osmanli siyasi tarixi

99
1 OSMANLI ĐMPERATORLUĞU SĐYASĐ TARĐXĐ (Mühazirələr) Dr. Elnur Nəsirov Bakı 2009

Upload: enasir5640

Post on 05-Jul-2015

1.153 views

Category:

Documents


5 download

TRANSCRIPT

Page 1: OSMANLI SIYASI TARIXI

1

OSMANLI ĐMPERATORLUĞU

SĐYASĐ TARĐXĐ

(Mühazirələr)

Dr. Elnur Nəsirov

Bakı 2009

Page 2: OSMANLI SIYASI TARIXI

2

MÜNDƏRİCAT

Giriş

Geosiyasət (Geopolitika) Nədir?

Strategiya Nədir?

1787-1815-ci illərdə Osmanlı imperatorluğunda ümumi vəziyyət

XVIII əsrin II Yarısında Osmanlı imp.nun Xarici Siyasəti

Avropa Dövlətləri və Şərq Məsələsi

1787-1791-ci illər Osmanlı-Rusiya müharibəsi.

Osmanlı-İsveç və Osmanlı-Prussiya ittifaqı (1789-1790).

Ziştovi (Sviştov/4 avqust 1791) və Yassı (10 yanvar 1792) sülh müqavilələri.

Kampo Formio sülh müqaviləsi (18 oktyabr 1797)

Napoleon Bonapartın Misiri işğalı. Osmanlı-Fransa müharibəsi (1798-1802)

Misir və Adriatik cəbhələrində müharibənin gedişatı

1798-1802-ci illər Osmanlı-Fransa və Osmanlı-İngiltərə siyasi münasibətləri

Rusiyanın Qafqazı işğalına qarşı Osmanlı dövlətinin reaksiyası. 1806-1812-ci illər Osmanlı-Rusiya müharibəsi.

1807-ci il İngilis-Osmanlı müharibəsi. Dardanel və Bosfor boğazının işğalı. «Sultan Qalası» sülh müqaviləsi (5 yanvar 1809).

Page 3: OSMANLI SIYASI TARIXI

3

Osmanlı-Rusiya müharibəsinin nəticələri. Buxarest müqaviləsi (16 may 1812).

Osmanlı imp-luğnda siyasi, ictimai və mədəni islahatlar. Nizami-Cədid hərəkatı.

İslahatlara qarşı çıxışlar. Qabaqçı Mustafa qiyamı və yeniçəri hərbi çevrilişi.

Ələmdar Mustafa paşanın əks-çevrilişi (28 iyul 1808).

Vyana Konqresindən sonra Avropa-Osmanlı siyasi əlaqələri

Osmanlı dövlətində mərkəzdənqaçma meylləri. I Serb üsyanı. (1804-1817).

Yunan üsyanı və Yunanıstanın Osmanlı imp-luğundan ayrılması (1821-1830)

1828-1829-cu illər Osmanlı-Rusiya müharibəsi. Yunanıstan dövlətinin qurulması (03 fevral 1830)

1821-1823-cü illər Osmanlı-İran müharibəsi. Ərzurum müqaviləsi

Fransa-Osmanlı siyasi əlaqələrinin gərginləşməsi. Fransanın Əlcəzairi işğalı (1830)

ABŞ-ın Osmanlı imp-luğu ilə siyasi əlaqələrinin qurulması, İstanbul sazişi (7 may 1830).

I Misir böhranı, Mehmed Əli Kavalalı qiyamı. “Xünkar İskələsi” müqaviləsi (8 iyul 1833). II Misir böhranı. Nizib döyüşü. London müqaviləsi (15 iyul 1840). Misirin istiqlaliyyəti.

Osmanlı imp-luğunda yeni islahat hərəkatı. Tənzimat fərmanı (Gülxanə xətti-humayunu 3 noyabr 1839).

Page 4: OSMANLI SIYASI TARIXI

4

Dardanel boğazı məsələsi. Dardanel və İstanbul boğazlarının statusunun yenidən müəyyənləşdirilməsi. 1841 London Sazişi.

Rusiya-Osmanlı əlaqələrinin gərginləşməsi. Rumıniya üsyanı. Macar və polyak mühacirlər məsələsi.

Osmanlı-Rus (Krım) müharibəsi (1853-1856). Müharibənin səbəbləri, gedişatı və nəticələri. İngiltərə-Rusiya ittifaqı. Paris konqresi (1856)

Yeni islahat fərmanı (18 fevral 1856)

Ciddə hadisələri və Suriya böhranı (1858-1861). Süveyş kanalının açılması (1869)

Rumıniyanın Osmanlı imp-luğundan ayrılması. II Serb üsyanı və Serbiyanın Osmanlı imp-luğundan ayrılması

Qaradağ (Çernoqoriya) üsyanı (1853-1869). Krit üsyanları və adanın Osmanlı imp-luğundan ayırılmaq cəhdləri.

Müstəmləkəçiliyin yayılması və siyasi bloklaşmalar. Üçlər ittifaqının qurulması. Almaniyada Bismark dövrü. Rusiya-Fransa ittifaqı. İngiltərə-Fransa və İngiltərə-Rusiya ittifaqı.

Üçlü ittifaqın qurulması (1882). Almaniyada Bismark dövrü (1871-1890).

Rusiya-Fransa ittifaqı (1894). İngiltərə-Fransa ittifaqı (1904). İngiltərə-Rusiya ittifaqı (1907).

1871-1908-ci illərdə Osmanlı imp-luğunun Avropa dövlətləri ilə siyasi əlaqələri. Qara dənizin statusunun yenidən müəyyənləşdirilməsi (1871).

Osmanlı imp-luğu ilə Türkistan (Orta Asiya) xanlıqları arasında siyasi əlaqələr.

Page 5: OSMANLI SIYASI TARIXI

5

Yəmən üsyanı (1871-1873).

Balkan böhranı və Panslavizmin Rusiya tərəfindən dəstəklənməsi.

Bolqar üsyanı (1876).

Osmanlı-Serbiya müharibəsi (1876).

İstanbul konfransı (23 dekabr 1876-20 yanvar 1877).

Osmanlı imp-luğunda I Konstitusiyalı monarxiyanın elanı

1877-1878-ci illər Osmanı-Rusiya müharibəsi

Ədirnə atəşkəs müqaviləsi (31 yanvar 1878)

San-Stefanos (Hagia Stephanos/Yeşilköy) Sülh Sazişi (3 mart 1878)

Kiprin İngiltərə tərəfindən işğalı (4 iyun 1878).

Berlin konqresi və qərarları (13 iyul 1878).

Krit üsyanı və Halepa fərmanı (1878)

1897-ci il Osmanlı-Yunanıstan müharibəsi

Tunisin Fransı tərəfindən işğalı (1881)

Page 6: OSMANLI SIYASI TARIXI

6

Yaxın və Orta Şərq Ölkələri

Müsəlman Ölkələri (Əhalisini faiz nisbətinə görə)

Page 7: OSMANLI SIYASI TARIXI

7

Page 8: OSMANLI SIYASI TARIXI

8

OSMANLI ĐMPERATORLUĞU SĐYASĐ TARĐXĐ

Yaxın Dövr

Mövzu 1

Giriş

«Osmanlı Đmperatorluğu Siyasi Tarixi» kursu XVIII əsrin II yarısından müasir günlərədək

olan dövrü əhatə edir. Kurs Orta və Yaxın Şərq ölkələrinin yaxın və yeni tarixi dövrlərdəki siyasi

tarixini öyrənir. Kursun əhatə etdiyi dövr region ölkələrinin tarixi nöqteyi nəzərindən mühüm

əhəmiyyətə malikdir. Belə ki, həmin bu dövr XVI-XIX əsrlərdə regionda hakim siyasi və iqtisadi

güc olmuş Osmanlı imperatorluğunun zəifləmə və tənəzzül dövrünü əhatə edir. Məhz XVIII əsrdən

etibarən Osmanlı imp-luğu regiondakı nüfuzu itirməyə başlamışdı. Bu isə Qərb ölkələrinin regionda

üstün siyasi gücə çevrilməsiylə müşayət olunmuşdur. Qərb ölkələrinin ekspansiyası regionda bir

sıra müstəmləkələrin yaranması, daha sonrakı dövrlərdə isə region xalqlarının azadlıq hərəkatları

nəticəsində regionun siyasi xəritəsinin dəyişməsinə səbəb olmuş və XX əsrdə bir sıra müasir

dövlətlərin meydana çıxmasıyla nəticələnmişdi. Region ölkələrinin yeni dövr siyasi tarixi bir çox

müharibələr, siyasi-hərbi ittifaqların qurulması, siyasi və iqtisadi əhəmiyyəti olan müqavilələrin

imzalanmasıyla səciyyəvidir.

Yerüzündəki təbii sərvətlər siyasi və iqtisadi gücün mənbəyidir. Buna görə də stratejik mənbələrə

sahib olmaq istənilən ölkənin varlığın və ya yoxluğunu həll edən əsas amillərdən biridir. Kapitalizm,

sosializm kimi siyasi-iqtisadi quruluşları bu mənbələrin əldə edilməsinin ideoloji vasitələri olaraq,

imperyalizmi də bu vasitələri həyata keçirməyin xaricə yönəlmiş ölçüləri kimi qəbul etmək mümkündür.

Diqqətlə baxsaq görərik ki, dünyadakı müharibə, siyasi böhran və ya diplomatik dillə desək qeyri-

sabitliyin mövcud olduğu bölgələr, eyni zamanda stratejik mənbələrin zəngin olduğu bölgələrdir. Bunun

səbəbi nədir? Dünyada bəşəri, dini və ya əxlaqi ədalət niyə görə gerçəkləşmir? Đnsanlar niyə bir birlərinə

qənim kəsilirlər? Bu suallara sadəcə bir cümlə ilə cavab vermək mümkün deyil.

Dünya nizamını, rabitəsini, mediyasını nəzarətdə saxlayan güclər həqiqətlərin sadəcə özlərinə sərf

edən qisminin aydınlanmasını istədikləri üçün həmişə baş verənlərin böyük bir hissəsi qaranlıqda qalır.

Baş verənlərin aydınlığa qovuşması üçün aşağıdakı üç məsələni daima diqqətə almaq lazımdır:

1. Siyasət, qısaca desək, “mümkün olanı etmə sənətidir”. Siyasətin əsas məqsədi uğur

qazanmaqdır. Siyasətin əxlaqı yoxdur, fəqət əxlaqın siyasəti var. Bu nöqtədə nəzəri, utopik və idealist

düşüncələr siyasətçinin uğursuzluğunun başlanğıcıdır. Siyasətdə uğurun təminatçısı rasionalist və realist

düşüncə tərzidir.

2. Müasir dünya siyasətində əxlaq və inam siyasiləşmişdir. Bərabərliyin olmadığı, qeyri-etik və

qeyri-əxlaqi bir dünyada yaşadığımız bir gerçəkdir. Gələcəyin dünyası da belə olacaqmı? Bu haqda qəti

Page 9: OSMANLI SIYASI TARIXI

9

bir şey demək hələ ki, mümkün deyil. Ümid edirik ki, belə olmaz. Amma bir gerçək vardır. Güc hər cür

əxlaqi, dini, bəşəri və mədəni normanın təyin edicisidir. Bu gələcəkdə də belə olacaq.

3. Yerüzündəki təbii sərvətlər ölçülü miqdardadır. Beynəlxalq siyasi güc mərkəzləri bu mənbələrin

müəyyən bir qismini nəzarətdə saxlaya bilirlər. Buna görə də beynəlxalq əlaqələr həmişə “sən uduz ki,

mən udum” pardoksu üzərində qurulub. Azərbaycanın uduzması Ermənistanın udması deməkdirsə,

Ermənistan Azərbaycanın uduzması üçün əlindən gələn hər şeyi edəcəkdir.

Yuxarıda ifadə edilmiş problemlərin həlli haqqında düşünə bilmək üçün hər şeydən əvvəl

geosiyasi və geostrateji vəziyyətimizi çox yaxşı bilməliyik. Cəmiyyətlərin üzərində yaşadıqları torpaqların

siyasi və stratejik dəyəri, bu coğrafi məkanların, torpaqların dəyişmə, inkişaf, ixtilaf, ziddiyyət, zənginlik

kimi hallarını təyin edən ən mühüm amillərdəndir.

Geosiyasət (Geopolitika) Nədir?

Đsveçli coğrafiyaşünas R. Kjellen geosiyasəti belə tövsif etmişdir: “Geosiyasət coğrafi təşəkkül və

ya məkan içində, elmi olaraq dövlətin tədqiq edilməsidir”. Başqa sözlə desək geosiyasət, dövlətin

varlığının təbiət qanunları və insanların davranışları nöqteyi-nəzərindən tədqiq edilməsi və

dəyərləndirilməsidir. Bəzi siyasət nəzəriyyəçilərinə görə isə hər hansı bir ölkənin dünya üzərində tutduğu

coğrafi məkana görə sahib olduğu hərbi, siyasi və iqtisadi əhəmiyyəti eyni zamanda onun geosiyasi

nöqteyi-nəzərdən əhəmiyyətini əks etdirir. Alman alim Karl Haushofer isə demişdir: “Geosiyasət, coğrafi

bölgənin və tarixi inkişafın təsiri altında dövlətin, onun üzərində qurulduğu coğrafi məkanla qarşılıqlı

əlaqəsidir”.

Geosiyasət eyni zamanda mövcud və gələcəkdəki siyasi güc ilə siyasi hədəf əlaqəsinin, coğrafi

gücün əsas götürülərək tədqiq edilməsidir. Belə bir tədqiqatda coğrafi platforma üzərindəki güc

mərkəzlərinin qarşılıqlı dəyərləndirilməsi əsasdır. Beləcə siyasi səviyyədə siyasi güc və siyasi hədəf

əlaqələri qurula bilər. Dövlətlərin təhlükəsizlik, çoxyönlü inkişaf siyasəti də bu əlaqənin üzərində qurulur.

Strategiya Nədir?

Strategiya əslində hərbi termindir. Amma müasir dövrdə strategiya anlayışından bir çox

sahələrdə istifadə olunur. Hərbi termin olaraq strategiya belə tövsif oluna bilər: “Düşmən qüvvəlirinin

və maddi vəsaitlərinin bir qisminin bilindiyini fərz edərək, müharibənin cərəyan edəcəyi ərazinin coğrafi

vəziyyətini də nəzərə alaraq, hərbi birləşmələrin və texnikanın istifadə və vəzifə planını

müəyyənləşdirərək, atılacaq addımları və manevrləri müəyyən vaxt dilim içində nizamlamağa strategiya

deyilir”.

Siyasət isə siyasi hədəflərin və siyasi güc potensialının müəyyənləşdirilməsi, siyasi hərəkət

tərzlərinin təyin edilməsi, təyin edilmiş tərzlər arasından ən münasibinin seçilməsi, seçilmiş hərəkət

tərzinin tətbiq edilməsidir. Geosiyasət isə bütün bunların gerçəkləşdirilməsi üçün ehtiyac duyulan yol və

Page 10: OSMANLI SIYASI TARIXI

10

üsulları müəyyən edir. Eyni zamanda siyasi amilləri və veriləri (dannıye) dəyərləndirərək bunun elmi

əsasını təşkil edir.

Yəhudi mənşəli Amerikalı siyasət nəzəriyyəçisi Zbigniev Brzezinsi demişdir: “Avrasiyaya

sahib olan dünyaya sahib olar”. Bu söz Avrasiya qitəsinin dünya siyasəti nöqteyi nəzərindən nə

qədər mühüm bir əhəmiyyət kəsb etdiyini göstərir. Rusiya imp-sı artıq XVIII əsrin birinci yarısında

Avrasiya qitəsinin böyük bir qisminə sahib idi. Bu dövrdə, yə’ni I Pyotrun hakimiyyəti dövründə

Rusiya imp-nın əsas hədəfi isti dənizlərə enmək idi. Bu planın mühüm bir hissəsini isə heç şübhəsiz

Qafqazın işğalı təşkil edirdi. Öz coğrafi mövqeyənə görə Qafqaz mühüm geostratejik əhəmiyyətə

malik idi. Bu coğrafiya Rusiyanın cənub qapısı olan iki su hövzəsinin, Qara dəniz və Xəzər

dənizlərinin arasında yerləşirdi. Yüksək dağ silsilələri ilə örtülü olan Qafqaz eyni zamanda təbii bir

sədd idi. Həmin dövrdə Rusiyanın Osmanlı imp-sı ilə Krım və Qara dəniz hövzəsində daima hərbi

və siyasi toqquşmalarla müşahidə olunan əlaqələrini nəzərə alsaq Qafqaza sahib olmanın Rusiyaya

hansı üstünlükləri qazandıracağını təsəvvür etmək çətin olmayacaqdır.

Mövzu 2

A. 1787-1815-ci illərdə Osmanlı imperatorluğunda ümumi vəziyyət

Osmanlı imp-luğu bu dövrdə əvvəlki gücünə sahib olmasa da Avropa dövlətləri arasındakı

siyasi müvazinət nəzərə alındığı təqdirdə mühüb bər siyasi güc olaraq qalırdı. Sərhədləri: Yəmən-

Ərəb yarımadası, Hind okeanı, Bəsrə (Đran) körfəzi, Đran sərhədləri ilə Qafqaz dağları, Krım, Dnestr

çayının qərb sahilləri, Rumıniya, Bolqarstan, Yunanıstan, Serbiya, Albaniya da daxil olmaqla

Balkan y.adası, Şimali Afrika, Aralıq dənizinin şərq sahilləri və Egey dənizindəki adalar da

Osmanlı imp-luğuna daxil idi. Göründüyü kimi Osmanlı imp-luğu üç qitəyə yayılmışdı. Qara dəniz,

Aralıq dənizi, Mərmərə dənizi, Egey dənizi, və Qırmızı dənizə çıxışı var idi. Həmin bu dövrdə

Osmanlı imp-luğunun ərazisi təqribən 4 milyon km2 idi və 25 milyondan çox əhaliyə sahib idi. Bu

əhali müxtəlif irq, dil və dinlərə mənsub idilər. Osmanlı imp. əhalisi əsas iki qrupa ayrılırdı:

müsəlmanlar və qeyri-müslimlər. Müsəlman millətlər arasında dövlətin sahibi və aparıcı ünsür

türklər idi. Bundan başqa ərəb, kürd, laz, çəkəz, boşnak (bosniyalı müsəlmanlar), arnavud

(müsəlman albanlar) və .s müsəlman millətlər də Osmanlı imp. vətəndaşları idilər. Yunan, bolqar,

rumın, serb, makedon, süryani, gürcü, erməni, macar, sloven və.s qeyri-müsəlman əhali isə əsasən

xristiyanlardan ibarət idi. Osmanlı imp.da kifayət qədər yəhudi də yaşayırdı. Qeyri-müsəlman əhali

öz din, dil, mədəniyyət, məzhəblərini sərbəst şəkildə yaşadırdılar. Đslam dinini qəbul edib müsəlman

olanlar istisna olmaqla, qeyri-müslimlər dövlət idarəçiliyində vəzifə tuta bilməzdilər və əsgərliyə

aparılmırdılar. Bu iki vəzifə və mükəlləfiyyət sadəcə imperatorluğun müsəlman əhalisinə aid idi.

Lakin Osmanlı tarixindən məlumdur ki, bir çox Đslamı qəbul etmiş şəxslər yüksək dövlət

vəzifələrinə yüksələ bilmişdilər. Osmanlı dövlətində ikinci şəxs hesab edilən vəziri-əzəm (baş nazir)

Page 11: OSMANLI SIYASI TARIXI

11

postuna yiyələnmiş, milliyətcə gürcü, erməni, serb, yunan, alban olub Đslamı qəbul etmiş bir çox

şəxsin olduğu bilinir. Osmanlı imp.luğunun öz qeyri-müsəlman əhalisinə verdiyi haqq və hüquqlar

hətta bir çox xristiyan Avropa dövlətlərində belə vətəndaşlara verilmirdi. Avropanın xristiyan

dövlətləri arasındakı məzhəb ayrı seçkili Osmanlı imp.luğunda yox idi. Katolik, pravoslav,

protestant, nestorian, boqomil və.s xristiyan məzhəblərə mənsub xristiyanlar bu ölkədə sərbəst

şəkildə öz dini etiqadlarını yaşaya bilirdilər.

Həmin bu dövrdə Osmanlı imp.luğunda üsuli-idarə, əvvəldən bəri olduğu kimi, mütləq

monarxiya idi. Dövlətin başçısı bütün idarəetmə hüququna sahib “Padşah / Sultan” idi. Sultanlar

Osmanlı ailəsinin (Ali-Osman) kişi mənsublarından olurdu. XVII əsrin əvvəllərinə qədər

hakimiyyət atadan (ən böyük) oğula keçirdi. Bu tarixdən sonra isə sultanlığa Osmanlı ailəsinə

mənsub kişilərin ən yaşlısı seçilirdi. Osmanlı sultanları 1517-ci ildən bəri eyni zamanda bütün (əhli-

sunnə) müsəlmanlarının xəlifəsi idilər. Bununla baxmayaraq sultanlar dini işlərə birbaşa müdaxilə

etməzdilər. Bu işlə “Şeyx-ul-islam”-lar məşğul olurdular və bu vəzifəni tutanlar dini işləri sultanın

adına idarə edirdilər. Dövlətin hüquq sistemi Đslam hüququna (Fiqh) əsaslanırdı. Osmanlı imp.da

qanunverici hakimiyyət, bütün orta əsr müsəlman dövlətlərində olduğu kimi, Qur’ani-Kərimin

hökmlərinə əsaslanırdı. Sultan fərmanları və sədriəzəm qərarnamələri mütləq Đslam huququ

çərçivəsində olmalı idi. Buna nəzarəti isə “Şeyx-ul-islam” həyata keçirirdi. Şeyx-ül-Đslam və

fəqihlərin (Đslam hüquqşünasları) müsbət rəyi olmadan heç bir fərman, qanun və qanun hökmündəki

qərarnamənin hüquqi əsası ola bilməzdi və icra edilə bilməzdi.

Sultadan sonra dövlət təşkilatındakı ən yüksək vəzifə “Sədri-Əzəm” (Başnazir) vəzifəsi

idi. Sədriəzəm sultanın mütləq vəkili idi. Səltənət möhürü sədriəzəmdə olurdu. O, dövlətin bütün

işlərindən məsul şəxs idi. Müharibə vəziyyətində ali baş komandan vəzifəsini (Sərdari-Əkrəm) də

sədriəzəm icra edirdi.

Sədriəzəmin başçılıq etdiyi “Dîvan” adlanan qurum, müqayisə yerində isə, nazirlər

kabinətineti idi. Dîvan eyni zamanda Sədriəzəmin məşvərət məclisi idi. XVI əsrə qədər Dîvan

iclaslarına şəxsən sultan rəyasət edirdi. Bu əsrdən sonra isə Dîvan iclaslarına sədriəzəmlər sədrlik

edirdilər. Dövlətin bütün daxili və xarici işləri Dîvan iclaslarında müzakirə olunur və müvafiq

qərarlar alınırdı. Qərarlar yalnız şeyx-ül-islamın rəyi və sultanın təsdiqindən sonra icra edilirdi.

Dîvan üzvləri ən yüksək dövlət vəzifələri tutan şəxslər və vaxtilə yüksək vəzifə tutmuş, təcrübəli

dövlət xadimlərindən seçilirdi.

Bir çox orta əsr, istər qərb istərsə də şərq, dövlətlərindən fərqli olaraq Osmanlı dövlətinin

hələ XV əsrdən etibarən nizami ordusu mövcud idi. Bu nizami ordu birləşmələri “Yeniçəri Ocağı”

adlanırdı. Lakin XVIII əsrin ikinci yarısından etibarən, Osmanlı dövlətinin bütün qurumlarında

olduğu kimi, Yeniçəri Ocağın da tənəzzülə uğramış, nizam-intizam qaydaları ciddi şəkildə

Page 12: OSMANLI SIYASI TARIXI

12

pozulmuş, üstəlik ordunun strukturu da müasir tələblərə cavab vermədiyi üçün Yeniçəri Ocağı

dövlət üçün ciddi problem mənbəyinə çevrilmişdi. Üstəlik Yeniçəri ocağındakı korrupsiya və

rüşvətxorulq halları da başlı-başına bir problemə çevrilmişdi. Yeniçəri zabitləri dövlətin daxili və

xarici siyasətinə müdaxilə edir, bu xüsusiylə sivil və hərbi kadr siyasətində özünə göstərirdi. Tez-

tez qiyam qaldıran, hərbi çevliş edən yeniçərilər dövlətin əyalətlərdəki nüfuzuna zərbə vurur və

mərkəzi hakimiyyətin nüfuzuna ciddi xələl gətirirdilər. XVIII əsdin II yarısından etibarən dövlətin

orduda həyata keçirmək islahatlara yeniçərilər qiyam qaldırmaqla cavab verdikləri üçün dövlətin bu

yöndəki cəhdləri özünü doğrultmamışdı.

Bu dövr ümumilikdə Osmanlı dölətinin tənəzzülünün zirvəsi sayılır. Hər şeydən əvvəl ölkə

iqtisadi və mali cəhətdən zəifləmişdi. Orta əsrlərdən bəri aqrar ölkəsi olan Osmanlı dövləti bu

dövrdə nə aqrar islahatlar həyata keçirə bilmiş, nə də sənaye inqilabı baş vermişdi. Kənd

təsərrüfatında hələ də “Timar” (iqta) sistemi öz üstünlüyünü qoruyurdu. Bundan başqa ölkədə

nəqliyyat sisteminin, yolların bərbad vəziyyətdə olması da iqtisadi inkişafın qarşısını alırdı.

Bundan başqa XV əsrin II yarısından sonra baş vermiş coğrafi kəşflər Avropa dövlətlərinə

yeni ticarət yollarını öz nəzarətləri altına almağa imkan vermişdi. Beləcə Aralıq dənizi hövzəsindəki

ticarət yolları, Cəbəlüttariq, Dardanel boğazları, Süveyş kanalı kimi ticarət yolları üzərindəki kilit

nöqtələr öz əhəmiyyətini itirmişdi. Bu da dünya ticarətində Osmanlı dövlətinin üstünlüyünə son

qoymuşdu. Bundan başqa yeni kəşf olunmuş torpaqların yerüstü və yeraltı qaynaqlarının istismarı

Avropa dövlətlərindəki iqtisadi inkişafa güclü təkan vermişdi. Osmanlı dövləti isə bundan məhrum

idi.

Təhsil sisteminin köklü islahatlara ehtiyacı olmasına baxmayaraq bu islahatlar həyata

keçirilə bilmirdi. Vaxtilə dünyanın aparıcı elmi mərkəzlərindən hesab olunan mədrəsələrin çox

yönlü islahata ehtiyacı var idi. Osmanlı dövlətində ilk mədrəsə II Osmanlı hökmdarı olan Orxan

Qazinin (1281-1360) hakimiyyəti dövründə 1330-cu ildə Đznik şəhərində açılmışdı. VII Osmanlı

sultanı Sultan Fateh Mehmed isə (1432-1481) Đstanbulda “Səxni-Səman” və ya Səmaniyyə

Mədrəsələri adlanan bir neçə mədrəsə inşa etdirmişdi. Bütün dünyadan məşhur elm adamları bu

mədrəsələrdə fəaliyyət göstərmək üçün dəvət olunurdular. Məşhur astronom və riyaziyyatçı Əli

Quşçu, tibb alimi Mahmud Şirvani, teoloq və hüquqşunas Davud Kayseri kimi alimlər Osmanlı

dövlətinin təhsil müəssisələrində yaşayıb fəaliyyət göstərmişdilər. Lakin XVI əsrin II yarısından

etibarən Osmanlı dövlətininin istər dini istərsə də dünyəvi təhsil verən müəssisələrində tənəzzül baş

vermişdi. Bunun ən əsas səbəbi bu dövrdə bütün müsəlman dünyasında olduğu kimi Osmanlı

dövlətində də sufizmin geniş yayılması olmuşdu. Sufi təriqəti şeyxləri xalq arasındakı nüfuzlarından

sui-istifadə edərək ölkənin bütün şəhər və qəsəbələrindən təkkə (təkyə) və zaviyələr açmaşdılar.

Əhali, xüsusən də gənclər artıq mədrəsələrə deyil təkkə və zaviyələrə davam etməyə başlamışdılar.

Bu da dəqiq elmlərin zəifləməsinə gətirib çıxarmışdı. Vaxt keçdikcə sufizm dini təhsil verən

Page 13: OSMANLI SIYASI TARIXI

13

mədrəsələrə də nüfuz etməyə başlamışdı. Bu da nəticə etibarı ilə bu müəssisələrin Đslama əsaslanan

dini təhsilin yerinə sufizmə əsaslanan mistik və xürafə yayan mərkəzlərə çevrilməsinə səbəb

olmuşdu. Hətta Osmanlı tarixində bir çox din alimlərinin buna ciddi etiraz etmələrinə də rast gəlinir.

Bu cür şəxslər sufilərin nəzərində düşmən idilər. Əli əfəndi Zənbilli, Əbu Süud əfəndi, Đmam

Birgivi, Mehmed Qazizadə kimi din alimləri və şeyx-ül-islamların sufizmin zərərli təsirləri barədə

əsərləri də mövcuddur. Hətta Osmanlı tarixində “Kadızadeler” (Qazizadələr) adlanan hərəkat da

olmuşdu. Bu hərəkatın əsas məqsədi sufizmin mistik və miskin təsirlərinə diqqəti cəlb etmək, bunun

Đslam dini ilə əlaqəsinin olmadığını sübut etmək və buna qarşı mübarizə aparmaq olmuşu. Lakin

sufi təriqəti şeyxləri bir çox sivil və hərbi dövlət məmurlarının köməyi ilə bu kimi çıxışları boğa

bilmişdilər. Bir müddət sonra isə sufi təriqətləri bütün dini təhsilə və Şeyx-ül-islamlıq postuna da

yiyələnə bildilər. Bu Osmanlı dövlətinin ictimai və mədəni həyatına ağır zərbə vurdu. Məhz bu tip

“din” adamlarının təsiri ilə ilk mətbəə Osmanlı dövlətində sadəcə XVIII əsrin I yarısında açıla bildi.

Bu dövrdə Osmanlı dövlətində Nəqşibəndi, Qadiri, Xəlvəti və.s sufi təriqətləri rəvacda idi.

B. XVIII əsrin II Yarısında Osmanlı imp.nun Xarici Siyasəti

Bu dövrdə dünyada başlıca iki siyasi blok mövcud idi. Osmanı dövlətinin aparıcı rol

oynadığı Şərq (Đslam) bloku və Avropa mədəniyyətinin aparıcı rol oynadığı Qərb (Xristiyan) bloku.

Orta əsrlərdə hər cəhətdən özünün ən parlaq dövrünü yaşamış Osmanlı (Đslam-Şərq) dövləti sonrakı

tənəzzül dövründə Avropa dövlətlərinin hər cəhətli inkişafı ilə ayaqlaşa bilməmişdi. Bu özünü

xarici siyasətdə, diplomatik əlaqələrdə də göstərirdi. Osmanlı dövləti Avropa dövlətləri ilə siyasi

əlaqələrində daima “məsafəli əlaqə” prinsipinə üsünlük vermişdi. Məsələn hətta XVIII əsrin II

yarısında belə Osmanlı dövlətinin heç bir Avropa dövlətində daimi fəaliyyət göstərən səfirliyi yox

idi. Halbuki bir çox Avropa dövlətinin hələ XVI əsrin II yarısından etibarən Đstanbulda daimi

səfirliyi mövcud idi. Sadəcə müqavilələr, tac qoyma mərasimləri və.s bu kimi işlər üçün bir neçə

aylıq müddətə orta və kiçik ranqlı Osmanlı dövlət məmurları Avropa dövlətlərinin paytaxtlarına

ezam olunurdular. Bu şəxslərin demək olar ki, heç biri xarici dil bilmirdilər. Mühüm siyasi və

diplomatik təmaslar tərcüməçilərin vasitəsi ilə aparılırdı. Bu tərcüməçilər isə əsasən Osmanlı

vətəndaşı olan yunan, erməni, yəhudi millətinə mənsub şəxslərdən ibarət olurdu. Buna görə də

Osmanlı sarayı əksər hallarda Avropada və bütün dünyada baş verən siyasi, iqtisadi və ictimai

proseslərdən ya bixəbər qalırdılar ya da zəif, səhv və səthi məlumata sahib olurdular. Bu da təbii ki,

dəqiq siyasi kursun müəyyənləşdirilməsinə, düzgün qərarların və tədbirlərin alınmasına, lazımi

reaksiyanın vaxtında verilməsinə mənfi təsir göstərirdi.

C. Avropa Dövlətləri və Şərq Məsələsi

“Şərq Məsələsi (problemi)” siyasi termin olaraq ilk dəfə 1815-ci iləd Vyana Konfransında

dilə gətirilmişdi. Bundan sonra isə dövlət və siyasət xadimlərinin və tarixçilərin terminalogiyasına

Page 14: OSMANLI SIYASI TARIXI

14

daxil olmuşdu. Lakin bu termin müxtəlif dairələrdə bir-birində fərqli mənalar ifadə etdiyi üçün

mahiyyətinin açıqlanmasına daima ehtiyac duyulmuşdur. Hər şeydən əvvəl “Şərq Məsələsi”

Avropanın siyasi dairələrində meydana çıxdığı üçün bunun həmin dövr Avropa siyasətçiləri üçün

hansı mənanı ifadə etdiyinə baxmaq yerinə düşəcəkdir. «Başda Osmanlı imp.ğu olmaqla müsəlman

şərqində müxtəlif mənfəətlər əldə etmək, onu zəiflətmək, imp.luğu Avropa qitəsindəki

torpaqlarından sıxışdırıb çıxarmaq, Avropanı müsəlman əhalidən təmizləmək, ümumiyyətlə isə

Osmanlı dövlətini və müsəlman şərqini Avropa ölkələrinin siyasi, iqtisadi və mədəni nüfuz

sahələrinə bölmək». Prof. Eduard Driaulta görə isə «Đslamın istər Avropa, istərsə də Asiyada

geriləməyə və siyasi tənəzzülə uğraması ilə “Şərq Problemi” meydana çıxmışdır» (Eduard Driault,

Şərq Problemi, (tərc. M. Nafiz), Đstanbul 1911, s. 17). E. Driaultun bu qənaətinə əsasən deyə bilərik

ki, “Şərq Məsələsi” Osmanlı ordusunun 1683-cü ildə II Vyana mühasirəsində məruz qaldığı

uğursuzluqdan etibarən başlamışdı. Məhz bu tarixdən sonra Osmanlı türkləri Avropada geriləməyə

avropalılar isə irəliləməyə başlamışdılar. Bu geriləmə 1774-cü il “Kiçik Qaynarca” müqaviləsindəki

ilk kapitulyasiyanın Osmanlı dövləti tərəfindən qəbul edilməsi ilə siyasi rəsmiyyət qazanmışdı.

Mövzu 3

A. 1787-1791-ci illər Osmanlı-Rusiya müharibəsi.

Osmanlı imp.ğu tarixindəki dönüş nöqtələrindən biri olan 1768-1774-cü illər Osmanlı-

Rusiya müharibəsinin Rusiyanın qələbəsi ilə bitməsi, 1774-cü il Kiçik Qaynarca (Küçük Kaynarca -

`_^[ر]Z آWXك ) müqaviləsi ilə nəticələnmişdi. Lakin bu müqavilədəki bir çox ədalətsiz şərtlər bir sıra

Osmanlı dövlət xadimləri, hərbiçi və din xadimləri tərəfindən narazılıqla qarşılanmışdı. Bu narazılıq

bir müddət sonra xalq arasında etiraz dalğasına çevrildi. Nəticədə Osmanlı sarayı rəsmi-hüquqi

olmasa da faktiki olaraq Kiçik Qaynarca müqaviləsinin şərtlərini yerinə yetirməkdən imtina etmək

məcburiyyətində qaldı. Bundan başqa Kiçik Qaynarca müqaviləsi, Osmanlı dövlətinin əvvəlki

qüdrətinin qalmadığını hiss edən Rusiyanın özünü Qafqazda və Balkanlarda daha sərbəst hiss

etməsinə və hərbi işğalçılıq siyasətini bu istiqamətlərə yönəltməsinə səbəb olmuşdu ki, bu da

Osmanlı sarayını ciddi narahat edirdi. Rusiya Osmanlı dövlətiylə yeni bir müharibənin qaçınılmaz

olduğunu dərk edərək bir sıra tədbirlərlə hazırlıqlar görməyə başlamışdı. Bu məqsədlə Rus çariçası

II Yekatrina 1780-ci ilin may ayında Avstriya imp.toru II Đosif ilə görüşmüşdü. Bu görüşmə vaxtı

Osmanlı dövlətinə qarşı birgə hərəkət etmə planının əsas konturları cızılmışdı. 1782-ci ildə St.

Peterburqda görüşən II Yekatrina və II Đosif “Yunan Layihəsi” adlandırdıqları gizli müqaviləni

imzalamışdılar. Müqaviləyə görə Osmanlı dövləti ilə yeni müharibə əsasən Balkan y.adasında

aparılacaqdı. Osmanlı dövləti müttəfiqlər tərəfindən məğlub edildikdən sonra Rusiya cənubi-şərqi

Ukrayna, Moldaviya (Bessarabiya), ümumilikdə bütün Turla (Dnestr) çayı hövzəsinə, şərqi

Macarıstana, Aralıq dənizindəki bəzi adalara yiyələnəcək, Avstriya isə qərbi Macarıstan, bütün

Serbiya, Orsova, Dalmatsiya, Yunanıstan, Krit və Kipr adalarını Osmanlı dövlətindən qoparacaqdı.

Page 15: OSMANLI SIYASI TARIXI

15

Bununla yanaşı plana görə Đstanbul işğal ediləcək, Bizans imperiyası yenidən qurulacaq, II

Yekatrinanın nəvəsi Konstantin yeni Bizans imp.ru olacaqdı.

Rusiyanın hərbi və diplomatik təhriklərinə baxmayaraq Osmanlı sarayı bütün təmaslarda rus

diplomatlarına yumuşaq cavablar verir və siyasi əlaqələrin, mümkün qədər, gərginləşməsinə imkan

verməməyə çalışırdı. Bununla vaxt udmağa çalışan Osmanlı dövləti bir yandan da Rusiya

sərhəddinə qoşun yığımaqla məşğul idi. Lakin Đskəndəriyyədəki Rusiya konsulluğunda işləyən

cəsusların bəzi Misir feodallarını Osmanlı əleyhilə qiyama açıq-aşkar təşviq etməsi siyasi

gərginliyin zirvəyə çıxmasına səbəb oldu. Prussiya və Đngiltərə də Osmanlı sarayını Rusiyaya qarşı

mühribəyə təşviq edirdi. Rusiyaya qarşı müharibəyə tərəfdar olan Sədriəzəm Qoca Yusif paşa 27

iyun 1787-ci ildə Rusiya tərəfinə bir neçə maddədən ibarət nota göndərdi. Bu maddələrdə əsasən

aşağıdakı tələblər irəli sürülmüşdü: Rusiya Gürcüstan ərazisindəki ordusunu geri çəkməli, Rusiyaya

sığınmış Rumıniyalı feodal Aleksandır Mavrokordato Osmanlı dövlətinə təhvil veriləcək, müsəlman

tacirlərin Rusiya ərazisində sərbəst fəaliyyətinə qoyulmuş məhdudiyyətlər aradan götürüləcəkdi.

Bundan başqa Osmanlı gömrük məmurları Dardanel boğazından keçən bütün Rusya gəmilərində

ciddi yoxlamalar aparmağa başlamışdılar. Bu tələblər Rusiya tərəfindən rədd edildi. 19 avqust

1787-ci ildə Osmanlı dövləti Rusiyaya rəsmən müharibə elan etdi. 9 fevral 1788-ci ildə də Avstriya

Osmanlı sarayına nota göndərərək Rusiya tərəfdən müharibəyə qoşuluğunu elan etdi. Đntensiv hərbi

əməliyyatlar 1788-ci ilin mart ayında başladı. Osmanlı ordusunun həmlələri qarşısında Avstriya

ordusu geri çəkilmək məcburiyyətində qaldı. Lakin Rusiya cəbhəsində vəziyyət daha çətin idi. 17

dekabr 1788-ci ildə stratejik əhəmiyyətə malik Đzmail (Özi) qalasının rus ordusu tərəfindən işğal

edilməsi müttəfiqlərin üstünlüyü ələ keçirməsinə səbəb oldu. Rus ordusu Đzmail qalası və ətraf

bölgələrdə yaşayan müsəlman əlaliyə qarşı soyqırım həyata keçirmiş və 15 mindən çox dinc

əhalinin ölümünə səbəb olmuşular. Bu xəbər Osmanlı sultanı I Əbdülhəmidin (1725-1789)

qəhərindən xəstələnməsinə və bir müddət sonra ölməsinə səbəb oldu. Onun yerinə Osmanlı taxtına

qardaşı oğlu III Səlim (1789-1807) oturdu. Lakin cəbhədəki geriləmənin qarşısını almaq mümkün

olmadı. 1789-cu ilin payızındakı hərbi əməliyyatlar nəticəsində Rusiya Bessarabiya, şimali

Rumıniya və Belqrad şəhəri daxil olmaqla şərqi Serbiyanı işğal etdi. Bu Osmanlı dövlətini Rusiya

və Avstriyaya qarşı Đsveç və Prussiya ilə hərbi ittifaqa girməyə məcbur etdi.

B. Osmanlı-Đsveç və Osmanlı-Prussiya ittifaqı (1789-1790).

Rusiya cənubda Qara dəniz hövzəsində olduğu kimi şimalda Baltik dənizi hövzəsində də

işğalçılıq siyasəti yeridirdi. Bu təcavüzkar siyasəti nəticəsində Rusiya Đsveç ilə Osmanlı dövlətinin

müştərək düşməninə çevrilmişdi. Đsveçin hərbi və maliyyə cəhətdən bu dövrdə ciddi problemləri var

idi. Lakin Rusiyanın cənuba enməsini və ən əsası da Dardanel boğazına nəzarəti ələ keçirmisini

istəməyən Đngiltərənin təşviqi və kömək vədlərindən sonra Đsveç kralı III Qustav 1788-ci ildə

Rusiyaya müharibə elan etmişdi. Đsveç kralı Rusiyaya qarşı hərbi əməliyyatların uğurla davam

Page 16: OSMANLI SIYASI TARIXI

16

etdirilə bilməsi üçün Osmanlı dövlətinə müraciət edərək kömək istəmişdi. Đsveçin Rusiyaya

müharibə etməsi, beləcə rus ordusunun və donanmasının şimalda ilişib qalaraq Aralıq dənizi

hövzəsinə enə bilməməsi, başqa sözlə Rusiyanın iki cəbhədə vuruşmaq məcburiyyətində qalması

Osmanlı dövləti üçün çox əlverişli idi. Buna görə də Osmanlı sarayı Đsveç krallığının müharibənin

davam etdiyi müddətdə 8000, müharibədən sonra isə on il müddətincə ildə 3000 ağça (Osmanlı

gümüş pulu) ödəmək tələbinə müsbət cavab vermişdi. Đngiltərə və Prussiyanın müdaxiləsiylə

Rusiyanın aralarında ərazi mübahisəsi olan Danimarkanı Đsveçə qarşı müharibəyə cəlb etmək

cəhdləri boşa çıxdı. Lakin Rusiya və Avstriyaya qarşı aparılan hərbi əməliyyatların ölkə büdcəsinə

həddən artıq zəiflətməsi səbəbiylə Đsveçə vəd etdiyi məbləği Osmanlı dövlətinin vaxtında

ödəməsinə mane oldu. Nəhayət 11 iyul 1789-cu ildə Osmanlı-Đsveç hərbi ittifaqı imzalandı. Lakin

Đsveç krallığı müqavilə şərtlərini yerinə yetirmədi. 1790-cı ildə təklif etdiyi atəşkəs şərtlərinə

Rusiyanın müsbət cavab verməsindən sonra Đsveç krallığı müharibəni dayandırdı.

Lakin yeni bir müttəfiq meydana çıxmışdı. Prussiya dövləti Rusiya və Avstriyanın

regiondakı artan nüfuzunun və hərbi üstünlüyünün qarşısını almaq və bölüşdürülən Polşa

torpaqlarından pay qoparmaq məqsədiylə Osmanlı dövlətinə yaxınlaşmağa başlamışdı. Hələ 1788-ci

ilin dekabr ayında Prussiyanın Đstanbuldakı səfiri Osmanlı dövlətinə müttəfiqlik təklifi ilə müraciət

etmişdi. Lakin bəzi dövlət xadimlərinin etirazları bu ittifaqın gecikməsinə səbəb oldu. Cəbhələrdəki

ağır vəziyyət Osmanlı dövlətini Prussiyanın təklifini qəbul etmək məcburiyyətində buraxdı.

Osmanlı dövlət xadimləri Aşir əfəndi ilə Raşid əfəndinin və Prussiyanın Đstanbuldakı səfiri Fridrix

von Diezin iştirakı ilə 31 yanvar 1790-cı ildə iki dövlət arasında hərbi ittifaq müqaviləsi bağlandı:

1. Avstriya və Rusiya qüvvələri Dunay çayının cənubuna keçəcəkləri təqdirdə Prussiya

dövləti dərhal bu iki dövlətə müharibə elan edəcəkdir. Sülh dövrü başlayanda Osmanlı dövləti

Avstriyanın əlində olan Polşa torpaqlarının geri qaytarılmasını tələb edəcəkdir.

2. 1761-ci ildə bağlanmış Osmanlı-Prussiya ticarət müqaviləsi qüvvədə qalacaqdır. Fransız

və Đngilis tacirlərinə verilmiş haqlar Osmanlı dövləti tərəfindən Prussiya tacirlərinə də veriləcəkdir.

3. Osmanlı və Prussiya dövlətləri ayrı-ayrılıqda əsla Avstriya və Rusiya ilə sülh müqaviləsi

bağlamaycaqdırlar. Birgə bağlanacaq müqavilədən sonra Avstriya və ya Rusiya Prussiyaya

yenidən müharibə elan etmsə Osmanlı dövləti də təcavüzkara müharibə elan edəcəkdir.

4. Prussiya bağlanacaq sülh müqaviləsindən sonra Osmanlının əlində qalan torpaqlara

zəmanətçi olacaq, Đngiltərə, Hollandiya, Đsveç və Polşanın da zəmanətçi olmasını təmin edəcəkdir.

Avstriya və Rusiya sülh müqaviləsindən sonra yenidən Osmanlıya hücum etsələr Prussiya

təcavüzkara qarşı Osmanlıya kömək edəcəkdir.

Bu müqavilə Osmanlı dövləti tarixində xristian bir dövlətlə Osmanlı dövlətinin ilk dəfə

bərabər hüquqlu tərəflər kimi imzaladıqları ilk müqavilə idi. Bununla da Osmanlı sarayı

Page 17: OSMANLI SIYASI TARIXI

17

Avropadakı diplomatiya və hərbi ittifaqlar dövrünə qədəm qoymuş oldu. Bu müqavilənin Osmanlı

dövlətinə sadəcə diplomatik və psixolojik köməyi oldu. Çünki Prussiya qonşusu olan bu iki qüdrətli

dövlətə müharibə elan etmə cəsarətini tapa bilmədi.

20 fevral 1790-cı ildə Avstriya imp-ru II Đosif ölmüş və yerinə II Leopold keçmişdi. Müsbət

bir nəticə alınmayaraq müharibənin uzanıb getməsi yeni monarxı qane etmirdi. Çünki Avstriyanın

büdcəsi müharibə xərcləri ilə əriyib gedirdi və ölkə ciddi maddi problemlərlə üzləşməkdə idi.

Bundan başqa imp-ya təbəəsi olan macarlarla slavyanların üsyan etmələri yeni imp-ru

düşündürürdü. 1789-cu ildə Fransada başlayıb bütün Avropaya yayılmaq təhlükəsi olan inqilabdan

da dərin narahatlıq duyan II Leopold Osmanlı dövləti ilə sülh müqaviləsi bağlamağın tərəfdarı idi.

1790-cı il iyunun 8-də Osmanlı ordusunun Yergöyü adlanan yerdə Avstriya ordusunu məğlub

etməsi II Leopoldun bu fikrini qətiləşdirdi.

C. Ziştovi (Sviştov/4 avqust 1791) və Yassı (10 yanvar 1792) sülh müqavilələri.

II Leopold Osmanlının müttəfiqi olan Prussiya imp-ru II Fridrixə müraciət edərək atəşkəs

tələb etdi. Đngilis diplomatların da iştirakı ilə 27 iyul 1790-cı il tarixində (ilkin mərhələdə 9 aylıq)

atəşkəs razılaşması imzalandı. Đlkin şərt olaraq Avstriya işğal etdiyi Osmanlı torpaqlarını geri

qaytarmaq və Rusiyaya heç bir kömək göstərməmək tələblərini qəbul etdi. 5 dekabr 1790-cı ildə

Ziştovi şəhərində (Balkan y.a) Osmanlı-Avstriya diplomatik heyətlərinin iştirakı ilə sülh danışıqları

başladı. Osmanlını rəisulküttab (saray icra aparatı rəhbəri) Abdullah Birri əfəndi, Avstriyanı Baron

von Herbert Ratkeal, Prussiyanı Đstanbuldakı səfir Lucchesini təmsil edirdi. Sülh danışıqları çox

uzun və gərgin keçdi. Anlaşmamazlıqlar səbəbiylə 1791-ci ilin iyununda danışıqlar prosesi kəsildi.

Lakin Fransa tərəfdən artan təhlükə Avstriyanı Osmanlı dövləti ilə sülh müqaviləsi bağlamağa

məcbur edirdi. Nəhayət 4 avqust 1791-ci ildə 14 maddəlik Ziştovi Sülh Müqaviləsi bağlandı.

Müqavilə mətninin xülasəsi aşağıdakı kimidir.

a) Osmanlı ilə Avstriya arasında müharibəyə qədər bağlanmış bütün

müqavilə və sazişlər qüvvədə qalır. O cümlədən bütün ticarət müqavilələri və razılaşmaları, sərbəst

ticarət və tacirlərə verilən hüquqlar keçərli olacaqdır.

b) Osmanlı ərazi sularında üzən Avstriya ticarət gəmilərinin təhlükəsizliyinə

Osmanlı dövləti cavabdehdir. Dəyəcək bütün zərərləri (soyğun və.s) Osmanlı dövləti ödəyəcəkdir.

c) Orsova istisna olmaqla, Avstriya işğal etdiyi bütün Osmanlı torpaqlarını

geri verəcək və Osmanlının ərazi bütünlüyünü tanıyacaqdır. Rusiyaya, gizli və ya aşkar, heç bir

kömək göstərməyəcəkdir.

