nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/seid.doc · web viewmicrosoft word...
TRANSCRIPT
Müasir informasiya texnologiyaları elementləri və onun təhsildə tətbiqi
I Fəsil
1.1.Müasir informasiya texnologiyalarının təsnifatı və xüsusiyyətləri
1.2.Avtomatlaşdırılmış verilənlər bankı
1.3.Süni intelektual sistemlər
1.4.Tətbiqi proqram paketləri
II fəsil
2.1.Avtomatlaşdırılmış informasiya sistemləri
2.2.Avtomatlaşdırılmış elmi tətqiqat sistemləri
2.3.Təhsildə informasiya texnologiyalarının əsas prinsipləri
2.4.İnformasiya və komunikasiya texnologiyalarının təlimə tətbiqləri
Nəticə
Ədəbiyyat
R E F E R A T
Elmi-texniki inqilab insan fəaliyyətinin bütün sahələrində avtomatlaşdırılmış
vasitələr sistemindən və hesablama texnikasından istifadə etmək zərurətini yaradıb.
Təhsil prosesinin avtomatlaşdırılması prosesi də bu fəaliyyət növlərindən biridir.
Təqdim olunan dissertasiya işi “Müasir informasiya texnologiyaları elementləri və
onun təhsildə tətbiqi” mövzusuna həsr olunub. Dissertasiya işində də məhz bu
məsələ müasir informasiya texnologiyalarının təhsildə tətbiqi daha yaxından
öyrənilib və təhlil edilib. Burada bir çox müasir informasiya texnologiyalarının
təsnifatı və xüsusiyyətlərinə baxılmış, onların işləri araşdırılmış və mövzu sahəsinin
metodikası hazırlanmışdır. Eyni zamanda proqram vasitələrinin seçilməsi ilə əlaqədar
olaraq avtomatlaşdırılmış verilənlər bankı və süni intelektual sistemlər haqqında
bilgilər nəzərdən keçirilib.
Bundan başqa dissertasiya işində tətbiqi proqram paketləri araşdırılmışdır.
Məlum olmuşdur ki, tətbiqi proqram paketləri bu və ya digər məqsədlər nəzərə
alınaraq idarəedici, diaqnostik, nümayiş, əməliyyat, nəzarət, modelləşdirici və digər
növlərə ayrılır. Bu proqramlar vasitəsilə tələbələrə suallar verilir, onların
cavablarındakı səhvlər aşkar edilir, nəzarət və özünə nəzarət həyata keçirilir, müəllim
və tələbə arasındakı əks əlaqə sistemləşdirilir və məhsuldarlıq artırılır.
Beləliklə, aşağıdakı əsas tətbiq sahələrinə baxılıb:
- Nümayiş proqramları vasitəsilə EHM-in ekranında müəllimin tədris etdiyi mövzuya
dair materiallar nümayiş etdirilir.
- Generasiya proqramlarından verilmiş mövzuya aid müəyyən tip məsələlərin həllində
istifadə edilir. Bu proqramlar yoxlama işlərinin görülməsini və ya müstəqil işlənib
icrasını , hər bir tələbəyə tapşırığın verilməsini və s.-ni təmin edir.
- Əməliyyat proqram paketləri tələbələrin mustəqil məsələ həllini, çertyoçları, sxemləri
çəkmək və s. məsələləri həll etmək üçündür.
- Nəzarət proqramlarından cari və yekun bilikləri yoxlamaq üçün istifadə edilir. Bu
proqramlarla hər bir tələbənin mövzuları mənimsəmə qabiliyyətlərini
müəyyənləşdirmək olar.
- Modelləşdirici proqramlar mürəkkəb eksperimentlərin immitasiyasını təmin edir. Bu
proqramlar tələbələrin elmi laboratoriyalara, konstruktorluq, arxitektorluq və s.
tədqiqat sahələrinə daxil olmasına imkan yaradır.
R E F E R A T
Scientific and technical revolution has created necessity of to use from system
of means automateded in all areas of the man activities and technique of counting.
Process of automatize of the education process is/are one kinds of this activities.
Representing dissertational work has been devoted to subçect of "Müasir
informasiya texnologiyaları elementləri və onun təhsildə tətbiqi". This problem
application of modern information technologies has been learnt namely in the
dissertational work in the education more closelies and have/has been analysed.
Classification of the some modern information technologies here and considered
feature, their work investigated and methods of the area of subçect have been
prepared. Intelektual has been looked through of the etc of bank of give automateded
having connected with at the same time elect of the program means knowledge about
systems.
Envelopes of applied program have been investigated moreover in the
dissertational work. He has been known that envelopes of applied program one or
another purposes administrative diagnostic demonstration, operation take into
account, model of supervision and is/are separated to other kinds. Questions are
given with the help of these programs to students, mistakes in their answer are found
out, supervision and supervision to yourself is implemented, contrary connection
between teacher and student is systematized and productivity is raised.
So, have/has been considered area of the following basic application:
, Materials about to subçect taught in the screen of the electronic computer teacher
with the help of the demonstration programs are demonstrated.
, Definite type is used about subçect given from generation programs in the solution
of the problems. See of the tests of these programs, or have/has been developed
independently and he secures fulfilment give to each student of the task etc.
, Operation problem solution of the students program envelopes mustəqil, draw (last,
to weight) etc draughts, schemes. It is/are for solving problems.
, It is used for checking current and total knowledge from programs of supervision.
Subçect (theme)s of the with/by these programs each student is/are to define
abilities of appropriation possible.
, Programs secure immitasiyasını of the complex experiments model. These programs
of the students to scientific laboratories, konstruktorluq, arxitektorluq etc.
Opportunity creates enter investigation area.
Giriş
Hər bir ölkənin gələcəyi onun təhsil sistemindən güclü surətdə asılıdır. Əlbəttə
ki, ölkədə təhsilin təşkil olunması dövlət səviyyəsində həyata keçirilir. Təhsilin
pillələri olan orta məktəblər, peşə məktəbləri, ali məktəblərdə verilən hər bir səviyyə
şagird və ya tələbələrin gələcək fəaliyyətlərinə bilavasitə təsir göstərir.
Əlbəttə ki, səviyyəsindən asılı olmayaraq hər bir təhsil növü muəyyən proqram
üzrə aparılır. Tədris prosesinin keyfiyyətini artırmaq üçün elm və texnologiyaların
nailiyyətləri təhsil sisteminə də tətbiq olunur.
Bu referatda məhz yeni texnologiyaların, əsasən də kompüter
texnologiyalarının və tətbiqi proqramlar paketlərinin tədris prosesindəki rolu
haqqında araşdırma aparılmışdır.
Ən çox istifadə olunan proqramların tətbiq sahəsini aydınlaşdıraraq, onların hər
birinin ayrılıqda ali məktəb müəllimlərinin işindəki rolunu qiymətləndirilib.
Müasir dövrdə yeni informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində
idarəetmə obyektlərinin, təşkilatlarının, strukturlarının, sənaye və qeyri-sənaye
müəsisələrinin kompleks avtomatlaşdırılmasına səbəb olmuşdur. Hal-hazırda
informasiya texnologiyalarının ən səmərəli və mükəmməl tətbiq sahələrindən biri
olan verilənlər bazaları konsepsiyaları ilə qurulan Avtomatlaşdırılmış informasiya
sistemləridir. Son zamanlar yaradılan Avtomatlaşdırılmış informasiya sistemləri
sənədlərin dövriyyəsi məsələlərində, elmi-tədqiqat işlərində, tibbdə, nəqliyyatda,
arxiv təşkilatlarında və s. sahələrdə geniş tətbiq tapmışdır.
