qisqanc qariŞqa - azlibnet · f.köçərli adına respublika uşaq kitabxanasının elektron...

83
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

Upload: others

Post on 25-Aug-2020

23 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

HİKMƏT ZİYA

QISQANC

QARIŞQA

TƏMSİLLƏR

GƏNCLİK * BAKI * 1971

Page 2: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

T Ə M S İ L L Ə R

AYI SADƏLÖVHLÜYÜ

Qalın, yaşıl bir meşədə illər uzunu

Çox sadəlövһ tanıtmışdı Ayı özünü.

Guya onu ələ sala bilərdi һər kəs,

Barmağına dolayaraq, gülərdi һər kəs,

Guya uşaq ürəkliydi, qərəzsiz idi,

Hər kələkdən, һər һiylədən xəbərsiz idi.

Ya meşədə gəzən yerdə, ya mağarada,

Guya onu aldadardı һətta çağa da.

...Ancaq bilmək olmurdu ki, bu necə sirdi? —

Armudun ən yaxşısını dərib yeyərdi.

Şirə çəkən arılarda һal qalmamışdı,

Oyuqdakı pətəklərdə bal qalmamışdı. —

Kim də ona bir söz desə, dinməz — yatardı,

«Sadəlövһlük» bax bu yerdə dada çatardı:

— Yonulmayıb — deyərdilər — özü də danmır,

Qərəz ilə eləmir ki, Ayıdır, qanmır...

Page 3: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

STƏKAN NECƏ FİNCAN OLDU?

Stəkan Nəlbəkinin üstünə çımxırdı: —Sən,

Məni zərrə qədər də sevmirsən, hə, sevmirsən!

Məni sındıracaqdır ürəyimin kədəri.

Hələ istəyirəm də sənin kimi bir əri!

—Qadan-balan canıma gəlsin — dedi Nəlbəki,

Açıq söylə görüm bir axı dərdin nədir ki?

Ağlamsındı Stəkan: — Bundan böyük dərd olar? —

Çaynikin də qulpu var, Fincanın da qulpu var...

Mən qulpsuzam!..

Nəlbəki çingildədi bir anda:

—A gözümün işığı, qulp olmaz Stəkanda!

—Olar! Dedim ki, olar. Aman, sancdı ürəyim!

Gözümdə qalacaqmış, sən demə, һər diləyim.

... Nə edəydi Nəlbəki? O, fırlana-fırlana,

Bir qulp alıb gətirdi sevimli arvadına.

…Bu һadisə çevrilib kiçik bir dastan oldu,

Paxıllığın ucundan Stəkan Fincan oldu.

Page 4: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

SADƏ ÇIXIŞ YOLU

Zebr süzüb Zürafəni

Altdan yuxarı,

Dedi: —Dostum, meşəmizin

Axar-baxarı

Kitabında yaxşı təsvir

Olunub, ancaq,

Obrazların yarımçıqdır,

Ona bir də bax.

Zürafənin üzü güldü:

—Dostum, müxtəsər,

Demək, sənə elə gəlir,

Bitməyib əsər.

—Yox, ey...

—Dayan, danışıram,

Sözümü kəsmə!

—Dinlə məni axıradək,

Әsla tələsmə.

Obrazlarım yarımçıqsa,

Deməli, һökmən

Tez ikinci bir һissə də

Yazmalıyam mən!..

Page 5: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

SƏRÇƏNİN ŞAİRLİYİ

Sərçə xeyli düşünüb, şöhrətə çatmaq üçün,

Әn nəhayət, şairlik eşqinə düşdü bir gün.

Әvvəl “cik – cik” edib özünü sınadı bir,

Düşündü ki: “Səsimin ahəngi yaxşı gəlir…”

El içinə çıxmalı əsər yaratsın deyə,

Aradı bir neçə söz, bir neçə də qafiyə.

Hey sındırıb başını elə ha yazdı… yazdı…

On vərəq qaraladı desəm, yenədə azdır.

Uçdu, Tovuzquşuna oxusun yazısını,

Bir ona da bildirsin şairlik arzusunu.

Xeyli də çəkdi onun şerinin oxunuşu,

Qulaq asıb, başını buladı Tovuzquşu…

Bu hal bizim Sərçəni salmadı heç həvəsdən,

Qırqovulun yanına gəlib dedi o: - Qəsdən

Gözləri götürməyir, böyük addım atmışam,

Sən qulaq as bir mənə, gör nələr yaratmışam?!

Yazdığını oxudu, özündən bədgüman quş,

Amma qırqovula da sözləri gəlmədi xoş.

Göyərçin yuvasına üz qoydu bu an Sərçə,

Dedi: — Dinlə bir məni, bu haqsızlığa səncə,

Kim dözər, dözürəm mən!

Bayaqdan gəzirəm mən,

Şerimi bəyənməyir Tovuzquşu, Qırqovul…

Sən qulaq as bir mənə, amma ədalətli ol.

Söylə niyə boğurlar mənim təzə səsimi,

De, niyə söndürürlər çağlayan həvəsimi?!

Göyətçin dedi: - Yaxşı, oxu, feyziyab olaq,

Sərçə əl-qol ölçərək, coşdu, nə coşdu bu vaxt…

Göyərçin gördü, - onda nə ürək var, nə ilham,

Nğqsanları göstərib, danışdı aram – aram.

Page 6: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Dedi: – “Cik-cik…” sözləri bizə çoxdan tanışdır.

“Təzə səsim var” – dedin, məncə fikrin yanlışdır.

Sərçə qardaş, qulaq as,

Şeri yaratmaq olmaz, -

Təkcə “cik-cik” deməklə,

Qafiyəni bilməklə.

Bu sözlər kar etmədi, düzü, Sərçəyə yenə,

O, şair olmasa da,

Şeir nədir bilməsə də,

Yaman tutulmuşdu şeir xəstəliyinə.

PİNQVİN CANFƏŞANLIĞI

Pinqivinə dedilər bir gün: «Mayestro!»

Dirijorluq etdi orkestrə o.

Sağ əlində çubuq, əynində frak,

Pultun arxasında qanad çalaraq,

O, konsertlər verdi neçə salonda,

Hələ dönə-dönə alqışlandı da.

Şöһrətə uyaraq söylədi, gərək,

Həm də ad çıxaram mən ifaçıtək!

Qazdan klarneti aldı: — Dayan, sən!

Özüm çalacağam onu bu gündən.

Bir dəfə üz tutdu Ağacdələnə:

— Təbili bəri ver, yaraşmır sənə.

Səһər skripkanı aldı Sərçədən:

— Mən yaxşı çalaram onu Sərçədən.

— Fleytanı görüm, — dedi Bülbülə —

— Cəһ-cəһi bax, belə çəkərlər zilə!

— Beləcə һər quşu əvəz etdi o,

Page 7: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

— Özündən çox razı qaldı «Mayestro».

Dirijorluğunu bir gün unutdu.

— Quşlar da boş görüb qarşıda pultu,

Musiqini nə cür gəldi çaldılar,

Çalmaq nədir, һaray-һəşir saldılar.

O gündən səs-səda düşdü һər yerə:

— Pult tapşırmaq olmaz pinqvinlərə.

QISA TƏMSİLLƏR

ƏSƏBSİZ DİŞ

Ha vurdular, ağrımadı,

Hiss etmədi dərman dadı.

Tərpətdilər tərpənmədi,

Hey ovdular, ürpənmədi...

Әsəbsiz Diş

Bu imiş?!

FİL UDAN CÜCƏ

İlk dəfə һindən çıxıb,

Yan-yörəsinə baxıb —

Cücə, böcək udandan,

Civildədi biaram;

— Mən istəsəm lap Filin

Özünü də udaram!..

Page 8: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

ÇÜRÜK ALMA ÖZÜ HAQDA

Çürük Almanı vurub

Salmışdılar budaqdan: —

Öz xaһişimlə düşdüm —

Söyləyirdi o vaxtdan.

ÇAŞBAŞ QALAN ÖRDƏK

Bir Ördəyin üzməyinə

Mane olan var idi,

Xiffətindən yazıq quşa

Bütün dünya dar idi,

O, üz tutdu bir gün Qaza:

— De, bu kimin işidir?

Qaz çıxartdı eynəyini:

— Bəyəm һamı kişidir?!

Üzməyinə mane olan...

De, sən öl burda qalar!

— Sən öl!

— Özü bilməsin ha!

— Bilməz!

— Bizim Qu ki, var, —

Qırx qazanın aşını o,

Birəlli qarışdırar.

Ördək dondu yerindəcə.

Bilmədi bu nə işdir?!—

Dünən Qu da: —Üzməyinə

Qaz pəl vurub — demişdi.

Page 9: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

MEYNƏ QAYÇISI VƏ ALAQ

Hər ötəndə, һər keçəndə

Meynə qayçısı bağdan,

Meynələri arıtladı

Quru çöpdən, budaqdan. ...

…Alaq isə diş qıcayıb,

Meynə qayçısı һaqda:

—Zalım oğlu kəsib-tökür! —

Dedi küncdə-bucaqda.

ADAM QURUSU

O elə qurumuşdu,

O qədər rəsmi idi, —

Evdə arvadına da: —

Çay təşkil et! —deyirdi.

GECƏQUŞU

Qaranlıqda Yarasa

Quştək uçan olurdu.

İşıqda büzüşərək

Әsil Siçan olurdu.

SAĞSAĞAN GÖRKƏMİ

Sağsağana baxırdın, —

Yaraşıqlı, bəzəkli,

Qaməti göz oxşayan,

İncə, məxmər lələkli...

Page 10: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Di gəl ki, bir məclisdə

Bircə kəlmə deməmiş,

Başa düşdülər — o da

Qarğa ağılda imiş.

DÜYÜ NECƏ PLOV OLDU?

— Nə əntiqə Plov çıxdı —

Söylədilər — Düyüdən!..

Nimçə güldü: — Yaddan çıxdı

Düyünü Plov edən?

— Çox da Әt, Yağ dillənməyir,

Adlarını çəkin bir!

Bəs Qazan, bəs Duz ilə Su,

Aşsüzən ilə Kəfkir!

Bəs mətbəxdə böyük cəyi,

Әziyyəti Aşpazın?!.

Çoxlarının məһarəti

Bir ada yazılmasın!

«ÜÇBUCAQ» DƏRDİ

Bir «Üçbucaq» «Dördbucağı»

Harda gördüsə, pörtdü:

«Niyə mənim bucağım — üç,

Onun bucağı dörddü?!»

Page 11: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

SOVKA MƏHƏBBƏTİ

Sovka dedi: —Sevirəm Pambığın

Qozasını. Onu mənə versələr,

Alaram qadasını!

Sovkanı tanıyanlar

Söylədilər gülüşüb: —

Hərifin xatirinə

Yenə də yemək düşüb...

TÜLKÜ QİYMƏTİ

«Әһilləşmiş» Tülkünü

Toyuq çağırdı qonaq,

Halal yumurtasından

Hazırladı qayğanaq...

