tempus projekt: 516678 tempus-1-2011-1-de- tempus-jpcr...
TRANSCRIPT
TEMPUS PROJEKT: 516678 TEMPUS-1-2011-1-DE-
TEMPUS-JPCR:
ANPASSUNG DES LEHRBETRIEBS AN DEN
BOLOGNA PROZESS IM INGENIEURSTUDIUM FÜR
ASERBAIDSCHAN
Vorlesungsskript: Datenbanken für Automatisierung
Technik Für Studiengang: Bachelor-
Automatisierunmgstechnik und El.Energiertechnik
Mühazirələr konspekti: Proseslərin
avtomatlaşdırılmasında verilənlər bankı
“Proseslərin avtomatlaşdırılması mühəndisliyi"
və “Elektroenergetika mühəndisliyi” ixtisaslarının
bakalavr səviyyəsi tələbələri üçün
Dr. Ing. Mehdiyeva Almaz (ASEIU)
Dr. Ing. Muradova Gulnare (AzTU)
Dr. Ing. Mammadov Dcavanschir (SUS)
Baku 2015
2
Datenbanken für Automatisierung Technik
1. EINFÜHRUNG IN DIE ALLGEMEINER
BEGRIFF DER DATENBANKEN
6
1.1. Struktur der Datenbanken 6
1.2. Eigenschaften und Typen der Felder 8
2. GRUNDLAGEN DER AUFBAU DER
DATENBANKEN
10
2.1. Information und Daten 10
2.2. Allgemeine Information zur Aufbau der
Datenbanken
13
2.3. Architektur der Datenbanken 19
2.4. Projektierung der Datenbanken 25
3. KONZEPTUELLE PROJEKTIERUNG DER
DATENBANKEN
31
3.1. Das Wesen der konzeptuellen Projektierung 31
3.2. Zusammenhänge bei der konzeptuellen
Projektierung
35
3.3. Methodologie der konzeptuellen Projektierung 39
3.3.1. Modellierung der lokalen Datenbeschreibung 39
3.3.2. Verbindung der lokalen Datenbeschreibung 42
4. RELATIONSMODELL DER DATEN 47
4.1. Begriff des Datenmodells 47
4.2. Bezogene Tabellen 51
4.3. Spezial- und Schlüsselfelder 52
4.3.1. Funktionale und völlig funktionale Abhängigkeit 54
4.3.2. Mehrdeutige Abhängigkeit 55
4.3.3. Normale Formen der Korrelation 56
5. KONZEPTION DER DATENBANKEN 66
5.1. Software zur Erstellung von Datenbanken 66
5.4. Administrator der Datenbanken 79
6. ALLGEMEINE INFORMATION ÜBER MS
83
3
ACCESS
6.1. Moderne Steuerungsprinzipien von
Produktionsprozesse MS ACCESS
83
6.2. Struktur des Programmpakets MS ACCESS 85
6.2.1. Ausbau von Tabellen. Aufbereitung von Tabellen 86
6.2.2. Kontextuelle Menu auf den Tabellen.
Formatierung der Tabellen
89
6.2.3. Menu View 92
6.2.4. Menu Tools 93
6.2.5. Ausbau der Abfragen und Ausdrücke. (Angabe
der Bedingungen)
94
6.3. Struktur der SQL-Sprache 98
6.3.1. Select-Operator 99
6.3.2. JOIN Operator 99
6.3.3. WHERE-Operator 101
6.3.4. Parametrische Abfragen 102
6.3.5. Aggregate Funktionen 103
6.3.6. DELEKT- Anleitung 106
6.3.7. UPDATE - Anleitung 107
6.4. Ausbau von Konfigurationen. Toolbar 108
6.4.1. Ausbau von Hauptkonfigurationen 113
6.5. Makro 114
6.6. Reports (Berichte) 116
6.7. Module 118
7. LITERATUR 120
4
Proseslərin avtomatlaşdırılmasında verilənlər bankı
I. VERİLƏNLƏR BAZASI. ÜMUMİ ANLAYIŞ .... 6
1.1. Verilənlər bazasının strukturu ................................. 6
1.2. Sahələrin xüsusiyyətləri, tipləri ............................... 8
II. VERİLƏNLƏR BAZASININ
YARADILMASININ ƏSASLARI .......................
10
2.1. İnformasiya, məlumat və verilənlər ........................ 10
2.2. Verilənlər bazası yaradılması haqda ümumi
məlumat ..................................................................
13
2.3. Verilənlər bazasının arxitekturası ........................... 19
2.4. Verilənlər bazasının layihələndirilməsi ................... 25
III. VERİLƏNLƏR BAZASININ KONSEPTUAL
LAYİHƏLƏNDİRİLMƏSİ ....................................
31
3.1. Konseptual layihələndirmənin mahiyyəti ............... 31
3.2. Konseptual layihələndirmədə əlaqələr .................... 35
3.3. Konseptual layihələndirmənin metodologiyası ....... 39
3.3.1. Verilənlərin lokal təsvirlərinin modelləşdirilməsi ... 39
3.3.2. Verilənlərin lokal təsvirlərinin birləşdirilməsi ........ 42
IV. VERİLƏNLƏRİN RELYASİYA MODELİ ........ 47
4.1. Verilənlərin model anlayışı ..................................... 47
4.2. Əlaqəli cədvəllər .................................................... 51
4.2.1. Unikal və açar sahələr ............................................ 52
4.2.2. Funksional və tam funksional asılılıq ..................... 54
4.2.3. Çoxmənalı asılılıq ................................................... 55
4.3. Nisbətlərin normal formaları .................................. 56
V. VERİLƏNLƏR BAZASININ İDARƏ
OLUNMASI ...........................................................
66
5.1. Verilənlər bazasının idarəetmə sistemi ................... 66
5.2. Verilənlər bazasının administratoru ........................ 79
6. MS ACCESS. ÜMUMİ MƏLUMAT ..................... 83
6.1. MS Access. İstehsalat proseslərinin müasir
idarəetmə prinsipləri .............................................................
83
6.2. MS Access proqram paketinin strukturu ................. 85
5
6.2.1. Cədvəllərin qurulması. Cədvəllərin redaktə edilməsi .... 86
6.2.2. Cədvəllər üzərində kontekst menyu. Cədvəlin
formatlaşdırılması ....................................................
89
6.2.3. View menyusu ........................................................ 92
6.2.4. Tools menyusu ........................................................ 93
6.2.5. Sorğuların və İfadələrin qurulması. ( Şərtlərin
verilməsi ..................................................................
94
6.3. SQL dilinin strukturu ............................................... 98
6.3.1. Select operatoru ....................................................... 99
6.3.2 JOIN operatoru ........................................................ 99
6.3.3 WHERE operatoru ……………………………….. 101
6.3.4. Parametrik sorğular ................................................. 102
6.3.5. Aqreqat funksiyaları ............................................... 103
6.3.6. DELETE instruksiyası ............................................. 106
6.3.7 UPDATE instruksiyası ........................................... 107
6.4. Formaların qurulması. Alətlər paneli ...................... 108
6.4.1. Baş formanın qurulması .......................................... 113
6.5. Makroslar ................................................................ 114
6.6. Hesabatlar(Reports) ................................................ 116
6.7. Modullar(Modules) ................................................. 118
7. Ədəbiyyat ...................................................................... 120
6
I. VERİLƏNLƏR BAZASI. ÜMUMİ ANLAYIŞ
1.1. Verilənlər bazasının strukturu
Verilən - predmet sahəsinin obyektlərini, proseslərini və
gerçəkliklərini xarakterizə edən ayrı-ayrı cəhətlərdir,
atributlardır.
Verilən - bazaya daxil ediləcək informasiya vahidləridir.
Verilən verilənlər bazasının elementləridir.
Çox yaxın keçmiş perfokartlar dövrü idi. Verilərlər
maqnit lentində, maqnit kartlarında saxlanılırdılar. Bu zaman
verilənlər bazasının (VB) əsas iki modeli istifadə olunurdu:
iyerarxik və şəbəkə modelləri. Belə faylların məntiqi strukturu
hamar olmur. Belə faylları iyerarxik fayllar, ağacşəkilli struktur
və ya şəbəkə strukturu kimi təsvir etmək olar. Bütün bu tip
strukturlar ağac kimi və ya şəbəkə kimi təsvir edilə bilərlər.
İyerarxik VB. Bu tip VB-da verilənlər «valideyn -
övlad» prinsipi ilə qruplaşdırılırlar. Müəyyən bir verilənlə ifadə
olunan «valideyn» hər bir sonrakı informasiya elementi ilə
övladlıq verilənləri ilə bağlanır. VB-nın iyerarxik modelində
verilənlərə müdaxilə yalnız valideyn - övlad əlaqəsi ilə yarana
bilər (şəkil 1.1).
Şəkil 1.1
Sifarişçi
Satış
bazarı
Satış
bazarı
Satış
bazarı
7
Şəbəkə modeli. VB-nın şəbəkə modelində verilənlərə
dostup ona gələn yollar vasitəsi ilə həyata keçirilirdi. Bu zaman
verilənlər faktiki olaraq başqa verilənlər ilə də bağlı olur və
vacib deyil ki, bu əlaqələr iyerarxik olsunlar (şəkil 1.2).
Relyasiya modeli. Hər bir yazı eyni sahələr yığımı ilə
ifadə olunduqda fayl ikiölçülü matris kimi təsvir edilə bilər. Bu
gün əksər VB relyasion modelə əsaslanır, daha doğrusu cədvəl
şəkillidirlər. Bildiyimiz kimi cədvəl strukturda verilənlərin
strukturu sətir və sütunların kəsişməsi ilə müəyyən olunur. VB-
da sütunlar sahələr (polya), sətirlər isə yazı (zapis) adlanır.
Şəkil 1.2.
Sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də
olan informasiyanı ifadə edir. VB-nin strukturunu daha yaxşı
mənimsəməkdən ötrü təsəvvür edək ki, baza boşdur və orada
heç bir verilən yoxdur. Bazada verilən olmasa da orada
informasiya var – bu bazanın strukturu, daha doğrusu, sahələr
yığımıdır. Məhz onlar bazaya yazılacaq və hansı cür yazılacaq
verilənləri müəyyən edirlər.
1 2
3 4 5
6 7 8
9 10 11
8
1.2. Sahələrin xüsusiyyətləri, tipləri
Sahə VB-nin strukturunun əsas elementidir. Onlar
müəyyən xüsusiyyətlərə malikdirlər. Sahələrin xüsusiy-
yətlərindən asılıdır ki, hansı tip verilənlər sahəyə çıxarıla
bilərlər, hansı yox, həmçinin sahədə olan verilənlərlə nə etmək
olar. Məsələn, qiymət sahəsində olan verilənləri son nəticəni
tapmaq məqsədilə cəmləmək olar. Bu sahələr müxtəlif
xüsusiyyətlərə malikdirlər və müxtəlif tiplərə aiddirlər. Hər bir
sahənin ən birinci cəhəti onun uzunluğudur. Sahənin uzunluğu
simvollarla və ya işarələrlə verilir. Sahənin uzunluğundan onda
neçə informasiyanın yerləşdiyini müəyyən etmək mümkündür.
Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Məlumdur ki,
bir VB iki eyniadlı sahəyə malik ola bilməz. Addan əlavə hər
bir sahənin imza xüsusiyyəti var. İmza elə bir informasiyadır
ki, həmin sütunun başlığında əks olunur. Onu sahənin adı ilə
qarışıdırmaq olmaz, amma əksər hallarda imza verilmədikdə
həmin sahənin başlığıında onun adı yazılır. Müxtəlif sahələrə
bəzən eyni imza vermək olar. Bu kompüterin işinə mane
olmayacaqdır. Belə ki, bu sahələr əvvəlki kimi müxtəlif adlarla
saxlanacaqdır.
Müxtəlif tip sahələr müxtəlif məqsədli və müxtəlif
xüsusiyyətli olurlar.
1. Mətn sahələrinin əsas cəhəti – onun ölçüsüdür.
2. Ədədi sahələr – rəqəm verilənlərinin daxil edilməsinə
xidmət edir. Onlar da ölçüyə malikdirlər, lakin ədədi
sahələr müxtəlif olurlar. Məsələn, tam ədədlərin daxil
edilməsi üçün sahələr və onluq ədədlərin daxil
edilməsi üçün sahələr. Sonuncu halda sahənin
uzunluğundan başqa, həm də onluq hissənin –
vergüldən sonrakı rəqəmlərin sayı verilməlidir. Bu tip
verilənlər üzərində hesab və məntiq əməllərini yerinə
yetirmək olur.
9
3. Tarix və vaxtın daxil edilməsi üçün tarix/vaxt tipli
sahələrdən istifadə olunur.
4. Məntiqi verilənlər, yəni ancaq iki qiymət ala bilən
(hə-yox, 0 və 1) verilənlər üçün məntiqi tip sahədən
istifadə olunur. Məlumdur ki, belə sahənin uzunluğu
1 baytdır.
5. Xüsusi tip sahələr – Pul sahəsi. Adından məlumdur
ki, bu sahədə hansı verilənlər saxlanılır. Düzdür,
pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin
pul sahəsində onlarla işləmək daha münasibdir. Bu
halda kompüter ədədi onun pul vahidləri ilə birlikdə
əks etdirə bilir: manat və qəpiyi, funt və pensi, dollar
və senti ayırd edə bilir, bir sözlə onlarla incə rəftar
edə bilir.
6. Müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də
şəkil və musiqi kliplərini, videoyazıları da saxlamaq
olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə OLE
obyekt sahəsi adlanır.
7. Mətn sahəsinin bir məhdudiyyəti var ki, bu da onun
ölçüsü ilə bağlıdır – 256 simvoldan çox ola bilməz.
Əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu
halda MEMO sahəsindən istifadə olunur. Bu sahənin
əsas cəhəti odur ki, real olaraq bu verilənlər sahədə
deyil, başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin
yerləşdiyi yerə göstərici qoyulur.
8. Ən maraqlı sahə HESABATdır (şetçik). İlk növbədə
o adi ədədi sahə kimi görünə bilər, ancaq o avtomatik
artmaq xüsusiyyətinə malikdir. Əgər bazada belə sahə
olacaqsa, onda yeni yazı daxil olanda bu sahəyə
avtomatik olaraq onda olan əvvəlki ədədin üzərinə bir
vahid əlavə olunur.
10
II. VERİLƏNLƏR BAZASININ YARADILMASININ
ƏSASLARI
2.1. İnformasiya, məlumat və verilənlər
İnformatikanın əsas anlayışlarından olan “informasiya”
və “məlumat” texniki mənalarına görə adi danışıq dilində
istifadələrinə tam uyğun gəlir. İnformatikada məlumat (xəbər)
və informasiya anlayışlarını fərqləndirmək üçün danışıq dilində
geniş yayılmış aşağıdakı ifadə köməkçi ola bilər: “Bu məlumat
mənə heç bir informasiya vermir”. Bu ifadə informasiya və
məlumat anlayışları arasındakı aşağıdakı əlaqəni əks etdirir:
İnformasiya məlumat vasitəsilə ötürülür.
İnformasiya və məlumat arasındakı uyğunluq qarşılıqlı
birmənalı deyildir. Eyni informasiya müxtəlif məlumatlarla
ötürülə bilər və məlumatlar içərisində heç bir informasiya
daşımayanı ola bilər. Əksinə, eyni bir məlumat onu qəbul
edənin maraq dairəsindən asılı olaraq, müxtəlif informasiya
kimi çatdırıla bilər. Məsələn, təyyarənin qəzaya uğraması
xəbəri həlak olanların qohumları üçün bir mənaya, hava yolları
şirkəti üçün isə başqa bir mənaya malikdir; eyni qəzet
məqaləsindən müxtəlif oxucular özlərinin maraq dairələrinə
uyğun müxtəlif informasiya götürürlər.
Beləliklə, müxtəlif cür interpretasiya (lat. interpretatio –
şərh etmə, izah etmə) olunan eyni məlumat müxtəlif
informasiya ötürə bilər. Mücərrəd olaraq demək olar ki,
məlumatla (M) informasiya (I) arasında əlaqədə həlledici rolu
interpretasiya qaydası (a) oynayır. Bunu simvolik olaraq belə
göstərmək olar:
IМa
11
Baxılan məlumat üçün interpretasiya qaydası (a) adətən
məlumatlar çoxluğu üçün tətbiq edilən ümumi qaydaların
xüsusi halı olur.
Beləliklə, məlumatın köməyi ilə biz konkret obyekt,
subyekt, hadisə, mühit və s. haqqında bilik əldə edirik.
Məlumat vasitəsilə əldə edilən biliklər artımına
informasiya deyilir. İnformasiyanın Şenon tərəfindən təklif
edilmiş kəmiyyət baxımından təyini də elə bu fikrə əsaslanır.
“Verilən” anlayışını belə bir mücərrəd situasiya ilə izah
etmək olar. Fərz edək ki, müşahidəçi öyrənilən obyektin
vəziyyəti haqqında informasiyanı toplayıb, müəyyən formada
yaddaşında saxlayır. Bu halda deyirlər ki, müşahidəçinin
yaddaşında obyektin vəziyyətini əks etdirən “verilənlər” var.
Beləliklə, “verilənlər” saxlamaq, emal etmək və ötürmək
üçün müəyyən formada qeyd olunmuş məlumatdır. “Verilən”
latınca “datum” (fakt) sözündən yaranmışdır. Lakin verilən
bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər
bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə
edə bilər. Odur ki, verilənlər dedikdə bizim üçün əhəmiyyətli
olan istənilən hadisə və ya fikrin təsviri başa düşülür.
Verilən - predmet sahəsinin obyektlərini, proseslərini və
gerçəkliklərini xarakterizə edən ayrı-ayrı cəhətlərdir,
atributlardır.
Verilən - bazaya daxil ediləcək informasiya vahidləridir.
Verilən verilənlər bazasının elementləridir.
Ənənəvi olaraq verilənlər konkret ünsiyyət vasitələri ilə
(məsələn, dil və ya şəkil vasitəsilə) konkret daşıyıcıda
(məsələn, daşda, kağızda) qeyd olunur. Zaman keçdikcə
verilənlərin təsvir üsulları və daşıyıcıları dəyişmişdir (məsələn,
ibtidai insanların mağara rəsmləri, daş üzərində qədim yunan
yazıları, misirlilərin papirus yarpağı üzərində yazıları və s.).
Əksər hallarda verilənlər təbii dildə kağız üzərinə qeyd olunur.
Kompüterlərdə verilənlərin uzun müddətli daşıyıcısı kimi ən
12
çox maqnit daşıyıcılarından (lent, disk, baraban və s.) geniş
istifadə olunur.
Verilənlər ümumi halda aşağıdakı xarakteristikalarla
təyin olunur: verilənin adı, qiyməti, tipi strukturu.
Verilənin adı onun mənasını (semantikasını) ifadə edir.
Verilənin qiyməti isə əslində verilənin özünü xarakterizə edir.
Çünki faktları bir-birindən ayırmaq üçün onları
qiymətləndirmək lazımdır. Təbii dilin zənginliyi verilənlərin
adları ilə qiymətlərinin birlikdə təsvirinə imkan verir. Məsələn,
“havanın temperaturu +30 dərəcədir” ifadəsində “+30”
verilənin qiyməti, “Havanın temperaturu dərəcə ilə” verilənin
adıdır (semantikası). Müəyyən hallarda verilənlərlə onların
semantikası bir-birindən ayrı qeyd oluna bilər. Məsələn,
qatarların hərəkətini ifadə edən cədvəldə verilənlərin
semantikası cədvəlin başlığında qeyd olunur. Verilənlər
bazasında da verilənlərlə onların semantikası əksər hallarda bir-
birindən ayrı saxlanılır. Bu verilənlərin axtarışını və onların
emalını əlverişli surətdə təşkil etməyə imkan verir.
Verilənlərin tip xarakteristikası əsasən
proqramlaşdırmada istifadə olunur. Qeyd edək ki,
proqramlaşdırmada verilənləri həmçinin say sisteminin əsasına,
təsvir formasına, uzunluğuna görə də xarakterizə edirlər.
Verilənlər sadə informasiya elementi – bitdən başlayaraq
fayla və fayllar sisteminə qədər müxtəlif mürəkkəbliyə (təşkil
səviyyəsinə) malik ola bilərlər. Təşkil xarakteri, mümkün
qiymətlər çoxluğu, üzərlərində aparıla bilən əməliyyatlar
toplusu verilənlərin strukturunu əks etdirir. Verilənin strukturu
hər bir informasiya obyektinin ümumi xarakteristikasıdır.
Verilənlərin struktur xarakteristikasına 2 cəhətdən
baxılır:
- məntiqi
- fiziki.
Verilənin məntiqi strukturu onun ideal təsviri və ya
modelidir. Verilənlərin məntiqi strukturlarının
13
müəyyənləşdirilməsi, başqa sözlə verilənlərin
strukturlaşdırılması və onların əlverişli formada təsviri
verilənlər bazasının layihələndirilməsinin əsasını təşkil edir.
Verilənin fiziki strukturu onun kompüterin yaddaşında
yerləşdirilməsi və ya saxlanması sxemini təyin edir.
Ümumi halda eyni verilən üçün məntiqi və fiziki
strukturlar bir-birinə uyğun gəlməyə bilər.
İnformatikada çox vaxt “informasiya” və “verilənlər”
terminləri sinonim kimi işlədilir, yəni onlar arasında yuxarıda
göstərilən fərq nəzərə alınmır. Biz də sonrakı
mülahizələrimizdə bu xətti tutacağıq. Bunun səbəbi ondan
ibarətdir ki, kompüterdə saxlanılan və emal olunan verilənlərin
(məlumatın) informasiya daşıyıb daşımamasının emal prosesi
üçün əhəmiyyəti yoxdur. Nəticəvi verilənlərin informasiya
daşıması isə istifadəçi marağından qiymətləndirilir.
2.2. Verilənlər bazası yaradılması haqqında ümumi
məlumat
İnformasiya sistemi (İS) mövzu sahəsinin dinamiki
informasiya modelini təmin etmək və istifadəçilərin
informasiya sorğularına cavab vermək üçün yaradılan texniki,
proqram, linqvistik və metodoloji vasitələr kompleksidir.
Texniki vasitələrə kompüterdən əlavə, informasiyanın
ötürülməsi, qeyd edilməsi və əks etdirilməsi vasitələri də
daxildir. İnformasiya sistemi müəyyən mövzu sahəsi
çərçivəsində müxtəlif istifadəçilərin (şəxslərin, kollektivlərinin,
məsələlərin) müxtəlif məqsədlər üçün informasiyaya olan
tələbatını ödəmək üçün yaradılır.
İnformasiya sistemi ayrılıqda və ya hər hansı
avtomatlaşdırılmış sistemin tərkibində layihə edilə bilər.
Birinci halda o informasiya–sorğu sistemi kimi əsasən ayrı-ayrı
şəxslərin və ya kollektivlərin informasiya tələblərini ödəmək
üçün istifadə olunur. İkinci halda isə İS istifadəçilərə
14
informasiya-arayış xidməti göstərməklə yanaşı,
avtomatlaşdırılmış sistemin (məsələn, avtomatlaşdırılmış
idarəetmə sisteminin) informasiya təminatı altsistemi rolunu
oynayır.
Mövzu sahəsi konkret informasiya sisteminin tətbiq
sahəsi deməkdir. İnformasiya sistemləri müəssisə və
təşkilatların idarə olunmasında, nəqliyyatda, tibbdə, elmi
tədqiqatlarda və s. geniş tətbiq olunur. Mövzu sahəsinin
dinamiki informasiya modelini təmin etmək üçün İS mövzu
sahəsində baş verən dəyişikliklərə uyğun informasiya
modelinin saxlanmasına və modifikasiyasına (verilənlərin daxil
və xaric edilməsi, dəyişdirilməsi) imkan verməlidir. Bundan
əlavə, mövzu sahəsindəki obyektlərin tərkibi və onlar
arasındakı əlaqələr dəyişilə bilər və bu da informasiya
modelində öz əksini tapmalıdır. İS müxtəlif məzmunlu və
formalı informasiyanın saxlanmasını və lazım gəldikdə onun
strukturunun dəyişdirilməsini təmin etməlidir.
İstifadəçilərin informasiya sorğularının təminində iki
cəhəti nəzərə almaq lazımdır.
1-ci cəhət: Mövzu sahəsinin sərhədlərinin təyini və
informasiya modelinin təsviri. Baxılan mövzu sahəsi
çərçivəsində İS istifadəçiləri lazımi informasiya ilə təmin
etməlidir.
2-ci cəhət: İstifadəçilərin sorğularına tam və dəqiq cavab
verən İS-in yaradılması. Bunun üçün İS-in xidmətindən istifadə
edən şəxslərin və funksional məsələlərin sorğularının tipləri və
növləri təhlil edilməli, sorğuların tələblərinə uyğun və əlverişli
foromada cavablar verilməlidir.
İnformasiya sistemi ilə ünsiyyətin tezliyinə görə
istifadəçiləri 2 qrupa bölmək olar: daimi və fərdi istifadəçilər.
Daimi istifadəçilər İS-in xidmətindən mütəmadi istifadə
edirlər. Onların sorğuları adətən reqlamentli (planlaşdırılmış)
olur, yəni bu sorğuların tipi və məzmunu əvvəlcədən bəlli olur.
Lakin daimi istifadəçilər sistemə ixtiyari (planlaşdırılmamış)
15
sorğularla da müraciət edə bilərlər. Fərdi istifadəçilər sistemə
ixtiyari məzmunlu sorğularla müraciət edirlər.
İnformasiya sisteminin həm daimi, həm də fərdi
istifadəçilərə xidmət etməsi, yəni sistemin reqlamentli və
ixtiyari sorğulara cavab verməsi mövzu sahəsinin sərhədlərinin
təyininə, informasiya modelinin layihələndirilməsinə və
proqram təminatına xüsusi yanaşmağı tələb edir. Əgər İS təkcə
reqlamentli sorğulara xidmət etsəydi, onda mövzu sahəsinin
sərhədlərinin təyini və sistemin layihələndirilməsi sorğuların
təhlili əsasında aparıla bilərdi. Yəni layihələndirməni
“istifadəçilərin sorğularına görə” prinsipi ilə yerinə yetirmək
olardı. İxtiyari sorğulara da xidmət edilməsi və sistemin inkişaf
etdirilməsi tələbi həmin prinsipi həyata keçirməyə imkan
vermir. Bu halda layihələndirmə “həqiqi aləmə görə” prinsipi
ilə aparılır. Ekspertlərin köməyi ilə sistemin inkişafını nəzərə
almaqla predmet sahəsinin sərhədləri, obyektlərin tərkibi,
onların xassələri və əlaqələri təyin edilir və sonra sistem
layihələndirilir. Bu prinsip ixtiyari sorğularla mövzu sahəsi
arasındakı uyğunluğa əsaslanır. İS-in layihələndirilməsində hər
iki prinsipdən istifadə oluna bilər. “Həqiqi aləmə görə” prinsipi
əsas sayılır, “sorğulara görə” prinsipi isə mövzu sahəsinin
sərhədlərinin dəqiqləşdirilməsində istifadə olunur.
