prezident İlham Əlİyevxalqqazeti.com/pdf/sayt 21 noyabr.pdf · 2019-11-20 · İsveçrə...

12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 258 (29230) 21 noyabr 2019-cu il, cümə axşamı Ş.K.Məmmədovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Şahin Kərim oğlu Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 noyabr 2019-cu il R.İ.Hüseynovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 noyabr 2019-cu il Ş.K.Məmmədovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiya- sının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 noyabr 2019-cu il R.İ.Hüseynovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Rafil İsrafil oğlu Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 noyabr 2019-cu il Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib Moskvanın “Vnukovo 2” Beynəlxalq Hava Limanında Birinci vitse-prezident Mehriban Əliyevanı Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Pankin, Rusi- yanın Azərbaycandakı səfiri Mixail Boçar- nikov, Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi İqor Boqdaşev və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qarşıladılar. AZƏRTAC A zərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiya Federasiyasına rəsmi səfərə gəlib. Bu gün Azərbaycanın sosial-iqtisadi həyatının bü- tün sahələrində olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, respub- likamız beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması prosesində fəal iştirak edir, eləcə də ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyevin dəmir yolunun yenilənməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) yüksək keyfiyyətlə yerinə yetirilir. Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçirilməsi, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parkının yenilənməsi və digər mühüm tədbirlər beynəlxalq standartlara uyğun icra edilir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmət səviyyəsinin müasir tələblərə çatdırılması, əlavə yüklərin cəlbi, habelə yüklərin mənzil başına təhlükəsiz və vaxtında daşınması üçün texniki vasitələrin müasirləşdirilməsi uğurla gerçəkləşdirilir. Onu da qeyd edək ki, son illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında müasir standartlar səviyyəsində əsaslı təmir işləri həyata keçirilib. Ölkə rəhbəri İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin yaradılmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunan səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb. Bu məqsədlə Bakı vaqon deposunda “ASAN qatar” sisteminin tətbiqi ilə bağlı xüsusi vaqonlar hazırlanıb. Azərbaycanda yükdaşımanın səmərəli və keyfiyyətli olması üçün dəmir yolu xətlərinin yenidən qurulmasına, habelə onun saz vəziyyətdə saxlanılmasına mühüm önəm verilir. Prezident İlham Əliyevin 8 mart 2018-ci il tarixli “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə- smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalaması da bunun bariz ifadəsidir. Azərbaycan Dəmir Yollarının rəhbərliyi hazırda həmin sərəncama əsasən, dəmir yolları xəttinin əsaslı təmir olunmasını diqqət mərkəzində saxlayır, paytaxtətrafı dəmir yolu xəttinin elektrik təchizatı sisteminin əsaslı təmir edilməsini reallaşdırır. Xatırladaq ki, artıq xeyli vaxtdır ki, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə, eyni zamanda, işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulmasına başlanılıb. Prezident İlham Əliyevin iştirak etdiyi Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı mərasimində bu barədə ətraflı danışılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dövlət başçısına Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv planlar barədə məlumat verərək, sözügedən istiqamətdə, ümumilikdə, 17 stansiya və dayanacaq olduğunu bildirib. C.Qurbanov, həmçinin Bakı sərnişin-Sabunçu-Pirşağı-Sumqayıt sərnişin-Xırdalan-Biləcəri-Bakı sərnişin dairəvi dəmir yolu xəttinin ümumi uzunluğunun 191,6 kilometrə çatdığını, aparılan yenidənqurma işləri çərçivəsində Zabrat-1, Məmmədli dayanacaqlarının, Pirşağı və Zabrat-2 stansiyalarının yenidən qurulduğunu qeyd edib. Prezident İlham Əliyev Sabunçu- Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı mərasimi çərçivəsində Bakı Dəmir Yolu vağzalında “Defektoskop” infrastruktur- diaqnostika kompleksi, habelə Dəmir yolu muzeyi ilə də tanış olub. Dövlət başçısına muzey barədə verilən məlumatda xatırladılıb ki, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu sahəsinin təntənəli açılışı 1926-cı il iyulun 6-da olub. Muzeydə bununla əlaqədar, həmçinin ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar sərgilənib. Eyni zamanda, XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, dəmir yolu və qatar modelləri yer alıb. Muzeydə bədii və sənədli filmlərin nümayişi də nəzərdə tutulub. Dövlətimizin başçısı mərasimdən sonra bir qrup dəmiryolçu ilə, həmçinin metronun “28 May” stansiyasının qarşısında vətəndaşlarla görüşüb. Dəmiryolçularla son illər ölkə dəmir yollarının inkişafı istiqamətində görülən işlərlə bağlı danışan Prezident İlham Əliyev deyib: “Dəmir yollarının yenidən qurulması istiqamətində çox böyük işlər görülüb. Mən artıq bu rəqəmləri səsləndirmişəm. Dünya miqyasında ən mötəbər beynəlxalq təşkilatlardan biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatda göstərib ki, Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci yerdədir, dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdədir. Bütün bunları son illər ərzində biz həll etmişik”. Dövlətimizin başçısı daha sonra qeyd edib ki, dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində, xüsusilə Cavid Qurbanov bu vəzifəyə təyin ediləndən sonra böyük irəliləyiş var. Həm Azərbaycan artıq beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilib, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyətə başlayıb. Bütün bunlarla bərabər hazırda yükdaşımalar getdikcə artır, ölkə daxilində infrastruktur təzələnir, İsveçrə istehsalı olan və dünya miqyasında ən gözəl və təhlükəsiz “Ştadler” vaqonları alınır. Prezident İlham Əliyev gələn il artıq Sumqayıt-Pirşağı dəmir yolunun birləşəcəyini, bununla da dairəvi yolun formalaşacağını, qarşıdakı dövrdə isə dəmir yolu şəbəkəsinin genişləndirilməsi üçün investisiya proqramında əlavə vəsait nəzərdə tutulacağını diqqətə çatdırıb. Çıxışının sonunda dəmir yolunun iqtisadi əhəmiyyətinə toxunan dövlətimizin başçısı Azərbaycanın hazırda bir çox ölkələr üçün önəmli dəmir yolu məntəqəsinə çevrildiyini, eyni zamanda, bunun vətəndaşların rahatlığı üçün çox böyük əhəmiyyət daşıdığını vurğulayıb. Eyni zamanda, Bakı-Gəncə sürət qatarının işləməsinin ölkəmizə böyük dəyişiklik gətirməsini, Gəncə-Ağstafa dəmir yolunun işə salınması istiqamətində tədbirlər görüldüyünü, Qəbələyə, Şahdağa qədər dəmir yollarının tikintisinin, Bakı-Yalama, Astara-Ələt dəmir yolunun bərpasının nəzərdə tutulduğunu vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial məsələlərinin həlli dayanır. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində icra olunan layihələr ardıcıl və davamlı xarakter daşıyır. Bu layihələr sırasında ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi diqqət yetirilir. Görülən işlər nəticəsində Azərbaycanda ən müasir yol- nəqliyyat infrastrukturu yaradılıb. Bu da vətəndaşların rahatlığına hərtərəfli imkan yaradır. Bu baxımdan Abşeron dairəvi dəmir yolu xəttinin yenidən qurulması böyük rol oynayır. Paytaxt ətrafındakı qəsəbələrdə yaşayan sakinlər rahat və təhlükəsiz şəkildə şəhər istiqamətinə və mənzil başına çata biləcəklər. Layihənin icrası paytaxtda tıxacların qarşısının alınmasına, hərəkətin təhlükəsizliyinin və intensivliyinin təmin olunmasına, həmçinin ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verir. “Xalq qəzeti” Dəmir yolu həm bizim iqtisadi gücümüzü artırır, Azərbaycan bir çox ölkələr üçün önəmli dəmir yolu məntəqəsinə çevrilir, eyni zamanda, bu, vətəndaşların rahatlığı üçün çox böyük əhəmiyyət daşıyır. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Dəmir yollarının yenidən qurulması istiqamətində çox böyük işlər görülüb Prezident İlham ƏLİYEV:

Upload: others

Post on 17-Jul-2020

2 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Prezident İlham ƏLİYEVxalqqazeti.com/pdf/Sayt 21 noyabr.pdf · 2019-11-20 · İsveçrə istehsalı olan və dünya miqyasında ən gözəl və təhlükəsiz “Ştadler” vaqonları

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 258 (29230) 21 noyabr 2019-cu il, cümə axşamı

Ş.K.Məmmədovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası

Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Şahin Kərim oğlu Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı

vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2019-cu il

R.İ.Hüseynovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası

Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı

vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2019-cu il

Ş.K.Məmmədovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiya-

sının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin

başçısı təyin edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2019-cu il

R.İ.Hüseynovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası

Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Rafil İsrafil oğlu Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin

başçısı təyin edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2019-cu il

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

Rusiyaya rəsmi səfərə gəlib

Moskvanın “Vnukovo 2” Beynəlxalq Hava Limanında Birinci vitse-prezident Mehriban Əliyevanı Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Pankin, Rusi-yanın Azərbaycandakı səfiri Mixail Boçar-nikov, Rusiya Xarici İşlər Nazirliyinin Dövlət

Protokol İdarəsinin rəisi İqor Boqdaşev və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qarşıladılar.

AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiya Federasiyasına rəsmi səfərə gəlib.

Bu gün Azərbaycanın sosial-iqtisadi həyatının bü-tün sahələrində olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, respub-likamız beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması prosesində fəal iştirak edir, eləcə də ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır.

Azərbaycan Prezidenti İlham Əliyevin dəmir yolunun yenilənməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) yüksək keyfiyyətlə yerinə yetirilir. Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçirilməsi, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parkının yenilənməsi və digər mühüm tədbirlər beynəlxalq standartlara uyğun icra edilir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmət səviyyəsinin müasir tələblərə çatdırılması, əlavə yüklərin cəlbi, habelə yüklərin mənzil başına təhlükəsiz və vaxtında daşınması üçün texniki vasitələrin müasirləşdirilməsi uğurla gerçəkləşdirilir.

Onu da qeyd edək ki, son illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında müasir standartlar səviyyəsində əsaslı təmir işləri həyata keçirilib. Ölkə rəhbəri İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin yaradılmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunan səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb. Bu

məqsədlə Bakı vaqon deposunda “ASAN qatar” sisteminin tətbiqi ilə bağlı xüsusi vaqonlar hazırlanıb.

Azərbaycanda yükdaşımanın səmərəli və keyfiyyətli olması üçün dəmir yolu xətlərinin yenidən qurulmasına, habelə onun saz vəziyyətdə saxlanılmasına mühüm önəm verilir. Prezident İlham Əliyevin 8 mart 2018-ci il tarixli “Bakı

şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalaması da bunun bariz ifadəsidir. Azərbaycan Dəmir Yollarının rəhbərliyi hazırda həmin sərəncama əsasən, dəmir yolları xəttinin əsaslı təmir olunmasını diqqət mərkəzində saxlayır, paytaxtətrafı dəmir yolu xəttinin elektrik təchizatı sisteminin əsaslı təmir edilməsini reallaşdırır.

Xatırladaq ki, artıq xeyli vaxtdır ki, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə, eyni zamanda, işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulmasına başlanılıb.

Prezident İlham Əliyevin iştirak etdiyi Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı mərasimində bu barədə ətraflı danışılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov

dövlət başçısına Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv planlar barədə məlumat verərək, sözügedən istiqamətdə, ümumilikdə, 17 stansiya və dayanacaq olduğunu bildirib. C.Qurbanov, həmçinin Bakı sərnişin-Sabunçu-Pirşağı-Sumqayıt sərnişin-Xırdalan-Biləcəri-Bakı sərnişin dairəvi dəmir yolu xəttinin

ümumi uzunluğunun 191,6 kilometrə çatdığını, aparılan yenidənqurma işləri çərçivəsində Zabrat-1, Məmmədli dayanacaqlarının, Pirşağı və Zabrat-2 stansiyalarının yenidən qurulduğunu qeyd edib.

Prezident İlham Əliyev Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı mərasimi çərçivəsində Bakı Dəmir Yolu vağzalında “Defektoskop” infrastruktur-diaqnostika kompleksi, habelə Dəmir yolu muzeyi ilə də tanış olub.

Dövlət başçısına muzey barədə verilən məlumatda xatırladılıb ki, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu sahəsinin təntənəli açılışı 1926-cı il iyulun 6-da olub. Muzeydə bununla əlaqədar, həmçinin ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar sərgilənib. Eyni zamanda, XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, dəmir yolu və qatar modelləri yer alıb. Muzeydə bədii və sənədli filmlərin nümayişi də nəzərdə tutulub.

Dövlətimizin başçısı mərasimdən sonra bir qrup dəmiryolçu ilə, həmçinin metronun “28 May” stansiyasının qarşısında vətəndaşlarla görüşüb. Dəmiryolçularla son illər ölkə dəmir yollarının inkişafı istiqamətində görülən işlərlə bağlı danışan Prezident İlham Əliyev deyib: “Dəmir yollarının yenidən qurulması istiqamətində çox böyük işlər görülüb. Mən artıq bu rəqəmləri səsləndirmişəm. Dünya miqyasında ən mötəbər beynəlxalq təşkilatlardan biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatda göstərib ki, Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci yerdədir, dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdədir. Bütün bunları son illər ərzində biz həll etmişik”.

Dövlətimizin başçısı daha sonra qeyd edib ki, dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində, xüsusilə Cavid Qurbanov bu vəzifəyə təyin ediləndən sonra böyük irəliləyiş var. Həm Azərbaycan artıq beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilib, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyətə başlayıb.

Bütün bunlarla bərabər hazırda yükdaşımalar getdikcə artır, ölkə daxilində infrastruktur təzələnir, İsveçrə istehsalı olan və dünya miqyasında ən gözəl və təhlükəsiz “Ştadler” vaqonları alınır.

Prezident İlham Əliyev gələn il artıq Sumqayıt-Pirşağı dəmir yolunun birləşəcəyini, bununla da dairəvi yolun formalaşacağını, qarşıdakı dövrdə isə dəmir yolu şəbəkəsinin genişləndirilməsi üçün investisiya proqramında əlavə vəsait nəzərdə tutulacağını diqqətə çatdırıb.

Çıxışının sonunda dəmir yolunun iqtisadi əhəmiyyətinə toxunan dövlətimizin başçısı Azərbaycanın hazırda bir çox ölkələr üçün önəmli dəmir yolu məntəqəsinə çevrildiyini, eyni zamanda, bunun vətəndaşların rahatlığı üçün çox böyük əhəmiyyət daşıdığını vurğulayıb. Eyni zamanda, Bakı-Gəncə sürət qatarının işləməsinin ölkəmizə böyük dəyişiklik gətirməsini, Gəncə-Ağstafa dəmir yolunun işə salınması istiqamətində tədbirlər görüldüyünü, Qəbələyə, Şahdağa qədər dəmir yollarının tikintisinin, Bakı-Yalama, Astara-Ələt dəmir yolunun bərpasının nəzərdə tutulduğunu vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial məsələlərinin həlli dayanır. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində icra olunan layihələr ardıcıl və davamlı xarakter daşıyır. Bu layihələr sırasında ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi diqqət yetirilir.

Görülən işlər nəticəsində Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu yaradılıb. Bu da vətəndaşların rahatlığına hərtərəfli imkan yaradır. Bu baxımdan Abşeron dairəvi dəmir yolu xəttinin yenidən qurulması böyük rol oynayır. Paytaxt ətrafındakı qəsəbələrdə yaşayan sakinlər rahat və təhlükəsiz şəkildə şəhər istiqamətinə və mənzil başına çata biləcəklər. Layihənin icrası paytaxtda tıxacların qarşısının alınmasına, hərəkətin təhlükəsizliyinin və intensivliyinin təmin olunmasına, həmçinin ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verir.

“Xalq qəzeti”

Dəmir yolu həm bizim iqtisadi gücümüzü artırır, Azərbaycan bir çox ölkələr üçün önəmli dəmir yolu məntəqəsinə çevrilir, eyni zamanda, bu, vətəndaşların rahatlığı üçün çox böyük əhəmiyyət daşıyır.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Dəmir yollarının yenidən qurulması istiqamətində çox böyük işlər görülüb

Prezident İlham ƏLİYEV:

Page 2: Prezident İlham ƏLİYEVxalqqazeti.com/pdf/Sayt 21 noyabr.pdf · 2019-11-20 · İsveçrə istehsalı olan və dünya miqyasında ən gözəl və təhlükəsiz “Ştadler” vaqonları

21 noyabr 2019-cu il, cümə axşamı2Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının,

həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusi-

yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası

Prezidentinin ehtiyat fondundan cəmi 6 (altı) milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 (üç) milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 20 noyabr 2019-cu il

Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusi-

yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar mədəniyyət işçisi”Həşimov Nadir Əbdül oğluMəmmədov Vasif Gülbala oğlu

“Əməkdar müəllim”Abdullayeva Minəvvər Musa qızıEyvazov Elşad Əli oğlu

“Əməkdar həkim”Ağayev Canibəy Əli oğluKalbalıyev Asif Əbil oğluRəcəbli Təranə Zakir qızı

“Əməkdar jurnalist”Əliyev Əli Nəcəfxan oğlu

“Əməkdar mühəndis”

Cəfərov Eldar Xudum oğluMustafayev Ağasəf Abxan oğlu.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 20 noyabr 2019-cu il

Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin

fəxri diplomu” ilə təltif edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin so-sial-iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:

Aslanov Fuad Alxan oğluƏliyev Şəfa Tiflis oğluMahmudov Əvəz Cəlal oğlu.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2019-cu il

Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu

maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-

iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni iləMəmmədov Bəxtiyar Əjdər oğluMustafayev Ağa Məmməd oğlu

3-cü dərəcəli “Əmək” ordeni iləHəsənov Şakir Rəfi oğluHüseynli Tofiq Gülmalı oğluQuliyev Kazım Qafar oğluMahmudov Nərman Fərman oğluNəbiyev Mahayət Ənvər oğlu

“Tərəqqi” medalı iləAbdurahmanov Qulu Aydın oğluAxundov Teymur Nüsrət oğluAllahverdiyeva Roza Cəmil qızıAlmuradov Yaşar Saleh oğluBabayeva Qəribə Yusif qızıBehbudbəyli Sevil Xanlar qızıBəhrami Rais Yusif oğluCəfərquliyev Rzaqulu Cəfərqulu oğluCəfərova Nazxanım Mərdan qızıDadaşev Nizami Məhərrəməli oğluƏliyev Namiq Həsən oğluƏsədov Sultan Misir oğluFərəcov Rövşən Möhlət oğluHacıyev İbrahim Musa oğluHəsənov Telman Məhəmmədəli oğluHüseynov Süleyman Məsi oğlu

Xudiyev Veys Həmid oğluQafarov Arif Zəbi oğluQuliyev Hümbət Həsən oğluQuliyev Subxan Qafar oğluQuliyeva Cahan Şirxan qızıQuliyeva İlduzə Qəzənfər qızıMailova Bibixanım Eyvaz qızıMehdiyev Cəmil İsrafil oğluMəlikov Aydın Balakişi oğluMəmmədov Cavanşir Firudin oğluMəmmədov Əbilfət Bahadur oğluMisrixanov Misrixan İsmayıloviçMuradov Surdar Sultanəli oğluMuradova Gülnarə Xodkar qızıNiftiyeva Gülnarə Şirinəli qızıPirmətov Ruslan Yarmət oğluRüstəmov Atəş İsmayıl oğluRzayev Həsən Məhərrəm oğluSalmanov Nəriman Ağalı oğluSəfərli Mətləb Səfərağa oğluSəlimov Şirxan Dadaş oğluSəlimov Yalçın Üzeyir oğluSüleymanov Rövşən Dadaş oğluSüleymanov Süleyman Əzizağa oğluSüleymanov Yelmar Əjdər oğluŞükürova Səyyarə İkram qızıVəliyev Əjdər Ədil oğluVəliyev Məzahir Vəli oğluZeynalov Vaqif Ələsgər oğluZülfüqarova Dostuxanım Vahab qızı.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2019-cu il

“AzerTelecom” şirkətinin iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə Qazaxıstanda işlərin

başlanmasına dair tədbir keçirilib

Qazaxıstanın Aktau şəhərində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic – TCFO) çəkilişi

üzrə Qazaxıstan ərazisində işlərə başlanmasına dair təntənəli mərasim keçirilib.

TransCaspian Fiber Optic – Azərbaycan tərəfdən “AzerTelecom”, Qazaxıstan tərəfdən isə “Transtelecom” və “KazTransCom” telekommunikasiya operatorlarının Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi ilə bağlı irimiqyaslı layihəsidir. “AzerTelecom”, “Transtelecom” və “KazTransCom” rabitə operatorları arasında 2018-ci ildə müvafiq üçtərəfli müqavilə imzalanıb. 19 mart 2019-cu il tarixində “Azərbaycan Respublikası hökuməti ilə Qazaxıstan Respublikası hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə

tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” dövlətlərarası saziş imzalanıb və daha sonra hər iki ölkə rəhbərliyi tərəfindən təsdiq edilib.

Xəzər dənizinin dibi ilə çəkiləcək xəttin uzunluğu təqribən 380-400 kilometrdir. Magistral kabel xəttinin məlumat ötürmə gücü isə 4-6 terabit/s-dən az olmayacaq. TransCaspian Fiber Optic hər iki ölkə üçün strateji vacib layihə olacaq və Avropa ilə Asiya arasında tranzit ehtiyaclarını tamamilə ödəyəcək.

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, Qazaxıstan Respublikasının Baş Naziri Askar Mamin, digər dövlət rəsmiləri, eləcə də sazişin tərəfdaşları olan operator-şirkətlərin rəhbərləri Qazaxıstan

ərazisində işlərə başlanılmasına dair mərasimdə iştirak ediblər.

Tədbirdə çıxış edən və layihənin vacibliyindən danışan “AzerTelecom” şirkətinin Baş direktoru Fuad Allahverdiyev qeyd edib ki, TransCaspian Fiber Optic (TCFO) Avropa ilə Asiya arasında Azərbaycan və Qazaxıstan vasitəsilə rəqəmsal telekommunikasiya dəhlizi formalaşdıracaq. Magistral kabel Azərbaycan və Qazaxıstanı sualtı kabel xəttinə sahib ölkələr kimi qlobal internet xəritəsinə daxil edəcək və Xəzər hövzəsində yerləşən iki ölkə arasında rəqəmsal sahədə əməkdaşlığın inkişafı üçün imkanlar yaradacaqdır. Layihə iki ölkənin İKT sektorunun inkişafı üçün təməl olacaq, Azərbaycan və Qazaxıstanı Avropanın internet mərkəzləri ilə birbaşa əlaqələndirəcək və regionun digər dövlətlərinin internet xidməti ilə təmin edilməsinə imkan verəcəkdir.

“AzerTelecom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün Azerbaijan Digital Hub (ADH) proqramını icra edir. TransCaspian Fiber Optic kabel xəttinin tikintisi Azerbaijan Digital Hub proqramı çərçivəsində digər layihələrlə birlikdə Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək Rəqəmsal İpək Yolunun yaradılmasına xidmət edəcək.

“Xalq qəzeti”

Moskvada MDB ölkələri təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib

Noyabrın 20-də Moskvada MDB ölkələri təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib.

Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov iclasda iştirak edib.

İclas iştirakçıları MDB məkanında regional təhlükəsizliyin təmin olunması, təhlükəsizlik şuraları xətti ilə beynəlxalq əməkdaşlıq, qlobal təhlükəsizlik və strateji sabitliyə dair mövzuları və digər məsələləri müzakirə ediblər.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iclasın açılışında çıxış edərək bildirib ki, iştirakçı-lar MDB məkanında təhlükəsizliyin təmin olunması məqsədilə mövcud problemlərin həllinə birgə yanaşmaları işləyib hazırla-yacaqlar.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Page 3: Prezident İlham ƏLİYEVxalqqazeti.com/pdf/Sayt 21 noyabr.pdf · 2019-11-20 · İsveçrə istehsalı olan və dünya miqyasında ən gözəl və təhlükəsiz “Ştadler” vaqonları

Bir müddət əvvəl yazdığım statuslardan birində qeyd et-mişdim ki, 1990-cı il yanvarın 20-də Bakıda sovet qoşun-ları tərəfindən törədilən qanlı hadisələrin səbəbkarı olan SSRİ və Azərbaycan rəhbərliyini növbəti gün Moskvadakı Daimi Nümayəndəliyə gələrək açıq formada ittiham edən Heydər Əliyev sonrakı günlərdə Kremlin ciddi təzyiqləri altında öz doğma vətəninə - Azərbaycana qayıtdı. Ayaz Mütəllibov hökuməti ona Bakıda yaşamaq imkanı vermədiyi üçün 1990-cı il iyulun 22-də, yəni, Moskvadan qayıtdıqdan cəmi iki gün sonra paytaxtı tərk edərək Naxçıvana üz tutdu. 1990-cı ilin avqust ayında qədirbilən Naxçı-van əhalisi təşəbbüs göstərərək Heydər Əliyevi həm Azərbaycan SSR Ali Sovetinə, həm də Naxçı-van MSSR Ali Sovetinə deputat seçdi. MR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ali Məclisin birinci sessiyasında, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olundu və Azərbaycanın ali hakimiyyət or-qanı qarşısında məsələ qaldırıldı ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında analoji qərarlar qəbul edilsin. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən bu tarixi qərarlar və müstəqillik istiqamətində həyata keçirilən sonrakı proseslər, o cümlədən

1991-ci il sentyabrın 3-də onun Naxçıvan Ali Məclisinin sədri seçilməsi belə deməyə əsas verir ki, həmin dövrdə Heydər Əliyevin Naxçıvana gəlişi ilə Azərbaycan xalqının milli azadlıq hərəkatının

mərkəzi Bakıdan Naxçıvana keçdi və bu hərəkatın lideri də məhz Heydər Əliyev oldu. Sonrakı proseslərdə Heydər Əliyevin de-putat kimi nümayiş etdirdiyi ardıcıl və mübariz vətəndaşlıq mövqeyi, Azərbaycanın müstəqilliyi uğrunda ölkə parlamentinin tribunasından etdiyi qətiyyətli çıxışlar, ümummilli problemlərin həllinə xidmət edən səmərəli təklifləri onu tezliklə milli azadlıq hərəkatının gerçək liderinə çevirdi.

