meyvə bağlarının idarə olunması · məsələ olaraq qəbul olunmaqdadır. almaniya...

90
Meyvə bağlarının idarə olunması FERMERLƏR ÜÇÜN BƏLƏDÇİ Consulting Group MMC Bakı 2017

Upload: others

Post on 25-May-2020

15 views

Category:

Documents


0 download

TRANSCRIPT

Meyvə bağlarının idarə olunması

FERMERLƏR ÜÇÜN BƏLƏDÇİ

Consulting Group MMCBakı 2017

2

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİMeyvə bağlarının idarə olunması: fermerlər üçün bələdçi. Bakı 2017, 90 səh

Müəlliflər: dosent Həzi Eynalov Ramin Balakişiyev Minad Paşayev Elnarə Xankişiyeva

Redaktorlar: Elçin Əkbərov Ramazan Aslanov

Bu nəşr Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ - Gesellschaft für In-ternationale Zusammenarbeit) Cənubi Qafqazda Özəl Sektorun İnkişafına Destək layihəsinin maliyyə dəstəyi ilə həyata keçirilən “Meyvə bağlarının idarə olunması üzrə qısamüddətli təlim kurslarının hazırlanması və təşkil olunması” layihəsi çərçivəsində Consulting Group MMC tərəfindən hazırlanmışdır.

Consulting Group MMC

3

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Mündəricat

Ön söz……………………………………………………………................................................………………..4

Giriş – nə üçün tədarük zənciri……………………………………….....................................………….5

Modul 1. Nümunəvi bağçılıq, intensiv bağçılığa keçid, becərmə və zərərvericilərə qarşı mübarizə………………………………......................................…………....…………………………..7Meyvə bağlarında tətbiq olunan suvarma sistemlərində diqqət ediləcək əsas cəhətlər……………………………………………………….....................................................………………….7Suvarma üsulları…………………………………………........................................………………….……13Məhsuldar meyvə bağlarında suvarma sistemlərinin dəyişikliyində yol verilən səhvlər və onların həlli yolları……………………………………………………..............………19Yeni bağ salınmadan öncə diqqət ediləcək əsas cəhətlər………………………….........19Düzgün aparılmayan suvarmanın mənfi cəhətləri………………………………..............…19Budama və formavermə……………………………………………………….....................................…21Gübrələmə………………………………………………………………………......................................…28Gilas bitkisinin gübrələnməsi…………………………………………………....……..........................30Xəstəlik və zərərvericilərə qarşı mübarizə……………………………......................…………….36Pestisidin etiketi…………………………………………………………….........................................…….40Çiləyicinin kalibrlənməsi……………………………………………………….....................................…41

Modul 2. Yığım və depolama……………………………………………………....................................48Məhsul yığımının düzgün təşkili və yığımın depolamaya təsirləri……..……….......…48Depolanacaq almalarda gübrələmə-keyfiyyət əlaqələri…………………………….........53Alma depolama……………………………………………………………………....................................…61

Modul 3. Logistika və marketing………………………………………………...............................…68İstehsal olunan məhsulların qablaşdırılması…………………………………......................……80Marketinq fəaliyyətində yer-bölgü……………………………………………..........................……82Marketinq fəaliyyətində stimullaşdırma…………………………………………....…...................84Satışın stimullaşdırılması…………………………………………………………................................…85Təbliğat və PR...................................................................................................................................85

4

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Ön sözBu bələdçi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ - Ge-

sellschaft für Internationale Zusammenarbeit) Cənubi Qafqazda Özəl Sektorun İnkişafına Destək layihəsinin maliyyə dəstəyi ilə həyata keçirilən “Meyvə bağlarının idarə olunması üzrə qısamüddətli təlim kurslarının hazırlanması və təşkil olunması” layihəsi çərçivəsində hazırlanmışdır. Layihənin məqsədi fermerlərin maarifləndir-ilməsinin artırılması, tədarük zəncirinin tam əhatə olunması ilə biliklərin dərin-ləşdirilməsi və məlumat çatışmazlığı səbəbi ilə meydana çıxan meyvələrin əkini, zərərvericilərə qarşı mübarizə aparılması, yığılması, depolanması və satışı ilə bağlı məsələlərin əhatə olunması və bu səbəblərdən qaynaqlanan problemlərin minu-muma endirilməsi və aradan qaldırılması üçün fermerlərin məlumatlandırılmasıdır.

Bələdçini hazırlayan ekspert və mütəxəssislər oxucuların burada verilən məlumatlardan razı qalacaqlarına və bu məlumatlardan tədarük zənciri boyunca istifadə edərək faydalanacaqlarına ümid edir.

5

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Giriş – nə üçün tədarük zənciriMüasir iqtisadi həyatda satıcılar böyük zəhmətlə meydana gətirdikləri

məhsulları istədikləri qiymətə sata bilmədiklərindən və ya böyük satış problemi yaşadıqlarından, alıcılar isə arzuladıqları keyfiyyətli məhsulları daha ucuz qiymətə ala bilmədiklərindən şikayət edirlər. Alıcı və satıcıların razılaşdıqları bazar tarazlığına gəlindiyi zaman isə hər iki tərəfin bu vəziyyəti məmnunluqla qarşıladığı müşahidə olunur. İstehsalçının əsas məqsədi daha az xərc çəkərək ən yüksək mənfəət əldə et-mək ikən, istehlakçının əsas məqsədi isə daha az xərcləyərək ən yüksək faydanı əldə etməkdir. Həm istehsalçını, həm də istehlakçını məmnun edəcək ortaq məxrəcin əldə edilməsi isə hər iki tərəf arasında gedən prosesin düzgün təşkil olunmasından ibarətdir. Tədarük zənciri olaraq bilinən məhsulun istehsalından istehlakına qədər olan bütün prosesin düzgün işləməsi hər iki tərəfin arzu etdikləri nəticələri əldə etməsinə imkan verdiyi qədər iqtisadi münasibətlərində inkişafına zəmin hazırlayır.

Tədarük zənciri - istehsalat üçün lazım olan ehtiyacları əldə edən, bunları son məhsul və ya xidmətlərə çevirən, daha sonra isə həmin məhsulların ehtiyac sahiblərinə çatdırılmanı reallaşdıran bir şəbəkədir. Bu halda tədarük zənciri çox-mərhələli, daxilində çoxlu sayda işçiləri birləşdirən və bir çox müəssisəni əhatə edən bir quruluşdur. Bir şəbəkə olaraq tədarük zənciri bu zənciri təşkil edən üzvlər arasındakı uyğunluq yaratmaq, müştərilərin gözlədikləri xidmət səviyyəsini qoru-maq, müştəri məmnuniyyətini və şəbəkədəki fəaliyyətlərdə düzgünlüyü təşkil et-mək, bütün mərhələlərdə stokları ən yüksək səviyyədə qoruyub saxlamaq, maliyyə itkilərini aradan qaldırılmaq və s. bu kimi məsələlərin həlli proseslərinə cavab verir.

Əmtəə və xidmətlərin istehlakçıya təklifini təmin edən iqtisadi sistem dörd əsas bazar funksiyasını əhatə edir. Bunlar istehsal, bölgü, mübadilə və istehlakdan ibarətdir. Bu funksiyalar eyni zamanda bir-birini izləyən və tamamlayan xüsusi-yyətlərə sahibdirlər.

Tədarük zənciri bir məhsulun ilk xam maddə mərhələsindən son olaraq iste-hlakçıya çatana qədər keçdiyi mərhələdə, həmin məhsulun istehsalında əlavə dəyər meydana gətirən bütün tərəfdaşları əhatə edən istehsal zənciri olaraq bilinir. Bir məhsulun xam maddə vəziyyətindən alıcıya təsliminə qədər olan bütün mərhələlər xam maddənin təmini, məhsulun istehsalı və ya emalı, onu yığımı və depolanması, sifarişin verilərək idarə olunması, bütün kanallara verilərək müştəriyə təhvil ver-ilməsindən ibarətdir. Tədarük zəncirində yalnız məhsul axını deyil, eyni zamanda informasiya, sənəd və pul axınıda mövcud olur.

Hazırki iqtisadi münasibətlər şəraitində müəssisələr, onlardan gözlənilən dəyəriyarada bilmək, artan və dəyişən rəqabət mühiti daxilində inkişaf edə bilmək və ən vacibi müştəri məmnuniyyəti yarada biləcək şəkildə tələbi təmin edə bilmək üçün güclü bir tədarük zənciri yaratmaq məcburiyyətindədirlər. Bazar şərtlərinin gedərək kəskinləşdiyi mühitlərdə müəssisələrin təməl hədəfi, maliyyə qənaətini təmin et-məklə bərabər son texnologiyada baş verən dəyişikliklərlə ayaqlaşaraq ortaqlar və

6

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİya əməkdaşlarla yaradılan tədarük zənciri ilə ehtiyac olan məhsul və xidmətlərin istənilən şəraitdə müştərilərin əlində olmasına imkan yaratmaqdır.

Tədarük zəncirnin idarə olunmasıda idarəçilik mühim bir yerə sahibdir. Tədarükün idarəsi müəssisənin mərkəzində olan müştəriyə doğru məhsulun, dəqiq zaman və yerdə, pul itkisi olmadan, münasib qiymətlə çatdırılmasına nəzarət edilməsidir. Dəyər zəncirinidə özündə birləşdirən tədarük zənciri hər bir iqtisadi sahədə olduğu kimi kənd təsərrüfatında da mühim əhəmyyətə sahibidir.

Nəticə olaraq tədarük zəncirinin ən mühim mərhələləri olan məhsulun istehsal prosesi, onun yığımı və depolanması, logistika və marketinqinin qarşılıqlı əlaqəsinin düzgün təşkili alıcı və satıcının əsas məqsədlərinə çatması üçün ən vacib məsələ olaraq qəbul olunmaqdadır.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ - Gesellschaft für In-ternationale Zusammenarbeit) Cənubi Qafqazda Özəl Sektorun İnkişafına Destək layihəsinin maliyyə dəstəyi ilə həyata keçirilən “Meyvə bağlarının idarə olunması üzrə qısamüddətli təlim kurslarının hazırlanması və təşkil olunması” layihəsində fermerlərin alma, armud, gilas məhsullarını əhatə edən tədarük zəncirinin bütün mərhələləri üzrə əldə edəcəkləri məlumatlar və biliklər onların əsas iqtisadi məqsədlərinə çatmasına böyük dəstək verəcəkdir.

7

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Modul 1.Nümunəvi bağçılıq, intensiv bağçılığa keçid, becərmə və zərərvericilərə

qarşı mübarizə

Bağçılığın intensiv inkişafında istifadə edilən mühüm aqrotexniki təd-birlərdən biri də torpaqda su rejiminin tənzim edilməsidir. Respublikamızda becərilən kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə olun-masında əsas həyat amili olan su təminatının yaxşılaşdırılması və sudan səmərəli istifadənin böyük əhəmiyyəti vardır.

Bağların suvarılması meyvə ağaclarının məhsuldarlığını və uzu-nömürlülüyünü təmin edən əsas amillərdən biridir. İntensiv bağçılığın inkişafı, keyfiyyətli, sabit və bol məhsul götürülməsi təkcə bölgədə ümumi rütubət balansından deyil, həmçinin ondan istifadə sistemindən asılıdır.

Respublikamızda məhdud su ehtiyatları səbəbindən vegetasiya müddətin-də bitkilərin suya olan təlabatının tam ödənilməməsi becərilən bitkilərin məh-suldarlığının kəskin azalmasına səbəb olur.

Dünyada mövcud olan su mənbələrinin 97%-i okean və dənizlər, 3%-ni isə çaylar təşkil edir. Ümumi su ehtiyatlarının 0,3%-i içməli suların payına düşür. İstifadə olunan su ehtiyatlarının olduqca məhdud olması, qlobal istiləşmənin nəticəsində əmələ gələn iqlim dəyişiklikləri də (quraqlıq, yağış, külək kimi faktorlar) bu ehtiyat-lara mənfi təsir göstərir.

Meyvə bağlarında tətbiq olunan suvarma sistemlərində diqqət ediləcək əsas cəhətlər

Suvarma proqramının əsas məqsədi: düzgün vaxtda, tələb olunan miqdarda suvarma suyunu tətbiq etməkdir. Meyvə bağları üçün yaradılacaq suvar-ma proqramları, yetişdirildiyi bölgəyə, istifadə edilən calaqaltıya, ağacların yaşına, məhsuldarlığına və torpağın quruluşundan asılı olaraq müxtəlif olur. Suvarma pro-qramını həyata keçirmək üçün ilk öncə yetişdirilən meyvənin suya olan tələbatı, daha sonra isə suvarma vaxtı təyin olunmalıdır. Suvarmanın aparılmasının əsas məqsədi, torpağın nəmliyinin miqdarının, meyvə ağacları üçün təyin olunan kritik nəm səviyyəsinə enmədən təmin etməkdir. Suvarma proqramı hazırlamaq üçün əvvəlcə meyvə yetişdiriciliyində istifadə edilən calaqaltıların quraqlığa davamlılığını müəyyən etmək lazımdır. Eyni zamanda müxtəlif çətirə malik olan calaqaltıların kök sistemlərinin və inkişaflarının da (köklərin inkişaf dərinliyi vs.) müxtəlif olduğunu nəzərə almaq lazımdır. Aşağıdalı şəkildə meyvə ağaclarının müxtəlif kök dərin-liklərindəki aldıqları rütubətin miqdarı göstərilmişdir. Meyvə bitkilərinin isteh-salı, bitki-torpaq-iqlim şəraitləri arasında bir dövr şəklində yaranan proseslərin nəticəsində əmələ gəldiyindən, suvarma proqramının təyin olunmasında bu fak-torlar nəzərə alınmaqla texnikalardan istifadə edilə bilər. Suvarma vaxtı müəyyən edilmiş bitkiyə aid olan əsas cəhətlər; görünüşü, yarpaqların su potensialı, yarpağın istilik tutumu, ağacın gövdəsi və meyvənin ölçüsü müəyyən edilməlidir.

8

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Meyvə ağaclarında köklərin torpağın müxtəlik dərinliyində qəbul etdiyi nəmliyin miqdarı.

Suvarmada istifadə edilən bəzi terminlər:

Debi-axın: axın istiqamətində olan suyun, saniyədə, dəqiqədə və ya saatda ax-ıtdığı litr və ya m3 olaraq (əsas həcm) su miqdarıdır. Məsələn 12 L /s və ya 43.2 m3/saat kimi.

Suyun mm-lə miqdarı: bir m2 yə və ya bir hektar sahəyə kiloqram (litr) olaraq verilən sudur. Bir m2 sahəyə 67 mm su vermək üçün 67 kq, bir hektara isə 67.000 kq (67m3) su vermək lazımdır.

Bitkilərin su sərfiyatı (ET, Evapotranspiration): bitkinin vegetasiya dövründə tor-paqdan və bitki tərəfindən buxarlanma nəticəsində sərf olunan ümumi suyun miqdarı.

Mövsümi suvarma suyuna ehtiyac: bitkinin vegetasiya dövrü boyunca tələb ol-unan suvarma suyunun miqdarıdır (mm).

Suvarma suyuna olan tələb: Hər suvarmada, hesablanıb bitkiyə tətbiq olunan su miqdarıdır, mm olaraq ifadə edilir.

Suvarma aralığı: suvarmalar arasında keçən müddətdir (gün). Suvarma periodu: ilk suvarma tarixi ilə son suvarma tarixi arasındakı günlərin

sayıdır. Topoqrafiya: ərazinin şəkli, dalğalı və ya düzlüyü. İnfiltrasiya sürəti: suyun torpağa ötürülmə sürətidir və mm/h və ya sm/h ilə

ifadə edilir. Axın uzunluğu: torpağın infiltrasiyası, ərazi mailliyinə görə eroziyaya səbəb ol-

mayacaq uyğun axın uzunluğudur. (Məsələn şırım və borderlərə veriləcək uzu-nluqları).

Sahənin tutumu: sərbəst drenaj edilmiş bitki köklərinin yayıldığı torpaq sahəsində (1/3 atmosfer təzyiq altında) saxlanıla bilən maksimum nəmlik faizini ifadə edir.

Alın

an n

əmlik

%-lə

Kökl

ərin

rinliy

i

9

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Solma nöqtəsi: bitkilərin torpaqdan su ala bilmədikləri və solmağa başladıqları anda torpaqda 15 atmosfer təzyiq altında tutula bilən nəmliyi ifadə edir.

Əlverişli su saxlama həcmi: sahə tutumu ilə solma nöqtəsi arasındakı fərqdir.

Bitkinin xarici görünüşü - suvarma vaxtını bitkinin xarici görünüşündəki dəyişikliklərlə müəyyən etmək olar. Belə ki, gövdədə rəng dəyişməsi, yarpaqların saralması və sallanması, solğunluq əlamətləri baş verə bilər.

İnfrared termometr (infraqırmızı termometr)

Yarpaqların su potensialı - Yarpaqların su potensialını ölçməklə bitkinin suya ehtiyacı olub-olmadığını müəyyən etmək olar. Aşağı potensial (daha mənfi) dəyərləri suya daha çox ehtiyacın olduğunu göstərir. Təzyiq otağı kimi adlanmış cihazla yarpağın su potensialı qiymətləndirilir.

Yarpaq, təzyiq otağına yerləşdirilir və üzərinə tətbiq olunan təzyiq yavaş- yavaş artırılır. Yarpaq sapından su çıxana qədər təzyiq artımına davam edilir. Yarpaq sapından su çıxdığı andakı təzyiq, yarpağın su potensialı olaraq qiymətləndirilir.

Bu cür ölçmələrdə çox diqqətli olmaq lazımdır. Ölçmə aparılacaq yarpağın bitki çətiri daxilində yerləşməsi, yası, günəş şüalarına birbaşa açıq olub-olmadığı, ölçmə zamanı nəticələrə çox təsir edir. Ümumiyyətlə, tam inkişaf etmiş, tam olaraq günəş şüalarını qəbul edən yarpaqlarda səhər ya da günorta saatlarında ölçmə işləri aparmaq lazımdır.

10

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Ağızcıqların müqaviməti və ya keçiriciliyi - Ağızcıqların müqaviməti və ya keçiriciliyi ağızcıqların açıqlıq dərəcəsi və buxarlanmadan asılı olduğu üçün bitkinin suya ehtiyacını təyin etmək olur. Ümumiyyətlə, müqavimətin yüksək olması ağızcıqların bağlı olduğunun bir göstəricisidir. Bunun nəticəsində buxarlanmanın sürəti zəifləyir. Bu isə bitkinin suvarmaya olan ehtiyacını göstərir. Ağızcıqların müqaviməti ilə keçiriciliyi bir-birinin əksidir. Ağızcıqların müqavimətinin ölçülməsi üçün diffüziya porometr cihazından istifadə edilir.

Torpağın rütubətliyi, torpaqdakı mövcud olan və bitki tərəfindən qəbul olunan suyun miqdarını müəyyən etmək üçün ölçülür. Torpağın nəmliyini istənilən səviyyədə saxlamaq və buna əsasən suvarma suyu tətbiq etmək üçün ilk növbədə torpağın nəmliyi ilə əlaqədar tarla tutumu, solma nöqtəsi, istifadə edilən su saxlama səviyyəsi və istehlak edilməsinə icazə verilə bilər nəm dəyəri terminlərinin bilinməsi vacibdir. Tarla tutumu və solma nöqtəsi dəyərləri yüngül torpaqlarda (qumlu vs.) aşağı, ağır torpaqlarda isə (gilli vs.) yüksək olur.

11

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Porometr

Tarla tutumu nəmlik səviyyəsinə görə hər bitki üçün müxtəlif olan kritik nəm səviyyəsinə qədər olan aralıqlardakı dəyişmələrdən bitkilər zərər görməz. Torpağın rütubətinin miqdarı, kritik səviyyədə olduqda və solma nöqtəsinə yaxınlaşdığında ağızcıqlar bağlanır, transpirasiya azalır, bitkilərdə stress təsirləri müşahidə olunur və köklərin torpaqdan su qəbulu üçün daha çox enerji sərf olunur. Meyvə ağaclarının, tarla tutumu ilə solma nöqtəsi arasındakı nəmliyin miqdarı 35% təşkil etdikdə suvarma aparmaq məqsədəuyğundur. Torpağın nəmliyi, əl ilə yoxlanıldığı kimi (müşahidə), gravimetrik üsulla və müxtəlif nəmlik ölçən cihazlar (tansyometr vs.) ilə də yoxlanıla bilər.