Magistr dissertasiyası aşagıdakı ardıcıllıqlarla iki fəsildən ibarətdir.
Birinci fəsil müasir informasiya texnologiyalarının təsnifatı və xüsusiyyətləri,
informasiya sisteminin yaradılama prinsiplərinə, avtomatlaşdırılmış verilənlər bankı,
süni intelektual sistemlər, tətbiqi proqram paketləri haqqında anlayışlara və mövcud
sistemlərin işlərini araşdırmağa həsr olunmuşdur. Mövcud sistemlərin işlərini
araşdırmaqla burada verilənlər bazasının sistemlərinə baxılmışdır. Verilənlər
bazasının vacib xüsusiyyətlərindən biri olan “verilənlərin mərkəzləşdirilmiş
prinsiplərlə” idarə olunmasının təşkili reallaşdırılan informasiya sistemində nəzərə
alınmış və “klient-server” arxitekturası üzrə qurulmuşdur.
Magistr dissertasiyasının ikinci fəsli Avtomatlaşdırılmış informasiya
sisteminin strukturunun işlənməsi ilə əlaqədar olaraq, informasiya sistemlərinin
strukturunun elmi tətqiqat seçilməsi məsələlərinə həsr olunmuşdur. Sistemin
işlənməsi üçün informasiya obyektinin işinin tədqiq etməkdən ötrü verilənlərin təhlili
aparılmışdır. Bundan əlavə burada Təhsildə informasiya texnologiyalarının əsas
prinsipləri və İnformasiya və komunikasiya texnologiyalarının təlimə tətbiqləri
problemlərinə də toxunulmuşdur.
I FƏSİL.
İNFORMASİYA TEXNOLOGİYALARI VƏ SİSTEMLƏRİ
1.1. Əsas anlayışlar: məlumat, informasiya, verilənlər, bilik
İnformasiya texnologiyasının əsas anlayışlarından olan «məlumat», «infor-
masiya», «verilənlər» və «bilik» daşıdıqları mənaya görə danışıq dilində istifa-
dələrinə uyğun gəlir.
«Məlumat» (xəbər) və «İnformasiya» anlayışlarını fərqləndirmək üçün danışıq
dilindəki bu ifadə köməkçi ola bilər: «Bu məlumat mənə heç bir informasiya vermir.»
Bu ifadə informasiya və məlumat anlayışları arasındakı aşağıdakı əlaqəni əks etdirir:
informasiya məlumat vasitəsilə ötürülür.
İnformasiya və məlumat arasındakı əlaqə qarşılıqlı-birmənalı deyildir. Eyni
informasiya müxtəlif məlumatlarla ötürülə bilər və onların içərisində heç bir
informasiya daşımıyanı da ola bilər. Əksinə eyni bir məlumat onu qəbul edənin
(istifadəçinin) maraq dairəsindən asılı olaraq müxtəlif informasiya kimi qəbul oluna
bilər. Məsələn, təyyarənin qəzaya üğraması xəbəri həlak olanların qohumları üçün
bir məna, hava yolları şirkəti üçün isə başqa bir məna kəsb edir. Eyni qəzet
məqaləsindən müxtəlif oxuçular özlərinin maraq dairələrinə uyğyn müxtəlif
informasiya götürürlər.
Beləliklə, müxtəlif çür interpretasiya (təfsir) olunan eyni məlumat müxtəlif
informasiya ötürə bilər. Müçərrəd olaraq demək olar ki, məlumatla (M) informasiya
(İ) arasındakı əlaqədə həllediçi rolu interpretasiya qaydası (q) oynayır. Bunu simvolik
olaraq belə ğəstərmək olar:
Baxılan məlumat üçün interpretasiya qaydası adətən məlumatlar çoxluğu üçün
tətbiq edilən ümumi qaydaların xüsusi halı olur.
Beləliklə, məlumatın köməyi ilə konkret obyekt, subyekt, hadisə, mühit və s.
haqqında bilik əldə edilir.
Məlumat vasitəsilə əldə edilən biliklər artımına informasiya (latınça informatio)
deyilir[1]. İnformasiyanın Şennon tərəfindən təklif edilmiş kəmiyyət baxımından
təyini də elə bu fikrə əsaslanır.
«Verilən» anlayışını belə bir müçərrəd situasiya ilə izah etmək olar. Fərz edək
ki, müşahidəçi öyrənilən obyektin vəziyyəti haqqında məlumatı toplayıb, müəyyən
formada yaddaşında saxlayır. Bu halda deyirlər ki, müşahidəçinin yaddaşında
obyektin vəziyyətini əks etdirən verilənlər var.
Beləliklə, verilənlər -saxlamaq, emal etmək və ötürmək üçün müəyyən formada
qeyd olunmuş məlumatdır. İngilisçə verilənlər sözünü ifadə edən «data» termini
latınça «datum» (fakt) sözündən yaranmışdır. Lakin verilənlər bəzən konkret və ya
real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövçud
olmayan anlayışları ifadə edə bilərlər. Odur ki, verilənlər dedikdə bizim üçün
əhəmiyyətli olan istənilən hadisə və ya fikrin təsviri başa düşülür.
Ənənəvi olaraq verilənlər konkret ünsiyyət vasitələri ilə (məsələn, dil və ya şəkil
vasitəsilə) konkret daşıyıçıda (məsələn, daşda, lövhədə, kağızda) qeyd olunur. Zaman
keçdikçə verilənlərin təsvir üsulları və daşıyıçıları dəyişmişdir (məsələn, ibtidai
insanların mağaza rəsmləri,daş yzərində qədim yazılar və rəsmlər, papirus yarpağı
üzərində yazılar və s.). Əksər hallarda verilənlər təbii dildə kağız üzərində qeyd
olunur. Kompüterdə verilənlərin daşıyıçısı kimi maqnit daşıyıçısından(lent, disk, kart
və s.), çevik optik disklərdən, fləş yaddaşdan v.s. istifadə olunur.
Verilənlər ümumi halda aşağıdakı xarakteristikalarla təyin olunur: verilənlərin
adı, qiyməti, tipi və strukturu.
Verilənin adı onun mənasını (semantikasını) ifadə edir. Verilənin qiyməti isə
əslində verilənin özünü xarakterizə edir. Çünki faktlərı bir-birindən ayırmaq üçün
onları qiymətləndirmək lazımdır. Təbii dilin zənginliyi verilənlərin adları ilə
qiymətlərinin birgə təsvirinə imkan verir. Məsələn, «havanın temperaturu +30
dərəçədir» ifadəsində «+30» verilənin qiyməti, «havanın temperaturu dərəçə ilə»
verilənin adıdır. Müəyyən hallarda verilənlərin adları ilə qiymətləri bir-birindən ayrı
qeyd oluna bilər. Məsələn, qatarların hərəkət çədvəlində verilənlərin adları çədvəlin
başlığında göstərilir. Verilənlər bazalarında da verilənlərlə onların semantikası əksər
hallarda bir-birindən ayrı saxlanır. Bu halda verilənlərin axtarışını və emalını əlverişli
təşkil etmək imkanı yaranır.
Verilənlərin tip xarakteristikası əsasən proqramlaşdırmada istiyadə olunur.