Milli azadlıq hərəkatının mərkəzinin Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında Heydər Əliyev kimi təcrübəli liderin - görkəmli siyasi və dövlət xadiminin dayanması qısa zaman kəsiyində Azərbaycan cəmiyyətində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə

səbəb oldu. Belə ki, əhalinin bütün təbəqələri, xüsusilə də mütərəqqi ziyalılar, hətta ciddi təqibə məruz qalmış AXC fəallarının böyük bir qismi Heydər Əliyevin ətrafında cəm oldular. Bu reallıq xalq hərəkatına həqiqi mütəşəkkillik, ardıcıllıq və vətəndaş birliyi ruhu gətirdi, Azərbaycan xalqı milli müstəqilliyin əleyhinə məqsədyönlü fəaliyyət göstərən Mütəllibov rejiminə qarşı vahid cəbhədən çıxış etməyə başladı. Heydər Əliyev Azərbaycan Ali Sovetindəki “demblok” nümayəndələrini də milli azadlıq

hərəkatı ideyası altında öz ətrafında birləşdirərək, yerli kommunist hökumətinin iradəsini sındıraraq oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinə və müstəqillik məsələsinə dair yeni referendumun təyin edilməsinə nail oldu. Bundan əvvəl ümummilli lider Azərbaycan rəhbərliyinin SSRİ-nin saxlanması ilə bağlı yeni ittifaq müqaviləsinə qoşulma cəhdinə də hamıdan qabaq - 1991-ci il martın 7-də Azərbaycan Ali Sovetinin sessiyasındakı çıxışında ciddi etiraz etmiş və Mütəllibov hakimiyyətinin Azərbaycanı yeni ittifaqın tərkibinə daxil etməsinin, bunun üçün respublikada xüsusi referendum keçirilməsinin qəti əleyhinə olduğunu birmənalı şəkildə bəyan etmişdi.

Beləliklə, bütün bu proseslərin nəticəsi olaraq kommunistlərin təkidlə həyata keçirmək istədiyi həm “yenilənmiş SSRİ müqaviləsi” layihəsi, həm də nüfuzdan düşmüş yerli kommunist hökumətinin özü iflasa uğradı. Cəbhə-Müsavat dairələri ölkədə kommunist rejiminin mövcud acınacaqlı vəziyyətindən istifadə edərək silahlı yolla rəhbərliyi devirdi və hakimiyyəti ələ aldı. O dövrdə milli-demokratik hərəkat rəhbərləri azadlıq və demokratiya prinsiplərinə, respublikada yenicə yaranmaqda olan milli birlik və ədalətli seçki normalarına zidd

hərəkət edərək, Heydər Əliyev kimi təcrübəli bir liderin demok-ratiya və milli azadlıq mübarizəsi istiqamətindəki xidmətlərinə qarşı çox ədalətsiz gediş etdilər. 1992-ci il mayın 18-də Ali Sovetə sədr seçkisində AXC rəhbərliyi deputatların böyük hissəsinin və ölkə ictimaiyyətinin tələbinə baxmayaraq, Heydər Əliyevin namizədliyinin irəli sürülməsinə, hətta parlamentdən onunla əlaqə yaradılmasına ciddi mane oldu-lar. Onlar öz namizədlərinin sədr “seçilməsi”nin hansısa doqquz xarici dövlətlə razılaşdırılması barədə cəfəng antidemokratik fikirlər səsləndirərək öz iddialarını reallaşdırdılar. Hakimiyyətə tam yiyələndikdən sonra bu dairələr gələcəkdə Heydər Əliyevi özlərinə ciddi rəqib sayaraq bütün vacib işlərini bir kənara qoyub onunla qeyri-qanuni və antikonstitusion

mübarizəyə başladılar, dəfələrlə Naxçıvanda dövlət çevrilişinə, Ali Məclis Sədrinin fiziki varlığına son qoymağa cəhd göstərdilər. Belə qeyri-demokratik və antimil-li vasitələrlə fəaliyyət göstərən AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə, milli-vətəndaş birliyi ideyasına böyük zərbə vuruldu, ölkə vətəndaş müharibəsi həddinə sürükləndi. Mövcud hakimiyyətin yarıtmaz siyasətinin nəticəsi olaraq gündən-günə kəskinləşən vətəndaş qarşıdurmasını açıq şəkildə müşahidə edərək ya-

xınlaşan milli fəlakəti hamıdan qabaq duyan və buna müqavimət göstərməyi qarşılarına məqsəd qoyan bir qrup vətənpərvər ziyalı 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə müraciət ünvanladı. Müraciətdə ziyalılar Azərbaycanı düçar olduğu fəlakətli böhrandan çıxarmaq məqsədilə ölkədə bütün xalqı, sağlam düşüncəli bütün qüvvələri öz ətrafında birləşdirə bilən yeni bir siyasi ümumxalq partiyasının yaradılması və ona rəhbərlik etməsi məsələsinə münasibət bildirməyi Heydər Əliyevdən xahiş edirdilər. Respub-likada gündən-günə kəskinləşən və getdikcə daha da fəlakətli vəziyyət alan daxili ictimai-siyasi və milli vətəndaş qarşıdurması fonunda Azərbaycanı canı qədər sevən bir lider olaraq Heydər Əliyev, əlbəttə ki, çoxsaylı ölkə ziyalılarının, geniş xalq kütlələrinin

tələblərini cavabsız qoya bilməzdi. Belə də oldu, cəmi bir həftə sonra – oktyabrın 24-də “Səs” qəzetində ölkə ziyalılarının müraciətinə Heydər Əliyevin cavabı dərc olundu. Bu, əslində, adi bir cavab deyildi, Azərbaycanın mövcud fəlakətli vəziyyətinin hərtərəfli təhlili və ondan çıxış yollarını göstərən ciddi bir milli fəaliyyət proqramı idi.

Sonrakı prosesləri, hörmətli oxucuların yadına salmaq istəyirəm: Heydər Əliyevin qurub-yaratdığı və demək olar ki, bütün geniş iclas salonlarını inşa etdiyi Bakı şəhərində onun adı

ilə yaradılan partiyaya qurultay keçirməyə yer və imkan verilmədi. Odur ki, ölkənin dörd bir yanından Naxçıvan şəhərinə axışan ziyalılar, partiya qurucuları soyuq və şaxtalı 21 noyabr günündə Yeni Azərbaycan Partiyası (YAP) adlanan siyasi təşkilatı təsis etdilər. Cəmi 7 ay sonra, 1993-cü ilin iyununda xalqın tələbi ilə ümumxalq partiyasının sədri, Azərbaycan xalqının görkəmli lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Onun qayıdışı ilə ölkənin bütün sağlam qüvvələri, ictimai-siyasi və mənəvi potensialı hakimiyyət ətrafında səfərbər edilərək Azərbaycanı sonrakı labüd iflasdan xilas etdilər.

Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti kimi xalqına arxalanaraq və YAP sədri kimi partiyasının kadr

potensialına söykənərək özünün zəngin dövlətçilik təcrübəsini və uzaqgörən siyasətini tətbiq edərək çox qətiyyətli, müdrik, effektli idarəçilik həyata keçirdi. Azərbaycanın dövlət müstəqilliyini və milli inkişafını təmin etdi, respublikada demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı normalarını dönməz hala gətirdi, ölkəni dinamik inkişaf yoluna çıxardı və öz adını xalqımızın dövlətçilik tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin banisi və lideri kimi həkk etdi.

Ulu öndərin haqq dünyasına qovuşmasından keçən 16 il ərzində Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət, görülmüş nəhəng işlər, qazanılmış böyük uğurlar bu gün Azərbaycan xalqı tərəfindən məmnunluqla qarşılanır və tam dəstəklənir. Keçirilən sorğuların nəticələri göstərir ki, xalqın dəstəyi ölkə Prezidenti və YAP sədri kimi cənab İlham Əliyevə müstəqil, prinsipial və milli maraqları ifadə edən qətiyyətli siyasət yürütməyə hərtərəfli imkan verir. Belə liderə və onun müzəffər partiyasına qalib gəlmək heç bir qüvvəyə, ələlxüsus da hazırkı radikal müxalifətə nəsib olmayıb, bundan sonra da olmayacaq. Hazırda Yeni Azərbaycan Partiyası öz liderinin siyasi islahat kursuna, irəli sürdüyü təşəbbüslərə və yeni dövrün çağırışlarına uyğun olaraq partiyanın vitrinini xeyli dərəcədə yeniləmiş, öz sıralarına çoxsaylı təşəbbüskar və fəal üzvlər, təşkilatı hakimiyyətdə və parlamentdə təmsil edə biləcək yeni-yeni intellektual kadrlar cəlb etmişdir. Bir sözlə, Yeni Azərbaycan Partiyası ümummilli liderin siyasi ənənələrinə söykənərək “daim yenilənmə, daim dəyişmə və daim inkişaf etmə” kursunu ardıcıl olaraq davam etdirmişdir.

Beləliklə, müstəqillik dövrünün tarixi, yaşadığımız hər bir gün ulu öndərin söylədiyi müdrik bir kəlamı – “zaman hər şeyi öz yerinə qo-yur” ifadəsini bir daha təsdiq edir.

21 noyabr 2019-cu il, cümə axşamı 3

Yeni Azərbaycan Partiyası niyə və necə yarandı?

21 noyabr 1992-ci il – Azərbaycanda YAP-ın və sivil müxalifətçilik ənənəsinin yaranma tarixi

Azərbaycan Respublikası Prezidentinin ictimai- siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook” səhifəsində “Yeni Azərbaycan Partiyası niyə və necə yarandı?” adlı status paylaşıb. AZƏRTAC statusu təqdim edir.

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Prezidentinin fəaliyyəti barədə ictimai rəyi araşdırıb

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, məhz bu baxımdan dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin forma-laşması məramından irəli gələrək yaradılan STM məramına uyğun olaraq ictimaiyyətin hakimiyyət institutlarına münasibətini vaxtaşırı öyrənir və eyni zamanda, ölkə rəhbərinin aylıq fəaliyyəti barədə ictimai düşüncənin monito-rinqini də aparır.

Sosial Tədqiqatlar Mərkəzi “İnam indeksi” jurnalının oktyabr buraxılışında sözügedən məsələləri əhatə edən “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatını dərc edib. Hesabat hazırlanarkən həyata keçirilən sorğu üçün areal Azərbaycanın iqtisadi rayonları üzrə müəyyənləşdirilib.

Bölgələrdə yerləşən 14 “ASAN xidmət” mərkəzində sorğu metodologiyası icra edilib. On dörd regional xidmət mərkəzi bütün ətraf rayonların əhalisini də əhatə edib.

İctimai rəy sorğusunda ümumilikdə 1316 respondent iştirak edib. Onların se-çimi təsadüfi qaydada aparılmaqla yanaşı, xidmət mərkəzlərindən istifadə edən hər ikinci şəxs sorğuya cəlb olunub. Bu metodla həm reprezentativlik təmin edilib, həm də əhalinin bütün sosial-demoqrafik qrupları əhatə edilib. Burada xəta əmsalı statistik olaraq üç faizə bərabərdir.

Sorğunun aparılmasında “üz-üzə” metodu tətbiq olunub və nəticələr “SurveyToGo” proq-ramında emal edilib. Sahə işi cari il oktyabrın 29-dan noyabrın 5-dək davam edib. Sorğula-rın nəticəsi SPSS (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) proqramı vasitəsilə təhlil edilib. Təsvir analizləri ilə yanaşı, dəyişənlər arasında korrelyasiyalar da müəyyənləşdirilib. Anket 13 əsas, 5 demoqrafik sualdan ibarət olub və 3 əsas istiqamətdə aparılıb:

Prezidentin beynəlxalq arenada Ermənistanın işğalçı mövqeyi və Dağlıq Qara-bağ problemi barədə çıxışları; Oktyabr ayında imzalanan sərəncamlar əsasında baş vermiş kadr dəyişiklikləri və struktur islahatları; Prezi-dentin fəaliyyətinin müxtəlif istiqamətlər üzrə dəyərləndirilməsi.

Sorğunun demoqrafik göstəricilərinə görə, 1316 respondentin 67,6 faizi kişi, 32,4 faizi qadındır. Əsas yaş qrupu 26-35, yəni, 34,3 faizdir. Təhsil səviyyəsinə görə tam orta təhsillilər üstünlük təşkil edib ki, bu da 45,1

faizdir.Sosial Tədqiqatlar Mərkəzi tərəfindən

aparılan Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti haqqında ictimai rəyin aylıq monitorinqinin nəticələrinə görə, 2019-cu ilin oktyabr ayı ərzində dövlət başçısının reytinqində yüksəlmə müşahidə olunub.

Mərkəz tərəfindən keçirilmiş sorğunun nəticələri göstərir ki, Prezident İlham Əliyevin beynəlxalq və daxili müstəvidə fəaliyyəti əhali tərəfindən milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından olduqca təsirli və əhəmiyyətli hesab edilir. Prezidentin oktyabr ayındakı fəaliyyəti onun ictimai rəydəki pozitiv imicini daha da gücləndirib. Ümumilikdə, vətəndaşların 77,5 faizi ölkə Prezidentinə inam və etimadının daha da artdığını, 18,1 faiz respondent isə həmişəki sabit inam və etibarının qorunub saxlandığını bildirib.

Prezidentin oktyabrın 3-də “Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı “Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi əhalidə vətənpərvərlik hissini gücləndirib, dövlətə olan inam və etibarı artırıb. Bu, rəyi soruşulanların 85,8 faizinin fikridir. 76,9 faiz isə hesab edir ki, Prezidentin “Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışı Ermənistanın beynəlxalq müstəvidə mövqeyinin zəiflədilməsi baxımından təsirli olub. Ümumiyyətlə, respondentlərin 84,9 faizi Prezidentin “Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışının əhəmiyyətini yüksək qiymətləndirib.

Prezidentin oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının Sammitindəki çıxışı rəyi soruşulanların 85 faizi tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan Prezidentinin Ermənistanı tutarlı arqumentlərlə faşizmi qəhrəmanlaşdırmaqda ittiham etməsi və qarşı tərəfin mahiyyətsiz cavabı göstərdi ki, Prezident İlham Əliyev hücum diplomatiyasını uğurla davam etdirir. Rəyi soruşulan hər beş respondentdən dördünün fikrincə, Prezident İlham Əliyevin Aşqabad Sammitindəki çıxışı faşizm ideyalarını dəstəkləyən Ermənistanın ifşası istiqamətində tutarlı addım olmuşdur. 80,1 faiz bu çıxışın münaqişənin tənzimlənməsi istiqamətində də təsirli olacağı qənaətindədir.

Respondentlərin 80,9 faizinin rəyinə görə, Prezidentin oktyabrın 15-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündəki və oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışları da Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, münaqişə vəziyyəti ilə bağlı həqiqətlərin – Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından çox əhəmiyyətlidir.

Prezidentin oktyabr ayında həyata keçirdiyi struktur və kadr islahatlarından respondentlərin gözləntiləri kifayət qədər böyükdür. Sorğunun nəticələri dövlət başçısı tərəfindən həyata keçirilən islahatlara əhalinin inamının ən yüksək səviyyədə olduğunu göstərdi. Ümumilikdə, respondentlərin 87,6 faizi Prezidentin həyata keçirdiyi islahatları dəstəkləyir, onu əhəmiyyətli hesab edir.

Prezidentin oktyabr ayındakı fəaliyyətinin ən yüksək qiymətləndirildiyi sahələrdən biri də ordu quruculuğudur. Belə ki, rəyi soru-şulanların 92,7 faizi Prezidentin ordunun və bütövlükdə Silahlı Qüvvələrin formalaşdırıl-ması sahəsində uğurlu fəaliyyətini qeyd edib. Onun ardınca 92,4 faiz respondent isə dövlət başçısının xarici siyasət fəaliyyətini uğurlu hesab edir.

Oktyabr ayında keçirilən rəy sorğusu göstərdi ki, Prezidentin kadr islahatlarına ictimai dəstək getdikcə daha da artır. Belə ki, cari ilin iyun ayında bu dəstək 74 faiz təşkil et-diyi halda, oktyabr ayında 86,5 faizə bərabər olub. Bu da ondan xəbər verir ki, davamlı kadr islahatları vətəndaşlar tərəfindən ümummilli rifahın təmin olunmasının alternativsiz yolu kimi qiymətləndirilir.

Respondentlərin cavablarına əsasən demək olar ki, qeyri-neft sektoru ilə bağlı müvafiq hökumət strukturlarının fəaliyyətinin daha da yaxşılaşdırılmasına ehtiyac var. Belə ki, bu istiqamətdə bir çox işlər görülsə də, hələ də çatışmazlıqlar, problemlər qalmaqda-dır.

Ümumilikdə, rəyi soruşulanların 83,7 faizi hesab edir ki, ölkə Prezidenti tərəfindən həyata keçirilən kadr və struktur islahatları onların gözləntilərini doğruldur. Kadr isla-hatları zamanı gənclərə üstünlük verilməsi xalqın gözləntilərinə tamamilə uyğundur. Respondentlərin 86,9 faizi ölkə Prezidentinin müvafiq yanaşmasını dəstəkləyir. Bu, bir daha onunla əlaqələndirilir ki, Prezident həyata keçirdiyi islahatlar zamanı xalqın rəyini nəzərə alır. Respondentlərin 88 faizinin bu mövqedən çıxış etməsi xalqla lider arasında etibarlı bağ-ların olmasından xəbər verir.

Tədqiqatlar göstərir ki, islahatların dərinləşməsi və geniş miqyas alması ilə Prezidentə olan ictimai rəğbətin və

dəstəyin artması arasında dərin bağlılıq var. Göründüyü kimi, əhali “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” prinsipinin reallıqda təzahürünü təsdiqləyir.

Sorğunun nəticələrinə istinadən qeyd etmək olar ki, respondentlər ölkə Prezidentinin öz fəaliyyətində onların maraqlarından, tələbatlarından və gözləntilərindən çıxış etdiyi qənaətindədirlər. Beynəlxalq müstəvidəki uğurlar və daxili siyasətdəki islahatların dərinləşməsi Prezidentin adı və şəxsi təşəbbüsləri, nümunələri ilə bağlı olduğu üçün onun reytinqi ictimai rəydə yüksələn xətt üzrə dinamika nümayiş etdirir və bu tendensiya islahatların davam etməsi fonunda güclənir.

Oktyabr ayında baş verən hadisələri respondentlərın mütləq əksəriyyəti vacib hesab edir. Bu hadisələr arasında ən çox rəğbət doğuranlar Prezidentin “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı və Aşqabadda Ermənistanın faşizmi qəhrəmanlaşdırmasına kəskin etiraz nitqi olub.

Dövlət başçısının ordu quruculuğu, xarici siyasət və kadr islahatları istiqamətindəki fəaliyyəti respondentlər tərəfindən daha yüksək qiymətləndirilir. Sorğu iştirakçıları təhlükəsizlik və Silahlı Qüvvələr məsələsinə daim həssaslıq göstərirlər. Lakin sosial-iqtisadi sahədəki fəaliyyətə əhalinin razılıq dərəcəsi bir qədər aşağıdır. Respondentlərin nəzərində oktyabr ayında başlanan islahatların uğurla həyata keçirilməsinə əsas maneə məmurlar, yerli hakimiyyət orqanları və bəzi dövlət qurumlarının laqeyd yanaşmasıdır. Başqa sözlə, sorğuda iştirak edənlərin müəyyən bir hissəsi bu qənaətdədir ki, islahatların uğurlu icrası üçün dövlət qurumlarının özlərinin fəaliyyətində dəyişiklik olmalıdır. Kadr və struktur islahatları respondentlərin böyük əksəriyyətinin gözləntilərini doğruldub və onların əsas gözləntiləri gənc nəsil üçün yeni perspektivlərin və imkanların yaradılması olub. İqtisadiyyat sahəsində gözləntilər yenə də bir qədər aşağı olub, belə ki, iqtisadiyyatda şəffaflıq tədbirlərinin artması gözləntisi olan respondentlər azlıq təşkil edir. Hökumətdə təmsil olunan yaşlı nəslin daha gənc kadrlarla əvəz olunması da respondentlər tərəfindən müsbət qarşılanıb.

Ölkə Prezidentinin fəaliyyətində ictimai rəyin rolunun yüksək olması sorğunun nəticələri ilə təsdiqini tapır və bu fikir aparılan kadr islahatlarına da aid edilir. Əhali oktyabr ayında Prezidentin daxili və beynəlxalq müstəvidəki fəaliyyətini yüksək qiymətləndirir, ona olan etimadın artdığını qeyd edir. Ümumilikdə oktyabr ayını vətəndaşlar ölkəmiz üçün uğurlu sayır.

Sosial Tədqiqatlar Mərkəzi (STM) nizamnaməsinə uyğun ardıcıl olaraq müxtəlif mövzularda ictimai rəyin öyrənilməsi məqsədilə sorğular hazırlayır, tədqiqatlar həyata keçirir. STM həm də

beynəlxalq beyin mərkəzlərinin dünyada geniş yayılmış mövcud ənənələrindən və iş praktikasından, tətbiqindən faydalanaraq, hakimiyyət institutları ilə bağlı ictimaiyyətin rəyini öyrənir.

Rusiyada Xəzəryanı ölkələrin media

platforması yaradılıb

� Beş Xəzəryanı ölkənin – Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın media mütəxəssislərinin, jurnalistika fakültələri tələbələrinin iştirak etdikləri “Xəzəryanı ölkələrin media məktəbi” adlı tədbirdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasının Xəzər hövzəsi ölkələrinin həyatında mühüm addım olması və bunun özünü bir çox sahələrdə, xüsusilə də medianın inkişafında göstərdiyi vurğulanıb.

Rusiyanın Həştərxan şəhərində keçirilən tədbirdə Azərbaycanın media mütəxəssisləri beş Xəzəryanı ölkənin birgə redaksiyasının yaradılması təklifi ilə çıxış ediblər.

Rusiya Prezidentinin Qrantlar Fondunun layihə rəhbəri Radmila Davıdova Xəzəryanı ölkələrin əlaqələrində, inteqrasiyasında medianın rolunu xüsusi vurğulayaraq bildirib ki, Həştərxan Rusiyanın ən fəal, güclü ekspertləri və kadrları olan regionlarından biridir. O, ümidvar olduğunu bildirib ki, media platforması Xəzəryanı ölkələrin inkişafında əhəmiyyətli işlər görəcək. Həştərxan Dumasının nümayəndəsi cəmiyyətin, sosial mühitin inkişafında mühüm rol oynayan jurnalistləri əsas əlaqələndiricilər adlandıraraq, onların Xəzəryanı ölkələrin informasiya mübadiləsinə töhfə verəcəklərini diqqətə çatdırıb.

Həştərxanın Beynəlxalq və İqtisadi Əlaqələr Nazirliyinin Analitik informasiya şöbəsinin müdiri İlya Toropiçin beynəlxalq münasibətlərin inkişafının məhz insanlar arasında münasibətlər üzərində qurulduğunu vurğulayıb.

Bakı Dövlət Universitetinin dosenti Zaur Babayev isə Xəzəryanı dövlətlərin informasiya sistemlərinin vahid informasiya resurslarının təşkil olunması, ümumi Xəzəryanı redaksiyanın yaradılması təklifi ilə çıxış edib, informasiya mübadiləsinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Müzakirələrin yekununda Xəzəryanı dövlətlərin media platforması yaradılıb. Platformanın yaradılmasında məqsəd medianın ölkələrin iqtisadi, siyasi, mədəni inkişafı ilə bağlı fəaliyyətinin daha da genişləndirilməsi və şəbəkə halına gətirilməsidir.

Tədbir yeni və ənənəvi medianın fəaliyyəti, informasiya mənbələri, sosial mediada yayılan saxta məlumatların araşdırılması kimi mövzuların müzakirəsi ilə davam edib.

“Xəzər-Avrasiya” Beynəlxalq və İctimai-Siyasi Araşdırmalar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbir 3 gün davam edəcək.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Page 4: Prezident İlham ƏLİYEVxalqqazeti.com/pdf/Sayt 21 noyabr.pdf · 2019-11-20 · İsveçrə istehsalı olan və dünya miqyasında ən gözəl və təhlükəsiz “Ştadler” vaqonları

Hər bir önəmli hadisə keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyduğundan bu gün yaradılmasının 27-ci ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının da zəngin və şərəfli yolu, 750 minə yaxın üzvü sırala-rında birləşdirməklə Azərbaycan reallıqlarının, Heydər Əliyev ideyalarının təbliğinə geniş im-kanlar açılması təhlil olunmaqda, böyük gələcəyi olan təşkilat kimi dəyərləndirilməkdədir. Orta və yaşlı nəsil baş verən hadisələrin bələdçisi kimi, gənc nəsil isə müstəqillik tariximizi eşitdiklərinə, oxuduqlarına istinadən təhlil edir və bu fikir böyük fəxarət hissi ilə qeyd edilir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə belə bir par-tiyanın yaradılması həmin dövrün tələbi, ortaya çıxan zərurət, bu günümüz üçün möhkəm təməl idi.

Müstəqillik tariximizin ilk illəri xaos, anarxiya, özbaşınalıq, iqti-sadi böhran, torpaqlarımızın işğalı dövrü kimi xarakterizə olunur. Xalqın sabaha ümidi yox idi. Belə bir çətin məqamda xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti ölkəmizin bugünkü inkişafı üçün möhkəm təməl oldu. Belə ki, həmin müraciətdə bir daha qeyd olunmuşdur ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respub-likada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz: “Uzun illər əldə etdiyiniz dövlət qurucu-luğu təcrübəsinə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda ge-niş xalq kütləsini əhatə eləyəcək çox güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz”. Həmin müraciətdə bu əminlik də ifadə edilmişdir ki, əgər bu partiya-nın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar.

Ulu öndər Heydər Əliyevin “91-lər”in müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabı itirilən ümidlərin bərpa olu-nacağına inam yaratdı. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğur” söyləyən ulu öndər Heydər Əliyev belə bir əminliyi də ifadə etmişdir ki, bu partiya Azərbaycanın icti-mai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində tarixi rol oynaya bilər.

İstər müraciətə, istərsə də ümummilli liderin cavabına diqqət yetirsək, Azərbaycanın müstəqilliyinin bir sərvət oldu-ğu və onun qorunması üçün bütün qüvvə və bacarıqların birləşdirilməsinin vacibliyi öz əksini tapır. Təsadüfi deyil ki, bu gün xalqın partiyası kimi tanınan Yeni Azərbaycan Par-tiyası öz adında bütün istək və arzuları birləşdirir. 1991-ci il 18 oktyabrda öz dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan ilk illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxlu-ğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları sayəsində müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsini yaşadı. Ulu öndər Heydər Əliyevin yeni yaradılacaq partiya üçün “Yeni Azərbaycan” adını məqsədəuyğun bilməsi bu səbəbdən təsadüfi deyildi. Xatırlasaq, partiyanın seçkilərdə ilk şüarı “Yeni Azərbaycan uğ-runda” olub. İlk gündən dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan, Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərən Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaransa da, xalqa, dövlətə müxalifətdə deyildi, milli maraqlarımız, dövlətçiliyimiz uğrunda tutduğu siyasi xəttin əsasını təşkil edirdi. Təbii ki, sözlə əməl birliyi, tutduğu yola sadiqlik partiyaya milyonların sevgisini qazandırdı.

