naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik...

60
Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyi Nailə Vəlixanlı Naxçıvan – ərəblərdən monqollaradək (VII – XII əsrlər) Bakı – 2005

Upload: others

Post on 24-May-2020

6 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyi

Nailə Vəlixanlı

Naxçıvan – ərəblərdən monqollaradək

(VII – XII əsrlər)

Bakı – 2005

Page 2: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

 

Elmi redaktoru: Yaqub Mahmudov – əməkdar elm xadimi, tarix elmləri doktoru, professor.

Nailə Vəlixanlı. Naxçıvan – ərəblərdən monqollaradək (VII – XII). Bakı, “Elm”, 152 s.

AMEA Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə çap olunur

ISBN 5-8066-1712-2

0503020907 Qrifli nəşr 655(07)-2005

© “Elm”, 2005

Page 3: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

 

MÜNDƏRİCAT

Ön söz............................................................................................................

s. 4

§ 1. Naxçıvan Ərəb Xilafəti dövründə (VlI-IXəsrlər)............................... s. 5

§ 2. Azərbaycan feodal dövlətləri dövründə Naxçıvanın siyasi durumu (IX əsrin II yarısı - XI əsr)..........................................................................

s. 22

§ 3. Naxçıvan Azərbaycan atabəyləri dövləti dövründə (XII-XIII əsrin I rübü) .............................................................................................

s. 33

Adlar göstəricisi............................................................................................ s. 49

Page 4: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

 

Oğul qalam - Elgünümün unudulmaz xatirəsinə

On söz

Əziz oxucum! Vətən torpağımızın doğma guşələrindən biri, Azərbaycanımızın canparəsi Naxçıvan

haqqında çox yazılıb, çox deyilib. Özü də onun haqqında elə özümüz qədər də özgələri yazıblar. Çox vaxt da haqqı, ədaləti, düzlüyü kənara ataraq ya özlərinin, ya da qulluq etdiklərinin mənafeyini güdüblər.

Dəfələrlə işğala məruz qalıb Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən ucsuz-bucaqsız yolların qovşağında yerləşən bu qədim diyar. Zaman-zaman daşı-daş üstündə qalmayıb babalarımızın ağır zəhmət bahasına qurduğu, gələnin-görənin "Nəqşi cahan" adlandırdıqları bu gözəl şəhərin. Lakin dövran keçib, xarabazara döndərilmiş Naxçıvan xarabalıqlar içindən dönə-dönə baş qaldırıb, yenidən dirçələrək, əvvəlki görkəmini qaytarıb. Hətta əvvəlkindən də gözəl olub. Yad gözlərin ona zillənmiş kəc baxışları isə dünən olduğu kimi bu gün də üstündən çəkilməyib.

Əziz oxucum! İlk səhifəsini açdığın bu kitab qədim tariximizin çox qəliz, keşməkeşli bir dövrü haqqındadır. Orta [5 - 6] əsrlər dünyasını köklü surətdə dəyişdirən iki taleyüklü hadisənin - ərəb işğalı ilə monqol işğalının arasında qalan bu dövr bütöv Azərbaycan, о cümlədən onun ayrılmaz hissəsi Naxçıvanın tarixində silinməz izlər qoymuşdur. VII əsrin ortalarında ərəblərin Azərbaycana gəlməsi ilə özünün əlverişli geosiyasi və strateji mövqeyinə görə ərəb ordusunun dayaq məntəqələrindən biri olan Naxçıvan sonrakı dövrlərdə siyasi-iqtisadi-mədəni mərkəz kimi əhəmiyyətini artırmış, yüzillərdən bəri fəaliyyət göstərən Böyük İpək Yolunun şaxələri vasitəsilə о vaxtkı dünyanın məşhur ölkə və şəhərləri ilə əlaqə saxlamış, Azərbaycan atabəyləri dövründə isə "Nəqşi cahana" çevrilərək regionun bənzərsiz şəhəri olmuşdur. Müxtəlifdilli neçə-neçə tarixi qaynağın müqayisəli-tənqidi araşdırılması, mövzuya dair onlarla tədqiqat işlərinin öyrənilməsi, elmi süzgəcdən keçirilməsi nəticəsində ərsəyə gəlmiş bu əsərdə siyasi tarixə daha çox üstünlük verilmişdir. Bu təkcə ona görə deyil ki, alimlərimiz istər Naxçıvanın arxeoloji tədqiqi, istər mədəni həyatı və s. haqqında kifayət qədər yazmışlar. Bu həmçinin ona görədir ki, mədəniyyət tarixi ilə yanaşı məhz siyasi tarixin addımbaaddım izlənilməsi bu gün blokadada olan Naxçıvan diyarının ümumazərbaycan tarixində tutduğu mövqeni daha aşkar aydınlaşdıra, onun adını ta qədimdən başlayaraq "erməni şəhərləri" sırasında çəkən bədxah qonşularımız və onların havadarlarının əsassız iddialarını alt-üst edə bilir.

Vətən tariximizin təqribən 600 illik dövrünü əhatə edən bu əsər oxucunu Naxçıvanın Ərəb Xilafəti və yerli feodal Şəddadilər dövləti tərkibində, Səlcuqilərin və Azərbaycan atabəylərinin hakimiyyətləri illərində olan tarixi ilə tanış edir. Bu zaman yerli və digər (ərəb, fars və s.) mənbələrin, əsas etibarilə, böyük əhəmiyyət daşıyan məlumatında bəzən [6 - 7] tədqiqatçıların özlərini də dolaşdıran bir sıra ziddiyyətli məqam təhlil edilmiş, Naxçıvana hücumların (ərəb, gürcü və s.) dəqiq tarixi müəyyənləşdirilmiş, yerli feodal-mülk sahibləri olan Naxçıvanşahların və b.-nın mövqeyi açıqlanmışdır və s.

Mövzu üzərində işlərkən yazdıqları əsərlərindən elmi baxımdan bəhrələndiyim bütün tədqiqatçıları, o cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi ilə yad etməyi, Naxçıvan haqqında məlumat vermis orta əsr müəlliflərinə rəhmət oxumağı özümə borc bilirəm.

Əziz oxucum! Tarix yazmaq obyektivlik, düzlük, diqqət tələb edir. Düşmən gözü qalmış torpaqlarımızın tarixini yazarkən xüsusilə diqqətli olmaq, emosiyadan, sözçülükdən uzaq, elmi dəlillərə, ilkin mənbələrə söykənən obyektiv materialla çıxış etmək vacibdir. Sözün əsl mənasında həqiqət lazımdır.

Mən də çalışmışam ki, yazdıqlarıma heç bir əlavə rəng qatılmasın. Bəzək vurulmasın. Bəlkə ona görə yazımın dili sənə bir qədər ağır gəlsin, əziz oxucum. Qoy adların çoxluğu, hadisələrin mürəkkəbliyi də səni çaşdırmasın.

Bu - bizim tariximizdir. Biz bu tarixi bilməliyik. Bilməliyik ki, dostumuzu düşməndən ayıraq. Bilməliyik ki, hər bir iddiaya cavabımız hazır olsun. Bilməliyik ki, haqq səsimizi daha ürəklə, daha əminliklə ucaldaq, əzəli torpaqlarımıza, babalarımızın

yurduna yiyə duraq. [7 - 8] Nailə Vəlixanlı

Page 5: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

 

§ 1. Naxçıvan Ərəb Xilafəti dövründə

(VII - IX əsrlər)

Ərəb yürüşlərinin başlanması. VII əsrin əvvəllərində tarixi Azərbaycan ərazisinin də daxil olduğu Cənubi Qafqaz regionu Orta Şərqin çox hissəsi kimi Bizans imperiyası ilə İran Sasanilər dövlətinin tabeliyində və ya nüfiız dairəsində idi. Həmin əsrin 30-cu illərində Yaxın Şərqdə yeni bir qüvvənin - Ərəb dövlətinin yaranması və az sonra onun həyata keçirdiyi işğalçı yürüşlər Məğribdən Məşriqədək geniş bir ərazidə yaşayan onlarla xalqın, о cümlədən, azərbaycanlıların həyatında taleyüklü dəyişikliklərə səbəb oldu. Çox keçmədən, yeni dövlət qurumu dövrün ən iri imperiyalarından olan Sasanilər İranının bütün, Bizansın isə bir çox torpaqlarını ələ keçirdi.

Ərəblərin ilkin hücumlarını dəf etməyə cəhd göstərən İran şahənşahı III Yəzdigərd ona tabe ölkə və vilayətlərin hakimlərinə müraciət edərək, köməkçi qoşun dəstələri göndərmələrini tələb etdi. Yerli hakim və ya qoşun başçılarının rəhbərlik etdiyi müxtəlif yerlərdən, о cümlədən, tarixi Azərbaycan torpaqlarından olan yüz minədək könüllü bu çağırışa cavab olaraq, döyüşlərin getdiyi İraq ərazisinə yollandı (müxtəlif isnadlara əsaslanan mənbələr döyüşçülərin [8 - 9] sayını 60 min ilə 120 min arasında qeyd edirlər) (1). 634-cü ildə Yəzdigərd İran ordusunun baş komandanı vəzifəsinə hərbi şücaəti ilə ad çıxarmış, yerli qaynaqların Midiya, Azərbaycan (Atrpatakan) hakimi adlandırdıqları Fərruxzad oğlu Rüstəmi təyin edir (2).

Ərəb hücumu ərəfəsində Albaniyanın (Arranın) Mihranilər sülaləsinə mənsub ilk hökmdarı olan Varaz Qriqorun kiçik oğlu Cavanşirin "mütləq olaraq əzəmətlə İberiya hüdudlarından hunların qapısına və Araz çayınadək ağalıq etdiyi" ərazi bu dövrdə Naxçıvan torpaqlarını da əhatə edirdi. Moisey Kalankatuklunun məlumatına görə, ərəblərlə ilk ciddi döyüşlərdə albanlardan ibarət qoşun hissəsinə başçılıq edən sərkərdə Cavanşir öz şücaəti ilə fərqlənə bilmişdi (3). Artıq Sasanilərin paytaxt şəhəri Ktesifon (Mədain) uğrunda vuruşmada (637) baş komandan sərkərdə Rüstəmin bilavasitə özünün Azərbaycandan topladığı 80 minlik qoşunla birlikdə Cavanşirin üç minlik dəstəsindən başqa erməni sərkərdəsi Muşeq Mamikonianın da üç minlik, Sünik knyazı Qriqorun isə min nəfərlik dəstələri iştirak edirdi (4). Ərəblərin qələbəsi, Ktesifonun alınması və III Yəzdigərdin qaçması ilə nəticələnən bu qanlı döyüşdə sərkərdə Rüstəmlə bərabər Cənubi Qafqazdan olan bir çox döyüşçülər, о cümlədən, Sünik knyazı Qriqor və oğlu həlak oldular (5). Ağır yaralanmış Albaniya knyazı Cavanşir isə yaraları sağaldıqdan sonra da hələ bir müddət İran ordusu tərəfmdə ərəblərlə vuruşur, lakin mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edərək, 639-640-cı ildə vətəninə qayıdır (6). Yerli mənbə Cavanşirin elə bu illərdə Sisakan (Sünik) knyazının qızı ilə evlənməsi haqqında da məlumat verir [9 - 10].

Ərəblərin.Sasanilər imperiyasının şimal əyalətlərinə, eləcə də, Cənubi Qafqaza doğru yürüşlərinin qarşısını keçilməz bir sədd kimi tutan Nihavəndin 642-ci ildə baş verən süqutu bu istiqamətdə hərəkət edən ərəb ordu hissələrinin yolunu açdı, ərəb tarixçisi ət-Təbərinin (IX əsr) sözləri ilə desək, о gündən iranlıların birliyi pozuldu; bundan belə hər vilayətin əhalisi düşmənlə yalnız öz ərazisi hüdudlarında döyüşdü (8).

Azərbaycan ərəblərin ilk yürüşlərində. Naxçıvana hücum. Tarixi Azərbaycan ərazisinə ərəb qoşunlarının real hücumları həmin hadisədən bir il sonra - 643-cü ildə başladı (9). Dövrün mənbələrinin müqayisəli təhlilindən görünür ki, 643-644-cü illərdə, xəlifə Ömərin (632-644) dövründə, ərəblər ölkənin yalnız cənub və Dərbəndədək Xəzərsahili torpaqlarını tuta bilmişdilər (10). İşğalın bu mərhələsi yerli əhali ilə Xilafət üsul-idarəsi arasındakı münasibətləri tənzimləyən ilk sülh müqavilələrinin bağlanması ilə nəticələndi. Ərəblərə müqavimət göstərməyən "əhli-kitab", yəni vahid ilahi qüvvəni tanıyan və müqəddəs kitabı olan xristian, yəhudi əhalinin və eləcə də işğalın ilk dövründə atəşpərəstlərin həyatı, əmlakı və dini cizyə-can vergisi vermək müqabilində toxunulmaz elan edildi. İslamı qəbul edənlərə güzəştlər olundu, ərəblərlə birlikdə yürüşlərdə iştirak edən yerlilər xidmətləri əvəzində vergidən azad edildilər (11).

Lakin, 644-645-ci illərdə, xəlifə Ömərin ölümündən sonra, mərkəzdə baş verən siyasi sabitsizlikdən istifadə edən azərbaycanlılar üsyan edərək, ərəblərlə bağladıqları müqavilələrin şərtlərini yerinə yetirməkdən imtina etdilər (12). [10 - 11]

Xilafətin yeni başçısı Osmanın (644-656) Azərbaycana göndərdiyi sərkərdə əl-Valid ibn Ukbanın rəhbərlik etdiyi ordunun hücumu ilə ərəblərin Azərbaycana yeni - ikinci geniş yürüşü başlanır (13). Bir il əvvəl tutduqları Azərbaycan torpaqlarını bir daha işğal edə bilən və yeni sülh müqaviləsi bağlayan ərəblərin sərkərdə Səlman ibn Rəbiənin başçılığı ilə 12 minlik ön dəstəsi, mənbənin məlumatından göründüyü kimi, Arazı keçərək Albaniya ərazisinə də hücum edir, oranı talayıb çapır, zəngin qənimət və əsirlərlə əl-Validin qərargahına

Page 6: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

 

qayıdır. Ət-Təbərinin bu xəbəri (14) yerli mənbənin müəllifi Gevondun məlumatı ilə də təsdiq olunur. Həmin müəllifə görə İran (Persiya) tərəfındən hücum edən ərəblər Midiya (Cənubi Azərbaycan) kəndlərini, Qoğtən (Qoqtən, Gögtən) vilayətini və Naxçıvan obalarını viran qoydular; kişilərin bir çoxunu öldürdülər, qalanlarını isə arvad-uşaqları ilə əsir götürüb, Culfa keçidindən Arazın о tayına apardılar (15).

Beləliklə, ərəblərin Naxçıvan ərazisinə ilkin hücumu ötərgi basqın xarakteri daşısa da, nəticə etibarilə ağır idi: kəndlər, obalar qarət edilmiş, əhalinin bir hissəsi öldürülmüş, bir hissəsi vətənindən didərgin salınaraq, uzaq Ərəbistana əsir aparılmışdı (16).

Həmin dövr hadisələrinin yerli və ərəb mənbələrində bir qədər dolaşıqlığa gətirib çıxaran ziddiyyətli təsviri ədəbiyyatda (müq. et: Z. Bünyadov, R. Məmmədov, A. Ter-Gevondyan, A. Kolesnikov, O. Bolşakov və başqalarının əsərləri) ərəb yürüşlərinin vaxtının və istiqamətinin fərqli verilməsinə səbəb olmuşdur. Bu kimi fərqlərin meydana çıxmasına əsas səbəb bilavasitə işğal dövrünə (VII-VIII əsrlərə) dair mənbələrin (həm ərəb, həm yerli) yox dərəcəsində az olması, həmin dövrə aid, əsasən, IX əsrdə qeydə [11 - 12] alınmış məlumatların isnadlar (ötürmələr və soraqlaşmalar) vasitəsilə çatdırılması ilə yanaşı hadisələrin baş verdiyi dövrün gərginliyi, hücuma məruz yerli əhalinin, о cümlədən, azərbaycanlıların işğalçılara göstərdikləri ciddi müqaviməti üzündən eyni yerin bir neçə dəfəyə tutulması olmuşdu.

Mənbələrin müqayisəli təhlili göstərir ki, Naxçıvanın ərəblər tərəfindən işğalı da birdəfəyə mümkün olmamış, Xilafət qüvvələri bu əraziyə bir neçə dəfə hücumlar etmişlər. Yepiskop Sebeosun məlumatına görə, belə hücumlardan biri zamanı (mətnə əsasən, Bizans hökmdarı Konstantinin (641-668) hakimiyyətinin ikinci ilində) ərəblər Naxçıvan qalasına hücum etsələr də, onu tuta bilməmiş, ətraf yerlərin işğalı ilə kifayətlənmişdilər (17).

Ərəblərin və bizanslıların yeni hücumları. Naxçıvana hücumun ədəbiyyatda işıqlandırılması. 644-cü ildə xəlifə Osmanın göstərişilə bir qədər də güclənən yeni hücumlar bütün Cənubi Qafqaz, о cümlədən, Naxçıvan üçün daha ağır nəticələr verdi. Bu dəfə ərəb qoşımlarına Kiçik Asiya ərazisində bizanslılarla vuruşan sərkərdə Həbib ibn Məsləmə başçılıq edirdi. Xəlifə, iki Qafqaz yürüşünün iştirakçısı, bu yerlərə yaxşı bələd olan, özünü mahir hərbiçi kimi tanıtdırmış Səlman ibn Rəbiəni də Həbibin köməyinə göndərir. Əl-Bəlazurinin bu yürüş haqqında məlumatı bir neçə isnada və varianta əsaslansa da, burada Nəşavə adlandırılan Naxçıvanın sülh müqaviləsi bağlanması ilə nəticələnən işğalının Qaliqala-Xilat-Ərciş-Dəbil-Naxçıvan-Sisəcan (Sünik), oradan isə Curzana (Gürcüstana) yönəldilən istiqamətdə, Həbib ibn Məsləmənin başçılığı ilə həyata keçirildiyi görünür (18). Ərəb tarixçisinin yazdığına görə, Həbibi bu yürüşə xəlifə Osmanın əmrilə onun Şam, əl-Cəzirə [12 - 13] və Suğurdakı (sərhəd vilayətindəki) valisi (amili) Müaviyə göndərmişdi (19). Əl-Bəlazurinin bu dedikləri cüzi fərqlərlə başqa ərəb mənbələri müəlliflərinin (əl-Yəqubi, ət-Təbəri, İbn əl-Əsir) məlumatı ilə də təsdiq olunur (20). VIII əsrin II yarısı - IX əsrin əvvəllərində (747-823) yaşamış, ərəb yürüşləri haqqında qiymətli kitabı dövrümüzədək gəlib çatmayan Ömər əl-Vakidinin əsərinə istinad edən əl-Bəlazuri (mətndə: "Məhəmməd ben Səd, əl-Vakidiyə, о isə Əbdülhəmid ben Cəfərə, о isə atasına əsaslanaraq mənə danışdı...") Həbibin ordusuna qarşı Bizans sərkərdəsi Mavrianın (mətndə: əl-Mavriyan ər-Rumi) qoşununun vuruşduğunu bildirir (21). Bu, Sebeosun məlumatı ilə də təsdiq olunur (22). Ərəb yürüşlərinin ilkin dövrünün bilavasitə müasiri olan bu müəllifin (onun əsərindəki son xəbər VII əsrin ortalarına aiddir) məlumatına əsaslanan erməni tarixçisi A. N. Ter-Gevondyan Həbibin bu yürüşünün 652-653-cü ildə baş verdiyini irəli sürsə də, ərəb müəllifləri (əl-Bəlazuri, əl-Yəqubi, ət-Təbəri və b.), hadisənin 24 (644-45) və ya 25 (645-646)-ci ildə olduğunu bildirirlər (23). Naxçıvanın ərəb ordusu tərəfındən işğalını akademik Ziya Bünyadov və onun ardınca Rauf Məmmədov dəqiq tarix göstərmədən "xəlifə Osmanın (644-656) dövrünə", Dağıstan tarixçisi Ə. Şıxsəidov isə 24/644-645-cü ilə aid edirlər (24). Hər iki Azərbaycan alimi Naxçıvana qarşı ancaq bir hücum haqqında məlumat verirlərsə, Ə. Şıxsəidov, haqlı olaraq, ərəblərin Cənubi Qafqaza 32/652-653-cü ildə baş verən yeni hücumundan da danışır (25).

Onu da qeyd etməliyik ki, Həbibin 644-cü ildə baş verən yürüşünü inkar etməyən A. N. Ter-Gevondyan bizanslılara qarşı yönəldilmiş I yürüş zamanı ərəb qoşunlarının yalnız Şimşatadək irəlilədiklərini və onu tutduqlarını, [13 - 14] Cənubi Qafqazın içərilərinə girə bilmədiklərini, əsas, böyük yürüşün yalnız 10 il sonra baş verdiyini iddia edir (26). Mənbələrin təhlili göstərir ki, Həbibin Səlman ibn Rəbiənin köməyi ilə Qaliqaladan (Feodosiopol, Ərzurum) başladığı ilk hücum bu şəhərin alınması ilə nəticələnmişdi (27). Bundan sonra Mərbəlada (Mardali) möhkəmlənən ərəb sərkərdəsi burada onun görüşünə gələn Xilat batrikini qəbul etmiş, bu batrikin hələ 640-cı ildə baş verən ərəb hücumları dövründə Xilafət ordusu başçısı İyad ibn Ğənmlə bağladığı müqaviləni təsdiqləmiş, müəyyən olunan vergini qəbul etmişdi. Xilatdan sonra Həbib, tarixçi əl-Bəlazurinin əl-Busfurrucanın nahiyələrindən biri kimi təqdim etdiyi Moksun sahibi ilə görüşərək, onu hakim vəzifəsində təsdiq etmiş, onunla sülh və əmin-amanlıq müqaviləsi bağlamışdı. Ərəb sərkərdəsinin Ərciş və Bacuneysin kəndlərinə göndərdiyi qoşun həmin yerləri tutmuş, adambaşına düşən cizyəni yığmış, onların sahiblərinə torpaq vergisi (xərac) ödəmək şərtilə irsi mülklərində qalmağa icazə vermişdi (28). Əl-Vakidinin

Page 7: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

 

xəbərinə istinadlanan əl-Bəlazuri Həbibin buradan əl-Qırmız kəndi adlanan Əzdişata gəlməsi, sonra isə Kürdlərin çayını (Nəhr əl-əkrad) keçərək, Dəbil yanındakı çəməndə düşərgə salması, ilk dəfə hələ 640-cı ildə işğal edilmiş bu şəhəri yenidən tutması haqqında məlumat verir (29). Təslim olan və aman istəyən Dəbil əhalisi ilə sülh müqaviləsi bağlayan Həbib öz atlı dəstəsini ölkənin içərilərinə (Curni, Aşuş, Zat al-Lucum və s.) göndərərək, Dəbilin bütün kəndlərini ələ keçirir. Sirac Tayr və Bağravəndin batriki ərəblərə vergi ödəmək, müsəlmanlara qarşı dostcasına münasibətdə olmaq, onları azuqə ilə təmin etmək, düşmənlərinə qarşı mübarizədə onlara arxa olmaq şərtlərilə sülh istəyir. Beləliklə, Qaliqaladan Dəbilədək [14 - 15] bütün torpaqları ələ keçirən ərəblər yalnız bundan sonra Naxçıvana hücum edirlər (30).

Maraqlıdır ki, ərəblərin bu yürüşünün əvvəlində onlara qarşı sərkərdə Mavrianın başçılığı ilə bizanslıların vuruşduğunu qeyd edən əl-Bəlazuri tarixçi əl-Vakidiyə istinad edən Məhəmməd ibn Sədin xəbərinə əsaslanaraq, Dəbilin mühasirəsi zamanı Bizans sərkərdəsinin düşərgəsinə hücum edilməsi, onun öldürülməsi, düşərgədə bizanslılara məxsus hər şeyin ələ keçirilməsi haqqında məlumat verir (31). Tarixçi Sebeosun isə həmin hadisə haqqında məlumatı bir qədər fərqlidir. Onun yazdığına görə, ərəblərə qarşı sərkərdə Mavrianın başçılığı ilə vuruşan bizanslılar sərt qış günündə ərəblərin belə havada irəli gedə bilməyəcəyini güman edərək, onları sıxışdırmağa başlamış, Zarehavanda (Albak nahiyəsində) möhkəmlənmiş ərəblərə əhəmiyyət verməyərək, Dvin qalasını qarət etmiş, oradan Naxçıvana doğru irəliləyərək, onu da qarət etmək məqsədilə Naxçıvan qalası ilə döyüşə girmişlər. Yazın gəlməsi ilə ərəblərlə vuruşa hazırlaşan Mavrian Naxçıvanı tutmaq məqsədindən əl çəkməyərək, mühasirədə saxladığı bu şəhərə qarşı hücumları davam etdirmişdi. Bu zaman ərəblər Naxçıvan qalası ilə vuruşan bizanslılara hücum etmiş, onları məğlubiyyətə uğratmış, bir çoxunu qılıncdan keçirmiş, qalanlarını qaçmağa məcbur etmişdilər. Mavrianın özü isə İberiyaya (Gürcüstana) qaçmaqla canını qurtara bilmişdi (32). Sebeosun məlumatından görünür ki, ərəblər Naxçıvana daxil olmamış, geri qayıdaraq Karini (Feodosiopol) mühasirəyə almış və nəhayət həmin şəhəri ələ keçirə bilmişlər. Yalnız bundan sonra onlar Ermənistanı, Ağvanı (Albaniyanı), Süniki də işğal etmişlər (33). [15 - 16]

Naxçıvanla müqavilə və onun şərtləri. Beləlıklə, ərəblərin Naxçıvana hücumu Dəbilin (Dvinin) yenidən tabe edilməsindən sonra baş vermişdi. Əl-Bəlazuri və başqa ərəb müəllifləri bu şəhərin işğalı prosesini geniş şərh etməsələr də, Həbibin mənbədə ən-Nəşavə adlandırılan Naxçıvanı tutması, şəhər əhalisi ilə Dəbillə bağlanılan müqaviləyə oxşar müqavilə bağlaması haqqında məlumat verirlər. Həmin müqavilələrin oxşarlığını nəzərə alaraq, ərəblərin Dəbil əhalisi ilə bağladığı müqaviləni təqdim edirik:

"Mərhəmətli və rəhm edən Allahın adı ilə. Bu kağız Həbib ibn Məsləmədən Dəbilin həm [burada] olan, həm də olmayan xristian əhalisinə, onun atəşpərəstlərinə (məcus) və yəhudilərinədir. Mən sizin özünüzün, malınızın, kilsələrinizin, sinaqoqlarınızın (biyaikum), şəhərlərinizin divarlarının [toxunmazlığına] təminat verirəm. Siz aman olunursunuz. Biz sizinlə [bağlanılan] müqaviləyə əməl edəcəyik, nə qədər ki, Siz ona riayət edəcək, cizyəni və xəracı ödəyəcəksiniz. Allah şahiddir, Allahın şahidliyi kifayətdir. Möhürlədi Həbib ibn Məsləmə" (34).

Naxçıvanla bağlanılan müqavilənin mətninin dövrümüzə çatmadığına baxmayaraq, əl-Bəlazurinin Dəbil və Naxçıvan müqavilələrinin oxşarlığı (sözsüz ki, eyniliyi yox; belə ki, hər şəhərin özünəməxsusluğu müqavilələrdə nəzərə alınmaya bilməzdi) haqqında qeydi ərəblərə zor gücünə təslim edilən bütün yerlərin əhalisi kimi naxçıvanlıların da Xilafətin siyasi tabeliyini qəbul etmək şərtilə razılaşdıqlarını təsdiqləyir. Dəbil müqaviləsində şəhərin xristian, atəşpərəst və yəhudi etiqadlı sakinlərinə və onların əmlak və məbədlərinə aid edilən güzəştlər, gərək ki, Naxçıvan müqaviləsində də olmuşdur. Belə ki, erkən orta [16 - 17] əsrlərə dair yerli mənbələrdə regionun başqa şəhərlərində (o cümlədən Moisey Kalankatukluya görə Bərdədə-Partavda) olduğu kimi Naxçıvanda da xristian və atəşpərəst əhali ilə yanaşı bu yerlərdə hələ b.e.ə. məskunlaşan yəhudilərin də olması haqqında məlumat vardır (35). B.e. IV əsrində baş verən hadisələrdən yazan Favstos Buzand Naxçıvanı işğal edən sasani ordusunun buradan başqa əsirlərlə yanaşı on altı min yəhudi ailəsi apardığını da xəbər verir (36). Naxçıvanda ərəb işğalı ərəfəsində yəhudi etiqadlı əhalinin yaşamasına mənbələrin bu dövrdə "Arran, Curzan və Sisəcanın" milliyyətcə türk olsalar da dini etiqad baxımından əksərən yəhudi olan xəzərlərin tabeliyində olması da təsir edə bilərdi (37).

Naxçıvan ilk ərəb inzibati idarə sistemində. Ərəb əl-Busfurrucanı. Tarixçi əl-Bəlazurinin məlumatına görə, ən-Nəşavə-Naxçıvan işğal olunduqdan və ərəb sərkərdəsi ilə naxçıvanlılar arasında müqavilə bağlandıqdan sonra əl-Busfurrucanın batriki Həbibin yanına gələrək, onunla özünün bütün ölkəsi, eləcə də mətndəki yazılışına görə oxunuşları gümanlı olan (Həsailə?, Afərastə?) iki yerin adından hər il xərc ödəyəcəkləri vədiylə sülh bağlayır (38). Naxçıvanın işğalı ilə bağlı hadisələri və həmin hadisələrin baş verdikləri dövrün reallıqlarını düzgün başa düşmək üçün mövzudan çox da uzaqlaşmadan digər tarixi məqamlara da yer vermək lazım gəlir.

Burada adı çəkilən əl-Busfurrucan, əl-Bəlazurinin qeydinə görə, əsas şəhəri ən-Nəşavə olan vilayətin adıdır (39). IX yüzil ərəb tarixçisinin bu məlumatını XIII əsrdə yazıb-yaradan və özündən əvvəlki müəlliflərin

Page 8: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

 

əsərlərindən geniş iqtibaslar verən məşhur Yaqut əl-Həməvi də məhz ona isnad edərək təkrarlayır və bununla yanaşı əl-Busfurrucani [17 - 18] Arran ölkəsinin (Albaniya) vilayəti adlandırır. O, həmçinin, Nəşavənin sadə xalq arasında Naxcuvan və ya Nakcuvan kimi tanındığını, onun Azərbaycanda böyük şəhər olduğunu, Ərminiyə ilə sərhəddə yerləşdiyini, bəzilərinin isə onu Arrana aid etdiklərini də qeyd edir (40).

Haşiyə - Ərəb mənbələrində əl-Busfurrucan, əl-Busfurracan və ya əl-Basfurcan kimi işlənilən bu yer adının antik Basoropeda və erkən orta əsrlər Vaspurakanı coğrafı adları ilə eyniliyi şəksiz olsa da, onların ərazi baxımından tam üst-üstə düşdüyünü iddia etmək səhv olardı. Belə ki, regionda baş verən siyasi dəyişikliklər inzibati-ərazi dəyişikliklərinə də səbəb olur, bu və ya digər ərazinin hüdudlarını daraldır və ya, əksinə, genişləndirirdi.

Tarixən məlumdur ki, hələ b.e.ə. II əsrdə Ermənistan yaylasında əmələ gəlmiş erməni padşahlıqları özlərinin apardıqları işğalçılıq siyasəti nəticəsində qonşu xalqların torpaqları hesabına sərhədlərini genişləndirmiş, Atropatenaya (Kiçik Midiyaya) məxsus Kaspiana, Favnitida, о cümlədən Basoropedanı ələ keçirə bilmişdilər (41). Yenə antik müəlliflərin məlumatına görə, həmin ərazilər artıq b.e. 2-ci ilində baş verən hadisələr nəticəsində Atropatena hökmdarı tərəfındən geri qaytarılmışdı (42). Strabona əsaslanan İ. Əliyev elə bu zaman Vaspurakanın bir hissəsi olan, sonralar M. Xorenski tərəfindən Böyük Ermənistana aid edilən və iki qonşu dövlət arasında nifaqa səbəb olan dağlıq Albakanın (Strabonda səhvən Simbaka) da Atropatenaya qaytarıldığını bildirir (43). "VII əsr erməni coğrafiyası "na görə о zaman "Böyük Ermənistan "ın 15 əyalətindən biri olan Vaspurakan özü-özlüyündə 36 vilayətə bölünürdü (44). Moisey Xorenskiyə aid edilən bu əsərdə həmin vilayətlər sırasında "şərabla bol olan Qoxtn" (№ 34), [18 - 19] "Naxçuan, eyniadlı şəhərlə"(№ 35) və "Mərənd" (№36) də sadalanır (45).

Burada mənbədən irəli gələn çox maraqlı bir məqama diqqət yetirməklə işğal dövrü Naxçıvan - əl-Busfurrucan əlaqəsinə müəyyən aydınlıq gətirmək mümkündür. Belə ki, mənbədəki məlumatdan görünür ki, ərəblər işğal prosesində hər bir vilayətin (məsələn, Sürac Tayr və Bağravand), şəhər və уa qalanın bilavasitə öz hakimi ilə müqavilə bağlayırdılar. Nəşavə-Naxçıvanın mənbədə adı çəkilməyən hakimi ilə müqavilə bağlandıqdan sonra artıq ərəblərin əlinə keçmiş bu şəhərə gələn al-Busfurrucan hakimi (mətndə batriki) ilə də (sözsüz ki, bu zaman Vaspurakanda hakimlik edən Arsrunilər sülaləsinin nümayəndəsi ilə) ayrıca bir müqavilə bağlanılmışdı; əl-Bəlazuri həmin hakimin müqaviləni "özünün bütün ölkəsi" (yəni, əl-Busfurrucan-Vaspurakan) və yuxarıda adı çəkilən iki vilayəti adından bağladığını vurğulayır. Ərəb müəllifinin bu məlumatını, yəni Nəşavə və əl-Busfurrucanla ayrı-ayrılıqda müqavilə bağlanılmasını, bu dövrdə Naxçıvanın Arsrunilərə tabeliyini inkar edən, şəhərin özünün ayrıca yerli hakimi olduğunu təsdiqləyən qiymətli fakt kimi qeyd etmək olar.

Beləliklə, Naxçıvanın müxtəlif tarixi məqamlarda Basoropeda, Vaspurakan və ya əl-Busfurrucan adlanan vilayətlə əlaqəsi haqqında danışarkən aşağıdakılar nəzərə alınmalıdır: Naxçıvan ərazisinin hələ b.e.ə. Atropatenaya (antik Azərbaycana) aid Basoropedaya daxil olduğu; hətta erməni müəlliflərinin də (M. Xorenski və b.) burada marların-midiyalıların yaşadıqlarını qeyd etdikləri (46); "Böyük Ermənistan" adlı dövlətin artıq b.e.ə. I əsrdə dünya xəritəsindən silindiyi; b.e. 387-ci ilində Ermənistanın Bizans və İran arasında bölüşdürüldüyü; 428-ci ildə İrana tabe [19 - 20] hissədə də erməni dövlətçiliyinə son qoyulduğu; 591-ci ildə tarixi Ermənistan torpaqlarının Bizansla Iran arasında bağlanan müqaviləyə əsasən yenidən bölüşdürüldüyü; Iran Ermənistanının (Persarmeniyanın) çox hissəsinin Bizansa ötürüldüyü; bütün bu yüzillər ərzində (b.e. I-VI əsrləri) Naxçıvanın istər yerli Qafqaz (о cümlədən erməni), istərsə də digər mənbələrdə adı çəkilsə də, erməni alimlərinin iddiasına baxmayaraq, bilavasitə ermənilərə aidliyinə işarət verən heç bir dəlilin olmadığı (47); ərəblərin, görünür, Sasanilərə tabe olan yerli hakimin idarə etdiyi Naxçıvan şəhəri və erməni Arsrunilərin idarə etdiyi Vaspurakan vilayəti ilə ayrı-aynlıqda müqavilə bağlamaları;

Bütün bunlarla yanaşı, onu da deməliyik ki, sünikli müəllif Stepannos Orbelyan (XIII əsr) Naxçıvanı hələ b.e. I-II əsrlərində Sünik vilayəti tərkibində, hətta onun mərkəzi hesab edir (48).

Haşiyə - Mənbələrdə çox vaxt müstəqil təqdim edilən Sünik (Sisəcan, Sisakan) (49), tədqiqatçıların fikrincə, M. Xorenskinin onu VII əsrdə "Böyük Ermənistana " daxil 12 vilayətli əyalət kimi verməsinə rəğmən "etnik, mədəni və siyasi baxımdan Ermənistandan daha çox Albaniya və Atropatena ilə bağlı idi" (50). 387-ci ildəErmənistanın romalılar ilə Sasanilər arasında bölüşdürülməsindən sonra Sünikgah Albaniya, gah Atropatena ilə bağlı olsa da müəyyən dövrlərdə öz müstəqilliyini saxlaya bilmişdi. 591-ci ildə bağlanılan İran-Bizans müqaviləsinə görə Sünik, Vaspurakan və Dvin vilayətləri Sasanilərə tabe inzibati bölgə kimi İran torpaqlarına qatılır. F. Məmmədovanın rəyinə görə, Sasanilərin vassalı olan Sünik bu zaman, yəqin ki, siyasi baxımdan alban Mihranilərə də tabe idi (51). Ərəblərəqədərki dövrdə Sünikin Albaniyadakı Mihranilər, о [20 -21] cümlədən Cavanşirlə yaxın əlaqəsini, artıq qeyd etdiyimiz kimi, Cavanşirin Sünik knyazının qızı ilə evlənməsi də təsdiq edir (52).

Page 9: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

 

Görünür, erkən mənbələrin bəzən Basoropedaya, bəzən də Sünikə aid etdiyi Naxçıvan, əvvəl Sasanilərin, sonralar isə ərəblərin hücumları nəticəsində hüdudları dəyişdirilən həmin ərazilərlə birlikdə işğalçıların tabeliyinə keçdikdə, onlar üçün inzibati mərkəz rolunu oynamışdır. Məhz buna görə də ərəb mənbələrində Arrana (Albaniyaya) aid əl-Busfurrucan vilayətinin əsas şəhəri kimi qeyd edilmişdi.

Naxçıvanın hələ Sasanilər dövründə inzibati mərkəz mövqeyində olmasın burada Azərbaycanın ən qədim zərbxanalarından birinin fəaliyyət göstərməsi də təsdiq edir. Maraqlıdır ki, Naxçıvan zərbxanasında "Naxç" monoqramı ilə (pəhləvi dilində) gümüş Sasani sikkələrinin kəsilməsi də tarixçi-numizmat professor Y. A. Paxomova görə 590-cı ildən, yəni Naxçıvan Sasanilərə tabe vilayətin mərkəzi olduqdan sonra baş vermis və ərəblərin şəhəri ələ keçirməsinədək davam etdirilmişdir. Həmin dövrdə Cənubi Qafqazda İrana tabe bütün yerlərdə (o cümlədən Albaniyada) olduğu kimi Sasani mərzbanının idarə etdiyi Naxçıvanda da IV Hürmüzdən (579-590) başlayaraq son hökmdar III Yəzdigərdədək (632-652) olan bütün Sasani şahənşahlarının adlarından gümüş dirhəmlər kəsilmişdir (53).

Beləliklə, Xilafət ordusu tərəfındən ələ keçirilmiş Naxçıvanın və əl-Busfurrucanın (burada: Vaspurakanın) hakimləri ilə ətraf yerlərin hakimləri kimi ərəb üsul-idarəsinə tabeçilik və vergi ödəmək şərtilə ayrı-ayrılıqda sülh müqavilələri imzalamış Həbib ibn Məsləmə, tarixçi əl-Bəlazurinin məlumatına görə, buradan Sisəcana (Sünikə) hücum [21 - 22] edir, qızğın vuruşmadan sonra Vays qalasını tutur və "əs-Sisəcandakı qalaların sakinləri ilə ona vəd etdikləri xərcin ödənilməsi şərtilə sülh bağlayır" (54). Əl-Bəlazurinin və digər orta əsr müəlliflərinin ərəb işğalları ilə əlaqədar qeyd etdikləri Naxçıvan qalalarının - Naxçıvançayın sol sahilində eyni adlı yaşayış məntəqələri yaxınlığında yerləşən Vays-Vayxır, Şahbuz (Şahabuz), eləcə də Şapurqala, Naxçıvan şəhərinin cənubunda olan Yəzidabad (Köhnə qala), Arpaçayın sol sahilində Aşağı Yayçı kəndində ucalan Yayçı və başqalarının arxeoloji tədqiqinin nəticələri ətraf ərazinin relyefinə uyğun inşa edilmiş bu qalaların çox vaxt əlavə müdafıə istehkamları və bürclərlə möhkəmləndirildiklərini, içlərində müxtəlif təyinatlı tikililərin salındığını, əksəriyyətinin bu gün yalnız xarabalıqları qalsa da, vaxtilə bütövlüklə diyarın, о cümlədən, yaxınlıqdakı şəhər və digər yaşayış məntəqələrinin işğalçıların müdafiəsində mühüm rol oynadıqlarını təsdiq edir (55).

