tƏlİmatmoot.bsulawss.org/arbitration/wp-content/uploads/2019/12/...məqsədyönlü şəkildə hər...

15
TOPÇUBAŞOV ARBİTRAJ MÜSABİQƏSİ TƏLİMAT TƏŞKİLATÇI: Bakı Dövlət Universiteti Məhkəmə Müsabiqə Cəmiyyəti E-mail: [email protected]

Upload: others

Post on 04-Mar-2020

3 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: TƏLİMATmoot.bsulawss.org/arbitration/wp-content/uploads/2019/12/...məqsədyönlü şəkildə hər iki tərəfə də dəstək ola biləcək mübahisəli məsələləri ehtiva edir

TOPÇUBAŞOV ARBİTRAJ MÜSABİQƏSİ

TƏLİMAT

TƏŞKİLATÇI:

Bakı Dövlət Universiteti

Məhkəmə Müsabiqə Cəmiyyəti

E-mail: [email protected]

Page 2: TƏLİMATmoot.bsulawss.org/arbitration/wp-content/uploads/2019/12/...məqsədyönlü şəkildə hər iki tərəfə də dəstək ola biləcək mübahisəli məsələləri ehtiva edir

Topçubaşov Arbitraj Müsabiqəsi 2

MÜNDƏRİCAT I. Müsabiqə işinin və tətbiq olunan hüququn araşdırılması ..................................................... 4

II. Müsabiqə işinin elan olunması .................................................................................................. 4

III. Komandaların təşkil olunması ............................................................................................... 5

IV. Dəqiqləşdirmə üçün tələblər .................................................................................................. 5

V. Memorandumların yazılması ..................................................................................................... 5

a. Memorandumun əsas strukturu ........................................................................................... 5

b. Üz qabığı ................................................................................................................................... 6

c. Mündəricat ............................................................................................................................... 6

d. İstifadə olunmuş mənbələrin siyahısı ................................................................................ 6

e. Faktların təqdimatı ................................................................................................................. 6

f. Arqumentlərin formalaşdırılması ....................................................................................... 6

g. Başlıqlar .................................................................................................................................... 6

h. Arqumentin gövdə hissəsi .................................................................................................... 7

i. Tələblər və arbitraja müraciət ............................................................................................... 8

VI. İddiaçı Memorandumuna Cavab ........................................................................................... 8

a. Rəqib komandanın iddiaçı memorandumunun qəbul edilməsi ................................... 8

b. Cavabdeh Memorandumunun yazılması ........................................................................... 8

c. İş bölgüsü ................................................................................................................................. 9

VII. Şifahi Çıxışlar ............................................................................................................................ 9

a. Şifahi çəkişmələrə hazırlıq ................................................................................................... 9

b. Diqqət yetirilməli olan məsələlər ...................................................................................... 10

c. Arqumentlərin effektiv təqdim edilməsi ......................................................................... 11

d. Planın quruluşu ..................................................................................................................... 11

e. Arqumentə giriş .................................................................................................................... 11

f. Problemi formalaşdırmaq ................................................................................................... 11

g. Strategiya planı ...................................................................................................................... 12

h. Arqumentlərin ardıcıllığı .................................................................................................... 12

i. Nəticə ....................................................................................................................................... 12

j. Təkzib və Əks-təkzib ........................................................................................................... 13

VIII. Şifahi çıxışların digər önəmli elementləri ........................................................................... 13

a. Təqdimat sırası ...................................................................................................................... 13

b. Zamanın idarə olunması ...................................................................................................... 13

Page 3: TƏLİMATmoot.bsulawss.org/arbitration/wp-content/uploads/2019/12/...məqsədyönlü şəkildə hər iki tərəfə də dəstək ola biləcək mübahisəli məsələləri ehtiva edir

Topçubaşov Arbitraj Müsabiqəsi 3

c. Vaxta nəzarət. Komanda işi ................................................................................................. 13

d. Bədən dili ................................................................................................................................ 14

e. Səs ............................................................................................................................................ 14

f. Tribunala müraciət ............................................................................................................... 14

g. Komanda işi ........................................................................................................................... 15

IX. Arbitraj tribunalı .................................................................................................................... 15

a. Tribunal tərəfindən verilən suallar ................................................................................... 15

b. “Aktiv” və “Passiv” Tribunal ............................................................................................. 15

Page 4: TƏLİMATmoot.bsulawss.org/arbitration/wp-content/uploads/2019/12/...məqsədyönlü şəkildə hər iki tərəfə də dəstək ola biləcək mübahisəli məsələləri ehtiva edir

Topçubaşov Arbitraj Müsabiqəsi 4

I. Müsabiqə işinin və tətbiq olunan hüququn araşdırılması

Komandanızın iki və ya daha çox üzvdən ibarət olmasından asılı olmayaraq

yaxşı nəticə əldə etmək üçün əsas nöqtə araşdırma prosesidir. Müsabiqədə iştirak

edərkən ən çox vaxt aparan hissə kazusla bağlı güclü və inandırıcı bir arqument

hazırlamaq üçün lazımi tədqiqatın aparılmasına sərf olunur. Müsabiqə işi

məqsədyönlü şəkildə hər iki tərəfə də dəstək ola biləcək mübahisəli məsələləri ehtiva

edir.

Hər il müsabiqə işində əks olunan problem dəyişir və burda daha çox malların

alqı-satqısı ilə bağlı yaranan məsələlər əks olunur və bunların həlli ilə əlaqəli hüquq

sahələrinə toxunulur, amma eyni zamanda malların alqı-satqısı ilə əlaqədar olmayan

hüquq sahələrinə də toxunula bilər. Müsabiqə işi ilə bağlı məsələləri anlamaq üçün

daha ətraflı və geniş səviyyədə araşdırmağa başlamaq daha məqsədəuyğundur.

