müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/muraciet_ve_mektublar.pdfazərbaycan...

113
1 Müraciət və məktublar

Upload: others

Post on 06-Feb-2020

21 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

1

Müraciət və məktublar

Page 2: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

2

Dünya Azərbaycanlılarının I Qurultayı nümayəndələrinin bütün

Dünya Azərbaycanlılarına müraciəti

Əziz həmvətənlər!

Biz-Dünya Azərbaycanlılarının 2001-ci ilin 9-10 noyabrında Azərbaycan Respublikasının paytaxtı Bakı

şəhərində keçirilən Qurultayının iştirakçıları Sizə müraciət edərək bildiririk ki, hər bir xalqın milli varlığının əsas

şərtlərindən biri onun həmrəyliyi, etnik-siyasi mütəşəkkilliyidir. Tarix dönə-dönə sübut etmişdir kı, həmrəylikdən,

etnik-siyasi mütəşəkkillikdən məhrum olan xalqlar tez-gec güclü millətlərin təsiri altına düşərək assimilyasiya

olunur və öz milli simasını itirir. Müasir dünyanın qabaqcıl xalqlarından, millətlərindən biri olmaq üçünsə güclü

milli əzm, siyasi iradə nümayiş etdirmək, bir millət kimi beynəlxalq nüfuz qazanmaq lazım gəlir. Odur ki, həm öz

tarixi Vətənində-Azərbaycanda yaşayan, həm də bu və ya digər səbəbdən dünyanın müxtəlif ölkələrinə səpələnmiş

azərbaycanlılar xalqımızın, millətimizin gələcəyi naminə möhkəm həmrəylik və mütəşəkkillik nümayiş

etdirməlidir. Azərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli, Mirzə

Fətəli Axundov, Hüseyn Cavid, Səməd Vurğun kimi böyük mütəfəkkirləri tarixin ayrı-ayrı dövrlərində mənsub

olduqları xalqın istedadını bütün dünyaya nümayiş etdirmişlər. Azərbaycanlılar XX əsrin əvvəllərində qədim və

tarixi dövlətçilik ənənəsinə söykənərək Şərqdə ilk demokratik dövlət-Azərbaycan Xalq Cümhuriyyəti ya-

ratmışdır. XX əsrin sonunda müstəqil Azərbaycan Respublikasıda həmin möhtəşəm dövlətçilik təcrübəsi əsasında

yaranmış və tarixən azərbaycanlılara xas olan dövlətçilik ənənələrini müasir şəraitdə bütün dünyada sübut

etmişdir. Dünya azərbaycanlılarının harada məskunlaşmalarından asılı olmayaraq, ən mühüm, ən müqəddəs

vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti, bütün dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin

nəticəsi olan müstəqil dövlətçiliyi qoruyub saxlamaqdan, milli dövlətimizin dünya birliyində özünəməxsus yer

tutmasına çalışmaqdan ibarətdir.

Unutmaq olmaz ki, müstəqil Azərbaycan dövlətinin mövcudluğu, onun demokratik, dünyəvi, hüquqi

dövlət quruculuğu yolu ilə inamla irəliləməsi yalnız Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya

azərbaycanlılarının milli müstəqillik və dövlətçilik təfəkkürünün inkişafına, onların həmrəyliyinə təkan verir,

Azərbaycan xalqına mədəni bir etnos kimi beynəlxalq nüfuz gətirir. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş

azərbaycanlıların mədəni-siyasi birliyi, həmrəyliyi müstəqil Azərbaycan Respublikasının və bütün dünya

azərbaycanlılarının mənafeyinə uyğundur və onun əsas strateji məqsədlərindən biridir. Ona görə də vətəndən ayrı

düşmüş hər bir azərbaycanlı əmin olmalıdır ki, onun nüfuzunu, şərəfmi qorumağa həmişə hazır olan bir dövlət-

Azərbaycan Respublikası vardır. Azərbaycan dövləti Azərbaycan xalqının tarixən dünya mədəniyyətinə verdiyi

zəngin maddi, mənəvi-əxlaqi, ideoloji sərvətlərin, Azərbaycan adının etibarlı müdafiəçisi və sahibidir. Yer

üzərində mövcud olan milyonlarla azərbaycanlının əsas ünsiyyət vasitəsi olan Azərbaycan dili-Azərbaycan

Respublikasının dövlət dilidir.

Odur ki, azərbaycançılıq amalı və müstəqil dövlətçilik ətrafında yaranan milli birlik, milli həmrəylik

harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının mənafeyinə tam uyğundur. İndi hər bir dünya

azərbaycanlısının üz tutmağa, sevgisini, məhəbbətini bildirməyə Azərbaycan adında bir doğma, müqəddəs ocaq,

sözünü deməyə, qayğılarını, dərdlərini bölüşməyə isti bir yurd var. Hər bir azərbaycanlı bu ocağa ərklə üz tutduğu

kimi, eyni zamanda məsuliyyətlə dərk etməlidir ki, Vətən sevgisini işdə sübut etmək, Vətənin problemlərindən

xəbərdar olmaq, bunları aradan qaldırmaq üçün yollar aramaq, Vətənlə nəfəs almaq, onun təəssübünü çəkmək və

qayğıları ilə yaşamaq lazımdır. Dünya Azərbaycanlılarının I Qurultayı məhz bu danılmaz həqiqəti, tarixi zərurəti

əyani ifadə etdi. Azərbaycan Respublikasının vətəndaşları olan qardaş və bacılarımız kimi, Vətəndən kənarda

yaşayan dünya azərbaycanlılarının da öz ölkəsi, vətəndaşı olduğu öz dövləti vardır. Biz hərəmiz bir ölkənin

vətəndaşıyıq. Lakin bizim hamımızı azərbaycanlı olmaq kimi böyük bir məsuliyyətli hiss, amal birləşdirir.

Vətəndaşlıq borcu bizi yaşadığımız ölkə qarşısında hansı məsuliyyətə sövq edirsə, milli mənsubluq hissi,

Azərbaycançılıq amalı bizim hər birimizi müstəqil Azərbaycan dövləti, ata-baba yurdu qarşısında eyni məsuliyyətə

sövq edir.

Odur ki, Azərbaycanlı adını biz həm öz ölkəmiz qarşısında, həm də müstəqil Azərbaycan qarşısında

layiqincə doğrultmalıyıq. Elə bu məqsədlə də biz həm müstəqil Azərbaycan dövləti ətrafında, həm də öz aramızda

sıx birləşməyə, təşkilatlanmağa çalışmalı, mütəşəkkil qüvvəyə çevrilməliyik. Bugünkü qurultay Azərbaycan

diasporunun yaranması və mütəşəkkil bir qüvvəyə çevrilməsi mərhələsinin başlanğıcını qoydu. Bu gün dünyanın

hər yerində yaşayan azərbaycanlılar müxtəlif dövrlərdə mühacirət etmiş insanların övladların, nəsillərini və

Azərbaycandan kənarda yaşayan digər soydaşlarımızı təmsil edir.

Soydaşlarımızın əksəriyyəti özgə millətlər içərisində azərbaycançılığı, milli xüsusiyyətlərimizi, adət-

ənənələrimizi, dilimizi qoruyub-saxlaya bilmiş və övladlarına ötürmüşlər. Amma bir həqiqət qeyd olunmalıdır ki,

ayrı-ayrı cəhdlərə baxmayaraq, uzun bir tarixi əhatə edən dövr ərzində dünya azərbaycanlıları yaşadıqları

dövlətlərdə bir-biri ilə birlik nümayiş etdirə bilməmiş, təşkilatlanmamış, icmalar, diaspor şəklində təmsil

olunmamış, dağınıq şəkildə yaşamışlar.

Page 3: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

3

Bu da sözsüz ki, milli əlaqələrin və müvafiq olaraq milli varlığın zəifləməsinə şərait yaratmışdır. On il

əvvəl müstəqil Azərbaycan Respublikasının yaranması bütövlükdə Azərbaycan xalqının, o cümlədən dünya

azərbaycanlılarının taleyində dönüş nöqtəsi olmuşdur. Bütün dünya azərbaycanlıların tarixi Vətənin, Azərbaycan

xalqının ayrılmaz hissəsi hesab edən Azərbaycan dövləti və onun Prezidenti cənab Heydər Əliyev dünya

azərbaycanlılarının milli birlik və həmrəylik problemini dövlət siyasəti səviyyəsinə qaldırmış, Azər- baycan

diasporunun formalaşdırılması, dünya azərbaycanlılarının bir-biri ilə və Vətənlə əlaqələrinin yaradılması və

möhkəmləndirilməsi məsələlərini bilavasitə gündəmə gətirmişdir. Bu gün dünya azərbaycanlılarının əsl milli

özünüdərk və ümummilli ideya - azərbaycançılıq, müstəqil dövlətçilik və milli -mənəvi dəyərlər ətrafında

birləşməsi prosesi başlanmışdır. Azərbaycan Respublikasının müstəqilliyinin və dövlətçiliyinin

möhkəmləndirilməsi -onun mövqeyinin dünya müstəvisində gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış

Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılması, DağlıqQarabağ probleminin ədalətli həllinə nail olunması

və digər ümummilli məsələlərin həlli dünyada yaşayan bütün soydaşlarımızın birliyini və həmrəyliyini daha zəruri

edir. Bundan başqa dünya azərbaycanlılarının birliyi, həmrəyliyi onların yaşadığı ölkələrdə və bütün dünyada

güclü və monolit bir qüvvə kimi çıxış etmələrinə, öz milli və vətəndaş haqlarını daha dolğun qorumalarına da

əhəmiyyətli təsir göstərə bilər.

Əziz həmvətənlərimiz! Azərbaycan adlı müstəqil dövlətin varlığı bizim ən böyük tarixi sərvətimiz, XX

yüzilliyə bütün azərbaycanlıların qazandığı ən böyük nailiyyətdir. Xalqımız nəinki ata-babalarımızın yolunu

davam etdirərək müstəqil dövlətçiliyimizi bərpa etmiş, həmçinin on il ərzində onu qoruyaraq hərtərəfli

möhkəmləndirmiş, iqtisadi, hüquqi, siyasi, mənəvi baxımdan inkişaf etdirmişdir. Bu gün dünya birliyinə daxil olan

müstəqil, suveren Azərbaycan Respublikası millətimizin dünyada yeganə dövləti olub bütün dünya

azərbaycanlılarının həm mənəvi pənahı, həm də məbədgahıdır. Odur ki, hər bir Azərbaycanlı tarixi Vətəninin,

Azərbaycan dövlətinin taleyində iştirak etməli, onun müstəqilliyi, inkişafı yolunda durmadan çalışmalı, fəaliyyət

göstərməlidir. Azad, firavan, qüdrətli Azərbaycan Respublikası bütün dünya Azərbaycanlıları üçün cazibə

mərkəzidir. Hər bir azərbaycanlı onu da bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi azad,

müstəqil dövlət durur. Azərbaycanı özlərinin tarixi Vətəni hesab edən insanlar Azərbaycan dövlətçiliyi ideyaları

ətrafında birləşməli, ümummilli məsələlərdə sarsılmaz həmrəylik nümayiş etdirməlidirlər. Xarici ölkələrdə

təşkilatlanma prosesinin ilk mərhələsini yaşayan azərbaycanlı icmalarının, mədəniyyət mərkəzlərinin və dostluq

cəmiyyətlərinin imkanlarından geniş istifadə olunmalıdır. Yaxın-uzaq ölkələrin tarixi əyani şəkildə sübut edir ki,

mütəşəkkil icmalar halında dünyanın müxtəlif ölkələrində yaşayan, məqsədyönlü fəaliyyət göstərən soydaşlar öz

ölkələrinə böyük kömək göstərir, yaşadıqları ölkələrlə tarixi Vətən arasında münasibətlərdə güclü amil kimi çıxış

edirlər.

Bu sahədə bizim istifadə olunmamış zəngin potensialımız vardır və bu potensial mütləq hərəkətə

gətirilməlidir. Müstəqil Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal altındadır. Bir milyonadək soydaşımız öz

doğma yurdundan didərgin düşərək ağır qaçqın həyatı yaşamaqdadır. Qarabağ torpağı müqəddəs vətənimizin

sadəcə olaraq bir parçası deyil, eyni zamanda milli mədəniyyətimizin incilərini yaşadan mühüm mədəni-tarixi

bölgədir. Bu ərazidə cəmləşən nadir mədəniyyət, tarixi abidələrimiz, təkrarsız təbiət incilərimiz erməni işğalçıları

tərəfindən vəhşicəsinə dağıdılır, məhv edilir. Hər bir Azərbaycanlı xalqımıza qarşı erməni təcavüzü və Dağlıq

Qarabağ probleminin ədalətli həlli yolunda haqq səsini ən yüksək beynəlxalq kürsülərə ucaltmalı, yorulmadan

çalışmalı, yaşadığı dövlətin parlamentinə, hökumətinə, ictimaiyyətinə həqiqəti çatdırmalıdır. Yalnız bütün

Azərbaycan xalqının birgə səyi ilə münaqişənin ədalətli v əbeynəlxalq hüquq prinsipləri əsasında həllinə nail

olmaq olar. Bu gün Azərbaycan diasporunun formalaşması, təşəkkül tapması bilavasitə Azərbaycan dövləti və

onun Prezidenti cənab Heydər Əliyev tərəfindən dövlət səviyyəsində həyata keçirilir. 1991-ci ildən başlayaraq ilk

dəfə onun təşəbbüsü ilə Naxçıvanda sonra isə bütün Azərbaycan miqyasında hər il 31 dekabr-Dünya

Azərbaycanlılarının Həmrəylik Günü kimi xüsusi qeyd edilir. Bu bayram ərəfəsində bütün dünya azərbaycanlıları

üçün xüsusi tədbirlər təşkil olunur, qəbullar keçirilir və ölkə başçısının müraciəti səsləndirilir. 1994-cü ildən

başlayaraq xarici ölkələrə səfərlər zamanı - Fransada, Böyük Britaniyada, Türkiyədə, ABŞ-da, Almaniyada,

Rusiyada, Ukraynada, Polşada, Rumınyada, Belçikada, Norveçdə, Bolqarıstanda və bir çox digər ölkələrdə

yaşayan soydaşlarımızla maraqlanan, görüşlər keçirən Azərbaycan Prezidenti cənab Heydər Əliyev xaricdə

yaşayan həmvətənlərimizi daim milli ideya ətraftnda birləşməyə, təşkilatlanmağa, icmalar, milli-mədəni

cəmiyyətlər yaratmağa səsləyir. İnanırıq ki, 1993-cü ildən başlayaraq bu günə qədər davam edən ardıcıl,

məqsədyönlü, getdikcə genişlənən milli diaspor hərəkatı Dünya Azərbaycanlılarının I Qurultayından sonra daha da

güclənəcək, bu hərəkatın gerçək nəticələri, təşkilatlanma səviyyəsi yüksələcəkdir.

Əziz soydaşlarımız!

Dünya azərbaycanlılarının qarşısında duran tarixi vəzifələr hər bir azərbaycanlım tarixi Vətəni-müstəqil

Azərbaycan Respublikası ilə fəxr etmək, onun həyatında yaxından iştirak etmək, sıx əlaqə saxlamaqla yanaşı,

yaşadığı ölkədə azərbaycançılığı ehtiva edən milli dəyərləri qorumaq, tanıtmaq, yaşatmaq, inkişaf etdirmək kimi

məsuliyyətə səsləyir. Bu, hər şeydən əvvəl, Azərbaycan dilinin qorunması, yaşadılması, soydaşlarımız arasında

Page 4: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

4

təbliğ olunmasına aiddir. Dünya azərbaycanlıları buna yaşadıqları ərazilərdə məktəblər, təhsil və tərbiyə ocaqları,

mədəniyyət mərkəzləri açmaqla nail ola bilərlər.

Bundan başqa harada yaşamasından asılı olmayaraq sağlam milli adət və ənənələrin, mədəni dəyərlərin

qorunub saxlanılması, yeni nəsillərə ötürülməsi dünya azərbaycanlılarının mənəvi borcudur. Qurultayın gedişindən

və ölkə Prezidenti cənab Heydər Əliyevin nitqindən də göründü ki, müstəqil Azərbaycan Respublikası bu sahədə

dünya azərbaycanlılarına hər cür yardım göstərməyə bundan sonar da hazırdır.

Dünya Azərbaycanlılarının I Qurultayı sübut etdi ki, hər bir xalq, millət, yalnız mütəşəkkil olanda, birlik

nümayiş etdirəndə, həmrəy olanda güclüdür. Ümumi məqsədlər ətrafında birləşmək, təşkilatlanmaq, yaşadığı

dövlətdə icmalar, qurumlar, cəmiyyətlər şəklində bir-biri ilə sıx təmas qurmaq, siyasi və mədəni həyatda fəal

iştirak etmək dünya azərbaycanlılarının bundan sonrakı fəaliyyətində ən ümdə məsələ olmalıdır. Həm tarixi

Vətənlə, həm də özləri arasında qırılmaz əlaqələr yaratmaq, xaricdə yaşayan azərbaycanlıların və bütövlükdə

Azərbaycan diasporunun qarşısında duran tarixi vəzifələrdir. Harada yaşamasından, hansı ölkənin vətəndaşı

olmasından asılı olmayaraq bütün dünya azərbaycanlıları vahid bir xalqı, bir milləti, bir vətəni təmsil edir.

Əziz həmvətənlərimiz! Gəlin ümummilli ideya-müstəqil Azərbaycan dövlətçiliyi, vahid milli-mənəvi

dəyərlər, Azərbaycançılıq ideyası ətrafında daha da sıx birləşək! Yaşasın dünya azərbaycanlılarının sarsılmaz

həmrəyliyi və birliyi!

Müraciət Dünya Azərbaycanlılarının I Qurultayında qəbul olunmuşdur.

Bakı şəhəri, 10 noyabr 2001-ci il

Page 5: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

5

Dünya Azərbaycanlılarının I Qurultayının nümayəndələrinin

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə

MÜRACİƏTİ

Zati aliləri!

Dünya Azərbaycanlılarının I Qurultayının nümayəndələri dərin minnətdarlıq duyğularıyla Sizə müraciət

edirlər. Dünyanın hər tərəfindən bu tarixi məclisə yığılmış dünya azərbaycanlılarının nümayəndələri bugünkü

qurultayı Sizin tarixi xidmətiniz, xalqımız, millətimiz, Vətənimiz yolunda göstərdiyiniz növbəti fədakarlıq

nümunəsi hesab edir. Sizin təşəbbüsünüz sayəsində təşəkkül tapmış diaspor hərəkatı getdikcə genişlənərək, bu gün

öz gerçək bəhrələrini verməkdədir.

Bu gün müstəqil Azərbaycan Respublikasında yeridilən müdrik daxili və xarici siyasət nəticəsində dünya

birliyində layiqli yerini tutmuş, beynəlxalq aləmdə tanınmış, ölkənin iqtisadi və mənəvi-intellektual imkanları

Dünyaya açılmış, beynəlxalq sistemə inteqrasiya olunmuşdur. Qurultay münasibəti ilə dogma Azərbaycana səfər

müddətində tarixən az bir zaman kəsiyi-on il ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlərin bir çoxu ilə əyani

şəkildə tanış olduq. Biz burada möhkəm siyasi sabitliyin, demokratik, sivil, hüquqi dövlət quruculuğunun,

intensive iqtisadi inkişafın, düşünülmüş investisiya siyasətinin bəhrələrini öz gözlərimizlə gördük. Bütün bunlar

bizi sevindirir, qəlbimizdə müstəqil Azərbaycan üçün böyük iftixar və qürur hissi doğurur. Biz – dünya

azərbaycanlıları Azərbaycan Respublikasının yeritdiyi rəsmi daxili və xarici siyasəti bəyənir və dəstəkləyirik.

Möhtərəm Prezident! Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə aparılan iqtisadi və

hüquqi islahatlar, demokratikləşmə prosesləri, Azərbaycanın Qafqazda və bütün regionda mühüm siyasi qüvvəyə,

beynəlxalq iqtisadi layihələrin mərkəzinə çevrilməsi və qüdrətinin getdikcə artması Azərbaycanın dünya

sivilizasiyasına inteqrasiyasının sübutudur. Bu dünya azərbaycanlılarının da mütəşəkkilliyinin və həm- rəyliyinin

artmasına, onların Azərbaycan xalqına mənsubluq hissinin güclənməsinə və azərbaycançılıq ideyaları ətrafında

daha sıx birləşməsinə güclü təkan verəcəkdir. Biz əmin olduğumuzu bildiririk ki, Azərbaycan Respublikası həmişə

bütün dünya azərbaycanlılarının ümid və məhəbbətlə üz tutduğu müqəddəs məkan, onların layiqli təmsilçisi,

beynəlxalq hüquq normalarında əks olunmuş əsas insan hüquqları və azadlıqlarının müdafiəçisi və ifadəçisi

olacaqdır.

Dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının dərdlərini, problemlərini öz dərdi kimi qəbul

edir. Biz Azərbaycan torpaqlarının 20 faizinin erməni qəsbkarları tərəfindən işğalı, bir milyonadək qaçqının ağır

şəraitdə yaşaması faktı ilə heç cür barışmır və buna qəti etirazımızı bildiririk. Erməni millətçilərinin Azərbaycan

xalqına qarşı təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti Azərbaycandövlətinin ardıcıl siyasi fəaliyyəti

sayəsində beynəlxalqaləmə çatdırılmış, təcavüzkar erməni millətçiləri ifşa olunmuşdur. Yaxın zamanda

münaqişənin ədalətli həllinə nail olunacağına da şübhə yoxdur. Bununla belə, dünya azərbaycanlıları bütün

mümkün vasitələrdən istifadə etməklə Azərbaycan torpaqlarının sülh yolu ilə azad edilməsi işində öz səylərini

daim artıracaqlar. Möhtərəm Prezident! Qurultay dünya azərbaycanlılarının fəaliyyətində yeni bir mərhələ açdı.

Dünya azərbaycanlıları Azərbaycan dövlətini qəti əmin edir ki, dəfələrlə bəyan olunan və qurultayın təsbit etdiyi

məqsəd və vəzifələr - ümumbəşəri dəyərləri mənimsəməklə yanaşı milli dəyərlərin qorunub-saxlanılması,

Azərbaycan dilinin, adət və ənənələrin, milli mədəniyyət və incəsənətin yaşadılması, inkişaf etdirilməsi, təbliğ

olunması yolunda yorulmadan çalışacaq, onların gələcək nəsillərə ötürülməsi üçün öz səylərini

əsirgəməyəcəklər.

Müxtəlif ölkələrdə yaşayan azərbaycanlı icmalarına zərbaycançılıq ideyaları ətrafında birləşməsini, onların

həmrəyliyinin möhkəmləndirilməsini, müstəqil AzərbaycanRespublikasıiləəlaqələrinin genişləndirilməsini,

Azərbaycan diasporunun daha mütəşəkkil qüvvəyə çevrilməsini dünya azərbaycanlıları özünün amalı, vətəndaşlıq

borcu hesab edir. Möhtərəm Prezident! Biz-Dünya Azərbaycanlılarının I Qurultayının iştirakçıları müstəqil

Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir, onun beynəlxalq aləmdə qazandığı

nüfuzundan böyük qürur və iftixar hissi duyaraq bəyan edirik ki, müstəqillik, milli birlik, həmrəylik amallarına,

ümumbəşəri və milli dəyərlərə əsaslanan azərbaycançılıq ideyalarının bərqərar olması naminə bütün səylərimizi

səfərbər edəcəyik.

Müraciət Dünya Azərbaycanlılarının I Qurultayında qəbul olunmuşdur

Bakı şəhəri, 10 noyabr 2001-ci il

Page 6: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

6

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti

soydaşlarımızı ruhlandırmışdır

Kanada-Azərbaycan əməkdaşlığı təşkilatı bu ölkədə yaşayan soydaşlarımız adından Xarici Ölkələrdə

Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə müraciət göndərmişdir.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Kanadadakı həmvətənlərimiz dövlətimizin başçısı

İlham Əliyevin dünya azərbaycanlılarına ünvanladığı müraciətdən çox məmnundurlar. Soydaşlarımız müraciətdə

səslənən fikirlərin və ideyaların onların gələcək fəaliyyətlərinə stimul verdiyini bildirirlər. Kanadanın Mak Master

Universitetinin riyaziyyat və statistika departamentinin professoru İlham Axundov komitəyə göndərdiyi

müraciətdə yazır ki, bu ölkədə yaşayan soydaşlarımız ümummilli liderimiz Heydər Əliyevin yolunu inamla davam

etdirən Prezident İlham Əliyevi dəstəkləyirlər.

Kanadada yaşayan soydaşlarımız Dövlət Komitəsi vasitəsilə təkcə tarixi Vətənləri olan Azərbaycanda

deyil, bütün dünya ölkələrindəki azərbaycanlıları 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü

münasibətilə təbrik etdiklərini yazırlar.

30 dekabr 2003

Page 7: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

7

Dünya Azərbaycanlıları Konqresi BMT-yə müraciət etdi

Qurum dünya birliyini Azərbaycanın güneyində baş verənlərə və erməni işğalına göz yummamağa çağırır.

Xəbər verdiyimiz kimi, fevralın 27-dən 29-dək Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları

Konqresinin (DAK) VII qurultayı keçirilib. Qurultayda iştirak edən qurumun köhnə və yeni İdarə Heyətinin

üzvü Vaqif Sultanlı artıq Bakıya qayıdıb. V.Sultanlı qurultayın yüksək səviyyədə keçdiyini deyib: "Hətta mən

deyərdim ki, bu, DAK-ın indiyədək keçirilən ən möhtəşəm qurultaylarından biri oldu. Qurultay çox yüksək

səviyyədə təşkil olunmuşdu". Qurultayda dünyanın bir sıra ölkələrində yaşayan soydaşlarımız, eləcə də

Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi qurumların nümayəndələri, ziyalılar, Xarici Ölkələrdə Yaşayan

Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və digərləri iştirak ediblər. V.Sultanlının

sözlərinə görə, qurultayda əsasən dörd məsələ müzakirə olunub. Qurultayda güneydə baş verənlər, Dağlıq

Qarabağ problemi, Azərbaycanda baş verən ictimai-siyasi proseslər, Azərbaycan diasporunun təşkilatlanması,

eləcə də türk dünyası ilə əlaqə və inteqrasiya məsələləri müzakirəyə çıxarılıb. O bildirib ki, ilk dəfə olaraq DAK

müzakirəyə çıxarılan hər bir məsələ ilə bağlı ayrıca qətnamə qəbul edib. Qurultayda həmçinin Xocalı faciəsinin

ermənilər tərəfindən törədilməsi, faciə ilə bağlı həqiqətlərin dünya ictiamiyyətinə çatdırılması ilə bağlı da

qətnamə qəbul olunub. V.Sultanlı deyib ki, ən önəmli məsələlərdən biri DAK-ın adından güney məsələsi

və Dağlıq Qarabağ problemi ilə bağlı müraciət qəbul edilməsidir. DAK-ın BMT-yə ünvanladığı müraciətdə

Azərbaycanın güneyində yaşayan soydaşlarımızın hüquqlarının İran rejimi tərəfindən tapdandığı, onların öz

ana dillərində

oxuyub-yazmaq hüququndan məhrum edildikləri öz əksini tapıb. Qurultay iştirakçıları bildiriblər ki, dünya

birliyi İran rejiminin bu əməllərinə göz yummamalıdır. Müraciətdə həmçinin qeyd olunub ki, Azərbaycan

torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub və ermənilərin işğalçı siyasəti nəticəsində 1 milyona

yaxın azərbaycanlı öz yurd-yuvalarından didərgin düşüb. Müraciət müəllifləri həmçinin Ermənistanın Dağlıq

Qarabağ probleminin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1992-ci ildə qəbul etdiyi qətnaməyə məhəl

qoymadığını vurğulayıblar. Qurultay iştirakçıları qeyd ediblər ki, BMT Ermənistanın qeyd-şərtsiz həmin

qətnamələrdən irəli gələn tələbləri yerinə yetirməsini təmin etməlidir. Onlar həmçinin Azərbaycanda baş verən

ictimai-siyasi proseslərlə bağlı bəyanat qəbul ediblər.

V.Sultanlının sözlərinə görə, daha sonra qurumun rəhbər orqanlarına seçkilər keçirilib. DAK İdarə Heyətinə

regional prinsip əsasında keçirilən seçkilərdə Azərbaycana üç yer ayrılıb. Ümumilikdə isə İdarə Heyətinə 13

nəfər seçilib. Qeyd edək ki, qurultaya qədər də DAK İdarə Heyəti 13 nəfərdən ibarət idi. Qurumun köhnə

üzvləri yenidən İdarə Heyətinə üzv seçiliblər. Cavad Derəxti isə yenidən DAK İdarə Heyətinin sədri olub.

"525-ci" qəzet 03 mart 2004

Page 8: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

8

«Avropa Azərbaycanlıları Konqresi»nin təsis toplantısı iştirakçılarının prezident İlham Əliyevə müraciəti

Zati aliləri, cənab Prezident!

Biz, «Avropa Azərbaycanlıları Konqresi»nin (AAK) təsis toplantısının iştirakçıları 2004-cü il 17 aprel

tarixində Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində toplanaraq Azərbaycan diaspor

quruculuğunun çağdaş durumunu və gələcək perspektivlərini geniş müzakirə etdik. Bütün toplantı

iştirakçılarının fikri bir məsələdə tam yekdil oldu ki, bu gün dünya azərbaycanlılarının ümummilli ideya

– azərbaycançılıq, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi uğurla davam edir.

Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar, doğma vətənimizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin,

iqtisadi yüksəlişin, başlanmış siyasi kursun davamlı olmasını istəyir, hər sahədə Azərbaycana xidmət etməyə və

Sizin fəaliyyətinizi dəstəkləməyə hazır olduğumuzu bəyan edirik.

Möhtərəm Prezident!

Toplantı iştirakçıları hesab edir ki, dünyanın müxtəlif güşələrində fəaliyyət göstərən Azərbaycan

cəmiyyətlərinin təşkilatlanma prosesinin geniş vüsət alması və birgə iş birliyi naminə icma və birliklərin

Azərbaycan federasiyaları şəklində formalaşdırılması artıq günün tələbinə çevrilmişdir. Toplantı iştirakçıları

Avropada fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin mövcud imkanlarını, qayğı və problemlərini də

geniş müzakirə edərək, belə bir ortaq fikrə gəldilər ki, Avropa ölkələrində məskunlaşmış

soydaşlarımızın tarixi Vətənləri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında

mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, onların milli, sosial və vətəndaş hüquqlarının müdafiəsi,

milli-mənəvi dəyərlərin birgə qorunması və Azərbaycan icma və birliklərinin regionda fəaliyyətlərinin

əlaqələndirilməsi məqsədi ilə «Avropa Azərbaycanlıları Konqresi»ni təsis etsinlər. Toplantı iştirakçıları

əminliklə qeyd etdilər ki, vətənin hüdudlarından kənarda olan Azərbaycan icmalarının birliyi ideyasının

gerçəkləşməsi yalnız Ümummilli liderimiz Heydər Əliyevin milləti və dövləti dirçəltmək naminə apardığı

böyük və müqəddəs işə ürəkdən inamları sayəsində mümkün olmuşdur.

Sizi əmin edirik ki, «Avropa Azərbaycanlıları Konqresi» doğma Vətənimizin şərəf və ləyaqətini həmişə

yüksək tutacaq və quruma daxil olan Azərbaycan icma və birliklərinin xətti ilə Azərbaycan həqiqətlərini,

müxtəlif sahələrdə əldə etdikləri uğurları, təmsil etdikləri ölkə əhalisinə və eləcə də dünya

ictimayyətinə

çatdıracaq, Azərbaycanın iqtisadi qüdrətinin inkişaf etməsi yolunda fəal iştirak edəcəklər. «Avropa

Azərbaycanlıları Konqresi» bütün azərbaycanlıları bir araya gətirmək istiqamətində öz fəaliyyətlərini bundan

sonra daha da genişləndirəcək və soydaşlarımızın həyatında mühüm əhəmiyyət kəsb edən digər problemlərin

həllinə öz töhfəsini verəcəklər

AzərTAc

26 aprel 2004

Page 9: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

9

Amsterdamda Azərbaycan diasporunun konfransı keçirilib

Konfransda Ermənistanın təcavüzkar siyasəti ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanıb

Niderland Krallığının Amsterdam şəhərində bu ölkədəki Azərbaycan icma və birliklərinin fəaliyyəti, müasir

durumu, qayğı və perspektivlərinə həsr edilmiş konfrans keçirilib. Konfrans Azərbaycan-Niderland Dostluq

Cəmiyyətinin təşəbbüsü ilə baş tutub. Toplantıda Avropa ölkələrində fəaliyyət göstərən bir sıra Azərbaycan

diaspor təşkilatlarının rəhbərləri də iştirak ediblər. Azərbaycanın Dövlət Himni səsləndikdən və Xocalı

soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra diaspor quruculuğunun problem və

perspektivləri ətrafında müzakirələr aparılıb. Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin təsisçisi Sahil

Qasımov giriş nitqi ilə çıxış edərək konfransın məqsəd və məramı barədə ətraflı məlumat verib. Avropa

Azərbaycanlıları Konqresinin prezidenti Bahəddin Kaya, "Belçika-Azərbaycan Evi"nin sədri Bülənt Gürcam,

Azərbaycan Türk Kültür Mərkəzinin sədri Cəlal Qaragöz, həmin mərkəzin nümayəndəsi İlham Aşqın,

Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin mədəniyyət şöbəsinin müdiri Sultan Mustafayev, Avropa Qafqaz

Elm və Mədəniyyət Mərkəzinin sədri Gülşən Kazımova, Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin sədri

Ofelya Babayeva, "Roterdam Azeri-United" təşkilatının sədri Tofiq Hacılı və Avropa-Azərbaycan Mərkəzinin

sədri Fatma Əliyeva məruzə ilə çıxış ediblər.

Azərbaycan diasporunun problem və perspektivlərinə həsr olunmuş praktik konfransda erməni diasporunun

və lobbisinin ölkəmiz əleyhinə apardığı təbliğatın qarşısının alınması istiqamətində görüləcək işlər barəsində də

ətraflı müzakirə aparılıb. Avropa ölkələrində, o cümlədən Niderland Krallığında Azərbaycanla bağlı dolğun

təsəvvürlərin formalaşdırılması, Ermənistanın ölkəmizə təcavüzü barədə Avropa ictimaiyyətinin obyektiv

şəkildə məlumatlandırılması məsələləri də diqqət mərkəzində saxlanılıb.

Çıxış edənlər Azərbaycan həqiqətlərinin bütün Avropa ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq

siyasətinin beynəlxalq miqyasda ifşa olunması üçün diaspor təşkilatlarımızın vahid ideya ətrafında

birləşdirilməsinin zəruriliyini qeyd ediblər. Xocalı soyqırımının 13-cü ildönümünün yaxınlaşması ilə əlaqədar

Azərbaycan icma və birliklərinin həyata keçirəcəyi tədbirlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Azərbaycan diaspor təşkilatlarının eyni vaxtda bir neçə tədbir keçirməsi planlaşdırılan

aksiyaların effektliliyini aşağı sala bilər və buna görə də bu cür etiraz tədbirlərinin koordinasiya edilmiş

formada, sistemli şəkildə keçirilməsi istiqamətində müəyyən işlər aparmaq lazımdır.

Konfransda iştirak edən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri

Nazim İbrahimov bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcəyini

qeyd edib və Azərbaycan hökumətinin xaricdəki diaspor təşkilatlarının fəallığını artırmaq üçün tələb olunan

bütün zəruri addımları atmağa, hər cür kömək göstərməyə hazır olduğunu bildirib. Dövlət Komitəsinin sədri son

illərdə diaspor təşkilatlarının fəaliyyətində müşahidə edilən canlanmanı yüksək qiymətləndirdiyini

vurğulayaraq, həmvətənlərimizin vahid ideya və məqsəd ətrafında təşkilatlanmasının böyük əhəmiyyət kəsb

etdiyini deyib. O, Qarabağ probleminin bütün dünya Azərbaycanlıları üçün ümummilli əhəmiyyət daşıdığını

xüsusi vurğulayaraq bu məsələnin həllində hər bir həmvətənimizin fəal iştirakının vacib olduğunu söyləyib.

Konfransın sonunda Benülüks ölkələrindəki Azərbaycan icma və birlikləri adından Ermənistanın Azərbaycana

təcavüzü ilə bağlı bəyanat qəbul olunub. Qeyd edək ki, həmin bəyanat Avropa ölkələrində yerləşən bütün

beynəlxalq təşkilatlara göndəriləcək. Bundan başqa konfrans iştirakçıları Avropanın müxtəlif ölkələrində

fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına müraciət də ünvanlayıb. Həmin müraciətdə diasporun

yalnız milli maraqlara xidmət etməsinin vacibliyi önə çəkilir.

N. Bayramlı

“Yeni Azərbaycan”, 24 Fevral 2005-ci il

Page 10: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

10

Dünya Azərbaycanlılarının II Qurultayının bütün

Dünya Azərbaycanlılarına müraciəti

Əziz həmvətənlər!

Hörmətli soydaşlarımız!

Xalqımız bütün tarixi boyu milli birlik və həmrəylik arzuları ilə yaşamışdır. Lakin dünya

azərbaycanlılarının təşkilatlanması, onların həmrəyliyinin güclənməsi müstəqil Azərbaycan Respublikası və

ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dünyada yaşayan azərbaycanlıların milli

birlik və həmrəylik hisslərinin güclənməsi, onların ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi ətrafında sıx

birləşməsi üçün daim geniş fəaliyyət göstərmiş, özünün bütün bilik və bacarığını sərf etmişdir. O, hələ Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, 1991-ci il dekabrın 16-da ilk dəfə rəsmi olaraq 31 dekabrı

dünya azərbaycanlılarının həmrəylik və milli birlik günü elan etmiş, sonrakı illərdə isə Azərbaycan xalqının,

bütün dünya azərbaycanlılarının milli bayramına çevrilməsi üçün xüsusi səy göstərmişdir. Bir toplum kimi

dünya azərbaycanlıları qarşısında duran vəzifələr Heydər Əliyev tərəfindən aydın və dəqiq

müəyyənləşdirilmişdir. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, ilk növbədə, öz milli kimliklərini dərk və

hifz etməli, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi adət-ənənələrini, tarixini yaşatmalı və inkişaf

etdirməlidirlər. Bu, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin mühüm şərtidir. Digər

mühüm istiqamət dünya azərbaycanlılarının Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, bu

əlaqələrin hüquqi, siyasi, ictimai və mədəni əsaslarının gücləndirilməsidir.

Hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Azərbaycan

dövlətinin, cəmiyyətinin problemləri ilə yaşamalı, onların həlli üçün mənəvi məsuliyyət hiss etməlidir. Eyni

zamanda, Azərbaycan hökuməti də Vətənimizin getdikcə artan maddi və mənəvi gücündən, siyasi nüfuzundan

bütün dünya azərbaycanlılarının bəhrələnməsinə şərait yaratmalı, onların hüquqlarının qorunması üçün istifadə

etməlidir. Azərbaycan diasporunun təşkilatlanması, Vətənlə əlaqələrinin möhkəmlənməsi üçün Heydər Əliyev

sözün tam mənasında coşqun fəaliyyət göstərmişdir. Azərbaycanlıların həmrəyliyi ideyası ictimai

təşəbbüslərdən və arzulardan əməli iş səviyyəsinə qaldırılmış, dövlət siyasətinin ən mühüm istiqamətlərindən

birinə çevrilmişdir. 2001-ci ilin noyabrında Dünya azərbaycanlılarının I qurultayının yüksək səviyyədə

keçirilməsi və Azərbaycan rəhbərliyinin sonrakı məqsədyönlü siyasəti müxtəlif ölkələrdə azərbaycanlı

icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsinə gətirib

çıxarmışdır. I qurultaydan ötən dövrdə dünya azərbaycanlılarının həmrəyliyinin məzmunca

zənginləşdirilməsi, təşkilati-hüquqi əsaslarının təkmilləşdirilməsi üçün çox iş görülmüşdür. Xaricdə Yaşayan

Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, soydaşlarımızla bağlı dövlət siyasətini tənzimləyən ayrıca

qanun qəbul edilmişdir. Azərbaycanlıların təşkilatlanması işi daha da güclənmiş, milli-mənəvi və

ümumbəşəri dəyərləri üzvi şəkildə birləşdirən, Azərbaycan xalqına və dövlətinə bağlılıq hissinə əsaslanan

azərbaycançılıq ideyası bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılmışdır. İndi xaricdə

yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçirilməsində, soydaşlarımızın birlik və

həmrəyliyinin möhkəmləndirilməsində yeni mərhələ yaşanmaqdadır. Bu, bir tərəfdən, Azərbaycanın iqtisadi və

siyasi cəhətdən güclənməsi, onun regionda lider dövlətə çevrilməsi, beynəlxalq nüfuzunun artması ilə, digər

tərəfdən isə, xaricdə yaşayan azərbaycanlılarla işin keyfiyyətinin yüksəlməsi, qarşıya yeni vəzifələrin qoyulması

ilə əlaqədardır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən icma və qurumlar tədricən vahid mərkəzlərdə birləşir,

soydaşlarımız artıq qitələr üzrə təşkilatlanmağa başlayırlar. Hazırda Azərbaycan dövləti öz qarşısına

həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi, yaşadıqları ölkələrdə təsirli qüvvəyə çevrilməsi, dünya

azərbaycanlılarının taleyi üçün məsuliyyət daşıması kimi vəzifələr qoyur. Buna görə də azərbaycanlı icmalarının

yaşadıqları ölkələrin müxtəlif hakimiyyət və ictimai strukturlarında layiqli təmsil olunması və aparıcı

dövlətlərdə nüfuzlu Azərbaycan lobbisinin formalaşdırılması Azərbaycan Respublikasının və xaricdə yaşayan

soydaşlarımızın qarşısında duran mühüm vəzifələrdəndir. Azərbaycanın milli-mənəvi dəyərlərinin, mütərəqqi

ənənələrinin qorunub saxlanması və təbliğ edilməsi, mədəniyyət, hüquq-müdafiə mərkəzlərinin yaradılması və

onların səmərəli fəaliyyət göstərməsi üçün məqsədyönlü, müntəzəm tədbirlər həyata keçirilməlidir. Azərbaycanlı

icmalarının yaşadıqları ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələri gücləndirilməli, soydaşlarımız üçün

müntəzəm surətdə kütləvi-mədəni tədbirlər təşkil olunmalıdır. Eyni zamanda, soydaşlarımızın Azərbaycanın

iqtisadi və ictimai-mədəni həyatında real iştirakı təmin edilməli, məskunlaşdıqları ölkələrlə tarixi Vətən

arasında əlaqə və münasibətlərin möhkəmləndirilməsində onların rolu artırılmalıdır. Azərbaycana dost

münasibətdə olan icmalar, ayrı-ayrı dövlət, elm və mədəniyyət adamları, ictimai təşkilatların

nümayəndələri ilə əlaqələr yeni səviyyəyə qaldırılmalı, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə

Page 11: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

11

çatdırılması, Azərbaycanın maraqlarının ayrı-ayrı ölkələrdə və beynəlxalq qurumlarda müdafiəsi üçün bu

əlaqələrdən bacarıqla istifadə edilməlidir.

