә ya sәyyar ola bilәr.

36.2. Vergi yoxlamaları keçirildikdә, vergi orqanları vә onların vәzifәli şәxslәri düzgün qәrar qәbul edilmәsi üçün әhәmiyyәtli olan bütün halları, o cümlәdәn vergi ödәyicisi üçün әlverişli olan halları aydınlaşdırmalıdırlar.

36.3. Sәyyar vergi yoxlaması mәnfәәt, gәlir, әmlak vә torpaq vergilәri üzrә vergi ödәyicisinin son 3 tәqvim ilindәn çox olmayan fәaliyyәtini, digәr vergilәr üzrә hәmin yoxlamanın keçirildiyi il dә daxil olmaqla vergi ödәyicisinin son 3 ildәn çox olmayan fәaliyyәtini әhatә edә bilәr. Vergi yoxlaması keçirildikdә, vergi orqanının vergi ödәyicisinin digәr şәxslәrlә әlaqәdar fәaliyyәti barәdә vergi yoxlamasının predmetinә aid olan mәlumat alması üçün sәnәdlәrlә tәsdiq edilmiş zәrurәt yarandığı halda, vergi orqanı hәmin şәxslәrdәn yoxlanılan vergi ödәyicisinin fәaliyyәtinә aid olan sәnәdlәr ala bilәr. Bu hәrәkәtlәr üçün vergi orqanının әsaslandırılmış qәrarı olmalıdır.

36.4. Vergi ödәyicisi olan hüquqi şәxslәrin lәğvi vә ya hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәti göstәrәn fiziki şәxsin sahibkarlıq fәaliyyәtinә xitam verilmәsi barәdә müraciәti ilә bağlı vә bu Mәcәllәnin 38.3-cü maddәsindә göstәrilәn hallarda keçirilәn yoxlamalar istisna olmaqla, vergi orqanı tәrәfindәn yoxlanılmış vergi dövrü üçün vergi ödәyicisinin ödәdiyi vә ya ödәmәli olduğu vergilәr üzrә sәyyar vergi yoxlamalarının keçirilmәsi qadağandır.

36.5. Vergi yoxlamasının nәticәlәri ilә razılaşmayan vergi ödәyicilәri növbәdәnkәnar vergi yoxlamasının keçirilmәsini tәlәb edә bilәrlәr. Bu halda növbәdәnkәnar vergi yoxlaması vergi orqanlarının әvvәlki yoxlamanı keçirmiş vәzifәli şәxslәri tәrәfindәn keçirilә bilmәz.

36.6. Vergi ödәyicilәrinin vergi orqanları tәrәfindәn hәyata keçirilәn vergi yoxlamaları üzrә mәhkәmәyә müraciәt etmәk hüququ vardır.

Maddә 37. Kameral vergi yoxlaması

37.1.Kameral vergi yoxlaması vergi orqanı tәrәfindәn yerlәrә getmәdәn vergi orqanında olan, vergi ödәyicisi tәrәfindәn tәqdim edilәn vergi hesabatları, habelә vergilәrin hesablanmasını vә ödәnilmәsini özündә әks etdirәn vә vergi ödәyicisinin fәaliyyәti haqqında vergi orqanında olan digәr sәnәdlәr әsasında keçirilir.

37.2. Kameral vergi yoxlaması vergi ödәyicisi tәrәfindәn verginin hesablanması vә ödәnilmәsi üçün әsas olan sәnәdlәrin vergi orqanına tәqdim edildiyi gündәn 30 gün müddәtindә keçirilir.

37.3. Kameral yoxlama aparmaq üçün vergi ödәyicisindәn tәqdim olunmuş bәyannamә ilә bağlı sәnәdlәrdә olan mәlumatlar arasında ziddiyyәt vә ya

Page 32: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

sәhv aşkar edildikdә vergi orqanı vergi ödәyicisindәn әlavә mәlumat, sәnәd vә izahat tәlәb edә bilәr.

37.4. Kameral yoxlama zamanı vergi bәyannamәsindә vergilәrin düzgün hesablanmaması (vergi mәblәğinin az vә ya artıq göstәrilmәsi) aşkar edildikdә, vergi ödәyicisinә 5 gün müddәtindә müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi formada vergilәrin hesablanmasına dair bildiriş göndәrilir. Bildirişdә hesablamanın sәbәblәri vә vergi ödәyicisinin bu Mәcәllәnin 62-ci maddәsinә uyğun olaraq şikayәt etmәk hüququ göstәrilmәlidir.

37.5. Bu Mәcәllәnin 15.1.13-cü maddәsinә әsasәn vergi ödәyicisindәn  xronometraj metodu ilә yeni müşahidә keçirilmәsi barәdә müraciәt daxil olan dövrәdәk xronometraj metodu ilә sonuncu müşahidәnin nәticәlәri vergilәrin hesablanması üçün әsas götürülә bilәr.

37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Mәcәllәnin 37.3-cü vә 37-4-ci maddәlәrindә müәyyәn edilmiş qaydalara riayәt etmәdikdә, vergi ödәyicisinin sәyyar vergi yoxlaması keçirilәn zaman vergi orqanının tәklifi әsasında hәmin yoxlamanın keçirildiyi vaxta qәdәr yol verdiyi vә kameral yoxlama zamanı müәyyәn edilә bilәn sәhvlәri (o cümlәdәn, vergi mәblәğlәrinin düzgün hesablanmaması, vergi mәblәğlәrinin azaldılması vә sair) 30 gün müddәtindә düzәltmәk (aradan qaldırmaq) hüququ vardır vә o, hәmin müddәt bitәnәdәk, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görә (faizlәrin ödәnilmәsi istisna olmaqla) mәsuliyyәt daşımır.

Maddә 38. Sәyyar vergi yoxlaması

38.1. Sәyyar vergi yoxlaması vergi orqanının qәrarına әsasәn hәyata keçirilir. Sәyyar vergi yoxlaması növbәti vә növbәdәnkәnar ola bilәr. Növbәti sәyyar vergi yoxlaması keçirildikdә, vergi orqanı tәrәfindәn vergi ödәyicisinә vergi yoxlamasının başlanmasından azı 15 gün әvvәl yazılı bildiriş göndәrilir.

38.2. Vergi ödәyicisinә göndәrilәn bildirişdә vergi yoxlamasının әsası vә tarixi, habelә vergi ödәyicisinin vә vergi orqanlarının hüquq vә vәzifәlәri göstәrilmәlidir. Növbәti sәyyar vergi yoxlaması ildә bir dәfәdәn çox olmayaraq keçirilir vә bir aydan artıq davam edә bilmәz. Müstәsna hallarda yuxarı vergi orqanının qәrarına müvafiq olaraq sәyyar vergi yoxlamasının keçirilmәsi müddәti 3 aya qәdәr artırıla bilәr.

Aşağıda göstәrilәn hallarda yuxarı vergi orqanının әsaslandırılmış qәrarına әsasәn sәyyar vergi yoxlamasının nәticәlәri üzrә aktın tәrtibi müddәti 1 aydan çox olmayan müddәtә uzadıla bilәr: - sәyyar vergi yoxlamasının obyektiv vә dolğun keçirilmәsi üçün zәruri olan sәnәdlәr, o cümlәdәn vergi orqanının sorğusuna cavab xarici ölkәdәn alındıqda; - nümunә kimi götürülәn әşyaların tәdqiqi, sәyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilmәsi vә ya mütәxәssis tәrәfindәn rәy verilmә üçün müxtәlif bilik sahәlәrindәn istifadә etmәklә aparıldıqda; - sәyyar vergi yoxlaması ilә әlaqәdar vergi orqanları tәrәfindәn göndәrilәn

Page 33: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

sorğulara cavabların alınma müddәtlәri cavab göndәrәn şәxslәr tәrәfindәn pozulduqda.

38.3. Növbәdәnkәnar vergi yoxlaması vergi orqanları tәrәfindәn aşağıda göstәrilәn hallarda keçirilә bilәr:

38.3.1. verginin hesablanması vә ödәnilmәsi üçün zәruri olan vergi hesabatı sәnәdlәri müәyyәn edilmiş müddәtdә vә bu barәdә vergi orqanının xәbәrdarlığından sonra da tәqdim edilmәdikdә;

38.3.2. vergi yoxlamasının nәticәlәri üzrә tәrtib edilmiş aktda dürüst olmayan vә (vә ya) tәhrif olunmuş mәlumatlar aşkar edildikdә.

38.3.3. ƏDV üzrә artıq ödәnilmiş vergi, faiz vә maliyyә sanksiyası digәr vergilәrin, faizlәrin vә maliyyә sanksiyalarının ödәnilmәsi hesabına vә ya sonrakı öhdәliklәr üzrә ödәmәlәrin hesabına aid edildikdә. Bu halda növbәdәnkәnar vergi yoxlaması yalnız vergi ödәyicisinin ƏDV-nә cәlb edilәn әmәliyyatları üzrә aparıla bilәr;

38.3.4. artıq ödәnilmiş vergilәr, faizlәr vә maliyyә sanksiyalarının qaytarılması barәdә vergi ödәyicisinin әrizәsi daxil olduqda;

38.3.5. vergi orqanının әldә etdiyi mәnbәyi bәlli olan hәr hansı mәlumat әsasında vergi ödәyicisinin gәlirlәrinin gizlәdildiyi (azaldıldığı) aşkar edildikdә;

38.3.6. Cinayәt-prosessual qanunvericiliyә uyğun olaraq mәhkәmәnin vә ya hüquq mühafizә orqanlarının vergi yoxlamalarının keçirilmәsi barәdә müvafiq qәrarı olduqda.

38.4. Sәyyar vergi yoxlaması iş günü vә vergi ödәyicisinin iş vaxtı әrzindә keçirilir.

38.5. İnventarizasiya sәyyar vergi yoxlaması zamanı aşağıda göstәrilәn hallarda müvafiq icra hakimiyyәti orqanının әsaslandırılmış qәrarı ilә aparılır:

38.5.1. vergi ödәyicisindә sonuncu vergi yoxlaması zamanı vergi ödәyicisi tәrәfindәn bilәrәkdәn hesabat sәnәdlәrinin aparılmaması aşkar edildikdә;

38.5.2. vergi ödәyicisindә sonuncu vergi yoxlaması zamanı vergi ödәyicisi tәrәfindәn qanunvericiliklә müәyyәn edilmiş qaydalara uyğun olaraq hesabat sәnәdlәrinin aparılmaması aşkar edildikdә vә bununla әlaqәdar vergi orqanının xәbәrdarlığından sonra yol verilmiş dәqiqsizliklәr aradan qaldırılmadıqda vә hesabat müәyyәn edilmiş qaydalara uyğun olaraq aparılmadıqda;

38.5.3. vergi ödәyicisindә  sәyyar vergi yoxlaması zamanı aksiz markaları ilә markalanmalı olan, ancaq markalanmamış mallar aşkar edildikdә.

Page 34: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

38.6. Sәyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.

Maddә 39. Sәyyar vergi yoxlamasının nәticәlәrinin rәsmilәşdirilmәsi

39.1. Sәyyar vergi yoxlamasının nәticәlәri üzrә vergi orqanlarının sәlahiyyәtli vәzifәli şәxslәri tәrәfindәn müәyyәn edilmiş formada vergi yoxlaması aktı tәrtib edilir vә hәmin şәxslәr vә yoxlanılan vergi ödәyicisinin rәhbәri (onu әvәz edәn şәxs) vә ya fәrdi sahibkar tәrәfindәn imzalanır. Vergi ödәyicisi yoxlama aktında öz qeydlәrini edә bilәr, aktı imzalamaqdan imtina edә bilәr vә bu barәdә hәmin aktda müvafiq qeyd aparılır.

39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş vә sәnәdlәrlә tәsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları vә hәmin pozuntulara görә mәsuliyyәt nәzәrdә tutan bu Mәcәllәnin vә digәr qanunların konkret maddәlәri yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstәrilmәlidir.

39.3. Vergi yoxlaması aktının forması vә onun tәrtib edilmәsinә dair tәlәblәr müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.

39.4. Vergi yoxlaması aktının bir nüsxәsi vergi ödәyicisinә (onun sәlahiyyәtli nümayәndәsinә) verilmә tarixini tәsdiq edәn üsulla verilir.

39.5. Vergi ödәyicisi vergi yoxlaması aktı ilә vә ya onun hәr hansı bir hissәsi ilә razılaşmadıqda vergi yoxlaması aktının verilmәsi günündәn 30 gün müddәtindә müvafiq vergi orqanına aktı imzalamamasının sәbәblәrini izah edә yaxud akta vә ya onun ayrı-ayrı hissәlәrinә öz etirazını yazılı surәtdә bildirә bilәr. Bu halda vergi ödәyicisi yoxlama aktını imzalamamasını vә ya etirazını ona öz yazılı izahatını (etirazını) tәsdiq edәn sәnәdlәrin surәtini әlavә edәrәk vergi orqanına tәqdim etmәyә hüququ vardır.

39.6. Bu Mәcәllәnin 39.5-ci maddәsindә müәyyәn edilәn müddәt bitdikdәn sonra 15 gündәn çox olmayan müddәtdә vergi orqanının rәhbәri (onun müavini) vergi ödәyicisindәn bu Mәcәllә ilә müәyyәn edilmiş qaydada götürülmüş, habelә vergi ödәyicisi tәrәfindәn tәqdim edilmiş sәnәdlәrә vә vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına vә onların aradan qaldırılması vә müvafiq sanksiyaların (cәrimәlәrin) tәtbiq edilmәsi mәsәlәsinә baxır.

39.7. Vergi ödәyicisi tәrәfindәn vergi yoxlaması aktı üzrә yazılı izahatlar vә ya etirazlar tәqdim edildikdә, yoxlamanın materialları vergi ödәyicisinin vәzifәli şәxslәrinin vә ya fәrdi sahibkarın vә (vә ya) onların nümayәndәlәrinin iştirakı ilә baxılır.

Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri vә vaxtı haqqında vergi ödәyicisinә әvvәlcәdәn mәlumat verir. Vergi ödәyicisi ona әvvәlcәdәn mәlumat verilmәsinә baxmayaraq üzürlü sәbәb olmadan gәlmәyibsә, yoxlamanın materiallarına, vergi ödәyicisi tәrәfindәn tәqdim edilәn etirazlara, izahatlara, digәr sәnәd vә materiallara onun iştirakı olmadan baxılır.

Page 35: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Maddә 40. Sәyyar vergi yoxlamasının keçirilmәsi üçün vergi orqanlarının vәzifәli şәxslәrinin әrazilәrә vә ya binalara daxil olması

40.1. Sәyyar vergi yoxlaması keçirәn vergi orqanının vәzifәli şәxslәrinin vergi ödәyicisinin sahibkarlıq fәaliyyәtini hәyata keçirmәk üçün istifadә etdiyi әrazisinә vә ya binasına (yaşayış binaları (sahәlәri) istisna olmaqla) bilavasitә daxil olması hәmin şәxslәr tәrәfindәn öz xidmәti vәsiqәlәrini vә vergi orqanının rәhbәrinin (onun müavininin) hәmin vergi ödәyicisindә sәyyar vergi yoxlamasının keçirilmәsi haqqında qәrarını vә ya mәhkәmәnin qәrarını tәqdim etdikdәn sonra hәyata keçirilir.

40.2. Vergi yoxlamasını bilavasitә hәyata keçirәn vergi orqanlarının vәzifәli şәxslәrinin yaşayış binalarına (sahәlәrinә) orada yaşayan fiziki şәxslәrin iradәsindәn kәnar vә ya onların iradәsinә zidd olaraq daxil olmasına yol verilmir.

40.3. Bilavasitә sәyyar vergi yoxlamasını keçirәn vergi orqanının vәzifәli şәxslәrinә bu Mәcәllәnin 40.1-ci maddәsindә göstәrilәn әrazilәrә vә ya binalara (yaşayış binaları (sahәlәri) istisna olmaqla) daxil olmağa icazә verilmәdikdә, yoxlamanı keçirәn vergi orqanının vәzifәli şәxslәri vә vergi ödәyicisi tәrәfindәn imzalanan akt tәrtib edilir. Hәmin akta әsasәn vergi orqanının ödәnilmәli olan vergi mәblәğlәrini vergi ödәyicisi haqqında özündә olan mәlumatlar vә ya analogiya üzrә müәyyәn etmәk hüququ vardır. Vergi ödәyicisi hәmin aktı imzalamaqdan imtina etdikdә, bu barәdә aktda qeyd edilir. Çәrtib olunmuş aktın surәti vergi ödәyicisinә verilir.

40.4. Sәyyar vergi yoxlamasını bilavasitә keçirәn vergi orqanlarının vәzifәli şәxslәrinin vergi ödәyicisinin sahibkarlıq fәaliyyәtini hәyata keçirmәk üçün istifadә etdiyi әrazisinә vә ya binasına (yaşayış binaları (sahәlәri) istisna olmaqla) daxil olmasına qeyri-qanuni maneçilik vergi qanunvericiliyinin pozulması hesab olunur vә qanunla müәyyәn edilmiş qaydada mәsuliyyәtә sәbәb olur.

Maddә 41. Baxış

41.1. Sәyyar vergi yoxlamasını keçirәn vergi orqanının vәzifәli şәxsinin yoxlamanın dolğun vә obyektiv keçirilmәsi üçün bütün halların ayırd edilmәsi mәqsәdi ilә vergi yoxlaması keçirilәn vergi ödәyicisinin әrazilәrinin, binalarının, habelә sәnәdlәrin vә әşyaların hәmin orqanın әsaslandırılmış qәrarı әsasında baxışını keçirmәk hüququ vardır.

41.2. Aşağıda göstәrilәn hallar istisna olmaqla, sәyyar vergi yoxlaması keçirilmәdәn әrazilәrin, binaların, sәnәdlәrin vә әşyaların baxışının keçirilmәsinә yol verilmir:

41.2.1. sәnәdlәr vә әşyalar vergi orqanının vәzifәli şәxsi tәrәfindәn әvvәl hәyata keçirilmiş sәyyar vergi yoxlaması zamanı әldә edilmişdirsә; vә ya

41.2.2. hәmin sәnәdlәrin vә әşyaların sahibinin razılığı olduqda.

Page 36: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

41.3. Baxış müşahidәçilәrin iştirakı ilә hәyata keçirilir.

41.4. Baxış keçirildiyi zaman vergi yoxlaması hәyata keçirilәn şәxsin vә (vә ya) onun nümayәndәsinin, habelә mütәxәssislәrin baxışda iştirak etmәk hüququ vardır.

41.5. Baxışın keçirilmәsi barәsindә protokol tәrtib edilir.

Maddә 42. Sәnәdlәrin tәlәb edilmәsi

42.1. Sәyyar vergi yoxlamasını keçirәn vergi orqanının vәzifәli şәxsi yoxlama üçün zәruri olan sәnәdlәri vergi ödәyicisindәn bu Mәcәllә ilә müәyyәn edilmiş qaydada tәlәb edә bilәr. Sәnәdlәrin verilmәsi barәsindә tәlәb yönәldilәn şәxs hәmin sәnәdlәri 5 gün müddәtindә vergi orqanına tәqdim etmәlidir. Sәnәdlәrin lazımi qaydada tәsdiq edilmiş surәtlәri tәqdim edilir.

42.2. Sәyyar vergi yoxlamasını bilavasitә hәyata keçirәn vergi orqanının vәzifәli şәxsinә tәlәb olunan sәnәdlәr vergi ödәyicisi tәrәfindәn bu Mәcәllәnin 42.1-ci maddәsinin ikinci abzasında göstәrilәn müddәtdә tәqdim edilmәdikdә vә ya hәmin sәnәdlәrin onda olmaması vergi ödәyicisi tәrәfindәn bildirildikdә, yoxlamanı hәyata keçirәn vergi orqanının vәzifәli şәxslәri vә vergi ödәyicisi tәrәfindәn imzalanan akt tәrtib edilir. Vergi ödәyicisi hәmin aktı imzalamaqdan imtina etdikdә, bu barәdә aktda qeyd edilir. Çәrtib olunmuş aktın surәti vergi ödәyicisinә verilir. Çәlәb olunan sәnәdlәri vә ya surәtlәrini sәyyar vergi yoxlamasının keçirildiyi müddәtdә digәr mәnbәlәrdәn әldә etmәk mümkün olmadıqda, hәmin akta әsasәn vergi orqanının ödәnilmәli olan vergi mәblәğlәrini vergi ödәyicisi haqqında özündә olan mәlumatlar vә ya analogiya üzrә müәyyәn etmәk hüququ vardır.

42.3. Sәyyar vergi yoxlaması üçün zәruri olan vergi orqanı tәrәfindәn tәlәb edilәn sәnәdlәrin vergi ödәyicisi tәrәfindәn vergi orqanına verilmәsindәn imtina edilmәsi vә ya bu Mәcәllәnin 42.1-ci maddәsindә göstәrilәn müddәtdә tәqdim edilmәmәsi qanunla müәyyәn edilmiş qaydada mәsuliyyәtә sәbәb olur. Bu maddәdә göstәrilәn qaydada sәnәdlәrin tәqdim edilmәsindәn imtina edildikdә, sәyyar vergi yoxlamasını hәyata keçirәn vergi orqanının vәzifәli şәxsi bu Mәcәllәnin 43-cü maddәsindә nәzәrdә tutulmuş qaydada sәnәdlәrin götürülmәsini hәyata keçirә bilәr.

Maddә 43. Sәnәdlәrin vә nümunә kimi әşyaların götürülmәsi

43.1. Sәnәdlәrin vә nümunә kimi әşyaların götürülmәsinә yalnız sәyyar vergi yoxlanılması keçirildikdә yol verilir.

43.2. Sәyyar vergi yoxlaması keçirildikdә yoxlamanın predmetinә aid olan vә vergilәrin hesablanması üçün tәlәb olunan vergi ödәyicisi tәrәfindәn tәqdim olunan sәnәdlәrin vә әşyaların öyrәnilmәsinә әlavә vaxt tәlәb olunduğu halda, hәmçinin tәqdim olunmuş sәnәdlәrdә vergi qanunvericiliyinin pozulması halları müәyyәn edildikdә vә ya bu pozuntular

Page 37: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

bilavasitә әşyalarla bağlı olduqda, sәyyar vergi yoxlamasını bilavasitә hәyata keçirәn vergi orqanının vәzifәli şәxsi bu Mәcәllәnin 42-ci maddәsinә müvafiq olaraq ona tәqdim edilmiş sәnәdlәri vә nümunә kimi әşyaları götürә bilәr. Vergi ödәyicisi tәrәfindәn yoxlamanı bilavasitә hәyata keçirәn vәzifәli şәxsә verilәn sәnәdlәrin vә nümunә kimi әşyaların götürülmәsi vergi orqanının rәhbәrinin (onun müavininin) әsaslandırılmış qәrarı ilә hәyata keçirilir. әşyaların nümunә kimi götürülmә hәcmi, miqdarı, müddәti vә onların tәdqiq edilmәsi qaydaları müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.

43.3. Sәnәdlәrin vergi ödәyicisi tәrәfindәn tәsdiq olunmuş surәtlәri götürülür.

43.4. Sәnәdlәrin vә nümunә kimi әşyaların gecә vaxtı (axşam saat 20.00-dan sәhәr saat 8.00 qәdәr olan müddәtә) götürülmәsinә yol verilmir.

43.5. Sәyyar vergi yoxlaması zamanı vergilәrin hesablanması üçün zәruri olmayan sәnәdlәrin vә nümunә kimi әşyaların götürülmәsi qadağandır.

43.6. Sәnәdlәrin vә nümunә kimi әşyaların götürülmәsi sәnәdlәri vә әşyaları götürülәn şәxslәrin vә (vә ya) onların nümayәndәlәrinin, habelә müşahidәçilәrin iştirakı ilә hәyata keçirilir. zәruri hallarda sәnәdlәrin vә nümunә kimi әşyaların götürülmәsindә iştirak etmәk üçün mütәxәssis dәvәt oluna bilәr.

43.7. Vergi orqanının vәzifәli şәxsi sәnәdlәrin vә nümunә kimi әşyaların götürülmәsinә qәdәr götürülmә barәdә vergi orqanının rәhbәrinin (onun müavininin) әsaslandırılmış qәrarını tәqdim edir vә iştirak edәn şәxslәrә onların hüquq vә vәziflәrini izah edir.

43.8. Sәnәdlәrin vә nümunә kimi әşyaların götürülmәsi barәdә bu Mәcәllәnin 48-ci maddәsinin tәlәblәrinә riayәt etmәklә protokol tәrtib edilir.

43.9. Sәnәdlәrin vә nümunә kimi әşyaların götürülmәsi haqqında protokolun surәti sәnәdlәri vә әşyaları götürülәn şәxsә verilir. Bu barәdә protokolda qeyd edilir, sәnәdlәri vә әşyaları götürülәn şәxsin imzası ilә tәsdiqlәnir.

43.10. Vergi ödәyicisinin bu maddәdә nәzәrdә tutulmuş qaydada sәnәdlәri vә әşyaları vermәdiyi halda hәmin sәnәdlәrin vә nümunә kimi әşyaların götürülmәsi sәyyar vergi yoxlamasını bilavasitә hәyata keçirәn vergi orqanının әsaslandırılmış müraciәtinә әsasәn mәhkәmәnin qәrarı ilә hәyata keçirilir.

Maddә 44. Ekspertiza

44.1. zәruri hallarda sәyyar vergi yoxlamasına ekspert cәlb edilә bilәr. Ortaya çıxan mәsәlәlәrin izah olunması üçün xüsusi biliklәr tәlәb olunduğu hallarda ekspertiza tәyin edilir.

Page 38: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

44.2. Ekspert qarşısında qoyulan suallar vә onun rәyi ekspertin xüsusi biliyindәn kәnara çıxa bilmәz. Ekspert müqavilә әsasında cәlb edilir. Müqavilәdә tәrәflәrin hüquqları vә vәzifәlәri, ekspert qarşısında qoyulan suallar, sәhv vә ya bilәrәkdәn yalan rәy vermәsinә görә ekspetin mәsuliyyәti vә mülki qanunvericiliklә müәyyәn edilmiş digәr mәsәlәlәr nәzәrdә tutula bilәr.

44.3. Ekspertiza sәyyar vergi yoxlamasını bilavasitә hәyata keçirәn vergi orqanının qәrarı ilә tәyin edilir. Qәrarda ekspertizanın tәyin edilmәsi üçün әsaslar, ekspertin adı vә ya ekspertiza keçirәn tәşkilatın adı, ekspert qarşısında qoyulan mәsәlәlәr vә ekspertә tәqdim olunan materiallar göstәrilir.

44.4. Ekspertin yoxlamanın predmetinә aid olan yoxlama materialları ilә tanış olmaq, ona әlavә materialların verilmәsi barәdә vәsatәt qaldırmaq hüququ vardır.

44.5. Ekspert, ona tәqdim edilmiş materiallar kifayәt qәdәr olmadıqda vә ya ekspertizanın keçirilmәsi üçün onun biliklәri kifayәt qәdәr olmadıqda rәy verilmәsindәn imtina edә bilәr.

44.6. Ekspertiza keçirilmәsi haqqında qәrar çıxarmış vergi orqanı hәmin qәrarla yoxlanılması keçirilәn vergi ödәyicisini bu qәrarla tanış etmәyә vә hәmin şәxsin bu Mәcәllәnin 44.7-ci maddәsindә nәzәrdә tutulan hüquqlarını ona izah etmәyә borcludur.

44.7. Ekspertizanın tәyin edilmәsi vә keçirilmәsi zamanı yoxlanılan şәxsin aşağıda göstәrilәn hüquqları vardır:

44.7.1. ekspertә etiraz etmәk;

44.7.2. ekspertin onun tәrәfindәn göstәrilәn şәxslәrdәn tәyin edilmәsi barәdә müraciәt etmәk;

44.7.3. ekspertin rәyinin alınması üçün әlavә suallar tәqdim etmәk;

44.7.4. ekspertiza keçirildikdә vergi yoxlaması keçirәn vergi orqanının vәzifәli şәxsinә әvvәlcәdәn mәlumat vermәklә bilavasitә vә ya nümayәndәsinin vasitәsi ilә ekspertiza keçirilmәsindә iştirak etmәk;

44.7.5. ekspertin rәyi ilә tanış olmaq.

44.8. Ekspert rәyi öz adından verir vә imzalayır. Ekspertin rәyindә onun tәrәfindәn aparılan araşdırma, gәldiyi nәticәlәr vә qoyulan suallara әsaslandırılmış cavablar әks etdirilir. Ekspertin, ekspertiza aparıldıqda, barәsindә onlara dair suallar qoyulmamış, iş üçün әhәmiyyәtli olan halları müәyyәn etdikdә, hәmin hallar haqqında özünün rәyinә nәticәlәr daxil etmәk hüququ vardır.

44.9. Ekspertin rәyinin surәti vә ya onun rәy vermәk imkanının olmaması barәdә xәbәr yoxlanılan şәxsә verilir. Hәmin şәxsin izahat vermәk, öz etirazlarını bәyan etmәk, ekspertә әlavә sualların qoyulmasını, әlavә, yaxud

Page 39: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

tәkrar ekspertizanın tәyin edilmәsini tәlәb etmәk hüququ vardır.

44.10. әlavә ekspertiza ekspertin rәyi kifayәt qәdәr aydın vә dolğun olmadığı hallarda tәyin edilir vә bu ekspertiza hәmin vә ya başqa ekspertә hәvalә edilir. Çәkrar ekspertiza ekspertin rәyi әsaslı olmadığı vә onun düzgün olmasında şübhәlәrin olduğu hallarda tәyin edilir vә başqa ekspertә hәvalә edilir. Әlavә vә tәkrar ekspertiza bu maddә ilә nәzәrdә tutulmuş qaydada tәyin edilir.

44.11. Yoxlanılan şәxsin bu Mәcәllәnin 44.7-ci vә 44.9-cu maddәlәrindә nәzәrdә tutulmuş hüquqları ilә әlaqәdar vәsatәti tәmin edilmәdikdә, vergi orqanının rәhbәri (onun müavini) vәsatәtin rәdd edilmәsinin sәbәblәrini göstәrilmәklә әsaslandırılmış qәrar çıxarır vә qәrarın surәtini  yoxlanılan şәxsә tәqdim edir.

Maddә 45. Vergi yoxlamasının keçirilmәsinә kömәklik göstәrilmәsi üçün mütәxәssisin dәvәt edilmәsi

45.1. Sәyyar vergi yoxlamasının keçirilmәsi zamanı bilavasitә vergi orqanlarının fәaliyyәt dairәsinә aid olmayan sahәlәr üzrә xüsusi bilik vә tәcrübә tәlәb olunduqda, vergi orqanlarının rәhbәrinin (onun müavinin) qәrarına әsasәn mütәxәssis dәvәt oluna bilәr.

45.2. Mütәxәssisin xüsusi bilik vә tәcrübәsi olmalıdır vә o, işin nәticәlәrindә maraqlı olmamalıdır. Bu şәrtlәrә cavab vermәyәn mütәxәssisin rәyi vergi orqanları tәrәfindәn istifadә oluna bilmәz.

45.3. Mütәxәssis müqavilә әsasında dәvәt olunur. Müqavilәdә tәrәflәrin hüquq vә vәzifәlәri, mütәxәssis qarşısında qoyulan suallar, sәhv vә ya bilәrәkdәn yalan rәy vermәsinә görә mütәxәssisin mәsuliyyәti vә mülki qanunvericiliklә müәyyәn edilmiş digәr mәsәlәlәr nәzәrdә tutula bilәr.

45.4. Bu Mәcәllәnin 45.1-ci maddәsinә müvafiq olaraq cәlb olunmuş mütәxәssis onun qarşısında qoyulmuş suallar barәsindә öz rәyini bildirmәlidir. Mütәxәssisin rәyi yazılı şәkildә tәrtib olunur, onun tәrәfindәn imzalanır vә sәyyar vergi yoxlamasının aktına әlavә edilir.

45.5. Vergi ödәyicisi vergi yoxlamasının aktına әlavә olunmuş mütәxәssisin rәyi ilә razılaşmadıqda bu barәdә yoxlama aktında müvafiq qeydlәr edә bilәr.

45.6. Mütәxәssisin sәhv vә ya bilәrәkdәn yalan rәy vermәsi nәticәsindә vergi orqanlarına vә ya vergi ödәyicisinә dәyәn zәrәrin ödәnilmәsi mülki qanunvericiliyә müvafiq olaraq tәlәb oluna bilәr.

Maddә 46. Tәrcümәçinin iştirakı

46.1. Sәyyar vergi yoxlamasının keçirilmәsi zamanı zәruri hallarda tәrcümәçi dәvәt oluna bilәr. Çәrcümәçinin dәvәt olunması vergi orqanının rәhbәrinin (onun müavininin) qәrarı әsasında hәyata keçirilir.

Page 40: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

46.2. Tәrcümәçi tәrcümә üçün lazım olan dili bilәn, işin nәticәlәrindә marağı olmayan şәxs olmalıdır. Bu müddәalar hәmçinin eşitmәyәn vә danışmayan fiziki şәxsin işarәlәrini başa düşәn şәxsә dә aiddir.

46.3. Tәrcümәçi müqavilә әsasında dәvәt olunur. Müqavilәdә tәrәflәrin hüquq vә vәzifәlәri, bilәrәkdәn yalan tәrcümәyә görә tәrcümәçinin mәsuliyyәti vә mülki qanunverirciliyә müvafiq olaraq digәr mәsәlәlәr müәyyәn edilә bilәr.

Maddә 47. Müşahidәçilәrin iştirakı

47.1. Bu Mәcәllә ilә nәzәrdә tutulmuş hallarda sәyyar vergi yoxlamasının keçirilmәsi zamanı müşahidәçilәr dәvәt edilir.

47.2. Müşahidәçilәr iki nәfәrdәn az olmayaraq dәvәt edilir.

47.3. Müşahidәçilәr qismindә yoxlamanın nәticәlәrindә maraqlı olmayan fiziki şәxslәr dәvәt edilә bilәr.

47.4. müşahidәçi kimi vergi orqanlarının vәzifәli şәxslәrinin iştirak etmәsinә yol verilmir. Müşahidәçilәr onların iştirakı ilә keçirilәn hәrәkәtlәrin faktını, mәzmununu vә nәticәlәrini protokolda tәsdiq etmәyә borcludur. Müşahidәçilәrin hәyata keçirilәn hәrәkәtlәrә dair öz qeydlәrini protokola daxil etmәk hüququ vardır. Zәrurәt olduqda müşahidәçilәr hәmin hәrәkәtlәrә dair öz izahatlarını da verә bilәr. Eyni şәxs vergi orqanları tәrәfindәn vergi ili әrzindә bir dәfәdәn artıq müşahidәçi kimi dәvәt oluna bilmәz.

Maddә 48.Vergi yoxlamasının hәyata keçirilmәsi üzrә hәrәkәtlәrin icraatı zamanı tәrtib edilәn protokola dair ümumi tәlәblәr

48.1. Bu Mәcәllә ilә nәzәrdә tutulmuş hallarda vergi yoxlamasının keçirilmәsi zamanı protokollar tәrtib edilir. Protokollar Azәrbaycan dilindә tәrtib edilir.

48.2. Protokolda aşağıdakılar göstәrilir:

48.2.1. protokolun adı;

48.2.2. konkret hәrәkәtlәrin hәyata keçirilmәsinin yeri vә tarixi;

48.2.3. hәrәkәtin başlanması vә bitirilmәsinin vaxtı;

48.2.4. protokolu tәrtib etmiş şәxsin vәzifәsi, adı;

48.2.5. hәrәkәtin hәyata keçirilmәsindә iştirak edәn vә ya onun hәyata keçirilmәsini müşahidә edәn şәxsin adı, lazım olduqda - onun ünvanı, vәtәndaşlığı, azәrbaycan dilindә danışa bilib-bilmәmәsi;

Page 41: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

48.2.6. hәrәkәtin mәzmunu, onun hәyata keçirilmәsinin ardıcıllığı;

48.2.7. hәrәkәtin hәyata keçirilmәsi zamanı aşkar olunan vә iş üçün әhәmiyyәtli olan faktlar vә hallar;

48.2.8. bu Mәcәllәyә uyğun olaraq әşyalar nümunә kimi götürüldükdә protokolda әşyaların miqdarı, hәcmi vә digәr xüsusi әlamәtlәri göstәrilmәlidir.

48.3. Protokol hәrәkәtin hәyata keçirilmәsindә iştirak edәn bütün şәxslәr tәrәfindәn oxunur. Hәmin şәxslәrin protokola daxil edilmәli olan vә ya işә tikilmәli olan qeydlәr etmәk hüququ vardır.

48.4. Protokol onu tәrtib etmiş vergi orqanının vәzifәli şәxsi, habelә hәrәkәtin hәyata keçirilmәsindә iştirak edәn bütün şәxslәr tәrәfindәn imzalanır.

Maddә 49. Vergi yoxlamasının materiallarına baxılmanın nәticәlәri üzrә qәrarın çıxarılması

49.1. Sәyyar vergi yoxlamasının materiallarına baxılmanın nәticәlәri üzrә vergi orqanının rәhbәri (rәhbәrin müavini) 10 gün müddәtindә aşağıda göstәrilәn qәrarlardan birini çıxarır:

49.1.1. vergi ödәyicisinin vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilmәsi;

49.1.2. vergi ödәyicisinin vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilmәsindәn imtina olunması;

49.1.3. әlavә vergi yoxlaması tәdbirlәrinin keçirilmәsi haqqında.

49.2. Vergi ödәyicisinin vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilmәsi haqqında qәrarda vergi yoxlaması ilә müәyyәn olunan vergi qanunvericiliyinin pozulmasının şәraiti, hәmin şәraiti tәsdiq edәn sәnәdlәr vә digәr mәlumatlar, vergi ödәyicisinin özünün müdafiәsi üçün gәtirdiyi dәlillәr vә bu dәlillәrin yoxlanılmasının nәticәlәri, vergi qanunvericiliyinin pozulmasına görә vә tәtbiq olunan mәsuliyyәt tәdbirlәrini nәzәrdә tutan müvafiq qanunların maddәlәri göstәrilmәklә vergi ödәyicisinin vergi qanunvericiliyinin konkret hansı tәlәblәrinin pozulmasına görә mәsuliyyәtә cәlb olunması ona izah olunur.

49.3. Vergi ödәyicisinin vergi qanunvericiliyinin pozulamasına görә mәsuliyyәtә cәlb edilmәsi barәdә çıxarılmış qәrar әsasında vergi ödәyicisinә vergi borcunun, faizlәrin, maliyyә sanksiyalarının mәblәğlәrinin, inzibati cәrimәlәrin, habelә aşkar edilmiş pozuntuların aradan qaldırılması barәdә tәlәbnamә göndәrilir.

49.4. Vergi orqanının qәrarının surәti vә tәlәbnamә vergi ödәyicisinә vә ya onun nümayәndәsinә verilmә tarixini tәsdiq edәn üsulla tәqdim edilir. Vergi ödәyicisi vә ya onun nümayәndәsinin bilәrәkdәn hәrәkәtlәri nәticәsindә

Page 42: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

vergi orqanının qәrarının surәti vә (vә ya) tәlәbnamәsi ona tәqdim oluna bilinmirsә, bu sәnәdlәr (sәnәd) onların (onun) sifarişli mәktubla alınması günündәn tәqdim edilmiş hesab edilir.

49.5. Vergi orqanının vәzifәli şәxslәri tәrәfindәn bu maddәnin tәlәblәrinin gözlәnilmәmәsi vergi orqanının qәrarının yuxarı vergi orqanı vә mәhkәmә tәrәfindәn lәğv edilmәsi üçün әsasdır.

49.6. Vergi orqanı tәrәfindәn aşkar edilmiş vergi qanunvericiliyinin pozulmasına görә vergi ödәyicisi inzibati mәsuliyyәtә cәlb edilmәli olduqda, vergi yoxlamasını keçirәn vergi orqanının sәlahiyyәtli vәzifәli şәxsi inzibati hüquq pozuntusu haqqında ayrıca protokol tәrtib edir. Bu hüquq pozuntuları haqqında işlәrә baxılma vә inzibati tәnbeh tәdbirlәrinin hәmin pozuntuların edilmәsindә günahkar olan vergi ödәyicisinin vәzifәli şәxslәrinә vә vergi ödәyicisi-fәrdi sahibkara münasibәtdә tәtbiq edilmәsi vergi orqanları tәrәfindәn Azәrbaycan Respublikasının İnzibati xәtalar Mәcәllәsinә müvafiq olaraq hәyata keçirilir.

49.7. Bu maddәnin müddәaları hәmçinin vergi agentlәrinә dә şamil edilir.

Maddә 50. Vergi yoxlaması keçirildikdә qanunsuz zәrәrin vurulmasının yolverilmәzliyi

50.1. Vergi yoxlaması keçirildikdә, vergi ödәyicisinә vә ya onun sahibliyindә, istifadәsindә vә sәrәncamında olan әmlaka qanunsuz olaraq zәrәr vurulmasına yol verilmir.

50.2. Vergi orqanlarının vә ya onların vәzifәli şәxslәrinin qanunsuz hәrәkәtlәri ilә vergi yoxlaması keçirildikdә, vurulan ziyan tam hәcmdә, buraxılmış fayda (әldә edilmәyәn gәlir) da daxil olmaqla vergi ödәyicisinә ödәnilmәlidir.

50.3. Vergi orqanları vә onların vәzifәli şәxslәri vergi ödәyicisinә qanunsuz hәrәkәtlәri nәticәsindә vurduqları ziyana görә qanunla müәyyәn edilmiş qaydada mәsuliyyәt daşıyırlar.

50.4. Vergi orqanlarının vәzifәli şәxslәrinin qanuni hәrәkәtl|

Fәsil V. Vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәt

Maddә 53. Vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtin ümumi әsasları

53.1. Bu Mәcәllә ilә müәyyәn edilmiş vergi ödәyicilәri, vergi agentlәri vә onların nümayәndәlәri, habelә vergi orqanlarının vәzifәli şәxslәri vergi qanunvericiliyinin pozulmasına görә bu Mәcәllә, Azәrbaycan Respublikasının İnzibati xәtalar Mәcәllәsinә vә Azәrbaycan Respublikasının digәr qanunları ilә müәyyәn edilmiş qaydada mәsuliyyәt daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görә vergi ödәyicilәrinә vә vergi agentlәrinә bu Mәcәllә ilә müәyyәn edilmiş maliyyә sanksiyaları vә faizlәr tәtbiq edilir

Page 43: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

53.2. Heç bir kәs vergi qanunvericiliyinin pozuntusu olan eyni hәrәkәtә (hәrәkәtsizliyә) görә tәkrarәn mәsuliyyәtә cәlb oluna bilmәz.

53.3. Qanunla müәyyәn edilmiş qaydada vә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәrarı ilә tәqsiri tәsdiq edilmәyәnәdәk hәr bir vergi ödәyicisi vergi qanunvericiliyinin pozulmasında tәqsirsiz hesab edilir.Vergi ödәyicisi vergi qanunvericiliyinin pozulmasında özünün tәqsirsiz olmasını sübut etmәyә borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını tәsdiq edәn halların vә vergi ödәyicisinin tәqsirinin sübut edilmәsi vergi orqanlarının üzәrinә qoyulur.Vergi qanunvericiliyinin pozulmasında vergi ödәyicisinin tәqsirinin olmasında aradan qaldırılmaz şübhәlәr olduqda, onlar vergi ödәyicisinin xeyrinә şәrh olunur.Vergi ödәyicisinin, vergitutma obyektinin uçotunda, hesablanmasında vә ödәnilmәsindә yol verdiyi sәhvlәri müstәqil düzәltmәk hüququ vardır.Bu maddәdә nәzәrdә tutulmuş müddәalar vergi agentlәrinә dә şamil edilir.

53.4. Vergi qanunvericiliyinin pozulması halları nәzәrdәn keçirildikdә, onun bilәrәkdәn vә ya ehtiyatsızlıq nәticәsindә törәdilmәsi, inzibati mәsuliyyәtin tәtbiq edilmәsi üçün tәqsirkar şәxsin müәyyәn yaşa çatması, yüngüllәşdirici vә ya ağırlaşdırıcı hallar vә bu Mәcәllә vә İnzibati xәtalar haqqında Azәrbaycan Respublikasının Mәcәllәsinin müddәaları müәyyәn edilmәlidir.

53.5. Vergi qanunvericiliyinin pozulması malların Azәrbaycan Respublikasının gömrük sәrhәdindәn keçirilmәsi ilә bağlı olduqda, hәmin işlәrә

Azәrbaycan Respublikasının Gömrük Mәcәllәsi ilә müәyyәn edilmiş qaydada baxılır.

53.6. Vergi ödәyicisi tәrәfindәn vergi qanunvericiliyinin bir neçә pozuntusuna yol verildikdә, maliyyә sanksiyaları hәr pozuntuya münasibәtdә ayrıca tәtbiq edilir.

53.7. Vergi qanunvericiliyinin pozulmasına görә maliyyә tәnbehinә mәruz qalmış şәxs tәnbehin icra olunması günündәn sonrakı 1 il әrzindә vergi qanunvericiliyinin eyni cür pozuntusuna yol vermәdikdә, o, tәnbehә mәruz qalmamış hesab edilir.

