İqtisadiyyatın əsasları - azlibnet7 redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir...

177
Fuat RƏSULOV Qubad İBADOĞLU İqtisadiyyatın əsasları Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Elmi-Metodiki Şuranın 04.07.2002-ci il tarixli 16 saylı protokolu əsasında dərs vəsaiti kimi təsdiq olunmuş təhsil nazirinin 11.07.2002-ci il tarixli 767 saylı əmrilə qrif verilmişdir Bakı – «Elm» - 2004

Upload: others

Post on 02-Jan-2020

48 views

Category:

Documents


2 download

TRANSCRIPT

Page 1: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

Fuat RƏSULOV Qubad İBADOĞLU

İqtisadiyyatın əsasları Dərs vəsaiti

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Elmi-Metodiki Şuranın 04.07.2002-ci il tarixli 16 saylı protokolu əsasında dərs vəsaiti kimi təsdiq olunmuş və təhsil nazirinin 11.07.2002-ci il tarixli 767 saylı əmrilə qrif verilmişdir

Bakı – «Elm» - 2004

Page 2: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

2

Elmi redaktor: Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, i.e.n. Azər Mehtiyev

Rəyçilər: Xəzər Universitetinin professoru M.N.Nuriyev Azərbaycan Dövlət İqtisad Universitetinin professoru R.B.Əliyev

F.Rəsulov, Q.İbadoğlu, «İqtisadiyyatın əsasları». «Elm». 2004, səh.200

Kitabda iqtisadiyyata girişin, mikroiqtisadiyyat, makroiqtisadiyyat və beynəlxalq ticarətin əsas anlayış və prinsipləri təqdim olunmuş, müasir iqtisadi biliklərin mənimsənilməsi üçün vacib hesab edilən iqtisadi kateqoriya, hadisə və qanunların şərhi verilmişdir. Dərs vəsaitində klassik və müasir iqtisadi nəzəriyyələrin başlıca tezislərinin, bazar iqtisadiyyatının əsas anlayışlarının, həmçinin iqtisadiyyatın tədrisi prosesində daha çox işlənən terminlərin izahına, iqtisadi fikir tarixindən seçmələrə, müzakirə üçün suallara, testlərə də geniş yer ayrılmışdır.

Kitab qeyri-iqtisad ali məktəblərinin tələbələri, kolleclərin, litseylərin və orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, habelə «İqtisadiyyata giriş» fənnini tədris edən müəllimləri üçün nəzərdə tutulmuşdur. Kitabdan iqtisadiyyatı müstəqil surətdə öyrənmək istəyənlər də istifadə edə bilər.

İSBN 9952-8051-0-1 0605010407 655(07)-2004

Page 3: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

3

Mündəricat

I Fəsil 9 İqtisadiyyat nədir? Məhdudluq İstehsal imkanları əyrisi Alternativ dəyər Seçim İstehsal amilləri Fayda və səmərəlilik

II Fəsil 25

Nə? Necə? Kim? İqtisadi sistemlər İstehlakzının davranışı Tələb nədir? Təklif nədir? Bazar tarazlığı Tələbin elastikliyi

III Fəsil 55

Başlıca sosial məqsədlər İqtisadi təfəkkür Rəqabət və bazar Bazarın dayanıqsızlıq halları Düvlətin iqtisadiyyatda rolu

IV Fəsil 79

Bazar modelləri Sahibkarlıq Firmanı necə yaratmalı?

V Fəsil 95

İstehsal məsrəfləri Nəyə görə xərcləyirik? Niyə xərcləyirik? Nə qədər xərcləyirik? İstehsal neçəyə başa gəlir?

VI Fəsil 111

Əmək resursları-bu bizik! Hər kəsə əməyinə görə! Və ya bazar qüvvələri əmək haqqını necə müəyyənləşdirir. Əmək resurslarının təkamülü (tədriji inkişafı) Əməyin diskriminasiyası.

Page 4: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

4

Əmək haqqına təsir göstərən digər qeyri - bazar qüvvələr Əməyin stimullaşdırılması

VII Fəsil 127

«Makroiqtisadiyyat» nəyi öyrənir? Dairəvi axınlar Makroiqtisadi nəticələri necə ülzməli? Milli gəlir, məşğulluq və iqtisadi sabitlik ÜDM və ÜMM «ikili hesabın» istinası

VIII Fəsil 145

Başlıca iqtisadi məqsədlər Tam məşğulluq Qiymətlərin sabitliyi İqtisadi artım Nəyə görə makroiqtisadçıların fikirləri üst-üstə düşmür?

IX Fəsil 161

Pul – bu hər şeydir Pul və onun funksiyaları Mübadilə və mübadilə vasitəsi Monetarist monetar siyasət Pul kütləsi və onun aqreqatları Milli Bank pul kütləsini necə tənzimləyir?

X Fəsil 175

Dövlət büdcəsi və vergilər Büdcə quruculuğu Büdcə gəlirləri Büdcə xərcləri Vergi sistemi Vergilər və onun növləri Vergi dərəcələri

XI Fəsil 191

Beynəlxalq iqtisadiyyat Xarici ticarət dövriyyəsi Mütləq və müqayisəli üstünlüklər Təbii və əldə edilmiş üstünlüklər

Page 5: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

5

MÜƏLLİFLƏRDƏN

Biz, bu dərsliyin müəllifləri ABŞ-ın İqtisadi Təhsil üzrə Milli Şurasının (NCEE) 1998/1999-cu illərdə keçirdiyi «Təlimçilər üçün təlim» proqramının məzunlarıyıq. Bu baxımdan, Sizlərə təqdim etdiyimiz dərs vəsaiti üzərində işləyərkən NCEE-nin metodikasından bəhrələnmiş və bu kitabı müasir iqtisadiyyatın tələblərinə uyğunlaşdırmağa çalışmışıq. Bu dərs vəsaitinin hazırlanması ideyası da elə o vaxtdan başlanmış və onun üzərində iş nəşrə təqdim olunana qədər davam etmişdir. Bu dövrü biz nəzəri biliklərimizi praktiki müstəvidə sınaqdan keçirməyə sərf eləmişik. Bu məqsədlə 2000-ci ildən başlayaraq hər il orta məktəblərin riyaziyyat, tarix və coğrafiya müəllimləri üçün keçirilən seminarlarda təlimçi statusunda çıxış etmiş və 100-dən çox orta məktəb müəlliminin ixtisasını dəyişib «İqtisadiyyata giriş» fənnini tədris etməsinə elmi və metodiki yardım göstərmişik. Bununla yanaşı ötən dövr ərzində keçirdiyimiz bir neçə təlim kurslarına universitetlərin və ixtisasartırma institutlarının müəllimləri də cəlb olunmuşdur. Sonuncu belə tədbir İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilati, ABŞ-ın İqtisadi Təhsil üzrə Milli Şurasının metodiki və maliyyə dəstəyi ilə 2004-cü ilin 18-24 avqust tarixində keçirilmişdir. Bu dərs vəsaitinin hazırlanmasında həmin tədbirlərin dinləyicilərinin istəyi, rəyi və təklifləri kifayət qədər əhəmiyyətli rol oynamışdır. Belə ki, kitabın «Ekspert» jurnalının 2000-ci il 1-12-ci saylarında dərc olunmuş mətninin surəti həmin seminarlarda müxtəlif (orta və ali) ixtisas səviyyəli dinləyicilərə paylanmış və onların rəyləri əsasında daha da təkmilləşdirilmişdir.

Dərs vəsaiti 1999-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri üzrə Elmi-Metodik Şurası tərəfindən «İqtisadiyyata giriş» fənni üzrə təsdiq olunmuş proqram əsasında hazırlanıb. Biz bu vəsaitin tədrisinə kömək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurası «İqtisadiyyat» bölməsinin 25.10.2002-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmiş (protokol №3) «İqtisadiyyata giriş» fənninin tədrisinə dair» Metodik Göstəriş hazırlayıb, onu Nazirliyin Metodiki Şurasının qərarı ilə 2003-cü ildə nəşr etdirmişik.

Oxuculara ünvanlanan bu kitab yalnız formatı ilə deyil, həmçinin məzmunu və eləcə də onun daha asan mənimsənilməsi üçün dili, izahatı, təqdimatı ilə fərqlənir. On bir fəsildən ibarət olan dərs vəsaiti iqtisadiyyata girişə dair ən ümumi və zəruri bilgilər əldə etmək istəyənlər üçün faydalı tədris mənbəyi sayıla bilər.

Kitabın mündəricəsini şərti olaraq dörd hissəyə bölmək olar. Birinci hissədə iqtisadiyyata girişin ən ümdə məsələləri və kateqoriyaları (məsələn, seçim və alternativ dəyər, məhdudluq, tələb və təklif, tarazlıq, elastiklik, bazar, rəqabət) izah olunur, ikinci hissədə mikroiqtisadiyyatın sahibkarlıq fəaliyyəti və firmalar, istehsal amilləri, əmək resursları, istehsal xərcləri və gəlirlər kimi məsələləri şərh edilir. Üçüncü hissə ölkə iqtisadiyyatı ilə bağlı makroiqtisadi proseslərdən bəhs edir. Nəhayət, dərs vəsaitinin sonuncu hissəsi beynəlxalq iqtisadiyyat məsələlərinin qısa şərhi ilə başa çatır.

Page 6: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

6

Zəruri qeyd: rica edirik nəzərə alasınız ki, bu kitab dərs vəsaiti kimi müəlliflərin ilk işidir, çox güman ki, bu səbəbdən vəsait heç də nöqsansız deyil. Çox istərdik ki, kitabın çatışmayan cəhətləri, qüsurları barəsində irad və təkliflərinizi bu ünvana: AZ 1001, Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 9, mənzil 40a («Ekspert» jurnalı redaksiyası, əlaqə telefonları – 498 44 31, 492 20 21, e-mail: [email protected] ) göndərəsiniz. Nəzərə alın ki, Sizlərin belə alicənablığı bizim gələcək fəaliyyətimizə xeyli fayda gətirər və bu işin davamı olaraq dərcini yaxın vaxtlarda planlaşdırdığımız yeni və daha təkmil dərslik və ona əlavələr (tapşırıqlar, testlər və s.) hazırlanmasına qiymətsiz töhfə olar.

Əvvəlcədən təşəkkür edirik.

Page 7: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

7

Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya,

biologiya və digər elmlər kimi iqtisadiyyat elmi də özünəməxsus kateqoriyalara, qanunauyğunluqlara malikdir, bu elm sahəsində də çox müxtəlif nəzəriyyələr mövcuddur. Hətta iqtisadçı olanların belə həmin nəzəriyyələrin hamısını kamil öyrənə bilməsi müşkül məsələdir.

Bununla belə, iqtisadiyyat elm olmaqla bərabər, həm də bizim hər birimizin gündəlik həyatımızın, yaşayışımızın əsasıdır. Ona görə də hər kəsin öz güzəranını daha yaxşı qura bilməsi üçün gündəlik həyatda üzləşdiyi bir sıra sadə iqtisadi qanunauyğunluqları başa düşməsi və dərk etməsi mühüm əhəmiyyət kəsb edir. Buna cəhd göstərən hər kəsə «İqtisadiyyatın əsasları» adlı bu dərs vəsaiti əvəzsiz yardımçı ola bilər.

Əslində bu kitabı «İqtisadiyyatın «əlifbası» da adlandırmaq olardı. Çünki, «Əlifba» müəyyən dildəki sözləri əmələ gətirən hərfləri öyrətdiyi kimi, bu kitabda da iqtisadiyyatın konstruksiyasını əmələ gətirən və bu baxımdan, obrazlı desək, iqtisadiyyatın «hərfləri» adlandırıla biləcək iqtisadi kateqoriyalar, iqtisadi münasibətlərdən yaranan hadisə və proseslər hər kəsin asan başa düşəcəyi sadə şəkildə izah edilir və şərh olunur.

Son illər ölkəmizdə iqtisadiyyatın öyrənilməsinə və tədrisinə marağın müəyyən qədər artması ilə əlaqədar olaraq ali və orta ixtisas məktəblərinin tələbələri üçün, habelə orta məktəbin yuxarı siniflərində tədris edilmək məqsədilə iqtisadiyyata dair bir sıra dərsliklər və dərs vəsaitləri nəşr edilmişdir. Geniş oxucu kütləsinin rəyinə əsaslanaraq deyə bilərik ki, onların əksəriyyətinə xas olan dil mürəkkəbliyi və iqtisadi hadisə və proseslərin son dərəcə «akademik» şərhi materialların dərk edilməsini çətinləşdirir. Sizə təqdim olunan bu dərs vəsaiti isə, hətta əsasən eyni mövzulardan bəhs etməsinə baxmayaraq, onlardan keyfiyyətcə xeyli fərqlənir. Bu kitabda dilin sadəliyi, materialların şərh edilməsi üslubunun orijinallığı, iqtisadi hadisə və proseslərin təqdim edilməsində sistemliliyin, ardıcıllığın və səbəb-nəticə əlaqələrinin gözlənilməsi, adi gündəlik həyatımızdan çoxlu sayda misalların gətirilməsi, əyani vasitələrin (sxemlər, şəkillər, modellər, qrafiklər və s.) zənginliyi xüsusilə diqqəti cəlb edir. Kitabda bütün iqtisadi hadisə və proseslər, iqtisadi kateqoriyalar hər kəsi düşündürəcək sadə suallar və onlara verilən cavablar formasında şərh edilir. Bütün bunlar isə təqdim edilən materialların hamı tərəfindən anlaşılmasını və asan dərk olunmasını təmin edir. Bunu müəlliflərin uğuru hesab etmək olar.

Dərs vəsaiti qeyri-iqtisad ali və orta ixtisas məktəblərinin tələbələri, orta məktəbin yuxarı sinif şagirdləri və orta məktəblərdə iqtisadiyyat fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulsa da, bu, iqtisadiyyatı müstəqil şəkildə öyrənmək istəyənlər üçün də əvəzedilməz bir vəsait olacaq. Tam əminliklə söyləmək olar ki, bu vəsaitdən iqtisad ali məktəblərində «İqtisadi nəzəriyyə» kursunu öyrənən aşağı kurs tələbələri də lazımınca faydalana biləcəklər.

Page 8: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

8

Dərs vəsaitinin özünəməxsus cəhətlərindən biri də onun üslub və məzmun baxımından Avropada və Amerikada tədris edilən «Ekonomiks» dərsliklərinə uyğunluğudur. Lakin, son illər müxtəlif dillərdən dilimizə tərcümə edilən həmin dərsliklərdən fərqli olaraq bu dərs vəsaitində konkret hadisə və proseslərlə bağlı istifadə olunan misal və nümunələr bizim gündəlik üzləşdiyimiz hadisələrdən götürülüb ki, bu da kitabın ruhunu oxuculara daha da yaxınlaşdırır.

Page 9: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

9

Birinci fəsil

Bu fəsli oxuyarkən aşağıdakı termin və anlayışlara diqqət yetirin:

• İqtisadiyyat nədir?

• Məhdudluq

• İstehsal imkanları əyrisi

• Alternativ dəyər

• Seçim

• İstehsal amilləri

• Fayda və səmərəlilik

İnsan həyatını iqtisadiyyatsız təsəvvür etmək olmaz. Hərçənd, bizim çoxumuz, hətta müəyyən qədər təhsil görmüş olsaq da, iqtisadiyyatın həyat tərzinin əsasını təşkil etdiyini nəzərimizə gətirmirik. Robinzon Kruzonu xatırlayırsınızmı? O, gəmisi qəzaya uğrayıb kimsəsiz bir adaya düşənədək, iqtisadi çətinliyi dəf etmək haqqında düşünmürdü. Ancaq zərurət onu bunu anlamağa vadar etdi. Və ən maraqlısı budur ki, insan bu barədə - iqtisadiyyat qanunları haqqında müəyyən biliyə sahib olmadan iqtisadi tələblərə əməl etməli olur. Yaşayış bunu tələb edir.

Bax, bizlər orta məktəbi bitirməmiş sərbəst yaşamaq, müstəqil olmaq istərdik. Elə ki, orta təhsili başa çatdırdıq, özümüzə sənət seçmək, ömür yolumuzun

sonrakı illəri haqqında çətin fikrə gəlməli oluruq. Kimisi elm adamı, başqası rəssam, kimlər isə sahibkar və ya həkim, jurnalist və ya menecer olmaq istəyir. Doğrusu, bu peşələr haqqında anlayışımız çox bəsit olur. Əslində, həkim olmaq istəyən kəs heç öz orqanizminin funksiyalarını yaxşı bilmir. Çünki, biz bu peşələr haqqında hələlik ümumi anlayışa malikik.

Bundan narahatçılıq keçirməyə dəyməz, hər şeyin öz vaxtı var. Elə iqtisadi bilikləri qavramağın, istəkləri reallaşdırmağın özü də bəşəri bir tələbdir. Bəşəriyyətin səhəri açılandan, lap ibtidai dövrlərdə də adamlar yaşamaq üçün müəyyən məqsədlər, vasitələr, üsullar axtarıb tapmalı olmuşlar. Yaşamaq üçün mübarizə həmişə olub, var və olacaqdır. Bunsuz həyat amorf-ətalət siqlətli, mənasız bir şey olardı.

Page 10: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

10

Belə müdrik söz var: iştah dişin altındadır. Götürək iqtisadiyyatı. Biz iqtisadiyyatın nə olduğunu o zaman dərk edirik ki, pul qazanırıq və onu xərcləməli oluruq. Necə qazanmalı və necə xərcləməli - bu həyata maraq doğurur.

Çoxəsrlik bəşər tarixi bu suallara saysız-hesabsız, bir-birinə bənzəməyən cavab axtarışı ixtiyarındadır.

İnsanlar yaşamaqla bağlı istəklərini reallaşdırmaq üçün hər şeyə əl atıblar: qanlı, talanlı müharibələr ediblər. Lap elə bu günümüzə nəzər salaq. Qarabağ müharibəsi -xalqımızın ağrılı-acılı, yaralı yeridir. Erməni separatçıları namərdlik edərək, öz çoxdankı istəklərinə qovuşmaq üçün - ərazi iddialarını reallaşdırmaq, münbit torpaqları ələ keçirmək məqsədilə qonşusu Azərbaycanın ərazisinin beşdə birini işğal etmişlər. Bu ədalətsiz istəkdir. İmperiya - iddialı hakim dairələr xalqları dəfələrlə belə fəlakətlərə düçar etmiş, sonda özləri də məhvə məhkum olmuşlar. Tarix güzəranın yaxşılaşması üçün müharibələrin labüd olmadığını çoxdan sübut edib.

Əmin-amanlıqda yaşamaq üçün mütərəqqi məqsədlər və vasitələr var: insan əməyini yüngülləşdirmək, zəhmət müqabilində daha çox fayda-mənfəət əldə etmək üçün yeni texnika, texnologiya ixtira etmək, biologiyanı insanın sağlam böyüməsinə yönəltmək, tibbi nailiyyətlərlə nahaq ölümlər üzərində zəfər çalmaq və s.

Bir sözlə, elm və həyat təcrübəsi sübut edir ki, rifahın, dolanışığın səviyyəsi-ölkə vətəndaşlarının əmtəə istehsalının, xidmətinin yaxşı təşkili ilə bağlıdır. Yalnız belə olduqda insanlar rahat, təhlükəsiz həyat sürə bilər və hərtərəfli təmin olunar.

Nəinki, iqtisadçı alimlərin nəzəri fikirləri, lap bizim gözümüz qarşısında baş verən möcüzəli hadisələr-sıçrayışlı inkişaflar da bunu təsdiq edir.

Bir vaxtlar ölkənin varı - təbii sərvətlərin, resursların zənginliyi ilə, münbit torpaqların çox olması ilə, bol suyun, meşələrin mövcudluğu ilə müəyyən edilirdi.

İkinci dünya müharibəsi başa çatdıqdan sonra ictimai-iqtisadi inkişafın yeni vüsəti bu fikrə ciddi düzəliş verdi. Cənubi-Şərqi Asiyanın təbii sərvətlər cəhətdən heç də zəngin olmayan ölkələrində bənzərsiz sıçrayışlar qeydə alındı. Doğrudur, təbii sərvətlərin çoxluğu həyat tərzinin yüksəlməsi üçün mühüm istehsal amillərindən biridir. Ancaq nəinki bu resurslar tükənəndən sonra, hətta bunların mövcudluğu şəraitində də belə ölkələr zamanın inkişafı ilə ayaqlaşa bilirlər. İki ölkənin həyatına - zəngin sərvətli şimal qonşumuz Rusiyanın və təbii sərvətlər sarıdan kasıb-kasad ölkə sayılan Yaponiyanın inkişaf səviyyəsinə nəzər salaq: birində rifah səviyyəsi aşağı, digərində isə yüksəkdir.

Bəs, rifah səviyyəsi özü nə deməkdir? Rifah səviyyəsi - əhalinin həyat şəraitinin və tələbatlarının ödənilməsinin sosial-

Рифащ сявиййяси - юлкя вятяндашларынын ямтяя, хидмят, ращат вя тящлцкясиз щяйат тярзи иля тямин олунма

Page 11: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

11

iqtisadi xarakteristikasıdır. BMT-nin tövsiyələrinə əsasən rifah səviyyəsi aşağıdakı elementlərin sistemini əks etdirir: sağlamlıq, o cümlədən demoqrafik şərait, qidalanma, geyim, istehlak və yığım fondları; əmək şəraiti, məşğulluq, əməyin təşkili; təhsil, o cümlədən savadlılıq; mənzil təminatı; sosial təminat; insan azadlıqları. Rifah səviyyəsinin beynəlxalq (ölkələrarası) müqayisəsi üçün BMT “İnsan İnkişafı İndeksi (İİİ)” adlanan göstəricidən istifadə edir.

Bu indeksin hesablanması üçün 3 göstərici əsas götürülür: -adambaşına düşən ÜDM; - savadlılıq səviyyəsi; -orta ömür müddəti. Birinci göstərici üzərində sonrakı fəsillərdə geniş dayanacağıq. BMT İnkişaf Proqramının Qlobal İnsan İnkişafı (Qİİ) hesabatlarında

Azərbaycan İİİ-nin reytinqinə görə, 1995-ci ildə 110-cu (həmin ildə Türkiyənin reytinqi 69, Rusiyanın 72, Gürcüstanın 108, Ermənistanın isə 99 olub), 1997-ci ildə 103-cü, 1998-ci ildə 107-ci, 1999-cu ildə 110-cu, 2000-ci ildə 90-cı, 2001-ci ildə 79-cu, 2002-ci ildə 88-ci, 2003-cü ildə 91-ci yerdə dayanıb.

İİİ-nin səviyyəsinə görə ölkələr 1-dən (insan inkişafının ən yüksək səviyyəsi) 174-dək (insan inkişafının ən aşağı səviyyəsi) aralığında sıralanır.

Bəs, dolanışığın səviyyəsi nə ilə müəyyən edilir? Bu suala iqtisadiyyatın bəzi anlayışlarını öyrənəndən sonra cavab axtaracayıq.

MƏHDUDLUQ

Bəllidir ki, dünyada heç bir dövlət və heç kim bütün istədiklərinə sahib ola

bilmir. Sadəcə olaraq, nemətlər hamıya çatmır. Çünki, hamımızın istəkləri qeyri-məhduddur. Xatırlayın ki, siz hər dəfə maüazada olanda çoxlu və müxtəlif çeşidli mal almaq istəyində olursunuz. Amma məhdud miqdarda mal almaq imkanınız olur. Yaxud, biznesmen hər hansı bir məhsulu daha çox istehsal etmək istəyir, ancaq hər dəfə ona nə isə mane olur. Bəzən, xammal, bəzən pul, bəzən də xırda bir hissə çatışmır. Resursların elə bir həddi mövcuddur ki, yalnız o çərçivədə insanların tələbatını ödəmək, maddi nemətlərin istehsalını və xidmətlərin fəaliyyətinı təşkil etmək mümkün olur. Başqa sözlə, ölkənin bütün əhalisi mövcud təbii və digər resurslardan istifadə etsə bu zaman istehsal nə vaxtsa dayana bilər. Bəs, nə etmək lazımdır? Yeganə çıxış yolu hər hansı bir məhsuldan çox istehsal etməklə kifayətlənmək deyil, mövcud resurslardan səmərəli istifadə yolu ilə fasiləsiz istehsalın yeni sahələri işə salınmalıdır. Deməli, insanların tələbatı sonsuz, onları təmin etmək üçün zəruri olan resurslar isə məhduddur. Hər bir cəmiyyət, hər bir insan həmişə resursların və imkanların məhdudluüu problemi ilə rastlaşır. Onların hər birinin qarşısında daimi seçim problemi durur.

Seçim bizim həyatımızın əsasıdır. Seçimin zərurətini ilk növbədə, bizim gəlirlərimiz, həyat şəraitimiz şərtləndirir.

Əksər ailənin gəliri məhdud ölçüdədir. Kimdənsə borc götürməklə, eləcə də əmanətə

Page 12: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

12

qoyulmuş vəsaitlərdən istifadə etməklə vaxt darlıüı yaranır. Firmalarda da ailədə olduüu kimidir, onların da gəlirləri məhduddur. Onlar da kredit alır, dövlət büdcəsinə vergilər ödəyirlər.

İndi isə iqtisadiyyatın əsas anlayışlarından daha birini öyrənmək üçün belə bir

misala nəzər salaq. Tutaq ki, saatınız yoxdur və onu almaq üçün pul yıümaq qərarına gəlmisiniz.

Siz pul toplamaqda olduüunuz vaxt fotoqrafiyaya aludə olursunuz və fotoaparat almaq fikrinə düşürsünüz. İndi tutaq ki, sizin pulunuz var. Lakin, vəsaitiniz ya saat, ya da fotoaparat almaüa bəs edir, hər ikisini almaüa çatmır. Siz seçim qarşısında qalırsınız. Əgər saat alsanız, onda fotoaparatla şəkil çəkmək həzzindən imtina etməlisiniz.

İqtisadçılar əldən verilmiş imkanların miqdarını alternativ dəyərlə ifadə edirlər. Seçim problemi dövlətin, firmanın, eləcə də insanların ən çətin problemlərindən

biridir. Belə ki, istəklərin çoxluüu, resursların isə məhdudluüu sizi həmişə müxtəlif variantlar arasından birini və ya bir neçəsini seçməyə məcbur edir. Firma öz məhsul və xidmətini qəzetdə, radioda, televizorda reklam edə bilər. Amma, çox nadir hallarda firma hər üç informasiya vasitəsindən istifadə edir. Çünki bunun üçün çoxlu xərc tələb olunur. Televiziyanı seçirsə, onda radioda da yerləşdirilmiş reklamın səmərəsi azalır.

Hökumət də bütün dövrlərdə seçim qarşısında durur. Büdcə vəsaitlərini hara xərcləməli? Hazırki şəraitdə büdcə vəsaiti küçələrin işıqlandırılmasına və ya ordunun möhkəmləndirilməsinə yönəldilməlidir? Lakin bunun hər ikisinə pul çatmır. Belə olan halda, silahlı qüvvələrini möhkəmlədən hökumət küçələrin işıqlandırılması imkanlarını itirir və yaxud da əksinə. Bu da seçimin alternativ dəyəridir. Siz hərdən həyətdə futbol oynamaq qərarına gəlirsinizsə, sabahkı dərslərə hazırlaşmaq imkanlarını itirirsiniz. Deməli, oyunun ləzzətinin alternativ dəyəri sabah dərslərdən qeyri-kafi qiymət almaüa səbəb olur.

İг tисаdиййаt - бизим сonсуз исtяклярим изля м яhdуd им каnларым ызы даща йахшы неъя бирляшдирмяк щаггында елм dир.

Sечимиn dяйяри - еля эялири, hяйаtи nем яtляри, ям tяя вя xиdм яtляри xаракtеризя еdир ки, биз сечdийим из башг а вариаntларdа fяалиййяtя цсtцnлцк верdийим изя эюря onлары ялdя еdя билм ирик.

Aлtерnаtив dяйяр - сизиn еhtийаtdа саxлаdыüыnыз вя алм аг исtяdийиnиз м алыn г ийм яtиля юлчцлцр.

Page 13: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

13

Belə güman edək ki, insanlar aüılı ilə hərəkət edir, daha irəli gedir, təklif

olunan müxtəlif variantlardan daha çox fayda gətirəni seçir və həmişə belə olurmu? Əgər ötən həftə ərzində fəaliyyətinizə nəzər salsanız görəcəksiniz ki, əldən buraxdıüınız imkanlar sizin üçün iri məbləüləri ifadə edir. İnsanlar seçimini düşünərsə, alternativ dəyərin dərk edilməsi onlara gələcək həyatında xeyli kömək göstərər. Seçimin və alternativ dəyərin zəruriliyini və səmərəsini cədvəl və qrafikin köməyi ilə təsvir edək. Bu qrafik iqtisadi ədəbiyyatlarda istehsal imkanları əyrisi adlanır. Belə qrafik vasitəsilə seçim və alternativ dəyərin zəruriliyi və səmərəliliyi nəzərə çatdırılır. Lakin, qrafikə keçməmişdən əvvəl bir lətifə və onun üzərində qurulmuş misala nəzər salaq.

Yeri gəlmişkən qeyd edək ki, iqtisadçılar digər alimlərlə müqayisədə "fərz edək ki" sözünü daha çox işlətməyi sevirlər. Ona görə də onların leksikonunda bu sözə tez-tez rast gəlmək olur. Hətta bu barədə məşhur lətifə də mövcuddur: deyilənə görə kimyagər, fizik və iqtisadçı yarüan boyunca yol gedərkən birdən dərin çökəkliyə yıxılırlar. Bu çökəklikdən çıxmaüın çətinliyini dərk edəndən sonra oturub nə etmək barəsində fikirləşirlər. Vəziyyətdən çıxış yolu onların hər biri tərəfindən düşünülür. Əvvəlcə kimyagər deyir: "Əgər məndə kükürd və bəzi maddələr olsa idi, ondan partlayıcı maddə düzəldib qayanı partladaraq, yolumuzu açardım”. Fizik deyir: "Əgər məndə uzun taxta lövhə və hamar daş olsa idi, ondan tramplin düzəldərdim. İkimiz şalbanın bu başına bərk zərbə endirər, tirin digər tərəfində olanı yuxarı tullayardıq. O da kənara çıxaraq yerdə qalanları çəkib çıxarardı". Növbə iqtisadçıya çatanda, o deyir: "Gəlin, fərz edək ki, biz burada yoxuq."

Beləliklə də bizim sevimli sözümüzdən istifadə edərək, fərz edək ki, yaşadıüımız kiçik ölkədə yalnız iki növ məhsul istehsal olunur: velosiped və paltar. Mütəxəssislərin hesablamalarına görə, ölkədə mövcud olan zəruri resursları, o cümlədən bütün əmək qabiliyyətli əhalini bu məhsulun istehsal sferasına cəlb etməklə ildə 100 min ədəd velosiped buraxmaq olar. Yox, əgər bütün mümkün resursları yalnız paltar istehsalına yönəltsək, onda buraxılışın miqdarı il ərzində maksimum 800 min ədədə çata bilər.

Başqa bir variantda isə həmin resursları sözü gedən iki məhsul arasında bölüşdürməklə eyni vaxtda hər iki məhsulun istehsalını təşkil etmək mümkündür. Müxtəlif variantlara uyüun gələn istehsal proqramı 1 saylı cədvəldə təsvir edilir.

Cədvəl 1 İstehsalat imkanları şkalası

Variantlar Velosiped, min ədədlə Paltar, min ədədlə 1 100 0

Page 14: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

14

2 80 500 3 60 650 4 40 700 5 0 800

Cədvəl məlumatlarından istifadə etməklə istehsal imkanları əyrisini aşağıdakı

formada qurmaq olar. Velosiped (min.ədədlə)

100 80 60 40 20

500 650 700 800 Paltar (min. ədədlə)

Şəkil 1. İstehsal imkanları əyrisi

Qrafikdən göründüyü kimi, bütün resurslar 100 min ədəd velosiped

buraxılmasına yönəldiyi halda, ölkədə paltar istehsal olunmur. Əgər 500 min ədəd paltar istehsalı barəsində qərar qəbul etsək, onda 20 min ədəd velosiped istehsalından imtina etmiş oluruq (B nöqtəsi müvafiq surətdə həmin qərarı ifadə edir). Yox, əgər qərar qəbul etsək ki, 650 min ədəd paltar buraxmalıyıq, onda da 40 min ədəd velosiped istehsalından imtina etməliyik (bu vəziyyəti C nöqtəsi əvəz edir). 700 min ədəd paltar istehsalının müqabilində, 60 min ədəd velosiped buraxılışından imtina edir və bu məhsul növünün istehsalını 40 min ədəd səviyyəsinə endiririk (bu vəziyyəti Q nöqtəsi ifadə edir). Nəhayət, paltar istehsalını 800 min ədəd səviyyəsinə qaldırmaq isə bütövlükdə velosiped buraxılışından imtina etmək deməkdir (bu vəziyyəti də D nöqtəsi əks etdirir).

İndi isə vacib hesab etdiyimiz cəhətə diqqət yetirək. Göründüyü kimi, hər bir yeni vahidin alternativ dəyəri eyni deyildir. Bu çox mühüm haldır. Əyridən göründüyü kimi AB sahəsi meylli, BC dairəvi, QD isə nisbətən şaqulidir. Bu təsadüfi deyildir. Bu onunla izah olunur ki, əgər başlanüıcda paltar istehsalının

А Б Ъ .У . Х Г Д

Page 15: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

15

alternativ dəyəri 500 min ədəd idisə, onda cəmisi 20 min ədəd velosiped buraxılışından imtina edilib, sonradan paltar istehsalının 150 min ədəd artırılması velosiped buraxılışının 40 min ədəd azaldılmasını şərtləndirib. Nəhayət, paltar istehsalının yenidən 150 min ədəd artırılması, velosiped buraxılışının 60 min ədəd aşaüı salınmasını səciyyələndirib. Biz səhv etmirikmi?

Əlbəttə ki, yox. Məsələ burasındadır ki, velosiped buraxılışında istifadə edilməyən resursları paltar buraxılışına sərf etmək mümkündür. Lakin, bu zaman onu da nəzərdən qaçırmaq olmaz ki, biz bəzi dəzgahları və işçiləri dərhal bir istehsaldan digərinə keçirə bilirik, lakin resursların müəyyən hissəsini (metalı, rezini) velosiped istehsalından sonra birbaşa paltar buraxılışında istifadə edə bilmirik. Bunu da istehsal imkanları əyrisi ilə izah etmək mümkündür. İstənilən dövlətin, o cümlədən Azərbaycanın da iqtisadi durumu əyrinin daxilində hansısa nöqtəni xarakterizə edir. Tutaq ki, bu nöqtə X-dur. Heç bir dövlətdə, heç bir cəmiyyətdə malik olduqları bütün resurslardan tamamilə istifadə imkanları mövcud deyildir. Məgər bizim ölkəmizdə bütün resurslar eyni zamanda fəaliyyətdədirlərmi? Hətta ABŞ-da da işsizlik hökm sürür, deməli orda da əmək resurslarından tamamilə istifadə olunmur və s.

Beləliklə də hər bir ölkənin iqtisadi durumu əyri daxilində hansısa nöqtəni əks etdirir, əyridən kənardakı nöqtə isə iqtisadi imkanların xaricindədir.

Bu tərifdən belə nəticə çıxır ki, cəmiyyət, daha doürusu, biz sizinlə həmişə

resurslardan hökmən səmərəli istifadə etməyə çalışmalıyıq. İndi isə gəlin iqtisadi fəaliyyətdə istifadə olunan resursların necə

təsnifləşdirilməsini öyrənək və görək nadir resurslar nəyə deyilir. Biz pul haqqında danışarkən, pulun miqdarının ölkədə də, ailədə də və insanda da

məhdud olduüunu yaxşı bilirik. Yaxud əmək resurslarından bəhs edərkən onunla da baülı eyni nəticəyə gəlirik. Onların da miqdarı məhduddur. Bəs təbii resurslarla baülı vəziyyət necədir? Bizim nəfəs aldıüımız hava da təbii resurs hesab olunurmu? Onu da nadir hesab etmək olarmı? Biz hamımız bu resurslardan istifadə edirik, onlar bizə həyatımız üçün hökmən lazımdır. Daha doürusu onlar bizim üçün arzuolunandır. Belə olan halda onlar məhdud deyildir. Əlbəttə ki, kosmik fəzada hava çox azdır, amma yer kürəsində o qədər çoxdur ki, biz ondan istifadə edir və heç haqqını belə ödəmirik. A. Belyayevanın "Hava satıcısı" fantastik hekayəsini xatırlayırsınızmı? Orda bir nəfər bütün dünyaya hökmranlıq etmək məqsədilə uzaq şimalda güclü nasoslar qurur və havanı nasosla çəkməyə başlayır. Sonra onu böyük

İг tисаdиййаt - зярури м яhсулларыn исtеhсалы цчцn ъям иййяtиn ресурсларdаn nеъя исtиfаdя еtм яси вя onларыn яhали арасыndа бюлцшdцрцлм ясиndяn бяhс еdяn елм dир.

Page 16: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

16

təzyiq altında sıxaraq, maye vəziyyətinə gətirir və xüsusi çənlərə doldurur. Çox keçmir ki, tezliklə daülıq yerlərdə nəfəs almaüa hava çatmır və tənəffüs çətinləşir, insanlar boüulmaüa başlayır. Belə olanda həmin adam yer kürəsinin sakinlərinə ondan havanı pulla almaüı təklif edir. Hava nadir resursa çevrilir və məhdudlaşır. Başqa bir nümunə götürək. Qızıl! Çox adam ona sahib durmaq istəyir, o arzuolunandır, lakin o çox azdır və buna görə də çox bahadır.

Resurslar o vaxt nadir hesab edilir ki, onlar arzuolunan və məhdud olsunlar.

İstehsal amilləri İstənilən resurslardan istifadəyə görə onun sahibinə haqq ödəmək lazımdır. Hər

bir resurs üçün müxtəlif haqlar vardır. Resurslara görə hansı haqqlar mövcuddur? Bunu aşağıdakı sxem vasitəsilə öyrənək. Həqiqətən də təbii resurslardan əmtəə və xidmətlərin istehsalı zamanı daha çox

istifadə ediləni maddi nemətlərdir. Bura canlı təbiət, meşə, faydalı qazıntılar və sairələri aid edilir. İqtisadçılar çox vaxt təbii resurslardan danışanda "torpaq" terminindən də istifadə edirlər.

Torpağın sahibinə ödənilən haqq renta adlanır. Əmək resurslarına və yaxud ixtisaslı əməyə əmtəə və xidmətlərin istehsalı

zamanı insanın sərf etdiyi istənilən fiziki və zehni güc daxil edilir. Resurslar Resurs sahibinin aldığı haqq Рента

Ямяк щаггы

Иш гцввяси (ямяк)

Тябии (тябии немятляр)

Page 17: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

17

Фаиз

Мянфяят

Капитал (завод, фабрик, аваданлыг, пул вясаитляри)

Сащибкарлыг (идаряетмя габилиййяти вя вярдишляри)

Şəkil 2. Resurslar - Sahibkarlar

Əmək resurslarından istifadəyə görə ödənilən haqq əmək haqqı adlanır. Kapital adı altında əmtəə və xidmətlərin istehsalı zamanı istifadə edilən fabrik və

zavodlar, maşın və dəzgahlar başa düşülür. Bura istehsalın təşkili və müxtəlif texniki avadanlıqların əldə edilməsi üçün sahibkara zəruri olan pul vəsaiti də aid edilir. Qərbdə çox geniş yayılmış məsəl var ki, "yalnız axmaqlar öz pulu ilə biznes edirlər". Bu məsəl o vaxt əmələ gəldi ki, bir çox ölkələrdə güclü bank sistemi yaradılaraq möhkəmləndirildi. Bundan sonra işgüzar adamlar banklardakı vəsaitlərdən bizneslərini təşkil etmək üçün istifadə etməyə başladılar.

Page 18: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

18

Özgənin pulunun (kapitalının) istifadəsinə görə ödənilən haqq faiz adlanır. Nəhayət, sahibkarlıq fəaliyyəti xüsusi fəaliyyət növlərindən biri olmaqla növbəti

resurslardan biri və əsası hesab olunur. O, əmtəə və xidmətlərin istehsalı məqsədilə firmaların yaradılması üçün zəruri olan idarəetmə və təşkilati işləri, tərcübə və vərdişləri əhatə edir. Bir çox qərb sosioloqlarının tədqiqatları göstərir ki, belə qabiliyyətə dünya əhalisinin 2 faizdən bir az çoxu malikdir.

Yuxarıda sadalanan resurslar biri-birindən asılı olmadan fəaliyyət göstərir. Onları yalnız sahibkarlıq qabiliyyəti birləşdirə bilər. Belə ki, sahibkar hər hansı bir istehsalı qurmaq üçün kapital cəlb edir, işçi tutur, təbii resurslardan istifadə edir və bütün bunları səfərbər edib idarə etməklə əmtəə və xidmətlərin istehsalına başlayır. Sahibkarlar alınmış kreditlərə görə faiz ödəyir, işçilərə məvacib verir, təbii resurslara görə renta ödəyir, əgər işini düzgün qurarsa, yerdə qalan pul isə onun mənfəətini təşkil edir ki, bu da sahibkarlıq qabiliyyətinə, biznes vərdişinə və keyfiyyətinə, yeni ideya və səylərə, riskə görə haqqı xarakterizə edir.

MİKROİQTİSADİYYAT, MAKROİQTİSADİYYAT

İqtisadçılar "İqtisadiyyat" elminə iki səviyyədə yanaşırlar. Bu yanaşmaya görə, iqtisadiyyat mikro və makro səviyyələrdə fərqləndirilir. Mikroiqtisadiyyat firma, istehsalçı səviyyəsində baş verən prosesləri öyrənir. O məhdudluq, seçim, tələb və təklif, qiymət və onların təsərrüfat fəaliyyətinə təsirini və sair məsələləri aydınlaşdırır. Makroiqtisadiyyat dövlət miqyasında məsələlərə aiddir. O, məcmu tələb və təklifi, məcmu gəliri, inflyasiya və işsizliyi və sair məsələləri öyrənir. Əgər iqtisadiyyatı saat mexanizmi ilə müqayisə etsək, onda mikroiqtisadiyyat hər bir yayı, mıxı, çarxı, makroiqtisadiyyat isə bu detalların qarşılıqlı fəaliyyətini və onun nəticəsində vaxtın təyin edilməsinin səbəblərini aydınlaşdırır.

İqtisadiyyat insanlara nəyə görə lazımdır? İnsanların, bir çox hallarda əsas, hətta ən yüksək tələbatları maddi tələbatlar

hesab olunur ki, bunu da yalnız iqtisadiyyat təmin edə bilər. Hər bir ölkə, hər hansı bir xalq iqtisadi qanunların dərk edilməsinin özünəməxsus yollarını müəyyən edir. Ölkələr bir-birilə ünsiyyətə ilk növbədə, ticarət vasitəsi ilə başlamışlar ki, bu da onlar üçün eyni istiqamətli və ya oxşar iqtisadi mexanizmlərin formalaşmasını şərtləndirmişdir. Bu gün biznesmen bir ölkədən digərinə gedərkən çox şeylər onun üçün tanış gəlir, beləliklə də o universal iqtisadiyyatın oyun qaydalarına vərdiş edir. Bu qaydalar əsrlərlə cilalanmış, təkmilləşdirilərək daha rasional olmuşdur. Çünki, hamı tərəfindən qəbul olunmuş iqtisadi qanunlara əməl etmədən fəaliyyət göstərmək həddindən artıq çətindir. Lakin bəzi ölkələrdə müxtəlif resursların böyük ehtiyatları olsa da, həmin dövlətlərin vətəndaşları yoxsul yaşayırlar. Çünki, onlar öz resurslarından qeyri-rasional istifadə edirlər.

İг tисаdи сямярялилик (расиonаллыг ) - зярури

hалларdа м ювъуd ресурслардан м иnим ум сярf еtм якля м аксим ум иг tисаdи fайdа ялdя еdилм яси г айdасыdыр.

Page 19: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

19

Dünyada iqtisadiyyat rasional prinsiplərlə idarə olunur. Məhz bu prinsip iqtisadi

mexanizmlərin əsasını təşkil edir. Biz bilirik ki, təbiət fərqli funksiyalı müxtəlif canlılardan ibarətdir. Hətta canlıların bir növü olan qarışqa da öz “məmləkətində” müxtəlif funksiyalar yerinə yetirir.

Əmək bölgüsü daha doürusu ixtisaslaşması - insanların və ya qrupların yalnız müəyyən olunmuş növdə işləri yerinə yetirməsinə yönələn iqtisadi əməkdaşlıq mexanizmidir.

Digər mexanizm - əməyin kooperasiyasıdır. Əməyin kooperasiyası insanlar və ya firmalar arasında hansısa əmtəənin

buraxılması üçün lazım olan istehsalat əməliyyatlarının bölgüsüdür. Sizlərdən çoxunuz beynəlxalq kooperasiyalaşmanın nəticələrini hətta öz

evinizdə də hiss etmisiniz. Yəqin ki, sizin yapon istehsalı olan televizorunuzun kinoskopu Honkonqda, ya da Tayvanda hazırlanıb. İxtisaslaşma və kooperasiyalaşma yüksək ustalıüa şərait yaratmaqla, məhsuldarlıüın artımını da təmin edir.

İnsan eyni vaxt ərzində nə qədər çox məhsul istehsal edərsə, əmək məhsuldarlıüı

da bir o qədər yüksək olar. İxtisaslaşma və kooperasiyalaşma məhsuldarlıüı yüksəltməklə, iqtisadi cəhətdən daha güclü mexanizmin - ticarətin fəaliyyətinə gətirib çıxarmışdır.

Ticarət - qarşılıqlı fayda əsasında əmtəənin səmərəli mübadilə qaydasıdır. FAYDA - İQTİSADİYYATI BAŞA DÜŞMƏYİN AÇARIDIR Biz qeyd etdik ki, insanların iqtisadiyyat sferasındakı fəaliyyəti başlıca olaraq

iqtisadi rasionallıq üzərində qurulur. İqtisadiyyat sferasında ən vacib motiv FAYDADIR! İnsanların həyatında onun rolu ölçülməz dərəcədə yüksəkdir. İnsanlar əmək sferasında ixtisaslaşmanın və kooperasiyalaşmanın həyata keçirilməsindən sonra öz əməyinin məhsulunu mübadilə edəndə başa düşürlər ki, bu faydalıdır.

Fayda- maddi rifah halının arzu olunan səviyyəsinə nail olarkən şəxsi güc

və vaxtın qənaətlə qorunmasını tələb edir. Rasionallığa cəhd insanları tələbatlarının ödənilməsindən daha çox həzz

almaqla həyatlarını qurmaüa kömək edir.

Ямяйиn мяhсулdарлыüы - ишчиnиn мцяййяn ваxt ваhиdи ярзиndя исtеhсал еtdийи мяhсул вя xиdмяtляриn миг dарыnы иfаdя еdир.

Page 20: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

20

Hər bir insan ömür müddətində müəyyən fiziki və zehni imkanlar əldə edir. Hər bir insan həm də əvvəlcədən qeyri-müəyyən olan ömür müddətinə malikdir.

Mümkün olan təbii resurslardan rasional istifadə imkanları insan ömrünün orta uzunluğundan asılıdır. Ölkəmizdə orta ömür müddətinin 74 il olduğunu və onun üçdə birini biz yuxuda keçirdiyimizi nəzərə alsaq, yerdə qalandan da uşaqlıq və qocalıq illərini çıxsaq, onda bizim imkanlarımızı reallaşdırmaq üçün 24-25 ilimiz qalır. Bu illər ərzində görəcəyimiz işlərə özünün dolanışıüının, ailənin rifahının təmin edilməsi, bir sözlə, həyatdan alınacaq zövqlərin təminatı da daxildir.

Təqdim olunmuş sxem üzrə cəmiyyətin iqtisadi mexanizminin əsas elementlərini aşaüıdakı formada təsvir etmək mümkündür.

Gəlin, bu sxemə nəzər salmaqla bu suala cavab axtaraq. Görəsən, sərvət hansı mərhələdə yaranır. Bəlkə "İstehsalın təşkili" və ya "Kooperasiyalaşma" mərhələsində . Bu suala cavab vermək üçün, əvvəlcə onu aydınlaşdıraq ki, əməyin bölgüsü və ixtisaslaşması əsasında hazırlanan hər bir məhsul sərvət yaradırmı?

Sualı daha asanlıqla dərk etmək üçün misallara müraciət edək. Fərz edək ki, zavod əməyin ixtisaslaşmasından, istehsalın konveynerləşməsindən, xammalın ən keyfiyyətlisindən istifadə etməklə minik avtomobilləri üçün kvadrat formada təkər hazırlayır.

Çox ehtimal ki, bu təkərləri heç kim almayacaq. Beləliklə də bu məhsuldan sərvət də qazanmaq mümkün olmayacaq. Əksinə, tezliklə istehsalçılar müflisləşəcək və başa düşəcəklər ki, resursları, enerjini, insanların fiziki və zehni əməyini nahaq yerə sərf ediblər.

Тялябатын юдянилмяси Истяйирям! Истещсалын тяшкили Эялирляр Ямяк бюлэцсц Тиъарят К й

Page 21: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

21

Bəs onda, sərvət harada yaranır? Cavab sadədir: satışdan sonra. Təəcüblənməyin. Biz ticarəti məhsulun bir

sahibkardan digərinə keçdiyi şəraitdə müşahidə etməyə vərdiş etmişik. Lakin, istehsal və ticarət anlayışının birini digərindən ayırmaq olmaz. Belə ki, iqtisadiyyatın bu iki ayrılmaz elementi birlikdə sərvətin əmələ gəlməsini təmin edir.

Hamıya məlumdur ki, insanlar mal satanda adətən hər hansı bir səviyyədə fayda güdürlər. Bu onların ya maddi rifahını yüksəldir, ya da hansısa tələbatını ödəyir. Biz bunları başa düşməklə daha irəlidə gündəlik iqtisadi həyatın real mexanizmini və motivlərini aydınlaşdıracaüıq.

İ q t i s a d i f i k i r t a r i x i n d ə n

Pol Samuelson (15 may 1915)

Orta məktəblər üçün 1948-ci ildə yazılmış ilk dərsliyin müəllifidir. «İqtisadiyyat: giriş kursu» adlanan bu dərslik 20-dən çox dilə tərcümə olunaraq, 15 nəşriyyat tərəfindən çap olunub.

Pol Samuelson 1915–ci ildə doğulub. Orta məktəbi əla qiymətlərlə bitirən Samuelson bakalavr təhsilini məşhur Çikaqo Universitetində, sonrakı təhsilini isə məşhurluqda ondan heç də geridə qalmayan Harvard Universitetində alıb və Massaçusets Texnologiya İnstitutunda dərs deyib.

O, etiraf edib ki, iqtisadçı olmağı sırf təsadüf ucbatından baş tutub, belə ki, Pol həmişə riyaziyyat və fizika ilə maraqlanıb və elmin bu sahələrinə daha çox aludə olub. Samuelson müəyyən edib ki, riyaziyyatın köməyi ilə iqtisadiyyatı, iqtisadi prosesləri daha rahat izah etmək olur, nəinki fizikanı.

Page 22: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

22

Pol Samuelson müasir iqtisad elminin riyaziyyatlaşdırılmasına böyük töhfə verib və özünü müxtəlif spektrli elmi tədqiqatları ilə şöhrətləndirib.

O, 1970- ci ildə Nobel mükafatına layiq görülüb.

Xülasə

1. İqtisadiyyat nadir resurslardan istifadə zamanı cəmiyyətin necə seçim etdiyini öyrənən elmdir. 2. Əhaliyə həddindən artıq lazım olan, iqtisadiyyatın istehsal edə biləcəyi bütün nemətlər (əmtəələr, xidmətlər) nadirdir. 3. İqtisadi resursları material (təbii və kapital) və əmək (iş qüvvəsi və sahibkarlıq qabiliyyəti) resursları kimi təsnifləşdirmək olar. 4. Resursların məhdudluüu hamını daimi olaraq seçim aparmaq məcburiyyətində qoyur.

Müzakirə üçün suallar

1. İqtisadiyyat bizim sonsuz istəklərimizlə məhdud imkanları daha yaxşı necə birləşdirmək haqqında elmdir. İzah edək ki, nəyə görə “iqtisadiyyat” elminin predmetinin bir hissəsini resursların məhdudluüu problemi təşkil edir.

2. “Mən onunla razı deyiləm ki, tələbatları ödəmək mümkün deyildir”. Misal göstərək: “Mən hər gün nə qədər istəyirəmsə, o qədər də çay içirəm”.

Bu fikri tənqidi təhlil edin. İzah edin ki, “əmtəə və xidmətlər ona görə çatışmır ki, resurslar məhduddur”.

3. İqtisadi resurslar nəyə deyilir? Onları sadalayın. 4. İstehsal amillərinin sahiblərinin qazandıüı gəlirlərin bütün növlərini

sadalayın. 5. Ələkbər bütün ay ərzində pul toplayır ki, özünə fotoaparat alsın. Amma

nə vaxt ki, o maüazaya gəlir, onda görür ki, onun almaq istədiyi fotoaparat artıq satılıb. Başqa modellər isə onun xoşuna gəlmir. Demək olarmı ki, Ələkbər heç nə itirməyib, belə ki, yıüdıüı pulları saxlamaqdadır?

TEST

1.1. İqtisadiyyat — elm olaraq öyrənir: a) Hökumət biznesi necə tənzimləməlidir. b) Hökumət milli gəlirdən necə istifadə etməlidir. c) İşgüzar təşkilatların müxtəlif tipləri necə işləyir. d) Qeyri-məhdud istəklə məhdud imkanları daha yaxşı necə birləşdirmək olar. 1.2. Bütün iqtisadi sistemlərin qarşısında duran problem: a) İstehsalat imkanlarıdır. b) Resursların məhdudluğudur. c) İstehsal amilləridir. d) Texnologiyadır.

?

? !

Page 23: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

23

1.3. Alternativ dəyər — məhsul və ya xidmətin dəyəridir ki, o da ölçülür: a) statistika bürosu vasitəsilə b) mal və ya xidmətin əldə edilməsi üçün nəyinsə qurban verilməsi ilə c) istehlak qiyməti indeksi ilə d) alınan malın qiymətilə 1.4. Bir mal və ya xidmətdən imtina edib, digərinin alınmasına nə deyilir: a) tələb b) alternativ dəyər c) əvəzetmə qiyməti d) qıtlıq

İkinci fəsil

Bu fəsli oxuyarkən aşağıdakı termin və anlayışlara diqqət yetirin:

• Nə? Necə? Kim?

• İqtisadi sistemlər

• İstehlakçının davranışı

• Tələb nədir?

• Təklif nədir?

Page 24: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

24

• Bazar tarazlığı

• Tələbin elastikliyi

XVI- XVIII əsrlərdə əksər Avropa ölkələri merkantilizm iqtisadi nəzəriyyəsinin təsiri altında idi.

Merkantilistlər hesab edirlər ki, ölkə, eləcə də onun əhalisi nə qədər çox qızıl ehtiyatına malikdirsə, dövlət bir o qədər də sərvətli, əhali isə varlı hesab olunmalıdır.

Onların gəldiyi nəticəyə görə hökumət elə qanunlar qəbul etməlidir ki, sənaye və ticarəti müdafiə edə bilsin və beləliklə də ölkə aldığından çox satmaq imkanı qazansın. Bu zaman ölkə satdığı malın müqabilində qızıl və gümüş qazanar ki, bu da pul ehtiyatını artırar və son nəticədə də millətin yaşayış səviyyəsi yüksələ bilər.

Bu nəzəriyyə müstəmləkələrin meydana gəlməsinə şərait yaratdığından, Avropanın başlıca dövlətləri yeni ərazilər işğal etməyə və onların ucuz işçi qüvvəsini və xammalını istismar etməyə meyl göstərirdilər.

XVIII əsrdə bir qrup fransız iqtisadçıları fərqli nəzəriyyə təklif etdilər. Onların fikrincə, real sərvət torpaqda, daha doğrusu kənd təsərrüfatında yaranır. Ona görə də, hökumət biznesin tənzimlənməsi sahəsində heç bir iş görməməli və hadisələrin inkişafını təbii amillərin öhdəsinə buraxmalıdır. Bu dövrdə iqtisadi problemlərin həllinə dövlətin qarışmaması ideyasına üstünlük verənləri fiziokratlar adlandırırdılar.

İqtisadi inkişafın müxtəlif dövrlərində mövcud olmuş nəzəriyyələrin heç biri iqtisadiyyatın qarşısında duran başlıca vəzifəni -istehsal amillərinin bölüşdürülməsinin daha səmərəli qaydalarının seçilməsi və məhdud imkanlar problemini həll edə bilməmişdir.

Cəmiyyət bu məsələni həll etməzdən əvvəl iqtisadiyyatın üç əsas sualını cavablandırmalıdır.

- Nəyi istehsal etməli? Daha doğrusu, hansı əmtəə istehsalı və xidmət fəaliyyəti nə qədər vacibdir.

- Necə istehsal etməli? Daha doğrusu, istehsalın hansı üsulundan istifadə olunmalıdır.

- Kimlərə satmalı? Daha doğrusu, həmin əmtəə və xidmət kimlərə lazımdır. Bu üç suala verilmiş cavab əsasında bu və ya digər ölkənin hansı iqtisadi

sistemdə yaşadığını izah etmək mümkündür. Belə bir fikrə nəzər salaq.

Page 25: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

25

“Milyonların iqtisadi fəaliyyətini koordinasiya etməyin iki üsulu mövcuddur. Birincisi, totalitar dövlətin və ordunun zor gücü ilə bir-birinə bağlılığını şərtləndirən mərkəzləşdirilmiş inzibati rəhbərlikdir. İkincisi, fərdlərin könüllü əməkdaşlığıdır: belə metoddan bazar istifadə edir”.

Milton Fridmən, Nobel mükafatı laureatı Gəlin bu üç sualın üzərində daha ətraflı dayanaq: Nə? İndiki halda biz nə hazırlamalıyıq - kolbasa, yoxsa köynək? Çoxlu sayda

ucuz və keyfiyyətsiz, yaxud az sayda baha və keyfiyyətli köynəkmi? Bəlkə, daha çox ərzaq məhsulları? Axı, nisbətən az xərclə xeyli ərzaq məhsulu istehsal etmək olar.

Necə? Cəmiyyət mütləq müəyyənləşdirməlidir ki, istehsal prosesində onları kim və hansı resurslarla istehsal edəcək, hansı texnologiyadan istifadə olunacaq, enerjini nədən alacaq: kömürdənmi, mazutdanmı və ya qazdanmı? Bunlar havanın çirklənməsinə necə təsir göstərəcək?

Kim? Hər bir cəmiyyətin başlıca vəzifələrindən biri də iqtisadi nailiyyətlərin nəticələrindən kimin istifadə etməsini müəyyənləşdirməkdən ibarətdir. Əks tədqirdə cəmiyyətdə çoxlu kasıb və azsaylı varlı olacaq və yaxud xəstələrin və qocaların sayı xeyli artacaq. Məgər, onları həyatın axarına buraxmalıyıqmı?

İqtisadi sistemin tipləri İnsanlar bu suallar üzərində düşündükləri vaxtdan etibarən dövlət quruculuğu

zəruri olub. Bununla da onlar ictimai həyatın ideal planlarını hazırlamağa çalışıblar. Belə layihələrdən ən məşhurunun müəllifi ingilis yazıçısı-fantast Tomas Mor

olub. O, “Utopiya” adasında ideal dövlətin layihəsini təsvir edib. Bu ölkənin sakinləri bərabər imkanlara malikdirlər, nə bacarırlarsa onu edir, nə istəyirlərsə onu alırlar.