Kazusla bağlı məsələləri aydınlaşdırdıqdan sonra, arqumentinizi

dəstəkləyəcək mənbələr tapmaq üçün axtarışınızı konkretləşdirmək məsləhət

görülür. Müvafiq və güvənli mənbələrin şərhlərini araşdıraraq kazusun həllinə

kömək edəcək məlumatları, güclü mənbələrin və işlərin siyahısını tez bir zamanda

tapa bilərsiniz. Əleyhinizə olan arqumentlərə diqqət yetirin, həmin arqumentləri və

mənbələri araşdırın. Belə davam edərək inandırıcı bir memorandum hazırlamağınız

üçün geniş və müxtəlif məlumatlar əldə edəcəksiniz.

Arqumentlərinizi əsaslandırmaq üçün istifadə etməli olduğunuz ən təməl

mənbələrdən biri Malların Beynəlxalq Alqı-satqısı haqqında BMT Konvensiyasıdır

(bundan sonra Konvensiya). Hər bir üzv Konvensiyanın mətni ilə tanış olmalı,

müsabiqə işində olan hüquqi problemlərin tapılması və bu problemlərlə Konvensiya

arasında əlaqənin müəyyənləşdirməyə çalışmalıdır. Nəzərə alın ki, Topçubaşov

Arbitrajı beynəlxalq arbitrajdır və Tribunal komandalardan daha çox beynəlxalq

qanunvericiliyə, (xüsusilə, Konvensiya) məhkəmə və arbitraj qərarlarına və hüquqi

doktrinalara istinad gözləyirlər.

Arbitraj və arbitraj prosesi haqda ümumi məlumatlara yiyələnmək üçün

UNCITRAL Model Qanunu, Nyu-York Konvensiyası, UNCITRAL Arbitraj Qaydaları

və digər bu kimi mənbələri araşdırmağınız məsləhət görülür. Nəzərə alın ki,

müsabiqə işində hər il tətbiq olunan prosessual qaydalar qeyd olunur.

II. Müsabiqə işinin elan olunması

Topçubaşov Arbitraj Müsabiqə işi hər il oktyabr ayında elan olunur. Müsabiqə

işi elan olunduqdan sonra müsabiqə cədvəlində göstərilən müddət ərzində

Page 5: TƏLİMATmoot.bsulawss.org/arbitration/wp-content/uploads/2019/12/...məqsədyönlü şəkildə hər iki tərəfə də dəstək ola biləcək mübahisəli məsələləri ehtiva edir

Topçubaşov Arbitraj Müsabiqəsi 5

komandalar müsabiqə işinin əsas faktları ilə əlaqədar dəqiqləşdirmə tələbi irəli sürə

bilər.

Müsabiqədə iştirak zamanı komanda üzvləri Müsabiqə İşi ilə yaxından tanış

olmalı və dəfələrlə oxumalıdırlar. Bundan sonra komandalar lazım olan tədqiqat

işlərinə başlaya bilərlər.

III. Komandaların təşkil olunması

Müsabiqə işi maddi və prosessual hissələrdən ibarət olur, buna görə də,

komanda üzvlərinin bu hissələri nəzərə alaraq iki istiqamət üzrə bölünüb araşdırma

aparmaları daha məqsədəuyğundur.

Komanda daxilində hansı komanda üzvlərinin maddi hissəni, hansılarının isə

prosessual hissələri araşdıracağını müəyyənləşdirdikdən sonra digər faydalı hesab

olunan bölgü hansı üzvlərin iddiaçı, hansı üzvlərin isə cavabdeh kimi çıxış etmələrinə

qərar verilməsidir. Çünki komandanın bu bölgü əsasında iştirakı onların daha effektiv

və daha geniş tədqiqat aparmasına və öz arqumentlərini daha güclü formada irəli

sürməsinə təkan verir.

IV. Dəqiqləşdirmə üçün tələblər

Komandalar müsabiqə işində ziddiyyətli və ya aydın olmayan hesab etdikləri

məsələlərlə bağlı dəqiqləşdirmə tələbi irəli sürə bilərlər. Dəqiqləşdirmə üçün

tələblərin irəli sürülməsindən bir neçə həftə sonra bu suallara cavablar prosessual

qaydada elan edilir.

V. Memorandumların yazılması

İlk olaraq qeyd etmək lazımdır ki, memorandumların yazılması müsabiqənin

şifahi çəkişmələrindən önəmlilik baxımından heç də geri qalmayan mərhələsidir. Bu

mərhələdə hər bir komanda öz arqumentlərini tam olaraq nümayiş etdirmək şansı

əldə edir. Çünki komandalar bu mərhələdə hər hansı vaxt məhdudiyyətinə qarşı

yarışmır və eyni zamanda yaxşı aparılmış tədqiqat və göstərilmiş səylərə əsasən

sonrakı mərhələlərdə bu memorandumlarına dayanaraq çıxış edə bilirlər.

a. Memorandumun əsas strukturu

Memorandumların yazılması üçün forma və strukturu müəyyənləşdirən

nümunə Topçubaşov Arbitraj Müsabiqəsinin saytında yerləşdirilir. Hər bir

memorandum Qaydalarda göstərilən tələbləri nəzərə alaraq aşağıdakı hissələri

özündə ehtiva etməlidir: üz qabığı, mündəricat, istifadə olunmuş mənbələr, faktların

