prezident İlham Əliyev nəqliyyat, rabitə və yüksək texnologiyalar...

12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 8 (29273) 16 yanvar 2020-ci il, cümə axşamı Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə Əlahəzrət! Omanın yeni Sultanı elan olunmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Respublikası ilə Oman Sultanlığını ənənəvi dostluq münasibətləri birləşdirir. İnanıram ki, möhkəm təməl üzərində qurulmuş əlaqələrimiz bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Oman xalqının rifahı naminə qarşıdakı ali fəaliyyətinizdə uğurlar diləyirəm. Hörmətlə, İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 yanvar 2020-ci il Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edib. Görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi: – Keçən il Azərbaycanda bütün sahələr kimi, nəqliyyat sahəsi də inkişaf etmişdir. Bu inkişaf həm real layihələrdə özünü göstərir, eyni zamanda, beynəlxalq təşkilatların hesabatlarında əksini tapır. Təkcə onu demək kifayətdir ki, keçən il avtomobil yollarının tikintisi istiqamətində rekord nəticə əldə edilmiş, 1300 kilometr avtomobil yolu çəkilmişdir. Beləliklə, həm şəhərlərarası nəqliyyatın işi yaxşılaşdırılmış, eyni zamanda, magistral yolların çəkilişi davam etdirilmiş, yüzlərlə kəndin yolu abadlaşdırılmış və yenidən qurulmuşdur. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda nəqliyyat sahəsində görülmüş işlərə yüksək qiymət verib. Bütövlükdə Azərbaycanın nəqliyyat infrastrukturu Davosun hesabatında dünya miqyasında 31-ci yerdədir. Bu, kifayət qədər böyük göstəricidir. Bu göstəriciyə görə biz bir neçə inkişaf etmiş ölkəni də qabaqlamışıq. Avtomobil yollarının keyfiyyətinə görə biz dünyada 27-ci yerdəyik. Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik. Yəni, əslində, bu, onu göstərir ki, son vaxtlar nəqliyyat sahəsində aparılmış işlər ən yüksək qiymətə layiqdir. Bununla bərabər, keçən il çox önəmli dövlətlərarası layihələr icra edilmişdir. O cümlədən Azərbaycan- Rusiya sərhədində yeni avtomobil körpüsünün istifadəyə verilməsi çox böyük hadisədir. Çünki əvvəlki körpü 1950-ci illərdə tikilmişdi və demək olar ki, sıradan çıxmışdı. Yeni körpü Azərbaycan ilə Rusiya arasında həm nəqliyyat, həm ticarət əlaqələrinin inkişafına xidmət göstərəcək, eyni zamanda, bu körpü Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir. Hazırda Rusiya sərhədinə qədər yeni avtomagistral çəkilir və ilin sonuna qədər bu magistralın əsas hissəsi istismara veriləcəkdir. Paralel olaraq, Astara şəhərindən İran sərhədinə qədər yeni magistralın çəkilişi nəzərdə tutulur. Bu məsələ İran tərəfi ilə razılaşdırılıb. Beləliklə, yük avtomaşınları Astara şəhərinə girmədən birbaşa İran istiqamətinə gedə biləcək və yeni avtomobil körpüsü də tikiləcəkdir. Bir neçə il bundan əvvəl iki ölkə arasında yeni dəmir yolu körpüsü tikilmişdir və Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti üçün bunun böyük əhəmiyyəti olmuşdur. Əlbəttə, keçən il Şərq-Qərb nəqliyyat dəhlizi üzrə daha çox yük daşınmışdır. Bu da təbiidir, çünki Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra bu istiqamətdə böyük canlanma var. Təkcə Şərq istiqamətindən yox, eyni zamanda, Rusiyadan Azərbaycan ərazisindən Türkiyə və Avropa istiqamətinə yüklərin daşınması müşahidə olunur və ildən-ilə bu yüklərin həcmi artacaq. Beləliklə, açıq dənizlərə çıxışı olmayan Azərbaycan beynəlxalq Avrasiya nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir. Builki investisiya proqramında nəqliyyat sektorunun inkişafı üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub. Eyni zamanda, avtomobil yollarının, dəmir yollarının çəkilişi ilə bağlı konkret layihələr icra ediləcəkdir. Bu il Ləki-Qəbələ dəmir yolu istifadəyə verilməlidir. Eyni zamanda, biz Bakı-Yalama və Xudat-Şahdağ dəmir yollarının layihələndirilməsinə və inşasına başlayırıq. Beləliklə, biz mövcud dəmir yollarının keyfiyyətini böyük dərəcədə artıracağıq və qatarların sürəti də buna uyğun olaraq artacaqdır. Həmçinin biz şəhər nəqliyyatının inkişafına da böyük əhəmiyyət veririk. Bu il Bakı şəhərinə əlavə 300 müasir avtobus gətiriləcəkdir və bundan sonra da bu istiqamətdə işlər görüləcək. Eyni zamanda, mənim göstərişimlə yeni taksi avtomaşınları da gətirilməlidir. Bu məsələ ilə bağlı məlumat verin, kontraktlar imzalanıb, yoxsa yox və yeni taksilər şəhərimizə nə vaxt gətiriləcək? Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin QULUZADƏ dedi: Təşəkkür edirəm, cənab Prezident. Bu sualla bağlı qeyd etmək istərdim ki, Azərbaycanda 1500 ədəd “London taksisi” fəaliyyət göstərir. Bizim nazirliyin tabeliyində 1200 ədəd “London taksisi” vardır. Sizin tapşırığınıza əsasən, biz yeni, müasir standartlara cavab verən 100 ədəd “London taksisi” sifariş etmişik. Üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir. Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir. Prezident İlham Əliyev: İndi bizim digər şəhərlərimizdə taksi xidməti hansı səviyyədədir? Ramin Quluzadə: Cənab Prezident, biz regionlarda bu sahəyə daha çox diqqət yetirməliyik. Çünki regionlarda standartlara tam cavab verməyən nəqliyyat vasitələri var və biz bu istiqamətdə də öz işlərimizi aparırıq. Prezident İlham Əliyev: Mən sizə tapşırıq verirəm ki, bu işləri ciddi təhlil edin. Hər bir şəhərdə nə qədər taksi fəaliyyət göstərir? Taksi avtomaşınlarının keyfiyyəti nə səviyyədədir? Təhlükəsizlik necə təmin edilir, hesablaşma necə aparılır? Biz elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə, böyük şəhərlərimizdə müasir taksi xidmətləri olsun. Müasir taksi dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Hər bir sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır. Yəni, təkcə Bakıda yox, ilk növbədə, bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə. Bu, eyni zamanda, avtobus nəqliyyatına da aiddir. Çünki hazırda Bakı və Sumqayıt şəhərlərində avtobusla sərnişin daşımaları müasir standartlara uyğundur. O da hər yerdə deyil. Hələ də Bakı şəhərində keyfiyyəti yüksək olmayan və istismar müddəti bitmiş avtobuslar fəaliyyət göstərir. Bu məqsədlə biz hər il ölkəmizə 300 avtobus gətizdiririk. Mənə verilən məlumata görə, Gəncə şəhərində avtobus təsərrüfatı köhnəlib. Digər şəhərlərdə nə qədər avtobus fəaliyyətdədir, nə qədər avtobus alınmalıdır? Əlbəttə ki, ilk növbədə, paytaxt Bakının bu məsələsi həll olunmalıdır. Amma digər şəhərlər də diqqətdən kənarda qalmamalıdır. Şəhərlərarası nəqliyyat məsələsi öz həllini necə tapır və bu sahədə hansı problemlər, hansı nailiyyətlər var? Ramin Quluzadə: Möhtərəm cənab Prezident, biz bir ay öncə şəhərlərarası gecə reyslərini istifadəyə verdik. Əsas məqsədimiz odur ki, bizim vətəndaşlar təkcə gündüz yox, eyni zamanda, gecə reyslərindən də istifadə etsinlər. Biz bu reysləri müasir standartlara cavab verən “MAN” tipli avtobuslarla həyata keçiririk. Eyni zamanda, biz bu gün mövcud avtobus parkını daha müasir standartlar səviyyəsində yeniləyirik. Artıq biz standartları təkmilləşdiririk. Gələcəkdə də biz iş adamları ilə bu standartlarla bağlı işlər aparacağıq. Prezident İlham Əliyev: Bu da çox önəmli məsələdir. Çünki indi yolların keyfiyyəti artdıqca, şəhərlərarası marşrutlar yeni avtobuslarla təmin edilir. Əlbəttə ki, bu avtobuslar ən yüksək təhlükəsizlik normalarına uyğun olmalıdır. Bir halda ki, siz gecə reyslərinə başlamısınız, bu avtobusların keyfiyyəti, təhlükəsizliyi, sürücülərin hazırlığı, onların müayinədən keçmələri – bütün bunlar mütləq diqqət mərkəzində olmalıdır. Bu sahədə də təftiş aparılmalıdır, avtobusların neçə faizi standartlara tam cavab verir? Bu sahədə daha çox özəl şirkətlər fəaliyyət göstərir. Onlara da dəstək göstərilməlidir ki, bu istiqamətdə öz fəaliyyətlərini daha yüksək səviyyədə təmin edə bilsinlər. Bir məsələ də yük daşımaları ilə bağlıdır. Azərbaycandan xaricə gedən yüklərin həcmi artır və artacaq. Qeyri-neft sektorumuz artır, qeyri-neft ixracımız keçən il 14 faiz artıbdır. Ancaq bizim bir çox yüklərimizi xarici şirkətlər daşıyır. Bu da onunla bağlıdır ki, Azərbaycanda yük daşımalarında istifadə edilən avtomaşınlar, tırlar yerli şirkətlər tərəfindən az təmin olunur. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır. Birinci növbədə, təhlil aparılmalıdır və mənə məruzə edilməlidir ki, yük daşımalarının neçə faizi Azərbaycan şirkətləri tərəfindən icra edilir? Tır parkına baxış keçirilməlidir. Onların vəziyyət nə yerdədir və onların sayı bizim artan istehsalımıza uyğundur, yoxsa yox?! Əgər yeni tır maşınlarının alınmasında dövlət özəl şirkətlərə kömək edə bilərsə, biz buna hazırıq. Bu sahəyə də güzəştli kreditlər verilə bilər. Çünki bir halda ki, Azərbaycanın nəqliyyat sektoru yüksək templərlə inkişaf edir və beynəlxalq təşkilatlar bunu yüksək qiymətləndirir, nəqliyyat sektorunda bütün komponentlər yüksək standartlara cavab verməlidir. Əlbəttə, hər bir ölkə istəyir ki, onun yükləri yerli şirkətlər tərəfindən daşınsın. Ona görə bu məsələ ilə bağlı sizə tapşırıram, təhlil aparın və məlumat verin. Ötən ilin noyabr ayında Qazaxıstanda bu ölkə ilə Azərbaycan arasında yeni rabitə xəttinin çəkilməsinin təməlqoyma mərasimi keçirilmişdir. Bu da çox önəmli layihədir. Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində böyük uğurlar əldə edib. Ənənəvi “Bakutel” sərgisi çox böyük diqqət cəlb edir. Bu il bu istiqamətdə hansı işlər görüləcəkdir, bu barədə məlumat verin. Ramin Quluzadə: Möhtərəm cənab Prezident, Bakı ilə Qazaxıstanı birləşdirən fiberoptik kanal gələcəkdə Avropanı və Asiyanı birləşdirən bir xətt olacaq. Bu da imkan yaradacaq ki, biz gələcəkdə Avropadan Çinə və digər ölkələrə interneti Azərbaycanın üzərindən ötürək. Gələcəkdə Azərbaycan və digər ölkələrdə internetə olan tələbatın ödənilməsi və keyfiyyətli internetdən istifadə üçün bu işlər görüləcək. Eyni zamanda, qeyd etmək istəyirəm ki, artıq hər il “Bakutel” sərgisinə də maraq artır. Siz də oraya gələndə görürsünüz ki, həm yerli şirkətlərimizin, həm də startapların bu sahəyə marağı artır. Gələcəkdə də bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev: Buna da çox diqqət yetirmək lazımdır. “Bakutel” artıq 20 ildən çoxdur keçirilir və regionda əsas sərgi və konfransdır. Bu sərgi və konfransda adətən Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbəri də iştirak edir. Bu təşkilatın rəhbərləri mənimlə görüş əsnasında daim Azərbaycanda bu sahədə görülən işlərə yüksək qiymət verirlər. Bir halda ki, Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiberoptik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir. Ona görə ötən ilin noyabrında Qazaxıstanda keçirilmiş təməlqoyma mərasimi xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, bu xəttin çəkilişi tezliklə təmin ediləcəkdir. Bunun uzunluğu 400 kilometrdir. Eyni zamanda, Azərbaycanda internet istifadəçilərinin sayı getdikcə artır və artıq 80 faizə çatıbdır. Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır. Beləliklə, bu il bu sahədə görüləsi işlər çoxdur. Ancaq sevindirici hal ondan ibarətdir ki, artıq gözəl nəticələr əldə edilib və biz bundan sonra yalnız inkişaf yolu ilə gedəcəyik. Azərbaycan həm nəqliyyat, həm rabitə, həm də yüksək texnologiyalar sahəsində bundan sonra da regionda liderlik mövqelərini qorumalıdır və biz öz potensialımızı artırmalıyıq. AZƏRTAC Ötən il ölkəmiz iqtisadi sahədə mühüm nəticələr əldə edib 2019 -cu il ərzində respublikamızın əldə etdiyi uğurlu nəticələr, inki- şaf göstəricilərinin davamlı ola- raq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirib, sosial- iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradıb. Təsadüfi deyildir ki, dünya qlobal maliyyə və iqtisadi böhranı şəraitində inkişaf edən bir çox dövlətlər ciddi çətinliklərlə üzləşdikləri halda, Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın mini- muma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib. Prezident İlham Əliyev 2019-cu ilin yekun- larına həsr olunan müşavirədə bütün bunlar barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı bildirib: “Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımın- dan ölkəmiz üçün uğurlu olub. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına sal- mışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019- cu il dərin islahatlar ili olub - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur isla- hatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcək”. Dövlət başçısı keçən il iqtisadi sahədə əldə edilən nəticələrin qənaətbəxş olduğunu konkret rəqəmlərlə əsaslandırıb. Bildirib ki, ümumi daxili məhsul 2,2 faiz artıb, qeyri-neft sektorunda bu göstərici 3,5 faiz təşkil edib. Makroiqtisadi vəziyyət sabit olub, inflyasiya cəmi 2,6 faiz həddində qərarlaşıb: “Baxmaya- raq ki, çox böyük sosial paket icra edildi. Bu barədə mən dedim. Eyni zamanda, problemli kreditlərin qaytarılması üçün böyük vəsait təmin edildi. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədə qalıb. (ardı 7-ci səhifədə) Keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilib. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra edib. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti X.B.Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyası- nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Gəmiçiliyin yeni gəmisinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin adının verilməsini təmin etsin. 2. Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin adı verilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 yanvar 2020-ci il

Upload: others

Post on 17-Jul-2020

11 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar …xalqqazeti.com/pdf/xalq-16.pdf · 2020-01-15 · Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 8 (29273) 16 yanvar 2020-ci il, cümə axşamı

Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə

Əlahəzrət!Omanın yeni Sultanı elan olunmağınız

münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Oman Sultanlığını ənənəvi dostluq münasibətləri birləşdirir. İnanıram ki, möhkəm təməl üzərində qurulmuş əlaqələrimiz bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Oman xalqının rifahı naminə qarşıdakı ali fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 yanvar 2020-ci il

Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edib.

Görüşdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

– Keçən il Azərbaycanda bütün sahələr kimi, nəqliyyat sahəsi də inkişaf etmişdir. Bu inkişaf həm real layihələrdə özünü göstərir, eyni zamanda, beynəlxalq təşkilatların hesabatlarında əksini tapır. Təkcə onu demək kifayətdir ki, keçən il avtomobil yollarının tikintisi istiqamətində rekord nəticə əldə edilmiş, 1300 kilometr avtomobil yolu çəkilmişdir. Beləliklə, həm şəhərlərarası nəqliyyatın işi yaxşılaşdırılmış, eyni zamanda, magistral yolların çəkilişi davam etdirilmiş, yüzlərlə kəndin yolu abadlaşdırılmış və yenidən qurulmuşdur.

Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda nəqliyyat sahəsində görülmüş işlərə yüksək qiymət verib. Bütövlükdə Azərbaycanın nəqliyyat infrastrukturu Davosun hesabatında dünya miqyasında 31-ci yerdədir. Bu, kifayət qədər böyük göstəricidir. Bu göstəriciyə görə biz bir neçə inkişaf etmiş ölkəni də qabaqlamışıq. Avtomobil yollarının keyfiyyətinə görə biz dünyada 27-ci yerdəyik. Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.

Yəni, əslində, bu, onu göstərir ki, son vaxtlar nəqliyyat sahəsində aparılmış işlər ən yüksək qiymətə layiqdir. Bununla bərabər, keçən il çox önəmli dövlətlərarası layihələr icra edilmişdir. O cümlədən Azərbaycan-Rusiya sərhədində yeni avtomobil körpüsünün istifadəyə verilməsi çox böyük hadisədir. Çünki əvvəlki körpü 1950-ci illərdə tikilmişdi və demək olar ki, sıradan çıxmışdı. Yeni körpü Azərbaycan ilə Rusiya arasında həm nəqliyyat, həm ticarət əlaqələrinin inkişafına xidmət göstərəcək, eyni zamanda, bu körpü Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir. Hazırda Rusiya sərhədinə qədər yeni avtomagistral çəkilir və ilin sonuna qədər bu magistralın əsas hissəsi istismara veriləcəkdir.

Paralel olaraq, Astara şəhərindən İran sərhədinə qədər yeni magistralın çəkilişi nəzərdə tutulur. Bu məsələ İran tərəfi ilə razılaşdırılıb. Beləliklə, yük avtomaşınları Astara şəhərinə girmədən birbaşa İran istiqamətinə gedə biləcək və yeni avtomobil körpüsü də tikiləcəkdir. Bir neçə il bundan əvvəl iki ölkə arasında yeni dəmir yolu körpüsü tikilmişdir və Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti üçün bunun böyük əhəmiyyəti olmuşdur.

Əlbəttə, keçən il Şərq-Qərb nəqliyyat dəhlizi üzrə daha çox yük daşınmışdır. Bu da təbiidir, çünki Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra bu istiqamətdə böyük canlanma var. Təkcə Şərq istiqamətindən yox, eyni zamanda, Rusiyadan Azərbaycan ərazisindən Türkiyə və Avropa istiqamətinə yüklərin daşınması müşahidə olunur və ildən-ilə bu yüklərin həcmi artacaq. Beləliklə, açıq dənizlərə çıxışı olmayan Azərbaycan beynəlxalq Avrasiya nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir.

Builki investisiya proqramında nəqliyyat sektorunun inkişafı üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub. Eyni zamanda, avtomobil yollarının, dəmir yollarının çəkilişi ilə bağlı konkret layihələr icra ediləcəkdir. Bu il Ləki-Qəbələ dəmir yolu istifadəyə verilməlidir. Eyni zamanda, biz Bakı-Yalama və Xudat-Şahdağ dəmir yollarının layihələndirilməsinə və inşasına başlayırıq. Beləliklə, biz mövcud dəmir yollarının keyfiyyətini böyük dərəcədə artıracağıq və qatarların sürəti də buna uyğun olaraq artacaqdır.

Həmçinin biz şəhər nəqliyyatının inkişafına da böyük əhəmiyyət veririk. Bu il Bakı şəhərinə əlavə 300 müasir avtobus gətiriləcəkdir və bundan sonra da bu istiqamətdə işlər görüləcək. Eyni zamanda, mənim göstərişimlə yeni taksi avtomaşınları da gətirilməlidir. Bu məsələ ilə bağlı məlumat verin, kontraktlar imzalanıb, yoxsa yox və yeni taksilər şəhərimizə nə vaxt gətiriləcək?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin QULUZADƏ dedi: Təşəkkür edirəm, cənab Prezident. Bu sualla bağlı qeyd etmək istərdim ki, Azərbaycanda 1500 ədəd “London taksisi” fəaliyyət göstərir. Bizim nazirliyin tabeliyində 1200 ədəd “London taksisi” vardır. Sizin tapşırığınıza əsasən, biz yeni, müasir standartlara cavab verən 100 ədəd “London taksisi” sifariş etmişik. Üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir. Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir.

Prezident İlham Əliyev: İndi bizim digər şəhərlərimizdə taksi xidməti hansı səviyyədədir?

Ramin Quluzadə: Cənab Prezident, biz regionlarda bu sahəyə daha çox diqqət yetirməliyik. Çünki regionlarda standartlara tam cavab verməyən nəqliyyat vasitələri var və biz bu istiqamətdə də öz işlərimizi aparırıq.

Prezident İlham Əliyev: Mən sizə tapşırıq verirəm ki, bu işləri ciddi təhlil edin. Hər bir şəhərdə nə qədər taksi fəaliyyət göstərir? Taksi avtomaşınlarının keyfiyyəti nə səviyyədədir? Təhlükəsizlik necə təmin edilir, hesablaşma necə aparılır? Biz elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə, böyük şəhərlərimizdə müasir taksi xidmətləri olsun. Müasir taksi dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Hər bir sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır. Yəni, təkcə Bakıda yox, ilk növbədə, bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə.

Bu, eyni zamanda, avtobus nəqliyyatına da aiddir. Çünki hazırda Bakı və Sumqayıt şəhərlərində avtobusla sərnişin daşımaları müasir standartlara uyğundur. O da hər yerdə deyil. Hələ də Bakı şəhərində keyfiyyəti yüksək olmayan və istismar müddəti bitmiş avtobuslar fəaliyyət göstərir. Bu məqsədlə biz hər il ölkəmizə 300 avtobus gətizdiririk. Mənə verilən məlumata görə, Gəncə şəhərində avtobus təsərrüfatı köhnəlib. Digər şəhərlərdə nə qədər avtobus fəaliyyətdədir, nə qədər avtobus alınmalıdır? Əlbəttə

ki, ilk növbədə, paytaxt Bakının bu məsələsi həll olunmalıdır. Amma digər şəhərlər də diqqətdən kənarda qalmamalıdır.

Şəhərlərarası nəqliyyat məsələsi öz həllini necə tapır və bu sahədə hansı problemlər, hansı nailiyyətlər var?

Ramin Quluzadə: Möhtərəm cənab Prezident, biz bir ay öncə şəhərlərarası gecə reyslərini istifadəyə verdik. Əsas məqsədimiz odur ki, bizim vətəndaşlar təkcə gündüz yox, eyni zamanda, gecə reyslərindən də istifadə etsinlər. Biz bu reysləri müasir standartlara cavab verən “MAN” tipli avtobuslarla həyata keçiririk. Eyni zamanda, biz bu gün mövcud avtobus parkını daha müasir standartlar səviyyəsində yeniləyirik. Artıq biz standartları təkmilləşdiririk. Gələcəkdə də biz iş adamları ilə bu standartlarla bağlı işlər aparacağıq.

Prezident İlham Əliyev: Bu da çox önəmli məsələdir. Çünki indi yolların keyfiyyəti artdıqca, şəhərlərarası marşrutlar yeni avtobuslarla təmin edilir. Əlbəttə ki, bu avtobuslar ən yüksək təhlükəsizlik normalarına uyğun olmalıdır. Bir halda ki, siz gecə reyslərinə başlamısınız, bu avtobusların keyfiyyəti, təhlükəsizliyi, sürücülərin hazırlığı, onların müayinədən keçmələri – bütün bunlar mütləq diqqət mərkəzində olmalıdır. Bu sahədə də təftiş aparılmalıdır, avtobusların neçə faizi standartlara tam cavab verir? Bu sahədə daha çox özəl şirkətlər fəaliyyət göstərir. Onlara da dəstək göstərilməlidir ki, bu istiqamətdə öz fəaliyyətlərini daha yüksək səviyyədə təmin edə bilsinlər.

Bir məsələ də yük daşımaları ilə bağlıdır. Azərbaycandan xaricə gedən yüklərin həcmi artır və artacaq. Qeyri-neft sektorumuz artır, qeyri-neft ixracımız keçən il 14 faiz artıbdır. Ancaq bizim bir çox yüklərimizi xarici şirkətlər daşıyır. Bu da onunla bağlıdır ki, Azərbaycanda yük daşımalarında istifadə edilən avtomaşınlar, tırlar yerli şirkətlər tərəfindən az təmin olunur. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır. Birinci növbədə, təhlil aparılmalıdır və mənə məruzə edilməlidir ki, yük daşımalarının neçə faizi Azərbaycan şirkətləri tərəfindən icra edilir? Tır parkına baxış keçirilməlidir. Onların vəziyyət nə yerdədir və onların sayı bizim artan istehsalımıza uyğundur, yoxsa yox?! Əgər yeni tır maşınlarının alınmasında dövlət özəl şirkətlərə kömək edə bilərsə, biz buna hazırıq. Bu sahəyə də güzəştli kreditlər verilə bilər. Çünki bir halda ki, Azərbaycanın nəqliyyat sektoru yüksək templərlə inkişaf edir və beynəlxalq təşkilatlar bunu yüksək qiymətləndirir, nəqliyyat sektorunda bütün komponentlər yüksək standartlara cavab verməlidir. Əlbəttə, hər bir ölkə istəyir ki, onun yükləri yerli şirkətlər tərəfindən daşınsın. Ona görə bu məsələ ilə

bağlı sizə tapşırıram, təhlil aparın və məlumat verin.

Ötən ilin noyabr ayında Qazaxıstanda bu ölkə ilə Azərbaycan arasında yeni rabitə xəttinin çəkilməsinin təməlqoyma mərasimi keçirilmişdir. Bu da çox önəmli layihədir. Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində böyük uğurlar əldə edib. Ənənəvi “Bakutel” sərgisi çox böyük diqqət cəlb edir. Bu il bu istiqamətdə hansı işlər görüləcəkdir, bu barədə məlumat verin.

Ramin Quluzadə: Möhtərəm cənab Prezident, Bakı ilə Qazaxıstanı birləşdirən fiberoptik kanal gələcəkdə Avropanı və Asiyanı birləşdirən bir xətt olacaq. Bu da imkan yaradacaq ki, biz gələcəkdə Avropadan Çinə və digər ölkələrə interneti Azərbaycanın üzərindən ötürək. Gələcəkdə Azərbaycan və digər ölkələrdə internetə olan tələbatın ödənilməsi və keyfiyyətli internetdən istifadə üçün bu işlər görüləcək. Eyni zamanda, qeyd etmək istəyirəm ki, artıq hər il “Bakutel” sərgisinə də maraq artır. Siz də oraya gələndə görürsünüz ki, həm yerli şirkətlərimizin, həm də startapların bu sahəyə marağı artır. Gələcəkdə də bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev: Buna da çox diqqət yetirmək lazımdır. “Bakutel” artıq 20 ildən çoxdur keçirilir və regionda əsas sərgi və konfransdır. Bu sərgi və konfransda adətən Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbəri də iştirak edir. Bu təşkilatın rəhbərləri mənimlə görüş əsnasında daim Azərbaycanda bu sahədə görülən işlərə yüksək qiymət verirlər. Bir halda ki, Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiberoptik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir. Ona görə ötən ilin noyabrında Qazaxıstanda keçirilmiş təməlqoyma mərasimi xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, bu xəttin çəkilişi tezliklə təmin ediləcəkdir. Bunun uzunluğu 400 kilometrdir. Eyni zamanda, Azərbaycanda internet istifadəçilərinin sayı getdikcə artır və artıq 80 faizə çatıbdır. Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır.

Beləliklə, bu il bu sahədə görüləsi işlər çoxdur. Ancaq sevindirici hal ondan ibarətdir ki, artıq gözəl nəticələr əldə edilib və biz bundan sonra yalnız inkişaf yolu ilə gedəcəyik. Azərbaycan həm nəqliyyat, həm rabitə, həm də yüksək texnologiyalar sahəsində bundan sonra da regionda liderlik mövqelərini qorumalıdır və biz öz potensialımızı artırmalıyıq.

AZƏRTAC

Ötən il ölkəmiz iqtisadi sahədə mühüm nəticələr əldə edib

2019-cu il ərzində respublikamızın

əldə etdiyi uğurlu nəticələr, inki-şaf göstəricilərinin davamlı ola-raq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirib, sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradıb.

Təsadüfi deyildir ki, dünya qlobal maliyyə və iqtisadi böhranı şəraitində inkişaf edən bir çox dövlətlər ciddi çətinliklərlə üzləşdikləri halda, Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın mini-muma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.

Prezident İlham Əliyev 2019-cu ilin yekun-larına həsr olunan müşavirədə bütün bunlar barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı

bildirib: “Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımın-dan ölkəmiz üçün uğurlu olub. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına sal-mışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olub - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur isla-hatları sahələrində. Bu islahatlar inkişafımızın

bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcək”.

Dövlət başçısı keçən il iqtisadi sahədə əldə edilən nəticələrin qənaətbəxş olduğunu konkret rəqəmlərlə əsaslandırıb. Bildirib ki, ümumi daxili məhsul 2,2 faiz artıb, qeyri-neft sektorunda bu göstərici 3,5 faiz təşkil edib. Makroiqtisadi vəziyyət sabit olub, inflyasiya cəmi 2,6 faiz həddində qərarlaşıb: “Baxmaya-raq ki, çox böyük sosial paket icra edildi. Bu barədə mən dedim. Eyni zamanda, problemli kreditlərin qaytarılması üçün böyük vəsait təmin edildi. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədə qalıb.

(ardı 7-ci səhifədə)

Keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilib. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra edib.

İlham ƏLİYEVAzərbaycan Respublikasının Prezidenti

X.B.Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyası-

nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Gəmiçiliyin yeni gəmisinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin adının verilməsini təmin etsin.

2. Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 112 nömrəli tam orta məktəbə akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin adı verilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 yanvar 2020-ci il

Page 2: Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar …xalqqazeti.com/pdf/xalq-16.pdf · 2020-01-15 · Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə

Parlament seçkiləri beynəlxalq aləmin diqqət mərkəzindədir

İsrailli siyasi texnoloq Yuri Bo-çarovun fevralın 9-da keçiriləcək parlament seçkilərinə hazırlıq işləri ilə tanış olduqdan sonra belə fikirlər səsləndirməsi, xüsusilə Azərbaycanın mükəmməl seçki sistemi bütün region üçün nümunədir – deməsi ölkəmizin beynəlxalq aləmdəki reytinqinin getdikcə yüksəlməsinin göstəricisidir. Bununla yanaşı, həmin ifadə ölkəmizdə keçirilən seçkilərin beynəlxalq aləmin diqqət mərkəzində saxlanıldığının təsdiqidir. Bunu israilli siyasi texnoloqun digər fikirləri də təsdiqləyir: “Hər bir deputat mandatı uğrunda mübarizədə namizədlərin sayının çoxluğu ölkədə şəffaf seçki mühitini və parlamentin yüksək nüfu-za malik olduğunu göstərir. Bu, həm də o deməkdir ki, insanlar qanunun aliliyinə və layiqli namizədlərin ölkənin qanunverici orqanına seçiləcəyinə inanırlar”.

Son illər ölkədə aparılan isla-hatların uğurlu nəticələri tanınmış ekspertlər kimi, israilli siyasi tex-noloqun da diqqətini cəlb edib. Bu islahatların parlamentin fəaliyyətinə də müsbət təsiri olacağını vurğulayan Y. Boçarov deyib: “Azərbaycan Prezi-denti İlham Əliyev tərəfindən ölkədə ciddi islahatlar aparılır. Əlbəttə ki, qanunverici orqan olaraq parlamentin də bu islahatlarla ayaqlaşmaq istəyi təbiidir. Struktur və kadr dəyişiklikləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında aparılan gəncləşmə siyasəti insanlar tərəfindən hər zaman müsbət qiymətləndirilir”.

Beynəlxalq müşahidəçilərdən ibarət missiyanın tərkibində

Azərbaycanda keçiriləcək parla-ment seçkilərini müşahidə edəcək “Vətəndaş dialoqu” blokunun təmsilçisi, rusiyalı politoloq Sergey Markov da qarşıdan gələn seçkilərdən sonra Azərbaycan parlamentinin

tərkibində ciddi dəyişikliyin olacağı-na, daha fəal mövqeyi olan insanla-rın seçiləcəyinə inandığını bildirib. Onun dediyinə görə, təmsil olunduğu “Vətəndaş dialoqu” bloku indiyədək dünyanın müxtəlif ölkələrində keçirilən seçkilərdə müşahidəçi qismində iştirak edib. Politoloq deyib ki, bu missi-yanın tərkibində Almaniya, Fransa, İtaliya, Avstriya, Polşa kimi ölkələrin nümayəndələri də təmsil olunurlar.

S.Markov Azərbaycanda keçiriləcək parlament seçkilərində Dövlət Du-masının deputatlarının, Federasiya Şurasının, İctimai Palatanın üzvlərinin və nüfuzlu ekspertlərdən ibarət qrupun müşahidə aparacağını bildirib.

MDB müşahidə missiyasının qərargah rəhbəri Yevgeni Kozyak isə Azərbaycanda seçki prosesini MDB-nin 250-dən çox müşahidəçisinin izləyəcəyi barədə məlumat payla-şıb. Onun açıqlamasında bildirilir ki, uzunmüddətli müşahidə missi-yası yanvarın 18-də Azərbaycana gələcək və fevralın 10-dək fəaliyyətdə olacaq. Qısamüddətli missiya isə səsvermədən bir gün əvvəl gələcək.

Belə faktlar onlarcadır. Göründüyü kimi, parlament seçkiləri beynəlxalq

aləmin diqqət mərkəzindədir. Təkcə buna görə yox, ümumiyyətlə, son illər ölkəmizdə keçirilən seçkilər şəffaflığın təmin olunmasına görə, nüfuzlu beynəlxalq qurumların diqqətini cəlb edib. Seçkiyə hazırlıq işləri davam etdirilir. Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına əsasən hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının

dəqiqləşdirilməsi prosesi yanvarın 15-də başa çatıb. Seçki Məcəlləsinin 46.1-ci maddəsində də qeyd edilir ki, dairə və məntəqə seçki komissi-yaları səsvermə gününə azı 25 gün qalanadək hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsini təmin etməlidir.

Parlament seçkilərində namizədlərin seçiciləri ilə görüşməsi üçün lazımi şəraitin təmin olunma-sı istiqamətində görülən işlər də yekunlaşıb. Mərkəzi Seçki Komis-siyasından verilən məlumata görə, bütün seçki dairələrində namizədlərin öz seçiciləri ilə görüşməsi üçün ciddi tələblərə cavab verən yerlər ayrı-lıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq açıq və qapalı yerlərdə müəyyənləşdirilən həmin ərazilərin artıq MSK tərəfindən yoxlanıldığı da bildirilir. Deputatlığa namizədlərin ayrılmış yerlərdə sərbəst şəkildə seçiciləri ilə görüş keçirməsi üçün hər cür şərait yaradılıb.

Parlament seçkilərinə hazırlıq işləri davam etdirilir. MSK parlament seçkiləri ilə əlaqədar təsdiqlədiyi təqvim planına əsasən, bütün lazımi addımları atır və seçki komissiya-larının da seçkilərə hazır olması istiqamətində zəruri tədbirlər görür.

Azərbaycanda seçkilər və referen-dumlar ölkə Konstitusiyası, nüfuzlu beynəlxalq təşkilatların tövsiyəsi əsasında, onlarla səmərəli əməkdaşlıq şəraitində işlənib ha-zırlanmış və beynəlxalq standartların tətbiqinə tam imkan verən Seçki Məcəlləsi, eləcə də Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilən çoxsaylı təlimat, izah və qaydalar əsasında təşkil edilir və keçi-rilir. Hazırda deputatlığa namizədlərin qeydə alınması prosesi davam etdirilir. Son məlumata görə, indiyədək 1396 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

MDB PA-dan olan beynəlxalq müşahidəçilər qrupu Milli Məclisə seçkilərin uzunmüddətli monitorinqinə başlayıb

AZƏRTAC xəbər verir ki, uzunmüddətli monitorinq mərhələsində həyata keçirilən tədbirlərdə yerli müşahidəçi statusuna malik olan MDB PA DİMBİ-nin Bakı filialının əməkdaşları da iştirak edirlər. Uzunmüddətli monitorinq proqramına əsasən yanvarın 14-də MDB PA-dan olan müşahidəçilər Mərkəzi Seçki

Komissiyasının sədri Məzahir Pənahov və Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev ilə görüşüblər.

Mərkəzi Seçki Komis-siyasında keçirilən görüşdə Məzahir Pənahov MDB PA-nın nümayəndələrini deputat-lığa namizədlərin qeydiyyatı, seçici siyahılarının formalaş-

ması mərhələsində Komis-siyanın fəaliyyəti, məntəqə və dairə seçki komissiyaları üzvlərinin təlimi, seçki prose-sinin bütün iştirakçılarının hü-quq mədəniyyətinin artırılması üçün həyata keçirilən tədbirlər barədə məlumatlandırıb. Qo-naqlar deputatlığa namizədlər və onların vəkil edilmiş

şəxsləri, məntəqə seçki ko-missiyalarının üzvləri, eləcə də KİV nümayəndələri üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan meto-diki materiallar, məlumat-yaddaş kitabçaları ilə tanış olublar.

MDB PA-nın nümayəndələri 2016-cı ildən sonra Azərbaycan Respub-likasının Seçki Məcəlləsinə edilən dəyişikliklər, yanvarın 17-də start veriləcək seç-kiqabağı təşviqatın aparıl-masına dair bir sıra suallar səsləndiriblər. Görüş iştirakçı-

ları seçkiqabağı təşviqatın apa-rılması üçün siyasi partiyalar, müstəqil namizədlər tərəfindən internetdən istifadədə artan fəallıq barədə fikir mübadiləsi aparıblar.

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevlə görüşdə seçkilərlə bağ-lı tərəfləri maraqlandıran

məsələlər ətrafında fi-kir mübadiləsi aparılıb. Həmçinin qısamüddətli monitorinq mərhələsində Azərbaycan Respublikasının indiki parlamentində yüksək təmsilçilik səviyyəsinə malik partiyaların seçkiqabağı qərargahlarının rəhbərliyi ilə görüşlər barədə razılıq əldə edilib.

MDB PA DİMBİ-nin Bakı filialında görüşlərin nəticələrinə ilə bağlı işçi müşavirə keçirilib. Müşavirədə uzunmüddətli monitorinq mərhələsində DİMBİ-nin Bakı filialının ekspertləri və əməkdaşlarının region-larda, o cümlədən Gəncə, Mingəçevir, Samux, Şəmkir, Lənkəran, Astara, Lerik, Masallı şəhərlərində və ətraf rayonlarda bir sıra yaşayış məntəqələrini əhatə edən fəaliyyət planı təsdiq edilib.

� Avropa Parlamentinin bu il yanvarın 15-də Strasburqda keçirilən plenar sessiyasında “Birgə Xarici və Təhlükəsizlik Siyasətinin həyata keçirilməsi üzrə illik məruzə” (Annual report on the implementation of the Common Foreign and Security Policy) adlı qətnamə böyük səs çoxluğu ilə qəbul edilib.

XİN-dən verilən məlumata görə, sözügedən qətnamənin 36-cı bəndində Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığının bütün üzv dövlətlərinin suverenliyi, ərazi

bütövlüyü və siyasi müstəqilliyinə dəstəklə bağlı öhdəliyini növbəti dəfə təsdiqləyib.

Xüsusi vurğulanmalıdır ki, qətnamədə ərazi bütövlüyü məsələsi

beynəlxalq səviyyədə tanınmış sərhədlər ifadəsi ilə birgə təqdim edilir. Sənəddə Şərq Tərəfdaşlığı ərazisindəki bütün münaqişələrlə bağlı vahid yanaşma nümayiş etdirilərək onların beynəlxalq hüqu-qun norma və prinsiplərinə uyğun şəkildə həllinə, münaqişədən əziyyət çəkənlərə, o cümlədən qaçqın və məcburi köçkünlərə dəstəyin artırıl-masına dair çağırış əksini tapıb.

Qətnamədə Aİ-nin 2016-cı ildə qəbul edilmiş Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiya sənədinə və Şərq Tərəfdaşlığı ölkələrinin 2017-ci il Brüssel Zirvə Görüşünün yekun sənədinə istinad olunur. Xatırladaq ki, Aİ-nin Qlobal Strategiya sənədində dövlətlərin

suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı Av-ropanın təhlükəsizliyinin mühüm elementi kimi qiymətləndirilib. 2017-ci il Brüssel Zirvə Görüşünün yekun sənədində də eynilə bütün Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bü-tövlüyü, müstəqilliyi və suverenliyinə birmənalı dəstək ifadə olunub.

Qeyd etmək lazımdır ki, Avropa Parlamenti tərəfindən illik əsasda qəbul olunan bu qətnamə Avropa Parlamentinin il ərzində Avropa Komissiyasının fəaliyyətinə təsir göstərə biləcək məcburi xarakterli sənədlərindən biridir.

AZƏRTAC

Mərkəzi Seçki Komissiyasının iclasıSonra 2020-ci il fevralın 9-na təyin edilmiş

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı Azərbaycan Ümid Partiyasının müraciətinə baxılıb və sözügedən siyasi partiya tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

İclasda qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya da-xil olmuş müraciətlərə də baxılıb. Maraqlı subyektlərin iştirakı ilə müraciətlər geniş müzakirə olunduqdan sonra qərarlar qəbul edilib. Komissiya namizədin qeydə alınma-

ması ilə bağlı müvafiq dairə seçki komissi-yasının qərarının ləğv edilərək, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən bir nəfərin Milli Məclisə seçkilərdə namizədliyinin qeydə alınmasına qərar verib.

Komissiyanın iclasında, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub.

Beynəlxalq müşahidə missiyaları və kütləvi in-formasiya vasitələrinin nümayəndələrinin işti-rak etdikləri iclasda Milli Məclisə seçkilərə hazırlıq istiqamətində müxtəlif məsələlərə dair statistik

göstəricilər diqqətə çatdırılıb, eləcə də nəzərdə tutulan genişmiqyaslı maarifləndirmə proqramı barədə ətraflı məlumat verilib.

AZƏRTAC

“Azərbaycanda seçki prosesini MDB-nin 250-dən çox müşahidəçisi izləyəcək”

O bildirib ki, Azərbaycandakı seçki pro-sesini MDB-nin 250-dən çox müşahidəçisi izləyəcək: “Uzunmüddətli müşahidə missi-yası yanvarın 18-də Azərbaycana gələcək və fevralın 10-dək fəaliyyətdə olacaq.

Qısamüddətli missiya isə səsvermədən bir gün əvvəl gələcək”.

Hazırladı: Anar ƏLIYEV, “Xalq qəzeti”

Onun sözlərinə görə, 2019-cu ildə parlament xalqa daha yaxşı və keyfiyyətli xidmət göstərmək üçün buraxıl-dı. “Azərbaycan Prezidenti bəyan edib ki, dövlət qullu-ğunda əsaslı və keyfiyyətli dəyişiklik lazımdır. Bu mənada xalqın seçəcəyi şəxslər

etimadı doğrultmalıdır. Yeni parlamentdə təmsil olunan şəxslər ölkənin həm iqtisadi, həm də siyasi inkişafına təkan verəcək qanunlar qəbul etməyə qadir insanlar olmalıdırlar. Gənc və enerjili kadrlara etimad böyükdür. Ümid edirəm ki, yeni deputatlar Azərbaycan

Prezidentinin apardığı isla-hatlara uyğun olaraq, ölkənin həyatında daha səmərəli çalı-şacaqlar”, – deyə Y.Mixaylov bildirib.

Hazırladı: Anar ƏLIYEV,

“Xalq qəzeti”

� “Azərbaycanda aparılan islahatlar gəncliyin öz potensialını işə salması üçün yaxşı fürsət yaradıb. Eyni zamanda, aparılan islahatlar fevralın 9-da keçiriləcək parlament seçkilərində gənclərin yeni ideya və mexanizmlərlə iştirakına stimul verəcək”. Bu sözləri Müstəqil Media Mərkəzinə açıqlamasında israilli politoloq Arye Qut deyib.

O, yeni seçiləcək deputatların seçicilərinin qayğılarına daha həssas yanaşacaqlarına ümid etdiyini vurğulayıb. “Hazırda Azərbaycan dəyişikliklər, islahatlar

yolundadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrlə bağlı zəruri islahatlar həyata keçirilir. Prezi-dent İlham Əliyev dərin təfəkkürə, dövlətin fəaliyyətinin bütün istiqamətlərinə strateji və dəqiq mövqedən yanaşmağa qadir olan siyasətçidir”, – deyə politoloq vurğulayıb.

Hazırladı: Anar TURAN, “Xalq qəzeti”

Qazax və Ağstafa rayonları istiqamətində düşmənin təxribatlarının qarşısı alınıb � Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları

istiqamətində müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 15-də saat 16:00 radələrindən başlamaqla Qazax rayonunun Məzəm kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz və Qazax rayon mərkəzindən Məzəm kəndinə gedən avtomobil yolu Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan silahlı

qüvvələrinin bölmələri tərəfindən iri çaplı silah-lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

“Azərbaycanın kifayət qədər mükəmməl seçki sistemi-nin olması, habelə insanların həmin prosesdə iştirak etmək istəyi təkcə ölkə üçün deyil, bütün region üçün nümunədir. Azərbaycanda təkmil seçki sistemi, seçicilərin siyahısı-nın onlayn yayılması, seçki məntəqələrində videokame-raların quraşdırılması şəffaflıq göstəricisidir. Deputatlığa namizədlərdən daxil olmuş müraciətlərin təhlili ölkədə demokratik seçki mühitinin olduğundan xəbər verir”.

Dünən Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komis-siyasının (MSK) növbəti iclası

keçirilib. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə Komissiyanın yanvarın 7-də və 8-də keçirilmiş iclas-larının protokolları təsdiq olunub.

Müstəqil Dövlətlər Birliyi (MDB) Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə

müşahidə missiyası göndərəcək. Bu barədə Müstəqil Media Mərkəzinə MDB müşahidə missiyasının qərargah rəhbəri Yevgeni Kozyak məlumat verib.

“Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri Milli Məclisin keyfiyyət baxımından yenilənməsinə xidmət edir”. Rusiyalı siyasi şərhçi, konfliktoloq Yevgeni Mixaylov “Secki-2020.az” saytına açıqlamasında belə deyib.

“Gənc və enerjili kadrlara etimad böyükdür”

“Azərbaycanda gəncliyin potensialını işə salmaq

üçün yaxşı fürsət yaranıb”

Yanvarın 14-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın Demokratiyanın, parlamentarizmin in-kişafının və vətəndaşların seçki hüquq-larına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DIMBI) direktor vəzifəsini icra edən Yekaterina Qoloulinanın rəhbərliyi ilə həmin quru-mun əməkdaşlarından ibarət beynəlxalq müşahidəçilər qrupunun üzvləri Bakı şəhərində Milli Məclisə seçkilər üzrə seçki kampaniyasının gedişinin müşahidəsinə başlayıblar.

Avropa İttifaqı Şərq Tərəfdaşlığına üzv dövlətlərin ərazi bütövlüyünə dəstəklə

bağlı öhdəliyini növbəti dəfə təsdiqlədi

16 yanvar 2020-ci il, cümə axşamı2

Page 3: Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar …xalqqazeti.com/pdf/xalq-16.pdf · 2020-01-15 · Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə

Dövlət başçısı qeyd etdi ki, Xoşbəxt Yusifzadə 20-dən çox neft-qaz yatağının kəşf edilməsində bilavasitə iştirak edib, bir çox hallarda bu işlərin rəhbəri olub. O yataqlar arasında “Azəri”, “Çıraq” və “Günəşli” xüsusi yer tutur. Xəzərdə ən böyük neft yatağı kimi sovet dövründə onun aşkarlanması böyük hadisə olub. “Azəri-Çıraq-Günəşli”nin müstəqillik dövründə işlənilməsi isə tarixi hadisədir: “Çünki bugünkü Azərbaycanın inkişafını “Azəri-Çıraq-Günəşli”siz təsəvvür etmək mümkün deyil. Bu yatağın işlənilməsi və yataqdan hasil olunan neft bugünkü Azərbaycanın inkişafını təmin edir, iqtisadi müstəqilliyini şərtləndirir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyimizi möhkəmləndirir”.

Azərbaycan dövlətinin ali mükafatını– ümummilli lider Heydər Əliyevin adı ilə şərəflənmiş ordeni yubilyara təqdim edən dövlət başçısı məxsusi olaraq qeyd etdi ki, ulu öndər Heydər Əliyev Xoşbəxt müəllimə, onun sözünə çox inanırdı. Onun sözü mütləq həqiqət hesab olunurdu və bir çox hallarda bu, təsdiq edilmişdir. Sonda Prezident İlham Əliyev dedi: “Mən elə bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə göstəriş verirəm ki, gəmiçiliyin yeni gəmisinə Xoşbəxt Yusifzadənin adı verilsin”.

Mərasimdə 90 illik ömrünün Azərbaycanın neft sənayesinin inkişafına xidmətdə keçən illərinin ən önəmli epizodlarını yad edən Xoşbəxt Yusifzadə bioqrafiyasındakı ən parlaq faktların ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin adları ilə bağlı olduğunu məmnunluqla vurğuladı: “Mən Heydər Əliyevlə 1969-cu ildə tanış olmuşam. 1970-ci ildə Xəzərin cənubdan şimalına qədər bütün işlənməsini bizə tapşırdılar. Onda Heydər Əliyev məni birliyin baş geoloqu təyin elədi. Heydər Əliyev o vaxtlar elə işlər görürdü, sanki, bilirdi ki, Azərbaycan müstəqil olacaq, gələcəkdə

bunlar hamısı Azərbaycana lazım olacaq”.

Yubilyar qeyd etdi ki, Azərbaycan müstəqil olandan sonra Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik edəndə də neft sənayesinin inkişafını önə çəkdi: “Respublikanın vəziyyətini ancaq neft sənayesi ilə düzəltmək olardı. Ona görə də cənab Heydər Əliyev taktikanı düzgün seçdi. Onun neft strategiyası Azərbaycanı bu dərəcəyə gətirib çıxardı. Mən Heydər Əliyevin qarşısında həmişə baş əyirəm”.

Qocaman alim-geoloq ömrünün son 25 illik bir dövrünü əhatə edən, eyni zamanda, onun bioqrafiyasını daha da zənginləşdirən, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan bəhs edərək dedi: “İlham Əliyev bütün aləmə, nəinki Azərbaycana, bütün Avropaya, bütün dünyaya özünü təsdiq elədi ki, doğrudan da, bu respublikaya gözəl bir rəhbər gəlib. Onun gördüyü işləri saymaqla qurtaran deyil. Azərbaycan öz simasını 180 dərəcə dəyişib. Ümumiyyətlə, cənab İlham Əliyev Azərbaycana, bütün dünyaya başa saldı ki, müstəqillik, Azərbaycanın müstəqil olması nə deməkdir”.

Təntənəli mərasimdə iştirak edən Birinci vitse-prezident Mehriban Əliyeva həmin gün rəsmi İnstaqram səhifəsindəki paylaşmasında görkəmli neftçi-alim Xoşbəxt Yusifzadəni səmimi təbrik edərək yazmışdır: “Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir. O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır. Bu əlamətdar gündə Xoşbəxt müəllimi 90 illik yubileyi və Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram!”.

Gəlin, “neft sənayemizin canlı əfsanəsi”nin şərəfli və zəngin ömür yoluna bir daha nəzər salaq.

Xoşbəxt Bağı oğlu Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. Uşaqlıqdan oxuyub-öyrənməyə hədsiz marağı olan gələcəyin neftçi-alimi orta təhsilini doğulduğu kənddəki və qonşu Kürdəxanıdakı məktəblərdə almışdır. O dövrün bir çox gənci kimi Xoşbəxt də Bakını dünyada tanıtmış neftçıxarma ilə bağlı ali təhsil almağa üstünlük vermişdir. 1947-ci ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Neft və Sənaye Universiteti) daxil olan gənc soydaşımız burada neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı ixtisasına yiyələnmiş, sonrakı taleyini bütünlüklə sevib-seçdiyi fəaliyyət sahəsinə

– Azərbaycanda neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı işinə həsr etmişdir.

Ali məktəbi bitirdiyi 1952-ci ildən əmək fəaliyyətinə SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı ”Dövlətxüsusineftlayihə” kontorunda başlamış Xoşbəxt Yusifzadə çox keçməmiş elmi axtarışlarını birbaşa təcrübə ilə əlaqələndirmək üçün yeni yaradılmış ”Dənizneft” Birliyinə üz tutmuş, burada neft elmini və istehsalatını daha da yaxınlaşdırmaq yönündə böyük uğurlar qazanmışdır. O illərdə dünya miqyasında dənizdə neftçıxarmanın özülü qoyulmuş əfsanəvi Neft Daşları bu dərin zəkalı və cəsur neft mütəxəssisini də qarşısıalınmaz bir maraqla cəzb etmiş, zaman keçdikcə onun özünü də əfsanəvi neft-geoloq kimi məşhurlaşdırmışdır. İlk vaxtlar mühəndis və bölmə rəisi vəzifələrində çalışan Xoşbəxt bilik-bacarığı ilə seçilərək 1954-cü ildə ”Gürganneft” trestində (indiki ”Neft daşları” NQÇİ) birinci mədənin böyük geoloqu vəzifəsinə irəli çəkilmişdir. Bu etimadı doğrultmaqla o, sonrakı illərdə dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin məşhur iştirakçılarından və rəhbərlərindən biri kimi tanınmışdır.

Gənc neftçi-geoloq 1958-1960-cı illərdə ”Neft Daşları” mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu və rəisi işləmişdir. 1960-cı ildə o, ”Gürganneft” rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1963-cü ilin oktyabr ayınadək çalışmış, 1963-cü ildən 1970-ci ilədək “Dənizneft” İstehsalat Birliyinin geoloji-kəşfiyyat şöbəsinin rəisi– baş geoloqun müavini olmuşdur. Həmin illərdə Xoşbəxt Yusifzadə yenilikçi və perspektivli neft geoloqu kimi SSRİ Neft Sənayesi Nazirliyinə məsul işə dəvət edilsə də, yurd sevgisi, öz xalqına xidmət etmək amalı üstün gəlmiş, sonrakı mənalı həyatı və məhsuldar fəaliyyəti bu seçimin doğruluğunu dönə-dönə sübut etmişdir.

Xoşbəxt Yusifzadə ötən əsrin 60-cı illərində böyüyüb

ümumittifaq neftçıxarma istehsalat birliyinə çevrilmiş “Xəzərdənizneft”in əsas rəhbər simalarından biri olmuşdur. 1970--1992-ci illərdə burada baş direktorun müavini– baş geoloq vəzifəsində ciddi uğurlar qazanmışdır. Şan-şöhrətə çatmış neftçi-alim və istehsalat rəhbəri kimi o, Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra yaradılmış” Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentinin müşaviri olmuşdur. Xoşbəxt Yusifzadə 1994-cü ildən ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti olmuş, 2004-cü ildən isə birinci vitse-prezidentidir.

Neft və qaz sahəsində elmin nailiyyətlərini istehsalatın zəruri tələbləri ilə müstəsna bir çevikliklə və uzaqgörənliklə əlaqələndirməyi bacaran Xoşbəxt Yusifzadə 1960-cı ildə ”Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik və 1987-ci ildə ”Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və

metodları” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.

Akademik Xoşbəxt Yusifzadənin elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfində və işlənməsində qarşıya çıxan problemlərin həll edilməsi işinə böyük töhfə olmuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri bu məşhur alimin və görkəmli istehsalat təşkilatçısının nəşr olunmuş 200-dək elmi əsərində, o cümlədən 12 monoqrafiyasında və 8 ixtirasında öz əksini tapmışdır. Dünya şöhrətli neftçi-geoloqa 2005-ci ildə professor elmi adı verilmiş, 2007-ci ildə isə o, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Xoşbəxt Yusifzadənin neftçıxarma sahəsində elmi-təcrübi yenilikləri və uğurları keçmiş SSRİ-də, eləcə də dünyada həmişə böyük maraq doğurmuş, o, beynəlxalq aləmdə də nüfuzlu alim və istehsalat rəhbəri kimi qəbul edilmişdir. Azərbaycanlı neftçi-alim Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvüdür. O, Azərbaycan Respublikası

Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin üzvü, ”Azərbaycan Neft Təsərrüfatı” və ”Azərbaycanın geofizika yenilikləri” jurnalları, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətlərinin üzvü, Azərbaycan Geofizikləri Milli Komitəsinin, Azərbaycan Neftçi-Geoloqları Cəmiyyətinin, Amerika Neftçi-Geoloqları Assosiasiyasının, Avropa Alim-Geoloqları və Mühəndisləri Assosiasiyasının üzvüdür.

Azərbaycanda neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsinin bir çox nailiyyətləri dünya miqyasında da tanınıb yüksək dəyərləndirilən Xoşbəxt Yusifzadənin adı ilə bağlıdır. Görkəmli neftçi-geoloqun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan ”Azəri”, ”Çıraq” və ”Günəşli” yataqları kəşf edilmiş və istismara daxil edilmişdir. 1988-ci ildən başlayaraq xarici şirkətlərlə birgə aparılmış, demək olar ki, bütün işlərdə, o cümlədən ”Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, ”Əşrəfi” (1998-ci il), ”Qarabağ” (1998-ci il), nəhəng ”Şahdəniz” (1999-cu il), iri ”Abşeron” (2011-ci il) kimi yataqların, eləcə də 2010-cu ildə ARDNŞ-nin öz gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olmuşdur.

Neftçıxarma sahəsində dünyanın görkəmli geoloq alimlərindən biri olan Xoşbəxt Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft-qaz yataqlarının işlənilməsinin nəzəri əsasları hazırlanmış və həyata keçirilmişdir.

Onun alimlər qrupu ilə birlikdə (M.T.Abbasov, F.H.Orucəliyev və b.) işləyib hazırladığı qaz kondensat yataqları ehtiyatlarının qiymətləndirilməsinin və yataqların işlənilməsinin nəzəri və təcrübi əsasları işi 1982-ci ildə Azərbaycanın Dövlət Mükafatına layiq görülmüşdür.

Son 60 ildə Azərbaycanın neft sənayesində bir çox belə yeni üsulun və mütərəqqi metodun istehsalatda tətbiqi nəticəsində Xəzər dənizində 20 neft və qaz-kondensat yatağı kəşf edilmişdir. Xəzərin Azərbaycan sektorunda ”Bahar”, ”Səngəçal-dəniz”, ”Duvannı-dəniz”, ”Xərə-Zirə adası”, ”Xərə-Zirə-dəniz”, ”Günəşli”, ”Çıraq”, ”Azəri”, ”Kəpəz”, ”Şahdəniz”, Xəzərin

Rusiya sektorunda “ İnçxe-dəniz”, Qazaxıstan sektorunda ”Rakuşeçnaya” və Türkmənistan sektorunda ”LAM”, ”Qubkin”, ”Livanov”, ”Barinov” və s. yataqları bu sıradandır. Kəşfiyyatda ilk quyu ilə yatağın aşkar edilməsinin dəniz şəraitində xüsusilə böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Xoşbəxt Yusifzadə Xəzərin Azərbaycan sektorundakı perspektivli strukturlarda ilk quyunun yerinin seçilməsi prinsiplərini (tağdan uzaqlaşma prinsipi) işləyib hazırlamış və bu prinsip ”Günəşli”, ”Azəri”, ”Çıraq” yataqlarında uğurla sınaqdan çıxarılmışdır.

“Azəri-Çıraq-Günəşli” və ”Şahdəniz” neft və qaz-kondensat yataqlarında axtarış-kəşfiyyat işlərinin xarici neft şirkətləri tərəfindən tətbiq edilən metodikası Xoşbəxt Yusifzadənin əvvəl Xəzər dənizindəki neft-qaz yataqları üçün işləyib hazırladığı və uzun illər tətbiq edilmiş axtarış-kəşfiyyat işlərinin metodikası ilə üst-üstə düşmüşdür.