Ziştovi sülh müqaviləsindən sonra Osmanlı dövləti tək qalan Rusiyaya qarşı bütün gücünü

yönəltəyə çalışırdı. Lakin Đsveçin gözlənilmədən Rusiya ilə sülh müqaviləsi bağlaması Rusiyanın

şimaldakı hərbi qüvvələrini Osmanlı cəhbhəsinə daşımasına şərait yaratdı. Bu da qüvvələr

Page 18: OSMANLI SIYASI TARIXI

18

nisbətindəki Osmanlı üstünlüyünə son qoydu. Rusiya sülh müqaviləsi bağlayaraq müharibəyə son

qoymaq istəyirdi. Bu məqsədlə bəzi diplomatik addımlar da atmışdı, lakin Osmanlı sarayından

müsbət cavab ala bilməmişdi. 23 oktyabr 1791-ci ildə rusların Đzmail qalasını işğal etmələri

Osmanlı dövlətini də sülh haqqında düşünməyə məcbur etdi. Bundan başqa ruslar Qafqaz

cəbhəsində də üstünlüyü ələ keçirmişdilər. 1791-ci ilin aprel ayında Osmanlı ordularının

gerçəkləşdirdiyi əks-hücum istənilən nəticəni vermədi. Sultan III Səlim (1789-1807) Đngiltərə və

Đspaniyanın vasitəçiliyi ilə Rusiyanı danışıqlar masasına oturmağa razı sala bildi. Đki ölkə arasında

uzun müzakirələrdən sonra 10 yanvar 1792-ci ildə Yassı qəsəbəsində 15 maddəlik sülh müqaviləsi

bağlandı. Müqavilə mətninin xülasəsi aşağıdakı kimidir.

a) 1774-cü il Kiçik Qaynarca, 1779-cu il müqaviləsi, 1783-cü il ticarət sazişi, 1784-

cü il Krımın Rusiya tərəfindən işğalını təsdiqləyən müqavilələr Osmanlı və Rusiya tərəfindən

tanınacaq və qüvvədə qalacaq. Kuban çayı iki ölkə arasında sərhəd olacaq.

b) Turla (Dnestr) çayı iki ölkə arasında sərhəd olacaq, Rusiya işğal etdiyi bütün

əraziləri, Ozi qalası istisna olmaqla, Bəndər (Odessa), Ağkerman, Kilini (bugünkü Moldova

əraziləri) Osmanlıya qaytaracaq.

c) Osmanlı ərazi sularında üzən Rusiya ticarət gəmilərinin təhlükəsizliyinə Osmanlı

dövləti cavabdehdir. Dəyəcək bütün zərərləri (soyğun və.s) Osmanlı dövləti ödəyəcəkdir.

Nəticə etibariylə Osmanlı dövləti bu müharibədən (1787-1792) məğlub çıxmışdı. Rusiyanın

Balkanlardakı nüfuzunu qırmaq və Krımı geri almaq cəhdi baş tutmamışdı. Avstriya və Rusiyanın

da tam qələbə qazandıqlarını demək olmaz. Lakin daha əvvəl qazandıqları üstünlükləri qoruyub

saxlaya bilmişdilər. Lakin məğlubiyyət Osmanlının zəif cəhətlərini bütün çıplaqlığı ilə meydana

çıxarmış və yeni islahatların hansı sahalərdə keçirilməli olduğu fikrini qətiləşdirmişdi.

Mövzu 4

A. Kampo Formio sülh müqaviləsi (18 oktyabr 1797)

1789-cu il Paris inqilabına qədərki dövrdə Osmanlı-Fransa əlaqələri ümumiyyətlə pis

olmamışdı. Fransız inqilabından sonra da Osmanlı dövləti bitərəfliyini qorumuşdu. XVI Luinin

öldürülməsinə sultan III Səlimin münasibəti pis olmuşdu. Lakin digər Avropa dövlətlərinin

tələblərinə məhəl qoymayaraq Osmanlı dövləti yeni Fransız hökuməti ilə münasibətlərinin

pisləşməməsi üçün çalışmışdı. Avropa monarxları qarşısında tək qalmış Fransa özünə müttəfiq

axtarırdı. Osmanlı dövləti Polşa və Đsveçlə yanaşı ən münasib namizəd idi. 1793-cü ildə Fransa

respubilkası öz yeni səfirini Đstanbula göndərmişdi. Rusiya və Đngiltərənin etirazlarına rəğmən

Osmanlı dövləti yeni səfirin işə başlamasına mane olmamışdı. Lakin yeni hökuməti və səfiri rəsmən

tanımaqdan da imtina etmişdi. Yeni səfirin Osmanlı-Fransız ittifaqını qurmaq yolundakı bütün

Page 19: OSMANLI SIYASI TARIXI

19

cəhdləri boşa çıxdı. Prussiyanın 1794-cü ildə Fransa respublikası hökumətini tanımasından sonra 11

iyun 1795-ci ildə Osmanlı dövləti də yeni Fransız hökumətini tanıdı.

Fransız inqilabından sonrakı dövrdə fransalı gənc general Napoleon Bonapart 1796-cı ildə

uğurlu hərbi əməliyyatlardan sonra şimali və mərkəzi Đtaliyanı zəbt etmiş, 1797-ci ildə ard-arda

qazandığı qələbərdən sonra Viyanaya doğru irəliləməyə başlamışdı. Avstriya məcburiyyət

qarşısında qalaraq sülh müqaviləsi bağlamışdı. 18 oktyabr 1797-ci ildə Fransa ilə Avstriya arasında

Kampo Formio müqaviləsi bağlanmışdı. Bu müqavilə ilə Avropanın siyasi xəritəsi dəyişmişdi.

Fransa şimali Đtaliya, Yeddi Ada və Dalmatiya sahillərini əldə etmək hüququ qazanmışdı. Beləcə

Fransa Osmanlı imp-sı ilə həmsərhəd dövlətə çevrilmişdi. Fransa xüsusilə Dalmatiyadakı xristian

əhalini Osmanlı dövlətinə qarşı qiyam qaldırmağa təşviq edirdi. Digər tərəfdən də N. Bonapart

Osmanlı torpaqları olan Bosnia və Albaniyaya hərbi yürüş tərtib edəcəyi barədə danışmağa

başlamışdı. Napoleonun Osmanlı imp-dan torpaq qoparmaq arzusunda olduğunu onun Direktoriya

hökumətinə yazdığı məktublardan da öyrənmək mümkündür. Bu dövrdə istər Direktoriya hökuməti,

istərsə də fransız ictimai fikrində Fransa üçün ən böyük təhlükənin Đngiltərə olduğu fikri hakim idi.

Buna görə də Direktoriya hökuməti Napoleonun Britaniya adasına əsgər çıxarmasını istəyirdi.

Lakin Napoleon və başda xarici işlər naziri Talleyran olmaqla bir sıra dövlət xadimləri belə

düşünürdülər ki, dənizlərdəki hakimiyyətinə son qoyulmadıqca Britaniya adasına əsgər çıxarmağın

lazımi nəticəni verməyəcək. Bunun üçün bir sıra tədbirlər planı da hazırlanmışdı. Məsələn

Almaniyadakı Hannover Elektorluğununu (Đngiltərəyə bağlı idi) zəbt etmək və Hidistan ticarət

yollarını Đngiltərənin əlindən almaq. Napoleonun fikrinə görə Misirə qoşun çıxarılmalı, bu ölkə zəbt

edilməli, sonra Suriya zəbt edilməli, quru yolu ilə Hindistana səfər təşkil edilməli, sonra Suriyaya

qayıdaraq Đstanbula hücum edərək bu şəhəri zəbt etməli, Balkanlara çıxaraq iki tərəfdən Avstriyanı

sıxıştırmalı və.s. Napoleonu bu qənaətə sövq edən Talleyranın qeyri-real bəzi dəyərləndirmələri idi.

Talleyrana görə Osmanlı dövləti həddən artıq zəif idi. Toxnulmasa belə 25 il ərzində Osmanlı

dağılacaqdı. Bu nəhəng qənimətdən Rusiya və Avstriya pay alacaqdılar. Onları qabaqlamaq lazim

idi. Talleyran Osmanlı imp-dan ilk növbədə Misir, Krit və Limin adaları və Dardanel boğazını

qoparmağı məqsədəuyğun hesab edirdi. Geostratejik nöqteyi-nəzərdən Fransanı bir quru dövləti

olmaqdan çıxarıb onu bir dəniz dövlətinə çevirmək əsas məqsəd idi. Bu sahədə ən böyük rəqib

Đngiltərə idi. 1756-1763-cü illərdə baş vermiş “7 illik müharibə”də Fransa Amerika və okeanlarda

Đngiltərəyə məğlub olmuş və nəticədə Đngiltərə üstün dəniz gücünü bir daha sübut etmişdi. Đndi

Fransa revanşa hazırlaşırdı.

B. Napoleon Bonapartın Misiri işğalı. Osmanlı-Fransa müharibəsi (1798-1802)

Beləcə 1798-ci il may ayının 19-da Napoleon Tulon limanında 38000 nəfərlik ordusunu 280

gəmiyə mindirərək Misir yolunu tutdu. Đyul ayının 1-də Đsgəndəriyyə limanına çatan Napoleon

ertəsi gün quruya əsgər çıxararaq Đsgəndəriyyə qalasını mühasirəyə aldı. Heç bir yerdən hücum

Page 20: OSMANLI SIYASI TARIXI

20

gözləməyə az sayıdakı qala mühafizə dəstəsi çox müqvimət göstərmədən təslim oldular. Napoleon

ərəb dilində bəyannamə yayaraq Misirə Osmanlı sultanının dostu olaraq gəldiyini, buradakı fransız

vətəndaşları ilə pis rəftar etmiş bəzi məmlüklü bəylərini və ərəb qəbilə rəislərini cəzalandırmaq

məqsədiylə gəldiyini bildirmişdi. 21 iyul 1798-ci ildə yerli qəbilələrin topladığı ordu ilə fransız

qoşunu arasında Piramidalar döyüşü baş verdi. Döyüş fransızların qələbəsi ilə bitdi və Napoleon

iyulun 24-ü Qahirəni işğal etdi. Osmanlı sarayı məsələyə dərhal reaksiya verərək Fransa

hökumətindən məsələyə aydınlıq gətirməyi tələb etmişdi. Digər tərəfdən də Parisdəki səfir Seyyid

Əli əfəndiyə Napoleonun hansı məqsədlə səfərə çıxdığını aydınlaşdırmaq tapşırılmışdı. Lakin

Seyyid Əli əfəndinin başı Parisdə kefə qarışdığı üçün Misirin zəbtindən xəbəri yox idi. O, həmin

ilin sentyabrında Đstanbuldan gələn sorğuya Fransa-Osmanlı dostluğundan dəm vuraraq cavab

vermiş və Napoleonun hərbi səfərinin Osmanlı dövləti üçün heç bir təhlükə təşkil etmədiyini

bildirmişdi. Yəni 2 ay keçməsinə baxmayaraq səfirin Fransa ilə öz ölkəsinin müharibədə

olduğundan xəbəri yox idi. Onun bu raportunu oxuyandan sonra sultan III Səlim “nə eşşək

hərifmiş” deyə dərkənar qoymuşdu. Bu sənəd indiyə qədər Osmanlı arxivində saxlanılır.

Osmanlı dövləti Đngilislərin və Rusların Fransanın bu addımına verdikləri sərt reaksiyanı

görəndən sonra bütün Osmanlı limanlarını ingilis hərbi gəmiləri üçün açıq elan etdi. Đngilis gəmiləri

Osmanlı limanlarından hər cür ehtiyaclarını təmin edə biləcəkdilər. Çox keçmədən admiral

Nelsonun başçılıq etdiyi ingilis donanması 1 avqust 1798-ci ildə Trafalqar döyüşündə Fransız

donanmasını məhv etdi. Beləcə Misirdəki fransız ordusu söz yerindəysə bu ölkədə həbs olundu.

Çünki Fransa ilə bütün əlaqələri kəsilmişdi. Sentyabrın 2-si Osmanlı dövləti rəsmi olaraq Fransaya

müharibə elan etdi. Bununla yanaşı Đngiltərə və Rusiyanın Fransaya qarşı hərbi kömək təkliflərinə

də müsbət cavab verildi. Tarixdə ilk dəfə olaraq Osmanlı-Rus hərbi ittifaqı quruldu (23 dekabr

1798). Đki dövlət aşağıdakı şərtlər üzərində razılaşdılar: Osmanlı və Rusiya dövlətləri bir-birlərinə

ərazi bütövlüklərinin qorunmasına dair zəmanət verirlər, Rusiya Misiri Osmanlı torpağı olaraq

qəbul edir və Fransız ərazisi kimi əsla tanımayacaq, iki dövlət üçüncü bir tərəfin hücumu olacağı

təqdirdə bir-birlərinə silah və maliyyə yardımı edəcəklər, kömək üçün göndərilən canlı qüvvənin

hər cür təchizatı göndərən tərəfindən təmin ediləcəkdir, bu ittifaq ərazi genişlədilməsi üçün deyil

ərazi bütövlüyünü qorumaq məqsədiylə yaradılır, buna görə də Avstriya, Đngiltərə və Prussiya bu

ittifaqa tərəf kimi qoşula bilərlər, bu ittifaq 8 il müddətində etibarlı olacaqdır.

Bunlar ittifaqın açıq şərtləri idi. Đttifaqın gizli şərtlərinə görə isə: “Rusiya Osmanı dövlətinə

hərbi dəniz donanması verəcək, Osmanlı dövləti bu gəmilərin Aralıq dənizində sərbəst hərəkət

etməsinə icazə verəcək və birlikdə Fransaya aid hərbi, ticarət və.s gəmiləri batıracaqdılar. Rus hərbi

gəmiləri Dardanel boğazından sərbəst keçiş haqqını sadəcə müharibə davam etdiyi müddətcə

istifadə edəcəkdir. Müharibədən sonra sərbəst keçiş haqqı ləğv ediləcək. Qara dəniz iki dövlət

Page 21: OSMANLI SIYASI TARIXI

21

arasında qapalı dəniz olacaq, üçüncü tərəfin hərbi dəniz qüvvələrinin Qara dənizə girməsinə izin

verilməyəcək”.

5 yanvar 1799-cu ildə buna bənzər 13 maddəlik bir ittifaq sazişi Osmanlı ilə Đngiltərə

arasında bağlandı. Müqavilə şərtləri qısacası belə idi: Đngiltərə Osmanlı-Rus ittifaqına qoşulur,

dəniz və quruda 3 dövlətin təhlükəsizliyi təminat altına alınır, Đngiltərə Misiri Osmanlı ərazisi kimi

tanımağa davam edəcək, tərəflər bir-birlərinin əleyhinə olmadığı müddətcə digər dövlətlərlə ikili

ittifaqlar qura biləcəkdirlər, Osmanlıya və Đngiltərəyə hücum olacağı təqdirdə bir-birlərinə silah və

maliyyə yardımı edəcəklər, Osmanlı və Đngiltərə sülh sazişlərini birlikdə bağlayacaqlar, Osmanlı

dövləti Aralıq dənizindəki fransız ticarət donanmasının məhv edilməsi üçün bacardığı hər şeyi

edəcək, bütün limanlarını fransız ticarət gəmilərinin üzünə bağlayacaq, ən az 100 min nəfərlik ordu

hazırlayaraq Misirə yollayacaq, müttəfiq donanması ilə birlikdə hərəkət etmək üçün donanma

hazırlayacaq.

C. Misir və Adriatik cəbhələrində müharibənin gedişatı.

Adriatik sahillərindəki döyüşlərdə Təpədələnli Əli paşanın əmrindəki Osmanlı ordusu

fransızları arxa-arxaya bir neçə dəfə məğlub edərək geri çəkilməyə məcbur etdi. Beləcə Preveze və

Parqa adlı yerlər fransızlardan təmizləndi. Osmanlı-Rus müttəfiq donanması da fransız donanmasını

Adriatik sahillərində məğlub edərək bir sıra adaları ələ keçidi. 21 mart 1800-cü ildə Osmanlı və Rus

tərəfləri arasında bağlanan müqavilə ilə ələ keçirilmiş 7 adada “Birləşmiş Yeddi Ada Respublikası”

quruldu. Bu kukla dövlət Osmanlıya bağlı idi və illik vergi verməli idi. Rusiya isə bu dövlətin

mövcudiyyətinin təminatçısı kimi müqavilədə iştirak etmişdi.

Misirdəki qüvvələri məğlub edən Napoleon burada möhkəmlənmək üçün müxtəlif tərbirlərə

əl atmışdı. Drektoriya hökuməti işlərin daha da pisə getməsinin qarşısını almaq məqsədiylə 4

noyabr 1798-ci ildə Napoleona təlimatnamə göndərmişdi. Təlimatnamədə deyilirdi: “Qarşınızda bu

vəzifələr dururu və ən qısa müddət ərzində bunlardan birini seçib icra etmək məcburiyyətindəsiniz:

1. Misirdə möhkəmlənərək türklərin əks zərbələrinin qarşısını almaq, 2. Hindistana yürüş etmək, 3.

Đstanbula yürüş etmək”.

Napoleon əslində Misirdə blokada vəziyyətində olduğunu bilirdi. Buna görə də daha artıq

vaxt itirmədən 2-ci variantı seçdi. Hindistana yürüş edə biləcək vəziyyətdə olmadığın bilirdi. Ən

yaxşı halda yaxın şərqdəki Osmanlı hərbi qüvvələrini əzə bilər və gələcək yürüşlər üçün əlverişli

şərait yarada bilərdi. 18000 əsgərlə Misirdən Suriyaya yürüş edən Napoleon yol üstündəki bəzi

məntəqələri işğal edə bildi. Lakin 18 mart 1799-cu ildə Akra qalasında Cəzzar Əhməd paşanın

qüvvələri tərəfindən məğlub edilərək geri çəkilmək məcburiyyətində qaldı. Cəzzar Əhməd paşanın

əmrindəki osmanlı əsgərlərinin hücumları qarşısında Misirə geri çəkilmək məcburiyyətində qalan

Napoleon Fransız inqilab hökumətinin təhlükədə olduğu xəbərlərini bəhanə edərək general Kleberi

Page 22: OSMANLI SIYASI TARIXI

22

öz yerinə Misirdə qoyaraq 23 avqust 1799-cu ildə Fransaya qayıtdı. Kleber 20 mart 1800-cü ildə

Misiri azad etmək üçün göndərilmiş Osmanlı ordusunu məğlub etdi. Bu qələbədən qısa müddət

sonra general Kleber bir ərəb fədaisi tərəfindən sui-qəsdə uğrayaraq öldürüldü. Onu general Menou

əvəz etdi. 1801-ci ilin mart ayında Osmanlı qüvvələri müttəfiqlərinin dənizdən göstərdikləri

köməklə fransızları məğlub etdilər. Həmin ilin iyun-avqust aylarında Qahirə və Đsgəndəriyyədəki

fransız əsgərləri təslim oldular. 30 avqust 1801-ci ildə general Menou türk və ingilis komandanların

iştirakı ilə Đsgəndəriyyə sazişini imzaladı. Sazişə görə bütün fransız ordusu silahları və təchizatı ilə

birlikdə rus, osmanlı və ingilis gəmilərinə minərək Misiri tərk edib vətənlərinə gedəcəkdilər. Beləcə

Misir 3 illik fransız işğalından xilas oldu.

Əslində 9 oktyabr 1801-ci ildə bağlanan Fransa-Osmanlı sülh müqaviləsi Osmanlı

dövlətinin müttəfiqləri olan ingilislər və ruslar tərəfindən etirazla qarşılandı və bu müqavilənin

ittifaq sazişinə zidd olduğu bildirildi. Buna görə də Osmanlı bu müqavilənin qüvvəyə minməsini

gecikdirdi. Nəhayət Đngiltərənin Fransa, Đspaniya və Hollandiya ilə bağladığı Amiens sülh

müqaviləsindən sonra Đngiltərə bu etirazından əl çəkdi. Beləcə 25 iyun 1802-ci ildə Fransa ilə

Osmanlı arasında sülh sazişi imzalandı.

Bu müharibə nəticəsində tarixdə ilk dəfə Osmanlı və Fransız orduları döyüş meydanında üz

üzə gəlmiş və vuruşmuşdular. Fransanın Misiri işğalı və Suriyaya yürüşü əsrlərdən bəri sabitlik

içində olan bu regionda qarışıqlıqların başlamasına səbəb oldu. Müharibə nəticəsində Fransanın

ticarət donanması və ümumiyyətlə bütün xarici ticarətinə ağır zərbə dəydi. Rusiya bu müharibə

nəticəsində demək olar ki, heç yeni torpaq əldə edə bilmədi. Sadəcə Fransanın Balkanlardakı

irəliləməsinin qarşısının alınması Rusiyanı qane etdi. Osmanlı dövləti itirdiyi Misiri geri aldı.

Müharibə nəticəsində Osmanlı dövlətinin geostrateji cəhətdən nə qədər mühüm bir coğrafiyada

yerləşdiyi Avropa dövlətləri üçün bir daha aydınlaşdı.

Mövzu 5.

A. 1798-1802-ci illər Osmanlı-Fransa və Osmanlı-Đngiltərə siyasi münasibətləri.

Misirin fransız işğalından azad olunmasından sonra Osmanlı dövlətinin Avropa dövlətləri ilə

əlaqələrində normallaşma və stabilləşmə dövrü başlamışdı. Lakin bu bir o qədər də uzun

çəkməmişdi. Fransaya qarşı Osmanlı dövlətinə kömək etmiş Đngiltərə və Rusiya Osmanlı dövlətinin

daxili işlərinə qarışmağa başlamış, əyalətlərdəki panslavist separatçı fəaliyyətlər bu iki dövlət,

xüsusiylə də Rusiya tərəfindən dəstəklənməyə başlanmışdı. Rusiya “7 Ada Respublikası”ndakı

əsgərlərini buradan çıxarmaq istəmirdi. Đngiltərə isə fransızlardan təmizlənmiş Misirdəki hərbi

qüvvələrini geri çəkmək istəməmişdi. Bu da Osmanlı-Đngiltərə əlaqələrinin gərginləşməsinə səbəb

olmuşdu. Lakin Napoleonun Avropada yenidən fəallaşaraq Đngiltərəni hədəf alması ingilisləri

Osmanlı dövləti ilə əlaqələrini normallaşdırmağa məcbur etti. 1803-cü il yanvarın 3-də Đstanbulda

Page 23: OSMANLI SIYASI TARIXI

23

iki dövlət arasında saziş imzalandı və Đngiltərə Đsgəndəriyyədəki qarnizonunu Misirdən çıxardı.

Lakin bu hadisə və Babi-Aliyə (Osmanlı sarayı) gələn başqa məlumatlar Đngilislərin Misirə göz

dikdiklərini üzə çıxardı.

Misir səfərinin uğursuzluğundan sonra Napoleon Osmanlı imp-ğunun gələcəyi haqqındakı

təxminlərinin səhv olduğunu dərk etmişdi. 1799-cu ildə Fransanın I Konsulu olmuş Napoleonun bu

dövrdəki əsəs məqsədi Fransaya qarşı qurulmuş II Koalisiyanı parçalamaq idi. Buna görə də Avropa

qitəsində özünə müttəfiq axtarmağa ehtiyac duyurdu. Napoleona görə Osmanlı dövləti bunun üçün

uyğun idi. Napoleon Aralıq dənizində itirilmiş nüfuzu yenidən qaytarmaq üçün donanmaları bu

dənizə hakim olan Rusiya və Đngiltərəni qarşı-qarşıya qoymaq məqsədi ilə Rusiya ilə dostulq

əlaqələri qurmağa başlamışdı. Lakin tezliklə Napoleonun isti əlaqələr qurduğu rus çarı I Pavel

öldürüldü və onun yerinə ingilislərin dəstəkədiyi I Aleksandır gəldi. I Pavelin ingilislərin köməyi ilə

oğlu I Aleksandır tərəfindən zəhərləndiyi fikri mövcud idi. Rusiyada Đngiltərəyə xoş münasibət

bəsləyən bir çarın hakimiyyətə gəlməsi Napoleonu Osmanlı dövləti ilə əlaqələrini möhkəmlətməyə

sövq etmişdi. 1802-ci ildə Misirin işğalı vaxtı meydana çıxmış bəzi problemləri həll etmək üçün

Osmanlı imp-ğu ilə Fransa arasında Paris müqaviləsi bağlandı. Bu müqavilə ilə iki ölkə arasında

dostluq əlaqələri başlamışdı. Tezliklə Avropada fransızlara qarşı yeni bir ittifaq yarandı. Đngiltərə,

Rusiya və Avstriya Fransaya qarşı III Koalisiyanı yaratdılar və bununla da “III Koalisiya

Müharibəsi” başladı. 02 dekabr 1804-cü ildə Napoleon özünü imperator elan etdi. Avropa dövlətləri

onun imperatorluğunu tanımadılar. Osmanlı dövləti də bu məsələ qarşısında tərəddüdlü qaldı və bu

da iki ölkə arasında diplomatik böhranın başlamasına səbəb oldu. Lakin Napoleonun qazandığı

hərbi uğurlar (2 dekabr 1805-ci il Avstrlits döyüşündə Rusiya və Avstriyanın məğlubiyyəti)

Osmanlı dövlətini III Koalisiya dövlətlərinin siyasi təzyiqindən qismən xilas etdi və Babi-Ali

Napoleonun imperatorluğunu rəsmi olaraq tanıdı.

B. Rusiyanın Qafqazı işğalına qarşı Osmanlı dövlətinin reaksiyası. 1806-1812-ci

illər Osmanlı-Rusiya müharibəsi.

Məlum olduğu kimi Rusiyanın Qafqazdakı işğlaçılıq planlarının pozulmasında Osmanlı

dövlətinin mühüm rolu olmuşdu. 1722-1735-ci illərdəki müstəmləkə siyasətinin uğursuzluğa düçar

olmasının əsas səbəblərindən biri də, Osmanlı dövləti və onun Rusiyanın cənub sərhəddindəki

müttəfiqi olan Krım xanlığının, bu coğrafiyada fəal hərbi-siyasi manevrləri olmuşdu. Rusiya Krım

məsələsinin öz lehinə müsbət həllini tapmadığı müddətcə Qafqazda müvəffəqiyyət qazana

bilməyəcəyini dərk edirdi. 1768-1774-cü illərdə baş vermiş Osmanlı-Rus müharibəsi nəticəsində

Ruslar Krımı işğal etmiş və Krım xanlığını ləğv etmişdilər. Bu müharibə 1774-cü ildə bağlanmış

Küçük Qaynarca müqaviləsi ilə başa çatmışdı.

Page 24: OSMANLI SIYASI TARIXI

24

Krımın itirilməsi ilə Osmanlı dövlətinin şimal sərhədləri Rusiya tərəfindən gözlənilən

təhlükələrə qarşı açıq vəziyyətə düşmüşdü. Eyni zamanda, bununla, Qafqazın qapıları da Rusiya

üçün açılmış oldu. Rusiya Şimali Qafqazda işğal etdikləri ərazilərin müdafiəsini təşkil etmək

məqsədi ilə Xəzər dənizindən Azov dənizinə qədər, uzunluğu 700 km. olan müdafiyə xətti inşa

etmişdilər. Burada bir neçə qala tikilmiş və ərazidə rus kazaklarını və rus zadəganlarını

məskunlaşdırılmışdılar. Bu müdafiyə xətti “Kazak Xətti” də adlanırdı. Bu Rusların Qafqazdakı

müstəmləkə siyasəti üçün atılmış mühüm addım idi.

Qısa müddət sonra bu coğrafiyada demoqrafik vəziyyət rusların lehinə dəyişmişdi. XVIII

əsrin sonlarında Kabarda və Osetiyanı ələ keçirən Rusiya buradan Mengereliya, Đmeretiya, Kartli və

Kaxetiya kimi Gürcü knyazlıqlarını da öz təsir dairəsinə sala bilmişdi. Həmin bu dövrdən etibarən

Rusiya ilə Azərbaycanın Qacar sülaləsinə mənsub şahları arasında, cənubi və şərqi Gürcüstan

üzərində nüfuz mübarizəsi başlamışdı. Bu nüfuz mübarizəsi gün keçdikcə şiddətlənirdi.

Bu mübarizə 1801-ci ildə Rusiyanın Gürcüstanı işğal etməsi ilə daha da gərginləşərək bir

müddət sonra hərbi toqquşmalarla əvəzlənmişdi. Gürcü əsilli rus generalı Sisyanov Rusiyanın

müstəmləkəçilik siyasətinin bütün Qafqaza, o cümlədən Zaqafqaziyada möhkəmlənməsi üçün

əlindən gələni edirdi. Bu işdə Zaqafqaziyadakı xristiyan ünsürlərdən, xüsusiyə də ermənilərdən

istifadə edilirdi.

XIX əsrin əvvəllərində Osmanlı dövlətinin şərq əyalətlərinin canişinləri mərkəzə

göndərdikləri raportlarda bu öz əksini tapmışdı. Osmanlı dövlətinin Çıldır canişini Məhəmməd Səid

Paşa Đstanbula göndədiyi, 23 iyul 1800-cü il tarixli raportda Zaqafqaziyadakı Azərbaycan

xanlıqlarının öz aralarında apardıqları nüfuz mübarizsi və Qacar şahının Zaqafqaziyanı öz təsir

dairəsində saxlamaq üçün göstərdiyi səyləri təfərrüatı ilə qeyd etmişdi.

Xanlıqların Quba və Şəki xanları tərəfindən birləşdirilməsi üçün atılan addımalar lazımi

nəticəni verməmişdi. Bu işin uğurla nəticələnməməsində Qacar sülaləsinin və Rusiyanın

müstəmləkəçilik siyasətinin də rolu olmuşdu.

Rusiyanın Qafqaz siyasəti təkcə Osmanı dövlətini və Qacar sülaləsini narahat etmirdi.

Avropanın siyasi dairələri, xüsusiylə də Đngiltərə Rusiyanın cənuba doğru genişlənməsindən ciddi

narahatlıq duyurdu. Buna görə də Đngilis hökuməti Gürcüstanın Rusiya tərəfindən işğalından dərhal

sonra Sir Con Malkolmu Qacar dövlətinə səfir təyin etmişdi. C. Malkolm Fətəli şah Qacara, onların

Rusiya ilə müharibəyə girişəcəkləri təqdirdə, ingilislərin silah və maddi yardım göndərəcəklərini

vəd etmişdi.

Đngiltərə Qacarlarla ticarət müqaviləsi bağlayaraq bu yaxınlıqlarını daha da

möhkəmləndirməyə çalışmışdı. Bu müqaviləyə əsasən əgər Qacar dövlətinə hücum olarsa Đngiltərə

onların tərəfində çıxış edərək hər cür hərbi yardım göstərəcəkdi. Napoleon Fransası da Rusiyanın

Page 25: OSMANLI SIYASI TARIXI

25

Qafqazdakı işğalçılıq siyasətindən narahat idi. Lakin Đngiltərə ilə əlaqələrinin gərgin olması, bu iki

Avropa dövlətinin yekdil çıxış etməsinə mane olurdu. Fransa 1807-ci ildə Qacar sarayına elçi heyəti

göndərərək Rusiyanın cənuba doğru irəliləməsinin qarşısını almaq üçün kömək təklif etmişdi. Bu

elçi heyəti eyni zamanda, Đngiltərənin Hindistandakı müstəmləkəçilik siyasətinə qarşı çıxması üçün

də Qacar dövlətini təşviq edirdi. Lakin fransızların bu cəhdləri müsbət nəticə verməmişdi.

Osmanlı dövləti Rusiyanın Qafqazdakı işğalçılıq siyasətinə qarşı lazımi addımları ata

bilməmişdi. Çünki bu dövrdə Osmanlı dövlətin qərb əyalətlərində, xüsusiyə də Balkan

yarımadasındakı Osmanlı əyalətlərində vəziyyət xeyli gərgin idi. Rusiyanın və Avropa dövlətlərinin

təşviqi ilə Balkan yarımadasında Osmanlı dövlətinə qarşı üsyanlar baş verirdi. Bu kimi daxili

problemləri həll etməyə çalışan Osmanlı dövləti Qafqazda aktiv ola bilmirdi. Bundan başqa

Fransanın Osmanlı torpağı olan Misiri işğal etməsi Rusiya ilə Osmanlı dövlti arasında, 1798-ci ildə,

Fransaya qarşı ittifaqın meydana gəlməsinə səbəb olmuşdu. Bu ittifaq 24 sentyabr 1805-ci ildə

bağlanmış Rusiya-Osmanlı müqaviləsi ilə daha da möhkəmləndirilmişdi. Buna görə də Osmanlı

dövləti Rusiyanın Qafqaz siyasətinə, belə demək mümkünsə, göz yummaq məcburiyyətində

qalmışdı.

Lakin Fransanın Misirdə uğradığı məğlubiyyət və Napoleonun Osmanlı dövləti ilə qurduğu

diplomatik əlaqələr Osmanlı-Rus siyasi əlaqələrinin əvvəlki əhəmiyyətini itirməsinə səbəb oldu.

1806-ci ildə Osmanlı dövləti Đstanbul boğazını Rusiyanın hərbi gəmiləri üçün bağlı elan etdi.

Rusiya türklərin bu addımına etiraz etdi, ingilislər Rusiyanı dəstəkləməyə başladılar. Hətta,

Napoleon təhlükəsinə qarşı Rusiya ilə yaxınlaşmış Đngiltərə Osmanlı dövlətini Đstanbul boğazına

donanma yeritməklə hədələdi. Siyasi təzyiqlərə davam gətirə bilməyən Osmanlı dövləti bu qərarını

ləğv etməli oldu. Bu Rusiyanın diplomatik qələbəsi idi. Lakin çar I Aleksandır bununla

kifayətlənmədi. 1806-cı ilin oktyabrında 60 minlik rus ordusu Dnestr çayını keçərək Osmanlı

torpağı olan Bessarabiyaya (Moldova) soxuldu. Beləcə 1806-1812-ci illərdə baş vermiş Osmanlı-

Rusiya müharibəsi başlamış oldu. Fransa Osmanlı dövlətinə hər cür dəstək verəcəyini vəd edirdi.

Osmanlı dövləti də 1806-cı il dekabrın 22-si Rusiyaya müharibə elan etdi. Bu əslində Napoleonun

diplomatik qələbəsi idi. Çünki bununla, onun Rusiyanı iki cəbəhədə müharibəyə cəlb etmək planı

gerçəkləşmiş oldu. 17 fevral 1807-ci ildə ingilis donanması Đstanbul boğazına hücum etdi. Beləcə

Đngiltərə rəsmi olaraq Rusiya tərəfindən müharibəyə qoşulmuş oldu. Lakin uğur qazana bilməyən

ingilis donanması martın 2-si geri çəkilməyə məcbur oldu. 1807-ci ilin avqustunda ingilislərin

Misirə hücumu da uğursuzluqla nəticələndi. Mehmed Əli paşa ingilis ordusunu geri oturdu. 29 may

1807-ci ildə baş vermiş saray çevrilişi nəticəsində Osmanlı sultanı III Səlim taxdan salındı. Onun

yerinə IV Mustafa Osmanlı sultanı oldu. Osmanlı dövləti tezliklə Fransa tərəfindən xəyanətə uğradı.

Belə ki, Rusiya ilə Fransa arasında bağlanmış 09 iyul 1807-ci tarixli Tilzit sülh müqaviləsi

Osmanlını Rusya ilə tək başına vuruşmaq məcburiyyətində qoymuşdu. Rusiya müharibənin ilk

Page 26: OSMANLI SIYASI TARIXI

26

dövrlərində müsbət nəticələr əldə etməsinə baxmayaraq, bunu uğurla davam etdirə bilməmişdi. 24

avqust 1807-ci ildə, Fransanın vasitəçiliyi ilə Osmanlılarla Rusiya arasında atəşkəs müqaviləsi

imzalandı və hər iki dövlətin ordusu müharibəyə qədərki sərhədlərinə çəkildi. Bu tarixdən etibarən

1809-cu ilə qədərə danışıqlar davam etdirildi. 23 mart 1809-cu ildə atəşkəs pozuldu və müharibə

yenidən qızışdı. Ruslar Bessarabiyanı və Bolqarstanın şimalını işğal etdilər. Tüklərin Dunay çayını

keçərək rus ordusunu geri oturtması və ən əsası yaxınlaşan Napoleon təhlükəsi Rusiyanı müharibəni

tezliklə bitirməyə məcbur etmişdi. 1811-ci ilin sonlarında döyüşlər səngidi.

Mövzu 6.

A. 1807-ci il Đngilis-Osmanlı müharibəsi. Dardanel və Bosfor boğazının işğalı. «Sultan

Qalası» sülh müqaviləsi (5 yanvar 1809).

Babi-Alinin Fransa ilə yaxınlaşması, Đngiltərə ilə Rusiyanın narazılığına səbəb oldu. Rusiya

23 dekabr 1798 tarixli müqaviləni əsas göstərərək Osmanlı dövlətini Fransa ilə isti münasibətlər

qurmaqdan çəkindirməyə çalışdı. Halbuki Đsgəndəriyyə və 7 ada resp-sındakı hərbi qüvvələrini geri

çəkməkdən imtina edərək Đngiltəyə və Rusiya bu müqavilələrin şərtlərini ilk özləri pozmuşdular.

Osmanlı dövlətinin etirazlara məhəl qoymaması Đngiltərə və Rusiya ilə əlaqələrin gərginləşməsinə

səbəb oldu. I Aleksandır bunu fürsət sayaraq 1806-cı ilin oktyabr ayında 60 min nəfərlik ordusunu

Dnestr çayından keçirərək Osmanlı-Rusiya sərhəddini pozdu və 20-30 km ölkənin içərisinə irəlilədi.

Đngiltərənin ağır diplomatik təzyiqləri qarşısında Babi-Ali dərhal Rusiyaya müharibə elan edə

bilmədi. Lakin Fransanın dəstəyini alandan sonra 22 dekabr 1806-cı ildə Babi-Ali Rusiyaya

müharibə elan etdi. Babi-Ali müharibənin gedişində Fransa ilə hərbi ittifaq qurmaq məqsədi ilə

Vahid əfəndini həmin vaxt Varşavada olan Napoleonun yanına göndərdi. Lakin Napoleon belə bir

ittifaqa müsbət cavab vermədi və Vahid əfəndi Đstanbula əliboş qayıtmalı oldu. Çünki Napoleon

artıq istəyinə çatmış, Rusiyanı iki cəbhədə vuruşduraraq qüvvələrini bölməyi bacarmışdı.

Müttəfiqi Rusiyanın iki cəbhədə müharibəyə girərək Napoleon qarşısında zəifləməsi

Đngiltərəni ciddi surətdə narahat edirdi. Çünki Rusiyanın Napoleon qarşısında zəifləməsi

Napoleonun Đngiltərə qarşısında güclənməsi demək idi. Buna görə də ingilislər Rusiya ilə

müharibəni dayandırmaq barədə Babi-Aliyə təzyiq göstərməyə başladılar. Osmanlı dövləti

Đngiltərənin bu istəyini rədd etdi. 19 fevral 1807-ci ildə bir ingilis donanması Çanaqqala boğazını

gecə ikən keçərək Mərmərə dənizinə girdi. Đngilis hərbi gəmiləri Đstanbula dənizdən yaxınlaşaraq

Bosfor (Đstanbul) boğazında, sahilə yaxın yerdə lövbər saldılar. Belə bir hadisə ilk dəfə baş verirdi.

Bu şəhərdəki sivil əhali arasında böyük bir təlaş, həyəcan və panikanın başlamasına səbəb oldu.

Đngiltərə Osmanlı dövlətindən dərhal Rusiya ilə müharibədən çəkilməyi, Rusiya və Đngiltərə ilə sülh

müqaviləsi bağlamağı, Fransa ilə bütün siyasi-diplomatik əlaqələri kəsməyi tələb etdi. Osmanlı

sarayında yaranmış çaşğınlıq tezliklə aradan qaldırıldı. Şəhərdəki həyəcanın da yerini nifrət və

Page 27: OSMANLI SIYASI TARIXI

27

müqavimət tələbi almışdı. Şəhər əhalisi özləri Đstanbulu müdafiə etməyə hazır olduqlarını

bildirmişdilər. Belə olan halda Babi-Ali özünü daha rahat və cəsur addımlar atmağa hazır hiss etdi

və ingilislərin bütün tələbləri rədd edildi. Şəhəri top atəşinə tutmağın ingilis donanmasına baha başa

gələcəyini, burada qalmağın isə mənasız olduğunu başa düşən ingilis admiralı 2 martda gəmilərini

geri çəkdi. Dar Çanaqqala boğazını keçərkən sahildən açılan top atəşləri ingilislərin xeyli itki

verməsinə səbəb oldu. Beləcə Đngiltərə Rusiya tərəfində Osmanlı imp. qarşı müharibəyə başlamış

oldu. Đngiltərə ilk olaraq çoxdan göz dikdikləri Misirə hücum etdilər və mart ayının 17-si (1807)

Đsgəndəriyyəni işğal etdilər. Lakin Misirdəki Osmanlı ordusunun əks zərbəsi nəticəsində məğlub

olaraq sentyabrın 17-si (1807) Misiri tərk etməyə məcbur oldular.

1807-ci ildə Napoleon ilə I Aleksandrın Tilzitdə sülh müqaviləsi bağlamaları Osmanlı-

Fransız və Đnglis-Rus ittifaqlarının şübhə altına alınmasına səbəb oldu. 1808-ci ilin 12 oktyabrında

rus və fransız hökmdarlarının Erfurtda görüşərək işğal etdiyi Finlandiya və Rumıniyanın Rusiyada

qalmasını təsdiqləmələri Đngiltərənin narahatlığını artırdı. Đngiltərə belə bir şəraitdə Osmanlı dövləti

ilə düşmən olaraq qalmanın əlverişsizliyini dərk edirdi. Buna görə də Babi-Ali ilə sülh müqaviləsi

bağlamanın yollarını axtarmağa başladı. Əslində Osmanlı dövləti də müharibənin bir an əvvəl

dayandırılmasının tərəfdarı idi. Çünki rusların qızışdırdığı serblər qiyam qaldırmışdılar. Rusların

işğal edə bilmədikləri Rumıniya torpaqlarında da, rusların dəstəyi ilə, Osmanlı əleyhinə qiyamlar

davam edirdi. 1808-ci ilin noyabrında Vahid əfəndi ingilis diplomat Robert Aderlə Çanaqqalada

ilkin müzakirələrə başladılar. Osmanlı dövlətinin əsas məqsədi Đngiltərə ilə sülh müqaviləsi

bağlamaqla yanaşı Rumıniyanın Rusiyaya verilməməsini təmin etmək idi. Daha doğrusu Rusiya ilə

aparılacaq sülh danışıqlarında ingilislərin dəstəyini almaq idi. Lakin danışıqlar Osmanlı dövlətinin

bəzi istəklərindən ötrü uzanırdı. Osmanlı dövləti Đngiltərədən müharibə təzminatı qoparmaq istəyir,

ingilislər isə qəti olaraq bunu rədd edirdilər. Nəhayət Babi-Ali bu tələbindən əl çəkdi. Đki dövlət

arasında 5 yanvar 1809 tarixində Çanaqqalada (Qəl’eyi-Sultaniyyə, Sultan Qalası) sülh müqaviləsi

bağlandı. Bu müqaviləyə görə:

1) Osmanlı imp. ilə Đngiltərə arasındakı bütün anlaşmazlıqlar aradan qaldırılacaqdır.

2) Đngiltərə bu müharibədə işğal etdiyi bütün Osmanlı torpaqlarını geri qaytaracaqdır.

3) Hər iki tərəf bir birlərinə vurduqları maddi zərəri ödəyəcəkdilər.

4) Osmanlı dövlətinin daha əvvəlki müqavilələrlə Đngiltərəyə verdiyi ticari imtiyazlar

keçərliliyini qoruyacaqdır.

5) Osmanlı dövləti Malta adasında və Đngiltərədə konsulluqlar açabiləcəkdir. Osmanlı

konsulluqları, Osmanlı ərazisindəki ingilis konsulluqları ilə eyni səlahiyyətlərə sahib olacaqdır.

6) Dardanel (Çanaqqala) və Bosfor (Đstanbul) boğazları əvvəllər olduğu kimi yenə də

istər hərb, istərsə də sülh şəraitində, bütün ölkələrin hərb gəmiləri üçün bağlı olacaqdır.

Page 28: OSMANLI SIYASI TARIXI

28

Müqavilənin gizli maddələrinə görə isə Fransanın Osmanlı dövlətini hədələdiyi təqdirdə

Đngiltərə Osmanlı dövlətinə hərbi kömək göstərəcəkdi. Đngiltərə Osmanlıdan əvvəl Rusiya ilə

müqavilə bağlamalı olsa mütləq Osmanlı dövlətinin mənfəətlərini nəzərə alacaqdı.

Bu müqavilə əslində Đngiltərənin Tilzit və Erfurt kimi fransız-rus sazişlərinə qarşı

diplomatik gedişi idi. Đlk dəfə idi ki, Đstanbul və Çanaqqala boğazlarının hərbi donanmalar üçün

bağlı olması dövlətlərarası müqavilədə qeyd olunurdu. Bu qərarı bu vaxta qədər Osmanlı dövləti tək

başına tətbiq etmişdi.

B. Osmanlı-Rusiya müharibəsinin nəticələri. Buxarest müqaviləsi (16 may 1812).

1809-1812-ci illər arasında rus-türk müharibəsi cəbhədə rusların üstünlüyü ilə keçmişdi. Rus

ordusu Moldova, Rumıniya və Bolqarıstanın şimalını işğal etmişdi. Osmanlı ordusu Dunay çayını

keçərək rusları xeyli geri qova bilmişdisə də bu hücum qısa müddətli olmuş və türk ordusunun

hücumunun qarşısı alınmışdı. Osmanlı dövlət artıq yorulduğunun fərqinə varımışdı və tezliklə sülh

müqaviləsinin bağlanmasının tərəfdarı idi. Əslində Rusiya da sülh istəyirdi. Çünki Rusiya

yaxınlaşan Napoleon təhlükəsinin fərqidə idi. Sülh üçün görüşlər 1811-ci ilin noyabrından etibarən

başlamışdı. 1807-ci ildə iki tərəf arasında sülhün əldə edilməsi üçün vasitəçilik edən Fransa bu dəfə

müharibənin dayandırılmamasının tərəfdarı idi. Çünki Napoleon Rusiyaya hərbi yürüşə hazırlaşırdı.

Rusiyanın sülh şəraitində qüvvələrini səfərbər etməsini istəmirdi. Fransanın Đstanbuldakı səfiri

osmanlı-rus sülh görüşmələrini dayandırmaq üçün Babi-Aliyə təsir göstərməyə çalışdı, lakin müsbət

nəticə ala bilmədi. Sülh danışıqları 16 may 1812-ci ildə Osmalı dövləti ilə Rusiya arasında

Buxarestdə bağlanmış 5 maddəlik müqavilə ilə nəticələndi. Müqaviləyə görə iki dövlət arasında

əvvəllər bağlanmış bütün müqavilələr öz qüvvəsini saxlayacaqdı. Prut və Dunay çayları iki dövlət

arasında sərhədd olacaq, Rusiyanın ticarət gəmiləri Dunay çayında üzə biləcək, Rusiya işğal etdiyi

əraziləri, Moldova istisna olmaqla, üç ay ərzində boşaldacaq, Osmanlı dövləti serblərə verdiyi daxili

müstəqilliyini şərtlərini genişləndirəcək, Osmanlı dövləti Rusiya ilə Qacar dövləti arasındakı siyasi

əlaqələrdə sadəcə xoş məramla çıxışı edəcək və razılaşmaların əldə olunması üçün səy göstərəcəkdi.

Bu müqavilə Rusiyanın istər Balkanlarda istərsə də Qafqazdakı müstəmləkəçi və işğalçı siyasətinin

möhkəmlənməsi və daha da genişləndirilməsi üçün əlverişli zəmin yaratmışdı.

Mövzu 7.

A. Osmanlı imp-luğnda siyasi, ictimai və mədəni islahatlar. Nizami-Cədid hərəkatı.

Osmanlı dövləti yaxın tarixi dövrdə zəifləməsinin son mərhələsinə çatmışdı. Bu zəifləmə

bütün sahələrdə özünü biruzə verirdi. Osmanlı imp.nun heç bir sahədə Avropa dövlətləri ilə

ayaqlaşa bilmədəyi açıq-aşkar görünürdü. Hətta feodal-təhkimçi-aqrar ölkəsi olan Rusiya belə

Osmanlı imp.dan bir çox sahələrdə daha irəlidə idi. Bu gerilik Babi-Ali tərəfindən, bütün təfərrüatı

ilə olmasa belə, bilinirdi. Lakin geriliyi doğuran səbəblər deyil, geriliyin özü aradan qaldırılmağa

Page 29: OSMANLI SIYASI TARIXI

29

çalışılırdı. Buna görə də lazımi nəticə əldə oluna bilmirdi. 17-18-ci əsrlərdə ordu sahəsində bir sıra

islahatlar aparılmışdı. Lakin bu islahatlar dövlətin rəsmi proqramı kimi həyata keçirilmirdi.

Hakimiyyətdə olan sultan və bir neçə dövlət xadimi islahatlara başlayır, müəyyən yerə qədər aparır,

sultan hakimiyyətdən gedib başqası gələn kimi islahatlar dayandırılırdı. Yəni bunlar ayrı-ayrı

fərdlərin təşəbbüsünə bağlı islahatlar idi.

Osmanlı sultanı III Səlim (1789-1807) hakimiyyətinin ilk illərindən etibarən Nizami-Cədid

(Yeni Quruluş) adlandırdığı islahat proqramını həyata keçirmək istəmişdi. Nizami-Cədid iki

mənada başa düşülmüşdür. 1. Sadəcə orduda aparılacaq islahatlarla Osmanlı ordusuna Avropa

standartlarını qazandırmaq. 2. Avropanın elmi və texniki nailiyyətlərindən faydalanaraq Osmanlı

dövlətinin idarəetmə aparatında, siyasi, iqtisadi, hərbi, ictimai, elmi, mədəni bütün sahələrində

islahatlar aparmaq.