Torpağın su potensialı - Tansiyometr, torpağın su potensialının qiymətləndirilməsi üçün istifadə olunan cihazdır. Tansiyometr içi su ilə doldurulmuş məsaməli keramik ucluqdan, su dolu boru və təzyiqi ölçəndən – manometrdən ibarətdir. Tansiyometrin çalısma aralığı da çox məhduddur (0 ilə - 85 cb və ya 0 ilə 0.85bar; 0.85 kPa). Bundan daha aşağı nəmlikdə keramik ucdan tansiyometrin içinə hava daxil olar və borudakı su kolonunun davamlılığı pozular.

12

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİTransiyometr torpaq səthində maksimum kök sıxlığının olduğu dərinliyə

(15-30 sm), digəri isə 45-60 sm dərinliyə yerləşdirilməlidir.Batareyalar şəklində yerləşdirilən tansiyometrlərin düzgün nəticə verə

bilməsi üçün keramika ucun torpaqla çox yaxşı təmas etməsi lazımdır.Səth hissədə yerləşdirilmiş tansiyometr ümumiyyətlə suvarma vaxtının

müəyyən edilməsində, dərindəki isə suvarmaya nə zaman son verilməsi üçün istifadə edilir.

13

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Suvarma üsulları

Suvarma üsulları təzyiqsiz (səth) və təzyiqli olmaqla iki qrupa ayrılır. Təzyiqli suvarma üsullarına damla, mini yağış yağdırma üsulları daxildir. Bu üsullardan damla sulama üsulu, daha az su istifadəsinə, səmərə və keyfiyyətin artırmasına, tətbiqin asanlığı, ətraf mühitin daha az çirklənməsinə görə təzyiqli suvarma üsullarına aiddir.

Damla suvarma üsulu - Damla suvarma, mənbədən alınaraq filtr edilən sulama suyunun, aşağı təzyiqlə, bağlı borularla damladıcılara çatdırılıb, damla şəklində torpağa verildiyi suvarma üsuludur. Bu üsulda, suvarma suyu bitkini stressə salmadan, sıx aralıqlarda və az miqdarda tətbiq olunur. Damla suvarma üsulunda digər üsullara nisbətən suya daha çox qənaət olunur. Meyvə ağaclarının suvarma suyuna ehtiyacı, su sərfiyyatı, vegetativ inkişafı, məhsuldarlığı və meyvələrin keyfiyyəti birlikdə qiymətləndirildikdə, damla suvarma üsulunun digər üsullara nisbətən üstün keyfiyyətlərə malikdir.

Damla suvarma üsulunun müsbət cəhətləri:

bitkinin torpaq üstü orqanları isladılmadığından xəstəlik və zərərvericilərin inkişafının qarşısının alınması;

alaq otlarına qarşı mübarizəni asanlaşdırır; ərazinin yalnız müəyyən bir hissəsi suvarıldığından suvarma suyuna ehtiyacı

azdır;

14

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ su artırımı yüksəkdir. Su mənbələrinin məhdud olduğu yerlərdə geniş sahələr

suvarıla bilər; torpaq suvarılan bitki tərəfindən kölgələndiyindən torpaq səthindəki

buxarlanma başqa sözlə bitkinin su istehlakı olduqca azdır; buxarlanma və torpağın dərinliyinə doğru suyun sərfiyatı azdır; səth axışı itkiləri

yoxdur. Suyun tətbiq səmərəliliyi çox yüksəkdir; gübrələrin suvarma suyu ilə birlikdə verildiyindən (fertiqasiya) bitkilərin

gübrələnmədən yüksək səviyyədə faydalanması; damla suvarma sistemində ilk təsis xərclərinin yüksək olmasına baxmayaraq,

xüsusilə su mənbələrinin məhdud olması və iqtisadi dəyəri yüksək olan bitkilərin becərilmə şəraitində daha geniş sahələrin suvarılması və daha çox məhsul əldə edildiyi üçün ümumiyyətlə iqtisadi bir üsuldur.

Damla suvarma üsulunun mənfi cəhətləri

ən mühüm problemi damlatıcıların tez-tez tıxanmasıdır. Tıxanmağa ən çox qum hissəcikləri, orqanik və qeyri-üzvi maddələr ilə kimyəvi maddələr səbəb olur və düzgün və keyfiyyətli filtr sistemi ilə bunun qarşısını almaq olar:

Damla suvarma üsulunun bəzi xüsusiyyətləri:

bir damla suvarma sistemi yalnız bitkinin kök bölgəsinin bir qismini suvardığı üçün bitkinin köklərinin inkişafı normal olaraq kök bölgəsinin nəm olan hissəsində məhdudlanır;

belə halda bitkilərin küləyin təsirinə davamlılığı zəifləyir; damla suvarmada bitkilərə tez-tez və az su verildiyindən bitkinin kök sistemi

çox inkişaf etməz başqa sözlə da hakim küləyin olduğu yerlərdə xüsusilə meyvə ağacları nəzərə alınmalıdır;

damla suvarmada xərclər olduqca yüksəkdir. Ancaq digər üsullara nisbətən damla suvarma nəticəsində nəzərdə tutulmuş məhsuldarlığın artması nəzərə alınarsa illik dəqiq mənfəət baxımından səmərəlidir.

Damla suvarma üsulunda, köklərin inkişafının məhdudlaşdırılmasının qarşısını almaq üçün laterallar gövdədən müəyyən bir uzaqlıqda yerləşdirilməlidir. Praktikada gövdədən çətirin sahəsinə qədər olan məsafə 3-ə bölünür və gövdədən etibarən 2 hissə ilə 3 hissə arasında laterallar yerləşdirilir. Meyvə ağaclarında torpaqdan su və bitki qida maddələrini qəbul edən saçaqlı köklər torpaq səthinə yaxın yerləşdiyindən lateralların çətirin sahəsinə yaxın yerləşdirilməsi suvarmanın fəaliyyətini artırar.

Damla suvarma sistemi nasos, idarə sistemi (filtr sistemləri-yosun filtr, hidrosiklon, elekdisk filtr, təzyiq requlatori, su ölçmə-sayğac, gübrə tankı, manometr, vanalar), ana boru xətti, yan boru xətti, laterallar və damladıcılardan ibarətdir.

15

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Damla suvarma sistemi

16

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİDamla suvarma sisteminə nəzarətin edilməsi

Damla suvarma sistemlərində ən böyük problem damladıcıların daxilində olan və suyun təzyiqini aşağı salan boruların diametrinin kiçik olmasına görə asanlıqla qapanmasıdır. Qapanmanın qarşısını almaq üçün doğru filtr sistemi seçməklə yanaşı filtr sistemləri və digər hissələr (ana və yan ana borular, laterallar vs.) periodik olaraq təmizlənməlidir. Sistemdə yığılan və qapanmaya səbəb olan maddələrin təmizlənməsi üçün fosforit turşu, nitrit turşu və ya digər məhlullardan istifadə olunur. Təmizlik məqsədli bir şəkildə, suvarma apardıqdan 2 ay sonra, ikinci dəfə isə son suvarmadan sonra aparılması tövsiyə edilir. Ümumiyyətlə, ildə iki dəfə təmizlik aparmaq lazımdır.

Damla suvarma sistemindən istifadə edərkən yol verilən səhvlər

Damla suvarma sistemləri, meyvə bağlarında bərabər su paylanması üçün düzgün qurulmalıdır. Sistem qurularkən yol verilən səhvlər: damladıcı aralığının səhv təyin olunması və doğru filtr sisteminin seçilməməsidir. İstifadə edilən su mənbəyinə görə doğru filtr seçilməsi lazımdır. Su, göl, gölməçə və anbar kimi su mənbələrindən alınırsa içərisində yosun və digər üzvi maddələr olduğundan mütləq yosun filtr (qum-çaxıl filtr, qravel filtr) sistemi, yeraltı su qaynaqlarından təmin edilirsə, müxtəlif miqdardarda və böyüklükdə maddələr (qum, silt v s.) olduğundan hidrosiklon filtr sistemindən istifadə etmək lazımdır. Hidrosiklon və ya yosun filtrlərdən sonra mütləq ələk ya da disk filtr sistemindən istifadə edilməlidir.

Qurulan sistemin yüksək səviyyədə işləməsi və suvarma məhsuldarlığının artması üçün damla suvarma sistemlərinin düzgün qurulması zamanı, mütləq mütəxəssis və ya firmalara müraciət olunmalı, torpağın quruluşu, infiltrasiya sürəti, istifadə edilən calaqaltıların və kök sistemlərinin xüsusiyyətləri, əkin məsafələri, ağacların inkişafı və məhsuldarlığı və digər meyarlara da diqqət edilməlidir.

17

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Mini yağış yağdırma üsulu - bu üsulda, suvarma suyu, damla sulama sistemində olduğu kimi mənbədən mini yağış yağdırma başlıqlarına qədər təzyiqli boru xətləri ilə çatdırılır və yağış yağdırma başlıqlarından təzyiq altında suvarma həyata keçirilir. Hər ağacın altına və ya iki ağacın arasına bir ədəd mini yağış yağdırma başlığı yerləşdirilir. Sistemdə bərabər səviyyədə suyun paylanması üçün yağış yağdırma başlıqları 1.5 atm. təzyiqində proyektləndirmə aparılmalıdır. Mini yağışyağdırma sistemlərində, istifadə ediləcək başlıqlarının yağış yağdırma sürəti torpağın su götürmə sürətinə bərabər və ya kiçik olmalıdır.

Mini yağış yağdırma üsulu

Çiləyicilər Mini yağış yağdırma başlıqları

18

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİMini yağış yağdırma üsulunda: suvarma sistemində su mini sprinklər kimi adlanan kiçik çiləyici başlıqlar va-

sitəsi ilə torpaq səthinə verilir. Mini yağış yağdırıcılarda, tıxanma probleminə nəzarət etmək üçün filtrasiyaya ehtiyacı yoxdur, qısa bir zamanda suvarma həyata keçirilir və bitkilərin şaxtadan qorunmasını təmin edər.

Bununla yanaşı çiləyici suvarma sistemləri tipik olaraq damla suvarma sistemlərinə görə daha böyük torpaq həcmini suvarır və damladıcıların işinə nəzarət etməyə ehtiyac yoxdur.

Mini sprinklər, damladıcılardan daha böyük və çiləyici başlıqlarından daha kiçik debiyə malikdir.

Debilər 15 - 200 l/h, təzyiqi 0.5 - 2.5 atmosfer və suvarma diametrləri 2 - 9 m arasındadır.

Bəzi mini sprinqlər sistemlərdə damla suvarmada istifadə olunan damladıcılardan vahid sahəyə tətbiq olunan suyun miqdarından daha az istifadə olunur. Çünki onlar suyu daha geniş sahəyə yayır.

Bu tip mini sprinqlər həqiqətən səth axışı itkilərinin və eroziyanın qarşısını alır. Mini sprinqlərin əsas mənfi cəhəti daha geniş diametrli laterallara ehtiyac

olması, buxarlanma və küləyin təsirindən qaynaqlanan itkilərin artmasıdır.

Meyvə bağlarında mini yağış yağdırma üsulu ilə suvarma

19

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Məhsuldar meyvə bağlarında suvarma sistemlərinin dəyişikliyində yol verilən səhvlər və "onların həlli yolları"

Son illərdə istehsalçıların meyvə bağlarının suvarılması üçün həddindən artıq su sərfiyyatına səbəb olan səth (salma) suvarma üsullarından damla suvarma üsuluna sürətlə keçməsi və bu müddətdə yol verilən səhv tətbiqlər təsbit edilmişdir. Yol verilən səhvlərin əsasını istehsalçıların damla suvarma üsulu haqqında kifayət qədər məlumatlandırılmaması və köhnə vərdişlərini (ilk suvarmağa başlama zamanı, suvarma sıxlığı, suvarmada verilən suyun miqdarı, son suvarma vaxtı vs.) davam etdirmələri təşkil edir. Səhv tətbiqlərin nəticəsində ağacların inkişafdan qalması, meyvələrin keyfiyyəti və məhsuldarlığın azalması halları baş verir. Məsələn, hər bitki arası üçün 2 ədəd lateral xətt lazım olduğu halda, yalnış olaraq 4, 5, 6 və hətta 8 ədəd lateral xətt istifadə olunur. Həmçinin yosun filtr sistemindən istifadə edilməsi lazım gəldiyi halda, yalnış olaraq diskelek filtr sistemlərindən istifadə edilir. Bu halda damladıcıların tez-tez tıxanması halları baş verir.

Yeni bağ salınmadan öncə diqqət ediləcək əsas cəhətlər

Damla və ya mini yağış yağdırma suvarma sistemlərinin layihələndirmə mərhələsi çox əhəmiyyətlidir.

Suvarma sistemlərinin layihələndirilməsində, suvarma üsulu təyin olunduqdan sonra torpağın su keçiricilik qabiliyyəti, yəni infiltrasiya sürəti təyin olunmalıdır. Daha sonra istifadə ediləcək damladıcı və ya mini yağış yağdırma başlığı debisi təyin olunmalıdır. İstifadə olunan calaqaltıların köklərinin inkişaf dərinliyinin müəyyən edilməsi, tətbiq olunacaq suvarma suyunun miqdarı, suvarma vaxtı və müddəti, suvarma aralıqları baxımından çox əhəmiyyətlidir. Suvarma proqramları, ortaboylu və alçaqboylu calaqaltılar ilə toxmacar meyvə ağaclarının böyümə və inkişafından asılı olaraq müxtəlifdir.

Düzgün aparılmayan suvarmanın mənfi cəhətləri

Müəyyən bir proqrama əsasən düzgün aparılmayan suvarma meyvə ağaclarına və torpağa mənfi təsir göstərir.

meyvə ağaclarına təsiri - meyvə ağaclarında, torpaqda kifayət qədər nəmlik olduqda zoğlar yaxşı inkişaf edərkən, nəmliyin çatışmazlığı isə zoğların zəif inkişaf etməsinə, təpə tumurcuqlarının daha erkən əmələ gəlməsi nəticəsində inkişafdan qalmasına səbəb olur. Az miqdarda suvarma suyunun tətbiqi ağaclarda yarpaqların kiçilməsinə, meyvələrin tökülməsinə, zoğların qurumasına gətirib çıxarır. Tumurcuqların inkişaf dövründə hər hansı bir şəkildə su stressi meydana gələrsə, tumurcuqlar zəif inkişaf edər. Həddindən artıq suvarma zamanı, birillik zoğlar yaxşı inkişaf etməz, ağaclar şaxtaya qarşı daha həssas olur və yüksək rütubət şəraitində göbələk xəstəliklərinin inkişafı üçün şərait yaranmış olar. Həddindən çox suvarma, daha çox budaq və yarpaq əmələ gəlməsinə səbəb olar və bu vəziyyət həddindən artıq kölgələnmə meydana gətirdiyindən meyvələrin kifayət qədər inkişaf etməməsinə səbəb ola bilər.

20

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİTorpağın nəmliyi davamlı olaraq meyvə ağaclarının su ehtiyacını təmin

edəcək səviyyədə saxlanılması ilə meyvələrin iriliyi və keyfiyyəti artır, tökülmələrin qarşısı alınır, bitkinin vegetativ-generativ inkişaf tarazlığı təmin olunması nəticəsində məhsuldarlıq da artacaqdır. Bütün bunlar, sulamanın müəyyən bir proqram çərçivəsində aparılmasının, meyvə ağacları üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.

torpağa təsiri - suvarmada istifadə edilən suların tərkibində az və ya çox miqdarda həll olmuş qatı halda maddə yəni duzlar vardır. Yüksək keyfiyyətli olaraq xarakterizə edilən sulardan istifadə edildiyində, xüsusilə quraq və yarı quraq iqlim şəraitində və drenaj şumu düzgün aparılmayan torpaqda şoranlaşma baş verir. Kənd təsərrüfatı sahələrinin şoranlaşmasının əsas səbəbi torpaqların düzgün suvarılmamasıdır. Həddindən artıq suvarma suyunun tətbiqi, bəzi qida elementlərinin yuyulmasına səbəb olur. Yeraltı sulara qarışan bu maddələr, su mənbələrinin çirklənməsinə (nitrat çirkliliyi və s.) gətirib çıxarır.

21

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Budama və formavermə

Lider (dəyişik təpə budaqlı) Tərbiyə Sistemi - bu tərbiyə sisteminə erkən başlanılır və daha az budama aparıldığından ağaclar daha erkən meyvəyə düşür, az budama meyvələrin qüvvətli əsas budaqlar üzərində paylanmasını təmin edəcəkdir. Dərmanlama, məhsul yığımı asan, bitki günəş şüalarını daha yaxşı qəbul edir.

Alma bitkisində əsasən budama 4 qrupa bölünür:

1. Əkin budaması: Əkin budamasında tingin kök bölgəsindəki kəsilmiş hissələr kənarlaşdırılır və çox uzun hissələr isə qısaldılır. Peyvənd nöqtəsindən 80 sm-dən xaricə doğru göz üzərindən, əgər yan budaq varsa bunlarda xaricə baxan bir-iki göz üzərindən kəsilir

2. Şəkil budaması: Cavan tinglərin çətir hissəsinə forma vermək üzrə əkilmiş ilin sonundan başlanaraq budaqlarda aparılan budamadır

3. Məhsul budaması: Hər il müntəzəm olaraq, keyfiyyətli məhsul əldə etmək üçün məhsul budaması aparmaq lazımlıdır. Ağaclarda sağlam və məhsuldar meyvə gözlərini qorumaq üçün məhsul budamasının hər il edilməsi lazımdır. Budaqlardan yuxarıya doğru böyüyən zoğ və budaqlar dibdən kəsilir. Lakin yanlara və xarici tərəfə doğru inkişaf edənlər isə yalnız sıxlıq edənlər kəsilir və ya qısaldılır.

4. Cavanlaşdırma budaması: cavanlaşdırma budaması, meyvələrin ölçüsü və iqtisadi baxımdan istehsalın təmini üçün 30-35 yaşdan sonra ağaclarda tətbiq olunacaq budamadır. Cavanlaşdırma budaması çox çətin olduğundan budama 2-3 ildə tamamlanmalı və gübrələmə, suvarma, mübarizə tədbirlər sistemini düzgün həyata keçirmək lazımdır. Budama əməliyyatlarında mütləq məcundan istifadə edilməlidir.

Ortaboylu (Spur növü) alma bağlarında budama və tərbiyə sistemi:

Əkin budamasından bir yaşlı tingin təpə hissəsi peyvənd nöqtəsindən sonra 25-ci göz üzərindən 70 sm-dən kəsilir.

Birinci ilin yazında təpə budaqları saxlanılır, gövdə üzərində torpaq səthindən 15 sm-də yerləşən zoğlar dibdən kəsilir. Qışda seçilmiş dörd təpə budaqların 1/3-ü qısaldılır.

İkinci il qışda əvvəldən seçilmiş 4 təpə budağı üzərində yuxariya doğru inkişaf etmiş olanları, hansı ki, o ildə uzunluğunun 1/3-ü qədəri kəsilmişdir. Bu əsas budaqlar üzərində 2-ci dərəcədə budaqlar seçilir və kifayət qədər qısaldılır.

Üçüncü il ağaclar meyvə vermir. Bu müddət ərzində açan çiçəklərin hamısı qoparılmalıdır.

Alçaqboylu (Sık əkin) alma bağlarında tətbiq olunan “İNCE IG” tərbiyə sistemi - bu sistemdə ağaclarda alçaqdan yaradılmış kiçik bir örtük və lider budaqlardan çıxmış kiçik meyvə budaqcıqlar olur və ağacların dəstəyə ehtiyacı olur:

22

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ Bir yaşlı tinglərdə istifadə edildiyi bu tərbiyə sistemində əkin budaması zamanı

tinglərin təpə hissəsi torpaqdan orta hesabla 80 sm-dən kəsilir. İlk ilin sonunda ağac balanslı və kifayət qədər inkişaf etmişsə yalnız lider

budaqların kəslməsi kifayətdir. Əsas gövdə üzərində torpaqdan 40 sm -ə qədər olan budaqlar dibdən çıxarılır. Yan budaqların hamısı geniş bucaq şəklində iplə bağlamaq şərti ilə əyilməli və

yan budaqların uc hissələri kəsilməməlidir.