53.8. Vergi ödәyicisinin vә ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilmәsi, onları vergi öhdәliklәrini vә vergi orqanlarının vәzifәli şәxslәrinin qanuni tәlәblәrini yerinә yetirilmәsindәn azad etmir.

Maddә 54. Vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb olunmanı istisna edәn hallar

54.0. әәxs aşağıda müәyyәn olunmuş hallardan әn azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb edilә bilmәz:

54.0.1. vergi qanunvericiliyi ilә bağlı hüquqpozuntusu hadisәsinin

Page 44: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

olmaması;

54.0.2. vergi qanunvericiliyi ilә bağlı hüquqpozuntusunda şәxsin tәqsirinin olmaması;

54.0.3. vergi qanunvericiliyi ilә bağlı hüquqpozuntusunu törәdәn fiziki şәxsin hәmin әmәl törәdildiyi ana mәsuliyyәtә cәlb edilmә yaşına çatmaması;

54.0.4. vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәtә cәlb etmә müddәtinin qurtarması.

Maddә 55. Vergi qanunvericiliyinin pozulmasında şәxsin tәqsirini istisna edәn hallar

55.1. Vergi qanunvericiliyinin pozulmasında şәxsin tәqsirini istisna edәn hallar aşağıdakılardır:

55.1.1. vergi qanunvericiliyi ilә bağlı hüquqpozuntusunun tәbii fәlakәt, yaxud digәr fövqәladә vә qarşısıalınmaz hadisәlәr nәticәsindә törәdilmәsi;

55.1.2. vergi qanunvericiliyi ilә bağlı hüquqpozuntusunun vergi ödәyicisi - fiziki şәxs tәrәfindәn xәstә halı ilә әlaqәdar olaraq öz hәrәkәtlәrinә nәzarәt (özünә hesabat vermәyi) vә rәhbәrlik etmәyi bacarmadığı vәziyyәtdә törәdilmәsi;

55.1.3. vergi ödәyicisi vә ya vergi agenti tәrәfindәn vergi orqanının vә ya digәr sәlahiyyәtli dövlәt orqanının, yaxud onların vәzifәli şәxslәrinin öz sәlahiyyәtlәri daxilindә verdiklәri yazılı göstәrişlәrinin vә ya izahatlarının yerinә yetirilmәsi;

55.1.4. vergi orqanlarının qәrarlarına yenidәn baxıldıqda vergi ödәyicisinin hәrәkәtlәri üçün hüquqi әsaslar olmasının aşkar edilmәsi;

55.1.5. hәr hansı vergilәr, o cümlәdәn vergi agentlәri tәrәfindәn ödәnilәn vergilәr üzrә artıq ödәnilmiş mәblәğlәrin hesabına digәr vergilәr üzrә borcların nәzәrә alınması;

55.1.6. vergilәrin düzgün hesablanmaması vә vergi öhdәliklәrinin yerinә yetirilmәmәsi ilә bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qәdәrki dövrdә vergi ödәyicisinin özü tәrәfindәn aradan qaldırılması.

55.2. Bu Mәcәllәnin 55.1-ci maddәsindә müәyyәn edilәn hallar olduqda, şәxs vergi qanunvericiliyi ilә bağlı hüquqpozuntusuna görә, bu Mәcәllәnin 55.1.6-cı maddәsindә göstәrilәn hallarda faizlәrin ödәnilmәsi istisna olmaqla, mәsuliyyәt daşımır.

Maddә 56. Vergi qanunvericiliyi ilә bağlı hüquqpozuntusuna görә mәsuliyyәtә cәlb etmәnin vә maliyyә sanksiyalarının alınmasının

Page 45: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

müddәti

56.1. Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsә, şәxs hәmin qanunvericiliklә bağlı hüquq pozuntusunun törәdilmәsinә görә mәsuliyyәtә cәlb edilә bilmәz vә vergi öhdәliklәri yarana bilmәz.

56.2. Vergi orqanı maliyyә sanksiyalarının alınması mәqsәdi ilә vergi qanunvericiliyinin pozulmasını aşkar etdiyi andan 3 ay müddәtindәn gec olmayaraq mәhkәmәyә müraciәt edә bilәr.

Maddә 57. Hesabatın vaxtında verilmәmәsinә görә maliyyә sanksiyaları

57.1.Vergi hesabatını әsas olmadan müәyyәn edilәn müddәtdә tәqdim etmәyәn vergi ödәyicisinә hesabatın verilmәdiyi hәr bir tam ay üçün verginin ödәnilmәmiş mәblәğinin 1 faizi miqdarında, lakin verginin ödәnilmәmiş mәblәğinin 12 faizindәn çox olmayan mәblәğdә maliyyә sanksiyası tәtbiq edilir. Vergi ödәyicisinin vergi öhdәliyi yaranmadıqda hesabatın әsas olmadan müәyyәn edilәn müddәtdә tәqdim edilmәmәsinә görә vergi ödәyicisinә aylıq gәlirin vergi tutulmayan mәblәğinin 2 misli miqdarında maliyyә sanksiyası tәtbiq edilir.

57.2. Bu maddәnin mәqsәdlәri üçün hesabatda göstәrilmәli olan vergi mәblәği ilә müәyyәn edilmiş vaxtda ödәnilәn vergi mәblәği arasındakı fәrq verginin ödәnilmәmiş mәblәği sayılır.

Maddә 58. Vergilәrin azaldılmasına vә digәr vergi hüqüqpozmalarına görә maliyyә sanksiyaları.

58.1. Verginin hesabatda göstәrilәn mәblәği verginin hesabatda göstәrilmәli olan mәblәğinә nisbәtәn azaldılmışdırsa, habelә büdcәyә çatası vergi mәblәği 1 ildәn artıq dövr üzrә hesabat tәqdim etmәmәklә yayındırılmışdırsa vergi ödәyicisinә azaldılmış vә ya yayındırılmış vergi mәblәğinin 20 faizi miqdarında maliyyә sanksiyası tәtbiq edilir.

58.2. Bu Mәcәllәnin 58.1-ci maddәsindә göstәrilәn hәrәkәtlәr il әrzindә tәkrar edildikdә, vergi ödәyicisinә azaldılmış vergi mәblәğinin 40 faizi miqdarında maliyyә sanksiyası tәtbiq edilir.

58.3. Әlavә dәyәr vergisi üzrә bu Mәcәllә ilә müәyyәn edilmiş hallarda qeydiyyatın mәcburi olduğu halda qeydiyyatsız fәaliyyәt göstәrilmәsinә görә — qeydiyyatsız fәaliyyәt göstәrilәn bütün dövr әrzindә büdcәyә ödәnilmәli olan әlavә dәyәr vergisinin vә aksiz mәblәğinin 40 faizi miqdarında maliyyә sanksiyası tәtbiq olunur.

58.4. Bu Mәcәllәnin tәlәblәrinә uyğun olaraq ödәmә mәnbәyindә vergini tutmadan ödәmәni hәyata keçirәn şәxsә tutulmamış verginin 20 faizi mәblәğindә maliyyә sanksiyası tәtbiq edilir.

Page 46: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

58.5. Vergi ödәyicisi tәrәfindәn sahibkarlıq fәaliyyәtindә gәlir (mәnfәәt) götürmәk üçün istifadә edilәn malların bu Mәcәllәnin 130.1-ci maddәsindә müәyyәn edilәn qaydada uçot sәnәdlәrindә әks etdirilmәmәsinә görә hәmin malların bazar qiymәtlәri nәzәrә alınaraq ödәnilmәli olan vergi mәblәğinin 20 faizi miqdarında maliyyә sanksiyası tәtbiq olunur.

58.6. Bu Mәcәllәnin 33.4-cü maddәsindә göstәrilәn müddәtdә vergi orqanında uçota alınmaq üçün әrizәnin verilmәmәsinә görә vergi ödәyicisinә aylıq gәlirin vergi tutulmayan mәblәğinin 2 misli miqdarında maliyyә sanksiyası tәtbiq edilir.

Maddә 59. Ödәnilmә vaxtı keçmiş vә artıq ödәnilmiş vergilәr üzrә faizlәr

59.1. Vergi vә ya cari vergi ödәmәsi bu Mәcәllә ilә müәyyәn edilmiş müddәtdә ödәnilmәdikdә, ödәmә müddәtindәn sonrakı hәr bir ötmüş gün üçün vergi ödәyicisindәn vә ya vergi agentindәn ödәnilmәmiş vergi vә ya cari vergi ödәmәsi mәblәğinin 0,05 faizi mәblәğindә faiz tutulur.

59.2. Bu Mәcәllәnin 59.1-ci maddәsindә müәyyәn edilmiş faiz yoxlama nәticәsindә aşkar edilmiş vaxtında ödәnilmәmiş vergi mәblәğlәrinә vә vergilәr üzrә avans ödәnişlәrinә münasibәtdә bütün ötmüş müddәtә, ancaq bir ildәn çox olmamaq şәrti ilә tәtbiq edilir.

59.3. Bu Mәcәllәnin 59.1-ci vә 59.2-ci maddәlәrindә müәyyәn edilmiş faiz yoxlama nәticәsindә aşkar edilmiş vaxtında ödәnilmәmiş vergi mәblәğlәrinә vә vergilәr üzrә avans ödәnişlәrinә münasibәtdә bütün ötmüş müddәtә, ancaq bir ildәn çox olmamaq şәrti ilә tәtbiq edilir.

59.4. Müәyyәn edilmiş vergi mәblәğindәn artıq ödәnilmiş mәblәğ vә ya düzgün tutulmayan vergi mәblәği ödәnildikdә, bu Mәcәllә ilә başqa hallar nәzәrdә tutulmamışdırsa, vergi ödәyicisinin әrizәsinin verildiyi tarixdәn hәmin mәblәğlәr geri qaytarılanadәk gecikdirilәn hәr bir gün üçün (ödәmә günü dә daxil olmaqla) vergi ödәyicisinә müvafiq mәblәğlәrin 0,05 faizi mәblәğindә faiz ödәnilir. Vergi ödәyicisinin artıq ödәnilmiş mәblәğlәrin qaytarılmasına dair әrizә verdiyi müddәtdәn 45 gün әrzindә mәblәğ qaytarılarsa, faizlәr vergi ödәyicisinә qaytarılmır.

Maddә 60. Banklara vә bank әmәliyyatlarının ayrı-ayrı növlәrini hәyata keçirәn digәr kredit tәşkilatlarına tәtbiq olunan maliyyә sanksiyaları

60.1. Banklara vә bank әmәliyyatlarının ayrı-ayrı növlәrini hәyata keçirәn digәr kredit tәşkilatlarına aşağıdakı maliyyә sanksiyaları tәtbiq edilir:

60.1.1. vergi orqanı tәrәfindәn hüquqi şәxsә, fәrdi sahibkara, filiala vә nümayәndәliyә vergi ödәyicisinin eynilәşdirmә nömrәsinin verildiyini tәsdiq edәn sәnәd olmadan bu Mәcәllәyә uyğun olaraq sahibkarlıq fәaliyyәtini göstәrәn hüquqi vә fiziki şәxslәrin hesablaşma hesabı vә ya digәr hesablar

Page 47: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

açdığına görә - hәr açılmış hesab üçün aylıq gәlirin vergi tutulmayan mәblәğinin 10 misli mәblәğindә;

60.1.2. sahibkarlıq fәaliyyәtini göstәrәn hüquqi vә fiziki şәxslәrin hesablaşma vә ya digәr hesabında, o cümlәdәn valyuta hesabında vәsait olduqda, onun vergilәrin ödәnilmәsinә dair tapşırıqlarını, habelә vergi qalıqları vә faizlәr üzrә borcların vergi ödәyicisi olan hüquqi şәxslәrin hesabından Mülki Mәcәllәdә nәzәrdә tutulmuş ödәnişlәrin növbәliyinә uyğun tutulması haqqında vergi orqanlarının sәrәncamlarını icra etmәdiyinә görә - icra edilmәmiş hәmin ödәmә tapşırıqlarında vә ya sәrәncamlarda göstәrilәn mәblәğin 10 faizi; Vergi ödәyicisinin valyuta hesabından vәsait mübahisәsiz qaydada tutulduğu halda bank hәmin gün Milli Bankın müәyyәn etdiyi rәsmi mәzәnnә ilә sәrәncamda göstәrilәn mәblәğin 105 faizinәdәk hesabdakı valyuta vәsaitini dondurur. Valyuta vәsaiti vergi ödәyicisi tәrәfindәn manata konvertasiya edildikdәn sonra sәrәncam icra olunur.

60.2. Bu Mәcәllәnin 60.1.2-ci maddәsindә müәyyәn edilәn hallarda vergi ödәyicisindәn banka vә ya bank әmәliyyatlarının ayrı-ayrı növlәrini hәyata keçirәn digәr kredit tәşkilatına müvafiq tapşırıq vә ya sәrәncam daxil olduğu gündәn hәmin günlәr üçün vergi ödәyicisinә faiz hesablanmır.

Maddә 61. Vergi orqanlarının vә onların vәzifәli şәxslәrinin mәsuliyyәti

61.1. Vergi orqanlarının hüquqa zidd hәrәkәtlәri (qәrarları) vә ya hәrәkәtsizliyi, habelә vergi orqanlarının vәzifәli şәxslәrinin vә digәr işçilәrinin öz vәzifәlәrini icra etdikdә, onların hüquqa zidd hәrәkәtlәri (qәrarları) vә ya hәrәkәtsizliyinә, hәmçinin bunların nәticәsindә vergi ödәyicilәrinә dәymiş zәrәrә görә vergi orqanları vә vergi orqanlarının vәzifәli şәxslәri qanunvericiliklә müәyyәn edilmiş qaydada mәsuliyyәt daşıyırlar.

61.2. Vergi ödәyicilәrinә bu Mәcәllәnin 61.1-ci maddәsindә göstәrilәn hәrәkәtlәr (qәrarlar) vә ya hәrәkәtsizlik nәticәsindә dәymiş zәrәr mәhkәmәnin qәrarına әsasәn ödәnilir. Vergi orqanları tәrәfindәn düzgün tutulmayan vergi, maliyyә sanksiyaları, faizlәr vә inzibati cәrimәlәrin mәblәğlәri, vergilәr üzrә borclar olmadıqda, bu Mәcәllәdә başqa hallar nәzәrdә tutulmadıqda vergi ödәyicisinin müraciәtinә әsasәn 45 gün müddәtindә geri qaytarılmalıdır vә ya gәlәcәk ödәnişlәrin hesabına aid edilә bilәr.

61.3. Vergi orqanlarının vәzifәli şәxslәri vә digәr işçilәri özlәrinin hüquqa zidd hәrәkәtlәrinә (qәrarlarına) vә ya hәrәkәtsizliyinә, o cümlәdәn öz xidmәti vәzifәlәrini yerinә yetirmәdiyinә vә ya lazımınca yerinә yetirmәdiyinә görә qanunvericiliklә müәyyәn edilmiş qaydada mәsuliyyәt daşıyırlar.

Page 48: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Fәsil VI. Vergi orqanlarının qәrarlarından (aktlarından) vә onların vәzifәli şәxslәrinin hәrәkәtlәrindәn (hәrәkәtsizliyindәn) şikayәt verilmәsi

Maddә 62. Şikayәt verilmәsi qaydası

62.1. Hәr bir vergi ödәyicisinin vә ya başqa vәzifәli şәxsin vergi orqanlarının qәrarlarından (aktlarından), habelә vergi orqanlarının vәzifәli şәxslәrinin hәrәkәtlәrindәn (hәrәkәtsizliyindәn) şikayәt etmәk hüququ vardır.

62.2. Vergi orqanlarının qәrarlarından (aktlarından), habelә vergi orqanlarının vәzifәli şәxslәrinin hәrәkәtlәrindәn (hәrәkәtsizliyindәn) şikayәt qanunla müәyyәn edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vәzifәli şәxsә) vә (vә ya) mәhkәmәyә verilir. әikayәtin yuxarı vergi orqanına (yuxarı vәzifәli şәxsә) verilmәsi hәmin şikayәtin eyni zamanda vә ya sonradan mәhkәmәyә verilmәsini istisna etmir.

62.3. Vergi orqanlarının qәrarlarından (aktlarından), habelә vergi orqanlarının vәzifәli şәxslәrinin hәrәkәtlәrindәn (hәrәkәtsizliyindәn) şikayәt yuxarı vergi orqanına (yuxarı vәzifәli şәxsә) vergi ödәyicisi vә ya başqa borclu şәxs tәrәfindәn öz hüquqlarının pozulduğunu bildiyi vә ya bilmәli olduğu gündәn 3 ay müddәtindә verilir. Vergi ödәyicisi vә ya başqa borclu şәxs üzürlü sәbәbdәn bu maddәnin birinci abzasında göstәrilәn müddәti buraxmışdırsa, yuxarı vergi orqanı vә ya yuxarı vergi orqanının vәzifәli şәxsi tәrәfindәn şikayәti verәn şәxsin әrizәsinә әsasәn hәmin müddәt bәrpa edilә bilәr.

Maddә 63. Vergi orqanında şikayәtә baxılma

63.1. Vergi ödәyicisinin vә ya başqa borclu şәxsin vergi orqanının qәrarlarından (aktlarından), vergi orqanının vәzifәli şәxslәrinin hәrәkәtlәrindәn (hәrәkәtsizliyindәn) şikayәtinә yuxarı vergi orqanı vә ya onun vәzifәli şәxsi tәrәfindәn hәmin şikayәt alındığı gündәn 30 gün müddәtindә baxılır. Qәbul edilmiş qәrar barәsindә şikayәt vermiş şәxsә 10 gün müddәtindә yazılı cavab verilmәlidir.

63.2. Vergi ödәyicisi ona hesablanmış verginin mәblәği ilә razı olmadığı halda, vergini ödәnilmәsini dayandırmadan bilavasitә vergi nәzarәtini hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanına vә ya mәhkәmәyә şikayәt verә bilәr. Vergi ödәyicisinin şikayәtә baxılan müddәt әrzindә maliyyә sanksiyasını ödәmәmәk hüququ vardır.

63.3. Vergi ödәyicisi vә ya başqa borclu şәxs tәrәfindәn vergi orqanına (vәzifәli şәxsә) verilәn şikayәt, bu Mәcәllәnin 63.2-ci maddәsinin ikinci abzasında müәyyәn edilәn hallar istisna olunmaqla, şikayәt edilәn qәrarın (aktın) vә ya hәrәkәtin icrasını dayandırmır. әikayәt edilәn qәrar (akt) vә ya hәrәkәt Azәrbaycan Respublikasının qanunvericiliyinә uyğun olmadıqda şikayәtә baxan vergi orqanı (vәzifәli şәxsi) onun icrasını tam vә ya qismәn

Page 49: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

dayandıra bilәr. Qәrarın (aktın) vә ya hәrәkәtin icrasının tam vә ya qismәn dayandırmaq barәdә qәrarı hәmin aktı qәbul etmiş vergi orqanının rәhbәri vә ya yuxarı vergi orqanı qәbul edir.

63.4. Hesablanmasından vә ya tәtbiq edilmәsindәn şikayәt edilәn verginin, faizlәrin vә ya maliyyә sanksiyasının mәblәği hesablanmaya (tәtbiq edilmәyә) uyğun şәkildә ödәnildiyi vә bu şikayәtin tәmin edilmәsi nәticәsindә vergi, faizlәr vә ya maliyyә sanksiyası tamamilә vә ya qismәn lәğv edildiyi halda, vergi ödәyicisinin aşağıdakılara hüququ vardır:

63.4.1. sәhv tutulan mәblәğlәrә görә bu Mәcәllәnin 61.2-ci maddәsinә uyğun olaraq kompensasiya almaq;

63.4.2. bu Mәcәllәyә müvafiq olaraq hәmin mәblәğlәrdәn faizlәr almaq.

Maddә 64. Mәhkәmәyә verilmiş şikayәtlәrә baxılma

Vergi orqanlarının qәrarları (aktları), onların vәzifәli şәxslәrinin hәrәkәtlәri (hәrәkәtsizliyi) barәsindә mәhkәmәyә verilmiş şikayәtlәrә (iddia әrizәlәrinә) Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsi ilә müәyyәn edilmiş qaydada baxılır.

Fәsil VII. Vergilәrin ödәnilmәsi üzrә ümumi qaydalar

Maddә 65. Vergilәr üzrә borcların alınması qaydası

65.1. Vergi ödәyicisi vergi öhәdliyini bu Mәcәllә ilә müәyyәn edilmiş müddәtdә yerinә yetirmәkdә vergi orqanı 5 gün müddәtindә vergi ödәyicisinә hesablanmış vә ya yenidәn hesablanmış vergilәrin vә faizlәrin ödәnilmәsinә dair bildiriş göndәrir.

65.2. Hesablanmış vә ya yenidәn hesablanmış vergilәr vә faizlәr vergi ödәyicisi tәrәfindәn bildirişdә göstәrilәn müddәtdә ödәnilmәdiyi halda vergi orqanı vergi ödәyicisinin hesablaşma, valyuta vә digәr hesablarından vergilәr üzrә borcların vә faizlәrin dövlәt büdcәsinә alınması üçün banka vә ya digәr kredit tәşkilatına icra sәnәdi olan sәrәncam verir.

65.3. Vergi ödәyicisinin hesablaşma, valyuta vә digәr hesablarında vәsait olduqda vergi orqanının sәrәncamı bank vә ya digәr kredit tәşkilatı tәrәfindәn hәmin sәrәncamın daxil olduğu gün icra edilir.

65.4. Vergi ödәyicisinin hesablaşma, valyuta vә digәr hesablarında vәsait olmadıqda vә ya vergilәr üzrә borcların vә faizlәrin yerinә yetirilmәsinә kifayәt etmәdikdә vergi orqanıının sәrәncamı bankda vә ya digәr kredit tәşkilatında saxlanılır vә vergi ödәyicisinin hesablarına vәsait daxil olduqca icra edilir.

65.5. Sәrncamın bank vә ya digәr kredit tәşkilatına daxil olduğu gündәn 90 gün әrzindә borc ödәnilmәdikdә vә borca görә bu Mәcәllәyә müvafiq olaraq әmlakın siyahıya alınması üçün qәrarın verilmәsi barәdә vergi orqanından

Page 50: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

banka vә ya digәr kredit tәşkilatına növbәti 5 bank günü әrzindә mәlumat daxil olmadıqda sәrәncam geri qaytarılır vә hәmin borca görә sәrәncam tәkrarәn icrayә qәbul edilmir.

Əmlakın siyahıya alınması üçün qәrarın verilmәsi barәdә vergi orqanından banka vә ya digәr kredit tәşkilatına mәlumat daxil olduqda sәrәncam vergi ödәyicisinin hәmin borca görә vergi öhdәliyi yerinә yetirilәnәdәk qüvvәdә qalır.

65.6. Vergi orqanlarının vergilәr üzrә borcların vә faizlәrin dövlәt büdcәsinә alınması haqqında sәrәncamları bank vә digәr kredit tәşkilatı tәrәfindәn Azәrbaycan Respublikasının Mülki Mәcәllәsindә nәzәrdә tutulmuş ödәnişlәrin növbәliliyi  ardıcılığına uyğun olaraq icra edilir.

65.7. Vergi orqanının vergilәr üzrә borcların vә faizlәrin dövlәt büdcәsinә alınması haqqında sәrәncamı vergi ödәyicisinin valyutada olan bank hesabına yönәldildikdә, bank vә ya digәr kredit tәşkilatı hesabdakı vәsaiti bu Mәcәllәnin 60.1.2-ci maddәsindә müәyyәn edilmiş qaydada dondurur vә dәrhal bu barәdә vergi ödәyicisinә mәlumat göndәrir. Vergi ödәyicisi tәrәfindәn konvertasiya әmәliyyatı aparıldıqdan sonra bank vә ya digәr kredit tәşkilatı vergi orqanının sәrәncamını icra edir.

65.8. Vergi orqanının vergilәr üzrә borcların vә faizlәrin dövlәt büdcәsinә alınması haqqında sәrәncamı bir neçә bank vә ya kredit tәşkilatına verildikdә vә bu zaman vergilәr üzrә borclar vә faizlәr vergi ödәyicisinin hәr hansı hesablaşma, valyuta vә ya digәr hesablarından dövlәt büdcәsinә alındıqda, vergi orqanı digәr banklara vә ya kredit tәşkilatlarnıa verilәn sәrәncamların dәrhal geri qaytarılamasını tәmin edir.

65.9. Vergi ödәyicisinin hesablaşma, valyuta vә digәr hesablarından dövlәt büdcәsinә artıq alınmış vәsaitin geri qaytarılması bu Mәcәllәnin 87-ci maddәsi ilә müәyyәn edilmiş qaydada hәyata keçirilir.

Maddә 66. Qeyri-qanuni gәlir

Qeyri-qanuni әldә edilәn gәlir Azәrbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirә edilmirsә, hәmin gәlirin qeyri-qanuniliyi onun vergiyә cәlb edilmәsinә tәsir göstәrmir.

Maddә 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müәyyәn edilmәsi qaydaları 67.1. Vergi ödәyicisi mühasibat uçotunu aparmırsa vә ya mühasibat uçotunu müәyyәn edilmiş qaydada aparmırsa, mühasibat vә hesabat sәnәdlәri mәhv olunmuşdursa (itirilmişdirsә), vergi orqanlarının ödәnilmәli olan verginin mәblәğini müәyyәn edilmiş qaydada müәyyәnlәşdirmәk hüququ vardır. Uçot qaydaları pozulduqda, yaxud sәnәdlәr mәhv edildikdә (itirildikdә), hәmçinin vergitutma obyektinin müәyyәnlәşdirilmәsi hәr hansı başqa sәbәblәrdәn mümkün olmadıqda, vergi orqanları vergitutma obyektini vә vergi mәblәğini müәyyәn edilmiş qaydada birbaşa vә dolayı qiymәtlәndirmә metodlarından (aktivlәr, istehsal mәsrәflәri, müqayisә metodları, dövriyyә vә s.) istifadә etmәklә

Page 51: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

müәyyәnlәşdirirlәr.

67.2. Qarşılıqlı surәtdә asılı olan şәxslәr arasında hәr hansı әmәliyyat aparıldıqda, vergi orqanı müstәqil şәxslәr arasındakı әmәliyyatlar zamanı әldә edilә bilәn vergi tutulan gәliri müәyyәnlәşdirmәk üçün gәlirlәri vә ya xәrclәri hәmin şәxslәr arasında bölә bilәr.

67.3. әәxs fәrdi istehlakına, o cümlәdәn әmlak alınmasına çәkilәn xәrclәrin ödәnilmәsi üçün kifayәt olmayan mәblәğdә gәlir әldә etdiyini bildirirsә, vergi orqanı gәliri vә vergilәri hәmin şәxsin әvvәlki dövrlәrdәki gәlirlәrini, habelә kredit vә borclarını nәzәrә almaqla çәkdiyi xәrclәrә әsasәn müәyyәnlәşdirir.

67.4. Verginin mәqsәdlәri üçün barter әmәliyyatları malların (işlәrin, xidmәtlәrin) bazar qiymәtlәri ilә satışı kimi qiymәtlәndirildikdә, müvafiq әmәliyyatlar vergi hesab-fakturaları ilә rәsmilәşdirilmәlidir. Barter әmәliyyatının vergi hesab-fakturasında göstәrilәn mәblәği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlәrini bazar qiymәtlәri nәzәrә alınmaqla dәqiqlәşdirir, verginin mәblәğini yenidәn hesablayır vә Azәrbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görә nәzәrdә tutulan sanksiyaları tәtbiq edir.

Maddә 68. Müddәtlәrin müәyyәn edilmәsi qaydası

68.1. Bu Mәcәllәdә müәyyәn edilәn hәr hansı müddәtin axımı onun hesablanmasını şәrtlәndirәn hüquqi hәrәkәtin vә ya faktiki hadisәnin hәyata keçirildiyi sonrakı gündәn başlanır.

68.2. Hәr hansı müddәt bu Mәcәllәdә göstәrilәn dövrün sonuncu gününün axırında bitir. Bu Mәcәllәdә nәzәrdә tutulan hәr hansı müddәt qeyri-iş gününә tәsadüf edәrsә, hәmin müddәt onun ardınca gәlәn әn yaxın növbәti iş gününә keçir.

Maddә 69. Xarici valyutanın manatla hesablanması

Xarici valyuta ilә aparılan vә vergiyә cәlb etmәyә aid olan hәr hansı әmәliyyat onun hәyata keçirildiyi gün Azәrbaycan Respublikasının Milli Bankının rәsmi mübadilә mәzәnnәsi ilә manatla hesablanır.

Maddә 70. Vergi ödәyicilәri ilә yazışma

70.1. Vergi orqanının vergi ödәyicisinә vә ya vergi ödәyicisinin vergi orqanına tәlәbi yazılı şәkildә tәrtib edilmәmişdirsә vә bir tәrәf onu digәr tәrәfә vermәmişdirsә, belә tәlәblәrin heç biri vergi orqanı vә ya vergi ödәyicisi üçün hüquqi qüvvәyә malik deyildir.

70.2. Vergi orqanının vergi ödәyicisinә göndәrdiyi hәr hansı bildiriş vә ya digәr sәnәd adı göstәrilmәklә vergi orqanının rәhbәri (onun müavini)

Page 52: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

tәrәfindәn imzalanmalı vә möhürlә tәsdiq edilmәlidir. Sәnәdlәr zәrfin qәbul edildiyinә dair bildiriş yazılan sifarişli mәktubla çatdırıldıqda vә ya şәxsәn verildikdә lazımi qaydada vergi ödәyicisinә verilmiş sayılır.

70.3. Vergi hesablamalarına dair sәnәdlәrin vә ya vergi qanunvericiliyinә әsasәn tәrtib edilәn digәr sәnәdlәrin heç biri, aşağıdakılara әmәl edildiyi halda, etibarsız vә ya prosessual pozuntularla tәrtib edilmiş sayıla bilmәz:

70.3.1. onlar öz mәzmununa vә mahiyyәtinә görә vergi qanunvericiliyinә uyğun gәlirsә vә

70.3.2. vergi hesablanılan vә ya bu sәnәdlәrin aid olduğu şәxs hamı üçün aydın şәkildә göstәrilmişdirsә.

Maddә 71. Vergi ödәyicilәri tәrәfindәn uçot sәnәdlәrinin tәrtib edilmәsi vә saxlanması

71.1. Vergi ödәyicisi olan hәr hansı şәxs:

71.1.1. hәmin şәxsin vergi öhdәliklәrinin yaranmasına sәbәb ola bilәn;

71.1.2. hәmin şәxsdә vergi tutulmasına dair öhdәliklәr yaranmasına sәbәb ola bilәn;

71.1.3. hәmin şәxsdә bu Mәcәllәyә müvafiq olaraq mәlumat vermәyә dair öhdәliklәr yaranmasına sәbәb ola bilәn әmәliyyatları sәnәdlәşdirmәyә borcludur.

71.2. Vergi ödәyicilәri bu Mәcәllәnin 71.1-ci maddәsindә göstәrilәn uçot sәnәdlәrini qanunvericiliklә müәyyәn edilmiş qaydada aparmağa borcludurlar.

71.3. Vergi ödәyicisinin ayrı-ayrı uçot sәnәdlәri xarici dildә tәrtib edildikdә, vergi orqanları onların Azәrbaycan dilinә rәsmi surәtdә tәrcümә olunmasını tәlәb edә bilәr.

Maddә 72. Vergi hesabatının verilmәsi qaydası

72.1. Bu Mәcәllәnin mәqsәdlәri üçün vergi hesabatı vergi bәyannamәsindәn ibarәtdir.

72.2. Bu Mәcәllәyә vә ona müvafiq olaraq qәbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını vermәyә borclu olan vergi ödәyicilәri vergi hesabatını bu Mәcәllәdә göstәrilәn müddәtlәrdә müvafiq icra hakimiyyәti orqanının müәyyәnlәşdirdiyi formada vә yerdә vergi orqanına vermәlidirlәr. Vergi hesabatları vergi ödәyicisi tәrәfindәn şәxsәn vә ya hesabatın tәqdim edilmәsi tәsdiq oluna bilәn hәr hansı digәr üsulla (rabitә tәşkilatına tәhvil verilmәsi dә daxil olmaqla) tәqdim edilә bilәr.

Page 53: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

72.3. Vergi hesabatını vergi ödәyicisi, yaxud onun müәyyәn edilmiş qaydada vәkil edilmiş nümayәndәsi imzalamalıdır.

72.4. Vergi ödәyicisinin vergi hesabatının tәrtib edilmәsindә müstәqil auditor iştirak edirsә o, vergi hesabatını imzalamalı, möhür vurmalı vә öz vergi ödәyicisinin eynilәşdirmә nömrәsini göstәrmәlidir.Hesabatı bir nәfәrdәn çox tәrtibatçı hazırlayırsa, onu ancaq baş tәrtibatçı imzalayır.

72.5. Bu Mәcәllәnin 163-cü maddәsindә nәzәrdә tutulan hallar istisna olmaqla әvvәlki hesabat dövrlәri üzrә tәqdim edilmiş hesabatlardakı mәlumatlar ilkin uçot sәnәdlәri üzrә mәlumatlara uyğun olmadığı hallarda vergi ödәyicilәri tәrәfindәn hәmin hesabat dövrü üçün dәqiqlәşdirilmiş hesabat tәqdim edilmәlidir. Dәqiqlәşdirilmiş hesabat üzrә büdcәyә ödәnilmәli vergi mәblәği әvvәl tәqdim edilmiş hesabat üzrә büdcәyә ödәnilmәli vergi mәblәğindәn çox olduqda әlavә hesablanmış vergi mәblәği faizlәrlә birlikdә büdcәyә ödәnilir, az olduqda isә hesablanmış vergi vә faiz mәblәğlәri azaldılır. Vergi ödәyicisi tәrәfindәn dәqiqlәşdirilmiş hesabatlar vergi ödәyicisindә sәyyar vergi yoxlamasının keçirilmәsi barәdә qәrar qәbul edildiyi günәdәk tәqdim edilә bilәr.

Maddә 73. Ödәmәlәr haqqında mәlumatın verilmәsi

Görülmüş işlәrin vә ya göstәrilmiş xidmәtlәrin haqqını ödәyәn, yaxud hәr hansı digәr ödәmәlәr aparan şәxs, qanunla müәyyәn edilmiş hallarda vә qaydada ödәnilmiş mәblәğlәr haqqında vergi orqanına mәlumat vermәlidir.

Maddә 74. Hesabatın verilmәsi müddәtinin uzadılması

74.1. Hesabatın verilmә müddәti başa çatanadәk vergi ödәyicisi gәlir vergisinin vә ya mәnfәәt vergisinin hesabatının verilmәsi müddәtinin uzadılması barәdә müraciәt edirsә vә bu zaman ödәnilmәli olan verginin mәblәğini tamamilә ödәyirsә, hesabatın verilmәsi müddәti üç ayadәk uzadılmış hesab olunur. Bu maddәyә uyğun olaraq müddәtin uzadılması verginin ödәnilmәsi müddәtini dәyişdirmir.

74.2. Hesabat üzrә hesablanmış verginin mәblәği ödәnilmiş mәblәğdәn artıq olduqda yaranan fәrq verginin ödәnilmәsinin son müddәti günündәn hesablanan faizlәr nәzәrә alınmaqla büdcәyә keçirilmәlidir.

Maddә 75. Vergi ödәyicilәri ilә münasibәtdә bankların vә bank әmәliyyatlarının ayrı-ayrı növlәrini hәyata keçirәn digәr kredit tәşkilatlarının vәzifәlәri

75.0. Banklar vә bank әmәliyyatlarının ayrı-ayrı növlәrini hәyata keçirәn digәr kredit tәşkilatları borcludurlar:

75.0.1. yalnız vergi orqanları tәrәfindәn vergi ödәyicisinin eynilәşdirmә nömrәsi verildiyini tәsdiq edәn sәnәdlәr verildikdәn sonra hüquqi şәxslәrә

Page 54: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

vә sahibkarlıq fәaliyyәtini hüquqi şәxs yaratmadan hәyata keçirәn fiziki şәxslәrә hesablaşma hesabları, yaxud digәr hesablar açmağa, bank sәnәdlәrindә vergi ödәyicisinin eynilәşdirmә nömrәsi göstәrilmәdikdә hesablar üzrә әmәliyyatlar aparmamağa;

75.0.2. hüquqi şәxslәrә vә sahibkarlıq fәaliyyәtini hüquqi şәxs yaratmadan hәyata keçirәn fiziki şәxslәrin öz hesablaşma, valyuta vә ya digәr hesablarından vergilәrin ödәnilmәsi haqqında ödәmә tapşırıqlarını icra etmәyә;

75.0.3. hüquqi şәxslәrә vә sahibkarlıq fәaliyyәtini hüquqi şәxs yaratmadan hәyata keçirәn fiziki şәxslәrin hesablaşma vә ya digәr hesablarından vәsaitin tutulması üzrә әmәliyyatların aparıldığı gün vergi mәblәğlәrini müvafiq büdcәyә keçirmәyә (banka vә ya büdcәyә kassa xidmәti göstәrәn digәr maliyyә idarәsinә köçürmәyә).

Maddә 76. Banklar vә bank әmәliyyatlarının ayrı-ayrı növlәrini hәyata keçirәn kredit tәşkilatları tәrәfindәn mәlumatların verilmәsi

76.1. Vergi ödәyicisinin qanunvericiliklә müәyyәn edilmiş qaydada gәlirlәrinin vә xәrclәrinin uçotunun aparılmaması, mühasibat vә hesabat sәnәdlәrinin mәhv olunması (itirilmәsi) halları aşkar edildikdә, habelә vergi bәyannamәlәri müәyyәn olunmuş müddәtdә tәqdim edilmәdikdә vә ya vergi yoxlamasının aparılması zamanı vergi ödәyicisi tәrәfindәn vergi orqanlarının vәzifәli şәxslәrinә sәnәdlәr tәqdim edilmәdikdә, onlara әrazi vә ya binalara (yaşayış binaları (sahәlәri) istisna olmaqla) daxil olmağa icazә verilmәdikdә, vergi ödәyicisinin vergi öhdәliklәrini müәyyәnlәşdirmәk mәqsәdi ilә vergi orqanları müvәkkil banka yazılı bildiriş göndәrmәklә hәmin bankın xidmәt etdiyi hәr hansı hüquqi şәxsin vә ya fәrdi sahibkarın bank hesabı vә әmәliyyatları barәdә qanunvericiliyә uyğun olaraq mәlumat almaq hüququna malikdirlәr.

76.2. Müvәkkil bank müvafiq icra hakimiyyәti orqanının tәsdiq etdiyi formada bu Mәcәllәnin 76.1-ci maddәsindә müәyyәn edilmiş qaydada göndәrilәn bildirişi aldıqdan sonra hәmin bildirişdә göstәrilәn mәlumatların vergi orqanına verilәcәyi barәdә 5 gün әrzindә hüquqi şәxsә vә fәrdi sahibkara rәsmi mәlumat göndәrmәlidir (vermәlidir).

76.3. Hüquqi şәxsә rәsmi mәlumat göndәrildikdәn (verildikdәn) sonra 15 gün әrzindә bildirişdә göstәrilәn mәlumatların verilmәsinә etiraz edilmәsi haqqında hüquqi şәxsin vә fәrdi sahibkarın әrizәsinә mәhkәmәdә baxılacağı barәdә aidiyyatı mәhkәmәdәn mәlumat daxil olmadıqda, müvәkkil bank hüquqi şәxsin vә fәrdi sahibkarın hesabları vә ya әmәliyyatları barәdә mәlumatı vergi orqanına göndәrir. Digәr hallarda hüquqi şәxsin vә fәrdi sahibkarın hesabları vә ya әmәliyyatları barәdә mәlumatların verilmәsinә yol verilmir.

76.4. Bu maddә ilә müәyyәn edilmiş hallarda vә qaydada hüquqi şәxslәrin vә fәrdi sahibkarların hesabları vә ya әmәliyyatları barәdә alınmış mәlumatların digәr orqanlara vә ya vәtәndaşlara verilmәsi qadağandır.

Page 55: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Maddә 77. Vergi öhdәliyi

77.1. Vergi ödәyicisinin bu Mәcәllәdә göstәrilәn hallarda vә qaydada müәyyәn edilәn vergini (o cümlәdәn cari vergi ödәmәlәrini) ödәmәk vәzifәsi onun vergi öhdәliyi hesab olunur.

77.2. Vergi öhdәliyinin yaranması, dәyişdirilmәsi vә ya lәğv edilmәsi üçün әsaslar, hәmçinin vergi öhdәliyinin yerinә yetirilmәsi qaydası vә şәrtlәri yalnız bu Mәcәllә ilә müәyyәn edilir.

77.3. Vergi ödәyicisi vergi qanunvericiliyinin tәlәblәrinә uyğun olaraq verginin ödәnilmәsini nәzәrdә tutan şәraitin yarandığı andan vergi öhdәliklәrinin yerinә yetirilmәsi üçün cavabdehdir.

77.4 Vergi öhdәliyinә aşağıdakı hallarda xitam verilmiş hesab olunur:

77.4.1. verginin ödәnilmәsi;

77.4.2. verginin ödәnilmәsi öhdәliyinin xitam verilmәsi vergilәr haqqında qanunvericiliyә müvafiq olaraq ortaya çıxan hallarda;

77.4.3. vergi ödәyicisi vәfat etmiş vә ya Azәrbaycan Respublikasının mülki qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada ölmüş hesab edildikdә. Vәfat etmiş vә ya ölmüş hesab edilmiş şәxsin әmlak vergilәri üzrә borcları vәrәsәlik әmlakının dәyәri hәddlәrindә ödәnilir;

77.4.4. bu Mәcәllәyә müvafiq olaraq lәğvetmә komissiyası tәrәfindәn büdcә ilә (büdcәdәnkanar fondlarla) bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödәyicisi olan hüquqi şәxs lәğv edildikdә.

Maddә 78. Vergi öhdәliklәrinin yerinә yetirilmәsi

78.1. Vergi öhdәliklәrinin yerinә yetirilmәsi ödәnilmәli olan vergi mәblәğinin müәyyәn edilmiş müddәtlәrdә vә qaydada ödәnilmәsidir. Vergi ödәyicisinin hesablarında vә ya kassasında vәsaitin, habelә onun әmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdәliklәrinin yerinә yetirilmәsi mәcburidir.

78.2. Vergi öhdәliklәrinin yerinә yetirilmәsi Mülki Mәcәllәdә nәzәrdә tutulmuş ardıcıllıqla hәyata keçirilir.

78.3. Vergi öhdәliklәrinin yerinә yetirilmәsi bu Mәcәllәdә başqa hallar nәzәrdә tutulmamışdırsa, bilavasitә vergi ödәyicisi tәrәfindәn hәyata keçirilir.

78.4. Vergi öhәdliklәrinin yerinә yetirilmәsi digәr şәxsin üzәrinә qoyula bilmәz.

Page 56: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Maddә 79. Müәssisә (tәşkilat) lәğv edildikdә vergi öhdәliklәrinin yerinә yetirilmәsi

79.1. Lәğv edilәn müәssisәnin (tәşkilatın) vergi öhdәliklәrini onun pul vәsaitlәri, o cümlәdәn müәssisәnin (tәşkilatın) әmlakının satışından әldә edilәn gәlir hesabına lәğvetmә komissiyası yerinә yetirir. Bu maddәdә başqa hallar nәzәrdә tutulmamışdırsa, lәğvetmә komissiyası müәssisәnin (tәşkilatın) filiallarının, digәr struktur bölmәlәrinin vә daimi nümayәndәliyinin vergi öhdәliklәrini dә yerinә yetirmәlidir. Lәğv edilәn müәssisәnin (tәşkilatın) filialının vә ya digәr ayrıca bölmәsinin öhdәliklәrini bilavasitә hәmin ayrıca bölmәnin daxil olduğu müәssisә (tәşkilat), bu müәssisә (tәşkilat) lәğv edildikdә isә hәmin müәssisәnin (tәşkilatın) lәğvetmә komissiyası yerinә yetirir.

79.2. Lәğv edilәn müәssisәnin (tәşkilatın) pul vәsaiti, o cümlәdәn vergi öhdәliklәrinin yerinә yetirilmәsindәn ötrü әmlakın satışından әldә edilәn vәsait onun vergi öhdәliklәrinin tam hәcmdә yerinә yetirilmәsi üçün kifayәt etmәdiyi halda, vergi öhdәliklәri üzrә qalan borc qanuna, nizamnamәyә vә ya digәr tәsis sәnәdinә uyğun olaraq müәssisәnin (tәşkilatın) öhdәliklәri üçün onun iştirakçıları (tәsisçilәri) birgә mәsuliyyәt daşıyırlarsa, hәmin iştirakçılar (tәsisçilәr) tәrәfindәn ödәnilmәlidir.

79.3. Müәssisәnin iflas prosesinә mәruz qaldığı hallarda vergi öhdәliklәri qanunla müәyyәn edilmiş növbәlilik qaydasında yerinә yetirilir.

Maddә 80. Müәssisә (tәşkilat) yenidәn tәşkil edildikdә vergi öhdәliklәrinin yerinә yetirilmәsi

80.1. Yenidәn tәşkil edilәn hüquqi şәxsin vergi öhdәliklәrini onun hüquqi varisi (hüquqi varislәri) bu maddәdә müәyyәn edilmiş qaydada yerinә yetirir.