Page 12: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

12

Xaricdə yaşayan azərbaycanlılar həmçinin məkrli erməni təbliğatının planlarını və fitnə-fəsadlarını

vaxtında ifşa etməli, tariximizi və mədəni irsimizi saxtalaşdırmaq, dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinin

qarşısını daha qətiyyətlə almalıdırlar. Onlar bu məsələdə fəal mövqe tutmalı, öz fəaliyyətlərini Azərbaycanın

müvafiq təşkilatları ilə əlaqələndirməlidirlər.

Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir, ölkələrin ictimai-

siyasi həyatına onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq hissi ilə qeyd edilməlidir ki, Müstəqil

Dövlətlər Birliyi ölkələrində, Avropada, Asiyada, Amerikada çoxsaylı azərbaycanlı icmaları və cəmiyyətləri

əvvəlki dövrlərlə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin xüsusi vurğulanmalıdır ki, onların geniş

imkanları, istifadə olunmamış potensialı vardır və bu potensialdan milli maraqlar naminə maksimum

yararlanmaq lazımdır.

İndi dünya azərbaycanlılarının həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, onların ümummilli

ideyalar ətrafında sıx birləşməsi üçün daha əlverişli şərait yaranmışdır. Azərbaycan Respublikası beynəlxalq

münasibətlər sistemində layiqli yer tutur, dünya birliyinə qəti şəkildə inteqrasiya olunur, həyatın bütün

sahələrini qabaqcıl dünya meyarlarına uyğunlaşdırır. 2003-cü ilin prezident və 2005-ci ilin parlament seçkiləri

Azərbaycan cəmiyyətinin demokratik inkişaf yolu ilə inamla irəlilədiyini bir daha sübut etmişdir.

2005-ci ildə Azərbaycan iqtisadiyyatı ən yüksək inkişaf templərinə malik olmuşdur. Ümumi daxili

məhsulun həcmi 26 faizdən çox artmış və bu göstəriciyə görə ölkəmiz dünyada birinci yeri tutmuşdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həlli

istiqamətində səylər gücləndirilmişdir, bu istiqamətdə yeni imkanlar axtarılır. Dövrümüzün nəhəng enerji

layihələri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin 2006-cı ildə

istismara verilməsi, Qars-Tbilisi-Bakı dəmir yolunun reallaşdırılmaqda olan çəkilişi bütün regionun simasını

dəyişəcək və dünya azərbaycanlıları qarşısında yeni imkanlar açacaqdır. Qazanılan uğurlar həm ölkə daxilində,

həm də xaricdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə əlverişli şərait

yaratmış, onların tarixi Vətənlə bağlılığına yeni stimul vermişdir.

Bütün bu nailiyyətlər göstərir ki, Azərbaycan düz yoldadır, onun daxili və xarici siyasəti davamlı və

dayanıqlı inkişaf üçün başlıca şərtdir. Azərbaycanın sürətlə artan potensialı bütün problemlərimizin həllində, o

cümlədən dünya azərbaycanlıları ilə bağlı vəzifələrin həyata keçirilməsində güclü amil olacaqdır.

Əziz azərbaycanlılar!

Hörmətli soydaşlar!

Qurultay sizə müraciət edərək qəbul olunmuş qərarların yerinə yetirilməsi üçün bütün imkanlarınızdan

istifadə etməyə, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının həyata keçirilməsi üçün öz

qüvvələrinizi birləşdirməyə çağırır, hər birinizə cansağlığı, firavanlıq, əmin-amanlıq və Vətənimizin tərəqqisi

yolunda uğurlar arzulayır.

Müraciət Dünya azərbaycanlılarının II qurultayında qəbul olunmuşdur.

Bakı şəhəri, 16 Mart 2006-cı il

Page 13: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

13

Dünya Azərbaycanlılarının II Qurultayı nümayəndələrinin

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti

Zati-aliləri!

Dünya azərbaycanlılarının I qurultayında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə qiymət

vermək, gələcək fəaliyyətimizin yeni istiqamətlərini müəyyənləşdirmək məqsədilə növbəti ali məclisimizin

keçirilməsinə yüksək səviyyədə dəstək verdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Görülmüş işləri təhlil etdikdə bir daha əmin oluruq ki, qloballaşan dünyada ümumbəşəri dəyərlərə

yiyələnməklə yanaşı, milli varlığımızı qoruyub saxlamaq, mədəniyyətimizi, dilimizi və adət-ənənələrimizi

gələcək nəsillərə ötürmək, azərbaycançılıq ideyası ətrafında sıx birləşərək güclü diaspor hərəkatı

formalaşdırmaq üçün başlıca şərt müstəqil dövlətimizin - Azərbaycan Respublikasının qorunması və daha da

gücləndirilməsidir. Bu baxımdan Sizin rəhbərliyiniz altında Vətənimizin qazandığı uğurlar hər birimizin

qəlbində böyük iftixar hissi doğurur, xalqımızın işıqlı gələcəyinə ümidlərimizi artırır.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin uğurla davam

etdirilməsi nəticəsində Azərbaycan dinamik inkişaf yoluna çıxaraq Cənubi Qafqazın aparıcı dövlətinə

çevrilmişdir. Ölkədə hökm sürən ictimai-siyasi sabitlik və demokratiyanın inkişafı sosial-iqtisadi və hüquqi

islahatların dərinləşdirilməsinə əlverişli imkan yaratmışdır.

Neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkəyə daxil olan vəsaitlərin şəffaf şəkildə idarə

olunması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkə infrastrukturlarının yenidən qurulması, vətəndaşların

hüquq və azadlıqlarının ardıcıl təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qüdrətini artırmaqla yanaşı,

beynəlxalq nüfuzunu da yüksəltmişdir. İndi Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuş, insan hüquq və

azadlıqlarına dönmədən əməl edən, aydın inkişaf perspektivlərinə malik ölkə imicini qazanmışdır.

Sosial-iqtisadi və ictimai-siyasi sahədə qazanılmış uğurlar ölkə daxilində milli birliyin möhkəmlənməsinə

təkan vermiş, xaricdə fəaliyyət göstərən azərbaycanlı icmalarının potensialını milli maraqlarımızın müdafiəsinə

cəlb etmək üçün əlverişli şərait yaratmışdır.

Möhtərəm Prezident!

Qurultay nümayəndələri xaricdə yaşayan azərbaycanlıların birliyinin təmin olunması, onların hüquq və

mənafelərinin qorunması istiqamətində Sizin gördüyünüz işləri yüksək qiymətləndirir və müdafiə edirlər.

Qurultay nümayəndələri Sizin səsləndirdiyiniz "Azərbaycanın qarşısında bu gün Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsindən başqa heç bir ciddi problem qalmamışdır" fikri ilə tam razıdırlar. Biz bu

problemin həlli yönündə atdığınız addımları dəstəkləyir və bəyan edirik ki, heç vaxt torpaqlarımızın Ermənistan

tərəfindən işğal olunması, bir milyona qədər soydaşımızın qaçqın və köçkün vəziyyətində yaşaması faktı ilə

barışmayacaq, bundan dövlətimizə qarşı təzyiq vasitəsi kimi istifadə olunmasına yol verməyəcəyik.

Təqdirəlayiq haldır ki, Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti sayəsində son illər dünya

ictimaiyyəti və beynəlxalq təşkilatlar ölkəmizlə bağlı bəzi həqiqətləri anlamağa və etiraf etməyə başlamışlar.

İslam Konfransı Təşkilatı və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan torpaqlarının Ermənistan

tərəfindən işğalı faktının tanınması, bu məsələnin BMT Baş Məclisinin sessiyasının gündəliyinə salınması,

ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə ermənilərin qeyri-qanuni olaraq

məskunlaşdırılmasını təsdiqləməsi Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində qazanılan mühüm

diplomatik nailiyyətlərdir.

Biz münaqişəni sülh yolu ilə nizama salmaq üçün ATƏT-in Minsk qrupu və Praqa prosesi çərçivəsində

aparılan danışıqlara böyük ümidlər bəsləyirdik. Lakin Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqe tutması

ucbatından danışıqlar prosesinin indiyədək heç bir nəticə verməməsi hər birimizi dərindən narahat edir.

Qurultay nümayəndələri yaranmış vəziyyətdə Sizin ən doğru qərar verəcəyinizə inanır və zati-alilərinizi əmin

edirlər ki, dünya azərbaycanlılarını bu qərarın dəstəklənməsinə səfərbər edəcəklər.

Cənab Prezident!

Sizin çıxışınızda səslənən fikir və tövsiyələr, II qurultayın qəbul etdiyi qərarlar Azərbaycan diaspor

hərəkatının gələcək inkişafına mühüm təsir göstərəcəkdir. Biz qurultayın irəli sürdüyü vəzifələrə uyğun olaraq

milli mənafelərimizin qorunması üçün bütün səylərimizi birləşdirəcəyik. Ümidvarıq ki, bu vəzifələrin

gerçəkləşdirilməsi yolunda Siz, həmişə olduğu kimi, bundan sonra da Azərbaycan dövlətinin imkanlarından

geniş istifadə edəcəksiniz. Möhtərəm Prezident! Dünya azərbaycanlılarının II qurultayının bütün iştirakçıları

müstəqil Azərbaycan Respublikasının nail olduğu uğurları yüksək qiymətləndirir, Azərbaycan diasporunun

gücləndirilməsi üçün gördüyünüz işləri alqışlayır, azərbaycançılıq ideyalarının daim yaşaması və hər bir

azərbaycanlının həyat normasına çevrilməsi naminə səylərini əsirgəməyəcəklərini bəyan edirlər. Müraciət Dünya

azərbaycanlılarının II qurultayında qəbul olunmuşdur.

Bakı şəhəri, 16 Mart 2006-cı il

Page 14: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

14

Dünya Azərbaycanlılarının II Qurultayının Ermənistan–Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciəti

Dünya azərbaycanlılarının II qurultayının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə

əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət

başçılarına müraciəti

Hörmətli xanımlar və cənablar!

Biz - Dünya azərbaycanlılarının II qurultayının nümayəndələri böyük inam və ehtiram hissi ilə sizə

müraciət edərək bildiririk ki, qonşu Ermənistanın Azərbaycana qarşı 18 il əvvəl başlanmış və bu günədək

davam edən hərbi təcavüzü Qafqaz regionunda sülh və sabitlik üçün böyük təhlükəyə çevrilmiş, münaqişə

nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunmuş, 1 milyona yaxın insan doğma torpaqlarından

didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.

Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda

Ermənistan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə etinasızlıq göstərməkdə davam edir, öz

silahlı qüvvələrini işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmaq istəmir. Təcavüzkarın aqressiv separatizmi

dəstəkləməsi və davakar millətçilik siyasətindən əl çəkməməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsinin sülh yolu ilə nizamlanması yolunda başlıca maneədir. "Böyük Ermənistan" xülyası ilə yaşayan

erməni millətçilərinin qəsbkarlıq planlarının, azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımı

siyasətinin yüz illərlə ölçülən tarixi vardır. XIX əsrin əvvəllərindən etibarən ermənilər bəzi xarici dövlətlər

tərəfindən məqsədyönlü şəkildə Azərbaycan torpaqlarına köçürülmüş, soydaşlarımızın həmin ərazilərdən

sıxışdırılıb çıxarılması prosesi başlanmışdır.

Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti Sovet İttifaqının dağıldığı illərdə daha da güclənmişdir.

1988-ci ildən etibarən açıq şəkildə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın hərbi təcavüzünün

miqyası sürətlə genişlənmiş, Dağlıq Qarabağın inzibati hüdudlarından kənara çıxaraq Azərbaycanın digər

ərazilərinin işğalı ilə nəticələnmişdir.

Ermənistanın Azərbaycana hərbi təcavüzü böyük insan tələfatı, ağır maddi və mənəvi itkilərə səbəb

olmuşdur. 1992-ci ilin fevralında azərbaycanlıların ən qədim tarixi məskənlərindən biri olan Xocalı şəhəri

erməni silahlı qüvvələri tərəfindən amansızlıqla dağıdılmış, qocalar, qadınlar və uşaqlar da daxil olmaqla, 600

nəfərdən çox insan işgəncələrlə qətlə yetirilmişdir. Xocalı soyqırımı daim özlərini dünya ictimaiyyətinə məzlum

göstərməyə çalışan erməni millətçilərinin riyakarlığını, insanlıq və bəşəriyyət əleyhinə cinayətlərini bir daha

açıb göstərmişdir.

Ümumiyyətlə, hərbi təcavüz zamanı 20 minədək azərbaycanlı həlak olmuş, 50 mindən çox insan

yaralanmış və ya əlil olmuşdur. 890 yaşayış məntəqəsi, 150 min ev, 7 min inzibati bina, 693 məktəb, 855 uşaq

bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 9 tarixi yer, 464 tarixi abidə və muzey, 40

min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü, 2300 km su kəməri, 2000 km qaz

kəməri, 15 min km elektrik xətti, 280 min hektar meşə, 1 milyon hektar əkin sahəsi, 1200 km irriqasiya sistemi

dağıdılaraq məhv edilmişdir. Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş ərazilər nəzarətsiz zonaya və

transmilli cinayətkar qruplar üçün əlverişli dayaq nöqtəsinə çevrilmişdir.

Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın və Ermənistanın müstəqil dövlət kimi Birləşmiş

Millətlər Təşkilatına üzv olması ilə Dağlıq Qarabağ problemi regional çərçivəni aşaraq beynəlxalq müstəviyə

çıxmışdır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 822, 853, 874 və 884

saylı qətnamələrində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət

ifadə edilmiş, zor işlədilməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi qeyd olunmuşdur. Bu sənədlərdə

silahlı əməliyyatlara və düşmənçilik hərəkətlərinə son qoyulması, erməni silahlı qüvvələrinin Azərbaycanın

işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir.

Son bir ildə bəzi nüfuzlu beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə aradan qaldırılması

istiqamətində müəyyən qərarlar qəbul etmişlər. Avropa Şurası Parlament Assambleyasının 2005-ci il 1416 saylı

qətnaməsində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq

Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmiş, münaqişə ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik

Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və silahlı qüvvələrin işğal olunmuş

ərazilərdən çıxarılmasının vacibliyi vurğulanmışdır. Bu tələblər AŞ PA-nın 2005-ci il 1690 saylı tövsiyəsində də

öz əksini tapmışdır. ATƏT-in faktaraşdırıcı missiyası nümayəndələrinin 2005-ci ilin martında Azərbaycanın

işğal olunmuş ərazilərinə səfəri zamanı orada ermənilərin kütləvi şəkildə qeyri-qanuni məskunlaşdırıldığı təsdiq

olunmuş və bu fakt təşkilatın yekun hesabatında özünə yer almışdır.

Page 15: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

15

Təəssüf ki, münaqişənin nizamlanması üçün xeyli səylər göstərilməsinə baxmayaraq, indiyədək bu sahədə

əsaslı irəliləyişə nail olunmamışdır. Münaqişənin aradan qaldırılması üçün yaradılmış ATƏT-in Minsk

qrupunun fəaliyyəti Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən səmərə verməmiş, Azərbaycan və

Ermənistan prezidentlərinin görüşlərində prinsipial məsələlər üzrə razılıq əldə etmək mümkün olmamışdır.

Beynəlxalq təşkilatların, vasitəçi dövlətlərin siyasi iradə nümayiş etdirməməsi, qətiyyətsiz mövqe tutması,

bəzən də ikili standartlardan çıxış edib işğalçı ilə təcavüzə məruz qalmış tərəf arasında tarazlıq yaratmaq

cəhdləri münaqişənin tezliklə və dinc yolla nizamlanmasını çətinləşdirmişdir. Bütün millətlərlə səmimi dostluq

və mehribanlıq şəraitində yaşamaq, digər xalqların milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə hörmətlə

yanaşmaq Azərbaycan xalqına xas olan əsas keyfiyyətlərdəndir. Azərbaycan xalqı Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məsələsində də böyük səbir və təmkin nümayiş

etdirir, problemin aradan qaldırılması, regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün davamlı səylər

göstərir.

Bu gün Azərbaycan müstəqil dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, iqtisadi

potensialına, demokratik inkişaf səviyyəsinə və beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider

dövlətinə çevrilmişdir. Lakin münaqişənin indiyədək həllini tapmaması, xalqımızın hələ də "nə müharibə, nə də

sülh" şəraitində yaşaması, ərazilərin beşdə birinin işğal altında, əhalinin səkkizdə birinin qaçqın və məcburi

köçkün vəziyyətində olması respublikamızın öz iqtisadi potensialından, maddi və mənəvi resurslarından daha

səmərəli istifadə etməsinə böyük maneçilik törədir.

Dünya azərbaycanlılarının II qurultayının iştirakçıları beynəlxalq təşkilatların rəhbərlərinə, ayrı-ayrı

ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, bütün tərəqqipərvər insanlara müraciət edərək

Azərbaycan xalqının üzləşdiyi tarixi ədalətsizliyin aradan qaldırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə uyğun həll edilməsi üçün ardıcıl səylər göstərməyə

çağırırlar.

Hörmətli xanımlar və cənablar!

Sizi regionda milli düşmənçilik və ədavət yaradan təcavüzkar erməni separatçılığının, erməni diasporu və

lobbisi tərəfindən irəli sürülən əsassız iddiaların və tarixi saxtakarlıqların əsl mahiyyətinə bələd olmaq üçün

problemlə daha yaxından tanış olmağa çağırırıq. İnanırıq ki, dünyada sülhün və təhlükəsizliyin təmin

olunmasına, xalqların mehriban dostluq və qonşuluq şəraitində yaşamasına böyük töhfələr vermiş beynəlxalq

təşkilatlar və ayrı-ayrı dövlətlər dünya azərbaycanlılarının çağırışlarını dəstəkləyəcək, münaqişənin beynəlxalq

hüququn tələblərinə uyğun nizama salınması üçün qətiyyətli və prinsipial mövqe tutacaqlar.

Müraciət Dünya azərbaycanlılarının II qurultayında qəbul olunmuşdur.

Bakı şəhəri, 16 Mart 2006-cı il

Page 16: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

16

Dünya Azərbaycanlılarının II Qurultayının Təhsil, Elm və

Mədəniyyət məsələləri üzrə təşkilata (YUNESKO) müraciəti

Dünya azərbaycanlılarının II qurultayının nümayəndələri dərin ehtiram və ümid hissi ilə sizə müraciət

edərək diqqətinizə çatdırırlar ki, Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiaları xalqımız üçün

ağır humanitar faciələrə gətirib çıxarmışdır.

Ermənistan ərazisində yığcam yaşayan 250 min azərbaycanlı 1988-ci ildən başlanmış etnik təmizləmələr

və zorakılıq hərəkətləri nəticəsində deportasiya edilmiş, onların yaşadıqları bölgələrdə toponimlər süni şəkildə

erməniləşdirilmiş, maddi mədəniyyət abidələri məhv edilmişdir. Ermənistan Respublikası silahlı qüvvələrinin

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin 20 faizini işğal etməsi həmin torpaqlarda yaşayan

700 minədək azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə, 20 mindən çox insanın həlak olmasına,

50 min nəfərin xəsarət almasına səbəb olmuşdur. Erməni əsirliyində saxlanılan 783 azərbaycanlının taleyi

haqqında isə hələ də heç bir məlumat verilmir.

Ermənistan terroru dövlət siyasəti səviyyəsinə qaldıraraq xüsusi xidmət orqanları vasitəsilə hərbi

əməliyyatların keçirilmədiyi Azərbaycan şəhərlərində də böyük insan tələfatı ilə nəticələnən terror aktları

törətmişdir.

Təcavüzün Azərbaycan xalqına vurduğu ən ağır zərbələrdən biri də onun zəngin mədəni irsinə dəymişdir.

Xalqımızın qədim tarixi izlərinin məhvinə yönəlmiş məqsədli vandalizm aksiyaları nəticəsində işğal olunmuş

ərazilərdə bəşər sivilizasiyasının tərkib hissəsi olan memarlıq abidələri, o cümlədən Kəlbəcər, Şuşa və Ağdam

rayonlarının tarix-diyarşünaslıq muzeyləri, Zəngilandakı daş abidələr muzeyi dağıdılmış, Şuşadakı XVIII əsrə

aid ikiminarəli "Gövhər ağa" məscidi zədələnmiş, digər məscidlər isə yandırılaraq yerlə yeksan edilmişdir.

Xocalıda tunc dövrünə aid 100-dən çox abidə yer üzündən silinmiş, qiymətli kitablar və əlyazmalar

oğurlanmışdır. Ümumilikdə işğal altında olan rayonlarda 442 tarixi memarlıq abidəsi, 22 muzey, 927 kitabxana,

85 uşaq musiqi məktəbi, 4 teatr, 4 incəsənət qalereyası, 2 konsert salonu, 1852 mədəniyyət və incəsənət mərkəzi

və başqa mədəniyyət ocaqları dağıdılmışdır. Muzeylərdəki 40 minədək eksponatın bir hissəsi məhv edilmiş,

digər hissəsi isə oğurlanaraq qanunsuz yollarla xarici ölkələrə daşınmışdır. Nadir incəsənət nümunələri olan

eksponatlar hazırda müxtəlif ölkələrin, o cümlədən Ermənistanın muzeylərində "erməni xalqına məxsus sənət

inciləri" kimi nümayiş etdirilməkdədir. Ermənilərin Dağlıq Qarabağın tarixini saxtalaşdırmaq, özlərinin guya

Qarabağın yerli əhalisi olduğunu əsaslandırmaq məqsədilə işğal etdikləri Şuşa şəhəri ətrafında qanunsuz

arxeoloji qazıntılar aparmaq planları böyük narahatlıq doğurur.

Biz işğal edilmiş ərazilərdə mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılmasını və oğurlanmasını insanlığa

yaraşmayan, bəşəriyyətin mənəvi sərvətlərinə qarşı törədilən cinayət aktı kimi qiymətləndirir, Ermənistanın

hərəkətlərinin beynəlxalq hüquq normalarına, o cümlədən 1954-cü ildə qəbul edilmiş "Silahlı münaqişələr

zamanı mədəni dəyərlərin qorunması haqqında" Haaqa Konvensiyasının müddəalarına zidd olduğunu sizin

nəzərinizə çatdırırıq. Min illər boyu yaradılmış mədəni irsin yalnız konkret bir xalqa və ya ölkəyə deyil, bütün

bəşəriyyətə məxsus olduğunu bir daha vurğulayaraq YUNESKO-nu erməni millətçilərinin və separatçı

dairələrinin törətdiyi vandalizm aktlarına son qoyulması üçün səy göstərməyə, işğal olunmuş Azərbaycan

ərazilərindəki tarixi abidələrin məhvinə və ya saxtalaşdırılmasına yönəlmiş hərəkətlərə qəti və birmənalı

münasibət bildirməyə çağırırıq.

Müraciət Dünya azərbaycanlılarının II qurultayında qəbul edilmişdir.

Bakı şəhəri, 16 Mart 2006-cı il

Page 17: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

17

Dünya Azərbaycanlılarının II Qurultayının Azərbaycan və türk

diaspor təşkilatlarına müraciət

Biz - Dünya azərbaycanlılarının II qurultayının nümayəndələri eyni soykökə, müştərək milli-mənəvi

dəyərlərə malik olan Azərbaycan və türk diaspor təşkilatlarının üzvlərinə müraciət edərək bildiririk ki, qardaş

xalqlarımız öz tarixlərinin məsul anlarında bir-birinə dayaq olmuş, tarixi irslərini qoruyaraq zənginləşdirmiş,

müstəqil dövlətləri olan Türkiyə Cümhuriyyətini və Azərbaycan Respublikasını yaşatmaqla ulu əcdadlarımızın

bizə miras qoyduğu maddi-mədəni sərvətləri gələcək nəsillərə ötürmək üçün əlverişli imkan qazanmışlar. Bu gün

Azərbaycan xalqı istər 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətini, istərsə də 1991-ci ildə dövlət

müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasını tanıyan və onun müstəqilliyinin möhkəmlənməsinə

əməli kömək göstərən ilk dövlətin qardaş Türkiyə olduğunu böyük minnətdarlıq hissi ilə xatırlayır.

Tarixi taleləri bir-birinə qırılmaz tellərlə bağlı olan xalqlarımız çətin məqamlarda çiyin-çiyinə verərək

qardaş köməyini bir-birindən əsirgəməmişlər. Türkiyənin azadlığını qoruyaraq Çanaqqala döyüşlərində

canından keçən azərbaycanlı könüllülər, 1918-ci ildə Azərbaycanın istiqlalı uğrunda gedən mübarizədə şəhid

olan türk əsgərləri xalqlarımızın tarixi yaddaşında yaşayaraq, sonrakı nəsillərə örnək olmuşlar. Türk dünyasının

iki böyük şəxsiyyətinin - ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri

bizim kədərimizdir" və ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamları qarşılıqlı

əlaqələrimizin dərin tarixi köklərini ifadə edərək siyasi, iqtisadi və mədəni əməkdaşlığımızın təməl prinsiplərini

müəyyənləşdirmişdir. Müasir dövrdə müstəqil dövlət kimi inkişaf dövrünü yaşayan Azərbaycan Respublikası

və Türkiyə Cümhuriyyəti tarixi ənənələrə sadiq qalaraq siyasi müttəfiqlik münasibətlərinin, iqtisadi

əməkdaşlığın və mədəni əlaqələrin dərinləşməsinə hərtərəfli səy göstərir, beynəlxalq təşkilatlarda ümumi

mənafelərin birgə

müdafiəsi üçün qüvvələrini əsirgəmirlər.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş nəhəng beynəlxalq enerji layihələrinin - Bakı-

Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasının uğurla həyata keçirilməsi, Qars-Tbilisi-

Bakı dəmir yolunun reallaşmaqda olan çəkilişi qardaş xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmış, onların

sosial rifahının yaxşılaşması, siyasi-strateji maraqlarının uzlaşdırılması və birgə qorunması üçün yeni

perspektivlər açmışdır.

Müstəqil dövlətlərimizin regionun aparıcı qüvvəsinə çevrilməsi, qlobal inteqrasiya proseslərinə fəal

şəkildə qoşulması, xalqlarımızın öz milli-mənəvi dəyərlərini və mədəni sərvətlərini qoruyaraq inkişaf etdirməsi

bir sıra bədxah qüvvələrin, xüsusən erməni millətçilərinin əsassız iddialarının və təxribatçı fəaliyyətinin

güclənməsinə səbəb olmuşdur. Beynəlxalq ictimaiyyəti çaşdırmaqla Azərbaycan və Türkiyəni gözdən salmağa,

öz xəbis niyyətlərini həyata keçirməyə çalışan məkrli erməni təbliğatının ifşa edilməsi zərurəti dünyanın

müxtəlif bölgələrində mövcud olan diaspor təşkilatlarımızın birgə səylərinin artırılmasını və əməkdaşlığının

möhkəmləndirilməsini şərtləndirir.

Bu gün azərbaycanlı və türk icmaları yaşadıqları ölkələrdə birgə mədəni-kütləvi tədbirlər, müxtəlif

aksiyalar keçirir, həmrəylik nümayiş etdirərək vahid mövqedən çıxış edirlər. Bununla belə, qloballaşan

dünyanın gerçəklikləri bu əməkdaşlığın dərinləşdirilməsini, azərbaycanlı və türk icmalarının vahid fəaliyyət

konsepsiyasının hazırlanmasını tələb edir.

Dünya azərbaycanlılarının II qurultayı azərbaycanlı və türk icmalarının birgə fəaliyyət imkanlarını

araşdırmaq və onun səmərəsinin artırılması ilə bağlı müzakirələr aparmaq məqsədilə Azərbaycan və türk diaspor

təşkilatları rəhbərlərinin forumunu keçirməyi məqsədəuyğun hesab edir və onları bu toplantının işində fəal

iştirak etməyə çağırır.

Qurultay nümayəndələri əmin olduqlarını bildirirlər ki, birgə forumun keçirilməsi Azərbaycan və türk

diasporlarının əməkdaşlığını daha da gücləndirəcək, qarşılıqlı əlaqələri yeni inkişaf səviyyəsinə qaldıracaq və

xalqlarımızın mənafelərinin qorunmasında mühüm rol oynayacaqdır.

Müraciət Dünya azərbaycanlılarının II qurultayında qəbul olunmuşdur.

Bakı şəhəri, 16 Mart 2006-cı il

Page 18: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

18

Xarkovda fəaliyyət göstərən Azərbaycan icmaları bir təşkilatda

birləşmişlər

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki,

Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov regional təşkilatının, “Azərbaycan”, “Azərbaycan diasporu”,

“Dostluq”, “Yeni Azərbaycan” və “Nur Azərbaycan” icmalarının birgə iclası keçirilmişdir. Toplantıda, Dünya

azərbaycanlılarının II qurultayının tövsiyələrinə uyğun olaraq, Xarkovda fəaliyyət göstərən Azərbaycan

icmalarının vahid mərkəzdə birləşməsi məsələsi müzakirə olunmuşdur.

Bildirilir ki, Xarkovda yaşayan bir qrup azərbaycanlı vahid mərkəzdə birləşmək təşəbbüsü ilə Xarici

Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə, respublikamızın Ukraynadakı səfirliyinə və

Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədrinə müraciət etmişdir. Səfirliyin, Dövlət Komitəsi

əməkdaşlarının və UAK rəhbərliyinin iştirak etdiyi toplantıda təşəbbüs qrupunun üzvü Malik Dursunov

müraciətlə bağlı məruzə etmişdir. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev bu müraciətin Prezident İlham

Əliyevin Dünya azərbaycanlılarının II Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə və

Qurultayın tövsiyələrinə uyğun olduğunu vurğulamış və təşəbbüsü alqışlamışdır. Dövlət Komitəsinin şöbə

müdiri Nazim Qaraxanov II qurultayın müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesinə

təkan verdiyini diqqətə çatdırmış və Xarkov şəhərində fəaliyyət göstərən Azərbaycan icmalarının təşəbbüsünü

bu prosesin təzahürü kimi qiymətləndirmişdir. UAK-ın sədri Oqtay Əfəndiyev Xarkovda xeyli sayda

azərbaycanlı ziyalının, iş adamının yaşadığını nəzərə çarpdırmış və bu birliyin soydaşlarımız arasında

həmrəyliyin möhkəmlənməsinə zəmin yaradacağını qeyd etmişdir. Müzakirələrdən sonra Xarkovda fəaliyyət

göstərən Azərbaycan icmalarının UAK-ın yerli təşkilatında birləşməsi barədə qərar qəbul olunmuşdur.

Yaxın günlərdə Dnepropetrovsk vilayətindəki Azərbaycan icmalarının da vahid təşkilatda birləşəcəyi

gözlənilir.

AzərTAc

27 Aprel, 2006

Page 19: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

19

İstanbulda təsis edilmiş Türkiyə-Azərbaycan Zəngəzur türklərinin həmrəylik və mədəniyyət dərnəyi

Azərbaycan Prezidentinə və Türkiyənin Baş Nazirinə müraciət qəbul etmişdir

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, İstanbulda Türkiyə-Azərbaycan Zəngəzur Türkləri Həmrəylik

və Mədəniyyət Dərnəyinin təsis yığıncağı olmuşdur.

Əslən qədim Azərbaycanın Zəngəzur mahalından olan ziyalıların – professorlar Cəlal Erbay, Əlikram

Ələkbərov, Mehmet Zeki Ulusoyun və digərlərinin iştirak etdiyi yığıncaqda Azərbaycan Prezidenti İlham

Əliyevə və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana müraciət qəbul olunmuşdur.

Müraciətdə bildirilir ki, dərnək Anadolunun türk dünyasına əsas keçidi olan Zəngəzur torpaqları,

ermənilərin və onların havadarlarının xalqımızın başına gətirdikləri müsibətlər haqqında həqiqətləri dünya

ictimaiyyətinə çatdıracaqdır.

AzərTAc

12 Oktyabr, 2006

Page 20: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

20

Dünya Azərbaycanlıları Konqresinin

Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədova

M Ü R A C İ Ə T İ

Hörmətli sədr!

1997-ci ilin oktyabr ayında ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan xalqının haqq səsini dünyaya

çatdırmaq, güneyli-quzeyli soydaşlarımızın üzləşdikləri problemlərin çözülməsi üçün yollar axtarmaq, Dağlıq

Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri beynəlxalq müstəvidə bəyan etmək və sair məsələləri gündəmə

gətirmək məqsədi ilə yaradılan Dünya Azərbaycanlıları Konqresi adından özünü Kürd Fəhlə Partiyası - PKK

adlandıran təşkilatın terrorçu kimi tanınması üçün sizə müraciət edirik.

Məlumdur ki, Azərbaycan xalqı tarixən ən böyük ədalətsizliklərlə üzləşmiş, müstəqilliyi əlindən

alınmış, torpağı yağmalanmışdır. Terrora ən çox məruz qalan ölkə olaraq bu gün də 20 faizdən çox ərazisi

erməni işğalı altındadır. Faktlar sübut edir ki, Qarabağda ermənilərlə birgə dinc azərbaycanlıları qətlə yetirənlər

içərisində öz qəddarlığı ilə seçilən PKK terror təşkilatının üzvləri də olmuşlar. Azərbaycan və qardaş Türkiyə

ərazisində minlərlə günahsız insanın qanına əli bulaşan PKK terrorçuları dünyanın müxtəlif bölgələrində

düşmən ermənilərlə birgə iki dövlətə qarşı ən çirkin vasitələrlə iş aparır və öz məqsədlərinə çatmaqdan ötrü

insanları qətlə yetirməkdən belə çəkinmirlər. Belə siyasətin qurbanları arasında türk xalqları ilə yanaşı digər

millətlərin nümayəndələri də vardır.

Hörmətli sədr!

Xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyev Azərbaycan və Türkiyəni "Bir millət - iki

dövlət "adlandırmışdır. Bu çağırış 50 milyonluq Azərbaycan türkü ilə yanaşı dünyada sayı 300 milyondan çox

olan dünya türklərinin qəlbində yer tutmuş və türk xalqlarının şüarına çevrilmişdir. Biz dünyanın müxtəlif

ölkələrində türk qardaşlarımızla birgə Türk dünyasına qarşı yönələn terrora qarşı sivil yolla mübarizə aparırıq.

Bu gün qardaş Türkiyə türk xalqını məhv etməyi qarşısına məqsəd qoyan PKK terroruna qarşı mübarizə aparır.

Biz belə çətin gündə qardaş ölkənin yanındayıq. Dünya Azərbaycanlıları Konqresi gücü və imkanları daxilində,

beynəlxalq hüquq çərçivəsində Türkiyəyə öz dəstəyini göstərir. Bunun üçün biz 50 milyonluq dünya azər-

baycanlıları adından Milli Məclisdən xahiş edirik: PKK terrorçu təşkilat kimi tanınsın. Türk xalqlarına qarşı

düşmən mövqedə duran PKK terroruna hüquqi qiymət verilsin.

Hörmətli sədr!

Biz Dünya Azərbaycanlıları Konqresi olaraq hər zaman Azərbaycan dövlətinin başçısı cənab İlham

Heydər oğlu Əliyevin yeritdiyi siyasətin yanındayıq və inanırıq ki, 50 milyonluq dünya

azərbaycanlılarının Milli Məclisi haqqa və ədalətə səs verəcək və PKK terrorçu təşkilat kimi öz hüquqi

qiymətini alacaq.

Hörmətlə,

Qulamrza Səbri TƏBRİZİ Dünya Azərbaycanlıları Konqresinin sədri

“Xalq qəzeti”, 9 Noyabr 2007-ci il

Page 21: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

21

Page 22: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

22

Almaniyadan Azərbaycan və Türkiyə prezidentlərinə müraciət ünvanlanıb

"Ermənistanla imzalanan protokollar Azərbaycan və Türkiyə ictimaiyyətinin, xaricdə yaşayan yüz

minlərlə türkün ciddi narahatlığına səbəb olub"

Noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərindəki "İnterkontinental" otelində Avropa

Azərbaycanlıları Konqresi (AAK) və Azərbaycan-Türkiyə Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə

toplantısı keçirilib.

Tədbiri AAK prezidenti Başar Kömür açaraq bildirib ki, Türkiyə ilə Ermənistan arasında bu il oktyabrın

10-da imzalanmış protokollar dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla türkü narahat edir:

"Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi

köçkün kimi yaşadığı bir vaxtda bu məsələnin gündəmə çıxması bizi narahat etməyə bilməz. İnanırıq ki,

Türkiyə hökumətinin münaqişə nizamlanmayınca protokolların ratifikasiya olunmayacağı barədə bəyanatları

sonadək öz qüvvəsində qalacaq. Biz prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətə dəstək

olduğumuzu bəyanlayır və Azərbaycana, onun rəhbərinə hər zaman yanlarında olduğumuzu çatdırırıq".

"Azərbaycanla Türkiyənin yaxınlaşmasını istəməyən dövlətlərin olduğu aydındır"

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, dövlətlərimizin, millətlərimizin birliyi bu gün

daha ciddi şəkildə qarşımızda durur: "Azərbaycanla Türkiyənin yaxınlaşmasını, birliyini istəməyən, mənafeləri

bizim birgə maraqlarımızla toqquşan dövlətlərin olduğu aydındır. Azərbaycan Türkiyə üçün Mərkəzi Asiyaya

açar rolunu oynayır. Qafqazın siyasi, geosiyasi baxımdan dünyadakı mövqeyi iki ölkənin qarşılıqlı maraqlarını

şərtləndirən amillərdəndir. Regionda beynəlxalq əhəmiyyətli layihələrin reallaşması Azərbaycan və Türkiyənin

iştirakı olmadan mümkün deyil. İnanırıq ki, "erməni açılımı"nın baş tutması Azərbaycanla Türkiyənin əsrlərə

söykənən dostluğunu, ortaqlığını pozmayacaq və biz bu gərginliyin öhdəsindən birlikdə gələ biləcəyik.

İmzalanan protokollar təkcə Türkiyənin Azərbaycanla deyil, bütövlükdə qardaş ölkənin maraqlarının əleyhinə

yönəlmiş bir məsələdir. Türkiyəni bu yolda hər hansı səhv addımdan çəkinməyə çağırırıq".

"Dağlıq Qarabağ münaqişəsi bütün Türk Dünyasına qarşı yönəlib"

Türkiyə Böyük Millət Məclisinin üzvü, CHP sədrinin müavini Yılmaz Atəş vurğulayıb ki, Türkiyənin

Azərbaycana inamını itirməsi düşünülə bilməz: "Ermənistanla sərhədlərin açılması yalnız Azərbaycan

torpaqlarının işğaldan azad olunduqdan sonra mümkündür. Azərbaycan Qafqazın ən böyük və strateji ölkəsi,

dünyanın isə neft və qazla ən zəngin dövlətlərindəndir. Azərbaycan Türkiyənin Orta Asiya ilə əlaqə qurmasında

əvəzolunmaz tərəfdaşdır. Azərbaycan olmadan Türkiyəyə Asiyaya baxa bilməz".

Bakı Dövlət Universitetinin professoru, tarixçi alim Musa Qasımlı deyib ki, Dağlıq Qarabağ münaqişəsi

təkcə Azərbaycana deyil, Türkiyəyə və bütün Türk Dünyasına qarşı yönəlib. Ona görə də Azərbaycanla yanaşı,

Türkiyənin də xarici siyasətinin prioriteti olmalıdır: "Türkiyənin Ermənistanla sərhədlərini açması iqtisadi və

mənəvi cəhətdən gücləndirəcək "Türkiyənin gücləndirdiyi Ermənistan torpaqları azad etməyəcək, Dağlıq

Qarabağa dair danışıqlarda mövqeyini sərtləşdirəcək, Türkiyəni Azərbaycanda və Türk Dünyasında nüfuzdan

salacaq, Azərbaycan və Türkiyə arasında ixtilaf yaradacaq, Ermənistana ayaq açan türk biznesi dolayı yolla

Azərbaycana və Türkiyəyə qarşı yönələcək. Türkiyə ilə sərhədlərin açılmasıyla Ermənistanı uydurma

soyqırımdan imtina etməyəcək, çünki "soyqırım" siyasi mənsubiyyətindən asılı olmayaraq bütün erməniləri

birləşdirən ideologiyaya çevrilib. Ermənistan yenidən Türkiyəyə qarşı əsassız iddialar irəli sürəcək. Eyni

zamanda bu, Axısxa türklərinin Gürcüstanda tarixi vətənlərinə dönüşünü əngəlləyəcək".

"Ermənistanın Azərbaycan torpaqlarını işğalı həm də Türkiyəyə təcavüzdür"

TBMM-in MHP-dən olan üzvü Atilla Kaya iki qardaş xalqın qırılmaz tarixi bağlarından danışıb və rəsmi

Ankaranı tələskən və düşünülməmiş addımlardan çəkinməyə çağırıb: "Ermənistanın Azərbaycan torpaqlarına

təcavüzü həm də Türkiyəyə təcavüzdür, bizim hökumət bunu anlamalı və Dağlıq Qarabağ münaqişəsi

çözülmədən Ermənistanla yaxınlaşmağa yönəlik heç bir addım atmamalıdır. İndiki ölkə rəhbərliyi Türkiyənin

gələcək nəsillərini utandırmayacaq şəkildə hərəkət etməlidir". TBMM-in digər üzvü Osman Kaptan bəyanlayıb

ki, Türkiyə rəhbərliyi Ermənistanla münasibətləri yaxşılaşdırmağa doğru addımlar atarkən Azərbaycanla tarixi

dostluğa, qardaşlığa önəm verməli, Bakıda yatan yüzlərlə türk şəhidinin ruhuna hörmət göstərməli,

Azərbaycandan alınan qazın qiyməti də daxil olmaqla keçmişi və gələcəyi aid hər məqamı düşünməlidir.

Page 23: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

23

Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər namizədi Elman

Nəsirov bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində "ciddi irəliləyiş"lərin olmayacağı

təqdirdə protokolların ratifikasiyasının mümkün olmayacağını bəyanlayır: "Burada "ciddi irəliləyiş" ifadəsinə

xüsusi diqqət yetirmək lazımdır. Bu iki söz birləşməsinin "siyasi yükü"nün "kütləsi" müəyyən olunmalıdır.

Məsələn, Azərbaycanın heç bir halda bu şərtlə razılaşmayacağını qabaqcadan bilərək, Ermənistan Dağlıq

Qarabağ ətrafındakı 7 rayonun deyil, 2 və ya 3 rayonun işğaldan azad edilməsinə rəsmi razılığını verməklə

münaqişənin tənzimlənməsi prosesində "ciddi irəliləyiş" fonu yaratmış olar. Əvəzində isə beynəlxalq güclərin

Türkiyəyə təzyiqləri daha da artmış olar. Nəticədə rəsmi Ankaranın ratifikasiya məsələsində tutduğu sərt

mövqenin yumşalması reallığa çevrilər".