Sorğuların və tələb olunan informasiyanın təsvir
formasına görə istifadəçiləri 2 qrupa bölmək olar: istifadəçi-
proqramlar və istifadəçi şəxslər. İstifadəçi-proqramlar (tətbiqi
proqramlar) İS-ə formasına və məzmununa görə
reqlamentləşdirilmiş sorğularla müraciət edirlər. Alınan
informasiya həmin proqramlar tərəfindən uyğun surətdə emal
olunur.
İstifadəçi-şəxslər İS-ə həm reqlamentli, həm də ixtiyari
sorğularla müraciət edə bilərlər. İS-dən alınan informasiya
istifadəçiyə əlverişli formada (təbii dildə, izahlı cədvəl və ya
qrafik şəklində) çatdırılmalıdır. Bu qrupa daxil olan
istifadəçiləri 2 kateqoriyaya ayırmaq olar: proqramçı
16
istifadəçilər və proqramçı olmayan istifadəçilər. Proqramçı
istifadəçilər funksional məsələlərin proqramlaşdırılması ilə
məşğul olan şəxslərdir. Onların bir hissəsi İS-in proqram
təminatının yaradılması və inkişafı ilə məşğul olur, digər
hissəsi isə İS-in xidmət etdiyi avtomatlaşdırılmış sistemin
funksional məsələlərinin proqramlaşdırılması ilə məşğul olur.
Bu kateqoriyadan olan istifadəçilər İS-in strukturu və
xüsusiyyətləri ilə yaxından tanış olub, sorğular dilində onunla
əlaqə yaradırlar. Proqramçı olmayan istifadəçilər istifadəçi-
şəxslərin ən geniş hissəsini təşkil edir. Çox vaxt İS elə bu qrup
istifadəçilərə xidmət üçün yaradılır. Buna görə də onları həm
də sonuncu istifadəçilər adlandırırlar. İstifadəçilərin bu
qrupuna idarəedici və xidmətedici personal, öz sahələri üzrə
mütəxəssislər və s. daxildir. Onlar sistemlə əsasən dialoq
rejimində təbii dildə və ya ona yaxın olan normallaşdırılmış
dildə əlaqəyə girirlər. Beləliklə, İS çoxlu sayda müxtəlif
istifadəçilərə xidmət edir. Odur ki, bütün sorğuların vahid
terminologiyaya uyğunlaşdırılması üçün verilənlər lüğəti
yaradılır. Bundan əlavə, sorğuların emalının optimal
prosedurunu qurmaq üçün onların ekvivalent qramatik
çevrilməsi üsullarından istifadə olunur.
İstifadəçiləri bu və ya digər verilənlərə müraciətin
mümkünlüyünü xarakterizə edən səlahiyyət səviyyələrinə görə
də fərqləndirirlər. Bunun üçün İS-də səlahiyyətsiz
istifadəçilərin verilənlərə müraciətini məhdudlaşdıran vasitələr
də nəzərə alınmalıdır. İstifadəçilər tərəfindən informasiya
sisteminə aşağıdakı tələblər qoyulur:
- böyük həcmli, mürəkkəb strukturlu və çoxcəhətli
informasiyanın saxlanması və dəyişdirilməsini təmin etmək;
- istifadəçilərin informasiya tələblərini yerinə yetirmək;
- saxlanan və istifadəçilərə çatdırılan informasiyanın
dəqiqliyini və ziddiyyətsizliyini təmin etmək;
-reqlamentli və ixtiyari sorğularla axtarış aparılmasını
təmin etmək;
17
- informasiyanı “səlahiyyətsiz” istifadəçilərdən mühafizə
etmək;
- sorğuların emalında tələb olunan məhsuldarlığı və
operativliyi təmin etmək;
-predmet sahəsinin sərhədlərinin dəyişməsi ilə əlaqədar
olaraq informasiya modelində və verilənlər bazasında
dəyişiklikləri təmin etmək;
- istifadəçilərin sadə və əlverişli dildə İS ilə əlaqəsini
təmin etmək;
- nəticəvi informasiyanı istifadəçilərin tələb etdiyi
formada onlara çatdırmaq;
- eyni vaxtda bir neçə istifadəçiyə xidmət olunmasını
təmin etmək.
Gösətərilən tələblərin yerinə yetirilməsi verilənlərin
mərkəzləşdirilmiş idarə olunması problemini qarşıya qoyur.
Verilənlərin mərkəzləşdirilmiş idarə olunması verilənlər
bazasının idarəetmə sistemi (VBİS) tərəfindən yerinə yetirilir.
Faylların fərdi emalından fərqli olaraq, verilənlərin
mərkəzləşdirilmiş idarə olunması aşağıdakı üstünlüklərə
malikdir.
1. Saxlanan verilənlərdə təkrarlanmaların ixtisarı.
Eyni verilənlərin bir neçə proqramda istifadəsi halları
aşkar edildikdə, həmin verilənlər inteqrallaşdırılıb bir nüsxədə
saxlanılır. Sonradan onlar istənilən tətbiqi proqramlarda
istifadə oluna bilər. Təkrarlanmalar tamamilə aradan qaldırıla
bilməsə də sistemdən tələb olunan məhsuldarlığı təmin edən
minimum izafilik əldə olunur.
2. Verilənlərdə ziddiyyətlərin aradan qaldırılması.
Təkrarlanmaların aradan qaldırılması eyni verilənlərin
müxtəlif nüsxələrdə yol verilən uyğunsuzluqlarını aradan
qaldırmağa imkan verir.
3. Verilənlərdən müxtəlif məqsədlə istifadə olunması.
Mərkəzləşdirilmiş idarə olunma verilənlərin müxtəlif
tətbiq sahələrində istifadəsinə zəmin yaradır.
18
4. Kompleks optimallaşdırma.
İstifadəçilərin tələblərinin təhlili əsasında yaddaş sərfini
və axtarış vaxtını minimumlaşdıran strukturların və metodların
seçilməsi imkanı yaranır.
5. Standartlaşdırma imkanlarının təmini.
Verilənlərin təsviri standartlaşdırıldığından İS-in
istismarı və digər sistemlərlə verilənlər mübadiləsi sadələşir,
verilənlərin yoxlanması və bərpası əməliyyatları asanlaşır.
6. Verilənlərə səlahiyyətli müraciətin təmini.
Verilənlərin inteqrallşdarılması, yəni müxtəlif faylların
mərkəzləşdirilmiş şəkildə saxlanılması və idarə olunması
onların səlahiyyətsiz müraciətlərdən mühafizəsini tələb edir.
Bunun üçün İS-də lazımı metodlar və vasitələr nəzərə alınır.
7. Verilənlərin müstəqilliyi.
Tətbiqi proqramların verilənlərdən asılı olmaması İS
yaranmazdan əvvəl də vacib məsələ kimi qoyulurdu. İS-də bu
məsələ verilənlərin çoxsəviyyəli müstəqil təsviri və bu
təsvirlərin yaradılma mexanizmlərinin müstəqilliyi ilə əldə
edilir. Nəticədə verilənlərin məntiqi və fiziki səviyyələrdə
dəyişdirilməsinin tətbiqi proqramlara təsiri aradan qaldırır.
İstifadəçilərin İS-lə əlaqə yaratması üçün 4 dil
vasitəsindən istifadə olunur: sorğu dili, əmrlər dili, menyu dili
və təbii dil.
Sorğu dilində istifadəçinin informasiya tələbi təbii dilə
yaxın, lakin ciddi formal qaydalarla qurulan dildə ifadə olunur.
Bir çox hallarda bu dildə verilənlər üzərində əməliyyalar
aparmaq üçün vasitələr də nəzərə alınır. Son illər sorğu
dillərinin standartlaşdırılması sahəsinndə işlər görülür. Bu iş
beynəlxalq miqyasda ceniş tətbiq tapan SQL dilinin əsasında
aparılır. Sorğu dili xüsusi hazırlığı olmayan istifadəçilər üçün
nəzərdə tutulur, çünki bu dildə işləmək asan və əlverişlidir.
Əmrlər dili xüsusi hazırlığı olan istifadəçilər üçündür. Bu
dilin konstruksiyası proqramlaşdırma dilinə yaxındır.
İstifadəçinin informasiya tələbi ciddi formal qaydalarla yazılan
19
əmrlər ilə ifadə olunur. Yüksək səviyyəli müasir informasiya
sistemlərində sorğu dili ilə əmrlər dilinin sintezindən
yaradılmış ümumi dildən istifadə olunur (məsələn, dBase).
Buna sistemin giriş dili deyilir.
Menyu dili hazırlıqsız istifadəçilər üçün ən əlverişli
vasitədir. Burada istifadəçi öz informasiya tələbini kompüterin
ekranı vasitəsilə ona təqdim olunan menyudan seçir. Adətən
menyu bir neçə səviyyədə təşkil olunur. İstifadəçi yuxarı
səviyyədən başlayaraq sonuncu səviyyəyədək seçmə prinsipi
ilə informasiya tələbini sistemə çatdırır.
Menyu dili istifadəçilər üçün sadə və əlverişli olmasına
baxmayaraq, fərdi sorğuların emalı üçün yaramır. Belə hallarda
menyu dili təbii dilin elementləri ilə zənginləşdirilir.
Təbii dil verilənlər bazası ilə ünsiyyət üçün ideal
vasitədir. Lakin təbii dilin zənginliyi, eyni fikirlərin müxtəlif
ifadə üsulları, vahid terminologiyanın olmaması və s. onun
reallaşdırılmasını xeyli çətinləşdirir və bu səbəbdən də
indiyədək tam şəkildə informasiya sistemlərində ünsiyyət
vasitəsi kimi təbii dildən istifadə olunması problemi həll
olunmamışdır. İntellektual interfeysin yaradılmasını əhatə edən
bu sahədə geniş elmi-tədqiqat işləri aparılır və bugünkü
nailiyyət ondan ibarətdir ki, təbii dilin mövzu sahəsində uyğun
məhdudlaşdırılmış variantından istifadə olunur.
2.3. Verilənlər bazasıının arxitekturası
İnformasiya sistemi kompüterdən, onun xarici
yaddaşında saxlanılan verilənlər bazasından (VB), verilənlər
bazasının idarəetmə sistemindən (dil və proqram vasitələri) və
sistemin administratorundan ibarət mürəkkəb “insan-maşın”
kompleksidir. İnformasiya sisteminin əsasını verilənlər bazası
təşkil etdiyindən, bəzən ona verilənlər bazası sistemi (VBS) də
deyilir. Verilənlərin məntiqi və fiziki müstəqilliyini təmin
etmək üçün onlar 3 səviyyədə təsvir olunur: xarici (istifadəçi
20
səviyyəsində), məntiqi (konseptual səviyyədə) və fiziki (yaddaş
səviyyəsində). Hər səviyyəyə uyğun verilənlərin modeli
yaradılır.
Xarici model (XM) istifadəçinin verilənləri necə görməsi
deməkdir. Başqa sözlə, xarici model istifadəçinin (şəxsin və ya
tətbiqi proqramların) VB-dən tələb etdiyi verilənlərin
strukturunu və tərkibini əks etdirir. Xarici modelə başqa sözlə
alt sxem də deyilir. İstifadəçilərin informasiya tələbləri
müxtəlif olduğundan, alt sxemlərin sayı çox və strukturları
müxtəlif ola bilər. Xarici model xüsusi dil vasitəsilə təsvir
olunur və xüsusi halda o, məntiqi modelin təsvir dilinə uyğun
ola bilər.
Məntiqi model (MM) verilənlərin mücərrəd təsvirini əks
etdirir. Bu təsvirdə VB-yə daxil edilən bütün verilənlərin
xarakteristikaları və onlar arasındakı əlaqələr əhatə edilir.
Məntiqi model əsas sayılır və konkret verilənlər bazası üçün
sinxronlaşdırıcı rol oynayır. Odur ki, ona başqa adla
konseptual model (KM) deyilir. Məntiqi model konseptual
sxem və ya sadəcə sxem vasitəsilə ifadə olunur. Verilənlər
bazasının təşkili zamanı konseptual sxem xüsusi dil vasitəsilə
təsvir olunur. İdeal halda məntiqi model verilənlərin bütün
xarakteristkalarını və əlaqələrini əhatə etməlidir. Lakin real
sistemdə bu tam mümkün olmur, sxemdə müəyyən
məhdudiyyətlər olur və bu da özünü məntiqi modelin təsviri
üçün istifadə olunan iyerarxik, şəbəkə və relyasiya sxemlərində
göstərir. Yığcamlığı, əyaniliyi, zənginliyi və verilənlər
üzərində lazımı əməliyyatların aparılmasının mümkünlüyü
baxımından relyasiya sxemi daha geniş tətbiq tapmışdır və
müasir sistemlərin böyük əksəriyyəti relyasiya modelinin
əsasında yaradılır.
Fiziki model (FM) verilənlərin kompüterin xarici
yaddaşında necə təşkil olunmasını əks etdirir. Bu modeldə
verilənlər bazasının daxili (maşın) sxemi təsvir edilir. Həmin
sxemdə xarici yaddaşın xarakteristikaları, fiziki yazıların
21
formatları, indekslər, kataloqlar və s. haqqında məlumat verilir.
Verilənlər bazası xarici yaddaşda fiziki modelə uyğun
saxlanılır.
Xarici, konseptual və fiziki modellər verilənlər bazasının
idarəetmə sistemi vasitəsilə bir-biri ilə əlaqələndirilir (bir-
birində əks olunur):
Bu əksolunmaların təsviri verilənlər bazasının
administratoru (VBA) və ya VBİS tərəfindən aparılır.
Beləliklə, informasiya sistemi 3 səviyyəli arxitektiura üzrə
təşkil olunur. Şəkil 2.1-də İS-in sadələşdirilmiş arxitekturası
göstərilmişdir. Qeyd edək ki, bu arxitektura verilənlərin
idarəetmə sistemləri üzrə tədqiqat qrupunun (ANSI/SPARC)
təklif etdiyi arxitektura ilə eynidir.
22
Şəxsi istifadəçilərin və tətbiqi proqramların solrğuları
verilənlər bazasının idarəetmə sisteminə (VBİS) daxil olur.
Sorğular istənilən dildə ifadə oluna bilər, lakin onlar interfeys
vasitəsilə əməliyyat sisteminin tələb etdiyi dilə çevrilib, əsas
yaddaşın işçi sahəsində yazılır. İşçi sahələrin sayı eyni vaxtda
sistemdə emal oluna bilən sorğuların sayı ilə təyin edilir. Fiziki
verilənlər bazası ilə tətbiqi proqramlar arasında verilənlər
mübadiləsi işçi sahəsi vasitəsilə aparılır. Modellərin və onlar
arasındakı əksolunmaların təsvirləri əsasında VBİS əməliyyat
sisteminə müraciət edir və verilənlərin seçilmiş axtarış
üsullarından istifadə etməklə verilənlər bazasında lazımı
əməliyyatlar aparılır. Sorğuların emalı prosesində VBİS öz
işini aşağıdakı ardıcıllıqla qurur (şəkil 2.2):
23
1. İstifadəçilərin sorğusu VBİS-ə verilir.
2. Xarici modeldən, konseptual modeldən və XM-in KM-
də əksindən istifadə edərək, VBİS xarici modelin tələb olunan
yazısını formalaşdırmaq üçün konseptual modelin hansı
yazılarının tapılmasını təyin edir.
3. Konseptual və fiziki modellərdən və KM-in FM-də
əksolunmasının təsvirindən istifadə edərək, VBİS sorğuya
cavab vermək üçün FM-dən hansı fiziki yazılırın oxunmasını
təyin edir.
4. VBİS əməliyyat sisteminə VB-dən tələb olunan fiziki
yazıların oxunması üçün sorğu verir.
5. Əməliyyat sistemi özünün müraciət metodlarından
istifadə edərək, VBİS-in tələb etdiyi fiziki yazıları tapıb, VBİS-
in sistem buferində yerləşdirir.
6. Uyğun modellərin və əksolunmaların təsviri əsasında
VBİS bufer yaddaşında yerləşdirilmiş yazıları tətbiqi proqramın
və ya istifadəçi şəxsin tələb etdiyi şəkildə formalaşdırır.
7. Bufer yaddaşında formalaşdırılan yazıları VBİS tətbiqi
proqramın işçi (giriş və çıxış) sahəsinə və ya birbaşa istifadəçi
şəxsə göndərir.
8. Sorğu nəticələri haqqında VBİS tətbiqi proqrama,
əməliyyat sisteminə və istifadəçi şəxsə məlumat verir.
9. Tətbiqi proqram işçi sahəsindəki yazıları emal edir.
İnformasiya sistemində istifadəçilərlə sistem arasında,
sistemlə VB-nin administratoru arasında və müxtəlif
səviyyələrdə verilənlərin təsvir modelləri arasında informasiya
mübadiləsinin təşkili üçün uyğun interfeyslər yaradılır. Həmin
interfeyslər uyğun səviyyələrdə verilənlərin və onlar üzərində
aparılan əməliyyatların təsviri dillərinin köməyilə qurulur.
İstifadəçilərin interfeysi xarici səviyyənin, yəni tətbiqi
proqramların tələblərinin və ya sorğuların ifadə olunduğu
dildir. Tətbiqi proqramın və sorğunun translyasiyasından sonra
xarici səviyyənin operatorları obyekt kodunda VBİS-ə verilir.
VBİS-in tərkibində sistemdaxili interfeyslər fəaliyyət göstərir.
24
Modellərin ifadə olunması və təshihi üçün VB-nin
administratoru uyğun interfeyslərlə təmin olunur.
İnformasiya sisteminin 3 səviyyəli arxitekturası hər
səviyyədə verilənlərin bir-birindən asılı olmayaraq
dəyişdirilməsi imkanını təmin edir, çünki konseptual sxem
xarici sxemlə daxili sxemi bir-birindən ayırır. Odur ki,
konseptual sxem stabil olmalıdır və sistemin uzun müddətli
işini təmin etməlidir. Xarici sxemin dəyişilməsi təbii haldır və
bu dəyişmələr konseptual sxem çərçivəsində olmalıdır. Daxili
sxem isə hesablama sisteminin məhsuldarlığını, ehtiyatlardan
səmərəli istifadə olunmasını və sistemin tətbiq olunan texniki
vasitələrdən asılı olmamasını təmin edir. Xarici modelin
obyektləri istifadəçilərin sorğuları əsasında onların
reallaşdırılması zamanı yaradılır. Daxili modelin obyekləri
(fiziki yazılar) saxlanan verilənləri əhatə edir. Konseptual
modelin obyektləri (məntiqi yazılar) xarici və daxili modeldə
əks olunan verilənlərin hamısını və hətta hələlik daxili modeldə
əks olunmayan verilənləri də əhatə edir. Bununla da verilənlər
bazasının mərhələlərlə istismara verilməsi təmin olunur.
Konkret VBİS-in yaradılmasında modellər arasında
əksolunma funksiyalarının və verilənlərin emalı üçün
funksiyaların reallaşdırılması bir neçə variantla aparıla bilər.
Məsələn, sadə halda hər bir məntiqi yazıya bir fiziki yazı və hər
bir xarici yazıya bir məntiqi yazı uyğun gələ bilər. Onda xarici
yazı birmənalı olaraq daxili yazıdan alınır. Bu variant yüksək
məhsuldarlığa malikdir, lakin verilənlərin təkrarlanmasına yol
verilir. Digər halda konseptual sxem əsasında lazımi
əksolunmanı həyata keçirən proqram yaradılır və onun
köməyilə daxili yazılardan xarici yazıılar formalaşdırılır.
Təcrübədə aralıq variantına da rast gəlinir. Bu halda daxili
yazılar əsasında məntiqi yazılar formalaşdırılır, sonra isə
məntiqi yazılardan xarici yazılar alınır, yəni məntiqi yazılar
aralıq mərhələdə formalaşdırılır. İnformasiya sistemi tətbiq
edilən müəssisədə verilənlərin mərkəzləşdirilmiş idarə
25
olunmasına məsuliyyəti verilənlərin administratoru (VA)
adlanan bir və ya bir neçə şəxsdən ibarət qrup daşıyır.
Verilənlər hər bir müəssisənin əsas dəyərlərindən biri
olduğundan, VA verilənləri yaxşı anlamalı və müəssisənin
idarə olunması üçün hansı verilənlərə ehtiyac olduğunu
bilməlidir. Beləliklə, VA-nın vəzifələrinə aşağıdakılar aiddir:
VB-yə hansı verilənlərin daxil edilməsini müəyyənləşdirmək,
verilənlərə xidmət zamanı qaydalara əməl olunmasını və VB-
dən alınan verilənlərin istifadəçilərə vaxtında çatdırılmasını
təmin etmək. O bilməlidir ki, kim, hansı vaxtda və şəraitdə,
hansı verilənlər üzərində hansı əməliyyatları apara bilər. Yəni,
o, verilənlərin mühafizəsinin də təminatçısı olmalıdır. VA
texniki mütəxəssis kimi yox, idarəçi kimi fəaliyyət göstərir.
VA-nın tələblərinin yerinə yetirilməsi isə verilənlər bazasının
administratoru (VBA) tərəfindən aparılır. Verilənlər bazasının
administratoru bir və ya bir neçə peşəkar mütəxəssisdən ibarət
qrupdur. VBA-nın əsas vəzifəsi verilənlər bazasını yaratmaq,
onun yeniləşdirilməsini, təshihini və istifadəçilərin sorğularına
cavabları təmin etməkdən ibarətdir. VBA həmçinin sistemin
operativliyinə və texniki təminatına da cavab verir. Odur ki,
VBA ştatına layihəçilər, sistem proqramçıları və texniki işçilər
daxil edilir.
2.4 Verilənlər bazasının layihələndirilməsi
Verilənlər bazasının layihələndirilməsi informasiya
sisteminin layihələndirilməsinin əsasını təşkil edir.
İstifadəçilərin informasiya tələblərinin tam təmin edilməsi üçün
verilənlər bazasının layihələndirilməsi zamanı iki cəhəti nəzərə
almaq lazımdır:
- Birincisi, mövzu sahəsinin sərhədlərini
müəyyənləşdirmək və mövzu sahəsinin informasiya modelini
yaratmaq.
26
- İkincisi, istifadəçilərin sorğularına tam və dəqiq cavab
verən, verilənlər bazasını daima aktual vəziyyətdə saxlayan
idarəetmə sisteminin yaradılması.
Bu tələblərdən asılı olaraq, İS-in xidmət etdiyi
istifadəçilərin sorğuları və funksional məsələlər dərindən təhlil
edilməlidir.
Verilənlər bazasının layihələndirilməsi “yuxarıdan-
aşağıya” prinsipi əsasında ardıcıl iterasiya ilə aparılır.
Verilənlər bazasının layihələndirilməsi mərhələləri və hər bir
mərhələyə uyğun giriş və çıxış informasiyanın tərkibi şəkil 2.3-
də göstərilmişdir.
İlkin mərhələdə mövzu sahəsinin informasiya
baxımından tədqiqi nəticəsində verilənlər bazasına qoyulan
tələblər müəyyənləşdirilir və təhlil edilir. Sonra mövzu
sahəsinin informasiya-məntiqi (infoloji) modeli yaradlır.
Həmin modeldə mövzu sahəsinə aid verilənlərin strukturu və
onlar arasında əlaqələr əks etdirilir. Bu iki mərhələ verilənlər
bazasının infoloji layihələndirilməsini əhatə edir. İnfoloji
layihələndirilmədə aşağıdakı məsələlər həll olunmalıdır:
1) mövzu sahəsinin hansı obyektləri və hadisələri
(prosesləri) haqqında informasiya toplanmalıdır;
2) həmin obyektlərin və proseslərin əsas
xarakteristikaları və onlar arasında əlaqələr;
3) obyektlər və proseslər haqqında sistemə daxil edilən
anlayışların, xarakteristikaların və əlaqələrin dəyişdirilməsi və
təsvir olunması.
İnfoloji layihələndirilmə nəticəsində verilənlər bazasının
konseptual sxemi yaradılır. Bu mərhələdə həmçinin
istifadəçilərin (şəxslərin və tətbiqi proqramların) sorğuları
araşdırılır və nəticədə xarici infoloji modellər (altsxemlər) və
onların konseptual infoloji modellə əlaqələri formalaşdırılır və
təsvir edilir.
27
28
Bu mərhələnin əsas xüsusiyyətlərinlən biri də ondan
ibarətdir ki, konseptual sxemin və xarici modellərin təsviri
konkret VBİS-lə bağlı verilənlərin təsvir metodlarından asılı
olmamalıdır. Konseptual-infoloji model bütün sistemin etibarlı
və uzunmüddətli işini təmin etməlidir. Müəyyən səbəblərdən
VBİS dəyişdirildikdə konseptual-infoloji model öz stabilliyini
saxlamalıdır.
Verilənlər bazasının reallaşdırılması üçün konkret VBİS-
in seçilməsi, seçilən VBİS-lə bağlı verilənlərin məntiqi və
fiziki strukturlarının təsviri, verilənlərə müraciət metodlarının
seçilməsi; təminedici və servis proqram vasitələrinin qurulması
VB-nin dataloji layihələndirilməsini əhatə edir. O üç
mərhələdən ibarətdir: VBİS-in seçilməsi, məntiqi
layihələndirmə və fiziki layihələndirmə.
Qeyd etdiyimiz kimi, konseptual-infoloji layihələndirmə
səviyyəsində VBİS-in xüsusiyyətləri nəzərə alınmır. Seçilmiş
VBİS-lə bağlı amillər, EHM-in yaddaşında verilənlərin
təşkilinin xüsusiyyətləri isə fiziki layihələndirmədə nəzərə
alınır. Konseptual və fiziki layihələndirmə mərhələləri
arasındakı mərhələ məntiqi layihələndirmə adlanır. Bəzi
mənbələrdə ona reallaşdırmanın layihələndirməsi deyilir. Bu
mərhələdə verilənlər bazasının VBİS-lə bağlı sxemi yaradıdlır.
Bu zaman verilənlər bazasının strukturunda edilən dəyişikliklər
konkret VBİS-in və istifadəçilərin tələblərindən irəli gələn
məhdudluqların ödənilməsi ilə əlaqədar olur.
Belələiklə, məntiqi layihələndirmədə əsas məqsəd VBİS-
in seçilməsi və onun tələblərinə uyğun sxemin yaradılmasından
ibarətdir. Bu sxem istifadəçilərin bütün tələblərinə (tamlıq,
ziddiyyətsizlik, VB-nin genişləndirilməsinin mümkünlüyü və
s.) cavab verməlidir. VB-nin layihələndirilməsi ilə yanaşı
tətbiqi proqramların yaradılması işi də aparıldığından bu iki
layihəçilər arasında qarşılıqlı əlaqə olmalıdır. Odur ki, bu
mərhələdə proqramlaşdırma xüsusiyyətlərinin təhlili aparılır və
VB-nin strukturu nəzərə alınmaqla tətbiqi proqramların
29
yaradılması üçün təlimatlar hazırlanır. Məntiqi
layihələndirmənin nəticələri ciddi surətdə sənədləşdirilir.
