transparency azerbaijan - pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx ·...

105
Xəbər bülleteni № 9 http://transparency.az/cnews/ Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7 Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38 E-mail: info©transparency.az Sentyabr 2015 Yunanlar yenidən SİRİZA-ya dəstək verdi 21.09.2015 Yunanıstanda sentyabrın 20-də keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Transparency.az-ın məlumatına görə, radikal solların SİRİZA Partiyası 35,47% səslə 300 yerlik parlamentdə 145 mandata sahib çıxıb. SİRİZA-nın müttəfiqi olan ANEL (Azad Yunanlar) Partiyası 3,69% səs toplayaraq 10 mandat qazanıb. Beləliklə, SİRİZA yenidən hökuməti formalaşdırmaq hüququ əldə edib. Hakim koalisiyaya öncüllük edən SİRİZA Partiyasının lideri Aleksis Sipras avqustun 20-də baş nazir postundan istefa vermiş, xalqa müraciətində növbədənkənar parlament seçkisində quruma yenidən etimad göstərilməsini istəmişdi.

Upload: others

Post on 22-Feb-2020

7 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Xəbər bülleteni № 9http://transparency.az/cnews/

Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38

E-mail: info©transparency.az

Sentyabr 2015

Yunanlar yenidən SİRİZA-ya dəstək verdi21.09.2015

Yunanıstanda sentyabrın 20-də keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Transparency.az-ın məlumatına görə, radikal solların SİRİZA Partiyası 35,47% səslə 300 yerlik parlamentdə 145 mandata sahib çıxıb. SİRİZA-nın müttəfiqi olan ANEL (Azad Yunanlar) Partiyası 3,69% səs toplayaraq 10 mandat qazanıb. Beləliklə, SİRİZA yenidən hökuməti formalaşdırmaq hüququ əldə edib.

Hakim koalisiyaya öncüllük edən SİRİZA Partiyasının lideri Aleksis Sipras avqustun 20-də baş nazir postundan istefa vermiş, xalqa müraciətində növbədənkənar parlament seçkisində quruma yenidən etimad göstərilməsini istəmişdi.

Bu ilin yanvarında hakimiyyətə gələn Aleksis Sipras hökumətinin istefası Avropa kreditorları ilə razılaşmaların koalisiyada ikitirəlik yaratması ilə bağlı idi. Avro zonası ölkələrinin qərarına əsasən, 2015-2018-ci illərdə Yunanıstana 86 milyard avro yardım ediləcək. Yunanıstan hökumətinin yardım müqabilində boyun

Page 2: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

olduğu islahat paketi vergilərin artırılmasını, hökumətdə ixtisarları, pensiya yaşının tədricən artırılmasını və başqa məsələləri nəzərdə tutur.

Yunanıstanın Avropa Sabitlik Mexanizminə, Avropa Mərkəzi Bankına, Beynəlxalq Valyuta Fonduna, ayrı-ayrı Avropa ölkələrinə, o cümlədən Almaniyaya, Fransaya, bəzi şəxsi kreditorlara üst-üstə 300 milyard avrodan çox borcu var.

Ekspert dəmir yollarının nazirlikdən alınmasını doğru qərar sayır21.09.2015

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılmasına fərman verib. Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, neft bölməsinin ildən-ilə kiçildiyi şəraitdə, eləcə də Azərbaycanın Asiya və Avropa arasında beynəlxalq nəqliyyat dəhlizi rolu oynadığı dönəmdə təsərrüfat və kommersiya fəaliyyətinə malik dəmiryol nəqliyyatının bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının tərkibindən çıxarılması düzgün yanaşmadır: “Dəmir yolu xidmətləri genişlənir, Azərbaycan Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəmir yolu marşrutları üzrə regional tranzit daşımalarında iştirak edir. Bu amili, eləcə də digər nəqliyyat infrastrukturları ilə dəmir yolu arasında rəqabətli mühitin təmin edilməsi zərurətini nəzərə alanda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nəqliyyat Nazirliyindən alınmasını təqdir edirəm.

Belə qərarlar davam etməli, təsərrüfat və kommersiya fəaliyyəti ilə məşğul olan digər strukturlar, o sıradan “Avtonəqliyyatservis” Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılmalı, bu sahədə dövlət idarəetmə sistemi daha da təkmilləşdirilməlidir. Nəqliyyat sferasında ayrı-ayrı həlqələr arasında rəqabətli

Page 3: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

mühit yaratmaqla və ondan qaynaqlanan keyfiyyətli nəqliyyat xidmətləri göstərməklə izafi xərc tutumu olan struktur elementlərini özəlləşdirmək, mövcud vəsaitlərdən daha səmərəli istifadə edib həm təsərrüfat fəaliyyətini təkmilləşdirmək, həm də dövlət büdcəsinə daha çox töhfə vermək olar”.

Təkliflər hazırlanıb: Azərbaycanda əmək miqrasiyası sərtləşir21.09.2015

Sentyabrın 19-u Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) xarici vətəndaşlar üçün əmək miqrasiyasının təkmilləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə hazırlanmış təkliflərin müzakirəsi keçirilib. Transparency.az-a verilən rəsmi məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov siyasi və iqtisadi böhran prosesləri səbəbindən əksər ölkələrdə iqtisadi fəallığın və investisiya qoyuluşlarının azaldığını, belə şəraitdə çoxsaylı iş yerlərinin ixtisar edildiyini bildirib: “Azərbaycanda isə iqtisadi artım və ölkə iqtisadiyyatına investisiyaların yatırılması prosesi davam edir. Bu isə ölkəmizin əmək bazarında xarici işçi qüvvəsinin çoxalması ilə müşahidə olunur. Təkcə bu ilin birinci yarım ilində ƏƏSMN-ə xarici vətəndaşlara iş icazəsinə rəy verilməsi üçün DMX-dən göndərilən müraciətlərin sayı 9357 ədəd, ötən ilin müvafiq dövrünə nisbətən 11,8 faiz çox olub. Lakin bu müraciətlərin yalnız 7 faizə yaxın hissəsinin yüksək ixtisaslı mütəxəssislərə aid olması təəssüf doğurur və milli əmək bazarının ixtisassız əcnəbi işçi qüvvəsindən qorunması, yüksək ixtisaslı mütəxəssislərin iqtisadiyyatımıza cəlb edilməsinin stimullaşdırılması məsələsini aktuallaşdırır”.

Müslümov dövlət başçısının 24 dekabr 2014-cü il fərmanında bununla əlaqədar konkret tapşırığın verildiyini vurğulayıb: ”Fərmanda ƏƏSMN və DMX-yə milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadə olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsi, habelə ölkədə innovativ rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması (patentləşdirmə) mexanizminin yaradılması üçün təkliflərin hazırlanması tapşırılıb. Hər iki qurumun müvafiq təklifləri hazırdır və müzakirələr şəraitində onlar daha da təkmilləşdirilərək dövlət başçısına təqdim olunacaq”.

Page 4: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

DMX-nin rəisi Firudin Nəbiyev ixtisassız əcnəbi miqrantların ölkəyə axınının qarşısının alınması üçün həyata keçirilən tədbirlər barədə məlumat verib, hazırlanan yeni təkliflərin bu sahədə mexanizmin təkmilləşməsinə səbəb olacağını bildirib.

Tədbirdə hazırlanan təkliflər ətraflı müzakirə olunub. Təkliflərdə əmək bazarında ilk növbədə yerli işçi qüvvəsindən istifadəyə üstünlük verilməsi, yalnız müvafiq ixtisaslar üzrə yerli işçi qüvvəsi yetərli olmadığı halda həmin ixtisaslar üzrə iş yerlərinə əcnəbi işçi qüvvəsinin buraxılmasına icazə verilməsi məsələsi də əksini tapıb. Müzakirə zamanı bu məsələ ilə əlaqədar milli əmək bazarında iştirak üçün xarici işçi qüvvəsinə icazələrin verilməsi zamanı aidiyyəti informasiyaların əldə olunması üçün iki qurum arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi, habelə əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin imkanlarından miqrasiya orqanlarının geniş istifadə edə bilməsi barədə razılıq əldə olunub.

Page 5: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

MSK deputatlığa namizədlərin siyahısını dərc etməyə başlayıb (Siyahı)21.09.2015

Page 6: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Transparency.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası 1 noyabr parlament seçkisində qeydə alınan namizədlərin siyahısını dərc etməyə başlayıb. Siyahı daim yenilənir (Seçki dairələri üzrə qeydə alınanlar).Parlament seçkisinin təqvim planına əsasən, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri oktyabrın 2-dək təqdim edilir. Oktyabrın 12-dək MSK qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısını açıqlamalıdır.

Naxçıvanda ÜDM 5,9 faiz artıb21.09.2015

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 525 milyon 381 min manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 5,9 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 6,6 faiz artaraq 3458,1 manata çatıb.

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 665 milyon 706 min manat həcmində məhsul istehsal edilib, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 3,3 faiz üstələyib.

Page 7: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

İlham Əliyev Respublika Əlillərin Bərpa Mərkəzinin açılışında iştirak edib21.09.2015

Sentyabrın 21-də prezident İlham Əliyev Bakıda Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezidentə bildirib ki, il ərzində ambulator, gündüz stasionarı və stasionar şəraitdə əlillərin reabilitasiyası və müalicəsi ilə məşğul olan mərkəz müasir tibbi avadanlıqla təchiz edilib, binanın həyətində geniş yaşıllaşdırma işləri görülüb, xəstələrin təmiz havada gəzintisi və istirahəti üçün bütün şərait yaradılıb.

Xəbəri AZƏRTAC yayıb.

Page 8: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Təhsil Nazirliyi “Elektron təhsil” respublika müsabiqəsinə start verib21.09.2015

Sentyabrın 21-də Təhsil Nazirliyi “Elektron təhsil” respublika müsabiqəsinə start verib. Rəsmi məlumata görə, təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş müsabiqə “Müəllim” və “Şagird” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunur. Məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən  müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir.

Müsabiqədə ümumtəhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanması ilə məşğul olan qurumların  metodist

Page 9: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

mütəxəssisləri və şagirdlər iştirak edə bilər. İştirak arzusunda olanlar www.musabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməli və ərizəni doldurmalıdırlar. Qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.Çağrı Mərkəzinin fəaliyyəti barədə arayış açıqlanıb21.09.2015

Vergilər Nazirliyinin Çağrı Mərkəzinin avqust ayında fəaliyyəti barədə arayış açıqlanıb. Transparency.az xəbər verir ki, Çağrı Mərkəzinə daxil olan müraciətlərin 36,49 faizi gün ərzində, 26,7 faizi növbəti iş günü ərzində, 8,77 faizi 2 gün ərzində, 8,53 faizi 3 gün ərzində, 17,77 faizi 4-7 gün ərzində, 1,42 faizi 8-15 gün ərzində, 0,95 faizi 16-30 gün ərzində cavablandırılıb.Əli Həsənov: “Bir sıra xarici media orqanları və onların əməkdaşları ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər”21.09.2015

Page 10: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hüquq mühafizə orqanlarının son günlər bəzi xarici KİV əməkdaşlarını saxlamasına münasibət bildirib. O, AZƏRTAC-a bildirib ki, 2015-ci il martın 18-də “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları” təsdiq edilib: “Xarici KİV-lərin, onların Azərbaycandakı nümayəndəliklərinin və əməkdaşlarının elektron qaydada akkreditasiyası məqsədilə Xarici İşlər Nazirliyinin internet saytında müvafiq bölmə də yaradılıb (Xarici KİV nümayəndələrinin elektron akkreditasiyası üçün müraciətlər).Təəssüf ki, “İnteraz”, “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV” internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bu günə qədər müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər. Son günlər hüquq mühafizə orqanlarının bəzi xarici KİV əməkdaşlarını saxlaması da onları öz fəaliyyətlərini “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları”na uyğun qurmağa dəvət etmək məqsədi daşıyır”.

Hökumət hansı hədəfləri seçməlidir?21.09.2015

Page 11: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

        Rövşən AğayevAzərbaycan hökuməti manatın, dövlət büdcəsinin və cari hesablar balansının neftin 40-45 dollarlıq qiymətinə uyğunluğunu təmin etmək üçün bəzi hədəflər seçməlidir:

1) İdxalı əvəzləyən qabaqcıl istehsalın yaradılması və “tüfeyli istehlak” üçün idxalın məhdudlaşdırılması hesabına idxalın hazırkı səviyyəsini ən azı 35-40% azaltmaq.

Söhbət real idxal səviyyəsindən gedir. “Güzgü statistikası” (gömrük göstəricilərinin tutuşdurulması) əsasında qiymətləndirmələr göstərir ki, real idxal səviyyəsi statistikanın qeydə aldığı idxaldan azı 30-35% çoxdur.

İdxalın hazırkı səviyyəsini qida məhsullarının və yüngül sənaye məhsullarının daxili (amma keyfiyyətli) əvəzedicilərini yaratmaqla təmin etmək mümkündür. Əlavə olaraq hökumətin lazımsız istehlak mallarının (məsələn, bahalı xidməti avtomobillərin və avadanlıqları) idxalını məhdudlaşdırmaqla bu hədəfə töhfə vermək olar. İdxalı əvəzləyən qabaqcıl istehsalın yaradılması və “tüfeyli istehlak” üçün idxalın məhdudlaşdırılması sayəsində idxala xərclənən ən azı 2,5-3 milyard dollara qənaət etmək mümkündür.

2) Xarici sərmayə əsasında qurulan ixrac yönümlü və rəqabətə davamlı məhsul hesabına qeyri-neft ixracının hazırkı 1,5 milyard dollardan ən azı 5-6 milyard dollara çatdırılması.

3) Ticarət balansının qeyri-neft kəsirinin hazırkı 6-6,5 milyard dollardan 2-2,5 milyard dollara endirilməsi.

4) Qeyri-neft sektoruna xarici sərmayə axınını hazırkı 1,2-1,3 milyard dollardan heç olmasa 7-8 milyard dollara çatdırılması.

Page 12: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

5) Xaricə investisiya formasında rezidentlərin ölkədən çıxardığı ən azı 8-10 milyard dollar sərmayənin 1,5-2 milyard dollara qədər enməsinə nail olmaq.

Söhbət qadağanedici və inzibati tədbirlərdən yox, kapitalı ölkədə saxlayanlara əlverişli siyasi, hüquqi (mülkiyyətə təminat, müstəqil məhkəmə və s.), iqtisadi mühitin yaradılmasından gedir.

Bu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45 dollar olduğu şəraitdə belə manatın məzənnəsinin sabitliyinə, tədiyyə balansının ümumi saldosunun müsbət olmasına, qeyri-neft büdcə gəlirlərinin azı 8-9 milyard manata çatdırılması şərti ilə dövlət büdcəsinin gəlirlərinin 15-16 milyard dollar səviyyəsində saxlanmasına (Neft Fondunun transfertlərinin büdcədə payını hazırkı 50-55%-dən 20-25%-ə endirmək şərti ilə) dayanaqlı baza formalaşacaq.

Hökumət antiböhran proqramı qəbul edərsə, baza hədəfləri kimi bunlar seçilməlidir.

Beynəlxalq Bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları həbs olunub21.09.2015

Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürüb qaytarmayan bir qrup şəxs həbs edilib. Hüquq mühafizə orqanlarından APA-ya verilən məlumatda deyilir ki, tutulanlar bu şəxslərdir: Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek

Page 13: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

İnvest”in direktor əvəzi Əli Əlişov və “İnter Glass” ASC-nin direktoru Fariz Muradov.

Bu il martın 18-də Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev istefa verib.

İyulun 15-də prezident İlham Əliyev Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması haqqında fərman verib. Fərmanda qeyd olunub ki, son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub, yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranıb.

Sənədə görə, problemli aktivlər dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilib.

İyulun 22-də Beynəlxalq Bankın yeni İdarə Heyəti seçilib. Sədr Elmar Məmmədovdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi şikayət statistikası yayıb21.09.2015

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”inə yanvar-avqust ayları ərzində ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və ekoloji qanun pozuntuları ilə əlaqədar 2482 şikayət daxil olub. Sentyabrın 21-də yayılan rəsmi məlumata görə, 2482 şikayətdən 2200-ü yerində araşdırılıb, qanuna müvafiq tədbirlər görülüb. Digər müraciətlərin araşdırılması davam etdirilir.

Şikayətlər əsasən məişət tullantılarının qalaqlanması, çirkab suların axıdılması, ağacların qanunsuz kəsilməsi, aşma təhlükəsinin olması, atmosfer havasının çirklənməsi, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi ilə əlaqədar olub.

Page 14: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

“Volkswagen”in Amerikadakı fırıldağı şirkətin dəyərini 16 milyard avro azaltdı21.09.2015

Almaniyanın “Volkswagen” avtomobil konserninin səhmləri sentyabrın 21-də 22 faiz ucuzlaşıb. Transparency.az xəbər verir ki, 2008-ci ildən bəri ən böyük ucuzlaşma (1 səhm 126,4 avrodur) nəticəsində şirkət 16 milyard avro dəyər itirib.

Bu cür ucuzlaşmaya konsernin ABŞ-da ekoloji normaları pozduğuna görə 18 milyard dollar cərimələnəcəyi xəbəri səbəb olub. ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi “Volkswagen” avtomobil konserninin 2009-2015-ci illərdə bu ölkəyə ixrac etdiyi 500 min maşının havaya normadan 10 dəfə çox zərərli maddə buraxdığını aşkara çıxarıb. Həmin avtomobillərə quraşdırılmış xüsusi qurğu ekoloji testlər zamanı hər şeyi normada göstərirmiş.

Dizel mühərriki ilə işləyən avtomobillərlə bağlı fırıldaq üzə çıxandan sonra “Volkswagen”in baş direktoru üzrxahlıq mesajı yayıb.