Page 6: TƏLİMATmoot.bsulawss.org/arbitration/wp-content/uploads/2019/12/...məqsədyönlü şəkildə hər iki tərəfə də dəstək ola biləcək mübahisəli məsələləri ehtiva edir

Topçubaşov Arbitraj Müsabiqəsi 6

təqdimatı, arqumentlərin xülasəsi, yurisdiksiya üzrə arqumentlər (prosessual hissə),

mahiyyət üzrə arqumentlər (maddi hissə), tələblər və arbitraja müraciət.

b. Üz qabığı

Memorandum yazılarkən hər bir komanda memorandumların onlara məxsus

olmasını göstərmək üçün Topçubaşov Arbitraj Müsabiqəsində göstərilmiş qaydalara

uyğun surətdə müəyyən məlumatları memorandumun üz qabığına əlavə

etməlidirlər.

c. Mündəricat

Memorandum daxilində arqumentlərin və ayrı-ayrı bölmələrin oxucu üçün

daha anlaşıqlı və oxunaqlı olması üçün üz qabığını yazdıqdan sonra mündəricat

hissəsi əlavə edilir.

d. İstifadə olunmuş mənbələrin siyahısı

Bu hissədə oxucular yazılmış memorandumda komandaların faydalandıqları

və müraciət etdikləri mənbələrin hərtərəfli siyahısı ilə təmin edilirlər. Eyni növdən

olan mənbələrin siyahıda qruplaşdırılaraq verilməsi daha məqsədəuyğun hesab

edilir.

e. Faktların təqdimatı

Komanda üzvləri tərəfindən müsabiqə işinin faktlarının hərtərəfli, tam olaraq

qavranılması onların müsabiqədə uğur qazanması üçün ən əsas vasitədir.

Komandalar tərəfindən iddiaçı və cavabdeh memorandumları hazırlanarkən

ilkin olaraq mövcud faktlar haqqında qısa təsvir təqdim edilir. Hər bir tərəf

memorandumları yazarkən memorandumlarında öz vəziyyətini hüquqi cəhətdən

yaxşılaşdıran, üstünlük qazanmağa təkan verən faktlardan istifadə etməyə və eyni

zamanda qarşı tərəfin zəif nöqtələrini göstərməyə yönəlmiş hadisələri daha qabarıq

şəkildə nümayiş etdirməyə meyillənməlidir.

f. Arqumentlərin formalaşdırılması

Faktları lazımi qaydada təqdim etdikdən sonra hər bir komanda tədqiqat

zamanı və bu mərhələyə qədər əldə etdikləri bütün bilikləri cəmləşdirərək öz

arqumentlərini irəli sürür. Arqumentlər başlıqlar formasında memorandumda qeyd

olunur və hər bölməni əhatə edən başlıq altında arqumentin hüquqi əsaslandırmaları

və izahatları göstərilir.

g. Başlıqlar

Komandalar tərəfindən öz arqumentlərində başlıqlardan istifadə etmək

onların memorandumlarının oxucular tərəfindən daha rahat və tez bir formada

Page 7: TƏLİMATmoot.bsulawss.org/arbitration/wp-content/uploads/2019/12/...məqsədyönlü şəkildə hər iki tərəfə də dəstək ola biləcək mübahisəli məsələləri ehtiva edir

Topçubaşov Arbitraj Müsabiqəsi 7

oxunmasını təmin edir. Belə ki, hər bir başlıq bir arqumentin qısa ümumiləşdirilmiş

formasını, komandanın hansı məsələni işıqlandırmağa çalışdığını ifadə edir.

h. Arqumentin gövdə hissəsi

Arqumentin gövdə hissəsi memorandumun ən geniş hissəsini təşkil edir. Bu

hissədə komandalar hüququ təfsir edir, müsabiqə işindəki faktlara tətbiq edir və

tribunalı öz arqumentlərinin doğru olduğuna inandırmağa çalışır. Bu zaman

iştirakçılar bir sıra məsələlərə diqqət yetirməlidirlər. İlk olaraq arqumentlərin tribunal

tərəfindən birbaşa və dəqiq anlaşılması üçün iştirakçılar artıq sözlərdən istifadə

etməməlidirlər.

Bununla yanaşı komandalar arqumentləri müxtəlif başlıqlara bölüb izah

etmələri daha məqsədəuyğundur. Bu başlıqlar bir tərəfdən oxucular üçün

məlumatlandırıcı xarakter daşıyır, digər tərəfdən isə komandanın hansı istiqamətdə

araşdırma aparmasını göstərir

Başlıqları əlavə etdikdən sonra komandalardan ən azı bir paraqrafla onun

mənasını izah etmələri gözlənilir. Bunun vasitəsilə oxucuda başlıq haqqında müəyyən

fikir formalaşmış olur. Həmçinin bəzən başlıqlar bir neçə alt-başlıqdan ibarət olur.

Başlıqlarda olduğu kimi komandalar alt-başlıqların mənasını da bir paraqrafla izah

edirlər.

CREAC

Arqumentlərin qurulması üçün bir çox metodlardan istifadə etmək

mümkündür. Bu metodlardan biri CREAC (Conclusion, Rule, Explanation, Analysis,

Conclusion) adlanan metoddur. Bu metoda əsasən hər bir arqument 5 ayrı hissəyə

bölünür. Bu 5 hissə bir-birindən məzmun cəhətdən fərqli olsa da, memorandum

zamanı heç bir xüsusi başlıq ilə bir-birindən fərqləndirilmir. Əvəzində hər bir hissə

bir-birini məntiqi şəkildə tamamlayaraq arqumenti əsaslandırmış olur.