Cənubi Qafqaza səyahəti zamanı yazılı mənbələrlə yanaşı yerli camaatın şifahi məlumatından da bəhrələnən əl-Bəlazuri Həbibin Naxçıvanı və bütün əs-Sisəcan (Sünik) qalalarını ələ keçirdikdən sonra, çox güman, Bizans sərkərdəsi Mavrianın ardınca Curzana (Gürcüstana) getməsi, orada bağlanılan sülh müqavilələri və s. haqqında məlumat verir (56). Xəlifə Osmanın xüsusi əmrilə "Arrana yollanan" və Həbibə bu yürüşdə kömək edən Səlman ibn Rəbiə əl-Bəhili isə elə burada, Sünik ərazisində, kufəlilərdən təşkil edilmiş altı minlik qoşunu ilə ondan ayrılır. Naxçıvandan Beyləqana, oradan isə Bərdəyə aparan yeganə yolun üstündə yerləşən Biçənək aşırımı (Şahbuz rayonu ərazisindədir) vasitəsiləArranın içərilərinə daxil olur (57). [22 - 23] Tarixi Azərbaycan ərazisinin şimal hissəsinin tam işğalını başa çatdırmaq cəhdilə edilən yürüş başlanır (58).

Naxçıvan VII əsrin II yarısında. İşğal dövrü hadisələrini ardıcıllıqla izləyən əl-Bəlazuri ilə yanaşı eyni adda əsər yazmış Əhməd ibn Əsəm əl-Kufi də (926-cı ildə vəfat edib) Səlman ibn Rəbiənin Arran ərazisində "rastına çıxan bütün şəhər və qalaları" tutaraq, Beyləqana yetişməsini və nəhayət, Dərbənddən şimalda, xəzərlərin ölkəsinədək davam edən işğalçı yürüşünü təsvir edir (59). Lakin ərəblərin işğal etdikləri yerlərdə yaratdıqları və əsasən müqavilələrdə nəzərdə tutulan vergilərin toplanması ilə məşğul olan idarə sistemi orqanları hələ kifayət qədər möhkəm deyildi (məhz buna görə işğalın ilk illərində canişin terminini "amil" - "vergi məmuru" sözü əvəz edirdi). İstər ölkənin daxilində, istərsə də Xilafətin mərkəzində baş verən hər hansı bir siyasi dəyişiklik yerli əhalinin xarici tabeçilikdən qurtarmaq cəhdlərilə nəticələnirdi. Məhz bu səbəbdən Cənubi Qafqazın bir çox böyük şəhərləri, о cümlədən, Naxçıvanla bağlanılan sülh də uzun sürmədi. 32 (652-653)-ci ildə, növbəti qarşıdurmaların birində, hətta Dərbənddən şimala-xəzərlərin şəhəri Bələncərədək irəliləyə bilmiş ərəb sərkərdəsi Səlman ibn Rəbiənin öldürülməsindən sonra (60) Azərbaycanın çox hissəsi yenidən ərəblərin itaətindən çıxdı (61). Lakin bu da uzun sürmür. Heç 2 il keçməmiş xəlifə Osman artıq Cənubi Qafqaza yaxşı bələd olan Həbib ibn Məsləməni yeni qüvvələrlə buraya göndərir. Tarixçi əl-Kufı altı min süvarisi və piyadası olan Həbibin Xilat və Sirac Tayra (Şiraka) yeni - ikinci yürüşü, orada düşərgə salması, sonra Curzana (Gürcüstana) məktub göndərərək, bu ölkənin hakimi ilə əvvəllər bağladığı sülh müqaviləsini təzələməsi haqqında məlumat verir (62). Yerli müəllif Gevond [23 - 24] da ərəblərin yeni yürüşünün yalnız 10 il sonra "onların (yəni ərəblərin, N.V.) hakimiyyətinin 36-cı ilındə" baş verdiyini təsdiq edir (63). Bu məlumata görə, Ermənistan hüdudlarında üç dəstəyə bölünən ərəblərin bir dəstəsi Vaspurakan vilayətinə hücum edərək, Naxçıvan şəhərinədək о ərazidə yerləşən bütün kənd və qalaları ələ keçirə bilmişdilər (64). Burada bilavasitə Naxçıvanın özündən söhbət getməsə də, biri digərini əvəz edən bu yürüşlərin, sözsüz ki, Naxçıvandan da yan keçmədiyi anlaşılır.

Ərəb mənbələrində (əl-Bəlazuri, əl-Kufı, əl-Yəqubi) olan məlumata görə, xəlifə Osman Cənubi Qafqazda işğal edilmiş yerləri, о cümlədən, Naxçıvanı öz idarəsi altında birləşdirə bilən Həbib ibn Məsləməni,

Page 10: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

10 

 

çox keçmədən, (görünür, elə həmin 654-cü ildə) yeni vali ilə əvəz edir (65). Artıq bu dövrdə ərəblərin Cənubi Qafqazdakı işğal dairələri xeyli genişlənərək, şimal-qərbdə Tiflis və şimal-şərqdə Dərbənd daxil olmaqla Xəzər sahillərinədək bütün tarixi Azərbaycan və qonşu torpaqlarını əhatə etdiyinə görə Xilafət nümayəndəsinin 640-cı ildən Dəbildə (Dvində) qərarlaşdırılmış iqamətgahı işğal zonasının içərilərinə - hələ də mövcud olan Albaniya dövlətinin əsas şəhəri Bərdəyə köçürüldü. Xəlifə Osmanın qərarı ilə Həbibi vali vəzifəsində əvəz edən Huzayfa ibn əl-Yəmən əl-Əbsi oldu. Əl-Bəlazuri Bərdəyə gələn Huzeyfənin ərəb müəlliflərinin bir qədər sonra "Arranın anası" adlandırdıqları bu şəhərdən Qaliqalayadək bütün yerlərə, о cümlədən, Naxçıvana öz vergi məmurlarını (ummal) göndərməsi haqqında məlumat verir (66). Lakin, az sonra, xəlifənin yeni əmri ilə Huzeyfə Mədinə şəhərinə qaytarılır. Onun yerini müvəqqəti olaraq Huzeyfənin işlərini aparan "əmisinin qohumlarından" (67) Sıla ben Zufar tutur (68). Əl-Kufınin məlumatına [24 - 25] görə, rəsmi vali vəzifəsini daşımayan bu şəxs bir il müddətində ölkədə ağalıq edir: "... yerli hakimləri elə alçaldıb biabır edir ki, onların tabe olub boyun əyməkdən başqa çarələri qalmır" (69)... Yerli mənbə ərəb işğalına qarşı mübarizənin səngimədiyi bu qarışıq dövrdə Şərqi Ermənistan hakimi Teodoros Rştuninin ərəblərlə sazişə girdiyi və bunun müqabilində Xəlifə Osmandan "Qafqaz dağları və Çora (Çoqa) qapısınadək Ermənistan, İberiya, Aqvaniya və Sünikin" idarəsinin ona verilməsinə nail olduğunu da qeyd edir (70). Lakin həmin məlumatdan bilavasitə sonra verilən "O isə (yəni T. Rştuni - N.V.), həmin ölkələri [xəlifənin] təbəəliyinə keçirmək üçün işğal edəcəyinə söz verdi", cümləsi Cənubi Qafqaz ölkələrinin, sözsüz ki, nəinki Teodoros Rştuniyə tabe olmadığını, eləcə də ərəb hücumlarının başlanmasından on il keçməsinə baxmayaraq hətta Xilafətin də bu yerlərdə möhkəmlənə bilmədiyini sübut edir (71).

İdarə etdiyi torpaqlarının hüdudları Araz çayının sahillərinədək olan yerləri (72), о cümlədən, görünür, Naxçıvanı da əhatə edən Albaniya hökmdarı Cavanşirin bu zaman apardığı çevik siyasəti də ərəblərin işğalçı planlarının tam həyata keçməsinə mane olur. İki "bəladan" (Bizansla Xilafətdən) birini, yəni ərəbləri seçərək, həyatı bahasına onlara arxalanan Teodoros Rştunidən fərqli olaraq, Cavanşir, bu dövrdə Bizansla yaxınlaşmağa çalışırdı. Buna bir səbəb Xilafətdə Osmanın hakimiyyətinin son illərində xəlifəyə müxalif qüvvələrin meydana çıxması nəticəsində yaranan qarışıqlıq olmuşdu.

Görünür, Bizansın özü də bu zaman Xilafətin mərkəzində yaranmış vəziyyətdən və ərəb hücumlarının səngiməsindən istifadə edərək, Cənubi Qafqazda əlindən çıxmaqda [25 - 26] olan üstünlüyü qaytarmağa cəhd göstərirdi; bu bölgədəki vilayətlərin hakimlərinin ərəblərin təbəəliyini qəbul etmiş Teodoros Rştuni ilə ittifaqının qarşısını almaq məqsədilə, Sebeosun bir qədər dolaşıq məlumatına görə, II Konstant öz ordusunu "İveriya, Ağvan və Sünikə" göndərir. Lakin bu yürüş yalnız həmin yerlərin, əlbəttə ki, Naxçıvan ərazisinin də, bir daha, bu dəfə Bizans ordusu tərəfindən talan edilməsilə nəticələnir (73).

Ağır seçim qarşısında qalmış Cavanşir, sözsüz ki, ölkəsinin bizanslılar tərəfındən də darmadağın edilməsinə yol verməmək üçün II Konstantla sazişə gedir. Moisey Kalankatuklunun məlumatına görə, o, Midiyanın, "K’unqr" (Cənubi Azərbaycanın Kinkivar) kəndində Bizans imperatoru ilə görüşür və onun təbəəliyini qəbul edir (74).

Ərəb mənbəyi (əl-Bəlazuri) məhz bu zaman, yəni Osmanın xəlifəliyi dövründə, Azərbaycan və Ərminiyədə Huzeyfədən sonra rəsmi surətdə valilik edən məşhur sərkərdə Muğirə ibn Şubənin, ondan sonra isə daha iki şəxsin adlarını çəkir. Xəlifə Əlinin hakimiyyəti illərində (656-661) isə onun Cənubi Qafqazdakı valisi əl-Əşas ibn Qeys olmuşdur (75).

VII əsrin II yarısının ilk illərində Xilafətin mərkəzində müxalif qüvvələrin vətəndaş döyüşü səviyyəsinə gəlib çatan qarşıdurmaları bir qədər əvvəl basılmaz hesab edilən ərəblərin Cənubi Qafqazdakı mövqelərini, təbii ki, sarsıtmış, təkcə bizanslıların deyil, şimaldan ara-sıra basqınlar törədən xəzərlərin də bu yerlərə olan iddialarını artırmışdı.

Artıq 661-ci ildə, Əməvilər sülaləsi hakimiyyətə gəldikdən sonra, bu sülalənin ilk xəlifəsi Müaviyənin (661-680) yürütdüyü siyasət Xilafət-Bizans münasibətlərini bir qədər də gərginləşdirmiş, bu imperiyalarla bilavasitə [26 - 27] əlaqədə olan Cənubi Qafqaz xalqlarını, о cümlədən azərbaycanlıları, münaqişənin nəticələrindən asılı vəziyyətdə qoymuşdu. Bütün çətinliklərə baxmayaraq, Qafqazdakı mövqelərini möhkəmlətmək fıkrindən dönməyən hər iki imperiyanın başının biri-birinə qatışması 662-ci ildə xəzərlərin yeni hücumlarına rəvac vermişdi. Belə ki, onlar bu zaman Dərbənddə yerləşmiş ərəb qoşun hissəsini məğlub edərək, ölkənin içərilərinə irəliləmiş, lakin Kür çayını keçərək onların qarşısını kəsən Cavanşirin ordusu tərəfındən basılmışdılar (76). İki il sonra-664-cü ildə, "qış gecə-gündüz bərabərliyi günündə" yenidən hücuma keçən xəzərlər bu dəfə Kürü keçərək, Araz sahillərinədək gedib çıxmış, yerli mənbənin məlumatına görə, Ağvanın, Sünikin və başqa yerlərin nəinki əhalisini əsir almış, hətta qış olduğu üçün arana endirilmiş malqaranı da süriib aparmışdılar (77). Sözsüz ki, bu soyğunçu basqınlar zamanı Naxçıvan əhalisi də xeyli zərər çəkmişdi.

Xəzər hücumlarının arası yalnız 664-cü ildə, Araz sahillərinədək hər yerə basqınlar etmiş "hunların hökmdarı" ilə Cavanşir arasında dostluq sazişi bağlanandan, alban hökmdarı onun qızı ilə evlənəndən sonra kəsildi (78).

Page 11: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

11 

 

Əlbəttə, xəzərlərlə yaranmış ittifaq nəticəsində onların Cənubi Qafqaza qarşı iddialarının gerçəkləşməsi hələ də burada ayrı-ayrı qoşun hissələri və canişin saxlayan Xilafəti narahat etməyə bilməzdi. Siyasi vəziyyəti böyük səriştə ilə dərk edən Cavanşir də ərəblərdən özünü zorla qoruyan Bizansdan əli üzüldüyü, qohumluq əlaqələri və dostluq sazişi isə bağlandığı xəzərlərə isə, görünür, etibar etmədiyi üçün siyasi xəttini dəyişmək, ərəblərlə yaxınlaşmaq məcburiyyətində qalır. [27 - 28]

Qeyd etməliyik ki, hələ xəlifə Osmanın göndərdıyı qoşunlar Cənubi Qafqazda işğal etdikləri yerlərdə, о cümlədən, Naxçıvanda, möhkəmləndikdən sonra da siyasi hakimiyyəti saxlamağı bacarmış Cavanşir, bütün cidd-cəhdlərinə baxmayaraq ərəblərin təbəəliyindən tam çıxa bilməmiş, hətta Bərdədə iqamət qurmuş ərəb valisinə (amilinə) müəyyən qədər vergi də ödəməli olmuşdu. Bunu, bir qədər sonra, artıq Əməvilərin hakimiyyətə gəldikləri ilk illərdə (667 və 670), Cavanşirin məhz verginin miqdarının azaldılması xahişi ilə Dəməşqə - xəlifə Müaviyənin (661-680) görüşünə getməsi də təsdiq edir (79). Maraqlıdır ki, məhz bu görüş zamanı Cavanşiri yüksək qonaqlara məxsus böyük hörmət və hədiyyələrlə qarşılamış xəlifə, görünür, ərəb işğalından sonra müstəqil siyasi hakimiyyətə meyil göstərən Sünikin idarəsini də bilavasitə ona həvalə edir. Müaviyənin Cavanşirin ixtiyarına vermək istədiyi "Atrpatakanın" - Cənubi Azərbaycanın idarəsindən isə, o, imtina edir (80); tarixi Azərbaycan torpaqlarının Moisey Kalankatuklunun "Atrpatakan çayının (Arazın,- N. V. ) о biri sahili" adlandırdığı (81) cənub hissəsi ərəb canişininin idarəsində qalır.

Beləliklə, siyasi müstəqilliyin saxlanılmasına cəhd göstərilsə də, Xilafətin vassalı kimi vergi ödəmək şərti ilə asılı vəziyyətə salınmış şimal torpaqları bütövlüklə Cavanşirin idarəsində qalsa da, xəlifə Müaviyənin təyin etdiyi valilər də burada öz vəzifələrini icra etməkdə davam edir, ərəblərin Cənubi Qafqazda yürütdükləri vergi siyasətini həyata keçirməyə çalışırdılar. Əl-Bəlazuri bu valilərdən ölkədə vəfat etmiş Abdallah ibn Hatim ibn ən-Nu’manın adını çəkir (82). Gevondun məlumatına görə, bu bölgədən [28 - 29] hər il əldə edilən 500 qızılın müqabilində yerli əhali "öz evlərində qorxusuz qala bilirdi" (83).

Xilafət-Bizans qarşıdurmasının xüsusilə kəskinləşdiyi, xəzər təhlükəsinin hər an gözlənildiyi bu illərdə (əl-Yəqubinin məlumatına görə h.43-59/663-679-cu illərdə Müaviyənin qoşunları 16 dəfə Bizansa yürüş etmişdi) (84) Cənubi Qafqazdan əsasən vergi almaqla kifayətlənən ərəblər yerli hakimlərin, о cümlədən, Cavanşirin müstəqil hökmranlığına imkan versələr də, ölkənin, xüsusilə, xəzərlərin və bizanslıların hücumlarına daha çox məruz qala biləcək bölgələrində, о cümlədən, Dərbənddə və Naxçıvanda qoşun hissələri yerləşdirmişdilər. Cavanşirin xəzər xaqanının qızı ilə evlənməsi şimaldan olan basqınların kəsilməsinə səbəb olsa da, onun açıq-aşkar ərəblərə meyil göstərməsi bizanspərəst yerli hakimlərin kəskin etirazına, son nəticə olaraq alban hökmdarının 680-cı ilin payızında öldürülməsinə gətirib çıxartdı (85).

Xəzərlərin Azərbaycana yeni və daha şiddətli hücumlarına səbəb olmuş bu qətldən sonra yerli hakimlərlə xəzərlər arasında çox qısa müddətli barışıq əldə edilsə də, bu, uzun sürmür; Xəlifə Müaviyənin ölümündən sonra Xilafətin mərkəzində yaranan qeyri-sabitlikdən istifadə edən xəzərlər Cənubi Qafqaza yenidən hücum edərək, artıq 685-ci ildə, yerli qaynaqların məlumatına görə, bölgənin dərinliklərinə, о cümlədən, Naxçıvan ərazisinə soxulur, bir çox yerləri, eləcə də əsir və qənimətləri ələ keçirir, yerli knyaz və əyanları tuturlar (86).

Elə həmin il, Xilafətin mərkəzində baş verən müvəqqəti qarışıqlıqdan istifadə edən Cənubi Qafqaz xalqları əsasən verginin ödənilməsi ilə ifadə olunan "30 illik itaətdən sonra" ərəblərə verilən vergini kəsdilər (87). Lakin bu vəziyyət [29 - 30] də çox çəkmədi. Heç iki il keçməmiş Bizans ımperatoru II Yustinian sərkərdə Leontinin başçılığı ilə böyük bır ordunu Cənubi Qafqaza göndərdi. Bizans müəllifı Feofanın məlumatı ilə təsdiqlənən yerli sinxron mənbələrə görə hər üç Qafqaz ölkəsinin 25 vilayətini darmadağın və qarət edərək, 8 min əsir götürən Bizans sərkərdəsi yerli əhalinin üzərinə ağır vergilər qoydu (88).

Bir il sonra (689/90) iri döyüş səhnəsinə çevrilən Cənubi Qafqaz bu dəfə yenidən ərəblərin hücumuna məruz qalır. Yeni xəlifə, Əməvilər sülaləsinin Mərvanilər qoluna mənsub Əbdülməlik (685-705), Azərbaycana və Ermənistana qoşun göndərir; Xilafət xəzinəsinə verilən vergilərin ödənilməsini bərpa etmək məqsədilə, Naxçıvan ərazisində (indiki Culfa və Ordubad tərəflərdə) olmazın özbaşınalıqlar törədilir (89). Gevondun məlumatına görə, ərəblərin bu basqınları çətinliklə də olsa dəf edilir. Lakin, elə həmin il II Yustinianın başçılıq etdiyi ordu Cənubi Qafqaz ölkələrinə hücum edərək, Bizansın buradakı siyasi üstünlüyünü bərpa etməyə çalışır. Bu məqsədlə hər üç ölkənin knyazları imperatorun hüzurana çağırılır; bəziləri özləri, bəzilərinin oğulları girov götürülür. Cavanşirdən sonra Albaniyaya başçılıq edən Varaz Tiridat (Varazdat) Albaniyanın, Şirak hakimi Nerseh Kamsarakan Ermənistanın işxanları təsdiq edilirlər. Yustinian 30 minlik qoşununu da ölkədə qoyaraq girovlarla birgə Konstantinopola qayıdır (90).

Dövrün iki böyük rəqib dövlətinin, eləcə də xəzərlərin Cənubi Qafqaz ölkələrini tabe etmək məqsədilə yürütdükləri işğalçılıq siyasəti ümumi məqsədə çatmaq naminə bağlanılan barışıq sazişi ilə nəticələnir; şərtə görə Qafqaz ölkələrindən alınan bütün vergilər Bizansla Xilafət arasında bərabər bölünməli idi (91). Lakin bu barışıq da uzun [30 - 31] sürmədi. 692-ci ildə ərəblərlə sülhü pozaraq Şam üzərinə hücum edən Bizans

Page 12: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

12 

 

imperatorunun qoşunu qəti məğlubiyyətə uğradıldı. Əldə edilmiş qələbə ərəblərin Qafqazdakı mövqelərinə müsbət təsir göstərsə də, bu mövqeni hələ də möhkəm hesab etmək olmazdı. Lakin bununla belə, Moisey Kalankatuklunun sözləri ilə desək, Varaz Tiridat bu dövrdə üç xalqın - "xəzərlərin, taciklərin (ərəblərin, - N. V. ) və rumilərin (bizanslıların, - N. V) hökmdarlarına vergi ödəyirdi" (92).

693-cü ildə xəlifə Əbdülməlik öz qardaşı Məhəmməd ibn Mərvanı "əl-Cəzirə, Azərbaycan və Ərminiyənin valisi" təyin edir (93). Məhz onun valiliyi dövründə (693-709) ərəblərin Cənubi Qafqazda möhkəmlənməsi prosesi özünün həlledici mərhələsinə daxil olur. Ərəb-xəzər, ərəb-Bizans, eləcə də ərəblərlə yerli əhali arasında gah bu, gah digər tərəfin üstünlüyü ilə baş verən vuruşmalar nəticə etibarı ilə VIII yüzilin əvvəllərində işğalçı ərəb hakimiyyətinin xeyli güclənməsinə, bölgənin bir çox yerlərində olduğu kimi strateji əhəmiyyətli Naxçıvanda da yeni ərəb qoşun hissələrinin yerləşdirilməsinə gətirib çıxarır. Maraqlıdır ki, öz geosiyasi mövqeyinə görə həmin bölgədə Bizansa qarşı əsas dayaq məntəqəsi olan bu şəhərdə saxlanılan ərəb qoşun hissələrindən ərəblərə tabe ətraf yerlərdə onlara qarşı baş verən çıxışların yatırılmasında da istifadə olunurdu (94). Gevondun əsərində Naxçıvanda yerləşdirilmiş 5000-lik (naşirin qeydinə görə, əsərin Paris nəşrində 8000, Vardana görə-8000, Asogikə görə 5000) ərəb qoşun dəstə-sinin 703-cü ildə baş vermis çıxışların birinin yatırılmasında istifadə edilməsi haqqında məlumat vardır (95).

VIII əsrin əvvəlində ərəblərin zor siyasəti. İstər ərəb, istərsə də yerli Qafqaz mənbələrində VIII yüzilin ilk [31 - 32] illərində xəlifə Əbdülməlik və onun oğlu əl-Valıdın (705-715) hakimiyyətləri dövründə regionda baş verən siyasi hərc-mərclik nəticəsində yaranmış olduqca ağır şərait, bizanspərəst yerli qüvvələrin, xüsusilə erməni knyazlarının ərəblərə qarşı çıxışları, Məhəmməd ibn Mərvanın burada apardığı zor siyasəti, gah bu, gah da digər tərəfın məğlubiyyəti ilə nəticələnən qanlı döyüşlər haqqında məlumat verilir. Əl-Bəlazurinin yazdığına görə, Məhəmməd ibn Mərvan vali təyin olunduqda, o, ərəb üsul-idarəsi ilə bağlanılan müqavilənin şərtlərini pozaraq, üsyan etmiş Ərminiyə əhalisinə-ölkənin azadlarına (əhrar) və onların təbəələrinə qarşı müharibə etdi, "zəfər çaldı, onları qətlə yetirdi, əsir tutdu və ölkəni [yenidən] tabe etdi. Sonra onlardan [sağ] qalanları şərəfləndirəcəyini vəd etdi. Bu məqsədlə onlar Xilat vilayətindəki (amal) kilsələrə yığıldılar; о (Məhəmməd), bu [kilsələri] bağlatdırdı, qapılarını [öz adamlarına] tapşırtdırdı və onlara od vurdurdu (96)". Əl-Yəqubi də bu hadisənin "Xilat vilayətinin kilsələrində" (fi-l-kənaisi fı amali Xilat) baş verdiyini qeyd edir (97). Daha ətraflı məlumatı ilə müasirlərindən fərqlənən əl-Kufi isə Məhəmməd ibn Mərvanın birləşmiş Bizans (rumlu) -erməni qüvvələrini məğlub edərək, onların "əyan və əsilzadələrini" bağlanılan sülhə sadiq qalacaqlarına and içmək adı ilə kilsələrə yığdırması və bu kilsələrə od vurdurması haqqında yazsa da hadisənin baş verdiyi yeri dəqiq göstərmir, Məhəmməd ibn Mərvanın öz qoşunu ilə "Ərminiyənin ortasına" çatdığını və burada döyüşə girdiyini bildirir (98). Onu da qeyd etməliyik ki, dövrün ərəb müəllifləri üçün baş verən hadisənin Naxçıvanda, Xilatda və ya başqa bir yerdə olmasının fərqi yox idi. Onlar, sadəcə olaraq, olan hadisələri qeydə alırdılar; Naxçıvanı (əgər doğrudan da bu [32 - 33] fakt olmuşdusa) onlar tərəfindən Xilatla dəyişməyin məntiqi əsası da yoxdur. Yalnız yerli qaynaqlar (Moisey Kalankatuklı, Gevond, Vardan və b.) bu hadisənin Naxçıvan kilsəsində törədilməsi haqqında məlumat verir (99). Akademik Z. Bünyadov özünün son tədqiqatlarında haqqında danışılan hadisələrin Türkiyənin Qars vilayətindəki eyni adlı Naxçıvan şəhərində baş verdiyini sübut etməyə çalışır və bu məqsədlə erməni akademiki İ. A. Orbelinin həmin şəhərdə aparılan arxeoloji qazıntılar zamanı öyrənilən dövrə aid yandırılmış kilsə qalıqlarını aşkarlaşdırdığını, Azərbaycanın Naxçıvan şəhəri ərazisində isə о dövrə dair heç bir kilsə və xristianlığa məxsus digər tikililərin qalıqlarının tapılmadığını da qeyd edir (100).

Müxtəlifdilli sinxron mənbələrin eyni məlumatı müxtəlif şərh etmələrinə və buna görə də baş verən konkret hadisənin bilavasitə Naxçıvan ərazisinə aidliyini təsdiq edən dəlillərin kifayət qədər qənaətbəxş olmadığına baxmayaraq, sözsüz ki, şəhərin özü və ətraf yerlər dağıdıcı döyüşlər nəticəsində böyük zərər çəkmiş, kəndlər, obalar dağıdılmış, yerli əhali böyük müsibətlərə düçar olmuşdu.

Naxçıvan ərəblərin yeni inzibati-idarə sistemində. Xilafətin mövqeyinin möhkəmlənməsi nəticəsində bütün tarixi Azərbaycan ərazisinin qəti şəkildə ərəblərin tabeliyinə keçməsi ilə imperiyanın Cənubi Qafqazda apardığı siyasi kursda da dəyişikliklər baş verir. İstər yerli, istərsə də ərəb mənbələri yeni vali təyin edilmiş Əbdüləziz ibn Hatim ibn ən-Numan əl-Bəhilinin ilk novbədə quruculuq işləri ilə məşğul olduğunu bildirir (101). Əl-Bəlazuri valinin ən-Nəşavə (Naxçıvan) şəhərini tikdiyi, Bərdə şəhərini bərpa etdiyi, bəzilərinin dediyinə görə isə, onu yenidən qurduğu və ətrafını dərin xəndəklə möhkəmləndirdiyi, [33 - 34] Beyləqan şəhərini abadlaşdırdığı haqqında məlumat verır. Bu quruculuq işlərini o, həmin şəhərlərin, о cümlədən Naxçıvanın, tamamilə dağıdılması ilə əlaqələndirir (102). Ərəb müəllifinin bu məlumatı Gevondun yazdıqları ilə də təsdiq olunur. Doğrudur, burada Əbduləzizin quruculuq işlərinə misal olaraq Dvin şəhərinin əvvəlkindən də gözəl şəkildə bərpa edilməsi, şəhər divarlarına möhkəm bağlanılan darvazalar qoyulması və onun su ilə doldurulan xəndəklə əhatə edilməsi gətirilir (103). Lakin əl-Bəlazurinin əsərində yuxarıda adları çəkilən Naxçıvan və digər Azərbaycan şəhərlərinin bərpası haqqında verilmiş məlumatdan əvvəl Əbduləzizin Dəbil (Dvin) şəhərini

Page 13: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

13 

 

qurması, onun məscidini böyütməsi (104) haqqındakı xəbərinin olması və hər iki müəllifin məlumatlarının biri digərini tamamlaması Naxçıvanın VIII əsrin birinci onilliyində yaşadığı gərgin mühitdən xəbər verir. Dövrün Bərdə, Beyləqan kimi böyük şəhərləri ilə yanaşı Naxçıvanın da yenidən dirçəldilməsi, sözsüz ki, mühüm ticarət yolu üzərində yerləşən bu şəhərin ərəb işğalının ilk illərindən başlayaraq biri digərini əvəz edən ərəb-Bizans-xəzər hücumları nəticəsində böyük zərər çəkdiyini təsdiqləməklə yanaşı onun strateji əhəmiyyətindən də xəbər verir.

Bu dövrdə Xilafətin Cənubi Qafqazda apardığı qətiyyətli siyasəti özünün yeni böyük bəhrələrini verir. Albaniyada Mihranilərin son nümayəndəsi I Varaz Tiridatın artıq bir neçə il davam edən nominal hakimiyyətinə son qoyduqdan sonra ərəblər şimallı-cənublu tarixi Azərbaycan ərazisini qəti şəkildə tabe edə bilirlər. Bölgədə xəlifə Əbdülməlik ibn Mərvanın həyata keçirdiyi yeni inzibati islahatın nəticəsi olan inzibati-bölgü sistemi yaradılır. Sasanilər dövründə Xəzəryanı İran vilayətləri ilə birgə bütün Cənubi [34 - 35] Qafqaz vilayətlərini özündə birləşdirən inzibati Azərbaycan adı Xilafətin hakimiyyəti dövründə ərəblərin yalnız Cənubi Qafqazda (Albaniya, İberiya və Ermənistanda) işğal etdikləri yerlərə aid edilən inzibati Ərminiyə adı ilə əvəz olunur (105).

IX əsrdə yaşamış ərəb coğrafiyaşünas-səyyahı İbn Xordadbeh Nəşavə adlandırdığı Naxçıvanı əl-Busfurrucan, Dəbil, Sirac Tayr, Bağravənd ilə birlikdə Ərəb Ərminiyəsinin III bölgəsinə (III Ərminiyəyə) aid edir (106). Yerli (Bərdə, Xilat, Dəbil və s.) əhalinin məlumatına isnad edən əl-Bəlazuri isə Nəşavəni əl-Busfurrucan vilayətinin əsas şəhəri (mədinə) adlandırsa da İbn Xordadbehdən (eləcə də İbn əl-Fəqih və Yaqutdan) fərqli olaraq Ərəb Ərminiyəsinin heç bir inzibati bölgəsində onun adını çəkmir (107). Əl-Bəlazuri isnad etdiyi yerli müxbirlərə əsaslanaraq, hətta iki variantlı rəvayətlə çıxış edir. Birinci rəvayətə görə, əl-Busfurrucan Dəbil, Sirac Tayr və Bağravənd ilə birlikdə III Ərminiyəyə, ikinci rəvayətə görə, isə II Ərminiyəyə aid edilir (108). Müəllifin Nəşavə-Naxçıvan şəhərini bu bölgələrin heç birinin tərkibinə daxil etməməsi, güman ki, həmin şəhəri bölgənin vilayətlərindən biri adlandırdığı əl-Busfurrucana aid hesab etməsindən də irəli gələ bilərdi.

İşğal edilən ərazilərin idarəsini təşkil etmək məqsədilə köhnə inzibati-idarə sistemində yalnız işğal prosesindən irəli gələn cüzi dəyişikliklər etmiş Xilafət üsul-idarəsinin yaratdığı süni inzibati bölgülərdən biri olan və əsas inzibati şəhəri Nəşavə-Naxçıvan sayılan Ərəb əl-Busfurrucanı vilayətindən fərqli olaraq tarixi Vaspurakan vilayəti ərazisi əslində Van gölündən cənub-şərqdə yerləşirdi, əsas inzibati mərkəzi də Van şəhəri idi (109). Hələ VI əsrin ortalarında yaranmış Bizans Ermənistanı inzibati adı ilə bağlı olan [35 - 36] və о dövrdən miras qalan "Ərəb Ərminiyəsi" anlayışı da (I-IV Ərminiyə) ərəblərin Cənubi Qafqazda işğal etdikləri bütün yerləri, о cümlədən, ermənilərə aid olmayan Azərbaycan, Gürcüstan və b. qonşu torpaqları da özündə birləşdirirdi. Qeyd edilməlidir ki, sinxron erməni mənbələri (Sebeos, Gevond və b.) bu qondarma bölgülər haqqında bixəbərlik nümayiş etdirirlər (110). Dövrün tarixi coğrafıyasının real vəziyyətini, yəqin ki, daha yaxşı bilən bu müəlliflər öz əsərlərində nə ərəb Ərminiyəsi, nə də ki, ərəb müəlliflərinin onun tərkibi haqqında verdikləri məlumatı təsdiq edir, daha doğrusu, bu məsələyə qətiyyən toxunmurdular. Maraqlıdır ki, erməni müəlliflərindən fərqli olaraq, ərəb mənbələrində təqdim edilən "Ərminiyə" inzibati qurumu haqqında məlumatı olan yerli ərəbdilli anonim Dərbənd mənbəyi (XI əsr) ərəblərin Cənubi Qafqazda yaratdıqları Ərminiyə inzibati dairəsinin əhatə etdiyi yerlər sırasında başqa Qafqaz ölkələri ilə yanaşı "ermənilərin ölkəsi"nin ("biləd əl-Ərmən") də adını çəkir. Onu da deməliyik ki, bu inzibati bölgü haqqında məlumat verən ərəb mü-əllifləri (İbn Xordadbeh, əl-Yəqubi, İbn əl-Fəqih və b.) Ərminiyənin tərkibində Arranın, Curzanın və onların şəhərlərinin, eləcə də erməni şəhərlərinin siyahısını versələr də "əl-Ərmən ölkəsi"ni yada salmırlar. Ona görə də, yerli müsəlman müəllifinin dövrün real tarixi coğrafiyasını əks etdirən bu məlumatı olduqca əhəmiyyətlidir ("Ərminiyənin hüdudları: qərbdən əl-Ərmən ölkəsi, şərqdən və cənubdan Arran və Azərbaycan hüdudları və əl-Cəzirənin bir hissəsi, şimaldan Arran ölkəsinin bir hissəsi...") (111).

Mənbələrdəki məlumatın müqayisəli öyrənilməsi istər Ərəb əl-Busfurrucanının, istərsə də Ərəb Ərminiyəsinin işğalın gedişi prosesində süni şəkildə yarandığnı, bu adda [36 - 37] olan ərəblərəqədərki inzibati ərazilərin - Ərminiyə və Vas-urakanın, ərəb dövrü Ərminiyə və əl-Busfurrucanı ilə üst-üstə düşmədiklərini, Naxçıvanın adı çəkilən sonuncu vilayətin tərkibinə yalnız işğalın gedişi prosesində qatıldığını, müasir erməni müəlliflərinin iddiasına rəğmən bu şəhərin erməni vilayəti Vaspurakanla heç bir əlaqəsi olmadığını (bax: yuxarıda, s. 8-10), onun IX əsr ərəb müəllifləri tərəfindən aid edildiyi Ərəb əl-Busfurrucanı vilayətinin Van gölünün cənub-şərq sahillərini əhatə edən erməni Vaspurakan vilayəti hüdudlarından xeyli uzaqda yerləşdiyini təsdiq edir.

Naxçıvan Abbasilər sülaləsinin hakimiyyəti dövründə. Mövcud hərbi siyasi durumla əlaqədar Qafqazdakı mövqelərini demək olar əldən vermis bizanslılara qarşı Kiçik Asiya ərazisində qızğın döyüşlərin hələ də davam etdiyi bu dövrdə Xilafət özünün ikinci böyük rəqibi-xəzərlərə qarşı cihad elan edir. VIII əsrin axırınadək uzun bir dövrü əhatə edən, gah bu, gah da digər tərəfın uğuru ilə nəticələnən, qanlı döyüşlərlə

Page 14: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

14 

 

müşayiət edilən ərəb-xəzər qarşıdurması başlanır. Belə ki, şimaldan hücum edən xəzərlər dəfələrlə ölkənin içərilərinə doğru irəliləmiş, Naxçıvandan yan keçməyən yürüşlər təşkil etmişdilər (112). Həm ərəb, həm də yerli mənbələr xəzər ordusunun Dərbənd keçidindən başlayan hücumlarının hətta əl-Cəzirə və Mosuladək yetişməsi, bu hücumlar zamanı Arazı keçən xəzərlərin bir çox şəhər və kəndləri (Beyləqan, Atəşi Baquan, Ərdəbil, Təbriz və s.) ələ keçirərək dağıtması, ərəblərlə onlar arasında Azərbaycan ərazisində baş verən qanlı döyüşlərdən xəbər verirlər (113).

Azərbaycanın şimalında - Albaniyada yerli dövlətçilik sistemi ləğv edildikdən sonra Xilafətin regiondakı təmsilçisi [37 - 38] olan vali ölkənin şəriksiz idarəedicisinə çevrilir. Bərdədə iqamətgah qurmuş bu vali ərəblərin cəza tədbirlərindən yaxa qurtara bilmiş yerli əyanların hakimiyyətlərini məhdudlaşdırmaqda davam edir, onları ağır vergilərə məruz qoyur, ölkənin ayrı-ayrı yerlərində, о cümlədən, Naxçıvan torpaqlarında Ərəbistandan gəlmə tayfa və qəbilələrin yerləşdirilməsi üçün şərait yaratmağa çalışırdı.

VIII əsrin ortalarında Xilafətin mərkəzində baş verən hakimiyyət dəyişikliyi - Əməvilər sülaləsi nümayəndələrinin Abbasilərdən olan xəlifələrlə əvəz olunması da ərəblərin Cənubi Qafqazda apardıqları siyasəti dəyişmədi. Moisey Kalankatuklunun dili ilə desək, "ölkəmizin şirəsini sovurub aparan" (114) Abbasi valilərinin xəlifənin adından həyata keçirdikləri vergi siyasəti əhalinin kəskin narazılığına, Xilafət əleyhinə yönəldilən və ancaq xəlifə Harun ər-Rəşidin dövründə (786-809) nisbi yatırılması mümkün olan üsyan və çıxışlara gətirib çıxartdı (115). Əl-Bəlazurinin əsərində xəlifə Haran ər-Rəşidin adından bölgəni idarə edən Xuzeymə ibn Xazim ət-Təmiminin (786-787) Naxçıvanın və Dəbilin ondan əvvəl ölçülməyən torpaqlaгını müəyyənləşdirən tədbirləri həyata keçirməsi haqqında məlumat vardır (116).