80.2. Yenidәn tәşkil edilәn hüquqi şәxsin vergi öhdәliklәrinin yerinә yetirmәmәsinin, yaxud lazımi qaydada yerinә yetirmәmәsinin yenidәn tәşkili başa çatanadәk hüquqi varisә (hüquqi varislәrә) mәlum olub-olmamasından asılı olmayaraq yenidәn tәşkil edilәn hüquqi şәxsin vergi öhdәliklәrini onun hüquqi varisi (hüquqi varislәri) yerinә yetirmәlidir.

80.3. Hüquqi şәxsin yenidәn tәşkil edilmәsi onun vergi öhdәliklәrinin bu hüquqi şәxsin hüquqi varisi (hüquqi varislәri) tәrәfindәn yerinә yetirilmәsi müddәtlәrini dәyişdirmir.

80.4. Bir neçә hüquqi şәxs birlәşdikdә, onların vergilәrin ödәnilmәsinә dair öhdәliklәrinin yerinә yetirilmәsi üzrә hüquqi varisi bu cür birlәşmә nәticәsindә yaranan hüquqi şәxs sayılır.

80.5. Bir hüquqi şәxs digәr hüquqi şәxsә birlәşdirildikdә, onun birlәşdiyi hüquqi şәxs birlәşdirilmiş hüquqi şәxsin vergilәrin ödәnilmәsinә dair öhdәliklәrinin yerinә yetirilmәsi üzrә hüquqi varisi sayılır.

Page 57: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

80.6. Hüquqi şәxs bölündükdә, bu cür bölünmә nәticәsindә әmәlә gәlәn hüquqi şәxslәr bölünmüş hüquqi şәxsin vergilәrin ödәnilmәsinә dair öhdәliklәrinin yerinә yetirilmәsi üzrә hüquqi varislәri sayılırlar.

80.7. Bir neçә hüquqi varis olduqda, onların hәr birinin yenidәn tәşkil edilәn vә ya bölünәn hüquqi şәxsin vergi öhdәliklәrinin yerinә yetirilmәsindә iştirak payı bölüşdürücü balansa vә ya digәr tәhvil aktına uyğun olaraq müәyyәnlәşdirilir. Bölüşdürücü balans vә ya digәr tәhvil aktı yenidәn tәşkil edilәn vә ya bölünәn hüquqi şәxsin hәr bir hüquqi varisinin payını müәyyәnlәşdirmәyә imkan vermirsә vә ya hәr hansı hüquqi varis tәrәfindәn vergi öhdәliklәrinin tam hәcmdә yerinә yetirilmәsi imkanını aradan qaldırırsa, yeni yaranan hüquqi şәxslәr yenidәn tәşkil edilәn vә ya bölünәn hüquqi şәxsin vergi öhdәliklәrini vә ya bu öhdәliklәrin müvafiq hissәsini yerinә yetirmәk üçün birgә mәsuliyyәt daşıyırlar.

80.8. Bir hüquqi şәxs tәşkilati-hüquqi formasının dәyişdirilmәsi yolu ilә digәr hüquqi şәxsә çevrildikdә, onun vergilәrin ödәnilmәsinә dair öhdәliklәrinin yerinә yetirilmәsi üzrә hüquqi varisi yeni yaranan hüquqi şәxs sayılır.

80.9. Hüquqi şәxsin tәrkibindәn bir vә ya bir neçә hüquqi şәxs çıxdıqda, çıxmış hüquqi şәxslәrin yenidәn tәşkil edilәn hüquqi şәxsin vergi öhdәliklәrini yerinә yetirmәsi üzrә hüquqi varisliyi yaranmır, bu şәrtlә ki, bu cür yenidәn tәşkil hüquqi şәxsin vergi öhdәliklәrinin yerinә yetirilmәmәsinә yönәldilmәmiş olsun.

Maddә 81. Vәfat etmiş, fәaliyyәt qabiliyyәtini itirmiş vә ya itkin düşmüş fiziki şәxslәrin vergi öhdәliklәrinin yerinә yetirilmәsi

81.1. Vәfat etmiş fiziki şәxsin vergi öhdәl

XÜSUSİ HİSSӘ

Fәsil VIII. Fiziki şәxslәrin gәlir vergisi

Maddә 95. Vergi ödәyicilәri

Rezident vә qeyri-rezident fiziki şәxslәr gәlir vergisinin ödәyicilәridirlәr.

Maddә 96. Vergitutma obyekti

96.1. Rezidentlәrin gәlirlәri üzrә vergitutma obyekti vergi ili üçün rezidentlәrin bütün gәliri ilә hәmin dövr üçün bu Mәcәllә ilә müәyyәnlәşdirilәn gәlirdәn çıxılan mәblәğ arasındakı fәrqdәn ibarәt olan vergiyә cәlb edilәn gәlirdir.

Page 58: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Ödәmә mәnbәyindә vergi tutulduğu halda, vergitutma obyekti vergiyә cәlb olunan gәlirdir.

96.2. Azәrbaycan Respublikasında daimi nümayәndәlik vasitәsilә fәaliyyәt göstәrәn qeyri-rezident vergi ödәyicisi daimi nümayәndәliyi ilә әlaqәdar olan vergiyә cәlb edilәn gәlirlәri üzrә gәlir vergisinin ödәyicisidir.Vergiyә cәlb olunan gәlir, konkret dövrdә Azәrbaycan mәnbәlәrindәn daimi nümayәndәliklә bağlı әldә edilәn ümumi gәlirlә hәmin dövrdә bu gәlirlәrin әldә edilmәsi ilә әlaqәdar çәkilәn vә gәlirdәn çıxılan mәblәğ arasındakı fәrqdir.

96.3. Qeyri-rezidentin bu Mәcәllәnin 96.2-ci maddәsindә göstәrilmәyәn, lakin vergiyә cәlb edilmәsi bu Mәcәllәnin 125-ci maddәsindә nәzәrdә tutulan ümumi gәliri, gәlirdәn çıxılan mәblәğ nәzәrә alınmadan ödәniş yerindә vergitutma obyektidir.

96.4. Mәşğulluqdan vә ya әmlakın tәqdim edilmәsindәn gәlir әldә edәn qeyri-rezident fiziki şәxs Azәrbaycan mәnbәyindәn tәqvim ili әrzindә әldә etdiyi bu növ ümumi gәlirin bu Mәcәllәdә müәyyәnlәşdirilәn, hәmin dövrdә bu gәlirә aid olan vә ondan çıxılan xәrclәr qәdәr azaldılan mәblәği üzrә gәlir vergisinin ödәyicisidir.

Maddә 97. Gәlir

97.1. Rezident vergi ödәyicisinin gәliri onun Azәrbaycan Respublikasında vә Azәrbaycan Respublikasının hüdudlarından kәnarda әldә etdiyi gәlirdәn ibarәtdir.

97.2. Qeyri-rezident vergi ödәyicisinin gәliri onun Azәrbaycan Respublikası mәnbәlәrindәn әldә etdiyi gәlirlәrdәn ibarәtdir.

97.3. Gәlirlәrә aiddir:

97.3.1. muzdlu işlә әlaqәdar әldә edilәn gәlir;

97.3.2. muzdlu işә aid olmayan fәaliyyәtdәn әldә edilәn gәlir;

97.3.3. vergilәrdәn azad edilәn gәlirlәrdәn başqa bütün digәr gәlirlәr.

Maddә 98. Muzdlu işlә әlaqәdar alınan gәlir

98.1. Fiziki şәxs tәrәfindәn muzdlu işlә әlaqәdar alınan gәlir - әmәk haqqı, bu işdәn alınan hәr hansı ödәmә vә ya fayda, o cümlәdәn әvvәlki iş yerindәn, yaxud gәlәcәk muzdlu işdәn alınan gәlirdir.

98.2. Bu Mәcәllәnin 98.1-ci maddәsinin mәqsәdlәri üçün gәlirin mәblәği, aşağıda göstәrilәn mәblәğdәn işçinin әldә etdiyi gәlirә görә ödәdiyi hәr hansı xәrc çıxıldıqdan sonra qalan mәblәğә bәrabәrdir:

98.2.1. fiziki şәxsә banklararası kredit hәrracında olan faiz dәrәcәsindәn

Page 59: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

aşağı faiz dәrәcәsi ilә ssuda verildiyi halda - bu tipli ssudalar üzrә banklararası kredit hәrracında olan faiz dәrәcәsinә uyğun faizlә ödәnmәli olan mәblәğlә aşağı faiz dәrәcәsinә uyğun ödәnmәli olan mәblәğ arasındakı fәrq;

98.2.2. işә götürәnin öz işçisinә malı, işi vә ya xidmәti tәqdim etdiyi, yaxud hәdiyyә verdiyi halda - bu cür malların, işlәrin vә xidmәtlәrin bazar qiymәti ilә dәyәri;

98.2.3. işçinin xәrclәrinin әvәzi ödәnildiyi halda - ödәnәn vәsaitin mәblәği;

98.2.4. işçinin işә götürәnә olan borcunun vә ya öhdәliyinin bağışlanıldığı halda - hәmin borcun vә ya öhdәliyin mәblәği;

98.2.5. işә götürәn tәrәfindәn hәyatın yığım sığortası üzrә sığorta haqları ödәnildiyi halda, sığorta haqları ilә sığorta ödәnişlәri arasındakı fәrq istisna olmaqla, sığorta olunanın hәmin sığorta üzrә aldığı sığorta ödәnişi. Hәyatın yığım sığortası üzrә sığorta qanunvericiliklә müәyyәn edilmiş qaydada xarici ölkәlәrdәki sığortaçı vasitәsilә aparıldıqda - işә götürәnin sığorta haqları ilә әlaqәdar çәkdiyi xәrclәr;

98.2.6. hәr hansı digәr halda - normativ hüquqi aktlarda başqa qiymәtlәndirmә metodu göstәrilmirsә, bu Mәcәllәnin 14-cü maddәsinә uyğun olaraq müәyyәn edilәn dәyәr.

98.3. Faktiki e`zamiyyә xәrclәrinin, habelә müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş dәniz nәqliyyatında ezamiyyә xәrclәri әvәzinә üzücü heyәtin üzvlәrinә sutkalıq ödәnişlәrin  vә ya digәr işgüzar xәrclәrin әvәzinin ödәnilmәsi gәlirә daxil deyildir.

98.4. Bu Mәcәllәnin 98.2-ci maddәsindә göstәrilәn mәblәğlәrә vә xәrclәrә aksizlәr, әlavә dәyәr vergisi vә qiymәtlәndirilәn әqdlә әlaqәdar işә götürәnin ödәmәli olduğu hәr hansı digәr vergi daxildir.

98.5. İşә götürәn tәrәfindәn bu Mәcәllәnin 109.3-cü maddәsindә nәzәrdә tutulmuş xәrclәrin çәkilmәsinin nәticәsi kimi әldә edilәn gәlir vergi tutulan gәlirә aid deyildir.

Maddә 99. Muzdlu işә aid olmayan fәaliyyәtdәn gәlir

99.1. Muzdlu işә aid olmayan fәaliyyәtdәn gәlirlәr sahibkarlıq vә qeyri-sahibkarlıq fәaliyyәtindәn gәlirlәrdәn ibarәtdir.

99.2. Sahibkarlıq fәaliyyәtindәn gәlirә, o cümlәdәn aşağıdakılar aiddir:

99.2.1. sahibkarlıq fәaliyyәti mәqsәdlәri üçün istifadә olunan aktivlәrin tәqdim edilmәsindәn gәlir;99.2.2. sahibkarlıq fәaliyyәtinin mәhdudlaşdırıl-masına vә ya müәssisәnin bağlanmasına razılıq verilmәsinә görә alınan gәlir;

99.2.3. әsas vәsaitlәrin tәqdim edilmәsindәn alınan vә bu Mәcәllәnin 114.7-

Page 60: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

ci maddәsinә uyğun olaraq gәlirә daxil edilәn mәblәğlәr;

99.2.4. bu Mәcәllәnin 141-ci maddәsinә uyğun olaraq gәlirdәn çıxılan kompensasiya edilәn mәblәğlәrdәn vә ya ehtiyatların azalmasından gәlir.

99.3. Qeyri-sahibkarlıq fәaliyyәtindәn gәlirә, o cümlәdәn aşağıdakılar aiddir:

99.3.1. faiz gәliri;

99.3.2. dividend;

99.3.3. әmlakın icarәyә verilmәsindәn gәlir;

99.3.4. royalti;

99.3.5. vergi ödәyicisinә bağışlanmış borcun mәblәği, bu Mәcәllәnin 98.2.4 -cü maddәsindә göstәrilәnlәr istisna olmaqla;

99.3.6. sahibkarlıq fәaliyyәti mәqsәdlәri üçün istifadә olunmayan aktivlәrin tәqdim edilmәsindәn gәlir;

99.3.7. tәqvim ili әrzindә alınan hәdiyyә vә mirasların mәblәği, bu Mәcәllәnin 98.2.2-ci maddәsindә göstәrilәnlәr istisna olmaqla;

99.3.8. vergi ödәyicisinin aktivlәrinin ilkin qiymәtinin artdığını göstәrәn hәr hansı digәr gәlir - әmәk haqqından başqa;

99.3.9. hәyatın yığım sığortası üzrә sığorta olunanın ödәdiyi vә ya onun xeyrinә ödәnilәn sığorta haqları ilә sığorta ödәnişlәri arasındakı fәrq.

Maddә 100. Gәlirin dәqiqlәşdirilmәsi

Fiziki şәxsin aldığı vә bu Mәcәllәnin 122-ci yaxud 123-cü maddәsinә uyğun olaraq Azәrbaycandakı ödәmә mәnbәyindәn vergi tutulmuş dividend vә faiz gәlirdәn çıxılır.

Maddә 101. Gәlir vergisinin dәrәcәsi

101.1. Aylıq gәlirdәn aşağıdakı dәrәcәlәrlә vergi tutulur:

1-ci cәdvәl

Vergi tutulan aylıq gәlirin mәblәği Verginin mәblәği

100000 man.-dәk Vergi tutulmur

100001-1000000 100 min man-dan çox

Page 61: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

manatadәk olan mәblәğin 12 %

1000001-5000000 manatadәk

108000 manat +1000000 man-dan çox olan mәbl-in 25 %

5000000 manatdan çox olduqda

1108000 man.+5000000 man.dan çox olan mәbl-in 35 %

101.2. İllik gәlirdәn aşağıdakı dәrәcәlәrlә vergi tutulur:

2-ci cәdvәl

Vergi tutulan aylıq gәlirin mәblәği Verginin mәblәği

1200000 man.-dәk Vergi tutulmur

1200001-12000000 manatadәk

1200000 man-dan çox olan mәblәğin 12 %

12000001-60000000 manatadәk

1296000 manat + 12000000 man-dan çox olan mәbl-in 25 %

60000000 manatdan çox olduqda

13296000 manat + 60000000 man.dan çox olan mәbl-in 35 %

Maddә 102. Gәlir vergisindәn azadolmalar vә güzәştlәr

102.1. Fiziki şәxslәrin aşağıdakı gәlirlәri gәlir vergisindәn azaddır:

102.1.1. Azәrbaycan vәtәndaşı olmayan diplomatik vә ya konsulluq әmәkdaşının rәsmi mәşğulluğundan gәlir;

102.1.2. Azәrbaycan Respublikasının rezidenti vә ya vәtәndaşı olmayan vә vergi ilindә Azәrbaycan Respublikası әrazisindә üst-üstә 182 gündәn az olan şәxsin iş yerindәn gәlir - әgәr bu gәlir Azәrbaycan Respublikasının rezidenti olmayan işә götürәn tәrәfindәn, yaxud onun adından ödәnilirsә vә qeyri-rezidentin daimi nümayәndәliyi tәrәfindәn vә ya onun adından, yaxud daimi nümayәndәlikdә fәaliyyәti ilә әlaqәdar ödәnilmirsә;

102.1.3. tәqvim ili әrzindә alınan hәdiyyә, maddi yardım vә miraslar:

102.1.3.1. hәdiyyәlәrin, tәhsil vә ya müalicә haqlarını ödәmәk üçün maddi

Page 62: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

yardımın dәyәri aylıq gәlirin vergi tutulmayan mәblәğinin 50 mislinәdәk, xaricdә müalicә haqlarını ödәmәk üçün maddi yardımın dәyәri - 100 mislinәdәk, digәr maddi yardımın dәyәri - 5 mislinәdәk, mirasların dәyәri - 1000 mislinәdәk olarsa;

102.1.3.2. hәdiyyә, maddi yardım vә miras vergi ödәyicisinin ailә üzvlәrindәn alındığı halda, onun tam dәyәri;

102.1.4. әmәk qabiliyyәtinin müvәqqәti itirilmәsinә görә ödәnilәn müavinәtlәr istisna olmaqla dövlәt müavinәtlәri, әvәzsiz dövlәt köçürmәlәri, dövlәt pensiyaları vә dövlәt tәqaüdlәri;

102.1.5. alimentlәr;

102.1.6. büdcә hesabına müvafiq icra hakimiyyәti orqanlarının qәrarları әsasında dövlәt büdcәsinin vәsaiti hesabına fәrd birdәfәlik ödәmәlәr vә ya maddi yardımlar;

102.1.7. qiymәtli daşlardan vә metallardan, qiymәtli daşlar vә metalların mәmulatlarından, incәsәnәt әsәrlәrindәn, әntiq әşyalardan vә vergi ödәyicisinin sahibkarlıq fәaliyyәtindә istifadә edilәn vә ya istifadә edilmiş әmlakdan başqa, daşınan maddi әmlakın tәqdim edilmәsindәn gәlir;

102.1.8. hәyatın yığım sığortası üzrә işә götürәnin Azәrbaycan Respublikasının sığortaçılarına ödәdiyi sığorta haqları mәblәğindә sığorta ödәnişlәri, habelә sığorta haqları ilә sığorta ödәnişlәri arasındakı fәrq istisna olmaqla, bütün sığorta ödәnişlәri, o cümlәdәn sığorta olunanın ölümü vә ya bәdәn xәsarәti nәticәsindә verilәn sığorta ödәnişlәri;

102.1.9. vergi ödәyicisinin azı 3 il әrzindә әsas yaşayış yeri olduğu daşınmaz әmlakının tәqdim edilmәsindәn gәlir;

102.1.10. dәymiş zәrәrlәrin ödәnilmәsi ilә bağlı alınan kompensasiya ödәnişlәri;

102.1.11. bilavasitә kәnd tәsәrrüfatı mәhsullarının istehsalından alınan gәlirlәr;

102.1.12. sәnәtkarlığın misgәrlik, qalayçılıq vә saxsı mәmulatlarının, tәsәrrüfat müxәllәfatının, bağçılıq-bostançılıq alәtlәrinin, xalq musiqi alәtlәrinin, oyuncaqların, suvenirlәrin, qamışdan vә qarğıdan mәişәt әşyalarının düzәldilmәsi, keramika mәmulatlarının bәdii işlәnmәsi, bәdii tikmә, ağac materiallardan mәişәt alәtlәrinin hazırlanması sahәsindә fәaliyyәt göstәrәn fiziki şәxslәrin gәliri;

102.1.13. müvafiq qaydada dövlәt qeydiyyatından keçmiş lotareyalardan әldә olunan uduşların dәyәri;

102.1.14. qanunla vә (vә ya) müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilәn kompensasiya xarakterli ödәmәlәr, o cümlәdәn hәrbi qulluqçuların pul vә ya natura şәklindә tәminatı;

Page 63: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

102.1.15. yarışlarda vә müsabiqәlәrdә әşya şәklindә alınan mükafatların tam dәyәri. Beynәlxalq yarışlarda vә müsabiqәlәrdә pul şәklindә alınan mükafatların dәyәri aylıq gәlirin vergi tutulmayan mәblәğinin 200 mislinәdәk, respublika, şәhәr vә rayon yarışlarında vә müsabiqәlәrindә isә - 10 mislinәdәk.

102.1.16. siyasi vәzifә tutan dövlәt qulluqçusunun vәzifә sәlahiyyәtlәrinin müddәtinin başa çatmasına görә iste`fası, habelә inzibati vәzifә tutan vә ixtisas dәrәcәsi olan dövlәt qulluqçusunun yaş hәddinә, yә`ni 65 yaşa çatmasına görә iste`fası vә ya Azәrbaycan Respublikasında müәyyәn edilmiş pensiya yaşına çatdıqda könüllü pensiyaya çıxması nәticәsindә verilәn birdәfәlik haqlar.

102.2. Aşağıdakı fiziki şәxslәrin hәr hansı muzdlu işdәn vergi tutulmalı olan aylıq gәliri aylıq gәlirin vergi tutulmayan mәblәğinin 20 misli miqdarında azaldılır:

102.2.1. Azәrbaycan Respublikasının Milli Qәhrәmanlarının;

102.2.2. Sovet İttifaqı vә Sosialist әmәyi Qәhrәmanlarının;

102.2.3. әöhrәt ordeninin hәr üç dәrәcәsi ilә tәltif edilmiş şәxslәrin;

102.2.4. I vә II qrup müharibә әlillәrinin;

102.2.5. hәlak olmuş, yaxud sonralar vәfat etmiş döyüşçülәrin dul arvadlarının (әrlәrinin);

102.2.6. 1941-1945-ci illәrdә arxa cәbhәdә fәdakar әmәyinә görә orden vә medallar ilә tәltif edilmiş şәxslәrin;

102.2.7. qanunvericiliklә müәyyәn edilmiş qaydada müharibә veteranı adı almış şәxslәrin;

102.2.8. çernobıl AES-dә qәza, mülki vә ya hәrbi tәyinatlı atom obyektlәrindә digәr radiasiya qәzaları nәticәsindә, habelә nüvә qurğularının hәr hansı növlәri, o cümlәdәn nüvә silahı vә kosmik texnika ilә bağlı olan sınaqlar, tәlimlәr vә başqa işlәr nәticәsindә şüa xәstәliyinә vә şüa yükü ilә әlaqәdar xәstәliyә tutulmuş vә ya bu xәstәliklәri keçirmiş şәxslәrin.

102.3. I vә II qrup әlillәrin (müharibә әlillәrindәn başqa) hәr hansı muzdlu işdәn vergi tutulmalı olan aylıq gәliri aylıq gәlirin vergi tutulmayan mәblәğinin 5 misli miqdarında azaldılır.

102.4. Aşağıdakı fiziki şәxslәrin hәr hansı muzdlu işdәn vergi tutulmalı olan aylıq gәliri aylıq gәlirin vergi tutulmayan mәblәğinin 3 misli miqdarında azaldılır:

102.4.1. hәlak olmuş, yaxud sonralar vәfat etmiş döyüşçülәrin valideynlәri, habelә vәzifәlәrinin icrası zamanı hәlak olmuş dövlәt qulluqçularının valideynlәri vә arvadları (әrlәri). Bu şәxslәrin arvadlarına (әrlәrinә) güzәşt o halda verilir ki, onlar tәkrar nigaha girmiş olmasınlar;

Page 64: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

102.4.2. 1990-cı il yanvarın 20-dә SSRİ qoşunlarının müdaxilәsi nәticәsindә, habelә Azәrbaycan Respublikasının әrazi bütövlüyünün müdafiәsi zamanı hәlak olmuş şәxslәrin valideynlәri vә arvadları (әrlәri). Bu şәxslәrin arvadlarına (әrlәrinә) güzәşt o halda verilir ki, onlar tәkrar nigaha girmiş olmasınlar;

102.4.3. әfqanıstana vә döyüş әmәliyyatları aparılan başqa ölkәlәrә göndәrilmiş hәrbi qulluqçular vә tәlim-yoxlama toplanışlarına çağırılmış hәrbi vәzifәlilәr;

102.4.4. daimi qulluq tәlәb edәn uşaqlıqdan vә ya I qrup әlilә baxan vә onunla birlikdә yaşayan valideynlәrdәn biri (özlәrinin istәyi ilә), arvad (әr), himayәçi vә ya qәyyum;

102.4.5. mәcburi köçkünlәr vә onlara bәrabәr tutulan şәxslәr.

102.5. Qohumluq dәrәcәsindәn asılı olmayaraq himayәsindә azı üç nәfәr, o cümlәdәn gündüz tәhsil alan 23 yaşınadәk şagirdlәr vә tәlәbәlәr olan әr vә ya arvaddan birinin vergi tutulmalı olan aylıq gәliri aylıq gәlirin vergi tutulmayan mәblәğinin 3 misli qәdәr azaldılır.

Bu qayda uşaqların 18 yaşa, tәlәbәlәrin vә şagirdlәrin 23 yaşa çatdığı ilin sonunadәk, habelә uşaqların vә himayәdәkilәrin öldüyü hallarda ölüm ilinin sonunadәk saxlanılır.Fiziki şәxslәrin vergi tutulan gәliri uşağın doğulduğu vә himayәdә olanın himayәyә götürüldüyü aydan başlayaraq azaldılır.Himayәdә olanların sayı il әrzindә azaldıqda (uşaqların ölümü halları istisna olmaqla) himayәdә olanların sayının azaldığı aydan sonrakı aydan başlayaraq onların saxlanması üçün mәblәğin çıxılmasına xitam verilir.

102.6. Aşağıdakılar himayәdә olanlara aid edilmirlәr:

102.6.1. tәqaüd, pensiya vә işsizlik müavinәti alan şәxslәr (uşaqlardan başqa);

102.6.2. dövlәt tәminatında olan şәxslәr (texniki-peşә mәktәblәrinin şagirdlәri, uşaq vә körpә evlәrindә tәrbiyә alanlar);

102.6.3. xüsusi mәktәblәrin şagirdlәri vә internat evlәrindә olan, saxlanmasına görә qәyyumlardan haqq alınmayan uşaqlar, habelә tam dövlәt tәminatındakı mәktәblәr yanında internatlarda olan uşaqlar.

102.7. Fiziki şәxsin bu Mәcәllәnin 102.2-ci, 102.3-cü vә 102.4-cü maddәlәri üzrә güzәşt hüququ olduqda, ona bu güzәştlәrdәn biri, mәblәğcә әn böyük olanı verilir.

102.8. әmәk haqqından tutulan vergi hesablanarkәn fiziki şәxslәrin bu maddәdә sadalanan vergi güzәştlәri hüququ müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәnlәşdirilmiş sәnәdlәrin tәqdim edildiyi andan yaranır vә yalnız fiziki şәxsin әmәk kitabçasının olduğu yerdә hәyata keçirilir.

Page 65: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Fәsil IX. Hüquqi şәxslәrin mәnfәәt vergisi

Maddә 103. Vergi ödәyicilәri

103.1. Azәrbaycan Respublikasında rezident vә qeyri-rezident müәssisәlәr mәnfәәt vergisinin ödәyicilәridir.

103.2. Fiziki şәxs olmayan hәr hansı xarici şәxs bu Mәcәllәnin 137-ci maddәsinә uyğun olaraq birgә sahibkarlıq fәaliyyәtinin obyekti kimi baxılmalı olmadığını sübut etmәyincә, bu fәsilin mәqsәdlәri üçün ona müәssisә kimi baxılır.

103.3. Bu Mәcәllәnin 103.1-ci vә 103.2-ci maddәlәrinin müddәaları bu Mәcәllәnin 13.2.39.3-cü maddәsindә göstәrilәnlәrә şamil edilmir.

Maddә 104. Vergitutma obyekti

104.1. Rezident müәssisә üçün vergitutma obyekti onun mәnfәәtidir. Vergi ödәyicisinin gәliri (vergidәn azad edilәn gәlirdәn başqa) ilә bu Mәcәllәnin X fәsilindә göstәrilәn, gәlirdәn çıxılan xәrc arasındakı fәrq mәnfәәtdir.

104.2. Azәrbaycan Respublikasında özünün daimi nümayәndәliyi vasitәsilә fәaliyyәt göstәrәn qeyri-rezident müәssisәsi bu fәaliyyәtdәn әldә etdiyi mәnfәәtindәn, yәni daimi nümayәndәliyi ilә bağlı Azәrbaycan mәnbәyindәn әldә etdiyi ümumi gәlirinin bu Mәcәllәyә uyğun olaraq hәmin gәlirin әldә edilmәsinә çәkilәn xәrclәr çıxıldıqdan sonra qalan mәblәğindәn vergi ödәyir.

104.3. Qeyri-rezidentin daimi nümayәndәliyi ilә bağlı olmayan ümumi gәliri, bu Mәcәllәnin 125-ci maddәsindә nәzәrdә tutulduğu hallarda xәrclәr çıxılmadan ödәmә mәnbәyindә vergiyә cәlb olunur.

104.4. Azәrbaycan Respublikasındakı daimi nümayәndәliklә bağlı olmayan әmlak tәqdim edilmәsindәn gәlir әldә edәn qeyri-rezident müәssisәsinin tәqvim ili әrzindә Azәrbaycan mәnbәyindәn әldә etdiyi bu növ ümumi gәlirindәn bu Mәcәllәdә göstәrilәn vә hәmin dövrdә bu cür gәlirә aid olan xәrclәr çıxıldıqdan sonra vergi tutulur.

Maddә 105. Verginin dәrәcәlәri

105.1. Müәssisәlәrin mәnfәәtindәn 25 faiz dәrәcәsi ilә vergi tutulur.

105.2. Qeyri-rezidentin daimi nümayәndәliyinin fәaliyyәti ilә bağlı olmayan, lakin Azәrbaycan mәnbәyindәn әldә edilәn ümumi gәlirindәn (әDV vә aksizlәr çıxılmaqla) bu Mәcәllәnin 125-ci maddәsindә göstәrilәn dәrәcәlәrlә vergi tutulur.

Maddә 106. Azadolmalar vә güzәştlәr

Page 66: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

106.1. Vergidәn azaddır:

106.1.1. xeyriyyә tәşkilatlarının gәliri - sahibkarlıq fәaliyyәtindәn әldә etdiklәri gәlirdәn başqa;

106.1.2. qeyri-kommersiya tәşkilatlarının aldıqları әvәzsiz köçürmәlәr, üzvlük haqları vә ianәlәr;106.1.3. beynәlxalq, dövlәtlәrarası vә hökumәtlәrarası tәşkilatların gәlirlәri - sahibkarlıq fәaliyyәtindәn әldә etdiklәri gәlirdәn başqa;

106.1.4. dövlәt hakimiyyәti orqanlarının, büdcә tәşkilatlarının vә yerli özünüidarәetmә orqanlarının gәlirlәri (sahibkarlıq fәaliyyәtindәn gәlir istisna olmaqla);

106.1.5. Azәrbaycan Respublikasının Milli Bankının, onun qurumlarının vә Azәrbaycan Respublikası Dövlәt Neft Fondunun (Fondun vәsaitinin yerlәşdirilmәsindәn әldә edilәn gәlir istisna olmaqla) gәlirlәri;

106.1.6. alınmış sığorta ödәnişlәri (hәmin sığorta hadisәsi ilә әlaqәdar zәrәrә aid edilәn mәblәğlәrdәn başqa);

106.2. әlillәrin ictimai tәşkilatlarına mәxsus olan işçilәrinin ümumi sayının azı 50 faizi әlillәrdәn ibarәt olan istehsal müәssisәlәrinin mәnfәәt vergisinin dәrәcәsi 50 faiz azaldılır.Bu güzәştlәrin alınması hüququ müәyyәn edilәrkәn işçilәrin orta siyahı sayına әvәzçilik, podrat müqavilәlәri vә mülki-hüquqi xarakterli digәr müqavilәlәr üzrә işlәyәn әlillәr daxil edilmir.

106.3. Azәrbaycan Respublikasının regionları üzrә müәssisәlәr bu Mәcәllәnin 105.1-ci maddәsindә nәzәrdә tutulan vergi dәrәcәsi ilә hesablanmış mәnfәәt vergisini aşağıdakı  miqdarda ödәyirlәr:

106.3.1. Gәncә, Sumqayıt, Mingәçevir vә Əli-Bayramlı şәhәrlәrindә (hәmin şәhәrlәrin tabeliyindә olan qәsәbәlәr dә daxil olmaqla) - 80 faiz;

106.3.2. dağ rayonlarında vә Naxçıvan Muxtar Respublikasında - 40 faiz;

106.3.3. digәr rayonlarında (Bakı şәhәri vә Abşeron rayonu istisna olmaqla) - 60 faiz.

106.4.Bu maddәdә göstәrilәn fәaliyyәt növlәri ilә mәşğul olan müәssisәlәr bu Mәcәllәnin 105.1-ci maddәsindә nәzәrdә tutulan vergi dәrәcәsi ilә hesablanmış mәnfәәt vergisini aşağıdakı miqdarda ödәyirlәr:

106.4.1.Turizm fәaliyyәti üzrә- 80 faiz;       

106.4.2.Sәnәtkarlığın misgәrlik, qalayçılıq vә saxsı mәmulatlarının, tәsәrrüfat müxәllәfatının, bağçılıq-bostançılıq alәtlәrinin, xalq musiqi alәtlәrinin, oyuncaqların, suvenirlәrin, qamışdan vә qarğıdan mәişәt әşyalarının düzәldilmәsi, keramika mәmulatlarının bәdii işlәnmәsi, bәdii

Page 67: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

tikmә, әl üsulu ilә xalçaçılıq, ağac materiallarından mәişәt alәtlәrinin hazırlanması sahәsindә fәaliyyәt üzrә - 40 faiz.

106.5. Müәssisәnin bu Mәcәllәnin 106.2-106.4-cü maddәlәrindә nәzәrdә tutulan güzәştlәrә hüququ olduqda, ona güzәştlәrdәn biri, mәblәğcә әn böyük olanı verilir.

106.6. Müәssisәyә bu Mәcәllәnin 106.3 vә 106.4-cü maddәlәrindә nәzәrdә tutulmuş güzәştlәr yalnız o halda verilir ki, vergi ödәyicisi istehsal sahәlәri, daşınmaz әmlakı vә işçi qüvvәsi ilә güzәşt verilәn әrazilәrdә fәaliyyәt göstәrmiş olsun. Güzәşt hüquqi olan müәssisәnin güzәşt şamil edilәn mәnfәәtdәn başqa digәr fәaliyyәti dә olduğda, o, güzәştә düşәn vә güzәşt hüququ olmayan fәaliyyәt növlәri üzrә uçotu ayrı-ayrılıqda aparır. Əks halda güzәşt tәtbiq edilmir.

106.7. Bu Mәcәllәnin 106.3.1, 106.3.2 vә 106.3.3-cü maddәlәrindә göstәrilmiş şәhәr vә rayonlarda vergi uçotuna alınmış, lakin Bakı şәhәrindә vә Abşeron rayonunda fәaliyyәt göstәrәn şәxslәrә Bakı şәhәri üzrә müәyyәn olunmuş vergi dәrәcәlәri tәtbiq edilir.

106.8. Dağ rayonlarının siyahısı müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.

Fәsil X. Fiziki şәxslәrin gәlir vergisinә vә hüquqi şәxslәrin mәnfәәt vergisinә aid olan maddәlәr

Maddә 107. Tәtbiq sahәsi

Bu fәsil gәlir vergisinin vә mәnfәәt vergisinin mәqsәdlәri üçün tәtbiq edilir.

Maddә 108. Gәlirin әldә edilmәsi ilә bağlı xәrclәr

Bu fәsilә uyğun olaraq gәlirdәn çıxılmayan xәrclәrdәn başqa gәlirin әldә edilmәsi ilә bağlı olan bütün xәrclәr gәlirdәn çıxılır.

Maddә 109. Gәlirdәn çıxılmayan xәrclәr

109.1. Әsas vәsaitlәrin alınmasına vә qurulmasına çәkilәn xәrclәrin vә bu Mәcәllәnin 143-cü maddәsinә uyğun olaraq kapital xarakterli digәr xәrclәrin gәlirdәn çıxılmasına yol verilmir.

109.2. Qeyri-kommersiya fәaliyyәti ilә bağlı olan xәrclәrin gәlirdәn çıxılmasına yol verilmir.

109.3. Әylәncә vә yemәk xәrclәrinin, habelә işçilәrin mәnzil vә digәr sosial xarakterli xәrclәrinin gәlirdәn çıxılmasına yol verilmir.

109.4. Sahibkarlıq fәaliyyәti әylәncә vә ya sosial xarakteri daşıyan vergi ödәyicisinin xәrclәri bu cür fәaliyyәt çәrçivәsindә çәkilirsә, müvafiq olaraq

Page 68: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

әylәncә vә sosial xәrclәr gәlirdәn çıxılır.

109.5. Fiziki şәxsin fәrdi istehlakla vә ya әmәk haqqının alınması ilә bağlı olan xәrclәri gәlirdәn çıxılmır.

109.6. Ehtiyat fondlarına ayırma mәblәğlәri yalnız bu Mәcәllәnin 111-ci vә 112-ci maddәlәrinә müvafiq surәtdә gәlirdәn çıxılır.

109.7. Faktiki ezamiyyә xәrclәrinin müvafiq icra hakimiyyәti orqanının müәyyәnlәşdirdiyi normadan artıq olan hissәsi gәlirdәn çıxılmır.

Maddә 110. Gәlirdәn faizlәr üzrә çıxılan mәblәğlәrin mәhdudlaşdırılması

110.1. Bu Mәcәllәnin 110.2-ci maddәsinin yerinә yetirilmәsi şәrti ilә borca görә ödәnilmiş faizlәrin faktiki mәblәği (hesablamalar metodundan istifadә edildikdә - ödәnilmәli faizlәrin mәblәği), lakin borcun verilmәsi zamanı banklararası kredit hәrracında olan faiz dәrәcәsinin 150 faizi sәviyyәsindәn artıq olmamaqla, gәlirdәn çıxılır.

110.2. Qarşılıqlı surәtdә asılı olan şәxslәrin bir-birindәn alınmış borclar üzrә bu Mәcәllәnin 110.1-ci maddәsinә uyğun olaraq gәlirdәn çıxıla bilәn ödәnilmiş vә ya ödәnilmәli faizlәrin maksimum mәblәği aşağıdakı düsturla müәyyәnlәşdirilәn mәblәğlә mәhdudlaşdırılır:

M = Gf+50%(Gü-Gf-ç),

burada:

M - mәhdudlaşdırılan mәblәğ;

Gf - vergi ödәyicisinin hәr hansı faiz gәliri;

Gü - vergi ödәyicisinin ümumi gәliri;

ç - ümumi gәlirdәn çıxılan mәblәğ (faizlәr üzrә gәlirdәn çıxılan mәblәğdәn başqa).

Maddә 111. Ümidsiz vә şübhәli borcların gәlirdәn çıxılması

111.1. әgәr malların tәqdim edilmәsi, işlәrin görülmәsi vә xidmәtlәrin göstәrilmәsi ilә әlaqәdar gәlir әvvәllәr sahibkarlıq fәaliyyәtindәn әldә edilәn ümumi gәlirә daxil edilmişdirsә, vergi ödәyicisi onlarla bağlı olan ümidsiz borc mәblәğini gәlirdәn çıxmaq hüququna malikdir.

111.2. Ümidsiz borc mәblәğinin gәlirdәn çıxılmasına vergi ödәyicisinin mühasibat kitablarında ümidsiz borc mәblәğinin dәyәri olmayan borc kimi silindiyi vaxt yol verilir.

111.3. Banklar vә bank fәaliyyәtinin ayrı-ayrı növlәrini hәyata keçirәn kredit

Page 69: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

tәşkilatları qanunvericiliyә müvafiq qaydaya aktivlәrin tәsnifatından asılı olaraq xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilәn mәblәğlәri müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş qaydada gәlirdәn çıxmaq hüququna malikdirlәr.

Maddә 112. Ehtiyat sığorta fondlarına ayırmaların gәlirdәn çıxılması

Sığorta fәaliyyәti ilә mәşğul olan hüquqi şәxs Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş normalara uyğun olaraq ehtiyat sığorta fondlarına ayırma mәblәğlәrini gәlirdәn çıxmaq hüququna malikdir.

Maddә 113. Elmi tәdqiqat, layihә-axtarış vә tәcrübә konstruktor işlәrinә çәkilәn xәrclәrin gәlirdәn çıxılması

Gәlir götürmәk mәqsәdi ilә aparılan elmi tәdqiqat, layihә-axtarış vә tәcrübә-konstruktor işlәrinә çәkilәn xәrclәr (әsas vәsaitlәrin alınması vә qurulması ilә bağlı xәrclәr, habelә kapital xarakterli digәr xәrclәr istisna olmaqla) gәlirdәn çıxılır.

Maddә 114. Amortizasiya ayırmaları vә gәlirdәn әsas vәsaitlәr üzrә çıxılan mәblәğlәr

114.1. Bu Mәcәllәnin 99-cu maddәsindә müәyyәn edilmiş sahibkarlıq vә qeyri-sahibkarlıq fәaliyyәtindә istifadә edilәn әsas vәsaitlәr üzrә amortizasiya ayırmaları bu maddәnin müddәalarına uyğun olaraq gәlirdәn çıxılır.

114.2. Torpaq, incәsәnәt әsәrlәri vә müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilәn köhnәlmәyә mәruz qalmayan digәr aktivlәr amortizasiya olunmur.

114.3. Әsas vәsaitlәrin kateqoriyaları üzrә illik amortizasiya normaları aşağıdakı kimi müәyyәn edilir:

114.3.1. binalar, tikintilәr vә qurğular — 7%-dәk;

114.3.2. maşınlar, avadanlıq vә hesablama texnikası — 25%-dәk;

114.3.3. nәqliyyat vasitәlәri — 25%-dәk;

114.3.4. iş heyvanları — 20%-dәk;

114.3.5. geoloji-kәşfiyyat işlәrinә vә tәbii ehtiyatların hasilatına hazırlıq işlәrinә çәkilәn xәrclәr — 25%-dәk;

114.3.6. qeyri maddi aktivlәr – istifadә müddәti mәlum olmayanlar üçün 10 faizәdәk, istifadә müddәti mәlum olanlar üçün isә illәr üzrә istifadә müddәtinә mütәnasib mәblәğlәrlә;

Page 70: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

114.3.7. digәr әsas vәsaitlәr — 20%-dәk;

114.3.8. cari ildә faktiki dәyәri ödәnilmiş istehsal tәyinatlı kapital qoyuluşları üçün (tәbii inhisar subyektlәrinin, habelә qiymәtlәri dövlәt tәrәfindәn tәnzimlәnәn mal istehsalı, iş görülmәsi, xidmәt göstәrilmәsi ilә mәşğul olan tәsәrrüfat subyektlәrinin kapital qoyuluşları istisna olmaqla) bu Mәcәllәnin 114.3.1-ci, 114.3.2-ci, 114.3.3-cü vә 114.3.7-ci maddәlәrindә nәzәrdә tutulmuş amortizasiya normalarını 2 dәfәyәdәk artırmaqla.

İstehsal tәyinatlı kapital qoyuluşları dedikdә, bilavasitә mal istehsalı prosesindә iştirak edәn binaların-sexlәrin yeni tikinti formasında әsaslı tikintisi, yenidәn qurulması, fәaliyyәtdә olan müәssisәlәrin genişlәndirilmәsi vә texniki cәhәtdәn yenidәn tәchizi, habelә qurğuların, avadanlıqların, istehsaldaxili nәqliyyat vasitәlәrinin vә әsas vәsaitlәrin, digәr obyektlәrinin (vә ya hissәlәrinin) satın alınması başa düşülür.

Bu Mәcәllәnin 114.3.8-ci maddәsindә göstәrilәn qaydalar aşağıdakı hallarda tәtbiq olunmur:

-qanunvericiliyә әsasәn bilavasitә istehsal fәaliyyәti ilә mәşğul olunması qadağan edilmiş müәssisә vә tәşkilatlara; -sponsorların maliyyә yardımı vә digәr әvәzsiz verilmiş yardım hesabına kapital qoyuluşlarına.

114.4. әsas vәsaitlәrin kateqoriyaları üzrә amortizasiya ayırmaları bu Mәcәllәnin 114.3-cü maddәsi ilә hәr kateqoriyaya aid olan әsas vәsaitlәr üçün müәyyәnlәşdirilmiş amortizasiya normasını hәmin kateqoriyaya aid әsas vәsaitlәrin vergi ilinin sonuna qalıq dәyәrinә tәtbiq etmәklә hesablanır.Hәr hansı kateqoriyaya aid olan әsas vәsaitlәr üzrә vergi ili üçün müәyyәn olunmuş amortizasiya normalarından aşağı norma tәtbiq olunduqda, bunun nәticәsindә yaranan fәrq növbәti vergi illәrindә amortizasiyanın gәlirdәn çıxılan mәblәğinә әlavә oluna bilәr.

114.5. Binalar, tikililәr vә qurğular (bundan sonra tikililәr) üçün amortizasiya ayırmaları hәr tikili üzrә ayrılıqda aparılır.