Azərbaycanda neft və qazçıxarmanın inkişafına verdiyi böyük töhfələrə görə Xoşbəxt Yusifzadə bir sıra yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüşdür. O, keçmiş SSRİ dövlətinin 2 dəfə “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı” ordenləri, bir sıra medalları və fəxri mükafatları ilə təltif edilmişdir. Müstəqillik illərində isə neftçi-alim Azərbaycanın “Şöhrət”, “Şərəf”, I dərəcəli “Əmək”, “İstiqlal” ordenləri ilə təltif olunmuşdur. Xoşbəxt müəllimin şöhrət epopeyasını Heydər Əliyev mükafatı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Nizami Gəncəvi adına qızıl medal, UN Council for Public Awards beynəlxalq təşkilatının “Avropa xidmət” ordeni kimi nüfuzlu təltiflər də bəzəyir. 90 yaşlı əfsanəvi neftçinin bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə layiq görüldüyü “Heydər Əliyev” ordeni bu yüksək mükafatların layiqli tacı oldu.

Doğrudan da, bütün həyatını Azərbaycanda neft elminin və neftçıxarmanın uğurlarına həsr etmiş dünya şöhrətli neftçi-alim Xoşbəxt Yusifzadənin 90 illik mənalı və yeni nəsillərə örnək şərəfli ömür yolu milli neft salnaməmizin parlaq səhifəsidir. O, həqiqətən, Azərbaycan neft sənayesinin canlı əfsanəsidir.

Tahir AYDINOĞLU, “Xalq qəzeti”

Xoşbəxt Yusifzadə – 90

Neft sənayesinin canlı əfsanəsi

Bu günlərdə xalqımız görkəmli neftçi-alim və geoloq, ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyini böyük təntənə və qədirbilənliklə qeyd edir. Prezident İlham Əliyevin bu əlamətdar hadisənin dövlət səviyyəsində keçirilməsi üçün sərəncam imzalaması və yubilyarı müstəqil Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etməsi, xalqımızın və dövlətimizin öz dəyərli övladlarına hörmət və ehtiramının növbəti ifadəsi olaraq, bu hadisəyə böyük təntənə gətirdi.

Çoxillik davamlı elmi axtarışları və onun bir çox uğurlu nəticələrinin istehsalata tətbiqi ilə Azərbaycanın neft sənayesinin inkişafına misilsiz töhfələr vermiş Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə yanvarın 14-də keçirilən ümumrespublika mərasimində Prezident İlham Əliyev bu böyük insanın xalqımız, dövlətimiz qarşısında müstəsna xidmətlərini çox yüksək qiymətləndirərək bildirdi: “Əziz Xoşbəxt müəllim, mən sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz həm sovet dövründə, həm də müstəqillik dövründə Azərbaycan xalqı naminə, Azərbaycanın inkişafı yolunda böyük işlər görmüsünüz, böyük töhfələr vermisiniz. Həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycanın neft-qaz sənayesinin inkişafında sizin böyük rolunuz var”.

� Yanvarın 15-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, iclası giriş sözü ilə açan sədr Anar Bağırov iştirakçılara kollegiyanın cari fəaliyyəti, o cümlədən vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanlarının gedişi barədə məlumat verib.

İclasda cari il Avstriyada təşkil olunacaq Willem C. Vis Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində

iştirak etmək istəyən Bakı Dövlət Uni-versitetinin Hüquq fakültəsinin koman-dasına sponsorluq edilməsi barədə

həmin fakültənin müraciətinə baxılıb. Azərbaycan Respublikası Vəkillər Kol-legiyasının Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin komandasına qeyd edilən müsabiqədə iştirakla bağlı spon-sorluq etməsi qərara alınıb.

İclasda Vəkillər Kollegiyası üzvlüyünə qəbul, vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, bir sıra vəkillərin mükafatlan-dırılması ilə bağlı məsələlərə baxılıb. Bundan başqa, Bakı şəhərində “BM Morrison Partners” və 30 saylı Vəkil Bürosunun, o cümlədən Şəmkir rayon Vəkil Bürosunun təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar verilib.

İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə də baxılıb.

AZƏRTAC xəbər verir ki, bir il müddətində reallaş-dırılacaq “Yüksəl” layihəsi tələbə və gənclərin xəyallarını gerçəkləşdirməyə, fərdi keyfiyyətlərinin inkişafına istiqamətlənib. Layihənin əsas ideyası gəncləri müxtəlif sahələrdə böyük nəticələr əldə etməyə həvəsləndirməkdir.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı deyib ki, layihə çərçivəsində Bakı Kitab Mərkəzində ixtisaslarında yüksək zirvələrə çatmış gənclərə ilham verən mütəxəssislər tərəfindən hər həftə müxtəlif mövzularda ödənişsiz seminar-lar təşkil olunacaq. Bu semi-narlar zamanı mühazirəçilər

gənclərin dünyagörüşünü genişləndirmək, bacarıqlarını inkişaf etdirmək məqsədilə onlara praktik məsləhətlər və məlumatlar verəcəklər.

“BP Azerbaijan”ın əlaqələr, xarici işlər və stra-tegiya üzrə vitse-prezidenti

Bəxtiyar Aslanbəyli şirkətin belə bir layihənin reallaşmasında iştirakından məmnunluğunu bil-dirib. O, 2020-ci ildə şirkətin ro-lunun yalnız neft-qaz sahəsində deyil, digər istiqamətlərdə də yadda qalacağına ümidvar oldu-ğunu söyləyib. Qeyd edib ki, bü-tün layihələrin təməlində kitab amili dayanır. Son iki il ərzində şirkət 39 kitab ərsəyə gətirib və bunlar da dünyanın aparıcı universitetlərinin kitabxanala-rında dəyərli vəsait kimi istifadə olunur. Eyni zamanda, “Yüksəl” layihəsi çərçivəsində keçirilən bütün tədbirlərdə iştirakçılara şirkət tərəfindən dəyərli kitablar hədiyyə ediləcək.

Sonra həkim psixiatr Orxan İsgəndərov “İxtisas seçimi” mövzusunda seminar keçirib. O, ixtisas seçimində nəzərə alınma-lı olan əsas amillərdən danışıb.

Tədbir sual-cavab şəklində davam edib.

Sonda tələbələrə kitablar hədiyyə edilib.

Qeyd edək ki, “BP Azerbaijan” “Yüksəl” layihəsinin sponsoru olaraq bu kitabların alınmasına maliyyə dəstəyi göstərir və bununla da Azərbaycan gənclərinin intellektual inkişafına töhfə verir.

Bakı Kitab Mərkəzində “Yüksəl” layihəsinin təqdimatı

Heydər Əliyev Fondu və Bakı Kitab Mərkəzinin təşəbbüsü ilə yaradıl-mış və “BP Azerbaijan” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilən tələbə və gənclər üçün “Yüksəl” layihəsinin yanvarın 15-də təqdimatı keçirilib.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

16 yanvar 2020-ci il, cümə axşamı 3

Page 4: Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar …xalqqazeti.com/pdf/xalq-16.pdf · 2020-01-15 · Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə

16 yanvar 2020-ci il, cümə axşamı4

AZƏRTAC xəbər verir ki, mətbuat konfransını giriş sözü ilə açan Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiya-ya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən strateji dövlət kursunun tətbiqinin ardıcıl tarixi sı-naqlardan çıxmaqla əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də milli maraq və mənafelərimizin qarantı olduğunu bildirib.

Vurğulanıb ki, dövlət idarəçiliyində formalaşdırılmış müsbət təcrübə və amillər fonunda ötən il Azərbaycanın ictimai-siyasi xronikası əsasən üç istiqamət üzrə – iqtisadi, sosial və hüquqi sahədə aparılan köklü islahatlarla səciyyələnib, vətəndaş rifahının daha da yüksəldilməsinə he-sablanmış bu siyasət ölkəmizin beynəlxalq arenadakı fəal və nüfuzlu mövqeyi ilə uğurlu vəhdət təşkil edib.

İqtisadi sferada sistemli olaraq gerçəkləşdirilən vergi və gömrük siyasətinin optimallaşdırılması, insan kapitalının inkişafı, kiçik və orta sahibkarlığın maliyyə resurslarına əlçatanlığı, sənaye və texnoloji parkların qurulması və bu kimi digər mühüm strateji tədbirlər bir tərəfdən makro-iqti-sadi mühitin dayaqlarını daha da möhkəmləndirib, digər tərəfdən isə kölgə iqtisadiyyatının əhatə dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Qeyd olunub ki, iqtisadi səmərəlilik göstəricilərinin artan tempi ötən il öz müsbət nəticələrini əhalinin sosial müdafiəsi sahəsində də göstərib, bu istiqamətdə həyata keçirilmiş isla-hatlar paketi vasitəsi ilə vətəndaş rifahı naminə əhəmiyyətli addımlar atılıb. Belə ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, minimum əməkhaqqının 2 dəfə, müavinətlərin orta hesabla 50 faiz və ya 2 dəfə, pensiyaların 70 faizdən çox artırılması, prob-lemli kreditlərin həlli, o cümlədən qeyri-rəsmi məşğulluğa cəlb edilmiş 153 min vətəndaşla rəsmi əmək müqavilələrinin bağlanma-sının təmin edilməsi kimi kölgə iqtisadiyyatına qarşı mübarizə baxımından xüsusi əhəmiyyət kəsb edən tədbirlər və digər oxşar məsələlərlə bağlı görülmüş sistemli fəaliyyət həyata keçirilən dövlət siyasətinin təməlində vətəndaş amilinin durmasına bir daha dəlalət edir.

Xüsusilə, Birinci vitse-prezi-dent, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud vətəndaşların qayğı ilə əhatə olunması və onların reabilitasiya imkanlarının genişləndirilməsi ilə cəmiyyətin həssas təbəqəsinə ünvanlanan nəcib layihə və təşəbbüsləri bu sahədə görülən işlərin keyfiyyətcə yeni mərhələyə keçid almasına etibarlı zəmin yaradıb.

Eyni zamanda, dövlətimizin başçısının imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanın icrası ilə yeni müstəviyə keçən məhkəmə-hüquq islahatları mövcud sosial-iqtisadi tendensi-yanı tamamlamaqla ona paralel aparılan və azad bazar iqtisadiy-yatı prinsiplərinin təbiətinə uyğun olan bir konsepsiya şəklində reallaşdırılmaqdadır. Həmin aktın qəbulu digər ali məqsədlərlə yanaşı, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdı-rılması məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması və təşkilini, mübahisələrin alternativ həllini, beynəlxalq arbitraj prose-durlarının, habelə vahid məhkəmə təcrübəsinin tətbiqini şərtləndirib.

Hesabat ilində dövlət siyasəti-nin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilməkdə olan sosial-iqtisadi və hüquqi islahat-ların ruhuna uyğun olaraq daha intensiv xarakter alıb. Ölkəmizdə iqtisadiyyatın liberallaşdırılma-sı, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabat-lılığın təmin edilməsi və korrupsi-yaya qarşı digər bu kimi mübarizə tədbirləri konkret əməli-praktiki ad-dımlarla müşayiət olunub. Aparılan genişmiqyaslı islahatların digər istiqaməti milyonlarla vətəndaşa

xidmət göstərməklə dövlət qulluq-çusu–vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına mühüm töhfə verən, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılma-

sında əhəmiyyətli rol oynayan “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 16 mərkəzə çatdırılması, habelə yarandığı gündən keçən qısa müddətdə bu xidmətə 34 milyondan çox müraciət daxil olması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihənin – DOST mərkəzlərinin fəaliyyətə başla-ması Azərbaycanda korrupsi-yaya qarşı mübarizə sahəsində dövlət və cəmiyyət arasında olan həmrəyliyin bariz nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox fərqli sahələri sistemli şəkildə əlaqələndirən islahatların müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlara töhfəsini verib, bununla da hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalma-ları kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə keçidi stimul-laşdırılıb.

Bütün bu nailiyyətlər mötəbər beynəlxalq reytinqlərdə də öz əksini tapıb. Azərbaycan iqtisa-diyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşıb. “İnklüziv inkişaf indeksi” adlı illik hesabatda Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib, habelə Dünya Bankı tərəfindən yayılan “Doing Business 2020” hesabatında Azərbaycan 20 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub. Bu müsbət tendensiya ölkəmizin dünyada getdikcə artan nüfuzun-dan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.

Bütün bu müsbət göstəricilər öz növbəsində Azərbaycan Res-publikasının Baş prokuroru yanın-da Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən üzərinə qoyulmuş vəzifələrin uğurla və daha səmərəli icra edilməsində mühüm rol oynayıb.

Ötən il ərzində ölkəmizdə dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar və əldə edilən nailiyyətlər bu sahədə ixtisaslaş-mış aparıcı beynəlxalq təşkilatlar – Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Kor-rupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), MONEYVAL Komitəsi və digər ixtisaslaşmış beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib.

Bununla yanaşı, mətbuat konfransında qeyd olunub ki, he-sabat ilində Baş İdarə tərəfindən vətəndaşların 8447 müraciətinə baxılıb, həmçinin 317 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 231-i (72,90 faiz) üzrə cinayət işi başlanıb, 86 (27,10 faiz) material üzrə digər prokuror təsir aktları tətbiq edilib.

Korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədilə yaradıl-mış, Baş İdarə ilə vətəndaşlar ara-sında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan “161-Qay-nar xətt” əlaqə mərkəzinə hesabat dövründə daxil olmuş əsasən, yerli icra hakimiyyətləri, səhiyyə,

sosial müdafiə, təhsil, bələdiyyə və digər sahələri əhatə edən 3849 müraciət üzrə əlaqəli dövlət qu-rumları ilə birgə görülmüş tədbirlər nəticəsində müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib. 19 halda müraciət üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başla-nıb, habelə aşkarlanmış qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib, görülmüş tədbirlər nəticəsində 47 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

Hesabat dövründə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində 19 şəxs cinayət başında yaxalanıb, 17 nəfər axtarışda olan şəxs saxlanılıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hü-quqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 49 cinayət işi başlanıb.

2019-cu ildə Baş İdarədə 497 şəxs barəsində 310 cinayət işinin istintaqı tamamlanaraq baxılma-sı üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 101 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə, 69 şəxs barəsində 55 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 36 şəxs barəsində 18 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 52 şəxs barəsində 20 iş rüşvətalma (passiv rüşvətxorluq), 68 şəxs barəsində 43 iş rüşvətvermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.

Hesabat dövründə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma faktları üzrə 7 cinayət işinin istin-taqı tamamlanıb, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması barədə 3 cinayət işi üzrə 3 hüquqi şəxs haqqında qərar qəbul olunaraq hüquqi şəxslər və onların rəhbərliyi məhkəmə məsuliyyətinə verilib.

Eləcə də, Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının Baş prokuroru yanında Kor-rupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsində dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaş-dırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 2018-ci il 8 oktyabr tarixli fərmanın icrası ilə əlaqədar görülən işlər çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərin Vahid İnformasiya Bazasının proqram təminatı və istifadə qaydalarına dair təlimatın hazırlanması Baş İdarə tərəfindən təmin edilib.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83,2 mil-yon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21,8 milyon manatın ödənilməsi təmin edilib. Həmçinin qalan ziya-nın ödənilməsini təmin etmək məqsədilə 40,3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaq-la, ümumilikdə vurulmuş maddi ziyanın 74,7 faizinin ödənilməsi təmin olunub. O cümlədən

Mənzil Tikinti Kooperativlərinin vəzifəli şəxsləri və onlarla cinayət əlaqəsinə girmiş digər şəxslər tərəfindən ayrı-ayrı vətəndaşlara satılmış mənzilləri təkrar satmaq-la dələduzluq yolu ilə özgələrinə məxsus külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi fakt-ları üzrə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər görülüb.

Çıxışında xüsusi aktuallığı ilə seçilən bəzi cinayət işlərinin istintaq gedişatına da toxunan Kamran Əliyev belə işlərdən biri kimi qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərini poz-maqla saxta spirtli içki istehsalı ilə məşğul olmuş bir qrup sahibkarın son günlər cəmiyyətdə geniş ictimai rezonansa səbəb olan qa-nunsuz əməlləri barədə məlumat verib. Baş İdarə tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq müxtəlif çeşiddə saxta spirtli içkilər istehsal edərək paytaxtda və respublikanın müxtəlif bölgələrində satışını həyata keçirən 4 şəxsin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçildiyini bildirib.

Hesabat dövründə Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və şöbə rəisləri və növbətçi prokurorlar tərəfindən, ümumilikdə, 717 vətəndaş qəbul edilib. Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücünün məhz bu istiqamətlərə yönəldilməsinin səmərəliliyi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır. Belə ki, hesabat ilində korrupsiya-ya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilərkən 29 halda inzibati po-zuntu aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 192-ci, 198-ci və 228-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatların baş-lanması haqqında qərarlar qəbul edilərək, toplanmış materiallar aidiyyəti üzrə müvafiq icra orqan-larına və məhkəmələrə göndərilib. Araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 118 təqdimat göndərilib, 35 halda vətəndaş və ya vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib.

Vurğulanıb ki, ötən il də Baş İdarə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiy-yat nazirlikləri, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında qurulmuş səmərəli və işgüzar əməkdaşlıq əlaqələri intensivləşib, bu da qabaqlayıcı əhəmiyyətə malik olmaqla, həmin sahələrdə kor-rupsiya cinayətlərinin və digər hüquqpozmaların vaxtında aşkar edilməsinə, onların aradan qaldırılmasına, həmin qanun pozuntularına yol vermiş şəxslərin ifşa edilərək cinayət və inzibati məsuliyyətə cəlb edilmələrinə və bununla da digər şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsinin qarşısının alınmasına böyük töhfə verib. Belə ki, 2019-cu ildə Baş İdarəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 32, Qida Təhlükəsizliyi

Agentliyindən daxil olmuş 25, İqti-sadiyyat Nazirliyindən daxil olmuş 21, Dövlət Gömrük Komitəsindən daxil olmuş 7 material əsasında araşdırma aparılıb və bir sıra hal-larda cinayət işləri başlanıb.

Dövlət başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşı-lıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla, fəaliyyətə başladığı ilk dövrlərdən Baş İdarə bu sahədə ixtisas-laşmış beynəlxalq təşkilatlarla və xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim xü-susi əhəmiyyət verib. Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikor-rupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının monitorinq mexanizmi çərçivəsində IV Dəyərləndirmə Raundu uğurla başa çatdırılıb. Təşkilatın 20-ci monitorinq görüşü zamanı ölkəmiz üzrə İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində qəbul edilmiş hesabatda nəzərdə tutulmuş tövsiyələrin icra vəziyyəti ilə bağlı tərəqqi hesabatı müzakirə edilərək qəbul olunub. Qeyd edilməlidir ki, IV Monitorinq Raund hesabatı üzrə ölkəmizə ünvanlan-mış 31 tövsiyədən 21-i uğurla icra edilib.

Bundan başqa, Baş prokuro-run müavini – Baş İdarə rəisi ötən il Strasburqda Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 82-ci və 83-cü Plenar İclaslarında iştirak edib, sonuncu plenar iclasda deputatlar, hakimlər və prokuror-lara münasibətdə korrupsiyanın qarşısının alınması tədbirlərinin dəyərləndirilməsini nəzərdə tutan Azərbaycan Respublika-sının IV raund dəyərləndirilməsi çərçivəsində uyğunluq hesabatı müzakirə edilərək qəbul olu-nub, ölkəmizə ünvanlanan 21 tövsiyədən 18-i uğurla icra edilib.

Həmin qurumla əməkdaşlıq çərçivəsində ötən il iyunun 17-də Strasburqda GRECO-nun yaradıl-masının 20 illiyinə həsr olunmuş yüksək səviyyəli konfransda iştirak etmiş Baş İdarə rəisi Kamran Əliyev çıxışında cari məsələlərlə yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq isla-hatları, xüsusilə də 2019-cu il 3 aprel tarixli fərmandan irəli gələn vəzifələr barədə məlumat verib, bu islahatların insan hüquqları və qanunçuluğun qorunması, dövlət idarəçiliyində şəffaflığın artırılması istiqamətində mühüm addım olduğunu bildirib. Həmçinin dünya prokurorlarını bir qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə uzun illər davam edən əməkdaşlığın uğurlu nəticələri 2019-cu ildə də özünü göstərib. Belə ki, Buenos-Ayresdə BPA-nın İcraiyyə Komitəsinin növbəti iclası, 24-cü İllik Konfransı və Ümumi Yığıncağında həmin təşkilatın İcraiyyə Komitəsinin təklifi ilə Azərbaycan Respublika-sının Baş prokuroru Zakir Qaralov ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının qorun-masında, qanunun aliliyinin təmin edilməsində xidmətləri və BPA-nın inkişafına verdiyi töhfələr, qurumla Azərbaycan prokurorluğu arasında işgüzar münasibətlərin yaradılma-sında məhsuldar fəaliyyəti nəzərə alınmaqla Beynəlxalq Prokurorlar Assosiasiyasının yüksək mükafatı ilə təltif edilib, qurumun fəxri üzvü seçilib.

Ötən il Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, bu sahədə qabaqcıl və müsbət təcrübəyə malik olan ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində zəruri tədbirlər gö-rülüb. Baş İdarə ilə Buenos-Ayres Muxtar Vilayətinin prokurorluğu və Tunisin Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Xidməti arasın-da korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair An-laşma memorandumları, həmçinin Beynəlxalq Antikorrupsiya Akade-miyası ilə akademiyanın təlimləri üzrə magistr proqramının növbəti modulunun 2020-ci ilin aprelində Bakıda keçirilməsinə dair mü-vafiq sənəd imzalanıb. Bundan başqa, Özbəkistan, Belarus, Türkiyə, Çin, Litva, Qırğızıstan və digər ölkələrin antikorrupsiya və əlaqədar hüquq-mühafizə orqanla-rının nümayəndə heyətləri təcrübə mübadiləsi məqsədilə Baş İdarəyə səfər edib. Həmçinin Beynəlxalq Antikorrupsiya Qurumlarının Asso-siasiyasının (IAACA), Avropa İttifa-qının Avropa Qonşuluq Siyasətinin “Şərq Tərəfdaşlığı” və TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) aləti çərçivəsində, Beynəlxalq Antikorrupsiya Aka-demiyası (IACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılıb.

Baş İdarə tərəfindən korrupsi-yaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilib. Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaş-masında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu, Baş İdarə tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri, istinta-qı aparılan cinayət işləri və digər mühüm məsələlər ilə əlaqədar kütləvi informasiya vasitələrində ictimaiyyətə mütəmadi məlumat verilməsi təmin olunub, dövri mətbuatda korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektlərinə dair məqalələrlə çıxışlar edilib.

Mətbuat konfransında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Ceyhun Kazımov Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq 2019-cu ildə də korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institu-sional, qanunvericilik və inzibati tədbirlərin uğurla davam etdirildiyi-ni bildirib.

Çıxışda ötən illərdə açıq hökumətin təşviqi və korrupsi-yaya qarşı mübarizə üzrə milli fəaliyyət planlarının icrasının dövlət orqanları tərəfindən yüksək faizlə yerinə yetirildiyi, hazırda da Azərbaycan Açıq Hökumət Platforması Azərbaycan Res-publikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə birgə Açıq Hökumətin Təşviqinə dair yeni Milli Fəaliyyət Planı-nın hazırlanması istiqamətində işlərin aparıldığı qeyd olunub. Həmçinin korrupsiyanın qar-şısının alınması sahəsində maarifləndirmənin rolunun artı-rılması məqsədilə “Azərbaycan Antikorrupsiya Akademiyası” layihəsi çərçivəsində dövlət qu-rumlarının əməkdaşlarına müxtəlif istiqamətlər üzrə çoxsaylı təlimlər keçirildiyi, təşkilatın fəaliyyətinin

bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar tərəfindən də dəstəkləndiyi diqqətə çatdırılıb.

Ceyhun Kazımov korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN xidmət” mərkəzləri və DOST mərkəzlərinin sayının və fəaliyyət coğrafiyası-nın genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, qeyri-formal məşğulluqla bağlı mübarizə nəticəsində 153 min əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə Azərbaycan Prezidentinin

2019-cu ilin yekunları ilə bağlı müşavirədəki çıxışında qeyd olunan xüsusatları diqqətə çat-dırıb və bu prosesə digər dövlət orqanları ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentli-yinin Əmək Münasibətlərinin Mo-nitorinqi Mərkəzi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə fəaliyyətinin də əhəmiyyətli təsiri olduğunu bildirib. Bununla yana-şı, dövlətimizin başçısının həmin müşavirədə bu istiqamətdə verdiyi tapşırıqların gələcək fəaliyyətdə də rəhbər tutulmalı olduğu və kölgə iqtisadiyyatından çıxmaqla bağlı digər qurumlarla da koor-dinasiya işlərinin zəruriliyi qeyd edilib.

Prokurorluq orqanları tərəfindən ötən dövrlərdə olduğu kimi, 2019-cu ildə də ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizənin uğur-la davam etdirildiyini, müsbət nəticələr əldə olunduğunu bildirən C.Kazımov Prezident İlham Əliyevin dekabrın 23-də ilin yekun-ları ilə bağlı geniş müsahibəsində və yanvarın 13-də ilin yekunlarına həsr olunmuş müşavirədə yerli icra orqanlarının yüksəkvəzifəli məmurlarının işsizliyin qarşısının alınması üçün ödənişli ictimai iş yerinin yaradılması ilə bağlı proqramın icrasında yol verdiyi po-zuntular və digər neqativ hallarla mübarizəni xüsusilə vurğuladı-ğını qeyd edib, vəzifəli şəxslər tərəfindən törədilmiş digər qanun-suz əməllərə qarşı mübarizənin bundan sonra da davam etdiriləcəyinə dair dövlətimizin başçısının proqram xarakterli qətiyyətli mövqeyinin gələcək fəaliyyətdə də daim rəhbər tutul-malı olduğunu bildirib.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2019-cu ildə gördüyü işləri müsbət dəyərləndiriblər.

Mətbuat konfransında Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən quru-culuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatla-ra kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha cid-di mübarizə aparılması sahəsində tövsiyə və göstərişlərinə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquq-pozmalarını doğuran səbəb və şəraitin müəyyənləşdirilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsinin təmin ediləcəyi xüsusi vurğulanıb.

Tədbirin sonunda QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılıb, o cümlədən Baş prokuror yanında Kor-rupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ictimaiyyətin maarifləndirilməsi sahəsində görülən işlər çərçivəsində yeni nəşr edilmiş və özündə bu sahənin nəzəri və prakti-ki aspektlərini, istiqamətlərini ehtiva edən “Korrupsiyaya qarşı mübarizənin əsas istiqamətləri və hədəflər” adlı məqalələr toplusu-nun təqdimatı keçirilib.

Yanvarın 15-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissi-ya tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlara kölgə salan korrupsiya hallarına

qarşı ciddi mübarizə tədbirləri davam etdirilir

Page 5: Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar …xalqqazeti.com/pdf/xalq-16.pdf · 2020-01-15 · Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə

516 yanvar 2020-ci il, cümə axşamı

AMEA-da Strasburq Universitetinin nümayəndələri ilə görüş keçirilib

AMEA-dan aldığımız məlumatda bildirilib ki, görüşdə akademik Ramiz Mehdiyev AMEA-nın tarixi inkişaf yolu və həyata keçirilən elmi-tədqiqat işləri haq-qında danışıb. AMEA-nın elmi bölmələri haqqında ətraflı məlumat verən akade-mik burada müxtəlif sahələri əhatə edən çoxistiqamətli elmi tədqiqatların həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd olunub ki, son illər akademiyada beynəlxalq elmi əlaqələrin inkişafı istiqamətində də mü-hüm tədbirlər həyata keçirilir, bir sıra elm və təhsil müəssisələri ilə əməkdaşlığa dair sənədlər imzalanır. Ölkələrimiz ara-sında dostluq əlaqələrinin dərin köklərə söykəndiyini deyən akademik Ramiz Mehdiyev digər sahələrdə olduğu kimi, elm sahəsində də sıx əlaqələrin oldu-

ğunu və bu qarşılıqlı elmi əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

Səmimi qəbula görə akademik Ramiz Mehdiyevə minnətdarlığını bildirən Stras-burq Universitetinin rektoru Mişel Dene-ken azərbaycanlı alimlərlə əməkdaşlığa əhəmiyyət verdiklərini vurğulayıb. İki ölkənin elm və ali təhsil qurumları ara-sında qarşılıqlı elmi əlaqələrin inkişaf etdiyini bildirib.

Fransanın ölkəmizdəki səfiri Zakari Qros iki ölkə arasında əlaqələrdən, elmi əməkdaşlıqdan danışıb. O, Strasburq Universitetinin bir qrup aliminin Bakıya səfərinin uğurlu olacağına əminliyini ifadə edib. Səfir bu görüşün elmi əlaqələrin daha da genişləndirilməsi üçün böyük

əhəmiyyət kəsb etdiyini deyib.Akademik Ramiz Mehdiyev AMEA-

nın institut və təşkilatları ilə Fransanın elmi mərkəzləri arasında əlaqələrin da-vam etdiriləcəyini, perspektiv əməkdaşlıq imkanları istiqamətində bundan sonra da müzakirələr aparılacağını vurğulayıb.

Tədbirdə AMEA ilə Strasburq Univer-siteti arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanmasına dair razılıq əldə olunub. Qeyd edilib ki, yaxın günlərdə Bakıda AMEA-nın Fəlsəfə və Coğrafiya institutları ilə birlikdə “İdeyalar gecəsi 2” adlı tədbir də keçiriləcək.

Görüşdə AMEA-nın birinci vitse-prezidentləri – akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, Fransa səfirliyinin müşaviri Jerom Kel, Stras-burq Universitetinin strategiya və inkişaf üzrə vitse-prezidenti Kristel Roy, Azərbaycan-Fransız Universiteti (UFAZ) üzrə əlaqələndirici Jan-Mark Planeks, UFAZ-ın direktoru Vazeh Əsgərov, baş katibi Şarlotta Payen, Fransa səfirliyinin əməkdaşı Qəmər Əfqani iştirak ediblər.

Akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider”

adlı kitabı çapdan çıxıb

“Mənim üçün müasir Azərbaycanın inkişaf tarixi ilə bağlı açıq suallar qal-mayıb. Ölkənin ümdə problemlərinin həllində iştirak etməli olanlar qeyri-ordinar transformasiyaların şahidlərinə çevrilir, ən mühüm məqamları gözləri ilə görmək və onun həqiqi miqyasını real zaman rejimində qiymətləndirmək imkanı əldə edirlər. O zaman istər-istəməz inanırsan ki, insanın quruculuq istedadının bənzərsizliyi mahiyyət etibarilə heç də təsadüfi deyil” – bu fikirlərlə başlayan kitab Azərbaycanın dövlət başçısı vəzifəsində böyük siyasi və görkəmli dövlət xadimi Heydər Əliyevdən sonra ölkəmizin sükanını böyük bacarıqla idarə edən Prezident İlham Əliyev haqqın-da kitabın bir fəslidir.

Qloballaşma proseslərinin fəallaşdığı şəraitdə, yeni minilliyin əvvəlində Azərbaycanın üzləşdiyi təhdidlər, XXI əsrin əvvəlinin reallıqları, dövlətin inkişa-fının yeni mərhələsində onun qarşısında duran mürəkkəb məsələlərin öhdəsindən gəlmək, Azərbaycanın inkişafı ilə bağlı genişmiqyaslı planları həyata keçirmək və İlham Əliyevdən ümummilli lider Heydər Əliyevin siyasi və sosial-iqtisadi kursunu davam etdirmək üçün zəruri olan xüsusi qabiliyyətlər tələb edildiyini yazan akade-mik Azərbaycanın inkişafında 2003-cü ilin oktyabrından başlanan yeni mərhələnin mahiyyətini təhlil edib: “Prezident İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaş-dırmağa başladı”.

İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın həyatında keyfiyyətcə yeni mərhələnin əsasının qoyulduğunu vurğula-yan akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin öz vəzifələrinin icrasına “Azərbaycan Respublikasında sosial-iqti-sadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” (noyabr 2003), “Azərbaycan Respublikasının regionlarının sosial-iqti-sadi inkişafının dövlət proqramının təsdiq edilməsi haqqında (2004-2008)” (fevral 2004) fərmanları ilə ölkənin sosial-iqtisadi inkişafının sürətini müəyyən edərək start verdiyini bildirib. Kitabda qeyd olunur ki, hərtərəfli düşünülmüş iqtisadi siyasət

sayəsində Azərbaycanın xeyli irəliləməsi, neft amilindən asılılığın əhəmiyyətli dərəcədə azalması, “Neftdən asılı dövlət” modelinin artıq keçmişdə qalaraq iqtisa-diyyatın şaxələndirilməsində ciddi uğurlar qazanılması, dövlətin sahibkarlığa və aqrar sənaye kompleksinə ciddi kömək göstərməsi, bu illər ərzində vergi-büdcə siyasətinin iqtisadi artımın ən mühüm amilinə çevrilməsi, Azərbaycanın ərzaq mallarının əksəriyyəti üzrə özünü təmin etmək səviyyəsinə çatması, ölkənin güclü ordusu və güclü xarici siyasətinin olması, ictimai-siyasi sabitliyin, icra intizamının təmin edilməsi, vətəndaşların hər sahədə məsuliyyətinin artırılması, həmçinin ölkə rəhbərliyinin ölçülüb-biçilmiş hərəkətləri Azərbaycanın qüdrətli dövlət olmasını göstərir və bütün bunlar dövlət səviyyəsində aparılan islahatların əsasını təşkil edir.

Müəllif Azərbaycanda həyatın bü-tün sahələrində islahatlar strategiyasını müəyyənləşdirən Prezident İlham Əliyevin təkcə ölkənin deyil, dünyanın müxtəlif KİV-lərində də fəaliyyətinin çox yüksək qiymətləndirildiyini qeyd edib. Türkiyənin NTV telekanalına müsahibəsində İlham Əliyevin əsl siyasətçi olduğunu nəzərə çatdıran ABŞ dövlət katibinin Avrasi-ya regionunda münaqişələr və Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Mann Azərbaycan xalqının İlham Əliyevin timsalında çox yaxşı Prezidenti olduğunu vurğulayaraq əlavə edib: “Hesab edirəm ki, ölkədə siyasi islahatlar davam etdiriləcək, neftdən alınan gəlirlər sıravi vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldiləcək”.

Bundan əlavə, kitabda “The American Interest” nəşrində Amerika Xarici Siyasət Şurası yanında Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, “Azərbaycan müstəqillik günündən sonra” adlı kitabın müəllifi Svante Kornellin məqaləsində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların, onların regionda inkişafa təsirinin təhlili təqdim edilir: “S.Kornellin fikrincə, ölkədə cari islahat-lar əsl vaxtına düşüb. Budəfəki islahatlar 2015-ci ildə neftin qiymətinin azalması ilə

bağlıdır, hərçənd Azərbaycanda bundan əvvəl də islahatlar aparılırdı. Məsələn, 1999-cu ildə Norveç modeli üzrə Dövlət Neft Fondu yaradıldı. 2012-ci ildə Azərbaycanda “ASAN xidmət” işə salın-dı”. Müəllif hesab edir ki, “ASAN xidmət” sayəsində vətəndaşlarla dövlət qulluqçuları arasında əlaqələr məhdudlaşdırılıb, korrup-siya faktları aradan qaldırılıb.

Kitabda dünyanın aparıcı nəşrlərindən olan “Harvard Business Review” jurna-lında (sentyabr 2000-ci il) dərc edilmiş “Tanınmış lider olmağın yolu” sərlövhəli məqalənin müəllifləri Robert Qoffi və Haret Consun fikirləri dərc olunub. Onlar yazırlar: “İntuisiya siyasi liderin əvəzedilməz keyfiyyətidir. Belə adamlar haqqında deyirlər ki, onlar şəraiti yaxşı hiss edirlər. Onlar ətraf mühitdən gələn siqnalları instinktiv olaraq qəbul edir və nə baş verəcəyini əvvəlcədən duya bilirlər, hərçənd bu hadisələrin bütün təfərrüatını onlara heç kəs izah etməyib. O, ən kiçik ey-hamların mənasını başa düşür və müşahidə qabiliyyəti az olan insanların nəzərindən qaçan cəmiyyətdə əhval-ruhiyyənin cüzi dəyişmələrini izləyir. Bütün görkəmli şəxsiyyətlər kəskin intuisiyaya malik olan insanlardır”.

Kitabın “Postneft dövrünün islahat-ları” adlı bölməsində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin postneft dövründə iqtisadiyyatı bacarıqla idarə edərək ölkəni yeni inkişaf yollarına çıxarmasından, 2016-cı ildə Azərbaycan iqtisadiyyatında xarici şokların və əsas ticarət tərəfdaşlarının resessiyasının təsiri altında baş vermiş qısamüddətli tənəzzülün 2017-ci ildə sabitləşmə və 2018-ci ildə iq-tisadi artımla əvəz olunmasından danışılır. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən qısa müddətdə mühüm qərarların qəbul edilməsinin əsas istiqamətlərindən söz açılır.

AMEA-nın “Elm” nəşriyyatında çıxan və 168 səhifədən ibarət olan əsərdə öz əksini tapan materiallar Azərbaycan və rus dillərində təqdim edilir.

İclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev hesabatların AMEA-nın həyatında xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, ötən ilin noyabr ayından başlayaraq, laboratoriya və şöbələr elmi müəssisələr, elmi müəssisələr isə tabe olduqları bölmələr qarşısında öz hesabatlarını təqdim ediblər. Akademik bu gündən etibarən isə hər bir elmi bölmənin Rəyasət Heyəti qarşısında illik hesabatını verdiyini, ilkin olaraq, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) illik hesabatının müzakirəsinə başlanıldığı-nı vurğulayıb.

AMEA-nın fəaliyyətinin müasir dünyanın çağırışları və ölkə başçısı İlham Əliyevin tapşırıqlarının icrası istiqamətində qurulması üçün hazırda akademiyada geniş islahatlar aparıldığını deyən Ramiz Mehdiyev Azərbaycan el-minin inkişafında xüsusi yeri olan Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrinin də üzərinə xüsusi vəzifələr düşdüyünü diqqətə çatdırıb. Aka-demik qeyd edib ki, hazırda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020- 2025-ci illər üçün inkişaf proqramı”nın icrası istiqamətində işlər gedir. Proqramda Elmlər Akademiyasının yeni mərhələdə inkişafı üçün bir sıra vəzifə və prioritetlər müəyyənləşdirilib. Bu proqramın icrası dövlətin elm qarşısında müəyyənləşdirdiyi vəzifələrin həyata keçirilməsində akade-miyanın yaxından dəstək verməsinə geniş imkanlar yaradacaq.

Daha sonra Fizika-Riyaziyyat və Tex-nika Elmləri Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında bölmənin sədri, AMEA-nın vitse-prezi-denti, akademik Rasim Əliquliyev məruzə ilə çıxış edib. O, bölmənin elmi-təşkilati fəaliyyətində Azərbaycan Respublika-sı Prezidentinin, Nazirlər Kabinetinin, AMEA ümumi yığıncağının, Rəyasət Heyətinin qərarlarının, AMEA prezidenti-nin sərəncamlarının icrasına xüsusi diqqət verildiyini qeyd edib. Alim hesabat ilində bölmə müəssisələrinin ölkə Prezidenti tərəfindən təsdiq olunmuş 9 Dövlət Proq-ramının icrasında yaxından iştirak etdiyini vurğulayıb.

R.Əliquliyev hesabat ilində funda-mental və tətbiqi tədqiqatların Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş prioritet istiqamətlərə uyğun həyata keçirildiyini və bir sıra mühüm elmi nəticələrin əldə edildiyini bildirib.

Məruzəçi 2019-cu ildə FRTEB üzrə çap edilmiş elmi əsərlərin ümumi sayının 1979 olduğunu, alimlərin 1105 məqaləsinin dərc olunduğunu, onlardan 480-nin “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnal və konfrans materiallarında yer aldığını qeyd edib. Bölmə üzrə alimlərin əsərlərinə 12 min 66 istinad olunduğunu söyləyib. Bildirib ki, ilk dəfə olaraq bu il alimlərimizin məqaləsi impakt faktoru

40-dan artıq olan məşhur “Nature” jurna-lında dərc olunub. “Clarivate Analytics” şirkətinin təhlilinə əsasən, bölmənin elmi istiqamətləri üzrə dərc olunan məqalələrin sayına görə 2019-cu ildə Azərbaycan regi-onda 1-ci yerdə qərarlaşıb.

Qeyd edilib ki, cari ildə “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2018-ci il 10 dekabr tarixli sərəncamına müvafiq olaraq, “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaradılıb. Həmçinin dövlət başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli Sərəncamına müvafiq olaraq “Milli Transliterasiya Sistemi” yaradılıb.

Akademik e-elmin şəbəkə plat-forması olan “AzScienceNet” Elm Kompüter Şəbəkəsi infrastrukturunun genişləndirilməsi, AMEA-nın elmi müəssisə və təşkilatlarının resursları-nın “AzScienceNet” şəbəkəsinin Data Mərkəzində saxlanılması və Hosting xidmətlərinin dəstəklənməsi, resursların-dan səmərəli istifadə olunması, həmçinin Avropanın onlayn elm və təhsil mühitinə inteqrasiyası ilə əlaqədar işlərin davam etdirildiyini deyib. E-elm və e-təhsilin şəbəkə infrastrukturları “AzScienceNet” və “AzEduNet”ə inteqrasiya olunub, GEANT-a çıxışlar təmin edilib və bu-nunla da Azərbaycan alimlərinin Avro-panın elm və təhsil qurumları ilə onlayn əməkdaşlıqları üçün geniş imkanlar yaradılıb.

Məruzəçi bölmənin elmi müəssisələri tərəfindən 9 beynəlxalq və 4 respublika səviyyəli konfransların keçirildiyini, 10 elmi jurnalın nəşr olunduğunu, Azərbaycan və ingilis dillərində nəşr edilmiş jurnal-larda ölkəmizlə yanaşı, xarici müəlliflərin də məqalələrinin çap olunduğunu bildirib: “Bu jurnallarda dərc olunan məqalələrin təxminən 20 faizi xarici ölkə alimlərinin məqalələridir. Jurnalların 5-i artıq “Web of Science” və “Scopus” bazalarına daxil edilib. “Tətbiqi və hesablama riyaziyya-tı” jurnalı impakt faktoruna görə keçmiş SSRİ-də 1-ci, Avropada 4-cü, dünyada 10-cu yerdədir. “Azərbaycan Riyaziyyat jurnalı” və “Azərbaycan MEA RMİ-nin Əsərləri” jurnalı “Web of Science” baza-sına, “Tətbiqi və hesablama riyaziyyatı” jurnalı, “Azərbaycan Riyaziyyat jurnalı”, Azərbaycan MEA “Xəbərləri” jurnalının Fizika-texnika və riyaziyyat elmləri seriya-sının “Riyaziyyat” buraxılışı, “Energetika-nın problemləri jurnalı” “Scopus” bazasına daxildir”.

AMEA-nın vitse-prezidenti, akademik R.Əliquliyevin FRTEB-in illik hesabatı ilə bağlı məruzəsi dinlənildikdən son-ra hesabat ətrafında fikirlər və təkliflər səsləndirilib.

Tədbirdə akademik Ramiz Mehdiyev bölmənin illik hesabatına dair çıxış edib. Akademik bölmənin növbəti mərhələ üçün vəzifə və tapşırıqları müəyyənləşdirilərkən Prezident İlham Əliyevin akademiya qarşısında irəli sürdüyü tapşırıqlar, dövlət proqramları və strategiyalar, həmçinin “AMEA-nın 2020-2025-ci illər üzrə inki-şaf proqramı”nın müvafiq müddəalarının nəzərə alınmasının, bölməyə daxil olan hər bir institutun dövlət maraqlarından irəli gələn məsələlərin həllinə töhfə verməsinin, dövlətin elmi-texniki layihələrinin eks-pertizası prosesində fəal iştirak etməsinin, intellektual potensialın bu istiqamətə yönləndirilməsinin zəruri olduğunu bildirib.

Qeyd edilib ki, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi ölkə iqtisadiy-yatında yüksək texnologiyalara əsaslanan elmtutumlu məhsulların və xidmətlərin rolunun yüksəldilməsi, eləcə də biliklər iq-tisadiyyatının formalaşdırılması sahəsində irəlidə olmalı, eyni zamanda, fizika-ri-yaziyyat və texnika elmləri digər elm sahələrinin də lokomotivinə çevrilməli, texnoloji nailiyyətlərin respublikaya transferində aktiv rol oynamalıdır.

Akademik büdcədənkənar əlavə vəsaitlərin əldə olunması üçün tətbiqi tədqiqatlara xüsusi əhəmiyyət verilməli və qrantlarla iş sahəsində fəaliyyətin gücləndirilməli olduğunu bildirib. Qeyd edib ki, Milli Elmlər Akademi-yası ölkədə biliklər iqtisadiyyatının formalaşmasında aktiv rola malik olma-lıdır. Bununla yanaşı, beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə, qabaqcıl elmi mərkəzlərlə birgə tədqiqat işlərinin aparılmasına və meqalayihələrdə iştirak məsələsinə xüsusi yanaşılmalı, hesabatda səsləndirilən təkliflər, o cümlədən problem şuralarının yenidən formalaşdırılması, elmi müəssisələrin maddi-texniki baza-sının modernləşdirilməsi və digər xüsusi əhəmiyyət kəsb edən aktual məsələlər nəzərə alınmalı, bölmənin fəaliyyəti yeni prioritetlər və prinsiplər üzərində qurulmalıdır.

Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb.

Müzakirələrdə akademiklər – İbrahim Quliyev, Telman Əliyev, Fikrət Əliyev, Adil Qəribov, Cavad Abdinov, Nazim Məmmədov, AMEA-nın müxbir üzvləri – Əminağa Sadıqov, Vaqif Quliyev, Misir Mərdanov, Namiq Cəlilov, Oktay Qasımov və Oqtay Səmədov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Daha sonra hesabat təsdiq olunub. Fizi-ka-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə mühüm nəticələrin akademiyanın illik hesabatına daxil edilməsi qərara alınıb. Elmi-tədqiqat, təhsil və təcrübi işlərin səviyyəsini artırmaq üçün müxtəlif təkliflər verilib.

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Fransanın Strasburq Universiteti-nin rektoru Mişel Denekenin rəhbərlik etdiyi nümayəndə heyəti və Fransanın ölkəmizdəki səfiri Zakari Qros ilə görüşüb.

ABŞ konqresmeni 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat yayıb

� ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Pol Qosar 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanatla çıxış edib.

Ölkəmizin ABŞ-dakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda Azərbaycanda “Qara Yanvar” kimi yadda qalan faciənin 1990-cı ilin yanvar ayında baş verdiyi, ozamankı SSRİ rəhbərliyinin ölkəmizdə azad-lığı boğmağa və Azərbaycan xalqına öz siyasi iradəsini yeritməyə cəhd göstərdiyi diqqətə çatdırılır. O vaxt Azərbaycan xalqının sovet əsarətindən təngə gəldiyi və onunla mübarizə əzmini nümayiş etdirdiyi bildirilir.

Qeyd olunur ki, Azərbaycan xalqının sülhpərəst azadlıq çağırışla-rına sovet rəhbərliyi silah və tanklarla cavab verdi. Bunun nəticəsində, 147 nəfər mülki şəxs qətlə yetirildi, yüzlərlə

insan yaralandı və həbs olun-du. Sovet İttifaqında əvvəlki müstəqillik hərəkatlarına qarşı qəddarlıqlara rəğmən, azərbaycanlıların əzmkarlıq və qətiyyət nümayiş etdirdiyi, faciənin onlara qüvvə verdiyi və bu mübarizənin 1991-ci il avqustunda müstəqilliyə gətirib çıxardığı diqqətə çat-dırılır. Bildirilir ki, müstəqilliyin elan edilməsindən sonra Azərbaycan regionda azad-lıq mayakı rolunu oynadı, ABŞ-la dost və müttəfiq oldu.

Bəyanatda, həmçinin faciə zamanı həlak olan-ların xatirəsi yad edilir və Azərbaycan Respublikasının davamlı inkişafı qeyd olunur. Konqresin digər üzvləri də Qara Yanvarı yad etməyə ça-ğırılır, Azərbaycanın müttəfiq

rolu və azadlıq yolunda səyləri bir daha vurğulanır.

Bəyanatın mətni ilə bu linkdən tanış olmaq mümkün-

dür: https://www.congress.gov/116/crec/2020/01/09/CREC-2020-01-09-pt1-PgE22-5.pdf.

AMEA Rəyasət Heyətinin iclası

Yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş

AMEA-nın I vitse-prezidenti, akademik İsa Həbibbəyliyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevə “Şöhrət” ordenini və akademik Vaqif Fərzəliyevə “Şərəf” ordenini təqdim edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” adlı kitabı çapdan çıxıb. AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitab-

da şərh edilən məsələlər akademik Ramiz Mehdiyevin Prezident İlham Əliyevin Administrasiyasının rəhbəri vəzifəsində işlədiyi 16 il ərzində müşahidə etdiklərinin nəticəsidir.

Page 6: Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar …xalqqazeti.com/pdf/xalq-16.pdf · 2020-01-15 · Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə

Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “AMOR təqaüdü”

müsabiqəsinin qalibləri məlum olub

RAGB-nin saytında və sosial şəbəkələrdəki rəsmi səhifələrində elan edilmiş müsabiqədə qeydiyyatdan keçmiş və təqdim olunmuş müraciətlər müsabiqənin tələblərinə uyğun olaraq yoxlanılıb və qaliblər müəyyən edilib. Müsabiqədə Rusiya Federasiyasının ali məktəblərinin bakalavr və ya magistr bölmələrində əyani təhsil alan əlaçı azərbaycanlı tələbələr iştirak ediblər.

Xatırladaq ki, RAGB Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Rusiyada azərbaycanlı gənclərin vahid təşkilatda birləşməsi, onların sosial sahədə, yaradıcılıq və təhsil istiqamətlərində təşəbbüslərinin

dəstəklənməsi məqsədilə yaradılıb. “AMOR təqaüdü” layihəsi təhsildə fərqlənən tələbələrə hərtərəfli dəstək göstərmək və gənclərin təhsilə olan marağını artırmaq məqsədilə həyata keçirilir.

Qeyd edək ki, RAGB təqaüd layihəsini bu ildən etibarən hər il keçirəcək. Bununla əlaqədar təşkilat

gəncləri AMOR-un “amor.az” rəsmi saytını və sosial şəbəkələrdə fəaliyyətini izləməyə və gələcək müsabiqələr haq-qında məlumatlı olmağa dəvət edir.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ədliyyə nazirinin müavini Salyanda vətəndaşları qəbul edib

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlətimizin başçısının göstərişlərinə və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 15-də Ədliyyə nazirinin müavini Vilayət Zahirov Salyan rayonunda Salyan, Neftçala, Şir-van, Cəlilabad və Biləsuvar rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Salyan şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə ehti-ram bildirilib.

Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib, həmçinin həlli başqa qurumlara məxsus olan müraciətlər aidiyyəti üzrə göndərilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan

Prezidenti İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.

Səfər çərçivəsində nazir müavini yer-li ədliyyə orqanlarının işi ilə tanış olub, ədliyyə işçilərinin iştirakı ilə müşavirə keçirilərək Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq

sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli fərmanının müstəsna əhəmiyyəti vurğulanıb, onun icrası üzrə görül-müş işlərə toxunulub, qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin

məhkəmə qərarlarının icrasının təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, onlarla sayğı ilə dav-ranılması, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiya hallarının yolverilməzliyi ilə bağlı tapşı-rıqlar verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurum-ları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqla-

rına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri İmişlidə vətəndaşlarla görüşüb

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qo-yublar.

İmişli Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən qəbulda İmişli və Biləsuvar rayonlarından olan vətəndaşların müraciət və şikayətinə baxılıb. Müraciətlər, əsasən, suvar-ma suyuna tələbatın ödənilməsi, nov kanallarının qurulması, sıradan çıxmış drenlərin bərpası, suvarma kanalları-nın beton üzlüyə alınması, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.

Sədr Əhməd Əhmədzadə hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin

tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Cəmiyyətin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasın-dan razılıq edib, göstərilən diqqət və

qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 15-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Yevlaxda, Rafiq Aslanov isə Zərdab rayonunda vətəndaşları fərdi qaydada qəbul ediblər.

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun

olaraq, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə yanvarın 15-də İmişlidə vətəndaşlarla görüşüb.

Heydər Əliyev Fondu bullyoz epidermoliz xəstəliyi olan uşaqları dərman preparatları ilə təmin edib

AZƏRTAC xəbər verir ki, fondun əməkdaşları Bakı, Ağsu, Ağdam, Asta-ra, Biləsuvar, Xızı, İmişli, Qazax, Ma-sallı, Sabirabad və Şamaxıda olaraq, bir il ərzində istifadə edilməsi nəzərdə

tutulan 42 adda dərman preparatını, eyni zamanda, həkimin fərdi qaydada yazdığı resept və tövsiyə məktubunu müvafiq ailələrə çatdırıb.

Xatırladaq ki, səhiyyə və sosial

sahələrdə fəaliyyət Heydər Əliyev Fondunun prioritet istiqamətlərindəndir. Əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən fond, eyni zamanda, “Diabetli uşaqla-ra ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, ürək qüsurlu uşaqların əməliyyatına dəstək, “Koxlear implan-tasiya” kimi layihələr həyata keçirir.

Heydər Əliyev Fondu anadangəlmə bullyoz epidermoliz diaqnozu ilə dövlət qeydiyyatında olan 18 yaşınadək şəxsləri dərman preparatları ilə təmin edib.

"Wall Street Journal" “Human Rights Watch” təşkilatının Yaxın Şərq üzrə direktorunun

erməniyönümlü fəaliyyətini ifşa edib

Məqalədə qeyd edilir ki, S.L.Uitsonun tikintisini dəstəklədiyi qəsəbələr Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yerləşir: “Ermənistan rəhbərliyi sakinlərin bu regiona köçürülməsini təşviq edib. BMT, beynəlxalq məhkəmələr və ABŞ Dağlıq Qarabağı Azərbaycanın Ermənistan

tərəfindən işğal olunmuş ərazisi hesab edirlər”.

Bildirilir ki, erməni ailəsində böyümüş S.L.Uitson 2018-ci ildə işğal olunmuş ərazilərdə tikinti işlərini dəstəkləyən və Qarabağı “Ermənistanın ayrılmaz hissəsi” kimi qəbul edən Amerika Erməni Milli Komitəsi üçün vəsait top-lanması üzrə tədbirlərin təşkilatçısı kimi

çıxış edib. S.L.Uitson özü isə bildirib ki, onun erməni diaspor təşkilatlarını şəxsən dəstəkləməsi Ermənistanda “xeyriyyə və maarifləndirmə” fəaliyyəti və “qondarma “erməni soyqırımı”nın tanınması üçün təbliğat” səyləri ilə bağlıdır.

“Xalq qəzeti”

Tbilisidə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş fotosərgi açılıb

� Yanvarın 15-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə fotosərgi açılıb. AZƏRTAC-ın Gürcüstan bürosu və muzeyin birgə təşkil etdiyi sərgidə Qanlı Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotolar nümayiş etdirilib.

Sərgini Gürcüstanda yaşayan azərbaycanlılarla yanaşı, gürcü ictimaiyyətinin nümayəndələri də ziyarət ediblər. Sərgi yanvarın sonunadək da-vam edəcək.

Ekspozisiyadakı əsərlərlə tanış olan azərbaycanlı gənc Təmkin Nağıyev sərgini ürəkağrısı ilə izlədiyini deyib: “Mən və dostlarım hesab edirik ki, heç kim silahsız, əliyalın tankların, silahlı az-

ğın qüvvələrin qarşına çıxa bilməzdi. Bu cür qəhrəmanlıq yalnız azərbaycanlılara məxsusdur. Biz bu qəhrəmanları unut-mayacağıq”.

Gürcü ziyalı Simon Kopadze de-yib: “Sovet imperiyasının süqutundan sonra azərbaycanlılar, gürcülər, eləcə də digər xalqlar azadlıq uğrunda mübarizəyə qalxdılar. Ən çox qurban verən azərbaycanlılar olublar. Bu da

onu deməyə əsas verir ki, sovet impe-riya qüvvələri azərbaycanlılardan daha çox çəkinirdi. Azərbaycan xalqı tarixən dəfələrlə mübarizliyini göstərib. 1990-cı ilin 20 yanvarında da Azərbaycan xalqı nəyə qadir olduğunu göstərdi. Əliyalın tankların qarşısına çıxan xalq öz müqəddəratını müəyyən etdi. Ona görə də deyə bilərəm ki, Azərbaycan xalqı qəhrəman, mübariz xalqdır. Bu cür qəhrəmanları olan xalq isə ən böyük hörmətə layiqdir”.

Xətayi ƏZİZOV, AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

“Wall Street Journal” nəşrində yer alan məqalədə “Human Rights Watch” təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Sara Li Uitsonun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda qanunsuz tikintinin aparılmasını dəstəkləməsi ciddi tənqid olunub.

Müqavilə öhdəliklərini yerinə yetirməyən şirkətlər turistlərə kompensasiya verməlidirlər

Sənədə əsasən, turizm sahəsinin peşəkarları turistlərə təyinat yerləri və səfər, qəbul və qalma şərtləri haqqında obyektiv düzgün məlumatlar təqdim etməlidirlər. Onlar müştərilərə təklif etdikləri müqavilələrin müddəalarının istər təqdim

etməyi öhdələrinə götürdükləri xidmətlərin xarakteri, qiyməti və keyfiyyəti baxımın-dan, istərsə də müqavilə öhdəliklərinin onlar tərəfindən birtərəfli şəkildə pozulduğu təqdirdə, öhdəliklərin aydınlı-ğını təmin etməlidirlər.

Kodeksdə qeyd edilir ki,

turizm sahəsinin peşəkarları dövlət hakimiyyəti orqan-ları ilə birlikdə, onlardan asılı olan həddə, turistlərin təhlükəsiziyinin, sağlamlı-ğının mühafizəsinin və qida gigiyenasının qayğısına qalmalıdırlar. Turizm şirkətləri lazımi sığorta və yardım sistemlərini təmin etməli, milli qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə müvafiq ola-raq hesabat vermək öhdəliyi götürməli, onlar tərəfindən müqavilə öhdəliklərini yerinə yetirilmədiyi halda ədalətli kompensasiya təqdim etməlidirlər.

Sənədə əsasən, turizm sahəsinin peşəkarları onlar-

dan asılı olan həddə turistlərin səfər zamanı öz dini ehti-yaclarını ödəməsinə imkan yaratmalıdırlar.

Mətbuat, xüsusilə də ixti-saslaşdırılmış turizm mətbuatı və müasir elektron rabitə vasitələri də daxil olmaqla, digər kütləvi informasiya vasitələri turistlərin səfər etmə sayına təsir göstərə biləcək hadisə və vəziyyətlər haqqın-da düzgün və balanslaşdırıl-mış informasiyanın verilməsini təmin etməlidirlər. Onlar, həmçinin turizm xidmətləri istehlakçılarını dəqiq və etibarlı məlumatlarla təmin etməlidirlər.

“Xalq qəzeti”Azərbaycan Turizm Agentlikləri As-sosiasiyası tərəfindən hazırlanan tövsiyə xarakterli “Turizm sənayesi

nümayəndələrinin etik kodeksi”ndə ölkəmizdə turizm prosesi iştirakçılarının vəzifələri müəyyən edilib.

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü

ilə keçirilən “AMOR təqaüdü” müsabiqəsinin qalibləri məlum olub. RAGB-nin İdarə Heyətindən AZƏRTAC-a bildiriblər ki, bu il ilk dəfə olaraq Rusiya Azərbaycanlı Gənclər Birliyi Rusiya Federasiyasında ali təhsil alan əlaçı tələbələrin məbləğindən asılı olmayaraq, təhsil haqlarının ödənilməsi üçün nadir fürsət təqdim edib.