“Utopiya” sözü indiyə qədər də müxtəlif xalqların dillərində tamamilə real olmayan təklifi ifadə edən ümumi məfhuma çevrilmişdir.

Məhz utopik ideyaların əsasında 1917-ci ildə Rusiyada, sonralar isə digər sosialist ölkələrində ideal dövlət qurmaq məqsədilə xüsusi iqtisadi siyasət yeridilməyə başlandı. Bu dövlətlər iqtisadiyyatı xalq təsərrüfatı planları əsasında vahid mərkəzdən idarəetməyə cəhd göstərirdi.

Hər bir cəmiyyət iqtisadiyyatın üç başlıca sualını cavablandırmaq məqsədilə öz reseptini işləyib hazırlamışdır.

Cəmiyyətin bu üç sual üzərində qurulan iqtisadi sisteminin özü də üç tipə bölünür: bazar, inzibati - amirlik və ənənəvi.

Bazar Bazar iqtisadiyyatı - təsərrüfatçılığın elə sistemidir ki, onun fəaliyyəti zamanı nə, necə və kim suallarına çoxsaylı alıcı və satıcılar cavab verir.

Page 26: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

26

Bazar iqtisadiyyatı aşağıda qeyd olunan üç vacib elementin əsasında təşəkkül tapır: - Xüsusi mülkiyyət; - Rəqabət; - Sərbəst qiymətqoyma sistemi;

Mülkiyyətin sahibləri şəxsi kapitalından maksimum dərəcədə səmərəli istifadə

edərək nə istehsal etməli və onu neçəyə satmalı sualına istehlakçıların sifarişi əsasında bazarda cavab tapır. Beləliklə də, istehsalçı nə lazımdırsa, onu da istehsal edərək, mənfəət götürür.

Nəyə görə? Ona görə ki, onlar bilirlər ki, mənfəət əldə etmək, eləcə də çoxlu pul qazanmaq üçün istənilən məhsulu deyil, elə məhsul istehsal etmək lazımdır ki, onun qiyməti münasib olsun və onu alıcı alsın.

Xüsusi mülkiyyətin üstünlüyündən və onun stimullaşdırıcı rolundan klassik iqtisad elminin banisi Adam Smit “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqatlar” adlı fundamental elmi əsərində təfərrüfatı ilə söhbət açmışdır.

Əmtəə və xidmətlərin istehsalçıları bir-biriləri ilə rəqabət aparmaqla ən zəruri

malları istehsal etməyə cəhd edirlər. Onların hər biri çalışır ki, elə məhsullar istehsal etsin ki, başqasında olmasın və yaxud olsa da onun məhsulunun qiyməti ucuz olsun. Yəni burda başlıca məqsəd alıcını cəlb etmək, onun zövqünü oxşamaqdır.

Bu mübarizədən kim qazanır? Əlbəttə ki, biz-istehlakçılar! Rəqabət həm də ona görə faydalıdır ki, istehsalçılar daha səmərəli işləməyə səy

göstərir, resurslara qənaət edirlər. Alıcılar da öz aralarında rəqabət aparırlar. Hər bir alıcı daha yaxşı əmtəə və ya

xidmət əldə etmək istəyir. Bu mübarizədə də daha yüksək qiymətləri ödəməyə qadir olanlar udurlar.

Хцсуси мцлкиййят - инсанларын вя фирм аларын истеhсал васитяляриня саhиблик hцг уг удур.

Рягабят – ейни м ящсулун истещсалчылары арасындакы бящсляшм ядир.

Сярбяст гиймятгойма системи – еля бир систем дир ки, бурада г ийм ятляр алыъы вя сатыъыларын г аршылыг лы фяалиййяти нятиъясиндя сярбяст сурятдя базарда м цяййян олунур.

Page 27: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

27

Bazar qiyməti istehsalçıya minimum xərclə maksimum mənfəət əldə etmək

imkanları yaradır. Bazarda qiymətlər adətən alıcı və satıcının qarşılıqlı fəaliyyətinin təsiri altında

formalaşdığına görə bazar iqtisadiyyatını bəzən “qiyməti idarəedən” də adlandırırlar. Mənfəət dalınca qaçma satıcını məhsul istehsalını minimum xərclə təşkil

etməyə vadar edir ki, bu da son nəticədə qiymətlərin aşağı salınmasını səciyyələndirir. Beləliklə də bazar iqtisadiyyatında nə istehsal etməli məsələsini alıcı həll edir.

Soruşa bilərsiniz ki, hansı şəkildə? - Alış zamanı! Alıcı bu və ya digər məhsulun haqqını ödəməklə bazara “siqnal” verir: nəyi,

hansı qiymətə istehsal etməli. İstehsalçılar bu “siqnala” həssaslıqla reaksiya verir və təbii ki, həmin məhsulu buraxır satıb ondan mənfəət qazanır.

İnzibati amirlik sistemi

Bu sistemdə nəyi, necə istehsal etməli və hansı qiymətə satmalı məsələlərini bazar müəyyən etmir, bütün bu suallara mərkəzləşdirilmiş plan orqanları cavab verir.

Keçmiş SSRİ-də belə mərkəzləşdirilmiş orqanlar həddindən çox idi: Dövlət Plan Komitəsi, Dövlət Qiymət Komitəsi, Dövlət Əmək Komitəsi, Dövlət Maddi Texniki Təchizat Komitəsi və başqaları.

Bu komitələrin adları ilk baxışdan çox şey deyir: məsələn, Dövlət Qiymət Komitəsi hər bir malın və xidmətin qiymətini təyin edirdi. Dövlət Əmək Komitəsi hər bir müəssisəyə nə qədər işçi lazım olması məsələsini həll edirdi, eləcə də hansı mütəxəssisə nə qədər maaş vermək məsələsi də bu komitənin işi hesab olunurdu.

Məlumdur ki, hər bir müəssisənin istehsal xüsusiyyətini və yaxud müxtəlif regionlarda yaşayan insanların istəklərini vahid mərkəzdən müəyyənləşdirmək mümkün deyil. Məhz bu səbəbdən də qəbul olunan qərarların çoxunun nəticəsi qeyri-effektiv alınırdı.

Ənənəvi sistem Belə sistem çox azsaylı ölkələrdə saxlanılıb. Onlar əsasən az inkişaf etmiş

ölkələrdir. Bu ölkələrdə istehsal olunan mal və xidmətlər min illərlə dəyişmir. Bu ölkələrin vətəndaşları ataları, babaları nə ediblərsə onu da təkrarlayırlar. Belə ölkələrdə adətlər və ənənələr çox güclüdür.

İki əsas iqtisadi sistemi daha dərindən öyrənmək və onları müqayisə etmək üçün aşağıda təqdim olunan cədvələ nəzər yetirək. Cədvəl vasitəsilə hər iki sistemdə iqtisadi məsələlərin necə həll olunması, qərarların qəbul edilməsi və s. məsələlərlə tanış olaq.

Cədvəl 2

Page 28: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

28

İQTİSADİ SİSTEMİN TİPLƏRİ Bazar İnzibati

İstehsal resurslarına kim nəzarət edir?

İqtisadiyyatda istehsal resurslarına nəzarət və sahiblik ayrı-ayrı şəxslərdədir.

İnsan resursları istisna olmaqla, istehsal resurslarının əksər hissəsi dövlətin və ya hökumətin sahibliyi və nəzarəti altındadır.

Resurslardan istifadə qərarını kim qəbul edir?

Resurslardan istifadə üzərində qərarı bazarın çoxsaylı alıcı və satıcıları qəbul edir.

Qərarları mərkəzləşdirilmiş planlaşdırılmaya məsul olan dövlət orqanları qəbul edir.

Qərar qəbul edən şəxs hansı motivə əsaslanır?

Motivləşmə baxımından ayrı-ayrı şəxslər xüsusi maraqlardan çıxış edir.

Motivləşmə baxımından mərkəzləşdirilmiş planlaşdırmaya məsul şəxs sosial məqsədlərdən çıxış edir.

Siz nə qədər mal alırsınız? Və yaxud qiymət, tələb və təklif

istehlakçı davranışı Hər gün istehlakçılar, daha doğrusu biz sizinlə çoxlu sayda müxtəlif mallar

alırıq. Pərakəndə mal satıcıları və istehsalçılar daha çox tələbata uyğun olan, istehlakçı

tərəfindən alınan malları satmağa və ya istehsal etməyə üstünlük verirlər. Onlar mallarını satmaqla mənfəət əldə edirlər.

İstehlakçıların davranışı anlayışı istehsalçılar üçün çox mühümdür. Onlar qiyməti aşağı saldıqca, alınan malların miqdarı artmağa başlayır.

Qiymət və alınmış malların miqdarı arasındakı belə münasibətlərə tələb qanunu deyilir.

Tələb dedikdə, məlum müddət ərzində digər amillərin dəyişmədiyi şəraitdə müəyyən qiymətlə alınmış malların miqdarı başa düşülür.

Tələb bəzən belə də tərif olunur. Əgər siz özünüzə fotoaparat almaq istəyirsinizsə, amma bunun üçün pulunuz

yoxdursa, onda bu tələb deyil, arzu hesab olunmalıdır. Yox əgər sizin pulunuz varsa və siz həmin pula fotoaparat almaq istəyirsinizsə, artıq bu tələbdir.

Bazar iqtisadiyyatında malın qiyməti bazarda formalaşır. Bu necə baş verir? Satıcılar daha çox fayda əldə etmək məqsədilə öz mallarını baha qiymətə

satmağa səy göstərirlər. Alıcılar isə həmin malı ucuz almağa çalışırlar. Lakin, bazar - könüllü mübadilə və saziş yeridir. Burada malın satılması üçün

Тяляб – м ялум вахт ващиди ярзиндя м цяййян г ийм ятля м алларын вя хидм ятлярин алынм асы истякляри вя им канлары дем якдир.

Page 29: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

29

satıcı və alıcının qarşılıqlı fayda əsasında razılaşması gərəkdir. Belə razılaşma - qiymətdir. Alıcı və satıcını təmin edən qiymət. Qiymət - satıcı və alıcını təmin edən və mübadilə olunan malın dəyərinin pulla ifadəsidir. Bazar iqtisadiyyatının mahiyyəti saziş və qiymət üzrə tərəf müqabillərin axtarışı ilə ifadə olunur. Bu o demək deyil ki, alıcı ilə satıcı hər dəfə mütləq görüşməlidir. Siz mağazanın piştaxtasında gördüyünüz malın qiymətini ya münasib hesab edə, ya da ki, onun həddindən çox yüksək olduğunu düşünə bilərsiniz? Görəndə ki, qiymət bahadır, mağazadan yan ötürsünüz. Bu zaman satıcı malın nəyə görə satılmaması barədə düşünür və belə qərara gəlir ki, yəqin malın qiymətini baha müəyyənləşdirib.

Tutaq ki, piroq satıcısı əvvəlcədən malını hansı qiymətə daha çox satmağı öyrənmək qərarına gəlib. Bunun üçün o rastlaşdığı adamlar arasında mini sorğu keçirir və bir saat ərzində müxtəlif adamlara eyni sualla müraciət edir. “Əgər 1 piroqun qiyməti 1600 manat olarsa, onu alarsınızmı?” 100 nəfər müsbət cavab verir. Bundan sonra o həmin sualı axşama qədər, hər bir saatdan sonra qiyməti 200 manat ucuzlaşdırmaqla təkrar edir. Nəhayət, satıcı öz sorğusunun nəticələrini cədvəl formasında qruplaşdırır ki, buna da tələb şkalası deyilir.

Cədvəl 3 TƏLƏB ŞKALASI

Qiymət, man. Tələb, ədəd 1 1600 100 2 1400 110 3 1200 120 4 1000 140 5 800 160 6 600 200

Cədvəl Tələb Qanununun fəaliyyətini əyani surətdə nümayiş etdirir. Tələb Qanununa görə malın qiyməti ucuzlaşarsa, onun alıcılarının sayı çoxalır.

Cədvəldən göründüyü kimi, həqiqətən də piroqun qiymətinin aşağı olduğu tədqirdə onu almaq istəyənlərin sayı artır. Bu nəyə görə baş verir?

Bütün bunların izahı çox sadədir. Piroqu aşağı qiymətə almağa imkanı çatan alıcıların sayı daha çoxdur. Belə ki,

əhalinin bir hissəsi piroqun qiymətinin ucuzlaşdığını biləndə kökə, keks və digər bu kimi malları almaqdan imtina edərək piroq almağa üstünlük verəcəkdir. Deməli, piroqa tələbat daha çox olacaq. İndi isə tələb şkalasından istifadə etməklə tələbin qrafikini qurmağa cəhd edək. Koordinat sistemi çəkib, onun şaquli hissəsində piroqların sayını, üfüqi hissəsində isə malların qiymətini qeyd edək. Bunun üçün Q (ingiliscə-Quantity), P (ingiliscə-Price) hərflərindən istifadə edək.

Page 30: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

30

P, man D

80 140 200 Q, ədəd Şəkil 3. Tələb əyrisi

Bu əyri adətən D (ingiliscə - Demand) hərfi ilə işarə olunur və tələbi ifadə edir.

Tələb əyrisi həmişə azalan istiqamətdə, daha doğrusu aşağıya və sağa doğru meyllənən kimi görsənir. Nəyə görə qiymət artımı olduğu halda tələbin ölçüsü aşağı düşməyə meyllidir? Bu, iki səbəbdən baş verir. Birincisi, əvəzləyicinin effekti ilə bağlıdır. Çünki qiymət artdıqca, siz həmin malı başqaları ilə əvəz etməyə çalışırsınız. Məsələn: əgər «Coca-Cola»nın qiyməti 2 dəfə artarsa, hamı «Fanta» içməyə başlayacaq. Eyni zamanda, onun qiymət artımı digər sərinləşdirici içkilərin də bahalaşmasına gətirib çıxaracaq.

Qiymətin artdığı halda tələbin ölçüsünün aşağı düşməsinin ikinci səbəbi gəlirin effekti ilə əlaqədardır. Gəlin, bunun neçə olduğunu aydınlaşdıraq. Malların qiyməti bahalaşdıqca, siz özünüzü kasıb hiss etməyə başlayırsınız, elə deyilmi? Əgər əvvəllər 2000 manata 2 piroq alırdınızsa, qiymət artımından sonra birini ala bilirsiniz. Deməli, bu bahalaşma sizi kasıblaşdırıb. Düzdürmü?

Əksinə, qiymətlərin ucuzlaşması sizin varlı olmağınıza şərait yaradır. Tələbin azalan əyrisi ilə bağlı iqtisadçıların verdikləri ikinci izah belədir: əhalinin tələbi hüdudsuzdur, lakin bu tələbat müəyyən məhsullar üzrə ödənilə bilər!

Müəyyən vaxt vahidi ərzində, istehlakçı hansı malı arzulayırsa, onu da ala bilər. Adətən, tələb bir-birinin ardınca Son Faydalılıq Qanununa uyğun surətdə ödənilir. Gəlin, bu Qanunun mahiyyətinə varmaq üçün onun məzmununun tərkib hissələri ilə tanış olaq. Əvvəla, biz bilməliyik ki, faydalılıq - tələbatın ödənilməsi qabliyyətidir. Heç kim etiraz edə bilməz ki, optik eynək - faydalı şeydir. Eyni zamanda hamı təsdiq edər ki, eynək kimin görmə qabiliyyəti zəifdirsə, onun üçün faydalıdır. Daha doğrusu, əmtəənin “faydalılığı” subyektiv anlayışdır və müxtəlif insanlar üçün kəskin fərqlənir.

2000 1800 1600 1400 1200 1000

800 600

Page 31: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

31

“Son faydalılıq” dedikdə istehlakçının hər bir əlavə məhsul vahidini istehsal edərkən əldə etdiyi üstəlik fayda başa düşülür.

İnsanların konkret mallara tələbatını ölçsək “son faydalılığın” hər yeni vahid üçün aşağı düşdüyünün şahidi olarıq.

Nəyə görə? Bu suala cavab vermək məqsədilə aşağıdakı misala diqqət yetirək. Tutaq ki, qoltuğunda qiymətli daşlarla dolu çantası olan yolçu səhra ilə gedir.

Bir neçə kilometr məsafə qət etdikdən sonra onun su ehtiyatı tükənir və o az qalır ki, susuzluqdan ölsün.

Elə bu anda təsadüfən əlində su çəlləyi olan bir allah bəndəsi ilə rastlaşır və həmin adam 1 stəkan suyu 10 iri briliyant daşa dəyişməyi təklif edir. Yolçu fikirləşmədən 1 stəkan suya 10 briliyant ödəyib, onu axır damlasına qədər içir. Bundan sonra daha bir stəkan su xahiş edir və onu da bir qurtuma içir. Üçüncü stəkanı o yavaş-yavaş, xırda qurtumlarla içir, dördüncü stəkanla yuyunur, beşinci stəkandan isə ümumiyyətlə imtina edir. Axı həm birinci, həm də beşinci stəkandakı suyun tərkibi eynidir. Bəs görəsən, nə dəyişib? Faydalılıq! Birinci stəkandakı su onun üçün daha çox faydalı idi, ikinci, ondan bir az, beşincisi isə tələb olunan qiymət baxımından tamamilə faydasızdır.

Daha doğrusu, Son Faydalılıq Qanununa uyğun olaraq, əgər qiymət aşağı düşərsə istehlakçı yenə su ala bilərdi.

Məhsul istehsal etməyə dəyərmi? Və yaxud istehsalçının davranışı! Biz sizinlə istehlakçının davranışından danışdıq. Lakin bazar münasibətlərində

ikinci bir iştirakçı - satıcı və ya istehsalçı mövcuddur. Biz bunları bir-birindən ayırmırıq, çünki mal satılmazsa, heç kim onu istehsal etməz. Digər tərəfdən də, əgər hər hansı bir mala bazarda tələbat varsa, bu heç də o demək deyildir ki, həmin malı mütləq istehsal etmək lazımdır. Belə ki, mal və xidmətlər yalnız mənfəət əldə etmək üçün istehsal olunur və malın təklifi onun qiymətindən asılı olur. Əvvəlcə, aydınlaşdıraq görək mənfəət adı altında nə başa düşürük? Bəlkə, bu istehsalçının satılmış mala görə aldığı puldur? Əsla yox. Heç vaxt belə fikirləşməyin. Mal satışından əldə edilən pul gəlir adlanır. İstehsalçı hər hansı bir malın buraxılışına müəyyən məsrəflər sərf edir ki, bu da istehsalat məsrəfləri adlanır. O bu məqsədlə xammal, material alır, yer icarəyə götürür, işçi cəlb edir və bütün bunlara görə haqq ödəyir. İstehsalat xərcləri - məhsul buraxılışına və görülmüş işlərə sərf olunan bütün növ məsrəflərin məbləğidir. Məhsul satışından əldə edilən gəlirlə istehsalat xərcləri arasındakı fərqə mənfəət deyilir. Bu, düsturla aşağıdakı şəkildə ifadə olunur.

G - X = M

Burada “G”- gəlir, “X” - “xərclər”, “M”-mənfəətdir. Bir məsələni də aydınlaşdıraq. Tutaq ki, istehsalçı satışa iki növ məhsul təklif edir, onlardan biri məktəbli,

digəri isə idman çantasıdır və hər ikisinə tələbat eynidir. Bu iki maldan hansını

Page 32: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

32

istehsal etməli? Bəlkə hər ikisini? İstehsalçı hər iki malın istehsalat xərclərini ayrı-ayrılıqda hesablamağa başlayır.

Alınmış nəticəyə görə məktəbli çantası ona 25.000 manata, idman çantası isə 22.000 manata başa gəlir. Xərclərin fərqli olması ilə yanaşı məktəbli çantasına qıfıl da qoymalıdır və bunun üçün əlavə pul ödənilməlidir. Bu məlumatlar əsasında cədvəl quraq.

Cədvəl 4. G (man) X (man) M=G-X

Məktəbli çantaları 30000 25000 5000 İdman çantaları 30000 22000 8000

Sizcə, istehsalçı nə ilə məşğul olacaq? Əlbəttə ki, idman çantasının istehsalı ilə. Əgər, məktəbli çantasına tələb artarsa, qiymət 35.000 manat olarsa, necə? Bu vəziyyət aşağıdakı cədvəl vasitəsilə təsvir olunur.

Cədvəl 5. G (man) X (man) M=G-X

Məktəbli çantaları 35000 25000 10000

İdman çantaları 30000 22000 8000 Cədvəl məlumatlarına əsasən demək olar ki, istehsalçı idman çantasının

buraxılışını dayandırıb, məktəbli çantası istehsal etməyə başlayacaq. Beləliklə, istehsalçı bazarda mövcud tələbin “işarə”si ilə elə məhsulun istehsalına üstünlük verir ki, ondan əldə edilən gəlir ona çəkilən xərclərdən maksimum dərəcədə çox olsun.

Biz burdan aşağıdakı nəticələri çıxarırıq: İstehsalçının davranışı istehlakçının davranışına birbaşa ziddir. İstehsalçılar

böyük məmnuniyyətlə yüksək qiymətə çoxlu miqdarda mal buraxılışına üstünlük verdiyi halda, istehlakçılar ucuz qiymətə mal almaqda maraqlıdırlar. Fikrimizi daha da dəqiqləşdirmək məqsədilə bir daha Tələb Qanununu öyrənərkən istifadə etdiyimiz piroq misalına qayıdaq. Lakin bu dəfə təklif şkalasını qurmağa çalışaq. Təklif - məlum vaxt ərzində satıcının alıcıya müəyyən qiymətlə təklif etdiyi malın miqdarıdır. Bu əsasda təklif şkalası təqribən aşağıdakı kimi ola bilər.

Cədvəl 6. TƏKLİF ŞKALASI

Qiymət, man Təklif, ədəd 1 600 80 2 800 120 3 1000 140 4 1200 160 5 1400 170 6 1600 180

Cədvəldən göründüyü kimi piroqun qiyməti aşağı düşdükcə, istehsalçı nisbətən

Page 33: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

33

az istehsal edir. Bu fəaliyyəti daha yaxşı başa düşmək üçün mənfəət motivini xatırlayaq. Fərz edək ki, piroq buraxılışı istehsalçıya 500 manata başa gəlir. Onda piroqu 600 manata satmaqla 100 manat, 800 manata satmaqla 300 manat mənfəət qazanmaq mümkündür. İkinci qiymət daha sərfəlidir, deməli bu qiymətlə çox istehsal etmək lazımdır. Əgər, alıcı onu 1600 manata alarsa, onda satıcı 1100 manat manat mənfəət əldə edər. Belə olanda o gecə və gündüz işləməklə, sutkada 180 ədəd piroq istehsal edir, çünki bu qiymətə daha çox qazanmaq olar. İndi isə təklif qrafikini quraq.

P, man

S

80 140 200 Q ədədlə Şəkil 4. Təklif əyrisi.

Təklif şkalasının məlumatları əsasında tərtib etdiyimiz əyrini ingiliscəyə

tərcümənin baş hərfi olan S (Supply) hərfi ilə işarə edək. Təklif əyrisi həmişə artan istiqamətdə görsənməklə, yuxarı və sağa

meyllənir.

Bazar tarazlığı İndiyə qədər biz tələb və təklifə ayrılıqda baxmışıq. Bu zaman öyrənmişdik ki,

qiymətdən asılı olaraq, alıcı müxtəlif sayda mal alır, satıcı isə müxtəlif miqdarda mal satır. Belə olan halda bazarda görüşən hər iki tərəfin davranışının qrafiki təqdimatını eyni koordinat sistemində çəkək.

Əvvəla, qeyd edək ki, biz tələb və təklifi şərti olaraq başa düşürük. Bu tələb kimə məxsusdur? Mənə, sənə, yoxsa hamıya?

Əlbəttə ki, müxtəlif insanların zövqü fərqlənir və belə olan halda biz həmişə bazar tələbindən, hamının ümumi tələbatını özündə əks etdirən tələbdən danışmalıyıq. Tələb və təklifin qarşılıqlı fəaliyyəti nəticəsində bazarda hansısa kompromis əldə olunur, tarazlıq yaranır. Bazar qiyməti - həmişə kompromisin əldə

2000 1800 1600 1400 1200 1000

800 600

Page 34: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

34

olunması nəticəsində formalaşır. Bu bazarın ən başlıca üstünlüklərindən biridir. O sanki, alıcı və satıcının razılaşdığı fayda mexanizminə malikdir. Bazar sahibkarları o məhsulları istehsal etməyə məcbur edir ki, həmin məhsullar həqiqətən də alıcıya lazımdır və onlar onun haqqını ödəməyə hazırdılar. Bazar, həmçinin həmin istehsaldan fayda əldə etməyə şərait də yaratmaqla, satıcının istəyini də nəzərə alır.

Gəlin, ayrılıqda tərtib etdiyimiz tələb və təklif qrafikini birləşdirək. Bunun üçün ilk növbədə tələb və təklif şkalasını ümumiləşdirib, onun əsasında qrafik quraq.

Cədvəl 7.

TƏLƏB VƏ TƏKLİF ƏYRİSİ Qiymət, man Tələb, ədəd Təklif, ədəd 1600 100 180 1400 110 170 1200 120 160 1000 140 140 800 160 120 600 200 80

Bu şkaladan istifadə etməklə, tələb və təklif nöqtələrini əvvəlki koordinatlar üzrə

qeyd edib, kəsişən əyriləri çəkək.

P, man S A D

80 140 200 Q Şəkil 5. Tələb və təklif əyrisi

Tələb və təklif əyrisinin kəsişən nöqtəsi tarazlıq nöqtəsi adlanır. Buna

uyğun gələn qiymətə isə tarazlıq qiyməti və ya bazar qiyməti deyilir. Bizim şkalamızda bazar qiyməti 1000 manata bərabərdir. Qrafikdən göründüyü kimi, məhz bu qiymətdə tələbin həcmi təklifə bərabər olur (140 ədəd/1000 manat).

A nöqtəsi, tarazlıq nöqtəsi hesab olunur. Bu yeganə nöqtədir ki, həm tələb, həm də təklif əyrisinə məxsusdur. Bu nöqtəni daha dəqiq öyrənək. Bu nöqtə alıcının qiymət 1000 manat olduğu halda, onun 140 ədəd piroq almağa hazır olduğunu

2000 1800 1600 1400 1200 1000

800 600

Page 35: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

35

bildirir. İstehsalçının isə qiyməti 1000 manata 140 ədəd piroq istehsal etməyə hazır olduğunu əks etdirir. Yalnız bu nöqtə üzrə istehsal olunmuş piroqların hamısı satılır. Bazarın başlıca prinsipi - sazişin alıcı və satıcı üçün sərfəli olmasıdır. Əlbəttə ki, bu mexanizm sınaq metodu əsasında işləyir. Çünki, nə qədər məhsul istehsal etməyi dəqiq təyin etmək çox çətindir. Buna səbəb bazar qiymətini bəri başdan müəyyənləşdirməyin mümkün olmamasıdır.

Bundan başqa, tələb və təklifin rəqs etməsi də mümkündür ki, bu barədə də sizinlə növbəti fəsildə danışacağıq.

Bazar kəfkiri və yaxud da tələb və təklif qarşılıqlı surətdə necə fəaliyyət göstərir?

Bazarda satıcı və alıcının sərfəli razılaşma mexanizmi nə deməkdir? Bu necə olur?

İndi gəlin, bunu aydınlaşdırmağa cəhd edək. Fərz edək ki, piroqun satıcısı onun bazar qiymətini 1600 manat səviyyəsinə qaldırmaq haqqında qərar qəbul edib. Bu halda bazarda nə baş verəcək. Buna alıcıların reaksiyası necə olacaq?

Belə vəziyyət qrafikdə punktirli xətlər şəklində ifadə olunmuşdur.

P, man S B V A D

80 140 200 Q ədədlə Şəkil 6. Tələb və təklif əyrisi

Qiymətlərin qarşılıqlı fəaliyyətinə təklif əyrisi üzrə baxsaq, onlar V nöqtəsində

kəsişir, ordan Q-yə perpendikulyar ox buraxsaq, görərik ki, qiymət 1600 manat olduqda istehsalçılar 180 ədəd piroq istehsal etməyə hazırdılar. İndi isə tələb əyrisində qiymətlərin qarşılıqlı fəaliyyətini tədqiq edək, daha doğrusu qiymət artımına alıcının reaksiyasını müəyyənləşdirək. B nöqtəsindən perpendikulyar buraxmaqla, həmin qiymətdə alıcının 100 ədəd piroq aldığını aşkar edə bilərik. Qrafikdə ştrixlənmiş sahə artıq təklifi göstərir. Satıcı 180 ədəd təklif edir, alıcı isə 100 ədəd alır. Fərq 80 ədəddir ki, bu da artıq təklifi ifadə edir. Təklifin bu hissəsində olan piroqlar satılmamış qalır. Təklifin artıqlığı və ya malın yığılıb qalması - bazarda tələbin ölçüsünə münasibətdə malın qiymətinin həddindən çox yüksəlməsi

2000 1800 1600 1400 1200 1000

800 600

Page 36: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

36

zamanı əmələ gələn vəziyyətdir. Növbəti gün həmin vəziyyət yenidən təkrar olunarsa, yığılıb qalmış mallar çoxdur. Axı, satılmamış piroqlara da xərc çəkilib.

P, man

S B V D

80 100 120 160 180 200 Q Şəkil 7. Tələb və təklif əyrisi (Qiymətin tarazlığa doğru enişi)

Bu şəraitdə satıcı nə etməlidir? Qiymətləri endirməlidir! Qiymətin 1200 manata qədər enməsi zamanı tələb artır. Qrafikdən göründüyü

kimi, alıcılar artıq 120 ədəd piroqu almağa hazırdılar. İstehsalçı isə bu qiymətə 160 ədəd satmaq istəyir. Buna baxmayaraq yenə də 40 ədəd piroq artıq qalır. Deməli, qiyməti bir az da endirmək mümkündür. Bu proses o vaxta kimi davam edir ki, satıcı və alıcı hər iki tərəfin maraqlarını təmin edən A nöqtəsində üz-üzə gəlir.

Sizinlə başqa bir hala baxaq. Fərz edək ki, sahibkar çox aşağı qiymət qoyub. Bu halda piroq istehsalından çox az məbləğdə mənfəət əldə etmək mümkündür. Bu səbəbdən də onun çoxlu mal istehsal etməyə marağı yoxdur. O cəmi 120 ədəd istehsal etməyə hazırdır.

Bəs, alıcılar necə? Onlar 800 manatdan 160 ədəd piroq almaq istəyirlər. Deməli, bu qiymətdə daha 40 piroqa tələb yaranıb. Lakin piroq yoxdur! Hamı onu ala bilmir.

Bu şəraitdə satıcı nə etməlidir? Qiymətləri qaldırmalıdır!

İqtisadiyyatda yaranmış həmin vəziyyətə qıtlıq deyilir və bu qrafikdə V və B parçası ilə fərqləndirilir. Həmin sahə ştrixlidir.

Mal qıtlığı həddindən aşağı qiymət zamanı əmələ gələn və tələb və təklifin gerçək münasibətini əks etdirməyən vəziyyətdir. Satıcı görəndə ki, hamı piroq axtarır o qiyməti qaldırmağa başlayır.

P, man

2000 1800 1600 1400 1200

2000 1800 1600 1400 1200 1000

800 600

А

Page 37: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

37

Сатыъы

А

S V B D

120 140 160 Q ədədlə Şəkil 8. Tələb və təklif əyrisi (Qiymətin tarazlığa doğru artımı )

Bu proses hər iki tərəfin maraqları üst-üstə düşənədək davam edir. Belə

vəziyyət A nöqtəsinə (1000 manat qiymətinə) uyğun gəlir. Göründüyü kimi heç bir müdaxilə olmadan qiymət tarazlığını bazar özü alıcıların və satıcıların könüllü istəkləri əsasında müəyyən edir.

Malın yığılıb qalması və mal qıtlığı vəziyyətinin hər ikisi xoşagəlməz hal hesab olunur. Mal yığılıb qalarkən istehsalçı satılmış məhsullardan alınmış gəlir hesabına bütün malların xərcini ödəyə bilmir. Bu proses onu müflisləşməyə aparır. İstehlakçının aşağı və orta gəliri də malı almağa imkan vermədiyinə görə belə hal onun üçün də sərfəli deyildir. "Qıtlıq" zamanı isə “qara bazar”lar əmələ gəlməyə başlayır. Gəlirlərin çox hissəsinə möhtəkirlər nəzarət etməyə başlayır. Bundan başqa istehsalçının gəliri aşağı olduğundan, o məhsul buraxılışını genişləndirə bilmir. İstehlakçı üçün də bu pis hal hesab olunur. Çünki belə olanda o “qıt” mal almaq məqsədilə növbəyə dayanaraq xeyli vaxt itirməli, pulunu isə alverçilərə verməlidir.

Bazar hər iki tərəfi kompromisə gətirmək üçün yardımçı obyektiv amillər meydana çıxarır:

- Qiymətin alıcının ödəmək imkanı çatan yuxarı həddi; - Qiymətin satıcının razılaşdığı aşağı həddi; Sxem vasitəsilə onu aşağıdakı formada təqdim etmək olar.

Bu qiymətdən aşağıya satmağa razı deyil Q İ Y

Page 38: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

38

M Ə T Bu qiymətdən çox ödəməyə razı deyillər Alıcılar Şəkil 9 .Qiymətin əmələ gəlməsi

Qrafikin ştrixlənmiş hissəsi - kompromis sahəsidir. Əgər satıcı və alıcı razılaşa bilməzsə, bu zaman yaranan hal 9-cu şəkildəki

formaya uyğun gəlir. Deməli, belə olan halda mal satılmadığından, sonradan da istehsal edilmir. Beləliklə də bazar nə istehsal etməli məsələsini özü sərbəst olaraq həll edir.

Satıcı Bu qiymətdən aşağıya Q satmağa razı deyil

İ Y Kompromis (razılaşma) sahəsi M Ə

T Bu qiyməti ödəməyə razıdır Alıcılar Şəkil 10 .Qiymətin tarazlaşması

Lakin sizə elə gəlməsin ki, bazar tarazlığı daimidir. Bazar tarazlığı həmişə ya tələb, ya da ki, təklif arasındakı münasibətlərin

uzlaşmaması ucbatından pozulur. Bunun nəticəsində də istehsalın həcmi və malın qiymətinin tarazlaşması prosesi yenidən təkrarlanır (Bax:şək.10).

Əbədi yelləncəklər və ya tələb və təklif nəyə görə dəyişir. Biz tələbə tərif verərkən, onun qiymətdən asılı olaraq dəyişdiyini demişdik. Bu

zaman qrafikdə bütün yerdəyişmələr tələb əyrisi boyunca baş vermişdir. İndi gəlin özümüzə bir sual verək. Tələb qanunu həmişə fəaliyyətdədirmi? Məgər elə hal

Page 39: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

39

olurmu ki, qiymətlər qalxdıqca, tələb də azalsın? Əlbəttə ki, olur! Sən demə, tələbə “qeyri-qiymət amilləri” adlanan çoxlu sayda

başqa amillər də təsir göstərir. Bunlar aşağıdakılardır: - İstehlakçının gəlirlərinin dəyişməsi; - Əvəzedici və əlavə hesab edilən malların qiymətinin dəyişməsi; - Əhalinin zövqünün dəyişməsi; - Gələcəkdə gözlənilən qiymət dəyişikliyi; - İstehlakçıların sayının dəyişməsi. Təklifə təsir edən amillər isə bunlardır: - İstehsalat amillərinin qiymətinin dəyişməsi; - İstehsalat texnologiyasının dəyişməsi; - Digər mal və xidmətlərin qiyməti üzrə mənfəətin əldə edilməsinin alternativ

imkanlarının dəyişməsi; - İstehsal resurslarının gələcəkdə gözlənilən qiymət dəyişikliyi; - Satıcıların sayının dəyişməsi. Tələb və təklifin hər bir konkret halda dəyişməsinə misallar üzərində tərtib

olunmuş qrafikin köməyi ilə nəzər yetirək.

R, min man S 120 A 100 D1 D 1000 1200 Q, ədəd Şəkil 11. Tələb əyrisinin sağa sürüşməsi

Səkildən göründüyü kimi qiymət 100 min manat olanda istehsalçı 1000 dəst

ayaqqabı satmağa, alıcı isə o qədər almağa hazırdır. Bazarda tarazlıq hökm sürür. Birdən qeyd olunan hallardan biri baş vermiş, tutaq ki, əhalinin gəlirləri artmışdır. Bu hansı nəticələrə gətirib çıxara bilər?

Tezliklə 100 min manata ayaqqabı almaq istəyənlərin sayı artacaq, kimsə əvvəllər onu baha hesab edib almırdısa, indi həmin adamlar da ayaqqabını qeyd olunan qiymətə almaq istəyinə düşəcəklər. Fərz edək ki, ayaqqabını almaq istəyənlərin sayı, yəni yeni tələb 1200 nəfərə bərabərdir. Bu nöqtəni Q1 ilə işarə edib, absis oxundan perpendikulyar istiqamətdə təklif əyrisini kəsişməsinə qədər

Page 40: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

40

qaldıraq. Kəsişmə nöqtəsini A ilə işarə edək və paralel olaraq tələb əyrisində də bazar tarazlığının yeni nöqtəsinin yerini dəyişək. Bu yeni nöqtə müvafiq olaraq qiymət tarazlığını müəyyənləşdirir ki, bu da bizim misalda 120 min manata bərabərdir.

Qrafikdən göründüyü kimi, əhalinin gəlirlərinin artımı tələbin yüksəlməsinə və müvafiq olaraq tələb əyrisinin sağa doğru sürüşməsinə gətirib çıxardı. Nəticədə bazarda yeni tarazlıq vəziyyəti yarandı: qiymət 120 min manatadək artdı, eləcə də istehlakçının təklif etdiyi malın miqdarı da çoxaldı. Deməli, tələb əyrisi sağa doğru sürüşəndə həm qiymət və həm də miqdar artır.

Fərz edək ki, dərinin qiyməti bahalaşır. Bu hal hansı nəticələrə gətirib çıxarır? İstehsalçılar yenidən məhsul buraxılışını 200 vahid endirməyə məcburdular,

çünki xərclər artıb. R, min man S1 S 140 A* 120 D Q1 800 1000 Q, ədəd Şəkil 12 .Təklif əyrisinin sola sürüşməsi

Yeni miqdar səviyyəsini Q1 nöqtəsi ilə işarə edib, oxu perpendikulyar olaraq tələb əyrisinin kəsişməsinədək qaldıraq. Həmin nöqtədən P-yə perpendikulyar olaraq ox çəksək, görərik ki, məhsul buraxılışının belə həcmində, istehsalçı öz xərclərini ödəmək və mənfəət əldə etmək üçün malı 140 min manata satmalıdır. Belə olan halda, təklif əyrisi paralel olaraq sola doğru sürüşür. Yeni tarazlıq nöqtəsi (A*) göstərir ki, alıcı bu nöqtədə 800 dəst ayaqqabı almağa hazırdır.

Deməli, təklif əyrisi sola sürüşəndə qiymət bahalaşır, miqdar isə azalır. Bu misal əsasında tələb əyrisinin sola, təklif əyrisinin isə sağa sürüşməsi vəziyyətini də nəzərdən keçirmək olar. Belə dəyişikliklərin tələb və təklifə təsirini əks etdirən bir neçə vəziyyəti nəzərdən keçirək.

1-ci dəyişiklik. Tələbin artımı - tələb əyrisini sağa doğru hərəkət etdirir. Nəticədə bazar qiyməti artır, həmçinin mübadilə edilən malın miqdarı da çoxalır. R S D1

ТЯЛЯБ ↑

ГИЙМЯТ ↑

МИГДАР ↑

Page 41: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

41

D Q Şəkil 13. Tələbin artması

2-ci dəyişiklik. Tələbin aşağı düşməsi - tələb əyrisini sola doğru sürüşdürür. Mübadilə olunan malın miqdarı azalır, qiyməti isə ucuzlaşır. R S D D1 Q

Şəkil 14. Tələbin azalması 3-cü dəyişiklik. Təklifin artımı - təklif əyrisini sağa doğru hərəkət etdirir.

Tarazlıq qiyməti aşağı enir. Mübadilə olunan malın miqdarı artır. R S S1 D Q Şəkil 15. Təklifin artması

4-cü dəyişiklik. Təklifin aşağı düşməsi - təklif əyrisini sola doğru sürüşdürür. Tarazlıq qiyməti yüksəlir. Mübadilə edilən malın miqdarı azalır. R S1 S D

ТЯЛЯБ ↓

ГИЙМЯТ ↓

МИГДАР ↓

ТЯКЛИФ ↑

ГИЙМЯТ ↓

МИГДАР ↑

ТЯКЛИФ ↓

ГИЙМЯТ ↑

МИГДАР ↓

Page 42: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

42

Q

Şəkil 16. Təklifin azalması Beləliklə, biz gördük ki, tələb və təklif yalnız qiymətin ucuzlaşıb-bahalaşması

səbəbindən deyil, həmçinin müəyyən amillərin təsiri altında da dəyişir. Burada başlıca vəzifə bu və ya digər amilin təsiri nəticəsində digər bazarlarda hansı dəyişikliyin baş verməsini öyrənməkdən ibarətdir.

Tələb və təkliflə əlaqədar bizim tədqiqatlarımız bununla qurtarmır. Belə ki, daha bir komponent - tələbin elastikliyi qalır. Çünki, onsuz qiymətlərə təsir edən bazar qüvvələri haqqında tam təsəvvürə malik olmaq mümkün deyil.

Tələbin elastikliyi - alıcının reaksiyasıdır!

Beləliklə, biz bilirik ki, tələb əyrisi həmişə sağa doğru sürüşür və aşağı istiqamətlənir, daha doğrusu tələbin ölçüsü qiymətlərin dəyişməsinin əksinə doğru dəyişir. Lakin qiymətlərin 1%-lik artımı heç də tələbin ölçüsünün 1 faizlik artımı demək deyildir.

Bəli, biz bilirik ki, Tələb Qanununa görə qiymətlər artdığı halda, tələbin ölçüsü,

daha doğrusu alınan malların miqdarı aşağı düşür. Onun hansı səviyyəyə qədər azaldığını bilmək çox vacibdir. Fərz edək ki, istehsalçı öz məhsulunun qiymətini artırmamaq qərarına gəlir. Buna səbəb qiymətlərin baha olduğu halda istehlakçının aldığı malların həcminin azalmasıdır.

Qiymət dəyişməsinə nisbətdə tələbin dəyişməsinin ölçüsü qiymət üzrə tələbin elastikliyi adlanır.

Əgər tələbin dəyişməsi qiymətlə müqayisədə daha üstün nisbətlə ifadə olunarsa, onda tələb elastik adlanır. Yox əgər, tələbin dəyişməsi qiymətlə müqayisədə nisbətən az faizi ifadə edərsə, onda tələb qeyri-elastik adlanır. Tələbin elastikliyi nədən asılıdır? Nəyə görə bir məhsulda tələb elastik, digərində isə qeyri - elastikdir?

Adətən ən zəruri mallar, eləcə də əvəzləyicisi olmayan məhsullar qeyri-elastik olur.

Bunu konkret misallarla aydınlaşdıraq. Tələbin elastikliyini iki müxtəlif malın satışı əsasında müəyyənləşdirək. Çörək və alma misalını. Çörək insanlar üçün ən vacib qidadır və onun əvəzləyicisini tapmaq çətindir. Alma da insanlara lazımdır, amma onun əvəzləyicisi çoxdur.

Fərz edək ki, çörək və alma satıcılarının hər ikisi eyni vaxtda mallarının qiymətini qaldırırlar. Bu hala alıcılar necə reaksiya verəcəklər? Onlar əvvəlkitək çörək almaq barədə düşünəcəklər. Ola bilər ki, bir neçə gün əvvəlki ilə müqayisədə nisbətən az sayda alver olsun, lakin sonradan istehlakçılar əvvəl olduğu qədər çörək

Тялябин еластиклийи - ям тяянин г ийм ятинин дяйишм яси зам аны тялябин дяйишм ясинин юлчцсцдцр.

Page 43: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

43

alacaqlar. Almaya münasibətdə isə vəziyyət əksinə olacaq. Çox keçməyəcək ki, onu alanların sayı kəskin azalacaq. Onları almaqdan imtina edənlər qiyməti hələ bahalaşmayan armuda, şaftalıya, gavalıya üstünlük verəcək. Adətən çoxlu əvəzləyiciyə malik olan mallara tələb nisbətən elastik olur. Gəlin, qiymət üzrə tələbin elastikliyini hesablamaq üçün düstur tərtib edək

PPqQEr

//

∆∆

=

Burada Er - qiymətin elastikliyi; ∆ Q/Q miqdarın faizlə nisbi dəyişməsi; ∆P/P-qiymətin faizlə nisbi dəyişməsi. Qiymət üzrə tələbin elastikliyini bir neçə məhsul üzrə hesablayaq. Fərz edək ki, malın başlanğıc qiyməti 1000 manat olanda alıcı ondan 200 ədəd

alır. Sonra qiymət 1500 manata qalxanda, alıcı 170 ədəd almağa başlayır. Qrafik vasitəsilə bu dəyişikliyi təsvir edək (bax: şək.17)

P D P1 = 1500 P0 = 1000 Q1 = 170 Q0 = 200 Q Şəkil 17. Qiymət üzrə elastikliyin qrafiki

İndi isə qrafik əsasında elastikliyi hesablayaq. Əgər başlanğıc qiymətə satılan

malların miqdarını – 200 ədədi 100 faiz götürsək, onda miqdarın nisbi dəyişməsini tapmaq üçün 170 vahidin neçə faiz təşkil elədiyini müəyyənləşdirə bilərik. Bunun üçün tənasüb quraq. Q0=200 100% Q1=170 X 170 x 100% Burdan X= ------------------------ = 85% 200

Belə olan halda Δ Q=100-85=15%

Page 44: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

44

Oxşar qaydada qiymətin də nisbi dəyişməsini müəyyənləşdirək. P0 = 1000 100% P1 = 1500 x Burdan X = 1500 x 100% = 150% 1000 Δ P = 100% - 150% = 50%

İndi isə alınmış göstəriciləri düsturdakı uyğun yerlərinə qoyaq. 15 Er = ------ = 0,3 50 Deməli, həmin məhsulun elastikliyinin 0,3 -ə bərabər olduğunu müəyyən etdik.

Bu nə deməkdir? Əgər, Er >1 olarsa, onda tələb elastikdir. Əgər Er <1, olarsa, onda bu o deməkdir ki, tələb qeyri-elastikdir.Yox əgər Er=1

olarsa, onda buna vahid elastiklik deyilir ki, bu da belə izah olunur: qiymətin hər 1 % dəyişməsinin müqabilinə görə alınmış malların miqdarı 1% artır.

Deməli, bizim misalda qiymət üzrə tələb qeyri-elastikdir. Qiymət üzrə tələbin elastikliyini müəyyən etməyin digər metodu da mövcuddur. Bu üsul qiymət dəyişdikcə gəlirlərdə baş verənlərlə əlaqədardır.

Məcmu gəlir qiymətin satılmış bütün mallara hasilini ifadə edir. Qiymət dəyişikliyi, məsələn bahalaşması iki effekt yaradır: Birincisi, qiymət

effekti. Qiymət artdıqca məcmu gəlir çoxalır. İkincisi, miqdar effekti. Alınmış malın miqdarı aşağı düşdükcə, məcmu gəlir də

azalır. Qiymət və miqdar effekti bir-birinin əksinə işləyir. Bu halları ayrı-ayrılıqda növbəti qrafiklərin köməyi ilə nəzərdən keçirək. Birinci

halda təsəvvür edək ki, məcmu gəlirə münasibətdə qiymətin effekti miqdarınkından çoxdur. Bu vəziyyəti 18-ci qrafik təsvir edir. Bu zaman A məhsuluna qiymət üzrə tələb qeyri-elastikdir.

R Tələb A

Qiymətin effekti

D

4 2

Page 45: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

45

Miqdar effekti

2 6 10 Q Şəkil 18. Qiymət effekti

R Tələb B

Qiymətin

effekti

D

Miqdarın effekti

2 4 10 Q Şəkil 19. Miqdar effekti

Əks halda məcmu gəlirə münasibətdə miqdarın effektinin qiymətindən

çox olduğunu nəzərdən keçirsək (bax: şək.19) görərik ki, B məhsuluna qiymət üzrə tələb elastikdir.

Qiymətin və miqdarın effekti bir-birinə bərabər olanda isə qiymət üzrə tələb elastikliyi vahidə bərabər olur.

Gəlin qiymət və miqdarda baş verən dəyişikliklərin elastikliyə təsirini cədvəl şəklində müşahidə edək.

Cədvəl 8. Qiymət Məcmu gəlir Tələbin elastikliyi elastikdir elastikdir qeyri-elastikdir qeyri-elastikdir

Burda artır, isə azalır. Əgər qiymətin aşağı düşməsi məcmu gəlirin artmasına və ya qiymətin artımı

məcmu gəlirin azalmasına gətirib çıxarırsa onda qiymət üzrə tələb elastikdir. (Er >1)

4 2

Page 46: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

46

Əks halda qiymətin aşağı düşməsi məcmu gəlirin azalmasına və ya qiymətin artımı məcmu gəlirin artmasına gətirib çıxarırsa, onda qiymət üzrə tələb qeyri-elastikdir (Er <1)

(Er = 1) Qiymət üzrə tələbin elastikliyi adətən aşağıdakı mallar üzrə müşahidə olunur:

1) Dəb-dəbəli mallar (zinət əşyaları, ləl-cəvahirat, əntiq mallar) 2) Ailənin büdcəsində əhəmiyyətli yer tutan mallar (televizor, mebel,

avtomobil və s.) 3) Asan əvəz edilə bilən mallar (ətin ayrıca növləri, meyvə-tərəvəz və

s.) Qiymət üzrə tələbə qeyri-elastik olan mallara isə aiddir:

1) Ən zəruri mallar (dərman, ayaqqabı, elektrik avadanlıqları, telefon və s.)

2) Ailə büdcəsində əhəmiyyətli yer tutmayan mallar (karandaş, diş pastası, xətkeş, pozan və s.)

3) Çətin əvəz edilə bilən mallar (elektrik lampası, benzin, maraqlı konsertə bilet, çörək, duz, süd)

İ q t i s a d i f i k i r t a r i x i n d ə n

Alfred Marşall (1842-1924)

Gəncliyində Marşall riyaziyyat sahəsində fitri qabiliyyətə malik olub. Kembric Universitetini bitirdikdən sonra o riyaziyyat müəllimi işləyib və çox keçmədən iqtisadiyyatın problemlərini öyrənməyə başlayıb. O, bu zaman riyazi metodlardan aktiv istifadəyə üstünlük verib. İqtisadçılar tələb və təklif əyrisini öz tədqiqatlarında istifadə etməyinə görə məhz Marşala minnətdar olmalıdırlar.

Marşall ömrünün böyük hissəsini Kembric Universitetində «İqtisadi nəzəriyyə»nin tədrisinə həsr edib. Görkəmli iqtisadçının əsas elmi əsəri 1890-cı ildə nəşr olunmuş «İqtisadiyyat elminin prinsipləri» kitabıdır. Bu kitabda bazar iqtisadiyyatının başlıca qanunauyğunluqları təhlil olunur. Bu əsər müəllifin həyatı boyunca 8 dəfə təkrar nəşr olunub.

Page 47: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

47

Marşalın tədqiqat sahələri arasında rəqabət şəraitində tələb və təklifin tarazlığını təmin edən qiymətin müəyyən olunması xüsusilə seçilir. Ümumiyyətlə tələb və təklif qanunauyğunluqları Marşalın əsas tədqiqat sahəsi hesab olunur.

Alfred Marşall müasir iqtisad elminin əsasını qoyanlardan biri sayılır.

Xülasə

1. İqtisadiyyat sonsuz istəklərlə məhdud olan resursları necə uzlaşdırmağı öyrənən elmdir. Bu məqsədə nail olmaq üçün iqtisadiyyat üç suala cavab axtarır. 1) Hansı nemətləri istehsal etməli? 2) İstehsalı hansı texnologiyalarla necə təşkil etməli? 3) İstehsal olunmuş məhsulu kimlərə satmalı?

2. İqtisadi sistemləri üç tipə bölmək olar. bazar, inzibati-amirlik və ənənəvi. Ayrıca götürülmüş ölkədə mövcud olan iqtisadi sistem bu və ya digər proporsiyada bütün üç tipin cəhətlərini özündə əks etdirə bilər.

3. Tələb şkalası (və ya tələb əyrisi) bərabər şərtlər daxilində alıcının almaq istədiyi əmtəənin (və ya xidmətin) miqdarı və qiyməti arasındakı əlaqəni göstərir.

4. Təklif şkalası (və ya təklif əyrisi) bərabər şərtlər daxilində, istehsalçının satmaq istədiyi əmtəənin (və ya xidmətin) miqdarı və qiyməti arasındakı əlaqəni ifadə edir.

5. Tarazlıq qiyməti, tələbin ölçüsünün təklifin ölçüsü ilə tam uyğunluq təşkil etdiyi qiymətdir.

6. Qeyri-qiymət amillər 7. Elastiklik

Müzakirə üçün suallar

1. Müasir Azərbaycan iqtisadiyyatında ənənəvi, inzibati-amirlik və bazar iqtisadiyyatının elementlərini tapın.

2. İzah edin ki, tarazlıq qiyməti tələb və təklifin kəsişməsinə uyğun olur. İzah edin ki, bazarda qiymət həddindən artıq yüksək və ya aşağı olduqda iqtisadiyyatda nə baş verir.

3. İzah edin ki, nəyə görə aşağıdakılardan heç biri düzgün deyil. a) Lənkəranda, uzun sürən şaxtalar limonun qiymətinin aşağı düşməsinə

gətirib çıxarır. b) «Coca-Cola»nın qiymətinin bahalaşması, qiymətində dəyişiklik baş

verməsinə baxmayaraq «Fanta»ya tələbi aşağı salır. 4. İzah edin ki, nəyə görə tələb və təklifin dəyişikliyi aşağıdakı halların

baş verməsinə gətirib çıxarır?

?

Page 48: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

48

a) Tələbin artımı adətən qiymətin və tələbin ölçüsünün yüksəlməsinə; b) Tələbin aşağı düşməsi adətən qiymət və tələbin ölçüsünün aşağı

düşməsinə; 5. İzah edin ki, nəyə görə əvəzedicisi çətin tapılan mallara qiymət üzrə

tələb qeyri-elastikdir 6 Təklifin artımı təklif əyrisini sağa sürüşdürür, nəticədə məhsulun

qiyməti aşağı düşür və təklifin həcmi genişlənir

TEST

2.1. Tələb və təklif əyrisinin kəsişdiyi nöqtəyə nə deyilir: a) qiymət b) tarazlıq nöqtəsi c) qiymət tarazlığı d) tələb

2.2. Əgər tələb artarsa, onda mübadilə olunan malın qiyməti və miqdarında hansı dəyişiklik baş verir. a) Qiymət dəyişmir miqdar dəyişmir b) artır aşağı düşür c) artır artır d) aşağı düşür artır e) aşağı düşür aşağı düşür

2.3. Portağalın təklif əyrisinin sağa hərəkət etməsinə hansı səbəblər şərait yaradıb. a) Şaxtalar düşməsi portağal ağaclarının böyük əksəriyyətini sıradan çıxartmışdır b) Bütün bazarlarda portağalın qiyməti bahalaşmışdır. c) Portağalın maya dəyəri artmışdır. d) Portağal yetişdirilən bütün rayonlarda yaxşı məhsul yığılmışdır. 2.4. Tələb qanunu bildirir ki: a) Əgər malın keyfiyyəti əladırsa, alıcı onu yüksək qiymətə də almağa hazırdır. b) Satıcı yüksək qiymətə aşağı qiymətlə müqayisədə daha çox mal təklif edir. c) Alıcılar aşağı qiymətə yuxarı qiymətlə müqayisədə daha çox mal almağa meyllidirlər d) Qiymət dəyişməsinin əmtəəyə olan tələbin ölçüsünə təsiri az olur 2.5. Qiymət qalxdığı halda tələbin ölçüsündə nə baş verir a) tələb dəyişməyəcək b) tələb təklifdən çox olacaq c) tələb aşağı düşəcək

?!

Page 49: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

49

d) tələb artacaq 2.6. Kömürün qiyməti düşüb, eləcə də satılan malın miqdarı da azalıb. Aşağıda verilən hadisələrdən hansı bu hala uyğundur (digər şərtlərin bərabərliyi şərti ilə)? a) Neftin qiyməti düşüb b) Şaxtaçıların maaşı xeyli qalxıb c) Daha səmərəli şaxta avadanlığı quraşdırılıb d) İstehlakçıların gəlirləri çoxalıb e) Tələb qeyri-elastik olub.

2.7. Qiymət dəyişən zaman alınmış malların miqdarı sabit qalarsa, onda tələb haqqında nə demək olar a) tarazlıqdadır. b) qeyri-elastikdir. c) doyma halındadır. d) elastikdir. 2.8. Bir neçə məhsula tələb qeyri-elastikdirsə, onun başlıca səbəbi nədir a) bu mallar ilkin tələbat məhsulu deyil b) onun üçün əvəzləyici tapmaq çox çətindir c) onlar nisbətən bahadır d) istehlakçının ç\seçimi çoxdur 2.9. Marketinq tədqiqatının nəticəsinə görə, "Kəpəz" futbol komandasının iştirakı ilə keçirilən oyunlarda biletlərin qiyməti qalxarsa, hətta satılmış biletlərin sayı azalsa da belə, bilet satışından daxil olan ümumi gəlir artar. Bu zaman "Kəpəz"in oyunlarına biletin qiyməti üzrə tələbin elastikliyi haqqında nə demək olar. a) Tələb elastikidir b) Tələb qeyri-elastikdir c) Tələb vahid elastikliyə malikdir d) Tələb tamamilə qeyri-elastikdir e) Tələb tamamilə elastikdir

Page 50: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

50

Üçüncü fəsil

Bu fəsli oxuyarkən aşağıdakı termin və anlayışlara diqqət yetirin:

• Başlıca sosial məqsədlər

• İqtisadi təfəkkür

• Rəqabət və bazar

• Bazarın dayanıqsızlıq halları

• Dövlətin iqtisadiyyatda rolu

İqtisadiyyatda ayrıca şəxslərin, bir qrup insanların və ya hökumətin hərəkətinin bütövlükdə cəmiyyətin inkişafına təsiri xüsusi maraq doğuran məsələlərdən hesab olunur. Bu məsələyə münasibətdə bir sıra iqtisadçılar hesab edirlər ki, iqtisadiyyatın dövlət tənzimlənməsi sərbəst seçimi məhdudlaşdırdığına görə məqbul deyil.

Başqalarının mövqeyinə görə, dövlət siyasəti bir qrup insanlara sərbəstlik verməklə bazar iqtisadiyyatının yaratdığı imkanlardan daha yaxşı istifadəyə şərait yaradır.

Eyni məsələyə müxtəlif münasibətlərin bu cür fərqləndiyi zaman ilk növbədə söhbətin hansı azadlıqlardan getdiyini araşdırmaq tələb olunur. Müasir iqtisad elmində iqtisadi sistemlərin qarşısında duran başlıca sosial məqsədlər beş qrupa ayrılır:

- İqtisadi azadlıq - İqtisadi səmərəlilik - İqtisadi bərabərlik - İqtisadi təhlükəsizlik - Tam məşğulluq və qiymət sabitliyi Gəlin sadalanan məqsədlər üzərində daha ətraflı dayanıb, onların mənasını başa

düşməyə çalışaq.