114.6. Amortizasiya hesablanması mәqsәdlәri üçün әsas vәsaitlәr (vәsait) üzrә vergi ilinin sonuna qalıq dәyәri aşağıdakı qaydada müәyyәnlәşdirilәn (lakin sıfırdan aşağı olmayan) mәblәğdәn ibarәt olur:әsas vәsaitlәrin (vәsaitin) әvvәlki ilin sonuna qalıq dәyәrinә (hәmin il üçün hesablanmış amortizasiya mәblәği çıxıldıqdan sonra qalan dәyәr) bu Mәcәllәnin 143-cü maddәsinә uyğun olaraq cari ildә daxil olmuş әsas vәsaitlәrin  (vәsaitin) dәyәri, habelә әvvәlki ildә bu Mәcәllәnin 115-ci maddәsinә әsasәn müәyyәn edilәn tәmir xәrclәrinin mәhdudlaşdırmadan artıq olan hissәsi әlavә edilir, vergi ilindә tәqdim edilmiş, lәğv edilmiş vә ya qalıq dәyәri aylıq gәlirin vergi tutulmayan mәblәğinin 5 mislindәn vә ya ilkin dәyәrin 5 faizindәn az olduqda әsas vәsaitlәrin qalıq dәyәri çıxılır.

114.7. Əsas vәsaitlәrin (vәsaitin) tәqdim edilmәsindәn әldә olunan mәblәğ hәmin әsas vәsaitlәrin (vәsaitin) qalıq dәyәrindәn artıqdırsa yaranmış fәrq gәlirә daxil edilir.

Page 71: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

114.8. İlin sonuna әsas vәsaitin qalıq dәyәri aylıq gәlirin vergi tutulmayan mәblәğinin 5 mislindәn vә ya ilkin dәyәrinin 5 faizindәn az olduqda, qalıq dәyәrinin mәblәği gәlirdәn çıxılır.

114.9. Əsas vәsaitlәrin (vәsaitin) tәqdim edilmәsindәn әldә olunan mәblәğ, hәmin әsas vәsaitlәrin (vәsaitin) qalıq dәyәrindәn azdırsa, yaranmış fәrq gәlirdәn çıxılır.

Maddә 115. Tәmirlә bağlı xәrclәrin gәlirdәn çıxılması

115.1. Hәr il üçün gәlirdәn çıxılmalı olan tәmir xәrclәrinin mәblәği әsas vәsaitlәrin hәr bir kateqoriyasının әvvәlki ilin sonuna balans üzrә qalıq dәyәrinin müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilәn hәddi ilә mәhdudlaşdırılır. Ö‡әmir xәrclәrinin faktiki mәblәği bu hәdd ilә müәyyәnlәşdirilәn mәblәğdәn az olduqda, gәlirdәn tәmir xәrclәrinin faktiki mәblәği çıxılır.Bu halda növbәti vergi illәrindә tәmir xәrclәrinin gәlirdәn çıxılan mәblәğ hәddi tәmir xәrclәrinin faktiki mәblәği ilә müәyyәnlәşdirilmiş hәdd üzrә hesablanmış mәblәği arasındakı fәrq qәdәr artırılır.

115.2. Bu Mәcәllәnin 115.1-ci maddәsindә müәyyәn edilәn mәhdudlaşdırmadan artıq olan mәblәq növbәti vergi ilinin sonuna әsas vәsaitlәrin (vәsaitin) qalıq dәyәrinin artmasına aid edilir.

115.3. İcarәyә götürülmüş әsas vәsaitlәr üzrә tәmir xәrclәrinin gәlirdәn çıxılması qaydası müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.

Maddә 116. Sığorta haqlarının gәlirdәn çıxılması

Öz işçilәrinin xeyrinә әmlakın zәrәrdәn sığortalanması, habelә xarici sığorta tәşkilatları ilә bağlanmış hәyat sığortası müqavilәlәri üzrә sığorta haqları istisna olmaqla, sığortalının ödәdiyi sığorta haqları gәlirdәn çıxılır.

Maddә 117. Geoloji-kәşfiyyat işlәrinә vә tәbii ehtiyatların hasilatına hazırlıq işlәrinә çәkilәn xәrclәrin gәlirdәn çıxılması

117.1. Geoloji-kәşfiyyat işlәrinә vә tәbii ehtiyatların hasilatına hazırlıq işlәrinә çәkilәn xәrclәr bu Mәcәllәnin 114-cü maddәsi ilә müәyyәn edilmiş amortizasiya dәrәcәsi ilә hesablanan amortizasiya ayırmaları şәklindә ümumi gәlirdәn çıxılır.

117.2. Bu maddә vergi ödәyicisinin geoloji-kәşfiyyat işlәrini aparmaq vә tәbii ehtiyatları emal, yaxud istismar etmәk hüquqlarını әldә etmәk üçün qeyri-maddi aktivlәrә çәkdiyi xәrclәrә dә tәtbiq olunur.

Maddә 118. Qeyri-maddi aktivlәrә çәkilәn xәrclәrin gәlirdәn çıxılması

118.1. Hüquqi vә fiziki şәxslәrin bir ildәn artıq müddәtә tәsәrrüfat fәaliyyәtindә istifadә etdiklәri qeyri-maddi obyektlәrә çәkilәn xәrclәr qeyri-maddi aktivlәrә

Page 72: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

aiddir.

118.2. Qeyri-maddi aktivlәrә çәkilәn xәrclәr bu Mәcәllәnin 114-cü maddәsi ilә müәyyәn edilәn amortizasiya dәrәcәsi ilә hesablanan amortizasiya ayırmaları şәklindә gәlirdәn çıxılır.

118.3. Qeyri-maddi aktivlәrin alınmasına vә ya istehsalına çәkilәn xәrclәr vergi ödәyicisinin vergiyә cәlb olunan gәlirinin hesablanması zamanı gәlirdәn çıxılmışdırsa, hәmin xәrclәr amortizasiya olunmalı qeyri-maddi aktivlәrin dәyәrinә aid edilmir.

Maddә 119. Gәlirdәn çıxılan mәblәğlәrin mәhdudlaşdırılması

119.0. Aşağıdakı vergilәrin vә maliyyә sanksiyalarının gәlirdәn çıxılmasına yol verilmir:

119.0.1. Azәrbaycan Respublikasının vә ya digәr dövlәtlәrin әrazilәrindә ödәnilmiş mәnfәәt vergisi vә ya gәlirdәn hesablanan hәr hansı digәr vergi;

119.0.2. Ödәnilmiş maliyyә sanksiyaları.

Maddә 120. әmlakın tәqdim edilmәsindәn yaranan zәrәr

Fiziki şәxsin әmlakın tәqdim edilmәsindәn (tәsәrrüfat fәaliyyәti üçün istifadә edilәn әmlakdan vә ya tәqdim edilmәsindәn әldә olunan gәlirin vergidәn azad edildiyi әmlakdan başqa) yaranan zәrәri belә әmlakın tәqdim edilmәsindәn әldә olunan gәliri hesabına kompensasiya edilir. Yaranmış zәrәr hәmin ildә kompensasiya edilә bilmirsә, o, gәlәcәk beş ilәdәk davam edәn sonrakı dövrә keçirilir vә belә әmlakın tәqdim edilmәsindәn götürülәn gәlir hesabına kompensasiya edilir.

Maddә 121. Zәrәrin keçirilmәsi

121.1. Müәssisәnin - gәlirlәrdәn çıxılmasına yol verilәn xәrclәrinin gәlirlәrdәn artıq olan hissәsi beş ilәdәk davam edәn sonrakı dövrә keçirilir vә illәr üzrә mәhdudiyyәt qoyulmadan gәlәcәk dövrlәrin mәnfәәti hesabına kompensasiya edilir.

121.2. Fiziki şәxsin - sahibkarlıq fәaliyyәtindәn әldә edilәn ümumi gәlirindәn çıxılmasına yol verilәn xәrclәrinin belә ümumi gәlirdәn artıq olan hissәsi digәr gәlirlәrdәn çıxıla bilmәz, lakin gәlәcәk dövrlәrdә sahibkarlıq fәaliyyәtindәn ümumi gәlir hesabına kompensasiya edilmәsi üçün beş ilәdәk davam edәn sonrakı dövrә keçirilә bilәr.

Maddә 122. Ödәmә mәnbәyindә dividenddәn vergi tutulması

Page 73: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

122.1. Rezident müәssisә tәrәfindәn ödәnilәn dividenddәn ödәmә mәnbәyindә 10 faiz dәrәcә ilә vergi tutulur.

122.2. Dividendin faktiki sahibi olan fiziki vә hüquqi şәxslәrdәn bu Mәcәllәnin 122.1-ci maddәsinә uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki vә hüquqi şәxslәrin hәmin gәlirindәn bir daha vergi tutulmur.Hәmin gәlir yenidәn dividend şәklindә verilәn zaman vergiyә cәlb olunmur.

Maddә 123. Ödәmә mәnbәyindә faizlәrdәn vergi tutulması

123.1. Rezident banklarına vә ya qeyri-rezident bankların Azәrbaycan Respublikasındakı daimi nümayәndәliyinә kreditlәr (ssudalar), depozitlәr (hesablar) üzrә ödәnilәn faizlәr istisna olmaqla, rezident tәrәfindәn vә ya qeyri-rezidentin daimi nümayәndәliyi tәrәfindәn, yaxud bu cür nümayәndәliyin adından ödәnilәn faizlәrdәn, gәlir bu Mәcәllәnin 13.2.16-cı maddәsinә uyğun olaraq Azәrbaycan mәnbәyindәn әldә edilmişdirsә, ödәniş mәnbәyindә 10 faiz dәrәcә ilә vergi tutulur.

123.2. Faizlәrin faktiki sahibi fiziki şәxsdirsә, bu Mәcәllәnin 123.1-ci vә 123.4-cü maddәlәrinә uyğun olaraq vergi tutulmuş faizlәr hәmin fiziki şәxslәrә ödәnildikdәn sonra onlardan bir daha vergi tutulmur.

123.3. Faizlәrin faktiki sahibi mәnfәәti vergiyә cәlb olunan rezident müәssisәdirsә vә ya qeyri-rezidentin daimi nümayәndәliyidirsә, bu Mәcәllәnin 123.1 -ci maddәsinә uyğun olaraq vergi tutulmuş faizlәri alan hәmin müәssisә vә ya qeyri-rezidentin daimi nümayәndәliyi hesabladığı verginin mәblәğini, ödәmә mәnbәyindә verginin tutulduğunu tәsdiq edәn sәnәdlәri vermәk şәrti ilә bu mәnbәdә ödәnilmiş verginin mәblәği qәdәr azaldır.

123.4. Hәyatın yığım sığortası üzrә sığorta olunanın ödәdiyi vә ya onun xeyrinә ödәnilәn sığorta haqları ilә sığorta ödәnişlәri arasındakı fәrq kimi alınan gәlirdәn ödәniş mәnbәyindәn 10 faiz dәrәcәsi ilә vergi tutulur.

Maddә 124. Ödәmә mәnbәyindә icarә haqlarından vә royaltidәn vergi tutulması

124.1. Daşınan vә daşınmaz әmlak üçün icarә haqqından, hәmçinin rezidentin vә ya qeyri-rezidentin Azәrbaycan Respublikasındakı daimi nümayәndәliyinin ödәdiyi vә ya onun adından ödәnilәn royaltidәn gәlir bu Mәcәllәnin 13.2.16-cı maddәsinә uyğun olaraq Azәrbaycan mәnbәyindәn әldә edilmişdirsә, ödәmә mәnbәyindә 10 faiz dәrәcә ilә vergi tutulur.

124.2. Fiziki şәxs - rezident bu Mәcәllәnin 124.1-ci maddәsinә uyğun olaraq vergi tutulan icarә haqqı vә ya royalti aldıqda, tutulmuş vergi çıxılmadan icarә haqqının vә ya royaltinin tam mәblәğini öz gәlirlәrinә daxil edir vә hesabladığı verginin mәblәğini ödәmә mәnbәyindә verginin tutulduğunu tәsdiq edәn sәnәdlәri vermәk

Page 74: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

şәrti ilә bu mәnbәdә ödәnilmiş verginin mәblәği qәdәr azaldır.

124.3. Rezident müәssisәlәrә vә ya qeyri-rezidentlәrin daimi nümayәndәliklәrinә Azәrbaycan Respublikasında ödәnilmiş mәblәğlәr bu maddә üzrә vergitutma obyekti deyildir.

Maddә 125. Qeyri-rezidentin gәlirindәn ödәmә mәnbәyindә vergi tutulması

125.1. Qeyri-rezidentin, bu Mәcәllәnin 13.2.16-cı maddәsi ilә Azәrbaycan mәnbәyindәn әldә olunan gәliri kimi müәyyәn edilәn vә qeyri-rezidentin Azәrbaycan Respublikasının әrazisindәki daimi nümayәndәliyinә aid olmayan ümumi gәlirindәn ödәmә mәnbәyindә xәrclәr çıxılmadan aşağıdakı dәrәcәlәrlә vergi tutulur:

125.1.1. dividend - bu Mәcәllәnin 122-ci maddәsinә uyğun olaraq;

125.1.2. faizlәr - bu Mәcәllәnin 123-cü maddәsinә uyğun olaraq;

125.1.3. rezident müәssisәsinin vә ya sahibkarın lizinq, o cümlәdәn maliyyә lizinqi әmәliyyatları üzrә ödәmәlәri, habelә riskin sığortasına vә ya tәkrar sığortasına dair müqavilәyә uyğun olaraq sığorta ödәmәlәri - 4 faiz;

125.1.4. Azәrbaycan Respublikası ilә digәr dövlәtlәr arasında beynәlxalq rabitә vә ya beynәlxalq daşımalar hәyata keçirilәrkәn rabitә vә ya nәqliyyat xidmәtlәri üçün rezident müәssisәsinin vә ya sahibkarın ödәmәlәri - 6 faiz;

125.1.5. rezident müәssisәsinin vә ya sahibkarın aşağıdakı ödәmәlәrindәn:muzdlu işlә әlaqәdar alınan gәlirlәr istisna olmaqla işlәrin görülmәsindәn vә ya xidmәtlәrin göstәrilmәsindәn әldә edilәn gәlirlәr, o cümlәdәn bu Mәcәllәnin 13.2.16.2-ci, 13.2.16.10-cu, 13.2.16.11-ci, 13.2.16.12-ci vә 13.2.16.14-cü maddәlәrindә göstәrilәn xidmәtlәrdәn alınan gәlir vә Azәrbaycan mәnbәyindәn әldә edilәn digәr gәlirlәr - 10 faiz;

125.1.6. rezident müәssisәsinin vә ya sahibkarın muzdlu işlә әlaqәdar ödәdiyi gәlir - bu Mәcәllәnin 101-ci maddәsindә göstәrilәn dәrәcәlәrlә;

125.1.7. icarә haqları vә royalti - bu Mәcәllәnin 124-cü maddәsinә uyğun olaraq.

125.2. Bu maddәnin mәqsәdlәri üçün qeyri-rezidentin Azәrbaycan Respublikasındakı daimi nümayәndәliyi tәrәfindәn vә ya onun adından aparılan ödәmәlәr rezident müәssisәnin ödәmәlәrinә bәrabәr tutulur.

125.3. Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynәlxalq müqavilәlәrdә vergilәrin aşağı dәrәcәsi vә ya vergilәrdәn tam azad olunma nәzәrdә tutulduğu halda, ödәmә mәnbәyindә artıq tutulmuş vergi mәblәği bu Mәcәllәnin 87.4-cü maddәsindә müәyyәn edilmiş qaydada geri qaytarılır.

Page 75: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Maddә 126. Qeyri-rezidentin daimi nümayәndәliyinin xalis mәnfәәtindәn vergi tutulması

Qeyri-rezidentin daimi nümayәndәliyindәn mәnfәәt vergisindәn әlavә olaraq bu daimi nümayәndәliyin xalis mәnfәәtindәn hәmin qeyri-rezidentin xeyrinә köçürdüyü (verdiyi) hәr hansı mәblәğdәn 10 faiz dәrәcә ilә vergi tutulur.

Maddә 127. Xarici ölkәdә ödәnilәn verginin nәzәrә alınması

127.1. Rezidentin Azәrbaycan Respublikasının hüdudlarından kәnarda Azәrbaycan mәnbәyindәn olmayan gәlirindәn ödәnilmiş gәlir vergisinin vә ya mәnfәәt vergisinin mәblәğlәri Azәrbaycanda vergi ödәnilәrkәn nәzәrә alınır.

127.2. Bu Mәcәllәnin 127.1-ci maddәsinә uyğun olaraq nәzәrә alınan mәblәğ Azәrbaycan Respublikasında hәmin gәlirdәn vә ya mәnfәәtdәn müәyyәn edilmiş dәrәcәlәrlә tutulan verginin mәblәğindәn çox olmamalıdır.

Maddә 128. Güzәştli vergi tutulan ölkәlәrdә әldә edilәn gәlir

128.1. Rezident güzәştli vergi tutulan ölkәdә gәlir әldә edәn qeyri-rezidentin nizamnamә fondunun 20 faizindәn çoxuna bilavasitә vә ya dolayısı ilә sahibdirsә, yaxud öz növbәsindә onun sәsvermә hüququ verәn sәhmlәrinin 20 faizindәn çoxunun sahibidirsә, rezidentin hәmin gәliri onun vergi tutulan gәlirinә daxil edilir.

128.2. Güzәştli vergi tutulan xarici ölkә dedikdә, vergi dәrәcәsi bu Mәcәllәdә müәyyәn edilmiş dәrәcәdәn 2 dәfә vә ya daha çox aşağı olan vә ya maliyyә mәlumatını yaxud әmlakın faktiki sahibi vә ya gәlir (mәnfәәt) götürәn barәdә sirri qorumaq imkanı verilmiş şirkәtlәr haqqında mәlumatın mәxfiliyinә dair qanunun mövcud olduğu ölkә başa düşülür.

Maddә 129. Vergi ili

Vergi ili tәqvim ili sayılır.

Maddә 130. Gәlirin vә xәrcin uçotu qaydası

130.1. Vergi ödәyicisi vergi tutulan gәlirin (mәnfәәtin) dәqiq әks etdirilmәsi üçün sәnәdlәşdirilmiş mәlumat әsasında gәlirlәrinin vә xәrclәrinin vaxtlı-vaxtında dәqiq uçotunu aparmağa, bu fәsilә uyğun şәkildә tәtbiq edilәn uçot metodundan asılı olaraq gәlirlәrini vә xәrclәrini onların әldә edildiyi vә ya çәkildiyi müvafiq hesabat dövrlәrinә aid etmәyә borcludur. Vergi ödәyicisinin istifadә etdiyi uçot metodunda xәrclәrin vә daxilolmaların müddәtlәri vә uçotu qaydasına dair bütün tәlәblәr nәzәrә alınmalıdır.

Gәlirlәrin vә xәrclәrin uçotunu hüquqi vә fiziki şәxslәr Azәrbaycan

Page 76: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Respublikasının müvafiq qanunvericiliyinә uyğun olaraq aparırlar. Vergitutma mәqsәdlәri üçün gәlirlәr vә xәrclәr bu Mәcәllәyә әsasәn müәyyәn edilir.

130.2. Vergi ödәyicisi öz fәaliyyәti ilә bağlı olan bütün әmәliyyatların başlanğıcını, gedişini vә qurtarmasını müәyyәnlәşdirmәyә imkan verәn uçotun aparılmasını tәmin etmәyә borcludur.

130.3. Bu maddәdә başqa hallar nәzәrdә tutulmamışdırsa, vergi tutulan gәlir bu Mәcәllәnin tәlәblәrinә әmәl etmәk üçün zәruri düzәlişlәri aparmaq şәrti ilә vergi ödәyicisinin öz mühasibat uçotunda istifadә etdiyi metodla hesablanmalıdır.

130.4. Vergi ödәyicisi vergi ili әrzindә eyni metodu tәtbiq etmәk şәrti ilә vergilәrin uçotunu kassa metodu vә ya hesablamalar metodu ilә apara bilәr.

130.5. Vergi ödәyicisinin istifadә etdiyi uçot metodu dәyişdirilәrkәn verginin mәblәğinә tәsir göstәrәn mühasibat әmәliyyatlarına düzәlişlәr uçot metodunun dәyişdirildiyi ildә aparılmalıdır ki, bu әmәliyyatlardan heç biri nәzәrdәn qaçırılmasın vә ya iki dәfә hesaba alınmasın.

Maddә 131. Kassa metodu ilә gәlirin vә xәrcin uçotu prinsiplәri

Kassa metodu ilә uçot aparan vergi ödәyicisi gәliri әldә edәndә vә ya gәlir onun sәrәncamına verilәndә, bu gәliri nәzәrә almalı vә gәlirdәn öz xәrclәrini yalnız bu xәrclәri çәkdiyi zaman çıxmalıdır.

Maddә 132. Kassa metodundan istifadә olunarkәn gәlirin әldә edilmәsi vaxtı

132.1. Vergi ödәyicisinin nağd pul vәsaitini aldığı, nağdsız ödәmәdә isә pul vәsaitinin bankda onun hesabına vә ya sәrәncamçısı ola bilәcәyi hesaba yaxud göstәrilәn vәsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gәlirin әldә edildiyi vaxt sayılır.

132.2. Vergi ödәyicisinin maliyyә öhdәliyinin lәğv edildiyi vә ya ödәnildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda vә sair bu kimi hallarda) öhdәliyin lәğv edildiyi vә ya ödәnildiyi vaxt gәlirin әldә edildiyi vaxt sayılır.

Maddә 133. Kassa metodundan istifadә olunarkәn xәrcin çәkilmәsi vaxtı

133.1. Vergi uçotunun mәqsәdlәri üçün vergi ödәyicisi kassa metodundan istifadә etdikdә, xәrcin çәkilmәsi vaxtı, әgәr bu maddәdә başqa hallar nәzәrdә tutulmamışdırsa, xәrcin faktiki çәkildiyi vaxt sayılır.

133.2. Vergi ödәyicisi pul vәsaitini ödәyirsә, nağd pul vәsaitinin ödәnildiyi, nağdsız ödәmәdә isә vergi ödәyicisinin pul vәsaitinin köçürülmәsi haqqındakı tapşırığının bank tәrәfindәn alındığı vaxt xәrcin çәkildiyi vaxt

Page 77: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

sayılır.

133.3. Vergi ödәyicisi qarşısında maliyyә öhdәliklәri lәğv edildiyi vә ya ödәnildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda vә sairә bu kimi hallarda), öhdәliyin lәğv edildiyi vә ya ödәnildiyi vaxt xәrcin çәkilmәsi vaxtı sayılır.

133.4. Borc öhdәliklәri üzrә faizlәr ödәnilәrkәn vә ya әmlakın icarәyә götürülmәsi müqabilindә ödәmә hәyata keçirilәrkәn, әgәr borc öhdәliyinin vә ya icarә müqavilәsinin müddәti bir neçә hesabat dövrünü әhatә edirsә, hesabat ilindә gәlirdәn çıxılmalı olan vә faktiki ödәnilәn faizlәrin (icarә haqqının) mәblәği hәmin il üçün hesablanan faizlәrin (icarә haqqının) mәblәği demәkdir.

Maddә 134. Hesablama metodundan istifadә edilәrkәn gәlirin vә xәrcin uçotu qaydası

Hesablama metodu ilә uçot aparan vergi ödәyicisi gәlir әldә edilmәsinin vә xәrc çәkilmәsinin faktiki vaxtından asılı olmayaraq gәlirini vә xәrcini müvafiq surәtdә gәlir almaq hüququnun әldә edildiyi vә ya xәrcin çәkilmәsi barәdә öhdәliyin yarandığı vaxt nәzәrә almalıdır.

Maddә 135. Hesablama metodundan istifadә olunarkәn gәlirin әldә edilmәsi vaxtı

135.1. Müvafiq mәblәğ vergi ödәyicisinә qeyd-şәrtsiz ödәnilmәlidirsә, yaxud vergi ödәyicisi әqd vә ya müqavilә üzrә bütün öhdәliklәrini yerinә yetirmişdirsә, bu vaxt gәliri almaq hüququ әldә edilmiş sayılır.

135.2. Vergi ödәyicisi müqavilә üzrә iş görürsә vә ya xidmәt göstәrirsә, gәlir onu almaq hüququ müqavilәdә nәzәrdә tutulan işlәrin görülmәsinin vә ya xidmәtlәrin göstәrilmәsinin tam başa çatdığı vaxtda әldә edilmiş sayılır.

135.3. Vergi ödәyicisi gәlir әldә edirsә vә ya onun faiz gәliri, yaxud әmlakın icarәyә verilmәsindәn gәlir әldә etmәk hüququ vardırsa, borc öhdәliklәrinin vә ya icarә müqavilәsi üzrә ödәmәnin müddәtinin qurtardığı vaxt gәlir almaq hüququnun әldә edildiyi vaxt sayılır. Borc öhdәliyinin vә ya icarә müqavilәsi üzrә ödәmәnin müddәti bir neçә hesabat dövrünü әhatә edirsә, gәlir onun hesablanma qaydasına müvafiq surәtdә hәmin hesabat dövrlәri üzrә bölüşdürülür.

Maddә 136. Hesablama metodundan istifadә edilәrkәn xәrcin çәkilmәsi vaxtı

136.1. Vergi ödәyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadә etdikdә, әqdlә bağlı olan xәrcin çәkilmәsi vaxtı, bu maddәdә başqa hallar nәzәrdә tutulmamışdırsa, aşağıda sadalanan şәrtlәrin hamısına әmәl edildiyi vaxt sayılır:

Page 78: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

136.1.1. vergi ödәyicisi birmәnalı olaraq maliyyә öhdәliklәrini qәbul edir;

136.1.2. maliyyә öhdәliklәrinin mәblәği dәqiq qiymәtlәndirilir;

136.1.3. әqddә vә ya müqavilәdә iştirak edәn bütün tәrәflәr әqd vә ya müqavilә üzrә özlәrinin bütün öhdәliklәrini yerinә yetirmişlәr, yaxud müvafiq mәblәğlәr qeyd-şәrtsiz ödәnilmәlidir.

136.2. Bu maddәdә göstәrilәn maliyyә öhdәliyi әqdә vә ya müqavilәyә müvafiq surәtdә qәbul edilәn elә öhdәlikdir ki, onun yerinә yetirilmәsindәn ötrü әqdin vә ya müqavilәnin digәr iştirakçısı pul şәklindә vә ya digәr şәkildә müvafiq vәsait vermәli olsun .

136.3. Borc öhdәliyi üzrә faizlәr vә ya әmlakın icarә haqqı ödәnilәrkәn borc öhdәliyi vә ya icarә müqavilәsi üzrә ödәnişin müddәti bir neçә hesabat dövrünü әhatә edirsә, xәrc hәmin hesabat dövrlәri üzrә onun hesablanma qaydasına müvafiq surәtdә bölüşdürülür.

Maddә 137. Birgә fәaliyyәtdәn gәlirin bölüşdürülmәsi

Hüquqi şәxs yaratmadan birgә sahibkarlıq fәaliyyәti ilә mәşğul olan şәxslәr, hәmin fәaliyyәtdәn әldә etdiklәri birgә gәliri (bu fәaliyyәtlә bağlı birgә xәrci çıxmaqla) hesabladıqdan sonra, birgә sahibkarlıq fәaliyyәtlәrinә dair razılığa uyğun olaraq, vergiyә cәlb edilәn gәliri bu fәaliyyәtin iştirakçıları arasında bölürlәr.

Maddә 138. Uzunmüddәtli müqavilәlәr üzrә gәlir vә gәlirdәn çıxılan mәblәğlәr

138.1. "Uzunmüddәtli müqavilә" - müqavilәdә nәzәrdә tutulan istehsal, quraşdırma vә ya tikinti, yaxud bunlarla bağlı xidmәtlәrin vә işlәrin vergi ili әrzindә başa çatdırılmadığı müqavilә demәkdir. Müqavilәdә göstәrilәn işlәrin başlandığı gündәn 6 ay әrzindә başa çatdırılmasını nәzәrdә tutan müqavilәlәr uzunmüddәtli müqavilәlәrә aid edilmir.

138.2. Vergi ödәyicisi hesablama metodu ilә uçot aparırsa, uzun müddәtli müqavilәlәrlә bağlı gәlir vә bu gәlirdәn çıxılan mәblәğlәr vergi ili әrzindә müqavilәlәrin yerinә yetirilmәsinin faktiki hәcmlәrinә uyğun olaraq uçota alınır.

138.3. Müqavilәnin yerinә yetirilmәsinin faktiki hәcmi vergi ili әrzindә çәkilmiş xәrcin hәmin müqavilәdә nәzәrdә tutulan ümumi qiymәtlәndirilәn xәrclәrlә müqayisә edilmәsi yolu ilә müәyyәnlәşdirilir.

Maddә 139. әmtәә-material ehtiyatlarının uçotu qaydası

139.1. Vergi ödәyicisi özünün mülkiyyәtindә olan vә sonradan satılmaq, yaxud mәhsul istehsalı, işlәr görülmәsi vә ya xidmәtlәr göstәrilmәsindә

Page 79: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

istifadә olunmaq üçün nәzәrdә tutulan hәr hansı malı әmtәә-material ehtiyatlarına aid etmәyә borcludur.

139.2. әmtәә-material ehtiyatlarının uçotunu apararkәn vergi ödәyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xәrclәrinә vә ya satınalma qiymәtlәrinә әsasәn müәyyәnlәşdirilәn dәyәrini uçotda әks etdirmәyә borcludur. Vergi ödәyicisi bu malların saxlanmasına vә nәql olunmasına çәkilәn xәrclәri dә onların dәyәrinә daxil etmәlidir.

139.3. әmtәә-material ehtiyatlarının uçotunu apararkәn vergi ödәyicisi mәnәvi cәhәtdәn köhnәlmiş vә ya dәbdәn düşmüş qüsurlu malın, yaxud digәr sәbәblәr üzündәn istehsalına çәkilmiş xәrclәrdәn (satınalma qiymәtindәn) yüksәk qiymәtә satıla bilmәyәn malın (mәhsulun) dәyәrini onların satıla bilәcәyi qiymәti әsas götürmәklә qiymәtlәndirә bilәr.

139.4. Vergi ödәyicisi onun ixtiyarında olan malların fәrdi uçotunu aparmırsa, o, әmtәә-material ehtiyatlarının uçotunu orta maya dәyәri ilә qiymәtlәndirmә metodundan istifadә etmәklә aparmaq hüququna malikdir.

Maddә 140. Maliyyә lizinqi

140.1. İcarәyә verәn maddi әmlakı maliyyә lizinqi müqavilәsi üzrә icarәyә verirsә, vergitutma mәqsәdlәri üçün icarәçi әmlakın sahibi, icarә ödәmәlәri isә icarәçiyә verilmiş ssuda üzrә ödәmәlәr sayılır.

140.2. Aşağıdakı hallarda әmlak icarәsi maliyyә lizinqi sayılır:

140.2.1. lizinq müqavilәsi ilә icarә müddәti qurtardıqdan sonra әmlakın mülkiyyәtә verilmәsi nәzәrdә tutulur,yaxud icarә müddәti qurtardıqdan sonra icarәçi әmlakı müәyyәn edilmiş vә ya qabaqcadan güman edilәn qiymәtlәrlә almaq hüququna malikdir, yaxud;

140.2.2. icarә müddәti icarәyә götürülәn әmlakın istismar müddәtinin 75 faizindәn artıqdır, yaxud;

140.2.3. icarә müddәti qurtardıqdan sonra әmlakın qalıq dәyәri icarәnin әvvәlinә onun bazar qiymәtinin 20 faizindәn azdır, yaxud;

140.2.4. icarә haqqının ödәnilәcәk mәblәği әmlakın icarәnin әvvәlinә olan bazar qiymәtinin әn azı 90 faizinә bәrabәrdir vә ya ondan artıqdır, yaxud;

140.2.5. icarәyә götürülәn әmlak icarәçi üçün sifarişlә hazırlanmışdır vә icarә müddәti qurtardıqdan sonra icarәçidәn başqa heç kәs tәrәfindәn istifadә edilә bilmәz.

140.3. Bu Mәcәllәnin 140.2.4-cü maddәsi aktivin istifadә olunması müddәtinin 3/4-ü qurtardıqdan sonra başlanan icarәyә tәtbiq edilmir.

140.4. Bu maddәnin mәqsәdlәri üçün maliyyә lizinqi üzrә icarә ödәmәlәrinin cari dәyәrini müәyyәnlәşdirmәkdәn ötrü istifadә edilәn faiz dәrәcәsi ödәmәlәr aid olduğu dövrdә eyni valyuta ilә, oxşar muddәtә

Page 80: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

verilmiş banklararası kredit hәrracında olan vә ya hәrraclar keçirilmәdiyi tәqdirdә banklararası kreditlәr üzrә faizlәrin orta sәviyyәsinin 125 faizi mәblәğindә götürülür.

140.5. Bu maddәnin mәqsәdlәri üçün icarәçinin icarәni tәzәlәmәk hüququna malik olduğu әlavә müddәt icarә müddәtinә daxildir.

140.6. İcarәyә verәn maliyyә lizinqi başlananadәk aktivin sahibi olduğu hallarda, bu Mәcәllәnin 140.1-ci maddәsindә göstәrilәn ssudanın verilmәsi rejiminә әlavә olaraq, әqd әmlakı icarәyә verәnin satması vә icarәçinin alması kimi qiymәtlәndirilir.

Maddә 141. Gәlirdәn çıxılan mәblәğlәrin kompensasiya edilmәsi vә ehtiyatların azaldılması

141.1. әvvәllәr gәlirdәn çıxılmış xәrc, zәrәr vә ya şübhәli borc ödәnilirsә, әldә edilәn mәblәğ onların ödәnildiyi vaxtda gәlir sayılır.

141.2. әvvәllәr gәlirdәn çıxılmış ehtiyat azalırsa, hәmin ehtiyatın azalmış mәblәği gәlirә daxil edilir.

Maddә 142. Aktivlәr tәqdim edilәrkәn gәlir vә zәrәr

142.1. Aktivlәrin tәqdim edilmәsindәn әldә edilәn gәlir, aktivlәrin tәqdim edilmәsindәn daxilolmalar vә aktivlәrin bu Mәcәllәnin 143-cü maddәsinә uyğun olaraq müәyyәnlәşdirilәn dәyәri arasındakı müsbәt fәrq demәkdir. Aktivlәrini әvәzsiz әsasla vә ya güzәştli qiymәtlә tәqdim edәn şәxsin gәliri bu qayda ilә tәqdim edilәn aktivin bazar qiymәti vә onun bu Mәcәllәnin 143-cü maddәsinә uyğun olaraq müәyyәnlәşdirilәn dәyәri arasındakı fәrqdәn ibarәtdir.

142.2. Aktivlәrin tәqdim edilmәsindәn yaranan zәrәr aktivlәrin tәqdim edilmәsindәn daxilolmalar vә hәmin aktivlәrin bu Mәcәllәnin 143-cü maddәsinә müvafiq surәtdә müәyyәnlәşdirilәn dәyәri arasındakı fәrqdәn ibarәtdir.

Maddә 143. Aktivlәrin dәyәri

Aktivlәrin dәyәrinә onların alınması, gәtirilmәsi, istehsalı, tikilmәsi, quraşdırılması vә qurulması üçün çәkilәn xәrclәr, hәmçinin, vergi ödәyicisinin gәlirdәn çıxmaq hüququna malik olduğu xәrclәr istisna edilmәklә, aktivlәrin dәyәrini artıran digәr xәrclәr daxil edilir.

Maddә 144. Gәlirin vә ya zәrәrin qәbul edilmәmәsi

144.1. Vergi tutulan gәlir müәyyәn edilәrkәn aşağıdakı hallarda gәlir vә ya zәrәr nәzәrә alınmır:

144.1.1. aktivlәr әr vә arvad arasında verildikdә;

Page 81: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

144.1.2. aktivlәr keçmiş әr-arvad arasında boşanma prosesindә verildikdә;

144.1.3. aktivin lәğv edildiyi, yaxud özgәninkilәşdirildiyi ildәn sonrakı ilin axırınadәk daxilolmaları analoji aktivә vә ya eyni xarakterli aktivә tәkrar investisiya etmәklә aktiv qәrәzsiz yaxud onun sahibinin iradәsindәn asılı olmayaraq mәhv edildikdә, lәğv olunduqda vә ya özgәninkilәşdirildikdә.

144.2. Bu Mәcәllәnin 144.1.3-cü maddәsindә göstәrilәn әvәzedici aktivin dәyәri әvәz olunan aktivin mәhv edildiyi, lәğv olunduğu vә ya tәqdim edildiyi vaxtdakı ilk dәyәri nәzәrә alınmaqla müәyyәnlәşdirilir.

144.3. Bu Mәcәllәnin 144.1.1-ci vә ya 144.1.2-ci maddәlәrinә uyğun olaraq mәnfәәtin vergi mәqsәdlәri üçün nәzәrә alınmadığı әqdin nәticәsindә alınan aktivin dәyәri әqd günündә onu verәn tәrәf üçün dә aktivin dәyәri sayılır.

Maddә 145. Hüquqi şәxsin lәğv edilmәsi

145.1. Bu maddәdә başqa hallar nәzәrdә tutulmamışdırsa, hüquqi şәxsin lәğv edilmәsi iştirakçıların hәmin hüquqi şәxsdәki iştirak paylarının tәqdim edilmәsi sayılmır.

145.2. Hәr hansı hüquqi şәxs lәğv edilirsә, hәmin hüquqi şәxsin aktivi hüquqi şәxs olan iştirakçıya verilirsә vә bilavasitә lәğv etmәdәn әvvәl iştirakçıya hüquqi şәxsdә iştirak payının 100 faizi mәxsus olmuşdursa, belә halda:

145.2.1. aktivlәrin verilmәsi lәğv edilәn hüquqi şәxs tәrәfindәn aktivlәrin vergiyә cәlb olunan tәqdim edilmәsi sayılmır;

145.2.2. iştirakçı üçün verilәn aktivlәrin dәyәri lәğv edilәn hüquqi şәxs üçün aktivlәr verilәnәdәk olan dәyәrә bәrabәrdir;

145.2.3. aktivlәrin bölüşdürülmәsi dividend sayılmır;

145.2.4. lәğv edilәn hüquqi şәxsdә iştirak payının lәğv edilmәsi zamanı heç bir gәlir vә zәrәr nәzәrә alınmır;

145.2.5. hәr hansı kateqoriyaya aid olan әsas vәsaitlәrin balans dәyәri hәmin әsas vәsaitlәri alan şәxsә keçir.

145.3. Bu Mәcәllәnin 145.2-ci maddәsi yalnız o halda tәtbiq edilir ki, lәğvetmәnin әsas mәqsәdinin vergidәn yayınma olmadığı vergi orqanı tәrәfindәn tәsdiq edilmiş olsun.

Maddә 146. Hüquqi şәxsin yaranması

146.1. Aktivlәrin verilmәsi aşağıdakı hallarda onların vergiyә cәlb olunan tәqdim edilmәsi sayılmır:

Page 82: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

146.1.1. şәxs vә ya şәxslәr qrupu aktivlәri hәr hansı hüquqi şәxsә bu hüquqi şәxsdә iştirak payı әvәzinә verirsә (hәr hansı öhdәlik götürmәklә vә ya götürmәmәklә);

146.1.2. şәxs vә ya şәxslәr qrupu bilavasitә mübadilәdәn sonra hüquqi şәxsdә iştirak paylarının 100 faizinә sahib olursa.

146.2. Bu Mәcәllәnin 146.1-ci maddәsinin müddәaları şamil edilәn aktivi alan iştirakçı üçün onun dәyәri aktivi verәn iştirakçı üçün onun verilmә vaxtındakı dәyәrinә bәrabәrdir vә aktivin balans dәyәri onu alan şәxsә keçir.

146.3. Bu Mәcәllәnin 146.1-ci maddәsindә göstәrilәn mübadilә nәticәsindә alınan iştirak payının dәyәri verilәn hәr hansı borcun mәblәği çıxılmaqla verilәn aktivlәrin dәyәrinә bәrabәrdir.

146.4. Götürülmüş öhdәliklәr verilәn aktivlәrin dәyәrindәn artıqdırsa, bu maddә hәmin artıq mәblәğә tәtbiq edilmir.

Maddә 147. Hüquqi şәxsin yenidәn tәşkil edilmәsi

147.1. Yenidәntәşkilin iştirakçısı olan hüquqi şәxsә vә ya hüquqi şәxslәrә mәxsus әmlakın vә iştirak paylarının dәyәri hәmin әmlakın vә iştirak paylarının bilavasitә yenidәntәşkildәn әvvәlki dәyәri ilә eynidir. Eynilә әsas vәsaitlәrin hәr hansı amortizasiya kateqoriyasına aid olan balans dәyәri hәmin әsas vәsaitlәri alan şәxsә keçir.

147.2. Yenidәntәşkilin iştirakçısı olan hüquqi şәxslәr arasında әmlakın vә iştirak paylarının verilmәsinә әmlakın vergiyә cәlb olunan özgәninkilәşdirilmәsi kimi baxılmır.

147.3. Yenidәntәşkilin iştirakçısı olan rezident hüquqi şәxsin özünün iştirak paylarının bu yenidәntәşkilin iştirakçısı olan digәr rezident hüquqi şәxsdәki iştirak payları ilә hәr hansı mübadilәsi iştirak payının vergiyә cәlb olunan özgәninkilәşdirilmәsi hesab edilmir.

147.4. Bu Mәcәllәnin 147.3-cü maddәsinә uyğun olaraq mübadilә edilәn iştirak paylarının dәyәri ilkin iştirak paylarının dәyәrinә bәrabәrdir.

147.5. Yenidәntәşkilin iştirakçısı olan hüquqi şәxsin iştirak paylarının iştirakçı tәrәf olan digәr hüquqi şәxsdәki iştirak payının dәyişmәsi ilә әlaqәdar bölüşdürülmәsi, yenidәntәşkildә iştirakçı tәrәflәr üçün dividend sayılmır.

147.6. Bu Mәcәllәnin 147.5-ci maddәsindә göstәrilәn ilk iştirak paylarının dәyәri bilavasitә bölüşdürmәdәn sonra ilk vә bölüşdürülmüş iştirak payları arasında onların bazar dәyәrinә mütәnasib olaraq bölüşdürülür.

147.7. Hüquqi şәxsin yenidәntәşkili:

147.7.1. iki vә daha çox rezident hüquqi şәxsin birlәşmәsi;

Page 83: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

147.7.2. rezident hüquqi şәxsin sәsvermә hüququ olan iştirak paylarının 50 vә ya daha çox faizinin vә bütün digәr iştirak paylarının dәyәrinin 50 vә ya daha çox faizinin yalnız yenidәntәşkilin iştirakçısı olan tәrәfin iştirak payları ilә dәyişdirilmәsi;

147.7.3. rezident hüquqi şәxsin aktivlәrinin 50 vә ya daha çox faizinin digәr rezident hüquqi şәxs tәrәfindәn, yalnız yenidәntәşkildә iştirak edәn tәrәfin dividendlәrinә münasibәtdә imtiyazlı olmayıb sәsvermә hüququ olan iştirak paylarına dәyişdirilmәsi üçün әldә edilmәsi;

147.7.4. rezident hüquqi şәxsin iki vә ya daha çox rezident hüquqi şәxsә ayrılması;

147.7.5. ayırma yolu ilә yeni şәxs yaradılması;

147.7.6. müәssisәdә iştirak paylarının azı 50 faizinin sahibi olan hüquqi şәxs tәrәfindәn öz iştirak paylarının hamısının bu hüquqi şәxsin iştirakçılarına paylanması demәkdir.Bu Mәcәllәnin 147.7.1. - 147.7.6-cı maddәlәrinin müddәaları o şәrtlә tәtbiq olunur ki, birlәşmәnin, әldәetmәnin, birlәşdirmәnin, ayrılmanın vә ya ayırma yolu ilә yeni şәxs yaradılmasının әsas mәqsәdinin vergilәrdәn yayınma olmadığı vergi orqanı tәrәfindәn tәsdiq edilmiş olsun.

147.8. Yenidәntәşkilin bilavasitә iştirakçısı olan hәr hansı rezident hüquqi şәxs vә yenidәntәşkilin bilavasitә iştirakçısı olan rezident hüquqi şәxsin sahibi olan, yaxud bu cür şәxsә mәnsub olan hәr hansı hüquqi şәxs yenidәntәşkilin iştirakçısı sayılır.

147.9. Bu Mәcәllәnin 147.8-ci maddәsinin mәqsәdlәri üçün hüquqi şәxsin sahibi hüquqi şәxsdә sәsvermә hüququ olan iştirak paylarının 50 vә ya daha çox faizinin, yaxud iştirak paylarının hamısının dәyәrinin 50 vә ya daha çox faizinin sahibi sayılır.

Maddә 148. Hüquqi şәxs üzәrindә sahibliyin әhәmiyyәtli dәrәcәdә dәyişdirilmәsi

148.0. Hüquqi şәxsin sahibliyi әvvәlki ilә nisbәtәn 50 vә ya daha çox faiz dәyişdikdә, bu dәyişikliyin baş verdiyi vergi ilindәn başlayaraq әvvәlki vergi ilindәn zәrәrin, gәlirdәn çıxılmaların, әvәzlәşdirmәlәrin keçirilmәsinә, aşağıdakı hallar istisna edilmәklә, icazә verilmir:

148.0.1. dәyişiklikdәn sonrakı 3 il әrzindә hüquqi şәxs hәmin sahibkarlıq fәaliyyәtini hәyata keçirirsә vә

148.0.2. dәyişiklikdәn sonrakı 1 il әrzindә hüquqi şәxs yeni sahibkarlıq fәaliyyәtinә başlamırsa.