Heydər Əliyevin hakimiyyətə qayıdışı

Azərbaycanın həyatında yeni səhifə açdı

Yeni Azərbaycan Partiyası yarandıqdan 7 ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın, eyni zamanda, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin təməlini qoydu. Ümummilli lider uğurlu daxili və xarici siyasəti ilə ölkədə sabitlik yaratdı. Bu real-lıq bir daha diqqətə çatdırıldı ki, sabitlik olmadan hansısa sosial-iqtisadi proqramların icrasından danışmaq qeyri-mümkündür. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il ma-yın 12-də cəbhə xəttində atəşkəs sazişinin imzalanması həm ölkədə sabitliyin yaradılmasına, həm də digər sahələrdə uğurlu addım-ların atılmasına yol açdı. Məhz həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft kontraktı imzalandı. Bunun-la Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Azərbaycana artan inam ölkə iqtisadiyyatına qoyulan inves-tisiyaların həcmində, həmçinin im-zalanan saziş və anlaşma-memo-randumlarının sayında da özünü qabarıq şəkildə büruzə verdi. Bu gün fəxrlə qeyd etdiyimiz uğurla-rımızdan biri budur ki, tarixən neft ölkəsi kimi tanınan Azərbaycan, həmçinin qaz ixracatçısıdır. Çoxla-rına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin uğurlu icrası nəticəsində Azərbaycan regionun aparıcı qüvvəsinə, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitləri hesabına bu gün bir-birindən əhəmiyyətli sosial-iqtisadi layihələr həyata keçirilir ki, onlar da ümumilikdə ölkənin hərtərəfli inkişafını təmin edir.

Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atribut-lar bərqərar oldu. Belə ki, 1995-ci il noyabrın 12-də qəbul olunan Milli Konstitusiyamız insan hüquq və azadlıqlarının qorunmasında ən möhkəm baza rolunu oyna-dı. Ölkəmizdə azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokra-tik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində mühüm addımlar atıldı.

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Tarixin səhifələrini vərəqləyərək və zama-nın yaddaşına söykənərək bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, bu gün sırasında 750 minə yaxın üzvü birləşdirən, gələcəyə böyük inamla addımlayan Yeni Azərbaycan Partiyası ölkənin

bütün sahələrdə, o cümlədən demokratik inkişaf sahəsində əldə etdiyi uğurlarda böyük rolu vardır. Ulu öndər Heydər Əliyevin fikirlərinə istinad etsək, YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir: “O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiya-ların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adam-ların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiya-lardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir

ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

1992-ci il noyabrın 21-də res-publikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə öz təsis konfransını məlum səbəblərdən Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası-nın zaman-zaman sıralarının kəmiyyət və keyfiyyət baxımından günbəgün zənginləşməsi, uğurlar partiyası kimi nüfuz qazanma-sı, sözsüz ki, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə inamın göstəricisidir. Heydər Əliyev ideyaları Azərbaycanın dünəninin, bu gü-nünün və gələcəyinin əsasıdır. Bu ideyalar Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Partiyanın hər bir üzvü Heydər Əliyev ideyalarının təbliğinə, həyata keçirilməsinə öz töhfəsini verməyə səy göstərir. Dövlətimizin başçısı İlham Əliyevin partiya-nın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində səsləndirdiyi bu fikirləri xatırlatmaq istərdim: “Bu gün Azərbaycanda bizim partiya-mıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq parti-yasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalı-yıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik”.

Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının Azərbaycana qazandırdığı uğur-ları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Real-lıq budur ki, 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inki-şaf, tərəqqi dövrü kimi daxil olub. Həmin illərdə qoyulan möhkəm təməl bu gün Azərbaycanın daha böyük zirvələri fəth etməsini şərtləndirir. Ulu öndər Heydər Əliyev Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi istiqamətində göstərdiyi səylərin və əldə etdiyi uğurların nəticəsidir ki, hazırda ölkəmiz etibarlı tərəfdaş kimi qəbul olunur, ən əsası onun iştirakı olmadan re-gionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi müm-künsüzdür.

Son 16 il: Yeniləşmə, təkmilləşmə dövrü

Qeyd etdiyimiz kimi, Yeni Azərbaycan Partiyası artıq 27 ili arxada qoyur. 27 il zaman baxımından qısa görünsə də, dəyərləndirmə baxımından çox zəngindir. Son 16 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam

etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası inkişaf edir, təkmilləşir və yeniləşir.

Ulu öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətində ölkəmizin bugünü üçün gördüyü işlərə qısa nəzər salınaraq bildirilirdi: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezi-dent seçkilərində prezidentliyə namizəd, mənim siyasi vari-sim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli,

müasir dünya siyasətini və iqti-sadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlı-ğı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çat-dıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Dövlətimizin başçısı İlham Əliyevin son 16 ildə həyata keçirdiyi mükəmməl islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir. Neft siyasətinin məntiqi davamı olaraq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atı-lan addımların uğurlu nəticəsidir ki, bu gün ümumi daxili məhsulda özəl bölmənin payı 85 faiz təşkil edir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başla-dığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu, “neft kapitalını insan

kapitalına çevirək” tezisini irəli sürdü. Günümüzün reallıqla-rı bu məqsədin artıq gerçəklik olduğunu təsdiqləyir. Təbii ki, enerji sektorunda da uğurla-rımız davamlıdır. Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, “Yeni əsrin müqaviləsi”nin imzalanması və sair kimi bir-birindən əhəmiyyətli hadisələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyində yeri və rolunu möhkəmləndirir.

Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, iq-tisadi və siyasi islahatların vəhdəti qorunmalıdır. Demokratikləşmə prosesinin sadəcə bir şüar, niyyət olmadığını, Azərbaycanın hərtərəfli inkişafı üçün əsas olduğunu önə çəkən ölkə Prezi-dentinin insan hüquq və azadlıqla-rının qorunması, azad mətbuatın inkişafı, siyasi partiyaların və ictimai birliklərin normal fəaliyyəti, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atdığı addımlar beynəlxalq səviyyədə təqdir edilir. Bu gün Azərbaycan ən islahatçı, demokratiya təcrübəsi nümunə olan ölkə, Azərbaycan xalqı dün-yanın ən xoşbəxt xalqı kimi tanınır və nüfuz qazanır.

İdarəçilik sistemində təkmilləşmə davamlı inkişafı şərtləndirir

Bir əsas məqamı da qeyd edək ki, 2016-cı ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklər arasında prezidentlik müddətinin 7 ilədək uzadılması, vitse-prezidentlik institutunun yaradılması kimi məsələlər əsas yer tutur. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə Heydər Əliyev Fondunun prezi-denti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban

xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezi-denti təyin olunması uğurlarımızın davamlılığını şərtləndirən əsas amillərdəndir. Mehriban xanım Əliyeva təqdimat mərasimində bildirmişdir: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar”.

Birinci vitse-prezident bu əminliyi də ifadə etmişdir ki, gələcək fəaliyyətini məhz bu prinsiplər əsasında qurmağa çalışacaqdır: “Ölkəmizin və xal-qımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışa-cağam”. Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında sosial məsələlərin həlli dayanır. 2017-ci ildən ötən dövr ərzində Mehriban xanım Əliyevanın Azərbaycanın Birin-ci vitse-prezidenti kimi gördüyü işlərin miqyası olduqca genişdir və onlar ümumilikdə Azərbaycanın dövlətçiliyinin daha da

möhkəmləndirilməsinə, əhalinin so-sial rifahının yüksəlməsinə, insan hüquq və azadlıqlarının qorunma-sına, Azərbaycan mədəniyyətinin, tarixinin, milli-mənəvi dəyərlərinin təbliğinə yönəlib. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, bu il ölkəmizin UNESKO-nun Ümum-dünya İrs Komitəsinin 43-cü sessiyasına evsahibliyi etməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür.

Cari ilin ilk ayından dövlətimizin başçısı İlham Əliyevin idarəetmə sistemində təkmilləşməyə xidmət edən fərman və sərəncamlarına diqqət yetirmək kifayətdir. Ölkə Prezidentinin həyata keçirdiyi gəncləşmə siyasəti təqdir edilir. Gənclər ölkəsi olan ölkəmizdə onların potensial imkanların-dan səmərəli istifadə olunma-sı, idarəçilikdə irəli çəkilmələri bütün dövrlərdə öz aktuallığını qoruyub. Bu gün sıralarında 750 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının təmsilçilərinin 40 faizini gənclər təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq gənclərin parlamentdə və bələdiyyələrdə təmsilçilik faizlərinin artırılması istiqamətində atılan addımlar öz bəhrəsini verir. Belə ki, Yeni Azərbaycan Parti-

yası son parlament və bələdiyyə seçkilərində zəngin seçki təcrübəsinə əsaslanaraq gənclərin parlamentdə və bələdiyyələrdə təmsilçiliyini artırıb.

Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, mü-asir dünyagörüşə, zəngin biliyə, savada malik olan gənclərə böyük ehtiyacın olduğu qaçılmazdır. Ha-zırda bu uğurumuzu da böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan kosmik klubun üzvüdür. Ölkəmiz 2022-ci ildə Beynəlxalq Astronav-tika Konqresinə evsahibliyi etmək hüququnu qazanıb.

Qələbələr partiyası yeni hədəflərə doğru

Milyonların sevgisini qaza-nan Yeni Azərbaycan Partiyası tarixə qələbələr partiyası kimi də yazılıb. Ölkədə keçirilən bütün seçki proseslərində uğur qazanan YAP-a xalqın dəstəyi böyükdür. Təkcə Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir səhifəni əlavə edən 11 aprel 2018-ci il prezident seçkilərini yada salmaq kifayətdir. Cənab İlham Əliyevin son 16 ildə gör-düyü işlər, hər vədini konkret əməli işdə təsdiqləməsi onun 2008, 2013 və 2018-ci il prezident seçkilərində qələbəsini təmin etməsini şərtəndirib. 11 aprel 2018-ci il prezident seçkilərində seçicilərin 74 faizdən çox səsini qazanaraq növbəti 7 il üçün ölkəmizə rəhbərliyini təmin edən dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimində bildirmişdir: “Son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə

üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmı-şıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı on-dan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

2018-ci il prezident seçkilərindən ötən bir ildən artıq dövrdə Azərbaycanın iqtisadi, siyasi, humanitar, xarici siyasət sahəsində qazandığı uğurlar göz önündədir. Bu gün Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olu-nur. Ölkəmizin bu günlərdə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olundu-ğu ən böyük siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII

Zirvə Görüşünə evsahibliyi etməsi və sonda qəbul olunan sənəddə Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin dəstəklənməsi mühüm diplomatik uğurlarımız sı-rasındadır. Həmçinin dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussi-ya Klubunun “Şərq şəfəqləri və dünya siyasi quruluşu” mövzu-sunda XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində çıxışı Ermənistana və onun havadarla-rına ciddi mesaj olmaqla yanaşı,

Azərbaycanın böyük diplomatik uğuru kimi dəyərləndirildi. “Qa-rabağ Azərbaycandır və nida işarəsi” bəyanatı dövlətimizin dəyişməz mövqeyinin bir daha dünyaya təqdimatı oldu. Bu kimi önəmli tədbirlərin davamı olaraq Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə evsahibliyi və bütün türk dünyasına birlik, həmrəylik mesajı-nın Azərbaycandan ünvanlanması ölkəmizin regionda və dünyada artan nüfuzuna bir daha işıq saldı.

Bu gün Azərbaycan dünyada tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi tanınır. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi multikulturalizmin dövlət siyasətinin əsası olduğunu bir daha təsdiqlədi.

Ulu öndər Heydər Əliyevin si-yasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları, gələcəyə hesablanmış inkişaf stra-tegiyası Azərbaycana daha böyük uğurlar qazandıracaq.

Ölkəmiz bu il növbəti bələdiyyə seçkiləri ərəfəsindədir. Hər bir seçki prosesindən uğurla çıxan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbə qazanacağı şəksizdir. Seçki kampaniyasının hər bir mərhələsini demokratik prinsiplərin, seçki qanunverici-liyinin tələblərinə uyğun həyata keçirən Yeni Azərbaycan Partiya-sının hər bir üzvü xüsusi fəallıq nümayiş etdirir, “Xalqa xidmət” devizi altında seçki kampaniya-sını uğurla başa çatdıracaqla-rına əmindir. Bu əminliyə əsas verən partiyanın zəngin seçki təcrübəsi, ən əsası ölkə Preziden-ti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi siyasətin nəticəsində əldə olunan uğurlardır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək xalqa, dövlətə xidmət etmək deməkdir. Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixində qoyduğu izlər, gördüyü işlər, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi üçün yaratdığı möhkəm təməl bundan sonra da ölkəmizə davamlı uğurlar qazandıracaq. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir: “Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük fenomendir. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur”.

Təbii ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, sözlə əməl birliyini, monolitli-yini qoruyan Yeni Azərbaycan Partiyasının 27 ildə əldə etdiyi uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Bu 27 illik şərəfli yolu dövlətimizin başçısı İlham Əliyevin partiya-nın yaradılmasının 25 illiyinə həsr olunan təntənəli yubiley mərasimində söylədiyi bu fikirlərlə ümumiləşdirmək istərdim: “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün parti-yamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götü-rür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inki-şafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var”.

21 noyabr 2019-cu il, cümə axşamı4Müasir müstəqil Azərbaycan dövlətinin

qurucusu, ulu öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısında xidmətlərindən bəhs edərkən müstəqillik

tariximizin bələdçisi olan, bu gün nəinki ölkəmizin, eləcə də, regionun aparıcı siyasi təşkilatına çevrilən, nüfuz qazanan Yeni Azərbaycan Partiya-sının yaradılmasını xüsusi qeyd etməliyik. Dahi şəxsiyyət Heydər Əliyevin “Yeni Azərbaycan Parti-yası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, partiyanın gələcək inkişaf yoluna işıq salır.

YENI AZƏRBAYCAN PARTIYASI – Azərbaycanın müasir tarixində böyük fenomen

Siyavuş NOVRUZOV, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri

Page 5: Prezident İlham ƏLİYEVxalqqazeti.com/pdf/Sayt 21 noyabr.pdf · 2019-11-20 · İsveçrə istehsalı olan və dünya miqyasında ən gözəl və təhlükəsiz “Ştadler” vaqonları

Ölkəmizin dünya siyasi və mədəni arenasında növbəti böyük uğuru

Bu gün ölkəmizdə “Bakı prosesi” çərçivəsində bir sıra beynəlxalq tədbirlər keçirilir. Azərbaycan multikulturalizm ideyalarının təbliği işində dünya miqyasında çox önəmli rol oynayır. Ölkəmizdə uzun illərdir ki, müxtəlif dinlərə mənsub in-sanlar mehribanlıq şəraitində ya-şayır, öz dini dəyərlərini yüksək səviyyədə qoruyur, ibadətlərini icra edir, Vətənimizin inkişafına öz dəyərli töhfələrini verirlər.

Prezident İlham Əliyevin Dünya dini liderlərinin II Bakı sammitinin və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allah-şükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə sərəncamlarından irəli gələn tədbirdə dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və

təmsilçilərinin, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsinin, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərlərinin iştirakı, eyni za-manda, ölkəmizə verilən dəyərin göstəricisidir.

Bakıda noyabrın 14-15-də keçirilən Dünya dini liderlərinin II sammiti çərçivəsində tanınmış dini liderlər, ictimai-siyasi

xadimlər, dövlət rəsmiləri, nü-fuzlu alim və ziyalılar arasında multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu, Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və icti-mai xadim kimi sivilizasiyalar-arası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi, ksenofobiya, islamofobiya və digər mövzular-da fikir mübadiləsi aparılması, insanlar arasında həmrəylik ya-ratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolunun müzakirəsi böyük əhəmiyyət kəsb edir.

Heç şübhəsiz ki, Bakı sam-miti dünya dini liderlərinin birgə fəaliyyəti nəticəsində dinlərarası və millətlərarası əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verəcəkdir.

Ceyhun MƏMMƏDOV, Azərbaycan İlahiyyat İnstitutunun rektoru

Din xadimləri milli, dini və irqi dözümsüzlüyə qarşı öz səsini ucaltmalıdırlar

Sammitlə bağlı təəssüratlarını bölüşən İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkman bildirib:

– Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə mü-hüm təşəbbüslə çıxış edərək, dini liderləri, çoxsaylı din və

elm xadimlərini Bakıya topladı və dünyaya daha bir sülh və sabitlik, tolerantlıq və tərəqqi mesajı verdi. Hesab edirəm ki, Azərbaycan bu cür tədbirlərlə dünyada dinlərarası dialoqa və bu gün çox böyük ehtiyac duyulan sülh işinə əvəzsiz töhfələr bəxş edir. Prezi-dent İlham Əliyev təkcə bu

istiqamətdəki fəaliyyətinə görə hədsiz hörmətə və ehtirama layiqdir.

Azərbaycan Prezidenti İranla münasibətlərin yüksək səviyyəyə qaldırılması üçün də həmişə mühüm addımlar atıb. Mənim və digər iranlı nümayəndələrin Dünya dini liderlərinin II sammitinə dəvət

olunması da əlaqələrimizin yüksək səviyyəsindən xəbər verir.

Bakı sammitində dünyanın hər yerindən gəlmiş nüfuzlu din xadimləri xalqları narahat edən problemlərlə, qonşu ölkələrdə baş vermiş və böyük insan tələfatı ilə nəticələnmiş münaqişələrlə bağlı geniş müzakirələr apardılar. Elə Azərbaycanın özü də işğal faktı ilə üzləşib. Bu barədə Prezident İlham Əliyev öz nitqində geniş məlumat verdi. Azərbaycan problemin sülh yolu ilə, insan itkisi olmadan həlli üçün bacardığını edir. Biz din xadimləri də milli, dini və irqi dözümsüzlüyə qarşı öz səsimizi ucaltmalıyıq.

Söhbəti yazdı: Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

Dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycanda siviliza-siyalararası və dinlərarası dialoqa töhfə

verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Azərbaycanın dinlərarası, xalqlararası və millətlərarası münasibətlərinin təbliği üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Bakı prosesi” hazırda dünyada böyük şöhrət qazanıb.

Bakıda Dünya dini liderlərinin II sammi-ti başa çatıb. Amma tədbirdə iştirak etmiş din xadimləri Şeyxülislam Allah-şükür Paşazadənin anadan olmasının

70 illiyi və fəaliyyətinin 40 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilmiş sammitlə bağlı fikirlərini bölüşməkdə davam edirlər. Dünyanın 70 ölkəsindən siyasi, ictimai, elm və din xadimlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, dini konfessiya və təriqət liderlərinin qatıldıqları tədbirdə multikulturalizm, tolerantlıq və dinlərarası həmrəylik kimi mühüm məsələlər müzakirə edilib.

Türkiyənin ingilis dilində yayımlanan “TRT WORLD” televiziya kanalının ha-zırladığı silsilə reportajlar bu qəbildəndir. Kanalın müxbiri Yasin Ekenin Bakıdan verdiyi reportajlardan birində Dünya dini liderlərinin II sammitində iştirak etmiş bir sıra din xadimlərinin fikirlərinə yer ayrılıb. Reportajda əsrlərboyu müxtəlif dinlərin qarşıdurmalara səbəb olması vurğula-nır və bəzi münaqişələrin ədalətli həllini indiyəcən tapmaması qeyd edilir. Tədbir iştirakçıları Bakı sammitinin bütün dünya-ya yaxşı nümunə olacağına ümid edirlər.

İsveçli keşiş Lennart Koskinen vur-ğulayıb ki, sammit böyük bir hadisənin başlanğıcı ola bilər və tədbir iştirakçılarının əksəriyyəti bu ideyaları, metodologiyanı öz vətənində təşviq etməyə çalışacaq. Re-portajda qeyd edilir ki, tolerantlıq, müxtəlif dini, etnik azlıqlar arasında birgəyaşayış prinsiplərinin qorunması Azərbaycanın dövlət siyasətidir. Azərbaycan dünyəvi dövlətdir, amma ölkənin məhz bu siyasəti onu digərlərindən fərqləndirir.

Yasin Erken reportajında deyib ki, Azərbaycan çoxsaylı müxtəlif dini qrupla-rın vətəni olsa da, əhalinin təxminən 95 faizi müsəlmandır. Onların da əksəriyyəti şiə olsa da, sünnilər də az deyil. Müxtəlif ölkələrdə bu qruplar arasındakı ziddiyyət, adətən, zorakılıqlara səbəb olur, Azərbaycanda isə belə bir problem yoxdur.

Reportajda, həmçinin din xadimi Ceyhun Rüstəmovun fikirlərinə də yer ayrılıb: “Təəssüf ki, bu gün dünyada siyasi məqsədlərə nail olunmasında dindən də sui-istifadə edilir. Azərbaycanla bağlı

isə bunu demək olmaz. Biz xeyirin elə müxtəliflikdə olduğunu bilirik. Nəticədə öz aramızda birlik yarada bilmişik”.

Müəllif qeyd edir ki, Azərbaycanda birgəyaşayışla tolerantlıq dəyərləri təkcə dövlət tərəfindən qorunmur, həm də dini liderlər, ictimai xadimlər tərəfindən mühafizə edilir. Odur ki, belə sammitlər dünyada qarşılıqlı anlaşmanın təşviqinə töhfə vermək üçün həyati əhəmiyyət kəsb edir.

“TRT WORLD” televiziya kanalının hazırladığı digər reportajda isə Heydər məscidində şiə və sünnilərin birgə ibadəti, vəhdət namazı qılması, müxtəlif məzhəblər arasında Azərbaycanda mövcud olan qar-şılıqlı anlaşma və həmrəyliyin bütün dünya üçün nümunə olması vurğulanır.

Qeyd edilir ki, Heydər məscidi nəinki ölkənin, eləcə də Qafqazın ən böyük məscidlərindən biridir. “Bu məscid artıq sülh, tolerantlıq və həmrəylik rəmzinə çev-rilib. Həm sünni, həm də şiə məzhəbindən olanlar hər cümə günü birgə ibadət edirlər”. Türk müxbirlə söhbətlərində bunu ibadət edənlər də təsdiqləyiblər: “Bizim məscidimiz unikaldır, hər kəs bərabərdir, fərqi yoxdur, şiəsən, yoxsa sünni. Bu, bizim həyat tərzimizdir və həmişə də belə olacaq”.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun “Eurac-tiv” nəşrinə müsahibəsi isə Azərbaycanda miqrasiya ilə bağlı son illərdə görülən işləri əhatə edir. O, müsahibəsində bildirib ki, Azərbaycanın qanunsuz miqrasiya üçün tranzit ölkəyə çevrilməsi ehtimalı yoxdur.

Çünki Azərbaycan hökuməti beynəlxalq insan alveri şəbəkələrinin ölkədən keçən marşrutdan istifadəsinə imkan vermir. V.Hüseynov deyib ki, Azərbaycan Dövlət Miqrasiya Xidməti vizaların müddətinin uzadılması, qısamüddətli və uzunmüddətli yaşayış icazələrinin verilməsi, iş icazəsi, vətəndaşlıq, həmçinin Avropa İttifaqına (Aİ) üzv ölkələr və digər dövlətlərlə imza-lanmış müvafiq sazişlərə əsasən read-missiya məsələlərinin həlli ilə məşğul olur, eyni zamanda, qeyri-qanuni miqrasiya ilə mübarizə aparır.

Azərbaycanın Aİ ilə getdikcə daha çox yaxınlaşdığını vurğulayan Vüsal Hüseynov bunun turizm sahəsində də müşahidə edil-diyini bildirib. Vətəndaşların səyahət zama-nı hansısa çətinliklə qarşılaşmaması üçün dövlət orqanlarının əlindən gələni etdiyini vurğulayıb. O, bunun üçün Azərbaycanda “ASAN viza” adlanan elektron viza tətbiqinin istifadəyə verildiyini bildirib. Bu xidmət əcnəbilərə 3 saata, bəzən daha az müddətə viza əldə etmək imkanı verir.

İnsan alveri ilə məşğul olan beynəlxalq cinayətkar dəstələrin fəaliyyətinə to-xunan Vüsal Hüseynov belə halların çox olmadığını, mövcud olanların isə müəyyənləşdirildiyini, lazımi tədbirlərin görüldüyünü qeyd edib. Bildirib ki, Azərbaycanda təhlükəsizlik tədbirləri yaxşı təşkil edilib. Belə halların aşkar-lanması üçün kifayət qədər imkanlarımız var: “Əlbəttə, bu, bir az önləyici xarakter daşıyır. Odur ki, Azərbaycandan tranzit ölkə kimi istifadə etmək niyyətində olanlar bilirlər ki, belə imkanlar çox məhduddur. Azərbaycanda hüquq-mühafizə sistemi çox güclüdür. Bəlkə də belə qüvvələr Av-ropaya səfər planı ilə bağlı xəritəyə baxan zaman Azərbaycanı mümkün marşrut kimi nəzərdən keçirmirlər”.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

Dünya mediası Azərbaycan haqqında Son günlər dünya mediasının Azərbaycanla bağlı yayımladığı məqalələr,

televiziya reportajları arasında aktual mövzu ölkəmizin evsahibliyi et-diyi Dünya dini liderlərinin ikinci sammiti, eləcə də bu tədbirin fonunda ölkəmizin tolerantlıq və multikultural ənənələri, İslamın barış və həmrəylik dini olması, müxtəlif məzhəbli müsəlmanlar arasında həmrəylik çağırışları üstünlük təşkil edir.

� AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin hazırda Polşada yaşayan nəticəsi Martin Cavanşiri və kötücəsi Pşemislav Cavanşiri ilə görüşüb. Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Cəlil Məmmədqulu-zadənin zəngin ədəbi-bədii yaradıcılığından danışan akademik Ramiz Mehdiyev bildirib ki, görkəmli yazıçının Azərbaycan xalqı qarşısında böyük xidmətləri vardır. Mirzə Cəlil hekayə və dramlarında, publisistik əsərlərində Azərbaycan xalqının inkişafına çalışıb, milli istiqlal uğrunda mübarizə aparıb. Ədib haqqında çoxsaylı kitablar, əsərlər və məqalələr yazılıb.

AMEA-nın prezidenti müasir dövrdə Polşa ilə Azərbaycan arasında

müxtəlif sferalarda əlaqələrin olduğunu deyib. Həmçinin qeyd edib ki, polşalılar uzun illər Azərbaycanda yaşayıb-yaradıb, polşalı memarlar tarixi binalar tikiblər.

Akademik Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının tapılması istiqamətində uzun illər araşdırmaların aparıldığını bildirib. Qeyd edib ki, onların səfəri zamanı ulu babaları Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı ilə tanış olmaq üçün lazımi şərait yaradılmışdır.

Sonra akademik Ramiz Mehdiyev qonaqlara Naxçıvan xalçası hədiyyə edib.

Daha sonra çıxış edən Martin Cavanşiri Azərbaycana dair təəssüratlarını bölüşüb. O, ölkəmizə ilk dəfədir səfər etdiyini və böyük maraqla

qarşılandığını deyərək, ulu babasının Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilməsinin son dərəcə təsirli və həyəcanlı, eyni zamanda, qürurverici hadisə olduğunu vurğulayıb. Bundan əlavə, o, Polşaya qayıdan zaman Azərbaycan və burada öyrəndikləri

haqqında xoş təəssüratlarını ailəsinə, yaxın qohumlarına və geniş ictimaiyyətə çatdıracağını bildirib.