İqtisadi azadlıq

Page 51: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

51

İqtisadi azadlıq dedikdə bazar münasibətləri iştirakçılarının sərbəstliyi başa düşülür.

Daha doğrusu: - istehlakçılar vəsaitlərini hara və necə xərcləməyi sərbəst surətdə və

müstəqil olaraq həll edirlər; - işçilər iş yerlərini sərbəst surətdə seçmək və dəyişmək imkanına malik

olurlar; - insanlar qazanclarının hansı hissəsini yığıma yönəltmək, nə qədərini

hansısa işə qoymaq seçimində müstəqil hüquqa malikdirlər və s. Haqqında bəhs etdiyimiz azadlıqlar insanların bir çoxuna öz-özlüyündə sanki

belə də olmalıymış kimi görünə bilər. Lakin, unutmayaq ki, ölkəmizin çox da uzaq olmayan tarixində hökmranlıq etmiş inzibati-amirlik iqtisadiyyatında sadalanan azadlıqların heç biri yox idi.

İqtisadi səmərəlilik - bunu texniki səmərəliliklə qarışdırmayın. Gəlin, "kvadrat təkərlər" misalını yadımıza salaq. Xatirinizdədirsə biz məqsəd kimi texniki səmərəlilik məsələsini qarşıya qoymuşduq və bizdən az xərclə keyfiyyətli məhsul istehsal etmək tələb olunurdu. Lakin, istehlakçılar bu məhsula maraq göstərmədiyinə və dairəvi təkərlərə üstünlük verdiyinə görə kvadrat təkərlərin istehsalını iqtisadi baxımdan səmərəli hesab etmək olmaz.

İqtisadi bərabərlik

Kimin düzgün və ya yalan, eləcə də vicdanlı və ya vicdansız olduğunu dəqiq müəyyənləşdirmək çox çətindir. İnsanların düşüncəsində ədalət sözünə münasibətin özü də kəskin fərqlənir. Lakin iqtisadi sistemlərin fəaliyyətini qiymətləndirən zaman nə qədər insanın varlı və ya yoxsul yaşadığını tədqiq etmək mümkündür. Məsələn, hökumətin hansısa fəaliyyətinin nəticəsi olaraq bəzi məhsulların qiyməti dəyişə bilər: bir məhsulun qiyməti ucuzlaşdığına görə burda istehlakçılar, hansısa malın qiyməti bahalaşdığından isə istehsalçılar udurlar. Birinci məhsulun qiymətinin aşağı düşməsinə gətirib çıxaran qərara görə, istehsalçılar hökumətin fəaliyyətini ədalətsiz, istehlakçılar isə ədalətli hesab edirlər.

Adətən insanlar hökumətin siyasətinə biganə qalmır və hər bir fəaliyyətə münasibətdə istənilən insanın şəxsi mövqeyi formalaşır. Onları düşündürür ki, hökumətin yeritdiyi siyasət nə dərəcədə ədalətlidir.

Buna görə də biz iqtisadi bərabərlikdən danışarkən, ilk növbədə bilməliyik ki, söhbət gəlirlərin və sərvətlərin bölgüsündən gedir: bu bölgüdə kimisi uduzur və kimlər isə udur?

İmkanların və nəticələrin bərabərliyi iqtisadi bərabərliyi daha dəqiq müəyyənləşdirməyə şərait yaradır.

İqtisadi təhlükəsizlik

Bu çox vacib sosial məqsədlərdən sayılır. Burda məqsəd insanların istəklərinin

Page 52: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

52

iqtisadi risklərdən nə dərəcədə qorunmasına nail olmaqdan ibarətdir. Soruşa bilərsiniz ki, "iqtisadi risk" nədir? İqtisadi risklərə işsizlik, inflyasiya, yoxsulluq, müəssisələrin, bankların

müflisləşməsi və sairə aid edilir. Əlbəttə ki, harda insanlar ömrü boyu vəsait yığır, orda risk aşağı düşür. Eyni zamanda dövlətin işsizliyə görə müavinəti, çoxuşaqlı ailələrə maliyyə köməkliyi, qaçqınlara maddi yardımı və sair də iqtisadi riski azaldır. Lakin, bəzən dövlət də elə vəziyyətdə olur ki, vətəndaşlarına lazımi səviyyədə sosial qayğı göstərə bilmir.

Tam məşüulluq və qiymətlərin sabitliyi "Tam məşğulluq" termini əsasən əhalinin məşğulluğuna aid edilir. Lakin bunu

elə başa düşmək lazım deyil ki, bütün insanlar işləyir. Adətən əhalinin uşaqlardan, qocalardan ibarət təbəqəsi əmək qabiliyyəti olmayanlar hesab olunur. Mövcud qanunvericiliyimizə görə, 16 yaşdan yuxarı insanlar əmək qabiliyyətlilər sayılırlar. Lakin onların arasında elələri də var ki, ümumiyyətlə işləmək istəmirlər! Bir çox dövlətlərdə işləmək istəməyənlər işsiz hesab olunmurlar. İşləməyi bacaran və işləmək istəyənlərinsə, bir hissəsi işləyir, digər hissəsi isə iş axtarır. Belə olan halda, məhz sonuncular işsiz sayılırlar.

Gerçək həyatda qiymətlərin sabitliyi az ehtimal olunur. Burda söhbət ondan gedir ki, qiymətlər həmişə az da olsa dəyişir, "üzür". Belə olan halda baş verən dəyişiklik, əhalinin həyat səviyyəsinə ciddi təsir göstərmir.

İqtisadi sistemlərin sosial məqsədləri mövzusundakı söhbətlərimizi başa çatdırarkən, onu da qeyd etməliyik ki, bütün bu məqsədlərə eyni zamanda çatmaq mümkün deyildir. Diqqət yetirdinizsə, bəzi məqsədlərə yönələn fəaliyyətlər hətta bir-birilə ziddiyyət təşkil edir. Əgər onlar eyni vaxtda tətbiq olunarsa, onda daha pis vəziyyət yarana bilər. Ona görə də bu fəaliyyətləri həmişə ölçüb-biçmək gərək olur. Belə olanda da biz tez-tez seçim etmək məcburiyyətində qalırıq. İnanın ki, bu, asan deyildir!

Məsələn, əgər minimum əmək haqqını birdən-birə bir neçə dəfə artırsaq, onda bəzi firmalar işçilərinin bir hissəsini işdən qovacaqlar. Nəticədə, kimlərsə işsiz qalacaq.

Və yaxud, fərz edək ki, atmosferin çirklənməsinin qarşısını almaq üçün hökumət bütün avtomobillərdə xüsusi təmizləyici qurğunun quraşdırılması barəsində qərar qəbul edir. Təbii ki, bu bizlər – avtomobilsiz vətəndaşlar üçün faydalı olacaq. Çünki, ekoloji baxımdan nisbətən təmiz hava udacağıq. Lakin, hökumətin bu qərarı avtomobillərin qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Bu isə avtomobil sahiblərinin narazılığına səbəb olacaq. Hər hansı bir iqtisadi məqsədlərə yönələcək qərar qəbul edərkən cəmiyyətin və konkret fərdin bundan nə qədər udacağından və itirəcəyindən çıxış etmək lazımdır. Bu isə, həmişə kompromis seçim tələb edir.

QƏRAR QƏBUL EDƏRKƏN ATILAN ADDIMLAR Kompromiss seçim tələb olunan daha tənqidi düşünməyi və qərar qəbul etməyi

Page 53: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

53

bacarmaq üçün, Sizlərə aşağıdakı ardıcıllığa əməl etməyi tövsiyə edirik: 1) Problem nədən ibarətdir? (Hansı qərarı qəbul etməyə cəhd

göstərirsiniz?) 2) O, hansı alternativlərə malikdir? 3) Qiymətləndirmənin meyarı necədir? (Qərar qəbul etməklə hansı

məqsədlərə nail olmaq ümidindəsiniz?) 4) Bu meyarları vaciblik dərəcəsi üzrə düzün. (Hansı meyar daha vacibdir?

Nisbətən az vacib olanı hansıdır? Meyarları uyğun nömrələrlə sıralayın). 5) Alternativləri qiymətləndirin. 6) Qərar qəbul edin (Alternativlərdən hansı biri ilk məqsədlərinizin yerinə

yetirilməsinə daha çox uyğun gəlir? Hər bir alternativ nə qədər uduşa malikdir? Alternativlərdən hər birini qəbul edərkən sizdən nəyi qurban vermək tələb olunur?).

İqtisadiyyat sizə bizim hamımızın bildiyi, lakin bir çox hallarda lazımi səviyyədə izah etməkdə çətinlik çəkdiyimiz bəzi sirlərin açılmasını öyrənməyə kömək edir. Aşağıda təqdim olunan və hamını düşündürən suallara diqqət yetirək.

Nəyə görə ölkəmizin gələcəyi olan gənclər arasında işsizlik səviyyəsi daha yüksəkdir?

Nəyə görə boksçular, karateçilər və bu kimi başqa zədə yetirən insanlar həmin zədəni müalicə edən həkimlərə nisbətən daha çox qazanc əldə edirlər?

Nəyə görə respublikada istehsal müəssisələrinin böyük hissəsinin dayandığı və əhalinin işsiz qaldığı bir şəraitdə insanlar xaricdən gətirilmiş ərzaq, paltar və digər idxal malları almağa üstünlük verirlər? və s.

Mümkündür ki, insanın davranışının belə öyrənilməsi heç də hamı üçün böyük maraq doğurmasın. Əgər, siz bütün insanlar üçün ümumi qəbul edilən prinsiplərdən istifadə etsəniz, öyrənmək istədiklərinizin böyük hissəsinin cavabını bu kitabdan tapacaqsınız. Bu prinsiplər insanların irqindən, dinindən, cinsindən, mədəniyyətindən, siyasi mənsubiyyətindən asılı deyildir. Siz mütləq bilməlisiniz ki, iqtisadiyyat yalnız pulu deyil, ilk növbədə - istehlakçıların davranışını öyrənir.

İqtisadiyyat - istehlakçıların davranışının təhlili qaydasıdır. Əgər iqtisadi düşüncələrin prinsiplərini xatırlasaq görərik ki, əksər hallarda

insanların davranışını əvvəlcədən müəyyənləşdirmək olur: 1. İnsanlar seçirlər! Resursların məhdudluğu insanları həm varlı və həm də

yoxsul, həm böyük və həm də kiçik ölkələrdə seçməyə məcbur edir. Çünki adətən insanların tələbatları onların imkanlarını üstələyir.

2. İnsanların həyata keçirdikləri seçim həmişə xərclərlə bağlı olur! İnsanlar öz seçimləri haqqında düşünmədən qərar qəbul etmirlər. Adətən, onlar öz seçimlərini edərkən müəyyən hesablama aparır. Bu zaman onlar hərdən intuitiv olaraq, bir çox hallarda isə hər bir alternativ üzrə gəlir və xərcləri nəzərdən keçirirlər.

3. İnsanlar stimullara müəyyən formada reaksiya verirlər. Müsbət stimullar iqtisadi fəaliyyətə kömək, mənfi stimullar isə mane olur. Stimullar heç də həmişə

Page 54: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

54

pul formasında çıxış etmir, ona insanların mükafat kimi qəbul etdiyi hər bir şey aid oluna bilər.

4. İnsanlar iqtisadi sistemləri yaradır ki, o da fərdi seçim və stimulları hərəkətə gətirir. Qanun və qaydalar hər dəfə dəyişərkən alternativlər çoxalır və yaxud əksinə məhdudlaşır ki, bunun da nəticəsi olaraq stimullar dəyişir. Müxtəlif iqtisadi sistemlər iqtisadi fəaliyyətin ayrı-ayrı növlərini fərqli qaydada mükafatlandırır.

5. İnsanlar könüllü mübadilədən fayda əldə edirlər. Adətən, iki nəfər mübadilə edərkən onlardan hər biri nisbətən az dəyərli nəyisə qurban verir ki, daha çox dəyərli bir şey ala bilsin. Mübadilə başa çatdıqdan sonra məlum olur ki, hər bir iştirakçı ayrı-ayrılıqda onlar üçün böyük dəyəri olan nə isə əldə edib. Deməli, mübadilə hər iki iştirakçı və bütövlükdə iqtisadiyyat üçün əlavə dəyər (sərvət) yaradıb.

6. Seçim insanları özünü gələcəkdə büruzə verən məqsədlərə çatdırır. Məsələn: əgər məktəbli dərsinə hazırlaşmaq əvəzinə televizorda dedektiv filmə baxırsa, onda bu seçim özünü gələcəkdə hansısa qaydada göstərəcək. Mümkündür ki, şagird növbəti dərsdən qeyri-kafi qiymət alsın və yaxud, ola bilər ki, bir neçə ildən sonra şagirdin vaxtı ilə öyrənmədiyi məşğələ ona yaxşı iş tapmaqda mane olsun. Bu prinsipləri, həmçinin "qərar qəbulu addımları"nı öyrəndikdən sonra bir neçə "İqtisadi tapmacaya" cavab axtarmağa cəhd edək.

1. Nəyə görə dünyada balinaların sayı az, toyuqların sayı isə çoxdur? 2. Nəyə görə insanlar cəzalandırılacaqlarını bilə-bilə yenə cinayət edirlər? 3. Nə üçün Azərbaycan Yaponiya ilə müqasiyədə daha çox təbii ehtiyatlara

malik olduğu halda dünyanın kasıb ölkələri siyahısına salınır? 4. Nə üçün Bakıda sovet dövründə tikilmiş binaların xarici görünüşü və

girişi səliqəsiz olduğu halda, mənzillərin içi təmiz və səliqəlidir? Belə tapmacaların sayını çoxaltmaq olar. 1 və 4-cü tapmacanın cavabına açar

rolunda «xüsusi mülkiyyət", 3-cü sualda "səmərəlilik" çıxış edir. Bəs ikinci sualın cavabı necədir? Bildiyimiz kimi, insanlar özlərinin sonsuz istəkləri ilə məhdud imkanlarını uzlaşdıra bilmirlər. Belələri cinayət etməyə qərar verərkən hesab edirlər ki, onun uduşu cəzalanmaq şansından xeyli dərəcədə çoxdur.

BAÇARIN DAYANIQSIÇLIQ HALLARI Müasir iqtisadiyyatda müəyyən funksiyaları yerinə yetirmək məqsədilə bir çox

qərarları "bazar" diktə edir. Adətən bazarın funksiyası 5 qrupa bölünür: 1. Qiymətqoyma; 2. İnformasiya; 3. Vasitəçilik; 4. Tənzimləmə; 5. Sağlamlaşdırma. Bu funksiyalar hansı əlamətlərinə görə fərqləndirilir və bazar onları hansı

formada həyata keçirir? Qiymətqoyma. Tələb və təklif qanununa müvafiq olaraq qiymət bazarda təyin

Page 55: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

55

olunur. İnformasiya. Bazarda alıcılar yeni mal və xidmətlərlə tanış olur, onların

qiymətini və istehlakçı xüsusiyyətlərini öyrənirlər. Eyni zamanda istehlakçılar məhz bazardan bu və ya digər mala olan tələb haqqında informasiya alırlar.

Vasitəçilik. Bazarda alıcı və satıcı bir-birini tapır və onlar kompromis əldə edirlər.

Tənzimləmə. Bazar bu və ya digər mallara olan tələbat və onların qiyməti haqqında informasiyalara malikdiir. Məhz bu informasiyalar əsasında istehsalçı bu və ya digər malın buraxılışının artırılması və ya ixtisar edilməsi haqqında qərar qəbul edir.

Sağlamlaşdırma - bu çox vacib funksiyadır. Bu terminin mənası ondan ibarətdir ki, bazar "sanitar" rolunu yerinə yetirir. Meşədə canavarlar zəif və xəstə heyvanları məhv etdiyi kimi, bazar da ziyanla işləyən və mənfəət əldə edə bilməyən firmaları sıradan çıxarır. Buraxdığı məhsulları heç kimə lazım olmayan, istehlakçıları cəlb edə bilməyən firmalar rəqabət mübarizəsində uduzur və sıradan çıxırlar.

Biz, Sizinlə bazarın bir çox qanunlarını öyrənmişik və indi hamı bilir ki, tələb və təklif nədir. Bazar iqtisadiyyatının başlıca prinsiplərindən biri satılmış məhsulun əvəzinə fayda əldə etməkdən ibarətdir. Bu zaman iş qüvvəsi, istehsal olunmuş məmulat, şəxsi torpaq, tikili və yaxud biznes işinin təşkili bacarığı və s. satışın predmeti ola bilər.

Əgər satış üçün buraxdığınız malınız keyfiyyətlidirsə və onu alıcıya münasib qiymətə təklif edirsinizsə, onda rəqabət mübarizəsində qələbə qazanıb maliyyə imkanlarınızı daha da yaxşılaşdıracaqsınız.

Şəxsi faydaya görə alıcı və satıcılar hər gün öz maraqları ilə cəmiyyətin ümumi maraqları arasında ən yaxşı kompromis axtarıb tapırlar. Bazarın bu "görünməz əli" hər bir satıcını nəinki öz maraqları, hətta ölkəsinin maraqları haqqında düşünməyə məcbur edir. Yoxsa, onun buraxdığı mal heç kimə gərək olmaz.

Bu tip məsələlərin həllində bazar mexanizmi inzibati-amirlik iqtisadiyyatına

nisbətən xeyli dərəcədə az səhv buraxmaqla yanaşı, qərarları da tez bir zamanda və çevik şəkildə qəbul edir. Çünki, bu zaman hər kəsin şəxsi marağı önə çıxır və onların hər biri öz marağından çıxış edir. Təəssüflər olsun ki, bazar mexanizmi də qüsursuz deyil. O heç də həmişə cəmiyyətin bütün problemlərinin həllini təmin edə bilmir.

Базар - ямтяя вя хидмятляря гиймят гойулан вя онларын мцбадиляси апарылан мякандыр.

Page 56: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

56

Bazar "sınaq və səhv" metodu ilə işləyir. Bunu müxtəlif ölkələr üzrə müşahidə etdiyimiz iqtisadi böhranlarla izah etmək olar. Ayrıca şirkətlər həmişə çalışırlar ki, öz rəqiblərini sıradan çıxartsın, bazarı bütövlükdə ələ keçirsinlər. Belə olan halda, həmin şirkət istehlakçılara özünün istədiyi qiyməti diktə edir və daha çox qazanmaq imkanları yaradır və bundan da bəhrələnməyə çalışır.

İntensiv istehsal ətraf mühitə ziyan vurur. Bazar qüvvələrinin fəaliyyəti nəticəsində bir sıra yanaşı mənfi və müsbət effektlər yaranır. Daha doğrusu, elə hal olur ki, bazar iqtisadiyyatda yaranmış problemi həll etməyi bacarmır. Belə hallara bazarın dayanıqsızlıq halları deyilir.

Bu cür halların aradan qaldırılması məqsədilə dövlət orqanları məhsulun istehsalı və istehlakını tənzimləyə bilər.

Yanaşı effektlər o vaxt mövcud olur ki, hər hansı bir malın istehsalı və istehlakı ilə bağlı xərclər və ya faydalar həmin məhsulun nə istehsalçısı, nə də istehlakçısı sayılmayan üçüncü şəxslərə təsir edir.

Yanaşı effektə aid bir misal göstərməklə onu daha asan başa düşmək olar. Fərz edək ki, avtomobil şəhərdaxili yolla gedir. Yoldan keçən piyada avtomobilin buraxdığı qazı udur. Piyada avtomobilin nə istehsalçısı, nə də istehlakçısıdır. Ətrafı zəhərləyən qaz yanaşı effektdir, o həm istehsalçıya, həm istehlakçıya, həm də üçüncü şəxsə ziyan vurur.

Belə olanda, dövlət vergilərin və digər tənzimləyici vasitələrin köməyi ilə vəziyyəti qismən və ya tamamilə düzəldə bilər. Lakin bazarın dayanıqsızlığının mənfi nəticələrinin korrektəsinə yönəldilmiş bu cür proqramlar və onların reallaşdırılması dövlətə xeyli baha başa gəlir. Və onlar o vaxt həyata keçirilir ki, gözlənilən fayda zəruri xərcləri üstələsin.

Ətrafdakı zavodlar və fabriklər, təyyarələr və avtomobillər atmosferə hər gün çoxlu miqdarda işlənilmiş qazlar atır. Biz də bu cür çirkli hava ilə nəfəs alır, tərkibində külli miqdarda zəhərləyici elementlər olan sudan içirik. Fərz edək ki, hər yüz stəkandan birində ölüm riski var, onda biz bu sudan içərikmi?

Və yaxud zəhərlənmək şansı milyarddan bir olarsa, qərarınız necə ola bilər? Cəmiyyət insanları zəhərləyici çirklənmələrdən istənilən qiymətə müdafiə

etməlidirmi? Sizcə, bununla biz nə demək istəyirik? Gəlin bu problemi daha yaxşı başa

düşmək üçün belə bir suala cavab verməyə çalışaq: insan ömrü neçəyədir? Əminik ki, çox adam deyəcək ki, insan ömrünü qiymətləndirmək mümkün deyil, onun dəyəri yoxdur. Gəlin fikirləşək görək, insan ömrünün qiymətini necə təyin etmək olar. Təsəvvür edin ki, uşaq qəza nəticəsində dağılmış evin altında qalıb, faciə baş verib. Hamı uşağı təhlükədən xilas etməyə çalışır. İnsanların bir qismi tunel qazır, digərləri donor axtarır və s. Nəhayət uşaq xilas olunur!

Gəlin, uşağın xilas edilməsinə sərf olmuş resursların (insan, kapital, təbiət) miqdarını qiymətləndirək. Bu məqsədlə işə çoxlu texnika cəlb olunmuş, həyəcan təbili çalınmışdır. Sizcə, insan ömrünün qorunmasına bu qədər xərc çəkməyə dəyərmi? Yəqin ki, sizlərin çoxu bu suala birmənalı şəkildə müsbət cavab verər və

Page 57: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

57

özünüzü də haqlı hesab edərsiniz. İstisnasız qəbul edirsiniz ki, uşağı xilas etməyə çəkdiyimiz xərclərin ümumi

dəyəri «insan ömrünün qiyməti»ndən dəfələrlə azdır. Çünki insan ömrü cəmiyyət üçün qiymətsizdir. Başqa bir hala baxaq. Tutaq ki, həmin resursların köməyi ilə bir yox, bir neçə insanın həyatını xilas etmək mümkündür. Bəs onda necə, insan ömrünün qiyməti aşağı düşmürmü? Axı bizim öyrəndiyimiz iqtisadiyyat elmi sübut edir ki, resurslar məhduddur. Məsələn, iki müxtəlif yerdən təcili tibbi yardım çağrışı daxil olmasına baxmayaraq, yalnız bir sərbəst maşını olan təcili tibbi yardım stansiyasının işçiləri seçim qarşısında qalır. Çünki, bu maşınla bir xəstənin ünvanına getmək olar, bu halda isə ikinci xəstəyə baş çəkmək mümkün deyil. İstənilən halda kiminsə həyatı təhlükədə qalır. Onda, təcili yardım maşınını hansı xəstənin ünvanına göndərməli?

Axı, resursların (təcili tibbi yardım maşınlarının) məhdudluğu ucbatından biz kiminsə həyatını qurban vermək (hətta insan ömrü qiymətsiz olsa da belə) məcburiyyətindəyik.

Son vaxtlar tez-tez eşidirik ki, hansısa ölkədə həyat şəraiti bizdəkindən yaxşıdır, orda insanların qayğısını daha çox çəkirlər. Bəs, bu fərqləri necə izah etmək mümkündür?

Bir neçə statistik göstəricilərə nəzər yetirsək, görərik ki, insan ömrü daha çox hansı hallarda təhlükəyə məruz qalır? Alimlərin hesablamalarına görə, dünya əhalisinin hər milyonunun aviaqəzadan ölüm ehtimalı 0,3, infarktdan 0,6, ildırım vurmaqdan 1,0, avtoqəzadan 200, siqaret çəkməkdən 6250 nəfərdir.

Göründüyü kimi, risklər əhəmiyyətli dərəcədə fərqlənirlər və onların heç birində ölüm ehtimalı sıfıra bərabər deyil.

İnsanlar öz həyatlarını daha çox pul ödəməklə, hava, su üçün təmizləyici qurğular, təhlükəsiz maşınlar, mənzillər almaqla qoruyurlar. Bunun üçün onlar ölüm riskinin aşağı salınması məqsədilə qabiliyyətləri və imkanları çərçivəsində xərc çəkməyə hazırdırlar. Bəs, insan ömrünün qiyməti neçəyədir? Bəlkə, bunu müəyyənləşdirmək üçün, insan orqanizmini təşkil edən kimyəvi maddələrin, elementlərin dəyərini hesablamaq lazımdır. Gəlin, bu məqsədlə insanın bədənini tərkib hissələrə bölək: oksigen, hidrogen, karbon, maqnezium , dəmir, sink və sair. Hər bir elementin miqdarını müəyyənləşdirib kimyəvi maddələrin orta bazar qiymətinə vuraq və alınan məbləğləri toplayaq. Bu, insan ömrünün qiymətini təyin etməyin bir üsuludur.

Başqa bir yanaşma ilə orqanizmin ayrı-ayrı orqanlarının dəyərini qiymətləndirək. Orqanizmin bir çox hissələrinə (qana, ürəyə, böyrəyə və s.) transplantasiya (köçürmə ) məqsədilə tələb əmələ gələcək və beləliklə onun bazar qiyməti formalaşacaq.

İnsan ömrünü qiymətləndirməyin digər üsulu hər bir insanın özünü sığortalamaq istədiyi haqqla da ölçülə bilər. Məsələn, populyar aktyor Demi Mur həyatını 1 milyard dollar məbləğində sığortalayıb. Başqa bir misala müraciət edək: bu günlərdə keçirilmiş hərracda populyar caz ulduzu mərhum Elvis Preslinin 1 dişi 100 dollara

Page 58: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

58

satılıb. Bu hesabla, onun dişlərinin hamısını hərraca çıxarmaqla 3200 dollar vəsait qazanmaq olar.

Və ya bir insanın ölümündən cəmiyyətin itirəcəyi məhsul buraxılışı və xidmətlərin həcmini müəyyənləşdirərək, insan ömrünün hesablanmasını sınaqdan keçirək.

İnsan ömrünün qiymətsiz olduğu haqqında artıq danışmışıq. Gəlin, belə bir suala da cavab verək. İnsanlar nəyin naminə öz həyatlarını riskə qoyurlar? Axı onların ömrü qiymətsizdir? Bu sualın yeganə düzgün cavabını aşağıdakı qaydada tapmaq olar. İnsan ömrünün qiymətini onların ölümdən və ya bu kimi digər hallardan yaxa qurtarmaq məqsədilə nə qədər məbləğdə vəsait ödəməyə hazır olması ilə də müəyyənləşdirmək mümkündür. Məsələn, ekoloji cəhətdən təhlükəli vəziyyətdə olan şəhərdə 100 min nəfər əhali yaşayır və hər il onların 110 nəfəri atmosferin çirklənməsi, içməli suyun təmizlənməməsi səbəbindən vəfat edir.

Tutaq ki, şəhərin hər bir sakini suyun və havanın təmizlənməsi məqsədilə 500 manat vəsait ödəməyə hazırdır. Hesablamalar göstərir ki, toplanmış vəsaitlə hər 10 min nəfərə düşən ölüm ehtimalını 11-dən 10-a endirmək mümkündür. Nəticədə 10 nəfər insanın həyatını xilas etmək olar.

Onda xilas edilmiş 10 nəfər insanın həyatının ümumi dəyəri 50 milyon manat, hər bir ömrün dəyəri isə 5 milyon manatdır.

Lakin, cəmiyyət, o cümlədən insanlar bu məqsədlə daha 500 manat xərcləməyə hazır deyildir. Belə olsa idi, daha 10 nəfərin ömrünü xilas etmək mümkün olardı. Lakin, bunun üçün 50 milyon manatdan da çox vəsait xərcləmək tələb olunur.

Dövlət nə üçün lazımdır?

Yəqin ki, Sizdə də özünüzə bu sualı vermək istəyi nə vaxtsa olub. «Liberallar» adlanan baxışı müdafiə edən insanlar belə fikirləşirlər ki, dövlətin rolu mütləq məhdudlaşdırılmalıdır. Onlar dövlətin iqtisadi və sosial problemləri həll etmək qabiliyyətinə şübhə ilə yanaşır və bunu dövlət bürokratiyasının çoxluğu, nəzarətin isə çətinliyi ilə izah edirlər.

"Mühafizəkar" baxışı müdafiə edən insanlar isə cəmiyyətin problemlərini bazarın həll etmək imkanlarına şübhə ilə yanaşırlar.

Onlar qeyd edirlər ki, dövlət özəl firmaların az istehsal etdiyi və yaxud ümumiyyətlə istehsal etmədiyi malların buraxılışı ilə məşğul ola bilər.

Lakin, gəlin xatırlayaq, bizə öyrədiblər ki, bazar iqtisadiyyatında əksər iqtisadi qərarları dövlət deyil, ayrı-ayrı satıcı və alıcılar qəbul edirlər.

Lakin bununla yanaşı, dövlətin 6 başlıca iqtisadi funksiyası fərqləndirilir. Bunları əksəriyyət qəbul edir. Gəlin, görək onlar hansılardır:

1. Hüquqi baza və sosial təminat əsaslarının yaradılması; 2. Rəqabətin dəstəklənməsi; 3. Gəlirlərin yenidən bölüşdürülməsi; 4. İctimai əmtəə və xidmətlərin buraxılışı;

Page 59: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

59

5. Yanaşı effektlərə düzəliş edilməsi; 6. İqtisadiyyatın sabitləşdirilməsi. Bu funksiyaları ayrı-ayrılıqda öyrənməyə və onların məğzini başa düşməyə cəhd

edək.

1. Hüquqi baza və sosial təminat əsaslarının yaradılması

Mülkiyyət hüququ dəqiq müəyyənləşdirildikdə, eləcə də bağlanmış müqavilələrə, imzalanmış kontraktlara riayət edilməsi qanunla təsbit edildikdə bazar effektiv işləyir. Standartlaşdırılmış pul, ölçü və çəki vahidlərindən istifadə olunur. Ticarət maneələri minimuma endirilir (gömrük qaydaları və rüsumları və s.).

Dövlətin bu istiqamətdə qanunvericilik fəaliyyətini həyata keçirən institut kimi parlament çıxış edir. Parlament polisin, məhkəmələrin, sahibkarların və digərlərinin funksiyaları ilə əlaqədar müxtəlif qanunlar hazırlayır və qəbul edir. Pulun çap olunması və tədavülü, onun dövriyyəsinin tənzimlənməsi məsələləri ilə isə Milli Bank məşğul olur. Bu barədə sonrakı fəsillərin birində daha geniş danışacağıq.

İqtisadiyyatın bazar "relslərinə" keçidinin başlanğıcında bir çox insanlar onlara tamamilə tanış olmayan şəraitlə üzləşir. İnsanlar qeyri-müəyyənliklərdən, ictimai və siyasi sabitsizlikdən qorxduğundan dövlətin bu funksiyasının rolu "keçid" iqtisadiyyatında daha da yüksəlir.

2. Rəqabətin dəstəklənməsi İnhisar hakimiyyətinin məhdudlaşdırılması çox çətin və ağrılı prosesdir. Bəzən

dövlətin iqtisadiyyatın bütün sferalarına müdaxilə cəhdi müşahidə olunur. Bu köhnəliyin xəstəliyidir.

Ayrıca bir firmanın bazarı zəbt etmə cəhdi də malların keyfiyyətinin aşağı düşməsinə, qiymətlərin bahalaşmasına gətirib çıxarır ki, dövlət də qanunların köməyi ilə belə hallara qarşı mübarizə aparmalıdır. Nümunə olaraq antiinhisar qanunvericiliyini və onların icrasına nəzarət edən orqanları göstərmək olar.

3. Gəlirlərin yenidən bölgüsü Bu funksiyanın üzərində ətraflı dayanaq. Bu funksiya vasitəsilə ölkə əhalisinin

həyat səviyyəsi tarazlaşdırılır. Həyat səviyyəsi - insanların fiziki, mənəvi və sosial tələbatlarının ödənilməsi

səviyyəsinin inteqral xarakteristikasıdır. Əhalinin həyat fəaliyyətinin müxtəlif tərəflərini əks etdirən göstəricilər sistemi ilə ifadə olunur: əhalinin hər nəfəri (adambaşı) hesabı ilə istehlak edilən mal və xidmətlərin həcmi, ən mühüm məhsulların natural istehlakının həcmləri, adambaşına real gəlir, mənzil təminatı, habelə kommunal, nəqliyyat və rabitə xidmətləri ilə təmin edilmə səviyyəsi, təhsil,

Page 60: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

60

səhiyyə və mədəniyyət xidmətlərinin əldə edilə bilməsi və s. Beynəlxalq standartlara uyğun olaraq buraya həmçinin məşğulluq, əmək şəraiti, iş gününün uzunluğu, şəxsiyyət hüquqlarının sosial təminatları, onun təhlükəsizlik şərtləri, demoqrafiya, ekologiya, sağlamlıq, ərzaq təminatı göstəriciləri, maddi və maliyyə yığımları, sosial diferensasiya (təbəqələşmə), cinayətkarlığın yayılması və s. kimi göstəricilər də daxildir. Göründüyü kimi həyat səviyyəsini xarakterizə edən müxtəlif göstəricilər vardır və insanların hamısının onlara çıxış imkanları eyni deyildir.Buna görə də insanlar yaşayış səviyyələrindəki kəskin fərqlərdən narazı qalırlar. İqtisadiyyatda bu fərqi əks etdirən qrafik mövcuddur ki, onu da yaradıcısının şərəfinə "Lourens əyrisi" adlandırırlar.

Gəlirlər Əhalinin sayı

Şəkil 20. Lourens əyrisi Bu qrafik kamanı xatırladır, gördüyümüz düz xətt o gövdəyə, əyri xətt isə

gərilmiş ipə bənzəyir. Belə ki, gövdə bütün ölkələrin gəlirlərinin mütləq bərabərliyini, əyri xətt isə mütləq bərabərsizliyini xarakterizə edir. Gerçək həyatda cəmiyyət həmişə mütləq bərabərliklə bərabərsizlik arasındakı sahədə dayanır. Lourens əyrisindən də bu ölkədəki gəlirlərin bölgüsünün mütləq bərabərsizliyə və ya bərabərliyə yaxın olması görünür.

İpin gərilməsi nə qədər çoxdursa cəmiyyət bərabərsizliyə bir o qədər yaxın olur. Lourens əyrisinin düz xəttə yaxınlaşması gəlirlərin bərabərliyini əks etdirir. Belə vəziyyət əmək məhsuldarlığına stimulları məhv edir. İstənilən ölkədə insanlar fərqli qabiliyyətlə doğulurlar. Çox az insan elmdə kəşflər etməyə və ya idman olimpinin yüksəlişinə çatmağa və yaxud da yaratdığı müəssisəni çiçəkləndirməyə və s. qadirdir.

Onların əməyi necə qiymətləndirilir? Cəmiyyət üçün hansı vacibdir - əmək faktı, yoxsa onun nəticəsi?

Page 61: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

61

Bir vaxtlar sosialist dövlətlərində məvaciblər əməyə görə, əmək məhsuldarlığından asılı olmayaraq hamı üçün eyni qaydada ödənilirdi.

Yox, əgər maaşlar nəticələrə görə ödənilirsə, onda az qabiliyyətli insanlar çox qabiliyyətlilərə nisbətən yoxsul yaşayacaq. Hazırda bazar iqtisadiyyatına keçidlə əlaqədar xüsusi mülkiyyətin üstünlüyü, onun vərəsəlik üzrə ötürülməsi bərabərsizliyi daha da çoxaldır. Gəlin razılaşaq ki, iqtisadiyyatın normal inkişafı üçün bərabərsizliyin mövcudluğu qəbul olunandır. Yoxsa, insanların əmək fəallığını heç nə ilə mükafatlandırmaq mümkün olmur. Axı, dövlət heç bir iqtisadi tədbirlə bütün insanların təxminən eyni gəlirlər səviyyəsində yaşayışını təmin edə bilməz.

Yeri gəlmişkən onu da qeyd edək ki, "Lourens kamanının gərilmə həddi " əhalinin 40 faiz yoxsul təbəqəsinin gəlirlərinin ümumilikdə ölkə üzrə gəlirlərin 12 faizindən az olduğu zaman başlanır. Gəlirlər əməyin nəticəsindən və mülkiyyətin həcmindən asılı ola bilər və hökmən asılı olmalıdır. Lakin, heç vaxt əhalinin həyat səviyyəsində həddindən çox fərqlər yaranmasına imkan vermək olmaz. Bu sosial partlayışlara gətirib çıxara bilər. Yoxsul təbəqə ilə varlıların istəkləri arasında yaranan ziddiyyətlər təbii hesab olunmalıdır. İşə götürəni sosial ədalət məsələləri maraqlandırmır. Onlar resurslardan istifadəyə görə haqq ödəyərək, əmtəə və xidmətlər istehsal edirlər. Dövlət həmişə çalışır ki, öz vətəndaşlarına az və ya çox dərəcədə şərait yaratsın və bununla da sosial partlayışlardan qaça bilsin. Soruşa bilərsiniz ki, bu hansı formada həyata keçirilir? Cavab belədir: əhalinin gəlirlərinə vergi qoyulması və əhalinin daha yoxsul təbəqələrinə dövlətin sosial yardım sisteminin tətbiqi vasitəsilə.

Dövlət sosial yardım siyasətini yoxsulluğun azaldılması məqsədilə həyata keçirir və bu siyasətin subyektində yoxsullar dayanır.

Bəs, yoxsulluq səviyyəsi necə müəyyənləşdirilir? Bunun üçün biz bilməliyik ki, ölkədə yaşayış minimumu nə qədərdir və o necə

ölçülür. Yaşayış minimumu - insanın həyat fəaliyyətini qoruyub saxlaması üçün fiziki

baxımdan zəruri olan yaşayış vasitələrinin minimum qiymətidir. Adambaşına yaşayış minimumunun səviyyəsi, mütəmadi olaraq, istehlak mallarının və xidmətlərin minimal dəsti (istehlak səbəti) və onların fəaliyyətdə olan qiymətləri əsasında təyin edilir. Yaşayış minimumundan əhalinin yaşayış səviyyəsinin, minimal əmək haqqının, minimal pensiya, təqaüd və müavinətin, aztəminatlı vətandaşlara sosial dövlət yardımının qiymətləndirilməsi zamanı istifadə olunur. Adətən yaşayış minimumunun səviyyəsi yoxsulluq həddi kimi qəbul edilir.

Deməli, yoxsulluq yaşayış minimumundan aşağı həyat səviyyəsi hesab olunur. Daha doğrusu insanların və ya ailələrin aldıqları gəlirlər, hətta onların başlıca tələbatlarını belə ödəmirsə, deməli onlar yoxsullar təbəqəsinə aiddir. Gəlin nəzərə alaq ki, yoxsulluq hər yerdə yayılmasına baxmayaraq, özünü müxtəlif ölkələrdə fərqli şəkildə büruzə verir. Bu aşağı gəlir, kəskin insani mərhumiyyətlər, resurslarla pis təminat, imkanların reallaşdırıla bilinməməsi və s. xarakterizə

Page 62: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

62

olunur.Yoxsulluq faktiki olaraq fərdlərin şəxsi tələbatlarını qarşılaya bilmədiyi, sosial-iqtisadi tərəqqi üçün imkanlara çıxışın məhdud olduğu şəraitdə geniş yayılır.

Dünya ölkələri sırasında daha çox inkişaf etməkdə olan ölkələr, o cümlədən də keçid iqtisadiyyatlı dövlətlər üçün xarakterik olan bu problemin yaratdığı obyektiv və subyektiv çətinliklər Azərbaycan Respublikasında da qabarıq görünür.

2003-2005-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət proqramının icrası ilə əlaqədar birinci mərhələdə nəzərdə tutulan işlərin gedişi haqqında hesabatda göstərilir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49 % səviyyəsindən 2002-ci ildəki 46.7 % və 2003-cü ildəki 44.7%-ə qədər azalıb. Göründüyü kimi, 2001-ci ilə nisbətən 2003-cü ildə yoxsulluğun səviyyəsi 4.3% bənd aşağı düşüb. Yeri gəlmişkən, müqayisə üçün qeyd edək ki, 1996-cı ildə Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda yoxsulluq səviyyəsi 61% olub.

Azərbaycanda yoxsulluğun səviyyəsi Dövlət Statistika Komitəsinin «Ev Təsərrüfatlarının Müayinəsi» layihəsi üzrə 5000 ev təsərrüfatı arasında sorğuların nəticəsində müəyyənləşdirilir. Bu zaman müqayisəyə gələn göstəricilər ev təsərrüfatlarının orta aylıq gəlirləri ilə istehlak səbətinin dəyəri hesab olunur. Belə ki, rəsmi statistik məlumatlara görə 1996-2001-ci illərdə istehlak səbətinin aylıq dəyəri orta hesabla 120 min manat, 2002-ci ildə 175 min manat, 2003-cü ildə 180 min manat olub.

Dünya Bankı tərəfindən qəbul edilmiş populyar istehlak yanaşmasına görə, gündəlik qazancı ABŞ dollarının 1985-ci il məzənnəsi ilə 1 dollardan aşağı olanlar yoxsul sayılırlar. Hazırda bir sıra ölkələrdə bu göstərici minimum yaşayış indikatoru olaraq qəbul edilmişdir. Bununla belə bu göstərici özündə qeyri-dəyər göstəricilərinin əhəmiyyətini əks etdirə bilmir və yalnız kalorik yanaşma əsasında qurulur. Məsələn, yaşayış standartlarına daxil olan həyatın psixoloji keyfiyyəti, özünəhörmət və s. bu kimi göstəricilər nəzərə alınmır. Yoxsulluğun müəyyənləşdirilməsi ilə bağlı olan obyektiv və subyektiv baxışlarda ehtiyac içərisində yaşamağın müxtəlif aspektləri qabardılır.Bura insanın minimal inkişafı, sosial ayrı-seçkilik, yaşayış vasitələrinin dözülməzliyi, zəif qabiliyyət göstəriciləri daxildir.

Yoxsulluq səviyyəsini xarakterizə etmək üçün göstəricilərdən biri də sosial bərabərsizlik əmsalıdır. Sosial bərabərsizliyi ölçmək üçün Cini indeksindən istifadə olunur.

Cini indeksi - jəmiyyətdə gəlirlərin bölgüsünün qeyri-bərabərliyini əks etdirən statistik göstəricidir.

Cini indeksindən cəmiyyətdə gəlirlərin diferensasiya dərəcəsini qiymətləndirmək üçün istifadə olunur. Onu gəlirlərin təmərküzləşməsi əmsalı da adlandırırlar.

Cini indeksinin qiyməti sıfırla vahid arasında dəyişir. Hər bir sosial qrup cəmiyyətin ümumi gəlirlərində özünün sayına proporsional paya malik olduqda Cini indeksi 0-a bərabər olur və bu, ideal variant sayılır. Cini indeksinin qiymətinin 0-

Page 63: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

63

dan uzaqlaşıb 1-ə yaxınlaşması cəmiyyətdə sosial bərabərsizliyin dərinləşməsini əks etdirir. İnkişaf etmiş ölkələrdə bu indeksin qiymətinin 0-a yaxınlaşma meyli üstünlük təşkil edir. Tədqiqatlar göstərir ki, Azərbaycanda Cini indeksinin qiyməti 1990-cı ildəki 0,346-dan 1997-ci ildə 0,703-dək artıb. Deməli, Azərbaycanda sosial bərabərsizlik dərəcəsi yüksək əmsalla ifadə olunur. Bu halda dövlət nə etməlidir? Problemi necə çözməli?

Dövlət yoxsul təbəqənin problemlərini pensiya və sosial təminat sistemi vasitəsilə həll edir. Belə olanda dövlət vergi şəklində topladığı vəsaitdən istifadə edərək yoxsullara maddi yardım edir. Beləliklə də gəlirlərin yenidən bölgüsünü həyata keçirir.

4. İctimai əmtəə və xidmətlərin buraxılışı Alıcılar bazarda satılan əmtəə və xidmətlərə olan tələbatlarını ödəmək üçün

konkret mallar alırlar. Lakin, elə mallar da var ki, ona hətta kəskin tələbin olmasına baxmayaraq, onun istehsalı xüsusi mülkiyyətçi tərəfindən təşkil olunmur. Siz nə vaxtsa özəl şirkətinişıqfor quraşdırılması ilə məşğul olmağı ilə rastlaşmısınızmı?

Çox güman ki, yox! Özəl bölmə nəyə görə belə xidmətləri göstərmir? Cavab sadədir! Həmin sahələrdə görülən işin haqqını almaq imkanları yox dərəcəsindədir.

Misal üçün, götürək küçələrin işıqlandırılmasını; onun haqqını kimdən və nə qədər almalı? Avtobus sürücüsündənmi, sərnişindənmi, yoxsa həmin küçədən təsadüfən keçən piyadadanmı? Hansı qaydada, bəlkə hər bir sütunun yanında xəzinə aparatı quraşdırılmalıdır? Axı biz bilirik ki, sahibkar mənfəət naminə bizneslə məşğul olur. Əgər gəlir əldə etmək mümkün deyilsə, onda belə fəaliyyətlə kim məşğul olacaq. Buna görə də bu cür xidmətləri dövlət göstərir.

İstehlak zamanı istisnasızlıq və yoxluğu ilə xarakterizə olunan mal və xidmətlər ictimai mallar və xidmətlər adlanır.

Rəqibinin yoxluğu xüsusiyyətinə malik olan məhsulun bir şəxs tərəfindən istehlakı onun başqalarına çatan miqdarını azaltmır. İstisnasızlıq dedikdə isə hətta haqqını ödəməyənlərin də həmin məhsulun istehlakından kənarlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Beləliklə, əmtəə və xidmətlər xüsusi və ictimai olurlar. Xüsusi mallar bir nəfər tərəfindən bir dəfə əldə oluna və istehlak edilə bilər. Onun haqqını ödəməyənlər ondan heç vaxt istifadə edə bilməzlər. Məsələn, biletsiz kinoya girmək, avtobusa, qatara, təyyarəyə minmək mümkün deyildir. İctimai məhsullar isə o mallardır ki, ondan eyni zamanda hamının istifadə etməsi mümkündür. Bu zaman başqaları üçün də əlverişli olan malların miqdarı azalmır.

Soruşa bilərsiniz ki, bu necə ola bilər? Gəlin dənizdə mayakları yada salaq. Məgər ondan istifadəyə görə gəmilər haqq ödəyirlərmi? Və ya svetofor! Yüzlərlə və ya minlərlə piyada və sürücülər bu xidmətdən istifadə edirlər. İctimai mallardan istifadəyə görə ayrı-ayrı adamlar könüllü haqq ödəmək istəyində olmur. Onlarda belə malların haqqını ödəmək üçün stimul azdır, bu zaman çoxları "başqasının hesabına gəzməkdə" maraqlıdırlar. İnsanlar ictimai məhsul və xidmətlərdən milli müdafiə, polisin, yolların və körpülərin saxlanılması məqsədilə haqqının ödənib

Page 64: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

64

ödənilməməsindən asılı olmayaraq istifadə edirlər. Əgər istehlakçılar bu malların haqqını ödəmək istəmirsə, onda kimlər onu ödəyəcək?

Dövlət? Bəli! Dövlət. Bəs, o bunu necə edir? Şəxsi gəlirləri vergiyə cəlb etməklə!

5. Yanaşı gəlir və xərclərə düzəliş edilməsi

Xüsusi bazarlar "üçüncü şəxsin effekt"inə uyğunlaşmaq qabiliyyətində deyildir. Nəticədə əgər yanaşı xərclər çox yer tutarsa, onda daha çox mal istehlak olunur, axı istehlakçılar bütün xərcləri ödəmədiyindən mallar onlara ucuz başa gələcək. Əgər yanaşı faydalar çox olarsa, həmin maldan az istehsal olunacaq, çünki yanaşı fayda əldə edən insanlar onların haqqını ödəmirlər.

Bazarın dayanıqsızlığına gətirib çıxaran bu halları aradan qaldırmaq məqsədilə dövlət istehsala və istehlaka vergilər tətbiq edir. Yanaşı effektləri daha yaxşı başa düşmək üçün bir misala müraciət edək. Tutaq ki, Əhmədin ailəsi böyük torpaq ərazisinin sahibidir. Onların gözəl və rahat evi var. Ətrafında güllər səliqə ilə əkilmiş və təmizlik hökm sürür. Lakin, bütün torpaq sahəsini əkib-becərmək çətin olduğundan onlar torpağın bir hissəsini satmaq qərarına gəlirlər.

Əhmədin ailəsi zibili həmişə məhv edir. Bəzən onu doldurmağa xəndək qazır, bəzən isə yandırır. Yeni qonşu özünü çox pinti göstərir, zibili düz hasarın yanına tökür. Çox keçmir ki, evin ətrafı ərzaq tullantıları, qarpız, yemiş qabıqları ilə çirklənir və çox pis iy verir. Ətrafı milçək və ağcaqanadlar bürüyür. Əhmədin qonşusu ilə danışıqları baş tutmur, o öz bildiyini edir və bunu onunla əsaslandırır ki, torpaq onundur və nə istəsə onu da edə bilər. Əgər belə bir hal "təmiz" və "səliqəsiz" sakinləri olan kənddə baş verərdisə, onda necə olardı? Bu zaman kəndin kim tərəfindən və nə qədər çirkləndiyini müəyyənləşdirmək çətindir. Problemin həlli məqsədilə bütün sakinlər arasında maliyyə sövdələşməsini həyata keçirmək mümkün deyil və bunun üçün dövlətin qayda müəyyənləşdirməsi tələb olunur. Çirklənmənin əksər problemləri hava, dəniz, çay, meşə və sahibi xüsusi şəxslər olmayan digər resurslarla bağlıdır. Ətraf mühitin çirklənməsi - yanaşı effektin klassik nümunəsidir. Bununla bağlı başqa hallar da vardır, məsələn, siqaret çəkənlərin vurduğu ziyanlar. Bundan siqaret çəkməyənlərə də zərər düşür. Və yaxud alkoqollu içkilərdən istifadəyə görə xərclər. Bunu da keflilərin qurbanı olan ayıq insanlar ödəməyə məcburdurlar. Yanaşı faydaya misal kimi aşağıdakıları göstərmək olar. Qripə qarşı peyvənddən hamının faydalanması mümkündür. Bu proseduranı keçən insanların xəstələnmək şansı azalır. Və yaxud insanların orta təhsil səviyyəsinin yüksəlməsi cinayətkarlığın azalmasına gətirib çıxarır.

6. İqtisadiyyatın sabitləşdirilməsi

Dövlət orqanları tam məşğulluğu və qiymət sabitliyini təmin etmək üçün müxtəlif üsullardan istifadə edirlər.

Dövlət firma və insanlar üçün investisiyaya, yığıma, iş yerlərinin açılmasına

Page 65: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

65

stimulları dəstəkləyir. Bu barədə daha geniş müzakirəni sonrakı fəsillərdə - makroiqtisadiyyat bölməsində açacağıq.

7. İqtisadiyyatda istehlakçının mövqeyi İndiyə kimi biz sizinlə bazar qanunlarını, bazarın tiplərini, dövlətin

iqtisadiyyatda rolunu və digər məsələləri nəzərdən keçirmişik. Biz bilirik ki, insanlar stimullara reaksiya verirlər. Lakin biz indiyədək şəxsi gəlirlərin hansı mənbələrdən formalaşdığını aydınlaşdırmamışıq? Bunu hansı formada daha yaxşı həyata keçirmək mümkündür? Hər şeydən əvvəl insanlar öz istəklərini təmin etmək istəyirlərsə iki işi mütləq görməlidirlər;

- birincisi, pul qazanmalı; - ikincisi, həmin pula nələr alacağını müəyyənləşdirməlidir. Bizim hər birimiz hər gün müxtəlif mallar almaqla və xidmətlərin geniş

şəbəkəsindən istifadə etməklə ölkə iqtisadiyyatının inkişafına yaxından yardım edirik.

Gəlirlərin əldə edilməsinin iki üsulu vardır. Birinci üsul- öz əməyini mübadilə etməklə pul qazanmaqdır. Bəzən bunu

peşəkar fəaliyyətdən gəlir də adlandırırlar. İnsanların əksəriyyətinin şəxsi gəlirlərinin mənbəyini bu tip gəlirlər təşkil edir. Onlar firmalarda, dövlət təşkilatlarında işləyir və sərf etdikləri əməyin müqabilində məvacib alırlar.

Gəlirlərin əldə edilməsinin ikinci üsulu - sərvətdən gəlir götürülməsidir. Bəzi insanlar böyük sərvət sahibidir və ondan müəyyən olunmuş qaydada

istifadə edib, nəticədə gəlir əldə edirlər. Məsələn, adam var ki, iki, üç mənzili var. Onlar həmin mənzillərdən birini saxlayıb, digərlərini kirayə verməklə, gəlir əldə edə bilərlər. Və yaxud başqa misal. Pul formasında sərvətə malik olan insan öz vəsaitlərini banka qoymaqla, faiz formasında qazanc əldə edə bilər.

Birinci misalda sərvət sahibi "renta", ikinci misalda isə "faiz" alır. Gəlirlərin hər iki növü sərvətdən gəlir adlanır. İnsanların il ərzində xərclədiklərinin miqdarı onların malik olduqları gəlirlərdən asılıdır. Təbii ki, gəlirləri çox olan insanlar heç nədən imtina etmək istəməz. O kinoya, konsertə, saunaya gedər, idmanla məşğul olar, özünə fərdi kompüter alar, dil öyrənər, müasir dəbdə geyinər və hər gün bərbərxanaya baş çəkər. Lakin gəlirləri azalan kimi, o, xərclərinin bir hissəsindən imtina etməyə başlayacaq. Artıq teatr və konsert planda yoxdur. Əgər gəlirlərin azalması davam edirsə, onda sauna, idman da plandan çıxır. Bərbərxanaya getmək isə gündə deyil, ayda bir dəfə ilə əvəz olunur.

Əgər gəlirlərin azalması yenə davam edərsə, bərbərxanaya getməyə son qoyulur. İnsanlar artıq öz saçını dosta-tanışa qırxdırır və köhnələri geyinməyə başlayır.

Сярвят - инсанларын саhиб олдуьу бцтцн ямтяялярин дяйяридир.

Page 66: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

66

Lakin insan nə qədər kasıb olsa belə ən zəruri mallara ehtiyacı var. Beləliklə də malların istehlakı ilə insanların gəlirləri arasında birbaşa əlaqə

mövcuddur. XIX əsrdə Prussiya statistiki Ernest Engel sübut edirdi ki, gəlirlərin artımı zamanı ən zəruri hesab edilən mallara xərclərin payı aşağı düşür, zinyət əşyalarına xərclər isə artır.

Öz gəlirlərini və xərclərini planlaşdırmaq üçün çox adamlar şəxsi büdcələrini tərtib edirlər. Praktiki olaraq hər bir ailənin öz büdcəsi var. Sadəcə olaraq, insanlar onu həmişə kağıza deyil, yaddaşlarına yazırlar.

Fərdi büdcəni necə tərtib etmək olar? Bunun üçün bizlər bilməliyik ki, büdcənin iki tərəfi olur. Bir tərəfdə əldə

edilən gəlirlər, digər tərəfdə isə nəzərdə tutulan xərclər öz əksini tapır. Gəlir hissəsi xərc hissəsinə bərabər olanda büdcə balanslaşdırılmış adlanır.

Əgər xərclər gəlirdən üstünlük təşkil edirsə, onda deyirlər ki, büdcənin kəsiri var. Yox, əgər gəlirlər xərcləri üstələyərsə, onda ona büdcə profisiti, yəni büdcə

artıqlığı deyirlər. Öz büdcənizi tərtib edərkən gəlirlərinizi qiymətləndirməklə xərclərinizi

planlaşdırmaq tələb olunur. Eyni zamanda nəzərdən qaçırmaq olmaz ki, müxtəlif növ büdcələr vardır:

istehlak (ailə) büdcəsi, dövlət büdcəsi və s. Dövlət büdcəsinin tərtibi prosesinin (bu barədə də sonrakı fəsillərin birində daha

ətraflı bəhs edəcəyik) uzunmüddətli proses və onun çoxsaylı iştirakçılarının olduğunu nəzərə alsaq, onda diqqətimizi konkret bir fərdin (məsələn, şagirdin və ya tələbənin) büdcəsi üzərində cəmləyək. Bunun üçün öncə bilməliyik ki, istehlak büdcəsi nəyə deyilir.

İstehlak büdcəsi ayrı-ayrı sosial qrupların həyat səviyyəsini xarakterizə edir. Ev

təsərrüfatı büdcələrinin seçmə müayinəsi əhalinin həyat səviyyəsinin öyrənilməsi üzrə dövlət statistik müşahidəsi metodu hesab olunur və dövlət statistika orqanları tərəfindən həyata keçirilir. İstehlak büdcəsini xarakterizə edən göstəricilərdən ayrı-ayrı sosial normativlərin (məsələn, mövcud sosial standartlar nəzərə alınmaqla minimum istehlak büdcəsi, bir nəfərin yaşayış minimumu və s.) hesablanmasında istifadə olunur. Ev təsərrüfatının gəlirlərinin hesablanması zamanı ailənin bütün gəlir mənbələri - həm pul formasında gəlirləri (əmək haqqı, sosial transfertlər, sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gəlirlər və s.) və həm də natura şəklində (güzəştlər, yardımlar, məhsullar və s.) daxilolmalarının dəyəri - nəzərə alınır. Ailənin son istehlakına çəkilən xərclər ev təsərrüfatının natural gəlirləri məbləüində istehlak xərcləridir. Ev təsərrüfatının bütün pul xərcləri özündə istehlak xərclərini və istehlakla baülı olmayan xərcləri əks etdirir.

İсtеhлак бцdъяси - аиляnиn эялир вя xяръляриnиn балаnсы, йаxуd ев tясяррцfаtыnыn oрtа сtаtисtик бцdъясиdир.

Page 67: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

67

İstehlak xərcləri ərzaq məhsullarının, alkoqollu içkilərin, qeyri-ərzaq məhsullarının alınması, habelə əməyin ödənilməsinə çəkilən xərcləri əhatə edir.

İstehlakla bağlı olmayan xərclər məcburi ödənişlərdən və müxtəlif üzvlük haqlarından (vergi və yıüımlar, sıüorta üzrə ödənişlər, ictimai təşkilatlara ödənilən üzvlük haqqı, pul köçürmələri, hədiyyələr və s.) ibarətdir. İstehlak büdcəsinin xərclərinə investisiya, xarici valyutaların və qiymətli kaüızların alınması xərcləri, bank hesabındakı vəsaitlər daxil deyil.

İstehlak büdcəsinin tərkib hissəsini ailə üzvlərinin, o cümlədən məktəblinin, tələbənin büdcəsi təşkil edir.

Gəlin, məktəblinin (tələbənin) gündəlik büdcəsini tərtib etməyə cəhd göstərək.

Cədvəl 9 Məktəblinin (tələbənin) büdcəsi

Gəlirlər Məbləüi Xərclər Məbləüi 1. Valideynlərin yol puluna və səhər yeməyinə ayırdıüı vəsait

3000 1.Sabit xərclər: -məktəbə və geriyə avtobusla gediş haqqı

1000

2. Məvacib 5000 Səhər yeməyi 2000 3. Sair gəlirlər 2000 Şəxsi xərclər 3000 2.Dəyişən xərclər - bilet, şirə, kökə və s. alışı 3500 - yıüım 500 Cəmi gəlirlər: 10000 Cəmi xərclər və yıüımlar 10000

Tutaq ki, valideynlər hər gün uşaqlarına səhər yeməyi üçün 3000 manat verirlər.