M9 calaqaltısı üzərində alma ağaclarının budama və tərbiyə sistemi

Əkin ilində budama

23

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

2-ci il tərbiyə və budama 3-cü il tərbiyə və budama budaqlı əkilmiş tinglərin budanması

MM 106 calaqaltısı üzərində alma ağaclarının budama və tərbiyə sistemi

1-ci ili tərbiyə və budama 2-ci ili tərbiyə və budama

Tinglərin əkilməsindən məhsul verənə qədər aparılan tərbiyə sistemi

24

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİGilas ağaclarında budama, bitki orqanlarına tətbiq olunan kəsmə, bükmə,

tumurcuq, zoğ və yarpaq götürmə əməliyyatıdır. Müasir gilas yetişdiriciliyində yüksək keyfiyyətli məhsul əldə etmək üçün tətbiq olunan formavermə və buda-manın böyük əhəmiyyəti vardır. Budama, ağacların yaşına, məhsulvermə dövrünə və inkişaf vəziyyətlərinə görə müxtəlif şəkillərdə tətbiq olunur. Gilas ağaclarında tətbiq olunan formavermə və budama sistemləri ağacları ən qısa müddətdə məh-sula düşmək, kök və budaqları arasında balanslı bir inkişaf təmin etmək, meyvələrin yığımını asanlaşdırmaq məqsədi ilə həyata keçirilir. Gilas yetişdiriciliyində buda-ma forma və məhsul budaması olaraq iki qrupa ayırılır. Bəzi meyvə ağaclarında tətbiq olunan cavanlaşdırma budaması gilas ağacları üçün uyğun deyildir. Qalın budaqların kəsilməsi gilas ağaclarına mənfi təsir göstərər. Qalın budaq kəsimi və yara səthi artdıqca, ağaclarda quruma baş verir.

Gilas bağı salındıqdan sonra tinglərə forma verilməlidir (Şəkil). Şəkil bu-daması 5-6 il müddətində davam edir. Gilas ağaclarına müxtəlif formalar verilir. Tətbiqdə ən çox verilən formalar müxtəlif təpə budaqlı formalardır. Daha sonrakı illərdə məhsul budaması ilə ağaclarda fizioloji tarazlığın uzun müddətli olması təmin edilir.

Gilas ağaclarına formaverilməsi

25

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Gilas ağaclarınanda istifadə olunan dəstək sistemi

Yeni əkilmiş gilas tingləri ümumiyyətlə uzununa böyüməyə meylidir. Gənc ağaclar az budaqlanır. Zoğlar daha çox budaqların uc hissəsindəki tumurcuqlardan əmələ gəlir. Hər il budaqların uclarında 2-4 zoğ əmələ gəlir. Budaqların orta və aşağı hissələri boş qalır. Bunun qarşısını almaq üçün və əsas budaqların müəyyən aralıqlarında yan budaqların əmələ gətirməsini təmin etmək üçün qüvvətli zoğlar inkişaf edən cavan ağaclarda may-iyun aylarında, daha az inkişaf edən ağaclarda isə qış aylarında uc hissəsi vurulur və bununla da yan budaqların inkişafı təmin edilir. Həmçinin uzununa inkişaf edən budaqların bucaqlarını genişləndirərək və istiqamətlərini dəyişdirərək ağaclara yaxşı bir forma verilməlidir. Bu kimi tətbiqlər ağacların erkən məhsula düşməsinə səbəb olur.

Son illərdə gilas bitkisinin istehsal xərcləri, istehsalçıları tətbiq olunan aqro-texniki tədbirlər sistemində dəyişikliklərin edilməsinə səbəb olmuşdur. Calaqaltı vasitəsilə alçaqboylu ağaclar və daha sıx aralıq və məsafələrdə əkilməsi bunun sübutudur. Bu yolla gilas ağaclarının daha erkən meyvəyə düşməməsini təmin et-mək mümkündür. Başqa sözlə vahid sahədən istehsal xərcləri azalır. Gisela, Colt, Mahlep və Mazzard kimi klonal calaqaltıları gilas yetişdiriciliyində geniş şəkildə is-tifadə edilir.

26

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİXüsusilə ortaboylu və alçaqboylu calaqaltılar üzərində salınmış gilas

bağlarında dəstək sisteminə ehtiyac vardır (Şəkil). Bunun üçün hər bir tingə bam-buk qamışı və ya dəmir borudan ibarət dəstək lazımlıdır. Həmçinin hər 7-10 ağaca bir ədəd təxminən 10 sm diametrində dirək basdırılır. Yuxarıdan 2.7 m hündürlük-dən tək tel keçirilir və ya ehtiyac olsa ikinci və ya üçüncü tel bağlana bilər.

Gilas ağacları ümumiyyətlə uzununa böyüməyə meyllidir. Ağaclar az bu-daqlanır. Məhsul budaması, meyvə ağacları içərisində, yüngül şəkildə gilas ağa-clarında tətbiq olunur. Məhsul vermə dövründə ağaclarda budama daha çox quruyan, qırılan, xəstəliklərə yoluxmuş budaqların kəsilməsi, sıxlaşmış budaqların çıxarılmasından ibarətdir. Əgər ağacın çətiri uzununa inkişaf etmişsə təpə bu-daqların bir hissəsi yan budaqlar üzərindən kəsilir. Budama hər il edilərsə, yüngül olaraq tətbiq olunur. Gilas ağaclarında budama zamanı kəsilmiş hissələr çətin bərpa olunur. Yaraların səthi böyüdükcə çürümə xəstəliyi artır. Budaqlar günəş şüalarına məruz qalacaq şəkildə kəsilməməlidir. Əks halda gövdə və əsas budaqlarda günəş yanıqlığı meydana gəlir.

Gilas ağaclarında tatura Y şəkli budama

27

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Gilas ağaclarında müxtəlif təpə budaqlı formavermə ilə yanaşı son illərdə tatura adlı Y şəkli forma tətbiq olunur (Şəkil). Telli tatura sistemi (Tatura Trellis) kimi adlanan bu sistem, Avstraliyada Tatura bölgəsində tətbiq olunmuşdur. Bu siste-min, inkişaf etdirilməsində ən böyük faktor budama ilə məhsul yığımını asanlaşdır-maqdır. Cərgələr şimal - cənub istiqamətində yaradılır. Hər ağacın şərq və qərbə baxan iki əsas budağı vardır. Beləcə ağac V ya da Y şəklini alır.

28

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİGübrələmə

Bağlara veriləcək gübrələrin miqdarı torpağın hazırlanması, quruluşu, ağacın inkişafına, yaşına, alınan məhsulun miqdarına görə dəyişir. Veriləcək gübrənin miqdarı aparılacaq torpaq və yarpaq analizlərinin nəticələri əsasında müəyyən olunmalıdır.

Son illərdə suvarma üsullarında tətbiq olunan yeni texnologiyalar gübrələrin tətbiqini də asanlaşdırmışdır. Məsələn damla suvarma sistemi müasir meyvə bağlarında daha çox istfadə olunur. Buna görə də gübrələrin tətbiqləri də suvarma suyu ilə birlikdə verilir. Fertigation olaraq adlandırılmış bu üsulda suda həll olmuş halda gübrələr suvarma sisteminə aplikasiya edilən gübrə çəni vasitəsi ilə meyvə bağlarına verilir. Bazarlarda müxtəlif ticari adlarda fərqli qida elementləri ilə zəngin çox sayda maye və ya suda həll olunan gübrələr vardır.

Suda həll olan gübrə kombinasiyaları

Fertigation üsulunda veriləcək suyun miqdarı, tətbiq müddəti, gübrə nisbəti, tətbiqin başlama və bitmə saatlarına nəzarət olunmalıdır. Həmçinin fertigation metodu ilə gübrə tətbiqi bitki qida elementlərinin fəaliyyətini də artırır. Fertigation tətbiq üsulları aşağıdakı kimi sıralanır:

Fasiləsiz tətbiq: Sistemə suvarmanın başlanğıcından sonuna qədər müəyyən bir konsentrasiyada gübrə tətbiq olunur. Yəni gübrə çəninə tökülmüş gübrə suvarmanın başlaması ilə birlikdə sistemə daxil edilir və suvarma müddətində bu hal davam edir. Beləcə suvarma miqdarı nə olursa olsun müəyyən qədər gübrə sistemə verilmiş olur.

Üç mərhələli tətbiq: Suvarma gübrə olmadan başlayır və torpaq suvarılana qədər sistemə yalnız su verilir. Torpaq islandıqdan sonra gübrələmə tətbiqi başlayır. Bu gübrə çənini idarə edən kranın açılıb-bağlanılması ilə təmin olunur. Sistemə gübrənin verilməsi suvarma bitmədən dayandırılır.

Qida elementlərinin miqdarı %-ləGübrənin adı

60 kükürd

46 kükürd

müxtəlifnisbətlərdə

N P K DiğerÜzvi madəAmmonium-nitratAmmonium-sulfat

Mono-ammoniumsulfat (MAP)

Kalium-xlorid

Kalium-nitrat

Kalium-sulfat

Fosfat turşusu

463321

12 60

60

13 46

50

29

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Suvarma sitemindəki gübrə qalıqları yüksək təzyiqli təmiz su ilə yaxşıca təmizlənənə qədər gübrəsiz suvarmağa davam edilir. Bu üsulda da suvarma suyunun miqdarı nə olursa olsun sistemə sabit miqdarda gübrə verilir.

Proporsional Tətbiq: Bu üsulda sistemə veriləcək gübrənin nisbəti suyun axış nisbəti ilə mütənasibdir. Məsələn 1 litr gübrə məhlulu 1000 litr suvarma suyu kimi. Bu üsulda gübrə çəninə veriləcək gübrə miqdarının əhəmiyyəti yoxdur. Çünki sistemə veriləcək gübrə suyun axış sürətinə bağlı olaraq gübrə çənində vakuumla çəkilir. Bu üsulda çox miqdarda qida elementi vermək üçün uzun müddət suvarma aparmaq lazımdır.

Miqdarı müəyyən edilmiş tətbiq: Bu üsul daha çox sınaq məqsədli və müxtəlif sahələrə fərqli miqdarlarda gübrə tətbiq etmək məqsədi ilə tətbiq olunur. Gübrə konsentrasiyası müəyyən suvarma suyundan dəyişik yerlərə dəyişik miqdarlarda suvarma suyu verilir. Məsələn A sahəsinə 2% gübrə verilən suvarma suyundan 20 litr, B sahəsinə isə 2 % gübrə verilən suvarma suyundan 40 litr kimi.

İstifadə olunan gübrə miqdarı

Fertigation üsulunda istifadə olunan gübrə miqdarı klassik üsullardan daha azdır. Digər tərəfdən fertigation metod ilə gübrələnilmiş bağlarda klassik üsula nisbətən daha çox səmərə alınır. Məsələn, alma bitkisi üzərində aparılmış araşdırmaya görə klassik gübrələmə metodu ilə gübrələnmiş sahədən ümumi ağac başına 79 kq alma alınırkən, fertigation metodu ilə gübrələnilmiş sahədən ümumi ağac başına 93 kq alma alınmışdır. Fertigation sistemində hektara 250 ağac əkilmiş və məhsuldarlığı 5-6 ton/ha olan alma bağına 8-10 kq /ha azot, 2-3 kq/ha fosfor və 14-16 kq /ha kalium verilməsi kifayətdir.

Damla suvarma sistemi ilə gübrələrin verilməsi zamanı suların yaxşı filtr edilməməsindən gübrələr və digər maye halda olan maddələr sistemdə tıxanma hallarına səbəb olacaqdır. Bunun qarşısını almaq üçün turşulardan istifadə etmək lazımlıdır. Tıxanmanın qarşısını almağın 2 yolu vardır.

1. Suyun pH-1 mütəmadi olaraq (hər suvarmada) 6,5-7,0 olması tıxanmanın qarşısını alır.

2. Müəyyən fasilələrlə suyun pH-ını 4,5-5 dərəcəsində tənzimləməklə qalıqları yox etmək olar. Bu məqsədlə ən çox fosfor turşusundan istifadə olunur. Nə qədər azot turşusu, sulfat turşusu, xlorid turşularından istifadə edilsə də fosfor turşusu həm tıxanmaların qarşısını alır, həm də bitkilərin fosfora olan ehtiyacını təmin etmək məqsədilə digərlərinə nisbətən daha çox istifadə olunur.

Veriləcək turşu miqdarı hesablanarkən əvvəl suyun pH-ı müəyyən edilir və titrləmə ilə 100 ml suyu istənilən pH-a ayarlamaq üçün tələb olunan turşu miqdarı tapılır. Daha sonra sistem debisi də nəzərə alınaraq veriləcək turşu miqdarı hesablanır.

Digər tərəfdən sistemdə bakteriyaların inkişaf etməsini və bəzi mikroorqanizmlərin əmələ gəlməsinin qarşısını almaq üçün xlordan istfadə etmək lazımdır. Veriləcək xlorun miqdarı təyin olunarkən sistemin yuxarı hissəsində 6 ppm və sonunda isə ən az 2 ppm xlor olması tələb olunur. Ölçmə üçün praktik xlor ölçmə cihazlarından isitfadə olunur.

30

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİGilas bitkisinin gübrələnməsi

İstifadə olunacaq gübrələrin miqdarına bir çox faktorlar təsir göstərir. Gübrələrin miqdarına təsir edən önəmli faktorlar bunlardır:

● torpağın quruluşu;● bitkilərin yaşı;● suvarma miqdarı və şəkli;● bitkilərin məhsuldarlığı;● calaqaltının növü;● bitkilərin inkişafı;● peyinin miqdarı;● bazar tələbləri

Bu faktorlar veriləcək gübrənin miqdarına təsir edən faktorlardır. Ümumiyyətlə bitkilərin inkişafına mənfi təsir edən əsas faktorlar müəyyən edilməlidir. Gübrələmə, suvarma, budama və torpağın xüsusiyyətləri bitkiyə təsir etdiyi üçün birillik zoğların inkişafına diqqət etmək lazımdır. Meyveye yatmamış ağaclarda 60-90 sm ölçüdə olan zoğlar inkişaf edir. Lakin 90 sm-dən çox inkişaf edən zoğlar, ağaca həddindən artıq azot verildiyi və suvarıldığını göstərir. Zoğların həddindən artıq inkişafı gilas bitkisinin daha gec məhsula düşməsinə səbəb olur. Cavan bitkilərdə illik zoğların uzunluğu 60 sm-dən qısa olarsa, bitkiyə kifayət qədər su ve azot verilmədiyini göstərir.

Məhsuldar ağaclarda isə zoğların uzunluğu 40-60 sm arasında olmalıdır. Əgər zoğların uzunluğu 40 sm-dən qısa olarsa, bitkinin kifayət qədər suvarılmadığı və gübrə verilmədiyini göstərir.

Əkindən etibarən ağacların tez məhsula düşməsi, həm də yüksək keyfiyyət və bol məhsul verməsi üçün mütəmadi olaraq gübrələmə proqramı hazırlamaqdır. Yaxşı bir gübrələmə proqramı sadəcə veriləcək gübrə miqdarı demək deyil. Birinci il bitkidə müəyyən miqdarda və yaxşı inkişaf etmiş zoğlar əldə etmək çox əhəmiyyətlidir. Birinci il zoğların inkişafdan qalması, növbəti illərdə də məhsuldarlığın aşağı düşməsinə səbəb olacaqdır. Modern gilas yetişdiriciliyinin əsas məqsədi qısa müddət ərzində yüksək məhsul əldə etməkdir. Buna nail olmağın iki yoldan biri, ağaca birinci il yüksək inkişaf etmiş zoğların əmələ gəlməsi üçün gübrələrin verilməsi, digəri isə yaz budamalarının aparılmasıdır. Qələm calağında calaqaltı müxtəlif yaşda olduğu üçün bitki normal inkişaf edir. Ancaq calaq edilmiş standart tinglərin əkilməsində yol verilən səhvlər bitkinin normal inkişafına mənfi təsir göstərir. Buna görə də tinglərin əkilməsində çox diqqətli olmaq lazımdır.

Bitkilərin inkişafı, meyvələrin və yarpaqların inkişafdan qalmasının əsas səbəbi azot çatışmazlığı ilə əlaqədardır. Bitkidə çiçək gözlərinin və meyvələrin inkişafdan qalmasının əsas səbəblərindən biri də fosfor çatışmazlığıdır. Bitki normal inkişaf etsə də meyvələrin yumşaq, nazik qabıqlı, dadsız və davamsız olması kalim çatışmazlığını göstərir.

Aparılmış düzgün gübrələmə analizlə müəyyən olunur. Məhsuldar və orta yaşlı ağaca hər il 2-3 kg ammonium-sulfat, təxminən 1 kg trip və super fosfat, 1 kg kalium-sulfat verilməlidir. Veriləcək gübrələrin miqdarı bitkinin inkişafı - gücü, illik məhsuldarlığı, torpağın tipi, suvarma, budama, bazar tələbləri kimi faktorlar gübrənin miqdarına təsir edir. Ümumiyyətlə, fosforlu gübrələrin hər il və ya bir neçə

31

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

ildən bir verilməsi torpağın tipindən çox asılıdır.Son illərdə yüksək keyfiyyətli gübrələrin istehsalı və mini yağış yağdırma,

damlama suvarma sistemlərinin geniş istifadəsi ilə yanaşı, gübrələrin tətbiq texnikası və müddətləri də dəyişikliyə uğrayır. Modern suvarma sistemləri ilə maye və ya suda həll olmuş gübrələr geniş yayılmışdır.

Hazırda fermerlərin əksəriyyəti bu modern sistemlərindən istifadə etmirlər. Buna görə də gübrələmə aparmaq üçün klassik üsullardan istifadə olunur. Gübrələməni bağça təsisindən öncə aparmaq lazımdır. Bağ salınacaq ərazidə torpağın hazırlanmasından dərhal sonra “Depa gübrələməsi” şəklində gübrələmə aparıla bilər. Bu zaman hektara 2-3 ton yanmış peyin, təxminən 50 kg trip+superfosfat verilərək qarışdırılmalıdır. Azotlu gübrə isə əkin zamanı 100 qr verilərək qarışdırılaraq tətbiq olunmalıdır. Əkin zamanı bitkilər zəif inkişaf edirsə, o zaman 100 qr olmaqla 2-3 dəfə azotlu gübrə tətbiq olunmalıdır.

Daha sonrakı illərdə gübrələrin tətbiqi analizdən asılı olaraq tələb olunan miqdarda fosfor və kalium gübrələri payızda və ya erkən yazda, azot gübrələri isə erkən yazda 1-ci dəfə, çiçəklərin tökülməsindən sonra ikinci dəfə, məhsul dövründən sonra 3-cü dəfə verilməlidir. Məhsul dövründən sonra azotun 3-cü dəfə verilməsi bilavasitə gələcək ildə çiçək gözlərinin daha yaxşı inkişaf etməsi, məhsul yığımından sonrakı müddətində bitkinin öz inkişafını davam etdirə bilməsi üçün çox vacibdir. Belə gübrə tətbiqi məhsul dövründə yaranan və ya müxtəlif səbəblərdən budaqların kəsilməsindən sonra suvarma ilə birlikdə aparılarsa ağaclar payıza qədər inkişaflarını davam etdirə bilər.

Gübrələmə mövzusunda daha çox qarşılandığımız problemlərdən biri də yarpaq gübrələnməsi ilə əlaqədardır.

Qida elementləri Istifadə edilən maddə və konsentrasiya

1 ton suya əlavə ediləcək

miqdarıTövsiyələr

Normal şəraitdə sinklə aparılacaq

gübrələmə

Sink-sulfatZn 36 %

0,2 %(0,2 kq) -

Maqik sinkZn 14 % suda həll

olunanZn EDTA 14 %

0,2 %(0,2 kq) -

Sink SniperZn SO4-duru 25 %

0,2 %(0,2 kq) -

Sitral ZnZn 9 %

0,35 %(0,35 kq) -

Sitral Zn MnZn 3,7 % , Mn 4,5 %

0,4 %(0,40 kq) -

Yatmış tumurcuq üzərinə, tumurcuqların şişib açılması dövrünün əvvəlində

32

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Ç a t ı ş m a z l ı q əlaməti simptomu aşkarlanan zaman sinklə aparılacaq gübrələmə

Sink-sulfatZn 36 %

3 %(3 kq)

Yaxşı həll olunmaq üçün isti suda əridilməklə istifadə olunur.