Verilənlərin tipləri haqqında məlumat §3.2.8-də verilir.
Qeyd edək ki, proqramlaşdırmada verilənləri həmçinin say sisteminin əsasına,
təsvir formasına, uzunluğuna görə də xarakterizə edirlər.
Verilənlər sadə informasiya elementi-bitdən başlayaraq fayla və fayllar sisteminə
qədər müxtəlif mürəkkəbliyə və təşkil səviyyəsinə malik ola bilərlər. Təşkil xarakteri,
mümkün qiymətlər çoxluğu, üzərində aparıla bilən əməliyyatlar toplusu verilənlərin
strukturunu əks etdirir. Verilənin strukturu hər bir informasiya elementinin ümumi
xarakteristikasıdır.
Verilənlərin struktur xarakteristikasına iki çəhətdən baxılır: məntiqi və fiziki
çəhətdən. Verilənin məntiqi strukturu onun kompüterdən kənar təsviri və ya
modelidir. Verilənlərin məntiqi strukturlarının müəyyənləşdirilməsi, başqa sözlə,
verilənlərin strukturlaşdırılması və onların əlverişli formada təsviri verilənlər
bazalarının layihələndirilməsinin əsasını təşkil edir [2]. Verilənin fiziki strukturu
onun kompüterin yaddaşında yerləşdirilməsi sxemini təyin edir. Ümumi halda
verilənlərin məntiqi və fiziki strukturları bir-birindən fərqlənə bilər.
«İnformasiya» və «verilənlər» məna baxımından bir-birinə çox yaxın
anlayışlardır. Lakin onlar arasında müəyyən fərq var. İnformasiya, üzərində
əməliyyat aparılan verilənlərdən alınır. Bu üsulla alınan informasiyadan əsasən
idarəetmə üçün qərarların qəbul edilməsində istifadə olunur. Məsələn, müəssisənin
baxılan ilin ayları üzrə istehsal etdiyi məhsulun miqdarı verilənlərdir, bu verilənlər
əsasında qurulmuş istehsalın gedişini əks etdirən qrafik isə informasiyadır.
Verilənlər müxtəlif səviyyəli ola bilər. Məsələn, müəssisənin aylıq istehsal etdiyi
məhsulu göstərən verilənlər ayrı-ayrı məhsul növlərinə görə aylıq verilənlərin
çəmindən, yəni həmin verilənlərin aqreqasiyasından alınır. Aqreqasiyanın müəyyən
səviyyəsində alınan verilənlər kəsb etdikləri əhəmiyyətə görə informasiya xarakterli
ola bilərlər. Beləliklə, informasiya almaq üçün verilənlərlə işləmək lazımdır.Odur ki,
hər bir informasiya sistemi verilənlər bazasına malik olmalıdır. Verilənlər, aqreqasiya
və müqayisənin aşağı səviyyəsini, informasiya isə yuxarı səviyyələrini əhatə edir.
İnforomatikada çox vaxt «informasiya» və «verilənlər» terminləri sinonim kimi
işlədilir, yəni onlar arasında yuxarıda göstərilən fərq nəzərə alınmır. Biz də sonrakı
mülahizələrimizdə bu xətti tutaçağıq. Bunun səbəbi ondan ibarətdir ki, kompüterdə
saxlanan və emal olunan verilənlərin informasiya daşıyıb-daşımamasının emal
prosesi üçün əhəmiyyəti yoxdur. Nətiçəvi verilənlərin informasiya daşımasi isə
istifadəçi marağından qiymətləndirilir.
«Bilik» anlayışı da daşıdığı mənaya görə məlumat, verilənlər və informasiya
anlayışlarına yaxındır. Biliyə xas olan əsas çəhət onun müəyyən kontekstlə əlaqəli
olması və həmin kontekstdə müəyyən məna (semantika) daşımasıdır. «Bilik»
anlayışından süni intellektdə, o çümlədən, ekspert sistemlərində geniş istifadə olunur.
1.2. Avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılmasının əsas
prinsipləri
1.2.1. Avtomatlaşdırılmış informasiya sistemləri haqqında anlayış
Hal-hazırda informasiya və telekommunikasiya texnologiyalarının köməyilə bir
sıra müəsisə və təşkilatlarda avtomatlaşdırılmış informasiya-idarəetmə sistemlərinin
yaradılması cəmiyyətin aktual məsələlərindən biridir. İnformasiya sistemi (İS)
dedikdə, təyin olunmuş mövzu sahəsi haqqında bütün sorğulara hərtərəfli cavab
verən, qərar qəbuletmə prosesində insana kömək etmək üçün yaradılan texniki,
proqram, linqvistik və metodoloçi vasitələr kompleksi nəzərdə tutulur [1]. Yaradılan
İS-lər mövzu sahələri üzrə müxtəlif müəsisələrdə, optimal informasiya təlabatını
təmin etməklə ayrı-ayrı məqsədlər üçün istifadə olunur. Belə sistemlər ayrı-ayrılıqda
və ya hər hansı avtomatlaşdırılmış sistemin tərkibində layihə edilə bilər. Birinci halda
o informsiya-sorğu sistemi kimi, əsasən müəsisənin informsiya tələblərini ödəmək
üçün istifadə olunur. İkinci halda isə istifadəçilərə informsiya-axtarışı xidməti
göstərməklə yanaşı, avtomatlaşdırılmış idarəetmə sisteminin informasiya təminatı –
alt sistemi rolunu oynayır. Dinamiki informasiya modelini təmin etməkdən ötrü İS-də
baş verən dəyişikliklərə uyğun informasiya modelinin saxlanılmasına və
modifikasiya üsullarına imkan verməlidir. Bundan başqa obyektlər arasındakı
əlaqələr həmin modeldə öz əksini tapmalıdır.
Quruluşu və imkanlarına görə İS-lərini dörd qrupa ayırmaq olar. Bunlar adi
(lokal) sistemlər, informasiya emalı və axtarışı sistemləri, Avtomatlaşdırılmış
sistemlər, intellektual sistemlərdir [2].
Şəkil 1.1. Avtomatlaşdırılmış informasiya sistemlərinin təsnifatı
Lokal İS-lərdə sistemə daxil olan informasiya, sistemdən alınan informasiya ilə
struktur və tərkibcə eyni olur. Yəni sorğuya cavab verən informasiya üzərində heç bir
çevrilmə əməliyyatı aparılmadan istifadəçiyə verilir. Belə İS-lərə misal olaraq
informasiya axtarış sistemlərini və sadə tipli verilənlər banklarını göstərmək olar.
İstifadəçi sorğularına tam cavab vermək üçün saxlanan informasiyanın emalı tələb
olunur. İnformasiyanın axtarışı ilə yanaşı göstərilən funksiyaları yerinə yetirən
sistemlərə informasiya axtarışı və emalı sistemləri deyilir. Funksional imkanlarına
görə bu sistemlər informasiya təhlili sistemləri və informasiya-idarəetmə sistemlərinə
bölünür. Birinci tip sistemlərdə saxlanan informasiyanın axtarışından əlavə onun
təhlili və emalı prosesləri də yerinə yetirilir. Saxlanan informasiya statik və linqvistik
baxımdan təhlil oluna bilər.
