tƏsİsÇİ: azƏrbaycan respublİkasi prezİdentİnİn İŞlƏr...

16
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 271 (29536) 24 dekabr 2020-ci il, cümə axşamı İlham Əliyev – dünənin, bu günün və gələcəyin lideri! Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident! Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm. Son illərdə Çin-Azərbaycan münasibətlərinin dinamik inkişafı müşahidə edilir, qarşılıqlı siyasi etimad günbəgün möhkəmlənir. “Bir kəmər, bir yol” layihəsi üzrə iki ölkənin əməkdaşlığı, habelə beynəlxalq arenada qarşılıqlı fəaliyyət uğurla və səmərəli şəkildə inkişaf edir. COVID-19 pandemi- yası yayılandan sonra Çin və Azərbaycan iki xalq arasın- da möhkəm dostluq nümayiş etdirərək bir-birinə səmimi kömək göstərir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ikitərəfli dostluq və əməkdaşlığın, müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın ölkələrimizin və xalqlarımızın rifahı naminə dərinləşməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram. Sizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm. Hörmətlə, Si CINPIN Çin Xalq Respublikasının Sədri Möhtərəm İlham Heydər oğlu! Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən olduqca məmnunam. Biz Sizi təcrübəli və bacarıqlı dövlət xadimi, Azərbaycan xalqının böyük sevgisini və etimadını qazan- mış şanlı lider, beynəlxalq arenada ölkəsinin nüfuzunun hərtərəfli artırılmasına şərait yaradan görkəmli siyasi xadim, habelə Özbəkistanın zamanın sınağından çıxmış yaxın dostu kimi tanıyırıq və bunu yüksək qiymətləndiririk. Bununla bərabər, icazə verin, Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması məsələsində Sizin səyləriniz sayəsində əldə olunmuş razılaşmaya görə Zati-alini- zi bir daha təbrik edim. Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə və sənədlərinə müvafiq olaraq qəbul edilmiş bu çox mühüm qərarlar bütün Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün və davamlı inkişafın təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir. Əminəm ki, qarşıdakı yüksək səviyyəli görüşlərin nəticəsində, habelə birgə səylərimiz sayəsində siyasi, ticari-iqtisadi, nəqliyyat, kommunikasiya, mədəni-humanitar sahələrdə bizim çoxplanlı münasibətlərimiz tamamilə yeni səviyyəyə yüksələcək. Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm. Hörmətlə, Şavkat MIRZIYOYEV Özbəkistan Respublikasının Prezidenti Doğru olan yolu isə bizə 1993-cü ilin iyu- nun 15-də yenidən ölkə rəhbərliyinə qayıtmaq- la dövlətçiliyimizi xilas edən Ümummilli lider Heydər Əliyev göstərdi və inandırdı ki, uğu- rumuz bir yerdə yumruq kimi birləşərək güclü dövlət qurmaqdan, qüdrətli ordu yaratmaqdan keçir. Xalq ona inanırdı, çünki öz Liderini çox yaxşı tanıyırdı, ona görə də dara düşəndə Xilaskar kimi onu çağırdı, o gəldi, dövləti dağıl- maqdan, milləti məhv olmaqdan qorudu. Eynən mahir bağbanın qasırğadan qəddi sınmış fidan tingini sarıyıb təzədən bitişdirib böyüdən kimi böyütdü milləti Böyük Xilaskar. Sonra tamamla- yıb başa çatdıra bilmədiyi işləri özü kimi inandı- ğı varisinə – cənab İlham Əliyevə həvalə etdi. Prezident İlham Əliyev 2003- cü ildə prezident kimi ilk andiçmə mərasimində bütün dünyaya bəyan etdi: Bizim yolumuz Heydər Əliyev yoludur! Bu yol bizi işıqlı, xoşbəxt, firavan günlərə aparacaq. 17 ildir cənab Prezidentin müəyyən etdiyi kursla uğura doğru, işığa doğru, haqqa doğru gedirik. Bu yolda qarşımıza nələr çıxmadı, hansı maneələri dəf etmədik, hansı aysberqləri adlamadıq? Biz bütün maneələri adlayaraq bir xalq kimi daha da mətinləşdik, bütövləşdik, bərkidik, böyüdük! Biz bu illər ərzində başqa xalqların bəlkə də 100 illərlə keçə bilmədiyi yenilənmə, tərəqqi, özünüdərk, milli-psixoloji transformasiya yolu keçdik. Bizi bu yolda qətiyyətlə, mətin addımlarla inamlı qələbələrə aparan cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir dövlət qurduq, özümüzü dünyaya sübut erdik, güclü, modern ordu yaratdıq, BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik elədik, kosmik klubun üzvü olduq, Avroviziya mahnı müsabiqəsinin qalibi olduq, Avropa Oyunlarına, İslam oyunlarına, onlarla beynəlxalq iqtisadi, siyasi, humanitar tədbirə ev sahibliyi etdik, uğur qazandıq, uğurumuzu bölüşdük. Bu illər ərzində milli-psixoloji transfor- masiyamızda heç şübhəsiz ki, Birinci vitse- prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın böyük xidmətləri mütləq qeyd olunmalıdır. Məhz hörmətli Mehriban xanım müstəqil Azərbaycan dövlətində Birinci xanım institutunu formalaşdırdı və mühüm dövlətçilik atributuna çevirdi. Mehriban xanım Əliyevanın yaratdığı və rəhbərlik etdiyi Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, eləcə də ölkə hüdudla- rından kənarda humanizm, xeyirxahlıq, şəfqət, sosial dəstək ünvanına çevrildi. Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, mənim görüb başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Ulu öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqları- mızın işğaldan azad edilməsi idi. Həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güclərin ikiüzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi. Tanrı bu şərəfli missiyanı Ali Baş Ko- mandan İlham Əliyevin qismətinə yazmışdı. Cənab İlham Əliyev öz xalqı ilə birlikdə bu işi bacardı və müasir bütöv Azərbaycan dövlətinin qurucusu, torpaqları işğaldan azad edən və ərazi bütövlüyünü təmin edən sərkərdə kimi öz şərəfli adını qızıl hərflərlə tarixə yazdırdı. Yəqin ki, tədqiqatçılar Azərbaycanın 44 günlük zəfər yürüşü fenomeninin müxtəlif aspektlərini araşdıracaq, nəticələr çıxaracaq, nümunə kimi göstərəcəklər. Lakin indidən bir həqiqət gün kimi aydındır: Qələbənin uğur formulu çox sadədir: müzəffər Komandan+ müzəffər Ordu+ müzəffər Xalq. Qələbənin uğur simvolu isə heç şübhəsiz ki, Dəmir Yumruqdur – xalq, ordu, rəhbər birliyini əks etdirən və düşmənin başını ilan başı kimi əzən Dəmir Yumruq! Azərbaycanın tarixi qələbəsinin şəksiz və şəriksiz qəhrəmanı isə cənab Ali Baş Koman- dandır! Cənab Prezident bu 44 gündə həm hərbi, həm siyasi, həm diplomatik, həm informasiya, həm təbliğat cəbhəsində mübarizə apardı, öz dövlətinin və xalqının maraqlarını ləyaqətlə qo- rudu və təmin etdi. Həmişə də inamlı danışdı, cəsarətli danışdı, bir dəfə də olsun təmkinini pozmadı, yüksək intellekt, dərin bilik və diplo- matik peşəkarlıq nümayiş etdirdi. Azərbaycanı bir daha dünyaya tanıtdı, hər kəsə də öz yerini göstərdi. Cənab Prezidentin qələbə müjdəli çıxışları xalqı və ordunu ruhlandırdı, inamını artırdı, birliyini möhkəmləndirdi. Cənab Ali Baş Komandan oktyabrın 4-də Cəbrayılın işğaldan azad edilməsi müjdəsini böyük sevinc və qürur hissi ilə xalqına çatdırdı, bundan sonra isə Zəngilan, Qubadlı, Füzuli rayonları, Suqovuşan və Horadiz qəsəbələri və digər yurdlarımız işğaldan azad edildi. Heç şübhəsiz ki, Şuşanın işğaldan azad edilməsi düşmənin belini qırdı və məğlub ölkənin rəzil olmuş rəhbəri təslim aktını imzala- mağa vadar oldu. “Qarabağ münaqişəsi” deyilən bir termin tarixə qovuşdu, regionda davamlı sülhün bərqərar olunması üçün münbit şərait yarandı. Üç böyük rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan işğaldan azad olundu. Bu, tarixdə nadir hallarda rast gəlinən hərbi-siyasi qələbədir! İndi artıq bölgədə yeni dönəm başlamış- dır. Bu, reallığı Azərbaycan yaratdı, Prezident İlham Əliyev və onun Xalqı yaratdı. Xalqı birləşdirən əsas dəyər: sosial ədalət Müasir Azərbaycan dövlətinin müstəqillik tarixinin yarıdan çoxu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bağlıdır. Müstəqil dövlətçiliyimizin memarı və qu- rucusu ümummilli lider Heydər Əliyevin siyasi idarəçilik məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyev 2003- cü ilin oktyabrında keçirilən ilk prezidentlik inauqurasiyasında “mən hər bir azərbaycanlının prezidenti olaca- ğam”, – deyə bəyan etdi və arxasında böyük məna və məsuliyyət yükü olan bu fikirləri öz prezidentlik fəaliyyətində daim təsdiq etdi, əmələ çevirdi və dövlət idarəçiliyində bir meyar səviyyəsinə yüksəltdi. (ardı 3-cü shifədə) Zəfər yürüşünün bayraqdarı: qalibiyyət və humanizm rəmzi A zərbaycan tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Artıq “Qarabağ münaqişəsi” deyilən bir termin tarixə qovuşub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz təmin olunub. Müstəqilliyimizin ilk illəri xalqımız üçün çox ağır illər oldu, itkilər verdik, məhrumiyyətlər yaşadıq, dərd-qəm çəkdik, harayımızı dünya eşitmədi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı və Zəngilan rayonlarında olublar Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar. (Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaq). AZƏRTAC

Upload: others

Post on 23-Nov-2020

7 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR ...xalqqazeti.com/pdf/SAYT-24.pdf · oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 271 (29536) 24 dekabr 2020-ci il, cümə axşamı

İlham Əliyev – dünənin, bu günün və gələcəyin lideri!

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Son illərdə Çin-Azərbaycan münasibətlərinin dinamik inkişafı müşahidə edilir, qarşılıqlı siyasi etimad günbəgün möhkəmlənir. “Bir kəmər, bir yol” layihəsi üzrə iki ölkənin əməkdaşlığı, habelə beynəlxalq arenada qarşılıqlı fəaliyyət uğurla və səmərəli şəkildə inkişaf edir. COVID-19 pandemi-yası yayılandan sonra Çin və Azərbaycan iki xalq arasın-da möhkəm dostluq nümayiş etdirərək bir-birinə səmimi kömək göstərir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ikitərəfli dostluq və əməkdaşlığın, müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın ölkələrimizin və xalqlarımızın rifahı naminə dərinləşməsi üçün Sizinlə birgə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm.

Hörmətlə, Si CINPIN

Çin Xalq Respublikasının Sədri

Möhtərəm İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən olduqca məmnunam.

Biz Sizi təcrübəli və bacarıqlı dövlət xadimi, Azərbaycan xalqının böyük sevgisini və etimadını qazan-mış şanlı lider, beynəlxalq arenada ölkəsinin nüfuzunun hərtərəfli artırılmasına şərait yaradan görkəmli siyasi xadim, habelə Özbəkistanın zamanın sınağından çıxmış yaxın dostu kimi tanıyırıq və bunu yüksək qiymətləndiririk.

Bununla bərabər, icazə verin, Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması məsələsində Sizin səyləriniz sayəsində əldə olunmuş razılaşmaya görə Zati-alini-zi bir daha təbrik edim. Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə və sənədlərinə müvafiq olaraq qəbul edilmiş bu çox mühüm qərarlar bütün Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün və davamlı inkişafın təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir.

Əminəm ki, qarşıdakı yüksək səviyyəli görüşlərin nəticəsində, habelə birgə səylərimiz sayəsində siyasi, ticari-iqtisadi, nəqliyyat, kommunikasiya, mədəni-humanitar sahələrdə bizim çoxplanlı münasibətlərimiz tamamilə yeni səviyyəyə yüksələcək.

Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

Şavkat MIRZIYOYEV Özbəkistan Respublikasının Prezidenti

Doğru olan yolu isə bizə 1993-cü ilin iyu-nun 15-də yenidən ölkə rəhbərliyinə qayıtmaq-la dövlətçiliyimizi xilas edən Ümummilli lider Heydər Əliyev göstərdi və inandırdı ki, uğu-rumuz bir yerdə yumruq kimi birləşərək güclü dövlət qurmaqdan, qüdrətli ordu yaratmaqdan keçir. Xalq ona inanırdı, çünki öz Liderini çox yaxşı tanıyırdı, ona görə də dara düşəndə Xilaskar kimi onu çağırdı, o gəldi, dövləti dağıl-maqdan, milləti məhv olmaqdan qorudu. Eynən mahir bağbanın qasırğadan qəddi sınmış fidan tingini sarıyıb təzədən bitişdirib böyüdən kimi böyütdü milləti Böyük Xilaskar. Sonra tamamla-yıb başa çatdıra bilmədiyi işləri özü kimi inandı-ğı varisinə – cənab İlham Əliyevə həvalə etdi.

Prezident İlham Əliyev 2003- cü ildə prezident kimi ilk andiçmə mərasimində bütün dünyaya bəyan etdi: Bizim yolumuz Heydər Əliyev yoludur! Bu yol bizi işıqlı, xoşbəxt, firavan günlərə aparacaq.

17 ildir cənab Prezidentin müəyyən etdiyi kursla uğura doğru, işığa doğru, haqqa doğru gedirik.

Bu yolda qarşımıza nələr çıxmadı, hansı maneələri dəf etmədik, hansı aysberqləri

adlamadıq? Biz bütün maneələri adlayaraq bir xalq kimi daha da mətinləşdik, bütövləşdik, bərkidik, böyüdük!

Biz bu illər ərzində başqa xalqların bəlkə də 100 illərlə keçə bilmədiyi yenilənmə, tərəqqi, özünüdərk, milli-psixoloji transformasiya yolu keçdik.

Bizi bu yolda qətiyyətlə, mətin addımlarla inamlı qələbələrə aparan cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir dövlət qurduq, özümüzü dünyaya sübut erdik, güclü, modern ordu yaratdıq, BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik elədik, kosmik klubun üzvü olduq, Avroviziya mahnı müsabiqəsinin qalibi olduq, Avropa Oyunlarına, İslam oyunlarına, onlarla beynəlxalq iqtisadi, siyasi, humanitar tədbirə ev sahibliyi etdik, uğur qazandıq, uğurumuzu bölüşdük.

Bu illər ərzində milli-psixoloji transfor-masiyamızda heç şübhəsiz ki, Birinci vitse- prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın böyük xidmətləri mütləq qeyd olunmalıdır. Məhz hörmətli Mehriban xanım

müstəqil Azərbaycan dövlətində Birinci xanım institutunu formalaşdırdı və mühüm dövlətçilik atributuna çevirdi.

Mehriban xanım Əliyevanın yaratdığı və rəhbərlik etdiyi Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, eləcə də ölkə hüdudla-rından kənarda humanizm, xeyirxahlıq, şəfqət, sosial dəstək ünvanına çevrildi.

Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, mənim görüb başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Ulu öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqları-mızın işğaldan azad edilməsi idi.

Həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güclərin ikiüzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi.

Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi.

Tanrı bu şərəfli missiyanı Ali Baş Ko-mandan İlham Əliyevin qismətinə yazmışdı. Cənab İlham Əliyev öz xalqı ilə birlikdə bu işi bacardı və müasir bütöv Azərbaycan dövlətinin qurucusu, torpaqları işğaldan azad edən və ərazi bütövlüyünü təmin edən sərkərdə kimi öz şərəfli adını qızıl hərflərlə tarixə yazdırdı.

Yəqin ki, tədqiqatçılar Azərbaycanın 44 günlük zəfər yürüşü fenomeninin müxtəlif aspektlərini araşdıracaq, nəticələr çıxaracaq, nümunə kimi göstərəcəklər. Lakin indidən bir həqiqət gün kimi aydındır: Qələbənin uğur formulu çox sadədir: müzəffər Komandan+ müzəffər Ordu+ müzəffər Xalq. Qələbənin uğur simvolu isə heç şübhəsiz ki, Dəmir Yumruqdur – xalq, ordu, rəhbər birliyini əks etdirən və düşmənin başını ilan başı kimi əzən Dəmir Yumruq!

Azərbaycanın tarixi qələbəsinin şəksiz və şəriksiz qəhrəmanı isə cənab Ali Baş Koman-dandır!

Cənab Prezident bu 44 gündə həm hərbi, həm siyasi, həm diplomatik, həm informasiya,

həm təbliğat cəbhəsində mübarizə apardı, öz dövlətinin və xalqının maraqlarını ləyaqətlə qo-rudu və təmin etdi. Həmişə də inamlı danışdı, cəsarətli danışdı, bir dəfə də olsun təmkinini pozmadı, yüksək intellekt, dərin bilik və diplo-matik peşəkarlıq nümayiş etdirdi. Azərbaycanı bir daha dünyaya tanıtdı, hər kəsə də öz yerini göstərdi.

Cənab Prezidentin qələbə müjdəli çıxışları xalqı və ordunu ruhlandırdı, inamını artırdı, birliyini möhkəmləndirdi.

Cənab Ali Baş Komandan oktyabrın 4-də Cəbrayılın işğaldan azad edilməsi müjdəsini böyük sevinc və qürur hissi ilə xalqına çatdırdı, bundan sonra isə Zəngilan, Qubadlı, Füzuli rayonları, Suqovuşan və Horadiz qəsəbələri və digər yurdlarımız işğaldan azad edildi.

Heç şübhəsiz ki, Şuşanın işğaldan azad edilməsi düşmənin belini qırdı və məğlub ölkənin rəzil olmuş rəhbəri təslim aktını imzala-mağa vadar oldu.

“Qarabağ münaqişəsi” deyilən bir termin tarixə qovuşdu, regionda davamlı sülhün bərqərar olunması üçün münbit şərait yarandı.

Üç böyük rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan işğaldan azad olundu. Bu, tarixdə nadir hallarda rast gəlinən hərbi-siyasi qələbədir!

İndi artıq bölgədə yeni dönəm başlamış-dır. Bu, reallığı Azərbaycan yaratdı, Prezident İlham Əliyev və onun Xalqı yaratdı.

Xalqı birləşdirən əsas dəyər: sosial ədalət

Müasir Azərbaycan dövlətinin müstəqillik tarixinin yarıdan çoxu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bağlıdır.

Müstəqil dövlətçiliyimizin memarı və qu-rucusu ümummilli lider Heydər Əliyevin siyasi idarəçilik məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyev 2003- cü ilin oktyabrında keçirilən ilk prezidentlik inauqurasiyasında “mən hər bir azərbaycanlının prezidenti olaca-ğam”, – deyə bəyan etdi və arxasında böyük məna və məsuliyyət yükü olan bu fikirləri öz prezidentlik fəaliyyətində daim təsdiq etdi, əmələ çevirdi və dövlət idarəçiliyində bir meyar səviyyəsinə yüksəltdi.

(ardı 3-cü shifədə)

Zəfər yürüşünün bayraqdarı: qalibiyyət və humanizm rəmzi

Azərbaycan tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Artıq “Qarabağ münaqişəsi” deyilən bir termin tarixə qovuşub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı

işğaldan azad edib, ərazi bütövlüyümüz təmin olunub. Müstəqilliyimizin ilk illəri xalqımız üçün çox ağır illər oldu, itkilər verdik, məhrumiyyətlər yaşadıq, dərd-qəm çəkdik, harayımızı dünya eşitmədi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı və Zəngilan rayonlarında olublar

Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı

və Zəngilan rayonlarında olublar. (Geniş hesabat qəzetin növbəti

nömrəsində dərc olunacaq). AZƏRTAC

Page 2: TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR ...xalqqazeti.com/pdf/SAYT-24.pdf · oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını

24 dekabr 2020-ci il, cümə axşamı2Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin Prezidentliyiniz dövründə Azərbaycan Respublikasının özünü regional lider

kimi təsdiq etdiyini, ikitərəfli münasibətlərimizin isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamaq mənim üçün son dərəcə xoşdur.

Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərin dostluq və qarşılıqlı anlaşma əsasında gələcəkdə daha da dərinləşməsində birgə marağımızın olduğuna əminəm.

Dost Azərbaycanın ölkəmizə verdiyi hərtərəfli dəstəyi və Sizin şəxsi səylərinizi yüksək qiymətləndirərək, Ukrayna gələcəkdə də Azərbaycan Respublikasının suve-renliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyəcəkdir.

Ukrayna və Azərbaycan arasında aktual məsələlərin geniş spektri üzrə şəxsi dialoqumuzun davam etdirilməsi üçün ilk münasib fürsətdə Sizi rəsmi səfərlə Kiyevdə görməyə şad olardım.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Vladimir ZELENSKI Ukraynanın Prezidenti

Hörmətli cənab Prezident!Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm

cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulamaqdan şərəf duyuram.

Cənab Prezident, xalqınızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizin vətəndaşlarının rifahı üçün qar-şılıqlı maraq doğuran hər bir sahədə dostluq münasibətlərinin möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyimizə ümidvaram.

Cənab Prezident, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Hörmətlə,

Zoran MILANOVIÇ Xorvatiya Respublikasının Prezidenti

Zati-aliləri!Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Zati-alinizə ən

xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm. Hörmətlə,

II ABDULLAH Iordaniyanın Kralı

Hörmətli İlham Heydər oğlu!Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı

bildirirəm. Sizin müdrik rəhbərliyinizlə qardaş Azərbaycan öz dövlətçiliyinin

möhkəmlənməsində, beynəlxalq arenada nüfuzunun artmasında və xalqın rifahının yaxşılaşdırılmasında əhəmiyyətli uğurlar qazanıb.

Türkmənistanın Azərbaycanla hərtərəfli əməkdaşlığının indiki səviyyəsini yüksək qiymətləndirərək, ənənəvi qardaşlıq və mehriban qonşuluq münasibətlərimizin inkişafı-na Sizin şəxsi diqqətinizi və böyük töhfənizi xüsusi qeyd etmək istərdim.

Biz ölkələrimiz arasında zamanın sınağından çıxmış siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələri bundan sonra da genişləndirmək niyyətindəyik. Qəti əminik ki, Türkmənistan-Azərbaycan dövlətlərarası münasibətləri və çoxplanlı tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı naminə durmadan möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayır, ölkənizin qardaş xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirəm.

Dərin hörmətlə,

Qurbanqulu BERDIMƏHƏMMƏDOV Türkmənistanın Prezidenti

Hörmətli İlham Heydər oğlu!Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.Müasir Azərbaycanın davamlı inkişaf və firavanlaşma yolunda nailiyyətləri

Sizin dövlət başçısı vəzifəsində konstruktiv və uzaqgörən siyasətinizin nəticəsidir. Siz yüksək peşəkarlığınız və qazandığınız həyat təcrübəsi sayəsində bizə dost Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük töhfə verirsiniz, xalqınızın rifahının və ölkənizin beynəlxalq arenada nüfuzunun artmasını təmin edirsiniz.

Biz ölkələrimizin xalqlarını bir-birinə bağlayan tarixi dostluq, qarşılıqlı anlaşma və dəstək ənənələrinə əsaslanan çoxplanlı Tacikistan-Azərbaycan əlaqələrinin inkişafı üçün Sizin mühüm səylərinizi yüksək qiymətləndiririk.

Yüksək səviyyədə müntəzəm siyasi dialoq iki ölkənin dövlətlərarası əməkdaşlıq münasibətlərinin ardıcıl olaraq möhkəmlənməsinin mühüm amilidir. Əminəm ki, biz xalqlarımızın rifahı naminə bu münasibətləri bundan sonra da dərinləşdirəcəyik.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Emoməli RƏHMON Tacikistan Respublikasının Prezidenti

Hörmətli İlham Heydər oğlu!Sizi doğum gününüz münasibətilə səmimi arzularımla təbrik edirəm.Azərbaycan Sizin peşəkarlığınız və həyat təcrübəniz, xalqların dəstəyini və

hörmətini qazanmış müdrik rəhbərliyiniz sayəsində çoxlu nailiyyətlər əldə etdi. Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasındakı faydalı

əməkdaşlıq, habelə ölkələrimizin dostluq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə də möhkəmlənəcək.

Eyni zamanda, Sizi Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan qarşıdan gələn yeni 2021-ci il münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı və uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Talant MAMITOV Qırğız Respublikasının Prezidenti vəzifəsini icra edən

Hörmətli İlham Heydər oğlu!Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizin yorulmaz

fəaliyyətiniz, böyük istedadınız və zəngin siyasi təcrübəniz Azərbaycanın daha da inkişafına və ölkənizin beynəlxalq aləmdə nüfuzunun artmasına töhfələr verir.

Əminəm ki, ölkələrimiz arasında mehriban qonşuluq, qarşılıqlı anlayış və inteqrasi-ya ənənələrinə söykənən strateji tərəfdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm.

Ən xoş arzularla,

Nursultan NAZARBAYEV Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası

Hörmətli Prezident!Doğum gününüz münasibətilə təbriklərimi qəbul edin.Latviya və Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və yaxın əlaqələri

yüksək dəyərləndirirəm.Arzu edirəm ki, növbəti il ölkəniz və şəxsən Sizin üçün xoş hadisələrlə zəngin

olsun.Qarşıdan gələn ildə Sizə ən xoş arzularla,

Raymonds VEYONIS Latviya Respublikasının sabiq Prezidenti (2015-2019),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Hörmətli cənab Prezident!Doğum gününüz münasibətilə həyat yoldaşım İmantsın adından və öz adımdan ən

xoş təbriklərimizi və arzularımızı qəbul etməyinizi xahiş edirəm. Sizə daim möhkəm cansağlığı, xoşbəxtlik, xoş əhval-ruhiyyə arzu edir, xalqınızın sevgisi və dəstəyindən zövq almağı diləyirəm.

Sizin builki doğum gününüz doğma vətəniniz Azərbaycanın uzun müddət işğal altında qalan torpaqlarının azad olunması ilə eyni dövrə təsadüf edir. Fürsətdən istifadə edərək, ali rəhbərliyiniz və Silahlı Qüvvələrinizin şücaəti sayəsində qazandı-ğınız şanlı Qələbə münasibətilə Sizi bir daha təbrik edirəm. İşğaldan azad etdiyiniz şəhər və kəndlərin yenidən qurulması, torpaqların istifadəyə hazırlanması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması kimi qarşınızda duran vəzifələrin də uğurla yerinə yetirilməsində Sizə nailiyyətlər diləyirəm. Əminik ki, dağıdılmış tarixi və mədəni abidələr Sizin fədakar səyləriniz sayəsində bərpa olunaraq bütün dünyaya nümayiş etdiriləcək.

Həmsədrimiz İsmayıl Serageldinin və Qəyyumlar Şurasının üzvlərinin təbriklərinə qoşularaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə şəxsən Sizə minnətdarlığımı bildirirəm. Məhz Sizin bizə və missiyamıza etimadınız sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi pandemiya şəraitində yaşadığımız 2020-ci ildə sanballı nailiyyətlər əldə edib. Beynəlxalq səfərlərin və üzbəüz görüşlərin qeyri-mümkün olduğu bir zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi əvvəlki illərdən fərqli olaraq çoxlu sayda həm yüksək səviyyəli onlayn görüşlərin təşkilatçısı, həm də iştirakçısı olub. BMT, Ümumdünya Elm və İncəsənət Akademiyası kimi nüfuzlu təşkilatlardan tutmuş Avropa İttifaqı ölkələri və Çinlə, eləcə də onların aparıcı institutla-rı ilə fəal tərəfdaşlıq etmişik. Şəxsən mən bu il Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə əvvəlki illərlə müqayisədə daha çox vaxt sərf etmişəm. Əmin ola bilərsiniz ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin getdikcə daha da artan səmərəli fəaliyyəti Azərbaycanın mühüm ölkə kimi nüfuzunun yüksəlməsinə və onun dünyada maraq do-ğuran məsələlərdə daim yeni dostlar və tərəfdaşlar qazanmasına töhfə verməkdədir.

Cənab Prezident, bir daha Sizə ən yüksək ehtiramımı bildirirəm.Səmimiyyətlə,

Vayra Vike-FREYBERQA 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Hörmətli Prezident İlham Əliyev!Hər insanın doğulduğu gündən onun həyatını əks etdirən bir sıra çox vacib

münasibətləri olur. Bunlardan birincisi, ana və ata ilə olan münasibətlərdir. Valideynlər insanın təməl şəxsiyyətini formalaşdırmağa kömək edirlər. Sizin həyat müdrikliyinə malik dahi valideynləriniz olub. Bu əlamətdar gündə valideynlərinizə ən səmimi minnətdarlığımı bildirirəm.

İkinci vacib münasibət xalqınızla olan münasibətinizdir. Siz xalqınızın müdrik, məsuliyyətli və qətiyyətli liderinə çevrilmisiniz. Bu, Sizin misilsiz istedadınızın və uzun illərdir həyata keçirdiyiniz nəcib fəaliyyətinizin bariz təcəssümüdür. Sizin fəaliyyətinizə və uğurlarınıza heyranam.

Üçüncü vacib münasibət isə dostlarla olan münasibətdir. On ildən çox müddətdir ki, Sizinlə etibarlı dost olmaqdan böyük şərəf hissi duyuram. Bununla çox qürur duyur və sevinirəm.

Əziz Prezident, bu gün Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və hikmət dolu uzun fəal illər arzulayıram.

Səmimiyyətlə,

Valdis ZATLERS Latviyanın sabiq Prezidenti

Zati-aliləri, hörmətli Prezident Əliyev!Sizi doğum gününüz münasibətilə təbrik edir və ən xoş arzularımı çatdırıram. Prezidentliyim dövründə Sizinlə bir neçə dəfə görüşümüz olub. Sizin Xorvatiya-

ya rəsmi səfəriniz və mənim Azərbaycana rəsmi səfərimlə bağlı ən xoş xatirələrim var. Bir sıra beynəlxalq görüşlərdə Sizinlə ikitərəfli və qlobal məsələləri müzakirə etmək imkanımız olub. Sizin beynəlxalq münasibətlərdəki çox əhəmiyyətli rolunuzu yüksək qiymətləndirirəm. Xorvatiya ilə Azərbaycanın çoxillik səmimi münasibətlərinin xələfim Zati-aliləri Kolinda Qrabar-Kitaroviçin prezidentliyi dövründə də davam etməsi ölkələrimiz arasında mövcud olan qarşılıqlı hörmət və dostluğu təcəssüm etdirir. Ümid-varam ki, bu əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcək. Sizin prezidentli-yiniz dövründə Azərbaycanın sürətli inkişafı həqiqətən də heyranlıq doğurur. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan işğaldan azad olunmuş ərazilərini tezliklə yenidən quracaq və uğurlu inkişaf yoluna davam edəcəkdir.

Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü olmağım-dan qürur duyuram. Bu Mərkəz məhz Sizin böyük dəstəyiniz sayəsində beynəlxalq aləmdə mühüm rol oynayan nüfuzlu təşkilatlardan birinə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti Azərbaycanın dünyada tanınmasına və mövqeyinin möhkəmlənməsinə töhfə verməkdə davam edir. Dəyərli dəstəyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Sizə uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayıram.Hörmətlə,

Ivo YOSIPOVIÇ 2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti

Hörmətli cənab Prezident!Çox əlamətdar bir hadisəyə – Dağlıq Qarabağda sülh razılaşmasının əldə edildiyi,

Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunduğu dövrə təsadüf edən doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və xoş arzularımı çatdı-rıram. Bu nailiyyət Sizin nümayiş etdirdiyiniz iradə, qətiyyət və müdriklik sayəsində mümkün oldu. Əslində, bu, son bir neçə onillikdə dünyada həllini tapmış yeganə dondurulmuş münaqişə idi.

Çox şadam ki, Siz atanız Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirir, ölkənizin və xalqınızın mənafelərini yüksək səviyyədə müdafiə edirsiniz.

Sizin prezidentliyiniz illərində Azərbaycan iqtisadi, sosial və mənəvi həyatın bütün sahələrində misli görünməmiş nailiyyətlər qazanıb. Azərbaycan hörmətli, güclü və nüfuzlu dövlətə çevrilib.

Sizə iqtisadi potensialın artırılması, sülhün və asayişin möhkəmləndirilməsi işində səmimi qəlbdən yeni uğurlar arzu edirəm. Qoy, Sizin quruculuq səylərinizin nəticələrini Azərbaycan Respublikasının hər bir sakini hiss etsin.

Qoy, ölkənizin vətəndaşlarının rifahı naminə Sizin bütün yaradıcı təşəbbüsləriniz uğurlu olsun! Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, sülh, bütün işlərinizdə və niyyətlərinizdə uğurlar arzu edirəm!

Hörmətlə,

Pyotr LUÇINSKI Moldova Respublikasının sabiq Prezidenti (1997-2001),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hörmətli cənab Prezident, əziz dostum!Azərbaycanın dostu olan Macarıstanın sabiq baş naziri, eyni zamanda, Bakı

Forumunun daimi iştirakçısı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü kimi Sizə doğum gününüz münasibətilə möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulamaqdan böyük məmnunluq hissi duyuram.

Daha yaxşı dünya qurmaq üçün həyata keçirdiyiniz təşəbbüsləri və qarşıya qoy-duğunuz hədəfləri yüksək qiymətləndirir, bu məqsədlərə çatmaq istiqamətindəki vacib töhfənizi təqdirəlayiq hesab edirəm. Son illər ərzində Azərbaycan Sizin rəhbərliyinizlə çoxtərəfliliyin və tolerantlığın inkişafı, ayrı-seçkiliyin aradan qaldırılması kimi bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı beynəlxalq arenada böyük nailiyyətlər qazanıb.

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Zati-alinizə və ailənizə qarşıdan gələn 2021-ci ildə yeni-yeni uğurlar və xoşbəxtlik diləyirəm.

Hörmətlə,

Peter MEDDYEŞI Macarıstan Respublikasının sabiq Baş naziri

Zati-aliləri cənab Prezident!Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Bu il Sizin liderliyinizlə və

Azərbaycanın parlaq gələcəyi naminə fədakar fəaliyyətinizlə möhkəmlənən ölkəniz üçün tarixi bir il oldu.

Sizə neçə belə xoşbəxt ildönümləri arzu edirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyi yüksək qiymətləndirir, Sizin müdrik rəhbərliyinizdən və təcrübələrinizdən yararlanmaqdan məmnunluq duyuruq.

Hörmətlə,

Eka TKEŞELAŞVILI, Gürcüstanın sabiq Baş nazir müavini (2010-2012) Nizami Gəncəvi

Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü

Zati-aliləri!Sizi doğum gününüz münasibətilə təbrik edir, Zati-alinizə və ailənizə möhkəm

cansağlığı və rifah arzulayıram. Zati-aliləri, Siz görkəmli dövlət başçısısınız. Bütün dünya Azərbaycan xalqının

ölkənizin ərazi bütövlüyü uğrunda Sizin rəhbərliyinizlə apardığı mübarizəni izlədi. Bu dövr, həmçinin insanların həyatını təhlükə altına qoyan və ənənəvi iqtisadiyyatda, eləcə də bir çox sosial proseslərdə dəyişikliklərə səbəb olan COVID-19 virusunun geniş yayıldığı dönəmə təsadüf edib.

Mən Sizə ölkənizin ərazi bütövlüyünün qorunub saxlanılması üçün mexanizmlərin yaradılması məqsədilə gələcəkdə dialoqun aparılması istiqamətində bütün çağırışla-rın öhdəsindən gəlməyi və davamlı uğurlar əldə etməyi arzulayıram. Mən Sizin gözəl ölkənizə sülh, Azərbaycan xalqına isə firavanlıq diləyirəm.

Biz Beynəlxalq Nizami Gəncəvi Mərkəzində etibarlı dostunuz olaraq Sizin daim yanınızdayıq.

Hörmətlə,Laimdota STRAUYUMA

2014-2016-cı illərdə Latviyanın Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Hörmətli cənab Prezident!Doğum gününüz münasibətilə Zati-alinizi təbrik edirəm, Sizə və yaxınlarınıza

möhkəm cansağlığı, Azərbaycan xalqının daha firavan gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Həmçinin bütün Azərbaycan xalqını uzun müddət can atdığı hədəfinə çatmasını mümkün edən və Azərbaycan Respublikasının beynəlxalq hüququn normalarına və ədalət prinsiplərinə sadiqliyini möhkəmləndirən böyük tarixi Qələbə münasibətilə təbrik edirəm.

Bu tarixi anda Azərbaycan xalqının və bizim hamımızın xatirəsini daim yad etdiyi-miz dahi Heydər Əliyevi xatırlamaq istəyirəm. Hörmətli cənab Prezident, Siz Ali Baş Komandan olaraq bu taleyüklü dönəmdə tarix yazdınız və ətrafınızda sıx birləşən Azərbaycan xalqı üçün böyük bir qəhrəmana çevrildiniz. Cənab Prezident, dünyada bənzəri olmayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə görə Sizə minnətdarlığımı bildirirəm.

Qırğızıstan və Azərbaycan xalqlarını bir-birinə ortaq tarix, dil, din və ortaq mədəniyyətə əsaslanan xüsusi bağlar birləşdirir. Hazırda Qırğızıstanda öz adət-ənənələrini və dilini qoruyub saxlayan 20 mindən çox azərbaycanlı yaşayır və burada onlar özlərini evlərindəki kimi hiss edirlər.

Əminəm ki, Sizin səylərinizlə ölkələrimiz arasında münasibətlər daha da inkişaf edəcək və möhkəmlənəcək.

Ən xoş arzularla, Comart OTORBAYEV

Qırğızıstanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Zati-aliləri cənab Prezident!Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının

(TÜRKPA) Katibliyi adından və öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizi və ailənizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzunun durma-dan artması və qazanılan nailiyyətlər bütün Türk dünyasında böyük sevinclə qarşıla-nır. Əminəm ki, Sizin ali dövləti vəzifədə fəaliyyətiniz türkdilli ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli dərinləşməsinə töhfə verməkdə davam edəcəkdir.

TÜRKPA Katibliyinin səmərəli fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən göstərilən diqqətə və yaradılan şəraitə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə və bütün təşəbbüslərinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Yüksək hörmət və ehtiramla,

Altınbek MAMAYUSUPOV Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi

Möhtərəm İlham Heydər oğlu!Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizin yüksək peşəkarlığınız və nadir təcrübəniz, müasir beynəlxalq münasibətlərin

inkişaf xüsusiyyətlərinə dərindən bələd olmağınız sayəsində bu gün Azərbaycan öz daxili potensialını inamla artırmaqda, beynəlxalq arenada mövqelərini ardıcıl olaraq möhkəmlətməkdə davam edir.

Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə Bakının verdiyi diqqətə və əhəmiyyətə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Şanxay Əməkdaşlıq Təşkilatının ya-radılmasının 20 illiyinin bayram edilməsi ərəfəsində Azərbaycan Respublikası tərəfindən dialoq üzrə tərəfdaş kimi göstərilən, Şanxay Əməkdaşlıq Təşkilatının regionda və beynəlxalq məkanda nüfuzunun artırılmasına yönəlmiş səylərə görə Sizə minnətdarlığımı bildirmək istərdim.

Azərbaycanın iştirakı Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinin əsas istiqamətləri üzrə konstruktiv, qarşılıqlı faydalı dialoqun formalaşması və inkişafı üçün geniş imkanlar yaradır. Ümidvaram ki, Siz bizim təşkilatımıza dəstəyinizi bundan sonra da davam etdirəcəksiniz.

İcazə verin, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailə səadəti və Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni böyük nailiyyətlər arzu edim.

Səmimi hörmətlə,

Vladimir NOROV Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi

Möhtərəm cənab Prezident!Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm, cansağlığı, işlərinizdə

böyük uğurlar arzulayıram. Bu il Sizin və ümumiyyətlə bütün Azərbaycan xalqı üçün əlamətdar bir ildir. Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusu 30 il işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibə düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu müharibə göstərdi ki, Azərbaycan müasir, güclü ordusu olan və iqtisadiyyatı sürətlə inkişaf edən dövlətdir. Əminəm ki, həyata keçirdiyiniz siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcəkdir.

Möhtərəm cənab Prezident, Siz Azərbaycanın yeni tarixini yazdınız. Sizin rəhbərliyinizlə bu gün ölkəmiz beynəlxalq aləmdə sabit, öz üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirən bir ölkə kimi qəbul olunur.

Sizin digər sahələrdə həyata keçirdiyiniz praqmatik siyasət ölkəmizin inkişafına və insanların rifahına öz töhfəsini verməkdədir.

Doğum gününüz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirəm, möhkəm cansağlığı, ailə səadəti və ölkəmizi daha yüksək zirvələrə aparan yolda böyük uğurlar arzulayıram.

Dərin hörmətlə, Asəf HAIYEV

Qara Dəniz Iqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi

Hörmətli cənab Prezident!Doğum gününüz münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik edir, Sizə ən xoş

arzularımı çatdırıram.Dərin hörmətlə,

Turki Al FAYSAL Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hörmətli cənab Prezident!Doğum gününüz münasibətilə, ilk növbədə, Zati-alinizə, həmçinin möhtərəm

xanımınıza və qardaş Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik diləyirəm. Bu il çox xoşbəxtik, belə ki, Sizin Ali Baş Komandanlığınızla qəhrəman Azərbaycan

Ordusu türk millətinin və dostlarının mənəvi dəstəyi ilə işğal altındakı torpaqlarını azad etmiş və hər kəsin təqdirinə layiq böyük hərbi zəfər və siyasi uğur qazanmışdır.

Bu münasibətlə əziz Azərbaycan xalqına rəhbərliyiniz ilə daha firavan gələcək və əmin-amanlıq diləyir, Sizin himayənizlə fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin uğurlarının davamlı olmasını arzulayır, ehtiramlarımı bildirirəm.

Dərin hörmətlə,

Ekmələddin IHSANOĞLU Islam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Page 3: TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR ...xalqqazeti.com/pdf/SAYT-24.pdf · oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını

(əvvəli 1-ci səhifədə)Təbii ki, hər bir yaxşı rəhbər

kimi, cənab İlham Əliyev də prezi-denti olduğu hər bir vətəndaşın və bütövlükdə Azərbaycan xalqının əmin-amanlıq şəraitində, güvənli maddi təminat və sosial rifah içərisində yaşamağını istəyir və bu istəyi reallığa çevirmək üçün ən mütərəqqi proqramlar qəbul etmiş, ən mütərəqqi qərarlar, fərman və sərəncamlar vermiş, qanunlar imza-lamışdır.

Prezident İlham Əliyevin sosial siyasəti iki klassik prinsipə əsaslanır: sosial ədalət və sosial rifah!

Sosial ədalət hər bir cəmiyyətin demokratikliyinin lakmus kağızıdır, sosial ədalət pozulanda cəmiyyətin digər dəyərləri də deformasiya olu-nur, fərdlər və qruplararası gərginlik daim münaqişə ocağına çevirilir. Sosial ədalətin çərçivəsi cəmiyyətin tələblərinə uyğun dəyişir və təkcə qanunlar və proqramlarla deyil, eyni zamanda mənəvi dəyərlər, ənənələr, liderin humanizmi və şəxsi nümunəsi ilə təmin olunur.

Sosial ədalət müəllifi ümummilli lider Heydər Əliyev olan Konstitusi-yamızda da əsas prinsiplərdən biri kimi təsbit edilmişdir.

Sosial ədalət ölkənin mad-di və mədəni sərvətlərinə bütün vətəndaşların əlçatanlığını təmin etmək siyasətidir. Elə bir siyasət ki, imkansıza, gücsüzə, köməyə ehtiya-cı olana dövlət dəstək verir, eyni za-manda cəmiyyəti də bu xoş mərama təşviq edir. Azərbaycan sosial dövlət olaraq bütün vətəndaşların sosial müdafiəsini təmin etməyi öhdəlik kimi öz üzərinə götürmüşdür.

Bununla yanaşı, xüsusi sosial

müdafiəyə ehtiyacı olan qruplar var ki, müxtəlif qanunlar və proqram-lar vasitəsi ilə onlara daim dəstək verilir. Bizim qanunvericilik yaşayış minimumu, ehtiyac meyarı, minu-mum əməkhaqqı, minimum pensiya kimi hədlər müəyyən eləmişdir ki, vətəndaşımızın yaşam şərtləri o həddən aşağı səviyyəyə enməsin.

Sosial dövlət vətəndaşlara uyğun şərtlərlə sağlamlıq, təhsil, məşğulluq imkanları yaratmaqla, müəyyən proqramlarla ehtiyacı daha çox olan təbəqənin bu imkanlara əlçatanlığını dəstəkləməklə sosial ədaləti təmin etmiş olur.

Cənab Prezident İlham Əliyev 2003-cü ildə öz seçki proqramında qarşıdakı beş il ərzində 600 min yeni iş yeri açılmasını təmin edəcəyini bildirəndə bu cəsarətli çağırış çoxları üçün fantastik bir arzu kimi görünür-dü. Çünki o zaman ölkədə işsizlik 50 faiz, yoxsulluq 49 faiz təşkil edirdi.

Ən ədalətli hakim olan zaman göstərdi ki, cənab İlham Əliyev nəinki uzaqgörən və praqmatik bir siyasətçidir, o eyni zamanda müdrik və realist bir dövlət xadimidir. Cənab İlham Əliyev 600 min yeni iş yeri açacağıq söyləyəndə həm də 600 min ailənin həyat səviyyəsinin yüksələcəyini düşünürdü. Beş il ərzində ölkədə vəd olunan 600 min iş yeri əvəzində 900 min yeni iş yeri açıldı ki, bunun da 700 mini daimi iş yerləri idi.

Əhalinin məşğulluğunun təminatı sonrakı illərdə də dövlət başçısının diqqət mərkəzibdə oldu və bu illər ərzində ölkədə 1 milyon 800 mini daimi olmaqla 2 milyondan çox yeni iş yeri açıldı. İşsizlik on dəfə aşağı düşdü. İndi Azərbaycanda işsizlik 2003- cü illə müqayisədə 10 dəfə azalaraq 4,9 faiz təşkil edir və ölkəmiz işsizlik göstəricisinə görə dünyada ən öndə gedən ölkələrdən biridir. İndi Azərbaycan vətəndaşları iş yeri axtararkən daha geniş seçim imkan-ları əldə etmişlər.

2003- cü ildən bu yana ölkədə minimum əməkhaqqı 10 dəfədən çox artmış, 2019-cu ildən isə minimum əməkhaqqı 250 manat olmaqla yaşayış minimumunu (190 manat) 31,5 faiz üstələmişdir.

Prezident İlham Əliyevin sosial siyasət kursunun çox mühüm istiqamətlərindən biri aztəminatlı insanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılmasıdır. Pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilbəil artırı-lır, ünvanlı sosial yardım və özünü məşğulluq proqramları daha çox ehtiyacı olan ailələri əhatə edir, sosi-al evlər tikilir, ipoteka kreditləri verilir, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər daha ge-niş şəkildə dövlətin qayğısı ilə əhatə olunurlar.

2008-ci ildə cənab Prezident İl-ham Əliyev daha bir cəsarətli və hu-manist təşəbbüslə çıxış etdi: “Qar-şıdakı beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq, bir nəfər də məcburi köçkün vaqonlarda, yeraltı qazma-larda yaşamayacaq!”

Yenə şübhələr, tərəddüdlər oldu; yüz minlərlə insanın məskunlaşması üçün milyonlarla kvadratmetr mənzil tikilməlidir, onlarla şəhər, qəsəbə salınmalıdır, milyardlarla manat vəsait xərclənməlidir. Lakin zaman yenə də göstərdi ki, cənab Prezi-dentin bütün qərarları kimi, bu qərarı da ölçülüb biçilmiş, zamanında verilən düzgün qərardır. Növbəti illərdə nəinki çadır şəhərcikləri tarixə qovuşdu, yüzlərlə qəsəbələr salındı, yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdı, məşğulluğu təmin edildi, biz Qarabağın qayıdış simvolu olan Cocuq Mərcanlını bərpa edib orada həyata yeni nəfəs verdik.

Cənab Prezidentin məcburi köçkünlərə qayğısı təkcə bir rəhbər məsuliyyətindən doğan qayğı deyil, eyni zamanda yüksək mənəviyyatlı insana və vətəndaşa məxsus huma-nistlik hissindən qaynaqlanır.

Hər kəsə məlumdur ki, dövlətimizin başçısı sadə həyat tərzinə üstünlük verir, təm-tərağı sevmir, daim məmurları da sadə və təvazökar olmağa çağırır. Özününün əlli illik yubileyini ailə üzvləri, şəxsi dostları, yaxınları ilə deyil Taxta-körpü qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə birlikdə qeyd etməsi həm Prezident İlham Əliyevin humanizminin və qayğıkeş-liyinin ifadəsi idi, həm də cəmiyyətə bir mesaj idi. Cəmiyyət də, dost da, düşmən də bir daha gördü ki, Azərbaycan Prezidentinin ən yaxın dostları elə Azərbaycanın ən sadə vətəndaşlarıdır. Bu ənənə indi də davam edir, cənab Prezident ad günlərində, bayramlarda, əlamətdar günlərdə sosial müdafiəyə ehtiyacı olan insanlarla birlikdə olur, onla-

ra mənzillər, minik avtomobilləri hədiyyə edir, parklar, körpülər, yollar açır, müəssisələri, yeni iş yerlərini işə salır.

Neft gəlirlərini insan kapitalına çevirmək! Bu da cənab Prezident İlham Əliyevin irəli sürdüyü və uğurla həyata keçirdiyi onlarla tarixi ideyadan biridir!

Alimlər ölkələrin inkişafının əsasında digər faktorlarla yanaşı, 3 mənbənin olmasını vacib hesab edirlər: zəngin təbii sərvətlər, o cümlədən karbohidrogen ehtiyatla-rının olması, müasir texnologiyalara malik olmaq və onların istehsalında öncüllük, dərin elmi potensiala malik insan kapitalının olması.

Bunlardan biri gec- tez tükənən, digəri isə köhnələn sərvətdir. İnsan kapitalı isə tükənmir, köhnəlmir, əksinə, münbit şəraitdə daha da inkişaf edir.

İkinci dünya müharibəsindən sonra Yaponiyanın, iyirminci əsrin sonlarından isə, Cənubi Koreyanın, Sinqapurun inkişafı məhz insan kapitalı, süni intellektlə bağlıdır.

Müstəqilliyinin ilk illərində torpaq-ları işğal olunan, iqtisadiyyatı çökən, bir milyona yaxın qaçqın və məcburi köçkünü olan, sovet dövründən qal-ma təhsil sistemi süqut edən, onsuz da zəif olan maddi texniki bazası köhnələn təhsil və elm sahəsini gücləndirmək, köhnəlmiş zərərli stereotipləri qırmaq, yeni kadrlar ha-zırlamaq milyardlarla manat vəsait, gərgin əmək, güclü siyasi iradə tələb edirdi, lakin cənab Prezident qısa vaxt ərzində bunu da bacardı. Təhsil sisteminin modernləşdirilməsi siyasəti ilə yanaşı olaraq təhsilin maddi- texniki bazası demək olar ki, yenidən quruldu, 3500-dən çox məktəb və uşaq bağçası yenidən tikildi, müasir avadanlıqla təchiz edildi, yeni kolleclər, universtetlər ya-radıldı, xaricdə təhsil proqramı qəbul edildi, 5 mindən çox azərbaycanlı gənc bu proqram vasitəsi ilə dövlət vəsaiti hesabına dünyanın tanınmış universitetlərində təhsil aldılar. İndi o gənclərin bir qismi Vətənə dönərək Azərbaycan dövlətinin idarə olunma-sında yaxından iştirak edir, xaricdə qalanlar isə diaspor təşkilatımızı gücləndirərək Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər.

İnsan həyatının keyfiyyətli və faydalı olması üçün vacib şərtlərdən biri, bəlkə də birincisi sağlamlıq-dır. Heç təsadüfi deyildir ki, bütün dünyada sağlam yaşamaq hüququ insanın ən fundamental hüquqla-rından biri kimi tanınır. Azərbaycan vətəndaşının sağlam və xoşbəxt yaşamasının təmin olunması, tibbi xidmətin keyfiyyəti və bu xidmətlərə pasiyentlərin əlçatanlığı cənab Pre-zident İlham Əliyevin daim diqqətdə saxladığı məsələlərdən biridir.

Ölkə başçımız vətəndaşların sağlamlığının hər iki istiqaməti - tibbi profilaktika və tibbi yardım üzrə tədbirlərə ciddi önəm verir. Qədimdən məlum olan bir deyim bu gün də aktualdır: sağlamlığı qorumaq onu itirdikdən sonra bərpa etməkdən daha asan və

daha ucuz başa gəlir. Məhz bu baxımdan xəstəliklərin qarşısının alınması üçün idman sağlamlıq tədbirlərinin ekoloji çirklənməmiş hava, su, qida təminatı hər bir ölkə üçün önəmlidir. Azərbaycan Prezidenti gənc nəslin sağlam və güclü vətəndaş kimi böyüməsi üçün məmləkətin bütün bölgələrində Olimpiya İdman Komplekslərinin, üzgüçülük hovuzlarının, stadionların tikilməsini təmin edən proqram-lar qəbul etmiş, gənclərin inkişaf mərkəzlərinin tikilməsi, parkların, istirahət zonalarının açılması üçün sərəncamlar imzalamışdır. Ölkə vətəndaşlarının davamlı və keyfiyyətli su təchizatının həyata keçirilməsi üçün görülən tədbirlərin, qida , ərzaq məhsullarının bollu-ğu və təhlükəsizliyi istiqamətində aparılan işlərin iqtisadi əhəmiyyəti ilə yanaşı, tibbi-sağlamlıq baxımından da faydalı olduğu hər kəsə aydındır.

Vətəndaşlara göstərilən tib-bi xidmətin keyfiyyəti və əlçatan olması da cənab Prezidentin sosial siyasətində həmişə aktual olmuşdur. Dövlət büdcəsinin vəsaiti ilə 700- dən artıq xəstəxana və poliklinika əsaslı təmir edilib, ən müasir ava-danlıqla təchiz edilmiş, onlarla yeni klinikalar açılmışdır.

Maddi- texniki bazanın yenilənməsi ilə yanaşı, səhiyyənin idarə edilməsi və kadr təminatı sahəsində də dərin islahatlar aparıl-mışdır.

Xarici ölkələrin qabaqcıl tibb təcrübəsinin ölkəmizə gətirilməsində Türkiyə, Almaniya və digər ölkələrin universitetlərində təhsil almış, klinikalarında təcrübə qazanmış həkimlərimizin böyük xidməti vardır.

Bu yeni nəsil tibb kadrlarının

yetişməsi də cənab Prezident İlham Əliyevin səhiyyə siyasətinin mühüm tərkib hissəsidir.

Azərbaycan Tibb Universitetində tibbi rezidentura pilləsinin yaranma-sı, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin uğurlu fəaliyyəti, Seçenov adına Moskva Tibb İnstitutunun Bakı filialının açılması müasir biliklərə malik tibb kadrlarının hazırlanmasında xüsusi mərhələ kimi əhəmiyyətlidir.

Cənab Prezident İlham Əliyev vətəndaşların tibbi maariflənməsinə, profilaktik dispanser müayinələrə cəlb olunmasına həmişə qayğı ilə yanaşır, rayonlara səfərlərində əhali ilə görüşlərdə hər kəsi ildə azı iki dəfə tibbi müayinələrdən keçməyə dəvət etməsi, dövlət vəsaiti he-sabına hər il beş milyondan çox vətəndaşın icbari dispanserizasiya-ya cəlb olunmasına təminat yarat-ması məhz vətəndaşın sağlamlığına rəhbər qayğısının ifadəsidir.

Tibbi xidmətlərə əlçatanlığın təmin olunması, tibbi xidmətlərin vaxtında və keyfiyyətli göstərilməsi üçün səhiyyə idarəçiliyinin ən optimal forması sayılan icbari tibbi sığorta sisteminə keçid Prezident İlham Əliyevin sosial sahədə apar-dığı ən fundamental islahatlardan biridir. İcbari tibbi sığorta səhiyyə xidmətlərinin keyfiyyətini artırmaq, sağlam rəqabət mühiti yaratmaqla yanaşı, maliyyələşdirmə xərclərini də dövlət, işəgötürən və işləyən ara-sında paylaşmaqla daha mütənasib ödəmə sistemi təklif edir.

Təbii ki, səhiyyə sistemini uzun illər ərzində formalaşan sovet maliyyələşmə və idarəçilik üsulundan birdən qoparıb yeni sistemə keçirmək mümkün deyildi. İcbari tibbi sığortanın qüsursuz və mükəmməl çalışması üçün vacib olan şərtlər həll olunmasa, ən mükəmməl bir sistem də iflasa uğraya bilərdi. Məhz hər hansı qərara kompleks yanaşan və qərar qəbulu zamanı bütün amilləri öncədən nəzərə alan cənab Prezi-dent İlham Əliyev ilkin olaraq icbari tibbi sığorta sistemində fəaliyyət göstərən klinikaların müasir tələblər səviyyəsində qurulması və təchiz edilməsini həyata keçirdi: həm dövlət, həm də özəl sektorda onlarla yüksək təchizatlı və tibbi- sanitar standartlara cavab verən klinikalar yaradıldı, müasir tibbi texnologiyanı yaxşı mənimsəyən həkim və orta tibb işçiləri yetişdi, tibbi heyətlər formalaşdı, respublika üzrə mini-mum və orta əməkhaqqı yüksəldi, qeyri-leqal məşğulluğun aradan qaldırılması üçün iqtisadi və hüquqi nəzarət mexanizmləri formalaşdı. İcbari tibbi sığorta 3 il ərzində pilot şəklində Mingəçevir , Yevlax və Ağdaş şəhərlərində uğurla sınaqdan çıxandan sonra bu sistemin 2020- ci ildə bütün ölkə ərazisində tətbiq olunmasına başlanıldı. Qrafik üzrə birinci rübdə şimal bölgəsini əhatə edən 20 rayonda icbari tibbi sığorta fəaliyyətə başladı. Təəssüf ki, koronavirus pandemiyasının aradan qaldırılması üçün səhiyyə sisteminin

və TƏBİB- in bütün resurslarının bu bəla ilə mübarizəyə səfərbər olunması İTS- nin bütün ölkədə tətbiqini ləngitdi. Heç şübhəsiz ki, koronavirus problemi həll ediləndən sonra icbari tibbi sığortanın tətbiqi ilə bağlı işlər tamamlanacaq, daha da təkmilləşəcək və yaxın vaxtlarda Azərbaycanda nümunəvi bir səhiyyə sisteminin və tibb xidmətinin yaran-masının şahidi olacağıq.

Biz birlikdə güclüyükYola salmaqda olduğumuz

2020-ci il bəşər tarixində yeni bir bəla – koronavirus pandemiyası ilə mübarizə ili kimi qalacaqdır. Heç kəsin gözləmədiyi bir zaman-da meydana çıxan və bütün Yer kürəsini cənginə alan bu dəhşətli virus epidemiyası həm də dövlətlərin idarəçilik sistemini və liderlərin siyasi iradəsini sınağa çəkmiş oldu.

“Hər zərərin içində bir xeyir var”, deyiblər. Koronavirus pan-demiyası bir tərəfdən iqtisadiyya-tımıza zərər vurdusa da, sosial ictimai həyatımıza məhdudiyyətlər gətirsə də, digər tərəfdən dövlət idarəçiliyinin çevikliyinin və opera-tivliyinin, səhiyyə və sosial müdafiə sistemimizin səviyyəsinin indikatoru oldu. Cənab Prezidentin rəhbərliyi altında görülən kompleks tədbirlər sayəsində qısa müddətdə pandemi-yanı nəzarət altına ala bildik.

Geridə qoyduğumuz dövrü dünyadakı vəziyyətlə müqayisəli şəkildə qiymətləndirərək deyə bilərik ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə, ən az itki vermiş, ən uğurlu nəticələr əldə etmiş ölkələr sırasındadır.

Pandemiyanın dünyada tüğyan

etdiyi ağır günlərdə Prezident İlham Əliyev öz xalqının əsil xilaskarı kimi mübarizənin önünə çıxdı, bir rəhbər müdrikliyi ilə, bir sərkərdə cəsarəti ilə, bir lider qətiyyəti ilə bütün resursları bir məqsədə yönəldərək, kompleks mübarizə tədbirlərinin həyata keçirilməsini təşkil etdi.

Cəmi 2 həftə ərzində ölkəyə 20 - dən artıq test- laboratoriya gətirildi, tibbi maska, qoruyucu kombinezon, dezinfeksiya vasitələrinin istehsalı müəssisələri quruldu.

46 xəstəxana koronavirusla mübarizə üçün səfərbər olunmuş, 12 yeni modul tipli xəstəxananın tikintisinə vəsait ayrılmış, 2 milyon 400 minə yaxın insanda test analizi aparılmışdır.

Vətəndaşların sağlamlığı, sosial müdafiəsi, iqtisadiyyatın qorunması məqsədi ilə büdcədən 3,5 milyard manata yaxın vəsait ayrılmış, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan çox vəsait toplanmışdır.

Həmişə olduğu kimi bu proseslərdə də cənab prezident İlham Əliyev və 1- ci vitse- pre-zident Mehriban xanım Əliyeva xoşməramlı təşəbbüslərlə çı-xış edərək xalqa əsil vətəndaş nümunəsi göstərdilər.

Azərbaycan həkimlərinin koronavirusla mübarizədə göstərdiyi fədakarlıq dövlət rəhbərlərimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Cənab Pre-zident İlham Əliyevin fərmanı ilə onların əmək haqları 3-5 dəfə artırılmış, dövlət başçısı, ölkənin 1- ci vitse- prezidenti, millət vəkilləri dəfələrlə tibb işçilərimizi ayaq üstə alqışlamışlar.

Koronavirusla mübarizə dövründə bir çox ölkələrin rəhbərləri “ öncə iqtisadiyyat, yoxsa əhalinin sağlamlığı” dilemması qarşısında qaldığı halda, Azərbaycan xalqının lideri cənab İlham Əliyev birmənalı və qəti şəkildə bəyan etdi: “Mənim üçün birinci əhalinin sağlamlığıdır!”

Bu mövqe öz xalqını ürəkdən sevən ona bağlı olan, onun qayğıları ilə yaşayan əsil liderin və rəhbərin mövqeyi idi.

Koronavirusla mübarizədə cənab Prezidentin beynəlxalq miq-yasda səyləri və töhfələri onun bir dünya lideri kimi rolunun və nüfuzu-nun yeni təntənəsi oldu. Azərbaycan güclü və humanizm prinsipləri ilə yaşayan bir dövlət olduğunu növbəti dəfə nümayiş etdirərək, koronavi-rusla mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar vəsait köçürdü, 30-dan çox ölkəyə humanitar yardım göstərdi.

Məhz Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən iki beynəlxalq konfrans – Türk Şurası dövlətlərinin və Qoşulmama Hərakatının Təmas Qrupunun zirvə toplantıları dünyada ilk dəfə COVİD-19-la mübarizədə beynəlxalq çağı-rışlarla yadda qaldı.

Məhz Azərbaycan xalqının Liderinin təşəbbüsü ilə bu ilin dekabr ayının 3-4-də BMT-nin koranavirus pandemiyası ilə mübarizəyə həsr

olunmuş xüsusi sessiyası keçirildi.Koronavirusla mübarizənin

gərgin və məsuliyyətli günlərində Prezident İlham Əliyevin irəli sürdüyü “Biz Birlikdə Güclüyük!” tezisi xalqımız tərəfindən birmənalı dəstəkləndi, həyat tərzinə, mübarizə, inkişaf və tərəqqi kredo-suna çevrildi.

Bəli, biz birlikdə güclüyük! Za-qatala və Şamaxı zəlzələlərində də, Kür-Araz daşqınlarında da, 2016-cı ilin aprel qələbəsində də, Avropa Oyunları və İslam Olimpiadasının təşkilində də, Valday, Aşqabad, Münxen uğurlarında da, Qarabağda Zəfər yürüşündə də!

Biz birlikdə çox uğurlara imza atmışıq, çox çətinlikləri dəf etmişik, bütün sınaqlardan şərəflə, üzüağ çıxmışıq. Birliyimiz sayəsində ko-ronavirus epidemiyasını da aradan qaldıracağıq. Bu mübarizədən qələbə ilə ayrılacağıq.

Yaşatmaq da yaratmaq qədər savabdır

Yaratmaq Tanrının işidir. Ona şərik qoşmaq olmaz. Tək hüceyrəli canlını da, külli- aləmi də yaradan Odur. Tanrı öz yaratdıqlarını yaşat-mağı isə təbiətə – Günəşə, torpağa, küləyə, suya həvalə edir. Bir də seçdiyi insanlara. Tanrının seçdiyini xalq da seçirsə, bu rəhbər adamın çiyninə daha böyük missiya düşür: idarə etmək, qorumaq, yaşatmaq.

Prezident İlham Əliyev məhz buna görə söyləyir ki, bi-zim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Cənab Prezident həmişə çalışır ki, ölkəmizin mad-di nemətləri ədalətli bölünsün, sərvətlərimizdən hər kəsə pay çatsın. Ona görə də xüsusi proq-ramlar qəbul olunur, sosial müdafiə xarakterli sərəncamlar verilir.

Heç şübhəsiz ki, Vətənin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsində ca-nından və sağlamlığından keçən insanların ailəsinə xüsusi diqqət və qayğı göstərilməsi həm dövlətin, həm də cəmiyyətin vəzifəsi , borcu və şərəf işidir. Dövlətin gördüyü sosial müdafiə tədbirləri çoxşaxəlidir, şəhid ailələri 20 adda, müharibədə

əlil olan şəxslər 14 adda təminat və sosial qayğı ilə əhatə olunublar.

Bu prosesə cəmiyyətin fəal inteqrasiyası və göstərilən dəstək tədbirlərinin sistemli, ardıcıl və məqsədyönlü olmasını təmin etmək məqsədi ilə Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarix-li fərmanı ilə YAŞAT Fondunun yaranması həm də yeni humanist münasibərlərin və yanaşmaların formalaşmasına xidmət edəcəkdir. Məhz YAŞAT Fondu vasitəsi ilə həm ölkə vətəndaşları, həm də ölkədən kənarda yaşayan soydaşlarımız, eləcə də Azərbaycanı sevən hər kəs öz xeyriyyəçilik niyyətini çox asanlıqla və şəffaf şəkildə həyata keçirə biləcəkdir. YAŞAT Fondunun dəstəyi ilə bütün şəhid ailələrinin və qazilərimizin bir çox sağlamlıq, məişət və sosial problemləri davamlı və şəffaf şəkildə öz həllini tapacaq-dır.

Prezident İlham Əliyev öz siyasətini formaca çox sadə, lakin məna yükü çox böyük olan dörd kəlmə ilə ifadə edir: Bizim siyasətimiz, bizim işimizdir!

Məhz sözlə əməl bir olanda ölkədə inkişaf olur, ədalət olur, xal-qın öz sabahına inamı olur, bu inamı yaradan Liderinə etibar, etimad və məhəbbət olur.

Daha çox qayğıya ehtiyacı və haqqı olan şəhid ailələrinə , Qarabağ müharibəsində əlil olmuş şəxslərə, qaçqın və məcburi köçkünlərə, ahıl insanlara münasibətdə cənab Prezidentin davranışı onlara dövlət başçısının hörmətinin ifadəsi olduğu qədər də, cəmiyyətə bir xoş məram nümayişi, nümunə və çağırışdır.

... Xatırlayaq, Prezident İqamətgahındakı qəbulda tribunada çıxış edərkən qəhərlənən şəhid atasına Prezidentin kürsüdən qalxıb su süzüb verməsi anını...

...Xatırlayaq, Şamaxıda zəlzələ zamanı evi zərər çəkmiş ağbirçəyi ölkə başçısının bir övlad meh-ribanlığı ilə qucaqlayıb təskinlik verməsini...

...Xatırlayaq, Prezidentin ad gününü Taxta körpü qəsəbəsində məcburi köçkün ailəsi ilə birlikdə qeyd etməsini..

.... Xatırlayaq, 24 aprel 2014- cü ildə Praqadakı “Türkiyə bu-rada yoxdur, mən buradayam” təəssübkeşliyini...

... Xatırlayaq 4 oktyabr 2019- cu ildə Soçidə “Valday” Diskusiya Klubunda “Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatını...

Xatılayaq, 11 oktyabr 2019 - cu ildə Aşqabadda və 10 fevral 2020- ci ildə Münhendə işğalçı və təcavüzkar Ermənistanın baş nazirinə verilən tarix dərsini...

... Xatırlayaq Milli Ordumuzun 44 günlük Zəfər yürüşündə Ali Baş Komandanın mübarizə əzminin simvoluna çevrilmiş “Dəmir yumruq” tezisini...

Xatırlayaq cənab Preziden-tin və hörmətli Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş torpaqlarımızı, Xudafərin kürpüsünü, Ağdam məscidini necə qürurla və məhəbbətlə ziyarət etdikləri anları...

Bu addımların hər biri hu-manizm, insana qaygı və fərdi qəhrəmanlıq nümunəsidir!

Bu addımların hər biri vətəndaşa hörmət, təsəlli, vətənə sevgi və xidmət mümunəsidir!

Bu addımların hər biri xarizma-tik Liderin öz xalqı və Vətəni üçün fədakarlığıdır!

Bu addımların hər biri tarixin sınaqlarından çıxmış Lider – Xalq birliyini daha da möhkəmlədən, daha da mətinləşdirən addımlardır!

Məhz bu birliyin sayəsində biz, torpaqlarımızı da işğaldan azad etdik, ərazi bütöblüyümüzü bərpa etdik, tarixi yurdlarımıza dönüşü reallaşdıra bildik!

Cənab Prezidentin irəli sürdüyü “Biz birlikdə güclüyük!” şüarı isə bütün dövrlərin birlik və həmrəylik himninə çevriləcəkdir!

Hər günü gərgin keçən bu 44 günün içərisində biz Azərbaycanın növbəti uğur tarixini yazdıq. Bu tarixin isə bir qəhrəmanı var: Azərbaycan xalq və onun yenilməz Lideri cənab İlham Əliyev! Allah qorusun!

Musa QULIYEV, Milli Məclisin Əmək və Sosial

Siyasət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü

Zəfər yürüşünün bayraqdarı: qalibiyyət və humanizm rəmzi

24 dekabr 2020-ci il, cümə axşamı 3

Page 4: TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR ...xalqqazeti.com/pdf/SAYT-24.pdf · oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!Sizi doğum gününüz münasibətilə təbrik edir, Zati-alinizə uzun

ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. Mən 2021-ci ildə münasib bildiyiniz vaxtda Bakıda Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri, həmçinin onun Qəyyumlar Şurasının üzvləri adından Sizin rəhbərliyinizlə Dağlıq Qarabağın və ona bitişik ərazilərin işğaldan azad olunması nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münasibətilə ən səmimi təbriklərimizi çatdırıram. Məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, Gəncəyə və digər şəhərlərə müharibənin vurduğu zərərin aradan qaldırılması istiqamətində həyata keçiriləcək işlərin çox olduğunu yaxşı bilirik. Ancaq biz Zati-alinizin yüksək peşəkarlığı və müdrikliyi sayəsində bu çətin işlərin ən səmərəli şəkildə reallaşdırılacağına əminik. Eyni zamanda, mənşəyi və dini mənsubiyyətindən asılı olmayaraq tarixi və mədəni abidələrin qorunub saxlanılacağına dair Sizin mühüm bəyanatlarınıza heyranlıq və dəstək ifadə edən çoxsaylı insanlara mən də qoşuluram. Bu, bütün dünyada daha geniş təbliğ edilməli olan növbəti vacib və xoşməramlı təşəbbüsdür.

Fürsətdən istifadə edib, Baş katibimizin böyük səyləri nəticəsində əvvəlki illərdən fərqli olaraq çoxlu sayda yüksək səviyyəli onlayn görüşlərin həm təşkilatçısı, həm də iştirakçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davam-lı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. BMT, Avropa və Amerikadan olan institutlar, eləcə də Ümumdünya İncəsənət və Elm Akademiyası, “The Lancet” tibb dərgisi kimi, eləcə də Çindən olan ən nüfuzlu qurumlarla fəal tərəfdaşlıq etmişik. Beləliklə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi pandemiyaya baxmayaraq beynəlxalq arenada öz fəallığını qoruyub saxlamaqla bərabər, yeni dostlar və tərəfdaşlar qazana bilib, həmçinin sosial mediadakı fəaliyyətini genişləndirib.

Mərkəzin Qəyyumlar Şurasına, onun həmsədrlərinə, Baş katibimizə və əməkdaşlarına göstərdiyiniz etimada görə Zati-alinizə bir daha minnətdarlığımı bildirirəm. Ümidvaram ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu çətin ildə qazandığı uğurlardan məmnunluq duyursunuz. Biz 2021-ci ildə həyatın normal məcraya qayıdacağını səbirsizliklə gözləyirik.

Sizi bir daha doğum gününüz münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram.

Səmimiyyətlə,

İsmail SERAGELDİN Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri, Misirin məşhur İsgəndəriyyə

kitabxanasının sabiq direktoru, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti

Zati-aliləri!Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik

edirəm. Azərbaycan Sizin müdrik rəhbərliyinizlə ölkə həyatının bütün

sahələrində sanballı uğurlar qazanıb və beynəlxalq arenada layiqli nüfuza malikdir.

Siz çoxtərəfli mədəni və humanitar əməkdaşlığın gücləndirilməsi və inkişafına, o cümlədən dünya ictimaiyyətinin də böyük ehtiyac duyduğu Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin fəaliyyətinə yüksək diqqət göstərirsiniz.

Zati-aliləri, icazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və Azərbaycanın suverenliyinin və dövlətçiliyinin daha da möhkəmlənməsi naminə fəaliyyətinizdə uğurlar, iste-dadlı və əməksevər Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayım.

Hörmətlə,

Rəşid ALİMOV 2016-2018-ci illərdə Şanxay Əməkdaşlıq Təşkilatının

Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hörmətli cənab Prezident!Doğum gününüz münasibətilə Sizə ən səmimi arzularımı

çatdırır, Zati-alinizə uzun ömür və möhkəm cansağlığı, xalqını-za isə sülh və firavanlıq diləyirəm. Ölkənizlə müxtəlif sahələrdə əməkdaşlıq etmək mənim üçün həmişə xoş və şərəfli olub. İndi də mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx əməkdaşlıqdan məmnunluq duyuram. Bütün Qafqaz regionunda Sizin güclü və müdrik rəhbərliyinizə heyranam.

Doğum gününüz mübarək, cənab Prezident.Ən səmimi arzularla,

Franko FRATTİNİ İtaliyanın sabiq xarici işlər naziri,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Zati-aliləri, hörmətli cənab Prezident!Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdı-

rıram. Zati-aliləri, Sizə, birinci xanım Mehriban Əliyevaya və bütün xalqınıza sülh və uğurlar arzu edirəm.

Bu gün bütün dünya pandemiya səbəbindən çox mürəkkəb bir dövr yaşayır. Buna baxmayaraq, ümid edirəm ki, hazırkı böhran tezliklə sona çatacaq və biz normal həyata qayıdaraq inkişaf, firavanlıq və sülh fəaliyyətimizi davam etdirəcəyik.

Əminəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi uğurlu fəaliyyətini davam etdirərək bizi Sizin gözəl paytaxtınız Bakı şəhərində yenidən görüşdürəcək.

Cənab Prezident, doğum gününüz münasibətilə Sizi bir daha dərin ehtiramla təbrik edir, ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

Antonio Zanardi LANDİ, İtaliya Respublikası Prezidentinin 2013-2015-ci illərdə

baş müşaviri, İtaliyanın 2010-2013-cü illərdə Rusiyadakı, 2004-2006-cı illərdə Serbiyadakı səfiri,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hörmətli Prezident Əliyev!Doğum gününüz münasibətilə Sizi Amerikanın Xarici

Siyasəti üzrə Milli Komitənin adından ən xoş arzularla təbrik edirəm.

Baş ofisi Bakıda yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə tərəfdaşlığımızdan bilirik ki, Siz bu Mərkəzin missiyasına davamlı olaraq dəstək göstərirsiniz. Bu missiyaya dəstək verilməsinə biz də qoşulur, Mərkəzin sülh və münaqişələrin həlli ilə bağlı fəaliyyətinə sadiqliyinizi alqışlayırıq.

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan xalqı ilə əməkdaşlığımızın bundan sonra da davam edəcəyinə ümidvarıq.

Xoş arzularla,

Səfir Syuzan ELİOT Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin

Prezidenti və baş icraçı direktoru

Hörmətli Prezident Əliyev!Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik

edirəm.Sizin həyatınız qədirbilən Azərbaycan xalqının həyatı ilə sıx

bağlıdır. Xalqınıza sadiqliyiniz, milli və beynəlxalq təhdidlərə qarşı mübarizədə xalqınıza və ölkənizə uğurla rəhbərlik etməyiniz, qa-zandığınız böyük nailiyyətlər hamı tərəfindən hörmətlə qarşılanır.