Maqik sinkZn 14 %, suda həll

olunanZn EDTA 14 %

2,8 %(3 kq)

Preparat № 30 və s. qış yağları ilə birgə istifadə oluna bilməz

Sink SniperZn SO4-duru 25 %

2,5 %(2,5 kq)

İsti suda həll olunmaqla çiləyici bakına əlavə olunur

Qida elementləri İstifadə edilən maddə və konsentrasiya

1 ton suya əlavə ediləcək

miqdarıTövsiyələr

Normal şəraitdə borla aparılacaq

gübrələmə

Bor turşusu (maye)10 % B

0,15 %(1,25 lt kq)

Bütün hallarda 0,01 ha bağ sahəsinə 60 qr saf B düşməsinə ça-lışılmalıdır

Düetto Bor-on11 % B suda həll

olunan(maye)

0,15 %(1,30 lt)

Bütün hallarda 0,01 ha bağ sahəsinə 60 qr saf B düşməsinə ça-lışılmalıdır

Sniper Boron11 % B suda həll

olunan (maye)

0,15 %(1,30 l t)

Bütün hallarda 0,01 ha bağ sahəsinə 60 qr saf B düşməsinə ça-lışılmalıdır

FOLAX Bmo3,7 B; 3 % Mo

0,5 %(500 ml)

Bütün hallarda 0,01 ha bağ sahəsinə 60 qr saf B düşməsinə ça-lışılmalıdır

Tumurcuqların şişməsi və tumurcuq-ların şişib açılması dövründə

33

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Çatışmazlıq əlaməti simptomu aşkarlanan zaman sinklə aparılacaq

gübrələmə

Bor turşusu (maye)10 % B

1,5 %(1,25 lt kq)

Bütün hallarda 0,01 ha bağ sahəsinə 120-150 qr saf B düşmə-sinə çalışılmalıdır

Düetto Bor-on11 % B suda həll olunan

(maye)

1,5 %(2,6 lt)

Bütün hallarda 0,01 ha bağ sahəsinə 120-150 qr saf B düşmə-sinə çalışılmalıdır

Sniper Boron11 % B suda həll olunan

(maye)

1,5 %(2,6 lt)

Bütün hallarda 0,01 ha bağ sahəsinə 120-150 qr saf B düşmə-sinə çalışılmalıdır

FOLAX BMo3,7 B; 3 % Mo

1,5 %(1,2 lt)

Bütün hallarda 0,01 ha bağ sahəsinə 120-150 qr saf B düşmə-sinə çalışılmalıdır

Qida elementləri İstifadə edilən maddə və konsentrasiya

1 ton suya əlavə edilə-cək

miqdarıTövsiyələr

Normal şəraitdə borla aparılacaq gübrələmə

Bor turşusu (maye)10 % B

0,15 %(1,30 lt) -

Düetto Bor-on11 % B suda həll oluna

bilən (maye)

0,15 %(1,30 lt) -

Sniper Boron11 % B suda həll oluna

bilən (maye)

0,15 %(1,30 ml t) -

FOLAX BMo3,7 B; 3 % Mo

0,5 %(500 ml) -

Çiçəkləmədən sonra və meyvə yığımınadək olan dövrdə

34

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Bor çatışmazlığı varsa aparılacaq gübrələmə

Bor turşusu10 % B

1,5 %(2,5 lt) -

Düetto Bor-on11 % B

1,5 %(2,6 lt) -

Sniper Boron11 % B

1,5 %(2,6 lt) -

FOLAX B, Mo3,7 B; 3 % Mo

1,5 %(1,2 lt) -

K a l s i u m (almalarda) “qara bənək” və ya qa-bıqaltı ləkəlilik ol-duqda) iyulun sonu, avqustda

Kalsium xlorid (maye)12 % Ca

Kalsium nitrat (maye)6-11 %

2,5 l

2,5 l-

Kalsium (acı bənək və ya qabıqaltı ləkəlilik üçün)

Pitstop (R)Kalsium Oksid (CaO)

16 % 3 l

Yığımdan bir həftə öncəyədək dövrdə meyvələrin böyüməsi zamanı 10-15 gün fasilə ilə 3-5 dəfə

Elfer-CaCa+N+fulvik turşu 3,0-3,5 l -

Mis çatışmazlığı

NanocopperCu NO3 7 %

0,5 %(500 ml) -

LacopperCu NO3 5 %

0,5 %(700 ml) -

Dəmir çatışmazlığı ( k a r - b o n a t l ı t o r p a q l a r d a “xloroz simptomu ol-duqda”)

MAGİC FERROPENTA FERROPLUS FERRO

SELECST FERROSMART FERRO

FE, 6 %FE, EDTA, 6 %

0,5 %800 qr -

M a q n e z i u m çatışmazlığı

Maqnezium Nitrat13,5 % Mg 6-12 kq

İyunda aparılmalı, iyulda ehtiyac olarsa təkrarlanmalı

Maqnezium sulfat15 % MgO28 % SO4 12-24 kq

Avqust ayında aparıl-mamalıdır

Azot çatışmazlığı

Sirflor Plus39,5 % N2

2 %0,6 3 kq

Ləçəklərin tökülmə-sindən 2 həftə sonra və meyvələrin yetiş-məsi mərhələsində 3-4 dəfə

Van İperen46 % N2

35

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Sink, mis, bor və s. ça-tışmazlığı birgə mü-şahidə edilən ağaclarda

Super heksalNPK+S, Mg, B, Fe, Mn,

Cu, Zn, Co, Mo 2 lt

Ç i ç ə k l ə m ə d ə n sonra vegetasiya dövründə 6-8 dəfə

BolverNPK+S, Mg, B, Fe, Mn,

Cu, Zn, Co, Mo3 lt

Elfer kombiB, Fe, Zn, Mo, Fulvik

turşu 2-2,5 lt

Qida elementləri İstifadə edilən maddə və konsentrasiyası

1 ton suya əlavə edilə-cək

miqdarıTövsiyələr

Normal şəraitdə k o m - p l e k s yemləmə məqsədi üçün

Sarı mikro gübrəNPK 30-6-6-6 Fe, Zn,

Mn,Cu (EDTA)+ B, Mn

2-4 kq -

Starter mikro gübrəNPK 10-52-10 Fe, Zn,

MnCu (EDTA)+B+Mo

2-5 kq -

Yaşıl mikro gübrəNPK 20-20-20 Fe, Zn,

MnCu (EDTA)+B+Mo

2,0-5,0 kq -

Yüksək kaliumlu mikro gübrə

12-12-36 Fe, Zn, MnCu (EDTA)+B+Mo

-

Kalsium (acı bənək və ya qabıqaltı ləkəlilik üçün)

Kalsium xlorid (maye)12 % Ca 5-7 l

Xüsusi hovuz və ya tankerdə meyvələr yaxalanaraq aparılır.

Kalsium xlorid (bərk)34-36 % Ca 3-5 kq -

Pitstop (R)Kalsium Oksid (CaO)

16 %3 l

Yığımdan bir həftə öncəyədək dövrdə meyvələrin böyüməsi zamanı 10-15 gün fasilə ilə 3-5 dəfə

Elfer-CaCa+N+Fulvik turşu 3,0-3,5 l -

Yığımdan sonra (yarpaqlar hələ də yaşıl və aktiv olduğu dövrdə)

36

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİGilas bitkisinə yarpaq gübrələrinin tətbiqi

Tətbiqi

20-30% çiçək açdığında100 l suya

Çiçəklər tac yarpaqlarının

50-60 %-i töküldükdə100 l suya

Meyvələr nisbətən

böyüyərkən 100 l suya

Meyvələrin çatlama

riskinin olduğu vaxtda

100 l suya

mayalanmameyvələrin inkişafı artırmaq

GENESİS L26 200 CC

+PROMAX

COMBİ 100 GRmeyvələrin tökülməsinin qarşısını almaq, meyvələrin inkişafını sürərləndirmək, qida elementi ilə təmin etmək

FULL ENERGY 7 100 CC

+GENESİS L26

200 CC+

PROMAX COMBİ 100 GR

meyvələrin keyfiyyətini və ölçüsünü artırmaq

MAXİFORTE 250 GR

+CALVİN 200-

-300 CCmeyvələrin çat əmələ gəlməsinin qarşısını almaq

GENESİS L26 200 CC

+CALVİN 250 CC

Xəstəlik və zərərvericilərə qarşı mübarizə

Xəstəlik, zərərverici və alaq otlarına qarşı mübarizə aparmaq məqsədilə tətbiq olunan bitki mühafizə tədbirləri müxtəlif üsullarla həyata keçirilsə də, bir çox ölkələrdə olduğu kimi respublikamızda da kənd təsərrüfatı dərmanlarının, yəni pestisidlərdən istifadə etməklə kimyəvi mübarizə aparılır. Kimyəvi mübarizə şüurlu şəkildə və nəzarət altında tətbiq olunarsa, digər üsullara nisbətən, daha yüksək təsir göstərər, daha sürətli nəticə verər, xüsusilə tarla şəraitində məhsulu mikotoksiki yoluxmalardan qoruyar və şüurlu şəkildə pestisidlərin tətbiqi, bitkilərin normal inkişafına səbəb olar. Ancaq, şüursuz və nəzarətsiz şəkildə kimyəvi preparatların istifadəsi, xəstəlik törədici faktorun davamlılığının artmasına, pestisidlərin təsirsiz hala gəlmələrinə səbəb olur, ətraf mühitin çirklənməsinə, eləcə də qida məhsullarında zəhərli qalıqların toplanmasına və kənd təssərrüfatı məhsullarının ixracında problemlərin yaranmasına səbəb olacaqdır.

Bütün bunlara baxmayaraq, bitki mühafizəsində kimyəvi mübarizənin müsbət cəhətləri də vardır. Xüsusilə inkişaf etmiş ölkələrdə inteqrir mübarizə yolu ilə tətbiq müsbət nəticələrin alınmasına gətirib çıxarır. Məlum olduğu kimi inteqrir mübarizə və ya inteqrir mübarizə sistemlərinin əsas hədəfləri (Integrated

37

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Pest Management, IPM) bütün mübarizə üsullarından balanslı bir şəkildə istifadə etmək, bitkiləri xəstəlik və zərərverici orqanizmlərdən qorumaq, ətraf mühit və insan sağlamlığına mənfi təsirlərini minimuma endirməkdir.

Yuxarıda qeyd etdiyimiz kimi ölkəmizdə kənd təsərrüfatı dərmanlarının problemlərini nəzərə alaraq, Azərbaycanda pestisidlərin istifadəsinə və onların təsir problemlərinin həlli baxımından da bəzi təkliflərimizi verəcəyik.

Pestisidlərin istifadəsi

Dünyada pestisidlərin illik satışı təxminən 45 milyard dollar təşkil edir. İstehlak miqdarları baxımından Latın Amerika ölkələri başda olmaqla (Bahama 59.4, Kolumbiya 15.3), Yaponiya, Çin, Malaziya və Yeni Zelandiya yüksək pestisidlərin istifadəsi ilə diqqət çəkən ölkələr arasındadır.

Qalıqlarının yaratdığı problemlər

Pestisidlərin əksəriyyətinin, bitkilərə tətbiq olunduqdan qısa bir müddət sonra istər struktur xüsusiyyətləri, istərsə də ətraf mühit və bitki metabolizmasının təsiri ilə tərkibi tamamilə parçalanır. Bəzi pestisidlər olduqca zəif tərkibə malik olduqlarından, daha bitkiyə təsir etmədən parçalanmağa başlayırlar. Məsələn, alkylenebis (dithiocarbamate) üzvü maneb, mancozeb, propineb kimi fungisidlər, saxlandıqları şəraitdə, oksigen və nəmliyin təsirindən sürətlə parçalanırlar. Bəziləri isə nisbətən davam gətirirlər. Belə birləşmələrə nümunə olaraq DDT və törəmələrini göstərmək olar.

Pestisidlər bitkiyə tətbiq olunduqdan sonra bitki köklərindən meyvələrinə qədər dəyişik hissələrdə lokallaşırlar. Ətraf mühit şəraiti ilə yanaşı, pestisidlər bitkilərin tərkibində müxtəlif fermentlərin təsiriylə müxtəlif birləşmələrə çevrilirlər. Bu parçalanma məhsulları bəzən əsas maddədən daha çox toksik təsirə malik olurlar. Məsələn, benzimidazol qrupu fungisidlərdən benomyl və thiophanatemethyl-in parçalanma məhsulu canbendazim, bu fungisidlərin əsl toksik quruluşudur. Həmçinin maneb, mancozeb kimi alkylenebis (dithiocarbamate) törəməsi fungisidlərin ən əhəmiyyətli parçalanma məhsulu fungisid təsiri olmayan ethylenethiourea (ETU), chloropyrifos’un isə 3,5,6-trichloro-2-pyridanol-dur. ETU insanlarda xərçəng riskini artırır. Buna görə də pestisidlərin analizi zamanı əsas pestisidlərlə yanaşı parçalanma məhsullarının da araşdırılması lazımdır. Əks halda qida təhlükəsizliyi baxımından əhəmiyyətli problemlərlə qarşılaşacağıq.

Kənd təsərrüfatı məhsullarının emalı zamanı da pestisidlərin qalıqları böyük təsirə malikdir. Bir pestisid alma suyunda aşkar olunurkən, digəri alma qabığında daha çox toplana bilər. Məsələn qabıq hissəsində və çəyirdəyində, ətli hissəsinə nisbətən daha çox olduğu aşkar edilmişdir.

Gilas meyvələri üzərində həyata keçirilən araşdırma zamanı 20%-li malathion-un 0.2% -li dozada tətbiqi analiz zamanı 1-ci və 2-ci gündə sırasıyla 1.47 və 0.95 mq/kq pestisid qalığı müəyyən olunmuş, 4-cü və 5-ci günlər ararılmış təhlillərdə qalıq aşkar edilməmişdir.

38

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİPestisidlərə qarşı davamlılıq

Müasir kimyəvi mübarizənin prioritetli problemlərindən biri zərərverici orqanizmlərin pestisidlərə qarşı dayanıqlılıq qazanmasıdır. Bu problemlərin nəticəsində, çox qiymətli və təsirli pestisidlərin təsirsiz hala gəlməsi, bazar dəyərinin və kimyəvi mübarizədə alternativ mübarizə üsullarının zəifləməsidir. Zərərli orqanizmlər pestisidlərə qarşı dayanıqlılıq qazandıqda, həmin pestisidlər ilə eyni təsir mexanizminə malik digər pestisidlərə qarşı da avtomatik olaraq davamlılıq göstərəcəkdir. Onu da qeyd edək ki, dayanıqlılıq problemi heç bir zaman tək bir pestisid və ya təsirli maddə ilə məhdudlaşmır.

Pestisidlərə qarşı dayanıqlılığın digər bir istiqaməti də zərərli orqanizmlər dayanıqlı hala gəlsə də, pestisidlərin təsirlərinin dərhal itməməsi və dayanıqlılığın yavaş-yavaş ortaya çıxmasıdır. Fermer yaxşı nəticələr əldə etmək məqsədilə istifadə etdiyi pestisidlərin zamanla effektivliyini göstərməməsi ilə bağlı bu problemin qarşısını almaq üçün həddindən artıq pestisid tətbiq edir. Yüksələn dozalar bir tərəfdən davamlılığı zəiflədərkən, digər tərəfdən pestisid qalıqları ilə bağlı problemlərin ortaya çıxmasına səbəb olur.

Dayanıqlılıq, kimyəvi mübarizəyə qarşı, fermerin məhsul itkilərinə və kimyəvi mübarizədə alternativlərinin azalmasına da səbəb olur. Məsələn ABŞ-da, dayanıqlılıq nəticəsində yaranan məhsul itkisinin 1940-cı ildə 7%; 1980-ci illərdə isə həddindən artıq pestisidlərin istifadə edilməsinə baxmayaraq 13% olduğu müəyyən edilmişdir.İnsektisidlərə qarşı davamlılıq

İnsektisit Dayanıqlılıq Əmək Komitəsinə (Insecticide Resistance Action Committee, İRAC) görə insektisidlərə qarşı dayanıqlılıq, zərərli bir növə qarşı istifadə olunan insektisid effektivliyi, hər tətbiq sonrası azalma şəklində müşahidə olunan müvəffəqiyyətsizlikdir. Davamlılıq genetik xarakter daşıyır. Tətbiq dozasında gözlənilən nəticə, böyük ehtimalla populyasiyalara qarşı təsirin aşağı düşməsinə, tətbiq dozasının isə artmasına gətirib çıxarır.

Mutasiya nəticəsində ortaya çıxan dayanıqlılıq, zərərverici və xəstəliktörədici faktorun davranış formasını dəyişdirə və insektisiddən qaçma qabiliyyətini qazana bilər. İnsektisidin patogenə təsiri zəifləyir və insektisid molekulu təsir yerinə bağlana yerinə çata bilmədən detoksiki təsirə malik olur və zəhərsiz hala gəlir.

Dünyada mövcud vəziyyəti

Zərərvericilərin insektisidlərə qarşı dözümlülüyü, ilk dəfə 1914-cü ildə Melander tərəfindən Quadraspidiotus pernicious’un kükürd-əhəng qarışığına qarşı göstərdiyi həssaslığın azalması üçün istifadə edilmişdir. İnsektisidlərə qarşı dayanıqlılığın həlli çətin bir problem halına gəlmişdir. Məsələn, 1914-1946-ci illərdə insektisidlərə qarşı dayanıqlılıq qazanmış 11 irq aşkar olunarkən, bəzi mənbələrə görə 2007-ci ildə 553, bəzilərinə görə isə artaraq 2014-cü ildə 1000-ə çatmışdır. Hazırda mövcud olan insektisid və akarisid qruplarına qarşı dayanıqlılıq qazanmış zərərli populyasiyalarının olduğu bildirilir.

Fungisidlərə qarşı davamlılıq

Xəstəliktörədici və zərərverici orqanizlərin fungisidlərə qarşı dayanıqlılıq qazanması ilə təsir mexanizmləri arasında əlaqə vardır.

39

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Fungisidlər təsir mexanizmlərinə görə iki böyük sinifə ayrılır:

Klassik fungisidlər: Bu sinifə daxil olan fungisidlərin, patogen orqanizmlərdə birdən çox təsir vardır və heç biri sistemli deyil. Məsələn kükürd, mis birləşmələri, dithiocarbamate’lar captan və analogları. Bu qrup üzvləri 1-ci və 2-ci nəsil fungisidlər olaraq adlandırılır.

Təsiretmə yeri müəyyən edilmiş və ya müasir fungisidlər: Bu sinif fungisidlərin mikroorganizmlərdə xüsusiləşmiş tək bir təsir yeri vardır. Bu sinifə aid olan birləşmələrin bir bölümü sistemiktir. Sistemik olmayanlar da, bitki içində məhdud hərəkət qabiliyyətindədir (translaminar). Bu sinifdə benzimidazole, dicarboximide, phenylamide, aminopyrimidine, strobilurine, sterol biosintezi zəiflədənlər (Sterol Biosynthesis Inhibitor, SBI) kimi günümüzün ən müasir fungisidləridir. Bu birləşmələr 3-cü və 4-cü nəsil fungisidlər olaraq adlandırılır.

Təkliflər

Daha öncə də qeyd etdiyimiz kimi ölkəmizdə pestisidlərdən şüursuz və nəzarətsiz istifadə edilməkdədir. Bu istifadə forması qalıq və dayanıqlılıq problemlərinin getdikcə artmasına və qida təhlükəsizliyimizi, ətraf mühitə və bitki mənşəli məhsul ixracatımıza da mənfi təsir etməklə yanaşı, hətta kimyəvi mübarizə üsullarından istifadənin azalmasına səbəb olmuşdur. Bu problemlərin həllinə kömək edə biləcəyini düşündüyümüz bəzi təklifləri aşağıda ümumiləşdirilmişdir.

Bitki mühafizə xidmətlərində dissiplin və standart quruluş təkrar yaradılmalıdır. Bununlada, fermerlərin dərman firmalarına deyil, problemlərinin həlli üçün rəsmi Bitki Mühafizə Mərkəzlərinə müraciət etməlidirlər.

Pestisidlərin qeydiyyatdan keçməsində orijinal və bənzər preparatların ölkəyə gətiilməsi aradan qaldırılmalıdır.

Qeydiyyata alınma əsnasında, yeni təsirli maddələrin dayanıqlılıq riskləri, isti-fadə sahələri və hədəf orqanizmlər nəzərə alınaraq, laboratoriya analizlərinə əsaslanan şəkildə müəyyən edilməlidir. Bu araşdırmanın nəticələrinə görə davamlılıq potensialına malik olan hər təsirli maddəyə hədəf orqanizmlərin dayanıqlılıq qazanmasının qarşısının alınması strategiyaları təlimatlarda və etiketlərdə yer almalıdır. Qeydiyyatdan sonrası da eyni məqsədlə təsirli mad-dələr control edilməli, təsiri almış və bunun praktikada problem yaradacaq səvi-yyəyə çatmaması üçün araşdıraraq göstərişlərə, etiketlərə əlavə olunmalıdır.

Pestisidlərin MRL (Maksimum qalıq limiti, Maximum Residue Level) dəyərləri dəyişdikcə, son dərmanlama-məhsul müddətləri də bu dəyərlərə görə müəyyən edilməlidir. Bular aparılmadıqca, istehsalçıların qalıq baxımından problemsiz məhsul əldə etməsi mümkün olmayacaqdır.