Qeyd etməliyik ki, bu dövrdə Abbasilərin hakimiyyətə gəlmələrindən 30 ildən artıq bir müddət keçsə də dövlət vergi sistemi hələ də tənzimlənməmişdi. Xəlifə əl-Mehdinin (775-785) dövründə torpağın sahəsinə görə alman vergi (misahə) məhsula görə alman vergi ilə (muqasəmə) əvəz olunsa da tətbiq olunan yeni vergilər təbəələrin vəziyyətini olduqca ağırlaşdırmışdı. Əl-Yəqubi, Harun ər-Rəşidin (786-809) təyin etdiyi valilər içərisində ən qüdrətlisi saydığı həmin valinin-Xuzeymənin, ölkədə özünün [38 - 39] birinci valiliyi dövründə bir il iki ay müddətində qalması və qanun-qayda yaratması haqqında məlumat versə də (117) yerli müəllif Gevond bu qanun-qaydanın yerli hakim və feodalların sıxışdırılması və hətta qətlə yetirilməsi hesabına əldə edildiyini xüsusi vurğulayır (118). Xuzeymənin ikinci valiliyi dövrü 803-806-cı illərə təsadüf edir. Xilafətə qarşı mübarizənin daha da dərinləşdiyi bu illərdə xəlifə valiləri, yerli qaynağın yazdığı kimi, doğrudan da, hər bir çıxışı amansızlıqla yatırırdılar. Gevondun, hələ Xuzeymənin birinci valiliyi dövründə, Vaspurakanda feodal mülk sahiblərindən olan Arsruni qardaşlarına qarşı həyata keçirdiyi cəza tədbirləri haqqında olan məlumatı bu dövrdə ərəb üsul-idarəsinin öz mülklərində yaşamaqda davam edən və yalnız öz nahiyəsini qoruyan (119) yerli feodallara olan münasibətini ifadə edir. Əl-Yəqubi də Xuzeymənin, xüsusilə, ikinci dəfə vali təyin edildiyi dövrdə, daha qəddar tədbirlərə əl atması, "batrikləri və məliklərin oğlanlarını tutaraq boyunlarını vurdurması, onlarla çox pis rəftar etməsi haqqında" xəbər verir.

Harun ər-Rəşid dövründə Azərbaycan (Atrpatakan), Ermənistan, Gürcüstan və Albaniyada biri digərini əvəz edən və mənbədəki ifadəyə görə "Allah qorxusu bilməyən" (120) xəlifə valilərinin Cənubi Qafqaz ərazisində, eləcə də, Naxçıvanda törətdikləri dəhşətli zorakılıq, ikiqat vergi boyunduruğu haqqında olan məlumat başqa mənbələrlə də (Moisey Kalankatuklu, əl-Yəqubi, Əbu Yusif və b.) təsdiq edilir (121). Xalqın qəzəb kasasının dolduğu bu ağır illərdə ərəblərin hələ Əməvilər dövründə başlayan ərəb qəbilələrinin Cənubi Qafqazda yerləşdirmə siyasətində yeni mərhələ açılır: Abbasilərin arxalandıqları cənub ərəb tayfalarının axını ilə güclənən bu köçürmə zamanı Arran [39 - 40] və Azərbaycanın bir çox şəhər və kəndlərində xəlıfə Harun ər-Rəşidin şimal və cənub qəbilələri arasında yaranmış münaqişəni aradan götürmək məqsədilə yürütdüyü siyasət nəticəsində Şeybani və Suləmi nəsillərinə mənsub şimal ərəbləri də məskən salırlar. Mənbələrin məlumatına görə, Xuzeymə ibn Xazimin birinci dəfə vali təyin edildiyi dövrdən sonra Harun ər-Rəşidin adından şimal vilayətlərində vali olan Yusif ibn Rəşid əs-Suləmi buraya yenidən şimal ərəb qəbilələrindən olan nizariləri, ondan sonra məşhur Məzyədilər-Şeybanilər nəslindən "Azərbaycan, Ərminiyə, Arran və Bab əl-Əbvabda ilk vali olan" (122) Yəzid ibn Məzyəd əş-Şeybani isə rəbiə qəbiləsinə mənsub olanları yerləşdirdi. Əl-Yəqubinin verdiyi məlumata görə bu valiliyi dövründə (787-788) Yəzid ölkəni elə zabitə ilə idarə edirdi ki, heç kəs qımıldana da bilmirdi. O, Azərbaycan və Arrana (Ərminiyəyə) ikinci dəfə vali təyin edildiyi dövrdə (799-801) isə artıq "ölkədə qayda yarandı və nizarilər (yəni şimal tayfaları, - N.V.) yəmənlilərlə (cənub tayfaları ilə - N. V.) bərabərləşdirildi". Mənbədəki məlumatdan görünür ki, ölkədəki iğtişaşların bir qədər sakitləşməsinə yeni valinin yerli "məlik və batriklərin oğlanlarına" ümüdverən məktublar göndərməsi də səbəb olmuşdu (123).

Lakin həyata keçirilən tədbirlər ərəblərə qarşı yönəldilmiş çıxışların qarşısını ala bilmədi. Mənbələrdəki (əl-Yəqubi, əl-Kufı) məlumatın müqayisəli təhlili bu çıxışların da verginin ağırlığı nəticəsində baş verdiyinə dəlalət edir. Hələ 794-cü ildə ona verilən "əş-şəri" (hərfən: şər, şərəşur adam) ləqəbindən "xaricilər" təriqətinə mənsubluğu ("şurat" - xaricilər təriqətinə mənsub olanların erkən ləqəblərindən biridir) (124) anlaşılan məşhur

Page 15: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

15 

 

qiyamçı Əbu Müslimün rəhbərliyi ilə Beyləqanda başlanan və sonra [40 - 41] bölgənin bir çox yerlərini, о cümlədən, Naxçıvanı da əhatə edən hərəkata səbəb bərdəlilərin xəlifə tərəfindən xərac toplamaq üçün ora göndərilən Əbu-s-Sabahı öldürmələri olmuşdu. Geniş intişar tapmış bu üsyanın yatırılması üçün xəlifənin göndərdiyi bir neçə ordu üsyançılar tərəfındən məhv edilmiş, xəlifə qoşunlarının nəzarət etdiyi bəzi şəhərlər, о cümlədən Naxçıvan, üsyançıların əlinə keçmişdi (125). Əl-Kufinin yazdığına görə, artıq üç xəlifə ordusunu məğlub etmiş Əbu Muslim "Naxçıvan şəhərinə (əlyazmasında Nəşavə əvəzinə səhvən Kəsavə yazılmışdır, - N. V. ) gəlib onu tutur, xərac toplayıb, onu öz silahdaşları (əshabları) arasında bölüşdürür. Buradan o, Dəbil şəhərinə tərəf gedir..." (126).

Dövrün mənbələrində VIII əsrin sonu IX əsrin əvvəllərində Xilafətin bir çox vilayətlərini, о cümlədən, Arran və Azərbaycanı bürüyən üsyan və çıxışların nəhayət böyük bir hərəkata - Xürrəmilər hərəkatına çevrilməsi, Babəkin başçılıq etdiyi xürrəmi qoşunlarının digər yerli qüvvələrlə birləşərək Xilafətə qarşı, ərəb üsul-idarəsinə qarşı mübarizə aparması haqqında geniş məlumat vardır. Qeyd etməliyik ki, bu dövr Naxçıvanı istər yerli, istərsə də ərəb mənbələrinin xüsusi tədqiqat obyekti olmasa da, baş verən hadisələrin axarında onun bu və ya digər münasibətlə bağlı adının çəkilməsi, öyrənilən dövrdə bu şəhər və onun ətrafında cərəyan edən hadisələri izləmək imkanı verir.

Abbasilərin hakimiyyətə gəlməsi ilə regionda qızışan və qanlı vuruşmalaradək dərinləşən ciddi çıxışlarda yerli əhali ilə birlikdə burada yaşadıqları uzun illər ərzində artıq yerliləşmiş və mal-mülk sahibi olmuş həmin "köhnə" ərəblər də iştirak edirdi. "Mutəğəllib" ("qalib gəlmiş" mənasını daşıyan ərəb sözüdür) adlandırılan bu ərəblər də separatçılıq [41 - 42] nümayiş etdirərək, mərkəzi hakimıyyətə qarşı çıxışlar törədirdilər (127). Xəlifə əl-Məmımun (813-833) dövründə, xüsusilə Babəkin başçılığı ilə xürrəmilərin uğur qazandıqları IX yüzilin 20-ci illərinin əvvəllərində, həmin mutəğəlliblərdən biri, "avaranşan" ləqəbli Savada ibn Əbdülhəmid əl-Cəhhafinin mərkəzi hakimiyyətə, eləcə də ətraf yerlərin feodal mülk sahiblərinə qarşı çıxışları nəzəri xüsusilə cəlb edir (128). Erməni Baqratilərlə qohumluq əlaqəsi yaratmış Savada yerli alban feodallarından Sünik knyazı Səhəki də Xilafətə qarşı mübarizəyə cəlb edə bilmişdi. Uğursuz döyüşdən az sonra (Sünik knyazı Səhək bu döyüşdə öldürülmüşdü) ətraf yerləri, о cümlədən, sözsüz ki, Naxçıvanın kənd və başqa yaşayış yerlərini də qarət etməklə məşğul olan, sonra isə öz dəstəsi ilə Sünik qalasında möhkəmlənən Savadanın çıxışları yalnız Sünikin yeni knyazı Vasaqın dəvət etdiyi Babək tərəfındən yatırıla bilir. Knyazın qızı ilə evlənən Babək həmin tərəflərdə bir çox yerləri ələ keçirir. Bu gün də Naxçıvan ərazisində Babək və xürrəmilərin adı ilə bağlı sayılan abidələr vardır (Babək qalası, babəkilərin qəbirləri və s.).

20-ci illərin sonlarında (828/29) xəlifə əl-Məmun tərəfindən Azərbaycan, Arran və Ərminiyəyə vali təyin edilən Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalidin ölkədə atdığı ilk addımlardan biri Xilatda üzrxahlıqla onun qarşısına çıxmış Savadaya aman vermək olmuşdu (129).

Xilafətin hakimiyyətinin ilk dövründən başlayaraq strateji mövqeyinə görə ərəb qoşunu qarnizonu yerləşdirilmiş Naxçıvan, artıq gördüyümüz kimi, dəfələrlə müxtəlif hücumlara məruz qalsa da, IX yüzilin əvvəllərində də, çoxdan bəri burada qərarlaşmış ərəb əmirlərinin və ya onların mavlələrinin əlində qalmışdı. Hələ islamaqədərki [42 - 43] Ərəbistanda geniş yayılmış mavlə istilahı "kimdənsə əsil adam" mənasını daşıyır, qan qohumluğu ilə bağlı olanlar və ya qəbilənin hamiliyə götürdüyü adamları nəzərdə tuturdu; işğal dövründə isə mavlə hər hansı ərəb qəbiləsinin himayə etdiyi qeyri-ərəb adamlara aid edilirdi. Naxçıvanda IX yüzilin 20-ci illərində xüsusi mövqe tutan, bəlkə də hakimlik edən Yəzid ibn Hisn (Husn) də, əl-Yəqubinin məlumatına görə, muharib tayfasının (şimal ərəb ğatafan qəbiləsindən) mavləsi idi (130), yəni o, mənşəcə ərəb deyil, islamı qəbul etmiş yerlilərdən idi.

Xəlifə əl-Məmunun ərəb idarə sistemini yerlərdə möhkəmlətmək siyasətini həyata keçirən yeni vali Xalid ibn Məzyəd mərkəzi hakimiyyətə qarşı çıxan digər yerli və separatçılığa cəhd göstərən ərəb feodallarının çıxışlarını amansızlıqla yatırmağa çalışırdı. Onun ordusu İraq həbsxanalarından buraxdırdığı həmqəbilə üzvlərindən və əl-Cəzirədə onlara qoşulan rəbiə qəbiləsi döyüşçülərindən təşkil olunmuşdu (131). Elə bu ordu ilə Naxçıvana gələn Xalid burada hakimiyyətini möhkəmlətməyə çalışan Yəzid ibn Hisnə qarşı çıxır. Əl-Yəqubinin məlumatından aydın olur ki, məğlubiyyətə uğrayan naxçıvanlı əmir qaçmalı olur (132). Mənbədəki məlumata görə əslində mavlə olan Yəzid ibn Hisn (133) ərəb qoşun dəstələrindən birinin başçısı adlandırılır. Erməni tədqiqatçısı A. Ter-Gevondyan isə əl-Yəqubiyə istinadən Yəzidin Kisala (Qazax ərazisində) qaçdığını qeyd edir (134). Doğrudur, əl-Yəqubi öz mətnində Yəzidin Naxçıvandan qaçdığını xəbər verir. Lakin onun qaçdığı yeri bildirmir (135). Kisala, oradan Curzana (Gürcüstana) yürüşünü davam etdirən isə Xalidin özü olmuşdur. [43 - 44]

Özünün Şirvan və Dərbəndin tarixinə dair əsərindəXalidin bu dövr fəaliyyətindən yazan Münəccimbaşı bilavasitə Naxçıvanın adını çəkməsə də, Xalidin ölkədə baş verən iğtişaş və çıxışların yatırılması üçün xəlifə tərəfindən Cənubi Qafqaza göndərilməsi, bölgənin müxtəlif yerlərində (Şəkidə, gürcü və sanarların yaşadıqları

Page 16: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

16 

 

ərazidə, Dəbildə və s.) apardığı döyüşlər və nəhayət, əl-Məmunun ölümünədək Dəbildə qalması haqqında məlumat verir (136).

Mənbələrdəki məlumat bundan sonrakı illərdə də ərəb qoşun dəstələrinin dəfələrlə Naxçıvan ərazisindən keçərək, ölkənin müxtəlif yerlərinə bu və ya digər çıxışları yatırmaq məqsədilə etdikləri yürüşlərə həsr olunub. Naxçıvanda isə bu zaman, görünür, uzağa qaçmayaraq, Xalidin ordusu getdikdən sonra yenidən şəhərə qayıtmış və öz hakirniyyətini yenidən möhkəmlədə bilmiş Yəzid ibn Hisn əmirlik etməkdə davam edirdi. Belə ki, xəlifə əl-Mütəsimin (833-842) xürrəmilərin məğlubiyyətindən sonra da bölgədə davam edən qarışıqlığa son qoymaq məqsədilə Cənubi Qafqaza təyin etdiyi son vali Həmduyə ibn Əli ibn əl-Fadl 849-cu ildə Naxçıvanda olarkən onu məhz Yəzid ibn Hisn qarşılamış və ondan aman istəmişdi (137).

IX yüzilin ortalarında ərəb üsul-idarəsinə, onun vergi sisteminə qarşı ölkədə günü-gündən artan hərəkatı yatırmaq məqsədilə xəlifə əl-Mütəvəkkil Qafqaza sərkərdə Böyük Buğanı (Buğa əl-kəbir) göndərir. Münəccimbaşı yuxarıda adı çəkilən Həmduyə ibn Əlini Böyük Buğanın müavini kimi təqdim edir (138). Bu sərkərdənin Azərbaycan və Arranda olduğu vaxt Naxçıvanda ərəb əmirlərinin iqamətgahı vardı. Yerli müəllif eyni zamanda vergi toplamaqla məşğul olan ərəb qoşunu başçısı İbrahimin regionu bürümüş çıxışları dəf etmək cəhdlərini də qeyd edir (139). [44 - 45]

Bütün bunlar göstərir ki, Xilafətin Azərbaycandakı hökmranlığı, xüsusilə, Xürrəmilər hərəkatından sonrakı dövrdə, bilavasitə bu hərəkatın təsirilə edilən çıxışlar nəticəsində bir qədər zəifləsə də IX yüzilin sonuna - Sacilər sülaləsinin nümayəndələri hakimiyyəti ələ keçirənədək, hələ də güclü idi.

Beləliklə, yerli və ərəb mənbələrinin müqayisəli öyrənilməsi Naxçıvanın ərəb işğalından sonra inzibati baxımdan III Ərəb Ərminiyəsinin tərkibində yeni təşkil edilən, ərəblərəqədərki erməni Vaspurakan vilayətinin adını qəbul etsə də ərazi baxımından ondan fərqlənən əl-Busfurrucan vilayətinə qatıldığını, strateji əhəmiyyətli bu şəhərdə ərəb qarnizonu və vergi məmurunun (amilinin), eləcə də, mənşəcə ərəb olan və ya ərəblərin məvlası olan şəhər hakiminin yerləşdirildiyini, müasir erməni alimlərinin iddialarına rəğmən heç bir mənbədə Naxçıvanın bilavasitə və ya dolayısı ilə Ermənistana aidiyyatını, erməni feodal nəsli Arsrunilərin mülkü olduğunu təsdiq edən məlumatın olmadığını göstərir.

Qeydlər və istifadə olunmuş mənbə və ədəbiyyat:

1. Kitabul Futuh bu Abi Muhammad Ahmad ibn A’tham al-Kufı. Heydərabad, 1968-1975 [bundan soma: əl-Kufı (Heydərabad nəşri)], с. I, s. 201; Annates quos scripsit Abu Dyafar Mohammed ibn Dyarir at-Tabari cum alius ed. M. de Goeye. Prima series, Lugduni Batavorum, 1879-1890 bundan soma: ət-Təbəri), c.I, s. 2615. 2. Себеоста (История Епископа Себеоса. Пер. Ст. Малхасяна. Ереван, 1939, s.87) Atrpatakanın Xorox Ormizd (yəni Fərruxzad Hörmüzd) adlanan hakimi və onun həmin adı daşıyan oğlu Rostom (Rüstəm) haqqında məlumat verilir. [45 - 46] Ət-Təbəri (I, 2660-2661) ərəblərin Azərbaycana hücumu dövründə (643-cü il) Azərbaycan mərzbanı kimi İsfəndiyar ibn Fərruxzadın adını çəkir (bax həmçinin: İbn əl-Əsir. Əl-Kamil fi-t-tarix. Ərəbcədən tərcümə Z. Bünyadovundur. Bakı, 1996, s. 9). Moisey Kalankatuklu. Albaniya tarixi. Müqəddımə, tərcümə, qeyd və şərhlər akademik Ziya Bünyadovundur (bundan sonra: Albaniya tarixi). Bakı, "Elm", 1993, s. 117-118. 4. Sebeos, s. 91-92. 5. Yenə orada, s. 92. 6. Albaniya tarixi, s. 119. 7.Yenə orada, s. 121. 8. Ət-Təbəri, с. I, s. 2615. 9. Yenə orada, с. I, s. 2804; həmçinin bax; Azərbaycan tarixi, 7 cilddə, с. II, Bakı, 1998, s. 159. 10.Bax: Azərbaycan tarixi, с. II, s. 159-162. 11. Yenə orada, s. 161. 12. Ət-Təbəri, с. I, s. 2804; əl-Bəlazuri. Kitab futuh əl-buldən. Luqduni Batavorum, 1866

(bundan soma: əl-Bəlazuri), s. 404; bax həmçinin: Azərbaycan tarixi, с. II, s.162. 13. Yenə orada. Bax həmçinin: Nailə Vəlixanlı. Ərəb Xilafəti və Azərbaycan. В., 1994, s. 129.

Qeyd edilməlidir ki, Cənubi Qafqazın işğalına aid hicri (h.) 22 və 24-cü illərə dair məlumatında ət-Təbəri "Azərbaycan və Ərminiyəyə" hücumdan danışır. Əl-Babla (Dərbənd) bağlanılan və mətndə yuxarıda adı çəkilən müqavilədə əhaliyə ediləcək güzəştin (cizyədən azad olunmanın) "Ərminiyə və əl-Əbvabın həm yerli, həm də gəlmə (qərib) sakinlərinə, eləcə də о ətrafda yaşayan və onlarla birlikdə

Page 17: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

17 

 

müqaviləni qəbul edənlərə" şamil edildiyi qeyd olunur. Ət-Təbərinin mətnindən göründüyü kimi, burada Ərminiyə-sözsüz ki, Cənubi Qafqazı (Ermənistan, Albaniya, Şərqi Gürcüstan və Dağıstanın bir hissəsini), "əl-ərmən" isə bilvasitə [46 - 47] erməniləri nəzərdə tutur. Məhz həmin dövrdə, Dərbənd ətrafmda ticarətlə məşğul olan gəlmə ermənilər var idi. Ət-Təbəri yazır "Həmin dağların (yəni Qafqazın, N. V. ) yamaclarında olan ölkədə elə hündürlüklər var ki, ermənilər о yerlərdə az qalırlar. Çünki onlar о ətraflarda yaşayanlardandır, özləri də gəlmədirlər (mətndə: qərib). Köçərilərin hücumları bu hündürlüklərdəki oturaq əhalini dərbədər saldı, qabci-qafqazlılar (dağlılar) öz torpaqlarını atıb, dağlarda gizləndilər. Buralarda yalnız sərhədi qoru-yan əsgərlər, bir də onlara kömək edənlər və ya onlarla ticarət edənlər (yəni ermənilər, N. V. ) qaldılar".

14. Yenə orada. Mətndə belədir: "[Əl-Valid] 24-cü ildə Səlman ibn Rəbiə əl-Bəhilini 12 minlik ordunun başında Ərminiyəyə göndərdi. Ərminiyə ərazisinə hücum edən [Səlman] qırır-çatır, talayırdı. Soma bol qənimətlə əl-Validin yanına gəldi. Beləliklə, qələbə qazanıb, məqsədinə çatan əl-Valid [Kufəyə] döndü..." Maraqlıdır ki, ət-Təbəri Cənubi Qafqazın işğalı haqqında məlumat verirkən hətta ilk yürüşlər dövrü üçün də bu ərazinin VIII əsrdən başlayaraq (Albaniyanın süqutundan sonra) daşıdığı inzibati Ərminiyə adını işlədir, Arran-Albaniya adını çəkmir. Hətta əl-Babın (Dərbəndin) işğalından (643) soma Sasani mərzbanı Şəhribərazla ərəblərin bağladığı müqavilədə xəlifənin Şəhribərazın özünə, "Ərminiyə əhalisinə və ermənilərə" (əl-ərmən) aman verməsi haqqında məlumat verilir. Bu müqavilənin mətnini təqdim edən Dağıstan alimləri Ərminiyənin ərəblərin dövründə (VIII - IX əsrin I yarısı) Cənubi Qafqazı (Ermənistan, Şərqi Gürcüstan (Kartli), Şirvan, Arran və Dərbənd) əhatə edən inzibati-ərazi vahidi olduğunu qeyd edirlər (М. Г. Гаджиев, О. М. Давудов и А. Р. Шыхсаидов. "История Дагестана с древнейших времен до конца XV в. Институт Истории, Археологии и Эпиграфики Дагестанского Научного Центра РАН-Махачкала, ДНЦ РАН, 1996, с.200; bundan sonra: История Дагестана). [47 - 48] K. N. Yüzbaşyan (К. Н. Юзбашян. Армянские государства эпохи Багратидов и Византия IX-XI вв.. М., 1988, с. 40) Dərbəndin işğalını A. N. Ter-Gevondyanda olduğu kimi (А. Н. Тер-Гевондян. Армения и Арабский халифат. Ереван, 1977, с. 43-44) səhv olaraq 654-655-ci illər Həbib ibn Məsləmənin yürüşü ilə bağlayır (bax həmçinin: R. Məmmədov. Naxçıvan şəhərinin tarixi oçerki. В., 1977, 94), ət-Təbəridə adı çəkilən Ərminiyə termininin ərəb inzibati termini deyil bilavasitə Ermənistan olduğunu, burada Dərbəndə və Ermənistana aid iki müqavilənin birləşdirildiyini gümanla iddia edir. 15. История халифов Вардапета Гевонда писателя VIII века. Пер. с армянского К. Патканяна. СПб, 1862, с. 3 (bundan sonra: Gevond). 16. Yenə orada. 17. Sebeos, s. 100. 18. Həbib ibn Məsləmənin yürüşləri haqqında bax: əl-Bəlazuri, s. 236-241; əl-Kufı, s. 11

19. Əl-Bəlazuri, s. 234. 20. Bax: əl-Yəqubi. Tarix. Leyden, 1883, с. II, s. 157; ət-Təbəri, с. IV, s. 248; İbn əl-Əsir, с. III,

43. 21. Əl-Bəlazuri, s. 235. 22. Sebeos, s. 126. 23. Ət-Təbəri, с. IV, s. 248; Müq. et: A. N. Ter-Gevondyan, s. 28-30; Bax: Зия Буниятов.

Азербайджан в VII-IX вв. 3 cildlik "Seçilmiş əsərləri"ndə, с. I, s. 106 (bundan sonra: Z. Bünyadov); История Дагестана, s. 201, 202.

24. Bax: Z. Bünyadov, s. 106; Rauf Məmmədov. Göstərilən əsəri, s. 34; История Дагестана, s. 201.

25. История Дагестана, s. 202. 26. A. N. Ter-Gevondyan, s. 30. 27. Əl-Bəlazuri, s. 236; Onu da deməliyik ki, Səlman ibn Rəbiə Həbibin yalnız I yürüşündə

iştirak edə bilmişdi. 654-55-ci ildə baş verən II yürüş isə A. N. Ter-Gevondyanın iddiasına baxmayaraq Səlmansız keçmişdi. Belə ki, o, [48 - 49] hələ həmin yürüş başlamamış, 32 (652-653)-ci ildə Bələncərdə öldürülmüşdü. Əl-Kufmin (s.ll) məlumatına görə Səlmanın ölüm xəbərini alan xəlifə Osman Həbib ibn Məsləməyə Ərminiyəyə hücum etmək əmrini vermişdi. Əl-Kufinin bu məlumatı "Səlman ibn Rəbiənin öldürülməsindən sonra Həbib ibn Məsləmənin Azərbaycana və Ərminiyəyə yürüşü haqqında hekayət"ində verilmiş, sonuncunun Xilata və Siraca (Şirak) hücumları açıqlanmışdı.

28. Yenə orada. 29. Yenə orada, s. 237. 30. Yenə orada.

Page 18: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

18 

 

31. Yenə orada, s. 235. 32. Sebeos, s. 126-127. 33. Yenə orada, s. 127. 34. Əl-Bəlazuri, s.237; Dəbil şəhəri ilə bağlanılan müqavilənin rus dilində tərcüməsi A. N. Ter-Gevondyan (s. 42) və K. N. Yüzbaşyan (s.38, 39) tərəfındən verilmişdir. Z. Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə" əsərində (s. 106) təqdim etdiyi və əsli dövrümüzə çatmayan Naxçıvan müqaviləsi isə ərəb mənbəyində olan Dəbil müqaviləsi əsasında, həmin müqavilələrin oxşarlığı nəzərə alınaraq, müəllifin özü tərəfindən tərtib edilmişdir. 35. Albaniya tarixi, s. 9.3, həmçinin bax: К. В. Тревер. Очерки по истории и культуре

Кавказской Албании, M.-L., 1959, в.251. 36. История Армении Фавстоса Бузанда /Пер. с др. арм. и ком. М. А. Геворкяна, - Ереван,

1953, IV, s. 5; Bax: Ф. Мамедова Политическая история и историческая география Кавказской Албании. – В., 1985, s. 112.

37. Bax: Книга путей и стран Ибн Хордадбеха. Перевод и комментарии Наили Велихановой. -В., 1986 (bundan sonra: İbn Xordadbeh), s. 108.

38. Əl-Bəlazuri, s. 237. 39. Yenə orada, s. 232. [49 - 50] 40. Yaqut əl-Həməvi. Mucəm əl-buldən.-Beyrut, 1950, c.IV, s. 784. 41. Bax: Играр Алиев. Очерк истории Атропатены. В., 1989, s. 71; Müəllif burada Strabona

(XI, XIV, 5) istinad edir ("Əvvəllər kiçik ölkə olan Ermənistanı Artaksinin və Zariadrinin müharibələri böyütdü... Midiyalılardan onlar Kaspiana, Favnitida və Basoropedanı aldılar"...).

42. Yenə orada, s. 102. 43. Yenə orada. 44. Армянская география VII в. по p. X. (приписывавшаяся Моисею Хоренскому). Изд.

К. П. Патканов. - SPb., 1877, s. 43, 47-48. 45. Yenə orada, s. 48. 46. İqrar Əliyev. Göstərilən əsəri, s. 100. 47. Bu haqda F. Məmmədovanın (Göstərilən əsəri, s. 106-113) Sünik-Sisakan və Vaspurakan

haqqında mənbələrə əsaslanan mülahizələrərinin xüsusi əhəmiyyətini qeyd etməliyik. 48. Bax: F. Məmmədova. Göstərilən əsəri, s. 108. 49. Bax: İbn Xordadbeh, s. 108. 50. Bax: Z. Bünyadov, s. 116; F. Məmmədova, Göstərilən əsəri, s. 106. Sisəcan (Sisakan,

Sünik) adının müstəqil yer kimi işlənməsi "Zərdüşt Kəbəsi"ndə (İstəxr yaxınlığında Nəqşi Rüstəmdə) üçdilli (parfiya, yunan və fars) yazıda öz əksini tapmışdır. I Şapura tabe ölkələr sırasında Parfiya versiyasında SVKN kimi oxunan bu yer adını alimlərin bir qismi "Maxeloniya" (Minqreliya?), bir qismi isə Sisakan kimi oxuyur (bax: K. V. Trever. Göstərilən əsəri, s.135). Maxeloniya-bəlkə də maqların yaşadıqları yer mənasındadır.

51. F. Məmmədova. Göstərilən əsəri, s. 108. 52. Albaniya tarixi, s. 121. 53. Bax: Пахомов E. A. Монеты Нахчывана. Azərb. SSR EA Xəbərləri, 1949, № 5;

Ə. Rəcəbi. Naxçıvan zərbxanaları [50 - 51] (V-XIX yüzillər). "Azərbaycan Tarixi Muzeyi-2003" toplusu. - Bakı, "Elm", 2003, s. 201-206.

54. Əl-Bəlazurinin (səh. 237) Sisəcanın (Sünikin) qalalarından biri kimi admı çəkdiyi Vays (Veys) yerli və ərəb mənbələrindəki Vayzurla (Vayos-dzor; çox güman, indi Babək rayonunda, Naxçıvançayın sol sahilində, eyniadlı kəndin yaxınlığında yerləşən qədim Vayxır qalasıdır - Vayxır Govurqalası da deyilir) eynilik təşkil edir. Moisey Kalankatuklu (səh. 192) Vays (Vayos) adının VII yüzildə baş verən zəlzələdən sonra Mozi adlanan yerə verilməsi haqqında məlumat çatdırır. Bu müəllifin məlumatına görə Sünik yepiskopu Stepannos ölümündən soma bir zahidin yuxusuna girir. Ətəyi qanla dolu olan yepiskop Allahın qəzəbindən xilas olmaq məqsədilə adamlardan ibadət etməyi tələb edir. Lakin çox keçmədən hər yer zülmətə bürünür, yer-göy lərzəyə gəlir, yer ayrılaraq on minədək adamı udur. Ona görə həmin yer о gündən Vayosdzor (Vay yeri) adlanır. Tədqiqatçılar bu yerin adının hələ V əsr müəlliflərində (M. Xorenatsi, Yeqişe) eyniliklə çəkildiyini nəzərə alaraq, onun VII əsrdə yarandığını şübhə altına alırlar (bunu K. Patkanova əsaslanan Ş. Smbatean da qeyd edir; bax: История страны Агван. Yerevan, 1984, s. 235, qeyd 59). X əsrin müəllifi İbn Havqəl (Kitab suratu-l-ard. Leyden, 1967, s. 354-355) Sacilərə və Salarilərə vergi verən tabe vilayətlərin sırasında Vayzur hakimi (Sahibi Vayzur) Əbu-l-Qasim əl-Vayzurinin də adını çəkir.

Page 19: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

19 

 

55. Novruzlu Ə. İ. , Baxşəliyev V. B. Şahbuz bölgəsinin arxeoloji abidələri. В., 1992; Bax həmçinin: Naxçıvan ensiklopediyası. В., 2002 (müvafiq məqalələr).

56. Əl-Bəlazuri, s. 238-239. 57. Bax: Z. Bünyadov, s.107. 58. Əl-Bəlazuri, s. 238-239; Bax həmçinin: Azərbaycan tarixi, с. II, s. 162-163. 59. Əhməd ibn Əsəm əl-Kufı. Fəthlər kitabı. Ərəbcədən tərcümə Ziya Bünyadovundur. Bakı,

1995, s. 9-11. [51 - 52] 60. История Дагестана, s. 202. 61. Azərbaycan tarixi, с. II, s. 163. 62. Əl-Kufı, s. 11. 63. История халифов Вардапета Гевонда писателя VIII века. Пер. с арм. К. Патканова. -

SPb., 1862, s. 6. 64. Yenə orada. 65. Əl-Bəlazuri, s. 241; əl-Kufı, s. 11-12. 66. Əl-Bəlazuri, s. 241; Həbib ibn Məsləmənin ikinci yürüşündən sonra, yəni 654-cü ildə

Bərdənin ərəb valisinin iqamətgahına çevrilməsi haqqındakı bu məlumatı ədəbiyyatda qeyd olunsa da, Moisey Kalankatuklunun Bərdəni (Partavı) "erməni təqviminin 200-ci ilindən sonra" (yəni 754-cü ildən) "alban knyazlarından alıb" burada xəlifə canişini yerləşdirmələri məlumatı da verilir (Albaniya tarixi, s. 194; bax: Z. Bünyadov. Azərbaycan, s. 148).

67. Əl-Kufı, s. 12. 68. Əl-Bəlazuri, s. 241; əl-Kufidə (s. 12) Sulat ibn Zafır əl-Əban (görünür əl-Əbsi olmalıdır). 69. Əl-Kufı, s. 12. 70. Sebeos, s. 121-122. Sebeosun məlumatından Teodorosla sazişə girən və ona bu imtiyazları

verən xəlifənin Müaviyə (661-681) olduğu görünsə də, əslində xəlifə Osman (644-656) olmalıdır. Belə ki, haqqında danışılan hadisələr 654-cü ildə, Müaviyənin hakimiyyətə gəlməsindən xeyli əvvəl baş vermişdir.

71. Teodoros Rştuni elə həmin 654-cü ildə Həbib ibn Məsləmə tərəfindən götürülən girovlar arasında Dəməşqə aparılmış və orada vəfat etmişdi (Sebeos, s. 127).

72. Albaniya tarixi, s. 127. 73. Sebeos, s. 118. 74. Albaniya tarixi, s. 128; Bax həmçinin: Z. Bünyadov. s.100, qeyd 23; Azərbaycan tarixi, с. II,

s. 104, 105. 75. Əl-Bəlazuri, s. 241-242. 76. Albaniya tarixi, s. 129, 130; Bax həmçinin: Z. Bünyadov. Göstərilən əsəri, s. 100,101;

Azərbaycan tarixi, с. II, s. l65. [52 - 53] 77. Yenə orada, s. 132. 78. Yenə orada. 79. Yenə orada, s. 134-135; 136-137. 80. Yenə orada, s. 137. 81. Yenə orada. 82. Əl-Bəlazuri, s. 242. 83. Bax: Gevond, s. 9. 84. Əl-Yəqubi. Tarix, с. II, s. 239- 240. 85. Albaniya tarixi, s. 145-146. 86. Gevond, s. 11, 12; Bax həmçinin: Z. Bünyadov, s. 127; Azərbaycan tarixi, с. II, s. 167. 87. Gevond, s. 9-10. 88. Yenə orada, s. 10-11; Asogik və Feofanın məlumatları üçün bax: Z. Bünyadov, s. 129; A. N. Ter-Gevondyan, s.51-52. 89. Gevond, s. 11-12. 90. Всеобщая история Степаноса Таронского Асох’ика (Асогика) по прозванию. Пер. с арм. Н. Эмином. М., 1864, s. 72; A. N. Ter-Gevondyan, s. 52. 91. Bax: Z. Bünyadov, s. 129 (isnad: Ю. Кулаковский. История Византии (602-717 гг.), t. III, SPb, 1876, s. 251). 92. Albaniya tarixi, s. 186. 93. Əl-Bəlazuri, s. 242; İbn əl-Əsir, s. 12. 94. Bax: R. Məmmədov. Göstərilən əsəri, s. 37.

Page 20: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

20 

 

95. Gevond, s. 15, 139, qeyd 84. 96. Əl-Bəlazuri, s. 242. Maraqlıdır ki, əl-Bəlazurinin əsərinin əlyazmasında "yandırmaq" əvəzinə "qorxutmaq" sözü işlədilmişdir. Yazı tərzinə görə-nöqtələrsiz, demək olar eyni olan bu sözə əsərin naşiri əl-Yəqubidə olduğu kimi (yandırmaq) düzəliş vermişdir. Onu da qeyd etməliyik ki, eyni hadisə haqqında məlumat verən Gevond (s.22-23) kilsəyə doldurulmuş erməni əsirlərindən bir qisminin - knyazların, oradan çıxarılaraq həbsxanaya keçirilməsi, onların bəzilərinin sonradan qətlə yetirilməsi haqqında məlumat verir. 97. Əl-Yəqubi. Tarix, с. II, s. 324-325. [53 - 54] 98. Əl-Kufi, s. 13. 99. Gevond, s. 22; Asogik, s. 92-93; Albaniya tarixi, s. 190; Bax, həmçinin: Z. Bünyadov, s. 131; R. Məmmədov, s.38; A. Ter-Gevondyan, s. 77. 100. З. М. Буниятов Государство Атабеков Азербайджана (bundan sonra Atabəylər), Bakı, 1978, s. 195-196; 101. Gevond, s. 24-25; Əl-Bəlazuri, s. 242. 102. Əl-Bəlazuri, s. 242. 103. Gevond, s. 25. 104. Əl-Bəlazuri, s. 242. 105. Bu haqda bax: Azərbaycan tarixi, с. II, s. 179-181. 106. Bax: İbn Xordadbeh, s. 108, s. 48-52; Müq. et: Əl-Bəlazuri, s. 231; İbn əl-Fəqih. Müxtəsər kitab əl-buldən. M.de Quyeninnəşri.-Leyden, 1880, s. V, s. 267. Bax: H. M. Beлиханова. Изменение исторической географии Азербайджана в результате арабского завоевания. "Историческая география Азербайджана" (Bakı, 1987), s.55-56; Azərbaycan tarixi, с.II, s. 180-181. 107. Əl-Bəlazuri, s. 232. 108.Yenə orada, s. 231. 109. A. Ter-Gevondyan. Göstərilən əsəri, s. 168. 110. Bax: Azərbaycan tarixi, с. II, s. 180. 111. Minorski, Şəddadilər, s. 7, ərəb mətni, s. 2. 112. Azərbaycan tarixi, с. II, s. 170-178. 113. Bax: Gevond, s. 71-72, 92-93. 114. Albaniya tarixi, s. 194. 115. Bax: Azərbaycan tarixi, с. II, s. 222-223; əl-Yəqubi, с. II, s. 515. 116. Əl-Bəlazuri, s. 247. 117. Əl-Yəqubi. с. II, s. 515; Baxhəmçinin: əl-Kufı, s. 65-66. 118. Gevond, s. 112-114. 119.Əl-Bəlazuri, s. 247. 120. Gevond, s. 115. 121. Bax: Z. Bünyadov, s. 149-151; Azərbaycan tarixi, с. II, s.224. [54 - 55] 122. В. Ф. Минорски. История Ширвана и Дербенда X-XI веков, М., 1963, s. 43. 123.Əl-Yəqubi, с. II, s. 519. 124. Bax: Aş-Şaxrastani. Kniqa о reliqiəx i sektax, M, 1984, s. 209. 125. Əl-Kufi, s. 62-63; əl-Yəqubi, II, 515; Azərbaycan tarixi, с. II, s. 235; Həmçinin bax: Z. Bünyadov, s. 220-221. 126. Əl-Kufı, s. 62. 127. Azərbaycan tarixi. с. II, s. 244. 128. Əbdülhəmidin atası, xəlifə Harun ər-Rəşidin hakimiyyətinin ilk illərində Cənubi Qafqaza gələn və görünür, əs-Suləmi nəslindən olan Cəhhaf erməni knyazı Muşel Mamikoneanın qızına evlənir və bundan bütün ölkəni ələ keçirmək üçün istifadə etməyə çalışır. Onun oğlu Əbdülməlik ibn əl-Cəhhaf əs-Suləmi beyləqanlılarla birlikdə mərkəzi hakimiyyətə qarşı çıxaraq, valinin iqamətgahı yerləşən Bərdə şəhərini bir neçə ay mühasirədə saxlayır. Mühasirə yarıldıqdan sonra xəlifə tərəfindən aman almış Əbdulməlik, tarixçi əl-Yəqubinin numizmatik materialla təsdiq edilən məlumatına görə, Ərminiyə vilayətinin valisi də olür. Üsyan etmiş dvinlilər tərəfindən öldürülüb (bax: əl-Yəqubi, с. II, s. 504-560; A. N. Ter-Gevondyan, s. 126-128.) Savadaya erməni mənbələrində verilən "avaranşan" ləqəbini tarixçi St. Orbelian "quldur" kimi şərh edir (A. N. Ter-Gevondyan, 126). Əbdülhəmid Savada haqqında bax: Albaniya tarixi, s. 194; Z.Bünyadov, s.274; A. N. Ter-Gevondyan, s. 134,135. 129. Əl-Yəqubi, с. II, s. 564. 130. Yenə orada.