Martin Cavanşiri onları AMEA-da qəbul etdiyinə görə akademik Ramiz Mehdiyevə dərin minnətdarlığını ifadə edib.

Milli Məclisin komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam etdirilib

Milli Məclis sədrinin müavini, İnsan hü-quqları komitəsinin sədri Bahar Muradova “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib.

Bahar Muradovanın sözlərinə görə, sosial-iqtisadi islahatlar, inkişafın bütün parametrləri üzrə qarşıya qoyulan vəzifələr, hökumətin vətəndaşlar qarşısındakı öhdəlikləri sahəsindəki hədəflərə çatmaq üçün gəlinən ümumi qənaət ondan ibarətdir ki, 2020-ci ilin büdcə paketinə daxil olan sənədlər və nəzərdə tutulan imkanlar bütün bu proseslərin həyata keçirilməsini təmin edəcək. Bir sözlə, gələn ilin inkişaf parametrlərinə tam uyğun şəkildə hazırlanan dövlət büdcəsi respublikamızın iqtisadi yüksəlişinə, əhalinin sosial rifahının daha da gücləndirilməsinə, mədəni və huma-nitar sahələrdə görülən işlərə, o cümlədən ölkəmizin müdafiə qabiliyyətinin və ordumu-zun döyüş imkanlarının daha da artırılmasına xidmət edəcək.

Qeyd olunub ki, gələn ilin dövlət büdcəsinin icrasından gözləntilər həm də qeyri-neft sektorundan daxilolmaların art-ması və bunun da nəticəsində büdcədə neft amilindən asılılığın azaldılmasıdır. Həyata keçirilən islahatlar və qarşıya qoyulan vəzifələr onu deməyə imkan verir ki, gələn il vergi daxilolmaları artacaq. Xüsusilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsindəki proseslər nəzərdə tutulan hədəflərə çatmağı təmin edəcək. Bütün bunlar həm də biznesin, orta sahibkarlığın inkişafına dəstək verəcək. Eyni zamanda, büdcədən ayrılan xərclərin səmərəliliyinin artırılması, şəffaflığın və hesa-batlılığın təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılacaq.

Bahar Muradova onu da qeyd edib ki, regional inkişaf, bölgələrdə məşğulluğun təmin olunması, kənd təsərrüfatının inki-şafına dair prioritetlərin yerinə yetirilməsi, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət edəcək istiqamətlərdə siyasətin həyata keçirilməsi ilə bağlı məsələlərin yüksək səviyyədə maliyyələşməsi büdcə paketində nəzərə alınıb.

Sonra çıxış edən Maliyyə nazirinin birin-ci müavini İlqar Fətizadə bildirib ki, 2020-ci ilin dövlət və icmal büdcələrinin layihələri

Prezident İlham Əliyevin müəyyən etdiyi və Azərbaycan iqtisadiyyatının yeni makroiqtisadi reallıqlarını özündə əks etdirən strateji inkişaf prioritetləri və ölkənin sosial-iqtisadi hədəfləri nəzərə alınmaqla tərtib olunub. Qeyd edilib ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat, xərcləri isə 26 milyard 913,7 milyon manat məbləğində proqnozlaşdırılır. 2020-ci ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə dövlət büdcəsi xərclərinin 64,2 faizi həcmində və ya 17 milyard 275,9 milyon manat, əsaslı xərclərə 29 faizi həcmində və ya 7 milyard 809,6 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 6,8 faizi həcmində və ya 1 mil-yard 828,2 milyon manat vəsait yönəldiləcək.

Nazir müavini bildirib ki, növbəti ildə sosialyönümlü xərclərin məbləği 10 milyard 642 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 2 milyard 874 milyon manat və ya 37 faiz çoxdur. O da diqqətə çatdırılıb ki, plenar iclasda və komitələrdə deputatların qal-dırdığı məsələlər Maliyyə Nazirliyi tərəfindən öyrənilir. Plenar iclasda deputatların toxunduq-ları məsələlər cavablandırılacaq.

İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın büdcə layihəsi barədə müsbət rəyini diqqətə çatdırıb və layihənin ikinci oxunuşda plenar iclasın müzakirəsinə verilməyə hazır olduğunu qeyd edib.

Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatları Fazil Mustafa, Asim Mollazadə, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Tahir Kərimli, Çingiz Qənizadə, Şahin İsmayılov, Sona Əliyeva, Naqif Həmzəyev, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov büdcə layihəsi barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.

Maliyyə nazirinin müavini İlqar Fətizadə səsləndirilən təkliflərə münasibətini bildirdikdən sonra “Azərbaycan Respublikası-nın 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

AZƏRTAC

Noyabrın 20-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və Gənclər və idman komitələrinin birgə

iclası keçirilib.

MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının növbəti iclası Bakıda keçiriləcək

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov 2020-ci il üçün MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib. Şuranın növbəti iclasının Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

Noyabrın 20-də Moskvada MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının XXVI iclası keçirilib. İclasda Azərbaycanın İqtisadiy-yat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Rusiya Federal Vergi Xidmətinin sədrliyi ilə keçən iclas “Rəqəmsal iqtisadiyyatın MDB ölkələrində vergi sisteminin inkişafına təsiri. Vergi inzibat-çılığında elektron xidmətlər və onların rəqəmsal çatdırılma kanalları” mövzu-suna həsr olunub.

Açılış mərasimində Rusiya Prezi-denti Vladimir Putinin iclas iştirakçıları-na ünvanladığı təbrik məktubu oxunub. Məktubda qeyd edilir ki, MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurası vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi, vergi sistemlərinin işinin və fiskal siyasətin

səmərəliliyinin təhlili üçün sanballı platformadır. Rusiya Prezidenti əmin olduğunu bildirib ki, iclas iştirakçılarının aparacağı fikir mübadiləsi və qəbul edəcəyi qərarlar Birlik ölkələrində sahib-karlığın inkişafına, investisiyaların cəlb edilməsi üçün komfortlu şərtlərin irəli sürülməsinə şərait yaradacaq.

İclasda İqtisadiyyat naziri Mika-yıl Cabbarov MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib. Şuranın növbəti iclasının Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

Nazir Mikayıl Cabbarov “Beynəlxalq meyillərin Azərbaycan vergi sisteminə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Nazir ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə aparılan islahatlardan, MDB məkanında iqtisadi sahədə, o cümlədən vergilər

sahəsində əməkdaşlıqdan danışıb. Nazir jurnalistlərə müsahibəsində

qeyd edib ki, hazırda qlobal səviyyədə vergi siyasətində kifayət qədər ciddi dəyişikliklər baş verir. “Bunun baş-lıca səbəbi rəqəmsal iqtisadiyyatın gündəmə gəlməsidir. Ənənəvi iqtisadi fəaliyyətin vergiyə cəlb edilməsi üçün son 100 ildə mövcud alətlər, qanun-vericilik bu gün kifayət qədər sürətlə yenilənməlidir, çünki yeni iqtisadiyyatı təmsil edən elektron ticarət və elektron xidmətlərlə məşğul olan yerli və xarici şirkətlər tamamilə başqa iqti-sadi modellərə və prinsiplərə uyğun olaraq fəaliyyət göstərirlər. Bu məsələ yalnız Azərbaycan vergi sistemi üçün deyil, ümumilikdə qlobal vergi çağırışı kimi qiymətləndirilir. Təsadüfi deyil ki, Əlaqələndirmə Şurasının builki iclası məhz rəqəmsal iqtisadiyyat dövründə vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunub”, - deyə nazir bildirib.

Rusiya ilə Azərbaycan arasında iq-tisadi əlaqələrin son illər genişləndiyini diqqətə çatdıran M.Cabbarov vur-ğulayıb ki, Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artdığını qeyd edən nazir bildirib ki, bu ilin ilk 9 ayının nəticələrinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 20 faiz artıb. O deyib: “Qeyri-neft sektorunun inkişafı, nəqliyyat əlaqələrinin genişləndirilməsi, ölkəmizdə Prezident İlham Əliyevin siyasəti nəticəsində inşa edilmiş müasir liman infrastrukturu, dəmir yolu şəbəkələri, logistika mərkəzlərinin daha çox fayda gətirməsi üçün Rusiya kimi böyük bir ölkə ilə əlaqələrimiz getdikcə daha dərinləşəcək”.

İclasın işində Rusiya Baş Nazirinin birinci müavini Anton Siluanov iştirak edib. İştirakçılar yeni informasiya texno-logiyalarının tətbiqi və yeni layihələrin həyata keçirilməsi vasitəsilə vergi inzi-batçılığının təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsi aparıblar.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Akademik Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüşüb

21 noyabr 2019-cu il, cümə axşamı 5

Page 6: Prezident İlham ƏLİYEVxalqqazeti.com/pdf/Sayt 21 noyabr.pdf · 2019-11-20 · İsveçrə istehsalı olan və dünya miqyasında ən gözəl və təhlükəsiz “Ştadler” vaqonları

Müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin şəffaf, de-mokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun sağlamlaşdırılması məsələləri ötən dövrdə ölkəmizdə xüsusi diqqət mərkəzində olmuşdur. Xatırlat-maq yerinə düşər ki, müstəqillik illərində yeni dövrün tələblərinə cavab verən üçpilləli məhkəmə sisteminin yaradılması, məhkəmə orqanlarının müstəqillıyinin təmin edilməsi üçün hakimlərin şəffaf və demokratik yolla– test üsu-lu ilə seçilməsinin əsası hələ 2000-ci ildə ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə qoyulmuşdur. Məhz həmin il hakimliyə namizədlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi məqsədilə test üsulu ilə imtahanın və şifahi müsabiqənin keçirilməsi təmin edilmiş, hakim korpusu yenilənmişdir.

Bu islahatları son 16 ildə inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırıl-ması işi davam etdirilir. 2004-cü ildən başlayaraq, Azərbaycan–Avropa Şurası birgə işçi qrup-ları yaradılaraq onun tərkibinə nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində “Məhkəmələr və hakimlər haq-qında” qanun əsaslı şəkildə yenilənmiş, “Məhkəmə-Hüquq Şurası haqqında” yeni qanun, Hakimlərin Seçki Komitəsi haqqın-da Əsasnamə, Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları, Hakimlərin Etik Davranış Kodek-si, eləcə də məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul olunmuşdur və ardıcıl və uğurla tətbiq olunmaq-dadır.

Məhkəmələrin iş yükünün azaldılması, işlərə vaxtında nəzərdə tutulmuş qaydada və vaxtda baxılması məqsədilə məhkəmələrdə hakimlərin sayının artırılması da diqqət mərkəzində olmuşdur. Son 15 ildə hakimlərin sayı 2 dəfə, məhkəmə işçilərinin

sayı 75 faiz artırılmış, hər bir hakimə köməkçi ayrılmışdır. Res-publika üzrə hakimlərin sayının 600 nəfər müəyyən olunması ədalət mühakiməsinin keyfiyyətini daha da yüksəldilməsinə xidmət etmişdir. Bundan başqa, son illər hakimlərin müddətsiz– son yaş həddinədək təyinatı,

fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsinin demokratik əsasları təsbit olunmuşdur.

Məhkəmə-Hüquq Şurası-nın rəhbəri, ədliyyə naziri Fikrət Məmmədovun yüksək təşkilatçılığı ilə hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin daha şəffaf, obyektiv, çevik mexanizmlərinin müəyyənləşdirilməsi ədalət mühakiməsinin səmərəliliyini və keyfiyyətini artırmışdır. Ədalətli qiymətləndirmələr, təyinatlar nəticəsində cəmiyyətin məhkəmələrə olan inamı möhkəmlənmiş, ölkəmizin beynəlxalq imici yüksəmişdir. Qürurverici haldır ki, Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) Azərbaycanda hakimlərin seçimi prosesini bilavasitə izləməklə ölkəmizin təcrübəsini digər Avropa dövlətlərinə örnək kimi göstərmişdir.

Regionların sosial-iqtisadi inkişafına xidmət edən tədbirlərin genişləndirilməsi ilə paralel bölgələrdə yaşayan əhalinin məhkəmələrə müraciət imkanları-nın genişləndirilməsi və səmərəli

məhkəmə müdafiəsi mexanizmləri də təmin edilmişdir. Ümumilikdə, son 10 il ərzində ölkəmizdə 20-dək yeni regional məhkəmələr, o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi və hərbi məhkəmələr fəaliyyətə başlamışdır.

Məhkəmələrin fəaliyyətində müasir informasiya texnologiyala-

rının geniş tətbiqi də aparılan isla-hatların mühüm istiqamətlərindən birini təşkil edir. Vətəndaşların məhkəmələrə müraciətlərinin sadələşdirilməsi, elektron xidmətlərin təşkili məqsədilə bütün məhkəmələri əhatə edən vahid internet portalı yaradılmışdır. Bun-dan əlavə, “Elektron Məhkəmə” İnformasiya Sisteminin tətbiqi də məhkəmələrin iş rejiminin müasirləşdirilməsi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Son dövrdə Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə məhkəmələrin yeni bina və in-ventarla təmini, onların iş şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılmışdır.

Dünya Bankının dəstəyi ilə Ədliyyə Nazirliyinin uğurla həyata keçirdiyi “Ədliyyə sis-teminin müasirləşdirilməsi” layihəsi çərçivəsində son 10 ildə Bakı şəhərinin Yasamal, Sabunçu, Nərimanov məhkəmə komplekslərinin, eləcə də Şəki, Gəncə, Oğuz, Gədəbəy, Quba və İmişli rayon məhkəmələrinin yeni binaları istifadəyə verilmişdir. Bunun nəticəsi kimi, Dünya Bankı Azərbaycanda ədliyyə sahəsindəki bu yeniliyi ən uğurlu layihələrindən biri kimi qiymətləndirmiş və “Vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədilə müasir infrastrukturun yaradılma-

sı” nominasiyasının qalibi elan etmişdir.

Həyata keçirilən məhkəmə-hüquq islahatlarının önəmli tərkib hissəsi olaraq son illər cəza siyasətinin humanistləşdirilməsi məsələsi də diqqət mərkəzindədir. Dövlət başçısının 10 fevral 2017-ci il tarixli sərəncamı əsasında Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidmətinin yaradılması bu baxımdan son dərəcə əhəmiyyətli olmuş-dur. Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə ötən dövrdə Ədliyyə Nazirliyi komp-leks tədbirlər gerçəkləşdirmiş, o cümlədən aidiyyəti qurumlar-la birgə işçi qrupu yaradılaraq

beynəlxalq təcrübə öyrənilməklə, bu sahədə qanunvericilik və məhkəmə-istintaq təcrübəsi təhlil olunmuşdur. Bundan əlavə, cəza siyasətinin humanistləşdirilməsi, elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə mühüm dəyişikliklər edilmiş, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə dəyişikliklərlə bağlı qanun layihələri hazır-lanmışdır. Cinayət Məcəlləsinə 300-dək dəyişiklik edilmiş, müvafiq maddələrdə azadlıq-dan məhrumetmə ilə yanaşı, yüksək məbləğlərdə cərimə cəzası da tətbiq olunmuş, cinayət

tərkiblərinin məcəllədən çıxarılma-sı yolu ilə bəzi əməllər dekriminal-laşdırılmışdır.

Ölkənin davamlı tərəqqisinin təmin edilməsi, islahatların sürətləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlər Azərbaycan Respublikası Prezi-dentinin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanının imzalan-masını da şərtləndirmişdir. Bu fərman məhkəmə-hüquq sistemi-nin inkişafında yeni mərhələnin başlanmasının və məhkəmə-hüquq islahatlarının davamlılığının real göstəricisi olmaqla, müvafiq “strateji yol xəritəsi” rolunu oynayır.

Həmin sənədin başlıca məqsədi müasir dövrün tələblərinə cavab verən və cəmiyyətdə yüksək nüfuz qazanan ədalət mühakiməsinin formalaşdırılması prosesinin sürətləndirilməsidir.

Fərmanla Azərbaycan Res-publikasının bütün məhkəmə sədrlərinə və hakimlərinə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə eti-madın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanun-çuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər mühüm

prinsiplərinə dönmədən riayət etmək tövsiyə olunmuşdur. Eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinə, Baş Prokurorlu-ğa və Ədliyyə Nazirliyinə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaş-dırılması üzrə tədbirləri davam etdirmək məqsədilə müvafiq qanun layihələrini hazırlamaq tapşırılmışdır. Sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, meydana çıxan mübahisələrə dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin baxma-sının təmin edilməsi məqsədilə ix-tisaslaşmış yeni məhkəmənin ya-radılması da qeyd edilən fərmanın əhəmiyyətini artırır. Qarşıya qoyul-muş vəzifələrin reallaşdırılması, şübhəsiz, hakimlərin fəaliyyətinin səmərəliliyini və keyfiyyətini təmin edəcək, cəmiyyətdə məhkəmələrə etimadı daha da gücləndirəcəkdir.

Ölkə Prezidentinin 19 iyul 2019-cu il tarixli sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə Nax-çıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr

yaradılmışdır. 2020-ci ilin yanvar ayının 1-dən fəaliyyətə baş-layacaq həmin məhkəmələrin müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının formalaşdırılması üzrə tədbirlər görülür. Yeni məhkəmələrin yara-dılması, şübhəsiz, Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rolu olan iş adamlarının qanu-ni mənafelərinin ixtisaslaşmış məhkəmələrdə daha etibarlı müdafiəsinə təminat yaradacaq, ümumən, biznes mühitinin liberal-laşmasını təmin edəcəkdir.

Xatırladaq ki, Azərbaycan Respublikasının məhkəmə

sisteminə daxil olan məhkəmələr üzrə hakimlərinin sayının 200 nəfər artırılması hakimlərin iş yükünün azalmasına, məhkəmə qərarlarının, bütövlükdə, ədalət mühakiməsinin keyfiyyətinin yüksəlməsinə müsbət təsirini göstərəcəkdir. Artıq həmin ştatla-rın məhkəmələr, o cümlədən yeni yaradılmış kommersiya və inzibati məhkəmələr üzrə bölüşdürülməsi ilə bağlı müvafiq qərar qəbul olun-muşdur.

Bütün bunlar bir daha təsdiqləyir ki, bu günlərdə ya-ranmasının 101-ci ildönümünü qeyd edən Azərbaycanın ədliyyə və məhkəmə orqanları davamlı müasirləşmə və inkişaf yolun-dadır. Yeni dövrün tələblərinə müvafiq olaraq ölkəmizdə ar-dıcıl və sistemli şəkildə həyata keçirilən islahatlar milli ədliyyə sistemi və məhkəmə orqanları-nın fəaliyyətində də əsaslı dönüş yaradır, onların dövlətin hüquq sistemindəki layiqli mövqeyini təmin edir.

Abbas RZAYEV, Binəqədi Rayon

Məhkəməsinin hakimi

Azərbaycan dövlətçiliyinin inkişaf tarixində də yeni mərhələ kimi qalan bu dövrdə ədliyyə or-qanlarının sabit fəaliyyəti təmin edilmiş və onun gələcək inkişafı, milli kadrların yetişməsi üçün əlverişli zəmin yaranmışdır. Ədliyyə Nazirliyinin mühüm bir qurum olaraq müstəqil hüquq siyasətinin formalaşmasında iş-tirakı isə, əlbəttə, Azərbaycanın XX əsrin sonunda yenidən müstəqillik qazanmasından və xüsusilə, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra başlamışdır.

Xatırladım ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyi elan olunduqdan sonrakı ilk illərdə müstəqil dövlətçiliyin normativ-hüquqi aktlarının qəbul edilməsi prosesi çox ləng gedirdi. Yaxın tarix də aydın göstərir ki, 1993-cü ilin birinci yarısına qədər müasir müstəqil dövlətin hüquqi bazasının formalaşdırılması istiqamətində elə bir ciddi addım atılmamış-dı. Qeyd etdiyimiz bu dövrdə müstəqil Azərbaycanın əsas hüquqi sənədi olan Azərbaycan Respublikasının Konstitutsiya-sı barədə belə, ümumiyyətlə, söhbət getmirdi.

Lakin 1993-cü ildə, ilk növbədə, xalqını, ölkəsini, müstəqil Azərbaycan dövlətçiliyini xilas etmək mis-siyası ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa bir zamanda qarşıda duran vəzifələri böyük siyasi ustalıqla yoluna qoyaraq dünyəvi dəyərlər əsasında müstəqil dövlət quruculuğuna başladı. Bu işlər və həyata keçirilən vəzifələr sırasında 1995-ci il noyabrın 12-də referendum–ümüm-xalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası-nın qəbul edilməsi gələcək hüqu-

qi islahatlar üçün çox mühüm bir bazisə çevrildi. Ümummilli lider bu hadisənin mahiyyətini açıqla-yaraq demişdir: “Yeni Konstitu-siya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, de-mokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bi-zim borcumuz bu təlimatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət ya-ratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.

Hüquqi islahatlar dövlətçiliyin formalaşmasının bir çox mühüm istiqamətlərinin, vətəndaş cəmiyyətinin tamamilə inkişaf etməsinin təmin olun-masını nəzərdə tutduğu üçün ümummilli lider Heydər Əliyev bu sahəni xüsusilə diqqətdə saxlayır və islahatların mərhələli şəkildə, ləngimədən həyata keçirilməsinə çalışırdı. Ulu öndər hüquqi islahatların qarşısında duran vəzifələrin mahiyyətini – ölkədə qanunların aliliyinə əsaslanan möhkəm və etibarlı birgəyaşayış qayda-larının və sabitliyin bərqərar olunması ilə bağlı olan çoxşaxəli mürəkkəb problemlər oldu-ğunu bilirdi. Bu problemlərin həlli isə insan hüquqları

uğrunda çoxəsrlik mübarizədə əldə olunan dünya hüquq mədəniyyətinin əsas mənbəyinə gedib çıxmağı tələb edirdi.

Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu vəzifələrinin davamlı şəkildə həyata keçirilməsi məqsədilə 1996-cı il fevralın 21-də ümummilli liderin qərarı ilə yaradılmış Hüquqi İslahatlar Komissiyası da üzərinə düşən vəzifələri uğurla həll etmiş-dir. Komissiyanın beynəlxalq

ekspertlərin iştirakı ilə Avropa standartlarına uyğun hazırladığı Cinayət, Cinayət-Prosesual və Mülki Prosesual məcəllələrin, “Prokurorluq haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Notariat haqqın-da”, “Bələdiyyələrin statusu haqqında” və bir çox digər qanun layihələrinin Milli Məclis tərəfindən qəbul edilməsi ilə milli qanunvericilik sistemi-miz köklü şəkildə yeniləşdi və müasirləşdi.

Ulu öndər yaxşı bilirdi ki, dövlətin gücü heç də “güc struk-turlarının” sayı və səlahiyyətləri ilə ölçülmür. Əsl həqiqətdə sabit dövlət, hər şeydən əvvəl qanunların aliliyinin əsaslı şəkildə qalib gəldiyi ölkədə ola bilər. Ona görə də qısa müddət ərzində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçiril-miş məhkəmə-hüquq islahatı nəticəsində Azərbaycanda bütün hüquqi təsisatların fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar, məcəllələr, qanunve-ricilik aktları qəbul edilməyə başlandı.

Dövlətçilik tarixi əsrlərlə ölçülən ölkələrin təcrübəsi göstərir ki, hüquqi dövlətin

qurulması möhkəm ədliyyə sis-teminin formalaşdırılması ilə sıx bağlıdır. Əsas vəzifəsi dövlətin hüquq siyasətini formalaşdırmaq və həyata keçirməkdən ibarət olan Azərbaycan Respublikası-nın Ədliyyə Nazirliyi ölkəmizdə açıq və təhlükəsiz cəmiyyətin yaradılmasında mühüm rol oynayan bir dövlət təsisatına çevrildi.

Ümummilli lider Heydər Əliyevin ədliyyə orqanları-na göstərdiyi diqqət və qayğı

sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən də da-vam etdirildi. Dövlət başçısının bu sahəyə xüsusi önəm verməsi, həm də ondan irəli gəlir ki, son illər qəbul edilmiş qanunverici-lik aktları ilə ədliyyə orqanları-nın fəaliyyət istiqamətləri xeyli genişləndirilərək, bu qurumun üzərinə yeni vəzifələr qoyul-muşdur. Məhz bu, əsas tutu-laraq, Prezident İlham Əliyev tərəfindən hələ 2006-cı il aprelin 18-də nazirliyin normativ-hü-quqi bazasını təkmilləşdirmək məqsədilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi haqqında Əsasnamə” təsdiq olundu. Nazirliyin yeni fəaliyyət istiqamətlərini, hüquq və vəzifələrini əks etdirən və bütün ədliyyə sistemi üçün müstəsna əhəmiyyətə malik olan bu sənəd Azərbaycan ədliyyəsinin qanunvericilik bazasının sürətli inkişafına böyük təkan verdi.

Hazırda möhkəm dövlət hakimiyyətinin əsas şərtlərindən biri vahid hüquqi məkanın formalaşdırılmasıdır. Başqa sözlə, bu, dövlətin ərazisi çərçivəsində hüquqi qüvvəsi nəzərə alınmaqla tətbiq edilən və bir-birinə uyğun bütün hüquq normalarının məcmusudur. Vahid hüquq məkanının təmin ediməsi kimi mühüm vəzifənin

həyata keçirilməsi isə əsasən Ədliyyə Nazirliyinin üzərinə düşür. Bu, təsadüfi deyil. Çünki nazirlik qanun, fərman və digər sənədlərin layihələrinə rəy verir, qanunvericilik aktlarının layihələrini hazırlayır, mərkəzi icra hakimiyyəti və digər orqanların normativ-hüquqi və normativ xarakterli aktlarının ekspertizasını keçirir.

Dövlətin əsas təsisatlarından biri kimi, Ədliyyə Nazir-liyinin fəaliyyətinin daim

təkmilləşdirilməsinin bariz bir nümunəsi də 17 avqust 2006-cı ildə “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmanın im-zalanması, “Ədliyyə orqanların-da qulluq keçmə haqqında” yeni Qanunun, habelə Azərbaycan ədliyyəsinin inkişafına dair ayrıca Dövlət Proqramının qəbul edilməsidir.

Bütün bunlarla yanaşı, nazir-liyin fəaliyyətinin yeni dövrün tələbləri səviyyəsində təşkili məqsədilə bir sıra yeni idarələr də yaradılmışdır. “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərman əsasında bölgələrdə regional ədliyyə şöbələrinin idarələrinin və rayon (şəhər) qeydiyyat şöbələrinin yaradılma-sı əhalinin bu orqanlara müraciət imkanlarını asanlaşdırmış, habelə regionların sosial-iqti-sadi inkişafına, xüsusilə yerli bölgələrdə hüquqşünasların işlə təmin olunmasına müsbət təsir göstərmişdir.

Ədliyyə strukturlarında həyata keçirilən islahatlardan bəhs edərkən, kadr seçimindəki şəffaflığı da xüsusi qeyd etmək lazımdır. Kadrlarla aparılan işin mühüm hissəsi kimi işçilərin peşəkarlıq səviyyəsinin yoxlanıl-ması və qiymətləndirilməsi, on-ların tutduqları vəzifələrə uyğun-luğunun müəyyənləşdirilməsi

üçün keçirilən attestasiyalar ədliyyə əməkdaşlarının məsuliyyətinin artırımasında çox böyük rol oynayır.