Maddә 149. Bәyannamәnin verilmәsi

Page 84: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

149.1. Aşağıdakı vergi ödәyicilәri bu Mәcәllәnin 149.2-ci maddәsindә göstәrilәn müddәtlәrdә vergi orqanlarına bәyannamә verirlәr:

149.1.1. rezident müәssisәlәr;

149.1.2. Azәrbaycan Respublikasında daimi nümayәndәliyi olan qeyri-rezidentlәr;

149.1.3. vergiyә cәlb olunan gәliri Azәrbaycan mәnbәyindәn olan vә bu gәlirindәn ödәmә yerindә vergi tutulmayan qeyri-rezidentlәr;

149.1.4. ödәmә mәnbәyindә vergiyә cәlb olunması nәzәrdә tutulmayan (tutulması mümkün olmayan) gәlirlәri olan, әmlakın icarәyә verilmәsindәn vә royaltidәn gәlirlәri olan, yaxud Azәrbaycan Respublikasının hüdudlarından kәnarda gәlir әldә edәn rezident fiziki şәxslәr..

149.2. Rezident fiziki şәxslәr hesabat ilindәn sonrakı ilin aprel ayının 15-dәk, digәr şәxslәr isә - hesabat ilindәn sonrakı ilin aprel ayının 1-dәk vergi orqanlarına bәyannamә verirlәr.

149.3. Vergi ödәyicisi Azәrbaycan Respublikasında sahibkarlıq fәaliyyәtini dayandırdıqda, 30 gün müddәtindә vergi orqanlarına bәyannamә vermәlidir. Bu maddәnin mәqsәdlәri üçün hesabat dövrü vergi ilinin әvvәlindәn vergi ödәyicisinin sahibkarlıq fәaliyyәtini dayandırdığı günә qәdәr olan dövrü әhatә edir.

149.4. Hüquqi şәxs vә ya qeyri-rezidentin daimi nümayәndәliyi lәğv edildikdә, lәğvetmә komissiyası vә ya vergi ödәyicisi bu barәdә qanunvericiliklә müәyyәn edilmiş qaydada vergi orqanına mәlumat vermәlidir. Hüquqi şәxsin lәğv edilmәsi haqqında qәrar qәbul olunduqdan sonra 30 gün әrzindә lәğvetmә komissiyası vergi orqanına bәyannamә vermәyә borcludur.

149.5. Bәyannamә vermәli olmayan fiziki şәxs verginin yenidәn hesablanması vә vәsaitlәrin qaytarılması haqqında tәlәb irәli sürülәn bәyannamә verә bilәr.

149.6. Azәrbaycan Respublikasında daimi nümayәndәliyi olmayan, bu Mәcәllәnin 125.1.3-cü, 125.1.4-cü, 125.1.5-ci vә ya 125.1.7-ci maddәlәrinә müvafiq qaydada ödәmә mәnbәyindә vergi tutulan gәlir әldә edәn qeyri-rezident vergi ödәyicisi bu cür gәlir haqqında bәyannamә vermәklә tutulmuş verginin qaytarılması tәlәbini irәli sürә bilәr. Bu cür bәyannamә bu Mәcәllәnin 149.2-ci maddәsindә müәyyәn edilәn müddәtlәrdә verilmәlidir. Belә vergi ödәyicisindәn Azәrbaycan Respublikasında vergi ödәyicisinin daimi nümayәndәliyinin gәliri kimi bu Mәcәllәnin 105.1-ci maddәsindә müәyyәn edilәn dәrәcә ilә vergi tutulur, vergi ödәyicisinin gәlir әldә edilmәsi ilә bağlı olan xәrci isә daimi nümayәndәliyin xәrcindә olduğu kimi gәlirdәn çıxılmalıdır, bu şәrtlә ki, vergi bu Mәcәllәnin 125-ci maddәsinә uyğun olaraq ödәmә mәnbәyindә tutulan verginin mәblәğindәn artıq olmasın.

Page 85: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

  Vergi Mәcәllәsindә sәhvәn «gәlirin» getmişdir

Maddә 150. Ö–dәmә mәnbәyindә verginin tutulması qaydası

150.1. Aşağıdakı şәxslәr (vergi agentlәri) ödәmә mәnbәyindә gәlir vergisini tutmağa borcludurlar:

150.1.1. muzdla işlәyәn fiziki şәxslәrә ödәmәlәr verәn hüquqi şәxslәr;

150.1.2. muzdla işlәyәn fiziki şәxslәrә ödәmәlәr verәn sahibkarlar;

150.1.3. dövlәt sosial tәminat sistemi vasitәsilә ödәnilәn pensiyalar istisna edilmәklә, digәr şәxslәrә pensiya ödәyәn hüquqi şәxslәr vә ya sahibkarlar;

150.1.4. hüquqi vә fiziki şәxslәrә dividend ödәyәn rezident hüquqi şәxslәr;

150.1.5. hüquqi vә fiziki şәxslәrә faizlәr ödәyәn hüquqi şәxslәr vә ya sahibkarlar;

150.1.6. bu Mәcәllәnin 124-cü vә ya 125-ci maddәlәrindә nәzәrdә tutulan ödәmәlәr verәn hüquqi şәxslәr vә ya sahibkarlar.

150.2. Bu Mәcәllәnin 150.1-ci maddәsindә göstәrilәn şәxslәr verginin tutulması vә büdcәyә köçürülmәsi üçün cavabdehdirlәr. Vergi mәblәği tutulmursa vә ya tutulmuş vergi büdcәyә köçürülmürsә, gәliri ödәyәn hüquqi şәxslәr vә sahibkarlar tutulmamış vә ya köçürülmәmiş verginin mәblәğini, hәmçinin müvafiq faizlәri vә sanksiyaları büdcәyә ödәmәyә borcludurlar.

150.3. Bu Mәcәllәnin 150.1-ci maddәsinә uyğun olaraq ödәmә mәnbәyindә vergi tutan hüquqi şәxslәr vә fәrdi sahibkarlar:

150.3.1. gәliri ödәyәrkәn vergini büdcәyә köçürmәyә;

150.3.2. Rüb başa çatdıqdan sonra 20 gün әrzindә ödәmә mәnbәyindә tutulan vergilәr barәdә müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi formada bәyannamәni vergi orqanına vermәyә borcludurlar.

150.4. Vergi ödәyicisinin iş yerindә vergi agenti aylıq gәlir üzrә vergi tutmağa borcludur. әgәr vergi ödәyicisi bәyannamә vermәli deyilsә, bu, gәlir vergisinin tam mәblәği sayılır.

Maddә 151. Cari vergi ödәmәlәri

151.1. Hüquqi şәxslәr vә fәrdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündәn gec olmayaraq cari ödәmәlәri dövlәt büdcәsinә ödәmәlidirlәr. Bәlәdiyyә mülkiyyәtindә olan müәssisә vә tәşkilatlar mәnfәәt vergisini yerli büdcәyә (bәlәdiyyә büdcәsinә) ödәyirlәr. Hәr ödәmәnin mәblәği әvvәlki vergi ilindә hesablanmış vergi mәblәğinin 1/4 hissәsini tәşkil edir.

Page 86: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

151.2. Vergi ödәyicisi cari vergi ödәmәlәrinin mәblәğini bu rübdәki gәlirinin hәcmini onun keçәn ilin ümumi gәlirindә (gәlirdәn çıxılan mәblәğlәr nәzәrә alınmadan) verginin xüsusi çәkisini göstәrәn әmsala vurmaqla müәyyәnlәşdirә bilәr.

151.3. Bu zaman vergi ödәyicisi il әrzindә cari vergi ödәmәlәrinin mәblәğini müәyyәnlәşdirmәyin yuxarıdakı iki mümkün metodundan birini seçir vә bu barәdә vergi orqanına mәlumat verir. Vergi ödәyicisi cari vergi ödәmәlәrinin mәblәğini müәyyәnlәşdirmәk üçün tәtbiq etdiyi metod barәdә mәlumat vermәdiyi halda vergi orqanı birinci metodu tәtbiq edir.

151.4. Cari vergi ödәmәlәri vergi ili üçün vergi ödәyicisindәn tutulan verginin mәblәğinә aid edilir.

151.5. Әvvәlki vergi ilindә fәaliyyәti olmayan vә növbәti vergi ilindә fәaliyyәt göstәrәn hüquqi şәxslәrin vә sahibkarlıq fәaliyyәtini hüquqi şәxs yaratmadan hәyata keçirәn fiziki şәxslәrin, habelә yeni yaradılmış vә fәaliyyәt göstәrәn vergi ödәyicilәrinin cari vergi ödәnişlәri qaydaları müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.müәyyәn etdiyi formada bәyannamәni vergi orqanına vermәyә borcludurlar.

151.6. Cari vergi ödәmәlәri hesabat ili başa çatdıqdan sonra yenidәn haqq-hesab edilir vә bu zaman hesablanmış cari vergi mәblәği hesabat üzrә vergi mәblәğindәn çox olduğu halda artıq hesablanmış cari vergi vә ona uyğun faiz mәblәğlәri azaldılır.

Maddә 152. İlin yekunlarına görә verginin ödәnilmәsi

152.1. Vergi ödәyicilәri vergi ili üçün bәyannamәnin verilmәsinin müәyyәn edilmiş vaxtınadәk son hesablamanı aparmalı vә vergini ödәmәlidirlәr.

152.2. Bәlәdiyyәlәrin mülkiyyәtindә olan müәssisәlәr mәnfәәt vergisini yerli büdcәyә, digәr müәssisәlәr isә dövlәt büdcәsinә ödәyir. Fiziki şәxslәr gәlir vergisini dövlәt büdcәsinә ödәyirlәr.

152.3. Әlavә dәyәr vergisi (bundan sonra ӘDV) vergi tutulan dövriyyәdәn hesablanan verginin mәblәği ilә bu Mәcәllәnin müddәalarına uyğun olaraq verilәn hesab-fakturalara vә ya idxalda ӘDV-nin ödәnildiyi göstәrәn sәnәdlәrә müvafiq surәtdә әvәzlәşdirilmәli olan verginin mәblәği arasındakı fәrqdir.

Fәsil X. Fiziki şәxslәrin gәlir vergisinә vә hüquqi şәxslәrin mәnfәәt vergisinә aid olan maddәlәr

Maddә 107. Tәtbiq sahәsi

Bu fәsil gәlir vergisinin vә mәnfәәt vergisinin mәqsәdlәri üçün tәtbiq edilir.

Page 87: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Maddә 108. Gәlirin әldә edilmәsi ilә bağlı xәrclәr

Bu fәsilә uyğun olaraq gәlirdәn çıxılmayan xәrclәrdәn başqa gәlirin әldә edilmәsi ilә bağlı olan bütün xәrclәr gәlirdәn çıxılır.

Maddә 109. Gәlirdәn çıxılmayan xәrclәr

109.1. Әsas vәsaitlәrin alınmasına vә qurulmasına çәkilәn xәrclәrin vә bu Mәcәllәnin 143-cü maddәsinә uyğun olaraq kapital xarakterli digәr xәrclәrin gәlirdәn çıxılmasına yol verilmir.

109.2. Qeyri-kommersiya fәaliyyәti ilә bağlı olan xәrclәrin gәlirdәn çıxılmasına yol verilmir.

109.3. Әylәncә vә yemәk xәrclәrinin, habelә işçilәrin mәnzil vә digәr sosial xarakterli xәrclәrinin gәlirdәn çıxılmasına yol verilmir.

109.4. Sahibkarlıq fәaliyyәti әylәncә vә ya sosial xarakteri daşıyan vergi ödәyicisinin xәrclәri bu cür fәaliyyәt çәrçivәsindә çәkilirsә, müvafiq olaraq әylәncә vә sosial xәrclәr gәlirdәn çıxılır.

109.5. Fiziki şәxsin fәrdi istehlakla vә ya әmәk haqqının alınması ilә bağlı olan xәrclәri gәlirdәn çıxılmır.

109.6. Ehtiyat fondlarına ayırma mәblәğlәri yalnız bu Mәcәllәnin 111-ci vә 112-ci maddәlәrinә müvafiq surәtdә gәlirdәn çıxılır.

109.7. Faktiki ezamiyyә xәrclәrinin müvafiq icra hakimiyyәti orqanının müәyyәnlәşdirdiyi normadan artıq olan hissәsi gәlirdәn çıxılmır.

Maddә 110. Gәlirdәn faizlәr üzrә çıxılan mәblәğlәrin mәhdudlaşdırılması

110.1. Bu Mәcәllәnin 110.2-ci maddәsinin yerinә yetirilmәsi şәrti ilә borca görә ödәnilmiş faizlәrin faktiki mәblәği (hesablamalar metodundan istifadә edildikdә - ödәnilmәli faizlәrin mәblәği), lakin borcun verilmәsi zamanı banklararası kredit hәrracında olan faiz dәrәcәsinin 150 faizi sәviyyәsindәn artıq olmamaqla, gәlirdәn çıxılır.

110.2. Qarşılıqlı surәtdә asılı olan şәxslәrin bir-birindәn alınmış borclar üzrә bu Mәcәllәnin 110.1-ci maddәsinә uyğun olaraq gәlirdәn çıxıla bilәn ödәnilmiş vә ya ödәnilmәli faizlәrin maksimum mәblәği aşağıdakı düsturla müәyyәnlәşdirilәn mәblәğlә mәhdudlaşdırılır:

M = Gf+50%(Gü-Gf-ç),

burada:

Page 88: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

M - mәhdudlaşdırılan mәblәğ;

Gf - vergi ödәyicisinin hәr hansı faiz gәliri;

Gü - vergi ödәyicisinin ümumi gәliri;

ç - ümumi gәlirdәn çıxılan mәblәğ (faizlәr üzrә gәlirdәn çıxılan mәblәğdәn başqa).

Maddә 111. Ümidsiz vә şübhәli borcların gәlirdәn çıxılması

111.1. әgәr malların tәqdim edilmәsi, işlәrin görülmәsi vә xidmәtlәrin göstәrilmәsi ilә әlaqәdar gәlir әvvәllәr sahibkarlıq fәaliyyәtindәn әldә edilәn ümumi gәlirә daxil edilmişdirsә, vergi ödәyicisi onlarla bağlı olan ümidsiz borc mәblәğini gәlirdәn çıxmaq hüququna malikdir.

111.2. Ümidsiz borc mәblәğinin gәlirdәn çıxılmasına vergi ödәyicisinin mühasibat kitablarında ümidsiz borc mәblәğinin dәyәri olmayan borc kimi silindiyi vaxt yol verilir.

111.3. Banklar vә bank fәaliyyәtinin ayrı-ayrı növlәrini hәyata keçirәn kredit tәşkilatları qanunvericiliyә müvafiq qaydaya aktivlәrin tәsnifatından asılı olaraq xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilәn mәblәğlәri müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş qaydada gәlirdәn çıxmaq hüququna malikdirlәr.

Maddә 112. Ehtiyat sığorta fondlarına ayırmaların gәlirdәn çıxılması

Sığorta fәaliyyәti ilә mәşğul olan hüquqi şәxs Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş normalara uyğun olaraq ehtiyat sığorta fondlarına ayırma mәblәğlәrini gәlirdәn çıxmaq hüququna malikdir.

Maddә 113. Elmi tәdqiqat, layihә-axtarış vә tәcrübә konstruktor işlәrinә çәkilәn xәrclәrin gәlirdәn çıxılması

Gәlir götürmәk mәqsәdi ilә aparılan elmi tәdqiqat, layihә-axtarış vә tәcrübә-konstruktor işlәrinә çәkilәn xәrclәr (әsas vәsaitlәrin alınması vә qurulması ilә bağlı xәrclәr, habelә kapital xarakterli digәr xәrclәr istisna olmaqla) gәlirdәn çıxılır.

Maddә 114. Amortizasiya ayırmaları vә gәlirdәn әsas vәsaitlәr üzrә çıxılan mәblәğlәr

114.1. Bu Mәcәllәnin 99-cu maddәsindә müәyyәn edilmiş sahibkarlıq vә qeyri-sahibkarlıq fәaliyyәtindә istifadә edilәn әsas vәsaitlәr üzrә amortizasiya ayırmaları bu maddәnin müddәalarına uyğun olaraq gәlirdәn çıxılır.

Page 89: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

114.2. Torpaq, incәsәnәt әsәrlәri vә müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilәn köhnәlmәyә mәruz qalmayan digәr aktivlәr amortizasiya olunmur.

114.3. Әsas vәsaitlәrin kateqoriyaları üzrә illik amortizasiya normaları aşağıdakı kimi müәyyәn edilir:

114.3.1. binalar, tikintilәr vә qurğular — 7%-dәk;

114.3.2. maşınlar, avadanlıq vә hesablama texnikası — 25%-dәk;

114.3.3. nәqliyyat vasitәlәri — 25%-dәk;

114.3.4. iş heyvanları — 20%-dәk;

114.3.5. geoloji-kәşfiyyat işlәrinә vә tәbii ehtiyatların hasilatına hazırlıq işlәrinә çәkilәn xәrclәr — 25%-dәk;

114.3.6. qeyri maddi aktivlәr – istifadә müddәti mәlum olmayanlar üçün 10 faizәdәk, istifadә müddәti mәlum olanlar üçün isә illәr üzrә istifadә müddәtinә mütәnasib mәblәğlәrlә;

114.3.7. digәr әsas vәsaitlәr — 20%-dәk;

114.3.8. cari ildә faktiki dәyәri ödәnilmiş istehsal tәyinatlı kapital qoyuluşları üçün (tәbii inhisar subyektlәrinin, habelә qiymәtlәri dövlәt tәrәfindәn tәnzimlәnәn mal istehsalı, iş görülmәsi, xidmәt göstәrilmәsi ilә mәşğul olan tәsәrrüfat subyektlәrinin kapital qoyuluşları istisna olmaqla) bu Mәcәllәnin 114.3.1-ci, 114.3.2-ci, 114.3.3-cü vә 114.3.7-ci maddәlәrindә nәzәrdә tutulmuş amortizasiya normalarını 2 dәfәyәdәk artırmaqla.

İstehsal tәyinatlı kapital qoyuluşları dedikdә, bilavasitә mal istehsalı prosesindә iştirak edәn binaların-sexlәrin yeni tikinti formasında әsaslı tikintisi, yenidәn qurulması, fәaliyyәtdә olan müәssisәlәrin genişlәndirilmәsi vә texniki cәhәtdәn yenidәn tәchizi, habelә qurğuların, avadanlıqların, istehsaldaxili nәqliyyat vasitәlәrinin vә әsas vәsaitlәrin, digәr obyektlәrinin (vә ya hissәlәrinin) satın alınması başa düşülür.

Bu Mәcәllәnin 114.3.8-ci maddәsindә göstәrilәn qaydalar aşağıdakı hallarda tәtbiq olunmur:

-qanunvericiliyә әsasәn bilavasitә istehsal fәaliyyәti ilә mәşğul olunması qadağan edilmiş müәssisә vә tәşkilatlara; -sponsorların maliyyә yardımı vә digәr әvәzsiz verilmiş yardım hesabına kapital qoyuluşlarına.

114.4. әsas vәsaitlәrin kateqoriyaları üzrә amortizasiya ayırmaları bu Mәcәllәnin 114.3-cü maddәsi ilә hәr kateqoriyaya aid olan әsas vәsaitlәr üçün müәyyәnlәşdirilmiş amortizasiya normasını hәmin kateqoriyaya aid әsas vәsaitlәrin vergi ilinin sonuna qalıq dәyәrinә tәtbiq etmәklә hesablanır.

Page 90: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Hәr hansı kateqoriyaya aid olan әsas vәsaitlәr üzrә vergi ili üçün müәyyәn olunmuş amortizasiya normalarından aşağı norma tәtbiq olunduqda, bunun nәticәsindә yaranan fәrq növbәti vergi illәrindә amortizasiyanın gәlirdәn çıxılan mәblәğinә әlavә oluna bilәr.

114.5. Binalar, tikililәr vә qurğular (bundan sonra tikililәr) üçün amortizasiya ayırmaları hәr tikili üzrә ayrılıqda aparılır.

114.6. Amortizasiya hesablanması mәqsәdlәri üçün әsas vәsaitlәr (vәsait) üzrә vergi ilinin sonuna qalıq dәyәri aşağıdakı qaydada müәyyәnlәşdirilәn (lakin sıfırdan aşağı olmayan) mәblәğdәn ibarәt olur:әsas vәsaitlәrin (vәsaitin) әvvәlki ilin sonuna qalıq dәyәrinә (hәmin il üçün hesablanmış amortizasiya mәblәği çıxıldıqdan sonra qalan dәyәr) bu Mәcәllәnin 143-cü maddәsinә uyğun olaraq cari ildә daxil olmuş әsas vәsaitlәrin  (vәsaitin) dәyәri, habelә әvvәlki ildә bu Mәcәllәnin 115-ci maddәsinә әsasәn müәyyәn edilәn tәmir xәrclәrinin mәhdudlaşdırmadan artıq olan hissәsi әlavә edilir, vergi ilindә tәqdim edilmiş, lәğv edilmiş vә ya qalıq dәyәri aylıq gәlirin vergi tutulmayan mәblәğinin 5 mislindәn vә ya ilkin dәyәrin 5 faizindәn az olduqda әsas vәsaitlәrin qalıq dәyәri çıxılır.

114.7. Əsas vәsaitlәrin (vәsaitin) tәqdim edilmәsindәn әldә olunan mәblәğ hәmin әsas vәsaitlәrin (vәsaitin) qalıq dәyәrindәn artıqdırsa yaranmış fәrq gәlirә daxil edilir.

114.8. İlin sonuna әsas vәsaitin qalıq dәyәri aylıq gәlirin vergi tutulmayan mәblәğinin 5 mislindәn vә ya ilkin dәyәrinin 5 faizindәn az olduqda, qalıq dәyәrinin mәblәği gәlirdәn çıxılır.

114.9. Əsas vәsaitlәrin (vәsaitin) tәqdim edilmәsindәn әldә olunan mәblәğ, hәmin әsas vәsaitlәrin (vәsaitin) qalıq dәyәrindәn azdırsa, yaranmış fәrq gәlirdәn çıxılır.

Maddә 115. Tәmirlә bağlı xәrclәrin gәlirdәn çıxılması

115.1. Hәr il üçün gәlirdәn çıxılmalı olan tәmir xәrclәrinin mәblәği әsas vәsaitlәrin hәr bir kateqoriyasının әvvәlki ilin sonuna balans üzrә qalıq dәyәrinin müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilәn hәddi ilә mәhdudlaşdırılır. Ö‡әmir xәrclәrinin faktiki mәblәği bu hәdd ilә müәyyәnlәşdirilәn mәblәğdәn az olduqda, gәlirdәn tәmir xәrclәrinin faktiki mәblәği çıxılır.Bu halda növbәti vergi illәrindә tәmir xәrclәrinin gәlirdәn çıxılan mәblәğ hәddi tәmir xәrclәrinin faktiki mәblәği ilә müәyyәnlәşdirilmiş hәdd üzrә hesablanmış mәblәği arasındakı fәrq qәdәr artırılır.

115.2. Bu Mәcәllәnin 115.1-ci maddәsindә müәyyәn edilәn mәhdudlaşdırmadan artıq olan mәblәq növbәti vergi ilinin sonuna әsas vәsaitlәrin (vәsaitin) qalıq dәyәrinin artmasına aid edilir.

115.3. İcarәyә götürülmüş әsas vәsaitlәr üzrә tәmir xәrclәrinin gәlirdәn çıxılması qaydası müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.

Page 91: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Maddә 116. Sığorta haqlarının gәlirdәn çıxılması

Öz işçilәrinin xeyrinә әmlakın zәrәrdәn sığortalanması, habelә xarici sığorta tәşkilatları ilә bağlanmış hәyat sığortası müqavilәlәri üzrә sığorta haqları istisna olmaqla, sığortalının ödәdiyi sığorta haqları gәlirdәn çıxılır.

Maddә 117. Geoloji-kәşfiyyat işlәrinә vә tәbii ehtiyatların hasilatına hazırlıq işlәrinә çәkilәn xәrclәrin gәlirdәn çıxılması

117.1. Geoloji-kәşfiyyat işlәrinә vә tәbii ehtiyatların hasilatına hazırlıq işlәrinә çәkilәn xәrclәr bu Mәcәllәnin 114-cü maddәsi ilә müәyyәn edilmiş amortizasiya dәrәcәsi ilә hesablanan amortizasiya ayırmaları şәklindә ümumi gәlirdәn çıxılır.

117.2. Bu maddә vergi ödәyicisinin geoloji-kәşfiyyat işlәrini aparmaq vә tәbii ehtiyatları emal, yaxud istismar etmәk hüquqlarını әldә etmәk üçün qeyri-maddi aktivlәrә çәkdiyi xәrclәrә dә tәtbiq olunur.

Maddә 118. Qeyri-maddi aktivlәrә çәkilәn xәrclәrin gәlirdәn çıxılması

118.1. Hüquqi vә fiziki şәxslәrin bir ildәn artıq müddәtә tәsәrrüfat fәaliyyәtindә istifadә etdiklәri qeyri-maddi obyektlәrә çәkilәn xәrclәr qeyri-maddi aktivlәrә aiddir.

118.2. Qeyri-maddi aktivlәrә çәkilәn xәrclәr bu Mәcәllәnin 114-cü maddәsi ilә müәyyәn edilәn amortizasiya dәrәcәsi ilә hesablanan amortizasiya ayırmaları şәklindә gәlirdәn çıxılır.

118.3. Qeyri-maddi aktivlәrin alınmasına vә ya istehsalına çәkilәn xәrclәr vergi ödәyicisinin vergiyә cәlb olunan gәlirinin hesablanması zamanı gәlirdәn çıxılmışdırsa, hәmin xәrclәr amortizasiya olunmalı qeyri-maddi aktivlәrin dәyәrinә aid edilmir.

Maddә 119. Gәlirdәn çıxılan mәblәğlәrin mәhdudlaşdırılması

119.0. Aşağıdakı vergilәrin vә maliyyә sanksiyalarının gәlirdәn çıxılmasına yol verilmir:

119.0.1. Azәrbaycan Respublikasının vә ya digәr dövlәtlәrin әrazilәrindә ödәnilmiş mәnfәәt vergisi vә ya gәlirdәn hesablanan hәr hansı digәr vergi;

119.0.2. Ödәnilmiş maliyyә sanksiyaları.

Maddә 120. әmlakın tәqdim edilmәsindәn yaranan zәrәr

Page 92: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Fiziki şәxsin әmlakın tәqdim edilmәsindәn (tәsәrrüfat fәaliyyәti üçün istifadә edilәn әmlakdan vә ya tәqdim edilmәsindәn әldә olunan gәlirin vergidәn azad edildiyi әmlakdan başqa) yaranan zәrәri belә әmlakın tәqdim edilmәsindәn әldә olunan gәliri hesabına kompensasiya edilir. Yaranmış zәrәr hәmin ildә kompensasiya edilә bilmirsә, o, gәlәcәk beş ilәdәk davam edәn sonrakı dövrә keçirilir vә belә әmlakın tәqdim edilmәsindәn götürülәn gәlir hesabına kompensasiya edilir.

Maddә 121. Zәrәrin keçirilmәsi

121.1. Müәssisәnin - gәlirlәrdәn çıxılmasına yol verilәn xәrclәrinin gәlirlәrdәn artıq olan hissәsi beş ilәdәk davam edәn sonrakı dövrә keçirilir vә illәr üzrә mәhdudiyyәt qoyulmadan gәlәcәk dövrlәrin mәnfәәti hesabına kompensasiya edilir.

121.2. Fiziki şәxsin - sahibkarlıq fәaliyyәtindәn әldә edilәn ümumi gәlirindәn çıxılmasına yol verilәn xәrclәrinin belә ümumi gәlirdәn artıq olan hissәsi digәr gәlirlәrdәn çıxıla bilmәz, lakin gәlәcәk dövrlәrdә sahibkarlıq fәaliyyәtindәn ümumi gәlir hesabına kompensasiya edilmәsi üçün beş ilәdәk davam edәn sonrakı dövrә keçirilә bilәr.

Maddә 122. Ödәmә mәnbәyindә dividenddәn vergi tutulması

122.1. Rezident müәssisә tәrәfindәn ödәnilәn dividenddәn ödәmә mәnbәyindә 10 faiz dәrәcә ilә vergi tutulur.

122.2. Dividendin faktiki sahibi olan fiziki vә hüquqi şәxslәrdәn bu Mәcәllәnin 122.1-ci maddәsinә uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki vә hüquqi şәxslәrin hәmin gәlirindәn bir daha vergi tutulmur.Hәmin gәlir yenidәn dividend şәklindә verilәn zaman vergiyә cәlb olunmur.

Maddә 123. Ödәmә mәnbәyindә faizlәrdәn vergi tutulması

123.1. Rezident banklarına vә ya qeyri-rezident bankların Azәrbaycan Respublikasındakı daimi nümayәndәliyinә kreditlәr (ssudalar), depozitlәr (hesablar) üzrә ödәnilәn faizlәr istisna olmaqla, rezident tәrәfindәn vә ya qeyri-rezidentin daimi nümayәndәliyi tәrәfindәn, yaxud bu cür nümayәndәliyin adından ödәnilәn faizlәrdәn, gәlir bu Mәcәllәnin 13.2.16-cı maddәsinә uyğun olaraq Azәrbaycan mәnbәyindәn әldә edilmişdirsә, ödәniş mәnbәyindә 10 faiz dәrәcә ilә vergi tutulur.

123.2. Faizlәrin faktiki sahibi fiziki şәxsdirsә, bu Mәcәllәnin 123.1-ci vә 123.4-cü maddәlәrinә uyğun olaraq vergi tutulmuş faizlәr hәmin fiziki şәxslәrә ödәnildikdәn sonra onlardan bir daha vergi tutulmur.

123.3. Faizlәrin faktiki sahibi mәnfәәti vergiyә cәlb olunan rezident müәssisәdirsә

Page 93: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

vә ya qeyri-rezidentin daimi nümayәndәliyidirsә, bu Mәcәllәnin 123.1 -ci maddәsinә uyğun olaraq vergi tutulmuş faizlәri alan hәmin müәssisә vә ya qeyri-rezidentin daimi nümayәndәliyi hesabladığı verginin mәblәğini, ödәmә mәnbәyindә verginin tutulduğunu tәsdiq edәn sәnәdlәri vermәk şәrti ilә bu mәnbәdә ödәnilmiş verginin mәblәği qәdәr azaldır.

123.4. Hәyatın yığım sığortası üzrә sığorta olunanın ödәdiyi vә ya onun xeyrinә ödәnilәn sığorta haqları ilә sığorta ödәnişlәri arasındakı fәrq kimi alınan gәlirdәn ödәniş mәnbәyindәn 10 faiz dәrәcәsi ilә vergi tutulur.

Maddә 124. Ödәmә mәnbәyindә icarә haqlarından vә royaltidәn vergi tutulması

124.1. Daşınan vә daşınmaz әmlak üçün icarә haqqından, hәmçinin rezidentin vә ya qeyri-rezidentin Azәrbaycan Respublikasındakı daimi nümayәndәliyinin ödәdiyi vә ya onun adından ödәnilәn royaltidәn gәlir bu Mәcәllәnin 13.2.16-cı maddәsinә uyğun olaraq Azәrbaycan mәnbәyindәn әldә edilmişdirsә, ödәmә mәnbәyindә 10 faiz dәrәcә ilә vergi tutulur.

124.2. Fiziki şәxs - rezident bu Mәcәllәnin 124.1-ci maddәsinә uyğun olaraq vergi tutulan icarә haqqı vә ya royalti aldıqda, tutulmuş vergi çıxılmadan icarә haqqının vә ya royaltinin tam mәblәğini öz gәlirlәrinә daxil edir vә hesabladığı verginin mәblәğini ödәmә mәnbәyindә verginin tutulduğunu tәsdiq edәn sәnәdlәri vermәk şәrti ilә bu mәnbәdә ödәnilmiş verginin mәblәği qәdәr azaldır.

124.3. Rezident müәssisәlәrә vә ya qeyri-rezidentlәrin daimi nümayәndәliklәrinә Azәrbaycan Respublikasında ödәnilmiş mәblәğlәr bu maddә üzrә vergitutma obyekti deyildir.

Maddә 125. Qeyri-rezidentin gәlirindәn ödәmә mәnbәyindә vergi tutulması

125.1. Qeyri-rezidentin, bu Mәcәllәnin 13.2.16-cı maddәsi ilә Azәrbaycan mәnbәyindәn әldә olunan gәliri kimi müәyyәn edilәn vә qeyri-rezidentin Azәrbaycan Respublikasının әrazisindәki daimi nümayәndәliyinә aid olmayan ümumi gәlirindәn ödәmә mәnbәyindә xәrclәr çıxılmadan aşağıdakı dәrәcәlәrlә vergi tutulur:

125.1.1. dividend - bu Mәcәllәnin 122-ci maddәsinә uyğun olaraq;

125.1.2. faizlәr - bu Mәcәllәnin 123-cü maddәsinә uyğun olaraq;

125.1.3. rezident müәssisәsinin vә ya sahibkarın lizinq, o cümlәdәn maliyyә lizinqi әmәliyyatları üzrә ödәmәlәri, habelә riskin sığortasına vә ya tәkrar sığortasına dair müqavilәyә uyğun olaraq sığorta ödәmәlәri - 4 faiz;

125.1.4. Azәrbaycan Respublikası ilә digәr dövlәtlәr arasında beynәlxalq rabitә vә ya beynәlxalq daşımalar hәyata keçirilәrkәn rabitә vә ya nәqliyyat xidmәtlәri üçün

Page 94: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

rezident müәssisәsinin vә ya sahibkarın ödәmәlәri - 6 faiz;

125.1.5. rezident müәssisәsinin vә ya sahibkarın aşağıdakı ödәmәlәrindәn:muzdlu işlә әlaqәdar alınan gәlirlәr istisna olmaqla işlәrin görülmәsindәn vә ya xidmәtlәrin göstәrilmәsindәn әldә edilәn gәlirlәr, o cümlәdәn bu Mәcәllәnin 13.2.16.2-ci, 13.2.16.10-cu, 13.2.16.11-ci, 13.2.16.12-ci vә 13.2.16.14-cü maddәlәrindә göstәrilәn xidmәtlәrdәn alınan gәlir vә Azәrbaycan mәnbәyindәn әldә edilәn digәr gәlirlәr - 10 faiz;

125.1.6. rezident müәssisәsinin vә ya sahibkarın muzdlu işlә әlaqәdar ödәdiyi gәlir - bu Mәcәllәnin 101-ci maddәsindә göstәrilәn dәrәcәlәrlә;

125.1.7. icarә haqları vә royalti - bu Mәcәllәnin 124-cü maddәsinә uyğun olaraq.

125.2. Bu maddәnin mәqsәdlәri üçün qeyri-rezidentin Azәrbaycan Respublikasındakı daimi nümayәndәliyi tәrәfindәn vә ya onun adından aparılan ödәmәlәr rezident müәssisәnin ödәmәlәrinә bәrabәr tutulur.

125.3. Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynәlxalq müqavilәlәrdә vergilәrin aşağı dәrәcәsi vә ya vergilәrdәn tam azad olunma nәzәrdә tutulduğu halda, ödәmә mәnbәyindә artıq tutulmuş vergi mәblәği bu Mәcәllәnin 87.4-cü maddәsindә müәyyәn edilmiş qaydada geri qaytarılır.

Maddә 126. Qeyri-rezidentin daimi nümayәndәliyinin xalis mәnfәәtindәn vergi tutulması

Qeyri-rezidentin daimi nümayәndәliyindәn mәnfәәt vergisindәn әlavә olaraq bu daimi nümayәndәliyin xalis mәnfәәtindәn hәmin qeyri-rezidentin xeyrinә köçürdüyü (verdiyi) hәr hansı mәblәğdәn 10 faiz dәrәcә ilә vergi tutulur.

Maddә 127. Xarici ölkәdә ödәnilәn verginin nәzәrә alınması

127.1. Rezidentin Azәrbaycan Respublikasının hüdudlarından kәnarda Azәrbaycan mәnbәyindәn olmayan gәlirindәn ödәnilmiş gәlir vergisinin vә ya mәnfәәt vergisinin mәblәğlәri Azәrbaycanda vergi ödәnilәrkәn nәzәrә alınır.

127.2. Bu Mәcәllәnin 127.1-ci maddәsinә uyğun olaraq nәzәrә alınan mәblәğ Azәrbaycan Respublikasında hәmin gәlirdәn vә ya mәnfәәtdәn müәyyәn edilmiş dәrәcәlәrlә tutulan verginin mәblәğindәn çox olmamalıdır.

Maddә 128. Güzәştli vergi tutulan ölkәlәrdә әldә edilәn gәlir

128.1. Rezident güzәştli vergi tutulan ölkәdә gәlir әldә edәn qeyri-rezidentin nizamnamә fondunun 20 faizindәn çoxuna bilavasitә vә ya dolayısı ilә sahibdirsә, yaxud öz növbәsindә onun sәsvermә hüququ verәn sәhmlәrinin 20 faizindәn

Page 95: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

çoxunun sahibidirsә, rezidentin hәmin gәliri onun vergi tutulan gәlirinә daxil edilir.

128.2. Güzәştli vergi tutulan xarici ölkә dedikdә, vergi dәrәcәsi bu Mәcәllәdә müәyyәn edilmiş dәrәcәdәn 2 dәfә vә ya daha çox aşağı olan vә ya maliyyә mәlumatını yaxud әmlakın faktiki sahibi vә ya gәlir (mәnfәәt) götürәn barәdә sirri qorumaq imkanı verilmiş şirkәtlәr haqqında mәlumatın mәxfiliyinә dair qanunun mövcud olduğu ölkә başa düşülür.

Maddә 129. Vergi ili

Vergi ili tәqvim ili sayılır.

Maddә 130. Gәlirin vә xәrcin uçotu qaydası

130.1. Vergi ödәyicisi vergi tutulan gәlirin (mәnfәәtin) dәqiq әks etdirilmәsi üçün sәnәdlәşdirilmiş mәlumat әsasında gәlirlәrinin vә xәrclәrinin vaxtlı-vaxtında dәqiq uçotunu aparmağa, bu fәsilә uyğun şәkildә tәtbiq edilәn uçot metodundan asılı olaraq gәlirlәrini vә xәrclәrini onların әldә edildiyi vә ya çәkildiyi müvafiq hesabat dövrlәrinә aid etmәyә borcludur. Vergi ödәyicisinin istifadә etdiyi uçot metodunda xәrclәrin vә daxilolmaların müddәtlәri vә uçotu qaydasına dair bütün tәlәblәr nәzәrә alınmalıdır.

Gәlirlәrin vә xәrclәrin uçotunu hüquqi vә fiziki şәxslәr Azәrbaycan Respublikasının müvafiq qanunvericiliyinә uyğun olaraq aparırlar. Vergitutma mәqsәdlәri üçün gәlirlәr vә xәrclәr bu Mәcәllәyә әsasәn müәyyәn edilir.

130.2. Vergi ödәyicisi öz fәaliyyәti ilә bağlı olan bütün әmәliyyatların başlanğıcını, gedişini vә qurtarmasını müәyyәnlәşdirmәyә imkan verәn uçotun aparılmasını tәmin etmәyә borcludur.

130.3. Bu maddәdә başqa hallar nәzәrdә tutulmamışdırsa, vergi tutulan gәlir bu Mәcәllәnin tәlәblәrinә әmәl etmәk üçün zәruri düzәlişlәri aparmaq şәrti ilә vergi ödәyicisinin öz mühasibat uçotunda istifadә etdiyi metodla hesablanmalıdır.

130.4. Vergi ödәyicisi vergi ili әrzindә eyni metodu tәtbiq etmәk şәrti ilә vergilәrin uçotunu kassa metodu vә ya hesablamalar metodu ilә apara bilәr.

130.5. Vergi ödәyicisinin istifadә etdiyi uçot metodu dәyişdirilәrkәn verginin mәblәğinә tәsir göstәrәn mühasibat әmәliyyatlarına düzәlişlәr uçot metodunun dәyişdirildiyi ildә aparılmalıdır ki, bu әmәliyyatlardan heç biri nәzәrdәn qaçırılmasın vә ya iki dәfә hesaba alınmasın.

Maddә 131. Kassa metodu ilә gәlirin vә xәrcin uçotu prinsiplәri

Kassa metodu ilә uçot aparan vergi ödәyicisi gәliri әldә edәndә vә ya gәlir onun sәrәncamına verilәndә, bu gәliri nәzәrә almalı vә gәlirdәn öz

Page 96: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

xәrclәrini yalnız bu xәrclәri çәkdiyi zaman çıxmalıdır.

Maddә 132. Kassa metodundan istifadә olunarkәn gәlirin әldә edilmәsi vaxtı

132.1. Vergi ödәyicisinin nağd pul vәsaitini aldığı, nağdsız ödәmәdә isә pul vәsaitinin bankda onun hesabına vә ya sәrәncamçısı ola bilәcәyi hesaba yaxud göstәrilәn vәsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gәlirin әldә edildiyi vaxt sayılır.

132.2. Vergi ödәyicisinin maliyyә öhdәliyinin lәğv edildiyi vә ya ödәnildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda vә sair bu kimi hallarda) öhdәliyin lәğv edildiyi vә ya ödәnildiyi vaxt gәlirin әldә edildiyi vaxt sayılır.

Maddә 133. Kassa metodundan istifadә olunarkәn xәrcin çәkilmәsi vaxtı

133.1. Vergi uçotunun mәqsәdlәri üçün vergi ödәyicisi kassa metodundan istifadә etdikdә, xәrcin çәkilmәsi vaxtı, әgәr bu maddәdә başqa hallar nәzәrdә tutulmamışdırsa, xәrcin faktiki çәkildiyi vaxt sayılır.

133.2. Vergi ödәyicisi pul vәsaitini ödәyirsә, nağd pul vәsaitinin ödәnildiyi, nağdsız ödәmәdә isә vergi ödәyicisinin pul vәsaitinin köçürülmәsi haqqındakı tapşırığının bank tәrәfindәn alındığı vaxt xәrcin çәkildiyi vaxt sayılır.

133.3. Vergi ödәyicisi qarşısında maliyyә öhdәliklәri lәğv edildiyi vә ya ödәnildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda vә sairә bu kimi hallarda), öhdәliyin lәğv edildiyi vә ya ödәnildiyi vaxt xәrcin çәkilmәsi vaxtı sayılır.

133.4. Borc öhdәliklәri üzrә faizlәr ödәnilәrkәn vә ya әmlakın icarәyә götürülmәsi müqabilindә ödәmә hәyata keçirilәrkәn, әgәr borc öhdәliyinin vә ya icarә müqavilәsinin müddәti bir neçә hesabat dövrünü әhatә edirsә, hesabat ilindә gәlirdәn çıxılmalı olan vә faktiki ödәnilәn faizlәrin (icarә haqqının) mәblәği hәmin il üçün hesablanan faizlәrin (icarә haqqının) mәblәği demәkdir.

Maddә 134. Hesablama metodundan istifadә edilәrkәn gәlirin vә xәrcin uçotu qaydası

Hesablama metodu ilә uçot aparan vergi ödәyicisi gәlir әldә edilmәsinin vә xәrc çәkilmәsinin faktiki vaxtından asılı olmayaraq gәlirini vә xәrcini müvafiq surәtdә gәlir almaq hüququnun әldә edildiyi vә ya xәrcin çәkilmәsi barәdә öhdәliyin yarandığı vaxt nәzәrә almalıdır.

Maddә 135. Hesablama metodundan istifadә olunarkәn gәlirin әldә

Page 97: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

edilmәsi vaxtı

135.1. Müvafiq mәblәğ vergi ödәyicisinә qeyd-şәrtsiz ödәnilmәlidirsә, yaxud vergi ödәyicisi әqd vә ya müqavilә üzrә bütün öhdәliklәrini yerinә yetirmişdirsә, bu vaxt gәliri almaq hüququ әldә edilmiş sayılır.

135.2. Vergi ödәyicisi müqavilә üzrә iş görürsә vә ya xidmәt göstәrirsә, gәlir onu almaq hüququ müqavilәdә nәzәrdә tutulan işlәrin görülmәsinin vә ya xidmәtlәrin göstәrilmәsinin tam başa çatdığı vaxtda әldә edilmiş sayılır.

135.3. Vergi ödәyicisi gәlir әldә edirsә vә ya onun faiz gәliri, yaxud әmlakın icarәyә verilmәsindәn gәlir әldә etmәk hüququ vardırsa, borc öhdәliklәrinin vә ya icarә müqavilәsi üzrә ödәmәnin müddәtinin qurtardığı vaxt gәlir almaq hüququnun әldә edildiyi vaxt sayılır. Borc öhdәliyinin vә ya icarә müqavilәsi üzrә ödәmәnin müddәti bir neçә hesabat dövrünü әhatә edirsә, gәlir onun hesablanma qaydasına müvafiq surәtdә hәmin hesabat dövrlәri üzrә bölüşdürülür.