Burada VB-yə daxil edilən bütün verilənləri və onlar arasındakı
əlaqələri əks etdirən məntiqi sxem, altsxemlər, məhdudluqların
siyahısı, VBİS-ə və tətbiqi proqramlara qoyulan tələblər və s.
ətraflı şərh olunur.
Fiziki layihələndirmədə əsas vəzifə məntiqi sxemin
tələblərinə və VBİS-in vasitələrinə uyğun olaraq verilənlərin
yaddaşda saxlanılmasının və onlara müraciətin səmərəli
strukturunu və metodlarını seçmək və reallaşdırmaqdan
ibarətdir. Verilənlərin fiziki təşkili VB-n in istismar
xarakteristikalarına təsir edən əsas amildir. Bu səviyyədə
verilənlər bazası fiziki yaddaşla əlaqələndirilir. İstismar
xarakteristikaları ilk növbədə VB-nin yaradılması və
aparılmasına sərf olunan vaxt və xərclərlə təyin edilir.
Fiziki strukturlarda verilənlərin əsas vahidi saxlanılan
yazıdır (fiziki yazı). Fiziki yazı bir və ya bir neçə məntiqi
yazıya uyğun gəlir. Fiziki yazılardan fayllar yaradılır. Sadə
halda fayl eyni strukturlu yazılar çoxluğudur. Faylın yazıları
sabit və ya dəyişən uzunluqlu ola bilər. Fiziki verilənlər bazası
bir və ya bir neçə əlaqələndirilmiş fayldan ibarət olur. Fayllar
arasında əlaqə yazıların açarları vasitəsilə əldə edilir. Beləliklə,
fiziki layihələndirmədə aşağıdakı məsələlərə baxılır:
1) verilənlər bazasına daxil edilən fayllara uyğun
yazıların formatlarının təyini;
2) faylların yaddaşda təşkili;
3) yazılara müraciət üsulları;
4) verilənlərin tamlığı və toxunulmazlığı;
5) təminedici və servis proqramlarının yaradılması.
Fiziki layihələndirmə VB-nin fiziki strukturunun ilk
variantının yaradılması və sonradan təkmilləşdirilməsi
addımlarından ibarət olan iterativ proses kimi yerinə yetirilir.
Fiziki layihələndirmənin nəticəsində yaradılan fiziki strukturun
əsas tərkib hissələri aşağıdakılardır:
30
-saxlanılan yazıların formatları,
-saxlanılan yazıların daşıyıcıda təşkili,
-müraciət metodları.
Bu komponentlər sistemi texniki və proqram vasitələri
tərəfindən qoyulan bütün istismar tələblərini və məhdudluqları
ödəməlidir. Fiziki layihələndirmənin parametrlərini
dəyişdirmək imkanı olduğundan layihənin bir neçə variantı
yaradıla bilər və qiymətləndirmə kriteriləri arasında onlardan
ən səmərəlisi seçilə bilər. Qiymətləndirmə kriterilərinə
aşağıdakılar daxildir:
-sorğulara cavabvermə vaxtı;
-təshih olunmaya sərf olunan xərclər;
-çıxış sənədlərinin alınmasına sərf olunan xərclər;
-verilənlər bazasının yenidən təşkilinin tezliyi və ona sərf
olunan xərclər;
-əsas və xarici yaddaşın sərfi.
31
III. VERİLƏNLƏR BAZASININ KONSEPTUAL
LAYİHƏLƏNDİRİLMƏSİ
3.1. Konseptual layihələndirmənin mahiyyəti
Verilənlər bazası tətbiq sahəsinin informasiya modelidir.
Həmin modeldə informasiya sisteminin məqsədyönlü fəaliyyəti
üçün tələb olunan faktlar (verilənlər) əks olunur. VB-nin
layihələndirməsi zamanı layihəçi bu faktları seçməli və təsvir
etməlidir. Bununla da tətbiq sahəsinin sərhədləri müəyyənləşir.
Sonradan seçilən VBİS vasitələri ilə VB reallaşdırılır.
VB-nin tətbiq sahəsi o vaxt müəyyənləşir ki, onun əhatə
etdiyi obyektlər, onların xassələri və əlaqələri bəlli olsun. VB-
nin layihələndirilməsi tətbiq sahəsinin strukturlaşdırılması ilə
başlanır - obyektlər təsnif olunur, VB-də əks olunan obyekt
tiplərinin toplusu təyin olunur. Hər bir obyektlər tipi üçün
həmin tipdən olan obyektləri təsvir edən xassələr və həmin
obyektlər arasında əlaqələr müəyyənləşdirilir. Sonra həmin
obyektlər haqqında VB-də hansı informasiyanın saxlanması və
bu informasiyanın verilənlər vasitəsilə necə təsvir olunması
məsələsinə baxılır. Gösətərilən məsələlərin həlli konseptual
layihələndirmənin əsas mahiyyətini təşkil edir. Beləliklə,
konseptual layihələndirmədə əsas məqsəd istifadəçilərin
informasiya tələbləri əsasında VB-yə daxil edilən verilənləri
müəyyənləşdirmək və onları seçilən VBİS-dən asılı olmayan
şəkildə təsvir etməkdən ibarətdir. Bu mərhələnin yerinə
yetirilməsi nəticəsində tətbiq sahəsinin qlobal konseptual
sxemi yaradılır. Buna verilənlər bazasının konseptual sxemi və
ya informasiya-məntiqi (infoloji) sxem deyilir.
Beləliklə, konseptual layihələndirmə mərhələsində
istifadəçilərin informasiya tələbləri sintez olunub, konseptual
sxem formasında təsvir edilir. Burada əsas məsələ informasiya
modelini elə təsvir etməkdən ibarətdir ki, o, həm istifadəçilər
32
üçün, həm də VB-nin layihəçiləri üçün (o cümlədən, VB-nin
administratoru üçün) əlverişli olsun.
Konseptual baxımdan obyekt dedikdə haqqında
informasiya toplanan şəxs, müəssisə, avadanlıq, maddə,
material, məhsul və s. nəzərdə tutulur. Obyektələrin seçilməsi
informasiya sisteminin məqsəd və vəzifələri ilə təyin olunur.
Obyektlər atomar (bölünməz) və tərkibli ola bilərlər. Eyni
obyektə bir halda atomar, digər halda tərkibli kimi baxıla bilər.
Tərkibli obyekt üçün daxili struktur, yəni onun tərkib hissələri
müəyyənləşdirilməlidir. Tərkibli obyektin tərkib hissəsi də
atomar və ya tərkibli ola bilər.
Hər bir obyekt konkret vaxt ərzində müəyyən vəziyyətlə
xarakterizə olunur. Həmin vəziyyət məhdud sayda xassələr və
əlaqələrlə təsvir olunur. Bu əlaqələr baxılan obyektin digər
obyektlərlə münasibətini təyin edirlər. Obyektin xassələri
qiyməti ədəd və ya sözlə ifadə olunan göstəricilərdir (məsələn,
soyad, ad, tabel sayı, çəkisi, boyu və s.). Obyektin
xarakteristikaları onun digər obyektlərlə əlaqələrindən asılı
olmaya bilər, yəni lokal ola bilərlər. Əgər obyektin xassələri
digər obyektlərlə əlaqələrdən asılıdırsa, belə xassələrə relyasiya
xassələri deyilir. Obyektlər arasındakı əlaqələr əlaqəyə daxil
olan obyektlərin sayından asılı olaraq: n=2, 3,…, k dərəcəli ola
bilər. Onlara uyğun olaraq binar, ternar, …,k-nar əlaqələr
deyilir. Obyektlərin təsviri üsulunun əsas mahiyyəti oxşar
obyektlərin qrup şəklində birləşdirilməsindən ibarətdir. Oxşar
obyektlər qrupuna obyektlərin tipi deyilir. Obyektlərin eyni tipə
aid edilməsi onların eyni xassələrlə təsvir olunması ilə təyin
olunur. Birləşdirilən obyektlərin özləri də bir neçə digər
obyektlərin birləşdirilməsindən yarana bilər, yəni obyektlər
tipinə digər obyektlər tipi daxil ola bilər.
By üsulda qarşıya qoyulan əsas məsələlər aşağıdakılardır:
1. Obyektlər nədir?
2. Qlobal sxemdə obyektin məzmunu nədən ibarətdir?
3. Hər bir obyekt hansı xassələrlə təsvir olunur?
33
4. Hər bir obyekt hansı xassələrlə digərlərindən fərqlənir?
5. Hər bir obyektin digər obyektlərlə əlaqəsi.
Verilənlər bazalarının yaradılmasında konseptual üsul ilk
dəfə verilənlər bazaları üzrə işçi qrupun (ANSI/SPARC) nəşr
etdiyi hesabatlardan sonra özünə yol tapmışdır. Son illərdə nəşr
olunan ədəbiyyatlarda bu üsula geniş yer verilməsinə
baxmayaraq, həm ümumi terminologiya, həm də əsas aksiomlar
üzrə ümumi fikir yoxdur. Bu üsul konseptual layihələndirmə
səviyyəsinin ideallaşdırılmasına əsaslanır. Bu o deməkdir ki,
hər bir mövzu sahəsində inteqrallaşdırılmalı olan açıq anlayışlar
(konsepsiyalar) mövcuddur. Onlar ona görə “açıq” hesab
olunur ki, hər bir anlayış layihəçiyə bəlli olan və digər
anlayışlardan fərqlənən mənaya malikdir. Bu üsulda əsas diqqət
anlayışların aqreqasiyasına və ümumiləşdirilməsinə yönəldilir.
Bu isə, qeyd etdiyimiz kimi, anlayışların abstraksiyasına
əsaslanır.
Abstraksiya - obyektin mühüm olmayan xassələrini (və
ya hissələrini) nəzərə almadan əsas diqqətin ümumi xassələr
üzərində mərkəzləşdirilməsi deməkdir. İnformatikada
abstraksiya mürəkkəb mövzuların öyrənilməsini asanlaşdırmaq
məqsədilə tətbiq olunur. Verilənlər bazalarında abstraksiya
verilənlərin strukturlaşdırılması, başqa sözlə verilənlərin
tiplərinin yaradılması üçün istifadə olunur. Abstraksiyanın sadə
forması işarələrin tiplə ümumiləşdirilməsidir. İşarə konkret
qiymət və ya obyektin konkret nümayəndəsidir. Başqa sözlə
ona nüsxə deyilir. Tip bu cür işarələrin sinfini təyin edir.
Məsələn, tip kimi «stol» anlayışı konkret növ stollar çoxluğunu
(nüsxələri) təsvir etmək üçün abstraksiyadır.
Abstraksiya çoxsəviyyəli ola bilər. Bu halda abstraksiya
mövcud tiplərdən yeni tip almaq üçün istifadə olunur. Məsələn,
“mebel” tipi “stol”, “divan”, “şkaf”, “çarpayı” və s. tiplərinin
abstraksiyası kimi təyin oluna bilər. Abstraksiya vasitəsilə
yaradılan tiplərin iyerarxiyası onların xassələrinin
öyrənilməsində müəyyən rol oynayır. Burada “irsi keçid”
34
prinsipindən geniş istifadə olunur. Məsələn, mebelə xas olan
ümumi xüsusiyyətlər (mebel taxtadan hazırlanır) stola, divana,
şkafa, çarpayıya və s. aid edilə bilər.
Konseptual layihələndirmədə abstraksiya ilə obyektlərin
əlaqələndirilmiş strukturları təyin edilir. Obyektlər bir-birilə iki
formada əlaqələndirilə bilər: yığımlar və siniflər formasında.
Buna uyğun olaraq abstraksiyanın iki forması mövcuddur:
aqreqatlaşdırma və ümumiləşdirmə. Aqreqatlaşdırmada obyekt
digər obyektlərin yığımı, ümumiləşdirmədə isə digər
obyektlərin sinfi şəkilində formalaşır.
Aqreqatlaşdırma elə bir abstraksiya formasıdır ki, onun
vasitəsilə müəyyən obyeklərdən yenisi (aqreqat) yaradılır.
Aqreqatlaşdırma həm nüsxə, həm də tip səviyyəsində tətbiq
oluna bilər. Tip səviyyəsində aqreqatlaşdırma nüsxə
səviyyəsində aqreqatlar çoxluğunu təyin edir. Tip səviyyəsində
aqreqatlaşdırmanın komponentlərinə xassə-tiplər deyilir və
başqa sözlə intensional adlandırılır. Xassə-tiplər aqreqatın
daxili struktkrunu açmaq məqsədi ilə istifadə olunur. Nüsxə
səviyyəsində xassə-tiplərin konkret növünə xassə-nüsxələr
deyilir və başqa sözlə ekstensional adlandırılır. Məsələn,
“şəxsiyyət” tipi (intensional) “soyad”, “ünvan”, “yaş” kimi
xassə-tiplərdən təşkil olunur. “Şəxsiyyət” tipininin növü
(ekstensionalı) “Babayev Baba Baba oğlu” (soyad); “Bakı,
Azadlıq prospekti, 102” (ünvan); “45” (yaş) nüsxələrindən
təşkil olunur. İntensional və ekstensional komponentlərin bir-
birindən ayrılması verilənlərin modelləşdirilməsində mühüm
əhəmiyyət kəsb edir. Ümumiləşdirmə nüsxələr və ya tiplər
çoxluqlarının ümumi bir tiplə ifadə olunması deməkdir.
Ümumiləşdirmədə obyektlərin oxşarlığı əsas götürülür,
onların fərqləndirici xüsusiyyətləri nəzərə alınmır.
Ümumiləşdirmə iki cür tətbiq edilə bilər: “nüsxə-tip”, “tip-tip”
şəkilində. “Nüsxə-tip” şəkilində ümumiləşdirmə təsnifat
adlanır və nüsxələrin sinifləşdirilməsi məqsədilə istifadə
olunur. Məsələn, konkret meyvələr çoxluğu (alma, armud, gilas
35
və s.) “Meyvə” adlı siniflə (tiplə) ümumiləşdirilir. “Tip-tip”
formalı ümumiləşdirmə çoxsəviyyəli abstraksiyanın bir növü
olub, eyni xassələrə malik olan tiplərin ümumi bir tiplə ifadə
edilməsinə imkan verir. Məsələn, “xidmətçi”, “fəhlə”, “tələbə”
kimi tiplərin “şəxsiyyət” tipi ilə ümumiləşdirilməsi. Yuxarıda
“mebel” misalında göstərilən abstraksiya da ”tip-tip” formalı
ümumiləşdirmədir. “Nüsxə-tip” prosesinin əksi olan “tip-
nüsxə” prosesi (buna nüsxələnmə deyilir) tiplərin konkret
nüsxələrini müəyyənləşdirmək üçün istifadə olunur. “Tip-tip”
formalı ümumiləşdirmənin əksinə yönəldilmiş prosesə isə
“xüsusiləşdirmə” deylir və ümumi sinifdən (tipdən) xüsusi
siniflərin (tiplərin) ayrılması məqsədilə tətbiq olunur. Əgər hər
hansı tip eyni vaxtda həm ümumiləşdirmə, həm də
aqreqatdırsa, onu təşkil edən obyektlər aqreqata aid olan
xassələri irsən qəbul edirlər. Şəkil 3.1-dən göründüyü kimi
“şəxsiyyət” tipi “xidmətçi” və “tələbə” tiplərinin
ümumiləşdirilməsi olduğundan, o “soyad”, “ünvan” və “yaş”
xassələrini irsən götürür.
3.2. Konseptual layihələndirmədə əlaqələr
Əlaqə obyektlər arasındakı rabitəni təyin edir.
Abstraksiya baxımdan əlaqə də tip və nüsxəsi ilə təyin edilir.
Əlaqənin tipi obyektlərin tipləri arasındakı rabitəni, əlaqənin
nüsxəsi isə obyektlərin konkret nüsxələri arasındakı rabitəni
göstərir. Obyektlər arasında binar (iki obyekt arasındakı əlaqə),
Ternar (üç obyekt arasındakı əlaqə) və ümumi halda n-nar
əlaqələr ola bilər. Binar əlaqələrə ən çox təsadüf edilir.
36
Əlaqənin tipinə bəzən iki və daha çox obyektin aqreqatı
kimi baxıla bilər. Məsələn, “Müqavilə”yə (əlaqə) “Sifarişçi” ilə
“İcraçı” obyektlərin aqreqatı kimi baxmaq olar. Bəzən isə
əlaqənin tipi digər əlaqələrin ümumiləşdirilməsi ola bilər.
Əlaqə kateqoriyası istiqamət, assosiativlik və seçicilik
xassləri ilə xarakterizə olunur. Əlaqənin istiqaməti onun
semantikası ilə bilavasitə bağlı olub, əlaqənin təyinedici
atributdan təyin edilənə və ya əksinə yönəldiyini göstərir (Şəkil
37
3.2). Əgər əlaqə hər iki istiqamətdə eyni mənalıdırsa, onda
əlaqənin istiqaməti göstərilmir (Şəkil 3.3).
Şəkil 3.2. Əlaqənin istiqaməti
Şəkil 3.3. Hər iki istiqamətdə eyni mənalı əlaqə
Əlaqənin əsas xassələrindən biri də assosiativlikdir.
Assosiativlik birmənalılıq xarakteristikası ilə bilavasitə
bağlıdır. Birmənalılıq obyektlərin assosiativlik dərəcəsini təyin
edir. Əgər obyektin nüsxəsi digər obyektin yalnız bir nüsxəsi
ilə əlaqədədirsə bu cür əlaqə baxılan obyektlərin tipinə görə
birmənalıdır.
Hər hansı A obyektinin V obyekti ilə 4 cür assosiasiyası
mümkündür: “birin-birə” (1:1), “birin-çoxa” (1:M), “çoxun-
birə” (M:1) və “çoxun-çoxa” (M:N). Əgər əlaqə hər iki
istiqamətdə birmənalıdırsa, bu cür əlaqəyə “birin-birə” (1:1)
Kişi Qadın
Nikahda olma
38
əlaqəsi deyilir (şək. 3.4 a). Əgər əlaqə A-ya görə birmənalıdırsa
(Şək. 3.4 b), onda assosiasiya “birin-çoxa” (1:M) və əksinə B-
yə görə birmənalıdırsa, “çoxun-birə” (M:1) adlanır. Əgər A və
B obyektləri arasında birmənalılıq yoxdursa, onlar arasındakı
əlaqə “çoxun-çoxa” (M:N) hesab olunur (Şək. 3.4 v).
Əlaqələr Assosiasiyanın növü
Tip Nüsxə
Şəkil 3.4. Assosiasiyaların növləri
39
Əlaqənin seçicilik xassəsi özünü 4 şəkildə göstərə bilər:
1) Məcburi olmayan əlaqə: əlaqədə hər iki obyektin varlığı
əlaqədən asılı deyil (Şək. 3.5 a).
2) Mümkün əlaqə: əlaqədə olan obyektlərin varlığı əlaqənin
tipindən asılıdır (Şək. 3.5 b).
3) Şərti əlaqə: obyektlərdən birinin varlığı müəyyən şərtlə
təyin edilir. Bu növ əlaqə mümkün olan əlaqənin xüsusi halıdır
(Şək. 3.5 v).
4) Məcburi əlaqə: hər iki obyektin varlığı əlaqədən asılıdır
(Şək. 3.5 q).
3.3. Konseptual layihələndirmənin metodologiyası
Obyektlərin moddelləşdirilməsi üsulu ilə verilənlər
bazasının konseptual layihələndirilməsi 2 mərhələ üzrə aparılır:
1) lokal təsvirlərin modelləşdirilməsi;
2) lokal təsvirlərin birləşdirilməsi və ümumi konseptual
sxemin alınması.
3.3.1. Verilənlərin lokal təsvirlərinin modelləşdirilməsi
Lokal təsvirlərin modelləşdirilməsi verilənlər bazasına
daxil edilən və mövzu sahəsinin müxtəlif cəhətlərini əks
etdirən informasiyanın modelləşdirilməsini əhatə edir.
Lokal təsvirlərin modelləşdirilməsi aşaıdakı addımlarla
aparılır:
1) Lokal təsvirlərin təyini;
2) Verilənlərin formalaşdırılması;
3) Hər verilən üçün təyinedici atributun seçilməsi;
4) Təsviredici atributların müəyyənləşdirilməsi;
5) Əlaqələrin müəyyənləşdirilməsi.
Lokal təsvirlərin təyini.
40
41
Adətən, hər bir lokal təsvir müəyyən tətbiq sahəsinə,
funksional məsələyə və ya istifadəçiyə uyğun gəlir. Bəzi halda
lokal təsvir verilənlər bazasının bir neçə tətbiqini əhatə edən
müstəqil bölməsinə uyğun ola bilər. Məsələn, ali məktəb üçün
verilənlər bazasının layihələndirilməsində lokal təsvirlər kimi
ayrı-ayrı funksional bölmələr, fakultələr götürülə bilər. Lokal
təsvirin əhatə dairəsinin seçilməsində layihəçi adətən
kompromis qərar qəbul edir, çünki dar çərçivə verilənlərin
inteqrasiya səviyyəsini kiçildir, əhatə dairəsinin çox genişliyi
isə layihənin mürəkkəbliyinə və qeyri səlisliyinə gətirib çıxarır.
Verilənlərin formalaşdırılması.
Hər bir lokal təsvir üçün verilənləri formalaşdırmaq
lazımdır, yəni haqqında informasiya toplanaılan obyektlərin
tipləri müəyyənləşdirilməlidir.
Təyinedici atributun seçilməsi.
Hər bir obyekt üçün onun nüsxəsini birmənalı təyin edən
identifikator gösətrilməlidir. İdentifikator kimi bir və ya bir
neçə atribut seçilə bilər. Verilənlərin emalı sistemlərində
qiyməti baxılan obyekti birmənalı təyin edən bir neçə
birləşdirilmiş atributa açar deyilir. Həmin sistemlərdə belə bir
hipotez var: obyektlər yığımında hər bir obyekt fərqlənməlidir.
Odur ki, hər bir obyekt yalnız ona uyğun açara malik olmalıdır.
Əgər verilənləri xarakterizə edən atributların içərisindən
açar seşmək mümkün deyilsə, onda atributların tərkibinə açar
kimi istifadə olunan xüsusi atribut daxil edilir. Məsələn,
müəssisədəki işçilər haqqında verilənlər bazasında “işçinin
tabel sayı”, əmanət bankı sistemində “əmanətçinin hesab sayı”
açar kimi istifadə oluna bilər. Verilənlərin modellərinin
layihələndirilməsində açarın seçilməsi vacib məsələlərdən
biridir. Bu onunla izah olunur ki, açar verilənlərin nüsxəsini
birmənalı təyin etməlidir və digər tərəfdən onun tərkibinə
minimal sayda atribut daxil olmalıdır. Bəzi hallarda veriləni
təyin edən bir neçə açar ola bilər. Onlardan biri əsas (birinci)
42
açar kimi təyin olunur, o biriləri isə mümkün açarlar hesab
olunur. Əsas açar kimi uzunluğu ən kiçik olanı seçilir
Təsviredici atributların müəyyənləşdirilməsi.
Açar kimi istifadə olunan atribut seçildikdən sonra
verilənlərin xassələrini təsvir edən digər atributlar
müəyyənləşdirilir. Açar kimi seçilən atribut (və ya atributlar)
veriləni tam təyin etdiyindən, təsviredici atributlarla açar
arasında funksional asılılıq olmalıdır. Təsviredici atributlar
tərkibli ola bilməz, yəni onlar birqiymətli olmalıdır. Nisbət
baxımından bu o deməkdir ki, verilən 1-ci normal formada
olmalıdır və atributlar təkrarlana bilməz.
Əlaqələrin müəyyənləşdirilməsi
Bu addımda lokal təsvirdəki verilənlər arasındakı asılılıq
araşdırılır və bununla da verilənlər arasında əlaqələr
müəyyənləşdirilir. Müəyyənləşdirilən əlaqələrin xarak-
teristikaları təyin edilir. Lokal təsvirlərin modelləşdirilməsi
formalaşdırılan verilənlərin və atributların, həmçinin, onlar
arasında əlaqələrin qrafiki təsviri ilə nəticələnir.
3.3.2. Verilənlərin lokal təsvirlərinin birləşdirilməsi
Lokal təsvirlər “verilən-əlaqə” diaqramı vasitəsi ilə ifadə
olunduqdan sonra konseptual layihələndirmənin sonuncu
mərhələsində həmin təsvirlər birləşdirilərək verilənlər
bazasının qlobal informasiya strukturu alınır. Bu zaman
lahiyəçi sxemə lokal təsvirlərə görə törəmə olan
konstruksiyalar da daxil edə bilər. Bu cür konstruksiyalar lokal
təsvirdəki anlayışlara nisbətən yuxarı səviyyədə duran
anlayışları sxemə daxil etməklə yaradılır. Bu cür
abstraksiyaların konseptual sxemə daxil edilməsi aşağıdakı
məqsədləri güdür.
- eyni obyektin müxtəlif xassələri haqqında verilənlərin
ümumi kompozisiya təsvirini əldə etmək;
43
- oxşar obyektlərin informasiya təsvirində mühüm
olmayan fərqləri aradan qaldırmaq;
- məsələlərin həllini əlverişli aparmaq üçün abstrakt
anlayışlardan istifadə etmək və bu anlayışların daha konkret
anlayışlarla əlaqəsini yaratmaq (məsələn, “şəxsiyyət” - “işçi”,
“müqavilə”- “müəssisə” və s.);
- oxşar obyektlərin siniflərini və altsiniflərini yaratmaq
və müəyyən əlamətlərə görə obyektləri siniflərə ayırmaq;
- obyektlərin birləşdirilməsinə, kəsişməsinə və fərqinə
uyğun törəmə tipləri yaratmaq.
Sxemə daxil edilən törəmə konstruksiyalar verilənlərin
təsvirində ziddiyyətlər yaratmamalıdır.
Lokal təsvirlərin birləşdirilməsinə başlamazdan əvvəl
birləşdirilmə dərəcəsini müəyyənləşdirmək lazımdır.
Birləşdirilən lokal təsvirlərin sayı (n) 4-dən çox olmazsa, onları
bir addımla birləşdirmək olar. Lakin n-in qiyməti böyük olanda
bir addımla birləşdirmək çətinləşir və səhvlərin ehtimalı artır.
Odur ki, birləşdirməni bir neçə addımda aparırlar. Hər addımda
2 lokal təsvir birləşdirilir. Bu cür binar birləşdirmədən alınan
obyektlərin sayı (Nb) belə təyin olunur:
Nb= N1+N2 +T-R.
Burada N1, N2 - lokal təsvirlərdəki obyektlərin sayı;
T - əlavə olunan törəmə obyektlərin sayı;
R - birləşdirilən təsvirlərdə uyğun gələn obyektlərin
sayıdır.