Pestisidlərin qalıq analizlərində, laboratoriya şəraitində nümunələr analiz edilməli, homogeny bir nümunənin analizi zamanı keyfiyyət sistemi və keyfi-yyətə nəzarət sistemlərinə riayət olunması, ölkəmizdə pestisid qalıq problem-lərini azaldacaq tədbirlərdəndir.

Bitki mənşəli məhsullarda toplanmış pestisid qalıqları ilə bağlı aparılan bütün analizlərin nəticələri haqqında fermerlərə məlumat vermək lazımdır.

Ölkəmizdə bitki mühafizəsi sahəsi üzrə kadrların hazırlığına böyük ehtiyyac vardır.

40

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİPestisidin etiketi

Pestisidin etiketində istifadəçiyə pestisiddən təhlükəsiz və səmərəli istifadə barədə vacib məlumat verilir. İstənilən növ pestisiddən istifadə edərkən atılacaq ilkin addım pestisidin qabının üzərindəki etiketi tam oxumaqdır. Etiketdə aşağıda-kılar barədə məlumat verilir:

1. Pestisidlə bağlı üç ad2. Pestisidin zəhərlilik dərəcəsi və “xəbərdarlıq siqnalı”3. Pestisidin tətbiq ediləcəyi məhsulun adı.4. Təhlükəsiz istifadə ilə bağlı piktoqramları özündə əks etdirən təlimatlar5. Pestisidin lazımi miqdarda tətbiq edilməsi üçün onun qarışdırılması ilə bağlı

verilən təlimatlar6. Qəza baş verdikdə görüləcək tədbirlər barədə məlumat.

Pestisidin adları Hər bir pestisidin etiketində onun üç adı göstərilir. Pestisid istifadəçiləri pestisidi seçərkən onun kimyəvi adına fikir verməlidir. Məhsulun brend adı və onun tərkib hissəsi olan kimyəvi maddələrin adı illər keçdikcə dəyişə bilər ona görə də istifadə edəcəyiniz pestisidin üzərindəki kimyəvi adı həmişə yoxlayın.

Zəhərlilik dərəcəsi:

Pestisidin etiketində fermerləri xəbərdar etmək üçün kimyəvi maddənin nisbi zəhərlilik dərəcəsini ayrılıqda göstərən üç söz verilir.

DİQQƏT. Bu, o deməkdir ki, pestisid çox zəhərli deyil lakin ondan ehtiyatla istifadə etmək lazımdır.

XƏBƏRDARLIQ. Bu, o deməkdir ki, pestisid orta zəhərlilik dərəcəsinə malikdir və bu məhsulun təsirinə məruz qalmamaq üçün ona əlavə diqqət yetirmək lazımdır

TƏHLÜKƏLİ və /yaxud ZƏHƏRLİ. Bu o deməkdir ki, pestisid həddən artıq zəhər-li olub ətraf mühit və istifadəçi üçün təhlükə yaradır. Əksər hallarda zəhərlilik dərəcəsi yüksək olan belə pestisidlərdən istifadə etməmək məsləhət görülür.

Pestisidin tətbiqi

Hər bir etiketdə pestisidin xüsusiyyəti yəni onun herbisid, funqisid, insektisid və ya başqa dərman olması barədə istifadəçiyə məlumat verilir. Pestisidi yalnız onun etiketində göstərilən məqsədlər üçün istifadə edin. Pestisiddən onun etiketində göstərilməyən məqsədlər üçün istifadə etmək qeyri-qanunidir.

Təhlükəsizliklə bağlı Təlimatlar

Pestisidin etiketində onun tətbiqi üçün lazım olan Şəxsi Mühafizə Vasitələri (ŞMV) barədə təlimatlar verilir. Etiketdə ətraf mühitin təhlükəsizliyini təmin etmək üçün xüsusi təlimatlar verilir. Bütün etiketlərdə: UŞAQLARDAN UZAQ TUTUN! -xəbərdar-lığı verilir.

41

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Kimyəvi dərmanın qarışdırılması üzrə təlimatlar:

Kimyəvi dərmanı qarışdırarkən etiketin üzərindəki təlimatlara həmişə əməl edin. Bəzi hallarda pestisidlər digər kimyəvi maddələrlə qarışdırılma bilməz və ya onların qarışdırılması üçün xüsusi təlimatlar mövcud ola bilər. Bu təlimatlara əməl edərək hədəfə aldığınız zərərəvericini və ya xəstəliyi aradan götürə bilərsiniz.

Qəza halları barədə məlumat:

Pestisidlərdən hətta çox diqqətlə istifadə edən şəxslər də belə qəzaya uğrayır. Pestisidin etiketində verilən qəza halları ilə bağlı məlumatda qəza baş verdikdə görüləcək tədbirlər göstərilir. Etiketdə ilkin tibbi yardımın göstərilməsi ilə bağlı ver-ilən təlimatlar pestisidin təsirinə məruz qalmış şəxsi ölümdən qurtara bilər. Etiketdə qəza halları ilə bağlı verilən məlumatı həmişə diqqətlə oxuyun.

Çiləyicinin kalibrlənməsi(Meyvə bağları üçün böyük çiləyicilər)

Çiləyici avadanlığın kalibrlənməsi pestisidlərin düzgün tətbiq edilməsi üçün çox vacibdir. Azərbaycanın əksər fermerləri və aqronomları sadəcə olaraq, çiləyicinin kalibrlənməsi, dərmanın qarışdırılması üçün lazım olan suyun miqdarı və öz çiləyicilərinin hektar üzrə səpmə gücü barədə heç bir məlumata malik deyil. Ona görə də, pestisid təlimçiləri meyvə ağaclarının dərmanlanması üçün çiləyiciləri ka-librləməyi bilməli və fermerlərə öz çiləyicilərini kalibrləməyi öyrətməlidir. Aşağıdakı təlimatda çiləyicinin kalibrlənməsində yardımçı olan mərhələlərdən ibarət qaydalar göstərilir.

Çiləyicinin Kalibrlənməsi üçün hazırlıq işləri

Çiləyicini kalibrləmək üçün onun yaxşı işlək vəziyyətdə olması lazımdır. Bu o deməkdir ki, çiləyicinin bütün səpici ucluqları onların üzərində olmalı, avadanlıq sızmamalı və ən başlıcası yaxşı işlək vəziyyətində olmalıdır. Əgər avadanlıq na-sazdırsa, onda kalibrləmədən qabaq onun nasaz hissələrini təmir edin. Sızan yax-ud düzgün işləməyən avadanlığı dəqiq kalibrləmək mümkün deyil və bu, fermer üçün pul itkisi olub ətraf mühitin kimyəvi maddələr tərəfindən çirklənməsinə şərait yaradır.

Kalibrləmə üçün lazım olan ləvazimatlar aşağıdakılardır:

Ölçü lenti Nişanlayıcı çubuqlar Ölçü qabları Karandaş və kağız Saat (vaxt ölçən) Kalkulyator

Çiləyici sızmadıqda və işlək vəziyyətdə olduqda habelə onun kalibrlənməsi üçün lazım olan ləvazimatlar hazır olduqda avadanlığın kalibrlənməsinə başlamaq olar.

42

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİDuru mayenin səpilməsi

Kimyəvi maddəni səpərkən çalışmaq lazımdır ki, funqisidlər, insektisi-dlər, akarsidlər və zərərvericinin inkişafını tənzimləyən digər maddələr ağacın bütün hissələrinə yayılsın. Pestisidlə bağlı məsləhətlər ağacın bütün hissələrini nəmləndirmək üçün lazım olan mayenin (çiləyicinin qabındakı qarışıq mayenin) miqdarına əsasən verilir. Standart meyvə bağlarında hər hektara düşən mayenin miqdarı “Cərgələrarası Sahənin Həcminin” (CSH) hesablanması ilə müəyyən edilir. CSH sadəcə olaraq ağacı çətirinin diametrinin çətirin hündürlüyünə və cərgənin uzunluğuna vurmaqla müəyyən edilir. Ağacların budanma keyfiyyətindən asılı olaraq yaxşı budanmış bağlarda CSH-in hər 10.5 m3 üçün 1 litr maye səpmək lazımdır. Yaxşı budanmamış bağlarda isə hər 7.5 m3 üçün 1 litr maye səpmək lazım gələcək.

Məsələn:

Çətirin diametri 2m Çətirin hündürlüyü = 2m Cərgənin uzunluğu = 400 m Cərgələrarası məsafə = 5m

2m X 2m X 400m = 1,600 m3 CSH

Tutaq ki, biz, ağacın budanma keyfiyyətindən asılı olaraq CSH-nin hər kub metri üzrə 10.5 və 7.5 litr duru maye səpmək istəyirik.

1,600 kub. m. / 10.5 = hər cərgəyə 152 litr ( yaxud hektara 760 litr) – yaxşı budanmış bağlarda 1,600 kub. m. / 7.5 = hər cərgəyə 213 litr (yaxud hektara 1065 litr) – yaxşı budanmamış bağlarda. 400 metrlik cərgə x 5 metr arası olan 5 cərgəyə = 1 hektar

Bu təlimin məqsədlərinə uyğun olaraq çiləmə üçün nəzərdə tutulan may-enin və ya “Duru Mayenin” standart miqdarı həmişə CSH əhatə etmək üçün lazım olan çiləmə gücünə əsasən təyin edilməlidir yəni, CSH-nin hər 10.5 və 7.5 kub metri üçün 1 litr.

Çiləyicinin sürətinin hesablanması

Çiləyicinin sahədəki sürəti onun səpmə normasında təsir edir. Çiləyicini lazımi qaydada kalibrlədikdən sonra onun səpmə normasını dəyişməyin yolu çiləyicinin sürətinin dəyişdirilməsidir. Verilmiş parametrlərə uyğun olaraq əgər çiləyici sürətini ikiqat artıraraq saatda 2 deyil 4 km məsafə qət edirsə onda səpmə norması yarıya kimi azalar. Əksinə, əgər çiləyici sürəti azaldaraq saatda 2 deyil 1 km məsafə qət edərsə onda səpmə norması ikiqat artacaq.

Çiləyicini kalibrləmək üçün onun normal sürətini təyin etmək lazımdır. İstənilən nəqliyyat vasitəsinin sürətini hesablama üçün formul belədir: Norma x Zaman = Məsafə (nz = m). Çiləyicinin sürətini müəyyən etmək üçün aşağıdakılara əməl etmək:1. Bağda 100 metrlik məsafəni nişanlayaraq müəyyən edin.2. Çiləyici ilə həmin məsfəni qət edin və vaxtı hesablayın

43

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

3. Çiləyici ilə qət etdiyiniz 100 metrlik məsafəni geriyə qayıdaraq qət edin və orta hesabla vaxtı təyin edin.

4. 100 metr X 3.6 / saniyə ilə vaxt = kilometr/saat. Burada 3.6 bizə lazım olan sabit əmsaldır, çünki biz 4 müxtəlif ölçü vahidindən istifadə edirik: saat, saniyə, kilometr və metr . 3.6 bu vahidlər arasındakı fərqin bərabər məxrəcidir.

Məsələn:Tutaq ki, çiləyici 100 metr məsafəni 1.5 dəqiqəyə qət edir. 100 metr X 3.6 = 360360 / 90 saniyə = 4 kilometr/saat

Bizim hesablamalara görə çiləyicinin sürəti saatda 4 kilometrdir.

Çiləyicinin səpmə normasının hesablanması

Çiləyicinin kalibrlənməsində atılacaq növbəti addım dəqiqə üzrə suyun litrinə uyğun olaraq onun səpmə normasının təyin edilməsidir. Bu, çox vacibdir çünki, çiləyicinin faktiki səpmə norması dərmanın meyvə ağaclarının hər bir hissəsinə nüfuz etməsi və zərərvericinin məhv edilməsi üçün kifayət etməlidir. Səpmə norması müəyyən etmək aşağdakılara əməl etmək lazımdır.1. Çiləyicini su ilə doldurun.2. Normal səpmə üçün traktorun parametrini istədiyiniz DDS-ə (Dəqiqə Üzrə

Dövrlərin Sayı) qurun, çiləyicini işə salın və 100 metr məsafənin qət edilməsinə sərf edilmiş vaxt, yəni bizim nümunəyə əsasən 90 saniyə müddətinə havaya su çiləyin. Heç kimin və ya heç nəyin çiləyicinin maye tozundan islanmaması üçün onları avadanlığa yaxın buraxmayın.

3. 90 saniyədən sonra sonra çiləyicini və traktoru söndürün.4. Ölçü qabı ilə çiləyicini yenidən dolduraraq onun 90 saniyə müddətində neçə

litr maye səpdiyini müəyyən edin.5. Çiləyicinin yenidən doldurulması üçün lazım olan suyun miqdarı 100 metrlik

cərgəyə səpilən suyun miqdarına bərabərdir. Bu halda cərgələr arası məsafə 5 metr olduğu üçün hektara 2000 metr düşür. Nəticədə, 90 saniyə ərzində səpilən suyun miqdarını 20-ə vuraraq hektar üzrə normanı hesablamaq lazımdır.

Kalibrləmə zamanı rəqəmlərin hesablanması

Kalibrləmə zamanı növbəti mərhələ rəqəmlərin hesablanmasından ibarətdir :

1. Tutaq ki, yaxşı budanmış bağda CSH 1.600 kub metrdir və biz hər 10.5 kub metrə 1 litr yaxud 400 metrlik cərgəyə 152 litr və ya qət edilmiş 100 metr (90 saniyə) üzrə 38 litr duru maye çiləmək istəyirik.

2. Biz həmçinin bilirik ki, traktorun sürəti saatda 4 km-dir və 100 metri 1.5 dəqiqəyə yaxud 400 metrlik cərgəni 6 dəqiqəyə qət edir.

3. Bağın CSH cərgələr üzrə 1600 kv. metr yaxud 8000 kv.metr hesablanıb. CSH-nin 10.5 kv.metrinə bir litr işçi məhlul səpildiyini nəzərə alsaq hektar üzrə bizə 760 litr məhlul lazım olacaq. Bizim çiləyici 100 metrə 38 litr səpdiyi üçün onun səpmə gücü hektar üzrə 38 litr x 20 (hektar üzrə 2000 metr) yaxud 760 litr olacaq.

44

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ4. Deməli çiləyicinin səpmə gücünü hesabladıqdan və onu düzgün kalibrlədikdən

sonra səpmə gücü 90 saniyəyə 38 litr olmalıdır. Kalibrləmə prosesində yarana biləcək 5%-lik xətanı nəzərə alsaq səpmə gücü 90 saniyəyə yaxud 100 metrlik cərgə üzrə 36-40 litr olacaq.

5. Əgər çiləyicinin səpmə gücü dəqiqəyə 36-40 litr deyilsə onda avadanlığı yenidən kalibrləmək lazımdır.

Çiləyicinin Kalibrinin Dəyişdirilməsi

Çiləyicini yenidən kalibrləməyin üç yolu var:1. Səpmə gücünü dəyişmək üçün suyun təzyiqinin dəyişdirilməsi2. Səpmə gücünü dəyişmək üçün çiləyicinin üzərindəki səpici ucluqların

dəyişdirilməsi3. Yaxud dəqiqə üzrə səpiləcək CSH kub metrlərini azaltmaq və ya çoxaltmaq

üçün çiləyicinin sürətinin dəyişdirilməsi .

Qeyd: Çiləyiciyə tökdüyünüz kimyəvi maddənin miqdarına düzəliş etmək lazım deyil çünki, CSH-nin hər kub metri üzrə lazım olan suyun miqdarını hesablamaq düzgün deyil və və əgər belə etsəniz ağacın yarpaqlarından axan artıq su kimyəvi dərmanı yuyub aparacaq və ya ağaca səpilən dərman kifayət etməyəcək.

Suyun təzyiqinin dəyişdirilməısi:

Əgər səpmə normasında az dəyişiklik etmək lazım gələrsə ondatəkcə təzyiqi dəyişməklə səpmə normasını nizamlamaq çətin olacaq.

Məsələn:Yuxarıda göstərilən misalda avadanlığın cari təzyiqi 3kiloqram/santimetrdir. Tutaq ki, axın sürəti dəqiqəyə 22 litrdir və bizə isə dəqiqəyə 25.3 litr səpmə gücü lazımdır. Aşağıdakı düsturdan istifadə edirik:

Əvvəlki təzyiq X (nəzərdə tutduğunuz axın sürəti / cari axın sürəti) kvadrat kök altında = Yeni Təzyiq

3(25.3/22) kvadrat kök altında3(1.3225) = 3.9675 – bu, dəqiqəyə 25.3 litr səpmək üçün lazım olan yeni

təzyiqdir.Axın sürətini dəqiqə üzrə 3.3 litr artırmaq üçün lazım olan dəyişiklik demək

olar ki, bir santimetr üzrə bir kiloqrama bərabərdir. Təkcə təzyiqi dəyişməklə yalnız kiçik dəyişikliklər etmək olar.

Səpici ucluqların dəyişdirilməsi:

Düzgün səpmə gücünü təyin etmək üçün səpici ucluqların dəyişdirilməsi çox asandır və bu avadanlığı işlədən hər bir şəxs bunu bilməlidir. Çiləyici avadanlıqların satıcılarından müxtəlif çiləyicilər üçün geniş çeşidli səpici ucluqlar əldə etmək olar. Dəlikləri böyük olan səpici ucluqlardan qısa müddət ərzində daha çox maye keçir və ya əksinə dəlikləri xırda olan ucluqlardan keçən suyun miqdarı az olur.

Əgər çiləyici avadanlıq işlədən şəxslərin bağlarında CSH bir-birindən çox fərqlənirsə onda onlar ağacların hündürlüyündən asılı olaraq müxtəlif ucluq dəstindən istifadə etməlidir. Çiləyicinin operatoru intensiv bağlar üçün kiçik

45

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

ucluqlardan, standard bağlar üçün orta ölçülü ucluqlardan və yaşlı bağlar üçün isə daha böyük ucluqlardan sitifadə etməlidir. Avadanlığın ucluqlarını dəyişmək vaxt aparmır və bu asan işdir.

Səpici ucluqları alarkən onların üzərindəki etiketdə göstərilən axın sürətinə baxmaq lazımdır. Etiketdəki məlumat həmin ucluqla ağacı tam islatmaq üçün lazım olan səpmə normasını və təzyiqini hesablamaqda sizə kömək edəcək. Əgər hektar üzrə daha çox maye səpmək tələb olunursa onda daha böyük səpici ucluq lazım olacaq. Əgər çiləyicinin ağaca səpdiyi dərmanın miqdarı çoxdursa onda daha kiçik ucluqdan istifadə etmək lazımdır. Bir neçə dəst səpici ucluğun xərci kimyəvi dərmanın israfı zaman yaranan və ya dərmanın düzgün səpilməməsi nəticəsində əldə edilən keyfiyyətsiz məhsulun yaratdığı xərcdən çox aşağıdır.

Sürətin dəyişdirilməsi:

Çiləyicinin səpmə normasını dəyişməyin asan yolu onun sürətini dəyişməkdir. Sürət ağaca vurulun dərmanın miqdarında böyük dəyişikliyə səbəb ola bilər.

Məsələn: Bizim misalda saatda 4 km gedən çiləyici 400 metrlik cərgəyə 152 litr yaxud hektara 760 litr maye səpir.

Əgər çiləyicinin sürətini saatda 3 km-ə qədər azaltsaq onda o, 100 metrlik məsafəni 2 dəqiqəyə qət edəcək. Nəticədə səpmə norması artaraq 400 metrlik cərgə üzrə 202.4 litr yaxud hektar üzrə 1012 litr olacaq.

Əgər biz çiləyicinin sürətini artırıb saatda 5 km etsək onda o, 100 metrlik məsafəni 72 saniyəyə yaxud 1.2 dəqiqəyə qət edəcək. Bu o deməkdir ki, çiləyici 400 metrlik cərgəni 4.8 dəqiqəyə qət edəcək və 400 metrlik cərgəyə 121.44 litr və ya hektara 607.2 litr dərman səpiləcək .

Beləliklə, əgər çiləyicinin sürətini ikiqat artırsanız onda səpmə norması yarıya düşəcək və ya sürəti yarıya salsaq hektar üzrə spmə norması ikiqat artacaq.

VACİBDİR: Çiləyicinin sürəti saatda 5 kilometrdən çox olmamalıdır. Çiləyicinin yüksək sürətlə idarə edilməsi Azərbaycanda yayılmış geniş problemlərdən biridir. Operatorlar ağacların tam dərmanlanması əvəzinə bağın tez dərmanlanmasına daha çox diqqət yetirir. Bu problemin həlli daim diqqət mərkəzində olmalıdır.