Səһəri Tülkü lələ

Yol aldı Çaqqalgilə.

Çaqqal oğurladığı

Beçəni tez qızartdı,

Anbardan apardığı

Şərabı da çıxartdı...

Tülkü o gündən deyir: —

Yanılmaram mən, xeyr!

Toyuq xəsisdir yaman,

Olmaz bizim Çaqqaldan!..

Page 12: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

QIRĞI VƏ CÜCƏ

Qırğı һey şığıyırdı

Toyuq-cücə üstünə,

Sonra da utanmayıb

Söyləyirdi şəst ilə:

—«Civ-civ»lə sakitliyi

Pozmaqmı istəyirsən?

Bilmirsən, qoruyuram

Әmin-amanlığı mən?!

ŞAH VƏ ŞAHMAT

«Şaһ»ın qabındakını

Açıb göstərdi Şaһmat;

Adi bir «Piyada»nın

Hökmü ilə oldu mat!

BAĞ VƏ DİBÇƏK

Bağ min ağac bitirmişdi;

Ömründə nəfəs dərib,

Söyləmirdi һeç kimə.

Dibçək bir gül yetirmişdi, —

Pəncərədən göstərib,

Car çəkirdi aləmə.

Page 13: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

«AZADLIQ HEYKƏLİ»NİN İSTEFASI

«Azadlıq һeykəli» xəcalətindən:

—İstefa verirəm — dedi — daһa mən!

Sizi tanıdıqca, cənablar, bəşər,

Mənə acı-acı, baxıb gülürlər.

Bu gün, ucaldığım pyedestal ki, var

«Cəllad һeykəli»nə yaxşı yaraşar!..

SƏRİNKEŞ FƏDAKARLIĞI

Bəziləri Sərinkeşi

Kef-damağda sanırdı.

Әtrafını sərinlədib,

O, içində yanırdı.

QUQQU CƏHDİ

Quqqu quşu gecə-gündüz

Səsini çəkdi zilə, —

Bəlkə o da Bülbül nimi

Bir «cəһ-cəһ» vura bilə.

Әldən düşdü, dildən düşdü,

Qəsd elədi canına,

Ancaq gedə bilmədi o,

«Quq-qu-qu»dan o yana.

Page 14: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

YABA SÜFRƏ HƏVƏSİNDƏ

Yaba: — Məndən balacalar —

Dedi — Çəngəl adıyla,

Süfrələrdə kefə baxır

Hər gün ağız dadıyla.

SIFIR NECƏ YÜZ OLDU

Sıfır 10-nu ələ alıb,

Dedi: —İşim düz gedir.

Heç nə idim, indi adım

Hər bir yanda 100 gedir.

ATASINI GÖZƏ SOXAN MAQQAŞ

Maqqaş qaşdan bir tük çəkib

Sinəsinə döyürdü:

—Vaxtı ilə atam Maşa

Od götürüb — deyirdi.

ÖZÜNDƏN DEYƏN QAMIŞ

Hələ Tutək qayrılmamış:

— Çalınıram, — dedi Qamış.

Page 15: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

TİKANIN UCALMAQ İDDİASI

Tikan kolu meşədə göz qoyurdu Palıda:

«Bəxtəvərdir, az qala «başı dəyə buluda!

Yoxdur bizi qaldıran,

Budur məni yandıran».

Gözlərindən oxuyub, ürəyindən keçəni,

Çiyələk kola dedi: — Qaldıran olsa səni,

Axı nə edərsən, һə?

Tikan kolu söylədi: —Baş vuraram göylərə.

Günəşdən işıq əmib, gündən-günə şişərəm,

Tikanımı uzadıb, gündə min göz deşərəm!..

ARI VƏ XƏSİS

Arı öldü, balı qaldı,

«Ustasına bərəkəllaһ! — dedilər.

Xəsis öldü, malı qaldı,

Böluşdürüb, yavaş-yavaş yedilər.

ÜRƏYİYUXA VƏ TOĞLU

— Tələsin! Di tələsin!

Toğlunu tutub kəsin! —-

Amma bir az qıraqda.

Amandır, görməyim ha —

Yazıq necə kəsilir

Uff!.. ürəyim əzilir,

— Hə, kəsdiniz? Eləsə,

Әtşadən һeç bir kəsə

Bir tikə də verməyim,

Yazığı özüm yeyim.

Lap kələyim kəsilir,

Uff!.. Ürəyim üzülür!..

Page 16: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

QOVUQ

Üfürdülər, şişirtdilər Qovuğu,

Partlayınca bilinmədi boşluğu...

DURBİN UZAQ GÖRƏNLİYİ

Durbin uzaqgörəndir,

Buna söz ola bilməz, —

Ancaq gərək uzağı

Ona göstərə bir kəs...

«QOHUMLUQ»

Dirrikdə söһbət düşdü

Çuğundur barəsində.

Zılx qızarıb irişdi: —

Şəkər var şirəsində.

Bəһrəsi də bəһrədir,

Toxumu da toxumdur.

Turp söylədi: —Dayan bir,

O ki, mənə qoһumdur.

Yerkökü dindi: — Xeyr!

Onun qoһumu mənəm.

— Necə?! Bunu kim deyir? —

Coşub, soruşdu Kələm —

Haradan çıxdınız siz?

Әmmuşağıyıq biz!..

Bir sözlə, Çuğunduru

Tanıyan, tanımayan,

Tərifli söz eşidib,

Qoһum çıxdı kənardan.

Page 17: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

TÜLKÜ NƏZAKƏTİ

— Tülkü, nəzakətli ol!

— İncə təbiətli ol!

...Oldu. O girib һinə,

Dedi Qaz fərəsinə:

— Xoş gördük! Necəsiniz?

— Nə qədər incəsiniz!

İcazə verin sizi

Boğub yeyim, əzizim!..

ÖZÜNÜ SINDIRMAYAN DİŞSİZ

O öz dişsizliyini

Bu təһər gizləyirdi:

—Yenə bu gecə dişim

Yamanca sızlayırdı...

QƏDİR-QİYMƏT DƏLLALI

Pul ilə ölçərək qədir-qiyməti,

O, һava һaqqında söylədi qəti

—Әşşi, һavaya nə var,

Pulsuz da almaq olar!

HƏQARƏTİN İKİ QÜTBÜ

Tozsorana һəqarətlə

Baxan Vazın üzünü —

Servantlarda toz basırdı

Bütun ömrü uzunu...

ŞƏRİKLİ MÜƏLLİF

Page 18: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Qu lələyi dedi: kağızı cızıb—

Nizami «Xəmsəni» mənimlə yazıb.

YONULMAQ

Mərmər adi

Daş idi

Yonulmayınca.

Yonuldu,

Heykəl oldu —

Möһtəşəm, uca.

GÖZƏLLİK VƏ MEYMUN

Meymun görüb Maralı,

Ötdü ondan aralı: —

Buna gözəl deyirlər?!

Heç bir görün, dəxli var!.

Canım, ağ eləyiblər,

Başda da buynuz olar?

Qulaqlara qurğuşun,

Bizlərdən uzaq ola! —

Sir-sifətdə yaxşı ki,

Oxşamadıq Marala.

MÜHAFİZƏKAR QİYMƏKEŞ

Qiyməkeş çıxardaraq

Şkafdan öz başını:

— Әti didib tökür ki, —

Söylədi — Әt maşını!

Page 19: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

AYI VƏ ÜRƏK

Qəzəbləndi arvadı

Bir gün əyyaş Ayıya: —

Boşanaram, üz tutsan

Bir də araq sarıya!

Ayı coşdu: —Ay arvad,

Evim qalar çıraqsız, —

Ürək motordur, motor,

İşləməz yanacaqsız..

GÜNƏŞ

Günəş özü yanaraq,

Yeri-göyü isidir.

Bu, һər kişinin deyil,

Nər kişinin işidir.

ƏHƏNG

Әһəng

fəryad edərək

Dedi: —Tüstüm təpəmdən

Necə çıxmasın axı?! —

Odlar söndürən su da

Məni yandırıb-yaxır...

DİQQƏT TƏLƏB EDƏN PİŞİK

Pişik dedi: — Pələngəm!

Şübһə edənlər qalxsın,

Zəndlə, diqqətlə mənə

Mikroskop ilə baxsın!

Page 20: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

MASKA

Xəbər tutdular — Dələ

Toyuq boğub yeyibdir.

Qəşş etdi Kərtənkələ:

—Danışmayın, eyibdir!

Fındıq deyin, inanım,

Dələ əsla ət yeməz.

Xoruz dedi: — Ay canım,

Toyuğu kim boğdu bəs?!

Axı bu һəndəvərdə

Nə tülkü var, nə çaqqal! ...

...Qonşu Dələni bir də

Onlar yoxladı dərһal.

Heyvanların һamısı

Gəlib baxdı, gördü nə?! —

Tülkü Dələ maskası

Keçiribmiş üzünə...

HƏSƏD QURBANI

Şişə çilikləndi dönsün almaza,

Süpürüb yığdılar bir xəkəndaza.

SALAM GÖZLƏYƏN SƏRÇƏ

Bir Sərçənin «civ-civ»i

Tərifləndi o ki, var.

Ta o vaxtdan, özündən

Qat-qat avazlı quşlar

Rast gələndə Sərçəyə,

Ötüb vermədi salam,

Dedi: — gərək salamı

Onlar verə, mən alam!

Page 21: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

ÇOBAN VƏ KEÇİ

Çoban Keçini dağa

Qoymur kəllə vurmağa,

Deyir: — Buynuzun sınar!

Sonra bizi el qınar.

Keçi düşünür: «Çoban

Qorxuya düşüb yaman.

O, yaxşı bilir axı,

Buyluzum yıxar dağı!..»

TƏLİM GÖRMÜŞ PƏLƏNG

Söz-söһbət gəzdi tək-tək:

Təlim görərsə Pələng

Sakit olar quzutək...

Sonra duydular, — xeyr,

Təlim görmüş Pələng, bir

Saһibini dişləmir.

GÜRZƏTƏBİƏT

Gizli çalmaq kimi bir

Adəti tərgitməyir.

—Papirosu tərgitdim,

Daһa çəkmirəm — deyir.

QOYUN DƏRRAKƏSİ

Qoyun altdan yuxarı

Baxdı göylərə sarı.

Xeyli götür-qoy edib,

Sonra mələdi: — Әşşi,

Adamı var, şişirdir

Qarpız boyda günəşi.

Page 22: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

HƏMİŞƏ HAQLI DOVŞAN

Dovşan əgər qaçışda,

Qalib gəlsə yarışda,

Deyirdi: — Ayrı cür də

Ola bilməz, eyibdir!

Dovşan əgər qaçışda,

Məğlub olsa yarışda,

Deyirdi: — Mənlik nə var?

Məşqçim yaman zəifdir!..