Hərbi pilotların hazırlığı mərkəzi açılıb21.09.2015

Müdafiə Nazirliyinin 21 sentyabr məlumatına görə, Hərbi Hava Qüvvələri pilotlarının hazırlığı mərkəzi açılıb. Mərkəzin açılışında iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov Mi-35 zərbə helikopteri ekipajlarının hazırlığı üçün nəzərdə tutulan kompleks trenajor mərkəzində idarəetmə, paraşüt-desant, axtarış-xilasetmə, helikopter trenajorları, hündürlük ləvazimatları, laboratoriya və digər otaqlardakı şəraitlə tanış olub. Bildirilib ki, real şəraitə tam uyğunlaşdırılan müasir tipli helikopter trenajorları otağında quraşdırılan avadanlıq təsdiqlənən hazırlıq proqramına uyğun olaraq ekipajların nəzəri təlim hazırlığını artırmaq, bacarıqlarını lazımi döyüş səviyyəsində saxlamaq, o cümlədən digər hava vasitələrini idarə edən uçuş heyətinin yenidən öyrədilməsi

Page 15: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

məqsədini daşıyır. Pilotların hazırlığında istifadə olunan trenajorlar uçuşu, döyüş atışlarını və digər fəaliyyətləri virtual olaraq həyata keçirmək imkanı verir.

Həqiqi helikopterin kabinəsinin interyerini əks etdirən, eyni zamanda cihaz, ləvazimatlar, idarəetmə qurğuları quraşdırılan və operator tərəfindən idarə olunan trenajorda uçuş heyəti verilən proqrama uyğun marşrut üzrə, havanın və sutkanın rejimi, manevr imkanları, texniki vəziyyət və digər amillər nəzərə alınmaqla hazırlıq keçir.

General-polkovnik Zakir Həsənov döyüş helikopterlərinin dayanması, onlara texniki xidmətin göstərilməsi və təmiri məqsədilə yeni tikilən və müasir avadanlıqla təchiz olunan anqarlara da baxıb.

Page 16: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45
Page 17: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Daxili dövlət borclanmasının yuxarı həddi 3 milyard manat artırılır

Page 18: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

21.09.2015

Azərbaycan Respublikasının 2015-ci il üzrə daxili və xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1,5 milyard manat təsdiq edilib. APA-Economics-in məlumatına görə, 2015-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi hazırlanıb və daxili dövlət borclanmasının yuxarı həddi 4,5 milyard manata qədər artırılır.

Dəyişikliyi nəzərdə tutan qanun layihəsi Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirə olunacaq. Yenilik parlamentdən keçsə, 2015-ci ilin iyulun 15-dən tətbiq ediləcək.

Prezident üç məhkəmənin köhnə sədrlərini postunda saxladı22.09.2015

Prezident İlham Əliyev sentyabrın 21-də sərəncamlar imzalayaraq üç məhkəmə sədrinin səlahiyyət müddətini uzadıb. İman Məmməd oğlu Nağıyev Bakı Apellyasiya Məhkəməsinin, Mübariz Dosməmməd oğlu Əkbərov Şəki Apellyasiya Məhkəməsinin, Vəli Əsgər oğlu Abdullayev Kəpəz Rayon Məhkəməsinin sədri postunda qalıblar.

Transparency.az bildirir ki, 58 yaşlı İman Nağıyev 2007-ci ildən Bakı Apellyasiya Məhkəməsinin sədridir.

Mübariz Əkbərovun 51 yaşı var, o, Şəki Apellyasiya Məhkəməsinin sədri postunu 2010-cu ildən tutur.

47 yaşlı Vəli Abdullayev 2009-cu ildən Kəpəz Rayon Məhkəməsinə sədrlik edir.

Lənkəranda əmək yarmarkası: 693 nəfərdən 102-si iş tapdı

Page 19: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

22.09.2015

Lənkəran şəhərində əmək yarmarkası keçirilib. AZƏRTAC-ın 22 sentyabr məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi yarmarkaya 19 müəssisə 269 vakant iş yeri çıxarıb.

Əmək yarmarkasında iştirak edən 693 nəfərdən 102 nəfərinə ixtisaslarına uyğun müvafiq iş yerlərinə göndəriş vərəqələri verilib, 30 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.

Varşavada Azərbaycanla bağlı aksiya22.09.2015

Sentyabrın 21-i Varşavada ATƏT-in insan ölçüsü üzrə 2015-ci il konfransı açılıb. İnsan hüquqları və demokratiya məsələlərinə

Page 20: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

həsr olunan konfransı qərargahı Polşa paytaxtında yerləşən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu keçirir.

“Azadlıq” radiosunun məlumatına görə, konfransda xarici iştirakçılardan ibarət qrup üzərinə Azərbaycandakı məhbus hüquq müdafiəçiləri və jurnalistlərin fotoları həkk edilmiş maykalarla Azərbaycan nümayəndə heyətinin qarşısına çıxıb. Qeyri-hökumət təşkilatı olan Vətəndaş Həmrəyliyi Platformasının fəalları məhbuslara azadlıq tələb ediblər. Onlar Azərbaycan nümayəndə heyətinin təmsilçisi və ATƏT sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç çıxış edərkən ayağa qalxıblar.

Hökumət daxili borclanma limitini niyə artırır? (Ekspert rəyləri)22.09.2015

2015-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi hazırlanıb: Azərbaycanın daxili dövlət borclanmasının yuxarı həddi 1,5 milyard manatdan 4,5 milyard manata artırılır. Qanun layihəsi Milli Məclisdən keçsə, yenilik 2015-ci ilin iyulun 15-dən tətbiq ediləcək.

Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, daxili dövlət borclanmasının yuxarı həddində artım dövlət layihələrinin maliyyələşdirilməsi üçün vəsaitin cəlbi və Beynəlxalq Bankın borclarının idarə edilməsi zərurətindən irəli gəlir. Mexanizmə gəlincə, Maliyyə Nazirliyinin buraxdığı istiqrazlar satışa çıxarılacaq, Mərkəzi Bank da onların alınmasında iştirak edəcək və beləliklə, maliyyələşmə açılacaq, yekunda dövlətin daxili borcları artacaq”.

Digər ekspert Rövşən Ağayev də qeyd edib ki, hökumət 3 milyard manat daxili borclanmaya ilk növbədə Beynəlxalq Bankın sağlamlaşdırılması məqsədilə gedir: “Əlavə olaraq Dövlət Neft Şirkətinin daxili və xarici layihələrinin dəstəklənməsi üçün 1,8 milyard manat daxili borclanma planlaşdırlır. Qısa bir zaman kəsiyində dövriyyədə olan pul kütləsinin az qala 70 faizi qədər daxili borclanmaya ölkənin maliyyə sisteminin davam gətirə bilib-bilməyəcəyini isə söyləmək çətindir”.

Yer kürəsi əhalisinin internetdən istifadəsi barədə hesabat yayılıb

Page 21: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

22.09.2015

BMT-nin genişzolaqlı rabitə üzrə komissiyası hesabat yayıb. www.mincom.gov.az-ın məlumatına görə, 2015-ci ildə qlobal miqyasda internetləşmənin artım tempi 8,1 faiz olub. Bir il əvvəl bu göstərici 8,6 faiz idi. 2012-ci ilədək bu göstərici uzun illər ərzində ikirəqəmli ədədlərlə artıb. Ekspertlərin proqnozlarına görə, bu say nəzərə alınmaqla 2020-ci ilədək internet istifadəçilərinin sayı 4 milyarda çatacaq.

Hazırda Yer kürəsi əhalisinin təxminən 57 faizi (4 milyard nəfərdən çox) internetdən mütəmadi və ya aktiv istifadə etmir. Bu vəziyyət operatorların ölkələrin ucqar regionlarında telekommunikasiya infrastrukturunun inkişafına çoxlu vəsait xərcləmək istəməməsi, eləcə də mobil rabitə abunəçilərinin sayının artım tempinin kəskin azalması ilə əlaqədardır.

2014-cü ildə 2,9 milyard insan internet istifadəçisi olub, cari ilin sonunadək bu göstəricinin 3,2 milyard nəfərədək artacağı gözlənilir, bu da planetin ümumi əhalisinin təxminən 43,4 faizi deməkdir.

“ASAN xidmət”ə qəbul: imtahan mərhələsi başa çatdı (Nəticələr)22.09.2015

Page 22: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin yeddinci təsnifatına uyğun olan 11 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün avqustun 6-da elan edilən müsabiqənin test imtahanları sentyabrın 21-də başa çatıb.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın açıqlamasına görə, müsabiqədə iştirak etmək üçün 189-u qadın olmaqla 772 namizəd qeydə alınıb. Onlardan 362 nəfəri (46,89 faiz) imtahana gəlməyib.

Test imtahanı mərhələsində iştirak edən 344 namizəddən 19-u qadın olmaqla 66 nəfəri bu mərhələdə uğur qazanıb. Qaliblərin 90,91 faizi gənclərdir.

İmtahan mərhələsində uğur əldə edən namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 10 iş günü ərzində qanunvericiliklə müəyyən olunmuş sənədlərini komissiyaya təqdim etməlidir.

Yarım milyon manata yaxın vergi borcu olan iş adamı beynəlxalq axtarışa verilib22.09.2015

Page 23: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Azərbaycanda külli miqdarda vergi borcu olan iş adamı Kazımov Azər Əkbər oğlu beynəlxalq axtarışa verilib. 1968-ci il təvəllüdlü Azər Kazımova Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Azər Kazımov ölkədən qaçdığı üçün hüquq mühafizə orqanları İnterpola müraciət edib.

APA-nın əldə etdiyi məlumata görə, Azər Kazımov “MST Tikinti-Quraşdırma” MMC-nin rəhbəri olub. Onun 500 min manata yaxın vergi borcu var.

Rusiya 30 dollarlıq neft qiymətlərinə hazırlaşır22.09.2015

Rusiya 30 dollarlıq neft qiymətlərinə hazırlaşır. AZƏRTAC-ın məlumatına görə, www.rbc.ru saytında qeyd olunur ki, Rusiya hökuməti qarşıdakı illərdə neftin bir barrelinin qiymətinin 30 dollara qədər geriləməsi nəticəsində yaranacaq çətin iqtisadi şərtlərin öhdəsindən necə gələ biləcəyini araşdırır. Neftin bir barrelinin qiymətinin 30 dollaradək enməsi vəziyyətində görüləcək işlər Rusiya hökumətinin toplantısında müzakirə edilib. Enerji nazirinin köməkçilərindən biri neftin qiymətinin 40 dollardan aşağı enəcəyi təqdirdə neft istehsalının azaldıla biləcəyini deyib.

Page 24: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Rusiyanın İqtisadiyyat Nazirliyi neftin bu il üçün orta qiymətinin 52 dollar, 2016-ci ildə isə 56 dollar olacağını təxmin edir.

Sentyabrın 22-də Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 46,34 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 48,43 dollara satılıb.

London birjasında “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 49,67 dollardır.

AXCP proqram dəyişikliyini növbəti qurultaya saxlaya bilər22.09.2015

Azərbaycan Xalq Cəbhəsi Partiyası sentyabrın 27-də Bakının Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət sarayında VI (IX) qurultayını keçirəcək. Transparency.az-a danışan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, 400 nümayəndənin seçildiyi qurultayda partiya fəalları ilə birgə 800 nəfərin iştirakı gözlənir: “Diplomatik korpusun, media və vətəndaş cəmiyyətinin nümayəndələri, tanınmış ziyalılar da qurultaya dəvət olunub”.

Fuad Qəhrəmanlının sözlərinə görə, qurultayın gündəliyində duran əsas məsələlərdən biri seçkili orqanların yenidən formalaşdırılması, partiya sədrinin seçkisidir: “Qurultayda partiya sədri və Nəzarət-Təftiş Komissiyası seçiləcək, Ali Məclisin yerli təşkilatlardan seçilən nümayəndələri təsdiqlənəcək”.

AXCP sədrliyinə iki iddiaçı var: 2000-ci ildən həmin postu tutan Əli Kərimli və partiya funksioneri Sahib Kərimov.

Page 25: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Partiya sədrinin müavini əlavə edib ki, AXCP-nin yeni proqramı hazırlanıb: “Layihə əlimizdədir. Amma bununla bağlı müxtəlif yanaşmalar var. Konkret qərar yoxdur ki, bu layihə qurultaya çıxarılsın, yoxsa proqramla bağlı sonradan ayrıca qurultay çağırılsın. Qurultaya hazırlıq üzrə təşkilat komitəsi bu həftə məsələyə aydınlıq gətirəcək. Böyük ehtimalla 27 sentyabr qurultayında proqram məsələsinə baxılmayacaq”.

Partiyanın təşkilati quruluşunda isə dəyişiklik nəzərdə tutulmur, AXCP indiki nizamnaməni saxlamaq qərarı verib.

Transparency.az-ın əldə etdiyi məlumata görə, AXCP-nin yeni proqramının layihəsində dövlət idarəçiliyi, dövlət-vətəndaş münasibətləri, hakimiyyət bölgüsü, hüquq siyasəti və islahatlar, partiyanın sosial siyasəti, təhsil, səhiyyə sahəsində aparılacaq islahatlar, gənclər siyasəti, Dağlıq Qarabağ münaqişəsi, ordu quruculuğu, xarici siyasət, iqtisadiyyat, biznes və özəl sektorla bağlı yeni müddəalar yer alır.

Dövlət Məşğulluq Xidməti 577 nəfəri kvota üzrə ayrılmış iş yerləri ilə təmin edib22.09.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Dövlət Məşğulluq Xidməti bu ilin yanvar-avqust aylarında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 577 nəfər vətəndaşı kvota üzrə ayrılmış iş yerləri ilə təmin edib. Həmin şəxslərin 208 nəfəri əlil, 130 nəfəri məcburi köçkün, 95 nəfəri yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər olub.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası”na görə, belə şəxslər üçün müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5 faizi miqdarında kvota yerinin müəyyən edilməsi nəzərdə tutulur.Cari ilin 8 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən ümumilikdə 18 min 678 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib.

Page 26: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Əli Əhmədov: “Dərman qıtlığı olmayacaq”22.09.2015

Baş nazirin müavini Əli Əhmədov sentyabrın 22-də paytaxt apteklərində əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə maraqlanıb. “Zeytun” aptekinə gələn Əli Əhmədov burada dərman preparatlarının qiyməti və keyfiyyəti ilə tanış olub, aptek işçilərinin problemləri ilə maraqlanıb və onlara öz tövsiyələrini verib. Söhbət zamanı əczaçılar dərman vasitələrinin satışının yeni qayda ilə həyata keçirildiyini, dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı qərarı alqışladıqlarını bildiriblər.

AZƏRTAC xəbər verir ki, jurnalistlərə danışan baş nazirin müavini deyib ki, sentyabrın 15-dən Tarif Şurasında təsdiq edilmiş 25 təsiredici maddə üzrə 1057 adda dərman vasitəsinin yeni qiymətləri qüvvəyə minib: “Artıq ölkənin bütün apteklərində həmin dərman vasitələrinin eyni qiymətə satışı həyata keçirilir. Satışına icazə verilən digər dərmanların qiymətləri isə yaxın vaxtlarda müəyyənləşəcək. Bu addımın atılması heç də təsadüfi deyil. Son vaxtlaradək Azərbaycanın dərman bazarında dərman satışında vahid qiymətin olmaması əsas problemlərdən biri idi. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunan iclasındakı nitqində dərmanların qiymətləri ilə bağlı iradlarından sonra bu istiqamətdə müvafiq tədbirlər görülməyə başlanıb. Məqsəd əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsinə nail olmaq, dərmanların baha satılmasının qarşısını almaqla vətəndaşların büdcəsinə müsbət təsir göstərməkdir”.

Page 27: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda lazımi dərman ehtiyatı var və bu, daim idarə olunan bir prosesdir: “Səhiyyə Nazirliyi bu istiqamətdə qabaqlayıcı tədbirlər görür. Ola bilsin ki, dərmanların qiymətlərinin tənzimlənməsi ilə əlaqədar qısa vaxtda problemlər ortaya çıxsın, amma gələcəkdə onlar tamamilə aradan qaldırılacaq. Ölkədə dərman qıtlığı olmayacaq. Dünyada çoxlu dərman növləri var. Apteklərimizdə bir adda dərmanın tapılmaması o tərkibdə dərmanın olmaması anlamına gəlmir”.