Nazirlik tərəfindən ədliyyə orqanlarında aparılan məqsədyönlü və mühüm islahat-lar sırasında idarəçilikdə müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunmasına, əhaliyə yeni elekt-ron xidmətlərin göstərilməsinə xüsusi önəm verilir. Azərbaycan Prezidentinin İKT sektorunun

inkişafı çərçivəsində dövlət or-qanlarında elektron xidmətlərin göstərilməsinə dair fərmanına uyğun olaraq hazırda ədliyyənin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiya-ların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Məsələn, səyyar xidmətlərə tələbatın art-ması ilə əlaqədar xüsusi “Elekt-ron notariat çantası” hazırlanıb. Elektron notariat informasiya sisteminə birbaşa çıxışı olan bu çanta vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək mümkündür.

Bu gün yalnız Azərbaycanda mövcud olan elektron ədliyyə köşkləri barədə xüsusi danış-maq olar. Video-əlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan verən belə köşklər artıq Heydər Əliyev adı-na Beynəlxalq Hava Limanında quraşdırılaraq istifadəyə verilib. Sərhəd-keçid məntəqələrində, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılması nəzərdə tutulan bu cür köşklər vasitəsilə təxirə salınmayan hallarda məsafədən notariat hərəkətləri aparmaq mümkün olacaq. Növbəti yenilik isə Azərbaycanın məhsulu olan

mobil notariat qovluğudur. Müvafiq proqramı telefona yükləməklə vətəndaşın elekt-ron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi reallaşdırılır.

Bu sıradan olan yeniliklərdən “Vətəndaşlıq vəziyyəti akt-ları”, “Elektron notariat” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemlərini də göstərmək olar. Xeyli müddət əvvəl istifadəyə verilmiş

notariat kontorlarının ofislərini vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sistemi notariat hərəkətlərinin rəsmiləşdirilməsini xeyli sadələşdirmişdir.

Bütün bunlarla yanaşı, ötən müddət ərzində Ədliyyə Nazirliyi ölkə vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, habelə vətəndaşlığı olmayan şəxslər barəsində dövlət informasiya ehtiyatının formalaşdırılması məqsədi ilə Əhalinin Dövlət Reyestrini tam formalaşdırmış-dır. BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilmiş layihə çərçivəsində “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılmış və 75 il ərzində vətəndaşlıq vəziyyətini müəyyən edən 17 milyondan çox akt qey-di 6 il çəkən nəhəng iş sayəsində elektron formata keçirilmişdir.

Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən rayon (şəhər) qeydiyyat şöbələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsinə, işin müasir tələblər səviyyəsində təşkilinə daim xüsusi diqqət yetirilir, maddi-texniki baza yaxşılaşdırılır, infrastruktur müasirləşdirilir. Təsadüfi deyil ki, son illər respublikamızın

müxtəlif bölgələrində qey-diyyat şöbələrinin binaları-nın əsaslı təmir olunması, müasirləşdirilməsi, həmçinin yeni ədliyyə binalarında qeydiyyat şöbələri üçün zəruri infrastrukturun yaradılması işin səmərəliliyinin artırılmasına, vətəndaşlara daha keyfiyyətli hüquqi yardımın göstərilməsinə xidmət etmişdir.

Onu da qeyd edək ki, akt qeydlərinin hazırda işlənilən nümunələrinin əvəzinə on-ların optik oxunmasına və məlumatların elektron şəbəkə vasitəsilə ötürülməsinə imkan verən yeni formaları və müvafiq proqram təminatı tərtib olunmuş-dur. Eyni zamanda, doğumun qeydiyyatının bilavasitə tibb müəssisələrində səyyar qaydada aparılması, nikahın təntənəli qeydiyyatı təşkil olunmuş, qey-diyyat prosedurunu asanlaşdıran, eləcə də Azərbaycan adları, onların mənası və izahı və s. barədə informasiya almaq üçün geniş axtarış sisteminə malik elektron xidmətlər istifadəyə verilmişdir.

Əlbəttə, hüquqi dövlətin mahiyyəti və məqsədi sadəcə hüquqların aliliyi, onların reallaşdırılması üçün müvafiq mexanizmlərin varlığı yox, həqiqətdə insanın bu dövlətin və bütün cəmiyyətin diqqət mərkəzində olmasıdır. Bu gün Prezident İlham Əliyevin də dövlət strukturları, burada çalışan məmurlar qarşısında qoyduğu əsas tələblərdən biri Azərbaycan vətəndaşına vicdanla, məsuliyyətlə xidmət etməkdir. Aparılan islahatlar sayəsində daim yeniləşən ədliyyə sistemində qazanılan nailiyyətlər onu göstərir ki, hazırda Azərbaycan vətəndaşı bütün dövlət təsisatları kimi, Ədliyyə Nazirliyinin də diqqət mərkəzindədir. Çünki öz tarixinin 101-ci ilini qeyd etməyə hazırlaşan Azərbaycan ədliyyəsinin əməkdaşları ölkədə insan hüquq və azadlıqlarının etibarlı təmin olunmasında, demokratik hüquqi dövlət quruculuğunun daha da mükəmməlləşməsi işində üzərlərinə düşən vəzifələri dərindən dərk edir və buna səfərbər olurlar.

Firuzə NƏBIYEVA, Nəsimi Rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini

icra edən

Məhkəmə-hüquq islahatları məhkəmə sisteminin fəaliyyətini yaxşılaşdırır

Müstəqil respublikamızın son illərdə bütün sahələrdə dinamik inkişaf etməsi, habelə insan hüquq və azadlıqları sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsi məhkəmə-hüquq islahatlarının da keyfiyyətcə yeni mərhələdə davam

etdirilməsinə etibarlı zəmin yaratmışdır. Məhkəmələrin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, ədalət mühakiməsinin qanunamüvafiq şəkildə həyata keçirildiyi instansiyaya çevrilməsi, cəmiyyətdə yüksək etimad qazanması bu sahədə beynəlxalq təcrübənin tətbiqini şərtləndirmişdir.

Ədliyyədə islahatlar vətəndaşların hüquqlarının yüksək təminatına xidmət edir

Azərbaycan ədliyyəsinin keçdiyi bir əsrlik ta-rixin ən mühüm məqamları ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Öz tarixini Azərbaycan Xalq Cümhuriyyəti dövründən

başlayan Ədliyyə Nazirliyi 23 ay sonra onun süqutu ilə ömrünü başa vurmuş və yerinə Xalq Ədliyyə Ko-missarlığı yaranmışdır. Lakin bu da son olmamış, ümumilikdə, 1970-ci ilə qədər Ədliyyə Nazirliyi üç dəfə ləğv edilmişdir. Məhz dövrünün görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Soveti-nin qərarı ilə Ədliyyə Nazirliyi yenidən təsis edilmiş və milli ədliyyə tariximizin yeni mərhələsi başlanmışdır.

21 noyabr 2019-cu il, cümə axşamı6

Page 7: Prezident İlham ƏLİYEVxalqqazeti.com/pdf/Sayt 21 noyabr.pdf · 2019-11-20 · İsveçrə istehsalı olan və dünya miqyasında ən gözəl və təhlükəsiz “Ştadler” vaqonları

Orta aylıq nominal əməkhaqqı artaraq 723,4 manata çatmışdır

Statistika Komitəsinin məlumatında bildirilir ki, muzd-la işləyənlərin 20,2 faizi təhsil, 17,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və an-bar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2019-cu ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artaraq 603,5 manat təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qul-luqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bunun-la əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəlməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin sentyabr ayında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manata çatmışdır ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 35,8 faiz, cari ilin avqust ayı ilə müqayisədə isə 21,6 faiz çoxdur.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

Mətbuat katibi qeyd edib ki, son dövrdə qurum tərəfindən 1700-dək yeni abidə aşkarlanaraq qeydiyyata götürülüb: “Həmin abidələrdən biri də Şamaxıda Mədrəsə kəndində olan kilsədir. Hazırda kilsə yeni aşkar olunmuş abidə kimi qeydiyyata alınıb. Artıq sənədlər Azərbaycan Milli Elimlər Akademisyasına göndərilib və kilsəyə Alban abidəsi rəyi ve-rilib. Tikili dövlət tərəfindən mühafizə olunan daşınmaz tarixi mədəniyyət abidələri siyahısına alındıqdan sonra bərpası aparılacaq.

F.Hüseynov əlavə edib ki, baxımsız qalan abidəyə kimliyi bilinməyən şəxslər tərəfindən zərər vurulub: “Bu gün artıq həmin abidənin təmizlənməsi, içərisində olan artıq şeylərin çıxarılması ilə bağlı tapşırıq verilib. Dəymiş ziyanla bağlı isə akt hazılanaraq lazımi orqanlara təqdim olunacaq və daha sonra abidəyə zərər vuran şəxsin kimliyi araşdırılacaq”.

Mətbuat katibi əlavə edib ki, Mədrəsə və yaxın digər kəndlərdə olan abidələrin mühafizəsi üçün müəyyən şəxs ayırılıb və o, mütəmadi olaraq onlara baş çəkərək vəziyyətlə bağlı məlumat verəcək.

“Xalq qəzeti”

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, sənaye məhsulunun 70,3 faizi mədənçıxarma sektorunda, 24,9 faizi emal sektorunda, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sek-torunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olun-muşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 3,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 27,8 faiz artmışdır.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 85,3 faiz, hazır metal məmulatlarının istehsalı 83,5 faiz, tütün məmulatlarının istehsalı 67,6 faiz, içkilərin istehsalı 39,5 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 37 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,4 faiz, mebel istehsalı 29,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 26,5 faiz, kağız və karton istehsalı 24,6 faiz, poliqrafiya məhsullarının istehsalı 23,9 faiz, rezin və

plastik kütlə məmulatlarının istehsalı 22,7 faiz, əczaçılıq məhsullarının istehsalı 20,8 faiz, qida məhsullarının istehsalı 13,9 faiz, geyim istehsalı 12 faiz, elektrik avadanlıqla-rının istehsalı 6,8 faiz, maşın və avadanlıq-ların istehsalı 4,5 faiz, tikinti materiallarının istehsalı 3,8 faiz artmış, neft məhsullarının istehsalı 4,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 10,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12,6 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda is-tehsalın həcmi 2,4 faiz, su təchizatı, tullantı-ların təmizlənməsi və emalı sektorunda isə 6,4 faiz artmışdır.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

Ekspert qeyd edib ki, Trans-Xəzər qaz kəmərinin tikintisi Türkmənistanı Azərbaycanın mərkəzi rol oynadığı TANAP nəqliyyat sisteminə daxil edəcək: “Yeni ölkənin layihəyə qoşul-ması Azərbaycanın regionda təsirinin artmasına xidmət edir. Bu, həm də onunla bağlıdır ki, Trans-Xəzər qaz kəmərinə investisiya qoyan ölkə, eyni zamanda, Türkmənistan infrast-rukturuna da sərmayə yatırır. Bu layihənin tikintisi Azərbaycanın, ümumilikdə, “Xəzər beşliyi” arasında nüfuzunu artırır. Həmin layihə ilə Azərbaycan öz akvatoriyasını Türkmənistanın akvatoriyası ilə birləşdirir. Bununla əlaqədar olaraq Xəzər dənizində güclü iqtisadi ittifaqın formalaşmasından danışmaq olar”.

Ekspert xatırladıb ki, Trans-Xəzər qaz kəmərinin tikintisinə Türkmənistan çoxdan maraq göstərib: “Amma Xəzərin statusunun müəyyən edilməməsi ilə bağlı

tikinti işləri başlanmırdı. Başlansaydı belə, Xəzər ölkələri arasında bir sıra diplomatik münaqişələrə səbəb ola bilərdi. Bu kəmərin tikintisində təkcə Türkmənistan maraqlı deyil. Türkmən qazının yekun istehlakçısı olan Avropa İttifaqı da maraqlı tərəfdir. Həm də son zamanlar Azərbaycan haqqında Yaxın Şərqin iqtisadi yollarının kəsişməsi kimi danışırlar. Mən əlavə edərdim ki, öz üzərinə daha çox nəqliyyat və energetika marşrutları götürməklə, Azərbaycan Avropa və Yaxın Şərq ölkələri arasında vacib əlaqələndirici halqaya çevrilir”.

“Xalq qəzeti”

Nazirlikdən aldığımız məlumatda bildirilir ki, tədbirdə nazir müavini Vüsal Nəsirli bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq, həssas qruplar-dan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlər

sırasında mənzillə təminat proq-ramı xüsusi yer tutur.

2018-ci ildə şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusi-ya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla, 626 mənzil təqdim edilibsə, 2019-cu ildə onlara

934 mənzilin və fərdi yaşayış evinin verilməsi planlaşdırılıb. Artıq bu ilin ötən dövründə 347 mənzil və fərdi ev vətəndaşların istifadəsinə verilib.

V.Nəsirli qeyd edib ki, bu istiqamətdə tədbirlər ardıcıl şəkildə davam etdirilir. Şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə indiyədək nazirlik tərəfindən 7 mindən çox mənzil və fərdi ev verilib. Təqdim edilən mənzillərdə, fərdi yaşayış evlərində müasir şərait yaradılıb və qarşıdakı dövrdə də mənzillə təminat proqramı uğurla davam etdiriləcək.

Tədbirdə qeyd edilib ki, sosial sahədə inqilabi addım-lar olaraq cari ildə ölkəmizdə minimum əməkhaqqı iki dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və

Prezidentin aylıq təqaüdləri orta hesabla 100 faiz artırılıb. Bu və digər mühüm sosial önəm kəsb edən tədbirlər ümumilikdə 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub. Eyni zamanda, Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. I qrup əlilliyi olanlara (o cümlədən I qrup müharibə və 20 Yanvar əlillərinə) qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis olunub.

Mənzillərlə təmin edilən vətəndaşlar həmişə özlərini dövlətin qayğısı əhatəsində hiss etdiklərini və bu qayğının ildən-ilə artdığını bildirərək, dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

“Xalq qəzeti”

“YAP ulu öndər Heydər Əliyevin nüfuzu və ideyası ətrafında yarandı”

Həmin dövrdə baş verən ictimai-si-yasi proseslərin təhlilini aparsaq, belə bir nəticəyə gələ bilərik ki, YAP ulu öndər Heydər Əliyevin siyasi-ideoloji konsepsiyası əsasında zamanın çağı-rışları zəminində yaranmış partiyadır və ötən 27 ildə həmin ideoloji kursun inkişaf və təkmilləşdirilməsi prosesinin xalq tərəfindən dəstək alması da bu reallığı özündə kifayət qədər ehtiva etməkdədir. Biri var partiya yaranır və özünə lider seçir, biri də var ki, liderin nəhəng nüfuzu və ideyası ətrafında par-tiya yaranır və bütöv bir xalqın etibarına, etimadına söykənərək, ölkəni xaos və anarxiyadan xilas edir. Bax, bu mühüm məqam Yeni Azərbaycan Partiyasının digər siyasi təşkilatlar üzərindəki üstün-lüyü faktını ortaya qoyur. Çünki xalq öz

liderini hakimiyyətdə görmək istədi və liderin hakimiyyətə gəlişi ilə YAP iqtidar partiyasına çevrildi ”.

Siyasi ekspert deyib ki, təməli xalqın iradəsi və tükənməz dəstəyi ilə qoyulan YAP bu gün də həmin vəhdət əsasında fəaliyyətini davam etdirməkdə, yeni-yeni uğur və qələbələr əldə etməkdədir: “ Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Ulu öndər Heydər Əliyev, demək olar ki, partiyamızın fəaliyyəti ilə bağlı çıxışlarının hər birində vurğulayırdı ki, Yeni Azərbaycan Partiya-sına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir”.

Həmin fikrin davamı olaraq Yeni Azərbaycan Partiyasının sədri, Prezi-dent İlham Əliyev bütün çıxışlarında bildirir ki, Yeni Azərbaycan Partiyası-nın üzvü olmaq böyük məsuliyyətdir: “Partiyamızın sədri cənab İlham Əliyevin siyasi fəaliyyəti bilavasitə ulu öndərimiz tərəfindən əsası qoyulmuş prinsiplərə söykənir. Bu gün cənab İlham Əliyevin həm lider kimi, həm Prezident kimi xalqa arxalanması müstəqilliyimizin qarantıdır. Bu, bilavasitə xalq-Prezident birliyinin, sarsılmaz vəhdətinin bariz təcəssümüdür. Son 16 ildə partiyanın parlament və bələdiyyə seçkilərində əldə etdiyi uğur və qələbələri də belə bir nəticəyə gəlməyə zəmin yaradır”.

“Xalq qəzeti”

İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Trendə açıqlamasında bildirib ki, Xəzər dənizi səviyəsinin dəyişməsinin, o cümlədən 1978–1996-cı illərdə səviyyənin

artmasının əsas səbəbi iqlim amilidir. Göstərilən dövrdə səviyyə 2,5 metr qalxıb, Azərbaycanın sosial-iqtisadi həyatına 2,2 milyard ABŞ dolla-rı civarında ziyan dəyib. Xəzərin

səviyyəsinin artması nəticəsində 48,5 min hektar torpaq su altın-da qalıb, böyük ərazilərdə qrunt sularının səviyyəsi qalxıb.

R.Məmmədov əlavə edib ki, iqlim modellərinin verdiyi proqnozlara görə, Yer kürəsində rütubətli ərazilərdə yağıntının miqdarı artacaq, quraq-arid ərazilərdə isə azalacaq: “Bu, o deməkdir ki, dənizə axan əsas çayın – Volqanın suyu artacaq. Nəticədə, dəniz səviyyəsinin qalxma ehtimalı var. Ancaq nəzərə almaq lazımdır ki, Xəzər dənizinin güzgü əksi quraq zo-nadır. İqlim modellərinin verdiyi proqnozlara görə, bu zonalarda buxarlanma da çoxalacaq. Bu iki amilin birgə təsiri səviyyə dəyişmələrində ekstremal

halların ehtimalının az olduğunu göstərir. Buna görə də səviyyə nisbətən kiçik amplituda ilə dəyişəcək”.

R.Məmmədov bunu da əlavə edib ki, yağıntıların azalması çayların sularının 10-15 faiz azalmasına səbəb olub. Əsas azsulu illər 1995-2000, çoxsulu illər isə 2002-2003 və 2010-cu illər olub: “Su resurslarının dəyişməsinə ən həssas reak-siya verən sahələr energetika, kənd təsərrüfatı və içməli su ilə təminatdır. Hesablamalar göstərir ki, iqlim dəyişmələri səbəbindən çayların suyu azal-dıqda Hidro-elektrik stansiyada (HES) elektrik enerjisinin isteh-salı 15-20 faiz azalacaq”.

Bu barədə Rusiyanın “TurStat” porta-lının reytinqində bildirilir. Reytinqdə Naf-talan kurortları ikinci yeri tutaraq yalnız Belarusun Naroç gölündən geri qalıb.

İlk üçlüyü Qazaxıstanın Burabaya kurortu tamamlayıb. Ümumilikdə, Be-larus, Azərbaycan, Qazaxıstan və Mol-

dova kurortları MDB məkanında payızda sağlamlıq və istirahət üçün ən yaxşı kurortlar hesab olunub.

“Xalq qəzeti”

R.Qasımov qeyd edib ki, həmin şəxslərdən 35 574 nəfəri namizəd statusunu alıb və qey-diyyatdan keçib. Onun sözlərinə görə, proses

hələ davam edir, namizədlər fəallıq nümayiş etdirirlər: “Sevindirici haldır ki, xanımlar və gənc namizədlər daha çox fəallıq nümayiş etdirirlər. Qeydiyyatdan keçərək namizəd sta-tusu almış passiv seçki hüququna malik vətəndaşlarımızın təxminən 30 faizindən çoxu xanımlardır. Bu da əlbəttə ki, yaxşı bir göstəricidir. Gənclər də xüsusi fəallıq nümayiş etdirirlər. Qeydə alınmış namizədlərin təxminən 28 faizə yaxını gənclərdir. Bu seçkilərdə hətta yaşı 21-dən aşağı olan 300-ə yaxın gənc artıq namizəd olaraq qeydə alınıb”.

“Xalq qəzeti”

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bil-

dirib ki, Şamaxıda baxımsız vəziyyətdə qalan abidə Dövlət Xidmətinin siyahısına salınacaq.

21 noyabr 2019-cu il, cümə axşamı 7

10 ayda 38,1 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur

“Azərbaycan qlobal layihələrin reallaşmasında vacib rol oynayır”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış tam təmirli 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.

Siyasi ekspert Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 27-ci ildönümü ilə bağlı fikirlərini şərh edərkən bildirib ki, ölkənin xaos və anarxiya

təhlükəsi ilə üz-üzə qalması, xalqın səfalət və qorxu içində yaşaması yeni bir siyasi qüvvənin meyda-na gəlməsi zərurətini ortaya qoymuşdu: “YAP-ın müxalifət partiyası kimi yaranması və qısa müddət ərzində iqtidara gəlməsinin əsasında bir sıra mühüm məqamlar dayanmaqdadır.

Daha 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə verilib

Rusiyalı ekspert İvan Pyatibratov bildirib ki, Trans-Xəzər qaz kəməri layihəsinə qoşul-maq Azərbaycanın regionda nüfuzunu əhəmiyyətli dərəcədə artıracaq.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-oktyabr aylarında 38,1 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,5 faiz artmışdır.

2019-cu ilin payızında Naftalan kurortları sağlamlıq turizmi üçün MDB ölkələrinin ən yaxşı kurortları arasında ilk üçlükdə yer alıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bildirib ki, Azərbaycanda dekabrın 23-ə təyin

edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar ola-raq dairə seçki komissiyalarına (DSK) 42 625 iddiaçı bildiriş təqdim edib.

Namizədlərin sayı 42 mindən çoxdur

Xəzər dənizinin səviyyəsi ilə bağlı gözlənilən proqnoz

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu Xəzər dənizinin səviyyəsi ilə bağlı gözlənilən proqnozu açıqlayıb.2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə

iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 1 milyon 639,1 min nəfər olmuş, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorun-da, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Naftalan ən yaxşı kurortlar arasında

Şamaxıdakı kilsə qorunan abidələrin

siyahısına salınacaq

Page 8: Prezident İlham ƏLİYEVxalqqazeti.com/pdf/Sayt 21 noyabr.pdf · 2019-11-20 · İsveçrə istehsalı olan və dünya miqyasında ən gözəl və təhlükəsiz “Ştadler” vaqonları

21 noyabr 2019-cu il, cümə axşamı8

Həyata keçirilən səmərəli hüquqi islahatlar kursu Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlətimizin başçısının xüsusi diqqəti nəticəsində son illər ədliyyə sistemi daha da inkişaf edir.

Ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişaf, dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi və demokratik təsisatların möhkəmləndirilməsi paralel olaraq ədliyyə sisteminin daha da inkişafına, onun beynəlxalq standartlara uyğun qurulmasına da müsbət təsir göstərib. Hüquq sistemində aparılan islahatlar, qəbul edilən qanunvericilik aktları ədliyyə orqanlarının fəaliyyət istiqamətlərini genişləndirərək qarşıya yeni və məsul vəzifələr qoyub.

Ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi keyfiyyətcə yeni dəyişikliklərin həyata keçirilməsini, Ədliyyə Nazirliyinin işinin və strukturunun daha səmərəli şəkildə təşkil edilməsini, əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni regional və yerli qurumlarının yaradılmasını şərtləndirib. Dövrün tələbinə uyğun olaraq vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, hüquqi-fiziki şəxslərin dövlət qeydiyyatının, notariat və müvafiq sahələrdə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin, qanunyaradıcı fəaliyyətin təkmilləşdirilməsi, hüquqi maarifləndirmənin, yeni texnologiyalar tətbiqilə informasiya təminatının yaxşılaşdırılması, yüksək peşəkar mütəxəssislərin hazırlanması istiqamətləri üzrə ədliyyə orqanlarının inkişafını gerçəkləşdirmək dövlət siyasətinin başlıca istiqamətinə çevrilib.

Fikrimin təsdiqi olaraq, xatırladım ki, dövlət başçısı tərəfindən 6 fevral 2009-cu il tarixdə imzalanan “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” ədliyyə orqanlarının inkişafının təmin edilməsində, yeni informasiya- kommunikasiya texnologiyalarının tətbiqində, sosial, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılmasında, infrastrukturun yeniləşdirilməsində əsaslı rol oynayıb.

Adıçəkilən Dövlət Proqramına müvafiq olaraq regionlarda hüquq təsisatlarının inkişafı, yerlərdə əhalinin ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, bu orqanların işinin əlaqələndirilməsi məqsədilə bir sıra regional ədliyyə və qeydiyyat şöbələrinin, habelə dövlət notariat kontorlarının yeni müasir inzibati binaları istifadəyə verilib.

Bütün bunların nəticəsində əhali üçün əvvəllər mümkün olmayan daha çevik xidmətlərin göstərilməsinə başlanılıb, burada mövcud olan informasiya sistemləri vasitəsilə elektron məlumat mübadiləsi, əsaslı təhlillərin aparılması imkanları yaradılıb. Əhalinin Dövlət Reyestrinin tamlığının reallaşdırılması ilə əlaqədar akt qeydləri üzrə müvafiq texnoloji əməliyyatlar aparılaraq onların elektron informasiya bazasına daxil edilməsi təmin olunub.

Ulu öndərin kadrların seçilməsi ilə bağlı vaxtilə verdiyi tövsiyələrə uyğun olaraq, ədliyyə fəaliyyətinin əsas istiqamətlərindən biri də bu sistemdə kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılmasıdır. Bu məqsədlə Ədliyyə Nazirliyində yaradılan müsabiqə komissiyaları ədliyyə orqanlarına şəffaf prosedurlarla, test

imtahanı və müsahibə yolu ilə yüksək nəzəri hazırlığa malik yüzlərlə gənc mütəxəsisin işə qəbulu prosesini həyata keçirir. Eyni zamanda, ixtisas komissiyası tərəfindən notariuslar və bu vəzifəyə namizədlər üçün imtahan və müsahibələr təşkil edilib, ədliyyə tarixində ilk dəfə olaraq notariat fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq şəhadətnamələr verilib.

Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə ədliyyə fəaliyyəti ilə bağlı yaradılan normativ-hüquqi bazanın əsasları daha da təkmilləşdirilib. Belə ki, 2006-cı il aprel ayının 18-də ölkə Prezidenti tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq, bu quruma hüquq- mühafizə orqanı statusu verilib, həmin ilin may ayında isə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun qəbul edilib. Dövlət başçısı tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı ildə fərman imzalanması və nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələ olub.

Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı ilə hazırda bu sahədə islahatlar yeni mərhələyə yüksəlib.