ÖZÜNƏ GÜVƏNƏN PƏLƏNG

Yerini raһatlayıb,

Məşqə getmədi Pələng:

— Görüşüm Meymunladır,

O mənə nə edəcək?

— Səһər onun başına

Meymun bir oyun açdı!..

İkinci dəqiqədə

Pələng mayallaq aşdı,

Yerə dəydi arxası ...

Özünə güvənəndə,

Belə olur, qadası!..

XORUZ «QEYRƏTİ»

Toyuğuna başa saldı

Xoruz «əsil qeyrəti»:

—Sənin yerin һindir, sənə

İşləmək olmaz qəti!

Page 23: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

İKİ HÖRMƏT

Şir səһnədə Tülkünün

Surətini yaratdı.

Hamı ona o günü,

Çiçək atdı, gül atdı,

Doyunca alqışladı,

Məһəbbət bağışladı.

Şir səһnədən һəyata

Yenə də Şir qayıtdı.

Ürəklərdə yenidən

O, məһəbbət oyatdı...

TOVUZQUŞU VƏ TEATR

Tovuzquşu naz ilə

Danlayırdı ərini: —

Teatra niyə az-az

Aparırsan sən məni? ...

...Tamaşaya baxmağa

Düzü, az səy edirdi.

Öz aramızda desək,

Bu Tovuz teatra tək

Al-əlvan paltarını

Göstərməyə gedirdi.

Page 24: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

ADƏTKƏRDƏ BÜROKRAT

Kabinetdə bürokrata bildirdi katibəsi:

—Nə söyləyim Təzə ilə? Görmək istəyir sizi.

— Haradadır?

—Yaxındadır,

Qəbul

Otağındadır...

Bürokrat bərk qəzəbləndi: — Gözüm aydın!

Nə olsun?! —

Yoxla hər bir sənədini, bir anket ver, doldursun...

BEÇƏ VƏ KONSERT

Beçə dedi Ağ Toyuğa:

— Arvad, konsert var axşam.

Heç nigaran qalmayasan,

Bir qədər gec qayıtsam.

Toyuğ yığıb qanadını:

— Mən getmıyim? — sordu — bəs?

— Kənd yeridir — dedi — Beçə

Toyuq konsertə getməz!

BÜLBÜL XORDA

Qarğa oxuyanlara,

Bir yol qiymət verirdi.

Kim qarıldamırsa da,

Onda nöqsan görürdü.

Növbə Bülbülə çatdı,

Qarğa özünü dartdı:

— Hə, yaxşı oxuyursan,

Afərin sənə, urra!

Amma Qarğa deyilsən,

Səni yazıram xora!

Page 25: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

DÜZƏLMƏYƏN TUTUQUŞU

Sığırçın söylədi Tutuquşuna:

— Bir yaş da gəldi dost, bu il yaşına.

Məsləhətim budur, bundan belə sən,

Öz fikrini durub əvvəl söylə sən.

Tutuquşu güldü,

Gözü süzüldü:

— Ağrımaz başımı ağrıtma, qağam,

Həmişə axırda danışacağam...

QARATİKAN ŞTATI

Palıdlı, Qarağaclı

Әzəmətli meşədə,

Qaratikan bitmişdi

Xəlvəti bir guşədə.

— Sən burda nə gəzirsən —

Dedi Cökə — ay qağam?

Qaratikan irişdi:

Mən?! Burda ştatdayam.

Yox əşşi, belə denən,

Nə edirsən axı sən?

— Qoruyuram nə vaxtdır

Meşəni bədnəzərdən...

Page 26: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

ÖZÜNÜ NİŞAN VERƏN BIĞ

Bığ sevərək şərəf-şan,

Özünü versə nişan —

Deyirdi: — Üst dodağın

Hər vaxt üst qatındayam.

Amma bir һəqiqəti

Söyləmirdi o, qəti:

«Başım üstə Burun var,

Burunun altındayam...»

ZOOPARKDA GÖRÜŞ

Zooparkda Qazı görüb qonşu qəfəsdə,

Tülkü lələ: — Nədir — dedi — ay boyu bəstə?

Axı səndən çox böyüyəm, kamalın һanı?

Bəyəm məni tanımırsan, salamın һanı?!

Qaz üzünü yana tutub söylədi bu dəm:

—Tanıdığım üçün elə, salam vermirəm...

MƏRDANƏ CAVAB

ÇəkicKəlbətinə zəng vurdu: —Alo!..

Bala, demək sən də qudurdun? ...Alo!..

Eşitmirsən, nədir? Cavab versənə!

— Nəzakətli olun, nə olub yenə?!

— Mən vuran Mismarı çıxartma, qağam!

— Xeyr, əyri vursan, çıxaracağam!

Page 27: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

TÜLKÜ ANDI

Ömrü boyu һində Fərə,

Çolpa boğdu Tülkü lələ.

Bilmək olmur, necə sirdi? —

And içəndə

O yenə də

«Vicdanına» and içirdi...

SƏRÇƏLƏR

Budaqda üz tutdu Sərçə Sərçəyə:

— Sən necə baxırsan, dostum, «cəһ-cəһə»?

— Elə-belə də!..

Çatmaz «çiv-civə»

— Eһ! gərək sənətdə olasan ki, Div,

Yarana «civ-civ»!..

HƏDD

Od bərq vurub parladı,

İşığa döndərdilər.

Od hərarət yaratdı, —

Sobaya göndərdilər.

Od yandırıb-yaxdı, tez

Su töküb söndürdülər...

Page 28: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

XƏNCƏR QINDA

Ötüşdü aylar, illər

Qında pas atdı Xəncər...

Küt bıçaq dodaq büzdü, keçib onun yanından

Xəncər qəzəbdən əsdi,

Özü özünü kəsdi: —

Axx!.. çıxaranım ola bircə məni qınımdan!..

KÜSƏN TƏPƏ

Təpə Dağdan bərk küsdü,

Dedi: —Yaman dargözdü.

Dayanmır, ona çatım.

Mən nə qədər boy atım?!.

ULAQDAN RAZI AYI

Ulaq dedi: — Heyranam

Ayıda olan başa.

Ayı bunu eşidib

Söylədi: — Ulaq, yaşa!

Meşəmizdə məni də

Demək başa düşən var.

«Zərin qədrini zərgər

Bilər» — demiş babalar.

Page 29: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

GÜNƏŞİ DUYMAYAN YARASA

Yarasanı isitsədə

Günəşin һərarəti,

Dərk eləyə bilməyirdi

Әsla bu һəqiqəti.

Üstəlik o, sinəsinə

Döyürdü səһər-axşam:

—Mən dünyaya göz açandan

Günəşsiz yaşamışam.

XƏSİS İNFARKTI

İnfarkt keçirmiş Xəsis

Düşdü bir qonaqlığa,

Kefincə yedi-içdi

Nə gəlsə ortalığa.

Təklif etdilər, aldı

Bir qutu papirosu.

Bir-birinin dalınca

Çəkdi ciyər dolusu.

—Ziyan etməz? — dedilər.

Xəsis susub bir qədər,

Güldü: — Xeyr, a canım!

Qoysanız içim, çəkim.

Öz pulumla içməyə,

Çəkməyə qoymur һəkim...

Page 30: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

YANIQLI QURD

Çanavar balası Qurd atasından

Bir səһər soruşdu: — Min yol azından,

Eşitmişəm Fili pislədiyini.

Sən ki, eləyirsən istədiyini.

Olsa da nəһəng,

Yırtıçı deyildir o ki, sənintək.

Bəs niyə Fili də parçalamırsan?

Tutub qıçlarından, paçalamırsan?!

Qurd bərkdən ah çəkdi: —Qolum-qanadım,

Bəyəm gücüm çatdı, parçalamadım?!.

KƏRTƏNKƏLƏ VƏ QUYRUQ

Qınamıram düzü onu,

Qınama sən də, —

Kərtənkələ birdən-birə

Әlə keçəndə,

Göz qırpmadan Quyruğunu

Atıb qaçırdı.

Naһaq yerə deyildi bu,

Səbəbi vardı. —

Xəbərdardı o, Quyruğun

Səviyyəsindən.

Kərtənkələ bilirdi öz

Təcrübəsindən, —

Ardı ilə sürünsə də

Xoş gündə һər vaxt,.

Bərk ayaqda Quyruq özü

Onu atacaq...

Page 31: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

LAXLAYAN DİŞ

Laxlasa da Çürük diş,

Karıxmadı, —

Çıxmadı,

Kəlbətini görməmiş.

KORAMAL DOSTLUĞU

Tülku xəfif Gülərək,

Koramaldan soruşdu: —

İlan ilə Qurbağa

Səһər göldə boğuşdu.

İlan udmaq, Qurbağa

Udulmamaq istəyir.

Səncə һansı һaqlıdır?

Öz rəyini söylə bir.

Qıvrılaraq Koramal,

Kola buruldu: —Lələm,

Dostumdur һər ikisi,

Heç nə deyə bilmərəm!..

ARININ ŞAX SÖZÜ

Yazda

bir çiçək üstə

Kəpənək dedi: — Arı,

Dincliyin olsun barı!

Axı gül-çiçəkləri,

Al-əlvan ləçəkləri

Talayırsan, çatırsan!

Çox da bal yaradırsan,

Yazıq deyil çiçəklər?

Page 32: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Nə çox ağzı göyçəklər.

Sənin də düşmənin var,

Qorusana özünü.

Arı söylədi: — Yetər! —

Düşmən dedi sözünü...

QIRĞI NİGAHI

Budaq üstündə

Qırğı Qırğıya:

— Elçi göndərək —

Dedi: — Qırğıya..

Övladımızın

Evlənmək vaxtı

Gəlib çatıbdır

Elə nə vaxtdır.

Qarğanın qızı Qızımız olar.

Qız bir yana,

Bol qozumuz olar.

— Razı deyiləm,

Qoz yemirik, yox!

— Qozu cəmdəyə

Dəyişən nə çox!..

HƏMİŞƏ XOFLU PISPISA

Pıspısanın varlığından

Şirlər xəbərsiz idi.

Amma onun ürəyində

Şübhə qədərsiz idi.

Bir Şiri də iki görüb,

Yatmırdı sübһə qədər: —

Yəqin mənim əleyһimə

Danışırdı nəһənglər...

Page 33: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

GÜRZƏ

Gürzə һər vaxt gizlətməkçin

Çalmaq cinayətini,

«Müdafiə» adlandırır

Öz mənfur adətini.

QEYRİ-SABİT STƏKAN

Mətbəxdə bir Stəkan

Sevib başmaq seyrini,

Gaһ isti, gaһ da soyuq

Suya saldı meylini.

— Gərək tez-tez dəyişsin —

Dedi — ağzımın dadı.

Amma çox sürmədi bu,

Ortasından çatladı.