Bu başa düşüləndir. Lakin, çoxları deyəcək ki, məktəblinin məvacibi hardandır? Qoy bu sizi heç də təəccübləndirməsin. Məgər, siz heç vaxt öz yaşıdlarınızın həyətdə qonşunun maşınını yuduğunu və yaxud digər başqa işlə məşğul olduğunu görməmisiniz? Düzdür, bu işlə heç də hamı məşğul olmur. Lakin belə imkanlar həmişə vardır. Bundan utanmağa və yaxud pul qazanmaqdan imtina etməyə dəyməz. Eyni zamanda tələbələrin dərsdən sonra müxtəlif yerlərdə (restoranlarda, şadlıq evlərində və s.) işləməsini də nəzərdən qaçırmaq olmaz.

Biz "sair gəlirlər" adı altında nə başa düşürük? Bunu sizin fantaziyanızın öhdəsinə də buraxmaq olar. Bu qohumların verdikləri

hədiyyələr, ərmağanlar və sairə ola bilər. Öz xərclərinizi planlaşdırarkən sabit xərcləri ayrıca göstərmək daha

məqsədəuyğundur. Dəyişən xərclərə isə sizin dostunuzu və ya rəfiqənizi şirəyə və yaxud limonada

Аиля бцдъяси - аилянин мцяййян дювр (мясялян, бир ай, бир ил) ярзиндя эялир вя хяръляринин балансыдыр.

Page 68: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

68

qonaq etməyinizlə bağlı xərclər aid edilir. Və bütün bu xərcləri ödəməklə yanaşı siz 500 manatı yığmaq imkanlarına da

maliksiniz. Ola bilər ki, bunu o məqsədlə edirsiniz ki, növbəti həftə maqnitofonunuza 1 ədəd audiokaset alasınız.

Lakin büdcə heç də həmişə sabit olmur. Bəzən məvacib və yaxud sair gəlirlərin heç biri alınmır. Onda çox güman ki, həm kinoya getməkdən, həm də yığımdan imtina etmək lazım gəlir.

Sizlərdən çoxu büdcənin maddələrinə baxarkən ilk növbədə "yığım" maddəsini qeyd edirsiniz. Siz hər gün ətrafınızda bankların əhalinin əmanətlərini cəlb etmək istəyi ilə verdikləri müxtəlif reklamlarla üzləşirsiniz.

Bankların necə işlədiyini, insanların vəsaitlərini əmanət şəklində niyə saxladıqlarını biz sizinlə makroiqtisadiyyat fəslində öyrənəcəyik. İndi söhbətimizi bitirərkən bir daha qeyd edək ki, konkret insanın, ailənin, bütövlükdə dövlətin büdcəsi olur.

İ q t i s a d i f i k i r t a r i x i n d ə n

Ernest Engel (1821-1896)

Alman statistiki, Prussiya statistika bürosunun rəhbəri, məşhur «Engel qanunu»nun müəllifi Ernest Engelin adı hər bir iqtisadçıya yaxşı tanışdır. Engelin əsas tədqiqat sahəsi ailə büdcəsinin strukturu olub. O bu istiqamətdə apardığı çoxillik statistik təhlillərin nəticəsində belə qənaətə gəlmişdir ki, ailə gəlirlərinin artımı onun büdcəsinin strukturuna təsir göstərir. Bu zaman fizioloji tələbatlara -qidalanmaya xərclərin xüsusi çəkisi aşağı düşür, geyimə, yaşayışa sərf olunan xərclər əvvəlki səviyyədə qalır, mədəni tələbatların ödənilməsinə yönələn xərclərin isə ümumi yekunda payı yüksəlir. Bu nəticələr üzərində qurulmuş qanunauyğunluq iqtisadiyyatda «Engel qanunu» adını alıb.

Beləliklə də ayrı-ayrı ölkələrdə ailə büdcəsinin strukturunun təhlilinin nəticələri ilə tanış olmaqla, orda ölkə əhalisinin yaşayış səviyyəsini qiymətləndirmək mümkündür. Əgər ailə büdcəsində qidalanma xərclərinin xüsusi çəkisi yüksəkdirsə, deməli bu göstərici həmin ailənin pis dolanışığının ifadəsidir və əksinə.

Xülasə:

1. İqtisadiyyatın 5 başlıca sosial məqsədi vardır: iqtisadi azadlıq iqtisadi səmərəlilik iqtisadi bərabərlik iqtisadi təhlükəsizlik

Page 69: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

69

tam məşğulluq və sabitlik 2. Daha tənqidi düşünmək və qərar qəbul etməyi bacarmaq üçün alternativ

qərarları nəzərə almaq və məqsədləri vaciblik dərəcəsinə görə qruplaşdırmaq vacibdir.

İqtisadiyyat – istehlakçıların davranışlarını təhlil etmək üsuludur. 3. Bazarlar 5 funksiyaya malikdir: - qiymət əmələ gəlməsi - informasiya - vasitəçilik - tənzimləyici - sağlamlaşdırma 4. Bazar mexanizmi nöqsansız deyil. O, cəmiyyətin bütün problemlərinin

həllini təmin etmir. Elə hallar olur ki, iqtisadiyyatda baş verən problemləri bazar çözə bilmir və belə hallar «bazarın dayanıqsızlığı» adlandırılır.

5. Ölkədə gəlirlər əməyin nəticəsindən və mülkiyyətin ölçüsündən asılıdır

və əslində də belə olmalıdır, ancaq insanların həyat səviyyəsində həddindən artıq böyük fərqlərə imkan vermək olmaz. Çünki bu sosial gərginliyə gətirib çıxara bilər.

Müzakirə üçün suallar:

- «İqtisadi azadlıq» anlayışını izah edin - «Tam məşğulluq» ölkədə işsizlərin olmaması deməkdirmi? - İqtisadi bərabərlik dedikdə nə başa düşülür? - İctimai rifahın əsas xarakteristikaları hansılardır? İstisna prinsipinin əhəmiyyətini izah edin. Hansı vəsaitlərlə hökumət ölkənin ictimai rifahını təmin edir? - Bizə dövlət nə üçün lazımdır? (dövlətin əsas funksiyalarını sadalayın) - Özünüzün həftəlik büdcənizi tutun və onun nə üçün kəsirdə qalmasını və ya artıq olmasını müəyyənləşdirin.

TEST

3.1. Azad sahibkarlıq sistemi nəyin üzərində qurulur 1 — özəl mülkiyyətin 2 — azad qiymətqoyma sisteminin 3 — rəqabətin a) Yalnız 1-cinin

?

? !

Page 70: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

70

b) Yalnız 2-cinin c) 1-ci və 3-cünün d) hamısının 3.2. Aşağıda sadalananlardan hansı bazarın funksiyasına daxil deyil a) vasitəçilik b) sağlamlaşdırma c) qiymətqoyma d) tənzimləyiji e) investisiya f) informasiya

Page 71: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

71

Dördüncü fəsil

Bu fəsli oxuyarkən aşağıdakı termin və anlayışlara diqqət yetirin:

• Bazar modelləri • Sahibkarlıq • Firmanı necə yaratmalı?

Bazar iqtisadi sistemi çoxlu sayda müsbət cəhətlərə malikdir. Onun

üstünlüklərinə resurslardan səmərəli və çevik istifadə, istehlakçıların istəyinə intensiv reaksiya vermək qabiliyyəti, fəaliyyət seçiminin azadlığı və sairə aid edilə bilər.

Lakin, bu sistemin çatışmayan tərəflərini də heç vaxt nəzərdən qaçırmaq olmaz. O resursların əvəzedilməzliyini saxlamaq qabiliyyətinə, ətraf mühitin mühafizəsi mexanizminə, bütün insanlara mənsub olan resursları səmərəli şəkildə tənzimləmək imkanlarına malik deyil. Bazar iqtisadiyyatı kollektiv istifadədə olan (yollar, ictimai nəqliyyat, təhsil, səhiyyə və başqaları) məhsul və xidmət istehsalı üçün stimullar yaratmır, ən başlıcası isə bu sektorda əmək və gəlir hüququna təminat vermir. Bazar sosial təyinatlı zəruri məhsulların istehsalına deyil, haqqını ödəmək imkanlarına malik olan istehlakçıların sifarişləri üzrə tələbatların yerinə yetirilməsinə xidmət edir.

Page 72: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

72

Məhz buna görə də bazarın dayanıqsızlıq hallarına təsadüf edilir ki, belə halların tənzimlənməsinə də dövlətin zəruri müdaxiləsi tələb olunur.

İstənilən halda bazar mexanizmi praktikada səmərəliliyi və həyat qabiliyyəti ilə özünü təsdiq edib.

Rəqabət baxımından bazarlar aşağıdakı formada fərqləndirilir: 1. Mükəmməl bazar (xalis rəqabətli); 2. İnhisar rəqabətli; 3. Oliqopoliya; 4. İnhisar. Onların hər birini ayrı-ayrılıqda xarakterizə edək.

XALİS RƏQABƏTLİ (MÜKƏMMƏL) BAZAR Bazarın birinci tipi olan xalis rəqabətli bazarda eyni adlı məhsul istehsal edən və

satan çoxsaylı kiçik müstəqil firmalar çıxış edir. İstehlakçılar istənilən halda onlara lazım olan malları, daha doğrusu,

istehsalçıdan eyni adlı və oxşar qiymətli məhsulları alır. Bütün hallarda, ayrıca götürülmüş xırda istehsalçı bazar (tarazlıq) qiymətinə, heç cür təsir göstərə bilmir. Əgər o öz malının qiymətini əhəmiyyətli dərəcədə qaldırarsa, sadəcə olaraq onun malı nadir hallarda satılacaq, çoxlu sayda istehlakçılar malı almaqdan imtina edərək, başqa dükanlarda daha ucuz qiymətə satılan məhsullara üstünlük verəcək. Onların fəaliyyəti heç cürə bütövlükdə bazar qiymətinə təsir göstərə bilmir. Çünki, belə firmaların istehsal etdikləri və yaxud, satdıqları məhsulların oxşar mallar üzrə ümumi yekunda xüsusi çəkisi cüzi payı ifadə edir. Əgər, xalis rəqabət şəraitində istehsalçı qiymətləri əhəmiyyətli dərəcədə aşağı salarsa, bu halda da onun qərarı bazarın tarazlıq qiymətinə heç cürə təsir göstərə bilməyəcək. Nəticədə, sadəcə olaraq onun ucuz qiymətə təklif etdiyi malları tez bir zaman ərzində satılıb qurtaracaq və sahibkar kiçik mənfəətlə qənaətlənir.

Belə tip bazara giriş və çıxış sərbəstdir. Daha doğrusu, eyni məhsul istehsal edən yeni müəssisə asanlıqla yarana və bağlana bilər. Çünki bu bazarda heç kim onların fəaliyyətinə əngəl törədə bilmir. Mükəmməl bazarda "qeyri-qiymət" rəqabəti mövcud olmur. Praktiki olaraq bütün firmalar oxşar məhsul istehsal edib, müxtəlif qiymətə satdığına görə onlar arasında rəqabət yalnız məhsulların qiyməti ətrafında gedir.

Xalis rəqabətli bazarda ayrıca firmalar öz qiymətlərini təyin edərkən bazardakı tarazlıq qiymətini nəzərə almağa məhkumdurlar. Bu bazara giriş və çıxış asandır.

İNHİSAR RƏQABƏTLİ BAZAR

Page 73: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

73

İkinci model - inhisar rəqabətidir. Burada, həmçinin hər bir firma bazarda böyük paya malik olmur və ona görə

də bazar qiymətinə az nəzarət edilir. Lakin xalis rəqabətli bazardan fərqli olaraq istehsalçılar eyni məhsulların müxtəlif növlərini buraxır. Televizorda müxtəlif kanallar vasitəsilə seyr etdiyiniz reklamları yadınıza salın və həmin reklamlarda bizə hər hansı malı almağı təklif edən zaman, adətən onun hansısa xüsusi cəhətini qeyd edirlər. Məsələn, götürək tutacağının yuxarı hissəsi 18 dərəcəli bucaq altında əyri olması ilə düzxəttlilərdən xeyli fərqlənən diş fırçasını. Bu yaxşıdır və ya pisdir, eləcə də onu almaq istəyirik ya yox, gəlin bu barədə düşünək. Əgər, biz istəyiriksə, adi deyil, mütləq 18 dərəcəli bucaq altında əyilmiş fırça alaq, onda onu yalnız müvafiq firmadan əldə etmək olar. Və yaxud avtoqələmi götürək. Avtoqələmin müxtəlif növlərinin olduğunu hamımız bilirik. Demək olar ki, onların hamısı eyni məqsədə xidmət etsə də, ölçüsünə, formasına, dizaynına görə bir-birindən xeyli fərqlənir. Bunlar dükanların vitrinini bəzəyir. Belə müxtəliflik öz aləmində unikallığı göstərir. İnhisar rəqabəti şəraitində firmalar arasında rəqabət yalnız qiymət ətrafında deyil, həm də məhsulun keyfiyyəti, reklamı, satış şəraiti və sair meyarlar üzrə gedir. Bu bazara giriş və çıxış nisbətən asandır.

OLİQOPOLİYA

Bazarın belə formasının fərqləndirici cəhəti, orda çıxış edən firmaların sayının az olmasıdır. Onların sayı ikidən - üçdən ona, on beşədək dəyişə bilər. Oliqopoliya oxşar və ya fərqləndirilmiş ola bilər.

Oxşar oliqopoliyaya nümunə olaraq, alüminium və ya poladtökmə sənayesini göstərə bilərik. Fərqləndirilmiş oliqopoliyalara nümunə kimi isə avtomobil sənayesini və ya məişət elektronikası (televizor) istehsalını göstərmək olar.

Kifayət qədər səmərəli istehsalat firmanın optimal gücü ilə (adətən istehsal gücünün 80 faizi səviyyəsində) işləməsi zamanı mümkündür. Buna miqyasın effekti də deyilir. (Bu barədə daha ətraflı "Mikroiqtisadiyyat” bölməsində öyrənəcəksiniz).

Miqyasın effektinin reallaşdırılması rəqabət aparan firmaların müntəzəm olaraq müflisləşmə və birləşmə hesabına saylarının azalmasını nəzərdə tutur. Lakin, sonralar texnikanın təkmilləşməsi kimi tədbirlər ucbatından nisbətən az gücü olan firmalar daha güclü istehsalçılardan geri qalıblar. Siz hamınız bütün dünyada məşhur olan iri avtomobil istehsalçılarının əksəriyyətinin adını bilirsinız. Və nə vaxtsa digər adda avtomobil istehsalı üzrə yeni firma açmaq istəsəniz, onu bir neçə səbəbdən edə bilməyəcəksiniz. Birincisi, bu işi başlamaq üçün həddindən çox sərmayə yatırımı tələb olunacaq (təxminən bir neçə milyard dollar). Əgər bu

Инhисар рягабяти дедикдя, базарда чохлу сайда хырда истеhсалчыларын охшар, лакин бир г ядяр фярг ли м яhсуллар тяклиф етм яси баша дцшцлцр.

Page 74: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

74

mümkün olarsa belə, sizin istehsal elədiyiniz avtomobillərə kimlərinsə üstünlük verəcəyinə heç bir inam yoxdur. Və çox güman ki, heç kim tanımadığı firmanın istehsal etdiyi avtomobili almaq məqsədilə külli miqdarda vəsait ödəməyəcək. İkincisi, reklama xeyli pul tələb olunduğu halda və hətta bu istiqamətdə ehtiyaclar qarşılansa da yenə də yeni avtomobilin uğur qazanmaq prespektivi azdır.

Oliqopoliyada digər baryer həmin sahəyə girərkən yaranır. Axı, bir çox hallarda patentlər və kvotalar, xammal üzərində dövlət nəzarəti bu fəaliyyətin məhdudlaşdırılmasına yönəldilir. Belə olan halda həmin sahəyə girmək xeyli çətin olur.

Bəs oliqopiya şəraitində firmalar arasında rəqabət hansı şəraitdə baş verir? Göründüyü kimi, o "qeyri-qiymət" xarakteri daşıyır. Bu bazarda fəaliyyət göstərən firmalar bilirlər ki, öz aralarında “qiymət müharibəsi”nə başlasalar onlardan heç biri qalib olmayacaq. Tutaq ki, Azərbaycan bazarında məhsulunu satan şirkətlərdən "Mersedes" və "Ford" şirkətləri bir-biri ilə "qiymət müharibəsi”nə başlayır. "Mersedes" şirkəti öz maşınlarının qiymətini iki dəfə aşağı salır. Ona cavab olaraq "Ford" da qiymətləri 2-3 dəfə ucuzlaşdırır. Buna baxmayaraq, hər iki şirkət "yaşayacaq" və bizim ölkə həmin firmaların çoxsaylı bazarlarından biri kimi qalacaq. Bütün bunların nəticəsi olaraq onların maliyyə-satış fəaliyyətlərindən əldə etdikləri mənfəətin miqdarı azalacaq.

Bunu başa düşən firmalar oliqopol bazarda fəaliyyət göstərən zaman heç vaxt "qiymət" rəqabəti aparmır. Lakin, digər bütün sahələrdə onlar arasında mülayim rəqabət mübarizəsi gedir. Beləliklə də bəzi avtomobil şirkətləri öz məhsullarını ən təhlükəsiz məhsul kimi reklam edir, digərləri komfort və ya sürət parametrini önə çəkir.

Belə bazarların da öz liderləri olur və adətən oliqopoliya zamanı firmalar ya əvvəlcədən qiymət siyasətini bir-birilə razılaşdırır və ya da lider - firma öz qiymətini birinci olaraq müəyyənləşdirir, yerdə qalanlar da öz məhsullarına ona istiqamətlənmiş qiymət qoyurlar. Və nəhayət,

XALİS İNHİSAR

İnhisar o vaxt mövcud olur ki, yalnız bir firma həmin məhsulun yeganə istehsalçısı sayılır və onun bazarda əvəzedicisi yoxdur.

Məhsulun əvəzləyicisinin olmamasından danışarkən, başlıca olaraq, alıcının seçiminin, alternativinin məhdudluğu başa düşülür. Malın əvəzləyicisinin olmaması reklam baxımından çox sərfəlidir. Belə olan halda inhisarçıya reklama külli miqdarda vəsait xərcləməyə ehtiyac qalmır, çünki onsuz da onun bazarda rəqibi yoxdur. Biz öyrənmişdik ki, xalis rəqabətdə ayrıca firma bazarın təyin etdiyi qiymətlə razılaşmağa məcburdur. İnhisarçı isə qiymət üzərində nəzarəti həyata keçirir, qiymətləri diktə edir. O, istehsal olunmuş məhsulların miqdarı üzərində manipulyasiya etməklə qiymətə təsir göstərir. İnhisarın mövcudluğu praktiki olaraq iqtisadi, texniki, hüquqi və s. baryerlərin dəf edilməsi ilə izah olunur. Burada, biz xüsusilə qeyd etməliyik ki, "təbii inhisarlar"a əsasən ictimai istehlak sferasında,

Page 75: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

75

elektrik, su və qaz təhcizatı sahəsində rast gəlinir. Bu sahədə rəqabət tezliklə istehlakçıların xeyrinə dəyişdiyindən hökumət istisna olaraq bu sahəyə əlavə bir firma da cəlb edir. Lakin bu dəyişiklik olsa da belə hökumət adətən qiymətə nəzarət hüququnu özündə saxlayır.

Cədvəl 10 Bazarın növləri və onların xarakterik əlamətləri

Əlamətləri Xalis rəqabət

İnhisar rəqabəti Oliqopoliya İnhisar

Firmaların sayı xırda firmaların çox olması

çox sayda firmanın olması

bir neçə iri firmanın olması

bir iri firma

Məhsulun növü eyninövlü eynicinsli eyninövlü və ya differensiallaşmış

unikal

Bazara daxil olma şəraiti

çox asan nisbətən asan böyük maneələr çox çətin

Qiymətlərə nəzarət

yoxdur əmtəənin əvəz edilməsi imkanları baxımından məhduddur

qiymət liderinin üstünlüyü

tam nəzarət

Nümunələr kənd təsərrüfatı məhsulları, balıq, səhm, istiqraz

pərakəndə ticarət üzrə yerli mağazalar

pivə, alüminium, pambıq, avtomobil, alkoqolsuz içkilər, sabun

su təchizatı, qaz xidməti, telefon və digər kommunal xidmətlər

SAHİBKAR: O KİMDİR?

Çoxları hesab edir ki, sahibkarlıq bizim iqtisadiyyatımızda yeni fəaliyyət növüdür. Bu fəaliyyət kimin üçün yenidir? Təbii ki, bu işlə məşğul olmayan bizlər üçün belə fəaliyyət yeni hesab oluna bilər. Lakin sahibkarlıq bu və ya digər formada həmişə mövcud olub. Hətta sovet dövründə də sahibkarlığın inkişaf tarixi bir neçə mərhələdən keçib.

Birinci mərhələ Ötən əsrin 20-ci illərin əvvəllərinədək olan dövrü əhatə edib. Bu mərhələdə sahibkarlıq iqtisadi həyatdan sıxışdırılıb çıxarılıb. Bütün sferalarda dövlət inhisarı qurulub. Əvvəlcə sənaye müəssisələrinin, sonra isə kiçik firmaların milliləşdirilməsi prosesi gedib.

İkinci mərhələ - yeni iqtisadi siyasət dövrüdür. Bu dövrdə özəl sahibkarlıqdan iqtisadi inkişaf üçün istifadə olunub. Yenidən özəl firmalar meydana gəlib.

Üçüncü mərhələnin ömrü 60 ildən çox uzanıb. Bu dövr ərzində sahibkarlıq leqal sektordan "sürgün" edilib, qeyri- leqal şəraitdə fəaliyyət göstərib. Gizli

Page 76: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

76

sexlərdə kifayət qədər yüksək keyfiyyətli və tələbatı çox olan mallar istehsal olunmağa başlayıb.

80-cı illərin ikinci yarısından sonra yenidənqurma islahatlarının nəticəsi olaraq təsərrüfatçılığın çoxdan unudulmuş formaları: podrat, icarə, kooperativ və s. yenidən dirçəlməyə başlayıb.

İstənilən yeni müəssisənin açılması çətin olmaqla yanaşı, həmişə risklidir. Belə ki, ilk növbədə avadanlıq, xammal alınmasına vəsait xərclənməsinə ehtiyac yaranır. Bundan sonra isə işçi götürməli, ofis kirayə etməli, nəhayət məhsul buraxmalı və ən başlıcası isə, onun satışı həyata keçirilməlidir.

Alıcı özü seçim edir, həmin məhsulu alıb almayacağını sərbəst surətdə müəyyənləşdirir. Sahibkar isə elə qiymət təklif edir ki, istehsala çəkilən xərcləri ödəmək mümkün olsun.

Lakin əlverişsiz mühitdə istehlakçı malı almazsa və ya az alarsa, onda nəticədə

mənfəət yox, zərər əldə olunur. Hamı üçün, fəhlələr və müdiriyyət, eləcə də sahibkarlar üçün ən vacib məsələ

mənfəət və zərərin sahibkarlıqda rolunu düzgün başa düşməkdən ibarətdir. İş yerləri ilə təminat imkanları, işləyənlərin məvacibləri və onların ölçüsü bazar

iqtisadi sistemində mənfəətin alınması uğurundan çox asılıdır. Sahibkar o insandır ki, öz işinə risk etməklə başlayır. Sahibkar qərar qəbul edən

və bu qərar üçün məsuliyyət daşıyan şəxsdir. Sahibkar bazar iqtisadiyyatının hərəkətverici qüvvəsidir. Sahibkarlıq fəaliyyəti «nə istehsal etməli?”, “necə istehsal etməli?” və “kimin üçün istehsal etməli?” suallarının həllini təmin edir. Sahibkarın daima gəlir (mənfəət) götürməsi üçün onun vaxtında düzgün qərarlar qəbul etməsi, kapital qoymaq üçün yeni sahələr axtarması, resurslardan istifadənin yeni və daha səmərəli üsullarını tapması, keyfiyyətli məhsul buraxması, xidmətin yeni üsullarını tapması, istehsalın, əməyin və satışın səmərəli təşkilinə nail olması, bazarı və rəqiblərini hərtərəfli öyrənməsi lazımdır.

Mənfəətdən başqa onlar üçün digər stimullar da vacib hesab oluna bilər: - özün- özünə rəis olmaq; - şöhrətlənmək imkanları çərçivəsində insanlar arasında

tanınmaq, seçilmək və s. Sahibkarlıq fenomenini daha yaxşı başa düşmək üçün onun əsas əlamətləri ilə

tanış olaq. Müstəqillik - sahibkarlığın başlıca əlamətidir. Lakin müstəqilliyi hərfi mənada başa düşmək olmaz. İqtisadiyyatda mütləq

azadlıq yoxdur. Sadəcə olaraq sahibkar tam sərbəst olmalıdır ki, ona göstəriş verilməsin ki, bunu yox, onu elə və yaxud onu yox, bunu elə. Lakin istənilən halda

М янфяят саhибкарын баъарыьы, сяйи вя риски hесабына ялдя етдийи м алиййя стим улу вя эялиридир.

Page 77: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

77

sahibkar bazarın sərt tələblərindən azad deyildir. Özünün şəxsi sərfəsi sahibkarlığın hərəkətverici amili sayılır və bu zaman şəxsi

məqsədlər üçün çalışan sahibkar son nəticədə bütövlükdə cəmiyyət üçün işləyir. Sahibkarlıq fəaliyyəti - hər hansı şəxsin müstəqil surətdə, öz riski ilə həyata

keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürmək olan və qanunla qadaüan edilməyən fəaliyyət növüdür. Belə fəaliyyətlə məşüul olanları sahibkar adlandırırlar. Sahibkarlıq gəlir və mənfəət əldə etmək məqsədi ilə iqtisadi fəaliyyətin qanunla qadaüan olunmayan hər hansı bir növünün təşkili və həyata keçirilməsi prosesidir. Sahibkarlıq fəaliyyəti gəlir, mənfəət əldə edilməsini təmin etmək üçün mühüm təsərrüfat qərarlarının qəbul edilməsi ilə və fəaliyyətin nəticələrinə görə məsuliyyət daşımaqla baülıdır.

Sahibkarlıq fəaliyyəti sahəsində aşağıdakı məsələlər üzrə azadlıq və sərbəstlik nəzərdə tutulur:

- fəaliyyət növünün seçilməsində; - fəaliyyət metodunun seçilməsində; - təsərrüfat qərarlarının qəbulunda və reallaşdırılması vasitələrinin

seçilməsində; - maliyyələşdirmə mənbələrinin seçilməsində; - əməyin ödənilməsi sisteminin və həcminin təyin edilməsində; - öz məhsuluna qiymət qoymaqda; - qazandığı mənfəəti mövcud qanunvericiliyin tələbləri və prosedur

qaydaları əsasında bölüşdürməkdə və onun sərəncamında qalan hissəsini sərbəst şəkildə istifadə etməkdə.

İndi isə aydınlaşdıraq görək, haqqında bəhs etdiyimiz fiziki və hüquqi şəxs kimdir.

Fiziki şəxslər- qanuna müvafiq surətdə əmlak və digər məsuliyyəti daşımaq, müqavilə və saziş imzalamaq qabiliyyətinə malik olan fərdi sahibkardır.

Hüquqi şəxs - əmlak hüququ və öhdəliyinin daşıyıcısıdır. O, iqtisadiyyatda öz adından çıxış edir, onun tərkibinə daxil olan insanlardan asılı olmayaraq mövcud olur.

Саhибкарлыг - физики вя йа hцг уг и шяхс тяряфиндян юз рискляринин сявиййясиня эюря фярг ли имканлар (тяшкилати, техники, малиййя вя с.) чярчивясиндя hяйата кечирилян истеhсалат вя йа коммерсийа фяалиййятинин башлыъа нювцдцр.

Щцгуги шяхс - г анунла мцяййянляшдирилян г айдада дювлят г ейдиййатындан кечмиш, хцсуси йарадылмыш еля бир г урумдур ки, мцлкиййятиндя айрыъа ямлакы вардыр, юз юhдяликляри цчцн бу ямлакла ъавабдеhдир, юз адындан ямлак вя шяхси г ейри-

Page 78: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

78

Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi

şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya olmaya bilər.

Firmanın əmlakı müəssisəyə məxsusdur və əgər firmanın sahibi ona yiyələnmək istəyirsə, onun buna hüququ çatmır. Bu yalnız firmanın bütün borcları ödənildikdən sonra yerdə qalan əmlakın ləğvetmə komissiyasının qərarı ilə iştirak paylarına görə bölünməsi zamanı mümkündür.

Qanunda sahibkarlar üçün aşağıdakı öhdəliklər müəyyənləşdirilib: - dövlət qeydiyyatına düşmək; - bəzi xüsusi razılıq tələb edən növlər üzrə fəaliyyət üçün icazə (lisenziya)

alınması; - vahid mühasibat uçotunun aparılması; - xüsusi bank hesabının açılması; - vergi ödəyicisinin eyniləşdirilmiş nömrəsinin alınması və s. Adətən, fəaliyyət sahələri əsas götürülməklə sahibkarlıq firmalarını 4

kateqoriyaya bölürlər; - firmalar (istehsalat, ticarət və s.); - banklar; - sığorta şirkətləri; - investisiya qrupları. Bu zaman bazar münasibətlərinin başlıca subyekti biznes -firma sayılır, yerdə

qalanlar- xidmətedicilər hesab olunur. Biznes-firmalar biri-birindən fərqlənir. Onlar əmtəə və xidmətlərin geniş

şəbəkəsini təqdim edir. Bütün bu rəngarəngliyə baxmayaraq, biznesin təşkilinin bir neçə forması mövcuddur. Bu formaların əsas kateqoriyasına fərdi müəssisələr, ortaq müəssisələr və korporasiya daxildir. Biznesin təşkilinin adıçəkilən hər bir forması özü fərqləndirici xüsusiyyətə malikdir, bu da istehsalçılar və istehlakçılar üçün xərc və mənfəət baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər bir biznes firmanın təşkili formasından asılı olmayaraq hərəkətverici qüvvəsi mənfəət qazanmaq və xərcləri minimumlaşdırmaqdan ibarətdir. Mənfəətin iqtisadi mahiyyəti onun praktikada daha çox tətbiq olunan mühasibat mahiyyətindən xeyli fərqlidir. Belə ki, iqtisadçılar bütün xərcləri, həm gizli (alternativ dəyər), həm də aşkar (mühasibat məsrəfləri)

Page 79: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

79

xərcləri nəzərə alırlar. Firmaları təsnifləşdirməyə cəhd edək. Adətən, onları fəaliyyət növləri üzrə

fərqləndirirlər. Sənayedə başlıca məşğuliyyət məhsul istehsalıdır, 50%-dən çox gəlirini sənaye məhsulunun buraxılışından əldə edən firmalar - sənaye istehsalı üzrə ixtisaslaşmış firma hesab olunur.

Ticarət firmaları tədavül sferasında alqı-satqı əməliyyatları ilə məşğul olurlar. Nəqliyyat firmaları sərnişin və yük daşınmasını həyata keçirirlər. Onlar, adətən

ayrıca növdə ixtisaslaşır və su, hava, avtomobil, dəmir yol, boru kəməri nəqliyyatına bölünürlər.

Eyni zamanda nəqliyyatda ekspeditor, sığorta və digər fəaliyyətlə məşğul olan firmalar da mövcuddur.

Firmaların təşkilinin digər vacib hesab olunan aspektinə-onun hüquqi vəziyyətinə baxaq. Bu nöqteyi- nəzərdən təşkilati-hüquqi formasına görə biznesin təşkili aşağıdakı kimi fərqləndirilir:

-fərdi müəssisələr; -ortaqlıqlar; o cümlədən məhdud məsuliyyətli cəmiyyətlər; -səhmdar cəmiyyəti. Fərdi müəssisələrdə - bir nəfər sahiblik edir. Adətən belə tip müəssisələr kiçik

və orta firmalar formasında təşkil olunur və kiçik biznes sahəsi adlanırlar. Kiçik biznes insanların çox vacib tələbatlarını ödəyir. İnsanlar hər hansı bir nailiyyətə, cəhdə, risk etməyə, özünə inama görə fərqlənirlər. Və müxtəlif insanlar öz müvəffəqiyyəti üçün fərqli çıxış yolları arayırlar.

İnsanlar hansısa firmaya xidmət etməklə özlərini tamamilə təmin edə bilərlər. Onlar firmalarda çalışmaqla əldə etdiyi qazanclar hesabına yeməkdən doya, yaxşı geyinə, mənzillə təmin oluna, lakin bütün bunlar onların azad fəaliyyətinin məhdudlaşdırılması hesabına başa gələ bilər.

Firmanın yaradılması və onun idarəolunma işinin səmərəli təşkili uzun müddət tələb edən mürəkkəb prosesdir.

Eyni zamanda, şəxsi fəaliyyət insanın enerjisinin reallaşdırılmasına şərait yaradır, onun sahibkarlıq fəaliyyətini aşkara çıxarır və insanlar bununla hansısa başqa işlə müqayisədə öz istəklərini daha tez zamanda təmin edə bilirlər. Çünki, hər bir mülkiyyətçi müəssisənin mənfəətinin sahibidir.

Lakin biznesin belə formasının çatışmazlığı da mövcuddur. Bu, tam əmlak məsuliyyətidir. Daha doğrusu, firmanın bütün borcları, biznesin problemləri bir nəfər sahibkarın çiyninə düşür. Firmanın pul vəsaitləri çatmadığı hallarda sahibkar öz şəxsi mülkiyyətindən, maşınından, evindən, pulundan və s.-dən mərhum ola bilər.

Digər çatışmazlıq sahibkarın işə qoyduğu vəsaitlərin məhdudluğu ilə bağlıdır. Adətən vəsaitlər xırda ticarətə, bəzən isə çox da böyük olmayan istehsalata çatır.

Beləliklə, fərdi müəssisənin üstünlüklərinə aid edilir: • Asan təşkil olunur • Nəzarət sadədir

Page 80: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

80

• Fəaliyyət sərbəstliyi var • Dövlət tərəfindən əhəmiyyətli tənzimləməyə ehtiyac duyulmur Çatışmazlıqları isə aşağıdakılar hesab edilir:

• Genişləndirmək üçün pul vəsaiti tapmaq çox çətindir • Qeyri –sabitdir • Məhdud məsuliyyət subyektidir • Sahibkarı məcbur edir ki, idarəetmənin bütün funksiyaları ilə məşğul

olsun Ortaqlıq- iki və ya bir neçə şəxsin birliyidir. Firmanın bu cür təşkili fəaliyyət

sferasına çoxlu pul vəsaitləri cəlb etməyə imkan verir. Eləcə də hər bir tərəfdaş işə özünün ideyalarını və s. qoyur.

Lakin burada da, şəxsi təsərrüfatçılıqda olduğu kimi, tərəfdaşlar ortaqlıq öhdəlikləri ilə şəxsi əmlak məsuliyyəti daşıyırlar.

Bundan başqa əgər tərəfdaşlardan biri ortaqlıqdan çıxmaq qərarına gəlirsə, o, qanuna müvafiq surətdə öz fəaliyyətini rəsmi olaraq dayandırır. Yox, əgər qalan tərəfdaşlar öz fəaliyyətlərini davam etdirmək istəyirlərsə, onda mütləq yeni müqavilə tərtib olunmalıdır.

Ortaqlığın üstünlüklərini aşağıdakılarla ümumiləşdirmək olar: • Asan təşkil olunur • İdarəetmənin daha yüksək səviyyədə ixtisaslaşması mümkündür • Fərdi müəssisə ilə müqayisədə maliyyə resursları cəlb etmək imkanları daha

üstündür • Məhdud tənzimləmə subyektidir Çatışmazlıqlarına isə bunlar aid edilir: • Mülkiyyətin bölüşdürülməsində fikir ayrılığı halı yaranır • Bir tərəfdaşın getməsi və ya ölümü ilə əlaqədar olaraq onun mövcudluğuna

avtomatik olaraq son qoyulur • Məhdud məsuliyyət subyektidir • Maliyyə resursları məhduddur. Məhdud məsuliyyətli cəmiyyətlər (MMC) ortaqlıqların bir növü olmaqla

kapitalın birləşdirilməsi formasıdır. Belə müəssisələrin iştirakçıları firmanın öhdəlikləri üzrə heç də şəxsi əmlakına

görə deyil, yalnız özünün pay qoyuluşları həcmində məsuliyyət daşıyırlar. MMC-nin kapitalı iştirakçıların payına görə bölünür. Pay dividendlər almağa və

firmanın ləğvi zamanı onun əmlakının bir hissəsini əldə etməyə hüquq verir. Dividend - firmanın mənfəətindən pay sahiblərinə ayrılmış hissəni ifadə edir. Səhmdar cəmiyyəti - nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş

cəmiyyətdir. Səhmlər buraxmaüa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) onun öhdəlikləri üçün cavabdeh deyildirlər və cəmiyyətin fəaliyyəti ilə baülı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar.

Səhmdar cəmiyyət - səhmlərin buraxılış yolu ilə kapitalın birləşməsidir.

Page 81: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

81

Səhmlərini sərbəst olaraq bir şəxsdən digərinin adına keçirmək mümkün olan səhmdar cəmiyyətləri açıq tipli səhmdar cəmiyyətlər adlanırlar və o qısaca olaraq ATSC kimi ifadə olunur.

Səhmdar cəmiyyət yaradılarkən, təsisçilər xüsusi sənədlər hazırlayırlar ki, o da "Səhm" adlanır. Səhm - qiymətli kaüız olub, onun sahibinə səhmdar cəmiyyətinin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, idarə etmədə iştirak və cəmiyyətin ləüvindən sonra qalan əmlakın bir hissəsinə malik olmaq hüququ verir. Səhmin üzərində yazılmış qiymət onun nominal dəyərini əks etdirir. Təsisçilərlə səhmdarları fərqləndirmək lazımdır. Təsisçilər firmanı yaradanlar, səhmdarları isə səhm sahibləridir. Səhmlər özü də iki cür olur: adi və imtiyazlı.

Adi səhm sahibləri müəssisənin mənfəətindən dividend almaqla yanaşı, səhmdar cəmiyyətin idarəetmə prosesində iştirak etmək hüququna da malikdir. İmtiyazlı səhm sahibləri isə müəssisənin maliyyə fəaliyyətindən asılı olmayaraq həmişə sabit dərəcələrlə dividend alsa da səhmdar cəmiyyətinin idarəedilməsində iştirak hüququndan məhrumdurlar. Adi səhmlərə görə dividendlərin verilməsi isə cəmiyyətin işləməsindən və onun nə qədər mənfəət əldə etməsindən asılıdır. Səhmdar cəmiyyətlər yaradılma formasına görə 2 cür olur: açıq və qapalı tipli. Onların başlıca fərqi səhmdarların hüquqlarını reallaşdırmaq imkanları ilə müəyyənləşdirilir. Belə ki, açıq tipli səhmdar cəmiyyətin səhmdarları öz səhmlərini dəyişə, sata, bağışlaya bilər. Qapalı tipli səhmdar cəmiyyətlərdə isə səhmdarlar səhmlərini yalnız öz aralarında sata və ya dəyişə bilərlər.

Səhmdar cəmiyyətin mənfəəti çox olduqda, onun dividend vermək qabiliyyəti də yüksək olur və belə olan halda firmanın səhmləri beynəlxalq fond birjalarının listinqinə (siyahısına) daxil edilir.

Səhmdar cəmiyyətin üstünlüklərini aşağıdakı kimi fərqləndirmək olar: • Səhm və istiqrazların satışı yolu ilə külli miqdarda kapital cəlb etmək

qabiliyyətinə malikdir • Səhm sahiblərinin məsuliyyəti məhduddur • Sabitlik və daimilik • İxtisaslaşmış rəhbər heyətin idarəetmə məsələlərinə cəlbi imkanı

mövcuddur Çatışmazlıqlarına gəlincə isə onlar belədir: • Dövlət tərəfindən əhəmiyyətli tənzimləməyə reaksiyası güclüdür • Ağır maliyyə yükü və təşkilati xərcləri daşıyır • İkiqat vergiqoymanın subyektidir: korporativ gəlirlərə və dividendlərə • Sahiblik və nəzarət bölüşdürülür (sahibkar – icraçı problemi). Fond birjası - müstəsna olaraq fəaliyyət predmeti qiymətli kağızların

normal tədavülü üçün zəruri şərait yaradan, onların bazar qiymətlərini müəyyən edən (qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən qiymət), həmçinin onlar haqqında lazımi informasiyanı yayan, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirmək

Page 82: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

82

üçün mühit formalaşdıran təşkilatdır. Fond birjası qapalı səhmdar cəmiyyəti formasında yaradılır. Fond birjası öz fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq əsasında həyata keçirir. Fond birjası qiymətli kağızlar bazarında ticarətin təşkilatçısı kimi, depozitar fəaliyyəti və qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq) fəaliyyəti istisna olmaqla, digər fəaliyyət növləri ilə məşğul ola bilməz.

Fond birjası - qiymətli kağızların alqı-satqı yeridir. Məsələn, tutaq ki, hansısa firmanın səhmlərinin nominal dəyəri 100 min manatdır. Əgər səhmlərə çoxlu dividendlər verilərsə, onda birjada onun qiyməti bahalaşır. Fərz edək ki, səhmin nominal qiyməti 150 min manatdır. Əgər bu səhm sahiblərinə az gəlir gətirirsə, onda birjada səhmlərin qiyməti aşağı düşür. Hər bir səhmin bazar qiyməti nominal dəyərdən aşağı və yaxud da yuxarı ola bilər.

Fond birjalarında dövriyyədə olan bütün qiymətli kağızların orta məzənnəsi fond indeksi adlanır.

Biz tez-tez televiziya ekranlarından, radio efirindən maliyyə xəbərlərini dinləyərkən müxtəlif indekslər barəsində eşidirik. Onların arasında ən geniş yayılmışları bunlardır: Dou-Cons indeksi, Nasdaq indeksi, Faynenşal tayms indeksi, Nikkey indeksi və s.

Dou-Cons indeksi Nyu-York fond birjasında ABŞ-ın 30 ən iri sənaye şirkətlər qrupunun səhmlərinin orta məzənnə göstəricisidir. Bu indeks gündəlik olaraq birjanın bağlanmaısı zamanına hesablanır.

Nasdaq indeksi – özünün xüsusi satış hərraclarına malik olan birjadan kənar kompyuter sisteminin aparıcı indeksidir.

Nikkey indeksi Tokio birjasında Yaponiyanın 225 ən iri şirkətinin səhmlərinin orta qiyməti əsasında müəyyənləşdirilir.

Firmanın təşkili

Firmanın yaradılması təsisçi adlanan şəxs tərəfindən həyata keçirilir. Təsisçi kimi vətəndaş da, müəssisə də çıxış edə bilər. Təsisçilər yaratdıqları müəssisələri qeydiyyatdan keçirmək üçün tələb olunan bütün sənədləri qanuna müvafiq surətdə hazırlayırlar. Onlardan ən başlıcası təsis müqaviləsi və nizamnamədir. Təsis müqaviləsi təsisçilərin hüquq və öhdəliklərini tənzimləyir. Burda təsisçilərin adı, onların öhdəliklərinin bölgüsü, onlardan hər birinin qoyduğu payların həcmi və s. göstərilir.

Nizamnamə bütün səhmdarların hüquq və öhdəliklərini tənzimləməklə yanaşı firmanın əsas fəaliyyət prinsiplərini də müəyyənləşdirir, xüsusilə də, firmanın adını, onun fəaliyyətini, vəzifə və məqsədlərini, yerləşdiyi yeri, nizamnamə kapitalının həcmini, səhmlərin növlərini və onların nominal dəyərini, idarəetmə orqanlarının strukturunu, qərarların qəbulu proseduralarını, mühasibat uçotunun aparılması, mənfəətin bölüşdürülməsi qaydalarını tənzimləyir.

Firmanın qeydiyyatı məcburi xarakter daşıyır və müxtəlif məqsədlərə xidmət edir. Belə ki, bu zaman:

Page 83: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

83

- firmaların yaranması və ləğvi ilə bağlı dövlət nəzarəti həyata keçirilir; - kommersiya fəaliyyətində qeyri-qanuni amillər aşkar olunur; - vergiqoyma həyata keçirilir. Qeydiyyat dövlət reyestrinə salınma yolu ilə aparılır. Qeydiyyat yeri və

qaydaları müxtəlif ölkələr üzrə fərqlidir və dövrü olaraq dəyişə bilər. Məsələn, bizim respublikada 90-cı illərin əvvəllərində bu iş hər bir inzibati

rayonun icra hakimiyyətinə həvalə olunmuşdursa, hazırda qeydiyyat məsələləri ilə bütövlükdə Ədliyyə Nazirliyi və onun bölgələr üzrə nümayəndəlikləri məşğul olurlar.

Firma adı özündə bəzən onun bir və ya bir neçə sahibinin adını əks etdirir. Məsələn, "Ford", "Kraysler", "Fillps", "Dovqan". Firmalarının adı fəaliyyətin xarakterini də özündə əks etdirə bilər: məsələn, «Ceneral Motors», «Coca-Cola» və s.

Firma adı birləşmənin xarakterini də göstərməlidir. Məsələn, Səhmdar Cəmiyyətlər bizdə SC ilə, Fransada, Belçikada, İspaniya və İtaliyada "SA", Almaniyada "AG" ilə ifadə olunur. Və ya məhdud məsuliyyətli cəmiyyət Azərbaycanda "MMC", Rusiyada "OOO", Britaniyada "LTD" ilə işarələnir. İ q t i s a d i f i k i r t a r i x i n d ə n

Adam Smit (1723 – 1790)

Böyük iqtisadçı, şotland Adam Smit iqtisad elminə verdiyi

töhfəsinə görə bütün müasir iqtisadçı-alimlərin hamısına bərabər sayıla bilər. Onun «Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqatlar» (1776-cı il) kitabı Adam Smit adını həmişəlik olaraq iqtisadi fikirlər tarixinə yazıb. Bu kitab ona «iqtisad elminin atası» titulunu qazandırıb. Smitin şöhrətə doğru gedən yolu asan olmayıb. O, doğulmasına bir neçə ay qalmış çox da varlı olmayan, gömrük məmuru olan atası vəfat edib. Adamı anası tərbiyə edib. Smit 14 yaşında Qlazqo Universitetinə daxil olub, 28 yaşında isə artıq həmin Universitetin professoru adına layiq görülüb.

Adam Smit insanı ideallaşdırmır, o insanın qüsurlarını və zəif cəhətlərini görür və yazırdı: «İnsanların hamısında bu cəhət eynidir, onlar daimi olaraq öz vəziyyətini yaxşılaşdırmağa çalışır - elə burdan da ictimai, milli və həmçinin şəxsi sərvətlər əmələ gəlir». O özünün əvvəlki sələflərindən fərqli olaraq başa düşməyə və sübut etməyə çalışırdı ki, milli sərvətlər yalnız kənd təsərrüfatı və ticarətdə deyil, iqtisadiyyatda da mövcud olan istehsal sferasının bütün növlərində yaradılır. Böyük şotland alimi göstərirdi ki, əmtəə mübadiləsi yalnız o halda baş tutur ki, bu sövdələşmə hər iki tərəf üçün fayda gətirsin. Bu o dövr üçün iqtisadiyyatda inqilab hesab olunurdu. Smitə qədər qədim yunanlar ticarətə və mübadiləyə münasibətlərini zarafatla belə ifadə edirdilər: «Bazar – elə bir yerdir ki, orada insanlar bir-

Page 84: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

84

birini aldada bilirlər». Yəni, onların fikrincə, istənilən sövdələşmədən bir tərəf udur, digər tərəf isə mütləq surətdə uduzur. A.Smitin əsaslı mövqeyi belə baxışlara son qoydu.

Xülasə: 1. Rəqabət nöqteyi-nəzərincə bazarın 4 tipi fərqləndirilir: - mükəmməl (xalis) rəqabətli bazar - inhisarçı rəqabətli bazar - oliqopol bazar - inhisarçı bazar 2. Mükəmməl rəqabətli bazarda ayrı-ayrı firmalar öz qiymətlərini bazarın bazarlıq qiymətinə uyğunlaşdırırlar. 3. İnhisarçı rəqabətli bazarda firmalar arasında rəqabət yalnız qiymət üzərində deyil, eyni zamanda keyfiyyət, reklam, satış şərtləri və s. üzrə həyata keçirilir. 4. Oliqopoliyanın fərqləndirici cəhəti bu bazarda fəaliyyət göstərən firmaların az sayda olmasıdır. Belə bazara «giriş» həddindən artıq çətindir. Çünki, bu bazarda işə girişmək və uğur qazanmaq üçün ilkin olaraq külli miqdarda vəsait tələb olunur. Belə bazarda rəqabət «qeyri-qiymət» xarakteri daşıyır. 5. İnhisar o vaxt mövcud olur ki, hər hansı məhsulun yeganə bir istehsalçısı olsun, yəni həmin firmanın əvəzedicisi olmasın. İnhisarçı qiymətə təsir edərək yalnız istehsal olunmuş məhsulun miqdarında sahibkar manipulyasiya edə bilər. 6. Fərdi, ortaqlıq firmaları, şirkətləri və səhmdar cəmiyyətləri müəssisələrin əsas hüquqi formalarıdır.

Müzakirə üçün suallar:

- Nə üçün mükəmməl (xalis) və inhisarçı rəqabətli bazarlara «giriş» və «çıxış» asandır? - Oliqopol bazarda firmalar bir qayda olaraq qeyri-qiymət rəqabəti aparır. Bu hal firmaların zəif, yoxsa güclü cəhətidirmi? - Biznesin təşkilati-hüquqi formaları hansılardır? Onların hər birinin üstünlükləri və çatışmazlıqları nədədir?

TEST

4.1. İnhisarçı rəqabət nəyə deyilir: a) Bazarda 1 şirkət olanda b) Bazarda 3-5 iri firma olanda c) Bazarda eyni məhsuldan çoxlu kiçik firmalar satanda d) bazarda eyni, lakin bir qədər fərqli məhsul istehsalına 4.2. Avtomobil sənayesinə bir neçə iri korporasiya hökmranlıq edir. Nəticəsi necə olur, bu sahədə rəqabətdən danışmağa dəyərmi? a) dəyməz b) bütövlükdə qiymət xarakteri daşıyır. c) qeyri-səmərəli istehsalın mövcudluğuna gətirib çıxarır.

?

? !

Page 85: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

85

d) rəqabət qiymət xarakteri daşımır, avtomobillərin istehlakçı xüsusiyyətləri ətrafında gedir. 4.3. Xalis rəqabət bazarında rəqabətdən danışmağa dəyərmi? a) yalnız qiymət rəqabəti b) yalnız keyfiyyət rəqabəti c) həm keyfiyyət və həm də qiymət rəqabəti

Beşinci fəsil

Bu fəsli oxuyarkən aşağıdakı termin və anlayışlara diqqət yetirin:

• İstehsal məsrəfləri

• Nəyə görə xərcləyirik?

• Niyə xərcləyirik?

• Nə qədər xərcləyirik?

• İstehsal neçəyə başa gəlir?

Page 86: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

86

Bu fəsildə Sizə xərclərlə əlaqədar olan bir neçə mühüm konsepsiyanı izah etməyə çalışacağıq. Həmin konsepsiyalar vasitəsilə müxtəlif növ xərclər arasındakı qarşılıqlı əlaqələri öyrənib, bu münasibətləri qrafik vasitəsi ilə təsvir edəcəyik. Qrafikin köməyi ilə belə əlaqələri əyani surətdə görmək imkanı qazanacağıq.

Gəlin, əvvəlcə bir sual üzərində düşünək. Firmalar resursları hansı meyarlarla seçir və tələb olunan məhsulun buraxılışı üçün onlardan necə istifadə edir?

Biz bilirik ki, hər hansı bir məhsulu istehsal etmək üçün firmalar 4 növ resursdan istifadə edir. Bunlar təbiət, əmək, kapital resursları və sahibkarlıq qabiliyyətidir.

Gəlin, baxaq görək məhsul buraxılışı zamanı resursların hər birindən hansı miqdarda tələb olunur?

Bu sualın cavabını misallar vasitəsilə aydınlaşdıraq. Tutaq ki, kəndli malik olduğu torpaq sahəsində yemiş əkib. Bu məqsədlə o

torpağı belləyib, toxumları səpib, şitilləri sulayıb, gübrələyib və nəhayət, məhsulu toplayanda məlum olub ki, 2 ton yemiş yetişdirib.

Növbəti mövsümdə o torpaq sahəsində əvvəlki illə müqayisədə 2 dəfə çox işləyib və məhsul yığımının vaxtı gələndə məlum olub ki, bu dəfə cəmi 3 ton yemiş yetişdirə bilib. Görəsən, nəyə görə kəndli 2 dəfə çox işlədiyi halda, məhsulun həcmi yalnız 1,5 dəfə artıb. Bu necə ola bilər?

Məsələ burasındadır ki, indiki halda, daha bir vahid resursun əlavə olunması məhsul buraxılışının azalmasını şərtləndirib. Deyilənləri əyani surətdə 21-ci şəkildə təsvir edək.

TR 4000

3000

2000

Цм ум и м ящсул

Page 87: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

87

0 1 2 3 4 5 Əmək vahidi Şəkil 21. Məhsul buraxılışı və əmək vahidinin qarşılıqlı əlaqəsi

Qrafikdən göründüyü kimi üçüncü əmək vahidinin əlavə olunması məhsul yığımının nisbətən az artımına gətirib çıxarır.

Onun qrafiki təqdimatı aşağıdakı kimidir.

Son hədd məhsulu (əmək vahidinə) MR

0 1 2 3 4 5

Əmək vahidi Şəkil 22. Son hədd məhsulunun qrafik təqdimatı Təcrübədə bir çox hallarda orta göstəricini, daha doğrusu bir vahid əmək

resursuna nə qədər məhsul buraxıldığını müəyyənləşdirmək lazım gəlir. Tutay ki, bizim misalda bir əmək vahidinə əvvəlcə 2 ton (2000:1=2000), sonradan məhsul buraxılışının dəyişməsi nəticəsində isə ton yarım (3000:2=1500) yemiş düşür.

Aşağıda təqdim olunmuş 10-cu cədvəlin məlumatlarından istifadə etməklə, orta

3000

2000

1000

Д аhа бир ресурс ваhидинин дяйишмяси иля ялаг ядар бурахылмыш мяhсул сон hядд мяhсулу адланыр.

Орта мяhсул - мяhсул бурахылышынын hяъминин г ейд олунан ресурса нисбятидир.

Page 88: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

88

və son hədd məhsulu göstəricisini asanlıqla təyin etmək olar. Cədvəl 11

Əmək vahidi (1)

Ümumi məhsul, kq (2)

Üstəlik məhsul, kq (3)

Orta məhsul,kq (4)=(2): (1)

0 0 1 2000 2000 2000 2 3000 1000 1500 3 3500 500 1167 4 3800 300 950

4-cü sütunun məlumatlarına diqqət yetirək. Yetişdirilmiş yemişin orta miqdarını tapmaq üçün məhsulun ümumi həcmini

sərf olunmuş əməyin ölçüsünə bölmək lazımdır. İndi isə 3-cü sütunun məlumatlarına nəzər salaq. Son hədd məhsulu müxtəlif

miqdarda əmək sərfinə uyğun surətdə buraxılmış məhsulun əvvəlkindən fərqi ilə müəyyənləşdirilir. Daha doğrusu son hədd məhsulu bir əmək vahidinin əlavə olunması hesabına məhsul buraxılışının nə qədər artımını ifadə edir. Cədvəl məlumatlarına - sütunlarına bir daha nəzər yetirməklə iqtisadiyyatın başlıca qanunlarından birini- Azalan qaytarma qanununu aydınlaşdıra bilərik.

Bu qanunun prinsiplərini bizim misalımıza tətbiq etsək görərik ki, yeni əmək

resurslarının cəlb edilməsi nəticəsində avadanlığın yüklənməsi, torpaq ərazisinin korlanması halları çoxalmaqla son hədd məhsulunun buraxılışı və ya faktiki olaraq əlavə yetişdirilmiş yemişin miqdarı aşağı düşəcək.

Gəlin, başqa bir misal üzərində firmanın məsrəflər konsepsiyasının öyrənməyə çalışaq (məsrəf və xərc-sinonim sözlərdir).

Bu məqsədlə çox da böyük olmayan, ayaqqabı istehsalı üzrə ixtisaslaşmış firmanın fəaliyyətinə nəzər yetirək. İstehsal üçün ona bir sıra zəruri resurslar, konkret olaraq tikiş sexi, avadanlıq, xammal və materiallar, o cümlədən dəri, yapışqan, rəng və sairə, eləcə də mütəxəssis - pinəçilər lazımdır.

Eyni zamanda nəzərdən qaçırmayaq ki, firmada müdiriyyət (direktor, mühasib və digər qulluqçular), həmçinin köməkçi heyət (gözətçi, yükdaşıyan, süpürgəçi və sairə) fəaliyyət göstərir.

Bütün bu işçilər heç də bilavasitə ayaqqabı tikişində iştirak etmirlər. Yeri gəlmişkən, unutmaq lazım deyil ki, firma bütün xərclərini məhsul

satışından əldə etdiyi vəsait hesabına ödəyir. Firmanın xərclərinin bir hissəsi sabit və ya bəzən də fiksə edilmiş xərclər

Азалан гайтарма гануну hяр бир йени ресурс ваhидинин артырылмасына эюря мяhсул бурахылышынын эетдикъя азалмасыны характеризя едир.

Page 89: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

89

adlanır. Bu xərclər məhsul buraxılışının həcmindən asılı deyildir. Məsələn, gözətçinin məvacibinə diqqət yetirək. Onun vəzifəsi fabriki

qorumaqdır. Onun maaşı fabrikin işləyib-işləməməsindən, orda ayaqqabının çox və ya az istehsal edilməsindən asılı deyildir. O öz işini yerinə yetirir - ərazini qoruyur və buna görə də sabit əmək haqqı alır.

Və yaxud fabrikin icarəyə götürdüyü sex binalarına nəzər salaq. Hətta fabrik hansısa dövrlərdə işləməsə belə icarəyə götürdüyü tikiliyə görə haqq ödəməyə məcburdur.

Fabrik üç növbədə işləyib, daha çox ayaqqabı buraxsa da belə bu haqqın məbləği dəyişməyəcək.

Başqa bir misal kimi telefona görə abonent haqqını göstərək. Yenə də əvvəlki misallarda olduğu kimi onun məbləği fabrikin istehsal etdiyi məhsulun həcmindən heç cürə asılı deyil.

Sabit xərclər müxtəlif formalarda olur və firmalarda adətən onu ümumi qaimə

xərcləri adı ilə rəsmiləşdirirlər. Müasir xarici iqtisadi ədəbiyyatlarda sabit xərcləri FC-lə (Fixed cost) işarə edirlər.

Firmanın məsrəfləri ilə bağlı tədqiqatımızı davam etdirəndə sabit xərclərlə yanaşı, dəyişən xərclərin də mövcudluğunu aşkara çıxarırıq. Dəyişən xərclər barədə yəqin ki, sizdə artıq müəyyən təsəvvür yarandı. Belə xərclər məhsul buraxılışının həcmindən asılı olaraq dəyişir.