Maddә 136. Hesablama metodundan istifadә edilәrkәn xәrcin çәkilmәsi vaxtı

136.1. Vergi ödәyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadә etdikdә, әqdlә bağlı olan xәrcin çәkilmәsi vaxtı, bu maddәdә başqa hallar nәzәrdә tutulmamışdırsa, aşağıda sadalanan şәrtlәrin hamısına әmәl edildiyi vaxt sayılır:

136.1.1. vergi ödәyicisi birmәnalı olaraq maliyyә öhdәliklәrini qәbul edir;

136.1.2. maliyyә öhdәliklәrinin mәblәği dәqiq qiymәtlәndirilir;

136.1.3. әqddә vә ya müqavilәdә iştirak edәn bütün tәrәflәr әqd vә ya müqavilә üzrә özlәrinin bütün öhdәliklәrini yerinә yetirmişlәr, yaxud müvafiq mәblәğlәr qeyd-şәrtsiz ödәnilmәlidir.

136.2. Bu maddәdә göstәrilәn maliyyә öhdәliyi әqdә vә ya müqavilәyә müvafiq surәtdә qәbul edilәn elә öhdәlikdir ki, onun yerinә yetirilmәsindәn ötrü әqdin vә ya müqavilәnin digәr iştirakçısı pul şәklindә vә ya digәr şәkildә müvafiq vәsait vermәli olsun .

136.3. Borc öhdәliyi üzrә faizlәr vә ya әmlakın icarә haqqı ödәnilәrkәn borc öhdәliyi vә ya icarә müqavilәsi üzrә ödәnişin müddәti bir neçә hesabat dövrünü әhatә edirsә, xәrc hәmin hesabat dövrlәri üzrә onun hesablanma qaydasına müvafiq surәtdә bölüşdürülür.

Maddә 137. Birgә fәaliyyәtdәn gәlirin bölüşdürülmәsi

Hüquqi şәxs yaratmadan birgә sahibkarlıq fәaliyyәti ilә mәşğul olan şәxslәr, hәmin fәaliyyәtdәn әldә etdiklәri birgә gәliri (bu fәaliyyәtlә bağlı birgә xәrci çıxmaqla) hesabladıqdan sonra, birgә sahibkarlıq fәaliyyәtlәrinә dair razılığa uyğun olaraq, vergiyә cәlb edilәn gәliri bu fәaliyyәtin iştirakçıları

Page 98: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

arasında bölürlәr.

Maddә 138. Uzunmüddәtli müqavilәlәr üzrә gәlir vә gәlirdәn çıxılan mәblәğlәr

138.1. "Uzunmüddәtli müqavilә" - müqavilәdә nәzәrdә tutulan istehsal, quraşdırma vә ya tikinti, yaxud bunlarla bağlı xidmәtlәrin vә işlәrin vergi ili әrzindә başa çatdırılmadığı müqavilә demәkdir. Müqavilәdә göstәrilәn işlәrin başlandığı gündәn 6 ay әrzindә başa çatdırılmasını nәzәrdә tutan müqavilәlәr uzunmüddәtli müqavilәlәrә aid edilmir.

138.2. Vergi ödәyicisi hesablama metodu ilә uçot aparırsa, uzun müddәtli müqavilәlәrlә bağlı gәlir vә bu gәlirdәn çıxılan mәblәğlәr vergi ili әrzindә müqavilәlәrin yerinә yetirilmәsinin faktiki hәcmlәrinә uyğun olaraq uçota alınır.

138.3. Müqavilәnin yerinә yetirilmәsinin faktiki hәcmi vergi ili әrzindә çәkilmiş xәrcin hәmin müqavilәdә nәzәrdә tutulan ümumi qiymәtlәndirilәn xәrclәrlә müqayisә edilmәsi yolu ilә müәyyәnlәşdirilir.

Maddә 139. әmtәә-material ehtiyatlarının uçotu qaydası

139.1. Vergi ödәyicisi özünün mülkiyyәtindә olan vә sonradan satılmaq, yaxud mәhsul istehsalı, işlәr görülmәsi vә ya xidmәtlәr göstәrilmәsindә istifadә olunmaq üçün nәzәrdә tutulan hәr hansı malı әmtәә-material ehtiyatlarına aid etmәyә borcludur.

139.2. әmtәә-material ehtiyatlarının uçotunu apararkәn vergi ödәyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xәrclәrinә vә ya satınalma qiymәtlәrinә әsasәn müәyyәnlәşdirilәn dәyәrini uçotda әks etdirmәyә borcludur. Vergi ödәyicisi bu malların saxlanmasına vә nәql olunmasına çәkilәn xәrclәri dә onların dәyәrinә daxil etmәlidir.

139.3. әmtәә-material ehtiyatlarının uçotunu apararkәn vergi ödәyicisi mәnәvi cәhәtdәn köhnәlmiş vә ya dәbdәn düşmüş qüsurlu malın, yaxud digәr sәbәblәr üzündәn istehsalına çәkilmiş xәrclәrdәn (satınalma qiymәtindәn) yüksәk qiymәtә satıla bilmәyәn malın (mәhsulun) dәyәrini onların satıla bilәcәyi qiymәti әsas götürmәklә qiymәtlәndirә bilәr.

139.4. Vergi ödәyicisi onun ixtiyarında olan malların fәrdi uçotunu aparmırsa, o, әmtәә-material ehtiyatlarının uçotunu orta maya dәyәri ilә qiymәtlәndirmә metodundan istifadә etmәklә aparmaq hüququna malikdir.

Maddә 140. Maliyyә lizinqi

140.1. İcarәyә verәn maddi әmlakı maliyyә lizinqi müqavilәsi üzrә icarәyә verirsә, vergitutma mәqsәdlәri üçün icarәçi әmlakın sahibi, icarә ödәmәlәri isә icarәçiyә verilmiş ssuda üzrә ödәmәlәr sayılır.

Page 99: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

140.2. Aşağıdakı hallarda әmlak icarәsi maliyyә lizinqi sayılır:

140.2.1. lizinq müqavilәsi ilә icarә müddәti qurtardıqdan sonra әmlakın mülkiyyәtә verilmәsi nәzәrdә tutulur,yaxud icarә müddәti qurtardıqdan sonra icarәçi әmlakı müәyyәn edilmiş vә ya qabaqcadan güman edilәn qiymәtlәrlә almaq hüququna malikdir, yaxud;

140.2.2. icarә müddәti icarәyә götürülәn әmlakın istismar müddәtinin 75 faizindәn artıqdır, yaxud;

140.2.3. icarә müddәti qurtardıqdan sonra әmlakın qalıq dәyәri icarәnin әvvәlinә onun bazar qiymәtinin 20 faizindәn azdır, yaxud;

140.2.4. icarә haqqının ödәnilәcәk mәblәği әmlakın icarәnin әvvәlinә olan bazar qiymәtinin әn azı 90 faizinә bәrabәrdir vә ya ondan artıqdır, yaxud;

140.2.5. icarәyә götürülәn әmlak icarәçi üçün sifarişlә hazırlanmışdır vә icarә müddәti qurtardıqdan sonra icarәçidәn başqa heç kәs tәrәfindәn istifadә edilә bilmәz.

140.3. Bu Mәcәllәnin 140.2.4-cü maddәsi aktivin istifadә olunması müddәtinin 3/4-ü qurtardıqdan sonra başlanan icarәyә tәtbiq edilmir.

140.4. Bu maddәnin mәqsәdlәri üçün maliyyә lizinqi üzrә icarә ödәmәlәrinin cari dәyәrini müәyyәnlәşdirmәkdәn ötrü istifadә edilәn faiz dәrәcәsi ödәmәlәr aid olduğu dövrdә eyni valyuta ilә, oxşar muddәtә verilmiş banklararası kredit hәrracında olan vә ya hәrraclar keçirilmәdiyi tәqdirdә banklararası kreditlәr üzrә faizlәrin orta sәviyyәsinin 125 faizi mәblәğindә götürülür.

140.5. Bu maddәnin mәqsәdlәri üçün icarәçinin icarәni tәzәlәmәk hüququna malik olduğu әlavә müddәt icarә müddәtinә daxildir.

140.6. İcarәyә verәn maliyyә lizinqi başlananadәk aktivin sahibi olduğu hallarda, bu Mәcәllәnin 140.1-ci maddәsindә göstәrilәn ssudanın verilmәsi rejiminә әlavә olaraq, әqd әmlakı icarәyә verәnin satması vә icarәçinin alması kimi qiymәtlәndirilir.

Maddә 141. Gәlirdәn çıxılan mәblәğlәrin kompensasiya edilmәsi vә ehtiyatların azaldılması

141.1. әvvәllәr gәlirdәn çıxılmış xәrc, zәrәr vә ya şübhәli borc ödәnilirsә, әldә edilәn mәblәğ onların ödәnildiyi vaxtda gәlir sayılır.

141.2. әvvәllәr gәlirdәn çıxılmış ehtiyat azalırsa, hәmin ehtiyatın azalmış mәblәği gәlirә daxil edilir.

Maddә 142. Aktivlәr tәqdim edilәrkәn gәlir vә zәrәr

142.1. Aktivlәrin tәqdim edilmәsindәn әldә edilәn gәlir, aktivlәrin tәqdim edilmәsindәn daxilolmalar vә aktivlәrin bu Mәcәllәnin 143-cü maddәsinә

Page 100: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

uyğun olaraq müәyyәnlәşdirilәn dәyәri arasındakı müsbәt fәrq demәkdir. Aktivlәrini әvәzsiz әsasla vә ya güzәştli qiymәtlә tәqdim edәn şәxsin gәliri bu qayda ilә tәqdim edilәn aktivin bazar qiymәti vә onun bu Mәcәllәnin 143-cü maddәsinә uyğun olaraq müәyyәnlәşdirilәn dәyәri arasındakı fәrqdәn ibarәtdir.

142.2. Aktivlәrin tәqdim edilmәsindәn yaranan zәrәr aktivlәrin tәqdim edilmәsindәn daxilolmalar vә hәmin aktivlәrin bu Mәcәllәnin 143-cü maddәsinә müvafiq surәtdә müәyyәnlәşdirilәn dәyәri arasındakı fәrqdәn ibarәtdir.

Maddә 143. Aktivlәrin dәyәri

Aktivlәrin dәyәrinә onların alınması, gәtirilmәsi, istehsalı, tikilmәsi, quraşdırılması vә qurulması üçün çәkilәn xәrclәr, hәmçinin, vergi ödәyicisinin gәlirdәn çıxmaq hüququna malik olduğu xәrclәr istisna edilmәklә, aktivlәrin dәyәrini artıran digәr xәrclәr daxil edilir.

Maddә 144. Gәlirin vә ya zәrәrin qәbul edilmәmәsi

144.1. Vergi tutulan gәlir müәyyәn edilәrkәn aşağıdakı hallarda gәlir vә ya zәrәr nәzәrә alınmır:

144.1.1. aktivlәr әr vә arvad arasında verildikdә;

144.1.2. aktivlәr keçmiş әr-arvad arasında boşanma prosesindә verildikdә;

144.1.3. aktivin lәğv edildiyi, yaxud özgәninkilәşdirildiyi ildәn sonrakı ilin axırınadәk daxilolmaları analoji aktivә vә ya eyni xarakterli aktivә tәkrar investisiya etmәklә aktiv qәrәzsiz yaxud onun sahibinin iradәsindәn asılı olmayaraq mәhv edildikdә, lәğv olunduqda vә ya özgәninkilәşdirildikdә.

144.2. Bu Mәcәllәnin 144.1.3-cü maddәsindә göstәrilәn әvәzedici aktivin dәyәri әvәz olunan aktivin mәhv edildiyi, lәğv olunduğu vә ya tәqdim edildiyi vaxtdakı ilk dәyәri nәzәrә alınmaqla müәyyәnlәşdirilir.

144.3. Bu Mәcәllәnin 144.1.1-ci vә ya 144.1.2-ci maddәlәrinә uyğun olaraq mәnfәәtin vergi mәqsәdlәri üçün nәzәrә alınmadığı әqdin nәticәsindә alınan aktivin dәyәri әqd günündә onu verәn tәrәf üçün dә aktivin dәyәri sayılır.

Maddә 145. Hüquqi şәxsin lәğv edilmәsi

145.1. Bu maddәdә başqa hallar nәzәrdә tutulmamışdırsa, hüquqi şәxsin lәğv edilmәsi iştirakçıların hәmin hüquqi şәxsdәki iştirak paylarının tәqdim edilmәsi sayılmır.

145.2. Hәr hansı hüquqi şәxs lәğv edilirsә, hәmin hüquqi şәxsin aktivi hüquqi şәxs olan iştirakçıya verilirsә vә bilavasitә lәğv etmәdәn әvvәl iştirakçıya hüquqi şәxsdә iştirak payının 100 faizi mәxsus olmuşdursa, belә

Page 101: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

halda:

145.2.1. aktivlәrin verilmәsi lәğv edilәn hüquqi şәxs tәrәfindәn aktivlәrin vergiyә cәlb olunan tәqdim edilmәsi sayılmır;

145.2.2. iştirakçı üçün verilәn aktivlәrin dәyәri lәğv edilәn hüquqi şәxs üçün aktivlәr verilәnәdәk olan dәyәrә bәrabәrdir;

145.2.3. aktivlәrin bölüşdürülmәsi dividend sayılmır;

145.2.4. lәğv edilәn hüquqi şәxsdә iştirak payının lәğv edilmәsi zamanı heç bir gәlir vә zәrәr nәzәrә alınmır;

145.2.5. hәr hansı kateqoriyaya aid olan әsas vәsaitlәrin balans dәyәri hәmin әsas vәsaitlәri alan şәxsә keçir.

145.3. Bu Mәcәllәnin 145.2-ci maddәsi yalnız o halda tәtbiq edilir ki, lәğvetmәnin әsas mәqsәdinin vergidәn yayınma olmadığı vergi orqanı tәrәfindәn tәsdiq edilmiş olsun.

Maddә 146. Hüquqi şәxsin yaranması

146.1. Aktivlәrin verilmәsi aşağıdakı hallarda onların vergiyә cәlb olunan tәqdim edilmәsi sayılmır:

146.1.1. şәxs vә ya şәxslәr qrupu aktivlәri hәr hansı hüquqi şәxsә bu hüquqi şәxsdә iştirak payı әvәzinә verirsә (hәr hansı öhdәlik götürmәklә vә ya götürmәmәklә);

146.1.2. şәxs vә ya şәxslәr qrupu bilavasitә mübadilәdәn sonra hüquqi şәxsdә iştirak paylarının 100 faizinә sahib olursa.

146.2. Bu Mәcәllәnin 146.1-ci maddәsinin müddәaları şamil edilәn aktivi alan iştirakçı üçün onun dәyәri aktivi verәn iştirakçı üçün onun verilmә vaxtındakı dәyәrinә bәrabәrdir vә aktivin balans dәyәri onu alan şәxsә keçir.

146.3. Bu Mәcәllәnin 146.1-ci maddәsindә göstәrilәn mübadilә nәticәsindә alınan iştirak payının dәyәri verilәn hәr hansı borcun mәblәği çıxılmaqla verilәn aktivlәrin dәyәrinә bәrabәrdir.

146.4. Götürülmüş öhdәliklәr verilәn aktivlәrin dәyәrindәn artıqdırsa, bu maddә hәmin artıq mәblәğә tәtbiq edilmir.

Maddә 147. Hüquqi şәxsin yenidәn tәşkil edilmәsi

147.1. Yenidәntәşkilin iştirakçısı olan hüquqi şәxsә vә ya hüquqi şәxslәrә mәxsus әmlakın vә iştirak paylarının dәyәri hәmin әmlakın vә iştirak paylarının bilavasitә yenidәntәşkildәn әvvәlki dәyәri ilә eynidir. Eynilә әsas vәsaitlәrin hәr hansı amortizasiya kateqoriyasına aid olan balans dәyәri

Page 102: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

hәmin әsas vәsaitlәri alan şәxsә keçir.

147.2. Yenidәntәşkilin iştirakçısı olan hüquqi şәxslәr arasında әmlakın vә iştirak paylarının verilmәsinә әmlakın vergiyә cәlb olunan özgәninkilәşdirilmәsi kimi baxılmır.

147.3. Yenidәntәşkilin iştirakçısı olan rezident hüquqi şәxsin özünün iştirak paylarının bu yenidәntәşkilin iştirakçısı olan digәr rezident hüquqi şәxsdәki iştirak payları ilә hәr hansı mübadilәsi iştirak payının vergiyә cәlb olunan özgәninkilәşdirilmәsi hesab edilmir.

147.4. Bu Mәcәllәnin 147.3-cü maddәsinә uyğun olaraq mübadilә edilәn iştirak paylarının dәyәri ilkin iştirak paylarının dәyәrinә bәrabәrdir.

147.5. Yenidәntәşkilin iştirakçısı olan hüquqi şәxsin iştirak paylarının iştirakçı tәrәf olan digәr hüquqi şәxsdәki iştirak payının dәyişmәsi ilә әlaqәdar bölüşdürülmәsi, yenidәntәşkildә iştirakçı tәrәflәr üçün dividend sayılmır.

147.6. Bu Mәcәllәnin 147.5-ci maddәsindә göstәrilәn ilk iştirak paylarının dәyәri bilavasitә bölüşdürmәdәn sonra ilk vә bölüşdürülmüş iştirak payları arasında onların bazar dәyәrinә mütәnasib olaraq bölüşdürülür.

147.7. Hüquqi şәxsin yenidәntәşkili:

147.7.1. iki vә daha çox rezident hüquqi şәxsin birlәşmәsi;

147.7.2. rezident hüquqi şәxsin sәsvermә hüququ olan iştirak paylarının 50 vә ya daha çox faizinin vә bütün digәr iştirak paylarının dәyәrinin 50 vә ya daha çox faizinin yalnız yenidәntәşkilin iştirakçısı olan tәrәfin iştirak payları ilә dәyişdirilmәsi;

147.7.3. rezident hüquqi şәxsin aktivlәrinin 50 vә ya daha çox faizinin digәr rezident hüquqi şәxs tәrәfindәn, yalnız yenidәntәşkildә iştirak edәn tәrәfin dividendlәrinә münasibәtdә imtiyazlı olmayıb sәsvermә hüququ olan iştirak paylarına dәyişdirilmәsi üçün әldә edilmәsi;

147.7.4. rezident hüquqi şәxsin iki vә ya daha çox rezident hüquqi şәxsә ayrılması;

147.7.5. ayırma yolu ilә yeni şәxs yaradılması;

147.7.6. müәssisәdә iştirak paylarının azı 50 faizinin sahibi olan hüquqi şәxs tәrәfindәn öz iştirak paylarının hamısının bu hüquqi şәxsin iştirakçılarına paylanması demәkdir.Bu Mәcәllәnin 147.7.1. - 147.7.6-cı maddәlәrinin müddәaları o şәrtlә tәtbiq olunur ki, birlәşmәnin, әldәetmәnin, birlәşdirmәnin, ayrılmanın vә ya ayırma yolu ilә yeni şәxs yaradılmasının әsas mәqsәdinin vergilәrdәn yayınma olmadığı vergi orqanı tәrәfindәn tәsdiq edilmiş olsun.

147.8. Yenidәntәşkilin bilavasitә iştirakçısı olan hәr hansı rezident hüquqi şәxs vә yenidәntәşkilin bilavasitә iştirakçısı olan rezident hüquqi şәxsin

Page 103: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

sahibi olan, yaxud bu cür şәxsә mәnsub olan hәr hansı hüquqi şәxs yenidәntәşkilin iştirakçısı sayılır.

147.9. Bu Mәcәllәnin 147.8-ci maddәsinin mәqsәdlәri üçün hüquqi şәxsin sahibi hüquqi şәxsdә sәsvermә hüququ olan iştirak paylarının 50 vә ya daha çox faizinin, yaxud iştirak paylarının hamısının dәyәrinin 50 vә ya daha çox faizinin sahibi sayılır.

Maddә 148. Hüquqi şәxs üzәrindә sahibliyin әhәmiyyәtli dәrәcәdә dәyişdirilmәsi

148.0. Hüquqi şәxsin sahibliyi әvvәlki ilә nisbәtәn 50 vә ya daha çox faiz dәyişdikdә, bu dәyişikliyin baş verdiyi vergi ilindәn başlayaraq әvvәlki vergi ilindәn zәrәrin, gәlirdәn çıxılmaların, әvәzlәşdirmәlәrin keçirilmәsinә, aşağıdakı hallar istisna edilmәklә, icazә verilmir:

148.0.1. dәyişiklikdәn sonrakı 3 il әrzindә hüquqi şәxs hәmin sahibkarlıq fәaliyyәtini hәyata keçirirsә vә

148.0.2. dәyişiklikdәn sonrakı 1 il әrzindә hüquqi şәxs yeni sahibkarlıq fәaliyyәtinә başlamırsa.

Maddә 149. Bәyannamәnin verilmәsi

149.1. Aşağıdakı vergi ödәyicilәri bu Mәcәllәnin 149.2-ci maddәsindә göstәrilәn müddәtlәrdә vergi orqanlarına bәyannamә verirlәr:

149.1.1. rezident müәssisәlәr;

149.1.2. Azәrbaycan Respublikasında daimi nümayәndәliyi olan qeyri-rezidentlәr;

149.1.3. vergiyә cәlb olunan gәliri Azәrbaycan mәnbәyindәn olan vә bu gәlirindәn ödәmә yerindә vergi tutulmayan qeyri-rezidentlәr;

149.1.4. ödәmә mәnbәyindә vergiyә cәlb olunması nәzәrdә tutulmayan (tutulması mümkün olmayan) gәlirlәri olan, әmlakın icarәyә verilmәsindәn vә royaltidәn gәlirlәri olan, yaxud Azәrbaycan Respublikasının hüdudlarından kәnarda gәlir әldә edәn rezident fiziki şәxslәr..

149.2. Rezident fiziki şәxslәr hesabat ilindәn sonrakı ilin aprel ayının 15-dәk, digәr şәxslәr isә - hesabat ilindәn sonrakı ilin aprel ayının 1-dәk vergi orqanlarına bәyannamә verirlәr.

149.3. Vergi ödәyicisi Azәrbaycan Respublikasında sahibkarlıq fәaliyyәtini dayandırdıqda, 30 gün müddәtindә vergi orqanlarına bәyannamә vermәlidir. Bu maddәnin mәqsәdlәri üçün hesabat dövrü vergi ilinin әvvәlindәn vergi ödәyicisinin sahibkarlıq fәaliyyәtini dayandırdığı günә qәdәr olan dövrü әhatә edir.

Page 104: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

149.4. Hüquqi şәxs vә ya qeyri-rezidentin daimi nümayәndәliyi lәğv edildikdә, lәğvetmә komissiyası vә ya vergi ödәyicisi bu barәdә qanunvericiliklә müәyyәn edilmiş qaydada vergi orqanına mәlumat vermәlidir. Hüquqi şәxsin lәğv edilmәsi haqqında qәrar qәbul olunduqdan sonra 30 gün әrzindә lәğvetmә komissiyası vergi orqanına bәyannamә vermәyә borcludur.

149.5. Bәyannamә vermәli olmayan fiziki şәxs verginin yenidәn hesablanması vә vәsaitlәrin qaytarılması haqqında tәlәb irәli sürülәn bәyannamә verә bilәr.

149.6. Azәrbaycan Respublikasında daimi nümayәndәliyi olmayan, bu Mәcәllәnin 125.1.3-cü, 125.1.4-cü, 125.1.5-ci vә ya 125.1.7-ci maddәlәrinә müvafiq qaydada ödәmә mәnbәyindә vergi tutulan gәlir әldә edәn qeyri-rezident vergi ödәyicisi bu cür gәlir haqqında bәyannamә vermәklә tutulmuş verginin qaytarılması tәlәbini irәli sürә bilәr. Bu cür bәyannamә bu Mәcәllәnin 149.2-ci maddәsindә müәyyәn edilәn müddәtlәrdә verilmәlidir. Belә vergi ödәyicisindәn Azәrbaycan Respublikasında vergi ödәyicisinin daimi nümayәndәliyinin gәliri kimi bu Mәcәllәnin 105.1-ci maddәsindә müәyyәn edilәn dәrәcә ilә vergi tutulur, vergi ödәyicisinin gәlir әldә edilmәsi ilә bağlı olan xәrci isә daimi nümayәndәliyin xәrcindә olduğu kimi gәlirdәn çıxılmalıdır, bu şәrtlә ki, vergi bu Mәcәllәnin 125-ci maddәsinә uyğun olaraq ödәmә mәnbәyindә tutulan verginin mәblәğindәn artıq olmasın.

  Vergi Mәcәllәsindә sәhvәn «gәlirin» getmişdir

Maddә 150. Ö–dәmә mәnbәyindә verginin tutulması qaydası

150.1. Aşağıdakı şәxslәr (vergi agentlәri) ödәmә mәnbәyindә gәlir vergisini tutmağa borcludurlar:

150.1.1. muzdla işlәyәn fiziki şәxslәrә ödәmәlәr verәn hüquqi şәxslәr;

150.1.2. muzdla işlәyәn fiziki şәxslәrә ödәmәlәr verәn sahibkarlar;

150.1.3. dövlәt sosial tәminat sistemi vasitәsilә ödәnilәn pensiyalar istisna edilmәklә, digәr şәxslәrә pensiya ödәyәn hüquqi şәxslәr vә ya sahibkarlar;

150.1.4. hüquqi vә fiziki şәxslәrә dividend ödәyәn rezident hüquqi şәxslәr;

150.1.5. hüquqi vә fiziki şәxslәrә faizlәr ödәyәn hüquqi şәxslәr vә ya sahibkarlar;

150.1.6. bu Mәcәllәnin 124-cü vә ya 125-ci maddәlәrindә nәzәrdә tutulan ödәmәlәr verәn hüquqi şәxslәr vә ya sahibkarlar.

150.2. Bu Mәcәllәnin 150.1-ci maddәsindә göstәrilәn şәxslәr verginin tutulması vә büdcәyә köçürülmәsi üçün cavabdehdirlәr. Vergi mәblәği tutulmursa vә ya

Page 105: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

tutulmuş vergi büdcәyә köçürülmürsә, gәliri ödәyәn hüquqi şәxslәr vә sahibkarlar tutulmamış vә ya köçürülmәmiş verginin mәblәğini, hәmçinin müvafiq faizlәri vә sanksiyaları büdcәyә ödәmәyә borcludurlar.

150.3. Bu Mәcәllәnin 150.1-ci maddәsinә uyğun olaraq ödәmә mәnbәyindә vergi tutan hüquqi şәxslәr vә fәrdi sahibkarlar:

150.3.1. gәliri ödәyәrkәn vergini büdcәyә köçürmәyә;

150.3.2. Rüb başa çatdıqdan sonra 20 gün әrzindә ödәmә mәnbәyindә tutulan vergilәr barәdә müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi formada bәyannamәni vergi orqanına vermәyә borcludurlar.

150.4. Vergi ödәyicisinin iş yerindә vergi agenti aylıq gәlir üzrә vergi tutmağa borcludur. әgәr vergi ödәyicisi bәyannamә vermәli deyilsә, bu, gәlir vergisinin tam mәblәği sayılır.

Maddә 151. Cari vergi ödәmәlәri

151.1. Hüquqi şәxslәr vә fәrdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündәn gec olmayaraq cari ödәmәlәri dövlәt büdcәsinә ödәmәlidirlәr. Bәlәdiyyә mülkiyyәtindә olan müәssisә vә tәşkilatlar mәnfәәt vergisini yerli büdcәyә (bәlәdiyyә büdcәsinә) ödәyirlәr. Hәr ödәmәnin mәblәği әvvәlki vergi ilindә hesablanmış vergi mәblәğinin 1/4 hissәsini tәşkil edir.

151.2. Vergi ödәyicisi cari vergi ödәmәlәrinin mәblәğini bu rübdәki gәlirinin hәcmini onun keçәn ilin ümumi gәlirindә (gәlirdәn çıxılan mәblәğlәr nәzәrә alınmadan) verginin xüsusi çәkisini göstәrәn әmsala vurmaqla müәyyәnlәşdirә bilәr.

151.3. Bu zaman vergi ödәyicisi il әrzindә cari vergi ödәmәlәrinin mәblәğini müәyyәnlәşdirmәyin yuxarıdakı iki mümkün metodundan birini seçir vә bu barәdә vergi orqanına mәlumat verir. Vergi ödәyicisi cari vergi ödәmәlәrinin mәblәğini müәyyәnlәşdirmәk üçün tәtbiq etdiyi metod barәdә mәlumat vermәdiyi halda vergi orqanı birinci metodu tәtbiq edir.

151.4. Cari vergi ödәmәlәri vergi ili üçün vergi ödәyicisindәn tutulan verginin mәblәğinә aid edilir.

151.5. Әvvәlki vergi ilindә fәaliyyәti olmayan vә növbәti vergi ilindә fәaliyyәt göstәrәn hüquqi şәxslәrin vә sahibkarlıq fәaliyyәtini hüquqi şәxs yaratmadan hәyata keçirәn fiziki şәxslәrin, habelә yeni yaradılmış vә fәaliyyәt göstәrәn vergi ödәyicilәrinin cari vergi ödәnişlәri qaydaları müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.müәyyәn etdiyi formada bәyannamәni vergi orqanına vermәyә borcludurlar.

151.6. Cari vergi ödәmәlәri hesabat ili başa çatdıqdan sonra yenidәn haqq-hesab edilir vә bu zaman hesablanmış cari vergi mәblәği hesabat üzrә vergi mәblәğindәn

Page 106: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

çox olduğu halda artıq hesablanmış cari vergi vә ona uyğun faiz mәblәğlәri azaldılır.

Maddә 152. İlin yekunlarına görә verginin ödәnilmәsi

152.1. Vergi ödәyicilәri vergi ili üçün bәyannamәnin verilmәsinin müәyyәn edilmiş vaxtınadәk son hesablamanı aparmalı vә vergini ödәmәlidirlәr.

152.2. Bәlәdiyyәlәrin mülkiyyәtindә olan müәssisәlәr mәnfәәt vergisini yerli büdcәyә, digәr müәssisәlәr isә dövlәt büdcәsinә ödәyir. Fiziki şәxslәr gәlir vergisini dövlәt büdcәsinә ödәyirlәr.

152.3. Әlavә dәyәr vergisi (bundan sonra ӘDV) vergi tutulan dövriyyәdәn hesablanan verginin mәblәği ilә bu Mәcәllәnin müddәalarına uyğun olaraq verilәn hesab-fakturalara vә ya idxalda ӘDV-nin ödәnildiyi göstәrәn sәnәdlәrә müvafiq surәtdә әvәzlәşdirilmәli olan verginin mәblәği arasındakı fәrqdir

Fәsil XI. Әlavә dәyәr vergisi

Әlavә dәyәr vergisi (bundan sonra ӘDV) vergi tutulan dövriyyәdәn hesablanan verginin mәblәği ilә bu Mәcәllәnin müddәalarına uyğun olaraq verilәn hesab-fakturalara vә ya idxalda ӘDV-nin ödәnildiyini göstәrәn sәnәdlәrә müvafiq surәtdә әvәzlәşdirilmәli olan verginin mәblәği arasındakı fәrqdir.

Maddә 153. әlavә dәyәr vergisi anlayışı

Әlavә dәyәr vergisi (bundan sonra ӘDV) Azәrbaycan Respublikası әrazisindә malların istehsalı, işlәrin görülmәsi, xidmәtlәrin göstәrilmәsi vә tәdavülü prosesindә onların dәyәrinә әlavәnin bir hissәsinin, hәmçinin Azәrbaycan Respublikası әrazisinә gәtirilәn vә vergi tutulan bütün malların dәyәrinin bir hissәsinin büdcәyә tutulması formasıdır. ӘDV mallar istehsalının vә göndәrilmәsinin, işlәr görülmәsinin vә xidmәtlәr göstәrilmәsinin bütün mәrhәlәlәrindә ödәnilir. Vergi tutulan dövriyyәdәn ödәnilmәli olan ӘDV-nin mәblәği bu cür dövriyyәdәn hesablanan verginin mәblәği ilә bu Mәcәllәnin müddәalarına uyğun olaraq verilәn hesab-fakturalara müvafiq surәtdә әvәzlәşdirilmәli olan verginin mәblәği arasındakı fәrq kimi müәyyәn edilir.

Maddә 154. Vergi ödәyicilәri

154.1. ӘDV-nin ödәyicisi kimi qeydiyyatdan keçәn vә ya qeydiyyatdan keçmәli olan şәxs ӘDV-nin ödәyicisidir.

154.2. Qeydiyyatdan keçәn şәxs qeydiyyatın qüvvәyә mindiyi andan etibarәn vergi ödәyicisi olur. Qeydiyyata dair әrizә vermәli olan, lakin qeydiyyatdan keçmәmiş şәxs qeydiyyata dair әrizә vermәk öhdәliyinin

Page 107: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

yarandığı dövrdәn sonrakı hesabat dövrünün başlanğıcından etibarәn vergi ödәyicisi sayılır.

154.3. Azәrbaycan Respublikasına ӘDV tutulan malları idxal edәn şәxslәr bu cür idxal malları üzrә ӘDV-nin ödәyicilәri sayılırlar.

154.4. ӘDV-nin mәqsәdlәri üçün qeydiyyatdan keçmәdәn iş görәn vә ya xidmәt göstәrәn vә bu Mәcәllәnin 171-ci maddәsinә müvafiq surәtdә vergiyә cәlb edilmәli olan qeyri-rezident şәxs hәmin işlәr vә ya xidmәtlәr üzrә vergi ödәyicisi sayılır.

154.5. Bu Mәcәllәnin 137-ci maddәsinә uyğun olaraq hüquqi şәxs yaratmadan göstәrilәn birgә sahibkarlıq fәaliyyәti ӘDV-nin mәqsәdlәri üçün ayrıca şәxs sayılır.

154.6. Aksizli malların istehsalçıları ӘDV-nin ödәyicilәri sayılır.

Maddә 155. Qeydiyyata dair әrizә verilmәsinin tәlәb edilmәsi

155.1. Sahibkarlıq fәaliyyәti göstәrәn vә әvvәlki üç aylıq dövr әrzindә vergi tutulan әmәliyyatlarının hәcmi aylıq gәlirin vergi tutulmayan mәblәğinin 1250 mislindәn artıq olan şәxs hәmin dövr başa çatdıqdan sonra 10 gün әrzindә vergi orqanına ӘDV-nin mәqsәdlәri üçün qeydiyyata dair әrizә vermәyә borcludur.

155.2. Qeyri-rezidentin mallar göndәrmәsi, işlәr görmәsi vә xidmәtlәr göstәrmәsi bu Mәcәllәnin 155.1-ci maddәsinin mәqsәdlәri üçün vergi tutulan әmәliyyatların ümumi dәyәri müәyyәn edilәrkәn yalnız o zaman nәzәrә alınır ki, onlar Azәrbaycan Respublikasındakı daimi nümayәndәlik vasitәsilә hәyata keçirilmiş olsun.

155.3. Bu Mәcәllәnin 154.5-ci maddәsindә göstәrilәn şәxs, bu Mәcәllәnin 155.1-ci maddәsindә müәyyәn edildiyi halda, yaxud iştirakçı ӘDV-nin mәqsәdlәri üçün vergi ödәyicisi olduğu halda, qeydiyyata alınmaq üçün әrizә vermәyә borcludur.

Maddә 156. Könüllü qeydiyyat

Qeydiyyatdan keçmәli olmayan sahibkarlıq fәaliyyәti göstәrәn şәxs vergi orqanına ӘDV-nin mәqsәdlәri üçün qeydiyyat haqqında könüllü әrizә verә bilәr.

Maddә 157. Qeydiyyat

157.1. ӘDV-nin mәqsәdlәri üçün qeydiyyat haqqında әrizә müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi forma üzrә verilmәlidir.

157.2. әәxsi ӘDV-nin mәqsәdlәri üçün qeydiyyatdan keçirәrkәn vergi orqanı hәmin şәxsi ӘDV ödәyicilәrinin reyestrindә qeydә almağa vә әrizә verildikdәn sonrakı 5 iş günündәn gec olmayaraq ona qeydiyyat bildirişi vermәyә, hәmin bildirişdә vergi ödәyicisinin adını vә ona aid olan digәr

Page 108: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

mәlumatı, qeydiyyatın qüvvәyә mindiyi tarixi vә VÖ–EN-i göstәrmәyә borcludur.

157.3. Qeydiyyat hansı tarixin әvvәl başlanmasından asılı olaraq aşağıdakı tarixlәrin birindә qüvvәyә minir:

157.3.1. mәcburi qeydiyyat zamanı - qeydiyyat haqqında әrizә vermәyә dair öhdәliyin yarandığı aydan sonrakı hesabat dövrünün birinci günündә;

157.3.2. könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında әrizәnin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündә.

157.3.3. vergi ödәyicisinin qeydiyyat haqqındakı әrizәsindә göstәrilәn tarixdә.

157.4. Vergi orqanı ӘDV-nin ödәyicilәrinin reyestrini aparmağa borcludur. Reyestrdә ӘDV-nin mәqsәdlәri üçün qeydiyyatdan keçirilmiş bütün şәxslәr haqqında lazımi mәlumatlar göstәrilmәlidir.

157.5. ӘDV-nin mәqsәdlәri üçün qeydiyyatdan keçmәyә borclu olan, lakin qeydiyyat üçün әrizә vermәyәn vergi ödәyicisini vergi orqanı öz tәşәbbüsü ilә qeydiyyata alır vә ona müvafiq qeydiyyat bildirişi göndәrir.

Maddә 158. Qeydiyyatın lәğv edilmәsi

158.1. Vergi ödәyicisi ӘDV-nә cәlb olunan әmәliyyatlar aparmağı dayandırırsa, ӘDV-nin mәqsәdlәri üçün qeydiyyatın lәğv olunmasına dair әrizә vermәyә borcludur. Bu halda, ӘDV-nin mәqsәdlәri üçün qeydiyyatın lәğv olunması vergi ödәyicisinin vergi tutulan әmәliyyatları tam dayandırdığı gün qüvvәyә minir.

158.2. Vergi ödәyicisinin vergiyә cәlb olunan әmәliyyatlarının ümumi mәblәği әvvәlki tam 12 tәqvim ayı әrzindә aylıq gәlirin vergi tutulmayan mәblәğinin 2500 mislindәn çox deyilsә, bu Mәcәllәnin 158.1-ci maddәsindә nәzәrdә tutulan hallar istisna edilmәklә, vergi ödәyicisi ӘDV-nin mәqsәdlәri üçün son qeydiyyatın qüvvәyә mindiyi tarixdәn etibarәn iki il keçdikdәn sonrakı istәnilәn vaxt qeydiyyatın lәğv olunmasına dair әrizә verә bilәr. ӘDV-nin mәqsәdlәri üçün qeydiyyatın lәğv olunması vergi orqanına qeydiyyatın lәğv edilmәsinә dair әrizәnin verildiyi gün qüvvәyә minir.

158.3. Vergi orqanı ӘDV-nin mәqsәdlәri üçün qeydiyyatı lәğv edilәn şәxsin adını, onun haqqında digәr mәlumatları ӘDV-nin ödәyicilәrinin reyestrindәn silmәli vә verilmiş qeydiyyat bildirişini geri almalıdır.

Maddә 159. Vergitutma obyekti

159.1. Malların tәqdim edilmәsi, işlәrin görülmәsi, xidmәtlәrin göstәrilmәsi vә vergi tutulan idxal vergitutma obyektidir.

159.2. Bu fәsilin müddәalarına uyğun olaraq vergidәn azad edilәn malların

Page 109: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

göndәrilmәsindәn, işlәrin görülmәsindәn vә xidmәtlәrin göstәrilmәsindәn başqa, müstәqil sahibkarlıq fәaliyyәti vә ya hüquqi şәxs yaratmadan birgә sahibkarlıq fәaliyyәti çәrçivәsindә malların göndәrilmәsi, işlәrin görülmәsi vә xidmәtlәrin göstәrilmәsi, onlar bu Mәcәllәnin 167-ci vә ya 168-ci maddәlәrinә uyğun olaraq Azәrbaycan Respublikasının әrazisindә hәyata keçirilirsә, vergi tutulan әmәliyyatlar sayılır. Bu Mәcәllәnin 168-ci maddәsinә uyğun olaraq Azәrbaycan Respublikasının hüdudlarından kәnarda xidmәtlәr göstәrilmәsi vә ya işlәr görülmәsi vergi tutulan әmәliyyatlara daxil edilmir.

159.3. Malların idxalı bu fәsilә uyğun olaraq vergidәn azad edilәn idxal istisna edilmәklә, vergi tutulan idxal sayılır. Ö‡ranzit yük daşınması qaydasında, müvәqqәti idxal şәklindә Azәrbaycan Respublikası әrazisinә buraxılan mallar vә ya gömrük qanunvericiliyinә uyğun olaraq daxili istehlak üçün idxal edilmiş vә ya qәbul olunmuş sayılmayan mallar ӘDV-nin mәqsәdlәri üçün idxal malları hesab edilmir.

159.4. Vergi ödәyicisinin haqqı ödәnilmәklә vә ya әvәzsiz qaydada öz işçilәrinә vә digәr şәxslәrә mal vermәsi, iş görmәsi vә ya xidmәt göstәrmәsi, habelә barter әmәliyyatı vergi tutulan әmәliyyat sayılır.

159.5. Vergi ödәyicisi malları (işlәri, xidmәtlәri) ӘDV-ni ödәmәklә әldә edirsә vә müvafiq әvәzlәşdirmә alırsa vә ya almaq hüququna malikdirsә, belә mallardan (işlәrdәn, xidmәtlәrdәn) qeyri-kommersiya mәqsәdlәri üçün istifadә olunması, fövqәladә hallardan başqa malların itmәsi, әskik gәlmәsi, xarab olması vә oğurlanmasıvergi tutulan әmәliyyat sayılır.

159.6. Vergi ödәyicisinin qeydiyyatı lәğv edilirsә, lәğvetmә vaxtı onun sahibliyindә qalan mallar hәmin vaxt vә vergi tutulan әmәliyyat çәrçivәsindә tәqdim edilәn mallar kimi qiymәtlәndirilir.

159.7. Bu maddәnin digәr müddәalarından asılı olmayaraq, malları ӘDV-nә cәlb edilәn әmәliyyatlar nәticәsindә әldә edәn, lakin bu malları әldә edәrkәn bu Mәcәllәnin 175-ci maddәsinә әsasәn ӘDV-ni әvәzlәşdirmәyә hüququ olmayan şәxsin hәmin malları göndәrmәsinә vergi tutulan әmәliyyat kimi baxılmır. әgәr mallar әldә edilәrkәn әvәzlәşdirilmәsinә qismәn yol verilmәmişdirsә, vergi tutulan әmәliyyatın mәblәği әvәzlәşdirmәnin qismәn yol verilmәmiş payına mütәnasib olaraq azaldılır.

159.8. ƏDV ödәyicisi kimi qeydiyyatdan keçmәyәn şәxslәrin ƏDV tәtbiq etmәklә aparılan әmәliyyatları, habelә ƏDV-dәn azad edilәn vә ya sıfır (0) dәrәcә ilә ƏDV-yә cәlb edilәn, lakin ƏDV tәtbiq etmәklә aparılan әmәliyyatları vergitutma obyektidir.

Maddә 160. Müәssisәnin tәqdim edilmәsi

160.1. Müәssisәnin vә ya müәssisәdә müstәqil fәaliyyәt göstәrәn bölmәnin bütün aktivlәrinin bir әmәliyyat çәrçivәsindә bir vergi ödәyicisi tәrәfindәn digәr vergi ödәyicisinә tәqdim edilmәsi vergi tutulan әmәliyyat sayılmır.

160.2. Bu Mәcәllәnin 160.1-ci maddәsindә göstәrilәn halda müәssisәni

Page 110: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

(müәssisәdә müstәqil fәaliyyәt göstәrәn bölmәni) alan vә ya qәbul edәn şәxs tәqdim edәnin bu fәsildә göstәrilәn vә tәqdim edilәn müәssisәyә (müәssisәdә müstәqil fәaliyyәt göstәrәn bölmәyә) aid hüquq vә öhdәliklәrini öz üzәrinә götürür. Bu müddәa müәssisәni (müәssisәdә müstәqil fәaliyyәt göstәrәn bölmәni) tәqdim edәn şәxsi әvvәlki vergi dövrlәri üçün vergilәri, faizlәri vә ya maliyyә sanksiyalarını ödәmәkdәn azad etmir.

160.3. Bu maddә yalnız o halda tәtbiq edilir ki, müәssisәni (müәssisәdә müstәqil fәaliyyәt göstәrәn bölmәni) tәqdim edәn vә alan (qәbul edәn) tәrәflәr tәqdim edilmәdәn sonra 10 gündәn gec olmayaraq bu maddәnin müddәalarının tәtbiq edilmәsi üçün vergi orqanına yazılı mәlumat vermiş olsun.

Maddә 161. Vergi tutulan әmәliyyatın dәyәri

161.1. Vergi tutulan әmәliyyatın dәyәri vergi ödәyicisinin müştәridәn vә ya hәr hansı digәr şәxsdәn aldığı, yaxud almağa hüququ olduğu haqqın ӘDV nәzәrә alınmadan mәblәği (hәr hansı rüsumlar, vergilәr vә ya başqa yığımlar da daxil olmaqla) әsasında müәyyәn edilir.