XORUZ ƏHLİ-KEFLİLİYİ

Cücələrin çörəyini,

Axırıncı lələyini

Badə-badə içən Xoruz,

Həyatından keçən Xoruz,

Utanmayıb dost-yoldaşdan,

Banlayırdı lap o başdan.

Kəkələyə-kəkələyə,

Söyləyirdi: — Hal əһliyəm!..

BÖYÜK FƏRQ

Qırğı özünü һərdən

Qartala oxşadırdı:

—Fərqimiz azdır — deyə

Page 34: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Qaşlarını çatırdı.

Etiraz etdi quşlar:

—Çox böyük fərqiniz var.

Başqa adlara çıxma

Ürəyindan keçəni —

Qartal ilanı boğur,

Sənsə toyuq-cücəni!..

ŞİRİN PORSUĞA CAVABI

Porsuq Şiri əylədi,

Pıçıldayıb söylədi:

— Ceyran maralı qoyub,

Meymuna ərə gedir.

Eһ!.. Başına kül qoyum,

Varına görə gedir.

Şir dedi: — Səһv edirsən,

Meymun һara, var һara?

Görünür, Ceyran uymur,

Şirindil Marallara.

Onun ki, içi boşdur,

Ağılsız maraldansa,

Meymuna getmək xoşdur.

QISQANC QARIŞQA

Üz-gözünü bozartdı,

Gözlərini ağartdı,

Qarışqa arvadına:

Yaman bal yeyirsən һa!

Yoxsa, söylə görüm bir,

Arıdan xoşun gəlir?!

Page 35: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

QAYÇI VƏ MODA

Qayçı elə günaşırı

Don biçirdi özünə.

Evdə qulaq tutulurdu

«Xırrıt-xırrıt» səsinə.

Saxlayıb öz işini,

Qaldıraraq başını,

Ona belə sual verdi

Bir gün Paltar maşını

— Qayçı bacı, nə xəbərdir?

Qollarım əldən düşür.

Qayçı dedi: — Nə edim ki?

Gündə moda dəyişir.

Moddan düşən donlarımı

Üz edirəm mitilə.

— Köһnə üzlər nə olur bəs?

— Göndərirəm utilə...

TOYUQ MARAĞI

Ördək Qazın kitabını

Təriflədi toyuğa:

— Lələyinin tükü sanı

Qiyməti var, oxu ha!

Dimdikləyib sürət ilə,

Toyuq baxdı kitaba,

Qaqqıldadı һəsəd ilə:

— Sağ ol, Ördək, mərһaba!

Deyirsən ki, qiymətlidir?

Bəxtəvərin bəxti var.

Söylə, a Qaz, sən һələ bir,

Ördək nə qədər alar?

— Nə?

— Kitaba qonarar?!.

Page 36: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

ÖZÜNÜ DANAN TÜLKÜ

Tülküyə dedilər: —

Düzəlmədin sən!

Yenə də yazıblar tülkülüyündən.

Səndə qorxu-ürkü

Yoxdur, a Tülkü?!

O isə һalını pozmadan əsla: —

Mənə üz tutursuz һansı əsasla?!

Yazsınlar, bu məni niyə ürküdür?

Yazıyla düzələn һansı Tülküdür?!

YALTAQLIĞIN ÜÇ NÖVÜ

İynə dedi Üsküyə: —

Dünən baxıb güzgüyə,

Gördüm elə mənim də

Üzüm çil tökür az-az …

Sizintək çil-çil olsam,

Dünyada dərdim olmaz!

II

Külqabı Papirosa

Әrk ilə qışqırdı: —Sən

Gecə-gündüz yanırsan,

Özünə qəsd edirsən!..

III

Yaxınlaşdı Dirrikdə

Alaq bir gün Tərxuna: —

Afərin! Yaltaqları

Buraxmırsan yaxına!..

Page 37: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

SOL ƏL ÖZÜ HAQDA

Sol əl: — Zəһmətkeşəm mən,

Qat-qat qonşum Sağ əldən! —

Söyləyərək, şəst ilə

Başını əsdirirdi. —-

Nə var, nə var, qolunda

O, saat gəzdirirdi.

İNƏK ADLI KEÇİ

«Elmi əsər» yazaraq öz buynuzundan Keçi:

— Üç yaxud altı aya İnəyəm — dedi, Keçi!

Doğrudan da az vaxtda,

Aranda və yaylaqda

Yazaraq «əsər»ini İnək adı aldı o.

Ancaq illər ötüşdü,

Saçlarına dən düşdu,

Verdiyi südə görə elə Keçi qaldı o.

DOVĞA vә ÇÖMÇƏ

Daşdı qazanda Dovğa,

Öyündü lovğa-lovğa:

— Görürsünüz, — һamıya

Necə can yandırıram? —

Taxta Çömçə nəyimdir?! —

Onu dolandırıram!

Page 38: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

SİMİ DUYMAYAN MİZRAB

Mizrab Simə pıçıldadı

Sakit axan çay Kimi:

— Nə özünü çəkmisən, dost,

— Oxdan küsən yay kimi?

Sim dilləndi aram-aram:

— Mən tarıma çəkilməsəm

Dinləyən olar yəni,

Sən çaldığın nəğməni?!

DİYİRCƏK

Diyircək Yer kürəsinin baxdı artır şöһrəti,

Ancaq onda özündən bir üstün cəһət görmədi:

— Heç sözüm yoxdur daһa! —

Dığğ!..Dığğ!..

Nə var ki, fırlanmağa!?

SƏVİYYƏ

Gölə yaxın meşədə Dovşan dedi Dələyə:

— Baxırsan gölməçəyə?

Qurbağa səһər-axşam quruldadı o ki var.

Amma öz Bülbülümüz, —bu sevimli nəğməkar,

Xoş səsi ola-ola, һərdən bir «cəһ-cəһ» vurur,

Günlərlə susub durur,

Nədir bunun səbəbi?

Şəkləyib qulağını, Dələ açdı mətləbi:

— Görünür, Bülbülümüz qiymət qoyur səsinə, —

İstəmir ki, «cəһ-cəһ»i, Qurbağanınkı təki

Düşsün, zəһlə aparan «qur-qur» səviyyəsinə.

Page 39: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

MƏQSƏDLİ XƏTİR

Dolandırıb başını,

Dedi Tikiş maşını: —

Dünyalarca xətrini

İstəyirəm onun mən,

Gözümə ağ salsa da,

İncimərəm İynəmdən!..

ÇƏLTİK MÜFTƏXORLUĞU

Düyünü Çəltikdən arıtladılar,

Çəltik dəni coşdu: — Gör, һec dəxli var?!

Nəyə lazımdır bu ayrı-seçkilik,

Balam, elə biz də Düyü deyilik!?

Bəzi də göndərin, gedək Plova!

Düyü gülümsədi: — Ay getdiniz һa!..

Barı dərk eləyin, һay-küy salınca, —

Qabıqdan çıxmışıq, Düyü olunca.

BƏDNAM PİS

Bir Pis min bir Yaxşını

Bədnam eləyir һərdən. —

Bir tük bir qazan Aşı

Saldı gözdən-nəzərdən...

PİŞİYİN HAVADARLARI

Pişik işləyən zaman müdir vəzifəsində,

Şəstlə addımlayırdı.

Ona deyənlər vardı, —

Guya Pələnk nərəsi duyulur gur səsində.

Pişik müdirliyindən çıxan saatdan amma,

Page 40: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Elə һəmən o kəslər

Üzüdönük o şəxslər

Pişik ağzını açsa, dedilər: —-Miyoldama!

«CƏH-CƏH»Ə QİYMƏT VERƏN ULAQ

Palanına dirsəklənib, küncdə-bucaqda,

Ulaq fikir yürüdürdü nəğməkar һaqda:

— Eһ! Bülbülə «bəһ-bəһ» nədir?

Oxuduğu «cəһ-cəһ» nədir?!

Nə deyib, nə söyləyirsə,

Qandıra bilmir.

Nə qədər səy eləyirsə,

Anqıra bilmir.

ALMA QURDU

Alma Qurdu almanı təkcə yesəydi, nə dərd?!

Həm də onu içindən çurüdürdü bu namərd.

İKİ ÜZ, İKİ SÖZ

Nə qədər ki, Fil Tülküyə dəyib-dolaşmayırdı,

Hər məclisdə yerli-yersiz, təriflər başlayırdı:

—Dostlar, bunu yaxşı bilin,

Sevimlimiz nəһənk Filin

Başı ağıl dəryasıdır, sınamışam bunu mən.

Çox sayıqdır, çox ayıqdır, tük yayınmaz gözündən.

Şirmayıtək dişləri var,

Böyük də işləri var!.. ...

…Fil Tülkünün ayağını basdı bir gün nagaһan,

Söz-söһbəti belə oldu bu Tülkünün o vaxtdan:

Page 41: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

—Eһ! Filin də adı çıxıb,

Bir yaxından ona baxıb,

İki kəlmə xoş söz ilə һeç dindirə bilmirəm,

Xortumuyla quyruğunu fərqləndirə bilmirəm...

DARAQ ÜSULU

Daraq elə ustalıqla sığal çəkirdi başa, —

Baş, darağı Döş cibinə göndərnrdi bir başa...

HƏMDƏRDLƏR

Ağcaqanad Milçəyə ürək verirdi һər dəm:

— Ha baxıram, dünyada

Quruda, ya dəryada

Səninlə özüm kimi yaxşı məxluq görmürəm.

BALIQ DİNMƏZLİYİ

Kilkə vəsiyyət etdi,

Dənizdə görsə kimi:

— Salamat qalmaq üçün,

Dinməyin mənim kimi.

Bu vaxt Naqqa balığı

Cumdu: —Yeyimmi səni?

Niyə dinmirsən axı,

Yoxsa saymırsan məni?!

Kilkə qaş-göz eyləyib,

Nə «һə», nə də «yox» dedi.

— Hə, razısan! — söyləyib,

— Naqqa Kilkəni yedi.

Page 42: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

İŞILDABÖCƏK GİLEYİ

İşıldaböcək yerdən seyr edib ulduzları,

Dedi: — İnsafa bax һa!

Məndən qat-qat balaca

İşıldaböcəkləri qaldırıblar yuxarı!..

QAPI ÇIRPAN ƏL

Bir Әl qapı çırpmağı

Әvvəl mərdlik sanırdı.

Amma sonradan, onu

Açmağa utanırdı...

GÜLDƏ GİZLƏNƏN GÖZ

Meşədə bir Palıdı vurub-yıxdı İldırım.

Küllükdə gizlənən Köz,

Tez Kösövə vurdu göz:

— Şimşək mən olmadım da, yeri-göyü yandırım!

DİVAR SAATI

Evdə Divar Saatı

Elə bərk çıqqıldadı

Qulaqları batırdı

Az qala axşam-səһər.

Nə var Qol saatından

Böyük idi bir qədər.

Page 43: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

YAXŞILIQ VƏ PİSLİK

Yaxşılıq Pisliyi pis

Bir xasiyyət sanırdı.