Binar birləşmədən alınan təsvirlər sonradan yenə iki-iki
birləşdirilərək, son mərhələdə ümumi birləşdirilmiş sxem
alınır.
Təsvirlərin birləşməsində 3 əsas konsepsiyadan istifadə
olunur: eynilik, aqreqatlaşdırma və ümumiləşdirmə. Modelin
iki və daha çox elementi o vaxt eyni hesab olunur ki, onlar eyni
semantikaya (mənaya) malik olsunlar. Eynilik çox vaxt
44
elementlərin sinonimliyi ilə təyin edilir. Elementlərin oxşarlığı
da həmişə eyniliyi təyin etmir. Bunun üçün istifadəçilərin
fəaliyyət dairəsini və informasiya tələblərini yaxşı bilmək
lazımdır. Əgər A(x) və B(x) lokal təsvirləri eynidirsə, onda
onlar G (AB) təsviri ilə birləşdirilir.
G (AB) - A(x) = B(x).
Aqreqatlaşdırma elementlər arasındakı əlaqəyə yeni
element kimi baxmağa imkan verir. Təsvirlərin birləşməsində
aqreqatlaşdırma 3 formda rast gələ bilər.
1. Bir təsvirdə aqreqat obyektə tam kimi baxılır,
digərində isə onun tərkib hissələri götürürlür. Məsələn, bir
təsvirdə obyekt kimi “kompüter”, digər təsvirdə isə obyekt
kimi onun tərkib hissələri - “Prossesor”, “Yaddaş”,
“Klaviatura”, “Printer” baxılır. Əgər sadəcə birləşdirilmə
aparılarsa, onda “Prosessor”, “Yaddaş qurğusu”, “Klaviatura”,
“Printer” obyektlərinin “Kompüter” obyektinin tərkib hissələri
olması faktı nəzərə alınmayacaq. Lakin aqreqatlaşdırma
vasitəsilə bu fakt nəzərə alınır (şəkil 3.6).
2. Bir neçə təsvirdə aqreqat obyektin müxtəlif hissələrinə
baxılır, tam şəkildə isə aqreqat obyektə baxılmır. Məsələn, bir
təsvirdə prosessora və yaddaş qurğusuna, digər təsvirdə isə
klaviaturaya və printerə baxılır. Hər bir lokal təsvirdə aqreqatın
yaradılması üçün lazımı şərt yoxdur, lakin onların
birləşdirilməsi nəticəsində aqreqat yaradıla bilər (şəkil 3.6).
3. Eyni obyektə müxtəlif təsvirlərdə baxılır, lakin onun
tərkib hissələri fərqlənir. Aqreqatların birləşdirilməsi ilə
təsvirlər birləşdirilir. Məsələn, “İşçi” obyekti bir təsvirdə
“Tabel nömrəsi” və “Vəzifəsi” (şəkil 3.7a) digər təsvirdə isə
“Soyadı-adı-atasının adı”, “Təvəllüdü” və “Ünvanı” (şəkil
3.7b) atributları ilə təsvir olunubsa, həmin aqreqatların
birləşdirilməsi nəticəsində “İşçi” obyekti “Tabel nömrəsi”,
45
“Soyadı-adı-atasının adı”, “Vəzifəsi”, “Təvəllüdü”, “Ünvanı”
atributlarından ibarət aqreqat kimi təsvir olunur (şəkil 3.7v).
Ümumiləşdirmə elə abstraksiya növüdür ki, onun
vasitəsilə müxtəlif tipli oxşar obyektlərə bir ümumi obyekt
kimi baxılır ( 3.7). Ümumiləşdirmədə oxşar obyektlərin ümumi
xassləri nəzərə alınır. Çoxsəviyyəli strukturlarda
ümumiləşdirmə cins-növ iyerarxiyasını yaratmağa ikan verir.
Növə aid olan obyekt yalnız ona xas olan xassələrdən əlavə
cinsə aid olan oyektin xassələrini də irsən götürür.
Ümumiləşdirmə aparıldıqda modelə tipi və rolu göstərən məna
kateqoriyası daxil edilir və cins iyerxiyası həmin kateqoriyaya
görə formalaşdırılır.
Kompüter
Prosessor Yaddaş
qurğusu
Klaviatura Printer
Şəkil 3.6. «Kompüter» aqreqatınn strukturu
46
İşçi
Tabel nömrəsi Vəzifəsi
İşçi
Soyadı – Adı –
Atasdının adı Təvəllüdü Ünvanı
İşçi
Tabel
nömrəsi
Soyadı – Adı
– Atasdının
adı
Vəzifəsi Təvəllüdü
Şəkil 3.7. Müxtəlif tərkibli eyni aqreqatların birləşdirilməsi
a)
b)
v)
Ünvanı
47
IV. VERİLƏNLƏRİN REALYASİYA MODELİ
4.1. Verilənlərin model anlayışı
Verilənlərin modeli (VM) onların necə və hansı
qaydalarla strukturlaşmasını təyin edir. Lakin struktur xassələri
verilənlərin semanikasını və onlardan istifadə üsullarını tam
açmağa imkan vermir. Bunun üçün verilənlər üzərindəki
əməliyyatlar da müəyyən olunmalıdır. Məsələn, obyektlər
siyahası əməliyyatların tipindən asılı olaraq stek və ya növbə
strukturları ilə təşkil oluna bilər. Beləliklə, əməliyyatlar
verilənlərin strukturları ilə uyğunlaşdırılmalıdır.
Verilənlərin modelləri yüksək dərəcədə tipikləşdirilmiş
modellər sinifinə aiddir. Bu o deməkdir ki, hər bir verilən bu və
ya digər kateqoriyaya aid edilə bilər. Əgər bu mümkün deyilsə,
veriləni süni yollarla müəyyən kateqoriyaya gətirib çıxarırlar.
Əksər hallarda kateqoriyalar əvvəlcədən müəyyənləşdirilir
(məsələn “atribut”, “əlaqə” kateqoriyaları). Kateqoriyalar və
onlar arasındakı əlaqələr birlikdə sxem adlanır.
Tətbiq sahəsinin xüsusiyyətlərindən və istifadəçilərin
tələblərindən asılı olaraq verilənlərin modelləri müxtəlif ola
bilər. Buna baxmayaraq bütün modellərə aid olan ümumi
anlayışlar və təyinetmələr mövcuddur. Bununla əlaqədar olaraq
real aləmin modelinə və onun xassələrinə baxaq. Bu xəssələri 2
sinifə ayırmaq olar: statik və dinamik. Statik xassələrə vaxta
görə invariant olan xassələr aiddir. Onlar həmişə və ya
müəyyən vaxt intervalında döğru və dəyişilməz olur. Dinamik
xassələr dünyanın təkamül təbiətini təyin edir. İstənilən VM bu
iki sinif xassəəlri müəyyən dərəcədə əks etdirməlidir. Bununla
əlaqədar olaraq verilənlər modelinin (M) yaranma qaydaları
(G) və əməliyyatlar (O) çoxluqları vasitəsilə təyin edilməsinə
baxaq. Yaranma qaydaları VM-in statik xassələrini ifadə edir
və verilənlərin təsviri dili ilə əlaqələndirilir. Yəni bu dil vasitəsi
ilə veriəlnlərin mümkün olan strukturları və reallaşdırmaları
48
təyin edilir. Verilənlərin strukturunun təyini yaranma
qaydalarına cavab verən uyğun kateqoriyaların (tiplərin)
müəyyənləşdirilməsi ilə əldə edilir. Kateqoriyların
müəyyənləşdirilməsi isə atributlar və onların qiymətləri vasitəsi
ilə aparılır. Verilən və əlaqələrin mümkün realizasiyasının
seçilməsi hər bir kateqoriya üçün mövcud olan «tamlığın
məhdudluğu» nəzərə alınmaqla aparılır. Məsələn, işçinin tabel
nömrəsi unikal olmalıdır və ya əmək haqqı 7 rəqəmli ədəd
olmalıdır. Aşkar məhdudluqlarla yanaşı modeldə struktur
spesifikasiyalarına aid olan daxili məhdudluqlar da göstərilə
bilər. Məsələn, obyektlər arasındakı əlaqələr ağacvari strukturla
məhdudlana bilər. Əməliyyatlar çoxluğu (O) VM-in dinamiki
xassələrini ifadə edir. Bu çoxluq verilənlərlə əməliyyat dili
vasitəsi ilə əlaqəlndirilir. Əməliyyatlar çoxluğu verilənlər
bazasının Di realizasiyası üzərində onun Dj realizasiyasına
çevrilməsi üçün aparılan əməliyyatları təyin edir. “O”
çoxluğunun hər bir əməliyyatı VB-ni bir vəziyyətdən digərinə
gətirir. Bu halda VB-nin strukturu dəyişir. Bu o deməkdir ki,
daxili məhdudluqların pozulmasına icazə verilmir. Yuxarıda
qeyd etdiymiz kimi, verilənlər bazasının idarə olunması
idarəetmə sistemi (VBİS) vasitəsilə həyata keçirilir. VBİS
verilənlər bazasının sxemini təsviretmə vasitələrinə malik olub,
verilənlər üzərində əməliyyatların aparılmasını təmin edir.
Yəni VBİS seçilən verilənəlrin modelinin tətbiqini təmin edir.
Odur ki, yaradılan hər bir VBİS konkret tip VM-ə yönəldilir.
Verilənəlrin modelləri verilənlərin konkret sistemlərdə
təsvirindən başqa digər məqsədlər üçün də istifadə olunur. Bu
modellər həm də veriəlnlərə səmərəli müraciət üsullarının
təminatçısı rolunu oynayırlar. Veriəlnlərin struktur
modelləşdirilməsində 3 tip modeldən istifadə olunur: iyerarxik,
şəbəkə və realiyasiya.
İyerarxik model verilənlərin qraf şəklində təsvirinə
əsaslanır. Sxemin qraf diaqramında təpələr (düyünlər)
verilənlərin tipini, budaqlar isə verilənlər arasında əlaqələri
49
göstərir. Əsas daxili məhdudluqlar bunlardır: a) əlaqələrin
bütün tipləri funksional xarakterlidir (1:1, 1:M, M:1); b)
əlaqələr ağacvari struktura malikdirlər. Verilənlər bazasının
sxemi üçün qrulmuş qraf-diaqrama təyinat ağacı deyilir. Əgər
veriəlnəlr təbii olaraq ağacvari struktura malikdirsə, ağacvari
modelin tətbiqi heç bir problem yaratmır. Lakin ağacvari
strukturdan fərqli strukturların təsviri üçün modelə əlavə
vasitələr daxil edilir. İyerarixik modelli sxemdə struktur
dəyişiliklərin aparılması da (xüsusilə alt ağacların ağacdan
kənarlaşdırılması və ya ağaca əlavə edilməsi) böyük
çətinliklərlə əlaəqdardır. İyerarxik modelli VBİS-ə misal olaraq
1970-1990 illərdə geniş tətbiq tapmış İMS sistemini və onun
əsasında yaradılmış OKA sistemini gösətrmək olar. Bu tip VB-
da verilənlər «valideyn - övlad» prinsipi ilə qruplaşdırılırlar.
Müəyyən bir verilənlə ifadə olunan «valideyn» hər bir sonrakı
informasiya elementi ilə övladlıq verilənləri ilə bağlanırdı. VB-
nın iyerarxik modelində verilənlərə müdaxilə yalnız valideyn -
övlad əlaqəsi ilə yarana bilərdi (şəkil 4.1).
Şəkil 4.1
Şəbəkə tipli modellər də iyerarxik modellər kimi verilənlərin
qraf diaqrammı şəklində təsvirinə əsaslanır. İyerarxik
modeldən fərql i olaraq, şəbəkə modelində 1:1, 1:M, M:1
Sifarişçi
Satış
bazarı Satış
bazarı Satış
bazarı
50
funksional əlaqələrlə yanaşı M:N əlaqəsi də həyata keçirilir.
Şəbəkə modellərinin və onlara uyğun VBİS-lərin
yaradılmasında və inkişafında verilənlərin emalı sistemləri
üçün dil vasitələrinin yaradılması ilə məşğul olan komitənin
(CODASYL) verilənlər bazaları üçün işçi qrupunun (DBTG)
verdiyi təkliflərin böyük rolu olmuşdur. CODASYL modeli
müxtəlif məsələlərin həlli üçün tətbiq edilən fayl sistemlərinin
və onların sonrakı inkişafı nəticəsində yaranan ilk şəbəkə
sistemlərinin təsiri altında yaradılmışdır. Şəbəkə modelində
M:N əlaqəsinin həyata keçirilməsi onun k sayda (1 kM)
1:N əlaqəsinə çevrilməsi ilə aparılır. Bu isə həm konseptual,
həm də fiziki səviyyədə mürəkkəblik yaradır. Şəbəkə modeli
VBİS-lərə misal olaraq, MARK-I, MARK-II, 9 PAC, IDS,
TOTAL, ADABAS, CET, CETOP sistemlərini göstərmək olar.
VB-nın şəbəkə modelində verilənlərə dostup ona gələn yollar
vasitəsi ilə həyata keçirilirdi. Bu zaman verilənlər faktiki
olaraq başqa verilənlər ilə də bağlı olur və vacib deyil ki, bu
əlaqələr iyerarxik olsunlar (şəkil 4.2).
Şəkil 4.2.
1 2
3 4 5
6 7 8
9 10 11
51
Relyasiya modeli verilənəlrin strukturlarının nisbətlər
şəklində təsvirinə və cədvəl formasında ifadə olunmasına
əsaslanır. Relyasiya modeli nisbətlər cəbri adlanan riyazi
aparatın verilənlərin idarə olunmasına tətbiqi nəticəsində
yaranmışdır. Həmin riyazi aparat relyasiya modelinin
xassələrini aydın və yığcam formada təyin etməyə imkan verir.
Bundan əlavə, relyasiya modeli nisbətlər üzərində müxtəlif
əməliyyatların (dekart hasili, birləşmə, kəsişmə, çıxma, bölmə,
seçmə, proyeksiya və s.) aparılmasına və nisbətlər arasında
istənilən tip əlaqələrin (1:1, 1:M, M:N) reallaşdırılmasına
imkan yaradır. Bu cəhətlərə görə 1970-ci illərin sonundan
başlayaraq yaradılan verilənlər bazaları relyasiya modelinə
əsaslanır. Beləliklə, relyasiya modeli verilənəlr bazasının
bugünkü qayəsini təşkil edir.
Hər bir yazı eyni sahələr yığımı ilə ifadə olunduqda fayl
ikiölçülü matris kimi təsvir edilə bilər. Bu gün əksər VB
relyasiya modelinə əsaslanır, daha doğrusu cədvəl şəkillidirlər.
Bildiyimiz kimi, cədvəl strukturunda verilənlərin strukturu sətir
və sütunların kəsişməsi ilə müəyyən olunur. VB-da sütunlar
sahələr (polya), sətirlər isə yazı (zapis) adlanır.
Sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də
olan informasiyanı ifadə edir. VB-nin strukturunu daha yaxşı
mənimsəmək üçün təsəvvür edək ki, baza boşdur və orada heç
bir verilən yoxdur. Bazada verilən olmasa da orada informasiya
var – bu bazanın strukturu, daha doğrusu, sahələr yığımıdır.
Məhz onlar bazaya yazılacaq və hansı cür yazılacaq verilənləri
müəyyən edirlər.
4.2. Əlaqəli cədvəllər
Cədvəl çəklində tərtib olunmuş verilənləri sadə VB
adlandırmaq olar. Əslində onlar baza yox, sadəcə cədvəllərdir.
Əgər informasiya belə sadə strukturda saxlanılsaydı, onunla
işləmək üçün xüsusi verilənlər bazasının idarə sistemləri
52
(VBİS) lazım olmazdı. Belə ki, praktikada daha mürəkkəb
strukturlu informasiyaları saxlamaq lazım gəlir ki, onlar da
çoxlu sayda belə cədvəllərdən ibarət olurlar.
Əlaqə cədvəllərinə malik VB relyasiya tipli VB adlanır.
Nümunə üçün satqı və çatdırma ilə məşğul olan kiçik bir
müəssisənin işinə baxaq. Müəssisə hansı məhsulu alıb,
hansından anbarda neçəsi qaldığını bilmək üçün ona VB
lazımdır. Hər bir alıcı, məhsulu gətirən (postavşik) və
məhsullar haqqında məlumatın bir cədvəldə saxlanılması çox
böyük çətinliklər yaradır. Bu zaman hər dəfə verilənlərin
təkrarı baş verəcəkdir. Hər dəfə müştəri növbəti məhsulu
alanda onun ünvanını, telefonunu və başqa verilənlərini
yazmaq lazım gələcəkdir. Əlbəttə ki, heç kim belə işləmir.
Daha yaxşı olar ki, bir neçə cədvəl hazırlansın:
- birində müştəri haqqında bütün verilənlər saxlanılsın,
- birində alınmış məhsullar haqqında bütün verilənlər
saxlanılsın – ixtiyari anda öyrənmək olsun ki,
müştəriyə nə verilib və hansı sənədlər hazırlanmalıdır.
- üçüncüdə – anbarda qalan məhsullar haqqında bütün
verilənlər – vaxtında ehtiyat görə bilmək üçün.
Bundan sonra cədvəllərin ayrı-ayrı sahələri
əlaqələndirilir. Bazanın əlaqəli cədvəllərə bölünməsi təkcə
rahatlıq üçün deyil, bu həm də vacibdir. Belə ki, əgər müxtəlif
yazılarda eyni verilənlər təkrarlanırsa, deməli baza pis
strukturlaşdırılıb. Bu halda düşünmək lazımdır ki, cədvəl
əlaqəli cədvəllər qrupuna necə bölünsün. Əgər cədvəllərarası
əlaqələr verilibsə, onda bu cədvəllərlə vahid bir VB kimi
işləmək olar.
4.2.1. Unikal və açar sahələr
VB-nın yaradılması onun cədvəllərinin yaradılmasından
başlayır. Struktur elə olmalıdır ki, baza ilə işləyərkən imkan
daxilində az verilən daxil edilsin. Əgər hər hansı veriləni bir
53
neçə dəfə daxil etmək lazım gəlirsə, bazanı əlaqəli cədvəllərdən
təşkil edirlər. Hər bir cədvəlin strukturunu ayrı-ayrı işləyirlər.
Cədvəllər arası əlaqələr etibarlı işləsin deyə və bu cədvəldəki
yazıya görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə
unikal sahəyə baxmaq lazımdır. Unikal sahə elə sahədir ki,
onda olan məzmun təkrarlanmır.
Məsələn, tutaq ki, Ehtiyat cədvəlindən məlumdur ki, onu
əməkdaş Əliyev işləyib, lakin müəssisədə çoxlu Əliyev ola
bilər və bilinməyəcək ki, hansı sifarişi hansı Əliyev edib. Bu o
deməkdir ki, Familiya sahəsi unikal ola bilməz və ondan
cədvəllər arası əlaqədə istifadə etmək olmaz.
Telefon nömrəsi sahəsi – daha münasib olardı, lakin
bildiyimiz kimi müəssisədə bir telefondan çoxlu sayda adam
istifadə edə bilər. Belə hallarda unikal bir sahə yaradılır. Bu
halda müəssisənin Əməkdaşlar cədvəlində əməkdaşın kodu
sahəsi yaradılır. Əməkdaş haqqında verilənlərin VB-a daxil
edilməsi zamanı ona mənimsənilir. Məhz ondan da cədvəllər
arası əlaqə üçün istifadə edilir. Odur ki, əməkdaşın kod sahəsi
unikal sahədir və cədvəllər arası əlaqə ilə bağlı problem baş
vermir.
Cədvəlin strukturu yaradılarkən bir sahəni (və ya bir neçə
sahələr kombinasiyasını) açar qeyd etmək olar. Açar sahələr ilə
proqram xüsusi işləyir. O, onun unikallığını yoxlayır və bu
sahələr üzrə seçməni yerinə yetirir. Açar sahə əlaqələrin
yaradılması üçün ən münasibidir.
Bəzən açar sahəni birinci dərəcəli açar adlandırırlar. Əgər
cədvəl yaradılarkən müəllif açar sahə verməyibsə, VBİS
cədvəldə ilkin açar sahəsinin verilməsi barədə xəbər verir.
Cədvəldə ilkin açar qismində tez-tez hesabat tipli sahələr
istifadə olunur. Bu sahədə iki eynimənalı yazı ola bilməz. Belə
ki, bu sahənin mahiyyəti avtomatik mənimsənilir.
Cədvəllərarası əlaqələrin strukturu verilənlərin sxemi
adlanır.
54
4.2.2. Funksional və tam funksional asılılıq
Funksional asılılıq atributlar arasındakı asılılıq tiplərindən
biridir. Funksional asılılıq bir tərəfdən o faktı göstrərir ki,
məsələn, “SOYAD” atributunun qiyməti “TABEL NÖMRƏSİ”
atributunun qiyməti ilə təyin olunur, digər tərəfdən onu
göstərir ki, İŞÇİ nisbətində “TABEL NÖMRƏSİ” atributunun
hər bir qiymətinə “SOYAD” atributunun yalnız bir qiyməti
uyğun gəlir.
Fərz edək ki, X və Y R nisbətinin atributlarıdır. R
nisbətində Y atributu X atributundan o vaxt funksional asılıdır
ki, X atributunun bir qiymətinə (x) Y atributunun yalnız bir
qiyməti (y) uyğun olsun. Y atributunun X atributundan
funksional asılılığı (f) belə göstərilir:
f : XY
Adətən X əsas açar rolunda çıxış edir.
Əgər XY və YX olarsa, onda X və Y atributları
arasında birmənalı tam uyğunluq mövcuddur.
X Y işarəsi X və Y atributları arasında funksional
asılılığın olmadığını göstərilir.
Tam funksional asılılıq anlayışı əsas açarın (X) bir neçə
atributun birləşməsindən ibarət olduğu hallarda tətbiq olunur.
Əgər Y atributu (və ya atributlar yığımı) X atributlar
çoxluğundan bütövlükdə funksional asılıdırsa və eyni zamanda
X-in heç bir alt çoxluğundan asılı deyilsə, onda Y atributu X-
dən tam funksional asılı hesab olunur. Məsələn, FƏHLƏNİN
İŞİ (Tabel nömrəsi, İşin nömrəsi, Fəhlənin soyadı, İşin adı, İş
saatlarının sayı) nisbətində “İş saatlarının sayı” atributu
(“Tabel nömrəsi”, “İşin nömrəsi”) tərkibli açarından tam
funksional asılıdır, çünki həmin atribut baxılan fəhlənin
konkret işə sərf etdiyi saatların miqdarını göstərir. Həm də
“Tabel nömrəsi” və “İşin nömrəsi” atributlarının heç biri
ayrılıqda “İş saatlarının sayı” atributunu müəyyən etmir. Bu
atribut baxılan nisbətdə tərkibli açardan tam funksional asılı
55
olan yeganə atributdur. “Fəhlənin soyadı” təkcə bir atributdan
“Tabel nömrəsi”ndən tam funksional asılıdır. Həmçinin “İşin
adı” atributu “İşin nömrəsi” atributundan tam funksional
asılıdır.
Beləliklə, əgər X atributlar yığımı R nisbətinin tərkibli
açarıdırsa, Y atributu X-in bir hissəsidirsə (Y X) və A əsas
açara daxil deyilsə (AX), onda
XA və Y A
olduqda A atributu X-dən tam funksional asılı olur, əks halda
yəni
XA və YA
olduqda R nisbətində qismən (natamam) funksional asılılıq
mövcuddur.
4.2.3. Çoxmənalı asılılıq
Y atributunun X atributundan çoxmənalı asılılığı belə
göstərilir:
f : X Y
Əgər R nisbətində X əsas açardırsa və X-in hər bir
qiymətinə Y-in bir neçə qiyməti uyğun gəlirsə və Y-in digər
atributlarla əlaqəsi yoxdursa, onda Y atributu X-dən
çoxmənalı asılı olur.
Çoxmənalı asılılığı əks etdirən aşağıdakı nisbətə baxaq:
MÜƏLLİM (Soyad, Qrup, Fənn)
Burada “Soyad” açar kimi təyin olunub.
Eyni müəllim bir neçə qrupda və hər qrupda bir neçə
fənndən dərs deyə bilər. Beləliklə, “Soyad” atributu ilə “Qrup”
56
və “Fənn” atributları arasında uyğun olaraq 1:M və M:N
əlaqələri mövcuddur.
Soyad Qrup Soyad Fənn
“Qrup” və “Fənn” atributları arasında heç bir əlaqə
yoxdur və onların qiymətləri nisbətin istənilən nüsxəsində
dəyişə bilər. Beləliklə, baxılan nisbətdə “Soyad»” atributu ilə
“Qrup” və “Fənn” atributları arasında çoxmənalı asılılıq
mövcuddur.
Şəkil 4.3.-də çoxmənalı asılılıq əks etdirilmişdir.
Şəkil 4.3. Çoxmənalı asılılığın əksi
4.3. Nisbətlərin normal formaları
Relyasiya sxemini təşkil edən nisbətlərin tərtibində
müxtəlif variantların olması səmərəli variantın seçilməsini,
yəni atributların əlverişli surətdə qruplaşdırılmasını tələb edir.
Bu məsələnin həllində aşağıdakı tələblər nəzərə alınmalıdır:
1) nisbətlər üçün seçilmiş əsas açarlar minimal olmalıdır;
2) relyasiya modelinə daxil edilən nisbətlərin sayı və
nisbətlərdə atributların təkrarlanması minimum
olmalıdır;
57
3) verilənlərin daxil edilməsi, xaric edilməsi və
dəyişdirilməsi əməliyyatlarının aparılmasında çətinlik
olmamalıdır;
4) yeni tip verilənlər daxil edilərkən nisbətlər yığımının
dəyişilməsi minimum olmalıdır;
5) sistemin müxtəlif sorğulara cavab vaxtları arasında
fərq çox olmamalıdır.
Verilənlərin daxil edilməsi, xaric edilməsi və
dəyişdirilməsi zamanı aşağıdakı anomaliyalar yarana bilər.
Məsələn, fərz edək ki, verilənlər bazası aşağıdakı nisbət
sxemindən ibarətdir:
TƏDARÜK (Tədarükçünün adı, Ünvanı, Mal, Miqdarı,
Qiyməti).
Tədarükçünün ünvanı tədarük olunan hər mal üçün təkrar
olunur. Verilənlərin dəyişdirilməsində anomallıq ondan
ibarətdir ki, tədarükçünün ünvanı dəyişdikdə həmin verilənin
daxil olduğu bütün kortejlərdə dəyişiliklər aparılmalıdır.
Müəyyən səbəbdən həmin verilən kortejlərin hamısında
dəyişdirilməyibsə, onda verilənlər bazasında ziddiyətlər
yaranır, yəni verilənlərin tamlığı pozulur.