Page 21: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

21 

 

131. Yenə orada. 132. Yenə orada. 133. R. Məmmədov da (Göst əsəri, s. 39) - Yəzid ibn Hüseyn. 134. A. N. Ter-Gevondyan. Göstərilən əsəri, s. 134. 135. Əl-Yəqubi, с. II, s. 564. 136. V. F. Minorski. Gösterilən əsəri, s. 44, 45. [55 - 56] 137. Əl-Yəqubi, с. II, s. 580. 138. Minorski. Şirvan, s. 46. 139. A. N. Ter-Gevondyan. Göstərilən əsəri, s. 147-148; Burada müəllif Tovma Arsruniyə (s. 195-196) istinad edir. [56 - 57]

Page 22: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

22 

 

§ 2. Azərbaycan feodal dövlətləri dövründə Naxçıvanın siyasi durumu (IX əsrin II yarısı - XI əsr)

IX əsrin II yarısından sonra bütün Xilafət ərazisində olduğu kimi tarixi Azərbaycan torpaqlarında da

yerli hakim və canişinlərin separatizminin güclənməsi nəticəsində mərkəzi hakimiyyətdən ayrılmaq prosesi başlandı. Ərəb üsul-idarəsinin verdiyi güzəştlərə görə öz mülklərini qoruyub saxlaya bilmiş bəzi yerli və mənşəcə gəlmə olsalar da artıq yerliləşmiş feodal hakimlər də ayrılmağa, heç olmazsa.yarımmüstəqil olmağa can atırdılar.

861-ci ildə xəlifə əl-Mütəvəkkil öldürüldükdən sonra Xürrəmilər-Babəkilər hərəkatının təsirilə artıq tamam zəifləmiş Xilafətin parçalanması prosesi güclənir. Məğribdən Məşriqədək geniş bir ərazini əhatə edən Ərəb İmperiyasının ayrı-ayrı vilayətlərində mərkəzdən asılılıqlarını bu və ya digər dərəcədə üzə bilmiş dövlətlər yaranmağa başlayır. Buna ağır vergi siyasətindən cana doymuş yerli əhalinin fəal çıxışları ilə yanaşı həmin çıxışların yatırılmasında az rolu olmayan və xəlifə əl-Mütəsimin hakimiyyəti dövründən (833-842) başlayaraq ərəb ordusunun özəyini təşkil edən türklərin mərkəzdəki hakimiyyətlərinin yüksəlməsi də səbəb oldu. Tədqiqatçıların dövrün mənbələrinə (əl-Yəqubi, [57 - 58] ət-Təbəri, əl-Məsudi və b.) əsaslanan ümumı rəyinə gorə türklərin ağalığının güclənməsi xəlifə ağalığının süqutunun başlanğıcı oldu (1). Mərkəzin işğalçılıq siyasətinin davamı olaraq Cənubi Qafqazda zor tətbiq edən, mənşəcə türk olan ərəb sərkərdəsi Böyük Buğanın (əl-Kəbir) fəaliyyəti nəticəsində yerli hakimlərin əsir alınaraq imperiyanın paytaxtına aparılması Xilafətin bu vilayətində də ərəb canişinlərinin və feodallarının mövqeyinin müvəqqəti də olsa möhkəmlənməsinə səbəb oldu. Elə bu zaman xəlifə əl-Mütəvəkkilin sərəncamı ilə Şeybanilərdən olan Məhəmməd ibn Xalid ibn Məzyəd ikinci dəfə, 242 (856-857)-ci ildə Cənubi Qafqaz vilayətlərinin valisi təyin edildi. Əl-Yəqubinin məlumatına görə, Məhəmmədin gəlişi ilə "üsyançılar sakitləşdilər, о da, onlara verilən amanı təzələdi" (2).

Mənbələrdəki məlumatın müqayisəli təhlilindən hələ də ərəblər üçün hərbi dayaq məntəqəsi kimi strateji əhəmiyyətini saxlayan Naxçıvanda da, bu zaman bölgənin hər yerində olduğu kimi, siyasi vəziyyətin nisbətən sabitləşdiyi nəzərə çarpır. Yeni vali təyin edilən Məhəmməd ibn Xalid özünün əvvəlki, birinci valiliyi dövründə (851) əl-Babdan - Dərbənddən başlayaraq bütün regionu fəallıqla idarə etməyə çalışırdısa, ikinci valiliyi dövründə, əsas etibarilə, yenidən bərpa edərək özünə iqamətgah etdiyi Gəncədə qərarlaşır (3).

861-ci ildə mərkəzdə yaranmış qarışıqlıqdan istifadə edən Məzyədilər xanədanı nümayəndələri (Məhəmməd ibn Xalidin qardaşları Heysəm və Yəzid) Azərbaycanın şimal-şərq torpaqlarını özündə birləşdirən Şirvan və Layzanda Xilafətdən təcrid olunduqlarını, "şirvanşah" və "layzanşah" titullarını qəbul etdiklərini bildirdilər. [58 - 59]

Naxçıvanla əlaqədar bu dövrün mənbələrində xüsusi əhəmiyyətli məlumat olmasa da, burada həyatın əvvəlkindən fərqli olmadığı, şəhərin siyasi baxımdan hələ də ərəb üsul-idarəsinə tabe olduğu, bununla yanaşı iqtisadi inkişafdan da qalmadığı görünür. IX yüzil ərəb mənbələrində adı az çəkilən bu şəhər haqqında çox qısa xəbər İbn Rustanın (IX əsr) əsərində "V iqlimin məşhur şəhərləri", ticarət mərkəzləri sırasında verilir (4). Həmin əsrin nümayəndəsi Qudama ibn Cəfər sonrakı yüzildə yaşamış digər coğrafi-yaşünaslar kimi (əl-İstəxri, İbn Havqəl, əl-Müqəddəsi) Nəşavə-Naxçıvanın Marağa-Dəbil karvan-ticarət yolunun üstündə yerləşdiyini bildirir (5).

IX əsrin sonlarına yaxın bütün Xilafət ərazisində parçalanma prosesinin daha da genişlənməsi, tarixi Azərbaycan ərazisinin ayrı-ayrı hissələrində real hakimiyyəti ələ ala bilmiş Şirvanşahların, Dərbənd məliklərinin və bəzi yerli feodalların mərkəzdən asılı olmayan siyasət yürütmələri və müstəqil dövlət yaratmaq cəhdləri Xilafətin Azərbaycan və əslində ancaq adı qalan ərəb "Ərminiyə"si vilayətlərinə yeni canişin təyin edilmiş Məhəmməd Afşin ibn Əbu-s-Sacı da mərkəzdən ayrılmağa sövq edir. Bununla belə ilk vaxtlar Xilafətin bölgədəki möhkəm dayağı olan Məhəmməd Afşin yerli hakimlərin çıxışlarını yatırmaqla özünün xəlifəyə olan sədaqətini nümayiş etdirirdi(6). Mənbələrdə Məhəmməd İbn Əbu-s-Sacın ərəb həmdanilər nəslindən olan Marağa hakimi Abdullaha qarşı döyüşməsi, şəhəri mühasirə edərək, onu ələ keçirməsi və, nəhayət, şəhərin hakimini qətlə yetirməsi haqqında məlumat verilir. Müqayisəli təhlil Marağada möhkəmlənməklə Azərbaycan vilayətinin idarəsini əlinə alan Məhəmmədin bundan sonra ərəb canişininin Bərdədəki sarayında bölgənin valisi [59 - 60] vəzifəsini icra etməyə başladığını göstərir. Onun xadimi Vasif isə, İbn əl-Əsirin də təsdiq etdiyi kimi, 281 (894-895)-ci ildə ərəb əmiri, sonralar Naxçıvana da sahib olan Əbu Duləfilərdən Ömər ibn Əbdüləziz ibn Duləflə döyüşərək, onu məğlubiyyətə uğradır. Bununla belə xəlifə əl-Mütədid bu ərəb əmirinin və ondan əvvəl onun xələflərinin sahiblik etdiyi Isfahan, Nihavənd və Kərəçin həmin xanədanın ixtiyarında qaldığını təsdiq edir

Page 23: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

23 

 

(7). O, həmçinin, şimal bölgəsinin valisi təyin etdiyi Məhəmməd ibn Əbu-s-Sacdan da onun nəzarəti altında olan yerlərdəki hakimlərin zor gücünə olsa da tabeliklərinin təminatını tələb edir.

893-cü ildə, Məhəmməd xəlifənin tapşırığı ilə Xilafətin rəqibi Bizansla ittifaqa girmək istəyən, bir qədər əvvəl (892) xəlifənin özü tərəfindən Ərminiyə məliki təsdiq edilən I Smbata (890-913) qarşı göndərilir (8). Bu yürüş zamanı böyük bir qoşunla ərəb əmirinin iqamətgahı olan Naxçıvanı keçərək Dəbilə (Dvinə) hərəkət edən Məhəmməd ermənilərin katolikosu Georqun da əsir alınması və ağır vergilərin qoyulması ilə nəticələnən hücumdan sonra yenidən özünün Bərdədəki sarayına qayıdır. Yalnız о zamanlar (887-ci ildə) alban dövlətçiliyini bərpa edə bilmiş Qriqor Hamamın vasitəçiliyi və böyük miqdarda azadlıq pulu (fıdyə) ödəməsi nəticəsində Məhəmməd katolikosu azad edir (9). Ərəb canişininin bölgədəki sonrakı fəaliyyəti də Xilafətin buradakı mövqeyinin möhkəmlənməsinə, xüsusilə yerli feodalların ərəblərin tabeliyindən çıxmaq cəhdlərinin aradan götürülməsinə doğru yönəldilmişdi (10).

285/898-ci ildə xəlifə əl-Mütədid bu zaman artıq qüvvətlənərək ərəb üsul-idarəsinə tabe olmaq istəməyən Məhəmməd ibn Əbu-s-Sacın faktiki olaraq hakimlik etdiyi [60 - 61] Azərbaycan və Ərminiyə vilayətlərinə vali təyin olunmasını bir daha təsdiq edir. Məhəmmədin, 901-ci ildə, Bərdədə, bütün Azərbaycanı bürüyən vəba xəstəliyindən vəfatından sonra, qardaşı Yusif ibn Əbu-s-Sac xəlifənin Azərbaycandakı canişini vəzifəsini tutur (11). Artıq 296/908-909-cu ildə yenidən getdikcə güclənən Xilafətin yeni başçısı əl-Müqtədir (908-932) Sacilərin qarşısını almağın qeyri-mümkünlüyünü nəzərə alaraq, onlara qarşı yönəldilmiş siyasəti dəyişir və Yusifı Xilafətin Azərbaycan və Ərminiyədəki valisi təyin edir. Yusif ibn Əbu-s-Sac "hər il xəzinəyə 120 min dinar göndərməyə zəmanət verir" (12). Xilafətin Cənubi Qafqazdakı mövqeyini möhkəmlətməklə yanaşı, sözsüz ki, özünün buradakı hakimiyyətini qüvvətləndirmək və yerli hakimləri tabe etmək məqsədilə Yusif onun canişin təyin olunmasına etiraz edən erməni hökmdarı I Smbata qarşı çıxır. Böyük qoşunla Bərdə-Tiflis-Taşırdən keçərək, Smbatın Şırakdakı iqamətgahına hücum edən Yusif ermənilərin müqavimətinə baxmayaraq Dəbilə yaxınlaşa bilir və burada onlarla qısa müddətli barışıq bağlayaraq, Naxçıvan yolu ilə Marağaya qayıdır (13).

Sonrakı hadisələr Naxçıvanın bu dövrdə də ərəblərin hərbi düşərgəsi rolunu oynadığını təsdiq edir. Belə ki, bir il sonra, Smbata qarşı hazırlanan yeni hücum ərəfəsində, Yusifın ordusu onunla ittifaqa girən Vaspurakan vilayətinin hakimi erməni Qaqik Arsruninin qoşunu ilə məhz Naxçıvanda birləşmişdi. Mənbələrdə (Asogik və b.) İveriya hökmdarı Ater-Nersehin, eləcə də I Smbatın öz qardaşı Şapuhun oğlu Aşotun da qoşunları ilə Sacilərə qoşulması haqqında məlumat vardır (14). [61 - 62]

Bir neçə il müddətində davam edən bu qanlı mübarızə Cənubi Qafqazın, demək olar, bütün qərb və cənub-qərb bölgələrini əhatə edirdi. Yusifin düşərgə saldığı Araz sahilindən göndərilən qasidlər Sacilərin işğalına məruz qalmış ətraf yerlərin hakimlərindən tabeliyi qəbul etmək və vergi ödəmək tələblərini çatdırırdılar. Yusifə qarşı müqavimətə cəhd göstərən Sünik hakimi məğlub edilərək, ondan aman istəməli olur (15). İbn Havqəl Yusifə tabe olub vergi verənlər sırasında Sünikə aid qalaların birinin sahibinin (sahibi Vayzur) də adnı çəkir (16).

Nəhayət, Sacilərin hücumlarının qarşısını ala bilməyən I Smbat təslim olduğunu bildirir. Asogik "əyanların arvadlarının xəzinə ilə birlikdə sığındığı Yeröncək" (Əlincə) qalasının ələ keçirilməsi və I Smbatın 915-ci ildə Dvində dar ağacından asılması ilə Yusifin qəti olaraq bu erməni knyazını tabe etməsi, öz müttəfiqi olan və artıq Xilafət xəzinəsinə deyil Sacilərə vergi ödəyən Baqratilərin son nümayəndəsi II Aşotun başına Yusif tərəfmdən tac qoyulması haqqında məlumat verir (17).

Tədqiqatlara əsasən məhz bu illərdə (918) Yusif artıq çoxdan bəri Xilafətin şimal bögəsində, о cümlədən tarixi Azərbaycan ərazisində, baş verən hadisələrdə iştirak edən Əbu Duləfilər xanədanı nümayəndəsini Qoğtənin (Ordubad və Culfa), eləcə də Naxçıvanın əmiri təyin edir(18). Hadisələrin sonrakı inkişafından - Yusifin və onun varislərinin (898-941), eləcə də onlardan sonra hakimiyyəti ələ almış Salari sülaləsi nümayəndələrinin (941-981) bölgədəki çox mürəkkəb fəaliyyətlərindən asılı olmayaraq Naxçıvan əmiri Əbu Duləfilər nəslindən olmuşdur. Belə ki, X əsrin 80-ci illərində, yəni Yusifin təyinatından 64 il sonra, Naxçıvan ərazisində baş verən hadisələrdə biz Əbu Duləfin [62 - 63] yenidən meydana çıxdığının şahidi oluruq. Mənbələrin məlumatından görünür ki, Azərbaycan, Arran və Ərminiyənin (Ermənistanın) "vahid hökmdar" tərəfindən idarə olunduğu Sacilər və Salarilər dövründə (19) onların tabeliyində olan yerlərin böyük malikanələrə sahib zəngin xırda "hökmdarları" (məlikləri) hər il Azərbaycan hökmdarlarına ("muluk Azərbaycan") müəyyən məbləğdə vergi ödəyirdi (20). 344 (955-956)-cü ildə Azərbaycanda olmuş İbn Havqəl öz əsərində Azərbaycan hökmdarı (məliki) adlandırılan Sacilər və Salarilər sülalələri nümayəndələrinə vergi verən, yəni onlardan vassal asılılıqda olan Şirvanşahın, Curzan (Gürcüstan) hökmdarının, erməni Baqratilərin və Arsrunilərin (əd-Dirani, əd-Dayrani) adları ilə yanaşı "Alban padşahlığını bərpa" etmiş Şəki, eləcə də Sünik (Vayzur) və Xaçın hakimlərinin, Əhər və Varzaqanın sahibləri olan, çox keçmədən müstəqil dövlət yarada bilmiş Rəvvadi əmirlərinin də adlarını sadalayır (21). Ərəb müəllifi həmin feodalların Salarilər dövrü süzereni

Page 24: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

24 

 

Mərzban İbn Məhəmmədi (941-957) də qeyd edir (22). Onun verdiyi bu məlumat 344(955/56)-cü ilə, yəni Mərzban İbn Məhəmmədin hakimiyyətinin son dövrlərinə aid olsa da, digər tarixi mənbə (İbn əl-Əsir) bundan bir neçə il əvvəl, yəni 337(948/49)-ci ildə bu Salari hakiminin Rey hakimi ilə apardığı müharibədə əsir düşməsi, dörd il əsirlikdə qalması və həmin dövrdə Salarilərə tabe vilayətlərdə feodal hakimlərin müstəqillik əldə etmək cəhdləri haqqında məlumat verir(23). Bu feodal hakimlərdən Şəddadilər nəslinin başçısı Məhəmməd İbn Şəddad 951-ci ildə Salarilər dövlətində yaranmış qarışıqlıqdan istifadə edərək, onların tabeliyində olan Dəbil (Dvin) şəhərini ələ keçirir (24). Bu zaman əsirlikdə olan Mərzbanın oğlu İbrahimin Salarilərin vassalı [63 - 64] Vayzur hakiminin köməyi ilə Dəbilə qaytarılması cəhdlərı boşa çıxır. Baqratilərdən olan Ermənistan hökmdarı III Aşot ibn Abbas (953-977) da vəziyyətdən istifadə edərək, Dəbili Şəddadi əmirindən almaq istəsə də, buna nail ola bilmir. Yalnız əsirlikdən qayıtdıqdan sonra Mərzban 343(954/55)-cü ildə ağır döyüşlə Dəbili yenidən Salarilər dövləti tərkibinə qatır (25). Lakin, artıq Mərzbanın oğlu İbrahimin vaxtında (962-981), Salarilərin göstərdikləri bütün cəhdlərə baxmayaraq, bir çox vilayət və şəhərlər yenidən onların tabeliyindən çıxır. 971-ci ildə, müstəqilliyə can atan feodallardan Məhəmməd ibn Şəddadın oğlu Əbülhəsən Əli I Ləşkəri Salarilərin Gəncədəki valisini öldürərək şəhəri tutur (26). Erməni tarixçisi Vardanın məlumatına görə, az sonra Şəddadilər sülaləsinin bu nümayəndəsi Salarilərə məxsus Bərdə, Şəmkür və başqa yerləri, о cümlədən Ermənistanın bir hissəsini ələ keçirir (27). Salari İbrahimin Gəncəni qaytarmaq cəhdi baş tutmur (28).

Əbülhəsən Əli I Ləşkəridən sonra 978-ci ildən Şəddadilər dövlətinə başçılıq edən qardaşı Mərzbanın (978-985) dövründə (372/982-ci ildə) onunla kiçik qardaşı Fəzl arasında yaranmış hakimiyyət çəkişmələrindən istifadə edən bəzi yerli feodallar Şəddadilərin ələ keçirdikləri ərazilərin bir hissəsini qaytarmağa çalışırlar. Onlardan Şirvanşah Məhəmməd ibn Əhməd (981-991) yenidən Bərdəni ələ keçirir və V. Minorskinin fikrincə, bəlkə də hakim sülaləyə mənsub Musa ibn Əlini özünün buradakı naibi təyin edir (29). Münəccimbaşının məlumatına görə, Şirvanşah Məhəmmədin 378/988-ci ildə əl-Bab (Dərbənd) hadisələri ilə əlaqədar (30) yaralanmasından istifadə edərək ona qarşı qiyam qaldıran və özünü müstəqil elan edən Musa, xütbəni Məhəmmədin deyil, öz adından oxutdurmağa başlayır (31). [64 - 65]

375(985/86)-ci ildə Şəddadilər dövlətində baş verən hakimiyyət dəyişikliyi nəticəsində taxta sahib olan və Əbülhəsən Əli I Ləşkərinin müstəqil siyasətini davam etdirən I Fəzl ilk növbədə Şəddadilərə məxsus işğal edilmiş torpaqları, о cümlədən, Bərdə və Beyləqanı geri qaytarır (32). Mənbədə bu şəhərlərin qaytarılma tarixi qeyd olunmasa da Şirvanşahlar və Şəddadilər dövlətlərində baş verən və yuxarıda xatırladığımız hadisələrdən görünür ki, bu -988-990-cı illər arasında olmuşdur.

I Fəzlin hakimiyyətə gəlməsi və tabeliyində olan əraziləri genişləndirmə fəaliyyəti Salarilərin Arazdan cənuba torpaqlarını ələ keçirmiş Rəvvadi əmirlərinin eyni fəaliyyəti ilə bir dövrə düşür. Artıq qeyd etdiyimiz kimi, hələ 343(954/55)-cü ildə Salari İbrahimin oğlu Əbülheycə Dəbil və onun ətraf torpaqlarının hakimi təyin edilmişdi. Hadisələrin gedişindən görünür ki, 25 ildən artıq bir müddətdə Salari əmirlərinin əlində qalmış son iqamətgahlardan olan bu yerlər yalnız Arranda möhkəmlənməyə çalışan Şəddadiləri deyil, ayrı-ayrı şəhər və vilayətlərin sahiblərini də cəlb edirdi. Tarixçi Asogikin məlumatından görünür ki, 982-ci ildə, yəni Şəddadilərin mövqeyinin hələ möhkəmlənmədiyi, Salarilərin isə demək olar bütün mülklərinin əllərindən çıxdığı bir dövrdə, müəllifin Qoğtən əmiri adlandırdığı Əbu Duləf (erməni mətninin tərcüməsində Əbu Taleb və Əbu Təlub) axırıncı Salari hökmdarı Əbülheycənin (rus dilinə tərcümədə Abel Xadc) son iqamətgahı olan Dəbil şəhərinə hücum edərək onu və, о cümlədən, Naxçıvanı ələ keçirə bilmiş, Əbülheycənin ailəsi ilə ölkədən qaçmasına səbəb olmuşdu (33).

Vətən tarixşünaslığında ilk dəfə bu məsələləri işıqlandıran Azərbaycan tarixçisi, tarix elmləri doktoru [65 - 66] M. X. Şərifli İran alimi Kəsrəvi Təbrizinin həmin mövzuda apardığı tədqiqatları (34) da təhlil edərək, əmir Əbu Duləfı müstəqil feodal dövləti kimi təqdim etdiyi "Naxçıvanşahlıq"ın banisi adlandırmış, "Naxçıvanşahlıq Salarilər dövlətinin son vaxtlarında əmələ gəlmiş və Rəvvadilər dövləti ilə yanaşı yaşamışdır" (35) fıkrini irəli sürmüşdür. Mənbələrin və tarixi ədəbiyyatın araşdırılması, dövrün mövcud feodal dövlətlərinin qarşılıqlı münasibətlərinin müqayisəli tədqiqi (36) sonralar başqa tədqiqatlarda da (37) təkrar edilən "Naxçıvanşah" və "Naxçıvanşahlıq" məsələlərinə bir daha nəzər salmağı, "Naxçıvanşah" adlandırılan Naxçıvan hakiminin müstəqil dövlət başçısı yaxud Rəvvadi və ya Şəddadi dövlətləri tərkibində olan feodal mülk sahibi olduğunu aydınlaşdırmağı vacib edir.

Beləliklə, gördüyümüz kimi, X əsrin son rübündən başlayaraq tarixi Azərbaycan ərazisi, əsasən üç sülalə-qədim Şirvan torpağında ərəblərdən əvvəlki şirvanşah titulunu və dövlətini bərpa etmiş Məzyədilər (Yəzidilər), əvvəl Sacilərə, sonra isə Salarilərə məxsus Azərbaycan ərazisinin bir hissəsində - Arranda dövlət yaradaraq, qədim (antik Albaniyaya məxsus) arranşah titulunu daşıyan Şəddadilər və Arazdan cənuba torpaqlarımızda azərbaycanşah titulunu bərpa edən və onu daşıyan Rəvvadilər tərəfindən idarə olunurdu (38). XII əsrin lap əvvəlində (500/1106-1107) Dərbənddə ərəb dilində tərtib edilmiş anonim əlyazmada Şəddadilərə (müəllif ilk Şəddadiləri 340/951-ci ilə aid edir) məxsus Arran ərazisi haqqında məlumat verən yerli müəllif

Page 25: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

25 

 

ölkənin əsas iqamətgah şəhərlərindən ("min qəvaidihə") Nəşavə-Nakcuvanın (Naxçıvanın), Bab əl-Əbvabın (Dərbəndin) və Gəncənin adlarını çəkir (39). [66 - 67]

Xilafətin zəifləyərək parçalandığı, yaranmaqda olan feodal dövlətlərinin isə ərazi üstə biri digəri ilə çəkişdiyi bu gərgin dövrdə regionda yerləşən onlarla feodal mülkün sahibi tabeliyində olan torpaqları demək olar müstəqil idarə edir və ya hər hansı bir münasibətdən asılı olaraq müstəqil olmağa cəhd göstərirdi. Belə mülk sahiblərindən biri də əmir Əbu Duləf olub.

Mənbələrdə Əbu Duləf və Əbu Duləfılər (Duləfılər) adına ilk dəfə IX-X əsrlər ərəb müəlliflərinin əsərlərində (əl-Bəlazuri, ət-Təbəri, İbn ən-Nədim və b.) rast gəlirik (40). Bu məlumatlara görə, Abbasi qoşunlarına başçılıq edən sərkərdələrdən birinin adı əl-Qasim ibn İsa əl-Kərəci əl-İcli Əbu Duləf olmuşdur. Həmçinin şair olan bu şəxs, görünür, Abbasilərin hakimiyyəti dövründə (IX əsrin I rübünədək) Xilafətin şimal vilayətlərinə köçən və bu yerlərdə məskunlaşan ərəb nəsillərindən idi (41). Mənbələr "Əbu Duləfin başçılığı altında olan könüllülər"in ərəblərə qoşulub Babəkə qarşı Bəzzin alınmasında iştirak etmələri haqqında da məlumat verir (42). Bu mənbələrin yazdığına görə, yalan şəhadətlərə əsasən ərəb sərkərdəsi əl-Afşinin ölümə məhkum etdiyi şiə təriqətinə mənsub Əbu Duləf xəlifə əl-Mütəsim tərəfindən əfv olunmuş, Bağdadda 840-41-ci ildə vəfat etmişdir (43). Əbul Fəzl Beyhəqi özünün "Məsudun tarixi" əsərində xəlifə əl-Mütəsimin tapşırığı ilə onun vəzirinin "Bu Duləf əl-Qasim bin İsa əl-Kərəci əl-İclini" Afşinin həbsindən xilas etməsinə xüsusi hekayət həsr etmişdir. Burada vəzirin dili ilə Əbu Duləf "ləyaqətli", "xəlifəyə sədaqətli", "həyatını dəfələrlə təhlükəyə atan... cəsur... ərəb süvarisi" adlandırılır (44). Həmin dövrdə Duləfilər xanədanı Həmədanla Isfahan arasında olan yerlərə sahib idi. Tədqiqatlara əsasən əl-Qasim [67 - 68] Əbu Duləfdən sonra 873-cü ilədək oğlu Əbdül Əziz, 879-cu ilədək nəvəsi Duləf, 893-cü ilədək nəticəsi Əbul Abbas Əhməd, daha sonra isə Duləfin oğlanları Ömərül Haris və Bəkr Duləfilər sülaləsinə başçılıq etmişlər (45). Nizamulmülkün "Siyasətnamə"sində Kərəci iqamətgah etmiş Duləfilərin hətta bu şəhərin əsasını qoymaları haqqında rəvayət də vardır (46). Beləliklə, bu yerlərdə 825-898-ci illərdə sahiblik edən Duləfilər Sacilərin hakimiyyətə gəlmələri ilə onlara tabe olmuş və sonrakı illərdə Sacilərlə olan (yuxarıda qeyd etdiyimiz) münaqişədən sonra о vaxtlar, hələ ki, siyasi qüdrətlərini saxlaya bilmiş, xəlifənin icazəsi ilə öz mülklərində yaşamaqda davam etmiş, bununla yanaşı Sacilərin süzerenliyini qəbul edib, onların xidmətində olmuşlar.

Artıq məlumat verdiyimiz kimi, həmin sülalədən olan Əbu Duləf, şəksiz ki, xüsusi xidmətlərinə görə Yusif ibn Əbu-s-Sacın əli ilə Naxçıvan və Qoğtənə də sahib olmuşdur. Təqribən 100 il sonra, X əsrin son rübündə, erməni mənbəyində Qoğtən əmiri adlandırılan Əbu Duləfin də həmin məşhur ərəb mənşəli nəsildən olması şübhəsizdir. Lakin ədəbiyyatda Əbu Duləfin mənşəcə ərəb olan və Cənubi Qafqazın о dövr siyasi həyatında xüsusi mövqe tutan Şeybanilərlə bağlı əş-Şeybani və ərəb mənbələrində çox vaxt erməni Arsrunilərlə bağlı əd-Dayrani (əd-Dirani) ləqəbləri ilə təqdim edildiyini də görürük. İstər V. F. Minorskinin (eləcə də İ. Markvartın) işlətdiyi Əbu Duləf əş-Şeybani (47), istərsə də Y. E. Bertelsin, Əhməd Kəsrəvinin, M. X. Şəriflinin və başqalarının verdikləri Əbu Duləf əd-Dayrani (48) adları Əbu Nəsir Əli ibn Əhməd Əsədi Tusinin Əbu Duləfə həsr etdiyi poemasına əsaslanmışdır. Əbu Duləfin Şeybanilərlə qohumluğunu [68 - 69] İ. Markvarta əsaslanaraq irəli sürən V. Minorski onların Şirvan Şeybaniləri ilə (Məzyədilərlə) əlaqədar olub olmadıqlarını deyə bilmir (49). Maraqlıdır ki, öz poemasında Əbu Duləfı dövrün məddahlarına xas olan şişirtmələrlə az qala bütün ətraf dövlətlərin və xalqların başçısı kimi təsvir edən Əsədi Tusi Əbu Duləfi doğrudan da "Şeybanilərin tacı" ("taci Şeybaniyan") adlandırır. Lakin elə buradaca biz Naxçıvan əmirinin "Şahi Ərmən" ("Ermənistanın şahı"), "Mahi taziyan" ("Ərəblərin-taçiklərin ayı"), "Şəhriyari zəmin" ("Yerin, dünyanın hökmdarı"), "Toxmi İbrahim peyğəmbər" ("İbrahim peyğəmbərin nəsli, toxumu", yəni ərəb mənşəli) və başqa bu kimi epitetlərinin şahidi oluruq(50). Sözsüz ki, belə qeyri-elmi məlumatlara əsasən hər hansı bir fikir yürütmək düzgün olmaz, yalnız nöqsanlı mülahizələrə gətirib çıxarardı. Əbu Duləfin ərəb mənbələrində Arsrunilər sülaləsinə aid edilən əd-Dirani ləqəbi haqqında da eyni sözləri demək olar. Onu da qeyd etməliyik ki, M. X. Şəriflinin "Əbu Duləfin həqiqətən Dirani ləqəbini daşıması" fıkrini təsdiq etmək üçün təqdim etdiyi yeganə şer parçasını - "Əbu Duləf padşahın ölkələr hakimi, cahandar Diraninin рак din" olduğu (51) beytini Y. Bertels öz tədqiqatında "Cahandar Arrani" kimi oxumuşdur ("Cahandar Arrani рак din"; onun tərcüməsi belədir: Царь Абу Дулаф, государь земли, Чистый верой арранский повелитель мира...") (52). Əbu Duləfin "Arran şahı" adlandırılmasina Əsədinin poemasının girişində də (IX fəsildə) rast gəlirik ["Sən bu xəzinəndə (yəni əsərində, N. V. ) Şəhriyar şahı-Arranidən başqa heç kəsi yad etmə, о vaxtdan ki, məskənin Naxıvan oldu, şaha görə sənin qoca bəxtin cavanlaşdı"; Y. Bertelsin tərcüməsində belədir: "В этом сокровище не упоминай ни о ком, Кроме государя, арранского шаха. [69 - 70] Ведь с тех пор, как ты обосновался в Нахчеване, благодаря этому шаху твоя старая судьба помолодела"] (53). Bizə elə gəlir ki, Əbu Duləfin, irəlidə görəcəyimiz kimi, qonşu sülalələrlə (eləcə də Arsrunilərlə) mümkün qohumluq əlaqələri onun mənşəcə ərəb mənşəli Duləfilərdən olması fikrimizə heç bir xələl gətirmir.

Page 26: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

26 

 

Məhz bu Əbu Duləf, Asogikin məlumatına görə, yuxarıda qeyd etdiyimiz kimi, 982-ci ildə Salarilərə məxsus Naxçıvan və Dvini tutduqdan sonra, 983-cü ildə erməni feodal nəsli Arsrunilərin xanədanı olan Vaspurakan vilayətinə hücum edir (54). Müəllif Əbu Duləfin 905 nəfərlik qoşun dəstəsi ilə həyata keçirdiyi bu hücumun təsvirinə xüsusi fəsil (XIII) ayırmışdır. Qeyd etməliyik ki, Asogikin əlyazmasının tədqiqatçısı N. Emin Əbu Duləfın qoşununun tərkibi haqqında mənbədə olan sözün (xazkok-xazik) anlaşılmadığını bildirsə də, bu sözün "xəzərlər" kimi tərcüməsinə üstünlük vermişdir (55). Bizə elə gəlir ki, burada "tazik-tacik" (ərəb) oxunuşu daha düzgün olardı. Belə ki, mətnin sonrakı hissəsində Əbu Duləfin döyüşçüləri haqqında bir neçə yerdə "tacik qoşunu" ("войско татчиков") ifadəsi işlənmişdir (56).

Asogikin məlumatından görünür ki, torpaqlarını genişləndirməyə çalışan Naxçıvan əmiri Vaspurakan ərazisində "Kakyar" adlı yerdə düşərgə salmış, Vaspurakan hakimi Aşot Arsruninin göndərdiyi erməni knyazlarının başçılıq etdikləri ordunu geri çəkilməyə və tərk-silah olmağa məc-bur etmişdi. Yalnız şəhərin əhalisi pul və qiymətli əşyalar ödəməklə xilas ola bilmişdi. Asogik öldürülən erməni döyüşçülərinin çoxunun xristianlıqdan dönmə müsəlman olduqlarını və buna görə də Allahın qəzəbinə gəldiklərini iddia edirdi (57). [70 - 71] M. Şərıflinin gümanına görə Əbu Duləf tutduğu yerləri, yəqin ki, 987-ci ilə qədər əlində saxlaya bilmişdi (58). 987-88-ci illərdə Asogikin "taciklər", yəni ərəblər adlandırdığı Əbu Duləf qoşunu Rəvvadilər sülaləsinin görkəmli nümayəndəsi, hələ Salarilərin hakimiyyəti dövründə Cənubi Azərbaycan "feodalları içərisində ən qüdrətlisi" hesab olunan (59) Əbülheycə ibn Rəvvad tərəfindən məğlubiyyətə uğradılır, Əbu Duləfin ələ keçirdiyi torpaqlar Rəvvadilər tərəfindən geri alınır. Lakin, Vaspurakana növbəti yürüş zamanı (988) Rəvvadi hökmdarının vəfat etməsi Əbu Duləfin yenidən Naxçıvan və Dvində möhkəmlənməsi üçün şərait yaradır. Asogikə görə, Əbu Duləf hətta erməni hökmdarı Smbatla sazişə girib, dinc yaşamaq haqqında onunla müahidə də bağlayır (60). Bu hadisələrdən sonra Əbu Duləf adı çox uzun, təqribən 77 il müddətinə tarixi qaynaqların səhifələrindən çıxır və yalnız XI əsrin 60-cı illərinin ortalarına yaxın öz mədhiyyələri ilə məşhur olan təbrizli Qətranın və Tusdan olan Əli Əsədinin əsərlərində görünür (61). İran alimi Kəsrəvi Təbrizinin mülahizəsini dəstəkləyən M. Şərifli, Əbu Duləf nəslinin 983-cü ildən bəri mərkəzi Naxçıvan olan Naxçıvanşahlıq müstəqil dövlətinə başçılıq etdiyini və bu dövlətin 1065-66-cı ildə Səlcuq sultanı Alp Arslan tərəfındən ləğv olunaraq Səlcuq dövlətinə tabe edildiyini də göstərir (62).

Dövrün reallıqlarını üzə çıxarmaq, tarixi həqiqətləri dəqiqləşdirmək üçün 988-1064-cü illərdə, yəni Duləfilər haqqında tarixi mənbələrdə heç bir məlumatın verilmədiyi dövrdə, bu regionda, eləcə də Naxçıvanda baş verən hadisələri izləmək vacibdir.

Mənbələrin araşdırılmasından doğan nəticələrdən görünür ki, bu dövrdə cərəyan edən hadisələri mürəkkəbləşdirən [71 -72] əsas amil regiondakı iri və xırda dövlətlərin, о cümlədən, onların tabeliyində olan, lakin müstəqilliyə can atan feodal mülk sahiblərinin qarşılıqlı münasibətləri idi. Bu dövlətlərin hər biri kiçik bir imkanı da əldən vermədən biri digərinin hesabına ərazilərini genişləndirməyə, öz qüdrətlərini nümayiş etdirməyə çalışırdı. 375(985/86)-ci il-də qardaşı Mərzbanı aradan götürməklə hakimiyyəti ələ keçirmiş Şəddadi hökmdarı I Fəzl ibn Məhəmməd özünün demək olar bütün qonşuları ilə müharibələr etmiş, Vardanın dili ilə desək, "onlara rahatlıq verməmişdi" (63). Fəzlin bu dövrdə (yəni X əsrin son illərində) Arranda müstəqil hakimlik etməyə çalışan feodal mülkləri - Xaçını, Gorusu, Tavuş-Sevordiki, Süniki, о cümlədən, Naxçıvanı Şəddadilər dövlətinin tərkibinə qatması, Dvini tutması, Ermənistanın bir neçə vilayətini tabe edərək, ildə 3000 dinar vergi verməyə məcbur etməsi Arranşahların regiondakı öncül mövqeyini təsdiqləyir (64). Belə çıxır ki, X əsrin sonlarında, erməni mənbəyində Qoğtən əmiri adlandırılan Əbu Duləf əgər Naxçıvanı tutsaydı da, bu ərazidə müstəqil dövlət yarada bilməzdi. Belə ki, yuxarıda gördüyümüz kimi, həmin yerlər Şəddadi əmiri I Fəzlin tabeliyinə keçən torpaqlar sırasında idi.

XI əsrin əvvəllərində də I Fəzlin qonşu torpaqlar hesabına ölkəsini genişləndirmək siyasəti davam edir; bu isə Şəddadilərə qarşı bəzi yerli feodallarla birləşmiş erməni-gürcü koalisiyasının yaranmasına səbəb olur. Ərəb və gürcü mənbələrinin bu münaqişələrin nəticələri haqqında ziddiyyətli və qərəzli məlumatlarına baxmayaraq, Fəzlin uzun müddətli hökmranlığı dövründə (985-1031) yürütdüyü xarici siyasət Şəddadilər dövlətinin müstəqilliyinin, onun güc və qüdrətinin göstəricisi idi (65). [72 - 73]

Tədqiq edilən dövrün mürəkkəbliyi regiondaxili münaqişələrdən başqa Orta Asiyadan gələrək Azərbaycanın cənub vilayətlərinə, oradan isə Arrana basqınlar törədən oğuzların fəaliyyəti ilə daha da artır. 1018-1021-ci illərdə Araz çayını adlayan oğuzlar Rəvvadilərin tabeliyində olan cənub istiqamətindən Arran torpaqlarına soxularaq, Naxçıvan, sonra isə Dəbil şəhərlərinə hücum edirlər (66). Mənbələrdə bu zaman Naxçıvandakı hakimin adı çəkilməsə də onun Duləfilərdən olması şübhəsizdir.

Bu dövrdə Bizansın da Ermənistan və Gürcüstan ərazilərinə etdiyi hücumlar, nəhayət, 1021 -ci ildə Arsrunilər sülaləsinin idarə etdiyi Vaspurakanın, daha sonra isə bir çox erməni torpaqlarının Bizansın tabeliyinə keçməsinə gətirib çıxarır (67); Şəddadi hökmdarı I Fəzl tərəfindən üzərinə qoyulmuş vergisinin məbləği artırılmış Dvin şəhəri məhz bu illərdə (1022-1049) Fəzlin oğlu Əbuləsvar Şavur tərəfındən idarə olunurdu (68).