Sizin rəhbərliyiniz həmişə xatırlanacaq və gələcək nəsillər tərəfindən öyrəniləcəkdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşviq etdiyi tolerantlıq dəyərləri bir çox insanlar üçün ilham mənbəyidir.

Bu əlamətdar gündə Sizi təbrik edir və gələcək işlərinizdə yeni uğurlar diləyirəm.

Ən xoş arzularla, Tzipi LİVNİ

İsrailin sabiq xarici işlər naziri Möhtərəm İlham Heydər oğlu!Doğum gününüz münasibətilə Sizi dərin ehtiramla və xoş arzu-

larla təbrik edirəm.Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı,

firavanlıq və uzun illər tükənməyən enerji arzulamaqdan xüsusi məmnunluq duyuram.

Siz dünya miqyaslı nüfuzlu siyasi xadim kimi təkcə doğma ölkənizdə deyil, onun hüdudlarından kənarda da haqlı olaraq dərin hörmət qazanmısınız.

Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan Respublika-sı arasında dostluq əlaqələrini və işgüzar tərəfdaşlığı hərtərəfli dəstəklədiyinizə və onların inkişafına verdiyiniz dəyərli şəxsi töhfəyə görə Sizə təşəkkür edirəm. Əminəm ki, biz qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq ənənələrini birgə səylərimizlə gələcəkdə daha da inkişaf etdirəcəyik.

Dərin hörmətlə,

İqor BABUŞKİN, Rusiya Federasiyasının

Həştərxan vilayətinin qubernatoru Möhtərəm İlham Heydər oğlu!Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.Bu gözəl gün Sizin üçün, ailəniz üçün və bütün Azərbaycan

üçün bayramdır.Sizin Azərbaycan Prezidenti vəzifəsində səmərəli fəaliyyətiniz

ölkə vətəndaşlarının inamı və etibarı ilə, gözəl ölkənizin firavanlaş-ması naminə gördüyünüz işə bütün xalqın verdiyi yüksək qiymətlə dəstəklənir.

Siz yüksək şəxsi keyfiyyətləriniz, qətiyyət və müdrikliyiniz sayəsində xalqın mənafe və amallarını həyata keçirən uzaqgörən və peşəkar siyasi xadim kimi çox böyük nüfuzunuzu hər gün uğurla təsdiqləməyə nail olursunuz. Siz dövlətin beynəlxalq mövqelərinin möhkəmlənməsi üçün daim səy göstərir, Azərbaycan iqtisadiyya-tının və sosial həyatının inkişaf etməsinə qayğı ilə yanaşır, ölkədə idmanın tərəqqisinə ciddi diqqət yetirirsiniz.

Bu əlamətdar gündə Zati-alinizə bir daha dərin ehtiramımı bildi-rir, Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə səmimi qəlbdən uğurlar, xoşbəxtlik, möhkəm cansağlığı, sevinc və firavanlıq, Sizə və yaxınlarınıza tükənməz enerji diləyirəm.

Böyük hörmət və ehtiramla,

İrina Viner-USMANOVA Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti

Hörmətli İlham Heydər oğlu!Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik

edirəm. Yeni ildə şəxsən Sizə və ailənizə cansağlığı, uğurlar, fira-vanlıq arzulayıram.

Ümidvarıq ki, bu ilin yekunları Qafqazda sülhün tam bərqərar olunmasına, bütün xalqlar üçün firavanlığa imkan yaradacaq. O da vacibdir ki, Rusiya-Azərbaycan münasibətləri möhkəmlənməkdə davam edir.

Görüşlərimizi məmnuniyyətlə xatırlayıram və ümidvaram ki, hələ qarşıda bizim birgə işləmək imkanımız olacaq.

Sizə möhkəm cansağlığı və uğurlar arzulayırıq.Hörmətlə,

Vladimir SOLOVYOV Rusiya Jurnalistlər İttifaqının sədri

Əziz İlham Heydər oğlu, doğum gününüz mübarək!Bu əlamətdar gündə dostluğunuza və xoş ənənələrə

sədaqətinizə görə Sizə xüsusi minnətdarlığımızı bildirmək istəyirik. Belə ənənələrdən biri hər günü “Komsomolka” ilə birgə başlamaq-dır.

Sizi səmimi qəlbdən təbrik edir, cansağlığı və bütün işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə, Vladimir SUNQORKİN

“Komsomolskaya pravda” qəzetinin baş redaktoru Hörmətli İlham Heydər oğlu!Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.Sizin vətəndaş mövqeyiniz və siyasi mərdliyiniz, xarakterinizin

möhkəmliyi və öz qüvvənizə inam həqiqi liderin parlaq cəhətləridir. Öz ölkənizə səmimi sevgi və onun əsl mənafelərini qoru-

maq istəyiniz həmvətənlərinizin – Azərbaycan Respublikası vətəndaşlarının Sizə dərin hörmət və ehtiramını daha da artırır.

Doğma respublikanızın və onun əhalisinin rifahı naminə Sizə yeni zəfərlər, möhkəm cansağlığı, tükənməz enerji və firavanlıq arzu edirəm.

Hörmətlə, Mixail QUTSERİYEV

“Safmar Qrup” Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri

Hörmətli İlham Heydər oğlu!Doğum gününüz münasibətilə Sizi “VTB Bank”ın İdarə

Heyətinin, kollektivinin adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Siz görkəmli milli lider kimi Azərbaycanın iqtisadiyyatda və so-sial sahədə nailiyyətlərinə görə haqlı olaraq fəxr edən, beynəlxalq aləmdə nüfuz qazanmış müasir dinamik dövlət kimi inkişaf etməsi üçün çox iş görmüsünüz.

Rusiya Federasiyasında Azərbaycan Respublikası ilə tarixi dostluq əlaqələrini, mehriban qonşuluq münasibətlərini və qar-şılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığı yüksək qiymətləndirirlər. “VTB Bank”ın Azərbaycanda səmərəli fəaliyyəti, Azərbaycan Dövlət Neft Fondunun onun kapitalında iştirakı iki ölkənin qarşılıqlı əməkdaşlığının möhkəmliyini və strateji xarakterini sübut edən mühüm amillərdir.

Hörmətli İlham Heydər oğlu, Azərbaycanın inkişafı, xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayırıq.

Zati-aliləri, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq diləyirik.

Hörmətlə, Andrey KOSTİN

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1999-cu il 9 dekabr tarixli 226 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri

haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 113 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli

135 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konsti-tusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respubli-kasının Mülki Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaq-ların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası-nın qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 20 noyabr tarixli 198-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezi-dentinin 1999-cu il 9 dekabr tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Res-publikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 706; 2001, № 10, maddə 640; 2006, № 5, maddə 409, № 7, maddə 590; 2010, № 7, maddə 610) ilə təsdiq edilmiş “Azərbaycan Respub-likasında dövlət əmlakının Registri haq-qında Əsasnamə”nin 3-cü hissəsində “(torpaq sahəsi və ya torpaq sahəsi ilə bağlı olan müəssisə, tikili, qurğu və s.)” sözləri “(binalar, qurğular və torpaq-la möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin

dəyişdirilməsi mümkün olmayan obyektlər)” sözləri ilə əvəz edilsin.

2. “Daşınmaz əmlakın dövlət reyest-ri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanının (Azərbaycan Respublika-sının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 621; 2005, № 2, maddə 64, № 8, maddə 718; 2006, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2010, № 4, maddə 287, № 7, maddə 610; 2011, № 11, maddə 998; 2013, № 9, maddə 1052, № 12, maddə 1509; 2014, № 2, maddə 108, № 4, maddə 361, № 6, maddə 632; 2015, № 7, maddə 827, № 9, maddə 1016; 2016, № 11, maddə 1825; 2017, № 3, maddə 348; 2018, № 2, maddələr 202, 203; 2020, № 7, maddə 891) 4.2.1-ci yarımbəndində “torpaq sahələri və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar” sözləri “binalar, qurğular və tor-paqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yeri-nin dəyişdirilməsi mümkün olmayan obyektlər” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezi-dentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2004,

№ 10, maddə 791; 2005, № 2, maddə 64; 2007, № 6, maddə 606; 2010, № 7, maddə 610; 2015, № 9, maddə 1001) ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 10.3-cü bənddən “(torpaq sahələri, torpaqla möhkəm bağlı olan bütün obyektlər, o cümlədən su obyektləri (sututarlar), meşələr, çoxillik əkmələr, binalar, qurğular, qeyri-yaşa-yış sahələri, mənzillər, fərdi yaşayış və bağ evləri, əmlak kompleksi kimi müəssisələr, kommunikasiyalar və yer təki sahələri)” sözləri çıxarılsın;

3.2. 18.5.1-ci yarımbənddə “Daşın-maz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci və bu Qaydaların 10.3-cü maddələrinə uyğun olaraq daşın-maz” sözləri “Daşınmaz” sözü ilə, “su obyektləri (sututarlar)” sözləri “ayrıca su obyektləri” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “, 15 - yer təki sahələri” sözləri çıxarılsın;

3.3. 21.2-ci bənddən “, yer təki sahələri” və “və yer təkindən” sözləri çıxarılsın.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 22 dekabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı№ 501 Bakı şəhəri, 18 dekabr 2020-ci il

“Əlilliyi olan şəxslərin reabili-tasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın təsdiq edilməsi, Azərbaycan Respub-likası Nazirlər Kabinetinin “Xü-susi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarında dəyişiklik edilməsi və “İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaq-ların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortope-diya məmulatları, əlil kreslo-veloara-baları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qayda-larının təsdiq edilməsi haqqında” 2002-ci il 8 iyul tarixli 103 nömrəli Qərarının ləğv edilməsi barədə

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası-nın 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidenti-nin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında” Azərbaycan Res-publikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli Qərarının 1-ci, 2-ci və 3-cü hissələri ləğv edilsin.

3. “İkinci Dünya müharibəsi iştirak-çılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insan-ların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan

çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Res-publikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2002, № 7, maddə 443; 2008, № 2, maddə 130; 2011, № 1, maddə 54; 2016, № 2 (II kitab), maddə 377, № 11, maddə 1976) ləğv edilsin.

4. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazır-lanması və qəbul edilməsi qay-dası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının

Baş naziri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı№ 502 Bakı şəhəri, 21 dekabr 2020-ci il

Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaq-ları alan orqanın müəyyən edilməsi barədə

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Şəmkir, Goranboy, Samux, Ağcabədi, Saatlı, Sabirabad, Salyan, Balakən, Şəki, Oğuz, Yevlax, Göyçay, İmişli, Biləsuvar, Neftçala, Cəlilabad, Qəbələ, Masallı, Ağdaş, Ağsu, İsmayıllı, Kürdəmir, Şamaxı və Hacıqabul rayon-larında hidrotexniki qurğuların tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti müəyyən edilsin.

2. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçir-sin və bu barədə Azərbaycan Respub-likasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının

Baş naziri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı№ 503 Bakı şəhəri, 21 dekabr 2020-ci il

Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair “Göyçay şəhərinin Baş planı”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası-

nın 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair “Göyçay şəhərinin Baş planı” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV Azərbaycan Respublikasının

Baş naziri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı№ 506 Bakı şəhəri, 23 dekabr 2020-ci il

Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haq-qında

Azərbaycan Respublikası Konstitu-

siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun ola-raq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin

verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası-nın Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının

Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.nk.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

24 dekabr 2020-ci il, cümə axşamı4

Page 5: TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR ...xalqqazeti.com/pdf/SAYT-24.pdf · oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını

24 dekabr 2020-ci il, cümə axşamı 544 günlük müharibə ilə

Azərbaycan həm də kimin kim, nəyin nə olduğunu bir daha aləmə sübut etdi. Dostlar da bilindi, düşmənlər də, ikili-üçlü oyunlar-la aranı qatanlar da. Onsuz da bəzilərinin mövqeyi çoxdan bəlli idi, amma bu dəfə pərdə yırtıldı.

Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk vaxtlarda “Xalq qəzeti”nə yazdığım bir məqalədə onun ümummilli lider Heydər Əliyevin ən layiqli siya-si varisi kimi və yeni tipli dövlət başçısı olaraq Azərbaycanı tarixi qələbələrə çatdıracağına dərin inamımı arqumentlərlə əsaslandırmağa çalışmışdım. Ara-dan keçən 17 ildən sonra həmin qələbələrdən tarixi gerçəklik kimi söz açmaq mənim üçün alim və ziyalı xoşbəxtliyidir.

Modern idarəçilik mədəniyyəti

İstər ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci və ikinci dönəmində, istərsə də onun siyasətinin layiqli davam-çısı – ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə ölkəmizdə idarəçilik məsələlərinə xüsusi önəm verilmişdir. Çünki dövlətçiliyin inkişafı dövlət idarəetməsindən, yüksək idarəçilik qabiliyyətindən önəmli dərəcədə asılıdır. Dövlətin və dövlətçiliyin inkişafı həm də yüksək səviyyədə idarəetməni, bu sahədə çalışanların bacarıq və qabiliyyətini şərtləndirir. Yüksək, səmərəli dövlət idarəçiliyi olmayan cəmiyyətin, dövlətin dayanıqlı, davamlı, sabit inkişafı da mümkün deyil.

Vətən müharibəsinin 44 günü Azərbaycan dövləti dəmir yum-ruq kimi hamını– xalqı, ordunu, cəmiyyəti, bütün sosial-siyasi qrupları düşmənə qalib gəlməyə, Vətənin bütövlüyünü təmin etməyə səfərbər etdi. Xalqımızın bir məqsəd uğrunda mübarizədə sarsılmaz birliyi Prezident İlham Əliyevin dövlət quruculuğunun, idarəetmə strukturlarının səmərəli fəaliyyətinin təmin edilməsini stra-teji vəzifə kimi qiymətləndirməsinin nəticəsi kimi ərsəyə gəlmişdir.

Artıq daha aydın göründü-yü və bilindiyi kimi, digər vacib məsələlər kimi, idarəetmə, idarəçilik məsələlələri də dövlət həyatının başlıca prioritetlərdəndir. Bu sahədə, xüsusilə, 2018-ci ilin növbədənkənar prezident seçkilərindən sonra çox önəmli, radikal addımlar atılmışdır. Nisbətən yaşlı, təcrübəli kadrlarla yanaşı, müasir dövrün bir çox yeniliklərini mənimsəyən bilikli, enerjili, işgüzar gənc kadrların idarəçiliyə cəlb edilməsi, yüksək dövlət vəzifələrinə təyin edilməsi kadr islahatlarının və buna paralel olaraq, struktur islahatlarının apa-rılmasına da start verilmişdir.

Bu proses Prezident İlham Əliyevin ötən ilin oktyabrında sosial məsələlərin müzakirəsinə hərs olunmuş müşavirədə dövlət və hökumət orqanları qarşısında qoyduğu son dərəcədə vacib tap-şırıqlardan sonra daha sürətli hal almışdır. Elə bunun nəticəsi idi ki, həmin müşavirədən bir az sonra öz fəaliyyətlərində ciddi nöqsan-lara, qüsurlara yol vermiş bir çox icra başçısı, nazirlik və komitə rəhbəri, müxtəlif səviyyələrdə məsul şəxslər vəzifələrindən azad edilmişdir. Bununla yanaşı, hüquq-mühaifizə orqanlarının, o cümlədən Dövlət Təhlükəsizlik Xidmətinin ölkə vətəndaşlarının birmənalı dəstəyini qazanan əməliyyatları nəticəsində öz yerində olmayan insanlar, vəzifəli şəxslər məsuliyyətə cəlb edilmişlər.

Ötən ilin sonlarında isə yeni dövrün ab-havasına uyğunlaşmaq zərurəti baxımından 5-ci çağı-rış Milli Məclis vaxtından əvvəl buraxılmış, ölkədə növbədənkənar seçki elan edilmişdir. Nəticədə, çağdaş ruhlu, yeni tərkibli par-lament-- 6-cı çağırış Milli Məclis formalaşdırılmışdır. Bunlar da ölkə Prezidenti cənab İlham Əliyevin praqmatik dəst-xətti, yeniliklərə açıq olması, müasir çağırışlara zamanında cavab vermək məharəti ilə bağlıdır. Bu idarəçilik mədəniyyəti və onun daim yüksəldilməsi, nəticə etibarı ilə vətəndaş məmnunluğunun yaradılması məhz İlham Əliyevin adı, həyata keçirdiyi uzaqgörən və müdrik siyasətlə bağlıdır. Bu, həm də dünyaya təqdim edilən daha bir İlham Əliyev nümunəsidir.

44 günlük Vətən müharibəsi ilə 33 illik bəlalı münaqişəyə son qoyulması, tarixi Zəfərin əldə edilməsi yüksək dövlətçilik, idarəçilik mədəniyyətinin, kadrların yerində olmasının bir göstəricidir. Bunlar olmasaydı, bəlkə də, Qələbəmiz də uzanar, yaxud bir qədər çətinləşərdi. Bunları da məhz modern dövlət və siyasət xadimi olan İlham Əliyevin fitri

istedadı və tükənməz enerjisi nəticəsində əldə etdik, qazandıq.

İnformasiya blokadasının yarılmasıMüharibə dövründə döyüş və

diplomatiya meydanında olduğu kimi, informasiya cəbhəsində də dostun dostluğu, düşmənin düşmənliyi bir daha üzə çıxdı– gerçək üzlər, sözü ölə əməli düz gəlib-gəlməyənlər daha aydın göründülər. Heç kimə sirr deyil ki, 1988-ci ilin fevralından alov-landırılan Qarabağ fitnəkarlığı nəticəsində keçmiş SSRİ məkanında, həm də daim dünyaya demokratiyadan, söz azadlığın-dan dərs keçən Qərb ölkələrində Azərbaycana qarşı ermənipərəst qüvvələrin təhriki və dəstəyi ilə bö-yük informasiya savaşı başladıldı. Ölkəmizə, xalqımıza qarşı, necə deyərlər, informasiya blokadası tətbiq edildi.

Azərbaycan həqiqətlərinə, Qarabağın əsl gerçəkliklərinə göz yumuldu. Fitnəkar ermənilərin, qəsbkar Ermənistanın mənafeyindən çıxış edildi, həqiqətin ağzına daş basıldı. Söz, mətbuat azadlığının, obyektivliyin, tərəfsizliyin bircə hərfinə belə əməl olunmadı, onun bütün parametləri yerlə-yeksan edildi. Xüsusilə, SSRİ-nin mərkəzi televiziyasında ermənipərəst Borovikin “Pozisiya” (“Mövqe”) proqramında yayım-lanan fitnəkar verilişdən sonra başlanan məkrli ssenari, infor-masiya savaşı nəticə etibarı ilə Azərbaycanın haqq mübarizəsini daha çətinləşdirdi. Qarabağ münaqişəsinin ədalətli həllini tapmasında informasiya işinə ciddi maneələr, çətinliklər yaradıldı. Azərbaycan həm hərb, diploma-tiya səngəri ilə yanaşı, informa-siya səngərində də döyüşməli, mübarizə aparmalı oldu. Bu istiqamətdə uzun, yorucu, ağrılı bir mərhələ yaşandı.

Hər nə qədər çətin və üzücü olsa da, Azərbaycan bu səngərdə də, nəhayət, öz sözünü deyə, maneələri, əngəlləri dəf edə, aşa bildi. Çətinliklə olsa da, ölkəmiz informasiya blokadasını yarmağa, dünya miqyasında əsl həqiqətləri ortaya qoymağa və onun xeyli dərəcədə etiraf edilməsinə nail ola bildi. Xüsusilə , 44 günlük Vətən müharibəsində bu istiqamətdə önəmli addımlar atıldı. Çünki hərb, diplomatiya səngərində uduzanlar artıq bütün güclərini informasiya, qaralama, şər-böhtan kampaniya-sına yönəltmişdilər.

Onlar bununla Azərbaycanı öz yolundan, haqq mübarizəsindən çəkindirməyə çalışır və öz istəklərinə, planlarına nail ola biləcəklərini düşünürdülər.

Reallıqlar bir tərəfdə qaldı, yalan, böhtan, qarayaxma yenə at oy-natdı. Ancaq qətiyyətli və müdrik Azərbaycan lideri cənab İlham Əliyev burada da öz sözünü deyə bildi, Qarabağ həqiqətlərini məhz həmin kampaniya aparanların öz dili ilə etiraf etdirməyə nail oldu.

Azərbaycan rəhbəri İlham Əliyev 44 gün ərzində dünyanın

tanınmış, nüfuzlu, reytinqli media qurumlarına – telekanallara, xəbər agentliklərinə, qəzetlərə 30-dək müsahibə verdi, dövlət başçımıza üst-üstə 500-dən çox sual ünvan-landı. Həmin müsahibələrin hər biri, eləcə də Prezidentin dünyada geniş əks-səda doğuran xalqa müraciətləri və müxtəlif açıqla-maları uğurlu bir tarix, həm də bizi sevməyənlərin, haqq işimizi saxtalaşdıranların möhtəşəm ifşa-sı oldu. Bəlkə də, dünya tarixində belə bir hadisəyə, analoji fakta rast gəlinməmişdi ki, müharibə aparan ölkənin rəhbəri qısa dövr ərzində bu qədər müsahibə, açıq-lama vermiş olsun. Özü də səbrlə, son dərəcə soyuqqanlılıqla, usta-lıqla. Bunun özü də bir ilk idi, bir tarixi, nadir hadisə, Azərbaycanın daha bir uğuru idi.

Qarabağ münaqişəsi baş-layan gündən, xüsusilə, bu ilin iyul – Tovuz hadisələri və Vətən müharibəsi dövründə daim yanımızda olan, hər zaman öz dəstəyini hiss etdirən qardaş və dost Türkiyənin, demək olar ki, əksər telekanallarına, media qurumlarına, o cümlədən, ABŞ-ın, Rusiyanın, Fransanın, Alma-niyanın, İngiltərənin İtaliyanın, İspaniyanın, Qətərin, Yaponiyanın və digər ölkələrin kütləvi yayım vasitələrinə Azərbaycan rəhbərinin verdiyi tarixi müsahibələr Ordumu-zun 44 günlük Zəfər yürüşündə öz sözünü dedi, tarixi rolunu oynadı.

Azərbaycan reallıqlarına, Qa-rabağ gerçəkliklərinə bilərəkdən və ya bilməyərəkdən göz yuman-lar əsl həqiqətin necə və nədən ibarət olduğunu bir daha öz gözləri ilə gördülər, anlamağa məcbur oldular. Ələlxüsus da, Rusiya ka-nallarından birinin təşkil etdiyi tele-debatda Azərbaycan Prezidentinin

Ermənistanın bədnam və kəmağıl baş nazirini, sözün əsl mənasında, seytnot, nokaut vəziyyətinə salma-sı informasiya blokadasının alt-üst edilməsində və münaqişənin gedi-şatında öz rolunu oynamış oldu.

Bu informasiya qələbəsi, çox güman ki, hələ uzun illər yaddaş-lardan, hafizələrdən silinməyəcək, düşmənlər hələ uzun dönəm

bunun ağrısı və acısını, utancını yaşayacaqlar. Həmin müsahibə ilə Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin dərin zəkalı, aydın baxışlı dövlət və siyasət xa-dimi olduğunu dünyaya göstərdi. O, sübut etdi ki, kim siyasətdə, idarəçilikdə yetkin və məharətlidir– kim təsadüfi və naşıdır.

Deyilənlərin əyani sübutu olaraq, dövlət başçımızın ABŞ-ın nüfuzlu “Fox News” televiziya kanalına müsahibəsindən bir parçaya nəzər salaq:

“– Cənab Prezident, 1994-cü ildə Siz müharibədə məğlub oldu-nuz. İndi 2020-ci ildə isə Siz qalib gəlmək üçün müharibəyə yenidən başlamaq istəyirsiniz.

– Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduz-muşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi.

– Lakin mənim sualım odur ki, niyə 2020-ci ildə Siz müharibəyə yenidən başlamaq istəyirsiniz? 20 il idi ki, sakitlik idi.

– İkincisi, bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdir. Biz müharibəyə baş-lamamışıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər

bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşa-yacaqlar”.

Bəli, bəzi aparıcıların su-allarından, davranışlarından açıq-aşkar Azərbaycana qarşı kin-küdurət, qərəz, erməni yalan-larına aludəçilik hiss olunurdu. Müxbir-aparıcı, sanki, öz peşəsini unutmuşdu, elə bil, müstəntiq, prokuror, hakim rolunda çıxış edirdi. Ancaq Azərbaycan Prezi-denti təmkinli, müdrik və soyuq-qanlı şəkildə hər bir sualı usta-lıqla, sərrast və iti arqumentlərlə, peşəkarlıqla cavablandırır, aparıcı-nı hər dəfə pərt vəziyyətə salırdı. Bu idi İlham Əliyev fərqliliyi, bu idi İlham Əliyev ustalığı, bu idi İlham Əliyev istedadı.

Türkiyənin media qurumlarının o günlərdə Azərbaycana birmənalı dəstəyi, daim yanımızda dayan-ması, operativliyi, obyektivliyi peşəkarlığı, xalqımızın 33 illik Qa-rabağ savaşı və Vətən müharibəsi həqiqətlərini dünyaya yayması isə bir daha “iki dövlət – bir millət” olmanın əyani ifadəsinə, dostluq və qardaşlığımızın təzahürünə, birlik və bərabərliyimizin təntənəsinə çevrildi. Bir neçə dəfə erməni vandalizminə, düşmənin raket zərbələrinə məruz qalan, qəddarlıq dramları səhnələrinə çevrilən Gəncədən, Bərdədən, Tərtərdən, Naftalandan və digər bölgələrdən yayımlanan birbaşa, canlı reportajlar Azərbaycanın tək, yalnız buraxılmadığının, əsl həqiqətlərin kimin tərəfində olma-sının dünyaya nümayişi oldu.

Minsk qrupunun iflasıVətən müharibəsi bir

çox gerçəklikləri və reallıq-ları ortaya qoydu. Xüsusilə, beynəlxalq təşkilatların, insan hüquq-müdafiə qurumları-nın, Ermənistan--Azərbaycan münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürdüklərini bəyan edənlərin əsl mahiyyətlərini və niyyətlərini də bir daha olduğu kimi nümayiş etdirdi. Uzun illər ermənipərəst, antiazərbaycan dairələrin təsiri altında olan bir çox beynəlxalq təşkilatlar bu dəfə də öz yarıt-maz, bədnam, obyektivlikdən, elan etdikləri dəyərlərdən qat-qat uzaqda dayanan fəaliyyətləri ilə seçildilər.

AŞPA, ATƏT və onun struk-turları, digər qurumlar bir daha həqiqətin deyil, yalanın və riyakar-lığın, ermənilərin və Ermənistanın, təcavüzün və işğalçının yanında dayandıqlarını sübut etdilər, yenə də bəlli simalarını gizlədə bilmədilər. 28 il öncə yaradılan

ATƏT-in Minsk konfransı (sonradan Minsk qrupuna çevrildi) və 1997-ci ildən həmsədrlik for-matını inhisarına alan həmsədrlər öz mandatlarından, missiyaların-dan uzaq fəaliyyət sərgilədilər. Onlar Emənistan--Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli missiyasını üzərlərinə götürdükləri halda nə Minsk qrupu, nə də həmsədrlər ötən 28 il ərzində ortaya düz-əməlli bir nəticə qoya bildi.

Həmsədrlərin regiona səfərləri turist səfərlərindən heç nə ilə fərqlənmədi. Gəldilər, getdilər, sadəcə, arada-sırada da fayda-sı olmayan boş bəyanatlarla öz işlərini bitmiş saydılar. Üzərlərinə gediləndə də missiyalarının mahiyyətinə tam zidd şəkildə “tərəflər özləri razılığa gəlsinlər, biz də dəstək verək” cavabı ilə ya-xalarını kənara çəkməyə çalışdı-lar. Əllərində işğalçı və təcazükar işğala son qoymağa, sülhə razı salmağa hər cür imkanları və mexanizmləri olduqları halda, heç bir təzyiq vasitəsini işə salmadılar, faşist və terror dövlətinə heç bir sanksiya tətbiq etmədilər.Daha doğrusu, etmək istəmdilər, bir çox hallarda Ermənistanın, işğalçının yanında olduqlarını, onu növbəti işğala iştahlandırdıqlarını sübut etdilər.

Xüsusilə də, ermənipərəstliyi ilə seçilən, ermənilərdən daha çox erməniçilik nümayiş etdirən Fransa, onun siyasi və ziyalı elita-sı. Bu ölkə münaqişə başlayan ilk gündən, o cümlədən, özünü Minsk qrupuna Azərbaycanın etirazlarına rəğmən zorla pərçim etdiyi andan daim Ermənistanın, işğalçının ya-nında yer aldı. Həmsədr kimi, ən azı, tərəfsizlik nümayiş etdirməli olduğu halda, tam və açıq şəkildə tərəflilik, Ermənistanpərəstlik yolunu tutdu. Prezident Makronun 44 gündə ortaya qoyduğu davra-nış, bunun davamı olaraq, Fransa Senatı və Milli Assambleyası-nın məlum mövqeyi bu ölkənin həmsədrlikdən, haqqdan bilmərrə uzaq olduğunu bir daha gözlər önünə sərdi.

Beləliklə, missiyası Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll edilməsi olan Minsk qrupu Fransanın timsalında özünü tam iflasa uğratmış oldu. Onsuz da Azərbaycan xalqının və dövlətinin, ölkə rəhbərliyinin bu qrupa etimadı, güvəni az idi. Cəmiyyətimzdə neçə illər idi ki, ATƏT-ə etimadsızlıq var idi. Lakin 44 günlük savaş günlərdəki davranışı ilə Minsk qrupu bir daha özünü biabır etdi. Onsuz da biz hərb, savaş meydanında öz sözü-müzü dedik, 33 illik münaqişəyə 44 günlük müharibə, tarixi Zəfər ilə son qoyduq.

Artıq nə savaş var, nə Dağlıq Qarabağ adlı münaqişə və coğrafi məfhum var, nə cəbhə, təmas xətti var, nə status-kvo, nə də status məsələsi. Hamısı darmadağın edil-di. Biz öz gücümüzlə münaqişəyə, süni problemlərə, maeələrə son qoyduq. Bizim artıq kimsəyə, xüsusilə də Minsk qrupuna və həmsədrlərə ehtiyacımız yoxdur.

Elə Müzəffər Ali Baş Koman-dan, ölkə Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda ATƏT-in Minsk qrupunun ABŞ və Fransa-dan olan həmsədrləri və Rusiya səfiri ilə görüşündə dediyi sözlər, verdiyi tarixi mesaj məsələyə birmənalı nöqtəsini qoymuş oldu. Bu, həm də Minsk qrupunun, bütövlükdə, 28 illik “fəaliyyəti”nə verilən yekun dəyərləndirmə oldu.

“Qarabağ Azərbaycandır!”33 illik qanlı münaqişəyə

son qoyan 44 günlük Vətən müharibəsi sentyabrın 27-də, səhər saatlarında Ermənistanın növbəti qanlı təxribatına cavab olaraq Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinə verdiyi bütün cəbhə boyu əks-hücüm əməliyyatına keçmək əmri və həmin gün Azərbaycan xalqına ilk tarixi müraciəti ilə başladı.

Sentyabrın 27-də saat 12 radələrində Azərbaycan xal-qının və bütün dünyanın gözü Azərbaycana, ölkə Preziden-tinin öncədən elan olunmuş müraciətinə yönəldi. Dünyanın nəbzi Azərbaycanla döyünməyə başladı. Ali Baş Komandan kimi Azərbaycan Prezidentinin nə deyəcəyi, hansı mesaj verəcəyi bir andaca dünyanın gündəminə çev-rildi. Tarixi müraciətinə başlayan ölkə Prezidenti artıq Ermənistanın və onun havadarlarının qanlı təxribatlarına, fitnəkarlıqlarına dözülmədiyini, düşmənə necə lazımdırdsa, bütün cəbhə boyu zərbə endirildiyini bəyan etdi.

Ali Baş Komandan onun əmri ilə Qarabağda Vətən müharibəsinə başlanıldığını və bu savaşda Azərbaycanın axıracan qərarlı, son və qəti Qələbəyəcən getmək, geri çəkilməmək niyyətində olduğunu bütün dün-yaya elan etdi. Ölkə Prezidentinin bu müraciəti göy üzündə çaxan şimşəyə bənzədi, düşmənlərimiz, onların havadarları bundan nə qədər narahat, rəncidə oldularsa, Azərbaycanın dostları buna bir o qədər sevindilər. Xalqımız isə dövlətinə, dövlət başçısına, ordu-suna bir o qədər güvəndi, etibar etdi, arxa-dayaq oldu.

(ardı var)

Ziyad SƏMƏDZADƏ, Milli Məclisin deputatı,

akademik

Prezident İlham Əliyevin qələbələr marafonu

Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı və rəşadətli Silahlı Qüvvələrimiz 33 ildən bəri davam edən qanlı- qadalı Ermənistan – Azərbaycan münaqişəsinə cəmi 44 gün ərzində son qoydu. Bu

il sentyabrın 27-də başlayan Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ savaşı noyabrın 10-na keçən gecə tarixi Qələbə ilə sona çatdırıldı. Təcavüzkar Ermənistan sarsıdıcı məğlubiyyətə uğradıldı, işğalçı dövlətin başçısı 10 noyabr bəyanatını imzalamaqla ölkəsinin acı məğlubiyyətini, təslim olduğunu etiraf etmək məcburiyyətində qaldı. Azərbaycanın Ali Baş Komandanının başçılığı ilə qalib ordumuz XXI əsrin qəhrəmanlıq dastanını yazdı, dünya hərb tarixinə döyüş yeniliyi gətirdi. Mötəbər beynəlxalq dairələrdə bildirildiyi kimi, dünya hələ uzun illər bu rəşadətdən, Azərbaycanın Ali Baş Komandanının sərkərdəlik məharətindən, zabit və əsgərlərimizin yenilməz qəhrəmanlığından söz açacaq, bu döyüş təcrübəsindən yararlanmağa çalışacaq. “Şuşa əməliyyatı” isə tarixi fəthlər sırasında öyrəniləcək.

Page 6: TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR ...xalqqazeti.com/pdf/SAYT-24.pdf · oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını

2003-cü ilin prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyev sevimli xalqına etdiyi tarixi müraciətində əminliklə deymişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə bö-yük ümidlər bəsləyirəm”. Müstəqil Azərbaycan dövlətinin qurucusu-nun bu yüksək etimadı rəhbərlik etdiyi illərdə ölkə həyatının bütün sahələrində özünü inamla, uğurla doğrultdu.

1993-2003-cü illər ulu öndər Heydər Əliyevin gerçəkləşdirdiyi müstəsna xilaskarlıq missiyası ilə Azərbaycan tarixində inkişafın və tərəqqinin bünövrəsinin qoyulduğu dövr kimi tarixin yaddaşına qızıl hərflərlə yazılmışdır. 2003-cü ildən isə ölkəmiz Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi mütərəqqi islahatlarla inkişafın və tərəqqinin yeni mərhələsinə qədəm qoyaraq regional güc mərkəzinə çevrilmiş, dünyada öz layiqli yerini tutmuşdur.

Müxtəlif sahələr üzrə ge-niş təhlil aparsaq, müşahidə edərik ki, son 17 ildə Prezi-dent İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi münasibətlərin inkişaf etdirilməsi, insan hüquq və azad-lıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, hazırda ölkədə 50-dən çox siyasi parti-ya, 3 mindən çox qeyri-hökumət təşkilatı, yüzlərlə kütləvi informa-siya vasitəsi fəaliyyət göstərir. Əminliklə söyləmək olar ki, xalq--iqtidar birliyi, hakimiyyətin həyata keçirdiyi siyasətin hamı-lıqla dəstəklənməsi sayəsində bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik indeksinə görə Azərbaycan dünyada ilk yerlərdə qərarlaşmışdır.

Prezident İlham Əliyevin hakimiyyəti illərində, siyasi sferada olduğu kimi, iqtisadiy-yat sahəsində də böyük uğurlar qazanılmışdır. Onun rəhbərliyi ilə son 17 ildə həyata keçirilmiş ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə bazar iqtisadiyyatına keçid prosesinin başa çatdırılması təmin edil-mişdir. Bu dövrdə ÜDM-də özəl sektorun payı 80 faizi ötmüş, ölkədə makroiqtisadi sabitlik möhkəmlənmiş, Azərbaycan iqti-sadiyyatı rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci yerə yüksəlmişdir.

Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini

sürətlə adlayaraq, postsovet məkanında keçid dövrünü başa vuran ilk ölkə olmuşdur. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda həyata keçirilən islahatlara yüksək qiymət vermişdir. Davos Dünya İqtisadi Forumunun hesablamala-rına əsasən, Azərbaycan iqtisadiy-yatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşmışdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir. Ötən 17 ildə ölkədə 1,9 milyon yeni iş yeri açılmış, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılmışdır. İşsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5 faizə endirilmişdir.

Azərbaycan bu müddətdə nəqliyyat dəhlizlərində fəal iştirak etməklə, Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq – Qərb və Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülmüş, Bakı–Tbilisi–Qars dəmir yolunun Bakıda rəsmi açılışı olmuşdur. Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları inşa edilmiş, 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt–Astara – İran İslam Respublikası magistral avtomobil yolu istifadəyə verilmişdir.

Mədəni və təsərrüfat infrastrukturuna nəzər salsaq, görərik ki, son 17 ildə bu sahədə ardıcıl olaraq mütərəqqi addımlar atılmışdır. Bu dövrdə 3 min 200-ə yaxın məktəb, 640-dan çox tibb müəssisəsi tikilmiş, yaxud əsaslı təmir edilmişdir. Yüzlərlə tarixi binada, muzey, teatr və kitabxanada geniş yenidənqurma işləri həyata keçirilmiş, ölkənin ali təhsil ocaqları təmir edilərək yeni avadanlıqlarla təchiz olunmuşdur. Xəzər dənizində ən böyük beynəlxalq dəniz-nəqliyyat qovşağı– Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlamışdır.

Prezident İlham Əliyev Azərbaycanda elm və təhsil sahələrinə də hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, bu qayğının, dövlət dəstəyinin sayəsində bir sıra mühüm layihələr, dövlət proqramları həyata keçirilmişdir. Artıq əminliklə söyləmək olar ki, elm və təhsil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixində imzaladığı sərəncamla hər il martın 27-i Azərbaycanda “Elm günü” kimi qeyd olunur.

Eyni zamanda vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev ölkəyə rəhbərik etdiyi illərdə gənclərin təhsil, kareyra və inkişaf məsələlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi xüsusilə önəm daşımışdır. Bu məqsədlə 2005--2021-ci illəri əhatə edən 3 dövlət proqramı təsdiq edilmiş, “2007 – 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində yüzlərlə gənc xarici ölkələrin qabaqcıl tədris ocaqlarında təhsil almağa göndərilmişdir.