Baxılan misalda verilənlərin bazadan xaric edilməsində
anomallıq o vaxt yarana bilər ki, bir tədarükçüyə aid olunan
kortejlərin hamısı kənar edilsin (məsələn, tədarükçü baxılan
vaxtadək heç bir mal göndərməyib). Bu halda bazada həmin
tədarükçünün adı və ünvanı qalmır, baxmayaraq ki, bir
müddətdən sonra həmin tədarükçü mal tədarük edə bilər (ola
bilər ki, müqaviləyə görə onun mal tədarükü vaxtı ilin
axırındadır). Bu halda sistem “hansı tədarükçülərlə müqavilə
bağlanıb” sorğusuna düzgün cavab verməyəcəkdir.
Bazaya verilənlərin daxil edilməsi zamanı o vaxt
anomallıq yaranar ki, tədarükçü ilə yenicə müqavilə bağlansın,
lakin hələ mal tədarükü olmasın. Bazaya “Tədarükçünün adı”,
“Tədarükçünün ünvanı”, verilənlərini daxil etmək mümkün
deyil, ona görə ki, tədarük haqqında hələ verilənlər yoxdur.
58
Bütün bu göstərilən məsələləri həll etmək üçün
konseptual modeldə nisbətlərin ilkin sxemləri
normallaşdırılmalıdır. Nisbətlərin normallaşdırılması onların
kompozisiyası, dekompozisiyası və hər nisbət üçün
normallaşdırma qaydalarına uyğun olaraq açarların təyin
edilməsi ilə əldə edilir.
Normallaşdırma metodları funksional və çoxmənalı
asılılıqlar anlayışlarına əsaslanırlar.
Nisbətlər sxeminin normallaşdırılması 5 səviyyə üzrə
aparıla bilər və buna uyğun olaraq nisbətlərin 5 normal forması
mövcuddur: 1-ci normal forma (1NF), 2NF, 3NF, 4NF, 5NF.
Bu formalar nömrələrin artma ardıcıllığına görə biri digərinə
daxil edilə bilər. Əgər nisbət 5-ci normal formadadırsa (5NF),
o həm də 4NF, 3NF, 2NF və 1NF formalarına uyğundur
(şəkil 4.4).
Şəkil 4.4. Nisbətlərin normal formaları
1-ci normal forma (1NF).
R nisbətinin sxemi o vaxt 1NF-də olar ki, onun
atributlarının hamısı atomar olsun, yəni uyğun domenlərin
qiymətləri skalyar kəmiyyət olsun. Nisbəti 1NF-də ifadə etmək
5NF
4 NF
2 NF 1 NF
3NF
59
üçün tərkibli atributları tərkib hissələrinə ayırıb atomar
formada yazmaq lazımdır.
Sorğu dilləri ilə işləmək üçün nisbətlərin 1NF-də olması
kifayətdir. Nisbətlərin sonrakı normallaşdırılması isə yuxarıda
göstərilmiş tələbləri yerinə yetirmək üçün lazımdır.
2-ci normal forma (2NF).
Əgər R nisbəti 1-ci normal formadadırsa və onun hər bir
atributu əsas açardan tam funksional asılıdırsa, onda nisbət 2-ci
normal formadadır. Məsələn,
İŞÇİ (Tabel sayı, Soyadı, Ünvan)
nisbəti 2NF-ə məxsusdur (əsas açarın altından xətt
çəkilmişdir).
Asan görmək olar ki, əgər mümkün açarlardan hər biri
yalnız bir atributdan ibarət olarsa (yuxarıdakı misal), onda
nisbət 2NF-də verilmiş olur, çünki bu halda açar olmayan
atributların hamısı açardan tam funksional asılı olur.
Bir sıra hallarda 2NF verilənlərin daxil edilməsi, xaric
edilməsi və dəyişdirilməsi əməliyyatlarının yerinə
yetirilməsində anomaliyalara səbəb ola bilər. Bu cür
anomaliyaları aradan qaldırmaq üçün 3-cü və 4-cü normal
formalar tətbiq edilir.
3-cü normal forma (3NF).
Bu səviyyədə tranzitiv adlanan asılılıqlar aradan qaldırılır.
R nisbəti o vaxt 3-cü normal formada hesab olunur ki, o,
2NF-də olsun və açara daxil olmayan hər bir atribut ilkin
açardan tranzitiv asılı olmasın. Bu o deməkdir ki, R nisbətində
elə X açarı və açara daxil olmayan Y və Z atributları (YR,
ZR) var ki,
XY və Y Z olduqda
YX və ya ZY
asılılıqları (yəni əks asılılıq) da eynimənalı olmalıdır. Əks
halda Z atributu X-dən tranzitiv asılı olur.
60
Məsələn, şəkil 4.5-də göstərilmiş nisbət 3NF-ə malik
deyil. Həmin nisbəti 2 hissəyə ayırmaqla (R1, R2) onu 3NF-ə
gətirmək olar.
Şəkil 4.5. Tranzitiv əlaqə və onun aradan qaldırılması
Gücləndirilmiş 3NF Boys-Kodd normal forması.
Nisbətdə yalnız bir açar olduqda və digər asılılıqlar, o
cümlədən, çoxmənalı asılılıqlar olmadıqda 3NF nisbəti
təkrarlanmalardan (verilənlərin artıqlığından) və həmcinin
daxiletmə, xaricetmə və dəyişdirmə əməliyyatlarında rast gələn
anomaliyalardan azad edir. Əgər 3NF-də olan nisbətdə
çoxmənalı asılılıqlardan başqa digər asılılıqlar varsa, onda
3NF-də əməliyyatların yerinə yetirilməsində bəzi anomaliyalar
baş verir. Bu zaman 3NF-in gücləndirilmiş formasından (ona
Boys-Kodd normal forması deyilir) istifadə olunur.
F asılılıqlarına malik R nisbəti o vaxt gücləndirilmiş 3NF-
də olur ki, hər dəfə X-ə daxil olmayan A atributu üçün XA
asılılığı mövcud olduqda X mümkün açar olsun. Hər hansı
X Y
Y X
Z R:
R:
Z R:
Y
61
atributun tam funksional asılı olduğu müəyyən atributa (və ya
atributlar birləşməsinə) determinat deyilir. Əgər nisbətin hər bir
determinatı açar rolunda çıxış edə bilərsə, bu cür nisbət
gücləndirilmiş 3NF-ə malik olur.
Fərz edək ki, sifarişlərə görə partiyalarla mal
göndərilməsini əks etdirən SİFARİŞ-MAL (Sifariş, Partiya,
Mal) nisbətinə baxılır (şəkil 4.6).
SİFARİŞ-MAL
Sifariş Partiya Mal
S1 P1 M1
S2 P1 M2
S3 P1 M3
S1 P2 M4
S2 P2 M5
S2 P3 M6
S3 P3 M7
Şəkil 4.6.
Hər partiya bir neçə sifarişə məxsus ola bilər, hər bir mal
yalnız bir sifarişə və bir partiyaya daxil ola bilər. Bir partiyada
müxtəlif sifarişlərə məxsus bir neçə mal ola bilər.
Baxılan nisbətdə açar rolunda ”Sifariş” və “Partiya”
atributları çıxış edə bilər.
Fərz edək ki, açar kimi həmin atributların
birləşdirilməsindən istifadə olunur. Nisbətdə aşağıdakı
funksional asılılıqlar mövcuddur:
“Sifariş, Partiya””Mal” və “Mal””Partiya”.
62
Nisbət 3NF-ə malikdir, çünki açar olmayan atributların
açardan qismən və tranzitiv asılılığı yoxdur. Lakin nisbətdə
tərkibli açarın bir hissəsi olan “Partiya” atributunun açar
olmayan “Mal” atributundan asılılığı müşahidə olunur. Bu cür
asılılıq aşağıdakı anomaliyalara səbəb olur:
1. Verilənlərdə ziddiyyətliyin olması problemi çıxır. Belə
ki, “Mal” atributunun qiymətlərində aparılan dəyişilik nisbətin
bütün kortejlərinə baxmağı tələb edir.
2. Mal və onun daxil olduğu partiya haqqında verilənlər
sifariş təyin olunana qədər nisbətə daxil edilə bilməz və əksinə,
əgər sifariş nisbətdən xaric edilirsə (sifariş ləğv olunubsa),
onda həmin sifarişə uyğun mal haqqında verilənlər bazadan
xaric olunacaq.
Həmin anomaliyaların aradan qaldırılması tərkibli açara
daxil olan atributun (“Partiya”) açar olmayan atributdan
(“Mal”) asılılığını yox etməklə mümkündür. Bunun üçün ilkin
“SİFARİŞ-MAL” nisbəti 2 nisbətə bölünür: “SİFARİŞ-
PARTİYA” və “MAL-PARTİYA” (şək.4.7).
“SİFARİŞ-PARTİYA” “MAL-PARTİYA”
Sifariş Partiya Mal Partiya
S1 P1 M1 P1
S2 P1 M2 P1
S3 P1 M3 P1
S1 P2 M4 P2
S2 P2 M5 P2
S2 P3 M6 P3
S3 P3 M7 P3
Şəkil 4.7.
63
4-cü normal forma (4NF).
Əgər nisbətdə çoxmənalı asılılıq varsa, onda nisbətin
sxemi 4-cü normal formaya gətirilməlidir. Əks halda yenə də
anomal hallar yarana bilər. Əgər R nisbətində X Y
çoxmənalı asılılıq varsa (Y boş olmayan çoxluqdur və X-in
altçoxluğu deyil və həmçinin X, Y çoxluğu R nisbətinin bütün
atributlarını əhatə etmir) və istənilən A atributu üçün XA
funksional asılılıq mövcuddursa, onda R nisbəti 4NF-də hesab
olunur. Nisbətin normallaşdırılması onun dekompozisiyası
vasitəsilə əldə edilir.
nAAAR ,..., 211 nisbətinin dekompozisiyası onun
kRRR ,..., 21 altçoxluqları ilə əvəz edilməsi deməkdir:
kRRRR ...21 . Bu zaman Rk nisbətləri bir-birilə
kəsişə bilər. Lakin dekompozisiyaların hamısı itkisiz
birləşdirmə və asılılıqların saxlanması xassəsinə malik olmaya
bilər. Əgər adi birləşdirmə ilkin nisbəti vermirsə, onun bərpa
edilməsi üçün başqa üsul yoxdur. Şəkil 4.8-də çoxmənalı
asılılığa malik olan və 3NF-də verilən “Fənn-Müəllim-Qrup”
nisbəti göstərilmişdir. Göründüyü kimi, çoxmənalı asılılıq
nəticəsində nisbətdə informasiya artıqlığı mövcuddur. Bu isə
əməliyyatların aparılmasında çətinliklər yaradır. Məsələn, yeni
yaranan qrupu bu cədvələ daxil etmək üçün iki yeni kortej (hər
müəllim üçün bir ədəd, çünki hər qrupda 2 müəllim dərs aparır)
yaratmaq lazımdır. Bu çatışmazlığı aradan qaldırmaq üçün
nisbət 4NF-ə gətirilməlidir. Bu məqsədlə verilən nisbət iki
proyeksiya ilə əvəz olunur: “Fənn-Müəllim” və “Fənn-Qrup”
(şəkil 4.9). Bu nisbətlərin hər ikisi 4NF-ə malikdir.
Qeyd etdiyimiz kimi, nisbətin normallaşdırılması onun
sxeminin dekompozisiyası vasitəsilə aparılır. Bu zaman ilkin
nisbətin bərpası üçün aşağıdakılar tələb olunur:
ilkin nisbətin kortejləri itə bilməz;
ilkin nisbətdə olmayan kortejlər yaradıla bilməz;
ilkin nisbətdəki funksional asılılıqlar saxlanmalıdır.
64
FƏNN-MÜƏLLİM-QRUP
Fənn Müəllim Qrup
İnformatika
İnformatika
İnformatika
İnformatika
Kərimli K.
Kərimli K.
Abaslı A.
Abaslı A.
601
603
601
603
Şəkil 4.8.
FƏNN-MÜƏLLİM
Fənn Müəllim
İnformatika
İnformatika
Kərimli K.
Abaslı A.
FƏNN-MÜƏLLİM-QRUP
Fənn Qrup
İnformatika
İnformatika
601
603
Şəkil 4.9.
Bəzi hallarda dekompozisiya ilkin nisbətin bərpasına
təminat vermir. Nisbət proyeksiyaların birləşdirilməsi ilə o vaxt
itkisiz bərpa oluna bilər ki, birləşdirməyə görə asılılıqlar
olduqda proyeksiyaların birləşdirilməsinə görə asılılığın təmin
edilməsi üçün əlavə tədbirlər tələb olunur. Bu halda 4NF
informasiya artıqlığını və bununla əlaqədar daxiletmə
əməliyyatında yaranan çətinliyi aradan qaldıra bilmir. Belə
hallarda 5NF-dən istifadə olunur.
5-ci normal forma (5NF).
5NF-də nisbətin dekompozisiyası elə aparılır ki, nəticə
birləşdirməyə görə asılılığı təmin etsin. Bunun üçün 4NF-dən
elə proyeksiyalar alınır ki, hər proyeksiyada mümkün açarların
sayı birdən az olmasın və heç olmasa bir açar olmayan atribut
65
olsun. Bu o deməkdir ki, 5NF-də birləşdirməyə görə asılılıq
mümkün açarlarla təmin olunur. 5NF informasiya artıqlığını və
bununla da daxiletmə anomaliyasını aradan qaldırır.
Beləliklə, nisbətin normallaşdırılması prosesində ardıcıl
olaraq aşağıdakı funksional asılılıqlar aradan qaldırılır:
açar olmayan atributların açardan qismən
asılılığı;
açar olmayan atributların açardan tranzitiv
asılılığı;
açarın açar olmayan atributlardan asılılığı;
müstəqil çoxmənalı asılılıqlar.
Bu asılılıqları yox etməklə verilənlərin təkrarlanması və
daxiletmə, xaricetmə, dəyişdirmə əməliyyatlarında yaranan
anomaliyalar aradan götürülür.
Nəhayət bir daha verilənlər bazasının
layihələndirilməsində normallaşdırma prosesinin yeri
haqqında:
əvvəlcə obyekt-əlaqə modelindən istifadə etməklə
VB-nin ilkin nisbətləri formalaşdırılır;
sonra normallaşdırma yerinə yetirilir, yəni
normallaşdırma qaydalarında uyğun olaraq ilkin
nisbətin kompozisiyası-dekompozisiyası aparılır və
yeni nisbətlərə açarlar təyin olunur;
nəhayət normallaşdırılmış nisbətlərin sxemləri VBİS-
in vasitələri ilə təsvir olunur və kompüterə daxil
edilir.
Qeyd edək ki, normallaşdırma nəticəsində VB-də
nisbətlərin sayı və emal vaxtı artır. Lakin verilənlərin dəqiqliyi
və təkrarlanmaların aparılan qaldırılması hesabına verilənlərə
müraciət əməliyyatları sürətlənir.
66
V. VERİLƏNLƏR BAZASININ İDARƏ OLUNMASI
Verilənlər bazasının idarə olunması linqvistik və proqram
təminatı baxımından verilənlər bazasının idarəetmə sistemi,
təşkilati baxımından isə verilənlər bazasının administratoru
tərəfindən yerinə yetirilir.
5.1. Verilənlər bazasının idarəetmə sistemi
Verilənlər bazasının mərkəzləşdirilmiş idarə olunmasını
və verilənlərə müraciəti təmin etmək üçün linqvistik və
proqram vasitələrindən ibarət xüsusi kompleks yaradılır ki,
onun da adına verilənlər bazasının idarəetmə sistemi (VBİS)
deyilir. Şəkil 5.1a-dan göründüyü kimi VBİS informasiya
sisteminin mərkəzi hissəsini təşkil edir.
67
Seçilən modeldən asılı olmayaraq, verilənlər VB-də
əlaqələndirilmiş fayllar şəklində saxlanır. Odur ki, VBİS-in
əsas funksiyaları VB-nin fayllarını aralarındakı əlaqələri nəzərə
almaqla təşkil etmək, VB-də lazımi düzəlişləri (verilənlərin
əlavə edilməsi, dəyişdirilməsi və silinməsi) və sorğulara görə
verilənlərə müraciəti təmin etməkdir. Bu əsas funksiyalardan
əlavə müasir VBİS-də sorğuya görə seçilən verilənlərin emalı
də (onlar üzərində hesab və məntiq əməliyyatlarının
aparılması) nəzərə alınır. Deyilənləri nümayiş etdirmək üçün
TABLE adlı bir fayldan ibarət VB-yə baxaq (şəkil 5.1b) Qeyd
edək ki, sonrakı söhbətlərdə və misallarda biz relyasiya
modelinə əsaslanacağıq.
TABLE faylı
TN SOYAD Dİ VAZ MA
010
015
021
030
036
041
055
062
101
120
122
130
ABASLI
BAĞIROV
BAYATLI
DURSUNLU
EMİNOV
FİZULLU
İLHAMOV
LAÇINLI
MƏMMƏDOV
QASIMZADƏ
VƏLİZADƏ
XIDIRLI
1965
1951
1949
1970
1968
1951
1975
1970
1950
1955
1972
1966
MÜHƏNDİS 2100
TEXNOLOQ 2200
ÇİLİNGƏR 2000
TEXNİK 1700
TEXNOLOQ 2100
MÜHASİB 1600
ÇİLİNGƏR 1900
MÜHƏNDİS 2200
PROQRAMÇI 2300
ÇİLİNGƏR 2100
OPERATOR 1500
MÜHƏNDİS 2300
Şəkil 5.1b. Verilənlər bazası
TABLE faylında müəssisənin işçilərinin maaşları
haqqında məlumat toplanır. TABLE-faylı həmin adda
mahiyyət (obyekt) tipinin nüsxələrini özündə saxlayır. Ona
68
başqa sözlə mahiyyət tipinin genişlənməsi də deyilir. Faylın
hər bir yazısı (record) tipin bir nüsxəsini ifadə edir. TABLE
mahiyyəti 5 atributla xarakterizə olunur: TN (tabel nömrəsi),
SOYAD – işçinin soyadı, Dİ – doğulduğu il, VAZ – vəzifəsi,
MA - maaşı. Cədvəlin hər bir sətri (kortej) faylın bir yazısına
uyğun olub, konkret işçi haqqında verilənləri əks etdirir.
Cədvəlin hər bir sütunu (domen) uyğun atributun qiymətlər
çoxluğunu ifadə edir. Fayl baxımından cədvəlin sütununa sahə
(field) deyilir. Beləliklə, VB-yə ümumi baxımda (buna fayl
baxımı da demək olar) “yazı” və “sahə” terminlərindən,
relyasiya sistemi baxımında isə “sətir” (kortej) və “sütun”
(domen) terminlərindən istifadə olunur.
Sonrakı misallarda seçmə, daxiletmə, dəyişdirmə və
silinmə əməliyyatlarına baxarkən relyasiya modelli VB-nin
standart dili kimi qəbul olunmuş SQL dilinin elementlərindən
istifadə olunur .
TABLE faylından ibarət VB-də seçmə əməliyyatı və onun
nəticələri şəkil 5.2-də göstərilmişdir.
Seçmə:
SELECT TN, SOYAD, MA
FROM TABLE
WHERE VAZ=MUHANDIS;”
Nəticə:
TN SOYAD MA
010
062
130
ABASLI
LAÇINLI
XIDIRLI
2100
2200
2300
Şəkil 5.2. Verilənlər bazasından seçməyə misal
69
Misaldan göründüyü kimi TABLE faylından seçmə TN,
SOYAD, MA sahələrinə görə vəzifəsi (VAZ) “MUHANDIS”
olan işçilər üçün aparılır.
Baxılan bazada daxiletmə (INSERT), dəyişdirmə
(UPDATE) və silinmə (DELETE) əməliyyatlarının
aparılmasına aid misallar şəkil 5.3-də verilmişdir.
Yeni verilənlərin daxil edilməsi:
INSERT
INTO TABLE (TN, SOYAD, DI, VAZ, MA)
VALLES (125, BABAZADE, 1947, MEXANİK,1900);”
Verilənlərin dəyişdirilməsi:
UPDATE TABLE
SET MA=2300
WHERE TN =021;
Verilənlərin silinməsi:
DELETE
FROM
WHERE TN =120;
Şəkil 5.3. Daxiletmə, dəyişdirmə və silinmə əməliyyatlarına aid
misallar
Şəkil 5.4-də verilənlər bazasının idarəetmə sisteminin
sadələşdirilmiş sxemi verilmişdir. Burada VBİS-in əsas
komponentləri olan verilənlər bazası proqram təminatı,
linqvistik təminat göstərilmişdir. VBİS-in proqram vasitələri
əməliyyat sisteminin idarəsi altında fəaliyyət göstərirlər. VBİS
həm istifadəçi-şəxslərin, həm də istifadəçi-proqramların
(tətbiqi proqramların) sorğularına cavab verir.
Verilənlərə müraciətin VBİS tərəfindən idarə olunması
aşağıdakı kimi aparılır.
70
Şəkil 5.4. VBİS-in sadələşdirilmiş sxemi.
1. Müəyyən dildən (məsələn, SQL dilindən) istifadə
etməklə istifadəçi öz sorğusunu sistemə daxil edir.
2. VBİS sorğunu qəbul edərək onu təhlil edir.
3. Sonra VBİS tərəfindən həmin sorğuya uyğun xarici
sxem, onun konseptual sxemdə əksi (xarici-
konseptual), konseptual sxem, konseptual sxemin
daxili sxemdə əksi araşdırılıb, tələb olunan
verilənlərin daxili strukturları təyin olunur.
4. VBİS saxlanan verilənlər üzərində tələb olunan
əməliyyatları aparır.
Fərz edək ki, istifadəçinin sorğusuna görə xarici yazının
müəyyən nüsxəsinin seçilməsi tələb olunur. Ümumi halda tələb
olunan verilənlərin seçilməsi üçün konseptual yazıların bir
neçə nüsxəsinin seçilməsi lazım gəlir. Bu isə öz növbəsində
fiziki səviyyədə saxlanan yazıların bir neçə nüsxəsindən
müəyyən sahələrin seçilməsini tələb edir. Əvvəlcə VBİS
Verilənlər bazasının adminstratoru
Proqram
təminatı
Linqvistik
təminat Əməliyyat
sistemi
Tətbiqi
proqramlar
İstifadəçi
şəxslər
Verilənlər
bazası
71
saxlanan yazıların tələb olunan nüsxələrini seçməli, sonra
konseptual yazıların tələb olunan nüsxələrini qurmalı və
nəhayət xarici yazının nüsxəsini formalaşdırmalıdır. Hər
mərhələdə verilənlərin tipinin çevrilməsi və ya başqa
çevrilmələr tələb oluna bilər.
Baxılan misalın şərhi xeyli sadələşdirilmişdir. Burada
nəzərə alınır ki, bütün proses interpretasiya olunandır, yəni
sorğunun təhlili, müxtəlif sxemlərdən seçmələr və digər
əməliyyatlar sorğunun icrası zamanı yerinə yetirilir.
İnterpretasiya prosesinə nisbətən çox vaxt sərf olunduğundan,
onun məhsuldarlığı aşağı olur. Praktikada, adətən, sorğunun
icrasından əvvəl o kompilyasiya edilir, yəni sorğu əvvəlcədən
sistemin daxili dilinə çevrilir. VBİS verilənlərin bütün
səviyyələrdə (xarici, konseptual, daxili, və uyğun
əksolunmalar) təyinini və bu təyinlərin uyğün formalara
çevrilməsini təmin etməlidir. Bunun üçün onun tərkibində
linqvistik vasitəsilər (verilənlərin təsvir dilləri) və linqvistik
prosessor olmalıdır. Yəni VBİS verilənlərin təsvir dillərinin
morfologiyasını və sintaksisini “başa düşməlidir”.
VBİS verilənlərin seçilməsi, dəyişdirilməsi,
yeniləşdirilməsi və silinməsi əməliyyatlarını təmin etməlidir.
Bunun üçün o verilənlərin emalı dilinə və prosessora malik
olmalıdır. Həmin prosessor həm reqlamentli (planlaşdırılmış),
həm də təsadüfi (planlaşdırılmamış) sorğuların emalını təmin
etməlidir. Təsadüfi sorğuların emalı xüsusi problem
olduğundan, o, VBİS-in və ona əlavə olunan üstqurum proqram
vasitələrinin köməkliyi ilə həll olunur. Reqlamentli sorğular
adətən əməliyyat xarakterli tətbiq üçün (məsələn, standart
formalarla müxtəlif hesabat cədvəllərinin qurulması), təsadüfi
sorğular isə qərarların qəbulunun informasiya təminatı üçün
nəzərdə tutulur. Reqlamentli sorğuların emalı əvvəlcədən
hazırlanmış poqramlarla, təsadüfi sorğuların emalın isə təyinat
üzrə interaktiv aparılır.
72
VBİS istifadəçilərin sorğularını nəzarətdə saxlamalı,
verilənlərin təhlükəsizliyini və tamlığını təmin etməlidir.
Verilənlərin bərpasına və təhlükəsizliyinə nəzarət də VBİS-in
funksiyalarına daxildir. VBİS-in vacib tərkib hissələrindən biri
də verilənlər lüğətidir. Verilənlər lüğətinə sistemin
metaverilənlər bazası kimi baxmaq olar. Burada «verilənlər
haqqında verilənlər» («metaverilənlər»), o cümlədən, hər
səviyyəyə uyğun sxemlərin (xarici, konseptual, daxili) təsviri,
sxemlərin bir-birində əksləri, standart sorğular, həmin
sorğularla onları emal edən proqramlar arasında əlaqələr,
sorğulara uyğun hesabat formaları, istifadəçilər, verilənlərin
alınma mənbələri, sistemə qoşulan terminallar və s. haqqında
məlumat saxlanır. Metaverilənlər bazasının idarə olunması,
yəni onun yaradılması, verilənlərin seçilməsi və dəyişiliklər
aparılması üçün də ayrıca proqram təminatı hazırlanır.
Bəzi hallarda, istifadəçilər sistemdən uzaq məsafədə
olanda, sorğular VB-yə kommunikasiya məlumatı formasında
ötürülür (istifadəçinin işçi stansiyasından birbaşa və ya
əməliyyat məntəqəsi vasitəsilə VBİS-ə). İstifadəçilərə cavablar
da VBİS-dən birbaşa və ya əməliyyat məntəqəsi vasitəsilə bu
cür məlumat formasında çatdırılır. Bu prosesin idarə olunması
«verilənlərin ötürülməsi dispetçeri»” adlanan proqram
kompleksi vasitəsilə aparılır. Adətən bu proqram kompleksi
VBİS-dən ayrı yaradılır və özünün hüquqi əsaslarına malik
olur. Bu cür sistemlərə səpələnmiş verilənlər bazaları sistemləri
deyilir. Bu tip sistemlər son illərdə geniş yayılan kliyent/server
arxitekturası ilə qurulur.