Page 27: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

27 

 

Maraqlıdır ki, elə bu illərdə, gürcü-şəddadi münasibətlərinin gərginliyi də Fəzlin Rəvvadilərin əlində olan Arazdan cənuba Azərbaycan torpaqlarına hücumunun qarşısını ala bilmədi. Anonim Dərbənd əlyazmasındakı məlumata görə, Fəzl 418(1027/28)-ci ildə Araz çayı üzərində, mənbədə "əsəri azim" (yəni "əzəmətli abidə") adlandırılan, sözsüz ki, əsasən hərbi məqsəd güdən bir кörpü tikdirmişdi (69). Bu məlumat, əlbəttə, arranşah titullu Şəddadi əmirlərinə məxsus torpaqların Arazacan, yəni Arranın cənub hüdudlarınadək davam etdiyini, bir çox feodal mülk sahiblərinin, о cümlədən, Duləfılərin də onların tabeliyində olduğunu təsdiq edir. Əsədi Tusinin, yuxarıda qeyd etdiyimiz kimi, Əbu Duləfı həmçinin arranşah adlandırması da onun mülklərinin Şəddadilərə tabe ərazidə yerləşməsinə dəlalət edir. Həmdullah Qəzviniyə istinad [73 - 74] edən M. Şərifli I Fəzlin məhz bu dövrdə Arazdan cənubda, Qaracadağ nahiyəsində, təqribən, əlliyədək kəndi əhatə edən "Cilan-Fəzlun" adlanan yerə sahib olduğunu göstərir (70).

İbn əl-Əsirin məlumatına görə, 1029-cu ildə Azərbaycana gələrək, Rəvvadi hökmdarı Vahsudanın icazəsi ilə ölkədə məskən salan oğuzlar, çox çəkmədən, barışığı pozaraq Marağa, Urmiya və başqa şəhərlərə hücum edib, qarət və talana başlayırlar (71).

Qətran Təbrizi yaradıcılığının ilk tədqiqatçılarından olan Y. E. Bertels Qətranın Gəncədə və Naxçıvanda 1029-1039-cu illər arasında yaşayıb -yaratdığını qeyd edir (72). Bu isə tarix etibarı ilə oğuzların haqqında danışdığımız hücumları vaxtına düşür. Görünür, elə bu dövrdə Qətran Təbrizi "Naxçıvan qalasında düşmənə qələbə çaldığı zaman" Əbu Duləfı (Əbu Dələfı) mədh edir (73). Eyni məzmunlu başqa bir qəsidədə də (74) nə tarix, nə də ki, düşmənin kimliyi göstərilməsə də, Əbu Duləfın vuruşduğu adamların müsəlman-oğuz olduqları və barışığı pozduqları bilinir ("Hamısı təslim olub, itaətinə baş əydilər. Yanına qaçıb torpağını öpdülər. Hamısı torpağa sərilib tövbə etdilər. Əgər yolundan çıxıb boyun qaçırmışıqsa, layiqincə qılıncından cəzamızı çəkdik-dedilər. Kafərlər müsəlmanın yolunu kəsərlər. Sən gəl burada kafərlər yolu ilə getmə-dedilər...") (75). Qətranın qəsidələrində Əbu Duləfın "Şahi Naxçıvan" (76), "Şah Əbudələf (77), "ədalətli şahənşah", "bəndəpərvərpadşah məlik Əbudələf" (78) titulları ilə mədh edilməsinə, eləcə də Naxçıvanda Əbu Duləfin sarayında olmuş şair Əsədi Tusinin özünün "Gərşasb-namə əsərində onu "ölkələr hakimi" (79) və başqa yuxarıda sadaladığımız titullarla adlandırmasına baxmayaraq Əbu [74 - 75] Duləf dövlət başçısı deyil, yalnız Naxçıvanın hakimi-əmiri olmuşdur. Rəvvadilərlə Şəddadilər arasında baş verən ərazi çəkişmələrinin davam etdiyi bu dövrdə Fəzlin, artıq qeyd etdiyimiz kimi, tabeliyində olan torpaqların Arranın cənub hüdudlarınadək davam etməsi, Dəbil-Dvin şəhərinin bu sülalənin əmirliyi olması Naxçıvanın da Araz sahili başqa yerlər kimi Şəddadilər dövlətinə aidliyini təsdiq edir.

İstər Qətranın, istərsə də Əsədi Tusinin mədhiyyələrində, ümumiyyətlə, bu janra xas olan şişirtmələr olsa da "düşmənlərin bəlası şah Əbudələf" (80) adlandırılan bu şəxs IX yüzilin əvvəllərində yaşamış ulu babası kimi mahir bir sərkərdə timsalında təsvir edilir: "Döyüş günü düşmənin dəbilqəsi qan ağlayar. О qədər düşmən öldürdü ki, qılıncının bucaqları qırıldı. О qədər düşmən tutdu ki, kəməndinin halqası sürtüldü" (81) və ya: "Elə ki, о pəhləvan bədəninə zireh geyindin, Elə ki, о sərkərdə başına dəbilqə qoydun, Sənin nərənin qorxusundan düşmən qoşunları bərbər pələnginin səsindən qorxan qulanlara döndülər. Bircə hücumuna məruz qalmaqla dərhal dəbilqələrini çarğatla dəyişməyə çalışdılar (82)".

Qətranın qəsidələrində Əbu Duləfin igidliyi ("dəmir divar qılıncı qarşısında dayanmaz"), ağlı ("tək bircə sözündə iki yüz yunan elmi var"), səxavəti ("tək bircə bəxşişində iki yüz qeysər xəzinəsi var"), geniş qəlbi ("yeddi ölkə geniş ürəyi qarşısında darısqaldır"), elmi ("ey, hökmdar! Dünya qiyamət gününə qədər sənin elmin, ədəbin və tədbirinlə fəxr edər"), alimə hörməti ("yanında dinar xar, elm isə əzizdir"), quruculuğu ("dünyanı abad edib, xəzinəni xarab etmişdir") (83) və başqa müsbət xüsusiyyətləri mədh edilir (84); Qətran onu "şahların tacı" (85), "ruzigarın tacı", eləcə də [75 - 76] "Cəstan sülaləsinin (yəni Rəvvadilərin, N. V. ) fəxri" (86), Əsədu Tusi isə, artıq qeyd edildiyi kimi, "Şeybanilərin tacı", "Şahi Ərmən" və s. adlandırır. Əbu Duləfin Rəvvadi hökmdarı Vahsudanla (qəsidədə Əmiri Əcəll adlandırılır) qohumluğunu təsdiq edən Qətran (87) onun həmin hökmdarın "əzizi", "yanında qardaşından da irəli və yüksək" olduğunu, hətta düşmənlərə qarşı onunla birgə vuruşduğunu bildirir (88).

Kəsrəvi Təbrizi öz araşdırmalarında Duləfilərin "əd-Deyrani" (Dirani) adı ilə tanınan Arsranilərlə qohumluğunu təsdiq edən mülahizə irəli sürür (89). Duləfılərin istər Rəvvadilərlə, istərsə də, Kəsrəvi Təbrizinin gümanına görə, Arsranilərlə məlum qohumluq əlaqələri о dövrün məşhur feodal nəsilləri arasında geniş yayılmış siyasi izdivaclardan sayıla bilər. Məhz bu dövrdə Şəddadilərin Şirvanşahlarla, erməni Baqratilərlə, Tiflis əmirləri Cəfərilərlə və b. ilə qohumluq əlaqələri mövcud olmuşdur.

1033/34-cü ildə Şəddadilər dövlətində hakimiyyəti ələ almış, dövrün mənbələrində ziddiyyətli xarakterizə edilən Əbülhəsən II Ləşkəri qonşu feodal hakimləri, о cümlədən Rəvvadi hökmdarı əmir Vahsudanla dostluq əlaqəsi yaratmışdı. Onun haqqında mənfi təəssürat yaradan Münəccimbaşıdan fərqli olaraq (90), Gəncə sarayında bir müddət yaşamış Qətran Təbrizi II Ləşkəriyə 10-dan artıq qəsidə həsr etmiş (91), onu "Şəddadilərin tərifli hökmdarı, dövlətin başını ucaldan" (92), "Şəddadilərin mövqeyini göylərə qaldırmış" (93)

Page 28: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

28 

 

bir şəxs kimi təqdim etmişdir. Rəvvadilərlə Şəddadilər arasında məhz bu hökmdarların dövründə əldə edilmiş dostluq və ittifaq (94) sözsüz ki, Duləfilərin hakimlik etdikləri Naxçıvanda da, müvəqqəti olsa da, əminamanlığın bərpası üçün şərait yaratmışdı. Qətranın mədhiyyəsındə [76 - 77] verilmiş "Sənin üçün Syuni (yəni, Sünik, N. V. ) nemətlı olacaqdır, Şirvan ölkəsi sənin üçün Arran kimi bir ölkə olacaqdır" (95) sözləri Sünikin (eləcə də Naxçıvanın), həmçinin II Ləşkərinin ana yurdu Şirvanın Şəddadilərdən asılılığını təsdiq edir. "Turanın hökmdarı, bütün İranın şahı sənsən, ey ağılca qoca olan gənc padşah" (96) deməklə, Qətran Şəddadi hökmdarını hətta Rəvvadilərdən də üstün edir. Onu da qeyd edək ki, Qətran Təbrizi və Əsədi Tusinin Şəddadi hökmdarı II Ləşkərini "Turan hökmdarı" və ya "bütün İranın şahı", Əbu Duləfı "Naxçıvanşah", "Arranşah" və ya "Şahi Ərmən" və s. adlandırmaları "təsadüfı deyil və dövrün poeziyası və nəsrində buna bir çox paralellər də tapmaq mümkündür" (97). Yeri gəlmişkən əlavə, etməliyik ki, XI-XII əsrlər poeziyasında və nəsrində doğrudan da "şahi Gəncə", "şahi Şamaxı" və b. bu kimi titullara rast gəlinir. Bu dövrdə ayrı-ayrı şəhərləri və vilayətləri (Beyləqan, Bərdə, Dvin və b.) demək olar müstəqil idarə edən hakimlər tabe olduqları dövlətlərə müəyyən edilmiş miqdarda vergilər verir, dövriyyədə onların pullarını işlədir, cümə xütbələrində əvvəl həmin hökmdarların adlarını çəkirdilər. Bəzən xütbələrdə bu və ya başqa hadisədən istifadə edilərək həmin hökmdarların adları yad edilmirdisə, bu müvəqqəti hal daşıyır, şəhəri və ya vilayəti idarə edən hakimə dövlət başçısı, həmin əraziyə isə dövlət statusu qazandırmırdı; məsələn, hələ Sacilər və Salarilər dövrlərində Rəvvadi nəslinə mənsub əmirlərin idarə etdikləri Əhər, Varzaqan, Təbriz və başqa şəhərlər, Şəddadilərin dövründə Şavur və başqaları tərəfindən idarə edilən Dvin şəhəri, eləcə də Duləfilərin idarə etdikləri Naxçıvan dövlət deyil, feodal hakimlərin idarə etdikləri şəhər və ya vilayətlər idi. Başqa sülalələrlə qohumluq əlaqələri olan [77 - 78] Duləfilərin idarə etdiyi Naxçıvan da bu dövrdə Şəddadilər dövlətinin tərkibində bir əmirlik idi.

Artıq II Ləşkərinin hakimiyyətinin son illərində -1046/47-ci ildə Azərbaycanın və Ermənistanın bir çox dağlıq yerlərini ələ keçirmiş Səlcuq əmiri Qutulmış ibn İsrail dövlətinin başçısı Sultan Toğrulun əmri ilə Şəddadilərə qarşı uğursuz əməliyyatlar keçirir (98).

Səlcuqilərin Rəvvadilər və Şəddadilər dövlətlərinə qarşı daha ciddi addımları isə bir neçə il sonraya -1054-55-ci ildə Sultan Toğrulun Azərbaycana yürüşü zamanına aiddir: digər feodal dövlətlərinin başçıları kimi həm Rəvvadi Vahsudan, həm də Şəddadi Şavur səlcuq sultanın hakimiyyətini qəbul edib, onun adını xütbələrdə çəkməyə, vergi ödəməyə başlayırlar. Şəddadilər hətta Səlcuqilərin müttəfıqinə, onların bölgədə yürütdükləri siyasətin aparıcılarına çevrilirlər (99). Aristakes Lastiversinin məlumatına görə, erməni tarixi ilə 504-cü ildə (1055/56) Ermənistana səlcuq sultanı Toğrulun adı ilə "erməni hökmdarı Aşotun kürəkəni, Dvin və Qandzakın (Gəncənin, N. V. ) sahibi Apusuarın (Əbuləsvar Şavurun, N. V. )" döyüşçülərindən ibarət qoşun daxil olmuşdur (100). Mənbələrdə bu dövrə aid hadisələrlə bağlı Duləfilərin adı çəkilməsə də, cənub istiqamətindən hücuma keçən səlcuq qoşunlarının Naxçıvandan уan keçməsi mümkün deyildi.

1063-cü ildə hakimiyyətə gəlmiş ikinci səlcuq sultanı Alp Arslan (1063-1072) Azərbaycandakı feodal mülklərin səlcuqilərin vassalı olan sahibləri üzərində təsir gücünü artırmaq üçün Cənubi Qafqaza yürüş etdi (101). İbn əl-Əsir bu yürüşün 406-cı ilin rəbi əl-əvvəl ayının ilk günlərində baş verdiyini, sultan qoşununun Reydən Mərəndə, oradan da "ölkənin dərələri və sərt dağları ilə Naxçıvana" gəldiyini [78 - 79] bildirir (102). Sultan burada "Araz çayını keçmək üçün gəmilər hazırlamağı əmr edir" (103). Yenə həmin müəllifın məlumatına görə, Naxçıvanda olarkən "sultanın ətrafında saysız-hesabsız hökmdar və əsgər toplandı". Qoşun və gəmi hazırlığı tamamlanan kimi sultan "gürcülərin ölkəsinə yola düşdü" (104). Bundan sonra səlcuqlar "müsəlmanların sərhədyanı dayağı" olan iki qalanı (Sürmərini və Qarabağı) tutur və "əsgərlərlə, sursatla, pulla və silahla təmin edib, Naxçıvan əmirinin sərəncamına verirlər" (105). Bu məlumatda Naxçıvan əmirinin adı çəkilməsə də M. Şəriflinin fıkrincə, o, Əbu Duləf deyil; belə ki, sultan Alp Arslan Naxçıvan şahlığını ləğv edərək, Səlcuq dövlətinə tabe etmiş, Naxçıvana öz əmirini təyin etmişdi (106). Belə çıxır ki, İbn əl-Əsirin haqqında danışdığı Naxçıvan əmiri artıq Duləfilərdən deyil, səlcuqlardan olmuşdur. Lakin, məlumdur ki, "Gərşasb-namə" əsərini Əbu Duləfə həsr etmiş şair Tusi Əli Əsədi 458(1065/66)-ci ildə Naxçıvanda onun sarayında olmuş, Əbu Duləf haqqında yazdığı dastanı adı çəkilən əsərinə salmışdı (107). Burada bir qədər dolaşıqlıq yaranır: əgər Alp Arslanın Naxçıvanı tutması və onun yerli hakimini səlcuq əmiri ilə əvəz etməsi faktı h. 456-cı ildə baş vermişdisə, bundan iki il sonra - h.458-ci il-də Naxçıvanda Əbu Duləfin sarayında olmuş Tusi Əli Əsədi artıq "Naxçıvanşah Əbu Duləfi" əmir vəzifəsində görə bilməzdi. Görünür, Kəsrəvi Təbrizinin araşdırmalarını dəstəkləyən M. Şərifli məhz buna görə sultan Alp Arslanın Naxçıvanşahlığı ləğv edərək Naxçıvana əmir təyin etməsi hadisəsini Əsədinin Naxçıvanda olduğu 458-ci ildən "az sonra" baş verdiyini qeyd edir (108). Bu isə tarixi həqiqəti təhrif edir; belə ki, artıq qeyd etdiyimiz kimi, sultan Naxçıvanda h. 456-cı ildə olmuşdu. Əgər Əsədinin Əbu Duləfı [79 - 80] Naxçıvanda öz sarayında görməsi realdırsa, onda onun bu dəfə səlcuq əmiri kimi Naxçıvanı hələ bir müddət də, bəlkə də Şəddadilər dövləti süqut edənədək, idarə etdiyini güman etmək olar. Bu tarixdən sonra mənbələrdə bir daha Naxçıvanşah Əbu Duləf adına rast gəlinmir. Az sonra isə Azərbaycanşah və Arranşahların yerlərini də səlcuq əmirləri tuturlar.

Page 29: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

29 

 

Beləliklə, Səlcuq hücumunadək Naxçıvanşah Əbu Düləf tərəfindən idarə olunan Naxçıvan əmiriliyi sultan Alp Arslanın bu əmirliyi ləğvindən sonra da Şəddadilər dövləti süqut edənədək (1075) onun tərkibində qalmışdır. Əmirliyin mərkəzi olan Naxçıvan şəhəri isə səlcuq əmirinin idarəsi dövründə də öz əvvəlki hərbi strateji əhəmiyyətini saxlaya bilmişdir.

Qeydlər və istifadə olunmuş mənbə və ədəbiyyat:

1. Bax: Зия Буниятов. Начало господства тюрок в Халифате Аббасидов (830-870). 3 cildlik "Seçilmiş əsərləri", с. I, Bakı, "Elm", 1999. s. 459. 2. Əl-Yəqubi. Tarix. Leyden, 1883, с. II, s. 599. 3. V. F. Minorski (В. Ф. Минорский. "История Ширвана и Дербенда". Moskva, 1965, s. 46-47; bundan sonra: Minorski. Şirvan) əsərində erkən orta əsr mənbəyinə istinadən Məhəmməd ibn Xalidin 245/8 59-cu ildə Gəncəni tikməsi haqqında məlumat verir. Lakin bu məlumatı arxeoloji dəlillər təkzib edir (bax həmçinin: Nailə Vəlixanlı. Gəncə erkən orta əsr ərəb mənbələrində. "Gəncə şəhərinin tarixi" kitabında. Bakı, 2004, s.21,22). 4. İbn Rusta. Kitab alak an-nafisa. BGA, с. VII, s. 103-104. Bax: Nailə Vəlixanlı. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. В., 1974, s. 43. 5. Bax: N. Vəlixanlı. Göstərilən əsəri, s. 92, 116, 136. [80 - 81] 6. Bax: İbn əl-Əsir. Əl-Kamil fi-tarix. Ərəbcədən tərcümə Z. Bünyadovundur. Bakı, 1996, s. 67. 7. Yenə orada. 8. Всеобщая история Степ’аноса Таронского Асох’ика по прозванию-писателя XI столетия. Переведена с армянского и объяснена Н. Эмином. М, 1864 (bundan sonra Asogik), s. 110. 9. Moisey Kalanqatuklu. Albaniya tarixi. Müqəddimə, tərcümə, qeyd və şərhlər akademik Ziya Bünydovundur. Bakı, 1993 (bundan sonra: Moisey Kalankatuklu), III kitab, fəsil 18, s. 199-200. 10. Bu haqda bax: Azərbaycan tarixi, Baki, "Elm", 1998, c. II, s.2850-286; Зия Буниятов. Азербайджан в VII-IX вв. 3 cildlik "Seçilmiş əsərləri", с. I (bundan sonra: Z. Bunyadov), s. 234-236; А. Тер-Гевондян. Армения и арабский халифат. Ереван, 1977 (bundan sonra: A. Ter-Gevondyan), s. 240-242; həmçinin bax: Asogik, s. 110; Moisey Kalanqatuklu, III kitab, fəsil 18, s. 200. 11. İbn əl-Əsir, s. 67. 12. Yenə orada, s. 69. 13. Asogik, s. 111. Bax: Z. Bünyadov, s .236. 14. Asogik, s. 112. 15. Z. Bünyadov s. 237; Sitat Katolikos İoannesin "Tarix" (История Армении католикоса Иоаннеса Драсханакертского. Издание Н. Эмина. СПб, 1861, s. 203-204) əsərindəndir. 16. İbn Havqəl. Kitab suratu-l-ard. Leyden, 1867 (bundan sonra: İbn Navqəl), s. 254. 17. Asogik, s. 112-113, 115. 18. V. Minorsky. Studien in Caucasian history. London, 1953 (bundan sonra: Minorski, Şəddadilər),s. 121. V. Minorski burada İ. Markvartın "Sudarmenien" əsərinə istinad edir. Lakin İ. Markvartın haqqında danışdığı və Yusif tərəfındən 918-ci ildə təyin edilən müsəlman əmiri Əbu Duləfilər xanədanına mənsub olsa da, о, X əsrin 80-ci illərində [81 - 82] yenidən Qoğtən (Naxçıvan) əmiri kimi adı çəkilən Əbu Duləfin yalnız sələfi ola bilərdi. 19. İbn Havqəl, s. 224. 20. Yenə orada, s. 248 21. Yenə orada, s. 254. 22. Yenə orada. 23. İbn əl-Əsir, s.82-83, 86-87; Bax həmçinin: V. Minorski. Şəddadilər, s. 3; M. X. Şərifli. IX əsrin II yarısı-XI əsrdə Azərbaycan feodal dövlətləri. В., 1978 (bundan sonra: Şərifli. Feodal dövlətləri), s.190. 24. Bax: Minorski. Şəddadilər, s. 8-9. 25. Bu haqda bax: Şərifli, Feodal dövlətləri, s. 190-192. 26. Minorski. Şəddadilər, s. 15; ərəb mətni, s. 8. 27. Вардан. Всеобщая история. Русский перевод Н. Эмина. М., 1861, s. 15-16;

Page 30: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

30 

 

Şərifli. Feodal dövlətləri, s. 195. 28. Minorski. Şəddadilər, s.15. 29. Minorski. Şirvan, s. 156, qeyd 140; Bax həmçinin: yenə orada, s.51. 30. Münəccimbaşının məlumatına görə, 378/988-ci ildə, Şirvan-Dərbənd (əl-Bab) münaqişələrinin kəskinləşdiyi dövrdə, Dərbəndi ələ keçirmiş şirvanşah Məhəmməd ibn Əhməd yerli hakim Maymunun qulamı tərəfindən yaralanmışdı. Bu hadisə Dərbəndin yenidən, qısa müddətə də olsa, Haşimi xanədanına mənsub əmir Maymuna qaytarılmasına səbəb oldu. Bax: Minorski. Şirvan, s. 51, §13. 31. Yenə orada. 32. Minorski. Şəddadilər, s. 17; Şərifli. Feodal dövlətləri, s. 196. 33. Asogikin məlumatına görə (s. 131) bu məğlubiyyətdən sonra sərgərdan düşmüş salari Əbülheycə kömək üçün müraciət etdiyi Bizans imperatorundan mənfi cavab aldıqdan sonra ölkəsinə qayıtdığı zaman, öz xidmətçisi tərəfindən boğulub öldürülmüşdü. Bax həmçinin: Şərifli. [82 - 83] Feodal dövlətləri, s.182; Yenə onun. Naxçıvanşahlıq. Azərbaycan SSR EA Xəbərləri. TFHS, 1966, №4, s.29. 34. Kəsrəvi Təbrizinin bu əsəri ("Şəhriyarani qomnam") Tehranda, 1928-30-cu illərdə, fars dilində çap edilmişdir. 35. Bax: Şərifli. Naxçıvanşahlıq, s.29. 36. Bu haqda bax: Nailə Vəlixanlı. X əsrin II yarısı-XI əsrdə Azərbaycan feodal dövlətlərinin qarşılıqlı münasibətləri və bir daha "Naxçıvanşahlıq" haqqında. AMEA Xəbərləri. TFHS, 2001, № 3, s. 120-129. 37. Rauf Məmmədov. Naxçıyan şəhərinin tarixi oçerki (orta əsrlər dövrü).B., 1977, s.69-70; Ф. Мамедова. Политическая история и историческая география Кавказской Албании. В., 1986, s. 114; V. Z. Piriyev. Azərbaycanın qədim diyarı Naxçıvan (Naxçıvan Muxtar Respublikasının 75 illiyi münasibətilə). Azərb. EA Xəbərləri. TFHS, 1999, №2, s.6-7. 38. Şirvanşah və azərbaycanşah titulları hələ ilk Sasani hökmdarları dövründə imperiyanın tərkibinə daxil edilən ölkələrdən olan Azərbaycan (cənub) və Şirvanın sasani canişinlərinə - şahlarına verilmişdi (Bax: Ибн Хордадбех. Книга путей и стран. Перевод и комментарии Наили Велихановой. В., 1986, s. 61, 160- 161). Arranşah (Aranşahiq) titulunu isə antik Albaniyanın Arşaqilərədək hakimiyyətdə olan hökmdarlar sülaləsi daşıyırdı. 39. Minorski. Şəddadilər, s. 6, əlavə: s. 1-2. 40. Əl-Bəlazuri. s. 331; İbn ən-Nədim. Kitab əl-fihrist. Beyrut, 1964 (ərəb dilində), s.116 və b. Bax həmçinin: Nizam al-mulk. Сиясатнаме (перевод с персидского. Б. Н. Заходера), M.-L., 1949, s.349, qeyd 462 (bundan sonra: Siyasətnamə); Абу-л-Фазл Байхаки. История Масуда (1030-1041). Перевод с персидского, введение, комментарии и приложения А. К. Арендса. М., 1969 (bundan sonra Beyhəqi), s.247-249; İbn əl-Əsir, s.42,179, qeyd 49. 41. Xilafətin köçürmə siyasəti haqqında bax: Azərbaycan tarixi, с. II, s.184-185. [83 - 84] 42. İbn əl-Əsir, s. 42. 43. Yenə orada, s. 179, qeyd 49; bax həmçinin: Siyasətnamə, s. 349, qeyd 462; Duləfilər xanədanı haqqında bax: Yilmaz Öztuna. İslam devletleri. Devletler və Hanedanlar. Kaynak eserleri dizisi: 18, Ankara, 1989, c.I, s. 705-706 (bundan sonra: İslam dövlətləri). 44. Bax: Beyhəqi, s. 247-249. 45. Bax: İslam dövlətləri, s. 705. 46. Bax: Siyasətnamə, s. 349. 47. Minorski. Şəddadilər, s. 121. 48. Е. Э. Бертельс. История персидско-таджикской литературы. М., 1960, s.245 (bundan sonra: Bertels); Şərifli. Naxçıvanşahlıq, s. 31. 49. Minorski. Şəddadilər, s. 121. 50. Bertels, s. 250. 51. Şərifli. Naxçıvanşahlıq, s. 121. 52. Bertels, s. 250. 53. Yenə orada. 54. Asogik, s. 132-133; Bu haqda bax: Şərifli. Naxçıvanşahlıq, s.29. 55. Yenə orada, s. 132-133, qeyd 1. 56. Yenə orada, s. 133. 57. Yenə orada.

Page 31: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

31 

 

58. Şərifli. Naxçıvanşahlıq, s. 29. 59. Şərifli. Feodal dövlətləri, s. 241 60. Asogik, s. 121; bax həmçinin: Şərifli. Naxçıvanşahlıq s. 30. 61. Yenə orada; bax həmçinin: Qətran Təbrizi. Divan. Bakı. 1967, s. 84-85; 119-123;127-129. 62. Şərifli. Naxçıvanşahlıq, s. 32. 63. Vardan, s. 126. 64. Yenə orada; bax: Şərifli. Feodal dövlətləri, s. 196-197. 65. Bax: Azərbaycan tarixi, с. II, s. 344. 66. Yenə orada, s. 350. 67. Повествование Вардапета Аристакэса Ластиверци. Qədim erməni dilindən tərcüməsi, giriş, qeyd və şərhlər [84 - 85] K. N. Yüzbaşyanındır (bundan sonra Lastiversi). M., 1968, s. 22-25; История армянско народа. Ереван, 1980, s. 127. 68. Aristakes Lastiversi, s.158; Minorski. Şəddadilər s 50; Şərifli. Feodal dövlətləri, s. 209. 69. Minorski. Şəddadilər, s. 17; ərəb mətni, s. 14; 70. Şərifli, Feodal dövlətləri, s. 201. 71. İbn əl-Əsir, s. 93-94. 72. Qətran Təbrizi. Divan, s. 17. 73. Yenə orada, s.51. 74. Yenə orada, s. 119-123. 75. Yenə orada, s. 122-123. 76. Yenə orada, s. 127. 77. Yenə orada, s. 84. 78. Yenə orada, s. 121. 79. Bax: Şərifli. Naxçıvanşahlıq, s. 31. 80. Qətran Təbrizi. Divan, s. 84. 81. Yenə orada. 82. Yenə orada, s. 122. 83. Yenə orada, s. 121. 84. Yenə orada, s. 121-122. 85. Yenə orada, s. 128. 86. Yenə orada, s. 129. 87. Yenə orada, s. 122. 88. Yenə orada. 89. Bu haqda bax: Şərifli. Naxçıvanşahlıq, s. 30, 31. Ərəb mənbələrində Arsrunilərə aid edilən əd-Dirani (əd-Deyrani) ləqəbi, bəlkə də, IX əsrin II yarısında Vaspurakan hakimi olan Derenik Arsruninin adı ilə bağlıdır. 90. Minorski. Şəddadilər, s. 17-18. 91. Qətran Təbrizi. Divan, s. 338. 92. Yenə orada, s. 351. 93. Bu haqda bax: Qətran Təbrizi. Divan (giriş Q. Beqdelinindir), s. 19; 94. Şərifli. Feodal dövlətləri, s. 203. [85 - 86] 95. Yenə orada, qeyd 82. 96. Qətran Təbrizi. Divan, s. 352. 97. Bax: Rafael Hüseynov. Məhsəti necə varsa. Bakı, Yazıçı, 1989, s. 22. 98. Садр ад-Дин Али ал-Хусайни. Ахбар ад-даулат ас-селджукиййа. Издание текста, перевод, введение, примечания и приложения З. М. Буниятова. М., 1980, s. 35-36; С. Г. Агаджанов. Государство Сельджукидов и Средняя Азия в XI-XII вв. М., 1991, s. 69; Azərbaycan tarixi, с.II, s. 345. 99. Azərbaycan tarixi, с. II, s.346. 100. Aristakes Lastiversi, s. 105. Əbul-Əsvar Şavurun Baqratilərdən olan Aşotun qızı ilə izdivacından Aşot və Fəzl adlı iki oğlu olmuşdu. 101. Azərbaycan tarixi, с. II, s. 353-354. 102. İbn əl-Əsir, s. 98. 103. Yenə orada. 104. Yenə orada. 105. Yenə orada, s. 99; Həmçinin bax: Aristakes Lastiversi, s. l71, fəs. 25, qeyd 2.

Page 32: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

32 

 

106. Şərifli. Naxçıvanşahlıq, s.32. 107. Yenə orada, s. 31. 108. Yenə orada, s. 32.

Page 33: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

33 

 

§ 3. Naxçıvan Azərbaycan atabəyləri dövləti dövründə

(XII XIII əsrin I rübü)

XI əsrin sonu XII əsrin əvvəllərində bölgədə siyasi durum. Alp Arslandan sonra hakimiyyətə gəlmiş sultan Məlikşahın dövründə (1072-1092) şimallı-cənublu, demək olar bütün Azərbaycan torpaqlarının da daxil edildiyi Səlcuq-Oğuz imperiyasının hərbi-siyasi qüdrəti ən yüksək zirvəyə çatdı. Bir qədər əvvəl Rəvvadilərə və Şəddadilərə məxsus Azərbaycan və Arran vilayətləri sultanın təyin etdiyi səlcuq əmirləri tərəfindən idarə edilməyə başlandı. Yalnız şirvanşah Fəribürzün siyasi çevikliyi Səlcuqilərdən vassal asılılıqda olan Şirvanın dövlətçiliyini saxlaya bildi. Şəddadilərin Gəncədəki hakimiyyətinə son qoyulduqdan (1075) sonra, Alp Arslanın, sonra isə onun oğlu Məlikşahın məşhur sərkərdələrindən olan, Cənubi Qafqazın işğalında xüsusi fəaliyyət göstərən əmir Savtəkin Arranı, о cümlədən iqta kimi ona verilmiş əl-Babı (Dərbəndi) tabelikdə və nəzarətdə saxlamaq üçün Gəncədə qərarlaşdı və bu şəhəri əsas bazaya çevirdi. Şəddadilər dövlətinə mənsub, "naxçıvanşah" titullu əmir Əbu Duləfin idarə etdiyi Naxçıvan da bu dövlət ləğv ediləndən bəri səlcuq əmirlərinin idarəsinə keçdi. [87 - 88]

Dövrün mənbələri sultan Məlikşahın və onun vəziri və atabəyi Nizamülmülkün hakimiyyətdə olduqları illəri "səlcuq sülələsinin baharı" kimi xarakterizə edirlər. Sədrəddin əl-Hüseyni Məlikşahı "səlcuq hökmdarları boyunbağısının ən iri mirvarisi (vasitatu-l-aqd)" adlandırır (1). Tədqiqatçılar bunu, bir qədər idealizə edilmiş qiymət hesab etsələr də, belə qənaəti "vahid geniş imperiya çərçivəsində ictimai və mədəni həyatın sonrakı inkişafının obyektiv prosesləri" ilə izah edirlər (2). Bu böyük imperiyanın mərkəzləşdirilmiş idarə sistemini asanlaşdırmaq, oğuz qəbilə başçılarının separatizminə son qoymaq məqsədilə tarixi Azərbaycan ərazisində də, xüsusilə, Nizamülmülkün təşəbbüsü ilə həyata keçirilən iqta sistemi tətbiq edildi. Məlikşah öz qohumlarına, vassallarına, sərkərdələrinə və başqalarına iqta payı verməyə başladı. Azərbaycanı, Arranı, о cümlədən, hələ Alp Arslan dövründən səlcuq əmirlərinin strateji mövqe kimi Gəncə qədər əhəmiyyətli hesab etdikləri Naxçıvanı da Məlikşah öz əmisi Yaqutinin oğlu İsmayıla verdi. Mənbələrdəki məlumatdan İsmayıl ibn Yaqutinin Məlikşahın vəfatından sonra da bir müddət bu bölgədə valilik etdiyi görünür (3). Lakin sultanlıq taxtı üstündə Məlikşahın anaayrı oğlanları Börküyarıq (anası - İsmayılın bacısı Zübeydə xatun) və Mahmud (anası Tərkən xatun) arasında gedən qanlı mübarizədə İsmayıl öz bacısı oğlu Börküyarığa qarşı çıxdığı üçün sonuncunun əmri ilə edam edilir (1093) (4). Yerli mənbədə İsmayıl ibn Yaqutinin bölgədə abadlığa, əmin-amanlığın yaradılmasına böyük əhəmiyyət verməsi haqqında məlumat vardır (5).

Məlikşahın oğlanları arasında hakimiyyət uğrunda mübarizənin davam etdiyi bu dövrdə İsmayıl ibn Yaqutinin Gəncədə qalan oğlu məlik Mavdud atasının bölgədəki fəaliyyətini [88 - 89] davam etdirirdi. Sədrəddin əl-Hüseyni onu "Arranın sahibi" adlandırır (6). Onun bacısının əri-sultan Börküyarığın qardaşı Məhəmməd Tapar da bu vaxt Gəncədə idi. Sülalədaxili mübarizə qardaşların başçılıq etdikləri qoşunların bir neçə dəfə döyüş meydanında üzləşməsinə səbəb olur; gah bu, gah da digər tərəfin üstünlüyü ilə keçən bu döyüşlərdə Məhəmmədin doğma qardaşı sultan Səncər də Börküyarığa qarşı çıxış edirdi (7). Uzun sürən bu qanlı çəkişmələrdən biri 1101-ci ilin aprelində, Həmədan yaxınlığında Börküyarığın qoşununun qələbəsi ilə nəticələnsə də sultan Səncərin işə qarışması, Məhəmməd Taparla birlikdə xəlifə əl-Mustəhzirin (1094-1118) hüzuruna Bağdada getməsi, xəlifənin vasitəçiliyi ilə Məhəmməd Taparın adına Xilafətin paytaxtında xütbə oxunması qardaşlar arasında mübarizənin davam etməsinə səbəb olur (8). Bir neçə ay keçmiş, həmin ilin sonunda, Həmədan yaxınlığında yenidən üz-üzə gələn qardaşlar bu dəfə döyüşə girmədən sülh bağlayırlar: Börküyarıq sultanlığında qalır, Məhəmməd Tapar isə varis elan olunur. Ətraf vilayətlər, о cümlədən, Naxçıvanla birlikdə Gəncə (Arran), Azərbaycan, Diyarbəkir, əl-Cəzirə və Mosul rəsmi olaraq onun tabeliyinə keçir (9). Mənbələrdəki məlumatın təhlili hadisələrin gedişindən asılı olmayaraq məlik Maydud ibn İsmayılın Arranda, о cümlədən Naxçıvanda səlcuq üsul-idarəsinə başçılıq etdiyini təsdiqləyir.

Lakin barışıq uzun sürmür. Sultanlıq iddiasından əl çəkməyən Məhəmmədin qoşunu ilə sultan qoşunu arasında 1102-ci ilin martında Rey yaxınlığında yeni döyüş baş verir. Bu dəfəki məğlubiyyətdən sonra zorla mühasirədən çıxa bilən Məhəmməd hələ də Gəncədə olan, atasının intiqamını sultan Börküyarıqdan almaq istəyən məlik Mavdud [89 - 90] ibn İsmayılın təkidi ilə Arrana yola düşür. Lakin məlik Mavdudun ov zamanı təsadüfən həlak olması Gəncəyə gələn Məhəmməd Taparı Arranda qalıb, burada möhkəmlənməyə vadar edir (10). "Arran qoşunlarının hesabına" ordusunun qüvvəsini artıran Məhəmməd Tapar sultanla mübarizəni davam etdirmək qərarına gəlir. Sədrəddin əl-Hüseyninin məlumatına görə, hər iki qoşun 1103-cü ilin martında Dvin (Dəbil) yaxınlığında üzləşir (11). İbn əl-Əsir isə sayca beşinci olan bu döyüşün Azərbaycanda, Xoy şəhərinin

Page 34: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

34 

 

qapıları yanında baş verdiyini bildirir (12). Bu dəfəki vuruşmada da məğlub edilmiş Məhəmməd, əvvəlcə Ərcişə, sonra Şəddadilərə məxsus Aniyə, sonra isə Təbrizə çəkilir (13).

Böyük Səlcuq imperiyasının xeyli zəifləməsinə və son nəticə olaraq parçalanmasına gətirib çıxaran sülalədaxili qanlı mübarizə 1104-cü ildə sultan Börküyarıqla Məhəmməd Tapar arasında bağlanılan yeni barışıqla bir qədər səngiyir. Paytaxt Reydə qalan Börküyarığın adına "əl-Cibəldə, Təbəristanda, Xuzistanda, Qarsda, Diyarbəkirdə, əl-Cəzirədə, Məkkədə və Mədinədə, Azərbaycanda qalan sultan Məhəmmədin adına Arranda, Ərminiyədə, İsfahanda, Tikritdən başqa bütün İraqda, Sultan Səncərin adına Curcandan başlanıb Məvaraənnəhrə qədər xütbələr oxunur" (14). Naxçıvan yenə də Gəncədə iqamətgah quran Məhəmməd Taparın idarəsində qalır. Lakin əldə edilən barışıq çox çəkmədən yenidən pozulur. İbn əl-Əsir yazırdı: "Bunların arasındakı müharibələr uzandı və hər yeri fıtnə-fəsad bürüdü, var-dövlətlər talan olundu, qanlar axıdıldı, şəhərlər xarabaya döndərilib, kəndlər yandırıldı" (15).

Barışıq ilinin son günlərində 12 ildən bir qədər artıq hakimiyyətdə qalan 25 yaşlı sultan Börküyarıq vəfat edir. [90 - 91] Onun vəsiyyətinə görə hakimiyyət varis təyin etdiyi oğlu II Məlikşaha keçir. Lakin Səlcuq dövlətinin yeni başçısı sultanlıq taxtını saxlaya bilmir və əmisi Məhəmməd Taparın itaətinə keçir (16). Bu vaxtadək yalnız imperiyanın bir hissəsinə, о cümlədən, Naxçıvana sahib olan Məhəmməd Tapar bütün Səlcuq imperiyasının sultanı elan edilir.

Hakimiyyətdə olduğu dövrdə (1105-1118) о vaxtadək "müstəqil hərəkətə alışmış səlcuq vali və komandanlarının nüfuzunu qıraraq, imperatorluğun birliyini qurmaq" üçün böyük fəaliyyət göstərən Məhəmməd Taparın ölümü ilə sultanlıq taxt-tacı üstündə mübarizə yenidən qızışdı (17). O, öz böyük oğlu 14 yaşlı Mahmudu varis təyin etsə də, nə Mahmudun özü, nə də bütün hakimiyyəti boyu onunla çəkişən qardaşları, mövcud vəzyiyətdən sui-istifadə edən əmiləri Səncərin qarşısında dura bilmədilər. 1119-cu ilin avqustunda Save yaxınlığında (Reylə Həmədan arasında) baş verən döyüşdə Mahmudun ordusunun basılması о vaxtadək yalnız Xorasanda məlik olan Səncəri "əssultan əl-muəzzəm" (böyük-əzəmətli sultan) titulu ilə bütün Səlcuq imperiyasının hökmdarı etdi (18). Elə həmin vaxt Mahmuda qarşı hakimiyyət iddiası ilə çıxış edən qardaşı Məsud iqta hüququ ilə Azərbaycana sahib olur. О zaman cəmi 10 yaşı olan, irsən Zəncan, Save və Aveyə sahiblik edən kiçik qardaş Toğrul isə öz atabəyi Şirgirin fitvası ilə Mahmuda qarşı uğursuz çıxışdan sonra Arrana-Gəncəyə qaçır (19). Mənbələrdəki məlumata görə, Gəncə ilə birlikdə "bütün Arran və Araz çayınadək Naxçıvan Toğrula tabe olur" (20).