Nəticə

CREAC üsulu zamanı ilk olaraq arqumentin nəticə hissəsi qeyd edilir. Bunun

vasitəsilə oxucuda arqument barədə ilkin təsəvür formalaşır. Həmçinin oxucu

arqumentin əsas məğzini müəyyənləşdirmiş olur.

Hüquq norması

Giriş xarakterli nəticə hissəsindən sonra arqumentin əsaslandırılmasına kömək

edəcək hüquq normaları təqdim edilir. Həmçinin bu mənbələrin lazımı hissələri və

paraqrafları fərqləndirilir.

Page 8: TƏLİMATmoot.bsulawss.org/arbitration/wp-content/uploads/2019/12/...məqsədyönlü şəkildə hər iki tərəfə də dəstək ola biləcək mübahisəli məsələləri ehtiva edir

Topçubaşov Arbitraj Müsabiqəsi 8

İzah

Hüquq normalarının qeyd edilməsindən sonra onun tətbiqi nəticəsində

yaranacaq şərait izah edilir. Bu zaman oxucuya digər məhkəmələr, tribunallar və

tanınmış ekspertlər tərəfindən qanunun necə təfsir edilməsi izah edilir.

Tətbiq

Hüquq təfsir edilməklə izahı göstərildikdən sonra həmin hüquq norma və ya

qaydasının müsabiqə işindəki faktlara tətbiq edilməsi göstərilir. Başqa sözlə, bu

zaman təfsir edilmiş hüquq normalarına əsaslanaraq arqument formalaşdırılır.

Nəticə

Yuxarıda göstərilən mərhələlərdən sonra bir daha nəticə hissəsi qeyd edilir.

İlkindən fərqli olaraq nəticə hissəsi arqumentin əsaslandırılmasını sonlandırır və

alınan nəticəni oxucunun diqqətinə çatdırır.

Bu mərhələlələr nəticəsində arqumentin əsaslandırılmasını daha yaxşı anlaşılır

və arqumentin daha sistemli qurulduğunu görünür.

i. Tələblər və arbitraja müraciət

Memorandumun tələblər hissəsində qarşı tərəfdən yerinə yetirməsini

istədiyiniz tələblərin qısa xülasəsini qeyd etməlisiniz. Arbitraja müraciət hissəsi isə,

tərəfin arbitraj tribunalından hansı qərarı çıxarmasını xahiş etdiyini göstərmək

məqsədi daşıyır.

VI. İddiaçı Memorandumuna Cavab

a. Rəqib komandanın iddiaçı memorandumunun qəbul edilməsi

İddiaçı memorandumunuzu təqdim etdikdən sonra qarşılaşacağınız rəqib

komandanın iddiaçı memorandumunu əldə edə biləcəksiniz. Bunun sayəsində siz

Cavabdeh memorandumunuzda hansı məsələlərə toxunmalı olduğunuz barədə fikir

sahibi olursunuz. Cavabdeh memorandumu qarşı komandanın İddiaçı

memorandumuna cavab xarakteri daşımalıdır, ancaq siz həmçinin rəqib komanda

tərəfindən qaldırılmamış məsələləri də Cavabdeh memorandumunuza əlavə edə

bilərsiniz.

b. Cavabdeh Memorandumunun yazılması

Rəqib komandanın İddiaçı memorandumun əldə edib və ona əsasən

araşdırmanı tamamladıqdan sonra siz Cavabdeh memorandumunu yazmağa

başlamalısınız. Cavabdeh memorandumunu yazmaq üçün daha az vaxtınız olmasına

Page 9: TƏLİMATmoot.bsulawss.org/arbitration/wp-content/uploads/2019/12/...məqsədyönlü şəkildə hər iki tərəfə də dəstək ola biləcək mübahisəli məsələləri ehtiva edir

Topçubaşov Arbitraj Müsabiqəsi 9

baxmayaraq müsabiqə işindəki əsas problemlər və faktlarla artıq tanış olduğunuzdan

bu proses sizin üçün asan olacaq.

Ümumi olaraq Cavabdeh memorandumunun strukturu elə İddiaçı

memoramdumu üçün müəyyən edilmiş formatda edilməlidir. Cavabdeh

memorandumunda arqumentlər qarşı komandanın İddiaçı memorandumuna uyğun

olaraq təqdim edilməlidir.

Cavabdeh memorandumunu hazırlamaq üçün siz qarşı tərəfin İddiaçı

memorandumunu hərtərəfli analiz etməlisiniz. Həmçinin, daha yaxşı mənbə sizin

hazırladığınız İddiaçı memorandumu da ola bilər. İddiaçı memorandumunuzu bir

daha gözdən keçirərək orada göstərdiyiniz arqumentlərə əks-arqumentlərlə cavab

verməyə çalışın. Bununla yanaşı İddiaçı memorandumunuzun zəif cəhətlərini

müəyyənləşdirib onlar üzərində Cavabdeh memorandumunuzu hazırlamaq da

effektiv üsullardan biridir.

c. İş bölgüsü

Cavabdeh memorandumun hazırlanması zamanı iş bölgüsü komandadakı

iştirakçı sayına uyğun olaraq dəyişir. Bu mənada ən effektiv üsullardan biri İddiaçı

memorandumunu hazırlayarkən istifadə edilən iş bölgüsündən fərqli bir iş

bölgüsünün tətbiq edilməsidir. Beləliklə, komandadakı iştirakçıların hər biri bütün

arqumentlər barədə ətraflı məlumat əldə etmiş olacaqlar. Bu da şifahi çəkişmələrdə

üstünlük yaratmış olacaq.