16 yanvar 2020-ci il, cümə axşamı6

Page 7: Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar …xalqqazeti.com/pdf/xalq-16.pdf · 2020-01-15 · Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə

(əvvəli 1-ci səhifədə)

Prezident İlham Əliyev müşavirədə, həmçinin 2019-cu ildə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun 4800 dollar, valyuta ehtiyatla-rının 51 milyard dollar, ixracın 19,6 mil-yard dollar, sərmayə qoyuluşunun 13,5 milyard dollar təşkil etdiyini bildirib.

Makroiqtisadi vəziyyətin sabit qalması üçün bu il də əlavə tədbirlər görüləcəyini deyən dövlətimizin başçı-sı bildirib ki, Mərkəzi Bank 2019-cu il ərzində öz valyuta ehtiyatlarını artırıb: “Mənə verilən məlumata görə, Mərkəzi Banka 630 milyon dollar səviyyəsində vəsait daxil edilib. Bütövlükdə, bankın 6,2 milyard dollar səviyyəsində valyuta ehtiyatları var”.

Ötən il sənaye istehsalı 1,5 faiz yüksəlib, qeyri-neft sektorunun sənaye istehsalında isə 14 faiz artım qeydə alınıb. Sonuncu rəqəm isə son illərdə sənayedə görülən işlərin təzahürü kimi qiymətləndirilərək, bu sahədə istehsalın həm dövlət vəsaiti, həm də özəl sek-torun fəaliyyəti nəticəsində yüksəldiyi xatırladılıb.

Ümumiyyətlə, son illərdə mü-asir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlətimizin başçısının uğurlu iqtisadi strategiyası nəticəsində gerçəkləşib. Təkcə 2019-cu il ərzində sözügedən istiqamətdə ölkə rəhbərinin iştirakı ilə həyata keçirilən tədbirlərə qısa nəzər salmaq-la bunu aydın görmək olar. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ötən il Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR karbamid”, yüksəksıxlıqlı polietilen, Piral-lahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodları, Bakı-da “Şimal-2” elektrik stansiyası istifadəyə verilib.

Keçən il ən mühüm hadisələrdən biri də TANAP qaz kəmərinin istismara verilməsi olub. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bildirib: “2019-cu ildə TANAP qaz kəməri istismara verildi. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir.

Çünki TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra “Şahdəniz-2” qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilib. Əgər TANAP imzalanmasaydı, “Şahdəniz-2”nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi doğrudan da böyük tarixi nailiyyətimizdir. Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsi də uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi 90 faizi keçib. Əminəm ki, biz bu il TAP-ın istismara verilməsini də nəzərdə tutulmuş vaxtda qeyd edəcəyik”.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans-Anadolu boru kəməri (TANAP) layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Av-ropa bazarlarına nəql edilməsi poten-sialına görə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.

TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlaya-raq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunlu-ğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memoran-dumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İs-

tanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisi-ya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən son-ra boru kəmərinin inşasına başlanılıb.

“Enerjinin İpək yolu” adlandırılan TANAP regionun və Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır. Boru kəmərinin birinci fazası keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlayıb. TANAP-la indiyədək Türkiyəyə 3,1 milyard kubmetrdən çox Azərbaycan təbii qazı göndərilib. Cari il ərzində boru kəməri ilə 2 milyard kubmetrədək qaz nəql olunub. İlin sonunadək isə qaz nəqlinin ümumilikdə 4 milyard kubmetrə çatacağı gözlənilir.

Xatırladaq ki, 2021-ci ildə boru kəməri ilə Türkiyəyə 6 milyard kub-metr qazın göndərilməsi planlaşdırılır. Türkiyənin Azərbaycanla ilk təbii qaz müqaviləsi ildə 6,6 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. TANAP-ın

təmin edəcəyi əlavə 6 milyard kubmetrlik artımla Türkiyənin istehlak edəcəyi Azərbaycan qazının həcmi ildə 12,6 milyard kubmetrə çatacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiy-yatının dayanıqlığının təmin edilməsi, onun neft və qazdan asılılığının daha da azaldılma-sı, iqtisadi və maliyyə sektor-larında maksimum şəffaflığın təmin olunması istiqamətində atılan mühüm addımlar, şübhəsiz ki, ölkə həyatının bütün istiqamətlərində, o cümlədən, yol təsərrüfatında da köklü islahatların apa-rılmasını sürətləndirib. Ümumiyyətlə, son 16 ildə dövlətimizin başçısının dü-şünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində bu sahədə qazanılan uğurlar daha da möhkəmləndirilib, avtomobil

magistrallarının tikintisi və yenidən qu-rulmasına, regionlarda yol şəbəkəsinin bərpasına xüsusi önəm verilib. Bu isə ölkədə sərnişin və yükdaşımaların keyfiyyətinə müsbət təsir göstərməklə yanaşı, iqtisadiyyatın inkişafını sürətləndirib, turizm potensialından səmərəli istifadəni şərtləndirib.

Yuxarıdakı fikrin təsdiqi olaraq, ötən müddətdə yol təsərrüfatında baş verən mühüm dəyişikliklərin, əldə edilən nailiyyətlərin qısa mənzərəsinə diqqət yetirmək istərdik. Əvvəlcə xatırladaq ki, Prezident İlham Əliyevin iqtisadi siyasətində ölkədə yol infrastrukturu-nun daha da təkmilləşdirilməsi, möv-cud yolların yenidən qurulması daim diqqət mərkəzində saxlanılıb. Dövlət başçısının rəhbərliyi ilə magistral yolların beynəlxalq standartlara uyğun yenidən qurulması, istismarı, tikintisi və təmiri, eyni zamanda, qorunması, təhlükəsizliyi, habelə ətrafının yaşıllaş-dırılması istiqamətində ciddi tədbirlər gerçəkləşdirilib.

2019-cu ilin investisiya proqramında ölkəmizin yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bu vəsait hesabı-na respublikada təqribən 1200 kilometr yeni avtomobil yolu salınıb. Paytaxtın 300 kilometr uzunluğunda qəsəbədaxili küçə və yolları təmir edilib.

Prezident İlham Əliyev müşavirədə bu barədə danışaraq, cari il həm magist-ral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələrin icra ediləcəyini diqqətə çat-dıraraq, deyib: “Bakı-Sumqayıt-Rusiya sərhədi yeni yolunun, Gəncə-Gürcüstan sərhədi yolunun, Astara-İran sərhədi yolunun tikintisi nəzərdə tutulub. Keçən il 1300 kilometr yol çəkilib. Biz təqribən min kilometr planlaşdırırdıq, ancaq il ərzində Prezidentin ehtiyat fondundan və dövlət büdcəsindən yaranmış əlavə gəlirlər hesabına 1300 kilometr uzunlu-ğunda yol çəkdik.

İnfrastruktur layihələri keçən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dördüncü Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Bu, beşillik proqramdır. Bundan əvvəlki üç proqram müvəffəqiyyətlə icra edil-di. Əminəm ki, dördüncü proqramın icrasında da heç bir problem olmayacaq. Beləliklə, hesab edirəm ki, proqram başa çatanda artıq bizim bütün infrast-ruktur layihələrimiz, o cümlədən sosial infrastrukturla bağlı layihələr öz həllini tapacaq”.

Ötən il Azərbaycanın iqtisadi potensi-alının güclənməsi, reallaşdırılan diversi-

fikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması təbii ki, ölkəmizin xarici iqtisadi əlaqələrində də müsbət meyillərə təkan verib. Belə ki, xarici ticarət əlaqələrin coğrafiyası genişlənib, ticarətin əmtəə strukturu təkmilləşib.

Əvvəlki dövrlərdə olduğu kimi, 2019-cu ildə də qeyri-neft məhsulları ixracının stimullaşdırılması məqsədilə “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı dəstək tədbirləri həyata keçirilib, dövlət vəsaiti hesabına sahibkarlar ixrac missi-yalarında, beynəlxalq sərgilərdə iştirak ediblər. Bu il ərzində ixracatçıların Alma-niyada keçirilən “Beynəlxalq yaşıl həftə”, “Fruit logistika” və “Prowein”, Rusiyada “Prodexpo” və “Mosbuild”, Birləşmiş Ərəb Əmirliklərində “Qulfood”, Çində “Sial China” dünya miqyaslı beynəlxalq sərgilərinə sahibkarlarımız vahid ölkə stendi ilə qoşulublar.

Azərbaycan qonşu ölkələrlə ticarət dövriyyəsinin artırılmasına da xüsusi önəm verib. Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olu-nan müşavirədə bu məsələ ilə bağlı deyib: “Bütün qonşu ölkələrlə ticarət dövriyyəsi artıb. Türkiyə ilə bizim ticarət dövriyyəmiz keçən il 4 milyard dollara çatıb. Bu, böyük artımdır”.

Dövlətimizin başçısı daha sonra Azərbaycanın Rusiya, Gürcüstan və İranla ticarət dövriyyəsinin artdığını diqqətə çatdıraraq deyib: “Həm ikitərəfli formatda, həm çoxtərəfli formatda biz uğurla fəaliyyət göstəririk, o cümlədən energetika və nəqliyyat sahələrində. Mən dəfələrlə demişəm ki, heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz. Biz açıq dənizə çıxışı olmayan ölkə kimi bu gün beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Nəyə görə? Düşü-nülmüş siyasətə, qonşularla yaxın münasibətlərimizə görə. Ona görə qon-şularla bağlı həm ikitərəfli, həm üçtərəfli formatda bu il də aparılacaq əməkdaşlıq diqqət mərkəzində olmalıdır, bütün infrastruktur layihələri icra edilməlidir”.

Yuxarıda qeyd edilənlərdən belə bir qənaət hasil olur ki, 2019-cu il Azərbaycanın sosial-iqtisadi sahələrində mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qo-yulan məqsəd və hədəflərə doğru yeni, inamlı addımlar atılıb. Bunun nəticəsində respublikamızın beynəlxalq imici daha da yüksəlib, qlobalmiqyaslı uğurlar qaza-nılıb, həyatın bütün sahələrində dinamik inkişaf davam edib.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Vilayət Eyvazov: Qarşıya qoyulan bütün tapşırıqlar bundan sonra da əzmlə yerinə yetiriləcək

Dünən Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında 2019-cu il ərzində

görülmüş işlərin yekunlarına və qar-şıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Daxili İşlər naziri, general-polkov-nik Vilayət Eyvazov Azərbaycan Res-publikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında inkişaf və tərəqqi strategiyasının uğurla davam etdiril-diyini, ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən

ildə də etibarlı qorunduğunu vurğulayıb, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Ala-yının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb.

Sonra Alay komandiri, polis general-mayoru Səhlab Bağırov hesabat dövrü-nün yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edərək görülən işlərin nəticələrindən, xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqlardan, onların qısa müddətdə aradan qaldırıl-ması istiqamətində həyata keçiriləcək tədbirlərdən danışıb.

Müşavirəyə yekun vuran nazir Vilayət Eyvazov xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə

rəhbərliyi tərəfindən hər cür şəraitin ya-radıldığını, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu nəzərə çatdırıb. O, əmin olduğunu bildirib ki, Əlahiddə Çevik Polis Alayının şəxsi heyəti ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyu-lan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etima-dı sədaqətli xidməti ilə doğruldacaq.

Sonda ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşın təltif olunması barədə Daxili İşlər na-zirinin müvafiq əmrləri elan olunub və mükafatlar sahiblərinə təqdim edilib.

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Res-publikası Cinayət-Prosessual Məcəlləsinin 7-ci, 21-ci, 25-ci, 33-cü, 141-ci, 142-ci və 145-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiya-sının 60-cı, 63-cü, 71-ci və 125-ci maddələri baxımından şərh edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusi-ya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş

üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, eks-pertin rəyini dinləyib, iş materi-allarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, preyu-disiya daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı

nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır.

Azərbaycan Respubli-kası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin VIII hissəsinin tələbləri ba-xımından Azərbaycan Res-publikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hök-mü ilə müəyyən edilmiş olsun.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 50-ci və 211-ci maddələrinin tələblərindən irəli gələrək cinayət təqibi üzrə icraatı ayırmaq qərarı verən müstəntiq, prokuror və ya hakim bu cür ayrılmanın mümkün olduğu şərtləri müəyyənləşdirməli, bu qərarın müvafiq hüquqi və faktiki əsaslarını göstərməli, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vax-tında araşdırılmasına maneələr olduğu hallarda isə belə ayırma-dan çəkinməlidirlər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

AZƏRTAC

Energetika naziri indiyə kimi İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dolları, Azərbaycandan isə İtaliyaya 1,7 milyard dollar investisiya yatırıldığını diqqətə çatdırıb.

İtaliya ilə iqtisadi tərəfdaşlığın ilk növbədə enerji sektoruna əsaslandığını və ölkəmizin İtaliyanın neft üzrə əsas təchizatçılarından biri olduğunu, SOCAR tərəfindən son 2 ildə İtaliya istiqamətində Azərbaycan mənşəli 15,9 milyon ton xam neft, 189 min ton neft məhsulları və 43,7 min ton neft-kimya məhsullarının təchiz edildiyini, mühüm enerji layihələrimizdə İtaliya şirkətlərinin iştirakını vurğula-yan nazir enerji əməkdaşlığını möhkəmləndirən layihə kimi TAP-ın əhəmiyyətindən danışıb: “Bu il Cənub Qaz Dəhlizi istismara veriləcək və bu, ölkələrimiz, tərəfdaşlarımız, Av-ropanın enerji təhlükəsizliyinin təminatı üçün strateji əhəmiyyətə malikdir. Layihə üzrə işlərin 90 faizdən çox icrası İtaliya hökumətinin layihəyə dəstəyinin göstəricisidir. Bütün icazələrin verilməsinə, quruda və dənizdə tikinti işlərində irəliləyişlərə görə İtaliya hökumətinə təşəkkür edi-rik. İnanırıq ki, birgə səylərimiz TAP layihəsinin vaxtında başa çatmasını təmin edəcək. Təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji ilə təminat, eləcə də dekarboniza-siya kimi məsələlərin həllinə də töhfə veriləcək”.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar, inkişaf göstəriciləri, iqtisadiyyatın şaxələndirilməsi və biznes mühitinin əlverişliliyinin artı-rılması istiqamətində görülən

tədbirlərdən də bəhs edib. İtaliya şirkətlərini ölkəmizdə mövcud olan iqtisadi imkan-lardan faydalanmağa, enerji ilə yanaşı, qeyri-neft sektoru, yeni texnologiyalar, sərmayə qoyu-luşu və podratçı kimi fəaliyyət istiqamətləri üzrə əməkdaşlıqda iştiraka dəvət edib.

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano isə bil-dirib ki, komissiyanın ic-lası mövcud əməkdaşlığın dəyərləndirilməsinə və yeni istiqamətlər üzrə əlaqələrin inki-şafında mühüm rol oynayacaq. Azərbaycan iqtisadi və enerji sahələrində İtaliyanın regionda diqqət yetirdiyi vacib ölkələrdən biridir.

İclasda ticarət-iqtisadi, ener-ji, infrastruktur-nəqliyyat, kənd

təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə tədbirlər müəyyənləşdirilib. AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agent-liyi, Azərbaycan Respublikası Dövlət Neft Fondu və İtaliyanın müvafiq qurumlarının iştirakı ilə hər iki ölkədə investisiya imkan-ları nəzərdən keçirilib.

Hökumətlərarası Komissiya-nın 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - Azərbaycanın Energetika naziri Pərviz Şahba-zov və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazir-liyinin dövlət katibi Manlio Di Stefano imzalayıblar.

Hökumətlərarası Komis-siyanın iclası çərçivəsində

P.Şahbazov İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici di Maio, İqtisadi İnkişaf naziri Stefano Patuanelli və Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Ste-fano ilə görüşüb. Görüşlərdə hökumətlərarası komissiya-nın 5-ci iclasının yekunları müzakirə edilib, siyasi-iqtisadi əlaqələrin genişləndirilməsi üçün həyata keçiriləcək tədbirlər, Cənub Qaz Dəhlizi

və onun tərkib hissəsi olan TAP layihəsi ətrafında fi-kir mübadiləsi aparılıb. Azərbaycan-İtaliya ticarət iqti-sadi tərəfdaşlığının, xüsusilə də enerji sahəsində strateji xarakter daşıdığı, hökumətlərarası ko-missiyanın iclasının və keçirilən görüşlərin bu münasibətləri möhkəmləndirən mühüm addımların atılmasını təmin edəcəyi qeyd olunub.

Energetika naziri, həmçinin İtaliyanın “Maire Tecnimont”, “Ansaldo Energia”, “Tenaris” və “Technip İtaly” də daxil olmaqla 8 şirkətinin rəhbərləri ilə də görüşlər keçirib.

Aygün ƏLIYEVA, AZƏRTAC-ın

xüsusi müxbiri

Roma

Romada Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.Komissiyanın iclasında çıxış edən Energetika naziri Pərviz Şahbazov Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə münasibətlərinin

uğurla inkişaf etdiyini deyib. İtaliya ilə münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya, 2018-ci ildə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Bakıya və Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya səfərlərinin mühüm rolu vurğulanıb. Bildirilib ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 9,7 faiz artıb. Artım tendensiyası 2019-cu ilin 9 ayında da davam edib və 10,5 faizlik artım müşahidə olunub. Ölkəmizdə müxtəlif sahələrdə 113 İtaliya şirkəti qeydiyyata alınıb.

Romada iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın

Ötən il ölkəmiz iqtisadi sahədə mühüm nəticələr əldə edib

5-ci iclası

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu-munun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

16 yanvar 2020-ci il, cümə axşamı 7

Page 8: Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar …xalqqazeti.com/pdf/xalq-16.pdf · 2020-01-15 · Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə

16 yanvar 2020-ci il, cümə axşamı8

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il oktyabrın 29-da “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Va-şinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasının bu qərarı ilə əlaqədar qəbul edərkən bir çox məqamlardan söz aç-mış və ölkə mütəxəssislərinin kosmik tədqiqatlar sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmişdir.

Dövlət başçımız xüsusilə vurğulamışdır ki, bu konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Bu tədbirin əhəmiyyətini sübut edən məqamlardan biri də odur ki, konqresin işində Amerikanın vitse-prezidenti cənab Pens iştirak etmişdir: “Növbəti konq-resin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi, əlbəttə ki, ölkəmizin siyasi nüfu-zunun artmasının təzahürüdür, Azərbaycana olan inamın nəticəsidir. Yadımdadır, bu ilin iyul ayında Beynəlxalq Astronav-tika Federasiyasının prezidenti Azərbaycanda səfərdə idi. Mən onu qəbul etmişdim və ona öz niyyətimizi bildirmişdim ki, biz

çox istəyirik, növbəti konqres Bakıda keçirilsin. Çünki biz hesab edirik ki, bu, ədalətli olar. Çünki Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edil-miş uğurlar, doğrudan da, çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir”.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev isə dövlət başçımızla görüşdə təkcə rəhbərlik etdi-yi qurumun nailiyyətlərindən deyil, ümumiyyətlə, ölkəmizin qazandığı uğurlardan söz aç-mışdı. Qeyd etmişdir ki, kosmik sənayenin özünü uğurlu edən əsas meyarlardan biri insan amilidir. Son illərdə Azərbaycanda təhsilə göstərilən diqqət və qayğı nəticəsində bu gün ölkəmizdə kifayət qədər bacarıqlı, texniki bilikləri və vərdişləri olan yeni bir nəsil formalaşmaqdadır. Ən önəmli məsələ isə odur ki, onlar öz Vətənini, xalqını sevən bir nəsildir.

Təbii ki, Azərbaycanda kosmik tədqiqatların aparıl-ması təcrübəsinin çox böyük tarixi vardır. Nəsirəddin Tusi-nin Marağa rəsədxanası da, Sovet dönəmində yaradılmış Şamaxı rəsədxanası da dünya astronomiyasına böyük töhfələr vermişdir. Ancaq gənc müstəqil Azərbaycanın alimlərinin kos-mik tədqiqatlar sahəsində əldə etdikləri nailiyyətlər dövlətimizin inkişafına və beynəlxalq aləmdəki nüfuzunun artmasına daha böyük zəmin yaradır. Çünki bu gün kosmik tədqiqatlar bizim üçün daha vacibdir. Belə ki,

kosmosda təmsil olunmaq məhz bizim kimi müharibə şəraitində yaşayan, bədxahları çox olan ölkələrə lazımdır. Mütəxəssislərin fikrincə, Ermənistanla münaqişə şəraitində yaşayan, coğrafi mövqeyi ilə seysmik aktiv zona-da yerləşən və təbii-fövqəladə hadisələrin baş verməsi hər an gözlənilən Azərbaycan üçün dövlətin təhlükəsizliyinə və ərazi bütövlüyünün qorunması-na xidmət edən genişmiqyaslı layihələrin həyata keçirilməsi, Yerin təkinin, meşə və su ehtiyat-larının qiymətləndirilməsi, etibarlı rabitə və informasiya şəbəkəsinin yaradılması, müxtəlif ekoloji problemlərin həlli, əldə edilmiş məlumatlardan istifadə, ölkəmiz üçün kosmik sistemin fəaliyyətini tənzimləyən kosmik sənaye infrastrukturunun inkişafı ilə öz səmərəli nəticələrini verə bilər.

“Azərkosmos”un mətbuat üçün yaydığı məlumatlardan oxuyuruq ki, kosmosa rabitə peykləri göndərmiş Azərbaycan dövləti məhz həmin aktuallıqları əsas götürmüşdür. Bizim peyk layihələrimizin qarşısında duran vəzifələr olduqca konkret və aydındır. Birinci vəzifə ölkənin in-formasiya və milli təhlükəsizliyinin təmin edilməsinə xidmət etməkdir. Burada çoxlu məqamlar var və onlardan birini yada sal-maq kifayətdir. Belə ki, ermənilər işğal edilmiş Azərbaycan ərazilərində beynəlxalq hüququn norma və prinsiplərini ayaq altına ataraq, minbir oyundan çıxırlar. Ona görə də biz kosmosdakı

peyklərimiz vasitəsilə ölkəmizin bütün ərazisini nəzarət altında saxlayır, əldə edilən məlumatları dövlət qurumlarına və müvafiq beynəlxalq təşkilatlara təqdim edirik. Məsələn, bu yaxınlarda ermənilərin Şuşa şəhəri ətrafında meşələri qıraraq Azərbaycan təbiətinə vurduğu ziyanın miqya-sını ictimailəşdirmişdik.

Bildirilir ki, ikinci mühüm vəzifəmiz sosial-iqtisadi inkişafa dəstək verməkdir. Məlum oldu-ğu kimi, cənab Prezident İlham Əliyev dövlət başçısı seçildikdən cəmi bir neçə ay sonra “Azərbaycan Respublikası Regi-

onlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramını imzalamışdı. İndi həmin proqramların dördün-cüsü icra olunur. Cənab Preziden-tin əsas məqsədi odur ki, ölkədə əkinəyararlı torpaq sahələrindən məqsədəuyğun şəkildə istifadə edilsin. Bunun üçünsə, torpaq-ların dəqiq hesabı aparılmalı, kadastr müəyyən edilməlidir. Həmin prosesdə mütəxəssislərin ən yaxın köməkçisi kosmosdan çəkilmiş şəkillər və aparılmış kosmik tədqiqatlardır.

Üçüncü məqsədimiz elmi tədqiqatların aparılmasına dəstək vermək və kadr potensi-alımızı inkişaf etdirməkdir. Heç kəsə sirr deyil ki, Azərbaycan dövləti beynəlxalq aləmdə gedən elmi-texniki tərəqqinin sürəti ilə ayaqlaşmaq üçün lazım olan bütün addımları atır. Bunun üçün isə mütləq kosmik ailənin üzvü ol-maq, Yer planetindən kənarda da tədqiqatlar aparmaq lazımdır. Yeri gəlmişkən, Azərbaycan dövlətinin kosmosa ilk rabitə-informasiya peykini göndərdiyi gün xalqımı-zı təbrik edən Prezident İlham Əliyev həmin peykin buraxıl-masına nə qədər sevinmişdisə, “Azərkosmos”da çalışanların hamısının yerli kadrlar olmasını biləndə də bir o qədər fəxr etmiş-di. Fikrimizcə, bu, xalqın intel-lektual səviyyəsinin artmasına Heydər Əliyev münasibətinin yeni təzahürü idi.

Dördüncü vəzifəmiz beynəlxalq kosmik təşəbbüslərdə Azərbaycan adından iştirak edərək, ölkəmizin beynəlxalq

imicinin yüksəldilməsinə xidmət etməkdir. Mən bir vətəndaş olaraq fəxr edirəm ki, beynəlxalq təşkilatların hamısının keçirdi-yi sorğunun nəticələrinə görə dövlətimizin və Prezidentimizin reytinqi ən yüksək yerlərdə göstərilir. Mən fəxr edirəm ki, Yer planetindən kənarda fəaliyyət göstərən, tədqiqat aparan peyklərin arasında üzərində üçrəngli Azərbaycan bayrağının təmsil olunduğu rabitə peykimiz də var.

“Azərkosmos”un növbəti vəzifəsi kosmik layihələrə sərf edilən vəsaitlərin kommersiya

fəaliyyəti ilə geri qaytarılmasını təmin etməkdir ki, bu sahədə də gözlənilən nəticələrə nail oluruq. Məlumat verilir ki, “Azərkosmos”un gəlirlərinin 89 fa-izi məhz xidmətlərin ixracatından formalaşır. Üstəlik, kosmik ailənin üzvü olmaq nə qədər şərəfli olsa da, bir o qədər də məsuliyyətlidir. Çünki bu gün dünyada gedən ictimai-siyasi proseslər təkcə siyasətdə və iqtisadiyyatda deyil, eləcə də elmi-texniki tədqiqatlarda, deməli, kosmosda da güclü rəqabət yaradır. İndi artıq kosmosda 80 ölkənin rabitə peyki vardır və bu göstəricinin durmadan artacağı şəksizdir. Bu isə o deməkdir ki, “Azərkosmos” yeni tendensiyalar üzərində işləməlidir. Bu, rəqabətə davam gətirə bilmək üçün lazımdır. Eyni

zamanda, dünya alimləri kos-mosu və kosmik xidmətləri daha ucuz, sadə və əlçatan etməkdən ötrü yollar axtarırlar.

Bu gün beynəlxalq aləmdə bahalı optik peyklər vasitəsilə hər gün, hər saat çox bö-yük həcmlərdə peyk təsvirləri çəkilir, serverlərdə saxlanılır və müştərilərə satılaraq böyük həcmdə gəlir əldə edilir. La-kin qabaqcıl proqram təminatı vasitəsilə həmin təsvirləri emal edərək hazırlanan analitik təhlillər, tətbiqetmələr və texniki həllər “informasiya məhsulları”nın bazar dəyəri məsələsində yeni nəticələr ortaya qoyur. Bu isə “Azərkosmos” da daxil olmaqla, kosmik sənayenin bütün iştirak-çılarından yeni yanaşma, yeni metod və strategiyalar tələb edir. Əminik ki, təşkilatımız həmin ça-ğırışlara cavab verə biləcək bütün

addımları atmağa qadirdir.Məlum olduğu kimi,

Azərbaycan Respublikası 73-cü Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək üçün öz namizədliyini irəli sür-müşdü. Ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasının, respublikamızın ən islahat-çı ölkə nüfuzu qazanmasının və mütəxəssislərimizin bu istiqamətdə apardığı təbliğat və təşviqat işlərinin nəticəsidir ki, Beynəlxalq Astronavtika Fede-rasiyası adıçəkilən konqresə Bakının evsahibliyi etməsi barədə qərar qəbul edib. Həmin ədalətli qərar xalqımız və dövlətimiz üçün təkcə sevincli xəbər deyil, həm də fəxr edə biləcəyimiz növbəti bir qiymətləndirmədir.

“Azərkosmos”dan bildirirlər ki, əslində, burada qeyri-adi heç nə yoxdur. Çünki Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında ən sabit, ən çox islahatlar aparı-lan, beynəlxalq aləmdə mövcud olan ən demokratik dəyərlərə xüsusi önəm verilən bir dövlətdir. Təsadüfi deyil ki, dünyada söz sahibi olan Azərbaycan hər il onlarca beynəlxalq konfranslara, sərgilərə, festivallara, eləcə də digər irimiqyaslı tədbirlərə evsa-hibliyi edir.

Hazırladı:İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

Mən bir beynəlxalq tədbirə də diqqət yetirmək istərdim. Bu da keçən il Vaşinqtonda keçirilmiş Dünya Astronavtika Konqresidir. Bu, astronavtika sahəsində ən mötəbər tədbirdir. Bu konqres çərçivəsində Dünya Astronavtika Konqresinin 2022-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu da çox önəmli hadisədir – həm konqresin keçirilməsi böyük hadisədir, eyni zamanda, Bakı ilə bərabər, daha üç böyük şəhər bu yarışda iştirak edirdi – Rio-de-Janeyro, Sinqapur və Dehli şəhərləri. Bu çətin yarışda Azərbaycan qalib gəldi.

İlham ƏLİYEVAzərbaycan Respublikasının Prezidenti

Azərbaycan dünyanın astronavtika alimlərini Bakıya toplayacaq

Dövlət başçısının yanında 2019-cu ilin yekunlarına həsr edilmiş müşavirədə Azərbaycanın çoxsaylı uğurları barədə ətraflı söz açıldı. Prezident ötən il Vaşinqtonda

keçirilmiş Dünya Astronavtika Konqresində qəbul edilmiş qərar barədə danışarkən qeyd etdi ki, bu, bizim gördüyümüz işlərə böyük diqqətdir və bütövlükdə Azərbaycana göstərilən növbəti etimaddır: “Onu da bildirməliyəm ki, təxminən 50 il bundan əvvəl – 1973-cü ildə Sovet İttifaqında cəmi bir dəfə Dünya Astronavtika Konqresi keçirilmişdir, özü də Bakı şəhərində. O vaxt Heydər Əliyevin səyləri nəticəsində sovet məkanında məhz Bakı bu konqresin keçirilməsi üçün seçilmişdir. Təxminən 50 ildən sonra növbəti dəfə Bakıda bu konqres keçiriləcək, artıq müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərində”.