Ədliyyə sisteminin inkişafının strateji prioritetlərini müəyyən etməklə bu sahədə ən aktual məsələlərin və problemlərin həllini nəzərdə tutan adıçəkilən fərman müstəsna əhəmiyyətə malik proqram xarakterli “yol xəritəsi”dir. Bu mühüm sənədin icrası ilə əlaqədar indiyədək bir sıra qanunvericilik, institusional və praktiki tədbirlər görülüb. Bu məqsədlə yeni ixtisaslaşdırılmış – kommersiya məhkəmələri yaradılıb. Məhkəmə fəaliyyətinin avtomatlaşdırılması nəticəsində hüquqi xidmətlərə əlçatanlıq asanlaşdırılıb, vətəndaşlara və sahibkarlara məhkəmələrə müraciət etmək üçün elektron imkanlar yaradılıb, o cümlədən şəxsi kabinetin, elektron müraciətin fəaliyyəti genişləndirilib. Şübhəsiz ki, bütün bu uğurlu, sistemli və ardıcıl işin nəticəsində Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinə, məhkəmələrə inam artıb, ölkəmizin beynəlxalq nüfuzunun artmasına, həmçinin ədliyyə sektorunda özünü dünyaya tanıtdırmağa əlverişli şərait yaradıb.

Ədliyyə sisteminin inkişafında və beynəlxalq hüquqi yardımın səmərəliliyinin artırılmasında xarici əlaqələrin rolu nəzərə alınaraq, sözügedən nazirlik tərəfindən son illər ərzində Fransa, İtaliya, Almaniya Rumıniya, Slovakiya, Bolqarıstan, Çin, İran və digər ölkələrin ədliyyə nazirlikləri

ilə əməkdaşlığa dair sazişlər bağlanılıb. Ədliyyə Nazirliyi görülən işlər

nəticəsində hazırda dövlət orqanları sistemində nüfuzlu bir quruma çevrilib və səlahiyyət dairəsi genişlənib. Təsadüfi deyil ki, sahibkarlığın inkişafı və istehlakçıların hüquqlarının qorunması ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayan ölkə başçısının müvafiq fərmanı ilə sahibkarlıq sahəsində yoxlamaların mütəmadilliyi haqqında məlumatın əldə edilməsini reallaşdıran vahid məlumat reyestrinin aparılması nazirliyin səlahiyyətinə aid edilib.

Elektron hökumət təsisatlarının yaradılması istiqamətində də nazirlik mühüm addımlar atıb, dövlət qeydiyyatına alınan təşkilatlar üçün “Fərdi elektron pəncərə” elektron məlumat sistemi qurulub. Vətəndaşların ədliyyə orqanlarına müraciətlərini asanlaşdırmaq məqsədi ilə “Elektron notariat” avtomatlaşdırılan qeydiyyat informasiya sistemləri qurularaq, notariat kontorları və qeydiyyat orqanları vahid elektron şəbəkədə birləşdirilib.

Son illər ərzində vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi, əhaliyə göstərilən hüquqi xidmətlərin səmərəliliyinin artırılması, o cümlədən, elektron xidmətlərin dairəsinin genişləndirilməsi üzrə davamlı tədbirlər həyata keçirilib, ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayının artırılması daim diqqətdə saxlanılıb.

Hazırda dünya miqyasında Azərbaycan brendinə çevrilən “ASAN xidmət” mərkəzlərində insanlara yüksək keyfiyyətli xidmətlər göstərilməsində ədliyyə orqanları da fəal iştirak edir. “ASAN xidmət” çərçivəsində reallaşdırılan əməliyyatların böyük bir hissəsi məhz ədliyyə işçiləri tərəfindən həyata keçirilir.

Beynəlxalq təşkilatların rəylərinə əsasən, aparılan bu genişmiqyaslı islahatlar ölkənin hüquqi təsisatlarının möhkəmləndirilməsində ədliyyə orqanlarının rolunun artmasına, ədliyyə orqanlarında avtomatlaşdırılmış informasiya sisteminin və yeni texnologiyaların tətbiqinə, ədliyyə orqanlarının fəaliyyətində aşkarlığın artmasına, vətəndaşların ədliyyə orqanlarına müraciət etmək və onların fəaliyyəti barədə məlumat almaq imkanlarının genişlənməsinə, ədliyyə orqanları işçilərinin peşəkarlıq səviyyəsinin artmasına, kadr potensialının güclənməsinə gətirib çıxarıb.

Tahirə ƏSGƏROVA, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Binəqədi rayon qeydiyyat şöbəsinin rəisi

Azərbaycanda ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər bu gün də davam etdirilməkdədir. Ədliyyə orqanları-nın işi və göstərdiyi hüquqi xidmətlər yeni tələblər səviyyəsində qurulmuş, maddi-texniki bazası gücləndirilmişdir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Ölkəmizin ədliyyə sistemi beynəlxalq standartlara uyğun qurulur

Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin hüquq sistemində ədliyyənin mü-hüm önəm daşıdığını dəfələrlə vurğulamış, bu sahənin mahiyyətcə təkmilləşdirilməsi məqsədilə zəruri islahat-lar gerçəkləşdirmiş, bununla da sistemin fəaliyyət dairəsi genişləndirilmişdir. Dahi şəxsiyyətin ədliyyədə fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri ha-zırda öz bəhrəsini verməkdədir. Ulu öndərin başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı hazırda davamlı prosesə çevrilib.

Bu günlərdə ölkəmizin evsahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı sammiti Azərbaycanın tolerant ölkə olmaqla yanaşı, multikultural dəyərlərə qiymət verməsinin bariz nümunəsidir. Dünyanın aparıcı dini liderlərinin Bakıda toplaşması və bəşəriyyəti narahat edən aktual məsələləri müzakirə edib çıxış yolları axtarmasında ölkəmizin təşəbbüskarlıq göstərməsini çıxış edən məruzəçilər də yüksək dəyərləndirdilər.

Prezident İlham Əliyevin sammitdə söylədiyi dərin məzmunlu nitqində – multi-kulturalizmin Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasəti olduğunu xatırlatmasını dünyaya örnək saymaq olar. Dövlət başçımız dedi: “Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addım atılıb və bir neçə beynəlxalq mötəbər tədbir keçirilib. Bu tədbirlərin

bəziləri ənənəvi xarakter daşıyır. Məsələn, Bakı Huma-nitar Forumu, BMT tərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, dünya dini liderlərinin Zirvə görüşü ənənəvi olaraq keçirilir. Bütün bu tədbirlərin bir məqsədi var: Dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı mübarizə aparmaq, mul-tikultural dəyərləri təbliğ etmək, beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi vermək. Çünki biz yaxşı görürük, mətbuatdan da izləyirik ki, dini, etnik, məzhəb zəminində bir çox xoşagəlməz hallar – münaqişələr, qarşıdurmalar, müharibələr, qardaş qanının axıdılması baş verir. Əfsuslar olsun ki, bəzi hallarda psevdodini şüarlar altında cinayətlər törədilir. Biz bu istiqamətdə öz səylərimizi birləşdirməliyik”. Sammitdə qeyd olundu ki, Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilib və ya yenidən tikilib. Dinlərarası dialoqun Azərbaycanda qədim tarixi var və mü-asir Azərbaycan dövləti bu ənənələrə sadiqdir. Azərbaycan Prezidenti dedi: “Biz İslam dininə sadiqik, öz dinimizi təbliğ edirik. Eyni zamanda, Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edir. Ölkəmizdə çox gözəl ictimai ab-hava var”.

Dövlət başçısının sözlərinə görə, bu, bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafın-da öz önəmli rolunu oynayır, bundan sonra da oynayacaq. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıb-lar. Azərbaycan çoxkonfes-siyalı, çoxmillətli ölkədir. Bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanın uğurlu inkişafı, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq dayanır.

Odur ki, çoxəsrlik dəyərlərə dayanan multi-kulturalizm ənənələri bu gün Azərbaycan dövləti tərəfindən uğurla davam etdirilir, hətta münaqişə və ksenofobiya, islamafobiyanın mövcud olduğu qloballaşan dünyada Azərbaycanda multikulturalizm bir dəyərlər toplusu, etnomədəniyyətlər çələngi kimi müxtəlif etnik, milli və dini mənsubiyyətlərə məxsus xalqlar, icmaların birgə sülh və əmin-amanlıq, dostluq şəraitində yaşa-ması bütün dünya üçün nümunədir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdı-şından – 1993-cü ildən sonra ölkədə yaşayan xalqlar və icmalar arasında həmrəylik və dostluq əlaqələrinin möhkəmləndirilməsi və hamının azərbaycançılıq, dövlətçilik ideologiyası ətrafında sıx birləşməsi baş verdi.

Ölkəmizdə multikultural cəmiyyətin bu cür forma-laşmasının bir səbəbi var. Prezident İlham Əliyevin də dediyi kimi, multikulturalizm

Azərbaycan xalqının həyat tərzidir.

Britaniyalı tədqiqatçı Kənan Malik yazır ki, əgər 30 il bundan əvvəl multikulturalizmə Qərb ölkələrində mövcud olan sosial problemlərin həllinin bir vasitəsi kimi yanaşırdılarsa, indi artıq onu cəmiyyətdə mövcud olan sosial problemlərin səbəbi kimi qəbul edirlər. Multikulturalizm

bir siyasət kimi, ilk olaraq, ABŞ-da, Kanadada, eləcə də Avstraliyada meydana gəlib. Belə ki, qeyd edilən ölkələrdə bu etnik, milli, irqi müxtəliflik onları tənzimləmək istiqamətində izolyasiya və assimilasiya siyasətinin iflası, səmərəli olmaması multikul-turalizm siyasəti anlayaşını ortaya çıxardı. Lakin bir müddət sonra bu, reallıq-da baş verən proseslərlə özünü doğrultmadı, əksinə, iqri, milli, dini ayrı-seçkilik, islamafobiya, ksenofobiya kimi hadisələrin fonunda qarşıdurma və gərginliklər meydana gəldi. Hətta 2011-ci ildən ilk dəfə Böyük Britani-yanın Baş naziri D. Keme-ronun Münhendə keçirilmiş təhlükəsizlik üzrə toplantıda multikulturalizmin bir siyasət kimi artıq özünü doğrulda bilməməsini vurğulaması, Fransanın eks-prezidenti Nikola Sarkozi və Almaniya-nın Kansleri Angela Merkelin də bu fikirləri dəstəkləməsi bunun sübutudur.

Azərbaycanın multi-kulturalizm ideyalarına əsaslanaraq yürütdü-yü siyasət və ölkədə yaşayan dini, milli, irqi mənsubiyyətindən asılı olmayaraq, bütün xalq və dini icmaların həmrəy şəkildə yaşaması, azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi ilə qazandığı nailiyyət göstərir ki, multi-kulturalizm və tolerantlıq reallıqda özünü doğruldur. Bu barədə yazan nüfuzlu xarici nəşrlər də, haqlı olaraq, Azərbaycanın multukultural modelini dünyaya örnək kimi təqdim edirlər.

Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın fəaliyyətində milli mədəni irsi-mizin qorunub saxlanılması, dünyaya tanıdılması ilə yana-şı, Azərbaycanın tolerantlıq və multikultural ənənələrinə də diqqət ayırması mühüm yer tutur.

Fondun təşkilatçılığı ilə “Parisin ürəyində Azərbaycan” adlı tədbir (2015-ci il) çərçivəsində “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfransın keçirilməsi, eləcə də dünyaca məşhur azərbaycanlı fotoqraf Reza Deqatinin “Azərbaycan tolerantlıq ölkəsi” sərgisinin nümayişi kimi layihələr görülən işlərin sadəcə bir qismidir.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların ro-lunun genişləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşa-ma”, “Azərbaycan – tolerant-lıq məkanı” layihələri təkcə region üçün deyil, bütün

bəşəriyyət üçün önəmli ça-ğırışlar edilməsi baxımından yüksək qiymətləndirilir.

Tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağın-da yerləşən Azərbaycanda məscidlərin, kilsə və sinaqoq-ların fəaliyyəti üç səmavi din nümayəndələrinin bu gün də həmrəy şəkildə birgə yaşadı-ğını göstərir. Ölkəmizdə mul-tikulturalizm siyasəti təkcə məscid, kilsə və sinaqoqların təmiri və yenidənqurulması ilə yekunlaşmır. Roma katakombasının bərpası, Vatikan kitabxanasındakı nadir əlyazmaların bərpası, Roma Katolik muzeyinin filo-soflar zalının təmiri və digər layihələrin təşkili müsəlman Şərqində ilk demokratik res-publikanın varisi olan dövlət kimi Azərbaycanın multikultu-ral dəyərləri əməldə yaşatdı-ğını sübut edir.

Dövlətimiz başda olmaqla Heydər Əliyev Fondunun bu cür əhəmiyyətli layihələri, eləcə də mədəniyyətlərarası və sivilizasiyalararası dialoq forumlarının Bakıda keçirilməsi və bu sahədə Azərbaycanın təşəbbüskar olması təqdirəlayiq haldır.

Prezident İlham Əliyevin 2015-ci il mayın 18-də Ba-kıda keçirilmiş “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusun-da 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışında etdiyi çıxışda Azərbaycanın mədəniyyətlərarası dialoqda, multikulturalizmin inkişa-fında öz rolunu oynadığını, ölkəmizin sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qov-şağında yerləşdiyini diqqətə çatdırması önəmli nüanslar-dandır.

Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mü-hitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Yaradılmış Bakı Beynəlxalq Multikultu-ralizm Mərkəzinin fəaliyyəti müasir dövrdə respublikamız-da gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərini uğurla tanıdır. 2016-cı ilin Prezidentimiz tərəfindən “Multikulturalizm ili” elan edilməsi və bununla bağlı mütəmadai olaraq, tədbir və layihələr həyata keçirilməsi multikultural ənənələrin daha geniş tanıdılması baxımından olduqca önəmli il oldu.

Azərbaycanın UNESKO ilə əməkdaşlığı, eləcə də Heydər Əliyev Fondunun uğurlu və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, tolerant və multikultural imicə sahib olan xalqımızın milli mədəni irsinin ümumbəşəri irsin bir hissəsinə çevrilməsi və beynəlxalq aləmdə tanı-

dılması baxımından mühüm nailiyyətlər qazanılıb. Aparı-lan yüksək səviyyəli islahatlar nəticəsində 2003–2017-ci illər ərzində UNESKO-nun sənədlərində Azərbaycan Qeyri-Maddi Mədəni İrs Siyahısına 13 nümunə daxil edilib.

Azərbaycan muğamı-nın (2003), aşıq sənətinin (2009), Novruz bayramının çoxmillətli nominasiya üzrə (2009) , ənənəvi Azərbaycan xalçaçılıq sənətinin (2010), tar ifaçılıq sənəti (2012), milli baş örtüyümüz olan kəlağayi sənətinin (2014), Lahıcın misgərlik sənəti (2015), “Ka-mança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”nin (2017) UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi zəngin mədəniyyətimizin ümumbəşəri dəyər qazanma-sı və dünyada tanıdılmasında önəmli addımdır.

Çövkən ənənəvi Qarabağ atüstü oyununun 2013-cü il dekabrın 2-8-də Bakıda keçirilmiş UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 8-ci sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, UNESKO-nun Təcili Qorun-maya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi də xüsusi vurğulanmalıdır.

2018-ci ildə “Yallı” ənənəvi qrup rəqslərinin UNESKO-nun Təcili Qorun-maya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına, 2019-cu ildə Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi dövlətimizin bu istiqamətdə uğurla apardığı mədəni siyasətin davamıdır.

Ölkənin Birinci vitse-pre-zidenti Mehriban Əliyeva sentyabrın 25-də Roma-dakı Custiniani sarayında keçirilən “Azərbaycan Xalq Cumhuriyyətinin yaranması-nın 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfransdakı çıxışında xalqı-mızın tolerantlıq ənənələrini bir daha dünyaya çatdırdı: “Azərbaycan sülhsevər, qədim sivilizasiyaya, qədim mədəniyyətə və tarixə malik olan bir ölkədir. Ölkəmizdə dini və ya milli zəmində heç zaman heç bir qarşıdurma olmayıb və bu gün də yoxdur. Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, mədəniy-yətlərin, millətlərin nümayəndələri sülh, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Təsadüfi deyil ki, bu gün də Azərbaycan dünyada mutli-kulturalizm mərkəzlərindən biri kimi tanınır.”

Nərmin ƏHMƏDOVA, “ASAN xidmət”in böyük

məsləhətçisi, Azərbaycan Respublikası Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının ikinci

kurs tələbəsi

Azərbaycanın çoxmillətli və tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstün-lüyümüzdür. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, qumık da, başqası da – bütünlükdə hamı-sı azərbaycanlıdır. “Azərbaycan” sözü bizi həmişə birləşdirib. Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xal-qı birləşdirsə, bir o qədər zəngin olar.

Heydər ƏLIYEV Ümummilli lider

Azərbaycan multikulturalizmi dünyaya örnəkdir

Atəşkəs rejimi 23 dəfə pozulubErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif

istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonunun

Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbu-laq, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən

mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan

Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Mərzili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonla-rı ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Page 9: Prezident İlham ƏLİYEVxalqqazeti.com/pdf/Sayt 21 noyabr.pdf · 2019-11-20 · İsveçrə istehsalı olan və dünya miqyasında ən gözəl və təhlükəsiz “Ştadler” vaqonları

Bu müqayisəni aparmaqla Ne-ustadt göstərmək istəyir ki, konsti-tutsional hakimiyyət məhdud olanda prezident ustalıqla qeyri-formal hakimiyyətdən də istifadə etməyi bacarmalıdır. Yəni hakimiyyətdə olan başqalarını inandırmalıdır ki, ümumi mənafe naminə hərəkət etmək məhz onların şəxsi maraqlarında olmalıdır. Müəllif hakimiyyətdən istifadə və li-derliyi tətbiq etməyin arasındakı fərqi təsvir etməklə demək istəryir ki, ha-rada olursan ol, birinci olmaq həmişə çətin olub, döyülən, söyülən, adətən, birincilər olurlar. Ona görə də birinci olmaqdansa, bəlkə də, birincilərin sevimlisi olmaq daha məsləhətdir. Əlbəttə ki, ola bilsən.

Niyə bu müqayisəni apar-dım? Çünki liderlik funksiyasını yerinə yetirən universitet rektorları (prezidentləri) da, əhatə dairələri kiçik olsa da, öz fəaliyyətlərində eyni hissləri keçirirlər, eyni həyatı yaşayırlar. Tələbələr, valideynlər, professor-müəllim heyəti, məzunlar, şuralar (qəyyumlar şurası, elmi şura və s.), akkreditasiya komissiyaları, fiziki imkanları məhdud olanların tədrisinin təşkili, maliyyə hesabat-lılığı, şəxsi təhlükəsizlik tələbləri, tibbi xidmət və məşğulluq məsələləri. Buraya hər an ola biləcək hadisəni–təhlükəni də əlavə etsək (bu daha çox gözləniləndir, çünki tələbə dünyası dinamik, qaynar mühitdir) – bütün bunların hamısı universitetdaxili, uni-versitetxarici amillər kimi qərarların qəbul olunmağında daim ağırlıq yaradır.

Xaricdə təhsil aldığım illərdə ali təhsilin idarəolunması nəzəriyyəsi haqqında oxuduğum bir məqalədə qeyd olunurdu ki, universitetlər mütəşəkkil anarxiyalara bənzəyir. Ona görə belə deyirlər ki, universitetlər bir

növ nizamsız keyfiyyətləri olan struk-tur kimi qəbul olunur. Universitetlər içərisinə problemlər və onların həlli yolları atılmış bir konteynerdir. Bu konteynerdə problemləri onların həlli yolları, həlli yollarını isə problemlər daimi olaraq təqib edir. Və bu təqibetmənin də sonu olmur.

Bəs bu qarmaqarışıq universitet həyatında universitet rəhbərləri öz vəzifələrini necə yerinə yetirsin? Bu suallar bir təhsil idarəedəni kimi məni çox düşündürdüyündən ABŞ-da köməkçisi işlədiyim universitetin kansleri (rektoru) riyaziyyat professoru Richard Fakinə bu barədə bəzən suallar verirdim. Onun dediklərindən bəzilərini qeyd etmək istəyirəm: İlk növbədə, universitet rəhbəri onun üçün nələrin daha çox əhəmiyyət kəsb etdiyini fərqləndirməlidir. Harvard Universitetində xanım D.Faust prezident seçiləndən sonra onun yanına məzunlarından biri gəlir və narazılığını bildirir ki, niyə o heç vaxt onlar haqqında öz çıxışlarında bir söz demir. Bundan sonra xanım Faust çıxışlarında məzunlarla bağlı öz fikirlərini də söyləyir və məsələ bununla da bağlanır. Amma xanım Faust qeyd edir ki, sadəcə olaraq, bir şey deyib, sonra onun üstündən keçib başqa məsələdən danışmağın da heç bir əhəmiyyəti yoxdur. Əksinə, bir məsələni eyni auditoriyaya dəfələrlə demək lazımdır ki, onun nəticəsi olsun.

İkincisi, universitet rəhbəri qərarların verilməsində prioritet olanları həmişə ön sıraya çəkməlidir. Bir halda ki, bütün məsələlər öz hüquqi həllini universitet rəhbərinin masasında tapır, deməli, düşünüb-daşınmaq çox mühümdür. Amma hər bir məsələ rəhbər üçün də bərabər prioritetdə ola bilməz. Gündəmdə olan hər bir məsələ diqqətlə və ehti-yatla öyrənilməli, həmin an üçün daha önəmli olanlara üstünlük verilməlidir. Yəni, masanın üstünə qoyulan heç də bütün məlumatlara reaksiya verilməsi önəmli deyil.

Digər tərəfdən, universitetin “ic-timai sifət” (“Public face”) olmasının nə demək olduğunu hər an yadda saxlamaq lazımdır. Liderin davranış mədəniyyətindən tutmuş, çıxışların-

da, icma tədbirlərində iştirakında, ali təhsilə olan baxışlarında, universitet kollektivi ilə, tələbələrlə danışıqların-da, yazılarında, hətta mağazaya gedib alış-veriş etməyində (bu sonuncu ABŞ universitet rəhbərləri üçün çox adi haldır) və s. hamısı daim diqqət mərkəzindədir. Çünki univer-sitet rəhbərini görən kimi, ilk yada düşən universitet olur. Bunlar sərt həqiqətlərdir. Onunla hər bir rəhbər razılaşmalıdır.

R.Fakin deyirdi ki, universitet liderliyi həm elm, həm də sənətdir, özü də incə sənətdir. Ona görə də ali təhsil idarəçiliyi ABŞ-da bir ixtisas kimi öyrədilir. Ali təhsil müəssisəsi rəngarəng dəyərlərin üzərində qurulan bir təşkilat kimi, müxtəlif düşüncələrin olmasını zəiflik yox, əksinə, güclülük əlaməti kimi qəbul etməlidir.Yox, əgər digər yolu – incə sənət yolunu seçsək, onda da bunu təkəbbürlülük əlaməti kimi qəbul edəcəklər. Bu, əslində, intellektual təkəbbürlülükdür ki, o da idarəetmədə qərarların verilməsi, üslub, ümumi

mənafe, intuisiya keyfiyyətləri və s. deməkdir.

Universitet maliyyəsinin gündəlik təhlili, əlavə maliyyə resurslarının universitetə cəlb olunması, diferensial əməkhaqqı verməklə stimullaşdırıcı mexanizmləri təkmilləşdirmək və universitetdə sağlam rəqabəti forma-laşdırmaq top-menecer üçün qarşıya qoyulan əsas məqsəddir. Bunu da R.Fakin deyirdi.

O deyirdi ki, risk menecment prinsipi yaddan çıxmamalıdır. İstənilən arzuolunmaz bir hadisənin baş verməsi, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalını,

bir qayda olaraq, risk adlandırırıq. Risklər həmişə mövcuddur, heç

nəyə 100 faiz əmin olmaq olmaz. Merfi qanunlarından birində de-yildiyi kimi, “Əgər hər şey yax-şıdırsa, deməli, siz nəyi isə görə bilməmisiniz”. Əsl lider fikridir. İngilislərin dediyi kimi, əlavə şərhə ehtiyac yoxdur. ABŞ-da belə bir deyim var ki, iki cür universitet lideri olur – biri odur ki, onun liderliyi ilə ali təhsil müəssisəsində işlər qayda-sında gedir, kollektiv özünü xoşbəxt hesab edir. Digəri isə ondan ibarətdir ki, lider o müəssisəyə rəhbərlik etdiyinə görə özünü xoşbəxt hesab edir. Mənim ABŞ-dakı rektorum, professor R.Fakin özünü birincilərə aid edirdi.

Dünyanın ən yüksək reytinq-li universitetlərinin rəhbərlərinin əksəriyyəti beş ildən az müddətə işləyir, Böyük Britaniya da da-xil olmaqla, bir sıra ölkələrdə universitetlərin rektorları və prorek-torları orta hesabla dörd il vəzifədə

olurlar. Əmək bazarı da ali təhsil top-idarəçiliyində həmişə müəyyən bir çalxalanmanın olduğunu əks etdirir. Bu yaxınlarda “Times of Higher Edu-cation” jurnalının apardığı təhlillər nəticəsində dünyanın 400 ən yüksək reytinqli universitetində rəhbər vəzifədə işləyənlərin keçdikləri həyat və iş təcrübələri müqayisə edilmişdir.

Təhlillərdən əldə olunan nəticə ondan ibarətdir ki, universitetlərdə rəhbər vəzifə tutanların əksəriyyəti 60 yaşdan yuxarı olanlardır və onlar da daha çox fundamental elm sahələri üzrə təhsil almışlar. Bir sıra ölkələrin təhsil sistemlərində qısamüddətli

təyinatlara daha çox üstünlük verilir.Təhlillərə görə, 400 universitetə

rəhbərlik edənlər, təxminən, 5 illik bir müddətdə universitet rəhbəri olublar. Bunlardan 203 nəfəri 2015-ci ildən sonra bu vəzifəyə təyin olunub, ya da seçilib. Ancaq 40 nəfəri 10 ildən çox müddətdə universitet rəhbəri kimi fəaliyyət göstərib.

ABŞ-ın elit universitetlərində digər ali təhsil sistemlərindən fərqli olaraq çalışırlar ki, rektorları (prezidentləri) daha uzun müddətə seçsinlər. Almaniyada isə rektorlar universitetin akademik strukturları tərəfindən sabit bir müddətə seçilirlər.

Aparılan təhlillərin nəticəsi bir də onu göstərir ki, universitet rəhbərləri arasında demoqrafik və mültikultural rəngarənglik də ürəkaçan deyil. Buna görə də ekspertlər belə hesab edirlər ki, vakant olan vəzifələrə elanların verilməsi, lazımi sənədlərin təqdimi və namizədlərin seçilməsi üçün yaradılan komissiyaların işləri müasir tələblər səviyyəsində qurulmur, müəyyən əngəllər yaradılır ki, bu da

son nəticədə istənilən səmərə vermir. Bu məsələni universitetlər gündəmdə saxlamalıdırlar ki, rəhbərlikdə de-moqrafik müxtəliflik, multikultural mühit çox mühüm şərtdir. Ona görə ki, yaşadığımız qlobal dünyanın da mahiyyətində bu dayanır. Belə bir mühitin yaranması idarəedənlərin müstəqilliyində müstəsna rol oynayır.