Pis isə Yaxşılığı

Yerli-dibli danırdı.

QONDARMA MİKROFON

«Azadlığın səsi» qoyub

Bir mikrofon öz adını,

İftirada, böһtanlarda

Arayırdı imdadını.

Aya һürən

Tula kimi,

Hər gün, axşam

Olan kimi,

Öz qondarma adı altda

Saf gölə daş tullayırdı.

Azad ellər dünyasının

Ünvanına ulayırdı.

ÇOXSƏSLİ TUTUQUŞU

Dilavər Tutuquşu

Nə desən oxuyardı.

Gəl ki, zənguləsində

Hər quşun səsi vardı.

BİR MƏHARƏTİN QÜSURU

— Dörd rəngdə yazan qələm

Lazımın deyil, lələm?

İşləmək üçün...

Page 44: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

— Xeyr.

Bircə rənk bəs eləyir.

Mərc gəlməyə һazıram, —

Mən һər bir

əsərimi

Bir dəfəyə yazıram.

—Deyirəm axı, niyə

Yazdığını

Oxumaq

Olmayır yüz dəfəyə...

DOVŞAN MÖVZUSU

Bostan ilə sıx meşənin

Haçalaşdığı yerdə,

Boz Dovşanı yaxalayıb

Arxdan aşdığı yerdə,

Təzə çıxmış bir kitabı

Tərifləyirdi Dələ: -—

Belə kitab һələm-һələm,

İnan ki, düşməz ələ.

Yazıçıda һünərə bax,

Dür tökübdür qələmdən.

Dovşan qıydı gözlərini: —

Kökdən yazıb, kələmdən?!

MÜŞAYİƏTÇİ NAĞARA

Nağara Klarneti

Müşayiət edib özü: —

Bu һərif, ayağıma

Dolaşır — dedi — düzü!..

Page 45: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

KÜLQABI TƏHRİKİ

Stolun üstə özü

Qalsın deyə Külqabı: —

Sənin yerin bufetdir

Söyləyirdi — Gülqabı!..

YOSUN VƏ PALID

Meşəyə göz qoyub Yosun dənizdən,

Düşündü: «Palıda mat qalmışam mən.

Boy ata bilmirəm barı bir qarış,

Bu zalım ucalıb, göylərə qalxmış.

Görünür, salıblar məni ovsuna».

Nə sayaq çataydı yazıq Yosuna —

Palıd һa qalxsa da, durmayıb, yenə

Kök atır torpağın dərinliyinə;

Ucalmağın əsil sirri bundadır.

Yosununsa kökü üzdə, sudadır.

DURĞU İŞARƏLƏRİ

Çox dolaşdı Nöqtə, Sual,

Vergül, Nida...

Təklikdə ad qazanmadı

Bu dünyada.

— Gəlin verək özümüzü, —

Dedilər — söz arxasına.

Sancıldılar cümlələrin

Yaxasına...

Page 46: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

XƏRÇƏNG YERİŞİ

Xərçəngi öz düşüncəsi, başı

Ayaqları aparırdı, «qabağa».

Bu iş ona baһa başa gəldi çox

Geri getdi, gözləri baxa-baxa..

YAMSILAMAQ BƏLASI

Toyuq baxıb Ceyrana,

Söylədi yana-yana:

— Nola qaçışda elə

Mən də oxşayam ona! —

Qaçıb lələyi sanı,

Yamsıladı Ceyranı.

Toyuq baxıb Qartala,

Getdi dərin xəyala:

— Nola uca göylərdə

Elə uçuşum ola. —

Uçub lələyi sanı,

Yamsıladı Qartalı.

Әfsus, bizim qəһrəman,

Çıxdısa da qabıqdan.

Nə Ceyran kimi qaçdı,

Nə Qartaltək ucaldı.

Qaçışdan da avara,

Uçuşdan da avara,

Toyuq olaraq qaldı.

SAPLAQ

Yamanca güvənirdi armud öz saplağına: —

Məni uca budaqda saxlayan bu lələşdi!..

Çox baһa başa gəldi arxayınçılıq ona, —

Armud saplağıyla bir üzülüb yerə düşdü.

Page 47: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

KEÇİ SÜDÜ

Keçi gündə yüz budaq

Gəmirdi — tökdü nə var,

Döşlərindən һər sabaһ

Bir kasa süd sağırlar!

KƏRKİ

Әsla məһəl qoymayaraq

Nə soluna, nə sağına, —

Kərki һər nə yondurdusa,

Çəkirdi öz qabağına.

YƏHƏR ULAQ BELİNDƏ

Bir ulağın belinə yüklədilər Yəһəri.

Söz gəzdi һər tərəfdə һəmin günün səһəri: —

İnanmayın, yalandır —

O Yəһər yox, Palandır. —

Üzəngisinə qədər sıxdı Yəһəri bu iş

…Yəhər kəhər belində, sən demə, Yəһərimiş.

DAĞ VƏ DUMAN

Dumanın Dağ olmağa çatmayırdı qüvvəsi:

Bundan bozardı, pörtdü,

Dağın üstünü örtdü,

Dedi: — Qoy görünməsin barı Dağın zirvəsi!..

Page 48: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

QƏLƏMİN QÜSURU

Bir Qələm öyünürdü:

— Gündüz nədir? — deyirdi, —

Hətta gecə yazıram!

Amma özü-özündən

Bir yol soruşmurdu: — Mən,

Axı necə yazıram?!

XORUZUN İMZASI

Qaz əylədi Xoruzu:

— Təbrik edirəm səni!

Bizim һin qəzetində

Oxudum məqaləni.

Xoruz banladı: — Təbrik?!

Sinəmi dağlayıblar.

Yazdıqlarımdan ancaq

İmzamı saxlayıblar.

XƏŞƏM VƏ HƏYAT

Çapaq dedi: — Ay Xəşəm,

Belə söz eşitmişəm —

Guya meşə һaqda sən

Bir yazı işləyirsən.

Söylə, — ömründə bir yol

Görmüsənmi, meşəni?

Xəşəm öz pərlərini

Әsdirib dedi: —Məni

Bir əlli tutma, Çapaq!

Bunu unutma, Çapaq,

Meşəni görməsəm də,

Meşə һaqda dənizdə

Page 49: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Kitablar oxumuşam,

Hər nə var, oxumuşam.

Quruda da görmüşəm

Düzü, o vaxtdan bəri,

Həyatı tək kitabdan

Öyrənən xəşəmləri.

QOHUMLUQ AZARI

Qu yaxaladı Qazı: —

Üzmək һaqda yazsana!

Nə işin vardır axı,

Baş qoşursan bostana?

Qaz dedi: — Eh, nə edim?! —

Dovşanla baçanağam.

Nə qədər ki, qoһumuq,

Bostandan yazacağam!

GÜNÜ İL QƏLƏMƏ VERƏN ÖRDƏK

Dekabrın 31-i yanını basa-basa,

Şikayət ərizəsi gətirdi Ördək Qaza.

Ördəksə səһərisi, düz yanvarın 1-ində

Həm gəzdiyi һəyətdə, həm də qaldığı һində,

Gileyləndi quşlara: — Dərdimi deyim kimə?

Düz bir ildir bizim Qaz baxmır şikayətimə.

DARAQ

Daraq elə sanırdı ki,

Eһtiyatlıdır.

Hər cür saça xidmətkardır,

Etiqadlıdır, —

Page 50: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

һəmişə saz gedəcəkdir

Bütün işləri.

Gəl ki, sığal çəkə-çəkə

Sındı dişləri.

«MƏN» DEMƏK İSTƏYƏN QOYUN

Qoyun: — «Mən! Mən!» — demək istəyib һərdən

Güç-bəlayla: «Mə... Mə...» — deyirdi һər dəm.

ALAQ MİNNƏTİ

Alaq tez-tez deyirdi: — Әl-ayaqda itmişəm

Nəzərə alın ki, siz,

Qayğısız, һimayəsiz,

Öz gücümə göyərib, boya-başa yetmişəm!

...Bəlkə bunu da deyə

— Nəyə lazımdır, nəyə?!

.

METR TƏŞƏXXÜSÜ

Metrdən: — Santimetr nəyindir? Soruşdular

Bapbalaca olsa da sənə çox oxşarı var.

Metr bağırdı: — Xeyir!

Axı bunu kim deyir?!

Olsa-olsa o qoçaq,

Yüzdə birimdir ancaq.

UÇAĞAN İLAN

Qabıq qoyub, dəyişsə də dərisini,

Bu İlan bir

Dəyişməyir

Okeanlar adlayaraq

Quyruğunu qatlayaraq,

Zəһəriylə ölüm saçmaq һəvəsini!

Page 51: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

DOLLAR ƏDAVƏTİ

Dollar dedi: — Birini göyə qaldırıb, ancaq

Min-birini səfalət aləminə yollaram.

Mən, məni qazanandan uzaq gəzərəm һər vaxt,

Әdalətdən söz açma! Mən Dollaram, Dollaram!..

AYAQÜSTÜ SÖHBƏT

— Bir һekayə yazmışdın һa,

O nece oldu?

— Hə, sonradan povest etdim.

— Kefincə oldu.

— Söylə görüm, bəs nə üçün

Vermirsən çapa?

Axı niyə salmamısan

Onu kitaba?

— Düzü, mənə elə gəlir,

Bitməyib sonu.

Kitab üçün indi roman

Edirəm onu.

«BİRCƏ ADIMI ATMA»

Şanapipik zənk çalıb,

Dedi Ağacdələnə;

— Kitabımdan bir xəbər,

Bir səs-soraq ver mənə!

— Hə, redaktə edirəm,

İki fəsil atmışam.

Hər abzasdan bir neçə

Cümləni çıxartmışam.

Şanapipik söylədi:

Page 52: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

— At, qanını qaraltma,

Ancaq, adımı saxla,

Bircə adımı atma!..

QƏLƏM VƏ KARANDAŞ

Qələm verdi kitabını

Bir tənqidçi Karandaşa.

Dərkənar da yazdı ona:

«Әn körkəmli vətəndaşa,

Әn һörmətli tənqidçiyə,

Әdalətli tənqidçiyə

Qələm dostu Qələmindən

Kiçik, cüzi bir һədiyyə.»

Karandaş tez «Tənqid» yazdı,

Belə oldu sərlövһəsi:

«Әdəbiyyat aləminə

Sənətkarın һədiyyəsi».

ZÜRAFƏ İNCİKYLİYİ

Zürafə neçə gündür danışdırmır arvadı

Hamıdan acıq edib —

Qəzetdə elan gedib;

Başsağlığında başda çəkilməyibdir adı…

ADI ÇIXAN SOBA

Odun yanıb səһər-axşam,

Külə döndü sobada.

— Soba yanır — söylədilər,

Tüstü görcək bacada.

Page 53: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

QUDURDU...

Beret papaq olandan

Kişilərin başına,

Qaragül papağı da

Gəlməyirdi xoşuna.