Təsadüfi deyil ki, keçən il 40-dan çox dövlət və hökumət başçısı həm ikitərəfli, həm də beynəlxalq tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfərə gəlib. Prezident İlham Əliyevin qonşu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşləri olub. Qonşu dövlətlərlə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələr keçən il daha da möhkəmlənib. Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanda səfərdə olub, nəticədə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə yeni töhfə verilib.

Bütün bunlar barədə yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə geniş söhbət açıldı. Azərbaycan lideri ölkəmizin dünyada sabitlik və inkişaf adası olduğu-nu qeyd etdi. Bunları eşitmək bir vətəndaş olaraq hamımız üçün xoşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı hər bir uğur bizi sevindirir.

Müşavirədə dövlət başçısı Azərbaycanın keçən il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının zirvə görüşlərinə evsahibliyi etdiyini, hər iki təşkilata sədrliyi öz üzərinə götürdüyü-nü bildirdi. 120 üzv ölkənin yekdil qərarı ilə Azərbaycanın BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edəcəyini xüsusilə vurğu-ladı. Bu, bir daha onu göstərir ki, beynəlxalq arenada Azərbaycana yüksək səviyyədə hörmət və etimad göstərilir.

Dünya dini liderlərinin II Zirvə görü-şü də ölkəmizdə keçirilib. Azərbaycana gəlmiş 70 ölkənin dini liderləri

dinlərarası, mədəniyyətlərarası dialoq sahəsində ölkəmizin təcrübəsini yüksək qiymətləndiriblər. Azərbaycanda UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası keçirilib. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib. Bununla bağlı Prezident bildirdi: “Hesab edirəm ki, bu, çox böyük hadisədir. Çünki bu günə qədər Qobustan və İçərişəhər, Şirvanşahlar sarayı bu mötəbər siyahıya daxil edilmişdir. Hesab edirəm ki, Şəki Xan Sarayının bu siyahıda olması həm ədalətlidir, həm də bizim növbəti böyük uğurumuzdur”.

Prezident İlham Əliyev Dünya Astronav-tika Konqresinin 2022-ci ildə Azərbaycanda keçiriləcəyini də diqqətə çatdırdı. Onun sözlərinə görə, tədbirə evsahibliyi etmək üçün Bakı ilə bərabər Rio-de-Janeyro, Sinqa-pur və Dehli kimi üç böyük şəhər də yarışıb. Lakin bu çətin yarışda da Azərbaycan qalib gəlib. Prezident təxminən 50 il əvvəl – 1973-cü ildə Sovet İttifaqında cəmi bir dəfə Dünya Astronavtika Konqresinin keçirildiyini və onun Bakı şəhərində baş tutduğunu qürur hissi ilə xatırlatdı.

Təbii ki, bunlar Azərbaycanın əldə etdiyi beynəlxalq uğurların heç də tam siyahısı deyil. Ölkəmiz özünün iqtisadi, siyasi, hərbi gücünü, eləcə də beynəlxalq nüfuzunu ilbəil artırmaqdadır. Bu siyasət isə ölkə ictimaiyyəti tərəfindən ciddi şəkildə dəstəklənir.

Nizami SÜLEYMANOV, tarix elmləri doktoru, professor

“Bu il Azərbaycan uğurla inkişaf edəcək”

Prezident nitqində ölkədə daha çox ailənin faydalandığı özünüməşğulluq proqramı ilə bağlı fikirlərini də bildirdi. Qeyd etdi ki, dünya praktikasında verilən vəsait nəticəsində təqribən 50 faiz uğurlu layihələr baş tutur: “Ona görə biz elə etməliyik ki, Azərbaycanda bu uğurlu layihələrin sayı və faizi daha da artıq olsun. Dünya Bankı mənim təklifimlə bu proqrama qoşulubdur”.

Qeyd edək ki, dövlətimiz tərəfindən аztəminаtlı аilələrin sоsiаl müdаfiəsinin gücləndirilməsi ilə yаnаşı, оnlаrın аktiv əməyə cəlb еdilməsinə, məşğulluğunun təmin оlunmаsınа хüsusi diqqət yеtirilir. Bu bахımdаn Prеzidеnt İlhаm Əliyеvin 2017-ci ildə imzala-dığı “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmışdır. Sənəd özünüməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.

Dövlət başçısının tapşırığı ilə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı ölkəmizdə sosial müdafiə siyasətində pas-siv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunmasına im-kan verib. Respublikamızın hər yerində özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş vətəndaşlar öz ailə təsərrüfatlarını və bizneslərini qurmağa nail olublar. Qeyd edək ki, 2018-ci ildə respubli-kada 7 min nəfərdən çox vətəndaş özünüməşğulluq proqramına cəlb edilmişdi. 2019-cu ildə isə daha çox vətəndaşın layihədən yararlanma-sı nəzərdə tutuldu. Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlilliyi olanlara, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlara və digər həssas qruplara üstünlük verildi.

Proqram çərçivəsində nazirlik tərəfindən verilən aktivlər hesabına respublikamızın şəhər və rayonla-rında vətəndaşlar aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatlarını ya-radıblar. Həmin təsərrüfatların 84 faizi kənd təsərrüfatı (maldarlıq, quşçuluq,

əkinçilik, arıçılıq, bağçılıq, istixana ya-ratma və s.), qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edir. Proq-ramla, həmçinin xalçaçılıq, misgərlik və s. üzrə də ailə təsərrüfatları yaradılıb.

Aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmaları onla-rın dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazan-malarına, ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb. Eyni zamanda, bu təsərrüfatlar ölkədə qeyri-neft sektorunun inkişafına əlavə dəstək olmaqla, həmin sektorda məhsul istehsalının artımını da stimul-laşdırıb. Verilmiş aktivlərdən səmərəli şəkildə istifadə etməklə aztəminatlı ailələrin öz kiçik ailə təsərrüflarını gözlənilən səviyyədə, uğurla qurma-ları və bu təsərrüfatları daim inkişaf etdirməyə, genişləndirməyə çalış-maları özünüməşğulluq proqramının icrası sahəsində müsbət təcrübənin formalaşdığını deməyə əsas yaradıb.

Müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verdi ki, özünüməşğulluq proqramı dövlət başçısının tapşırığına

uyğun olaraq daha da genişləndirilib. 2019-cu ildə proqrama cəlb edilənlər müvafiq təlimləri başa vurublar, öz biznes planlarını uğurla müdafiə ediblər və artıq əksəriyyəti aktivlərini alıb. Nazir dedi: “Aktivlərin paylanma prosesi davam edir və ayın sonuna qədər qalanları da aktivlərlə tam şəkildə təmin olunacaqdır. BMT İnkişaf Proqramının, eyni zamanda, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin bu proqra-ma qoşulması, əlavə 500 nəfərin aktivlərlə təmin olunması prosedu-ru məhz bu iki layihə çərçivəsində icra olunur. Bu proqramın da genişləndirilməsinə, Dünya Bankı ilə danışıqların yekunlaşdırılmasına dair sizin tapşırıqlarınız olmuşdur. Biz artıq Dünya Bankı ilə ilkin müzakirəni yekunlaşdırmışıq”.

Ölkəmizdə özünüməşğulluq proq-ramına cəlb edilən şəxslərin sayı artıq 10 min 600 nəfərə çatır. Onlardan 2345 nəfəri əlilliyi olan şəxslər, 1835 nəfəri məcburi köçkünlər, 479 nəfəri ünvanlı sosial yardım alanlar, 257 nəfəri şəhid ailəsi üzvləri, 133 nəfəri isə cəzaçəkmə müəssisəsindən azad edilənlərdir. Proqram iştirakçıların-dan böyük əksəriyyəti artıq biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təmin edilib.

Özünüməşğulluq proqramının həyata keçirilməsi paytaxtda və bölgələrdə sakinlərin kasıblıqdan kiçik sahibkarlığa keçidinə kör-püdür. Bu proqramın reallaşma-sı ölkə vətəndaşlarının rifahının yüksəlməsinə, firavanlığına xidmət edir. Müşavirənin sonunda Prezident İlham Əliyev bu il də Azərbaycanın uğurla inkişaf edəcəyinə, 2020-ci ildə Azərbaycanın daha güclü dövlətə çevriləcəyinə əmin olduğunu bildirdi.

Arzu BAĞIROVA,“Regional Hüquqi və İqtisadi

Maarifləndirmə” İctimai Birliyinin sədri

2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçımız ötən ilin uğurlarından danışarkən, sosial sahədə görülən işlərə

də toxundu, qazanılan nailiyyətləri diqqətə çatdırdı. Büdcəyə proqnozdan əlavə daxil olan vəsaitlə çox geniş sosial paketin əhaliyə təqdim edilməsini vurğuladı. Bildirdi ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmamışdır. Prezident sovet vaxtından qalmış və bir növ dondurulmuş əmanətlərin də vətəndaşlara ən məqbul prinsip əsasında, ən məqbul əmsalla qaytarıldığını xatırlatdı və bu sahədə də MDB məkanında birinci olduğumuzu diqqətə çatdırdı. Dövlət başçısı dedi: “Keçən il aparılmış islahatlar nəticəsində biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, məhz sosial sahəyə yönəltdik. Mən keçən ilin əvvəlində bunu bəyan etmişdim. Demişdim ki, yığılacaq bütün əlavə vəsait sosial sahəyə yönəldiləcəkdir və bunu da etdik. Hər zaman olduğu kimi, sözümüzün üstündə dururuq”.

2019-cu ildə ölkəmizin beynəlxalq əlaqələri möhkəmlənib

Azərbaycanın beynəlxalq mövqeləri ilbəil möhkəmlənir. Aparıcı dünya dövlətləri, qonşu ölkələr, eləcə də nüfuzlu beynəlxalq

təşkilatlarla əməkdaşlığımız genişlənir. Məhz bunun nəticəsidir ki, ölkəmiz uzun illərdir böyük beynəlxalq tədbirlərə evsahibliyi edir, ABŞ və Rusiya kimi dövlətlərin hərbi rəhbərlərinin görüşü Bakıda keçirilir. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun, dünyadakı mövqeyinin möhkəmləndiyini, çox etibarlı tərəfdaş kimi tanındığını göstərir.

Page 9: Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar …xalqqazeti.com/pdf/xalq-16.pdf · 2020-01-15 · Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə

16 yanvar 2020-ci il, cümə axşamı 9

Bu faciə nəticəsində Azərbaycan xalqı bir yumruq kimi birləşməyə müvəffəq oldu. Bu, eyni zamanda, milli azadlıq hərəkatımızın yüksəliş zirvəsi idi. Məhz 20 Yanvar hadisəsindən sonra biz özümüzü millət olaraq tanıdıq və dərk etdik. Bəs 20 Yanvar hadisəsinə gətirib çıxa-ran səbəblər və məqsəd nədən ibarət idi? Məqsəd, heç şübhəsiz ki, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizə ruhunu boğmaqdan ibarət idi. Səbəbləri isə əsas olaraq, iki başlıq altında birləşdirmək olar. Bunlardan biri xarici, digəri isə daxili səbəb. Xarici səbəb Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və bu yolda SSRİ rəhbərliyindən dəstək almaları idisə, daxili səbəb o zamankı respublika rəhbərliyinin siyasi səriştəsizliyi ilə birbaşa bağlıdır. Bu səriştəsizlik hətta 1990-cı ilin yanvarından sonra da davam etdi. Belə ki, hakimiyyətdə olan qüvvələrin vəzifəsi məsələni dərhal nəzarətə götürüb ona siyasi-hüquqi qiymət verməkdən ibarət olsa da, bununla bağlı faktiki olaraq heç bir real addım atılmadı. Hətta məsələyə otuz illik zaman kəsiyindən boylanıb bax-dıqda, tam əmin olursan ki, vaxtilə hakimiyyətdə olan qətiyyətsiz rəhbərlər öz şəxsi ambisiyaların-dan əl çəksəydilər, Azərbaycan xalqına qarşı yönəldilmiş bu məkrli oyunun həyata keçirilməsinin qarşısı alına bilərdi.

Bütün bu reallıqlar fonun-da 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-huquqi qiymət verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, dərhal yanvarın 21-də

Heydər Əliyev xalqla həmrəy oldu-ğunu, onun dərdinə şərik çıxdığını və dövrün siyasi çətinliklərinə baxmayaraq, bu qətliama qəti etirazını bildirdi. Bundan bir qədər keçdikdən sonra isə Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi. 1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayı-dan Heydər Əliyevin təşəbbüsü ilə elə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublika-sının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Belə bir tarixi çətinliklər fonun-da, Sovet İttifaqının hələ tam süqut etmədiyi zamanda Heydər Əliyevin bu cür qətiyyətli mövqe nümayiş etdirməsi onun ümummilli maraqlara nə qədər önəm verdi-yini, xalqın ağrı-acısına həssas yanaşdığını bir daha sübut etmiş oldu. Bununla da ulu öndər xalqın gözündə, haqlı olaraq, bir xilaskar kimi rəğbət qazandı.

Heydər Əliyev 1994-cü il yan-varın 12-də keçirdiyi müşavirədə 20 Yanvar hadisələri ilə bağ-lı demişdi: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

Qeyd edək ki, ulu öndərin 20 Yanvar faciəsinin 4-cü ildönü-münün keçirilməsi ilə əlaqədar 1994-cü il yanvarın 5-də imza-ladığı fərmanda Milli Məclisə bu hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunurdu.

Nəhayət, 1994-cü il mart ayı-nın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Bununla da humanizm prinsiplərinə və bütün bəşəri dəyərlərə zidd olan 20 Yanvar faciəsi məhz ümummilli lider Heydər Əliyevin prinsipial və qətiyyətli mübarizəsindən sonra hüquqi-siyasi qiymətini aldı.

Heydər Əliyev 20 Yan-var şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə mütəmadi olaraq dövlət qayğısının artırılmasına hər za-man böyük həssaslıqla yanaşırdı. O, hər 20 Yanvar günü Şəhidlər xiyabanını ziyarət edir, şəhid

ailələri ilə görüşür, onların qayğı-ları ilə yaxından maraqlanırdı. Ulu öndərin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə bu faciə zamanı şəhid olmuş qəhrəman oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.

Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm qərarlar vermişdir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı da şəhid ailələrinə dövlət qayğısının bariz nümunəsidir.

20 Yanvar hadisələrinin beynəlxalq aləmdə tanıdılması bu gün də dövlətin diqqət mərkəzində olan əsas məsələlərdən biri-dir. Bununla bağlı mütəmadi olaraq Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qu-rumlarında konfranslar və tədbirlər təşkil olunur, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əhəmiyyətli addımlar atılır. Heydər Əliyev Fondunun dəstəyi ilə hər il İsraildə, Türkiyədə, Qazaxıstan-da, ABŞ-da və dünyanın bir çox ölkələrində 20 Yanvar faciəsinə həsr edilmiş anım tədbirləri keçiri-lir. Bu tədbirlərdə bədii və sənədli filmlər nümayiş olunur, erməni vəhşiliyi bütün çılpaqlığı ilə dünya ictimaiyyətinə çatdırılır.

Xüsusi diqqət çəkən

məqamlardan biri İsrailin Xay-fa Universitetində keçirilən anım mərasimi zamanı baş vermişdir. Belə ki, İsrail--Azərbaycan Beynəlxalq As-sosiasiyasının (Azİz) üzvü, 20 Yanvar hadisələrinin canlı şahidi olmuş, hazırda İsraildə yaşayan bakılı fotoqraf Boris Dobin 20 Yanvar faciəsi günü çəkdiyi 67 fotoşəkildən ibarət kolleksiyasını Heydər Əliyev Fonduna ver-mişdir. Zənnimcə, bu hadisənin xüsusi əhəmiyyəti vardır. Belə ki, Azərbaycan dövlətinin və onun hər bir vətəndaşının bu istiqamətdə təbliğat aparması, heç şübhəsiz ki, önəmlidir. Lakin istər dövlət orqanlarının, istərsə də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizin təbliğatından əlavə, xaricdə yaşayan digər millətlərin nümayəndələrinin də məsələyə obyektiv qiymət verməsi bu istiqamətdə çəkilən bütün səylərin boşa getmədiyindən xəbər verir.

Qarşıya qoyulan vəzifələr yalnız bununla bitmir. Bu gün ölkə rəhbəri cənab Prezident İlham Əliyev tərəfindən uğurlu kadr siyasəti həyata keçirilir, idarəçilik sisteminə yeni nəsil, yeni nəfəs gəlir. Gənc, dinamik, bir çox xarici dil biliklərinə yiyələnən kadrların müxtəlif sahələrdə təmsil olunma-sı beynəlxalq aləmdə 20 Yanvar və bu kimi faciələrin işıqlandırıl-ması məsələsini asanlaşdırmış olur. Geniş və qlobal miqyasda fəaliyyət göstərməyi bacaran, yüksək analiz qabiliyyəti ilə seçilən gənclər cənab Prezidentin yürütdüyü siyasətə, hər sahədə olduğu kimi, bu sahədə də dəstək olurlar. Məlumdur ki, Azərbaycanın haqq səsinin dünyaya çatdırılma-sında gənc nəslin üzərinə böyük məsuliyyət düşür. Biz gənclər dövlətimizin başçısının yürüt-düyü siyasətin sadiq əsgərinə çevrilməyi özümüzə məqsəd və Vətən qarşısında ödənməli borc hesab edirik.

Şəbnəm HƏSƏNOVA,Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının

doktorantı, politoloq

20 YANVAR

– azadlıq hərəkatımızın

20 YANVAR –

yüksəliş zirvəsi

Bəşər tarixinə qısa nəzər yetirsək görərik ki, hər bir ölkənin tarixində qanlı faciələr yaşanmış, müstəqilliyə aparan yolda saysız-hesabsız qurbanlar verilmişdir. Yaşı minilliklərlə ölçülən Azərbaycanın şanlı tarixində də bu cür faciələrin sayı,

təəssüf ki, az deyildir. İstər Xocalı soyqırımı, istər mart qırğınları tariximizin ən ağrı-lı-acılı səhifələrindəndir. O zaman belə bir sual ortaya çıxır ki, Azərbaycan tarixinin 20 Yanvar səhifəsini digər faciəli səhifələrdən fərqləndirən xüsusiyyət nədir? Heç şübhəsiz ki, 20 Yanvar hadisəsi faciə olduğu qədər, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Bundan əlavə, 1990-cı ilin 20 Yanvar hadisəsi xalqımızın milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycan Prezidentinin ermənilərə həqiqət dərsi

Bugünlərdə bir qrup ziyalı ilə Dağlıq Qarabağın Azərbaycanın nəzarətində olan ərazisinə– Xocavənd rayonunda-kı “Nərgiztəpə” deyilən qəhrəmanlıq ünvanına səfər zamanı hamılıqla bu tarixi həqiqəti bir daha yada saldıq, işğal edilmiş ərazilərimizi tezliklə erməni van-dallarından təmizləyəcəyimizə qətiyyətlə inandıq. Məsələ burasındadır ki, tarixən, xalqımıza pənah gətirib yurdumu-zun ən yaxşı guşələrində yerləşmiş ermənilər burada möhkəmləndikdən sonra xəyanət yolu tutmuş, kənardakı düşmənlərimizin əlində Azərbaycana qarşı təzyiq aləti olmuşlar. Bun-dan şirniklənən bu yurd-yuvasız xalq, nəhayət, sığındıqları ərazilərə sahiblənmək iddiasına düşmüşdür. Bu xain xalq himayədarlarının köməyi ilə tarixi torpaqlarımızda özlərinə dövlət də qurmuşdur. Son bir əsrdə ermənilər törətdikləri soyqırım və deportasiyalar-la dünyanın ən xəyanətkar və qəddar xalqına çevrilmişlər.

Dağlıq Qarabağ münaqişəsi bu siyasətin davamı olaraq 30 ildən artıqdır ki, davam edir. Himayədarlarının köməyi və ölkəmizdəki başıpozuqluqdan istifadə edərək Ermənistan torpaqlarımızın 20 faizini ələ keçirmiş, xarabazara çevir-mişdir. 1 milyon soydaşımıza hələ də məcburi köçkün taleyi yaşadan işğalçı dövlət Azərbaycana hədsiz-hesabsız ziyan vurmuş, xalqımıza misilsiz faciələr yaşatmışdır. Lakin ağlını itirmiş düşmən özü bundan qat-qat artıq itki vermiş, oyuncaq Ermənistan bir dövlət kimi özünün mövcudluğunu sual altına qoymuşdur. Erməni xalqı axır vaxtlar-da onları bu vəziyyətə salmış hərbi səhra komandirlərinin qanlı rejimini qismən devirsə də, “Böyük Ermənistan” sərsəmliyindən ayıla bilmir. Onlar an-lamırlar ki, bais olduqları münaqişənin girovuna çevrilmişlər.

Ermənilər, nəhayət, başa düşməlidirlər ki, tarix boyu Azərbaycana işğalçı kimi gələn dövlətlərlə

müqayisədə Ermənistan heç nədir. Əgər ermənilər bu həqiqəti anla-maq istəyirlərsə qoy baş nazirləri N.Paşinyanın onları yenidən yuxuya verən nağıllarını bir kənara qoyub son vaxtlar Azərbaycan Prezidenti İlham Əliyevin mötəbər tribunalardan səsləndirdiyi xatırlatma və çağırışların məna və məntiqinə diqqət yetirsinlər. Azərbaycan rəhbəri Ermənistanın başbilənlərinə bildirib ki, öz xalqlarını faşizm siyasəti ilə məhvə aparmasın-lar. Prezident İlham Əliyev xatırladır ki, Ermənistanın nicat yolu işğalçılıqdan əl çəkib, dinc qonşuluğa başlamaqda-dır. Qonşu ölkələr, Avropa dövlətləri Azərbaycanla isti münasibətlər qurub faydalandığı halda, Ermənistan özünü dalana salıb, getdikcə tənəzzül edir.

Azərbaycan Prezidenti bugünlərdə hökumətin iclasında ölkənin birillik sosi-al-iqtisadi yekunlarını təhlil edərkən baş nazir Paşinyanın heç bir tutarlı arqu-ment olmadan, Ermənistanı ölkəmizlə müqayisə etməklə bağlı cəfəngiyyatını da cavablandırmalı oldu. Dövlət başçısı İlham Əliyev Ermənistanın daxili və xarici siyasətin bütün parametrləri üzrə uduzduğunu faktlarla sübuta yetirərək bildirdi: “Son vaxtlar Ermənistanın baş naziri öz ölkəsinin dırnaqarası uğurla-rı haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə edir. Onun gəldiyi qənaətə görə, Ermənistan Azərbaycanı bir çox parametrlər üzrə qabaqlayır. Bəri başdan bildirirəm və bunu heç sübut etməyə ehtiyac yoxdur ki, belə bir fərziyyənin heç bir əsası yoxdur. Azərbaycan Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqlayır”.

Dövlətimizin başçısı qeyd etdi ki, əsas makroiqtisadi göstəricilər üzrə 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollardır, Ermənistanda isə cəmi 13 milyard dollar. Alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar

daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5,6 dəfədir. Valyuta ehti-yatları Azərbaycanda 51 milyard dollar, Ermənistanda 2 milyard dollardır, fərq 25 dəfədir.

Xarici ticarət dövriyyəsi Azərbaycanda 33,6 milyard, Ermənistanda 7,4 milyard dollardır, fərq 4,5 dəfədir. İxrac - Azərbaycan 19,6 milyard, Ermənistan–2,4 milyard, fərq 8,1 dəfədir. Sərmayə qoyuluşu - keçən il Azərbaycana 13,5 milyard dollar qoyu-lubdur, Ermənistana 900 milyon, fərq 15 dəfədir. Nəhayət, iqtidarın uzunmüddətli strategiyasına görə Azərbaycan dünya-da onuncu, Ermənistan 59-cu yerdədir. İqtidarın siyasi sabitliyi təmin etməsi– Azərbaycan 11-ci, Ermənistan 58-ci yerdədir

O ki qaldı müharibənin taleyində həlledici olan hərbi imkanlara və gücə, yenə Ermənistan qat-qat zəifdir. “Glo-bal Firepower 2019” hesabatı üzrə, dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yox-dur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir.

Prezident İlham Əliyev 2016-cı ildə Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı hərbi təxribat törətməsinin ca-vabı olaraq ərazilərimizin müəyyən hissəsinin bir həmlə ilə azad edilməsini də ermənilərə xatırlatdı: “Azərbaycan buna cavab olaraq uğurlu əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini, minlərlə hektar torpağı işğalçılardan azad etdi və o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu, bizim hərbi qələbəmiz idi. Növbəti hərbi qələbə 2018-ci ildə təmin edilmişdir. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 mindən çox hektar ərazi işğalçılardan, erməni silahlı qüvvələrindən təmizləndi və bir neçə önəmli strateji yüksəklik azad edildi. Bu yüksəkliklər imkan verir ki, biz Ermənistanın strateji kommuni-kasiyalarına tam nəzarət edə bilək. Bu, bizim ikinci hərbi qələbəmiz idi”.

Bütün bunlar – Azərbaycan rəhbərinin ermənilərə verdiyi dərs xalqımızı bir daha inandırır ki, işğalçı Ermənistanın məğlubiyyəti qaçılmaz-dır. Bunu onlar nə qədər tez anlasalar bitib-tükənməyən itkiləri də bir o qədər az olar.

Ağalar BAYRAMOV, Əməkdar artist

Ulu Yaradan Azərbaycana gözəl, rəngarəng təbiət bəxş etmişdir. Torpağımızın altı da, üstü də sərvətlərlə zəngindir. Bütün bunlar tarix boyu güclü dövlətləri özünə cəlb etmiş, yağılar milli varlığımıza qənim kəsilmiş, sərvətlərimizi yağmalamışlar. Lakin heç bir işğalçı, ən güclü düşmən belə axıradək torpaqlarımızda qala bilməmişdir. Xalqımızın öz yurduna bağlılığı və onun uğrunda dönməz mübarizəsi işğalçıları gec-tez məğlub etmişdir.

Azərbaycan Ombudsmanı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar beynəlxalq qurumlara bəyanat ünvanlayıb

Azərbaycan Respublikası-nın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

Səbinə Əliyeva 1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, bəyanat BMT-nin Baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına, qaçqınlar üzrə ali komissarına, İnsan Hüquqları Şu-rasına, UNİSEF-in, UNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa om-budsmanlar institutlarına, Asiya Ombuds-manlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İn-san Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublika-mızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Bəyanatda deyilir: “Azərbaycanın paytaxtı və digər rayonlarında yüzlərlə soydaşımızın qətli, yaralanması və itkin düşməsi ilə nəticələnən 1990-cı il 20 Yanvar faciəsindən 30 il ötür. 1987-ci ildən başla-yaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində baş qaldıran erməni separatizminə keçmiş SSRİ rəhbərliyi tərəfindən dəstək verilməsi və ölkəmizə qarşı qərəzli mövqeyə, azərbaycanlıların Ermənistandakı tarixi-et-nik torpaqlarından deportasiya edilməsinə, etnik təmizləmə və soyqırımı siyasətinə etiraz edən xalqımızın haqq səsini boğmaq, Azərbaycanın müstəqilliyə gedən yolunun qarşısını almaq məqsədilə 20 Yanvar qırğını törədildi.

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən xəbərdarlıq edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına tanklar və digər ağır hərbi texnikalar yeridilib, dinc əhali atəşə tutulub, milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 150 nəfər silahsız mülki şəxs, o cümlədən uşaqlar, qadınlar və yaşlılar amansızcasına öldürülüb, hətta yaralıları çıxaran təcili tibbi yardım maşınları silahlı hücuma məruz qalıb, qadağan edilmiş silah və sursatdan istifadə edilib. Paytaxt və başqa ərazilərdə 744 dinc, günahsız insan yarala-

nıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi təxribat nəticəsində Respublika televiziyasının enerji bloku partladılıb.

O dövrdə ümummilli liderimiz Heydər Əliyev bu qanlı hadisələrlə bağlı Mosk-va şəhərində Azərbaycan xalqı adından sərt bəyanat vermiş, 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siya-si qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmiş, daha sonra Prezident olduğu dövrdə onun tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilmişdir.

20 Yanvar faciəsini törədən cinayətkarların ədalət mühakiməsinə cəlb olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur. Bu hadisə hər şeydən əvvəl BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquq-lar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin, konvensiya-ların tələblərinin pozulması faktıdır. Eyni zamanda, 20 Yanvar faciəsi Beynəlxalq Cinayət Məhkəməsi Statutunun 7-ci maddəsinə əsasən insanlıq əleyhinə cinayət kimi tövsif edilə bilər. Çünki hadisə zamanı insanlar məhv edilib, məcburi yoxa çıxa-rılıb, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilib, işgəncə, qəsdən güclü iztirablara səbəbolma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlam-lığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlərə yol verilib.

Faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq fərmanına əsasən “20 Yanvar Şəhidi” fəxri

adı verilib. Eyni zamanda, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir. Bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verilir.

Hər il olduğu kimi, bu il də dünya ictimaiyyətinin diqqətini həmin qanlı hadisələrə yönəltmək məqsədilə müvafiq sərəncamla “20 Yanvar faciəsinin 30-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib və icra olunur.

20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər, eyni zamanda, bu qətliamın icrasına əmr verənlərin və törədənlərin, xüsusilə də o vaxtkı SSRİ rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur. Azərbaycan Respublikası 20 Yanvar faciəsi ilə əlaqədar reallıqları, qətliamı törədənlərin cəzalandırılmasının zəruriliyini dünya ictimaiyyətinin diqqətinə təqdim edir.

Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri, o cümlədən qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan artıq soydaşımızın hüquqlarının pozulması faktı beynəlxalq birliyin nəzərinə çatdırılır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hü-quq normaları əsasında, ölkəmizin ərazi bü-tövlüyü çərçivəsində ədalətli həllini tapmalı, zəbt olunmuş Azərbaycan torpaqları qeyd-şərtsiz azad olunmalı, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması təmin edilməlidir. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına dəstək ifadə edilib.