III Səlim Ziştovi müqaviləsindən (1791) sonra saray məmuru Əbu Bəkir Ratib əfəndini

xüsusi tapşırıqla səlahiyyətli səfir olaraq Vyanaya göndərmişdi. 8 sonra Đstanbula qayıdan Əbu

Bəkir Ratib apardığı tədqiqatları raport halında qələmə alaraq III Səlimə təqdim etmişdi. Bu

raportda Avropa ölkələrində inkişafa təkan verən amillər ətraflı şəkildə qələmə alınmışdı. III Səlim

bu raporta öz şəxsi fikir və qənaətlərini də əlavə edərək bir islahat proqramı hazırladı. Lakin bunun

bir nəfər tərəfindən icra edilən bir islahat olmasını istəmir, bu islahat proqramının hamı tərəfindən

minimsənməsini istəyirdi. Buna görə də 1792-ci ildə bütün məşhur Osmanlı dövlət və siyasi

xadimlərinin öz fikirlərini yazılı şəkildə bildirmələrini tələb etdi. 22 dövlət xadiminin ki, bunların

arasında sədri-əzəm və 2 avropalı da var idi, hazırladıqları raportlar bir-birindən fərqli idi. Lakin

hamısının bir ortaq nöqtəsi var idi. Orduda islahat aparılmalı idi. III Səlim 10 nəfərdən ibarət bir

komissiya təşkil etdi. Bütün raport və məruzələri oxuyub tədqiq etmək üçün onlara verdi. Nəhayət

bu komissiya 72 maddəlik “Nizami-Cədid” adlanan bir dövlət islahat porqramı hazırladı. Đslahatlara

ordudan başlanacaqdı. Lakin Yeniçəri Ocağını ləğv etmək olmazdı. Çünki ölkə müharibə

vəziyyətində idi. Yeniçəri Ocağından başqa dövlətin güvənəcəyi başqa bir hərbi güc yox idi. Buna

görə də III Səlim proqrama əsasən yeni ordu hissələri hazırlamaq, mövcud olanları isə mümkün

olduğu qədər yeniləmək qərarına gəldi. Məsələn Yeniçəri Ocağına mənsub əsgərlərin müntəzəm

olaraq təlim və təhsil almaq məcburiyyəti tətbiq olunmağa başlandı. 1792-1793-cü illərdə yeni

qanunlar çıxarıldı. Hərbi donanmada da islahatlar aparıldı. Tərsanələr yenidən nizamlandı. Yeni

gəmilərin tikilməsinə başlandı. Hər tərsanədə bir hərbi tibb məktəbi quruldu. O vaxta qədər

Osmanlı hərbi gəmilərində tibb işçisi olmurdu. Avropa stilində yeni hərbi məktəblər açıldı. Məsələn

“Mühəndisxanəyi-Bərri-Humayun” (Quru Qoşunları Mühəndislik Topçu Məktəbi) 1794-cü ildə

açılıb istifadəyə verilmişdi. Bu məktəbdə türk müəllimlərlə yanaşı Avropadan dəvət edilmiş

mütəxəssislər də dərs deyirdilər. Hərbi işlə bağlı yüzlərlə kitab tərcümə və nəşr olundu. Böyük bir

Page 30: OSMANLI SIYASI TARIXI

30

hərbi kitabxana quruldu. Yeni hərbi birləşmədəki əsgərlərin sayı 12 000 nəfər idi. “Nizami-Cədid”

adlanan bu polk “Tüfəngçi Ocağına” bağlı idi.

Dövlət idarəetmə aparatında da bəzi dəyişikliklər edildi. Osmanlı dövlət idarəetmə aparatı

həm köhnələrək dövrün tələblərinə cavab vermir, həm də çox yöndəmsiz, asta, qeyri-operativ və

bürokratik əngəllərlə dolu idi.

Đstanbulun ərzaqla təminatını yaxşılaşdırmaq üçün yeni bir qurum “Taxıl Nazirliyi” quruldu.

Paytaxtın taxılla təminatı möhtəkirlərin nəzarətindən alınaraq dövlətin nəzarətinə verildi. Bank-

maliyyə işləri də yenidən nizamlandı. Osmanlı bank-maliyyə sistemi əsasən yəhudi, yunan və

ermənilərin əlində idi. Bu ünsürlər ölkənin valyuta ehtiyatlarının xaricə axıdılması üçün əllərindən

gələni edirdilər. Hər şeydən əvvəl bunun qarşısı alındı və vergi vermələri təmin edildi. Osmanlı

vətəndaşı olan qeyri-müsəlman tacirlər, eləcə də müsəlman tacirlər vergidən yayınmaq üçün Rusiya

və s. ölkələrin bayrağını ticarət gəmilərindən asaraq vergidən yayınırdılar. Xarici tacirlər daxili

bazarda ticarətlə məşğul olurdular. Bütün bunların qarşısı alındı.

Bu islahatlardan sonra Osmanlı dövləti Avropa və digər əcnəbi ölkələrdə daimi fəaliyyət

göstərən səfirlik və konsulluqlar açmağa başladı. O vaxta qədər osmanlı diplomatları xarici ölkə

paytaxtlarında qalmır, sadəcə ehtiyac hiss edildikdə gedir sonra geri qayıdırdılar. Halbuki əsrlərdən

bəri Avropa ölkələrinin Đstanbulda səfirlikləri, əyalətlərdə isə konsulluqları fəaliyyət göstərirdi.

“Dövləti-Ali-Osmani” yəni “Böyük Osmanlı Dövləti” olduğu üçün qeyri-müsəlman ölkələrlə

bərabərhüquqlu şəkildə əlaqələr qura bilməzdi. Tarixdən gələn bir üstünlük fikri mövcud idi. Ard-

arda gələn məğlubiyyətlər bu fikirdən daşınılmasına səbəb oldu. III Səlim daha aktiv xarici siyasət

apara bilmək üçün xaricdə səfirlik və konsulluqlar açdırmağa başladı. Đlk səfirlik 1794-cü ildə

Londonda, 1797-ci ildə isə Paris, Berlin və Vyanada açıldı. III Səlimin hakimiyyətinin sonuna qədər

isə (1807) 100 artıq səfirlik və konsulluq açıldı.

B. Đslahatlara qarşı çıxışlar. Qabaqçı Mustafa qiyamı və yeniçəri hərbi çevrilişi.

III Səlimin tətbiq etməyə çalışdığı “Nizami-Cədid” özünü doğrultmadı. Çünki çox az sayda

Osmanlı dövlət və siyasi xadimi sultan kimi düşünürdü. Đslahatların uğurlu keçirilməsi üçün lazımi

şərait hazırlanmamışdı. Đslahatlar səthi aparılırdı, çox vaxt sadəcə sözdən ibarət olur, əməli işə

keçilmirdi. Bir çox dövlət məmuru və siyasətçilər əsrlərdən bəri sümükləşmiş köhnəliklərdən əl

çəkmək istəmirdilər. Çünki bu köhnəliklər sayəsində bir çoxları haqsız var-dövlət və imtiyazlar

qazanır, korrupsiya çarxı rahatca işləyirdi. “Nizami-Cədid”ə qarşı səslər yavaş-yavaş yüksəlməyə

başlamışdı. 1807-ci il xarici və daxili siyasi böhranı, rus cəbhəsindəki uğursuzluqlar da buna əlavə

olmuşdu. Nəhayət Şeyxülislam Şərifzadə Ətaullah əfəndi, sədriəzəm Hafiz Đsmayıl paşa, onun

müavini Musa paşa, Đbrahim Hilmi paşa, sahil mühafizə xidməti amiri Mahmud əfəndi kimi, bəzi iri

dövlət məmurlarının təşviqi ilə 26 may 1807-ci ildə Qabaqçı Mustafa adlı bir başçavuşun başçılığı

Page 31: OSMANLI SIYASI TARIXI

31

ilə hərbi çevriliş baş verdi. Qiyamçıların ilk tələbi “Nizami-Cədid”in ləğv edilməsi oldu. III Səlim

onları sakitləşdirmək məqsədi ilə fərman verərək “Nizami-Cədid”i ləğv etdi. Mayın 29-u qiyamçılar

III Səlimi istefa verməyə məcbur etdilər. Onun yerinə qardaşı oğlu IV Mustafa (1807-1808)

Osmanlı taxtına oturtuldu.

C. Ələmdar Mustafa paşanın əks-çevrilişi (28 iyul 1808).

Qabaqçı Mustafa qiyamı vaxtı paytaxtdakı “Nizami-Cədid” tərəfdarlarının əksəriyyəti

qiyamçılar tərəfindən öldürülmüşdü. Sağ qalanlar isə cəbhədəki tərəfdarlarına ümid bəsləyirdilər.

Bu vaxt türk-rus müharibəsi davam edirdi (1806-1812). Đstanbuldakı sivil məmurlar ev həbsində

olan III Səlimi yenidən taxta oturtmaq üçün Rumeli əyanlarından (general) Ələmdar Mustafa

paşaya ümid bəsləyirdilər. Ə. Musafa paşa islahat tərəfdarı idi və bu vaxt cəbhədə idi. 1807-ci ilin

avqustunda ruslarla atəşkəs əldə olunuşdu. 1808-ci il iyulun 28-i Ə. Mustafa paşa əmri altındakı 15

000 əsgərlə Đstanbula girdi və Babi-Alini mühasirəyə aldı. Məqsədi IV Mustafanı devirib III Səlimi

yenidən taxta oturtmaq idi. Lakin IV Mustafa dərhal əmisini öldürtdü. Qardaşı (ata bir, ana ayrı

qardaş idilər) Mahmudu da öldürtmək istəyirdi. III Səlimin oğlan övladı yox idi. Osmanlı ailəsindən

özü və qardaşından başqa heç bir kişi qalmamışdı. Qardaşı Mahmud da ölsə idi özündən başqa taxta

oturdulacaq heç kim qalmayacaqdı. Lakin hərəmxanadakı bir kənizin hiyləsi nəticəsində sui-

qəsdçilər Mahmudu tapa bilməmişdilər. Ə. Mustafa paşa saraya girib vəziyyəti öyrənəndən sonra

IV Mustafa həbs edildi. 23 yaşlı şəhzadə II Mahmud (1808-1839) bir neçə gün sonra Osmanlı

taxtına oturduldu. Ələmdar Mustafa paşa isə sədri-əzəmliyə təyin olundu. III Səlimin devrilməsində

əli olmuş bütün məmurlar (17 nəfər) məhkəmədən sonra edam edildilər. Qabaqçı Mustafa isə

məhkəməyə qədər yaşaya bilmədi, bir qrup əsgər onun evinə soxularaq qətlə yetirmişdilər.

8 sentyabr 1808-ci ildə Ə. Mustafa paşa sədriəzəm olaraq iclas təşkil etmək üçün əyalət

əyanlarını Đstanbula çağırdı. Bu iclasda əyanların imtiyazlarının qanuni çərçivəyə salınması,

əyalətlərdə vergilərlə bağlı bütün işlərin mərkəzin qərarları əsasında nizamlanması, çağırışçı

əsgərlərin mərkəzin əmrləri əsasında digər vilayətlərə göndərilməsi, əyanların mərkəzin icazə

verdiyi sayın üstündə heç bir adla silahlı adam saxlamaları, yeniçəri üsyanlarının yatırılması üçün

dərhal hərəkətə keçmələrini əhat edən bir sənəd hazırlandı və hamının imzalaması tələb olundu.

Ələmdar Mustafa paşadan qorxduqları üçün məcləsdə iştirak edənlər bu sənədi (Sənədi-Đttifaq)

imzaladılar. Ə. Mustafa paşa və vəzifəyə təyin etdiyi adamlar sahib olduqları səlahiyyətlərdən sui-

istifadə etməyə başlamışdılar. Ə. Mustafa paşa icraat və rəftarları ilə yavaş-yavaş gözdən düşməyə

başlamışdı. II Mahmud artıq ondan necə yaxa qurtarmağın yollarını axtarmağa başlamışdı. Ə.

Mustafaya ən çox nifrət edənlər isə onun əzdiyi, bütün imtiyazlardan məhrum edərək nüfuzlarını

sındırdığı yeniçərilər idi. Digər tərəfdən də Ə. Mustafanın kefə, əyləncəyə düşkünlüyü onun

məmurlar və din xadimləri arasındakı nüfuzuna zərbə vururdu. 1808-ci ilin ramazan ayında iftardan

sonra onu salamlamaq üçün toplaşmış istanbulluları mühafizə alayının əsgərlərinə döydürüb

Page 32: OSMANLI SIYASI TARIXI

32

qovması ona qarşı olan nifrəti daha da artırmışdı. Nəhayət yeniçərilər 1808-ci ilin 15 noyabr gecəsi

qiyam qaldırdılar və Ə. Mustafa paşaya sui-qəsd təşkil edərək onu öldürdülər. II Mahmud buna

mane olmadı, kimin vurduğu bilinmədiyi üçün qatillər tapılıb cəzalandırılmadı. Qiyamçılar II

Mahmuddan Ə. Mustafa paşanın təşəbbüsü ilə qurulmuş “Səgbani-Cədid” polkunun (Bu Nizami-

Cədidin adı dəyişdirilmiş forması idi) tərxisi üçün fərman verməsini tələb etdilər. II Mahmud bu

tələbə müsbət cavab vermişdi. Lakin Səgbani-Cədid polkunun əsgərləri asan təslim olmayaraq

müqavimət göstərdilər. Toqquşmalarda 100-lərlə yeniçəri və səgbani-cədidçi əsgər öldürülmüşdü.

Osmanlı dövləti dünya siyasətinin gedişatına və taleinə təsir edəcək olan Vyana Konqresinə belə

daxili şərtlərin və amillərin mövcdluğu şəraitində gedirdi.

Mövzu 8

A. Vyana Konqresindən sonra Avropa-Osmanlı siyasi əlaqələri

Fransa inqilabı və Napoleonun təcavüzkar siyasəti nəticəsində Avropanın siyasi çöhrəsi

dəyişmişdi. Müttəfiq dövlətlər Napoleonu məğlub edərək siyasi səhnəni tərk etməyə məcbur

edəndən sonra növbə qaliblərin işğaldan azad olunmuş torpaqların müqəddəratını həll etməsinə

çatmışdı. IV Koalisiya müharibəsindən sonra Avropanın alt-üst olmuş siyasi xəritəsi, güclər

müvazinəti, siyasi boşluqlar və daha bir çox məsələlərin həlli üçün 1814-cü ilin iyulunda toplanmalı

olan iclas 1 oktyabr 1814-cü ildə Vyanada toplandı. Napoleona qarşı birləşə bilmiş 4 müttəfiq

dövlət (Đngiltərə, Avstriya, Prussiya, Rusiya) fransız işğalından təmizlənmiş torpaqların

bölüşdürülməsi barədə müştərək qənaətə gələ bilmirdilər. Đngiltərə dənizlərdəki üstünlüyünü

qoruyub saxlamağı əsas məqsəd olaraq görürdü. Koalisiya müharibələrdə Đspaniya, Portuqaliya və

Hollandiyadan qopardığı müstəmləkələri əldən çıxarmamaq üçün manevrlər edirdi. Fransanı

mümkün qədər kiçiltmək, yorulmadan Dardanel boğazı məsələsini təkrarlayan Rusiyanın bu

məsələdən əl çəkməsini təmin etmik, sayı 30-dan çox olan Alman knyazlıqları üzərində səlahiyyət

sahibi olmaq, Belçika və Hollandiyanın birləşdirilməsi Đngiltərənin əsas prioritetləri idi.

Prussiya Reyn əyalətini və Saksoniyanı özünə birləşdirmək, Polşaya verdiyi əraziləri gerə

qaytarmaq və Alman knyazlıqları üzərindəki nüfuzunu qoruyub saxlamaq arzusunda idi.

Avstriyanın əsas məqsədi isə Alman knyazlıqları və Đtaliyadakı siyasi nüfuzunu qoruyub

saxlamaq, Rusiyanın mümkün qədər şərqə çəkilməsini təmin etmək, Polşaya müstəqillik verilərək

rus təsir dairəsindən çıxarmaq, Fransanı daim nəzarətdə saxlaya bilmək idi.

Rusiya Napoleonun məğlub edilməsində ən böyük işin özü tərəfindən görüldüyü iddiası ilə

ən çox imtiyaz əldə edən tərəf olmaq arsuzunda idi. Polşadan qoşunlarını geri çəkmək istəməyən

Rusiya, Moldova və Dunay çayı deltasının da öz ərazisi kimi tanınmasını istəyirdi. Uzun

müzakirələrdən sonra Vyana Konqresinin yekun aktı Đngiltərə, Rusiya, Avstriya və Prussiya

Page 33: OSMANLI SIYASI TARIXI

33

tərəfindən müəyyən edildi. 9 iyun 1815-ci ildə imzalanan yekun sənədin əhatə etdiyi maddələr

aşağıdakı kimi idi:

a) Fransanın işğal etmiş olduğu bütün ərazilər geri alınacaq və Fransa 1792-ci ildəki

sərhədlərinə qayıdacaqdır.

b) Saksoniya krallığı torpaqlarının bir qismini Varşava Böyük Qraflığına verəcəkdir.

c) Đngiltərə Maltanı, Đon adalarını, Hollandiyadan Keyp Koloninin (Cape Coloni), Şri-

Lanka adasını, Hondurası, Trinidat adasını, Danimarkadan isə Heligolandı alacaqdır.

d) Rusiya Đsveçdən işğal etdiyi Finlandiyanı və Osmanlıdan aldığı Moldovanı geri

verməyərək özündə saxlayacaq, bundan başqa Varşava Böyük Qraflığının ərazisinin bir qismini

alacaqdır.

e) Şərqi Qalitsiya, Lombardiya və Venesiya Avrstriyaya veriləcəkdir.

f) Varşava Böyük Qraflığına verilmiş Pozen əyaləti, Saksoniyanın və Reynin qərb

sahillərinədn Vestfaliyaya qədər olan ərazi Prussiyaya veriləcəkdir.

g) Belçika və Flamaniya (Hollanidaya) birləşərək Niderland dövləti adlanacaqdır.

h) Napoleonun qurduğu Reyn Konfederasiyası və Müqəddəs Roma-German imp-luğunun

qurduğu bütün Alman siyasi ittifaqları ləğv ediləcək, onun yerinə 38 alman dövlətinin meydana

gətirdiyi “German Konfederasiyası” qurulacaq, mərkəzi Frankfurt olacaq, bu qurumu Avstriyanın

təyin etdiyi bir təmsilçi idarə edəcəkdir.

i) Đtaliyada, Neapolda Burbon sülaləsi yenidən hakimiyyətə gətiriləcək və Siciliya bu

krallığa birləşdiriləcək. Nis (Nice), Savoya (Savoie) və Genuya şəhərləri Piemont krallığına

veriləcək. Modena, Toskana, Parma qraflıqlarına başçı olaraq Avstriya (Habsburq) imperator

sülaləsinə mənsub şəxslər təyin ediləcək. Papalıq (Roma) dövləti yenidən formalaşdırılacaq.

j) Đsveç Rusiyaya güzəştə getdiyi Finlandiyanın əvəzində Danimarkadan Nerveçi alacaq.

k) Đsveçrə 22 kantondan (əyalət) meydana gələn müstəqil və daim bitərəf bir dövlət

olacaqdır.

l) Əsirlərin satılması qadağan ediləcək və Đngiltərə bu qadağanın zəmanətçisi olacaqdır.

m) Avstriya şərqi Qalitsiyanı, Lombardiya və Venesiyanı alacaq.

n) Konqres iştirakçısı dövlətlər arasında sərhəd rolunu oynayan və ya iştirakçı ölkənin

ərazisinin bu başından o başına qədər uzanan, yəni beynəlxalq statusa sahib çaylarda ticarət

gəmilərinin üzməsi sərbəst olacaqdır.

Konqresin Nəticələri. Vyana konqresində alınmış qərarlarla Avropanın siyasi xəritəsi

yenidən çəkildi və statuslar müəyyən edildi. Başda Avstriya-Macarıstan imp-sı olmaqla Đngiltərə,

Rusiya, Prussiya və Fransanın da iştirakı ilə Avropada beş böyük dövlət meydana gəldi və

Page 34: OSMANLI SIYASI TARIXI

34

Avropada yeni güclər nisbəti yarandı. Beynəlxalq əlaqələrdə tətbiq olunan iki tərəfli diplomatiyanın

yerini çox tərəfli diplomatik metod tutdu. Bu konqreslə XIX əsrin siyasi platformasında

“Konfranslar sistemi” və ya “Konqres Sistemi” meydana gəldi. Konqresdə alınmış qərarların tətbiq

oluna bilməsi üçün Avropa Kollektiv təhlükəsizlik təşkilatına ehtiyac hiss edilməyə başlandı.

Beynəlxalq əlaqələrdə bərabərhüquqluluq prinsipinə əsaslanan diplomatiya qaydaları və diplomatik

hüquq tətbiq olunmağa başladı. Konqresdə alınan qərarlar hürriyət, azadlıqlar, milli hegemoniya

kimi əsasların qarşısını almaq üçün öz aralarında müqəddəs ittifaq quran beş böyük dövləttə qarşı

digər dövlətlərin etirazlarının yaranmasına səbəb oldu. Buna baxmayaraq Avropa 1815-1830-cu

illər arasında müqəddəs ittifaq prinsipləri və konqresdə alınan qərarlar əsasında idarə edildi.

1830-cu ildə Fransada kralın mətbuatda ifadə azadlığını azaltması, seçkilər haqqındakı

qanuna özbaşına dəyişiklik etməsi və mütləqiyyətçi üsul idarəyə keçmək istəməsi (1830 və 1848-ci

illərdə) yeni bir inqilabın başlamasına səbəb oldu. Hadisələr qısa müddətdə Almaniya, Đtaliya və

Đspaniyada yayıldı. Đtaliya və Đspaniyadakı inqilablar silah gücü ilə yatırıldı. Üsyan hətta Đspaniya

müstəmləkələrinə də yayıldı. Osmanlı imp-nun ərazisi olan Yunanıstana belə üsyan qığılcımı

sıçramışdı.

Osmanlı imp-ğu Fransaya qarşı II Koalisiya müharibəsində iştirak etdiyi üçün Vyana

Konqresində iştirak etməyə haqqı var idi. Konqresə sədrlik edən (Avstriya dövlət xadimi) Metternix

Osmanlı vassalı Rumıniyalı voyevoda Yanko Karacabəy vasitəsilə Osmanlı dövlətini də Vyana

konqresinə dəvət etmişdi. Metternix yazdığı dəvət məktubunda Osmanlı dövlətinin ərazi

bütövlüyünü zəmanət altına alınması barədə maddənin konqres qərarları arasında salınması üçün

çalışacağını bildirmişdi. Lakin Babi-Ali bu dəvətə isti münasibət bəsləməmişdi. Belə ki, 6 ay sonra

Metternixin dəvətinə mənfi cavab verilmişdi. Bununla yanaşı Osmanlı dövləti konqresə müşahidəçi

göndərəcəyini və əgər həqiqətən Osmanlı dövlətinin mənafəeyi qorunmaq istənirsə 6 may 1812-ci

ildə Osmalı dövləti ilə Rusiya arasında bağlanmış Buxarest müqaviləsinin tələblərini yerinə

yetirməsini Rusiyadan tələb edilməsini bildirmişdi.

Osmanlı dövlətinin Vyana konqersində iştirak etməməsinin səbəblərini aşağıdakı kimi

sıralamaq olar. Babi-Ali öz ərazi bütövlüyünün Avropa dövlətləri tərəfindən zəmanət altına

alınmasını özünün hüquq və istiqlaliyyətinə zədə vuracağını düşünürdü. Bunu bir növ himayə altına

girmə kimi qəbul edirdi. Buxarest müqaviləsində Osmanlı dövləti serbələr bəzi hüquqların

veriləcəyini vəd etmişdi. Vyana konqresində iştirak edəcəyi təqdirdə, Napoleona qarşı müharibədə

qalib çıxaraq Avropada öz mövqeyini gücləndirmiş, Rusiyanın bu məsələni qaldıraraq rumınlara və

serblərə yeni imtiyazların, hətta müstəqilliyin verilməsini tələb edəcəyindən ehtiyat etmişdi. Çünki

diplomatik dairələrədə Rusiyanın Serbiya və Rumıniyanı Osmanlıdan ayıraraq rus-türk sərhədləri

arasında tampon əraziyə çevirmək barədə düşündüyü şayiələri gəzidi. Bütün bunların konqresdə

gündəmə gətirilə biləcəyini və maddə halına gətirilərək imza ilə təsdiqləmək məcburiyyətində

Page 35: OSMANLI SIYASI TARIXI

35

qalacağını, bununla da mükəlləfiyyət altına girə biləcəyi düşüncəsiylə Babi-Ali Vyana konqresində

iştirak etməmək qənaətinə gəlmişdi. Bundan başqa 1789-ci ildə Đngiltərə və Rusiya kimi qərb

dövlətləri ilə ittifaq müqaviləsi bağlamasına baxmayaraq Osmanlı sarayı “xristian dövlətlərdən uzaq

durmaq” ənənəsini tam tərk etməmişdi.

Rusiya da Osmanlı dövlətinin Vyana konqresində iştirak etməsini istəmirdi. Çünki bu

dövlətin ərazilərinə iddia edirdi. Konqresdə iştirak edəcəyi təqdirdə Osmanlı dövləti öz ərazi

bütövlüyünü zəmanət altına ala bilərdi. Bu da Rusiyanın torpaq qoparma planlarına zərbə vura

bilərdi. I Aleksandr Đngiltərənin də dəstəyi ilə konqresə serb, yunan, bolqar heyətlərinin də dəvət

olunaraq istəklərinə qulaq asılmasını istəmişdi. Lakin Metternixin buna etiraz etməsi ilə məsələ

gündəmə gətirilə bilmədi.

Bu konqresdə ilk dəfə “Şərq problemi” məfhumu istifadə edilmişdi. Bununla da Osmanlı

dövlətinin gələcək aqibəti müzakirə mövzusuna çevrilmiş və müasir dövrümüzə qədər gəlib çıxmaş

“yaxın və orta şərq problemi”nin təməlləri atılmışdı. Baxmayaraq ki, konqres qərarları arasında

Osmanlı dövlətinin istiqlaliyyətini və ərazi bütövlüyünü şübhə altına alan heç bir maddə yox idi.

B. Osmanlı dövlətində mərkəzdənqaçma meylləri. I Serb üsyanı. (1804-1817).

Avropa ölkələri Osmanlı imp-ğu vətəndaşı olan xristian əhali arasında separatçılıq təbliğatı

apararaq bu dövlətin parçalanması üçün uzun müddətdən bəri müntəzəm iş aparırdılar. Osmanlı

vətəndaşı olan sərblər Rusiya tərəfindən daim təhrik edilirdilər. Xarici amillərlə yanaşı serblərin

üsyanına səbəb olmuş daxili amillər də mövcud idi. Serblər əsasən kəndlərdə yaşayır və kənd

təsərrüfatı ilə məşğul olurdular. Bu dövrdə Osmanlı dövlətində mərkəzi hakimiyyətin zəifləməsi

əyalətlərdə əyanların, yüksək rütbəli hərbiçilərin və digər səlahiyyət sahiblərinin özbaşnalığına

səbəb olmuşdu. Balkanlarda yaşayan türklərin mərkəzi hakimiyyətin hegemoniyasına saymazyana

yanaşması xristian əhali üçün bir növ nümunə olmuşdu. “Başıpozuq” adlanan bu güruh əslində

özbaşnalığına görə ordudan qovulmuş türk hərbçilərdən ibarət idi. Tez-tez yaşayış məntəqələrinə

hücum edərək qarətçiliklə müşğul olurdular. Bu da əhalinin qalalarla əhatə olunmuş şəhərlərə

köçməsinə səbəb olurdu. Qala-şəhərlərdə isə yeniçərilər dinc əlali ilə çox pis rəftar edirdilər. Hətta

burada yeniçərilər müsəlman-xristian fərqi qoymayaraq əhaliyə qarşı zorakılıqlar törədirdilər. Babi-

Ali bütün bunların qarşısını almaqda çətinlik çəkirdi. Bir qrup serb knyazı yeniçəri özbaşnalığını

şikayət etmək üçün Đstanbula gəlmiş, III Səlimlə görüşərək şikayətlərini bildirmişdilər. Sultan da

şikayət edilən məsələlərin dərhal həll edilməsi üçün lazımi göstərişlər vermişdi. Yeniçərilər

özlərindən şikayət etdikləri üçün serb knyazlarına qəzəblənmiş və bu knyazlardan bir neçəsini

öldürmüşdülər. 4 fevral 1804-cü ildə serblər öldürülənlərin qisasını almaq üçün yeniçəri hərbi

hissəsinə silahlı basqın etmişdilər. Bu hadisə I Serb üsyanının başlamasına səbəb olmuşdu. Üsyana

bir vaxtlar quldurluqla məşğul olmuş, donuz taciri Georgi Petroviç başçılıq edirdi. Georgi Petroviç

Page 36: OSMANLI SIYASI TARIXI

36

özünün yeniçəri özbaşnalığına qarşı tədbirlər görmək üçün sultan tərəfindən təyin edildiyi şaiyəsini

yaymışdı. Bu da ona yerli müsəlman serblərin (bosniyalıların) də kömək etməsinə səbəb olmuşdu.

Üsyançılar Serbiyadakı yeniçəriləri əzdilər. Əslində bu yeniçərilərin böyük əksəriyyəti də xristian

ailələrdən uşaq vaxtı toplanmış, sonra Đslamı qəbul edərək təlim görmüş əsgərlərdən ibarət idi.

Babi-Ali yeniçərilərin özbaşnalığından və itaətsizliyindən təngə gəldiyi üçün əlavə qüvvələr

göndərmədi və qiyamçıların yeniçəriləri əzməsinə tamaşa etdi. Nəhayət serblər müstəqillik

tələblərini dilə gətirməyə başladılar. Müsəlman əhali (bosniyalılar) bu tələbə etiraz olaraq

qiyamçılardan ayrıldılar. Babi-Ali serblərin bu tələbini qəti surətdə rədd etdi. Bundan sonra Serb

Milli Məclisi (Skupçina) Georgi Petroviçi baş knyaz seçərək müstəqil Serbiya dövləti qurulana

qədər Osmanlı dövləti ilə mübarizə aparmaq qərarı verdi. Qaradağlılar (Çernoqoriya) da serblərə

qoşuldular. Bu vaxt Osmanlı dövləti ilə müharibə vəziyyətində olan Rusiya serb qiyamçılarına hər

cür dəstək göstərirdi. Georgi Petroviçin qiyamçıları 1807-ci ildə Belqradı mühasirəyə aldı və şəhəri

zəbt etdi. Şəhərdəki müsəlman əhali qətliam edildi. Georgi 1808-ci ildə özünü serb çarı elan etdi.

Lakin başda Avstriya olmaqla Avropa ölkələri onun çarlığını tanımaqdan imtina etdilər. Georginin

qiyamçılarının bu hərəkətləri 1812-ci il Buxarest müqaviləsinə qədər davam etdi. Rusiya

müqaviləyə serblərlə əlaqəli maddələr daxil etmək istəyirdi. Osmanlı dövləti buna etiraz etsə də

içində olduğu çətin vəziyyətdən ötrü rusların bu tələblərini qəbul etməyə məcbur oldu. Lakin həmin

il Napoleonun Rusiyaya hərbi müdaxiləsi Rusiyanın diqqətini serb məsələsindən yayındırdı.

Osmanlı dövləti bunu fürsət bilərək həmin il Xurşid paşanın əmrindəki ordularını Serbiyaya yeritdi.

Qiyamçılar məğlub edildilər. Bir çoxu öldürüldü. 1813-cü ildə Belqrad geri alındı. Georgi Petroviç

və ətrafındakılar Avstriyaya qaçıb canlarını qurtardılar. Bununla da qısa müddət üçün də olsa serb

probleminə son qoyuldu.

Lakin Rusiya və Đngiltərənin təhriki ilə serblər Vyana konqresinə nümayəndə heyəti

göndərərək öz tələblərinin konqres qərarları arasına daxil edilməsinə cəhd etdilər. Avstriyanın

etirazı ilə buna nail ola bilmədilər. 1815-ci ilin payızında Đstanbula Miloş Obrenoviçin başçılığı

altında yeni bir heyət göndərən serbəlr öz tələblərini saraya çatdırdılar. Serblər Serbiyanın ödəməli

olduğu illik vergini vaxtı-vaxtında ödəməyi və heç bir qiyam hərəkətinə yol verməməyi vəd

edirdilər. Bunun əvəzində Serb paşalığındakı Osmanlı idarəçiləri, Belqrad Paşası və ətrafındakılar

istisna olmaqla, bütün türklərin, yəni türk ordusunun Serbiyadan çıxarılmasını tələb edirdilər.

Rusiyanın öz daxili işlərinə müdaxiləsinə yol verməmək və yeni bir qiyam dalğasının

qarşısını almaq məqsədiylə Babi-Ali, türk ordusunu tamamilə serb torpaqlarından çəkmək tələbi

istisna olmaqla, bu təklifləri qəbul etdi. Serblər bundan sonra mərkəzə ödənəcək illik vergini özləri

toplamaq və özlərinə baş knyaz seçə bilmək hüququna sahib olacaqdılar. 1817-ci ildə serblər Miloş

Obrenoviçi özləriə baş knyaz seçdilər. Osmanlı dövləti də Miloş Obrenoviçi serblərin baş knyazı

olaraq tanıdı. Beləcə yarıaslı Serb Knyazlığı qurulmuş oldu.

Page 37: OSMANLI SIYASI TARIXI

37

Mövzu 9

A. Yunan üsyanı və Yunanıstanın Osmanlı imp-luğundan ayrılması (1821-1830)

Yunanlar pravoslav xristian olaraq hələ sultan Fateh II Mehmedin (1451-1481) dövründən

bəri digər xristian Osmanlı vətəndaşlarından daha imtiyazlı vəziyyətdə idilər. Məsələn qeyri-

müsəlman vətəndaşların orduda xidmət etmələri və dövlət məmuru olmaları qadağan idi. Lakin

yunanlar dövlət idarələrində tərcüməci kimi işləyə bilirdilər. Hətta digər bəzi əhalisi xristian olan

vilayətlərdə milliyətcə yunan olan idarəçi məmurlar da var idi. Osmanlı ərazisi olan Balkanlardakı,

milli mənsubiyyətindən aslı olmayaraq, bütün pravoslav (bolqar, alban, serb) kilsələrindəki orta və

yüksək vəzifələr yunan keşişlərə verilmişdi. Yunan kəndliləri torpaq mülkiyyəti haqqına sahib

idilər. Osmanlı dövlətində isə, digər bütün müsəlman dövlətlərində olduğu kimi, ümumiyyətlə

təhkimçilik hüququ yox idi. Yəni milliyətindən və dinindən aslı olmayaraq bütün imp-luq

vətəndaşları istədikləri vaxt istədikləri yerə köçə bilərdilər. Bəzi Avropa ölkələrində, məsələn

Rusiyada bu vaxt təhkimçilik hələ də davam edirdi. Yəni yunan kəndlisi avropadakı kəndlilərin

əksəriyyətindən daha yaxşı şərtlərdə yaşayırdı. Şəhərlərdəki yunanların da vəziyyəti yaxşı idi.

Əsasən dəniz ticarəti ilə məşğul olan yunanların bu dövrdə 600-dən çox ticarət gəmisi var idi və

beynəlxalq ticarətlə məşğul olurdular.

Yunan üsyanının səbəblərinin başında bu dövrdə Osmanlı dövlətində yayılan milliyətçilik

cərəyanları gəlirdi. Bu ifrat cərəyanlar əsasən Avropa dövlətləri tərəfindən dəstəklənirdi. 1782-ci

ildə Rus imperatriçəsi II Yekatrina və Avstriya imperatoru II Đosif “Yunan Layihəsi” adlandırdıqları

gizli müqaviləni imzalamışdılar. Müqaviləyə görə Osmanlı dövləti ilə yeni müharibə əsasən Balkan

yarımadasında aparılacaqdı. Osmanlı dövləti müttəfiqlər tərəfindən məğlub edildikdən sonra Rusiya

cənubi-şərqi Ukrayna, Moldaviya (Bassarabiya), ümumilikdə bütün Turla (Dnestr) çayı hövzəsinə,

şərqi Macarıstana, Aralıq dənizindəki bəzi adalara yiyələnəcək, Avstriya isə qərbi Macarıstan,

bütün Serbiya, Orsova, Dalmatsiya, Yunanıstan, Krit və Kipr adalarını Osmanlı dövlətindən

qoparacaqdı. Bununla yanaşı plana görə Đstanbul işğal ediləcək, Bizans imperiyası yenidən

qurulacaq, II Yekatrinanın nəvəsi Konstantin yeni Bizans imp.ru olacaqdı.

Yüksək refah səviyyəsinə malik yunanlar Avropanın ən yüksək təhsil müəssisələrində təhsil

alaraq dövrün tələblərinə uyğun ziyalı təbəqəsi yetişdirə bilmişdilər. Bu yunan ziyalılar digər

avropalılarla daim iş və fikir birliyi içində fəaliyyət göstərirdilər. Bizans imp-sının yenidən

xortladılması fikri digər avropalı ziyalılar tərəfindən yunan ziyalılara aşılanmışdı.

Bir çox avropalı xadim (Bayron, V. Hüqo, Höte və.s) qədim yunan mədəniyyəti heyranı

olaraq yunan istiqlaliyyəti fikrini dəstəkləmişdilər. Avropa mətbuatında tez-tez müsəlmanları,

türkləri və Osmanlı dövlətini tənqid edən yazılar dərc olunurdu. Bu kimi yazılarda xüsusiylə

yunanlar üsyana təşviq edilir və cəsarətləndirilirdilər.

Page 38: OSMANLI SIYASI TARIXI

38

Yunan üsyanına doğru atılmış ilk addım “Etnik Eteria” adlı cəmiyyətin qurulması oldu. Bu

təşkilat 1814-cü ildə Odessada Nikolas Skufas, Emanuel Ksanfos və Anastas Şakalov (ikisi yunan,

sonuncusu isə bolqar idi) adlı üç tacir tərəfindən qurulmuşdu. Cəmiyyətin əsas məqsədi başda

yunanlar olmaqla Osmanlı ərazisində yaşayan bütün xristian əhalinin maarifləndirilməsi və

savadlandırılması idi. Nəhayi hədəf isə Bizans imp-sının bərpası idi. Təşkilatın ideya müəllifi

Rusiyada yaşayan Kapo Đstiriya adlı bir yunan idi. Bu şəxs yüksək rütbəli Rusiya dövlət məmuru

idi. Təşkilatın ilk sərdi isə yenə Rusiya vətəndaşı olan yunan Aleksandr Đpsilanti adlı bir şəxs idi.

Bu da “Etnik Eteria”nın təməllərinin rus imperyalizmi tərəfindən atıldığını göstərir.

Tezliklə cəmiyyətin Đstanbul, Đzmir, Egey adaları, Buxarest, Yassı, Yanya, Triyest

şəhərlərində şöbələri fəaliyyətə başladı. Lakin Yanya canişini Təpədələnli Əli paşa yunanlara aman

vermir, təşkilatın bütün separatçı fəaliyyətlərinin qarşısını alırdı. Lakin saray intriqaları Təpədələnli

Əli paşanın sarayda mövqeyinin zəifləməsinə səbəb olmuşdu. Sultan II Mahmudun şəxsi katibi

Xalət əfəndi ilə Əli paşa arasında şəxsi düşmənçilik var idi. Nəhayət iş II Mahmudun Əli paşanı

1820-ci ildə vəzifəsindən azad etməsi ilə nəticələndi. Lakin Əli paşa buna itaətsizliklə cavab verdi

və əmri altındakı əsgərlərlə birlikdə qiyam qaldırdı. Xurşid paşa bu qiyamı zorla yatırdı. Əli paşanın

Yunanıstandan uzaqlaşdırılması ən çox “Etnik Eteria”nı sevindirdi.

“Etnik Eteria” ilk üsyanı Rumıniyada başlatdı. Aleksandır Đpsilanti yanındakı Rusiya

vətəndaşı bir neçə yunanla Prut çayını keçərək gizlicə Buxarestə gəlmiş və əhalini silahlandırmağa

başlamışdı. 1821-ci il martın 6-sı üsyan başlamışdı. Lakin bu üsyan uzun çəkmədi. Rumın əhali

yunanların bu hərəkətinə qoşulmaq istəmədilər. Çünki üsyan onların torpaqlarında başladılmışdı. Đlk

zərbə də onlara dəyəcəkdi. Ona görə də rumınlar üsyanı yatırmaq üçün göndərilən türk əsgərlərinə

müqavimət göstərmədilər. A. Đpsilanti Avstriyaya qaçdı və orada həbs edildi.

Üsyanın ikinci dalğası Morea (Yunanıstan) yarımadasında başladı. A. Đpsilantinin qardaşı

Dmitri Đspilanti güya Bizans şəhzadəsi olan Kantakuzenlə birlikdə Patras yepiskopu Pavel

Germanosun təşviqi və dəstəyi ilə 1821-ci il aprelin 6-sı xalqı qiyama çağırdılar. Üsyan qısa

müddətdə yayıldı. Türk hərbi qarnizonları və qalalar zəbt edildi. Yunanlar sahib olduqları ticarət

gəmilərini hərbi gəmilərə çevirərək Egey dənizindəki adaları da zəbt etməyə başladılar. Qiyamçılar

Yunanıstandakı müsəlman əhaliyə qarşı qətliam törətmişdilər. II Mahmud dərhal üsyanın

səbəblərini aradan qaldırmaq və üsyanı yatırmaq üçün tədbirlər görməyə başladı. “Etnik Eteria”nın

şöbələri bağlandı. Üsyana açıq dəstək verdiyi və Đstanbul yunanların da qiyama çağıran Đstanbul

Yunan patriki IV Qriqori edam edildi. “Etnik Eteria” ilə işbirliyi içində olan Xalət əfəndi Konyaya

sürgün edildi və orada öldürüldü. Təpədələnli Əli paşa üsyanını yatıran Xurşid paşaya isə Morea

qiyamını yatırmaq əmri verildi (1822). Đngiltərə və Rusiya istisna olmaqla, Avropa dövlətləri bu

məsələyə Osmanlı dövlətinin daxili işi olduğu üçün qarışmadılar. Rusiya 1774-cü il Kiçik Qaynarca

sülh müqaviləsinin şərtlərini xatırladaraq Osmanlı dövlətindən pravoslav xristianların təhlükəsizliyi

Page 39: OSMANLI SIYASI TARIXI

39

üçün təminat tələb etdi. Bu tələb iki ölkə arasında diplomatik böhrana səbəb oldu. 1822-1824-cü

illərdə qiyamçılarla dövlətin hərbi qüvvələri arasında dənizdə və quruda döyüşlər davam etmişdi.

Babi-Ali özünün yarımüstəqil Misir canişini olan Kavalalı Mehmed Əli paşadan kömək istəmək

məcburiyyətində qaldı. K. Mehmed Əli paşa oğlu Đbrahim paşanın komandanlığı altında 60 gəmi və

16 000 əsgər köməyə göndərmişdi. 1825-ci ilin fevralında qiyamçıların əsas qüvvələri əzildi. 1827-

ci ildə isə Afinanın geri alınması ilə üsyana son qoyuldu.

1 dekabr 1825-ci ildə ölən I Aleksandrın yerinə Rusiya taxtına oturmuş I Nikolay (1825-

1855) da dəhşətli müsəlman-türk düşməni idi və yunan istiqlaliyyətini dəstəkləyirdi. Buna görə I

Nikolay Osmanlı sarayına ultimatom göndərmiş və Prut çayı hövzəsinə də ordu yığmağa

başlamışdı. Lakin Osmanlı dövltini yunan qiyamına son qoyduğunu görəndən sonra Rusiya da iki

ölkə arasındakı problemlərin diplomatik yolla həll edilməsinə yanaşmağa başladı. 7 oktyarb 1826-

cı ildə iki ölkə arasında Akkerman sazişi imzalandı. Müqaviləyə görə Serbiyanın muxtariyyəti

qorunacaq, Rumıniyaya canişin təyin edilərəkən Rusiyanın təstiq etməsi istənəcək, Qafqazlardakı

Osmanlı-Rus sərhədləridə bəzi dilimitasiya problemləri aradan qaldırılacaq, rus ticarət gəmiləri

Osmanı daxili sularında sərbəst hərəkət edəcək, burada rus ticarət gəmilərinə vurulan bütün ziyan

Osmanlı dövləti tərəfindən təmin ediləcək, Buxarest müqaviləsinin bütün şərtləri tətbiq olunacaqdı.

Şərtlər arasında yunanlarla əlaqəli heç bir bənd yox idi. Bu əslində rusların diplomatik qələbəsi idi.

Çünki yunanlarla əlaqəli heç bir maddənin sazişə daxil edilməməsinin əvəzində ruslar Osmanlı

dövlətindən əlavə bir çox imtiyazlar qopara bilmişdilər. Osmanlı dövlətinin heç bir tələbi rədd edə

bilməyəcək vəziyyətdə olduğunu bilirdilər. Yunanlara görə Rusiya ilə üz-üzə durmaqdansa digər

şərtləri qəbul etmək Osmanlı dövlətinə ilk baxışda daha əlverişli görünmüşdü. Đngiltərə bu fürsətdən

dərhal istifadə etdi. Rusların əvəzinə yunanları himayə edirmiş kimi görünməyə başladı. Çünki

Rusların Balkanlarda nüfuzunun artmasının əleyhinə idi. 4 aprel 1826-cı ildə Đngiltərə ilə Rusiya

arasında St. Peterburq protokolu imzalanmışdı. Bu protokolun şərtlərinə görə iki dövlət türklərin

Yunanıstandan çıxarılması, müstəqil yunan dövlətinin qurulması və bunun Osmanlı dövlətinə qəbul

etdirilməsi üçün bütün səylərini birləşdirəcəkdilər. Daha sonra Fransa da bu protokola qoşulmuşdu.

16 avqust 1827-ci ildə Đngiltərə, Rusiya və Fransa protokol qərarlarını Osmanlı dövlətinə bildirərək

gerçəkləşdirilməsi üçün 1 ay vaxt verdilər. Babi-Ali dərhal bu tələbləri rədd etdi. Bundan sonar üç

dövlət hərbi güc tətbiq edərək tələblərini qəbul etdirməyə çalışdılar. Đngilis donanması Egey

dənizinə girərək Yunanıstanla mərkəzin əlaqələrini kəsdi və bütün türk əsgər və donanmasının

Yunanıstandan çıxarılmasını tələb etdilər. Bu tələbləri də rədd ediləndən sonra üç dövlətin

donanması Navarin limanında lövbər salmış Osmanlı donanmasına qəfil basqın edərək bütün türk

gəmilərini yandırdılar. 20 oktyabr 1827-ci ildə baş vermiş Navarin basqınında demək olar ki,

Osmanlı donanması tamamilə məhv edilmişdi. Bu hadisədən sonra Osmanlı dövləti Yunanıstandakı

hərbi qüvvələrini geri çəkdi və 06 avqust 1828-ci ildə fransız ordusu yarımadaya yeridildi.

Page 40: OSMANLI SIYASI TARIXI

40

B. 1828-1829-cu illər Osmanlı-Rusiya müharibəsi. Yunanıstan dövlətinin qurulması

(03 fevral 1830)

Rusiya özünü Balkan y.adasındakı Osmanlı torpaqlarında yaşayan əhalinin, xüsusilə də

slavyan və pravoslav əhalinin hamisi hesab edirdi. Məqsəd isə təbii ki, bu ərazidə Rusiyanın

nüfuzunu gücləndirmək idi. Buna görə də Rusiya yunan qiyamçıların hüquqlarını tələb etmək

bəhanəsi ilə Osmanlı dövlətinə qarşı bəzi tələblər irəli sürməyə başlamışdı. Başda Đngiltərə olmaqla

qərbi Avropa dövlətləri də Rusiyanın Balkanlardakı bu canfəşanlığına göz yummağa üstünlük

verirdilər. Çünki Vyana Konqresindən sonra Avropa dövlətlərində belə bir ümumi qənaət hasil

olmuşdu ki, nəyin bahasına olursa olsun Osmanlı dövlətini Avropa qitəsindən uzaqlaşdırmaq

lazımdır.

Rusiya da əslində Balkanlardakı bu diplomatik canfəşanlığı ilə Qafqazdakı işğalçılıq

hərəkətlərini pərdələmək istəyirdi. Yəni Osmanlı dövlətini Balkanlarda sıxışdıraraq onu Qafqazdakı

rus işğalları ilə barışmağa məcbur etmək istəyirdi. Đngiltərə Rusiyanı Balkanlarda dəstəkləsə də

Qafqaz məsələsində rus ekspansiyasının qarşısını almaq istəyirdi. Çünki Rusiyanın cənuba enmək

siyasəti Đngiltərənin Hindistandakı müstəmləkəçilik siyasətinə və ümumilikdə bu ölkənin şərq

siyasətinə yönəlmiş hədə idi. Buna görə də Đngiltərənin təşviqi ilə Qacarlar 1826-cı ildə Rusiyaya

müharibə elan etmiş və cənubi Qafqazda rus irəliləməsinin qarşısını almağa çalışmışdılar. Lakin bu

hadisələr məlum olduğu kimi 1828-ci ilin fevral ayında bağlanmış Türkmənçay müqaviləsi ilə

nəticələnmiş və cənubi Qafqaz Rusiya tərəfindən işğal edilmişdi. 02 dekabr 1827-ci ildə Osmanlı

sarayında toplanmış “Məşvərət Məclisi”ndə Rusiyanın heç bir tələbinə müsbət cavab verməmək və

bu dövlətə qarşı daha sərt tədbirlər görülməsi qərarı alındı. Lakin Osmanlı dövləti dərhal Rusiyaya

Rusiyaya qarşı hərbi əməliyyatlara başlamaq qərarı almamışdı. Türkmənçay müqaviləsi ilə cənubi

Qafqazda mövqeni möhkəmlədən Rusiya həmin ilin 14 aprelində Osmanlı dövlətinə müharibə elan

etmədən hücum etdi. Qısa müddət ərzində Rumıniyanın şimalını işğal edən ruslar bir müddət sonra

da Buxaresti zəbt etdilər. Şərq cəbhəsində də irəliləyən rus orsudu Anapa, Poti, Axısqa və Qars

qalalarını işğal etdilər.