İnformasiya–idarəetmə sistemlərində saxlanan informasiyanın emalı nəticəsində
alınan obyektlərin idarə olunması məqsədilə müəyyən qərarlar qəbul edilməsi üçün
əsas götürülür. İnkişaf səviyyələrinə və funksional imkanlarına görə bu sistemlər
informasiya məsləhət və ekspert sistemlərinə bölünür. İnformasiya məsləhət sistemi
idarəetmədə qərarların qəbul edilməsi üçün verilənlər hasil edir, mümkün hallarda isə
qərarların siyahısını və hansının seçilməsi barədə məlumat verir. Ekspert
sistemlərində isə sistemin verdiyi məsləhətlər, qəbul etdiyi qərarlar haqqında
Avtomatlaşdırılmış informasiya sistemləri
Lokal (adi)
sistemlər
İnformasiya axtarışı və
emalı sistemləriİntellektual
sistemlər
Korporatv sistemlər
istifadəçiyə onun başa düşəcəyi formada izahat verilir. Burada yıgılan informasiya
ayrı-ayrı faktlardan və evrestik üsullardan ibarət olur.
İntellektual İS-lərini adi informasiya sistemlərindən fərqləndirən cəhət odur ki,
burada istifadəçilərlə sistem arasınada dialoq təbii dil və ya ona yaxın olan
normallaşdırılmış dildə aparılır. Yuxarıda baxılan sistemlərin hamısı üçün intellektual
interfeys yaradıla bilər. Bu baxımdan intellektual informasiya sistemlərinin
yaradılması “süni intellekt” probleminin həllində mühüm addımlardan hesab edilə
bilər.
Avtomatlaşdırılmış informasiya sistemləri tərkibcə yuxarıda sadalanan sistemlərin
müasir texnologiyalarından sayılır. Avtomatlaşdırılmış İS dedikdə şəbəkə mühihində,
şəbəkə protokollarından biri ilə işləyən verilənlər bazasından (VB), VBİS-dən və
server proqram təminatından ibarət avtomatlaşdırılmış sistemdir. Məlumdur ki,
avtomatlaşdırılmış idarəetmə sistemi funksional və təminedici hissələrdən təşkil
olunur. Məhz Avtomatlaşdırılmış İS də bu funksional hissənin alt sistemi kimi təyin
olunur. Yəni, adı çəkilən sistemə müəsisə avtomatlaşdırılmış idarəetmə sisteminin
alternativi kimi baxıla bilər. Belə sistemlərdə həm strukturlaşmış, həm də
strukturlaşdırılmamış informasiyanın toplanması və axtarışı metodları asanlaşır.
Sistem əsasən “klient-server” arxitekturası əsasında işləyir. Bu cür arxitektura eyni
zamanda çoxlu sayda istifadəçilərin müraciətlərini təmin edir. Avtomatlaşdırılmış
sistemlərin funksional imkanları onun ayrı-ayrı komponentlərini (linqvistik, proqram
və s.) genişlənmısi hesabına əldə edilir.
Avtomatlaşdırılmış sistem həm müəsisənin strateçi informasiya sistemi kimi, həm
də effektiv mərkəzləşdirilmiş kommunikasiya şəbəkəsinin əsası kimi çıxış edir. Bu
yanaşma metodundan istifadə edərək kompüter texnikasının vasitələrini tətbiq
etməklə kağızsız texnologiya üçün optimal iqtisadi göstəricilər də əldə etmək
mümkündür. Əsasən Intranet texnologiyasına istinad edilən belə Avtomatlaşdırılmış
İS-lərdə fayl servisləri, informasiya daşıyıcıları böyük əhəmiyyətə malikdir.
1.3. Mövcud sistemlərin işlərinin araşdırılması
Avtomatlaşdırılmış informasiya sisteminin işlənməsi əsasən təşkilatı
strukturların modelləşdirilməsi, verilənlərin və biliklərin konkret təsviri üsulları,
sistemin riyazi modelinin təşkili, istifadəçi interfeysinin yaradılması və şəbəkə
arxitekturalarının seçilməsi ilə əlaqədardır. İnformasiya sistemində komponentlərin
layihələndirmə mərhələləri bir-biri ilə əlaqədə olan xüsusi məsələlərlə ayrı-ayrılıqda
uyğunlaşdırılmışdır. Belə ki, müasir texnologiyalardan istifadə etməklə mövcud
problemin həlli sadələşir.
Movcud sistemlərin işlərini araşdırmaq məqsədilə məhz Avtomatlaşdırılmış
paylanmış VB-nin işlənməsi ilə əlaqədar olaraq ümumilikdə SAN, CASE, Lotus
Domino sistemlərinin yaradılma texnologiyalarına baxılmışdır [4].
Sistemin işini araşdırarkən problemin həllinə yaxın olan bir neçə yanaşma
metodlarına toxunulmuşdur. İnformasiya sistemində verilənlərin saxlanılması ilə
əlaqədar olaraq olaraq əsasən SAN (storage area network, verilənlərin saxlanma
şəbəkəsi) texnologiyasına istinad edilir. SAN serverdə verilənləri saxlayan qurgular
arasında məlumatları ötürmək üçün səmərəli və eyni zamanda məlumatların operativ
emalı üçün istifadə olunan məhsuldar şəbəkələrdəndir [5].
Verilənləri saxlanılma vasitələrini təmin etmək üçün əsas etibarilə verilənlərin
saxlanılma sistemlərinin ilkin şərtlərini aydınlaşdırmaq və yaratmaq lazımdır.
Şəkil 1.2. SAN texnologiyası əsasında verilənlərin saxlanılamsı sistemi üçün struktur
Server
Verilənlərin saxlanma
resurursları
Verilənlərin saxlanılma sistemli aşağıdakılardan ibarətdir.
Bir çox verilənlərin saxlanılma sistemləri kompüterlərin informasiya
daşıyıcıları ilə əlaqələndirilərək həyata keçirilir. Xüsusilə disk massivlərindən istifadə
olunmaqla tətbiqi reallaşdırılır. Demək olar ki, hal-hazırda verilənlərin saxlanma
qurğuları kimi disk massivlərindən istifadə olunmaqla yanaşı digər informasiya
daşıyıcılarından (CD/DVD qurğuları) da istifadə olunur. İnformasiya emalının
formalaşdırılmasının məntiqi strukturu, onun saxlanması (disk daşıyıcıları və ya fayl
sistemləri) serverdə həyata keçirilir. Verilənlərə müraciət prosesi (server yaddaşında)
- xüsusi adapterlərlə quraşdırılmış (Host Bus Adapter - HBA), ayrıca protokolla
işləyən drayverlər, “Host Bus Adapter” ilə əməliyyat sistemini əlaqələndirən
vasitələr, disk tomlarının idarəedilməsi, fayl sistemi və əməliyyat sistemini
menecerini özündə cəmləşdirir. Əgər disk massivləri ayrıca qurğu şəklində icra
edilirsə, onda bu zaman serverə qoşulmuş vəziyyətdə adı çəkilən infrastrukturdan
istifadə edilir.
Protokol müraciətlərinə asılıliq halları disk massivlərində və “Host Bus
Adapter”-də reallaşdırılır. Şəkildən görundüyü kimi şəbəkədə istifadə olunan sadə
şinlərdir (Fibre Channel-FC). Bütün bunları birləşdirməklə alınmış şəbəkəni
verilənlərin saxlanılması şəklində - “Verilənlərin saxlanılması şəbəkəsi” (Storage
Area Network-SAN) adlandırmaq olar. Belə ki, burada istifadə olunan əsas
avadanlıqlar – kommutator və kommutasiya vasitələrinin FC protokolları ilə işləməsi,
FC nəqliyyat protokoluna digər protokolların tətbiqi (adətən SCSI) quraşdırıla bilər.