VII. Şifahi Çıxışlar

Müsabiqənin digər mərhələsi şifahi çəkişmələrin təşkil edilməsi ilə bağlıdır.

Şifahi çəkişmələrdə hər komandadan iki iştirakçı üç və ya daha az nəfərdən ibarət

olan arbitraj tribunalı qarşısında öz arqumentlərini müdafiə edirlər. Hər komandaya

öz arqumentini təqdim etmək üçün 30 dəqiqə vaxt ayrılır (hakimlərin sualları da daxil

olmaqla), həmin vaxt tribunalın icazəsi ilə uzadıla bilər.

Hər bir arbitr iştirakçıların hər birini 0-dan 50-yə qədər olan bal aralığında

qiymətləndirir. Nəticədə iki iştirakçının toplam balı komandanın şifahi çəkişmələrdə

həmin çıxış üzrə balını təşkil edir. Buna görə də hər bir komanda şifahi çəkişmələrdə

ümumilikdə maksimum 200 bal əldə etmək imkanına malikdir.

a. Şifahi çəkişmələrə hazırlıq

Şifahi çəkişmələrə hazırlaşmaq üçün ilk addım hansı komanda üzvünün

arqumentin hansı hissəsini təqdim etməsini müəyyənləşdirməkdir. Arqument dörd

Page 10: TƏLİMATmoot.bsulawss.org/arbitration/wp-content/uploads/2019/12/...məqsədyönlü şəkildə hər iki tərəfə də dəstək ola biləcək mübahisəli məsələləri ehtiva edir

Topçubaşov Arbitraj Müsabiqəsi 10

hissəyə ayrılır: 1) İddiaçı prosessual; 2) İddiaçı maddi; 3) Cavabdeh prosessual; 4)

Cavabdeh maddi. Komanda üzvləri arasında bu hissələrin bölgüsü əsasən iki yolla

müəyyənləşdirilir. Birinci üsul vasitəsilə komanda şifahi çəkişmələr üçün 4 iştirakçı

ayırır və arqumenti hər biri arasında bərabər şəkildə bölür. Digər tərəfdən isə bəzi

komandaların şifahi çəkişmələr üçün iki iştirakçı müəyyənləşdirirlər – onlardan biri

arqumentin prosessual hissəsini, digəri isə maddi hissəsini təqdim edir.

b. Diqqət yetirilməli olan məsələlər

Şifahi çəkişmə zamanı hər bir iştirakçı arqumentini daha yaxşı təqdim etmək

üçün bir sıra qaydalara diqqət yetirməlidir.

Sistemlilik

Şifahi çəkişmələr zamanı əsas məsələlərdən biri arqumentlərin aydın və

sistemli təşkil olunmasıdır. Bunun sayəsində tribunal arqumentlərin təqdim olunması

zamanı hər hansı bir çaşqınlıqla üzləşmir.

Bu mənada hər bir komandaya şifahi çəkişmələr üçün özündə müsabiqə işini

və lazımi mənbələri ehtiva edən qeydlərin hazırlanması məsləhət görülür. Sistemli

hazırlanmış qeydlər şifahi çəkişmələr zamanı iştirakçının ən böyük yardımçısı ola

bilər.

Vaxt bölgüsü

Qeyd etdiyimiz kimi hər komandaya çıxış üçün 30 dəqiqə vaxt ayrılır. Hər

komanda bu zaman müddətini prosessual və maddi arqumentlər arasında bölməlidir.

Hər hissəyə nə qədər vaxtın ayrılması müsabiqə işindən və komandanın hazırlıq

səviyyəsindən asılı olaraq dəyişir. Əsasən komandalar bu zaman müddətini

arqumentlər arasında bərabər şəkildə - hər biri üçün 15 dəqiqə - bölürlər.

Bununla yanaşı hər komanda təkzib və əks-təkzib üçün zaman müddəti

ayırmalıdır. Təkzib əks tərəfin arqumentinə qarşı cavab xarakteri daşıyır. Bu zaman

komanda yeni bir arqument barədə mülahizə yürüdə bilməz. Qısa, dəqiq və cavab

xarakteri daşıdığına görə təkzib üçün ən çoxu 3 dəqiqə zaman müddəti ayrılması

kifayətdir.

Əks-təkzib təkzib nəticəsində qaldırılan arqumentə cavab xarakteri

daşıdığından daha qısa xarakter daşıyır. Bu səbəbdən əks-təkzib üçün adətən 1-2

dəqiqədən çox vaxt ayrılmır.

Page 11: TƏLİMATmoot.bsulawss.org/arbitration/wp-content/uploads/2019/12/...məqsədyönlü şəkildə hər iki tərəfə də dəstək ola biləcək mübahisəli məsələləri ehtiva edir

Topçubaşov Arbitraj Müsabiqəsi 11

c. Arqumentlərin effektiv təqdim edilməsi

Komandaların diqqət yetirməli olduğu əsas məsələrdən biri də şifahi

çəkişmələr zamanı hansı məsələlərin təqdim edilməsi ilə bağlıdır.

Komandalar müsabiqə işindəki faktlara istinad etdikləri zaman bir sıra

məsələlərə diqqət yetirməlidirlər. İlk olaraq komandalar mümkün qədər onların

xeyrinə olan faktları tribunalın diqqətinə çatdırmalıdırlar. Digər məsələ isə

komandalar faktın göstərildiyi səhifəni, paraqrafı istinad zamanı dəqiqliklə qeyd

etməlidirlər. Həmçinin iştirakçılar faktlara istinad zamanı onların arqumentlərinə

uyğun olmasına əmin olmalıdırlar.