"Erməni soyqırımı" məsələsi gündəmə gələndə Azərbaycan hər dəfə öz səsini ucaldıb

TBMM-nin MHP-çi millət vəkili Mətin Ərgün deyib ki, Türkiyə ictimaiyyəti, xalq düzgün

məlumatlandırılsa, hökumət sərhədlərin açılması istiqamətində addım ata bilməz.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov vurğulayıb ki, Azərbaycanın Türkiyənin

regional qüvvəyə çevrilməsi məqsədilə gördüyü işlərlə qardaş ölkənin indiki rəhbərliyinin bugünkü

siyasətindəki bəzi məqamlar rəsmi Bakını ciddi şəkildə narahat edir: "Azərbaycan hər zaman Türkiyənin

qarşılaşdığı qondarma soyqırım məsələsini öz problemi sayıb, Azərbaycan türklərinin sayca Türkiyə

türklərindən daha çox olduğu ölkələrdə "erməni soyqırımı" məsələsi gündəmə gələndə Azərbaycan diasporu hər

dəfə öz səsini ucaldıb. Azərbaycanın zəiflədilməsi Türkiyənin zəiflədilməsi deməkdir. Eyni zamanda

Ermənistanla sərhədləri açılması Azərbaycanım, eləcə də Türkiyənin regional, həmçinin dünya siyasətindəki

mövqeyinin ciddi şəkildə ziyanına ola bilər".

TBMM-in CHP-dən olan üzvü Canan Arıtman Türkiyədə Azərbaycanla bağlı təbliğatın

gücləndirilməsinin, ictimaiyyətin daha da dərindən bilgiləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Milli Məclisinin deputatı, DAK həmsədri Sabir Rüstəmxanlı Türkiyə mediasındakı anti-Azərbaycan

kampaniyasına toxunub: "İndiki şəraitdə həm Azərbaycan, həm də Türkiyə cəmiyyətlərində təbliğatın

gücləndirilməsinə ehtiyac var. Kənar qüvvələrin Türk Dünyasının güclənməsinə, türk birliyinin sarsılmasına qarşı

yönəlmiş fəaliyyətinin və bu fəaliyyətin Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolların

imzalanması kimi nəticələrinin qarşısını almaq üçün çıxış yolu Türk Dövlətləri Birliyinin yaradılmasıdır".

"Əminik ki, TBMM Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla imzalanmış protokolları

təsdiqləməyəcək"

Toplantının yekununda Azərbaycan və Türkiyə prezidentlərinə, eləcə də hər iki ölkənin parlamentlərinə

müraciət qəbul olunub: "2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistan arasında "Diplomatik münasibətlərin

qurulmasına dair" və "İkitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair" protokolların imzalanması Azərbaycan və

Türkiyə ictimaiyyətinin, habelə xarici ölkələrdə yaşayan yüz minlərlə türkün ciddi narahatlığına səbəb olub.

Hesab edirik ki, bu razılaşmanın mümkün nəticələri iki qardaş ölkə arasında münasibətlərə mənfi təsir etməklə

yanaşı, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlliylə bağlı danışıqlarda qeyri-konstruktiv

fəaliyyətini sərtləşdirməsinə səbəb olacaq". Sənəddə qeyd olunur ki, Azərbaycan ərazilərinin 20 faizinin işğal

altında qaldığı, bir milyondan çox azərbaycanlının məcburi köçkün kimi yaşadığı bir vaxtda bu protokolların

imzalanması Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə olan ümidləri xeyli dərəcədə azaldır: "Biz inanırıq

ki, Türkiyə Cümhuriyyəti və onun rəhbərliyi bu prinsipə, xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrinə

yenə də sadiq qalacaq. Eyni zamanda əminik ki, Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülün və baş

nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqına verdikləri vədlər qüvvədə qalacaq, Türkiyə Böyük Millət

Məclisi Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla imzalanmış protokolları təsdiqləməyəcək".

Müraciətdə vurğulanır ki, Ermənistanla sərhədlərin açılması nəinki hər iki ölkənin, bütövlükdə Türk Dünyasının

mənafelərini, habelə regional təhlükəsizliyi təhdid altına qoya bilər: "Biz Azərbaycan əraziləri işğaldan azad

edilmədən, bir milyona yaxın soydaşımızın öz doğma torpaqlarına qayıdışı mümkün olmadan, eyni zamanda

Türkiyəyə qarşı "soyqırım" və ərazi iddiaları ortadan qalxmadan Türkiyə ilə Ermənistan arasında imzalanmış

protokolların təsdiqlənməsinin qəti əleyhinə olduğumuzu bildiririk. Biz əminik ki, zəngin dövlətçilik

ənənələrinə malik Türkiyə dövləti tarixin bu sınağından da üzüağ çıxacaq, qardaş və dost ölkə olan

Azərbaycanın maraqlarına zidd heç bir addım atmayacaq".

Turqut

“Xalq cəbhəsi ” -. 2009 – 24 Noyabr - № 215. - S.

Page 24: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

24

Avropa Azərbaycan Cəmiyyəti (AAC) Böyük Britaniyanın baş naziri Qordon Braunun

rəsmi internet saytında müraciətlə çıxış edib

Avropa Azərbaycan Cəmiyyəti (AAC) Böyük Britaniyanın baş naziri Qordon Braunun rəsmi internet

saytında müraciətlə çıxış edib. Cəmiyyətdən APA-ya daxil olan məlumata görə, Böyük Britaniya vətəndaşlarının

da imzalamağa çağırıldığı müraciətdə Xocalı qətliamının qınanılmasına çağırış edilib. Müraciətdə həmçinin

Ermənistan hökumətindən BMT Təhlükəsiz Şurasının 4 qətnaməsinə uyğun olaraq suveren Azərbaycan

ərazisindən öz ordusunu çıxartmaq tələb edilib. Müraciətdə həmçinin bildirilib ki, Ermənistanla Azərbaycan

arasındakı münaqişə tez-tez “dondurulmuş münaqişə” kimi təqdim olunsa da, “təmas xəttində” mütəmadi olaraq

atəşkəs rejimi pozulur: “Elə ötən həftələr ərzində Azərbaycan Ordusunun üç əsgəri cəbhə xəttində baş vermiş

atışma nəticəsində şəhid olub”.

Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Böyük Britaniyanın parlamentlərinin klubu olan Erkən

Gün Hərəkatı da (EGH) (Early Day Motion (EDM)) Xocalı faciəsi ilə bağlı müzakirələr aparıb. Qeyd edək ki,

EGH –də müzakirə olunan məsələlər daha sonra burda təmsil olunan parlament üzvləri tərəfindən rəsmi iclaslarda

da gündəliyə gətirilir. EGH-da Xocalı soyqırımı ilə bağlı aparılan müzakirələr nəticəsində Böyük Britaniya

hökuməti Xocalı soyqırımının 17-ci ildönümünü tanımağa, bundan istifadə etməklə yeni beynəlxalq sülh səylərinə

başlamağa çağırılıb. Həmçinin bu münaqişənin həllini tapmadığı müddətdə bütün Qafqaz bölgəsinə, o cümlədən

Böyük Britaniyanın Azərbaycandakı maliyyə yatırımlarına təhlükə yarandığı qeyd edilib.

Müraciətdə həmçinin münaqişənin sülh yolu ilə həll olunması, Ermənistan Ordusunun Azərbaycanın işğal

olunmuş ərazilərindən çıxarılması və bir milyon Azərbaycan vətəndaşının öz evinə geri qaytarılmasını tələb etmək,

BMT Təhlükəsiz Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin Ermənistan tərəfindən icra olunmaması

səbəbindən iflasa uğradığını qeyd etməklə bağlı da hökumətə çağırışlar səslənib. Həmçinin Böyük Britaniyanın

Azərbaycanda ən böyük maliyyə yatırımçısı olduğu, bu ölkənin Azərbaycanda 5000 vətəndaşının yaşadığı,

sərmayəsi olduğu xüsusilə qeyd edilib. Qeyd edək ki, müraciətdə 1992-ci ilin fevral ayında Ermənistan Silahlı

Qüvvələrinin işğalı nəticəsində Xocalı şəhərinin 613 sakini – kişilər, qadınlar və uşaqların vəhşicəsinə qətlə

yetirildiyi, ümumilikdə, Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun işğalı nəticəsində, 25.000-ni

azərbaycanlı olmaqla, 30.000-dən artıq insan öldürüldüyü də qeyd olunub. Müraciəti Böyük Britaniya

parlamentinin və Erkən Gün Hərəkatının üzvü olan 32 parlamentari imzalayıb.

25 Mart 2010

Page 25: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

25

ABŞ-dakı Azərbaycan diasporu Kaliforniyanın Beynəlxalq Məsələlər Şurasına

(WAC) məktub göndərmişdir

ABŞ-dakı Azərbaycan diasporu Kaliforniyanın Beynəlxalq Məsələlər Şurasına (WAC) məktub

göndərərək, gələn həftə Şurada Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın iştirakı ilə keçiriləcək

tədbirlə bağlı təəssüf və etirazını bildirib. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, WAC-ın saytında

noyabrın 19-da “Qafqazda çaxnaşma: millətin öz müqəddəratını təyinetmə hüququ və regional sabitliyin

perspektivləri” mövzusunda konfrans keçiriləcəyi barədə xəbər yerləşdirilib.

“Bako Saakyan hər hansı respublikanın prezidenti deyil, o, Azərbaycanın beynəlxalq birlik tərəfindən

tanınmış ərazisində, işğal olunmuş Qarabağda Ermənistan hakimiyyətinin yaratdığı marionet separatçı rejimin

lideridir. O, hansısa mövcud olmayan “Artsax-Dağlıq Qarabağ Respublikası” pasportu ilə deyil, məhz Ermənistan

pasportu ilə səfərə çıxır və ABŞ vizası alır. Bu rejimi heç kim, o cümlədən ABŞ hökuməti də tanımayıb. Bütün

dünyada Qarabağ bölgəsi Azərbaycanın “de-jure” hissəsi kimi tanınır”, - deyə ABŞ Azərbaycanlıları Şəbəkəsinin

(USAN) WAC sədri Timor Rafiqə göndərdiyi məktubda bildirilir.

Məktubda qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında müharibə “Azərbaycandan azad olmaq”

üçün aparılmayıb, bu, suveren Azərbaycana, onun müharibədən əvvəl və müharibə gedişində evindən didərgin

salınmış əhalisinə qarşı açıq təcavüzdür. Bu, etnik təmizləmə və insanlığa qarşı cinayətlərlə, 1992-ci ildə Xocalı

qətliamı ilə nəticələnən bir müharibədir. “Azərbaycan terrorizmə qarşı müharibədə ABŞ-ın strateji müttəfiqi və

enerji sektorunda etibarlı tərəfdaşıdır.

Onun Ermənistanın potensialından bir neçə dəfə böyük, müstəqil və inkişaf edən iqtisadiyyatı var.

Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı separatçı rejim isə ləng inkişaf, batmış

iqtisadiyyat, geniş miqyaslı emiqrasiya və böyük həcmli borclara malikdir, çünki Azərbaycan ərazisinin hərbi

işğalı onun iqtisadiyyatını əldən salıb”, - deyə məktubda bildirilir. Azərbaycan diasporu WAC-ı konfransı təxirə

salmağa çağırıb: “Çünki bu, Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş insanların xatirəsinə təhqir

olardı”.

Diaspor, həmçinin Şuranı B. Saakyanı mövcud olmayan psevdo-dövlətin -“Artsax-Dağlıq Qarabağ

Respublikası”nın “prezidenti” kimi təqdim etməməyə və tanımamağa çağırıb. “Bu tədbir ABŞ hökumətinin də

vasitəçilik etdiyi münaqişənin həlli prosesinə heç nə verməyəcək, çünki bu cür tədbirlər ABŞ hökumətinin rəsmi

siyasətinə ziddir”, - deyə müraciətdə vurğulanır.

12 Noyabr 2010

Page 26: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

26

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın müraciəti

RAGT-nin sədri Leyla Əliyevanın Dünya Azərbaycanlı Gənclərinin I Konqresinə müraciətini qurumun

idarə heyətinin üzvü Emin Haciyev səsləndirib. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla

Əliyevanın müraciətində deyilir:

“Əziz dostlar!

Bu gün siz mühüm bir hadisənin – Dunya Azərbaycanli Gəncləri I Konqresinin iştirakçılarısınız. Bu

forumun əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq Avropa, Amerika, dünyanın fərqli qitələrində və

ölkələrində, Vətənin hüdudlarından uzaqlarda yaşayan gənc həmvətənlərimiz mənəvi birliyi daha dolğun hiss

edə biləcəklər. Ümumi məqsədlərə nail olmaq əzmi ilə çalışan insanlarla tanış olmaq imkanı əldə edəcəklər.

Yaşadığımız yerdən asılı olmayaraq bizim hamımızı ümumi vətənimiz Azərbaycana olan məhəbbət birləşdirir.

Frankfurtda keçirilən Dunya Azərbaycanli Gənclərinin I Konqresi həmvətənlərimiz arasında yalniz

dostluq və işgüzar əlaqələrin yaranması üçün gözəl meydan deyil, həmçinin Vətənlə əlaqələrin

möhkəmlənməsi, gənc insanların ictimai-siyasi fəallığının güclənməsi üçün unikal, nadir bir imkandır. Bundan

əlavə, Kongres dünya miqyasında fəaliyyət göstərən Azərbaycan diasporu daxilində əlaqələrin formalaşması və

güclənməsi üçün yeni qüvvələrin cəlb edilməsinə şərait yaradır. Azərbaycan dövlətinin bu məsələyə böyük önəm

verməsi bizim üçün vacib dəstəkdir. Bu bir daha bizim doğru yolda olduğumuzu və bu yolla uğurla

irəlilədiyimizi sübut edir.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı – AMOR rəsmi olaraq iki ilə yaxındır ki, fəaliyyət göstərir və

bu müddət ərzində gənc həmvətənlərimizin təşəbbüslərinin geniş mənada dəstəklənməsinə çalışmışdır. AMOR

öten dövrdə öz fealiyyet coğrafiyasını xeyli genişləndirmişdir. İndi bizim bölmələrimiz Rusiya Federasiyasının

demək olar ki, bütün regionlarında yaradılıb. Tədbirlərimizin hamısı gənclərimizin birliyinə istiqametlenib, biz

onlara təhsil almasına kömək edir, sağlam həyat tərzinin geniş yayılması, mədəni və tarixi dəyərlərimizə

diqqətin artırılması, gənclərimizin ana dilimizi, ədəbiyyatımızı və milli ənənələrimizi öyrənmək istəyini

dəstəkləyirik. Bunların hamısı olduqca vacibdir.

Dünyanın bir sıra ölkəsini təmsil edən yüzlərlə gəncin konqresdə iştirakı Azərbaycan gənclərinin

həmyaşıdları ilə ünsiyyətdə olmasının vacibliyini bir daha sübut edir. Əminəm ki, toplanti istirakcilarinin

hamısı istedadlı, kamil, parlaq və yaradıcı insanlardır. Sizin hamınız keyfiyyətli ali təhsil almaq üçün dünyanın

nüfuzlu ali məktəblərində çalışır, qarşınıza ciddi məqsəd qoyaraq, ona nail olmaqdan çəkinmirsiniz. Bu isə o

deməkdir ki, siz Azərbaycanın gələcəyinin inam və dayağısınız. Sizin gələcəyiniz isə - ölkəmizin gələcəyidir.

Əminəm ki, iştirakçısı olduğumuz gənclər kongresi çərçivəsində Azərbaycan Gənclərinin Dünya Birliyinin

yaradılması bizim gənclər diasporunun möhkəmlənməsi yolunda növbəti və çox vacib addım olacaqdır. Qarşıda

isə bizi bu yolda mühüm vəzifələr gözləyir. Sizə yeni-yeni uğurlar və kongresin işinə isə müvəffəqiyyətlər arzu

edirəm!”

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın konqresə müraciəti oxunduqdan

sonra TürkPA-nın baş katibi Ramil Həsənov, İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, Türkiyənin

Frankfurtdakı baş konsulu İlhan Sayqılı, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov təbrik nitqi ilə çıxış

edib, konqresin əhəmiyyəti barədə fikirlərini çatdırıblar.

Sonra Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib. “Bu gün biz xalqımız üçün önəmli olan bir

gündə tarixi bir hadisənin iştirakçılarıyıq. Əminəm ki, Dünya Azərbaycanlı Gənclərinin I Konqresi Azərbaycanın

zəngin ictimai – siyasi tarixinin layiqli səhifələrindən birinə çevriləcək. İnanıram ki, bu tarixi tədbirin iştirakçısı

olmaq qismətini əldə etmiş hər bir şəxs ömür boyu bununla qürur hissi duyacaq və müasir tariximizdə üzərinə

düşən məsuliyyəti düzgün dərk edəcək.” deyə nazir bildirib. Azad Rəhimov bildirib ki, zaman-zaman

müstəqilliyindən məhrum edilən Azərbaycan xalqı bu gün artıq öz taleyinin sahibinə çevrilib. Tarixin gedişatı

nəticəsində bütün dünyaya səpələnmiş azərbaycanlıların milli dəyərlərə əsaslanaraq birləşməsinə geniş imkanlar

yaranıb. O əlavə edib ki. Indi Azərbaycan dövləti öz tarixinin şanlı səhifələrini yaşayır.

Ulu öndər Heydər Əliyevin nüfuzu, mübarizliyi, əzimkarlığı və güclü iradəsi nəticəsində yaranan möhkəm

sütünlar üzərində Azərbaycan dövləti inişaf etməkdədir. “Bilirsiz ki, Ümummili Liderimiz gənclərə daim xüsusi

diqqət və qayğı göstərib. Ulu öndərmizin təşəbbüsü və rəhbərliyi altında reallaşan dövlət quruculuğu

strategiyasının əsas istiqamətlərindən biri məhz gənclər siyasəti olub. Mənəvi cəhətdən saf, geniş dünyagörüşünə

malik, fiziki cəhətdən sağlam, intellektual, milli dəyərlərə sadiq, vətənpərvər gənc nəslin tərbiyə edilməsi - milli

gənclər siyasətimizin əsas vəzifəsi kimi qoyulub. Milli liderimiz daim öz çıxışlarında gənclərin ictimai fəallığına

şəraitin yaradılması və gənc peşəkarların müxtəlif məsul vəzifələrə irəli çəkilməsini aidiyyəti dövlət qurumları

qarşısında vəzifə kimi qoyub”. Azad Rəhimov belə deyib.

Page 27: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

27

Gənclər və idman naziri qeyd edib ki, bu illər ərzində gənclərin inkişafına yönəlmiş normativ-hüquqi

baza formalaşdırılmış, bir sıra dövlət proqramları icra edilib. 200-dən artıq qeyri-hökumət gənclər təşkilatları

yaranıb. Gənclər bu təşkilatlarda birləşərək ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında fəal iştirak edir və

müxtəlif sosial və mədəni layihələr həyata keçirirlər.

Ümumilikdə, son 5 il ərzində hökumət tərəfindən gənclər təşkilatlarının 350-dən artıq layihəsinin

dəstəklənmsəi üçün dövlət büdcəsindən 3.800.000 manat vəsait ayrılıb. “Qeyd edim ki, gənclərin ölkənin dövlət

idarəetmə və seçkili orqanlarında təmsilçiliyi ildən-ilə artmaqdadır. Hazırda bələdiyyə üzvlərinin təxminən 30%-ə

yaxını gənclərdir, onlardan 326-sı bələdiyyə sədridir. Gənclərlə aparılan iş 2003-cü ildən yeni mərhələyə qədəm

qoyub. Təməli Ulu Öndərmiz tərəfindən qoyulan gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin

müdrik rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsas tərkib hissələrindən biridir.

Gənclər və İdman nazirinin sözlərinə görə, indi Azərbaycan gəncləri 30-a yaxın nüfuzlu beynəlxalq

təşkilatlarda təmsil olunur, bir neçə beynəlxalq gənclər platformalarının yaradılması təşəbbüsü ilə çıxış edirlər.

Misal olaraq İslam Konfransı Təşkilatının Gənclər Forumunu, GUAM ölkələri Gənclər Forumunu və digərlərini

qeyd etmək olar. Son dörd ildə Azərbaycan Avropa Gənclər Fondu tərəfindən ayrılmış qrantları əldə edən gənclər

təşkilatlarının sayına görə Avropa miqyasında lider ölkədir. Son beş il ərzində 8 mindən artıq gənc (buraya

müxtəlif ölkələrdən gələn gənclər və Azərbaycanda müxtəlif ölkələrə gedən gənclər aiddir) Gənclər və İdman

Nazirliyinin xətti ilə keçirilən layihələr çərçivəsində beynəlxalq mübadilələrdə iştirak ediblər.

“Son illər ərzində xaricdə təhsil alan azərbaycanlı gənclərinin diaspor və lobbiçilik sahəsində fəaliyyəti

güclənməkdədir. Bu işdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “2007-2015-ci illərdə

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın xüsusi rolu var. Proqram çərçivəsində

hər il Azərbaycan gəncləri müxtəlif ölkələrin nüfüzlu universitetlərində təhsil almağa göndərilirlər. Bu proqramın

icrası Vətənimizin gələcək intellektual potensialının möhkəmlənməsinə, elmin və biznesin, eyni zamanda

mədəniyyətin inkişafında gənclərin iştirakına yeni imkanlar yaradır”. Sitat Azad Rəhimovdandır. Nazirin sözlərinə

görə, təbii ki, bu cür şərait gənclik enerjisinin səmərəli istiqamətə yönləndirilməsini və mədəniyyətlərarası

dialoqun formalaşmasını zəruri edir. Çünki, əldə edilən bilik və bacarığın düzgün və lazımi şəkildə tətbiqi də

vacib məsələdir. Bir sıra ölkələrdə xaricdə yaşayan və təhsil alan azərbaycanlı gəncləri birləşdirən qeyri hökumət

gənclər təşkilatları yaranmaqdadır. “Bunların içərisində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyətini

xüsusilə qeyd etmək istəyirəm. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım

Əliyevanın sədrlik etdiyi bu təşkilat Rusiyada fəaliyyət göstərən azərbaycanlı gənclər klublarını və təşəbbüs

qruplarını birləşdirən və Rusiya Federasiyanın bütün subyektlərində təmsil olunan vahid bir platformaya çevrilib”

deyən Azad Rəhimov əlavə edib ki, təşkilatın keçirdiyi layihələr Azərbaycanın mədəni irsinin və həqiqətlərinin

Rusiyada təbliğ edilməsinə və iki ölkə gəncləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edir. Son bir neçə il

ərzində Almaniyada, Fransada, Yunanıstanda, Avstriyada, Belçikada, Böyük Britaniyada və digər ölkələrdə

xaricdə təhsil alan azərbaycanlı gənclərin forumları keçirilib. Forumlarda həmin ölkələrin parlament üzvləri,

siyasət və iş adamları iştirak ediblər. Bununla yanaşı, ənənəvi olaraq hər yay tətili zamanı Azərbaycanda xaricdə

təhsil alan azərbaycanlı gənclərin forumları keçirilir. Artıq 8 forum keçirilib və bu il avqust ayında Xaricdə Təhsil

alan və Məzun Olmuş Azərbaycanlı Tələbələrin Beynəlxalq Forumu adlı təşkilat təsis edilib. Azad Rəhimov onu

da deiyb ki, XXI əsr qloballaşma ilə yanaşı digər bir çağırışı da gündəmə gətirib – güclü rəqabət. Bu gün güclü və

artan rəqabət gənclərin biliyinin, bacarığının, təşəbbüsünün, iradəsinin çox yüksək olmasını tələb edir. Bütün bu

keyfiyyətlər o qədər möhkəm və rəqabətli olmalıdır ki, gələcəkdə siz nəinki Azərbaycanın iqtisadiyyatına, elminə,

mədəniyyətinə yeni biliklər və bacarıqlar tətbiq edəsiniz. Məhz bu səbəbdən dövlətimiz ölkəmizin təbii sərvəti olan

neft və qazdan əldə olunan kapitalın ən səmərəli xərclər istiqamətlərindən biri - gənclər müəyyən edilib. Nazir belə

deyib.

Gənclər və İdman nazirinin sözlərinə görə, gənclər Azərbaycanın ərazi bütövlüyünün bərpası və Dağlıq

Qarabağ probleminin ədalətli həlli istiqamətində fəaliyyətlərini daha da artırmalıdırlar. Bu istiqamətdə bütün səylər

səfərbər edilməlidir. Belə ki, gənclər yaşadıqları ölkələrdə Azərbaycan haqqında həqiqətləri olduğu kimi təqdim

etməli, bunun üçün ən effektiv təqdimat formalarından istifadə etməli və uzunmüddətli ictimai layihələrin həyata

keçirilməsi istiqamətində təşəbbüslərini artırmalıdırlar. Azad Rəhimov çıxışını bu fikirlərlə bitirib: “Düşünürəm ki,

Dünya Azərbaycanlı Gənclərinin I Konqresi gənclərin Azərbaycan naminə fəaliyyətini daha da

əlaqələndirilməsinə, gücləndirilməsinə və təşkilatlanmasına təkan verəcək. İnanıram ki, aparılacaq müzakirələr və

qarşılıqlı fikir mübadilələri hər birimizi yeni ideyalarla zəngiləşdirəcək və Dünya Azərbaycanlı Gənclərinin I

Konqresinin nəticələri gələcək üçün faydalı olacaq.

Prezident Administrasiyasi ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov öz çıxışında Azərbaycan

dövlətinin gənclər siyasəti barədə geniş məlumat verib. O bildirib ki, dünyanın bütün xalqları və dövlətləri hər

zaman gənclərlə bağlı xüsusi siyasət yürüdüb. “Gənclərinin qayğısına qalmayan dövlətin gələcəyi yoxdur” misalını

xatırladan Əli Həsənov deiyb ki, hər bir dövlətin əsas missiyalarından biri gələcəyin etibar ediləcəyi, estafetin

Page 28: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

28

ötürüləcəyi nəsli hazırlamaqdır. “Diaspor siyasətimizin əsas istiqamətlərindən biri dünyada yaşayan azərbaycanlı

gənclərlə iş, gənclər siyasətimizin əsas istiqaməti ölkəmizdə gənclərlə səmərəli və əlaqələndirilmiş fəaliyyətin

qurulması, təhsil siyasətimizn əsas hissəsi isə yeni, saglam, güvənilən, müasir düşüncəli, intellektli, yüksək

səviyyəli təhsili olan gənclərin yetişdirilməsidir” deyən Əli Həsənov bəyan edib ki, gənclər siyasəti hər bir dövlətin

onurğa sütununu təşkil edir.

Azərbaycanda gənclər siyasətinin tarixinə diqqət çəkən Prezident Administrasiyasının rəsmisi xatırladıb ki,

ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışının ilk yaddaqalan addımlarından biri məhz 1994-də

Gənclər və İdman Nazirliyinin yaradılması olub. “Cəmiyyətin siyasi həyatının tam iflasa uğradığı bir zamanda

atdığı bu addımla, məhz gənclər siyasətindən başlamaqla milli liderimiz bu gunləri düşünürdü, gənclərin gələcəyini

və bununla da dövlətimizin sabahını fikirləşirdi. Ulu öndər gənclər siyasətini düzgün və uğurlu formalaşdırmaqla

dövlətin təməlini saglam qoyub”. Əli Həsənov belə deyib. O, həm Azərbaycanda, həm da ölkəmizdən kənarda

yaşayan və təhsil alan gənclərin dqarşısında duran qarşısında duran vəzifələr barədə də danışıb. O gənclərə

müraciətlə deiyb ki, qarşınızda duran ən mühüm vəzifələrdən biri həm milli, həm də bəşəri dəyərlərə yiyələnmək,

mükəmməl təhsil almaq, müasir dəyərləri mənimsəmək, amma heç bir zaman milli köklərimizi unutmamaqdır.

“Sizin gücünüz, sizin intellektiniz Vətənin, dövlətin millətin gücü və intellektidir. Prezident İlham Əliyevin

yürütdüyü siyasətin əsas vəzifələrdən biri də məhz sağlam və təhsilli gənclik yetışdirməkdir. Amma harada

yaşamağınızdan asılı olmayaraq Vətənimizi, dilimizi, milli dəyər və adətlərimizi unutmayın. Yaşadığınız ölkədə

xalqımızı və dövlətimizi necə təmsil etsəniz, hər kəs də bizi məhz bunun əsasında tanıya, sevə, hörmət edə və

dəstək verəcək” deyən Əli Həsənov dünya virtual məkanındakı unsiyyət imkanlarından Azərbaycan həqiqətlərinin

geniş təbliği məqsədilə səmərəli bəhrələnməyin, həmçinin bu virtual məkandan dünya azərbaycanlı gənclərinin

ünsiyyət imkanlarını genişləndirmək üçün istifadə olunmasının vacibliyini də qeyd edib. Prezident

Administrasiyasının şöbə müdiri Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycan dövlətinə, xalqına vurduğu

ziyan barədə da gənclərə məlumat verib və bildirib ki, gənclərimizin qarşısında duran məsələlərdən biri də milli

varlığımızı erməni qəsbkarlarından qorumaq, ermənilərin yalan və uydurmalarla dolu təbliğatının qarşısında

dayana bilməkdir. Əli Həsənov çıxışını bu fikirlərlə yekunlaşdırıb: “Siz yaşadığınız ölkələrdə elə bir önəmli

faktora, gücə çevrilməlisiniz ki, sizinlə hesablaşsınlar. Yaşadığınız və təhsil aldığınız dövlətlərin ictimai-siyasi

mühitinə, cəmiyyətinə nə dərəcədə inteqrasiya etsəniz, nə dərəcədə söz sahibinə çevrilsəniz, bunun Azərbaycan

dövlətinin haqq səsinin dünyaya yaymaqda böyük əhəmiyyəti olar. Bu istiqamətdə hər bir ölkədə fəaliyyətn

göstərən türk diasporu ilə birlikdə hərəkət etməlisiniz. Bir-birinizin qarşılıqlı problemlərini birgə həll etməyə

çalışmalısınız. Və eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər olaraq bir-

birinizi yaxşı tanımalısınız, çünki bir-birinizi tanımadan dünyada Azərbaycanı tanıda bilməyəcəksiniz. Ona görə

də bu tədbirin verdiyi ünsiyyət imkanında yaxşı faydalanmaq lazımdır”. Sitat Əli Həsənovdandır.

Açılışdan sonra 4 paneldən ibarət konqresin «AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN TƏBLİĞİ VƏ

DİASPOR QURUCULUĞUNDA GƏNCLİYİN ROLU» mövzusunda ilk panel iclası keçirilib. Bu paneldə

Türkiyə Azərbaycan Dərnəyinin sədri, Türkiyə Strateji Analizlər və Beynəlxalq Əlaqələr Mərkəzinin

(TÜRKSAM) başqanı Sinan Oğan «Gəncliyin diaspor quruculuğu və lobbiçilik fəaliyyətində rolu və yeri»,

“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nürəddin Mehdiyev «Azərbaycan həqiqətlərinin

dünya ictimaiyyətinə çatdırılması və zəngin milli-mədəni irsimizin təbliğində xarici ölkələrdə yaşayan

azərbaycanlı gənclərin yeri», Azərbaycan Diplomatiya Akademiyasının icraçı dekanı Fariz İsmayılzadə

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan gəncliyi», Böyük Britaniyanın York

Universitetinin məzunu Səbuhi Rzayev «Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik

hisslərinin gücləndirilməsi, onların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi», gənc iş adamı Anar

Məmmədov “Azərbaycan və qloballaşan dünyanın reallıqları-gənclərin gözü ilə”, Amerika Azərbaycanlıları

Şurasının prezidenti, Amerika Azərbaycanlıları Şəbəkəsi “USAN”-nın Los-Anceles və Kaliforniya regionu üzrə

icraçı direktoru Cavid Hüseynov «Azərbaycan həqiqətlərinin təbliği, diaspor təşkilatları arasında qarşılıqlı

əməkdaşlığın inkişafı və beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində müasir informasiya

texnologiyalarının tətbiqi: mövcud təcrübə və gələcək perspektivlər» mövzularında məruzələr təqdim ediblər.

26 Noyabr 2010

Page 29: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

29

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə

Azərbaycan Respublikası Milli Məclisinin müraciəti

Əziz soydaşlar, dəyərli həmvətənlər!

Uca və qüdrətli millətimiz üçün sonsuz qürur hissi ilə qeyd etdiyimiz Dünya Azərbaycanlılarının Həmrəylik

Günündə hər birinizi ürəkdən salamlayırıq.

On doqquz il öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü

ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx

birləşməsi prosesinin başlanğıcını qoymuşdur. Bu gün xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün

Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünyanın dörd bir yanına səpələnmiş

on milyonlarca azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Azərbaycan

diasporları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə

dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün

möhkəm təməli üzərində qurulan Azərbaycan bütün soydaşlarımızın və həmvətənlərimizin güvənc yeri olan

qüdrətli bir dövlətə çevriləcəkdir.

Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının doğma ata-baba yurdudur. Odur ki, Asiyada,

Avropada, Amerikada və digər qitələrdə məskən salmış soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi

prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi heyrətamiz uğurlarla

fəxr edirlər.

Dövlət müstəqilliyinin iyirminci ilini yaşayan Azərbaycan Respublikası tarix baxımından çox qısa bir dövr

ərzində qərinələrə bərabər inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən

dinamik inkişaf edən ölkələri sırasındadır. Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti

yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə genişmiqyaslı islahatlar davam etdirilir. İnsan

hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, Azərbaycanın Avropa xalqları ailəsində nüfuzu artır. Bu

ilin noyabr ayında Milli Məclisə keçirilmiş azad, ədalətli və şəffaf seçkilər Azərbaycanın demokratik inkişafında

yeni bir mərhələ açmışdır. Elmi əsaslar üzərində qurulmuş xarici siyasət xətti ölkəmizin beynəlxalq aləmdə

mövqelərinin möhkəmlənməsini təmin edir. Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün həyata

keçirilən düşünülmüş tədbirlər müsbət nəticələr verir. Xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ərazi bütövlüyü prinsipi beynəlxalq təşkilatlar və xarici

ölkələr tərəfindən təməl prinsip kimi qəbul olunur.

Azərbaycanın uğurlarını öz uğurları, problemlərini isə öz problemləri sayan soydaşlarımız Qarabağ dərdinin

sağalacağı, 1 milyondan çox qaçqın və köçkünlərimizin doğma yurdlarına dönəcəyi günü intizarla gözləyirlər.

Şübhə yoxdur ki, dövlət rəhbərliyinin həyata keçirdiyi uzaqgörən siyasətin köməyi ilə bu problemin də nizama

salınmasına nail olacağıq. Ancaq bütün dünya azərbaycanlıları səylərini birləşdirsələr, problemin həllini daha da

yaxınlaşdıra bilərlər. Soydaşlarımız və həmvətənlərimiz Azərbaycanın dünyaya daha yaxından tanıdılması,

xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də çox iş görə bilərlər.

Əziz bacı və qardaşlarımız!

Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə

çağırırıq. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə

möhkəm cansağlığı, ailə səadəti, Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!

Hörmətlə,

Azərbaycan Respublikasının Milli Məclisi

(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 30 dekabr tarixli iclasında qəbul

edilmişdir.)

“Xalq qəzeti”.-2010.-31 Dekabr.-N 289.-S.

Page 30: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

30

Benilüks Azərbaycanlıları Konqresinin dünya azərbaycanlılarına müraciəti

Mərkəzi ofisi Hollandiyanın paytaxtı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK)

mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dinc yolla həllini tapmadığı təqdirdə işğal olunmuş ərazilərimizin

digər vasitələrlə azad ediləcəyi barədə söylədiyi fikirlər erməniləri əməlli-başlı qorxuya salmışdır. Bunu istər

Ermənistanda, istərsə də erməni lobbisinin yardımı ilə xarici ölkələrdə nəşr edilən erməni qəzet və jurnallarında

işıq üzü görmüş məqalələrdə aydınca görmək olar.

Azərbaycanın hərbi qüdrətinin ildən-ilə artmasından, müdafiə xərclərinə ayrılan büdcə vəsaitinin az qala

Ermənistan büdcəsinə bərabər olmasından təşviş hissi keçirən erməni rəsmiləri öz xalqını sakitləşdirmək

məqsədi ilə psixoloji hücuma üstünlük verməyə başlamışlar. Onlar dərc etdirdikləri yazılarda müharibə

başladığı təqdirdə Rusiyada, Fransada, Amerika Birləşmiş Ştatlarında, Uruqvayda yaşayan daha imkanlı

ermənilərin pulu hesabına cinayətkarlardan və muzdlu veteranlardan ibarət dəstənin Azərbaycanla vuruşmaq

üçün İranın hava məkanından keçirməklə döyüş nöqtələrinə göndəriləcəyi kimi sərsəm fikirləri ortaya atmışlar.

Bəzi məqalələrdə isə hətta döyüşçülərin sayı belə göstərilmişdir. Dünyanın 38 ölkəsindən 200 min erməninin

döyüşlərdə iştirak edəcəyi bildirilmişdir.

Benilüks Azərbaycanlıları Konqresi belə materiallara münasibət bildirərək qeyd edir ki, tarixin müxtəlif

dönəmlərində xalqımız öz torpaqlarını yadelli işğalçılardan qorumaq məcburiyyətində qalmışdır. Sülhsevər

azərbaycanlılar qonşuları ilə hər zaman dinc və mehriban dostluq əlaqələrinin saxlanılmasına və

inkişafına

üstünlük

vermişlər.

Lakin XX əsrin sonlarına doğru Azərbaycan böyük bir haqsızlıqla üzləşmişdir. Tarixi ərazilərimin 20 faizi

mənfur qonşularımız ermənilər tərəfindən işğal olunmuş, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü

pozulmuş, Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan tərəfindən zəbt edilmiş, minlərlə soydaşımız

amansızlıqla qətlə yetirilmiş və əsir götürülmüşdür.

Artıq 20 ilə yaxındır ki, torpaqlarımızın azad edilməsi istiqamətində danışıqlar aparan Azərbaycan dövləti

münaqişənin beynəlxalq hüquq normalarına uyğun sülh yolu ilə həllinə çalışır. BMT, Avropa Şurası, Avropa

İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatların işğal olunmuş Azərbaycan ərazilərinin dərhal və qeyd-

şərtsiz

azad edilməsi barədəki qərar və qətnamələrinə məhəl qoymayan işğalçı Ermənistan, siyasi və iqtisadi girdabda

boğulmasına baxmayaraq, mənfur niyyətindən əl çəkmir, sülh danışıqlarını pozur, konstruktiv mövqe nümayiş

etdirmir. Bütün bunlar beynəlxalq qurumların gözü qarşısında baş verir, onlar isə susur, ikili standartlara yol

verirlər. Mənfur düşmənlərimizə xatırlatmaq istəyirik ki, müharibə başladığı təqdirdə, dünya azərbaycanlıları

müsəlləh əsgər kimi zəbt olunmuş torpaqlarımızın azad edilməsi üçün Vətənə dönəcək və işğalçılara aman

verməyəcəklər.

Benilüks Azərbaycanlıları Konqresi ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, tarixi torpaqlarımızı düşmən

işğalından azad etmək və suveren hüquqlarımızı qorumaq məqsədi ilə dünya azərbaycanlılarına müraciət edir və

onları Vətənimiz və Prezidentimiz ətrafında daha sıx birləşməyə, səfərbər olmağa çağırır.

BAK-ın dünya azərbaycanlılarına müraciətində deyilir: "Müqəddəs borcumuzu yerinə yetirmək uğrunda

çağırışımıza hay verin. İşğal olunmuş ərazilərimizin tezliklə azad edilməsi doğma Vətən qarşısında bizim hər

birimizin borcudur. Qaytaraq Vətən borcunu!"

Əsgər ƏLİYEV.

“Azərbaycan”.-2011.-8 Mart.-N 53.-S.2.

Page 31: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

31

Azərbaycan diasporundan BMT baş katibinə müraciət

Erməni snayperinin 9 yaşlı Fariz Bədəlovu qətlə yetirməsi Danimarka və İsveç parlamentlərinin də

diqqətinə çatdırılıb

Danimarka azərbaycanlılarının "Vətən" Cəmiyyəti 9 yaşlı Ağdam rayon sakini Fariz Bədəlovu Ermənistan

silahlı qüvvələrin qətlə yetirməsilə bağlı BMT-nin baş katibi Pan Gi Muna və Danimarka parlamentinə

məktubla müraciət ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, sənəddə 9 yaşlı

Fariz Bədəlovun öz evinin həyətində oynadığı vaxt Ağdam rayonunun ermənilərin işğalı altındakı Şıxlar

kəndindən Ermənistan silahlı qüvvələrinin snayperinin başından gülləylə vurduğu, xəstəxanaya çatdırılmasına

baxmayaraq, onun həyatını qurtarmağın mümkün olmadığı bildirilir. Müraciətdə qeyd olunur ki, Cənubi

Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli

sürməsindən sonra başlanıb. 1992-ci ildən Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və daha 7 rayon daxil

olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal ediblər. Azərbaycan və Ermənistan arasında 1994-cü ildə

atəşkəs haqqında saziş imzalanıb və hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya, Fransa və

ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır. Məktubda Ermənistanın Dağlıq Qarabağ və işğal olunmuş ətraf

rayonların azad edilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədiyi vurğulanır.

Müraciət müəllifləri bildirirlər ki, erməni tərəfinin atəşkəsi pozması artıq heç kəsdə təəccüb doğurmur:

"Təkcə ötən ay ərzində Ermənistan hərbi birləşmələri atəşkəs rejimini 50 dəfədən artıq pozub, bunun nəticəsində

iki nəfər Azərbaycan əsgəri həlak olub, iki nəfər də yaralanıb. Yanvarda da eyni sayda əsgər həlak olmuş və

yaralanıb. Nə qədər acınacaqlı olsa da, cəbhə xəttində əsgərlərin həlak olması gözləniləndir, amma uşağı

snayperin öldürməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki

durumdan asılı olmayaraq, yolverilməzdir. Biz BMT-dən xahiş edirik ki, Ermənistanın BMT Təhlükəsizlik

Şurasının 4 qətnaməsinə əməl etməsi və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxması üçün

Ermənistana təzyiq göstərsin". Bundan əlavə, İsveçdəki Azərbaycan diaspor təşkilatları bu ölkənin bir il

əvvəl martın 11-də qondarma erməni genosidini tanımasının ildönümüylə əlaqədar Stokholm şəhərində

parlament binasının qarşısında etiraz aksiyası keçiriblər. Piketdə bildirilib ki, 9 yaşlı Ağdam rayonu, Orta

Qərvənd kənd sakini Bədəlov Fariz Arif oğlunun Ermənistan silahlı qüvvələrinin snayperinin öldürməsi

ermənilərin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasətini daha qəddar üsullarla davam etdirdiyini

göstərir. Aksiyada İsveç Azərbaycan Federasiyası, İsveç Azərbaycanlıları Konqresi, bu ölkədə təhsil alan

azərbaycanlı tələbələr, türk icmasının nümayəndələri iştirak ediblər. Aksiya iştirakçıları İsveç parlamentini

qondarma erməni soyqırımını tanıdığına görə qınadıqlarını qeyd edərək əslində soyqırıma Azərbaycan xalqının

məruz qaldığını, və ermənilərin törətdikləri əməllərə görə cəzasız qalmaları səbəbindən azərbaycanlılara qarşı

soyqırımın bu gün də davam etdirildiyini vurğulayıblar. Parlamentin məhkəmə olmadığını diqqətə çatdıran

nümayişçilər bildiriblər ki, əslində ötən əsrin əvvəllərində ermənilərin guya soyqırıma məruz qalmaları

ermənilərin özlərinin uydurmasıdır və bu məsələnin aydınlaşdırılması tarixçilərin öhdəsinə buraxılmalıdır.