Bu vaxt Misir valisi Kavalalı Mehmed Əli paşa xaincəsinə Yunanıstandakı qoşununu və

donanmasını geri çəkdi. Kavalalı M. Əli paşanın boşaltdığı yerlərə tezliklə fransız əsgərləri

doluşdu. Bundan cəsarətlənən Egey adalarındakı yunanlar da fransızların təşviqiylə qiyam

qaldırdılar. Bu Balkan y.adasında Osmanlı ordusunun mövqeyinə ağır zərbə vurdu. Yunanıstan

Osmanlılardan alınmışdı, qərbi Avropa dövlətləri məqsədlərinə çatmışdılar, Rusiyanın Osmanlı

ərazisində cənuba doğru daha çox irəliləməsindən narahatlıq keçərməyə başladılar və dərhal hərbi

əməliyyatların dayandırılması üçün hər iki tərəfə təzyiq göstərməyə başladılar. 22 mart 1829-cu ildə

London protokolu imzalandı. Protokola görə Yunanıstan ərazisində, qərb dövlətlərinə bağlı olacaq

bir xristian knyazlığı qurulacaqdı. Rus orduları şərqdə Ərzurum, qərbdə isə Ədirnəyə qədər

Page 41: OSMANLI SIYASI TARIXI

41

irəliləmişdilər. 20 avqust 1829-cu ildə Ədirnə müvəqqəti də olsa rusların nəzarətinə keçmişdi. Lakin

mərkəzdən çox uzaqda olduqları üçün rus ordusu da təhlükəli vəziyyətdə idi, qazanılan uğurlar ağır

itgilər bahasına başa gəlirdi. Ən əsası isə 1825-ci ilin dekabrında baş vermiş dekabristlər

qiyamından sonra rus ordusunun içində müxalif zabit heyətinin fəallığı artmışdı. Bütün bu amillər

çar I Nikolayı narahat edirdi. Digər tərəfdən də Đngiltərə və Fransa da hərbi əməliyyatların

dayandırılması üçün daim təzyiq göstərirdilər. Buna görə də I Nikolay Osmanlı dövlətinin atəşkəs

tələbini qəbul etməyə məcbur oldu. Uzun çəkməyən danışıqlardan sonra 14 sentyabr 1829-cu il

tarixində osmanlı və rus tərəfləri arasında Ədirnə müqaviləsi bağlandı. 16 maddəlik müqavilənin

şərtlərinin xülasəsi belədir:

1) Rusiya Dunay çayının deltasındakı adalar istisna olmaqla Balkanlarda işğal etdiyi bütün

torpaqları geri verəcək. Prut çayı əvvəllər olduğu kimi iki ölkə arasında sərhəd olacaqdı.

2) Osmanlı dövləti Gülüstan və Türkmənçay müqavilələri ilə işğal olunmuş cənubi-Qafqaz

torpaqlarının (şimali Azərbaycanın), o cümlədən Gürcüstanın Rusiyaya məxsusluğunu tanıyacaqdı.

Bunun əvəzində Rusiya şərqdə işğal etdiyi Osmanlı torpaqlarını geri verəcəkdi. Lakin Poti, Axısqa

və Anapa Rusiyada qalacaqdı.

3) Serbiya və Rumıniyaya verilmiş muxtariyyət hüquqları yenilənəcək və genişləndiriləcək,

buradakı serb və rumın voyevodaları ömürlük təyin olunacaq, torpaqlar inzibati olaraq Osmanlı

torpağı hesab olunacaq, lakin buralarda yaşayan türklər öz yerlərini tərk edib Osmanlı dövlətinin

uyğun gördüyü yerə köçürüləcəkdilər.

4) Rus ticarət gəmiləri Đstanbul boğızından maneəsiz keçib gedə biləcək və rus tacirlər

Osmanlı torpaqlarında maneəsiz ticarətlə məşğul ola biləcəkdilər.

5) Osmanlı dövləti Rusiya, Đngiltərə və Fransanın 06 iyul 1827-ci il tarixində əldə etdikləri

razılaşma və buna əsasən hazırlanmış 22 mart 1829-cu il tarixli London protokolunun şərtlərini

tanıyacaqdır.

6) Osmanlı dövləti Rusiyaya 10 milyon qızıl pul məbləğində müharibə təzminatı ödəyəcəkdi.

Bu müqavilə ilə Balkan yarımadasında və Qafqazdakı bir çox strateji əhəmiyyətli yerlər

(Dunay deltasındakı adalar, Poti, Axıska, Anapa) Rusiyanın əlinə keçmişdi. Osmanlı dövləti

Rusiyanın cənubi Qafqazdakı varlığını rəsmi olaraq qəbul etmək məcburiyyətində qalmışdı. Balkan

y.adasındakı xalqlara rusların tələb etdikləri hüquqlar verilməklə əslində gələcəkdəki separatçı

hərəkətlərin təməlləri atılmışdı.

1830-cu il fevralın 3-də Đngiltərənin hazırladığı bir protokol mətni ilə müstəqil Yunanıstan

dövləti qurulmuşdu. Bu dövlət Morea yarımadası üzərində qurulur və şimal sərhədləri y.adanın

şimalına qədər uzanırdı. Aprel ayında Đngildərə Babi-Aliyə nota göndərərək müstəqil Yunanıstan

dövlətini tələb etdi. 24 aprel 1830-cu ildə Osmanlı dövləti rəsmi olaraq Yunanıstan dövlətinin

Page 42: OSMANLI SIYASI TARIXI

42

müstəqilliyini tanıdı. Lakin tezliklə bu yeni müstəqilliyini qazanmış ölkədə daxili çəkişmələr

başladı. Məsələnin vətəndaş müharibəsinə qədər böyüyəcəyini görən ingilis, fransız və ruslar işə

qarışdılar. Özlərinə başçı seçə bilməyən yunanlara başçı seçdilər. Bavariya kralı Luisin oğlu Otto

yeni qurulmuş və cəmi 750 min əhalisi olan yunan dövlətinin kralı oldu. Bəzi inzibati ərazi

dəyişiklikləri də edildi. Bütün bunlar 21 iyul 1832-ci ildə yeni bir protokolla təsdiqləndi.

Mövzu 10

A. 1821-1823-cü illər Osmanlı-Đran müharibəsi. Ərzurum müqaviləsi

Qacar dövləti1 ilə qonşu Osmanlı dövləti arasında 1746-cı ildən XIX əsrin əvvəllərinə qədər,

bəzi kiçik çaplı sərhədyanı münaqişələr nəzərə alınmasa, heç bir dərin hərbi-siyasi ziddiyyət baş

verməmişdi. Fətəli şah Qacar XIX əsrin əvvəllərində cənubi Qafqazda irəliləyən rus hərbi gücünə

qarşı mübarizə aparırdı. Bu işdə kömək üçün xarici dövlətlərə, əsasən də Avropa dövlətlərinə

kömək üçün müraciət etmişdi. 1806-cı ildə Rusiya və müttəfiqlərinə qarşı Avropada mübarizə

aparan Napoleon bir fransız generalını səfir statusu ilə Đrana göndərmiş və Đran-Fransa siyasi

əlaqələri güclənmişdi. 1806-cı ildə Rusiyaya qarşı vuruşan Osmanlı və Qacar dövlətləri bir-birlərinə

yaxınlaşmaq ehtiyacı hiss etmişdilər. Lakin Napoleonun 1807-ci ildə Rusiya ilə Tilzit sülh

müqaviləsini bağlaması həm Osmanlı, həm də Qacar dövlətini çətin vəziyyətdə qoymuşdu. Osmanlı

1809-cu ildə Đngilislərlə Sultan Qalası müqaviləsini bağlayaraq fransanın nüfuzuna zərbə vurmuşdu.

Đngilislər Đrana da işbirliyi təklif edərək fransız səfirinin Tehrandan geri göndərilməsinə nail

olmuşdu. Osmanlı və Qacar dövlətləri Rusiyaya qarşı ayrı-ayrılıqda vuruşsalar da qeyri-rəsmi

olaraq müttəfiq kimi çıxış edirdilər. 1811-ci ildə Osmanlı sarayı Tehrana xüsusi bir elçi göndərərək

Rusiyaya qarşı hərbi ittifaq sazişi təklif etdi. Lakin Fətəli şah Qacar uzun illərdən bəri mübahisəli

ərazilər kimi qəbul ettikləri və Osmanlı sərhərdləri daxilində olan ərazilərin məsələsini gündəmə

gətirdi. Şahın bu hərəkəti Rusiyaya qarşı Đranla hərbi saziş təklifini Osmanlı dövlətinin xarici

siyasət gündəmindən çıxardı. Rusiya ilə bağlanmış Buxarest sülh müqaviləsinə (16 may 1812)

(bax: 6-cı mövzu) Osmanlı sarayının təklifi ilə “Rusiya-Đran münaqişəsində Osmanlının

vasitəçiliyi” haqda maddə daxil edildi. Bu Osmanlı dövlətinin xoş məramını göstərirdi. 1812-ci ilin

dekabrında vasitəçilik üçün Tehrana gəlmiş Osmanlı elçi heyəti hələ Đranı tərk etməmiş Fətəli şah

Qacar gözlənilmədən Osmanlı torpaqlarına qoşun yeritdi və Bağdad ətrafındakı yaşayış

məntəqələrini talan etdirdi. Osmanlı sarayı yeni bir elçi heyəti göndərərək əhaliyə dəymiş ziyanın

ödənməsini tələb etdi. Qacar dövləti bu tələbi rədd etdi. Lakin 1813-cü ildə Rusiya ilə Gülüstan

müqaviləsini bağlamaq məcburiyyətində qaldığı üçün Osmanlı sarayı ilə əlaqələri

1 Bu dövlətin rəsmi adı “Məmaliki-Məhrusəyi Qacariyyə”dir. Rəsmi mənbələrdə, o cümlədən Türkmənçay və Gülüstan müqavilələrində dövlətin adı belə qeyd edilir. Yəni “Qacar himayəsində birləşdirilməş məmləkətlər”. Heç bir rəsmi dövlət sənədində bu dövrdə dövlətin adı “İran” kimi qeyd olunmur. Bu dövlət Qacar dövləti idi. Qacar sülaləsi azərbaycanlı türklər idi. Deməli bu dövlət Azərbaycan dövləti idi.

Page 43: OSMANLI SIYASI TARIXI

43

normallaşdırmağa məcbur oldu və Đstanbula bir elçi heyəti göndərdi. Bu sabitlik dövrü 1817-ci ilə

qədər davam etdi. 1817-ci ildə Đraqdakı kürd Baban qəbiləsinin rəisi ilə Osmanlının Bağdad canişini

arasında meydana gələn anlaşılmazlıq Qacarlar tərəfindən qızışdırıldı. Hətta Qacarlar Baban rəisinə

hərbi yardım belə göndərdilər. Bu artıq müharibə elan etmək üçün səbəb idi. Lakin 1818-ci ilin

yanvar ayında Qacarlar Đstanbula elçi heyəti göndərərək məsələni yoluna qoymaq istədilər, hətta

sərhədyanı münaqişələr vaxtı dəymiş maddi zərəri ödəməyi də vəd etdilər. Lakin Qacarlar nəinki

verdikləri bu sözlərə əməl etdilər, əksinə sərhədləri tez-tez pozaraq yeni basqınlar təşkil etməyə

başladılar. 1821-ci ildə Osmanlı dövləti yeni hərbi birləşmələr yerləşdirərək şərq sərhədlərini

möhkəmləndirməyə başladı. Balkanlarda və Egeydə başı qarışmış Babi-Ali şərq məsələsinə lazımi

diqqəti ayıra bilmədi. 1821-ci ildə böyük qoşunla bütün sərhəd boyu hücuma keçən Qacar ordusu

Bitlis, Muş, Ərciş və Doğu Bayəzid kimi Osmanlı sərhədyanı şəhər və qəsəbələrini işğal etdi. 1822-

ci ildə Qacar ordusunda yayılmış xolera xəstəliyi əsgərlərin kütləvi ölümünə səbəb olmuşdu. Buna

görə də Qacarlar hərbi əməliyyatları dayandıraraq Osmanlı dövlətinə sülh təklif etdilər. Balkanlarda

başı qarışıq olan Osmanlı sarayı bu təklifi dərhal qəbul etdi. 23 iyul 1823-cü ildə Ərzurumda iki

dövlət arasında sülh sazişi bağlandı. Sazişə görə Qacarlar 1746-cı ildə müəyyən edilmiş sərhədlərin

qanuniliyini qəbul edirdi.

Mövzu 11.

A. Fransa-Osmanlı siyasi əlaqələrinin gərginləşməsi. Fransanın Əlcəzairi işğalı (1830)

Əlcəzayir 1533-cü ildə admiral Barbaros Xeyrəddin paşanən komandanlıq etdiyi hərbi

qüvvələri tərəfindən Osmanlı dövlətinə birləşdirilmişdi. Osmanlı hərbi dəniz qüvvələrinin

Əlcəzayirin Aralıq dənizi sahillərində qurduqları hərbi dəniz bazaları vasitəsi ilə Cəbəlüttariq

boğazı, eləcə də bütün Aralıq dənizindəki hərbi və ticari gəmiləri nəzarət altında saxlanılırdı. XVII

əsrdən etirbarən Əlcəzayirdəki yeniçəri ağaları və dənizçi zabitləri mərkəzi hakimiyyətin

zəifləməsindən istifadə edərək burada özbaşnalığa başlamışdılar. Hətta 1711-ci ildə Əlcəzayirdəki

yeniçərilərin komandanı Đstanbuldan göndərilmiş yeni canişinin gəmidən limana enməsinə icazə

verməyərək geri göndərmişdi. Babi-Ali də Əlcəzayirdəki bu hərbiçi özbaşnalığı ilə barışmaq

məcburiyyətində qalmışdı. XVIII əsrdə Əlcəzayir rəsmi olmasa da artıq yarımüstəqil bir vilayət idi.

Əlcəzayirdəki dənizçilər bəzən dəniz quldurluğu ilə də məşğul olurdular. Buradakı yeniçərilər

özlərinə “dayı” adlandırdıqları bir başçı seçir, bu yeniçəri ağası seçiləndən sonra sultana bahalı bir

hədiyyə göndərir, sultan isə “dayı”ya onun canişinliyini təsdiqləyən bir fərman yollayırdı. Əlcəzayir

1816-cı ildə Đngilis və Hollandiya donanması Əlcəzayir liman şəhərlərini və limanlardakı gəmiləri

top atəşinə tutaraq Əlcəzayirdəki Osmanlı donanmasına ağır zərbə vurdular. Bu da uzun müddətdən

bəri Əlcəzayiri işğal etmək niyyətində olan fransızları həvəsləndirdi. Fransa ilə Əlcəzair canişini

Đzmirli Həsən paşa arasında uzun müddətdən bəri borc məsələsi var idi. Đzmirli Həsən paşa

Fransanın Əlcəzayir xəzinəsinə olan borcunu tez-tez dilə gətirərək təkidlə ödənməsini tələb edirdi.

Page 44: OSMANLI SIYASI TARIXI

44

Belə söhbətlərdən birində Fransanın Əlcəzayirdəki konsulunun özündənrazı hərəkətlərinə

qəzəblənən Həsən paşa əlindəki yelpiki fransız diplomatın üzünə çırpmışdı. Bu hadisə Əlcəzayirlə

Fransa arasındakı əlaqələrin qırılmasına səbəb olmuşdu. Bu hadisəni bəhanə edən fransızlar 16 iyun

1827-ci ildə Əlcəzayirə müharibə elan etdilər. Fransa hökuməti bu hadisəni həmin ilin avqust

ayında Babi-Aliyə nota göndərərək bildirdi. Osmanlı dövləti bu vaxt yunan üsyanı ilə məşğul idi.

20 oktyabr 1827-ci ildə baş vermiş Navarin basqınında isə Osmanlı donanması demək olar ki,

tamamilə məhv edilmişdi. Yunan üsyanı, Navarin hadisəsi və 1828-ci ildə başlayan yeni rus-türk

müharibəsi Osmanlı dövlətinin Əlcəzayir məsələsinə lazımi diqqəti yetirə bilməməsinə səbəb

olmuşdu. 14 iyun 1830-cu ildə 37 000 nəfərlik fransız ordusu gəmilərlə sahilə çıxarılıldı. Đyulun 5-

də baş verən döyüş fransızların qələbəsi ilə başa çatmış və Əlcəzayir şəhəri işğal olunmuşdu. Lakin

yerli partizan dəstələri uzun müddət işğalçılara qarşı mübarizə apardılar. Partizan mücahidlərin

lideri əmir Əbdülqadirin ölümündən sonra müqavimət hərəkatı zəiflədi və 1847-ci ildə fransızlar

bütün Əlcəzayiri işğal edə bildilər. Osmanlı dövləti gördüyü bütün siyasi-diplomatik tədbirlərə

rəğmən itirdiyi Əlcəzayiri geri ala bilməmişdi. Təkbaşına Fransa ilə müharibə apara biləcək

vəziyyətdə deyildi. Buna görə də sadəcə əmir Əbdülqadiri dəstəkləməklə kifayətlənməli oldu. 1847-

ci ildə isə Əlcəzayir üzərindəki haqlarından könüllü əl çəkdi. Beləcə Əlcəzayir fransız

müstəmləkəsinə çevrildi.

B. ABŞ-ın Osmanlı imp-luğu ilə siyasi əlaqələrinin qurulması, Đstanbul sazişi (7 may

1830).

ABŞ isiqlaliyyətini elan etdiyi ilk dövrlərdən etibarən Osmanlı dövləti ilə əlaqələrə

başlamışdı. Lakin ABŞ-Osmanlı əlaqələri siyasi deyil daha çox iqtisadi-ticari xarakter daşıyırdı.

1790-cı illərdə ABŞ-na məxsus ticari və hərbi gəmilər Osmanlı dövlətinin Aralıq dənizi

sahillərindəki limanlarda lövbər salmağa başlamışdılar. 1800-cü ilin noyabr ayında isə ilk dəfə bir

ABŞ hərbi gəmisi Đstanbula gəlmiş, gəminin kapitanı polkovnik Vilyam Beynbridc quruya çıxaraq

admiral Kiçik Hüseyn paşa ilə görüşmüşdü. Avropa dövlətlərindən fərqli olaraq Yunan üsyanında

tam bitərəflik nümayiş etdirən ABŞ hökuməti Osmanlı sarayının rəğbətini qazanmışdı. 1826-cı ilin

iyulunda Đzmirdə ABŞ donanmasının admiralı Cona Rocers ilə Osmanlı admiralı Mehmed Xosrov

paşa arasında danışıqlar aparılmışdı. Navarin hadisəsində demək olar ki, bütün donanmasını itirən

Osmanlı dövləti hərbi dəniz qüvvələrini birpa etmək niyyətində idi. Lakin artıq yelkənli gəmilərin

dövrü bitmiş, buxarlı gəmilərin dövrü başlamışdı. Osmanlı dövləti bu gəmiləri hazırlayacaq

texnologiyaya sahib deyildi. Avropa dövlətləri isə belə bir ərəfədə heç vaxt Osmanlı dövlətinə

buxarlı gəmi satmazdılar. ABŞ-dan buxarlı gəmiləri və ya bunların inşası üçün lazımi texnologiyanı

almaq olardı. Buna görə də Babi-Ali ABŞ ilə siyasi-hərbi əlaqələrin genişləndirilməsi qərarına

gəldi. Osmanlı-ABŞ ticari əlaqələri sürətlə inkişaf etmiş və ildə 1 mln dollar həcminə çatmışdı.

Osmanlı sarayının dəvəti ilə ilk ABŞ diplomatik heyəti 1828-ci ilin dekabrında Đstanbula gəlmişdi.

Page 45: OSMANLI SIYASI TARIXI

45

Tərəflər arasında danışıqlar uzun müddət davam etmişdi. Amerikalılar əsasən ticari, türklər isə

hərbi-siyasi əlaqələrin qurulmasına üstünlük verirdilər. Nəhayət 7 may 1830-cu ildə iki tərəf

arasında “Ticarət və Dostluq” müqaviləsi imzalandı. Müqavilənin məzmunu belə idi: “Hər iki tərəf

gömrük rüsumlarını “imtiyazlı dövlət” statusuna görə ödəyəcəkdi, Osmanlı ərazisində cinayət

törədən ABŞ vətəndaşları Osmanlı məhkəmələrində mühakimə olunandan sonra cəzasını çəkmək

üçün konsulluğa təhvil veriləcək və cinayətkar cəzanı öz vətənində çəkəcəkdi, mülki işlərə görə

tərcüməçinin iştirakı olmadan istintaqa cəlb olunmayacaq, ABŞ ticarət gəmiləri boğazlardan Qara

dənizə sərbəst keçiş haqqı alacaqdı”. Müqavilənin gizli şərtlərinə görə isə ABŞ Osmanlıya yeni

gəmilərin inşa edilməsi üçün lazımi xammalı verəcəkdi, Amerikan tərsanələrində Osmanlı dövləti

üçün gəmilər tikiləcək, bu gəmilər Osmanlı dövlətinə ABŞ ordusuna satılandan daha baha qiymətə

satılmayacaqdı.

ABŞ senatı müqavilənin gizli maddələrini “ABŞ xarici siyasətində ciddi problemlərə səbəb

ola bilər” bəhanəsi ilə təsdiqləməmişdi. Bu isə Osmanlı sarayının qəzəbinə səbəb olmuşdu. 11

avqust 1831-ci ildə Đstanbulda ABŞ konsulluğunun açılışı olmuşdu. Osmanlı sarayının qəzəbinə

səbəb olan başqa bir hadisə də bu idi. ABŞ öz təmsilçiyinə səfir statusu vermək istəmir, ticari

əlaqələrin nizamlayıcısı olaraq Đstanbula konsul təyin edirdi.

Bütün bunlara baxmayaraq Osmanlı tərsanələrində Amerikalı mühəndislərin rəhbərliyi ilə

1830-cu illərdə bir çox buxarlı gəmi tikilib istifadəyə verilmişdi. 1839-cu ildə isə Đstanbuldakı ABŞ

konsuluna öz hökuməti səlahiyyətli səfir statusu vermişdi. 1861-1865-ci illərdə ABŞ-da baş vermiş

vətəndaş müharibəsində, Đngiltərə və Fransadan fərqli olaraq, Babi-Ali Federal hökuməti

dəstəkləmişdi. Bu da ABŞ hökumətini məmnun etmiş və prezident A. Linkoln Babi-Aliyə təşəkkür

məktubu yollamışdı. 1867-ci ilin aprel ayında Babi-Ali Neapol konsulu Eduard Blacque bəyi

(Eduard Bulaqyan-erməni mənşəli Osmanlı vətəndaşı) Vaşinqtona səlahiyyətli səfir təyin etmişdi.

Osmanlı dövləti Krit üsyanının yatırarkən ABŞ-nın bitərəf qalmasına nail olmuşdu. 1869-1877-ci

illərdə ABŞ Osmanlı dövlətinə 373 000 ədəd tüfəng və.s sursat satmışdı. 1877-1878-ci illərdə baş

vermiş rus-türk müharibəsində isə Osmanlı dövləti ABŞ-dan 100 000 ədəd Martin markalı tüfəng

almışdı. 1898-ci il ABŞ-Đspan müharibəsində Osmanlı ABŞ-nı dəstəkləmişdi. Lakin ticari

əlaqələrdə ABŞ daim irəlidə idi. ABŞ şirkətləri və tacirləri Osmanlı dövlətinə sadəcə 1% gömrük

rüsumu ödəyirdilər. 1884-cü ildə Osmanlı dövləti ABŞ-nın ticari əlaqələrdəki “imtiyazlı dövlət”

statusuna son qoydu. Bunun əsas səbəblərindən biri də ABŞ-ın öz vətəndaşlarının Anadolunun

şərqində missioner fəaliyyətləri ilə məşğul olmasını dəstəkləməsi, erməni və yunanlar üçün milli

məktəblər açması, ABŞ-na köçən erməni və yunanların anti-osmanlı fəaliyyəti ilə məşğul olmasına

ABŞ hökumətinin göz yumması idi. XIX əsrin sonlarında Osmanlı-ABŞ əlaqələrində durğunluq və

soyuqluq müşahidə olunmuşdu. I Dünya Müharibəsində ABŞ-nın Osmanlı dövlətinin müttəfiqi olan

Page 46: OSMANLI SIYASI TARIXI

46

Almaniyaya müharibə elan etməsi 20 aprel 1917-ci ildə iki dövlət arasındakı diplomatik əlaqələrin

qopmasına səbəb olmuşdu.

C. I Misir böhranı, Mehmed Əli Kavalalı qiyamı. “Xünkar Đskələsi” müqaviləsi (8 iyul

1833). II Misir böhranı. Nizib döyüşü. London müqaviləsi (15 iyul 1840). Misirin istiqlaliyyəti.

I Misir böhranı, Mehmed Əli Kavalalı qiyamı

Mehmed Əli 1769-cu ildə Kavalada anadan olmuşdu. Mənşəcə Kosovo albanı (arnavud) idi.

Misiri fransız işğalçılarından təmizləmiş orduda gizir olaraq iştirak etmişdi. Heç bir təhsil

almamışdı, savadsız idi. 1801-ci ildə fransızlardan azad edilmiş Qahirə küçələrində zorakılıqla

məşğul olan “başıpozuq” Osmanlı əsgərlərinə liderlik etmişdi. Misirdəki xaosdan istifadə edən

Mehmed Əli ordudakı zabit heyətini canişin Xosrov paşanın əleyhinə təhrik edirdi. Nəhayət

məqsədinə çataraq Osmanlı sarayının canişini vəzifəsindən azad etməsinə nail oldu. Sultan III

Səlimin (1789-1807) fərmanı ilə gizir Mehmed Əliyə paşa rütbəsi verildi və Misir canişini təyin

olundu. Mehmed Əli paşa işə köhnə dostlarını aradan götürməklə başladı. Özbaşnalıqla məşğul olan

bütün zabitləri və misirli qəbilə rəislərini 1811-ci ildə ziyafət təşkil edərək bir yerə topladı və

hamısını öldürtdü. Sonrada da Đsgəndəriyyə limanını tərk etmək istəməyən ingilis hərbiçilərini

limanı tərk etməyə məcbur etdi. Buna baxmayaraq ingilis hökuməti Mehmed Əli paşanı

dəstəkləməyə və silah-sursatla təchiz etməyə başlamışdı. Üstəlik Đstanbuldakı ingilis səfiri də

Osmanlı sarayına Mehmed Əli paşanın özbaşınalıqlarına göz yummağı tövsiyə edirdi. Vilayətlərini

nəzarət altında saxlaqda acizlik çəkən Osmanlı dövləti 1812-ci ildə Ərəb yarımadasında, Məkkə və

Mədinə şəhərlərinə nəzarət edən muvahhidilərin üstünə Mehmed Əli paşanı göndərmişdi. 1812-

1818-ci illərdə Mehmed Əli paşa Ərəb yarımadasında, Məkkə və Mədinə şəhərlərində dəhşətli

qırğınlar törətmişdi. Daha sonra Həbəşistan və Sudana da hərbi müdaxilə edən Mehmed Əli paşa

Babi-Aliyə özünü Misir, Hicaz, Həbəş və Sudan vilayətlərinin tək canişini kimi qəbul etdirmişdi.

1826-cı ildə Fransa 50-yə yaxın misirli gənci Fransanın hərbi məktəblərində oxumaq üçün Parisə

aparmışdı.

Mehmed Əli paşanın özbaşınalıqlarına son qoymaq istəyən sultan II Mahmud (1808-1839)

bəzi tədbirlər görməyə başlamışdı. Mehmed Əli paşanın yunan üsyanı vaxtı Yunanıstandakı qoşun

və donanmasını geri çəkməsi, 1828-1829-cu illər rus-türk müharibəsi vaxtı tələb olunmasına

baxmayaraq cəbhəyə əsgər göndərməməsi, üstəlik Suriya canişinliyinin də özünə verilməsini Babi-

Alidən dəfələrlə təkidlə tələb etməsi sultan II Mahmudun (1808-1839) bəzi tədbirlər görmək barədə

düşünməsinə səbəb olmuşdu.

Mehmed Əli paşa 1831-ci ilin oktyabrında cinayətkarları himayə edir bəhanəsi ilə Akra

şəhəri (Suriya) canişini Abdullah paşanın üstünə öz oğlu Đbrahimin başçılığı altında ordu

göndərmişdi. 1832-ci ildə bu ordu bütün Suriyanı işğal etmişdi. Sultan II Mahmud Mehmed Əli

Page 47: OSMANLI SIYASI TARIXI

47

paşanı qiyamçı və xain elan edərək Misirə canişinliyinə təyin etdiyi Hüseyn paşanın komandanlığı

altında Osmanlı ordusunu Misirə göndərdi. Đbrahimin ordusu osmanlı ordusunu 1832-ci il iyulun

29-u Suriyada ağır məğlubiyyətə uğratdı. Sonra isə Tavriya (Toros) dağlarını aşaraq Anadolu

torpaqlarına girdi. 21 dekabr 1832-ci ildə Đbrahimin ordusu Konya yaxınlığında üstlərinə

göndərilmiş başqa bir osmanlı ordusunu məğlub etdi. Bu qələbədən sonra artıq Đstanbula getmək

üçün Mehmed Əli paşanın ordusunun qarşısında heç bir maneə qalmamışdı. Vəziyyətin belə

gərginləşməsi bu hadisənin artıq daxili məsələ olmaqdan çıxararaq beynəlxalq məsələyə

çevrilməsinə səbəb oldu. Rusiya bundan sui-istifadə edərək Mərmərə dəniziniə hərbi donanma

göndərdi. 1833-cü ilin fevralında admiral Lazaryev öz əmrindəki rus hərbi gəmilərini Đstanbul

boğazına yeridərək burada lövbər saldırdı. Bu hadisə Avropa dövlətlərini narahat etməyə

başlamışdı. Buna görə də, Đngiltərə xaric, bütün qərbi Avropa dövlətləri Osmanlı sarayına tərəf

duraraq Mehmed Əli paşanı dərhal geri çəkilməyə çağırdılar. Đngiltərə isə həmişə olduğu kimi

Mehmed Əli paşa ilə isti münasibətlərini davam etdirmişdi. Mehmed Əli paşanı geri çəkilməyə

çağıran qərb dövlətləri bir tərəfdən də Osmanlı sarayına qiyamçı paşanın tələblərini yerinə

yetirməyi tələb edirdilər. Çarəsiz qalan II Mahmud bu tələbləri qəbul etmək məcburiyyətində qaldı.

5 may 1833-cü ildə Mehmed Əli paşa ilə Osmanlı dövləti arasında Fransa səfiri baron Roussinin

vasitəçiliyi ilə Kütahya müqaviləsi bağlandı. Müqaviləyə görə Suriya və Krit adası Mehmed Əli

paşanın canişinliyinə verilir, oğlu Đbrahim paşa isə Adana canişinliyinə təyin edilirdi. Anadoludakı

misir qoşunları dərhal geri çəkiləcəkdi. II Mahmud 6 may tarixli bir fərmanı ilə Kütahya

müqaviləsini təsdiqləmişdi.

“Xünkar Đskələsi” müqaviləsi (8 iyul 1833)

II Mahmud rusların tələblərini də nəzərə alaraq yeni bir rus-osmanlı müqaviləsi bağlamaq

məcburiyyətində qaldı. Rusiya Dardanel və Bosfor boğazları üzərində imtiyazlı status tələb edirdi.

Beləcə 8 iyul 1833-cü ildə “Xünkar Đskələsi” sülh sazişi bağlandı. Saziş 6-sı açıq 1-i gizli 7

maddədən ibarət idi:

1) Bu saziş müdafiə xarakterlidir, tərəflər xarici hərbi müdaxilə vaxtı bir-birlərinə hərbi

yardım göstərəcəkdirlər.

2) 1829-cu il Ədirnə müqaviləsi etibarlıdır.

3) Tərəflər 3-cü bir tərəflə müharibə halında ediləcək köməyin forma və miqdarını

birlikdə müəyyənləşdirəcəkdilər.

4) Köməyə göndəriləcək quru və dəniz qüvvələrinin müharibə boyu təchizatını köməyi

alan tərəf ödəyəcəkdir.

5) Bu saziş 8 il müddətində etibarlıdır.

6) Bu saziş iki aydan gec olmayaraq təsdiqlənib qüvvəyə minəcəkdir.

Page 48: OSMANLI SIYASI TARIXI

48

Gizli (7-ci) maddə

“Osmanlı dövlətinin ehtiyac duyacağı təqdirdə Rusiya hər cür hərbi və maddi kömək

göstərəcəkdir. Lakin Rusiya tərəfi ehtiyac duyduğu təqdirdə Osmanlı dövlətinin mali və iqtisadi

çətinliklərini nəzərə alaraq bu dövlətdən heç bir maddi kömək tələb etməyəcəkdir. Əvəzində

Osmanlı dövləti Rusiyanın ehtiyacı olduğu vaxt Dardanel boğazını 3-cü tərəfin hərbi gəmiləri üçün

bağlayacaq və onların Qara dənizə çıxışına imkan verməyəcəkdır”.

II Misir böhranı. Nizib (Nizbin) döyüşü (24 iyun 1839)

Kütahya müqaviləsi nə Osmanlı sarayını nə də Mehmed Əli paşanı qane etməmişdi.

Osmanlı sarayı çarəsizlikdən qiyamçı bir canişinin tələblərini yerinə yetirməyə məcbur olmuş,

Mehmed Əli paşa isə bütün istəklərinə nail olmadan qərb dövlətlərinin təzyiqi altında müqavilə

bağlamaq məcburiyyətində qalmışdı.

Đbrahim paşa Osmanlı sarayını nəzərə almadan Adanada canişinlik edirdi. Mehmed Əli paşa

isə bu dəfə Đraq və Livana göz dikmişdi. Üstəlik Đngilislərin Fərat çayını öz ticarət gəmiləri üçün

açılması tələbinə Osmanlı sarayının müsbət cavab verməməsinə rəğmən Mehmed Əli paşa ingilis

gəmilərinin Fərat çayında üzməsinə icazə vermişdi.

16 avqust 1838-ci ildə Đngiltərə ilə Osmanlı dövləti arasında bağlanmış Balta Limanı sazişi

Đngilislərə yeni ticari imtiyazlar qazandırmışdı. Bu da bir müddət ingilislərin Mehmed Əli paşanı

Osmanlıya qaşı dəstəkləməsinin qarşısını aldı. Eyni imtiyazlar Fransaya da verildi. Vəziyyətin öz

əleyhinə döndüyünü görən Mehmed Əli paşa istiqlaliyyətini elan edərək Osmanlı dövlətinə formal

bağlılığına da son qoydu. Bu da sultan II Mahmudun 1839-cu ilin baharında Suriyaya ordu

yeritməsinə səbəb oldu. Lakin Mehmed Əlinin oğlu Đbrahim paşanın ordusu 24 iyun 1839-cu ildə

Hafiz Əhməd paşanın əmrindəki Osmanlı ordusunu Nizib (Nizbin) qəsəbəsi yaxınlığında ağır

məğlubiyyətə uğratdı. II Mahmud bu ağır xəbər Đstanbula çatmadan 1 iyul 1839-cu ildə vəfat etdi.

Osmanlı taxtına 16 yaşlı böyük oğlu Əbdülməcid (1839-1861) oturdu. Bir neçə gün sonra isə

admiral Əhməd Fevzi paşa Osmanlı donanmasını Misirə apararaq Mehmed Əli paşaya təslim etdi.

Osmanlı dövləti ordusuz və donanmasız, yəni tam müdafiəsiz qalmışdı.

London müqaviləsi (15 iyul 1840). Misirin istiqlaliyyəti

Rusiyanın vəziyyətdən istifadə edərək yeni imtiyazlar qoparacağından narahat olan Đngiltərə,

Avstriya, Fransa və Prussiya Osmanlı sarayına Mehmed Əli paşa ilə təkbaşına müqavilə bağlamaq

barədə xəbərdarlıq etdilər. Qərb dövlətəlir öz aralarında belə qərara gəldilər ki, Suriya Osmanlı

dövlətinə qaytarılsın Mehmed Əli paşa isə əlindəki digər yerlərlə kifayətlənərək müstəqil dövlətin

hökmdarı olsun. Fransa Suriyanın Mehmed Əli paşadan alınmasına etiraz etdi. Bu isə Đngiltərə ilə

Fransa arasında anlaşmazlığa səbəb oldu. Đngiltərənin xarici işlər naziri Polmerston Fransanın

iştirakı olmadan müzakirələrin davam etdirilməsinə və Rusiyanın da bu müzakirələrə qoşulmasına

Page 49: OSMANLI SIYASI TARIXI

49

nail oldu. Nəhayət 15 iyul 1840-ı ildə Đngiltərə, Avstriya, Rusiya və Prussiya Misir porbleminin

həlli üçün bir anlaşma mətni hazırlayaraq təsdiqlədilər.

1) Osmanlı sultanı Misir canişinliyinin irsən ötürülməsini, Suriyanın cənubu və Akra

limanının da Mehmed Əli paşanın canişinliyinə verilməsini qəbul edəcək.

2) Mehmed Əli paşa bu təklifi 10 ərzində qəbul etməsə Akra limanı, 20 gün ərzində

qəbul etməsə isə bütün Misir canişinliyi zorla ələndən alınacaqdır.

3) Mehmed Əli paşa 20 gün ərzində ələ keçirdiyi bütün Osmanlı gəmilərini geri

qaytaracaqdır.

Mehmed Əli paşa Fransaya güvənərək bu təklifləri rədd etdi. Osmanlı sarayı da bir fərmanla

Mehmed Əli paşanın qiyam qaldırması səbəbi ilə vəzifəsindən azad edildiyini bəyan etdi. Đngilis və

Avstriya donanması Suriya sahillərinə yaxınlaşaraq Livana əsgər çıxardılar. Şimaldan irəliləyən

Osmanlı ordusu 1840-cı ilin noyabrında Đbrahim paşanın ordusunu məğlub etdi. Digər qərb

dövlətlərinin həmrəyliyi Fransanın da inadını qırdı və Mehmed Əli paşaya görə təklənməyə cəsarət

etməyərək Misir canişinini dəstəkləmədi. Osmanlı ordusunun Suriyanın cənubuna çataraq Misir

yolunu tutduğunu görən Đngiltərə Đsgəndəriyyə limanına donanma göndərərək Mehmed Əli paşanı

dənizdən də sıxışdırdı. Nəhayət Mehmed Əli paşa şərtləri qəbul etdi. 27 noyabr 1840-cı ildə

Đsgəndəriyyədə Mehmed Əli paşa ilə ingilis admiral Napier arasında saziş imzalandı. Sazişə görə

Mehmed Əli paşa London müqaviləsinin bütün şərtlərini qəbul edirdi. Lakin Osmanlı dövləti son

qələbələrdən də ruhlanaraq müharibəni davam etdirmək və Misirə ordu yeritmək istəyirdi. Lakin

Đsgəndəriyyə sazişindən sonra Đngiltərə Suriya cəbhəsində döyüşləri dayandırması üçün Osmanlı

sarayına təzyiq göstərməyə başladı. Osmanlı dövləti Đsgəndəriyyə sazişini qəbul etdi. 13 fevral

1841-ci ildə sultan Əbdülməcidin “Misir Vilayəti Đmtiyaz Fərmanı” adlı fərmanı elan edildi.

Fərmanda deyilirdi:

1) Misir canişinliyi Mehmed Əli paşaya və irsən keçmək üzrə onun nəslinə verilir.

2) Misir canişinlərinin statusu Osmanlı nazirlərinin statusu ilə eyni olacaqdı. Rəsmi

yazışamalarda canişinlər bu rəsmi tituldan istifadə edəcəkdilər.

3) Misirdə Osmanlı dövlətinin bütün qanunları və fərmanları keçərli olacaqdır, vergilər

sultanın adına toplanacaq, müəyyən miqdarı Đstanbula göndəriləcək, Osmanlı valyutasından başqa

Misirdə heç bir pul vahidi istifadə edilməyəcəkdi.

4) Misir canişini 18 000 nəfərdən artıq ordu saxlamayacaq. Miralay (polkovnik)

rütbəsinə qədər olan rütbələrə canişin, bundan yuxarı hərbi vəzifələrə isə sultan təyin edəcəkdi.

5) “Gülxanə Xətti Humayunu”nun prinsipləri, Osmanlı dövlətinin digər dövlətlərlə

bağladığı müqavilələr Misir üçün də keçərli olacaqdı.

Page 50: OSMANLI SIYASI TARIXI

50

6) Göstərilən səlahiyyətlərin xaricinə çıxdığı təqdirdə canişinlərə verilən digər

imtiyazlar da ləğv edilə bilinəcəkdir.

Bu fərmanla Misir vilayəti Osmanlı dövlətinə bağlı, lakin xüsusi statusu olan vilayətə

çevrilmişdi. I və II Misir böhrünlarından ən çox ziyan çəkən tərəf Osmanlı dövləti oldu, Mehmed

Əli paşa bütün istəklərini əldə edə bilmədi. Đngiltərə başda olmaqla Avropa dövlətləri bu

böhranlardan ən çox faydalanan tərəf oldular. Osmanlı dövlətinin Aralıq dənizindəki nüfuzu qırıldı.

Đniltərənin yaxın və orta şərqə təsir imkanları artdı. Yaxın və Orta şərq ölkələrində Osmanlı

dövlətinin nüfuzuna zərbə dəydi.

Mövzu 12.

A. Osmanlı imp-luğunda yeni islahat hərəkatı. Tənzimat fərmanı (Gülxanə xətti-

humayunu 3 noyabr 1839).

Gülxanə xətti humayunu (Tənzimat fərmanı) Osmanlı dövlətinin geri qalma səbəblərini

araşdırarkən, dövlət qurumlarında struktur dəyişikliklərin aparılmasına ehtiyac duyulmasının əsas

səbəb kimi ön plana çıxarılması nəticəsində verilmiş islahat fərmanıdır. Bu fərman iddia edildiyi

kimi müasirləşməyə, tərəqqiyə doğru deyil, qərbliləşməyə, avropalılaşmağa, yadlaşmağa doğru

atılan mühüm addımdır. Tənzimat dövrü (1839-1876) Osmanlı tarixinin mühüm dövrüdür. Çünki

bu dövr Osmanlı dövlətinin sonunun başlanğıcıdır. II Mahmud islahatlar aparmaq isəmişdi, lakin

ölümü buna imkan verməmişdi. Osmanlı dövlətinin Londondakı səfiri Mustafa Rəşid paşa

ingilislərin tələbi ilə yeniyetmə sultan tərəfindən sədriəzəm (başnazir) vəzifəsinə təyin edildi. Dörd

ay içində bu islahat fərmanını hazırlayar Mustafa Rəşid paşa sultana təzyiq göstərərək fərmanı

təsdiqləti və 3 noyabr 1839-cu il tarixində Đstanbulda, Topqapı sarayının Gülxanə adlanan

meydanında xarici təmsilçilərin və Osmanlı dövlət adamlarının qarşısında bu fərmanı oxudu.

Fərmanın əsas müddəaları belə idi: “Dinindən aslı olmayaraq, müsəlman, xristian, yəhudi bütün

Osmanlı vətəndaşları eyni hüquqlara sahib olacaqlar, əskərlik müddəti 3 və ya 4 ilə salınacaq və.s”.

Fərmanın elanından 6 ay sonra Fransa Cinayət Məcəlləsi türkcəyə tərcümə edilərək qəbul edildi.

1850-ci ildə bu qanunda yeni dəyişikliklər edildi. 1839-1876-cı illərdə Ticarət qanunu, Dəniz

Ticarəti qanunu, Torpaq haqqında qanun, Mülkiyyət haqqında qanun və.s bir sıra qanunlar Avropa

ölkələrindən kopyalanaraq qəbul edildi. Ordunun sayı azaldıldı. Bütün bunlara rəğmən “Tənzimat

Dövrü”nün müsbət cəhətləri də var idi. Məsələn Təhsil nazirliyi yaradıldı, Osmanlının ilk

universiteti olan “Darülfünun”un açılması haqqında qanun qəbul edildi. Đmp-luq ərazisindəki orta

məktəblərin sayı artırıldı.

Đngiltərə və Fransanın təhrikiylə Livanda yaşayan xristian marunilərlə və druzlar (və ya

dürzilər / ifrat ələvi cərəyanı) vergilərin çoxluğu bəhanəsi ilə qiyam qaldırmışdılar. Fransa və

Page 51: OSMANLI SIYASI TARIXI

51

Đngiltərə qiyamçıların tələblərini yerinə yetirilməsini tələb etsələr də Osmanlı ordusu vaxtında

müdaxilə edərək 1845-ci ilin sentyabrında qiyamı yatırdı.

B. Dardanel boğazı məsələsi. Dardanel və Đstanbul boğazlarının statusunun yenidən

müəyyənləşdirilməsi. 1841 London Sazişi.

XV əsrin ortalarında Đstanbulun, sonra da Sinop, Trabzon, Krım, qərbi Qafqaz və

Rumıniyanın Osmanlı dövlətinə birləşdirilməsiylə Qara dəniz Osmanlı dövlətinin daxili dənizinə

çevrilmişdi. Beləcə boğazlar (Dardanel və Bosfor) tamamilə türk hegemoniyası altına alınmışdı.

Boğazlar əcnəbi ticarət və hərbi gəmiləri üçün “bağlı” elan edilmişdi. Lakin XVI əsrdən etibarən

1536-cı ildə Fransaya, 1579-cu ildə Đngiltərə sonra isə Hollandiyaya verilən imtiyazlarla bu

qapalılıq qismən aradan qaldırılmışdı. Bundan başqa Rusiya güclənərək boğazlara göz dikmişdi.

Qara dənizdə ilk rus gəmiləri Karlovitsa (Karlofça-1699) müqaviləsilə Azov dənizinin rusların əlinə

keçməsindən sonra görünməyə başlamışdı. Lakin bu cəmi 12 il davam etmiş, 1711-ci ildə rusların

məğlubiyyəti ilə bitən müharibə Prut müqaviləsi ilə nəticələnmişdi. Prut müqaviləsiylə ruslar Qara

dənizdən uzaqlaşdırılmışdılar və bu vəziyyət 1774-cü il Krım müharibəsi və Kiçik Qaynarca

müqaviləsinə qədər davam etmişdi. 1774-cü il Kiçik Qaynarca müqaviləsi Rusiya nöqteyi-

nəzərindən boğazlar məsələsində bir dönüm nöqtəsi olmuşdu. Lakin Rusiya çox cəhd etsə də

Fransa, Đngiltərə və Hollandiyaya verilmiş imtiyazlı ticari hüquqlardan artığını ala bilməmişdi. Yəni

boğazlar rusların sadəcə ticari gəmiləri üçün açıq olacaqdı. Lakin bu əlbəttə ki, Rusiyanı qane

etmirdi. Rusiya Qara dənizin Rusiyanın daxili dənizinə çevrilməyini istəyirdi, Kiçik Qaynarcanı isə

bu istiqamətdə atılmış ilk addım kimi dəyərləndirirdi. 1784-cü ildə Rusiyanın Krımı tamamilə işğal

etməsi isə bu yolda atılmış ikinci mühüm addım idi. Rusiyanın bu istiqamətdə atdığı digər bir

addım isə 1798-ci il Đstanbul müqaviləsi idi. Artıq bildiyimiz kimi Napoleonun Misiri işğal etməsi

Osmanlı-Rus hərbi ittifaqınını bağlanmasıyla nəticələnmişdi. Bu ittifaqın şərtlərindən biri də rus

hərbi gəmilərinin fransızlara qarşı birgə hərbi əməliyyatların davam etdiyi müddətcə boğazlardan

sərbəst keçişi ilə əlaqəli idi. 1806-cı ildə növbəti rus-türk müharibəsinin başlamasıyla bu Rusiya bu

haqqını itirmişdi. 5 yanvar 1809 tarixində Çanaqqalada Đngiltərə ilə Osmanlı dövləti arasında

(Qəl’eyi-Sultaniyyə, Sultan Qalası) sülh müqaviləsi bağlandı. Bu müqavilənin şərtlərindən biri də

belə idi: “Dardanel (Çanaqqala) və Bosfor (Đstanbul) boğazları əvvəllər olduğu kimi yenə də istər

hərb, istərsə də sülh şəraitində, bütün ölkələrin hərb gəmiləri üçün bağlı olacaqdır”. Bu müqavilə

eyni zamanda Osmanlı dövlətinin boğazlar üzərindəki mütləq hakimiyyətini də məhdudlaşdırırdı.

Çünki Đngiltərə bu maddənin qüsursuz və güzəştsiz tətbiq edilməsində çox maraqlı idi. 1829-cu il

Ədirnə müqaviləsiylə Rusiya öz ticarət gəmilərinin boğazlardan sərbəst keçişi haqqını qazanmışdı.

Çünki Ədirnə müqaviləsiylə Qara dəniz bütün ölkələrin ticarət gəmiləri üçün açıq dəniz elan

olunmuşdu. Bununla da Osmanlı dövləti istənilən halda istənilən dövlətin ticarət gəmilərinin

boğazlardan keçməsinə mane olmaq haqqını itirmiş oldu. Beləcə 1453-1774-cü illər arasında

Page 52: OSMANLI SIYASI TARIXI

52

(Đstanbulun fəthindən Kiçik Qaynarcaya qədər) türklərin boğazlar üzərindəki 321 illik mütləq

hakimiyyəti sona çatmışdı. XIX əsrdə isə Avropa dövəltləri sürətlə inkişaf edən iqtisadi-ticari

əlaqələri, sənayeləşmənin gətirdiyi yenilikləri nəzərə alaraq Osmanlı dövlətini boğazların statusu

məsələsinə yenidən qayıtmağı məsləhət gördülər. Avropalılar boğazlar məsələsinə “Şərq

Problemi”nin bir hissəsi kimi baxırdılar. Üstəlik ruslarla 8 illiyinə bağlanmış Xünkar Đskələsi

müqaviləsinin müddətinin bitməsinə az qalmışdı. Đngiltərə, Fransa, Avstriya, Prussiya, Rusiya və

Osmanlı dövlətini təmsil edən nümayəndələrin iştirakı ilə 13 iyul 1841-ci ildə Londonda

danışıqları başladı. Nümayəndələr 4 əsas prinsip üzərində razılığa gəldilər:

1) Osmanlı dövləti, sülh vəziyyətində, əvvəldən bəri tətbiq etdiyi kimi, heç bir əcnəbi

hərb gəmisinin boğazlardan keçməsinə izin verməmə tələbini qəbul edir. Đngiltərə, Avstriya,

Fransa, Prussiya və Rusiya bu şərti qəbul etir.