Tutaq ki, hansısa ayaqqabı sexində gündə 30 cüt ayaqqabı tikilir. Sexin sahibi istehsalın həcminə uyğun miqdarda dəri, yapışqan, mıx, rəng və sairə alır. İşçi götürür və onlara əmək haqqı verir.

Əgər, sahibkar bir müddətdən sonra gündəlik istehsalını 45 cütə qaldırmaq qərarına gəlirsə, onda lazım olan resurslar, o cümlədən dəri, rəng və s. bəs etməyəcək. Buna görə, daha çox material almaq zərurəti yaranacaq. Tezliklə, ikinci növbəni təşkil etmək üçün yeni işçilər götürmək tələb olunacaq. Bu o deməkdir ki, 45 cüt ayaqqabı istehsalının xərcləri 30 cüt ayaqqabının buraxılışına nisbətən artacaq.

Bu xərclər bir neçə dəfə dəyişə bilər. Onun dəyişməsinin həcmi istehsalın

Сабит (фикся едилмиш) хяръляр о хяръляря дейилир ки, онларын юлчцсц мяhсул бурахылышынын hяъминдян асылы дейил.

Дяйишян хяръляр о хяръляря дейилир ки, онлар мяhсул бурахылышынын hяъминдян асылы олараг дяйишир.

Page 90: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

90

həcminin artıb - azalmasından asılıdır. Dəyişən xərclər istehsalın miqyasından, xammal, materialların qiymətindən,

işçilərin əmək haqqın səviyyəsindən və s.-dən asılı olaraq dəyişir. Adətən, onu VC (variable cost) ilə işarə edirlər.

Sabit və dəyişən xərclərin məbləğinin cəmi ümumi xərcləri təşkil edir. Ümumi xərclər isə TC (total cost) ilə işarə olunur. Daha doğrusu, ümumi xərcləri hesablamaq üçün aşağıdakı şəkildə düstur tərtib

olunur.

TC=FC+VC Sabit dəyişən və ümumi xərclərin qrafiki aşağıdakı kimi təsvir olunur. (Bax:

şəkil 23-ə) P TC VC

FC Q Şəkil 23. Sabit, dəyişən və ümumi xərclərin qrafik təqdimatı Bütün bu məsrəf anlayışları ilə yanaşı satılmış məhsuldan əldə edilmiş vəsaitin

nə qədər sərfəli olmasını öyrənmək üçün bir məhsul vahidinin istehsalçıya neçəyə başa gəldiyini də müəyyənləşdirmək vacibdir. Belə olan halda, sual olunur: bir cüt ayaqqabının dəyərini necə müəyyənləşdirmək olar?

Bu məqsədlə ümumi istehsalat xərclərini istehsal olunmuş ayaqqabının miqdarına bölmək tələb olunur. Bu zaman alınmış nəticə, yəni bir məhsul vahidinə çəkilən xərc orta ümumi xərc adlanır və ATC (average total cost) ilə işarə olunur. ATC = AT / Q

Biz orta ümumi xərclərin hesablanmasını ona görə vacib hesab edirik ki, bu metodikaya uyğun olaraq, həmçinin orta sabit (fiksə edilmiş) xərcləri (AFC) və orta dəyişən xərcləri (AVC) hesablaya bilək. Belə olan halda, yuxarıda göstərilən formul əsasında orta ümumi xərcin düsturunu aşağıdakı kimi yazmaq olar.

ATC= AFC+AVC

Page 91: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

91

Orta ümumi xərclər orta sabit xərclərlə orta dəyişən xərclərin cəminə bərabərdir.

Xərclərin siyahısı bununla bitmir. Bəzən istehsalçını başqa bir xərc də maraqlandırır ki, ona da marjinal və ya son hədd xərcləri deyilir.

Bizim nümunəmizdə bu əlavə bir cüt ayaqqabı istehsalına lazım olan xərcdir. Bu deyilənləri daha aydın şəkildə izah etmək üçün 12-ci cədvəlin köməyi ilə

ayrı-ayrı xərclərin məzmununu ətraflı surətdə öyrənək.

Cədvəl 12 Sabit, dəyişən və marjinal xərclər

Buraxılışın miqdarı

Q

Sabit xərclər FC

Dəyişən xərclər VC

Ümumi xərclər TC

Marjinal xərclər

MC 1 2 3 4 5 0 100 0 100 900 30 100 900 1000 50 31 100 950 1050 40 32 100 990 1090 35 33 100 1025 1125 30 34 100 1055 1155 35 35 100 1090 1190 60 36 100 1150 1250 75 37 100 1225 1325 85 38 100 1310 1410 -

12-ci cədvəl vasitəsilə 10 müxtəlif variantda ayaqqabı istehsalı üçün xərc

göstəriciləri ilə tanış olaq. 1-ci sütunda- istehsalın səviyyəsi, daha doğrusu buraxılmış ayaqqabı cütünün

miqdar göstəricisi verilir. Onu Q hərfi ilə işarə edək. 2-ci sütunda - sabit xərclər verilir və göründüyü kimi onun məbləği istehsalın

istənilən səviyyəsində dəyişmir. 3-cü sütunda - dəyişən xərclər təqdim olunur ki, o əksinə olaraq istehsalın

səviyyəsi yüksəldikcə daha da artır. 4-cü sütunda - ümumi xərclər təsvir edilib. Onun dəyəri 2 və 3-cü sütunların

cəminə bərabərdir. 5-ci sütunda - marjinal xərclər verilir. Bu göstərici əlavə bir cüt ayaqqabının

neçəyə başa gəldiyini ifadə edir.

М аржинал (сон hядд) хяръ-ялавя бир мяhсул ваhидинин истеhсалы цчцн тяляб олунан ялавя хяръдир.

Page 92: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

92

Siz sual verə bilərsiniz ki, sabit, dəyişən və marjinal xərcləri müəyyənləşdirmək nəyə gərəkdir. Məgər, real həyatda o nəyəsə lazımdırmı? Cavab belədir: Əlbəttə!

Bu məqsədlə xərclərin harada və hansı formada lazım olduğunu izah etmək üçün tədqiqatlarımızı davam etdirək.

Biz artıq bilirik ki, firmanın gəliri onun buraxdığı məhsulun qiyməti ilə miqdarının hasilinə bərabərdir. G + P ⋅ Q. Və təbii ki, ayaqqabı buraxılışı və satışının miqdarını artırmaqla firma daha çox gəlir əldə edə bilər. Lakin, bu o deməkdirmi, firmanın mənfəəti də artıb? Biz yəqin ki, hələ unutmamışıq ki, sahibkar mənfəətin əldə olunması naminə çalışır.

Bir neçə hesablama aparaq. Tutaq ki, bir cüt ayaqqabı 60000 manata satılır. Belə olan halda 30 cüt ayaqqabının satışından daxil olan gəlir 1 milyon 800 min manata bərabər olacaq (G= X Q=60 min man x 30). Oxşar hesablamaları istehsalın müxtəlif səviyyələri üzrə aparmaqla əldə edilən nəticələri başqa bir cədvəldə əks etdirək.

Cədvəl 13

Q Məcmu gəlir

Sabit xərclər

Dəyişən xərclər

Ümumi xərclər

Mənfəət və ya zərər

1 2 3 4 5 6 0 0 100 0 100 - 100 30 1800 100 900 1000 +800 31 1860 100 950 1050 +810 32 1920 100 990 1090 +830 33 1980 100 1025 1125 +855 34 2040 100 1055 1155 +855 35 2100 100 1090 1190 +910 36 2160 100 1150 1250 +910 37 2220 100 1225 1325 +895 38 2280 100 1310 1410 +870

1-ci sütunda ayaqqabı istehsalının gündəlik miqdarı verilir. 2-ci sütunda gəlirin həcmi, daha doğrusu 1-ci sütunda göstərilmiş miqdarla

ayaqqabının 1 cütünün qiymətinin hasili (60 min manat) təqdim olunur. 3, 4 və 5-ci sütunların məlumatları əvvəlki cədvəldən götürülüb. İndi bizim qarşımızda duran başlıca vəzifə 6-cı sütun üzrə məlumatların

hesablanmasıdır. Bu zaman 2-ci sütunun məlumatlarından 5-ci sütunun məlumatlarını çıxmaq tələb olunur. Bu məqsədlə belə düstur tətbiq olunur: M=G-X. Sütun (2)- sütun (5)=sütun (6)

Cədvəldən göründüyü kimi sıfırıncı istehsal səviyyəsi zamanı firma 100 min manat həcmində zərərə davam gətirir ki, bu da onun sabit xərclərinin miqdarını göstərir.

30 cüt ayaqqabı istehsalı zamanı mənfəət 800 min manatdan ibarətdir və bundan sonra da hər cüt ayaqqabı vahidinə düşən buraxılışın həcminin artımı

Page 93: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

93

mənfəət məbləğini də çoxaldır. Cədvəldən göründüyü kimi, mənfəətin maksimum məbləği 35-ci cüt ayaqqabı

buraxılışında mümkündür. Lakin 37-ci cüt ayaqqabı istehsalından sonra ümumi gəlir artsa da, mənfəət

azalır. Bu cədvəlin məlumatlarını 13-cü cədvəlin məlumatları ilə müqayisə edəndə

qeyd olunanların nəyə görə baş verdiyini başa düşmək olar. Məsələn, cədvəldən görünür ki, firma üzrə 36-cı cüt ayaqqabı istehsalına

ümumi xərclər 60 min manat təşkil edir, lakin elə həmin cütün ümumi qiyməti də, yəni satışının dəyəri də 60 min manatdır. Deməli, həmin cüt ayaqqabı istehsalı mənfəət yoxdur və sonrakı cüt ayaqqabı istehsalında zərərin yaranmasına gətirib çıxarır.

Sizcə, sahibkar özünüz olardınızsa, gündə neçə cüt ayaqqabı istehsal edərdiniz? Əlbəttə ki, otuz beş cüt! Çünki, istehsalın yalnız bu səviyyəsində biz

maksimum mənfəət əldə edə bilərik. Bu vəziyyəti qrafikin köməyi ilə təsvir edək.

R

MC –son hədd xərcləri MR – son hədd gəliri

Q R MP – son hədd mənfəəti

Page 94: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

94

36 Q Şəkil 24. Son hədd xərcləri və son hədd gəlirlərinin qarşılıqlı əlaqəsi

Qrafik bizim əldə etdiyimiz nəticələri əyani surətdə təsdiq edir. Göründüyü kimi ayaqqabı buraxılışının artırılması nəticəsində son hədd xərcləri və gəliri çoxaldır. Son hədd mənfəəti bu iki göstərici arasındakı fərqlə müəyyənləşdirilir. Nə qədər ki, əyri üzərində MR=MC nöqtəsi əldə olunmayıb, o vaxta kimi mənfəət artır və bu da müsbət dəyişiklikləri xarakterizə edir. Bu nöqtəyə çatandan sonra mənfəət aşağı düşməyə başlayır və beləliklə də son hədd mənfəəti mənfi işarə ilə ifadə olunur.

Sual verə bilərsiniz ki, nəyə görə belə vəziyyət yaranır? Hansı səbəbdən gəlir xərclərə bərabər olur? Axı, belə vəziyyətdə onların fərqi sıfırı ifadə edir, bu isə o deməkdir ki, mənfəət yoxdur?

Burada bir "sirr" gizlənir. Bir çox hallarda ona o qədər də diqqət yetirilmir. Gəlin, bir daha xərclərin tərkibinə nələr daxil olduğunu yada salaq? Bazar iqtisadiyyatlı bir çox ölkələrdə xərclərin tərkibinə biznesin təşkili və

mənfəətin minimumlaşdırılması naminə hətta "sahibkarlıq qabiliyyəti" resurslarına görə ödənilən haqlar da daxil edilir.

Belə olan halda sıfır mənfəətinin izahı ondan ibarətdir ki, istənilən istehsalat fəaliyyəti nəticəsində əldə edilmiş gəlir istifadə olunmuş bütün 4 növ resurslara görə haqların hamısını ödəyir və əlavə vəsait qalmır. Deməli, bu zaman sahibkar öz mənfəətini xərcləri çərçivəsində qazanır.

Bu mənfəətə, yəni sahibkarın öz işlərini təşkil etmək üçün əldə etdiyi vəsaitə normal mənfəət deyilir. Bundan aşaüı mənfəət sahibkarı qane etmir. Çünki, normal mənfəətdən az vəsaitlə fəaliyyəti davam etdirmək sərfəli deyil və buna görə də sahibkar işlərini dayandıraraq biznesinin başqa sahədə təşkilinə başlayır.

Normadan yuxarı mənfəət iqtisadi mənfəət adlanır. Biz başa düşürük ki, hər bir sahibkar mənfəətin maksimumlaşdırılmasına

çalışmalıdır, çünki aşaüı mənfəət onun fəaliyyətini sərfəsiz edir. Beləliklə, bəzi yekunlara diqqət yetirək: son hədd xərcləri adətən MC ilə

(ingiliscə Marginal cost) işarə olunur və bu firmanın əlavə məhsul istehsalına çəkdiyi məsrəfləri xarakterizə edir.

Əgər istehsalat artırsa onda son hədd xərcləri əvvəlcə azalır, sonradan artır və maksimum səmərəlilik nöqtəsini ötən kimi azalan qaytarma qanunu qüvvəyə minir.

Son hədd gəliri - hər bir sonrakı məhsul istehsalından əldə olunmuş əlavə gəlirdir və MR (Marginal revenue) ilə işarə olunur.

Son hədd mənfəəti - son hədd gəliri ilə son hədd xərcinin fərqidir və MP (marginal profit) ilə işarə edilir.

Bu istiqamətli fikirlərimizi yekunlaşdırarkən, qeyd etməliyik ki, firma istehsalın

Page 95: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

95

həcmini artırmaq barədə qərar qəbul edərkən adətən çox sadə qaydalara istinad edir. Həmin qaydalara görə, istehsalatı o səviyyəyə kimi qaldırmaq olar ki, orda son hədd gəliri son hədd xərcləri ilə eynilik təşkil etsin (MR=MC).

İndi isə gəlin, biznes firmaların öz fəaliyyətlərini necə qurmasını və onların fəaliyyətinin cəmiyyətə təsirlərini öyrənək.

Firmaların bu baxımdan fəaliyyəti qısamüddətli və uzunmüddətli dövrlər üzrə təhlil olunur.

Qısamüddətli dövr - firmanın yalnız mövcud gücündən səmərəli istifadə etməklə istehsalatı artırmaüa nail olduüu müddətdir.

Deyiləni misalla aydınlaşdıraq. Tutaq ki, bir neçə firmanın məhsuluna tələb gözlənilmədən artıb. Sahibkar nə

edəcək? Sizcə, əvvəlcə yeni sex tikintisinə, əlavə avadanlıq alınmasına və quraşdırılmasına, yoxsa nə isə başqa resursların cəlb edilməsi işinə başlayacaq?

Axı, bu işlərin görülməsi üçün xeyli müddət və külli miqdarda vəsait tələb olunur. Eyni zamanda, o da ola bilər ki, həmin müddət ərzində əldə olunacaq şanslar itirilsin. Çünki, alıcılar həmin məhsulu indi axtarır və istəyir ki, tez tapıb alsın. Bəs belə olarsa, nə etməli?

Sahibkar tezliklə iki növbəli iş sisteminə keçməli, bu məqsədlə işə əlavə işçi götürməli, xammal, material almalı və beləliklə də qısa müddət ərzində buraxılmış məhsulların miqdarının çoxalmasına nail olmalıdır.

Yox, əgər sahibkarın buraxdıüı məhsula olan yüksək tələbat uzun müddət ərzində dəyişmirsə, eləcə də onun qiyməti getdikcə bahalaşırsa, onda yeni istehsal sahəsində tikintiyə başlamaq və mövcud istehsal güclərini artırmaq məsləhətdir.

Uzunmüddətli dövrdə bütün xərclər dəyişkən olurlar. Bəs, nəyə görə bu dövrdə bütün xərclər dəyişilir? Ona görə ki, uzunmüddətli dövrdə sahibkar öz istehsalının gücünü artırdığından

onun sabit xərcləri də çoxalır. Firmanın fəaliyyəti ilə bağlı xərclər müxtəlif tipli bazarlarda da fərqlənir. Gəlin, qısa müddətli dövrdə və rəqabətli bazarda firmanın fəaliyyətinə diqqət

yetirək. Biz öyrəndik ki, istənilən firmanın maræinal gəliri maræinal xərclərə bərabər

olanda mənfəəti maksimumlaşır. Mükəmməl rəqabətli bazarda fəaliyyət göstərən firmalar üçün maræinal gəlir

qiymətə bərabər olur. Bəs bu nəyə görə baş verir? Yadınıza salın ki, belə bazarda fəaliyyət göstərən firmalardan heç biri bazar qiymətinə təsir edə bilmir. Onlar yalnız bazar qiyməti ilə razılaşır və öz qiymətlərini onun ətrafında təyin edirlər.

У зунмцддятли дювр - фирманын юз истеhсал эцъцнцн дяйишдирилмясиня сярф етдийи мцддятдир.

Page 96: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

96

Gəlin, firmanın orta sabit, orta dəyişən, orta ümumi və maræinal xərclərinin əyani təsvirinə çalışaq. Bütün bu xərclər 25-ci qrafikdəki formada görsənəcək. Qiymət səviyyəsi

P1 MC P2 * ATC P3 * AVC * AFC Q Buraxılışın miqdarı Şəkil 25. Marjinal, orta ümumi, orta dəyişən və orta sabit xərclərin əyrisi

Qrafikdən göründüyü kimi, məhsul buraxılışının artması zamanı orta sabit xərclər aşaüı düşür, orta dəyişən xərclər də əvvəlcə aşaüı düşür, sonradan istehsalın yüksəlməsinə görə, eləcə də azalan Qaytarma Qanununun təsiri ilə artır. Orta ümumi xərclər də əvvəlcə aşaüı düşür və sonradan istehsalın yüksəlməsi, eləcə də azalan qaytarma Qanununun təsiri ilə artır.

Maræinal xərclər əyrisi AVC və ATC ilə ən aşaüı nöqtədə kəsişir. Əgər MC ATC-dən kiçikdirsə, onda ATC aşaüı düşəcək. Əksinə, MC ATC-dən böyükdürsə, onda ATC mütləq artacaq, AVC üzrə də həmin proses təkrar olunacaq.

Diqqətimizi qiymətlərə cəlb edək. P1 qiymətində firma iqtisadi mənfəət əldə edir. P2 qiymətində firma normal mənfəət əldə edir. P3 qiymətində firma zərərə dözür və fəaliyyətini davam etdirir. Soruşa bilərsiniz ki, nəyə görə? Ona görə ki, firma hələ ki, dəyişən xərclərin

hamısını, sabit xərclərin isə bir qismini ödəmək üçün qazanmaq imkanlarına malikdir. Belə olan halda firmanın işlədiyi halda baülanması ilə müqayisədə itirdikləri xeyli az olur. Real həyatda belə hallar tez-tez baş verir. Bu zaman firma müəyyən müddət ərzində zərərə dözməyə başlayır.

Nə etməli? Firmanı baülamalımı? Adətən sahibkar bunu etməyə tələsmir. O da bizim kimi, xərclərin qrafikini

öyrənir və sonra qərar verir. Tamamilə mümkündür ki, firmanın baülanmasından itirilənlər onun işləməsi səbəbindən baş verən itkilərdən çox olsun. Daha doürusu,

Page 97: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

97

sahibkar xərclərin minimumlaşdırılması məsələsinə diqqət yetirir və bu məqsədlə elə qərar qəbul edir ki, onun nəticəsində itkilər minimuma ensin. İ q t i s a d i f i k i r t a r i x i n d ə n

Teymur Vəliyev (1926 - 2002)

Azərbaycanlı iqtisadçı-alim T.S.Vəliyev 1926-cı ildə Ağdam şəhərində

anadan olmuş və orta təhsilini burada almışdır. 1951-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, sonra aspiranturada saxlanılmış və 1955-ci ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdir. Bundan sonra ali məktəblərdə pedoqoji fəaliyyətini, eyni zamanda aktual iqtisadi nəzəri problemlər üzrə elmi-tədqiqat işlərini fasiləsiz davam etdirmişdir. O, respublikada iqtisadiyyat üzrə ilk doktorluq dissertasiyası müdafiə edənlərdən biridir.

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Teymur Vəliyev həyatının 55 ilini respublikada iqtisad elminin, iqtisadi-nəzəri fikrin və ali təhsilin inkişafına həsr etmişdir. 300-dək elmi əsərin, o cümlədən onlarla monoqrafiyanın, dərslik və dərs vəsaitinin müəllifi, 100-dək iqtisadçı alimin elmi rəhbəri və elmi məsləhətçisi olan T.Vəliyev dünyanın müxtəlif ölkələrində keçirilən elmi konfranslarda və simpoziumlarda Azərbaycan elmini şərəflə təmsil etmişdir.

Görkəmli alim respublika, sabiq ittifaq və habelə xarici ölkələrdə çap olunmuş çoxlu miqdarda monoqrafiya, dərslik, elmi jurnal məqalələrininin, elmi tezislərin müəllifidir. Onların ümumi sayı 150-dən, həcmi isə 300 çap vərəqindən çoxdur.

T.S.Vəliyevin elmi-tədqiqat istiqamətlərində istehsal münasibətləri, mülkiyyət kateqoriyası, onun formaları, reallaşdırılması, obyekti və subyekti kimi ciddi elmi məsələlər də mühüm yerlərdən birini tutmuşdur.

Müstəqillik qazanmış Azərbaycanın keçid dövrü iqtisadiyyatının problemləri və məsələləri T.S.Vəliyevin maraq dairəsində olmuşdur. O, son illərdə bunlara dair bir sıra elmi nəzəri məqalələr və 1 monoqrafiya yazmış və çap etdirmişdir.

Teymur Vəliyev Azərbaycan Respublikasının orta ümümtəhsil məktəblərinin yuxarı sinifləri üçün ilk iqtisadiyyat dərsliyinin müəllifidir.

Xülasə:

- Normal mənfəət – bu sahibkarın mükafatıdır. Bu, elə bir mənfəətdir ki, sahibkar ondan az məbləğə razı deyil.

- İqtisadi mənfəət – normaldan çox olan mənfəətdir. - Qısamüddətli dövr ərzində firmaların istehsal gücü sabit olur. Firma öz

gücünü çox və ya az intensiv istifadə edə bilər. Halbuki müəssisənin miqyasını dəyişdirmək üçün onun vaxtı kifayət qədər deyil.

Page 98: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

98

- Azalan Qaytarma Qanunu sübut edir ki, avadanlığın həcmi sabit qaldığı halda digər resurs, məsələn, iş qüvvəsi əlavə etsək müəyyən dövrdən sonra marjinal məhsulun azalması baş verəcək.

- marjinal xərclər –daha bir məhsul vahidinin istehsalına çəkilən əlavə xərclərdir. MC marjinal xərc əyrisi ən aşağı nöqtələrdə ATC və AVC əyriləri ilə kəsişir.

- Uzunmüddətli dövr o dövrdür ki, həmin müddətdə firma bütün istifadə olunan resursların miqdarını, o cümlədən həm də müəssisənin miqyasını dəyişməyə imkan tapa bilsin.

Müzakirə üçün suallar

1. Nə üçün iqtisadçılar normal mənfəətlə kifayətlənmirlər? 2. Nə üçün qısamüddətli dövrdə bütün xərcləri sabit və dəyişən xərclərə bölmək olar?

TEST

5.1. Firmanın ümumi məsrəfləri bərabərdir: a) sabit və dəyişən xərclərin cəminə b) sabit və dəyişən xərclərin fərqinə c) öhdəliyə götürülmüş xərclərə d) aşkar və gizli xərclərin fərqinə

Aşağıdakı cədvəlin məlumatlarından istifadə etməklə 5.2., 5.3., 5.4. və 5.5-ci sualların cavabını tapın. Buraxılış, ümumi xərclər, 0, 1800, 1, 2400, 2, 2800 3, 3000, 4, 3400, 5, 4000, 6, 4800, 7 5800 8 7000

5.2. Altıncı vahid məhsulun istehsalına çəkilmiş orta sabit xərclər neçə manat təşkil edir: a) 300 man b) 800 man c) 1800 man d) 2400 man e) 3000 man

?

? !

Page 99: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

99

5.3. 7-ci vahid məhsulun istehsalına marcinal xərclər nəyə bərabərdir. a) 400 man b) 600 man c) 800 man d) 1000 man e) 1400 man 5.4. Əgər qiymət 1000 manat təşkil edirsə və firma xalis rəqabət şəraitində fəaliyyət göstərirsə, maksimumlaşdırılmış mənfəət hansıdır. a) 3 b) 4 c) 5 d) 7 e) 8 5.5. Xalis rəqabət şəraitində fəaliyyət göstərən firmanın marcinal gəliri marcinal xərclərdən çoxdur. Mənfəəti artırmaq üçün firma necə fəaliyyət göstərməlidir. a) İstehsalı artırmalı b) İstehsalı aşağı salmalı c) Qiyməti aşağı salmalı d) heç bir qərar qəbul etməməli 5.6. Mükəmməl rəqabətli bazarda fəaliyyət göstərən firmanın ümumi xərcləri ümumi gəlirlərini üstələməsinə baxmayaraq qısamüddətli dövrdə biznes fəaliyyətini o vaxta qədər davam etdirir ki, onda: a) Ümumi gəlir ümumi dəyişən xərcləri üstələyir b) Ümumi gəlir ümumi sabit xərclərə bərabərdir c) Marjinal gəlir artır d) Ümumi gəlir ümumi dəyişən xərcləri deyil, ümumi sabit xərcləri üstələyir e) Marjinal xərclər marjinal gəliri üstələyir

Altıncı fəsil

Page 100: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

100

Bu fəsli oxuyarkən aşağıdakı termin və anlayışlara diqqət yetirin:

• Əmək resursları-bu bizik!

• Hər kəsə əməyinə görə!

Və ya bazar qüvvələri əmək haqqını necə müəyyənləşdirir

• Əmək resurslarının təkamülü

(tədrici inkişafı)

• Əməyin diskriminasiyası. Əmək haqqına təsir göstərən digər qeyri - bazar qüvvələr

• Əməyin stimullaşdırılması

Hər kəsə əməyinə görə! Və ya bazar qüvvələri əmək haqqını necə müəyyənləşdirir?

Siz heç şübhəsiz ki, orta məktəbi bitirəndən sonra təhsilinizi kollecdə, yoxsa universitetdə davam etdirməyiniz haqqında düşünür və bəziləriniz bu istəyi reallaşdırmağa üstünlük verirsiniz. İstənilən halda, fərqi yoxdur, sizlərin əksəriyyəti nə vaxtsa - tez və yaxud da gec - əmək bazarına müraciət edəcəksiniz!

Hansısa vaxtdan etibarən sizlər əmək resurslarına münasibət göstərəcəksiniz! Əmək bazarı işsizlərin toplaşdığı konkret yer deyil. Bu bazarın digər bazarlarla

oxşarlığı da, fərqi də mövcuddur.

Ямяк базары - инсанлара иш тапмаг да кюмяклик эюстярян васитядир, тяшкилатдыр. О инсанлара юз г абилиййятляриня вя баъарыьына эюря иш тапмаьа шяраит йарадан иътимаи вя дювлят механизмидир.

Page 101: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

101

Əmək bazarı vasitəsilə həm də müxtəlif firmalar və təşkilatlar onlar üçün lazım

olan işçilərlə təmin olunurlar. Beləliklə, əmək bazarında öz "əmək resurslarını" təklif edən işçilər (satıcılar) və

məlum profil üzrə işçiyə tələbatı olan alıcılar (işəgötürənlər) fəaliyyət göstərirlər. Bu bazarda da digər bazarlarda mövcud olan iqtisadi qanunlar, daha doğrusu,

tələb və təklif qanunu fəaliyyət göstərir. Burada işçilər satıcı rolunda çıxış edərək, öz əməyini təklif edir. Firmalar isə alıcı rolunda çıxış edərək, təklif olunan məhsulu, daha doğrusu əməyi alırlar.

Əgər biz əməyə tələb və təklifin qrafikini qursaq, onun əyrisi əvvəlki fəsillərdə öyrəndiyimiz standart əyridən heç nə ilə fərqlənməyəcək. Yalnız bu qrafikin şaquli xəttində "Əməyin miqdarı", üfüqi xəttində isə "əmək haqqı" qeyd olunacaq.

Gəlin, bu suallara cavab axtaraq. Nəyə görə müxtəlif işçilərin əmək haqları fərqlidir? Nəyə görə, yüksək ixtisaslı xarratın əmək haqqı yardımçı təsərrüfatda çalışan fəhləninkindən çoxdur? Hətta, onlara tələbat demək olar ki, eyni olanda da həmin fərq mövcuddur. İş burasındadır ki, əməyin təklifi əhəmiyyətli dərəcədə fərqlidir. Çünki, yüksək ixtisaslı işçilərin sayı, ixtisassızlara nisbətən azdır.

Bu vəziyyəti özündə əks etdirən 28 və 29-cu qrafiklərə nəzər yetirək. Əmək haqqı P S D Əməyin miqdarı Q Şəkil 26. İxtisaslı kadrın əməyinə olan tələb və təklif əyrisi Əmək haqqı P S D Əməyin miqdarı Q

Page 102: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

102

Şəkil 27. İxtisassız kadrın əməyinə olan tələb və təklif əyrisi

İndi isə aydınlaşdıraq görək əmək haqqı nədir: Əmək haqqı - iş qüvvəsinin dəyəri, yaxud görülmüş işin müqabilində

işəgötürənlər tərəfindən işçilərə pul şəklində ödənilən haqdır. Əmək haqqı əmək müqaviləsi əsasında nizamlanır. İşəgötürənin kimliyindən və ya görülmüş işin xarakterindən asılı olaraq əmək haqqı müxtəlif cür adlandırıla bilər: maaş (məmurlarda), pul məvacibi (hərbi qulluqçularda), vəzifə maaşı (rəhbər işçilərdə), qazanc yaxud muzd (ev qulluqçusunda) və s. Əmək ya görülən işin həcminə, ya da sərf edilən vaxta əsasən qiymətləndirilir. Buna uyğun olaraq əmək haqqının hesablanmasının iki forması mövcuddur: işəmuzd və vaxtamuzd (bu barədə biz az sonra daha geniş məlumatlar öyrənəcəksiniz). Əmək haqqına bəzi əlavələr edilə bilər: daimi mükafatlar, həvəsləndirici ödənişlər, onüçüncü maaş, xəstəliyə görə müavinət və s.

Əmək haqqının ödənilməsindəki bütün fərqlər tələb və təklif terminləri vasitəsilə izah oluna bilər.

Əgər, işçi öz əməyinə görə yüksək əmək haqqı tələb edirsə, onda firma bunu daha az sayda işçi işə götürməklə həyata keçirəcək (tələb qanunu).

Əgər, firma yerinə yetirilmiş müəyyən işə görə az əmək haqqı ödəyirsə, onda bu işi çox az sayda işçi yerinə yetirmək istəyində olacaq (təklif qanunu).

Konkret əməyi xarakterizə edən tələb və təklif əyrisinin kəsişdiyi nöqtə həmin əməyin bazar qiymətini, daha doğrusu əmək haqqını göstərir. Burda da bizə tanış olan iqtisadi qanunlar fəaliyyətdədir.

İşçilər öz əməyinə görə maksimum yüksək haqq almağa, işəgötürənlər isə mümkün qədər az ödəməyə çalışırlar.

Mümkündürmü, işçi ilə firma öz aralarında müqavilə bağlayıb, bu məsələləri razılaşdırmasın? Hərdən bəzi hallarda bu mümkün olsa da, bütövlükdə işə götürülənlər və işçilərin bir-birindən ayrı fəaliyyəti mümkün deyildir. Tez və ya gec onlar arasında kompromis baş tutacaq.

İndi isə gəlin görək müxtəlif ölkələr üzrə əmək haqlarının kəskin surətdə fərqləndiyini necə izah etmək olar.

Yəqin ki, Siz dostlarınızla söhbətlərdən, bəlkə də televiziya kanallarından eşitmisiniz ki, Qərbi Avropada, ABŞ və Yaponiyada əmək haqları xeyli yüksəkdir. Hindistan, Azərbaycan və digər ölkələrdə isə bu göstərici həmin ölkələrdəki

Ямяк hаг гы - мялум вахт ваhиди ярзиндя мцяййян ишин йериня йетирилмясиня эюря муздлу ишчийя юдянилян пул мцкафатынын юлчцсцдцр.

Page 103: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

103

səviyyənin cüzi bir hissəsini təşkil edir. Deyilənlər cədvəl məlumatlarında da təsdiq olunur.

Artıq biz bilirik ki, əmək haqqının ümumi səviyyəsi tələb və təklifin qarşılıqlı fəaliyyəti nəticəsində müəyyənləşir. Onların qarşılıqlı fəaliyyətinə isə müxtəlif amillər, o cümlədən əməyin, kapitalın, təbii resursların səmərəliliyi və sairə təsir göstərir.

13-cü cədvəldən görünür ki, İngiltərədə əmək haqqı Hindistandan 20 dəfə və ya ABŞ-da əmək haqqı Meksikadan 7,7 dəfə çoxdur. Ola bilərmi ki, Meksika, Hindistan və digər dövlətlər əmək haqqının yüksəlməsinin qarşısını süni üsullarla əngəlləsin? Əlbəttə ki, yox! Əgər Hindistanda və İngiltərədə əməyin tələb və təklif qrafikini qursaq, biz qeyd olunan vəziyyəti əyani surətdə görə bilərik P S (İngiltərə) S (Hindistan) D Əməyin miqdarı Q

Şəkil 28. İngiltərə və Hindistanda əməyin tələb və təklif əyrisi Aydındır ki, Hindistanda əmək haqqının aşağı səviyyəsi iş qüvvəsi təklifinin

çoxluğu ilə izah olunur. Oxşar qrafikləri ABŞ və Meksikanın əmək bazarları üzrə də quraq. (şəkil 29)

Əmək haqqı P S D (ABŞ) D(Meksika) Əməyin miqdarı Q

Şəkil 29. ABŞ və Meksikada əməyin tələb və təklif əyrisi

Page 104: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

104

Göründüyü kimi, Meksikada əmək haqqı ABŞ-dan aşağıdır və bu başlıca

olaraq onunla izah oluna bilər ki, Meksikada əməyə tələb əyrisi ABŞ-a nisbətən sola və aşağıya doğru daha çox meyllənib.

Deyilənləri yekunlaşdıraraq özümüz üçün aşağıdakı nəticələri çıxaraq. Müxtəlif ölkələrdə əmək haqqının fərqli səviyyəsi iqtisadiyyatın əsas qanunu,

daha doğrusu, tələb və təklif qanunu ilə izah oluna bilər. Orta əmək haqqı səviyyəsi öz-özünə yüksələ bilməz. Onu müxtəlif ölkələr hökmən "qazanmalı və onun artımına yönələn əmək haqqı siyasəti yeritməlidirlər".

İndi isə gəlin, aydınlaşdıraq görək ki, nəyə görə firmalar əmək haqlarını yuxarı qaldırmaqda «xəsislik» edirlər?

Axı, belə olan halda əhali daha çox pul qazanmaqla çoxlu miqdarda mal almaq imkanlarına malik olur. Mallara olan tələbatın yüksəlməsi isə istehsalçıların öz buraxılışlarını çoxaltmağa gətirib çıxaracaq. İstehsalatın artması da işçi qüvvəsinə tələbatın çoxalmasını şərtləndirəcək, deməli yenidən əmək haqları artacaq.

Digər tərəfdən də sahibkar mənfəət naminə bizneslə məşğul olur. Biz isə bilirik ki, mənfəət müəyyən dövrə əldə olunmuş gəlirdən bütün xərcləri çıxdıqdan sonra yerdə qalan vəsait hesabına yaranır.

Əgər işçilərə ödənilən əmək haqqı birdən-birə artırılarsa, onda ümumi xərclər də çoxalacaq və nəticədə sahibkar nisbətən az mənfəət əldə edəcək. Deməli, məhsul buraxmaq sərfəli olmayacaq.

Ola bilər ki, çoxlu sayda məhsul istehsalına başlamaqla, miqdar artımı hesabına əvvəlki tək normal mənfəət qazanmaq mümkün olsun. Lakin bunun üçün istehsal gücünü tez bir zamanda artırmaq lazım gəlir ki, bir çox hallarda da müəssisənin sahibi buna tam şəkildə hazır olmur.

Axı, bu iş o qədər də asan deyil. Yeni avadanlıq tapmaq, onu almaq, quraşdırmaq, əlavə xammal və materiallar cəlb etmək tələb olunur. Bütün bunlara isə vaxt və xeyli miqdarda əlavə pul vəsaiti lazımdır.

Əmək haqqını artırmaq istəyən sahibkar ziyan əldə etməkdən ötrü tezliklə qiymətləri bahalaşdırır. Lakin belə olan halda işçi aldığı yüksək əmək haqqı ilə çoxlu mal ala bilmir. Deməli, onun həyat səviyyəsi yenə aşağı səviyyədə qalır.

Göründüyü kimi, əmək haqqını sadəcə olaraq qaldırmaq heç bir sahibkara sərf etmir və bunun üçün ilk növbədə satışın həcmini, firmanın gəlirini çoxaltmaq lazımdır.

Gəlin, birlikdə daha bir misalı aydınlaşdıraq. Təsəvvür edək ki, 5 pinəçinin işlədiyi ayaqqabı tikişi üzrə çox da böyük olmayan emalatxanamız var. Pinəçinin hər birinin aylıq əmək haqqı 200 min manatdır. Tutaq ki, onlar gündə 10 cüt ayaqqabı tikirlər.

Bu hesabla ay ərzində 20 iş günü fəaliyyət göstərən pinəçilər tərəfindən 200 cüt ayaqqabı tikilir və sahibkar pinəçilərə ayda 1 milyon manat əmək haqqı verir.

Sahibkar ayaqqabının cütünü 30 min manata satır. Bu zaman istehsal və satışın maya dəyəri 25 min manat təşkil edir. Hər cüt ayaqqabı satışından sahibkara

Page 105: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

105

mənfəət formasında 5 min manat vəsait çatır. İndi isə müəyyənləşdirək görək hər cüt ayaqqabının maya dəyərində əmək haqqı

xərcləri nə qədərdir. Bunun üçün 1 milyon manatlıq əmək haqqını 1 ayda istehsal olunmuş ayaqqabının miqdarına bölək (1.000.000:200=5.000). Nəticə, 5000 manat alınır.

İndi fərz edək ki, sahibkar istehsalını 2 dəfə artırmaq məqsədilə yeni emalatxana quraşdırıbdır. Təbii ki, əvvəlki illə müqayisədə xeyli mükəmməl avadanlığın quraşdırılmasına baxmayaraq, indi daha çox işləmək tələb olunacaq. Tezliklə ayaqqabı istehsalı 400 cütə çatacaq belə olan halda çox güman ki, pinəçilər tələb edəcək ki, sahibkar onların maaşlarını da 2 dəfə artırsın.

Gəlin, bu cür tələbin irəli sürülməsində pinəçilərin nə qədər haqlı olduğunu aydınlaşdırmağa çalışaq.

Əvvəlcə, müəyyənləşdirək görək hər cüt ayaqqabının maya dəyərində əmək haqqı xərcləri nə qədər artıb. Əvvəlki əmək haqqı səviyyəsini saxlasaq, indi 1 cüt ayaqqabının tam maya dəyərində əmək haqqı xərci (1000000:400) 2.500 manat təşkil edəcək. Deməli, hər cüt ayaqqabı üzrə tam maya dəyəri 2.500 manat azalaraq 22.500 manat səviyyəsinə düşəcək və beləliklə də sahibkarların mənfəəti 7500 manat olacaq (30.000-22500=7500).

Nəzəri cəhətdən sahibkarın işçilərinin əmək haqqını 2 dəfə artırması mümkündür. Lakin, belə olan halda onun gəliri əvvəlki səviyyədə qalacaq. Məgər, bu ədalətlidirmi? Axı, o əlavə avadanlıq, xammal, material alınmasına xeyli vəsait xərcləmiş və onlar vasitəsilə əmək məhsuldarlığının yüksəlməsini, məhsul satışını stimullaşdırmışdır.

Sahibkar tezliklə əmək haqqını 1,5 dəfəyədək artıra bilər (burda konkret hədd yoxdur) və belə olanda bu dəyişiklikdən hamı udacaq. Əmək haqqının artımı səviyyəsi əmək məhsuldarlığının artımından asılıdır və bu zaman aşağıdakı cədvəldə təqdim edilən dəyişikliklər baş verir.

Cədvəl 14 Əmək haqqının artımı səviyyəsi ilə əmək məhsuldarlığının

artım tempinin qarşılıqlı əlaqəsi N Adı Maya dəyəri Mənfəət

1 Əmək məhsuldarlıüı əmək haqqına nisbətən kiçik sürətlə artırsa

2 Əmək məhsuldarlıüı əmək haqqına nisbətən böyük sürətlə artırsa

Ona görə də əgər biz istəyiriksə ölkəmiz zəngin olsun, müəssisələrimiz dünya bazarında rəqabət apara bilsin, onda çalışmalıyıq ki, əmək haqqının artım tempi əmək məhsuldarlığının artmından çox olmasın!

Əmək resurslarının

təkamülü (tədrici inkişafı) İnsanın mövcud olduğu bütün tarix boyunca işəgötürənlər öz işçilərinin

Page 106: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

106

itaətkarlığına nail olmaq məqsədilə müxtəlif üsullar axtarıblar. Mühüm tarixi dövrlərdən olan quldarlıq quruluşunda faktiki olaraq qulların haqqı ödənilməyən əməyindən istifadə edilirdi. Sonrakı feodal quruluşunda da feodallar öz təhkimçiliyində olan rəiyyətlərinin əməyini istismar edərək, onlara yalnız yaşaması üçün zəruri olan qədər əmək haqqı verirdilər. XIX əsrin sonu XX əsrin əvvəllərində kapitalist quruluşunun bütünlüklə ayaq üstə durduğu dövrlərdə də işəgötürənlər öz məqsədlərinə nail olmaq üçün müxtəlif vasitələrdən istifadə edirdilər. Onlardan başlıcaları bunlar olmuşdur:

"Qara siyahı"ların tərtibi. Bu zaman əmək haqqının yüksəldilməsini, əmək şəraitinin yaxşılaşdırılmasını tələb edən aktiv fəhlələrin ad və soyadları xüsusi siyahılara salınırdı. Və bir-birilə həmrəylik nümayiş etdirən sahibkarlar belə siyahılarda adı olan fəhlələri öz firmalarında işə götürmürdülər.

İkinci üsul - lokautdur. Bu zaman fəhlələri öz tələblərindən və tətildən əl çəkməyə məcbur etmək üçün sahibkarlar müəssisəni müvəqqəti olaraq bağlayıb işçiləri kütləvi surətdə işdən çıxarmağa üstünlük verirdilər. Sahibkarlar bu müddət ərzində zərərə dözərək, məvacibsiz qalan fəhlələri ölüm aclığına qədər işsiz qoyurdular.

Üçüncü üsul - "ştreykbrexerlərin tutulması"dır. Sahibkarlar yüksək maaş tələb edən aktiv fəhlələri işdən qovur və onların yerinə daha az maaşla işləməyə razı olanları (ştreykbrexerlər) işə götürürdülər. Ştreykbrexerlər - satqınlar, xainlər mənasında işlədilir.

Dördüncü üsul - "sarı itlər" kontraktlarıdır. Bu üsula görə, hər bir fəhlə ilə fərdi kontrakt imzalanırdı ki, həmin fəhlə yeni həmkarlar təşkilatı yaratmır və mövcud olanların heç birinə daxil olmur, eləcə də əmək haqqının artırılması uğrunda mübarizə aparmır. Əgər, fəhlələr bu şərtə əməl etməzlərsə, onda onlar dərhal işdən azad edilirdi. Əlbəttə ki, bir çox hallarda muzdlu fəhlələr belə şərtlərlə razılaşmır, işə götürənlərin bu cür siyasətinə etiraz edir və özünün əməyinə görə ödənilməli olan haqların qaldırılması uğrunda müxtəlif vasitələrlə mübarizəyə üstünlük verirdilər. Bu məqsədlə, onların istifadə etdikləri çoxsaylı mübarizə üsullarına aşağıdakıları aid etmək olar.

1. Tətil - müəssisədə iş fəaliyyətinin işəgötürənin əmək şəraitini yaxşılaşdırmağa və ya maaşları artırmağa razı olmadığı müddətdə dayandırılması deməkdir.

2. İkinci üsul daha maraqlıdır. Ona "qayda üzrə iş" deyilir. Bu halda - işçilər işi dayandırmır, lakin bütün tələblərə və təlimatlara ciddi surətdə əməl etməklə çox asta templə işləyirlər. Belə olan halda, həmin müddət ərzində əməyin məhsuldarlığı azalır və son nəticədə də ona müvafiq olaraq sahibkarın mənfəəti aşağı düşür. Bu üsuldan ilk dəfə olaraq dünya praktikasında italyalı fəhlələr istifadə ediblər.

3. Həmkarlar ittifaqlarının təşkili. Həmkarlar ittifaqı eyni peşədən olan fəhlələrin və ya öz müəssisələrinin eyni profilli sahə işçilərinin əmək hüquqlarını, sosial maraqlarını qorumaq məqsədilə yaradılmış birliyidir. Bu birliyin gücü ilə işəgötürənləri əmək şəraitini yaxşılaşdırmağa, həmkarlar təşkilatlarının üzvlərinin məvaciblərini artırmağa məcbur etmək məqsədi güdülürdü.

Page 107: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

107

XX əsrin əvvəlləri və ortalarında əmək bazarında alqı-satqı bütün mübarizə üsullarından istifadə edilməklə aparılırdı. Bu tarix həmkarlar ittifaqlarının fəaliyyətinin çiçəkləndiyi dövrdür. Bu dövr də məhz həmkarlar ittifaqlarının aktiv fəaliyyəti və təzyiqi ilə yüksək inkişaf etmiş hazırki dövlətlərdə işləyənlər çoxsaylı sosial problemlərinin həllinə nail olmuşdur.

XX əsr həm də bu ölkələrdə həmkarlar ittifaqı hərəkatlarının süqutunun başlandığı dövr olaraq da yadda qalır.

Məsələn, 50-ci illərin sonunda ABŞ-da həmkarlar təşkilatlarında işçilərin 35 faizi cəmləşmişdirsə, 90-cı illərdə onların xüsusi çəkisi 17 faizdən də aşağı düşmüşdür. Fransada 90-cı illərlə həmkarlar ittifaqlarında fəhlələrin 12 faizi təmsil olunurdu.

Bu dəyişiklik onunla izah olunur ki, bu ölkələrdə bazar iqtisadiyyatının inkişafı artıq sosial təmayülə meyllənmişdir. Deməli, işəgötürənlə işçi arasındakı ziddiyyətlər və ikincilərin müvafiq birliklər vasitəsi ilə mübarizəsi iqtisadiyyatın yüksək inkişafı şəraitində səngiyir. Lakin bazar münasibətlərinə yenicə qədəm qoymuş dövlətlərdə işəgötürənlə işçi arasındakı münaqişələr mövcud olduğundan, bu tip ölkələrdə hələ də həmkarlar ittifaqının yaradılması aktual problemlərdən hesab olunur.

Xatırladaq ki, 1990-cı illərin əvvəllərində respublikamıza xarici investisiyaların axını başlayarkən, əcnəbi sahibkarların ən birinci sualı ondan ibarət idi ki, sizdə həmkarlar təşkilatı varmı? Sovet dövründən bizə miras qalan və əslində işçilərin maraqlarını formal şəkildə müdafiə edən və onu qorumaq qabiliyyətinə malik olmayan həmkarlar təşkilatının mövcudluğu onları xeyli sevindirmişdi.

Təcrübə göstərir ki, hansı ölkələrdə ki, xalqın həyat səviyyəsi yüksəkdir, həmin ölkələrdə əmək bazarındakı münasibətlər nisbətən az problemlərlə qurulur.

Bu gün dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda iş qüvvəsinin alqı-satqı mexanizmi 2 variantda həyata keçirilir: fərdi əmək kontraktları və kollektiv müqavilələrlə.

Fərdi əmək kontraktı-işəgötürən və işçilər arasında əmək şəraiti, əmək haqqının həcmi və ikitərəfli danışıqlar nəticəsində əldə olunan digər şərtlər daxilində bağlanmış sazişdir.

Kollektiv müqavilə ondan nə ilə fərqlənir? İlk növbədə, işçilər həmkarlar ittifaqı təşkilatlarına yazılmaq hüququna malik olur ki, bu da əmək münasibətlərinin bütün aspektlərini əhatə etməklə, hər iki tərəfin maraqlarını nəzərə alır. 1998-ci ildə yapon- amerikan avtomobil şirkətinin rəhbərliyi və həmkarlar ittifaqı arasında bağlanmış kollektiv müqavilədə qeyd olunur:

"Ümumi məqsədlərə nail olmaq üçün işçilərin yaşayış şəraitinin keyfiyyətinin yüksəldilməsi və bu işin dəstəklənməsi vacibdir. Çünki, belə olan halda onların ailələri də bir komanda olaraq ucuz qiymətə daha yaxşı avtomobil buraxılışı barəsində düşünməyə məcbur olur və elə bil ki, bu məqsədlə özünə əlavə bir öhdəlik götürür".

Müqavilədə işçilərin şirkətin prinsip və qaydalarına müvafiq surətdə əməl

Page 108: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

108

etməklə işləmək öhdəliyi də razılaşdırılır. Bu müqaviləyə görə, şirkət işçini yalnız alternativsiz iqtisadi zərurət yarandıqda, müdiriyyətin göstərişi ilə ixtisarlar aparılanda əvvəlcədən xəbərdarlıq etməklə işdən azad edə bilər.

Bütün bunlarla yanaşı, bu və ya digər əmək razılaşmalarından yüksəkdə həmişə hər bir ölkənin əmək qanunvericiliyi durur.

Bu isə o deməkdir ki, əmək sazişləri özündə işçinin işə götürülməsi qaydası, əməyinin ödənilməsi forması və ölçüsü, müqavilənin ləğv edilməsi ilə bağlı ölkə qanunvericiliyinin prinsiplərini nəzərə almalıdır.

Əmək münasibətləri ilə bağlı bütün normalar "Əmək Məcəlləsi"ndə cəmləşir. Bu Məcəllə ilə işə götürənin və işçinin fəaliyyət çərçivəsi müəyyənləşdirilir.

Məsələn, "Məzuniyyətlər haqqında" Qanuna görə, hər işçiyə illik məzuniyyət haqqı ödənilməli və onun müddəti deyək ki, müəyyən kateqoriya işçilər üçün 30 təqvim günü təyin olunmalıdır. Bu o deməkdir ki, firma öz işçisinə məzuniyyət verməlidir, lakin onun müddəti nə 45, nə də ki, 60 təqvim günü, eləcə də 30 gündən az da ola bilməz. Buna onun hüququ çatmır!

Mütləq olaraq demək mümkündür ki, əmək bazarı bir sıra xüsusiyyətlərini çıxmaq şərtilə digər bazarlara oxşardır.

Bu xüsusiyyətlər hansılardır? Əvvəla, o dövlət tərəfindən müvafiq qanunların qəbulu yolu ilə daha sərt formada tənzimlənir.

Kollektiv müqavilə ilə tənzimlənmədə hüquqi prosedurların yaratdığı inzibati və iqtisadi münasibətlərdə sərtlik daha çox hiss olunur.

Bütün bunlar tələb və təklif qanununun azad fəaliyyətini məhdudlaşdırmaqla müvafiq surətdə əməyin qiymətinə, daha doğrusu əmək haqqının bazar səviyyəsinə təsir göstərir.

Bu bazarın daha bir xüsusiyyəti bazarda qiymətlərin aşağı düşməsinin müəyyən həddinin mövcudluğudur.

Bu çox vacibdir! Əgər, hər hansı bir mal satılmırsa, sahibkar onun qiymətini aşağı salır ki, heç olmasa zərərini azaltsın.

"İş qüvvəsi"nin satılması zamanı isə minimal qiymət müəyyənləşdirilir ki, o ondan aşağı qiymətə satıla bilməz. Bu qiymət yaşayış minimumu adlanır. Yaşayış minimumu insanların fizioloji normadan aşağı olmayan səviyyədə yaşaması üçün zəruri ərzaq məhsullarını, həmçinin digər tələbatlarını, o cümlədən geyim, mənzil xidmət haqqı, nəqliyyat xidməti, gigiyena və sanitariya əməliyyatları həyata keçirmək üçün tələb olunan gəlirlərinin səviyyəsidir.

Hər hansı bir ölkənin iqtisadi vəziyyəti araşdırılarkən minimum əmək haqqı və orta aylıq əmək haqqı kimi göstəricilərdən istifadə olunur. Hökumət tərəfindən sosial normativ kimi minimum əmək haqqı həddi müəyyənləşdirilir.

Müxtəlif ölkələrdə mütəxəssislər tərəfindən bu hədd elə səviyyədə müəyyənləşdirilir ki, o səviyyədə gəlirlərə malik olan vətəndaşlar acından və digər səbəblərdən xəstələnməsin, ölməsin.

Məsələn, 1988-ci ildə keçmiş SSRİ-də, deməli həm də Azərbaycanda da bu göstərici il ərzində ailənin 1 üzvü üçün 1271 manata (106 manat x 12 ay) bərabər

Page 109: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

109

idi. 1991-ci ilin qiymətləri ilə həmin göstərici 3144 manat olub (262 manat x 12 ay). Respublikamızda milli valyutanın (manatın) dövriyyəyə buraxılışından sonra keçid dövrü ilə əlaqədar yaranmış iqtisadi böhranın, həm də inflyasiya ilə müşahidə olunması nəticəsində müstəqil ekspertlərin hesablamalarına görə, bu göstərici xeyli dəyərsizləşmişdi. Hazırda Həmkarlar İttifaqları Konfederasiyasının son hesablamalarına görə minimum istehlak büdcəsinin 2003-cü il ərzində aylıq dəyəri orta hesabla 360 min manat olub. Azərbaycanın da üzv olduğu Beynəlxalq Əmək Təşkilatının 131 saylı Konvensiyasına görə hər bir ölkədə minimum əmək haqqı səviyyəsi minimum istehlak büdcəsinin dəyəri götürülür və minimum əmək haqqı əsassız olaraq müəyyənləşdirilən aşağı əmək haqqının qarşısını almaq üçün tətbiq edilir.

Buna baxmayaraq, keçid iqtisadiyyatlı dövlətlər arasında bir sıra ölkələrdə minimum əmək haqqı məbləği minimum istehlak büdcəsi səviyyəsindən aşağıdır. Bu hal Azərbaycan üçün də xarakterikdir. Sistem dəyişikliyi ilə əlaqədar olaraq 90-cı illərin ortalarınadək davam edən tənəzzül ölkə əhalisinin kasıblaşmasını səciyyələndirməklə yanaşı, əməyin düzgün qiymətləndirilməsinə də mənfi təsir göstərdi. Hazırda iqtisadiyyatda artım baş verdiyi indiki halda həmin səviyyələrin biri-birinə tədricən yaxınlaşdırılması prosesi gedir. Belə ki, 01 iyul 2004-cü ildən etibarən Azərbaycanda minimum əmək haqqı səviyyəsi 100 min manat təyin olunub.

Əməyin diskriminasiyası

Əməyin diskriminasiyası nədir? Bu, birinin işinə və yaxud xidmətlərinə görə vəzifəyə irəli çəkilməsinə digəri ilə

müqayisədə üstünlük verilməsi və yüksək tutulmasıdır. Belə olan halda bu istiqamətli qərar qəbul edərkən işçilərin nə əmək vərdişi, nə qabiliyyəti, nə də ki, bacarıüı nəzərə alınmır. Müasir dünyada belə hallarla hələ də irqi, milli ayrı-seçkiliklər zamanı rastlaşmaq mümkündür. Lakin hazırda daha çox rastlaşdıüımız diskriminasiya halları cinsi əlamətlər (kişi və qadın) üzrə qeydə alınır.

Diskriminasiyanın qurbanı olaraq çoxlu sayda işləyənlər bu prosesdən əziyyət çəkdiyinə görə, o son nəticədə hamıya mənfi təsir göstərir. Axı diskriminasiya nəticəsində hansısa istedadlı işçi işləməkdən və ya xidmətinə görə irəli çəkilməkdən kənarlaşdırılır. Deməli, belə olan halda biz insan resurslarından maksimum dərəcədə səmərəli istifadə edə bilmirik.

Biz əmək bazarından və orda mövcud olan tələb və təklif qanunundan danışarkən, tələb və təklifin fəaliyyətinə təsir göstərən qeyri-bazar qüvvələrindən söhbət açmamışdıq.

Diskriminasiya - qeyri-bazar qüvvələrinə əyani nümunələrdən ən birincisidir. Belə ki, onun nəticəsində qadın bacardıüı, lakin ənənəvi olaraq kişi işi hesab edilən hansısa bir işi görməkdən imtina edir. Bu nəyə gətirib çıxaracaq? Bu fəaliyyət sferasında kişilərin işçi qüvvəsinin təklifi aşaüı və onun nəticəsi olaraq əmək haqları yüksək olur.

Əmək bazarında digər qeyri-bazar qüvvələri də fəaliyyət göstərir.

Page 110: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

110

Belə qüvvələrə "iş qüvvəsinin mobilliyi" deyilir. Bütün dünyada insanların hamısı daimi olaraq öz əməklərini daha baha qiymətə satmaüa çalışır. Hazırda müşahidə olunan böyük miqrasiyalar bununla izah oluna bilər. Bizdən fərqli olaraq Sizlərə bunu təsvir etmək nisbətən çətindir. Çünki, siz ən azı sovet quruluşunda yaşamamısınız. Belə ki, bizdə uzun müddət daimi yaşayış yerindən çox da kənarda olmayan, daimi iş yeri üstün tutulmuşdur. Nəticədə biz "çətin yoxuş" qarşısında dayanmışdıq. Çoxlu insanlar bilsə də ki, başqa regionda maaşlar yüksəkdir, buna baxmayaraq bir çox hallarda ora köçməkdən imtina ediblər. Bunun müxtəlif səbəbləri olub: xəstə və ya qoca valideynlərə, iqlimə və sairə görə.

Bütün bunlar ən yeni tariximizdə - sovetlər dönəmində baş vermişdir. Nəticədə də qeyd olunan regionda əməyin təklifinin aşaüı səviyyəsi və müvafiq

olaraq yüksək əmək haqqı əvvəlkitək sabit qalmışdır.

Əməyin stimullaşdırılması Biz sizinlə artıq işə götürülmə ilə əlaqədar danışmışıq. Fərz edək ki, siz də

həmin qaydalarla işlə təmin olunmusunuz. Bu vaxtdan etibarən, iqtisadi münasibətlərin iştirakçılarının (işçi və işəgötürənin) qarşısında yeni problemlər əmələ gəlir:

- işçi fikirləşir ki, necə etmək olar ki, öz əməyinə görə yüksək məvacib alsın. - işəgötürən isə düşünür ki, necə edim ki, işçi daha yüksək məhsuldarlıqla

çalışsın. İnsanlar əməyin stimullaşdırılmasının müxtəlif üsullarını bilsələr də, onlardan

əsasları aşaüıdakılardır: - əmək haqqı vasitəsilə stimullaşdırma - işçiləri işlədiyi müəssisənin sahibliyinə və yaxud da idarəetmə heyətinə cəlb

etmək. Əvvəlcə əmək haqqı vasitəsilə stimullaşdırmanı aydınlaşdıraq. Bütün dünyada ən çox rastlaşdıüımız əməyin ödənilməsi forması vaxta və işə

muzddur. Vaxtamuzd zamanı işçi müəyyən vaxt ərzində öz vəzifə öhdəliklərini yerinə

yetirdiyinə görə maaş alır. Məsələn, gözətçi müəyyən olunmuş məvacibi ona görə alır ki, o üç gündən bir axşam saat 9-dan səhər saat 7-yə qədər obyekti qoruyur. Onun əmək haqqının səviyyəsi vaxtdan asılı olaraq dəyişir. Daha doürusu, o iki gündən bir işləyirsə, onda yüksək maaş alacaq. Əməyin ödənilməsinin vaxtamuzd formasına görə, işçi yerinə yetirdiyi hər bir məmulatın buraxılışına görə əmək haqqı alır.