125 dairənin 32-də namizəd qeydə alınıb (Siyahı)22.09.2015

1 noyabr parlament seçkisinin təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədləri oktyabrın 2-dək təqdim edilməlidir. Transparency.az dairə seçki komissiyalarında sentyabrın 22-dək qeydə alınmış namizədlərin siyahısını diqqətə çatdırır:

1 saylı Şərur-Sədərək: Vasif Talıbov, YAP

3 saylı Babək-Kəngərli-Naxçıvan: Hüseynqulu Bədəlov, BQP; Səttar Möhbalıyev, bitərəf; Nəriman Quliyev, BAXCP

6 saylı Culfa-Babək: Mətanət Əliyeva, bitərəf; Ülviyyə Həmzəyeva, YAP; Amil Hüseynzadə, BQP; Abdulla Məhərrəmov, bitərəf

7 saylı Ordubad-Culfa: Niyazi Quliyev, bitərəf; Əlyar Səfərov, BQP

10 saylı Binəqədi: Madər Musayev, bitərəf

13 saylı Xəzər-Pirallahı: Rauf Əliyev, YAP

Page 28: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

14 saylı Xəzər: Mehriban Əliyeva, YAP

19 saylı Nərimanov: Hikmət Babaoğlu, YAP; Anar Umudov, bitərəf

20 saylı Nərimanov: Adil Əliyev, bitərəf

34 saylı Xətai: Əli Ağaevli, VHP; Mahir Cəfərov, bitərəf

35 saylı Xətai: İqbal Ağazdə, Ümid Partiyası

47 saylı Mingəçevir: Aydın Mirzəzadə, YAP

52 saylı Quba: Vahid Əhmədov, bitərəf

61 saylı Neftçala: Arif Rəhimzadə, YAP

63 saylı Sabirabad: Elçin Quliyev, YAP

64 saylı Sabirabad: Rüstəm Xəlilov, YAP

70 saylı Masallı şəhər: Ədalət Həşimov, bitərəf

72 saylı Yardımlı-Masallı: Musa Qasımlı, bitərəf

86 saylı İsmayıllı: Novruzəli Aslanov, bitərəf

87 saylı Ağsu-İsmayıllı: Vaqif Əsgərov, YAP; Amil Hüseynov, bitərəf

92 saylı Zərdab-Ucar: Günel İbadova, Ümid Partiyası

96 saylı Goranboy-Naftalan: Mahir Aslanov, bitərəf

102 saylı Samux-Şəmkir: Valeh Ələsgərov, bitərəf; Rahil Həsənov, YAP

104 saylı Gədəbəy-Tovuz: Əfqan Cəfərov, bitərəf

112 saylı Qax: Paşa Məmmədov, bitərəf; Əhməd Şahidov, bitərəf

Page 29: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

113 saylı Şəki şəhər: Yaqub Mahmudov, YAP

114 saylı Şəki kənd birinci: Xanlar Ağabəyov, YAP; İbrahimxəlil Balayev, bitərəf; Mürsəl Mustafayev, bitərəf

115 saylı Şəki kənd ikinci: Elçin Qarayev, YAP

120 saylı Cəbrayıl-Qubadlı: Astan Şahverdiyev, YAP

121 saylı Laçın: Mahir Abbaszadə, YAP

122 saylı Xankəndi: Ceyhun Ələkbərov, bitərəf

125 saylı Zəngilan-Qubadlı: İmamverdi İsmayılov, YAP.

Biznesə icazə dolanbacı22.09.2015

      Bəkir NərimanoğluQanunlar lisenziya qaydalarında nəzərdə tutulandan əlavə sənədlərin alınmasını qadağan etsə də, Azərbaycanda lisenziyalaşdırma və icazələrin verilməsi prosesi region ölkələri ilə müqayisədə çox uzundur.

Prezidentin 26 oktyabr 2011-ci ildə imzaladığı “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” fərmanda da qeyd edilir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müxtəlif dövlət orqanlarından çox icazə tələb edilir, bu isə sahibkarlığın inkişafına, məşğulluğun artmasına və iqtisadiyyata investisiya qoyuluşu prosesinə mənfi təsir göstərir, mövcud vəziyyət sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sisteminin təkmilləşdirilməsini zəruri edir.

Page 30: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

2002-ci ildə vəziyyət daha yaxşı olubİqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatda deyilir ki, sahibkar lisenziyanın qüvvədə olduğu müddətdə onun əlavəsində göstərilməyən işlər və xidmətlərlə məşğul olmaq üçün yenidən müraciət etdikdə fəaliyyət növünə lisenziya verilməsinə görə nəzərdə tutulan dövlət rüsumunun 50 faizini ödəyir. Qurumun ekspertlərinin fikrincə, bəzi fəaliyyət sahələrinə lisenziyaların verilməsini tənzimləmək məqsədilə 2002-ci ildə imzalanmış prezident fərmanı lisenziyalaşdırma sahəsində əsas islahat hesab edilə bilər. Tədqiqatda deyilir: “Həmin sənədlə həm lisenziyaların müddətləri uzadıldı, həm də lisenziyalaşdırılan fəaliyyət sahələrinin sayı bir xeyli azaldıldı. Ancaq 2002-2012-ci illərdə hökumət tədricən lisenziyalaşdırılan fəaliyyət sahələrinin sayını artırdı. Bununla da lisenziyalaşdırma ölkədə xüsusən kiçik və orta sahibkarlıq subyektləri qarşısında bürokratik əngəllərdən birinə çevrilməyə başladı.

Lisenziyaların verilməsi prosesinin uzunluğu, səbəb göstərilmədən lisenziya verilməsindən imtina, korrupsiya riski və resurs itkisi bu sahədə sahibkarların şikayətləndiyi əsas məsələlərdir. Azərbaycanda kiçik və orta sahibkarlıq da daxil olmaqla özəl sektorun fəaliyyətinin dövlətdən tənzimlənən aspektlərini, konkret olaraq biznesin qeydiyyatı və yoxlamaları əhatə edən islahatlarla müqayisədə lisenziyalaşdırma islahatları çox ləng gedib. Halbuki lisenziyalaşdırma sahəsindəki islahatlar müəssisələrin satış həcminə, innovasiya səviyyəsinə və məhsuldarlığa təsir etmək imkanına sahibdir. Hesablamalar göstərir ki, lisenziya sahəsi üzrə islahatlar Azərbaycanda özəl sektorun ildə milyonlarla manat vəsaitə qənaət etməsinə şərait yarada bilər.

Bundan sonrakı mərhələdə ölkə üçün lisenziyalaşdırma sisteminin islahatlarında hüquqi və institusional dəyişikliklərlə yanaşı daha bir mühüm istiqamət inzibati sadələşdirmə ola, bu da lisenziya əldə etməyin xərcini və prosesdəki vaxt itkisini müəyyən qədər azaltmağa yönələ bilər”.

Hazırda alt fəaliyyət növləri ilə birlikdə 100-dən artıq lisenziya tələb edilir.

Yenilik mesajlarıPrezidentin 26 oktyabr 2011-ci il fərmanında deyilir ki, Nazirlər Kabineti “Lisenziyalar və icazələr haqqında” qanun layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. İqtisadiyyat və Sənaye Nazirliyindən

Page 31: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

aldığımız məlumata görə, “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib: “Hazırda qanun layihəsinin son versiyasının razılaşdırılması istiqamətində birgə müzakirələr davam etdirilməkdədir”.

Prezidentin 31 avqust 2015-ci il fərmanında İqtisadiyyat və Sənaye Nazirliyinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etmək məqsədi ilə “Elektron lisenziya” portalının yaradılması tapşırılıb.

Nazirlikdən bildiriblər ki, bu istiqamətdə islahatların davamlı aparılmasında əsas məqsəd biznes mühitinin daha da yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, müasir və çevik idarəetməni təmin etməkdir: “Portal fəaliyyətə başlayanda sahibkarlar qısa vaxt ərzində xüsusi razılıq (lisenziya), sertifikat və digər müvafiq sənədləri elektron qaydada əldə etmək imkanı qazanacaqlar. Digər tərəfdən sahibkarlıq sahəsində yekun hüquqi sənədin müraciət edən şəxsə verilməsi vətəndaş məmnunluğuna və əlavə inzibati tələblərə yol verilməməsinə gətirib çıxaracaq”.

Nələr dəyişməlidir?İqtisadçı ekspert Nazim Məmmədov bildirir ki, mövcud icazə və lisenziya sistemi iqtisadiyyatın inhisarlaşmasına xidmət edir: “Lisenziyaları ayrı-ayrı qurumlar deyil, vahid bir dövlət qurumunun vermәsi yaxşı olardı. Lisenziya o fəaliyyətlərə tələb olunmalıdır ki, insan həyatı üçün təhlükəli olsun, ekologiyaya mənfi təsir göstərsin. Ancaq Azərbaycanda insan həyatı üçün vacib olan sahələrdə lisenziyalara rüsum aşağıdır. Əksinə, elə sahələr var ki, dünya praktikasına görə lisenziya lazım deyil. Bizdə məmurlar lisenziyaya sadəcə qazanc mənbəyi kimi baxırlar. Lisenziya verən qurumlar bu və digər sektora yalnız özlərinə yaxın sahibkarları buraxıb iqtisadiyyatı monopoliyaya alırlar. Bu, iqtisadiyyat üçün təhlükəlidir”.

“Lisenziyalaşdırma fəaliyyəti: beynəlxalq təcrübə və Azərbaycan reallığı” adlı tədqiqatın müəllifi Kənan Aslanlı deyir ki, Azərbaycanda lisenziyalaşdırma sahəsində ciddi islahatların aparılmasına, lisenziya və icazələrin sayının daha da optimallaşdırılmasına ehtiyac var. Onun fikrincə, mövcud qaydaların mürəkkəbliyi, lisenziya və icazələrin sayının çoxluğu ölkədə kiçik və orta

Page 32: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

sahibkarlığın inkişafına maneələr yaradır. Xüsusilə də lisenziyalaşdırma prosedurunun uzun çəkməsi, ödənişlərin məbləğinin yüksək olması sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənləri qeydiyyatdan çəkindirir: “Hər şeydən əvvəl lisenziya legitim tənzimləyici məqsəd daşımalıdır və ondan bürokratik əngəl kimi istifadə edilməməlidir. Lisenziyalaşdırma fəaliyyətinin iki əsas səbəbi və ya əsaslandırması var: ictimai maraqları qorumaq və məhdud təbii resurslardan səmərəli istifadə etmək. Lisenziyalaşdırma qaydalarının hazırlanması və tətbiqi zamanı bu amillər mütləq nəzərə alınmalıdır ki, istənilən şəxs öz biznesini rahat şəkildə qura bilsin”.

İcra başçısının yeri dəyişdirildi22.09.2015

Sentyabrın 22-də prezident İlham Əliyev Arif Qasımovu Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Bakının Nizami Rayon İcra Hakimiyyətinə başçı təyin edib.

Nizami Rayon İcra Hakimiyyətinin bundan əvvəlki başçısı Tahir Budaqov idi. Tahir Budaqov avqustun 13-də icra baçısı vəzifəsindən azad olunaraq Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Arif Adil oğlu Qasımov 1965-ci ildə Şərurun Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı, Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib.

Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon

Page 33: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, Bakının Nizami bələdiyyəsinin sədri olub.

Arif Qasımov 19 iyul 2011-ci ildən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı idi.

Azərbaycan internetdən istifadə göstəricisinə görə 192 ölkə arasında 63-cüdür23.09.2015

Azərbaycan internetdən istifadə göstəricisinə görə 192 ölkə arasında 63-cü pillədə qərarlaşıb. Mincom.gov.az-ın məlumatına görə, BMT-nin 2015-ci il üçün “Genişzolaqlı internetin vəziyyəti” adlı hesabatında belə deyilir.

Hesabata əsasən, 3,2 milyard insanın internetə çıxış imkanı var, bu da dünya əhalisinin 43 faizini təşkil edir.

İnternetə çıxış inkişaf etməkdə olan ölkələrdə əhalinin yalnız 35 faizi üçün əlçatandır. BMT-nin daha az inkişaf etmiş ölkələr kimi müəyyənləşdirdiyi 48 ölkədə vəziyyət xüsusilə ağırdır: əhalinin 90 faizindən çoxu internetə qoşulma imkanına malik deyil.

İnternetdən istifadə göstəricisinə görə Azərbaycan reytinq cədvəlində 192 ölkə arasında 63-cü pillədə qərarlaşıb. Bu rəqəm ölkə əhalinin 61 faizinin internetdən istifadə etməsi anlamına gəlir.

Belarusda əhalinin 59, Qazaxıstanda 54, Gürcüstanda 48, Ermənistanda 46 faizinin internetə çıxış imkanı var.

2015-ci il üzrə məlumatlara əsasən, Koreya Respublikası ev təsərrüfatlarında genişzolaqlı rabitənin ən yüksək nüfuzetmə səviyyəsi ilə fərqlənir. Bu ölkədə ev

Page 34: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

təsərrüfatlarının 98,5 faizi internetə çıxış imkanına malikdir; Qətər (98 faiz) və Səudiyyə Ərəbistanı (94 faiz) bu göstərici üzrə ikinci və üçüncü pillələrdə qərarlaşıb. İslandiyada internetdən istifadə edənlərin sayı 98,2 faiz, Norveçdə 96,3 faiz, Danimarkada 96 faiz təşkil edir.

Genişzolaqlı rabitənin nüfuzetmə səviyyəsinə görə lider olan Monako İsveçrəni cüzi olaraq qabaqlayır. Hazırda Monako, İsveçrə, Danimarka, Niderland, Lixtenşteyn və Fransada stasionar genişzolaqlı rabitənin nüfuzetmə səviyyəsi 40 faizi ötür.

Ümumilikdə dünyanın 79 ölkəsində yaşayan əhalinin 50 faizindən çoxu internetə çıxış imkanına malikdirlər.

İnternetə çıxışın ən aşağı səviyyəsi Afrikada Saharadan cənubda yerləşən ölkələrdə qeydə alınıb.

Vladimir Putin Yaqub Eyyubovu ordenlə təltif etdi23.09.2015

AZƏRTAC xəbər verir ki, baş nazirin birinci müavini Yaqub Eyyubov Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə “Dostluq” ordeni alıb. Təltif Yaqub Eyyubovun “dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi və mədəni əlaqələrin inkişafına töhfəsi” ilə əsaslandırılıb.

Gələn ay Yaqub Eyyubovun 70 yaşı tamam olur. 24 oktyabr 1945-ci ildə Mingəçevir şəhərində anadan olan Yaqub Eyyubov inşaat mühəndisi, texnika elmləri doktoru, professordur. 1999-2003-cü illərdə baş nazirin müavini olub. 2003-cü ildən baş nazirin birinci müavinidir.

Arıçılıq yarmarkası: Kənd Təsərrüfatı Nazirliyi şərtləri açıqlayıb

Page 35: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

23.09.2015

Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 10-dan noyabrın 10-dək Bakıda, Nizami küçəsi, 92-də (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının sərgi-satış yarmarkasını keçirəcək.

Agro.gov.az xəbər verir ki, iştirak etmək istəyən arıçılardan bu sənədlər tələb olunur:

- Şəxsiyyət vəsiqəsi

-  Arıxananın baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi)

-  Rayon (şəhər) baytarlıq idarəsindən verilən baytarlıq şəhadətnaməsi (Forma № 2)

-  Sərgi-satış yarmarkasına gətirilmiş arıçılıq məhsullarının Zona Baytarlıq Laboratoriyasında müayinəsi barədə ekspertiza rəyi

Yarmarkada yalnız bilavasitə arıçılıq fəaliyyəti ilə məşğul olan (yəni arı saxlayan şəxslər) iştirak edə bilərlər. Müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii balın və digər arıçılıq məhsullarının satışına icazə veriləcək.

Arıçılar öz məhsullarını tam həcmdə oktyabrın 1-dən 9-dək yarmarkanın müvəqqəti saxlanma anbarına təhvil verməlidirlər.

Sənaye istehsalı haqqında rəsmi hesabat23.09.2015

Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında rəsmi hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2015-ci ilin yanvar-avqust aylarında sənaye

Page 36: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 17,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox sənaye məhsulu istehsal edib.

Sənaye məhsulunun 63,1 faizi mədən, 29,1 faizi emal, 6,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində istehsal olunub.

Mədən sənayesində məhsul istehsalı 1,3 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 4,2 faiz artıb, neft hasilatı isə 2,5 faiz azalıb.

Emal sənayesində qida məhsullarının istehsalı 3,5 faiz, neft məhsullarının istehsalı 1,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 2,1 dəfə, poliqrafiya məhsullarının istehsalı 72,4 faiz, tikinti materiallarının istehsalı 13,7 faiz, metallurgiya məhsullarının istehsalı 6 faiz, hazır metal məmulatlarının istehsalı 53,7 faiz, elektrik avadanlıqlarının istehsalı 29,4 faiz artıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsalın həcmi 2,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 3,8 faiz çoxalıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 11,3 faiz artıb, neft sektorunda isə 0,9 faiz azalıb.

Kredit faizlərində bölgə fərqi nədən yaranır?23.09.2015

Mərkəzi Bankın hesabatına görə, Azərbaycanda kreditlər orta hesabla 13,4 faizlə təklif edilir. Paytaxt sakinləri kreditləri orta hesabla 12 faizlə alır. Abşeron iqtisadi rayonunda bu göstərici 19 faizədək yüksəlir.

Page 37: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Rəsmi statistikaya əsasən, Lənkəran iqtisadi rayonunda orta kredit faizləri Bakı ilə müqayisədə 2 dəfə çoxdur. Dağlıq Şirvan və Aran iqtisadi rayonlarında da vəziyyət fərqlənmir: rəsmi göstəricilər 23 və 22,9 faizdir.

Şəki-Zaqatala iqtisadi rayonunda isə kreditə görə orta hesabla 22,1 faiz ödəyirlər.

Transparency.az-a danışan iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, Mərkəzi Bankın hesabatı iki mühüm məqamı gündəmə gətirir: niyə rayonlarda orta kredit faizi Bakıya nisbətən 2 dəfə yüksəkdir və doğrudanmı paytaxtda 12 faizlə kredit təklif edilir?

Ekspertin fikrincə, rayonlarda faizlərin yüksək olmasının əsas səbəblərdən biri bölgələrin biznes kreditlərindən daha az faydalanması ilə bağlıdır: “Risklərini sığortalamaq istəyən banklar nisbətən aşağı faizli biznes kreditlərini Bakıda təklif etməyə üstünlük verirlər. Nisbətən aşağı faizli ipoteka kreditlərinin daha çox paytaxtın payına düşməsi də kredit faizlərinə təsir göstərir. İndiyədək təqdim edilən 17079 ipoteka kreditinin 11679-u paytaxtın, 1563-u Sumqayıtın, 773-ü Abşeron və Xırdalanın, 599-u Gəncənin, 142-i Naxçıvanın payına düşüb. Mingəçevir 65, Lənkəran isə 35 ipoteka kreditindən faydalana bilib. Son 9 ildə rayonların əksəriyyətinin aldığı ümumi ipoteka kreditlərinin sayı 10-dan az olub”.

İqtisadçı qeyd edib ki, rayonlarda bank filiallarının sayının az olması və bu səbəbdən Bakı ilə müqayisədə zəif rəqabət də kredit faizlərinə təsir göstərir.