Ölkə gənclərinin elm, təhsil, mədəniyyət və digər sahələrə yönəlmiş layihələrin reallaşdırılmasına dəstək məqsədi ilə 2011-ci ildə Gənclər Fondu yaradılmış, 2013-cü ildə gənclər üçün Prezident mükafatı təsis edilmişdir. Dövlət başçısının fərmanı ilə gənclər üçün Prezident mükafatının təsis edilməsi və həmin sənəddə elm və təhsil sahəsinə 2 yerin ayrılması dövlətin bu sahəyə olan diqqətinin bariz nümunəsidir.

Azərbaycan təhsilinin və elminin flaqmanı olan Bakı Dövlət Universiteti də hələ ötən əsrin 70-ci illərindən ulu öndərimiz Heydər Əliyevin, son 17 ildə isə möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Hər iki lider universitetin maddi-texniki bazasının möhkəmləndirilməsindən yeni tədris binalarının tikilməsinə, elmi potensialın gücləndiriməsindən tədris prosesinin innovativ metodlarla təşkilinə, mütəmadi olaraq alim

əməyinin dövlət mükafatları ilə qiymətləndirilməsindən, hər bir əməkdaşın sosial rifah halının yaxşılaşdırılmasına qədər saysız-hesabsız işlərdə öz dəstəyini göstərmişlər.

2019-cu ildə 100 illiyini qeyd etmiş Bakı Dövlət Universitetinə verilən ən böyük dəyər isə Prezident İlham Əliyevin qiymətli töhfəsi olmuşdur. Ölkə başçısının 14 noyabr 2017-ci il tarixində imzaladığı sərəncamla universitetin yubileyi ölkə miqyasında, eləcə də xaricdə geniş şəkildə qeyd edilmişdir. Həmin tarixi sənəddə müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaranan Bakı Dövlət Universitetinin keçdiyi şərəfli yol xüsusi qeyd edilmiş, onun ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların aparılmasında, ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki tarixi xidmətləri xüsusi vurğulanmışdır.

Universitet kollektivi ölkə rəhbərinin doğma ocağımıza, elm, təhsil məbədimizə verdiyi bu ali dəyərin müsbət aurası ilə inamla öz fəaliyyətini davam etdirir. Universitetin 100 illik təntənəli yubiley mərasimində cənab Prezidentin proqram xarakterli çıxışı isə hər birimizin qarşısında yeni məqsədlər qoymuş, strateji hədəflərimizi müəyyənləşdirmişdir. Bu gün universitet kollektivi həmin hədəflərə çatmaq üçün əzmlə fəaliyyət göstərir.

Ölkə rəhbərinin gənclər siyasəti Azərbaycanın yeni nəsilləri üçün böyük stimul yaratmış, onların inkişaf, karyera imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır. “Azərbaycan gəncliyi 2017--2021-ci illərdə” növbəti dövlət proqramının təsdiq edilməsi cəmiyyətimizdə gənclərin təşəbbüskarlığı, onların vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyinin möhkəmlənməsi, maraq dairələrinin genişlənməsi istiqamətində yeni imkanlar yaratmışdır. Ümumiyyətlə, cənab Prezidentin rəhbərliyi ilə aparılan çoxşaxəli islahatlar sayəsində gənclərin bütün sahələrdə fəallığı, bilikli gənclərin idarəetmədə yaxından iştirakı və mühüm vəzifələrə təyinatları ölkəmizdə gənclərə yüksək diqqət və

etimadının bariz təzahürüdür. 2020-ci ili Azərbaycanda

“Könüllülər ili” elan etməklə ölkə başçısı bu hərəkata böyük önəm və töhfə vermiş oldu. Könüllülük hərəkatının geniş vüsət alması cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarının təbliğində, gənclərin özünüinkişafının təmin olunmasında öz müsbət rolunu oynamaqdadır. Könüllülük bu gün gənclərimiz üçün vətənpərvərlik məktəbinə, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq örnəyinə çevrilmişdir. 2012-ci ildə keçirilən Avroviziya mahnı müsabiqəsinin, 2015-ci ildə baş

tutan I Avropa Oyunlarının, 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının və Formula-1 Bakı Qran-Prisinin yüksək peşəkarlıqla təşkil edilməsi və minlərlə xarici vətəndaşın Azərbaycana səfəri ölkəmizin dünyaya tanıdılması istiqamətində atılmış ən uğurlu addımlardandır.

Prezident İlham Əliyevin balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilmişdir. 2019-cu ildən 2022-ci ilə qədər Azərbaycan Respublikası BMT-dən sonra ikinci ən böyük beynəlxalq platforma olan Qoşulmama Hərəkatına sədrlik edir.

Ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməsi tarixi hadisə hesab olunur ki, bu da Azərbaycanla Ermənistan arasında uzunmüddətli münaqişənin həllində xüsusi rol oynamışdır. Bu illər ərzində Azərbaycan bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dünyada etibarlı tərəfdaş olduğunu təsdiqləyərək, sülh və sabitlik məkanı kimi beynəlxalq nüfuz qazandı.

Dünyanı cənginə almış COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan ən ciddi tədbirlər görmüş ölkələr sırasındadır. Koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti ilə səmərəli tədbirlər həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı bu bəlaya qarşı mübarizədə Azərbaycanın gördüyü tədbirləri dəfələrlə yüksək

qiymətləndirmiş, bu sahədə nümunəvi ölkə adlandırmışdır. Dövlət başçısının ilk gündən atdığı addımlar bütün strukturlar və eləcə də vətəndaşlar üçün nümunə olmuş, bu bəla ilə mübarizədə böyük motivasiya yaratmışdır. Azərbaycanda yeni modul tipli 10-a yaxın xəstəxana açılmışdır ki, bu da koronavirusla bağlı mübarizədə mövcud imkanları daha da gücləndirməyə xidmət edir.

Onu da xüsusi qeyd etmək vacibdir ki, Prezident İlham Əliyevin koronavirusla bağlı mübarizə tədbirləri, bu problemin

həlli istiqamətində atdığı məqsədyönlü addımlar yalnız ölkəmizi deyil, bütün dünyanı əhatə etməkdədir. 2020-ci il iyul ayının 10-da məhz cənab İlham Əliyevin xüsusi təşəbbüsü ilə keçirilən BMT BA-nın xüsusi sessiyasında koronavirusla mübarizə tədbirləri, bu problemin həlli yolları dünya dövlətləri tərəfindən geniş şəkildə müzakirə edilmiş, koronavirusla mübarizənin daha effektiv, səmərəli hədəfəri müəyyənləşdirilmişdir.

Bu təqdirəlayiq təşəbbüsün məhz Azərbaycan Prezidenti tərəfindən irəli sürülməsi koronovirusla bütün dünyanın apardığı mübarizəyə, bəşəri həmrəyliyə dövlətimizin böyük töhfəsidir. Bu humanist və mütərəqqi təklifin irəli sürülməsi bir daha sübut edir ki, cənab İlham Əliyev yalnız öz ölkəsi və region üçün deyil, bütün dünyanın taleyi üçün narahat olan, bütövlükdə, bəşəriyyətin gələcəyini düşünən və hər bir insanın xoşbəxtliyini arzulayan dünya miqyaslı bir liderdir.

Qələbəyə aparan yol uzun olur və heç zaman bir göz qırpımında zəfər əldə edilmir. Bunun üçün iqtisadi inkişaf, tarixi şərait, geostrateji mühit və lazımi siyasi məqam əsas amillərdir. Prezident İlham Əliyev bütün bu məqamları uzaqgörənliklə müəyyənləşdirdi, ölkəmiz Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaqla, BMT qətnamələrini təkbaşına icra edərək haqq mübarizəmizi uğurla başa çatdırdı.

Azərbaycanın şanlı tarixinə öz adını qızıl hərflərlə yazan Prezident İlham Əliyevin 17 il ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasət öz bəhrəsini verdi və bu günlər hamımız mübarək

Zəfərin təntənəsini yaşayırıq, bütövlüyümüzün və birliyimizin sevincini bölüşürük. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Bununla yanaşı, döyüş meydanında əldə edilən qələbə Ağdam, Kəlbəcər və Laçın rayonlarının şəhid vermədən işğaldan azad edilməsinə şərait yaratmış oldu.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında qəbul edilmiş üçtərəfli bəyanatla Ermənistan faktiki olaraq kapitulyasiyaya imza atmış, Azərbaycan qarşısında diz çökmüş oldu. Böyük fəxarət və qürur hissi ilə qeyd edirik ki, 44 günlük müharibə ərzində Azərbaycan regionda yeni siyasi reallığın müəllifi kimi bir daha sübut etdi ki, ölkəmizlə heç zaman güc dilində danışmaq, ona hansısa şərtləri diqtə etmək qeyri-mümkündür.

2003-cü ildə ilk dəfə ölkə Prezidenti seçilərkən – “Mən hər

bir azərbaycanlının Prezidenti olacağam,” – söyləyən cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi nəhəng işlərlə bir daha sübut etdi ki, birmənalı olaraq hər bir azərbaycanlının Prezidentidir. Onun müdrik rəhbərliyi ilə görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlətimizə başçılıq etdiyi illər mühüm hadisələr, faktlar və rəqəmlərlə zəngindir. Bu illərin hər biri dövlətçilik tariximizin hər bir azərbaycanlıya qürur hissi yaşadan şanlı səhifələridir. Onları yaddaşımızda vərəqlədikcə ulu öndərimizin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlamının hər birimizə örnək olduğunu bütün varlığımızla dərk edir və tam səmimiliklə və ən uca səslə deyirik: Həm də ona görə fəxr edirik ki, xalqımızın İlham Əliyev kimi qüdrətli, xarizmatik lideri var.

Əminik ki, ümummilli lider Heydər Əliyevin layiqli davam-çısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya örnək olacaq səviyyədə xalq--iqtidar birliyinə nail olmuş, sülhün və əmin-amanlığın hökm sürdü-yü məkana çevrilmiş, iqtisadi göstəricilərinə, vətəndaşlarının rifah halına görə günbəgün qüdrətlənən Azərbaycan dövləti yenicə başa çatmış Vətən müharibəsində qazandığı şanlı Qələbənin ruhu və ovqatı ilə daha da qüdrətlənəcək, parlaq sabahlara, zəfərlərə daha əzmlə, inamla addımlayacaq.

Elçin BABAYEV, Bakı Dövlət Universitetinin

rektoru

Hər bir azərbaycanlının PREZIDENTI

Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

İlham ƏLİYEVAzərbaycan Respublikasının Prezidenti

Hər bir xalqın tarixi inkişafına nəzər salsaq görərik ki, böyük uğurların əldə olunmasında, dünyada gedən intibah prosesində ölkələrin qabaqcıl pillələrdə qərarlaşmasında liderlərin rolu müstəsna və həlledicidir. Liderlik bacarığı elə siyasətçilərə məxsusdur ki, onlar xalqının, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şəkildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilir.

Bu mənada Azərbaycan xalqı da çox xoşbəxtdir ki, ölkəmizə uzun müddət dünya siyasətinin fenomeni, bütün həyatını canından artıq sevdiyi doğma xalqına həsr etmiş Heydər Əliyev kimi dahi şəxsiyyət rəhbərlik etmişdir. Xalqımız həm də ona görə xoşbəxtdir ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi prioritetlər, dövlətçiliyimizin hərtərfli inkişaf konsepsiyası onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların sayəsində illərdir ki, ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır.

24 dekabr 2020-ci il, cümə axşamı6

Page 7: TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR ...xalqqazeti.com/pdf/SAYT-24.pdf · oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını

Vətən müharibəsindəki hərbi-diplomatik uğurlarımız

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusu-nun sentyabrın 27-də Qarabağda başla-dığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və ra-yonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Koman-dan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparı-lan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.

Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında oldu-ğu kimi, diplomatiya meydanında da uğur-larımızı şərtləndirirdi. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq, öz ərazilərini azad etmək hüqu-qundan istifadə edərək uğurlu və geniş-miqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli bəyanatın müva-fiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycan hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilməlidir.

Milli maraqlara söykənən xarici siyasət

Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən, dövlətlərin suverenliyinə və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiya-lar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bunun-la yanaşı, Azərbaycan dünyada sülhyarat-ma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Dövlət başçımızın yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilib. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.

Son 17 ildə Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inki-şaf dövrünü yaşayıb, problemlərin böyük hissəsi öz həllini tapıb, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib. Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. İlk addım kimi Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Bunun davamı olaraq Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkatın təmas qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş zirvə görüşü təşkil edildi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonf-rans zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assamb-leyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsidir.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri statusunda BMT Baş Assambleyası-nın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 150-dək dövlət tərəfindən dəstəklənməsi, xüsusi sessiyanın bu il dekabrın 3-4-də keçirilməsi və Prezident İlham Əliyevin sessiyada çıxışı beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, xüsusilə dövlətimizin başçısına olan böyük etimadın, eləcə də hörmətin növbəti göstəricisidir. Bu mühüm hadisələr onu təsdiq edir ki, artıq ölkəmiz təkcə regi-onal məsələlər deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələrlə bağlı da öz sözünü deyir, qlobal təhlükələr zamanı mövqeyini ortaya qoyur.

2020-ci ilin yanvar ayında 14-cü dəfə Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident İlham Əliyev moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskva-ya, yoxsa Pekinə?” sualına cavab olaraq “Bakıya” cavabı böyük önəm kəsb edir. Dövlət başçısının bu cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünün bariz nümunəsidir. Dövlət başçısı bildirdi ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Eyni zamanda, vurğuladı ki, Azərbaycan üçün onun milli maraqları həmişə birinci yerdədir və buna görə də müstəqillik illəri ərzində qazandığımız bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyimizə görə əldə olunub.

Regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa xidmət

edən enerji diplomatiyasıAzərbaycanın və Avropa İttifaqının

təşəbbüsü ilə son 5 il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurası-nın iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı həmin toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığında energetika sektoru, təbii ki, çox böyük yer tutur. Bu baxımdan, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantılarının keçirilməsi, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.

Prezident İlham Əliyev 2020-ci ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında diqqətə çatdırdı ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması təkcə kommersiya layihəsi deyildi: “Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatı-mızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi... Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoni-yada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi”. Bundan sonra

Azərbaycana maraq artdı və 1996-cı ildə “Şahdəniz” sazişi imzalandı.

Son 17 il ərzində ölkəmizin enerji təhlükəsizliyi strategiyası uğurla həyata keçirilib, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunub, xarici enerji mənbələrindən asılılıq aradan qal-dırılıb. Azərbaycan bu gün iqtisadi poten-sial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılıb. Hazırda “Əsrin müqaviləsi”nin icrası çox uğurla gedir və bu müqavilənin imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlanıb.

2018-ci il mayın 29-da Səngəçal termi-nalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin, eləcə də XXV Xəzər Neft-Qaz Sərgisinin keçirilməsinin Azərbaycanın enerji siyasətinin reallaşmasında çox böyük rolu olub. Bununla yanaşı, 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi iki dost və qardaş dövlətin münasibətlərinin ən yüksək zirvədə olduğunun bariz göstəricisidir. Onu da qeyd etmək vacibdir ki, 2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqın-da Konvensiyanın imzalanması xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri kimi qiymətləndirilməlidir. Bu konvensiya ölkəmizin maraqlarının təmin edilməsi baxımından böyük diplomatik və siyasi uğurdur.

Prezident İlham Əliyev Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Avropa ilə birləşən hissəsinin açılış mərasimində bildirdi ki, TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda, enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu baxımdan, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın enerji siyasətinin təməli qoyulmaqla yanaşı, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edildi. Bundan əlavə, Azərbaycanın təşəbbüsü ilə realla-şan Bakı –Tbilisi – Ceyhan, Bakı – Tbilisi –Ərzurum, Bakı –Tbilisi – Qars, TANAP, TAP və digər layihələr Azərbaycanın qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir.

Hazırda Azərbaycan Şərq – Qərb, Şimal – Cənub nəqliyyat dəhlizlərinin yara-dılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir. Bu mühüm qlobal layihələr onu göstərir ki, artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçı-dır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşdırıla bilməz.

Beynəlxalq təşkilatlarla münasibətlər yeni müstəvidə

Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplo-matiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siya-si nüfuzunun bariz sübutu kimi qəbul edilməlidir.

Bu illərdə Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənib. 2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Həmçinin 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilmiş NATO Zirvə Görüşünün Yekun Bəyannaməsində də alyans üzvlərinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək və hörməti öz əksini tapıb. Onlar regiondakı möv-cud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasının zəruriliyini bildiriblər. Eyni zamanda, 2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya-nın imzalanması xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri kimi qiymətləndirilməlidir. Bu Konvensiya

ölkəmizin maraqlarının təmin edilməsi baxımından böyük diplomatik və siyasi uğurdur.

Bununla yanaşı, 2019-cu il oktyab-rın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Bunun davamı olaraq, oktyab-rın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət baş-çılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər. Həmçinin zirvə görüşündə qəbul edilmiş sənədlər Azərbaycanın qlobal miqyas-da mədəniyyətlərarası dialoqun təşviqi sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir. Bununla yanaşı, zirvə görüşü iki gün ərzində beynəlxalq münasibətlər sistemində ən mühüm hadisə oldu. Ümumilikdə, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə Gö-rüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur.

Son iki ildə ölkəmizin ev sahibliyi etdi-yi, eləcə də, dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər – 2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, 2019-cu ildə VII Qlobal Bakı Forumu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü, Qoşulmama Hərəkatının Zirvə toplantı-sı, Dünya dini liderlərinin II Sammiti və digər möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfu-zunu xeyli yüksəldib.

Tarixi Qələbəmizi şərtləndirən amillər

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağ-lı işğalçı ölkə rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi real-lıqları, münaqişənin əsl mahiyyətini əks etdirmirdi. Bunu dövlət başçımız 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Dis-kussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı

ölkələrinin videokonfrans formatında keçirilən sammitində Ermənistanın yü-rütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən dərs keçdi.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələri zamanı bəyan etdi ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib və onların erməni dövləti var: “Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”.

“Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bizim möv-qeyimiz həm tarixi ədalətə, eyni za-manda, beynəlxalq hüquqa əsaslanır və heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurd-larına qayıtmalıdırlar.

Dövlət başçısı bu münaqişə həll olun-madan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayın-ca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə apara-cağını dəfələrlə bildirib. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən ölkə rəhbəri dünyaya bəyan edib ki, dövlətimiz bun-dan sonra da öz prinsipial mövqeyindən dönməyəcək: “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, – necə

ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, – biz özü-müz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz sent-yabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmada-ğın etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bütün region üçün yaratdığı ciddi təhdidləri, ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılma-sında müstəsna rol oynadı.

Dövlət başçısı mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğal-çılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terro-rizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Xüsusilə, son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşul-mama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk-dilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı.

Xüsusilə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” devizi bir ildən sonra, 44 gün ərzində reallığa çevrildi və xalqımıza böyük sevinc yaşat-dı. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik ma-raqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olun-ması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazan-dıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

Elçin ƏHMƏDOV, Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi

elmlər doktoru

Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim.

Prezident İlham Əliyevin 2018-ci il aprelin 18-də keçirilmiş andiçmə mərasimindəki nitqindən

Tarixi Qələbəmizi reallaşdıran müdrik dövlət xadimi

P rezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə

yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq, düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də erməni işğalı altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.

24 dekabr 2020-ci il, cümə axşamı 7

Page 8: TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR ...xalqqazeti.com/pdf/SAYT-24.pdf · oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını

Həmin vaxt cənab İlham Əliyevin xalqa ilk xitabı bu idi: “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”. Dövlətimizin başçısı ötən illər ərzində verdiyi vədə sadiq qaldı, nəinki hər bir Azərbaycan vətəndaşının, eyni zamanda, Azərbaycanı sevən, tarixi vətəninə qəlbən bağ-lı olan, dövlətimizin inkişafını, güclənməsini arzulayan bütün dün-ya azərbaycanlılarının Prezidenti oldu. Onun təşəbbüsü və dəstəyi ilə yerinə yetirilən sosial-iqtisadi in-kişaf layihələrinin, apardığı davamlı islahatların uğurlu nəticəsindən hər bir vətəndaşımız faydalandı, bəhrələndi.

Azərbaycan son 17 il ərzində qlobal müstəvidə siyasi və mak-roiqtisadi baxımdan sabit, da-vamlı və dayanıqlı iqtisadi inki-şafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı, beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi tanınır.

Ötən illərdə Azərbaycanın ayrı-ayrı şəhərlərində, paytaxt Bakıda həyatın müxtəlif sahələrinə aid beynəlxalq tədbirlər keçirilib. Bu, ilk növbədə, Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycanın beynəlxalq imicinin artması, dünyada cərəyan edən hadisələr fonunda respublikamız-da hökm sürən sabitliklə, əmin-amanlıqla bağlı olub. Belə tədbirlər, həm də ölkəmizin və xalqımızın dünyada olduğu kimi tanıdılmasın-da, erməni faşizminin Azərbaycana qarşı işğalçılıq siyasəti barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında mühüm amillərdən birinə çevrilib.

Xalqlararası və mədəniyyətlərarası dialoqu, tolerantlıq ənənələrini mü-asir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona

dəstək vermək dövlətimizin başçısının siyasətində prioritet istiqamətlərdən biri kimi diqqət çəkib. Eyni zamanda, Prezident İlham Əliyev milli mədəniyyətin, dini-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması və inkişaf etdirilərək gənc nəsillərə çat-dırılmasına xüsusi önəm verib. Məhz bunun nəticəsidir ki, son 17 ildə Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə siyasi-iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan kimi tanınıb, nüfuz qazanıb.

Bu gün Azərbaycanın rəyi, razılığı olmadan regionda hər hansı qlobal layihənin həyata vəsiqə qazana bilməməsi barədə səslənən fikirlər qətiyyən mübaliğə, şişirtmə deyil. Bu, bir reallıqdır. Bəli, Azərbaycan regionun əsas söz sahibidir. Cənubi Qafqazda reallaşdırılan qlobal layihələrin əsas təşəbbüskarıdır. Başlanğıcı ümummilli lider Heydər Əliyevdən, bu dahi şəxsiyyətin irəli sürdüyü yeni neft strategiyasından, “İpək yolu” kimi strateji qərarlardan irəli gələn tarixi reallıqları yaradan Prezident İlham Əliyev müasir dünyadakı qloballaşma və yeni geosiyasi çağırışlara əsaslanan tələblərə cavab verən siyasi, həm də mötəbər xəttin daşıyıcısıdır.

Fəaliyyətində ardıcıllıq, praq-matiklik, rasionallıq və səmimilik Azərbaycan Prezidentinin əsas xarakter göstəriciləridir. O, geniş baxışlara malik nüfuzlu siyasətçidir, dövlətçilik irsində müəyyən olunan böyük amalları faktlaşdıran, həyat gerçəklərinə çevirən qüdrətli siyasi fenomendir. Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində xalqımız, eləcə də beynəlxalq ictimaiyyət bunun bir daha şahidi oldu.

Xatırladım ki, işğalçı Ermənistan ordusunun sentyabrın 27-də təxribat törədərək, ölkəmizə hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına baş-lamağa məcbur etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Ordumuz döyüş mey-danında Ermənistanın “güclü, məğlubedilməz” ordu mifini darma-dağın etdi.

Düşmən illərdi ki, mülki əhalimizə qarşı törətdiyi müxtəlif təxribatlarla işğal ərazisini genişləndirməyə çalışırdı. Yeni bölgələr tutmaq, tapdaq altında saxlamaq iddiasını da gizlətmirdi. Azərbaycan isə hər dəfə düşmənin təxribatlarına layiqli cavab versə də, bu, ona dərs olmurdu. Lakin indiki Vətən savaşında səbr kasası daşan Azərbaycan Ermənistana biabırçı məğlubiyyət yaşatdı. Əslində, işğalçı belə bir acı nəticəni gözləmirdi. Çünki Ermənistanın siyasi və hərbi rəhbərliyi ötən 30 il ərzində güclü ordu mifini yara-daraq əhalisini aldadırdı. Bu mifi Azərbaycan Ordusu Ali Baş Ko-mandanın rəhbərliyi ilə darmada-ğın etdi və Ermənistanın qoruyub saxladığı status-kvo və təmas xəttini tamamilə dağıtdı.

Beləliklə, Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Ordumuz düşmənin uzun illər ərzində qurdu-ğu, keçilməz hesab edilən müdafiə

xətlərini qəhrəmanlıqla yardı, Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələrinı sıradan çıxartdı. İşğalçı qüvvələrə ağır zərbələr endirdi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikasını məhv etdi.

Azərbaycanın işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, ümumiyyətlə, 300-ə yaxın yaşayış məntəqəsi düşməndən təmizləndi. Nəhayət, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə idarə etdiyi Silahlı Qüvvələrin zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə yekunlaşdı.

Bu müharibədə Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olduğunu anlaya düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı. Nəticədə noyabrın 10-da Azərbaycan, Rusi-ya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoydu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını şərtləndirdi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Bu il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayon-ları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarılması qərara alındı və bu, reallaşdırıldı.

Daxili məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nəzarəti altında qayıtma-ları, hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutuldu. Ermənistan tərəfindən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verildi. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommuni-kasiyalarının inşasının reallaşdırıl-ması qərara alındı.

Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsini parlaq qələbə ilə başa çatdırmasını şərtləndirən digər bir neçə amili də diqqətə çatdırmaq istərdim. Bunlara döyüş hazırlığının bütün tələblərini yerinə yetirmək üçün şərait yaradılması, irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlandırılması, artille-riya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsi daxil edilə bilər.

Azərbaycan Silahlı Qüvvələrinin texniki üstünlükləri işğal olunmuş ərazilərdə düşmənin mühüm obyektlərini darmadağın etməyə imkan verdi. Müharibənin gedişi ərzində bunun dəfələrlə şahidi olduq.

Orduda şəxsi heyətin ruh yüksəkliyini xüsusi qeyd etməliyik. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələri təkcə silah və müa-sir texnika gücünə yox, həm də yüksək döyüş ruhu, vətənpərvərlik nümunəsi ilə möhtəşəm qələbəni reallaşdırdı. Əsgər və zabitlərimizin fiziki və qəhrəmanlıq gücü hesabı-na Şuşanın işğaldan azad edilməsi bunun bariz ifadəsidir.

Sonda bir məsələni də diqqətə çatdırmaq istərdim. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa işğal edildiyi gündən–1992-ci il mayın 9-dan ötən 28 ildə heç kimdə Şuşanın nə vaxtsa yağı tapdağın-dan xilas olunacağına şübhə yox idi. Son 17 ildə isə hamımızda o günün tezliklə gələcəyinə, dogma Qarabağımızın “döyünən ürəyinin” düşməndən azad ediləcəyinə qəti əminlik vardı. Bu inamı, ümidi Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində ordumuzun gündən-günə artan güc-qüdrəti yaratmışdı.

Sentyabrın 27-də başlayan əks-həmlə əməliyyatları ilə Silahlı Qüvvələrimiz addım-addım Şuşaya yaxınlaşırdı, bu, dövlətimizin baş-çısının dediyi kimi, uğura bir nəfəs qədər yaxın olduğumuzdan xəbər verirdi, müzəffər Ali Baş Koman-danımızın Türkiyə mətbuatına verdiyi müsahibələrin birində “Şuşa azad edilmədən bu əməliyyat tamamlanmış sayılmaz, yarımçıq qalar” - söyləməsi də bu qələbəyə yönələn ümid və əminliyimizi daha da artırırdı.

Nəhayət, noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərək dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”

Dövlətimizin başçısı müraciətində, həmçinin bu qədim şəhərimizin Azərbaycan tarixində xüsus yer tutduğunu, azərbaycanlıların əsrlərboyu burada yaşayıb-yaratdıqlarını bildirdi. Prezident daha sonra əlavə etdi ki, Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi, məscidlərimizi

dağıtdı, təhqir etdi. Biz indi Şu-şaya qayıtmışıq. Bütün tarixi abidələrimizi, məscidlərimizi bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir: “Bir neçə il bundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır”.

Azərbaycan Preziden-ti müraciətində, həm də xalqa Şuşanın işğaldan azad edilməsi müjdəsini verməsini həyatında bəlkə də ən xoşbəxt günlərindən biri olduğunu bildirdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Sonda bir daha qeyd etmək istərdim ki, 44 günlük möhtəşəm uğur son 17 ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna verdiyi önəmin məntiqi nəticəsi idi. Yeri gəlmişkən, hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zama-nı Prezident İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda

duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Bütün sahələrdə olduğu kimi, bu məsələdə də verdiyi vədə sadiq qalan dövlətimizin başçısı ötən dövrdə müasir döyüşlərin aparılmasında mühüm əhəmiyyət daşıyan hərbi texnikanın alınma-sını, son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahların hərbi arsenala daxil edilməsini yüksək səviyyədə gerçəkləşdirmişdi. Bir sözlə, Silahlı Qüvvələrimizin döyüş imkanları tamamilə modernləşdirilmişdi.

Qələbənin əldə edilməsində isə ən önəmli amil Silahlı Qüvvələrimizdəki ruh yüksəkliyi, xalq-Prezident-ordu vəhdəti olub. Bu, Azərbaycana qarşı baş-lanan hücum əməliyyatlarının ilk günlərindən minlərlə gəncin orduya könüllü kimi yazılmasında, dinc insanların təxribatlar zama-nı evlərini tərk etməmələrində özünü göstərib. Bu, döyüşlər getdiyi dövrdə Azərbaycan Pre-zidenti cənab İlham Əliyevin hər gün özünün rəsmi “Twitter” səhifəsində, xarici televiziya kanallarına verdiyi müsahibəsində hadisələrin gedişatı ilə bağlı xalqa məlumat verməsində, ordumuzun nailiyyətlərini vətəndaşlarımızın diqqətinə çatdırmasında özünü büruzə verib. Bu, eyni zamanda, Azərbaycanı bütün dünyaya güclü orduya malik bir dövlət, xalq-Prezident vəhdəti yaşanan bir respublika kimi tanıdıb.

Eldar QULİYEV, Milli Məclisin deputatı,

Ağsaqqallar Şurasının sədri, professor

Azərbaycan Prezidenti uğurlarımızın təminatçısıdır

Xalqın yekdil dəstəyi ilə 2003-cü ilin oktyabrında Azərbaycan Prezidenti seçilən İlham Əliyev üzərinə son dərəcə böyük məsuliyyət götürdü. O həm dövlətin rəhbəri, kifayət qədər çətin və mürəkkəb

şəraitdə ölkəni, xalqı inkişafa aparan lider, həm də onu hərtərfli şəxsiyyət kimi yetişdirmiş, bacarığına, idarəçilik qabiliyyətinə böyük ümidlər bəsləyən ulu öndər Heydər Əliyevin arzularının və ideyalarının davamçısı kimi müqəddəs bir vəzifəni qarşısına əsas məqsəd kimi qoydu.

Düzdür, erməni vəhşiliyindən xəbər verən bütün bu xaraba-lıqlar tezliklə aradan qaldırıla-caq, düşmən vandallığı tarixin səhifələrində yaşayacaq, gələcək nəsillərə ötürüləcək. Amma təəssüfləndirici hal odur ki, bü-tün bu naqisliklər illər ərzində beynəlxalq təşkilatların gözü önündə baş verib. Heç kim səsini çıxartmayıb, Ermənistanın işğalçı, barbar hərəkəti qarşısında susma-ğa, biganə münasibət sərgiləməyə üstünlük verib.

Halbuki belə olmamalı, nüfuzlu dövlətlər tərəfindən kəskin cavablar səsləndirilməli idi. Prezident İlham Əliyev müsahibələrinin birində bu barədə ətraflı danışaraq, Küveytin beynəlxalq aləmdə tanınan ərazisi İraq tərəfindən işğal ediləndə, hərbi cinayətlər törədiləndə, etnik təmizləmə aparılanda qəsbkara qaşı sanksiyalar tətbiq edildiyini bildirib: “Ermənistana münasibətdə də bu cür sanksiyalar tətbiq edilməli idi. Mən əminəm ki, hətta bu sanksiyalardan biri tətbiq olunsa

idi, münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi iradə və istək yox idi. Çox ehtimal ki, belə bir mövqeyə üstünlük verilirdi – təki vəziyyət daha da kəskinləşməsin, gəlin hər şeyi olduğu kimi saxla-yaq”.

Təkcə elə bu məqamdan da aydın görünür ki, Ermənistan və onun havadarları tərəfindən uzun illər ərzində mövcud problemin həllinin ləngidilməsinin əsas səbəbi dünya güclərinin bu haqsızlı-ğa, ədalətsizliyə laqeyd, biganə münasibətidir. Belə bir halda Azərbaycan öz qanuni hüququn-dan istifadə etməyə, münaqişəni hərbi yolla, BMT Nizamnaməsi

tərəfindən bizə verilən özünümüdafiə prinsipi əsasında aradan qaldırmağa məcbur oldu. Nəticədə böyük qələbəmiz real-laşdı.

Dövlətimizin başçısı xalqa müraciətində də bu məqamı xüsusi vurğulayıb: “Yəqin, Azərbaycan xalqı xatırlayır, son 3-4 il ərzində mən öz çıxışlarımda dəfələrlə demişdim ki, dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək.

Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Or-dusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazan-

mışıq, torpaqlarımızı işğalçılardan azad etmişik”.

İşğaldan azad edilən yaşayış məntəqələrimizdə qısa müddətdə vandal ermənilər tərəfindən dağı-dılan infrastruktur bərpa ediləcək. Şuşa, Kəlbəcər, Laçın və digər ra-yonlarımızda dağıdılan məscidlər, tarixi abidələri, məktəblər yenidən bərpa olunacaq. Şuşa işğaldan öncə olduğu kimi, Azərbaycanın yenidən əsas turizm mərkəzinə çevriləcək. Yağı tapdağından qur-tulan torpaqlarda kənd təsərrüfatı inkişaf etdiriləcək.

Mətbuatdan oxumuşam ki, dövlətimizin başçısı tərəfindən işğaldan azad edilən yaşayış sahələinin abadlaşdırılması,

tikinti-quruculuq işlərinin aparıl-ması üçün yeni böyük Baş planın hazırlanması ilə bağlı müvafiq göstərişlər verilib. Həmin plan tərtib edilib təsdiqlənəndən sonra hər bir şəhərdə inzibati və ictimai binala-rın, məktəblərin, tibb ocaqlarının və infrastrukturun yaradılmasına baş-lanılacaq. Küçələr, parklar, xiya-banlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və coşğun həyat qayıdacaq.

Bəli, Prezident, Ali Baş Koman-dan cənab İlham Əliyevin vurğu-ladığı kimi, yenə də Azərbaycan vətəndaşları bu tarixi torpaqları-mızda yaşayacaq, qurub- yara-dacaqlar. Amma bugünkü tarix heç vaxt unudulmayacaq. Bu dağılmış, yandırılmış evlər, viran qoyulmuş kənd və şəhərlər erməni vəhşiliyinin canlı şahidləridir. Bu evlərdə, bu şəhərlərdə yaşayacaq insanlarımızın Vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz gülüs-tana çevriləcək.

Cəlil BAXŞIYEV, YAP Lerik rayon

təşkilatının sədri

Azad edilən torpaqlarımız tezliklə gülüstana çevriləcək

Vətən müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. İndi işğaldan azad

edilən kənd və şəhərlərimizin videogörüntülərinə baxanda adam dəhşətə gəlir. Dövlətimizin başçısının vurğuladığı kimi, sanki bu yerlərdən vəhşi bir qəbilə keçib. Bütün infrast-ruktur dağıdılıb, salamat bir bina belə saxlanılmayıb, yerüstü və yeraltı sərvətlərimiz talan olunub, tarixi-dini abidələrimiz barbarcasına yerlə-yeksan edilib.

24 dekabr 2020-ci il, cümə axşamı8

Page 9: TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR ...xalqqazeti.com/pdf/SAYT-24.pdf · oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını

24 dekabr 2020-ci il, cümə axşamı 9

– Yaqub müəllim, tariximi-zin önəmli və parlaq dövrünü yaşayırıq. Uzun illərdir erməni işğalı altında qalan qədim torpaqlarımız 44 gün davam edən müharibə nəticəsində azad olundu. Düşmən üzərində böyük qələbə qazandıq. Tarixçi-alim, vətənpərvər ziyalı kimi bu günləri necə dəyərləndirirsiniz?

– Son 200 ildə ilk dəfədir ki, erməni işğalçıları Azərbaycan tor-paqlarından rüsvayçılıqla qovuldu! Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi zamanı 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşanın azad olunduğu gün Prezidentimiz tərəfindən tariximizə Zəfər günü kimi təsbit edildi. Azərbaycan, Rusiya liderlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata görə isə Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən azad edildi. Prezidentimizin Ali Baş Komandanlığı altında ordu-muz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qaraba-ğımızı qısa zamanda azad etdi! Beləliklə, Vətən müharibəsi no-yabrın 10-da tarixi qələbə ilə başa çatdı. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi! Qərbi Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinin türk dünyasını coğrafi baxımdan parçaladığını dərindən bilən Prezi-dentimiz Naxçıvanla ölkənin əsas hissəsini birləşdirən yolun tikintisinə dair razılaşmaya da nail oldu.

Erməni təcavüzkarlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması və 1 milyondan çox qaçqınımızın doğma torpaqla-rına qaytarılması Prezident İlham Əliyevin xarici siyasətində başlıca vəzifə idi. Ölkə başçısı öz müdrik, qətiyyətli və cəsarətli siyasəti ilə doğma xalqını bu sahədə də tarixi qələbəyə qovuşdurdu! Prezidenti-miz “Dağlıq Qarabağ problemi”ni çözdü! O, ermənilərin Dağlıq Qa-rabağın statusu ilə bağlı iddialarını gündəlikdən çıxararaq, onların “Artsax” layihəsini darmadağın etdi!

Ermənistan uzun illər ərzində

öz ordusu haqqında miflər yara-dırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir za-man barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcək. 2020-ci il noyabrın 10-da dövlətimizin başçısının Ali Baş Ko-mandanlığı altında ordumuz tarixi qələbə qazandı. Mənfur düşmən isə torpaqlarımızdan qovuldu. Beləliklə, insan qanına susayan erməni vandalları layiq olduqları cəzanı aldılar!

– 30 ilə yaxın işğal dövründə Azərbaycan Qarabağla bağ-lı siyasətində bir addım belə geriləmədi. İstər ulu öndər Heydər Əliyevin dövründə, istərsə də Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində aparılan siyasət öz bəhrəsini verdi, tor-paqlarımız işğaldan azad olundu.