Məsələn, xarrat istehsal etdiyi pəncərə və qapıların sayından asılı olaraq məvacib qazanır. O nə qədər çox istehsal edərsə, bir o qədər də çox qazana bilər. Hər iki sistem sadə olduüuna görə bütün dünyada çox yayılıb.

Əməyin ödənilməsinin vaxtamuzd formasında əmək haqqının səviyyəsi görülmüş iş saatlarının miqdarından birbaşa asılıdır.

Əməyin ödənilməsinin işəmuzd formasında əmək haqqı yerinə yetirilmiş

Page 111: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

111

istehsalat əməliyyatlarının və ya hazırlanmış məhsulların miqdarından birbaşa asılıdır.

Əməyin stimullaşdırılmasının ikinci forması bütün dünyada geniş yayılsa da, bizim ölkəmizdə hələ ki, çox tətbiq olunmur.

Səbəblər çox olsa da, başlıca səbəb ölkədə bazar iqtisadiyyatının zəif inkişafı, özəl istehsalçıların sayının azlıüı ilə izah oluna bilər.

Gəlin aydınlaşdıraq görək, bu nə ilə yekunlaşa bilər? Bu formanın mahiyyəti ondan ibarətdir ki, burda işçinin müvəffəqiyyəti yalnız

şəxsi göstəricilər üzrə deyil, müəssisə üzrə bütövlükdə qiymətləndirilir. Psixoloqların rəylərinə görə, hər bir işçi müəssisənin idarəedilməsində iştirak

etməkdə maraqlıdır, o bununla hörmətli olmaüa can atır. Bir sözlə, insanlar firmaların uüurlarında iştirakdan zövq alırlar.

Yeri gəlmişkən qeyd edək ki, əməyə münasibətdə belə yanaşmaya ilk dəfə olaraq Asiyada, konkret surətdə Yaponiyada üstünlük verilib. Bu daha çox hər bir şəxsiyyətə, güclü menecerlərə, bir sözlə fərdiliyə ünvanlanıb. Hazırda Avropa ölkələri və ABŞ da "uüurda iştirakın Yapon modeli"ndən bəhrələnməyə çalışırlar.

Əməyin ödənilməsindən söhbət edərkən, pensiya "stimullaşdırılması"na xüsusi fikir vermək lazımdır. Siz gəncsiniz, sizə elə görsənir ki, həyat əbədidir, lakin hər bir insan qocalmaüa məhkumdur.

Mövcud əmək qanunvericiliyinə görə hər bir vətəndaşa işləməyə görə də zaman məhdudiyyəti tətbiq olunur. Azərbaycanda müvafiq qanunvericiliyə görə, qadınlar 56, kişilərsə 61 yaşında təqaüdə çıxırlar. Yaxın gələcəkdə pensiya yaşının qadınlar üçün 60-a, kişilər üçünsə 65-ə çatdırılması nəzərdə tutulub. Hesab olunur ki, bu yaşdan sonra onlar normal əmək yükündən əziyyət çəkə bilərlər. Axı, həyat bu yaşda qurtarmır? Bəs bundan sonra nə ilə yaşamalı? Dövlət deyə bilər ki, bu problemi hər bir kəs özü həll etsin, mütləq həmin gün üçün vəsait yıüsın.

Təbii ki, belə yanaşma məntiqi cəhətdən də düz deyil. Çünki, hamının gəlirləri də eyni deyil, kimisi çox, kimisi isə az qazanır. Hər bir ölkədə pensiya təminatını ödəyən dövlət və ya qeyri-dövlət sığorta sistemi mövcuddur və bu sistemə görə təqaüd yaşlı insanın pensiya almaq hüququ vardır.

Pensiya - qanunla müəyyən edilmiş yaş həddinə çatan, əlil olan, ailə başçısını itirən vətəndaşların, habelə müəyyən peşə fəaliyyəti ilə baülı olaraq uzun müddətli əmək qabiliyyətsiz şəxslərin maddi təminatı üçün dövlət büdcəsindən və büdcədənkənar xüsusi fondlardan verilən aylıq pul ödəməsidir.

Əksər ölkələrdə pensiyaların məbləüi orta əmək haqlarının 50-80 faizi həcmində müəyyənləşdirilir.

Пенсийа - вяtяndаşларыn г аnуnла мцяййяn oлуnмуş йаşdаn баşлайараг , иşляdийи илляриn сайыndаn асылы oлараг алdыüы pул вясаиtиdир.

Page 112: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

112

İ q t i s a d i f i k i r t a r i x i n d ə n

Karl Marks (1818 - 1883)

Alman iqtisadçısı və filosofu Karl Marks – bəşər

tarixinin ən görkəmli şəxslərdən biridir. 1841-ci ildə Berlin universitetini bitirən və hüquq elmləri doktoru dərəcəsini alan Marks elmi və siyasi fəaliyyətinə başlayıb. Ömrünün çox hissəsini emiqrant kimi İngiltərədə keçirtməyə məcbur olub. Marks belə nəticəyə gəlib ki, insanlar arasındakı iqtisadi münasibətlər cəmiyyətin ictimai həyatının quruluşunu müəyyən edir. Buna görə də iqtisadi hadisələrin təhlili onun cəmiyyətin inkşafı haqqında nəzəriyyəsinin əsasını təşkil edib. Marksın iqtisadi nəzəriyyəsinə görə kapitalistlər muzdlu işçiləri istismar edir, yəni onlara bütün əmək haqlarını yox, ancaq əmək haqlarının minimum hissəsini, yəni fəhlənin və onun ailəsinin mövcudluğu üçün imkan yaradan qədərində məbləği ödəyir. Buna görə də proletariat və burjuaziya arasında olan ziddiyyət dəfedilməzdir. Onun qənaətincə, fəhlələr istismardan qurtulmaq üçün, cəmiyyətdə siyasi hakimiyyəti ələ almalı və bütün kapitalı ictimai mülkiyyətə çevirməlidirlər.

Marksın fikrincə, gələcəkdə sinifsiz kommunizm cəmiyyəti qurulacaq. Burada hər kəs bacardığı qədər işləyib və öz ehtiyaclarına uyğun olaraq cəmiyyət tərəfindən yaradılmış məhsul payını alacaq. Belə cəmiyyətdə hər kəs ictimai maraqları öz maraqlarından üstün tutacaq.

Marksın ən tanınmış işləri Engelslə birgə yazılan «Kommunist partiyasının Manifesti» (1848) və «Kapital» (1867) əsərləridir.

Xülasə:

Əmək bazarı insanlara iş tapmağa imkan verən üsuldur. Eyni zamanda əmək bazarı müxtəlif firma və təşkilatlara onlara lazım olan işçini tapmağa imkan verir.

Bu bazarda digər bazarlarda mövcud olan qanunlar hökm sürür. Daha doğrusu tələb və təklif qanunları.

Konkret əmək üzrə tələb və təklif əyrilərinin kəsişmə nöqtəsi, bu əməyin bazar qiymətini, daha doğrusu əmək haqqını göstərir.

Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda da iş qüvvəsinin alqı-satqısının 2 mexanizmindən istifadə olunur: fərdi əmək müqaviləsi və kollektiv müqavilə.

Page 113: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

113

Əməkdə diskriminasiya o zaman olur ki, işçi seçilərkən, vəzifəsi artırılarkən və s. heç bir əsas olmadan ona fərq qoyulur.

Müzakirə üçün suallar:

1. Əhalinin artımı ölkənin iqtisadi artımına hansı formada mane ola bilər? 2. Fərz edək ki, Həmkarlar İttifaqlarının rəhbərisiniz. Siz ilk dəfə işəgötürənlə

danışıqlar aparırsınız. Kollektiv müqaviləyə mütləq daxil etmək istədiyiniz bəndlərin siyahısını tərtib edin.

TEST

6.1. Əmək bazarı: a) İnsanlara iş, onlara bu təşəbbüsdə kömək edəcək təşkilatı tapmağa imkan verən vasitədir b) İşsizlərin onlara iş təklif olunacağı ümidilə toplaşdığı yeganə yerdir c) İşsizlərin onlara iş təklif olunacağı ümidilə respublikada və şəhərin müxtəlif yerlərində toplaşdığı məkandır. 6.2. Əmək bazarında işləyir: a) Yalnız Tələb qanunu b) Yalnız Tələb və Təklif qanunları c) Yalnız Təklif qanunu d) Digər «qeyri-bazar» qüvvələri nəzərə alınmaqla əsasən Tələb və Təklif qanunları 6.3. «Əməkdə diskriminasiya» nəticəsi olaraq: a) İnsanlar əla yaşayır b) Biz insan resurslarını maksimum səmərəli istifadə etmirik c) İnsanlar təhsildən imtina edirlər d) Biz insan resurslarını maksimum səmərəli istifadə edirik

?

? !

Page 114: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

114

Yeddinci fəsil

Bu fəsli oxuyarkən aşağıdakı termin və anlayışlara diqqət yetirin:

• «Makroiqtisadiyyat» nəyi

öyrənir?

• Dairəvi axınlar

• Makroiqtisadi nəticələri necə ölçməli?

• Milli gəlir, məşğulluq və

iqtisadi sabitlik

• ÜDM və ÜMM: «ikili hesabın» istinası

Bu fəsilə girişdən öncə xatırladaq ki, makroiqtisadiyyat iqtisadiyyatın vahid tam kimi öyrənilməsi ilə məşğul olur.

Gəlin xatırlayaq ki, əvvəlki fəsillərdə bizim öyrəndiyimiz münasibətlər sisteminə istehlakçılarla istehsalçıların və həmçinin insanlarla şirkətlərin davranışı daxil idi. Bu fəsildə isə həmin münasibətlər sisteminin daha mürəkkəb formaları ilə tanış olacağıq. Belə münasibətlərin çərçivəsi insanlarla, şirkətlərlə məhdudlaşmır. Artıq bir azdan biləcəyik ki, həmin münasibətlərin fəaliyyət dairəsində dövlət, müxtəlif bazarlar (əmək, əmtəə və s.) və ev təsərrüfatları da çıxış edir. Gəlin, əvvəlcə adı çəkilən iştirakçılar arasında qarşılıqlı münasibətləri sadələşdirilmiş şəkildə aşağıdakı sxemin köməyi ilə təsvir edək.

2

Page 115: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

115

4

3 1 Şəkil 30. Ev təsərrüfatları və şirkətlər arasında qarşılıqlı əlaqə Sxemdən göründüyü kimi, öncə insanlar şirkətlərə öz əmək qabiliyyətlərini (1)

təklif edirlər və öz əmək resurslarının əvəzində isə qazanılan haqqı- məvacibi (2) alırlar. Artıq insanlarda pul olandan sonra, onlar əmtəə və xidmətlər əldə etməyə başlayırlar və bu məqsədlə şirkətlərə pul təklif edirlər (3), əvəzində isə əmtəə və xidmətlər alırlar (4). Lakin iqtisadiyyatda fəaliyyət göstərən qarşılıqlı münasibətlər sisteminin 2 iştirakçışından (insanlar və şirkətlərdən) başqa 3-cü iştirakçı da mövcuddur- bu dövlətdir. Belə olan halda, biz dövlətin həm insanlarla və həm də şirkətlərlə qarşılıqlı münasibətlərini araşdırmalıyıq. Bildiyimiz kimi, insanlar və şirkətlər hər biri öz xidmətlərini fərqli bazarlarda təklif edirlər. Daha doğrusu, insanlar iş qüvvəsini əmək bazarında satır və həmin bazarda da şirkətlər onları əldə edir. Şirkətlər də məhsul və xidmətlərini əmtəə bazarında satışa çıxarır və insanlar da öz növbəsində həmin bazarlardan əmtəə və xidmət alırlar. Lakin şirkətlər istehsallarını qurmaq üçün yalnız əmək bazarına müraciət etmir və əlavə olaraq digər bazarlardan xammal, material və kapital alırlar. İndiki halda bu münasibətləri daha da aydınlaşdırmaq məqsədilə qarşılıqlı münasibətlər sxemini bir az da mürəkkəbləşdirmək mümkündür. Bu sxemi aşağıdakı kimi təqdim etmək olar (bax: şəkil 31).

8 11 7 10 6 12

5 9

Ев тясяррцфаты

Ширкятляр

Page 116: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

116

Şəkil 31. Ev təsərrüfatları, firmalar və dövlət arasında olan

qarşılıqlı əlaqə İndi isə gəlin, bu nisbətən mürəkkəb sxemə istinadən ayrıca götürülmüş formada

insanlarla dövlətin qarşılıqlı münasibətlərinə nəzər yetirək. Sxemdən göründüyü kimi insanlar yalnız şirkətlərə deyil, dövlətə də öz əməyini və bacarığını təklif edirlər. Belə ki, onlar dövlət xidmətində və şirkətlərində, ayrı-ayrı büdcə idarələrində (dövlət büdcəsindən maliyyələşdirilən), o sıradan qanunvericilik, icra, hüquq-mühafizə orqanlarında və s. təşkilatlarda (5) çalışırlar. Onlar bu və ya digər fəaliyyətə sərf etdikləri əməklərinin əvəzində dövlətdən əmək haqqı (6) alır. Bütün insanlar, hansısa şirkətdə və yaxud dövlət bölməsində işləməsindən asılı olmayaraq, öz gəlirlərindən dövlətə vergi ödəyirlər (7) və onun əvəzində dövlətdən ictimai əmtəə və xidmətlər (8) alırlar.

Növbədə şirkətlərlə dövlətin qarşılıqlı münasibətləridir. Diqqət yetirsək görərik ki, dövlət özü firmalar üçün sifarişçi rolunda çıxış edir. O firmalara (dövlət və özəl şirkətlərə) pul ödəyir (9), əvəzində isə əmtəə və xidmətlər əldə edir (10).

Bu sistemdə mövcud olan qarşılıqlı münasibətlər sistemini daha dərindən mənimsəmək üçün, diqqətimizi bu məqama çəkək. Biz artıq bilirik ki, ictimai əmtəə və xidmətlərin təklifi dövlətin iqtisadi funksiyalarından biridir. Məsələn, ölkənin xariclə sərhədlərinin mühafizəsi. Bunun üçün dövlətə bu funksiyanı yerinə yetirmək məqsədilə güclü, döyüş qabiliyyətli ordu lazımdır. Ordunu isə saxlamaq üçün əsgəri paltar, ayaqqabı, silah və gündəlik yeməklə təmin etmək tələb olunur. Buna görə də dövlət şirkətlərə pul ödəyir va onlara hərbi paltar, ayaqqabı, silah, sursat və s. sifariş

фирмалар

Дювлят

Page 117: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

117

verir. Şirkətlər insanlardan (3) və dövlətdən (9) pul alıb, istehsal xərclərini ödəyir,

yerdə qalan məbləği isə mənfəət formasında bölüşdürürlər. Biz bilirik ki, şirkətlər mənfəətinin bir hissəsini dövlətə vergi kimi ödəyirlər (11), əvəzində dövlətdən subsidiya və dotasiyalar alırlar (12).

"Subsidiya nədir?" Deyə bilərsiniz ki, subsidiya bir sıra sosial cəhətdən vacib iqtisadi sahələrin müəyyən xərclərini dövlətin öz üzərinə götürməsidir. Bu, əsasən kənd təsərrüfatı və energetika sahəsində baş verir. Məqsəd də ondan ibarətdir ki, o sahədə qiymətlər tənzimlənsin, mal və xidmət buraxılışının xərcləri azalsın, məşğulluq təmin olunsun və s. Axı hər bir dövlət istehsal həcminin artmasında, bütün əhalinin məşğulluğunda, qiymətlərin sabit saxlanılmasında maraqlıdır.

Subsidiya - dövlət büdcəsindən aşağı səviyyəli büdcələrə, o cümlədən yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir.

Dotasiya - dövlət büdcəsindən aşağı səviyyəli büdcələrə, o cümlədən yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək üçün əvəzsiz verilən maliyyə vəsaitidir.

Beləliklə də makroiqtisadiyyat iqtisad elminin bir sahəsi kimi aşağıdakı sualları araşdırır və onlara cavab verməyə çalışır.

- Nə üçün istehsal və məşğulluq tez-tez aşağı düşür? - İşsizliyi necə azaltmalı? - İnflyasiyanın səbəbləri nədir və onu nəzarət altında necə saxlamaq olar? Bu problemlərin həlli üçün sadə düsturlar mövcud deyil. Hələ bu azmış kimi

qoyulmuş problemlərin həllinin müxtəlif səviyyələrində onlar arasında ziddiyyətlər meydana çıxır. Gəlin əvvəlcə makroiqtisadi siyasətin əsas məqsədini müəyyən edib, bu fəsildə araşdırmaq istədiyimiz 2 başlıca suala cavab verməyə çalışaq:

- İqtisadçılar iqtisadiyyatın məcmu nəticələrini necə qiymətləndirirlər? - Yuxarıda sadalanan məqsədlərə çatmaq üçün tələb olunan iqtisadi siyasətin

alətləri hansılardır?

MAKROİQTİSADİ NƏTİCƏLƏRİ NECƏ QİYMƏTLƏNDİRMƏK OLAR?

Bu məqsədlə iqtisadçılar adətən bir neçə göstəricidən istifadə edirlər. Bu

göstəricilər arasında ən vacibləri ümumi daxili məhsul (ÜDM), məşğulluğun səviyyəsi və inflyasiyanın tempidir. İqtisadi fəaliyyətin son nəticəsi əmtəə və xidmətlərin təminatı ilə bağlıdır. İqtisadiyyat üçün mənzil tikintisi, ərzaq, paltar toxunuşu, insanların təhsili və əyləncəsindən vacib nə ola bilər?

ЦДМ - мцяййян дювр ярзиндя юлкядя истеhсал олунмуш вя сатылмыш бцтцн мяhсул вя хидмятлярин сон дяйяридир.

Page 118: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

118

İqtisadçılar adətən iqtisadi fəaliyyətin son nəticəsini qiymətləndirmək üçün digər

göstəricilərdən də istifadə edirlər. Onlardan biri də ümumi milli məhsuldur (ÜMM). Ümumi milli məhsul (ÜMM) - ölkənin milli iqtisadi vahidləri tərəfindən

həmin ölkə daxilində və xaricində il ərzində istehsal olunmuş son (hazır) məhsulun bazar qiymətləri ilə ümumi dəyərini göstərir.

Bu göstəricilər nə ilə fərqlənir? Burada ilkin yanaşmadan gözəçarpan əsas fərq "daxili" və "milli" sözlərindədir. Bunu bir qədər geniş şəkildə aydınlaşdıraq.

Bizim respublikada müxtəlif dövlətləri təmsil edən çoxsaylı xarici şirkətlər fəaliyyət göstərir. İstehsal və ticarət sferasında yerli şirkətlərlə yanaşı Türkiyə, İran, Amerika, Yapon, Rusiya və s. ölkələrin şirkətləri də məşğuldur. Eyni zamanda ölkəmizdə səhmdarları bir neçə ölkədən olan çoxlu birgə şirkətlər də fəaliyyətdədirlər. Bundan əlavə, bizneslə həmçinin fiziki şəxslər də məşğuldurlar ki, onların da arasında müxtəlif ölkələrin vətəndaşlarına rast gəlmək olar.

Beləliklə, ÜDM - istehsalçıların “vətəndaşlığından” asılı olmayaraq, Azərbaycan ərazisinin hüdudları daxilində istehsal edilmiş əmtəə və xidmətlərin son dəyərini əks etdirir. ÜMM – yalnız Azərbaycan vətəndaşlarının bizneslə məşğul olduğu coğrafi məkandan asılı olmadan istehsal etdiyi əmtəə və xidmətlərin son dəyəridir. Məlumdur ki, müxtəlif səbəblərdən sayı milyonlarla olan Azərbaycan vətəndaşları Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdə, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq, Avropa və s. regionlarda yaşayır və bizneslə məşğul olurlar. Deməli, onların il ərzində yaratdıqları məhsul və xidmətlərin son dəyəri ÜMM-ə daxildir. Eləcə də, nəzərə alsaq ki, bəzi Azərbaycan şirkətləri digər ölkələrdə də filiallara malikdirlər, deməli onların da yaratdıqları əmtəə və xidmətlərin son dəyəri ÜMM-də nəzərə alınır. Hazırda müasir iqtisad elmində və iqtisadiyyatın idarəedilməsi praktikasında daha çox istifadə olunan göstərici ÜDM olduğundan diqqətimizi onun üzərində geniş cəmləyək. Bu məqsədlə həmin göstəriciyə yenidən nəzər salaq və onun nələri əks etdirdiyini dəqiq surətdə aydınlaşdıraq.

ÜDM - torpaq, əmək və kapital hesabına istehsal edilmiş əmtəə və xidmətlərin (kompüter oyunlarından dəzgahlara qədər) pulla ifadə olunan ümumi dəyəridir.

ÜDM iqtisadiyyatın nəticəsinin ümumi göstəricisidir. Onu 2 üsulla hesablamaq olar:

- gəlirlər və xərclər əsasında. Bu 2 üsul, demək olar ki, eyni nəticəlidir. Əgər, biz iqtisadiyyatda dairəvi

axınlar sxeminə diqqət yetirsək, görərik ki, əsas 2 axın mövcuddur: xərclərin və gəlirlərin axını, onlar da sonda bir-birinə bərabər olur. İqtisadiyyatda belə bir prinsip mövcuddur:

Birinin xərcləri = digərlərinin gəlirləri. Gəlin, bu bərabərliyin sağ və sol tərəfindən istifadə etməklə, ÜDM-i hesablayaq. Yenidən diqqətimizi ÜDM-in hesablanması məsələsinə yönəldək. Bu zaman

qarşıya çıxan əsas problem "ikili hesab" adlanır. Bu problemin aradan

Page 119: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

119

qaldırılmasının vacibliyini qiymətləndirmək üçün yaxın tariximizə nəzər yetirək. Xatırladaq ki, bir vaxtlar SSRİ adlanan dövlətin mövcudluğu vaxtında bütün

vacib müşavirələrdə, partiya qurultaylarında bildirilirdi ki, ölkədə cari ilin ÜDM göstəricisi keçən ilə nisbətdə artıb. Lakin, hətta belə «artım»ların davamlı olmasına baxmayaraq SSRİ-nin iqtisadiyyatında qeyri-adi bir vəziyyət yaranmışdı. Belə ki, əmtəə və xidmətlərin dəyər baxımından həcmi artdığı halda insanlar ildən-ilə müflisləşirdi.

Sizcə, bu necə ola bilərdi? Bu sualın bir neçə cavabı var: "İkili", bəzən hətta, "üçlü" hesab! Aşağıdakı misallarla tanış olduqdan sonra bu “hesab”ları daha yaxşı başa düşmək olar.

Fərz edək ki, müəyyən bir şirkət taxta materialları, yəni lövhə, parket, faner və s. istehsal edir. Şirkət məhsulunu müxtəlif qrup istehlakçılara satır.

Digər zavod isə vint, mismar buraxır və bazara çıxarır. Üçüncü şirkət isə istehlakçılara kimyəvi məhsullar, o cümlədən boya, lak, rəng və sair məhsullar təklif edir. Bu şirkətlərin hər biri öz növbəsində, istehsal etdiyi və satdığı məhsulun dəyəri haqqında hesabatlar verir.

Fərz edək ki, bu məhsulların istehlakçılarından biri də mebel fabrikidir. Belə olan halda mebel istehsalında hər 3 şirkətin məhsulu xammal və yarımfabrikat sayılır. Mebel istehsal edilib, satıldıqdan sonra, bu fabrik də satılan məhsulun həcmi barədə hesabat verir.

Gəlin, bir qədər əvvəl öyrəndiyimiz makroiqtisadi axınları yenidən yada salaq. Satılmış məhsulun dəyəri xammal və materialların dəyərini, əmək haqqını

örtməli və mənfəət əldə etməyi tə'min etməlidir. Başqa sözlə, mebelin dəyərində lövhə, faner, boya, lak, mıx və s.-nin dəyəri nəzərə alınıb.

Belə çıxır ki, ÜDM hesablananda bu materialların hər birinin dəyəri onun həcminə 2 dəfə daxil edilir. Birinci dəfə ayrı-ayrı istehsalçıların buraxılışı kimi, ikinci dəfə isə mebelin dəyəri ilə birlikdə.

Vaxtilə kapitalist ölkələri ikili hesabdan qaçmağa çalışırdılarsa, o zamanlar sosialist dövlətləri görünüş üçün ikili və üçlü hesabdan istifadə edirdi. Beləliklə də sovet dönəmində ÜDM "şişir" və ildən-ilə artım baş verirdi.

Bu problemin həllinə düzgün yanaşmaq üçün "son məhsul" termininin mənasını başa düşməliyik. Mümkündür ki, mismarlar, laklar, lövhələr və s. əmtəələr son məhsul kimi ÜDM hesablanmasında istifadə olunsun. Siz özünüz bu məhsulların hər birinin ayrı-ayrı təsərrüfat dükanlarında satıldığının şahidi olmusunuz. Lakin bizim misalımızda həmin məhsullar son deyil, aralıq məhsul olaraq çıxış edir və sonda mebelin dəyərinə daxil olur.

Bir sözlə, ÜDM-ün hesablanması zamanı başqa nemətlərin istehsalında istifadə olunan aralıq məhsul xaric edilir. ÜDM-in hesablanmasının problemi bununla bitmir. Belə ki, ÜDM-un hesablanmasında bir problem də özünü büruzə verir. Bu qiymətlərin dəyişməsi problemidir.

Heç kəsə sirr deyil ki, hər bir məhsul növü üzrə qiymətlərin zamandan asılı olaraq dəyişmək xüsusiyyəti mövcuddur və bu ilin göstəricisini keçən ilin

Page 120: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

120

göstəricisi ilə müqayisə edəndə belə dəyişiklik nəzərə çarpır. Bu məqsədlə, ÜDM-in nominal və real anlayışlarını bir-birindən fərqləndirirlər. Təsəvvürünüzə gətirin ki, ölkədə birinci il ərzində istehsal edilən əmtəə və

xidmətlərin dəyəri 100 mlrd. manatdır. Gələn il müvafiq göstərici 200 mlrd. manatadək artıb. Sizcə bu o deməkdirmi ki, ikinci il 2 dəfə çox əmtəə və xidmət istehsal olunub?

Bu suala doğru cavab vermək üçün ötən və bu ilin orta qiymətlərini müqayisə edib, "qiymət indeksini" tapmaq tələb olunur.

Fərz edək ki, əmtəə və xidmətlərin orta qiyməti keçən ilə nisbətən bu il 2 dəfə artıb. Bu o deməkdir ki, dəyər ifadəsində ÜDM-in artmasına baxmayaraq, natural ifadədə keçən ilki qədər əmtəə və xidmətlər istehsal edilib.

Beləliklə də yadda saxlayaq ki, ÜDM hesabat ilinin qiymətində nominal, müqayisə edilən ilin qiymətində isə real adlanır.

ÜDM-in hesablanmasında nələrin nəzərə alınıb-alınmamasına diqqət yetirək. Bunu bilməkdən ötrü əvvəlcə ÜDM-in xərclər üzrə hesablanması düsturu ilə tanış olmaq tələb olunur:

ÜDM= C+I+G+(X-M)

Burada, C-əmtəə və xidmətlərin alınmasına istehlakçıların çəkdiyi xərcdir; I - yeni binaların tikilməsinə, mexanizmlərin alınmasına və ehtiyatların

miqdarının dəyişməməsinə yönələn investisiya xərcləridir; G - əmtəə və xidmətlərin əldə edilməsinə yönələn dövlət xərcləridir; (X-M) – xalis ixracdır.

Bu ixracla (X) idxalın (M) fərqinə bərabərdir. Yəni, xarici ölkələrə satılan

əmtəə və xidmətlərlə başqa ölkələrdən alınan əmtəə və xidmətlərin qiymət fərqidir. Əgər, ixrac idxaldan çoxdursa fərq müsbət olub, ÜDM-i artıra bilər. Əksinə, idxal ixracdan çoxdursa onda fərq mənfi olub, ÜDM-i azalda bilər. Deyilənləri daha yaxşı başa düşmək üçün, mütləq nəzərdən qaçırmaq olmaz ki, ÜDM real vəziyyəti xarakterizə etmək üçün göstərici deyil. Belə ki, ölkədə istehsal edilən, lakin ÜDM-in hesablanmasında nəzərə alınmayan çoxlu sayda əmtəə və xidmət növü də mövcuddur. Bu göstəriciyə yalnız bazar üçün nəzərdə tutulan əmtəə və xidmətlər daxil edilir. Eyni zamanda, öz avtomobilinin radiatorunu təmir edən mexanikin və ya mənzilini təmir edən rəngsazın xidmətləri nəzərə alınmır. ÜDM-in hesablanmasında həmçinin transfert ödənişləri (pensiya, müavinət, təqaüd və digər sosial ödənişlər) də nəzərə alınmır.

Gəlin, deyilənlərin daha yaxşı başa düşülməsi üçün bir neçə suala cavab verməyə çalışaq. Aşağıda sadalananlardan hansıları ÜDM-in tərkibinə daxil edilir?

1. Dövlətin tələbəyə ayırdığı təqaüd? (Xeyr! Bu transfert ödənişidir) 2. Ordu üçün yeni hərbi vertolyotun alınması? (Bəli! Bu dövlət xərcləridir) 4. Bərbərin gəliri? (Bəli! O xidmət göstərir)

Page 121: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

121

5. Şirkətin səhmlərinin satılmasından gələn gəlir? (Xeyr! Bu təmiz maliyyə sövdələşməsidir)

6. İşçilərə işlənmiş avtomobilin alınması? (Xeyr! Bu istifadə olunmuş əmtəədir) 7. Şirkət tərəfindən yeni dəzgahların alınması? (Bəli! Bu investisiyadır) Beləliklə, nəticələrə yekun vuraraq demək olar ki, ÜDM və ÜMM-in

hesablanmasında aşağıdakılar nəzərə alınmır: A) Aralıq əmtəələrin alınması. B) İstifadə olunmuş əmtəələrin alqısı və satışı. C) Səhmlərin alqısı və satışı. D) Sosial transfertlər (işsizliyə görə müavinət, pensiya və s.) E) Ev təsərrüfatlarının daxili istehlakı üçün nəzərdə tutulan, o cümlədən dövlət

nəzarətindən kənarda qalan “gizli iqtisadiyyat”a aid edilən əmtəə və xidmətlər. Sosial transfertlər - müxtəlif səviyyəli büdcələrdən, büdcədənkənar fondlardan,

ictimai təşkilatların vəsaitlərindən əhaliyə edilən əvəzsiz ödənişlərdir. Sosial transfertlərə aiddir: bütün növ pensiyalar (qocalığa, əlilliyə, ailə başçısının itirilməsinə və xidmət müddətinə görə, sosial pensiyalar və s.); bütün növ təqaüdlər; bütün növ müavinətlər; kompensasiya ödənişləri və güzəştlər, habelə sanatoriyalara, istirahət evlərinə göndərişlərin (putyovkaların) dəyərinin ödənilməsi formasında maddi yardımlar. Bundan başqa, əhaliyə natural formada transfertlər - haqqı ödənilmədən və ya güzəştli qiymətlərlə əmtəə və xidmətlər təqdim olunur. Bunlara təhsil, mədəniyyət, idman, sosial təminat, mənzil-kommunal və s. sahələrdə xidmətlər aiddir.

ÜDM-lə yanaşı istifadə olunan göstəricilərdən biri də milli gəlirdir. Milli gəlir (MG) - ölkənin iqtisadi inkişafının ümumiləşdirici göstəricilərindən

biri olmaqla, il ərzində yeni yaradılan məcmu məhsulun pulla ifadəsidir. Bu məcmu məhsul bütün istehsal amillərinin (torpaüın, əməyin, kapitalın və sahibkarlıq qabiliyyətinin) il ərzində gətirdiyi gəliri əks etdirir. Ölkənin ümumi milli məhsulundan (ÖMM) amortizasiya ayırmaları (əsas vəsaitlərin köhnəlməsini) və dolayı vergilər çıxıldıqda milli gəlir alınır.

Bunu aşağıdakı düsturla belə ifadə etmək olar: MG = ÜMM – AA - DV

Burada, AA – amortizasiya ayırmaları, DV - dolayı vergilərdir. Həmçinin, milli gəliri il ərzində əmək haqqı, sənaye və ticarət mənfəəti, qoyulan

kapitala görə faiz və torpaq rentası kimi bütün növ gəlirlərin cəmi kimi də müəyyən etmək olar.

BİZİM HESABLAŞMAĞA MƏCBUR OLDUĞUMUZ MAKROİQTİSADİ PROSESLƏR

Makroiqtisadi səviyyədə fəaliyyət göstərən qüvvələri təsvir etmək üçün biz

bütövlükdə ölkənin iqtisadi sisteminə təsir edən başlıca amilləri özündə əks etdirən sxemdən istifadə edəcəyik. İlk növbədə, bunlar "iqtisadi siyasətin alətləri" hesab

Page 122: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

122

olunur. Bura vergi, dövlətin pul kredit siyasəti və s. aiddir. Ümumiyyətlə, hər bir ölkədə iqtisadiyyatın inkişafı tsiklik xarakter daşıyır.

Artım dövründən sonra stabillik dövrü, sonra isə tənəzzül dövrü gəlir. Bəzən tənəzzül xeyli vaxt aparır, uzanır. Onda bu dövrü durğunluq adlandırırlar. Müəyyən dövrdən sonra iqtisadiyyatda canlanma müşahidə olunur.

Tsiklik inkişafın qrafiki təqdimatı belədir. Əmtəə istehsalı Ümumi tendensiya Pik Artım Eniş Tənəzzül Zaman Şəkil 32. Tsiklik inkişaf əyrisi İqtisadiyyatın inkişafında tsiklik xarakterdən qaçmaq heç bir ölkəyə nəsib

olmayıb. Lakin sürətli dəyişikliklərdən, dərin tənəzzüldən yaxa qurtarmaq və bu əyrini düzəltmək hər bir ölkənin məqsədi olub.

İqtisadi tsikllər iqtisadiyyatında real ÜDM-in artımının və tənəzzülün əvəzlənməsini əks etdirir.

Tipik iqtisadi tsikllər 4 fazadan təşkil olunmuşdur. - Böhran dövrü (tənəzzül); - Durğunluq dövrü; - Canlanma dövrü; - Yüksəliş dövrü (pik). Sonradan yenə böhran dövrü başlayır və bütün tsikl təkrarlanır. Yüksəliş dövrü ərzində ÜDM və istehsal gücləri artır, əhalinin məşğulluq

səviyyəsi yüksəlir və əmək haqqı ilə qiymətlərdə də artım tendensiyası baş verir. Durğunluq dövrü ərzində isə əsasən hər şey əksinə nəzərə çarpır. Bu dövr üçün

yüksək işsizlik səviyyəsi, istehsal gücünün kifayət qədər istifadə edilməməsi, ÜDM-in azalması, əmək haqqı və qiymətlərin aşağı düşməsi xarakterikdir.

Biz bilirik ki, istehsalçılar həmişə öz məhsullarını mümkün qədər yüksək qiymətə satmağa çalışırlar. Lakin tənəzzül vaxtı qiymət və xərclərin səviyyəsi aşağı ola bilər. Digər hallarda isə, məsələn yüksəliş dövrü ndə istehsalatın həcmi yüksəlir, qiymətin səviyyəsi artır.

Page 123: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

123

MƏCMU TƏKLİF, MƏCMU TƏLƏB

Məcmu təklif müəyyən dövr ərzində ölkə şirkətlərinin istehsal etməyə və

satmağa hazır olduğu əmtəə və xidmətlərin ümumi miqdarıdır. O, qrafikdə AC kimi təsvir olunur, qiymət səviyyəsi, iqtisadiyyatda istehsal gücü və xərclərin ölçüsündən asılıdır.

Bütün məhsulların qiymətlərinin orta səviyyəsi AC AD Real ÜDM Şəkil 33 Məcmu tələb - müəyyən dövr ərzində iqtisadiyyatın ayrı-ayrı bölmələrində

xərclənməyə hazır olan pulun ümumi miqdarıdır. O, qrafikdə AD ilə təsvir olunur, istehlakçıların, istehsalçıların və dövlətin xərclərinin miqdarını göstərir.

Başqa sözlə, məcmu tələb iqtisadiyyata bütün təsərrüfat subyektlərinin ümumi xərclərini ifadə edir. Bura insanların əldə etdiyi avtomobillərin, ərzaqların, paltarların və digər nemətlərin ümumi alışı daxildir. Şirkətlər tərəfindən dəzgah və avadanlıqların, dövlət tərəfindən təyyarə, kompüter və s. alışı da bura aiddir.

Məcmu tələb və məcmu təklifin əyrisi mikroiqtisadiyyatda tələb və təklif əyrisinə oxşardır. Xatırlayırsınızsa, həmin əyri konkret məhsula tələbi və təklifi xarakterizə edirdi.

Bu qrafikin üfüqi oxunda iqtisadiyyatın məcmu istehsalı (real ÜDM), şaquli oxunda isə qiymətlərin ümumi səviyyəsi göstərilir.

Belə olan halda iqtisadiyyatda tarazlığa nə zaman nail olunur? Tarazlıq deyəndə biz nəyi nəzərdə tuturuq?

Makroiqtisadi tarazlıq qiymətin ümumi səviyyəsində qurulur. Burada şirkətlər alıcıların almaq istədikləri məhsulu istehsal edir və satırlar.

Tələb və təklifin bu modeli ölkənin bütövlükdə ayrıca bazarlarını birləşdirir. Buna görə də bizim qrafikdə ayrıca məhsulun qiyməti əvəzinə qiymət səviyyəsi və hər məhsulun miqdarı əvəzinə istehsalın real həcmi təsvir olunur.

Belə olan halda, sual meydana çıxır. Nə üçün məcmu tələb əyrisi soldan sağa sürüşür və aşağı meyllənir?

Page 124: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

124

Yadınızdadırsa, biz konkret məhsul haqqında danışanda tələb əyrisinin hərəkətini gəlir və əvəzləmə effekti ilə başa salırdıq.

Məcmu tələbin əyrisinin hərəkətini isə 3 amillə izah etmək mümkündür. -faiz dərəcəsinin effekti; -real xəzinə qalıqlarının effekti; -idxal alışlarının effekti. Bu effektlərin mahiyyətinə bir az dərindən nəzər yetirək. Faiz dərəcəsinin effekti. Biz hesab edirik ki, pul kütləsinin həcmi, daha

doğrusu, iqtisadiyyatda pulun miqdarı müəyyən dövr üçün sabit qalır. Nə vaxt ki, qiymət səviyyəsi artır, onda istehlakçılara alış-veriş üçün daha çox məbləğdə pul lazım olur. Sahibkarların da əmək haqqının ödənilməsi, xammal və materialların alışı üçün daha çox məbləğdə pula ehtiyacı yaranır. Beləliklə, qiymətin yüksək səviyyəsi pula tələbi daha da artırır. Biz artıq qeyd etmişdik ki, müəyyən zaman çərçivəsində iqtisadiyyatda pul kütləsinin həcmi dəyişilməzdir, deməli pullardan istifadə qiyməti - faiz dərəcəsi artır.

Kreditor-pul verən, debitor-pul borclu olan şəxsdir. Bizə məlumdur ki, şirkətlər, bəzən isə fiziki şəxslər banklardan pulu kreditə

götürürlər. Bununla bərabər bank həmin şirkət və fiziki şəxslərə krediti müəyyən faizlə verir. Faizin böyüklüyü faktiki olaraq risk səviyyəsini əks etdirir.

Əgər, hər hansı bir səbəb üzündən iqtisadiyyatda vəziyyət sabit deyilsə, onda bank kredit verərkən daha çox risk edir. Deməli o, kreditin faiz dərəcəsini mütləq artırmalı, yəni krediti daha bahalı faizlə verməlidir. Adətən faiz dərəcəsinin artımı şirkətlərin və istehsalçıların xərclərinin ixtisar edilməsinə, yəni məcmu tələbin azalmasına gətirib çıxarır.

Real xəzinə qalıqlarının effekti. Məsələ burasındadır ki, insanlar öz maddi vəsaitinin bir hissəsini gələcəyə

yönələn fəaliyyət məqsədilə yığım üçün ayırırlar, yəni əmanətə qoyurlar. Qiymətlərin yuxarı səviyyəsində bu əmanətlərin real alıcılıq qabiliyyəti azalır.

İnsanlar kasıblaşır və öz xərclərini ixtisara salırlar. İdxal alışlarının effekti. Biz ÖDM-in hesablanmasını araşdıranda gördük ki, idxal (əmtəələrin xaricdən

alınması) və ixrac (əmtəələrin xaricə satılması) məcmu xərclərin əsas komponentlərindən biridir. Onlar ÖDM-i artıra və yaxud azalda bilər.

Əgər ölkəmizdə istehsal edilən əmtəə və xidmətlərin qiyməti xaricdə istehsal olunanlarla müqayisədə baha olarsa, onda insanlar yerli məhsullara nisbətən, idxal məhsullarını almaüa üstünlük verəcəklər.

Фаиз дяряжяси -кредиторун дебитордан алдыьы пул мябляьинин фаизля артымынын ифадясидир.

Page 125: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

125

Xaricilər də bizim məhsulları az almağa başlayacaqlar. Nəticədə idxalın həcmi artacaq və ixracın həcmi aşağı düşəcək, ona müvafiq olaraq ÜDM aşağı düşəcək.

MƏCMU TƏKLİF

Məcmu təklif -hər mümkün qiymət səviyyəsində istehsalın həcmini göstərən anlayışdır.

Qeyd etmək lazımdır ki, məcmu təklif əyrisinin formasına müxtəlif yanaşmalar mövcuddur. Deyilənləri daha yaxşı başa düşmək üçün tarixə qısa ekskurs edək.

Hələ Şimali Amerikanın müstəqilliyi uürunda müharibə vaxtı Adam Smit özünün məşhur "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqatlar” adlı kitabını yazmışdır.

Adam Smit hesab edirdi ki, iqtisadiyyata münasibətdə ən yaxşı dövlət siyasəti -qarışmamaqdır! O və onun davamçıları israr edirdilər ki, iqtisadiyyatın azad inkişafına maneələr olmazsa, tələb və təklif qanunları bazar tarazlıüına, işsizliyin azalmasına -bir sözlə bütünlüklə firavanlıüa gətirib çıxaracaq. Həqiqətən, uzun müddət kapitalist ölkələrinin iqtisadiyyatı bu yolla inkişaf edirdi.

Lakin XX əsrin 30-cu illərində dünyanın ən inkişaf etmiş kapitalist dövlətində (ABŞ-da) böyük iqtisadi böhran baş verdi. Sonradan bu böhran "Böyük durüunluq" adı ilə tarixdə qaldı. ABŞ və digər kapitalist ölkələrində müflisləşmə və işsizlik rekord səviyyəyə çatdı. Məhz bu illərdə ingilis iqtisadçısı Con Meynard Keyns iqtisadiyyatda dövlətin rolu haqda yeni fikirlər irəli sürdü. Bu fikirləri özünün məşhur "Məşüulluq, faiz və pulun ümumi nəzəriyyəsi" kitabında cəmləşdirdi.

Məlumat üçün qeyd edək ki, C.M.Keyns məşhur ingilis iqtisadçısı ailəsində doüulub, fond biræasında qiymətli kaüızlarla "oynamaqla" özünə xeyli var-dövlət qazanıb. O, hökumətdə xəzinədarlıq xidmətində çalışmış və maliyyə məsələləri üzrə müşavir olmuşdur. C.M.Keyns isbat edirdi ki, bazarda tarazlıq vəziyyəti olduüu halda da yüksək işsizlik səviyyəsinin mövcudluüu mümkündür. Əgər dövlət bu problemin həllinə qarışmazsa bu vəziyyət xeyli davam edə bilər. O sübut etdi ki, dövlət istənilən məqamda ictimai iş yerlərinin maliyyələşdirilməsinə başlayarsa, onda işsizliyin səviyyəsi azalacaq.

İndiki dövrdə də inflyasiya və yaxud tənəzzül zamanı təkcə iqtisadçılar deyil, sıravi vətəndaşlar da hökumətin hansı ölçülər götürəcəyi haqda fikirləşirlər.

İndi isə "məcmu təklif" anlayışına qayıdaq. Məcmu təklif termini dedikdə iqtisadiyyatda istehsal olunan əmtəə və xidmətlər başa düşülür. İdeal halda məcmu təklif məcmu tələbə bərabərdir. Lakin gerçək həyatda bu baş vermir. Bütün istehsal edilən əmtəələr satılmır. Onların bir hissəsi ehtiyat şəklində şirkətlərin anbarlarında qalır. Bəzi hallarda isə proses əksinə baş verir - əmtəələr çatışmır. Bu 2 vəziyyətdən birini misallarla izah edək.

Fərz edək ki, istənilən bir dövlətdə 4 növ əmtəə istehsal edilir: velosiped, paltar, piroæna və dəzgahlar.

İstehsalat:

Page 126: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

126

Velosiped - 10 mln.manat Paltar - 20 mln.manat Piroæna - 5 mln.manat Dəzgahlar - 10 mln.manat Məcmu təklif - 45 mln. manat XƏRCLƏR İstehlakçıların xərcləri Velosiped - 9 mln. manat Paltar - 15 mln. manat Piroæna - 5 mln. manat Şirkətlərin xərcləri (investisiyalar) Dəzgahlar - 7 mln. manat Məcmu tələb - 36 mln. manat Fərq - 9 mln. manat Araşdırdıüımız misalda məcmu tələb məcmu təklifdən 9 mln. manat azdır. Sizcə, şirkətlər bundan sonra nə edəcəklər? Əlbəttə ki, onlar məhsulların

qalıqlarını satmaüa çalışacaqlar. Buna nail olmaq üçün də qiymətləri ucuzlaşdırmaq və ya yeni məhsulun buraxılış həcmini ixtisar etmək və yaxud da hər ikisini birlikdə tətbiq etmək tələb olunur.

İstənilən halda bu tədbirlər dairəvi axının azalmasına gətirib çıxaracaq. Beləliklə də onunla birlikdə də ÖDM də aşaüı düşəcək.

Yenə də iqtisadi təlimlər tarixinə müraciət edək. Keyns məktəbinin iqtisadçıları qeyd edirlər ki, qısa müddət ərzində əmtəələrin qiyməti dəyişməz qalır, tələbin yüksəlməsi bu əmtəələrin istehsalının həcminin artırılmasına gətirib çıxarır. Bu, qrafikdə aşaüıdakı kimi təsvir olunur:

Qrafikdən görünür ki, Keyns hissəsində tələbin artımında qiymətlər dəyişilməz qalır (P), istehsal edilmiş əmtəə və xidmətlərin miqdarı isə artır (Q).

Şəkil 34. Qiymət səviyyəsinin və buraxılışın tarazlığı

Makroiqtisadiyyatın klassik məktəbinə aid olan iqtisadçılar isə hesab edirlər ki,

Гиймят сявиййяси

П2 П П1

АД

Реал ЦДМ Г

Кейнс

Page 127: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

127

tələbin artımı ilk növbədə əmtəə və xidmətlərin qiymətinin artımına gətirib çıxaracaq.

Göründüyü kimi, tələbin artımı əmtəə və xidmətlər buraxılışının miqdarına təsir etmir. Onun əvəzinə qiymətlər bahalaşır.

Həqiqətən də hər iki yanaşma müəyyən şəraitdə özünü doürulda bilər. Əslində isə məcmu təklif əyrisi aşaüıdakı formaya malikdir. Tələbin artdıüı dövrdə, qiymətlərin dəyişməz qaldıüı zaman şirkətlər əmtəə və

xidmət istehsalının həcmini artırırlar. Əyrinin bu hissəsi "Keyns kəsiyi" adlanır.

Şəkil 35. Məcmu təklif əyrisi

Amma fərz edək ki, tələb getdikcə artır. Bu halda sizcə nə baş verəcək? Bəli! Qiymətlər artmaüa başlayacaq. Çünki, istehsalın həcminin artması bəzi resursların qiymətini də bahalaşdırır.

Bəzi resursların qiymətlərinin artması isə xərclərin çoxalmasına gətirib çıxarır. Bu isə əmtəə və xidmətlərin qiymətini bahalaşdırır.

Biz nə qədər çox istehsal ediriksə, resurslar bir o qədər də məhdudlaşır (müvafiq olaraq bahalaşır) və ona görə də əmtəələrin qiyməti getdikcə artır. «Aralıq kəsik» adlanan bu hissə BC ilə işarə olunub.

Nəhayət, uzun müddətli perspektivdə elə məqam qeydə alınır ki, bütün mümkün olan resurslar istehsala cəlb edilir və o zamandan başlayaraq, qiymətlər bahalaşsa da əmtəə və xidmət istehsalını artırmaq mümkün olmur. Əyrinin bu kəsiyi CD sahəsindədir. Bu kəsiyi iqtisadiyyatda "klassik" adlandırırlar.

Və biz deyə bilərik ki, məcmu təklif - qiymətlərin ümumi səviyyəsi şirkətlərin buraxmaq istədikləri məhsullarının həcmi arasında qarşılıqlı əlaqələri təsvir edir.

Növbəti fəsildə biz belə əlaqələri özündə əks etdirən işsizlik və inflyasiya ilə tanış olacağıq. İ q t i s a d i f i k i r t a r i x i n d ə n

Con Meynard Keyns (1883 - 1946)

Г иймят сявиййяси

А

Реал ЦДМ

Д

Ж

Б

АС

классик

шагули

Page 128: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

128

Con M. Keynsin adı iqtisad elmində inqlabla bağlıdır. Yalnız nəzəriyyəsi deyil,

həmçinin bioqrafiyası da qeyri – adi dərəcədə maraqlı olan Keyns nüfuzlu İton kollecini, sonra isə Kembric Universitetini müvəffəqiyyətlə bitirərək ingilis cəmiyyətinin kübar təbəqələri mühitində püxtələşmişdir. Bu onun birja əməliyyatlarından var-dövlət qazanıb zənginləşməyinə də imkan yaratmışdır. Keynsin «Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi» (1936) əsəri dünya iqtisadi fikrini xeyli inkişaf etdirmişdir.

Keynsin nəzəriyyəsini dərk etmək çətindir, çünki burada heç də həmişə ardıcıllıq qorunmur, bu səbəbdən hələ də iqtisadçılar arasında bu nəzəriyyəyə fərqli münasibətlər ətrafında mübahisələr davam edir. Lakin Keynsin gəldiyi ümumi nəticə və onun tərəfindən tövsiyə edilən iqtisadi siyasət hamı üçün aydındır. Keyns sübut etmişdir ki, bazar sistemi ölkələri iqtisadi tənəzzüldən həmişə öz gücü ilə çıxa bilmir. Belə problemlər dövlətin müdaxiləsi əsasında məcmu tələbin artırılması yolu ilə həll edilməlidir.

Keynsin bu fikirləri qərb ölkələrinin makroiqtisadi nəzəriyyəsinə və dövlətlərin iqtisadi siyasətinə ciddi təsir göstərmiş, lakin onun bəzi tövsiyələrindən bir sıra dövlətlər sonralar imtina edilmişdir. Keyns həmçinin pul və banklar sahəsində də görkəmli nəzəriyyəçi və praktik sayılır. Onun tövsiyələri ilə İngiltərədə və digər ölkələrdə bank islahatları həyata keçirilmişdir. Doğma vətəni qarşısında xidmətlərinə görə C. M. Keyns Lord tituluna layiq görülmüşdür.

Xülasə:

1. Ümumi daxili məhsul (ÜDM) və ümumi milli məhsul (ÜMM) iqtisadiyyatın əsas göstəriciləridir.

2. ÜDM-nin hesablanması zamanı əsas problem ikili hesabı ləğv etməkdir. 3. ÜDM-i il ərzində olan bütün gəlirlər və ya xərcləri toplamaqla hesablamaq

olar 4. Nominal ÜDM-nin köməyi ilə cari ildə istehsal olunan məhsulların həcmi

həmin ilə olan qiymətlərə ölçülür. Real ÜDM-in həcmi isə hər hansı baza ilinin qiymətləri ilə müəyyənləşdirilir.

Müzakirə üçün suallar:

1. Niyə ÜDM-in hesablanması zamanı məhsulun yalnız son dəyərinə diqqət yetirilir?

2. ÜDM və ÜMM bir-birindən nə ilə fərqlənir? 3. Məcmu təklif əyrisi Keyns, aralıq və klassik kəsiklər arasındakı fərqləri

necə əks etdirir?

TEST 7.1. Aşağıda verilənlərdən hansı iqtisadi göstəricilər iqtisadiyyatda istehsalatı və buraxılışın həcmini daha yaxşı xarakterizə edir? a) İstehlak qiymətləri indeksi b) İşsizliyin səviyyəsi

?

? !

Page 129: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

129

c) Ümumi daxili məhsul d) Bazis dərəcəsi e) Aparıcı göstəricilərin indeksi

7.2. Aşağıda sadalanan xərclərdən hansılarına ÜDM-in hesablanmasında investisiya kimi baxılır: 1- Avtomobil zavodunun kompüter alışı 2- Katibənin IBM-in səhmlərini alışı 3 - Yeni binanın tikintisi Javab variantları: a) yalnız 1. b) yalnız 2. c) yalnız 1 və 2. d) yalnız 1 və 3. e) yalnız 2 və 3.

7.3. ÜMM — budur: a) ölkədə istehsal olunmuş bütün əmtəələrin dəyəri b) ölkədə göstərilmiş bütün xidmətlərin dəyəri c) milli şirkətlərin və fiziki şəxslərin coğrafi məkandan asılı olmadan istehsal elədiyi bütün əmtəə və xidmətlərin dəyəri d) ölkədə istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri

7.4. ÜDM-in gəlir və xərclər nöqteyi-nəzərdən hesablanması zamanı daha böyük olçü hesab olunur: a) Renta ödənişləri b) Əmtəə və xidmətlərin əldə olunmasına dövlət xərcləri c) İstehlak xərcləri d) Əmək haqqı və ya muzdlu işçilərə kompensiyalar e) Xalis faiz.

Səkkizinci fəsil

Page 130: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

130

Bu fəsli oxuyarkən aşağıdakı termin və anlayışlara diqqət yetirin:

• Başlıca iqtisadi məqsədlər

• Tam məşğulluq

• Qiymətlərin sabitliyi

• İqtisadi artım

• Nəyə görə makroiqtisadçıların

fikirləri üst-üstə düşmür?

İstənilən dövlətin başlıca iqtisadi məqsədlərinə ölkə vətəndaşlarının tam

məşğulluğunu, əmtəə və xidmətlərin qiymətlərinin sabitliyini, ölkədə iqtisadi artımı təmin etmək daxildir. Gəlin, bu anlayışlar barəsində daha ətraflı söhbət aparaq.

1. Tam məşğulluq dedikdə əksər əhalinin iqtisadiyyatda təminatlı əmək haqqı olan iş yerləri ilə təmin olunması başa düşülür. Hətta, tam məşğulluq şəraitinə riayət edilməsi halında müəyyən səviyyədə müvəqqəti işsizliyin mövcudluğu mümkündür. Belə ki, təbii olaraq işçilər iş yerlərini dəyişən zaman və yaxud da kimlərsə özünə birinci iş yeri axtararkən müvəqqəti işsizliyə düçar olur. Əlavə olaraq struktur işsizliyi də bura daxil olur. Struktur işsizliyi o vaxt mövcud olur ki, insanlar təqdim olunmuş işi və ya xidməti ixtisaslarının uyğun olmaması səbəbindən yerinə yetirə bilmirlər (bu barədə bir az sonra daha ətraflı danışacağıq).

2. Qiymətlərin sabitliyi dedikdə iqtisadiyyatda elə vəziyyət təsvir olunur ki, bu zaman ümumi qiymətlərin orta səviyyəsi nə artır, nə də ki azalır. Lakin bu heç də o demək deyildir ki, ayrıca hansısa bir malın və ya xidmətin qiyməti dəyişmir. Təbii

Page 131: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

131

ki, iqtisadiyyatda belə hal mümkün deyildir. İstənilən halda müəyyən dövrə ayrıca malların qiyməti dəyişir: bəzilərinin qiyməti bahalaşır, digərlərininki isə ucuzlaşır. Lakin ola bilər ki, son nəticədə qiymətlərin orta səviyyəsi sabit qalsın.

İqtisadi dillə desək qiymətlərin orta səviyyəsinin davamlı surətdə artımı inflyasiya, azalması isə deflyasiya adlanır.

İnflyasiya müsbət, deflyasiya mənfi işarəli olur. 3. İqtisadi artım iqtisadiyyatda uzun müddət ərzində daima artan miqdarda

əmtəə və xidmətlərin buraxılışı zamanı baş verir. Bu artım əhalinin artımını qabaqladıqda hər adambaşına düşən məhsul və xidmətlər buraxılışı da getdikcə çoxalır ki, bu da son nəticədə ölkədə həyat səviyyəsinin yüksəlməsini şərtləndirir.

İQTİSADİ MƏQSƏDLƏRƏ NAİL OLMAĞI NECƏ ÖLÇMƏLİ? Hər bir iqtisadi sistem və məkan daxilində iqtisadi məqsədlərə nə dərəcədə

uğurla nail olmağı müəyyənləşdirmək zəruri iş sayılır. Ona görə də hər bir məqsədin ölçülməsi üsulları ilə ayrıca tanış olmaq çox

vacibdir. Məşğulluğun ölçülməsi

Tam məşğulluğa nail olmaq məqsədinə necə çatmağı ölçmək üçün adətən 2 üsuldan - məşğulluq və işsizlik səviyyəsinin müəyyənləşdirilməsindən istifadə edilir. Bəzi ölkələrdə işsizlik səviyyəsi hər ay həyata keçirilən ümummilli sorğular əsasında müəyyənləşdirilir. ABŞ-da işsizliyin səviyyəsi təxminən 60 min ev təsərrüfatını əhatə edən ümummilli sorğunun köməyi ilə təyin olunur. Sorğunun gedişində 16 yaş və ondan yuxarı vətəndaşların statusu nəzərə alınır. Sorğu məlumatları əsasında işləyən və iş axtaran əhalinin sayı həddindən artıq dəqiq təyin edilir. Çünki mövcud metodikaya görə məşğul insanlarla, iş axtaranların cəmi iş qüvvəsini təşkil edir. İş qüvvəsinin miqdarı həmişə əhalinin sayından az olur, belə ki, nəzərdən qaçırmaq olmaz ki, əhali arasında gənclər və yaşlı sosial qruplar, eləcə də həmçinin əmək qabiliyyəti olmayan, bəzən isə iş olsa da belə işləmək istəməyənlər də vardır.

İşsizliyin yüksək səviyyəsi iş qüvvəsi resursundan dövlətin səmərəli istifadə qabiliyyətinin olmamasını göstərir. İşsizliyi doüuran amillər iqtisadi böhran, yüksək inflyasiya, iqtisadiyyatın yenidən qurulması, texniki tərəqqi, dövlətin demoqrafik siyasəti və s-dir. İşsizlik ölkədə iqtisadi və sosial mühitə mənfi təsir göstərir, yüksək peşəkar əməyi devalvasiya edir, iqtisadi artım tempini azaldır, sosial gərginlik yaradır, şəxsiyyəti deformasiyaya uüradır.