2) Osmanlı dövləti dost dövətlərin fövqəladə və səlahiyyətli səfirlərinin əmri altında

olan yüngül hərb gəmilərinin boğazlarda hərəkətinə icazə verəcəkdir.

3) Osmanlı dövləti özü ilə dostanə əlaqələri olan bütün dövlətləri bu müqavilənin

şərtlərni qəbul etməyə dəvət edəcəkdir.

4) Bu müqavilə ən az 2 ay ərzində qüvvəyə minəcək, iştirakçı dövlətlər şərtlərə xələl

gətirmədən müqaviləni tətbəq edəcəkdilər.

Göründüyü kimi London sazişi Dardanel və Bosfor boğazlarının əcnəbi hərb gəmiləri üçün

bağlı, ticarət gəmiləri üçün isə açıq elan etmişdi.

Mövzu 13.

A. Rusiya-Osmanlı əlaqələrinin gərginləşməsi. Rumıniya üsyanı. Macar və polyak

mühacirlər məsələsi.

Rumıniya (Əflak və Buğdan – Məmləkəteyn (iki məmləkət) feodal dərəbəylikləri türklərin

nüfuz dairəsinə girdikləri tarixdən etibarən Osmanlı dövlət içində xüsusi statusa, bir növ

muxtariyyətə malik olmuşdular. XIX əsrin ortalarına qədər bu iki dərəbəylik ilə Osmanlı sarayı

arasında heç bir ciddi problem meydana gəlməmişdi. Rumın dərəbəylikləri Rusiya ilə Osmanlı

arasında tampon vilayət halında idilər. Türk-rus müharibələri çox vaxt Rumıniya ərazisində baş

verirdi. Vaxt keçdikcə Rusiya bu iki xristian dərəbəylik üzərində nüfuz əldə edə bilmişdi.

XIX əsrin ortalarında bir çox Avropa dövlətlərində baş vermiş mütləqiyyətə qarşı qiyam və

istiqlaliyyət müharibələri Rumıniyaya da təsir etmişdi. Đki feodal monarxiyanın ləğvi və birləşmə

fikirləri 1840-cı illərdə Rumıniyada geniş yayılmışdı. 23 iyun 1848-ci ildə Əflak voyevodası artan

təzyiqlər qarşısında konstitusiya qəbul etmək və bir neçə ay sonra isə taxt-tacını tərk edərək ölkədən

qaçmaq məcburiyyətində qaldı. Əflakda müvəqqəti hökumət quruldu. Əflakdakı hadisələrin təsiri

altında ölkənin cənubunda Buğdan dərəbəyliyində də qiyam qaldırıldı. Lakin Buğdan voyevodası

Page 53: OSMANLI SIYASI TARIXI

53

Strudza qiyamçılara qarşı amansız rəftar etdi. Bu qiyamın yatırılmasına deyil, əksinə daha da

alovlanmasına səbəb oldu. Rumıniyadakı anti-monarxiya hərəkatları monarxiya üsuli-idarəsinə

malik Rusiyanı narahat etməyə başlamışdı. Buna görə də Rusiya Əflakdakı konsulunu ölkədən

çıxardı və müvəqqəti hökuməti hədələdi. Əflak müvəqqəti hökuməti Rusiyanın təsiri altına

düşməkdənsə Osmanlı dövlətinin himayəsində qalmağa üstünlük verdi. Çünki Osmanlı dövləti

Əflakın daxili işlərinə qarışmırdı, orada hansı üsuli-idarənin olması onu narahat etmirdi. Đdarə üsulu

nə olursa olsun Əflakın Osmanlı dövlətinin himayəsini (protection) qəbul etməsi Babi-Alini qane

edirdi. 28 iyun 1848-ci ildə Rusiya Buğdandakı qiyamı yatırmaq məqsədiylə Rumıniyaya qoşun

yeritdi. Osmanlı dövləti buna etiraz etdi. Bir müddət sonra isə Osmanlı dövləti də Rumıniyaya ordu

yeritdi. Beləcə iki dövlət yeni bir müharibənin başlanması ərəfəsinə çatdılar. Lakin Rusiyanın

məsələni sülhlə həll etmək təşəbbüsünə Osmanlı dövlətinin müsbət münasibəti yeni bir rus-türk

müharibəsinin qarşısını aldı. 01 may 1849-cu ildə iki dövlət arasında Đstanbulun Balta limanında

tarixə “Balta limanı sazişi” adı düşmüş razılıq əldə edildi:

1) Əvvəldən bəri olduğu kimi, Əflak və Buğdan voyevodaları (dərəbəyləri) Osmanlı

sultanı tərəfindən 7 il müddətinə təyin ediləcəkdilər.

2) Seçilmişlər məclisi buraxılacaq və onun yerinə məşvərət məclisi qurulacaq, bu

məclisin üzləri ölkə zadəganları arasından seçiləcəkdir.

3) Hər iki voyevodalığın idarəsində struktur dəyişiklikləri aparılacaq, bu dəyişiklikləri

Osmanlı və Rusiya dövlətlərinin təsdiqləmə haqqı olacaqdır.

4) Əflak və Buğdan voyevodalıqlarında qiyam tam yatırılacaq, ölkə qiyamçılardan

təmizlənəcəkdir. Sabitlik təmin olunana qədər hər iki məmləkət Osmanlı (25 min) və Rusiya (35

min) əskərlərinin nəzarətində olacaq, sabitlik yaradıldıqdan sonra hər iki ölkənin orduları

Rumıniyanı tərk edəcədilər.

5) Saziş şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək üçün Əflak və Buğdana,

voyevodalarla eyni idari hüquqlara sahib olan, 1 türk və 1 rus komendant təyin ediləcəkdir.

“Balta Limanı Sazişi” ilə böyük bir siyasi böhran və müharibənin qarşısı diplomatik yolla

alınmışdı, lakin Osmanlı dövlətinin Rumıniya üzərindəki tək başına himayəsi də sona çatmışdı. Bu

sazişlə Osmanlı dövləti Rusiyanı Əflak və Buğdan üzərindəki himayə haqqına, bir növ, ortaq qəbul

etmişdi. Rusiya isə Qara dənizin qərbində yerləşən Rumıniya üzərində müəyyən haqlar əldə

etməklə Qara dənizin sahillərində öz mövqeyəni möhkəmlətmişdi.

Macar və Polyak Mühacirlər Məsələsi

1848-ci ildə Avstriya-Macarıstan imperiyasında yaşayan macarlar imperiyaya qarşı qiyam

qaldıraraq Macarıstan Respublikasını, öz milli hökumətlərini qurmuşdular. Macarlarla eyni dövrdə

polyaklar da öz milli hökumətlərini qurmaq üçün milli hərəkat başlatmışdılar. Avropa jandarmalığı

Page 54: OSMANLI SIYASI TARIXI

54

vəzifəsini icra edən Rusiya Rumıniyada olduğu kimi, macar və polyak qiyamçılarına da qanlı divan

tutaraq istiqlaliyyət hərəkatlarına son qoymuşdu. Bu hadisədən sonra minlərlə macar və polyak

siyasi mühaciri Osmanlı dövələtinə pənah gətirmişdilər. Avstriya və Rusiya dərhal Babi-Alidən

mühacirləri geri qaytarmağı tələb etmişdilər. Lakin Osmanlı dövləti özünə pənah gətirmiş insanları,

ağır cəzalandırılacaqlarını bildiyi və Rusiyanın da panslavist hərəkatları dəstəklədiyi üçün, geri

qaytarmaqdan imtina etdi. Bu bir dövlət kimi onun siyasi nüfzuna ağır zərbə olardı. Đmtinadan sonra

rəsmi Vyana və St.Peterburq Osmanlı dövlətinə ultimatum göndərərək bütün siyasi əlaqələri

kəsməklə hədələdilər. Osmanlı dövləti bu gərginli həll etmək üçün mühacirlərə Đslam dinini qəbul

edərək müsəlman olmağı təklif etdi. Mühacirlərin əksəriyyəti bu təklifi qəbul edərək Đslam dinini

qəbul etdilər. Osmanlı dövləti Avstriya və Rusiyanın ultimatumlarına “bu insanların artıq müsəlman

olduqları, eyni zamanda bütün müsəlmanların xəlifəsi olan Osmanlı sultanının isə heç bir

müsəlmanı başqa din mənsublarına təhvil verə bilməyəcəyi” şəklində cavab verdi. Đngiltərə və

Fransa Osmanlı dövlətinin geri addım atmadığını görərək Babi-Alini bu məsələdə dəstəklədilər.

Çünki Đngiltərə və Fransada respublika və konstitusyon rejimlər hakimiyyətdə idilər və mütləq

monarxiyalara qarşı qiyamlara bu iki dövlət müsbət münasibət bəsləyirdi. Bu Rusiya və Avstriyanın

mövqelərinin yumuşalmasına səbəb oldu. 1849-cu ilin oktyabrında St. Peterburqda rus çarı ilə

görəşən Fuad paşa razılaşma əldə etdi. Razılaşmaya görə macar və polyak mühacirlərdən istəyənlər

öz ölkələrinə qayıdacaq, qayıtmaq istəməyənlər isə (Đslamı qəbul edənlər) Avstriya və Rusiya

sərhədlərindən çox uzaqda, Osmanlı dövlətinin bu iki dövlətlə həmsərhəd olmayan daxili

vilayətlərində məskunlaşdırılacaqdılar. Beləcə macar və polyak mühacirlər məsələsi həll edilmişdi.

B. Osmanlı-Rus (Krım) müharibəsi (1853-1856). Müharibənin səbəbləri, gedişatı

və nəticələri. Đngiltərə-Rusiya ittifaqı. Paris konqresi (1856)

Rus çarı I Nikolay (1825-1855) özündən əvvəlki rus hökmdarları kimi cənuba doğru

yayılma siyasətini davam etdirmək əzmində idi. Özünü pravoslav kilsəsinin lideri hesab edən I

Nikolay müsəlmanlara və türklərə dərin nifrət bəsləyirdi. I Nikolay Kiçik Qaynarca müqaviləsini öz

istəklərinə uyğun olaraq şərh edir və Rusiyanın bütün pravoslav xristianların himayəçisi olduğunu

iddia edirdi. 1840 və 1841-ci illər London müqavilə və sazişi Osmanlı dövlətinin Rusiya qarşısında

siyasi və diplomatik mövqeyini gücləndirmiş, Rusiyaya qarşı, başda Đngiltərə olmaqla, qərbi Avropa

dövlətlərinin dəstəyini təmin etmişdi. Bu I Nikolayı narahat edirdi. 1844-cü ildə Đngiltərədə səfərdə

olan I Nikolay ingilislərə Osmanlı dövlətini məğlub edərək torpaqlarını bölüşdürməyi təklif etmiş,

lakin rəsmi Londondan müsbət cavab ala bilməmişdi. Buna görə də I Nikolay Osmanlı dövlətinə

qarşı tək başına hərəkətə keçmək qərarına gəldi. Rus çarına görə indi bunun üçün ən əlverişli

məqam idi. Belə ki, rus agentləri tərəfindən təşviq edilən və silahlandırılan qaradağlılar

(Çernoqoriya), Əflak-Buğdan hadisələri, Suriya və Livanda qiyam qaldıran druzlar (və ya dürzilər /

ifrat ələvi cərəyanı) və marunilər Osmanlı dövlətinin kifayət qədər probleminin olduğunu göstərirdi.

Page 55: OSMANLI SIYASI TARIXI

55

Digər tərəfdən 1848-ci ildə baş vermiş çevrilişlərin meydana gətirdiyi sarsıntı və gərginliklər də

qərb dövlətlərinin türkləri dəstəkləyə bilməyəcəyinə dair Rusiyanı ümidləndirirdi. Təkcə Đngiltərə

Rusiyaya mane ola bilərdi.

Osmanlı-Đngiltərə Əlaqələri

Đngiltərə istər siyasi, istərsə də iqtisadi-ticari əlaqələri baxımından Orta və Yaxın Şərq

coğrafiyasına, daha doğrusu Osmanlı dövlətinə digər Avropa dövlətlərindən daha yaxın idi. Đstanbul

və Đzmir limanları ilə ingilis limanları arasında gedib gələn ticarət gəmilərinin ardı arası kəsilmirdi.

Beyrut və Đsgəndərun (Antioxia-Antakiya) limanları vasitəsi ilə isə ingilis tacirləri Hələb, Dəməşq

və Bağdad bazarlarıyla əlaqə saxlayırdılar. Misir üzərindəki nüfuzu Đngiltərəyə Qırmızı dəniz

vasitəsiylə Hindistanla daha yaxın dəniz yolu əlaqəsi imkanı yaratmışdı. 1838-ci il “Osmanlı-Đngilis

Ticarət Müqaviləsi” və 1850-ci il “Gömrük Tarifləri Saziş” Đngilislərə bir çox imtiyazlar

qazandırmışdı. Belə ki, ingilis tacirləri Ərzurum-Tehran ticarət yolunun nəzarətini də ələ almışdılar.

Bu dövrdə Đngiltərənin orta və yaxın şərq siyasətinin iki əsas prioriteti var idi. Birincisi: bu

coğrafiyadakı mənfəətlərini qorumaq və daha da genişləndirmək, ikincisi: özünə rəqib ola biləcək

istənilən başqa bir dövlətin bu coğrafiyada möhkəmlənməsinə mane olmaq. Macar və polyak

mühacirlər, boğazlar məsələsi və Osmanlının Rusiya ilə olan digər problemlərində ingilislərin

türkpərəst mövqedə dayanmasının əsas səbəbi də bu idi. Đngilis siyasi xadimi lord j. Russel demişdi:

“Əgər Rusiyanı bu gün Dunay çayının şimalında dayandıra bilməsək, sabah Hind okeanı

sahillərində dayandırmalı olacağıq”.

I Nikolay ingilislərdən müsbət cavab ala bilməsə də Osmanlı imp-nun torpaqlarını bölüşmək

fikrindən əl çəkməmişdi. 9 yanvar 1853-cü ildə St.Peterburqda keçirilən bir balda Đngiltərənin

Rusiyadakı səfiri ser Corc Hamilton Seymorla çar I Nikolay arasında maraqlı dialoq baş vermişdi:

I Nikolay: Đngiltərəyə olan münasibətimi bilirsiniz. Əsas odur ki, ingilis hökuməti ilə Rusiya

razılığa gəlsin. Bu razılıq əldə edildikdən sonra digər Avropa dövlətlərinin mənim üçün heç bir

əhəmiyyəti yoxdur. Đstədikləri kimi fikirləşsinlər, vecimə də olmaz. Türkiyə hal-hazırda çox təhlükəli

və böhranlı bir dövr yaşayır. Bu əslində bizim üçün də təhlükəlidir. Yəni qarşımızda xəstə, həm də

çox xəstə bir adam dayanıb. Əgər lazımi tədbirlər alınmadan bu xəstə adam ölsə bu bizim üçün də

fəlakət olar.

Corc H. Seymor: Xəstə adam deyirsiniz, onun ölümünü gözləməkdənsə, ona kömək edərək

sağalmasına yarayacaq tədbirləri görmək sizcə daha yaxşı olmazdımı?

Rus çarı dialoqun sonunda əsl məqsədini belə açıqlamışdı

I Nikolay: Đstanbulun Rusiya tərəfindən daimi işğalını istəmirəm. Lakin bu şəhərin

Đngiltərə, Fransa və ya başqa bir dövlət tərəfindən işğal edilməsinin də tərəfdarı deyiləm. Əflak və

Buğdan artıq mənim himayət altındadır. Serbiya və Bolqarıstanı da beləcə himayəm altına ala

Page 56: OSMANLI SIYASI TARIXI

56

bilərəm. Balkan xalqlarının öz müstəqil dövlətlərini qurmamaları üçün heç bir ciddi səbəb yoxdur.

Misir Đngiltərə üçün nə qədər qiymətli olduğunun fərqinə varıram. Kritin Aralıq dənizindəki Đngilis

adası olmaması üçün də heç bir səbəb görmürəm2.

Đngiltərə rus çarının təkliflərinə müsbət cavab vermədi. Lakin bu Osmanlı dövlətini,

müsəlmanları və türkləri sevdiyi üçün deyildi. Đngiltərə bu dövrdə Rusiyasız da Aralıq dənizində

kifayət qədər güclü idi. Misir və Krit adasını isə Rusiyanın köməyi olmadan yaxın gələcəkdə ələ

keçirəcəyindən əmin idi. Belə bir şəraitdə Rusiya ilə işbirliyinə gedərək Osmanlı dövləti və digər

dövlətlərlə yaradılmış siyasi-diplomatik müvazinəti pozmağa ingilislərin ehtiyacı yox idi. Rusiya

isə buna ehtiyac duyurdu, fürsət və bəhanə axtarırdı. Nəhayət axtardığı fürsət və bəhanəni tapdı.

“Müqəddəs Yerlər” Problemi

Məlum olduğu kimi xristianların müqəddəs hesab etdikləri bir çox yerlər yaxın şərqdə, daha

dəqiq desək Qüds (Yerusalim) şəhəri və onun ətrafındakı ərazilərdədir. Bunların da ən

əhəmiyyətlisi Đsa (ə.s) peyğəmbərin anadan olduğu Beyt-ul-Ləhm3 (Betlahem) qəsəbəsidir. 1740-cı

ildə Osmanlı dövləti xristianların bu müqəddəs yerlərinin himayəçiliyini katoliklərə, daha doğrusu

Fransaya vermişdi. Lakin XVIII əsrin axırlarında türk-fransız əlaqələrinin gərginləşməsi (1798-ci il

Misirin işğalı) Fransaya verilmiş bu imtiyazın ləğv olunmasına səbəb olmuşdu. Bunun nəticəsində

də Qüdsdəki katoliklər, belə demək mümkünsə, siyasi himayədən məhrum olmuşdular. Qüdsdə

üstünlük pravoslavların əlinə keçmişdi. Katoliklər bununla razılaşmaq istəmirdilər. Qüdsdə bu iki

xristian məzhəbi arasında daim çəkişmə var idi. Bu üstünlük çəkişməsi “Müqəddəs Yerlər”

probleminin başlanğıcı olmuşdu. 1847-ci ildə Beyt-ul-Ləhmdə xristianların müqəddəs saydıqları

“gümüş ulduz” itdi. Daha doğrusu oğurlandı. Bu işdə katoliklərlə pravoslavlar bir-birlərini

günahlandırmağa başladılar. Bu da mübahisələri və ziddiyətləri qızışdırdı. Osmanlı hökuməti bu

gərginliyə son qoymaq üçün gümüş ulduzun eynisindən düzəltirib yerinə qoydurdu, lakin bu

problemin böyüməsinin qarşısını ala bilmədi. Çünki işə özünü katoliklərin himayəçisi sayan Fransa

ilə pravoslavların himayəçisi olan Rusiya qarışmağa başlamışdı. Fransa imp-ru Lui (III) Napoleon

Osmanlı dövlətindən 1740-cı ildə Fransaya veriliş imtiyazların yenidən təsdiq edilməsini, Rusiya

isə “Kiçik Qaynarca” müqaviləsinin şərtlərinin yerinə yetirilməsini tələb edirdi. Bu müqavilədə

Rusiya Osmanlı ərazilərində yaşayan pravoslav xristianların himayəçisi kimi qeyd edilmişdi.

Rusiya bu problemin mümkün qədər dərinləşməsi və müharibə üçün səbəb sayıla biləcək səviyyəyə

çatması üçün əlindən gələn hər şeyi edirdi.

Osmanlı sarayı hər iki tərəfi qane edəcək bir çarə, həll variantı axtararkən məsələyə Avstriya

da qarışdı. Avstriya Karlovitsa (1699), Pasarovitsa (1718) və Belqrad (1739) müqavilələrini əsas

2 Akdes Nimet KURAT, Rusiya Tarihi, s. 327, Ankara 1948; Ənvər Ziya KARAL, Osmanlı Tarihi, C. V, s. 222, Ankara 1961. 3 Beyt-ul-Ləhm “Ət evi” deməkdir.

Page 57: OSMANLI SIYASI TARIXI

57

göstərərək Osmanlı torpaqlarənda yaşayan katoliklərin himayəçiliyinə hamıdan əvvəl haqqı

olduğunu iddia edir və müştərək komissiya yaradılmasını tələb edirdi. Osmanlı dövləti müştərək

komissiya qurulmasına razılıq verdi. 1851-1852-ci illər bu komissiyanın çalışmaları ilə keçdi. Rus

çarı I Nikolayı bu müştərək komissiyanın qəbul etdiyi heç bir qərar qane etmədi. I Nikolayın 1853-

cü ilin fevral ayında fövqəladə səlahiyyətlərlə Đstanbula göndərdiyi knyaz Menşikov bütün siyasi

nəzakət və ədəb qaydalarını pozaraq Osmanlı xarici işlər naziri və baş nazirlə (sədri-əzəm) rəsmi

libasda deyil, gündəlik ev geyimlərini geyərək görüşdü. Lovğalığı ilə tanınan knyaz Menşikov

sədri-əzəmlə görəşərkən xarici işlər naziri Fuad paşanı istefaya göndərməsini tələb etmişdi. 1853-cü

ilin aprel ayında Đstanbuldakı ingilis və fransız səfirləri Osmanlı dövləti ilə ortaq məxrəcə gəlməyə

razılaşdırmaq üçün knyaz Menşikovla görüşmüşdülər. Butün bunlara baxmayaraq Menşikov 1853-

cü il 5 mayda Babi-Aliyə ultimatom göndərərək 5 gün ərzində Osmanlı dövlətinin Rusiyanı öz

ərazisində yaşayan bütün pravoslavların himəyəçisi kimi tanımasını tələb etdi. Hamını təngə

gətirmiş Menşikovun bu tələbi qəti surətdə rədd edildi. 1853-cü il 21 mayda Menşikov Rusiyanın

Đstanbuldakı səfirini və bütün diplomatik heyətini də götürüb Rusiyaya getdi. Bununla da Rusiya ilə

Osmanlı dövləti arasındakı siyasi əlaqələr qırıldı. Həmin ilin 22 iyununda Rusiya qoşunları Prut

çayını keçərək müharibə elan etmədən Osmanlı dövlətinə hücum etdilər. 1853-cü ilin oktyabr

ayında Ömər paşa Bolqarıstanın Şumen şəhərindəki türk qoşunları ilə əks hücuma keçərək cənubi

Rumıniyanı ələ keçirdi. Şərqdə də Osmanlı orduları Qafqaz cəbhəsində hücuma keçmişdilər.

Avstriya Rusiyanın bu hərəkətindən narazı qalsa da bitərəfliyini qorumağa çalışmışdı. Prussiya isə

problemin başlanğıcından bəri bitərəfliyini qorumuşdu. Đngiltərə və Fransa isə bu məsələdə Osmanlı

dövlətinin tərəfində idilər. 1853-cü il oktyabrın 22-si birləşmiş ingilis və fransız donanması

Çanaqqala boğazını keçərək Mərmərə dənizinə girdi və Osmanlı dövlətinə kömək etməyə hazır

olduğunu bildirdi. Rusiya bunun 1841-ci il London sazişinə zidd olduğunu bildirərək etiraz etdi. Bu

vaxt admiral Naximovun başçılıq etdiyi rus donanması 1853-cü ilin 30 noyabrında Sinop

limanındakı ticarət gəmilərini batırmış və Sinop şəhərini gəmilərdən top atəşinə tutaraq dinc

əhalidən çox sayıda insanın ölümünə səbəb olmuşdu. Rusiya artıq boğazları ələ keçirməyə çalışırdı.

12 mart 1854-cü ildə Đngiltərə, Fransa və Osmanlı dövləti arasında hərbi ittifaq sazişi imzalandı.

15 gün sonra Đngiltərə və Fransa Rusiyaya rəsmən müharibə elan etdilər. 1854-cü ilin yayında

türklər rus ordusunu Balkan y.adasında ağır məğlubiyyətə uğratı və Rumıniya ruslardan təmizləndi.

Lakin rusların əks hücuma keçməməsi üçün türk ordusu Rumıniyadan çəkildi və onun yerini

müvəqqəti olaraq Avstriya ordusu tutdu.

Đngiltərə və Fransa Rusiyanı sülhə məcbur etmək üçün Krım yarımadasında Rusiyaya qarşı

cəbhə açmağı təklif etdilər. Krımın itirilməsi Rusiyanın daxili regionlarını təhlükə qarşısında

qoyacaqdı və beləcə Rusiyanı sülh müqaviləsinə məcbur etmək daha asan olacaqdı. Bu təklif

Osmanlı dövlətinin də mənafeyinə uyğun idi. 1854-cü il sentyabrın 13-ü müttəfiqlər Krım

Page 58: OSMANLI SIYASI TARIXI

58

sahillərinə əsgərlərini çıxardılar. Lakin Qafqaz cəbhəsində Osmanlı ordusu geri çəkilməli olmuş və

Bayəzidi-Şərqi (Doğubeyazıt) şəhəri rusların əlinə keçmişdi. 1854-cü ilin sonlarında müttəfiqlər

Krımda Sevastopol şəhərini mühasirəyə aldılar. Bu şəhər mühüm bir liman olduğu üçün Rusiyanın

Qara dənizə açılan qapısı sayılırdı. Ruslar şəhəri inadla müdafiə edirdilər. Mühasirəni uğurla

nəticələndirmək üçün daha çox canlı qüvvəyə ehtiyac var idi. Osmanlı dövləti Qafqaz və Balkan

cəbhələrində də vuruşduğu üçün Krıma daha çox əsgər göndərə bilmirdi. Đngilislərlə fransızlar isə

mümkün qədər öz canlı qüvvələrini qorumağa çalışırdılar. Đngiltərənin Prussiyanı da Rusiyaya qarşı

bu müharibəyə cəlb etəyə çalışması müsbət nəticə vermədi. 1855-ci ilin yanvarında Đtaliya

(Piemont) könüllü olaraq Rusiyaya qarşı ittifaqa qoşuldu və Krıma 15 min nəfər əsgər göndərdi.

Ümumilikdə Krımda müttəfiqlərin 140 min canlı qüvvəsi vuruşurdu. Bunların böyük əksəriyyəti

Sevastopolu mühasirədə saxlayırdı. 1855-ci il sentyabrın 9-u rusların müqaviməti qırıldı və

Sevastopol müttəfiqlərin əlinə keçdi. Həmin il martın 2-si I Nikolay ölmüş və yerinə çar II

Aleksandr (1855-1881) keçmişdi. Ruslar Krımda Sevastopolu itirmişdidər, lakin Qafqaz cəbhəsində

irəliləyərək Qars şəhərini işğal etmişdilər (27 noyabr 1855). Buna baxmayaraq Rusiya istər hərbi,

istərsə də iqtisadi cəhətdən çox zəifləmiş və vuruşmağa taqəti qalmamışdı. Buna görə də Rusiya

rəsmi olaraq atəşkəs tələb etdi. Bu təklif müttəfiqlərin ixtilafına səbəb oldu. III Napoleon bu təklifin

qəbul edilərək dərhal sülh müqaviləsi bağlanmasını istəyir, ingilislər isə əksinə bütün cəbhələrdə

müharibəyə davam edərək Baltik sahillərində də yeni bir cəbhə açmağı təklif edirdi. Bu məqsədlə

hətta Đsveçin də razılığı alınmışdı. Avstriyanın da sülhə tərəfdar olması ilə ingilislər yeni cəbhə

açmaq fikrindən daşınmalı oldular. 16 dekabr 1855-ci ildə müttəfiqlər atəşkəs üçün Rusiyaya 4

maddəlik ön şərt göndərdilər:

1) Rusiya Əflak və Buğdan (Rumıniya) üzərindəki bütün iddialarından əl çəkməli və bu

torpaqlar Avropa ölkələrinin zəmanəti altına alınmalıdır.

2) Dunay çayında bütün ölkələrin ticarət gəmiləri sərbəst şəkildə üzə bilməlidir.

3) Qara dəniz hərbi gəmilərdən təmizlənərək “bitərəf dəniz” elan ediləcək.

4) Osmanlı dövləti ərazisindəki bütün xristianlar qərbi Avropa dövlətlərinin himayəsinə

keçəcək.

Çar II Aleksandırın bu şərtləri qəbul etməsi ilə Parisdə sülh konfransının toplanması qərarı

verildi.

Paris Konqresi və Müqaviləsi

Paris konqresi Osmanlı dövləti, Đngiltərə, Fransa, Rusiya, Avstriya, Prussiya və Piemontun

iştirakı və Fransa xarici işlər naziri qraf Valevskinin sədrliyi ilə 2856-cı il fevral ayının 25-i öz işinə

başladı. Türk heyətinə baş nazir (sədri-əzəm) Mehmed Əmin paşa başçılıq edirdi. Đlk dəfə

Avropadaxili bir konqresə xristian olmayan dövlət dəvət olunmuş və iştirak etmişdi. Paris konqresi

Page 59: OSMANLI SIYASI TARIXI

59

eyni zamanda öz ziddiyətləri ilə yadda qalmışdı. Belə ki, müharibə meydanında Rusiyaya qarşı

birləşmiş müttəfiqlər danışıq masası arxasında eyni həmrəyliyi nümayiş etdirə bilmədilər. Bunun ən

böyük səbəbkarı isə Fransa idi. Fransa “Đngiltərənin diplomatik üstünlüyünə necə zərbə vura

bilərəm” düşüncəsiylə danışıqlarda əksər məsələlərdə Rusiyanın nöqteyi-nəzərindən çıxış edərək bu

dövlətin mövqeyinin möhkəmlədirdi. Bu da ən çox Osmanlı dövlətinin mənafeyinə toxunurdu,

çünki Rusiya ilə ən çox ərazi mübahisəsi olan dövlət Osmanlı idi. Dərin ziddiyətlər və qızğın

mübahisələr şəraitində keçən Paris konqresi 1856-cı il martın 30-u öz işini tamamladı və 34

maddəlik Paris müqaviləsi iştirakçı dövlətlər tərəfindən imzalandı. Bu 34 maddənin xülasəsi

belədir:

1) Rusiya və Osmanlı dövləti bu sonuncu müharibədə bir-birlərinin ələ keçirdikləri

bütün torpaqlarını və əsirləri geri qaytaracaqdılar.

2) Avropa dövlətləri Osmanlı dövlətini özlərinə bərabər hüqüqlu dövlət kimi qəbul edir

və bu dövlətin ərazi bütövlüyünü tanıyır.

3) Hər hansı bir anlaşmazlıq şəraitində Osmanlı dövləti Avropa dövlətlərinin vasitəçilik

etməsi ilə razılaşacaqdılar.

4) Avropa dövlətləri Osmanlı sultanının 18 fevral 1856-cı il tarixli yeni islahat

fərmanını dəstəkləyir, həyata keçməsini arzulayır. Bu fərman qəti olaraq Osmanlı dövlətinin daxili

işlərinə qarışılması üçün səbəb deyildir.

5) 1841-ci il London sazişinin “boğazlar” haqqındakı maddələri olduğu kimi

keçərlidir.

6) Qara dənizin sahillərində heç bir dövlətin tərsanəsi olmayacaq, Qara dənizdə heç

bir dövlətin hərbi gəmisi olmayacaq, bu dəniz sadəcə ticarət gəmiləri üçün açıq olacaqdır.

7) Dunay çayında ticarət gəmilərinin üzməyi sərbəst olacaqdır.

8) Rusiya ələ keçirdiyi Dunay çayı deltasının bir qismini Rumıniyaya verəcəkdir.

9) Əflak və Buğdan voyevodalıqlarının müstəqilliyi, Osmanlı dövlətinə bağlı olaraq,

tanınacaq, bunlara verilmiş haqq və hüquqlar genişləndiriləcək, bu iki voyevodalıq Paris konqresi

iştirakçılarının zəmanəti altındadır.

10) Serbiyada heç bir surətdə Osmanlı əsgəri olmayacaqdır. Serbiya dövlətinin

müsəqilliyi Paris konqresi iştirakçılarının zəmanəti altındadır.

Osmanlı dövləti 5 dekabr 1857-ci ildə ruslarla “Sərhədlərin delimitasiyası” haqqanda

müqavilə də bağladı. Yuxarıda qeyd edildiyi kimi ilk dəfə Avropadaxili bir konqresə xristian

olmayan dövlət dəvət olunmuş və iştirak etmişdi. Lakin Osmanlı dövlətiylə bərabərhüquqlu bir

dövlət kimi kimi rəftar edilməsinin mühüm səbəbləri var idi. Osmanlı dövləti həmin konqresə qədər

Page 60: OSMANLI SIYASI TARIXI

60

Avropa qitəsində yəhudi bankirlərə4 borcu olmayan bəlkə də yeganə dövlət idi. Bu müharibə,

xüsusilə də onun Krımda cərəyan edən qismi Osmanlı dövlətinə baha başa gəlmişdi. Ölkə ağır

maliyyə problemi ilə üz-üzə idi. Osmanlı dövləti öz tarixində ilk dəfə başqa bir dövlətdən borc

alacaqdı. Osmanlı dövləti 24 avqust 1854-cü ildə Đngiltərənin “Palmer” və Fransanın “Qoldşmidt”

banklarından 3 000 000, 1855-ci ildə isə Rotşild ailəsinə məxsus bankdan 5 000 000 funt sterling

məbləğində qızıl pul borc aldı. Borcun təminatı olaraq da Misir vilayətinin dövlət xəzinəsinə

ödədiyi illik vergi göstərilmişdi.

C. Yeni islahat fərmanı (18 fevral 1856)

Rusiyanın Osmanlı torpaqlarında yaşayan pravoslav xristianların himayədarı, haqq və

hüquqlarının təminatçısı olmağı tələb etməsi onun məğlubiyyəti ilə sona çatan müharibənin

başlamasına səbəb olmuşdu. Bu müharibədə Osmanlı dövlətinə kömək etmiş Avropa dövlətləri

Krım müharibəsinin gedişatında Osmanlı sarayından mütləq yeni bir islahat fərmanının elan

edilməsini tələb etməyə başlamışdılar. Avropalılar bu tələblərini belə əsaslandırırdılar ki,

müharibədən sonra Rusiya ilə danışıqlar masasına oturan müttəfiqlər Rusiyanı bütün iddialarının

əsaslarından məhrum etməli, bütün bəhanələri onun əlindən almalıdırlar. Buna görə də Osmanlı

dövləti yeni bir islahat fərmanı elan edərək öz ərazilərində yaşayan bütün qeyri-müsəlman

vətəndaşlarına zəruri bütün hüquqları verməlidir. Çox təəssüf ki, türk diplomatiyası bu tələblərin

qarşısını ala bilmədi. Çünki Osmanlı imp-ğu Rusiya ilə müharibə vəziyyətində idi. Müttəfiqlərinin

dəstəyi olmadan bu müharibəni tək başına apara bilməzdi. Bununla yanaşı Osmanlı dövlət

məmurları arasındakı bəzi gizli təşkilatlara mənsub olan (masonluq və.s kimi) məmurların

apardıqları lobbi fəaliyyəti nəticəsində sultanı belə bir fərmanı imzalamağa razı salmaq mümkün

olmuşdu. Bu islahat fərmanının irəlidə necə böyük fəlakətlərə, hətta Rusiya ilə müharibədən daha

dəhşətli təxribatlara səbəb olacağını görəcəyik. Đslahat fərmanının mətnini hazılamaq üçün

komissiya quruldu. Komissiyaya Osmanlı sədri-əzəmi başçılıq edirdi. Üzvlər arasında xarici işlər

naziri, bir çox yüksək rütbəli dövlət məmuru, o cümlədən Đngiltərə, Fransa və Avstriyanın

Đstanbuldakı səfirləri də var idi. Fərmanın görünüşdəki məqsədi, dinindən aslı olmayaraq, bütün

Osmanlı vətandaşlarına eyni haqq və hüquqların verilməsi idi. Çünki Rusiya pravoslav

xristiyanların hüquqlarının tapdalandığını iddia edirdi. Bununla onun bu iddasına son qoyulacaqdı.

Halbuki aşağıda sadalanacaq maddələrdə görüləcəyi kimi bu islahat qərb dövlətinin Osmanlı imp-

ğunun daxili işlərinə qarışması üçün hüquqi zəmin və əsas hazırlayır, dini və milli separatizmə

münbit şərait hazırlayır, müsəlman əhaliyə heç bir yenilik gətirmir, xristianlara, hətta bir çox

4 Həmin bu dövrdə Avropada yəhudi bankirlərin fəaliyyətləri haqda ətarflı məlumat üçün Genrix Şnyenin “Rotşildlər, və ya Maliyyə Maqnatları Sülaləsinin Tarixi” adlı kitabına baxın. Kitab rus dilinə tərcümə olunub (Генрих Шнее-“ Ротшильд, Или История Династии Финансовых Магнатов”) və internetdə kitabın e-variantın əldə etmək olar.

Page 61: OSMANLI SIYASI TARIXI

61

Avropa ölkələrində olmayan, geniş hüquqlar verilirdi. Beləcə 1856-cı il fevralın 18-i bütün xarici

ölkə diplomatik heyətlərinin qarşısında yeni “Đslahat Fərmanı” elan olundu.

1) Gülxanə Xətti-Hümayunu (Tənzimat fərmanı) ilə bütün din və məzhəblərə vəd olunan

təminatlar, haqqlar bu fərmanla yenilənmişdir. Bunların tətbiqinə nəzarət ediləcək, lazımi tədbirlər

alınacaqdır.

2) Müsəlmanlarla müsəlman olmayanlar qanun qarşısında bərabərdirlər.

3) Patriklikdə5 yeni məclislər qurulacaq və bu məclislərin verəcəkləri qərarlar Babi-Ali

tərəfindən təsdiq olunaraq icraata qoyulacaqdır.

4) Patriklər bu vəzifəyə ömürlük seçiləcəklər.

5) Şəhər və qəsəbələrdəki bütün kilsə, monastır, xristianlara aid qəbristan, məktəb və

xəstəxana kimi yerlərin yeniləri tikiləcək və köhnələri təmir ediləcək.

6) Heç bir din, dil, irq, məzhəb başqa birindən üstün sayılmayacaq.

7) Heç kim din dəyişdirməyə məcbur edilməyəcək.

8) Din, dil, irq və məzhəb fərqi olmadan bütün vətəndaşların dövlət məmurluğu, hərbi

vəzifələr tutmağa haqqı olacaq.

9) Bütün dini və etnik qruplar məktəb aça biləcəkdir.

10) Đltizam üsulu ləğv ediləcək, vergilərin ödənməsində bərabərlik olacaqdır.

11) Bütün vətəndaşlar bərabər ticari və iqtisadi haqlara sahib olacaqlar.

12) Məhkəmələr açıq aparılacaq, məhkəmə qərarı olmadan heç kim

cəzalandırılmayacaq.

13) Müsəlmanlarla qeyri-müsəlmanlar arasındakı məsələrə müştərək komissiyaların

iştirak etdiyi məhkəmələrdə baxılacaq.

14) Əcnəbi vətəndaşlar da Osmanlı dövləti ərazisində mülk sahibi ola biləcəkdir.

Görüldüyü kimi bu “Đslahat Fərmanı”ndan daha çox kapitulyasiya aktına oxşayır. Tarix

boyu heç bir müsəlman dövlətində, o cümlədən Osmanlı dövlətində, kilsə və sineqoqların daxili

işinə, fövqəladə hallar istisna olmaqla, qəti surətdə qarışılmamaşdı. Qeyri-müsəlman əhali ticari-

iqtisadi fəaliyyətlə, maneəsiz, sərbəst şəkildə məşğul olmuşdular. Heç bir xristian Avropa

dövlətində müsəlmanlar xristianların sahib olduqları hüquqlara sahib deyildilər. Məsələn həmin

dövrdə Hindistan və bir çox Afrika ölkəsi qərb dövlətlərinin müstəmləkəsi idi. Bu

müstəmləkələrdəki müsəlman və qeyri-xristian əhalidən hər hansı biri ingilis və fransız

dövlətlərində vəzifə sahibi olmağı xəyalından belə keçirə bilməzdi. Nəinki o dövrdə, hətta bu gün,

məsələn Almaniyanın şəhərlərində məscid minarələrinin kilsədən hündür olması qadağandır, əzanı 5 İstanbul Fənər Rum (yunan) patrikliyi, yunan pravoslavların dini idarəsi.

Page 62: OSMANLI SIYASI TARIXI

62

açıq havada oxumaq qadağandır, məscidin içində oxunmalıdır. Həmin dövrdə Orta Asiya və

Qafqazdakı müsəlmanlar ölkələri Rusiyanın müstəmləkəsi idilər. Orada yaşayan insanların sahib

olduqları hüquqlar haqqında danışmağa ehtiyac belə yoxdur. Çünki Azərbaycan tarixini oxuyan hər

bir kəs bunu bilir. Bu vaxt Rusiyada hələ təhkimçilik hüququ belə ləğv olunmamışdı. Yəni qısacası

belə maddələrlə verilmiş bir fərmana “Đslahat Fərmanı” demək mümkün deyil. Tezliklə bu fərmana

əsaslanaraq bütün Osmanlı ərazisi missioner kilsə, məktəb və kitabxanaları ilə dolub daşdı. Onlarla

mətbəə açıldı, yüzlərlə missioner qəzet və jurnalları çap olunmağa başladı. 1903-cü il daxili işlər

nazirliyinin raportuna görə Osmanlı imp-ğu ərazisində Amerika, Đngiltərə, Fransa, Đsveç və.s qərb

ölkələrinə aid 1788 missioner məktəbi fəaliyyət göstərirdi. Bu məktəblərdə erməni, yunan, bolqar,

makedon, çernoqor, qıbti (misir xristianları), maruni (livanlı xristian ərəblər) uşaqlar təhsil alırdılar.

Bu məktəblərin məzunları I dünya müharibəsində erməni, yunan və bolqar qiyamlarını başlatmış,

onlardan təşkil olunmuş silahlı dəstələr ölkə ərazisində təxribatlar, partlayışlar, sui-qəsdlər, orduya

partizan hücumları təşkil etmiş və Osmanlı dövlətinin bir çox cəbhədə məğlub olmasına səbəb

olmuşdular.

Mövzu 14.

A. Ciddə hadisələri və Suriya böhranı (1858-1861). Süveyş kanalının açılması

(1869)

Yeni “Đslahat Fərmanı”nının hökmləri və öhdəlikləri ilə Osmanlı dövləti rəsmi olaraq Đslam

dövləti olmaqdan çıxmışdı. Çünki Osmanlı dövləti quruluşundan etibarən Đslam hüquq sisteminə

əsaslanırdı. Tənzimat və “Đslahat” fərmanları ilə Osmanlı qanunvericiliyi və hüquq sistemi əsl

simasından ayrılmışdı. Bu ölkənin müsəlman əhalisini ciddi şəkildə narahat etmiş, bəzi yerlərdə isə

artıq Osmanlı sultanına itaət etmənin vacib olmadığı fikirli irəli sürülərək qiyamlar baş vermişdi.

Digər tərəfdən Osmanlı vətəndaşı olan xristianlar da ölkənin müsəlman əhalisini qıcıqlandıracaq

hərəkətlərə yol verir, insanları açıq şəkildə təhrik edirdilər.

Belə hadisələrdən biri 1858-ci il iyulun 15-i Ərəbistanın Ciddə şəhərində baş vermişdi.

Đngilis və fransız konsulluqları işçilərinin özbaşınalığı şəhər əhalisinin qəzəbinə səbəb oldu.

Konsulluq işçiləri sərxoş halda küçədə bir neçə ciddəlini döyərək təhqir etmişdilər. Bir qrup ciddəli

ilə konsulluq işçiləri arasındakı dava böyüyərək qiyam halını aldı. Osmanlı polisi hadisələrin

qarşısını ala bilmədi. Ciddə əhalisi Đngilis və Fransız konsulluqlarına hücum etdilər. Hücum vaxtı

bir çox əcnəbi, o cümlədən ingilis və fransız konsulları da öldürüldülər. Qırmızı dənizə yeridilən

Đngilis və Fransız donanması bütün beynəlxalq hüquq normalarını heçə sayaraq, ərazinin Osmanlı

torpağı olmasına əhəmiyyət vermədən, Ciddə şəhərini toplardan atəşə tutdu. Sonra da quruya əsgər

çıxarıb şəhəri zəbt etdi. 10 nəfər qiyamçı yaxalanıb edam edildi. Lakin bu xalqın narazılığının daha

Page 63: OSMANLI SIYASI TARIXI

63

da artmasına səbəb oldu. Əhalidə Osmanlı dövlətinin öz üstünə düşən vəzifələri yerinə yetirə

bilmədiyi qənaəti hasil olmuşdu.

Şam (Suriya) vilayəti Osmanlı dövlətinin ən böyük və mühüm vilayətlərindən biri idi.

Bugünkü Đraqın qərbi (Bağdad daxil olmaqla), Suriya, Livan, Fələstin və Đsrail dövlətləri bu vilayətə

daxil idi. Vilayətdə müxtəlif dinə, irqə, millətə, məzhəbə mənsub insanlar yaşayırdı. Ərəblər,

türklər, yəhudilər, müsəlmanlar, xristianlar, sünnilər, şiələr, druzlar, ələvilər, katoliklər,

pravoslavlar, protestantlar, marunilər əsrlərdən bəri bu coğrafiyada yaşayırdılar. 1860-cı ilin

baharında Dəməşqdə druzlarla xristian marunilər arasında başlayan gərginlik iyul ayının 9-da silahlı

vuruşmaya çevrildi. Tezliklə Livanda da xristianlarla müsəlmanlar arasında vuruşmalar başladı. Bu

əslində dini səbəblərə əsaslanan vətəndaş müharibəsi idi. 1860-cı ilin iyulunda xarici işlər naziri

Fuad paşa əmri altındakı hərbi qüvvələrlə Beyruta çatdı. Hərbiçilər qiyamı yatırdılar. 200-ə yaxın

qiyamçı məhkəmə qərarı ilə edam edildi. Suriyadakı qiyam da yatırıldı. Marunilərin talan edilmiş

mallarına təzminat olaraq ödənmək üçün druzların üzərinə əlavə vergi qoyuldu. Lakin görülən

tədbirləri qənaətbəxş saymayan Avropa dövlətləri vilayətdə yaşayan xristian əhalinin hüquqlarını

qorumaq bəhanəsi ilə Beyrutun Aralıq dənizi sahillərinə donanma yeritdilər. 1860-cı ilin

avqustunda fransız, ingilis, Piemont, holland, Avstriya və yunan gəmiləri Beyrut limanına

toplaşmışdılar. Fransızlar 5000 nəfər əsgərini quruya çıxardı. Osmanlı dövləti qərb dövlətlərinin

tələbi ilə Livanda yeni bir üsuli-idarə qurulmasına razılıq verdi. 1861-ci ilin iyununda “Livan

Nizamnaməsi” elan edildi. Nizamnamənin şərtləri belə idi:

1) Osmanlı hökuməti Livanı idarə etmək üçün xristian canişin təyin edəcək. Bu canişin

bütün idarəetmə səlahiyyətlərinə sahib olacaqdır.

2) Canişinin nəzdində idarəetmə məclisi fəaliyyət göstərəcək. Bu məclisdə hər din və

məzhəb qrupu iki nümayəndə ilə təmsil ediləcək.

3) Livan altı qəzaya bölünəcək, hər qəzada bir idarəetmə məclisi qurulacaq.

4) Livan əyalətində toplanan vergilər əvvəlcə Livanda xərclənəcək, artıq qalanı

mərkəzə göndəriləcək.

Nizamnamənin elanından sonra Beyrut teleqraf müdiri olan erməni David əfəndi 1861-ci il

iyunun 22-si Livan canişini təyin edildi. Bu hadisədən sonra fransız ordusu Livanı tərk etdi.

Nə London müqaviləsi (15 iyul 1840), nə də “Misir Vilayəti Đmtiyaz Fərmanı”nın (13 fevral

1841) verdiyi imtiyaz və hüquqlar Misir canişini Kavalalı Mehmed Əli paşanı qane etməmişdi. M.

Əli paşa 27 may 1866-cı ildə sultandan aldığı fərmanla “Xədiv” titulunu qəbul etmiş və öz

nəslindən olan bütün Misir hakimlərinin də bu titulu daşımasına nail olmuşdu.

Məlum olduğu kimi Süveyş kanalı hələ Romalılar dövründə mövcud olmuş, sonra isə

dolaraq bağlanmışdı. Raşid xəlifələrdən Ömər ibn Xəttab (634-643) da Qırmızı dənizlə Nil çayı

Page 64: OSMANLI SIYASI TARIXI

64

arasında bir kanal qazdırmışdı. Bu kanalla ticarət gəmiləri Nil çayı vasitəsi ilə Aralıq dənizindən

Qırmızı dənizə keçə bilirdilər. Lakin Bizans hərbi gəmilərinin Aralıq dənizindən Nil çayı və bu

kanal vasitəsi ilə Qırmızı dənizə keçərək asanlıqla xilafətin paytaxtı olan Mədinə şəhərinə çata

biləcəkləri təhlükəsi mövcud olduğu üçün xəlifə Ömər ibn Xəttab bu kanalı doldurtmuşdu.