1119-cu ilin noyabrında aparılan danışıqlarda sultan Səncərin ali hakimiyyətini tanıdığını təsdiq edən Mahmud səlcuq taxtının varisi-vəliəhdi elan olunur; Xorasandan Anadolu və Şamadək olan torpaqlar, о cümlədən birlikdə [91 - 92] İraq (Qərb) Səlcuq sultanlığını təşkil edən Azərbaycan, Həmədan, İsfahan, Cibəl, Kirman, Fars, Xuzistan, İraq, Cəzirə, Diyar Mudar, Diyar Rəbiə, Şam və Rum iqta kimi ona verilir (21).

İmperiyanın Şərq və Qərb sultanlıqlarına bölünməsindən sonra da səngimək əvəzinə arası kəsilmədən davam etməkdə olan sülalədaxili çəkişmələr "bundan qabaqkı dövrlərdə də" dəfələrlə qonşu Azərbaycan torpaqlarına basqınlar törədən gürcülərin yeni hücumları üçün əlverişli şərait yaradır. İbn əl-Əsirin məlumatına görə, qıpçaqlar və digər qonşu tayfalarla birləşmiş gürcülərin belə hücumlarından biri 1121-ci ilin əvvəllərində baş verdi. Bu hücumun qarşısını almaq üçün təşkil edilmiş müttəfiq müsəlman orduları tərkibində Arran və Naxçıvanın hakimi şahzadə Toğrulun qoşunu da vardı (22). Gürcülərin qələbəsi ilə nəticələnən bu döyüş təqribən 500 ildən bəri müsəlman hakimiyyəti altında olan Tiflis şəhərinin bir illik mühasirədən sonra (1122) gürcülər tərəfindən tutulması ilə başa çatır (23).

Bu hadisədən sonra İraq sultanlığının taxtı üstündə açıq mübarizədən çəkinməyən Toğrul və Məsud qardaşları imkan düşən kimi böyük qardaşları olan sultana qarşı qanlı vuruşlar həddinə çatan çıxışlar etdilər. 1127-ci ildə növbəti çıxışdan sonra sultanlığın mərkəzində qərarlaşmağa çalışan şahzadələr, əksinə, mərkəzdən uzaqlaşdırılaraq, yeni atabəyləri Qara Sunqurla birlikdə təzədən Arrana göndərildilər (24). 1131-ci ildə sultan Mahmud vəfat edənədək Toğrul, eləcə də Məsud Naxçıvanda və Gəncədə qalaraq, onlara iqta hüququnda verilmiş bu əraziləri idarə edirdilər. Sultan Mahmudun ölümü ilə yenidən taxt-tac davasına girişən qardaşlar Arranı tərk edərək, mübarizəni bu dəfə əks [92 - 93] cəbhələrdə davam etdirirlər. Həmədan yaxınlığında sultan Səncərlə şahzadə Toğrulun birləşmiş qüvvələri Məsud və Səlcuqşah qardaşlarının qoşunları ilə üzləşir. Məğlub edilmiş Məsud yenidən əfv olunur; Azərbaycan və Arran iqta hüququ ilə bundan sonra da sultanlıq iddiasından əl çəkməyən və dəfələrlə hərbi çıxışlar edən Məsuda verilir. Toğrul isə İraq sultanı, böyük Səlcuq sultanlığının varisi elan edilir (25).

Göründüyü kimi, hələ ilk səlcuq hücumları dövründən hərbi-strateji əhəmiyyəti baxımından Gəncə ilə yanaşı Naxçıvan da səlcuq əmirlərinin iqamətgahına çevrilir. Maraqlıdır ki, sultanlıq taxtına çıxanadək, demək olar, əksər səlcuq sultanları (Məlikşah, Məhəmməd Tapar, Məsud, Toğrul) imperiyanın bu mühüm bölgəsində fəaliyyət göstərmişlər.

Page 35: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

35 

 

Hadisələrin sonrakı gedişatından görünür ki, Toğrul hələ Naxçıvanın əmiri olduğu vaxt, sultanlığın paytaxtı Həmədana gedənədək, arvadı Möminə xatun və oğlu Arslanşahla Naxçıvanda da yaşamışdır. Sonrakı illər qardaşlar arasında hakimiyyət uğrunda mübarizə səngiməsə də, Naxçıvanda bu illərdə Gəncədə iqamətgah qurmuş atabəy Qara Sunqurun vasitəsi ilə bölgəyə sahiblik edən əmir Məsudun idarə sisteminə daxil idi.

1133-cü ildə cəmi iki ildən bir qədər artıq sultanlıq taxtında qala bilmiş Toğrul vəfat edir. Qardaşı Məsud, nəhayət, İraq sultanlığına sahib olur. Onun hakimiyyət illəri (1133-1152) Səlcuqilərin sülalədaxili çəkişmələrindən istifadə edərək, onların boyunduruğundan qurtulmağa çalışan abbasi xəlifəsinin kəskin mübarizəsi ilə əlamətdardır (26). Daxili və xarici durumun gərginliyi, xəlifə-sultan qarşıdurmasının daha kəskin şəkil alması (27) mərkəzi hakimiyyətin [93 - 94] zəifləməsinə, hüquqları məhdudlaşdırılan vilayət hakimlərinin mərkəzlə açıq mübarizəyə girişməsinə səbəb oldu. Yerli əmirlərin özbaşınalıqlarını gücləndirən belə bir şəraitin meydana çıxması, İbn əl-Əsirin məlumatından göründüyü kimi, onların iqta torpaqlarını ələ keçirmələrinə gətirib çıxartdı (28).

Naxçıvan Azərbaycan atabəyləri dövləti tərkibində. Sultan Məsudun hakimiyyətinə qarşı qızışan mübarizəyə, paradoksal da olsa, onun və mərhum qardaşı Toğrulun atabəyi, Arran və Naxçıvanın əmiri Qara Sunqur özü başçılıq edirdi. Səltənət iddiasında olan səlcuq şahzadələri, Məsudun qardaşları Səlcuqşah və Davud da onu müdafiə edirdilər (29). Qədim səlcuq ənənəsinə görə atabəylərə-azyaşlı səlcuq şahzadələrinin tərbiyəçisi və məsləhətçiləri olan şəxslərə həddindən artıq imtiyazlar, о cümlədən geniş iqta torpaqları verilməsi onların mövqeyini xeyli möhkəmlətmişdi. Uşaqlıqdan tərbiyələndirdikləri gələcək sultanlar da doğma atadan artıq hörmət bəslədikləri atabəylərinin dövlət idarəçiliyinə qarışmalarına, qoşun və vilayət başçıları kimi fəaliyyətlərinə alışdıqları üçün onların belə hərəkətlərinə təəccüblənmir, onlara haqq qazandırırdılar. Məhz Məsudun dövründə, onun təşəbbüsü ilə mərhum sultan Toğrulun yeganə oğlu Arslanşahın atabəyi olan Şəmsəddin Eldəniz sultanın dul qalmış arvadı Möminə xatunla evlənmişdi. Arranın bir iqta mülkü kimi Şəmsəddinə verilməsi də həmin vaxta (1136-cı ilə) aiddir. Görünür, bu zaman hələ də Gəncə və Naxçıvan əmiri olan Qara Sunqurun müxalifət cəbhəsinə keçməsi, sultan Məsudun bu addımı atmasına, "özünün ən sədaqətli xidmətçisi" (30) Şəmsəddin Eldənizi Arrana göndərməsinə səbəb olmuşdur. [94 – 95]

Özünün ıqta mülkünə, Sədrəddin əl-Hüseyninin xəbər verdıyı kımi, "bütün varidati (əl-əmval)" (31), eləcə də ailəsi ilə yola düşən Şəmsəddin Eldəniz Arranda hələ də nüfuz sahibi olan Qara Sunqurun Gəncədəki və Naxçıvandakı mövqeyinin möhkəm olduğunu nəzərə alaraq, Arranın köhnə mərkəzi, artıq əvvəlki qüdrətini əldən vermis Bərdə şəhərində qərarlaşır (32). Maraqlıdır ki, Şərəf xan Bidlisi (XVI əsr) atabəy Eldənizə (əsərin rus dilinə tərcüməsində: "атабеку Илдавизу, который Кызыл Арслану приходится дедом") Azərbaycan və Ərminiyənin idarəsinin verilməsini sultan Məsuda deyil, sultan Mahmuda aid edir (33). Doğrudur, Eldəniz artıq sultan Mahmudun hakimiyyəti dövründə yalnız inanılmış adamlara həvalə edilən sultan mətbəxinin başçısı vəzifəsinədək yüksələ bilmişdi. Çox güman ki, hələ Mahmudun sağlığında Arran və Naxçıvanın hakimi olan şahzadə Toğrulun oğlu Arslanşahın atabəyi kimi Şəmsəddin də onlarla birlikdə müəyyən müddət Arranda - Naxçıvanda yaşamışdır. Lakin Gəncə kimi Naxçıvan da Qara Sunqurun tabeliyində olduğu üçün ailəsi ilə birlikdə Bərdədə möhkəmlənən Şəmsəddin Eldəniz, mənbənin verdiyi xəbərə görə, ləyaqətlə işə başlayaraq, ona həvalə olunan vilayətlərin qorunması və müdafıəsi üçün lazımi möhkəmlik və qeyrət göstərmişdi (34).

Bərdədə qaldığı bir neçə ildə sultana hədsiz sədaqət nümayiş etdirən Şəmsəddin onun əmri ilə Arranda möhkəmlənmək üçün əlverişli məqamın yetişməsini gözləyirdi. Mənbələrin (Mirxond, Həsən bəy Rumlu) verdiyi xəbərə görə, o, sultan Məsudun tapşırığı ilə, Arrana qoşun yeritmiş, Şirvanı, о cümlədən Bakını ələ keçirmişdi (35). Bu məlumatlardan hadisənin dəqiq tarixi aydın olmasa da, sultan Məsudun 1152-ci ilədək hakimiyyətdə qaldığı nəzərə [95 - 96] alınarsa, Şəmsəddin Eldənizin Şirvana ilk hücumunun onun Arrandakı fəaliyyətinin ilk dövründə baş verdiyini demək olar (36).

Qeyd edilməlidir ki, bu illərdə də İraq Səlcuq sultanlığı ilə Şirvanşahlıq arasındakı münasibətlər süzeren-vassal səviyyəsində qalmaqda davam edirdi (37). Görünür, bu dövrdə sultan Məsud tərəfindən hüquqları məhdudlaşdırılan vilayət əmirləri və səltənət iddiasında olan səlcuq şahzadələri ilə birlikdə sultana qarşı açıq mübarizəyə başı qarışmış əmir Qara Sunqurdan fərqli olaraq Şəmsəddin Eldəniz bu mübarizəyə qoşulmur və əksinə, sultanın regiondakı müdafiəçisi rolunu oynayırdı. Lakin, gözlənilmədən Qara Sunqur mübarizə meydanından çıxır. Buna səbəb 1139-cu ildə Gəncədə və ətraf yerlərdə baş verən təbii fəlakət-dağıdıcı zəlzələnin baş verməsi oldu (38). Yerli və ərəb mənbələrinin (Mxitar Qoş, İbn əl-Əsir və b.) bütün dəhşətləri ilə təsvir etdikləri bu zəlzələ nəticəsində yalnız xarabazara çevrilmiş Gəncədə 230 min insan tələf olmuşdu (39). 1141-ci ildə mübarizədən uzaqlaşaraq şəhər əhalisinin köməkliyilə Arran paytaxtının əvvəlki əzəmətini qaytarmağa çalışan Qara Sunqur da vəfat edir. Hələ sağlığında varis təyin etdiyi əmir Çavlı ət-Toğruli onu tutduğu vəzifədə əvəz edir.

Dövrün mürəkkəb siyasi şəraiti əmir Çavlını gah onu Azərbaycan və Arranın hakimi vəzifəsində təsdiq edən sultan Məsudu, gah da Qara Sunqurdan sonra müxalifətə başçılıq edən Fars vilayəti hakimi əmir Boz

Page 36: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

36 

 

Apanı dəstəkləməyə sövq edir. Son məqamda müxalifətə qoşulan əmir Çavlı 1146 ildə Zəncanda qəflətən vəfat edir. Sultan Məsud, əvvəllər iqta hüququnda Xalxala və Azərbaycanın bir hissəsinə sahib olan Fəxrəddin Toğan Yürəkə Arranı [96 - 97] (Gəncəni) da hədiyyə edir. Lakin sultanın bu addımı da muxalifətə qoşulmuş Toğan Yürəki ona yaxınlaşdırmır (40). Hələ də Bərdəni özünə iqamətgah edən və vilayət əmirlərinin çəkişməsinə qarışmayan Şəmsəddin isə əmir Çavlının ölümündən sonrakı qarışıqlıq zamanı gözlədiyi məqamın yetişdiyini başa düşür. Sədrəddin əl-Hüseyninin verdiyi xəbərə görə, o, nə baş verdiyini anlamaq üçün gözləmə mövqeyini seçir. Arranın Bərdə qarışıq böyük bir hissəsinə sahib olmuş Şəmsəddin əmir Çavlının ölümündən istifadə edərək Naxçıvan vilayətini də öz mülklərinə qatır, iqamətgahını və ailəsini Bərdədən Naxçıvana köçürür (41). Mənbələr bu barədə açıq yazmasalar da, görünür, Şəmsəddinin bölgədə fəal və müstəqil hərəkətindən çəkinən, bəlkə də, ona da tam etibar etməyən sultan Məsud, paytaxtı Gəncə olan Arranın, eləcə də bütövlükdə Azərbaycanın idarəsini ona deyil, vəziri Xass bəyə həvalə edir. Məsudun bu hərəkəti bir çox vilayət hakimlərinin, о cümlədən Şəmsəddin Eldənizin narazılığına səbəb olur. Yalnız Xass bəyin vəzifədən uzaqlaşdırılması ilə ara çəkişmələri bir qədər səngiyir. Artıq bu dövrün (1148-1149) hadisələri ilə əlaqədar İbn əl-Əsir Şəmsəddin Eldənizin adını "Gəncə və Arranın sahibi" kimi çəkir (42). Mxitar Qoş isə onu "Naxçıvan şəhəri və vilayətinin hakimi" adlandırır (43).

1153-cü ildə yeni səlcuq sultanı Məhəmmədin (1153-1159) hakimiyyətə gəlməsi ilə taxt-tac üçün təhlükəli sayılan vəzir Xass bəy edam edildi, əsas şəhəri Naxçıvan olan Azərbaycan atabəyləri dövləti Arranın xeyli hissəsini özündə birləşdirdi. Mxitar Qoşun yazdığına görə Eldənizin (mətndə Eltquz) "qüdrəti artdı və o, bütün hakimləri məğlub edib, çoxunu özünə tabe etdi, üsyan etmiş tərəkəmələrin [97 - 98] (türkmanların, N. V. ) başçılarını məğlubiyyətə uğratdı. Eltkuz Alban ölkəsindəki iğtişaşı yatırtdı, zalım ismaililər tayfasını (ərəblər nəzərdə tutulur, N. V. ) sakitləşdirdi və beləliklə də, həmin tayfanın Alban ölkəsində tez-tez törətdiyi talanların qarşısını aldı" (44). Digər mənbələr də Eldənizin bu dövrdə artıq Naxçıvanda möhkəmlənməsi, "daim Naxçıvanda olması" haqqında məlumat verirlər (45). XI əsrin II yarısından səlcuq əmirlərinin iqamətgahı olan, az sonra bu yerləri qarış-qarış gəzmiş Yaqut əl-Həməvinin Ərminiyə ilə sərhəddə, Azərbaycanın böyük şəhəri adlandırdığı "Naxçıvan (Nəşavə)" şəhəri artıq sonrakı - XII yüzilin 40-cı illərindən başlayaraq Eldənizlər sülaləsinin nümayəndələri olan Azərbaycan atabəylərinin doğma (xass) mülk-tac şəhərinə çevrilir (46). Şəmsəddin Eldəniz burada arvadı Möminə xatun və övladları ilə birlik-də yaşamağa başlayır (47). Bu dövrdə hələ də İraq Səlcuq sultanlığının bölgədəki müdafiəçisi olduğunu hakimiyyətdə olan sultan Məhəmmədə bildirməyə çalışan Şəmsəddin Naxçıvandan Həmədana - sultana göndərdiyi məktubunda özünün, lazım gələrsə, "türkmanlardan böyük bir dəstə ilə" çıxış edəcəyini vəd edir (48). Tabeliyində olan ölkələri ona sadiq əmirlərin vasitəsilə itaətdə saxlamaq və bu məqsədlə yerlərdə də möhkəm dayaq yaratmaq üçün sultan Məhəmməd Naxçıvanda olan Şəmsəddinə belə bir xəbər göndərir: "Hal-hazırda sənin xidmətə gəlməyinə ehtiyac yoxdur; orada (yəni Naxçıvanda, - N. V. ) müsəlmanların dayağı və şərəfsiz yolunuazmışları dəf etmək üçün istinadgahı ol" (49). Sədrəddin əl-Hüseyninin fikrincə, sultanın Şəmsəddin Eldənizi Naxçıvanda saxlamaqdan əsas məqsədi bölgədə bu illərdə də davam edən gürcü təhlükəsi idi (50). [98 - 99]

Beləliklə, XII yüzilin ortalarında Naxçıvan yalnız Azərbaycan atabəylərinin paytaxt şəhəri deyil, eləcə də hələ səngimək bilməyən gürcü müdaxiləsinə qarşı müqavimətin dayaq məntəqəsi oldu. Bu müqavimətin başında о illərdə hələ zahirən də olsa sultan Məhəmmədə sədaqətini nümayiş etdirən Şəmsəddin Eldəniz dururdu. Lakin hakimiyyət uğrunda davam edən çəkişmələr, xəlifəsultan qarşıdurması, xəlifənin - Eldəniz sultana qarşı çıxarsa, onun oğulluğu şahzadə Arslanşahı (sultan Toğrulla Möminə xatunun oğlu) sultanlıq taxtına çıxarmaq vədi Azərbaycan atabəyinin mövqeyini dəyişdirdi, sultana qarşı müxalifətdə olan əmisi Süleymanşahın tərəfinə keçməyə sövq etdi (51). Naxçıvan yaxınlığında, Araz çayı sahilində yeni müttəfiqlərlə sultan ordusu arasında baş verən qanlı döyüş sultan qoşunlarının qələbəsi ilə nəticələndi. Bir müddət Naxçıvanda qalan sultan Məhəmməd, burada Səlcuqilərin Gürcüstana hücum edəcəyindən ehtiyat edən gürcü hökmdarı III Davidin (1155-1156) elçilərini qəbul edərək, onlarla barışıq müqaviləsi imzaladı (52). Şəmsəddinin əfv müraciəti hətta düşmənlərinin də "ağıllı rəqib" (53) kimi qiymətləndirdikləri sultan Məhəmmədin onu bağışlaması, yenidən Arran hakimi təyin etməsi ilə nəticələndi. Marağanın sahibi Arslan Ара ibn Ağsunqur əl-Əhmədili Azərbaycan hakimi təsdiq olundu (54).

Bu hadisədən sonra Naxçıvan yenidən, bu dəfə son ata-bəylərədək, Eldənizlər xanədanının əsas iqamətgahı oldu. Lakin sultan Məhəmmədin vəfatından sonra hakimiyyətə gətirilən Süleymanşahın (1159-1161) çox keçmədən taxtdan salınması və Eldənizin himayəsində olan Arslanşahın (1161-1176) bilavasitə onun köməyilə taxta çıxarılması Azərbaycan atabəyləri dövlətinin tarixində yeni mərhələ [99 - 110] açdı; dövlətin sərhədləri genişləndi. İbn əl-Əsirin məlumatına görə, "Eldəniz Azərbaycanın böyük hissəsinə, əl-Cibəl ölkəsinə, Həmədana və onun torpaqlarına, İsfahana, Reyə və başqa yerlərə malik oldu və bu ölkələrdə arvadının oğlu olan Arslanşah ibn Toğrula xütbə oxutdurdu" (55). Bu zamandan etibarən özünəməxsus diarxiyanın (ikihakimiyyətliyin) yaradıcısına çevrilən Azərbaycan atabəyləri dövlətinin başçısı qoşunlara özü rəhbərlik

Page 37: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

37 

 

etmiş, dövlət vəsaitləri üzərində nəzarəti öz əlində cəmləşdirmiş, vassalların gerçək süzereni olmuşdu. Daşıdığı "məlik" titulu atabəy hakimiyyətinin irsi olduğunu bildirirdi. Azərbaycan atabəyləri dövlətinin başçısı öz adına pul kəsilməsi, xəlifə və sultandan sonra adının xütbələrdə çəkilməsi haqqını da əldə edə bilmişdi (56). Sədrəddin əl-Hüseyninin ifadəsincə "sultan Arslanşah ibn Toğrulun hökmdarlığı zahiri, atabəy Eldənizinki isə gerçək idi. O, hökmlər verir, iqta torpaqları bölüşdürür, xəzinələrə başçılıq edir, onları istədiyi yerə köçürürdü" (57). Eldənizi "ağıllı və etibarlı adam" kimi təqdim edən İbn əl-Əsirin yazdığına görə "sultan Arslanşahın onun yanında heç bir hökmü yox idi... o, rəiyyətin işləri ilə özü məşğul olur, onların şikayətlərinə qulaq asır və insaflı hökmlər çıxarırdı..." (58). İraq Səlcuq sultanlığının əsas şəhəri olan Həmədan yalnız sultan Arslanşahın deyil, "böyük atabəy" titulu almış Şəmsəddin Eldənizin də əsas şəhəri, dövlətin paytaxtı oldu. Bununla belə, özünün ilkin paytaxt və Eldəniz nəslinin şəxsi mülkü statusunu saxlayan Naxçıvan siyasi-mədəni mərkəz və strateji mövqe kimi əhəmiyyətini itirmədi. Atabəy Şəmsəddin Eldənizin 569/1173-74-cü ilədək, təqribən 12-13 il müddətində, Həmədanla yanaşı vaxtaşırı Naxçıvanda olması haqqında Sədrəddin əl-Hüseyninin məlumatı (59) da bunu təsdiq edir. Mənbələrdən [100 - 101] görünür ki, sultanın anası və atabəyin arvadı olan Möminə xatunun bu dövrdə əsas iqamətgahı Naxçıvan şəhəri olmuşdur (60).

Bu illərdə Naxçıvanın başqa Arran şəhərləri kimi tez-tez qonşu gürcülərin intensiv xarakter daşıyan hücumlarına məruz qalması əlverişli strateji mövqeyə malik bu şəhərin, onun ətrafındakı qalaların, eləcə də buradakı hərbi düşərgənin möhkəmləndirilməsinə xüsusi diqqət yetirməyin vacibliyini günün əsas məsələsi etmişdi. Gürcü hökmdarına göndərdiyi xəbərdə Şəmsəddin Eldəniz Həmədanda qalmayaraq Naxçıvana gəlməsi səbəbini Azərbaycan şəhərlərindən (Gəncə və Beyləqandan) xərac tələb edən gürcülərin hücumlarına son qoymaq üçün özünün qoşun toplamaq və Tiflisi tutmaq qərarı ilə izah edirdi (61). Onun çağırışı ilə sultan Arslanşahın bu məqsədlə Həmədandan gələn ordusu atabəyin qoşunu ilə Naxçıvanda birləşdi (62). Atabəy Eldənizin Xilat, Marağa, Ərzən ər-Rum və başqa yerlərin hakimləri və əmirləri ilə birlikdə yaratdığı birləşmiş qüvvə Gürcüstana hücum edərək, uzun sürən hərbi əməliyyata başladı, gürcülər məğlub edildi.

Lakin məğlubiyyətə baxmayaraq, gürcü qoşunlarının qəfıl hücumları səngimək bilmirdi (63). 1174-cü ildə Naxçıvana edilən növbəti hücum xəbərini bu zaman Həmədanda olan Şəmsəddin Eldənizə arvadı Möminə xatun özü çatdırmışdı (64). Qurban bayramı günü (12 iyul 1174-cü il) gürcülərə qarşı Naxçıvandan başlanan yürüş atabəy ordusu içərisində yayılmış vəba epidemiyasının ağır nəticəsinə baxmayaraq davam etdirildi. Ağşəhr qalasını ələ keçirən Şəmsəddin Naxçıvana qayıtdı (65). Mənbələr bundan sonra da gürcü qoşunlarının Ani (1174), Dvin (1175) və başqa yerlərə olan hücumlarının atabəy Eldənizin ümumi rəhbərliyi [101 - 102] ilə həyata keçirilən əks-hücumlarla dəf edildiyi haqqında məlumat verir (66).

1175-ci ilin noyabrında Azərbaycan atabəyləri dövlətinin yaradıcısı Şəmsəddin Eldənizin arvadı, sultan Arslanşahın anası Möminə xatun Naxçıvanda vəfat edir. Dövlətin təşəkkül və ilkin inkişaf mərhələsində mühüm rol oynayan, siyasi həyatında fəal iştirak edən bu qadın İraq sultanlığının başçısı olmuş böyük oğlu Arslanşahla atabəy Şəmsəddin arasında münasibətlərin tənzimlənməsinə nail ola bilmiş, beləliklə ara iğtişaşlarına yol verməmişdi. Məhz onun diplomatik səyi nəticəsində Şəmsəddin Eldəniz sultanlığını gerçək sahibinə çevrilmişdi. Sədrəddin əl-Hüseyninin əsərində Möminə xatunun oğluna müraciətlə dediyi aşağıdakı sözləri atabəy - sultan münasibətlərinin məğzini açıqlayır: "Fikir vermə! Bu adam (yəni Eldəniz, - N. V. ) öz həyatını təhlükə altına qoyub, dəfələrlə amansız döyüşlərə atılıb. Bundan başqa, səni sultan edənədək özünün ən əziz malından keçib, neçə qulamını və adamını ölümə göndərib. Səndən də yaşca böyük nə qədər səlcuqlar var ki, həbsxanalardadır, dara düşüblər. Yerlərindən hərəkət edə bilsəydilər, muradlarına çatardılar. Ancaq edə bilmirlər. Sən isə sultanlıq taxtındasan, o, və onun hər iki oğlu sənin xidmətində və sənin əlinin altındadır. Sənin düşmənlərinlə döyüşür, sənin rəqiblərinə qalib gəlirlər. Sənin canın bütün bunlardan azaddır. Atabəy nə qərar qəbul etsə-bağışlasa və ya əlindən tutub alsa, bunlar sənin dövlətinin möhkəmlənməsi, hakimiyyətinin davamlı olması üçündür. Qoy onun əməlləri səni sıxmasın, onun tədbirləri səni darıxdırmasın. Axı o, sənin məmlükündür" (67).

Ömrünün sonunadək uzun illərdən bəri doğma yurd etdiyi Naxçıvanda yaşayan bu ağıllı qadın elə orada torpağa [102 - 103] tapşırıldı. Şəmsəddin Eldənizin öz sevimli qadınının şərəfinə tikdirməyə başladığı, bu gün də əzəməti və gözəlliyi ilə Naxçıvana gələnləri heyran edən məqbərəsinin tikintisini isə 1186-cı ildə oğlu Cahan Pəhləvan başa çatdırdı. Belə ki, Möminə xatunun vəfatından cəmi bir ay sonra, zəmanəsinin böyük siyasi xadimi, Azərbaycan atabəyləri dövlətinin yaradıcısı, bu dövlətin, о cümlədən Naxçıvanın həyatında mühüm rol oynamış Şəmsəddin Eldəniz özü də vəfat etdi (68).

Naxçıvanın ictimai-iqtisadi-mədəni mərkəz kimi inkişafı. Mənbələrin müqayisəli təhlilindən görünür ki, hakimiyyətinin son 15 ilində Şəmsəddin Eldənizin İraq Səlcuq sultanlığında tutduğu yüksək mövqeyi bu sultanlığın tərkibində olan Azərbaycan atabəyləri dövlətinin, о cümlədən onun ilkin paytaxt şəhəri Naxçıvanın əhəmiyyət və qüdrətini də artırmışdı. Çox mühüm sərhəd vilayətində yerləşən bu şəhər bölgənin ən

Page 38: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

38 

 

möhkəmləndirilmiş abad yaşayış məntəqəsinə çevrilmişdi. Dövrün müəllifləri Naxçıvanın, xüsusilə, Eldənizlər dövründə daha böyük əzəmət kəsb etdiyini vurğulayırlar.

Bu dövrdə yaşayan anonim müəllifin (XIII əsrin əvvəli) yazdığı "Əcaib əd-dünya" əsərində Naxçıvan haqqında olduqca qiymətli məlumat vardır. Atabəyləri "dünyəvi və dini işlərdə qalibiyyət carçısı, islam padşahı, böyük hökmdar" adlandıran müəllif bu şəhər haqqında yazırdı: "Naxçıvan - Azərbaycanda şəhərdir, böyükdür və əhalisi çoxdur, hündür yerdə yerləşir, çox möhkəmləndirilmişdir. Çoxlu saraylar, şəhərkənarı qəsrlər - köşklər və təmtəraqlı eyvanlar tikilib; şəhərin yanında daşdan qala tikiblər, qalada mədrəsə, məscid inşa ediblər; qalada şirinsulu bulaq var. Deyirlər ki, yer üzündə bundan çox əhalisi olan şəhər yoxdur; [103 104] bütün tikililər kəcdən və bişmiş kərpicdəndir. Köşklərin çoxu qalalar kimi üç və dörd mərtəbəlidir. Şəhər ətrafı (sa-vad) çox gözəldir, axar suyu, bağları və yaşıllığı çoxdur. Araz çayı şəhərin içərisindən axır. Əlahəzrət Eldənizin mübarək zamanında şəhər özünün ən yüksək əzəmətinə çatdı. Orada hökmdarın iqamətgahı (dar əl-mülk) və hökumət binaları (dövlətxanalar) tikildi" (69).

Orta əsr müəllifinin Naxçıvan və onun tarixi abidələri haqqında verdiyi bu məlumat mühüm beynəlxalq ticarət yolları qovşağında yerləşən qədim şəhərdə, xüsusilə, atabəylərin hakimiyyəti illərində aparılan geniş abadlıq və quruculuq işlərindən də xəbər verir. Tədqiqatçıların ümumi rəyinə görə Azərbaycanda, memarlıq və şəhərsalma sahəsində ən yüksək inkişaf məhz Eldənizlərin hakimiyyəti çağına düşür (70). Dövrün dahi memarı Əbu Bəkr Əcəmi Naxçıvaninin öz doğma şəhərində, eləcə də başqa yerlərdə ucaltdığı abidələr bu gün də özünün yüzillərdən bəri itirilməyən təravət, zəriflik və əzəmətini saxlaya bilmişdir. Bu ustad sənətkarın əsasını qoyduğu Naxçıvan-Marağa memarlıq məktəbinin nümayəndələri onun memarlıq üslubunun davamçısı olmuş, dini və xatirə memarlığı ilə yanaşı mülki və ictimai binaların - sarayların, qəsrlərin, karvansaraların, körpülərin, eləcə də qalaların, türbələrin və s. inşasında da böyük məharət göstərmişlər. Bu dövrdə müxtəlif istiqamətlərdən gələn karvanları Şərq-Qərb transkontinental ticarət yolu olan Böyük İpək Yolunun ana qolu ilə qovuşduran yeni körpülər tikilmiş, köhnələri bərpa edilmiş (Xudafərin, Cuğa, Dədəli və b.), bəziləri hətta bu gün də öz gözəlliyi ilə göz oxşayan türbələr (Yusif ibn Kuseyir, Möminə xatun, Qarabağlar, Gülüstan, Gilan və b.) və məscidlər (Ordubad cümə məscidi, Culfa rayonunda Kirna cünıə [104 - 105] məscidi və b.) inşa və ya bərpa edilmişlər. XIX əsrə aid rəsm əsərlərindən və fotoşəkillərdən görünür ki, paytaxt şəhərin yaraşığı olan Möminə xatun türbəsinin də daxil olduğu Atabəylər kompleksində elə türbənin özü tikildiyi dövrdə indi mövcud olmayan əzəmətli tikililər, о cümlədən, qoşa minarədən və binaları birləşdirən baştağdan-portaldan ibarət tikilidən başqa mənbələrdə xatırlanan hökmdar sarayı, cümə məscidi, inzibati bina və s. də olmuşdur. Tədqiqatlar göstərir ki, bu dövrün memarlığı abidələrin həm kəmiyyət, həm də keyfiyyət üstünlüyü ilə əvvəlki dövrlərdəkindən fərqlənir (71).

Arxeoloji qazıntılar Naxçıvan ərazisində о dövrə aid, bəzən əsl adları da bizə naməlum qalan neçə-neçə yaşayış məskənini aşkar etmişdir (Şahtaxtı, Şahbuz, Xarabagilan-Kiran, Köhnə Vayxır, Qaraçuq, İtqıran Söyüdlü və s.). Həmin yaşayış yerlərindən tapılan zəngin maddi-mədəniyyət nümunələri, о cümlədən, Naxçıvan zərbxanalarında İraq Səlcuq sultanlarının, Azərbaycan atabəylərinin adından kəsilən pullar (72) həmin yerlərin özündə ticarətin və sənətkarlığın yüksək inkişafına dəlalət edir. Naxçıvanlı ustaların yüksək zövqlə hazırladıqları müxtəlif məişət əşyaları və zərgərlik məmulatları həm yerli, həm də Böyük İpək Yolunun qolları vasitəsilə xarici bazarlarda satılırdı (naxçıvanlı sənətkar Osman ibn Salmanın 1190-cı ildə hazırladığı oyma naxışlı bürünc dolça bu gün də Parisdə Luvr muzeyini bəzəyir).

Mühüm strateji yer olan bu şəhərdə əvvəlki dövrlərdə olduğu kimi atabəylərin hərbi düşərgəsi və qoşunu yerləş-dirilmişdi. Naxçıvanın yerli əhalisini təqdim edən "Əcaib əd-dünyä"nın müəllifı buranın şiə və sünnilərdən ibarət din uğrunda "qazi" olan müsəlman (türk) əhalisinin igid, sərrast [105 - 106] nişançı (ox atan) olduqları haqqında məlumat verır (73).

Haşiyə - Naxçıvanın yerli müsəlman əhalisinin türkdilli olması el ozanı Dədə Qorqudun dili ilə söylənilən, bütün türk ədəbi-bədii fıkrinin ən qədim və zəngin qaynaqlarından olan "Kitabi-Dədə Qorqud" dastanında bu ərazidə yerləşən türk mənşəli yer adlarının olması ilə də təsdiq olunur (Əlincə, Qaraçuq, Qara dağ, Göyçə, Dərəşam və s.) (74). Onu da qeyd etmək vacibdir ki, orta əsrlərə aid nekropollar (Yardımçı, Qazançı, Qoçüstü, Parçı, Quzey, Söyüdlü və s), eləcə də Batabat, Ordubad və s. yaylaqlarda qoç və daş heykəlli abidələr, siklop istehkamlar, daş qutu qəbirlər, Naxçıvan və Əlincə qalalarında, Oğlanqala ərazilərində "Oğuz qəbirləri"adlanan abidələrdə türkdilli etnoslara məxsusdur.

Əlçatmaz Əlincə qalasında isə hələ Şəmsəddinin özünün, ondan sonra isə oğlunun "İraq və Azərbaycandan toplanan gəlirləri" - dövlət xəzinəsi yerləşirdi (75).

Naxçıvan Şəmsəddin Eldənizin xələfləri dövründə. Valideynlərinin vəfatından sonra, о vaxtadək Həmədanda, sultan sarayında, "haciblərin əmiri" vəzifəsini daşıyan Cahan Pəhləvan ata mülkünə - Naxçıvana qayıdır. Dövlətin buradakı xəzinəsini, taxt-tacın əmlakını, eləcə də bütün süvari və piyada qoşunlarını öz nəzarəti altına alır (76). Eldənizin rəqibləri olan İraq əmirləri öz atası kimi Cahan Pəhləvanın da sultanlığın

Page 39: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

39 

 

faktiki hakimiyyətini ələ ala biləcəyindən ehtiyat edərək, anabir qardaşı sultan Arslanşahı ona qarşı qaldırmağa çalışırlar. Əmirlərin təhriki ilə "Azərbaycanı xilas etmək" məqsədilə Naxçıvana doğru hücuma keçən sultan, Zəncan yaxınlığında xəstələnərək, az sonra vəfat edir (77). Dövrün bəzi müəllifləri (əl-Bundari, Ravəndi və b.) ölümündən əvvəl Cahan Pəhləvanla barışaraq, sultanlığın idarəsini ona tapşıran Arslanşahın öz əcəli ilə deyil, elə Cahan Pəhləvanın adamları tərəfındən zəhərləndirilərək öldürülməsi haqqında məlumat verirlər (78). Cahan Pəhləvan onunla birlikdə Arslanşahın bu vaxt Naxçıvanda olan 7 yaşlı oğlu şahzadə III Toğrulu (1176-1179) sultanlıq taxtına oturdaraq, özü də onun atabəyi olur. Bu haqda məlumat verən İbn əl-Əsirin dilincə desək, "xütbə də onun (yəni, sultan Toğrulun, - N. V. ) adına oxunurdu və başqa işlərdə heç bir səlahiyyəti yox idi. Ölkə, əmirləri və xəzinə - hamısı Cahan Pəhləvanın sərəncamında idi" (79). Yenə həmin müəllifin məlumatına görə, Cahan Pəhləvana "Arran, Azərbaycan, Həmədan, İsfahan, Rey və bunların arasında yerləşən torpaqlar tabe idi və ona Farsın və Xuzistanın hakimləri itaət edirdilər" (80).

Azərbaycan atabəyləri dövləti tarixinin ən istedadlı tədqiqatçısı akademik Ziya Bünyadov Cahan Pəhləvanın çox böyük uğura kimi Ağsunqurilər xanədanına mənsub Təbriz şəhərini öz mülklərinə qatmasını qeyd edir (81). Onun mənbələrdəki məlumata əsaslanan fıkrinə görə, "Atabəy [Cahan Pəhləvanın] onillik fəaliyyəti dövründə dövlət xaricdən heç bir müdaxiləyə məruz qalmadı. Məhz onun hakimiyyəti dövründə gürcülər onunla sülh bağlayıb, tələblərini qəbul etdilər" (82). Həmədanda, sultanın yanında fəaliyyətini davam etdirən Cahan Pəhləvan mərkəzi hakimiyyətin möhkəmləndirilməsi üçün mühüm tədbirlər gördü. Azərbaycan və Arranı tərk edərək sultanlığın paytaxtına getdiyi üçün, o, ilk vaxtlar qardaşı Müzəffərəddin Qızıl Arslanı Naxçıvanda öz yerində qoydu (83). Dövrün müəllifləri sultanlığın əməli olaraq bütün işlərini idarə edən Cahan Pəhləvanın, atası Şəmsəddin Eldənizin həyata keçirdiyi quruculuq işlərini davam etdirməsi, bir çox mədrəsə, məscid, imarət və saray tikdirməsi haqqında məlumat verirlər (84). Məhz Cahan Pəhləvanın hakimiyyəti dövründə Naxçıvanda məşhur yerli memar Əbu Bəkr Əcəminin şah əsəri olan möhtəşəm Möminə xatun türbəsinin tikintisi başa çatdırılmışdır.

Haşiyə - Tədqiqatlara görə, bu dövrdə Naxçıvanda da fəaliyyətə başlayan mədrəsələrin tarixi məhz Əbu Bəkrin tikdiyi türbələrin tarixinə uyğundur. Bu mədrəsələr mənsub olduqları məqbərə vəqflərinin gəliri hesabına saxlanırdı. XII əsrə aid Elxani fərmanı Azərbaycan atabəylərinin hakimiyyəti illərində Naxçıvanda təsis edilmiş iki mədrəsəyə aiddir (85).