Hərdən bəzi iqtisadi ədəbiyyatlarda "İşsizlik səviyyəsi" termini ilə rastlaşırıq.

İşсизлик - иг tисаdи fяал яhалиnиn мцяййяn hиссясиnиn юз иş г цввясиnи tяtбиг еdя билмяdийиnи якс еtdиряn сoсиал-иг tисаdи hаdисяdир

Page 132: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

132

Bu necə müəyyən olunur? Ölkədə işsizliyin səviyyəsinin xarakteristikası üçün müxtəlif göstəricilərdən istifadə olunur: işsizlərin ümumi sayı, iqtisadi fəal əhalinin ümumi sayında işsizlərin xüsusi çəkisi, işsizliyin orta davamlılıüı, uzunmüddətli işsizlərin iqtisadi fəal əhalidə payı və s. İşsizliyin real miqyasının müəyyənləşdirilməsində gizli işsizlik amili çətinlik yaradır.

İşsizliyin səviyyəsini müəyyənləşdirmək üçün işsizlərin sayını iş qüvvəsinin ümumi sayına bölürlər. İşsizlər İşsizlik səviyyəsi = ------------------------------ x 100% İş qüvvəsi (İş qüvvəsinə işləyənlər və işləmək istəyənlər daxildir)

Məşğulluq səviyyəsinə gəlincə, onu müəyyənləşdirmək üçün məşğul əhalinin sayını əhalinin ümumi sayına bölüb, 100-ə vurmaq lazımdır. Məşğul əhalinin sayı Məşüulluq səviyyəsi = ------------------------------------------------------------- x100% Əhalinin ümumi sayı (16 yaşdan yuxarı)

İŞSİZLƏR KİMDİR? Bəzi ölkələrdə, hətta inkişaf etmələrinə baxmayaraq, hələ də yüksək işsizlik

mövcuddur. Baxmayaraq ki, ətrafda çoxlu vakant (boş) iş yerləri olduğu halda, nədənsə milyonlarla işsiz mövcuddur?

Sizcə, işsizlərin taleyini həyatın axarına buraxmamaq üçün cəmiyyət hansısa addımları atmalıdırmı?

Və yaxud, işsizlərə verilən müavinətlər əməyə stimulu aşağı salırmı? Ola bilərmi ki, belə müavinətlər əməyə stimulu aşağı salır və son nəticədə işsizliyin səviyyəsini yüksəldir? Bu və ya digər suallara cavab axtarmağa çalışaq.

Yüksək işsizlik - sosial və iqtisadi problemdir. İşsizlik nəticəsində əmək resurslarının məqsədsiz xərclənməsinə daha çox

iqtisadi problem kimi yanaşırıq. Eyni zamanda bu problem sosial xarakter daşıyır. Belə ki, işsizlik nəticəsində əhali əziyyət çəkir, güc-bəla ilə birtəhər dolanır. İşsizliyin səviyyəsinin yüksək olması o deməkdir ki, cəmiyyət faktiki olaraq, həmin işsizlərin istehsal edə biləcəkləri bütün mal və xidmətlərdən məhrum edir. İşsizliyin iqtisadi ziyanı, sözsüz ki, çoxdur, lakin onun yaratdığı sosial itkilər daha böyükdür!

İş yerini itirmək-böyük şəxsi faciə hesab olunur. Tibbi tədqiqatlar göstərir ki, işsizlik insanların nəinki fiziki, həm də psixoloji sağlamlığına ciddi ziyan vurur.

Lakin nəzərə almaq lazımdır ki, heç də işləməyən əhalinin hamısına işsiz demək olmaz. İşsizlik səviyyəsinin ölçülməsi zamanı adətən 16 yaşadək olan əhali nəzərə

Page 133: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

133

alınmır. 16 və ondan yuxarı yaşı olan əhali isə üç qrupa bölünür: Məşğullar-bura istənilən ödənişli işi yerinə yetirən, habelə işi olan, lakin

xəstəlik səbəbindən müvəqqəti işləməyən əhali qrupları aid olunur. İşsizlər - elə insanlara deyilir ki, onlar işləmir və paralel olaraq iş

yerlərinin axtarılması ilə fəal surətdə məşğul olurlar. Daha dəqiq desək, işləməyən, eyni zamanda iş tapmaq üçün xüsusi səy göstərənlər işsiz hesab olunur.

Lakin unutmayaq ki, əhalinin bəzi qrupları işləməsələr də, işə düzəlməyə cəhd də göstərmirlər. Belə insanları iqtisadi cəhətdən qeyri-fəal əhali kateqoriyasına aid edirlər.

İqtisadi cəhətdən qeyri-fəal əhali (onlar işsizlərin siyahısına aid edilmir) - əhalinin elə qrupları hesab olunur ki, bunlar ya təhsil alırlar, ya ev təsərrüfatlarında məşğuldurlar, ya pensiya yaşındadırlar, ya da sağlamlıq durumu ilə əlaqədar işləyə bilmirlər, nəhayət yaxud da sadəcə olaraq işləmək istəmirlər.

Yuxarıda deyilənləri qısa şəkildə ifadə etsək, məlum olur ki; - İşi olan insanlar - məşğullar adlanırlar. - İşi olmayan, lakin iş tapmağa səy göstərənlər işsizlər hesab olunurlar. - İşi olmayan və onun axtarışı ilə fəal surətdə məşğul olmayanlar iş qüvvəsi

kateqoriyasına daxil edilmirlər. İşsizliyin 4 tipi mövcuddur: 1. Friksion işsizlərə iş yerlərini dəyişən zaman aralıq müddətdə işsiz qalan

insanlar daxildir. Friksion işsizliyi bir iş yerindən gedib digərini axtararkən və yaxud, məktəbi və ya kolleci bitirdikdən sonra işləmək üçün yaxşı variantlar tapmaq prosesində olanlar yaradır.

2. Tsiklik işsizlik tənəzzül zamanı yaranır. Bu o səbəbdən baş verir ki, əhali mal və xidmətlərin böyük miqdarda alışından imtina edir və nəticədə rəhbərlər öz məhsul və xidmətlərini realizə edə bilmədiyindən iş yerlərini ixtisar edir, işçiləri işdən azad edirlər.

3. Struktur işsizlik mövcud olan vakansiyaların tələbləri ilə iş axtaranların istəklərinin üst-üstə düşməməsi səbəbindən baş verir. Belə işsizlərə o adamlar aid edilir ki, onları aşağı təhsil səviyyəsinə və zəruri ixtisaslarının olmamasına görə işə götürmürlər.

4. Mövsümi işsizlərə hava şəraitinin dəyişməsi səbəbindən ilin bir hissəsini işsiz qalan insanlar aid edilir. Belə ki, onlar ilin bəzi fəsillərində işlə təmin olunur, digər fəsillərində isə təbii (mövsümi) dəyişikliklərlə əlaqədar işsiz qalırlar. Gəlin, aşağıda təsvir olunmuş hər bir situasiyaya diqqət yetirib, onun

qarşısında işsizlik tipini ifadə edən müvafiq hərfi qeyd edək. • Əgər nümunə friksion işsizliyə aiddirsə - F; • Əgər nümunə tsiklik işsizliyə aiddirsə - T; • Əgər nümunə struktur işsizliyə aiddirsə - S;

Page 134: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

134

• Əgər nümunə mövsümi işsizliyə aiddirsə - M. 1. Sumqayıt inşaatçıları qış fəslində iş tapa bilmirlər. 2. Bakı kondisioner zavodunun fəhlələri uzun sürən tənəzzülə görə işdən azad olunurlar. 3. Gəncədəki işindən çıxan kompüter proqramçısı Bakıya iş axtarmağa gəlir. 4. Dükanın satıcısı işini ona görə tərk edir ki, tənəzzül zamanı əhalinin iqtisadi aktivliyinin azalmasına görə satışın həcmi azalıb. 5. Orta məktəbi yarımçıq tərk edən şagird işə qəbul olunmaq üçün bir neçə yerə ərizə ilə müraciət edir və onların hamısından ixtisasının aşağı olması motivi ilə imtina cavabı alır. 6. Kollecin builki məzunu özünə ilk iş yeri axtarır. 7. İş axtaran bir nəfər əmək haqqının aşağı olmasına görə işə götürülmə təklifindən imtina edir.

Burada yalnız 1-ci sualın cavabı «M», 2 və 4-cü «T», 3, 6 və 7-ci isə «F» və nəhayət 5-cı sualın cavabı isə «S»-dir.

Qiymət dəyişikliyinin ölçülməsi

İqtisadiyyatda ümumi qiymətlərin orta səviyyəsinin ölçülməsi üçün qiymət indeksindən istifadə olunur.

Qiymət indeksini tətbiq etməklə bir sıra məhsul, iş və (və ya) xidmətlərin qiymətlərini «kombinələşdirmək» və bir rəqəmlə bütün qiymət dəyişikliklərini ifadə etmək mümkündür. İstehlak qiymətləri indeksi (Consumer Price Index -CPI ), özündə qiymət dəyişilməsinin ölçüsünü göstərir. Bu indeks vasitəsilə əhalinin adətən istehlak etdiyi əmtəə və xidmətlərin qiymət dəyişikliyi ölçülür. Bu indeksin formalaşmasında insanların istehlakında daha çox üstünlük təşkil edən başlıca ərzaq məhsullarının və xidmətlərin qiymətinin dəyişməsi mühüm rol oynayır. Bu indeksin özü təxminən 400 adda məhsul və xidmətdən ibarət olan bazar zənbili əsasında formalaşır. Bunun vasitəsilə orta istehlakçının hər bir məhsul istehlakına nə qədər vəsait xərclədiyi müəyyənləşdirilir. Bununla yanaşı digər qiymət indeksləri də vardır. Onlar aşağıdakılardır:

• 1. İstehsalçıların qiymət indeksi. Bu indeks istehlak mallarının onların pərakəndə satış səviyyəsinədək olan qiymətini, həmçinin firmaların əldə etdikləri avadanlıq və ehtiyatların qiymətini özündə əks etdirir.

• 2. ÜDM -in deflyator qiyməti, bütün qiymət indeksləri ilə müqayisədə nisbətən inteqral göstərici hesab olunur. Belə ki, bu indeksdə istehsal olunmuş və göstərilmiş bütün məhsul və xidmətlərin qiymət dəyişikliyi nəzərə alınır.

İstənilən qiymət indeksini hesablamaq üçün əvvəlki dövr, adətən 1 il -baza ili kimi seçilir. Asanlıq üçün baza dövründə istənilən indeks və onun komponentləri həmişə praktiki olaraq 100 səviyyəsində götürülür. İstehlak qiyməti indeksini hesablamaq üçün təklif olunan düstur aşağıdakı kimidir:

Page 135: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

135

İstehlak Qiymətləri Cari ilin baza dövründə əşyaların çəkili dəyəri İndeksi (CPİ) = ---------------------------------------------------------------- x 100 Baza ilinin baza dövründə əşyaların çəkili dəyəri

Alınmış rəqəmi 100-ə vurmaqla, biz indeksi faiz formasında ifadə edə bilərik ki, bu da baza ili üçün təyin olunmuş 100 rəqəmi ilə asan müqayisəyə gəlir.

Fikrimizi aydınlaşdırmaq üçün misala müraciət gətirək. Sadəlik üçün fərz edək ki, orta istehlakçı bizim iqtisadiyyatda cəmisi 3 adda

məhsul alır. Həmin məhsullar «Baza ili ilə müqayisədə 3 adda məhsulun qiymətləri» cədvəlində təsvir olunmuşdur.

Cədvəl 15

Baza ili ilə müqayisədə 3 adda məhsulun qiymətləri (manatla) Məhsulların adı Baza

ilində alınmış məhsulların

miqdarı

Baza ilində əmtəə vahidinin

qiyməti

Birinci ildə əmtəə vahidinin qiyməti

Pitsa 30 5000 7000 Yazılı audiokaset 40 6000 5000 Altı butulka qablaşdırılmış alkoqolsuz içki

60 1500 2000

Əvvəlcə baza ilində bütün əşyaların əldə edilməsinə çəkilən məsrəfləri hesablayaq.

(30x 5000)= 150 000 manat +(40x 6000)= 240 000 manat +(60x 1500)= 90 000 manat Cəmi: 480 000 manat 1-ci ilə istehlak qiymətləri indeksini hesablamaq üçün ilk növbədə həmin ildə

əşyaların alınmasına xərcləri hesablayaq. Hesablamanın nəticəsi belə olar- 530 000 manat ((30 x 7000 manat) + (40 x 5000 manat) + (60 x 2000 manat)) olmalıdır. Onda 1-ci ildə istehlak qiymətləri indeksi 110,4 faiz ( 530000 / 480000) x 100 olacaq. Bu o deməkdir ki, biz baza ilində 100 000 manata ala biləcəyimizi cari ildə 110 400 manata alırıq. Eyni zamanda biz 110,4-dən 100-i çıxsaq onda faiz nisbəti ilə qiymət dəyişikliyini müəyyən edə bilərik. Bizim misalda bu göstərici baza ilinə nisbətdə birinci ildə 10,4 faizlik artımı ifadə edir.

Tutaq ki, istehlak qiymətləri indeksi (CPİ) 1-ci ildə 150, ikinci ildə isə 165 olubsa, onda demək olar ki, ötən illə müqayisədə qiymət artımı 10 faizə bərabərdir. Bunu aşağıdakı düsturun köməyi ilə hesablamaq olar. CPİ dəyişikliyi 165-150

Page 136: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

136

Qiymət dəyişməsi = -------------------------- X 100 % = ------------- X 100 % = 10% Başlanğıc CPİ 150 İNFLYASİYA KİMLƏRƏ ZİYAN VURUR, KİMLƏRƏ FAYDA VERİR?

Bir az əvvəl biz öyrəndik ki, inflyasiya iqtisadiyyatda orta qiymətlərin əvvəlki

dövrlə müqayisədə nisbətən sürətli artımıdır. Yüksək inflyasiya, əlbəttə ki, iqtisadiyyatda arzuolunmaz hadisə hesab olunur. Lakin, inflyasiya şəraitində iqtisadi fəaliyyətin heç də bütün iştirakçıları, bütün təsərrüfat subyektləri uduzmurlar. Fikrimizi, konkret misallarla izah edək.

Banklar inflyasiya şəraitində ayırdıqları kreditləri geri alarkən uduzurlar. Çünki, onların geri aldıqları pullar inflyasiyanın təsirindən dəyərsizləşmiş və nəticədə alıcılıq qabiliyyətinin bir hissəsini itirmiş olur. Bu halda bankdan krediti götürənlər udur. Çünki borcunu nisbətən "ucuzlaşmış" pulla qaytarmış olur. Pullarını banklara uzun müddətə sabit faizlə qoyan əmanətçilərin hamısı uduzurlar. İnflyasiya həmin pulları bank faizinin gətirdiyi fayda ilə müqayisədə daha böyük həcmdə dəyərsizləşdirir. Əmanətçilər yüksək faizlərin gətirdiyi üstünlüklərdən qazanc götürə bilmirlər. Bu zaman çoxlu miqdarda daxili borcu olan hökumət udur. Axı belə olan halda hökumət borcları nisbətən "ucuz" pulla qaytarır (Daxili borca dövlət müəssisə və idarə işçilərinə olan əmək haqqları, dövlət sifarişləri üzrə yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlərə görə borclar daxildir). Yaxın illərdə göstərəcəyi xidmətlərə görə, dəyişməz tariflər üzrə müqavilə bağlayan firmalar da uduzurlar. Belə olan halda gəlir az olsa da, xərclər artır, nəticədə mənfəət olmur. Bu siyahını bir az da uzatmaq olardı. Lakin deyilənləri qısaca belə yekunlaşdırmaq məqsədəuyğundur:

İnflyasiya şəraitində: - Daşınmaz əmlak kimi real aktivlərin sahibləri və borclular UDURLAR! - Pullarını borca verənlər, əmanətə qoyanlar isə UDUZURLAR!

İqtisadi artımın ölçülməsi

İqtisadi artımı ölçmək üçün biz iqtisadiyyatda istehsal olunmuş əmtəə və xidmətlərin həcminin bir dövr ərzində digəri ilə müqayisədə artımını tapırıq. Adətən iqtisadi artımı müəyyənləşdirmək üçün Ümumi Daxili Məhsul göstəricisindən istifadə olunur.

Biz bu barədə əvvəlki fəsildə az da olsa söhbət aparmışdıq. Lakin, bu göstəricinin əhəmiyyətini nəzərə alaraq, yenidən diqqətimizi ona yönəldək.

Ümumi daxili məhsul (ÜDM) - milli hesablar sisteminin ən mühüm göstəricilərindən biridir. ÜDM istər istehsal, istərsə də xidmət sahələrində ölkənin rezidenti sayılan iqtisadi vahidlərin istehsal fəaliyyətinin son nəticəsini xarakterizə edir və bu vahidlərin son istehlakı üçün məhsul və xidmətlər istehsalı üzrə yaratdığı

Page 137: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

137

əlavə dəyərin həcmi ilə ölçülür. Gəlin, əvvəlcə ÜDM-ə verilən tərifdən irəli gələn 2 terminin (milli hesablar

sistemi və rezidentlər, qeyri-rezidentlər) mahiyyətinə varaq. Bu sistemin metodoloæi əsasları tədiyə balansının və sahələrarası balansın

metodoloæi əsasları ilə sıx baülıdır. Milli hesablar sistemi (MHS) istehsal, ilkin və təkrar bölgü və son istifadə proseslərini bir-birilə qarşılıqlı əlaqəsi olan ayrı-ayrı hesablarda (sahələr və institutsional bölmələr üzrə) qruplaşdırır.

ÜDM ölkənin rezidenti sayılan iqtisadi vahidlərin məhsul və xidmətlərin istehsalçıları arasında bölüşdürüldüyü ilkin gəlirlərin, yəni muzdlu işçilərin əmək haqqının, istehsala və idxala görə xalis vergilərin, ümumi mənfəətin və ümumi qarışıq gəlirlərin məbləği kimi - yəni gəlirlər üsulu ilə də müəyyənləşdirilə bilər.

Rezidentlər - qanunvericiliklə aşağıdakılar sayılır: a) ölkədə daimi yaşayış yeri olan, o cümlədən həmin ölkə hüdudlarından

kənarda müvəqqəti qalan fiziki şəxslər; b) ölkənin qanunvericiliyinə müvafiq surətdə yaradılmış hüquqi şəxslər və

onların ölkə hüdudlarından kənarda yerləşən filialları və nümayəndəlikləri; c) ölkədə yerləşən və həmin ölkə qanunvericiliyinə müvafiq surətdə yaradılmış,

lakin hüquqi şəxs olmayan müəssisə və təşkilatlar; d) ölkə hüdudlarından kənarda yerləşən həmin ölkənin diplomatik və digər rəsmi

nümayəndəlikləridir. Xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış ölkə

hüdudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar, ölkə ərazisində yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları qeyri-rezident sayılır.

Ümumi daxili məhsuldan istifadə edilməsi (xərclər üsulu) məhsul və

xidmətlərin son istehlakını, əsas kapitalın ümumi yığımını, maddi dövriyyə

Qeyri-rezidentlяr - юлкя hцdudlarыndan kяnarda daimi yaşayыş yeri olan вя йа йерляşяn, o cцmlяdяn юлкяdя mцvяqqяti qalan fiziki вя йа hцг уг и şяxслярdир.

M илли hесаблар сисtеми - базар иг tисаdиййаtы şяраtиndя макрoиг tисаdи pрoсесляри юзцndя якс еtdиряn, бир-бириля г арşылыг лы сыx ялаг яси oлаn вя 150-dяn çox юлкяdя tяtбиг еdиляn икиtяряfли эюсtяриъиляр сисtемиdир.

Page 138: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

138

vəsaitləri ehtiyatlarının dəyişməsini, qiymətlilərin (sərvətlərin) xalis əldə edilməsini və məhsul və xidmətlərin ixrac və idxal saldosunu özündə birləşdirir.

Hər şeydən əvvəl, biz ÜDM göstəricisindən istifadə etməmişdən əvvəl, qiymət dəyişikliklərinin təsiri ilə ÜDM-də mümkün korrektələri aparmalıyıq. Tutaq ki, ÜDM birinci ildə 1000000 manat, ikinci ildə isə 1100000 manatdir. Bu o deməkdirmi ki, 1-ci ilə nisbətdə 2-ci ildə iqtisadi artım 10 faiz olub. Əgər bu dövr ərzində qiymətlər 2 dəfə artıbsa, bu halda ÜDM-ində 2 dəfəyədək artması mümkün deyil. Ona görə də qiymət dəyişikliyi nəticəsində korrektə olunmuş ÜDM real ÜDM, korrektə olunmamış ÜDM isə nominal ÜDM adlanır.

Həmin ilə real ÜDM-i hesablamaq üçün aşağıdakı düsturdan istifadə olunur. 100 %

1-ci ildə real ÜDM = 1-ci ildə nominal ÜDM X --------------------------------- 1-ci ildə qiymət indeksi İqtisadi artım tempini hesablamaq üçün isə aşağıdakı düstur təqdim olunur.

2-ci ildə real ÜDM – 1-ci ildə real ÜDM İqtisadi artım tempi = ------------------------------------------------------ X 100 % 1-ci ildə real ÜDM

Məsələn, əgər 1-ci ildə real ÜDM 1 000 000, 2-ci ildə 1 028 000 manata

bərabərdirsə, onda iqtisadi artım tempi 2,8 % (1028 000 – 1 000 000/ 1 000 000) = 0.028. Bu rəqəmi 100-ə vurub nəticəni faizlə alaq: 2,8 % (0,028 x 100%) .

İqtisadi artım tempinin dəyişməsi və real ÜDM-in ölçülməsi zamanı adətən adambaşına real ÜDM göstəricisi də hesablanır. Bunun üçün hər hansı bir dövr üçün ÜDM-i həmin dövrdə əhalinin orta siyahı sayına bölmək lazımdır. Bu göstərici ÜDM-ın əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında nə dərəcədə rol oynamasını qiymətləndirməyə imkan verir.

Biz misal əsasında fərz edək ki, 1-ci ildə ölkə əhalisinin sayı 100 min, 2-ci ildə 110 min nəfərdir.

Belə olan halda 1-ci və 2-ci illərdə adambaşına real ÜDM necə olacaq?

1-ci ildə adambaşına 1-ci ildə real ÜDM 1000 000 real ÜDM = -------------------------------------- = ----------- = 10 (manat) 1-ci ildə əhalinin ümumi sayı 100 000

2-ci ildə adambaşına 1 028 000 real ÜDM = ----------------- = 9,3 (manat) 110 000

Page 139: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

139

Bizim misalda iqtisadi artım tempinin müsbət olmasına baxmayaraq əhalinin orta

yaşayış səviyyəsi aşağı düşmüşdür. Belə situasiya ilə inkişaf etməkdə olan ölkələrdə də tez-tez rastlaşmaq mümkündür. Həmin ölkələrdə iqtisadi artım tempinin müsbət olmasına baxmayaraq, əhalinin yüksək artım tempi son nəticədə həyat səviyyəsinin aşağı düşməsini şərtləndirir.

Nəyə görə makroiqtisadçıların fikirləri üst-üstə düşmür?

İqtisadçıların fikir ayrılığının səbəbləri Makroiqtisadi proseslərə münasibətdə ekspertlərin fikirlərinin biri-birilə üst-üstə

düşməməsi tamamilə normal hadisə hesab olunur. Ekspertlərin eyni fikrə gəlməməsi yalnız iqtisadi hadisələrə deyil, bir çox hallarda müxtəlif məsələlərə münasibətdə də mümkündür, hətta nüvə enerjisinə, ətraf mühitin mühafizəsinə, və yaxud hansı idmançının kuboku qazanmasına münasibətdə də onların fərqli münasibətləri ilə rastlaşmaq mümkündür. Axı, görəsən nəyə görə onlar mübahisə edirlər? Asanlıqla başa düşmək olar ki, müxtəlif nöqteyi-nəzərlər və fərqli tövsiyələr vardır. Burda diqqətimizi iqtisadçılar arasında fikir ayrılığına gətirib çıxaran bir neçə mühüm amilə yönəldək.

1. Müxtəlif müddət çərçivəsi İqtisadçılardan biri sübut edə bilər ki, dövlətin müasir siyasəti inflyasiyaya

gətirib çıxarır, digərləri ola bilər ki, onunla razılaşmasın. Əgər müxtəlif vaxtlarda, məsələn 6 aydan, 1 ildən sonra dövlət siyasətinin inflyasiyaya təsirini əsas götürsələr onların hər ikisi haqlıdırlar.

2. Müxtəlif yanaşmalar Belə ki, iqtisadiyyat öz-özlüyündə mürəkkəb sistemi əhatə edir. Ona görə də

halda bir çox hallarda ayrı-ayrı tədbirlərin və hadisələrin effektini qabaqcadan demək çətin olur. Buna görə də iqtisadçılar proqnozlar verərkən müəyyən qanunauyğunluqlara əsaslanırlar. Məsələn, bir iqtisadçı hesab edir ki, növbəti il üçün büdcə kəsiri artacaq, digəri onunla razılaşmır. Proqnozların fərqlənməsinə iqtisadi artım tempi, vergi daxilolmalarının və dövlət borclarının həcmi təsir göstərir.

3. Müxtəlif iqtisadi nəzəriyyələr İqtisadçılar bir çox məsələlərdə vahid mövqeyə də gəlirlər. Məsələn, «əgər mal

ətinin qiyməti bahalaşarsa, əhali alışlarını azaltmağa başlayacaq». Bu proqnozla faktiki olaraq bütün iqtisadçılar razılaşırlar, çünki bu hamı tərəfindən qəbul edilən tələb qanunu ilə əsaslandırılır. Buna baxmayaraq, makroiqtisadiyyata dəxli olan bir çox məsələlər üzrə iqtisadçılar arasında mübahisələr kəsilmək bilmir. Bir neçə mühüm proseslərin fərqli izahatı və ya nəzəriyyələr mövcuddur ki, onlar da makroiqtisadi dinamikaya əsaslı təsir göstərir. İndiyədək bu nəzəriyyələrdən heç biri

Page 140: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

140

hamı tərəfindən qəbul olunan səviyyəyə qədər inkişaf edə bilməyib və ya biri digəri tərəfindən tam qəbul edilməyib. Bu baxımdan makroiqtisadi məsələlər üzrə iqtisadçıların fikirləri ona görə üst-üstə düşmür ki, onlar müxtəlif nəzəriyyələrin tərəfdarlarıdırlar.

4. Müxtəlif qiymətləndirmələr İqtisad elmi çalışır ki, iqtisadiyyatda baş verən proseslərin tam izahatını versin.

Belə izahatların hədəfində bir çox hallarda proqnozlaşdırma da durur. Belə ki, iqtisadçılar prezidentə və ya millət vəkillərinə izah edə bilməlidir ki, «əgər, Siz 1 saylı siyasəti aparsanız, onda A, B, C hadisələri baş verəcək. Yox əgər, 2 saylı siyasəti aparsanız, onda bu siyasət Q, D, E hadisələrini şərtləndirəcək. Hansı siyasəti istəyirsinizsə, özünüz seçə bilərsiniz». İqtisadçılar özlərinin qiymətləndirmələri əsasında müəyyənləşən iqtisadi siyasəti düzgün hesab edir və onun nəticələrinin müsbət olacağına inanırlar. Məsələn, bəzi iqtisadçılar 1 saylı siyasəti ona görə üstün hesab edirlər ki, onun nəticəsində baş verən A, B, C hadisələri onların xoşuna gəlir. Digər iqtisadçılar da həmçinin 2 saylı siyasəti ona görə üstün hesab edirlər ki, Q, D, E hadisələri onların xoşuna gəlir. Əsaslı fərqlər və fikir ayrılıqları nəticələrə münasibətdə meydana çıxır.

İ q t i s a d i f i k i r t a r i x i n d ə n

Jan - Batist Sey (1767- 1832) Jan - Batist Sey - fransız iqtisadçıdır. Dəyər nəzəriyyəsi, istehsalın üç

amili haqqında baxışlar və mübadilə nəzəriyyəsi ona məxsusdur. Sey hesab edirdi ki, istehsalın üç amili –əmək, kapital və təbiət (torpaq) üç əsas gəlirə uyğundur: iş qüvvəsi əmək haqqını, kapital faizi, torpaq rentanı yaradır. Hər üç gəlirin məbləği məhsulun dəyərinin ölçüsünü müəyyən edir. O, faydalılığı dəyərin əsası hesab edirdi. Sey həmçinin qeyd edirdi ki, əşyanın dəyəri onun qiyməti ilə ölçülür, qiyməti isə faydalılıq müəyyən edir.

Sey təsdiq edirdi ki, istehsalçı öz məhsulunun qiyməti barədə xəbər verərkən əmindir ki, onun malı o adamlar tərəfindən qiymətləndirilərək alınacaq ki, onların bunu almağa vəsaiti olsun. Belə vəsait digər məhsullardan, məhsuldar sənayedən, kapitaldan, torpaqdan ibarətdir. Buradan da o, nəticə çıxarır ki, «satış üçün məhsul istehsalatın özündə yaranır». «Satmaq olmaz, ona görə ki, pul azdır» tezisinə qarşı Sey başqa bir tezis qoyur: «satmaq olmaz, ona görə ki, digər məhsullardan azdır». Sey təsdiq edir ki, «pul həmişə kifayət qədərdir ki, tədavülə və qiymətlilərin qarşılıqlı mübadiləsinə xidmət etsin» .

Page 141: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

141

Sey qeyd edir ki, istehsalçı öz məhsulunu satarkən çalışır ki, «yalnız öz məhsulunun qiymətinə elə məhsullar alsın ki, bunlar ona istehlak üçün lazım olsun», deməli, satıcı bütövlükdə pul axtarmır və onda lüzum görmür, əgər ona malik olmağı arzulayırsa, deməli onu öz istehlakını təmin edən əşyalara dəyişir. Bunlar Seyin mübadilə nəzəriyyəsinin əsas tezislərini təşkil edir.

Xülasə

1. İstənilən dövlətin başlıca iqtisadi məqsədlərinə ölkə vətəndaşlarının tam məşğulluğunu, əmtəə və xidmətlərin qiymətlərinin sabitliyini, ölkədə iqtisadi artımı təmin etmək daxildir.Tam məşğulluq dedikdə əksər əhalinin iqtisadiyyatda təminatlı əmək haqqı olan iş yerləri ilə təmin olunması başa düşülür. Qiymətlərin sabitliyi dedikdə iqtisadiyyatda elə vəziyyət təsvir olunur ki, bu zaman ümumi qiymətlərin orta səviyyəsi nə artır, nə də ki azalır.İqtisadi artım iqtisadiyyatda uzun müddət ərzində daima artan miqdarda əmtəə və xidmətlərin buraxılışı zamanı baş verir. Bu artım əhalinin artımını qabaqladıqda hər adambaşına düşən məhsul və xidmətlər buraxılışı da getdikcə çoxalır.

2. İşsizliyin 4 tipi mövcuddur: - Friksion işsizlik; - Tsiklik işsizlik; - Struktur işsizlik; - Mövsümi işsizlər.

3. İqtisadiyyatda ümumi qiymətlərin orta səviyyəsinin ölçülməsi üçün

qiymət indeksindən istifadə olunur. Digər qiymət indeksləri də vardır. Onlardan ən çox istifadə olunanları aşağıdakılardır:

• İstehsalçıların qiymət indeksi. • ÜDM -in deflyatoru

4. Qiymətlərin orta səviyyəsinin əvvəlki dövrlərə nisbətdə davamlı

surətdə artımı inflyasiya, azalması isə deflyasiya adlanır.

5. İqtisadçıların fikir ayrılığının səbəbləri aşağıdakılarla izah olunur.

- Müxtəlif müddət çərçivəsi; - Fərqli yanaşmalar; - Müxtəlif iqtisadi nəzəriyyələr; - Fərqli qiymətləndirmələr.

Müzakirə üçün suallar

Başlıca iqtisadi məqsədləri sadalayın və onların hər birinin izahını verin.

?

Page 142: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

142

İşsiz olub iş axtaranlarla iş axtarmayanların fərqində nələr durduğunu aydınlaşdırın. İşsizliyin tiplərini sadalayın və onların hər birinin izahını verin. Hər bir tipə aid misallar göstərin.

Qiymət indekslərini sadalayın və onların hər birinin tərifini verin. İnflyasiya və deflyasiyanın fərqini göstərin.

Müxtəlif misallar əsasında iqtisadi artım tempini hesablayın. Nəyə görə iqtisadçılar arasında fikir ayrılığının mövcudluğunu

əsaslandırın və onun daha aydın izahını vermək üçün eyni mövzu ətrafında 3-4 nəfər arasında debat təşkil edin.

Test

8.1. Əgər 1990-cı ildə ölkədə qiymət indeksi 100 və 1999-cu ildə 120 faiz, 1999-cu ildə nominal ÜDM 480 mlrd. manat təşkil edirsə, onda 1990-cı ilin qiymətləri ilə 1999-cu ildə real ÜDM nəyə bərabərdir?

a) 384 mlrd.manat b) 400 mlrd.manat c) 424 mlrd. manat d) 460 mlrd manat e) 480 mlrd manat.

8.2. Əgər iqtisadiyyatda qiymətlərin orta səviyyəsi aşağı düşürsə: a) Digər bərabər şərtlər daxilində, alıcılar daha çox idxal və daha az yerli

mallar alırlar b) Digər bərabər şərtlər daxilində, alıcılar daha çox idxal və daha çox yerli

mallar alırlar c) Digər bərabər şərtlər daxilində, alıcılar daha az idxal və daha çox yerli

mallar alırlar d) Digər bərabər şərtlər daxilində, alıcılar daha az idxal və daha az yerli

mallar alırlar

8.3. Sadalanan hadisələrdən hansı struktur işsizliyini xarakterizə edir?

a) Kompüter proqramçısı işdən imtina edir və daha yüksək əmək haqqı olan iş axtarır

b) İnşaatçı qışda işsiz qalır c) İqtisadi böhran zamanı avtomobil zavodunun fəhləsi iş yerini itirir d) Poladtökən fəhləni robot əvəz edir. 8.4. Məcmu tələbin dəyişikliyi (əyrinin hərəkəti) müşahidə olunur, o

zamani: a) İstehlak qiymətləri indeksi dəyişir b) İstehsalat resurslarının qiyməti dəyişir c) İstehlakçıların gözləmələri dəyişir

?!

Page 143: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

143

d) Məhsuldarlıq dəyişir e) Enerji daşıyıcılarının qiyməti dəyişir.

Doqquzuncu fəsil

Bu fəsli oxuyarkən aşağıdakı termin və anlayışlara diqqət yetirin:

• Pul – bu hər şeydir

• Pul və onun funksiyaları

• Mübadilə və mübadilə vasitəsi

Page 144: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

144

• Monetarist monetar siyasət

• Pul kütləsi və onun aqreqatları

• Milli Bank pul kütləsini necə tənzimləyir?

Tarixən insanların əmtəə və xidmətlərin istehsalı üzrə ixtisaslaşması dərinləşdikcə natural mübadilə əməliyyatlarının aparılması getdikcə çətinləşirdi. Bu zaman hansısa bir universal mübadilə vasitəsinə tələbat meydana çıxırdı. Pulun yaranmasına səbəb ticarətin sürətli inkişafı oldu ki, o da mal mübadiləsinin asanlaşdırılmasına xidmət etməli idi. Pul - əmtəə və xidmətin mübadiləsi zamanı sərbəst şəkildə qəbul edilə bilən hər əşya ola bilər. Pul - mübadilə vasitəsidir.

Əgər insanlar pulu kəşf etməsəydilər, hələ də əvvəlki tək natural və ya barter mübadiləsi mövcud olardı ki, bu da müasir həyatı sadəcə mümkünsüz edərdi.

Təsəvvür edin ki, siz ədəbiyyat müəllimisiniz. Sizcə, supermarketdən aldığınız malların haqqını Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında danışmaqla ödəməyi bacarardınızmı? Və yaxud, avtomobiliniz üçün aldığınız bir bak benzinin əvəzinə benzin doldurma məntəqəsinin işçilərinə Qarabağ probleminin səbəbləri haqqında 20 dəqiqəlik mühazirə oxumağı təklif edə bilərsinizmi?

Pul insanlara öz məhsulunu ona lazım olan digər məhsulla mübadilə etməyə imkan verir!

Prinsipcə hər şeyi pul kimi qəbul etmək mümkündür - əgər onları başqa əmtəələr üçün mübadilə vasitəsi kimi dəyişirlərsə. Daha doğrusu, "PUL"- ticarəti asanlaşdırmaq üçün istifadə olunan xüsusi əşyaların ümumiləşdirilmiş adıdır.

Keçmişdə ayrı-ayrı ölkələrdə müxtəlif əsrlərdə çox sayda əmtəə və əşyalardan mübadilə vasitəsi kimi istifadə olunmuşdur. Pul kimi qızıl və gümüşdən başqa daş təkərlər, duz, tütün, pivə, filin, su itinin dişləri, iribuynuzlu mal-qara, sikkələr, kağız banknotlar və s.-dən istifadə edilib. Hətta XIX əsrədək Dokotoda siçan quyruğu da pul kimi çıxış edirdi.

Page 145: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

145

Bəs nə üçün insanlar adı çəkilən əşyaların çoxunun pul rolunda qalmasından imtina etdilər?

Yaxşı mübadilə vasitəsi olmaq üçün pul rolunda çıxış edən əşyalar müəyyən tələblərə cavab verməlidir. Belə ki, pul:

- insanların hamısı tərəfindən qəbul edilməlidir, yəni alqı-satqı əməliyyatları zamanı insanlar onu pul kimi qəbul etməyə hazır olsun;

- rahat daşınan olmalıdır ki, həm böyük, həm də kiçik sövdələşmələrdə istifadə etmək mümkün olsun;

- dəyərinin saxlanılması baxımından elə olmalıdır ki, uzun müddətli dövrdə alıcılıq qabiliyyəti azalmasın;

- kompakt, bircinsli və bölünən olmalıdır; - uzunömürlü və daimi dəyərə malik olmalıdır. Gəlin müxtəlif dövrlər üzrə pul rolunu oynamış əşyaların adını sadalayaq və

onların yuxarıdakı tələblərə uyğunluq dərəcəsini nəzərdən keçirək. 1. İri buynuzlu mal-qara 2. Duz 3. Daş təkərlər 4. Hisə verilmiş balıq 5. Qızıl 6. Mis sikkələr 7. Kağız əskinaslar Birincisi, kompakt deyil, bircinsli sayılmır (məsələn, inəklərin eləsi var ki,

iridir, eləsidə var ki, nisbətən xırdadır, bəziləri kök-piyli, digərləri isə arıq-sümüklüdür), uzunömürlü deyil (onlar müxtəlif səbəblərdən, o cümlədən xəstəlikdən ölə bilərlər), bölünmür (inəyi lazım gələrsə bir neçə hissəyə bölüb, sonra da birləşdirə bilməzsən).

İkincisi, kompakt olsa da, daşımaq üçün çox da münasib deyil, dağıla, yaş ola bilər, bircinslidir, kifayət qədər uzun ömürlüdür, bölünən olsa da kristalları çox kiçik olduğundan qeyri-münasiblik yaradır.

Üçüncüsü, daşınmalar zamanı münasib deyil, kifayət qədər bircinslidir, bölünən deyil, uzunömürlüdür.

Dördüncüsü, bir neçə cinslidir, kompakt deyil, kifayət qədər uzun ömürlüdür, bölünən deyil.

Beşincisinin əsas nöqsanı odur ki, iri sövdələşmələr zamanı böyük çəkini ifadə edir.

Altıncısı, böyük miqdarlarda kompaktlığa malik deyil. Nəhayət, yeddincisi, bütün göstəricilər üzrə uyğun gəlir. Yəqin ki, yuxarıda sadaladığımız müxtəlif əşyalar arasında bu tələbləri daha

dolğun ödəyənin məhz kağız əskinaslar olması fikrinin geniş izaha ehtiyacı yoxdur. Lap qədimlərdən bəri pul 3 başlıca funksiyanı yerinə yetirib. Belə ki, pul: 1) tədavül vasitəsidir; 2) əmtəə və xidmətlərin dəyər ölçüsüdür;

Page 146: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

146

3) sərvət toplanması vasitəsidir. «Tədavül vasitəsi» adı altında nə başa düşürük. Bunu misalla aydınlaşdırmağa

çalışaq: Fərz edək ki, pul mövcud deyildir! Bütün istehsalçılar öz məhsullarını bazara çıxarırlar. «A» firmasının

nümayəndəsi satışa ayaqqabı təklif edir və onun əvəzinə istəyir ki, dəri məmulatları alsın. «B» firması dəri məmulatları satır, lakin istəyir ki, bazardan duz alsın. «C» firmasının nümayəndəsi bazarda duz satır, onun da ürəyindən özünə ayaqqabı almaq və saçını kəsdirmək keçir. Bərbər isə istəyir kiminsə saçını kəsib, əvəzinə ondan öz uşağı üçün oyuncaq alsın. Belə siyahını sonsuzluğa qədər uzatmaq olar, elə bil ki, iqtisadiyyatda gözəgörünməyən əllər vardır, onlar vasitəsilə, firmalar, insanlar öz aralarında bir şəbəkə qururlar.

Gəlin bu şəbəkəni sxem vasitəsilə təsvir edək.

ayaq- dəri qabı dəri duz Şəkil 36. Mübadilənin natural forması

Sizcə, satıcılar bu çətin problemin öhdəsindən necə gələ bilərlər? Təsəvvür edin ki, «C» firmasının nümayəndəsi öz müəssisəsinin istehsal etdiyi duzu «B» firmasına satır və əvəzində ona lazım olmayan dəri məmulatları alır. Sonra o gəlir «A» firmasına və əldə etdiyi dəri məmulatlarını ona təklif edir, əvəzinə ona lazım olan ayaqqabını alır. Bundan sonrakı mərhələdə ona daha mürəkkəb kombinasiyanı həll etmək qalır: saçlarını kəsdirmək, lakin onun bərbərə təqdim etməyə oyuncağı yoxdur.

İndi, yəqin ki, Sizlərə pulun (burda, kağız əskinaslar nəzərdə tutulur) istehsalçılar və istehlakçılar arasında əmtəə mübadiləsi aparmaq üçün əhəmiyyətli dərəcədə işləri asanlaşdırmaq qabiliyyəti oldu. Əmtəə və xidmətlərin biri-birinə bu cür əvəzlənməsinə iqtisadiyyatda tədavül deyilir.

А Б Д

Ъ Г Е

Page 147: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

147

Ona görə də pulun birinci funksiyası bazarda əmtəə və xidmətlər tədavülünü təmin etmək vasitəsi hesab olunur.

Pulun ikinci funksiyası, həm satıcılar və həm də alıcılar üçün əmtəə və xidmətlərin dəyərinin ölçü vasitəsi sayılır.

Nəhayət, pulun üçüncü funksiyası yığım vasitəsi kimi var-dövlət, sərvət yaratmağa xidmət edir. Bu funksiya imkan verir ki, insanlar pullarını gələcək üçün saxlasınlar, təbii ki, sandıqlarda yox, banklarda!

Bunlarla yanaşı bəzi iqtisadi ədəbiyyatlarda pulun funksiyaları diqqəti çəkir. Bunlar aşağıdakılardır:

Mübadilə vasitəsi Pullar insanlardan malların və xidmətlərin və ya istehsalat resurslarının alqı-

satqısı zamanı qəbul olunur. Qiymət standartı İnsanların aldığı və satdığı qiymətli əşyaların mübadiləsi zamanı pul etalon kimi

istifadə olunur. Qiymətini saxlama vasitəsi Pul qiymətini saxlama vasitəsi kimi onun alınmasından xərclənməsinə qədər

olan dövrdə çıxış edir. Dünya pulu Pulun bu funksiyası bəzi ölkələrin valyuta vahidlərinin dünyanın bir çox

ölkələrində tədavül, mübadilə və yığım vasitəsi kimi qəbul olunmasıdır. Belə valyuta vahidləri arasında aparıcı mövqedə ABŞ dolları, avro, yapon iyenası və s. valyutalar çıxış edir.

Fikrimizcə, pulun yardımçı funksiyaları üzərində bundan da ətraflı dayanmağa ehtiyac yoxdur.

Pul - hansı formalarda ola bilər? Ən geniş yayılmış fikirlərdən biri bundan ibarətdir ki, pul nəğd formada olur.

Bizlər, gündəlik həyatımızda alqı-satqı əməliyyatlarında nəğd puldan çox istifadə edirik. Yəqin buna görə çoxusu elə hesab edir ki, pulun əksər hissəsi nəğd şəkildə olur.

Lakin pul anlayışı nəğd puldan başqa bir çox komponentləri də əhatə edir. Pul nəğd və depozitdə ola bilər. Sövdələşmələrə xidmət göstərən hesablar (çek hesabları) da pul hesab olunur. Banklardakı belə hesablarda, adətən, nəğd dövriyyədə olduğundan daha böyük məbləğlər toplanır. Dövriyyədə nəğd pulun miqdarının çoxalması heç də həmişə iqtisadiyyatda pul kütləsinin miqdarının artması demək deyil.

Pulun aşağıdakı aqreqatları vardır: M0 –bank sistemindən kənarda olan nəğd pul vəsaiti M1 –nəğdsiz vəsaitlər M2- nəğd və nəğdsiz vəsaitlərin cəmi.

İQTİSADİYYATI NECƏ İDARƏ

Page 148: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

148

ETMƏK OLAR?

Makroiqtisadiyyatla məşğul olan iqtisadçılar arasında baş verən proseslərə münasibətdə daha çox populyarlaşmış üç müxtəlif yanaşma mövcuddur. Onlarla tarixi ardıcıllığı əsas götürməklə sıra ilə tanış olaq.

Klassik məktəb belə bir tezisdən çıxış edir ki, "təklif tələb yaradır". İqtisadiyyatda məşğulluq səviyyəsini saxlamaq üçün istehsalı dəstəkləmək zəruridir. İstehsalın özü gəlir yaradır ki, həmin gəlirlə istehsal olunan mallar alınır:

- əgər tələb aşağı düşsə, onda əmək haqqı da azalır. Bu, qiymətlərin aşağı düşməsinə gətirib çıxarır, sonuncu hadisə alıcıları daha çox mal almağa stimullaşdırır, nəticədə tələb artır;

- dövlətin rolu minimal olmalıdır, çünki iqtisadiyyat dəqiq qurulmuş tənzimlənmə mexanizminə malikdir. Dövlət iqtisadi fəaliyyəti ilə sabitliyi poza bilər.

Bu postulatların qrafiki təqdimatı aşağıdakı kimidir: Qiymət səviyyəsi AS AD2 AD1 Real ÜDM Şəkil 37. Klassik nəzəriyyənin qrafik təqdimatı

Nəticə: klassik nəzəriyyəyə əsasən, iqtisadiyyatda tarazlığa yalnız tam

məşğulluq vəziyyətində nail olunur. Çevik əmək haqqı, qiymətlər və faiz dərəcəsi iqtisadiyyatı həmişə tam məşğulluq vəziyyətinə qaytarır.

Klassik nəzəriyyə müəyyən dərəcədə Sey qanununa əsaslanır. Sey qanunu çox sadədir: əmtəələrin istehsalı prosesinin özü əmtəələrin istehsal dəyərinə bərabər gəlir yaradır. Klassik iqtisadçılar hesab edirlər ki, bazar iqtisadiyyatının mühüm atributu olan pul bazarı əmanətlərin və investisiyaların bərabərliyinə, bununla da həm də tam məşğulluğa təminat verir.

Digər nəzəriyyə - Keynsçilik iqtisadi nəzəriyyəsidir. Uzun müddətli işsizlik göstərir ki, iqtisadi qeyri-sabitlik dövrləri uzun müddət

sürə bilər və işsizlik çox çəkə bilər. Çünki bazar iqtisadiyyatı avtomatik surətdə özünü tənzimləyə bilməz. Dövlət tələbin idarə edilməsi üçün tədbirlər həyata keçirməlidir ki, istehsal həcmlərini saxlamaqla tam məşğulluğu təmin etsin.

Page 149: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

149

Bu nəzəriyyə faiz dərəcəsinin ev təsərrüfatlarının əmanətlərini firmaların investisiya planlarına uyğunlaşdıra bilməsi qabiliyyətini şübhə altına alaraq, Sey qanununu inkar edir. Keynçilər iddia edirlər ki, iqtisadiyyatda heç də bütün resurslar məşğul olmadığından tələbin artması real ÜDM-in artımına gətirib çıxarır və qiymətlərin səviyyəsi yüksəlmir.

Keynsçiliyin qrafiki təqdimatı isə belədir: Qiymət səviyyəsi AS AD1 AD2 Real ÜDM Şəkil 38. Keyns nəzəriyyəsinin qrafiki təqdimatı

Keynsçilik nəzəriyyəsi göstərir ki, istehsal olunan mal və xidmətlərin miqdarı və uyğun olaraq məşğulluq səviyyəsi ümumi xərclərin səviyyəsi ilə birbaşa asılılıqdadır. Xatırladaq ki, sahibkarların və ümumiyyətlə bütün insanların istehlak, investisiya və xarici ticarət qərarları onların şəxsi (özəl) maraqlarına əsaslanır. Dövlətin qərarları isə cəmiyyətdə ümumi rifah səviyyəsinə təsir göstərir. Dövlətin başlıca funksiyalarından biri iqtisadiyyatın sabitliyini təmin etməkdir. Bu funksiyanın reallaşdırılması üçün dövlət fiskal və monetar siyasət kimi alətlərdən istifadə edir.

Keynsçilərin fikrincə, əgər dövlətin məqsədəuyğun müdaxiləsi olmazsa, işsizlik və inflyasiya çox uzun müddət davam edə bilər. Onların fikrincə, vergilər və dövlət xərcləri ilə manipulyasiya yolu ilə iqtisadiyyatın sabitləşdirilməsinə nail olmaq mümkündür. Keyns hesab edir ki, tələb təklifi yaradır. Onun fikrincə:

Məcmu təklifin əyrisi daha çox üfüqidir. Fiskal siyasət monetardan çox effektlidir. GDP=C+İ+G±X bu nəzəriyyəni başa düşmək üçün hakim formuldur. Həcm və istehlak daha çox gəlirlərdən asılıdır, nəinki faiz dərəcəsindən. Bazarda mükəmməl olmayan rəqabətə görə tam məşğulluq zamanı tarazlıq vəziyyətinə qayıdış həmişə baş verir. Dövlət iqtisadiyyatın sabitləşdirilməsində aktiv rol oynamalıdır. Pul tədavülünün sürəti sabit deyil.

MB faiz dərəcəsini mütləq tənzimləməlidir.

Page 150: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

150

Monetar siyasət faiz dərəcəsinin köməyi ilə fəaliyyət göstərir.

Monetar siyasət: - faiz dərəcələrinin dəyişilməsi yolu ilə iqtisadiyyata təsir göstərir ki, bu da

anti-inflyasiya tədbiri olaraq daha çox yararlıdır. Fiskal siyasət: - vergilərin azaldılması və dövlət xərclərinin artırılması yolu ilə ÜDM-in

artımına nail olmaq üçün istifadə edilir. Vergilərin artırılması və dövlət xərclərinin azaldılması inflyasiya ilə mübarizə

üçün təsirli vasitələrdən hesab olunur. Keynsçiliyə görə, işsizlik və inflyasiya arasında kompromis seçim mümkündür. Əgər işsizliyin səviyyəsi çox yüksəkdirsə, onda dövlət müəyyən qədər inflyasiyaya yol verərək məcmu tələbi artıra və bununla işsizlik səviyyəsini aşağı sala bilər. Və əksinə.

İqtisadçıların 3-cü qrupu olan Monetarizm tərəfdarları iddia edirlər ki, pul təklifini il ərzində tədricən 3-5 faiz artırmaq hesabına iqtisadi artıma nail olmaq mümkündür. Onlar hesab edirlər ki, pul kütləsinin artımı məcmu tələbin dəyişilməsinə, bununla da ÜDM-in artımına bilavasitə təsir göstərir. Bu nəzəriyyə üçün hakim hesab edilən tezislər aşağıdakılardır:

Məjmu təklifin əyrisi daha çox şaqulidir Əmək haqqı və qiymətlər elastikdir. Monetar siyasət fiskal siyasətdən çox məjmu tələbə təsir göstərir. İqtisadi siyasətin aydın və ardıjıl olması çox vajibdir. Fiskal və monetar siyasət əsasən qısamüddətli dövrdə fəaliyyət göstərir və ölkə

iqtisadiyyatının gələjəyinə nisbətən az təsir edir. Real ÜDM-in dəyişikliyini izləmək üçün pul təklifini 3-5 faiz artırmaq lazımdır. Əksər bazarlar yüksək dərəjəli rəqabətli hesab olunurlar. MV=PQ bu nəzəriyyəni başa düşmək üçün hakim formuldur. O dövlət yaxşıdır ki, o idarə eləmir. İnflyasiyanın başlıja səbəbi hökumətin həddindən çox pul yaratmasından

ibarətdir. MB pul təklifini mütləq tənzimləməlidir. Pulun dövriyyə sürəti (V) -sabitdir. Keynsçilərdən və monetaristlərdən başqa, "rasional gözləntilər nəzəriyyəsi"

adlanan nəzəriyyənin tərəfdarları da vardır. Bunlar hesab edirlər ki, insanlar iqtisadi siyasətdə dəyişiklikləri gözləyir və işlərini elə qururlar ki, gözlənilən nəticələri kompensasiya eləsin. Bu nəzəriyyənin tərəfdarlarının fikrincə, dövlətin iqtisadiyyata müdaxiləsi "tənəzzül" və "böhran"ı yalnız gücləndirir. Bu nəzəriyyənin əsas postulatlarını qısaca belə ifadə etmək olar:

1. Bir halda ki, nə monetar, nə də fiskal siyasət yaxşı nəticə vermir, - yaxışısı budur, dövlət heç nə etməsin.

Page 151: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

151

2. Təsərrüfat subyektləri (müəssisə və firmalar) kifayət qədər ağıllıdır və öz fəaliyyətləri ilə əlaqədar qərar qəbul etdikləri zaman dövlət siyasətinin nəticələrini mütləq nəzərə alacaqlar.

3. Əhali rasional qərarlar qəbul edərək, özlünü dövlət siyasətinin nəticələrindən qorumağa cəhd göstərir.

Bu nəzəriyyənin tərəfdarları hesab edirlər ki, monetaristlərin "3-5% qaydası" düzgündür, lakin bu qayda əhalinin gözləntilərinin sabitləşdirilməsinə istiqamətləndirilməlidir. Ancaq dövlətin fiskal siyasəti səmərəli deyil, çünki əhalinin reaksiyası bu siyasəti heç edir.

Bu nəzəriyyənin əsas tezisləri belədir: Əmək haqqı və qiymətlər elastikdir İqtisadiyyatın sabitləşdirilməsinə münasibətdə monetar və fiskal siyasət effektiv olmur İqtisadi siyasətin aydın və ardıcıl olması çox vacibdir. Əksər bazarlar yüksək dərəcədə rəqabətli hesab olunurlar. Gözləmə perspektiv xarakter daşıyır. Dövlətin fiskal və monetar siyasəti iqtisadiyyatda tezliklə sabitliyə deyil, qeyri-sabitliyə gətirib çıxarır. Məcmu təklifin əyrisi həmişə şaqulidir. Əhalinin monetar və fiskal siyasətdən gözlədiyi tədbirlərin çox zaman effekti olmur. İndi isə yenidən monetar nəzəriyyəyə qayıdaq. Monetarizmin əsası pulun

miqdar nəzəriyyəsi hesab olunur. Pulun miqdar tənliyi aşağıdakı düsturla ifadə olunur:

MV = PQ,

burada, M- tədavüldə olan pulun miqdarı V- pulun dövr sürəti P- qiymətlərin orta səviyyəsi Q- əmtəə və xidmətlərin miqdarı Biz öyrəndik ki, dövriyyədə olan pul kütləsi dövlət tərəfindən tənzimlənir. Bəs

bunu konkret olaraq kimlər edir və necə həyata keçirir? Adətən belə tənzimləmə ölkənin Mərkəzi (Milli) Bankı (MB) tərəfindən həyata

keçirilir. Bunun üçün MB aşağıdakı alətlərdən istifadə edir: - bank ehtiyatlarının norması; - uçot dərəcəsi; - açıq bazarda əməliyyatlar. "Bank ehtiyatlarının norması" nədir? Fərz edək ki, hər hansı kommersiya

bankınin 100 mlrd. manat pulu var. Müəyyən şəraitdə bank bu pulun hamısını kreditə verə bilərdi. Lakin, MB 20%-lik ehtiyat norması müəyyənləşdirdiyi tədqirdə,

Page 152: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

152

kommersiya bankı pulun yalnız 80 mlrd. manatını kreditə ayıra bilər. Qalan 20 mlrd. manatını isə toxunulmaz ehtiyat kimi saxlamağa borcludur. Beləliklə, MB ehtiyat normasını artırıb-azaldaraq bütünlükdə ölkə üzrə dövriyyədəki pul kütləsinə təsir imkanları qazanır.

Uçot faizi. Məlumdur ki, kommersiya bankları firmalara və əhaliyə kredit verir. Çox vaxt elə olur ki, kredit vermək üçün bankların öz vəsaitləri çatışmır. Onda bu banklar MB-dən borc pul alır və təbii ki, sonradan həmin borcu müəyyən faizlə qaytarır. MB-nin başqa banklara verdiyi kreditlər üzrə borc faizi-uçot faizi adlanır.

Açıq bazarda əməliyyatlar. Bütün ölkələrdə MB özünün borc öhdəliklərini-dövlət qiymətli kağızlarını buraxır. Bunlar ən etibarlı qiymətli kağızlar hesab olunur, çünki onların təminatçısı kimi dövlət özü çıxış edir. Bunları qiymətli kağızlar bazarında firmalar böyük məmnuniyyətlə alırlar. Bu qiymətli kağızlar satıldıqda MB onun əvəzində dövriyyədə olan pulun bir hissəsini əldə edir və bununla da dövriyyədə pulun miqdarı azalır. Dövlət dövriyyədə pulun miqdarını artırmaq istədikdə isə, öz "borclar"nı satın alır və bu məqsədlə dövriyyəyə əlavə pul kütləsi buraxır və son nəticədə pulun həcmi artır.

Gəlin, yuxarıda qeyd olunanları cədvəl vasitəsilə nəzərdən keçirək.

Cədvəl 16 MB pul kütləsini necə tənzimləyir

MB-in alətləri Makroiqtisadi effekti

1. Bank ehtiyatlarının norması Artır Buxovlayıcı siyasət Azalır Genişləndirilmiş siyasət

Pul kütləsi Faiz dərəcəsi İnvestisiya Pul kütləsi Faiz dərəcəsi İnvestisiya

2. Uçot dərəcəsi Artır Buxovlayıcı siyasət

Azalır Genişləndirilmiş siyasət

Pul kütləsi Faiz dərəcəsi İnvestisiya Pul kütləsi Faiz dərəcəsi İnvestisiya

Page 153: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

153

3. Açıq bazarda əməliyyatlar

Qiymətli kağızların satışı Buxovlayıcı siyasət

Qiymətli kağızların alışı Genişləndirilmiş siyasət

Pul kütləsi Faiz dərəcəsi İnvestisiya Pul kütləsi Faiz dərəcəsi İnvestisiya

İ q t i s a d i f i k i r t a r i x i n d ə n

Milton Fridmən (31.12.1912)

Son illər biz Sizlərlə bərabər iqtisadi siyasətə dair keçirilən müxtəlif səviyyəli debatları müşahidə edərkən çox tez-tez «monetarist» sözünü eşidirik. Monetaristlərin çox sevdiyi bu sözün populyarlaşmasında monetarizm iqtisadi nəzəriyyəsinin banisi Milton Fridmənə minnətdar olmalıyıq. Emiqrant ailədən olan, iqtisadi təhsilini aldığı təqaüdlə məşhur Çikaqo Universitetində başa vuran Fridmən sonradan uzun illər (1946-79-cu illərdə) həmin Universitetdə iqtisadiyyat professoru vəzifəsində çalışıb.