Faktlarla yanaşı iştirakçılar arqumentlərini əsaslandırmaq üçün müxtəlif

hüquqi mənbələrə, həmçinin, məhkəmə qərarlarına da istinad edirlər. Hüquqi

mənbələrə istinad iştirakçılardan daha çox diqqət tələb edir. Bu zaman onlar həmin

mənbələri dəqiq şəkildə qeyd etməli və onların müsabiqə işindəki faktlara tətbiqinin

səbəbini izah etməlidirlər.

d. Planın quruluşu

Hər bir komanda üzvünün şifahi arqumentləri təqdim edərkən kömək kimi

istifadə edə biləcəyi planın hazırlanması faydalıdır. Plan arqumentlərinizi yadda

saxlamağa kömək edəcək qısa sözlər və cümlələrdən ibarət olmalıdır. O, sizə

müəyyənləşdirdiyiniz strukturu saxlamağa yardım edəcək və sizi yönləndirəcək.

e. Arqumentə giriş

Sizə verilən vaxt ərzində arbitraj tribunalı qarşısında arqumentlərinizi

səsləndirmədən əvvəl kim olduğunuzu, niyə tribunal qarşısında olduğunuzu, hansı

tərəfi təmsil etdiyinizi və nəyi mübahisələndirmək istədiyinizi bildirən bir giriş

verməlisiniz. Tribunalı salamlayın və özünüzü, müşavirinizi və müvəkkilinizi təqdim

edin. Arqumentləriniz üçün ayırdığınız vaxtı və təkzib üçün istədiyiniz vaxtı bildirin.

Komandanız üçün ilk məruzəçi müşavirini təqdim etməlidir, amma ikinci natiqin

buna ehtiyacı yoxdur və yalnız öz adını bildirməlidir.

f. Problemi formalaşdırmaq

Təqdimatdan dərhal sonra arqumentinizi bir və ya iki cümlə ilə qurmaq və

arbitrlara niyə burada olduğunuzu və bu arqumentin nə ilə əlaqəli olduğunu

bildirməlisiniz. Arbitrları sizin mübahisənin düzgün tərəfi olduğuna inandıracaq və

lehinizə qərar verməyə təşviq edəcək sözlər seçməlisiniz.

Yaxşı bir giriş cümləsi ilə bir tərəfdən faktlardan güclü istifadə olunmalı, digər

tərəfdən qarşı tərəf təqsirləndirilməlidir. Bu cümlə qısa olsa da, şifahi çıxışın ən vacib

cəhətlərindən biridir, çünki arbitrlarda yaxşı təəssürat yaratmaq üçün ilk şansınızdır.

Page 12: TƏLİMATmoot.bsulawss.org/arbitration/wp-content/uploads/2019/12/...məqsədyönlü şəkildə hər iki tərəfə də dəstək ola biləcək mübahisəli məsələləri ehtiva edir

Topçubaşov Arbitraj Müsabiqəsi 12

g. Strategiya planı

Problemi formalaşdırdıqdan sonra bir strategiya planı yaratmaq və ya arbitrlar

üçün mübahisənizin quruluşunu müəyyənləşdirmək vacibdir. Bu strategiya planı işin

tərəfini dəstəkləmək üçün hazırladığınız arqumentlərin hər birini qısaca

müəyyənləşdirməli və arbitrların arqumentinizi başa düşməsinə kömək etməlidir.

Strategiya planı sizə verilən müsabiqə işindəki faktlara və tətbiq olunan

hüquqa görə dəyişəcəkdir. Mühüm olan qısa bir şəkildə inandırıcı faktlar və hüququn

vəhdətindən istifadə etməkdir.

Strategiya planını hazırladıqdan sonra dəqiq əməl etdiyinizə əmin olun.

Arbitrlar bütün arqumentlərinizə müraciət edib etməməyinizə əsaslanaraq sizi

qiymətləndirəcəklər.

h. Arqumentlərin ardıcıllığı

Arqument ardıcıllığı bu şəkildə olmalıdır:

Həmişə ən güclü arqumentinizlə başlayın. İşə güclü başlayaraq arbitrlara

diqqət yetirməli olduqlarını bildirin. İkinci olaraq arqumentləriniz arasında ən zəif

hesab etdiyinizi təqdim edin, çünki ortada arbitrların əksəriyyəti maraq itirməyə

meyillidirlər. Sonuncu arqument isə arbitrlarda güclü və aydın təəssürat yaradacaq,

bu səbəbdən ikinci ən güclü arqumentiniz burada təqdim edilməlidir.

Əsas arqument

Əsas arqumentin quruluşu aşağıdakı kimi olmalıdır:

Əsas arqumentinizi strategiya planında bir neçə dəfə təkrarlayın. Onu tətbiq

olunan hüquqla dəstəkləyin. İstənilən əks arqumenti aradan qaldırın. Unutmayın ki,

memorandumlarda əvvəllər arqumentlər irəli sürdüyünüz və iddialarınıza dəstək

verdiyiniz üçün şifahi çıxışlar sizə mövqeyinizi müdafiə etmək imkanı verir.

i. Nəticə

Arqumentlərinizi tamamladıqdan sonra onları bir-birilə əlaqələndirməyə

kömək edən və tribunala məsələlərin necə qurulacağını izah edən qısa bir nəticəniz

olmalıdır. Nəticə bütün arqumentlərinizi bir və ya iki cümlə ilə ifadə edəcək və

aşağıdakı misaldakı kimi bitə bilər: “və buna görə də cavabdehin iddiaçı ilə bağladığı

müqaviləni pozduğunu və X məbləğində kompensasiya ödəməsi ilə bağlı qərar

verməyinizi Sizdən(tribunaldan) xahiş edirik”. Tribunalın tələb etdiyiniz qərarı açıqca

anladığından əmin olun.