Piket iştirakçılarının 5 nəfərdən ibarət nümayəndə heyətini İsveç parlamentinin vitse-spikeri Ulf Kristersson

qəbul edib. Görüşdə İsveç parlamentinin qondarma erməni soyqırımını tanımasına etiraz bildirilib. İsveç

Azərbaycan Federasiyasının sədri Səttar Sevigin Fariz Bədəlovu Ermənistan snayperinin öldürməsi barədə

məlumat verib və bildirib ki, əsl soyqırım qurbanları azərbaycanlılardır, ermənilər isə soyqırımı törədənlərdir.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgəsində 12 may 1994-cü il tarixindən atəşkəs

rejiminin hökm sürməsinə baxmayaraq, Ermənistanın mütəmadi olaraq atəşkəsi pozması nəticəsində yüzlərlə

dinc azərbaycanlının düşmən gülləsindən həlak olduğunu və yaralandığını bildirib: "ATƏT-in Minsk qrupunun,

ATƏT sədrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsinin və digər

nüfuzlu beynəlxalq təşkilatların və onların nümayəndələrinin cəbhə xəttində atəşkəs rejiminə əməl

olunması barədə tələblərinə məhəl qoymayan Ermənistan atəşkəs rejiminin hökm sürdüyü təqribən 17 il ərzində

elə gün olmayıb ki, atəşkəsi pozmasın. Ən dəhşətlisi isə budur ki, atəşkəsi pozan ermənilərin əsas hədəfi dinc

sakinlər, qocalar, qadınlar, uşaqlar olur". Federasiya sədri 9 yaşlı azərbaycanlı uşağın öldürülməsinin insan

haqlarının, eləcə də müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Cenevrə Konvensiyasını kobud

Page 32: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

32

surətdə pozduğunu İsveç parlamentinin vitse- spikerinin diqqətinə çatdırıb. O bildirib ki, dünya birliyinin bu

vəhşiliyə göz yumması Ermənistanın törətdiyi cinayətlərə görə cəzasız qalması onun Azərbaycan xalqına qarşı

soyqırımı davam etdirməsinə şərait yaradır. Səttar Sevigin İsveçi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsi bölgəsində Azərbaycanın dinc sakinləri-körpə uşaqların, qoca və qadınların Ermənistan

snayperlərinin qurbanı olmalarına biganə qalmamağa və erməni tərəfini atəşkəs rejiminə əməl etməyə

inandırmağa çağırıb.

Turqut. “Xalq Cəbhəsi”.-2011.-15 Mart.-N 47.-S.4.

Page 33: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

33

Azərbaycan diasporundan mafiya ilə bağlı çağırış

SOYDAŞLARIMIZ ERMƏNİ MAFİYASININ TİBBİ SIĞORTA

FIRILDAQLARININ ARAŞDIRILMASI ÜÇÜN KONQRESMENLƏRƏ

MÜRACİƏT EDİB

ABŞ-dakı Azərbaycan diasporu Konqres üzvlərinə və yerli mediaya erməni mafiyasının tibbi sığorta

fırıldaqları ilə bağlı məktublar göndərib. Bu barədə APA-nın Vaşinqton müxbiri məlumat verir. “Arsen

Bedjanyan və Sarkis Tadevosyan Qərbi Virciniyada tibbi sığorta fırıldaqları ilə məşğul olduqları üçün 2011-ci

ilin mayında ABŞ xüsusi xidmət orqanları və Qərbi Virciniya polisi tərəfindən həbs olunublar. 2011-ci il

fevralın 16-da Los-Ancelesdə, Mayamidə və Denverdə reket, bank fırıldaqları, şəxsi məlumatların oğurlanması,

adam oğurluğu və narkotik maddə qaçaqmalçılığı ilə məşğul olan erməni cinayətkar qrupunun 100-ə yaxın

üzvü həbs olunub”.

Məktub müəlliflərinin dediyinə görə, cinayətkarlar kredit kartlarının surətinin çıxarılması, kredit və

ödəniş kartları ilə bağlı informasiyanın oğurlanması məqsədilə saxta çeklərdən istifadə olunması kimi

fırıldaqlarla məşğul olub, pərakəndə satış mərkəzlərində yüzlərlə müştərinin hesabını boşaldıblar. Onlar yaşlı

ABŞ vətəndaşlarının bank hesabından 10 milyon dollara yaxın pul oğurlayıblar.

“Bu, son bir ildə erməni-Amerika cinayətkar qrupları tərəfindən törədilən üçüncü belə cinayətdir. Bu

cinayətlər ABŞ hökumətinə, biznesinə və yaşlı vətəndaşlara qarşı yönəldilib. 2010-cu ilin oktyabrında Federal

Təhqiqat Bürosu, Daxili Gəlirlər Xidməti və yerli hüquq-mühafizə orqanları tərəfindən 52 etnik erməni həbs

olunub. Onlar az gəlirli vətəndaşlara tibbi xidmət göstərmək üçün həyata keçirilən Medicaid proqramından 163

milyon dollar pul oğurlayıblar. Bu erməni qanqsterlərinin ABŞ ərazisində törətdikləri ilk cinayət deyil. İki il

əvvəl, 2008-ci ildə 6 erməni FTB tərəfindən 2 milyon dollarlıq fırıldaqda ittiham olunub. 1999-cu ildə ermənilər

Kaliforniyanın Medicaid proqramından bir milyard dollar oğurlayıblar. Bu dünya tarixində tibb sahəsində baş

vermiş ən böyük fırıldaq idi”.

“ABŞ Ermənistana və Dağlıq Qarabağdakı cinayətkar rejimə hər il göstərilən maliyyə yardımını

dayandırmalıdır. Biz erməni canilərin asanlıqla ABŞ-a gəlib fırıldaqla məşğul olmasına və bizim pullarımızı

oğurlamasına imkan verməməliyik. Onlar Ermənistana arxayındırlar, bu ölkənin prezidentinin himayəsi

altındadırlar. Ermənistan prezidenti bizdən maliyyə yardımı alır, sonra isə İraqda əsgərlərimizin ölümünə səbəb

olan silahların satışı ilə məşğul olur”.

“Bu fırıldaqlar, reket və yaşlı vətəndaşların hesablarının qarət olunması halları bizi – ABŞ-ın vergi

ödəyicilərini narahat edir. Sizi, ABŞ-dakı erməni fırıldaqçıları ilə əlaqədar olan Ermənistan hökumətinə maliyyə

yardımı göstərəndə ehtiyatlı olmağa, bunun əvəzində bizim hüquq-mühafizə orqanlarımızın

maliyyələşdirilməsini gücləndirməyə çağırırıq”.

“525-ci qəzet”.-2011.-2 İyun.-№97.-S.1, 3.

Page 34: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

34

Dünya azərbaycanlılarının III qurultayının Azərbaycan

Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciəti

Zati-aliləri!

Dünya azərbaycanlılarının III qurultayının Bakı şəhərində keçirilməsinə verdiyiniz yüksək dəstəyə görə

Sizə dərin minnətdarlığımızı bildiririk. Bu qurultay əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş

azərbaycançılıq ideologiyasının təşəkkülünün, dünya azərbaycanlılarının birlik və həmrəyliyinin parlaq

təcəssümüdür.

Böyük məmnuniyyət hissi ilə vurğulamaq istərdik ki, II qurultaydan ötən müddət ərzində Azərbaycan

dövlətinin iqtisadi qüdrəti daha da artmış, siyasi münasibətlər sistemi təkmilləşmiş, demokratik, hüquqi dövlət

quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilmiş, dünya birliyinə inteqrasiya yolunda əhəmiyyətli uğurlar

qazanılmışdır. Zati-alinizin rəhbərliyi ilə aparılan islahatlar, həyata keçirilən kompleks tədbirlər Azərbaycanın

regionda və bütün dünyada siyasi nüfuzunun daha da yüksəlməsinə, söz sahibinə çevrilməsinə, müstəqil siyasət

yürüdən dövlət kimi özünütəsdiqinə şərait yaratmışdır. Biz əminik ki, doğma Vətənimizin çiçəklənməsi və

inkişafı naminə atılacaq növbəti addımlar xalqımızın çoxəsrlik tarixinə yeni şanlı səhifələr yazacaqdır.

Möhtərəm cənab Prezident!

Sizin dəfələrlə vurğuladığınız kimi, bu gün müstəqil Azərbaycan dövlətinin və xalqımızın yalnız bir

problemi var: Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazi bütövlüyümüzün pozulması və yüz minlərlə

soydaşımızın öz doğma torpaqlarından didərgin düşməsi. İnanırıq ki, apardığınız siyasət bu taleyüklü məsələnin

ədalətli həlli ilə nəticələnəcək, dövlətimiz bütün ərazilərində öz suveren hüquqlarını bərpa edəcəkdir. Biz

problemin sülh yolu ilə və danışıqlar masası arxasında həlli istiqamətində göstərdiyiniz səy və təşəbbüsləri

birmənalı şəkildə dəstəkləyirik. Eyni zamanda bəyan edirik ki, dünya azərbaycanlıları Azərbaycan Respublikası

Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Zati-alinizin qəbul edəcəyi hər bir qərarın yerinə yetirilməsi üçün

canından və qanından keçməyə də hər an hazırdır.

Cənab Prezident!

Azərbaycan dövlətinin davamlı dəstəyi sayəsində diasporumuz bu gün yeni inkişaf mərhələsinə qədəm

qoymuşdur. Xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi,

mədəni irsimizin və tariximizin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, lobbi

quruculuğu sahəsində əldə olunmuş uğurlar bu mərhələni səciyyələndirən əsas keyfiyyət göstəriciləridir.

Təqdirəlayiq haldır ki, son dövrlər xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallıq səviyyəsi də xeyli

yüksəlmişdir. Bu gün azərbaycanlı icmaları yaşadıqları ölkələrdə baş verən mühüm hadisələrə dair öz

mövqeyini bildirir, seçkilərdə fəal iştirak edir, siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında təmsil olunur,

bir sıra ölkələrdə isə parlament üzvlüyünə seçilirlər. Bütün bu uğurların əsasında doğma Vətənə sevgi,

Azərbaycana layiqincə xidmət arzusu dayanır. Bu, eyni zamanda, dövlətimizin xaricdə yaşayan

azərbaycanlılarla bağlı siyasətinin kifayət qədər praqmatik və düşünülmüş bir strategiyaya əsaslandığını

göstərir.

Möhtərəm cənab Prezident!

Biz, Dünya azərbaycanlılarının III qurultayının iştirakçıları xaricdə yaşayan azərbaycanlılara və diaspor

təşkilatlarına göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin

rəhbərliyinizlə xalqımız qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə gələcək, dövlətimiz dünyanın

siyasi səhnəsində öz mövqeyini daha da möhkəmləndirəcəkdir.

Bir daha bəyan edirik ki, dünya azərbaycanlıları Zati-alinizin Azərbaycan Respublikasının milli maraq və

mənafelərinin qorunmasına, doğma Vətənimizin tərəqqisinə, milli birlik və həmrəyliyimizin möhkəmlənməsinə

yönəlmiş siyasətini qətiyyətlə dəstəkləyirlər. Biz bu siyasətin Azərbaycanı dinamik inkişaf yolu ilə irəli

aparacağına əminik və bu müqəddəs yolda Sizə daha böyük uğurlar arzulayırıq.

Müraciət Dünya azərbaycanlılarının

III qurultayında qəbul olunmuşdur.

Bakı şəhəri, 5 İyul 2011-ci il.

AzərTAc

5 İyul 2011-ci il

Page 35: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

35

Dünya Azərbaycanlılarının III Qurultayının Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq

təşkilatlara, xarici ölkələrin parlamentlərinə,

dövlət və hökumət başçılarına

Müraciəti

Biz – Dünya azərbaycanlılarının III qurultayının iştirakçıları narahat dünyamızda sağlam düşüncənin, haqq

və ədalətin əvvəl-axır qalib gələcəyinə inamımızı ifadə edərək, bütün xalqların sülh və əmin-amanlıq, mehriban

qonşuluq və dostluq şəraitində yaşamaq haqqına dərin ehtiramımızı bildirərək, mütərəqqi beynəlxalq

ictimaiyyətə müraciət edirik.

Bu gün planetimizdə beynəlxalq təhlükəsizliyə və barışa, sivilizasiyalararası dialoq çağırışlarına, xalqların

dinc yanaşı yaşayışının və əmin-amanlığının təminatına ciddi ehtiyac duyulur. Çünki qloballaşma prosesinin

vüsət aldığı müasir mərhələdə dövlətlərin suverenliyini və bütövlükdə bəşəriyyəti təhdid edən aqressiv etnik

separatçılıq, terrorizm, milli, dini və irqi ayrı-seçkilik kimi mənfi meyillər həyatımızın acı gerçəkliyinə

çevrilmişdir. Təəssüf hissi ilə nəzərinizə çatdırırıq ki, zəmanəmizin ən qanlı faciələrinə rəvac vermiş Ermənistan

– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq 23 ildir ki, davam etməkdə, regionda sülh və əmin-amanlıq

üçün böyük təhlükə mənbəyi olaraq qalmaqdadır.

Son iki əsrə yaxın bir dövrdə erməni millətçilərinin əli ilə Azərbaycana qarşı mərhələ-mərhələ işğalçılıq

siyasəti həyata keçirilmiş, xalqımız çoxsaylı kütləvi qırğınlara, etnik təmizləmə və deportasiyalara, soyqırımı

aksiyalarına məruz qalmışdır. Təkcə XX əsrdə on minlərlə azərbaycanlı etnik və dini amilə görə qətlə yetirilmiş,

milyonlarla soydaşımız öz tarixi torpaqlarından didərgin salınmışdır.

1988-ci ildən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları yenidən baş qaldırmış, işğalçılıq

niyyətlərini həyata keçirmək üçün Dağlıq Qarabağda heç bir tarixi, siyasi, etnik əsası olmayan erməni

separatizminə rəvac verilmişdir. Artıq 20 ildən çoxdur ki, Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq

Qarabağ inzibati-ərazi bölgüsünə daxil olmayan və ötən əsrin 90-cı illərinin əvvəllərinədək bütünlüklə

azərbaycanlıların yaşadığı 7 inzibati rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, 1 milyona

yaxın Azərbaycan vətəndaşı öz doğma torpaqlarından didərgin salınmış, 20 mindən çox azərbaycanlı qətlə

yetirilmiş, 50 mindən artıq insan əlil olmuşdur. Ermənistanın və Dağlıq Qarabağın həbs düşərgələrində

ağlasığmaz təhqir və işgəncələrdən əziyyət çəkən 4 mindən artıq azərbaycanlının taleyi barədə indiyədək dəqiq

məlumat almaq mümkün olmamışdır. 90-cı illərin əvvəllərində erməni silahlıları Qarabağın azərbaycanlılar

yaşayan qəsəbə və kəndlərində kütləvi qırğınlar, Bakıda və digər şəhərlərimizdə qanlı terror aksiyaları həyata

keçirmiş, 1992-ci ilin fevralında XX əsrin ən dəhşətli faciəsini – Xocalı soyqırımını törətmişlər. Öz qəddarlığına

və amansızlığına görə dünyada bənzəri olmayan bu qanlı aksiyada 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70

nəfəri ahıl qocalar olmaqla 613 Xocalı sakini bir gecənin içində qətlə yetirilmiş, 1000 nəfərdən artıq mülki

əhali, o cümlədən 76 nəfər yetkinlik yaşına çatmamış oğlan və qız şikəst edilmiş, 1275 nəfər ermənilər

tərəfindən girov götürülərək ağlasığmaz təhqir və həqarətlərə məruz qalmışdır. Amansızlıqla qətlə

yetirilənlərdən 56 nəfəri diri-diri yandırılmış, başları kəsilmiş, gözləri çıxarılmış, qafa taslarının dərisi

soyulmuşdur.

1988-ci ilin sonlarında Ermənistanda öz tarixi dədə-baba yurdlarında yaşayan 250 mindən artıq

azərbaycanlı yüzlərlə insanın qətli ilə müşayiət olunan kütləvi deportasiyaya məruz qalmış, nəticədə Ermənistan

dünyada analoqu olmayan monoetnik dövlətə çevrilmişdir. XIX əsrin əvvəllərində bu gün Ermənistan deyilən

ərazidə 2 mindən çox azərbaycanlı yaşayış məntəqəsi olduğu halda, hazırda orada bir nəfər də olsun,

azərbaycanlı qalmamış, minlərlə Azərbaycan-türk toponimləri, tarixi yer adları açıq-aşkar saxtakarlıqla

erməniləşdirilmiş və xəritədən silinmişdir.

Ermənistanda və Azərbaycanın işğal altında olan ərazilərində azərbaycanlılara məxsus tarixi-mədəni

abidələr, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Bu antibəşəri

proses indi də davam etməkdədir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 890 yaşayış məntəqəsi, 150

min ev, 7 min inzibati bina, 693 məktəb, 855 uşaq bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9

məscid, 9 etnoqrafik əhəmiyyətli tarixi yer, 464 tarixi abidə və muzey, 40 min muzey eksponatı, 6 min sənaye

və kənd təsərrüfatı müəssisəsi, 160 körpü, 2300 km su kəməri, 2 min km qaz kəməri, 15 min km elektrik xətti,

1200 km irriqasiya sistemi dağıdılmış, 280 min hektar meşə, 1 milyon hektar əkin sahəsi məhv edilmişdir.

On illər boyu Azərbaycan xalqına qarşı ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilmiş təcavüzkar siyasət,

kütləvi zorakılıq aksiyaları və bu cinayətlərin XX yüzilliyin sonlarında müasir dünyanın gözü qarşısında

yenidən təkrarlanması, beynəlxalq hüququn tələbləri baxımından soyqırımı kimi qiymətləndirilməlidir. Təəssüf

ki, istər regiondakı tarixi-siyasi proseslərə, istərsə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə bu

gün dünyada ikili standartlarla yanaşma halları mövcuddur.

Page 36: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

36

Qurultay iştirakçıları Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağla bağlı

1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin hələ də təcavüzkar Ermənistan tərəfindən

yerinə yetirilməməsinə beynəlxalq birliyin laqeyd münasibətindən dərin məyusluq hissi keçirirlər. 2005-ci ildə

Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsində Azərbaycan

ərazilərinin işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi qeyd olunmuş,

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi vurğulanmışdır. BMT Baş

Məclisinin “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” başlıqlı 2006-cı il 7 sentyabr tarixli 60/285 saylı

və 14 mart 2008-ci il tarixli 62/243 saylı qətnamələri, 2006-cı ilin dekabrında qəbul olunmuş “ATƏT-in

Nazirlər Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Bəyanatı”, ATƏT-in 2005-ci və 2010-cu illərdə

faktaraşdırıcı və sahə qiymətləndirmə missiyalarının Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan

tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi

istismar və bu ərazilərin viran edilməsini təsdiq edən rəyləri, “Avropa İttifaqının Cənubi Qafqazda

strategiyasına tələb” adlı 2010-cu il 20 may tarixli qətnamə və digər beynəlxalq sənədlərdə Ermənistanın

Azərbaycan ərazilərini işğal etməsi faktı öz təsdiqini tapmış və bu ərazilərin azad olunması tələb edilmişdir.

Bütün bunlara baxmayaraq, Ermənistan hələ də Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam edir,

beynəlxalq birliyin tələb və tövsiyələrinə etinasızlıq göstərir. Sülhün və təhlükəsizliyin təminatçısı olan

beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin Ermənistanın bu təcavüzkar hərəkətlərinə qarşı təsirli tədbirlər

görməməsi dünyada ədalətin mövcudluğuna olan inamı sarsıdır və beynəlxalq hüquqa etimadsızlıq kimi mənfi

tendensiyalara yol açır.

Biz, eyni zamanda narahatlıq hissi ilə bildiririk ki, Azərbaycan tərəfinin xoşməramlı təşəbbüslərinə,

münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək niyyətinə baxmayaraq, Ermənistanın nümayiş etdirdiyi qeyri-

konstruktiv mövqe və qonşulara qarşı əsassız ərazi iddiaları sülhyaratma prosesində böhran yaradır, regionda

sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərin uğursuzluqla nəticələnməsinə səbəb olur.

Ermənistanın bu mövqeyi problemin dinc yolla həllini çətinləşdirir, müharibənin yenidən alovlanması

təhlükəsini artırır.

Dünya azərbaycanlılarının III qurultayı beynəlxalq ictimaiyyəti Cənubi Qafqazda sülhün və əmin-

amanlığın təmin olunması, insanların rahat və təhlükəsiz şəraitdə yaşaması naminə konkret addımlar atmağa,

təcavüzkarı sağlam düşüncəyə və davakar qarşıdurma mövqeyindən geri çəkilməyə vadar edəcək qətiyyətli

tədbirlər görməyə çağırır. Bir daha nəzərinizə çatdırmağı zəruri sayırıq ki, bu münaqişənin davam etməsi və

mövcud status-kvonun saxlanması bölgə xalqlarının maraqlarına cavab verməməklə yanaşı, təkcə regionda

deyil, bütün dünyada sülhə və təhlükəsizliyə ciddi maneədir. Biz qəti şəkildə inanırıq ki, münaqişənin həlli

nəinki Azərbaycan və erməni xalqlarının, eləcə də bütün regionun həyatında yeni bir dövrün – dostluq,

əməkdaşlıq və tərəqqi mərhələsinin başlanğıcı olacaqdır.

Müraciət Dünya Azərbaycanlılarının III Qurultayında

qəbul olunmuşdur. Bakı şəhəri, 5 iyul 2011-ci il.

AzərTAc

5 İyul 2011-ci il

Page 37: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

37

Dünya Azərbaycanlılarının III Qurultayının Dünya azərbaycanlılarına müraciəti

Əziz həmvətənlər!

Hörmətli soydaşlarımız!

Dünya öz tarixi inkişafının olduqca mühüm və mürəkkəb mərhələlərindən birini yaşayır. Qloballaşma

prosesinin geniş vüsət aldığı, sivilizasiyalararası dialoqun tarixi zərurətə çevrildiyi bu mərhələdə hər bir millət

öz varlığını qoruyub saxlamaqla bərabər, bəşəriyyətin gələcəyi üçün də məsuliyyət daşıyır. Belə bir şəraitdə

Azərbaycan dövləti hadisələrə seyrçi mövqe tutmur, müxtəlif mədəniyyətləri təmsil edən xalqlar arasında

dialoqun və etimadın möhkəmləndirilməsinə öz dəyərli töhfəsini verir. Son illər Vətənimiz mütəmadi olaraq

dinlərarası və mədəniyyətlərarası dialoqa həsr olunmuş nüfuzlu tədbirlərə ev sahibliyi edir. Təsadüfi deyil ki,

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal

platformanın təsis edilməsi və Azərbaycan xalqının mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə

tanıdılması məqsədi ilə 2011-ci ildən başlayaraq hər iki ildən bir Azərbaycanda Ümumdünya

Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi barədə fərman imzalamışdır.

Son illər Azərbaycan xalqı da keyfiyyətcə yeni, daha yüksək tarixi inkişaf mərhələsinə qədəm qoymuşdur.

Bu, milli ideologiyanın tamamilə formalaşdığı, hüquqi və demokratik dövlət quruculuğu prosesinin sürətləndiyi

bir mərhələdir. Azərbaycan dövlətinin ilbəil artan iqtisadi və siyasi qüdrəti dünya azərbaycanlıları arasında

birlik və həmrəyliyin daha da möhkəmlənməsinə, diaspor hərəkatının güclənməsinə, soydaşlarımızın tarixi

Vətənlə əlaqələrinin genişlənməsinə əlverişl şərait yaratmışdır. Bu gün dünyanın hansı hissəsində

yaşamasından, dünyagörüşündən və siyasi əqidəsindən asılı olmayaraq, hər bir soydaşımız özünü doğma

Azərbaycanın bir hissəsi hesab edir, Vətənin maraq və mənafelərinin qorunması naminə əlindən gələni

əsirgəmir. Dünya azərbaycanlılarının II qurultayından keçən 5 il ərzində xaricdə yaşayan azərbaycanlıların

təşkilatlanması, doğma Vətənimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, milli mənəvi

dəyərlərimizin qorunması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği

sahəsində mühüm işlər görülmüşdür. 2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıdakı

iclasında qəbul olunmuş “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” həmvətənlərimiz qarşısında qoyulan

vəzifələrin müəyyənləşdirilməsi və həyata keçirilməsi istiqamətində əhəmiyyətli rol oynamışdır. İndi

azərbaycanlıların müxtəlif ölkələrdə fəaliyyət göstərən icma və qurumları vahid mərkəzlərdə birləşmiş,

soydaşlarımızın qitələr üzrə təşkilatlanması prosesi, demək olar ki, başa çatmışdır. Görülmüş işlərə, qazanılmış

nailiyyətlərə nəzər salarkən ümummilli lider Heydər Əliyevi minnətdarlıqla xatırlayır, diaspor quruculuğu

məsələlərinə dövlət səviyyəsində qayğı göstərilməsini bu dahi şəxsiyyətin tarixi xidmətləri hesab edirik.

Əldə olunmuş uğurlar üzərimizə həm də böyük məsuliyyət qoyur. Bu uğurları qorumaq və eyni zamanda

daha böyük nailiyyətlər qazanmaq üçün hər birimizdən durmadan çalışmaq tələb olunur. İndi 50 milyonluq

Azərbaycan xalqının əsas məqsədi Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin

ədalətli həllinə nail olmaqdan ibarətdir. Azərbaycan diasporunun bütün potensialı, əzmi və iradəsi bu məqsədə

çatmaq üçün zəruri olan vəzifələrin həllinə səfərbər edilməlidir.

Soydaşlarımızın qarşısında duran ən mühüm vəzifələr sırasına yaşadıqları ölkələrdə fəaliyyət göstərən

siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələrinin inkişaf

etdirilməsi də daxildir. Hər bir azərbaycanlı icması milli mənəvi dəyərlərini, dilini, milli kimliyini qorumaqla

yanaşı, cəmiyyətə daha yaxından inteqrasiya etməli, baş verən hadisələrə prinsipial münasibət bildirməli,

ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilməlidir.

Bu gün dünyanın müxtəlif ölkələrində ictimai etimad qazanmış minlərlə azərbaycanlı mədəniyyət xadimi,

elm adamı, jurnalist yaşayır. Onların, demək olar ki, hamısı vətənpərvər ziyalılar, Azərbaycan uğrunda hər cür

fədakarlığa hazır olan insanlardır. Azərbaycanlı ziyalıların doğma Vətənin milli maraqlarının müdafiəsi işinə

daha çox cəlb olunması, onların daha geniş kontingentinin diaspor təşkilatlarında təmsil olunması müasir

dövrün reallıqları baxımından olduqca vacibdir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq,

ölkəmizin və xalqımızın əleyhinə yönəlmiş təxribatlarının qarşısını vaxtında almaq bütün soydaşlarımızın əsas

vəzifələrindən biridir. Bu sahədə işimizi gücləndirmək üçün əlavə tədbirlər görülməli, müasir informasiya

texnologiyalarından və yeni metodlardan səmərəli istifadə olunmalıdır. Dünyanın müxtəlif ölkələrində fəaliyyət

göstərən Azərbaycan informasiya mərkəzlərinin şəbəkəsi genişləndirilməli, xarici kütləvi informasiya

vasitələri ilə daha sıx əməkdaşlıq əlaqələri qurulmalıdır.

Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün digər xalqların diaspor təşkilatları ilə, xüsusən türk diasporu

ilə əməkdaşlığı genişləndirmək, iki qardaş ölkənin maraqlarının müdafiəsi ilə bağlı həyata keçirilən layihə və

tədbirləri daha sıx əlaqələndirmək zəruridir.

Page 38: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

38

Xaricdə yaşayan azərbaycanlı gənclərin potensialından daha səmərəli istifadə etmək üçün tədbirlərin həyata

keçirilməsi günün vacib tələblərindəndir. Gənclərimizin intellektual imkanları, müasir dünyagörüşü, yüksək

vətənpərvərliyi bizim gələcəyə olan ümidlərimizi artırır. Əminik ki, bu böyük potensialın düzgün

istiqamətləndirilməsi yeni tarixi nailiyyətlərə imza atmağa zəmin yaradacaqdır.

Əziz soydaşlar!

Azərbaycan diasporu ötən qısa vaxt ərzində böyük inkişaf yolu keçmişdir. İndi xaricdəki soydaşlarımız

əvvəlki illərlə müqayisədə daha mütəşəkkil və çevik fəaliyyət imkanlarına malikdirlər. Biz bütün gücümüz və

qəlbimizlə bu imkanlardan istifadə etməli, Azərbaycanın maraqlarını qətiyyətlə qorumaq əzmimizi dünyaya

nümayiş etdirməliyik. Bu yolda ürəyi daim doğma Vətənlə döyünən hər bir azərbaycanlıya uğurlar arzulayırıq.

Müraciət Dünya azərbaycanlılarının

III qurultayında qəbul olunmuşdur.

Bakı şəhəri, 5 iyul 2011-ci il.

AzərTAc

5 İyul 2011-ci il

Page 39: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

39

Avropa Azərbaycanlıları Konqresi Fransa prezidenti Nikola Sarkoziya etiraz müraciəti ünvanlandı

Avropa Azərbaycanlıları Konqresinin (AAK) Fransa prezidenti Nikola Sarkoziya ünvanlandığı etiraz

müraciətində bu ölkənin Milli Assambleyasının qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət

məsuliyyəti nəzərdə tutan qanun layihəsi qəbul etməsini söz və ifadə azadlığını kobud surətdə pozduğu bəyan

edilmişdir.

“Bu qanunla birinci növbədə fransız xalqının söz və fikir azadlığına son qoyulmuşdur. Bu qanunla Fransa

dövlətinin prinsipləri ayaqlar altına atılmışdır. Biz Avropa Azərbaycanlıları Konqresi olaraq bu qanunun qəbul

edilməsini kəskin şəkildə pisləyir və buna etirazımızı bildiririk”, - deyə müraciətdə qeyd olunmuşdur.

“Bu qanunun qəbul edilməsi ilə tarix saxtalaşdırılmış, xalqlar arasında kin, nifrət, intiqam və düşmənçilik

toxumu səpilmiş, xalqların anlaşmalarına və dünyada əmin-amanlığın bərqərar olunmasına ağır zərbə vurulmuşdur.

Bu qanun nə Ermənistana, nə Türkiyəyə, nə də Azərbaycana fayda gətirəcəkdir. Bu yolla Qafqazda sülh əldə

olunmayacaqdır”, - deyə müraciətdə vurğulanmışdır.

Müraciət müəllifləri Fransa prezidentinə 20 il əvvəl bütün dünyanın gözləri önündə baş vermiş və faktları,

şahidləri olan və işğal və soyqırımını xatırlatmışlar. “Ermənistanın hazırkı prezidenti Serj Sarqsyanın bilavasitə

özünün iştirakı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı qətliyam törədilmişdir.

Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi

göçkün olmuşdur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi ilə bağlı BMT və

Avropa Şurası bir sıra qətnamə qəbul etsə də bu günədək onlara əməl olunmamışdır. Fransanın da üzv olduğu

ATƏT-in Minsk qrupu məsələni sülh yolu ilə həll etmək üçün fəaliyyət göstərsə də bu günə qədər nə işğal sona

çatmış, nə də qatillər cəzalandırılmışdır”, - deyə müraciətdə bildirilmişdir.

“Avropa Azərbaycanlıları Konqresi olaraq Sizdən və ATƏT-in Minsk qrupunun üzvü olan Fransa

dövlətindən Azadlıq, Bərabərlik və Qardaşlıq naminə Xocalıya ədalətin təmin olunmasını tələb edirik. Sülh

ədalətsizlik və hüquqsuzluq üzərində qurula bilməz”, - müraciətdə vurğulanmışdır.

Avropa Azərbaycanlıları Konqresi müraciətin sonunda bird aha Fransa parlamentinin qondarma “erməni

soyqırımı” iddialarının inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul etməsini kəskin

şəkildə qınadığını və yanlış yoldan dönməyi tələb etmişdir.

26 dekabr 2011

Page 40: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

40

Mahir Həmzəyev və “Litva-Azərbaycan” Assosiasiyasının prezidenti İmantas Melyanas Moldova

Respublikasının Ombudsmanı Aurelia Qriqoriuya təşəkkür məktubu göndərmişlər

Bu ilin iyul ayında Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev və “Litva-Azərbaycan”

Assosiasiyasının prezidenti İmantas Melyanas Moldova Respublikasının Ombudsmanı Aurelia Qriqoriuya

təşəkkür məktubu göndərmişlər. Məktubda Aurelia Qriqoriun iyulun 4-də Ermənistan parlamentindəki çıxışı

zamanı Ermənistanım Azərbaycana qarşı təcavüzünü, insanlığa zidd cinayətlər törətdiyini bəyan etməklə

göstərdiyi cəsarət və prinsipiallığına görə təşəkkür bildirilmişdir.

İyul 2013

Page 41: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

41

“Vətən” Cəmiyyəti Danimarka Parlamentinə etiraz məktubu göndərimişdir

Cari ilin sentyabr ayında Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti bir qrup danimarkalı

parlamentarinin Azərbaycanın işğal altındakı torpaqlarına səfər etməsi və qondarma rejimin rəhbərliyi ilə

görüşlər keçirməsinə etiraz olaraq Danimarka Parlamentinə məktub göndərimişdir. Danimarkadakı Azərbaycan

icması adından Parlamentin Xarici Siyasət Komitəsinin sədri Mette Gjerskova ünvanlanan etiraz məktubunda

ölkə parlamentinin iki üzvünün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər etməsi haqda

Ermənistan kütləvi informasiya vasitələrində yayılan xəbərlərdən narahatlıq bildirilir.

Məktubda Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilərək, 1992-ci ildən bəri Ermənistan

silahlı qüvvələrinin işğalı altında olan bölgənin Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması və

bu faktın beynəlxalq hüquqla təsbit edildiyi, Azərbaycanın ərazi bütövlüyünün BMT və digər qurumlar, eləcə də

Danimarka hökuməti tərəfindən tanındığı diqqətə çatdırılmışdır.

Sentyabr 2013

Page 42: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

42

Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevə məktub ünvanlamışdır

Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzinin Prezident İlham Əliyevə ünvanlandığı məktubda

deyilir: “Hörmətli cənab Prezident, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə

ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirik.

İnanırıq ki, bu qələbə dünyaya dahi Nizami Gəncəvi kimi filosof bəxş etmək fəxarətinə sahib və

bizim üçün olduqca dəyərli bir ölkə olan Azərbaycanda demokratiya, dünyəvilik və vətəndaş azadlıqları

institutlarını daha da gücləndirəcəkdir. Zati-alinizə ən dərin ehtiramımızla bərabər, Sizə möhkəm cansağlığı və

Azərbaycanın daha da çiçəklənməsi və inkişafında böyük uğurlar arzulayırıq. Əminik ki, Sizin davamlı

dəstəyinizlə Azərbaycanın mədəni irsini dünyaya uğurla tanıtdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzi elm,

maarif və beynəlxalq dialoqu təbliğ edən əsas regional mərkəzlərdən birinə çevriləcəkdir. Hörmətli Prezident,

Sizə ən dərin ehtiramımızı, möhkəm cansağlığı arzumuzu və Azərbaycanın daha da çiçəklənməsi və davamlı

inkişafına yönəlmiş səylərinizdə uğurlar diləyimizi qəbul etməyinizi xahiş edirik”. Təbrik məktubu Nizami

Gəncəvi adına Beynəlxalq Mərkəzin həmsədri Vayra Vike-Freyberqa, Nizami Gəncəvi adına Beynəlxalq

Mərkəzin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Nizami Gəncəvi adına

Beynəlxalq Mərkəzin İdarə heyətinin üzvü Tarja Halonen, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin İdarə

heyətinin üzvü Petar Stoyanov, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin İdarə heyətinin üzvü Giuli

Alasaniya, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin İdarə heyətinin üzvü Valter Füst və digərilərinin

adından ünvanlanıb.

21 oktyabr 2013

Page 43: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

43

Benilüks Azərbaycanlıları Konqresi 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar olaraq Avropa

Parlamentinə və Benilüks ölkələrinin qanunverici qurumlarına müraciət ünvanlayıb

Benilüks Azərbaycanlıları Konqresi 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar olaraq

Avropa Parlamentinə və Benilüks ölkələrinin qanunverici qurumlarına müraciət ünvanlayıb.

Konqresdən Dövlət Komitəsinə daxil olmuş məlumata görə müraciətdə deyilir ki, 1990-cı il 20

Yanvar ümumxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sovet rejiminin hakimiyyətinin

sona çatmasının başlanğıcı olub. Benilüks Azərbaycanlıları Konqresi müraciətində Avropa Parlamentini və

Benilüks ölkələri qanunvericilərini bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə qəbul etməyə

çağırıb. Konqres üzvləri faciəyə Avropa Parlamenti tərəfindən siyasi qiymət veriləcəyinə, bu qanlı faciənin

Avropa tarixi hafizəsinin tərkib hissəsi kimi qəbul ediləcəyinə inandıqlarını qeyd ediblər.

17 yanvar 2014

Page 44: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

44

Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) sədr Rövşən Tağıyevin imzası ilə beynəlxalq təşkilatlara

müraciət ünvanlanıb

Ukraynada yaşayan azərbaycanlılar son günlər Azərbaycanın işğal olunmuş torpaqlarındakı təmas

xəttində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatdan ciddi narahat olduqlarını bildiriblər.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) sədr Rövşən Tağıyevin imzası ilə beynəlxalq təşkilatlara

müraciət ünvanlanıb.

Müraciətdə Ukraynada yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlardan Ermənistanın silahlı

qüvvələrinin təmas xəttində insan tələfatına səbəb olan təxribatları ilə əlaqədar ciddi ölçü götürülməsinin

vacibliyi qeyd olunub. Müraciətdə həmçinin deyilir ki, son günlər baş verən hadisələr xüsusilə də, Ermənistan

tərəfindən 1994-cü ildə əldə olunmuş atəşkəs razılığının pozulması insan tələfatına, xüsusilə dinc sakinlərin

öldürülməsinə səbəb olmaqdadır. Ukrayna azərbaycanlıları münaqişənin artıq davam etməsinin yolverilməz

olduğunu bildirərək, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində də göstərildiyi kimi Azərbaycanın

ərazi bütövlüyünün bərpa olunması üçün beynəlxalq ictimaiyyəti təxirəsalınmaz tədbirlər görməyə, təcavüzkara

qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin müraciətində bildirilir ki, bütün beynəlxalq təşkilatlar-

BMT, Avropa İttifaqı, Avropa Şurası, xüsusən də ATƏT işğal olunmuş Dağlıq Qarabağın və ətraf rayonların

azad olunması barədə qəbul edilmiş qətnamələrinin yerinə yetirilməsi üçün konkret addımlar atmalıdır.

“Ukrayna azərbaycanlıları Azərbaycan dövlətinin regionda sülhün təmin olunmasına yönəlmiş siyasətini

dəstəkləyir, münaqişənin dinc yolla həll olunmasının, yüksək səviyyədə razılığın əldə edilməsinin tərəfdarıdır”-

deyə müraciətdə qeyd olunub.

05 avqust 2014

Page 45: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

45

Avropa Azərbaycanlıları Konqresi Avropanın beynəlxalq təşklatlarına müraciət edərək, Ermənistan

silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə,

müharibənin alovlanmasına yönələn cəhdlərindən dərin narahatlığını bildirib və dünya ictimaiyyətini

baş verənlərə laqeyd qalmamağa çağırıb

Avropa Azərbaycanlıları Konqresi Avropanın beynəlxalq təşklatlarına müraciət edərək, Ermənistan silahlı

qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə, müharibənin

alovlanmasına yönələn cəhdlərindən dərin narahatlığını bildirib və dünya ictimaiyyətini baş verənlərə laqeyd

qalmamağa çağırıb.

Müraciətdə, Ermənistan tərəfindən intensiv şəkildə atəşkəsin pozulduğu və ermənilərin təcavüzü nəticəsində

Azərbaycanın 13 hərbçisinin, eyni zamanda sülhsevər sakinlərinin şəhid olduğu qeyd edilir. Bəyanatda həmçinin

Azərbaycanın 20 faiz torpağının 20 ildən çoxdur ki işğal altında olduğu, işğal olunmuş torpaqların qeyd şərtsiz

azad edilməsinə dair BMT-nin 822, 853, 874 ve 884 saylı qətnamələrinin hələ də icra olunmamasına baxmayaraq

Azərbaycanın hər zaman regionda sülhsevər siyasətin tərəfdarı kimi çıxış etməsi vurğulanır. AAK Avropada

fəaliyyət göstərən beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar suyasətinə qarşı zəruri addımlar atmağa,

münaqişənin yenidən alovlanması təhlükəsinin regionda sülhə və sabitliyə diddi təhlükə yaratdığını nəzərə

almağa çağırıb.

Qeyd edək ki, Ermənistanın işğalçılıq siyasətini pisləyən Bəyanat ATƏT-in Minsk qrupunun üzvlərinə,

Almaniya Federativ Respublikasının Parlamentinə (Bundestaq), Avropa Parlamentinin Xarici Əlaqələr və İnsan

Hüquqları Komitələrinə, həmçinin "Human Rights Watch" beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatının

və "Amnesty International" təşkilatınının Almaniyadakı nümayəndəliklərinə göndərilmişdir.

05 avqust 2014

Page 46: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

46

Belarus Azərbaycan İcmaları Konqresinin nümayəndələri ATƏT-in Minsk qrupuna müraciət

edərək, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən

gərginləşdirməyə yönələn cəhdlərindən dərin narahatlığını bildirib

Belarus Azərbaycan İcmaları Konqresinin nümayəndələri ATƏT-in Minsk qrupuna müraciət edərək,

Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirməyə

yönələn cəhdlərindən dərin narahatlığını bildirib. Müraciətdə qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin son

günlər həyata keçirdiyi təxribatlar Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələdə həll

olunmamasının nə dərəcədə təhlükəli olduğunu bir daha nümayiş etdirir.

“Belarus Azərbaycan İcmaları Konqresinin nümayəndələri beynəlxalq qurumları Ermənistan Respublikasına

atəşkəs sazişinə və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrə

əməl etmədiyinə görə ciddi sanksiyalar tətbiq etməyə çağırır.” - deyə sənəddə vurğulanır.