Onun iddiasına görə, inflyasiyanı pul kütləsinə təsir etmək yolu ilə nəzarətdə saxlamaq mümkündür, baxmayaraq ki, bir çox ölkələrdə dövlət xərclərini ixtisar etməyə milli hakimiyyətlərin «siyasi iradəsi» çatmır. 1976-cı ildə Nobel mükafatına layiq görülmüş Fridmən əmindir ki, «İnflyasiya həmişə və hər yerdə monetar fenomen sayılır». Əgər dövriyyəyə əlavə pul buraxılışının artım tempi məhduddursa və onun səviyyəsi iqtisadiyyatda istehsalın artım tempinə uyğundursa, onda məhsulun qiymətinin artımı (yəni inflyasiya) baş verməyəcəkdir.

Fridmən monetar siyasətin tətbiqi zərurətinə, həmçinin Keynsin nəzəriyyəsindən kənarlaşmasına əminliyini onunla əsaslandırır ki, bazar

Page 154: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

154

qüvvələri özünütənzimləmə xarakteri daşıyır və «işsizliyin təbii səviyyəsi mövcuddur».

Fridmənin nəzəriyyəsi anti-inflyasiya nəzəriyyəsi hesab olunur. Bu nəzəriyyə son illər keçid iqtisadiyyatlı ölkələrdə geniş tətbiq imkanları qazanmışdır. 1994-cü ildən başlayaraq Azərbaycan Respublikasının Milli Bankı pul kütləsinin tənzimlənməsində monetar alətlərdən istifadəyə üstünlük verir.

Xülasə

1. Tarixən əmtəə və xidmətlərin istehsalı üzrə ixtisaslaşma səviyyəsi

dərinləşdikcə natural mübadilə əməliyyatlarının aparılması getdikcə çətinləşmiş və mal mübadiləsinin asanlaşdırılmasına xidmət edən ticarət münsasibətləri formalaşmış, pul yaranmışdır. Pul – bütün əmtəələr üçün ümumi ekvivalentdir.

2. Pul rolunda çıxış edən əşyalar aşağıdakı tələblərə cavab verməlidir: - insanların hamısı tərəfindən qəbul edilməlidir, yəni alqı-satqı

əməliyyatları zamanı insanlar onu pul kimi qəbul etməyə hazır olsun; - rahat daşınan olmalıdır ki, həm böyük, həm də kiçik sövdələşmələrdə

istifadə etmək mümkün olsun; - dəyərin saxlanması baxımından elə olmalıdır ki, uzun müddət

saxlandıqda alıcılıq qabiliyyəti azalmasın; - kompakt, bircinsli və bölünən olmalıdır; - uzunömürlü və daimi dəyərə malik olmalıdır. 3. Pul aşağıdakı 3 başlıca funksiyanı yerinə yetirir: Pul tədavül vasitəsidir; Pul əmtəə və xidmətlərin dəyər ölçüsüdür; Pul sərvət toplanması vasitəsidir. 4. Pul kütləsini tənzimləmək üçün MB aşağıdakı alətlərdən istifadə edir: - bank ehtiyatlarının norması; - uçot dərəcəsi; - açıq bazarda əməliyyatlar. 5. Makroiqtisadiyyatla məşğul olan iqtisadçılar arasında baş verən

proseslərə münasibətdə üç müxtəlif yanaşma mövcuddur. Onun əsasını aşağıdakı nəzəriyyələr təşkil edir:

Klassik; Keynsçi; Monetarist.

Müzakirə üçün suallar

Pula tərif verin və müxtəlif dövrlərdə pul rolunu oynayan əşyaların adını sadalayın. İstehsalçılar arasında natural mübadilə modelini qurun. ?

Page 155: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

155

Pulun funksiyalarını izah edin. Pulun aqreqatlarını (Mo, M1, M2) sadalayın və onun açılışını verin.

Hər bir nəzəriyyənin (Klassik, Kensçi, Monetarist, Rasional gözləntilər) əsas tezislərini fərqləndirin və onları ümumiləşdirib, sonradan uyğun gələn seçimi edin.

Milli Bankın pul kütləsini tənzimləmək üçün istifadə etdiyi alətləri sadalayın və hər bir alətin pul kütləsinə təsirini qiymətləndirin.

Test

9.1. Keynsçilik doktrinasına görə buraxılışın həcmi və məşğulluğun səviyyəsi müəyyən edilir:

a) Tam məşğulluq vəziyyətini xarakterizə edən iqtisadi sabitliklə b) Onunla ki, təklif tələbi yaradır c) Məcmu tələbin ölçüsü ilə d) Sey Qanunun fəaliyyəti ilə.

9.2. Klassiklərdən fərqli olaraq, Keyns təsdiq etmişdir ki: a) «Laissez faire (bu söz fransız mənşəli olub, «müdaxilə etməmək»

mənasını verir) prinsipinin yerinə yetirilməsi mütləq makroiqtisadi tarazlığa gətirib çıxarır

b) Qiymətlər və əmək haqqı çevikliyə malik olurlar c) Bazar təbii surətdə özünü tənzimləyir d) Özəl sahibkarlıq iqtisadiyyatına daxili qeyri-sabitlik xasdır. 9.3.Hansı iqtisadi nəzəriyyə belə nəticəyə gəlir ki, bazarlar

uzunmüddətli dövrdə artım tempindən kənarlaşma tendensiyasını özləri «tənzimləyirlər»(tarazlığa qaytarırlar).

a) Keys nəzəriyyəsi b) Monetar nəzəriyyə c) Klassik nəzəriyyə d) Təklif nəzəriyyəsi.

9.4. Sey Qanunu bildirir ki: a) Qiymətlərin artımı təklifin çoxalmasına gətirib çıxarır b) Təklifin və tələb əyrilərinin hərəkətləri bazar tarazlığına gətirib çııxarır c) Təklif özünün xüsusu tələbini yaradır d) Əmək haqqı və qiymət çevik hesab olunmur, ona görə də bazar

tarazlığının əldə olunmasına əngəl yaradır.

?!

Page 156: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

156

Onuncu fəsil

Bu fəsli oxuyarkən aşağıdakı termin və anlayışlara diqqət yetirin:

• Dövlət büdcəsi və vergilər

• Büdcə quruculuğu

• Büdcə gəlirləri

• Büdcə xərcləri

• Vergi sistemi

• Vergilər və onun növləri

• Vergi dərəcələri

Bəllidir ki, insan dünyaya gələndə özü ilə təbii hüquqlarını da gətirir. Öncül

hüquq isə - yaşamaq hüququ, həyat tələbatlarını ödəmək hüququdur. Bizim hər birimiz, peşəmizdən və yaşımızdan asılı olmayaraq istədiyimiz, könlümüzdən keçən nemətlərə sahib olmaq haqqına malikik.

Torpaq nə qədər bərəkətli, insan ağlı və əli nə qədər qüdrətli və zəhmətkeş olursa-olsun xoşbəxtliyə qovuşmaq, firavan həyat sürmək tək onun arzuları ilə başa gəlmir. Bütün bunlar üçün ədalətli qanunların bərqərar olduğu dövlətin varlığı zəruridir.

İndi bizim müstəqil dövlətimiz var və biz qürur hissi ilə deyirik ki: biz dövlətik, dövlət isə bizik! Görkəmli ingilis filosofu Con Lokk hələ üç yüz il bundan əvvəl demişdi: insan öz xeyrini, həyatda ona sərfəli olanları dərk etməyə qadirdir və insanı dövlətlə birləşməyə, onun qanunlarına, nizam-intizama riayət etməklə faydalanmağa vadar edən heç bir hədə-qorxu deyil, onun ağlıdır və bunu etməlidir.

Bu fəsildə həmin münasibətlərdən - cəmiyyət üzvləri ilə öz dövləti, dövlətin isə öz vətəndaşları ilə münasibətdə ən mühüm vasitədən-büdcədən bəhs edir.

Büdcə ilə bağlı biz hər gün telekanallardan, kütləvi informasiya vasitələrindən

Page 157: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

157

müxtəlif xəbərlər eşidir, oxuyuruq. Bu barədə danışanlar, yazanlar büdcənin imkanlarına, onun gəlirlər hissəsinin necə doldurulmasına, büdcədəki vəsaitlərin hansı istiqamətlərə xərclənməsinə diqqət yetirirlər.

Büdcə nədir?

Büdcə sözü XVIII əsrdən etibarən maliyyə kateqoriyası kimi leksikona daxil olmuş, məna etibarilə xəzinə sözünə yaxın olmuşdur.

Büdcə müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanlarının vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitləri fondunun yığılması və istifadə olunması formasıdır. Büdcə dövlətin, özünüidarəetmə orqanlarının, ayrı-ayrı təşkilatların və hətta ailənin müəyyən dövr (adətən bir il) üçün gəlir və xərclərini əks etdirən maliyyə sənədidir.

Bəs büdcə necə hazırlanır? Azərbaycan Respublikasının büdcə sisteminin tarixini xronoloji olaraq 3 dövrə

bölmək olar. İlk büdcə quruculuğu prosesi 1918-20-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətin dövrünə təsadüf edir. Sonradan keçmiş SSRİ-nin tərkibinə qatılan "müttəfiq respublikamız" suverenliyi ilə yanaşı, büdcə müstəqilliyini də itirmişdi. Nəhayət, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra yenidən büdcə proqnozlaşdırılması və icrası məsələləri dövlətin iqtisadi siyasətinin başlıca alətlərindən birinə çevrilmiş və onun parlament müzakirəsi təşkil olunmuşdur.

Azərbaycan Respublikasında büdcə sisteminin təşkilinin, büdcələrin (dövlət və yerli) tərtibinin, təsdiqinin, icrasının və icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsasları "Büdcə sistemi haqqında" Qanunla müəyyənləşdirilir. Bu qanunla büdcə ili də müəyyənləşdirilib.

Büdcə ili - büdcənin icrasının həyata keçirildiyi bir illik zaman müddətidir. Büdcə ilinin zaman çərçivələri ayrı-ayrı ölkələrdə fərqlidir. Məsələn, ABŞ-da maliyyə ili oktyabrın 1-dən başlayıb növbəti ilin sentyabrın 30-da, Böyük Britaniyada isə mayın 1-dən başlayıb növbəti il aprelin 30-da başa çatır. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda, büdcə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.

Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi günədək olan dövrü əhatə edir. Cari ilin aprel ayının 15-dək dövlət

Бцдъя - инэилис мяншяли сюз ("будэет") олуб чанта, торба мянасыны верир.

Page 158: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

158

büdcəsinin və investisiya proqramının ilkin layihəsi hazırlanaraq büdcə-vergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatının bölmələri səviyyəsində gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet xərclər, növbəti büdcə ili və sonrakı üç il üçün icmal büdcə proqnozu ilə birlikdə baxılmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.

Cari ilin may ayının 1-dək Maliyyə Nazirliyi tərəfindən növbəti il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal, büdcə göstəricilərinin tərtibinə dair təlimat məktubu hazırlanır və büdcənin tərtibində iştirak edən təşkilatlara göndərilir. Avqust ayının 1-dək müvafiq Maliyyə Nazirliyi tərəfindən cari ilin altı ayının faktiki nəticələri nəzərə alınmaqla növbəti il üzrə orta müddətli makroiqtisadi göstəricilər, habelə sosial, iqtisadi və investisiya proqramları dəqiqləşdirilir.

Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 10-dək Nazirlər Kabinetinə təqdim edilir.

Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi isə ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim edilir. Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisində cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.

Beləliklə, mövcud qanunvericilik əsasında növbəti ilin dövlət büdcəsinin tərtibi İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan sosial-iqtisadi inkişaf proqnozları əsasında Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir və Nazirlər Kabinetinə təqdim edilir. Hökumətin müzakirəsindən sonra Prezident Aparatına göndərilir və prezident tərəfindən bəyənildikdən sonra baxılmaq üçün Milli Məclisə təqdim olunur. Milli Məclisin qəbul etdiyi variant prezident tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Büdcəyə ictimai nəzarət funksiyası parlament tərəfindən həyata keçirilir.

Büdcə gəlirləri və xərcləri

Bir az əvvəl qeyd elədik ki, büdcə dövlətin baş maliyyə planıdır. O, adi hesabdarlıqda olduğu kimi, iki tərəfə malikdir: gəlir (mədaxil) və xərc (məxaric). Əgər birinci tərəf vergilər, rüsumlar və qeyri-vergi ödənişlərindən təşkil olunursa, ikinci tərəf özündə səhiyyə, təhsil, elm, sosial təminat, müdafiə, idarəetmə, həmçinin dövlət subsidiyaları hesabına fəaliyyət göstərən iqtisadiyyatın ayrı-ayrı səhələrinə yönəlmiş xərclərin kompleks spektrini əks etdirir.

Bцdъя эялирляри - мцваfиг г аnуnвериъилик акtлары иля мцяййяn oлуnмуş г айdаdа мцxtялиf сявиййяли бцdъяляря dаxил oлаn верэиляр, рцсумлар, dиэяр юdяnиş вя

Page 159: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

159

Hazırda dövlət büdcəsinin gəlirləri aşaüıdakılardan ibarətdir: - cari gəlirlər, o cümlədən vergilər haqqında qanunvericiliklə müəyyən edilmiş

dövlət vergiləri, habelə həmin vergilərə görə hesablanmış faiz və maliyyə sanksiyaları;

- dövlət rüsumları, birdəfəlik rüsumlar və gömrük rüsumları; - əsas vəsaitlərin və ya dövlət ehtiyatında olan malların satışından və ya icarəyə

verilməsindən gəlirlər; - daxili və xarici mənbələrdən alınan qrantlar və transfertlər; - qanunvericiliklə müəyyən edilən digər daxilolmalar. İnkişaf etməkdə olan ölkələrdə, o cümlədən keçid iqtisadiyyatlı ölkələrin

əksəriyyətində dövlət büdcəsi gəlirlərinin ÖDM-də xüsusi çəkisi 30-35% intervalında dəyişir. Azərbaycanda dövlət büdcəsi gəlirlərinin ÖDM-də xüsusi çəkisi hazırda 15-20% təşkil edir.

Büdcənin xərcləri elmi əsaslarla 4 qrup üzrə təsnifləşdirilir: 1) idarəetmə xərcləri; 2) mudafiə xərcləri; 3) sosial təminat və sosial müdafiə xərcləri; 4) investisiya xərcləri.

Sosial müdafiə xərcləri - büdcədən əhalinin sosial müdafiəsinə yönəldilən xərcləri əks etdirir. Belə xərclərə aiddir: Qarabağ əlilləri dövlət müavinətləri; yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiyalar; sair müavinət və kompensasiyalar; Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması iştirakçılarına müavinətlərin ödənilməsi; işsizliyə görə müavinətlər.

Sosial təminat xərcləri - büdcədən ayrı-ayrı əhali qruplarının sosial təminat ehtiyaclarının ödənilməsinə yönəldilən xərcləri əks etdirir. Belə xərclərə aiddir: qocalar üçün internat evləri; əlillər üçün internat evləri; əmək və əhalinin sosial müdafiəsi mərkəzləri; tibbi əmək-ekspert komissiyaları; sosial təminat üzrə sair idarə və tədbirlər; pulsuz nəqliyyat vasitələrini almağa hüququ olan və bu vasitələrlə təmin olunmayan əlillərə xərclərin ödənilməsi; bəraət qazanmış vətəndaşlara (onların birbaşa varislərinə) zərərin ödənilməsi; şəhid ailələrinə birdəfəlik maddi yardım; qaçqınların və məcburi köçkünlərin məskunlaşması və onlara yardım göstərilməsi; vətəndaşlara dəymiş zərərin ödənilməsi; humanitar yardımla əlaqədar xərclər.

Bцdъя xяръляри - бцdъя tясnиfаtыnа уйüуn oлараг мцxtялиf сявиййяли бцdъялярdяn (мясяляn, dювляt бцdъясиndяn, йерли бцdъялярdяn) г аnуnвериъиликля nязярdя tуtулаn tялябаtлары юdямяк цçцn айрылаn вясаиtлярdир.

Page 160: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

160

Bəzən adamlarda belə təsəvvür yaranır ki, dövlət iqtidar sahibidir və o, istədiyini edə bilər. Ancaq normal iqtisadiyyata malik dövlət vergi və rüsumlar şəklində əldə etdiyi vəsaitlərdən artıq xərcləyə bilməz. Bəzi hallarda, istisna olaraq qiymətli kağızların mənbəsiz emissiyası nəticəsində bu prinsipin pozulması halları müşahidə olunur ki, bu da son nəticədə makromaliyyə sabitliyinin pozulmasına gətirib çıxarır.

Dövlətin iqtisadi potensialı nə qədər yüksək olarsa, onun gəlirləri də bir o qədər çox ola bilər. Bu isə dövlətin maliyyə potensialı, o sıradan da büdcə potensialının inkişaf göstəricisi hesab olunur.

Vergilər iqtisadiyyatın

tənzimlənməsində bir alət kimi İqtisadiyyatın tənzimlənməsində istifadə olunan əsas alətlərdən biri də

vergilərdir. Hər bir dövlət özünə məxsus vergi siyasətinə malikdir. Azərbaycanda bu siyasətin iqtisadi və hüquqi əsaslarını 2000-ci il 1 yanvar tarixindən qüvvəyə minən Vergi Məcəlləsi müəyyənləşdirir.

Məcəllə ilə Azərbaycan Respublikasında aşaüıdakı vergilər müəyyən

edilmişdir: - dövlət vergiləri; - muxtar respublika vergiləri; - yerli vergilər (bələdiyyə vergiləri). Dövlət vergilərinə aiddir: 1) fiziki şəxslərin gəlir vergisi; 2) hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və

təşkilatlardan başqa); 3) əlavə dəyər vergisi; 4) aksizlər; 5) hüquqi şəxslərin əmlak vergisi; 6) hüquqi şəxslərin torpaq vergisi; 7) tranzit yol vergisi; 8) mədən vergisi; 9) sadələşdirilmiş sistem üzrə vergi. Bu vergilər ölkənin bütün ərazisində vahid dərəcələrlə ödənilir və dövlət

büdcəsinə daxil olur. Muxtar respublika vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasında bu

Məcəlləyə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən

Верэи сийасяти - дювлят малиййя сийасятинин тяркиб hиссяси олмаг ла, верэи саhясиндя дювлят тяряфиндян hяйата кечирилян тядбирляр системинин мяъмусудур.

Page 161: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

161

edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur. Yerli vergilər dedikdə bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və onların

ərazisində ödənilən vergilər nəzərdə tutulur. Yerli vergilərə aiddir: 1) fiziki şəxslərin torpaq vergisi; 2) fiziki şəxslərin əmlak vergisi; 3) yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; 4) bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. Bələdiyyələr öz ərazilərində vergilər üzrə güzəştləri, Məcəllə ilə müəyyən edilən

həddlərdə vergi dərəcələrini müəyyən edirlər. Ümumiyyətlə, dövlət vergiləri tətbiq etməklə əsasən 3 məqsəd güdür: - dövlət büdcəsinə lazımi vəsaitlər yığmaq; - əhalinin müxtəlif təbəqələrinin yaşayış səviyyəsindəki fərqləri azaltmaq; -iqtisadiyyatın sahə və regional inkişafını balanslaşdırmaq, dövlət üçün önəmli

sahələrdə iqtisadi inkişafı stimullaşdırmaq.

Vergilər büdcəyə ödənilmə əlamətinə görə 2 qrupda təsnifləşdirilir: - Birbaşa vergilər; -Dolayı vergilər. Birbaşa vergilər - vergi ödəyicilərinin bilavasitə gəlirlərindən və əmlaklarından

müvafiq dərəcələrlə dövlət büdcəsinə, habelə yerli büdcələrə alınan vergilərdir. Belə vergilərə fiziki şəxslərdən gəlir vergisi, müəssisənin mənfəətindən vergi, əmlak vergisi, torpaq vergisi və s. aiddir.

Dolayı vergilər - vergi ödəyicisinin gəlirlərindən asılı olmayaraq müəyyənləşdirilən vergilərdir. Məsələn, əlavə dəyər vergisi, aksiz vergisi, gömrük rüsumları və s. Belə vergilər müvafiq mərkəzi və yerli orqanların qərarları ilə müəyyən əmtəələrin qiymətlərinə və ya xidmətlərin tariflərinə artımlar şəklində daxil edilərək sonradan həmin artımlar məbləğində tutulur. Əslində, bu vergilərin ödəyiciləri son istehlakçılardır. Buna görə də onları istehlak vergiləri də adlandırırlar. Burada istehsalçı və satıcılar bir növ "vergi toplayanlar" rolunda çıxış edirlər.

Vergi dərəcəsi - vergi tarifinin ən əsaslı ünsürüdür. Vergi dərəcəsi vergitutma vahidinə (məsələn, gəlir vahidinə, torpaq sahəsi vahidinə, mal ölçüsünə və s.) düşən vergi məbləüini əks etdirir. Vergi dərəcələri sərt (gəlirlərin məbləüindən asılı

Верэи - дювлятин вя йа йерли юзцнцидаря орг анларынын фяалиййятинин малиййя тяминаты мяг сяди иля верэи юдяйиъиляринин мцлкиййятиндя олан пул вясаитляринин юзэянинкиляшдирилмяси шяклиндя дювлят бцдъясиня вя йерли бцдъяляря, hабеля, мяг сядли дювлят фондларына кючцрцлян мяъбури, фярди, явязсиз юдянишдир.

Page 162: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

162

olmayaraq vergitutma vahidinə görə mütləq məbləüdə təyin edilir), proporsional (gəlirlərin səviyyəsi nəzərə alınmadan sabit faizlə hesablanır), reqresiv (vergi tutulan gəlir artdıqca vergi dərəcəsi də azalır) və proqressiv (vergi tutulan gəlir artdıqca vergi dərəcəsi də artır) ola bilər.

Proporsional vergi tutma zamanı məbləğin artmasından asılı olmayaraq vergi dərəcəsi sabit olur. (Bax şək.39) Vergi formasında ödənilən gəlirin faizi Proporsional vergi

Sabit

%

Sabit Aşağı gəlirlər Yüksək gəlirlər

Şəkil 39. Proporsional verginin qrafik təqdimatı Proqressiv vergiqoyma zamanı dövlət aşağı gəlirlərlə müqayisədə yüksək

gəlirlərdən daha çox vergi tutur. (Bax şək.40)

Vergi formasında ödənilən gəlirin Proqressiv vergi faizi

Yüksək

%

Aşağı Aşağı gəlirlər Yüksək gəlirlər Şəkil 40. Proqressiv verginin qrafik təqdimatı

Page 163: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

163

Reqressiv vergiqoyma zamanı dövlət aşağı gəlirlərdən yüksək gəlirlərə nisbətən daha çox vergi tutur. (Bax şək.41)

Vergi formasında ödənilən gəlirin faizi Reqressiv vergi

Yüksək

Aşağı Aşağı gəlirlər Yüksək gəlirlər Şəkil 41. Reqressiv verginin qrafik təqdimatı

Vergi dərəcələri

(1 yanvar 2004-cü il tarixə) Vergi siyasətinin əsasını vergi dərəcələri və tarifləri təşkil edir .Bu dərəcələr

Vergi Məcəlləsi ilə müəyyənləşdirilir. Məcəllədə bütün dövlət vergilərinin dərəcələrinin ən yüksək həddləri müəyyən edilmişdir. Dövlət vergilərinin hər il tətbiq olunan dərəcələri bu Məcəllədə müəyyən edilən həddlərdən yüksək ola bilməz. Lakin bununla belə, Məcəllədə göstərilir ki, hər il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun qəbul edilən zaman həmin dərəcələrə yenidən baxıla bilər. Bu isə zərurət yarandıüı hallarda çevik vergi siyasəti həyata keçirməyə imkan verir. Belə ki, Məcəllədə hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi 24 faiz müəyyənləşdirildiyindən, Dövlət büdcəsi haqqında qanun qəbul edilərkən müxtəlif illərdə bu dərəcə aşaüı salına (məsələn, 23-ə, 22-ə, 20-yə və s.) və yaxud yenidən 24 faizə qədər qaldırıla bilər. Ancaq heç vaxt bu Məcəllədə göstərilən həddən yuxarı ola bilməz.

Fiziki şəxslərin gəlir vergisi. Gəlirlərə muzdlu işlə əlaqədar alınan gəlir (əmək haqqı, muzdlu işlə əlaqədar alınan digər fayda və ya ödəmə və s.) və muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir (sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir və s.) aiddir. Aylıq gəlirdən aşaüıdakı dərəcələrlə vergi tutulur:

Page 164: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

164

Cədvəl 17 Aylıq gəlirdən tutulan vergi dərəcələri şkalası

Vergi tutulan aylıq gəlirin məbləüi Verginin məbləüi

150000 manatadək vergi tutulmur 150001-3000000 manatadək 150000 manatdan çox olan məbləüin

14 faizi 3000000 manatdan çox olduqda 399000 manat+ 3000000 manatdan

çox olan məbləüin 35 faizi İllik gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:

Cədvəl 18 İllik gəlirdən tutulan vergi dərəcələri şkalası

Vergi tutulan illik gəlirin məbləüi Verginin məbləüi

1800000 manatadək vergi tutulmur 1800001-36000000 manatadək 1800000 manatdan çox olan məbləüin

14 faizi 36000000 manatdan çox olduqda 4788000 manat+ 36000000 manatdan

çox olan məbləüin 35 faizi Cədvəllərdən göründüyü kimi, illik gəlirlərin vergitutma şkalası aylıq gəlirlərin

vergi şkalasının müvafiq sətirlərinin 12 mislinə uyüundur. 2. Hüquqi şəxslərin mənfəət vergisi. Müəssisələrin mənfəətindən 24 faiz

dərəcəsi ilə vergi tutulur. Mənfəət vergisi hesablanarkən vergi tutulan mənfəət istehsal təyinatlı kapital qoyuluşunun maliyyələşdirilməsinə və ya bu məqsədlər üçün alınmış və istifadə edilmiş bank kreditlərinin ödənilməsinə müəssisənin faktiki çəkdiyi xərclər məbləüində azaldılır.

Bu güzəştin verilməsində nəzərə alınan istehsal təyinatlı kapital qoyuluşları dedikdə bilavasitə məhsul istehsalı prosesində iştirak edən binaların-sexlərin yeni tikinti formasında əsaslı tikintisi, yenidən qurulması, fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi və texniki cəhətdən yenidən təchizi, habelə qurüuların, avadanlıqların, istehsaldaxili nəqliyyat vasitələrinin və əsas vəsaitlərin, digər obyektlərin (və ya hissələrinin) satın alınması başa düşülür.

3. Əlavə dəyər vergisi (ƏDV) - istehlakçılardan tutulan dolayı vergilərdən

biridir. Məhsulun istehsalı, işlərin görülməsi və xidmətlər göstərilməsi zamanı əlavə edilən dəyərdən hesablanır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikası ərazisində malların istehsalı, işlərin görülməsi, xidmətlərin göstərilməsi və tədavülü prosesində onların dəyərinə əlavənin bir hissəsinin, həmçinin, Azərbaycan Respublikası ərazisinə gətirilən və vergi tutulan bütün

Page 165: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

165

malların dəyərinin bir hissəsinin büdcəyə tutulması formasıdır. ƏDV mallar istehsalının və göndərilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin bütün mərhələlərində ödənilir. Vergi tutulan dövriyyədən ödənilməli olan ƏDV-nin məbləği bu cür dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən hesab-fakturalara müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq kimi müəyyən edilir. Hazırda Azərbaycan Respublikasında ƏDV “0” və “18%” dərəcələrlə tutulur.

4. Aksiz - vergilərin bir növüdür. Aksizli malların satış qiymətinə daxil edilən,

aksizli malları istehsal edən və satan vergi ödəyicilərindən tutulan dolayı vergidir. Bütün dolayı vergilər kimi aksizlər əmtəənin qiymətini formalaşdırır və onun ödənilməsi faktiki olaraq alıcıların üzərinə keçir. Formal olaraq bu verginin ödəyiciləri aksizli mal istehsal edən və ya satan müəssisələr olsa da, faktiki olaraq onun ödəyiciləri istehlakçılardır. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, yaxud idxal olunan spirtli içkilərdən, pivə və pivə tərkibli içkilərdən, tütün məmulatları, neft məhsullarından aksiz vergisi tutulur.

Məcəllədə aksizli mallara aşaüıdakılar aid edilmişdir: - içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - tütün məmulatları; - neft məhsulları. Əvvəlki illərlə müqayisədə aksizli malların siyahısı xeyli ixtisar edilmişdir. Belə

ki, zinət əşyaları, zərif balıq məhsulları, nərə və qızıl balıq kürüsü, təbii xəz və gön-dəri məmulatları, pambıq malları və s. aksizli malların siyahısından çıxarılmışdır.

Aksizlərin dərəcələri Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir. 5. Əmlak vergisi. Müəssisələr əmlakının (avtonəqliyyat vasitələri istisna

olmaqla) orta illik qalıq dəyərinin 1 faizi həcmində əmlak vergisi ödəyəcəklər. Fiziki şəxslər üçün əmlak vergisi onların şəxsi mülkiyyətində olan binaların

inventarlaşdırılmış dəyərindən tutulur. Bu dəyər şərti maliyyə vahidinin 6000 mislinə (yəni 33000000 manata) qədər olanda onda əmlak vergisi tutulmur. Əmlakın qalıq dəyəri şərti maliyyə vahidinin 6000 mislindən çox olduqda - 33000000 manatdan çox olduqda vətəndaşlar həmin həddən yuxarı məbləğin 0,1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Fiziki şəxslər habelə onlara məxsus olan su və hava nəqliyyatı vasitələrinə görə də əmlak vergisi ödəyirlər.

Qeyd etmək lazımdır ki, hüquqi şəxslərin əmlak vergisi dövlət büdcəsinə, fiziki şəxslərin əmlak vergisi isə yerli (bələdiyyə) büdcələrə cəlb olunur.

Əmlakın qalıq dəyəri dedikdə isə müəssisənin balansında olan əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış köhnəlmənin (amortizasiyanın) məbləği qədər azaldılan dəyəri nəzərdə tutulur.

6. Torpaq vergisi - torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat

Page 166: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

166

fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Hazırda torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə (Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri istisna olmaqla) 1 şərti bal üçün şərti maliyyə vahidinin 5 faizinə (275 manata) bərabərdir.

Torpaq vergisini hüquqi şəxslər dövlət büdcəsinə, fiziki şəxslər isə yerli büdcələrə ödəyirlər.

7. Tranzit yol vergisi - ölkə ərazisinə daxil olan və həmin ərazidən sərnişin və

yük daşınması üçün istifadə edən xarici dövlətlərin avtomobil nəqliyyatı vasitələrinin sahiblərinin həmin ölkənin avtomobil yollarından istifadəyə görə ödədikləri vergilərdir.

Tranzit yol vergisini Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin avtonəqliyyat vasitələri yükün xarakterindən, yükgötürmə qabiliyyətindən, ölkədə qalma günlərinin sayından və s. asılı olaraq ödəyirlər.

8. Mədən vergisi - hasilatçıdan yerin təkindəki faydalı qazıntını hasil etdiyinə

görə tutulur. Ölkə ərazisində mövcud faydalı qazıntıların (məsələn, neft, qaz, filiz ehtiyatları və s.) çıxarılmasına görə mədən vergisi tətbiq olunur. Mədən vergisinin vergitutma bazası faydalı qazıntıların topdansatış qiymətidir. Mədən vergisinin dərəcələri yerin təkindən çıxarılan faydalı qazıntının növündən asılı olaraq müəyyən edilir.

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli büdcələrə, bütün digər faydalı qazıntılar üzrə belə vergi isə dövlət büdcəsinə keçirilir.

9. Sadələşdirilmiş sistem üzrə vergi. Aksizli mallar istehsal edən müəssisələr,

kredit və sıüorta təşkilatları, investisiya fondları, qiymətli kaüızlar bazarının peşəkar iştirakçıları istisna olmaqla ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmamış müəssisələr sadələşdirilmiş sistem üzrə verginin ödəyiciləridir. Yəni bu verginin Bakı şəhərində yerləşən ödəyiciləri ümumi hasilatın həcminin 4 faizi, regionlarda yerləşən ödəyiciləri isə 2 faizi qədər vergi ödəyirlər. İ q t i s a d i f i k i r t a r i x i n d ə n

Fridrix fon Hayek (1899-1992)

Vyana Universitetini bitirən Hayek dünyanın ən məşhur tədris mərkəzlərində, o sıradan London İqtisad Məktəbində, Zaltsburq, Frayburq və Çikaqo

Page 167: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

167

Universitetlərində elmi tədqiqatla məşğul olub. Hayeki maraqlandıran iqtisadi problemlər dairəsi həddindən çox genişdir. Onun tədqiqatının bəzi nəticələri ümumi baxışlarla ziddiyyət təşkil edir.

30-cu illərdən başlayaraq, sosialist ideyasının Qərb intellektualları arasında dəbdə olan zaman Hayek müzakirələrə qoşularaq, sosializm əleyhinə tədqiqatlarla məşğul olub. Qərbdə bu alimi, hətta onun heç bir əsərini oxumayanlar belə sosializmə qarşı mübarizə kimi tanıyırlar. Həqiqətən də Hayekin «Köləliyə yol», «Fərdilik və iqtisadi qaydalar», «Azadlığın əsas qanunu» və digər əsərlərində sosializmin elmi əsasları təhlil olunmuş və belə qənaətə gəlinmişdir ki, sosializm bütün nöqteyi-nəzərlərdən çox böyük səhv olub. Hayek 1974-cü ildə Nobel mükafatı alıb.

Xülasə

1. Büdcə dövlətin baş maliyyə planıdır. O, adi hesabdarlıqda olduğu kimi, iki tərəfə malikdir: gəlir (mədaxil) və xərc (məxaric). Əgər birinci tərəf vergilər, rüsumlar və qeyri-vergi ödənişlərindən təşkil olunursa, ikinci tərəf özündə səhiyyə, təhsil, elm, sosial təminat, müdafiə, idarəetmə, həmçinin dövlət subsidiyaları hesabına fəaliyyət göstərən iqtisadiyyatın ayrı-ayrı səhələrinə yönəlmiş xərclərin kompleks spektrini əks etdirir. Büdcə ili - büdcənin icrasının həyata keçirildiyi bir illik zaman müddətidir.

2. Büdcə ilinin zaman çərçivələri ayrı-ayrı ölkələrdə fərqlidir. Məsələn,

ABŞ-da maliyyə ili oktyabrın 1-dən başlayıb növbəti ilin sentyabrın 30-da, Böyük Britaniyada isə mayın 1-dən başlayıb növbəti il aprelin 30-da başa çatır. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda, büdcə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.

3. Vergi siyasəti - dövlət maliyyə siyasətinin tərkib hissəsi olmaqla, vergi

sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər sisteminin məcmusudur. Azərbaycanda bu siyasətin iqtisadi və hüquqi əsaslarını 2000-ci il 1 yanvar tarixindən qüvvəyə minən Vergi Məcəlləsi müəyyənləşdirir. Məcəllə ilə Azərbaycan Respublikasında aşaüıdakı vergilər müəyyən edilmişdir:

- dövlət vergiləri; - muxtar respublika vergiləri; - yerli vergilər (bələdiyyə vergiləri).

4. Dövlət vergilərinə aiddir: 1) fiziki şəxslərin gəlir vergisi; 2) hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan

müəssisə və təşkilatlardan başqa); 3) əlavə dəyər vergisi; 4) aksizlər;

Page 168: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

168

5) hüquqi şəxslərin əmlak vergisi; 6) hüquqi şəxslərin torpaq vergisi; 7) tranzit yol vergisi; 8) mədən vergisi; 9) sadələşdirilmiş sistem üzrə vergi. 5. Muxtar respublika vergiləri dedikdə, Naxçıvan Muxtar

Respublikasında bu Məcəlləyə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.

6. Yerli vergilər dedikdə bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və

onların ərazisində ödənilən vergilər nəzərdə tutulur. Yerli vergilərə aiddir: 1) fiziki şəxslərin torpaq vergisi; 2) fiziki şəxslərin əmlak vergisi; 3) yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; 4) bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

Müzakirə üçün suallar

1. İzah edin ki, büdcə dövlətin nəyinə gərəkdir. Bir anlığa təsəvvür edin ki, Siz hökumətdə maliyyə naziri vəzifəsi tutursunuz və büdcənin icrasına məsulsunuz, onda vəsaitləri daha çox hansı istiqamətlərə yönəldərdiniz. Bu sualı bir neçə tələbəyə (şagirdə) ünvanlayın.

2. Dövlət büdcəsinin 5 əsas gəlir mənbəyini sadalayın. Onların hansı mənbələrdən formalaşmasını izah edin.

3. Dövlət büdcəsinin 5 əsas xərc maddəsini sadalayın və onları vaciblik dərəcəsinə görə sıralayın.

4. Dövlət və yerli vergiləri sadalayın, vergilərin hansının dövlət büdcəsinə, hansının bələdiyyə büdcəsinə ödənildiyini fərqləndirin.

5. Dolayı və birbaşa vergilərin fərqini izah edin və onların hər birinə misallar çəkin.

6. Proporsional, reqressiv və proqressiv vergilərin fərqlərini izah edin və onların hər birinin konkret misallar üzrə hesablanması qaydasını göstərin.

7. Gəlir vergisinin şkalası üzrə 400 min manat və 4 milyon manatlıq əmək haqqı məbləğini vergiyə cəlb edin.

8. Müxtəlif məbləğlər (4 milyon, 44 milyon manat) üzrə fiziki şəxsin əmlakının (evinin, mülkünün) qalıq dəyərindən vergi hesablayın.

Test

?

? !

Page 169: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

169

10.1. Büdcə kəsiri budur: a) mədaxil məxaricdən çoxdur b) mədaxil məxaricdən azdır c) mədaxil və məxaric bərabərdir. 10.2. Aşağıdakı vergilərdən hansı dolayı vergi hesab olunmur: a) əlavə dəyər vergisi b) aksiz vergisi c) gəlir vergisi 10.3. Bu vergilərdən hansıları bələdiyyə büdcəsinə ödənilir: 1. fiziki şəxslərin torpaq vergisi 2. hüquqi şəxslərin mənfəət vergisi 3. fiziki şəxslərin əmlak vergisi 4. hüquqi şəxslərin əmlak vergisi Cavab variantları: a) 1 və 2 –ci b) 1 və 3-cü c) hamısı.

On birinci fəsil

Bu fəsli oxuyarkən aşağıdakı termin və anlayışlara diqqət yetirin:

• Beynəlxalq iqtisadiyyat • Mütləq və müqayisəli

üstünlüklər • Xarici ticarət dövriyyəsi

• Təbii və əldə edilmiş

üstünlüklər

Page 170: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

170

Biz hər gün televiziya ekranlarında nümayiş etdirilən onlarla reklamlarda xarici

malların təbliğ edildiyinin şahidi oluruq. Biz, bununla yanaşı həmçinin qonşularımızın, dost və tanışlarımızın maşın alarkən əvvəlkitək rus modelinə deyil, alman, yapon, koreya, amerikan və digər ölkələrin avtomobillərinə üstünlük verdiyini də görürük. Qəzetlərdə də tez-tez xarici firma və şirkətlərin ölkəmizdə fəaliyyət göstərdiyi, filiallar və nümayəndəliklər açdığı haqqında məlumatlarla rastlaşırıq.

Belə xəbərlər bəzən bir qrup adamları qıcıqlandırır, narahat edir. Lakin iqtisadçılar bir az fərqli düşünür və hesab edirlər ki, beynəlxalq ticarət ölkələr üçün faydalıdır. Heç bir ölkə özünü dünyadan tədric etməklə yaşaya bilməz.

Buna oxşar siyasəti Sovetlər Birliyi Stalinin hakimiyyəti dövründə aparırdı. Lakin belə siyasət iqtisadi cəhətdən səmərəli deyil. Axı ayrı-ayrı ölkələr iqlim şəraitinə, təbii ehtiyatlarının zənginliyinə, vətəndaşlarının təhsil səviyyələrinə və digər cəhətlərinə görə biri-birindən fərqlənir. Ona görə də ölkələr arasında beynəlxalq əmək bölgüsünün nəticələri əsasında ticarət mübadiləsi hökm sürür. Beləliklə də beynəlxalq və ya xarici ticarət qurulur. Ölkənin göndərdiyi malların və xidmətlərin məbləği onun ixracını, kənardan gətirdikləri isə idxalını təşkil edir. (Təəccüblənməyin xidməti də idxal eləmək mümkündür. Məsələn, əgər xarici nəqliyyat şirkəti Azərbaycan firmasına öz məhsullarının digər ölkəyə daşınması işini təşkil edirsə, bu artıq xidmətin idxalı sayılır ).

İdxal və ixracın cəmi xarici ticarət dövriyyəsini təşkil edir.İdxal və ixrac arasındakı fərqə xarici ticarətin saldosu (qalığı) deyilir. Əgər ixrac idxaldan çoxdursa saldo müsbət və ya aktiv, əksinə olduğu halda, yəni ixrac idxaldan az olduqda saldo mənfi və ya passiv adlanır.

Saldonun müsbət və ya mənfi olmasına istinadən ölkənin inkişaf səviyyəsinə qiymət vermək düzgün deyil.

Tələb və təklif qanunu xarici ticarət sferasında da fəaliyyətdədir. Əgər ölkədə xarici ticarət siyasəti tələb və təklifə əsasən qurulursa və bu siyasət təşkilatlararası münasibətlər sistemindən ibarət olaraq minimum dövlət müdaxiləsinə məruz qalırsa, onda belə siyasəti azad ticarət (free trade) siyasəti adlandırırlar. Əksinə gedən proseslər isə himayəçilik prinsiplərinə əsalandığından ona xarici ticarətdə himayədarlıq siyasəti deyilir.

Himayədarlıq (proteksionizm) dövlətin tarif və qeyri-tarif tənzimləmə alətlərinə söykənərək, yerli firmaları xarici şirkətlərin rəqabətindən qorumaq məqsədilə apardığı xarici ticarət siyasətidir.

Bəs, görəsən xarici ticarətə qoşulmaq, beynəlxalq əmək bölgüsündə iştirak etmək üçün ölkə hansı siyasətə üstünlük verməli və hansı məhsulların istehsalı üzrə ixtisaslaşmalıdır?

Page 171: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

171

Adam Smit hesab edir ki, bu suala bazar cavab verə bilər, lakin bu zaman hər bir ölkənin təbii və qazanılmış üstünlüklərini nəzərdən qaçırmaq olmaz. Belə ki, hələ vaxtilə Smit də əsərlərində sübut edirdi ki, əgər ticarət məhdudlaşdırılmırsa azaddırsa, onda hər bir ölkə rəqabətdə üstünlük qazandığı malların istehsalı üzrə ixtisaslaşır. Beləliklə də bu ölkələrin resursları rentabelli sahələrə axır və nəticədə ölkə qeyri-rentabelli sahələrlə rəqabət apara bilmir.

Bu sualın cavabını taparkən ilk növbədə müxtəlif malların istehsalı ilə əlaqədar olan məsrəflərə nəzər yetirməli və o məhsulu seçmək lazımdır ki, onun həmin ölkədə buraxılışı ucuz başa gəlir. Məsələn, biz hamımız təsdiq edərik ki, Azərbaycanda ananasın istehsalına çəkilən xərc Ekvadordan xeyli çoxdur. Çünki, ananası Azərbaycanda yalnız istixanalarda yetişdirmək olar ki, bu da çoxlu xərc və xüsusi qulluq tələb edir. Amma Ekvadorda ananas təbii yetişir. Bu o deməkdir ki, Ekvador ananas istehsalında mütləq üstünlüyə malikdir. Azərbaycanın isə Ekvador qarşısında mütləq üstünlüyü neft hasilatı hesab olunur. Bu çox sadə haldır. Deməli, isti tropik ölkələrə biz neft, sənaye məhsulları ixrac edə, ordan isə banan, ananas və digər tropik meyvələr gətirə bilərik. Bunu ilk dəfə olaraq məhşur ingilis iqtisadçısı David Rikardo müqayisəli üstünlüklər vasitəsilə sübuta yetirmişdir.

Beləliklə, Adam Smitin əsasını qoyduğu bu nəzəriyyəni sonradan David Rikardo inkişaf etdirərək müqayisəli üstünlüklər nəzəriyyəsini yaratdı. O təsdiq edirdi ki, ticarətdə onsuz da uduş var, lakin bunun üçün ölkə daha effektiv məhsulların istehsalı üzrə ixtisaslaşmalıdır.

Mütləq üstünlüklər

Bir ölkə digər ölkə ilə müqayisədə resursların miqdarından asılı olaraq daha çox məhsul istehsal edə bilər.

Nisbi üstünlük Bir ölkə digəri ilə müqayisədə aşağı alternativ dəyərlə daha çox məhsul istehsal

edə bilər. İqtisadçılar müqayisəli üstünlüklər barəsində danışarkən ayrı-ayrı insanların

müxtəlif qabiliyyətlərindən misal gətirirlər. Təsəvvür edin ki, kiçik bir şəhərdə ən yaxşı ixtisas sahibləri olan menecer eyni

zamanda yazı maşınında sərbəst işləməyi hamıdan yaxşı bacarır. Menecerin texniki assistent işini yerinə yetirməsinin iqtisadi mənası varmı? Əlbəttə ki, yox. Menecer enerjisini öz işinin yerinə yetirilməsinə sərf etməklə

daha çox pul qazana bilər, lakin bu zaman mütləq ixtisaslı işçini –referenti işə götürmək tələb olunur.

Təbii üstünlüklər

Ölkə təbii resurslarına və iqlim şəraitinə minnətdar olaraq təbii üstünlüklərə nail ola bilər.

Page 172: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

172

Qazanılmış üstünlüklər İstehsalatda –texnoloji üstünlüklərə və imkanlara söykənərək müxtəlif və

mürəkkəb məhsullar hazırlamaq qabiliyyətidir. Məsələn, Yaponiya poladın iki əsas komponenti olan dəmir və kömürü idxal etməsinə baxmayaraq dünyanın ən iri polad ixracatçısıdır. Bu müvəffəqiyyətin əsas səbəbi onunla bağlıdır ki, Yaponiyanın poladəritmə zavodları yüksək effektli texnoloji proseslər tətbiq edir, əməyə və materiala qənaətlə yanaşır.

Oxşar olaraq ölkələr də ticarətdə o vaxt udur ki, öz resurslarını daha effektiv istehsalatda cəmləyə bilsinlər.

İndi isə gəlin üstünlüklər nəzəriyyəsinin aparıcı xəttini təşkil edən resurslardan effektiv istifadə ilə bağlı vəziyyəti iki ölkənin timsalında nəzərdən keçirək.

Fərz edək ki, iki dövlət (ABŞ və Şri-Lanka) çay və buğda istehsalı üçün eyni miqdarda resurslara (torpaq, kapital, əmək resurslarına) malikdir.

İstehsalat imkanlarını misallarla aydınlaşdıraq. Tutaq ki, ABŞ Şri-Lanka ilə müqayisədə çay və buğda istehsalında daha

effektiv imkanlara malikdir. Bu o deməkdir ki, ABŞ hər iki məhsulun istehsalında mütləq üstünlük daşıyır.

Hər iki ölkənin eyni miqdarda -100 resursu vardır. Əgər adı çəkilən məhsulların istehsalını qurmaq üçün ölkələrdən hər biri öz resurslarının yarısını istifadə edirsə, onda aşağıdakı şəkildə cədvəl tərtib edək:

Cədvəl 19 ABŞ Şri-Lanka 1.Bütün resursların miqdarı 100 100 2.Məhsulların miqdarı (çay və buğda) 2 2 3.Hər bir məhsulun istehsalı üçün istifadə edilən resursların miqdarı

50

50

4. 1 ton buğdanın istehsalı üçün lazım olan resursların miqdarı

4

10

5. 1 ton çayın istehsalı üçün lazım olan resursların miqdarı

5

10

Göründüyü kimi, ABŞ-da 1 ton buğdanın və ya çayın istehsalı üçün lazım olan resursların miqdarı xeyli aşağıdır. Bu isə həmin məhsulların istehsalının səmərəli qurulmasına işarədir. Belə ki, yuxarıdakı cədvəl məlumatlarından göründüyü kimi, ABŞ mövcud resurslar hesabına 10 ton çay (50 resurs: 1 ton çayın istehsalı üçün tələb olunan 5 ədəd resursa) və 12,5 ton buğda (50 resurs: 1 ton buğdanın istehsalı üçün tələb olunan 4 ədəd resursa), Şri-Lanka isə 5 ton çay (50 ədəd resurs : 1 ton çayın istehsalı üçün tələb olunan 10 ədəd resursa) və 5 ton buğda (50 ədəd resurs : 1 ton buğdanın istehsalı üçün tələb olunan 10 ədəd resursa) istehsal edə bilər. İndi isə bu şəraitdə istehsalın nəticələrinə nəzər salaq. Bu məqsədlə növbəti cədvəl tərtib edək.

Cədvəl 20

Page 173: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

173

çay buğda 1.Şri-Lanka 5 5 2.ABŞ 10 12,5 Cəmi: 15 17,5

Şri-Lanka qarşısında ABŞ çay və buğda istehsalında üstünlüyə malikdir. Lakin

bununla yanaşı, ABŞ-da buğda istehsalında nisbi üstünlük mövcuddur. Bu onunla bağlıdır ki, çayla müqayisədə buğda istehsalı üzrə üstünlüklər nisbətən yüksəkdir.

Göründüyü kimi, onlar bütövlükdə 17,5 ton buğda istehsal edə bilər. Bu məqsədlə buğda istehsalının hamısı ABŞ-da təşkil olunardısa, onda bu ölkə 70 ədəd resurs (17,5 x 4) istifadə edər. Yerdə qalan 30 ədəd resursu isə 6 ton çayın istehsalına (30:5) yönəltmək mümkündür.

Yox, əgər çay istehsalının hamısı Şri-Lankada təşkil olunardısa, onda bütün resurslardan istifadə etməklə 10 ton çay istehsal edə bilər.

Belə olan halda hər iki ölkədə buğda istehsalının birlikdə həcmi 17,5 ton olacaq, çay istehsalı isə 15 tondan 16 tonadək (6 ton ABŞ çayı+10 ton Şri-Lanka çayı) yüksələcək.

Bu hesablamanı əksinə də aparmaq olar, onda çay istehsalını dəyişməz saxlayıb, bütün resursları buğda istehsalına yönəltmək lazımdır.

İ q t i s a d i f i k i r t a r i x i n d ə n

David Rikardo (1772-1873)

İngilis iqtisadçısı David Rikardo klassik siyasi iqtisad elminin görkəmli nümayəndələrindən sayılır. O, Londonda birja maklerinin ailəsində doğulub. D.Rikardo əmək-dəyər nəzəriyyəsini yaradıb. Onun fikrincə, məhsulun dəyərinin yeganə mənbəyi işçinin əməyi hesab olunur, onun da əsasında cəmiyyətin müxtəlif siniflərinin gəlirləri durur. Buradan da əmək haqqı ilə kapitalistin gəliri arasında tərs mütənasibliklə asılılıq qanunu formalaşır.

Davidin 12 yaşı olanda atası onu Amsterdama dayısının yanına göndərir. O, burada iki il ticarət məktəbində təhsil alır və atasının yanına qayıdandan sonra onun birja və ticarət əməliyyatlarına kömək edir.

16 yaşlı David yenidən Hollandiyaya qayıdır və Amsterdamda birja əməliyyatlarının dövriyyəsindəki rəqəmlərlə işləmək bacarığına malik olur.

Page 174: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

174

Belə ki, XİX əsrdə London birjasının Avropada oynadığı rolu XVIII əsrdə Amsterdam birjası oynamışdır. Bu şəxsi səfər Rikardonun həyatını dəyişir və onun biliklərini xeyli dərəcədə zənginləşdirir.

Rikardo bir müddət atasının yanında çalışandan sonra sərbəst şəkildə maklerlik edib, maliyyə imkanlarını xeyli yaxşılaşdırıb. Riyaziyyatın tədrisi ilə məşğul olub, iki dəfə şerif vəzifəsinə seçilib. 1819-1823-illərdə ingilis parlamentinin üzvü olduğu dövrdə özünün iqtisadi baxışlarını təbliğ etməyə başlayıb, parlament tribunasından həmişə azad ticarətin müdafiəsinə qalxıb, proteksionizmin əleyhinə çıxış edib. Onun tədqiqatının nəticələri Rikardonun 40 yaşı olandan sonra işıq üzü görüb. Belə ki, o, 1817-ci ildə əsas elmi əsərini – «Siyasi iqtisadın əsasları və vergi qoyuluşu» kitabını dərc etdirib. Rikardo dövlətin pul-kredit siyasətinə də xüsusi diqqət yetirib. Azad ticarətin lehinə xeyli arqumentlər gətirən Rikardo müqayisəli üstünlüklər nəzəriyyəsinin inkişafında xüsusi xidmətlərə malikdir.

Xülasə 1. Beynəlxalq ticarətin əsası –ixtisaslaşmadır. Nə vaxt ki, insanlar və ya

ölkələr onların ticarət tərəfdaşlarına nisbətən aşağı alternativ dəyərlə məhsul istehsal edirsə, bu o deməkdir ki, ticarət onlar üçün sərfəlidir.

2. Zəngin təbii resurslarına və əlverişli iqlim şəraitinə görə bir ölkə digər ölkə ilə müqayisədə daha çox məhsul istehsal edə bilirsə, bu onun təbii üstünlüyü hesab olunur.

3. İstehsalatda –texnoloji üstünlüklərə və imkanlara söykənərək bir ölkə digər ölkə ilə müqayisədə daha çox məhsul istehsal edə bilirsə, bu onun qazanılmış üstünlüyü hesab olunur.

4. Resursların miqdarından asılı olaraq bir ölkə digər ölkə ilə müqayisədə daha çox məhsul istehsal edə bilirsə, bu onun mütləq üstünlüyü hesab olunur.

5. Bir ölkə digəri ilə müqayisədə aşağı alternativ dəyərlə daha çox məhsul istehsal edə bilirsə, bu onun müqayisəli üstünlüyü hesab olunur.

Müzakirə üçün suallar

1. Yaşadığımız ölkənin timsalında beynəlxalq ticarətin zəruriliyini

əsaslandırın və əhəmiyyətini izah edin. Bir anlığa təsvir edin ki, ölkəmiz xaricdən nə mal alır və nə də ki, kənara mal göndərir. Belə olan halda hansı nəticələrə malik olduğumuzu qiymətləndirin.

2. Beynəlxalq ticarətin üstünlüklərini sadalayın və müzakirələr aparın. 3. Üstünlüklər nəzəriyyəsinin fərqli cəhətlərini aşkar edin və onun hər

birini yaşadığımız ölkənin timsalında müxtəlif məhsul növləri üzrə qiymətləndirin.

?

Page 175: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

175

Test

11.1.Aşağıdakı təriflərdən hansı beynəlxalq ticarət sferasını daha dəqiq müəyyənləşdirir.

a) dövlət təşkilatları səviyyəsində qarşılıqlı təsərrüfat münasibətləri b) müxtəlif ölkələrin özəl təşkilatları səviyyəsində qarşılıqlı təsərrüfat

əlaqələri c) iki və ya daha çox ölkələrlə aparılan istənilən təsərrüfat əməliyyatları

11.2 Dünya ticarəti sferasında dəyişikliklərə səbəb olan başlıca

amillər hesab olunur: a) texnologiya b) iqtisadi şərait c) müharibə və üsyan d) siyasi münasibətlər e) bütün göstərilənlər 11.3. Sizcə, aşağıdakılardan hansıları xarici avtomobillərin idxalından

udur: 1) yerli avtomobil istehsalçıları 2) avtomobilin alıcıları 3) xarici avtomobil şirkətlərinin dilerləri 4) dövlət Cavab variantları a) 1-cilər b) 1 və 2-cilər c) 2 , 3 və 4-cülər d) hamısı

Testlərin cavabları

1.1. d 4.1. c 8.1. b 1.2. b 4.2. d 8.2. a 1.3. b 5.1. a 8.3. d 1.4. b 5.2. a 8.4. a 2.1. b 5.3. d 9.1. c 2.2. c 5.4. d 9.2. d 2.3. d 5.5. a 9.3. c 2.4. c 5.6. d 9.4. a 2.5. c 6.1. a 10.1. b 2.6. a 6.2. d 10.2. c 2.7. b 6.3. b 10.3. b

?!

Page 176: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

176

2.8. b 7.1. c 11.1. c 2.9. b 7.2. d 11.2. e 3.1. d 7.3. c 11.3. c 3.2. e 7.4. c

Tövsiyə olunan ədəbiyyatların siyahısı

1. Липсиц Игорь, Экономика без тайн, Экспериментальный учебник для

10-11 классов общеобразовательных школ, М., Вита-Пресс, 1994. 2. Липсиц И.В., Экономика, История и современная организация

хозяйственной деятельности, Учебник для 7-8 классов общеобразовательных школ, М., Вита-Пресс, 1999.

3. Экономика, под общей редакцией Л.Б.Азимова, Д.А.Петрина, Учебное пособие для старших классов общеобразовательных учреждений, М., Олимп: ООО «Фирма «Издательство АСТ» 1999.

4. Автономов В.С. Введение в экономику: Учебник для 9, 10 классов общеобразовательных учреждений, М.: Вита-Пресс, 1998

5. Азимов Л.Б., Преподавние курса «Введение в экономику»: Пособие для учителья, М.: Вита-Пресс, 1998

6. Азимов Л.Б. , Журавская Е.В. Уроки экономики в школе: Активные формы преподавания - М.: Аспект –пресс, 1995.

7. Макарова О.Ю., Раев В.А. Тесты по экономике.- М.: Вита- Пресс, 1995. 8. Мицкевич А.А. Сборник заданий по экономике.- М.: Вита- Пресс, 1996. 9. Равичев С.А., Григорьев С.Э., Протасевич Т.А., Свахин А.С. Сборник

тестовых заданий по экономике.- М.: МЦЭБО, 1997. 10. Носова С.С. Основы экономики: Учеб. для студ. образоват. учреждений сред. проф. образования. – М.: Гуманит. изд. центр ВЛАДОС, 2002.- 272 с.

Page 177: İqtisadiyyatın əsasları - AZLIBNET7 Redaktordan İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, biologiya və digər elmlər kimi iqtisadiyyat

177

Redaktor: Azər MEHTİYEV Texniki redaktor: Samir ƏLİYEV Korrektor: Aysel SÜLEYMANOVA Operator: Sona MƏMMƏDOVA

Yığılmağa verilib 10.07.2004 Çapa hazırlanıb 12.09.2004

Format 60x84 1/8 Həcmi 25 şərti ç.v. Kağız 75 qr. Ofset

Tiraj 1000

Kitab “Nurlan” mətbəəsində çap olunub.