161.2. әgәr vergi ödәyicisi vergi tutulan әmәliyyatın әvәzindә mal, iş vә ya xidmәt alırsa, yaxud almağa hüqüqu varsa, bu malların, işlәrin vә ya xidmәtlәrin ӘDV nәzәrә alınmadan bazar dәyәri (hәr hansı rüsumlar, vergilәr vә ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan әmәliyyatın dәyәrinә daxil edilir.

161.3. Bu Mәcәllәnin 159.4-cü, 159.5-ci vә 159.6-cı maddәlәrindә göstәrilәn hallarda vergi tutulan әmәliyyatın dәyәri tәqdim edilmiş malların, görülmüş işlәrin vә ya göstәrilmiş xidmәtlәrin ӘDV nәzәrә alınmadan formalaşan dәyәrindәn (hәr hansı rüsumlar, vergilәr vә ya başqa yığımlar da daxil olmaqla) ibarәt olur. Vergi tutulan әmәliyyatın dәyәri bu Mәcәllәnin 159-cu maddәsindә göstәrilәn qaydada müәyyәn edilir. Bu qayda bu Mәcәllәnin 159.6-cı maddәsinә uyğun olaraq qeydiyyat lәğv edildikdә әldә qalan mallara da tәtbiq edilir.

Maddә 162. Vergi tutulan idxalın dәyәri

162.1. Vergi tutulan idxalın dәyәri malların Azәrbaycan Respublikasının gömrük qanunvericiliyinә uyğun olaraq müәyyәn edilәn gömrük dәyәrindәn vә mallar Azәrbaycan Respublikasına gәtirilәrkәn ödәnilmәli olan rüsumlardan vә vergilәrdәn (ӘDV nәzәrә alınmadan) ibarәtdir.

162.2. Bu Mәcәllәnin 171.2-ci maddәsinә uyğun olaraq idxalın bir hissәsi kimi sayılan xidmәt göstәrildikdә, onun ӘDV nәzәrә alınmadan dәyәri bu Mәcәllәnin 162.1-ci maddәsindә göstәrilәn dәyәrә әlavә edilir.

Maddә 163. Vergi tutulan dövriyyәnin dәqiqlәşdirilmәsi

163.1. Bu maddә aşağıdakı hallarda mal göndәrәnin, iş görәnin vә xidmәt

Page 111: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

göstәrәnin vergi tutulan әmәliyyatlarına tәtbiq edilir:

163.1.1. әmәliyyat tam vә ya qismәn lәğv edildikdә, o cümlәdәn mal tam vә qismәn geri qaytarıldıqda;

163.1.2. әmәliyyatın xarakteri dәyişdikdә;

163.1.3. qiymәtlәrin aşağı düşmәsi vә ya hәr hansı digәr sәbәbdәn әmәliyyat üçün razılaşdırılmış kompensasiya dәyişdikdә; yaxud

163.1.4. vergi ödәyicisi hesab-faktura verdikdәn sonra vergi tutulan dövriyyәnin dәqiqlәşdirilmәsi üçün әsas verәn hallar üzә çıxdıqda vә bu cür dәqiqlәşdirmә qanunvericiliyә müvafiq olaraq aparıldıqda.

163.2. Vergi ödәyicisi bu Mәcәllәnin 163.1-ci maddәsindә göstәrilәn hallardan birinin nәticәsindә:

163.2.1. ӘDV üçün hesab-fakturanı vermiş vә ӘDV-nin mәblәğini hәmin hesab-fakturada düzgün göstәrmәmişdirsә, yaxud

163.2.2. ӘDV-nin bәyannamәsindә verginin mәblәğini düzgün göstәrmәmişdirsә, bu Mәcәllәnin 174.2-ci vә ya 175.5-ci maddәsinә maddәsinә müvafiq surәtdә dәqiqlәşdirmә aparılır. Dәqiqlәşdirmә qiymәtlәndirmә bazasında dәyişikliyin baş verdiyi hesabat dövründә aparılır.

Maddә 164. Vergi ödәmәkdәn azad edilmә

164.1. Malların ixracından başqa, malların tәqdim edilmәsinin, işlәr görülmәsinin vә xidmәtlәr göstәrilmәsinin aşağıdakı növlәrindәn, habelә idxalın aşağıdakı növlәrindәn ӘDV tutulmur:

164.1.1. özәllәşdirilmә qaydasında dövlәt müәssisәsindәn satın alınan әmlakın dәyәri, habelә dövlәt әmlakının icarәyә verilmәsindәn alınan icarә haqqının büdcәyә ödәnilmәli olan hissәsi;

164.1.2. maliyyә xidmәtlәrinin göstәrilmәsi;

164.1.3. milli vә ya xarici valyutanın (numizmatika mәqsәdlәrindәn başqa), hәmçinin qiymәtli kağızların göndәrilmәsi vә ya idxal edilmәsi;

164.1.4. Azәrbaycan Respublikasının Milli Bankının aktivlәrindә yerlәşdirilmәsi üçün nәzәrdә tutulan qızılın, habelә valyuta sәrvәtlәrinin, xaricdә istehsal edilmiş Azәrbaycan Respublikası pul nişanlarının, yubiley sikkәlәrinin vә digәr bu qәbildәn olan qiymәtlilәrin idxalı;

164.1.5. müәssisәnin nizamnamә fonduna (kapitalına) pay şәklindә hәr hansı әmlakın qoyulması;

164.1.6. tutulan mәblәğlәr hәdlәrindә dövlәt hakimiyyәti, yerli özünü idarәetmә vә digәr sәlahiyyәtli orqanların tutduğu dövlәt rüsumu, icazә

Page 112: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

haqları, yığımlar vә onların tutulması müqabilindә göstәrdiyi xidmәtlәr;

164.1.7. beynәlxalq tәşkilatların, xarici dövlәtlәrin hökumәtlәrinin, habelә dövlәtlәrarası vә hökumәtlәrarası sazişlәrә әsasәn xarici hüquqi vә fiziki şәxslәrin ayırdıqları kreditlәr vә borclar hesabına, hәmçinin bu kreditlәr vә borclar hesabına hәyata keçirilәn layihәlәrdә Azәrbaycan tәrәfinin payı 49 faizdәn çox olmadıqda, hәmin pay hesabına mallar alınması, işlәr görülmәsi, xidmәtlәr göstәrilmәsi vә bunların idxalı;

164.1.8. kütlәvi informasiya vasitәlәri mәhsullarının alqı-satqısının bütün növlәri üzrә dövriyyәlәr, mәtbu kütlәvi informasiya vasitәlәri mәhsulları istehsalı ilә bağlı redaksiya, nәşriyyat vә poliqrafiya fәaliyyәti (reklam xidmәtlәri istisna olmaqla);

164.1.9. orta mәktәb dәrsliklәri, uşaq әdәbiyyatının vә büdcәdәn maliyyәlәşdirilәn dövlәt әhәmiyyәtli nәşirlәrin istehsalı ilә bağlı redaksiya, nәşriyyat vә poliqrafiya fәaliyyәti;

164.1.10. dәfn vә qәbirstanlığın mәrasim xidmәtlәri;

164.1.11. Azәrbaycan Respublikası Milli Bankının qanunvericiliklә nәzәrdә tutulmuş vәzifәlәrinin yerinә yetirilmәsi ilә bağlı mal idxalı, iş görülmәsi vә xidmәt göstәrilmәsi.

164.1.12. Azәrbaycan Respublikasına, o cümlәdәn onu tәmsil edәn hüquqi şәxslәrә neft-qaz ehtiyatlarının kәşfiyyatı, işlәnmәsi vә hasilatın pay bölgüsü, ixrac boru kәmәrlәri haqqında vә bu qәbildәn olan digәr sazişlәrә uyğun olaraq verilmәsi nәzәrdә tutulan әsas fondların, daşınan әmlakın vә digәr aktivlәrin Azәrbaycan Respublikası Dövlәt Neft Fonduna hәr hansı şәkildә tәqdim edilmәsi üzrә әmәliyyatlar.

164.2. İdxalın bu maddәdә göstәrilmәyәn digәr növlәri müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn ӘDV-dәn azad edilә bilәr.

Maddә 165. Verginin sıfır (0) dәrәcәsi ilә tutulması

165.1. Aşağıdakı işlәrin görülmәsinә, xidmәtlәrin göstәrilmәsinә vә әmәliyyatların aparılmasına görә ӘDV sıfır (0) dәrәcәsi ilә tutulur:

165.1.1. xarici ölkәlәrin diplomatik vә analoji nümayәndәliklәrinin rәsmi istifadәsi, hәmçinin bu nümayәndәliklәrin diplomatik, inzibati vә texniki işçilәrinin, o cümlәdәn onlarla yaşayan ailә üzvlәrinin şәxsi istifadәsi üçün nәzәrdә tutulan mal vә xidmәtlәr;

165.1.2. xaricdәn alınan әvәzsiz maliyyә yardımları (qrantlar) hesabına malların alınması, işlәrin görülmәsi, xidmәtlәrin göstәrilmәsi vә bunların idxalı;

165.1.3. malların vә bu Mәcәllәnin 168.1.5-ci maddәsindә göstәrilmiş xidmәtlәrin ixracı;

Page 113: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

165.1.4. beynәlxalq vә tranzit yük vә sәrnişin daşınması. Beynәlxalq vә tranzit uçuşlarla bilavasitә bağlı olan işlәrin görülmәsi, xidmәtlәrin göstәrilmәsi;

165.1.5. Azәrbaycan Respublikasının Milli Bankına qızıl vә digәr qiymәtlilәrin göndәrilmәsi.

165.2. Bu Mәcәllәnin 165.1.1-ci maddәsi üzrә sıfır (0) dәrәcәsi ilә ӘDV o ölkәlәrә münasibәtdә tәtbiq edilir ki, hәmin ölkәlәr tәrәfindәn 165.1.1-ci maddәsindә göstәrilәn işlәrә, xidmәtlәrә vә әmәliyyatlara görә ӘDV sıfır (0) dәrәcәsi ilә tәtbiq edilsin.

Maddә 166. Vergi tutulan әmәliyyatların aparıldığı vaxt

166.1. Bu maddәdә başqa hallar nәzәrdә tutulmamışdırsa, vergi tutulan әmәliyyatın vaxtı hәmin әmәliyyat üçün ӘDV-nin hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Mәcәllәnin 166.1.1-ci vә 166.1.2-ci maddәlәrindә göstәrilәn müddәtlәrdәn sonrakı 5 gün әrzindә ӘDV-nin hesab-fakturası verilmirsә, vergi tutulan әmәliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır:

166.1.1. malların göndәrildiyi vә ya tәqdim edildiyi, işlәrin görüldüyü vә ya xidmәtlәrin göstәrildiyi vaxtda, yaxud

166.1.2. malların göndәrilmәsi onların daşınmasını nәzәrdә tutursa, daşınmanın başlandığı vaxtda.

166.2. Ö–dәmә bu Mәcәllәnin 166.1.1-ci vә ya 166.1.2-ci maddәlәrindә göstәrilәn müddәt başlananadәk hәyata keçirildikdә, ödәmәdәn sonrakı 5 gün әrzindә ӘDV-nin hesab-fakturası verilmirsә, vergi tutulan әmәliyyat ödәmә hәyata keçirildikdә aparılmış sayılır. Vergi tutulan әmәliyyat üçün iki vә ya daha çox ödәmә aparılırsa, hәr ödәmә ödәniş miqdarında ayrıca әmәliyyat üçün hәyata keçirilmiş sayılır.

166.3. Xidmәtlәr müntәzәm vә ya daimi әsasda göstәrilirsә, xidmәtlәrin göstәrilmәsi vaxtı bu әmәliyyatın hәr hansı hissәsi üçün hәr dәfә ӘDV-nin hesab-fakturasının verildiyi vaxt, yaxud ödәmә әvvәl hәyata keçirilmişsә, әmәliyyatın hәr hansı hissәsinin ödәnildiyi vaxt sayılır.

166.4. Bu Mәcәllәnin 159.3-cü vә 159.5-ci maddәlәri tәtbiq edildikdә, vergi tutulan әmәliyyatın aparılması vaxtı mallardan, işlәrdәn vә ya xidmәtlәrdәn istifadә edilmәsinә, yaxud onların istehlakına başlandığı vaxt sayılır. Bu Mәcәllәnin 159.4-cü maddәsindә göstәrilәn hallarda vergi tutulan әmәliyyatın aparılması vaxtı işçilәr üçün mallar göndәrildiyi, işlәr görüldüyü, xidmәtlәr göstәrildiyi vaxt sayılır. Bu Mәcәllәnin 159.6-cı maddәsi tәtbiq edildikdә, lәğvetmәnin qüvvәyә minmәsindәn bilavasitә әvvәlki vaxt (gün) malların göndәrilmәsi vaxtı sayılır.

Maddә 167. Malların tәqdim edildiyi yer

Malların tәqdim edilmәsi onların verildiyi yerdә hәyata keçirilir. Malların göndәrilmәsi şәrtlәrindә malların yola salınması vә ya nәql edilmәsi nәzәrdә

Page 114: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

tutulursa, tәqdim edildiyi yer onların yola salınmasına vә ya nәql edilmәsinә başlandığı yer sayılır. Lakin malları göndәrәn tәrәf onları qurursa vә ya quraşdırırsa, tәqdim edilmә malların qurulduğu vә ya quraşdırıldığı yer sayılır.

Maddә 168. İşlәrin görüldüyü vә ya xidmәtlәrin göstәrildiyi yer

168.1. Bu Mәcәllәnin mәqsәdlәri üçün işlәrin görüldüyü vә ya xidmәtlәrin göstәrildiyi yer aşağıdakılar sayılır:

168.1.1. daşınmaz әmlakın olduğu yer - işlәr (xidmәtlәr) bilavasitә bu әmlakla bağlıdırsa;

168.1.2. işlәrin faktiki görüldüyü (xidmәtlәrin faktiki göstәrildiyi) yer - bunlar daşınan әmlakla bağlıdırsa;

168.1.3. xidmәtlәrin faktiki göstәrildiyi yer - xidmәtlәr mәdәniyyәt, incәsәnәt, tәhsil, bәdәn tәrbiyәsi vә ya idman sahәsindә, yaxud digәr analoji fәaliyyәt sahәlәrindә göstәrilirsә;

168.1.4. nәqletmәnin faktiki hәyata keçirildiyi yer - işlәr (xidmәtlәr) bu nәqletmә ilә bağlıdırsa;

168.1.5. İşlәrin vә ya xidmәtlәrin alıcısının yerlәşdiyi vә ya qeydiyyatda olduğu, tәsis edildiyi, işlәr vә xidmәtlәr alıcının daimi nümayәndәliyi ilә bilavasitә bağlı olduğu halda hәmin daimi nümayәndәliyin olduğu yer. Bu maddәnin müddәaları aşağıdakı xidmәtlәrә tәtbiq edilir:

- patentlәrin, lisenziyaların, ticarәt markalarının, müәlliflik vә digәr analoji hüquqların mülkiyyәtә verilmәsi vә ya güzәşt edilmәsi;

- mәslәhәt, hüquq, mühasibat, mühәndis vә ya reklam xidmәtlәrinin, hәmçinin mәlumatların işlәnilmәsi üzrә xidmәtlәrin vә digәr analoji xidmәtlәrin göstәrilmәsi;

- işçi qüvvәsinin verilmәsi üzrә xidmәtlәrin göstәrilmәsi;

- daşınan әmlakın icarәyә verilmәsi (nәqliyyat müәssisәlәrinin nәqliyyat vasitәlәri istisna olmaqla);

- müqavilәnin әsas iştirakçısı adından bu maddәdә göstәrilәn xidmәtlәrin yerinә yetirilmәsi üçün hüquqi vә ya fiziki şәxsi cәlb edәn agentin xidmәt göstәrmәsi;

168.1.6. işi yerinә yetirәn vә ya xidmәt göstәrәn şәxsin fәaliyyәti hәyata keçirdiyi yer.

168.2. Bu Mәcәllәnin 168.1-ci maddәsi tәtbiq edildikdә, birdәn çox maddәdә sadalanan işlәrin görüldüyü vә ya xidmәtlәrin göstәrildiyi yer bu maddәlәrin sıra üzrә birincisi ilә müәyyәnlәşdirilir.

Page 115: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Maddә 169. Qeyri-rezidentlәrin vergiyә cәlb edilmәsi

169. ӘDV-nin mәqsәdlәri üçün qeydiyyata alınmayan qeyri-rezident Azәrbaycan Respublikasının әrazisindә bu Mәcәllәnin 169.2-ci maddәsindә adı çәkilәn vergi agenti üçün xidmәt göstәrirsә vә ya iş görürsә, bu fәsilin mәqsәdlәri üçün işlәrin görülmәsi vә ya xidmәtlәrin göstәrilmәsi bu maddәyә uyğun olaraq vergiyә cәlb olunur.

169.2. ӘDV-nin mәqsәdlәri üçün qeydiyyata alınan hәr hansı şәxs bu maddәnin mәqsәdlәri üçün vergi agenti sayılır.

169.3. Bu Mәcәllәnin 169.1-ci maddәsi tәtbiq edildikdә, vergi agenti qeyri-rezidentә ödәnmәli olan mәblәğә ӘDV hesablamalı vә ödәmәlidir. Verginin mәblәği bu Mәcәllәnin 173.1-ci maddәsinin müddәalarına uyğun olaraq vergi dәrәcәsinin qeyri-rezidentә ödәnmәli olan mәblәğә (ӘDV nәzәrә alınmadan) tәtbiq edilmәsi yolu ilә müәyyәnlәşdirilir.

169.4. Vergi agenti ӘDV-nin mәqsәdlәri üçün qeydiyyatdan keçmişdirsә, hesablanan vergi, әmәliyyatın aparıldığı ay üçün ӘDV-nin bәyannamәsi verilәrkәn ödәnilir. Ö‡utulan verginin ödәnilmәsi üçün tәrtib olunan ödәmә sәnәdi bu Mәcәllәnin 175-ci maddәsinin müddәalarına uyğun olaraq vergi agentinә ӘDV-nin mәblәğini әvәzlәşdirmәk hüququnu verәn hesab-fakturadır.

169.5. Vergi agenti ӘDV-nin mәqsәdlәri üçün qeydiyyatdan keçmәmişdirsә, o, tutulan vergini müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi qaydada qeyri-rezidentә ödәmә verildikdәn sonrakı 7 gün әrzindә ödәmәyә borcludur.

169.6. Qeyri-rezidentә mәxsus әmlak vergi agentinә icarәyә verilmәk üçün idxal edildikdә, әmlakın sahibi olan qeyri-rezidentin icazәsi ilә vergi agenti idxaldan ödәnilmiş vergidәn ӘDV-nin mәblәğinin әvәzlәşdirilmәsini tәlәb edә bilәr. Bu halda vergi agenti vergi ödәyicisi sayılır vә sonradan әmlakı tәqdim edәrkәn (onun ixracı istisna edilmәklә) ӘDV-nin ödәnilmәsi üçün cavabdehdir.

Maddә 170. İdxalın vaxtı

Gömrük qanunvericiliyinә uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilmәsi vaxtı sayılır. әgәr idxal olunan mallar gömrük rüsumlarından azad edilirsә, malların idxal edilmәsi vaxtı onların gömrük xidmәtinin nәzarәtindәn çıxdığı vaxt sayılır.

Maddә 171. Qarışıq әmәliyyatlar

171.1. Mallar göndәrilmәsinә, işlәr görülmәsinә vә ya xidmәtlәr göstәrilmәsinә yardımçı xarakter daşıyan mallar göndәrilmәsi, işlәr görülmәsi, xidmәtlәr göstәrilmәsi onların bir hissәsi sayılır.

Page 116: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

171.2. İxracatçının malların idxalına yardımçı xarakter daşıyan işlәr görmәsi vә ya xidmәtlәr göstәrmәsi malların idxalının bir hissәsi sayılır.

171.3. Müstәqil elementlәrdәn ibarәt әmәliyyat bölünәrkәn vergiyә cәlb edilәn vә ӘDV-dәn azad olan әmәliyyatlara ayrılırsa, onlara ayrı-ayrı әmәliyyatlar kimi baxılır.

Maddә 172. Agentin hәyata keçirdiyi әmәliyyatlar

172.1. Digәr şәxsin (vәkalәt verәn) agenti (vәkalәt alan) olan şәxs tәrәfindәn mallar göndәrilmәsi, işlәr görülmәsi vә ya xidmәtlәr göstәrilmәsi vәkalәt verәnin hәyata keçirdiyi әmәliyyat sayılır.

172.2. Bu Mәcәllәnin 172.1-ci maddәsi agentin vәkalәt verәnә göstәrdiyi xidmәtlәrә tәtbiq edilmir.

172.3. Bu Mәcәllәnin 172.1-ci maddәsi rezident olmayan vә Azәrbaycan Respublikasında ӘDV-nin ödәyicisi kimi qeydiyyatdan keçmәmiş şәxsin rezident agentinin Azәrbaycan Respublikasına mallar göndәrmәsinә tәtbiq edilmir. Belә hallarda ӘDV-nin mәqsәdlәri üçün malların göndәrilmәsi agent tәrәfindәn hәyata keçirilәn әmәliyyat sayılır.Lotereyalar, turist agentlәrinin xidmәtlәri, komisyon qaydada satış, işlәnmiş malların satışı vә ümumi qaydalara әsasәn vergitutma bazasının müәyyәnlәşdirilmәsi çәtin olan digәr sahәlәr üzrә ödәnilmәli olan ӘDV-nin mәblәği müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq edilmiş qaydaya uyğun olaraq müәyyәnlәşdirilir.

Maddә 173. ӘDV-nin dәrәcәsi

173.1. ӘDV-nin dәrәcәsi hәr vergi tutulan әmәliyyatın vә hәr vergi tutulan idxalın dәyәrinin 18 faizidir.

173.2. Vergi tutulan dövriyyә hesabat dövrü әrzindә vergi tutulan әmәliyyatların ümumi dәyәrindәn ibarәtdir.

Maddә 174. Vergi tutulan dövriyyәdәn büdcәyә ödәnilmәli olan ӘDV

174.1. Bu Mәcәllәnin 166-cı maddәsinә uyğun olaraq hesabat dövrü әrzindә vergi tutulan dövriyyәdәn büdcәyә ödәnilmәli olan ӘDV-nin mәblәği bu Mәcәllәnin 173.1-ci maddәsinә uyğun olaraq vergi tutulan dövriyyәdәn hesablanan verginin mәblәği ilә bu Mәcәllәnin 175-ci maddәsinә uyğun olaraq әvәzlәşdirilmәli olan verginin mәblәği arasındakı fәrqlә müәyyәn olunur. 174.2. Bu Mәcәllәnin 163-cü maddәsindә göstәrilәn hallarda ödәnilmәli olan ӘDV-nin mәblәği vergi ödәyicisinin bәyannamәdә göstәrdiyi ӘDV-nin mәblәğindәn artıq olduqda, artıq mәblәğ bu Mәcәllәnin 163.1-ci maddәsindә göstәrilәn halların yarandığı hesabat dövrü әrzindә ödәnilmәli olan ӘDV sayılır vә bu Mәcәllәnin 174.1-ci maddәsinә uyğun olaraq hesabat dövrü әrzindә ödәnilmәli olan verginin mәblәğinә әlavә edilir.

Page 117: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Maddә 175. Büdcәyә ödәmәlәr müәyyәn edilәrkәn әvәzlәşdirilәn ӘDV

175.1. Bu maddәdә başqa hallar nәzәrdә tutulmamışdırsa, әvәzlәşdirilәn ӘDV-nin mәblәği vergi ödәyicisinә verilmiş vergi hesab-fakturaları üzrә ödәnilmәli olan (nağdsız qaydada ödәnilmiş) verginin mәblәği sayılır vә bu zaman vergi tutulan әmәliyyatın vaxtı aşağıdakı kimi müәyyәnlәşdirilir:

175.1.1. hesabat dövrü әrzindә hәyata keçirilmiş sayılan mal göndәrilmәsini, iş görülmәsini yaxud xidmәt göstәrilmәsini nәzәrdә tutan әmәliyyatlar üzrә - bu Mәcәllәnin 176-cı maddәsinә uyğun olaraq;

175.1.2. hesabat dövrü әrzindә malların idxalı üzrә - bu Mәcәllәnin 170-ci maddәsinә uyğun olaraq.Mallar, işlәr vә xidmәtlәrlә bağlı xәrclәr istehsal mәsrәflәrinә aid edilmirsә, belә mallar, işlәr vә xidmәtlәr vergi ödәyicisinin kommersiya fәaliyyәti üçün istifadә edilmәli olduqda vә ya istifadә edildikdә bu Mәcәllәnin 175.1-ci, 175.1.1-ci vә 175.1.2-ci maddәlәrinin müddәaları tәtbiq olunur.

175.2. Bir hissәsi vergi ödәyicisinin sahibkarlıq fәaliyyәti, digәr hissәsi isә başqa mәqsәdlәr üçün nәzәrdә tutulan vergiyә cәlb edilәn әmәliyyatlara görә nağdsız qaydada ödәnilmiş vә malların idxalı üçün vergi ödәyicisinә verilmiş vergi hesab fakturaları üzrә onun tәrәfindәn ödәnilmәli olan (ödәnilmiş) ӘDV-nin mәblәği sahibkarlıq fәaliyyәti üçün istifadә olunan malların xüsusi çәkisinә görә müәyyәnlәşdirilәn ӘDV-nin mәblәği qәdәr әvәzlәşdirilir.

175.3. Bu Mәcәllәnin 109.4-cü maddәsindә göstәrilәn xәrclәr istisna olmaqla bu Mәcәllәnin 109.3-cü maddәsindә nәzәrdә tutulan xәrclәr çәkilәndә, ӘDV-nin әvәzlәşdirilmәsinә yol verilmir.

175.4. Vergi ödәyicisi vergi tutulan әmәliyyatlar vә bu Mәcәllәnin 164-cü maddәsinә uyğun olaraq ӘDV-dәn azad edilmiş әmәliyyatlar aparırsa, ӘDV üzrә әvәzlәşdirmә üçün vergi tutulan dövriyyәnin ümumi dövriyyәdәki xüsusi çәkisinә uyğun olaraq müәyyәn edilәn ӘDV-nin mәblәği qәbul olunur.

175.5. Bu Mәcәllәnin 163-cü maddәsinә uyğun olaraq әmәliyyata dair hesab-fakturada vә ya bәyannamәdә göstәrilәn ӘDV hәmin әmәliyyatdan nağdsız qaydada ödәnmәli olan ӘDV-dәn artıqdırsa, bu artıq mәblәğin bu Mәcәllәnin 163.1-ci maddәsindә göstәrilәn halların yarandığı hesabat dövrü әrzindә vergi ödәyicisi üçün әvәzlәşdirilmәsinә icazә verilir.

175.6. ӘDV-dәn azad olunan, yaxud ӘDV-ә cәlb edilmәyәn әmәliyyatlar aparan şәxslәr tәrәfindәn mallar (işlәr, xidmәtlәr) alınarkәn ödәnilmiş ӘDV mәblәği әvәzlәşdirilmir.

175.7. Sıfır (0) dәrәcәsi ilә ӘDV tutulan әmәliyyatlar ӘDV cәlb olunan әmәliyatlar hesab edilir vә belә әmәliyyatlar aparan şәxslәr tәrәfindәn mallar (işlәr, xidmәtlәr) alınarkәn nağdsız qaydada ödәnilmiş ӘDV-nin mәblәği bu Mәcәllәnin müddәalarına uyğun olaraq әvәzlәşdirilir.

Page 118: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

175.8. Bu Mәcәllәnin 164.1.7-ci maddәsi üzrә  ƏDV-dәn azad olunan әmәliyyatların müxtәlif mәrhәlәlәrdә rәsmilәşdirilmәsi müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi qaydada hәyata keçirilir.

Maddә 176. Vergi hesab-fakturaları

176.1. Bu Mәcәllәnin 176.4-cü maddәsinin yerinә yetirilmәsi şәrti ilә, ӘDV-nin ödәyicisi kimi qeydiyyatdan keçәn vә vergi tutulan әmәliyyat aparan şәxs malları, işlәri vә ya xidmәtlәri qәbul edәn şәxsә vergi hesab-fakturasını vermәyә borcludur. ӘDV-nin mәqsәdlәri üçün qeydiyyatdan keçmәyәn şәxsin vergi hesab-fakturası vermәyә hüququ yoxdur.

176.2. Vergi hesab-fakturası ciddi uçotu aparılan sәnәd olmaqla müvafiq icra hakimiyyәti orqanının müәyyәnlәşdirdiyi forma üzrә hazırlanan vә özündә aşağıdakı mәlumatları әks etdirәn sәnәddir:

176.2.1. vergi ödәyicisinin vә alıcının (sifarişçinin) adı;

176.2.2. vergi ödәyicisinin vә alıcının (sifarişçinin) eynilәşdirmә nömrәsi;

176.2.3. yola salınmış malların, görülmüş işlәrin vә ya göstәrilmiş xidmәtlәrin adı;

176.2.4. vergi tutulan әmәliyyatın haqqının mәblәği, hәmçinin vergi tutulan әmәliyyatın hәcmi;

176.2.5. aksizli mallarda aksizin mәblәği;

176.2.6. vergi tutulan әmәliyyatdan ödәnilmәli olan verginin mәblәği;

176.2.7. vergi hesab-fakturasının verilmә tarixi;

176.2.8. hesab-fakturanın sıra nömrәsi.

176.2.9. qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmә tarixi vә sıra sayı;

176.2.10. Vergi hesab-fakturasını imza etmiş mәsul şәxsin vәzifәsi, soyadı, adı, atasının adı.

176.3. Vergi ödәyicisi malın alıcısına (işlәrin, xidmәtlәrin sifarişçisinә) vergi hesab-fakturasını mal göndәrilәndәn (iş görülәndәn, xidmәt göstәrilәndәn) sonra 5 gündәn gec olmayaraq vermәyә borcludur.

176.4. ӘDV-nin ödәyicilәri olmayan alıcılara pәrakәndә mal göndәrildikdә vә ya xidmәt göstәrildikdә, vergi hesab-fakturası әvәzinә qәbz vә ya çek verilә bilәr. Qәbzlәr, çeklәr, müәyyәn edilmiş qaydada sifariş edilmәyәn, çap edilmәyәn vә tәrtib edilmәyәn vergi hesab-fakturaları, nağd aparılan әmәliyyatların rәsmilәşdirildiyi sәnәdlәr (mal, iş vә xidmәt tәqdim edәnin bank hesabına birbaşa nağd qaydada ödәnişlәr istisna edilmәklә) bu Mәcәllәnin 175-ci maddәsinin mәqsәdlәri üçün verginin әvәzlәşdirilmәsinә әsas vermir.

Page 119: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

176.5. Gömrük orqanları tәrәfindәn verilmiş idxalda ӘDV-nin ödәnildiyini göstәrәn idxal sәnәdlәri ödәnişin formasından asılı olmayaraq bu Mәcәllәnin 175-ci maddәsinin mәqsәdlәri üçün verginin әvәzlәşdirilmәsinә әsas verir.

Maddә 177. Bәyannamәlәrin verilmәsi vә ӘDV-nin ödәnilmәsi

177.1. Vergi ödәyicisi borcludur:

177.1.1. vergi orqanına hәr hesabat dövrü üçün ӘDV-nin bәyannamәsini vermәyә;

177.1.2. bәyannamәnin verilmәsi üçün müәyyәn edilәn müddәtdә hәr hesabat dövrü üzrә vergini büdcәyә ödәmәyә.

177.2. ӘDV-nin bәyannamәsi hәr hesabat dövrü üçün, hesabat dövründәn sonrakı ayın 20-dәn gec olmayaraq verilir.

177.3. Bu Mәcәllәnin 154.3-cü maddәsinә uyğun olaraq yalnız malların idxalı üzrә vergi ödәyicisi olan şәxsә bu Mәcәllәnin 177.1-ci vә 177.2-ci maddәlәri tәtbiq edilmir.

177.4. Vergi tutulan idxal üzrә ӘDV bu Mәcәllәyә vә gömrük qanunvericiliyinә uyğun olaraq gömrük rüsumlarının ödәnilmәsi üçün nәzәrdә tutulan qaydada gömrük orqanları tәrәfindәn hesablanır vә alınır.

177.5. Qeydiyyat bu Mәcәllәnin 157.3.3-cü maddәsinә uyğun olaraq keçmiş tarixlә aparıldıqda, vergi ödәyicisi qeydiyyatın qüvvәyә mindiyi tarixdәn etibarәn vergiyә cәlb edilәn әmәliyyatlar üzrә ӘDV ödәmәlidir vә vergi ödәyicilәri üçün müәyyәn edilmiş qaydada vergi mәblәğlәrini әvәzlәşdirmәk hüququna malikdir. Müvafiq әmәliyyatlar vergi ödәyicisi tәrәfindәn verilәn birinci bәyannamәdә әks etdirilmәlidir. Bu әmәliyyatlar bәyannamәnin verildiyi ay әrzindә baş vermiş әmәliyyatlar sayılır. Bu halda vergi ödәyicisi bәyannamәdә әks etdirilmiş әmәliyyatlar üçün ӘDV üzrә hesab-fakturaları tәqdim etmәk hüququna malikdir.

177.6. ӘDV dövlәt büdcәsinә ödәnilir.

Maddә 178. ӘDV üzrә hesabat dövrü

ӘDV üzrә hesabat dövrü tәqvim ayı sayılır.

Maddә 179. Әvәzlәşdirilәn vergi mәblәği hesablanmış vergi mәblәğindәn artıq olduqda, büdcә ilә münasibәtlәr

179.1. Hesabat dövründә vergi tutulan dövriyyәsinin azı 50 faizi sıfır dәrәcәsi ilә vergiyә cәlb olunan vergi ödәyicisinә, hesabat dövründә әvәzlәşdirilәn vergi mәblәğinin hesablanmış vergidәn artıq olan hissәsi

Page 120: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

onun vergi vә ya gömrük orqanlarına әrizәsini verdiyi vaxtdan 45 gün әrzindә qaytarılır.

179.2. Digәr vergi ödәyicilәri üçün - әvәzlәşdirilәn vergi mәblәğinin hesabat dövrü әrzindә hesablanmış vergi mәblәğindәn artıq olan hissәsi növbәti 5 aya keçirilir vә bu ayların ödәmәlәrinә aid edilir, artıq ödәmәnin hәr hansı qalığı isә bu 5 ay bitdikdәn sonra vergi ödәyicisinin әrizәsinә әsasәn 45 gün әrzindә büdcәdәn qaytarılır.

179.3. Müәyyәn mәblәğlәrin vergi ödәyicisinә sәhvәn qaytarıldığı bütün hallarda vergi vә ya gömrük orqanları hәmin mәblәğlәrin vergilәrin tutulması üçün müәyәn edilmiş qaydada qaytarılmasını tәlәb etmәlidir.

Maddә 180. Vergi ödәyicilәrinin mәsuliyyәti vә vergi orqanlarının nәzarәti

180.1. ӘDV-nin düzgün hesablanması vә vaxtında büdcәyә ödәnilmәsi üçün, hәmçinin bәyannamәlәrin vergi orqanlarına müәyyәn edilmiş müddәtlәrdә verilmәsi üçün vergi ödәyicilәri vә onların vәzifәli şәxslәri Azәrbaycan Respublikasının vergi qanunvericiliyinә uyğun olaraq, ӘDV-nin tutulması gömrük orqanlarının sәlahiyyәtinә aid olduqda isә Azәrbaycan Respublikasının gömrük qanunvericiliyinә uyğun olaraq mәsuliyyәt daşıyırlar.

180.2. Vergitutmanın idarә edilmәsi bu Mәcәllәyә vә Azәrbaycan Respublikasının gömrük qanunvericiliyinә uyğun olaraq vergi orqanları vә gömrük orqanları tәrәfindәn öz sәlahiyyәtlәri daxilindә hәyata keçirilir.

Maddә 181. әvәzsiz köçürmәlәr olduğu halda ӘDV-nin kompensasiya edilmәsi

181.1. Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәyә uyğun olaraq beynәlxalq tәşkilatın, yaxud xarici hüquqi vә ya fiziki şәxsin әvәzsiz köçürmәlәri ilә ödәnilmiş malları alan vә yaxud işlәrin vә ya xidmәtlәrin nәticәlәrini hәmin әsaslarla әldә edәn şәxs vergi orqanına vergi hesab-fakturaları verәrkәn, hәmin mallara, işlәrә vә ya xidmәtlәrә görә ödәnilmiş ӘDV-ni vergi orqanına әrizә verdiyi vaxtdan 45 gün әrzindә geri almaq hüququna malikdir.

Fәsil XII. Aksizlәr

Maddә 182. Aksiz anlayışı

182.1. Aksiz - aksizli malların satış qiymәtinә daxil edilәn vergidir.

182.2. Azәrbaycan Respublikasının әrazisindә istehsal edilәn, yaxud idxal olunan aksizli mallardan, vergidәn azad edilәn mallar istisna olunmaqla, aksiz tutulur.

Page 121: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Maddә 183. Vergi ödәyicilәri

183.1. Bu fәsildә başqa hallar nәzәrdә tutulmamışdırsa, Azәrbaycan Respublikası әrazisindә aksizli malların istehsalı vә ya idxalı ilә mәşğul olan bütün müәssisәlәr vә fiziki şәxslәr, habelә Azәrbaycan Respublikasının hüdudlarından kәnarda bilavasitә özü vә ya podratçı vasitәsilә aksizli malları istehsal edәn vә istehsal etdiyi yerdә vergi ödәyicisi kimi uçotda olmayan Azәrbaycan Respublikasının rezidentlәri aksizin ödәyicilәridirlәr.

183.2. Sifarişçinin göndәrdiyi xammaldan Azәrbaycan Respublikası әrazisindә mallar istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödәyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz mәblәğlәrini sifarişçidәn almalıdır.

Maddә 184. Vergitutma obyekti

184.1. Aşağıdakı әmәliyyatlar vergitutma obyektlәridir:

184.1.1. Azәrbaycan Respublikasının әrazisindә istehsal edilәn aksizli malların istehsal binasının hüdudlarından kәnara buraxılması;

184.1.2. idxal malları üçün - Azәrbaycan Respublikasının Gömrük Mәcәllәsinә uyğun olaraq aksizli malların gömrük xidmәtinin nәzarәtindәn çıxması.

184.2. Bu maddәnin mәqsәdlәri üçün istehsal binalarına istehsalın olduğu әrazidә yerlәşәn anbarlar, kömәkçi anbar sahәlәri vә digәr oxşar binalar aiddir.

Maddә 185. Vergi tutulan әmәliyyatın mәblәği

185.1. Azәrbaycan Respublikası әrazisindә istehsal olunan mallar üçün vergi tutulan әmәliyyatın mәblәği vergi ödәyicisinin müştәridәn vә ya hәr hansı digәr şәxsdәn, o cümlәdәn barter әsasında, aldığı vә ya almalı olduğu haqqın topdansatış bazar qiymәtindәn (aksiz vә әDV çıxılmaqla) aşağı olmayan mәblәğidir.

185.2. İdxal malları üçün vergi tutulan әmәliyyatın mәblәği Azәrbaycan Respublikasının Gömrük Mәcәllәsinә uyğun olaraq müәyyәn edilәn, lakin topdansatış bazar qiymәtindәn aşağı olmayan malların gömrük dәyәridir (aksiz vә әDV çıxılmaqla).

185.3. Qaytarılan tara istisna edilmәklә qablaşdırmanın qiymәti vergi tutulan әmәliyyatın mәblәği müәyyәnlәşdirilәrkәn nәzәrә alınır.

Maddә 186. Vergi tutulan әmәliyyatın vaxtı

Page 122: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

186.1. Azәrbaycan Respublikası әrazisindә istehsal olunan mallar üçün - malların istehsal binasının hüdudlarından kәnara buraxıldığı vaxt vergi tutulan әmәliyyatın vaxtıdır.

186.2. Malların idxalı üçün - Azәrbaycan Respublikasının Gömrük Mәcәllәsinә uyğun olaraq aksizli malların gömrük xidmәtinin nәzarәtindәn çıxdığı vaxt vergi tutulan әmәliyyatın vaxtıdır.

Maddә 187. İxracın vergiyә cәlb edilmәsi

Aksizli malların ixracı sıfır dәrәcәsi ilә vergiyә cәlb olunur.

Maddә 188. Azadolmalar

188.1. Aşağıdakılar aksizdәn azad edilir:

188.1.1. fiziki şәxsin fәrdi istehlakı üçün 3 litr alkoqollu içkinin vә 3 blok siqaretin idxalı, hәmçinin Azәrbaycan Respublikasına avtomobillәrlә gәlәn şәxslәr üçün hәmin avtomobilin texniki pasportu ilә nәzәrdә tutulmuş bakındakı yanacaq;

188.1.2. Azәrbaycan Respublikası әrazisindәn tranzitlә daşınan mallar;

188.1.3. tәkrar ixrac üçün nәzәrdә tutulan mallar istisna edilmәklә, malların Azәrbaycan Respublikası әrazisinә müvәqqәti idxalı;

188.1.4. tәkrar ixrac üçün nәzәrdә tutulan vә girovla tәminat verilәn mallar.

188.2. Bu Mәcәllәnin 188.1-ci maddәsindә göstәrilәn aksizdәn azadolmalar yalnız o zaman tәtbiq edilir ki, gömrük rüsumlarından azadolmaların şәrtlәrinә әmәl edilmiş olsun. әgәr gömrük rüsumu tutulması mәqsәdlәri üçün idxal, rüsumun geri qaytarılması rejiminin tәsiri altına düşürsә vә ya azadolmanın şәrtlәri pozulduğu üçün gömrük rüsumunun ödәnilmәsi tәlәb edilirsә, hәmin rejim aksizin tutulmasına da tәtbiq olunur.

Maddә 189. İstehsal ehtiyacları üçün aksizlәrin әvәzlәşdirilmәsi

189.1. Aksizli malları (xammal vә materialları) alan vә bu malları vergi tutulan digәr aksizli malların istehsalı üçün istifadә edәn şәxs xammal vә materialları alarkәn ödәnilmiş aksizin mәblәğini әvәzlәşdirmәk vә ya geri almaq hüququna malikdir.

189.2. Bu maddәyә uyğun olaraq aksizin mәblәği yalnız xammal vә materialların istehsalçısı tәrәfindәn aksizin ödәnildiyini tәsdiq edәn hesab-faktura, xammal vә materiallar idxal edildikdә isә - müvafiq sәnәdlәr vergi orqanına verildiyi zaman әvәzlәşdirilir vә ya geri qaytarılır. Sәnәdlәr vergi orqanına verildikdәn sonra 45 gün әrzindә tutulmuş aksiz mәblәği vergi ödәyicisinә qaytarılır.

Maddә 190. Aksizli malların siyahısı vә vergi dәrәcәlәri

Page 123: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

190.1. Aşağıdakı mallar aksizli mallara aid edilir:

- içmәli spirt, maya, pivә vә spirtli içkilәrin bütün növlәri;

- tütün mәmulatları;

- neft mәhsulları.

190.2. Aksizlәrin dәrәcәlәri müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.

Maddә 191. Aksizlәr üzrә hesabat dövrü vә aksizlәrin ödәnilmәsi

191.1. Aksizlәr üzrә hesabat dövrü tәqvim ayıdır. Aksizli mallar istehsal edildikdә hәr hesabat dövrü üçün vergi tutulan әmәliyyatlar üzrә aksizlәr hesabat dövründәn sonrakı ayın 20-dәn gec olmayaraq ödәnilmәlidir.

191.2. Vergi ödәyicisinin aksizin ödәnişi üzrә borcu varsa, hәmin borc yaranandan ödәnilәnәdәk hәyata keçirilәn vergi tutulan әmәliyyatlar üzrә aksizlәr bu Mәcәllәnin 191.1-ci maddәsinin tәlәblәrinә baxmayaraq hәmin әmәliyyatların aparıldığı vaxt ödәnilir vә vergi ödәyicisinin hәmin malları bu mallar üzrә aksizi ödәyәnәdәk istehsal binasının hüdudlarından kәnara çıxartmağa hüququ yoxdur.

191.3. Aksizli mallar idxal edildikdә, aksiz gömrük orqanları tәrәfindәn gömrük rüsumlarının tutulduğu qaydada tutulur.

191.4. Aksizlәr dövlәt büdcәsinә ödәnilir.

Maddә 192. Bәyannamәnin verilmәsi

192.1. Vergi ödәyicisi bu Mәcәllәnin 191.1-ci maddәsindә göstәrilәn hallarda müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi qaydada verginin ödәnilmәsi üçün nәzәrdә tutulmuş müddәtlәrdә, hesabat dövrü әrzindә vergi tutulan әmәliyyatlarını göstәrmәklә bәyannamә vermәlidir.

192.2. Aksizin ödәyicisi bu Mәcәllәnin 189-cu maddәsindә göstәrilәn әvәzlәşdirmә üçün әrizәni aksizin ödәnilmәsinә dair bәyannamә ilә birlikdә vergi orqanına verir.