Tarixçi Sibt ibn əl-Cauzi (1185-1256) Cahan Pəhləvanın özündən sonra bu vaxtadək kimsənin yığa bilmədiyi miqdarda var-dövlət qoyub getdiyindən xəbər verir (86). Əgər bu var-dövlətin bir hissəsi Deyləm dağlarında yerləşən, ərəb alimi Yaqutun möhkəm, əzəmətli qala kimi təsvir etdiyi (87) Sərcahan qalasındakı xəzinədə yerləşirdisə (88), bir hissəsi də, artıq qeyd etdiyimiz kimi, Naxçıvan yaxınlığındakı Əlincə qalasında olan Şəmsəddin xəzinəsində qorunurdu (89). Atabəyin vəfatından sonra Sərcahandakı xəzinəyə onun arvadı İnanc xatun sahib olmuşdu (90). Əlincə qalasındakı xəzinə isə Cahan Pəhləvanın ölümündən sonra о vaxt Naxçıvanda yaşayan ikinci arvadı Zahidə xatunun əlində qalmışdı (91).

Cahan Pəhləvanın türk qızı Quteybə xatundan olan oğlu, atabəy Qızıl Arslanın himayəsində qalan Əbu Bəkr hələ atasının sağlığında Azərbaycan və Arrana vali təyin olunduğu vaxtdan Naxçıvanda yaşayırdı (92). Atabəylər dövlətinin inzibati idarə sisteminə görə dövlət başçısının bölgədəki [108 - 109] müavini vəzifəsini icra edən vali ilk növbədə rəiyyətin qayğısına qalmalı, islamın qaydalarına riayət etməli, mədrəsələrə ancaq bacarıqlı müəllimləri təyin etməli və onları nəzarətdə saxlamalı, məhkəmə işlərini əlinə almalı, ədalətli hökmlər çıxarmalı, məmurların işini yoxlamalı, onların istər kasıb, istər varlılarla ədalətlə davranmalarını təmin etməli, maliyyə və hərbi işlərə rəhbərlik etməli idi və s. (93). Sənədlərə əsaslanan tədqiqatlara görə, Naxçıvan sərhəd vilayətində yerləşən xüsusi rejimli bölgə olduğu üçün, buraya, demək olar, həmişə Eldənizlər xanədanı üzvlərindən olan valilər təyin olunurdu. Şəhərləri isə valinin adından "adətən tanınmış yerli nəsildən olan" rəislər idarə edirdilər. Onların vəzifəsi irsən atadan oğula keçirdi (94). İlk Azərbaycan atabəyləri dövründə Naxçıvanda yaşayan Yusif ibn Kuseyir belə rəislərdən olmuşdur. Belə ki, 1162-ci ildə, hələ Şəmsəddin Eldənizin hakimiyyəti illərində, memar Əcəminin tikdiyi Yusif ibn Kuseyir (95) türbəsinin (türbənin üstündə onun təyinatını bildirən "əl-məşhəd" sözü "müqəddəsin ziyarətgaha çevrilmiş qəbiri" deməkdir) qapısı üstündəki yazıda onun "əl-xəvac ər-rəis əl-əcəl"- "xaçə, tanınmış rəis" titulu verilmişdir (96). Bəzi tədqiqatçılar belə titul daşıyan şəxsin tacirlər gildiyasının başçısı olduğunu və onun şəhərin idarəsində mühüm rol oynadığını güman edirlər (97). Görünür, şərəfinə dövrün ən görkəmli memarı tərəfindən türbə tikilən Yusif ibn Kuseyir Naxçıvanda XII əsrin ortalarında yüksək mövqe-rəis vəzifəsini tuturdu və daşıdığı vəzifəsinə görə geniş səlahiyyətləri olan mötəbər, nüfuzlu və ləyaqətli şəxsiyyət kimi tanınırdı. Cahan Pəhləvanın ölümündən sonra onun vəsiyyəti ilə hakimiyyətə gələn qardaşı Müzəffərəddin Osman ibn Eldəniz [109 - 110] Qızıl Arslanın (1186-1191) siyasi hadisələrlə zəngin hökmdarlığı dövründə də Naxçıvan özünün Azərbaycan atabəylərinin mərkəzi şəhəri statusunu saxlayırdı. Qardaşının vəfatından sonra Qızıl Arslan özünün Naxçıvandakı iqamətgahını tərk edərək, sultanlığın paytaxtı Həmədana gəlir. Hələ Cahan Pəhləvanın

Page 40: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

40 

 

dövründə formal olaraq sultan titulu daşıyan 18 yaşlı III Toğrul Qızıl Arslanın nüfuzundan ehtiyat edərək, onu özünün atabəyi təyin etməli olur. Əri Cahan Pəhləvanın ölümündən sonra Naxçıvanda yaşayan Zahidə xatun həm şəhərin idarəsini, həm də Əlincə qalasındakı dövlət xəzinəsini ələ keçirir (98). Müxalif qüvvələr isə sakit olmaq bilmirdi. Az sonra Həmədanda, sultan sarayında, dövlətin idarəsini üzərinə götürən yeni atabəyə - öz tərbiyəçisinə qarşı sultan III Toğrul, Cahan Pəhləvanın arvadı İnanc xatun və bir sıra əmirlər müxalif çıxdılar. Qızıl Arslan qardaşı arvadı İnanc xatuna evlənməklə onun özü və oğlanları ilə barışığa nail ola bilir.

Lakin sultan III Toğrul mövcud vəziyyətlə barışmaq istəmir. Əmisi Qızıl Arslanla Həmədan yaxınlığında baş verən son həlledici döyüşdən sonra o, Naxçıvan yaxınlığındakı Qəhrəm qalasına salınır (99). Qızıl Arslan İraq sultanlığının mütləq hakimi olur. Lakin hökmdar sarayında baş alıb gedən fitnə-fəsad, nəhayət, 1191-ci ildə onun qətli ilə nəticələnir (100).

Qızıl Arslanın nisbətən qısa - cəmi beşillik hakimiyyəti dövründə Azərbaycan atabəyləri dövlətinin hərbi-siyasi uğurları artdı, ərazi bütövlüyü qorundu. Atası və böyük qardaşı kimi, o, da ölkə ərazisində, о cümlədən Naxçıvanda elm və mədəniyyətin də tərəqqisinə xüsusi əhəmiyyət vermiş, şairləri, memarları, həkimləri, müxtəlif elm xadimlərini himayə etmişdir. Bu dövrün məşhur ziyalılarından [110 - 111] mənbələrdə (Yaqut əl-Həməvi, İbn əl-Fuvati və b. əsərlərində) Əcəminin davamçısı memar Əmirəddin Məsud Naxçivaninin, alim və ədib İzzəddin Naxçivaninin, vəkil Qəvaməddin Naxçıvaninin, fəqih və hüquqşünas Fəxrəddin Naxçıvaninin, bədii metal ustası Osman ibn Salmanın və neçə-neçə başqasının adı vardır. Azərbaycan atabəylərinin müasiri olan dahi Nizami atabəy Məhəmməd Cahan Pəhləvan kimi Qızıl Arslanın da fəaliyyətini yüksək qiymətləndirmiş, onu "səadətli, xoşbəxt padşah" adlandırmış, ədalətli və səxavətli bir hökmdar ("onun əli yüz gövhər xəzinəsi bağışlar", "qapısını dəniz kimi hamıya açar"), cəsur və qorxmaz sərkərdə ("düşməni div dəmirdən qaçan kimi qaçar, hər kəsə [qılıncı] dəysə, yerindən qalxmaz" və s.) kimi sözlərlə tərifləmişdir (101).

Naxçıvanın abad bir şəhər kimi daha da inkişaf etməsi bu illərdə də davam etmişdir. XIII yüzil alimi Zəkəriyyə əl-Qəzvininin müxtəlif ölkələrin abidələrinə həsr olunmuş məşhur coğrafi əsərinin ixtisarını vermis, əsli Bakıdan olan Əbdürrəşid əl-Bakuvi (XIV əsr) monqollaraqədərki Naxçıvan haqqında yazırdı: "Naxçıvan Azərbaycanın yaraşıqlı (tayyibə) şəhəridir. [Qala] divarları və kuhəndizi var. Düzənliyin Araz çayının göründüyü hündür yerində salınıb. Oranın bağları, ağacları çoxdur, taxılı, meyvəsi boldur. Havası təmizdir, suyu şirindir. Orada ehtiram [yeri olan] memarlıq abidələri (imarətun şərifə), mədrəsələr, xanəgahlar var" (102). Müəllifin verdiyi məlumata görə, yerli əhalinin "xələnc"dən hazırladığı naxışlı taxta qablar başqa ölkələrə də aparılır (103).

Naxçıvan son atabəylər dövründə. Azərbaycan atabəyləri dövlətinin Cahan Pəhləvanın oğlanları arasında bölüşdürlüməsi nəticəsində Naxçıvanın Qızıl Arslanın ölümündən [111 - 112] sonrakı tarixində mühüm dəyişikliklər baş verir. Əgər, istər Cahan Pəhləvanın, istərsə də Qızıl Arslanın zamanında Naxçıvan Şəmsəddin Eldənizin hakimiyyətinin ilk dövründə olan baş paytaxt statusunu Həmədana vermişdisə, 1191-ci ildə atabəy Əbu Bəkrin hakimiyyətə gəlməsi ilə şəhər yenidən ölkənin əsas idarə mərkəzinə çevrildi. Atasının vaxtında Azərbaycan və Arranın idarəçiliyini həyata keçirən Əbu Bəkr əmisi və atabəyi olan Qızıl Arslanın hakimiyyəti illərində qoşun başçısı təyin edilmişdi. Mənbələrin məlumatına görə, Qızıl Arslanın ölümündən sonra anası Quteybə xatunun təhrikilə o, Azərbaycanda və Arranda hakimiyyətə yiyələnmək üçün Naxçıvana gəlir və Əlincə qalasındakı dövlət xəzinəsinin qoruyucusu analığı Zahidə xatunun köməkliyi ilə bu xəzinəyə sahib olur (104).

Naxçıvanda bu dövrdə baş verən hadisələrin maraqlı xəbərçisi olan Sədrəddin əl-Hüseyni Zahidə xatunun, adı bizim üçün naməlum qalan şəhər valisinə müraciətlə dediyi sözləri təqdim edir: "Bu (yəni, Əbu Bəkr, N. V. ) ölkənin sahibidir və sən onun tabeliyindəsən" (105). Əlincə qalası valisinə isə Əbu Bəkri təqdim edərkən: "Bu [adam], qalanın sahibidir" - sözlərini deyən Zahidə xatun valini Əbu Bəkrə itaət andı içməyə məcbur edir (106). Beləliklə, Naxçıvanın və Əlincənin valiləri Əbu Bəkrin ali hakimiyyətini tanıyırlar. Lakin bütün Azərbaycan və Arranın yerli əmirlərini itaətə gətirmək üçün Əbu Bəkr "atlanaraq" əvvəl Gəncəyə gəlir, şəhərin ona tabe olmuş yerli əmirini özünün oradakı müavini təyin edir; sonra isə "bir şəhərdən о birinə gedərək", dövrün mənbələrinin təsdiq etdiyi kimi "bütün Azərbaycanı və Arranı tabe edir" (107).

Eldənizlər ailəsində hakimiyyət uğrunda gedən çəkiş-mələr Cahan Pəhləvanın İnanc xatundan olan oğlanları [112 - 113] Qutluq İnanc və Əmir Əmiranın Həmədan və ona qonşu vilayətlərdə hakimiyyəti ələ keçirmələrinə gətirib çıxarır. İnanc xatunun özü isə Reydə qalır.

Bu qarışıq dövrdə Naxçıvan yaxınlığındakı Qəhrəm qalasından azad ola bilən III Toğrul Qəzvin yanında Qutluq İnancla apardığı uğurlu döyüşdən (1192) sonra yenidən Həmədana daxil olub, sultan taxtına oturur. Beləliklə, atabəy Əbu Bəkr öz sələflərindən fərqli olaraq hakimiyyətinin əksər illərini Naxçıvanda qalaraq, yalnız Azərbaycana və Arrana hakimlik etməklə kifayətlənməli olur. Lakin bu ərazini saxlamaqda ona asanlıqla başa gəlmir. Xarici (xarəzmşahlar, gürcülər) və daxili (qardaşları, əmirlər) qüvvələrlə tez-tez baş verən, qanlı döyüşlər həddinə çatan toqquşmalar Əbu Bəkrin də öz sələfləri kimi Naxçıvanın, ətrafdakı mövcud qala və

Page 41: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

41 

 

istehkamların, о cümlədən, dövlət xəzinəsinin yerləşdirildiyi Əlincə qalasının daha da möhkəmləndirilməsi qayğısına qalması zərurətini meydana çıxarmışdı. Əlincəçayın sağ sahilində, eyniadlı dağın zirvəsində yerləşən bu qədim qalanın qalıqları bu gün də özünün qeyri-adi görünüşü və əzəməti ilə nəzəri cəlb edir. Mənbələr siyasi vəziyyətin qəlizliyi ilə bir qədər də ağırlaşmış bu dövrdə Azərbaycanın hər yerində (Abşeron, Təbriz, Xalxal, Gəncə və b. yerlərdə) olduğu kimi Naxçıvan ərazisində də öz alınmazlığı və xüsusi möhkəmliyi ilə ad çıxarmış daha neçə-neçə qala və qəsrin adını qoruyub saxlamışdır. Arxeoloji qazıntılar kiçik şəhərciyi xatırladan belə qalaların daxilində çoxlu yaşayış və ictimai binaların olduğunu təsdiq edir. Məsələn, arxeoloqlar Şahbuz rayonunda eyniadlı kəndin yaxınlığında yerləşən, müdafiə məqsədilə, həm də gözətçi məntəqəsi kimi istifadə olunan Şapurqalanın daxilində dağılmış tikinti qalıqları aşkar etmişlər [113 - 114] (108). Azərbaycanda "qarışıqlıq (fitnə) və müharibələrin ardı-arasının kəsilmədiyi", buna görə də "şəhərlərinin çoxunun xaraba, kəndlərinin isə yerlə-yeksan" olduğu haqqında məlumat verən məşhur alim və səyyah Yaqut əl-Həməvi də ölkənin "çoxlu qalaları" olduğunu bildirir (109).

XII yüzilin ilk illərində bu vaxtatək müxtəlif yollarla Gəncəni və Azərbaycanın digər şəhərlərini ələ keçirməyə çalışan gürcü qoşunları Gəncənin 25 günlük uğursuz mühasirəsindən sonra Naxçıvana doğru hərəkət edirlər. İbn əl-Əsir "599-cu ildə (1202/03) gürcülərin yolüstü "bütöv Azərbaycan kimi, əmir Əbu Bəkr ibn Cahan Pəhləvanın mülkü" olan Dvin (Dəbil) şəhərini ələ keçirib, "talan və viran" etmələri, "əhalisinin çoxunu öldürmələri" məlumatını verir (110). Salnamədən məlum olur ki, Dvini qarət edən gürcülər şəhərdə elə dəhşətli qırğın törədirlər ki, bunlar "haqqında eşidəndə adamın tükləri ürpəşir" (111).

Bu ağır məqamda gürcü qoşunlarının ölkənin içərilərinə soxulacaqlarından ehtiyat edən, mənbələrin (Sədrəddin əl-Hüseyni, İbn əl-Əsir, Ravəndi və b.) məlumatından göründüyü kimi, xoşagəlməz fakt da olsa, dövlət işlərindən daha çox əyyaşlıqla məşğul olan Əbu Bəkr Naxçıvanı tərk edərək, analığı Zahidə xatunun idarə etdiyi Təbrizə gəlir (112). Naxçıvana hücum edən gürcülər, görünür, Əbu Bəkri təqib edərək, Təbrizə yetişirlər. Təbriz ətrafındakı yerlər qarət edilsə də, Zahidə xatunla bağlanılmış müqaviləyə görə, gürcülər onlara verilən böyük təzminat müqabilində Təbrizə olan hücumu dayandırırlar; lakin bununla belə onların qarətçi yürüşləri davam edir. Sədrəddin əl-Hüseyni bu barədə yazırdı: "Onların əlləri qənimətlə doldu; о qədər adamı əsir apardılar ki, sayını Allahdan başqa-ona [114 - 115] həmd olsun, heç kəs bilmir. Onlar ölkədəki bütün malqaranı sürüb apardılar. Ölkəni tərk edərkən, yolüstü vilayətlərə hücum törədir, qaladan qalaya, şəhərdən şəhərə [hər yeri] ələ keçirib qarət edirdilər. Beləliklə, onlar qalaların əksəriyyətini tutdular, Naxçıvan və Beyləqanın üzərinə xərac qoydular" (113).

Gürcü qoşunlarının hücumları sonrakı il də davam edir. Bu hücumların qarşısını nə yolla olursa-olsun almağa çalışan atabəy Əbu Bəkr, nəhayət, "müsəlman dünyasında kəskin etiraza səbəb olan" qərar qəbul edir: gürcü hökmdarının qızı ilə evlənir (114). Bu izdivacdan sonra "gürcülər talandan, qarətdən və qırğından əl çəkdilər" (115). Bundan sonrakı dövrdə də atabəy və onun ailəsi Naxçıvanda yaşamaqda davam edirdi.

1210-cu ildə atabəy Əbu Bəkrin vəfatı ilə gürcülərlə yaranmış müvəqqəti sülh münasibətlərinə son qoyuldu. Naxçıvan yenidən gürcü qoşınlarının hücumuna məruz qaldı. Lakin şəhərin müdafıəsi yaxşı təşkil edildiyi üçün gürcü qoşunları bu müdafiəni yara bilmədilər. Naxçıvanı tərk edərək, Culfaya doğru irəliləyən gürcülər Arazı keçərək, Azərbaycanın az qala bütün cənub hissəsini əhatə edən, talan, dağıntı, qırğınla müşayiət edilən geniş hərbi yürüşə başladılar. Tədqiq edilən illərdə tez-tez baş verən gürcü hücumlarının xronoloji çərçivəsi dövrün mənbələrində və bunun nəticəsi olaraq ədəbiyyatda bir qədər ziddiyyətli təqdim edilsə də (116), Naxçıvanın digər Azərbaycan şəhərləri kimi dəfələrlə bu hücumlara məruz qalması göz qarşısındadır. Əbu Bəkrin gürcü hökmdarı ilə yaratdığı qohumluq münasibətlərinə dövrün müsəlman dünyasının bir çox nümayəndələri kimi tarixçi İbn əl-Əsirin də açıq kinayə ilə yanaşmasına baxmayaraq, məhz bu qohumluq, [115 - 116] müvəqqəti də olsa, atabəylərin tabeliyində olan yerlərə, о cümlədən, Naxçıvana yönəldilən gürcü yürüşlərinin qarşısını ala bilmişdi.

Azərbaycan atabəyləri dövlətinin Əbu Bəkrdən sonrakı yeni və son hökmdarı olan Özbək Müzəffərəddinin (1210-1225) atabir qardaşından sonra hakimiyyətə gəlməsi ilə bir qədər də intensivləşən bu hücumlar regionun istər siyasi, istər iqtisadi-mədəni həyatında dərin izlər qoydu; Azərbaycanın başqa yerlərində (Ərdəbildə, Mərənddə, Zəncanda, Miyanədə və s.) olduğu kimi Naxçıvan ərazisində də dağıntılara, məhsuldar qüvvələrin azalmasına, maddi və mənəvi zərərə səbəb oldu.

Bu illərdə mərkəzi hakimiyyətə tabe olmaq istəməyən əmirlərlə, eləcə də Xarəzmşahlarla aparılan mübarizə şəraitində Eldənizlər dövləti zəiflədi. Atabəy Əbu Bəkrdən fərqli olaraq Naxçıvanda deyil Təbrizdə yaşayan "...Özbək Xarəzmşahın adına xütbə oxutdurub tabeliyinə daxil oldu" (117). Bu hadisə gürcü hücumlarının qarşısını aldı.

Naxçıvanda isə bu zaman Özbəyin anadangəlmə lal-kar olduğu üçün Xamuş ləqəbli oğlu (onun əsl adının Toğrul olduğu ehtimal olunur (118); Şihabəddin ən-Nəsəvidə isə onun adı "atabəy Qızıl Arslan, yəni əl-Məlik Xamuş..." kimi qeyd olunur) (119) hakimlik edirdi. Gürcü hücumlarının səngidiyi bu illərdə Naxçıvanda

Page 42: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

42 

 

da nisbi əmin-amanlıq hökm sürürdü. Lakin bu sakitliyin ömrü çox qısa oldu. 1221-ci ilin yanvarında Xorasan və İraqi Əcəmdən keçərək Azərbaycan ərazisinə soxulan monqolların dağıdıcı və viranedici hücumları, nəhayət Naxçıvana da yetişdi. Bu şəhərə çatanadək monqollar Azərbaycanın, Arranın və Gürcüstanın bir çox şəhər və yaşayış məntəqələrini [116 - 117] dağıdıcı hücumlara məruz qoymuş, bir neçə dəfə atabəy Özbəyin qaldığı Təbrizi mühasirəyə almış, böyük təzminat əldə etmişdilər. Monqolların hücumlarının ardı-arası kəsilmədən davam etdiyini görən Özbək "Təbrizi tərk edib, Naxçıvana gedir, arvad-uşağını da Xoya göndərir..." (120).

Dövrün tarixçisi Rəşiddədinin məlumatına görə, monqollar Naxçıvanı dağıdaraq, əhalisinin böyük hissəsini qılıncdan keçirirlər (121). Atabəy Özbək Əlincə qalasında gizlənir. Baş alıb gedən qırğın yalnız atabəyin Naxçıvanın sahibi olan oğlu Xamuş "günahı boynuna götürüb" monqollara üzrxahlıqla müraciət etdikdən sonra dayandırılır; itaətlərini qəbul etmiş şəhərin hakimi kimi monqollar ona tamqa və taxta "payszı" (möhür) verirlər (122).

Monqol hücumlarının dəhşətli nəticəsi Çingiz xan övladlarının ayaq basdığı hər yerdə olduğu kimi Naxçıvanda da özünü göstərdi: ilk atabəylərin böyük zövqlə abadlaşdırdıqları şəhər və onun ətrafı böyük dağıntılara məruz qaldı, insanları məhv edildi, əsir aparıldı.

Monqollar Azərbaycandan getdikdən sonra atabəy Özbək Naxçıvanı tərk edərək yenidən Təbrizə qayıdır. Onun bir dövlət başçısı kimi bu dövr fəaliyyətini kəskin tənqid edən İbn əl-Əsir hakimiyyətin əslində Özbəyin arvadı, son səlcuq sultanı III Toğrulun qızı Məleykə xatunun əlində olduğunu, onun əyyaşlıqla "məşğul olan ərinin ölkəsinə hakimlik etdiyini" qeyd edir (123). Naxçıvan isə bu zaman Cahan Pəhləvanın Zahidə xatundan olan qızı, Özbəyin atabir bacısı Məlikə Cəlaliyyənin əlində idi (124). Ən-Nəsəvi onu "Naxçıvanın sahibəsi" adlandırır (125). Məlikə Cəlaliyyənin Naxçıvandakı fəaliyyəti haqqında mənbələr birbaşa məlumat verməsələr də, ən-Nəsəvinin onun haqqında baş verən hadisələrlə əlaqədar təqdim etdiyi material [117 - 118] şəhərin həmin dövr tarixinin bəzi məqamlarına işıq salır. Maraqlıdır ki, 1224-cü ildə monqolların dağıtdığı Xarəzmşahlar dövlətinin hökmdarı sultan Məhəmmədin oğlu Qiyasəddin Pirşah Azərbaycana yürüş etdikdə, bu hücumların qarşısını ala bilməyən atabəy Özbək bacısı Cəlaliyyəni ona ərə verir və bu yolla barışıq əldə edir (126). Beləliklə, Naxçıvan Qiyasəddin Pirşahın tabeliyinə keçir. O, öz hacibi, xəlifə Osmanın nəslindən olan Sədr əl-Millə və-d-din Əbu-l-Bərəkatu əl-Usmaniyə "bu mühüm sərhəd vilayətinin" vəzirliyini həvalə edir (127). Qiyasəddinin həmin dövrdən qalmış maraqlı fərmanına görə vəzirə bir qədər əvvəl monqol hücumuna məruz qalmış Naxçıvan ərazisinin abadlaşdırılması, buranın müsəlman və muşrik (politeist) əhalisinin həyatının yaxşılaşdırılması, ədalətin bərqərar edilməsi, hər kəsin xidmətlərinə görə qiymətləndirilməsi, yalnız əvvəldən müəyyən olunmuş vergilərin-müsəlmanlardan xərac (torpaq vergisi), müsəlman olmayanlardan (zimmilərdən) isə cizyə (can vergisi) alınması üçün tədbirlər həyata keçirilməsi tapşırığı verilmişdi. Fərmanda sərhəd bölgəsi ərazisində yerləşən Naxçıvanda əmin-amanlığı bərqərar etmək üçün yollara nəzarət olunması, islam ölkəsi (dər əl-islam) olan bu torpağa gəlib-gedənlərin ciddi nəzarət altına alınması, onlara hörmətlə yanaşılması əmri verilirdi. Bununla yanaşı, vəzirə Naxçıvana köçüb gəlmək istəyənlərin həddindən artıq olmamasına diqqət verilməsi tapşırılırdı. O, müsəlmanların himayəsinə keçmək istəyən "kafırlərdən" can vergisi almamalı, xristian əhalinin öz kilsələrini təmir etməsinə, dini ayinləri icra etməsinə mane olmamalı, lakin, bununla yanaşı, onların yeniliklər tətbiq etməsinə icazə verməməli, tutduqları mövqedən asılı olmayaraq müsəlmanlardan ayrı yaşamalarını [118 - 119] təmin etməli, at üstündə gəzmələrinə və silah daşımalarına qadağa qoymalı idi (128). Qiyasəddinin əmri ilə Naxçıvanda bu tədbirlərin həyata keçirilməsi, sözsüz ki, başqa Azərbaycan şəhərləri kimi xarici hücumlardan hədsiz zərər çəkmiş bu şəhərin yenidən abadlaşdırılması, burada əmin-amanlığın bərpa edilməsi yolunda atılan ilk addımlar oldu.

Bu dövrdə Qiyasəddinin hələ 1221-ci ildə monqollara qarşı uğursuz hücumundan sonra Hindistana qaçmış kiçik qardaşı Cəlaləddin Manqburnı yenidən fəaliyyətə başlayır (129). O, ilk növbədə Xarəzmşahlar dövlətinin monqollar tərəfindən məhv edilməsində günahkar saydığı Abbasi xəlifəsi ən-Nasiri cəzalandırmaq üçün 1225-ci ildə Bağdada yürüş edir; xəlifə qoşunlarını məğlubiyyətə uğradan Cəlaləddin həmin ilin may ayından Azərbaycan ərazisinə daxil olur (130). Heç bir müqavimət görmədən Marağa şəhərini, 7 günlük mühasirədən sonra isə atabəy Özbəyin tərk etdiyi Təbriz şəhərini ələ keçirir. Özbək əvvəl Gəncəyə, sonra isə bacısının idarə etdiyi Naxçıvana gələrək, Əlincə qalasında gizlənir. Ölkənin idarəsi, çox vaxt olduğu kimi, yenə onun arvadı Məleykə xatunun əlinə keçir. Öz mülklərini qorumaq xatirinə Məleykə xatun yalançı şahidlərin köməyilə sultan Cəlaləddinlə nigah kəsdirir. Cəlaləddinin şəxsi katibi olan ən-Nəsəvi atabəy Özbəyin vəziri, yaşadığı dövrün görkəmli şəxsiyyətlərindən olan Rəbib əd-Din Dəndandan bu barədə aldığı məlumatı belə təqdim edir: "Atabəy Özbək Naxçıvan mahallarından (amallarından) Əlincə qalasında olarkən eşitdi ki, sultan onun ölkəsini hissə-hissə tutur. O, yalnız bunları dedi: "Doğrudan da yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət-müttəqilərindir" (möminlərindir - Quran, VIII, 128; - N. V. ). [119 - 120] Nəhayət nigah xəbəri ona çatdı. O, xəbəri gətirəndən bu barədə soruşdu: Bu məlikənin razılığı ilə oldu, yoxsa onun istəyi xilafına? Həmin adam dedi: Onun istəyi və dəfələrlə elçi düşməsindən sonra. О (yəni Məleykə),

Page 43: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

43 

 

talağın (boşanmanın) şahidlərinə xələt verdi. Onları nemətləndirdi. [Vəzir Rəbib əd-Din] dedi: О (Özbək), başını balışa qoydu, hərarəti qalxdı və bir neçə gündən sonra öldü" (131). Beləliklə, Əlincə qalasında Azərbaycan atabəyləri dövlətinin son nümayəndəsi Özbək vəfat etdi. Onun vəfatı ilə dövrün ən qüdrətli dövlətlərindən olan Azərbaycan atabəyləri dövlətinə son qoyuldu. Şəmsəddin Eldənizin övladlarına tabe olan ərazilər 1231-ci ilədək Azərbaycanda, Arranda, Şirvanda və Gürcüstanda ağalıq edən Xarəzmşah Cəlaləddin Manqburnının əlinə keçdi (132).

Naxçıvan isə hələ də məlikə Cəlaliyyənin mülkü olaraq qalırdı. Qiyasəddin Pirşaha ərə getdikdən sonra, ərinin ölkəni tərk edərək İraqa getməsinə baxmayaraq, o, yenədə Naxçıvanı və ona aid torpaqları idarə edirdi. Atabəylərin Naxçıvandakı iqamətgahında hökmdarlara məxsus cah-cəlalla yaşayan Cəlaliyyənin öz mühafizə dəstəsi, şəhəri və ətraf mahalları müdafiə edə biləcək qoşunu, inzibati idarə sistemi, о cümlədən hacibə (bu vəzifə demək olar, həmişə kişilərə həvalə olunurdu) vəzifəsini daşıyan saray xadiməsi vardı. Onun Cəlaləddin Manqbumınin vəziri Şərəf əl-Mülkə göndərdiyi xəbərdən görünür ki, Naxçıvan və onun mahallarından hər il sultan sarayına göndərilən vergilərin miqdarı Naxçıvanın gəlirini iki dəfə üstələyirdi (133). Lakin Naxçıvandan gələn vergilərlə kifayətlənməyən Şərəf əl-Mülk, Eldənizlər nəslindən olan məlikə Cəlaliyyəni hakimiyyətdən uzaqlaşdırmaq, şəhəri ələ keçirmək qərarına gəlir. [120 - 121]

Maraqlıdır ki, bu illərdə Azərbaycan atabəylərinin Xarəzmşahın xidmətinə keçmiş son kişi nümayəndələrindən fərqli olaraq onların qadınlarının tabeliyində Eldənizlərə məxsus mülklər hələ də qalmaqda idi. Əsasən, xarəzmşahlarla nigah münasibətləri yaratmaqla öz mülkünü - Naxçıvanı qoruyub saxlayan məlikə Cəlaliyyə kimi, Özbəyin arvadı Məleykə də Səlmas, Urmiya və Xoy şəhərlərini (-134), Özbəyin oğlu Xamuşun arvadı Sülafə xatun isə Ruindej qalasını tabeliklərində saxlamışdılar (135). Eldənizlər xanədanına son qoymaq və bu xanədanın xarəzmşahlara qarşı çıxan tərəfdarlarını aradan götürmək məqsədilə vəzir Şərəf əl-Mülk həmin qadınların, о cümlədən Naxçıvanın sahibəsi Cəlaliyyənin tabeliyində olan yerləri tutmaq qərarını verir. 1227-ci ilin yayında o, atabəy Özbəyin xarəzmşah Cəlaləddinə ərə getmiş arvadı Məleykənin tabeliyində olan Xoy şəhərini ələ keçirir (136). Lakin bu qadının çağırışı ilə köməyə gəlmiş Xilat hakiminin naibi, hacib Hüsaməddin Əlinin ölkəyə gəlişi Xarəzmşah vəzirinin planlarını müvəqqəti də olsa pozur (137). İbn əl-Əsirin məlumatına görə "Hüsaməddin Əli əsgərləri ilə Azərbaycan ölkəsinə gəlib, Cəlaləddinin arvadının əlində olan Xoy şəhərini, onun ətrafında olan qalaları və Mərəndi öz əlinə keçirdi. Bundan sonra Naxçıvan əhli ona müraciət etdi. Hacib oraya gedəndən sonra naxçıvanlılar şəhəri ona təslim etdilər. Hacibin buradakı şan-şöhrəti qüvvətləndi və əgər o, istəsəydi, əsgərləri bütün ölkəyə malik ola bilərdilər. Lakin hacib burada qalmayıb Xilata qayıtdı" (138). Görünür, İbn əl-Əsir "Naxçıvan əhli" dedikdə məhz xarəzmşahların ağalığından özünü və mülklərini xilas etmək istəyən şəhərin sahibəsi məlikə Cəlaliyyəni nəzərdə tuturdu. Güman etmək olar ki, Cəlaliyyənin elə bu addımı [121 - 122] Şərəf əl-Mülkün həmin hadisədən az sonra Naxçıvana hücum etməsinə səbəb olur. Ən-Nəsəvinin yazdığına görə, vəzir bu işdə məlikə Cəlaliyyənin öz oğlu kimi böyütdüyü, atası Cahan Pəhləvanın məmlüklərindən olan Aytuğmış adlı gəncdən istifadə edir (139). Mənbədəki məlumata görə, onu böyüdən qadına naxələf çıxmış bu gənc "Şərəf əl-Mülkü Naxçıvanı və onun mahallarını tutmağa şirnikləndirirdi" (140).

Şərəf əl-Mülk ona boyun olunan müəyyən nəqd və sonra isə hər il ödəniləcək pul müqabilində Aytuğmışa Naxçıvanı ələ keçirməyə kömək etməli idi. Bu şərtlə razılaşan Şərəf əl-Mülk Aytuğmışı öz şəxsi mühafızə dəstəsi ilə Naxçıvana göndərməli, məlikə Cəlaliyyənin ona olan inamından istifadə edərək, şəhərə daxil olmalı, məlikə həbs edilməli, Aytuğmış isə onu böyüdən qadının yerini tutmalı idi. Lakin Şərəf əl-Mülkün göndərdiyi dəstə Naxçıvan yaxınlığında artıq bu məsələ haqqında xəbərdar edilmiş məlikənin qoşunu ilə döyüşə girir. Məğlub edilmiş Aytuğmış geri çəkilməli, Cəlaliyyənin öz hacibəsi ilə göndərdiyi xəbərdən pərt olmuş Şərəf əl-Mülk isə, məcburiyyət qarşısında məlikədən üzr istəməli olur (141).

Şərəf əl-Mülkün və Aytuğmışın Naxçıvanı tutmaq cəhdləri məlikə Cəlaliyyəni о dövrdə "dəbdə olan" yeni bir addıma - Naxçıvanı tabeliyində saxlamaq üçün 1229-cu ildə qətlə yetirilmiş əri Qiyasəddin Pirşahını ölümündən sonra bu dəfə qaynı xarəzmşah Cəlaləddinə ərə getməyə vadar edir (142). Bu haqda məlumat verən ən-Nəsəvi, gürcülərlə apardığı uğurlu döyüşlərdən sonra məlikə Cəlaliyyənin dəvətilə sultan Cəlaləddinin Naxçıvana gəldiyi, burada onunla izdivaca girdiyini bildirir (143). Cəmi bir neçə gün Naxçıvanda qalan sultan ona tabe vilayətlərin (Xorasan, [122 - 123] İraq, Mazandaran) buraya dəvət edilmiş divan başçıları ilə müşavirə keçirir, müharibə şəraitində yaşayan ölkə əhalisinin şikayətlərinin həll olunması, vəziyyətin tənzimlənməsi yollarını arayır (144). Lakin görülən tədbirlərin, atılan addımların heç biri Cəlaləddinin süqutunun qarşısını ala bilmir. Onun qətlindən (1231-ci ildə) az sonra, uzun sürən gərgin mübarizəyə və ciddi müqavimətə baxmayaraq, monqollar Azərbaycanı, о cümlədən Naxçıvanı ələ keçirir, talan və qarət edir, dağıdır, yandırırlar.

Bununla da, tədqiq edilən dövrdə mövcud olan olduqca mürəkkəb siyasi duruma rəğmən regionun yüksək mədəniyyət, ticarət və sənətkarlıq mərkəzi kimi şöhrət tapan, yüz ildən bəri Eldənizlər xanədanının əsas iqamətgahı və "xass" mülkü olan Naxçıvan şəhəri bütün tarixi boyu dəfələrlə üzləşdiyi bəlaya bir daha düçar olur. Azərbaycan atabəylərinin hakimiyyəti dövründə özünün ən parlaq çağını keçirən, müasirlərin və xələflərin

Page 44: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

44 

 

"nəqşi-cahan" adlandırdıqları, monqolların isə "demək olar boş səhraya çevirdikləri" (145) bu gözəl şəhər başqa Azərbaycan şəhərləri kimi Monqol xaqanlığının tabeliyinə keçir.

Azərbaycanda, onun ayrılmaz hissəsi Naxçıvanda, monqol hökmranlığı dövrü başlayır.

Page 45: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

45 

 

Qeydlər, istifadə olunmuş mənbə və ədəbiyyat:

1. Садр ад-Дин Али ал-Хусайни. Ахбар ад-даулат ас-селджукиййа (Зубдат ат-таварих). Mətnin nəşri, tərcümə, giriş, qeydlər və əlavələr Z. M. Bünyadovundur. M., 1980 (bundan sonra: əl-Hüseyni), s. 63, ərəb mətni. [123 - 123] 2. С. Г. Агаджанов. Государство селджукидов и Средняя Азия в XI-XII вв. М, 1991, s. 91. 3. Əl-Hüseyni, s. 206-207. 4. Yenə orada, s. 206. 5. Urfalı Mateos Vekayi-namesi (952-1136) və Papaz Qriqorun zeyli (1136-1162). Türkçeye çeviren D. Andreasyan. Ankara, 1962, s. 181-182. 6. Əl-Hüseyni, s. 80, ərəb mətni: v. 44b; R. Məmmədov (Naxçıvan şəhərinin tarixi oçerki, B, 1977, s 72) "bəzi müəlliflərə" istinad edərək, XII əsrin əvvəllərində Naxçıvanda canişinlik edən "Yıxarmış adlı bir feodal"ın adını çəkir. Heç bir mənbədə belə bir ada rast gəlməsək də, onu "Yaquti" adının təhrif edilmiş şəkli güman etmək olar. 7. Yenə orada, s. 79-80; bax həmçinin: İbn əl-Əsir. Əl-Kamil fi-t-tarix. Əl-Qahirə, 1348 (bundan sonra: İbn əl-Əsir), с. VIII, s. 191-198. Onu da qeyd etmək lazımdır ki, səlcuq taxtı uğrunda gedən mübarizədə təkcə Məlik-şahın oğlanları deyil onların əmiləri də iştirak edirdilər. Bax: Əl-Hüseyni, s. 78-80; İbn əl-Əsir. Əl-Kamil fı-t-tarix (Z. Bünyadovun nəşri), В., 1996, s. 103-105. 8. Əl-Hüseyni, s. 79-80; İbn əl-Əsir, VIII, s. 198 və b. 9. İbn əf-Əsir, VIII, s. 207. 10. Əl-Hüseyni, s. 80. 11. Yenə orada. 12. İbn əl-Əsir, VIII, s. 217; Bax həmçinin: Minorski. Şəddadilər. 13. Əl-Hüseyni, s. 80, 210. 14. İbn əl-Əsir, VIII, 220. 15. Yenə orada. 16. Əl-Hüseyni, 81. 17. Yenə orada, s. 81-83. Bax həmçinin: Prof. Dr. Mehmen Altay Köymen. Selcuqlu devri türktarihi. Ankara, 1993, s.294. [124 - 125] 18. İbn əl-Əsir, VIII, s. 286-288; Bax: Z.Bünyadov. Atabəylər, s.18. 19. Yenə orada. 20. Yenə orada, s. 293. 21. Yenə orada, s. 286. 22. Bu haqda bax: Z. Bünyadov. Atabəylər, s. 20-21; Həmçinin bax: İbn əl-Əsir, VIII, 293 (tərcümə

s. 106). 23. Bax: Z. Bünyadov. Atabəylər, s. 21; Azərbaycan tarixi, c, Bakı, 1998, s. 357. 24. Əl-Hüseyni, s. 95. 25. Yenə orada, s. 97; Bax həmçinin: Z. Bünyadov, Atabəylər, s. 25; Azərbaycan tarixi, с. II, s. 358. 26. Z. Bünyadov. Atabəylər, s. 27; S. Ağaçanov. Göstərilən əsəri, s. 173. 27. Bu haqda bax: Z. Bünyadov, Atabəylər, s. 22-32; Azərbaycan tarixi, с.II, s. 358-359. 28. İbn əl-Əsir, IX, s. 50; Azərbaycan tarixi, с. II, s. 360. 29. Bu haqda bax: Z. Bünyadov. Atabəylər, s. 27-33. 30. Yenə orada, s. 35 (sitat Ravəndiyə əsasəndir, s. 224). 31. Əl-Hüseyni, s. 116, ərəb mətni v. 71 a. 32. Məlumat Zahirəddin Nişapurinin "Səlcuqnamə" (Tehran, 1954, s. 75) əsərinə əsaslanan Z. Bünyadovdan götürülmüşdür. Bax: Atabəylər, s. 45. 33. Шараф хан Бидлиси. Шараф-наме. т.1. Перевод, предисловие и примечания Н. И. Васильевой, М., 1967, s. 409. 34. Yenə orada. 35. Bu haqda bax: Z. Bünyadov. Atabəylər, s. 158. 36. Şəmsəddinin Şirvana bu hücumunun dəqiq vaxtını təyin etməyin çətinliyini qeyd edən akademik Z. Bünyadov (Atabəylər, s. 158; bax həmçinin: S. Aşurbəyli. Bakı şəhərinin tarixi. В., 1998, s. 81) Atabəyin mənbələrdə göstərilən 570 (1174-75)-ci ildən sonrakı məlum hücumunu yada salır. Lakin

Page 46: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

46 

 

Şirvana ilk hücumun sultan Məsud dövründə (1152-ci ilədək) baş verdiyini nəzərə alsaq, bu hücumu tarixi ədəbiyyatda ehtimal edilən 571 (və ya [125 - 126] S. Aşurbəylidə göstərilən 558 (1162-63)-ci il hücumu ilə qarışdırmaq düzgün olmazdı. 37. Bax: Sara Aşurbəyli. Şirvanşahlar dövləti. Bakı, 1997, s.153. 38. Bu haqda bax: Azərbaycan tarixi, с. II, s. 360. 39. Yenə orada. Bax həmçinin: Z. Bünyadov. Atabəylər, s. 191-192. 40. Yenə orada. 41. Sədrəddin əl-Hüseyni, s. 116. 42. İbn əl-Əsir, IX, s. 21 (tərc. s.l10). 43. Mxitar Qoş, tərc. 250. 44. Yenə orada. 45. Sədrəddin əl-Hüseyni, s. 117. 46. Yaqut əl-Həməvi, ç.v., s. 276, 286. 47. R. Məmmədov (Naxçıvan, s. 74, qeyd 142) Şəmsəddin Eldənizin arvadını Narınc xatun

adlandırır və bu gün, ziddiyyətli mülahizələrə baxmayaraq, tədqiqatlar nəticəsində ədəbiyyatda qərarlaşmış Möminə xatun adının səhv olduğunu iddia edirdi.