Napoleon Bonapart Misiri işğal edəndən sonra Aralıq və Qırmızı dənizləri birləşdirən bir

kanalın çəkilməsi üçün layihə hazırlatmışdı. Lakin Misirin işğalı uğursuzluqla nəticələndiyi üçün bu

layihə də gerçəkləşdirilməmişdi. Fransızlar bu layihənin həyata keçirilməsinə icazə verməsini

Mehmed Əli paşadan dəfələrlə xahiş etmişdilər. Lakin Mehmed Əli paşa hər dəfə buna etiraz

etmişdi. Bu Səid paşanın (1854-1863) Misir canişinliyənə qədər davam etmişdi. Səid paşa Misirin

iqtisadi inkişafına müsbət təsir edəcəyi düşüncəsiylə fransızların bu təklifinə müsbət cavab

vermişdi. 30 noyabr 1854-cü il tarixli qərarla Süveyş kanalı layihəsinin işlənib hazırlanması fransız

Ferdinand de Lessepsə verildi. Lakin Đngiltərə Avropadan Hindistana gedən ən qısa dəniz yolunun

fransızların əlinə keçəcəyi qorxusuyla buna etiraz etdilər və bu layihənin dayandırılmasını Osmanlı

sarayından tələb etdilər. Bu vaxt Krım müharibəsi davam edirdi. Osmanlı dövləti özünün bu

mühüm müttəfiqinə belə bir şəraitdə mənfi cavab verə bilməzdi. Buna görə də Osmanlı sultanı

layihəni təsdiqləməkdən imtina etdi. Lakin Səid paşa Osmanlı sarayının qərarına hörmətlə

yanaşmayaraq F. de Lessepsə layihənin həyata keçirilməsi üçün lazımi icazəni verdi. Süveyş kanalı

layihəsi Đngiltərə ilə Fransa arasında diplomatik gərginliyə səbəb olsa da F. de Lesseps 1859-cu ildə

kanalın qazılması işinə başladı. 1866-cı ilin martında Osmanlı sarayı da kanalın qazılmasına etiraz

etmədiyini bildirmişdi. Süveyş kanalı 15 avqust 1869-cu ildə təntənəli mərasimlə açıldı. Açılış

mərasimində Avstriya-Macarıstan imp-ru II jozef, Fransa imp-çəsi Yevgeniya (Eugenie), Prussiya

vəliəhd şəhzadəsi və Đngiltərdən başqa bir çox Avropa dövləti şəhzadələri iştirak etmişdilər.

Mərasimdə Misir xədivi Đsmayıl paşa (M. Əli paşanın oğlu) digər monarxların yanında özünü tam

hüquqlu hökmdar kimi aparmışdı.

Süveyş kanalının açılması Misirin coğrafi, siyasi, ticari və iqtisadi dəyərini artırmışdı. Şərqi

Aralıq dənizi hövzəsi də geostrateji əhəmiyyət qazanmışdı. Cənubi Afrika dəniz yolu (Ümüd burnu)

özünün əvvəlki əhəmiyyətini itirmişdi. Süveyş kanalı Misirin geosiyasi və geostrateji dəyərini

artırmış bu da Đngiltərə, Fransa, Hollandiya kimi müstəmləkəçi dövlətlərin Yaxın və Orta Şərqə

olan maraqlarının artmasına və yeni siyasi strategiyaların müəyyənləşdirilməsinə səbəb olmuşdu.

Bu vaxta qədər Dardanel və Bosfor boğazlarına görə ciddi porblemlər, siyasi təzyiqlər və hətta

müharibələrlə üzləşən Osmanlı dövləti bundan sonar Süveyş kanalı səbəbiylə də müxtəlif siyasi

ziddiyətlərə cəlb olunacaqdı.

B. Rumıniyanın Osmanlı imp-luğundan ayrılması. II Serb üsyanı və Serbiyanın

Osmanlı imp-luğundan ayrılması

Page 65: OSMANLI SIYASI TARIXI

65

1853-1856 Osmanlı-Rus (Krım) müharibəsi vaxtı 1854-cü ilin yayında türklər rus ordusunu

Balkan yarımadasında ağır məğlubiyyətə uğratmış və Rumıniya ruslardan təmizlənmişdi. Lakin

rusların əks hücuma keçməməsi üçün türk ordusu Rumıniyadan çəkilmiş və onun yerini müvəqqəti

olaraq Avstriya ordusu tutmuşdu. Paris konqresindən sonra 30 mart 1857-ci ildə Avstriya ordusu

Rumıniyanı tərk etdi. Paris konqresinin qərarlarına görə (bax: 9-cu maddə) rumın voyevodalıqları

Osmanlı dövlətinə sadəcə illik vergi ödəməklə mükəlləf idilər. Lakin Fransa Rumıniyanın və

Đtaliyanın birləşdirilməsi və tam müstəqil dövlətə çevrilməsinə tərəfdar idi. Çünki bu iki ölkənin

əhalisi fransızların əksəriyyəti kimi katolik idi. Avropada daha iki müstəqil və güclü katolik

dövlətin mövcudluğu Fransanın mövqeyini möhkmədəcək, bu iki dövlətin simasında Fransa yeni

güclü müttəfiq tapmış olacaqdı. Beləcə Avstriya imp-sının şərqində də Fransanın müttəfiqi mövcud

olacaqdı. Üstəlik müstəqil və birləşmiş Rumıniya Rusiya və Osmanlı dövlətinə mühüm təzyiq

ünsürü ola bilərdi. Buna görə də Fransa ilkin mərhələdə Rumıniyanın birləşdirilməsi, sonra isə tam

istiqlaliyyət qazanması üçün canfəşanlıq edirdi. 1857-ci ilin iyununda Əflak və Buğdanda birləşmə

barədə referandum keçirildi. Referandumda birləşmə əleyhdarları üstünlük qazandılar. Lakin Fransa

referandumun saxtakarlıq şəraitində keçirildiyini bəhanə edərək nəticənin ləğvini və yeni

referandumun keçirilməsini tələb etdi. 1857-ci ilin sentyabrında keçirilən təkrar referandumda

birləşmə tərəfdarları qalib gəldilər. Oktyabrın 8-i Əflak və Buğdan məclisləri iki voyevodalığın

birləşərək Rumıniya adını qəbul etməsi və xaricdə yaşyan rumın mənşəli bir şəxsin kral seçilməsi

qərarını qəbul etdilər. Osmanlı dövləti bu qərarın Paris müqaviləsinə zidd olduğunu bildirərək etiraz

etdi. Lakin Fransa bu qərarı dəstəklədiyini bəyan etdi. Đngiltərə bu məsələdə Osmanlı sarayının

mövqeyini müdafiə edirdi. Lakin başı Hindistanda “Sipahilər Üsyanı”na qarışan Đngiltərə bu

məsələyə lazımi diqqəti ayıra bilməmiş, daha doğrusu Fransa və Rusiya ilə diplomatik münaqişəyə

girmək istəməmişdi. 1858-ci il aprelin 22-si Parisdə Rumıniya məsələsini həll etmək üçün

konfrans toplandı. Avstriya və Đngiltərə bu konfransda Osmanlı dövlətinin mövqeyini müdafiə

etdilər. Avqustun 19-u Osmanlı dövlətinə illik vergi vermək, hər iki vilayətlərin məclislərinin öz

fəaliyyətlərini davam etdimələri şərti ilə Əflak və Buğdanın birləşməsinin tanınması qərarı verildi.

1859-cu ilin yanvar və fevral aylarında Əflak və Buğdan məclisləri rumın mənşəli Fransız

vətəndaşı olan Aleksandr Cozanı Əflak və Buğdan kralı seçdilər. Beləcə bu iki vilayət I joan (1859-

1866) adı ilə rumın taxtına oturmuş Aleksandr Cozanın simasında birləşmiş oldu. Həmin il

sentyabrın 24-ü Osmanlı sarayı qərb dövlətlərinin təzyiqi ilə Aleksandr Cozanı birləşmiş

Rumıniyanın kralı kimi tanıdı. I joan 1860-cı ildə Đstanbula rəsmi səfər etdi. Səfərdən sonra I joan

Rumıniya krallığının Osmanlı dövlətinə bağlılığını elan etdi. 5 fevral 1862-ci ildə isə Buxarestdə

Rumıniyanın müstəqilliyi rəsmən elan edildi. 1866-cı ildə I joan taxtdan uzaqlaşdırıldı. Rumıniyada

Xohenzollern sülaləsinin ilk hökmdarı olaraq I Karol taxta oturdu. Rumıniyanın Osmanlı dövlətinə

bu formal bağlılığı 1878-ci ilə qədər davam etmişdi.

Page 66: OSMANLI SIYASI TARIXI

66

Paris konqresi və müqaviləsi (1856) serblərə də bir çox hüquqlar vermişdi. Bu hüquqlara

serblərin qərbi Avropa dövlətlərinin zəmanəti altına alınması, Osmanlı dövlətinin serb torpaqlarına

ordu yeritməyəcəyi və.s bu kimi şərtlər daxil idi. Həmin bu dövrdə serblər “böyük Serbiya” fikri ilə

çıxış edərək türk istilasından əvvəlki dövrlərdəki sərhədlərini bərpa etmək istəyirdilər. Halbuki 400

ildə bir çox şeylər dəyişmişdi. Bosniya və Hersoqovinadakı6 serblərin mühüm bir hissəsi Đslam

dinini qəbul etmişdi. Serbiya hakimi Miloş Obrenoviçin öz nəslinin monarx ailəsi kimi tanınması

tələbini Osmanlı sarayı rədd etmişdi. Bu vaxt Serbiyada müsəlmanların və türklərin vəziyyəti get-

gedə pisləşirdi. Akkerman sazişi (7 oktyarb 1826) və Ədirnə müqaviləsinin (14 sentyabr 1829)

şərtlərinə əsasən Osmanlı dövləti, Belqrad və daha 4 qala xaricində, Serbiyanın heç bir yerində

hərbi hissə saxlaya bilməzdi. Bu isə Osmanlı dövlətinin Serbiyadakı türk və müsəlman əhalini

qorumasını çətinləşdirirdi. 1862-ci ilin iyun ayında hadisələr artıq fərdi xarakterli olmaqdan çıxdı.

Serblər Belqraddakı türk məhəllələrinə hücum etməyə başladılar. Türk hərbi hissələrinin bu

hücumların qarşısını almaq istəmisi qərb dövlətlərinin ciddi etirazına səbəb oldu. 1862-ci il

sentyabrın 8-i Osmanlı, Fransa, Rusiya, Đngiltərə, Prussiya, Piemont arasında “Đstanbul

Protokolu” imzalandı. Bu protokolun şərtlərinə görə, Belqrad istisna olmaqla, Osmanlı dövləti

Serbiya ərazisindəki bütün hərbi hissələrini bu ölkədən çıxaracaqdı. 1867-ci il martın 20-si isə

Belqraddakı türk qarnizonu da Serbiyanı tərk etdi. Beləcə Serbiya, Osmanlı dövlətinə formal bağlı

olaraq, istiqlaliyyətini qazandı. 1878-ci ildə isə bu formal bağlılığa da son qoyuldu.

C. Qaradağ (Çernoqoriya) üsyanı (1853-1869). Krit üsyanları və adanın Osmanlı

imp-luğundan ayırılmaq cəhdləri.

Qaradağ (Çernoqoriya) XIV əsrdə Osmanlı imperatorluğuna birləşdirilmişdi. Yüksək dağ

silsilələrinə malik çətin keçilən coğrafi ərazi olduğu üçün XIV əsrdən etibarən Qaradağ daxili

işlərində müstəqil olaraq Osmanlı dövlətinə bağlı olmuşdu. Qaradağlıların “Vladıka” adlandırdığı

yepiskop ölkəni teokratik üsulla idarə edirdi. Qaradağ beləcə XIX əsrə qədər Osmanlı dövlətinin

tərkibində qalmışdı. XVIII əsrdə qaradağlılar bir neçə dəfə Rusiya və Avstriyanın təşviqiylə qiyam

qaldırmış və bu qiyamlar yatırılmışdı. 1851-ci ildə vladika II Pyotrın oğlu Daniel atasının

ölümündən sonra Qaradağ vladıkası olmuşdu. Daniel 1852-ci ildə teokratik üsuli-idarəni ləğv

edərək özünü kral və öz nəslini nə Qaradağ monarx ailəsi elan etmişdi. Fransa və Đngiltərə dərhal

Danielin krallığını tanımışdılar. Krallığını elan etməklə kifayətlənməyən Daniel qonşu Osmanlı

vilayətlərinə də silahlı basqınlar təşkil etməyə başlamışdı. Osmanlı dövləti Qaradağa ordu yeritdi,

donanma ilə də dənizdən bu vilayəti mühasirəyəy aldı. Lakin bu vaxt “Müqəddəs Yerlər”

6 Osmanlı fəthlərindən əvvəl Bosniya və Hersoqovina serbləri boqomil məzhəbində idilər. Serbələrin əksəriyyəti isə pravoslav məzhəbində olduqları üçün Bosniya və Hersoqovinalılara zülm etmiş, qətliamlar törətmişdilər. Osmanlı dövlətinin tərkibinə keçəndən sonra buradakı xristian məzhəb münaqişələrinə son qoyulmuşdu. Etiqad əsasları İslama yaxın olan boqomil serblər İslam dinini qəbul edərək müsəlman olmuşdular.

Page 67: OSMANLI SIYASI TARIXI

67

probleminin, ardından da rus-türk müharibəsinin (1853-1856) başlaması Osmanlı dövlətinin

Qaradağ məsələsini həll etməsinə mane oldu. Danielin 1856-cı ildə Parisə getməsi və burada

müstəqil dövlət başçısı kimi qarşılanması Paris konqresində iştirak etmək üçün Fransaya gəlmiş

sədri-əzəm Mehmed Əmin paşanın ciddi etirazına səbəb oldu. 1858-ci ilin mart ayında Osmanlı

dövləti Qaradağa ordu yeritdi. Lakin qərb dövlətləri məsələyə qarışaraq Đstanbulda iki tərəf arasında

bir sazişin bağlanmasına nail oldular. Bu sazişə görə Qaradağ Osmanlı vilayəti olaraq qalır, lakin

sahib olduğu haqlar genişləndirilirdi. Bu müvəqqəti hal idi. 1861-ci ildə Hersoqovinada qiyam vaxtı

Qaradağ vladıkası qiyamçılara silah göndərmişdi. Bu isə Osmanlı dövlətinin həm Hersoqovinaya,

həm də Qaradağa qoşun yeritməsinə səbəb olmuşdu. Osmanlı ordusu qaradağlıların müqavimətini

qıraraq bu vilayətin Osmanlı dövlətinə bağlı qalmasını təmin etmişdilər.

Krit adası XVII əsrdə fəth edilmiş və Osmanlı dövlətinə birləşdirilmişdi. Krit yunanlarının

ilk üsyanı Morea yunanlarının üsyanı ilə birlikdə 1821-ci ildə baş vermişdi. Bu üsyan sultan II

Mahmudun əmri ilə Misir canişini Mehmed Əli paşa tərəfindən yatırılmışdı. 1830-cu ildə London

protokolu ilə Yunanıstan istiqlaliyyət əldə etmişdi. Kritlilər öz adalarının yunan dövlətinə

verilmədiyini görüb yenidən qiyam qaldırdılar. Bu qiyam da Mehmed Əli paşa tərəfindən yatırıldı.

1840-cı ildə M. Əli paşa vergi gəlirlərinin azlığı səbəbi ilə Kriti tərk etdi. Krit yenidən məkəzə bağlı

əyalət oldu. 1821-1841-ci illər arasında Kritdə baş vermiş bütün yunan qiyamları yatırılmışdı. 1841-

ci ildən sonra Yunanıstan Kritin özünə birləşdirilməsi iddialarına başlamışdı. 1866-cı ilin

avqustunda kritlilər yenidən qiyam qaldıraraq Yunanıstana birləşmək istədiklərini bəyan etdilər.

Osmanlı dövləti qiyamın yatırılması üçün adaya ordu yeritdi. Lakin başda Yunanıstan olmaqla

Avropa dövlətlərinin qiyamçıları dəstəkləməsi və yardım etməsi işi çətinləşdirdi. Osmanlı dövləti

adaya muxtariyyət verilməsi təklifini də rədd etdi. 1867-ci ilin oktyabrında sədri-əzəm Mehmed

Əmin paşa Krit adasına gəldi. Krit adasında Livandakına oxşar bir status verildi. Đstanbuldan təyin

olunan canişin işləri biri xristian digəri müsəlman iki köməkçisinin vasitəsiylə idarə etməyə

başlamışdı. Sədri-əzəm 1868-ci ilin fevralına qədər adada qalıb nizam-intizam yaratdı. Süveyş

kanalının açılması məsələsinin Aralıq dənizində bir nömrəli məsələyə çevrilməsi Krit məsələsinin

ikinci plana keçməsinə səbəb oldu. Avropa dövlətləri Osmanlı dövləti ilə münasibətlərini

pisləşdirməmək üçün Krit yunanlarının tələblərinə əvvəlki kimi əhəmiyyət verməməyə

başlamışdılar. 1869-cu ilin fevral ayında Parisdə yeni bir konfrans toplandı. Qərb dövlətləri

Yunanıstana Kritə verilən yeni statusu tanımağı və mövcud vəziyyəti qəbul etməyi məsləhət

gördülər. Fevralın 18-i Osmanlı-yunan əlaqələrinin normallaşdığı elan edildi.

Mövzu 15.

Müstəmləkəçiliyin yayılması və siyasi bloklaşmalar. Üçlər ittifaqının qurulması. Almaniyada

Bismark dövrü. Rusiya-Fransa ittifaqı. Đngiltərə-Fransa və Đngiltərə-Rusiya ittifaqı.

Page 68: OSMANLI SIYASI TARIXI

68

A. Müstəmləkəçiliyin yayılması və siyasi bloklaşmalar (1871-1907).

Müstəmləkəçilik əslində dərin tarixi keçmişə malik bir hadisə olsa da müasir mənada

müstəmləkəçilik anlayışı yaxın tarixi dövrdə meydana çıxmışdır. Dünyada müasir mənadakı

müstəmləkəçiliyini yayılmağa başlaması “böyük (birinci) ticarət inqilabı” adlandırılan hadisənin

(coğrafi kəşflər, beynəlxalq ticarət yollarının dəyişməsi) meydana gəlməsindtdən sonraya təsadüf

edir. Bu proses öz başlanğıcını əsas etibarı ilə avropalıların çoxdan bəri var olduğunu bildikləri

uzaq ölkə zənginliklərini ələ keçirmək uğrunda işğal müharibələrinə başlamalarından götürmüşdür.

Bu işğal hərəkətlərinin başlamasının paralelində XVI əsrin ortalarından etibarən dünyada yeni bir

siyasi və iqtisadi güc mərkəzi meydana gəlməyə başlamışdı ki, bu da “Atlantik Regionu” kimi

tanınmağa başlamışdı. Đstismar edilən Amerika qitəsinin yeraltı və yerüstü sərvətlərinin qərbi

Avropa ölkələrinə axıdılması avropalıları yeni bazarlar, yeni müstmləkələr, yeni xammal mənbələri,

yeni ticarət yolları, dəniz nəqliyyatı vasitələrinin daha da təkmilləşdirilməsi və sürətləndirilməsi

kimi yeniliklərin meydana gətirilməsinə sövq etmişdi. Bütün bunların nəticəsində XVI-XVII

əsrlərdə ispan, portuqal, holland, fransız və ingilislər dünyanın müxtəlif yerlərində böyük

müstəmləkələr zəbt etmişdilər.

Müstəmləkəçiliyin inkişafı ilə əlaqədar dünya siyasi arenasında da bir sıra mühüm

dəyişikliklər baş vermişdi. Bu dəyişikliklərin başında heç şübhəsiz müstəmləkəçi ölkələr arasındakı

rəqabətin ziddiyətə çevrilərək dərinləşməsi və vaxtaşırı müharibələrlə nəticələnməsi idi. Bu da öz

növbəsində müstəmləkəçi ölkələr arasında müxtəlif bloklaşmaların meydana gəlməsinə səbəb

olurdu. XVIII əsrdə Đspaniya və Portuqaliya zəifləyərək öz müstəmləkələrini itirməyə başlamışdılar.

Đngiltərə şimali Amerikadakı koloniyalarının istiqlaliyyətini tanımağa məcbur olsa da nəhəng bir

müstəmləkə imperiyası qurmağa nail olmuşdu. “Koalisiya müharibələri” Fransanın öz

müstəmləkələrinin böyük bir hissəsini itirməsi ilə nəticələnmişdi.

Beləcə XVIII əsrdə dünyanın siyasi siması dəyişikliyə uğradı. XVIII əsrin II yarısında

başlayan “I sənaye inqilabı”nı təqib edən XIX əsrdəki sənayeləşmə həmlələri, buxar mühərrikinin

icadı və bunun quru və dəniz nəqliyyatı vasitələrində uğurla tətbiq edilməyə başlanması (yəni “II

ticarət inqilabı”) ölkələr, qitələrarası ticarət əlaqələrinin sürətlə inkişafına səbəb oldu. XIX əsrin II

yarısında Đngiltərə dünyanın tamamən sənayeləşmiş yeganə ölkəsi idi. Digər Avropa ölkələri isə bu

yolda əzmlə irəliləyirdilər. Bütün bu baş verən elmi, iqtisadi, ticari tərəqqi prosesləri yeni siyasi

münasibətlərin yaranması zərurətini meydana gətirdi. XIX əsrin II yarısında Fransa, Almaniya,

Belçika, Hollandiya, Đtaliya və ABŞ sənayeləşmə prosesini tamamlamışdılar. Yaponiya və Rusiyada

isə bu proses bir az gec başlamışdı.

Đqtisadi inkişaf və sənayeləşmə qərb ölkələrində şəhər əhalisinin sayının çoxalmasına, bu isə

öz növbəsində istər qida maddələrin, istərsə də sənaye xammalının əsas mənbəyi olan kənd

Page 69: OSMANLI SIYASI TARIXI

69

təsərrüfatı (torpaq) məhsullarına olan tələbin kəskin şəkildə artmasına səbəb oldu. Beləcə qərb

dövlətlərinin xammal istehsalçısı olan ölkələrə olan maraqları artmağa başladı. Burada iki əsas

məqsəd var idi: 1) Xammal ehtiyacını təmin etmək, 2) Öz sənayelərinin istehsal etdiyi malların

satılması üçün yeni bazarların tapılması. Bunlardan ikincisi daha həyati əhəmiyyət daşıyırdı. Belə

ki, məhz yeni bazarların tapılması və sərhədlərinin genişləndirilməsi sənayeləşmiş ölkələrin iqtisadi

inkişafının davamını təmin edə bilərdi. Müstəmləkəçiliyin artmasına səbəb olan digər amillərin

arasında bunları sadalamaq olar: hər hansı bir ərazi ələ keçiriləndən sonra əsas xammal mənbəyinin

təhlükəsizliyini qorumaq üçün bu müstəmləkə ərazisinin sərhədlərinin daha da genişləndirilmək

istənməsi, digər müstəmləkəçilərin hərbi-siyasi fəaliyyətinə mane olmaq cəhdləri, müstəmləkələri

müstəmləkəçi ölkə ilə birləşdirən stratejik yolların qorunması və.s.

Bütün bunlarla yanaşı XIX əsrdə qərb dövlətlərinin müstəmləkəçilik siyasətinin təməlində

duran digər bir mühüm amil də avropalı cəmiyyətlərin kifayət qədər siyasiləşmiş ictimai

psixologiyasıdır. Millətçilik və irqçilik (avropalı irqlərin üstünlüyü) nəzəriyyələrinin rəvacda

olduğu qərb dövlətlərinin üzərində öz ictimaiyyətlərinin təzyiqi var idi. Bu təzyiq “öz gücünü

göstərmək” məfkurəsinin təzahürü idi. Yəni qərblilər öz dövlətlərinin gücünü, böyüklüyünü,

ehtişamını müstəmləkə sahibi olmaqda görürdülər. Başqa sözlə desək müstəmləkə sahibi olmaq bir

siyasi prestijə və böyük dövlət olmanın təbii nəticəsinə çevrilmişdi.

Müstəmləkəçilik qərb dövlətləri tərəfindən Afrika və Asiya qitələrində faktiki işğal və ilhaq

(annexion), latın Amerikasında isə ölkədə iqtisadi hegemoniyaya sahib olaraq həyata keçirilirdi.

XIX əsrin II yarısında Afrikanın 90%-i, Asiyanın isə böyük bir hissəsi (ölkəmiz də daxil olmaqla)

qərb dövlətlərinin müstəmləkəsinə çevrilmiş, bu ölkələrin yeraltı və yerüsütü zənginlikləri

amansızlıqla istismar edlmiş, sömürülmüşdü. Əvəzində isə həmin ölkələrə aclıq, səfalət, kütləvi

savadsızlıq, alkoqolizm, fahişəlik və.s bu kimi bəlaların toxumu səpilmişdi.

XIX əsrdə müstəmləkəçi ölkələrə Đngiltərə liderlik edirdi. Onu Fransa, Belçika, Hollandiya,

Rusiya təqib edirdi. Bunlardan sonra isə bir vaxtların müstəmləkə zəngini olan Đspaniya və

Portuqaliya gəlirdi. XIX əsrin 70-ci illərində Avropada iki siyasi və iqtisadi güc meydana gəldi:

Đtaliya və Almaniya. Bu ikisi də, xüsusilə də Almaniya, müstəmləkəçilik yarışına qoşuldular.

B. Üçlü ittifaqın qurulması (1882). Almaniyada Bismark dövrü (1871-1890).

Daha əvvəlki mövzularda gördüyümüz kimi Vyana Konqresi (1815) nəticəsində Avropanın

siyasi xəritəsi dəyişmiş və güvvələr balansında da mühüm dəyişiklik olmuşdu. Bu yeni təşəkküldən

məmnun qalan dövlətlər yeni siyasi vəziyyət sayəsində güclənən mövqelərini Paris Konqresində

(1856) daha da möhkəmləndirmişdilər. Lakin 1870-ci illərdə Avropadakı güvvələr balansında

dəyişiklik oldu (xüsusiylə də 1870-ci ildə baş vermiş Sedan döyüşündən sonra). Yeni hərbi-siyasi

ittifaqlar, yeni güclər balansı təşəkkül tapmağa başlamışdı. Avropa dövlətləri sürətlə silahlanaraq

Page 70: OSMANLI SIYASI TARIXI

70

yeni bir müharibəyə doğru sürətlə irəliləyirdilər. Avropa tarixində bu dövr “Silahlı sülh dövrü”

adlandırılmışdı. Yeni dövrdə Avropanın siyasi həyatına Almaniya damğasını vurmuşdu.

Otto von Bismarkın “qana və dəmirə” əsaslanan cəhdləri və səyləri nəticəsində Almaniyanın

siyasi birliyi qurulsa da (18 yanvar 1871) əsrlərdən bəri parçalanmış halda yaşayan bu ölkənin çox

ciddi daxili problemləri var idi. O. Bismark dərk edirdi ki, Almaniya kimi siyasi birliyini yeni

qazanmış bir dövlətin bu ciddi daxili problemlərini həll edə bilmək üçün uzun müddətli siyasi

sabitliyə və sülhə ehtiyac var. Qonşu dövlətlərə müharib şəraitində köklü islahatlar keçirib müsbət

nəticə almaq demək olar ki, mümkün deyildi. Buna görə də Bismark 1862-ci ildən bəri izlədiyi

xarici siyasət xəttini 1871-ci ildə tərk etdi. Yeni mərhələdə Almaniyanın xarici siyasətində iki

mühüm amil üstünlük təşkil edirdi: 1. Avropada sülhün qorunması, 2. Fransanı siyasi təcriddə

saxlamaq.

Lakin Bismarkın hakimiyyəti illərində (1871-1890) Fransa ilə Almaniya arasındakı

problemlər artaraq böyümüşdü. Almaniya Sedan döyüşünü açıq hərbi üstünlüklə başa vuraraq

Fransanı Almaniyanın üstün siyasi-hərbi gücü ilə barışmağa məcbur etmək istəmişdi. Lakin Fransa

bununla barışmayaraq sürətlə silahlanma yolunu tutmuşdu. Qısacası bu iki dövlət bir-birləri

əleyhinə silahlanma və müttəfiq tapma yarışına girmişdilər.

Rusiya Almaniyanın güclənməsindən narahatlıq duyurdu. Bismarka nifrət edən rus xarici

işlər naziri Qorçakov Fransa ilə yaxın əlaqələr qurmağa başlamışdı. Rusiya ilə Balkan

yarımadasında nüfuz mübarizəsi aparan Avstriya-Macarıstan imperiyası Avropada rusların

mövqeyini gücləndirə biləcək hər cür hadisəyə şübhəylə yanaşdığı üçün Bismarkın yaxınlıq

təklifinə müsbət cavab verkmişdi. Bu pangermanist ittifaq Rusiyanı qorxuya saldı. Ruslar tezliklə

səhv ettiklərini dərk etdilər. Almaniyanın və onun yeni müttəfiqinin qarşısında Fransa kimi

müharibədən məğlub çıxmış bir dövlətlə birgə dayanmaq fəlakətlə nəticələnə bilərdi. Buna görə də

ruslar Alman-Avstriya ittifaqına qoşulmaq niyyətində olduğunu bildirmişdi. Başqa sözlə ruslar tam

Bismarkın istədikləri addımı atmışdılar. Tezliklə üç dövlətin imperatorları və başnazirləri Berlində

görüşdülər və 9 sentyabr 1871-ci ildə bu üç dövlət arasında şifahi razılaşma əldə edildi. Buna “üç

imperator liqası” və ya “üç imperator sazişi” deyilmişdi. Bu saziş özünü bir sıra səbəblərdən ötrü

doğrultmamışdı. Buna görə də 18 iyun 1881-ci ildə ikinci “üç imperator sazişi” bağlandı, bu dəfə

yazılı şəkildə. Beləcə Bismark öz yeni xarici siyasi xəttində uğur qazanmışdı. Yəni, yuxarıda qeyd

etdiyimiz kimi, Avropada sülh-sabitliyin qorunmasına və Fransanı siyasi təcriddə saxlamağa nail

oluşdu. Rusiya isə istər cənubda türklərə, istərsə də şərqdə ingilislərə qarşı yeritdiyi xarici siyasətdə

özünə müttəfiq tapmışdı.

Avropada təklənmiş və Sadova döyüşündəki məğlubiyyəti ilə nüfuzu və etibarı sındırılmış

Fransa dərk edirdi ki, indiki şəraitdə Almaniyanı hərbi-siyasi güc tətbiq edərək məğlub etmək

Page 71: OSMANLI SIYASI TARIXI

71

mümkün deyil. Lakin mövcud şərait də fransızları təmin etmirdi. Ciddi bir hərbi-siyasi uğur

Fransanın itirilmiş nüfuzunu müəyyən ölçüdə qaytaracaqdı. Bu mövzuda ingilislərin məsləhətinə

qulaq asan Fransa 1881-ci ildə Osmanlı torpağı olan Tunisə hücum edərək bu ölkəni işğal etdi.

1830-cu iləd fransızlar Əlcəzairi işğal edərək şimali Afrikada Osmanlı imp-torluğu ilə arzuolunmaz

qonşu olmuşdu. Rusiya ilə yorucu 1877-1878-il (məşhur 93 müharibəsi) müharibəsindən çıxmış

Osmanlı dövləti fransızların bu işğalçılığına sadəcə etiraz notası ilə cavab verməklə kifayətlənmək

məcburiyyətində qaldı. Fransanın Tunisi işğalı sadəcə türklərin qəzəbinə səbəb olmamışdı. Uzun

vaxtdan bəri Tunisi işğal etmək üçün əlverişli fürsət gözləyən Đtaliya fransızların bu işğalçı

hərəkətindən ciddi narahatlıq duymağa başladı. Bu narahatlıq Đtaliyanı Fransanın Avrpodakı

düşməni Almaniyaya yaxınlaşdırmağa başladı. Đtalyanlara etibar etməsə də Bismark belə bir

yaxınlığa etiraz etmirdi. Lakin Đtaliya ilə Avstriya arasında uzun illərdən bəri mübahisəli torpaq

məsələləri var idi. Bismark hər şeydən əvvəl italyanlara Avstriya ilə olan məsələlərini yoluna

qoymağı təklif etdi. Đtaliya bu məsələni həll etdikdən sonra Almaniya, Avstriya-Macarıstan və

Đtaliya arasında 20 may 1882-ci ildə “Üçlər Đttifaqı” quruldu. Đttifaq müqaviləsinin əsas

müddəaları bunlar idi.

1-Tərəflərdən birinə bir və ya bir neçə dövlətin hərbi qüvvələri hücum etsələr digər iki

dövlət bu hücuma məruz qalmış müttəfiqlərinə dərhal kömək edəcəkdir.

2-Digər iki dövlət Đtaliyanı Fransanın hər cür təcavüzündən qoruyacaqdır.

3-Bu şərtlər xaricində, tərəflərdən birinin hərbi təcavüzə məruz qalacağı təqdirdə digər

ikisi, müttəfiqlərinin lehinə olaraq, bitərəflik mövqeyini qoruyacaqdır.

Bu müqavilə ilə Almaniya “Fransanı təcrid etmə” siyasətinə daha bir yeni uğur

qazandırmışdı. Ümumiyyətlə “Üçlər Đttifaqı” I Dünya Müharibəsinə qədərki dövrdə genişləmiş və

böyümüşdü. Đtaliya 1902-ci ildə öz müttəfiqlərinə xəyanət edərək Fransa ilə gizli sülh sazişi

imzalamışdı ki, bu da I Dünya Müharibəsində italyanları öz köhnə müttəfiqlərinə qarşı vuruşmaq

məcburiyyətində qoymuşdu. 1887-ci ildə Bismark Rusiya ilə yeni bir saziş imzalayaraq bu dövlətin

Fransaya yaxınlaşma niyyətinin qarşısını aldı.

Avropada mövqeyini möhkəmləndirən Almaniya gec qoşulduğu müstəmləkə əldə etmə

yarışında uğur qazanmaq niyyətində idi. Buna görə də Bismark Afrikadakı Toqo, Kamerun, Yeni

Qana, cənubi-qərbi və şərqi Afrika torpaqlarını işğal edərək alman müstəmləkəsinə çevirdi. 1885-ci

ildə Đngiltərə bu torpaqların alman müstəmləkəsi olması faktı ilə barışmaq məcburiyyətində qaldı.

C. Rusiya-Fransa ittifaqı (1894). Đngiltərə-Fransa ittifaqı (1904). Đngiltərə-Rusiya ittifaqı

(1907).

Rusiya-Fransa ittifaqı

Page 72: OSMANLI SIYASI TARIXI

72

Alman imperatorları I Vilhelmin (1871-1888) ölümü və ondan sonra hakimiyyətə gələn III

Fridrixin üç aylıq hakimiyyətindən sonra Alman imperatorluq taxtına oturan II Vilhelm (1888-

1918) avtoritar bir şəxs olaraq başnazir Bismarkın yeritdiyi siyasəti bəyənmir və Almaniyanın xarici

siyasətdə yeni kursunu müəyyən etməyə çalışırdı. Bismarkın balas siyasətinə və Almaniyanı

Avropada hakim qüvvəyə çevirmək strategiyasının əvəzinə II Vilhelm Almaniyanı dünya çapında

bir siyasi qüvvəyə çevirməyin tərəfdarı idi. Daha doğrusu Bismarkın mərhələli və təkamülə

əsaslanan siyasi gedişlərini II Vilhelm sürətli və qəti dəyişiklikliklərlə əvəzləmək istəyirdi.

Bismarkın Almaniya-Avstriya-Rusiya ittifaqına alternativ olaraq II Vilhelm Almaniya-Avstriya-

Đngiltərə ittifaqını ön plana çıxarmışdı. Bununla yanaşı Osmanlı dövləti ilə yaxınlaşmağa əhəmiyyət

verməyən Bismarkdan fərqli olaraq II Vilhelm Osmanlı imp-ğu ilə daha aktiv münasibətin tərəfdarı

idi. Đmperator ilə baş nazir arasındakı anlaşmazlıqlar və uzlaşmazlıqlar 20 mart 1890-cı ildə

Bismarkın istefası ilə nəticələndi. Baş nazir postunda Bismarkı general Von Kapinvi əvəzlədi.

Bundan sonra Almaniyanın xarici və daxili siyasəti II Vilhelmin istəkləri əsasında

formalaşdırılmağa başlandı. Almaniyanın xarici siyasi kursundakı bu radikal dəyişikliklər dünya

siyasətindəki mühüm fiqurları narahat etməyə başladı. Bismarkın ruslarla 1877-ci ildə bağladığı üç

illik qarşılıqlı təhlükəsizlik müqaviləsinin müddəti 1890-cı ildə yeni alman hökuməti tərəfindən

uzadılmadı. Bu Rusiya ilə Almaniya arasında soyuqluğa səbəb oldu. Balkan məsələsindəki Rusiya-

Avstriya arasındakı anlaşmazlıqda Almaniyanın açıq-aşkar Avstriyanın tərəfində olması Rusiyanın

Almaniyaya olan etimadını ciddi şəkildə sarsıtdı. Nəticədə Rusiya Fransaya doğru meyl etməyə

başladı. Bu meyl 4 yanvar 1894-cü ildə gizli rus-fransız ittifaq müqaviləsi ilə nəticələndi. Beləcə

“Üçlər ittifaqı”na alternativ yaranmış oldu.

Đngiltərə-Fransa və Đngiltərə-Rusiya ittifaqı

Rusiya-Fransa gizli hərbi ittifaqı “Üçlər ittifaqı” ilə rəqabətə girişə biləcək gücdə bir ittifaq

deyildi. Lakin 1904-cü ildə Đngiltərə-Fransa və 1907-ci ildə Đngiltərə-Rusiya ittifaq müqavilələrinin

imzalanması ilə yeni bir siyasi bloklaşma meydana gəldi. Bu hərbi-siyasi blok tarixə “Antanta” adı

ilə düşəcəkdi. Bu iki və çox tərəfli müqavilələr imperyalist dövlətlərin öz müstəmləkəçik

maraqlarının möhkəmləndirilməsi və qorunması üçün bağlanmışdı. Lakin “Antanta”nın əsas

səbəblərindən biri və bəlkə də ən mühümü getdikcə artan alman təhlükəsi idi.

8 aprel 1904-cü ildə Đngiltərə ilə Fransa arasında Entente Cordiale (səmimi ittifaq) adlanan

və iki dövlət arasındakı işbirliyini vurğulayan müqavilə imzalandı. Bu müqaviləyə görə Fransa

ingilislərin Misir üzərindəki hegemoniyasını, Đngiltərə isə fransızların Mərakeşdəki

müstəmləkəçiliyini təsdiqləyirdi. Bununla yanaşı iki dövlət bir-birlərinin bu vaxta qədər ələ

keçirmiş olduqları müstəmləkələr üzərindək bütün haqqlarını təsdiqləmiş olurdular.

Page 73: OSMANLI SIYASI TARIXI

73

1904-1905-ci illərdə uzaq şərqdə yaponlara məğlub olan Rusiya qərbdə də Almaniya

tərəfindən təhlükə hiss edirdi. Đki düşmən arasında sıxışıb qalmaq istəməyən Rusiya öz mənafeyini

qoruya bilmək üçün müttəfiqə ehtiyac duyurdu. Đngiltərə Rusiyanın bu vəziyyətindən istifadə

edərək bu əzəli rəqibi ilə yaxınlaşmaq üçün bəzi addımalar atdı. Rusiya Đngiltərənin bu addımlarına

müsbət cavab verdi. Đki dövlət Asiya və Osmanlı imp-ğu üzərindəki ziddiyətlərə son qoymaq üçün

31 avqust 1907-ci ildə St.Peterburqda ittifaq müqaviləsi bağladı. Müqavilənin şərtlərinə görə hər iki

dövlət Tibeti, buradakı yerli hökumətin qorunub saxlanması şərti ilə, Çinin ərazi bütövlüyü içində

qəbul edəcəkdilər. Rusiya Əfqanıstanı ilhaq etmə cəhdlərindən əl çəkəcək, bu ölkənin ingilis nüfuz

dairəsinə daxil edilməsi ilə razılaşaq, lakin ingilislər Əfqanıstana qoşun yeritməyəcəkdilər. Đranın

müstəqilliyi və ərazi bütövlüyünə toxunulmayacaq, lakin ölkənin şimalı rus, cənubu isə ingilis

nüfuz dairəsinə daxil ediləcək, bu iki dövlət bir-birlərinin Đrandakı mənafelərinə zidd hərəkət

etməyəcəkdilər.

Mövzu 16.

А. 1871-1908-ci illərdə Osmanlı imp-luğunun Avropa dövlətləri ilə siyasi əlaqələri. Qara

dənizin statusunun yenidən müəyyənləşdirilməsi (1871).

Daha əvvəlki mövzularda öyrəndiyimiz kimi 1853-1856-cı illər arasında davam etmiş Krım

müharibəsi vaxtı Osmanlı dövləti, Rusiyaya qarşı, Đngiltərə, Fransa, Đtaliya kimi Avropa

dövlətlərinin dostluq və müttəfiqliyini qazanmışdı. 1856-cı il Paris Konqresində isə türklər Avropa

dövlətləri arasındakı mövqelərini möhkəmləndirmişdilər. Əvvəlki dövrləri nəzərə alsaq deyə bilərik

ki, belə vəziyyət Osmanlı dövlətinin xarici siyasətində qazanılmış mühüm uğuru idi. Đslahat

fərmanının tətbiq edilməsi ilə isə daxildə bir sıra mühüm dəyişikliklər edilmiş, iqtisadi, elmi,

mədəni tərəqqidə irəli addımlar atılmışdı. Paris Konqresi ərəfəsində xarici siyasət sahəsində

qazanılmış uğurların ömrü çox da uzun olmadı. Bir əvvəlki mövzuda gördüyümüz kimi 1870-ci il

Sedan döyüşü Avropanın siyasi çöhrəsinin xeyli dəyişməsinə səbəb olmuşdu. Bu isə təbii ki, Paris

Konqresində qurulmuş güclər balansının dəyişməsinə səbəb olmuşdu. Belə olan vəziyyətlə Babi-Ali

çevik diplomatik manevrlər edərək həm qazanılmış uğurları qorumalı, həm də gələcəyə doğru

strategiyasını müəyyənləşdirməli idi. Osmanlı sarayında bunu dərk edirdilər. Lakin vacib tədbirləri

görməkdə yubanıldığı üçün lazımi nəticələr əldə edilmədi.

Paris Konqresində, söz yeridə isə, masada uduzmuş dövlətlərin başında Rusiya gəlirdi.

Rusiyanın əsas məqsədləri özünə qarşı qurulmuş bloku parçalamaq, Osmanlının güclənmiş

diplomatik mövqeyini zəiflətmək, Qara dənizdə güclənmiş türk donanmasına qarşı rus donanmasını

gücləndirmək idi. Beləcə Rusiya özünün ənənəvi “cənuba, isti dənizlərə enmək” siyasətini davam

etdirə biləcəkdi. Lakin Paris konqresində alınmış qərarların “nə üstündən adlamaq, nə də yanından

ötüb keçmək” elə də asan deyildi. Çünki qərarların tətbiqi qərbi Avropa dövlətlərinin zəmanəti

Page 74: OSMANLI SIYASI TARIXI

74

altında idi. Rusiya ehtiyac duyduğu fürsəti əldə etmək üçün siyasi prosesləri diqqətlə izləyirdi.

Bismarkın siyasi kursunda Rusiya ilə dostluq mühüm yer tuturdu. Buna görə də Rusiyanı öz

tərəfinə çəkmək üçün istər Almaniya-Avstriya ittifaqı, istərsə də Fransa Qara dənizə bitərəflik

statusunun verilməsi məsələsini ortaya atırdılar. Burada əsas məqsəd Osmanlı donanmasını Qara

dənizdən çıxarmaq idi ki, bu da ən çox Rusiyanın işinə yarayacaqdı. Lakin Đngiltərənin buna sərt bir

şəkildə etiraz etməsi bu təşəbbüsü nəticəsiz qoydu.

Sedan döyüşünün nəticəsi Rusiyaya gözlədiyi fürsəti verdi. Güclər balansındakı dəyişikliyi

fürsət sayan XĐ naziri Qorçakov 31 oktyabr 1870-ci ildə Paris konqresi iştirakçısı dövlətlərə nota

göndərərək Rusiyanın bu tarixdən etibarən Paris müqaviləsinin Qara dənizin statusu ilə bağlı

Rusiyaya dair hökmlərinə əməl etməyəcəyini bildirdi. Bu rus-türk münasibətlərinin gərginləşməsinə

və qərbi Avropa dövlətlərinin narahatlığına səbəb oldu. Osmanlı, Đngiltərə, Avstriya-Macarıstan

imp-sı Rusiyanın notasını qəbul etmədilər. Fransa bitərəf qalmağa üstünlük verdi. Rusiya ilə

əlaqələri yaxşılaşdırmağı qarşısına məqsəd qoymuş Bismark isə bu məsələni yeni bir konfransda

toplanaraq diplomatik yolla həll etməyi təklif etdi. Bismarkın bu təklifinə hamı müsbət cavab

verdiyi üçün Osmanlı dövləti təklənməmək məqsədi ilə belə bir konfransda iştirak edə biləcəyini

bəyan etdi. 13 mart 1871-ci ildə Londonda Osmanlı, Đngiltərə, Rusiya, Fransa, Almaniya, Đtaliya,

Avstriyanın iştirakı ilə Qara dənizin statusunu müəyyənləşdirən müqavilə imzalandı:

1-Paris müqaviləsində qeyd olunan və Rusiyaya Qara dənizdə donanma saxlamaqla yanaşı

tərsanə işlətməsini qadağan edən maddənin hökmü ləğv olunur.

2-Paris müqaviləsinin Dardanel və Bosfor (Çanaqqala və Đstanbul) boğazlarının

qapalılığına dair hökmləri qüvvədə qalır. Osmanlı dövləti, lazım gəldikdə, öz müttəfiqləri və dost

dövlətlərin hərb gəmiləri üçün boğazları aça biləcəkdir.

3-Qara dəniz, əvvəl olduğu kimi, bundan sonra da bütün dövlətlərin ticarət gəmiləri üçün

açıq dəniz olacaqdır.

Müqavilədə görüldüyü kimi boğazlar (Çanaqqala və Đstanbul) hərbi gəmilər üçün qapalı,

Qara dəniz isə açıq elan olunmuşdu. Bu Rusiyanın Qara dənizdə silahlanmasına yaşıl işıq idi.

Beləcə Osmanlı dövlətinin bütün şimal sahilləri yenidən açıq təhlükə ilə üz-üzə qalmışdı. London

müqviləsi (13 mart 1871) həm də Rusiyanın boğazlar üzərindəki hakimiyyətinə doğru atılmış bir

addım hesab olunurdu.

Bu müqavilə Osmanlı dövlətinin Đngiltərə və Fransaya olan etimadını sarsıtdı. Eyni zamanda

Balkanlardakı slavyan və pravoslav xalqlar bu müqavilənin nəticələrində ötrü sevinmişdilər. Belə

ki, Rusiya özünü Osmanlı vətəndaşı olan bütün pravoslav xristianların himayədarı hesab edirdi.

Paris konqresində qurulmuş güclər balansının ciddi şəkildə pozulduğunu görən Babi-Ali

London müqaviləsinin öz mövqeyini daha da sarsıtmasının qarşısını almaq üçün yeni ittifaq

Page 75: OSMANLI SIYASI TARIXI

75

arayışlarına girişdi. Fransa ilə yaxınlıq əlverişsiz idi. Đngiltərə yüksələn alman gücünə qarşı

Avropada yeni güclər balansının qurulmasına tərəfdar idi və ona etimad etmək olmazdı. Bismarkın

Osmanlı dövləti ilə yaxınlığa münasibəti soyuq idi. Üstəlik Rusiya ilə yaxınlığın tərəfdarı olan

Bismark belə bir şəraitdə rusların düşməni olan türklərlə heç bir ittifaqa girməzdi. Belə olan halda

Babi-Ali ən optimal variant olaraq Rusiya ilə müttəfiqliyin üzərində durdu. Rusiya ilə müttəfiq

olacağı təqdirdə bu hal hər şeydən əvvəl Đngilitərəni narahat edəcəkdi. Çünki ingilislər heç bir

formada rus-türk dostluğuna razı olmazdılar. Osmanlı ilə yaxın olan Rusiya artıq cənuba qapısı

açılmış Rusiya olacaqdı ki, bu da yaxın və orta şərqdə müstəmləkəçilik maraqları olan Đngiltərənin

bu regiondakı maraqlarına vurulmuş ağır zərbə olacaqdı. Đngiltərə üçün Hindistan və uzaq şərq

dəniz yolunun keçdiyi Aralıq dənizi hövzəsinə (Süveyş kanalına) açıq qapısı açıq olan Rusiyadan

daha təhlükəli bir şey ola bilməzdi. Bu hal Rusiyanın Almaniya ilə ittifaqa olan ehtiyacını da və

Almaniyanın rus xarici siyasətindəki əhəmiyyətini də azaltmış olacaqdı. Bir sözlə heç bir qərbi

Avropa ölkəsi Osmanlı ilə Rusiyanı yan-yana görmək istəməzdi ki, bu da təbii olaraq Osmanlının

xarici siyasətdəki çəkisinin artmasına səbəb olacaqdı.

Rusiya da daim müharibə vəziyyətində olmaqdansa diplomatik kanallardan istifadə edərək

Osmanlını siyasi nəzarət altında saxlamaq kursunu mənimsəmişdi. Bu ideyanın müəllifi olan

Đstanbuldakı rus səfiri Đqnatiyevin təklifi St.Peterburqda müsbət qarşılanmışdı. Ruslar Osmanlı ilə

dostluq əlaqələrini inkişaf etdirmək üçün ilk addımlarını atdılar və bu Babi-Alidə məmnunluqla

qarşılandı. Sədri-əzəm (başnazir) Alı paşanın ölümündən sonra (7 sentyabr 1871) sultan Əbdüləziz

(1861-1876) bu vəzifəyə adı “ruspərəst” olaraq çıxmış Mahmud Nədim paşanı təyin etdi. (ifrat

ruspərəstliyi ona “Nədimov” ləqəbini vermişdi). Mahmud Nədim paşa islahatları dayandırdı.

Vətəndaş hüquq və azadlıqları sahəsində edilmiş bir sıra dəyişikliklərə əməl edilməməyə başlandı.

M. Nədim paşa daxili siyasətdə Rusiyadakı çarizm istibdadını nümunə götürmüşdü. Bu isə bir sıra

qərbpərəst türklərin etirazına səbəb oldu. Etirazların artması sultan Əbdüləzizin onu 1872-ci ildə

vəzifəsindən azad etməsi ilə nəticələndi. 1872-1975-ci illər ərzində dəyişən 6 başnazirdən sonra

sultan M. Nədim paşanı yenidən bu vəzifəyə təyin etdi. M. Nədim paşanın Rusiyaya həddən artıq

etimad etməsi rus cəsuslarının Balkanlarda rahat iş apara bilməsi üçün münbit şərait yaradırdı.