Bu üsulla SAN texnologiyasında verilənlərin saxlanılması üçün serverlə əlaqəsi
olan saxlanma qurğuları infrastruktura əlavə etmək məqsədəuyğundur.
Adı çəkilən infrastruktur boyük server və saxlama qurğuları ilə
əlaqələndirilmiş maksimum idarəetməyə malik, gələcəkdə vəziyyətini
genişləndirməyə imkan verən texnologiyadır. Burada monitorinq vəziyyəti elə
saxlanılmalıdır ki, ona icazəli qoşulmaq mümkün olsun. Bunu reallaşdırmaq üçün
server utilitlərinin və optimal əməliyyat sisteminin tətbiqi, yazılmış proqram
ssenariləri (CGI-skriptlər) hazırlanmalıdır. Bu tətbiqlərin hər biri verilənlərin
saxlanılma sisteminin obyektində tələb olunan idarə və nəzarət vəziyyətlərində məs.
massivin disk tomları və qrupları, kommutatorun protokolları və s. reallaşdırıla bilər.
Bu texnologiya əsasən böyük miqyaslı idarəetmə sistemləri üçün nəzərdə tutulmuş və
hesablanmışdır. İxtiyari böyük sistem və böyük həcmli verilənlərin saxlanması üçün
də istifadə edilə bilər.
SAN texnologiya özündə aşağıdakı alt sistemləri və komponentləri birləşdirir.
Müasir yüksək məhsuldarlıqlı disk massivlərində FC-dən (Fibre Channel)
istifadə etməklə və serverə qoşulmaqla massiv daxilindəki disklərə müracət
mümkündür. Bu üsulla onlarla terabayta qədər disk sahələri üçün formalaşdırılmış və
xüsusi funksiyaların icrası üçün disk yerlərinin virtuallaşdırılması (əsasən VBİS və
VB-də ilə yerləşdirilən daşıyıcılar), daşıyıcılar saxlanılan yerlərə məhdudiyyətlərin
qoyulması, verilənlərin köçürülməsinin yaradılması (Point-In-Time,- PIT), eyni
zamanda massivlərdə verilənlərin replikasiyası həyata keçirilir. Burada Point-In-Time
anlayışı - əvvəlcədən təyin olunmuş zaman müddətində verilənlərin surətinin
hazırlanması və surətləri yaradan zaman lazım olan halda verilənlərin vəziyyətini
“donduran” vasitədir. Burada verilənlərin arxivləşdirilməsi və rezerv surətlərin
yaradılması və verilənlərin bərpası üçün nəzərdə tutulub. Rezerv surətlərin
yaradılması ilə informasiyanin pozulması və ya ona olunan təxribatlar proseində,
aparat və proqram təminatında konfliktlər olduğu halda mühafizə həyata keçirilir.
Rezerv surətlər sistemini mərkəzləşdirilmiş prinsiplərlə yaratmaqla optimal üsul,
minimum xərclər və administratorun işlərinin çoxunu ixtisara salmaq mümkündür.
Verilənlərin saxlanmasının idarə edilməsi, disk tomlarının nişanlanması və tətbiqi
proqram paketlərinin köməkliyi ilə yüksək səviyyədə yerinə yetirilir. Məs. Hitache
Lightning 9900V massivləri ilə Cruise Control proqtamının əlaqələndirilməsi ilə
verilənlərlə iş üzrə intensivlik barədə statistika toplamaq, disklərdə saxlanılan
verilənlərin yerlərinin dəyişdirilməsi üçün ilkin qərarların qəbulu, hansı ki,
verilənlərlərə yüksək sürətli müraciətlərlə həyata keçirilir.
Burada sistemli idarəetməyə görə sistemdə verilənlərin keyfiyyətli səviyyədə
saxlanılması üçün nəzərdə tutulub. Beləliklə, verilənləri saxlanılması sistemi, SAN
resursları daxilində aparat-proqram vasitələri daxilində aparılır. Bunlar başqa
sistemlərin inteqrasiya imkanlarına malik olub, verilənlərin saxlanma şəbəkəsinin
nəzarət hissələri və onun bütün səviyyələrində disklərdən tutmuş massivlərə, serverin
fayllar sisteminə qədər sferanı əhatə edir.
Hal-hazırda CASE texnologiyasından da istifadə olunur. Modelin təsvirinin
işlənməsi üçün şərtlər aşağıda verilmiş modulların ardıcıllığı ilə aparılır.
Bu texnologiyanın tərkibinə daxil olan və ona aid proqram modulları bunlardır:
Pchnology, BPWin, ERWin, ModelMart, Paradigm Plus, RPTWin. Eyni zamanda
olun avtomatik instrumental hissələri isə layihələndirmə və kod generasiyasını təmin
edir. Bu proqram modulları aşağıdakı funksiyaları yerinə yetirir.
BPWin - struktur təşkilatların üçün verilənlərin saxlanılması məqsədilə
funksional metodoloçi modelləşdirməni dəstəkləyir və həyata keçirir. Burada
həmçinin DFD ( verilənlərin axını üçün paket) paketindən “BPWin”-də istifadə
etməklə “sənədlərin dövriyyəsi modelinin işlənməsi” üçün də istifadə edilə bilər.
CASE texnologiyasının vasitəsi olan “ERWin” modulu obyekt və atributların
eksportu üçün normallaşdırılmış VB-lər layihələndirməyə imkan verir. Bu modul
Power Builder, Access, SQL Server VBİS-ləri özündə inteqrallaşdırır. Əsasən
obyektyönlü layihələndirmədə çətin alqoritmlərin reallaşdırılmasında tətbiq edilir.
Obyektyönlü layihələndirmə dili olan UML (Unifu Modeling Language-UML)
instrumental vasitə olan “Paradigm Plus”-u dəstəkləyir. Proqram məhsulu olan Model
Mart “BPWin” və “ERWin” modellərinin işlərini sinxronlaşdırır. Paradigm Plus
modulu isə C++ və ya Çava kodlarında yazılan proqramları “ERWin” modulunda
generasiya edərək VB yaradır. “Planitium technology” modulu – instrumental
monitorinq şəbəkə (ProVision Network Monitor), vasitələrini, server VB-nin təhlilini
(SQL Compass), verilənlərin struktur üzrə yoxlanmasını (Test Bytes) və sürətli Web
serverlərin təhlilini özündə saxlayır. Beləliklə, CASE texnologiya Avtomatlaşdırılmış
mühitdə sahələr üzrə sənədləşmənin yaradılmasını təmin edir.
Lotus Domino – inteqrallaşdırılmış paket olub, verilənlərin saxlanılmasını
Avtomatlaşdırılmış şəbəkə üzrə təşkilini həyata keçirir. Bu paket 100 milyona qədər
klientləri serverə birləşdirərək, yüksək səviyyədə informasiya mübadiləsini təşkil
edir. Lotus Domino özündə məlumatların mübadiləsi üçün elektron poçt xidməti,
təqvim və planlaşdırma, təşkilat strukturunun idarə edilməsi üçün inteqrallaşdırılmış
mühitdə “gropware” proqram paketini özündə birləşdirir. Ən güclü VBİS-lərdən
sayılan “Oracle”-ı tam dəstəkləyir.