Universitet rəhbərlərinin başqa bir problemi də onların menecment-idarəetmə təlimləri keçmələrindədir. Çünki hər bir şeyin elmi olduğu kimi, idarəertmənin də elmi var. Onu da öyrənmək lazımdır. Çox savadlı, intellektli olmaq hələ müvəffəqiyyətli

idarəedən demək deyil. Məhz buna görə də vakant yerlərin tutulmasında iştirak etmək arzusunda olanların menecment-idarəetmə elminin heç olmasa, təlimlərində iştirak edib-etməmələri əsas götürülməlidir.

Aparılan araşdırmaların diqqət çəkən daha bir cəhəti ondadır ki, rektorlar üçün orta yaş 62 olub və həmin liderlər bakalavr təhsillərini 300-lüyə daxil olan universitetlərdə öz ölkələrində almışlar, yenidən universitetlərinə rəhbər kimi qayıt-mışlar. Burada da diqqət çəkən bəzi maraqlı məqamlar var. Məsələn 400-lüyə daxil olan universitet liderlərinin ABŞ-dan olanlarının orta yaş həddi 64 olmuşdur. Onlar kollektivə orta he-sabla 7 il rəhbərlik etmişlər. Almani-yada da eyni mənzərə ilə rastlaşırıq.

Birinci 400-lüyə daxil olan universitetlərin olduğu ölkələrdə ən cavan rektor İsveçdədir –orta yaş həddi 58-dir. Bu rəqəm Avstraliya-da 59,5, Kanadada 63, Çində 63, Fransada 65-dir. Ən az rektorluq müddəti Çində və Fransada olmuşdur

ki, bu rəqəm orta hesabla 3 ildən az olmuşdur. Qadınların rektor olduğu lider ölkə İsverçdirsə, bu işdə qadın-lara ən az etibar edən ölkə Fransadır. Bu universitet liderlərinin, təqribən, yarısı fundamental elm sahələri üzrə təhsil almışsa, ABŞ və Böyük Brita-niyada humanitar sahə nümayəndələri üstünlük təşkil edirlər.

Dördyüzlüyə daxil olan univer-sitet liderlərinin məzun olduqları ali məktəblər arasında Kembric Uni-versiteti liderdir – 7 rektor. Bundan başqa, Harvard Universitetinin 6, Prinston Universitetinin 5 məzunu rektor işləyib.

ABŞ-da çalışırlar ki, universitet liderlərinin maaşları yüksək olsun ki, onlar başqa universitetlərə maraq göstərməsinlər. Böyük Britaniyada isə deyirlər ki, əgər yüksək maaş istəyirsənsə, kənardan yüksək maaşlı təklif alarsansa, onda universitet onu müqayisə edərək müvafiq qərar qəbul edə bilər.

Almaniyada bu məsələ bir qədər problemlidir. Almaniya Ali Təhsil Mərkəzinin hazırladığı hesabatda qeyd olunur ki, Almaniyanın 81 universitetinin rektorlarının 40 faizi professor olduqdan sonra ancaq öz universitetlərində işləmişdir.

Bu gün lider üçün nəyin önəmli olması ideyası dəyişmişdir. Liderlərə daha çox idarəetmə-menecment qabiliyyətləri lazımdır. Universitetə liderin seçimi (təyinatı) prosesi hər bir ölkədə fərqli ola bilər, müxtəlif yanaşmalar başa düşüləndir. Amma bir şey hamıya gün kimi aydındır ki, akademik camiyənin dəstəyinin qaza-nılması da bu işdə mühüm amil kimi gündəlikdə durur.

Dünyada universitet rəhbərlərinin bəzən kənardan dəvət olunması təcrübəsi də geniş yayılmışdır. Bu təcrübədən son illərdə Azərbaycanda da özəl universitetlər səviyyəsində, az da olsa, yararlanmağa başlayıblar. Bu sahədə ən gözəl nümunə kimi Maastrixt (Hollandiya) universitetini göstərmək olar.

Universitet rəhbərləri öz üslub-ları ilə rahat olmalıdırlar. Kimsə Twitterdə, Facebookda, YouTube-da, asılıb qalırsa, bu, hələ onun öz üslubu deyil. O, rəhbər olduğu kimi görün-mür. Hərə öz yolu ilə getməlidir, çün-ki təhsilə süni, yersiz şoular yaraşmır.

İdarəetmədə əsas məsələ düz-gün işlərin görülməsi deyildir, əsas olan odur ki, iş düzgün yolla edilsin. İdarəetmədə qarşıya çıxan ən çətin dilemmalardan biri odur ki, sən seçməlisən – ya düzgün işi səhv yolla, ya da səhv işi düzgün yolla həll et. Nə idarəetməni elm kimi, nə də incə sənət kimi qəbul etmək sənə dəqiq şəkildə deməyəcək ki, hansı situa-siyada necə hərəkət etmək lazımdır. Hər halda, hər iki cəhətə fikir vermək yaxşı olardı.

Əfqan ABDULLAYEV, professor

“Jewish Journal” azərbaycanlı məcburi köçkünlərdən yazır

Los-Ancelesə səfər etmiş məcburi köçkünlərin taleyindən bəhs edən D.Ağaeva qeyd edir ki, Ermənistan qoşunları Xocalını işğal edəndə və dinc əhaliyə qarşı qırğın törədəndə onun cəmi 20 yaşı olub. Gülməmməd isə 1992-ci il mayın 18-də Laçın rayonu işğal olunduğu vaxtdan sonra 10 il ərzində qaçqınlar üçün çadır düşərgəsində yaşayıb. Bu düşərgədə məktəbin olmamasına bax-mayaraq, o, UNICEF-in təqdim etdiyi dərsliklər əsasında təhsil alıb və sonradan ABŞ-ın Sirakuz Universitetinə daxil olaraq bu ali məktəbi biofizi-ka üzrə elmlər doktoru dərəcəsi ilə bitirib. Tural Şuşa şəhərindən qovulan 40 min azərbaycanlı sakin ilə birlikdə 12 yaşında məcburi köçkün olub. O, ötən il Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri seçilib və Dağlıq Qarabağdan didərgin düşmüş 80 min azərbaycanlı məcburi köçkün icmasını təmsil edir.

Səfər zamanı nümayəndə heyəti Amerika Yəhudi Komitəsinin, Los-Anceles Konfessi-yalararası Şurasının rəhbər şəxsləri, İsa Məsih

Kilsəsinin nümayəndələri, Pakistan və Türkiyə icmalarının və Orinc dairəsi İslam Cəmiyyətinin təmsilçiləri, həmçinin Azərbaycanın yaxın dostu olan ravvin Devid Vulpe və Los-Anceles Sinay Məbədinin digər liderləri ilə görüşlər keçirib.

Ağayeva qeyd edir ki, nümayəndə heyətinin səfərinin böyük bir hissəsi ABŞ yəhudilərinin ən böyük və gözəl məbədlərindən biri olan Nes-sa sinaqoqunda təşkil edilmiş xüsusi proqram olub. Proqram çərçivəsində Qarabağda davam edən işğal və dağıntılar bərəsində videoçarxlar nümayiş etdirilib, məcburi köçkünlərin hər biri çıxış edərək özünün həyatda qalması tarixçəsini danışıb. Məqalənin sonunda müəllif ümidvar ol-duğunu bildirir ki, münaqişə tezliklə sülh yolu ilə həllini tapacaq və Azərbaycan torpaqları işğaldan azad ediləcək.

Yusif BABANLI, AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ali təhsildə idarəetmə: xarici universitetlərin təcrübəsinə baxış

K eçən əsrin 60-cı illərində Harvardın siyasi elmlər professoru Riçard Neustadt Amerika prezidentliyi haqqında çox maraqlı bir kitab nəşr etdirmişdir. Prezidentlik hakimiyyətini Makiavellinin XVI əsrdə çap olunan “The Prince” (“Şahzadə”) əsərində irəli sürülən müddəalarla müqayisə edən müəllif bildirir

ki, bu kitab hakimiyyətdə olanlar üçün həqiqi bir bələdçi funksiyasını yerinə yetirir. Onun əsərinin qayəsində, əslində, həmin illərdə yenicə ABŞ Prezidenti seçilmiş C.Kennediyə bir mesaj ünvanlamaq dururdu. Neustadtın ümumi tezisi bundan ibarət idi ki, ABŞ Prezidentinin rəsmi səlahiyyətləri, hakimiyyəti məhduddur. Ona görə ki, bu səlahiyyətlər digər bərabər siyasi strukturlarla – məhkəmə-hüquq sistemi və Konqreslə bölüşdürülür. Ölkə prezidenti digər məhdudiyyətlərlə də üzləşir, hətta onun üzərində bir nəzarətçi kimi medianın rolu da danılmazdır.

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qalmış sakini Dürdanə Ağayevanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən məcburi köçkünlərdən ibarət nümayəndə heyətinin

Los-Anceles şəhərinə səfərinin təfərrüatlarından bəhs edən məqaləsini dərc edib. Müəllif yazır ki, nümayəndə heyətinin tərkibinə Şuşa sakini Tural Gəncəliyev, Laçın rayonundan olan Gülməmməd Məmmədov və Dürdanə Ağayevanın özü kimi Xocalıda soyqırımı yaşamış Ceyhun Ələkbərov daxil olublar.

Mərkəzi Seçki Komissiyası Ka-tibliyinin Media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, noyabrın 20-dən etibarən növbəti layihəyə – aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılıb. Hələ 2002-ci ildə müxtəlif beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq şəraitində əsası qoyulan və ilbəil təkmilləşdirilərək 2008-ci ildən daha da genişləndirilən bu layihə bütün seçkilərdə mütəmadi şəkildə keçirilməklə dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkarlıq səviyyəsinin yüksəldilməsində olduqca mühüm rol oynayır.

Qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı iki mərhələli treninq layihəsi hazırlanıb. Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımovun açılış nitqi ilə noyabrın 20-dən start götürən ilk mərhələnin dörd gün davam etməsi nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyasının Treninq Qrupu tərəfindən müxtəlif metodiki və əyani vəsaitlərdən istifadə edilməklə tamamilə praktiki formada keçirilən “Trenerlər üçün treninq”lərdə hər seçki dairəsindən iki təmsilçi olmaqla, dairə seçki komissiyalarının ümumilikdə

230-a yaxın yerli trenerinə seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələrinə dair rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və hərtərəfli məlumat verilir.

Gündəliyə uyğun olaraq treninqlərdə, həmçinin Mərkəzi Seçki Komissiyasının Treninq Qrupunun mütəxəssisləri tərəfindən seçki günü prosedurları, səsvermə hərəkətləri və baş verə biləcək müstəsna hallar praktiki məşğələlərin gedişində əyani formada səhnələşdirilərək iştirakçılara nümayiş etdirilir, müzakirələr aparılır və onları maraqlandıran suallar cavablandırılır.

Treninqlərin məntəqə seçki ko-missiyalarının üzvlərini əhatə edən ikinci mərhələsinə noyabrın 25-də başlanacaq və seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq təqribən bir həftə davam edəcək. Bu mərhələdə keyfiyyətin və səmərəliliyin daha da yüksəldilməsi məqsədilə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərin Mərkəzi Seçki Komis-siyasının Treninq Qrupu tərəfindən hazırlanan cədvəl əsasında kiçik

qruplar şəklində - hər treninq ses-siyasında 36 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Treninqlər zamanı aşağı seçki komissiyalarının hər bir üzvünə yaxından tanış olmaq və təlimlərdə istifadə etmək məqsədilə MSK tərəfindən hazırlanan “Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri materiallar da təqdim oluna-caq.

Mərkəzi Seçki Komissiyasının həyata keçirdiyi kifayət qədər ge-nişmiqyaslı maarifləndirmə layihəsi olan treninqlər bələdiyyə seçkiləri keçirilən seçki məntəqələrinin bütün 30 minə yaxın üzvünü əhatə edir.

“Xalq qəzeti”

Bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində müxtəlif

statuslu seçki subyektləri üçün genişmiqyaslı layihələr davam etdirilir.

MSK aşağı seçki komissiyaları üçün treninqlərə başlayıb

Məcburi köçkünlər üçün əmək yarmarkası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət

Komitəsinin birgə təşkilatçılığı ilə məcburi köçkünlər üçün növbəti əmək yarmarkası keçirilib.

Bakının Qaradağ rayonundakı “Qobu park -- 2” yaşayış massivində təşkil edilən yarmarkada 50 müəssisədən 411 vakant iş yeri təqdim olunub.

Əmək yarmarkasının keçirilməsində məqsəd məcburi köçkünlərdən işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsidir. Vakant iş yerləri təklif edən müəssisələrin

nümayəndələrinin də iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar.

Yarmarkada, həmçinin haqqı ödənilən ictimai işlərdə çalışmaq istəyənlərin də qeydiyyatı aparılıb.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

21 noyabr 2019-cu il, cümə axşamı 9

Page 10: Prezident İlham ƏLİYEVxalqqazeti.com/pdf/Sayt 21 noyabr.pdf · 2019-11-20 · İsveçrə istehsalı olan və dünya miqyasında ən gözəl və təhlükəsiz “Ştadler” vaqonları

21 noyabr 2019-cu il, cümə axşamı10

Azərbaycan Respublikası Dövlət Gömrük KomitəsiAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi

İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun

birgə keçirdikləri fərdi jurnalist yazıları müsabiqəsinin elanıAzərbaycan Respublikası Dövlət

Gömrük Komitəsi və Azərbaycan Res-publikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan Respubli-kasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gömrük orqanlarında həyata keçirilən mütərəqqi islahatların mediada dolğun və obyektiv şəkildə işıqlandırılma-sı, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə birgə müsabiqə elan edir.

Müsabiqənin məqsədiAzərbaycanda son illər həyata

keçirilən əsaslı iqtisadi islahatlar çərçivəsində gömrük orqanlarının fəaliyyətində çevik, modern və şəffaf idarəçilik metodlarının tətbiqi; gömrük nəzarətinin təkmilləşdirilməsi və ticarətin asanlaşdırılması; kölgə iqtisadiyyatının aradan qaldırılması; sabit, avtomatlaş-dırılmış və vətəndaş məmnunluğunu təmin edən xidmətlərin təşkili sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərin ictimaiyyətə çatdıdılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılması.

Müsabiqənin mövzusu“Gömrük sistemində aparılan isla-

hatlar: nəticələr, perspektivlər”Müsabiqədə iştirakKütləvi informasiya vasitələrində (tele-

viziya, qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara və süjetlərə aid tələblər

1. Dərc olunan yazının və ya yayım-lanan süjetin sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalıdır.

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı və ya süjet təqdim edə bilər.

3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazıla-rını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər. Telejurnalistlərin hazırladıq-ları süjetlər çalışdıqları media qurumunda yayımlanmalıdır.

4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat

orqanlarında dərc edilməli, eyni za-manda saytlarda yerləşdirilməli, süjetlər isə qanunvericiliyə uyğun olaraq rəsmi qeydiyyatdan keçmiş televiziyanın efirində yayımlanmalıdır.

5. Dərc olunmuş yazıda və ya yayım-lanan süjetdə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir

Azərbaycan jurnalistlərinin I qurul-tayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qay-dalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşən qəzet və ya saytlar.

b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”dan çıxarılan qəzetlər və ya saytlar (1 il müddətində).

c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər və ya saytlar (6 ay müddətində)

Yazıların qəbul qaydaları1.Yazının dərc olunduğu mətbuat

orqanı (qəzet) 1 nüsxə2.Yazının elektron variantı (Times New

Roman (12) şriftində - CD diskdə) 1 nüsxə3.Yazının A4 formatda çap

olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə

4.Yazıların həcmi: 1 səhifə (A3) olma-lıdır (9-11 min işarə)

Süjetlərin qəbulu qaydaları1.Süjetin yayımlandığı televiziya proq-

ramının tam videoyazısı 1 nüsxə (DVD diskdə)

2.Süjetlər 5 dəqiqədən artıq olmama-lıdır

Tələb olunan sənədlər1. Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin Elektron İnformasiya sistemindən çıxarılmış əmək müqaviləsi bildirişi.

2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzasıilə)

3. Şəxsiyyət vəsiqəsinin surəti,Qeyd: İştirakçı haqqında məlumat

cədvəlini əldə etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edə bilərsiniz.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı və ya süjet müsabiqəyə buraxılmır.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların və süjetlərin qəbulu 22 noyabr 2019-cu il tarixində başlayır, 17 yanvar 2020-ci il tarixdə başa çatır.

Yazılar və süjetlər rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:- mövzunun əhatə olunması, jurnalist

araşdırması, əsaslandırma;- materialın oxucu üçün informasiyalı-

lıq səviyyəsi;- yazının və ya süjetin dil və üslub

xüsusiyyətləri, bədii-estetik ifadəsi;- jurnalist obyektivliyi, qərəzsizliyi,

tərəfsizliyi və məsuliyyəti;- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıla-rın mükafatlandırılması

I yer üçün 1 nəfər (1500 manat);II yer üçün 2 nəfər (1000 manat);III yer üçün 3 nəfər (600 manat)Bundan əlavə, 10 yazı müəllifinə (hər

biri 200 manat) həvəsləndirici mükafatlar veriləcəkdir.

Müsabiqəyə təqdim olunmuş süjetlərin mükafatlandırılması

I yer üçün 1 nəfər (1500 manat);II yer üçün 1 nəfər (1000 manat);III yer üçün 1 nəfər (600 manat)Eyni zamanda, 3 süjet müəllifinə (hər

biri 200 manat) həvəsləndirici mükafatlar veriləcəkdir.

Qaliblər, həmçinin Azərbaycan Res-publikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsu-si diplomu ilə təltif olunacaqlar.

Ünvan: Bakı şəhəri, Mətbuat prospek-ti, 529-cu məhəllə.

Əlaqə telefonları: (012) 537 19 41; (012) 537 19 45;

Elektron ünvan:[email protected],[email protected]

Operativ məlumat: pambıq qəbulu məntəqələrinə 288 min tona yaxın məhsul təhvil verilib

� Noyabrın 20-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 287 min 701 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,2 faiz çoxdur. Keçən il noyabrın 20-dək 211 min 197 ton pam-bıq tədarük olunmuşdu.

Bu il Azərbaycanda 100111 hektar ərazidə pambıq əkilib. Saatlı (13741 hektar), Ağcabədi (10452 hektar), Biləsuvar (10257 hektar), Bərdə (10140 hektar), Beyləqan (9706 hektar), Sa-

birabad (8630 hektar) və İmişli (7492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardandır.

Məhsuldarlığın yüksəlməsinə səbəb aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması, gübrə ilə təminatın yüksək səviyyədə həyata keçirilməsi, məhsulun sahələrdən texnika ilə itkiyə yol verilmədən yığılmasıdır.

Qeyd edək ki, pambıqçılıq kənd təsərrüfatının yüksək əməktutumluluğu ilə seçilən sahələrindən biridir. Ötən illə müqayisədə 2019-cu ildə 20 rayon üzrə pambıq əkən fermerlərin sayı 2373 nəfər artaraq, 18000 nəfərə çatıb. Pambıqçılığın inkişafı yüngül sənayenin inkişafına təkan verməklə yanaşı, əhalinin məşğulluğunun artmasında da müsbət rol oynayır. Hazırda ölkəmizdə 23 pambıq zavodu, 7 iplik istehsalı fab-riki, 3 pambıq yağı istehsalı müəssisəsi fəaliyyət göstərir. Ümumilikdə, pambıq-çılığın inkişafı təxminən 200 mindən çox insanın əsas gəlir mənbəyini formalaş-dırır.

AZƏRTAC respublikada pambıq tədarükünə dair noyabrın 20-nə olan operativ məlumatı təqdim edir.

20.11.2019-cu il tarixə pambıq tədarükünə dair operativ məlumat

Məqsəd sakinlərin problemlərini həll etməkdir

Şəhər rəhbəri qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin tap-şırıq və tövsiyələrinə uy-ğun olaraq, keçirilən belə görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir. N.Bayramov məlumat

verib ki, Gəncədə binala-rın fasadları yenilənir, dam örtükləri dəyişdirilir, şəhərin su təsərrüfatı və kanalizasi-ya sistemi yenidən qurulur, çoxmərtəbəli binaların liftləri təzələnir, yollarda təmir-bərpa işləri gedir. Bütün bu tədbirlər əhalinin rahat-

lığının təmin edilməsi və güzəranının yaxşılaşdırılması üçündür. İcra hakimiyyətinin başçısı onu da əlavə edib ki, şəhər sakinlərinin hər birinin probleminə öz problemi kimi yanaşır.

“Açıq mikrofon” şəraitində keçən görüşdə sakinlər onları narahat edən məsələlərdən danışıblar.

Müraciətlər əsasən su-kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların asfaltlanması, uşaq-lar üçün oyun meydançaları-nın yaradılması, fərdi evlərin

təmiri və tikintisi ilə bağlı olub. Sakinlər, eyni zamanda, öz şəxsi problemlərindən də söz açıblar.

Görüşdə səsləndirilən məsələlərin çoxu yerindəcə həllini tapıb. İcra strukturu-nun fəaliyyət dairəsinə daxil olmayan problemlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin

bölgə müxbiri

Haaqada “İstanbul prosesi”nin 7-ci iclasında Azərbaycandakı dini tolerantlıqdan və multikulturalizm siyasətindən danışılıb

Məlum olduğu kimi, “İstanbul pro-sesi” BMT İnsan Hüquqları Şurasının 2011-ci ildə qəbul etdiyi “Din və əqidə əsasında insanlara qarşı dözümsüzlük, mənfi stereotiplər, stiqmatizasiya, ayrı-seçkilik, zorakılığa təhrik və zorakılıqla mübarizə” adlı 16/18 nömrəli və BMT Baş Assambleyasının oxşar məzmunlu 66/167 nömrəli qətnamələrində qeyd edilən hallarla mübarizəni nəzərdə tutan fəaliyyət planının həyata keçirilməsi üçün mexanizmdir. Sözügedən qətnamələr din və əqidə əsasında dözümsüzlüklə mübarizə aparmaq üçün əsas hökumətlərarası siyasət çərçivəsi hesab olunur. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı tərəfindən irəli sürülmüş və 16/18 nömrəli qətnamənin təşkilatın üzvü qismində əsas sponsor-larından biridir. 2011-ci ildə İstanbulda təsis olunan və dini dözümsüzlüyə qarşı mübarizəni, din və ya etiqad azadlığı-nın təşviq olunmasını nəzərdə tutan “İstanbul prosesi”nin indiyədək müxtəlif ölkələrdə altı görüşü keçirilib.

“İstanbul prosesi”nin builki görüşündə ölkəmizi Azərbaycan Res-publikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikultura-lizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təmsil edib.

Etibar Nəcəfov tədbirin “Dinlərarası dialoq, sosial inteqrasiya və təhsil vasitəsilə tolerant və inklüziv cəmiyyətlərin qurulması” adlı sessi-yasında çıxış edərək Azərbaycanın

tolerant və inklüziv cəmiyyətin qu-rulması sahəsində əldə etdiyi mü-hüm nailiyyətlərdən danışıb. O, bu nailiyyətlərin əldə olunmasında ölkəmizin multikulturalizm siyasətinin böyük əhəmiyyət kəsb etdiyini bildi-rib. Belə ki, multikulturalizm siyasəti cəmiyyətdəki etnik, dini və mədəni müxtəlifliklərin, eləcə də onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qo-runmasını təmin etməklə ölkə daxilində inteqrasiya proseslərini möhkəmləndirir və bununla da etnik və dini zəmində qarşıdurmanın qarşısını alır.

Şöbə müdiri multikulturalizm siyasətinin ölkəmizin daxili və xarici siyasətində özünü büruzə verdiyini qeyd edərək bu siyasətin daxili siyasətdəki təzahürünü ölkəmizdə din və etiqad azadlığının təmin edilməsində, bütün dinlərin, dini məzhəblərin qanun qarşı-sında bərabər olmasında, dini icmaların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstəyin göstərilməsində, ölkə daxilində dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurul-masında olduğunu söyləyib.

Xarici siyasət sahəsində isə mul-tikulturalizmin əsas təzahürlərindən biri ölkəmiz tərəfindən bütün dünyada dinlərarası və mədəniyyətlərarası dialo-qun təşviq olunmasıdır. E.Nəcəfov qeyd edib ki, Azərbaycan 2008-ci ildən bəri bu dialoqu müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prose-si” çərçivəsində uğurla həyata keçirilir.

“Bakı prosesi” çərçivəsində Azərbaycanda bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyini qeyd edən şöbə müdiri ötən həftə uğurla baş tutmuş Dünya dini liderlərinin II Bakı sammiti barədə tədbir iştirakçı-larına məlumat verib. O, sammitdə dünyada müxtəlif dini konfessiyalar arasında dialoq və əməkdaşlığın təşviq olunması, din və ya etiqad azadlığının demokratik cəmiyyətin inkişafında rolu, islamofobiya, antisemitizm və xristi-anofobiya kimi dini dözümsüzlüyün formalarına qarşı mübarizənin vacibliyi məsələlərinin müzakirə olunduğunu görüş iştirakçılarının nəzərinə çatdırıb. Şöbə müdiri, həmçinin sammitdə qəbul olunmuş “Bakı Bəyannaməsinin” əsas müddəaları haqqında görüş iştirakçıları-na məlumat verib.

AZƏRTAC

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər sakinlərinin bir qrupu ilə görüşüb, onları narahat edən məsələlərlə maraqlanıb, hər birini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı konkret tapşırıqlarını verib.

Noyabrın 18-19-da Niderland Krallığının Haaqa şəhərində bu ölkənin Xarici İşlər Nazirliyi və “Universal Hüquqlar Qrupu” qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə “İstanbul prosesi”nin “Dini dözümsüzlüklə mübarizə: İnklüziv və dözümlü cəmiyyətlər qurmaq, nifrət və zorakılığı geridə qoymaq” mövzusunda növbəti VII görüş keçirilib.

Baş Prokurorluq: Qida Təhlükəsizliyi Agentliyindən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə hər hansı material daxil olmayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin rəisi Hüseyn Abdullazadənin, Gəncə regional bölməsinin Heyvan sağlamlığı və baytar-

lıq nəzarəti sektorunun müdiri Kamran Əzizovun, Lənkəran re-gional bölməsinin rəisi Əlimuxtar Bağırovun, Lənkəran regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi Habil İsmayılovun barələrində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində, guya araş-dırmaların aparılması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində məlumatlar dərc edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin informasiyalar həqiqəti əks

etdirmədiyindən təkzib edilir. Eyni za-manda, bildirilib ki, adları qeyd edilən şəxslərlə bağlı Qida Təhlükəsizliyi

Agentliyindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə hər hansı material daxil ol-mayıb və həmin şəxslər barəsində Baş İdarədə araşdırma aparılmayıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş edilir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düz-günlüyünü Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirsinlər.