Beləliklə, yuxarıda şərh edilənləri yekunlaşdıraraq demək
olar ki, VBİS-in əsas vəzifəsi VB ilə istifadəçi arasında
interfeysin təmin edilməsidir. İstifadəçi interfeysi istifadəçinin
sistemlə sərhəddini təyin edir. Yəni istifadəçi interfeysi xarici
səviyyəni əhatə edir. Lakin əksər hallarda xarici təsvir
konseptual təsvirin bir hissəsi kimi özünü göstərir. VBİS-in
73
digər funksiyaları isə konseptual və daxili səviyyələrdə VB-in
reallaşdırılmasından ibarətdir.
VBİS-in Linqvistik təminatı
VBİS-in linqvistik vasitələrinə onun fəaliyyəti üçün
istifadə olunan müxtəlif dillər və lüğətlər daxildir. VBİS-də
istifadə olunan dillərə aşağıdakılar aiddir: verilənlərin təsviri
üçün dillər, verilənlərlə əməliyyət aparmaq üçün dillər,
proqram təminatının yaradılması üçün işlədilən dillər.
Həm istifadəçilər, həm də VB-nin administratoru
verilənlərin strukturunun təyini və dəqiq təsviri məqsədilə
verilənlərin təsviri dillərindən istifadə edirlər. Verilənlərin
təsviri üçün səmərəli dillərin yaradılması verilənlər bazalarının
və onların idarəetmə sistemlərinin layihələndirilməsində
mühüm problemlərdən biri sayılır. Bu dillər kompüter
texnologiyası ilə məşğul olan bir sıra öncül firma və
müəssisələr tərəfindən təklif olunmuş və yayılmışdır.
Verilənlərin təsviri metodlarını tədqiq etmək və səmərəli dillər
yaradıb yaymaq məqsədilə kompüter texnologiyası, o
cümlədən, verilənlər bazaları üzrə mütəxəssislər tədqiqat
qrupları təşkil etmişlər. Onlara misal olaraq verilənlərin emalı
sistemləri üçün dil vasitələrinin yaradılması ilə məşğul olan
komitənin (CODASYL) verilənlər bazaları üzrə işçi qrupunu
(DBTG), kompüter texnikası komitəsinin faylların təsviri və
emalı üzrə xüsusi qrupunu (ACM SİGFİDET), verilənlərin
idarəetmə sistemləri üzrə tədqiqat qrupunu (ANSI / SPARC)
göstərmək olar.
Təsvir səviyyəsinə uyğun olaraq verilənlərin təsviri üçün
3 tip dillərdən istifadə olunur:
sorğuların (xarici sxemin) təsiviri üçün dil
(istifadəçilərlə ünsiyyət dili);
konseptual sxemin təsiviri üçün dil;
daxili sxemin təsviri üçün dil.
74
Verilənlərin təsvir səviyyələri və dilləri arasında əlaqə
şəkil 5.5.-də göstərilmişdir. Hər istifadəçinin özünün ünsiyyət
dili var. Tətbiqi proqramçılar üçün bu ya proqramlaşdırma
dillərindın biri və ya baxılan sistemin xüsusi dilidir.
İstifadəçi-şəxslər (sonuncu istifadəçilər) ünsiyyət dili kimi
xüsusi sorğu dilindən və ya xüsusi təyinatlı dildən istifadə
edirlər. Sorğu dili əsasən xüsusiləşdirilmiş xarakter daşıyır,
yəni o istifadəçilərin tələblərinin ödənilməsi baxımından
yaradılır. Bəzi sistemlərdə istifadəçilər tətbiqi proqramçıların
işlətdiyi dildən istifadə edirlər. Lakin bu dil proqramçı olmayan
istifadəçilər üçün çətinlik törədir. Bu səbəbdən də inkişaf etmiş
VBİS-də istifadəçi şəxslər üçün xüsusi sorğu dilləri yaradılır.
Bu dillərə misal olaraq CBE (Cuery By Example-nümünəyə
görə sorğu dili) və SQL (Structured Query Language-
strukturlaşdırılmış sorğu dili) dillərini göstərmək olar.
Müasir VBİS-də xüsusi təyinatlı sorğu dillərindən geniş
istifadə olunur. Bu dillər əsasən interaktiv rejimdə işləmək
üçün nəzərdə tutulur və dialoq dili adlanır. Dialoq dili
quruluşuna və öyrənilməsinə görə daha sadə olub, təbii dilə
yaxındır. Bütün bu dilləri ümumiləşdirsək, demək olar ki,
onların hamısı verilənlər bazasının obyektləri və əməliyyatları
ilə bağlı konstruksiyalarından ibarət olan verilənlərin altdtlinə
malikdirlər. Baza dili adlandırılan proqramlaşdırılma dilində
verilənlərin altdili onun içərisinə daxil edilmişdir, yəni baza
dili VB ilə bağlı olmayan konstruksiyalara da (lokal
dəyişənlər, hesab və məntiq əməliyyatları və s.) malikdir.
Sistem bir neçə baza dilini və verilənlərin altdilini reallaşdıra
bilər. Lakin SQL dilindən praktik olaraq bugüngü sistemlərin
hamısında istifadə olunur. Bəzi sistemlərdə SQL ayrıca sorğu
dili kimi, bəzilərində isə baza dilinə (C, Kobol) daxil edilmiş
verilənlərin altdili kimi reallaşdırılır. SQL dili relyasiya
modelli sistemlərin standart dili kimi qəbul olunmuşdur.
75
Şəkil 5.5. Verilənlərin təsvir səviyyələri və dilləri arasında
əlaqə
Arxitektura baxımından verilənlərin altdilini və baza
dilini bir-birindən ayırmağın əlverişli olmasına baxmayaraq,
Konseptual sxem
Konseptual dil
İstifadəçi
proqramlar
İstifadəçi
şəxslər
Sorğular
(xarici sxem)
1. Baza dili +
verilənlərin altdili
2. Xüsusi dil
3. Sorğu dili
Xarici təsvir
Xarici- konseptual əksolunma
Konseptual
təsvir
Daxılı sxem
Daxili dil
Konseptual – daxili əksolunma
Daxili təsvir
76
praktikada onlar bir-birindən ayrılmaya bilərlər. İstifadəçi
baxımından onların bir-birindən ayrılmaması məqsədə-
uyğundur. Əgər onlar bir-birindən ayrılmırsa və ya çətin
ayrılırsa, onlara bərk əlaqəli dillər deyilir. Əgər onlar aşkarca
fərqlənirsə, zəif əlaqəli dillər adlanır. Bərk əlaqəli dillər
istifadəçilərə geniş imkanlar verirlər. Odur ki, yaxın gələcəkdə
bütövlükdə bərk əlaqəli sistemlərə keçilməsi gözlənilir.
Verilənlər lüğəti tətbiq sahəsini əhatə edən obyektlər,
onların atributları, obyektlər arasındakı qarşılıqlı əlaqələr,
verilənlərin alınma mənbələri, mümkün qiymətlər dairəsi,
təsvir formatları, istifadəçilər və onların sorğuları və s.
haqqında məlumatı mərkəzləşdirilmiş şəkildə özündə saxlayır.
Hər bir müəssisə və təşkilatda verilənlər bazasının tətbiqi
uzun vaxt tələb edir. Tətbiqi proqramların yaradılması və
inteqrallaşdırılması ilə əlaqədar olaraq verilənlər bazası
genişləndirilir. Yeni verilənlər daxil edilir, köhnələri isə silinir
və ya dəyişdirilir. Verilənlərin lüğəti bütün bu dəyişkliklər və
ümumiyyətlə, verilənlər ehtiyatları haqqında informasiyanı
özündə saxlayır.
Verilənlərin lüğəti istifadəçilərə və administratora
aşağıdakı funksiyaların yerinə yetirilməsində kömək edir:
istifadəçilər haqqında məlumatın əldə edilməsi və
onlar arasında əlaqə yaradılması;
sistemə yeni verilənlərin daxil edilməsi və ya mövcud
verilənlərin təsvirinin dəyişdirilməsi ilə əlaqədar
olaraq məlumatın alınması;
verilənlərdə təkrarlanmaların azaldılması və
ziddiyyətlərin aradan qaldırılması;
tipik sorğular, menyular və çıxış sənədləri haqda
məlumatın əldə edilməsi;
verilənlərdə edilən dəyişkliklərin bütövlükdə VB-yə
təsir dərəcəsinin təyini;
77
VB-nin yaradılmasını və genişləndirilməsini
sadələşdirmək məqsədilə verilənlərin idarə olunmasının
mərkəzləşdirilməsi.
Göründüyü kimi, verilənlər lüğətinin əsas vəzifəsi
verilənlərin sənədləşdirilməsindən ibarətdir. Onun özü
“verilənlər haqqında verilənlər”, yəni metaverilənlər bazasıdır.
Metaverilənlər bazasının təşkili və istismarı da müəyyən dil,
proqram və təşkilatı vasitələr tələb edir. Metaverilənlər
bazasının yaradılması və istismarı VB-nin administratorunun
funksiyalarına daxildir. Metaverilənlər bazasının strukturu və
tərkibi şəkil 5.6.-da göstərilmişdir.
Şəkil 5.6.
78
Çoxbazalı sistemlərdə metaverilənlər bazasında həmçinin
verilənlər bazaları və onlar arasında əlaqələr haqqında da
məlumat olur. Bundan əlavə hansı proqramın və ya
istifadəçinin hansı verilənlər bazasından istifadə etdiyi,
verilənlərin mühafizə kodu və onlara müraciətin məhdudluğu
haqqında informasiya da qeyd olunur.
VBİS-in proqram təminatı
VBİS-sin proqram təminatı verilənlər bazasının
yaradılması və istismarı ilə əlaqədar olan proseduraları yerinə
yetirən bir sıra proqram modullarından ibarət olan mürəkkəb
kompleksdir. Bu kompleksin yerinə yetirdiyi əsas funksiyalar
aşağıdakılardır:
verilənlər bazasının yaradılması;
verilənlər bazasının təshih edilməsi;
verilənlər bazasının genişləndirilməsi;
istifadəçi sorğularının emal üçün hazırlanması;
verilənlərin axtarışı;
verilənlər bazası ilə istifadəçilər arasında interfeysin
təşkili;
axtarış nəticələri üzərində sorğunun tələb etdiyi
əməliyyatların yerinə yetirilməsi;
verilənlərin tamlığının və mühafizəsinin təmin
edilməsi;
sistemin interaktiv rejiminin idarə olunması;
teleemal rejiminin idarə olunması;
verilənlər lüğətinin yaradılması və idarə edilməsi.
Göstərilən funksiyaların yerinə yetirən proqramlar VBİS-
in idarəedici proqramları sayılır. Bu proqramlardan əlavə
VBİS-in tərkibinə yaddaş sərfini azaltmaq məqsədilə
verilənlərin sıxlaşdırılması və açılmasını yerinə yetirən
proqramlar, verilənlərin düzgünlüyünü yoxlayan proqramlar və
digər servis xarakterli proqramlar da daxil edilir. VBİS-in
79
proqram vasitələrinin strukturu və tərkibi şəkil 5.7-də
göstərilmişdir.
Şəkil 5.7. VBİS-in proqram vasitələrin strukturu və tərkibi
5.2. Verilənlər bazasının administratoru
Qeyd etdiyimiz kimi, müəssisədə verilənlərin
mərkəzləşdirilmiş idarə olunmasına məsuliyyəti verilənlərin
administratoru (VA) daşıyır. Bu işin texniki təminatı isə
verilənlər bazası administratorunun (VBA) üzərinə düşür.
80
Beləliklə, VBA verilənlərin mərkəzləşdirilmiş idarə
olunmasına texniki səviyyədə cavab verir.
Verilənlər bazası ilə bir neçə istifadəçi qarşılıqlı əlaqədə
olur. Buna görə də müxtəlif tələblərin nəzərə alınması və
mübahisələrin aradan qaldırılması tələb olunur. Digər tərəfdən
VB-nin daim nəzarət altında saxlanması, onun fəaliyyətinin
müşahidə və tənzim olunması lazımdır. Bir sözlə, VB-nin
layihələndirilməsinin, reallaşdırılmasının və fəaliyyətinin
istiqamətləndirilməsinə və yerinə yetrilməsinə, həmçinin
verilənlərin saxlanmasına cavabdehliyi VB-nin administratoru
daşıyır. VBA-nın yerinə yetirdiyi funksiyalara baxaq.
1. Konseptual sxemin tərtib edilməsi.
Müəssisənin idarə olunmasında tələb olunan informasiya
əsasında verilənlərin administratoru VB-də hansı verilənlərin
saxlanmasını müəyyənləşdirir. Bu proses VB-nin konseptual
layihələndirilməsini əhatə edir. Verilənlərin administratoru
tərəfindən VB-nin tərkibi abstrakt səviyyədə təyin edildikdən
sonra VBA verilənlərin konseptual təsvir dilindən istifadə
etməklə konseptual sxemi tərtib edir.
Bu sxemin obyekt (kompilyasiya olunmuş) forması VBİS
tərəfindən istifadəçilərin sorğularına cavab vermək üçün
istifadə olunur. Onun ilkin (kompilyasiya olunmamış) forması
isə sistemin istifadəçiləri üçün arayış sənədi rolunu oynayır.
Qeyd edək ki, praktikada həmişə belə olmur. Bəzən
verilənlərin administratoru özü konseptual sxemi tərtib edir,
bəzən isə VBA konseptual layihələndirmə ilə də məşğul olur.
2. Daxili sxemin tərtib edilməsi.
Verilənlər bazasının administratoru həmçinin
verilənlərin yaddaşda necə saxlanması məsələsini də həll
etməlidir. Bu prosesə verilənlər bazasının fiziki
layihələndirilməsi deyilir. Fiziki layihələndirmədə VBA
verilənlərin daxili təsvir dilindən istifadə etməklə verilənlərin
saxlanma strukturunu, yəni daxili sxemi təyin edir. Bu zaman o
konseptual sxemlə daxili sxem arasında uyğun əksolunmanı
81
təyin etməlidir. Praktikada verilənlərin konseptual və daxili
təsvir dilləri bu əksolunmanı təyin edən vasitələrə malik ola
bilərlər. Lakin bu iki funksiyaya (daxili sxemin tərtibi və
əksolunmanın təyini) ayrıca baxılmalıdır. Konseptual sxemdə
olduğu kimi, daxili sxem və uyğun əksolunma ilkin və obyekt
formalarda mövcud olur.
3. İstifadəçilərlə qarşılıqlı əlaqə.
VBA-nın funksiyalarına istifadəçilərlə qarşılıqlı
əlaqələri, onlara lazım olan verilənlərin VB-də olmasını təmin
etmək, xarici təsvir dillərində sorğuların təsvirini yaratmaq və
ya bu işdə istifadəçilərə kömək etmək də daxildir. Bundan
əlavə hər bir xarici sxemlə konseptual sxem arasında
əksolunmanı də təyin etmək lazımdır. Praktikada verilənlərin
xarici təsvir dili bu əksolunmanı təyin edən vasitələrə malik ola
bilər. Lakin xarici sxem və onun konseptual sxemdə əksi bir-
birindən ayrılmalıdır. Xarici sxem və onun əksi ilkin və obyekt
formalarında mövcud olur.
İstifadəçilərlə qarşılıqlı əlaqənin digər cəhəti
tətbiqedilmələrin işlənib hazırlanması, texniki təhsilin təmininə
və istifadəçilərə xidmətdə yaranan problemlərin həllinə kömək
etməkdir.
4. Verilənlərin təhlükəsizliyi və tamlığı.
Verilənlərin təhlükəsizliyini və tamlığını təmin edən
qaydalara konseptual sxemin bir hissəsi kimi baxılır.
Verilənləirn konseptual təsvir dili bu qaydaların təyini üçün
vasitələrə malik olmalıdır.
5. Ehtiyat surətin çıxarılması və bərpaetmə prosedurası.
İnsanın səhvi üzündən, kompyüterin və ya əməliyyat
sisteminin nasazlığından VB-nin hər hansı bir hissəsinin
zədələnməsi zamanı verilənlərin minimal vaxtda və sistemin
digər hissələrinə təsir etmədən bərpa olunması çox vacib
məsələdir. İdeal halda zədələnməyən verilənlərə
toxunmamalıdır.
82
Verilənlər bazasının administratoru verilənlərin bərpası
üçün səmərəli üsul təyin etməli və yerinə yetirməlidir
(məsələn, VB-nin vaxtaşırı ehtiyat surət qurğusuna
köçürülməsi (“dampinq”) və lazım gəldikdə VB-nin sonuncu
surətdən (“damp”dan) öz yerinə yüklənməsi). Deyilənlərdən
belə nəticə çıxarmaq olar ki, verilənlər yığımının bir bazada
yox, bir neçə bazada saxlanması daha məqsədə uyğundur. Bu
halda ayrı-ayrı verilənlər bazaları “damp” və köçürülmə üçün
əlverişli olur.
6. Məhsuldarlığın təmini və dəyişilən tələblərə reaksiya.
VBA sistemin elə təşkilini təmin etməlidir ki, o bütün
müəssisə üçün məhsuldarlığı təmin etsin və dəyişilən tələblərə
uyğun yenidən qurula bilsin. Sistemin istismarı zamanı
məhsuldarlıq səviyyəsini saxlamaqla verilənlər bazasının
mərhələ-mərhələ yenidən təşkilinə ehtiyac ola bilər. Fiziki
səviyyədə aparılan dəyişikliklər konseptual səviyyədə
əksolunmanın dəyişilməsini tələb edir, lakin bu halda
konseptual sxem dəyişilməyə bilər.
Verilənlər bazasının administratoruna bir mütəxəssis
kimi ciddi tələblər qoyulur. O informasiya texnologiyası üzrə
yüksək səviyyəyə malik olmalıdır ki, verilənlərin strukturunu,
təşkil və emal üsullarını, dil və proqram vasitələrini araşdıra
bilsin və düzgün qərarlar qəbul etsin. VB-nin administratoru
həmçinin verilənlərin aid olduğu müəssisənin işini yaxşı
təsəvvür etməli və verilənlərdən necə istifadə olunması
bilməlidir. Bir sözlə, VB-nin administratorundan texniki
bilikdən əlavə tətbiq sahəsini yaxşı bilmək, istifadəçilərlə
ünsiyyəti bacarmaq və alternativ halları standart proseduralara
tabe etmək tələb olunur.
Hazırda VBİS-in inkişafında perspektiv sahələrdən biri
VBA-nın bəzi funksiyalarının avtomatlaşdırılmasıdır.
83
VI. MS ACCESS.
6.1. İstehsalat proseslərinin müasir idarəetmə prinsipləri
Müasir istehsalat prosesləri çoxlu sayda qurğulardan və bu
qurğuları əlaqələndirən çoxlu sayda vasitələrdən ibarətdir. Bu
cür sistemin idarə edilməsi müəyyən qanuna uyğunluğa
tabedir. Hal-hazırda texnoloji proseslər idarə edilməsi üçün iki
üsuldan istifadə edilir:
1) Mərkəzləşdirilmiş idarəetmə üsulu
2) Paylanmış idarəetmə üsulu
Mərkəzləşdirilmiş idarəetmə üsulu aşağıdakı prinsip
üzərində qurulur:
Prosesin idarə edilməsi- mərkəzi qurğu vasitəsilə həyata
keçirilir. Mərkəzi qurğu dedikdə- hər hansı bir idarəetmə qur-
ğusu nəzərdə tutulur.(prosessor,komputer, idarəetmə qurğusu
və s. (şəkil 6.1.)
Şəkil 6.1. Mərkəzləşdirilmiş idarəetmə sisteminin strukturu
Bu cür idarəetmə sistemin əsas mənfi cəhəti ondan
ibarətdir ki, mərkəzi idarəetmə qurğusu(prosessor) bütün
Yaddaş Xarici
informasiya bloku
Prosessor
Effektorlar Obyektlə
əlaqə qurğusu
Texnoloji
idarəetmə
obyekti
Reseptorlar Cari infor-
masiya bloku
İndikatorlar
Vericilər
84
prosesə nəzarət etdiyinə görə müəyyən yüklənməyə məruz
qalır. Bu problemi aradan qaldırmaq üçün paylanmış idarəetmə
sistemlərindən istifadə edilir (şəkil 6.2).
Şəkil 6.2. Paylanmış idarəetmə sisteminin strukturu
PMK- Proqramlaşdırma məntiqi kontroler
Sahə şini- qurğuları əlaqələndirən şin sistemi (Asi,
ProfiBus, Lon, HART və s.)
SCADA- dispeçer idarəetmə sistemi (Super Control and
Data Acusition)
Vericilərdən alınan məlumat PMK-ya ötürülür.
Kontrollerdən proqrama uyğun olaraq İcra mexanizmlərinə
lazım olan siqnallar ötürülür. Texnoloji proseslər haqqında
məlumat BUS sistemi vasitəsi ilə yuxarı səviyyəyə ötürülür.
Burada həmin məlumat Verilənlər Bazası halında yadda
saxlanılır. Ehtiyac olarsa Lokalşəbəkəyə və ya İnternetə
qoşulmuş xüsusi proqram təminatı ilə təchiz olunur. PK
vasitəsilə prosesə nəzarət və ya onu idarə etmək mümkündür.
85
6.2. “MS Access”proqram paketinin strukturu
“MS Access” proqamı Verilənlər bazasının və onun
idarəetmə sisteminin qurulması üçün istifadə olunan bir
proqramdır. Proqram standart ofis paketinə aiddir. Proqramı işə
salmaq üçün aşağıdakı əməliyyatlar ardıcıllığını yerinə
yetirmək lazımdır:
Start Programs MS Office MS Access
Пуск Программы MS Office MS Access
Proqramın strukturu digər ofis paketlərinə oxşardır.
Proqram menyudan,alətlərpaneli, işçi sahədən ibarətdir.
Fayllar üzərində əməliyyat standart ofis paketində olduğu
kimidir. Yeni fayl yaratmaq üçün: File New əməliyyatını
yerinə yetirmək və ya “Standart” alətlər panelindən uyğun
düyməni sıxmaq lazımdır. Bu zaman ekranın sağ hissəsində
təklif olunan siyahıda Create New Database əmrini seçmək
lazımdır. Lazım olan əməliyyatı yerinə yetirdikdən sonra açılan
pəncərədən Verilən bazasının adı daxil edilir və Create
düyməsinə sıxılır. Nəticədə yeni Verilənlər bazası qurulmuş
olur. Verilənlər bazasına aşağıdakı eleməntlər daxildir:
1) Table (Таблицы) - Verilənlər bazasında istifadə olunan
cədvəlləri qurmaq və onların üzərində lazimi
əməliyyatları aparmağa imkan verir. Onu qeyd etmək
lazımdır ki, cədvəllər Verilənlər bazasının baza
elementləri sayılır.
2) Query(Запросы) -cədvəllər əsasında lazım olan
sorğuları qurmağa imkan verir.
3) Forms(Формы) -İstifadəçi ilə əlaqə yaratmağa imkan
verən bir komponetdir.
4) Reports(Отчеты) -çap üçün nəzərdə tutulan sənədləri
hazırlamağa imkan verir.
5) Pages(Страницы) -Verilənlər bazası əsasında web
səhifə düzəltmək üçün istifadə olunur.
86
6) Makes(Макросы) -Verilənlər bazasının qurulması üçün
istifadə olunan hazır alt proqramları özünə birləşdirir.
7) Moduls(Модули) -Visual Basic dilində Verilənlər
bazasının idarə etdilməsi üçün proqramlar yazmağa
imkan verir.
Bu baxımdan MS Access proqramının strukturu aşağıdakı kimi
göstərmək olar (şək.6.3).
Şəkil 6.3. MS Access proqramının strukturu
6.2.1. Cədvəllərin qurulması. Cədvəllərin redaktə edilməsi
MS Access proqramında cədvəlləri qurmaq üçün 3 üsuldan
istifadə olunur:
1) Create Table in Design View(Создание таблицы в
режиме конструктора)
2) Create Table bu using Wizard(Создание таблицы с
помощью мастера)
3) Create Table by entering Data(Создание таблицы
путем ввода данныx)
Bunlardan ən sadəsi Create Table by entering Data
rejimidir. Bu rejim seçildikdən sonra açılan pəncərədə lazım
olan Verilənləri daxil etmək mümkündür. Onun əsas
çatışmayan cəhəti ondan ibarətdir ki,cədvəlin bölümlərinin
adları proqram tərəfindən verilir.
Makros
Query
Forms
Moduls
Repor t
Tables Page
87
Create Table bu using Wizard -rejimində proqramın
yaddaşında olan cədvəllərin köməyi ilə yeni cədvəllər qurmaq
mümkündür. Bu zaman açılan pəncərədə lazım olan cədvəli və
onun lazım olan bölümünü seçmək olar. Lazım olan
bölümləryığıldlqdan sonra Далее(Next) sıxılır. Açılan
pəncərədə cədvəlin adı daxil edilir və Далее(Next) sıxılır və
sonra Готово və yə Finish düyməsinə sıxılır. Bu üsulun
çatışmayan cəhəti ondan ibarətdir ki,cədvəlin bölümlərinin
adları proqramın öz dilində yazılır.
Bu rejimlərin ən universalı Create Table in Design
Viewrejimidir. Beləki, bu rejimdə qurulan cədvəlin bütün
parametrləri istifadəçi tərəfindən verilə bilər. Bu rejim
seçildikdən sonra xüsusi pəncərə açılır:
Field Name(Имя поля)- bölümündə cədvəlin sütunun adı
daxil edilir.
Data Type(Тип данных)-həmin bölümün tipi müəyyən
edilir. MS Access proqramında aşağıdakı tiplər istifadə olunur.
Text(Текстовый) - mətn məlumatları göstərmək
üçün istifadə olunan tipdir. Maxsimum uzunluğu
255 simvoldur.
-Memo(Поле MEMO) -böyük mətn daxil etmək
üçün istifadə edilir. Məs: tələbənin tərcümeyi
halı, malın xarakteristikası
-Numeric(Number)( Числовой) -rəqəm tipli
Verilən daxil etmək üçün istifadə olunur.
-Currency(Денежный) -pul vahidində olan
Verilənləri göstərmək üçün istifadə olunur.
-Data/Time(Дата/время) -zaman və vaxt tipli Verilənləri daxil
etmək üçün daxil edilir.
88
-Boolean(Логический) -məntiqi tipli Verilənləri daxil etmək
üçün daxil edir.
-Auto Number(Счетчик) -yazılanları avtomatik nömrələmək
üçün istifadə edilir.
-OLE(Поле объекта OLE) -bazaya kənardan gətirilmiş
obyektləri(səs,şəkil,video və s.) daxil etmək üçün istifadə
edilir.
Cədvəlin strukturu hazır olduqdan sonra ehtiyac olarsa
birinci açarı təyin etmək lazımdır (Primary Key). Bunun üçün
lazım olan bölümünün sol hissəsində kondeks menyunu açaraq
Ключовое поле əmrini yerinə yetirmək lazımdır.