Page 13: TƏLİMATmoot.bsulawss.org/arbitration/wp-content/uploads/2019/12/...məqsədyönlü şəkildə hər iki tərəfə də dəstək ola biləcək mübahisəli məsələləri ehtiva edir

Topçubaşov Arbitraj Müsabiqəsi 13

j. Təkzib və Əks-təkzib

Arbitrlar təkzibedici arqumentlərə icazə verilib verilməyəcəyinə qərar

verəcəklər. Əksər hallarda arbitrlar onları təqdim etmək istəyən komandalara icazə

verirlər. Başlanğıcda mövcud olan hər hansı bir təkzibi necə quracağınızı düşünün.

Təkzib ilə bağlı ümumi bir qayda olmasa da, ümumiyyətlə, hər hansı bir təkzibin qısa

və yaxşı quruluşlu olması tövsiyə olunur. Heç vaxt təkzibdə yeni bir arqument irəli

sürməyin. Mümkündürsə, mübahisəni ən güclü arqumentinizə yönəldin. Təkzib

zamanı iddiaçı tərəfin memorandumdakı arqumentlərə yox, iddiaçı tərəfin

çıxışındakı arqumentləri təkzib etməyə yönəlin.

Əks-təkzib yalnızca təkzibdə irəli sürülənlərə cavab verməli olduğu üçün daha

qısa olacaqdır. Əks-təkzib zamanı əsla təkzibə uyğun olmayan arqument gətirməyin.

VIII. Şifahi çıxışların digər önəmli elementləri

Arqumentlərin güclü olması şifahi çıxışlarda önəmli olsa da, arqumentlərin

təsirli təqdimatı da eyni dərəcədə vacibdir. Buna görə yalnız güclü arqumentlərin

olması kifayət etmir. Arqumentlərinizi öz mövqeyinizə uyğun, inandırıcı şəkildə

təqdim etmək eyni dərəcədə vacibdir. Aşağıdakılar hər bir komandanın öz

arqumentlərini təqdim edərkən mənimsəmələri lazım olan elementlərdir.

a. Təqdimat sırası

Təqdimat sırası hər bir komandanın arqumentlərini təqdim etmə sırasıdır.

Təqdimat sırası arbitrların qərarından asılıdır, lakin komandalar təqdimetmə sırası

barədə razılığa gəlsələr, tribunal bu ardıcıllığı qəbul edir. Adətən, prosessual

məsələlərlə bağlı etirazı olan tərəfin prosesə ilk başlaması daha uyğundur. Təcrübədə

bu cavabdehin öncə çıxış edəcəyini bildirir və o, mübahisənin tribunalın

səlahiyyətlərinə aid olub-olmamasını mübahisələndirir. Ancaq cavabdehin arbitraj

tribunalının yurisdiksiyasına etirazı yoxdusa, tribunal iddiaçı tərəfdən problemlə

bağlı öz arqumentlərini təqdim etməsini və cavabdehin cavab verməsini istəyə bilər.

b. Zamanın idarə olunması

Arqumentlərinizi hər hissəyə ayırdığınız vaxtla məhdudlaşdırmaq son dərəcə

vacibdir. Bəzən komanda üzvü birinci arqumenti çox yaxşı təqdim etsə də, vaxtının

üçdə ikisini buna sərf edir və buna görə də ikinci və üçüncü arqumenti aydın və təsirli

təqdim etmək üçün vaxt tapmır. Bu, nəinki arbitrların bütün arqumentlərinizi

eşitməsinə mane olur, həmçinin komandanızın xalına birbaşa təsir edir.

c. Vaxta nəzarət. Komanda işi

Daha çox zaman istəmək

Page 14: TƏLİMATmoot.bsulawss.org/arbitration/wp-content/uploads/2019/12/...məqsədyönlü şəkildə hər iki tərəfə də dəstək ola biləcək mübahisəli məsələləri ehtiva edir

Topçubaşov Arbitraj Müsabiqəsi 14

Bütün komanda üzvləri arqumentlərini onlar üçün ayrılmış vaxt ərzində

tamamlamaq istəsə də, bəzən vaxtın bitməsi hallarına da rast gəlinir. Arbitrlar tez-tez

sizi strukturlaşdırılmış arqumentlərinizdən kənara çıxararaq müəyyənləşdirdiyiniz

vaxt ayırımı içərisində qalmağı çətinləşdirən bir çox sual verəcəklər. Vaxtı

çatdırmadığınız an çıxışınızı dayandırmalı və arbitrlardan 1-2 dəqiqə uzadılmasını

istəməlisiniz (çox deyil). Arbitrlar uzatma üçün icazə verərsə, bu zamanı tamamilə

yeni bir arqument üçün istifadə etməyin. Bu vaxt mübahisəni yekunlaşdırmaq və

qısaca nəticə çıxarmaq üçün istifadə olunmalıdır. Digər tərəfdən, arbitrlar uzatma

üçün icazə vermirsə, mübahisənizi yekunlaşdırın və təşəkkür edin. Vaxtınız

bitməzdən əvvəl daha çox vaxt istədiyinizə əmin olun, əks halda hər hansı bir arbitr

vaxtınızın keçdiyini görəcək. Bu, komandanıza mənfi təsir edə bilər.

d. Bədən dili

Tribunal qarşısında necə durduğunuz da önəmlidir. Stulda düz oturmağa və

əllərinizi masanın üstündə tutmağa diqqət edin. Digər tərəfdən sıxılmış və həvəssiz

görünsəniz tribunal bunu diqqətsizlik əlaməti olaraq qəbul edə bilər. Jestlərinizi

minimum səviyyədə saxlamağa çalışın və yalnız müəyyən bir məqamı vurğulamaq

üçün istifadə edin.

e. Səs

Bütün komanda üzvləri şifahi çıxış zamanı nitqlərində səs, ton dəyişməsi və

sürətə diqqət yetirməlidirlər. Bütün arbitrların arqumentlərinizi eşitmək üçün səy

göstərmədən sizi aydın şəkildə eşitməsi üçün kifayət qədər güclü və yüksək səslə

danışmalısınız.