Gələcəyin mütəxəssisi müasir hesablama vasitələrinin təlim prosesinə tətbiqini
bacarmalıdır. Hazırda müasir EHM-lərin tədris prosesində tətbiqi geniş vüsət
almışdır. EHM-in tərkibinə informasiyanın daxil edilməsini, saxlanılmasını,
çevrilməsini və nəticələrin verilməsini təmin edən texniki qurğular daxildir.
Son dövrlərdə kompüter təlimindən geniş təcrübə əldə edilmişdir. Ali
məktəblərdə tədrisin təşkilində istifadə olunmaq üçün müxtəlif tətbiqi proqramlar
işlənib tətbiq edilir. Hazırda müxtəlif funksional məqsədlər üçün öyrədici
proqramların yaradılması nəticəsində metodik sahələr inkişaf etdirilir. Pedoqoji və
texniki cəhətdən ən optimal variantın tapılması kütləvi tədqiqat tələb edir. Fənn
müəllimi belə proqramların tərtib edilməsində çətinliyə rast gələ biləcəyində bu cür
proqramlar ümumi proqramlar kitabxanası fondunda olmalı və kütləvi tirajla yerlərə
göndərilməlidir.
Ali məktəblərdə tədris prosesi orta məktəblərə nəzərən bir qədər mürəkkəb
prosesdir. Əslində yaxşı olardı ki, orta məktəblərdə də tədris prosesində kompüter
texnologiyaları və tətbiqi proqramlardan istifadə edilsin. Lakin biz indi bu
texnologiyaların ali məktəblərdəki tədris prosesinə tətbiqi haqqında söhbət açacağıq.
Ali məktəblərdə tədrisin avtomatlaşdırılması geniş vüsət alıb. Məhz buna görə
də ali məktəblərdə tədris olunan fənnlərin öyrədici proqram paketləri yaradılır. EHM-
lərin köməyilə təlim prosesinə yeni öyrədici metodların tətbiqi əsasən 3 istiqamətdə
olur:
1. EHM-in öyrənilməsi
2. EHM- köməyilə informasiyanın alınması
3. EHM vasitəsilə fənnlərin tədrisi.
Ali məktəblərin tədris prosesində kompüterlərin tətbiqi zaman-zaman yaxşı
nəticələr verir ki, tədris olunan fənnlər ayrı-ayrı proqram paketləri şəklində tədris
olunur. Əlbəttə ki, bu deyilən proqramları proqramçılar tərtib etməlidirlər. Lakin
proqramçı proqramın tərtibi zamanı müəllimlə sıx əlaqədar işləməlidir ki, proqram
etibarlı və uzunömürlü bir vasitə kimi istifadə oluna bilsin. Təcrübə göstərir ki, ən
yaxşı proqramçı da keyfiyyətli öyrədici proqram tərtib edə bilməz. Öyrədici
proqramın ssenarisi tədris etdiyi fənni gözəl bilən müəllim tərəfindən verilir və
təcrübəli proqramçının köməyilə tərtib edilir. Öyrədici proqram praktikada yoxlanılır,
müəllimin həmkarları tərəfindən qiymətləndirilir və ancaq bundan sonra ondan geniş
surətdə istifadə olunmasına icazə verilir.
Ümumiyyətlə, ixtisasından və peşəsindən asılı olmayaraq, hər bir ali məktəb
müəllimi öz fənninin tədrisi zamanı öz işini avtomatlaşdırmaq üçün kompüter
texnologiyaları və tətbiqi proqramlardan istifadə edə bilər və etməlidir.
Tətbiq olunacaq texnologiyalar və tətbiqi proqramlar kimi aşağıdakıları misal
göstərmək olar:
MicroSoft Office
Matlab
Corel Draw
Photoshop
AutoCad
Microsoft Procect
1 C
Elektron lüğətlər, mətn tərcüməçiləri
və s. kimi tətbiqi proqramlar
Lokal və ya qlobal şəbəkələr
Uzaq məsafəli tədris (Distance Learning)
Terminal Servis
və s. kimi kompüter texnologiyaları.
İndi isə gəlin bu sadaladığımız tətbiqi proqram paketləri, kompüter
texnologiyaları və onların ali məktəblərdə tədris prosesindəki rolu haqqında ətraflı
danışaq.
MICROSOFT OFFICE
Ümumiyyətlə, MICROSOFT OFFICE paketi ayrı-ayrı tətbiq sahəli proqram
paketlərindən ibarətdir ki, onların da hər biri ali məktəb müəllimlərinin işində
özünəməxsus rol ilə çıxış edir.
MICROSOFT WORD
Nəinki ali məktəb müəllimləri, ümumiyyətlə hər bir sahənin işçisi özünə lazım
olan mətni lazımi formada tərtib etməli olur. Və həmin mətni və mətn daxilində hər
hansı cədvəli, şəkli, sxemləri, fiqurları və s.-ni öz istəyinə uyğun tərtib etmək üçün o,
kompüterdə istifadə olunan mətn redaktorlarından istifadə edir. Lakin yuxarıda
sadaladığım tələbləri və ondan artıq tələbləri yerinə yetirmək üçün ən çox istifadə
olunan və istifadə üçün ən rahat olan proqramlardan biri Microsoft Word
proqramıdır.
Microsoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni
alətlər və daha da rahat interfeys təqdim edir.
Şəkil 1. MicroSoft Word proqramının əsas pəncərəsi
Ali məktəb müəllimləri də tədris ilə əlaqədar müxtəlif sənədləri tərtibetmək
üçün Microsoft Word proqramından istifadə edə bilərlər. Şəkil 1- də Microsoft Word
proqramının əsas pəncərəsi göstərilmişdir.
MICROSOFT EXCEL
Microsoft Office paketinə daxil olan Microsoft Excel proqramı öz «ağıllı»
vasitələri ilə çox istifadəçilərin köməyinə gəlir.
Bildiyimiz kimi, Excel proqramı cədvəl şəkilli verilənlərlə iş aparılması, onlar
üzərində müxtəlif standart, yəni demək olar ki, verilənlər üzərində aparıla biləcək
bütün əməliyyatlar və ya funksiyalar və həm də qeyri-standart əməliyyatların yerinə
yetirilməsi, bu verilənlərin bir-birindən asılılıqlarının qrafik və ya diaqram şəklində
qurulması və s. bu kimi əməliyyatların aparalımasını təmin edərək istənilən
istifadəçiyə, və ya həmçinin ali məktəb müəllimlərinə bu və ya başqa əməliyyatları
çox tez, rahat və effektiv şəkildə yerinə yetirməyə imkan verir.
Şəkil 2. MicroSoft Excel proqramının əsas pəncərəsi
Misal kimi göstərmək olar ki, ali məktəb müəllimləri tələbələrin
qiymətləndirilməsi, hansı tələbələrin daha aktiv iştirak etməsini qrafik şəkildə daha
əyani görmək üçün Excel proqramında diaqramlardan istifadə edə bilər. Orta
qiymətin hesablanması, maksimum və ya minimum qiymətlərin və s.-lərin
hesablanmasını həyata keçirə bilər. Şəkil 2-də MicroSoft Excel proqramının əsas
pəncərəsi göstərilmişdir.