Maddә 193. Tәkrar ixrac zamanı aksizin qaytarılması

193.1. Sonradan tәkrar ixrac mәqsәdi ilә idxal olunan mallar üçün aksiz, malların idxalı vaxtı ödәnilir vә sonradan tәkrar ixracın faktiki hәcminә müvafiq mәblәğdә aksizi almış gömrük orqanları tәrәfindәn 15 gün әrzindә geri qaytarılır.

193.2. Bu Mәcәllәnin 188.1.4-cü maddәsinә uyğun olaraq aksizlәrdәn azad edilәn idxal mallarına bu Mәcәllәnin 193.1-ci maddәsi tәtbiq edilmir.

Page 124: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Maddә 194. Aksizli mallar üzәrindә vergi nәzarәti

194.1. Aksiz tutulan mallara, o cümlәdәn idxal mallarına aksiz markalarının tәtbiqi qaydaları müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir. Belә aksizli malları markasız idxal etmәk, saxlamaq (şәxsi mәqsәdlәr üçün istisna olmaqla) vә ya satmaq qadağandır vә hәmin mallar dövlәt nәfinә alınır. Dövlәt nәfinә alınmış aksiz markası olmayan aksizli malların satışı bu Mәcәllәdә müәyyәn edilmiş qaydada hәyata keçirilir.

194.2. Vergi orqanları markalanmalı olan aksizli malları istehsal edәn vergi ödәyicilәrinin müvafiq binalarında vә ya anbarlarında (şәxsi istehlak üçün anbarlar istisna olmaqla) nәzarәt postları, ölçü cihazları, plomblar qurmalı vә digәr tәdbirlәri görmәklә aksizli malların uçota alınmadan, markalanmadan vә bu Mәcәllәnin 191.2-ci maddәsindә nәzәrdә tutulan hallarda vә müәyyәn edilmiş prosedura uyğun olaraq aksizlәri ödәmәdәn istehsal binasının hüdudlarından kәnara çıxarılmasının qarşısının alınmasını tәmin etmәlidirlәr.

194.3. Markalanmalı olan aksizli mallara bu Mәcәllәnin 194.2-ci maddәsindә nәzәrdә tutulmuş nәzarәtin hәyata keçirilmәsi qaydaları müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.

Maddә 195. Vergi hesab-fakturaları

195.1. Bu Mәcәllәnin 195.3-cü maddәsi ilә başqa hallar nәzәrdә tutulmamışdırsa, aksizli malları göndәrәn vergi ödәyicisi normativ hüquqi aktlara uyğun olaraq malı qәbul edәnә vergi hesab-fakturası yazmalı vә vermәlidir.

195.2. Vergi hesab-fakturası müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi formada tәrtib edilәn vә bu Mәcәllәnin 176.2-ci maddәsindә nәzәrdә tutulmuş rekvizitlәri özündә әks etdirәn sәnәddir.

195.3. Mallar pәrakәndә qaydada göndәrildiyi hallarda vergi hesab-fakturası әvәzinә qәbz vә ya çek verilә bilәr

Fәsil XIII. Әmlak vergisi

Bu Mәcәllәnin 197-ci maddәsindә göstәrilәn vergitutma obyektlәri olan fiziki şәxslәr vә müәssisәlәr әmlak vergisinin ödәyicilәridir.

Maddә 196. Vergi ödәyicilәri

196.1. Xüsusi mülkiyyәtindә cari ilin yanvarın 1-nә bu Mәcәllәnin 197-ci maddәsindә göstәrilәn vergitutma obyektlәri olan rezident vә qeyri-rezident fiziki şәxslәr әmlak vergisinin ödәyicilәridirlәr.

196.2. Aşağıdakı müәssisәlәr әmlak vergisinin ödәyicilәridir:

196.2.1. rezident müәssisәlәr;

Page 125: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

196.2.2. Azәrbaycan Respublikasında özünün daimi nümayәndәliyi vasitәsi ilә sahibkarlıq fәaliyyәtini hәyata keçirәn qeyri-rezident müәssisәlәr.Bu maddәdә göstәrilәn vergi ödәyicilәri bu fәsildә müvafiq olaraq fiziki şәxslәr vә müәssisәlәr adlandırılacaqdır.

Maddә 197. Vergitutma obyektlәri

197.1. Aşağıdakılar vergitutma obyekti sayılır:

197.1.1. rezident vә qeyri-rezident fiziki şәxslәrin xüsusi mülkiyyәtindә olan vә Azәrbaycan Respublikasının әrazisindә yerlәşәn tikililәrin vә ya onların hissәlәrinin (bundan sonra bina adlandırılacaq), hәmçinin yerindәn vә istifadә edilib-edilmәmәsindәn asılı olmayaraq rezident fiziki şәxslәrә mәxsus avtomobil vә özüyeriyәn tәkәrli texnika (bundan sonra - avtonәqliyyat vasitәlәri), su vә hava nәqliyyatı vasitәlәrinin dәyәri;

197.1.2. müәssisәlәrin balansında olan avtonәqliyyat vasitәlәri;

197.1.3. müәssisәlәrin balansında olan әsas vәsaitlәrin orta illik dәyәri;

197.1.4. Azәrbaycan Respublikasında özünün daimi nümayәndәliyi vasitәsilә sahibkarlıq fәaliyyәtini hәyata keçirәn qeyri-rezident müәssisәlәr üçün — yalnız daimi nümayәndәliklә bağlı olan әsas vәsaitlәrin orta illik dәyәri.

197.2. Vergitutma obyekti olan vә müәssisәlәr tәrәfindәn hüquqi şәxs yaratmadan birgә fәaliyyәt aparmaq üçün birlәşdirilәn әsas vәsaitlәrin dәyәri, bu әsas vәsaitlәri birlәşdirәn birgә fәaliyyәt iştirakçıları tәrәfindәn vergiyә cәlb edilmәsi mәqsәdlәri üçün bәyannamәyә daxil olunur. Birgә fәaliyyәt nәticәsindә yaradılmış (alınmış) әsas vәsaitlәrin dәyәri isә birgә fәaliyyәtin iştirakçıları tәrәfindәn müqavilә üzrә mülkiyyәtdә müәyyәn olunmuş pay haqqına müvafiq olaraq bәyannamәyә daxil edilir.

Maddә 198. Vergi dәrәcәlәri

198.1. Fiziki şәxslәr әmlak vergisini aşağıdakı qaydada vә dәrәcәlәrlә ödәyirlәr:

198.1.1. onların xüsusi mülkiyyәtindә olan binaların inventarlaşdırılmış dәyәrindәn:

bu dәyәr aylıq gәlirin vergi tutulmayan mәblәğinin

300 mislinәdәk olduqda vergi tutulmur,

300 mislinәdәn çox olan mәblәğdәn isә 0,1 faizlә.

198.1.2. su vә hava nәqliyyatı vasitәlәrinә görә:

198.1.2.1. su nәqliyyatı vasitәsinin mühәrrikinin 1 kub santimetri üçün aylıq

Page 126: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

gәlirin vergi tutulmayan mәblәğinin 0,02 faizi;

198.1.2.2.hava nәqliyyatı vasitәsinin mühәrrikinin 1 kub santimetri üçün aylıq gәlirin vergi tutulmayan mәblәğinin 0,02 faizi.

198.1.2.3. mühәrriki olmayan su vә hava nәqliyyatı vasitәlәri üçün - onların bazar qiymәtinin 1 faizi.

198.2. Müәssisәlәr әsas vәsaitlәrin bu Mәcәllәnin 202-ci maddәsinә uyğun olaraq müәyyәnlәşdirilәn dәyәrindәn 1 faiz dәrәcәsi ilә әmlak vergisi ödәyirlәr.

198.3. Fiziki şәxslәr vә müәssisәlәr avtonәqliyyat vasitәlәrinә görә illik әmlak vergisini hәmin vasitәlәrin mühәrrikinin hәcminә görә (1 kub santimetr hesabı ilә) aşağıdakı dәrәcәlәrlә ödәyirlәr:

Vergitutma obyektinin adı

Aylıq gәlirinin vergi tutulmayan mәblәğinә nisbәtәn,%

Minik avtomobillәri 0,01

Yük daşıyan avtonәqliyyat vasitәlәri vә avtobuslar

0,02

Maddә 199. Vergi güzәştlәri vә azadolmalar

199.1. Dövlәt hakimiyyәti orqanları, büdcә tәşkilatları vә yerli özünü idarәetmә orqanları, Azәrbaycan Respublikasının Milli Bankı vә onun qurumları, dövlәt fondları vә әlillәrin ictimai tәşkilatları әmlak vergisini ödәmәkdәn azaddır.

199.2. Misgәrlik, qalayçılıq, dulusçuluq vә saxsı mәmulatlarının, tәsәrrüfat müxәllәfatının, bağçılıq-bostançılıq alәtlәrinin, xalq müsiqi alәtlәrinin, oyuncaqların, suvenirlәrin, qamışdan vә qarğıdan mәişәt әşyalarının düzәldilmәsi, keramika mәmulatlarının bәdii işlәnmәsi, bәdii tikmә, ağac materiallardan mәişәt alәtlәrinin hazırlanması sahәsindә hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәti ilә mәşğul olan fiziki şәxslәrin sәnәtkarlıq emalatxanalarının binaları vә ya binaların bu emalatxanalar yerlәşәn hissәlәri әmlak vergisinә cәlb edilmir.

199.3. Binaların icarәyә, kirayәyә verildiyi, habelә sahibkarlıq vә ya kommersiya fәaliyyәti ilә mәşğul olmaq üçün istifadә edildiyi hallar istisna olmaqla bu Mәcәllәnin 102.2-ci maddәsindә göstәrilәn şәxslәrin, habelә pensiyaçıların vә müddәtli hәrbi xidmәt hәrbi qulluqçularının vә onların ailә üzvlәrinin müddәtli hәrbi xidmәt dövründә binalara görә ödәmәli olduqları

Page 127: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

әmlak vergisininin mәblәği aylıq gәlirin vergi tutulmayan mәblәğinin 1,5 misli qәdәr azaldılır.

199.4. Vergitutma mәqsәdlәri üçün müәssisәnin әmlakının dәyәri aşağıdakı әmlakların dәyәrindә azaldılır:

199.4.1. ekologiya, yanğından mühafizә vә ya mülki müdafiә üçün istifadә edilәn obyektlәrin;

199.4.2. mәhsul ötürәn kәmәrlәrin, dәmir vә avtomobil yollarının, rabitә vә enerji ötürücü xәtlәrinin, meliorasiya vә suvarma sistemi obyektlәrinin;

199.4.3. bu Mәcәllәnin 197.1.2-ci maddәsinә uyğun olaraq vergiyә cәlb edilәn avtonәqliyyat vasitәlәrinin;

199.4.4. tәhsil, sәhiyyә, mәdәniyyәt vә idman müәssisәlәrinin yalnız bu sahәlәrin tәyinatı üzrә istifadә etdiyi obyektlәrinin;

199.4.5. bu Mәcәllәnin 114.3.2-ci maddәsinә uyğun olaraq amortizasiya olunan әsas vәsaitlәrin.

199.5. әәhәrlәrdә sәrnişin daşımaları üçün istifadә olunan trolleybuslar vә tramvaylar әmlak vergisindәn azaddır.

199.6. Bu Mәcәllәnin 102.2-ci maddәsindә göstәrilәn şәxslәrin avtonәqliyyat vasitәlәrinә görә ödәmәli olduğu әmlak vergisinin mәblәği aylıq gәlirin vergi tutulmayan mәblәğinin 50 faizi qәdәr azaldılır.

Maddә 200. Fiziki şәxslәrdәn әmlak vergisinin hesablanması vә ödәnilmәsi qaydası

200.1. Binalar üzrә әmlak vergisi müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi qaydada binaların inventar dәyәrinә әsasәn hesablanılır.Fiziki şәxslәrin xüsusi mülkiyyәtindә olan binalarına görә әmlak vergisi onların yerlәşdiyi әrazinin bәlәdiyyәsi tәrәfindәn hesablanır.

200.2. Bir neçә sahibi olan bina üzrә әmlak vergisi hәmin binanın hәr sahibi üçün onun binanın dәyәrindәki payına uyğun olaraq, bu Mәcәllәnin 200.1-ci maddәsindә müәyyәn edilmiş qaydaya uyğun olaraq hesablanır.

200.3. Su vә hava nәqliyyatı vasitәlәrinә görә vergi onların qeydiyyatını hәyata keçirәn tәşkilatlar tәrәfindәn verilәn mәlumatlar әsasında hәr il yanvarın 1-i vәziyyәtinә hesablanılır. Belә qeydiyyatın olmadığı hallarda, hәmin әmlakın sahibi mülkiyyәtindә olan su vә hava nәqliyyatı vasitәlәri barәdә lazımi mәlumatları (buraxılış ili, alış qiymәti vә texniki xarakteristikası) әks etdirәn sәnәdlәri hәr il yanvar ayının 1-dәk müvafiq orqana tәqdim edir.Bir neçә fiziki şәxsә mәxsus olan su vә hava nәqliyyatı vasitәsinә görә vergi hәmin nәqliyyat vasitәsini öz adına qeydiyyatdan keçirmiş şәxsdәn tutulur.

Page 128: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

200.4. Bәlәdiyyәlәr verginin ödәnilmәsi barәdә tәdiyә bildirişini vergi ödәyicilәrinә iyunun 1-dәn gec olmayaraq vermәlidirlәr.

200.5. Cari il üçün verginin mәblәği bәrabәr hissәlәrlә - hәmin il avqustun 15-dәk vә noyabrın 15-dәk ödәnilir. әmlak vergisi әmlakın әvvәlki sahibi tәrәfindәn ödәnilmәdiyi hallarda, vergi bu maddә ilә müәyyәn edilmiş ödәmә vaxtında hәmin әmlakın sahibi tәrәfindәn ödәnilir.

200.6. Fiziki şәxslәrdәn әmlak vergisi yerli (bәlәdiyyә) büdcәyә ödәnilir. Vergi vaxtında ödәnilmәdikdә, bu Mәcәllә ilә müәyyәn edilmiş qaydada faiz hesablanır.

200.7. Avtonәqliyyat vasitәlәri üzrә әmlak vergisi avtonәqliyyat vasitәlәrinin qeydiyyatdan, yenidәn qeydiyyatdan vә ya illik texniki baxışdan keçirilmәsi üçün müәyyәn edilmiş vaxtda ödәnilir. Verginin ödәnilmәsini tәsdiq edәn sәnәd olmadıqda, avtonәqliyyat vasitәsinin qeydiyyatı, yenidәn qeydiyyatı vә ya texniki baxışı keçirilmir.

Maddә 201. Müәssisәnin әmlak vergisinin hesablanması vә ödәnilmәsi

201.1. Vergitutma mәqsәdlәri üçün müәssisәnin әmlakının orta illik qalıq dәyәri bu Mәcәllәnin 202-ci maddәsinә uyğun olaraq müәyyәn edilir.

201.2. Müәssisәnin әmlak vergisi üçün vergi dövrü tәqvim ili sayılır.

201.3. әmlak vergisi ödәyicilәri cari vergi ödәmәlәri kimi hәr rübün ikinci ayının 15-dәn gec olmayaraq әvvәlki ildәki әmlak vergisinin mәblәğinin 25 faizi hәcmindә vergi ödәyir.

201.4. Dövlәt büdcәsinә hesabat dövrü üçün ödәnilmәli olan verginin mәblәği hesabat dövrü әrzindә әvvәllәr hesablanmış ödәmәlәr nәzәrә alınmaqla müәyyәn edilir.

201.5. Müәssisә әmlak vergisinin illik bәyannamәsini hesabat ilindәn sonrakı ilin aprel ayının 1-dәk vergi orqanına verir.

201.6. İllik bәyannamәlәr üzrә vergilәr hәmin bәyannamәlәrin verilmәsi üçün müәyyәn edilmiş müddәtlәrәdәk ödәnilir. Hesablanmış verginin mәblәği bu Mәcәllәnin 119-cu maddәsi ilә mәhdudlaşdırılmayan gәlirdәn çıxılmalara aid edilir.

201.7. Müәssisәlәrin әmlak vergisi dövlәt büdcәsinә ödәnilir.

201.8. Müәssisәlәrin avtonәqliyyat vasitәlәri üçün әmlak vergisi avtonәqliyyat vasitәlәrinin qeydiyyatdan, yenidәn qeydiyyatdan vә ya illik texniki baxışdan keçirilmәsi üçün müәyyәn edilmiş vaxtda dövlәt büdcәsinә ödәnilir. Vergi vaxtında ödәnilmәdikdә, bu Mәcәllә ilә müәyyәn edilmiş qaydada faiz hesablanır.Verginin ödәnilmәsini tәsdiq edәn sәnәd olmadıqda, avtonәqliyyat vasitәsinin qeydiyyatı, yenidәn qeydiyyatı vә ya texniki baxışı keçirilmir.

Page 129: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Maddә 202. Müәssisәnin әmlakının vergi tutulan dәyәrinin müәyyәn edilmәsi qaydası

202.0. Vergitutma mәqsәdlәri üçün müәssisәnin әmlakının orta illik qalıq dәyәri götürülür. Müәssisәnin әmlakının (avtonәqliyyat vasitәlәri istisna olmaqla) orta illik qalıq dәyәri aşağıdakı qaydada hesablanır:

202.0.1. Müәssisәnin әmlakının (avtonәqliyyat vasitәlәri istisna olmaqla) hesabat ilinin әvvәlinә vә sonuna qalıq dәyәri toplanıb ikiyә bölünür.

202.0.2. Müәssisә hesabat ili әrzindә yaradıldıqda, onun әmlakının (avtonәqliyyat vasitәlәri istisna olmaqla) yaradıldığı tarixә vә ilin sonuna balans üzrә qalıq dәyәri toplanaraq 24-ә bölünür vә müәssisәnin yaradıldığı aydan sonra, ilin sonuna qәdәr olan ayların sayına vurulur.

202.0.3. Müәssisә hesabat ili әrzindә lәğv edildikdә, onun әmlakının (avtonәqliyyat vasitәlәri istisna olmaqla) ilin әvvәlinә vә lәğv edildiyi tarixә balans üzrә qalıq dәyәri toplanaraq 24-ә bölünür vә ilin әvvәlindәn müәssisәnin lәğv edildiyi aya qәdәr olan ayların sayına vurulur

Fәsil XIV Torpaq vergisi

Maddә 203. Torpaq vergisi

203.1. Torpaq vergisi torpaq mülkiyyәtçilәrinin vә ya istifadәçilәrinin tәsәrrüfat fәaliyyәtinin nәticәlәrindәn asılı olmayaraq torpaq sahәsinә görә hәr il sabit tәdiyә şәklindә hesablanır. 203.2. Rezident vә qeyri-rezident fiziki şәxslәr, habelә rezident vә qeyri-rezident müәssisәlәr torpaq sahәlәri barәdә özlәrinin mülkiyyәt vә istifadә hüquqlarını tәsdiq edәn sәnәdlәri aldıqdan sonra fiziki şәxslәr vә bәlәdiyyә müәssisәlәri bәlәdiyyәlәrdә, digәr müәssisәlәr isә vergi orqanında 1 ay әrzindә uçota durmalıdırlar.

Maddә 204. Verginin ödәyicilәri

Azәrbaycan Respublikasının әrazisindә mülkiyyәtindә vә ya istifadәsindә torpaq sahәlәri olan fiziki şәxslәr vә müәssisәlәr torpaq vergisinin ödәyicilәridir.

204.1. Azәrbaycan Respublikasının әrazisindә mülkiyyәtindә vә ya istifadәsindә torpaq sahәlәri olan aşağıdakı rezident vә qeyri-rezident şәxslәr torpaq vergisinin ödәyicilәridirlәr:

204.1.1. rezident vә qeyri-rezident fiziki şәxslәr;

204.1.2. rezident müәssisәlәr;

204.1.3. bu Mәcәllәnin 204.1.2-ci maddәsindә göstәrilәn müәssisәlәrin cari hesabı olan filialları vә bölmәlәri;

204.1.4. Azәrbaycan Respublikasında özünün daimi nümayәndәliyi vasitәsi

Page 130: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

ilә sahibkarlıq fәaliyyәtini hәyata keçirәn qeyri-rezident müәssisәlәr.

204.2. bu Mәcәllәnin 204-cü maddәsindә göstәrilәn vergi ödәyicilәri bu fәsildә müvafiq olaraq fiziki şәxslәr vә müәssisәlәr adlandırılacaqlar.

Maddә 205. Vergitutma obyekti

Fiziki şәxslәrin vә müәssisәlәrin Azәrbaycan Respublikasının әrazisindә mülkiyyәtindә vә ya istifadәsindә olan torpaq sahәlәri vergitutma obyekti sayılır.

Maddә 206. Vergi dәrәcәlәri

206.1. Torpaq vergisinin dәrәcәsi kәnd tәsәrrüfatı torpaqları üzrә 1 şәrti bal üçün aylıq gәlirin vergi tutulmayan mәblәğinin 0,3 faizidir.

206.2. Müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn kadastr qiymәt rayonları vә ora daxil olan inzibati rayonlar üzrә kәnd tәsәrrüfatı torpaqlarının tәyinatı, coğrafi yerlәşmәsi vә keyfiyyәti nәzәrә alınmaqla şәrti balları müәyyәnlәşdirilir.

206.3. Sәnaye, tikinti, nәqliyyat, rabitә, ticarәt-mәişәt xidmәti vә digәr xüsusi tәyinatlı yaşayış fondlarının hәyәtyanı sahәlәri vә vәtәndaşların bağ sahәlәrinin tutduğu torpaqlar üzrә torpaq sahәsinin hәr kvadrat metrinә görә aşağıdakı cәdvәldә aylıq gәlirin vergi tutulmayan mәblәğindәn faizlә müәyyәn olunan dәrәcәlәr tәtbiq olunur:

Yaşayış Mәntәqәlәri

Sәnaye, tikinti,

nәqliyyat, rabitә, ticarәt-mәişәt

xidmәti vә digәr xüsusi

tәyinatlı torpaqlar

Yaşayış fondlarının, hәyәtyanı sahәlәrin

torpaqları vә vәtәndaşların

bağ sahәlәrinin tutduğu torpaq-

lar

Bakı 0,3 0,025

Gәncә, Sumqayıt 0,25 0,02

Naxçıvan, Şәki, Yevlax, Lәnkәran, Xankәndi, Mingәçevir, Әli-Bayramlı, Naftalan

0,15 0,012

Rayon mәrkәzlәrindә 0,125 0,01

Page 131: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

Rayon tabeçiliyindә olan şәhәrlәrdә, qәsәbәlәrdә vә kәndlәrdә (Bakı vә Sumqayıt şәhәrlәrinin qәsәbә vә kәndlәri istisna olmaqla)

0,06 0,005

Maddә 207. Vergi güzәştlәri

207.1. Aşağıdakı torpaqlar torpaq vergisinә cәlb edilmir:

207.1.1. yaşayış mәntәqәlәrinin ümumi istifadәdә olan torpaqları;

207.1.2. Dövlәt hakimiyyәti orqanlarının, büdcә tәşkilatlarının vә yerli özünü idarәetmә orqanlarının, Azәrbaycan Respublikası Milli Bankının vә onun qurumlarının, habelә Azәrbaycan Respublikasının Dövlәt Neft Fondunun mülkiyyәtindә vә ya istifadәsindә olan torpaqlar;

207.1.3. istehsal fәaliyyәtinә cәlb edilmәmiş dövlәt, meşә vә su fondu torpaqları, Xәzәr dәnizinin (gölünün) Azәrbaycan Respublikasına mәxsus olan sektorunun altında yerlәşәn torpaqlar;

207.1.4. dövlәt sәrhәd zolaqları vә müdafiә tәyinatlı torpaqlar.

207.2. Bu Mәcәllәnin 102.2-ci maddәsindә göstәrilәn şәxslәrin mülkiyyәtindә olan torpaqlara görә torpaq vergisinin mәblәği aylıq gәlirin vergi tutulmayan mәblәğinin 50 faizi qәdәr azaldılır.

Maddә 208. Torpaq vergisinin hesablanması vә ödәnilmәsi qaydaları

208.1. Torpaq vergisi torpaq barәsindә mülkiyyәt vә ya istifadә hüququnu tәsdiq edәn sәnәdlәr әsasında müәyyәnlәşdirilir. Tikililәrin vә qurğuların altında olan torpaqlara, hәmçinin obyektlәrin sanitariya mühafizәsi üçün zәruri olan torpaq sahәlәrinә görә torpaq vergisi tutulur.

208.2. Torpaq vergisini müәssisәlәr torpaq sahәlәrinin ölçüsünә vә torpaq vergisinin dәrәcәlәrinә әsasәn illik olaraq hesablayır vә mayın 15-dәn gec olmayaraq hesablamaları vergi orqanına verirlәr. Bu qaydada hesablanmış torpaq vergisinin mәblәği bu Mәcәllәnin 119-cu maddәsi ilә mәhdudlaşdırılmayan gәlirdәn çıxılmalara aid edilir.

208.3. Müvafiq orqanlar tәrәfindәn hәr il iyulun 1-dәk fiziki şәxslәrә torpaq vergisi hesablanılır vә tәdiyә bildirişlәri avqustun 1-dәn gec olmayaraq onlara çatdırılır.

208.4. Ayrılıqda bir neçә hüquqi vә ya fiziki şәxsin mülkiyyәtindә vә ya istifadәsindә olan tikililәrin altında qalan vә ya onlara xidmәt üçün ayrılmış

Page 132: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

torpaq sahәlәrinә görә vergi onlara mәxsus tikili sahәlәrinә mütәnasib surәtdә hesablanır.

208.5. Torpaq vergisi bәrabәr mәblәğlәrdә 15 avqust vә 15 noyabr tarixlәrindәn gec olmayaraq ödәnilir. Torpaq vergisi torpağın әvvәlki sahibi tәrәfindәn ödәnilmәdiyi halda, vergi bu maddә ilә müәyyәn edilmiş ödәmә vaxtına hәmin torpağın sahibi tәrәfindәn ödәnilir.

208.6. Müәssisәlәrin torpaq vergisi dövlәt büdcәsinә, fiziki şәxslәrin torpaq vergisi isә yerli büdcәyә (bәlәdiyyә büdcәsinә) ödәnilir.

Fәsil XV Yol vergisi

Maddә 209. Vergi ödәyicilәri

Azәrbaycan Respublikasının әrazisinә daxil olan vә hәmin әrazidәn sәrnişin vә yük daşınması üçün istifadә edәn avtomobil nәqliyyatı vasitәlәrinin sahiblәri olan qeyri-rezident müәssisәlәri vә qeyri-rezident fiziki şәxslәr Azәrbaycan Respublikasının avtomobil yollarından istifadәyә görә yol vergisinin ödәyicilәridir.

Maddә 210. Vergitutma obyekti

Azәrbaycan Respublikasının әrazisinә daxil olan xarici dövlәtlәrin avtonәqliyyat vasitәlәri vergitutma obyektidir.

Maddә 211. Yol vergisinin dәrәcәlәri

211.1. Avtonәqliyyat vasitәlәrinin növündәn, oturacaqların sayından, yük götürmә qabiliyyәtindәn vә avtonәqliyyat vasitәsinin yüklә birlikdә ümumi çәkisindәn, oxa düşәn ağırlıqdan, Azәrbaycan Respublikası әrazisindә qәt edilәn mәsafәdәn, tәhlükәli yüklәrin daşınmasından asılı olaraq Azәrbaycan Respublikasının әrazisinә daxil olan xarici dövlәtlәrin avtonәqliyyat vasitәlәrindәn vergi aşağıdakı dәrәcәlәrlә hesablanır:

211.1.1. minik avtomobillәri - 15 ABŞ dolları;

211.1.2. avtobuslar üçün oturacaq yerlәrinin sayından vә Azәrbaycan Respublikasının әrazisindә qaldığı müddәtdәn asılı olaraq:

Ölkә әrazisindә qaldığı müddәt

Oturacaq yerlәrinin sayı 12-dәk olanda 

Oturacaq yerlәrinin sayı 13-dәn 30-dәk olanda 

Oturacaq yerlәrinin sayı 31 vә çox olduqda

1 gün üçün 15 ABŞ 20 ABŞ 25 ABŞ

Page 133: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

dolları   dolları   dolları  

1 hәftәdәyәk 30 ABŞ dolları  

40 ABŞ dolları  

50 ABŞ dolları  

1 aya qәdәr  100 ABŞ dolları  

140 ABŞ dolları  

175 ABŞ dolları  

3 aya qәdәr 300 ABŞ dolları  

400 ABŞ dolları  

500 ABŞ dolları  

1 ilә qәdәr  1050 ABŞ dolları  

1400 ABŞ dolları  

1750 ABŞ dolları

211.1.3. yük avtomobillәri, qoşqulu vә yarımqoşqulu avtonәqliyyat vasitәlәri üçün oxların sayından vә Azәrbaycan Respublikasının әrazisindә qaldığı müddәtdәn asılı olaraq:

Ölkә әrazisindә qaldığı müddәt

4 (dörd) oxa qәdәr olanda 

4 (dörd) ox vә çox  olanda 

1 gün üçün 20 ABŞ dolları   30 ABŞ dolları  

2 hәftәyә qәdәr 40 ABŞ dolları   80 ABŞ dolları  

1 aya qәdәr  140 ABŞ dolları  

280 ABŞ dolları  

3 aya qәdәr 400 ABŞ dolları  

800 ABŞ dolları  

1 ilә qәdәr  1400 ABŞ dolları  

2800 ABŞ dolları  

211.2. Bu Mәcәllәnin 211.1.3-cü maddәsindә göstәrilәn verginin mәblәği ağır çәkili avtonәqliyyat vasitәlәri ilә yüklәrin daşınmasına görә Azәrbaycan Respublikasının әrazisindә qәt edilәn yolun hәr kilometri üçün aşağıdakı qәdәr artırılır:

nәqliyyat vasitәlәrinin yüklә birlikdә ümumi çәkisi:

- 37 tondan 41 tonadәk olduqda 0,15 ABŞ dolları;

- 41 tondan 51 tonadәk olduqda 0,30 ABŞ dolları;

- 51 tondan 61 tonadәk olduqda 0,45 ABŞ dolları;

Page 134: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

- 61 tondan 71 tonadәk olduqda 0,60 ABŞ dolları;

- 71 tondan 81 tonadәk olduqda 0,75 ABŞ dolları;

- 81 tondan çox olduqda 1,8 ABŞ dolları;

211.3. Tәhlükәli yüklәrin daşınmasına görә bu Mәcәllәnin 211.1.3-cü maddәsindә göstәrilәn verginin mәblәği aşağıdakı qәdәr artırılır:

- az tәhlükәli yüklәr üçün 100 faiz;

- tәhlükәli yüklәr üçün 200 faiz;

- xüsusi tәhlükәli yüklәr üçün 400 faiz.

Maddә 212. Yol vergisinin tutulması

Xarici dövlәtlәrin avtonәqliyyat vasitәlәrindәn bu fәsildә müәyyәn edilmiş vergini hәmin avtonәqliyyat vasitәlәri Azәrbaycan Respublikasının gömrük әrazisinә daxil olan zaman gömrük orqanları tuturlar vә bir bank günü әrzindә dövlәt büdcәsinә keçirirlәr

Fәsil XVI. Mәdәn vergisi

Maddә 213. Mәdәn vergisi

Azәrbaycan Respublikasının әrazisindә, o cümlәdәn Xәzәr dәnizinin (gölünün) Azәrbaycan Respublikasına mәnsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görә mәdәn vergisi tutulur.

Maddә 214. Vergi ödәyicilәri

Azәrbaycan Respublikasının әrazisindә (Xәzәr dәnizinin (gölünün) Azәrbaycan Respublikasına mәnsub olan bölmәsi dә daxil olmaqla) yerin tәkindәn faydalı qazıntıları çıxaran fiziki şәxslәr vә müәssisәlәr mәdәn vergisinin ödәyicilәridir.

214.1. Yerin tәkindәn faydalı qazıntıları çıxaran aşağıdakı şәxslәr mәdәn vergisinin ödәyicilәridir:

214.1.1. rezident vә qeyri-rezident fiziki şәxslәr;

214.1.2. rezident müәssisәlәr;

214.1.3. bu Mәcәllәnin 214.1.2-ci maddәsindә göstәrilәn müәssisәlәrin sәrbәst balansı vә cari hesabı olan filialları;

Page 135: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

214.1.4. Azәrbaycan Respublikasında özünün daimi nümayәndәliyi vasitәsi ilә sahibkarlıq fәaliyyәtini hәyata keçirәn qeyri-rezident müәssisәlәr.

214.2. Bu maddәdә göstәrilәn vergi ödәyicilәri bu fәsildә müvafiq olaraq fiziki şәxslәr vә müәssisәlәr adlandırılacaqdır.

Maddә 215. Vergitutma obyekti

Azәrbaycan Respublikasının әrazisindә (Xәzәr dәnizinin (gölünün) Azәrbaycan Respublikasına mәnsub olan sektoru da daxil olmaqla) yerin tәkindәn çıxarılan faydalı qazıntılar vergitutma obyektidir.

Maddә 216. Verginin dәrәcәlәri

216.1. Mәdәn vergisinin dәrәcәlәri yerin tәkindәn çıxarılan faydalı qazıntıların növündәn asılı olaraq aşağıdakı kimi müәyyәnlәşdirilir:

Mәdәn vergisinә cәlb olunan faydalı qazıntılarının adı vә Mәdәn vergisinin dәrәcәlәri (faizlә)

Xam neft 26

Tәbii qaz 20

Filiz faydalı qazıntıları:

- qara metallar (dәmir filizli, hematit) 3

- әlvan metallar (mis, qurğuşun, sink, alüminium xammalı, molibden,kobalt) 4

- nәcib metallar (qızıl, gümüş) 8

- nadir metallar (civә, sürmә) 4

Qeyri-filiz faydalı qazıntıları:

- mişar daşları 10

- üzlük daşları (mәrmәr, qabbro, tuflar, travertin,

mәrmәrlәşmiş әhәng daşı) 8

- seolit 4

- barit 4

- yüngül doldurucular (keramzit, aqloporit)

Page 136: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

istehsalı üçün gillәr 4

- kәrpic-kiramid gillәri 4

- vulkan külü vә pemza 3

- kvars qumları 4

- tikinti qumları 4

- sement xammalı (әhәng daşı,

mergel, gil, vulkan külü) 4

- daş duz 5

- yüksәk möhkәmliyә malik çınqıl xammalı 6

- qiymәtli vә yarımqiymәtli bәzәk daşları 5- yodlu bromlu sular 5

- mineral sular 8

216.2. Mәdәn vergisinin bu Mәcәllәnin 216.1-ci maddәsi ilә müәyyәn edilmiş dәrәcәlәri faydalı qazıntıların ayrı-ayrı növlәri üzrә topdansatış qiymәtinә tәtbiq edilir.

216.3. Dağ rayonlarında mineral suların istehsalı ilә mәşğul olan müәssisәlәr vә fiziki şәxslәr mәdәn vergisini bu Mәcәllәnin 216.1-ci maddәsindә nәzәrdә tutulan vergi dәrәcәsinin 50 faizi miqdarında ödәyirlәr.

Maddә 217. Verginin hesablanması qaydası, ödәnilmәsi müddәti vә bәyannamәnin verilmәsi

217.1. Mәdәn vergisi bu Mәcәllәnin 216-ci maddәsi ilә müәyyәn olunmuş vergi dәrәcәlәrini yerin tәkindәn çıxarılmış ayrı-ayrı növ faydalı qazıntıların topdansatış qiymәtinә tәtbiq etmәklә hesablanır.

217.2. Hesabat ayı üçün mәdәn vergisinin mәblәği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dәk ödәnilir.

217.3. Mәdәn vergisinin ödәyicilәri hәr ay hesabat ayından sonrakı ayın 20-dәn kec olmayaraq vergi orqanına, yerli büdcәlәrә daxil olan mәdәn vergisi üzrә isә bәlәdiyyәlәrә mәdәn vergisinin bәyannamәsini verirlәr.

217.4. Bu maddәdә müәyyәn edilәn qaydada hesablanmış verginin mәblәği bu Mәcәllәnin 119-cu maddәsi ilә mәhdudlaşdırılmayan gәlirdәn çıxılmalara aid edilir.

Page 137: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

217.5. Yerli әhәmiyyәtli tikinti materiallarına kәrpic-kiramid gillәri, tikinti qumları, yüksәk möhkәmliyә malik çınqıl xammalı aid edilir.

217.6 Xam neftin vә qazın hasilatı zamanı bu Mәcәllәnin 217.1-ci maddәsinә uyğun olaraq mәdәn vergisi hesablanarkәn, hasil edilmiş neftin vә qazın miqdarından texnoloji proseslә әlaqәdar quyuya geri vurulan neftin vә qazın miqdarı müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilәn normativlәr әsasında çıxılır

Fәsil XVII Sadәlәşdirilmiş vergi

Maddә 218. Sadәlәşdirilmiş verginin ödәyicilәri

218.1 Bu Mәcәllәnin XI fәslinin müddәaları nәzәrә alınmaqla ƏDV mәqsәdlәri üçün qeydiyyata alınmamış vә әvvәlki üç aylıq dövr әrzindә vergi tutulan әmәliyyatlarının hәcmi aylıq gәlirin vergi tutulmayan mәblәğinin 1250 mislindәn az olan, habelә dövriyyәsindәn asılı olmayaraq bu Mәcәllәnin 218.2-ci maddәsindә göstәrilәn fәaliyyәtlә mәşğul olan hüquqi şәxslәr vә hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәtini hәyata keçirәn fiziki şәxslәr sadәlәşdirilmiş vergi ödәyicisi olmaq hüququna malikdirlәr.

218.2.  Avtomobil nәqliyyatı vasitәlәri o cümlәdәn taksi ilә sәrnişin vә yük daşımalarını hәyata keçirәn şәxslәr sadәlәşdirilmiş verginin  ödәyicilәridirlәr.

218.3 Aşağıda göstәrilәn şәxslәrin sadәlәşdirilmiş vergitutma sistemini tәtbiq etmәk hüququ yoxdur:

-aksizli mallar istehsal edәn şәxslәr;

-kredit vә sığorta tәşkilatları, investisiya fondları, qiymәtli kağızlar bazarının peşәkar iştirakçıları, lombardlar;

-qeyri dövlәt pensiya fondları;

-әmlakın icarәyә verilmәsindәn vә royaltidәn gәlir әldә edәnlәr;

-mülkiyyәtindә aylıq gәlirin vergi tutulmayan mәblәğin 50 min mislindәn artıq mәblәğdә әmlakı olanlar.

Maddә 219. Vergitutma obyekti

 219.1. Hesabat dövrü әrzindә vergi ödәyicisi tәrәfindәn (bu Mәcәllәnin 218.2-ci maddәsindә nәzәrdә tutulmuş fәaliyyәtlә mәşğul olan vergi ödәyicilәrindәn başqa) tәqdim edilmiş mallara (işlәrә, xidmәtlәrә) vә әmlaka görә әldә edilmiş ümumi hasilatin, habelә satışdankәnar gәlirlәrin hәcmi vergitutma obyektidir.

Page 138: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

219.2. Bu mәcәllәnin 218.2-ci maddәsindә nәzәrdә tutulmuş fәaliyyәt növlәri ilә mәşğul olan vergi ödәyicilәrinin vergiyә cәlb edilәn dövriyәsi müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn regionlar üzrә yükgötürmә qabiliyyәtindәn vә oturacaq yerlәrinin sayından asılı olaraq nәqliyyat vasitәlәrinin ayrı-ayrı növlәri üzrә müәyyәn olunmuş şәrti dövriyyәyә uyğun olaraq müәyyәn edilir.

 219.3. Sadәlәşdirilmiş vergi ödәyәn hüquqi şәxslәr ƏDV-nin, mәnfәәt vergisinin vә әmlak vergisinin, hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәtini hәyata keçirәn fiziki şәxslәr bu fәaliyyәt üzrә gәlir vergisinin vә ƏDV-nin ödәyicisi deyildirlәr.

Maddә 220. Sadәlәşdirilmiş verginin dәrәcәsi

220.1. Sadәlәşdirilmiş vergi, (bu Mәcәllәnin 218.2-ci maddәsindә nәzәrdә tutulmuş fәaliyyәtlә mәşğul olan vergi ödәyicilәrindәn başqa) tәqdim edilmiş mallara (işlәrә, xidmәtlәrә)  bu verginin ödәyicilәrinin malların tәqdim edilmәsindәn, işlәrin görülmәsindәn, xidmәtlәrin göstәrilmәsindәn әldә etdiyi vәsaitin mәblәğindәn (ümumi hasilatının hәcmindәn) vә satışdankәnar gәlirlәrdәn aşağıdakı dәrәcә ilә hesablanır:

Bakı şәhәrindә - 4 faiz

Digәr şәhәr vә rayonlarda, Naxçıvan Muxtar Respublikasında - 2 faiz

220.2. Bu Mәcәllәnin 218.2-ci maddәsindә nәzәrdә tutulmuş fәaliyyәt növlәri ilә mәşğul olan vergi ödәyicilәri 10 faiz dәrәcsi ilә vergi ödәyirlәr.

220.3. Bakı şәhәri istisna olmaqla Azәrbaycan Respublikasının digәr şәhәr vә rayonlarda, o cümlәdәn Naxçıvan Muxtar Respublikasında fәaliyyәt göstәrәn vergi ödәyicilәrinә bu regionlar üzrә müәyyәn edilmiş vergi dәrәcәsi o halda tәtbiq edilir ki, bu vergi ödәyicilәri özünün istehsal sahәsi, daşınmaz әmlakı vә işçi qüvvәsi ilә hәmin әrazilәrdә fәaliyyәt göstәrmiş olsunlar. 

220.4. Azәrbaycan Respublikasının şәhәr vә rayonlarında, Naxçıvan Muxtar Respublikasında vergi uçotuna alınmış, lakin Bakı şәhәrindә fәaliyyәt göstәrәn sadәlәşdirilmiş verginin ödәyicilәri verginin Bakı şәhәri üzrә müәyyәn olunmuş vergi dәrәcәlәri ilә ödәyirlәr.

220.5.  Müxtәlif vergi dәrәcәlәri ilә vergiyә cәlb edilәn gәlirlәr üzrә uçot ayrı-ayrılıqda aparılmalıdır. Belә uçot aparılmadıqda әn yüksәk vergi dәrәcәsi tәtbiq edilir.     

Maddә 221.  Sadәlәşdirilmiş verginin hesablanması qaydası, ödәmә müddәti vә bәyannamәnin verilmәsi

221.1. Hesabat dövrü üçün sadәlәşdirilmiş verginin mәblәği bu Mәcәllәnin 220-ci maddәsi ilә müәyyәn edilmiş vergi dәrәcәsini hesabat dövrünün ümumi hasilatının hәcminә tәtbiq etmәklә hesablanır.

Page 139: marketing.ucoz.org  · Web viewAzәrbaycan Respublikasının . Vergi Mәcәllәsi. Ümumi hissә1. Fәsil I Ümumi müddәalar1. Fәsil II. Vergi ödәyicisi. Vergi agenti.11. Fәsil

221.2. Sadәlәşdirilmiş vergi üçün hesabat dövrü rübdür.

221.3. Sadәlәşdirilmiş verginin ödәyicilәri hesabat dövründәn sonrakı ayın 20-dәk ödәnilmәli olan verginin mәblәği haqqında vergi orqanlarına bәyannamә verir vә hәmin müddәtdә vergini büdcәyә ödәyirlәr".

II. Müәyyәn edilsin ki, vergi ödәyicisinin 2003-cü il 01 yanvar tarixinә vergiyә cәlb olunan әmәliyyatlarının ümumi mәblәği әvvәlki tam 12 tәqvim ayı әrzindә aylıq gәlirin vergi tutulmayan mәblәğinin 5 min mislindәn çox deyilsә, Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin 158.1-ci maddәsindә nәzәrdә tutulan hallar istisna edilmәklә, vergi ödәyicisi ƏDV-nin mәqsәdlәri  üçün qeydiyyatın lәğv olunmasına dair 45 gün әrzindә әrizә verә bilәr. ƏDV-nin mәqsәdlәri üçün qeydiyyatın lәğv olunması Vergi Mәjәllәsinin 158.2-ci maddәsinin 2-ci cümlәsinә vә 158.3-cü maddәyә uyğun hәyata keçirilir.

Bu Qanunun qüvvәyә mindiyi tarixdәn sonra tәqdim olunan vergi bәyannamәlәrindә 2003-cü il yanvarın 1-dәk dövrә aid fәaliyyәt әks etdirildikdә, hәmin dövrdә qüvvәdә olan vergi dәrәcәlәri tәtbiq edilir.

2003-cü il yanvarın 1-dәk vergi ödәyicisi tәrәfindәn nәğd pulla aparılan vә ƏDV cәlb edilәn әmәliyyatlar üzrә vergi hesab-fakturaları, hәmin әmәliyyatların aparıldığı dövr üzrә vergi orqanlarına müәyyәn edilmiş müddәtdә tәqdim edilәn bәyannamәlәrdә әks etdirildiyi halda verginin әvәzlәşdirilmәsinә әsas verir.

III. Bu Qanun 2003-cü il yanvarın 1-dәn qüvvәyә minir.