Vüqar Bayramov onu da deyib ki, rəsmi orta kredit faizləri ilə vətəndaşların cəlb etdiyi istehlak kredit faizləri arasında fərq mövcuddur: “Aydındır ki, Bakıda 12 faizlə nəinki istehlak krediti, hətta əksər hallarda biznes krediti cəlb etmək xeyli müşküldür. Orta kredit faizlərinin nisbətən aşağı olması isə faizlərin hesablanması metodologiyasında güzəştli kreditlərin də faizlərindən istifadə edilməsidir. Bu hesablama orta faizlə real faiz arasında fərq yaradır”.

Dövlət fondunda qeydiyyata alınan əcnəbilərin sayı 16 faizdən çox artıb23.09.2015

Page 38: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Sentyabrın 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 16,21 faiz artıb. Fondun ictimaiyyətlə əlaqələr sektorunun yaydığı məlumata görə, avqust ayı ərzində əlavə olaraq 558 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 26 175 nəfərə yüksəlib.

Ümumilikdə 114 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (13 326 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci olan Gürcüstan vətəndaşlarının sayı 2 873 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 546 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (954), Hindistan (881), Çin Xalq Respublikası (837), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (532), Pakistan İslam Respublikası (520), Ukrayna (378), Banqladeş Xalq Respublikası (345), Özbəkistan (264), Almaniya Federativ Respublikası (231), ABŞ (220), Filippin Respublikası (220), Türkmənistan Respublikası (205), Qazaxıstan Respublikası (196), Koreya (188), İtaliya Respublikası (184) qərarlaşıb.

AŞPA missiyası seçki bəyanatı yaydı: “Ölkə təcrid edilməməlidir”23.09.2015

Page 39: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Sentyabrın 21-22-də Bakıya səfər etmiş Avropa Şurası Parlament Assambleyasının seçkiqabağı nümayəndə heyəti bəyanat yayıb. APA-nın məlumatına görə, bəyanatda qeyd olunur ki, AŞPA-nın seçkiqabağı nümayəndə heyəti Azərbaycan rəhbərliyinin açıqlığını və 1 noyabr parlament seçkisini müşahidə etmək üçün beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna göndərilən dəvətləri alqışlayır: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Azərbaycan rəhbərliyi müşahidəçilərin sayı və metodologiyası məsələsində razılığa gələ bilməyib və bu səbəbdən də bu missiya seçkinin müşahidəsindən imtina edib. AŞPA-nın seçkiqabağı missiyası tam sayda müşahidə missiyası həyata keçirməkdə təkid edir, monitorinq altında olan ölkədə seçkiləri müşahidə etmək qurum üçün vacibdir və monitorinq prosesinin qanunla müəyyən edilmiş vəzifəsidir.

Heyətin Azərbaycanda görüşdüyü həmsöhbətlər qeyd ediblər ki, 5 il əvvəlki parlament seçkisindən sonra irəliləyiş əldə olunub və buna görə də ölkə təcrid edilməməlidir. Seçkiöncəsi missiya Mərkəzi Seçki Komissiyasında parlament seçkisinə hazırlığın müxtəlif mərhələləri barədə məlumatlandırılıb. Komissiyanın verdiyi məlumata əsasən, indiyə kimi heç bir şikayət daxil olmayıb. Parlamentə daxil olmayan müxalif partiya nümayəndələri bütün namizədlər üçün bərabər imkanın yaradılmasının, o cümlədən sərbəst şəkildə imzaların toplanmasına imkan yaradılması və hakim partiyanın xeyrinə olaraq administrativ resurslardan sui-istifadə hallarının qarşısının alınmasının vacibliyini vurğulayıblar.

Seçki Məcəlləsi dövlət televiziya və radiosunda bütün siyasi partiyalar üçün pulsuz efir vaxtının və dövlətdən maliyyələşən çap mediasında pulsuz yerin ayrılmasını nəzərdə tutur. Bu baxımdan nümayəndə heyəti bütün seçki iştirakçılarına eyni şərtlərin və seçki prosesinin tam şəffaflığının təmin edilməsi üçün fikir azadlığı və azad medianın təmin olunmasının vacibliyini qeyd edir.

Page 40: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Azərbaycan rəhbərliyi AŞPA-nın nümayəndə heyətinin əmin edib ki, səsvermə və səslərin sayılması prosesi daxil olmaqla seçki prosesinin şəffaflığını təmin etmək üçün bütün vacib tədbirləri görəcək”.

Siprasın hökuməti and içdi23.09.2015

Yunanıstanda SİRİZA Partiyasının lideri Aleksis Siprasın baş nazirliyi ilə qurulmuş yeni hökumətin üzvləri sentyabrın 23-ü Afinadakı prezident sarayında and içib. Transparency.az qeyd edir ki, yeni hökumətdə 46 nəfər yer alır.

Sentyabrın 20-də keçirilmiş növbədənkənar parlament seçkisində radikal solların SİRİZA Partiyası 300 yerlik parlamentdə 145 mandata sahib çıxıb. SİRİZA-nın müttəfiqi olan ANEL (Azad Yunanlar) Partiyası 10 mandat qazanıb. Bununla da SİRİZA yenidən hökuməti formalaşdırmaq hüququ əldə edib.

Bu ilin yanvarında hakimiyyətə gələn Aleksis Sipras hökuməti avqustun 20-də daxili ziddiyyətlər üzündən istefaya getmiş, ardınca növbədənkənar parlament seçkisi təyin olunmuşdu.

IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi toplaşıb23.09.2015

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi sentyabrın 23-də birinci iclasına toplaşıb. İclasa prezident İlham Əliyev sədrlik edib.

Page 41: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

İlham Əliyev İslam Həmrəylik Oyunlarının Azərbaycanı bir daha dünyada böyük nüfuza malik ölkə kimi nümayiş etdirəcəyini deyib, bu idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanın əlindən gələni edəcəyini vurğulayıb.

AZƏRTAC-ın məlumatına görə, Avropa Oyunlarının nəticələrini qeyd edən dövlət başçısı bu yarışların standartlarının Azərbaycanda müəyyən olunduğunu deyib: “Azərbaycan bütün dünyaya göstərdi ki, ölkəmiz sürətli inkişaf dövrünü yaşayır”.

Prezident Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı çirkin kampaniyanın aparıldığını, bəzi xarici dairələrin Azərbaycanı ləkələmək üçün böhtan dolu uydurma informasiyalar yaydığını deyib, bunun təsadüfi olmadığını, məqsədyönlü xarakter daşıdığını qeyd edib. Dövlət başçısı bu səylərin boşa çıxdığını deyərək bildirib ki, qonaqlar Azərbaycanın reallıqlarını öz gözləri ilə gördülər, ölkənin multikulturalizm mərkəzi, Bakının isə dünyanın ən gözəl şəhərlərdən biri olmasının, könüllülərin öz vətəni ilə fəxr etdiklərinin, Azərbaycan idmançılarının peşəkarlığının şahidi oldular. Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasət apardığını və sürətlə inkişaf edən ölkə olduğunu deyib, gələcəkdə belə bayramların daha çox olacağına əminliyini ifadə edib.

İclasda IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və gənclər və idman naziri Azad Rəhimov da çıxış ediblər.

İcra başçılarının doğum yerləri23.09.2015

Page 42: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Azərbaycanın şəhər və rayonlarının icra hakimiyyəti başçıları harada anadan olublar? Transparency.az/cnews bununla bağlı arayış hazırlayıb.

Paytaxt Bakının icra başçısı Hacıbala Abutalıbov Türkmənistanda dünyaya gəlib.

Bakının rayonlarından Xətainin icra başçısı Razim Məmmədov, Pirallahının icra başçısı Vasif İmanov, Suraxanının icra başçısı İlqar Abbasov Ermənistan Respublikasında doğulublar.

Qaradağın icra başçısı Süleyman Mikayılov və Nəsiminin icra başçısı Asif Əsgərov Naxçıvan şəhərində anadan olublar.

Paytaxtın digər rayonlarına gəlincə, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov Goranboyda, Xəzərin icra başçısı Gülağa İslamov Bakıda, Nərimanovun icra başçısı Abdin Fərzəliyev və Nizaminin icra başçısı Arif Qasımov Şərurda, Sabunçunun icra başçısı Adil Vəliyev Qubadlıda, Səbailin icra başçısı Eldar Əzizov Bakıda, Yasamalın icra başçısı İbrahim Mehdiyev Ağdaşda doğulub.

Ölkənin ikinci böyük şəhəri Gəncənin icra başçısı Elmar Vəliyev Yevlaxda dünyaya göz açıb.

Sumqayıtın icra başçısı Zakir Fərəcov Laçında, Mingəçevirin icra başçısı Niyazi Bayramov Bakıda doğulub.

Şirvana rəhbərlik edən Mərdan Camalov isə elə həmin şəhərdə dünyaya gəlib.

Digər bölgələrin icra başçıları bu şəxslərdir:

Abşeron — İradə Gülməmmədova, Şuşa

Ağcabədi — Şahin Məmmədov, Bərdə

Ağdam — Raqub Məmmədov, Ağdam

Ağdaş — Tofiq İbrahimov, Qəbələ

Ağstafa — Məhərrəm Quliyev, Lənkəran

Page 43: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Ağsu — Ənvər Seyidəliyev, Ağsu

Astara — Qəzənfər Ağayev, Naxçıvan şəhəri

Balakən — İslam Rzayev, Göyçay

Beyləqan — Vaqif Abdullayev, Ermənistan Respublikası

Bərdə — Vidadi İsayev, Ermənistan Respublikası

Biləsuvar — Mahir Quliyev, Kəlbəcər

Cəbrayıl — Mahmud Quliyev, Cəbrayıl

Cəlilabad — Əziz Əzizov, Cəbrayıl

Daşkəsən — Əhəd Abıyev, Masallı

Füzuli - Alı Alıyev, Füzuli

Gədəbəy — Ramiz Yediyarov, Ermənistan Respublikası

Goranboy — Nizaməddin Quliyev, Goranboy

Göyçay — Mübariz Ağayev, Ucar

Göygöl — Arif Seyidov, Göygöl

Hacıqabul — Əhməd Muxtarov, Yevlax

Xaçmaz — Şəmsəddin Xanbabayev, Ordubad

Xızı — Xəzər Aslanov, Bakı

Xocalı — Şahmar Usubov, Xocalı

Xocavənd — Eyvaz Hüseynov, Xocavənd

Page 44: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

İmişli — Vilyam Hacıyev, Göygöl

İsmayıllı — Mirdaməd Sadıqov, İsmayıllı

Kəlbəcər — Aqil Məmmədov, Kəlbəcər

Kürdəmir — Ceyhun Cəfərov, Yevlax

Qax — Musa Şəkiliyev, Qax

Qazax — Ayaz Əsgərov, Tovuz

Qəbələ — Səbuhi Abdullayev, Bakı

Qobustan — Adil Məmmədov, Oğuz

Quba — Yaşar Məmmədov, Bakı

Qubadlı — Malik İsaqov, Qubadlı

Qusar — Şair Alxasov, Qusar

Laçın — Akif Səlimov, Laçın

Lerik — Rövşən Bağırov, Bakı

Lənkəran — Taleh Qaraşov, Kürdəmir

Masallı — Rafil Hüseynov, Bərdə

Naftalan — Natiq Aslanov, Naftalan

Neftçala — İsmayıl Vəliyev, Gəncə

Oğuz — Eyvaz Qurbanov, Oğuz

Saatlı — Siraqəddin Cabbarov, İmişli

Page 45: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Sabirabad — Nazim İsmayılov, Göyçay

Şabran — Novruz Novruzov, Lerik

Salyan — Tahir Kərimov, Sədərək

Şamaxı — Asif Ağayev, Sabirabad

Samux — Alı Qocayev, Qazax

Şəki — Elxan Usubov, Mingəçevir

Şəmkir — Alimpaşa Məmmədov, Salyan

Şuşa — Bayram Səfərov, Şuşa

Tərtər — Müstəqim Məmmədov, Yevlax

Tovuz — Tofiq Zeynalov, Tovuz

Ucar — Mənsur Məmmədov, Ucar

Yardımlı — Sevindik Hətəmov, Laçın

Yevlax — Qoca Səmədov, Yevlax

Zaqatala — Mübariz Əhmədzadə, Qax

Zəngilan — Ramiz Həsənоv, Cəbrayıl

Zərdab — Lütvəli Babayev, Zərdab.

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsinə görə, yerli icra hakimiyyətlərinin başçılarını prezident vəzifəyə təyin və vəzifədən azad edir.

Neft Fondu Tokioda daşınmaz əmlak alıb23.09.2015

Page 46: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Dövlət Neft Fondu Yaponiyanın paytaxtı Tokioda 52,3 milyard yen (100 yapon yeni 0.8751 manatdır) dəyəri olan “Kirarito Ginza” ticarət obyektini satın alıb. Alğı əməliyyatı yerli “Mitsubishi UFJ Trust and Banking Corporation” şirkəti ilə birgə həyata keçirilib.

Fonddan Transparency.az-a verilən məlumata görə, bu, Yaponiyada ilk daşınmaz əmlak investisiyasıdır.

“Kirarito Ginza” ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılıb. Ümumi sahəsi 15 647 kvadratmetr olan binanı 47 şirkət icarəyə götürüb.

İbrahim Məmmədov Azteleradio sədrinin müavini vəzifəsindən çıxarıldı23.09.2015

Page 47: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Prezident İlham Əliyev sentyabrın 23-də sərəncam imzalayaraq İbrahim Məmməd oğlu Məmmədovu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edib.

İbrahim Məmmədov ixtisasca tarixçidir. Jurnalist fəaliyyəti ərzində “Çağ”, “Azadlıq” qəzetlərində, ANS televiziyasında çalışıb. Azteleradio sədrinin müavini vəzifəsinə bir neçə il əvvəl təyinat almışdı.

111 nəfərin namizədliyi qeydə alınıb23.09.2015

Sentyabrın 23-dək 1183 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. APA-nın məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasının iclasında sədr Məzahir Pənahov belə deyib.

MSK sədrinin sözlərinə görə, 543 nəfərin namizədliyini siyasi partiyalar, 57 nəfərin namizədliyini “Azadlıq-2015” siyasi partiyalar bloku, 3 nəfərin namizədliyini təşəbbüs qrupları, 680 nəfərin namizədliyini özləri verib, bu günədək 111 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Parlament seçkisi noyabrın 1-də 125 dairə üzrə keçiriləcək.

Əli Kərimli yenidən AXCP sədri seçilib28.09.2015

Page 48: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Azərbaycan Xalq Cəbhəsi Partiyası sentyabrın 27-də Bakının Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət sarayında VI (IX) qurultayını keçirib.

“Azadlıq” qəzetinin yazdığına görə, qurultayda hesabat məruzəsi ilə çıxış edən AXCP sədri Əli Kərimli deyib ki, ölkədə müxalifətin məhv edilməsi, vətəndaş cəmiyyətinin sıradan çıxarılması, azad mətbuatın qapadılması siyasəti aparılır, 80 nəfər tanınmış ictimai-siyasi xadim həbsdədir: “Ölkədə müxalif olmaq, müstəqil söz demək kriminal hərəkətə bərabər tutulur, müxalifətin sıralarını seyrəltmək üçün hər cür çirkin vasitədən istifadə olunur. Müxalifətçiləri həbs etmək, hədələmək, ələ almaq, müxtəlif vasitələrlə əqidəsindən imtinaya sövq etmək geniş yayılmış praktikadır. Bunun nəticəsidir ki, Azərbaycanın ictimai-siyasi həyatının böyük bir hissəsi 22 illik avtoritar rejimin faktiki nəzarətindədir. Lakin belə bir vəziyyətdə də AXCP öz prinsiplərinə, dəyərlərinə sədaqətlə ölkədə real müxalifətçiliyi davam etdirir”.

AXCP sədri sosial məsələlərə toxunaraq qeyd edib ki, neftin qiymətinin düşməsi Azərbaycanın iqtisadi siyasətinin iflası ilə nəticələnib: “Azərbaycanın dövlət rezervləri bir il ərzində 52 faiz azalıb. Mərkəzi Bankın 8 milyard rezervi xərclənib. Ölkə iqtisadi fəlakətə gedir. Azərbaycanın iqtisadi siyasəti iflasa uğrayıb”.

Əli Kərimli hökumətin Qarabağ siyasətinin də iflasa uğradığını vurğulayıb: “İyirmi iki il ərzində bir qarış da torpaq əldə edə bilməyiblər. Azərbaycan xalqına hər il vəd verirdilər ki, problem həll olunacaq. Amma nəticə yoxdur. Nəticə də ola bilməzdi. Çünki bu hökumətin məqsədi Qarabağ problemini həll etmək deyil, varlanmaqdır”.

Page 49: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Qurultayda AXCP sədrliyinə açıq seçki olub. AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Sahib Kərimov partiya sədrliyinə namizədliyini geri götürüb, Əli Kərimli yekdilliklə sədr seçilib. Əli Kərimli yekun çıxışında qeyd edib ki, bir neçə il qabaq sədrlikdən getmək barədə düşünüb, amma indiki repressiyalar şəraitində mübarizəni davam etdirməyi üstün tutur.

Əli Kərimli 1965-ci ildə Saatlı rayonunda anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əbülfəz Elçibəy hakimiyyəti zamanı Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb, daha sonra dövlət katibi təyin olunub.

1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.

Kataloniyada seçkini separatçılar uddu28.09.2015

İspaniyanın muxtar Kataloniya vilayətinin parlamentinə sentyabrın 27-də keçirilmiş seçkinin ilkin nəticələri açıqlanıb. Transparency.az xəbər verir ki, bölgənin İspaniyadan ayrılmasının tərəfdarı olan “Birlikdə “hə” koalisiyası (Junts pel Si) 135 yerlik parlamentə 62 mandat qazanıb. Bu koalisiya ilə eyni mövqedə dayanan Xalq Birliyi Partiyası 10 mandat götürüb. Mandatların qalanı bölgənin İspaniyanın tərkibində qalmasını istəyən partiyalara qismət olub.