Nəticədə başda Hersoqovina olmaqla bir çox Balkan əyalətlərində qiyamlar baş verdi. Dövlət rus

təxribatçılığının qarşısını almağa başlayanda isə artıq gec idi. Belə ki, Balkanlardakı bu gərginlik

1877-1878-ci illərdə Rusiya ilə Osmanlı arasında qanlı müharibnənin başlamasına səbəb oldu. Bu

məşhur “93-cü il müharibəsidir” ki, bu haqda irəliki mövzularda ətraflı danışılacaq.

C. Osmanlı imp-luğu ilə Türkistan (Orta Asiya) xanlıqları arasında siyasi əlaqələr.

XIX əsrdə Türkistan siyasi birlikdən məhrum olaraq varlığını davam etdirirdi. Buradakı

Buxara əmirliyi 1868, Xivə 1873, Xokand 1865-ci ildə Rusiya, Qaşğar xanlığı isə 1878-ci ildə Çin

tərəfindən işğal edilmişdi. Beləcə orta Asiyadakı müsəlman-türk xalqları çin və rus

Page 76: OSMANLI SIYASI TARIXI

76

müstəmləkəçiliyinin qurbanına çevrilmişdilər. Məlum olduğu kimi ruslar 1552-ci ildə Qazan

xanlığını, 1556-cı ildə Həştərxan xanlığını, 1581-ci ildə isə Sibir xanlığın işğal edərək buradakı

müsəlman-türk xalqlarını öz əsarətinə salmışdı. Rusiya və Đran şiəliyi məngənəsində sıxılan orta

Asiya türkləri ilə yaxınlıq Osmanlı dövləti üçün vacib idi. Belə ki, rus ekspansiyası və şiə Đranı

Osmanlı dövlətinin də rəqibi idi. Buna görə də Babi-Ali bu dövrdə Osmanlı sultanlarının həm də

bütün (sünni) müsəlmanların xəlifəsi (ali ruhani lideri) olduğu amilini ön plana çıxarmağa

başlamışdı. Çünki hələ IX əsrdən, Abbasilərin zəifləmə dövründən, etibarən belə bir ənənə var idi

ki, hakimiyyətə gələn hər bir müsəlman siyasi lider öz hakimiyyətini xəlifəyə təsdiqlətməli idi. Yəni

xəlifə həmin şəxsin siyasi rəhbər olmasını qəbul etdiyi bildirən bir mənşur, fərman verməli idi. Belə

bir fərmanı almayan şəxsi xalq qanuni hökmdar kimi qəbul etmir və ona itaaət etmirdilər. Yəni

xəlifənin əlində ali ruhani lider kimi əslində güclü təsir rıçaqları var idi. Orta Asiyadakı müsəlman

siyasi liderlər daim öz hakimiyyətlərini (1517-ci ildən bəri həm də xəlifə olan) Osmanlı sultanlarına

təsdiqlətid və bunu bəyan edən bir mənşur alırdılar. 1800-cü ildə Buxara əmiri Heydər şah (1800-

1826) Osmanlı sultanına biət edyini bildirən məktub yazmış və öz iqtidarını təsdiqləyən mənşur

almışdı. 1813-cü ildə Xokand, 1816-cı ildə isə Xivə xanlarının elçiləri eyni missiya ilə Đstanbula

gəlmişdilər. Lakin 1830-cu illərdən etibarən Babi-Ali ilə Türkistan xanları arasındakı əlaqələrdə

soyuqluq müşahidə edilməyə başlanmışdı. Rusiya Buxara əmiri ilə münasibətləri yaxşılaşdırmaq

üçün əmirə xeyli top və digər odlu silah növləri göndərmişdi. Buxara əmirinin bu “hədiyyələri”

qəbul etməsi türkəlri narahat etmişdi. 1840-cı ildə təxribatçılıqda təqsirləndirilən iki ingilis zabiti

Buxarada həbs olunmuşdu. Đngiltərə bu iki zabitin azad edilməsi üçün Osmanlı sultanının vasitəçi

olmasını xahiş etmişdi. Sultan Əbdülməcidin iki xahiş məktubuna rəğmən Buxara əmiri bu iki

zabiti edam etdirmişdi. Bu hadisə əmirliklə Osmanlı dövləti arasındakı əlaqələri sarsıtmışdı.

Qaşğar xanı Yaqub xanın da Osmanlı sarayı ilə yaxın əlaqələri var idi. 7 aprel 1875-ci ildə

xanın göndərdiyi elçi heyəti Đstanbula gəlmiş və uzun müddət burada qalmışdı. Heyətin gətirdiyi

məktubda Yaqub xanın 5 milyon müsəlman-türkün əmiri olduğu bildirilir, bütün Qaşğar

məscidlərində cümə xütbələrinin Osmanlı sultanının adına oxunduğu və pulların üstündə sultanın

adının həkk olunduğu bildirilirdi. Hətta ölkəsini Çin işğalından qorumaq üçün Yaqub xan Qaşğarın

Osmanlı imp-na birləşdirilməsini və bu dövlətin bir vilayəti olmasını da təklif etmişdi. Lakin 1877-

1878-ci il rus-türk müharibəsində qərbi Avropa dövlətləri tərəfindən tək buraxılması və Rusiyanın

dəstəklənməsi Osmanlı dövlətinin bu xanlıqları rus və çinli işğalından qoruya bilməməsinə səbəb

oldu.

Mövzu 17.

Yəmən üsyanı (1871-1873).

Page 77: OSMANLI SIYASI TARIXI

77

Yəmən Osmanlı dövlətinin hakimiyyəti altında olsa da bu torpaqlar XIX əsrin əvvəllərində

yerli dərəbəyləri tərəfindən idarə olunurdu. Bu dərəbəyləri arasında daim, bəzən müharibəyə

çevrilən, rəqabət və anlaşmazlıqlar mövcud idi. Mərkəzi hakimiyyətin regionlar üzərindəki təsirinin

azalmasının da bunda təsiri çox idi. Belə vəziyyət xarici güclərin Yəmənə göz dikməsinə səbəb

olmuşdu. Đngiltərə 1839-cu ildə Ədən limanını işğal etmişdi. Bununla da Ərəb yarımadasında ilk

imperyalist işğalı baş vermişdi. 1834-cü ildə Misir despotu Mehmed Əli paşa uzun illərdən bəri ələ

keçirmək istədiyi Yəmənə qoşun yeritdi, lakin uğur qazana bilməyərək geri çəkildi. Bu hadisələrdən

sonra Babi-Ali Yəmən vilayəti ilə daha yaxından maraqlanmağa, bu vilayətin daxili problemlərini

həll etmək istiqamətində daha çox iş görməyə cəhd etdi. Lakin dövlətin bu kimi tədbirləri yerli

dərəbəylərini, qəbilə rəislərini narahat etməyə başladı. Bu narahatlıq 1870-ci ildə Yəməndə Osmanlı

dövlətinə qarşı qiyam qaldırılması ilə nəticələndi. 1871-ci ildə Osmanlı dövləti Yəmənə ordu

yeritdi. 1873-cü ildə qiyam tamamilə yatırıldı və vilayətdə yenidən mərkəzi hakimiyyətin dayaqları

möhkəmləndirildi. Osmanlı dövlət vilayətin cənub regionlarına da qoşun yeridərək Ədənə

yaxınlaşdı. Məqsəd Qırmızı dəniz yolu üzərində mühüm stratejik mövqeyə sahib olan Lahicdə

möhkəmlənmək idi. Lakin ingilislər daha cəld hərəkət edərək Lahici işğal etdilər və Babi-Aliyə

təzyiq göstərərək ordunun geri çəkdirilməsinə nail oldular. Yəmən qiyamının uğurla yatırılması və

vilayətin yenidən mərkəzi hakimiyyətə bağlanmasına baxmayaraq bu vilayət Đngiltərə ilə Osmanlı

arasında yeni rəqabət sahəsinə çevrilmişdi.

Balkan böhranı və Panslavizmin Rusiya tərəfindən dəstəklənməsi.

1875-ci ildə Osmanlı imp-ğunun Avropa qitəsindəki torpaqlarında geniş çaplı siyasi böhran

baş vermişdi. Belə ki, Hersoqovinada başlayan qiyam qısa müddət ərzində ətraf vilayətlərə də

sirayət edərək Balkan yarımadasındakı Osmanlı təbəəsi olan bütün qeyri-müsəlman əhalinin

qələyana gəlməsinə səbəb olmuşdu. Avropa dövlətləri Balkan yarımadasındakı maraqları və

beynəlxalq siyasi təsir imkanları çərçivəsində bu məsələyə müdaxilə etməyə başlamışdılar. Bununla

da məsələ məqsədyönlü şəkildə Osmanlı dövlətinin daxili işi olmaqdan çıxarılaraq beynəlxalq

siyasi böhrana çevrilmişdi. Lokal xarakterli bir qiyamın beynəlxalq siyasi böhrana çevrilməsində ən

çox Rusiya canfəşanlıq edirdi. Belə ki, Rusiya bu dövrdə bütün Avropada, o cümlədən Osmanlı

imp-ğu ərazisində Panslavizm hərəkatının intişar etməsi üçün ələndən gələni əsirgəmirdi.

Hersoqovina qiyamı, bu mənada, Rusiya üçün ələdüşməz fürsət idi.

Bütün slavyan xalqlarını vahid siyasi təşəkkül altında birləşdirmək məqsədini güdən

panslavizm, bir düşüncə cərəyanı olaraq XIX əsrin ortalarında meydana çıxmışdı. Fransız

inqilabının təsiri ilə yeni məna kəsb etməyə başlayan millətçilik fikirləri mərkəzi Avropadakı

slavyan xalqları üzərində də öz təsirini göstərmişdi. Bu təsir özünü daha çox Avstriya-Macarıstan

imp-sının vətəndaşları olan çexlər üzərində biruzə vermişdi. Başlanğıcda fəlsəfi, mədəni, ədəbi

mövzuları qabardaraq özlərinə tərəfdar toplayan panslavistləri Napoleonun Rusiyada məğlub olaraq

Page 78: OSMANLI SIYASI TARIXI

78

geri çəkilməsi daha da ürəkləndirmişdi. Hanka adlı bir çex folklorşünası serblərin, çexlərin və

polyakların milli əfsanələrini tədqiq edərək kitab şəklində nəşr etdirmişdi. Həmin bu dövrdə çex

dilinin tədqiqi sahəsində mühüm işlər görülmüşdü. Almanca-çexcə lüğət nəşr olunmuşdu. 1825-ci

ildə Praqada milli muzey açıldı. Çex ədəbiyyatının tarixi və slavyan xalqlarının dini etiqadının tarixi

mövzularında kitablar nəşr edildi. Termin olaraq “panslavizm” sözü ilk dəfə 1826-cı ildə slovak

yazıçı J. Herkel tərəfindən işlədilmişdi. 1830-1840-cı illərdə ədəbiyyat, tarix, etnoqrafiya və digər

mədəni sahələrdə nəşr edilmiş ədəbiyyat slovenlər, bolqarlar, xorvatlar, serblər, qaradağlılar

(çernoqorlar) arasında panslavist fikirlərin yayılmasına səbəb olmuşdu.

Rusiya panslavizmi elmi-mədəni ölçülərdən çıxararaq bu fikir cərəyanına siyasi don

geydirdi. Burada əsas məqsəd işğalçı Rusiyanın imperyalist-müstəmləkəçi maraqları üçün

intellektual baza yaratmaq idi. Rusiyanın dəstəklədiyi yeni panslavist düşüncə slavyan xalqlar

arasında üç əsas ideyanı yayırdı: muxtariyyət, millətçilik və pravoslavlıq. Rusiya bütün slavyan

xalqarı vətəndaşları olduqları Avstriya-Macarıstan və Osmanlı dövlətlərinin yıxılması üçün

əllərindən gələni etməyə və beləcə bütün slavyanların Rusiyanın hegemoniyası altında birləşməyə

çağırırdı. Rus panslavizminin siyasi hədəfləri belə idi:

1-Şərqdə yeni işğallarla Rus imperyalizmini genişləndirmək.

2-Rusiyanın hegomoniyası altında yaşayan bütün irqləri ruslaşdırmaq.

3-Rusiyanın sərhədləri xaricində yaşayan bütün slavyan xalqları rus hegomoniyası altında

birləşdirmək.

Göründüyü kimi rus ekspansiyasına xidmət edəcək olan panslavizmin hədəfində Osmanlı

dövləti, Avstriya-Macarıstan imp-sı və Balkan yarımadası vardı. Rusiya Krım müharibəsində və

Paris konqresində (1856) uğradığı hərbi və diplomatik məğlubiyyəti panslavizmdən faydalanaraq

kompensasiya etməyə çalışırdı. 1857-ci ildə Moskvada “Slavyan Yardımlaşma Komitəsi” quruldu

və tezliklə bir çox şöbəsi açıldı. Bu komitə əsas məqsədini “yardımlaşma” sözünün ülviliyi altında

gizlətməyə çalışsa hər cür separatçı hərəkata dəstək verməklə özünün əsl simasını göstərmişdi.

1870-ci illərdə panslavizm sistemləşdirilərək Rusiyanın əlində onun mərkəzi və şərqi Avropadakı

ənənəvi siyasətinin gerçəkləşdirilməsinə xidmət edən rıçaqa çevrilmişdi.

Hersoqovina üsyanı (1875)

Hersoqovina vilayətinin Nevesin qəzasındakı xristian icmalarından birinin 24 iyul 1875-ci

ildə kənd təsərrüfatı məhsullarından alınan vergini ödəmək istəməmələri qiyamın başlanğıcı oldu.

Beynəlxalq siyasi atmosferin gərginliyini nəzərə alan Osmanlı dövləti qərb dövlətlərinə onun daxili

işlərinə qarışmaları fürsətini verməmək üçün məsələni dinc yolla həll etmək istədi. Qiyamçı icma

üzvləri ilə görüşüb məsələni yoluna qoymaq üçün müzakirəçilər göndərildi. Lakin dövlətin bu

alicənab hərəkəti xristian seperatçılar tərəfindən səhv başa düşüldü. Onlar bunu dövlətin acizliyi

Page 79: OSMANLI SIYASI TARIXI

79

kimi qiymətləndirdilər. Cəsarətlənən icma üzvləri müzakirəçiləri qovaraq silahlandılar və məsələnin

dinc yolla həllinə yanaşmadılar. Buna görə də Babi-Ali Nevesinə qoşun yeritdi. Nevesindəki

qiyamçılar cəzalandırıldı. Lakin artıq gec idi. Çünki Nevesin hadisəsi bir qığılcım oldu. Qiyam

əhval-ruhiyyəsi bütün Balkan yarımadasındakı Osmanlı torpaqlarına yayıldı. Bosniya, Serbiya,

Qaradağ və Bolqarıstandan həyəcanlı xəbərlər Babi-Aliyə daxil olmağa başladı. Qaradağlı və serb

könüllülər Hersoqovinaya gələrək buradakı xristian separatçılara qoşulurdular. Regionda marağı

olan Avstriya və Rusiya dərhal bu işə müdaxilə etdilər. Daha sonra digər qərb dövlətləri də

Hersoqovina qiyamına öz mənafelərinin tələb etdiyi istiqamətdə müdaxilə etməyə başladılar. Beləcə

Hersoqovina qiyamı böyüyərək Balkan böhranı halını aldı.

1866-cı ildə Sadova döyüşündə Prussiya qarşısında məğlub olan Avstriya artıq qərb

istiqamətində siyasi fəallığının qarşısının alındığını dərk edərək bütün diqqətini şərqə və cənuba,

Balkan yarımadasına istiqamətləndirmişdi. Balkanlarda Avstriyanın iki güclü rəqibi var idi Osmanlı

və Rusiya. Çoxdan bəri Bosniya-Hersoqovinaya göz dikən Avstriya Hersoqovina qiyamından

maksimum dərəcədə faydalanmaq istədi. Lakin Rusiyanın aktivliyi fonunda ikinci plana düşən

Avstriya mövcud siyasi-inzibati vəziyyətin qorunmasına tərəfdar oldu. Çünki Balkanlarda güclü

Rusiya ilə mübarizə aparmaq Osmanlı dövləti ilə mübarizə aparmaqdan daha təhlükəli və çətin

olacaqdı. Buna görə də Avstriya tezliklə Hersoqovina qiyamının yatırılaraq Osmanlının ərazi

bütövlyünün bərpa edilməsinə tərəfdar idi. Bununla yanaşı Avstriya “Üç Đmperator Liqası”na

(1872) üzv idi və bağlanmış müqavilənin şərtləri “Şərq Məsələsi (problemi)”7 çərçivəsində

Avstriyanın Balkan böhranında da Almaniya və Rusiya ilə eyni mövqedən çıxış etməyi tələbi

edirdi. Buna görə də Avstriya başnaziri qraf Andraşi, Bismark və rus başnaziri Qorçakov Berlində

toplanarq Bosniya-Hersoqovina üçün Osmanlı dövlətindən bəzi imtiyazlar tələb etmək qərarına

gəldilər. Bu imtiyazların nədən ibarət olacağını müəyyənləşdirmək işi qraf Andraşiyə tapşırıldı.

Babi-Ali qərb dövlətlərinin tələbi ilə nəsə edərək öz təbəələri qarşısında və beynəlxalq siyasi

arenada nüfuzuna xələl gətirməmək məqsədi ilə qraf Andraşini qabaqladı və 2 oktyabr 1875-ci ildə

Bosniya-Hersoqovinaya bir sıra imtiyazlar verdi. Həmin ilin dekabr ayının 12-ndə isə bütün

Osmanlı dövlətini əhatə edən yeni bir islahat fərmanı elan edildi. Lakin bunların heç biri qiyamın

yatırılmasına kömək etmədi. 31 yanvar 1876-cı ildə qraf Andraşi tərəfindən hazırlanmış, Almaniya,

Rusiya, Đngiltərə, Fransa və Đtaliya tərəfindən təsdiq edilmiş nota (Andraşi notası) Babi-Aliyə

çatdırıldı.

Andraşi Notası

Notada aşağıdakılar tələb edilirdi:

1-Xristian əhali üçün din və məzhəb azadlığı təmin edilsin

7 “Şərq Məsələsi”ylə bağlı 2-ci mövzunun “C” bəndində ətraflı məlumat verilib.

Page 80: OSMANLI SIYASI TARIXI

80

2-Đltizam hüququ ləğv edilsin.

3-Xristian əhalidən yığılan vergilər onların yaşadığı ərazidə xərclənsin.

4-Əkinçiliklə məşğul olan xristian əhaliyə torpaq mülkiyyətləri verilsin.

5-Bu tələblərin yerinə yetirlidiyinə nəzarət etmək üçün üzvləri müsəlman və xristianlardan

ibarət komissiya qurulsun.

Osmanlı dövləti bu notaya cavab olaraq 2 oktyabr 1875-ci il tarixli imtiyaz fərmanını

göstərdi, bu tələblərin onsuz da burada yaşayan əhaliyə verildiyini bildirdi və prinsip olaraq notanı

qəbul etdiyini bəyan etdi. Rusiya bu cavabdan məmnun qalmadı və daha başqa məsələləri də ortaya

ataraq vəziyyəti gərginləşdirməyə çalışdı.

Bu vaxt Səlanik şəhərində (Soloniki) əhalinin Fransız və Alman diplomatik

nümayəndəliklərinə hücum edərək konsulları qətlə yetirmələri Osmanlı dövlətini pis vəziyyətdə

qoydu. Qatillərin tapılaraq mühakimə edilmələri və cəzalandırılmaları da Avropa mətbuatında anti-

türk təbliğatının aparılmasına mane olmadı.

Qorçakov Memorandumu

Qorçakovun təşəbbüsü ilə Almaniya və Avstriya başnazirləri yenidən Berlində toplandılar.

Qorçakovun müəllifi olduğu Balkan böhranı ilə bağlı memorandum 12 may 1876-cı ildə Almaniya

və Avstriya tərəfindən də təsdiq olundu. Memorandumda deyilirdi:

1-Təhlükəsizliyə xələl gətirilən yerlərə qərb dövlətləri öz hərbi gəmilərini göndərə

biləcəklər.

2-Osmanlı dövləti qiymaçılarla iki aylıq atəşkəs sazişi bağlayaraq birbaşa diplomatik

təmaslara başlayacaq.

3-Didərgin düşmüş qiyamçılar öz yerlərinə qaytarılacaq, onlara ev və kilsələrini bərpa

etmək üçün dövlət tərəfindən tikinti materialı və maliyə dəstəyi veriləcək.

4-Osmanlı xristian vətəndaşlarına da müsəlman əhali kimi silah saxlamaq izni veriləcək.

5-Yerlərdəki diplomatik nümayəndələr bu tələblərin yerinə yetirlməsini müşahidə etmək

hüququna sahib olacaqlar.

Fransa və Đtaliya bu memoranduma qoşulsalar da may ayının 15-i Đngiltərə tərəfindən

memorandum rədd edildi. Buna görə də Fransa və Đtaliya öz dəstəklərini geri çəkdilər. Beləcə

Qorçakovun təşəbbüsü və memorandumu öz əhəmiyyətini itirdi və Babi-Aliyə təqdim olunmasına

ehtiyac belə qalmadı. Đngiltərə öz maraqlarının müdafiəsi və Rusiyanın regionda güclənməsinin

qarşısını almaq məqsədi ilə memoranduma qoşulmamışdı. Đngiltərə bu məsələdəki qətiyyətini

göstərmək üçün Aralıq dənizi donanmasındakı bir neçə hərbi gəmisini Dardanel boğazı yaxınlığına

göndərərək burada lövbər saldırdı. Bununla da Osmanlı dövlətinə dəstəyinin nümayiş etdirdi.

Page 81: OSMANLI SIYASI TARIXI

81

Bolqar üsyanı (1876).

Panslavist cərəyanın təsiri altında XIX əsrin II yarısında bolqarlar arasında da millətçilik və

istiqlaliyyət fikirləri yayılmağa başlamışdı. Rusiyanın dəstəyi ilə aparılan mədəni və siyasi

maariflənmə prosesi tezliklə öz nəticəsini verdi. 1860-cı ilin ortalarında bir qrup bolqar din xadimi

və ziyalısı Osmanlı sarayına müraciət edərək Bolqar pravoslav kilsəsinin bundan sonra müstəqil

olaraq fəaliyyət göstərəcəyini və Đstanbul yunan pravoslav kilsəsinin (Fənər Rum Patrikliyi)

rəhbərliyini tanımadıqlarını bildirmişdilər. Babi-Ali bu təşəbbüsə müsbət yanaşmadı. Bolqarlar

1867-ci ildə qiyam qaldırdılar. Bu qiyam ordunun köməyi ilə yatırıldı. 11 mart 1870-ci ildə Babi-

Ali Bolqar pravoslav kilsəsinin qurulmasını təsdiqlədi. Bolqarlar 1876-cı ildə ikinci dəfə

istiqlaliyyət mübarizəsinə qalxmağa çalışdılar. Lakin bu cəhdləri də nəticəsiz qaldı. Osmanlı dövləti

vaxtında müdaxilə edərək qiyamı yatırdı.

Bu vaxt Osmanlı imp-ğu sarayında da mühüm dəyişikliklər baş verdi. 11 may 1876-cı ildə

Đstanbulda mədrəsə tələbələrinin geniş mitinq-yürüşü oldu. Onlar baş nazirinin ruspərəst

mövqeyinin əleyhinə idilər. Sultan Əbdüləziz (1861-1876) Mahmud Nədim paşanı sədriəzəmlik

vəzifəsindən azad edərək yerinə Mehmed Rüşdü paşanı təyin etdi. Yeni hökumət qərb dövlətlərinin

istəyi əsasında qurulmuşdu. Yeni hökumətdə Hüseyn Avni və Midhət paşa kimi mason dövlət

xadimləri də var idi. Bu şəxslər çoxdan bəri konstitusiyalı monarxiya (parlamentar monarxiya)

sisteminə keçməyin zəruriliyindən bəhs edirdilər. 30 may 1876-cı ildə sultan Əbdüləziz taxtından

devrildi. Yerinə mason olan V Murad taxta oturduldu. Sabiq sultan Əbdüləziz isə müammalı şəkildə

öldü və onun intihar etdiyi xəbəri yayıldı. V Murad ruhi cəhətdən ciddi problemləri olan bir adam

idi. 15 iyun 1876-cı ildə Sultan Əbdüləzizin qayını polkovnik Çərkəz Həsən gecə vaxtı nazirlər

kabinetinin iclasına silahlı basqın edərək Hüseyn Avni paşanı və xarici işlər naziri Rəşid paşanı

qətlə yetirdi. Bu hadisə sultan V Murada çox ciddi təsir etmişdi və onun ruhi xəstəliyi daha da

şəddətlənmişdi. Buna görə də Midhət paşa 31 avqust 1876-cı ildə V Muradı hakimiyyətdən

uzaqlaşdırdı. Osmanlı taxtına konstitusiyalı monarxiyaya keçişi təmin edəcəyinə dair söz verən

sultan II Əbdülhəmid (1876-1909), 34-cü Osmanlı hökmdarı olaraq, oturdu.

Osmanlı-Serbiya müharibəsi (1876).

Hersoqovina qiyamı vaxtı bəzi serb və qaradağlı könüllülərin Hersoqovinaya gələrək burada

qiyamçıların cərgələrində vuruşduqlarını demişdik. Lakin Hersoqovina qiyamı qiyamçılar və

onların havadarları nöqteyi-nəzərindən uğursuzluqla nəticələnmişdi. Serbiya və Qaradağ formal da

olsa Osmanlı dövlətinə bağlı idilər. Serbiya hərbi qüvvələrinin ali baş komandanlığına panslavist

rus generalı Çernyayev təyin edilmişdi. Hersoqovina qiyamının uğursuzluğundan sonra serblər və

qaradağlılar 26 may 1876-cı ildə öz aralarında saziş bağlayaraq Osmanlı dövlətinə qarşı birgə

hərəkət etməyə dair razılaşdılar. Serb hərbi birləşmələri tez-tez sərhədyanı ərazilərdə hadisələr

Page 82: OSMANLI SIYASI TARIXI

82

törədirdilər. Belə hadisələrin artması Osmanlı dövlətinin Serbiyadan buna aydınlıq gətirməyi tələb

etməsinə səbəb oldu. Serb knyazı Milan buna Bosniyanın Serbiyaya, Hersoqovinanın isə Qaradağa

verilməsini tələb etməklə cavab verdi. Bu tələbdən dərhal sonra 01 iyul 1876-cı ildə Serbiya, 02

iyul 1876-cı ildə isə Qaradağ Osmanlı dövlətinə müharibə elan etdilər. Rusiya və Avstriya dərhal

müharibə sonrasının planlarını hazırlamağa girişdilər. Bu plana görə müharibədən sonra Bosniya-

Hersoqovina serb, qaradağ və avstryalılar arasında bölüşdürüləcək, Bessarabiya (Moldova) və

Batumi isə Rusiyaya çatacaqdı. Lakin türklərin serb və qaradağlıların birləşmiş ordularını ağır

məğlubiyyətə uğratmaları bu planları nəticəsiz qoydu. Osmanlı ordusu qarşısından qaçdıqları üçün

Belqradı türklərin işğalı təhlükəsi ilə üzbəüz qoyan serblər 24 avqustda Avropa dövlətlərinə

müraciət edərək türklərin irəlilməsənin qarşısının alınmasını və atəşkəs müqaviləsi bağlanmasını

tələb etdilər. Đngiltərə də Leyboristlər partiyasına rəhbərlik edən türk və Đslam düşməni Gladstonun

tələbləri ilə işə qarışdı. Osmanlı dövləti hərbi uğurların verdiyi üstünlüklə öz tələblərini diqtə

etməyə başladı. Türklərin təklif etdiyi sülh müqaviləsində Serbiya ilə Qaradağın Osmanlı dövlətinə

bağlı qalmaq şərti ilə müstəqilliklərini davam etdirmələri şərti var idi. Rusiya buna qəti etiraz edirdi.

Sülh müqaviləsinin şərtləri müzakirə edilərkən serblər Osmanlı ordusuna qəfil hücum etdilər. Lakin

məğlub olaraq geri çəkilməli oldular. Osmanlı ordusu yenidən irəliləməyə başladı. Lakin Rusiyanın

sərt reaksiyası 1 oktyabrda hərbi əməliyyatların dayandırılmasına səbəb oldu və iki aylıq atəşkəs

sazişi bağlandı.

Đstanbul konfransı (23 dekabr 1876-20 yanvar 1877).

Rusiya Serb-Qaradağ ittifaqı ilə Osmanlı dövləti arasındakı müharibəni bəhanə edərək

yenidən Balkan siyasətində fəallaşmağa başlamışdı. Lakin ruslar bu dəfə serb-qaradağ problemini

də “Şərq məsələsi” çərçivəsində dəyərləndirməyə başlamışdı. Rus çarı II Aleksandr hətta qərbi

Avropa dövlətlərinə şifahi ultimatum verməyi də unutmamışdı. Çar əgər avropalılar özlərini bu

məsələnin qəti həllinə hazır saymırlarsa Rusiyanın tək başına hərəkətə keçmək əzmində olduğunu

bəyan etmişdi. Lakin Đngiltərə bu məsələdə Rusiyanın, belə demək mümkünsə, “özbaşnalıq”

etməsinin əleyhinə idi. Đngilislər bunun beynəlxalq problem olduğunu, buna görə də dünya

dövlətlərinin müştərəkən verdikləri qərarların etibarlı olacağını bildirirdi. Buna görə də bütün

problemlərin dəyərləndirilməsi üçün yeni bir konfransa ehtiyac var idi. Osmanlı dövləti özünün

ərazi bütövlüyü məsələsini heç bir konfransda müzakirəyə çıxarmayacağını bildi. Đstanbuldakı

ingilis səfirinin Babi-Aliyə Osmanlı dövlətinin ərazi bütövlüyünə toxunulmayacağı barədə təminat

verməsindən sonra türklər yeni konfransın toplanmasına razı oldular. 11-12 dekabr 1876-cı ildə

konfransda müzakirə olunacaq mövzuların müəyyənləşdirilməsi üçün diplomatik heyətlər iclas

keçirdilər. Həmin ilin 23 dekabrında isə Đstanbulda Đngiltərə, Fransa, Rusiya, Avstriya, Almaniya,

Đtaliya və Osmanlı dövlətlərinin təmsilçiləri Đstanbul (və ya Tərsanə) Konfransının rəsmi açılışını

edərək ilk iclasda görüşdülər. Đclasın açılışı vaxtı atılan topların səsi iştirakçıları qorxutmuş və

Page 83: OSMANLI SIYASI TARIXI

83

təəccübləndirmişdi. Lakin xarici işlər naziri Saffət paşa qorxulu bir şeyin olmadığını, bunun

Osmanlı dövlətində konstitusiyalı monarxiyaya keçişi təntənəli qeyd etmək üçün atılan topların səsi

olduğunu bildirmiş və bundan sonra da artıq konfransa ehtiyac qalmadığın bildirmişdi. Bu türklər

tərəfindən əvvəlcədən planlanmışdı. Yəni artıq bütün daxili işlərimiz parlamentdə müzakirə

ediləcəyi üçün burada müzakirə etməyə ehtiyac yoxdur deyilmək istənmişdi. Lakin konfrans

iştirakçıları buna etiraz edərək konfransa davam etdilər. 9 iclasın nəticəsi olaraq alınan qərara görə

Osmanlı dövləti Serbiya və Çernoqoriyanın müharibədən əvvəlki statuslarını tanımalı, bunlara

müəyyən qədər torpaq verməli, Bosniya-Hersoqovina və Bolqarıstana da əlavə imtiyazlar verməli

idi. Lakin Osmanlı dövləti bunu qətiyyətlə rədd etdi və Tərsanə Konfransı 20 yanvar 1877-ci ildə

heç bir qərar qəbul etməyərək sona çatdı. Bundan dərhal sonra konfrans iştirakçısı dövlətlər

Đstanbuldakı səfirlərini və konsullarını geri çağırdılar. 01 mart 1877-ci ildə Osmanlı-Serb

müqaviləsi bağlandı. Müqaviləyə görə müharibədən əvvəlki vəziyyətə qayıdılacaqdı. Qaradağla isə

danışıqlar aparılsa da onların torpaq tələbləri müsbət nəticə əldə olunmamasına səbəb oldu.

London Protokolu (1877)

Rusiya Đstanbul konfransında heç bir nəticə ala bilmədiyi üçün 15 yanvar 1877-ci ildə

Avstriya ilə müqavilə bağladı. Müqaviləyə görə Bosniya-Herseq Avstriyaya çatacaq, geri qalan

Balkan torpaqları isə Rusiyanın olacaqdı. Đstanbul konfransında iştirak etmiş qərb dövlətləri 31

mart 1877-ci ildə Londonda toplanaraq protokol imzaladılar. Protokolda Osmanlı dövlətindən

xristian əhaliyə imtiyazlar verilməsi, islahat keçirilməsi və ordunun sayının azaldılması tələb

olunurdu. Beləcə qərb dövlətləri Rusiyanın yanında Osmanlı dövlətinə qarşı birləşmişdilər. Bu

1856-cı il Paris konqresi qərarlarının heç bir hökmünün qalmadığını və qazanılmış hərbi-diplomatik

uğurun sona çatdığını göstərirdi. 12 aprel 1877-ci ildə Osmanlı sarayı bu tələbləri qəti surətdə rədd

etdiyini bəyan etdi. Bununla da Rusiya ilə yeni bir müharibə başlamış oldu.

Mövzu 18.

Osmanlı imp-luğunda I Konstitusiyalı monarxiyanın elanı

Osmanlı dövlətinin iqtisadi problemləri XVIII əsrdən etibarən ərazi itirməsi və daim büdcə

kəsirinin olması ilə başladı. Osmanlı dövləti böyük coğrafi kəşflərdən sonra Aralıq dənizi

hövzəsinin özünün əvvəlki iqtisadi və geostrateji əhəmiyyətini itirməsindən sonra beynəlxalq ticarət

yollarına nəzarətdən məhrum olmuşdu. Bununla yanaşı tənəzzülə uğrayan Osmanlı kənd təsərrüfatı

sistemini də islahatlar apararaq lazımi səviyyəyə çatdırılması mümkün olmamışdı. Avropa

dövlətləri ilə, çox vaxt təzyiq altında, imzalanmış sərbəst ticarət müqavilələri sayəsində ölkəyə idxal

edilən əmtəədən cüzi gömrük vergisi alınmağa başlamışdı. Bu həm dövlət xəzinəsinin gəlirlərini

azaldır, həm də yerli sənaye istehsalının inkişafına mane olmuşdu. Đqtisadi problemlərlə yanaşı,

xüsusilə Fransız inqilabını təsiri ilə, Avropada yayılan millətçilik və milli azadlıq hərəkatları

Page 84: OSMANLI SIYASI TARIXI

84

Osmanlı imp-ğunu sarsıtmışdı. Bunun paralelində 1860-cı illərdə “Yeni Osmanlılar” adlanan ziyalı

hərəkatı ortaya çıxmışdı. Namiq Kamal və Ziya paşa kimi dövrün ziyalıları Avropadakı

konstitusiyalı monarxiyaları nümunə götürərək Osmanlı dövlətində də buna bənzər bir sistemin

qurulması fikrini bəyan etdilər. 1850-ci illərdən etibarən Osmanlı dövləti tarixində ilk dəfə xarici

ölkələrdən borc almış və 1870-ci illər Osmanlı dövəti üçün ağır iqtisadi böhran şəraitində keçmişdi.

II Əbdülhəmidin hakimiyyətinin ilk illərində Balkan yarımadasında qiyamlar baş vermişdi. Başda

Rusiya olmaqla qərb dövlətləri Osmanlı imp-sına xristian əhalinin lehinə islahatlar aparılması üçün

təzyiq göstərirdilər. Əvvəlki dərsimizdə Midhət paşanın 31 avqust 1876-cı ildə V Muradı

hakimiyyətdən uzaqlaşdırması və konstitusiyalı monarxiyaya keçişi təmin edəcəyinə dair söz verən

sultan II Əbdülhəmidi (1876-1909) hakimiyyətə gətirdiyini qeyd etmişdik. Sultan II Əbdülhəmid 23

dekabr 1876-cı ildə Đstanbul (Tərsanə) konfransının keçirildiyi bir vaxtda siyasi manevra edərək

“Qanuni-Əsasi”ni (konstitusiya) elan etdirdi. Çünki bu konfransda Balkanlardakı xristian əhali

üçün yeni islahat fərmanlarının verilməsi tələb ediləcəkdi.

Türk hüquq tarixində 1876 Anayasası kimi də düşən Qanuni-Əsasi əslində Osmanlı

monarxlarının hegemonluq hüquqlarını məhdudlaşdırmırdı. Đcraedici hakimiyyəti bütünüylə öz

əlində cəmləşdirmiş sultan, sədriəzəmi və vükəlanı (vəkillər-nazirlər) istədiyi kimi vəzifəyə təyin və

azad edə bilərdi. Seçilmişlər məclisinin (Məclisi-Məbusan) nazirlərin üzərində heç bir nəzarət

mexanizmi yox idi. Sultan istədiyi vaxt məclisi buraxa və yeni seçkilər keçirə bilmə səlahiyyətinə

sahib idi. Bundan başqa sultan “ictimaiyyətin mənafeyi naminə” lazım bildiyi şəxsləri sürgünə

göndərə bilmə səlahiyyətinə də sahib idi.

Qanuni-Əsasinin tələbinə uyğun olaraq iki palatalı bir parlament təşkil edilmişdi. Üzvləri

seçgilərlə müəyyənləşdirilən məclis palatasına Məclisi-Məbusan, üzvləri təyin edilməklə

müəyyənləşdirilən məclisə isə Əyanlar Məclisi deyilirdi. Bu iki palatanın birgə təşkil etdiyi

parlamentə Məclisi-Ümumi deyilirdi. Əyanlar Məclisinin sədri və üzvləri bilavasitə sultan

tərəfindən təyin edilirdi. Qanuni-Əsasinin tələbinə görə Məclisi-Ümumi sultanın əmri ilə noyabr

ayında işə başlayır və mart ayında öz işini bitirirdi.

Sultan II Əbdülhəmid daxili və xarici güclərin təzyiqi ilə məşrutiyyəti (konstitusiyalı

monarxiya) elan etmiş və Midhət paşanı başnazir təyin etmişdi. Hakimiyyətini möhkəmləndirəndən

sonra sultanın ilk işi məşrutiyyətin ideya müəlliflərindən biri olan Midhət paşanı vəzifəsindən azad

edərək sürgünə göndərmək oldu. Bunda sonra isə 1877-1878-ci illər türk-rus müharibəsini səbəb

göstərərək 1877-ci ilin iyununda Məclisi-Məbusanın fəaliyyətinə son qoydu. 1878-ci ilin

yanvarında məclisin növbəti iclasını çağırdı. Lakin bu iclasda deputatların sultanı şiddətlə tənqid

etmələrindən sonra II Əbdülhəmid 13 fevral 1878-ci ildə Məclisi-Məbusanı buraxdı. Beləcə I

Məşrutiyyət dövrü sona çatdı.

Page 85: OSMANLI SIYASI TARIXI

85

1877-1878-ci illər Osmanı-Rusiya müharibəsi

London protokolunun tələbləri teleqrafla Babi-Aliyə bildirilmiş və Osmanlı dövləti bu

tələblərin qəbuledilməz olduğunu qəti surətdə bəyan etmişdi (10 aprel 1877). Xüsusilə də Balkan

yarımadasındakı türk ordusunun tərxis edilməsinin qeyri mümkünlüyü vurğulanmış və bunun

Osmanlı ərazilərinin Rusiya üçün asan hədəfə çevirəcəyi bildirilmişdi. Bundan başqa türk tərəfi heç

kimə veriləcək bir qarış torpaqlarının olmadığını da açıqca bildirmişdilər. Đki həftə sonra 24 aprel

1877-ci ildə başnazir Qorçakov St. Peterburqdakı Osmanlı səfirinə rus çarı II Aleksandrın (1855-

1881) Osmanlı dövlətinə müharibə elan etdiyini bildirdi. Beləcə türk tarixində “93 müharibəsi”

kimi məşhur olan 1877-1878-ci illər türk-rus müharibəsi başladı. Hicri-Rumi təqvimlə 1293-cü ildə

baş verdiyi üçün bu müharibəyə “93 müharibəsi” adlandırılmışdı.

Rumeli cəbhəsi

Hər iki tərəfin ən çox canlı qüvvəsi bu cəbhədə toplanmışdı. Rumeli cəbhəsindəki Osmanlı

ordusuna Əbdülkərim Nadir paşa komandanlıq edirdi. Rumeli cəbhəsindəki Osmanlı hərbi

qüvvələri üç əsas hissəyə ayrılmışdı. Bunlardan Ruscuq (Ruse), Silistra, Şumnu (Şumen) və Varna

arasındakı Şərqi Dunay ordusuna müşir (marşal) Əhməd Əyyub paşa, Vidin şəhəri yaxınlığındakı

Qərbi Dunay ordusuna müşir Qazi Osman paşa, bu ikisinin arasında yerləşən Balkan ordusuna

Süleyman paşa komandanlıq edirdilər. Bu üç orduda canlı qüvvə sayı cəmi 150-200 min nəfəri

keçmirdi. Yaşlı və yorğun Əbdülkərim Nadir paşa iki müdafiə xətti qurmuşdu, 1-cisi Dunay çayı, 2-

cisi Balkan dağları.

Düşmən cəbhəsinə isə böyük knyaz Aleksandr Aleksandroviç Romanov komandanlıq edirdi.

Rumeli cəbhəsində 250 min canlı qüvvə və 800 top var idi. Plana görə bir ordu Dunay çayını

keçərək Dobrucanı (Dobriç) zəbt edəcək və rus ordusunun əsas hərəkət yolunu qoruyacaq, əsas

qüvvələr isə Ruscuq ilə Niqbolu arasında qalan yerdən Dunayı keçərək türk ordusunu iki yerə

böləcək və Ədirnəyə hücum edəcəkdi. Ruslar bu planı gerçəkləşdirə bilmək üçün Rumıniya ilə rus

qoşunlarının bu dövlətin ərazisindən keçib gedə bilməsi barədə razılaşdılar. Bessarabiyadan

Rumıniyaya keçərək sürətlə irəliləyən rus ordusu Dunayı keçib Dobrucanı zəbt etdilər (22 iyun

1877).

Rus ordusunun böyük bir qismi isə 26-27 iyunda Zimniçadan (Zimnitsa) Ziştoviyə (Svistov)

keçərək Bolqarıstanın mərkəzi vilayətlərində irəlilədi və xalqı Osmanlıya qarşı qiyama çağırdılar.

Dunayı keçən rus ordusu üç qola ayrıldı. Böyük knyaz Aleksandrın 75 min nəfərlik ordusu Ruscuq,

general Kridenerin 35 minlik ordusu Niqbolu (Nikopol), general Đosif Qurkonun 25 minlik ordusu

isə ikinci müdafiə xəttinə, Balkana hücum etdilər. 1877-ci il 7 iyulda Turnovo, 16 iyulda isə

Niqbolu qalaları rusların əlinə keçdi. Balkan yarımadasının qapısı adlandırılan Şipka dağ keçidini

isə ruslar 19 iyulda zəbt etdilər.

Page 86: OSMANLI SIYASI TARIXI

86

Cəbhədəki bu uğursuzluqlar Əbdülkərim Nadir paşa və müavini Rədif paşanın

vəzifələrindən azad edilmələrinə səbəb oldu. Serb və Qaradağ orduları ilə döyüşdə istedadını

nümayiş etdirmiş Mehmed Əli paşa Rumeli cəbhəsinə başkomandan təyin edildi. Qazi Osman

paşaya isə Vidindən Plevenə hücum etmək əmri verildi.

Plevne döyüşləri

17 minlik ordusu ilə Plevneyə gələn Osman paşa şəhəri mühasirədə saxlayan rus ordusuna

hücum edərək onları geri çəkilməyə məcbur etdi. Bu I Plevne döyüşü idi (20 iyul 1877). Bu vaxt

Süleyman paşa da özünün 25 minlik ordusu ilə general Qurkonun ordusunu məğlub edərə Əski

Zağra (Stara Zagora) şəhərini düşməndən təmizlədi (23 iyul 1877). General Kridener 50 min canlı

qüvvə və 184 topla Plevneyə hücum etdi, lakin məğlub olaraq geri çəkildi (II Plevne döyüşü-30 iyul

1877). Bu vaxt Rumıniya da Osmanlı dövlətinə müharibə elan etdi və 50 min nəfərlik canlı qüvvəni

cəbhəyə göndərdi. Buna baxmayaraq general Kridener 100 min nəfərlik əsgər və 432 topla (III

Plevne döyüşü-12 sentyabr 1877) də 30 min əsgəri olan Osman paşaya məğlub olaraq geri çəkilməli

oldu.

Sentyabr ayının sonunda Plevneyə yardım çatdırıldı. Yardımdan sonra Plevnedəki türk

qüvvələri 65 min əsgər və 85 topa çatmışdı. Digər tərəfdən Plevneni işğal etmək niyyətindən

daşınmayan ruslar Plevnenin Filibe ilə əlaqəsini kəsmək üçün zəif müdafiə olunan Lofça (Loveç)

şəhərinə hücum edərək buranı ələ keçirdilər. Daha sonra əlavə qüvvələr cəlb edən ruslar 150 min

əsgər və 665 topla Plevneni tam mühasirəyə aldılar. Bu vaxt çar II Aleksandr Rumeli cəbhəsinə,

Plevne yaxınlığına gəldi. Plevnedə ərzaq tükənmiş, əsgərlər acından ölməyə başlamışdılar. Heç bir

köməyin şəhərə çatdırıla bilinməyəcəyindən əmin olan Osman paşa mühasirəni yarıb çıxmağı

planladı. Lakin döyüş vaxtı yaralanıb əsir düşdüyü üçün (IV Plevne döyüşü-9 dekabr 1877) bu

planının gerçəkləşdilə bilmədi. Bir gün sonra şəhər rusların əlinə keçdi.

Şipka Döyüşləri

General Đosif Qurko hərbi-strateji əhəmiyyətə sahib Şipka dağ keçidini zəbt etmişdi (I Şipka

keçidi döyüşü, 17-19 iyul 1877). Əski Zağrada rusları məğlub edən Süleyman paşanın əmri

altındakı Balkan ordusu Şipkanı ruslardan təmizləmək üçün hücum gerçəkləşdirdi (II Şipka keçidi

döyüşü, 21-26 avqust 1877). Lakin məğlub olaraq geri çəkldi. III və IV Şipka döyüşləri də (13-17

sent. 1877 və 5-9 yanvar 1878) də bolqar partizanlar və serb könüllülərin köməyi ilə rusların

qələbəsi ilə bitmişdi. Bu vaxt Süleyman paşa Rumeli cəbhəsi başkomandanlığına təyin edildi (28

sentyabr 1877). 1877-ci il 14 dekabrda rusların uğurlarından cəsarətlənən serblər də Osmanlı

dövlətinə müharibə elan etdilər. Süleyman paşa Sofiya şəhərinin şərqinə doğru geri çəkildi. 1

yanvar 1878-ci ildə ruslar Sofiyanı işğal etdilər.

Şərqi Dunay döyüşləri

Page 87: OSMANLI SIYASI TARIXI

87

Şərqi Dunay ordusunda canlı qüvvə sayı 90 minə yaxın idi. Ümumi hücum planı hazırlayan

başkomandan Mehmed Əli paşa öz ordusunu Razqradda toplamışdı. Lakin buradakı döyüşlərdə

müsbət nəticə əldə edilmədi. Serblər Niş qalasını zəbt edərək rus hərbi qüvvələri ilə birləşdilər. Bu

vaxt qaradağlılar da qərbdə Osmanlıya qarşı döyüşə girdilər, Nikiçiç və Antivari qəsəbələrini ələ

keçirərək Adriyatik dənizi sahillərinə çatdılar (18 yanvar 1878).

Qərbi Dunay döyüşləri

Balkan ordusunu dağıltdıqdan sonra Ədirnəyə hücuma keçən düşmən qüvvələri qərbi Dunay

ordusunu geri çəkilməyə məcbur etdilər və 18 yanvar 1878-ci ildə Ədirnə rus ordusu tərəfindən

işğal edildi.

Anadolu cəbhəsi

Anadolu cəbhəsindəki Osmanlı ordusu başkomandan Əhməd Muxtar paşanın əmri altında

olub 60 min canlı qüvvədən və 100 topdan ibarət idi. Buradakı rus ordusuna isə əvvəlcə general

Melikov, sonra isə böyük knyaz Mixail Nikolayeviç Romanov başçılıq etmişdi. Rusların 190 topu

və 125 mindən artıq canlı qüvvəsi var idi. Üç istiqamətdən sərhəddi keçən (24 aprel 1877) ruslar

Doğubayazid və Ərdəhanı ələ keçirdilər. Lakin Saryan çayı ilə Tahirköy arasındakı Halyaz adlı

yerdə məğlub edilərək geri oturduldular (21 iyun 1877). Bundan beş gün sonra isə şəxsən

Melikovun başçılıq etdiyi ordu hissələri isə Qars-Ərzurum arasındakı Ziyin istehkamları önündə

Əhməd Muxtar paşa tərəfindən məğlub edildilər. Bu ikinci məğlubiyyət Melikovun vəzifədən azad

edilməsinə səbəb oldu. Lakin böyük knyaz Mixail Romanov da Qars-Ərzurum yolunu kəsmək

istəyərkən əvvəlcə Gədiklər (25 avqust 1877), sonra isə Yahnilər (2 oktyabr 1877) Əhməd Muxtar

paşa tərəfindən iki dəfə məğlubiyyətə uğradıldı. Bu qələbələrdən sonra Əhməd Muxtar paşaya

“Qazi” adı verildi. Lakin düşmən tərəfə istər canlı qüvvə, istərsə də maddi cəhətdən daim kömək

göndərilməsi cəbhədəki qüvvələr nisbətini türklərin əleyhinə pozdu. 15 oktyabrda sağ cinah

qüvvələri mühasirəyə alındılar və əsir düşdülər.

Qars düşmən mühasirəsində qaldı və 18 noyabrda işğal edildi. Dəvəboynu döyüşündə (4

noyabr 1877) Qazi Əhməd Muxtar paşanın ordusu məğlubiyyətə uğradı. 5 yanvar 1878-ci ildə isə

Ərzurum ruslar tərəfindən mühasirəyə alındı. Lakin qış şiddətli keçdiyi üçün döyüşlər dayandırıldı.

Ədirnənin düşmən əlinə keçməsi ilə Đstanbul yolu ruslar üçün açılmşdı.