Biz beynəlxalq qurumları və bütövlükdə dünya ictimaiyyətini insan hüquqlarının ko-bud şəkildə pozulması ilə müşayiət olunan, bütövlükdə beynəlxalq hüquq normalarına zidd olan bu cinayət hadisəsinə hüquqi qiymət verməyə çağırırıq”.

20 YANVAR

Page 10: Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar …xalqqazeti.com/pdf/xalq-16.pdf · 2020-01-15 · Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə

Pietro Della Valle 1617–1623-cü illər arasında Səfəvilər dövlətində Vatikan tərəfindən göndərilmiş missioner kimi yaşamışdır. O, ilk dəfə saraya girəndə Şah Abbas ona təmiz türk dilində “xoş gəldin, səfa gəldin” demişdir. Pietro şaha tərcüməçisi olmağı təklif etmiş və təklifi qəbul edildikdən sonra şahın sarayında 1623-cü ilin fevralına qədər fəaliyyət göstərmişdir. O, ivrit, latın, ərəb, fars və türk dillərini gözəl bilmiş, şairlik qabiliyyəti olduğu üçün fars, ərəb, türk, italyan, ispan dillərində şeirlər yazmağa cəhd göstərmiş, hətta Hafizin şeirlərini şərh etmişdir. 1617-ci ildə hələ İstanbulda ikən səyyahın şair təbi ilə qələmə aldığı italyan dilində və qarşısında türkcə transkripsiyasını verdiyi şeirlərindən bir parçaya diqqət edək2:

Yuxarıdakı türkcə şeirlərdə səyyahın dilinin hələ tam təkmilləşmədiyi hiss olunur.

Della Valle öz əsərlərində Azərbaycan dilində işlənən söz və ifadələr üçün müəyyən transkripsiya tətbiq etmişdir: Sciah Abbas muradi virsun, sciorba, qizilbasci, chisc misc, begum, chanum, giuàn, dervisc və s. İtalyan dili və tələffüzü üçün nəzərdə tutulmuş bu transkripsiyanın tədqiqata ehtiyacı vardır.

Della Vallenin əsərlərinin əksəriyyəti o dövrün ənənəsinə uyğun olaraq məktublardan ibarət səyahətnamə şəklindədir. O, ümumilikdə Romaya Osmanlı İmperiyasından 10, Səfəvi Dövlətindən 18 və Hindistandan 8 məktub göndərmişdir. Bunların əksəriyyəti elə Dalle Vallenin sağlığında, hətta ölümündən 10 il sonra (Viaggi di Pietro Della Valle, il Pellegrino, Roma 1662) Romanın “Mascardi” Nəşriyyat evində çap olunsa da, müəllifi olduğu “Türk dilinin qrammatikası” (“La Grammatica turca”) əsəri, əfsuslar olsun ki, işıq üzü görməmişdir. Avropada Şərqin tanıdılması ilə bağlı Vallenin fəaliyyətini və rolunu araşdıran Piter Bitenholz qeyd edir ki, müasir türk dili daşıyıcıları böyük təəssüf hissi keçirtməlidirlər ki, bu cür yüksək səviyyədə işlənmiş qrammatika kitabı hələ də nəşr olunmamışdır3. Həmin kitab ilk dəfə XIX əsrdə Beynəlxalq Şərqşünaslar Konqresində məşhur türkoloq Ettore Rossi tərəfındən elm aləminə tanıdılmışdır4.

Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).

Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi Şərq ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olmuş və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (İran şahı Abbasın şərtləri haqqında) adlanan kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdığına, şahı çox

müdrik və adil hesab etdiyinə görə, Roma senzurası tərəfindən bu kitabın çapına icazə verilməmişdir5.

Dalle Valle 1614-cü ildə İstanbula gəlmiş, qrammatika kitabını yazmağa elə orada olarkən başlamış, lakin osmanlı dilində türk sözlərinin azlığını görüb, 1617-ci ildə İsfahana, Mazandaran və Gilana üz tutan səyyah 1623-cü ilə qədər Səfəvilər dövləti ərazisində yaşamışdır. O, qrammatika kitabını 1621-ci ildə İsfahanda bitirmişdir.

1643-cü ilin avqust ayında öz missioner səfərindən İtaliyaya qayıdan Pietro kitabı haqqında Roma senzurasına məlumat verir. Senzura tərəfindən təyin edilmiş Padre Macio “mən dinə və mənəviyyata zidd bir şey görmədim” (Et nihil in eo repperi, quod fidei, aut bonis

moribus adversetur) sonluğu ilə bitən bir rəy verir. Lakin əsər yenə nəşr olunmur.

Ömrünün sonlarını Pietro, demək olar, cəmiyyətdən təcrid olunmuş şəkildə keçirmişdir. Pietro Della Vallenin ölümündən sonra 1652-ci ildə kitabın əlyazması onun varisi Markiz Del Bufaloya çatır. O isə öz növbəsində qrammatikanı Papa XI Klimentə (Clemente) təqdim edir. 1718-ci ildə Papa XI Klimente “Vat. Turco 40” kimi tanınan bu kitabı müəllifin digər 8 əsəri ilə birlikdə Vatikan Apostol Kitabxanasına verir. Qrammatika kitabı 1900-cü ilə qədər diqqətdən kənarda qalır. Məşhur şərqşünas Ettore Rossi tərəfindən yenidən aşkar edilən bu elmi əsərin yüksək keyfiyyəti alimi heyran edir və 1935-ci ildə o, şərqşünasların konvensiyasında bu barədə elmi ictimaiyyətə məlumat verir.

2017-ci ildə keçirilmiş Beynəlxalq Türk Dili Tədrisi Konfransında (noyabr) yer almış Nevin Özkan və Raniero Speelmanın müəllifi olduğu “İtalyan tələbələri və türkcə təhsil: XVI və XVIII əsrlər arası dövrlərdə dərslər. Tarixdən bir nümunə: Pietro Della Valle” adlı konfrans materialında bu qrammatika kitabı haqqında ətraflı məlumat öz əksini tapmışdır6.

Burada göstərilir ki, Pietro Della Valle kitabını türk dili dərsliyi kimi tərtib etmişdir. Girişdə türk dilini öyrənməyin əhəmiyyətindən bəhs edən, üç

əsas dili müqayisə edən Valle 38 səhifədən ibarət I Kitabın əvvəlində, türk dilinin fonetikası, səslərin tələffüzü, tranliterasiya və əlifbanın quruluşunu verir. Ardından saitlərin tələffüz xüsusiyyətlərini izah edir.

II Kitab 60 səhifədən çoxdur. Burada isim, sifət və feildən bəhs olunur. Sözlərin sonluqlarındakı səslərin dəyişməsi, sifətin müqayisə və üstünlük dərəcələri haqqında məlumat verilir. ْكَمْلِب Bilmək feilindən danışarkən kök olaraq əmr şəkli göstərilir ْلِب Bil, düzəltmə olaraq ْشِلِب Biliş sözü misal gətirilir.

Başqa bir misalda “qalxan” və ya “təkər” mənasının verən ərəb mənşəli ْسرَت Tərs sözündən yaranan هَناَخْسرَت (tersħāne) Tərsxanə (qalxan evi) mürəkkəb sözünü göstərir.

Valle burada rəqəmlərə, hesablamalara və əbcəd hesabına ayrıca diqqət yetirir.

III Kitab ən qısa olub 11 səhifədən ibarətdir: əvəzliklərin növləri haqqında əyani misallarla məlumat verilir.

IV Kitab (50 səhifədən çox) feillərə həsr olunmuşdur. Valle sadə feilləri düzəltmədən fərqləndirir, -maq, -mək şəkilçili məsdərlərdən çoxlu misallar gətirir.

V Kitab 34 səhifədən ibarət olub feillərin inkarı, qarşılıq, icbar növləri və köməkçi feillər, indiki zaman haqqında geniş məlumat verilir.

VI Kitabda (30 səhifə) zərf, Vallenin türk dilində zəngin olduğunu qeyd etdiyi nida və şəkilçilər təhlil edilir.

Sonuncu 40 səhifəlik VII Kitab cümlə quruluşuna həsr olunmuşdur.

Pietro Della Vallenin bu əsəri7 həm tarixi qrammatika baxımından, həm də Azərbaycan dilinin elmi qrammatikasının tədrisinin tarixi nöqteyi-nəzərindən olduqca böyük əhəmiyyət daşıyır. Vatikanın kitabxanasından onun tapılaraq üzünün çıxarılması və ölkəmizdə italyan mütəxəssisləri tərəfindən tərcümə edilərək nəşr edilməsi çox vacibdir. Burada xüsusilə qeyd etmək lazımdır ki, Vallenin Şah Abbasla bağlı məktublarının da Azərbaycana üzünün çıxarılaraq gətirilməsi tariximizin öyrənilməsinə yeni faktlar gətirə bilər.

Xədicə HEYDƏROVA,AMEA Nəsimi adına Dilçilik İnstitutunun

Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru

1. La Grammatica turca. di Pietro Della Valle (1586-1652) contenuta nel manoscritto Vaticano Turco 40 della Biblioteca Apostolica Vaticana.

2. Nevin Özkan. Pietro Della Valle, Osmanlı Topraklarında Bir İtalyan Gezgin (Roma 1586 – 1652) Pıetro Della Valle – Onyedinci Yüzyıla Ait Bir Not. Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Dergisi 46, 1 (2006) 1-16. s. 10.

3. Peter G. Bietenholz, Pietro della Valle (1586-1652). Studien zur Geschichte der Orientkenntnis und des Orientbildes im Abenlande, Basel und Stuttgart 1962, s. 81.

4. Rossi Ettore, “Importansa dell’inedita grammatica turca di Pietro Della Valle”, Atti del XIX. Congresso Internazionale degli Orientalisti, Roma 1938, s. 202-209.

5. Vıtalone Marıo. Il Diario di viaggio in Persia di Pietro della Valle: un confronto con le Lettere. s. 3.

6. Nevin ÖZKAN, Raniero SPEELMAN. Italiani studenti e studiosi del turco: lezioni tra il cinque e il settecento. Un esempio storico: Pietro Della Valle. Uluslararası İtalyanca Dil Öğretimi Konferansı. Rumelide Dil Ve Edebiyat Araştırmaları Dergisi. Journal Of Language And Lıterature Studıes. Səh. 50-59.

7. La Grammatica turca. di Pietro Della Valle (1586-1652) contenuta nel manoscritto Vaticano Turco 40 della Biblioteca Apostolica Vaticana.

Azərbaycan dilçiliyinin əsaslı mənbələrinə görə, dilimizin ilk elmi qrammatikasının tarixinin başlanğıcı XIX əsrin əvvəllərində yaşayıb-yaratmış Mirzə Kazımbəyin adı ilə bağlıdır. Lakin apardığımız araşdırmalar göstərir ki,

dilimizin qrammatikasının tarixi daha qədimlərə gedib çıxır. Hələ ki, son tədqiqatlar Vatikanın arxivində qorunub-saxlanan, I Şah Abbasın dövründəki Azərbaycan dilini əks etdirən bir qrammatika kitabı üzərində dayanmışdır. Bu, bir neçə dil bilən, hüquqşünaslıq, klassik dillər, musiqi və poeziya üzrə yüksək təhsil görmüş fransız əsilli italyan aristokratı və səyyahı Pietro Della Vallenin 7 kitabdan ibarət “La Grammatica turca”1 əsəridir. Azərbaycan dilinin qrammatikasından bəhs edən bu kitab həm dövrünün, həm də sonrakı əsrlərdə bir çox Avropa və türk tədqiqatçılarının müraciət etdikləri tədqiqat mənbəyi olmuşdur. Əfsuslar olsun ki, Azərbaycanda bu əsər elm və ictimaiyyət aləminə məlum olmamışdır. Təvazökarlıqdan uzaq olsa da, həmin əsərin ilk araşdırmaçısı kimi onu deyə bilərəm ki, bu qiymətli əsər Azərbaycan dilinin qrammatikasının daha əvvəllər tədqiqata cəlb olunduğunu, dilimizin hələ XVII əsrin əvvəllərindən artıq elmi qrammatikaya sahib olduğunu sübuta yetirir və əsrlər boyu yaşayan dilimizin zənginliyindən xəbər verir.

XVII əsr Azərbaycan dilinin qrammatikası

Görkəmli alim, qayğıkeş müəllim, bacarıqlı elm təşkilatçısı

Vaqif müəllim 1991-ci ildən Azərbaycan Tibb Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994-cü ildən ümumi işlər üzrə prorektoru, 1996–2001-ci illərdə isə tədris işləri üzrə pro-rektoru vəzifələrini yerinə yetirib. Vətənə, xalqa ləyaqətlə xidmət göstərən görkəmli alim ölkəmizin müstəqilliyinin ilk illərindən tibb elmi və tibb təhsilinin inkişafına dəyərli töhfələrini verir. O, həmçinin 1993-cü ildən Yeni Azərbaycan Partiyası sıralarında fəallıq göstərənlərin ön cərgəsində olub. Onun 1997-1998-ci illərdə prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyevin vəkili, 2003-cü il prezident seçkilərində isə cənab Prezidentimiz İlham Əliyevin səlahiyyətli nümayəndəsi kimi ölkənin müxtəlif regionların-da təbliğat və təşviqat qrupları-nın rəhbəri olarkən etdiyi çıxışlar rəğbətlə qarşılanıb.

V.Şadlinski çox çətin, lakin şərəfli və zəngin bir həyat yolu keçib. 1940-cı il yanvarın 24-də Qərbi Azərbaycanın (indiki qondarma Ermənistan) Vedi rayonunda ziyalı ailəsində dünyaya göz açan Vaqif 1948-ci ildə – 8 yaşında ikən ailəsi və digər azərbaycanlı soydaşları ilə birlikdə Stalin – Mikoyan cütlüyü-nün qurduğu mənfur plan əsasında erməni daşnakları tərəfindən dədə-baba yurdlarından kütləvi şəkildə deportasiyaya məruz qalıb. Erməni vandalizmi ilə üzləşən Şadlinskilər ailəsi Şəmkir rayonunun Leninkənd (indiki Çinarlı) qəsəbəsində məskunlaşıb.

Atası – əməkdar müəllim, “Lenin” ordenli Bilas müəllimin direktoru ol-duğu orta məktəbi bitirdikdən sonra gənc Vaqif keçmiş SSRİ-nin ordu sıralarında hərbi xidmətə çağırılıb. Ordudan tərxis olunduqdan sonra – 1963-cü ildə N.Nərimanov adına ATİ-nin Stomatologiya fakültəsinə qəbul olunub. Hələ tələbə ikən əla təhsil nümunəsi göstərən gənc Vaqif həm də institutun ictimai həyatında fəal iştirak edib, tələbələrin yaxın dostuna, müəllimlərin istəklisinə çevrilib.

1968-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən gənc ATİ Elmi Şurasının qərarına əsasən, Tera-pevtik stomatologiya kafedrasında baş laborant vəzifəsində həkimlik fəaliyyətinə başlayıb. 1970-ci ilin iyun ayında isə öz xahişi ilə İnsan anatomiyası kafedrasında eyni vəzifəyə keçirilib və artıq 50 ildir ki, həmin kafedrada çalışaraq baş laborantlıqdan professor, kafedra müdiri vəzifələrinə, Əməkdar elm xa-dimi, akademiklik rütbələrinə qədər yüksəlib. Kafedrada fənnin tədrisi, təlim-tərbiyə işləri ilə məşğul olmaq-la yanaşı, elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə də xüsusi həvəs göstərən V.Şadlinski Moskvada, Sankt-Peterburqda, Voronejdə, Minskdə, Kiyevdə, Xarkovda elmi ezamiyyətlərdə olub, anatomiya elminin sirlərinə dərindən yiyələnə bilmək imkanı əldə edib. Bunun nəticəsi kimi, o, 1982-ci ildə Tbilisidə namizədlik, 1999-cu ildə isə doktor-luq dissertasiyalarını müdafiə edərək əvvəlcə tibb elmləri namizədi, sonra isə tibb elmləri doktoru elmi dərəcələrinə və professor elmi adına layiq görülüb.

İstedadlı Azərbaycan aliminin əsas elmi istiqamətini periferik sinir sisteminin struktur elementlərinin tədqiqi, onların mieloarxitektonikası, mielo və morfogenezinin qanuna-uyğunluqları, həmçinin kafedranın unikal elm və tədris muzeyindəki kəllə kolleksiyaları üzərində aparı-lan klassik antropometrik və müasir innovativ bioimpedansometrik me-todlarla yerinə yetirilən elmi-tədqiqat işləri, eləcə də insanın endokrin və kiçik ekzokrin vəzilərinin fərdi, cinsi və yaş xüsusiyyətləri, onların nisbi normada və balneoloji təsirlər zamanı limfoid aparatı strukturları ilə qarşılıqlı əlaqələri, bütövlükdə, morfologiya elminin ən aktual problemlərindən olan endokrinolo-

giya, ekzokrinologiya, limfologiya və immunologiya sahələrinin morfo-funksional xüsusiyyətlərinin tədqiqi nəticəsində əldə olunan dəlillərin səhiyyə praktikasına tətbiqi təşkil edir.

Professor V.Şadlinskinin “Nor-mada və zobogen təsirlər şəraitində qalxanabənzər vəzin struktur homeostazı və morfo-funksional xüsusiyyətləri” mövzusuna aid doktorluq dissertasiyası işi xarici ölkə alimləri tərəfindən də etiraf edilir ki, bu vaxta qədər bu vəzin struktur elementlərinə, onun mor-fo-funksional xüsusiyyətlərinə həsr olunmuş elmi-tədqiqat işlərinin ən mükəmməlidir və praktik tibbə tətbiqi nöqteyi-nəzərindən də ən prioritetlərindəndir. Xarici ədəbiyyatda Azərbaycan aliminin elmi-tədqiqat işlərinə edilən çoxsaylı istinadlar da əsərin əhəmiyyətindən və yüksək keyfiyyətindən xəbər verir.

XX əsrin sonu, XXI əsrin əvvəllərində V.Şadlinski elmi məktəbinin yetirmələri tərəfindən müasir dövrün ən aktual problemlərindən sayılan borulu daxili orqanların divarlarında yerləşən vəzi-limfoid aparatının morfo-funksi-onal xüsusiyyətlərinin tədqiqi geniş vüsət aldı. Kafedrada borulu və boşluqlu daxili orqanların divarların-da olan vəzi və limfoid aparatlarının qarşılıqlı əlaqələrinin normada və balneoloji təsirlər zamanı komp-leks şəkildə öyrənilməsindən əldə olunan nəticələr Azərbaycan mor-fologiya elminin beynəlxalq aləmə və inteqrasiya olunmasına möhkəm zəmin yaratdı. Elmi-tədqiqat işlərinin intensiv olaraq yerinə yetirilməsi öz bəhrələrini verdi və son 25 ildə kafedrada 8 elmlər doktoru, 29 tibb elmləri üzrə fəlsəfə doktoru hazır-landı. Vaqif müəllimin birbaşa elmi rəhbərliyi və məsləhətçiliyi ilə qeyd edilən zaman kəsiyində 7 elmlər doktoru, 17 tibb elmləri üzrə fəlsəfə doktorluğu dissertasiyası işi hazır-lanıb. Görkəmli alim dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, İtaliya, Çin, İran, İspaniya, Rusiya Federasiyası, Ka-nada, Gürcüstan, Özbəkistan, Ma-carıstan, Polşa, İsrail, İngiltərə, MDB dövlətlərində keçirilən elmi konf-rans, konqres, qurultay və simpozi-umlarda iştirak edərək, Azərbaycan morfologiya elminin ləyaqətli təmsilçilərindən birinə çevrilib.

1995-ci ildə kafedranın müdiri seçilən V.Şadlinski hazırda da bu vəzifədə çalışır. İnsan anatomiya-sı fənni üzrə mühazirə və praktik məşğələlər apararaq yüksəkixtisaslı tibbi kadrların hazırlanmasına böyük əmək sərf edir.

Görkəmli alim elmi-pedaqoji fəaliyyəti dövründə 600-ə yaxın elmi əsərin, o cümlədən 15 monoqrafiya, 32 dərslik, 45 dərs vəsaiti və tədris-metodik tövsiyənin, 2 səmərələşdirici təklifin, kitab və rəhbərliklərin, onlarca elmi-kütləvi məqalənin müəllifidir. Onun Azərbaycan, rus və latın dillərində çapdan çıxan “Ana-tomiya atlası” kitabı Şərq ölkələri tarixində ilk anatomik atlasdır. O, həmçinin müasir dövr üçün latınca, Azərbaycanca, rusca, ingiliscə tərtib etdiyi “Anatomik terminologiya” kitabının, həmmüəlliflərlə birlikdə Azərbaycan, rus və ingilis dillərində çap etdirdiyi orijinal dərsliklərin, rezidentlər üçün Azərbaycan və rus dillərində hazırlanan ilk rəhbərliyin və kafedraya şöhrət gətirən, xal-qımızın övladları üçün lazım olan digər qiymətli kitabların müəllifidir. Rus dilində yazılan sonuncu ki-taba Moskva alimləri geniş rəy verib, onun məziyyətlərini yüksək dəyərləndiriblər.

2018-ci ildə rus alimlərinin və Azərbaycanın görkəmli alimi V.Şadlinskinin həmmüəllifliyi ilə Voronejdə çap olunan “Həzm və tənəffüs sistemi orqanlarının divarla-rının çoxhüceyrəli vəziləri (Morfolo-giyanın funksional məsələləri)” adlı 278 səhifəlik monoqrafiya son illərin şedevri sayılan elmi əsərlərdəndir.

Kitabda V.Şadlinski elmi məktəbinin yetirmələrinin də əsərlərinə çoxsaylı istinadlar edilib.

Professor V.Şadlinski kafedra müdiri vəzifəsində çalışdığı son 25 ildə tədrisin keyfiyyətinin yaxşılaşdı-rılması yolunda ATU-nun rəhbərliyi tərəfindən aparılan islahatlarda yaxından iştirak edərək, yüksək nəticələr əldə edib. 1996– 2001-ci illərdə onun Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışması, qeyd olunan islahatların təkcə bir kafedra daxilində deyil, ümumuni-versitet səviyyəsində daha geniş miqyasda həyata keçirilməsinə zəmin yaradıb. Hazırda professor V.Şadlinski ATU-nun rektorunun tədrisin keyfiyyətinin yaxşılaşdırıl-ması və təkmilləşdirilməsi yolunda apardığı islahatlarda – aralıq sorğunun ATU-nun test mərkəzində keçirilməsində, elektron jurnala keçid prosesində, test fondunun yeni rakursda tərtibi məsələlərində və digər layihələrdə yaxından iştirak edərək, belə proqressiv yenilikləri ürəkdən dəstəkləyir, tələbələrin bacarıqlı, savadlı həkim kimi yetişmələrində mühüm əhəmiyyət kəsb edən yeniliklərin onlara qarşı təlim-tərbiyə tələbkarlıqlarını azaltmadan həyata keçirilməsinə yaxından kömək göstərir. O, təhsil və təlim-tərbiyə sahələrində əldə etdiyi müvəffəqiyyətlərə görə dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və ATU-nun rektorluğunun Fəxri fərmanlarına, təşəkkürnamələrə layiq görülüb.

Görkəmli alimin səyi nəticəsində kafedra əməkdaşlarının xarici ölkə alimləri ilə inteqrasiyası, beynəlxalq əlaqələri daim genişləndirilir. Belə ki, 2000-ci ilin yanvar ayında M.İ.Seçenov adına Moskva Dövlət Tibb Akademiyasının (indiki Tibb Universitetinin) İnsan anatomiya-sı kafedrası, eləcə də Gürcüstan Elmi-Tədqiqat Eksperimental Morfologiya İnstitutu, daha sonra isə Gürcüstan Dövlət Tibb Univer-siteti nəzdində fəaliyyət göstərən Eksperimental Morfologiya İnstitutu ilə Azərbaycan Tibb Universiteti-nin İnsan anatomiyası kafedrası arasında elm və təhsil sahələrində qarşılıqlı əməkdaşlıq haqqında uzunmüddətli müqavilələr bağlanıb, SSRİ-nin süqutundan sonra keçmiş beynəlxalq əlaqələr yenidən bərpa edilibdir. Bunlardan əlavə, Vaqif müəllimin səyi sayəsində Türkiyə universitetlərinin tibb fakültələri, Başqırdıstan, Saratov, Voronej Tibb Universitetlərinin anatomiya kafedraları, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrası arasında elmi-tədqiqat və tədris işləri üzrə birgə əməkdaşlıq müqavilələri imzalanıb.

2017-ci ildə V.Şadlinskinin təşəbbüsü ilə İnsan anatomiyası ka-fedrasının unikal muzeyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ictimai əsaslarla fəaliyyət göstərən rəsmi muzeylər reyestrinə daxil edilib. O, 2018-ci ildə Azərbaycan “Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” İctimai Birliyini yaradıb və bu qurumun sədri seçilib. 2019-cu ildə İctimai Birliyin nəzdində “Nəzəri, klinik və eks-

perimental morfologiya jurnalı”nın təsis edilməsinə nail olub və həmin jurnalın baş redaktorudur.

Akademik V.Şadlinski 2018-ci ilin iyul-avqust aylarında – məzuniyyət dövründə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə, elm və təhsil sahələrinə göstərdikləri diqqət və qayğının, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, eləcə də ATU-nun rəhbərliyinin yaxından köməyi sayəsində kafedra-nın yarızirzəmi halında olan yararsız otaqlarında əsaslı təmir və rekons-truksiya, yenidənqurma işləri apara-raq, onu gözoxşayan tədris və elm mərkəzinə çevirib. Burada 80 yerlik mühazirə zalı, seksiya otaqları, elmi-tədqiqat işi laboratoriyaları yaradılıb. 2019-cu il fevralın 19-da səhiyyə naziri, professor Oqtay Şirəliyev və ATU-nun rektoru, professor Gəray Gəraybəyli mərkəzin açılışında iştirak edərək, təqdimatını keçirib və onu professor-müəllim heyətinin, tələbələrin istifadəsinə veriblər.

2019-cu il dekabrın 10-da kafed-ranın mühazirə zalında – Anatomik Teatrda professor V.Şadlinkinin təşkilatçılığı sayəsində kafedranın yaradılmasının 100 illik yubileyi keçirildi. ATU-nun rektoru, professor Gəray Gəraybəyli tədbiri açaraq ka-fedranın tarixindən, onun ilk yaradı-cılarından, eləcə də V.Şadlinskinin son 25 ildəki fəaliyyətindən bəhs edən nitqi söylədi. Tədbirdə iştirak edən təhsil naziri Ceyhun Bay-ramov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev, eləcə də Türkiyədən, Rusiya Federasiya-sından, Gürcüstandan, Başqırdıs-tandan gəlmiş nümayəndələr ürək sözlərini, təbriklərini söyləyərək bir daha Vaqif Şadlinskinin gördü-yü işlərin möhtəşəmliyindən söz açdılar.

Professor V.Şadlinskinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, müxtəlif illərdə “Əməkdar həkim” və “Əməkdar elm xadimi” fəxri adlarına, “SSRİ səhiyyə əlaçısı” döş nişanına, akademik Yu-sif Məmmədəliyev adına mükafata, Beynəlxalq Kadrlar Akademiyasının qızıl medalına, “Azərbaycanın 100 görkəmli alimi” layihəsinin fəxri dip-lomuna və digər mükafatlara layiq görülüb.

O, Rusiya Tibb Elmləri Akademi-yası və Rusiya Elmlər Akademiyası-nın, Avropa Təbiət Elmləri Akademi-yası və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Nyu-York Akademiyasının, Beynəlxalq Morfoloqlar Assosiasiyası Koordi-nasiya Şurasının, Avropa Patoloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü seçilib.

Görkəmli alim respublikamızın və dünyanın bir sıra elmi jurnallarının redaksiya heyəti və redaksiya şura-larının üzvüdür.

Aqillər deyirlər ki, xoşbəxt o şəxsdir ki, işdə evi üçün, evdə isə işi üçün darıxır, hər ikisini eyni dərəcədə sevir. Zənnimizcə, Vaqif müəllim də həm işi, həm də ailəsi üçün eyni dərəcədə darıxan, onlar üçün hər əzaba qatlaşmağı bacaran böyük şəxsiyyətlərdəndir. O, alman dili müəllimi olan ömür-gün yoldaşı Solmaz xanımla birlikdə böyüdüb, boya-başa çatdırdıqları övladlarını da əsl azərbaycanlı ailəsinə xas olan tərzdə pərvazlandırıb, ərsəyə gətirib. Övladlarının dördü də tibb təhsillidir, Vətənə, xalqa və dövlətə ləyaqətlə xidmət göstərirlər.

ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının əməkdaşları hesab edirlər ki, bu günlərdə 80 yaşını təntənə ilə qeyd edəcəkləri Vaqif Şadlinskini doğma Vətənimizdə XXI əsr anatomiya elmi məktəbinin yaradıcısı və qurucusu adlandırmağa haqları var. Qoy, bu səmimi fikirlərimiz Vaqif Şadlinski böyüklüyünə ünvanlanmış yubiley töhfəmiz olsun.

Mübariz ALLAHVERDİYEV, ATU-nun İnsan anatomiyası və

tibbi terminologiya kafedrasının professoru, Əməkdar müəllim,

tibb elmləri doktoru

Elçin XIDIROV, kafedranın professoru,

tibb elmləri doktoru

Görkəmli şəxsiyyətlər, xüsusən, elm adamları haqqında yazılan məqalələrdə, adətən, qəhrəmanın bir keyfiyyəti daha çox qabardılır. Məsələn, “dünya şöhrətli neftçi-alim”, “tarix elmimizin görkəmli sımalarından biri”, “fəlsəfə elminə mühüm töhfələr vermiş filosof” və sair. İndi haqqında söz açdığımız dəyərli ziyalı barədə danışanda isə xüsusilə, qabardılmalı

bir neçə məqam ortaya çıxır. Çünki, o, təkcə tibb elmləri doktoru, professor deyil, həm də görkəmli səhiyyə təşkilatçısı, yalnız ali məktəb müəllimi deyil, həm də təhsilin idarə edilməsində xüsusi xidmətləri olan mütəxəssis, təkcə gənc alimlərin elmi rəhbəri deyil, həm də elm sahəsinə çoxsaylı gənclərin cəlb edilməsinə nail olmuş qayğıkeş və müdrik ziyalı kimi nəcib keyfiyyətlərə malikdir. Belə ziyalılardan biri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonrakı mərhələlərdən etibarən ümummilli lider Heydər Əliyevin fəal tərəfdaşlarından, milli səhiyyəmizin, tibb elmi və tibb təhsili sistemimizin yeni müstəvidə aparılan inkişaf trayektoriyasının ardıcıl təşkilatçılarından, bu sahələr üzrə professional tibb kadrları hazırlığının fədakar mütəxəssislərindən olan Vaqif Bilas oğlu Şadlinskidir.