Separatçı koalisiyanın lideri, muxtar vilayətin başçısı Artur Mas bəyan edib ki, Kataloniyanın İspaniyadan ayrılması üçün proses başladacaq.

Page 50: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Kataloniya 1979-cu ildə muxtar vilayət statusu alıb. Ərazisi 32 min 114 kvadrat kilometr, əhalisi 8 milyon nəfərə yaxındır.

Muxtar vilayətdə ötən il noyabrın 9-da keçirilmiş rəy sorğusunda iştirak edənlərin 80,76 faizi Kataloniyanın müstəqil dövlət olmasına səs verib. İspaniya hökuməti bu rəy sorğusunu qanunsuz elan edib.

Metroda pul xırdalamaq mümkün olmayacaq28.09.2015

Oktyabrın 1-dən Bakı Metropolitenində “Metrokart”ın istifadəsi dayandırılacaq, gediş yalnız “Bakıkart”la mümkün olacaq. Transparency.az-a açıqlama göndərən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, yeni sistemin tətbiqi ilə əlaqədar stansiyalarda pul xırdalama fəaliyyəti göstərən xəzinələrin fəaliyyəti dayandırılır: “Bakıkart”ların satışı və gediş haqqının yüklənməsi Bakı Metropoliteninin bütün stansiyalarında, “Baku Bus” MMC-nin dayanacaqlarında, həmçinin mətbuat yayımı köşklərində quraşdırılan terminallar vasitəsilə həyata keçirilir. Vətəndaşlardan metropolitendən istifadə edərkən karta yükləyəcəyi məbləğdə xırda pul götürməsi xahiş olunur.

“Bakıkart”la yaranmış hər hansı problemlə bağlı “20 Yanvar”, “Cəfər Cabbarlı”, “Nəriman Nərimanov” və “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “Kart analizi” mərkəzlərinə, *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət etmək mümkündür”.

Page 51: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Avqustun 8-dən “Bakı Metropoliteni” QSC-də vahid ödəniş kartı olan “Bakıkart” və “Bakıkart — məhdud istifadə üçün” kartları tətbiq olunur. “Bakıkart”ın (plastik kart) qiyməti 2 manat, 1 gediş haqqının qiyməti isə 20 qəpikdir. Qiyməti 20 qəpik olan “Bakıkart — məhdud istifadə üçün” kartına yalnız satın alınarkən 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 20 qəpikdir. Terminallarda bu növ kartların balansını artırmaq mümkün deyil.

Daşkəsənin nəyi yoxdur…28.09.2015

Transparency.az-a danışan iqtisadçı ekspert Rövşən Ağayev deyib ki, ölkənin bir çox bölgəsi təbii imkanları və resursları müqabilində acınacaqlı durumdadır. O, Daşkəsən rayonunu misal gətirib: “Bu rayon ölkənin meşə ehtiyatlarının təxminən 3%-nə sahibdir. Turizm üçün əvəzsiz potensialı var. Ölkənin polad sənayesi üçün 1 nömrəli xammal bazasıdır. Rəsmi statistikaya görə, ölkədə istehsal olunan dəmir filizinin hamısı bu rayonun payına düşür. Son illər dəmir filizinin illik istehsalı 250 min tona çatıb.

Eyni zamanda Daşkəsən mərmər istehsalının aparıcı rayonudur.

Daşkəsən kənd təsərrüfatına yararlı torpaqların adambaşına düşən həcminə görə kənd rayonları arasında 5-ci sıradadır. Adambaşına 2,32 hektar yararlı torpaq düşür. Ölkə üzrə orta göstərici 0,50 hektardan da azdır.

Bu qədər resursun qarşılığında, rəsmi statistikaya görə, Daşkəsəndə əhalinin adambaşına gəlirləri ölkə üzrə orta göstəricinin heç 55%-i qədər də deyil. Yerli vergilərin adambaşına həcminə görə Daşkəsən ən pis 10-luqda yer alır. Rayon ərazisinin hər kvadrat kilometrinə düşən bərk örtüklü yolların həcmi, təbii qazla təminat, genişzolaqlı internetə çıxış göstəricilərində də oxşar vəziyyətdir.

Ən fəlakətlisi isə təhsillə bağlıdır. Daşkəsən təhsil göstəricisində son 10-luqdakı rayonlar sırasındadır. Təhsil göstəriciləri hesablanarkən 9-cu sinif buraxılış

Page 52: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

imtahanlarının nəticələri və 17 yaşlı uşaqların ali məktəbə qəbul əmsalı nəzərə alınıb”.

Hansı dairədən neçə namizəd qeydə alınıb?28.09.2015

1 noyabr parlament seçkisində namizədlərin qeydə alınması üçün sənədlərin qəbulu oktyabrın 2-də baş çatır. Sentyabrın 28-də Transparency.az/cnews dairələr üzrə neçə nəfərin namizədliyinin qeydə alındığına nəzər salıb:

1 saylı Şərur-Sədərək — 3 nəfər

2 saylı Şərur — 1 nəfər

3 saylı Babək-Kəngərli-Naxçıvan — 3 nəfər

4 saylı Naxçıvan şəhər — 2 nəfər

5 saylı Şahbuz-Babək — 3 nəfər

6 saylı Culfa-Babək — 4 nəfər

7 saylı Ordubad-Culfa — 3 nəfər

8 saylı Binəqədi — 1 nəfər

9 saylı Binəqədi — 3 nəfər

10 saylı Binəqədi — 2 nəfər

Page 53: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

11 saylı Qaradağ — 1 nəfər

12 saylı Qaradağ-Binəqədi-Yasamal — 1 nəfər

13 saylı Xəzər-Pirallahı — 2 nəfər

14 saylı Xəzər — 1 nəfər

15 saylı Yasamal — 1 nəfər

16 saylı Yasamal — qeydə alınan yoxdur

17 saylı Yasamal — qeydə alınan yoxdur

18 saylı Nərimanov-Nizami — 2 nəfər

19 saylı Nərimanov — 3 nəfər

20 saylı Nərimanov — 2 nəfər

21 saylı Nəsimi — 2 nəfər

22 saylı Nəsimi — 2 nəfər

23 saylı Nəsimi-Səbail — 2 nəfər

24 saylı Nizami — 1 nəfər

25 saylı Nizami — 1 nəfər

26 saylı Sabunçu — 2 nəfər

27 saylı Sabunçu — 2 nəfər

28 saylı Sabunçu — 2 nəfər

29 saylı Səbail — 1 nəfər

Page 54: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

30 saylı Suraxanı — 1 nəfər

31 saylı Suraxanı — 3 nəfər

32 saylı Suraxanı — 2 nəfər

33 saylı Xətai — 1 nəfər

34 saylı Xətai — 5 nəfər

35 saylı Xətai — 2 nəfər

36 saylı Xətai — 1 nəfər

37 saylı Nizami (Gəncə) — 1 nəfər

38 saylı Nizami (Gəncə) — 1 nəfər

39 saylı Kəpəz (Gəncə) — 1 nəfər

40 saylı Kəpəz (Gəncə) — 2 nəfər

41 saylı Sumqayıt — 1 nəfər

42 saylı Sumqayıt — 1 nəfər

43 saylı Sumqayıt — 2 nəfər

44 saylı Sumqayıt-Xızı — 2 nəfər

45 saylı Abşeron — 2 nəfər

46 saylı Şirvan — 2 nəfər

47 saylı Mingəçevir — 1 nəfər

48 saylı Yevlax — 1 nəfər

Page 55: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

49 saylı Yevlax-Mingəçevir — 1 nəfər

50 saylı Abşeron-Qobustan — 1 nəfər

51 saylı Qusar — 2 nəfər

52 saylı Quba — 3 nəfər

53 saylı Quba-Qusar — 1 nəfər

54 saylı Şabran-Siyəzən — 1 nəfər

55 saylı Xaçmaz şəhər — 2 nəfər

56 saylı Xaçmaz kənd — 2 nəfər

57 saylı Kürdəmir — 2 nəfər

58 saylı Hacıqabul-Kürdəmir — 3 nəfər

59 saylı Salyan — 3 nəfər

60 saylı Salyan-Neftçala — 2 nəfər

61 saylı Neftçala — 1 nəfər

62 saylı Saatlı — 4 nəfər

63 saylı Sabirabad — 4 nəfər

64 saylı Sabirabad — 2 nəfər

65 saylı Saatlı-Sabirabad-Kürdəmir — 3 nəfər

66 saylı Biləsuvar — 5 nəfər

67 saylı Cəlilabad şəhər — 5 nəfər

Page 56: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

68 saylı Cəlilabad kənd — 4 nəfər

69 saylı Cəlilabad-Masallı-Biləsuvar — 6 nəfər

70 saylı Masallı şəhər — 2 nəfər

71 saylı Masallı kənd — 3 nəfər

72 saylı Yardımlı-Masallı — 1 nəfər

73 saylı Lənkəran şəhər — 2 nəfər

74 saylı Lənkəran kənd — 3 nəfər

75 saylı Lənkəran-Masallı — 2 nəfər

76 saylı Lənkəran-Astara — 3 nəfər

77 saylı Astara — 1 nəfər

78 saylı Lerik — 2 nəfər

79 saylı İmişli — 3 nəfər

80 saylı İmişli-Beyləqan — 4 nəfər

81 saylı Beyləqan — 3 nəfər

82 saylı Ağcabədi — 1 nəfər

83 saylı Ağcabədi-Füzuli — 3 nəfər

84 saylı Füzuli — 1 nəfər

85 saylı Şamaxı — 2 nəfər

86 saylı İsmayıllı — 2 nəfər

Page 57: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

87 saylı Ağsu-İsmayıllı — 8 nəfər

88 saylı Göyçay — 2 nəfər

89 saylı Göyçay-Ağdaş — 1 nəfər

90 saylı Ağdaş — 2 nəfər

91 saylı Ucar — 3 nəfər

92 saylı Zərdab-Ucar — 4 nəfər

93 saylı Bərdə şəhər — 2 nəfər

94 saylı Bərdə — 2 nəfər

95 saylı Tərtər — 3 nəfər

96 saylı Goranboy-Naftalan — 4 nəfər

97 saylı Goranboy-Ağdam-Tərtər — 2 nəfər

98 saylı Şəmkir şəhər — 1 nəfər

99 saylı Şəmkir kənd — 1 nəfər

100 saylı Şəmkir-Daşkəsən — 1 nəfər

101 saylı Göygöl-Daşkəsən — 2 nəfər

102 saylı Samux-Şəmkir — 2 nəfər

103 saylı Gədəbəy — 1 nəfər

104 saylı Gədəbəy-Tovuz — 1 nəfər

105 saylı Tovuz — 2 nəfər

Page 58: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

106 saylı Tovuz-Qazax-Ağstafa — 3 nəfər

107 saylı Qazax — 4 nəfər

108 saylı Ağstafa — 3 nəfər

109 saylı Balakən — 1 nəfər

110 saylı Zaqatala — 3 nəfər

111 saylı Zaqatala-Balakən — 1 nəfər

112 saylı Qax — 5 nəfər

113 saylı Şəki şəhər — 1 nəfər

114 saylı Şəki kənd birinci — 4 nəfər

115 saylı Şəki kənd ikinci — 2 nəfər

116 saylı Qəbələ — 1 nəfər

117 saylı Oğuz-Qəbələ — 3 nəfər

118 saylı Ağdam şəhər — 5 nəfər

119 saylı Ağdam kənd — 7 nəfər

120 saylı Cəbrayıl-Qubadlı — 1 nəfər

121 saylı Laçın — 1 nəfər

122 saylı Xankəndi — 2 nəfər

123 saylı Kəlbəcər — 1 nəfər

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd — 1 nəfər

Page 59: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

125 saylı Zəngilan-Qubadlı — 2 nəfər.

8 ayda xarici müəssisə və təşkilatlar ölkəyə 4 milyard 473,6 milyon manat sərmayə qoyub28.09.2015

Azərbaycanda fəaliyyət göstərən xarici müəssisə və təşkilatlar bu ilin 8 ayında 4 milyard 473,6 milyon manat sərmayə qoyub. Dövlət Statistika Komitəsi belə hesabat yayıb.

AZƏRTAC-ın məlumatına görə, xarici ölkələr və beynəlxalq təşkilatların əsas kapitala yönəltdiyi vəsaitin 3 milyard 809 milyon manatı (85,1 faizi) Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Yaponiya və İsveç sərmayədarlarına məxsusdur.

Cəbhədə ağır döyüşlər: Azərbaycanın 3 hərbi qulluqçusu şəhid oldu28.09.2015

Sentyabrın 28-də Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Qeyd olunur ki, sentyabrın 27-də və 28-nə keçən gecə Silahlı Qüvvələrin bölmələri qoşunların təmas xəttində erməni birləşmələrinin fəallaşmaq cəhdinin qarşısını alıb: “Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.

Page 60: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrin 3 hərbi qulluqçusu — Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub”.

Sentyabrın 25-də də qoşunların təmas xəttində ağır və qanlı döyüş baş vermiş, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olmuş, 3 hərbi qulluqçu yüngül qəlpə yaraları almışdı.

Silahlı Qüvvələrin bölmələrinin adekvat tədbirlər zamanı endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilmiş, 16 nəfər yaralanmışdı.

Ermənistan Silahlı Qüvvələri 22 ildir Azərbaycanın bütün cənub-qərbini (Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayılı tam, Ağdərə, Xocavənd, Füzuli və Ağdamı qismən) işğal altında saxlayır.

Nazirlik vətəndaş müraciətləri əsasında 52 şəxs barədə qəti məsuliyyət tədbirləri görüb28.09.2015

Səhiyyə Nazirliyinin “Qaynar xətt” (9103) və “Elektron səhiyyə” xidmətlərinə 2015-ci ilin keçən dövrü ərzində 28 mindən artıq müraciət daxil olub. Xəbəri sentyabrın 28-də Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Rəsmi hesabata görə, “Qaynar xətt”ə və “Elektron səhiyyə”yə müraciətlərin 13%-ni səhiyyə müəssisələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsindən şikayət təşkil edib. Vətəndaş müraciətləri əsasında aparılmış yoxlamalar nəticəsində səhiyyə sistemində çalışan 52 şəxs barədə qəti məsuliyyət tədbirləri görülüb.

Page 61: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Yanan binada təmir başa çatdı28.09.2015

Bu il mayın 19-u Bakının Binəqədi rayonunda yanmış binada (Azadlıq prospekti, 200/36) aparılan təmir-tikinti işləri tam başa çatdırılıb. Sentyabrın 28-dən sakinlərin binaya köçürülməsinə start verilib.

“Azəraqrartikinti” şirkətinin sahə rəisi Vüqar Əliyev APA-ya bildirib ki, may ayından bəri 500 fəhlə və usta 24 saat fasiləsiz iş rejimində çalışıb və Qurban bayramı ərəfəsində əsaslı təmir işləri tam yekunlaşıb. Onun sözlərinə görə, ümumilikdə binada 59 mənzil əsaslı təmir olunub. Mənzillər mebel və məişət avadanlıqları ilə təmin edilib.

Tezalışan materialla üzlənmiş çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb. Nazirlər Kabineti binada əsaslı təmir və yenidənqurma işləri üçün 3 milyon manat ayırıb.

Pensiya islahatlarının anonsu verildi (DSMF sədrinin açıqlaması)28.09.2015

Page 62: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

APA-Economics-in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev pensiya islahatlarının anonsunu verib. Sentyabrın 28-i Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq Komitəsinin toplantısında çıxış edən DSMF sədri deyib ki, hesablamalar nəticəsində Azərbaycanda pensiya islahatları aparılmasının zəruriliyi ortaya çıxıb: “Makroiqtisadi göstəricilər dəyişdiyindən pensiya sisteminin göstəriciləri ölkənin iqtisadi mühitinə uyğunlaşdırılmalıdır. İlk növbədə pensiya sistemində sığorta prinsipləri dərinləşdirilməlidir. Bu gün Azərbaycanın sığorta-pensiya sistemi sosial sığortaya əsaslanmayan bir çox xərci qarşılayır. Sosial sığorta haqqı ödəyiciləri müəyyən zaman keçdikdən sonra bu vəsaitin arxasınca gəlib öz pensiyalarını tələb edəcəklər. Amma biz bu məbləğləri dövlətin qəbul etdiyi qərarlar nəticəsində əhalinin pensiya təminatına yönəldirik. Bura 1992-ci ilə qədər təyin olunmuş pensiyalar, o cümlədən bu gün pensiya təyinatı üçün müraciət edən şəxslərə 1992-ci ilə qədər olan dövr üçün dövlətin verdiyi əvəzsiz pensiya kapitalları aiddir.

Həmçinin “Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsi ilə bir çox imtiyazlı kateqoriyaya pensiyadan əlavə qulluq stajına görə əlavələr verilir. Qanunun 19-cu maddəsində isə baza hissəsinə görə əlavələr nəzərdə tutulur. Bunların heç birinin sosial sığortalanma, eləcə də bu gün ödənilən və fərdi hesablarda qeydiyyata alınan vəsaitlərlə heç bir əlaqəsi yoxdur. Amma biz həmin məbləğləri toplanan sosial sığorta haqları hesabına maliyyələşdiririk. Dövlət büdcəsindən ayrılan transfertlər və bu xərclərin maliyyə yükü arasında ciddi, əhəmiyyətli fərq var. Bu tendensiya davam edərsə, gələcəkdə Azərbaycanın pensiya sistemi müəyyən maliyyə çatışmazlığı ilə üzləşə bilər”.