– Bu missiyanın əsası ulu öndər tərəfindən qoyulmuşdu. O, bütün çıxışlarında qaçqın və məcburi köçkünlərin mütləq öz torpaqlarına qayıdacağı-nı, erməni qəsbkarlığının uzun sürməyəcəyini dönə-dönə bildi-rirdi. Hər şeyin zamana ehtiyacı olduğunu vurğulayırdı. Aydın məsələdir ki, yaxın keçmişdə yurdumuzda daxili vəziyyət bugünkündən tamamilə fərqli idi. Sabitlik yaratmaq lazım idi. İşğalçı ermənilərin və onların havadarla-rının ölkəmizə qarşı təcavüzünə duruş gətirmək, Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək, vətəndaş müharibəsinin qarşısını almaq üçün, bir sözlə, yurdumuzu “olum ya ölüm!” çarpışmasından zəfərlə çıxarmaqdan ötrü, zərurət yaran-dıqda, qəti və sərt addımlar atmaq, keçid dövrünün qanunlarına uyğun siyasət yeritmək lazım idi. Ulu öndərimiz Heydər Əliyev məhz belə də etdi. Azərbaycan məhv olmaqdan xilas edildi. Xalqımız Qurtuluş savaşında qalib gəldi!

Şübhəsiz ki, bu gün ulu öndərin, şəhidlərimizin ruhları şad-dır! Prezident İlham Əliyev Şuşa azad olunanda Heydər Əliyevin məzarını ziyarət etdi, həm hesa-bat verdi, həm də borcunu yerinə yetirdi. Ardınca Şəhidlər xiyabanın-

dan Prezidentimizin Azərbaycan xalqına müraciəti qələbənin lap yaxında olduğunu göstərdi. O, ulu öndərin vəsiyyətini yerinə yetirərək, Qarabağı bütünlüklə işğaldan azad etdi! Beləliklə, Prezidentimiz başda olmaqla Azərbaycan xalqı yeni tarix yazdı! Biz tarixçilər həmişə bir arzumuzu dəfələrlə bəyan etmi-şik: “Gün o gün olsun ki, sevimli Prezidentimiz Azərbaycan tarixinə Qarabağımızı azad edən xilaskar Prezident kimi daxil olsun!” Və o gün gəldi! Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinə Qara-bağı azad edən xilaskar Prezident kimi daxil oldu!

Qələbəyə gedən yol ulu öndər Heydər Əliyevin siyasi varisinə vəsiyyəti ilə başlandı. Ulu öndər 2003-cü ildə müalicə olunduğu Klivlend Klinikasından Azərbaycan xalqına müraciətində bu sözləri bildirirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale-yüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

– 44 günlük müharibə nəinki döyüş meydanında, həm də informasiya məkanında aparıldı. Dövlət başçısı döyüşlərə koman-danlıq etməkdən savayı, eyni zamanda dünyanın ən nüfuzlu telekanallarına, mətbuat orqanla-rına 30-dan çox müsahibə verdi. Bununla ermənilərin həm də informasiya manipulyasiyasına ciddi zərbə vuruldu.

– Prezident İlham Əliyev, hər şeydən əvvəl, çoxlarına nəsib olmayan nadir bir siyasi məktəbin – dahi Heydər Əliyev dövlət idarəçiliyi məktəbinin yetirməsidir. Bu məktəbdə o, dahi siyasətçidən məğlubedilməzlik dərsi almış, onun siyasət dünyasının bütün incəliklərinə yiyələnmiş, eyni zamanda, atasına qarşı baş vermiş haqsızlıqlar, təqiblər və xəyanətlərin də şahidi olmuşdur. Təkcə şahidi olmaqla qalmayıb çox gənc yaşlarından dahi rəhbərin üzləşdiyi haqsızlıqlara, xəyanətlərə qarşı mübarizəyə qalxmış, doğma xalqına xidmət etmək üçün atası ilə birlikdə çiyin-çiyinə addımlamış, onun ən yaxın silahdaşı olmuş, şərəfli mübarizə yolu keçmişdir. Bundan əlavə, Prezident İlham Əliyev ulu öndərin yolu ilə gedərək mükəmməl siyasi təhsil almışdır.

Onların hər ikisi, həm ata, həm də oğul doğma Vətənin və dünyanın tarixini öyrənməyə xüsusi maraq göstərmiş, dərin və hərtərəfli tarixi biliklərə yiyələnmişlər: ata - Heydər Əliyev Bakı Dövlət Universiteti-nin tarix fakültəsini bitirmiş, oğul - İlham Əliyev isə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almış, elmi tədqiqat işləri apar-mış, dissertasiya müdafiə etmiş-dir. Beləcə, Azərbaycan xalqına başçılıq edən və müasir dünyanın görkəmli dövlət xadimi olan Pre-zident İlham Əliyev dərin nəzəri biliklərə və Heydər Əliyevin dövlət idarəçiliyi praktikasına yiyələnmiş peşəkar siyasətçidir.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz prinsipial mövqeyini hələ Avropa Şurasının Parlament Assamb-leyasındakı fəaliyyəti zamanı nümayiş etdirmişdir. Azərbaycanın

bu məsələdə haqlı və ədalətli tərəf olduğunu, ölkəmizin təcavüzə məruz qaldığını, 20 faizdən çox torpaqlarımızın işğal olunduğunu, 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvasından didərgin salındığını Avropa cəmiyyətinə, bütün dün-yaya çatdırmaqda İlham Əliyev misilsiz rol oynamışdır. Son 17 ildə Prezidentin birbaşa himayəsi ilə İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında və digər nüfuzlu beynəlxalq təşkilatlarda Qarabağın Azərbaycan torpa-ğı olduğu təsbit olunmuşdur. İkinci Qarabağ müharibəsi za-manı da biz dövlət başçısının Azərbaycanın haqlı mövqeyini sarsılmaz inamla, yüksək intellek-tual cavablarla necə dəqiq müdafiə etdiyinin və xarici auditoriyaya hansı təkzibedilməz arqumentlərlə çatdırdığının şahidi olduq. Hətta içlərində erməni lobbisinə xidmət edən bəzi jurnalistlərin təxribatçı suallarına, işğalçıları açıq şəkildə müdafiə edən və peşə etikasına sığmayan suallarına belə təmkinlə, arqumentlərlə ən yüksək səviyyədə cavablar verdiyini qürurla izlədik.

Bizim Prezidentimiz bütün dünyaya bəyan etdi ki, ermənilər Cənubi Qafqaza XIX əsrin əvvəllərindən başlayaraq köçürülüb gətirilmişlər. Bu gün Ermənistan adlanan dövlətin yerləşdiyi ərazi də tarixi Azərbaycan torpaqlarıdır, keçmiş İrəvan xanlığının ərazisidir, bizim ərazimizdir. Biz ermənilərə öz torpaqlarımızda ikinci erməni dövləti yaratmağa imkan vermədik! Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır” bəyanatı danışıq-lara ciddi zərbə vurdu və nəticədə müharibə başladı. Sərsəm bəyanatlar verən Nikol Paşinyan küçədən gələn bir adamdır və o, Soros tərəfindən idarə olunur.

– Məlumdur ki, ermənilər nəinki indiki Ermənistan ərazisində, hətta Qarabağda da toponimlərimizi dəyişdiriblər. Bundan əlavə, Azərbaycanın tarixi abidələrinin bir çoxu məhv edilib. Bu da soyqırımının bir növüdür. Təkcə bu fakt onla-rın zorla tutduqları torpaqları qaytarmaq niyyətindən tamamilə uzaq olduğunu sübut etmirdimi?

– Erməni təcavüzkarları keçmiş İrəvan xanlığının ərazisində, Zəngəzurda və başqa yerlərdə olduğu kimi, Qarabağ-da da Azərbaycan toponimlərini erməniləşdiriblər. Təsəvvür edin ki, indiyədək qondarma “Dağlıq Qarabağ Respublikası” parla-mentinin qərarları ilə 120-dən çox azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilib. Amma Prezi-dent İlham Əliyev 2020-ci ildə ilk dəfə olaraq ermənilərin 100 ildən çox davam edən vandalizm ssenarisini darmadağın etdi. Ölkə başçımız erməni faşizminə qarşı Vətən müharibəsinin - İkinci Qa-rabağ müharibəsinin gedişindəcə Azərbaycanın işğaldan azad edilən ərazilərinin tarixi adlarını bərpa etməyə başladı və o, Madagizi Su-qovuşan, Vəngi Çinarlı, Tsakurini isə Hünərli adlandırdı.

Ermənilərin qədim toponimlərimizi dəyişdirməsi onla-rın xəbis niyyətini və bu torpaqları uydurma “Böyük Ermənistan”ın tərkib hissəsi kimi gördüyünü

təsdiqləyir. Azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə çoxsaylı soyqırımları, kütləvi qırğınlar və deportasiyalar həyata keçirmiş erməni millətçiləri, eyni zaman-da, minlərlə tarixi abidələri, nadir maddi və mənəvi mədəniyyət əsərlərini, məscidləri, minarələri, qəbiristanlıqları yerlə-yeksan etmiş, tarixi adlara qarşı mənəvi soyqırımı törətmişlər. Erməni millətçilərinin indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus mənəvi sərvətlərə qarşı davamlı olaraq həyata keçirdikləri soyqırımı nəticəsində minlərlə tarixi ad dəyişdirilərək erməniləşdirilib.

Erməni vandalları keçmiş İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində Azərbaycan xalqına məxsus 300-dən çox məscidi, qəbiristanlıqları, çoxsaylı tarixi abidələri yerlə-yeksan ediblər. Hazırda erməni vandallarının törətdiyi vəhşilikləri

işğaldan azad edilən Qarabağ torpağında da görürük. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz, inək saxlanılıb. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün İslam aləminə ən ağır təhqirdir.

– Bu müharibə həm də dövlətimizin xarici siyasətinin də qalib olduğunu göstərdi. Ermənistanın indiki iqtidarı bü-tün diaspor və lobbi resurslarını işə salaraq Azərbaycana qarşı təxribat aparmağa, dünyanı üzərimizə qaldırmağa cəhd etdi. Lakin bu sahədə də fiaskoyla üzləşdilər. Səbəbləri nədə görür-sünüz?

– Ötən illər ərzində Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət potensialı çox çətin sınaq-lardan çıxdı. Ölkəmizin başçısı dahi dövlət xadimi Heydər Əliyevin dərindən-dərinə ölçüb-biçərək uzun müddət üçün hazırladığı və heç bir alternativi olmayan xari-ci siyasət strategiyasını zərgər dəqiqliyi ilə həyata keçirdi. Ağır çətinliklərlə qarşılaşdı, lakin yolun-dan dönmədi və qələbə çaldı. Bəzi dövlətlər Heydər Əliyevdən sonra Azərbaycanı asılı vəziyyətə salmaq üçün yeni-yeni cəhdlər göstərsələr də, İlham Əliyevin qətiyyətli, prinsipial və cəsarətli gedişləri nəticəsində geri çəkilməyə məcbur oldular. Azərbaycanı tutdu-ğu yoldan döndərə bilmədilər. Müstəqil Azərbaycan Respubli-kası heç bir dövlətin forpostuna çevrilmədi. Azərbaycan qonşu ölkələrlə balanslaşdırılmış xarici siyasət yürüdür. Azərbaycan-Türkiyə münasibətləri “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq uğurla inkişaf edir. Biz bunun bariz nümunəsini qardaş Türkiyənin Azərbaycana ən yüksək forma-da mənəvi-siyasi dəstəyində gördük. Bundan əlavə, Prezi-dentimiz Rusiya Federasiyası ilə də strateji tərəfdaşlığı yüksək səviyyəyə qaldırıb. Azərbaycan ilə Gürcüstan arasındakı qonşu-luq və dostluq münasibətləri ağır imtahanlardan çıxdı, indi yüksək səviyyədədir. İranla da, dostluq münasibətlərimiz davam etdirilir və inkişaf etməkdədir. Dövlət başçımı-zın uğurlu xarici siyasəti sayəsində Azərbaycana Vətən müharibəsində Türkiyə, Pakistan, Əfqanıstan və başqa ölkələr mənəvi dəstək göstərdilər. Qoşulmama Hərəkatına üzv dövlətlər bizə siyasi dəstəklərini verdilər. Həm də bu bizim haqq işimiz idi. Ona görə də Paşinyan iqtidarının beynəlxalq ictimaiyyəti aldatmaq təşəbbüsləri iflasa uğradı. Məlumdur ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini iş-ğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollek-tiv şəkildə müdafiə etmək hüququ verilir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanı-nan öz ərazisində keçirdi. BMT Təhlükəsizlik Şurası, BMT Baş As-sambleyası, Qoşulmama Hərəkatı,

Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün pozulmasını və erməni faşizminin ölkəmizə qarşı təcavüz aktını təsdiqləyən qətnamələr qəbul ediblər. Avropa İttifaqı ilə bizim aramızda paraflan-mış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bu gün dünya Azərbaycanla əməkdaşlığa can atır. Dünya ölkələri, o cümlədən böyük dövlətlər Azərbaycana etibarlı, sabit və götürdüyü bü-tün öhdəliklərə sadiq tərəfdaş kimi böyük hörmətlə yanaşır. Bunun nəticəsidir ki, 2011-ci ildə Azərbaycan dünyanın 155 dövlətinin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-da-imi üzv seçildi. Bu, qısa zaman kəsiyində qazanılmış çox böyük nailiyyətdir. Əslində nailiyyət yox,

sıçrayışdır. Bu sıçrayış ölkə başçı-sının çox böyük qələbəsidir!

Prezident İlham Əliyevin yorul-maz və məqsədyönlü fəaliyyəti ay-dın sübut edir ki, böyük öndərimiz Heydər Əliyev kimi, o da bu sahəni - xarici siyasəti daim diqqət mərkəzində saxlayır, Azərbaycanın beynəlxalq əlaqələrini məharətlə tənzimləyir, ölkəmizdə uğurlu - milli maraqlarımıza cavab verən xarici siyasət yeridilməsinə üstünlük verir. Başqa sözlə, yaşadığımız dünyada müstəqilliyimizin və milli mənafeyimizin qorunub saxlanıl-masında xarici siyasət aparıcı rol oynayır. Bu, artıq qeyd etdiyimiz kimi, Azərbaycanın bütün tarixi boyunca təkrar-təkrar sübut olun-muş, dəfələrlə sınaqlardan çıxmış tarixi həqiqətdir. İnkarolunmaz həqiqətdir! Əbəs yerə deyil ki, Pre-zident İlham Əliyev həmişə xüsusi olaraq vurğulayır: Azərbaycan öz milli maraqlarına uyğun və ma-raqlarının qorunmasına yönəlmiş xarici siyasət həyata keçirir. Bu cür praqmatizm Azərbaycanımıza hava-su kimi gərəkdir!

Azərbaycan xalqına başçı-lıq edən Prezident İlham Əliyev yaşadığımız sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlayır, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoru-yur. Ölkə başçımız müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlayır, öz Vətənini həyatın bütün sahələrində qələbədən-qələbəyə qovuşdurur. Dünya bu gün müasir inkişafın Azərbaycan modeli ilə maraqlanır. Bu modelin müəllifi dövlətimizin başçısı İlham Əliyevdir. Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin - Qurucu Prezidentin inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir!

–Yaqub müəllim, AMEA Tarix İnstitutu milli məsələlərimiz, xüsusilə uydurma erməni iddia-larına qarşı kifayət qədər sanbal-lı işlər ortaya qoyub. Möhtəşəm qələbəmizin tarixləşdirilməsi ilə bağlı qarşıda hansı planlarınız var?

–Mən ulu öndər Heydər Əliyevin unudulmaz bir vəsiyyətini dönə-dönə yada salıram, o, dəfələrlə deyirdi ki, biz son 200 ilin tarixini yenidən öyrənməliyik. Ulu öndərimiz XIX-XX əsrləri, xüsusən Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonrakı tarixi nəzərdə tuturdu. Bu tarix Azərbaycanın ikiyə bölünməsi tarixi, xalqımızın məhv edilməsi siyasəti tarixi və soyqırımlar tarixidir. Prezident İlham Əliyev

bu vəsiyyəti yerinə yetirərək, Tarix İnstitutunun elmi istiqamətini son 200 ilin tarixinin yenidən yazıl-masına, Azərbaycan tarix elminin saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsinə yönəltdi. 2004-cü ildə Tarix İnstitutunun rəhbərliyinə gələndə dövlət başçısı tərəfindən qarşımıza bir sıra ciddi vəzifələr qoyuldu. Tarix İnstitutunun bütün elmi potensialı bu vəzifələrin icra-sına yönəldildi. Əgər bu gün İrəvan məsələsi ilə bağlı konseptual baxı-şımız varsa, bu, Azərbaycan Prezi-dentinin xidmətidir. Eyni zamanda, qarşımıza qoyulan vəzifələr sıra-sında İrəvan, Qarabağ və Naxçı-vanın tarixinin yenidən yazılması, soyqırımları tarixi və erməni van-dalizminin araşdırılması da var idi. Bütün bunların hamısı Azərbaycan Prezidentinin millətimiz və ta-rix elmi qarşısında konseptual xidmətləridir. Sübut edildi ki, ermənilər Cənubi Qafqazın abori-gen etnosu deyil və Azərbaycana

çar Rusiyası tərəfindən XIX əsrdə köçürülüb gətiriliblər. İnstitut-da ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, ilk “Azərbaycan tarixi atlası”, Qaraba-ğın, Naxçıvanın, İrəvan xanlığının, xalqımıza qarşı soyqırımlarının, itirilmiş torpaqlarımızın tarixinə dair onlarla qiymətli tədqiqatlar, sənədli filmlər işıq üzü görüb və bu tədqiqatlar müxtəlif dillərə tərcümə edilərək dünyanın apa-rıcı ölkələrində yayılıb. Bu elmi problemlər ətrafında yazılan silsilə əsərlərə görə Prezidentimiz bir sərəncamla Tarix İnstitutunun 13 nəfər alimini Azərbaycanın Dövlət Mükafatına layiq gördü. Dövlət başçısı Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyanın başçılıq etdiyi soy-qırımı cəlladlarının cəsədlərinin qalıqlarını Bakının mərkəzindən şəhər qəbiristanlığına köçürtməklə şüurlarda inqilab etdi. Mən Prezi-dentin bu addımını Nikolay Koper-nikin kəşfinə bənzədirəm. Bunlar onu göstərir ki, Prezident İlham Əliyev tarix elminin zərgər dəqiqliyi ilə bilicisidir və ərsəyə gələn elmi araşdırmalar bilavasitə onun prinsipial mövqeyinin nəticəsidir. Qarşıda Tarix İnstitutunun görəcəyi çox mühüm işlər var. Azərbaycan dövlətinin, Azərbaycan xalqı-nın bu haqq savaşının, ədalətli müharibəsinin və möhtəşəm qalibiyyətinin əbədiləşdirilməsi istiqamətində olduqca mühüm planlarımız var. İnstitut “Erməni faşizminə qarşı Vətən müharibəsi: Qarabağın işğaldan azad edilməsi” adlı tarixi xronoloji salnamə, “Erməni faşizminə qarşı Vətən müharibəsi: Qarabağın işğaldan azad olunması”, “Azərbaycanın Qarabağ bölgəsindən çıxmış tarixi şəxsiyyətlər”, “Qarabulaq - Füzuli”, “Qarabağ Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biridir”, “Çar Rusiyasının Azərbaycanın Qarabağ bölgəsində erməni dövləti yaratmaq siyasəti” adlı kitablar və “Erməni faşizminə qarşı Vətən müharibəsi: Qarabağın işğaldan azad edilməsi” adlı sənədli televizi-ya filmləri hazırlayacaq.

– Paytaxtımızda möhtəşəm şəkildə keçirilən Zəfər paradı, keçirdiyiniz hisslər və bu barədə düşüncələriniz oxucularımız üçün də maraqlı olar...

– Bu suala görə Sizə ayrıca təşəkkürümü bildirirəm. Müstəqillik dövründə Azadlıq meydanında keçirilmiş iki paradda həyatımın ən xoşbəxt günlərini yaşamı-şam. Bundan əvvəl – 2018-ci ildə tarixi paytaxtımız Bakının yağı düşmənlərimizdən azad olunması-nın 100 illiyinə həsr olunmuş parad yaddaşımda – könül dünyamda dərin iz buraxıb. O Parad zamanı Azadlıq meydanının tribunaların-dan birində idim. Qarşımızdan Qaf-qaz İslam Ordusu və Azərbaycan Milli Ordusunun əsgər və zabitləri başları üzərində hilallı bayraqla-rımızı dalğalandıra-dalğalandıra şanlı qələbə qüruru ilə keçirdilər. Hökumət tribunasında isə Azərbaycanımızın və Türkiyəmizin liderləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan yanaşı durub sanki bütün dünyaya, o cümlədən xalqımızın düşmənlərinə bəyan edirdilər: Baxın, 1918-ci ildə olduğu kimi, 100 il sonra 2018-ci ildə də biz yenə bir yerdəyik. Biz bir millət, iki dövlətik. Ulu öndərimiz Heydər Əliyevin vəsiyyətinə əməl edərək həmişə bir yerdə olacağıq!

(ardı 10-cu səhifədə)

Ali Baş Komandan İlham Əliyev tariximizə Qarabağın xilaskarı kimi daxil oldu

AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Xalq qəzeti”nə müsahibə verib. Müsahibəni təqdim edirik.

Page 10: TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR ...xalqqazeti.com/pdf/SAYT-24.pdf · oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını

(əvvəli 9-cu səhifədə)

10 dekabr 2020-ci il paradı mənim üçün müqəddəs bir hadisədir. Ona görə ki, 2018-ci ildə olduğu kimi 10 dekabr 2020-ci ildə biz yenə bir yerdəydik! Başla-rının üzərində hilallı bayraqlarımız dalğalanan ordularımız yenə qoşa addımlayırdı! Tək millətimizin iki dövlətinin liderləri yenə birlikdəydilər. Qalib Azərbaycan ordusunu birlikdə salamlayırdı-lar. Yenə dünyaya, o cümlədən düşmənlərimizə bəyan etdilər: Biz həmişəki kimi yenə birlikdəyik və daim birlikdə olacağıq! Bizi bir-birimizdən ayıra bilməyəcəksiniz!

Xalqımızın ürək duyğularını ifadə edən və şahidi olduğum bir hadisə heç yadımdan çıxmır.

...2012-ci ilin payız günlərindən biri idi. İki qardaş dövlətin liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan xanımları ilə birlikdə Şəkiyə gəlmişdilər. Şəkinin tarixi yerləri ilə tanış olurdular. Mən də müşayiət edənlərin sırasındaydım. Dövlət başçıları Aşağı Karvan-sara ilə tanış olub Mirzə Fətəli

Axundzadə küçəsinə çıxarkən bir hadisə Prezident İlham Əliyevin nəzərindən yayınmadı. Qarşıdan – dağın dibindən bizə tərəf uza-nan küçənin başlanğıcına toplaş-mış insanlar dövlət başçıları ilə görüşməyə can atır, polis nəfərləri isə onları saxlamağa çalışırdılar! Bunu görən Azərbaycan Prezi-denti camaata sarı addımladı və mühafizəçilərə göstəriş verdi: buraxın gəlsinlər! Həyəcanla dolu bir mənzərə baş verdi. Sel kimi bizə sarı axışan insanlar liderləri ətrafına toplaşdılar. Kütlənin içərisindən bir ağbirçək irəli çıxıb bizim Prezidentə yaxınlaşdı və bir nəfəsə dedi: Bizim Sizə söyləyəsi başqa bir dərdimiz yoxdur. Sizin iki-nizi də birlikdə görmək istəyirdik ki, hamımızın bir arzusunu çatdıraq! Övladlarım, amandır bir-birinizdən ayrılmayın! Bugünkü kimi həmişə bir yerdə olun! Allah Sizi ayırmasın! Düşmənlərin də gözləri kor olsun!

Fikrimcə, bu gün şəkili ağbirçəyin tək millətimizin ürək duyğularını ifadə edən arzusunun çin olduğu gündür!

Sualınıza cavab olaraq tarixçi

ziyalı kimi bu paradı müşahidə edərkən böyük qələbəmizlə bağlı bəzi düşüncələrimi də səsləndirmək istərdim.

10 dekabr paradı 1813-cü və 1828-ci il faciələrindən sonra dövlətçilik tariximizin ilk böyük Qələbə paradıdır! Zəfər paradıdır!

Zəfər Günü və Zəfər paradı xalqımız üçün ən əziz gündür. Ona görə ki, Ali Baş Komandanın baş-çılıq etdiyi müzəffər Azərbaycan Ordusu tarixdə ilk dəfədir ki, həmişə havadarlarına arxalanaraq torpaqlarımıza yiyələnə-yiyələnə irəliləyən erməni faşizmini rüsvay-çı məğlubiyyətə uğratdı. Sübut olundu ki, havadarları olmadıq-da erməni faşizmi Azərbaycan xalqının, Azərbaycan Ordusunun qarşısında heç nədir!

44 gün davam edən Vətən müharibəsi Azərbaycan üçün ağır sınaq idi. Bu ağır sınaq günlərində dost-düşmən çox aydın göründü. Dünya tarixinin və siyasətinin dahi bilicisi, Sovet İttifaqı kimi nəhəng dövlətin rəhbərlərindən biri zirvəsinə ucalmış Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı

cəbhədə, döyüş meydanlarında sınaqdan çıxdı. Azərbaycan və Türkiyə daim birlikdə olmalıdır! Bunun alternativi yoxdur.

Azərbaycan və Türkiyə elə hərbi-strateji məkanda, elə əhatədədir ki, bizim iki dövlətimizin sülh şəraitində yaşaması üçün ən müasir, ən güclü ordusu olmalıdır. 44 günlük Vətən müharibəsi bunu sübut etdi. Dədəmiz Qorqud bizə vəsiyyət edib: “Qarı düşmən dost olmaz”. Bunu heç zaman unutma-malıyıq!

Biz ona görə qalib gəldik ki, 44 günlük müharibədən əvvəl Prezident İlham Əliyevin başçılığı ilə informasiya müharibəsində, o cümlədən elmi-informasiya müharibəsində düşmənə qələbə çalmışdıq. İnformasiya müharibəsi bundan sonra da davam edəcək, fikrimcə bəzi hallarda daha da kəskinləşəcək. Bunu unutmama-lıyıq!

Vətən müharibəsində qələbəmizin ən mühüm nəticələrindən biri də Prezident İlham Əliyevin xüsusi səyləri nəticəsində Cənubi Qafqa-

zın beynəlxalq münasibətlər tarixində dönüşün və ya yeni dövrün başlanmasıdır. Regionu-muzun problemlərinin həllində qardaş Türkiyənin rolunun artma-sı, Naxçıvan dəhlizinin açılması ilə bağlı razılaşma Türk-İslam tarixinin gələcəyi üçün çox böyük nailiyyətdir.

Şimal qonşumuz Rusiya ilə əlaqələrimizin sahmanda olması Azərbaycan üçün çox gərəklidir. Prezident Putinin müasir dünyanın reallıqlarını nəzərə alaraq, çar Ru-siyası və bolşevik rejiminin ənənəvi anti-Azərbaycan siyasətindən uzaqlaşaraq Azərbaycan və Türkiyə ilə yaxınlaşma siyasətinə üstünlük verməsi nəzərə çarpır. 44 günlük Vətən müharibəsinin gedişində bu göründü.

Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Rusiya ilk addımını atdı. Əlbəttə, ATƏT-in Minsk qrupunun üzvü olan Rusiya üçün bu addım asan addım deyildi.

Ordular müdrik, qətiyyətli və qorxmaz sərkərdələri olduqda qalib gəlir. 44 günlük müharibədə doğma Vətən naminə çarpışan Azərbaycan igidlərinə müdrik, qətiyyətli və rəşadətli sərkərdə İlham Əliyev bilavasitə özü başçılıq edirdi. Ali Baş Komandanın erməni faşistlərinə qarşı dərin nifrətlə dolu qorxmaz çağırışları, dönməz qətiyyəti, qələbəyə böyük inamı igidlərimizi qələbədən-qələbəyə qovuşdururdu. Bu, inkarolunmaz həqiqətdir!

Vətən müharibəsində xalq qalib gəlir. Xalq bu müharibədə öz

başçısına – Prezidentinə, Ordusu-nun sərkərdəsinə inandı, onun və Vətən torpaqları naminə çarpışan ordunun arxasında durdu. Və müharibədən qalib xalq kimi çıxdı. Bu Azərbaycanımızın gələcək tarixinə olduqca müsbət təsir göstərəcəkdir.

Bir vətəndaş olaraq, tariximizin tədqiqatçılarından biri kimi bu gün mən özümü çox xoşbəxt hesab edirəm. Çox ağır bir problemi biz gələcək nəsillərə “yadigar” qoyma-dıq. Dünyanın böyük imperiyalar yaradan, yadelliləri dəfələrlə ağır məğlubiyyətlərə uğradan xalqı kimi biz şərəfli tarixi adımızı - qalib xalq adımızı özümüzə qaytardıq!

Müsahibəni qələmə aldı: Anar TURAN, “Xalq qəzeti”

Ali Baş Komandan İlham Əliyev tariximizə Qarabağın xilaskarı kimi daxil oldu

Bəli, tarixi Qələbə və zəfərə qədər böyük yol, məsafə qət edil-di. Bu Zəfəri əldə etmək üçün çox böyük, tarixi addımlar atıldı. İkinci dəfə müstəqilliyimizi itirmək, par-çalanmaq, məhv olmaq təhlükəsi aradan qaldırıldı, Azərbaycan inkişaf, tərəqqi, sabitlik yoluna qədəm qoydu. Bunlar da heç şübhəsiz ki, 1993-cü ilin gərgin və ağır iyun günlərində hakimiyyətə qayıdan, müstəqil Azərbaycanın qurucusu və memarı, dahi şəxsiyyət ulu öndərimiz Heydər Əliyevin tarixi xilaskarlıq missi-yası nəticəsində mümkünləşdi, baş tutdu. Ümummilli liderin

hakimiyyətə qayıdışından sonra torpaqlarımızın, dəyəri heç nə ilə ölçülə bilməyəcək mənəvi, maddi sərvətlərimizin, milli, tarixi, dini abidələrimizin, məscidlərimizin, ibadətgahlarımızın, qəbiristanlıqlarımızın, açıq və qapalı muzeylərimizin, mənəvi zənginliklərimizin murdar düşmən tapdağından qurtulması, işğal-dan azad edilməsi üçün bütün cəbhələrdə, səngərlərdə ardıcıl, sistemli mübarizə başlanıldı. Elə bir tədbir, elə bir yüksək səviyyəli forum olmadı ki, torpaq-larımızın işğalı, mənəvi, maddi sərvətlərimizin barbarizm və

vandalizmə məruz qalması, onla-rın azad olunması məsələsi dilə gətirilməsin, səsləndirilməsin.

İstər ulu öndərin 10 illik ikinci hakimiyyəti dönəmində, istər onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə, istərsə dövlət başçısının ən yaxın və ən sədaqətli silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ötən illər ərzindəki tükənməz, bənzərsiz ictimai-siyasi fəaliyyəti müddətində bu məsələlər, xüsusilə, milli, tarixi, dini abidələrimizin, sərvətlərimizin vəhşiliklərə məruz qalması,

Ermənistan tərəfindən, həmçinin mənəvi soyqırımının həyata keçirilməsi hər zaman, hər bir kürsüdə açıq və gur səslə bəyan olundu, lal, kar, kor dünyanın nəzərinə, diqqətinə çatdırıldı. Nəticə etibarı ilə bir sıra qurumlar, o cümlədən, uzun illərdir səmərəli əməkdaşlıq etdiyimiz UNESCO-nun önəmli qərarlarının qəbuluna nail olundu. Ermənistanın həm hərbi, həm də mənəvi təcavüzü, işğalı pislənildi, qınanıldı.

Bəli, işğal uzandıqca, mənəvi sərvətlərimizin, mənəvi resurs-larımızın məhvi bizim hər biri-mizi – bütün Azərbaycan insa-nını bir o qədər incitdi, sızlatdı. Xüsusilə də, Qarabağımızın gözü, dilbər guşəsi olan Şuşa-dakı abidələrimizin, Gövhərağa , Ağdam, o cümlədən, digər yurd

yerlərimizdəki məscidlərimizin, qədim alban kilsələrinin, Azıx mağarasının, başqa bənzərsiz, təkrarsız sərvətlərimizin dağı-dılması, murdarlanması, yerlə-yeksan edilməsi hər birimizin ürək ağrısına, sızıltısına, naləsinə çevrildi. Bəs vətənindən didərgin salınan, təhqirlərə məruz qa-lan heykəllərimiz? Üzeyir bəy Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün heykəlləri güllələndi, məhv edildi. Düşmən bilə-bilə, qəsdən bunları törədərək, həm öz yırtıcı, ənənəvi insanlıqdan uzaq mahiyyətini ortaya qoyur, həm də bizim milli-mənəvi hisslərimizlə oynayırdı. Çünki bir daha acı təəssüf və qəzəb hissi ilə qeyd etmək istəyirik ki, işğalın daha amansız xarakter aldığı 1992-93-cü illərdən ötən illər ərzində yurd yerlərimizin elə bir guşəsi, elə bir milli -mənəvi, dini, tarixi sərvəti, abidəsi olmadı ki, təcavüzdən ciddi zərər çəkməsin… Dağıdılan dağıdıldı, məhv edilən məhv edil-di, qalanlar isə elə bir hala salındı ki, ələgəlməz oldu…

Ancaq 32 illik səbirin, dözü-mün də bir həddi olmalıydı və oldu…Səbir kasası da daşma-

lıydı və daşdı da. Sentyabrın 27-də Ermənistanın növbəti qanlı təcavüzündən, açıq təxribatından sonra Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrimizə döyüş, “vur!” əmri verildi, İkinci Vətən müharibəsi başlandı və cəmi 44 gündə 32 illik münaqişəyə son qoyuldu. İndi işğal altın-dakı torpaqlarımız, onun üstü də, altı da, o cümlədən, təbii sərvətlərimiz də öz sahibindədir, bizdədir, Azərbaycandadır. Ölkə Prezidentinin və Birinci xanımın Cəbrayıla, Xudafərinə, Füzuliyə, Ağdama tarixi səfərlərində də bir daha dünyaya erməni faşizmi, erməni barbarizmi, vəhşiliyi əyani şəkildə nümayiş etdirildi. Dünya bir daha erməni vandalizminə, erməni barbarizminə şahidlik etdi. Şahidlik etdi ki, işğal olunmuş və

işğaldan azad edilmiş Azərbaycan ərazilərində daş üstə-daş qalma-yıb, hər yer dağıdılıb, məhv edilib, vəhşiliklərə, murdarlıqlara məruz qalıb, xüsusilə, bərpası bəlkə də on illər çəkəcək milli, mənəvi, tari-xi, dini sərvətlərimiz, abidələrimiz yox edilib. Ağdam məscidi bunun acı və əyani sübutudur.

Ölkə Prezidenti və Birinci xanım 27 ildən sonra erməni vandalizmini hələ də canında, ruhunda hiss edən, yaşadan Ağdam məscidini ziyarət etdikdən sonra Ali Baş Komandan Ağ-dam məscidinin önündə tarixi nitq söylədi, bir daha dünyaya səsləndi, çağırış etdi, erməni vandalizminə diqqət çəkdi: “Bu gün burada, vandallar tərəfindən dağıdılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də, tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu

günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək bu barədə də ətraflı danı-şacağam”.

Sonra “Biz bu Qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik. Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat ol-masın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob

hissləri alovlandırırlar”- deyən Ali Baş Komandan bildirdi ki, han-sılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar, onların bu barədə danışmağa haqqı yoxdur. İkinci-si, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir.

Bəli, möhtərəm Preziden-timizin dediyi kimi, kimsənin, xüsusilə də, illərdir işğala göz yumanların, sərvətlərimizin talan edilməsinə səssiz qalanların “narahatlığı”na heç bir əsas və səbəb yoxdur. Azərbaycanda hər il Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dini liderlərinin zirvə görüşləri keçiri-lib. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görül-müş işlərə yüksək qiymət verib, pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycandakı tolerantlıq, dini dözümlülük, multi-kulturalizm haqqında danışıb.

Belə olan halda, kim bizə irad tuta bilər? Məscidləri bağ-layan, yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş do-nuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Dövlət başçı-sının göstərişi ilə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsə təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udin kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Qafqaz Albaniyası kilsələri, gürcü kilsələri bizim milli sərvətimizdir. Erməni kilsəsi də dini-mənəvi əhəmiyyət daşıyır və biz onlara da hər zaman hörmətlə yanaşmışıq.

Ancaq vəhşi, qəbilə, yırtıcı təfəkkürlü düşmən məscidlərimizdə, xüsusilə Ağ-dam məscidində inək saxlayıb, donuz saxlayıb və bununla da əsl mahiyyətini ortaya qo-yub. Onu da xatırlatmaq yerinə düşər ki, bir neçə il bundan əvvəl bədnam Minsk qrupunun həmsədr ölkələrinin səfirləri Ağdam məscidində olublar. Bəs niyə gördükləri bu iyrənc mənzərə, erməni vandalizmi barədə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıt-maq olar?!

Dövlət başçımızın da dediyi kimi, əgər belədirsə, olduğu kimi desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə qarışmasınlar. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq tarixi tor-pağımızda, Qarabağımızda! Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik.

Necə ki, 44 gün ərzində birlik göstərmişik, azad edilmiş torpaq-larımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər ola-caq. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Jalə ƏLİYEVA, Milli Məclisin Ailə, qadın, uşaq

məsələləri komitəsi sədrinin müavini, filologiya elmləri

doktoru, professor

Biz gəlmişik, doğma Qarabağımızdayıq!

Müzəffər Ali Baş Komandan, qalib sərkərdə, xilaskar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrin şücaəti və rəşadəti, dillərdə dastan olmuş igidliyi, qəhrəmanlığı ilə 30 illik qanlı münaqişəyə son qoyuldu. 44 günlük tarixi, möhtəşəm

İkinci Vətən müharibəsi ilə işğalçı, faşist Ermənistan dövləti diz çökdürüldü, təslim edildi, kapitulyasiyaya imza atdırıldı, məğlubiyyəti elə öz dilindən etiraf etdirildi. Yağı düşmən üzərində 32 il səbirlə, təmkinlə, dözümlə gözlədiyimiz tarixi Qələbə və Zəfər çalındı, üçrəngli bayrağımız 27-28 ildən sonra yenidən Qarabağımızın hər bir guşəsində – Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Hadrutda, Suqovuşanda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, yaralı Xocalımızın kəndlərində dalğalandırıldı. Ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu. Dekabrın 10-da bütün dünyanın maraqla gözlədiyi, bütün gözlərin zilləndiyi tarixi, möhtəşəm “Zəfər paradı” keçirildi, qardaş və dost Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın iştirakı, Azərbaycan və Türkiyə liderlərinin tarixi çıxışları ilə dünyaya bir daha birlik və bərabərliyimizin, dost və qardaşlığımızın sarsılmazlığının növbəti mesajları verildi.