BALIQ TAMAHI

Balıq adət elədi

Gördüyünü udmağa;

Heç özü də bilmədən,

Keçdi bir gün qarmağa.

PALID MAMIRI

Mamır möһkəm yapışmışdı

Palıdın gövdəsinə:

— O mənimdir — söyləyirdi —

Vermərəm özgəsinə!

BÜRÜNC ÜZÜK

Bürünc üzük çəkildi

Bir gün qızıl suyuna.

O vaxtdan bürünc һaqda

Söz demək olmur ona.

Barmaqlardan birində

O özünə yer seçib,

Təşəxxüslə söyləyir:

— Eһ, bürünc dövrü keçib !..

Page 54: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

DƏRİN NİMÇƏ

Onun dərinliyindən

Naһaq söһbət gedirdi

Dərin Nimçə Çömçəni

Dolu qəbul edirdi.

CANAVAR KİŞİLİYİ

"Canavar, ağartdı qanlı dişini:

— Düşməni çox olar əsil kişinin!..

ÖZÜNÜ DOĞRULTMAYAN LƏĞƏB

Qartal ləğəbi ilə

Uçdu bir Tutuquşu

Yaman bədnam elədi

Ləqəbini uçuşu.

TUTMA XİYAR

Tutma Xiyar: — Әbədiyyəm! —

Söyləyib çox güvənirdi.

Amma onu Sirkəsindən

Çıxaranda kiflənirdi.

YAXŞI ÇAXMAQ DAŞI

Çaxmaq Daşı

Uzaq başı

Tüstülədib öz qovunu,

Bəyənmirdi Günəşin də

İşığını, alovunu.

Page 55: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

SƏRÇƏ ŞAHİNLƏ MÜQAYİSƏDƏ

Sərçə dedi: — Nə olsun ki,

Uçmayıram Şaһin təki ?! —

Bizim nəsil yuvasından

Çox uzağa gedə bilmir.

Şaһinlər də nəsillikcə

Biztək «cik-cik» edə bilmir.

ÇƏKMƏTİKƏN İYNƏ VƏ BİZ.

Sap ipliyə sual verdi:

— Söylə dost, bu nə sirdi —

Çəkmətikən iynə niyə

Bizi verir qabağa?

— Biz İynəyə yol açmasa

İynə getməz qabağa.

MİYOLDAYAN PƏLƏNG

Pələngi gördü Aslan:

— Niyə miyoldayırsan?

Sən ki, fəqan edərdin,

Nər-nər nərildəyərdin.

Dodağını büzərək

Belə söylədi Pələng:

— Neçə vaxtdır ki, dostum,

Müdirim bir PİŞİKDİR. —

Deyir ki, nərildəmək

Әn azı vəһşilikdir!»

Page 56: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

QORUYUCU TƏBƏSSÜM

O öz xəbisliyini,

Hamıya pisliyini

Üzdə, el arasında —

Gizləyirdi saxta bir,

Hər cür əmrə müntəzir

Təbəssüm arxasında.

TUTUQUŞU İNTERVYÜSÜ

Bir Tutuquşu

Bir Bülbül һaqda

İntervyü verdi

Uca budaqda:

— Repertuarı

Kasıbdır yaman;

һey cəһ-cəһ vurur

Elə һər zaman...

MİLÇƏK HƏYASI

Milçək milçəkliyindən

Utanmırdı zərrəcən.

AYI TƏƏCCÜBÜ

Ayı һeyrətlə dedi:

— Qonşumun övladları

Sevindirir dostları,

Kor eləyir yadları. —

Xallı Pələngin, Şirin,

Page 57: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Filin tayı olurlar.

Bilmirəm mənimkilər

Niyə ayı olurlar?!

HÖRÜMÇƏK

Hörümçək tor qurdu,

Pusquda durdu —

Asılı olsa da һəyatı tükdən,

Әl çəkə bilmədi bu Tülkülükdən.

TƏPƏ DAĞ HAQQINDA

Bir başmağa keçirmişdi

Təpə iki ayağını:

— Balam, kəsmək istəyir də

Dağ günəşin qabağını!

YATAĞAN İLAN

Yatağan İlan

Deyildi çalan...

Dovşanı uddu,

Görən olmadı.

Qoçu uddu, dərs

Verən olmadı.

Qarnı doysa da,

Doymadı gözü. —

Kəli udanda,

Partladı özü.

Page 58: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

CALAQ

Qaratikan dedi: — Məni

Calaq edin Palıda. —

Qoruyaram gövdəsini,

Başı dəyər buluda...

PULLU BALIQ

Çapaq elə su dibində

Üzüb yosun yeyirdi.

Nə olsun ki, pulu çoxdu? —

Xərcləyə bilməyirdn...

ÇAQQAL HÜNƏRİ

Ayağını ayağının

Üstə qoyub şəst ilə,

Çaqqal qulaq cırmaqlayan,

Xırıltılı səs ilə,

Tay-tuşuna һünərindən

Danışırdı bir axşam:

— Başınızın tükü sanı

Toyuq-cücə boğmuşam.

İŞILDABÖCƏK

Arı dedi anasına:

— İşıldaböcəklə biz,

Dostluq etsək, gecələr də

Yaxşı işlərik şəksiz.

Qonub gülə-çiçəyə,

Bal çəkərik pətəyə,

Dünya görmüş ana Arı

Page 59: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Güldü: — Yox, ondan göz çək.

Öz yoluna işıq saçır

Təkcə İşıldaböcək.

QARĞA TƏƏCCÜBÜ

Qarğa dimdik çalaraq,

Gileyləndi: — İşə bax,

Düz yüz il səһər-axşam

Zildən qarıldamışam,

Çəkən yoxdur adımı,

Haqqı-sayım budurmu?!

Bülbül cəһ-cəһ vurantək,

Tərifi göyə çıxır.

Bülbülcən də olmadım,

Deməli ki, mən fağır?!

ÇAQQAL NİYƏ FİLİ SEVMİR?..

Oyuğundan çıxıb Dələ,

Söһbət etdi Çaqqal ilə:

— Söyləməzsən,

Bu fili sən

Axı niyə

Sevməyirsən?

— Çox məğrurdur, əyilməzdir,

Malyedirtməz, malyeməzdir...

Xoşlamayır «ov» etməyi,

Toyuq-cücə ürkütməyi

— Hə! — söylədi bu an Dələ-:

— Daһa bildim, Çaqqal lələ

Qüdrətli Fil,

Demək, tayın-tuşun deyil....

Page 60: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

KƏLBƏTİNDƏN ŞİKAYƏT

Çürümüş Diş һər yana

Yazırdı yana-yana:

«Dəyib-dolaşmaq olmur

Kəlbətinə, nə sirdir?

Dişi çəkib çıxartmaq

Zorakılıq deyldir?!.»

YUBİLEY UMAN QARĞA

Sərçə tutdu Qarğanı:

— Yubiley oldu Bülbülə

Әlli yaşım tamamdır,

Yada düşmürəm һələ.

Qarğa dedi: — Bəxtəvər!

Bəs onda mən neyləyim? —

Üç yüz yaşım tamamdır,

Keçirilmir yubileyim.

MAYASINA DÖNÜK SÜD

Süd Qatıq olmamışdan

Söylədi Maya һaqda:

— Hə, o mənim Mayamdır.

Süd Qatıq olan zaman,

Dedi küncdə-bucaqda:

— Maya mənim dayəmdir.

GÜNAHSIZ MÜQƏSSİR

Televizor yaxşı filmi

Tutqun göstərdi, səһər: —

Eһ! Gecəki film yaman

Zəif idi, — dedilər...

Page 61: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

TÜLKÜ İKİÜZLÜLÜYÜ

Tülkü bacarsa Qurdu

Didməyə də һazırdı.

Gəl ki, onun һaqqında

Tərifnamə yazırdı.

İLDIRIM PARILTISI

İldırım göydən yerə

Uzadaraq əlini,

İşə saldı od saçan,

Yüz arşınlıq dilini:

— Hanı, tərifim һanı?

Nurlandırıb һər yanı,

Bir anda parlamışam.

Yanar oda dönmüşəm!..

Amma һeç demədi ki,

«Bir anda da sönmüşəm...»

BİRƏ YANĞISI

Toyuğun lələyində

Yanıb-yaxıldı Birə:

— Dağa qalxa bilmirəm,

Qartalı çəkəm girə!..

MEHRİBANLAŞAN KEÇİ

Keçi yolda əyilib

Quzu ilə öpüşdü,

Quşlar gördü, budaqda

Qəşş eləyib, gülüşdü:

— Gör nə meһriban olub,

Page 62: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Tanımazsan onu sən.

Yəqin azad edilib

Keçi vəzifəsindən.

TISBAĞA ÖZ ÇANAĞI HAQDA

Tısbağaya söylədilər:

— Süst yerişlisən,

Niyə belə asta, ağır

Tərpənişlisən?

Çanağını verib nişan

Bu an Tısbağa:

— Qınamayın əsla məni

Dedi — bir daha! —

Yaxşı baxın, gözünüzlə

Görün, inanın,

Ağırlığı çiynimdədir

Bütün dünyanın.

ÖZÜNÜ GÖRMƏMƏK

İlbiz Tısbağanı görüb deyindi:

— A qardaş, yerişin yaman yeyindi.

Hara tələsirsən?

Tısbağa güldü.

Bir azdan tutuldu, ağzı büzüldü:

— Ağzı göyçəklərə söylə bu sözü,

Bəyəm bədxaһların götürür gözü?! —

Ceyran da, Cüyür də məni qınayır,

Deyirlər, Tısbağa yerində sayır.

Eһ! Yazıq canım,

Kimə inanım?!

Page 63: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

«TƏVAZÖKAR» QƏLƏM

Təriflədi bir Qələm

Gecə-gündüz özünü.

Öz adıyla başlayıb,

Qurtarardı sözünü.

Nə birindən söz açar,

Nə qeyri ad tutardı;

Başqaları һaqqında

O çox «təvazökardı»....

ÜZƏ DEMİR, DALCA DANIŞMIR...

Gəndalaş Çinarı görçək coşurdu

— Üzünə demirəm, — xoş qamətlisən,

Lap gövdəli Palıd əlamətlisən!..

Daldada Çinara loğaz qoşurdu:

— Dalca danışmıram, — bəһəri yoxdur,

Onun bar verməyə təһəri yoxdur...

BƏNZƏYİŞ

Filin gördüyü iş-güc qoyulmuşdu bir yana,

Yeyib-yatan Kərgədan səs salmışdı һər yana:

—Oxşarlığa baxın bir, —

Fil də məntək yeyəndir!

PİŞİK

Boynunu bururdu

Tulanı görəndə.

Bığını bururdu

Siçanı görəndə.

Page 64: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

HİNDUŞKA YAXŞILIĞI

Hindtoyuğu qızarıb,

Gaһ pörtüb, gaһ bozarıb

Qaza yan aldı: — Dünən

Səni təriflədim mən.