Elman Mehdiyev deyib ki, sığorta-pensiya sisteminin özünün daxilində də sosial sığorta prinsiplərinə əsaslanmayan bir sıra proseslər gedir: “Bu daha çox sosial sığorta haqqı ödəyən insanların ödədiyi vəsaitlərin az sosial sığorta haqqı ödəyən insanların təminatına yönəldilməsi problemidir. Ödənilən sosial sığorta

Page 63: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

haqlarının bu gün yalnız 50%-i fərdi hesablarda qeydiyyata alınır. 50%-i isə ümumi istifadədə saxlanılaraq aşağı sosial sığorta haqqı ödəyən insanların təminatına yönəldilir. Aşağı sosial sığorta haqqı ödəyən insanlar daha çox özünəməşğul əhalidir, kənd təsərrüfatında torpaq payı olan insanlardır. Bunlar muzdla çalışan insanlardan ən azı 15 dəfə aşağı vəsait ödəyir, amma onlarla bərabər baza hissələri əldə edirlər. Bu bir tərəfdən yuxarı sosial sığorta haqqı ödəyən insanların marağını azaldır və onlar əmək haqlarının tam leqallaşdırılmasında, sosial sığorta haqlarının vaxtlı-vaxtında ödənilməsində maraq nümayiş etdirmirlər. Digər tərəfdən isə bizim aktuar tədqiqatlarımız göstərir ki, aşağı sosial sığorta haqqı ödəyən insanlara daha çox məbləğlər vəd etmək tendensiyası perspektivdə DSMF-ni çox ciddi maliyyə çatışmazlığı ilə üzləşdirə bilər”.

Hansı dövlət və hökumət qurumlarında çalışmış şəxslərin pensiyasına əlavələr olur?

Pensiya yaşı ilə bağlı müzakirələr gedir28.09.2015

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev sentyabrın 28-i Bakıda Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq Komitəsinin toplantısında çıxış edərkən (DSMF sədrinin açıqlaması) pensiya yaşı məsələsinə də toxunub. APA-Economics-in məlumatına görə, DSMF sədri deyib ki, demoqrafik göstəricilərin nəzərə alınması və dövri olaraq tənzimlənməsi pensiya sistemlərinin qarşısında olan mühüm vəzifədir: “İnsanların iş fəaliyyəti və yaxud peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq olmalıdır. Bu gün büdcədən maliyyələşən təşkilatlarda çalışma dövrünün son həddi 65 yaşdır. Amma pensiya yaşı kifayət qədər aşağıdır. Təbii ki, bu da bir uyğunsuzluq ifadə edir”.DSMF sədri qeyd edib ki, aparılan aktuar tədqiqatlarla bu istiqamətdə tədbirlərin reallaşdırılması zəruriliyi ortaya çıxıb: “Yaxın günlərdə bu aktuar tədqiqatların nəticələri ictimaiyyətə açıqlanacaq. Müxtəlif alternativlər var. Bir sıra məsələlərə pensiya yaşını dəyişdirməklə real, optimal səviyyəyə çatırlar. Bir sıra hallarda gözlənilən pensiya ödənişi müddətinin dəyişdirilməsi yolu seçilir. Azərbaycan üçün hansı variant daha əlverişli ola bilər? Bunun üçün müəyyən alternativlər ortaya qoyulur, sonra biri seçilir. Bu barədə hər hansı fikir demək hələ ki, tezdir”.

“Əmək pensiyaları haqqında” qanuna görə, Azərbaycanda kişilər əmək pensiyasına 63, qadınlar 60 yaşda çıxır. Transparency.az qeyd edir ki, qanun

Page 64: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

güzəştli şərtlərlə əmək pensiyası hüququnu da tənzimləyir (Pensiyaya nə vaxt çıxırlar?).Sabiq deputat namizəd ola bilmədi28.09.2015

Mərkəzi Seçki Komissiyasının sentyabrın 28-də keçirilən iclasında Müsavat Partiyasının 8 saylı Binəqədi dairəsindən namizədi, sabiq deputat Arzu Səmədbəylinin şikayəti ilə bağlı qərar verilib. APA-nın məlumatına görə, müraciətin araşdırıldığı, imza vərəqələrindəki 547 imzanın 117-nin etibarsız sayıldığı bəyan edilib. Səsvermə nəticəsində dairə seçki komissiyasının Arzu Səmədbəylinin namizədliyini qeydə almamaq qərarı qüvvədə saxlanıb.

Noyabrın 1-də keçiriləcək parlament seçkisində namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.

53 yaşlı Arzu Səmədbəyli 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsinin şöbə müdiri, Azərbaycan Respublikası müdafiə nazirinin baş referenti, 1993-2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının informasiya və mətbuat mərkəzinin direktoru, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb. 2004-cü ildən Müsavat Partiyası başqanının müavini, 2010-2014-cü illərdə Müsavat Partiyası Məclisinin sədri olub. 2005-2010-cu illərdə Arzu Səmədbəyli Milli Məclisdə 8 saylı dairəni təmsil edib.

MSK sədri yeni seçki statistikası açıqlayıb28.09.2015

Page 65: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Deputatlığa namizədlik üçün müraciət edənlərin sayı 1560 nəfərdir. Mərkəzi Seçki Komissiyasının 28 sentyabr iclasında sədr Məzahir Pənahov belə deyib. O bildirib ki, 660 nəfərin namizədliyini siyasi partiyalar, 60 nəfərin namizədliyini siyasi partiyalar bloku, 3 nəfərin namizədliyini təşəbbüs qrupu irəli sürüb, 937 nəfər isə şəxsi təşəbbüslə müraciət edib.

MSK sədrinin sözlərinə görə, 1461 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib, onlardan 1352 nəfər imza vərəqi alıb, 521 nəfər imza vərəqələrini qaytarıb. Namizədliyi qeydə alınanların sayı isə 317 nəfərdir.

Xəbəri APA yayıb.

1 noyabr parlament seçkisində namizədlərin qeydə alınması üçün sənədlərin qəbulu oktyabrın 2-də baş çatır.

Avropa Şurasının Azərbaycan üzrə sabiq məruzəçisi Parlament Assambleyasına sədrlik edəcək29.09.2015

Page 66: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Avropa Şurasının Azərbaycan üzrə sabiq məruzəçisi, ispaniyalı Pedro Aqramunt Font de Mora Parlament Assambleyasının sədri seçilib. O, vəzifəsinin icrasına 2016-ci ilin yanvarında başlayacaq.

APA-nın məlumatına görə, seçki Strasburqda, Parlament Assambleyasında təmsil olunan Avropa Xalq Partiyası fraksiyasının iclasında keçirilib. Pedro Aqramunt fransalı deputat, AŞPA-nın sabiq sədri Jan-Klod Minyonla yarışıb və 109 nəfərin iştirak etdiyi seçkidə 75 səs alıb.

AŞPA-nın idarəçilik qaydalarına əsasən, qurumun hazırkı sədri Ann Brassörün təmsil olunduğu Avropa Liberal və Demokratlar Alyansı fraksiyasından sonra sədrlik növbəsi Avropa Xalq Partiyası fraksiyasına çatıb.

Transparency.az bildirir ki, Pedro Aqramunt 1951-ci il dekabrın 9-da Valensiyada anadan olub. Hüquqşünasdır. İspaniya parlamentinə ilk dəfə 1991-ci ildə seçilib. 2000-ci ildən Avropa Şurası Parlament Assambleyasında təmsil olunur. 2010-2015-ci illərdə Avropa Şurasının Azərbaycan üzrə məruzəçilərindən biri olub.

APA-nın başqa bir məlumatına görə, sentyabrın 28-də AŞPA Monitorinq Komitəsinin sədr müavini vəzifəsinə seçki keçirilib. Bu postu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tutub.

“Elektron hökumət” portalına 335 xidmət inteqrasiya edilib29.09.2015

Page 67: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Nazirlər Kabinetində təsdiq olunmuş 454 xidmətdən 335-i “Elektron hökumət” portalına inteqrasiya edilib. Ümumən portalda 409 e-xidmət vətəndaşların istifadəsindədir. Xəbəri AZƏRTAC Vergiler.az saytına istinadla yayıb.

Məlumata görə, portalın istifadəçilərinin sayı 2,4 milyon nəfərdən artıqdır və onlar 15,5 milyon dəfədən çox e-xidmətlərdən istifadə üçün müraciət ediblər. Bu gün portala 80-dən artıq fiziki qoşulma var. Bunlardan 48-i dövlət qurumları, digərləri isə özəl sektorun nümayəndələri və banklardır.

Ekspertdən pensiya yaşı şərhi29.09.2015

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev sentyabrın 28-i Bakıda keçirilən beynəlxalq toplantıda çıxış edərkən pensiya yaşı məsələsinə toxunub. O deyib ki, insanların iş fəaliyyəti və yaxud peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq olmalıdır: “Bu gün büdcədən maliyyələşən təşkilatlarda çalışma dövrünün son həddi 65 yaşdır. Amma pensiya yaşı aşağıdır, bu da bir uyğunsuzluq ifadə edir”.

“Əmək pensiyaları haqqında” qanuna görə, Azərbaycanda kişilər əmək pensiyasına 63, qadınlar 60 yaşda çıxır.

Elman Mehdiyevin açıqlamasını şərh edən iqtisadçı ekspert Qubad İbadoğlu Transparency.az-a deyib ki, pensiya yaşı gələn ildən 65-ə qaldırıla bilər: “Çünki Dövlət Sosial Müdafiə Fondunun maliyyə durumu pisləşir. Fondun maliyyə dayanıqlığına iki başlıca amil mənfi təsir göstərir. Birincisi, əmək pensiyası

Page 68: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

alanların sayı ildən-ilə artır. Onların sayı 1,3 milyona çatıb. Əmək pensiyaçılarının 61 faizə qədəri yaşa görə təqaüdə çıxanlardır. İkincisi, Dövlət Sosial Müdafiə Fonduna daxilolmalar azalır. Xüsusilə də özəl sektordan.

Növbəti il üçün fondun büdcəsi 3 milyard 78 milyon 600 min manat təklif olunub ki, onun da 60 faizə qədəri büdcə mənbəli maliyyələşmədən formalaşacaq. Dövlət büdcəsinin xərclərinin azalması fonunda bu sahədə öhdəliklərə problem yaranacağı bəllidir.

Digər problem isə iş yerlərinin ixtisarı və əməkhaqqı fondunun kiçilməsidir. Pensiya sisteminin normal maliyyələşməsi üçün 1 pensiyaçıya mütənasib olaraq 3 işçi fəaliyyət göstərməli və onlar müntəzəm olaraq sosial sığorta ayırmaları etməlidir. Azərbaycanda 1 pensiyaçıya 2 işləyən də düşmür. Görünür, pensiya-sığorta sistemində problemin ciddiliyi hökumətə başqa alternativ saxlamayacaq və gələn ildən pensiya yaşı 65-dək qaldırıla bilər”.

Ekspert əlavə edib ki, BMT-nin insan inkişafına dair illik hesabatında Azərbaycanda orta ömür müddəti 67 yaş göstərilir: “Dövlət Statistika Komitəsi isə bildirir ki, Azərbaycanda orta ömür müddəti 73,8-dir. Kişilərin orta yaş həddi 71,2, qadınların orta yaş həddi isə 76,5 verilir”.

Etibar Əliyev: “TQDK korrupsiyaya bulaşmamış qurumdur”29.09.2015

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) ləğvi olunacağı və ya Təhsil Nazirliyinə birləşdiriləcəyi barədə şayiələri şərh edən ekspert Etibar Əliyev “Azadlıq” qəzetinə müsahibəsində bu qurumu müdafiə edib: “Məncə, TQDK üzərinə düşən vəzifələri yerinə yetirə bilir və

Page 69: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

korrupsiyaya bulaşmamış qurumdur. Test üsulu ilə imtahanların keçirilməsinin əleyhinə olanların çoxuna elə gəlir ki, testlərlə biliyin yoxlanmasını TQDK icad edib. Təhsil sistemi öndə olan ABŞ-ın “Təhsil aktında” yazılıb: “Bütün Amerika məktəbliləri 4-cü, 8-ci, 12-ci sinfi bitirdikdən sonra ingilis dilindən, riyaziyyatdan, təbiət elmlərindən, tarix və coğrafiyadan biliklərinin səviyyəsinin yoxlanması üçün testdən keçməlidir. Hər bir məktəbdə müəllim inandırmalıdır ki, onun şagirdləri düşünməyi bacarır”.

İndi təsəvvür edin elm sahələri üzrə Nobel mükafatçılarının 80 faizinin cəmləşdiyi bir ölkədə testin funksiyası nədən ibarətdir. Biz testin bu keyfiyyətini kənara qoyub yalnız əzbərçilik, “tapmaca” xarakterindən danışırıq. Yaxşı müəllim həm keçdiyi dərsdə, həm də test tapşırıqları ilə bağlı təlimlərində şagirdinin düşünə bilmək qabiliyyətini üzə çıxarmağa çalışmalıdır”.

TQDK-nın Təhsil Nazirliyinə birləşdiriləcəyi iddialarına toxunan ekspert qeyd edib ki, Təhsil Nazirliyinin itirilmiş səlahiyyətləri özünə qaytarılsa, bu qurum bütöv sistem halına gələ bilər: “Məsələn, təhsilin 1-ci və əsas pilləsi sayılan məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətlərinə tabeçiliyi yolverilməzdir. Belə tabeçilik təhsilin əsas pillələrindən birini iflic vəziyyətinə salıb.Orta ümumtəhsil məktəblərində buraxılış imtahanlarının keçirilməsi də Təhsil Nazirliyinə qaytarılmalıdır.

Yeni struktur, məncə, TQDK-nın Təhsil Nazirliyinə birləşməsindən yarana bilməz. Biliyin qiymətləndirilməsi və akkreditasiya büroları müstəqil qurumlar olmalıdır. İndiki vəziyyətdə Elm və Təhsil Nazirliyinin yaradılması daha aktualdır və bir çox ölkələrdə yaradılmış belə qurum daha səmərəli fəaliyyət göstərir. Elmi təhsildən ayrı salmaq olmaz. Ali məktəblərdə təhsilin üç pilləsindən ikisi elmlə bağlıdır: magistratura və doktorantura.

Elm və Təhsil Nazirliyinin yaranmasından söhbət düşdükdə Milli Elmlər Akademiyasının rəhbərliyi narahat olmamalıdır. Burada yalnız ali məktəblərdə elmi fəaliyyətin təşkili və elmi tədqiqatlardan söhbət gedir. Digər tərəfdən elm sahəsində rəqabət mühiti də yarana bilər”.

Page 70: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın yeni tərkibi müəyyənləşib29.09.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın yeni tərkibi müəyyənləşib. Sentyabrın 29-da nazirlikdən Transparency.az-a verilən məlumata görə, qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilən seçkidə İctimai Şura 15 vətəndaş cəmiyyəti institutundan formalaşıb.

Şuranın missiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə hüquqi aktların qəbulunda və qurumun fəaliyyətində ictimai nəzarətin təşkilidir.

İctimai Şura

Page 71: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Qazaxıstan prezidenti dünya valyutası yaratmağı təklif edir29.09.2015

Qazaxıstan prezidenti Nursultan Nazarbayev BMT Baş Məclisinin 70-ci sessiyasındakı çıxışında dünya valyutası yaratmağı təklif edib, BMT ölkələrini bununla bağlı səylərini birləşdirməyə çağırıb.

Novator.az-ın məlumatına görə, Nazarbayev qeyd edib ki, qlobal böhran şəraitində valyuta ehtiyatlarının dövriyyəsi və emissiyası sahəsində qayda-qanun yaratmaq zəruridir, indiki durum qanunçuluq, demokratiya, effektlilik və beynəlxalq nəzarət  meyarlarına uyğun gəlmir: “21-ci əsrdə dünyaya yeni keyfiyyətli maliyyə alətləri gərəkdir. Dayanıqlı qlobal inkişafın tələblərinə cavab

Page 72: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

verən dünya valyutasına ehtiyac var, BMT ölkələri belə valyutanın yaranması üçün səylərini birləşdirməlidir”.

8 ayda ixrac 46,69 faiz azalıb29.09.2015

Dövlət Gömrük Komitəsi xarici ticarətlə bağlı 8 aylıq statistika açıqlayıb (8 aylıq statistika). Transparency.az-ın məlumatına görə, statistikanın büdcə daxilolmaları bölümündə gömrük rüsumları üzrə 269 milyon 662,60 min manat yığıldığı bildirilir. Əlavə dəyər vergisi (ƏDV) üzrə 684 milyon 609,13 min manat, aksizlər üzrə 57 milyon 033,25 min manat, yol vergisi üzrə 12 milyon 631,14 min manat yığım olub. Cəmi daxilolmalar 1 milyard 23 milyon 936,12 min manatdır.8 ayda 144 ölkə ilə ticarət əməliyyatı aparılıb. Xarici ticarətlə məşğul olanların sayı 5611 nəfər olub. Bunun 215-i dövlət sektoruna, 2860-ı özəl sektora aiddir.

Yanvar-avqust aylarında doldurulan 163 min 60 gömrük bəyannaməsinin 136 min 247-si idxal bəyannaməsi, 26 813-ü ixrac bəyannaməsi kimi qeydə alınıb.

8 aylıq ticarət əməliyyatlarının həcmi 14 milyard 82 milyon 176,75 min ABŞ dolları göstərilib və keçən ilin müvafiq dövrünə nisbətən 32,83 faiz azalma qeydə alındığı bildirilir.

2014-cü ilin 8 aylıq göstəriciləri ilə müqayisədə idxal 5,09 faiz artıb, ixrac isə 46,69 faiz azalıb.