QEYD 1: Qurulmuş cədvəlin strukturunu dəyişmək üçün onun
adının üzərində konteks menyunu açaraq Design
(Конструктор) əmrini yerinə yetirmək lazımdır.
QEYD 2: Qurulmuş cədvələ baxış keçirmək və ya nə isə daxil
etmək lazımdırsa onun adının üzərində konteks menyunu
açaraq Open(Открыть) əmrini yerinə yetirmək lazımdır və
yaxud üzərinə iki dəfə vurmaq lazımdır.(Double Click)
Cədvəllər qurulduqdan sonra onların üzərində müəyyən
redaktə aparmaq mümkündür. Bunu üçün konteks menyudan
və Edit(Правка) menyusundan istifadə edilir. Bu zaman
cədvəlin hansı rejimdə(Design və ya Open) açılmasının da
əhəmiyyəti var. Tez-tez istifadə olunan redaktə əməliyyatlarına
aşağıdakılar aiddirlər:
1. Undo(Отменить ввод) -əməliyyatı geri qaytarır.
2. Redo(Вернуть) -əməliyyatı sonraya keçirir.
3. Cut(Вырезать) - qeyd olumuş hissəni kəsib götürmək
üçün istifadə olunur.
4. Copy(Копировать) -qeyd olunmuş hissənin nüsxəsini
buferdə saxlayır.
5. Paste(Вставить) -qeyd olunmuş hissəni əlavə edir.
89
6. Special Paste(Специальная вставка) - kəsilmiş və ya
nüsxəsi çıxarılmış obyekt müxtəlif formalarda lazım
olan yerə yerləşdirilir.
7. Paste as Hyperlink(Вставить как гиперссылку) -
kəsilmiş və ya nüxsəsi çıxarılmış elementi “müraciət”
formasında yerləşdirmək üçün istifadə olunur.
8. Add from Clipboard (Добавить из буфера) -Buferdə
yerləşən lazım olanları götürmək üçün istifadə edilir.
9. Delete(Удалить) -qeyd edilmiş hissəni silir.
10. Delete Record (Удалить запись) - Lazım olan sütunu
silmək üçün istifadə olunur.
11. Delete Column(Удалить столбец) -Lazım olan sətiri
silmək üçün istifadə olunur.
12. Search (Find) (Найти) -Lazım olan verilənləri tapmaq
üçün istifadə olunur.
13. Replace (Заменить) - Bazada olan hər hansı məlumatı
digəri ilə əvəz etmək üçün istifadə olunur.
14. Go To (Перейти) -Bazanın lazım olunan hissəsinə
hərəkət etmək üçün istifadə olunur.
15. Link OLE/DDE (Связи OLE/DDE) - digər
proqramlardan göturulmüş
verilənlərlə əlaqə qurmaq və onları
dəyişmək üçün istifadə olunur.
6.2.2. Cədvəllər üzərində kontekst
menyu. Cədvəlin formatlaşdırılması
Cədvəllər üzərində müəyyən
əməliyyat aparmaq üçün kontekst
menyudan geniş istifadə edilir. Konteks
menyu cədvəlin adı üzərində açılan
menyudur. Bu menyu aşağıdakılardan
daxildir:
1. Open(Открыть) –cədvəli acmaq,
90
verilənləri daxil etmək və redaktə etmək üçün istifadə
edilir;
2. Design(Конструктор) –cədvəli konstruktor rejimində
açıb, strukturunu redaktə etmək üçün istifadə edilir;
3. Print(Печать) - çapa vermək üçün istifadə edilir.
4. Print Preview(Предварительный промотр) -çapdan
əvvəlki görünüş
5. Cut(Вырезать) - qeyd olumuş hissəni kəsib götürmək
üçün istifadə olunur.
6. Copy(Копировать) - qeyd olunmuş hissənin nüsxəsini
buferdə saxlayır
7. Save As(Сохранить как) –cədvəlin adını və tipini
dəyişməklə, yadda saxlamağa imkan verir;
8. Export(Экспорт) -Bazada olan cədvəli başqa bir
yerdə,başqa bir adla və başqa bir formada yadda
saxlamaq üçün istifadə olunur.
QEYD: Digər formatlarda olan verilənləri MS Access bazasına
yerləşdirmək üçün aşağıdakı əməliyyatları yerinə yetirmək
lazımdır:
File Get Externat Data Inport
Файл Внешниеданные Импорт
9. Sent to(Отправить)-seçilmiş cədvəli elektron poçt
vasitəsilə (MS Outlook) göndərmək üçün istifadə edilir.
10. Create Shortant(Создатьярльк)-istənilən yerdə yaрлıк
yarada bilərsən.
11. Delete(Удалить) - qeyd olunmuş hissəni silmək üçün
istifadə olunur.
12. Remove(Переименовать) -adı dəyişmək üçün istifadə
edilir.
13. Зависимостиобъектов -cədvəllər arasında əlaqələri
təyin edir.
91
Cədvəllər quruldukdan sonra
onlara müəyyən dizayn eleməntləri
tətbiq etməyə ehtiyac olur. Bu adətən
cədvəlin normal rejimdə açılması
zamanı istifadə olunur. Bunun üçün
MS Access proqramında
Формат(Format) menyusunda
yerləşən əmrlərdən istifadə olunur. Bu
əmrlər aşağıdakılar aiddir:
1. Font(Шрифт) -cədvəldə olan
yazıların şriftini dəyişmək üçün
istifadə olunur. Bu adətən
şriftin adı, ölçüsü,stili, rəng və
s. daxildir.
2. Datasheet(Режим таблицы) -Cədvəlin müəyyən
elementlərinə müəyyən şərtlər daxilində dizayn vermək
üçün istifadə olunur. Bu zaman açılan pəncərədən lazım
olan şərtləri, formaları seçmək olar.
3. Row Height(Высота Строки) -Cədvəldəki sətirlərin
hündürlüklərini tənzimləməyə imkan verir. Bu zaman
açılan pəncərədən hündürlüyün lazım olan qiymətini daxil
etmək olar.
4. Column Width(Ширина столбца) -Cədvəlin
sütunlarının enlərini tənzimləməyə imkan verir.
5. Column Rename(Переименовать столбец ) -sütunların
başlıqların adını dəyişməyə imkan verir.
6. Hide Colums(Скрыть столбцы) -Lazım olan sütunları
gizlətmək üçün istifadə olunur.
7. Unhide Colums(Отобразить столбцы) -Gizlədilmiş
sütunları göstərmək üçün istifadə edilir. Bu zaman açılan
pəncərədən lazım olunan sütunun adını seçmək olar.
8. Freeze Colums(Закрепить столбцы) -Sütunları öz
yerində fiksasiya etməyə imkan verir. Bu zaman sütunun
yerini dəyişmək mümkün deyil.
92
9. Unfreeze Colums(Освободить все столбцы) -
Dondurulmuş sütunları azad etmək üçün istifadə olunur.
6.2.3. View menyusu
Cədvəlin görünüşləri üzərində
müəyyən əməliyyatlar aparmağa
imkan verir. Menyuya aşağıdakı
əmrlər daxildir:
1. Design(Конструктор) -
Cədvəli konstruktur rejiminə
keçirmək üçün istifadə olunur.
2. Table(Режим таблицы) -
Cədvəl rejiminə keçirmək
üçün isitfadə edilir.
3. Pivot Table(Сводная таблица
) - Cədvəldən və ya bir neçə
cədvəldən yekun yeni cədvəl qurmaq üçün istifadə
edilir. Bu zaman açılan pəncərədən cədvəlin lazım olan
bölümünü istədiyimiz sahəyə yerləşdirə bilərik.
4. Pivot Diagram(Сводная диаграмма) - Yekun cədvəl
əsasında lazım olan asıllığın qrafikini qurur. Alınmış
qrafikin stilini dəyişmək üçün qrafik üzərində Konteks
menyunu açmaq Тип диаграмм əmrini seçmək
lazımdır.
5. Toolboxs(Панели инструментов) - Proqramın
interfeysini dəyişmək üçün istifadə edilir. Bu zaman
açılan siyahıdan lazım olan paneli açmaq və ya
bağlamaq mümkündür. Customize(Настройка)
Bölümündən isə əlavə panellər qurmaq və lazım olan
elementləri interfeysdə yerləşdirmək mümkündür.
93
6.2.4. Tools menyusu
Bu menyu cədvəllər üzərində müəyyən servis
əməliyyatları aparmağa imkan verir. Bu əməliyyatlara
aşağıdakılar daxildir:
1. Орфография (F7) – Cədvəldə olan sintaksik təhlili aparır.
2. Связи с Оffice – Aktiv olan cədvəli standart offis
proqramları ilə əlaqələndirmək
üçün istifadə edilir.
3. Relationship (Схема данных) -
cədvəllər arasında əlaqələri təyin
etmək üçün istifadə edilir.
Cədvəllər qurulduqdan sonra bu
əməliyyat mütləq yerinə
yetirilməlidir. Bunun üçün açılan
pəncərədən lazım olan cədvəllər
seçilir. Add(Добавить) düymə-
sinə sıxılır, sonra həmin pəncərə
bağlanır. Cədvəllər arasında
əlaqəni təyin etmək üçün mousla
bir açar bölümündən tutub
digərinin üzərinə dartmaq
lazımdır.
QEYD: Cədvəllər arasındakı əlaqəni silmək üçün əlaqə
xəttinin üzərində konteks menyunu istifadə etmək lazımdır.
4. Protect(Защита) - Verilənlər bazasını parolla mühafizə
etmək üçün istifadə edilir. Bunun üçün bazanı
Monopol(Монопольно) seçimində açmaq lazımdır.
Qoyulmuş parolu silmək üçün həmin bölümdən istifadə
etmək lazmdır.
5. Start Up(Параметры запуска) - İlkin açılmış ekranı
təyin etmək üçün istifadə edilir.
94
6.2.5. Sorğuların (Query) və İfadələrin
qurulması(Expression)
Sorğu dedikdə bir və ya bir neçə cədvəldən lazım olan
məlumatı almağa imkan verən proqram elementi nəzərdə
tutulur.
Sorğuların qurulması “İBM” firmasının adı ilə bağlıdır.
Beləki keçən əsrin 70-ci illərində “İBM” firması sorgular üçün
SEQUEL(Structured English QueryLanguage) dilini tərtib
etmişdir. 80-ci illərin əvvəlində İBM firmasıSQL/DS
verilənlər bazası idarəetmə sistemini qurmuşdur.
ANSİ(American National Standart İnstutut) 1982-ci ildə
SQL dilinin vacibliyi nəzərə alaraq SQL-82 versiyasını
satandart kimi qəbul elədi. Sonrakı inkişaf prosesində SQL-86,
SQL-92 vesiyaları quruldu. Hal-hazırda bütün verilənlər
bazasının idarəetmə sistemləri bu standartlar əsasında qurulmuş
və ümumiləşdirilmiş SQL dilindən istifadə edirlər.
MS Access sorğuları qurmaq üçün Query(Запросы)
bölümündən istifadə edilir. Bu zaman proqram sorğuların
qurulması üçün 2 variant təklif edir:
I. Create Query in DesignView(Конструктор) – Bu
rejim seçildikdən sonra açılan pəncərədə lazım olan
cədvəllər seçilir və Add(Добавить) sıxılır. Sonra
95
Close(Закрыть) düyməsi vasitəsilə pəncərə bağlanır.
Əgər cədvəllər arasında əlaqə yoxdursa, “mousla”
birləşdirici sahələrin birinin üzərində sıxılıb digəri
üzərinə aparmaq lazımdır.
QEYD 1: Cədvəllər arasındakı əlaqəni dəyişmək üçün əlaqə
xəttin üzərində konteks menyunu açmaq lazımdır.
QEYD 2: İşçi sahədən lazım olan cədvəli silmək üçün cədvəlin
adı üzərində konteks menyunu açmaq lazımdır.
QEYD 3: Əgər işçi sahəyə yeni sahə cədvəl əlavə etmək
lazımdırsa, işçi sahədə konteks menyunu açaraq Add
Table(Добавить таблицу ) əmrini yerinə yetirmək lazımdır.
Sorğu sahəsinin strukturu aşağıdakı sahədən ibarətdir:
İşçi sahənin yuxarı hissəsində seçilmiş cədvəllər yerləşir. Aşağı
hissədə isə cədvəl və onun bölümlərinin seçilməsi yerinə
yetirilir. Bu seçimlərə aşağıdakılar aiddir:
1) Field( Поле) - Cədvəlin seçilmiş bölümünü əks etdirir.
2) Table name(Имя табдицы) - İstifadə olunan cədvəlin
adını göstərir.
3) Sort(Сортировка) - Seçilmiş bölümü müəyyən
ardıcıllıqla düzməyə imkan verir.
4) Show(Вывод на экран) - bölümün ekranda görünüb-
görünməməsini təmin edir.
5) Criteric(Условые отбора) - seçilmiş bölüm üzrə
müəyyən şərtlər daxil etməyə imkan verir.
Sorğu qurulduqdan sonra standart alətlər panelində yerləşən
(RUN) düyməsinin köməyi ilə işlədib onun nəticələrini
görmək olar. Qurulmuş sorğunu konteks menyunun köməyiilə
adi rejimdə və ya konstruktur rejimdə açmaq mümkündür.
II. Create Query by using Wizard(Мастер) – Bu rejimin
köməyi ilə sorğular quran zaman dialoq
rejimindəaçılan pəncərədən uyğun cədvəllər və
bölümlər seçərək Далее(Next) sıxılır. Sorğunun bütün
elementləri təyin olduqdan sonra Готово(Finish)
sıxılır.
96
QEYD 4. Sorğuların redaktə olunması, formatlaşdırılması və
kontekst menyu əməliyyatları cədvəllərdə olduğu kimidir.
Sorğuların qurulması zamanı müxtəlif hesabatların
aparılmasına ehtiyac olur. Bunu həyata keçirmək üçün
ifadələrdən istifadə olunur. İfadələr sorğunun konstruktor
rejimində qurulur. Bunun üçün boş sahələrin birində konteks
menyunu sıxaraq Build(Построить) əmrini yerinə yetirmək
lazımdır. Bu zaman açılan pəncərədən lazım olan bölümlər və
əməliyyat seçilə bilinər. Bu pəncərə aşağıdakı hissələrdən
ibarətdir:
Lazım olan bölümün üzərində 2 dəfə sıxaraq onu işçi
sahəyə əlavə etmək olar. Hər hansı bir funksiyanı hesablamaq
üçün funksiya siyahsından onu seçmək və lazım olan
arqumenti seçmək lazımdır.
Şərtlərin verilməsi
Sorğuların qurulması zamanı vacib olan məsələlərdən
biri şərtlərin tərtib edilməsidir. Bunun üçün lazım olan
sorğu Design(Конструктор) rejimində açılmalıdır. Sonra
Criteria() bölümündə lazım olan şərtlər daxil edilməlidir.
Şərtləri tərtib edərkən riyazi, məntiqi və s. ifadələrdən
istifadə etmək olar. Fərz edək ki, bizə “qiymətlər sorğusu”
verilmişdir
Malın_
adı
Alish_
qiyməti
Alish_
sayı
Satish_
qiyməti
Satish_
sayı
Alish Alish Alish Satish Satish
97
1) Fərz edək ki, satış qiyməti 1000 olan yazıları tapmaq
lazımdır. Bu zaman =1000 yazılacaq.
2) Satış qiyməti 10 manatdan yuxarı olan verilənləri
tapmaq lazımdır. Bu zaman kriteriya bölümündə >10
daxil edəcəyik.
Əgər qurulan şərtlər müəyyən mürəkkəblik
xüsusiyyətlərinə malikdirsə, onlar arasında sadə məntiqi
əməliyyatlar istifadə etmək olar(OR, AND,NOT, NOR).
3) Qiyməti 10-a və ya 15-ə bərabər olan yazıların
tapılması üçün uyğun kriteriya bölümündə =10 OR =15
yazılmalıdır. Bu zaman aşağıdakı işarələrdən istifadə
etmək olar:
4) Satış sayı 2-dən fərqli olan bütün malı tapmaq üçün
uyğun “criteria” bölümündən <>2 daxil etmək lazımdır.
5) “0” olan yazıların tapılması üçün “criteria” sətrində
“NULL” əmrini daxil etmək lazımdır. Məsələn: Alış
qiyməti daxil edilməyən mallar üçün uyğun “Criteria”
sətrində “NULL” və ya “ISNULL” əmrlərini daxil
etmək lazımdır. Bu zaman mürəkkəb ifadələr üçün
məntiq cəbrinin elementlərindən istifadə etmək olar.
Məs: Alış sayı daxil edilən verilənləri görmək üçün “IS
NOT NULL”daxil etmək lazımdır.
6) Bəzi hallarda mətn tipli məlumatların sorğu şəklində
emal edilməsi lazım olur. Bu zaman geniş istifadə
olunan Like(“şərt”) operatorundur. Məsələn: malın adı
“q” hərfi ilə başlayan bütün malları tapmaq üçün
Like(“q*”) istifadə olunur.
Əgər sonu “q” hərfi ilə qurtaran malları tapmaq
lazımdırsa : Like(“*q”)
98
Bu zaman sadə məntiqi əməliyyatlardan istifadə etmək
olar. Əgər axtarılan elementlər məlumdursa
“?”şablonundan istifadə etmək olar. Məsələn: “q” hərfi ilə
başlayan və “m” hərfi ilə qurtaran və 5 elementdən ibarət
olan malın adını tapmaq üçün aşağıdakı ifadədən istifadə
olunur:Like(“q???m”).
6.3. SQL dilinin strukturu
MS Access proqramında mürəkkəb sorğilar tərtib etmək
üçün SQL dilinin
elementlərindən isitifadə edilir.
Hal-hazırda SQL-92 və SQL-96
standartlarından geniş isitfadə
edilir. Ümumi halda SQL
aşağıdakı kimi olur:
Select “Seçiləcək
sahələr”
From “Birinci cədvəl”
JOIN “İkinci cədvəl”
ON “Birləşdirmə
sahəsi”
ORDER BY “Sortlaşdırma”
WHERE “ Şərt”
HAVİNG “ Qruplaşdırma”
MS Access-də SQL proqramını yazmaq və ya
dəyişdirmək üçün hər hansı bir sorğunu konstruktor
rejimində açmaq lazımdır. Bundan sonra işçi
sahədəkonteks menyunu açaraq Режим SQL əmrinin
yerinə yetirmək lazımdır.
Sadə halda bu rejimə daxil olmaqla lazım olan sorğuları
dəyişmək və yenidən qurmaq olar.
99
6.3.1. Select operatoru
Bu operator cədvəlin istifadə olunan bölümlərini
sadalamaq üçün istifadə olunur. Fərz edək ki, alış cədvəlində
bütün verilənləri görmək lazımdır. Bu zaman aşağıdakı SQL
kodundan istifadə olinur:
Select *
FROM Alısh;
Əgər Alış cədvəlində malın adı və alış qiymətini
görmək lazımdırsa bu bölümləri Select operatoru vasitəsi ilə
sadalamaq lazımdır:
Select Malin_adı,Alish_qiyməti
FROM Alish;
Bəzi hallarda cədvəldən bütün verilənləri seçmək üçün
“Select All” əmrindən istifadə etmək olar:
Select All
From Alish;
Bəzi hallarda hər bir bölümün qarşısında onun hansı
cədvələ aid olduğuda yazılır:
Select Alish [Malin_adı],Alish[Alish_qiyməti]
FROM Alish;
Bu zaman From operatoru vasitəsi ilə istifadə olunan
cədvəlin adı göstərilir.
6.3.2. JOIN operatoru
Mürəkkəb sorğuların qurulması zamanı bir neçə
cədvəllərdən isitfadə etməyə ehtiyac olur. Bu zaman cədvəlləri
uyğunlaşdırmaq üçün “JOIN” operatorundan istifadə olunur.
Ümumiləşmiş halda bu cür strukturu aşağıdakı kimi göstərmək
olar:
Select Bölümlər (*)
From 1-ci cədvəl
JOIN 2-ci cədvəl
100
ON Birləşdirmə sahələri;
Bu zaman “JOIN” əməliyyatın 3 formasından istifadə
olunur.
Left JOIN - Bu zaman sodakı cədvəldən bütün
verilənlər digər cədvəldən isə ona uyğun gələnlər qeyd
olunacaqdır.
Right JOIN - sağ cədvəldən bütün verilənlər
digərlərində isə əlaqələndirmə sahəsi qeyd olunacaqdır.
INNER JOIN - hər iki cədvəldən ancaq əlaqələndirmə
sahələri uyğun gələnlər görünəcəkdir.
Məsələn: Alış və Satış cədvəllərində bütün verilənləri
görmək üçün aşağıdakı SQL kodunu yazmaq lazımdır:
Select *
From Alish
INNER JOIN Satish
On Alish. Malin_adı=Satish_kodu;
Soldakı cədvəldən bütün verilənləri sağdakı cədvəldən
ancaq ona uyğun gələnləri seçmək üçün aşağıdakı proqram
kodundan istifadə etmək olar:
Select *
From Alish
LEFT JOIN Satish
ON Alish. Malin_kodu=Satish. Malin_kodu;
Əgər cədvəllərdə müəyyən verilənlər seçilməlidirsə,
onda həmin bölümlərin adları Select hissəsində
sadalanmalıdır. Məs: Alish və Satish cədvəllərindən malın
kodunu, adını və satış sayını seçən SQL kodu aşağıdakı
kimi olacaq:
Select Alish.Malin_adı, Alish.Malin_kodu,
Satish.Satish_sayi
From Alish
INNER (RİGHT, LEFT) JOIN Satish
ON Alish.Malin_kodu=Satish.Malin_kodu;
101
6.3.3. WHERE operatoru
SQL kodları yazılması zamanı ən geniş istifadə olunan
operatorlardan biri where operatorudur. Bu operator SQL
kodunda müəyyən şərtlərin yoxlanılması üçün isitfadə
olunur. Onun ümumi yazılış forması belədir:
WHERE “bölüm… şərt”
Məsələn: Alish cədvəlində adı qələm olan malları tapmaq
üçün aşağıdakı SQL kodundan istifadə olunur:
Select *
From Alish
WHERE Malin_adı= “qələm”;
Mürəkkəb şərtləri vermək üçün WHERE operatorunda
məntiqi əmrlərdən (AND, OR, NOT....) istifadə etmək olur:
Select *
From Alish
WHERE (Malin_adi= “qələm” ) AND
(Alish_qiymeti>10);
Aliş və Satiş cədvəllərində malın adı “qələm”, satış sayı
isə 4-ə bərabər verilənləri görmək üçün aşağıdakı SQL
kodundan istifadə etmək olar:
Select *
From Alish
INNER JOIN Satish
ON (Alish.Malin_kodu=Satish.Malin_kodu)
WHERE (Alish.Malin_adi=“qələm”) AND
(Satish.Satish_sayi=4);
Onu qeyd etmək lazımdır ki, WHERE operatorunda
standart predikatlardan (məs: Like, Between) istifadə etmək
olar. Məs: Aliş və Satış cədvəllərində malın adı “k” hərfi
ilə başlyan və satış sayı “2”dən böyük olan verilənləri
görmək üçün aşağıdakı SQL kodunu yazmaq lazımdır:
Select *
From Alish
102
INNER JOIN Satish
ON
(Alish.Malin_kodu=Satish.Malin_kodu)
WHERE (Alish.Malin_adi Like “k*”) AND
(Satish.Satish_sayi>2)
6.3.4. Parametrik sorğular
Sorğuları yerinə yetirmək zamanı qarşıya qoyulan əsas
məqsədlərdən biri onların universallığıdır. MS Access
proqramında bunu təmin etmək üçün parametrik
sorğulardan istifadə olunur. Bu zaman parametrik sorğuları
2 qaydada düzəltmək mümkündür:
1) Hər hansı bir sorğunu Конструктор rejimində açaraq
Criteric(Условые отбора) bölümündə bir parametr
daxil edilməlidir. Onu qeyd etmək lazımdır ki, parametr
kvadrat şəkilli mötərizənin “[ ]” içərisində yazılmalıdır.
Parametrin adı ixtiyari ola bilər və adətən hərflə
başlayır. Bu parametrin tipi verilənlərin tipinə uyğun
olur.(Text, Number, Currency....)
2) Uyğun SQL kodunu daxil etmək vasitəsilə
Bu zaman WHERE operatorundakı şərtlərdə
parametrlərdən istifadə etmək lazmdır. Alış cədvəlində
malın adına görə parametrik sorğu təşkil etməküçün
aşağıdakı SQL kodundan istifadə etmək olar:
Select *
From Alsih
Where Malin_adi=[Adi];
Bu zaman adı riyazi ifadələrlə (=, >, < ...) bərabər
məntiqi ifadələrdən (OR, AND...) istifadə etmək olar. Alış və
Satış cədvəllərində malın adına və satış qiymətinə görə
parametrik sorğu düzəltmək üçün aşağıdakı SQL kodundan
ostofadə etmək olar:
Select *
103
FROM Alish
INNER JOIN Satish
On Alish.Malin_kodu=Satish.Malin_kodu
WHERE (Malin_adı=[Adı]) And (Satish_qiy=[Qiymət]);
6.3.5. Aqreqat funksiyaları
Verilənlər bazasının idarə edilməsi zamanı müəyyən
hesabat xarakterli funksiyaların (cəm, orta qiymət və s.)
istifadə edilməsi lazım olur. Bunu yerinə yetirmək üçün
Aqreqat funksiyalardan istifadə olunur. Aqreqat funksiyalar
ya tam cədvəl üçün ya da hər hansı bölümə görə yerinə yetirilə
bilər. Bu Aqreqat funksiyaların ən geniş istifadə olunanları
aşağıdakılardır:
1) SUM – müəyyən bölümlər üzrə cəmlərin tapılmasına
imkan verir. Bunun üçün Design(Конструктор)
rejimində bir sorğu qurmaq lazımdır. Alish cədvəlində
Alish qiymətlərinin cəmini tapmaq üçün aşağıdakı
SQL kodunu yazmaq lazımdır:
Select SUM(Alish_qiy)
FROM
Alish;
QEYD 1:
Alınan sütunun adını
təyin etmək üçün
AS(as) açar sözündən
istifadə olunur. Bu
zaman SQL kodu
aşağıdakı kimi olur:
Selecet
SUM(Alish_qiy)
AS Cəm
FROM Alish;
104
QEYD 2: Конструктор rejimində Aqreqat
funksiyalarından istifadə olunması üçün “Sahələr bölümündə”
konteks menyunu açaraq Групповые операции əmrini yerinə
yetirmək lazımdır.
Alish cədvəlində alış tarixinə görə alış qiymətlərin
cəmini tapmaq üçün aşağıdakı SQL kodunu yazmaq lazımdır:
Select SUM(Alish_qiy) AS [Qiymət], Alish.Alish_tarixi
FROM Alish
GROUP BY Alish.Alish_tarixi;
Bir bölümə nəzərən cəm funksiyalarını tapan zaman
həmin bölümün adı GROUP BY operatoru vsitəsilə mütləq
göstərilməlidir.