06 avqust 2014

Page 47: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

47

Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Polşa dövlət və hökumət

nümayəndələrinə Azərbaycan-Ermənistan təmas xəttindəki mövcud vəziyyət barədə narahatlığını

ifadə edən məktubla müraciət edib

Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Polşa dövlət və hökumət nümayəndələrinə

Azərbaycan-Ermənistan təmas xəttindəki mövcud vəziyyət barədə narahatlığını ifadə edən məktubla müraciət

edib.

Müraciət Polşa Prezidentinin icra aparatına, Baş nazirin, Polşa Parlamentinin üzvlərinə, həmçinin, Avropa

Şurası, ATƏT və BMT-nin baş ofisinin, eyni zamanda ATƏT-in Minsk qrupu həmsədrlərinin elektron poçt

ünvanlarına göndərilib.

Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsi, nəticədə bir milyona yaxın qaçqın və

məcburi köçkünün öz doğma yurdundan didərgin düşməsi kimi faktların yer aldığı məktubda Ermənistanın

təxribatlarının qarşısının alınması üçün beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırış da öz əksini tapıb. "1994-cü

il mayın 8-i əldə edilmiş atəşkəsə baxmayaraq hələ də Ermənistan dövləti öz terrorçu əməllərindən əl çəkmir.

Ermənistan silahlı qüvvələrinin basqını nəticəsində iyul ayının sonundan bu günədək Azərbaycan ordusu 13

hərbçisini itirmişdir. Bundan başqa, cəbhə xəttinə yaxın yaşayan mülki əhali davamlı atəş altındadır və bu terror

dinc vətəndaşların da ölümünə səbəb olur . Biz onların ailə və yaxınlarına baş sağlığı diləyir, beynəlxalq

təşkilatları isə bu təcavüzü dayandırmağa çağırırıq. Dünya, baş verən hadisələrə biganə qalmamamlıdır!”

06 avqust 2014

Page 48: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

48

Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyəti son vaxtlar təxribatçı fəaliyyətini intensivləşdirən

Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Avstraliya hakimiyyət orqanlarına,

ölkədəki tanınmış kütləvi informasiya vasitələrinə və beynəlxalq təşkilatların nümayəndəliklərinə

müraciət edib

Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyəti son vaxtlar təxribatçı fəaliyyətini intensivləşdirən

Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Avstraliya hakimiyyət orqanlarına, ölkədəki

tanınmış kütləvi informasiya vasitələrinə və beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət edib.

Müraciətdə Ermənistan Silahlı Qüvvələri və Ermənistanın dəstəklədiyi separatçı silahlı qruplar tərəfindən

mövcud atəşkəs rejiminin intensiv pozulmasından dərin narahatlıq ifadə edilib.

“Son günlər Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi mütəmadi pozmaları

nəticəsində Azərbaycan Silahlı qüvvələrinin 13 hərbçisi şəhid olub, sərhəd bölgələrində yaşayan dinc əhaliyə, o

cümlədən uşaqlara odlu silahlardan atəş açılması davam edir. Ermənistan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi

ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin pozulmasına və Azərbaycanın

beynəlxalq səviyyədə tanınan ərazisində qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanıdılmasına çalışır.”-

deyə müraciətdə qeyd olunub.

Müraciətdə beynəlxalq ictimaiyyətə regionda sabitliyin və sülh danışıqları prosesinə inamın qorunub

saxlanılması naminə, separatizmin bütün hallarına eyni yanaşma göstərilməsi, bütün növ qanunsuz işğal

faktlarının pislənməsi, münaqişənin alovlanmaması üçün Ermənistan hökumətinə təzyiqlərin artırılması və

müvafiq sanksiyalar tətbiq edilməsi tələb edilib.

07 avqust 2014

Page 49: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

49

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti Danimarka parlamentinə müraciət edərək,

Azərbaycanın işğal olunmuş ərazilərindəki cari vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti Danimarka parlamentinə müraciət edərək,

Azərbaycanın işğal olunmuş ərazilərindəki cari vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib.

Ermənistan təxribatçı hərəkətlərinə, Ermənistanın Silahlı Qüvvələri tərəfindən edilmiş silahlı hücum

nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 13 nəfər hərbçisinin və dinc sakinlərin qətlinə etirazın yer aldığı

məktub Danimarka Parlamentinin spikeri Mogens Lykketofta, Danimarka Parlamentinin Xarici Siyasət

Komitəsinin sədri xanım Mette Gjerskova və Danimarka Parlamentinin üzvlərinə ünvanlanıb.

Məktubda qeyd olunur ki, Ermənistanın Azərbaycanla 1988-ci ildə başladığı müharibə nəticəsində

Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. "Bir milyona yaxın

Azərbaycan vətəndaşı öz doğma torpaqlarından didərgin salınmış, 20 mindən çox azərbaycanlı qətlə yetirilmiş,

50 mindən artıq insan əlil olmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti beynəlxalq təşkilatlar,

ictimaiyyət tərəfindən dəfələrlə pislənsə də, işğalçı ölkə dünya birliyinin tələb və çağırışlarına, beynəlxalq

hüququn norma və prinsiplərinə etinasız yanaşır".

Məktubda Azərbaycan dövlətinin hər zaman regionda sülhün və sabitliyin təmin olunmasına yönəlmiş

siyasət yürütdüyü xatırladılır və dünya birliyindən Ermənistanın son addımları ilə bağlı konkret, obyektiv qiymət

verilməsi tələb olunur.

Qeyd edək ki, Danimarka Parlamentinin Xarici Siyasət Komitəsinin sədri xanım Mette Gjerskova “Vətən”

Cəmiyyətinə ünvanladığı cavab məktubunda müraciətlə tanış olduğunu və təqdim olunan məlumatlardan

parlamentdəki fəaliyyətində istifadə edəcəyini bildirib.

07 avqust 2014

Page 50: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

50

Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası son vaxtlar təxribatçı fəaliyyətini

intensivləşdirən Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Rumıniya

Prezidentinin Administrasiyasına, digər hakimiyyət strukturlarına, ölkədəki nüfuzlu mətbuat

orqanlarına və beynəlxalq təşkilatların nümayəndəliklərinə açıq məktubla müraciət edib

Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası son vaxtlar təxribatçı fəaliyyətini

intensivləşdirən Ermənistanın təcavüzkar siyasəti və onun regiona təsiri barədə Rumıniya Prezidentinin

Administrasiyasına, digər hakimiyyət strukturlarına, ölkədəki nüfuzlu mətbuat orqanlarına və beynəlxalq

təşkilatların nümayəndəliklərinə açıq məktubla müraciət edib. Müraciətdə Ermənistan silahlı qüvvələri tərəfindən

Azərbaycan və Ermənistan arasında mövcud atəşkəs rejiminin intensiv pozulmasından dərin narahatlıq ifadə

olunur.

Bildirilir ki, son günlər Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi mütəmadi

pozmaları nəticəsində Azərbaycan hərbçiləri öldürülür, sərhəd bölgələrində yaşayan dinc əhaliyə, o cümlədən

uşaqlara odlu silahlardan atəş açılır. Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən

bəhs edilir, Azərbaycan ərazilərinin 20 faizinin artıq 20 ildən çoxdur ki, Ermənistanın işğalı altında olduğu, bir

milyondan çox qaçqının və məcburi köçkünün öz yurdlarını itirməsi, zəbt olunmuş torpaqların qeyd-şərtsiz azad

edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmadığı

vurğulanır. Müraciətin sonunda təcavüzkar Ermənistana qarşı təzyiqlərin artırılmasına çağırış edilir. Müraciət

Rumıniya Milli Xəbər Agentliyinin ("Agerpres") rəsmi internet səhifəsində yerləşdirilmişdir.

http://www.agerpres.ro/comunicate/2014/08/07/comunicat-de-presa-asociatia-culturala-a-tineretului-din-

romania-si-azerbaidjan-11-05-35

İqbal Hacıyev

AzərTAc-ın xüsusi müxbiri

Buxarest 07 avqust 2014

Page 51: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

51

Niderlandın Assen şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyəti Ermənistan silahlı

qüvvələrinin Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərindən dərin narahatlığını bildirib

Niderlandın Assen şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyəti Ermənistan silahlı qüvvələrinin

Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərindən dərin narahatlığını bildirib.

Belə ki, Cəmiyyət Avropa Ombudsmanına və Avropa Parlamentinə məktubla müraciət edərək, Ermənistan

silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycanın 13 hərbçisi şəhid olmasına etirazını

bildirib və işğalçı Ermənistanın diversiya əməliyyatlarına biganə qalmamağa çağırıb. “Dünya ictimaiyyəti

nəhayət ki, Ermənistanın son addımlarının bölgədə sülh və əminamanlıq üçün nə qədər təhlükəli olduğunu

anlamalı və ədalətli mövqe nümayiş etdirərək Ermənistanın 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsinin

müddəalarını kobud şəkildə pozmasını və Azərbaycana qarşı təxribatlarını ciddi şəkildə pisləməlidir”.

Sonda bir milyona yaxın Azərbaycan vətəndaşının hələ də qaçqın və məcburi köçkün həyatı yaşadığı

xatırladılmış, Avropa Ombudsmanı və Parlamentindən təcavüzkarlıq siyasətinin qarşısının alınması üçün işğalçı

dövlətə qarşı təzyiqlərin gücləndirilməsi xahiş edilmişdir.

07 avqust 2014

Page 52: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

52

Almaniyanın Saksen-Anhalt əyaləti üzrə Alman - Azərbaycan Mədəniyyət Cəmiyyəti son günlərdə

cəbhədə baş verən dəhşətli hadisələrlə əlaqədar bir çox ünvanlara müraciət edib

Almaniyanın Saksen-Anhalt əyaləti üzrə Alman - Azərbaycan Mədəniyyət Cəmiyyəti son günlərdə

cəbhədə baş verən dəhşətli hadisələrlə əlaqədar Almaniya Parlamentinin Vətəndaşların Şikayətləri üzrə

Komitəsi, Xarici İşlər Komitəsi, Avropa Birliyi məsələləri üzrə Komitə və İnsan Haqları üzrə Komitəsinə,

ATƏT-in baş ofisinə, Avropa Şurasının mətbuat xidmətinə, BMT-nin Almaniyadakı daimi nümayəndəliyinə,

Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Baş İdarəsinə və Almaniyanın Saksen-Anhalt əyalət

məhkəməsinə müraciət edib. Cəmiyyətin müraciətində qeyd olunur ki, cəbhədə Ermənistan silahlı qüvvələri

tərəfindən keçirilən son hərbi əməliyyatlar regionda sülhə və təhlükəsizliyə ciddi təhdiddir və münaqişənin sülh

yolu ilə həllinə olan ümidləri aradan qaldırır.

08 avqust 2014

Page 53: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

53

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti son

vaxtlar Ermənistanın Silahlı Qüvvələrinin fəallaşması və bölgədə gərginliyin artması ilə əlaqədar bir sıra

beynəlxalq təşkilatlara məktubla müraciət edib

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti

son vaxtlar Ermənistanın Silahlı Qüvvələrinin fəallaşması və bölgədə gərginliyin artması ilə əlaqədar bir sıra

beynəlxalq təşkilatlara məktubla müraciət edib. Cəmiyyətin sədri Yaşar Niftəliyev bildirib ki, məktubda

Ermənistanın təcavüzkar və çirkin əməllərinin Azərbaycan xalqını narahat etdiyi qədər Avropa

azərbaycanlılarının da sakitliyini pozduğu qeyd olunub.

Avropa azərbaycanlılarının müraciətində işğalçı Ermənistan ordusunun cəbhə xətti boyunca

mütəmadi olaraq atəşkəs rejimini pozması, nəticədə xeyli sayda Azərbaycan əsgərinin həlak olması və bölgənin

dinc əhalisini atəşə tutması, onları girov götürməsi haqda məlumat verilir: “Biz Avropa azərbaycanlıları

Qarabağa öz doğma torpaqlarına gəzmək niyyəti ilə getmiş və işğalçı erməni silahlı qüvvələri tərəfindən girov

götürülmüş Dilqəm Əhmədov və Şahbaz Quliyevin tezliklə azadlığa buraxılmasını, digər həmyerlimiz Həsən

Həsənovun qatillərinin isə beynəlxalq ictimaiyyət qarşısında cavab verməsini tələb edir, dünya ölkələrini bu

haqsızlıqlara biganə qalmamağa, təcavüzkar Ermənistana qarşı təzyiqləri artırmağa çağırırıq”.

Qeyd edək ki, Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin bəyanatı ATƏT-in ofisinə, Avropa

Şurasına, BMT-nin Almaniyadakı ofisinə, Avropa Birliyinin xarici siyasət idarəsinə və insan haqları komitəsinə

göndərilib.

12 avqust 2014

Page 54: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

54

Rusiya Federasiyasında yaşayan, bu ölkədə Azərbaycan və azərbaycanlılar haqqında müsbət fikir

formalaşdıran insanlardan biri, Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə

nümayəndəliyinin icraçı direktoru Araz Mürsəliyevə xüsusi təşəkkür məktubu təqdim edilib

Rusiya Federasiyasında yaşayan, bu ölkədə Azərbaycan və azərbaycanlılar haqqında müsbət fikir

formalaşdıran insanlardan biri, Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə nümayəndəliyinin

icraçı direktoru Araz Mürsəliyevə xüsusi təşəkkür məktubu təqdim edilib. ÜAK-ın Moskva vilayəti üzrə regional

nümayəndəliyi Azərbaycan diasporu üçün deyil, eyni zamanda yerli əhali üçün böyük işlər görür.

Belə ki, Domodedovo şəhərindəki Azərbaycan diasporu cəmiyyətin iqtisadi, siyasi və sosial

həyatında aktiv iştirak edir və şəhərin inkişafında əhəmiyyətli rola malikdir. Bu səbəbdən həm Azərbaycan

diasporunun ayrı-ayrı təmsilçiləri, həm də Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə

nümayəndəliyinin rəhbərliyi dəfələrlə şəhər rəhbərliyinin mükafat və fəxri diplomlarına layiq görülüb.

Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə nümayəndəliyinin rəhbəri, özəl inşaat firmasının

kommersiya direktoru Araz Mürsəliyev isə Rusiya inşaatçılar günündə mükafatlandırılıb. Araz Mürsəliyevə

vilayətin inkişafına və çiçəklənməsinə verdiyi töhfələrə görə Moskva vilayətinin tikinti naziri Marina

Oqlobinanın adından xüsusi təşəkkürnamə təqdim edilib.

18 avqust 2014

Page 55: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

55

Macar-Azərbaycan Dostluq Cəmiyyəti Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi

ilə bağlı Macarıstan Parlamentinə müraciət ünvanlayıb

Macar-Azərbaycan Dostluq Cəmiyyəti Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ

münaqişəsi ilə bağlı Macarıstan Parlamentinə müraciət ünvanlayıb. Müraciətdə münaqişə haqqında məlumat

verilərək bildirilir ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə başlayıb

və 1991-1994 illərdə aktiv fazaya keçən müharibə nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi -

Dağlıq Qarabağ və ona bitişik yeddi inzibati rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bölgədə

yaşayan bir milyon insan məcburi köçkün düşüb. “...890 şəhər, kənd və qəsəbə erməni silahlı qüvvələri

tərəfindən zəbt edilib. Müharibədə 30 min azərbaycanlı şəhid olub, 100 min nəfər yaralanıb, 50 min insan əlil

olub. Rəsmi məlumata görə, erməni işğalçıları tərəfindən 4 min 852 nəfər azərbaycanlı, o cümlədən 323 qadın,

54 uşaq və 410 qoca əsir və girov götürülüb”.

Müraciətdə Xocalı faciəsi də xatırladılır və bildirilir ki, erməni silahlı birləşmələri tərəfindən 1992-

ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində XX əsrin ən böyük faciəsi “Xocalı soyqırımı” törədilib:

63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla 613 nəfər Xocalı sakini bir gecədə qətlə yetirilib.

Macarıstan Parlamentinə ünvanlanmış müraciətdə daha sonra deyilir: “...BMT Təhlükəsizlik Şurası

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsinə dair 822, 853, 874, 884 saylı

qətnamələri hələ də yerinə yetirilməyib. Bu gün Qarabağ münaqişəsində atəşkəs rejimi tətbiq olunsa da, hər il

qarşı tərəfin atəşkəsi pozması nəticəsində onlarla insan həyatını itirir. Artıq 1995-ci ildən keçən atəşkəs

dövrü ərzində Azərbaycan beş mindən artıq hərbiçisini itirib. 2014-cü ilin səkkiz ayı ərzində Ermənistan silahlı

qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycan ordusunun 23 hərbçisi və onlarla dinc sakin həlak olub.

İyul ayının sonundan başlayaraq Ermənistan tərəfindən atəşkəsin pozulması halları daha da

intensivləşib. Ermənistanın təcavüzkar ordusu cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun

müdafiənin ön xəttində yerləşən mövqelərindəki postlara bir neçə dəfə basqın etməyə cəhd göstəriblər.

Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən 13 Azərbaycan əsgəri həlak olub. Erməni ordusu

Azərbaycanın dinc sakinlərinin yaşadığı ərazilər də şiddətli atəşə məruz qoyub və nəticədə bir nəfər mülki şəxs

həyatını itirib, bir nəfər isə ağır yaralanıb”. Macar-Azərbaycan Dostluq Cəmiyyəti Macarıstan Parlamentinin

üzvlərini və ölkə ictimaiyyətini bütün bunlara biganə qalmamağa çağırır.

26 avqust 2014

Page 56: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

56

Litva Azərbaycanlıları Cəmiyyəti Litva Prezidentinə və seyminə müraciət edib

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev və təşkilatın üzvləri Seymin deputatı

Dalya Kuodite və Litvadan olan digər şəxslərin bu günlərində əvvəlcə Ermənistana, oradan isə erməni

separatçılarının nəzarətində olan Azərbaycan torpaqlarında yaradılan qondarma Dağlıq Qarabağ

respublikasına qanunsuz səfərinə və ümumiyyətlə, D.Kuoditenin antiazərbaycan fəaliyyətinə siyasi qiymət

verilməsi üçün Prezident xanım Dalya Gribauskayteyə və Seymin sədri Loreta Graujineneyə rəsmi müraciət

edib.Litva Respublikası Seyminin üzvü Dalya Kuoditenin 2014-cü ilin 29 avqust–04 sentyabr tarixlərində

Ermənistana və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yaradılan qondarma Dağlıq

Qarabağ respuspublikasına qanunsuz səfərini pisləyən müraciətdə bəzi siyasətçilərin məsuliyyətsiz və təxribatçı

hərəklətlərinin işğala məruz qalmış ölkələrin ərazi bütövlüyünü dəstəkləyən, heç bir vəchlə qondarma separatçı

qurumları tanımayan Litva dövlətinin xarici siyasət kursuna kölgə salması təəssüflə vurğulanır. Xatırladaq ki,

səfər zamanı D.Kuodite Serj Sarqsyan və digər rəsmilərlə, eləcə qondarma Dağlıq Qarabağ respublikasının

„rəhbərləri“ ilə bir sıra görüşlər keçirib.

Görüşlər zamanı D. Kuodite Litva dövlətinin adından qondarma Dağlıq Qarabağ respublikası ilə

„iqtisadi-mədəni əlaqələrin genişləndirilməsi“ barədə danışıqlar aparıb, hətta orada „Qarabağ hərəkatının 25

illiyinə həsr edilmiş“ medalla da təltif olunub. Litvadakı Azərbaycan icmasının müraciətində Seymdə

qeydiyyatdan keçməmiş „Dağlıq Qarabağla parlament dostluq qrupu“nu yaradan D. Kuoditenin uzun müddətdir

Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı məqsədyönlü fəaliyyəti ölkə prezidenti və parlament sədrinin

diqqətinə çatdırılır. Müraciətdə daha sonra bildirilir ki, Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanın ərazi

bütövlüyünün Litva Respublikası tərəfindən ardıcıl olaraq dəstəkləndiyi bir vaxtda ayrı-ayrı Litva

parlamentarilərin belə üzdəniraq fəaliyyəti dövlətin xarici siyasətini nüfuzdan salmağa xidmət edir. Müraciətdə

Litva prezidentindən Seymin deputatı D. Kuoditenin antiazərbaycan fəaliyyətinə siyasi qiymət verməsi, eyni

zamanda Seymin rəsmi internet saytında „Dağlıq Qarabağla parlament dostluq qrupu“ haqqında yerləşdirilmiş

məlumatların oradan çıxarılması üçün siyasi yardım göstərməsi xahiş olunur: „Belə ki, həmin qrup xarici

dövlətlərlə parlamentlərarası əlaqələr saxlamaq statusuna malik deyil, həmçinin Litvaya dost dövlət olan

Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərir və bu yolla Litva dövlətinin xarici siyasətini nüfuzdan

salır“ – müraciətdə belə deyilir.

10 sentyabr 2014

Page 57: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

57

Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin

sədri Rövşən Tağıyev ATƏT-in milli azlıqlar üzrə Ali komissarı Astrid Tors, NATO-nu sabiq Baş katibi,

Avropa Birliyinin keçmiş Ali komissarı Havyer Solana və təşkilatın digər təmsilçiləri ilə görüşlər keçirib

Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Ukrayna Azərbaycanlıları Birləşmiş

Konqresinin sədri Rövşən Tağıyev ATƏT-in milli azlıqlar üzrə Ali komissarı Astrid Tors, NATO-nu sabiq Baş

katibi, Avropa Birliyinin keçmiş Ali komissarı Havyer Solana və təşkilatın digər təmsilçiləri ilə görüşlər

keçirib. Görüşlərdə onlarla millətin nümayəndəsini birləşdirən Ukrayna Millətlər Assambleyası adından

Ukraynadakı hadisələr, o cümlədən Azərbaycan, Moldova və Gürcüstanın məruz qaldığı münaqişələrin nəticəsi

olaraq insanların hüquqlarının pozulması ilə bağlı müraciət təqdim olunub. R.Tağıyev Ermənistanın təcavüzü

nəticəsində doğma torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının hüquqlarının bərpa

olunmaması, Azərbaycan torpaqlarının hələ də işğal altında qalmasından Avropada yaşayan azərbaycanlılarının

narahatlığını diqqətə çatdırıb.

Konfransda etdiyi çıxışında da R.Tağıyev bölgədə millətlərarası münasibətlər, xalqların

hüquqlarının qorunması, o cümlədən münaqişə bölgələrində təcavüzə məruz qalmış insanların hüquqlarının

bərpasının vacibliyindən danışıb. Diaspor rəhbəri işğal olunmuş Azərbaycan torpaqlarının qaçqın düşən bir

milyon azərbaycanlının pozulmuş hüquqlarını bərpa etmək üçün beynəlxalq təşkilatları konkret addımlar atmağa

çağırıb.

Qeyd edək ki, ATƏT–in 56 üzv ölkəsinin iştirak etdiyi konfransda milli azlıqların hüquqları, insan

haqları, irqi ayrıseçkilik, millətlərarası nifrətin azaldılması, müxtəlif münaqişə bölgələrində xalqların

hüquqlarının pozulması və digər məsələlər müzakirə mövzusu olub.

02 oktyabr 2014

Page 58: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

58

Ukrayna Millətlər Assambleyası Ukraynanın “1+1” telekanalının rəhbərliyinə, Dövlət Teleradio

Komitəsinə, Xarici İşlər Nazirliyinə, Prezident Administrasiyasına etiraz məktubu ünvanlayıb

Ukraynada yaşayan etnik qrupları təmsil edən Ukrayna Millətlər Assambleyası noyabrın 23-də

ölkənin “1+1” telekanalı əməkdaşlarının Azərbaycandan icazəsiz Dağlıq Qarabağa səfər etməsi və qeyri-

obyektiv proqram hazırlaması ilə əlaqədar telekanal rəhbərliyinə, Dövlət Teleradio Komitəsinə, Xarici İşlər

Nazirliyinə, Prezident Administrasiyasına etiraz məktubu ünvanlayıb.

Assambleyada cəmləşən azərbaycanlı, yəhudi, tatar, qaqauz, gürcü, moldovan, polyak, latış, özbək,

türkmən, qırğız, qazax, rus və Şimali Qafqaz xalqlarının təşkilatları adından ünvanlanan məktubda telekanalın bu

addımı ciddi pislənilib və proqramın separatizmi təbliğ etdiyi vurğulanaraq ölkədə yaşayan xalqların bundan

narahat olduqları bəyan edilib.

Məktubda Ukraynada yaşayan azsaylı xalqlar “1 +1” telekanalının “15 respublika” adlı verilişində

Dağlıq Qarabağ münaqişəsi haqqında faktların təhrif olunmasına və Azərbaycan Respublikasının imicinin

neqativ şəkildə əks etdirilməsinə qarşı etiraz bildirilərək, vətəndaşı olduqları ölkənin jurnalistlərinin separatçı

rejimlə işbirliyi, belə bir rejimi dəstəkləməsi tənqid olunur: “Bu, Ukraynada yaşayan etnik qruplar üçün də ciddi

narahatlıq doğurur. Biz Ukrayna rəhbərliyindən və KİV rəhbərlərindən bir daha belə hala yol verilməməsi üçün

təminat istəyirik və buna birdəfəlik son qoyulmasını tələb edirik".

02 dekabr 2014

Page 59: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

59

Benilüks Azərbaycanlıları Konqresi (BAK) Fransanın Benilüks ölkələrindəki diplomatik korpuslarının

başçılarına Parisdə baş verən terror aktlarını pisləyən məktub göndərib

Benilüks Azərbaycanlıları Konqresi (BAK) Fransanın Benilüks ölkələrindəki diplomatik

korpuslarının başçılarına Parisdə baş verən terror aktlarını pisləyən məktub göndərib. Məktubda deyilir ki,

"Charlie Hebdo" jurnalının redaksiyasına hücum zamanı 12 jurnalistin həlak olması və 30 nəfərin yaralanması,

Vənsən darvazasında terror aktında isə 5 sakinin dünyasını dəyişməsi Benilüks Azərbaycanlıları Konqresi

üzvlərinin hədsiz narahatlığına səbəb olub. Bu terror aktları təkcə fransız xalqına deyil, bütövlükdə insanlığa

qarşı həyata keçirilən vandalizm aktlarıdır.

Məktubda qeyd olunur ki, Azərbaycan xalqı da ermənilər tərəfindən dəfələrlə terror aktlarına məruz

qalıb, yüzlərlə günahsız azərbaycanlı həyatını itirib. Ölkəmiz də belə anlar yaşayıb. Məhz bu səbəbdən BAK-ın

üzvləri bu ağır günlərdə fransız xalqı ilə birlikdə eyni hissləri keçirir, kədərli anları birgə yaşayır. BAK terror

aktları zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, fransız xalqının dərdinə şərik olduğunu

bildirir.

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri Paris

12 yanvar 2015

Page 60: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

60

Avropa Komissiyası Benilüks Azərbaycanlılar Konqresinin (BAK) Xocalı soyqırımı ilə əlaqədar

müraciətinə cavab verib

BAK dünya ictimaiyyətinə müraciət edərək Xocalı soyqırımını tanımağı və günahkarların

cəzalandırılmasını tələb etmişdi

Niderland xüsusi statusa malik Aruba adası və Niderland Antil adaları ilə birlikdə Niderland Krallığını

təşkil edir. Bu ərazilər arasındakı münasibətlər 1954-cü ildə qəbul edilmiş "Niderland Krallığının Statusu" adlı

sənədlə tənzimlənir. "Niderland" sözünün yerli dildə mənası "alçaq ərazilər" deməkdir. Bəzən Niderlandı

Hollandiya da adlandırırlar. Əslində bu adın ölkə üçün istifadə edilməsi düzgün deyil. Çünki ölkənin 12

inzibati bölgəsindən ikisi Hollandiya adlanır: Şimali və Cənubi Hollandiya. Hollandiya adı, əslində yalnız

ölkənin şimal-qərb qismindən Birləşmiş Hollandiya Krallığının əhəmiyyətli hissəsi olan Hollandiya

əyalətindən gəlir. Bu əyalət qısaca olaraq Hollandiyi adlandırılır. 19-cu yüzilliyin ikinci yarısından

etibarən isə bu əyalət iki hissəyə bölünmüş vəziyyətdədir. Niderland Krallığı Azərbaycan diaspora

təşkilatlarının fəal olduqları Avropa ölkələrindən biridir. Bir müddət əvvəl ölkənin "NPO 2" televiziya

kanalında Xocalı soyqırımına həsr olunmuş proqram yayımlanıb. Diasporla İş üzrə Dövlət Komitəsindən

verilən məlumata görə, kanalın müsəlmanlar üçün təsis edilən yayım qurumunda efirə gedən 10 dəqiqəlik

proqramda Benilüks Azərbaycan Konqresinin (BAK) Xocalı soyqırımı ilə bağlı anım tədbirlərinə geniş yer

verilib.

Telekanalın əməkdaşı Burhanettin Çarlakın hazırladığı proqramda Ermənistanın Azərbaycana təcavüzü, 20

faiz torpağımızı işğal altında saxlaması, bir milyondan artıq insanın öz torpağından didərgin düşməsi,

Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımı, insanların

ağlasığmaz işgəncələrlə öldürülməsi, azərbaycanlı və türk müsahiblərin dili ilə tamaşaçıların diqqətinə

çatdırılıb. Verilişdə Azərbaycan və Türkiyə türkləri ilə yanaşı, hollandların çıxışlarına da yer ayrılıb.

Holland jurnalist Jak Kroes öz müsahibəsində 23 il əvvəl Xocalıda törədilən faciəni heç bir bəraəti olmayan

cinayət adlandırıb. Avropa Şurası, Avropa Parlamenti, Beynəlxalq Ədalət Məhkəməsi kimi beynəlxalq

qurumları Xocalı faciəsinə ədalətli qiymət verməyə, günahkarların cəzalandırılması üçün konkret addımlar

atmağa çağıran J. Kroes bu istiqamətdə Azərbaycanın səylərini daha da gücləndirməsinin vacib olduğunu

bildirib. Niderland televiziyasında yayımlanan proqramda bu ölkədə yaşayan azərbaycanlıların yerli cəmiyyətə

inteqrasiyası, BAK və təşkilatın nəzdində fəaliyyət göstərən Ana dili məktəblərinin fəaliyyətinə də toxunulub.

Qeyd edək ki, bu, yerli telekanalda Azərbaycan haqqında ilk veriliş deyil. Jurnalist B.Çarlak daha əvvəl də

Niderland televiziyaları üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Azərbaycan

mədəniyyəti və digər mövzularda geniş reportajlar, proqramlar hazırlayıb. "Ana Vətən" Niderland

Azərbaycanlı Qadınlar Birliyi Hollandiyada 80 ilə yaxındır fəaliyyət göstərən "NivonY İctimai Birliyi ilə birgə

tədbir keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumata görə, tədbirdə Azərbaycan həqiqətləri

foto, video və şifahi məlumatlarla yerli ictimaiyyətin diqqətinə çatdırılıb və maraqla qarşılanıb. Əvvəlcə

"Nivon" təşkilatının rəhbəri İnqeborq Barnhorn tədbir iştirakçılarına "Ana Vətən" Niderland Azərbaycanlı

Qadınlar Birliyi haqqında qısa məlumat verib. Daha sonra iştirakçılara holland dilində Azərbaycan haqqında

ətraflı məlumat verib, Azərbaycan tarixinin maraqlı və şanlı səhifələri ilə yanaşı, qanlı məqamlarını da faktlar

və fotolarla təqdim ediblər. Bir müddət əvvəl 25 illiyi qeyd edilən 20 Yanvar hadisələri isə xüsusi

vurğulanıb. Hadisənin səbəbləri, siyasi motivləri, xalqın başına gətirilən qanlı olaylar, eləcə də bu illər

ərzində Azərbaycan xalqının və hökumətinin öz şəhidlərinə, azadlıq qurbanlarına göstərdiyi hörmət və

ehtiram, bu hadisələrdən çıxarılan nəticələr haqqında geniş bəhs olunub.

Gənc diaspor nümayəndələri Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı, Azərbaycanın

20 faiz torpağının hələ də işğal altında qalması kimi faktları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. "Ana

Vətən" Birliyinin dəvəti ilə tədbirə qatılan müstəqil holland jurnalist Xert van Dam Azərbaycana səfərindən

sonra qaçqınların üzləşdiyi çətinlikləri, yaşadıqları əzab-əziyyətləri və əsl həqiqətləri dünya ictimaiyyətinin

diqqətinə çatdırmaq məqsədilə yerli mətbuatda dərc etdirdiyi yazıları ilə tanınır. Tədbirdə çıxış edən X. Dam

Azərbaycan və azərbaycanlılar, onların başına gətirilən bəlalardan danışıb, Azərbaycanda olarkən görüb

yaşadıqları barədə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin digər iştirakçısı, azərbaycanlı jurnalistlərə təlim keçmək məqsədilə dəfələrlə ölkəmizdə olan

yazıçı-jurnalist Jak Kruz isə Azərbaycan haqqında kitab yazdığını və yaxın vaxtlarda həmin kitabın

təqdimatını keçirəcəyini bildirib. Bakı, Qobustan, Şamaxı, Quba, İsmayıllı, Qəbələ, Şəki, Lahıc, Kişdəki tarixi

abidələrimizdən, palçıq vulkanlarından, hətta Naftalanın möcüzəvi neftindən söhbət açan yazıçı- jurnalist

azərbaycanlıların mehriban, modern, təhsilli, qonaqpərvər və sülhsevər xalq olduğunu vurğulayıb. J. Kruz,

eləcə də Dağlıq Qarabağ probleminin hər iki xalqa vurduğu maddi-mənəvi, psixoloji zərbələrdən danışıb və

Page 61: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

61

hər zaman haqqın qalib gələcəyinə inamını qeyd edərək xalqımızı səbirli olmağa çağırıb. Tədbirdə

Azərbaycandakı iqtisadi, sosial inkişaf, quruculuq işlərindən bəhs edən sənədli film nümayiş etdirilib.

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycanın Niderland Krallığındakı səfirliyində "20

Yanvar - tarixin qanlı səhifəsi" adlı fotosərgi təşkil olunub. Səfirlikdən verilən məlumata görə, faciədən

bəhs edən fotoşəkillər Niderland ictimaiyyətinin diqqətinə təqdim olunub. Bununla yanaşı, səfirlikdə faciə

ilə bağlı anım mərasimi təşkil olunub. Mərasimi giriş sözü ilə açan səfir Mir-Həmzə Əfəndiyev xalqımızın

müstəqillik mübarizəsi tarixində həkk olunmuş 20 Yanvar faciəsindən bəhs edərək, həmin tarixin həm

şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi,

həmrəyliyi günü olduğunu bildirib. Həmçinin, Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin 1990-cı il 20

Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar bəyanatı, eləcə də səfirliyin hazırladığı press-reliz Niderlandda

fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatları, eləcə də aidiyyəti təsisatlara göndərilib. Daha sonra

toplantı iştirakçıları faciə ilə bağlı xatirələrini bölüşüb, 20 yanvarla bağlı sənədli film nümayiş etdirilib.

Tədbirdə Niderland ictimaiyyətinin təmsilçiləri tərəfindən təsis edilmiş Niderland-Azərbaycan Əməkdaşlıq

Platformasının, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin, Azərbaycan-Türk Mədəniyyət

Dərnəyinin və digər diaspor təşkilatlarının təmsilçiləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri və səfirliyin

əməkdaşları iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən əldə etdiyimiz

məlumata görə, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi Xocalı faciəsinin 23-cü ildönümü ilə

əlaqədar ölkədə fəaliyyət göstərən bütün siyasi institut və təşkilatlara, eləcə də Niderland Krallığı

Parlamentinin Xarici İşlər üzrə komissiyasının rəhbəri xanım A. Eijsink və qurumun digər üzvlərinə petisiya

ilə müraciət edib. Niderland Krallığında yaşayan azərbaycanlı və digər türk soydaşlarımızın imzaladığı

bu petisiya, həmçinin BMT, ATƏT, Avropa Şurası, Beynəlxalq Ombudsman qurumu və digər beynəlxalq

təşkilatların üzvlərinə, həmçinin Azərbaycanın xaricdəki səfirliklərinə göndərilib.

Petisiyada qeyd olunur ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti insan

haqları və azadlıqlarının kütləvi şəkildə pozulmasının bariz nümunəsidir. Petisiyada Xocalı soyqırımına görə

Ermənistanın heç bir beynəlxalq səviyyəli təşkilatlar tərəfindən məsuliyyətə cəlb edilməməsi təəssüflə qeyd

olunur. Müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı, eləcə

də Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilir. Petisiyada daha sonra beynəlxalq hüquqa görə

soyqırımının sülhə və insanlığa qarşı törədilən cinayət kimi qiymətləndirilir. Qeyd olunur ki, Xocalı faciəsinin

əvvəlcədən planlaşdırılması, etnik təmizləmə siyasətinə əsaslanması bu cinayətin beynəlxalq normalara görə

soyqırımı olduğunu bir daha təsdiqləyir. Petisiya müəllifləri dünya ictimaiyyətini Ermənistan silahlı qüvvələri

tərəfindən Xocalıda törədilən vandalizm və zorakılıq cinayətlərini soyqırımı kimi tanımağa çağırır. Avropa

Komissiyasında Xocalı soyqırımı ilə bağlı müraciətə baxılacaq. Onu da qeyd edək ki, Avropa Komissiyası

Benilüks Azərbaycanlılar Konqresinin (BAK) Xocalı soyqırımı ilə əlaqədar müraciətinə cavab verib.

Qurumdan diaspor təşkilatına ünvanlanan rəsmi məktubda Avropa Komissiyasında BAK-ın 13.02.2015-ci il

tarixli müraciətinə baxılacağı bildirilir. Sənəddə həmçinin qeyd olunur ki, Avropa Komissiyasının prezidenti

Yan Klod Yunker Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi xanım Federika Moqereniyə

BAK-ın Avropa institutlarına ünvanlanan müraciətinə baxılmasını tövsiyə edib.

Xatırladaq ki, Benilüks Azərbaycanlılar Konqresi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Avropa

institutlarının rəhbərlərinə və Avropa Parlamentinin 751 millət vəkilinə ünvanlanan bəyannamə qəbul etmişdi.

Bəyannamədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilən kütləvi qırğınla bağlı faktlar Avropa

parlamentarilərinin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. BAK dünya

ictimaiyyətinə müraciət edərək insanlığa qarşı törədilən Xocalı soyqırımını tanımağı və günahkarların

cəzalandırılmasını tələb edib. Müraciətdə, həmçinin Avropanın beynəlxalq təşkilatları və parlamentariləri öz

nüfuzundan istifadə edərək bir milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqının öz torpağına

təhlükəsiz qayıtmasını təmin etməyə çağırılıb. Bəyannamə Avropa Parlamenti, Avropa Komissiyası və

Avropa Şurasının prezidentlərinə, Birləşmiş Millətlər Təşkilatına, Niderland, Belçika, Lüksemburq

parlamentlərinə və bir sıra beynəlxalq təşkilatlara göndərilib.

“Paralel”.-2015.-3 aprel.-№ 57.-S.10.

Page 62: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

62

"AzərRos" prezident İlham Əliyevə müraciət ünvanlayıb

“FMMM: birləşmənin və böhrandan çıxışın problemləri” mövzusunda dəyirmi masanın iştirakçıları ilə

Rusiyanın Azərbaycan təşkilatlarının rəhbərləri və üzvləri tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə

müraciət ünvanlanıb. “AzərRos” Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətindən APA-ya

verilən məlumata görə, müraciətdə deyilir:

”Hörmətli İlham Heydər oğlu!

Müraciətimizin əsas səbəbi Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti (AzərRos FMMM)

ətrafında son zamanlar yaranmış və təşkilatın tam bölgüsü ilə nəticələnə biləcək dramatik vəziyyətdir.

Azərbaycan vətəndaşı, Azərbaycan Respublikasının baş nazirinin sabiq müavini Abbas Abbasov və ondan

maddi cəhətdən asılı olan tərəfdaşları Rusiya Federasiyasının "Milli-mədəni muxtariyyət haqqında" və “Xarici

agentlər haqqında” qanunları kobud şəkildə pozaraq AzərRos FMMM ictimai təşkilatına basqın edib ələ

keçirməyə çalışırlar.

Biz, Rusiya azərbaycanlıları, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığımıza baxmayaraq,

tarixi Vətənimizlə bağlı bütün məsələlərə hər zaman böyük hörmət və diqqətlə yanaşırıq, Azərbaycan xalqının

ümummilli lideri Heydər Əliyevin vəsiyyətinə riayət edərək, Azərbaycanın milli adət-ənənələrinin, həmçinin

Rusiya və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı anlaşma mühitinin inkişaf etdirilməsi üçün

çalışırıq. 2013-cü ildə Azərbaycan Respublikasının vətəndaşı Abbas Abbasov tərəfinizdən Rusiyada AzərRos

FMMM-nin rəhbəri vəzifəsinə təyin olunmuş adam qismində çıxış edərək bizi aldatdı. Azərbaycanı və

Azərbaycan xalqını Rusiyada 15 il ərzində uğurla təmsil edən ən böyük federal təşkilatlardan biri olan AzərRos

FMMM-ni ona etibar etdik.