Gömrük hüquqpozmaları: təqsirləndirilən şəxslərin sayı 148 nəfər artıb29.09.2015

Page 73: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Gömrük hüquqpozmalarının statistikası bəlli olub. Rəsmi məlumata görə, bu ilin 8 ayında (yanvar-avqust) gömrük hüquqpozmaları ötən ilin müvafiq dövrünə nisbətən artıb. Transparency.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, cinayət xarakterli 397 fakt aşkar edilib. Keçən ilin 8 ayında 261 belə fakt qeydə alınmışdı.

Qaçaqmalçılıq faktları 43 fakt artaraq 209-a çatıb. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar 40 fakt artaraq 150 olub.

Aksiz markası olmadan məhsul idxal etmə halları da artıb. 8 ayda 15 fakt qeydə alınıb. Keçən ilin eyni dövründə 2 belə fakt olmuşdu.

8 ayda gömrük hüquqpozmalarına görə təqsirləndirilən şəxslərin sayı 449 nəfər göstərilir. Bu, ötən ilin 8 ayının göstəricisi ilə müqayisədə 148 nəfər çoxdur.

Rəsmi məlumata əsasən, gömrük ödənişlərindən yayınma halları azalıb. Keçən ilin 8 ayında 5 belə hal qeydə alınmışdı, bu il rəqəm 3-ə düşüb.

İdxal-ixrac göstəriciləri: ötən ilin yanvar-avqust ayları ilə müqayisə29.09.2015

2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 14,082 milyard dollar olub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, xarici ticarətin 8,18 milyard dollarını ixrac, 5,89 milyard dollarını idxal formalaşdırıb.

İyul ayı ilə müqayisədə avqustda Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 1,3 milyard dollar artıb. Amma ötən ilin yanvar-avqust ayına nisbətən xarici ticarətimin həcmi 6,883 milyard dollar (33%) azalıb.

Page 74: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

“Azadlıq” radiosu ixracda əsas mallar üzrə azalmaları belə hesablayıb:

Xam neft – 51,29%

Neft məhsulları – 38,38%

Təbii qaz – 29,17%

Meyvə-tərəvəz – 2,69%

Çay – 43,9%

Bitki və heyvan mənşəli piylər və yağlar – 29,1%

Şəkər – 2,57%

Spirtli və spirtsiz içkilər – 25,37%

Plastmas və onlardan hazırlanan məmulatlar – 21,26%

Emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri – 40,28%

Qara metallar və onlardan hazırlanan məmulatlar – 28,01%.

İxracda əsas mallardan kimya sənayesi məhsulları 53,76 faiz, alüminium və ondan hazırlanan məmulatlar 9,23 faiz artıb.

İdxalda isə artım belə olub:

Meyvə-tərəvəz – 146,4%

Buğda – 34,17%

Əczaçılıq məhsulları – 16,37%

Oduncaq və ondan hazırlanan məmulatlar – 90,07%

Qara metallar və onlardan hazırlanan məmulatlar – 65,14%

Page 75: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Nəqliyyat vasitələri və onların hissələri – 96,60%

Mebel və onun hissələri – 16,55%.

Azərbaycandan ixrac: yaxın-uzaq ölkələr üzrə yeni rəqəmlər29.09.2015

Transparency.az 2015-ci ilin yanvar-avqust aylarının rəsmi göstəricilərinə (8 aylıq statistika) nəzər salaraq Azərbaycanın bəzi ölkələrə ixracını ötən ilin eyni dövrü ilə müqayisə edib.8 ayda Müstəqil Dövlətlər Birliyi ölkələrinə ixracda 45,13% azalma olub. Ukraynaya ixrac 64,37%, Rusiyaya 43,63%, Qazaxıstana 59,42% azalıb.

Tacikistana ixracda 187,83%, Türkmənistana 12,69%, Moldovaya 14,74 dəfə artım qeydə alınıb.

Yanvar-avqust aylarında Avropa İttifaqı ölkələrinə ixracda ötən ilin eyni dövrü ilə müqayisədə 38,9 faiz azalma var. Almaniyaya ixrac bir ildə 18,62%, Böyük Britaniyaya 95,83%, Fransaya 48,14%, İtaliyaya 53,94% aşağı düşüb.

Ötən ilin 8 ayı ilə müqayisədə Niderlanda ixrac 495,08%, Maltaya 205,67%, Sloveniyaya 716,34 dəfə, İrlandiyaya 540,70 dəfə artıb.

Digər ölkələrə gəlincə, ABŞ-a ixracda 41,8%, Çinə 1,34%, Gürcüstana 21,89%, İrana 21,33%, İsrailə 41,05%, Türkiyəyə 36,48% faiz azalma var.

Belarusda işsizlərə ildə 12 dollar vergi tətbiq olunacaq29.09.2015

Page 76: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Belarusda işsiz vətəndaşlardan rüsum alınması planlaşdırılır. Yığımın rəsmən heç yerdə işləməyən, vergi ödəməyən əmək qabiliyyətli vətəndaşlardan alınması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, ödəmə məbləği 20 baza kəmiyyəti (1 baza kəmiyyəti 180 min Belarus rublu və ya təxminən 12 dollardır) təşkil edəcək. İşsizlər bu vergini ildə birdəfəlik ödəməlidirlər. Ödəmədən yayınmaya görə inzibati məsuliyyət nəzərdə tutulacaq.

Sənəddə fəaliyyət qabiliyyətinin olmaması və ya başqa səbəblərdən vergidən azad ediləcək vətəndaşların kateqoriyaları da qeyd olunacaq.

Deputatlığa namizədliyi qeydə alınanların sayı 427 nəfərə çatıb29.09.2015

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkidə namizədliyi qeydə alınanların sayı 427 nəfərə çatıb (Seçki dairələri üzrə qeydə alınanlar). APA-nın məlumatına görə, bunu sentyabrın 29-da Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bəyan edib.MSK sədri qurumun iclasında bildirib ki, namizədliyi qeydə alınanların 165-ni 14 siyasi partiya, 2-ni “Azadlıq-2015” siyasi partiyalar bloku irəli sürüb, 258 nəfərin namizədliyi fərdi qaydada verilib, 2 nəfəri isə təşəbbüs qrupları namizəd göstərib.

Page 77: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Prezident dövlət sirrini mühafizə edən İdarələrarası Komissiyanın tərkibini dəyişdi30.09.2015

Prezident İlham Əliyev sentyabrın 29-da fərman imzalayaraq Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibini dəyişib. Transparency.az bildirir ki, baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrlik etdiyi komissiyanın üzvləri bu şəxslərdir:

Eldar Mahmudov, milli təhlükəsizlik naziri

Zakir Həsənov, müdafiə naziri

Fikrət Məmmədov, ədliyyə naziri

Elmar Məmmədyarov, xarici işlər naziri

Şahin Mustafayev, iqtisadiyyat və sənaye naziri

Samir Şərifov, maliyyə naziri

Əli Abbasov, rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov, ekologiya və təbii sərvətlər naziri

Ramil Usubov, daxili işlər naziri

Yavər Camalov, müdafiə sənayesi naziri

Vaqif Axundov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

Page 78: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Elçin Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi

Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Rövnəq Abdullayev, Dövlət Neft Şirkətinin prezidenti.

Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya “Dövlət sirri haqqında” qanunun tətbiq edilməsi barədə fərmanla (17 yanvar 1997-ci il) yaradılıb. Komissiya dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin həyata keçirilməsini təmin edən, dövlət  proqramlarının, normativ hüquqi aktlarının və metodik sənədlərinin işlənib hazırlanması və yerinə yetirilməsi naminə dövlət sirrinin  mühafizəsi sahəsində dövlət hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirən kollegial orqandır. Qurumun əsas vəzifəsi dövlət sirrinin mühafizəsini təşkil və təmin etməkdən ibarətdir. İdarələrarası Komissiyanın öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarların icrası dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və  təşkilatlar, vəzifəli şəxslər üçün məcburidir.

İsa Qəmbərin namizədliyi qeydə alınıb30.09.2015

15 saylı Yasamal Dairə Seçki Komissiyası Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin namizədliyini qeydə alıb. Noyabrın 1-də keçiriləcək parlament seçkisində 15 saylı dairədən Müsavatın namizədi olan İsa Qəmbərin müdafiəsi üçün azı 450 imza toplandığını nəzərə alan seçki komissiyası sentyabrın 29-da belə qərar qəbul edib.

58 yaşlı İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-93-cü illərdə Milli Məclisin sədri olub, həmin dönəmin ilk ayında prezidentin

Page 79: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

səlahiyyətlərini icra edib. 1992-ci ildən 2014-cü ilədək Müsavat Partiyasının başqanı postunu tutub. Hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədridir.

Sabiq nazir: “Dövlət borcu ətrafında qeyri-real fikirlər cəmiyyəti çaşdırır”30.09.2015

“Dövlət borcu ətrafında qeyri-real fikirlərin səslənməsi cəmiyyəti çaşdırır, insanlar bu yazıları oxuduqdan sonra əsl həqiqətin nədən ibarət olduğunu aydınlaşdıra bilmirlər”. AZƏRTAC-a danışan sabiq maliyyə naziri (1994-1999), iqtisad elmləri doktoru Fikrət Yusifov belə deyib. O vurğulayıb ki, bəzi iqtisadçılar dövlətin bu günə olan 6,5 milyard dollar borcunun üzərinə əsassız olaraq müəssisə və təşkilatların borclarını da gəlib borcun 25 milyard dollar olduğunu iddia edirlər: “Dövlət borcunu bu qayda ilə 4 dəfəyə qədər şişirdən müəlliflər belə təsəvvür yaratmağa çalışırlar ki, guya borclanma təhlükəli həddə çatıb və deməli, həyəcan təbili çalmağın zamanıdır.

Bəziləri isə bugünkü borcun çox az olduğunu qeyd edərək iqtisadiyyatın qeyri-neft sektorunun daha sürətli inkişafı üçün dövlətin təcili surətdə 100 milyard dollar həddində borclanmaya getməsinin zəruriliyini əsaslandırmağa çalışırlar. Hər iki mövqe kökündən səhvdir və əsassızdır.

Əvvəla, dövlət borcu ilə müəssisə borcunu bir-biri ilə qarışdıranlar bilməlidirlər ki, nə nəzəriyyədə, nə də təcrübədə bu iki borcu bir-birinin üzərinə gəlməklə yekun məbləği əhalinin sayına bölüb adambaşına düşən dövlət borcu müəyyən etmək kimi bir qayda yoxdur. Müəssisə borcunu dövlətin borcu kimi qələmə vermək istəyənlər bu borcların dövlət zəmanəti ilə alınmasını əsas kimi göstərə bilməzlər. Onda gərək bütün ölkələrdə müəssisə və təşkilatların dövlət zəmanəti ilə aldığı borclar dövlətlərin borcu kimi qəbul edilsin.

Page 80: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

“Dövlət borcu haqqında” qanunun 1-ci maddəsinin 1-ci bəndində aydın şəkildə göstərilir ki, dövlət borcu Azərbaycan Respublikası adından bağlanmış müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borcdur. Əlbəttə, dövlət zəmanəti ilə alınan borclara görə dövlət məsuliyyət daşıyır. Elə həmin qanuna görə, əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini icra edə bilmədiyi təqdirdə zəmanətçi verilmiş dövlət zəmanətinin müddəalarına uyğun olaraq öhdəliyi yerinə yetirir. Lakin dövlət zəmanətinin verilməsi üçün qanunla müəyyən edilmiş konkret şərtlər var. Məsələn, əsas borcalan tələb etdiyi dövlət zəmanəti üzrə öhdəliyinin təminatı kimi istifadə edilə biləcək əmlakının siyahısını təqdim etməlidir. Dövlət verdiyi zəmanətə görə riskləri də dəqiqliklə hesablayır. Əgər əsas borcalan öhdəliklərini yerinə yetirə bilmirsə, bu halda onun girov kimi qoyduğu əmlakdan və Azərbaycan Respublikasının dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün dövlət büdcəsinin tərkibindəki Təminat Fondunun vəsaitlərindən istifadə olunur. Bu fond dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz ödənişlərdən formalaşdırılır. Ödənişin miqdarı isə tələb edilən dövlət zəmanəti üzrə riskin dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Beləliklə də dövlət verdiyi zəmanəti tamamilə sığortalayır. Odur ki, müəssisə və təşkilatların borcunu dövlət borcu kimi təqdim etmək tamamilə əsassızdır.

Sual oluna bilər ki, Dövlət Neft Şirkətinin (SOCAR) borclarını dövlət borcu hesab etmək olarmı? Əslində bu nümunənin məxsusi özəlliyi var. Belə ki, SOCAR-ın aktivləri onun aldığı borclardan qat-qat çoxdur və bu səbəbdən onların dövlət zəmanəti ilə aldıqları borcları dövlət borcu kimi qiymətləndirmək qətiyyən düzgün deyil. Dövlət müəssisəsi olmasına baxmayaraq bu borca görə məsuliyyəti dövlət deyil, SOCAR özü daşıyır və zəruri hallarda aldığı borcdan dəfələrlə artıq olan aktivləri ilə vəziyyəti tənzimləyə bilər. SOCAR kommersiya fəaliyyəti həyata keçirən hüquqi şəxsdir, müstəqil balansa, banklarda, o cümlədən xarici banklarda hesablara malikdir. Şirkətin nizamnaməsində konkret göstərilir ki, dövlət şirkətin öhdəliklərinə görə cavabdeh deyil.

Azərbaycanın bu günə olan 6,5 milyard ABŞ dolları həcmində dövlət borcu dünyada ən aşağı borclanma göstəricilərdən biridir və bu borcun adambaşına düşən həcmi 675 ABŞ dollarına bərabərdir. Bunu hər kəs bilməlidir. Müqayisə üçün deyək ki, bu rəqəm ABŞ-da 57 min dollara, Böyük Britaniyada 158 min dollara, Almaniyada 71 min dollara, Fransada 81 min dollara, Rusiyada 4 min

Page 81: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

200 dollara, Gürcüstanda 2 min 400 dollara, Ermənistanda isə 2 min 700 dollara bərabərdir.

Bu gün Azərbaycanda borclanmaya dair beynəlxalq standartların tələb etdiyi bütün göstəricilər kifayət qədər yüksəkdir. Bu göstəricilərlə Azərbaycan hökuməti on milyardlarla dollar həcmində kreditlər götürə bilər. Lakin o bunu etmir. Çünki zamanla kredit yükünün altına girmiş və on illərdir ki, bu kredit labirintindən çıxmağı bacarmayanların aqibəti göz qabağındadır”.

Seçicilərlə görüş yerlərinin siyahısı30.09.2015

Deputatlığa namizədlərin seçicilərlə görüşü üçün şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yerin siyahısı işıq üzü görüb. Naxçıvan Muxtar Respublikası üzrə müəyyən edilmiş açıq və qapalı yerlər isə bölgənin KİV-lərində dərc olunub.

1 noyabr parlament seçkisində təşviqat oktyabrın 9-dan 31-dək aparılacaq.

SiyahıQlobal rəqabətlilik indeksi açıqlanıb (Reytinq cədvəli)30.09.2015

Page 82: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Dünya İqtisadi Forumu qlobal rəqabətlilik indeksini açıqlayıb (Reytinq cədvəli). Azərbaycan 140 ölkə arasında 40-cı yerdə qərarlaşır. İndeksdə Azərbaycan 2012-ci ildə 144 dövlət arasında 46-cı, 2011-ci ildə 142 ölkə arasında 55-ci yerdə olub. 2014-cü ildə isə Azərbaycan 144 dövlət arasında 38-ci yeri tutub.Transparency.az xəbər verir ki, qonşu ölkələrdən Türkiyə yeni reytinqdə 51-ci, Gürcüstan 66-cı, İran 74-cü pillədə dayanır.

Keçmiş SSRİ məkanından Estoniya 30-cu, Litva 36-cı, Latviya 44-cü yerdədir.

Qazaxıstan 42-ci, Rusiya 45-ci, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü, Qırğızıstan isə 102-ci sırada qərarlaşır.

İlk üçlükdə İsveçrə, Sinqapur və ABŞ yer alır.

Siyahını Afrika ölkələri Mavritaniya, Çad və Qvineya qapadır.

Dünya İqtisadi Forumu hesabatı əsasən iki indikator üzrə hazırlayır: iş adamları arasında 100-dən artıq sualdan ibarət olan sorğu keçirilir və müxtəlif mənbələrə, məsələn, beynəlxalq təşkilatların hesabatlarına istinad edir.

Bölgələrdə bu yay istirahət etmiş turistlərin sayı bəlli olub30.09.2015

Mədəniyyət və Turizm Nazirliyi bu ilin iyunun 1-dən avqustun 31-dək Azərbaycanın regionlarına səfər edən turistlərin sayını

Page 83: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

açıqlayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, şimal, şimal-qərb, qərb və cənub bölgələrindəki mehmanxana və mehmanxana tipli obyektlərdə istirahət edən turistlərin sayı 608 min 233 nəfər olub. Bunlardan 560 min 688-i yerli turistlər, 47 min 545-i isə xarici turistlərin payına düşür.

Ötən ilin hesabat dövrü ilə müqayisədə turistlərin sayı 8,2 faiz və ya 45 min 984 nəfər çoxalıb.

Aparılan araşdırmalara əsasən, Quba — Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər), Şamaxı-İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələrdir.

Ekspert dərman idxalında artımın səbəblərini şərh edir30.09.2015

Dövlət Gömrük Komitəsinin açıqladığı son məlumatın (8 aylıq statistika) təhlili göstərir ki, idxalı artan məhsulların siyahısında dava-dərman da var. Bu ilin 8 ayında əczaçılıq məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz və ya 25 milyon dollar artıb. Ötən il dərman gətirilməsinə idxalçılar 160 milyon dollar vəsait xərcləmişdi, bu il xərcləmələr 185 milyonu ötüb.Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, bu statistikaya İrandan, Rusiyadan, Gürcüstandan, Türkiyə və Avropadan fərdi qaydada gətirilən dərmanlar daxil deyil: “Bunu da nəzərə alsaq, ölkədə aylıq dərman dövriyyəsinin 25 milyon manata çatdığını demək olar. Azərbaycanda dərmana yüksək tələbat ölkədə apteklərin sayında da özünü göstərir. Yalnız paytaxt Bakıda olan apteklərin sayı Belçika və ya Avstriyada olan apteklərin sayından çoxdur.