2) AVG – orta qiymət
Cədvəl üzrə və ya onun lazım olan bölümü üzrə orta
qiymətin tapılmasına imkan verir. Məs: Alish
cədvəlində alış qiymətlərinin orta qiymətini tapmaq
üçün aşağıdakı SQL kodundan istifadə etmək olar:
Select AVG(Alish_qiy) AS Orta_qiymət
FROM Alish;
Alış cədvəlində tarixə görə alınan malların orta qiymətini
tapmaq üçün aşağıdakı SQL kodunu yazmaq olar:
Select AVG(Alish_qiy) AS Orta_qiymət,
Alish_tarixi
FROM Alish
GROUP BY Alish_tarixi;
3) MIN – minimum qiymət
Cədvəl və ya seçilmiş bölümləri üzrə min. qiyməti
tapmağa imkan verir. Alish cədvəlində alış qiymətinin
minumunu tapmaq üçün aşağıdakı SQL kodundan
istifadə etmək lazımdır:
Select MIN(Alish_qiy) AS Minimum
FROM Alish;
Alış cədvəlində tarixə görə alınan malların minimum qiymətini
tapmaq üçün aşağıdakı SQL kodunu yazmaq olar:
105
Select MIN(Alish_qiy) AS Minimum,
Alish_tarixi
FROM Alish
GROUP BY Alish_tarixi;
4) MAX – maxsimum
Cədvəl və ya seçilmiş bölümləri üzrə max. qiyməti
tapmağa imkan verir. Alish cədvəlində alış qiymətinin
minimumunu tapmaq üçün aşağıdakı SQL kodundan
istifadə etmək lazımdır:
Select MAX(Alish_qiy) AS Maxsimum
FROM Alish;
Alış cədvəlində tarixə görə alınan malların maxsimum qiymət
tapmaq üçün aşağıdakı SQL kodunu yazmaq olar:
Select MAX(Alish_qiy) AS Maxsimum,
Alish_tarixi
FROM Alish
GROUP BY Alish_tarixi;.
5) COUNT -
Cədvəl və ya cədvəlin müəyyən bölümləri üzrə
yazıların sayını tapmağa imkan verir. Məs: Alish
cədvəlində alış qiymətlərin ümümi sayını tapmaq üçün
aşağıdakı SQL kodunundan istifadə olunur:
Select COUNT(Alish_qiy) AS Sayı
FROM Alish;
Cədvəl və ya cədvəlin müəyyən bölümləri üzrə
yazıların sayını tarixə görə tapmaq üçün aşağıdakı SQL
kodunundan istifadə olunur:
Select COUNT(Alish_qiy) AS Sayı ,Alish_tarixi
FROM Alish
GROUP BY Alish_tarixi;
6) Var,Varp –Seçilmiş bölüm üzrə dispersiyanı
hesablamaq üçün istifadə edilir.
106
7) Stdev, Stevp –Seçilmiş bölüm üzrə dispersiyanın
kvadrat kökünü hesablamağa imkan verir.
8) First, Last – Cədvəl və ya seçilmiş bölüm üzrə birinci
və sonuncu yazılanları tapmağa imkan verir.
9)
6.3.6. DELETE instruksiyası
Sorğuların
qurulması zamanı
lazım olmayan
yazıların silinməsə
ehtiyac olur. Bunu
yarinə yetirmək üçün
Delete
instruksiyasından
istifadə olunur. Bu
sorğuları qurmaq
üçün 2 üsuldan
istifadə edilir.
I. Конструктор(Design) rejimində hər hansı bir sorğunu
qurduqdan sonra “İşçi sahədə” konteks menyunu açaraq
Тип Запроса bölümündən Удаление seçilməlidir.
Delete *
FROM Alish;
Bu sorğu alış cədvəlində bütün verilənləri silmək üçün
istifadə edilir. Əgər müəyyən şərtə cavab verən verilənləri
silmək lazımdırsa, WHERE operatorundan istifadə olunur.
Məs : Alish cədvəlində Alış qiyməti 5-dən aşağı olanları
silmək üçün aşağıdakı SQL kodunu yazırıq:
Delete *
FROM Alish
WHERE Alish_qiy<5;
Alish və Satish cədvəllərində bütün verilənləri silmək
üçün aşağıdakı SQL kodunu yazmaq lazımdır:
107
Delete *
FROM Alish
INNER JOIN Satish
ON Alish.Malin_adi=Satish.Malin_kodu;
6.3.7. UPDATE instruksiyası
Verilənlər bazasının
qurulması zamanı müəyyən
verilənlərin qiymətlərini
dəyişilməsinə ehtiyac olur. Bu
əməliyyatı yerinə yetirmək
üçün UPDATE tipli
sorğulardan istifadə olunur. Bu
sorğuları 2 üsulla qurmaq olar:
I. SQL rejimində uyğun
proqramın yazılması ilə
II. Конструктор(Design) rejimində sahələr bölümündə
konteks menyunu açaraq,
Тип запроса Обновление və ya
Query Tupe Update əməliyyatını yerinə yetirməliyik.
Bu cür sorğuların ümumi yazılışı aşağıdakı kimidir :
Update Cədvəlin adı
Set bölümün adı= “Qiyməti”;
Məsələn: Alış cədvəlində malın qiymətini 1 manat artırmaq
üçün aşağıdakı SQL kodunu yazmaq olar.
UPDATE Alish
SET Alish_qiy=Alish_qiy+1;
Əgər müəyyən şərtlər daxilində yenilənməni yerinə
yetirmək lazımdırsa, onda WHERE operatorundan istifadə
olunur. Məs:
Alış cədvəlində malın adı dəftər olan verilənlərin alış
qiymətini 2 dəfə artırmaq üçün aşağıdakı SQL kodundan
istifadə etmək olar :
108
UPDATE Alish
SET Alish_qiy=Alish_qiy*2
WHERE Malin_adi= “dəftər”;
Bu zaman ehtiyac olarsa WHERE operatorunda məntiq
əmrlərindən istifadə etmək olar.
Tarixə görə malın sayını 2 dəfə artırmaq üçün SQL
belə yazılır:
UPDATE Alish
SET Alish.Alish_sayi=Alish_sayi*2
WHERE Alish.Alish_tarixi =#11/1/2010#;
Bir neçə cədvəl üzrə verilənlərin yenilənməsi üçün
aşağıdakı SQL kodundan istifadə etmək olar:
UPDATE Alish
INNER JOIN Satish
ON Alish.Malin_kodu=Satish.Malin_kodu
SET Alish.Alish_sayi=Alish_sayi +2
WHERE Alish.Alish_tarixi=#11/1/2010#;
6.4. Formaların qurulması. Alətlər paneli
Verilənlər
bazasında
idarəetmə
sisteminin ən vacib
elementlərindən biri
formalardır.
Formalar adətən
istifadəçi ilə
proqram arasında
rahat interfeys qurmaq üçün istifadə olunur. MS Access
proqramında formaların qurulması üçün 2 üsuldan istifadə
olunur:
I. Create Query in DesignView(Конструктор)– Bu rejim
seçildikdən sonra ekranda boş forma görünür.
109
Lazım olan alətlərdən istifadə edərək formanı müəyyən
elementlərlə təchiz etmək olar. Onu qeyd etmək lazımdır ki,
şərti olaraq formaları 2 növə ayırmaq olar:
a) Verilənlərə baxış keçirmək üçün istifadə olunan formalar
b) Müəyyən əməliyyat yerinə yetirmək üçün istifadə olunan
formalar.
Verilənlərə baxış keçirmək üçün istifadə olunan
formaları qurmaq üçün formanın başlıq hissəsində konteks
menyunu açaraq Свойства(Properties)əmrini yerinə
yetirmək lazımdır. Bu zaman açılan
pəncərədənДанные(DATA) - Источник
Записей(Record Source) əməliyyatını yerinə yetirmək
lazımdır. Bu zaman açılan pəncərədən lazım olan
verilənləri işçi sahəyə sürüşdürülür.
Köməkçi əməliyyatları yarinə yetirən formaları qurmaq
üçün isə ПанельИнструментов (Toolbar) elementlərindən
istifadə olunur.
II. Create Query by using Wizard(Мастер) – Bu rejim
seçildikdən sonra açılan pəncərədən lazım olan
cədvəllər(sorğular) və onun bölümləri seçilir. Lazım olan
əməliyyat yerinə yetirildikdən sonra Далее(Next) düyməsi
sıxılır.
110
Açılan pəncərədə formanın xarici görünüşü təyin edilir.
Sonra Далее(Next) düyməsi sıxılır. Növbəti mərhələdə
formanın dizaynı seçilir və Далее(Next) düyməsinə sıxılır.
Sonda formanın adı təyin edilir və Готово(Finish)
düyməsinə sıxılır. Onu qeyd etmək lazımdır ki, qurulan
formalar noviqasiya və yeni yazının daxil edilməsi üçün
düymələrlə təchiz olunur. Qurulmuş formaları istənilən
zaman Конструктор(Design) rejimində açaraq onun
üzərində lazımi dəyişiklikləri etmək mümkündür
Bu panel Конструктор(Design) rejimində formanı
lazımi elementlərlə təchiz etməklə istifadə olunur.
1) Надпись(Label) -
müxtəlif mətn tipli
məlumatları formaya daxil
etmək üçün istifadə olunur.
Onun parametrlərini
dəyişmək üçün konteks
menyunu açaraq
Свойства(Properties) əmrini
yerinə yetirmək lazımdır. Bu zaman açılan pəncərədə
111
onun rəngini, şriftini, ölçüsünü və s. dəyişmək
münmkündür.
2) Поле (Text Box) - müəyyən mətn tipli məlumatları
göstərmək və ya redaktə etmək üçün istifadə edilir. Onu
işçi sahəyə yerləşdirdikdən sonra üzərində konteks
menyunu açaraq
Свойства(Properties)
bölümündən lazım olan
dəyişikləri vermək
mümkündür. Bu elementin
Label elementindən əsas fərqi
ondan ibarətdir ki, formanın
istənilən rejimində onu redaktə etmək imkanlarına
malikik. Onu qeyd etmək lazımdır ki, Text Box elementini
lazım olan verilənlər bazası ilə bağlamaq mümkündür.
Bunun üçün onun Свойства (Properties) bölümündən
Данные(Data) hissəsindən lazım olan sahə seçilir.
3) Группа переключателей(Option Button) - bir qrup
şəkildə birləşdirilmiş radio
düyməcikləri xarakterizə edir.
4) Выключатель - lazım olan
düyməcikləri işçi sahəyə
yerləşdirmək üçün istifadə
olunur. Düyməciklər işçi sahəyə
yerləşdikdən sonra konteks
menyudakı Свойства (Properties) bölümündən ona lazım
olan dizaynı və hadisələri mənimsətmək mümkündür.
Düyməcikləri yerləşdirdikdən sonra События(Events)
bölümündən ona lazım olan hadisəni mənimsətmək
mümkündür. Bu zaman istifadə olunan hadisələr
aşağıdakıları göstərmək olar:
a) Нажатие кнопки(On click) – hadisə düymənin üzərinə
“mouse”-u bir dəfə sıxıb-buraxdıqda baş verir.
112
b) Двойное нажатие кнопки(On Double Click) – hadisə
düymənin üzərində “mouse”-u 2 dəfə sıxdıqda baş verir.
c) Кнопка вниз(On Mouse Down) – hadisə düymənin
üzərində “mouse” sıxıb-saxlayarkən baş verir.
d) Кнопка вверх(On Mouse Up) – hadisə düymənin
üzərində sıxılmış “mouse”-u buraxdıqda baş verir.
e) Получение фокуса(On Get Fokus) – hadisə düyməcik
fokusu alarkən baş verir.
f) Потеря фокуса(On Lost Fokus) – hadisə düyməcik
fokusu itirdikən baş verir.
g) Клавиша вниз, вверх, нажать(On Key(up,down,press)) –
hadisə düyməciyin üzərində funksional
klavişlərdən(F1,F2.... Delete.....) və hərflərdən istifadə
edərkən baş verir.
5) Переключатель(Radio Button) - müəyyən seçim
şərtləri daxilində lazım olan əməliyyatı yerinə yetirməyə
imkan verən düyməcikdir. Onun xüsusiyyətləri tamamilə
düyməciyin(Button) xüsusiyyətlərinə oxşayır. Ancaq
standart halda Radio Button qrup şəklində istifadə
olunmalıdır.
6) Фложок(Check Box) - müəyyən şərtlər daxilində
lazım olan əməliyyatları yerinə yetirən düyməcikdir.
7) Поле со
списком(List
Box) -
lazım olan
bölümlər üzrə
siyahıları tərtib
etməyə və ya
bölümlər üzrə
axtarış
aparmağa
imkan verir.
113
Həmin element formaya yerləşdirildikdən sonra açılan
pəncərədə lazım olan rejimlər seçilir və Далее(Next)
düyməsinə sıxılmalıdır.
8) Список(Combo Box) – List Box komponentin oxşarı
olub verilənləri açılan siyahı şəklində olur.
9) Кнопка(Button) - müəyyən standart hadisələri (cəd-
vəlin açılması, çap olunması) yerinə yetirən düyməcikdir.
Bu düyməcik formaya yerləşdirildikdən sonra açılan
pəncərədən lazım olan əməliyyat seçilməli və Да-
лее(Next) düyməsinə sıxılmalıdır.
10) Рисунок(Image or Picture) - müəyyən
şəkilləri bazaya əlavə etmək və göstərmək üçün istifadə
edilir.
11) Вкладка(Tab Set) - Formanı müxtəlif hissələrə
bölmək üçün istifadə edilir.
Bunlarla yanaşı Alətlər panelində müəyyən həndəsi fiqurların
qurulması üçün də yerləşdirilmişdir.
6.4.1. Baş formanın qurulması
Verilənlər bazasının idarəetmə sistemini qurarkən ən
vacib olan məsələlərdən biri effektli idarə etmə sisteminin
qurulmasıdır. Bunun üçün müxtəlif üsullar və vasitələr istifadə
edilir.
114
1
3 2
MS Access-də geniş istifadə olunan variantlardan biri
baş formadır(MAIN FORM). Onun əsas xüsusiyyəti ondan
ibarətdir ki, o istifadəçi tərəfindən istifadə olunmayan
verilənləri gizlətməyə və mərkəzləşdirilmiş idarəetmə sistemi
qurmağa imkan verir. Baş formanın qurulması üçün
конструктор(design) rejimində yeni bir formanı açmaq
lazımdır. Sonra həmin formanı lazım olan elementlərlə təchiz
etmək lazımdır. Bundan sonra forma yadda saxlanılmalıdır və
bağlanılmalıdır.
Növbəti mərhələdə Сервис(Tools) menyusundan
Параметри запуска(RUN parametres) əmri yerinə
yetirilməlidir. Açılan pəncərədə baş formanın adı seçilməlidir.
Bununlayanaşı MS Access-də istifadə olunmayan bəzi rejimləri
ləğv etmək olar.
6.5. Makroslar
Verilənlər bazasının qurulması zamanı ən geniş istifadə
olunan elementlərdən biri Макросы(Macro) –dur.
Макросы(Macro) dedikdə müəyyən bir
əməliyyatı yerinə
yetirən hazır alt
proqram nəzərdə
tutulur. Makrosları
qurmaq üçün
MS.Access
Макросы(Macro) bölümündə Создать(New) düyməsinə
sıxılır. Bu zaman makroslar pəncərəsi açılır. Bu pəncərə 3
əsas hissədən ibarətdir:
Burada 1-ci bölüm makros əmrlər bölümünü, 2-ci bölüm
makros əmrlərin parametrləri, 3-cü makros əmrləri haqqında
qeydləri özündə birləşdirir. Ən çox istifadə olunan makros
əmrləri aşağıdakı göştərmək olar:
115
1) Открыть Запрос(Open Query) – lazım olan sorğunu
açmaq üçün istifadə edilir. Bu makrosu seçildikdən
sonra arqumentlər bölümündə soğunun adı, açılma
rejimi və verilənlər rejimi təyin edilməlidir. Makros
qurulduqdan sonra (RUN) əmri vasitəsilə onu yerinə
yetirib yoxlamaq olar. Sonradan həmin makrosu
müəyyən ad altında yadda saxlamaq lazımdır.
Qeyd: qurulmuş makrosları konteks menyunun köməyi ilə işə
salmaq və ya конструктор(design) rejimində dəyişmək
mümkündür.
2) Открыть Таблицу(Open Table) – Lazım olan
cədvəli açmaq üçün istifadə olunan makrosdur.
3) Открыть Форму(Open Form) – Lazım olan formanı
açmaq üçün istifadə edilir.
4) Открыть Отчет(Open Report) – Lazım olan
hesabatları açmaq üçün istifadə edilir.
5) Открыть Модуль(Open Module) – Visual Basic-də
yazılmış proqramları açmaq üçün istifadə edilir.
6) Запуск Запроса SQL(RUN SQL Query) – SQL
dilində yazılma sorğunu yerinə yetirmək üçün istifadə
olunur.
7) ЗапускПриложения(RUN Application) – Hər hansı
bir işlək faylları (exe, bat....) yerinə yetirmək üçün
istifadə edilir.
8) Запуск Программы(RUN Program) – Hər hansı bir
proqramı işlətmək üçün istifadə etmək olar.
9) Печать(Print) – Lazım olan məlumatı çap elemək
üçün istifadə olunur. Onu qeyd edək ki, bu əmr
yuxarıda göstərilən bir və ya bir neçəsi ilə birlikdə
istifadə olunmalıdır.
Bunlarla yanaşı aşağıdakı köməkçi makroslardan da geniş
istifadə olunur:
116
1) Выход(Exit) – Prosesi dayandırmaq üçün istifadə
edilir. Bu makros adətən digət makroslarla birlikdə
istifadə olunur.
2) Закрыть(Close) – Açıq olan obyekti bağlamaq
üçün istifadə edilir.
3) ПесочныеЧасы(Sand-Glass) – Qum saatından
istifadə etmək üçün istifadə edilir.
4) Сигнал(Beep) – PC olan standart səs siqnalı
çıxartmaq üçündür.
5) Сообщение(Message) – Lazım olan məlumatı
mesaj kimi çıxartmaq üçün istifadə olunur.
Qurulmuş makroslar adətən formalarda istifadə edilir.
Bunun üçün formanı конструктор(design) rejimində açmaq
lazımdır. Bundan sonra formaya hər hansı bir idarə edici
element yerləşdirilir(Toogle Button, Checkbox, Radio Button
.....). Həmin elementin konteks menyusundan Свойства
(Properties) əmri yerinə yetirilir. Aşılan pəncərədə
Cобытья(Events) bölümündə lazım olan hadisə uyğun makrosa
bağlanır.
6.6. Hesabatlar(Reports)
Verilənlər bazasının
qurulmasında vacib olan
məsələlərdən biri çıxışsənədidir.
Bu sənədlər adətən çap olunmaq
və ya digər bir üsulla başqa
istifadəçiyə göndərmək üçün
nəzərdə tutulmuşdur. MS Access
proqramında çıxış sənədləri
hesabatlar və ya reports
şəklində hazırlanır. MS Access-
də hesabatları qurmaq üçün 2
üsuldan geniş istifadə edilir:
117
1) Конструктор(Design) rejimi
Bu rejim seçildikdən sonra ekranda yeni hesabatın
konstruktor variantı görünür. Hesabatın konstruktor variantı 3
əsas hissədən ibarətdir:
Adətən Header (Верхный колонтитул) və Foother
(Нижний колонтитул ) hissəsində verilənlər yerləşdirilir. Bu
verilənlərə misal olaraq səhifənin №, ayın tarixi, zamanı və s.
Verilənlər isə adətən Data (Области данных) bölümündə
yerləşdirilir. Verilənləri təyin etmək üçün hesabat pəncərəsinin
başlıq hissəsində konteks menyunu açaraq Свойства
(Properties) əmrini yerinə yetirmək lazımdır. Açılan
pəncərədəki Данныe(Data) bölümündə Источник Записей
(Record Source) hissəsində lazımi cədvəlin və ya sorğunun
adı seçilir. Nəticədə həmin cədvələ və ya sorğuya aid olan
bölümlər ekranda xüsusi pəncərə şəklində görünür. Həmin
pəncərədən lazım olan bölümləri hesabatın işçi sahəsinə
yerləşdirmək mümkündür.
2)Мастер (Wizard) rejimi Bu variant dialoq rejimində hesabatların
qurulması üçün istifadə edilir. Bu variant
seçildikdən sonra ekranda açılan pəncərədə
verilənlərin mənbəyi təyin edilir. Adətən
verilənlərin mənbəyi cədvəl və ya sorğular olur.
Lazım olan verilənlər seçildikdən sonra
Далее(Next) düyməsinə sıxılır. Açılan növbəti
pəncərədə hesabatda lazım olan qruplaşdırma
əməliyyatları yerinə yetirilə bilər. Далее(Next) düyməsinə
sıxılır. Növbəti açılan pəncərədə lazımi bölümlər üzrə
növləşdirmə yerinə yetirilir. Əgər ehtiyac olarsa,müəyyən
118
rəqəm tipli bölümlər üzrə aqreqat funksiyaları yerinə yetirmək
olar. Bunun üçün Итоги(Summary) düyməsinə sıxılıb lazımi
rejimlər seçilməlidir. Növbəti mərhələyə keçmək üçün
Далее(Next) düyməsinə sıxılır. Açılan pəncərədən hesabatın
maketi və vərəqin yerləşməsi təyin edilir. Növbəti mərhələdə
hesabatın stili təyin edilir. Sonuncu mərhələdə hesabatın adı
daxil edilir və Готово(Finish) sıxılır. Qurulmuş hesabatlar
üzərində dəyişikliklər aparmaq üçün onları
конструктор(design) rejimində açmaq lazımdır. Hesabatlar
qurulduqdan sonra Alətlər panelindəki elementlərin köməyi
ilə onlara lazımi dizayn vermək mümkündür. Bundan sonra hər
bir formada və ya baş formada hesabatlara müraciət etmək
üçün uyğun elementlər yerləşdirmək üçün lazımi makroslar
yazılmalıdır.
6.7. Modullar(Modules)
Verilənlər bazasının qurulması zamanı bəzən
makroslar tərəfindən yerinə yetirilə bilməyən əməliyyatları
qurmağa ehtiyac olur. Bu növ əməliyyatlar modulların köməyi
ilə yerinə yetirilir. Modul dedikdə Visual Basic dilində
yazılmış proqram kodu nəzərdə tutulur. Modullar konkret
komponentlərlə (siyahı, düymə və s.) bağlı olurlar. Modulları
qurmaq üçün 2 variantdan geniş istifadə edilir:
1) Modul bölümündən Создать(New) düyməsinə
sıxmaqla bu əməliyyat yerinə yetirildikdən sonra açılan modul
pəncərəsindən lazım olan proqram kodu yazılır. Proqram
yazılıb qurtardıqdan sonra lazım olan forma açılır. Həmin
formanın lazım olan elementi seçilir. Həmin komponentin
konteks menyusunda Свойства (Properties)- Cобытья
(Events) əməliyyatı yerinə yetirilir. Sonra lazım olan hadisə
uyğun modula bağlanır.
2) Lazım olan forma Конструктор(Design)
rejimində açılır və onun üzərinə lazımi komponent yerləşdirilir.
119
Həmin komponent yerləşdirilir. Həmin komponent üçün
konteks menyuda Свойства- Cобытья əməliyyatı yerinə
yetirilir. Açılan pəncərədən lazım olan hadisə və onun proqram
kodu seçilir. Nəticədə həmin elementlərin seçilmiş hadisəsi
üçün uyğun proqram kodu açılır. Bu zaman açılan proqram
koduna prosedura deyilir. Proseduranın ümümi yazılışı
aşağıdakı kimidir:
Private Sub komponentin adı_hadisə
............................
End Sub.
Proqramlar tərtib edilməsi zamanı ilkin istifadə olunacaq
komponentin adı yazılır, nöqtə işarəsi qoyulur və komponentin
lazımi xüsusiyyətləri seçilir. Sonra bu xüsusiyyət lazımi olan
qiymətə bərabər edilir. Məs: formanın enini dəyişmək üçün
istifadə olunan prosedura aşağıdakı kimi olacaq:
Private Sub Button2_Click()
Form.Width=300
End Sub.
Proqramlaşdırma zamanı ən geniş istifadə edilən
operatorlardan biri docmd operatorudur. Bu əmrin köməyi ilə
müxtəlif təyinatlı əməlyyatlar yerinə yetirmək mümkündür. Bu
əməliyyatlara misal olaraq aşağıdakıları göstərmək olar:
Docmd.Open Table
Docmd.Run Query
Docmd.Open Query
Docmd.Open Form
Məs: Alış cədvəlini açmaq üçün hər hansı bir düyməyə
aşağıdakı proqram kodu yazmaq olar:
Private Sub Button2_Click()
Docmd.Open Table “alish”
End Sub.
120
ƏDƏBİYYAT
1. Ramez Elmasri, Shamkant B. Navathe: Grundlagen von
Datenbanksystemen. 3. Auflage, Ausgabe Grundstudium.
Pearson Studium, München u. a. 2005,ISBN 3-8273-7153-8.
2. Andreas Heuer, Gunter Saake: Datenbanken. Konzepte und
Sprachen. 2. aktualisierte und erweiterte Auflage. mitp-
Verlag, Bonn 2000, ISBN 3-8266-0619-1.
3. Alfons Kemper, André Eickler: Datenbanksysteme. Eine
Einführung. Aktualisierte und erweiterte Auflage.
Oldenbourg Verlag, München u. a. 2009,ISBN 978-3-486-
59018-0.
4. Thomas Kudraß (Hrsg.): Taschenbuch Datenbanken.
Fachbuchverlag Leipzig im Carl. Hanser-Verlag, München
2007, ISBN 978-3-446-40944-6.
5. T. William Olle: The Codasyl Approach to Data Base
Management.Wiley, Chichester 1978, ISBN 0-471-99579-7.
6. Gottfried Vossen: Datenmodelle, Datenbanksprachen und
Datenbankmanagementsysteme. 5. korrigierte und ergänzte
Auflage. Oldenbourg Verlag, München u. a. 2008, ISBN 3-
486-27574-7.
7. Kərimov S.Q. İnformasiya sistemləri və verilənlər bazaları.
Bakı, Elm, 1999. 300 s.
8. Ault Michael R. Das Oracle 8. Handbuch, Thompson
Publishing Company, Bonn, 1998.
9. http://www.database.com.
10. http://citforum.ru/database/dbguide.
11. http://www.oracle.com.
12. http://www.sybase.com.
13. http://www.dcc.uchile.cl/~cgutierr/papers/surveyGDB.pdf
14. http://www.fmsinc.com/MicrosoftAccess/DatabaseSplitter
15. http://www.microsoft.com/sqlserver/2005/en/us/migration-
access.aspx