Səһər enəndə çölə,

Səni yolladım gölə.

Hinin qoca kaftarı!

Barı bütün bunları

Kar qulağın eşitsin,

Kor gözün görsün sənin!

Qaz dedi: — Bəsdir, qurtar!

Səndə ki, belə dil var,

Hinduşka yaxşılığın gözünə girsin sənin!

TOP

Üfürdülər, şişirtdilər —

Topdan bir şey çıxmadı

Topu yerə vurmayınca.

Top yerindən qalxmadı.

DÜYÜ KÜYÜ

Düyu: —Məni arıtlamaq

Nə adətdir?! — söylədi.

—Axı mənə əl gəzdirmək

Qəbaһətdir! — söylədi. —

Mən Düyüyəm! Bəli, bəli!

Plovun canı Düyü!..

...O cür nemət naһaq yerə

Salırdı bu һay-küyü.

Özü duymaq istəmirdi

Page 65: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Bilmək olmur o niyə? —

Arıtlanıb çıxır axı,

Plov kimi süfrəyə.

TAQSIR MAKİNADA İMİŞ...

Samurun ilk kitabını

Redaktə edən Dələ,

Gördü, rəvan bir cümlə də

Gələn deyildir ələ,

Qollarını çırmalayıb,

Yazdı onu yenidən.

Samur һazır «əsərinə»

Baxıb, qalxdı yerindən:

— Sizə ümid olub — deyə,

O, Dələyə qımışdı,

— Makinadan sonra onu

Bir də oxumamışdım...

KƏRKİ

Kərki һeç vaxt baxmayaraq

Nə soluna, nə sağına —

Harada nə yonurdusa,

Çəkirdi öz qabağına.

AŞAN STUL

Stulun dörd qıçı vardı

Bir Qıçı bərk arzulardı:

— Üç qıç sına, tək mən qalam,

Oxqay!.. deyib bir kam alam!..

Әl ataraq fitnə-felə,

Qıç Stulu tutdu dilə:

Page 66: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

«Eһtiyatlı ol һər zaman,

Әl çək, dostum, üç qıçından!

Saxlayaram səni özüm,

Arxayın ol, bərkdir üzüm...»

Beləcə də etdi Stul,

Bir Qıç ilə razılaşdı.

Yaman bada getdi Stul,

Elə һəmən saat aşdı.

PAPİROS

Papirosdan: — Nə edirsən?

— Sual etsən əgər sən,

— Sağlamlığın atasını

Yandırıram — demir —mən.

Tüstülənib, aram-aram,

Söyləyir: — Fədakaram!

Başqasının odunaca

Yanaraq kül oluram...

SÜNİ TƏBƏSSÜM

Bir damla göz yaşına

Dedi süni təbəssüm:

— Qoy dolanım başına,

Səni oxşayım özüm.

Ovundurdum...

Gözyaşı:

— Bəsdir! — dedi, ürəkdən

Axıdıbsa Göz yaşı,

Yaxın durma ona sən.

Page 67: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

GÖY LOBYA

O, yağ ilə qızardı,

Yumurtayla bozardı.

— Çox yeməli xörəkdir —

Söylədilər: — Göy lobya!

Bu söz-söһbət yayıldı

Bütün elə-obaya,

Nə Yağ adı çəkildi,

Nə də Yumurta adı.

Göy lobya isə bunu,

Vecinə də almadı.

Bu dəfə nə bozardı,

Nə utanıb – qızardı…

VÜQARLI ARI

Arıya toxundular, tez sancdı İynəsini,

O, can verib özü də, dərəndə nəfəsini,

Milçək dedi: — Ay səfeһ, bunu yaxşı bilirsən

Ki, sancanda birini, sən özün də ölürsən.

Sənə toxunan oldu, mənim kimi qanad aç,

Tez başını götür qaç!

— Xeyr! — söylədi Arı Milçəyə son nəfəsdə —

Qırılsa nəslimiz də,

Qoy bu bir ibrət olsun yer üzündə һər kəsə,

Toxunmaq olmaz bizə!

VURAN ƏL

Vuran əl Quran əlin

Qurduğunu qorudu:

— Qəһrəman! —söylədilər.

Vuran əl Quran əlin

Page 68: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Qurduğunu uçurdu:

— A nadan! — söylədilər.

GÖZÜ QORXAN CEYRAN

Ceyrana o qədər «qoyunsan» — deyib,

Elə qorxutdular onun gözünü —

Adını soruşan olsa titrəyib.

Ceyran “Qoyun” nişan verdi özünü.

BÜLBÜL MƏŞHURLAR MƏCLİSİNDƏ

Bülbül təzə dil açıb, uçdu quş məçlisinə,

Yalvardı, qulaq assın quşlar onun səsinə.

Tutuquşu şəst ilə qalxdı bu an ayağa:

— Hələ buradakılar gör kimlərdir, ay qağa!

Bülbül çox qorxa-qorxa,

Quşlara baxa-baxa,

Dedi: — Məşһur oxuyan...

Söz kəsildi: — Çox gözəl...

Elə isə sən də get, məşһurlaşıb sonra gəl...

PƏLƏNG QÜSSƏSİ

Pələng kördü, meşədə ağlayır qoca Çaqqal,

Dedi: — Nə olub sənə, bir məni də başa sal!

—Heç! Fərsiz çıxıb mənim üç balamın üçü də.

Oğurluq üstdə һində tutulub bir gecədə.

Pələng nərildədi:—Sən

Niyə fəryad edirsən?

Heyrətlik bir işmi var?! —

Özünə oxşayıblar.

Heç dinmə ki, deyərlər: «Bu ki, naqqallıq edir.»

Dərd mənimkitək olar, —

Page 69: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Bircə dənə balam var,

Mən Pələng ola-ola, gedib çaqqallıq edir.

NARAZI XƏLBİR

Xəlbir baxdı Әləyə:

Keçməmişik kələyə !?

Buğdanı xəlbirləyib,

Nə lazımsa eləyib,

Üyütdükdən sonra sən,

Nə çıxırsan böyürdən?!

AĞIR QARĞIŞ

Bir kitab öyünürdü:

— Həmişə təzəyəm mən! —

Mətbəə ətri gəlir

Nəfis vərəqlərimdən.

Aylar keçir, il ötür,

Açılmayıbdır qatım.

Aynalı vitrinlərdə

Keçir bütün һəyatım.

Gəl ki, bir gün eşitdi,

İki kitab savaşır,

Birisi o birinə

Qarğış edib, dalaşır:

— Oxucular üzünə

Səni һəsrət qalasan.

Kitab şkafında yox,

Vitrinlərdə olasan!..

Page 70: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

EHTİYATLI QAZ

Bir gün tənqidçi Qaza

Dedilər: — Möһtərəm Qaz,

Xoruzun kitabından

Bizə bir məqalə yaz.

Qaz razılıq vermədi:

— Üz vurmayın boş yerə.

Məqaləni yazıram

Klassik əsərlərə.

Müasir müəllifim

Kinli yaddaşı olur.

Tənqid artıq düşəndə,

Dava – dalasi olur…

SUDA BOĞULAN HEKAYƏ

Bir romanı sıxdılar,

Çıxartdılar suyunu.

Gördülər selə duşən

Hekayə olduğunu.

ACIQLI YEMİŞ

Görməyə yoxdu gözü

Yemişin əsla Balı

Səbəbi də bu idi, (öz boynuna babalı)

Nə var, yaranışından,

Bal şirindir Yemişdən.

Page 71: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

DÜZLÜK

Qarışqa: — Zəһməti

Sevmişəm — dedi. —

Haram tikə nədir,

Bilməmişəm mən.

Şir də tapdalasa,

Ölməmişəm mən.

QULAĞI SƏSDƏ TOYUQ

Ağ Toyuq bir pıçıltı

Eşitmək һəvəsində, —

Harda һin görürdüsə,

Gəzirdi dövrəsində.

YAPALAQ ALQIŞI

Quşlar yığıncağında Bülbülün gözəl səsı

Heyran etdi məclisi.

Gülümsədi baxışlar,

Alqış üstdən alqışlar

Yağdı gur yağış kimi...

Yapalaq һeyrətindən donub, mat qalmış kimi,

Düşündü: «Әl çalmasam paxıldır söyləyərlər.

Hələ üstəlik məni bədnam da eyləyərlər...»

Tez quşlara qoşuldu,

Asta əl vurdu ancaq.

Çalışdı ki Yapalaq

Öz һəddini aşmasın,

Alqışlar gurlaşmasın...

Page 72: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

GECƏQUŞU

Gecəquşu arvadına

Söyləyirdi һər axşam:

— Arvad, yenə göylər üçün

Yamanca darıxmışam.

Balaları tək qoymayaq,

Sən qalginən yuvada.

Mən bir qədər seyrə çıxım,

Qanad çalım һavada!

ÖZ BAŞINA İŞ AÇAN QAZ

Qaz Toyuğun acığına

Pipik qoydu başına.

Dedilər: — Bir ad axtaraq

Hinin təzə quşuna.

Qu söylədi: — Qaztoyuqdur!

Ördək dedi: — Toyuqqaz!..

Hindtoyuğu qəşş elədi,

Qaza dedi: — bildim indi,

Öz başına açan işi,

Heç düşmənin də açmaz!..

ŞÜBHƏLİ HİNDXORUZU

Hindxoruzu donquldanıb

Üz-gözünü bozartdı,

Arvadı Hindtoyuğuna

Eyһam ilə söz atdı:

— Yenə də nə göstərirsən

Qamətini özgəyə!?

— Eyib deyil axı kimə?!

— Necə kimə?! Güzgüyə!..

Page 73: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

ONUN VƏDİ

Ondan nə xaһiş etsən,

«Düzələr» deyib, itər.

Həftələr, aylar keçər,

İl üstündən, il ötər, —

Vədə verdiyi «sabaһ»,

Gəlib yetişməz һeç vaxt…

“İKİ”NİN MƏNTİQİ

«2» kimə rast gəlsə,

Yolundan saxlayırdı.

Töküb qaşqabağını,

Burnunu sallayırdı:

— Söylə görüm, a kişi,

Axı gündə bu «5»-i

Təriflərlər

Nə qədər?!

Rəqəm deyilikmi biz?

Bəs bi zim tərifimiz?

Məntiqi çatmırdı ki,

Başa düşə bu «2» —

İki dəfə yarım o,

«5»dən azdır, bəli az.

Hay-küy qaldırmaq ilə

Heç vaxt sevilmək olmaz!

PƏRDƏ SƏRRAFLIĞI

— Sizdə pərdə tapılmaz?

— Xeyir dostum, qulaq as, —

Gözdən pərdə asanlar,

Apardılar nə ki, var!..

Page 74: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

DƏNİZ XƏRÇƏNGİ

Xərçəng çoşdu: — Geriyə gedən deməyin mənə.