Page 11: Prezident İlham ƏLİYEVxalqqazeti.com/pdf/Sayt 21 noyabr.pdf · 2019-11-20 · İsveçrə istehsalı olan və dünya miqyasında ən gözəl və təhlükəsiz “Ştadler” vaqonları

21 noyabr 2019-cu il, cümə axşamı 11Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq çağrı mərkəzi sisteminin

qurulması (proqram təminatı) xidmətlərinin satın alınması məqsədilə

Açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər:

AZN hesabıEmitentBankın adı – Dövlət Xəzinədarlığı AgentliyiBankın kodu – 210005VÖEN – 1401555071M/h – AZ41NABZ01360100000000003944SWIFT – CTREAZ22Alan – Azərbaycan Respublikasının Dövlət Turizm AgentliyiVÖEN – 1404365471 H/h – AZ53CTRE00000000000008498501Büdcə səviyyəsinin kodu -7Büdcə təsnifatının kodu -142340Tenderdə iştirak haqqı 100 manatdır. İştirak haqqı heç bir

halda geri qaytarılmır.İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim

etməlidirlər: - tenderdə iştirak etmək üçün yazılı müraciət;- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30

(otuz) bank günü qüvvədə olmalıdır);- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı

(zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqan-ları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (id-diaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Mətnlər arasında fərq aşkar olunarsa üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları por-tal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- Mehman Bayramov.Ünvan- Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü

mərtəbə. Telefon- +994125058704 (əlavə 2304); Faks:

+994124920592.E-mail: [email protected] İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən

müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 23 dekabr 2019-cu il saat 18.00-a, tender təklifini və təklifin bank təminatını isə 7 yanvar 2020-ci il saat 18.00-dək portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların tender təkliflərinin açılışı 8 yanvar 2020-ci il saat 11.00-da dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.

QEYD–tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti“Ski Cross-Country” layihəsi üçün avadanlıqların və ehtiyat

hissələrinin satın alınması məqsədilə

Tender iştirakçılarına təklif edilir ki, Dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına elektron imzala-rı vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: iddiaçının təcrübəsi, çatdırılma müddəti və iddiaçının maliyyə təklifi.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 150 manatdır.

H/h- AZ53AİİB33010019444805754148

VÖEN- 4700664781Bank- “Kapital Bank” ASC-nin Qusar filialı Kod- 200480VÖEN- 9900003611

M/h- AZ37NABZ01350100000000001944

S.W.İ.F.T: AIIBAZ2X

i ştirak haqqı heç bir halda geri qaytarılmır.İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim

etməlidirlər:tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz)

bank günü qüvvədə olmalıdır (nümunə kimi hazırkı əsas şərtlər toplusunun 25-ci səhifəsində) ;

tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə

olmalıdır (nümunə kimi hazırkı əsas şərtlər toplusunun 28-ci səhifəsində);

-təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günündən çox olmalıdır;

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid icra vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

müqavilənin yerinə yetirilməsi təminatı – 2 faizi (iddiaçının təklifi 100 000 ABŞ dollar manat ekvivalentindən çox olarsa).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 11 dekabr 2019-cu il saat 14.00-a, maliyyə göstəricilərinə aid sənədləri isə 20 dekabr 2019-cu il saat 14.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 20 dekabr 2019-cu il saat 14.01-də açılacaqdır. İddiaçılar açılışın nəticələrilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır. Həmçinin elanla bağlı ətraflı məlumatı dövlət satınalmalarının vahid internet portalından tapmaq olar.

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti

dövlət büdcəsi hesabına təsərrüfat mallarının satın alınması ilə əlaqədar

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet Portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə etsinlər.

Müqavilənin şərtlərini yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 200 manatdır. H/h- AZ53AİİB33010019444805754148VÖEN- 4700664781Bank- “Kapital Bank”ASC-nin Qusar filialı Kod- 200480VÖEN- 9900003611M/h- AZ37NABZ01350100000000001944

S.W.İ.F.T: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri

təqdim etməlidirlər:-tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən

bank sənədi;-tender təklifi zərflərin açıldığı tarixdən sonra ən

azı 30 (otuz) bank günü qüvvədə olmalıdır;-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı

zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır ;

-təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günündən çox olmalıdır.

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid icra vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçının maddi-texniki bazası. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır

(xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları internet portalı vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 10 dekabr 2019-cu il saat 16.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 19 dekabr 2019- cu il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 19 dekabr 2019-cu il saat 16.01-də açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə apa-rılır. Həmçinin elanla bağlı ətraflı məlumatı dövlət satınalmalarının vahid internet portalında tapmaq olar.

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin

Qoruqları İdarəetmə Mərkəzi xidməti avtomobilin satın alınması məqsədilə

KOTİROVKA SORĞUSU ELAN EDİR 1. Kotirovka sorğusunda xidməti avtomobilin təchizatını

təmin edən rezident və ya qeyri-rezident hüquqi şəxslər iştirak edə bilərlər.

2. Kotirovka sorğusunun əsas şərtlər toplusunu əldə etmək

üçün iddiaçılar Bakı, Nizami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbəyə müraciət edə bilərlər (əlaqə telefonları- 505 87 04 (əlavə 1323), (050) 265 81 29, faks- 492 05 92).

3. Kotirovka təklifi tələb olunan formada hazırlana-raq üzərində hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 9 dekabr 2019-cu il saat 18.00-a qədər Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə, Bakı, Nizami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbəyə təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Zərflərin açılışı ilə bağlı tender komissiyasının iclası 10 de-kabr 2019-cu il saat 15.00-da Bаkı şəhəri, Nizami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbədə Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin ofisində keçiriləcəkdir.

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi”

Qapalı Səhmdar Cəmiyyətiqış təkərlərinin satın alınması məqsədilə

KOTİROVKA SORĞUSU ELAN EDİR Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı

şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvana müraciət edə bilərlər. Əlaqələndirici şəxs Kəmalə Süleymanova, telefon- (+994) 310-11-10 (7700).

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər im-zalanıb möhürlənmiş kotirovka təkliflərini 28 noyabr 2019-cu il saat 12.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılma-dan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 28 noyabr 2019-cu il saat 15.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvanda (Port Baku Towers) açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedu-runda iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Kənd

Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq

Elmi - Tədqiqat İnstitutuKOTİROVKA SORĞUSU ELAN EDİR

Lot-1. Digər maşın və avadanlıqların kotirovka sorğusu üsulu ilə satın alınma-sını həyata keçirir. Maraqlanan təşkilatlar (+994 23)334-41-17 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 26 noyabr 2019-cu il saat 18.00-dək qəbul olunur

Ünvan-Quba rayonu, Zərdabi qəsəbəsi.E-mail: [email protected]

BİLDİRİŞ“Xalq qəzeti” nin 15 oktyabr 2019-cu il tarixli nömrəsində

“Azərxalça” ASC-nin 2019-cu ilin büdcəsinə uyğun olaraq 5 ədəd 28-30 yerlik avtobusun satın alınması məqsədilə dərc edilmiş açıq tender elanında 5 dekabr 2019-cu il saat 18.00-dək tarixi 6 dekabr 2019-cu il saat 12.30-a kimi oxunmalıdır.

Tender komissiyası

BİLDİRİŞ“Xalq qəzeti” nin 15 oktyabr 2019 -cu il tarixli nömrəsində

“Azərxalça” ASC-nin Qazax-Qarabağ qrupu üçün üz iplərinin satın alınması məqsədilə dərc edilmiş açıq tender elanında 5 dekabr 2019-cu il saat 18.00-dək tarixi 6 dekabr 2019-cu il saat 16.00-a, zərflərin açılışı tarixi 17 dekabr 2019-cu il saat 17.00-a tarixi isə 17 dekabr 2019-cu il saat 16.00-a kimi oxunmalıdır.

Tender komissiyası

BİLDİRİŞ“Xalq qəzeti” nin 15 oktyabr 2019 -cu il tarixli

nömrəsində “Azərxalça” ASC-nin 2019-cu ilin büdcəsinə uyğun olaraq orta ağır tonnajlı 5 ədəd yük avtomobilinin satın alınması məqsədilə dərc edilmiş açıq tender elanında 5 dekabr 2019-cu il saat 18.00-dək tarixi 6 dekabr 2019-cu il saat 9.30-a kimi oxunmalıdır.

Tender komissiyası

BİLDİRİŞ“Xalq qəzeti” nin 15 oktyabr 2019-cu il tarixli

nömrəsində “Azərxalça” ASC-nin Şirvan-Təbriz qrupu üçün üz iplərinin satın alınması məqsədilə dərc edilmiş açıq tender elanında 5 dekabr 2019-cu il saat 18.00-dək tarixi 6 dekabr 2019-cu il saat 16.00-a kimi oxunmalıdır.

Tender komissiyası

AÇIQ TENDER ELAN EDİRAÇIQ TENDER ELAN EDİR

AÇIQ TENDER ELAN EDİR

“Azercell”in rominqi millər qazandırır � Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi

yaşatmaq üçün “Azercell Telekom” MMC xidmətlərini təkmilləşdirməyə və ən son dünya trendlərinə uyğun məhsullarla istifadəçilərini sevindirməyə davam edir.

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell”, Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bankla birgə reallaşdırdığı kampaniya vasitəsilə abunəçilərinə “Rominq xidməti” çərçivəsində əlavə millər qazanmaq imkanı yaradır. Belə ki, cari ilin noyabr ayının 1-dən 2020-ci il yanvar ayının 31-dək PAŞA Bankın “Miles&Smiles” kartının sahibi olan Azercell abunəçiləri “Rominq xidməti” çərçivəsində mobil xərclər üzrə ödədikləri hər 1 AZN-ə görə 5 mil əldə edəcəklər.

Həmçinin 2020-ci il yanvar ayının 31-dək “Azercell”in ro-minq internet paketlərindən birini aktivləşdirən abunəçilər səfər zamanı WhatsApp mobil tətbiqi üzərindən yazışmalardan pul-suz istifadə edə biləcəklər. Vurğulayaq ki, “Azercell” 54 ölkədə fəaliyyət göstərən 80-dən çox operatorun şəbəkəsində 4 fərqli rominq internet paketlərini istifadəyə verməklə, abunəçilərini gözlənilməyən xərclərdən sığortalanmaq imkanı ilə təmin etmiş olub.

“Xalq qəzeti”

Özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıb

� Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ildə özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıb.

Onlardan 7072-si artıq təlim kursunu uğurla başa vurub. Təlimlərin yekununda biznes-planlarını müdafiə edən 5512 nəfər işsiz və işaxtarana isə biznes planlarına uyğun mal və mate-riallar verilib. Həmin şəxslər verilmiş aktivlər hesabına artıq öz kiçik ailə təsərrüfatlarını yaradıblar. Cari ildə də proqrama cəlb olunanların əksəriyyətini

əlilliyi olan şəxslər, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, ünvanlı sosial yardı-mı alan və ya çoxuşaqlı ailələrin üzvləri, gənclər, müharibə veteranları təşkil edir.

Bu ilin sonuna özünüməşğulluq proqramına cəlb edilənlərin sayının 10 minə çatacağı gözlənilir.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Page 12: Prezident İlham ƏLİYEVxalqqazeti.com/pdf/Sayt 21 noyabr.pdf · 2019-11-20 · İsveçrə istehsalı olan və dünya miqyasında ən gözəl və təhlükəsiz “Ştadler” vaqonları

21 noyabr 2019-cu il, cümə axşamı 12

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

7673

3911

40 qəpik

İsveçrə

Alimlərin açıqlaması Uzunmüddətli kos-

mik uçuşlar astronavt-ların sağlamlığı üçün ölümcül təhlükə törədə bilər. Bunu beynəlxalq alimlər qrupu açıqlayıb. Bildirilir ki, mikroqra-vitasiya daxili vidaci venanın fəaliyyətində pozuntuya səbəb olur. Bu, Marsa pilotlu missiya üçün böyük problemlər yarada bilər. Beynəlxalq Kosmik Stansiyada olan 11 astronavtı tədqiq edən mütəxəssislər çəkisizlik şəraitində 50 gün olduqdan sonra daxili vidaci venada durğunluq və əks-qan cərəyanının yaranmasını müəyyənləşdiriblər. Ekipaj üzvlərindən birində tromboz və ya vena tıxanması aşkar edilib ki, bu da kosmik uçuş ərzində ilk dəfə müşahidə olunub.

Xəbəri “Lenta.ru” verib.

CAR

Mavi almaz 14,9 milyon dollara satılıbCənubi Afrika

Respublikasında (CAR) hasil olunmuş ümu-mi çəkisi 20,08 karat olan nadir mavi almaz hərracda 14,9 milyon dollara satılıb. Almazın məxsus olduğu “Petra Diamonds Cullinan” adlı şaxtanın baş direktoru

Riçard Daffi deyib: “Biz almazın satış qiymətindən razıyıq. Bu razılaşma mavi almazların dəyərini izah edir”. Qeyd edək ki, nadir daşın alıcısının adı hələlik ictimaiyyətə açıqlanmır.

Xatırladaq ki, məhz həmin şaxtada 1905-ci ildə dünya-nın ən böyük almazı (3106 karat - 621,35 qram ) çıxarılıb.

Xəbəri “Business İnsider” verib.

İspaniya

Avropada birinci Avropanın Sta-

tistika Agentliyinin məlumatına görə, Avropa İttifaqı (Aİ) ölkələri arasında ən uzun ömürlü (83,4 yaş) İspani-ya sakinləridir. Bu göstəriciyə görə, ikinci yeri İtaliya (83,1) tutur. Qeyd edilir ki, Aİ-də kişilərin orta ömür uzunluğu 78,1 yaş, qadınların isə 83,5 yaş təşkil edir. Ai ölkələri arasında əhalinin orta ömür uzunluğu ən az Bolqarıstandadır. Bu ölkədə əhalinin orta ömür uzunlu-ğu 74,8 yaş təşkil edir.

Xəbəri “Euronews” verib.

Böyük Britaniya

135,8 milyon dollarlıq uduş Böyük Britaniya

sakini “EuroMilli-ons” lotereyasında 135,8 milyon dollar məbləğində cek-pota sahib olub. Ötən ay isə Britani-ya sakini “EuroMilli-ons” lotereyasında

krallıq tarixində rekord məbləğdə – 208 milyon dollar pul udub. O, dərhal ölkənin ən varlı insanlarının “The Sun-day Times” qəzeti tərəfindən tərtib edilən illik reytinqinə daxil olub. Cek-potun sahibi nəşrin 2019-cu il reytinqində müğənnilər Tom Consonu və Ed Şiranı qabaqlayıb.

Məlumatı BBC yayıb.

Mourinyo “Tottenhem”də İngiltərənin “Totten-

hem” klubuna yeni baş məşqçi təyin olunub. Bildirilir ki, bu, portuqa-liyalı məşqçi Joze Mou-rinyodur. Onunla 2023-cü ilə kimi müqavilə imzalanıb. Onun baş məşqçi təyin edilməsini şərh edən klubun prezidenti Daniel Levi deyib: “Joze ən yaxşı məşqçilərdən biridir. Onun çox yaxşı təcrübəsi var. Biz əminik ki, Joze komandamıza yeni enerji və ruh yüksəkliyi gətirəcək”.

Xəbəri “Eurosport.ru” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Noyabrın 21-də  Bakıda və Abşeron yarımadasında

arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 4-6, gündüz 7-9, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2-7 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy

rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə

arabir güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-7, gündüz 8-11, dağlarda gecə 0-3, gündüz 5-8 dərəcə isti olacaq.

Yusif İldırımzadə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Mirqafar Seyidova qardaşı

MİRƏLƏSGƏR SEYİDOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Qobustan rayonundan Adil Məmmədov və İbadət Bəhrəmov Kənd Təsərrüfatı Nazirliyinin torpaqdan istifadəyə nəzarət şöbəsinin sektor müdiri Eldəniz Həsənova bacısı

XURAMAN HƏSƏNOVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

ALLAH RƏHMƏT ELƏSİN

9 Sədibəyli Vüqar İlqar oğlunun adına verilmiş 3944 K nömrəli bağ sahəsinin çıxarışı itdiyi üçün etibarsız sayılır.Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3338 kvadratmetr torpaq sahəsi. (Reyestr - 003013035950).

9 Sədibəyli Vüqar İlqar oğlunun adına verilmiş 29 B/3955B nömrəli bağ sahəsinin çıxarışı itdiyi üçün etibarsız sayılır.Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1200 kvadratmetr torpaq sahəsi. (Reyestr - 003013039109).

9 Sədibəyli Vüqar İlqar oğlunun adına verilmiş 29 d/3955d nömrəli bağ sahəsinin çıxarışı itdiyi üçün etibarsız sayılır.Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1060 kvadratmetr torpaq sahəsi. (Reyestr - 003013039080).

Qax Rayon İcra Hakimiyyətiicra hakimiyyəti aparatına və uşaq bağçaları-

na alınacaq maşın və avadanlıqlar, o cümlədən bərk inventarlar üçün kotirovka sorğusu elan edir

Maraqlanan təşkilatlar (0-24-25) 5-33-92 nömrəli telefonla əlaqə saxlaya bilərlər. Kotirov-ka sorğusunda iştirak etmək üçün sənədlər 28 noyabr 2019-cu il saat 18.00-dək qəbul olunur.

Ünvan- Qax şəhəri, Azərbaycan prospekti 32.

Qax Rayon Mənzil-İstismar İdarəsi

2019-cu ildə şəhərin yaşayış binalarının həyətlərində abad-lıq işlərinin görülməsi üçün mal-materialların satın alınması məqsədilə

kotirovka sorğusu elan edirKotirovka təklifləri 28 noyabr 2019-cu il saat 17.00-dək

qəbul olunacaqdır. Təklif zərfləri 29 noyabr 2019-cu il saat 11.00-da açılacaq-

dır.Əlaqələndirici şəxs –Orxan Məmmədzadə ,telefon -02425-

5-51-42.Ünvan- Qax şəhəri ,İ.Dağıstanlı küçəsi 58.

Türkiyə, Böyük Britaniya, Almaniya və Fransa

dördtərəfli sammit keçirəcəklər

Mətbuat katibi əlavə edib ki, Şimali Atlantika Alyansının sammitində Türkiyə Prezidenti NATO-nun missiyası, gələcəyi,

XXI əsrdə mövqeyi və sonrakı fəaliyyəti barədə baxışlarını şərh edəcək.

İ.Kalın Suriyadakı mövcud

vəziyyəti şərh edərkən deyib ki, ABŞ və Rusiya Suriyanın şimalında vəziyyətin nizam-lanması ilə bağlı Ankara ilə əldə olunan razılaşmalara tam şəkildə hələ də əməl etməyiblər. O xatırladıb ki, Türkiyə ilə ABŞ arasında Suriya üzrə razılaşma bu ilin 17 oktyabrında, Rusiya Federasiyası ilə memorandum Soçidə bu ilin 22 oktyabrında imzalanıb. İ.Kalın əlavə edib ki, YPG terror təşkilatı regionda öz pozucu fəaliyyətinə “qanuni don” geydirmək üçün Suriyanın

şimalında İŞİD-in dirçəlməsinə çalışır.

Türkiyə Prezidentinin sözçüsü Ankaranın Rusiyadan “S-400” raket kompleksinin sa-tın alması məsələsinə də toxu-nub. Vurğulayıb ki, Türkiyə bu məsələdə mövqeyini dəyişmək fikrində deyil. İ.Kalın deyib: “S-400” ilə bağlı bir addım belə geriyə çəkilməkdən söz gedə bilməz. Bu, tamamlanmış və bitmiş sazişdir”.

M.HACIXANLI, “Xalq qəzeti”

Boris Conson və Ceremi Korbin arasında teledebat

Böyük Britaniyanın Baş naziri Boris Con-son müxalifət lideri,

leyborist Ceremi Korbinlə teledebat zamanı az fərqlə qələbə qazanıb. Bu barədə “YouGov” sorğu mərkəzi məlumat yayıb. İnformasiya-nı “İnterfaks.ru” verib.

Məlumata görə, debatdan dərhal sonra 1646 tamaşaçının rəyi öyrənilib. Respondentlərin 51 faizinin fikrincə, Conson Korbindən yaxşı çıxış edib. Buna görə də Korbin 49 faiz səs qazanıb.

Sorğu mərkəzi bildirib ki, ta-maşaçıların 63 faizinin rəyincə, Conson “Brexit” mövzusu ilə bağlı çıxışında daha yaxşı fikirlər deyib. Korbin isə səhiyyə mövzusunu əla şərh edib.

Leyboristlər Partiyasının

lideri “sadə insanlara etibar etmək məsələsində” 59 faiz səslə 25 faiz səs toplamış Con-sonu qabaqlayıb. Tamaşaçı-ların 45 faizi müxalifət liderinə daha çox etimad göstərdiyini bəyan edib. Bu sahədə Con-sonu respondentlərin 40 faizi

dəstəkləyib. Bununla yanaşı, 54 faiz

hesab edir ki, Conson baş nazir olmağa daha çox layiqdir və əhali tərəfindən rəğbət qazanıb. Rəyi soruşulanların 58 faizi isə teledebatdan na-razı qalıb, çünki çıxış edənlər

ölkənin əsas problemləri haq-qında danışmayıblar.

Xatırladaq ki, bu il dekab-rın 12-də Böyük Britaniyada Baş nazir Boris Consonun təşəbbüsü ilə növbədənkənar parlament seçkiləri keçiriləcək. Conson Avropa İttifaqı ilə “Brexit”in şərtləri üzrə əldə olunmuş razılaşmanı yeni parlamentdən keçirəcəyinə ümid edir. Əvvəllər deputat-lar bir neçə dəfə razılaşmanı təsdiq etməyiblər.

Korbin isə “Brexit”lə bağlı mövqeyini açıq ifadə etmədiyinə və Böyük Britani-yanın Avropa İttifaqından çıx-ması ilə bağlı planları barədə danışmadığına görə Conson tərəfindən tənqidə məruz qalıb.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

� “Euronews” agentliyinin yaydığı məlumata görə, NATO-nun Baş katibi Yens Stoltenberqin fikrincə, Avropa İttifaqı (Aİ) ölkələri Avropanı müdafiə etmək iqtidarında deyil.

Mənbə yazır ki, Yens Stoltenberq bu barədə “El Pais” qəzetinə müsahibəsində deyib: “Gələn həftə Parisə getməyi və Prezident Emmanuel Makronla alyansın “beyninin ölməsi” barədə məsələni müzakirə etməyi planlaşdırıram. Deyə bilərəm ki, NATO bu gün güclü, operativ və təhlükəsizliyimiz üçün vacib qurumdur. Avropa İttifaqı transatlantik blokunu əvəz edə bilməz. Aİ lazımlıdır, lakin o, Avropanı qoruya bilməz”.

Y.Stoltenberq hesab edir ki, Avropanı Şimali Amerikadan ayırmaq cəhdləri NATO-nu zəiflətməklə yanaşı, Avropanı da böləcək. “Alyans 70 il ərzində sülhü qoruyub və münaqişələrdən yayınıb. Biz hələ uzun illər bu məcrada davam edəcəyik”, – deyə Stoltenberq əlavə edib.

Xatırladaq ki, Emmanuel Makron “The Economist” jurnalına müsahibəsində NATO-nun ittifaqdaxili koordinasiyasını itirdiyini və hazırda “beyin ölümü” vəziyyətinə düşdüyünü deyib. Fransa Prezidenti, həmçinin Avropanın özü barədə müstəqil geosiyasi güc qismində düşünməli olduğunu, əks-təqdirdə öz müqəddəratına nəzarəti itirəcəyini vurğulayıb.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

“Aİ ölkələri Avropanı müdafiə etməyə

qadir deyil”Dünən Türkiyə Prezidentinin mətbuat xidmətinin

rəhbəri İbrahim Kalın mediaya açıqlamasında bildirib ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya, Almaniya və Fransa liderləri ilə birlikdə dördtərəfli sammitdə iştirak edəcək. Tədbir NATO-nun bu il dekabrın 3–4-də Londonda keçiriləcək sammitindən dərhal sonra baş tutacaq. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Əfqanıstanda vertolyot qəzası � Əfqanıstanda ABŞ-a məxsus hərbi vertolyot

qəzaya uğrayıb. “Reuters”in məlumatına görə, qəza nəticəsində iki ABŞ hərbçisi həlak olub.Hazırda qəzanın

səbəbləri araşdı-rılır. Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman bildirib ki, ver-tolyot düşmən gülləsi ilə vurulmayıb.

Lakin “Taliban” terror təşkilatının nümayəndəsi Zəbihulla Mücahid bildirib ki, vertolyotu taliblər vurublar. Vertol-yot bazaya qayıdarkən gecə saat 1:00-da qəzaya uğrayıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Qeyd edək ki, 2010-cu ildə Culian Assanj Pentaqo-nun məxfi materiallarını dərc edirdi . İsveçdə isə o, iki rəfiqə Anna Ardin və Sofya Vilenin evlərində qalırdı. Rəfiqələr

C. Assanjın onları zorladığı barədə İsveç Prokurorluğu-na şikayət vermişdilər. Cu-lian Assanjın həbsi barədə order verilsə də, o, Londona qaça bilmişdi. 2012-ci ildən

isə o, Londondakı Ekvador səfirliyində sığınacaq tapdı və 7 il orada yaşadı. Bu ilin may ayında London Məhkəməsi onu 50 həftə azadlıqdan məhrum etdi.

TASS-ın məlumatına görə,

əgər Culian Assanj ABŞ-a ekstradisiya edilsə, onu 175 il həbs cəzası gözləyir.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

İsveç Culian Assanja qarşı cinayət işinə xitam verib

İsveç “WikiLeaks”in yaradıcısı Culian Assanja qarşı cinayət işinə xitam verib. Prokuror Yeva-Mari Pers-son bəyan edib ki, Culian Assanja qarşı tutarlı dəlillər olmadığına görə, iş Ali Məhkəməyə göndərilməyib və 2010-cu ildən davam edən cinayət işinə xitam verilib.

“Business Insider” saytının yaydığı məlumata görə, “Boeing 737” dünyada ən çox satılan təyyarə statusunu itirib.

Bildirilir ki, oktyabrın sonunadək müxtəlif modifikasi-yalı “Boeing 737” təyyarələrinə 15 min 136 sifariş, Fransanın “Airbus” “A320” təyyarələrinə isə 15 min 193 sifariş qeydə alınıb. Məlumatda qeyd olunur ki, “Airbus” kompaniyası öz rəqibinə yalnız son illərdə yaxınlaşa bilib və “A320 neo” modelinin təqdimatından sonra fərq daha da azalıb.

2018-ci ilin sonlarında “A320” təyyarələri “Boeing 737”-dən 400 sifariş geri qalırdı.

Mütəxəssislərin fikrincə, Fransa korporasiyasının ame-rikalı rəqibini qabaqlamasına “Boeing 737 MAX 8” təyyarəsi ilə bağlı qeydə alınmış iki qəza səbəb olub.

Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8”

təyyarəsi martın 10-da qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air”

aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

“Boeing 737” ən çox satılan təyyarə statusunu itirib