MICROSOFT POWER POINT
Əlbəttə ki, tədris prosesinin effektivliyi tədris materiallarının tələbələrə daha
aydın şəkildə təsvir olunması ilə xeyli artır. Fərdi kompüterlər və tətbiqi proqramlar
inkişaf etməzdən əvvəl bu əyaniliyi əldə etmək üçün sinif lövhələrindən, xüsusi kadr
şəkilli lentlərdən, böyüdücülərdən, diafilm qurğularından, linqofonlardan və s.-dən
istifadə olunurdu.
Lakin bu vasitələr müəllimlər üçün müəyyən çətinliklər yaradırdı. Məsələn,
lövhədə hər hansı sxemi hər dəfə çəkmək müəllim üçün eyni işi hər dəfə təkrarən
etməyə məcbur edirdi. Əlbəttə ki, lövhələr həmişə lazımdır, amma çox işləri
lövhədən istifadə etmədən, əvvəlcədən hazırlayıb təqdim etmək olar.
Və yaxud xüsusi kadr şəkilli lentlərdən istifadəyə gəldikdə, onu demək olar ki,
birincisi bu lentləri əldə etmək məsələsi o qədər də asan deyildi, lazımi qurğunun
olub-olmaması və ən əsası isə müəllimin bu lentlərdə olan məlumatlarla
kifayətlənməyə məcbur olması halları bu vasitələrdən istifadə etməyin effektivliyini
xeyli aşağı salır. Bu zaman müəllim lentdə olmayan məlumatları yenidən lövhədə
çəkməklə başa salmaq məcburiyyətində qalır ki, bu da müəllimləri eyni işi hər dərsdə
təkrarən yerinə yetirməyə məcbur edir.
Böyüdücülərdən istifadə nisbətən daha effektivdir. Çünki bu zaman, misal
üçün, əgər hər hansı bir səhifənin izahı zamanı bu səhifədə hər hansı bir sxemdə və
ya düsturda dəyişiklik etmək zərurəti meydana çıxıbsa, onda bu səhifədə düzəliş edib
və ya bu səhifəni yenidən çəkib növbəti dərsdə istifadə etmək olar. Ancaq bu
dəyişikliklər hər dəfə yeni vərəqə çəkmək problemini ortaya çıxarır. Onu da
deməliyəm ki, həmin Slide vərəqlərinin qiyməti adi kağız vərəqlərdən 20-25 dəfə
bahadır.
Yuxarıda sadaladığım problemlərlə qarşılaşmamaq üçün MS Office paketinə
daxil olan MicroSoft Power Point proqramı çox gözəl və rahat vasitədir.
MicroSoft Power Point proqramından istifadə etməklə istənilən şəkildə,
istənilən sayda səhifədən ibarət istənilən effektlərlə müxtəlif cür «Təqdimatlar»
(Slide-lar) tərtib etmək olar. Bu slide-ların tələbələrə təqdim olunması üçün heç də
onların kağız üzərinə çap olunması vacib deyil.
Slide-lar tam ekran rejimində, animasiya kimi, müəyyən səslərlə, başqa
proqramların köməyilə yaradılan obyektlərin özünə qoşulmasını dəstəkləməklə
öyrətmə və öyrənmə prosesini olduqca asanlaşdırır. Şəkil 3-də MicroSoft Power
Point proqramının əsas pəncərəsi göstərilmişdir.
Yalnız onu deməliyəm ki, belə Slide-ların divardan asılmınş plakata
böyüdülməsi üçün istifadə olunan qurğu – «Projector» - un qiyməti nisbətən
bahalıdır. Lakin mən bilən ali məktəblərin büdcəsi imkan verir ki, hər kafedraya heç
olmazsa 2 ədəd Projektor qurğusu verilsin.
Şəkil 3. MicroSoft Power Point proqramının əsas pəncərəsi
MICROSOFT ACCESS
Ümumiyyətlə desək, bütün idarələrdə və təşkilatlarda əvvəlki kağız üzərində
arxivlərdə saxlanılan versiyaların kompüterdə reallaşdırılması çox vacib məsələlərdən
biridir. Əlbəttə ki, bu, informasiyanı tez və operativ surətdə əldə etmək işini olduqca
asanlaşdırır. Deyilənləri kompüterdə reallaşdırmaq üçün VB texnologiyasından
istifadə olunur. Ümumiyyətlə, VB texnologiyasında verilənlərin müxtəlif
modellərindən istifadə olunur.
-Şəbəkə modeli
-İerarxiya modeli
-Relyasiya modeli
Bu modellər haqqında çox geniş danışmayıb, sadəcə onu deyəcəm ki, son
zamanlar ən geniş istifadə olunan model -relyasiya modelidir. Verilənlər bazalarını
idarə etmək üçün məşhur firmalar tərəfindən müxtəlif cür Verilənlər Bazalarını
İdarəetmə Sistemləri (VBİS) yaradılmışdır.
Belə VBİS-lərdən biri də Microsoft şirkəti tərəfindən yaradılmış və MicroSoft
Office paketinin tərkibinə daxil edilmiş Microsoft Access proqramıdır.
Microsoft Access proqramı verilənlər bazası ilə işləmək üçün istifadəçilərə tam
alətlər dəstini təqdim edir. Bu proqramdan hətta verilənlər bazasının prinsipi və
qurulma qanunauyğunluqlarını bilməyən istifadəçilər belə çox rahat yararlanaraq, öz
tələblərinə uyğun cədvəllərdən ibarət verilənlər bazası yarada bilərlər.
Belə istifadəçilərə, əlbəttə ki, ali məktəb müəllimlərini də aid etmək olar. Ali
məktəb müəllimləri bu proqramdan misal üçün aşağıdakı məqsədlər üçün istifadə edə
bilərlər:
Tələbələr haqqında verilənlər bazası
Öz kitabxanasında olan kitablar haqqında verilənlər bazası
Öz fənnini, ixtisasını əhatə edən verilənlər bazaları və s.
Şəkil 4-də MicroSoft Access proqramının əsas pəncərəsi göstərilmişdir.
Şəkil 4. MicroSoft Access proqramının əsas pəncərəsi
MICROSOFT FRONTPAGE
MicroSoft FrontPage proqramı bildiyimiz kimi HTML sənədləri yaratmaq
üçün alətlər ilə zəngin tətbiqi proqram paketidir. Əslində MicroSoft FrontPage
proqramı müəllimlərin işində nisbətən az rol oynayır. Bu proqram çox vaxt WEB
DESIGN sahəsi ilə məşğul olan mütəxəssislərə lazım ola bilər.
Üstün cəhəti odur ki, HTML dilindən heç xəbəri olmayan belə, istifadəçi bu
proqramın köməyilə çox asanlıqla sadə WEB-sənəd yarada bilər. Ali məktəb
müəllimlərinin işində bu proqramın rolu kimi misal üçün onu demək olar ki, qiyabi
şöbədə oxuyan tələbələr müəllimin yaratdığı bu sayta İnternet şəbəkəsi vasitəsilə
qoşula bilər və lazımi dərsləri buradan oxuya bilərlər.
Şəkil 5-də MicroSoft Front Page proqramının əsas pəncərəsi göstərilmişdir.
Şəkil 5. MicroSoft Front Page proqramının əsas pəncərəsi
MICROSOFT OUTLOOK
Əlbəttə ki, son 10 ildə İNTERNET şəbəkəsinin inkişaf etməsilə əlaqədar
Elektron poçt xidmətinin yaranması və inkişafı bu xidməti çox geniş, bəlkə də
dünyəvi istifadəçi auditoriyası üçün bir növ adi telefon xidməti kimi lazımi vasitəyə
çevirmişdir. Elektron poçt xidmətini təqdim edən ayrıca saytlar – poçt serverləri və
tətbiqi proqramlar yaradılmışdır.