İlk baxışda dərman idxalının artımını istehlak olunan dərmanın həcmi və ölkəyə gətirilən dərmanın bahalaşması ilə izah etmək mümkündür. Amma məncə,

Page 84: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

statistikada artımın əsas səbəbi əczaçılıq məhsullarının idxalında leqallaşma səviyyəsinin yüksəlməsidir”.

Gözlənən pensiya islahatlarının istiqamətləri təqdim olunub30.09.2015

Sentyabrın 30-u Bakıdakı “Hyatt Regency” otelində Dövlət Sosial Müdafiə Fondu və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının pensiya təminatı sistemində islahatların aktuar qiymətləndirilməsi” mövzusunda təqdimat keçirilib. Tədbirdə beynəlxalq təşkilatların, dövlət orqanlarının və digər qurumların nümayəndələri iştirak ediblər.

DSMF sədri Elman Mehdiyev açılış nitqində deyib ki, sığorta-pensiya sisteminin inkişafı nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub: “Bu nailiyyətlərdən birincisi ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsinin təmin edilməsidir. Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əmək haqlarının artımı pensiya artımlarını da şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir.

Page 85: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Sığorta-pensiya islahatları ilə əldə olunmuş ikinci əsas nailiyyət qlobal yaşlanma fonunda dəyişən demoqrafik tendensiyaların pensiya sisteminə təsirinin uğurla tənzimlənməsidir. Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 3 milyondan çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin edib.

Üçüncüsü, mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunub və onların yoxsulluq probleminin əsaslı şəkildə öz həllini tapıb. Pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı idi. 2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artıb. Eyni dövrdə yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılıb ki, bu da beynəlxalq standartlara uyğundur”.

AZƏRTAC xəbər verir ki, Elman Mehdiyev pensiya təminatı sistemində gözlənən islahatların üç başlıca istiqamətindən danışıb: “Bunlardan birincisi pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini nəzərdə tutur və toplanan pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığının təmin edilməsi, sistem iştirakçılarına münasibətdə ödənilən sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının gözlənilməsini təmin edən islahat tədbirləri ilə bağlıdır. Hazırda ödənilən cəmi sığorta haqqının yarısının fərdi hesablarda qeydiyyata alınması bu islahat tədbirini yüksək əməkhaqqından sosial sığorta haqları ödəyən şəxslərə münasibətdə daha aktual edir. Qeyd edilən halların aradan qaldırılması məqsədilə pensiya kapitalının formalaşmasında ödənilən sosial sığorta haqlarının tam məbləğdə nəzərə alınması kimi məsələlərə baxılması tövsiyə olunur ki, bu sosial sığorta ödəyicilərinə daha yüksək məbləğdə pensiya təyin olunmasına təminat verir.

İslahatların ikinci vacib istiqaməti dövlətin öhdəlikləri ilə pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsini əhatə edir. Hazırda pensiya sistemində bir sıra ödənişlərin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması pensiya sisteminin əlavə maliyyə öhdəliklərinin yaranmasına

Page 86: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

səbəb olub. Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan dövlət öhdəliklərinin maliyyələşdirilməsinə hər il büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir. Sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi və bu sahədə səmərəliliyin artırılması məqsədilə bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi zərurətə çevrilib. Bu tədbirin reallaşdırılması ilə sığorta-pensiya sisteminin əlavə sərbəst vəsaitlərə malik olması və bunun pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi hədəflənir.

Könüllü sosial sığortanın tətbiqi əsasında məcburi dövlət sosial sığortasından əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılması islahatların üçüncü vacib istiqamətini təşkil edir. Bu islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanların yaradılmasını nəzərdə tutur. Könüllü sosial sığortanın tətbiqi mürəkkəb mərhələ olmaqla ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən asılıdır və beynəlxalq təcrübə öyrənilməklə konseptual araşdırmaların aparılmasını zəruri edib. Bu sahədə qəbul ediləcək qanunvericilikdə könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat və səmərəli təminat mexanizmlərinin formalaşdırılması və effektiv idarəetmə sisteminin tətbiqi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapmalıdır.

Könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlər də tətbiq edilməlidir. Dövlət Sosial Müdafiə Fondunda reallaşdırılan layihə çərçivəsində beynəlxalq ekspertlərin ölkəmizdə könüllü sosial sığortalanmanın tətbiqi sahəsində mütərəqqi dünya təcrübəsi əsasında hazırladığı normativ hüquqi bazanın növbəti ayda ictimaiyyətin müzakirəsinə təqdim olunması nəzərdə tutulub”.

Gözlənən pensiya islahatlarının istiqamətləri təqdim olunub

Page 87: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

30.09.2015

Sentyabrın 30-u Bakıdakı “Hyatt Regency” otelində Dövlət Sosial Müdafiə Fondu və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının pensiya təminatı sistemində islahatların aktuar qiymətləndirilməsi” mövzusunda təqdimat keçirilib. Tədbirdə beynəlxalq təşkilatların, dövlət orqanlarının və digər qurumların nümayəndələri iştirak ediblər.

DSMF sədri Elman Mehdiyev açılış nitqində deyib ki, sığorta-pensiya sisteminin inkişafı nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub: “Bu nailiyyətlərdən birincisi ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsinin təmin edilməsidir. Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əmək haqlarının artımı pensiya artımlarını da şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir.

Sığorta-pensiya islahatları ilə əldə olunmuş ikinci əsas nailiyyət qlobal yaşlanma fonunda dəyişən demoqrafik tendensiyaların pensiya sisteminə təsirinin uğurla tənzimlənməsidir. Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 3 milyondan çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə

Page 88: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin edib.

Üçüncüsü, mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunub və onların yoxsulluq probleminin əsaslı şəkildə öz həllini tapıb. Pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı idi. 2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artıb. Eyni dövrdə yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılıb ki, bu da beynəlxalq standartlara uyğundur”.

AZƏRTAC xəbər verir ki, Elman Mehdiyev pensiya təminatı sistemində gözlənən islahatların üç başlıca istiqamətindən danışıb: “Bunlardan birincisi pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini nəzərdə tutur və toplanan pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığının təmin edilməsi, sistem iştirakçılarına münasibətdə ödənilən sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının gözlənilməsini təmin edən islahat tədbirləri ilə bağlıdır. Hazırda ödənilən cəmi sığorta haqqının yarısının fərdi hesablarda qeydiyyata alınması bu islahat tədbirini yüksək əməkhaqqından sosial sığorta haqları ödəyən şəxslərə münasibətdə daha aktual edir. Qeyd edilən halların aradan qaldırılması məqsədilə pensiya kapitalının formalaşmasında ödənilən sosial sığorta haqlarının tam məbləğdə nəzərə alınması kimi məsələlərə baxılması tövsiyə olunur ki, bu sosial sığorta ödəyicilərinə daha yüksək məbləğdə pensiya təyin olunmasına təminat verir.

İslahatların ikinci vacib istiqaməti dövlətin öhdəlikləri ilə pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsini əhatə edir. Hazırda pensiya sistemində bir sıra ödənişlərin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması pensiya sisteminin əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb olub. Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan dövlət öhdəliklərinin maliyyələşdirilməsinə hər il büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir. Sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi və bu sahədə səmərəliliyin artırılması məqsədilə bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi zərurətə çevrilib. Bu tədbirin reallaşdırılması ilə

Page 89: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

sığorta-pensiya sisteminin əlavə sərbəst vəsaitlərə malik olması və bunun pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi hədəflənir.

Könüllü sosial sığortanın tətbiqi əsasında məcburi dövlət sosial sığortasından əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılması islahatların üçüncü vacib istiqamətini təşkil edir. Bu islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanların yaradılmasını nəzərdə tutur. Könüllü sosial sığortanın tətbiqi mürəkkəb mərhələ olmaqla ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən asılıdır və beynəlxalq təcrübə öyrənilməklə konseptual araşdırmaların aparılmasını zəruri edib. Bu sahədə qəbul ediləcək qanunvericilikdə könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat və səmərəli təminat mexanizmlərinin formalaşdırılması və effektiv idarəetmə sisteminin tətbiqi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapmalıdır.

Könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlər də tətbiq edilməlidir. Dövlət Sosial Müdafiə Fondunda reallaşdırılan layihə çərçivəsində beynəlxalq ekspertlərin ölkəmizdə könüllü sosial sığortalanmanın tətbiqi sahəsində mütərəqqi dünya təcrübəsi əsasında hazırladığı normativ hüquqi bazanın növbəti ayda ictimaiyyətin müzakirəsinə təqdim olunması nəzərdə tutulub”.

13 dairədə yalnız bir namizəd qeydə alınıb30.09.2015

1 noyabr parlament seçkisində namizədlərin qeydə alınması üçün sənədlərin qəbulu oktyabrın 2-də baş çatır. Transparency.az/cnews qeyd edir ki, sentyabrın 30-dək 13 dairədə yalnız bir nəfərin namizədliyi qeydə alınıb:

12 saylı Qaradağ-Binəqədi-Yasamal

Page 90: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

24 saylı Nizami

25 saylı Nizami

29 saylı Səbail

30 saylı Suraxanı

33 saylı Xətai

47 saylı Mingəçevir

54 saylı Şabran-Siyəzən

77 saylı Astara

89 saylı Göyçay-Ağdaş

99 saylı Şəmkir kənd

103 saylı Gədəbəy

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd.

MSK-ya ödənişli təşviqat üçün 11 media quruluşu müraciət edib30.09.2015

1 noyabr parlament seçkisində təşviqat oktyabrın 9-dan 31-dək aparılacaq. Transparency.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası ödənişli təşviqata qoşulmaq üçün məlumat təqdim etmiş KİV-lərin siyahısını açıqlayıb. Sentyabrın 30-dək 5 agentlik (APA, MİA, “Azadinform”,

Page 91: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Azxeber.com, Editor.az), 6 qəzet (“Reytinq”, “Palitra”, “Üç nöqtə”, “Həftə içi”, “Unikal”, “Ana Kür”) MSK-ya məlumat təqdim edib (Ətraflı).Teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Namizədlərə pulsuz efir veriləcəkmi?30.09.2015

Seçki Məcəlləsinə görə, parlament seçkilərində dairələrin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılmalıdır. Mərkəzi Seçki Komissiyası elan yayaraq bildirib ki, noyabrın 1-nə təyin edilmiş parlament seçkisində ödənişsiz efir vaxtı İctimai Teleradioda, dərc üçün yer “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzetlərində nəzərdə tutulur. Amma yalnız hakim Yeni Azərbaycan Partiyasının dairələrin 60-dan çoxunda namizədləri qeydə alınıb. Hakim partiya isə təkbaşına ödənişsiz təşviqat aparmaq istəmir.

2010-cu ilin parlament seçkisində də eyni vəziyyət yaranmışdı. O zaman Mərkəzi Seçki Komissiyası 118 seçki dairəsi üzrə namizədliyi qeydə alınan şəxslərə İctimai Televiziyada pulsuz təşviqat vaxtı ayırmışdı. Namizədlərin sayı təbliğat-təşviqat gününə bölünmüş, hər bir dairə üzrə təşkil olunan dəyirmi masada namizədə 4 dəqiqə vaxt verilmişdi. Naxçıvan Muxtar Respublikasındakı 7 seçki

Page 92: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

dairəsi üzrə namizədlərə isə Naxçıvan Dövlət Televiziyasında və “Şərq qapısı” qəzetində pulsuz təşviqat üçün yer ayrılmışdı.

Bəs 1 noyabr seçkisində necə olacaq? Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Transparency.az-a deyib ki, deputatlığa namizədlərə İctimai Televiziyada pulsuz təşviqat vaxtı ayırmaq məsələsi gündəmə gəlsə, komissiyanın bu barədə qərarı olacaq.

Nazirlik Beynəlxalq Ahıllar Günü ilə bağlı məlumat yayıb30.09.2015

Oktyabr 1-i dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, ahıl şəxslərin pensiya təminatı və ayrı-ayrı təqaüd növləri ilə təminatı ilbəil gücləndirilir: “Azərbaycanda 1 iyul 2015-ci ilə əmək pensiyalarının orta aylıq məbləği 175,1 manat olub. Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 43 faizdən yuxarıdır, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir.

Böyük Vətən müharibəsi əlillərinə verilən prezidentin təqaüdləri də əsaslı şəkildə artırılıb. 2014-cü il aprelin 1-dən təqaüdlər I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata və III qrup əlillər üçün 60 manatdan 100 manata çatdırılıb. Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan prezident təqaüdünün aylıq məbləği 2014-cü ilin may ayının 1-dən 82 faiz artırılaraq 55 manatdan 100 manata qaldırılıb.

Page 93: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

İndiyədək 1068 nəfər Böyük Vətən müharibəsi əlili minik avtomobili, həmin təbəqədən olan 80 nəfərə yaxın ahıl isə mənzillə təmin edilib.

Hazırda 12 569 nəfərdən çox vətəndaşa evlərində sosial-məişət xidməti göstərilir, onlardan 10 251 nəfərdən çoxu 70 yaşdan yuxarı olanlardır. Sosial xidmət müəssisələrində 200 nəfərədək ahıl tam dövlət təminatında yaşayır”.

“Sosial xidmət haqqında” qanununa əsasən, ölkədə 70 yaşına çatmış vətəndaşlar ahıl hesab olunurlar.

Hesablama Palatası Belçikadakı səfirlikdə və daha üç büdcə təşkilatında yoxlamalarla bağlı qərar qəbul edib30.09.2015

Hesablama Palatası Kollegiyasının iclası keçirilib. Ach.gov.az-ın məlumatına görə, iclasda nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib. Hesabatlar Azərbaycanın Belçikadakı səfirliyinin fəaliyyətinə; dövlət büdcəsindən Yevlax Şəhər Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına; Qobustan Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə; “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə aiddir.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün qərarlar aidiyyəti dövlət qurumlarına göndərilib. Audit tədbirlərinin nəticələri barədə məlumatlar Milli Məclisə də təqdim olunacaq.

Page 94: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

Media qanununa təkziblə bağlı müddəa əlavə edilir30.09.2015

Sentyabrın 30-da Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişiklik layihəsinə baxılıb. Layihəyə görə, qanunun 44-cü maddəsinə “kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir” hissəsi əlavə edilir.

Layihə plenar iclasa tövsiyə olunub.

Transparency.az bildirir ki, 44-cü maddənin (Təkzib, düzəliş və cavab vermək hüququ) indiki redaksiyası belədir:

- Kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.

Şikayətçi müraciət edərkən, yaxud məhkəmə qərar çıxararkən kütləvi informasiya vasitəsi müvəqqəti olaraq dayandırılmışsa və ya onun istehsalına (yayımına) xitam verilmişsə təkzib, cavab və ya düzəliş cavabdehin vəsaiti

Page 95: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

hesabına iddiaçının istədiyi kütləvi informasiya vasitələrindən birində dərc oluna (efirə verilə) bilər.

Torpaq sahəsinin təyinatına uyğun olmayan istifadəsinə görə cərimələr artır30.09.2015

Sentyabrın 30-da Milli Məclis İnzibati Xətalar Məcəlləsinin 88-1-ci və 88-3-cü maddələrinə əlavə və dəyişikliklər edib. APA-nın məlumatına görə, 88-1-ci maddənin adı dəyişdirilərək “Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi” variantında verilib. Yeniliyə əsasən, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3000 manat miqdarında cərimə edilir. Hazırda bu cərimələrin yuxarı həddi 32 manatdır.

Qeyd edilən əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 5000 manat miqdarında cərimə olunacaq. Hazırda bu cərimənin yuxarı həddi 35 manatdır.

88-3-cü maddəyə edilən dəyişikliyə görə, torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulması 1500 manat miqdarında cərimə tətbiqinə gətirəcək. Hazırda bu cərimə 60 manatdan 90 manata qədərdir.

Teleradio Şurası ANS-in iki verilişinin yayımını dayandırdı30.09.2015

Sentyabrın 30-da Milli Televiziya və Radio Şurasının iclası keçirilib. İclasda ANS televiziyasının “Televiziya və radio yayımı haqqında” qanunun tələblərini pozması faktı üzrə inzibati icraata baxılıb. Rəsmi

Page 96: Transparency Azerbaijan - Pensiya islahatlarının …transparency.az/alac/files/sentyabr 3.docx · Web viewBu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45

məlumata görə, ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarının yayımının 5 oktyabr 2015-ci ildən etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.

Novator.az-ın məlumatına görə, qərar həmin proqramlarda saxta şouların mövcudluğu, ailədaxili münaqişələr, digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna çevrilməsi, insanların həyatı üzərində şou yaradılması, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilməməsi, sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulması və başqa məsələlərlə əsaslandırılıb.

Bu ay “Televiziya və radio yayımı haqqında” qanunda dəyişiklikləri nəzərdə tutan 24 fevral 2015-ci il qanununun tətbiqinə fərman verilib. Prezident İlham Əliyevin 16 sentyabr fərmanı ilə Milli Televiziya və Radio Şurasının əsasnaməsi yenilənib.

Yeniliyə əsasən, Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” qanunla müəyyən edilmiş hallarda xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi üçün məhkəmə qarşısında iddia qaldırmaq, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya “Televiziya və radio yayımı haqqında” qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsini və ya hər hansı proqramın yayımını bir ayadək müddətə müvəqqəti dayandırmaq, həmin qanunla müəyyən edilmiş hallarda isə xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam vermək səlahiyyəti alıb.