Ədirnə atəşkəs müqaviləsi (31 yanvar 1878)

Osmanlı dövləti atəşkəs üçün Rusiyaya müraciət etdi. Ruslar Qaradağ, Serbiya, Rumıniyaya

tam müsəqillik verilməsi, Bolqarıstana muxtariyyət verilməsi və bir knyaz tərəfindən idarə

olunması, Vidin, Ruscuq Silistire və Ərzurum şəhərlərinin sülh müqaviləsi bağlanana qədər ruslarda

qalması, Ərdəhan, Qars, Batumi və Dobrucanın ruslara verilməsi şərtlərini irəli sürdülər. Osmanlı

dövləti bu şərtləri qəbul etdi və 31 yanvar 1878-ci ildə Ədirnədə iki tərəf arasında atəşkəs sazişi

Page 88: OSMANLI SIYASI TARIXI

88

imzalandı. Ruslar 8 fevral 1878-ci ildə Ərzuruma girdilər. Böyük knyaz Nikolay Romanov bir rus

batalyonunun Đstanbula girməsini tələb etdi. Lakin bu tələbi rədd edildi. Đngilislər rusların bu

həvəsinin qarşısını almaq üçün 14 fevralda Đstanbula donanma göndərdi.

San-Stefanos (Hagia Stephanos/Yeşilköy) Sülh Sazişi (3 mart 1878)

San-Stefanos müqaviləsinin şərtləri Ədirnə atəşkəs sazişinin şərtləri ilə demək olar ki, eyni

idi. Böyük knyaz Nikolay ingilis donanmasının Đstanbul sahillərində lövbər salmasından sonra öz

qərargahını Ayastefanos (San-Stefanos) adlanan yerə gətirdi. Bu yer indi Yeşilköy adlanır, Đstanbul

Atatürk havalimanı burada yerləşir və o dövrdə Đstanbul şəhərindən 15 km aralı idi. Nikolay ingilis

əsgərlərinin quruya çıxacağı təqdirdə atəşkəs sazişinin öz hökmünü itirəcəyini bəyan etməsindən

sonra Đngiltərə öz əsgərlərini sahilə çıxarmayacağına dair Rusiyaya təminat verdi.

Müqavilə knyaz Nikolayın San-Stefanosdakı qərargahında bağlandı. Osmanlı tərəfdən

danışıqlarda xarici işlər naziri Saffət paşa və Berlin səfiri Sədullah bəy rus tərəfindəisə Rusiyanın

istanbuldakı səfiri qraf Đqnatiyev və rus diplomat Nelidov iştirak edirdilər. 29 maddəlik bir

müqavilə mətni hazırlandı. Türk tərəfi müqavilə tələbləinin 2-si (6 türk döyüş gəmisinin Rusiyaya

verilməsi və qərb dövlətlərinin etiraz edəcəyi təqdirdə Osmanlı dövlətinin də Rusiya ilə birgə bu

müqaviləni müdafiə etməsi) xaric hamısını qəbul edirdi.

Müqavilə şərtlərini qısaca belə sıralamaq olar:

1- Osmanlı dövlətinə bağlı olan Bolqarıstan knyazlığı qurulacaq, bu knyazlığın sərhədləri

Dunaydan Egey dənizinə, Frakiyadan Albaniyaya qədər olacaqdır.

2-Osmanlı Bosniya-Hersoqovinanın daxili işlərinə qarışmayacaqdır.

3-Serbiya, Qaradağ və Rumıniya tam müstəqil olacaq və sərhədləri genişləndiriləcək.

4-Qars, Ərdahan, Batumi və Doğubayəzid Rusiyaya veriləcək.

5-Teseliya Yunanıstana veriləcək.

6-Krit yunanlarına və Anadoludakı ermənilərə imtiyazlar veriləcək və onlar üçün islahatlar

aparılacaq.

7-Osmanlı dövləti Rusiyaya müharibə təzminatı olaraq 30 milyon qızıl rubl ödəyəcək.

Beləcə Rusiya 500 min əsgər itirdiyi Krım məğlubiyyətinin intiqamını Osmanlıdan alırdı. II

Əbdülhəmidin bütün etirazlarına baxmayaraq Midhət, Damad Mahmud və Rədif paşaların təzyiqi

ilə Osmanlı dövləti Rusiya ilə bu müharibəyə girişmişdi. Osmanlı dövləti bu müharibədə 237,298

km2 torpaq və 8 milyon məskun əhali itirmişdi.

II Əbdülhəmidin siyasi dühası sayəsində bu müqavilə sadəcə kağız üzərində qalmışdı. II

Əbdülhəmid bu şərtlərin qəti surətdə Đngiltərə və Avstriyanı təmin etmədiyini bilirdi. Bu şərtlərlə

Rusiyanın cənub dənizlərinə yolu açılırdı. Buna görə bu iki dövlətin müqavilənin qüvvəyə

Page 89: OSMANLI SIYASI TARIXI

89

minməməsi barədə Rusiyaya təzyiq göstərməsinə nail oldu. Đngiltərə və Avstriyanın tələbi ilə bu

müqavilənin və digər bir çox məsələnin müzakirəsi üçün Berlin konqresini çağırıldı.

Mövzu 19

Kiprin Đngiltərə tərəfindən işğalı (4 iyun 1878).

Əvvəlki mövzularımızda Đngiltərənin hərbi-strateji və iqtisadi-ticari əhəmiyyətindən ötrü

Aralıq dənizi hövzəsini özünün maraq dairəsinə daxil etdiyini qeyd etmişdik. Süveyş kanalının

açılmasından sonra Aralıq dənizi, xüsusən də bu dənizin şərqi, ələlşxüsus da Kipr adası daha böyük

əhəmiyyət kəsb etməyə başlamışdı. Kipr güclü hərbi-dəniz qüvvələrinə malik hər bir ölkə üçün, söz

yerindəysə, Aralıq dənizinin şərqinin, yaxın və orta şərq ölkələrinin, Anadolunun və şimali-şərqi

Afrikanın açarı idi. Belə bir şəraitdə Đngiltərə çoxdan bəri Aralıq dənizinin şərqində yerləşən və

mühüm geostrateji əhəmiyyətə malik olan Kipri ələ keçirmək barədə fikirləşirdi. Hələ raşid

xəlifələrdən Osman ibn Əffanın (r.ə, 643-656) hakimiyyəti dövründə müsəlmanlar tərəfindən fəth

və məskun olunan Kipr XVI əsrdən bəri Osmanlı dövlətinin ərazisi idi. 1877-1878-ci il

müharibəsində Osmanlı dövlətinin məğlubiyyəti və San-Stefano müqaviləsi ilə yeni və kritik siyasi

vəziyyətin meydana çıxması Đngiltərəyə çoxdan bəri arzusunda olduğu planı həyata keçirmək şansı

verdi. Rusiya Osmanlı üzərində açıq hərbi üstünlük qazanmış, Balkan yarımadasını ələ keçirmiş,

Qaradənizdə də siyasi-hərbi insiyativi ələ almışdı. Belə olan halda Rusiyanın asanlıqla Aralıq

dənizinin şərqinə hərbi qüvvə çıxarmaq imkanı var idi. Bu isə Đngiltərə üçün arzuolunmaz hal idi.

Boğazlardan keçib Aralıq dənizinin şərqinə çıxacaq rus donanmasına mane ola bilmək üçün Đngilis

donanması özünün buraya ən yaxın hərbi dəniz bazası olan Malta adasından hərəkətə keçməli idi.

Bu isə Đngiltərə üçün tamamilə əlverişsiz şərait yaradırdı. Đngiltərə bunu və Osmanlı dövlətinin

çıxılmaz vəziyyətini nəzərə alaraq dərhal lazımi tədbirləri həyata keçirməyə başladı. Rəsmi London

30 may 1878-ci ildə özünün Đstanbuldakı səfiri Henry Layarda Kiprin Đngiltərəyə verilməsinin

zəruriliyini və şərtlərini bəyan edbelə bir teleqraf göndərdi: “Osmanlı orduları məğlub olmuşdur.

Osmanlı dövləti çarəsizdir. Bunlar artıq sonun başlanğıcının əlamətləridir. Rusiya Qars, Ərdahan

və Batumini işğal etmişdir. Beləcə Anadolu, Suriya və Đraq əhalisini qiyama təşviq edərək Osmanlı

dövlətinə qarşı çıxara bilər. Belə olacağı halda əhali dağılmağa doğru üz tutan dövlətdən deyil,

daha güclü idarəyə sahib dövlətdən mədət ummağa başlayacaq. Bu isə Osmanlı dövlətitnin

tamamilə dağılması deməkdir. Osmanlı dövlətinin Asiya və Orta şərqdə var olmasının bir şərti var,

o da Osmanlıya qarşı gələcəkdə Rusiya tərəfindən ediləcək hərbi təcavüzə güclü bir dövlətin lazımi

cavab verəcəyinə dair zəmanətidir. Đngiltərə belə bir zəmanəti Osmanlı dövlətinə verə bilər.

Đngiltərənin verəcəyi bu zəmanətin tələblərini yerinə yetirə bilməsi üçün Anadolu və Suriya

sərhədlərinə yaxın bir yerdə hərbi bazaya sahib olması zəruridir. Đngiltərə Kipr adasını bunun üçün

ən münasib yer olaraq görməkdədir. Đngiltərə Kipri sadəcə hərbi və strateji tələblərə uyğun olaraq

istifadə edəcək, adanın mülkiyyəti Osmanlı dövlətinə aid olacaq, toplanan vergilər Osmanlı

Page 90: OSMANLI SIYASI TARIXI

90

xəzinəsinə ödənəcəkdir. Rusiya son müharibədə şərqi Anadoluda işğal etdiyi yerləri Osmanlı

dövlətinə geri verən kimi Đngiltərə Kiprdəki hərbi qüvvələrini dərhal geri çəkəcəkdir”.

Đngiltərənin başnaziri Disraeli kraliça Viktoriyaya yazdığı 5 may 1878-ci il tarixli

məktubunda isə belə deyirdi: “Əgər Babi-Ali Kipri əlahəzrət kraliçaya versə və əvəzində Osmanlı

dövlətinin Asiyadakı torpaqlarının rus işğalından qorunması işini Đngiltərəyə həvalə edən bir

müqavilə bağlansa Đngiltərənin Aralıq dənizindəki qüdrəti bütünlüklə artacaq və əlahəzrət

kraliçanın Hindistandakı imperiyası da son dərəcə güclənəcəkdir. .....Kipr qərbi Asiyanın

açarıdır....”.

Görüldüyü kimi rus təhlükəsi Đngiltərəyə uzun müddətdən bəri həyata keçirməyə çalışdığı

bir planını, hərbi gücdən istifadə etmədən, gerçəkləşdirə bilmə fürsətini vermişdi. 25 may 1878-ci

ildə Đngiltərə rəsmi olaraq Kiprin hərbi baza qurmaq məqsədiylə Đngiltərəyə verilməsi üçün Osmanlı

dövlətinə müraciət etdi. Müraciətdə həm də deyilirdi ki, bunun əvəzində Đngiltərə ilə Osmanlı

dövləti arasında qarşılıqlı təhlükəsizlik müqaviləsi bağlanacaq və Osmanlı dövlətinə borc

veriləcəkdi. Beləcə bu gün də davam etməkdə olan Kipr probleminin başlanğıcı qoyuldu.

Đngilislər müqavilə hazırladıqları müqavilə mətnini də müzakirə edilmək üzün Babi-Aliyə

göndərmişdilər. Osmanlı hökuməti başda xarici işlər naziri Saffət paşa olmaqla bu təklif layihəsini

müzakirə etmək üçün gizli iclas keçirdilər. Saffət paşa ingilis səfirindən şərtlərin Osmanlı dövləti

lehinə bir az yumuşaldılmasını istəmişdi. Lakin səfir şərtlərin kifayət qədər əlverişli olduğunu, türk

tərəfinin bu təklifə mənfi cavab verəcəyi təqdirdə Berlin konqresində ingilis diplomatların San-

Stefano müqaviləsinin şərtlərinin dəyişdirilməsi üçün cəhd göstərməyəcəklərini və Đngiltərənin

Kiprə donanma göndərərək adanı işğal edəcəyini bildirmişdi. Bir müddət sonra isə ingilislər

ümumiyyətlə Berlin konqresinin keçirilməsinə ehtiyac duyulmayacağını və San-Stefano

müqaviləsinin etibarlı ola biləcəyini bildirdilər və təkliflərinə 3 iyuna qədər cavab verilməsini

istədilər. Bu Osmanlı hökumətinə açıq siyasi təzyiq göstərmək demək idi. Osmanlı dövləti

Đngiltərənin bu təklifinə müsbət cavab vermək məcburiyyətində qaldı. 4 iyun 1878-ci ildə

Đstanbulda iki dövlət arasında müqavilə imzalandı. Müqavilə şərtləri belə idi:

1-Rusiya, sülh müqaviləsi şərtləri ilə qəti surətdə müəyyən edilmiş şərqi Anadoludakı

Osmanlı sərhədlərinə hərbi təcavüz etsə Đngiltərə bunun qarşısını almaq Osmanlı dövləti ilə hərbi

əməkdaşlıq edəcək.

2-Osmanlı dövləti şərqi Anadoluda xristian əhalinin (ermənilərin) yaşadığı yerlərdə, şərtləri

Đngiltərə ilə birgə müəyyən ediləcək, islahatlar aparacaqdır.

3-Osmanlı dövləti Đngiltərənin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməsi üçün

Kipr adasını Đngiltərəyə verəcək və Đngiltərənin Kipr adasında hərbi-inzibati idarə sistemi

qurmasını qəbul edəcəkdi.

Page 91: OSMANLI SIYASI TARIXI

91

4-Bu müqavilə ən gec bir ay müddətində təsdiq ediləcəkdir.

Bu müqavilə kapitulyasiya olmasa da ona yaxın bir şey idi. Çünki Đngiltərə bir fərzi-ehtimalı

gerçək faktmış kimi göstərərək bir çox real mənfəətə yiyələnmişdi. Yəni Rusiya ilə Osmanlı dövləti

arasında sərhədlər müəyyənləşəcək, sonra əgər Rusiyanın tanıdığı bu sərhədlərə bir daha təcavüz

edəcəyi təqdirdə Đngiltərə Osmanlı dövlətinə hərbi yardım göstərəcəkdi. Əvəzində isə Đngiltərə bu

müqavilə ilə Osmanlı vətəndaşı olan Türkiyə erməniləri üzərində potektorluq (himayədarlıq) haqqı

əldə edir, hərbi-strateji və ticari-iqtisadi əhəmiyyəti qiymətlə ölçülməyəcək dərəcədə əhəmiyyətli

olan Kipr adasına sahib olurdu. Digər tərəfdən də digər dövlətlərin qarşısında Osmanlı dövlətinin

himayəçisi kimi çıxış edə bilmə hüququnu qazanmış olurdu. Lakin burada Berlin konqresində

veriləcək siyasi-diplomatik dəstəyin mahiyyəti haqqında danışılmırdı.

Đngiltərədən fərqli olaraq sultan II Əbdülhəmid müqaviləni təsdiqləmək üçün tələsmirdi.

Çünki Đngiltərənin vəd etdiyi dəstəyi açıq şəkildə verməsini görmək istəyirdi. Lakin Đngiltərə

tələsirdi. Çünki Berlin konqresi bu müqavilədən cəmi 9 gün sonra 13 iyunda başlayacaqdı. Bundan

başqa sultan müqavilədə Kiprin müvəqqəti olaraq Đngiltəyərə verildiyini vurğulayan maddənin

olmamasından narazı idi. Babi-Ali müqaviləyə bəzi “əlavələr”in edilməsi üçün layihə hazırladı.

Gözlənildiyi kimi Đngiltərə Berlin konqresində vəd etdiyi dəstəyi vermədi, əksinə türk diplomatik

heyətinin tələblərinə etiraz etdi. 1 iyulda Đngiltərə Osmanlı dövlətinin Kipr haqqındakı müqaviləyə

edilməsi nəzərdə tutulan “əlavələr”ini təsdiq etməli oldu. Bu “əlavələr” 6 maddədən ibarət idi. Đlk

beş maddə Kiprdəki müsəlman əhalinin sadəcə Đslam hüququna əsaslanan məhkəmələrə müraciət

edə biləcəyi, buna görə də bu məhkəmələrin ləğv edilməməsi, adadakı türklərə və Osmanlı

dövlətinə aid olan daşınan və daşınmaz əmlakın idarəsi, satışı və gəlirlərinin toplanması və

Đngiltərənin Babi-Aliyə ödəyəcəyi nəğd pulla bağlı hökmləri ehtiva edirdi. Altıncı maddədə isə

deyilirdi:

Maddə 6-Rusiya Qarsı və son müharibədə şərqi Anadolud işğal etdiyi digər yerləri Osmanlı

dövlətinə geri qaytaracağı təqdirdə Đngiltərə Kiprdəki qoşunlarını adadan çıxaracaq və 4 iyun 1878-

ci il Đstanbul müqaviləsi öz hökmünü itirəcəkdi.

Altıncı maddədə ilə Kipr adasını Đngiltəyərə verən 4 iyun 1878-ci il Đstanbul müqaviləsinin

müddətsiz olmadığı, adanın Đngiltərədə daimi qalmayacağı, Kiprin mülkiyyət olaraq Osmanlı

dövəltinə məxsus olduğu vurğulanırdı. 7 iyulda II Əbdülhəmid Đngiltərənin adaya ordusunu çıxara

biləcəyinə izn verən fərmanı təsdiqlədi. Đlk ingilis əsgəri adaya 12 iyul 1878-ci ildə çıxdı. Həmin

gün Kipr ingilis idarəsinə keçdi. 15 iyulda sultan II Əbdülhəmid 4 iyun və “əlavələr”ini ehtiva edən

müqaviləni təsdiq etdi. Həmin gün ingilis səfiri Henry Layard Kiprin mülkiyyət haqqının Osmanlı

dövlətinə aid olduğunu bildirən sənədə qol çəkdi.

Berlin konqresi və qərarları (13 iyul 1878).

Page 92: OSMANLI SIYASI TARIXI

92

Berlin konqresinin toplanma səbəbi San-Stefano müqaviləsini yenidən nəzərdən keçirmək

idi. Konqres 13 iyun 1878-ci ildə Almaniya kansleri Bismarkın sədrliyi ilə öz işinə başladı.

Konqresdə 1856-cı il Paris müqaviləsində imzası olan dövlətlər iştirak edirdilər. Konqresdə

Osmanlı dövlətini Mehmed Əli paşa, Todori paşa və Sədullah bəy, Đngiltərəni başnazir Disraeli və

xarici işlər naziri Salisbury, Rusiyanı başnazir Qorçakov, Avstriyanı xarici işlər naziri qraf Andraşi,

Fransanı xarici işlər naziri Vadinqton, Đtaliyanı xarici işlər naziri qraf Korti, Almaniyanı işə

Bismark təmsil edirdi. Osmanlı dövləti xaric digər altı dövlətin Berlin konqresində başnazir və XĐ

naziri səviyyəsində təmsil olunmaları qərb dövlətlərinin bu konqresə verdikləri əhəmiyyətin

göstəricisi idi. Bismarkın açılış nitqindən sonra konqres öz işinə başladı. Bismark öz nitqində Paris

və London müqavilələri (1856/1871) ilə qurulmuş siyasi balansın San-Stefano müqaviləsi ilə

pozulduğunu və bu balansın yenidən qurulması üçün Avropa dövlətlərinin mütləq belə bir

konqresdə toplanaraq uzlaşma əldə etməli olduqlarını bildirmişdi. Bu da onu göstərirdi ki, qərb

dövlətlərinin əsas məqsədi Osmanlı dövlətinin Rusiya tərəfindən məruz qaldığı hərbi təcavüz

nəticəsində uğradığı itgiləri aradan qaldırmaq deyil, tam əksinə qərb dövlətləri arasındakı ziddiyət

və toqquşmaları uzlaşma yolu həll edərək hər birinin mənafeyini təmin etməkdir.

Bismark konqresin davam etdiyi bir ay boyunca bütün fəaliyyətini Almaniyanın Avropadakı

aparıcı mövqeyini qorumağa, Almaniya üçün zəruri olan Avropada sülhü dəstəkləməyə, mümkün

olduğu qədər şərqi Avropa və Balkan yarımadasında Rusiyanın təsirini azaltmağa, bununla yanaşı

Osmanlı dövləti qarşısında Rusiyanın mövqeyini gücləndirməyə istiqamətləndirmişdi. Bundan

başqa Almaniya rəqibi Fransanın xarici siyasət sahəsində diqqətini öz üzərindən ayıraraq başqa

istiqamətə yönəltmək üçün bu dövləti şimali Afrikadakı Osmanlı torpaqlarını zəbt etməyə təşviq

etdi. Belə olacağı halda Fransa ilə Osmanlı arasındakı siyasi-diplomatik böhran Almaniyaya

Avropada daha rahat manevr etmək imkanı verəcəkdi. Bütün bu məqsədlərlə Bismark Đngiltərə-

Rusiya və Đngiltərə-Avstriya arasında bağlanmış gizli müqavilələri də Berlin konqresinin

gündəmində gətirərək təsdiqlənməsinə nail olmaq istəyirdi. Berlin konqresində Bismark Osmanlı

dövlətinə qarşı sərt mövqe nümayiş etdirmişdi.

Osmanlı diplomatik heyətini ən çox heyrətləndirən isə Đngiltərə olmuşdu. Đngiltərənin

Osmanlı dövlətinin mövqeyini müdafiə etməsi gözlənirkən, bu dövlət əksinə Osmanlı dövlətinin

mənafeyini baltalamaqla məşğul olmuşdu. Đngilislər Bosniya-Hersoqovina üzərindəki hegemonluq

hüququnun Osmanlıdan alınaraq Avstriyaya verilməsi və şərqi Anadoluda ermənilər üçün islahat

aparılması məsələsini müzakirə edilmək üçün konqresin gündəminə gətirmişdi. Buna şiddətlə etiraz

edən türk diplomatları Bismarkın ağır tənqidi ilə qarşılaşmışdılar. Çox gərgin bir şəraitdə bir ay

davam edən Berlin konqresi 13 iyul 1878-ci ildə öz işini yekunlaşdırdı. Burada San-Stefano

müqaviləsinin yerini tutacaq 64 maddəlik müqavilə imzalandı. Müqavilənin şərtlərini aşağıdakı

kimi xülasə etmək olar:

Page 93: OSMANLI SIYASI TARIXI

93

1-San-Stefano müqaviləsi nəticəsində qurulması nəzərdə tutulan Bolqarıstan dövlətinin

ərazisi üç əsas bölgəyə ayrılacaq:

Birinci bölgə: Osmanlı hegemoniyası altında, muxtar, vergi verən, sərhədləri kiçildilmiş

Bolqarıstan knyazlığı qurulacaq. Knyazı bolqar xalqı seçəcək və Osmanlı sarayında təsdiq ediləcək.

Bu knyaz Avropadakı hökmdar sülalələrindən hər hansı birinə mənsub olmayacaq. Knyazlığın

ərazisində Osmanlı əsgəri olmayacaq. Đkinci bölgə: Balkan yarımadasının cənubunda Şərqi Rumeli

adı ilə tanınan ərazidə bir əyalət qurulacaq və bilavasitə Osmanlı dövlətinə bağlı olacaq. Bu əyaləti

Osmanlı sarayı tərəfindən təyin olunacaq xristian canişin idarə edəcək. Üçüncü bölgə:

Makedoniya, islahat aparılmaq şərti ilə, Osmanlı dövlətinin ərazisi kimi qalacaq.

2-Osmanlı dövləti Krit adasına 1868-ci ildə verdiyi muxtariyyət hüququnu daha da

genişləndirəcək və bu sahədə görülən işlər konqres iştirakçısı dövlətlərə ropart formasında təqdim

olunacaq.

3-Osmanlı dövləti Yunanıstana bu dövlətin tələb etdiyi torpaqların müəyyən hissəsini

verəcək. Đki dövlət bu məsələni müzakirə etmək üçün danışıqlar aparacaq, uzlaşma əldə

olunmayacağı təqdirdə koqres iştirakçısı dövlətlərin vasitəçiliyinə müraciət ediləcək.

4-Bosniya-Hersoqovina hüquqi olaraq Osmanlı dövlətinə bağlı qalacaq, lakin bu əyalətə

Avstriya ordu yeridəcək və avstriyalı canişin tərəfindən idarə olunacaq.

5-Qaradağ tam müstəqil dövlət olacaq və sərhədləri yenidən müəyyənləşdiriləcək.

6-Serbiya tam müstəqil dövlət olacaq və Niş şəhəri bu dövlətə veriləcək.

7-Rumıniya tam müstəqil dövlət olacaq, Bessarabiyanı (Moldova) Rusiyaya verəcək və

bunun əvəzində Bolqarıstandan Dobriçi alacaq.

8-Dunay çayı ticarət gəmiləri üçün açıq, hərbi gəmilər üçün qapalı olacaq. Dunayda ticari

gəmilərin hərəkəti beynəlxalq komissiya tərəfindən nizamlanacaq.

9-Osmanlı dövləti Ərdahan, Qars və Batumini Rusiyaya verəcək, Rusiya işğal etdiyi

Ələşgird və Doğubəyazidi Osmanlı dövlətinə qaytaracaq.

10-Osmanlı Qatur qəsəbəsini Đrana verəcək.

11-Osmanlı dövləti şərqi Anadoluda ermənilərin kompakt yaşadağı əyalətlərdə islahatlar

aparacaq.

12-Bosfor və Dardanel boğazları üçün 1841-ci il London müqaviləsinin şərtləri məqbul

olacaq.

13-Osmanlı dövləti Rusiyaya müharibə təzminatı olaraq 802.500.000 frank ödəyəcək.

Beləcə Berlin konqresi ilə “93 müharibəsi” sona çatdı. Osmanlı dövləti Mithət paşa və

silahdaşlarının təşviq və qərarı ilə girdiyi bu müharibədə 287.510 km2 torpaq itirdi. Bosniya-

Page 94: OSMANLI SIYASI TARIXI

94

Hersoqovina və Kipr vilayətlərini idarə hüququndan məhrum oldu. Krit və şərqi Anadolu erməniləri

üçün islahatlar apararaq yeni separatizm ocaqlarının yaranmasına səbəb oldu. Đtirilmiş torpaqlardan

müsəlman və türk əhali deportasiya edilməyə başlandı. Qaçqın əhali Osmanlı dövlətinin qərb

vilayətlərində, xüsusən də Đstanbulda məskunlaşaraq yeni ictimai-iqtisadi problemlərin meydana

gəlməsinə səbəb oldular. Qısacası Berlin konqresi nəticəsində 1877-1878-ci il fəlakəti nəticələnmiş

və yeni fəlakətlərin də təməli qoyulmuşdu.

Bosniya-Hersoqovina məsələsi.

Yuxarıda qeyd etdiyimiz kimi Berlin konqresində alınan qərarlardan biri də Bosniya-

Hersoqovina vilayətinin, mülkiyyət hüququ Osmanlıda qalmaq şərti ilə, Avstriyaya verilməsi qərarı

alınmışdı. Konqresdən sonra Osmanlı dövləti vilayətdə bəyannamə yayaraq bu vilayətə Avstriya

qoşunlarının yeridiləcəyini əhaliyə bildirmişdi. Bosniya-Hersoqovinada əhalinin əksəriyyəti

müsəlman, qalan hissəsi ilə pravoslav xristian idi. Đstər müsəlmanlar, istərsə də xristianlar bu qərara

etiraz etdilər. Çünki pravoslav xristianlar ölkələrinin Avstriyaya deyil, Serbiyaya birləşdirilməsinə

tərəfdar idilər. Müsəlman əhali isə Osmanlı dövlətinin idarəsində qalmaq istəyirdi. 1878-ci il iyulun

sonlarında 70 min avstriyalı əsgər Bosniya-Hersoqovinaya yeridildi. Lakin əhali buna ciddi etiraz

etdi və kütləvi vətəndaş itaətsizliyi başladı. Avstriya öz ordusunun müvəqqəti olaraq Bosniya-

Hersoqovinanı zəbt etdiyini, vaxtı gələndə öz ordusunu geri çəkəcəyini, Avstriya idarəsinin yerli

əhalinin ancaq yaxşılığına çalışacağını bildirməsi əhalini sakitləşdirmədi. Avstriya hərbiçilərini

ölkəni tam nəzarət altına almaları bir il çəkdi. 20 oktyabr 1879-cu ildə Osmanlı dövləti ilə Avstriya

arasında Bosniya-Hersoqovinanın hüquqi olaraq Osmanlı dövlətinə bağlı qalacağını, lakin bu

vilayətin avstriyalı canişin tərəfindən idarə olunacağını təsdiqləyən ayrıca bir müqavilə bağlandı.

Lakin Avstriya tezliklə özünün anti-Đslam və anti-türk simasını göstərdi. Vilayətdəki müsəlman

əhali ağır təzyiqlər altında əzildiklərini 1880-ci ilin aprel ayında Osmanlı dövlətinə şikayət etdilər.

Lakin Osmanlı dövləti heç bir şey edə bilmədi. Buna görə də 1880-ci ilin yay aylarında müsəlman

əhalinin Bosniya-Hersoqovinadan kütləvi halda Anadoluya köçü başladı. Osmanlı dövləti bu köçün

qabağını almağa çalışdı, lakin bacarmadı. Bu vaxt Serbiya da məsələyə müdaxilə edərək Bosniya-

Hersoqovinaya iddia etməyə başladı. Bu isə Bosniya-Hersoqovina probleminin üç ölkə, Osmanlı,

Avstriya və Serbiya arasında yeni bir mübahisə mövzusuna çevrilməsinə səbəb oldu.

Krit üsyanı və Halepa fərmanı (1878)

Məlum olduğu kimi 1868-ci ildə Osmanlı dövləti Krit adasına muxtariyyət vermişdi. “1877-

1878”-ci müharibəsində dövlətin düşdüyü çətin vəziyyəti fürsət sayan Krit yunanları 1878-ci ilin

qiyam qaldırmışdılar. 23 oktyabr 1878-ci ildə Qazi Əhməd Muxtar paşa ingilis diplomatik

təmsilçisinin də iştirakı ilə Kritin Halepa qəsəbəsində qiyamçıların liderləri ilə görüşüb tələblərini

dinlədi. Adadakı qiyamçılar tələblərindən sonra sulat II Əbdülhəmid tarixə “Halepa fərmanı” adı ilə

Page 95: OSMANLI SIYASI TARIXI

95

düşmüş fərman imzaladı. Fərmanda Krit yunanlarına bir sıra yeni hüqaqlar verilirdi. Fərmana görə

Krit canişini beş ildə bir dəyişiləcək, canişin müsəlman isə müavini xristian, xristian isə müavini

müsəlman olacaq, Krit Ümum Məclisinə 49 xristian, 31 müsəlman olmaqla 80 üzv seçiləcək,

məclisin qərarları Osmanlı qanunvericiliyinə uyğun olacaq, adadakı xristian dövlət məmurlarının

sayı müsəlman məmurların sayından çox olacaq, türk dili ilə yanaşı yunan dili də adada rəsmi dil

olaraq istifadə ediləcək, adadan dövlət xəzinəsinə daxil olan gəlirlərin yarısı Krit üçün xərclənəcək,

adanın gəlirləri xərclərindən az olacağı təqdirdə dövlət Kritə əlavə büdcə ayıracaqdı. müharibəsi

1897-ci il Osmanlı-Yunanıstan müharibəsi

Yuxarıda qeyd etdiyimiz kimi Berlin konqresində, Yunanıstanın lehinə olmaq şərti ilə,

Osmanlı-Yunanıstan sərhədlərinin delimitasiyası məsələsi də müzakirə edilmişdi. Yunanıstana

torpaq verilməsi məsələsi hələ Berlin konqresindən əvvəl ingilislər gündəmə gətirmişdilər. “1877-

1878” müharibəsi vaxtı Rusiyanın hərbi uğurlarından və Serbiya, Qaradağ və Rumıniyanın da

rusların tərəfində müharibəyə qoşulması yunanları da həvəsləndirmiş və yunan ordusu sərhəddə

yerləşən Yanya şəhərini işğal üçün hazırlanmağa başlamışdı. Lakin qərb dövlətləri bunun Rusiyanın

mövqeyini daha da möhkəmləndirəcəyi düşüncəsiylə Yunanıstanı bu fikirdən daşındırmışdılar.

Lakin Đngiltərənin Đstanbuldakı səfiri Osmanlı sədriəzəmindən Yunanıstanla sərhədlər məsələsinə

yenidən baxılacağına dair şifahi vəd almağı da yaddan çıxarmamışdı. Beləcə əvvəlcədən nəzərdə

tutulmamasına baxmayaraq Berlin konqresinin 29 iyun tarixli iclasına Yunanıstanın XĐ naziri də

dəvət olunmuş və ona çıxış üçün söz də verilmişdi. Yunan nazir çıxışında Osmanlı dövlətindən

Epir, Teseliya və Krit adasını Yunanıstana verməsini tələb etmişdi. Krit adası məsələsinə Đngiltərə

etiraz etmişdi. Đngiltərənin etirazından sonra digər dövlətlər də belə bir qərar almışdılar ki,

Yunanıstanın lehinə olmaq şərti ilə, Osmanlı-Yunanıstan sərhədlərinin delimitasiyası məsələsini iki

dövlətin nümayəndələri öz aralarında müzakirə etsinlər. Osmanlı diplomatik heyətinin şiddətli

etirazlarına baxmayaraq qərb dövlətləri bu məsələnin maddə şəklində Berlin konqresi yekun aktına

və müqaviləyə daxil edilməsini təkidlə tələb etdilər. Bismark “Belə bir maddə sadəcə tövsiyə və

istək mahiyyəti daşıyacaqdır, tətbiq edilməsi üçün heç məcburiyyət yoxdur” deyərək türk

diplomatları sakitləşdirməyə çalışdı. Beləcə Yunanıstana torpaq verilməsi məsələsi Berlin

konqresinin 13-cü protokolunda və müqavilənin 24-cü maddəsi olaraq qeyd edilmişdi. Berlin

konqresindən dərhal sonra Yunanıstan arxa-arxaya notalar göndərərək Osmanlı dövlətindən

sərhədlərin delimitasiyası üçün görüşməyi tələb etdi. Həyasızlıq səviyyəsinə çıxan bu təkidlərdən

sonra Osmanlı dövləti Yunanıstana bir qarış belə torpaq verməyəcəyini bildirdi. Berlin konqresi

iştirakçısı dövlətrərə də 24-cü maddənin dəyişdirilməsi tələbi ilə müraciət etdi, lakin iştirakçı

dövlətlər mənfi cavab verdilər. Bu hadisələrdən sonra Yunanıstan və Osmanlı dövləti sərhədyanı

ərazilərə ordu birlikləri göndərərək müharibə hazırlıqlarına başladılar.

Page 96: OSMANLI SIYASI TARIXI

96

Lakin qərb dövlətlərinin müdaxiləsi ilə müharibənin qarşısını alındı və danışıqlar aparılması

üçün razılaşıldı. Lakin bu razılaşma yeni bir diplomatik böhranın başlanğıcı oldu. 6 fevral 1879-cu

ildə Qazi Əhməd Muxtar paşanın başçılıq etdiyi türk diplomatik heyəti yunan həmkarları ilə

Preveze şəhərində danışıqlara başladılar. Preveze danışıqlarından heç bir nəticə alınmadı.

Yunanıstan qərb dövlətlərinə, 24-cü maddənin tələbinə uyğun olaraq, vasitəçilik etmələri üçün

müraciət etdi. 16 iyun 1880-ci ildə Berlində altı dövlətin nümayəndələri görüşərək qərar aldılar və

bu qərarı nota şəklində Babi-Aliyə bildirdilər. Bu nota Babi-Ali tərəfindən qəbul edilmədi. 1881-ci

ildə 8 mart-21 aprel tarixləri arasında Almaniyanın Đstanbuldakı səfirlik binasında Rusiya, Fransa,

Đngiltərə, Đtaliya və Avstriyanın Osmanlı imperatorluğundakı səfirləri bir neçə dəfə toplanaraq

yunan-türk sərhəd problemini müzakirə etdilər. Nəhayət altı dövlət türk-yunan sərhədini

müəyyənləşdirdilər və Osmanlı dövlətinin bunu qəbul etməyəcəyi təqdirdə yeni bir müharibənin

başlanacağı ilə hədələdilər. II Əbdülhəmid yeni bir müharibənin Osmanlı dövləti üçün fəlakətlə

nəticələnəcəyini və qərb dövlətlərinin də istəyinin bu olduğunu bilirdi. Buna görə belə bir

müharibəyə yol verməmək üçün 24 may 1881-ci ildə altı dövlətin müəyyənləşdirdiyi Osmanlı-

Yunan sərhədi Babi-Ali tərəfindən qəbul edildi. Bu yeni sərhəd istədiklərindən daha az torpağı

yunanlara veriri. Krit adası və Epirin şimalı türk tərəfində qalırdı. Yunanıstana sadəcə Teselya adası

və Epirin cənubu verilirdi. Lakin bir neçə il sonra Yunanıstan yenidən Osmanlı dövlətinə qarşı ərazi

iddiaları ilə çıxış etməyə başladı. 1885-ci ildə şərqi Rumeli vilayəti muxtar Bolqarıstan knyazlığına

birləşdirilmişdi. Yunanıstan bunun Bolqarıstanı ərazi cəhətdən Yunanıstan qarşısında gücləndirdiyi

kimi gülünc bir bəhanəni irəli sürərək Yunanıstana da torpaq verilməsini tələb etdi. Bu tələbləri

rədd ediləndən sonra isə Krit yunanlarını yeni bir qiyama təşviq etməyə başladı. 1888-ci ildə

adadakı yunanlar Kritin Yunanıstana birləşdirilməsini tələb edərək qiyam qaldırdılar. Silahlı

separatçılar türklərin yaşdığı məntəqələrə hücumlar edirdilər. 1889-cu ildə adaya əlavə hərbi qüvvə

göndərildi, qiyam yatırıldı, liderləri cəzalandırıldı və Halepa fərmanının tətbiqi dayandırıldı.

Qiyamın yatırılmasından sonra Yunanıstan Osmanlı sərhəddinə qoşun və sursat yığmağa başladı.

Lakin Yunanıstanın bu hərəkəti qərb dövlətlərinin etirazına səbəb oldu. Etirazlara məhəl qoymayan

Yunanıstan sərhədyanı bölgələrdəki Osmanlı əsgərlərinə hücum etdilər. Lakin hər dəfə də məğlub

olaraq geri çəkilməyə məcbur oldular. Ordusunu sərhəddən geri çəkmək tələbinə məhəl qoymadığı

üçün, Fransa xaric, Berlin konqresi iştirakçısı dövlətlər Yunanıstan sahillərinə öz donanmalarını

göndərdilər və Yunanıstanı dənizdən mühasirəyə aldılar. Yunanıstanın Osmanlı torpağı olan

Makedoniya sərhəddindəki qoşunlarını geri çəkməsindən sonra qərb dövlətləri də 1889-cu ilin

iyununda dəniz mühasirəsini dayandırdılar. 1895-ci ildə Kritdə yenidən yunan qiyamı başladı. Bu

dəfə adada çox şiddətli vətəndaş müharibəsi başladı. Adadakı türklərlə yunanlar arasında silahlı

qarşıdurmalar şiddətləndi. Yunanıstan bir yandan adaya ordu yeritməyə hazırlaşır, digər yandan da

Avropa dövlətlərini türklərin adadakı yunanlara etdikləri zülmə son qoymaq üçün fəaliyyətə

Page 97: OSMANLI SIYASI TARIXI

97

çağırırdı. Avropa dövlətlərinin tələbi ilə Babi-Ali Halepa fərmanının yenidən qüvvəyə mindiyini

bəyan etdi. Lakin adadakı yunanlar bunun kifayət etmədiyini bildirdilər. Babi-Alinin bu qərarı

adadakı türklərin də etirazına səbəb oldu. Onlar Osmanlı dövlətindən daha qətiyyətli tədbirlər

görməyi tələb etməyə başladılar. Beləcə Kritdəki vətəndaş müharibəsi daha da qızışdı. Yunanıstan

və Osmanlı dövləti müharibəyə hazırlaşmağa başladılar. Đngiltərə, Rusiya, Đtaliya və Fransa Kritə öz

donanmalarını göndərmək qərarına gəldilər. Beləcə Krit qiyamı beynəlxalq siyasi böhrana çevrildi.

Lakin Đngiltərə Osmanlı dövlətindən Kipri, Fransa isə Tunisi qopardığı üçün qərb dövlətləri

Yunanıstanı dəstəkləmədilər. Qərb dövlətlərinin etirazına baxmayaraq vəliəhd şəhzadə Yorginin

komandanlıq etdiyi yunan donanması 1897-ci ilin fevralında Kirt sahillərinə yaxınlaşdı. 14 fevralda

yunan əsgərləri Krit adasına çıxdılar və Yunanıstan Kriti ilhaq etdiyini bəyan etdi. Qərb dövlətləri

yunan hökumətinin heç bir tələbə məhəl qoymayacağını bildikləri üçün Kritə donanma göndərdilər

və martın 21-i adanı zəbt etdilər. “Etnik Eteriya”çıların qızışdırdığı yunan ictimaiyyəti öz

hökumətindən dərhal Osmanlı dövlətinə müharibə elan etməsini tələb etdilər. Lakin yunan

hökuməti belə bir vəziyyətdə Krit üçün ediləcək cəhdlərin nəticə verməyəcəyini görüb

Makedoniyanı zəbt etmək həvəsinə düşdü. Makedoniyadakı sərhədyanı yaşayış məntəqələ

yunanların hücum etməsi Osmanlı dövlətinin 17 aprel 1897-ci ildə Yunanıstana müharibə elan

etməsinə səbəb oldu. Beynəlxalq siyasi şərait Osmanlı dövlətinin lehinə idi. Buna görə də sultan II

Əbdülhəmid daha rahat hərəkət edə bilirdi. Müşir8 Ədhəm paşanın komandanlığı altındakı türk

ordusu 1897-ci ilin aprel ayında yunan ordusunu arxa-arxaya bir neçə dəfə məğlubiyyətə uğratdı.

May ayının 15-17-də baş vermiş Döməkə döyüşündə isə yunan ordusu darmadağın edildi. Artıq

Osmanlı ordusunun qarşısını ala biləcək yunan ordusu yox idi və türklər sürətlə Afinaya doğru

irəlilədilər. Afinada kütləvi panika başladı və əhalinin bir hissəsi şəhəri tərk etdi. Yunanları qərb

dövlətlərinin araya girməsi xilas etdi. 1897-ci ilin mayında Đstanbuldakı qərb dövlətlərinin səfirləri

təkidlə hərbi əməliyyatların dayandırılmasını tələb etməyə başladılar. Rus çarı II Aleksandr şəxsən

sultan II Əbdülhəmidə teleqrafla müraciət edərək hərbi əməliyyatları dayandırmasını istədi. Bu

tələblərdən sonra 20 may 1897-ci ildə atəşkəs sazişi bağlandı. 1897-ci il iyun ayının 3-də Đstanbulda

Almaniya, Avstriya, Fransa, Đngiltərə, Đtaliya, Fransanın Đstanbuldakı səfirləri və türk diplomatik

heyətinin iştirakı ilə Đstanbul konfransı toplandı. Türk-yunan sülh müqaviləsinin layihəsi müzakirə

olundu. 18 sentyabrda alınan yekun qərara görə, Teseliya vilayətindəki sərhəd xəttinin bəzi

yerlərində ediləcək dəyişikliklər xaric, türk-yunan sərhədləri müharibədən əvvəlki vəziyyətində

qalacaqdı. Yunanıstanın bu layihəni qəbul etdiyini bildirməsindən sonra 21 oktyabr 1897-ci ildə

türk və yunan tərəfləri ikili sülh danışıqlarına başladılar və dekabrın 4-ü sülh müqaviləsi bağlandı.

On altı maddədən ibarət bu müqaviləyə görə türk ordusunun ələ keçirdiyi Teseliya, sərhəd xəttində

bəzi kiçik dəyişikliklər edilmək şərti ilə, Yunanıstana geri veriləcək, türk-yunan sərhədi

8 Marşal.

Page 98: OSMANLI SIYASI TARIXI

98

müharibədən əvvəlki vəziyyətə gətiriləcək, Yunanıstan Osmanlı dövlətinə 4 milyon lira müharibə

təzminatı ödəyəcək, bundan başqa müharibə vaxtı dinc əhaliyə dəymiş maddi ziyanın aradan

qaldırılması üçün də 100 min lira təzminat ödəyəcək, Yunanıstan təzminatı ödəməy başladığı

tarixdən bir ay sonra Osmanlı ordusu Teseliyadan çıxacaqdır.

Osmanlı dövləti müharibədən qalib kimi çıxsa da istədiyi nəticəni əldə edə bilmədi. Berlin

konqresinin qərarına görə Yunanıstana vermək məcburiyyətində qaldığı Teseliyanı belə geri ala

bilmədi. Buna baxmayaraq Osmanlı dövləti “1877-1878” müharibəsi nəticəsində zədələnmiş

beynəlxalq siyasi imicini və nüfuzunu, əsaslı bir şəkildə, bu müharibədə qazana bilmişdi. Sultan II

Əbdülhəmidin mənimsədiyi yeni xarici siyasət kursu Osmanlı dövlətinin beynəlxalq siyasətdəki

mövqeyini gücləndirmişdi. Almaniya ilə əlaqələr xeyli yaxşılaşdırılmışdı. Alman hərbi

mütəxəssislər dəvət edilərək Osmanlı ordusunda yeni nizamlamalar aparılmışdı. II Əbdülhəmidin

xarici siyasətdəki aktivliyi qərb dövlətlərinin türklərə qarşı münasibətinə müsbət təsir göstərmişdi.

Bu müharibə nəticisəndə Yunanıstan Makedoniya və Krit üzərindəki iddialarından əl çəkməli

olmuşdu. Ağır itgilər verən yunan ordusu daha da zəifləmişdi. Onsuz da yaxşı olmayan maliyyə

vəziyyəti müharibə təzminatı ödəyərək daha da pisləşmişdi. Bu isə Yunanıstanın yenidən

borclanması və iqtisadi cəhətdən qərb dövlətlərindən daha da asılı vəziyyətə düşməsi demək idi.

Bütün bunlara baxmayaraq yunanlar “Megali Đdea”9dan əl çəkmədilər və daha münasib bir vaxta

qədər gözləməyə üstünlük verdilər.

Tunisin Fransı tərəfindən işğalı (1881)

Tunis XVI əsrdən bəri Osmanlı imp-na bağlı bir vilayət idi. Lakin XIX əsrin ortalarında bu

bağlılıq sadəcə formallıqdan ibarət olaraq qalmışdı. Tunis yerli bir bəy tərəfindən idarə olunurdu.

Osmanlı dövləti Tunisin mərkəzi hakimiyyətə bağlılığını artırmaq üçün bəzi tədbirlər görməyə

hazırlaşırdı, lakin “1877-1878” müharibəsi bu tədbirlərin həyata keçirilməsinə imkan vermədi.

Fransa Əlcəzairi işğal edəndən10 (1830) sonra Tunislə quru sərhəddinə malik olmuşdu. Həmin bu

tarixdən etibarən də Tunisi zəbt etmək üçün fürsət axtarırdı. Axtardığı fürsət Berlin konqresində

Fransanın əlinə düşmüşdü. Fransanı məğul edərək Elzas-Lotarengiyanı zəbt edən Almaniya

fransızlara bu itgini unutdurmaq istəyirdi. Buna görə də Bismark konqres davam edərkən fransızları

Tunisi zəbt etmək üçün həvəsləndirdi. Đngiltərənin də buna münasibəti müsbət idi. Çünki Kipri zəbt

etməklə Aralıq dənizində mövqeyini gücləndirmiş və bu da Fransanı heç məmnun etməmişdi.

Fransanın Kipr məsələsini qabartmaması üçün Đngiltərə də Tunisin işğalına göz yumacaqdı. 1881-ci

ilin aprelində Əlcəzairdəki fransız ordusu Tunis sərhədini keçərək bu ölkəni zəbt etdilər. Tunis bəyi

12 may 1881-ci ildə Bordo şəhərində müqavilə mətninə qol çəkərək fransız himayəsini qəbul

9 “Megali Đdea”-Böyük Fikir, Etnik Eteria cəmiyyətinin yaydığı “Ellinlərin liderliyində Konstantinopol paytaxt olmaqla Bizans imperiyasının yenidən dirçəldilməsi fikri. 10 11-ci mövzuda bu hadisəyə genişcə yer verilib.

Page 99: OSMANLI SIYASI TARIXI

99

etdiyini bildirdi. Osmanlı dövləti buna ciddi etiraz etsə də faktiki heç bir şey edə bilmədi. “1877-

1878” müharibəsindən yeni çıxdığı üçün edə də bilməzdi. Diplomatik səviyyədə edilən etirazlar isə

heç bir şeyi dəyişdirə bilməzdi. Bir müddət sonra isə bu diplomatik etirazlar da səngidi. Çünki

sultan Əbdüləzizin ölümündə təqsirləndirilən Midhət paşa həbsdən canını qurtarmaq üçün qaçıb

Đzmirdəki Fransa konsulluğuna sığınmışdı. Fransa Osmanlı sarayı ilə yeni bir mübahisə mövzusu

açmamaq üçün türk tərəfinin tələbinə uyğun olaraq Midhət paşanı təhvil vermişdi. Bu da II

Əbdülhəmidin Tunis məsələsinə münasibətini bir az yumuşaltmışdı. Lakin Tunis məsələsində

yumuşamaq istəməyən biri var idi ki, bu da Đtaliya idi. Đtaliya uzun müddətdən bəri istila etməyi

planlaşdırdığı Tunisin Fransa tərəfindən zəbt olunmasına ciddi etirazını bildirdi. Bu hadisə iki ölkə

münasibətlərində soyuqluğun meydana gəlməsinə səbəb oldu. Əvvəlki mövzulardan birində qeyd

etdiyimiz kimi Đtaliya bu hadisədən sonra xarici siyasətdə Fransadan uzaqlaşaraq Almaniya ilə

yaxınlaşmağa başladı. 1896-cı ildə italyan müstəmləkəçilik ordusu Həbəşistanda məğlubiyyətə

uğradı. Bu hadisədən sonra Đtaliya Tunisi fransız torpağı kimi tanıdığını bildirmişdi.