Hissələri dəyişdikdən sonra avadanlığın yenidən kalibrlənməsi

Səpici ucluqları, çiləyicinin sürətini və ya təzyiqini dəyişərkən onu kalibrləmək üçün riyazi hesablama aparmaq lazım gələcək. Səpici ucluqları və yasuyun təzyiqini dəyişərkən avadanlığın səpmə normasını yenidən ölçmək lazımdır ki, çiləyicinin bir dəqiqədə nə qədər dərman səpəcəyini müəyyən edə biləsiniz. 10 dəqiqə vaxt aparan bu proses ilboyu pestisidin israfı nəticəsində bağ sahibinə dəyən minlərlə manat dəyərində olan ziyandan qoruyur.

Əgər siz çiləyinin sürətini dəyişmək qərarına gəlmisinizsə onda onun 100 metrlik məsafə əsasında saatda neçə kilometr qət etdiyini müəyyən etməlisiniz. Traktorun sürətölçəninə etibar etməyin çünki adətən traktorun verdiyi göstəricilər düzgün olmur.

Müxtəlif bağları dərmanlayarkən hündürlüyü müxtəlif olan ağaclara rast gəlmək olur. Əgər ağacların hündürlüyü qismən eynidirsə onda çiləyicinin parametrlərini dəyişməyə ehtiyac yoxdur. Bununla belə, ağacların ölçüsündəki fərq

46

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİböyükdürsə CSH hesablamaqla, səpici ucluqları, çiləyicinin sürətini və ya təzyiqini dəyişməklə ağacları lazımi qaydada dərmanlamaq olar. Nəticədə külli miqdarda pula qənaət etmək olar.

Səpmə modelinin dəyişdirilməsi

Çiləyicini kalibrlədikdən sonra onu bağa aparıb səpmə modelini qurmaq lazımdır. Hava Püskürdücüsü olan çiləyicilər havanı səpici ucluqlardan üfürərək duru mayeni ağaca vuran pərlər olur. Əgər paylayıcı ekran və pərlər düzgün mövqedə saxlanmayıbsa onda pestisid ağacın bütün hissələrinə nüfuz etməyəcək və nəticədə zərərvericilərlə bağlı problemlər yenə də baş qaldıracaq.

Bağa dərman çiləməzdən qabaq səpici ucluqları müalicə edəcəyiniz ağacların ölçüsünə uyğunlaşdırın. Çiləyicinin aşağı hissəsindəki səpici ucluqların istiqaməti ağacın ən aşağı hissəindəki yarpaqlara yönəlməlidir və eyni zamanda ən yuxarı hissədəki ucluqlar ağcın ən yuxarı hissəsindən aşağıda olan hissəni dərmanlamaq üçündür.

Müasir çiləyicilərin əksəriyyətində ucluqlar olan hissədəki paylayıcı ekranı istənilən istiqamətə yönəltməklə havanı ağacın istənilən hissəsinə vurmaq olar. Dərmanı çiləməzdən qabaq paylayıcı ekranları nizamlamaq lazımdır. Aşağı hissədə paylayıcı ekran varsa onu da nizamlamaq lazımdır. Çiləyicinin püskürdüyü hava ancaq ağacın yarpaqlarına doğru yönəlməlidir. Təbii ki, əgər havanı səmaya doğru üfürdükdə duru mayeni boş yerə sərf etmiş olarıq. Hava püskürdücü paylayıcı ekranların nizamlanması çox sadədir və ağacın lazımi qaydada dərmanlanması üçün çox vacibdir.

Əl Çiləyicilərinin Kalibrasiyası (Sahəyə çiləmək üçün)

Əl çiləyicisinin kalibrasiyası iri sahə çiləyicisinin kalibrasiyasından daha sadədir. Əl çiləyicisinin adətən bir ucu və bir təzyiq qurğusu olduğu üçün kalibrasiya daha sadədir. Bu çiləməni həyata keçirən şəxsə sahəyə çilənən həcmin miqdarını dəyişmək üçün yalnız sürəti tənzimləmək qalır.

Sahəyə çiləmək üçün əl çiləyicisini kalibrasiya etmək üçün ölçüsü təxminən 100 m2 olan torpaq ərazisini işarələmək lazımdır. Əl çiləyicisinin diski ilə təxminən 2 metrlik cığırı çiləyə bildiyimizə görə 4 x 25m forması idealdır və ona görə də sınaq zamanı fermerlər yalnız 25 metrə çiləyir və sonra kalibrasiya aparmaq üçün 25 metri əks itiqamətdə çiləyir. 100 m2 yüzdə bir hektara bərabər olduğu üçün nə nəticə hasil etməyimizdən asılı olmayaraq, hektara düşən normanı əldə etmək üçün onu yüzə vururuq.

Əl çiləyicisini nə cür kalibrasiya etməli:1. Sınaq çiləmə üçün 100 m2 ərazini işarələyin.2. Çiləyicini su ilə doldurub sızıntılar və əməliyyatın düzgünlüyünü yoxlayın sonra

isə çiləyicini yenidən doldurun.3. Normal çiləmə sürətində çiləyici operatoru işarələnmiş 100 m2 ərazini tamlığı

ilə çiləməlidir.4. Sınaq ərazini başa çatdırandan sonra çiləyici operatoru çiləyicini tam yenidən

doldurmaq üçün nə qədər su lazım olduğunu ölçməlidir.

47

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

5. Çiləyicini yenidən doldurmaq üçün lazım olan su miqdarını 100-ə vuranda çiləyici operatorunun həmin çiləyici ilə hər hektara tətbiq etdiyi miqdara bərabər olur.

6. Hər bir nəfər fərqli tezliklə yeriyərək çilədiyi üçün hər operator öz kalibrasiyasını aparmalıdır.

Misal

1. Fermer 100 m2 sahəni işarələyib və 1.5 litr sudan istifadə edərək həmin sahəyə çiləyir.

2. Əgər biz 1.5 x 100 vursaq, hər hektara 150 litr su vurulduğunu görərik.3. İstifadə etdiyimiz herbisid onun 200 mq/s ilə tətbiqini zəruri edir.4. Bizim çiləyici tutumu 15 litrdir.5. Biz daha sonra su tətbiqat normasını bizim çiləyici tutumunu ifadə edən 150/15

kalibrasiya sınağına bölürük və bizə bir hektar üçün on tam çiləyici lazım olduğunu tapırıq.

6. Sonra hər hektara görə 200 mq/s pestisid normasını 10 çiləyiciyə bölərək çiləyiciyə nə qədər pestisid maddəsinin qoyulmasını hesablaya bilərik. Əldə olunan nəticə budur ki, onu dolduranda hər çiləyiciyə 20 mq pestisid tökmək lazımdır.

7. Çiləyici kalibrasiyası başa çatdı.

48

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİModul 2.

Yığım və depolamaMəhsul yığımının düzgün təşkili və yığımın depolamaya təsirləri

Yığım fermerin il boyu çəkdiyi əziyyətinin nəticəsini aldığı vaxtdır, amma meyvənin yetişməsi hər şeyin bitdiyi demək deyil, tam əksinə işin bir az da ciddiləşdiyi vaxtdır. Belə ki, yetişdirmədə 6-7 ay vaxtımız vardısa, düzgün yığım üçün 7-10 günümüz var. Buna görə də ən optimal vaxtda yığımı tamamlamaq lazımdır. Birbaşa satışa gedən hissə varsa, ona görə plan qurulmalıdır. Anbara yığılacaq meyvələrlə isə daha diqqətli olmaq lazımdır, çünki bu istehsal zəncirinin ən önəmli halqasıdır.

İşlər tam bitdi dediyimiz yerdə bütün çəkilən əziyyət boşa gedə bilər. Bunun baş verməməsi üçün yığımı düzgün planlamaq lazımdır:

Məhsulu kimlər yığacaq (fəhlə qrupunun vəziyyəti) Hansı alətlər istifadə olunacaq Yığılacaq yeşiklər necə seçiləcək Məhsul anbara qədər necə qorunacaq Daşınma necə aparılacaq

Yığımın iştirakçıları – işçilər

Alma yığacaq olan işçilər təcrübəli olmalıdır. Yeni işçilərə də yığım qaydaları izah olunmalı, praktiki olaraq da göstərilməlidir. İmkan qədər hər il eyni işçi qrupları ilə işləməkdə fayda var; İşçilər qruplara bölünməli, hər qrupun yığacağı yeşiklər nömrələnməli, yığımdan

sonra yeşiklərdəki almalar əzilmə yönündən analiz olunmalı və qruplara buna görə qiymət verilməlidir.

Alma yığım qaydaları

Almalar barmaqla sərt sıxılaraq budaqdan qoparılmamalı, ovuc içi ilə tutularaq və döndürərək sapı ilə birləkdə qoparılmalıdır;

Meyvənin qabığı incə olduğuna görə əmələ gələn əziklər, həm anbarda çürüməyə səbəb olan göbələklərin girməsinə şərait yaradır, həm də qabıqda hüceyrə bütövlüyü pozulduğu üçün meyvədə erkən yetişmə başlamış olur.

Meyvələr yığım alətlərindən yeşiyə hündür məsafədən və sərt bir şəkildə boşaldılmamalı

Boyundan bağlı olan yığım qabı, çıxarılmadan altından açılaraq almalar boşaldılır.

Bu formada işçi istəsə belə almaya zərər verə bilməz.

Yığım alətləri

Əl yığım alətləri - bunlar bir işçiyə görə nəzərdə tutulmuş, üstü dəmir alti bez parçadan olan alətlərdir;

qoşqulu yığım platformaları özüyeriyən hərəkətli platformalar tam avtomatik yığım maşınları yığımda istifadə olunan taxta və plastik qablar, binlər

49

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Taxta yeşiklər

Çox yüksək yığmaq olmur Nəmliyə mənfi təsir edir Yeşiklərə kağız örtülər qoymaq anbarda problem yaradır

Plastik yeşiklər

Düzgün yığmaq mümkündür Nəmliyə təsir etmir

Karton qutular Satışa gedən meyvələr qoyulur

Taxta binlər Hündür yığıla bilir Daşınma rahatdır

50

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİPlastik binlər Çox hündür yığılabilir Daşınma rahat Nəmə mənfi təsir etmir

1 Bin 10 Yeşik tutur. Alma ilə təmas edən səth azaldığı üçün əzilmə də azalır. Daşınma rahat olur

Meyvə əzilməsinin səbəbləri

İşçilərin diqqətsizliyi və işə münasibəti Yığıma yaxın güclü küləklərin olması Meyvə yeşiklərinin çox doldurulması Kiçik yeşiklər və onların deformasiyası Daşınma yollarının düzgün olmaması Sürücülərin etinasızlığı Meyvənin Ca və diğər gübələrlə zəif qidalandırılması

Yığım vaxtının təyini

Bu Yığıma qərar vermədə ən həssas nöqtədir Yığım vaxtını doğru təyin etmə məhsulun gələcəyi ilə sıx bağlıdır Yığım sonrası satışa, yoxsa ambara getməsinə görə dəyişəbilər Meyvənin ləzzət və dad kriteriyalarına təsir göstərər

Yığım vaxtından əvvəl olarsa

Alma tam yetişmədiyi üçün dadsız olar Büzüşmə ola bilər Rəng yetərli səviyyədə olmaz Tonnaj azalar

Yığım gecikərsə məhsul

Çox yetişir və sərtliyi azalır Anbarda saxlamağa yaramır Rəng bəzi sortlarda istənən səviyyəni keçir

51

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Yığım zamanını dəqiq müəyyənləşdirmək üçün aşağıdakı kimi müxtəlif məlumatlardan istifadə etmək olar:

Sortlara görə yığım vaxtları Yod (İ) və ya nişasta testi Meyvə sərtliyini ölçməklə

Meyvə şəkərini ölçməklə

Yığımın mərhələli aparılması, imkan olduqda bir neçə dəfəyə aparmağın üstünlüklər:

İri almalar daha tez yetişir, ilk onlar yığılsa vaxtını ötürməmiş olarıq İri almalar yığılaraq kiçiklərinin də böyüməsinə imkan yaradarıq Nəticədə hektar tonajı artır

Yığılan məhsulun anbara qədər qorunması

Yığılan meyvə imkan qədər tez saxlanacağı anbara çatdırılmalıdır, maksimum 24 saat ərzində

Yığılan meyvə bağda açıq günəş altında qalmamalı, kölgəlik yerdə və ya örtük altında qalmalıdır

Ağac dibinə tökülən yetişmiş meyvə çoxdursa və ya çürüyən meyvələr hələ də bağdadırsa daha da pisdir

52

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİMeyvə daşınması zamanı

İdeal texnika və yeşiklər istifadə olunmalı Səhvlərə yol verilməməli Bağ arası yolların düzlüyünə fikir verilməli Sürücülər diqqətli olmalı Uzun məsafələrə daşınmada soyuducusu olan maşınlar istifadə olunmalı

Yığımda ümumi problemlər

İşçi qıtlığı və keyfiyyəti. Tələsmədən yığmanın çox hallarda mümkün olmaması və az və keyfiyyətli işçi ilə yığa bilməmə

Zaman azlığı – 7-10 gün Yağışlar yığımda ciddi problemdir Yığım vaxtı gecə və gündüz arasında temperatur fərqi azdırsa rəng problemi

ola bilər

Yığımda və depolamada problemlərin həlli

Yeni nəsil texnologiyaların tətbiqi Harvista - yığımdan 7-10 gün əvvəl bağda meyvə üzərinə atılan yeni nəsil

preparatdır. Təsir mexanizmi:o Fermerin arzu etdiyi formada təsir ediro Anbarda tətbiq olunan formanın bağda da istifadə oluna bilən formasıdıro Meyvə yetişmə periodunu normal vaxtdan 2-3 dəfə daha uzadıro Meyvəçiyə sehirli deyə biləcəyimiz faydalar veriro Meyvə tökülməsinin qarşısını tam alır. Bir çox alma sortlarında yığıma yaxın

tökülmələr olur. Bu preparat isə demək olar ki, tökülmənin 100 %-ə yaxın qarşısını alabilir

o Alma ilə budaq arasındakı bağı gücləndirir. Hətta küləklər belə ciddi ziyan verəbilmir

o Meyvə yetişməsini gecikdirir. Bu da meyvəçiyə meyvə yığım vaxtını ötürmədən rahat və keyfiyyətli bir yığım aparmağa imkan verir

o Beləcə vaxtı ötmədən yığılan almalar daha uzun zaman xarab olmadan qa-lbilir

o Meyvə yetişməsini gecikdirsə də meyvə iriləşməsinə mane olmur. Bu da meyvə bağındakı xırda almaların da böyüyürək kalibr standartının yaran-masına gətirib çıxarır

o Bəzi qırmızı alma sortlarında rəng problemini həll edir. Yığımı rahatlıqla uzatmaq imkanına görə bəzi illərdə soyuq keçməyən payızlarda, yığımı 20-25 gün daha gecikdirərək gecə-gündüz fərqindən almaların qızarmasını təmin etmək olur.

53

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Təcrübə üçün bir sira almaya harvista vurulduqdan sonra dekabr ayında çəkilmiş şəkillər. Meyvələr bu qədər vaxtda belə budaqdan düşmədən qalıb.

Depolanacaq almalarda gübrələmə-keyfiyyət əlaqələri

Heç bir mərhələ digərinə görə daha önəmli ya da önəmsiz deyildir. Bol və keyfiyyətli istehsal üçün bütün tədbirlər lazımi qaydada aparılmalıdır. Keyfiyyətli bir istehsalın açarı bitkini düzgün qidalandırmaqdır. Heç vaxt çox gübrə çox məhsuldarlıq demək deyil. Sadəcə bitkinin ehtiyacı qədər gübrə verilməlidir.

Ortalama budaq uzunluğu bitkinin düzgün qidalandığı haqda fikir verəbilər

Meyvə Çeşidi Optimal budaq uzunluqları(cm)

ALMA MeyvəsizMeyvəli

40-7515-25

ARMUD MeyvəsizMeyvəli

40-7530-40

Nə qədər gübrə verməliyik?

Buna torpaq və yarpaq analizləri nəticəsində qərar verilir. Analiz nəticələri mütləq bir mütəxəssis tərəfindən qiymətləndirilməlidir.

54

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİMakro gübrələr

ADI FORMASI TƏRKİBİ

AZOT

Amonyum NitratAmonyum SulfatAmonyum FosfatKalsium NitratKalium Nitrat

N 33N 21 S24N12 P27N15 Ca19N13 K46

FOSFOR Amonyum FosfatKalium FosfatFosforik Asid

P 22 N20P 52 K34P 85

KALİUM Kalium SulfatKalium NitratKalium Xlorid

K 50 S18K 20 N 3K 60

KALSİUM Kalsium SulfatKalsium NitratKalsium Xlorid

Ca 29 S23Ca 19 N15Ca 36

MAGNEZİUM Magnezium Sulfat Mg 16 S13

Mikro gübrələr

ADI FORMASI TƏRKİBİ

DƏMİR Dəmir Şelatlı Fe 6-12SİNK Sink Sulfat Zn 22 MANGAN Mangan Sulfat Mn 23

MİS Mis Sulfat Cu 25 BOR Borik Asid B 16

Minimum Qanunu Bitkilərin böyümələri, torpaqda ən az səviyyədə olan elementə belə bağlıdır

55

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Gübrələmə zamani və formasi

Gübrələmə zamanı

Meyvə ağaclarında gübrələmə zamanı bölgənin iqliminə görə dəyişməklə bərabər, çox soyuq olmayan yerlərdə yanvar, fevral, mart, soyuq yerlərdə isə mart, aprel aylarında aparılmalıdır.

İlin bu ilk gübrələməsində kalium və fosforlu gübrələrin hamısı, azotun isə yarısı verilməlidir.

Azotun qalan hissəsi isə 2-3 ay sonra sulamadan əvvəl verilib, dırmıqla torpağa qarışdırılmalı və sulanaraq əriməsi təmin olunmalıdır.

Gübrələmə forması

Ağac tacının altına, ağacın böyüklüyünə görə gövdədən 1-3 metr uzaqda açılan 15-20 sm genişlik və dərinlikdəki dairəvi çuxura kaliumlu və forsorlu gübrənin hamısı verilərək çuxur örtülür

Daha sonra azotun yarısı ağac gövdəsindən 50-60 sm xaric qalan hissələrə səpilir və sonra da dırmıqla torpağa qarışdırılır.

Torpaq altına gübrəni birbaşa verəbilən texnika varsa bu iş daha da asan olacaqdır.

Torpaqdan, yarpaqdan və damlama sulama ilə gübrələmə formalarından istifadə oluna bilər.

Azot (N) azlığı

N azlığı bitkilərdə vegetasiyanın ilk vaxtlarında vegetativ inkişafa təsir edərkən, sonrakı dönəmlərdə daha çox meyvənin inkişafına təsir göstərir.

N azlığında alma yarpaqları, kiçik dar və açıq rəngdə olur. Azlıq işarələri əsasən yaşlı yarpaqlarda otaya çıxar, vegetativ inkişaf periodu

qısalır. Ağaclar erkən çiçək açır və meyvələr erkəndən daha yetişməmiş rənglənirlər.

Azot (N) çoxluğu

Yüksək N zoğların inkişafını artırır, yarpaqların iri və geniş olmasına səbəb olur. Meyvələrdə rənglənməni və meyvə əti sərtliyini azaldır, yetişməni geciktirir. Depolama qabiliyyəti azalır.

Əgər N torpaqdan veriləcəksə

Azotlu gübrələr şiddətli yağışlardan öncə verilməməlidir. Gübrələmədən sonra ya sulanmalı yada torpağa qarışdırılmalıdır.

Erkən yazdan başlamaq üzrə ən az 3`ə bölünərək verilməlidir. 15 iyuldan sonra azotlu gübrə verilməməli pH yüksək olan torpaqlarda sulfatlı gübrələr seçilməlidir.

56

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİİntensiv bağçılıqda damlama-sulama sistemi ilə gübrələmə aparılır ki, buna da fertigasiya deyilir.

Fertigasiyada rahat həll olan gübrələr istifadə olunur. Turşu istifadəsi ilə gübrə məhlulunun pH sı 6,5-7,5 arası tənzimlənir. Gübrə məhlulunun EC (duz) dəyərləri diqqətə alınır. Gübrələmədən əvvəl öncə sadəcə su verilərək torpaq isladılır, daha sonra

gübrə verilir. Ən sonda sadəcə su verilərək sistem təmizlənir. Çiçəklərdə petal yarpaqlar töküləndən sonra N gübrələməsinə başlamaq

lazımdır. Alma ağaclarında ən yüksək N ehtiyacı May və İyun aylarında olur. Azot qaynağının 40% i ammonyumdan, 60% i nitratdan tamamlansa yaxşı

olar.