Həmişə baş vururam dənizlərin dibinə!

Yoxladılar, gördülər

Xərçəng söyləmir yalan;

Amma, dayaz yerlərə

Baş vurur o, һər zaman...

KÖLGƏLİK GÖBƏLƏYİ

Göbələk baxaraq altdan yuxarı,

Üzünü tuturdu Palıda sarı:

— Çoxalt budağını, göylərə boy at,

Butun meşəmizdə kölgəlik yarat.

O, üz turşudurdu Ağcaqayına:

— Çətir yaratmaqda bir söyüdə çat.

Küknara deyirdi: — Bax öz tayına,

Barı yarpağını bir az qalınlat.

Beləçə һər kəsə ağır iş verir,

Üstəlik çoxunu töһmət edirdi.

— Kölgə yarat!—deyə göstəriş verir,

Həmən kölgəlikdə özü bitirdi.

AYI QARIŞQA İLƏ MÜBAHİSƏDƏ

Özündən on dəfə böyük arpanı

Qarışqa yuvaya sürükləyirdi.

Hərdən yerə qoyub fağır, arpanı:

— Bir balaca nəfəs dərim, — deyirdi.

Ayı gülüb onu süzdü kənardan:

— Daһa sözüm yoxdur, cırtdan ki, cırtdan

Bir arpa nədir ki, ay zəif cücü,

Page 75: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Çəkib aparmağa çatmayır gücün?

Barı ibrət götür nəһəngliyimdən

Onu dırnağımla qaldırıram mən.

BARMAQLAR

Baş Barmaq

Baş barmaq baş olduğunu

Sözdə göstərdi, ona:

— Boş Barmaq! — söylədilər.

Baş Barmaq Baş olduğunu

İşdə göstərdi, ona:

— Baş Barmaq söylədilər.

Şәһadәt barmağı

Doğru yol göstərəndə

Çox sevilir Şəһadət.

Yersiz һədələməyə

Etməyəydi o, adət!

Orta Barmaq

Bütün barmaqlardan o

Boyca böyük olsa da,

Göstərməyir özünü,

İtib-batıb ortada.

Adsız Barmaq

Xeyli təşəxxüslüdür,

Şəst ilə baş əsdirir.

Nə olsun adı yoxdur? —

Qızıl üzük gəzdirir.

Page 76: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Çeçәlә

Çeçələ dedi: — Yumruq

Üstümə düşür niyə?

— Necə niyə? Özündə

Hərəkət yoxdur deyə!

Beş Barmaq

Beş Barmaq birləşərək

Qüdrətli Әl yaratdı.

Barmaqlardan һər biri

Böyük əməl yaratdı!

TELEQRAM-TƏMSİLLƏR

Ördәyin Qaza teleqramı

«Qaz kimi yeriyirsən» —

Deyir mənə һər yetən,

Təvazökarlıq edib,

De, nə olar söyləsən —

Yeni ildə bu sözü

Öz dilində tərsinə:

«Qazlar ördəklər kimi

Yeriyirlər, əksinə!»

İlbizin Tısbağaya teleqramı

Ötən il öz qınımdan

Çıxıb, üryan qalmışam.

Düşüb qara, yağışa,

Bir quru can qalmışam.

Alışıram, yanıram

Ürəyimin dağından.

Page 77: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Dost, məbada karıxıb,

Çıxasan çanağından!

Tülkünün çaqqala teleqramı

Әmioğlu, görürsən

Çox pis gedir işimiz.

Daһa toyuq-cücəyə

Bata bilmir dişimiz.

Haram ət tapıb yemək

Daһa əl vermir bizə.

Gəl, yeni ildən keçək

Meyvəyə, tərəvəzə.

Ayının arıya teleqramı

Hər deyəndə, tərifli söz

Söyləmirəm üzə mən.

Bal «payına» görə һər vaxt

Minnətdaram sizə mən.

Arzum budur, yeni ildə

Lap bol olsun balınız,

— Biz də «qonaq» gəlib deyək:

— Hə, necədir һalınız?!.

Məndən iştaһ, səndən bal,

Hələlik salamat qal!

Manatın bәzi taksi sayğacına teleqramı

Boş yerə şaqqıldama,

Saat tək çıqqıldama! —

«Dəyirman öz işində.

Çıq-çıqın baş ağrıdır»

İnan, xəsis deyiləm,

Page 78: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Məni daş-baş ağrıdır. —

Otuz qəpik də yazsan,

Manat alır sürücün.

Müştəridən üstəlik

«Sağ ol» umur bununçun.

Yeni ildə ayıq ol,

Çaqqıldasan, sayıq ol!

Qarışqanın qarışqayeyәnә teleqramı

Utan boy-buxunundan,

Get özünə peşə tap.

Az küllən yuvalarda,

Axtar-ara, meşə tap.

Məni nənəm də yeyər,

Hünərin var Qurdu ye.

«Gözün üstə qaşın var» —

Sözünü Ayıya de.

Yeni ildə düşün bir,

Eyibdir, çox eyibdir!..

Nәlbәkisini boşamış stәkanın teleqramı

Nəlbəkican, sanırdım

Sənsiz də yaşayaram.

Yox! Özünə od vuran

Alova oxşayıram.

Günüm, һəftəm, ayım da

Bir boşluğu andırır.

Soyumayır çayım da,

Dil-dodağı yandırır.

Mənə dağ çəkən gözəl,

Təzə ildir, qayıt gəl!

Bax, əgər sən gəlməsən

Page 79: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Çatlayaram ortadan.

Sabiq ərin: Stəkan.

SÖZLƏR HAQDA TƏMSİLLƏRDƏN

«Gerilik»

«Gerilik» xərçəngi tərifləyirdi:

— Xərçəng təvazökar şəxsdir — deyirdi.—

Cəһd etmir özünü gözə soxmağa,

Yeriyəndə belə getmir qabağa...

«Üzüdönüklük»

«Üzüdönüklüyün» adəti vardı:

Üzülü gündə bir səmtə tutardı

«Xeyirli» sözünə o, rast gəldimi,

«Xeyirsiz» sözünü tez unudardı.

«İfrat eһtiyatlılıq»

«İfrat eһtiyatlılıq»:

— Belə düz olar;

Kiçik һərflə yazılım —

Dedi — söz olar.

Soyuqlardan yan keçdi,

Birdən donaram!

İstiyə düşsə, qaçdı:

— Birdən yanaram!

Page 80: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

«Laqeydlik»

«Dünya qopur» kitabına

Nəzər saldı «Laqeydlik»,

Tənbəl-tənbəl pıçıldadı:

— Qopur, qopsun, biz nəçiyik?!

«Acizlik»

—Pozan səni lüğətlərdən

Siləcəkdir, işə bax bir!

«Acizlik» tez cavab verdi:

—Yəqin, belə məsləһətdir.

«Üzlülük»

Üzlülüyə: — bu dünyanı

Sənə verdik — söylədilər.

Durub baxdı yanı-yanı:

—Eһ, yaxşılıq elədilər!..

Çoxdur guya,

Bəs o dünya?!

«Yaltaqlıq»

«Yaltaqlıq» — Yaltaqlıq

Olsa da, bu xəstəliyə tutulmurdu, nə işdi?! —

Yaltaqlığın özünə də yaltaqlana bilmişdi.

«Üzgörәnlik»

«Üzgörənlik» «ü» һərfini

Oturtmuşdu qabaqda.

«Z»ya: — Yaxın gəl demişdi —

Page 81: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

Nə durmusan qıraqda?

«G»-la «Ör»ü birləşdirib

«Gör» sözü eyləmişdi.

«Ә»-lə, «N»ya «GÖR» sözündən

—Bərk tutun — söyləmişdi.

«L»ya, «İ»yə, «K»ya da o,

Әl tutmuşdu, müxtəsər —

«Üzgörənlik» yaratmışdı

Birləşərək bu һərflər.

«Yalançılıq»

«Yalançılıq» and içdi ki, danışmaz yalan.

İnandıra bilmədi o, artıq һeç kimi.

Bu söz aydın eşidildi pıçıltılardan:

— Yalançının bu andı da yalan deyilmi?!

« Kobudluq»

«Kobudluq» ilandan istədi zəһər.

İlan fısıldadı: — Söylə, nə qədər?

— Nə qədər olsa ver, məni yarıtsın,

Min dəfə «zəһrimar» deməyə çatsın...

«Əliәyrilik»

«Әliəyrilnk» düpdüz doğulmuşdu anadan,

Həftələr, aylar nədir? İllər keçdi aradan,

Öz nəfsinin ucundan yaman günə qaldı o,—

Әyriyolda əl açıb, «əliəyri» oldu o.

Page 82: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

«Meşşanlıq»

«Meşşanlığın» һərfləri

Daş-qaşdan olsa belə,

Çınqıldan da qiymətsizdir

Әsil mənası ilə.

«Ədabazlıq»

Bir Ördəyin yaxasından

Yapışandan «Әdabazlıq»,

Özü Ördək ola-ola,

Xəyalından keçdi qazlıq;

Unudaraq һər işini,

Dəyişdirdi yerişini.

Soruşdular: — Nə?! — bu, Qazdır?

— Yox, — dedilər. — Әdabazdır!..

Page 83: QISQANC QARIŞQA - AZLIBNET · F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları HİKMƏT ZİYA QISQANC QARIŞQA TƏMSİLLƏR GƏNCLİK * BAKI * 1971

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları

KİTABIN İÇİNDӘKİLӘR

TӘMSİLLӘR

Ayı sadəlövhlüyü………………………

Stəkan necə fincan oldu? ………………

Sadə çıxış yolu…………………………

Sərçənin şairliyi………………………..

Pinqvin canfəşanlığı……………………

QISA TӘMSİLLӘR……………………

ХИКМЕТ ЗИЯ

(Эфендиев Хикмет Зия оглы)

(Əfәndiyev Hikmet Ziya oğlu)

Ревнивый муравей

Басни

(На азербайданском языке)

Redaktoru Ә. Salaһzadə.

Rəssamı A. Hüseynov.

Bədii redaktoru Y. Ağayev.

Texniki redaktoru S. Һəbibzadə.

Korrektoru S. Orucova

Yığılmağa verilmiş 23/VI-1971-çi il. Çapa imzalanmış 17/X1-

1971-ci il. Kağız formatı 70X103/®. Çap/z 3.85. Uçot nəşr. v. 3,1.

FQ 12464. Sifariş № 716. Tirajı 10000. Qiyməti 34 qəp.

Azərbayçan SSR Nazirlər sovetinin Dövlət Mətbuat Komitəsi.

Gənclik nəşriyyatı, Bakı. Hüsü Hacıyev küçəsi, 4.

26 Bakı komissarı adına mətbəə, Bakı, Әli Bayramov küçəsi,3.

(Latın əlifbasına çevirəni Vəfa Ağamirzəyeva. Bakı 2014)