AzərRos FMMM 1999-cu ildə Rusiyada təsis edilib. Fəaliyyət göstərdiyi illər ərzində sözügedən təşkilat

Rusiyada Azərbaycan icmasını gücləndirə və vahid mərkəz ətrafında birləşdirə bilib. Lakin Abbas Abbasov

verdiyi sözləri yerinə yetirməyib. Rusiya azərbaycanlılarını birləşdirilməsi və AzərRos FMMM ilə digər

Azərbaycan təşkilatları arasında qarşılıqlı anlaşma mühitinin gücləndirilməsi əvəzinə o, şəxsi siyasi məqsədləri

naminə fitnəkarlıq vasitəsilə təşkilatı parçalanma və münaqişə vəziyyətinə gətirib. Şəxsi maraqlarını rəhbər tutaraq

ictimai təşkilatı siyasi bəyanatlar üçün platformaya çevirən A. Abbasov Rusiya azərbaycanlılarını Sizə

etimadsızlıq göstərməyə çağırır. Onun bütün hərəkətləri Azərbaycanda yaşayan soydaşlarımızın AzərRos FMMM-

yə və bizə, bu təşkilatın üzvlərinə, qarşı nifrət yaradırdı. Azərbaycan Respublikasının hakimiyyət

orqanlarına müxalif qüvvə kimi Azərbaycanda yaşayan qohumlarımız və ictimaiyyətin münasibətini biz

anlamama və təəssüf hissləri ilə qəbul edirik. Yeni rəhbərliklə AzərRos FMMM üzvlərinin dialoq qurmaq

cəhdləri A.Abbasovun mövqeyi üzündən heç bir nəticə verməyib. O, təşkilatda avtoritar idarəçilik sistemi

yaradıb, rəhbərliyin mövqeyindən fərqli mövqe tutan hamını qovub və AzərRos FMMM-ni “cib” ictimai

təşkilatına çevirib. 28 fevral 2014-cü il tarixində RF Ədliyyə Nazirliyini aldadaraq, A.Abbasov tərəfdaşları ilə

birgə “kağız üzərində” AzərRos FMMM-nin qurultayını keçirib. Həmin qurultay zamanı bütün “xoşa

gəlməyən” və “sözə baxmayan” regional təşkilatlar AzərRos FMMM-dən çıxarılıb. 2015-ci ilin əvvəlində

tərkibində 40-dan çox təşkilatdan cəmi 4-ü qalıb. İctimai təşkilatımızın şəxsi maraqlar nöqteyi-nəzərindən

özəlləşdirilməsinə və istifadə edilməsinə rahat baxa bilmirdik. Əvvəlki adını bərpa etmək, böhranı uğurla

addımlamaq və AzərRos FMMM-ni qorumaq məqsədilə 17 yanvar 2015-ci il tarixində Rusiyadan 120-dən çox

nümayəndənin iştirakı ilə təşkilatın Federal Şura üzvləri və regional liderləri FMMM-nin Ümumrusiya

növbədənkənar qurultayını keçirdilər. Qurultayda muxtariyyətin son iki il ərzində gördüyü işləri qeyri-

qənaətbəxş sayıldı, nümayəndələr AzərRos FMMM-nin sabiq sədri Asif Məhərrəmova etimadsızlıq göstərdilər

və A.Abbasovun başçılıq etdiyi Ağsaqqallar Şurası ləğv olundu. Təşkilatın birləşməsi məqsədilə

nümayəndələr tərəfindən bu ilin 6 mart tarixinə qədər qurultayın işində fasilə elan edildi. Lakin A. Abbasov

Ümumrusiya azərbaycanlıları qurultayının qərarını saymayaraq və Azərbaycan diasporunun bəzi nümayəndələrini

aldadaraq, 20 fevralda tələsik, bağlı qapılar arxasında yalnız 4 regional təşkilatın iştirakı ilə öz “qurultayını”

keçirib. Azərbaycanlıları özündən ayırıb Dağıstan döyüşçüləri və polis arxasında gizlənərək, o, AzərRos Federal

Şurasının digər üzvlərini, o cümlədən regional və yerli milli-mədəni təşkilatlar nümayəndələrini “qurultaya”

buraxmayıb. Öz hərəkətləri ilə o, Rusiya azərbaycanlılarına və Azərbaycana qarşı nifrətini bir daha təsdiq etdi.

Hörmətli İlham Heydər oğlu

Regionda hər gün sürətlə dəyişən mürəkkəb geosiyasi vəziyyətdə, Rusiya və ətrafında olan postsovet

ölkələrinə bir sıra Qərb ölkələri tərəfindən ciddi təzyiq göstərildiyi zaman biz, Rusiya azərbaycanlıları,

millətlərarası sülh və dözümlüyü təmin etmək üçün çalışırıq. 2001-ci ildə Azərbaycan xalqının ümummilli lideri

Page 63: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

63

Heydər Əliyev yaşadıqları yerindən asılı olmayaraq Azərbaycanı bütün dünya azərbaycanlılarının Vətəni

adlandırıb.

2011-ci ildə Dünya azərbaycanlılarının III qurultayında çıxış edərək Siz bütün azərbaycanlıları birlik,

sülh və öz tarixi Vətəninin milli maraqlarının qorunmasına çağırdınız. Biz həmişə Heydər Əliyevin vəsiyyətinə

riayət edirdik və edirik, Sizin bizə qarşı qayğınızı və diqqətinizi yüksək qiymətləndiririk. Təəssüf ki, A. Abbasov

adınızdan istifadə edərək Azərbaycan icmasının nümayəndələrini aldadır və Azərbaycan hakimiyyətinə qarşı

etimadsızlıq yaradır.

Rusiya Federasiyasının qanunlarını pozaraq Rusiya ictimai təşkilatını əlinə almağa çalışan və dağıdıcı

hərəkətləri ilə Rusiyanın Azərbaycan icmasını parçalayan Azərbaycan Respublikasının vətəndaşı A. Abbasovla

bağlı Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına tədbirlərin görülməsinə dair göstəriş verməyinizi

Sizdən xahiş edirik.

Dərin hörmətlə,

Abdullayeva M.S., AzərRos FMMM-in üzvü

Abdullayeva E., AzərRos FMMM-in Gənclər birliyi

Abdurəşidov Ş. “Kontinent” MMC

Əvəzov Eldəniz, Moskva vil., Lenin r-nu üzrə MMM

Ağayev Q., Moskva vilayəti üzrə RMMM

Ağamirova L., AzərRos FMMM-in Gənclər birliyi

Əlcanova A., AzərRos FMMM-in Gənclər birliyi

Əliyev Q.M. AzərRos FMMM FŞ-ın üzvü

Allahveridyev T.,

Alıyev A., şair ƏİB “Şəhriyar”

Amanov E.A., RMMM Kaluqa vilayəti

Aslan M., “Kontinetnt” MMC

Əhmədov Q.M. AzərRos FMMM-in üzvü

Əhmədov T.N

Babayev T.E.

Bəkirova Ş., AzərRos FMMM-in Gənclər birliyi

Hacıyev T.S.,AzərRos FMMM-in üzvü

Qəmbərov R.A. MMM İvanovo şəhəri

Qarayev İlqar “Kontinent” MMC Həsənov

E.R.

Həsənova Z., AzərRos FMMM-in Gənclər birliyi

Qasımov A., şair ƏİB “Şəhriyar”

Quliyev V., AzərRos FMMM-in Gənclər birliyi

Qurbanov D.B.

Qurbanov S.M. MMMM Luberes r-nu Moskva vil-ti

Hüseynov A., tarix elmləri doktoru, professor

Hüseynov A.İ., RMMM Yaroslav vilayəti.

Hüseynov R.İ., Ulyanovsk şəhəri

Hüseynov F.A., “Kontinetnt” MMC

Gəncəliyev N., RMMM Astraxan vilayəti

Cavadov Ş.D. RMMM Kaluq avilayəti

Cəlalov Ş.D., “Kontinent” MMC

Cəfərli X., AzərRos FMMM-in Gənclər birliyi Cəfərov

Ş., RÜAK Fondu, Moskva şəhəri. Dövlətov A.

AzərRos FMMM-in Gənclər birliyi Zeynalov A.,

AzərRos FMMM-in Gənclər birliyi Zeynalov E.İ.,

AzərRos FMMM-in Gənclər birliyi İsrafilov A. N.

Qəlbiyev U.İ.

Məhərrəmov Ə.Y.

Məmmədov A.İ. Krasnoyarsk şəhəri

Məmmədov A. A.

Məmmədov V., publisist ƏİB “Şəhriyar”

Məmmədov R., AzərRos FMMM-in Gənclər birliyi

Məmmədov S., şair ƏİB “Şəhriyar”

Page 64: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

64

Məmmədov E.A.

Məmmədov S.A. MMMM İvanovo şəhəri

Məcidov Y., AzərRos FMMM-in Gənclər birliyi

Mehdiyev A., jurnalist

Mustafayev V.R., RMMM Rostov vilayəti

Rəhimov R.F.

Sadıxov S.K., AzərRos FMMM-in fəxri prezidenti

Səfərov A. S.

Səfərov İ., MMMM Moskva vil-nin Şelkov r-nu

Seyidov A.R. RMMM Surqut şəhəri (XMVD)

Surxayev Z.B., MMMM Mtişi r-nu, Moskva vil-ti

Tağıyev Ş., RÜAK Fondu, Moskva şəhəri. Xanbabayev

E., RÜAK Fondu, Moskva şəhəri. Xıdırov Y.Y.,

AzərRos FMMM-in vitse-prezidenti Şamilov V.,

AzərRos FMMM-in Gənclər birliyi Şamilova İ.,

AzərRos FMMM-in Gənclər birliyi Yaqubov A.N.

MMMM İvanovo şəhəri.”

“İki sahil”.-2015.-9 aprel.-№ 61.-S.11.

Page 65: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

65

Page 66: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

66

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə heyətinin üzvlərindən

Zati-aliləri,

Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş və insan tələfatı ilə nəticələnmiş yanğın hadisəsi

barədə xəbər bizi son dərəcə sarsıtdı. Sizin kədərinizi bölüşür və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə

Heyətinin üzvləri adından Sizə, həlak olanların ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə

başsağlığı veririk.

Həmsədrlər:

Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqa (1999-2007) İsgəndəriyyə Kitabxanasının direktoru

İsmail Serageldin İdarə heyətinin üzvləri:

Bolqarıstanın Prezidenti Petar Stoyanov (1997-2002)

Rumıniyanın Prezidenti Emil Konstantinesku (1996-2000)

Serbiyanın prezidenti Boris Tadiç (2004-2012)

Ukraynanın prezidenti Viktor Yuşşenko (2005-2010)

21 may 2015

Page 67: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

67

İğdırın Tuzluca rayonunun girişində türk və kürdcədən əlavə erməni dilində də “Xoş gəlmisiz” yazılmasına

etirazlar davam edir

İğdırın Tuzluca rayonunun girişində türk və kürdcədən əlavə erməni dilində də “Xoş gəlmisiz” yazılmasına

etirazlar davam edir. Mərkəzi İstanbulda yerləşən İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət

Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu İğdır Valisi Davut Haneyi ilə görüşərək məsələ ilə bağlı öz etirazını

bildirib. Bu işdə məsuliyyət daşıyan şəxslər haqqında qanun çərçivəsində tədbirlərin görülməsini tələb edən

diaspor rəhbəri təşkilatın etiraz məktubunu valiyə çatdırıb.

Etiraz məktubunda bildirilir ki, tarix boyu türklərə qarşı törədilmiş soyqırımlar unudulub, yaxın

keçmişimizdə qardaş Azərbaycanın Qarabağ bölgəsi işğal edilərək, on minlərlə soydaşımız qətlə yetirilib, Xocalı

şəhərində bir gecədə 613 dinc sakin soyqırıma məruz qalıb, bir milyondan çox insan öz torpağından didərgin

düşüb. Avropa və dünya ictimaiyyətinin bu soyqırıma, insanlıq əleyhinə cinayətinə biganə münasibətini

vurğulayan S.Qaraqoyunlu Türkiyə Respublikası və türk xalqının bu haqsızlığa qarşı səssiz qalmadığını, münaqişə

həllini tapanadək Ermənistanla sərhədləri bağladığını xatırladıb. Diaspor rəhbəri belə bir həssas məsələnin ardınca

Tuzlucada edilmiş hərəkəti yanlış hesab edir və bu səhvin düzəldilməsi üçün konkret addımların atılmasını tələb

edir.

06 oktyabr 2015

Page 68: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

68

Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinin İnsan Hüquqları Komissiyasına

müraciət ünvanlayıb

Avropa Azərbaycanlıları Konqresi (AAK) 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar

Avropa Parlamentinin İnsan Hüquqları Komissiyasına müraciət ünvanlayıb. Diasporla İş üzrə Dövlət

Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Konqres dünya ictimaiyyətini beynəlxalq hüquq normaları

çərçivəsində və ikili standartlara yol vermədən Ermənistanın işğalçılıq siyasətinə münasibət bildirməyə,

insanların pozulmuş hüquqlarının müdafiəsi və bərpası üçün birlik və obyektiv mövqe nümayiş etdirməyə

çağırıb.

Müraciətdə Qarabağdan didərgin düşmüş insanların taleyi və vətəndə yaşamaq hüquqlarından məhrum

olmuş ailələrin aqibəti barədə məlumat verilir, Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğal

olunması, BMT-nin bununla bağlı qəbul etdiyi qətnamələr xatırladılır. Avropa Azərbaycanlıları Konqresi

Beynəlxalq İnsan Hüquqları Günündə Avropa ictimaiyyətini köçkün düşmüş yüz minlərlə azərbaycanlının

hüquqlarının pozulmasına biganə qalmamağa səsləyib.

Sənəddə qeyd edilir ki, bu gün Avropanın minlərlə qaçqının taleyi ilə məşğul olması, evlərini itirmiş

insanlara yardım haqqında müzakirələr aparılması AAK tərəfindən müsbət dəyərləndirilsə də, azərbaycanlı

qaçqın və məcburi köçkünlərin vəziyyətinə laqeyd yanaşılması yolverilməzdir. Həmçinin vurğulanır ki,

qaçqınların sayının artması Avropa ölkələrini sözün əsl mənasında qorxu və təlaşa salır, lakin Azərbaycan artıq

20 ildən çoxdur bu problemlə qarşı-qarşıya qalıb.

Müraciətdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın erməni işğalından azad

edilməsi və bu torpaqlardan köçkün düşən insanların doğma yurdlarına qaytarılması tələb olunur.

AZƏRTAC

9 dekabr 2015-ci il

Page 69: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

69

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə

Milli Məclisin Müraciəti

(29 dekabr 2015-ci il)

Əziz həmvətənlər, dəyərli soydaşlar!

Sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqlarından biri olan Azərbaycan xalqının söz,

əqidə və əməl birliyini təcəssüm etdirən həmrəylik günü ərəfəsində hər birinizi hörmətlə salamlayırıq.

Xalqımızın milli-mənəvi bütövlüyünə nail olmaq üçün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə iyirmi dörd

il bundan əvvəl başlanmış hərəkat ildən-ilə daha geniş vüsət almaqdadır. Bu gün azərbaycanlılar milli mənlik

şüuru əsasında sıx birləşməyin zəruriliyini daha aydın dərk edirlər. Azərbaycan diasporu və icmaları inkişaf edib

möhkəmlənir, soydaşlarımızın siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından cəlb

olunurlar. Müasir dünyada cərəyan edən qlobal proseslər ciddi problemlərin yaranmasına səbəb olur, bir sıra

hallarda xalqların tarix səhnəsində oynadıqları rolun yenidən dəyərləndirilməsinə gətirib çıxarır. Həyat sübut

edir ki, yalnız öz gücünü bir yerə toplamağı bacaran xalqlar etnik-siyasi hüquqlarını həyata keçirmək və

milli mənafelərini müdafiə etmək imkanlarını qoruyub artıra bilirlər. Bəşər sivilizasiyasının inkişafına əvəzsiz

töhfələr vermiş Azərbaycan xalqının davamlı yüksəlişinin yolu on milyonlarla soydaşımızın və həmvətənimizin

məhz mütəşəkkil qüvvə kimi formalaşmasından keçir. Azərbaycan Respublikası bütün dünya

azərbaycanlılarının tarixi və doğma Vətəni, ümid və istinad yeridir. Odur ki, hansı ölkədə yaşamasından asılı

olmayaraq, hər bir azərbaycanlı Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, möhtərəm

Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ardıcıl və dinamik inkişaf etməsini, ildən-ilə

daha güclü dövlətə çevrilməsini qeyd edir. Azərbaycanın beynəlxalq nüfuzunun ildən-ilə daha da

yüksəlməsi, yerləşdiyi bölgədə və onun hüdudlarından kənarda söz sahibi olması isə soydaşlarımızın və

həmvətənlərimizin qəlbini qürur hissi ilə doldurur. Dünya ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın

əldə etdiyi nailiyyətlərə öz uğurları kimi sevinir, eyni zamanda, Vətənimizin taleyüklü problemlərinin həll

ediləcəyinə, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına, bir milyondan çox qaçqın və

köçkünümüzün doğma yurd-yuvasına dönəcəyinə qətiyyətlə inanırlar. Qarabağ dərdi bütün millətimizin ağrılı

yeridir, odur ki, bu problemin həllinə elliklə kömək göstərilməsi zəruridir. Yalnız dünya azərbaycanlılarının

birgə səyləri dövlətimizin və xalqımızın inkişafı yolundakı bu maneənin aradan qaldırılmasına öz müsbət təsirini

göstərə bilər. Yer kürəsinin hansı guşəsində yaşayıb-işləməsindən asılı olmayaraq bütün soydaşlarımızın Vətən

qarşısında övladlıq borcu Ermənistanın ölkəmizə təcavüzünün nəticələrinin aradan qaldırılması naminə qüvvələri

birləşdirməkdən, Azərbaycanın haqq işini müdafiə etməkdən ibarətdir.

Azərbaycanlıların bir vəzifəsi də xalqımızın qədim adət-ənənələrini, dilini, mədəniyyətini yaşatmaq, hər

sahədə bir-birinə dəstək olmaqdır. Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi olaraq

davam etməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır.

Əziz həmvətənlərimiz! Dəyərli soydaşlarımız!

Sizi milli-mənəvi birliyimizi daha da möhkəmləndirməyə çağırır, xalqımızın hüquq və mənafelərinin

qorunması uğrunda mübarizədə səyləri artırmağa səsləyirik. Dünya Azərbaycanlılarının Həmrəylik Günü

münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə xoşbəxtlik və ailə səadəti, doğma Azərbaycanımıza

əmin-amanlıq, qələbə sevincləri və nurlu gələcək arzulayırıq!

Hörmətlə,

Azərbaycan Respublikasının Milli Məclisi

Bu Müraciət Azərbaycan Respublikası Milli Məclisinin

2015-ci il 29 dekabr tarixli iclasında

qəbul edilib.

Azərbaycan.-2015.-30 dekabr.-N 289.-S.2.

Page 70: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

70

Avropa Azərbaycanlıları Konqresi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Avropa

Parlamentinin İnsan Hüqüqları idarəsinə, Avropanın müxtəlif ictimai-siyasi qurumlarına, hökümət və

qeyri-hökümət təşkilatlarına müraciət ünvanlayıb

Avropa Azərbaycanlıları Konqresi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Avropa

Parlamentinin İnsan Hüqüqları idarəsinə, Avropanın müxtəlif ictimai-siyasi qurumlarına, hökümət və qeyri-

hökümət təşkilatlarına müraciət ünvanlayıb.

Alman və ingilis dilində yayımlanan müraciətdə 98 il bundan əvvəl 1918-ci il mart-aprel aylarında erməni

millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım haqqında ətraflı məlumat verilib və bildirilib ki,

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə 1998-ci ildən 31 mart tarixi Azərbaycanda

Soyqırım günü kimi qeyd olunur.

Müraciətdə Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilərin

azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasəti, eləcə də Qərbi Azərbaycan ərazilərində

qəbiristanlıqların, tariхi və mədəni abidələrin, məktəb, хəstəхana və digər binaların ermənilər tərəfindən

darmadağın edilməsinə dair məlumat verilib.

Açıqlamada bildirilib ki, 1918-ci il mart soyqırımından 98 il keçməsinə baxmayaraq erməni millətçilərinin

törətdikləri bu aktlar hələ də öz hüquqi qiymətini almayıb. Cəzasızlıq erməni millətçilərini Azərbaycan xalqına

qarşı yeni soyqırımlar törətməyə ruhlandırıb və 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə erməni hərbi

birləşmələri Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutub.

Müraciətdə dünya ictimaiyyətindən Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv

siyasi hüquqi qiymət vermək tələb edilib və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini

dəstəkləməyə, soyqırımını dövlət siyasətinə çevirən Ermənistan dövlətinə sanksiyalar tətbiq etməyə, qaçqın və

məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarına biganə yanaşmamağa çağırılıb. Müraciətdə dünya

ictimaiyyətinin və nüfuzlu qurumların Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsi

üçün bütün imkanlarını səfərbər edəcəyinə ümid edildiyi vurğulanıb.

31 mart 2016

Page 71: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

71

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvləri Bosniya və Herseqovinanın sabiq Baş naziri,

NGBM İdarə Heyətinin üzvü Zlatko Laqumciya və İtaliyanın sabiq Xarici işlər naziri Franko Frattini

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvləri Bosniya və Herseqovinanın sabiq Baş naziri,

NGBM İdarə Heyətinin üzvü Zlatko Laqumciya və İtaliyanın sabiq Xarici işlər naziri Franko Frattini Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib. Müraciətdə bildirilir ki, sabiq nazirlər Dağlıq Qarabağ

regionunda baş verən son hadisələrdən kədərlənir, körpələr də daxil olmaqla, insan tələfatına görə təəssüf hissi

keçirirlər.

“NGBM adından hazırkı vəziyyətə görə narahatlığımızı ifadə edir, həlak olanların yaxınlarına dərin hüznlə

başsağlığı veririk”- deyə müraciətdə qeyd edilir.

Müraciətdə eyni zamanda, Azərbaycan tərəfinin atəşkəsin əldə edilməsi üçün tətbiq etdiyi diplomatik

üsulların, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həlli yolunda danışıqların aparılması

istiqamətində səylərinin dəstəkləndiyi vurğulanıb.

Mərkəz üzvləri lazım olduğu təqdirdə, münaqişənin sülh yolu ilə həllində öz təcrübələri ilə dəstək olmağa

hazır olduqlarını diqqətə çatdırıb. Onlar hesab edir ki, belə vəziyyətdə dialoqların aparılmasına böyük ehtiyac var.

Müraciəti Bosniya və Herseqovinanın sabiq Baş naziri, NGBM İdarə Heyətinin üzvü Zlatko Laqumciya və

İtaliyanın sabiq Xarici işlər naziri Franko Frattini imzalayıb.

04 aprel 2016

Page 72: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

72

Azərbaycan diasporunun nümayəndələri Finlandiya Parlamentinə müraciət ediblər

Samirə ƏLİYEVA

Finlandiyada fəaliyyət göstərən Finlandiya-Azərbaycan Assosiasiyası Finlandiya Parlamentinə

Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüququn tələblərinin kobud şəkildə

pozulması, həmçinin, Azərbaycanın dinc sakinlərinin öldürülməsindən narahatlıq ifadə edən müraciət göndərib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti bildirir ki, müraciətdə baş verən hadisələrə son

qoymaq məqsədilə BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının müvafiq qətnamələrinin

Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilməsinin zəruriliyi diqqətə çatdırılır və Ermənistan silahlı

qüvvələrinin təcili şəkildə işğal olunmuş ərazilərdən çıxarılması tələb olunur. Diaspor təşkilatı bildirib ki, 24

ildən artıq müddətdə Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə təmas

xəttində mütəmadi atəşkəs rejimini pozması nəticəsində mülki əhaliyə və onların əmlaklarına ciddi ziyan

vurulub.

Müraciətdə qeyd olunur ki, beynəlxalq ictimaiyyət baş verənlərə göz yummamalı, Ermənistanı dinc və

günahsız insanların qətlinə səbəb olan təxribatlardan çəkindirmək üçün tədbirlər görməlidir.

Xalq qəzeti.-2016.-8 aprel.-№73.-S.6.

Page 73: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

73

Dünya Azərbaycanlılarının IV Qurultayında qəbul olunmuş sənədlər

Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti Zati-

aliləri cənab İlham Əliyevə MÜRACİƏTİ

Zati-aliləri!

Dünya Azərbaycanlılarının IV Qurultayının təşkilinə göstərdiyiniz yüksək diqqət və dəstəyə görə Sizə bütün

qurultay iştirakçıları adından dərin minnətdarlığımızı bildiririk. İlk dəfə on beş il öncə keçirilmiş dünya

azərbaycanlılarının qurultayı çoxmilyonlu Azərbaycan xalqı və dövlətinin həyatında mühüm ictimai-siyasi

məzmun kəsb edən tarixi ənənəyə çevrilmişdir. Əminik ki, bu qurultay Azərbaycan diasporunun tarixində yeni bir

mərhələnin əsasını qoyacaq, milli birlik və həmrəyliyin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir. Biz -

xaricdə yaşayan azərbaycanlılar dünyada gərginliyin və böhranların artdığı bir dövrdə Sizin ardıcıl fəaliyyətiniz

sayəsində Azərbaycanın siyasi, iqtisadi və sosial sahədə qazandığı mühüm uğurları alqışlayırıq.

Qlobal miqyaslı təlatümlərin geniş vüsət aldığı zamanda ölkəmiz müstəqillik, davamlı və sabit inkişaf yolu ilə

inamla irəliləyir. Doğma Vətənimizin bütün sahələrdə əldə etdiyi uğurlar hər birimizin qəlbində böyük iftixar hissi

doğurur, xalqımızın işıqlı gələcəyinə ümidlərimizi daha da artırır. Dünya Azərbaycanlılarının III Qurultayından

ötən dövr ərzində diasporumuzun fəaliyyətində də bir sıra mühüm keyfiyyət dəyişiklikləri baş vermiş, Azərbaycan

həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın cəmiyyətə inteqrasiyası, ictimai-siyasi fəallığının

artırılması, hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği sahəsində uğurlu layihələr həyata

keçirilmişdir.

Azərbaycanla bağlı anti-təbliğat kampaniyalarının qarşısının alınmasında “hücum taktikası”na keçən diaspor

təşkilatlarımız bu sahədə yeni təbliğat mexanizmlərindən geniş istifadə edir, yaşadıqları ölkələrin ictimai-siyasi

həyatında daha fəal iştirak etməyə, kütləvi informasiya vasitələri ilə əlaqələr qurmağa çalışır. Azərbaycana dost

münasibəti bəsləyən bir sıra xalqların müxtəlif ölkələrdəki milli icmaları, o cümlədən türkdilli xalqların diaspor

təşkilatları ilə əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin fəaliyyətin daha mütəşəkkil koordinasiya olunması

məqsədilə ortaq strategiya müəyyənləşdirilmiş, bir sıra əhəmiyyətli görüşlər və forumlar keçirilmişdir.

Cənab Prezident!

Qurultay nümayəndələri Zati-alinizin yürütdüyü çoxşaxəli siyasət nəticəsində Azərbaycanın qısa müddət

ərzində modern ölkəyə çevrilməsindən qürur hissi duyur. Bu gün dövlət müstəqilliyinin 25-ci ildönümündə olan

Azərbaycan dünyanın siyasi xəritəsində öz layiqli yerini tutmuş, regionun lider dövlətinə çevrilmiş, beynəlxalq

aləmdə yeni dostlar qazanmış və etibarlı, dayanıqlı tərəfdaş kimi tanınmışdır. Məhz bunun nəticəsidir ki, dünya

birliyi ilə əməkdaşlıq yolunda inamla irəliləyən Azərbaycanla sıx münasibətlər qurmağa çalışan ölkələrin sayı

ildən-ilə artır. 2015-ci ildə ilk Avropa Oyunlarının ölkəmizdə müvəffəqiyyətlə keçirilməsi bütün dünyada geniş

ictimai rezonans doğurdu.

Bununla yanaşı, hər il ölkəmizdə keçirilən Qlobal Bakı Forumu, 2016-cı ildə təşkil olunmuş BMT-nin

Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və s. tədbirlər təhlükəsizliyin, sabitliyin, sülhün tərəfdarı kimi

Azərbaycanın artıq beynəlxalq aləmi narahat edən aktual məsələlərin müzakirə olunduğu mühüm məkana

çevrildiyinin bariz göstəricisidir.

Biz Zati-alinizin beynəlxalq miqyasda ölkəmizin yüksək imicinin formalaşdırılması, Azərbaycan

Respublikasının milli mənafeyinin təmin olunması, doğma Vətənimizin inkişafı, milli birlik və həmrəyliyimizin

möhkəmlənməsinə yönəlmiş siyasətini qətiyyətlə dəstəkləyirik. Torpaqlarımızın iyirmi faizinin Ermənistanın işğalı

altında olması və dünya birliyi tərəfindən təcavüzkar dövlətə qarşı qəti addımların atılmaması hər bir

azərbaycanlını narahat edir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi

rayonda oyuncaq rejim yaradan Ermənistan rəhbərliyinin qoşunların təmas xəttində törətdiyi diversiya aktları, dinc

əhalinin qətlə yetirilməsi təcavüzkar dövlətə qarşı qəti cavab tədbirləri görülməsinin vacibliyini bir daha ortaya

qoyur.

Cari il aprelin ilk günlərində düşmənin hərbi təxribatlarının qarşısını qətiyyətlə alaraq, əks-həmlə ilə onu geri

oturdan Azərbaycan Ordusunun döyüş qabiliyyəti ölkəmizin yüksək hərbi-iqtisadi potensialının və vətənpərvərlik

ruhunun göstəricisi kimi bizi çox sevindirir. Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri problemin

həlli istiqamətində göstərdiyiniz səy və təşəbbüsləri birmənalı şəkildə dəstəkləyir. Biz inanırıq ki, münaqişənin

ədalətli həlli sahəsində atdığınız addımlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması ilə

nəticələnəcək. Bu gün hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma

Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Bu yolda hər an Sizin yanınızda olduğumuzu bir daha bəyan

edirik.

Cənab Prezident!

Page 74: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

74

Dünya azərbaycanlıları Sizin inamlı siyasətiniz nəticəsində Azərbaycanın müstəqil bir dövlət kimi dünya

siyasi səhnəsində öz yerini daha da möhkəmləndirməsi üçün qlobal proseslərin fəal iştirakçısına çevrilməsindən

qürur hissi duyur.

Sizi əmin edirik ki, Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılması, mili-mədəni irsimizin yaşadılması

və təbliği, həmçinin doğma Vətənin milli maraqlarının təmin olunması naminə dünya azərbaycanlılarının daha

mütəşəkkil qaydada təşkilatlanmaları istiqamətində bundan sonra da bütün imkan və bacarığımızı səfərbər

edəcəyik.

Müraciət Dünya Azərbaycanlılarının

IV Qurultayında qəbul edilmişdir.

Azərbaycan Respublikası, Bakı şəhəri,

4 iyun 2016-cı il.

Page 75: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

75

Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə

və parlamentlərinə

MÜRACİƏTİ

Biz - Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri planetimizdə sülhü və təhlükəsizliyi təhdid

edən terrorçuluq, etnik separatizm, milli, dini və irqi ayrı-seçkilik, hərbi təcavüzkarlıq meyillərinin artmasından

dərin narahatlığımızı ifadə edirik. Sivilizasiyalararası dialoqun, xalqların dinc və yanaşı yaşaması kimi

ümumbəşəri ideyaların, dövlətlər arasında qarşılıqlı hörmət və etimadın gücləndirilməsinə heç vaxt olmadığı qədər

böyük ehtiyac yarandığına əminliyimizi bildiririk. Biz inanırıq ki, heç bir münaqişə və ya mübahisə güc və

zorakılıq yolu ilə həll olunmamalı, eyni zamanda, kiçik və böyüklüyündən asılı olmayaraq hər bir dövlətin suveren

hüquqlarına hörmətlə yanaşılmalı, sülhün və təhlükəsizliyin təmin olunması üçün dünya dövlətləri öz səylərini

səfərbər etməlidir.

Biz, eyni zamanda, 28 ildir ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də

həll edilməməsindən dərin narahatlığımızı ifadə etməyi vacib bilirik. Azərbaycan ərazilərini işğal altında saxlayan

Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində törədilən hərbi təxribatlar nəticəsində günahsız

mülki şəxslər həlak olur, yaşayış məskənləri, təhsil ocaqları, ictimai obyektlər dağıdılır, münaqişə bölgəsində

yerləşən tarixi abidələr, habelə ərazinin flora və faunası qəddarcasına məhv edilir. Təəssüf ki, beynəlxalq

ictimaiyyət uzun illərdir münaqişənin aradan qaldırılması ilə bağlı Azərbaycanın çoxsaylı müraciət və çağırışlarına

biganə yanaşmış, nəticədə bütün regionun inkişafına və təhlükəsizliyinə təhdid olaraq qalan bu problem daha

mürəkkəb xarakter almışdır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü çoxsaylı insan tələfatına, ağır maddi və mənəvi itkilərə səbəb

olmuşdur. Bir milyondan çox soydaşımızın doğma torpağından didərgin düşməsi və hələ də öz evlərinə qayıda

bilməməsi insan hüquqlarının kobud şəkildə pozulmasının əyani sübutudur.

Münaqişənin ilk mərhələsində - 1988-ci ildə Ermənistanda öz tarixi dədə-baba yurdlarında yaşayan 250

mindən çox azərbaycanlı deportasiya edilmişdir. Ermənistanın monoetnik dövlətə çevrilməsi ilə nəticələnən bu

kütləvi deportasiya zamanı yüzlərlə dinc azərbaycanlı qətlə yetirilmiş, onlara aid iki mindən çox yaşayış

məntəqəsindən bütün əhali zorla çıxarılmış, minillikləri əhatə edən tarixə malik Azərbaycan toponimləri

saxtakarlıqla dəyişdirilmişdir. Ermənistanda və Azərbaycanın işğal altında olan ərazilərində azərbaycanlılara

məxsus tarixi-mədəni abidələr, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar tamamilə

dağıdılmışdır. Münaqişə başladığı dövrdən indiyədək yalnız Azərbaycanda 890 yaşayış məntəqəsi, 150 min ev, 7

min inzibati bina, 693 məktəb, 855 uşaq bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 9

etnoqrafik əhəmiyyətli tarixi yer, 464 tarixi abidə və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd

təsərrüfatı müəssisəsi, 160 körpü, 2300 kilometr su kəməri, 2 min kilometr qaz kəməri, 15 min kilometr elektrik

xətti, 1200 kilometr irriqasiya sistemi dağıdılmış, 280 min hektar meşə, 1 milyon hektar əkin sahəsi tamamilə

məhv edilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində

dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan cinayət aktı erməni terrorunun ən dəhşətli nümunəsidir. 366-

cı motoatıcı alayı ilə birgə Ermənistan silahlı birləşmələrinin törətdiyi bu dəhşətli soyqırımı zamanı 613 nəfər

öldürülmüş, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırımı nəticəsində 63 uşaq, 106 qadın,

70 qoca həlak olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən

birini itirmişdir. Xocalıya hücum zamanı 1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Münaqişənin həlli ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı

qətnamələrində, Avropa Şurası Parlament Assambleyasının 2005-ci il 1416 saylı qətnaməsində və 2005-ci il 1690

saylı tövsiyəsində Ermənistan dövlətinin silahlı əməliyyatlara və düşmənçilik hərəkətlərinə son qoyulması, onun

ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilmiş,

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi göstərilmişdir. BMT Baş Məclisinin

“Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” başlıqlı 2006-cı il 7 sentyabr tarixli 60/285 saylı və 14 mart

2008-ci il tarixli 62/243 saylı qətnamələri, 2006-cı ilin dekabrında qəbul olunmuş “ATƏT-in Nazirlər Şurasının

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Bəyanatı”, ATƏT-in 2005-ci və 2010-cu illərdə faktaraşdırıcı və sahə

qiymətləndirmə missiyalarının Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən

qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran

edilməsini təsdiq edən rəylərində, “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb” adlı 2010-cu il 20

may tarixli qətnaməsində və digər beynəlxalq sənədlərdə də Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi

tələbi öz əksini tapmışdır. Lakin beynəlxalq hüququn prinsiplərini, xüsusilə də insan hüquqlarını kobud və kütləvi

şəkildə pozan Ermənistan dövləti qəbul olunmuş hüquqi sənədlərin heç birinə əməl etməməklə yanaşı, işğal

Page 76: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

76

altındakı Azərbaycan torpaqlarında oyuncaq rejim yaradaraq, müntəzəm olaraq atəşkəs rejimini pozur. Beynəlxalq

ictimaiyyətin, o cümlədən münaqişənin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in

Minsk qrupunun sülh danışıqlarının sürətləndirilməsi ilə bağlı tələb və çağırışlarının intensivləşdiyi vaxtlarda

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində fəallaşması bu ölkənin sülhün əldə olunmasında maraqlı olmadığını

aydın şəkildə təsdiq edir.

Biz - Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri beynəlxalq təşkilatlara, xarici ölkələrin

dövlət və hökumət başçılarına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edərək, Azərbaycan

torpaqlarının işğaldan azad edilməsi, münaqişənin sülh yolu ilə nizamlanması üçün Ermənistan rəhbərliyinə təzyiq

göstərməyə, problemin beynəlxalq hüququn normaları əsasında ədalətli həlli naminə səylərini birləşdirməyə dəvət

edirik. Biz əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli nəinki regionda sabitliyə və

inkişafa təkan verəcək, eyni zamanda, bütün dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə olacaqdır.

Biz çoxmilyonlu Azərbaycan xalqı adından dünya xalqlarına müraciət edərək planetimizin birgəyaşayış, qarşılıqlı

inam və hörmət vəd edən sülh və sabitlik məkanına çevrilməsi üçün bütün imkanları səfərbər etməyə çağırırıq.

Müraciət Dünya Azərbaycanlılarının

IV Qurultayında qəbul edilmişdir.

Azərbaycan Respublikası, Bakı şəhəri,

4 iyun 2016-cı il.

Page 77: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

77

Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin

dünya azərbaycanlılarına MÜRACİƏTİ

Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Müstəqilliyinin iyirmi beşinci ilini yaşayan Azərbaycan Respublikası ötən dövrdə böyük inkişaf yolu

keçərək güclü dövlətə çevrilmişdir. Ölkənin dayanıqlı sosial-iqtisadi inkişafı, əhalinin sosial müdafiəsinin

gücləndirilməsi, işsizliyin və yoxsulluğun aradan qaldırılması, habelə ictimai-siyasi münasibətlər sisteminin

demokratik prinsiplər əsasında qurulması və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində həyata

keçirilən ardıcıl tədbirlər inkişaf yolunu səciyyələndirən əsas amillər olmuşdur. Hazırda qlobal iqtisadi böhranın

Azərbaycana neqativ təsirlərinin qarşısının alınması üçün çevik addımlar atılır. İqtisadiyyatın şaxələndirilməsi,

sahibkarlığın inkişafı, idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm qərarlar qəbul edilir, iqtisadi və struktur

islahatları həyata keçirilir.

Regionda reallaşdırılan transmilli layihələrə, sülh və sabitliyin bərqərar olunmasına xidmət edən

təşəbbüslərə sanballı töhfələr verən Azərbaycan dünya ölkələri arasında etibarlı tərəfdaş kimi tanınır. Hazırda

karbohidrogen ehtiyatlarını müxtəlif istiqamətlərə nəql edən geniş neft və qaz kəməri şəbəkəsinə malik olan

ölkəmiz “Cənub Qaz Dəhlizi” çərçivəsində “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP

layihələrinin də ən iri səhmdarlarından biri kimi çıxış edir və Avropanın enerji təhlükəsizliyinin təmin

edilməsində getdikcə daha mühüm rol oynayır. Azərbaycan tarixi İpək Yolunun bərpası, Şərq-Qərb və Şimal-

Cənub nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı layihələrdə də əsas söz sahiblərindən biridir.

Universal bəşəri dəyərlərin təbliği, müxtəlif mədəniyyət və sivilizasiyalar arasında dialoq, tolerantlıq və

əməkdaşlıq mühitinin yaradılması sahəsində Azərbaycan nümunəvi ölkə sayıla bilər. Təsadüfi deyil ki,

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı il ölkədə “Multikulturalizm

ili” elan edilmişdir. 2016-cı il aprelin 26-27-də Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII

Qlobal Forumu, nüfuzlu siyasətçilərin və dövlət xadimlərinin qatıldığı Qlobal Bakı Forumu kimi tədbirlərin

ölkəmizdə keçirilməsi dünya dövlətlərinin Azərbaycandakı multikultural mühitə olan rəğbətinin əyani

təzahürüdür.

Milli və dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı, eyni zamanda, xaricdə

yaşayan həmvətənlərimiz davamlı inkişaf edən bir dövlətin himayəsində olduqlarına inanırlar. Cari ilin aprel

ayında Ermənistanın törətdiyi hərbi təxribatların qarşısının uğurla alınması, ərazilərimizin bir hissəsinin

işğalçılardan azad olunması bu inamı daha da möhkəmləndirmişdir.

Xaricdə yaşayan həmvətənlərimizin mütəşəkkil və təsirli qüvvəyə çevrilməsi, doğma vətənimizlə dünya

ölkələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə

çatdırılması, erməni lobbisinin ölkəmizə qarşı həyata keçirdiyi ideoloji təxribatların ifşa olunması

diasporumuzun başlıca vəzifələridir. Dünya Azərbaycanlılarının III Qurultayından keçən dövr ərzində diaspor

qurumlarımız bu sahədə xeyli nailiyyət əldə etmişlər. Lakin qloballaşan dünyamızda cərəyan edən mürəkkəb

proseslər, sürətlə dəyişən reallıqlar diaspor qurumlarının işinin effektivliyinin artırılmasını tələb edir.

Ermənistanın Azərbaycana təcavüzünün davam etdiyi, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda yeni şəraitin

yarandığı bir dövrdə bütün dünya azərbaycanlılarının mütəşəkkil və koordinasiyalı fəaliyyətinin əhəmiyyəti hər

zaman olduğundan daha yüksəkdir. Bu sahədə keyfiyyət dəyişikliyinə nail olmaq üçün yeni texnologiyaların,

çevik mexanizmlərin, innovativ metodların tətbiqi qaçılmaz zərurətə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, “Bizim

gücümüz birliyimizdədir!”. Biz Dünya Azərbaycanlılarının IV Qurultayı adından bütün soydaşlarımıza müraciət

edərək, hər birinizi birliyə, həmrəyliyə və doğma Azərbaycanın mənafeləri naminə fədakarlığa çağırırıq.

Müraciət Dünya Azərbaycanlılarının

IV Qurultayında qəbul edilmişdir.

Bakı şəhəri, 4 iyun 2016-cı il.

Page 78: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

78

Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Ermənistanda yerləşən Metsamor Atom

Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə, Avropa

İttifaqına və dünya ictimaiyyətinə MÜRACİƏTİ

Müasir dövrdə bəşəriyyəti və bütün planetimizin gələcəyini təhdid edən qlobal problemlərdən biri də nüvə

təhlükəsizliyi qaydalarının etibarlı şəkildə təmin olunmamasıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, belə

real təhlükə mənbələrindən biri Azərbaycan sərhədlərinin yaxınlığında - Ermənistan ərazisində yerləşən

Metsamor Atom Elektrik Stansiyasıdır (AES). Bir sıra beynəlxalq təşkilatların hesabatlarında, habelə tanınmış

ekspertlərin rəylərində bu stansiyanın hazırkı durumu ilə fəaliyyətinin regionlarda qlobal fəlakətlərə səbəb

olacağına dair ciddi narahatlıq ifadə olunsa da Ermənistan hökuməti 1979-cu ildə istismara verilmiş, İrəvan

şəhərindən təxminən 40 kilometr qərbdəki Metsamor yaşayış məntəqəsində yerləşən stansiyanın fəaliyyətinin

dayandırılması barədə çağırışlara, AES-in müasir standartlara cavab verməməsi ilə əlaqədar beynəlxalq

səviyyədə çalınan həyəcan təbilinə məhəl qoymur. 1988-ci il dekabrın 7-də baş vermiş və 25 min insanın ölümü

ilə nəticələnmiş Spitak zəlzələsinin episentri Metsamor stansiyasından 75 kilometr məsafədə yerləşmişdir.