Səs tonunun dəyişməsi vacibdir, çünki bu, çıxışınızı daha maraqlı edir.

Arqumentlərinizi əvvəlcədən yazılmış və əzbərlənmiş nitq kimi

səsləndirməməlisiniz. Oralistlər bəzən fərqində olmadan nitqlərini sürətləndirirlər.

Tribunalın nitqinizin hər bir hissəsini effektiv bir şəkildə dərk etməsi üçün normal

sürətdə danışmağınız məsləhət görülür.

f. Tribunala müraciət

Arqumentlərinizin heç bir hissəsini vərəqdən oxumayın. Bu, tribunala

problemi nə qədər yaxşı bildiyinizi nümayiş etdirəcək. Vərəqlərə deyil, arbitrlara

baxın. Arbitrlardan biri sual verdikdə arbitr üzvlərinə baxaraq cavabınızı bütün zala

yönləndirin. Bu, hər bir üzvü cəlb etmək istədiyinizi göstərəcəkdir. Arbitrlardan hər

hansı birinin sizə diqqət yetirmədiyini görsəniz, gözünüzü ona yönəldin.

Lazım gələrsə, verilmiş sualları dəqiqləşdirmək və ya arbitrın qeyd etdiyi

məqamları başa düşdüyünüzə əmin olmaq üçün nəzakətli və peşəkar şəkildə

Page 15: TƏLİMATmoot.bsulawss.org/arbitration/wp-content/uploads/2019/12/...məqsədyönlü şəkildə hər iki tərəfə də dəstək ola biləcək mübahisəli məsələləri ehtiva edir

Topçubaşov Arbitraj Müsabiqəsi 15

prosessual suallar verməyə hazır olmalısınız. Heç vaxt tribunal üzvlərinə müdaxilə

etməyin. Arbitrın sualının cavabını bildiyinizi düşünsəniz belə, arbitr sualı

tamamlamadan əvvəl suala cavab vermək üçün heç vaxt sözünü kəsməyin. Sualı tam

eşidə və ya başa düşməyə bilərsiniz, buna görə suala düzgün şəkildə cavab verməyə

və xal itirə bilərsiniz.

Arbitrlara “Hörmətli arbitr” və ya “Hörmətli sədr” deyə müraciət etməlisiniz.

g. Komanda işi

Müsabiqədə arbitrların sizin komanda kimi işlədiyinizi görə bilməsi çox

vacibdir. Komanda işinin ən vacib hissələrindən biri komanda yoldaşınızın

arqumentini dinlədiyinizi göstərməkdir. Komanda işini göstərməyin başqa bir yolu,

çıxış zamanı komanda yoldaşınıza kömək etməkdir. Bunun üçün əvvəlcə komanda

yoldaşınızın arqumentlərinin bütün təfərrüatlarını, qeydlərini və istinad edəcəyi

mənbələri yaxşı bilməlisiniz. Məsələn, komanda yoldaşınız qeyddə səhifə doqquz

dedikdə, qeydin həmin hissəsini onun üçün açmalısınız. Natiq üçün səhifələri

danışmayan və masada oturan digər komanda üzvü çevirməlidir.

IX. Arbitraj tribunalı

a. Tribunal tərəfindən verilən suallar

Arbitrlardan şifahi çıxışlar zamanı əsl arbitrajda olduğu kimi hərəkət etmələri

istənilir. Çox vaxt arbitrların üslubları fərqli olur. Bəzi arbitrlar və ya arbitraj tribunalı

davamlı və hətta aqressiv sorğu ilə təqdimatı tez-tez kəsə bilər. Digər arbitrlar və ya

arbitraj tribunalı heç bir sual vermədən bütöv bir mübahisəyə qulaq asa bilər.

Başqaları isə hər iki tərəfin təqdimatını dinləyə və sonunda suallar verə bilərlər.

Nəticədə komandalar şifahi təqdimatın bütün üslublarına hazır olmalıdırlar.

b. “Aktiv” və “Passiv” Tribunal

“Aktiv” bir tribunal heyəti daha çox sual ünvanlayır. Bu, sizə çətinlik yarada

bilər, çünki arqumentlərinizi tamamlamaq üçün vaxtınız olmaya bilər və ya sualları

cavablamaq asan olmaya bilər. Digər tərəfdən “aktiv” tribunal heyəti faydalıdır, çünki

bu onların arqumentlərinizlə maraqlandığını bildirir və eyni zamanda oralistə öz

mövqeyini daha yaxşı müdafiə etməyə imkan verir.

“Passiv” tribunal heyəti çox az sual verir və oralistə öz arqumentini təqdim

etməyə imkan verir. Bu, arbitrların sizinlə maraqlanmadığı mənasına gəlmir, adətən

onlar sizin arqumentlərinizi dinləyir və sualları olmur. Belə hallarda təmkinli

danışmağa diqqət edin, arbitrların arqumentlərinizi anladığından əmin olun.