48. Sədrəddin əl-Hüseyni, s.l 17. 49. Yenə orada. 50. Yenə orada, s. 121. 51. Yenə orada, s. 126-127. 52. Yenə orada. 53. Yenə orada, s. 127. 54. Yenə orada. 55. İbn əl-Əsir IX, s. 119, tərc. s. 116. 56. Bax: Z. Bünyadov. Atabəylər, s. 52. 57. Əl-Hüseyni, s. 144 58. İbn əl-Əsir, IX, s. l19; tərc. s.l16. 59. Əl-Hüseyni, s. 145. 60. Z. Bünyadov (Atabəylər, s. 59) mənbələrə (Ravəndi, Anonim Səlcuqnamə) əsaslanaraq, Naxçıvanda yaşayan Möminə xatunun gürcülərin bu şəhərə hücumu xəbərini Həmədana çatdırması haqqında məlumat verir. [126 - 127] 61. Əl-Hüseyni, s. 137. 62. Yenə orada, s. 138; Gürcülərin Azərbaycana hücumları haqda bax: Z. Bünyadov. Atabəylər, s. 53-61. 63. Yenə orada. 64. Şəmsəddinin arvadını, artıq qeyd etdiyimiz kimi, Narınc xatun adı ilə təqdim edən R. Məmmədov (Göstərilən əsəri, s. 74-75) onun Həmədana gəlişini oğlu Arslanşahı Şəmsəddinlə ittifaqda gürcülərə qarşı mübarizəyə razı salmaq istəyilə izah edirdi. 65. Z. Bünyadov Ağşəhr qalasını Qars-Axalkalaki yolunda olan, Çaldır gölü yanındakı Tetris-Sixe qalası ilə eyniləşdirir (Bax: Atabəylər, s. 59, qeyd 59). 66. Yenə orada. 67. Əl-Hüseyni, s. 145; ərəb mətni, v. 94 b. 68. Yenə orada; İbn əl-Əsir (IX, s. 119, tərc. s. 115, 116) atabəyin ölüm tarixini səhvən 568 (1172- 73)-ci ilə aid edir. 69. Географическое сочинение XIII в. на персидском языке. Ученые записки Института Востоковедения АН СССР. Т. IX, 1954. Вах həmçinin: Əcaib əd-dünya. Dünyanın qəribəlikləri. – "Ön və Orta Asiya türklərinin tarixinə dair dörd anonim mənbə" kitabında. Bakı, 2003 (bundan sonra: Əcaib əd-dünya), s. 135-136. 70. Bax: Azərbaycan tarixi, с. 2, s. 449. 71. Yenə orada, s. 450. 72. Bax: Əli Rəcəbli. Naxçıvan zərbxanaları (V-XIX yüzillər). - "Azərbaycan Tarixi Muzeyi – 2003" toplusunda. Bakı, "Elm", 2003, s. 201-206. 73. Əcaib əd-dünya, s. 136. 74. Bu haqda bax: Səfərəli Babayev. Naxçıvanda "Kitabi-Dədə Qorqud" toponimləri. - Bakı, Yeni Nəşrlər Evi, 1999. 75. Əl-Hüseyni, s. 154.

Page 47: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

47 

 

76. Yenə orada, s. 145; Bax həmçinin: Z. Bünyadov. Atabəylər, s. 67. 77. Əl-Hüseyni, ərəb mətni s. 95 a; tərc. s. 145-146. [127 - 128] 78. Bu haqda bax: Z. Bünyadov. Atabəylər, s. 68. 79. İbn əl-Əsir, IX, s. 174; tərc. s. 119. 80. Yenə orada, s. 218; tərc. s. 120. 81. Z. Bünyadov. Atabəylər, s. 73. 82. Yenə orada, s. 71. 83. Əl-Hüseyni, s. 148. 84. Sibt ibn əl-Cauzi. Mirat əz-zaman fi tarixi-l-ayan. Heydarabad, 1951, c. VIII (l), s. 391. 85. Bax: Ə. Hüseynzadə. Naxçıvan mədrəsələrinə dair bir elxani fərmanı, Azərb. SSR EA məruzələri, с. XXI, 1960, № 12. 86. Bax: Sibt ibn əl-Cauzi. Göstərilən əsəri. 87. Yaqut, IV, s. 64. 88. Əl-Hüseyni, s. 156. 89. Yenə orada, s. 154. 90. Yenə orada, s. 156. 91. Yenə orada, s. 154. 92. Yenə orada, s. 149. 93. Z. Bünyadov. Atabəylər, s. 183-184. 94. Yenə orada, s. l85; bax həmçinin: Академик В. В. Бартольд. Сочинения. c.I, s. 294. 95. Bəzi müəlliflərdə Yusif ibn Kəbir. Bax: М. С. Неймат. Корпус эпиграфических памятников Азербайджана, т. Ш, Арабо-персо-тюркоязычные надписи Нахчыванской Автономной Республики (XII век-начало XX века), Bakı, 2001, s. 51. 96. Yenə orada. 97. Yenə orada. 98. Əl-Hüseyni, s. 154. 99. Mənbələrin bəzisində (əl-Bundari, İbn əl-Əsir və b.) III Toğrulun salındığı qalanın adı çəkilməz. Əl-Hüseyni s. 154 Təbriz yaxınlığındakı qalaya salındığını bildirir. 100.Yenə orada, s. 149-154; Həmçinin bu hadisələr haqqında bax: Z. Bünyadov. Atabəylər, s. 81- 88; Azərbaycan tarixi, c.2, s. 376-378. [128 - 129] 101. Nizami Gəncəvi. Xosrov və Şirin. Filoloji tərcümə, izahlar və qeydlər prof. Həmid Məmmədzadənindir. Bakı, "Elm", 1981, s. 43-44. 102. Абу ар-Рашид ал-Бакуви. Китаб талхис ал-асар ва аджаиб ал-малик ал-Каххар. Z. M. Bünyadovun nəşri, tərcüməsi, izahları ilə. Moskva, 1971 (rus dilində), s. 99, ərəb mətni v. 63 a (bundan sonra əl-Bakuvi). 103. "Əl-xələnc" sözü lüğətlərdə taxtasından qab-qacaq hazırlanan bütün ağac növlərinə aid edilir. Bəzi müəlliflər tozağacı və ya süpürgə kolunu da "xələnc" adlandırırlar. Orta əsr ərəb müəllifləri (məs. Əbu Hənifə) bu sözü müxtəlif rəngli miləmil naxışlı taxtalardan hazırlanmış hər cür qablara da aid edirlər. Yaqut əl-Həməvi "Mucəm əl-buldən" əsərində (Beyrut, 1977, с. I, s. 146) monqollara qədərki Ərdəbil şəhərində "xələnc"dən keyfiyyəti çox da yüksək olmayan taxta kasa və tabaqlar düzəldildiyi haqqında məlumat verir. 104. Z. Bünyadov. Atabəylər, s. 88-89. 105. Əl-Hüseyni, s. 155, ərəb mətni v. 102 b. 106. Yenə orada. 107. Yenə orada. Bax həmçinin: s. 242, qeyd 29. 108. Bax: Novruzlu Ə. İ. Baxşəliyev V. B. Şahbuz bölgəsinin arxeoloji abidələri. В., 1992. 109. Yaqut əl-Həməvi. Göstərilən əsəri, с. I, s. 128; bax həmçinin: Nailə Vəlixanlı. Ərəb Xilafəti və Azərbaycan. В., 1993, s. 133. 110. İbn əl-Əsir, IX, s. 260, tərc. s. 123. 111. Yenə orada. Bax həmçinin: Azərbaycan tarixi, с. II, s. 383. 112. Yenə orada, s. 260. 113.Əl-Hüseyni, s. 160. 114. İbn əl-Əsir, IX, s. 284, tərc. s.127; Bax: Z. Bünyadov. Atabəylər, s. 107; Azərbaycan tarixi, с. II, s. 384, 385. 115. Yenə orada. 116. Müq. et: Z. Bünyadov. Atabəylər, s. 103, 105 və b. [129 - 130]

Page 48: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

48 

 

117. İbn əl-Əsir, IX, s. 313; Dövrün hadisələri haqqında daha ətraflı bax: Z. Bünyadov. Atabəylər, s. 109-112. 118. Xamuş haqqında bax: Шихаб ад-Дин Мухаммад ан-Насави. Сират ас-султан Джалал ад- Дин Манкбурны. Tənqidi mətnin nəşri, tərcüməsi, giriş, şərhlər və göstəricilər Z. M. Bünyadovundur. M., 1996, s. 169-170 (bundan sonra: Ən-Nəsəvi); K. İ. Çaykinə (К. И. Чайкин. Мусульманские династии правившие в Закавказье в XII-XIII вв. Труды НИИ Кавказоведения АН СССР, т. I, М., 1935, s. 37, qeyd 7) istinad edən Z. M. Bünyadov "Xamuş" adının ləqəb olduğunu, əsl adın isə ehtimalən Toğrul olduğunu bildirir. Bax: Ən-Nəsəvi, s. 344, fəsil 58-ə aid qeyd № 1. Ədəbiyyatda çox vaxt Qızıl Arslan Xamuş kimi təqdim edilir. 119. Ən-Nəsəvi, s. 209. 120. İbn-əl-Əsir, IX, 339. 121. Рашид ад-Дин. Сборник летописей. Fars dilindən tərc. O. İ. Smirnovanındır: M.-L. 1952, c. 1(2), s. 228. 122. Yenə orada; Bax həmçinin: Z. Bünyadov. Atabəylər, s. 117. 123.İbnəl-Əsir, IX, s. 352. 124. Ən-Nəsəvi, s. 115,201. 125. Yenə orada, s. 201. 126. Yenə orada, s. 115. 127. З. М. Буниятов. Государство Хорезмшахов - Ануштегинидов. 1097-1231. Seçilmiş əsərləri. Bakı, 1999, с. 3, s. 103 (bundan sonra: Xarəzmşahlar). 128. Yenə orada. 129. Bax: ən-Nəsəvi, s. 133 və sonra; Ibn əl-Əsir, s. 147. 130. Bu haqda bax: Z. Bünyadov. Atabəylər, s. 120; Azərbaycan tarixi, c. 2, s. 392. 131. Ən-Nəsəvi, s. 158. 132. Z. Bünyadov. Xarəzmşahlar, s. 174; Atabəylər, s. 127. 133. Ən-Nəsəvi, s. 202. 134. Yenə orada, s. 193. [130 - 131] 135. Yenə orada, s. 198. 136. Yenə orada, s. 194. 137. Yenə orada, s. 195. 138. İbn əl-Əsir, IX, s. 374; tore. s. 157. 139.Ən-Nəsəvi, 201. 140. Yenə orada. 141.Yenə orada, s. 202. 142. Yenə orada, s. 221. 143. Yenə orada. 144. Yenə orada, s. 221-222. 145. Вильгельм де Рубрук. Путешествие в восточные страны. - СПб, 1911, s.171. [131 - 132]

Page 49: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

49 

 

ADLAR GÖSTƏRİCİSİ*

“A”

Abbasilər sülaləsi - 37-39, 67, 93, 119 Abdullah ibn Hatim ibn ən-Numan - 28 Abdullah (Marağa hakimi) - 59 Abşeron - 113 Afərəstə? - 17 əl-Afşin - 67 Ağacanov S. Q. - 124 Ağsunqurilər - 107 Ağşəhr qalası- 101, 127 Ağvan (Albaniya) - 15, 25-27 Axalkalaki - 127 Albak (Albaka, nahiyə) - 15, 18 Albaniya (bax Arran, Alban ölkəsi) - 9-11, 15, 18, 20, 21, 24, 30, 34-37, 39, 46, 47, 66, 83, 98 albanlar - 9 AlpArslan-71, 78-80, 87, 88 Anadolu - 91 Ani-90, 101 [132 - 133] Araz çayı - 9,11,25,27,28, 37,65,66, 74, 75,79. 91, 99, 104, 111, 115 Aristakes Lastiversi - 78, 84 Arpaçay - 22 Arran - 9, 18, 21-24, 39-42, 44, 47, 63, 65, 66, 73, 77, 87, 89, 90, 92-96, 99, 101, 107, 108, 112, 113, 116 arranşah - 66, 72, 73,77, 83 Arslanşah - 93-95, 99-102, 106, 107, 128 Arslan Ара ibn Ağsunqur əl-Əhmədili - 99 Arsrunilər sülaləsi - 19, 20, 39, 45, 63, 68-70, 73, 76, 85 Arsruni Aşot (Vaspurakan hakimi) - 70 Arsruni Qaqik - 61 Artaksi - 50 Asogik - 31, 61, 62, 65, 70, 71,81, 82 Aşağı Yayçı - 22 Aşot (Şəddadi) - 86 II Aşot (Baqrati) - 62 III Aşot ibn Abbas (Baqrati) - 64 Aşurbəyli Sara - 125, 126 Aşuş- 113 Atabəylər dövləti - 94, 99,103, 107, 111, 116, 120 Ater- Nerseh (İveriya hökmdarı) - 61 Atəşi Baquan - 37 Atropatena ( Alrpatakan, Azərbaycan) - 9, 18-20, 28, 39, 45 Atrpatakan çayı (bax Araz) - 28 Ave-91 Aytuğmış - 122 azərbaycanlılar - 8, 10, 12, 27 azərbaycanşah - 66, 83

“B” əl-Bab (Dərbənd, Bab əl-Əbvab, əl-Əbvab) - 40, 46, 58, 64, 66, 82 Babayev Səfərəli -127 [133 - 134]

                                                            

* Azərbaycan və Naxçıvan adları göstəriciyə daxil edilmişdir.

Page 50: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

50 

 

Babək-41, 42, 67 Babək qalası - 42 Babək rayonu - 51

Bacuneys - 14 Bağdad-67, 89, 119 Bağravənd - 14, 19, 35 Baqratilər sülaləsi - 42, 62-64, 76, 86 Bakı-95, 111 əl-Bakuvi Əbdürrəşid - 111, 129 Bartold V. V. - 128 Basoropeda- 18, 19, 50 Batabat - 106 Baxşəliyev V. B. - 51, 129 Bertels Y. - 68, 69, 74 Beyhəqi Əbül Fəzl - 67 Beyləqan - 22, 23 , 34, 40, 65, 77, 101, 115 əl-Bəhili Əbdüləziz ibn Hatim ibn ən-Numan - 33 Bəkr (Duləfı) - 68 əl-Bəlazuri - 12-17, 19, 21-24, 26, 32-35, 38, 46, 48, 49, 51, 52, 67 Bələncər - 49 Bərdə (Partav) - 17, 22, 24, 28, 33-35, 38, 52, 59, 60, 61, 64, 65, 77, 95, 97 Bəzz - 67 Biçənək aşırımı – 22 Bidlisi Şərəfxan-95, 125 Bizans - 8, 15 19, 20, 22, 25-27, 29-32, 34, 36, 60, 73, 82 Bolşakov O. Q. - 11 Boz Ара (əmir) - 96 Börküyarıq - 88-90 Böyük Buğa (Büğa əl-Kəbir) - 44, 58 əl-Bundari- 106, 128 əl-Busrurrucan (əl-Basfurcan) - 14, 17-19, 21, 35, 37 Ərəb əl-Busfurrucanı - 35-37, 45 Bünyadov Ziya - 11, 13, 33, 46, 49, 50, 80, 107, 125, 126 [134 - 135]

“C” Cahan Pəhləvan (atabəy) - 103, 106-112,114, 122 Cavanşir- 9, 21, 25-30 Cəfərilər - 76 Cəlaləddin Manqburnı - 119-123 Cəlaliyyə (Məlikə) - 117, 118, 120-122 Cənubi Azərbaycan - 11 Cənubi Qafqaz - 8-10, 12-14, 21-31, 33-36, 38, 39, 44, 46, 58, 61, 62, 78,87 Cəstan sülaləsi (bax Rəvvadilər) - 78 əl-Cəzirə - 12-13, 31, 36, 37, 43, 89, 90, 92 əl-Cibəl - 90, 92, 100 Cilan-Fəzlun - 74 Cuğa körpüsü - 104 Culfa-30, 62, 104, 115 Curcan - 90 Curni - 11 Curzan (bax Gürcüstan) - 12, 17, 22, 23, 36, 43, 63

“Ç”

Page 51: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

51 

 

Çaldır gölü - 127 Çavlı əd-Toğruli (əmir) - 96, 97 Çaykin K. İ. - 130 Çingiz xan - 117 Çora (Çoqa) - 25

“D” Dağıstan- 13,46-48 III David (gürcü hökmdarı) – 99 [135 - 136] Davud (Səlcuqi) - 94 Derenik Arsruni - 85 Deyləm- 108 Dəbil (bax Dvin)- 12, 14-16, 24, 34, 35, 38, 41, 44, 49, 59-61, 63-65, 73, 75, 90, 114 Dədə Qorqud - 106 Dədəli körpüsü - 104 Dəməşq - 28, 52 Dərbənd - 10, 23, 24, 27, 29, 36, 37, 44, 46-48, 58, 64, 66, 73, 82 Dərbənd məlikləri - 59 Dərəşam - 106 əd-Dirani (əd-Dayrani, bax Arsrunilər) - 63, 68, 69, 76, 85 Diyarbəkir - 89, 90 Diyar Mudar - 92 Diyar Rəbiə - 92 Duləf - 68 Duləfilər (bax Əbuduləfilər) - 68, 70-73, 76. 78, 84 Dvin- 15, 16, 20, 24, 34, 60,62, 63,68, 71, 75, 77, 78, 90,101, 114

“E” Eldənizlər sülaləsi - 90, 103, 104, 109, 120, 121 Emin N. - 70 Ermənistan - 15, 18-20, 24, 25, 30, 35, 46-48, 50, 63, 64, 69, 72, 73, 78 Ermənistan yaylası -18 ermənilər (erməni) - 6, 9, 13, 18, 20, 32, 36,45, 47, 60, 61, 64, 70, 76

“Ə” Əbdülməlik (xəlifə) - 30-32, 34 [136 - 137] Əbdülhəmid ben Cəfər - 13 Əbdüləziz (vali) - 33, 34 Əbdül Əziz (Duləfi) - 68 Əbu Bəkr (atabəy) - 112-116 Əbu Duləf (Əbu Taleb, Əbu Talub) - 62-63, 65-77, 79, 80 87 Əbu Duləfılər - 60, 62, 67-68 Əbu Muslim - 40 Əbu-s-Sabah - 41 Əbu Yusif-39 Əbul Abbas Əhməd (Duləfi) - 68 Əbuləsvar Şavur (Şəddadi) - 73, 86 Əbülheycə ibn İbrahim Salari - 65, 82 Əbülheycə ibn Rəvvad - 71 Əbülhəcən Əli I Ləşkəri (Şəddadi) - 64, 65 Əbülhəsən II Ləşkəri (Şəddadi) - 76, 77, 78 Əcəmi Əbu Bəkr (memar) - 104, 108, 109, 111 Əhər -63, 77 Əli(xəlifə) - 26 Əlincə qalası (bax Yeröncək) - 62, 106, 108, 110, 112, 113,

Page 52: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

52 

 

117,119,120 Əlincəçay- 113 Əməvilər sülaləsi - 26, 28, 30, 38, 39 Əmir Əmiran - 113 Ərciş - 12, 14, 90 Ərdəbil-37, 116 Ərəb dövləti (bax: Ərəb Xilfəti, Xilafət) - 8 Ərəbistan- 11, 38, 43 ərəblər-8-16, 18-21, 23-31 Ərminiyə (Ərəb Ərminiyəsi, əl-Ərmən ölkəsi) - 18, 26, 31,32, 35-37, 40, 42, 45-48, 59-61, 63, 90, 96, 98 Ərzən ər-Rum - 101 Ərzurum - 14 Əsədi Tusi - 68, 69, 71, 73, 75-77, 79 əl-Əşaş ibn Qeys - 26 Əzdişat -14 [137 - 138]

“F” Fars-92, 96, 107 Favnitida- 18, 50 Favstos Buzand - 17, 36 Feodosiopol - 14 Feofan - 30, 53 Fəribürz (Şirvan şah) - 87 Fərruxzad oğlu Rüstəm – 9 Fəxrəddin Toğan Yürək - 96, 97 I Fəzl ibn Məhəmməd ibn Şəddad - 64, 65, 72, 73, 75, 86

“G” Georq (katolikos) - 60 Gevond - 11, 23, 24, 28, 30, 31, 33, 34, 36, 39, 54 Gəncə-58, 64, 66, 76-78, 80, 87-97, 101, 102, 113, 114, 119 Gilan türbəsi -104 Göyçə - 106 Gülüstan türbəsi - 104 Gürcüstan - 15, 22, 36, 39, 43, 46, 63, 73, 99, 101, 116, 120

“H” Harun ər-Rəşid (xəlifə) - 38, 40 Heysəm ibn Xalid - 58 Həbib ibn Məsləmə - 12-14, 16, 17, 21-24, 48, 52 Həmduyə ibn Əli ibn əl-Fadl - 44 Həmədan - 67, 89, 91-93, 98, 100, 101, 106, 107, 110, 112, 113, 126 əl-Həməvi Yaqut - 17, 35, 50, 98, 108, 111,114, 129 Həsailə?- 17 [138 - 139] Həsən bəy Rumlu - 95 Hindistan- 119 hunlar - 27 Hunların qapısı - 9 Huzayfa ibn əl-Yəmən əl-Əbsi - 24, 26 IV Hürmüz-21 Husəməddin Əli (hacib) - 121 Hüseynov Rəfail - 86 Hüseynzadə Ə. – 128

“X” Xaçın - 63, 72 Xalid ibn Yəzid (Xalid ibn Məzyəd) - 42-44

Page 53: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

53 

 

Xalxal-96, 113 Xamuş (Toğrul, Qızıl Arslan Xamuş) - 116, 117, 121, 130 Xarabagilan (Kiran) - 105 Xarəzmşahlar dövləti - 116, 117, 119, 121 Xass bəy (vəzir) - 97 Xəzər dənizi (Xəzəryanı) - 10, 24, 34 xəzərlər - 17, 23, 26-31, 34, 37 Xilafət (Ərəb Xilafəti) - 10, 12, 14, 16, 23-30, 33-35, 37-39, 41, 42, 57-62, 67, 89 Xilat- 12, 14, 23,32, 33, 35, 42, 49, 101, 121 Xorasan-91, 116, 122 Xorenski Moisey - 18-20, 51 Xoy - 90, 121 Xudafərin körpüsü - 104 Xuzeymə - 38-40 Xuzistan - 90, 92, 107

“İ” İberiya (İveriya) - 9, 15, 25, 26, 35, 61 [139 - 140] İbrahim (ərəb sərkərdəsi) - 44 Ibrahim ibn Mərzban (Salari) - 63-65 İbnəl-Əsir - 13, 46, 60, 74, 78, 79, 90, 92, 94, 96, 97, 100, 114, 115, 117, 121, 128 İbn əl-Fəqih - 35, 36 İbn əl-Fuvati - 111 İbn Havqəl-51,58, 62, 63 İbn Xordadbeh - 35, 36, 49, 50 İbn ən-Nədim - 67 İbn Rusta - 59, 80 İqrar Əliyev- 18, 50 İnanc xatun- 108, 110, 112 İraq - 8, 43, 90, 92, 93, 106, 120, 123 İraqi-Əcəm - 116 İraq Səlcuq sultanlığı - 92, 93, 98, 100-103, 105, 110 İran-9, 19-21,34, 77 iranlılar - 10 İran Sasanilər dövləti (bax: Sasanilər) - 8 İsfahan - 60, 67, 90, 92, 100, 107 İsmayıl ibn Yaquti - 88 İstəxr - 50 əl-İstəxri – 59 İtqiran Söyüdlü - 105 İyad ibn Ğənm - 14 İzzəddin Naxçıvani – 12

“K” Kakyar (Vaspurakanda) - 70 Kalankatuklu Moisey - 9,17,26,28, 31, 33, 38, 39, 46, 51, 52, 81 Karin (Feodosiopol) - 15 Kartli - 47 Kaspiana - 18, 50 Kərəc - 60, 68 [140 - 141] Kəsrəvi Təbrizi - 66, 68, 71, 76, 79, 83 Kiçik Asiya- 12, 37 Kiçik Midiya (Atropatena) - 18 Kirman - 92 Kirna cümə məscidi -104 Kisal (Qazax) - 43 Kolesnikov A. İ. - 11

Page 54: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

54 

 

II Konstant - 26 Konstantin - 12 Konstantinopol - 30 Ktesifon (bax: Mədain) - 9 Kufə - 47 əl-Kufi Əhməd ibn Əsəm - 23, 24, 32, 40, 41, 45, 49, 51, 52 K’unqr (Kinkivar) - 26 Kür çayı - 27 Kürdlərin çayı (Nəhr əl-Əkrad) – 14

“Q” Qafqaz - 12, 20, 25, 27, 31, 36, 37, 44, 47 Qaliqala (Feodosiopol, Ərzurum) - 12, 14, 24 Qandzak (bax Gəncə) - 78 Qarabağ qalası -79 Qarabağlar - 104 Qaraçuq- 105, 106 Qaracadağ - 74 Qara dağ - 106 Qara Sunqur (atabəy) - 92-96 Qars - 33, 90, 127 əl-Qasim ibn İsa əl-Kərəci əl-İcli Əbu Duləf - 67-68 Qazançı -106 Qazax - 43 Qəhrəm qalası - 110, 113 Qətran Təbrizi - 71, 74-77, 85 Qəzvin – 113 [141 - 142] Qəzvini Həmdullah - 73 əl-Qəzvini Zəkəriyyə - 111 əl-Qırmız (Əzdişat) - 14 Qiyasətdin Pirşah - 118-120, 122 Qızıl Arslan (atabəy) - 107-112 Qoçüstü - 106 Qoğtən (Qoqtən, Göqtən, Qoxt) - 11, 18, 62, 65, 68, 72, 82 Qriqor (knyaz) - 9 Qriqor Hamam (knyaz) - 60 Qudama ibn Cəfər - 59 Quteybə xatun - 108, 112 Qutluq İnanc - 113 Qutulmuş ibn İsrail (Səlcuq əmiri) - 78 Quzey – 106

“L” Layzan - 58 layzanşah - 58 Leonti (sərkərdə) - 30

“M” Mahmud (Səlcuqi) - 88, 91, 92, 95, 96 Marağa - 59, 61, 74, 99, 101, 104, 119 Markvart İ. - 68, 69, 81 marlar (midiyalılar) - 20 Mateos Urfalı - 124 Mavdud ibn İsmayıl (məlik) - 88-90 Mavrian (əl-Mavriyan ər-Rumi) - 13, 15, 22 Maymun (Dərbənd hakimi) - 82

Page 55: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

55 

 

Mazandaran - 123 əl-Mehdi (xəlifə) - 38 Mehmen Altay Köymen – 124 [142 - 143] Mədinə - 24, 90 Məhəmməd (Xarəzmşah) - 118 Məhəmməd ben Səd- 13, 15 Məhəmməd ibn Afşin ibn Əbu-s-Sac - 59, 61 Məhəmməd ibn Əhməd (Şirvanşah) - 64, 82 Məhəmməd ibn Xalid ibn Məzyəd - 58, 80 Məhəmməd ibn Mərvan -31, 32 Məhəmməd Tapar - 89-91, 93, 98, 99 Məhəmməd ibn Şəddad - 63, 64 Məhsəti - 86 Məkkə - 90 Məleykə xatun - 119-121 Məlikşah - 87, 88, 93, 124 II Məlikşah - 91 MəmmədovRauf- 11, 13, 48, 55, 126, 127 Məmmədova F. . - 20, 49, 50 Məmmədzadə Həmid - 129 əl-Məmun (xəlifə) - 42, 43, 44 Mərbəla (Mardali) - 14 Mərənd- 18, 78, 116, 121 Mərvanilər - 29 Mərzban ibn Məhəmməd (941-957) - 63, 64 Mərzban ibn Məhəmməd ibn Şəddad (978-985) - 64, 72 Məsud (Səlcuqi) - 91-96 Əl-Məsudi - 58 Məvaraənnəhr - 90 Məzyədilər (Yəzidilər) - 40, 58, 66, 69 Mxitar Qoş - 96, 97 Midiya - 9, 11,26 Mihranilər sülaləsi - 9, 20, 34 Minorski V. F. - 64, 68, 69, 80 Mirxond – 95 Miyanə - 116 Moks - 14 Monqol xaqanlığı – 123 [143 - 144] Mosul - 37, 89 Mozi - 51 Möminə xatun - 93, 94, 98, 99, 101-105, 108, 126 Muğirə ibn Şubə - 26 Musa ibn Əli (Bərdə naibi) - 64 əl-Mustəhzir (xəlifə) - 89 Muşeq Mamikonian - 9 Müaviyə (xəlifə) - 13, 26, 28, 29, 52 əl-Müqəddəsi - 59 əl-Müqtədir (xəlifə) - 61 Münəççimbaşı - 44, 64, 76, 82 əl-Mütədid (xəlifə) - 60 əl-Mütəsim (xəlifə) - 44, 57, 67 əl-Mütəvəkkil (xəlifə) - 44, 57, 58

“N” Naxçıvan qalası - 15, 22, 106 Naxçıvan (Qars vilayətində) - 33

Page 56: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

56 

 

Naxçıvançay - 22, 51 Naxçıvani Qəvaməddin - 111 Naxçıvanşah - 66, 77, 87 Naxçıvanşahlıq - 66, 71, 79 Narinc xatun - 126, 127 ən-Nasir (xəlifə) - 119 Nemətova Məşədixanım - 128 Nəqşi Rüstəm - 50 ən-Nəsəvi Şihabəddin- 116, 117, 119, 122 Nəşavə (Naxçıvan) - 12, 16-19, 33, 35, 41, 59, 66, 98 Nihavənd-10, 60 Nişapuri Zahirəddin - 125 Nizami Gəncəvi -111, 129 Nizamulmülk - 68, 69 Novruzlu Ə. İ. -51, 129 [144 - 145]

“O” Oğlanqala - 106 oğuzlar - 73, 74 Orbeli İ. A. - 33 Ordubad - 30, 62, 106 Ordubad cümə məscidi - 104 Orta Asiya - 73 Orta Şərq - 8 Osman (xəlifə) - 13, 22-26, 28, 52, 118 Osman ibn Salman - 105, 111

“Ö” Ömər (xəlifə) - 10 Ömər ibn Əbdüləziz ibn Duləf - 60 Ömərül Haris (Duləfi) - 68 Özbək Müzəffərəddin (atabəy) -116-121

“P” Parçı -106 Parfiya - 50 Paris-31, 105 Partav (Bərdə) – 17 Patkanov K. P. -48, 51 Paxomov Y. A. -21, 50 Persiya (İran) -11 Persarmeniya (İran Ermənistanı) - 20 Piriyev V. Z. – 83 [145 - 146] Ravəndi- 106, 114, 125, 126 Rey-78, 89-91, 100 107, 113 Rəbib əd-Din Dəndan - 119, 120 Rəcəbli Əli - 50, 127 Rəşidəddin - 130 Rəvvadilər - 63, 65, 66, 71, 73-78, 87 Ruindej (qala) - 121 Rum – 92 Rüstəm (Rostom, bax Fərruxzad oğlu Rüstəm) - 9, 45

“S” Sacilər sülaləsi - 45, 61-63, 66, 68, 77 Salarilər sülaləsi - 62-66, 70, 71, 77 Sasanilər (bax İran Sasani dövləti) - 9, 10, 20, 21, 34

Page 57: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

57 

 

sanarlar - 44 Savada - 55 Savada ibn Əbdülhəmid əl-Cəhhafi - 42, 55 Save-91 Savtəkin (səlcuq sərkərdəsi) - 87 Sebeos - 13, 15, 26, 36, 45, 46, 48, 52 Sədrəddin Əli əl-Hüseyni - 88-90, 95, 97, 98, 100, 102, 112, 114,123 Səhək - 42 Səlcuqilər - 78-80, 87, 93, 99 Səlcuqşah - 94 Səlcuq-Oğuz İmperiyası - 71, 79, 87, 90, 91, 93 Səlman ibn Rəbiə - 11, 12, 14, 22, 23, 47-49 Səlmas - 121 Sərcahan -108 Sibt ibn əl-Cauzi -108, 128 [146 - 147] Sila ben Zufar (Sulat ibn Zafır) - 24, 52 Simbaka- 18 Sirac Tayr - 14, 19, 23, 35, 49 Sisəcan (Sünik) -17, 51 I Smbat (Baqrati) - 60-62 II Smbat-71 Smbatean Ş. - 51 Smirnova O. İ. - 130 Söyüdlü - 106 Stepannos (yepiskop) - 51 Stepannos Orbelyan - 20, 55 Strabon - 18, 50 Suğur - 13 Suləmilər - 40 əs-Suləmi Yusif ibn Rəşid (vali) - 40 Sultan Səncər- 89-91, 93 Sülafə xatun - 121 Süleymanşah (Səlcuqi) - 99 Sünik (Sisyan, Sisəcan, Sisakan) - 9, 12, 15, 20-22, 25-28, 42, 50, 51, 62, 63, 72, 77 Sürməri qalası – 79

“Ş” Şahbuz(Şahabuş) - 22, 105, 113 Şahtaxtı - 105 Şam - 12, 31, 91, 92 Şapuhun oğlu Aşot - 61 I Şapur- 50 Şapurqala - 22, 113 Şavur (Şəddadi) - 77, 78 Şeybanilər - 40, 58, 68, 69, 76 əş-Şeybani Yəzid ibn Məzyəd - 40 Şəddadilər sülaləsi - 63-66, 72, 73, 75-78, 80, 87, 90 əş-Şəhrəstani – 55 [147 - 148] Şəhribərəz - 47 Şəki - 44, 63 Şəmkür - 64 Şəmsəddin Eldəniz - 94-104, 120, 125-127 Şərəf əl-Mülk (vəzir) -120-122 Şərifli M. X. - 66, 68, 69, 71, 74, 79, 82 Şıxsəidov Ə. R. - 13, 47

Page 58: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

58 

 

Şimşat - 13 Şirak (bax: Sirac Tayr) - 23, 30, 49, 62 Şirgir (atabəy) - 91 Şirvan - 44, 47, 58, 66, 68, 77, 83, 87, 95, 96, 125 şirvanşah - 58, 63, 64, 66, 83, 87 Şirvanşah Məhəmməd ibn Əhməd (981-991) - 64 Şirvanşahlar dövləti - 59, 65, 76, 96

“T”

Taşir - 61 Tavuş-Sevordik - 72 Ter-Gevondyan A. N. - 13, 43, 48, 49, 81 Teodoros Rştuni - 25, 26, 52 Tetris-Sixe qalası -127 ət-Təbəri - 10, 13, 45-48, 58, 67 Təbəristan - 90 Təbriz-37, 77, 90, 107, 113, 114, 116, 117, 119 ət-Təmimi Xuzeymə ibn Xazim (bax Xuzeymə) - 38 Tərkən xatun - 88 Tiflis - 24, 61,76, 92, 101 Tikrit - 90 Toğrul (Səlcuqi) - 78, 110 Toğrul (Məhəmməd Taparın oğlu) - 91-95, 99, 100 III Toğrul (1176-1179)- 107, 113, 117, 128 Tovma Arsruni - 56 Turan - 77 Türkiyə - 33 [148 - 149] Trever K. V. - 49

“U”

Urmiya - 74, 121 əl-Usmani Sədr əl-Millə və-d-din Əbu-l-Bərəkatu - 118

“V”

Vahsudan (Rəvvadi) - 74, 76, 78 əl-Vakidi Ömər - 13-15 əl-Valid (xəlifə) - 32 əl-Valid ibn Ukba - 11, 47 Van - 36 Van gölü - 36, 37 Varaz Qriqor - 9 I Varaz Tiridat (Varaz Trdat, Varazdat) - 30, 31, 34 Vardan - 31, 33,64, 72 Varzaqan - 63, 77 Vasaq - 42 Vasif (Sacilərin xadimi) - 60 Vaspurakan - 18-21, 24, 35, 37, 39, 45, 50, 61, 70, 71, 73 Vayxır - 22 Vayxır Govur qalası - 51, 105 Vayosdzor - 51 Vays qalası - 22, 51 Vayzur- 51, 62, 64 əl-Vayzuri Əbu-l-Qasim – 51 Vəlixanli Nailə - 46, 49, 54, 80, 83, 129 Vilgelm de Rubruk – 131 [149 - 150]

Page 59: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

59 

 

“Y” Yaxın Şərq - 8 Yaquti (Səlcuqi) - 88 Yardımçı - 106 Yayçı qalası - 22 Yeqişe - 51 Yeröncək - 62 yəhudilər - 16, 17 əl-Yəqubi - 13, 24, 29, 32, 38- 40, 43, 53, 56- 58, 80 III Yəzdigərd-8, 9,21 Yəzidabad (Köhnə qala) - 22 Yəzid ibn Hisn (Husn) - 43, 44 Yəzid ibn Xalid - 58 Yılmaz Öztuna - 84 Yüsif ibn Əbu-s-Sac - 61, 62, 68, 81 Yusif ibn Kuseyir - 104, 109 II Yustinian - 30 Yüzbaşyan K. N. - 47-49

“Z” Zahidə xatun - 108, 110, 112, 114, 117 Zarehavan - 15 Zariadri - 50 Zat əl-Lucum - 14 Zəncan-91, 96, 106, 116 Zərdüşt Kəbəsi - 50 Zübeydə xatun - 88

Page 60: Naxçıvanelibrary.bsu.az/kitablar/943.pdf · cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu minnətdarlıq hissi

60 

 

Texniki redaktor Sevda Mikayılqızı Kompüter tərtibatı Zərbaf Nüsrətqızı

Üz qabığının tərtibatı və çapa hazırlayan

Z. N. Əmiraslanova

Nailə Məmmədəli qızı Vəlixanlı

Naxçıvan – ərəblərdən monqollaradək (VII-XII)

Yığılmağa verilmiş: 28.10.2005 Çapa inızalanmış: 30.11.2005

Formatı: 70x100 1/16 Çap vərəqi: 9,5 Tirajı: 300

"Ziya-Nurlan "