16 yanvar 2020-ci il, cümə axşamı10

Page 11: Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar …xalqqazeti.com/pdf/xalq-16.pdf · 2020-01-15 · Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə

16 yanvar 2020-ci il, cümə axşamı 11

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun

olaraq regionlarda yerləşən iaşə obyektlərində xidmət keyfiyyətinin artırılması üçün səyyar xidmətin təşkili işlərinin satın alınması məqsədilə

Açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalı-na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara ma-lik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmala-rının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər:

AZN hesabıEmitentBankın adı – Dövlət Xəzinədarlığı

AgentliyiBankın kodu – 210005VÖEN – 1401555071M/h – AZ41NABZ

01360100000000003944SWIFT – CTREAZ22Alan – Azərbaycan Respublikasının

Dövlət Turizm AgentliyiVÖEN – 1404365471 H/h – AZ53CTRE

00000000000008498501Büdcə səviyyəsinin kodu -7Büdcə təsnifatının kodu -142330Tenderdə iştirak haqqı 100 ma-

natdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşa-ğıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıl-dığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva-fiq vergi və sosial müdafiə orqanından arayış;

- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender

sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Mətnlər arasında fərq aşkar olunarsa üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- Mehman Bay-ramov.

Ünvan- Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə.

Telefon- +994125058704 (əlavə 2304); Faks: +994124920592.

E-mail: [email protected]

İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 24 fevral 2020-ci il saat 18.00-a, tender təklifini və təklifin bank təminatını isə 3 mart 2020-ci il saat 18.00-dək portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların tender təkliflərinin açılışı 4 mart 2020-ci il saat 15.00-da dövlət satınalmalarının vahid internet porta-lında virtual iclas formatında aparıla-caqdır.Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.

QEYD: tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro-sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

Bərdə Subartezian Quyularının İstismarı İdarəsiAÇIQ TENDER ELAN EDIR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti- 2020-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazım-dır. Əlaqələndirici şəxs- Əliyev Akif Məhəmməd oğlu.

Ünvan- Bərdə rayonu, Mirzalıbəyli kəndi.E-mail- [email protected] 0202058220Tender 3 (üç) lot üzrə keçiriləcəkdir.Lot- 1. Cari təmir işləri üçün tikinti materiallarının

satın alınması.Lot -2. Əsaslı təmir işləri üçün tikinti materialla-

rının satın alınması.Lot- 3. Su nasoslarının cari təmiri üçün ehtiyat

hissələrinin satın alınması.Maraqlananlar tenderin əsas şərtlər toplusunu

(əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmış-dır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər lot üçün 100 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə

elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat-Bərdə Subartezian Quyularının İstismarıBank rekvizitləri-• H/h- AZ80CTRE00000000000002355102• VÖEN- 4000189521• Bank- Dövlət Xəzinədarlığı Agentliyi• VÖEN- 1401555071• Kod- 210005• M/h- AZ41NABZ01360100000000003944• S.W.İ.F.T: BİK CTREAZ 22Malgöndərənlər (podratçılar) iddiaçı statusu

almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər;

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi

statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;-malgöndərənin (podratçının) son bir ildəki (əgər

daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir).

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqan-larından arayışlar;

-vergilər nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;

-Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 6 fevral 2020-ci il saat 15.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 14 fevral 2020-ci il saat 15.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri zərfləri 17 fevral 2020-ci il saat 15.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti

daxili vəsaiti hesabına informasiya texnologiyaları avadanlıqlarının satın alınması məqsədilə

kotirovka sorğusu elan edirKotirovka sorğusunda iddiaçı kimi

iştirak etmək istəyənlər Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvana müraciət edə bilərlər. Əlaqələndirici şəxs Kəmalə Süleymanova, telefon- (012) 310- 11- 10 daxili nömrə – 7700.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb

möhürlənmiş kotirovka təkliflərini 22 yanvar 2020-ci il saat 14.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 22 yanvar

2020-ci il saat 15.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ün-vanda (Port Baku Towers) açılacaq-dır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prose-durunda iştirak edə bilərlər.

Tender komissiyası

AÇIQ TENDER ELAN EDIR

Mədəniyyət işçiləri diqqət və qayğıdan ruhlanırlar

Fond artıq 16 ildir ki, böyük uğurla fəaliyyət göstərir. Bu illər ərzində bir çox irimiqyaslı layihələr icra olunub. Azərbaycan ötən il UNESKO-nun İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi. Fikrimcə, bu mühüm tədbir, eyni zamanda, Mehriban xanım Əliyevanın Azərbaycan-UNESKO əməkdaşlığına verdiyi töhfələrə işıq saldı. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESKO-nun müvafiq siyahılarında yer aldı.

Yeri gəlmişkən, muğam və aşıq sənətlərinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESKO-nun nadir, şah əsərləri sı-rasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında əməkdaşlığın yüksək səviyyədə olduğundan xəbər verir. UNESKO-nun İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi qurumun Ümumdünya İrs Siyahısına daxil edilib.

Təqdirəlayiq haldır ki, Heydər Əliyev Fondu ölkəmizdən xaricdə də böyük layihələr icra edir. Fond öz parlaq fəaliyyəti ilə bütün dünyaya sübut edir ki, Azərbaycan xalqı qədim, şan-lı tarixə və zəngin mədəniyyətə

malikdir. Heydər Əliyev Fondu Parisdə Notr-Dam, Strasburq Kafedral kilsələrinin bərpasına da yardım edib. Mehriban xanım Əliyeva bu barədə demişdir: "...Tarixi-mədəni irs müntəzəm qayğı tələb edir. İtmiş hər hansı maddi dəyər əvəzedilməzdir və inam-la deyə bilərəm ki, bu, gələcək nəsillərə qarşı cinayətdir. Ona görə də həm ölkəmizdə, həm də sərhədlərimizdən kənarda mədəni irsin qorunması üçün əlimizdən gələni edirik".

Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiya nümayəndəliyinin başçısı Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr, özəlliklə "Xoca-lıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası böyük milli, tarixi xidmətdir və hər cür tərifə layiqdir.

Bir məqamı da xüsusi vur-ğulamaq istərdim. Ötən ilin sonlarında Azərbaycan Respub-likasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mu-siqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evinə qonaq getməsi xəbərini eşidəndə, hamı kimi, mən də çox sevindim. Hesab edirəm

ki, Əlibaba Məmmədov kimi bö-yük sənətkarlara göstərilən qayğı, bütövlükdə, milli mədəniyyətimizə göstəriən yüksək diqqətin bariz nümunəsidir.

Qeyd etmək lazımdır ki, Ə.Məmmədov xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəst-xətti, xidmətləri olan ustad xanəndələrdən biridir. Əlibaba müəllim görüş zamanı haqlı olaraq qeyd etdi ki, xalqı-mızın qədim muğam sənətinin qorunub saxlanılmasında Heydər Əliyev Fondunun, şəxsən mədəniyyətimizin böyük hamisi Mehriban xanım Əliyevanın danıl-maz xidmətləri vardır.

Sevindirici haldır ki, bu gün milli mədəniyyətimizin bütün sahələri dövlətimiz tərəfindən etibarlı şəkildə qorunur və inkişaf etdirilir. Ötən il ölkəmizdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş çox sayda tədbirlər keçirildi. Bu əlamətdar yubiley ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə pay-taxt Bakıda, Şamaxıda və digər bölgələrdə bir gündə 650 min ağac əkildi. Yeri gəlmişkən, ağacəkmə kampaniyasında Sabir abad Regio-nal Mədəniyyət İdarəsinin tərkibinə daxil olan bütün qurumların kollektivləri böyük həvəslə iştirak ediblər.

Heydər Əliyev Fondunun mədəniyyətimizə göstərdiyi davamlı diqqət və qayğı bizi çox ruhlandı-rır. Son aylar ərzində keçirdiyimiz çoxsaylı tədbirlərdən yalnız ikisi barədə qısa da olsa məlumat vermək istərdim. Haqqında söz açmaq istədiyim birinci tədbir ötən ilin dekabrında olub. Belə

ki, ötən il 3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar Sabira-bad rayon Mədəniyyət Mərkəzinin Adil İsgəndərov adına Xalq Teat-rının nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teat-rının hazırladığı “Laçına məktub” adlı kompozisiya-tamaşa İmişli Regional “ASAN xidmət” mərkəzinin tamaşa zalında nümayiş olunmuş-dur. Qarabağ hadisələrindən bəhs edən tamaşanın quruluşçu rejissoru Ümumittifaq Teatrlar Festivalının laureatı Seyidməmməd Əliyevdir. Tamaşa böyük uğurla keçmişdir.

Bu günlərdə isə Sabirabad rayon Heydər Əliyev Mərkəzində “20 Yan-var” faciəsinin 30 illiyi ilə əlaqədar konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə 20 Yanvar gecəsi baş verən dəhşətli hadisələrdən danışmışdır. Qeyd etmişdir ki, 20 Yanvar xalqımıza qarşı ağır cinayət olmaqla yanaşı, həm də bir qəhrəmanlıq nümunəsidir. Azərbaycanın suverenliyi uğrunda canlarından keçən insanlar şəhid və əsl qəhrəmanlardır. Sonda Mərkəzin 3D kinozalında “20 Yanvar” faciəsini əks etdirən film nümayiş olunmuşdur.

Qarşıda planlarımız çoxdur. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dövlətinin, o cümlədən Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafı naminə döstərdiyi böyük diqqət və qayğı biz mədəniyyət işçilərini daha şövq və həvəslə işləməyə ruhlandırır.

Əhməd RAMAZANOV, Sabirabad Regional

Mədəniyyət İdarəsinin müdiri

Azərbaycan dövləti milli mədəniyyətimizin inkişafına bö-yük diqqət və qayğı göstərir. Dərin minnətdarlıq hissi ilə qeyd etmək lazımdır ki, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin qorunub inkişaf etdirilməsində Heydər Əliyev Fondu xüsusilə böyük işlər görmüşdür.

"Azercell Telekom" MMC-nin “Mobil Diş Klinikası” hesabatını açıqlayıb

Azərbaycandakı əksər uşaq evlərinin stomatoloji kabinetinin olmadığını nəzərə alan “Mobil Diş Klinikasını” ən müasir tibbi avadanlıqla təchiz edilib. “Azerceii” yalnız Bakıda deyil, respublikanın regionlarında da yaşayan bütün kimsəsiz uşaqlara yardım etməyi hədəfləyib.

Qeyd edək ki, bu klinikanın bütün

tədbirləri "Azercell Telekom" MMC-nin dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi illər ərzində layihə çərçivəsində minlərlə insan “Mobil Diş Klinikasının” həkimləri tərəfindən müayinə edilib və ehtiyac olduğu təqdirdə müalicə alıblar.

“Xalq qəzeti”

Yaponiyanın “BT” jurnalı VI Bakı Beynəlxalq Müasir

Incəsənət Biennalesindən yazıb Vaseda Universiteti “Elm, İncəsənət və

Təhsil” fakültəsinin professoru, ədəbiyyat üzrə filologiya elmlər namizədi Wakana Kono Yaponiyanın “BT” jurnalında “Sənət səhnəsi” adlı məqaləsini ötən il noyabrın 20-dən 25-dək keçirilən “Alüminium” VI Bakı Beynəlxalq Müa-sir İncəsənət Biennalesinə həsr edib.

Məqalədə Bakıda müasir incəsənətin hazırkı durumundan bəhs edilib. Dünyanın 17 ölkəsindən 40-dan çox xarici rəssamın iştirakı ilə baş tutan “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi haqqında geniş yazı yer alıb.

Xatırladaq ki, Wakana Kono həmin tədbir çərçivəsində keçirilən "Müasir incəsənət bu gün: nailiyyətlər, problemlər, perspektivlər" adlı konfransın iştirakçısı olmuşdur.

M.MÜKƏRRƏMOĞLU,“Xalq qəzeti”

“Formula 1” yarışları ilə bağlı Azərbaycanın xərcləri azalır”

Bakı Şəhər Halqası Əməliyyat şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai indiyədək Bakıda baş tutmuş “Formula 1” yarışlarının

nəticələrinə həsr edilmiş mətbuat konfransında bildirib ki, “Formula 1” yarışları ilə bağlı Azərbaycanın xərcləri ildən ilə azalır.

Nigar Arpadarai qeyd edib ki, yarış ilk dəfə keçirilən zaman inftastrukturun qurulmasına, o cümlədən asfalt örtüyünün çəkilməsinə, reklam işinin apa-rılmasına xərclər çəkilirdi. Lakin

artıq bu xərclər azalıb: “Yarışla-rın keçirilməsi üçün infrastruktur artıq qurulub, reklam işinə o qədər də çox vəsait xərclənmir. Çünki artıq Azərbaycan dünya-da kifayət qədər tanınır”.

N.Arpadarai vurğulayıb ki, 2018-ci ildə “Formula 1” Azərbaycan Qran Prisini ümumilikdə 82.3 milyon televizi-ya tamaşaçısı izləyib. Bu rəqəm

2019-cu ildə 10 faiz artaraq 90.2 milyon nəfər təşkil edib.

Şöbə rəhbəri bildirib ki, “Formula 1” yarışları indiyə qədər Azərbaycana 506,3 milyon dollar gəlir gətirib. Bu məbləğ “Formula 1” yarışları ilə əlaqədar Bakıya gələn qonaqla-rın xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir.

Şair-publisist Rəşad Məcidin Türkiyədə nəşr edilən “Qələmsiz yazılanlar” kitabının təqdimatı olub � Kitabın nə ilə və ya nə üzərində yazılmasından asılı olmayaraq, onun

içindəki mətləblər daha çox əhəmiyyət daşıyır. “Qələmsiz yazılanlar” kitabı akademik İsa Həbibbəylinin təbirincə desək, bütün yönləri ilə yaradıcı olan Rəşad Məcidin ayrı-ayrı vaxtlarda sosial şəbəkələrdə yazdığı statusların toplusu, çağdaş zamanın diktə etdiyi sürətli, lakonik, amma məna yükü dərin, bəzən ağır olan çoxillik təcrübənin, müşahidələrin, hər gün üzləşdiyimiz hadisələrə onun özünəməxsus şəkildə reaksiyasının əksidir. Bu statuslarda müəllifin poetik misraları da yer alıb, ictimai həyatla sıx təmasda olan, gündəlik həyatımızda rastlaşdığımız ən müxtəlif hadisələrə verdiyi operativ münasibət də öz ifadəsini tapıb.

Bu sözləri yanvarın 15-də şair- publisist Rəşad Məcidin Türkiyədə nəşr olunmuş “Qələmsiz yazılanlar” kitabının təqdimatında Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu-nun direktoru, akademik Teymur Kərimli deyib.

Təqdimat mərasimini Yunus Əmrə İnstitu-tunun direktoru Cihan Özdemir açaraq, bu ilin ilk tədbirinin tanınmış yazar Rəşad Məcidin “Qələmsiz yazılanlar” kitabına həsr olunma-sından məmnunluq duyduğunu bildirib və müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Türkiyənin ölkəmizdəki səfirliyinin mü-şaviri İrfan Çiftçi türk və Azərbaycan xalqları

arasındakı bağlılıqdan, eləcə də gənc ədəbi qüvvələrlə əvvəlki ədəbi nəslin əlaqələrinin yaranması və inkişafında müəllifin rolundan danışıb, qardaş ölkədə nəşr olunan kitabı müasir dövrün yaratdığı yeni janr nümunəsi kimi dəyərləndirib.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib ki, “Qələmsiz yazılanlar” həm ədəbiyyat, həm incəsənət, həm də ümumən ictimai fikir üçün çox maraqlıdır və mühüm əhəmiyyət daşıyır. Kitabı, bir növ, ictimai düşüncənin panoramı hesab etmək olar.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov kitabda dərc olunanlardan

maraqlı misallar gətirərək deyib ki, “Qələmsiz yazılanlar” yeni bir ədəbiyyat mücadiləsi açıb. Həyatın ayrı-ayrı lövhələrini canlandıran kitab-dakı cümlə-statuslarda hadisələrə yumor hissi ilə yanaşılır. Maraqlıdır ki, bu yumor hissindən müəllif özü də kənarda qalmır. Əslində, kitabda toplananlar sosial şəbəkənin materialları olsa da, həm də ona etiraz notları da var.

Şair Əjdər Ol publisistin yeni kitabını ədəbi mühitdə yenilik kimi dəyərləndirib. O bildirib ki, 10 ildən çox zaman kəsiyini əhatə edən və müəllifin həmin müddətdə sosial şəbəkələrdə yazdığı statuslar son dərəcə maraqla oxunur və arzu edək ki, bu silsilədən onun qələmə aldıqla-rı davamlı olacaq.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov və başqaları müəllifin yaradıcılığı, o cümlədən yeni nəşr olunan kitab haqqında fikirlərini bildiriblər.

Sonra şair-publisist Rəşad Məcid çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

AZƏRTAC

“Azercell Telekom” MMC-nin “Mobil Diş Klinikası” 2019-cu ildə gördüyü işlərlə bağlı yekun hesaba-tını açıqlayıb. Klinikanın həkimləri Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə və ra-yonlara səfər edib, minlərlə ehtiyacı olan insana yardım ediblər. 2019-cu ildə həkim baxışına ehtiyacı olan 507 nəfər müayinə, 546 nəfər isə müalicə olunub.

Page 12: Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar …xalqqazeti.com/pdf/xalq-16.pdf · 2020-01-15 · Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə

16 yanvar 2020-ci il, cümə axşamı12

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 2:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

5889

95

40 qəpik

ABŞ

“Apple” tənqid olunubABŞ Prezidenti

Donald Tramp özünün “Twitter”səhifəsində “Apple” şirkətini cinayətkarların telefon-larını istintaqa kömək üçün blokdan çıxar-mamasına görə tənqid edib.

Ağ ev rəhbəri şirkəti bu təcrübəni dəyişdirməyə çağırıb.

Qeyd edək ki, bir müddət öncə Ədliyyə Nаzirliyinin rəhbəri Uilyam Barr bildirib ki, “Apple” Floridada ABŞ-ın hərbi bazasında atəş açmış səudiyyəlinin telefonunu blok-dan çıxarmağa kömək etməkdən imtina edib.

Xəbəri BBC yayıb.

Qvatemala

Yeni prezident vəzifəsinin icrasına başlayıb

Qvatemalanın yeni seçilmiş prezi-dentinin inauqurasiya mərasimi olub. Bildirilir ki, Migel Anxel Asturi-as adına Milli Teatrda keçirilən inauqurasiya mərasimində 63 yaşlı

Alexandro Jammattei rəsmən öz vəzifəsinin icrasına baş-layıb. O, sağ mərkəzçi “İrəli” Partiyasından namizəd kimi 2019-cu ilin 11 avqustunda keçirilmiş prezident seçkilərinin ikinci turunda qələbə qazanıb.

Alexandro Jammattei bundan əvvəl dörd dəfə ən yüksək dövlət vəzifəsinə iddialı olub.

Xəbəri TASS yayıb.

Türkiyə

Saxta ABŞ dolları ələ keçirilibİstanbulda 127 milyon

500 min saxta ABŞ dol-ları ələ keçirilib. İstanbul Təhlükəsizlik İdarəsinin maliyyə şöbəsi tərəfindən şəhərdə aparılan əməliyyat nəticəsində saxta pul ha-zırlamaqda şübhəli bilinən 8 nəfər saxlanılıb, pulların hazırlanmasında istifadə edilən çap maşını müsadirə olunub.

Xəbəri “Anadolu” agentliyi yayıb.

Çin

Orbitə yeni peyk çıxarılıb

“Jilin-1” peyki artıq orbitdə planlaşdırılan nöqtəyə çatıb. Bildirilir ki, yeni peyk “Jilin” ailəsindən orbitdəki digər 15 peyklə şəbəkə halında fəaliyyət göstərəcək.

Tayyuan kosmodromundan “Long March-2D” raket-daşıyıcısı ilə buraxılan yüksək ölçülü video, optik və hiperspektral fotoçəkiliş imkanları olan peykdən xəritələrin hazırlanması, ətraf mühitin qorunması, təbii ehtiyatların tədqiqatı, yaşayış məntəqələrinin layihələndirilməsi üçün istifadə olunacaq.

Xəbəri “lenta.ru” yayıb.

İngiltərə

Yeni transferİngiltərənin “Tottenhem”

klubu heyətini yeni futbol-çuyla gücləndirib. Məlumata görə, London təmsilçisi “Benfika”dan Jedson Fernan-desi heyətinə qatıb. 21 yaşlı yarımmüdafiəçi ilə 18 aylıq icarə müqaviləsi imzalanıb. “Tottenhem”in Fernandesin transfer hüquqlarına sahib olmaq imkanı da var.

Qeyd edək ki, “Benfika”nın yetirməsi olan yarımmüdafiəçi Portuqaliya milli komandasının da üzvü-dür.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Yanvarın 16-da  Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə

yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 1-4, gündüz 7-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütununundan 779 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-10, dağlıq ərazilərdə 12-14 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yollar buz bağlayacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağıntılı olacağı, bəzi

yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Dağlarda duman olacaq. Şimal- şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 0-3, gündüz 6-9 dərəcə isti , dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Türkiyəli nazir liviyalı general Xəlifə Həftarın uzunmüddətli atəşkəs razılaşmasını imzalamaqdan imtina etməsini şərh edərkən deyib: “Atəşkəs rejiminə, həm İdlibdəki deeskalasiya zonasında, həm də Liviyada, əsasən, əməl olunur. Türkiyə hər iki ölkədə atəşkəsi dəstəkləyir”.

Hulusi Akarın sözlərinə görə, rəsmi Ankara Suriyanın şimal-şərqində, eləcə də Liviyada sülhün bərqərar olunması, günahsız insanların qanının tökülməsinin qarşısının

alınması üçün əlindən gələni edir və bundan sonra da edəcək.

Sonda xatırladaq ki, Liviyada silahlı münaqişələr 2011-ci ildə Muammər Qəddafinin uzunmüddətli hakimiyyətinin sona çatmasından sonra davam edir. Rəsmi Ankara BMT tərəfindən tanınan Faiz Sarajın başçılıq etdiyi Liviya Milli Keçid Hökumətini dəstəkləyir.

M.HACIXANLI, “Xalq qəzeti”

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib ki, Türkiyə bütün hallarda Liviyada atəşkəs rejimini təmin edəcək. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə Liviyada atəşkəs rejimini təmin edəcək

Beyrutda iğtişaşlar

Beyrutda iğtişaşlar yanvarın 14-dən başlayıb. Aksiyaçılar polislərə daş-kəsək atıblar. Polislər gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə ediblər.

Livanın başqa şəhərlərində də iğtişaşlar başlanıb. İğtişaşa səbəb isə ölkədəki dərin siyasi böhrandır. Ötən ilin oktyabrından Livanda hökumət yoxdur. Əvvəlki hökumət

korrupsiyada günahlandırılaraq istefaya göndərilib. Yeni hökumət isə təşkil edilməyib. Aksiyaçılar tələb edirlər ki, 48 saat ərzində yeni hökumət qurulmalı, əvvəlki məmurlar isə cəzalandırılmalıdırlar.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Onun sözlərinə görə, təkliflər hazırkı prosedur-lar çərçivəsində parlament tərəfindən təsdiq edilməlidir: “Nəzərə alsaq ki, təklif ediləcək innovasiyalar siyasi sistemdə ciddi dəyişikliklərə, icraedici, qanunverici və məhkəmə hakimiyyətinin fəaliyyətinə aiddir, o za-man hər bir dəyişikliyə vətəndaşlar səs verməlidirlər. Səsvermə nəticəsində qərar qəbul edilə bilər”.

Putin qeyd edib ki, suverenliyin daşıyıcısı və hakimiyyətin əsas mənbəyi

olaraq rusiyalıların fikri əsas olmalıdır: “Son nəticədə hər şeyi insanlar həll edirlər”.

Rusiya Prezidenti ölkədə hökumətin formalaşdırıl-masının Dövlət Dumasına həvalə olunmasını təklif edib. Onun fikrincə, Dövlət Duması hökumət başçısının və üzvlərinin namizədliyini təsdiq edə bilər. Prezidentin bu namizədləri rədd etmək hüququ olmamalıdır.

Eyni zamanda, Vladimir Putin vurğulayıb ki, Rusiya prezident respublikası olaraq qalmalıdır.

Dövlət başçısı təklif edib ki, xarici ölkə vətəndaşlarının yüksək dövlət vəzifələrinə təyin olunması qadağan edilməli, bununla bağlı kons-titusiyaya düzəliş edilməlidir. Eyni zamanda, Rusiya Pre-zidenti vəzifəsinə namizəd ölkədə, hazırda qanunda nəzərdə tutulduğu kimi, 10 il deyil, 25 il yaşamış olmalıdır.

Putin ölkədə gərgin de-moqrafik dövr yaşandığını da bildirib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Rusiya Prezidenti Federal Məclisə müraciət edib

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində ölkə konstitusiyasına

dəyişikliklər edilməsi ilə bağlı səsvermə keçirilməsinin vacibliyini bildirib. Ancaq əsas qanuna təklif ediləcək dəyişikliklər onun fundamental əsaslarına toxunmamalıdır. Məlumatı TASS verib.

Livanın paytaxtı Beyrutda iğti-şaşçılarla polislər arasında qarşıdur-ma yaranıb. Polislər aksiyanın qarşı-sını ala bilməyiblər. Paytaxt Beyrutun mərkəzində avtomobillərin hərəkəti iflic olub. Aksiya iştirakçıları yolları bağlayıblar.

Daşkənd 2022-ci ildə “Dünyanın kitab paytaxtı” olacaq

� Özbəkistanın pay-taxtı Daşkənd 2022-ci ildə UNESKO-nun “Dünyanın kitab paytaxtı” layihəsinə evsahibliyi edəcək.

UNESKO-nun baş di-rektoru Odri Azule Parisdə Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin nümayəndə heyəti ilə görüşündə ölkənin bu yöndə təşəbbüsünü müsbət qarşılayıb.

Agentliyin rəhbəri Komil Allomjonov bildirib ki, görüşdə özbək jurnalistlərin və blogerlərin beynəlxalq layihələrdə iştirakı, onların ix-tisaslarının artırılması, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.

Odri Azule UNESKO-nun “Beynəlxalq informasiyadan ümumi istifadə günü”nə həsr olunan ilk konfransının Özbəkistanda keçirilməsi təklifinə də müsbət yanaşıb.

Qeyd edək ki, “Dünyanın kitab paytaxtı” layihəsi 2001-ci ildən həyata keçirilir. Həmin il bu adı Madrid (İspaniya) daşıyıb.

2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Şərca şəhəri “Dünyanın kitab paytaxtı” olub. 2020-ci ildə bu layihəyə Malayziyanın pay-taxtı Kuala Lumpur, 2021-ci ildə isə Gürcüs-tanın paytaxtı Tbilisi evsahibliyi edəcək.

“Dünyanın kitab paytaxtı” layihəsinə hər il 23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Günündə rəsmən start verilir.

Qeyd edək ki, bu il Özbəkistanın iki şəhəri ayrı-ayrı nominasiyalarda mədəniyyət

paytaxtı adını daşıyacaq. Xivə şəhəri 2020-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı”dır. Bu haqda qərar ötən ilin noyab-rında Qırğızıstanın Oş şəhərində keçirilən TÜRKSOY Daimi Şurasının 37-ci iclasında

elan olunub. Xivə şəhəri Xivə xanlığının paytaxtı olub. Şəhərdəki V əsrə aid qədim İçan-Qala kompleksi UNESKO-nun Dünya irs siyahısına daxil edilib.

Özbəkistanın Buxara şəhəri isə bu il “İslam mədəniyyətinin paytaxtı”dır. Bu barədə qərar dekabrda Tunisdə İSESKO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin 11-ci Konfransında qəbul olunub. Qərara əsasən, Ərəb dünyasından Qahirə (Misir), Asiya qrupundan Buxara (Özbəkistan) və Afrika qrupundan Bisau (Qvineya Bisau) şəhərləri 2020-ci il üçün “İslam mədəniyyətinin pay-taxtları” elan edilib.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

ABŞ-ın Los-Anceles şəhərindən cənub-şərqdə yerləşən Kadahi şəhərciyinə sərnişin təyyarəsi bir neçə ton aviayanacaq boşaldıb. Yanacaq bir neçə məktəbin ərazisinə tökülüb. Nəticədə, 60 nəfər xəsarət alıb ki, onla-rın da əksəriyyəti məktəblilərdir. Onlara tibbi yardım göstərilib.

“Delta” aviaşirkətindən bildiriblər ki, sərnişin təyyarəsi Los-Anjelesdən Şanxaya uçurdu. Lakin təyyarədə nasazlıq yarandı-

ğına görə, pilot yanacağı yerə boşaltmağa məcbur olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

60 nəfər xəsarət alıb İspaniyada zavodda partlayış

Hadisə nəticəsində bir nəfər həlak olub, 8 nəfər yanıq xəsarəti alıb. Hadisə yerinə

gedən yollar bağlanıb. Yaxınlıqda yerləşən yaşayış məntəqələrinin sakinlərinə tapşırılıb ki, evdən çıxmasınlar.

Hadisə yerində xilasedicilər və yanğınsöndürənlər çalışırlar.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

İspaniyanın Tarraqona əyalətindəki neftkimya zavodunda güclü partlayış olub. Partlayış yanğına çevrilib.

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

� Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Res-publikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonu-nun Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq,

Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonu-nun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in

fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Saymon Tiller və Martin Şuster

keçirəcəklər.Ermənistan silahlı

qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Genna-di Petrika və Mixail Olaru aparacaqlar.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 16-da Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.