Zəlzələdən sonra böyük zərər görən stansiya bağlanmış, lakin Ermənistanın enerji ehtiyacının 40 faizini

qarşıladığına görə ətraf ərazilərdə 5 tektonik çatın mövcudluğu qulaqardına vurularaq 1995-ci ildən etibarən

yenidən işə salınmışdır. Şərqi Avropa və postsovet məkanında inşa edilmiş 66 nüvə reaktorunun köhnə və

etibarsız olmasına dair məsələ Avropa qurumları tərəfindən dəfələrlə qaldırılmış və Metsamor AES təhlükə

mənbəyi olan həmin obyektlər sırasına aid edilmişdir. 2004-cü ilin fevralında Avropa Parlamenti tərəfindən

yayılan Cənubi Qafqaz məruzəsində stansiyanın bağlanmasının vacibliyi açıq şəkildə bildirilmişdir. 2004-cü il

iyunun 21-də Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) təqdim olunmuş qətnamə layihəsində

göstərilmişdir ki, Metsamor AES dünyadakı atom elektrik stansiyaları arasında ən köhnə texnologiyalarla işləyən

stansiyalardan biridir və seysmik cəhətdən çox aktiv olan bölgədə yerləşməkdədir. Bununla əlaqədar, Avropa

İttifaqı tərəfindən bütün bölgə üçün təhlükə adlandırılan AES-in fəaliyyətinin dayandırılması məqsədilə 2004-cü

ildə Ermənistan hökumətinə 200 milyon avro kredit ayrılması nəzərdən keçirilsə də, bu təklif 1 milyard avro

vəsait tələb edən rəsmi İrəvan tərəfindən rədd edilmişdir. 2006-cı ildə Azərbaycanın AŞPA-dakı nümayəndə

heyəti tərəfindən təqdim edilən qətnamədə Cənubi Qafqazın əksər hissəsində həyatı məhv etmək gücündə olan

Metsamor AES-in 11 ballıq zəlzələ riski olan ərazidə yerləşməsi və qəza baş verəcəyi təqdirdə Azərbaycan

hökumətinin təxliyə üçün 24 saatdan az vaxtının qalacağı qeyd edilmişdir. Gürcüstan sərhədindən 120 kilometr,

İran sərhədindən 60 kilometr, Türkiyə sərhədindən isə cəmi 16 kilometr uzaqlıqda yerləşən Metsamor AES-də

baş verə biləcək fəlakətin bütün region dövlətləri üçün hansı dəhşətli nəticələrə gətirib çıxaracağını təsəvvür

etmək çətin deyildir. İstər dünya, istərsə də Ermənistanın bir çox ekspertləri stansiyanın regionda ciddi nüvə,

ekoloji və iqtisadi təhlükə mənbəyi olması ilə bağlı dəfələrlə açıqlamalar vermiş, Metsamor və qonşu ərazilərdə

yaşayan Ermənistan vətəndaşları BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə şikayət məktubu

ünvanlayaraq AES-in fəaliyyətinin dayandırılmasını və BMT-dən təcili tədbirlər görülməsini istəmişlər. Lakin

Ermənistan dünya ictimaiyyətinin və öz vətəndaşlarının tələblərini qulaqardına vuraraq stansiyanın istifadə

müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul etmişdir. Narahatlıq doğuran əsas məsələlərdən biri də

bundan ibarətdir ki, Metsamor Atom Elektrik Stansiyasının nüvə tullantılarının Azərbaycan ərazisindən keçən

çaylara axıdıldığına, habelə işğal olunmuş Azərbaycan ərazilərində basdırıldığına dair tutarlı faktlar var. Bundan

başqa, son illərdə bir sıra kütləvi informasiya vasitələrində Ermənistan tərəfindən nüvə və radioaktiv

materiallarının gizli satışının təşkil edildiyinə dair məlumatlar dərc olunmuşdur. Digər bir narahatlıq doğuran

məqam isə Ermənistanın bəzi rəsmi şəxslərinin “çirkli bomba” adlandırılan nüvə silahına malik olduğuna dair

bəyanatlarıdır. Bu bəyanatlar vəziyyətin nə dərəcədə təhlükəli olduğunu bir daha nümayiş etdirir. Bu isə öz

növbəsində, nəinki Ermənistan, eləcə də bütövlükdə region dövlətləri, o cümlədən BMT Baş Məclisi tərəfindən

2005-ci il aprelin 13-də qəbul olunmuş “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq

Konvensiyanın tələblərinin kobud şəkildə pozulmasıdır. Biz - dünya azərbaycanlıları bütün beynəlxalq

təşkilatlara, xüsusilə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə və Avropa İttifaqına müraciət edərək

dünyada sülhün və təhlükəsizliyin təmin olunması, bu məqsədlə də Ermənistan ərazisində yerləşən Metsamor

AES-in fəaliyyətinin dayandırılması istiqamətində təcili tədbirlərin görülməsinə çağırırıq. Bir daha dünya

ictimaiyyətinin diqqətinə çatdırmağı vacib bilirik ki, bu stansiyanın fəaliyyəti bütün region üçün olduqca

təhlükəlidir və ən qısa müddətdə ciddi addımların atılmasına ehtiyac var. Ümid edirik ki, beynəlxalq birlik

regionda baş verə biləcək fəlakətin qarşısının əvvəlcədən alınması üçün öz səylərini əsirgəməyəcək. Biz dünya

dövlətlərinin Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərinə sadiq qalaraq regionda və planetdə təhlükəsizliyin

təminatı, insanların qorxusuz və rahat şəkildə yaşaması üçün bütün gücünü səfərbər edəcəyinə inanırıq!

Müraciət Dünya Azərbaycanlılarının

IV Qurultayında qəbul edilmişdir.

Bakı şəhəri, 4 iyun 2016-cı il

Page 79: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

79

Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq

Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin

hökumət rəhbərlərinə və parlamentlərinə müraciəti

(4 iyun 2016-cı il)

Biz - Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri planetimizdə sülhü və təhlükəsizliyi

təhdid edən terrorçuluq, etnik separatizm, milli, dini və irqi ayrı-seçkilik, hərbi təcavüzkarlıq meyillərinin

artmasından dərin narahatlığımızı ifadə edirik. Sivilizasiyalararası dialoqun, xalqların dinc və yanaşı yaşaması

kimi ümumbəşəri ideyaların, dövlətlər arasında qarşılıqlı hörmət və etimadın gücləndirilməsinə heç vaxt

olmadığı qədər böyük ehtiyac yarandığına əminliyimizi bildiririk. Biz inanırıq ki, heç bir münaqişə və ya

mübahisə güc və zorakılıq yolu ilə həll olunmamalı, eyni zamanda, kiçik və böyüklüyündən asılı olmayaraq

hər bir dövlətin suveren hüquqlarına hörmətlə yanaşılmalı, sülhün və təhlükəsizliyin təmin olunması üçün dünya

dövlətləri öz səylərini səfərbər etməlidir.

Biz, eyni zamanda, 28 ildir ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin

hələ də həll edilməməsindən dərin narahatlığımızı ifadə etməyi vacib bilirik. Azərbaycan ərazilərini işğal

altında saxlayan Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində

törədilən hərbi təxribatlar nəticəsində günahsız mülki şəxslər həlak olur, yaşayış məskənləri, təhsil

ocaqları, ictimai obyektlər dağıdılır, münaqişə bölgəsində yerləşən tarixi abidələr, habelə ərazinin flora və

faunası qəddarcasına məhv edilir. Təəssüf ki, beynəlxalq ictimaiyyət uzun illərdir münaqişənin aradan

qaldırılması ilə bağlı Azərbaycanın çoxsaylı müraciət və çağırışlarına biganə yanaşmış, nəticədə bütün regionun

inkişafına və təhlükəsizliyinə təhdid olaraq qalan bu problem daha mürəkkəb xarakter almışdır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü çoxsaylı insan tələfatına, ağır maddi və mənəvi itkilərə

səbəb olmuşdur. Bir milyondan çox soydaşımızın doğma torpağından didərgin düşməsi və hələ də öz evlərinə

qayıda bilməməsi insan hüquqlarının kobud şəkildə pozulmasının əyani sübutudur. Münaqişənin ilk

mərhələsində - 1988-ci ildə Ermənistanda öz tarixi dədə-baba yurdlarında yaşayan 250 mindən çox

azərbaycanlı deportasiya edilmişdir. Ermənistanın monoetnik dövlətə çevrilməsi ilə nəticələnən bu kütləvi

deportasiya zamanı yüzlərlə dinc azərbaycanlı qətlə yetirilmiş, onlara aid iki mindən çox yaşayış

məntəqəsindən bütün əhali zorla çıxarılmış, minillikləri əhatə edən tarixə malik Azərbaycan toponimləri

saxtakarlıqla dəyişdirilmişdir. Ermənistanda və Azərbaycanın işğal altında olan ərazilərində azərbaycanlılara

məxsus tarixi-mədəni abidələr, muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar tamamilə

dağıdılmışdır. Münaqişə başladığı dövrdən indiyədək yalnız Azərbaycanda 890 yaşayış məntəqəsi, 150 min ev,

7 min inzibati bina, 693 məktəb, 855 uşaq bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9

məscid, 9 etnoqrafik əhəmiyyətli tarixi yer, 464 tarixi abidə və muzey, 40 min muzey eksponatı, 6 min sənaye

və kənd təsərrüfatı müəssisəsi, 160 körpü, 2300 kilometr su kəməri, 2 min kilometr qaz kəməri, 15 min kilometr

elektrik xətti, 1200 kilometr irriqasiya sistemi dağıdılmış, 280 min hektar meşə, 1 milyon hektar əkin sahəsi

tamamilə məhv edilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı

şəhərində dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan cinayət aktı erməni terrorunun ən dəhşətli

nümunəsidir. 366-cı motoatıcı alayı ilə birgə Ermənistan silahlı birləşmələrinin törətdiyi bu dəhşətli

soyqırımı zamanı 613 nəfər öldürülmüş, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırımı

nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca həlak olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki

valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Xocalıya hücum zamanı 1275 nəfər girov

götürülmüş, 150 nəfər itkin düşmüşdür. Münaqişənin həlli ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik

Şurasının 822, 853, 874 və

884 saylı qətnamələrində, Avropa Şurası Parlament Assambleyasının 2005-ci il 1416 saylı qətnaməsində və

2005-ci il 1690 saylı tövsiyəsində Ermənistan dövlətinin silahlı əməliyyatlara və düşmənçilik hərəkətlərinə son

qoyulması, onun ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz

çıxarılması tələb edilmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi

göstərilmişdir.

BMT Baş Məclisinin “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” başlıqlı 2006-cı il 7 sentyabr

tarixli 60/285 saylı və 14 mart 2008-ci il tarixli 62/243 saylı qətnamələri, 2006-cı ilin dekabrında qəbul olunmuş

“ATƏT-in Nazirlər Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Bəyanatı”, ATƏT-in 2005-ci və 2010-cu

illərdə faktaraşdırıcı və sahə qiymətləndirmə missiyalarının Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan

tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi

istismar və bu ərazilərin viran edilməsini təsdiq edən rəylərində, “Avropa İttifaqının Cənubi Qafqazda

Page 80: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

80

strategiyasına tələb” adlı 2010-cu il 20 may tarixli qətnaməsində və digər beynəlxalq sənədlərdə də

Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi tələbi öz əksini tapmışdır.

Lakin beynəlxalq hüququn prinsiplərini, xüsusilə də insan hüquqlarını kobud və kütləvi şəkildə pozan

Ermənistan dövləti qəbul olunmuş hüquqi sənədlərin heç birinə əməl etməməklə yanaşı, işğal altındakı

Azərbaycan torpaqlarında oyuncaq rejim yaradaraq, müntəzəm olaraq atəşkəs rejimini pozur. Beynəlxalq

ictimaiyyətin, o cümlədən münaqişənin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in

Minsk qrupunun sülh danışıqlarının sürətləndirilməsi ilə bağlı tələb və çağırışlarının intensivləşdiyi vaxtlarda

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində fəallaşması bu ölkənin sülhün əldə olunmasında maraqlı

olmadığını aydın şəkildə təsdiq edir.

Biz - Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri beynəlxalq təşkilatlara, xarici ölkələrin

dövlət və hökumət başçılarına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edərək, Azərbaycan

torpaqlarının işğaldan azad edilməsi, münaqişənin sülh yolu ilə nizamlanması üçün Ermənistan rəhbərliyinə

təzyiq göstərməyə, problemin beynəlxalq hüququn normaları əsasında ədalətli həlli naminə səylərini

birləşdirməyə dəvət edirik. Biz əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli nəinki

regionda sabitliyə və inkişafa təkan verəcək, eyni zamanda, bütün dünyada sülhün və təhlükəsizliyin təmin

olunmasına töhfə olacaqdır. Biz çoxmilyonlu Azərbaycan xalqı adından dünya xalqlarına müraciət edərək

planetimizin birgəyaşayış, qarşılıqlı inam və hörmət vəd edən sülh və sabitlik məkanına çevrilməsi üçün bütün

imkanları səfərbər etməyə çağırırıq.

Müraciət Dünya Azərbaycanlılarının IV Qurultayında qəbul edilmişdir.

Azərbaycan Respublikası, Bakı şəhəri, 4 iyun 2016 Azərbaycan.-2016.-9 iyun.-№123.-S.7.

Page 81: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

81

Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Ermənistanda yerləşən Metsamor Atom

Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə,

Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciəti

(4 iyun 2016-cı il)

Müasir dövrdə bəşəriyyəti və bütün planetimizin gələcəyini təhdid edən qlobal problemlərdən biri də

nüvə təhlükəsizliyi qaydalarının etibarlı şəkildə təmin olunmamasıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki,

belə real təhlükə mənbələrindən biri Azərbaycan sərhədlərinin yaxınlığında - Ermənistan ərazisində yerləşən

Metsamor Atom Elektrik Stansiyasıdır (AES). Bir sıra beynəlxalq təşkilatların hesabatlarında, habelə tanınmış

ekspertlərin rəylərində bu stansiyanın hazırkı durumu ilə fəaliyyətinin regionlarda qlobal fəlakətlərə səbəb

olacağına dair ciddi narahatlıq ifadə olunsa da Ermənistan hökuməti 1979-cu ildə istismara verilmiş, İrəvan

şəhərindən təxminən 40 kilometr qərbdəki Metsamor yaşayış məntəqəsində yerləşən stansiyanın fəaliyyətinin

dayandırılması barədə çağırışlara, AES-in müasir standartlara cavab verməməsi ilə əlaqədar beynəlxalq

səviyyədə çalınan həyəcan təbilinə məhəl qoymur.

1988-ci il dekabrın 7-də baş vermiş və 25 min insanın ölümü ilə nəticələnmiş Spitak zəlzələsinin

episentri Metsamor stansiyasından 75 kilometr məsafədə yerləşmişdir. Zəlzələdən sonra böyük zərər görən

stansiya bağlanmış, lakin Ermənistanın enerji ehtiyacının 40 faizini qarşıladığına görə ətraf ərazilərdə 5 tektonik

çatın mövcudluğu qulaqardına vurularaq 1995-ci ildən etibarən yenidən işə salınmışdır. Şərqi Avropa və

postsovet məkanında inşa edilmiş 66 nüvə reaktorunun köhnə və etibarsız olmasına dair məsələ Avropa

qurumları tərəfindən dəfələrlə qaldırılmış və Metsamor AES təhlükə mənbəyi olan həmin obyektlər

sırasına aid edilmişdir.

2004-cü ilin fevralında Avropa Parlamenti tərəfindən yayılan Cənubi Qafqaz məruzəsində stansiyanın

bağlanmasının vacibliyi açıq şəkildə bildirilmişdir. 2004-cü il iyunun 21-də Avropa Şurasının Parlament

Assambleyasına (AŞPA) təqdim olunmuş qətnamə layihəsində göstərilmişdir ki, Metsamor AES dünyadakı

atom elektrik stansiyaları arasında ən köhnə texnologiyalarla işləyən stansiyalardan biridir və seysmik cəhətdən

çox aktiv olan bölgədə yerləşməkdədir.

Bununla əlaqədar, Avropa İttifaqı tərəfindən bütün bölgə üçün təhlükə adlandırılan AES-in fəaliyyətinin

dayandırılması məqsədilə 2004-cü ildə Ermənistan hökumətinə 200 milyon avro kredit ayrılması nəzərdən

keçirilsə də, bu təklif 1 milyard avro vəsait tələb edən rəsmi İrəvan tərəfindən rədd edilmişdir. 2006-cı ildə

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən təqdim edilən qətnamədə Cənubi Qafqazın əksər

hissəsində həyatı məhv etmək gücündə olan Metsamor AES-in 11 ballıq zəlzələ riski olan ərazidə yerləşməsi və

qəza baş verəcəyi təqdirdə Azərbaycan hökumətinin təxliyə üçün 24 saatdan az vaxtının qalacağı qeyd

edilmişdir. Gürcüstan sərhədindən 120 kilometr, İran sərhədindən 60 kilometr, Türkiyə sərhədindən isə cəmi

16 kilometr uzaqlıqda yerləşən Metsamor AES-də baş verə biləcək fəlakətin bütün region dövlətləri üçün

hansı dəhşətli nəticələrə gətirib çıxaracağını təsəvvür etmək çətin deyildir.

İstər dünya, istərsə də Ermənistanın bir çox ekspertləri stansiyanın regionda ciddi nüvə, ekoloji və

iqtisadi təhlükə mənbəyi olması ilə bağlı dəfələrlə açıqlamalar vermiş, Metsamor və qonşu ərazilərdə yaşayan

Ermənistan vətəndaşları BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə şikayət məktubu ünvanlayaraq

AES-in fəaliyyətinin dayandırılmasını və BMT-dən təcili tədbirlər görülməsini istəmişlər.

Lakin Ermənistan dünya ictimaiyyətinin və öz vətəndaşlarının tələblərini qulaqardına vuraraq stansiyanın

istifadə müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul etmişdir. Narahatlıq doğuran əsas məsələlərdən

biri də bundan ibarətdir ki, Metsamor Atom Elektrik Stansiyasının nüvə tullantılarının Azərbaycan

ərazisindən keçən çaylara axıdıldığına, habelə işğal olunmuş Azərbaycan ərazilərində basdırıldığına dair

tutarlı faktlar var. Bundan başqa, son illərdə bir sıra kütləvi informasiya vasitələrində Ermənistan

tərəfindən nüvə və radioaktiv materiallarının gizli satışının təşkil edildiyinə dair məlumatlar dərc olunmuşdur.

Digər bir narahatlıq doğuran məqam isə Ermənistanın bəzi rəsmi şəxslərinin “çirkli bomba” adlandırılan

nüvə silahına malik olduğuna dair bəyanatlarıdır. Bu bəyanatlar vəziyyətin nə dərəcədə təhlükəli olduğunu bir

daha nümayiş etdirir.

Bu isə öz növbəsində, nəinki Ermənistan, eləcə də bütövlükdə region dövlətləri, o cümlədən BMT Baş

Məclisi tərəfindən 2005-ci il aprelin 13-də qəbul olunmuş “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında”

Beynəlxalq Konvensiyanın tələblərinin kobud şəkildə pozulmasıdır.

Biz - dünya azərbaycanlıları bütün beynəlxalq təşkilatlara, xüsusilə BMT-nin Atom Enerjisi üzrə

Beynəlxalq Agentliyinə və Avropa İttifaqına müraciət edərək dünyada sülhün və təhlükəsizliyin təmin

olunması, bu məqsədlə də Ermənistan ərazisində yerləşən Metsamor AES-in fəaliyyətinin dayandırılması

istiqamətində təcili tədbirlərin görülməsinə çağırırıq.

Page 82: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

82

Bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmağı vacib bilirik ki, bu stansiyanın fəaliyyəti bütün

region üçün olduqca təhlükəlidir və ən qısa müddətdə ciddi addımların atılmasına ehtiyac var. Ümid edirik ki,

beynəlxalq birlik regionda baş verə biləcək fəlakətin qarşısının əvvəlcədən alınması üçün öz səylərini

əsirgəməyəcək.

Biz dünya dövlətlərinin Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərinə sadiq qalaraq regionda və

planetdə təhlükəsizliyin təminatı, insanların qorxusuz və rahat şəkildə yaşaması üçün bütün gücünü səfərbər

edəcəyinə inanırıq!

Müraciət Dünya Azərbaycanlılarının IV Qurultayında qəbul edilmişdir.

Bakı şəhəri, 4 iyun 2016-cı il

Azərbaycan.-2016.-9 iyun.-№123.-S.7.

Page 83: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

83

Danimarkada fəaliyyət göstərən “Vətən” və “Odlar yurdu” cəmiyyətləri bu ölkədəki azərbaycanlılar

adından faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında heykəl

qoyulması ilə bağlı bir sıra qurumlara etiraz məktubu göndərib

Danimarkada fəaliyyət göstərən “Vətən” və “Odlar yurdu” cəmiyyətləri bu ölkədəki azərbaycanlılar adından

faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı bir

sıra qurumlara etiraz məktubu göndərib. BMT Baş katibinə, Danimarka Xarici İşlər Nazirliyinə, Parlament

rəhbərinə və millət vəkillərinə ünvanlanan məktubda Ermənistanda faşist generalına heykəl qoyulması pislənilir

və bu, nasist cinayətkara bəraət qazandırmaq cəhdi kimi qiymətləndirilir.

Məktubda Njde haqqında geniş məlumat verilərək bildirilir ki, nasist ideologiyasına xidmət edən faşist

general Hitlerin ölüm düşərgəsində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyət daşıyır. 1948-

ci ildə hərbi cinayətkar kimi 25 illik həbs cəzasına məhkum edilən və 1957-ci ildə Vladimir şəhərində ölən Njde

hətta ölümündən sonra da bəraət ala bilməyib.

Məktubda BMT-nin nasizimin qərhərmanlaşdırılmasına qarşı mübarizə ilə bağlı qəbul etdiyi qətnamə

xatırladılır və bütün bunların fonunda Yerevanın mərkəzində faşist generala heykəl qoyulmasını Ermənistanın

dünyaya meydan oxuması kimi qiymətləndirilir.

Danimarka azərbaycanlıları hesab edir ki, rəsmi Yerevanın bu addımı eyni zamanda İkinci Dünya

müharibəsi qurbanlarının ruhunun təhqir olunmasıdır və dünya ictimaiyyəti nasizmin təbliği, nasist

“qəhrəmanlara” bəraət qazandırmaq cəhdlərinin qarşısını almalıdır.

29 iyun 2016

Page 84: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

84

Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi Rusiya Federasiyasının

prezidenti Vladimir Putinə, Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskiyə, Rusiya

Federasiyası Dövlət Dumasının deputatı Genadiy Zyuqanova, Rusiya Veteranlar Şurası Təşkilatına,

"Rusiya zabitləri" Ümumrusiya ictimai təşkilatına məktub ünvanlayıb

Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi Rusiya Federasiyasının prezidenti

Vladimir Putinə, Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskiyə, Rusiya Federasiyası Dövlət

Dumasının deputatı Genadiy Zyuqanova, Rusiya Veteranlar Şurası Təşkilatına, "Rusiya zabitləri" Ümumrusiya

ictimai təşkilatına məktub ünvanlayıb. Məktubda faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana

Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı etiraz ifadə olunub.

“1948-ci ildə Njde Qaregin hərbi cinayətkar kimi 25 illik həbs cəzası alıb və 1957-ci ildə “Vladimirovski

sentral”da ölüb. O, bəraət almayıb və məhkəmə daha öncə çıxarılan hökmü qüvvədə saxlayıb. Bütün bunlara

baxmayaraq, Rusiyada erməni diasporu nümayəndələrinin nümayişkaranə şəkildə Knyaz-Vladimirovsk

məzarlığına gedərək, faşist cəlladı Njdenin qəbrini ziyarət edir. Həmçinin, adıçəkilən məzarlıqda faşist əlaltısının

xatirəsinə memorial kompleksin ucaldılması tələbləri də səsləndirilir”-deyə məktubda bildirilir.

Məktubda Rusiya Federasiyasının təşəbbüsü ilə BMT Baş Assambleyasının qəbul etdiyi nasizm, irqçilik,

ksenofobiya və dözümsüzlüyü pisləyən qətnamələri xatırladılıb və bildirilib ki, Rusiyanın strateji tərəfdaşı kimi

mövcud qətnaməyə qoşulan Ermənistan, faşist rejiminə sədaqət andı içən şəxsi qəhrəmana çevirir, onun böyük

miqyaslı təbliğatını aparır.

“Biz Ermənistanın bu kimi fəaliyyətindən, faşizmə qalib gəlmək uğrunda həlak olan insanların xatirələrinə

göstərdikləri hörmətsizlikdən hiddətlənirik. Ümid edirik ki, siz bu işi öz nəzarətinizə götürəcəsiniz və hər zaman

olduğu kimi Böyük Vətən Müharibəsində həlak olan insanların əziz xatirəsinə hörmət göstərərək, Ermənistanın

təbliğ etdiyi faşizm ideologiyasına qarşı mübarizə aparacaqsınız"-deyə məktubda qeyd olunub.

05 iyul 2016

Page 85: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

85

"Bizim İttifaqımız heç vaxt siyasətə qarışmayıb"

Fizuli Məmmədov Azərbaycan və Rusiya prezidentlərinə müraciət etdi

"Dünya Azərbaycanlıları İttifaqı”nın (DAİ) Sədri Fizuli Məmmədov Azərbaycan və Rusiya

prezidentlərinə müraciət ünvanlayıb.

DAİ-dən Modern.az-a göndərilən müraciətdə deyilir:

Çox hörmətli İlham Heydər oğlu Əliyev!

Çox hörmətli Vladimir Vladimiroviç!

Sizə müraciət etməyə məni təşkilatımızın - Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları

İttifaqı” nın (‘’DAİ’’) bağlanması təhlükəsi vadar etdi. İttifaqımız təxminən 12 yaşındadır. Bu müddət ərzində

biz öz işimizi vicdanla yerinə yetirərək bir çox Rusiya və Azərbaycan vətəndaşlarının, eyni zamanda digər

ölkələrdəki çoxsaylı Azərbaycan diasporunun rəğbət və hörmətini qazanmışıq. Beynəlxalq statusa malik

İttifaqımızı məhz Rusiyada yaradaraq qarşımıza ən xoş məqsəd və vəzifələri qoymuşuq: bəşəri münasibətlər

səviyyəsində ‘’xalq diplomatiyası’’ yolu ilə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə və

Azərbaycan diasporunun Rusiya cəmiyyətinə sıx inteqrasiyasına kömək etmək. Mən hesab edirəm ki, bu gün

Rusiya və Azərbaycan arasındakı dostluq münasibətləri digər ölkələr üçün, ilk növbədə də bəzi postsovet

ölkələri və rusofobiyanın ağır formasından əziyyət çəkən və Rusiyanın hər xeyirxah niyyətində pis məna axtaran

Qərbi Avropa ölkələri üçün gözəl nümunə olmalıdır.

Bu gün Rusiya və Azərbaycan dövlətləri arasındakı yüksək dostluq və isti münasibətlər müttəfiqlik və strateji

xarakter daşıyır. Azərbaycan rəhbərliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun layiqli

oğlu - hazırkı Azərbaycan prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Rusiyanın milli

maraqlarını nəzərə alaraq və onlara hörmət edərək sözün əsl mənasında müstəqil və çoxşaxəli siyasət yeridir.

Ölkələrimiz arasındakı əlaqələr adi insani münasibətlər səviyyəsində də uğurla inkişaf edir. Rusiya ərazisində

yaşayan və işləyən Azərbaycan vətəndaşları Rusiyanı özlərinin ikinci doğma evi hesab edirlər, RF vətəndaşı

olan azərbaycanlılar isə əsl Rusiya vətənpərvərliyi nümayiş etdirərək rus dövləti və xalqı naminə Rusiyaya olan

sədaqətlərini və sevgilərini öz dürüst və inadkar zəhmətləri ilə sübut etməyə çalışırlar. Bizim

həmvətənlərimiz öz bilik, əmək və maliyyə resurslarını Rusiya iqtisadiyyatının inkişafına qoyaraq iqtisadi

cəhətdən Rusiyanı dünyanın ən çiçəklənən ölkəsi kimi görmək istəyirlər.

Biz Rusiyaya olan sevgimizi Rusiya şəhərlərində ticarət sahəsində çalışan azərbaycanlı iş adamlarına da

aşılamağa çalışırıq. Bununla əlaqədar olaraq "Dünya Azərbaycanlıları İttifaqı” yarandığı ilk gündən

həmyerlilərimiz üçün belə bir tezis irəli sürüb: “Rusiyanı sevirsənsə, onun qanunlarına əməl et və nümunəvi

vergi ödəyicisi ol”.

Bizim İttifaqımız heç vaxt siyasətə qarışmayıb və ictimai-humanitar məsələlərlə məşğul olur. Biz hər zaman

Azərbaycan və Rusiya prezidentlərinin siyasətlərinə hərtərəfli dəstək olmuşuq və olmağa davam edirik. Biz heç

zaman "Dünya Azərbaycanlıları İttifaqı” nın Rusiya və Azərbaycan hakimiyyətlərinə siyasi etimadsızlığı

kimi qiymətləndiriləcək kiçik bir səhvə də yol verməmişik. Ölkələrimizin Prezidentləri Vladimir Putin və

İlham Əliyev tərəfindən aparılan siyasəti tam dəstəkləyərək Rusiyada və Azərbaycanda ictimai-siyasi sabitlik

tərəfdarıyıq. Prezident İlham Əliyevin siyasəti göstərdi ki, Azərbaycan Rusiyanın yalnızca postsovet məkanında

yox, həm də bütün dünyada ən etibarlı və iqtisadi cəhətdən ən sərfəli strateji tərəfdaşıdır. Ondan başqa,

prezidentlər Heydər Əliyevin və İlham Əliyevin hərtərəfli dəstəyi, eyni zamanda Azərbaycan sərhədçilərinin və

xüsusi xidmət orqanlarının yüksək peşəkarlığı sayəsində qardaş Rusiya Şimali Qafqazda vəziyyəti

sabitləşdirməyə nail ola bildi. Lakin, son zamanlar Rusiya Fedarasiyasının Ədliyyə Nazirliyinin təşəbbüsü ilə

bizim təşkilatımız ətrafında baş verən dram heç cür Rusiya və Azərbaycan arasındakı dostluq və müttəfiqlik

münasibətləri salnaməsinə sığmır. Bu ilin yanvar-fevral aylarında "Dünya Azərbaycanlıları İttifaqında” RF

Ədliyyə Nazirliyi tərəfindən aparılan son ‘’planlı yoxlama’’ təşkilatımız üçün çox pis nəticələr yaratdı.

RF Ədliyyə Nazirliyi bu yoxlamanın yekunu olaraq Rusiya Ali Məhkəməsinə "Dünya Azərbaycanlıları İttifaqı’’

nın ləğv edilməsi tələbilə inzibati iddia göndərib. Rusiya Ali Məhkəməsi isə öz növbəsində RF Ədliyyə

Nazirliyinin müraciətinə gözlənilmədən baxmaq qərarı verib və "Dünya Azərbaycanlıları İttifaqı’’ nın işi

ilə əlaqədar bu ilin 1 dekabr tarixinə məhkəmə iclası təyin edib. Adətən Rusiya Ali Məhkəməsi kimi yüksək

məhkəmə instansiyalarında belə inzibati işlər aylarla öz növbəsini gözləyir. İttifaqımızın işi ilə bağlı RF

Ədliyyə Nazirliyinin sərt mövqeyi, həmçinin təşkilatımızın taleyini tez- tələsik həll etmək üçün Rusiya Ali

Məhkəməsinin hazırlığı bizə belə düşünməyə əsas verir ki, Rusiyanın müvafiq hakimiyyət strukturları ‘’DAİ’’

yə münasibətdə ədalətsiz mövqe tutublar.

Page 86: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

86

"Dünya Azərbaycanlıları İttifaqı’’ nın bundan sonrakı taleyi ilə bağlı narahatçılığımız bir neçə halla bağlıdır

ki, bu hallar dolayısı ilə RF Ədliyyə Nazirliyinin bizim İttifaqı bağlamağa çalışması qərarının ədalətsiz və qəribə

olmasına dəlalət edir. Birincisi, keçmiş planlı və digər yoxlamalardan fərqli olaraq son planlı yoxlama

başlanğıcdan daha miqyaslı idi. Və yoxlamanın tələbləri də bu dəfə çox sərt idi. Yoxlamanın gedişatında RF

Ədliyyə Nazirliyinin nümayəndələrinin İttifaqımızı bağlamaq, bizə isə qeyd edilən pozuntuları aradan qaldırmaq

üçün imkan verməmək istəyi açıq-aşkar hiss olunurdu. Bununla belə biz bütün çatışmazlıqları operativ olaraq

aradan qaldırdıq və bütün zəruri sənədləri tez bir zamanda RF Ədliyyə Nazirliyinə təqdim etdik.

İkincisi, təşkilatımızdakı son yoxlama zamanı ortaya çıxan pozuntular kritik deyildi, Rusiya Ali

Məhkəməsində baxılan ‘’DAİ’’ işinin inzibati xarakterli olması da əslində bunu göstərir. Bizim İttifaqımız

heç vaxt ciddi hüquq pozuntularına yol verməyib. Bizim işimizlə tanış olan hüquqşünaslar deyirlər ki,

təşkilatımız tərəfindən yol verilən həmin pozuntular standartdır və onlara demək olar ki, yoxlama zamanı digər

təşkilatların mütləq əksəriyyətində də rast gəlinir. Arqumentimin dəlilsiz olmaması üçün yoxlama zamanı ortaya

çıxan pozuntulara misal göstərirəm. Məsələn, bizi ‘’RF qanunvericiliyini və öz Əsasnaməmizin müddəalarını

kobud surətdə pozmaqda’’ ittiham etdilər. Ədliyyə Nazirliyinin hüquqşünaslarının ‘’kobud’’ hesab etdikləri

pozuntuların məğzi ondadır ki, İttifaqın adında onun fəaliyyətinin xarakteri göstərilməyib, İttifaqın

Əsasnaməsində isə sadalanan fəaliyyət növləri arasında yazılıb ki, o qanunvericiliklə qadağan edilməyən digər

fəaliyyət növləri ilə də məşğul ola bilər, eyni zamanda Əsasnamədə həddən artıq məqsəd və vəzifələr müəyyən

edilib. Halbuki, Rusiya dövlət orqanlarında qeydiyyat zamanı ictimai təşkilatların və digər qurumların

əsasnamələrində bu qədər həcmdə fəaliyyət növlərinin, məqsəd və vəzifələrin yazılması adi haldır. Bundan

başqa, RF Ədliyyə Nazirliyində ‘’DAİ’’ nin Əsasnaməsini sərt tənqid edərək, həm də bildirdilər ki,

burada İttifaqın rəmzləri təsvir edilməyib.

Amma, ‘’DAİ’’ nin Əsasnaməsində ortaya çıxan bütün bu çatışmazlıqlar onunla bağlıdır ki, həmin

əsasnaməni 11 il əvvəl elə həmin Ədliyyə Nazirliyi qəbul edib. Ötən müddət ərzində ictimai təşkilatların

fəaliyyətini tənzimləyən Rusiya qanunvericiliyi mütəmadi olaraq dəyişib və biz bu dəyişikliklərə heç də həmişə

vaxtında çatdırıb reaksiya verə bilməmişik. Son yoxlamadan sonra biz ‘’DAİ’’ nin Rusiya qanunvericiliyindəki

bütün yenilikləri nəzərə alan və bütün müasir tələblərə cavab verən Əsasnaməsini RF Ədliyyə Nazirliyinə

təqdim etdik. Buna baxmayaraq Ədliyyə Nazirliyində Əsasnaməmizin yeni redaksiyasına heç ümumiyyətlə

baxmadılar.

Bu arada qeyd edim ki, ‘’DAİ’’ nin fəaliyyəti barədə bütün zəruri hesabatlar tərəfimizdən tam həcmdə və

vaxtında müvafiq Rusiya dövlət orqanlarına verilib. Mövcud olduğu 11 il ərzində təşkilatımızı demək olar ki,

hər il bütün səlahiyyətli dövlət orqanları, o cümlədən Ədliyyə Nazirliyi yoxlamış və "Dünya Azərbaycanlıları

İttifaqı” nın fəaliyyətinə dair onların heç birinin ciddi iradları olmamışdır. Rusiyanın bütün səlahiyyətli orqanları

müəyyən etmişlər ki, ‘’DAİ’’ mütəmadi olaraq maliyyə uçotunu aparıb, aylıq və rüblük olaraq bütün zəruri

hesabatları vergi müfəttişliyinə və digər dövlət orqanlarına təqdim edib. Lakin, Ədliyyə Nazirliyi tərəfindən bu

il aparılan belə ‘’sərt’’ yoxlama ilə biz ilk dəfə qarşılaşırıq. Həm də, həmin idarənin ‘’DAİ’’ barəsində hər bir

yeni qərarı hətta bizim ən bədbin gözləntilərimizi də aşır. İcazənizlə, təşkilatımız haqqında qısa məlumatı

diqqətinizə çatdırmaq istəyirəm. Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” 09

mart 2005 ci ildə mən - Fizuli Məmməd oğlu Məmmədov tərəfindən bir sıra digər regional ictimai

təşkilatlarla və diasporla birgə təsis edilib. Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları

İttifaqı” hüquqi şəxs - ictimai təşkilatların beynəlxalq ittifaqıdır. Eyni zamanda ‘’DAİ’’ beynəlxalq statusa malik

ictimai təşkilatdır. Bu gün İttifaqımız ‘’DAİ’’ üzvlərinin olduğu və ya filial və nümayəndəliklərinin açıldığı

bütün ölkələrin ərazisində fəaliyyət göstərir. Xüsusilə hal-hazırda ‘’DAİ’’ Rusiyada, Türkiyədə və çoxsaylı

Azərbaycan diasporunun olduğu bir sıra Avropa və MDB ölkələrində öz nümayəndəliklərini açıb.

İndi bizə Rusiya Ali Məhkəməsinin qərarını gözləmək qalır. Biz qətiyyən Rusiya məhkəmə instansiyalarının

qərarlarının ədalətliliyinə və qanuniliyinə şübhə etmirik. Ancaq, RF Ədliyyə Nazirliyinin təşkilatımıza qarşı

gözlənilməz və olduqca sərt münasibəti qorxmağa əsas verir ki, RF Ali Məhkəməsində də tale bizdən üz

döndərə bilər. Bununla əlaqədar olaraq, Sizdən çox xahiş edirəm ki, "Dünya Azərbaycanlıları İttifaqı” na

münasibətdə ədalətin bərqərar olmasında və Rusiya və Azərbaycan xalqları naminə bundan sonrakı

fəaliyyətimizdə də öz dəstəyinizi göstərəsiniz.

Paralel.-2016.-29 noyabr-№ 214.-S.7

Page 87: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

87

Martın 5-də Polşanın paytaxtı Varşava şəhərində "Park Lajenkovski Hoteldə" Polşada Azərbaycanlı

Gənclər Şurasının (PAGŞ) 1-ci Forumu keçiriləcək. Forumda Krakov, Lodz, Vroclav, Poznan və başqa

şəhərlərində yaşayan gənclər də daxil olmaqla 150-yə yaxın qonağın iştirakı gözlənilir

Martın 5-də Polşanın paytaxtı Varşava şəhərində "Park Lajenkovski Hoteldə" Polşada Azərbaycanlı

Gənclər Şurasının (PAGŞ) 1-ci Forumu keçiriləcək. Forumda Krakov, Lodz, Vroclav, Poznan və başqa

şəhərlərində yaşayan gənclər də daxil olmaqla 150-yə yaxın qonağın iştirakı gözlənilir.

Forumun məqsədi Polşadakı azərbaycanlı gəncləri bir araya toplamaqla onlar arasında şəbəkə

yaratmaq və onu gücləndirmək, diaspor işində gəcnlərin fəaliyyətini artırmaq, soydaşlarımızın yerli cəmiyyətə

inteqrasiyası prosesində qarşıya çıxan problemləri müzakirə etmək, təkliflər vermək, eləcə də bu məsələləri

tədbirdə iştirak edəcək dövlət rəsmilərinin diqqətinə çatdırmaqdır.

Forumun birinci hissəsində qonaqların çıxışları, ikinci hissəsində isə gənclər və dövlət rəsmilərinin

iştirakı ilə panel müzakirələrin təşkil edilməsi planlaşdırılıb. Sonda tədbir iştirakçıları adından Polşa

Parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlanacaq.

23 fevral 2017

Page 88: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

88

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Tbilisidə etiraz aksiyası keçirilib

"Borçalı-İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisidə Xocalı

soyqırımının 25-ci ildönümü ilə əlaqədar yürüş-aksiya təşkil edilib. Aksiya iştirakçıları Rustaveli

metrostansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasının qarşısınadək yürüş edib.

Yürüş boyu “Qarabağa azadlıq”, “Xocalıya ədalət”, “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun” kimi

şüarlar səsləndirilib, Azərbaycan və Gürcüstan bayraqları dalğalanıb.

"Borçalı-İrəli" İctimai Birliyi tərəfindən Xocalı soyqırımının tanıtımı və təbliğatı üçün gürcü dilində cap

etdirilən 5 min ədəd buklet yolboyu Tbilsi sakinlərinə və qonaqlarına paylanılıb. Yürüş parlamentin qarşısında

Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.

Aksiyada Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Gürcüstan Azərbaycanlı Hüquqşünaslar

Assosiasiyasının sədri Əli Bədirov, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev,

İ.Javaxişivili adına Tbilisi Dövlət Universitetinin Azərbaycan otağının koordinatoru Leyla Əmrahova, fəal

gənclər, tələbələr və KİV nümayəndələri iştirak edib.

"Borçalı-İrəli" İctimai Birliyinin sədri Məhəbbət İmanov mediyaya açıqlama verərək bildirib ki,

aksiyanın keçirilməsində məqsəd əsrin ən dəhşətli soyqırımı olan Xocalını qətliamını gürcü ictimayyətinə, gürcü

gənclərinə və paytaxt sakinlərinə çatdırmaqdır. “Tədbirdə beynəlxalq hüquq təşkilatlarını Xocalı soyqırımına

hüquqi qiymət verməyə çağırdıq, Gürcüstan və Azərbaycanın işğal olunan torpaqlarının azad olunmasını tələb

etdik” – deyə M.İmanov bildirib.

Aksiya iştirakçıları sonda NATO və Avropa İttifaqının Gürcüstandakı İnformasiya Mərkəzinə, Gürcüstan

Qızıl Xaç Komitəsinə müraciət təqdim ediblər.

Yürüş-aksiya Gürcüstan mediasında geniş işıqlandırılıb.

27 fevral 2017

Page 89: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

89

Moldova Azərbaycanlıları Konqresi müraciət yayıb

Moldova Azərbaycanlıları Konqresi Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin

(ÜAK) ləğvinə dair yayılmış xəbərlərlə əlaqədar müraciət qəbul edib. Müraciətdə ÜAK-la bağlı yaranmış

vəziyyətə görə Moldova azərbaycanlılarının narahatlığı bildirilir. Qeyd olunur ki, 2001-ci ildə Rusiya

Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə yaradılan

ÜAK bu illər ərzində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə öz töhfələrini verib. Müraciətdə eyni zamanda

ÜAK-ın Rusyada yaşayan azərbaycanlıların mədəni və mənəvi əlaqələrinin qurulması, onların Rusiya cəmiyyətinə

inteqrasiyası istiqamətində böyük işlər gördüyü vurğulanır: “16 ildir ki, Ümumrusiya Azərbaycan Konqresinin

əsas məqsədi Rusiyada millətlərarası anlaşmanı möhkəmləndirmək və Rusiya ilə Azərbaycan arasında sosial-

iqtisadi və mədəni əməkdaşlığı inkişafına dəstək göstərməkdir”.