24 dekabr 2020-ci il, cümə axşamı10

Page 11: TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR ...xalqqazeti.com/pdf/SAYT-24.pdf · oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını

24 dekabr 2020-ci il, cümə axşamı 11Azərbaycanın və Əfqanıstanın təhlükəsizlik orqanları arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Təhlükəsizlik Şurası Katibinin Xidmətindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı Ramil Usubov Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli əməkdaşlıq münasibətlərinə toxunaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat ve-rib. O, vətəndaş cəmiyyəti quruculuğu, demokratikləşmə və insan hüquq və azadlıq-larının qorunması, daxili sabitliyin, xalq-iqtidar birliyinin davamlılığının təmini sahəsində görülmüş tədbirlərlə ölkəmizdə dövlət və ictimai təhlükəsizlik sahəsində milli maraq-ların təmin olunduğunu qeyd edib. Səmərəli islahatlar nəticəsində Azərbaycanın bölgənin əsas iqtisadi gücünə çevrilməsinin, Avropanın əsas enerji təminatçılarından biri olmasının, valyuta ehtiyatlarının davamlı artmasının ölkənin iqtisadi təhlükəsizliyi sahəsində milli maraqlarının təmin olunmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Sosial təhlükəsizlik məsələlərinə toxu-nan R.Usubov əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri tədbirlərin görüldüyünü, səmərəli sosial islahatların həyata keçirildiyini, dünyada az rastlanan və ölkə vətəndaşlarının 70 faizindən ço-xunu əhatə edən davamlı sosial dəstək paketlərinin reallaşdırıldığını görüş iştirakçıla-rının diqqətinə çatdırıb.

Azərbaycanın balanslaşdırmadan tam müstəqil siyasətə keçməsini, bölgədə maraqları kəsişən dövlətlərlə ikitərəfli və

çoxtərəfli əməkdaşlıq formatının yaradılması-nı ölkəmizin xarici siyasətində prioritet təşkil etdiyi qeyd olunub.

Hərbi təhlükəsizliyin təmini sahəsində görülən tədbirlərdən danışan R.Usubov müasir və peşəkar ordu quruculuğunun, ən yüksək və modern səviyyədə hərbi təchizatın təmin olunduğunu, müdafiə sənayesinin yaradıldığını və davamlı təkmilləşdirildiyini, bütün bunların Azərbaycan xalqının Vətən müharibəsində hərbi zəfərini şərtləndirdiyini vurğulayıb.

Əfqanıstanın hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə dəstək verdiyini qeyd edən R.Usubov qardaş ölkənin siyasi və mənəvi dəstəyinin 44 gün-lük Vətən müharibəsi zamanı bariz şəkildə nümayiş etdirildiyini vurğulayıb, Azərbaycan xalqının bu dəstəyi yüksək qiymətləndirdiyini bildirib.

Qonaqlar göstərilən diqqətə, Azərbaycanın və Əfqanıstanın təhlükəsizlik maraqlarının qorunması sahəsində aktual məsələlərlə əlaqədar müzakirələr üçün yara-dılmış şəraitə görə təşəkkürlərini bildiriblər. Dövlətlərimizin başçılarının rəhbərliyi ilə həyata keçirilən sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin ya-radılması üçün ümumi təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqan-ları arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdı-ğı qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramovun Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı

ilə telefon danışığı olubDekabrın 23-də

Azərbaycan Respublikası-nın xarici işlər naziri Cey-hun Bayramovun Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramovun Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak məqsədilə ötən həftə Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin davamı

olaraq, ölkəmizin Aİ ilə əməkdaşlığı, o cümlədən enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər, habelə digər qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Azərbaycan MN: Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların yaxın vaxtlarda mərhələli şəkildə tərxis edilməsi gözlənilir

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların tərxis edilməsi ilə bağlı məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, nazirliyin “Facebook”dakı rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir: “Səfərbərlik üzrə hərbi xidmətə çağırıl-mış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız, sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu tərəfimizdən anlayışla qəbul olunur.

Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən onların ehtiyata bu-raxılması ilə əlaqədar sənədlər

hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib. Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir”.

YAP-ın mətbuat xidmətindən bildiriblər ki, videokonfransda çıxış edən Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov tədbirin əlamətdar gün ərəfəsində keçirildiyini bildirib. Əli Əhmədov möhtəşəm Zəfərimizin əsas səbəbkarı olan Prezident, Ali Baş Komanda-nımız, YAP-ın sədri İlham Əliyevin dekabrın 24-də doğum gününün olduğunu qeyd edərək bu münasibətlə dövlətimizin başçısını təbrik edib, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Əli Əhmədov söyləyib ki, Azərbaycanın həyatında və tarixində qazanılan möhtəşəm uğurlar hər bir vətəndaşı ürəkdən sevindirir. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyatında baş verən davamlı inkişaf, iqtisadiyyatın sürətli yüksəlişi, ölkənin müasirləşməsi, simasının kökündən dəyişdirilməsi, Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirilməsi düşü-nülmüş siyasətin uğurla reallaşmasının nəticələridir.

Baş nazirin müavini qeyd edib ki, bu gün 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi zəfəri qeyd etməmək mümkün deyil. Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər tariximizin ən mü-hüm hadisələrindən biridir. Bu Qələbə tariximizə qızıl hərflərlə yazılacaq. Məhz bunun nəticəsidir ki, indi hər bir vətəndaşımız azərbaycanlı olmasının qürurunu yaşayır. Bu tarixi Qələbəni müəyyənləşdirən daha bir cəhət onun döyüş meydanında qan bahasına, can bahasına əldə olunmasıdır. Heç şübhəsiz, Azərbaycan bu Qələbəni qazanmaqla öz tarixinin qızıl səhifəsini, şərəf və ləyaqət səhifəsini yazıb.

YAP sədrinin müavini deyib ki, böyük qələbəmizin həlledici amili Prezident, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi Qələbəmizin baş qəhrəmanı Müzəffər Ali Baş Ko-mandan, Prezident İlham Əliyevdir. Biz hərb və diplomatiya cəbhəsində Prezident İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalqı-mızın, dövlətimizin birliyi, dövlətimizin başçısına sonsuz inam bizim Qələbəmizlə nəticələndi. Bütün bun-ların fonunda, Ermənistan tərəfindən bir neçə il ərzində zəbt olunmuş və 30 il işğal altında qalan torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu. Əli Əhmədov vurğulayıb ki, bu Qələbə Azərbaycana sülh gətirməklə yanaşı, Cənubi Qafqazda da sülh və firavanlıq üçün də etibarlı zəmin yaradır. Qaza-nılan möhtəşəm zəfər Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirəcək.

Tədbirdə sonra xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək bil-dirib ki, 2020-ci il 8 noyabr müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə da-xil oldu. Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyul-du. Müstəqilliyinin ilk günlərindən ölkəmizin üzləşdiyi bu işğal və onun ağır nəticələri barədə, işğal altında olmuş ərazilərimizdə həyata keçirilən etnik təmizləmə və qanunsuz fəaliyyət haqqında uzun illər ərzində beynəlxalq müstəvidə səsimizi ucaltdıq, beynəlxalq birliyi bu işğala son qoyulması üçün qətiyyətli mövqe tutmağa çağırdıq.

Nazir deyib ki, bu illərdə bütün beynəlxalq tədbirlərdə münaqişə ilə bağlı həqiqətlər səsləndirilir, məsələnin tarixi, hüquqi, siyasi və iqtisadi aspektləri, eləcə də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi davamlı şəkildə diqqətə çatdırılırdı: “Davamlı şəkildə aparılmış iş nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suve-renliyi və ərazi bütövlüyünə birmənalı dəstək verib. Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatına cavab olaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başlanıldı və rəşadətli Ordumuzun şücaəti və qəhrəmanlığı nəticəsində noyabrın 8-dək ərazilərimizin bir hissəsi, o cümlədən 5 şəhər, 4 qəsəbə, və 286 kənd işğaldan azad olundu. Beləliklə də, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq hüquqa uyğun olaraq mülki əhalinin müdafiəsi və ölkənin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə həyata keçirdi-yi əks-həmlə əməliyyatı uzun sürən münaqişənin həllini mümkün etdi və eyni zamanda sonrakı siyasi həll üçün zəmin yaratdı”.

Ceyhun Bayramov qeyd edib ki, hərbi əməliyyatlar davam etdiyi müddətdə bir çox dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanın

maraqlarına cavab verən mövqedən çıxış edib. Azərbaycanın ərazi bütöv-lüyü və suverenliyini dəstəkləməklə yanaşı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarıl-masını tələb edən və Azərbaycana qarşı hücumları pisləyən, o cümlədən Azərbaycanla həmrəyliyini ifadə edən ölkələr arasında Türkiyənin müstəsna rolunu qeyd etməklə yanaşı, Pakistan, Əfqanıstan, Bosniya və Herseqovina, Cibuti və Liviyanı xüsusilə vurğula-

maq olar. Eyni yanaşma beynəlxalq təşkilatlar arasında Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Əməkdaşlıq Şurası tərəfindən nümayiş etdirilib.

Ceyhun Bayramov söyləyib ki, 10 noyabr birgə Bəyanatı ilə bölgədə yeni mərhələyə, yenidənqurma və bərpa mərhələsi, dinc birgəyaşayışın təmin edilməsi mərhələsinə qədəm qoyuldu: “Azərbaycan Prezidentinin sözləri ilə desək, əldə edilən razılaşma ilə bu gün və gələcək üçün yeni təhlükəsizlik və yeni əməkdaşlıq formatını təşkil etdik. Bu yeni reallıq nədən ibarətdir? İlk növbədə, Azərbaycan ərazilərinin onilliklərlə işğalına son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Məcburi köçkünlər öz yurd-larına geri dönməsi ilə uzun illərdir ki, öz evlərində yaşamaq hüququ pozulan insanların fundamental hüquqları həyata keçirilir. Bölgədəki bütün nəqliyyat yollarının açılması və iqtisadiyyatın bərpası Şimal ilə Cənub, Şərq ilə Qərb arasında iqtisadi-ticarət dövriyyəsinin artımına və ölkəmizin bu xüsusda rolunun gücləndirilməsinə imkanlar yaradacaq. Əlbəttə, burada ən vacib məqamlardan biri azərbaycanlı və erməni əhalisinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgəyaşayışının təmin edilməsidir.

Azərbaycan tərəfi etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bərabər şəkildə və ayrı-seçkilik olma-dan bütün ölkəmizin vətəndaşlarının hüquq və azadlıqlarını təmin edərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarını ölkənin sosial, iqtisadi məkanına yenidən inteqrasi-ya etməkdə qərarlıdır. Bu baxımdan, Azərbaycan Respublikasının Konsti-tusiyası müvafiq hüquqi bazanı təmin edir. Bölgənin gələcək inkişafı, bərpa və yenidənqurma fəaliyyəti ilə bağ-lı baxışlarımız dövlətimizin başçısı tərəfindən açıq şəkildə ifadə olunub və bölgədə yeni əməkdaşlıq platforma-sının yaradılması ilə bağlı bəyanatlar səsləndirilib. Belə bir əməkdaşlıq və işbirliyi çərçivəsi, əlbəttə bütün bölgə ölkələri üçün faydalı ola bilər. İşbirliyi çərçivəsi bölgə dövlətlərinin iştirakı ilə çoxtərəfli əməkdaşlıq platforma-larını təşkil edə bilər. Dövlətimizin başçısının 10 dekabr tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuat brifinqində təqdim etdiyi bölgənin gələcək inkişafı modeli Qələbədən sonrakı yeni dövr üçün baxışları aydın şəkildə əks etdir-di: ənənəvi mövcud olan Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi, eyni zamanda Azərbaycan-Rusiya-İran, eləcə də Türkiyə-Rusiya-İran işbirliyi çərçivələri mövcuddur. Bütün bu işbirli-yi platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə sağlam düşüncə ilə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Bununla da, gələcəkdə bölgədə müharibə riski sıfıra endirilə bilər”.

Xarici işlər naziri diqqətə çatdırıb

ki, bu gün biz artıq konkret layihələrin, o cümlədən multimodal tranzit layihələri və genişmiqyaslı infrastruk-tur layihələrinin həyata keçirilməsinə başlamışıq: “İşğaldan azad olunmuş bütün ərazilərin bərpası və bu ərazilərdə vətəndaşlarımızın normal həyatının təmin edilməsi üçün bütün müvafiq addımlar atılacaq. Prezidentin ehtiyat fondundan ayrılmış müvafiq vəsait hesabına Füzuli-Şuşa avtomobil yolu-nun və Bərdə-Ağdam dəmir yolunun tikintisinə artıq başlanıb. İnanırıq ki, bütün bu və gələcəkdə həyata keçiriləcək layihələr bölgəyə yeni nəfəs gətirəcək. Bərpa və yenidənqurma işlərində, eləcə də öz evlərinə geri qayıdan məcburi köçkünlərə humanitar yardımın göstərilməsi məsələlərində

ölkəmiz bölgədəki sülh və sabitliyə töhfə vermək niyyətində olan bü-tün aidiyyəti təşkilatlar, o cümlədən BMT-nin müvafiq qurumları, habelə ayrı-ayrı dövlətlərlə işləməyə hazır-dır. Biz yalnız müştərək əzmkarlıq, xüsusilə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin to-xunulmazlığı ilə bağlı olan beynəlxalq öhdəliklərə qarşılıqlı şəkildə tam əməl etməklə dinc, təhlükəsiz və firavan gələcəyə nail ola bilərik.

Yekunda vurğulamaq istərdim ki, bundan sonra da səylərimiz ikitərəfli və çoxtərəfli münasibətlərdə maraqları-mıza cavab verən, qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dost ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların cəlb olunması, bölgədə yeni əməkdaşlıq və inkişaf təşəbbüslərinin təşviq edilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə siyasi və iqtisadi mövqeyinin gücləndirilməsinə yönələcək. Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən və uğurlu siyasəti əsasında ölkəmizin davamlı inkişafı və regional, eləcə də qlobal rolunun möhkəmləndirilməsi istiqamətində səylərimiz davam etdiriləcək”.

Milli Məclis sədrinin birinci mü-avini Əli Hüseynli çıxışında bildirib ki, zaman göstərdi ki, yalnız Heydər Əliyev siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsini həll etmək müm-kündür. Prezident İlham Əliyev məhz bu siyasətə sadiqlik nümayiş etdirərək problemin həllinə nail oldu. Bu qələbə ilə Prezident İlham Əliyev böyük sərkərdə kimi adını tarixə yazdırdı.

Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixindən və problemin başladığı ilk illərdəki proseslərdən danışan Əli Hüseynli xatırladıb ki, həmin dövrdə respublikamızda qey-ri-sabitlik hökm sürürdü. Xüsusilə AXC-Müsavat cütlüyü hakimiyyətə qanunsuz gəldikdən sonra ilk günlərdə strateji əhəmiyyətə malik olan Laçın rayonu işğal edildi. Bununla da işğalçı Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlılıq yarandı. 1993-cü ilin aprelində Kəlbəcərin işğal edilməsi ilə bu coğrafi bağlılıq daha da genişləndi. Həmin ilin yay aylarında ölkədə siyasi böhranın dərinləşməsi torpaqlarımızın işğalının genişlənməsinə zəmin yaratdı. Belə olan halda, Azərbaycan xalqının çağırışı ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdı. Qısa müddətdə respublikada sabitlik yaradıldı. 1993-cü ilin noyabrında ulu öndər Heydər Əliyevin xalqa müraciəti ilə insanlar silaha sarılaraq erməni işğalının qar-şısını almaq üçün mübarizəyə başladı. Bunun nəticəsində, işğal altında olan torpaqlarımızın bir hissəsi azad edildi. 1994-cü ildə atəşkəsin imzalanması ilə ölkəmizin inkişafında, eləcə də ordu qu-ruculuğunda əsaslı mərhələ başladı.

Birinci vitse-spikerin sözlərinə görə, bu müddətdə Ulu Öndərimiz diplo-matik müstəvidə fəal siyasət həyata keçirdi. Bunun nəticəsində beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütöv-

lüyünü tanıyan sənədlər qəbul etdi. Bu proses Prezident İlham Əliyevin fəaliyyəti dövründə daha da geniş miqyas aldı. Təbii ki, həmin sənədlər torpaqlarımızın hərbi yolla azad edilməsi üçün hüquqi baza yaratdı.

Əli Hüseynlinin fikrincə, bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsinə bərabər hadisədir. Yeni mərhələdə regionda yeni əməkdaşlıq üçün geniş imkanların açıl-dığını deyən birinci vitse-spiker qeyd edib ki, Ermənistan bu tarixi şansdan istifadə etməlidir. Təhdidlərə gəlincə, Əli Hüseynli söyləyib ki, Azərbaycanın qələbəsindən daha çox Qərbdəki erməni lobbisi, ermənipərəst dairələr narahat-dır. Amma regiondakı yeni əməkdaşlıq

platforması heç bir halda Qərblə, Avro-pa ölkələri ilə əlaqələrə problem yarat-mayacaq. Onun fikrincə, heç bir qüvvə Azərbaycan-Avropa İttifaqı əlaqələrinə mane ola bilməz.

Azərbaycan Dövlət İqtisad Uni-versitetinin rektoru Ədalət Muradov isə çıxışında işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialı ilə bağlı fikirlərini bildirib. O, Qaraba-ğın regional innovasiya mərkəzinə çevrilməsi ilə bağlı əsas hədəf və məqsədləri açıqlayıb, bu istiqamətdə infrastruktur, institusional və elm-təhsil istiqamətləri üzrə təkliflər səsləndirib.

Rektor Prezident tərəfindən müəyyənləşdirilən iqtisadi inkişaf mo-delinin formalaşdığını və işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın həmin modelin baza prinsiplərinə əsaslanaraq həyata keçiriləcəyini diqqətə çatdırıb. Ölkə başçısının müvafiq Sərəncamına əsasən, işğaldan azad olunan ərazilərə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyasının yaradıldığını, hazırda həmin ərazilərdə bərpa işlərinə başlanıldığını bildirib.

Ölkə iqtisadiyyatında investisi-ya yatırımına ehtiyacı olan region və sahələrin olduğunu deyən rektor Qarabağ iqtisadiyyatının bu baxım-dan Azərbaycanın gələcək dayanıqlı və davamlı inkişafı üçün əlverişli və əvəzolunmaz şans olduğunu deyib. Pro-fessor Ə.Muradov “Rəqəmsal Qarabağ” Dövlət Proqramının hazırlanmasının, Qarabağda müasir tələblərə cavab verən yeni ali təhsil müəssisələrinin yaradıl-masının, eləcə də Qarabağın simvolu olan Şuşa şəhərində “Smart city” (“Ağıllı şəhər”) modelinin qurulmasının faydalı olacağını vurğulayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, hazırda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə postmünaqişə quruculuğu strategiyası həyata keçi-rilir. Bu inkişaf strategiyası işğaldan azad olunan ərazilərin reinteqrasiyası və dəyər zəncirlərinə qoşulması ilə həyata keçiriləcək. Onun sözlərinə görə, dövlətimizin başçısının bəyan etdiyi kimi, yeni əməkdaşlıq platforması region ölkələrinin xalqları üçün böyük fayda gətirəcək. V.Qasımlı regionda həyata keçirilən layihələrlə yanaşı münaqişədən sonra yeni layihələrin də gerçəkləşməsinin əhəmiyyətini vurğulayıb və bunu slaydlarla təqdim edib. İcraçı direktor gələcəkdə həyata keçirilə bilən nəqliyyat və enerji layihələrinin önəmini diqqətə çatdırıb. Onun sözlərinə görə, Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan asılıdır.

V.Qasımlı diqqətə çatdırıb ki, ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər nəticəsində ölkəmizin kənd təsərrüfatında 10,4 faiz, mədənçıxarma sənayesində 5,3 faiz, emal sənayesində 4,3 faiz, turizmdə 5,5 faiz artım gözlənilir. Bütövlükdə isə, bu amil ÜDM-də 3 faiz, qeyri-neft sektorunda 5,1 faiz artımla müşahidə olunacaq.

AZƏRTAC

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkov-nik Ramil Usubov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublika-sının Milli Təhlükəsizlik Şurasının müşaviri Həmdullah Mohib, Prezident

Administrasiyasının rəhbəri Mohammad Şakir Kargar və Milli Təhlükəsizlik İdarəsinin Baş direktoru general-leytenant Ahmad Ziya Sarac ilə görüşüb. Görüşdə Əfqanıstanın ölkəmizdəki səfiri Amanullah Ceyhun da iştirak edib.

“Vətən müharibəsində möhtəşəm zəfər: Azərbaycanın və regionun gələcəyinə baxış”

mövzusunda videokonfrans keçirilib

Dekabrın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Vətən müharibəsində möhtəşəm zəfər: Azərbaycanın və regionun gələcəyinə baxış” mövzusunda videokonfrans keçirilib.

Page 12: TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR ...xalqqazeti.com/pdf/SAYT-24.pdf · oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını

24 dekabr 2020-ci il, cümə axşamı122021-ci ilin büdcə zərfi Milli Məclisin 7 komitəsinin birgə iclasında müzakirə olunub

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 8 məsələdən ibarət gündəlikdəki qanun layihələrinin beşi büdcə zərfinə daxildir.

İclasda “Azərbaycan Respub-likasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, bu sənəd komitədə çox geniş müzakirə olunub və Milli Məclis sədrinin tapşırığına əsasən bütün komitələrin deputatları üçün translyasiya edilib, bu, Azərbaycan parlamentinin tarixində bir ilkdir.

O qeyd edib ki, qanunvericiliyə uyğun olaraq büdcə zərfi və Hesab-lama Palatasının rəyi deputatlara təqdim olunub. Qısa müddətdə belə bir rəyin hazırlanması təqdirəlayiqdir. Gələn ilin büdcəsi manat ifadəsində Azərbaycanın ən böyük büdcəsidir. Qarabağda qazanılmış Qələbənin iqtisadi sahəyə transformasiya olun-ması büdcədə öz əksini tapıb. Pan-demiya ilə əlaqədar dünya və ölkə iqtisadiyyatının cari ildə çətinliklər yaşamasına baxmayaraq, 2021-ci ildə Azərbaycan iqtisadiyyatının 3,4 faiz artması planlaşdırılır.

Daha sonra “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqın-da” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Tahir Mirkişili deyib ki, gələn il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri və xərcləri eyni miqdarda olmaq-la 157 milyon 769 min 146 manat nəzərdə tutulub.

Onlayn iclasda gündəlikdəki 6 məsələni Əmək və sosial siyasət komitəsinin sədri Musa

Quliyev təqdim edib. Bildirib ki, 44 günlük müharibədə qazandığı-mız Zəfər büdcə parametrlərinin müəyyənləşməsinə də ciddi təsir göstərib. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası ilə yanaşı, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli də diqqət mərkəzinə çəkilib. Hər zaman olduğu kimi, yeni büdcədə də sosial sahəyə üstünlük verilib.

“Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” (birinci oxunuş) qanun layihəsinə əsasən, bu fondun gələn il üçün həm gəlirləri, həm də xərcləri 5 milyard 146 mil-yon 30 min 160 manat həcmində proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 161 milyon manat və ya 7,5 faiz çoxdur. Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin 68,4 faizini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma-lar təşkil edəcək.

Deputatların diqqətinə çatdı-rılıb ki, büdcə zərfindəki qanun layihələrində 2021-ci il üçün yaşa-yış minimumu ölkə üzrə 196 ma-nat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilir. 2021-ci il üçün ehtiyac meyarının həddi isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 170 manat məbləğində nəzərdə tutulur.

Komitədə birinci oxunuşda müzakirəyə təqdim olunmuş “Sosial sığorta haqqında”, “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə üç qanun layihəsi də ölkəmizdə sosial təminat sahəsinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.

İclasda büdcə zərfi barədə fikirlərini açıqlayan maliyyə naziri Samir Şərifov əvvəlcə 2021-ci ilin büdcə müzakirələrinin bu formatda təşkilinə görə Milli Məclisin sədri Sahibə Qafarovaya minnətdarlığını bildirib.

Nazir qeyd edib ki, gələn ilin dövlət büdcəsi ölkəmiz üçün əlamətdar bir dövrdə hazırlanıb. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ermənistanın hərbi-siyasi təcavüzünə son qoyub, tezliklə soydaşlarımız öz doğma yurdlarına qayıdacaq-lar. Gələn ilin büdcəsində işğaldan azad olunmuş bölgədə bərpa və yenidənqurma işlərinə 2,2 milyard manat məqsədli vəsait ayrılıb.

Nazir vurğulayıb ki, layihədə gələn ilin dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat, xərcləri 28 milyard 543 milyon manat müəyyənləşdirilib. Samir Şərifov deputatlara 2021-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat, elm və təhsil, səhiyyə və mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti və digər sahələrin fəaliyyətinə ayrılan vəsaitlər barədə də ətraflı məlumat verib.

Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Ba-bayev büdcə zərfində bu sahəyə ayrılan vəsaitlər və başçılıq etdiyi sahənin fəaliyyət planları barədə parlamentarilərə geniş məlumat verib. Bildirib ki, cari ildəki bütün çətinliklərə baxmayaraq, hökumətin ana xətti əhalinin sosial rifahının yaxşılaşdırıl-ması, məşğulluğunun təmin edilməsi və bütün sosial proqramların icra olunmasıdır.

Nazir qeyd edib ki, DSMF-nin gələn il üçün büdcəsi 2020-ci ilin dürüstləşdirilmiş büdcəsindən 361 milyon manat və ya 8 faiz çoxdur. Büdcədəki bir sıra göstəricilər özəl sektorun inkişafına, iqtisadiyyatda daha aktiv rol almasına imkan yara-dacaq. Vergi güzəştlərinin tətbiqi, mi-nimum əməkhaqqının 130 manatdan 250 manata qaldırıldığı barədə danı-şan nazir bir sıra əlaqədar nazirlik və qurumların səyləri ilə özəl sektorda çox ciddi leqallaşmaya nail olundu-ğunu vurğulayıb. Bunun nəticəsində əldə edilən gəlirlərin məqsədyönlü sahələrə yönəldildiyini deyib.

DOST-un fəaliyyəti, sosial dəstək tədbirləri, şəhid və qazi ailələrinə göstərilən diqqət, rekord sayda ailənin özünüməşğulluq layihəsinə cəlb edildiyi və sair barədə məlumat verib. Sahil Babayev qeyd edib ki, na-zirliyin əsas hədəflərindən biri işğal-dan azad olunmuş ərazilərimizin sosi-al-iqtisadi inkişafına töhfə verməkdir, 2021-ci ildə əsas diqqət bu bölgələrə geri dönəcək vətəndaşlarımızın layiqli məşğulluğunun təmin olunmasına yönəldiləcək.

Müzakirə zamanı Milli Məclis sədrinin müavini, Gənclər və id-man komitəsinin sədri Adil Əliyev, Milli Məclis sədrinin müavini, İc-timai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, deputat Arzu Nağı-yev vurğulayıblar ki, qalib xalqın nümayəndəsi kimi dövlət büdcəsinin müzakirəsini aparmaq qürur və iftixar doğurur.

Çıxışlarda büdcənin peşəkarlıqla hazırlanması və sosialyönümlü ol-ması, Ali Baş Komandanın rəhbərliyi və şəhidlərimizlə qazilərimizin şücaəti sayəsində işğaldan azad olunmuş Dağlıq Qarabağın və ətraf bölgələrimizin bərpasına büdcədə xüsusi diqqət ayrılması yüksək dəyərləndirilib. Təkliflər irəli sürülüb, tövsiyələr bildirilib.

Yekunda nazirlər Samir Şərifov və Sahil Babayev deputatların qaldırdıq-ları məsələlərə münasibət bildiriblər.

Yeddi komitənin birgə iclasında Azərbaycan Respublikasının 2021-ci il üçün büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatdıq-dan sonra deputatların yekdil qərarı ilə baxılan məsələlərin hamısı birinci oxunuşda Milli Məclisin plenar iclası-na tövsiyə olunub.

Qədirbilən xalqımız Prezidenti ilə qürur duyur

Dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır, qlobal pandemiya şəraitində mütəmadi keçirilən videoqəbullarda pay-taxtın və müxtəlif rayon və şəhərlərin, o cümlədən işğaldan azad olunan Qarabağ bölgəsindən olan ümumilikdə 300-ə yaxın vətəndaşın müraciəti dinlənilərək qaldırılan məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görülüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 23-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən vətəndaşların növbəti videoqəbulu keçiri-lib, hər bir vətəndaş diqqətlə dinlənilərək ədliyyə fəaliyyətinə dair müraciətləri araş-dırılıb konkret tədbirlər görülməsi ilə bağlı aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.

İndiki pandemiya şəraitində video-formatda qəbulların keçirilməsindən məmnunluqlarını bildirən vətəndaşlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və yenilməz sərkərdəliyi ilə qa-zanılmış Şanlı Qələbə ilə hədsiz qürur və sevinc hissi keçirdiklərini vurğulayıb, dövlət başçısına tarixi zəfərlə əlamətdar olan doğum günü münasibətilə səmimi təbriklərini və ən xoş arzularını sonsuz məhəbbətlə ifadə ediblər.

Bildiriblər ki, xalqımız son 30 ildə qar-şıdan gələn Yeni ili ilk dəfə olaraq sülh şəraitində, həmçinin uzun müddət işğal altında olmuş ərazilərimizdə qarşılaya-caq, respublikamızda bundan sonra daha xoşbəxt, firavan həyat hökm sürəcək və müstəqil dövlətimiz ölkə Prezidentinin rəhbərliyi ilə gündən-günə inkişaf edərək möhkəmlənəcək.

Dekabrın 23-də Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil,

Mədəniyyət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, İctimai birliklər və dini qu-rumlar, Gənclər və idman komitələrinin onlayn format-da keçirilən birgə iclasında “Azərbaycan Respublikası-nın 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfindəki digər qanunlar birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda hökumət rəsmiləri və Hesab-lama Palatasının təmsilçiləri iştirak ediblər.

Rene van der Linden: İkinci Qarabağ müharibəsində qələbə

Prezident İlham Əliyevin böyük uğurudur

Niderland Senatının sabiq sədri, Avropa Şurası Parlament As-sambleyasının keçmiş prezidenti,

Niderland-Azərbaycan dostluq qrupunun sədri Rene van der Linden bildirib ki, İkinci Qarabağ müharibəsində qələbə həqiqətən Azərbaycan Prezidenti İlham Əliyevin böyük uğurudur.

Tanınmış siyasətçi qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistanın işğalın-dan azad edilməsi və azərbaycanlı məcburi köçkünlərin doğma evlərinə qaytarılmasının təmin olunması Prezident İlham Əliyevin fəaliyyətinin prioritetlərindən biri idi.

Otuz ilə yaxın işğal altında qalmış torpaq-ların azad edilməsi bütün Cənubi Qafqazın inkişafına təkan verəcək: “Azərbaycan son onilliklər ərzində sürətlə inkişaf edib. Prezi-dent İlham Əliyev hər zaman ölkənin infrast-rukturuna, logistikasına və təhsilinə investi-siyalara böyük diqqət ayırıb. İndi də Dağlıq Qarabağ çiçəklənməyə başlayacaq ki, bu da

bütün regionun inkişafına təkan verəcək”.Rene van der Linden ümidvar olduğunu

bildirib ki, Cənubi Qafqazda sülh regionun daha da inkişaf etməsini təmin edəcək, bölgədə dövlətlərarası münasibətlər daha da stabil olacaq: “Azərbaycan bundan sonra da mədəniyyətlərarası və dinlərarası dialoqa töhfə verəcək”.

“Xalq qəzeti”

Dövlət Təhlükəsizliyi Xidmətinin Şuşa rayon idarəsinin yeni inzibati

binasının təntənəli açılışı olub � Azərbaycan Respublikası Dövlət

Təhlükəsizliyi Xidmətinin (DTX) Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı olub. AZƏRTAC Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadla xəbər verir ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa rayon idarəsinin əməkdaşları, digər hüquq-mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.

Əvvəlcə binanın qarşı-sında 1992-ci ildə düşmən işğalı nəticəsində üç yaşında ikən ailəsi ilə birlikdə Şuşa şəhərini tərk etməyə məcbur qalmış, hazırda DTX-də xidmət edən leytenant U.Bəylərov Azərbaycanın dövlət bayrağını qaldı-rıb. Sonra dövlət himni səsləndirilib.

Binanın rəmzi açılı-şını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları foyedə müa-sir müstəqil Azərbaycan dövlətinin memarı və quru-cusu ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə eh-tiramlarını bildirərək abidəsi önünə gül dəstələri qoyublar. İştirakçılar, həmçinin Ulu Öndərin və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tari-xini əks etdirən fotostendlərə baxıblar.

Tədbir iştirakçıları Azərbaycan Respubli-kasının hüquq-mühafizə siyasətinin Dağlıq Qarabağ ərazisində uğurla həyata keçirilməsinin növbəti təcəssümü olaraq DTX-nin Şuşa rayon idarəsinin müasir

üslubda təmir edilmiş yeni inzibati binasının otaqları və əməliyyatçıların iş şəraiti ilə tanış olublar.

DTX-nin kollegiya üzvlərinin və Şuşa rayon idarəsinin rəhbərliyinin

iştirakı ilə keçirilmiş xidməti müşavirədə çıxış edən ge-neral-polkovnik Əli Nağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi

ilə müstəqil Azərbaycan bütün sahələrdə durma-dan inkişaf edir, günbəgün daha da qüdrətlənir. Bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komanda-

nın qətiyyətli sərkərdəliyi, xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad edib, Azərbaycanın çoxəsrlik tarixinin və hərbi uğurla-rının yeni şanlı və şərəfli səhifələrini yazıb.

Dövlətimizin başçısı tərəfindən hüquq-mühafizə orqanlarının inkişafına daim diqqət göstərildiyini vurğu-layan general-polkovnik Əli Nağıyev DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati bina-sının istifadəyə verilməsinin də məhz bu qayğının bariz göstəricisi olduğunu qeyd edib. DTX-nin rəisi əməkdaşların məsuliyyətli, eyni zamanda, böyük etimad olaraq Şuşa şəhərində xidmətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-tex-niki təminata və təchizata

görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Xidməti müşavirədə DTX-nin Şuşa rayon idarə-sinin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulub.

General-polkovnik Əli Nağıyev idarənin əməkdaşlarını bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edib və onlara uğurlar arzulayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Şuşa qarni-zonunda xidmət edən hərbi qulluqçularla da görüşüb. Hərbçilərə DTX-nin bayram sovqatları təqdim olunub.

Sonra tədbir iştirakçı-ları Şuşada qulluq keçən hərbçilər üçün DTX-nin Mədəniyyət mərkəzi tərəfindən məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə təşkil olunmuş konsert proqramına tamaşa ediblər.

AZƏRTAC

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətənimizin azadlığı, respublikamızın tərəqqisi və əhalinin rifahı naminə müstəqil, uzaqgörən və müdrik siyasəti qədirbilən xalqımız tərəfindən daim dəstəklənir. Milyonlarla insanın ürəyində dərin sevgi və rəğbət qazanan ölkə başçısı hər bir vətəndaşın Prezidenti olduğunu sübut etməklə dövlətə və vətənə sədaqətlə xidmət nümunəsi göstərir.

Azərbaycan tarixinə şərəf, ləyaqət, qürur səhifəsi

yazan Ali Baş Komandan

Videokonfransı giriş sözü ilə YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev açaraq bildirmişdir ki, Azərbaycan dövlətinin suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunma-sında, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında İlham Əliyevin böyük rolu var. Prezidentimizin ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində Cənubi Qafqazın ən aparıcı dövlətlərindən birinə çevri-lib. Prezident İlham Əliyevin Azərbaycana qazandırdığı tarixi qələbə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldı.

Daha sonra Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyi dövründə qazandığı uğurlardan danışmışdır. Cənab Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi 17 il ərzində Azərbaycan çox mühüm uğurlara imza atmışdır. Onun əsas nailiyyətlərindən biri Azərbaycan xalqına yaşatdığı böyük qələbə zəfəridir. Kərim Tahirov qeyd etmişdir ki, Kəlbəcərin işğaldan azad olunduğu gün Milli Kitabxana Avropanın 43 ölkəsinin qatıldığı vide-okonfransda iştirak etmiş və Azərbaycanın haqq səsini, tarixi qələbə sevincini konfrans iştirakçılarına çatdırmışdır. O, həmçinin cənab Prezidentimizin informasiya və diplomatiya cəbhəsində də böyük qələbə qazandığını qeyd edərək, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadığını bildirib. Son olaraq Kərim Tahirov qeyd edib ki, Ali Baş Komandan və müzəffər Azərbaycan Or-dusunun rəhbərliyi ilə qazanılan qələbə, yüz illər keçsə də unudulma-yacaq, gələcək nəsillər bu qələbəni öyrənəcək və qürur duyacaqlar.

Videokonfransda Sara Xanlarova, Elçin Əhmədov, Mehman İs-mayılov, Təranə Kərimova, Günel Hacıyeva, Zəfər Bayramov, Riyad Rüstəmli, Bəyim Nəbiyeva, Fuad Heydərli və digərlərinin çıxışları da dinlənilmişdir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

YAP Səbail rayon təşkilatı “Azərbaycan tarixinə şərəf, ləyaqət, qürur səhifəsi yazan Ali Baş

Komandan – İlham Əliyev” mövzusunda videokonfrans keçirib. Onlayn toplantı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum gününə həsr olunmuşdur.

Page 13: TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR ...xalqqazeti.com/pdf/SAYT-24.pdf · oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını

24 dekabr 2020-ci il, cümə axşamı 13“Azərbaycan Zəfəri” və “Qarabağ Azərbaycandır!” miniatür kitabları nəşr olunub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ad günü ərəfəsində Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın təsisçisi və rəhbəri olduğu, dünyada analo-qu olmayan Miniatür Kitab Muzeyi tərəfindən “Azərbaycan Zəfəri” minia-tür kitabı nəşr edilib.

“İndigo” mətbəəsində 100 nüsxə ilə çap olunmuş kitab 280 səhifədən ibarətdir. Forzasında Azərbaycanın Bayrağı və Gerbi əks olunmuş kitabın ölçüsü 65x50 millimetrdir. Üç dildə - Azərbaycan ingilis və rus dillərində oxuculara təqdim olunan kitabda 19 rəngli foto verilib. Kitabda Prezident İlham Əliyevin üçtərəfli bəyanatın (10 noyabr 2020-ci il) imzalanması zamanı xalqa müraciətinin mətni yer alıb.