Fosfor (P) azlığı

P azlığında alma yarpaqları kiçik, az göyərmiş-tünd yaşıl rəngdə, quru, sərt və qalındır.

Yarpaq sapları qırmızımtıl vəya bənövşəyidir. Meyvə əti sərt olsa da, şəkər miqdarı və dadı azdır. Meyvə ətində P az olması

depoda `aşağı temperatur zərəri`ni artırır. Yetərli P gübrələməsi, meyvədə iç sulanmasını da azaldır.

Fosfor (P) çoxluğu

Yarpaqlarda P çoxluğu Zn və Cu azlığına səbəb olur. Əgər bağ təzə qurulursa meyvə tinglərinin daha yaxşı kök tutması üçün daha

çox P istifadə olunmalıdır. Fosforlu gübrələrin torpaq təması uzun sürəndə bir hissəsi topraq tərəfindən

fiksasiya olunduğuna görə, imkan qədər P-u bitkilərin alabiləcəyi zamana yaxın verməkdə də fayda var.

Fosforlu gübrələr tumurcuq açılmasından 20-30 gün əvvəl verilir. Qətiyyən səpilərək verilməməli, ağac tac izinə açılan çuxurlara topa olaraq tökülməlidir. Fosfor torpaqda olduqca hərəkətsiz olduğuna görə bitki köklərinə yaxın ver-ilməlidir.

57

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Əgər P fertigasiya ilə veriləcəksə

Çiçəkdən əvvəl verilməsi yetərlidir. Bir dəfədə verilə biləcəyi kimi, əsas hissəsi çiçəkdən əvvəl olmaq şərti ilə bir

neçə dəfəyə də veriləbilər. Burada MAP (12-61-0), MKP (0-52-34) kimi duz indeksi aşağı olan gübrələr

istifadə olunmalıdır. Torpaq yetərli islanmadan P gübrəsi verməmək daha yaxşı olar.

Kalium (K) azlığı

K azlığı qumlu yüngül torpaqlarda daha çox görülür. Azlığı öncə yaşlı yar-paqlarda görünür. İlk nişanələr yarpaq kənarlarında və uclarında görülür. Yarpaq kənarları əvvəlcə saralır sonra qəhvəyi rəngə dönür.

Meyvə tutma normal olabilər, amma meyvələr normaldan kiçik, donuq rəngli, dadsız və qalın qabıqlıdır. Çiçəklər və meyvə gözləri erkən yaz donlarına qarşı daha həssasdırlar.

K azlığı bitkilərin xəstəlik və ziyanvericilərə qarşı dayanıqlılığını azaldır.

Kalium (K) çoxluğuyarpaq və meyvələrdəki yüksək K səviyyəsi, Kaliumun Ca və Mg arasındakı antagonizma səbəbindən meyvələrin depolama keyfiyyətini azaldır.

K torpaqdan veriləcəksə

K gübrələr də kök bölgəsinə yaxın və dağıtmadan, səpilmədən torpaq altına verilməlidir.

Erkən yazda vəya qış sounda verilməlidir. Veriləcək K miqdarının dəqiqləşməsi üçün mütləq torpaq analizinin cavabına

baxmaq lazımdır.

Fertigasiya ilə veriləcəksə

Çiçək tac yarpaqlar töküləndən sonra verilməlidir. K ehtiyacının çox hissəsi iyun sonuna qədər verilməlidir.

58

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİKalsium (Ca) azlığı

Almada Ca azlığı daha çox meyvələrdə ortaya çıxar. Anormal qabıq bron-zlaşması, lentisellərin (budaq üzərindəki nöqtələr) tündləşməsi və yığıma yaxında meyvələrdə şiddətli çatlamalar ortaya çıxar.

Amma almada Ca azlığının ən əsas nişanəsi ``Acı ləkə``(pyatna) dir. Bu yığıma yaxın və ya yığımdan sonra depoda ortaya çıxan, qabıq üzərində qəhvəyi qara nöqtələr halında fizioloji bir problemdir.

Bundan əlavə Ca azlığında, İç qaralması, İç sulanması, aşağı temperatur zərəri və yaşlanma bozuqluqları kimi bir çox fizioloji problemlər də ola bilər.

Almada Ca azlığına bağlı keyfiyyət düşməsi əsas 2 səbəblə ortaya çıxar. Birincisi, vegetativ inkişafı sürətləndirən hər hansı bir müdaxilə (N gübrələməsi,

budama) meyvədə Ca miqdarına mənfi təsir edir. Ağaclarda mövcud Ca`un istifadəsində, meyvə və vegetativ hissə arasında şiddətli bir yarış vardır. Vegetativ hissələr yarışda daha güclü olduğuna görə, ağacdakı çox büyümə, meyvədəki Ca miqdarının azalmasına və dolayısı ilə meyvə keyfiyyətinin düşməsinə səbəb olur.

İkincisi, meyvə böyüklüyünü artıran hər hansı bir səbəb, sulandırma təsiri ilə meyvədəki Ca miqdarını düşürəcəyindən meyvə keyfiyyətini azaldır. İri meyvələrdə bunu sıx görürük.

Almada Ca çoxluğu nadir görülür və birbaşa deyil digər elementlərlə əlaqəsi səbəbindən zərər verə bilir. Bitkilərdə Bor və Ca arasında yaxın bir əlaqə var. Bor əsasən Ca`un meyvəyə daşınmasında önəmli təsirə malikdir. Normal inkişaf üçün hər ikisinin da bitkidə yetərli miqdarda olması lazımdır. Yüksək miqdarda Ca vermək Bor alınmasının qarşısını alır və beləcə Bor çatışmamazlığı ortaya çıxır. Ca və K arasındakı nisbət 19-46 arasında olmalıdır. Bu nisbətin yüksək və ya azlığı payızda acı ləkə və diğər fizioloji problemlərin əmələ gəlməsinə səbəb olur. Quraq və yarı quraq bölgələrdə Ca`un torpaqdan alınıb yarpaq və meyvəyə yetərli daşına bilməməsi, meyvədəki Ca`un yarpaqlara daşınması baş verir. Bunun qarşısını almaqdan ötrü məcburən yarpaqdan Ca çiləməsi lazım gəlir. Hətta bəzi sortlarda yığımdan sonra da Ca`lu sudan keçirmə ilə tətbiq olunur. Yuyulmanın çox olduğu yağışlı bölgələrdə Ca gübrələməsi torpaqdan, yarpaqdan və meyvədən aparılmalıdır. Quraq və yarı quraq bölgələrdə iyun meyvə tökülməsi ilə birlikdə başlayaraq yarpaqdan 3-8 dəfə Ca verilməlidir. Yarpaqdan Ca verilməsində Kalsium Xlorid, Kalsium Nitrat və ya Ca tərkibli başqa gübrələr də verilə bilər. Ancaq, əsasən də qırmızı sortlarda meyvə

59

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

üzərində tortu buraxmayan şəffaf Ca preparatları istifadə olunmalıdır. Yığım öncəsi yüksək dozada Ca çilənməsinin daha təsirli olduğu da bilinir. Ayrıca yığım sonrası batırma və püskürtmə yolu ilə də meyvələrdə Ca

verilməsi aparılabilər.

Magnezium (Mg) azlığı

Mg azlığı da qumlu torpaqlarda daha çox görülür. Çox K vermək də buna səbəb olur. Yaşlı yarpaqların damar aralarında saralma ilə özünü biruzə verir. Damarlar arasında nekrozlu bölgələr əmələ gəlir. Meyvələr vaxtından əvvəl yetişir, dadsız və qoxusuz olur.

Magnezium (Mg) çoxluğu

Çoxluğu Ca və K un sorulmasına mənfi təsir etdiyindən, əsasən də kök inkişafına zərər verir. Əslində bitkilər bu elementə az ehtiyac hiss edər. Amma, günümüzdə N və K gübrələrinin çox istifadəsi Mg gübrələməsini də ehtiyac halına gətirmişdir.

Əsasən də yuyulmanın çox olduğu torpaqlarda Mg gübrələməsi daha da önəmlidir. Mg`lu gübrələr yarpaqdan və torpaqdan veriləbilər. Mg ehtiyacını qalıcı olaraq təmin etmək üçün torpaqdan vermək məsləhətdir. Torpaq gübrələməsi üçün erkən yaz seçilməlidir. Digər bir çox gübrədə olduğu kimi Mg da bir neçə dəfədə verilməsi təsirini artırır.

Mikroelementlər Alma bağlarında optimal məhsuldarlıq və keyfiyyəti əldə etmək üçün makro

qida elementlərinin yanında mikro qida elementlərinə də ehtiyac var. Mikro elementlər miqdar olaraq makro elementlər qədər istifadə olunmasa da

bitki fiziologiyasında həyati funksiyalara sahibdir. Mikro elementlərin azlığı önəmli məhsuldarlıq və keyfiyyət itkilərinə səbəb

olarkən, çoxluğu da toksiki təsir göstərərək eyni nəticəni verir.

60

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİDəmir (Fe) azlığı

Təzə yarpaqlarda başlayır və yarpaq damar aralarında saralma görülür. Damarlar tamamilə görünməyə başlayır. Yarpaqdan EDTA, torpaqdan isə Fe-EDDHA istifadəsi məsləhət görülür.

Sink (Zn) azlığı

Bir yaşlı zoğların buğum araları qısalır və qamçılaşma əmələ gəlir. Meyvə rəngi, böyüklüyü, çiçəkləmə və meyvə tutmada azalma yaranır. Profilaktik olaraq ildə 2-3 dəfə Zn gübrələməsi aparmaq problemi həll edir.

Mangan (Mn) azlığı

Yarpaqlarda fotosintez azaldığından damar aralarında xloroz görülür və kök inkişafı da zəif olur. Meyvə böyüklüyü, məhsuldarlıq və keyfiyyət azalır.

Mis (Cu) azlığı

Yarpaqlarda boz yaşıl rəng, hətta ağarmalar əmələ gəlir. Anormal və kiçik yarpaqlar, azalan çiçəklənmə və meyvə tutumu, rəngsiz kiçik və keyfiyyətsiz meyvələr tipikdir. Cu tərkibli fungusidlərin çox istifadəsi zamanı da Cu zəhərlənməsi nəticəsində də həmin geriləmələr görüləbilər.

61

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Bor (B) azlığı

Çiçəklər soyuqdan təsirlənmiş kimi anidən solar, qaralır və tökülmədən bir müddət budaqda qalır. Soyuqdan ziyan görən çiçəklər tez tökülürlər. Yarpaq çıxışı gecikir, zoğlar qısa və şəkil pozğunluğu əmələ gəlir. Erkən yazda torpaqdan, çiçəkləmədən əvvəl və sonra yarpaqdan verilə bilər. Ancaq çiçəkləmədən sonra veriləndə meyvə ağırlığını, depo dayanıqlılığını azaltdığı görülmüşdür.

NƏTİCƏ OLARAQ! Azot azlığında meyvələr kiçik qalarkən, çoxluğunda iyi amma rəngsiz və

dayanıqsız meyvə əldə olunur. Fosfor azlığında meyvələr dadsız və dayanıqsız olur. Kalium azlığında meyvələr kiçik, dadsız və dayanıqsız olur. Kalsium azlığında meyvə keyfiyyəti və depo dayanıqlılığı çox azalır. Bor azlığı yenə meyvə keyfiyyəti və depo dayanıqlılığını azalır. Digər mikroelement çatışmamazlıqlarında da birbaşa vəya dolayı yolla mey-

vələr kiçik və keyfiyyətsiz olurlar. Qısaca olaraq demək lazımdır ki, yetərli və keyfiyyətli bir istehsal üçün bütün

elementlər ehtiyac olan qədər təmin edilməlidir.

Alma depolama

Mühafizə nədir?

Yığım sonrası meyvənin aid olduğu bitkidən ayrılmasından, son istehlakçıya qədər gələrək istifadə olunduğu zamana qədər keçən müddətdir.

Yığım sonrası depolamada meyvənin keyfiyyətini artırmaq mümkün deyildir. Məqsəd mövcud keyfiyyəti qorumaqdır.

Hər hansı bir qidanın və ya bağ məhsulunun keyfiyyətində və yararlılığında yaranan hər dəyişiklik, məhsulun insanlar tərəfindən istifadəsini məhdudlaşdırır.

Yığım sonrası itkilər, yığımdan istifadəyə qədər bütün mərhələlərdə meydana gələbiləcək problemlərdir.

62

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİSoyutma metodları

Ötürülmə ilə (hava) Dövretmə ilə (su) Yayılma ilə (buz)

Soyuq mühafizənin faydaları

Meyvədə metabolizma yavaşladılır və beləcə meyvə yaşlanması gecikdirilərək daha uzun zaman keyfiyyətli meyvə saxlamaq təmin olunur.

Keyfiyyətin qorunması kamerada ideal temperatur, nəm, hava axını təmin olunaraq əldə olunur.

Məhsulun bazarın vəziyyətindən asılı olmayaraq, daha rahat və istənən zamanda, qiymətlərin qaneedici olduğu vaxt satışa çıxarılması təmin edilmiş olur.

Meyvələrə zərər verən, meyvənin dəyərini düşürən fungal və bakterial xəstə-liklər də bu şəkildə nəzarət altına alınmış olur.

Yuxarıdakı üstünlükləri reallaşdırlmaq üçün lazım olan əsas amillər Temperatur - məhsula görə dəyişən optimal temperatur, metabolizmanın

yavaşlaması və fungal təsirin azalması üçün əhəmiyyətlidir Nəmlik - məhsula görə dəyişməklə birlikdə 85-95%, su itkisinin qarşısını

almaq üçün Hava hərəkəti - kameradakı temperaturun hər tərəfə bərabər yayılması üçün Havalandırma - etilen və karbondioksidin atıla bilməsi üçün

Soyutma deposunun əsas bölümləri bina – dəmir konstruksiya panel izolyasiya soyutma sistemi idarəetmə sistemi nəmləndirmə sistemi

63

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Depo tikintisində diqqət edilməli xüsusiyyətlər Xarici örtünün daş və ya beton yerinə daha müasir örtülərlə tikilməsi İzolyasiya məsələsi bir deponun ən önəmli hissəsidir. Soyuducu sistemi çox

yaxşı olsa belə izolyasiya keyfiyyətli deyilsə, həm istənən temperaturu almaq çətin olacaq, həm də soyuducu sistem çox işlədiyinə görə tez xarab olacaq. Elektrik enerjisi də əlbətdə çox işlənəcək.

Soyutma sisteminin keyfiyyətli olması isə yenə çox ciddi məsələdir. Kameraların həcminə görə düzgün hesablanmış bir sistem qurulmalıdır.

Kontrol nəzarət sistemi də işi asanlaşdıran və dəqiqliyi təmin edən lazımlı bir sistemdir. Bu sistemin dəqiq işləməsi üçün kameraya yerləşdirilən fərqli ölçü problarının birdən çox olmasına diqqət etmək lazımdır və tez tez də yanılmam-aq üçün onların da dəqiqliyini yoxlamaq lazımdır.

Nəmləndirmə sistemi kameradakı nəmliyin nəzarətdə saxlanılması üçün ən vacib olan sistemdir. Sadə kameralarda bu içəri su verərək, altdan sulayaraq aparılır, amma bu heç vaxt suyun nəmləndirici aparat vasitəsi ilə kiçik zərrəciklər vasitəsi ilə verilməsi kimi effektli olmur.

Soyuducu Kameraların işləmə formaları

Sadə soyuduculu kameralar - bu kameralar bildiyimiz soyudulmuş havanın ötürülməsi yolu ilə soyutmanın aparıldığı kameralardır. Bu kameralar ancaq soyutma işini yerinə yetirə bilir. Kamerada meyvənin çıxardığı etilen, CO2 kimi qazları oradan uzaqlaşdıra bilmir. Bu kameralarda havalandırma, nəmləndirmə kimi işləri mütləq kimsə yerinə gətirməlidir.

Kontrollu atmosfer kameralar - bu kameralar soyutma ilə yanaşı əmələ gələn qazlara avtomatik nəzarət edən, lazım olanda havalandıran və mərkəzi bir kompyuter nəzarət mexanizmi olan müasir kameralardır. Hermetiklik bu kameralarda çox yaxşı təmin olunmalıdır.

64

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

ULO kameralar - bu kameralar ULO (ultra low oksigen – ultra aşağı oksigen) sistemidir. Çox müasir, hermetik və tam avtomatik işləyən O2 –i 1%-ə qədər azalda bilən, demək olar ki, meyvənin nəfəs almasını dayandıraraq çox uzun müddətlərdə saxlama imkanı verən bir sistemdir.

Sistemin işləməsi və Hava hərəkəti Çöldə yerləşən kondensatordan gələn soyuq hava evaparator vasitəsilə

kameranın üstündən ötürülür, altdan da sorulur. 1 ton məhsul üçün 2.8 m3/dəqiqə ilk etapda soyutma 1 ton məhsul üçün 0.6 – 1.2 m3/ dəqiqə uzun müddət soyutma Evaparatorun arxasında sorma üçün ən az 35-45 sm boş yer olmalıdır. Önü də

tam açıq olmalıdır. Yeşiklər yığılarkən üstdə də yetərli məsafə saxlanmalıdır. Yeşiklər bir birinə yaxın yığılmalıdır ki, soyuq hava məcburən meyvənin

aralarından keçsin Kiçik yeşiklər üst üstə çox yığılabilmir və nəticədə çox boş yer qalır. Kiçik yeşiklər standart yığılabilmir və aralarında məsafə də az qaldığına görə,

bəzi yerlərdən hava keçmir. Böyük binlər standart və yüksək yığılabilir. Aralarında məsafə də normal qaldığına görə, hava axını ideal şəkildə hərəkət edir.

65

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Yeşiklər kameranı tam doldurursa soyutma daha ideal olacaqdır. Yarımçıq kamerada boş hissə çox soyuduğu halda, yeşiklərin içərisi az soyuyur. Yığılacaq meyvə az isə sadəcə kameranın bir tərəfindən deyil, soldan sağa tam

örtəcək formada yığılmalıdır. Hündürlüyə də diqqət etmək lazımdır ki, orada da boş yer qalıb, lazımsız yerə

hava dövr etməsin.

Soyutma Bağda başlayır

Depoya gələcək almalar yığımdan sonra açıq günəş altında saxlanmamalı, kölgəlik bir yerdə və ya bir örtü altında olmalıdır. Maksimum 24 saata qədər depoya çatdırılmalıdır.

Ön soyutma

Depoya gələn meyvələrin temperaturu ortalama 15-25 °C olur. Belə isti meyvələri birbaşa soyutma meyvəyə zərər verir. Ona görə də bəzi meyvələri (gilas) su ilə ön soyutma apararaq daha sonra depoya qoyulur. Ön soyutma kamerasında hava axını normal kameralardan daha yüksək olmalı və qısa zamanda temperaturu 10 °C nin altına salmalıdır. Daha sonra meyvələr saxlama kamerasında son saxlanacaqları temperatura mərhələ-mərhələ soyudulmalıdır.

Məhsulun depoya qəbul olunması

Geniş bir məkan və platforma işi daha da asanlaşdırır Çöl tərəfin qapısı olmalıdır ki, işlənmədiyi vaxt mütləq bağlansın.

66

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ Gələn meyvə bir daha əldən keçirilmədən birbaşa kameraya alınır. Ona görə

də depoya gedəcək meyvəni hazır gətirmək lazımdır. Kiçik yeşikləri bağlamaq lazımdır ki, yüksək yığıla bilsin. Gələn meyvə ön soyutmanı da keçdikdən sonra, artıq uzun müddət saxlama

üçün kameraya qoyulur. Son depolama temperaturuna 2-4 gün ərzində çatdırılır. Bu sortlara görə

bəzən fərqlənir. Golden alması həftədə bir dərəcə düşürülməklə mərhələ-mərhələ soyudulur.

İlk günlərdə nəmləndirmə alətləri çatdıra bilmədiyində kamera zəminindən su da verilə bilər.

Taxta yeşiklər havadakı nəmi çəkdiyinə görə bəzən kameranın nəmliyini sabit saxlamaq çətin olur.

Plastik yeşiklərdə bu problem yoxdur. Həm də daha düzgün yığıla bilir və ömrü uzundur. Sadəcə ilkin olaraq maliyyəti çoxdur.