Moldova Azərbaycanlıları Konqresi əminliklə qeyd edir ki, ÜAK Rusiya qanunları çərçivəsində fəaliyyət

göstərərək dini və etnik tolerantlığın möhkəmləndirilməsinə, millətlərarası dostluğun və mədəniyyətlər arasında

dialoqun dərinləşıməsinə öz töhfələrini verib.

Moldovanın çoxminli Azərbaycan icması Rusiya Federasiyasının müfaviq qurumlarının hər iki ölkənin

milli maraqlarına uyğun olaraq obyektiv və ədalətli qərar verəcəyinə ümid edir. Moldova Azərbaycanlıları

Konqresi inanır ki, ÜAK-la bağlı veriləcək doğru qərar iki ölkənin strateji partnyorluq əlaqələrinin daha da

dərinləşməsinə xidmət edəcək.

06 aprel 2017

Page 90: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

90

Qazaxıstanda yaşayan soydaşlarımız Rusiyanın ədliyyə nazirinə müraciət edib

Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı Assosiasiyası Ümumrusiya Azərbaycan

Konqresi ilə bağlı Rusiya Federasiyasının (RF) ədliyyə naziri Aleksandr Konovalova müraciət edib. Müraciətdə

deyilir: “Hörmətli Aleksandr Vladimiroviç, biz, Qazaxıstan Respublikasında yaşayan azərbaycanlılar Ümumrusiya

Azərbaycan Konqresinin fəaliyyəti ilə bağlı yayılmış xəbələrə görə çox narahatıq. Məsələnin səbəblərinin aydın

olmaması isə bizi daha çox məyus edir”.

Mövcud olduğu bu illər ərzində ÜAK-la sıx əməkdaşlıq etdiklərini xatırladan Qazaxıstandakı

soydaşlarımız təşkilatın iki dost ölkənin - Rusiya və Azərbaycanın mənafeyi üçün çox səmərəli xidmət göstərdiyini

vurğulayır: “ÜAK uzun illər ərzində dostluq və həmrəylik münasibətlərində olan iki ölkənin mədəni, mənəvi

dəyərlərinin mübadiləsində vacib rol oynayıb və oynayır”.

Rusiya ədliyyə nazirinə ünvanlanmış müraciətdə daha sonra deyilir: “Bu gün, Azərbaycan Respublikası və

onun Prezidenti İlham Əliyevin tolerantlıq və anlaşma siyasəti yürütdüyü bir vaxtda ÜAK-la bağlı yayılmış

xəbərlər narahatlıq doğurur. Biz, Qazaxıstanda yaşayan azərbaycanlılar Sizdən xahiş edirik ki, bizim

narahatlığımızı Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə çatdırasınız və ÜAK-ın qorunub

saxlanılması ilə bağlı həmrəylik nümayiş etdirəsiniz".

Qazaxıstanda yaşayan azərbaycanlılar A.Konovalovun diqqətinə çatdırır ki, ÜAK-ın ləğvi iki dost ölkənin

prezidentləri İlham Əliyevlə Vladimir Putinin sayəsində uzun illərdir qorunan, inkişaf edən münasibətlərə xələl

gətirə bilər.

Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı Assosiasiyası müraciətin sonunda Rusiya

Federasiyasının ədliyyə naziri Aleksandr Konovalovun yaranmış vəziyyətlə bağlı anlayış nümayiş etdirəcəyinə və

problemin həllinə yardım göstərəcəyinə ümid etdiyini bildirir.

07 aprel 2017

Page 91: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

91

Belarus Azərbaycan İcmaları Konqresi Rusiyanın dövlət orqanlarına müraciət ünvanlayıb

Belarus Respublikasındakı Azərbaycan İcmaları Konqresi Rusiya Federasiyası Prezidentinin

Administrasiyası, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi, Rusiya Federasiyasının Ali Məhkəməsinə bəyanat

ünvanlayıb.

“Azərbaycan İcmalar Konqresi” Beynəlxalq İctimai Birliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK)

ləğvi ilə əlaqədar dərin narahatlığını ifadə edib. Bəyanatda bildirilir: “Bizim üçün sirr deyil kİ, bütün bu təxribat

xarakterli fəaliyyətin arxasında Rusiya və Azərbaycan arasındakı dostluq münasibətlərinə xələl gətirən insanlar və

təşkilatlar dayanır. Azərbaycan İcmalar Konqresi uzun illərdir ÜAK ilə əməkdaşlıq edir. On ildən artıqdır fəaliyyət

göstərən təşkilat ikitərəfli əlaqələrin möhkəmləndirilməsi işində özünəməxsus körpü rolunu oynayır”.

Bəyanatda həmçinin vurğulanır ki, ÜAK öz fəaliyyətini hər zaman Rusiya Federasiyası qanunvericiliyi

çərçivəsində qurub. Öz fəaliyyəti çərçivəsində ictimaiyyəti doğma vətənin milli, mədəni və mənəvi dəyərləri ilə

yaxından tanış edib.

“Biz, Belarus azərbaycanlıları respublikamızın müxtəlif diaspor nümayəndələri ilə birgə rus diasporu ilə

dostluq münasibətləri saxlayır və birlikdə çoxsaylı aksiyalar həyata keçirirk. Heç bir şey bizim qardaşlıq

münasibətlərimizə təsir edə bilməz” – deyə bəyanatda qeyd edilir.

19 may 2017

Page 92: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

92

Almaniyadakı Azərbaycan diasporu Rusiya Prezidentinə müraciət edib

Almaniyada fəaliyyət göstərən bir sıra Azərbaycan diaspor təşkilatları – Drezdendəki Alm.Az Cəmiyyəti,

Saksoniya-Anhaltdakı Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti və Avropa Əməkdaşlıq Forumu Təşkilatı İdarə

Heyətinin üzvləri Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin qeydiyyatı ilə əlaqədar Rusiya Federasiyası

Prezidenti Vladimir Putinə müraciət qəbul edib.

Almaniyadakı Azərbaycan diasporunun bəyanatında deyilir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər

hər zaman yüksək səviyyədə olub və bütün sahələrdə səmərəli əməkdaşlıq mövcuddur: “Bu münasibətlərin

qorunub saxlanılmasına iki ölkə prezidentinin qarşılıqlı anlaşması öz töhfəsini verməkdədir. Azərbaycan

beynəlxalq təşkilatlar çərçivəsində Rusiya ilə əməkdaşlığı inkişaf etdirərək bu ölkənin bölgədəki strateji

maraqlarını hər zaman nəzərə alıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin

daxili siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisində rus icmasının, rus təhsil mərkəzlərinin fəaliyyəti,

rus dili və mədəniyyəti qorunub saxlanılıb, rus əhalinin tam hüquqlarının qorunması üçün bütün şərait yaradılıb”.

Almaniyada yaşayan azərbaycanlılar hesab edir ki, bütün bunlara baxmayaraq, Rusiyadakı Azərbaycan

əleyhinə olan qüvvələr təxribatçı fəaliyyətlərini gücləndirərək münasibətlərə kölgə salmaq üçün əlindən gələni

edir. “Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi barədə

verdiyi qərarı subyektiv xatakterlidir və göstərilən dəlillər qeydiyyatın ləğvi üçün kifayət deyil”.

Almaniyadakı Azərbaycan diasporu Rusiya dövlət başçısından xahiş edir ki, ədaləti bərpa edərək ÜAK-ın

qeydiyyatının bərpasına dəstək göstərsin. Bu, Rusiya və Azərbaycan əlaqələrinə böyük töhfə ola bilər. Sonda

diaspor təşkilatları kütləvi informasiya vasitələrini və ictimai təşkilatları tələsik adımlar atmamağa, Rusiyanın bəzi

dövlət orqanlarını isə anti-Azərbaycan qüvvələrinin təsirinə düşməməyə çağırır.

22 may 2017

Page 93: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

93

Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb

Kanada Azərbaycan Tədqiqatları İnstitutu Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğvi

ilə bağlı Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrova məktub ünvanlayıb.

Məktubda Kanada Azərbaycan Tədqiqatları İnstitutunun Azərbaycanın ən böyük diaspor təşkilatı olan

Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı Rusiya Federasiyasının Ali Məhkəməsinin 15 may 2017-ci il tarixli

qərarı ilə bağlı dərin narahatlığı ifadə olunub. “Rusiya və Azərbaycan arasında dərin dostluq münasibətləri və

geniş əməkdaşlıq mövcuddur. Rusiyadakı azərbaycanlıların meydana çıxan yeni situasiyaların və qlobal

problemlərin öhdəsindən gəlmək üçün Rusiyada belə bir Konqres təşkil etməsi vacib bir faktdır. Konqresin

fəaliyyəti ilə Azərbaycan-Rusiya dostluğu və qarşılıqlı səmərəli əməkdaşlığı daha da güclənir və inkişaf edir.

Konqres hər iki ölkəyə dostluq əlaqələrinin daha da irəliləməsi, Rusiya və Azərbaycanda sülh və inkişafın daha da

yüksəlməsi üçün stimul verib” - deyə məktubda bildirilib.

Məktubda qeyd olunub ki, Ali Məhkəmənin bu qərarı olduqca ədalətsizdir və iki ölkə arasındakı strateji

əməkdaşlığaziddir. “Biz Rusiya hökumətini bu məsələyə müdaxilə etməyə çağırırıq” - deyə məktubda vurğulanıb.

22 may 2017

Page 94: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

94

İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib

İsveçrədə Azərbaycanlıların Mədəniyyəti Dərnəyi Rusiya Federasiyasının Preizdenti, Rusiya

Federasiyasının Ali Məhkəməsi, Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə Ümumrusiya Azərbaycan

Konqresinin qeydiyyatının ləğvi ilə bağlı bəyanat ünvanlayıb.

Bəyanatda ÜAK-ın qeydiyyatının ləğvi məsələsi ilə bağlı dərin təəssüf hissi ifadə olunub. “İsveçrədə

yaşayan azərbaycanlıları birləşdirən böyük bir təşkilat kimi bilirik ki, diasporla işin qurulması, vətənlə mədəni

əlaqələrin qorunub saxlanılması çətindir. Ümumrusiya Azərbaycan Konqresinin də işinin necə çətin olduğunu

bilirik”.

Müraiəctdə daha sonra deyilir: “İnsanların ruh yüksəkliyi ilə yaradılan, öz mədəni əlaqələrini qoruyub

saxlayan və ölkənin qanunları ilə cəmiyyətdə harmoniya şəklində yaşamağı arzulayan bir təşkilat kimi sizi bu

qərarın nəticələri barədə düşünməyə çağırırıq. Bu qərarla siz Rusiya Federasiyasının ərazisində yaşayan insanları

dilini və mədəniyyətini öyrənməkdən, bayramlarını qeyd etməkdən və tarixi vətənlə mədəni əlaqələrini qoruyub

saxlamaqdan məhrum edə bilərsiniz”.

Bəyanatda Rusiya Federasiyasının dövlət strukturlarının bütün millətlərə və etnik qruplara tolerant

münasibətini bilərək bu anlaşılmazlığın tezliklə həll olunacağına, Ümumrusiya Azərbaycan Konqresinin yenə də

Rusiyada Azərbaycan diasporunu fəxrlə təmsil edəcəyinə inam ifadə olunub.

22 may 2017

Page 95: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

95

"Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti" Rusiya Federal Məclisinə müraciət edib

"Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti" Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə

bağlı Rusiya Federal Məclisinə müraciət edib. Müraciətdə bildirilir ki, Azərbaycan və Rusiya arasında müxtəlif

sahələr üzə uzun tarixə malik yaxın əlaqələr mövcuddur. Bu əlaqələr tək iqtisadi maraqlara deyil, həm də mənəvi

və mədəni bağlara əsaslanır. Lakin bu münasibətləri qəbul etməyən qüvvələr - ermənilər daim xalqlarımız

arasındakı dostluq əlaqələrinin inkişafına mane olmağa çalışıblar.

“Ölkələrimiz arasındakı qarşılıqlı dostluq münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qədər yüksəlib.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus icmasının hüquqlarının,

mədəni irsinin, rus dilinin, rus təşkilatlarının müdafiəsi üçün çox vacib addımlar atıb. Azərbaycanın ən böyük

diaspor təşkilatının qeydiyyatının ləğvi multikultural və çoxmillətli Rusiya cəmiyyətinin xarakterinə ziddir. Bu

təşkilatda təmsil olunan azərbaycanlılar Rusiya Federasiyasının vətəndaşlarıdır. Bu təşkilat həm də sizin

təşkilatdır”.

Bəyanatda daha sonra deyilir ki, ÜAK ümummilli lider Heydər Əliyev və Rusiya Prezidenti Vladimir

Putinin dəstəyi ilə yaradılıb və qeydiyyatın ləğvi iki ölkə arasındakı əlaqələrə mənfi təsir göstərə bilər. Şimali

Kiprdəki Azərbaycan diasporu ümid edir ki, iki xalqın dostluq və qardaşlıq münasibətlərinə kölgə sala biləcək bu

qərara yenidən baxılacaq və ədalətli addım atılacaq.

24 may 2017

Page 96: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

96

İsveç azərbaycanlıları Rusiya Prezidentinə müraciət edib

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə əlaqədar İsveç Azərbaycanlıları

Konqresi Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Müraciətdə təşkilatın bağlanmasından dərin narahatlıq

ifadə olunaraq bildirilir ki, 2001-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Rusiya

Federasiyasının Prezidenti Vladimir Putin dəstəyi ilə yaradılan ÜAK bu illər ərzində ikitərəfli əlaqələrin

möhkəmləndirilməsinə öz töhfələrini verib. Müraciətdə həmçinin, ÜAK-ın Rusyada yaşayan azərbaycanlıların

mədəni və mənəvi əlaqələrinin qurulması, onların Rusiya cəmiyyətinə inteqrasiyası istiqamətində böyük işlər

gördüyü vurğulanır.

Müraciətdə Ümumrusiya Azərbaycan Konqresinin 16 ildir Rusiya qanunları çərçivəsində fəaliyyət

göstərərək millətlərarası dostluğun, dini və etnik tolerantlığın möhkəmləndirilməsinə, mədəniyyətlər arasında

dialoqun dərinləşıməsinə, eləcə də Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın

inkişafına dəstək göstərməsi qeyd edilir.

İsveç Azərbaycanlıları Konqresi Rusiya Federasiyası Ali Məhkəməsinin ÜAK-ın ləğvinə dair qərarından

təəssüfləndiyni bildirir və hesab edir ki, bu qərar strateji tərəfdaşlıq əlaqələrinin olduğu Rusiya ilə Azərbaycanın

milli maraqlarına uyğun deyil. Konqres üzvləri Rusiyanın bəzi dövlət orqanlarını erməni lobbisinin təsirinə

düşməməyə, ÜAK-la bağlı qərarın ləğvinə kömək göstərməyə çağırır.

24 may 2017

Page 97: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

97

Danimarkadakı Azərbaycan diasporu beynəlxalq təşkilatlara müraciət edib

Danimarkada fəaliyyət göstərən “Vətən” cəmiyyəti iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən

Füzuli rayonunun Alxanlı kəndinin iri çaplı silahlardan şiddətli atəşə tutulması nəticəsində mülki şəxslərin

öldürülməsi ilə bağlı müxtəlif qurumlara məktub ünvanlayıb.

BMT-nin baş katibi Antonio Quterreşə, Avropa Parlamentinin baş ofisinə, İnsan Hüquqları üzrə Avropa

Məhkəməsinə, Danimarka parlamentinin spikeri Mogens Likketofta, habelə parlamentin xarici siyasət komitəsinin

sədri Mette Gyerskova və ATƏT-in Minsk qrupunun həmsədrlərinə göndərilən məktubda diqqətə çatdırılıb ki, baş

verən hadisə nəticəsində mülki şəxslər - Quliyeva (Allahverdiyeva) Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı

Quliyeva Zəhra Elnur qızılı öldürülüb, Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Bu qanlı cinayətin qəti şəkildə pisləndiyi məktubda belə halların Azərbaycan ərazilərinin işğalı ilə birlikdə

beynəlxalq hüquq normalarına tam zidd olduğu xüsusi vurğulanıb. Bütün bu vəhşiliklərin azərbaycanlılara qarşı

aparılan məqsədyönlü siyasətin tərkib hissəsi olduğunun qeyd edildiyi məktubda bunun Ermənistan hakimiyyətinin

terrorist mahiyyətini göstərdiyi bildirilib.

“Vətən” cəmiyyəti dünya birliyini və beynəlxalq təşkilatları baş verən hadisəyə biganə qalmamağa və

Ermənistan tərəfinin əl atdığı digər qanunsuz addımlara və Azərbaycan ərazilərini işğal etməsi faktı ilə bağlı daha

sərt reaksiya verməyə çağırıb.

06 iyul 2017

Page 98: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

98

Avropa Azərbaycanlıları Konqresi Ermənistanın növbəti təxribatı ilə əlaqədar aksiya keçirəcək

Avropa Azərbaycanlıları Konqresi (AAK) Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun

Alxanlı kəndində dinc sakinlərin öldürülməsinə etiraz əlaməti olaraq, Brüsseldə Avropa Parlamenti və Ermənistan

Səfirliyi qarşısında etiraz aksiyası keçirəcək. Aksiyada beynəlxalq ictimaiyyətdən işğalçı ölkənin cinayətkar

əməllərinə lazımi qiymət verilməsini tələb edən şüarlar səsləndiriləcək. Aksiyanın keçirilməsi ilə bağlı artıq yerli

orqanlara müraciət göndərilib.

Qeyd edək ki, artıq Avropa Azərbaycanlıları Konqresi (AAK) tərəfindən Avropa İnstitutlarına, beynəlxalq

təşkilatlara, Ermənistanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə etiraz məktubları ünvanlanıb,

bəyanatlar göndərilib. Bu qanlı cinayətin qəti şəkildə pisləndiyi məktub və bəyanatlarda Avropa

azərbaycanlılarının baş verən hadisələrdən dərin narahatlıq hissi keçirdikləri ifadə olunub, belə halların beynəlxalq

hüquq normalarına tam zidd olduğu vurğulanıb.

Eyni zamanda, erməni vəhşiliklərinin azərbaycanlılara qarşı aparılan məqsədyönlü siyasətin tərkib hissəsi

olduğu qeyd edilib və bunun Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini göstərdiyi bildirilib. AAK dünya

birliyini və beynəlxalq təşkilatları baş verən hadisəyə biganə qalmamağa və Ermənistan tərəfinin həyata keçirdiyi

digər qanunsuz əməllər və Azərbaycan ərazilərini işğal etməsi faktı ilə bağlı daha sərt reaksiya verməyə çağırıb.

06 iyul 2017

Page 99: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

99

Qazaxıstanın Azərbaycanlı gəncləri BMT və ATƏT-ə müraciət ediblər

Qazaxıstan Respublikasının Heydərçi Azərbaycanlı Gənclər Təşkilatı iyulun 4-də Ermənistan silahlı

qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan şiddətli atəşə tutulması nəticəsində

mülki şəxslərin öldürülməsi ilə bağlı BMT və ATƏT-ə yazılı müraciət ediblər. Müraciətdə Azərbaycan

torpaqlarını işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatı pislənilib.

Eyni zamanda, baş verən hadisənin beynəlxalq birlik və xaricdəki azərbaycanlılar tərəfindən narahatlığa

səbəb olduğu vurğulanıb və bildirilib ki, Qazaxıstandakı Azərbaycan diasporu bu hadisəni insanlıq əleyhinə

yönəlmiş dəhşətli cinayət hesab edir.

Müraciətin sonunda Gənclər təşkilatının nümayəndələri BMT və ATƏT rəsmilərini baş verən hadisəyə

biganə qalmamağa və Ermənistanın bu əməllərinə sərt reaksiya verməyə çağırıb.

06 iyul 2017

Page 100: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

100

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən 2012-2017-ci illərdə Bolqarıstan Respublikasının

Prezidenti Rosen Plevnelievdən 1997-2002-ci illərdə Albaniya Respublikasının Prezidenti Recep

Meydanidən 2007-2011-ci illərdə Latviya Respublikasının

Prezidenti Valdis Zatlersdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində atəşkəsin növbəti dəfə pozulması və günahsız insanların,

xüsusən də körpə qızın qətlə yetirilməsi və mülki əhaliyə dəyən ziyan bizi hədsiz dərəcədə kədərləndirdi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından Sizə dərin hüznlə başsağlığı verir və həmçinin cəbhə

bölgəsində vəziyyətin gərginləşməsindən dərin narahatlığımızı bildiririk. Ermənistanın 1994-cü ildə əldə olunmuş

atəşkəs rejimini tez-tez pozması azərbaycanlı uşaqlar da daxil olmaqla mülki əhalinin ölümünə səbəb olur.

Ermənistan ordusunun azərbaycanlı mülki əhaliyə və obyektlərə qarşı bu hücumları beynəlxalq humanitar hüququn

və insan haqlarının ciddi şəkildə pozulması deməkdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təcrübəli və peşəkar üzvləri kimi münaqişənin davamlı sülh və

dialoq yolu ilə həlli məsələsində Sizə dəstək olmağa hazırıq.

Cənab Prezident, xahiş edirik başsağlığı diləyimizlə bərabər, ən yüksək ehtiramımızı qəbul edin.

Hörmətlə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri:

Rosen Plevneliev,

2012-2017-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti

Recep Meydani,

1997-2002-ci illərdə Albaniya Respublikasının Prezidenti

Valdis Zatlers,

2007-2011-ci illərdə Latviya Respublikasının Prezidenti

07 iyul 2017

Page 101: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

101

2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti, Xorvatiya-Azərbaycan Dostluq

Cəmiyyətinin sədri Stepan Mesiçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi vəziyyətin kəşkinləşməsi ilə

bağlı dərin narahatlığımı ifadə edim.

Münaqişə zonasında mülki şəxslərin – iki yaşlı Zəhranın və onun nənəsinin həlak olması xəbəri ilə bağlı

Sizə dərin hüznlə başsağlığı verirəm.

Tezliklə atəşkəs rejiminin bərpa olunmasına, həlli uzanmış bu münaqişənin beynəlxalq hüququn norma və

prinsiplərinə, xüsusilə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində və BMT Təhlükəsizlik Şurasının

müvafiq qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə uyğun olaraq həllinə ümid edirəm.

Hörmətlə,

Stepan Mesiç

2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti,

Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri

07 iyul 2017

Page 102: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

102

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, İsrailin keçmiş Prezidenti və parlamentin sabiq spikeri

Dalia İtzikdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Bu kədərli günlərdə Sizə dəstəyimizi bildirməyi və ölkələrimiz arasındakı möhkəm dostluğu vurğulamağı

vacib hesab etdim.

Zati-aliləri, icazə verin son günlərdə həyatlarını itirənlərlə bağlı başsağlığımı çatdırım və yaralananların

tezliklə şəfa tapmalarını diləyim.

Təəssüf ki, mənim xalqım da münaqişə və itkilərin ağrısını yaxşı bilir. Bu illər ərzində xalqlarımız

əsgərlərinin və mülki əhalisinin canı və qanı bahasına əsas problemlərin öhdəsindən gəlməyi öyrənib.

İndi, Sizin gözəl ölkəniz yeni çağırışla üzləşməyə məruz qalır. Lakin təcrübəmiz bizə inamlı olmağı və heç

vaxt qorxmamağı öyrədib. Heç şübhəm yoxdur ki, Siz güclü rəhbərliyiniz və zəkanızla xalqınızı daha uzun illər

hər kəs üçün sülh və rifah təmin edəcək doğru yolla irəli aparacaqsınız.

İcazə verin, dostlarınız kimi Sizə bir daha həqiqi dəstəyimizi və fikirlərimizi bildirim. Hər zaman Sizə

kömək etməyə hazıram.

Hörmətlə,

Dalia İtzik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü,

İsrailin keçmiş Prezidenti və parlamentin sabiq spikeri

07 iyul 2017

Page 103: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

103

Avstraliya Azərbaycanlıları Xarici İşlər nazirinə müraciət ünvanlayıb

Avstraliyada fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyası Ermənistan ordusunun

Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın və

nəvəsi 2 yaşlı Zəhranın həlak olması, Sərvinaz Quliyevanın isə yaralanması faktları ilə bağlı Avstraliyanın Xarici

İşlər naziri xanım Culi Bişopa müraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə

qədər ciddi təhlükə olduğunu, eyni zamanda, Ermənistan dövlətinin terrorçu və işğalçı mahiyyətini bir daha ortaya

qoyur.

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya

zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarını, beynəlxalq

humanitar hüququ və insan haqlarını, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarını və ona 1 saylı Əlavəni,

həmçinin uşaqların hüquqlarına dair və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair

Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir” –deyə müraciətdə bildirilir.

Müraciətdə diqqətə çatdırılıb ki, beynəlxalq təşkilatlar, o cümlədən dünya ictimaiyyəti bu faciəyə biganə

qalmamalı, beynəlxalq hüququn tələblərinə uyğun olaraq təcavüzkar Ermənistana qarşı sərt tədbirlər görməlidir.

07 iyul 2017

Page 104: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

104

Qırğızıstandakı Azərbaycan diaspor təşkilatları beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və "Xəzər" İssık Kul

Azərbaycanlıları İctimai Birliyi Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi

təxribat ilə əlaqədar keçirdiyi tədbirdə beynəlxalq təşkilatlara və dünyanın aparıcı dövlətlərinin liderlərinə müraciət

ünvanlayıblar.

Müraciətdə bildirilib ki, Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan torpaqlarının

azad olunması ilə bağlı BMT-nin 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, Ermənistanın işğalçı siyasəti bu

gün də davam etməkdədir. "Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhalini, o cümlədən uşaqları hədəfə alaraq

bölgədə gərginliyin daha da artırılmasına yönəlmiş təxribat xarakterli fəaliyyətlərini davam etdirir.”-deyə

müraciətdə qeyd olunub.

Müraciət müəllifləri Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi

təxribatı qətiyyətlə pisləyərək və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, Avropa İttifaqını, Avropa Şurasını,

ATƏT-in Minsk qrupunu, İslam Əməkdaşlıq Təşkilatını və dünyanın aparıcı dövlətlərinin liderlərini mülki

şəxsləri, məsum körpələri, qadın və qocaları hədəf seçən bu terror və vandalizm cinayətini törədənlərin tezliklə

cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırıblar.

Müraciətdə həmçinin bildirilib: “Ötən ilin aprel ayında təmas xəttində baş verən təxribatlar zamanı Ali Baş

Komandan Prezident İlham Əliyevin ətrafında sıx birləşmiş Azərbaycan xalqının ordu və dövlətlə birliyini,

qalibiyyət əzmini, haqq-ədalətin bərpası, Vətən torpağı uğrunda hər an şəhid olmağa hazır olduğunu bütün dünya

gördü. Biz indi də Ali Baş komandan Prezident İlham Əliyevin yanındayıq, istənilən vaxt əlimizə silah alıb qisas

almağa, işğal altındakı torpaqlarımızı azad etməyə hazırıq.”

07 iyul 2017

Page 105: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

105

Niderlandda fəaliyyət göstərən diaspor təşkilatları beynəlxalq qurumlara etiraz

məktubları göndərib

Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Avropa Azəbaycanlı Qadınlar Birliyi və “Odlar

yurdu” Cəmiyyəti Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyən

bəyanat yayıblar.

Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı

qumbaraatanlardan atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il

təvəllüdlü Quliyeva Zəhra Elnur qızı qətlə yetirilməsini pisləyən etiraz bəyanatları insan hüquqlarının müdafiəsi ilə

məşğul olan beynəlxalq təşkilatlara ünvanlanıb.

Bəyanatda bu faciənin Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi

təhlükə olması, eyni zamanda Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha açması vurğulanır.

Niderlanndakı soydaşlarımız dünya ictimaiyyətini atəşkəs dövründə baş verən təxribatlara, hücumlara və dinc

əhalinin qətlə yetirilməsinə lazımi reaksiya verməyə, bütün bu ədalətsizliklərə biganə qalmamağa çağırıb.

Etiraz məktubunda, həmçinin, 1992-ci ildə baş verən Xocalı soyqırımının birbaşa icraçısı olan

Ermənistanın indiki prezidenti Sarkisyanın Azərbaycan xalqına qarşı dünyanın gözləri qarşısında eyni soyqırımı

siyasətini davam etdirdiyi diqqətə çatdırılır. Müraciətin sonunda qeyd olunur ki, bu hadisənin baş verməsi bir daha

Ermənistan bölgədə sabitlik və əmin-amanlığa ciddi təhlükə və münaqişənin dinc yolla nizamlanması proseslərinə

maneə olduğunu göstərir.

Bəyanat BMT-yə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, Avropa Parlamentinə, Avropada

Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurası Parlament Assambleyasına göndərilib.

07 iyul 2017

Page 106: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

106

Münhendə etiraz aksiyası keçirilib

İyulun 7-də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatına

etiraz olaraq, Almaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilib.

Aksiyadan öncə azərbaycanlı və türk icmasının nümayəndələri Münhenin mərkəzi məscidində Qafqaz

Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin çağırışına uyğun olaraq cümə namazı

zamanı 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələrini yad edib, onların

şəninə Quran oxuyub, ruhları üçün dualar ediblər.

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Bavariya Türk Dərnəkləri Federasiyası birgə

təşkilatçılığı ilə şəhərin mərkəzində keçirilmiş etiraz aksiyasında Ermənistanın işğalçılıq və soyqırımı siyasəti,

təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin erməni gülləsindən həyatını itirməsi

barədə hadisə dünya birliyinin diqqətinə çatdırılıb. Aksiyada çıxış edən Münhen Azərbaycanlıları Mədəniyyət

Mərkəzinin rəhbəri Səttar Kərimov və Bavariya Türk Dərnəkləri Federasiyasının sədri Mahir Zeytinoğlu dünya

dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıblar. Qeyd edək

ki, aksiya Almaniyada nəşr olunan türkdilli qəzetlər tərəfindən də geniş işıqlandırılıb.

Aksiyanın sonunda Münhen şəhərinin azərbaycanlı və türk icması adında beynəlxalq təşkilatlara

ünvanlanmış müraciət qəbul olunub. Müraciətdə dünya birliyindən Ermənistanın işğalçılıq siyasətinə son

qoyulması üçün qəti tədbirlər görülməsi tələb edlib, beynəlxalq ictimaiyyətin baş verənlərə laqeyd qalmasının

Ermənistanın daha ağır cinayətlər törətməsinə səbəb olacağından narahatlıq ifadə olunub.

07 iyul 2017

Page 107: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

107

Türkiyədən və Azərbaycandan olan tanınmış ziyalılar beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar

Ankarada Türkiyə və Azərbaycandan olan bir qrup ziyalı Füzuli rayonunun Alxanlı kəndinin sakinləri

Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın erməni hərbçiləri tərəfindən vəhşicəsinə qətlə

yetirilməsi faktı ilə bağlı mətbuat konfransı keçirib.

Yeni Türkiyə Strateji Araşdırmaları Mərkəzində təşkil olunan mətbuat konfransında iştirak edən tanınmış

alimlər və siyasətçilər Füzuli rayonunun Alxanlı kəndində törədilən qanlı hadisə ilə bağlı beynəlxalq ictimaiyyətə

ünvanlanan bəyanat imzalayıblar. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, professor Aygün Əttar

media təmsilçilərini ziyalılar adından beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatın mətni ilə tanış edib.

Bəyanatda diqqətə çatdırılır ki, Alxanlı kəndində baş vermiş qanlı hadisə ermənilərin Xocalı soyqırımı da

daxil olmaqla, Azərbaycan xalqına qarşı törətdikləri amansız cinayətlərin davamıdır. Bu, Ermənistanın dövlət

səviyyəsində həyata keçirdiyi daha bir terror aktıdır.

Müraciətdə deyilir: “Biz, dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT-ni, Avropa İttifaqını,

Avropa Şurasını və ATƏT-i dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün,

nəhayət, biganəliyə son qoymağa, təcavüzkar Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarından silahlı

qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırırıq. Regionda sülhün, sabitliyin, əmin-

amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad

olunmasıdır”.

İyulun 20-dək imza üçün açıq olan bəyanatın mətni BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, o

cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin Türkiyədəki diplomatik nümayəndəliklərinə

göndəriləcək.

İstanbul, 8 iyul 2017,

АZƏRTAC

Page 108: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

108

Azərbaycanlılar Berlində etiraz aksiyası keçirdi

Berlin Azərbaycan Evinin və Azərbaycanlı Tələbələr və Elmi İşçiləri Birliyinin təşkilatçılığı ilə Berlin

şəhərinin Branderburq qapıları meydanında Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonun Alxanlı kəndində

törətdiyi hərbi təxribatla əlaqədar piket keçirib.

Aksiyada Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün beynəlxalq ictimaiyyətdən qəti addımlar

atmağı tələb edilib. Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı

qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il

təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsinin insanlıq əleyhinə cinayət olduğunu vurğulayan

soydaşlarımız Ermənistana qarşı sərt sanksiyalar tətbiq edilməsinin zəruriliyini vurğulayıblar.

Aksiya iştirakçıları dünya azərbaycanlılarının torpaqların işğaldan azad olunması üçün Azərbaycan

dövlətinin atdığı bütün addımları dəstəklədiyini ifadə ediblər. Qeyd olunub ki, Azərbaycan torpaqlarının işğaldan

azad olunması regionda davamlı sülhün və sabitliyin təmin olunmasının yeganə yoludur.

Piketin sonunda iştirakçılar adından dünya ictimaiyyətinə ünvanlanmış müraciət qəbul olunub.

08 iyul 2017

Page 109: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

109

Alman-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri Almaniya Bundestaqına müraciət edib

Almaniyanin Bonn şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri

Ermənistan ordusunun növbəti təxribatı ilə bağlı Almaniya Bundestaqına müraciət ediblər. Müraciətdə bildirilib ki,

Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu zamanı Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi

Zəhranın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın ağır yaralanması ilə nəticələnən bu hadisə Bonn şəhərindəki

azərbaycanlıların narahatlığına səbəb olub. “Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması, xüsusilə də,

münaqişə çərçivəsində ağır silahlarla mülki əhaliyə qarşı hücumlar edilməsi, beynəlxalq humanitar hüquqa və

insani dəyərlərə ziddir. Ona görə də, dünya ictimaiyyəti 2 yaşlı günahsız körpənin və yaşlı qadının öldürülməsinə

səssiz qalmamalıdır. Mülki əhaliyə qarşı hücumları qətiyyətlə pisləyir, hücum zaman həyatlarını itirənlərə

Allahdan rəhmət, yaralılara şəfa diləyirik”,-deyə müraciətdə bildirilib.

Müraciətdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti, 2016-cı

il aprel ayında təcavüzkar dövlətin təmas xəttindəki təxribatları haqda məlumat verilib. Qeyd edilib ki, bu

əməllərlə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmədiyini bir daha sübut edir.

Müraciətdə, həmçinin Xocalı soyqırımına da toxunulub. "Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə

zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən

insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu",-Ermənistan prezidenti Serj Sarkisyanın 2000-

ci ildə Qarabağ üzrə tanınmış britaniyalı ekspert Tomas de Valla verdiyi müsahibə zamanı işlətdiyi bu ifadələr

Ermənistan hakimiyyətinin yürütdüyü işğalçı siyasətin bariz nümunəsidir. Bu siyasət bu gün də Sarkisyanın

rəhbərliyi altında davam etdirilir”- deyə bildirilib.

10 iyul 2017

Page 110: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

110

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Viktor Yuşşenkodan və Leonid Kravçukdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident, əzizimiz İlham Heydər oğlu!

İcazə verin, Azərbaycan üçün bu ağır günlərdə, Dağlıq Qarabağda yenə də dinc azərbaycanlı sakinlərin

həlak olduğu, münaqişənin isə yenidən qızışdığı bir vaxtda Sizə və xalqınıza möhkəm dəstəyimizi ifadə edək.

Təcavüzkarın və onun mütəffiqlərinin belə addımları bütün sivil dünya üçün təhlükəyə çevrilir. Biz ümid edirik ki,

dünya birliyi bu faciəli hadisələrin lazımınca qiymətləndirilməsində həmrəylik nümayiş etdirəcək. Əziz İlham

Heydər oğlu, Qarabağ yarası və ölkənizin hər bir sakininin hiss etdiyi ağrı-acı biz ukraynalılara hər kəsdən daha

aydın və yaxındır. Azərbaycan kimi, Ukrayna da ərazisində növbəti dondurulmuş münaqişə və anklav yaradılması

üçün bütün cəhdlərə baxmayaraq, var gücü ilə öz ərazi bütövlüyünü bərpa etməyə çalışır. Odur ki, Azərbaycanın

ərazi bütövlüyü və müstəqilliyi Ukrayna üçün və şəxsən bizim üçün həmişə müasir geosiyasətin dəyişməz

postulatlarından biri olub və bundan sonra da olacaq. Sizin əsası atanız, Prezident Heydər Əliyev tərəfindən

qoyulmuş müdrik dövlət siyasətiniz sayəsində Azərbaycan dinlərin, mədəniyyətlərin və sivilizasiyaların dinc

yanaşı mövcud olduğu dövlət nümunəsidir, tolerantlıq və multikulturalizm isə uğurlu dövlət siyasətinə çevrilib.

Belə quruculuq siyasəti Azərbaycanın Qərb ilə yanaşı, bütün dünya ilə yaxınlaşmasına hər vəchlə mane olan

ölkələrdə həsəd hissi və müqavimət doğurmaya bilməz.

Hörmətli cənab Prezident, bizə yaxşı məlumdur ki, bugünkü vəziyyətdə hadisələrin inkişafı təkcə

Azərbaycan xalqının və Azərbaycan Ordusunun gücündən və mütəşəkkilliyindən deyil, həm də başqa ölkələrin

dəqiq mövqeyindən asılıdır. Biz inanırıq ki, Sizin ölkə tezliklə yenə də öz torpaqlarına və sərhədlərinə nəzarət

etmək, düşmən tərəfindən işğal olunmuş və dağıdılmış əraziləri bərpa etmək imkanı əldə edəcək. Möhtərəm cənab

Prezident, icazə verin, çoxillik əməkdaşlığa, bizim üçün prinsipial olan bütün məsələlərdə, o cümlədən Ukraynanın

ərazi bütövlüyü, onun Avropaya istiqamətlənmiş gələcəyi və müstəqilliyi məsələlərində dəstəyinizə və nöqteyi-

nəzərinizə görə Sizə bir daha sonsuz təşəkkürümüzü bildirək. Bizə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işində

fəal iştirak etmək imkanı yaratdığınıza görə də Sizə minnətdarıq. İcazə verin, Sizə öz ehtiramımızı və ən xoş

arzularımızı ifadə edək, gözəl ölkənizə davamlı inkişaf və firavanlıq diləklərimizi çatdıraq.

Hörmətlə, Viktor Yuşşenko Ukraynanın prezidenti (2005-2010),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Leonid Kravçuk

Ukraynanın prezidenti (1991-1994) Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Bakı, 10 iyul 2017, AZƏRTAC

Page 111: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

111

İsveç Azərbaycanlıları Konqresi Ermənistan səfirliyinə məktub göndərib

İsveç Azərbaycanlıları Konqresi iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı

qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyevanın və nənəsi 50 yaşlı Sahibə

Allahverdiyevanın həlak olması ilə bağlı İsveç Krallığının Resytaqına, parlament üzvlərinə, Baş nazirə, Xarici İşlər

Departamentinə, jurnalistlər birliyi olan – Svenska Pen təşkilatına məktub ünvanlayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı

qüvvələrinin iyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində biri iki yaşlı uşaq olmaqla 2

dinc sakinin həlak olması və daha birinin yaralanması faktı məktubda geniş qeyd olunub. Bununla yanaşı,

məktubda bildirilib ki, Azərbaycanın torpaqlarını işğal etməklə kifayətlənməyən Ermənistan dövləti müxtəlif

təxribatlar törədərək beynəlxalq konvensiyaları ciddi şəkildə pozmaqda davam edir. Sonda isə İsveç Krallığının

qanunverici və icraedici orqanlarından baş verən hadisəyə obyektiv qiymət verilməsi və rəy bildirilməsi xahiş

olunub.

İsveç Azərbaycanlıları Konqresi Alxanlı kəndində törədilən hərbi təxribata etiraz olaraq Ermənistanın bu

ölkədəki səfirliyinə də etiraz məktubu ünvanlayıb.

Məktubda deyilir: “Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması

nəticəsində kəndin dinc sakinləri qətlə yetirilib. Biz-İsveç Azərbaycanlıları Konqresi bu ölkədə yaşayan

azərbaycanlılar adından günahsız dinc əhaliyə qarşı törədilən bu cinayət aktına etirazımı bildiririk”.

Sonda isə vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı vandalizm aktıdır və bu, bir daha

Ermənistan dövlətinin terrorçu mahiyyətini təsdiqləyir.

Bakı, 10 iyul 2017, AZƏRTAC

Page 112: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

112

Nant şəhərində yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlara müraciət göndərib

Fransanın Nant şəhərində yaşayan azərbaycanlılar tərəfindən Ermənistan ordusunun Füzuli rayonunun

Alxanlı kəndində törətdiyi növbəti təxribata etiraz əlaməti olaraq toplantı keçirilib. Toplantıdan öncə tədbir

iştirakçıları məsciddə 4 iyul erməni təxribatı qurbanlarının - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələrini

yad edib, onların şəninə Quran oxuyub, ruhları üçün dualar ediblər.

Nant şəhərində yerləşən Türk mədəniyyət mərkəzində keçirilən toplantıda Ermənistan Silahlı Qüvvələrinin

Alxanlı kəndinə hücumu nəticəsində mülki şəxslərin həlak olmasının Fransada yaşayan azərbaycanlıların

narahatlığına səbəb olduğu vurğulanıb və bildirilib ki, bu hadisə işğalçı Ermənistanın beynəlxalq hüququ, insan

haqlarını kobud şəkildə pozmasını bir daha nümayiş etdirir.

Tədbirin sonunda baş vermiş hadisə ilə əlaqədar Fransada yaşayan azərbaycanlılar adından müraciət qəbul

edilib. Müraciət İnsan Hüquqları komitəsinə, BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT-

in Minsk Qrupunun həmsədrlərinə və Avropa Parlamentinə göndərilib.

Müraciətdə beynəlxalq birlikdən işğalçı Ermənistana qarşı sərt sanksiyaların tətbiq olunması tələb edilib.

11 iyul 2017

Page 113: Müraciət və məktublardiaspor.gov.az/qanunvericilik/pdf/Muraciet_ve_mektublar.pdfAzərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizamı, Nəsimi, Füzuli,

113