Belə tətbiqi proqramlardan biri də MicroSoft Outlook proqramıdır.
Əlbəttə, bu proqramın və E_mail xidmətinin müəllim və tələbələr arasındakı
informasiya mübadiləsində rolu çox böyükdür.
Bunu bayaq söhbət açdığım qiyabi şöbədə oxuyan tələbələrə aid etsəm daha da
qiymətli vasitə kimi qeyd etmək olar.
Şəkil 6. MicroSoft Outlook proqramının əsas pəncərəsi göstərilmişdir.
Şəkil 6. MicroSoft Outlook proqramının əsas pəncərəsi
MATLAB
Dəqiq elmlər ilə məşğul olan mütəxəssislər – müəllimlər və ya tələbələr riyazi
məsələlərin həlli, modelləşdirmə və s. bu kimi problemlərlə tez-tez rastlaşırlar. Belə
problemlərin həlli yuxarıda qeyd etdiyim EXCEL proqramına nisbətən daha da
professional şəkildə MATLAB proqramı tərəfindən təqdim olunan alətlər ilə təmin
olunur.
MATLAB proqramının özünə məxsus funksiyaları var ki, modelləşdirmə
məsələlərinin həllində onlardan istifadə - istifadəçinin işini olduqca asanlaşdırır.
Əlbəttə ki, ən çox dəqiq elmlərdən dərs deyən müəllimlər öz fənnlərinə aid
laboratoriya, praktiki və kurs işlərinin həllində MATLAB proqramından istifadə
etmək üçün tələbələrə bu proqramı öyrənməyi məsləhət görməlidirlər.
COREL DRAW
Əslində bu proqramın tədris prosesi ilə heç bir əlaqəsi yoxdur. Amma buna
baxmayaraq ayrılıqda bu proqram çox istifadəçilər üçün lazımi vasitə kimi istifadə
oluna bilər.
Corel Draw proqramı istifadəçinin öz istəyinə uyğun şəkillərin, fiqurların
çəkilməsi onlar üzərində müxtəlif əməliyyatların aparılması üçün unikal bir proqram
təminatıdır. Şəkil 7 – də Corel Draw proqramının əsas pəncərəsi göstərilmişdir.
Şəkil 7. Corel Draw proqramının əsas pəncərəsi
ADOBE PHOTOSHOP
Corel Draw proqramı kimi Adobe Photoshop proqramı da tədris prosesi ilə o
qədər də əlaqəsi olan proqram deyil. Amma buna baxmayaraq ayrılıqda bu proqram
da çox istifadəçilər üçün lazımi vasitə kimi istifadə oluna bilər.
Adobe Photoshop proqramı şəkil formatlı sənədlərlə işləmək üçün
əvəzolunmaz vasitədir. Bu proqramın köməyilə fotomontaj işlərini böyük
müvəffəqiyyətlə yerinə yetirmək olar.
AUTOCAD
AutoCad tətbiqi proqram paketi çertyojların çəkilməsi, onlar üzərində müxtəlif
əməliyyatların aparılması və s. bu kimi işlərin yerinə yetirilməsi üçün çox gözəl
vasitədir. Bundan əlavə, AutoCad proqramının köməyilə üç ölçülü fəzada yerləşən
müxtəlif fiqurları çəkmək, onların muxtəlif müstəvilərdə kəsiyini və proyeksiyasını
vermək və s əməliyyatları yerinə yetirmək olar.
AutoCad proqramından, adətən konstruktorlar, mexaniklər və bir də Rəsmxətt,
Tərsimi həndəsə, Maşın mexanizmləri nəzəriyyəsi, Maşınqayırma və s. bu kimi
ixtisaslar üzrə ixtisaslaşmış mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr tez-tez
istifadə edib, yararlanırlar. Şəkil 8 - də AutoCad proqramının əsas pəncərəsi
göstərilmişdir.
Şəkil 8. AutoCad proqramının əsas pəncərəsi
MICROSOFT PROJECT
MicroSoft Project proqramı əsasən Biznes, İdarəetmə, Menecment və s. bu
kimi ixtisas müəllimlərinə lazım ola biləcək proqram kimi qeyd oluna bilər.
Bu proqramın köməyilə biznes planlar, iş cədvəlləri yaratmaq mümkündür.
Əlbəttə ki, bunun tədris prosesinə o qədər də aidiyyatı olmasa da yuxarıda
sadaladığım ixtisaslar üzrə dərs deyən müəllimlər və ixtisas alan tələbələr öz dərsləri
zamanı bu proqramdan yararlana bilərlər. Şəkil 9 – da MicroSoft Project
proqramının əsas pəncərəsi göstərilmişdir.
Şəkil 9. MicroSoft Project proqramının əsas pəncərəsi
1 C:
Ümumiyyətlə, 1C proqramlar paketi bir neçə tətbiqi proqramlardan təşkil
olunmuşdur:
1S Buxqalteriə
1S Predpriətiə
və s.
1C proqramı da tədris prosesi ilə o qədər də əlaqəsi olan proqram deyil. Amma
buna baxmayaraq ayrılıqda bu proqram İqtasadiyyatla bağlı elmlər ilə məşğul olan
müəllim və tələbələr üçün lazımi vasitə kimi istifadə oluna bilər.
ELEKTRON LÜĞƏTLƏR, MƏTN TƏRCÜMƏÇILƏRI
VƏ S. KIMI TƏTBIQI PROQRAMLAR
Əlbəttə ki, istənilən sahə üzrə işləyən hər bir şəxs hər hansı dildə hər hansı
sözün tərcüməsini öyrənməli olur. Əvvəllər bundan ötru xüsusi lüğət kitablarının
istifadəsi çox geniş yayılmışdır. Lakin bu kitablarda hər hansı sözün axtarılması bir
qədər yorucu olur. Hələ hər hansı mətnin tərcüməsindən danışsaq bu doğrudan da
insanların işçi qüvvəsini aşağı salacaq qədər yorucu ola bilər.
Buna görə də fərdi kompüterlərin inkişaf etməsilə yanaşı müxtəlif tətbiqi
proqramların yaradıldığı kimi müxtəlif firmalar tərəfindən elektron lüğətlər də
yaradılmışdır. Belə lüğətlərə misal kimi rusların düzəltdiyi «Slovarğ» lüğətini, Abbey
şirkətinin yaratdığı Abbey Lingvo elektron luğətini və s.-ni göstərmək olar.
Şəkil 10. Abbey Linqvo proqramının əsas pəncərəsi
Artıq mətnlərin tərcüməsindən danışdıqda isə bu məsələnin necə də yorucu
olduğu daha aydın nəzərə çarpır. Mətnlrin tərcumə olunması üçün də müxtəlif tətbiqi
proqramlar işlənib hazırlanmışdır. Bunlara misal kimi «Sokrat», «Prompt», «Magic
Gooddy » və s.-ni göstərmək olar.
Bunlardan başqa bu proqramları işləyib hazırlayan firmaların rəsmi saytlarında
da sözlərin, mətnlərin, hətta WEB Site-ların da tərcüməsi nəzərdə tutulmuşdur. Şəkil
10- da Abbey Linqvo proqramının əsas pəncərəsi göstərilmişdir.