Dövlətimizin başçısının ad gününə hədiyyə olaraq Miniatür Kitab Muzeyi iki cilddə “Qarabağ Azərbaycandır!” adlı kitablar da nəşr etdirib. Hər iki cild 100 nüsxə ilə Azərbaycan dilində işıq üzü görüb. 352 səhifədən ibarət birinci cilddə 7 rəngli foto, 288 səhifədən ibarət ikinci cilddə isə 10 rəngli foto ve-rilib. İkicildliyin tərtibçiləri tarix elmləri doktoru, professor Dilarə Seyidzadə və Əməkdar mədəniyyət işçisi Zərifə Salahovadır. “İndigo” mətbəəsində nəşr olunan hər iki cildin ölçüsü 55x55 millimetrdir. Kitabların forza-sında Azərbaycanın xəritəsi verilib. Kitablarda Prezident İlham Əliyevin Azərbaycan ərazilərinin işğaldan azad edilməsi zamanı xalqa müraciətləri (27 sentyabr-8 noyabr və 20 noyabr-1 dekabr 2020-ci il) yer alıb.

Oxucular “Qarabağ Azərbaycandır!” kitabının hər iki cildində ulu öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də xalqa müraciəti ilə tanış ola bilərlər.

“Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övlad-larını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyük-lü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə bö-yük ümid bəsləyirəm”. Bu fikirlər Ulu Öndərin müraciətindən götürülüb və onun siyasi uzaqgörənliyinin təsdiqidir. Bütün sahələrdə Azərbaycanın sürətli inkişafı, torpaqlarımızın erməni işğalçılarında azad edilməsi fonunda deyilənlər öz təsdiqini tapır.

Bəli, ölkə Prezidentin müraciətləri qəlbimizi fəxarət hissləri ilə doldu-rurdu. Hər müraciət Azərbaycanın qələbəsini siyasi iradəsi, əzmkarlığı

və mərdliyi ilə təmin edən Müzəffər Ali Baş Komandana xalqın sevgisini daha da artırırdı, rəşadətli Azərbaycan Or-dusu gözümüzdə daha da böyüyürdü. Odur ki, nəcib bir missiyanı öhdəsinə götürərək Prezidentin müraciətlərini miniatür kitab formatında çap etdirən Zərifə Salahovaya ancaq təşəkkür düşür.

Qeyd etmək lazımdır ki, tükənməz enerjisi olan Zərifə xanımın miniatür kitabları ölkəmizdəki bütün əlamətdar və əhəmiyyətli hadisələrin mənzərəsini əks etdirir. Təkcə müstəqillik illərində onun tərəfindən miniatür formatda ən müxtəlif təmayüllü 200-dən artıq kitab çap edilib. Heç şübhəsiz, Zərifə Salahovanın kolleksiyasında əsas yeri ümummilli lider Heydər Əliyevlə bağlı kitablar tutur.

İçərişəhərdə fəaliyyət göstərən Miniatür Kitab Muzeyi Zərifə Sala-hovanın adı ilə tanınır. Dahi rəhbər Heydər Əliyevin qayğısı və xeyir-du-ası ilə ərsəyə gəlmiş Miniatür Kitab Muzeyində dünyanın 70-ə yaxın ölkəsində, o cümlədən ölkəmizdə çap olunmuş 6 mindən çox minia-

tür kitab toplanıb. Onların hər biri Zərifə xanımın gərgin axtarışları nəticəsində əldə olunub. Kolleksiya-da ən nadir nümunələr Yaponiyanın “Toppan” nəşriyyatının 4 mikrokitabı hesab olunur. Onlardan birinin ölçüsü 0,75x0,75 millimetr, üçünün ölçü-sü isə 2x2 millimetrdir. Onların cildi qoyun dərisindən düzəldilib. Adi gözlə nöqtə kimi görünən kitabın oxunması üçün özünün lupası var. Burada olan kitabların çoxunun yaşı 100 ildən artıq-dır. Muzeyin ən “qocaman” kitabı isə 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan Müqəddəs “Qurani- Kərim”in nüsxəsidir.

Onu da bildirək ki, Azərbaycana məxsus Miniatür Kitab Muzeyinin kolleksiyası böyüklüyünə görə “Gin-nesin Rekordlar Kitabı”na da düşüb. Yeri gəlmişkən, ulu öndər Heydər Əliyev Zərifə Salahovanın bu sahədəki fəaliyyətini dəyərləndirərkən deyib: “Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir”.

AZƏRTAC

Ermənilər tərəfindən təhdid olunan italyan senator: Öz təəssüratlarımızı ifadə etdiyimizə görə bizi ölümlə hədələyənlər mənə sülh istəyən təəssüratı bağışlamır

Səfərin məqsədləri barədə suala cavab verən senator nümayəndə heyətinin missiyasının məhz araşdırma və sülh məqsədi daşıdığını deyib. “Bilirəm ki, Ermənistan vətəndaşları hökumətlərinin sülh seçiminə etiraz edirlər və bu, təbii ki, yaxşı əlamət deyil. Azərbaycan hökumətinin üzvləri, Prezident İlham Əliyevlə keçirdiyimiz görüş zamanı dövlət başçısı bir daha qeyd etdi ki, Ermənistanın işğalından azad olunan bü-tün ərazilərdə azərbaycanlılar ermənilərlə sülh və dinc şəraitdə yaşaya bilərlər. İllər ərzində Avropa Şurası, NATO və BMT Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması barədə və uzunmüddətli sülhü bərqərar etmə yollarının müəyyən olunması üçün qətnamələr qəbul edib. Söhbət beynəlxalq səviyyədə atılmış ad-dımlardan gedir. Yerevanın bu münasibəti təəccüb doğurur. Çünki məsələn, təkcə Bakıda 20 mindən çox erməni mükəmməl əmin-amanlıq içərisində ya-şayır. Azərbaycan 1918-ci ildə - ABŞ-dan da əvvəl qadınların səsvermə hüququ-nu tanıyan birinci dünyəvi müsəlman ölkəsi olub. Ona görə də müxtəlif dinlərin sülh şəraitində birgəyaşayışı həmişə Azərbaycan xas xüsusiyyət olub. Təsadüfi deyil ki, dini bayramlar zamanı bir icmanın rəhbəri fərqli etnik və dini mənsubiyyəti olan digər həmkarını da dəvət edir. Bir çox yerdə, təkcə Bakıda deyil, Avropadan kənar başqa ölkələrdə də ermənilərin azərbaycanlılarla sülh şəraitində birgə yaşaması artıq reallıqdır. Ona görə də Ermənistan tərəfindən belə sərt münasibət məni təəccübləndirir”, - deyə italyan senator bildirib.

Maria Rizzotti qeyd edib ki, əgər Ermənistan tərəfi Azərbaycana qar-şı ərazi iddiaları irəli sürməsəydi, münaqişə baş verməzdi. Senator işğal vaxtı azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş cinayətlərdən danışaraq Xocalı qətliamını xatırladıb və bir gecə içində 600-dan çox mülki azərbaycanlının qətlə yetirildiyini, ümumilikdə isə 1 milyondan

artıq azərbaycanlının öz torpaqlarını tərk etməyə məcbur edildiyini deyib.

Münaqişədə digər ölkələrin rolu ilə bağlı sualı cavablandıran senator bildirib: “Türkiyə Azərbaycana mənəvi dəstək verərək Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin tam yerinə yetirilməsinə çağırıb. Rusiya isə Ermənistana yaxın ölkə olmasına baxmayaraq, hər zaman deyib ki, “biz Ermənistanı müdafiə məqsədilə yalnız onun ərazilərinə hücum olunduğu təqdirdə müdaxilə edə bilərik”. Azərbaycan isə Ermənistan ərazisinə hücum etməyib. Hərbi əməliyyatlar yalnız Ermənistan tərəfindən işğal olunan ərazilərdə həyata keçirilib. Təəssüf ki, kasetli bombalar vasitəsilə Azərbaycan şəhərlərinə edilən hücumların şahidi olduq”. Senator vurğulayıb ki, ədalət bərqərar olmadan sülh mümkün deyil və beynəlxalq təşkilatların buna nail olmaq üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 7 rayonun azad edilməsi ilə bağlı qətnamələr qəbul etməsi təsadüfi deyil.

Jurnalist erməni tərəfinin həmin qətnamələrin müharibə müddətində qəbul olunduğu və atəşkəsə nail olmaq məqsədi daşıdığı və onların yerinə yetirilməsi üçün Ermənistandan Dağlıq Qarabağda-kı ermənilər üzərində olan nüfuzundan istifadə etməyi istədiyi, bu qətnamələrin Ermənistanın Azərbaycanın 7 rayonu-nun işğalına görə məsuliyyət daşıdığını

nəzərdə tutmadığını iddia etməsi ilə bağlı senatorun fikirlərini soruşub. Sualı ca-vablandıran parlamentari deyib: “Əvvəla, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri atəşkəsdən əlavə, bütün iş-ğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını tələb edirdi ki, bu da 27 il ərzində həyata keçirilmədi. Bundan əlavə, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı digər qətnamələr qəbul olunub və buna 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş, Ermənistanın Azərbaycanın tor-paqlarını işğal etdiyinə görə məsuliyyət daşıdığı bildirilən və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxmasını tələb edən qətnaməni misal göstərmək olar. Həm də deyə bilərəm ki, işğal həmin ərazilərdə yaşayış, dini, sənaye və kənd təsərrüfatı əhəmiyyətli bütün reallıqların tam məhvinə gətirib çıxarıb”.

Senator münaqişənin səbəblərinin də təhrif olunduğunu və bunun dini müharibə olmadığını, Azərbaycanın müsəlman çoxluqlu dünyəvi və din azadlığının tam təmin edildiyi ölkə olduğunu, eyni zamanda, qadınların cəmiyyətdə müstəsna rol oynadıqlarını və dövlət idarələrində mühüm vəzifələr tutduqlarını bildirib.

Jurnalistin münaqişənin ən gərgin mərhələsində Türkiyə tərəfindən Suriya muzdlularının Dağlıq Qaraba-ğa göndərilməsi barədə suala senator belə cavab verib: “Bunu siz və sizin

mənbələriniz deyir. Mən bilirəm ki, bu fakt inkar olunub və bu barədə sübutlar yoxdur. Mən dəlillərə güvənirəm. Heç bir beynəlxalq təşkilat, nə də orada olan ruslar muzdluların mövcudluğunu təsdiq etmədi. Amma bilirəm ki, Livandan və başqa ölkələrdən erməni dəstələri vuruşmağa gediblər. Ermənistanın hakim dairələri də başqa ölkələrdən gələn erməni əsilli muzdluların ordu sıralarında mövcudluğunu etiraf ediblər”.

Azərbaycan mülki əhalisinə qar-şı istifadə olunan kasetli bombaların nəticələrini öz gözləri ilə gördüklərini deyən Maria Rizzotti bildirib: “İşğaldan azad olunmuş bütün ərazilər minalarla doludur və bu əraziləri yararlı vəziyyətə gətirmək üçün illər lazım olacaq. Əgər bir və ya digər tərəfin bir-birinə qarşı nələr etdiyini düşünməyə davam etsək, sülhə qarşı olan hissləri qidalandırmış olacağıq. Özü də bir halda ki, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə yaşayan ermənilərin xoş qarşı-lanacağı rəsmi olaraq açıqlanıb”.

İtalyan senator Ermənistanda hökumət binasının qarşısında keçirilən etirazların, italyan parlament nümayəndə heyətinin üzvlərinin ölümlə hədələnməsi kimi halların erməni tərəfinin sülhə olan münasibətinin göstəriciləri olduğunu deyib. Uzunmüddətli və davamlı sülh üçün bir yolun tapılacağına ümid etdiyini bildirən senator Azərbaycana missiya-nın məqsədinin dialoqu gücləndirmək olduğunu vurğulayan Maria Rizzotti diqqətə çatdırıb: “Çətin bir dövr arxada qoyulmalı, məlumatlandırma işi davam etdirilməlidir. Keçmişlə yaşayıb, keçmişə baxmaqla sülhə nail olmaq mümkün de-yil. Müharibə ölkələrə rifah gətirmir. Bu səhifəni bağlamaq və inkişafa nail olmaq üçün ədaləti təmin etmək əsas şərtdir.

Elgün NIFTƏLI, AZƏRTAC-ın xüsusi müxbiri

Roma

İran-Azərbaycan əlaqələri səmimi dostluğa əsaslanır

� Müharibənin başa çatması və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi sevindirici haldır. Bu sözləri İranın prezident administrasiyasının rəhbəri Mahmud Vaezi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə deyib. O bildirib ki, Qarabağın işğaldan azad edilməsi regionun inkişafı üçün yeni imkanlar yaradıb.

Azərbaycan Prezidenti İlham Əliyevin İran-Azərbaycan sərhədinin dostluq və qardaşlıq sərhədi olması haqqında fikrini təqdir edən Mahmud Vaezi diqqətə çatdı-rıb ki, rəsmi Tehran da sərhədin dostluq və qardaşlıq sərhədi olmasından məmnundur. Yeni siyasi reallıq ikitərəfli əlaqələrin inki-şafı ilə yanaşı, İran-Azərbaycan-Rusiya, həmçinin İran-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıqları üçün də faydalı olacaq, regi-ondakı problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq.

Mahmud Vaezi qeyd edib ki, hazırda İran-Azərbaycan əlaqələri inkişaf mərhələsindədir. Hər iki dövlət beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin həyata keçirilməsinə çalışır. Onun

sözlərinə görə, yanvarın 16-da Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası komissiyanın iclası keçiriləcək. Bu iclasda dəmir yolu xəttinin tikintisinin, su bəndi və elektrik stansiyasının inşasının tamamlanma-sı məsələləri müzakirə ediləcək.

Administrasiya rəhbəri, həmçinin vurğu-layıb ki, İran-Azərbaycan əlaqələri xalqların mənafeyinə uyğun olaraq səmimi dostluğa əsaslanır.

Rabil KƏTANOV, AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Ali Radanın deputatı: 2020-ci ildə İlham Əliyevin əsas xidməti

və ən böyük qələbəsi Qarabağdır

L.Marçenkonun fikrincə, Avropa İttifaqı və NATO ilə əməkdaşlıq sayəsində ölkəmizin xarici əlaqələri daha da möhkəmlənib. Uk-rayna ilə Azərbaycanın birgə layihələri də bizi sevindirir. Bu il ticarət və nəqliyyat, bərpaolunan enerji isteh-salı və başqa sahələrdə ölkələrimizin əməkdaşlığı daha da genişlənib və möhkəmlənib.

Yaxın günlərdə turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Turizm məsələlərinə dair Ukrayna–Azərbaycan işçi

qrupu ildə iki dəfə növbə ilə hər iki ölkənin şəhərlərində və turizm mərkəzlərində müvafiq forumlar keçirilməsi barədə razılığa gəliblər.

Lyudmila Marçenko daha sonra deyib: “2020-ci ildə cənab Əliyevin əsas xidməti və ən böyük qələbəsi, əlbəttə, Qarabağdır. Otuz ilə yaxın davam etmiş işğaldan sonra Azərbaycan torpaqla-rının azad edilməsi respubli-kanın yeni tarixində ən böyük hadisədir. Azərbaycan xalqı bu günü 30 il gözləyib! Bu böyük qələbə Azərbaycan Prezidenti, Ali Baş Koman-

dan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadəti sayəsində qazanılıb.

Fürsətdən istifadə edib cənab İlham Əliyevi qarşıdan gələn Yeni il bayramı və onun doğum günü münasibətilə də təbrik etmək, ona möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, mühüm dövləti fəaliyyətində uğurlar, bütün planlarının və ideyalarının həyata keçməsini arzu edirəm”.

Emil HÜSEYNLI, AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hulusi Kılıç: İlham Əliyev yüksək liderlik keyfiyyətləri, cəsarətli qərarları ilə seçilən Prezident, Müzəffər Ali Baş Komandandır

Bütün Azərbaycan xalqının, eləcə də yenilməz Azərbaycan Ordusunun Ali Baş Komandan ətrafında sıx birləşərək ümummilli məsələlər naminə birlik nümayiş etdirməsini milli sərvət kimi dəyərləndirən səfir Hulu-si Kılıç deyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti təkcə Azərbaycanın haqq işinin bərpası deyil, eyni zamanda, dünyada sülhün və ədalətin qorunması istiqamətində əməli addımlara çevrildi. Bəli, nəyi nə zaman etmək lazım olduğunu hamıdan yaxşı bilən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində bir tərəfdən özünü soyuq-qanlı və cəsur sərkərdə kimi təsdiq etdisə, digər tərəfdən dünya mediasının aparıcı qurumlarının qarşısında məntiqi düşüncələri və gerçəkləri əks etdirən həqiqətləri sərbəst şəkildə ifadə etməklə diqqəti cəlb etdi. Bir–birinə bağlı olan bu iki amil yenilməz Azərbaycan Ordusunun zəfər qazanmasın-da və bu qələbənin dünya birliyinə qəbul etdirilməsində həlledici güc oldu.

Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin inkişafında dinamizmi qorumaq üçün daim yeni təklif və təşəbbüslərlə çıxış etdiyi-ni xatırladan Hulusi Kılıç qeyd edib ki, ən yaxın zamanlarda iki qardaş ölkənin diaspor təşkilatları vahid platforma üzərindən mühüm hədəflərə hesablanmış strategiyalar uğrunda birgə fəaliyyət göstərəcəklər.

Səfir deyib: “Azərbaycan xalqı xoşbəxtdir ki, hazırda dünyanı təlatümlər bürüdüyü bir vaxtda İlham Əliyev kimi yüksək intellektli, müdrik və cəsur Prezidenti var. Azərbaycanın xoşbəxtliyi Prezident İlham Əliyevin xoşbəxtliyidir. Bu mənəvi bağlılıqdan qürur duyur və Azərbaycanın işıqlı gələcəyinə inanırıq”.

Sabir ŞAHTAXTI, AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Azərbaycanda koronavirus infeksiyasından 4461 nəfər sağalıb, 2334 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koro-navirus infeksiyasından 4461 nəfər müalicə olunaraq sağalıb, 2334 yeni

yoluxma faktı qeydə alınıb. Nazirlər Kabi-neti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 46 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 208 min 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 151 min 660 nəfər müalicə olunaraq sağalıb, 2340 nəfər vəfat edib. Aktiv xəstə sayı 54211 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 102 min 957 test aparılıb. Bugünkü test sayı isə 14599-dur.

“Xalq qəzeti”

Azərbaycanın parlaq zəfəri ilə bağlı yüksək zövqlə və nəfis tərtibatla hazırlanmış miniatür kitablara baxa-baxa düşünürəm və düşüncələrim məni 44 günlük Vətən müharibəsinin ağrılı-acılı, həyəcanlı və sevincli günlərinə aparır. O günlərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham

Əliyevin müraciətlərini qəlbi Qarabağla, yurd sevgisi ilə döyünən hər bir azərbaycanlı böyük səbirsizliklə gözləyirdi. Çünki Prezidentin müraciətlərində Qələbə müjdəsi var idi, hər cümləsində Azərbaycanın tarixi var idi. Prezident xalqa təkcə qələbə xəbəri vermirdi, müraciətlərində Ermənistanın təcavüzkar mahiyyətini açırdı, Şuşa, Ağdam, Kəlbəcər, Füzuli, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan haqqında tarixi həqiqətləri mükəmməl və dolğun şəkildə dilə gətirirdi. Əminliklə demək olar ki, ölkə rəhbərinin bu çıxışları tarixçilər, bütün sahələrin mütəxəssisləri üçün bir platformadır. Prezident İlham Əliyevin müraciətlərini bir araya gətirmək və onları miniatür kitab şəklində çap etdirmək və hamı üçün əlçatan etmək isə böyük vətənpərvərlik nümunəsi, Müzəffər Ali Baş komandana sevginin parlaq ifadəsidir.

Prezident İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir. Azərbaycan beynəlxalq arenada çox mühüm rol

oynayır. Heç şübhəsiz, Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə qazandığı uğura ən böyük töhfəni Azərbaycan dövlətinin başçısı verib. Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Prezident İlham Əliyev böyük qətiyyət göstərərək Azərbaycana qarşı otuz il idi davam edən işğalçılığın sona çatmasına nail oldu. O, yüksək liderlik keyfiyyətləri, cəsarətli qərarları ilə seçilən Prezident, Müzəffər Ali Baş Komandandır. Proseslərə nəzər sal-dıqda görürük ki, məhz onun uğurlu siyasəti sayəsində Azərbaycan hazırda bütün sahələr üzrə dinamik inki-şafın yeni mərhələsini yaşayır. Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a açıqlamasında bildirib.

Italiya Senatının üzvü, dekabrın 5-7-də Italiya parlament nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etmiş senator Maria Rizzotti ölkəsinə döndükdən sonra “Strumenti Politici” saytına müsahibə verərək səfər haqqında fikirlərini bölüşüb. Senator, həmçinin səfərdən sonra Italiya parlamentarilərinə qarşı ermənilər tərəfdən edilən təzyiq və təhdidlərdən danışaraq deyib: “Nümayəndə heyətinin üzvlərinə hər gün ünvanlanan təhdidlər məni həqiqətən də narahat edir və bununla polis məşğul olacaq. Öz təəssüratlarımızı ifadə etdiyimizə, par-lament üzvü kimi o ərazilərə səfər etdiyimizə görə bizi ölümlə hədələyənlər mənə o qədər də sülhə meyilli və sülh istəyən təəssüratı bağışlamır. Təkrar edirəm, bu-nunla polis məşğul olacaq, təhqirin sosial şəbəkələrə xas olduğunu bilirik, fiziki təhdidlər isə başqa məsələdir və tam fərqlı kontekstə aiddir”.

Page 14: TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR ...xalqqazeti.com/pdf/SAYT-24.pdf · oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını

24 dekabr 2020-ci il, cümə axşamı14Azad edilmiş ərazilərimizdə yerləşdirilən qoşunların təminatı fasiləsiz həyata keçirilir

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, hazırda Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olan, tam dağıdıl-mış, viran edilmiş, heç bir infrastrukturun olmadığı və minalanmış ərazilərdə, yeni yerlərdə dislokasiya olunur. Digər dövlət qurumları ilə bərabər Müdafiə Nazirliyinin rəhbərliyi də bu ərazilərdə yerləşdirilən hərbi hissələrin məişət şəraitinin yax-şılaşdırılması istiqamətində planlı və məqsədyönlü fəaliyyət göstərir.

Onu da nəzərə almaq lazımdır ki, bu işlər yüksək dağlıq, çətin keçilən yüksəkliklərdə sərt qış iqlimi şəraitində, eyni zamanda çöl-meşə coğrafi relyefinə uyğun ərazidə icra olunur. Hərbi hissələrə, mövqe və postlara yeni yollar çəkilir, elektrik, su və qaz xətləri quraş-dırılır, şəxsi heyətin yaşayışı və xidməti üçün zəruri məişət şəraiti yaradılır.

Müdafiə nazirinin əmri ilə nazirliyin müvafiq qurumlarının vəzifəli şəxsləri mütəmadi olaraq şəxsi heyətin yanında olur və şəraitə uyğun tələbatlar öyrənilir. Hərbi qulluqçular ərzaq və əşya təminatı normalarına uyğun bütün təminat növləri ilə fasiləsiz təmin olunur. Çöl şəraitində yerləşən bölmələrə əlavə çadırlar, sobalar və digər zəruri avadanlıqlar çatdırılır.

Müxtəlif istiqamətlərdə səyyar mobil hamam-camaşırxana xidmətləri təşkil olu-nur, hərbi qulluqçular isti geyim formaları, yataq dəstləri, keyfiyyətli ərzaqla təmin edilir. Dağlıq ərazidəki hərbi hissələrin şəxsi heyəti normalara uyğun olaraq yüksək kalorili əlavə ərzaq payı ilə təmin olunur. Bununla yanaşı, anbarlarda kifayət qədər ehtiyatlar da mövcuddur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrə xeyli sayda ərzaq məhsullarının çatdırılma-sı bu gün də təmin edilir. Müharibə dövründə olduğu kimi bu təşəbbüsə qoşulan xalqımız, müxtəlif təşkilatlar, şirkətlər, ayrı-ayrı şəxslər tərəfindən Ordumuza hərtərəfli yardım edilir. Əsgərlərimizə ərzaq payı normalarına

daxil olmayan qida məhsulları, şirniy-yatlar, fərdi gigiyena vasitələri və digər ləvazimatlar çatdırılır. Birinci vitse-prezi-dent başda olmaqla Azərbaycan Ordusu-na dəstək olan hamıya Müdafiə Nazirliyi-nin rəhbərliyi bir daha dərin təşəkkürünü bildirir.

Eyni zamanda hərbi qulluqçuların sağ-lamlığını diqqətdə saxlamaq məqsədilə hərbi tibbi personal gücləndirilmiş iş rejimində fasiləsiz tibbi xidmət göstərir. Azad olunmuş ərazilərimizdə stasionar hərbi tibbi məntəqələr yaradılana qədər tapşırığa əsasən bir neçə istiqamətdə mobil səhra hospitalları fəaliyyət göstərir.

Qeyd edək ki, Müdafiə nazirinin əmri ilə qısa müddət ərzində mütəxəssislərdən ibarət bir neçə komissiya hərbi birliklərdə şəxsi heyətin yerləşməsi və məişət şəraitinin yoxlanılmasını həyata keçi-rib. Kompleks yoxlamalar nəticəsində ümumilikdə təminat məsələlərində sistemli problemlər aşkar edilməyib. Bu-nunla belə bəzi cüzi nöqsanlar müəyyən edilib və aşkar olunan bu çatışmazlıqlar dərhal aradan qaldırılıb. Vəzifələrinin icra-sına səhlənkar yanaşan, nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb

və onlar barəsində müvafiq tədbirlər görülüb.

Bununla belə son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən və Vətən müharibəsində əldə etdiyimiz zəfərə kölgə salan video kadrlar yayılır və onlara məqsədyönlü şəkildə müxtəlif qərəzli şərhlər yazılır. Beləliklə də, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələbləri pozularaq

Ordumuz barəsində məlumatlar yayılır, qeyri-obyektiv xəbərlərlə isə hərbi qulluq-çularımızın nüfuzuna xələl gətirilir.

Bəzi sosial şəbəkə istifadəçiləri hətta hərbi qulluqçuların siqaret ilə təmin edilməməsi ilə əlaqədar narazılıqları əks etdirən videolar da paylaşırlar. Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti üçün ərzaq payı normaları haqqın-da Nazirlər Kabinetinin müvafiq qərarında hərbi qulluqçuların tütün məmulatları ilə təmin edilməsi nəzərdə tutulmayıb. Bununla belə dövlət tərəfindən olunan humanitar yardımlar arasında müxtəlif növ siqaretlər də vardır ki, bunlar da tütün məmulatından istifadə edən hər bir hərbi qulluqçuya fərdi qaydada çatdırılır.

Müdafiə Nazirliyi hərbi qulluqçula-rın valideynləri və yaxınlarına müraciət edərək bir daha bildirir ki, onları narahat edən məsələlərlə bağlı müraciətlərini so-sial şəbəkələr vasitəsilə deyil, daha ope-rativ həll olunması üçün nazirliyin sutka ərzində fasiləsiz fəaliyyət göstərən (012) 912, (012) 538-61-31, (012) 404-76-34 telefon nömrələri vasitəsilə bildirsinlər.

“Xalq qəzeti”

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin muzeyin 80 illiyinin təntənə ilə qeyd edilməsi haqqında Sərəncamından sonra il ərzində muzeydə bir sıra nəfis kitablar, plakatlar buraxılıb, rəngarəng sərgilər hazırlanıb, muzeyin arxa-da qalan yolu haqqında Azərbaycan televiziyası-nın bədii və sənədli filmlər studiyasının xətti ilə “Yad-daş körpüsü” və “Nizaminin salamı” adlı tammetrajlı 2 sənədli-publisistik film çəkilib, silsilə tədbirlər keçirilib.

Dekabrın 23-də ilk plenar iclası gerçəkləşən beynəlxalq konfrans da Nizami muze-yinin yuvarlaq ildönümü ilə əlaqədar nəzərdə tutulan tədbirlər sırasındadır. “Klas-sik Azərbaycan ədəbiyyatı və incəsənətinin milli özünütəsdiqdə və Mərkəzi Asiyadakı mədəni tərəqqidə yeri” adlı beynəlxalq konfrans 3 gün davam edəcək. Konf-ransda muzeyin əməkdaşları ilə yanaşı, Azərbaycanın əksər aparıcı elm və təhsil müəssisələrini təmsil edən araşdırıcılar, eləcə, Avropa ölkələrindən, qonşu İran, Türkiyə və Gürcüstandan,

Orta Asiya respublikalarından da alimlər iştirak edəcəklər. “Klassik ədəbiyyat və folklor”, “Mənbəşünaslıq”, “Müa-sir ədəbi proses və ədəbi tənqid”, “Ədəbiyyatşünaslığın nəzəri problemləri”, “Muzey-şünaslıq”, “İncəsənət tarixi və kulturologiya”, “Tarix”, “Dinşünaslıq”, “Fəlsəfə”, “Dilçilik” kimi bölmələrdə dinləniləcək məruzələrdə son min ildən artıq müddətdə Azərbaycan yaradıcı düha-sının müsəlman Şərqindəki elmi-mədəni-ədəbi inkişaf və inteqrasiyaya verdiyi töhfələr, ölkələr və xalqlar arasındakı əlaqələrin qarşılıqlı fayda-lanma və zənginləşməyə təsirləri izlənilir.

Açılış mərasimi və birinci plenar iclası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində mövcud şəraiti nəzərə alaraq yığcam tərkibdə keçirilən mötəbər beynəlxalq elmi yığıncaq dekabrın 24-ü və 25-də işini əcnəbi alimlərin iştirakı ilə bölmələr üzrə vide-okonfrans formatında davam etdirəcək.

Beynəlxalq konfransı “Millətləri və mədəniyyətləri qovuşduran meyarlar” adlı

giriş məruzəsi ilə açan Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, aka-demik Rafael Hüseynov Nizami Gəncəvi və digər klassiklərimizin ölməz əsərlərinin qovuşduruculuq missiyası probleminə toxu-nub. Akademik bildirib ki, bö-yük soydaşlarımızın əsrlərcə yaradıcısı olduqları modellər, təməlini qoyduqları məktəblər dünyanı sabit və möhkəm mənəviyyat dayaqları üzərində daxildən böyüdərək bir həqiqəti hər kəsə anladıb – hisslərin dili ilə bir-biri ilə danışmağı bacaranda bəşər övladı bir-birinə öz doğma dilində danışan, amma fərqli duyğu və düşüncəni daşı-yanlardan daha yaxın, daha doğma ola bilir.

Akademik Rafa-el Hüseynov xalqımızın Yaxın və Orta Şərqdəki intibah, ümumbəşəri ide-alların bərqərar olmasında həlledici rolu ilə bağlı deyib: “Azərbaycan xoşbəxtdir ki, lap çoxdan ümumdünya səciyyəsi daşıyan bu qlobal gedişatda, elmi, mədəni, ədəbi transfer proseslərində

məhz dahi şəxsiyyətlərinin və ölməz əsərlərinin sayəsində özünü həm ən yüksək ləyaqət və şərəflə ifadə və təsdiq edə bilib, həm də çox ölkələri, çox xalqları əhatə edən bu bəşəri cərəyana daim öz əhəmiyyətli, inkişa-fı sürətləndirən töhfələrini verməyi bacarıb”.

Daha sonra Nizami muzeyinin şöbə müdirləri, professorlar Şəfəq Əlibəylinin “Nizami nəzmində qiymətli daş adlarının linqvopoetik səciyyəsi”, Kamil Allahya-rovun “Türk” etnoniminin mənası və tarixi”, Məhəmməd Füzuli adına Əlyazmalar ins-titutunun direktor müavini, fi-lologiya elmləri doktoru Paşa Kərimovun “Mustafa Ağa Şuxinin ədəbi irsi barədə”, filologiya üzrə fəlsəfə doktoru İlhamə Quliyeva-Gültəkinin “Qara at” nağılının Vladi-mir Proppun nəzəriyyəsi əsasında təhlili” və digər məruzələr təqdim olunub.

Beynəlxalq konfransın 300-ə yaxın mövzu üzrə məruzələri əhatə edən materialları “Elm və təhsil” nəşriyyatında ayrıca kitab halında nəşr edilib.

Bağlanmış 4 bankın əmanətçilərinə 615 milyon manata yaxın kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondundan xəbər verilir ki, bu il iyunun 16-dan dekabrın 22-dək ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən 234,46 milyon manat kompen-sasiya ödənilib. “AG Bank” üzrə 4563 əmanətçiyə 109 mil-yon manat, “NBC Bank” üzrə isə 4142 əmanətçiyə 125,37 milyon manatdan çox kompen-sasiya ödənilib. İyunun 1-dən dekabrın 22-dək “Kapital Bank” tərəfindən “Amrah Bank” və “Ata Bank”ın əmanətçilərinə 380,25 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə “Amrah Bank” üzrə 5731 əmanətçiyə ödənilən kompensa-siyanın məbləği 138,75 milyon

manat, “Ata Bank” üzrə 9680 əmanətçiyə isə 241,49 milyon manat təşkil edib.

Fond tərəfindən son bağlan-mış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və

“AG Bank”ASC-nin lisenziya-ları Mərkəzi Bank tərəfindən ləğv edilib, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kolle-giyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığorta-lanması Fondu ləğvedici təyin edilib. Müflis olmuş banklar üzrə öhdəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa za-man ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına

əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Ata Bank” ASC və “Amrah Bank” ASC üzrə “Kapital Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Əmanətlərin Sığor-talanması Fondu iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.

Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanma-sı Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, yeni strateji modelin hazır-lanması ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verməsi gözlənilir. Bağlanmış bank-larda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çat-dırılır ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qayda-da və qısa müddətdə qaytarıl-masının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.

“Xalq qəzeti”

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri siyahısına 23 yeni növ əlavə edilib

� Hazırda 57 reabilitasiya vasitəsi növünün olduğu siyahıda “əlil arabası” ifadəsi “təkərli oturacaq”la əvəz edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı”na 23 yeni növ əlavə edilib.Nazirlikdən bildirilib ki, aparılan isla-

hatlar çərçivəsində əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı sahəsi də inkişaf etdirilir. Bu sahədə müasir yanaşmalar tətbiq olunur, təqdim edilən reabilitasiya vasitələrinin getdikcə həm keyfiyyəti, həm də növləri artır.

Yeniliklərdən biri kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən

olunmuş şəxslər üçün yüksək texnolo-giyalı protezlərin istehsalına və təqdim edilməsinə başlanıb. Həmçinin, əlilliyi olan şəxslərin müyəssərlik, inteqrasi-ya imkanlarının artırılması üçün yeni vasitələrin tətbiqi artıq ardıcıl xarakter alıb. Qeyd edilənlərlə əlaqədar siyahıda ənənəvi reabilitasiya vasitələri ilə yanaşı, yeni növlər (yataq xəstələri üçün çarpayı, hərəkətli qaldırıcı qurğu, səs, göz, sifət

və diş protezləri, “danışan kitab” və s.) də əksini tapıb.

Eyni zamanda, müasir yanaşmanın nəticəsi olaraq, siyahıda “əlil arabası” ifadəsi “təkərli oturacaq”la əvəz edilib.

Ümumilikdə, siyahıda reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatıb.

“Xalq qəzeti”

ABŞ Azərbaycanı din azadlığının təmin edildiyi ölkə hesab edir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Dövlət De-partamentinin məlumatında 1998-ci il tarixli Beynəlxalq Dini Etiqad Azadlığı Aktına əsasən, ölkələr “xüsusi na-rahatlıq yaradan” və “xüsusi izləmə” olmaqla 2 təsnifat üzrə qruplaşdırılıb.

Qeyd edək ki, BDAK-ın bəyanatında Komissiya tərəfindən dərc edilmiş 2020-ci il hesabatında

növbəti dəfə ədalətsizliyə yol verilərək bir sıra ölkələrlə yanaşı, Azərbaycanın da “xüsusi izləmə“ siyahısına daxil olunması tövsiyəsi xatırladılıb. La-kin ABŞ-ın dövlət katibinin tövsiyəsi əsasında Azərbaycan bu il “xüsusi narahatlıq yaradan” və ya “xüsusi izləmə” siyahılarına daxil edilməyib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Vətən müharibəsində “Dəmir yum-

ruq” əməliyyatı həyata keçirərək işğal altında olan torpaqlarımızı qısa müddət ərzində düşməndən azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı Ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı.

Dekabrın 22-nə Əmanətlərin Sığor-talanması Fondu (ADIF) tərəfindən bağ-lanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 24 min 12 əmanətçiyə 614,72 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin

adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 yaşı tamam olur. Fəaliyyətdə olduğu müddətdə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təqdimi və təbliğində müstəsna rol oynamış bu söz və sənət məbədi həm də respublikanın başlıca elmi mərkəzlərindən sayılır.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində beynəlxalq konfrans keçirilir

ABŞ hökuməti tərəfindən din

azadlığı pozulmuş ölkələrlə bağlı ictimaiyyətə məlumat verilib, eyni zamanda, ABŞ-ın Beynəlxalq Din Azadlığı Ko-missiyasının (BDAK) bununla əlaqədar bəyanatı dərc edilib.

COVID-19 ilə mübarizədən də zəfərlə çıxacağıqXatırladaq ki, MDB tədbirindən iki

həftə əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assamb-leyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət baş-çıları səviyyəsində keçirilən xüsusi sessiyasında da yaddaqalan çıxış etmişdi. Dövlətimizin başçısının təklifi ilə keçirilən həmin tədbir Qoşulmama Hərəkatının bütün 120 üzvü, ümumilikdə isə BMT-nin 150-dən artıq üzv dövləti tərəfindən dəstəklənmişdir. Yalnız təcavüzkar Ermənistanın rəhbərliyi, hər zaman olduğu kimi, bu məsələdə də özünün yabançı xislətini nümayiş etdirmiş və insanpərvər təşəbbüsü dəstəkləməmişdi.

Daha öncə – aprelin 10-da Azərbaycanın sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının da cənab İlham Əliyevin təşəbbüsü ilə COVID-19-a qarşı Zirvə görüşü keçiril-miş, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru həmin tədbirdə iştirak edərək, dəyərli tövsiyələrini vermişdir. Mayın 4-də isə Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkatın təmas qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzu-sunda zirvə görüşü keçirilmişdir. Cənab İlham Əliyev məhz orada iştirakçıların razılığı ilə, qlobal həmrəyliyin nümunəsi kimi BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın dövlət və hökumət başçıları səviyyəsində vide-okonfrans vasitəsilə xüsusi sessiyası-nın keçirilməsini təklif etmişdir. Fərəh hissi ilə vurğulamaq istərdim ki, həmin mühüm tədbirlərin hamısı böyük uğurla keçmiş, Azərbaycanın dünyada nüfuzu-nun daha da artmasını şərtləndirmişdir.

MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında cənab İlham Əliyev hazırda pandemiyanın növbəti dalğası ilə üzləşən dünyada virusun geniş yayıl-masının qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməli olduğunu

diqqətə çatdırmış, Azərbaycanda bu yöndə atılan addımlardan ətraflı bəhs etmişdir.

Dövlətimizin başçısı vurğulamış-dır ki, bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var. Azərbaycan nümunəsindən danışan dövlətimizin başçısı fikirlərini konkret rəqəmlərlə əsaslandırmışdır: “Pandemi-yaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 mil-yard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edib, bu, bizim əhalinin yarısını təşkil edir. İndi dünyada vaksinləmə pro-sesinin başlandığı vaxtda biz də bu prosesə qoşuluruq... Biz Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə 10 milyon dollar məbləğində könüllü ianə etmişik. Pandemiyanın birinci günündən etibarən biz bu təşkilatla daim əlaqədə olmuşuq, Azərbaycan 30-dan çox ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib. Beləliklə, üzvlərinin sayına görə

BMT-dən sonra ikinci beynəlxalq təsisata – Qoşulmama Hərəkatına başçılıq etməklə Azərbaycan pandemiyaya qarşı qlobal miqyasda mübarizə işinə sanballı töhfə verir”.

Daha sonra Azərbaycan ilə Ermənistan arasında müharibə məsələsinə diqqəti cəlb edən Prezi-dent İlham Əliyev bizim şanlı Vətən müharibəmiz barəsində həmkarlarını məlumatlandırmış, bir daha konkret faktlar əsasında Qarabağ münaqişəsinin mühüm cəhətlərini diqqətə çatdı-raraq, təxribatçı dövlətin mənfur niyyətlərini yenidən ifşa etmiş və dünya erməniliyinin iç üzünü açmışdır.

Prezident İlham Əliyevin bu çıxışı da onun yüksək erudisiyalı, günün nəbzini düzgün tutan, dünya siyasəti meyda-nında aparıcı simalardan biri olduğunu təsdiqləmişdir. Bir daha əmin olduq ki, biz Vətən müharibəsində qalib gəldiyimiz kimi, COVID-19 pandemiyasına qarşı mübarizədən də zəfərlə çıxacağıq.

Rafayıl EYVAZOV, tibb elmləri doktoru,

Əməkdar həkim

Dekabrın 18-də Azərbaycan Respublika-sının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları

Şurasının videokonfrans formatında keçirilən iclasında iştirakını hər birimiz böyük maraqla izlədik. İclasda çıxış üçün birinci söz verilən cənab İlham Əliyev başa çatmaqda olan ilin dünyada əsas mövzusunun pandemiyaya qarşı mübarizə, bizim regionda isə həm də Dağlıq Qarabağda və onun ətrafında keçirilən

hərbi əməliyyatlar olduğunu vurğulamış, nələr baş verməsi və gələcəkdə nə etməyin planlaşdırması barədə danışaraq öz təsəvvürlərini həmkarları ilə bölüşmüşdür.

Page 15: TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR ...xalqqazeti.com/pdf/SAYT-24.pdf · oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını

24 dekabr 2020-ci il, cümə axşamı 15

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində

Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi FilialıPensiya, sosial sığorta və sosial müavinət məsələləri ilə bağlı bütün instansiyalarda məhkəmə işləri üzrə hüquqi təmsilçilik və köməyin

göstərilməsi xidmətlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİRTender iştirakçılarına təklif edilir ki, dövlət satınalma-

larının https://www.etender.gov.az/ vahid internet porta-lına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən hüquqi xidmətlərin (məhkəmə işləri üzrə hüquqi köməyin göstərilməsi xidməti) satın alınma-sı məqsədilə keçirilən açıq tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanla-ra malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 200,00 manatdır. (iştirak haqqı heç bir halda geri qaytarılmır).

Əlaqələndirici şəxs-Mürvət Hüseyn oğlu Hüseynov - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın Maliyyə

Departamentinin ödənişlərin maliyyələşdirilməsi şöbəsinin müdiri.

Əlaqə telefonu- 012-563-55-18; 563-55-47; E-mail: [email protected]Ünvan- Bakı şəhəri, Ziya Bünyadov prospekti 43. Tenderdə iştirak haqqının ödənilməsi üçün satına-

lan təşkilatın bank rekvizitləri:Beneficiary Name (alan müştərinin adı) AR AASM

NAZ TAB DSMF PHS XST MAR FBeneficiary account (alan müştərinin hesab nömrəsi, İBAN) AZ81I-

BAZ38090019446236612202Beneficiary Bank (alan bank) ABB Binəqədi FilialıSWIFT Code (alan bankın SWIFT kodu) İBA-

ZAZ2XCorrespondent Account ( alan bankın müxbir hesabı) AZ-

03NABZ01350100000000002944Bank Code (alan bankln kodu) 805584

Tax İD (bankın VÖEN-i) 9900001881Müştəri VÖEN-i 1301259111İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri

təqdim etməlidirlər:-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi,

qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;-tenderdə iştirak haqqının ödənilməsi barədə bank

sənədi;-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən

azı 30 bank günü qüvvədə olmalıdır);-tender təklifi dəyərinin 1 faizi həcmində bank

təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqa-nından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı-nın surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqın-da bank arayışı.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. (xa-rici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir.). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 22 yanvar 2021-ci il saat 17.00-a və ten-der təklifini isə 1 fevral 2021-ci il saat 17.00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 2 fevral 2021-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

“Azərbaycan Sənaye Sığorta” ASC səhmdarlarının nəzərinə!

2021-ci il yanvarın 25-də “Azərbaycan Sənaye Sığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların həmin ic-lasda iştirak etmək üçün saat 11.00-da “Azərbaycan Sənaye Sığorta” ASC-nin Bakı şəhəri, Səbail rayonu, Həsən

Seyidbəyli küçəsi 122 “Gümüş Plaza” iş mərkəzində yerləşən ofisində olmaları xahiş edilir.

Gündəlikdəki məsələlər: 1. “Azərbaycan Sənaye Sığorta” ASC-

nin səhmdarlarına dividendlərin ödənilməsi. 2. Digər məsələlər.

“Azərsu” ASCdaxili vəsaiti hesabına 2021-ci il üçün təmizləyici vasitələrin və alətlərin satın alınması məqsədilə

Kotirovka sorğusu elan edirKotirovka sorğusunda iddiaçı kimi

iştirak etmək istəyənlər aşağıdakı ünva-na – Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Satınalmaların İdarə Olunması Departamenti rəisinin müavini

(əlaqələndirici şəxs-Vüqar Cəfərova, telefonu- 431 47 67/2285 və Elçin İbrahi-mova, 431 47 67/2253) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi

iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 29 dekabr 2020-ci il saat 12.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olu-nan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 30 dekabr 2020-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılı-şı prosedurunda iştirak edə bilərlər

Tender komissiyası

“Xalq qəzeti”nin 15 oktyabr və 20 noyabr 2020-ci il tarixli nömrələrində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Şimal – Qərb Turizm Koridoru Kommersiya Obyektlərinin inkişafı konsepti üzrə Abşeron və Binəqədi rayonlarının ərazilərində 120 iaşə obyektinin tikin-tisinin layihələndirilməsi işlərinin satın alınması ilə əlaqədar dərc edilmiş elektron açıq tenderdə “N-DESİGN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin şirkətlə 2020-ci il dekabrın 22-də müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

Tender komissiyası

Azərbaycan Res-publikasının Kənd Təsərrüfatı Nazirliyi ya-nında Aqrar Xidmətlər Agentliyi tərəfindən ava-danlığın satın alınması ilə bağlı 2020-ci il dekabrın 11-də keçirilmiş kotirov-ka sorğusunda “TechTra-de” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib gəlmiş və həmin şirkətlə müqavilə bağlanılmışdır.

Tender komissiyası

“Azercell Biznes” pandemiya dövründə korporativ müştərilər üçün böyük imkanlar açır

“Biznesim Veb” xidmətinin əsas üstünlüklərindən biri də “Azercell Biznes”in müştərilərinin öz şirkətləri və müəssisələri üçün cəmi 3 gün ərzində heç bir əlavə investisiya qoymadan elekt-ron mağaza funksiyası olan bir veb sayt yaratmaqla öz işlərini inkişaf etdirə bilmək imkanıdır. Azərbaycanda kiçik və orta sahibkarlığın ink-şafına yönələn bu rəqəmsal xidmət çərçivəsində müştərilər domain qey-diyyatı, hostinq, Google xidmətlərindən istifadə, səhifənin təhlükəsizliyinin təminatı kimi digər

üstünlüklərdən də faydalana bilər.

Yaradılacaq veb səhifədə istifadəçi qeydiyyatının aparılmasını mümkün edən “Users” xidməti, hər bir istifadəçiyə özünün şəxsi bloqunu yaratmağa imkan verən “Blog” xidməti də əlavə olunnmuşdur. Bunlar-la yanaşı, “Biznesim Veb” xidmətinə həm də SEO – Google axtarış sistemi üçün səhifənin optimallaşdırılma-sı funksiyası əlavə edilib. Bu zaman Google axtarış sisteminə həmin saytla bağlı nəticələr ilk sıralarda görünür ki, bu da saytın ta-

nınması üçün çox önəmlidir. Xidmət çərçivəsində say-tın idarə olunması sistemi Windows OS, Mac OSX tərəfindən dəstəklənir. Rahat interfeysin mövcudluğu, məzmunun ayrıca tətbiqlər vasitəsilə təqdim olunması

saytın daha sürətli və asan-lıqla idarəetməsini həyata keçirməyə imkan verir. Xidmət haqqında daha ətraflı məlumat əldə etmək üçün *1111 nömrəsil ilə əlaqə saxlayın və ya [email protected] ünvanına müraciət edin.

Azərbaycanda fəaliyyət göstərən şirkətlərin seçimi olmağı hədəfləyən “Azer-

cell Biznes” müştərilərini yeni nəsil xidmət və fərqli məzmunda məhsullar təqdim etməklə onların inkişafına imkan yaradır.

“Xalq qəzeti”

Pandemiya dövründə bütün iqtisadi əlaqələrin, o cümlədən, ticarətin onlayn platformaya daşındığı bir dövrdə “Azercell Biznes” sahibkarlar və müəssisə rəhbərləri üçün böyük imkanlar açır. Yeni “Biznesim Veb” xidməti sürətli şəkildə veb saytın yaradılmasına, onun onlayn mağaza kimi istifadəsinə imkan verərək satışları asanlaşdırır. Təkmilləşdirilmiş bu xidmət COVİD-19 pandemiyası dövründə tətbiq olunan sərbəst hərəkət məhdudiyyəti və digər bu kimi tədbirlər şəraitində biznes sahiblərinə önəmli alternativ və yardımçı satış strategiyasıdır. “Biznesim Veb” xidmətinə qoşulmaqla sizin mağaza və ya restoranınız biznesin yeni fəaliyyət normasına uyğunlaşacaq və rəqəmsal həllər vasitəsilə fəaliyyət göstərəcək.

İnfeksionistlər onlarca korona-virus xəstəsini sağaldarkən bəzi məqamları müşahidə etmişlər. On-lar koronavirusun dərmanı olacaq elementlər barədə açıqlamalarında bildiriblər:

“Maraqlıdır ki, COVID– 19-un qarşısını alan element də dövrü sistemdə 19 ədədi ilə nömrələnmişdir. Belə ki, Mende-leyev cədvəlinin 19-cu elementi olan kalium orqanizmdə quruluğun qarşısını alaraq, nəmlik yaradır. Bildiyimiz kimi, koronavirusa yoluxmanın ilk əlaməti də boğazda və ağ ciyərlərdə quruluğun yaran-masıdır ki, nəticədə xəstədə quru öskürək başlayır. Ona görə də in-sanlar tərkibində kalium olan qida-lar qəbul etməlidirlər. Bunun üçün, məsləhət görərdik ki, indiki zaman-da oxucularımız çovdar çörəyi, buğda çörəyi, qaysı, quru üzüm, yerkökü, böyürtkən, əncir, kivi, yemiş, şaftalı, portağal, qreyfrut, kök, kartof, balqabaq, brokkoli, gül kələm, mərci, lobyalar, süd-qatıq (yağsız və ya az yağlı) daha çox istifadə etsinlər. Bunların tərkibində kalium elementi çox olduğundan və kalium da bədəni qurumadan qoruyub, nəm saxladığından indiki dövrdə istifadə edilməsi zəruridir.

Araşdırmaları göstərir ki, ko-ronavirusun qarşısın alan ikinci ele-ment flordur. Burada diqqəti cəlb edən digər məqam ondan ibarətdir ki, florun da atom kütləsi 19 – dur. Bu elementin əsas funksiyası orqa-nizmi infeksiyalardan qorumaqdır.

Hesab edirik ki, indiki dövrdə insanlarımız florla zəngin olan məhsulları da öz rasionlarına daxil etməlidirlər. Bunlar isə, əsasən somon balığı, alma, yumurta, dəniz məhsullarıdır.

Koronavirusun dərmanını axta-ran alimlərə məsləhət görərdik ki, Mendeleyev cədvəlinin 19 – a bağlı elementlərinə müraciət etsinlər.

Hazırda xəstəxanalarda müalicə alan xəstələrə tərkibində kalium və flor olan preparatlar tətbiq edilməlidir. Koronavirusun ən effektli müalicəsi isə, Mendeleyev cədvəlindən çıxarılan efir enerjisidir

ki, o da bəzi müalicələrdə xəstələrə seanslarla ötürülür”.

Mütəxəssislər insanlara keçinin piyindən, südündən mümkün qədər çox istifadə etməyi məsləhət görürlər. Hələ ta qədimdən ata-babalarımız soyuqdəymələri və ağciyər xəstəliklərini keçi piyi ilə müalicə etmişlər. Keçinin piyi insanı tərlədir və enerji verir. Bu da koronavirusdan xilas olmaqda çox vacibdir.

Həmçinin həkimlər iddia edirlər ki, virusa yoluxmuş insanın yatdığı otaqda havanı təmizləmək üçün ən yaxşı vasitə üzərrikdir. Üzərrik tüstüsü otağın havasın təmizləyir. Sanki onu dezinfeksiya edir. Eyni zamanda, meyvə şirələri, xüsusilə də nar, mandarin, apelsin, banan və s. qida rasionunda üstünlük təşkil etməlidir.

Qeyd etməliyik ki, koronavirus nə qədər qorxulu olsa da, onun zəif tərəfləri var. Virusun qorxdu-ğu məqamlar və olmadığı yerlər

bunlardır:1. Küçədən, – çünki koro-

navirus kifayət qədər ağırdır və uça bilmir, xəstənin ağız suyu və tüpürcəyi ilə çıxsa da küçədə yerə düşüb yapışır.

2. Günəşdən, – onun RNK-sını ultrabənövşəyi şüalar öldürür.

3. Təmiz sağlam damar və duru qandan, – çünki virus RNK-sı damarlarda olan APF2 fermentinə yapışır. Bu ferment isə qanı qatı

olan və tıxanmış damarlarda çox olur. Ona görə, ürək damar xəstəlikləri olanlar xəstəliyi ağır keçirir. Qanınızı duru, damarınızı təmiz saxlamağa çalışın.

4. Bədənin yüksək hərarətindən də qorxur, – çünki bir insanın nor-mal bədən temperaturunun 36,6 və bir az yuxarı olması o deməkdir ki, qan və hormonlar yaxşı işləyir, immunitet səfərbər olub.

5. Turşməzə qidalardan, – çünki onlar qanı durulaşdırır, dövriyyəsini artırır

6. Daim hərəkətli bədəndən, – çünki orda daim su dövran edir, əzələlərə, damarlara qan yaxşı işləyir.

7. Qısamüddətli tənəffüsdən, – bu zaman insan daha çox köhnə havanı alır, bu zaman qanda karbon qazı çoxalır, qan durulaşır, aktivləşir.

8. Çox su içən adamdan, – çünki su qanın dövriyyəsini artırıb, qanla virusu bədəndən yuyub

çıxara bilir.Hazırda koronavirusla bağlı

həqiqətə uyğun olmayan fakt-lar, miflər də yayılmaqdadır. Mütəxəssislər bu faktlara da aydın-lıq gətiriblər:

1. Koronavirus yalnız yaşlılara təsir göstərir.– Doğru deyil. Yaşlı insanlar və xroniki xəstəlikləri olan insanlar ciddi xəstəliklərə daha çox meylli olsalar da, hər yaşda insan-lar koronavirusa yoluxa bilərlər. ÜST, hər yaşdan insanlara özlərini qorumaq üçün gigiyena qaydaları-

na ciddi riayət etməyi tövsiyə edir.2. Termal skanerlər yeni

koronavirusa yoluxmuş insanları aşkar edə bilər. –Termal skanerlər qızdırması olub, lakin bunun adi halda müəyyən edilməsi mümkün olmayan insanların təyin olunma-sında mühüm vasitədir. Amma nəzərə almaq lazımdır ki, virusa yoluxmuş şəxsin qızdırması 2–10 gün arasında dəyişə bilir.

3. Spirtin bədən boyu

püskürdülməsi koronavirusu öldürür. – Xeyr. Bədəninizə spirt püskürtmək vücudunuza daxil olmuş virusları öldürmür. Xlor-dan istifadə də həmçinin. Ona görə bu maddələri yalnız müvafiq tövsiyələrə uyğun istifadə edin, çünki onlar göz və ağız üçün zərərli ola bilər.

4. Küncüt yağı koronavirusun bədənə daxil olmasına mane ola bilər. – Xeyr. Küncüt yağı koronavirusu öldürmür. Ağadıcı vasitələr, xlor tərkibli dezinfeksi-

yaedici maddələr, efir yağları, 75 % – li etanol spirt, perasetik turşu və xloroform kimi kimyəvi maddələr səthlərdə yerləşmiş virusu öldürər. Ancaq dəriniz üçün təhlükəli ola bilər.

5. Antibiotiklər koronavirusun profilaktikasında və müalicəsində təsirlidir. – Xeyr. Antibiotiklər viruslara qarşı işləmir. Antibiotiklər növünə görə koronavirusun qar-şısını almaq və ya müalicə etmək üçün istifadə edilməməlidir. Yalnız başqa yoluxucu infeksiyalar üçün antibiotik qəbul edə bilərsiniz.

6. Əl qurutma maşınları korona-virusu öldürür. – Xeyr. Əl qurudu-cuları koronavirusu öldürməkdə təsirli deyil. Əllərinizi tez-tez sabun və su ilə yuyun və ya spirt əsaslı əl məhsulları ilə silin. Sonra onları salfet, dəsmal və ya isti hava quru-ducu ilə yaxşıca qurudun.

7. Sətəlcəm peyvəndi koronavi-rusdan qoruyur. – Xeyr. Sətəlcəm üçün peyvəndlər, məsələn pnev-mokokal peyvəndlər və hemofil infeksiya növü B (Hib) əleyhinə peyvəndlər koronavirusa qarşı qo-runmanı təmin etmir. Koronavirus peyvəndi hələ indi-indi aşkarlanma mərhələsindədir.

8. Sarımsaq yemək koronavirus infeksiyasının qarşısını almağa kömək edə bilər. – Xeyr. Bəzi antimikrobiyal xüsusiyyətlərə malik olmasına baxmayaraq, sarımsağın yeyilməsinin infeksiyanın qarşısını ala biləcəyinə dair rəsmi sübut yoxdur.

9. Koronavirusun profilaktika-sı və müalicəsi üçün dərmanlar var. – Koronavirusun qarşısının alınması və ya müalicəsi üçün tövsiyə olunan xüsusi dərmanlar yoxdur. Xəstəliyə yoluxanlara simptomları aradan qaldırmaq və müalicə etmək üçün lazımi qayğı göstərilməlidir, ağır hallarda opti-mallaşdırılmış dəstək lazımdır.

10. Dezinfeksiya zamanı istifadə olunan bir ultrabənövşəyi şüalar koronavirusu öldürə bilər. – UB lampaları əlləri və ya dərinin digər sahələrini sterilizasiya etmək üçün istifadə olunur, ama bu qıcıq-

lanmaya səbəb ola bilər.11. Çindən məktublar və ya

bağlamalar almaq təhlükəlidir. – Çindən poçt və ya bağlamalar qəbul etmək insanı virusa yoluxma riskinə məruz qoymur, çünki bu infeksiya uzun müddət məktub və bağlamalar kimi əşyaların üzərində yaşamır.

12. Burunun mütəmadi olaraq damcılarla yuyulması koronavirusa yoluxmanın qarşısını alır. – Burunun duzlu su ilə müntəzəm yuyulması-nın insanları infeksiyadan qoruya biləcəyinə dair heç bir sübut yoxdur. Müntəzəm durulama soyuqluğun müalicəsinə kömək etsə də, tənəffüs yollarının yoluxucu xəstəlikləri üçün bunu söyləmək olmaz.

Hər kəsə tövsiyə olunan budur ki, yeri gəldi, gəlmədi, ehtiyac oldu, olmadı, heç kəs özündən əllaməlik edib müalicəyə başla-masın. Bütün müalicələr həkim tövsiyəsi və nəzarəti ilə aparıl-malıdır. Koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan həkimlər özünümüalicələrin xəstəliyi daha da ağırlaşdırdığını qeyd edirlər. Onlar bildirirlər ki, lazımsız müalicələrin bu xəstəlikdən əziyyət çəkən və ağırlaşan xəstələrin anemnezində daha çox problem yaratdığını görürük. Yəni xəstəliyin ilkin mərhələlərində virus olması-na baxmayaraq, superinfeksiya olmadan antibiotiklərin kontrolsuz və nəzarətsiz istifadəsi, “Deksa-metazon” kimi immun supressiv müalicənin insanlar tərəfindən kütləvi şəkildə istifadəsi əks göstərişlər verir. Odur ki, bu dərmanlardan həkim nəzarəti olmadan qətiyyən istifadə etmək olmaz. Bu gün ağırlaşmaların ən böyük səbəbi də bu dərmanlardan istifadədır. Ona görədə hər kəs səhhətinə daha ciddi yanaşma-lı, ərazi poliklinikaları ilə əlaqəni artırmalı, özlərində narahatlıq hiss edən kimi, həkimə müraciət etməlidirlər.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Koronavirus adlı kabus haqqında bilmədiklərimiz...

Bu gün bəşəriyyətin başı üzərində koronavirus adlı bir kabus dolaşmaqdadır. Tibb elmi insanları bu kabusdan qorumaqda aciz qalıb. Doğurdanmı, bu xəstəliyin dərmanı yoxdur? Mütəxəssislərin və tədqiqatçıların araşdırmaları bunun əksini göstərir. Alimlər uzun sürən tədqiqatlar nəticəsində aşkar ediblər ki, koronavirusun dərmanı vardır. Lakin, Mendeleyevin ölümündən sonra onun tərtib etdiyi Elementlərin Dövri Sistemi saxtalaşdırıldığına görə, bu dərmanı kəşf etmək alimlər üçün müşkülə çevrilmişdir. Belə ki, Mendeleyev sağ olarkən onun tərtib etdiyi cədvəldə “Nyutoniy” adlı element olmuşdur. Araşdırmalar göstərir ki, həmin element bir çox sağalmaz xəstəliklərin, o cümlədən də koronavirusun dərmanıdır.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti avtonəqliyyat vasitələrinin sahiblərinə müraciət edib

� Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti avtonəqliyyat vasitələri sahiblərinə müraciət edib.

AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, müraciətdə koronavi-rus infeksiyasının yayılmasının qar-şısının alınması məqsədilə dekabrın 14-dən ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi və hərəkət məhdudiyyətinin müəyyən olunması-nın avtomobillərdən istifadəni kəskin azaltdığı və avtonəqliyyat vasitələrinin əsasən yaşayış binalarının həyətyanı sahələrində park edildiyi qeyd olunub. Bildirilib ki, bir sıra hallarda binaların həyətlərinə girişlərdə, avtomobil yolla-

rının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında pərakəndə şəkildə park edilmiş avtomobillər fövqəladə hadisə zamanı xilasetmə, yanğınsöndürmə və digər iri qabaritli xüsusi təyinatlı avtomobillərin hərəkətinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir. Son zamanlar baş verən yanğınların təhlili bu istiqamətdə zəruri tədbirlərin görülməsini tələb edir.

Bütün bunların nəzərə alınaraq, baş verə biləcək yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iri qabaritli xüsusi təyinatlı tex-nikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuz-ları və hidrantlardan rahat istifadə üçün vətəndaşlardan avtomobillərini yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park etmələri xahiş olunur.

Page 16: TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR ...xalqqazeti.com/pdf/SAYT-24.pdf · oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını

24 dekabr 2020-ci il, cümə axşamı

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: "Xalq qəzeti"nin kompyuter mərkəzində yığılıb və səhifələnib, "Azərbaycan" nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

028261502925

40 qəpik

Səudiyyə Ərəbistanı

İİB-in kapitalı artırılıbİslam İnkişaf Bankı-

nın (İİB) kapitalı daha 8 milyard dollar artırılıb. Bu barədə qərar ban-kın Ciddə şəhərində keçirilən iclasında qəbul edilib. Beləliklə, İİB-in nizamnamə kapitalı 80 milyard 170 milyon dolla-

ra çatdırılıb. İİB-in rəhbəri bankın fəaliyyətinə göstərdikləri dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderlərinə təşəkkürünü bildirib.

Məlumatı “Business İnsider” yayıb.

Çili

Koronavirus “Antarktida”ya çatıb

Antarktida fəaliyyət göstərən və Çiliyə məxsus olan “O'Higgins Riquelme” tədqiqat bazasında çalışan 36 nəfər koronavirusa yoluxub. Bildirilir ki, yoluxanların 26-sı hərbçi, 10-u isə mülki şəxs – bazada xidmət göstərən podratçı şirkətin əməkdaşlarıdır. Koronavirus testlərinin nəticələri pozitiv çıxanların hamısı Çiliyə aparılıb və izolyasiya olu-nub. Bazaya isə yeni komanda göndərilib.

Xəbəri “Sydney Morning Herald” verib.

Gürcüstan

“Javelin” alışı planlaşdırılırGürcüstan gələn il

ABŞ-dan əlavə tank əleyhinə “Javelin” raket qurğuları partiyası almağı planlaşdırır. Bu bəyanatla Gürcüs-tan müdafiə nazirinin vəzifələrini icra edən İrakli Qaribaşvili

parlamentdəki çıxış edib. Onun sözlərinə görə, ölkənin müdafiə qüvvələri son illərdə bir partiya “Javelin” alıb və bu proses növbəti illərdə də davam etdiriləcək. Xatırladaq ki, Gürcüstan “Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ildə alıb.

Xəbəri “Report” verib.

Fransa

Dövlət borcu artıbFransanın dövlət

borcu ümumi daxili məhsulun 116,4 faizinə və ya 2 trilyon 674,3 mil-yard avroya çatıb. Bunu Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu açıqlayıb. Bildirilir ki, cari ilin 3-cü rübündən etibarən dövlət və sosial təminat idarələrinin xəzinəsində artımdan sonra dövlət borcunun artmasında ləngimə qeydə alınıb.

Məlumatı “Le Monde” yayıb.

İspaniya

Lionel Messi Pelenin rekordunu yeniləyib“Barselona” fut-

bol klubunun hücum-çusu Lionel Messi İspaniya çempiona-tında “Valyadolid”ə qarşı matçın ikinci hissəsində fərqlənməklə yeni rekord müəyyənləşdirib.

Bununla da argentinalı futbolçu Kataloniya təmsilçisinin heyətində vurduğu qolların sayını 644-ə çatdırıb. Nəticədə Messi bir klubda vurduğu qolların sayına görə braziliyalı Pelenin rekordunu yeniləyib. Belə ki, Pele Braziliyanın “Santos” komandasının heyətində 643 qol vurub.

Xəbəri “Futbolhd” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Dekabrın 24-də  Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı,

bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Axşama doğru şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Gecə 3-5, gündüz 5-7, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi nor-madan yüksək 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 2-6, dağlıq ərazilərdə 7-9, gündüz 0-2° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qu-badlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 4-9, gündüz 0-4° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq. Yolların buz bağlama ehtimalı var.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləy əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 0-4° şaxta, gündüz 1-4° isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 10-15, gündüz 0-5° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

 Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək Gecə 1-4, gündüz 4-7° isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 2-4, gündüz 4-7° isti, dağlarda gecə 2-4, gündüz 0-2° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

16

Şirvan şəhərindən İlqar Abbasov Gənclər və İdman nazirinin müavini İntiqam Babayevə atası

VAQİF MÜƏLLİMİNvəfatından kədərləndiyini bildirir və

dərin hüznlə başsağlığı verir.

Şirvan şəhərindən İlqar Abbasov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirova anası

XAVƏR NƏSİROVANIN vəfatından kədərləndiyini bildirir və

dərin hüznlə başsağlığı verir.

Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının kollektivi kafedranın dosenti Kəmalə İslamzadəyə həyat yoldaşı

İMRAN RƏCƏBOVUNvaxtsız vəfatından kədərləndiyini

bildirir və dərin hüznlə başsağlığı verir.

AMEA Geologiya və Geofizika İnstitutunun kollektivi institutun geoloji-geofiziki elmlərin tarixi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü

HİKMƏT MAHMUDOVUN

vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Asif Əsgərov Azərbaycan Tibb Universitetinin kafedra müdiri, əməkdar elm xadimi, professor Vaqif Şadlinskiyə bacısı

FƏRİDƏ XANIMINvəfatından kədərləndiyini bildirir və

dərin hüznlə başsağlığı verir.

ADPU-nun filologiya fakültəsinin dekanlığı, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının kollektivi iş yoldaşları, professor

MƏHƏRRƏM HÜSEYNOVUN vəfatından kədərləndiklərini bildirir,

mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının rəhbərliyi və mərkəzin kollektivi iş yoldaşları

TARİYEL BƏDƏLOVUNvəfatından kədərləndiklərini bildirir,

mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kollektivi akademiyanın Həmkarlar İttifaqı Komitəsinin sədri Emin Ələkbərova və rəsm kafedrasının müəllimi Tahir Ələkbərova anaları

BİLLURƏ ƏLƏKBƏROVANIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

"Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov əməkdar elm xadimi, professor Vaqif Şadlinskiyə bacısı

FƏRİDƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

"Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov Milli Məclisin deputatı Rəşad Mahmudova anası

ŞƏRQİYƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kollektivi dizayn kafedrasının dosenti

SEVİL ƏLİYEVANINvaxtsız vəfatından kədərləndiyini

bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və ADRA-nın nəzdindəki incəsənət kollecinin kollektivləri tanınmış rəssam

VAQİF UCATAYINvəfatından kədərləndiklərini bildirir,

mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

ALLAH RƏHMƏT ELƏSİN

Türkiyə və İndoneziya islamofobiyaya qarşı birgə mübarizə aparmaq əzmindədir

M.Çavuşoğlu bildi-rib ki, təəssüf ki, müasir dünyada islamofobiya və ksenofobiya günbəgün güclənir, Türkiyə və İndo-neziya aparıcı müsəlman ölkələri olaraq, buna qar-şı səylərini birləşdirməyə borcludur. Nazirin fikrincə, hər iki dövlət əl-ələ verib bütövlükdə müsəlman dün-yasını birləşdirən ümumi dini, əxlaqi, humanist dəyərləri müdafiə etməyə çalışmalıdır.

Mətbuat konfransında razılıq hissilə qeyd olunub ki, son illər Türkiyə ilə İndo-neziya arasında əlaqələr genişlənir. Diplomatik münasibətlərin qurulmasın-dan artıq 70 il ötür. Gələn

il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İndone-ziyaya rəsmi səfəri planlaş-dırılıb. Cakartada bu səfəri böyük səbirsizliklə gözləyirlər. Ümid edirlər ki, səfər iki ölkə arasında əməkdaşlığın inki-şafına təkan verəcək.

M.Çavuşoğlu çıxışında sonra qeyd edib ki, hazır-da Türkiyə ilə İndoneziya arasında əmtəə dövriyyəsinin həcmi 1,5 milyard dollar təşkil edir. Bu rəqəm, təbii ki, mövcud potensialdan xeyli azdır. Lakin tərəflər yaxın gələcəkdə bu göstəricini iki-üç dəfə artırmaq əzmindədir.

İndoneziyanın Xarici İşlər naziri, öz növbəsində ölkəsinin rəsmi Ankara ilə

sıx əməkdaşlığının daha da güclənməsində maraqlı ol-duğunu bildirib. Xanım nazir məmnunluq hissilə vurğula-yıb ki, Türkiyə və İndoneziya beynəlxalq qurumlarda prinsi-pial məsələlərdə bir-birini dəstəkləyir.

İndoneziya mətbuatı yazır ki, M.Çavuşoğlu və R.Marsudi mətbuat konf-ransından əvvəl iki ölkə arasında diplomatik, iqtisadi əməkdaşlıq, eləcə də elm və təhsil sahələrində əlaqələrin

gücləndirilməsi ilə bağlı bir sıra mühüm sənədləri imzala-yıblar.

İndoneziya dünyanın ən böyük ada ölkəsidir, on yeddi mindən çox adada yerləşir. Hazırda 261 milyondan çox əhalisi olan İndoneziya Yer kürəsinin ən çox əhalisi olan dördüncü ölkəsidir, müsəlmanların sayına görə isə dünyada birincidir.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Cakartada indoneziyalı həmkarı Retno Marsudi ilə görüşərək, onunla bir çox aktual ikitərəfli və regional məsələlər üzrə geniş müzakirələr aparıb. “Anadolu” agentliyi nazirlərin keçirdiyi birgə mətbuat konfransı barədə məlumat yayıb.

Venesiyada turizm vergisinin tətbiqi 2022-ci

ilədək təxirə salınıb

Bildirilir ki, qərarı şərh edən şəhərin bələdiyyə şurasının üzvü Maykl Dzuin koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətlə bağlı turist axınının bərpası məqsədilə mühüm addım atıldığını söyləyib.

Onun sözlərinə görə, turizm vergisinin tətbiqi tarixinin dəyişdirilməsi barədə qərar koronavirus pandemiyası nəticəsində kəskin itkilərə məruz qalmış şəhər iqtisadiyya-tının yenidən qurulması planı çərçivəsində qəbul edilib.

Qeyd olunur ki, cari ilin əvvəlində Venesiyaya gələn hər turistdən 10 avro vergi tutmaq planlaşdırılmışdı. 2022-ci ildə bu verginin dərəcəsinin nə qədər olacağı hələ dəqiqləşdirilməyib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

“Euronews” agentliyinin yaydığı məlumata görə, dünyanın ən cəlbedici turizm məkanlarından olan İtaliyanın Venesiya şəhərinin rəhbərliyi 2020-ci ildə qüvvəyə minməsi nəzərdə tutulan turizm vergisinin tətbiqini 2022-ci ilə qədər təxirə salmaq barədə qərar qəbul edib.

Danimarka və Braziliyada yeni koronavirus

mutasiyası aşkar edilibDanimarka alimləri bildiriblər ki, yeni koronavirus

mutasiyası vaksinləşmənin effektliyini azaldacaq. Braziliya alimləri isə bunun təsdiqini tapmayıblar.

“Golobo” nəşrinin məlumatına görə, COVID-19 virusunun mutasiya-sı Rio-de-Janeyro ştatında aşkar edilib. Braziliya alimləri mutasiyanın çox yoluxdurucu ol-duğunu təsdiq edən fakt tapmayıblar.

Danimarkanın İnfeksiya Əleyhinə Mübarizə İnstitutu isə yeni koronavirus mutasiyasına qarşı tədbirlər hazırlayırlar.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Gürcüstan Müdafiə Nazirliyi yeni PUA-lar

almağı planlaşdırır � “Report”un məlumatına görə,

Gürcüstan Müdafiə Nazirliyi ölkənin müdafiə qüdrətini artırmaq və dayanıqlı təhlükəsizliyini təmin etmək məqsədilə 2021-ci ildə operativ, taktiki kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları (PUA) alacaq.

Bunu Gürcüstanın müdafiə naziri vəzifəsini icra edən İrakli Qaribaşvili parlamentdə yeni hökumət proqramının müdafiə hissəsini təqdim edərkən deyib.

O deyib: “Gürcüstan 2018-ci ildə Fransa istehsalı olan hava nəzarət radarları, mobil komanda məntəqəsi və “Mist-ral-3” zenit-raket kompleksləri alıb. Gələn il bu müqavilənin ikinci mərhələsi uğurla davam edəcək. Nazirlik üçün gələn il operativ və taktiki kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları alınacaq”.

Qaribaşvilinin sözlərinə görə, növbəti illərdə nazirliyin ma-nevr və artilleriya bölmələri müasir uçan kəşfiyyat avadanlığı ilə təchiz olunacaq, radioelektron və kəşfiyyat müşahidə vasitələri inkişaf etdiriləcək. 2018-ci ildə Fransa ilə imzalan-mış müqavilənin birinci mərhələsi yekunlaşıb. 2021-ci ildə bu müqavilənin ikinci mərhələsinin uğurla başa çatacağı gözlənilir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Fransada jandarmeriyanın əməkdaşları öldürülüb

Bildirilir ki, Fransa prokurorluğunun məlumatına əsasən, insident Pyui-de-Dom departamentinin Amber icmasında baş verib.

Polislər məişət zorakılığı barədə müraciətə əsasən hadisə yerinə gəlib. Onlar qadına evin damından düşməyə kömək edən zaman 48 yaşlı kişi tərəfindən atəşə tutulub. KİV-lərin məlumatına görə, cinayətkar qaçıb gizlənməyə nail olub.

Fransanın daxili işlər naziri Jerald Darmanen atəş açan şəxsin bir qədər əvvəl ölü tapıldığını deyib. Nazirin hadisə yerinə yollandığı bildirilir.

Hələlik digər təfərrüatlar açıqlanmır.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

“France 24”ün yaydığı məlumata görə, Fransada 48 yaşlı kişinin açdığı atəş nəticəsində jandarmeriyanın üç əməkdaşı həlak olub, biri isə yaralanıb.

Çexiya karantin rejimini sərtləşdirir

Çexiya hökuməti karantin rejimini sərtləşdirir. Yeni tətillərində ölkədəki bütün mağazalar bağlı olacaq ( ərzaq mağa-zaları və apteklər istisna olmaqla). Ölkədə komendant saatının vaxtı yanvarın 22-dək uzadılıb. Komendant saatı axşam saat 21:00-dan səhər saat 5:00-dəkdir. Ölkədə otellər, idman zalları bağlanıb. Şagirdlər dekabrın 18-dən qış tətilinə buraxılıb.

Qeyd edək ki, Çexiyada 600 min COVID–19 virus daşıyısı qeydə alınıb. 10 min 664 nəfər koronavirusun qurbanı olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”