Bəzi meyvəçilər taxta yeşiklərin meyvəni daha yaxşı saxladığını da bildirmişlər

İstifadə olunan texnikalar Avtokarlar daşımada çox rahatlıq verir. Depoda işləyənlər batareyalı olmalıdır. Dizel və ya benzinlə işləyənlər qətiyyən

olmaz. Çünki bu texnikalar həddən artıq etilen çıxarırlar və o depoda meyvə saxlamanın bir mənası qalmır.

Kamerada olan qazlarin idarəsi

Meyvə kamerada istilik, su buxarı, karbondioksid və etilen çıxarır, oksigeni isə tələb edir. Demək ki, o da nəfəs alır.

Kamerada meyvənin saxlanması üçün temperaturun 0-5 °C-yə düşürülməsindən başqa, mövcud atmosferi dəyişmək lazım olur. Belə ki, burada oksigen səviyyəsi düşürülür, karbondioksid isə artırılır. Bu şəkildə meyvənin nəfəs alması azaldılaraq, yaşlanması geciktirilir. Əmələ gələn etilen qazı, su buxarı kameradan sorularaq kənarlaşdırılır. Bu kameraya yerləşdirilən qaz ölçən problar vasitəsi ilə təyin olunur və avtomatik sistem səviyyəni tənzimləyir. Bu sadəcə nəzarətli atmosfer kameralarda mümkündür.

Bəzi meyvələr üçün tövsiyyə olunan kontrollu atmosfer şərtləri

Temperatur°C O2 CO2

ALMA 0-5 2-3 1-2

ARMUD 0-5 2-3 0-1

GİLAS 0-5 3-10 10-12

ŞAFTALI 0-5 1-2 5

67

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Kamerada meyvə sortlarına görə qarışıq yığmaq dogrudurmu? Alma sortları sərtlik, sululuq, şəklərlilik və etilen çıxarma miqdarına görə

bir-birindən fərqlənirlər. Ümumiyyətlə, imkan olduğu müddətcə kamerada alma sortları ayrı ayrı qoyul-

malıdır. Golden sortu ən çox etilen çıxaran çeşiddir. Digər sortlarla yanaşı qoyulduqda,

o sortların tez yetişməsinə səbəb olur. Qolden mütləq tək yığılmalıdır. Məcbur qaldıqda yığım vaxtları da bir birinə yaxın olan bəzi sortları birlikdə

yığmaq olar. (Granny+Fuji)

Depo qurarkən səhvlər Depo tikilərkən keyfiyyətli panel istifadə etməmək və hermetikliyə önəm ver-

məmək. Kamera ölçülərini satışı nəzərə almadan çox böyük saxlamaq. Kamera hündürlüyünün yetərsiz olması. Qapıların və qapı altlarının keyfiyyətsiz düzəldilməsi. Evaparatorların səhv yerləşdirilməsi. Nəmləndiricinin səhv yerləşdirilməsi. Koridorların havalanma problemi. Generator təmin olunmaması.

Depo işlətməsində səhvlər Kameraya keyfiyyətsiz və əzilmiş meyvə qoyulması Meyvələrin qarışıq yığılması Yeşiklərin doğru düzülməməsi Doğru yeşiklərin seçilməməsi Evaparatorun önünə yeşik yığılması Kameradaki probların kalibrasiya edilməməsi. Temperatur, etilen, karbondioksid miqdarlarına nəzarət olunmaması Depoda dizel vəya benzinli avtokarların istifadəsi. İşçilərin etinasızlığı, siqaret çəkilməsi. Koridorlarda yetişmiş meyvələrin vəya Golden almasının, gavalı, şaftalı kimi

meyvələrin saxlanılması. Depo ətrafında çürümüş meyvə tökülməsi. Qapıların lazımsız olaraq tez tez açılması. Meyvə yetişməsini geciktirən müasir texnologiyalardan (Smart Fresh) istifadə

olunmaması.

Soyuducu kameralarda tətbiq olunan ən müasir sistemlər

Smart Fresh – depoda tətbiq olunan ən müasir texnologiya məhsuludur. Çox az miqdarlarda istifadə olunan bu yeni preparat demək olar ki, meyvədə heç bir dərman qalıntısı buraxmır. Təsiri və verdiyi faydalar doğurdan da meyvə istehsalçıları üçün əvəzedilməzdir. Bu preparat meyvə yığımından sorakı 7 gün ərzində 24 saat müddətdə kamerada meyvə ilə təmas etdirilərək bir dəfə olmaq şərti ilə istifadə olunur. Meyvənin etilendən təsirlənməsini minimuma endirərək uzun müddət meyvəni yığıldığı gündəki keyfiyyətində saxlamağa imkan verir. Hətta ən sadə soyuducu kamerada belə bu üstünlüyünü yerinə gətirəbilir. Nəticədə istehsalçının zəhmətinin bəhrəsini almağa ciddi kömək edir.

68

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİModul 3.

Logistika və marketinq

Marketinq fərdi və təşkilati məqsədlərə çatmağa imkan verən mübadilələrin həyata keçirilməsi üçün mal, xidmət və fikirlərin ortaya çıxarılması, qiymətləndiril-məsi, stimullaşdırılması və bölgüsü ilə əlaqədar planlama və tətbiqat prosesidir.

Marketinqdə başlanğıc və son

Marketinq prosesi istehlakçılarla başlayır, İstehlakçılarla davam edir, İstehlakçılarlada bitir.

Bazar konsepsiyasının 5 əsas anlayışı

1. Ehtiyac, tələbat və tələb. Ehtiyac - Fərdin nədən isə məhrum olunma hissiyatıdır. Tələbat – Fərdin şəxsiyyətindən və mədəni səviyyəsindən asılı olaraq spe-

sifik forma almış insan ehtiyaclarıdır. Tələb – Maddi güc ilə dəstəklənən arzu və istəklər.

2. Maketinq təklifləri – məhsullar, xidmətlər və biliklər.İstehlakçıların tələblərini ödəmək üçün istehsal olunan fiziki və fiziki

olmayan hərşeydir. Məhsullar eyni zamanda müştərinin problemini həll etmək üçün lazım olan bir vasitədir.

3. Dəyərvəməmnunluq.

İstehlakçılar öz seçimlərini əldə etdikləri mal və xidmətlərdən duyduqları məmnunluq və dəyər əsasında edirlər. Məhsullardan məmnun qalanlar daha çox tələb meydana gətirməyə davam edərkən, məmnun qalmayanlar isə rəqiblərə üz tutaraq həmin məhsulların mənfi cəhətləri haqqında məlumat verərək öz seçim-lərini dəyişdirirlər.

4. Mübadilə,sövdələşmə

Mübadilə əldə olunan məhsul qarşılığında nəyinsə təklif olunması, sövdələşmə isə marketiqin ölçü vahidi olmaqla iki tərəf arasında dəyərlərin müba-diləsidir.

5. Bazarlar

Bazar məhsulun alıcı və satıcılarını bir araya gətirən vasitə, mövcud və potensial alıcılarından ibarət şəbəkədir.

69

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Muasir Marketinq Sisteminin Elementləri

Şirkətlər və rəqiblər öz məhsullarını həm birbaşa həm marketinq vasitəçiləri yolu ilə təkliflərini son istehlakçıya göndərirlər. Şirkətin faydalı əlaqələr qurmaqla uğur əldə etməsi təkcə öz fəaliyyətindən deyil, eyni zamanada bütün sistemin öz müştərilərinə xidmət etmə səviyyəsindən aslıdır.

Marketinq konsepsiyasının ünsürləri

İstehlakçı mərkəzli fəaliyyət, Sistemli yaxud koordinasiyalı marketinq fəaliyyəti, Uzun müddətli mənfəətli əlaqələr.

Satış konsepsiyası ilə marketinq konsepsiyası arasında fərq

Satış konsepsiyası Marketinq konsepsiyası

1 Başlanğıc nöqtəsi Müəssisə Bazar

2 Fokus nöqtəsi Mallar İstehlakçı ehtiyacları

3 Vasitələr Satış və digər stimullaşdırıcı fəaliyyətlər Sistemli marketinq fəaliyyəti

4 NəticəSatış həcminin artırılması

yolu ilə rentabelliliyin yüksəldilməsi

İstehlakçı məmnuniyyəti əsasında rentabelliliyin

artırılması

Satış konsepsiyası istehlakçıların şirkətin məhsullarını alması üçün iri miqyaslı satış və həvəsləndirmə tədbirlərini həyat keçirməsini tələb edir.

Marketinq konsepsiyası şirkətin hədəflərinə çatması üçün hədəf qruplarının ehtiyac və istəklərini qavraması, arzuladıqları məmnunluqları müştərilərə öz rəqib-lərindən daha yaxşı səviyyədə çatdırması olaraq ifadə oluna bilər.

Satış konsepsiyasında daxili-xarici perspektiv dəstəklənərkən, marketinq konsepsiyasında isə bunun əksinə olaraq xarici-daxili perspektiv əsas alır. Yeni mar-ketinq konsepsiyasında əsas olan isə müştəri yönümlü olmaqdır.

Sonİstehlakçı

MarketinqVasitəçiləri

TədarükçülərŞikət

Rəqiblər

70

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİMarketinq fəaliyyətinə təsir edən amillər

Marketinq Kompleksi

Marketinq kompleksi məhsul, qiymət, yer və həvəsləndirmə (təşviqat) kimi nəzarət edilən taktiki marketinq alətləri toplusudur. 4 P olaraq bilinən bu də-yişənlər marketinqin əsas alətləri olaraq bilinir.

1.Məhsul -Mal (Product)

- keyfiyyət

- çeşid

- marka

- qablaşdırma

- zəmanət

- digər xidmətlər

2. Qiymət (Price)

- qiymət səviyyəsi

- endirimlər

- kreditlər

- ödəmə şərtləri

- v.s.

3.Təşviqat -Stimullaşdırma (Promotion)

- fərdi satış

- reklam

- təbliğat / ictimaiyyətlə əlaqələr

- satışın stimullaşdırılması

- birbaşa marketinq

4. Yer - Bölgü (Place)

- bölgükanalları

- satışbölgələri

- satış nöqtələri

- ehtiyatlar (anbar)

- daşıyıcılar

v.s.

Məhsul-Mal (Product) – Hədəf bazarlara təklif olunan məhsul və xidmət-lərin məcmusudur.

Qiymət (Price) – müştərilərin məhsulu əldə etməsi üçün ödədiyi pul miq-darıdır.

Amillər

Nəzarətə alınması mümkün olmayan

Makromühitamilləri

- Demoqrafik- İqtisadi- Sosial-mədəni- Siyasi-hüquqi- Rəqabət- Texnologiya

- Bazar- Tədarükçülər- Vasitəçilər

- Maliyyə- İstehsal- İnsan resurları- Quruluş yeri- Müəssisə imici

4 P

Makromühitamilləri

Təşkilatdaxili marketinq

xariciamillər

Marketinq kompleksininüns

ürləri

Nəzarətedilə bilən

71

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Təşviqat-Stimullaşdırma (Promotion) – Məhsulun xüsusiyyətlərinin alıcıla-ra bildiril-məsi və potensial müştərilərin onu almağa vadar edilməsi üzrə fəaliyyət-lərdir.

Yer - Bölgü (Place) – Hədəf istehlakçıların məhsul ilə təmin olunması üçün şirkətin göstərdiyi fəaliyyətlərdən ibarətdir.

Hədəf kütlələrə yönələn səmərəli marketinq proqramı marketinq komp-leksinin bütün elementlərini düzgün əlaqələndirməli və müştərilərə dəyər təqdim etməldir.

Marketinq kompleksində 4P və 4C4 P McCarthy 4C Philip Kotler Məhsul-Mal (Product) Müştəri tələbatıın həlli (Costumer solution) Qiymət (Price) Müştərinin xərci (Costumer cost)Yer - Bölgü (Place) Rahatlıq (Convenience)Təşviqat-Stimullaşdırma Əlaqə (Communication)(Promotion)

4P marketinq konsepsiyası bazarda daha çox satıcının baxışını əsk etdi-

rikən, 4P-4C konsepsiyası isə alıcı nöqteyi-nəzərindən daha münasib qəbul olun-maqdadır.

Marketinqın idarəetmə prosesi

Marketinqin planlaşdırlması şikətin strateji məqsədlərinə çatmasına xidmət edən marketinq strategiyaları haqqında qarar nəzərdə tutulur.

Marketinq tətbiqi isə strarteji məqsədlərin gerçəkləşməsi üçün marketinq planlarının marketinq fəaliyətlərinə çevrilmə prosesidir.

• Məqsədlərin müəyyən edilməsi

• Strategiya və taktikaların seçilməsi

Fəaliyyət nəticələrinin məqsəd və hədəflərlə

qarşılaşdırılması

• Təşkiletmə• İcraetmə• Koordinasiya

Planlama Tətbiqat Qiymətləndirmə (Nəzarət)

72

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİQiymətləndirmə (nəzarət) marketinqin strategiya və nəticələrinin

qiymtələndirilməsi və məqsədlərə çatmanı təmin edən təshih edici ölçülərdir.

Marketinqin məqsəd və hədəfləri real olmalı, ölçülə bilməli, potensialla uzlaşmalı, zaman limiti daşımalı və stimul verməlidir .

Marketinq planlaması isə əsasən nə, nə vaxt, nə üçün, necə, harada , kim tərəfindən yerinə yetirləcəkdir sualına cavab tapmaqdadır.

Maketinqdə planlamanın faydaları

İdarəçilərin gələcəyi sistemli düşünməsinə yol açır, Fəaliyyətlərin koordinasiyasına (nizamlanmasına) şərait yaradır, Nəzarət standartlarının formalaşdırılmasına köməklik göstərir, Təşkilatın məqsəd və siyasətini daha aydın hala gətirir, Dəyişikliklərə qarşı hazırlıqlı olmağı təmin edir, Planlamada iştirak edən müxtəlif səviyyələrdəki idarəçilərin məsuliyyət

duyğusunu canlandırır və s.

Strateji planlama “Müəssisənin məqsədləri və imkanları ilə dəyişən bazar fürsətləri arasında uzun ömürlü uyum (ahəng) yaratma prosesidir.”

Strateji planlama prosesi:

Müəssisə missiyasının müəyyən olunması, Müəssisə məqsədlərinin müəyyən olunması, Müəssisə strategiyalarının seçilməsi, Funksional strategiyaların planlanması

Marketinqdə informasiya ehtiyacını ödəmə yolları

Marketinqdə informasiya ehtiyacı Marketinq İnformasiya Sistemi və Marke-tinq Tədqiqatı vasitəsi ilə təmin olunur.

MİS-Marketinq İnformasiya Sistemi: marketinq qərarları üçün lazımi infor-masiyaların sistematik və davamlı bir şəkildə toplanması, mühafizə və analiz edil-məsi, eyni zamanda yayılmasıdır.

MT- Marketinq Tədqiqatı (BT- Bazar Tətqiqatı): müəyyən bir marketinq problemi ilə əlaqədar məlumatlarınn obyektiv yoldan toplanması, analizi və şərh olunmasıdır.

Marketinq tədqiqatı sxemi

İnformasiya mənbələrinin seçilməsi

Alınmış nəticələrin

təqdim olunması

Problemin və tədqiqat

məqsədlərinin müəyyən olunması

Problemin və tədqiqat

məqsədlərinin müəyyən olunması

Toplanmış informasiya-ların təhlili

73

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Marketinq tədqiqatları ilə bağlı bəzi xüsuslar Etibarlılıq- bir araşdırma texnikasının (metodunun) təkrar edilən araşdırmalar-

da eyni nəticələri verməsi Doğruluq (Səhihlik)- araşdırma texnikasının (metodunun) ölçülməsi istiniləni ölçməsi Təmsilci qrup Məqsədlərinə görə tədqiqat növləria) Kəşf edici,b) Təsviri (Deskriptiv),c) Təcrübi (Eksperimental).

Məlumat Toplama Metodları

Müştərilər istehlakçılar və təşkilati alıcılar olmaqla iki hissəyə bölünürlər. Təşkilatı alıcılar əsasən istehsalçılar, satıcılar, hökumət və mənfəət güdməyən qu-rumlardan ibarət olur.

Bazarlar eyni zamanda istehlakçı bazarları və təşkilatı alıcı bazarları olaraq ikiyə bölünürlər.

İstehlakçı bazarları və istehlakçı davranışı.İstehlakçı qarşılanacaq (ödənəcək) istək və ehtiyacı, xərcləyəcək gəliri (satın

alma gücü), bunu xərcləmə istəyi olan insanlardır.

Anket

Üz-üzə

Poçtla

Telefonla

Şəxslər

QurğularMüşahidəİlkin məlumatlar

Təcrübə

Müəssisə xarici qaynaqlar

Müəssisə daxili qaynaqlar

Təkrar məlumatlar

74

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİİstehlak bazarının xüsusiyyətləri

Demoqrafik xüsusiyyətlər İqtisadi xüsusiyyətlər Davranış xüsusiyyətləri

1. Əhalinin sayı 1. Ümumi iqtisadi vəziyyət 1. Sosial amillər

2. Coğrafi bölgüsü 2. Gəlir Mədəniyyət-sub-mədəniyyət; Sosial

təbəqə; Referentqrup-ları; Rollar və ailə

3. Yaş üzrə bölgüsü a. Fərd başına gəlir

4. Cinsiyyət üzrə bölgüsü b. Zəruri xərclər 2. Psixoloji amillər

5. Ailə quruluşu və xüsusiyyətləri c. İstəyə bağlı xərclər Motivasiya; Qavrama;

Davranış; Öyrənmə; Şəxsiyyət6. Təhsil səviyyəsi 3. Gəlirlərin bölgüsü

7. Məsləklər üzrə bölgü 4. İstehlakçı kreditləri 3. Fərdi amillər

8. Çalışanlar – işsi-zlərvə s. 5. Xərcləmə şəkli

Demoqrafik amillər; Mövcud şərait (cari

amillər)

Yuxarda qeyd olunan xüsusiyyətlərə sahib istehlak bazarlarında iste-hlakçıların satınalma qərarları aşağdaki prosesdən keçməkdədir.

Bir ehtiyacın duyulması, Alternativlərin müəyyən olunması, Alternativlərin qiymətləndirilməsi, Satınalma qərarının verilməsi, Satınalma sonrası duyğular.

Təşkilati alıcının satınalma qərarı prosesi isə aşağdaki xüsusiyyətləri ehtiva etməkdədir. Ehtiyacın ortaya çıxması, Mal spesifikasiyasının müəyyən olunması (qiymət, keyfiyyət, servis), Malların və satıcıların tapılması, Malların spesifikasiyaya görə qiymətləndirilməsi, Müvafiq olanın seçilməsi və sifarişin verilməsi, Performansın qiymətləndirilməsi.

Satınalma qərar proseslərinin müəyyənləşdirilməsi istehlakçı və təşkilati alıcı baxı-mından müəyyən fərqliliklərə sahibidirlər.

75

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Satınalma Qərarı Proseslərinin Qarşılaşdırması

İstehlakçı Təşkilati alıcı

Bir ehtiyacın duyulması, Ehtiyacın ortaya çıxması,

Alternativlərin müəyyən olunması, Mal spesifikasiyasının müəyyən olunması (qiymət, keyfiyyət, servis)

Alternativlərin qiymətləndirilməsi, Malların və satıcıların tapılması

Satınalma qərarının verilməsi, Malların spesifikasiyaya görə qiymətləndirilməsi

Satınalma sonrası duyğular. Müvafiq olanın seçilməsi və sifarişin verilməsi

Performansın qiymətləndirilməsi

Bazar Seqmentləşdirmə və Məqsədli Bazarın Seçilməsi

Bazar Seqmentləşdirmə - heterogen xüsusiyyətə sahib bütöv bazarın, homogen xü-susiyyətlərə sahib alt qruplara bölünməsi prosesidir.

Məqsədli Bazarın Seçilməsi - bazarı seqmentləşdirdikdən sonra müəssisə üçün ən uyğun olan bölmələrin (qrupların) müəyyən olunması və seçilməsidir.

Bazar seqmentləşdirmənin faydaları Müştəri ehtiyaclarını daha effektiv qarşılamaq mümkün olur, Ən rentabelli, ən cazib bazar seqmentlərini seçmək fürsəti verir, Stimullaşdırma mesaj və vasitələrindən daha səmərəli və məhsuldar istifadə

etməyə şərait yaradır, Bazardakı dəyişikliklər daha yaxından təqib edilir, Spesifik bazara yönələn menecerlər, marketinqi daha effektli həyata keçirir, Resurslar məhsuldar istifadə olunur

Seqmentləşdirmənin mənfi cəhətləri də mövcuddur ki, bunlar da istehsal, ehtiyat və marketinq məsrəflərini artırmaq olaraq qeyd oluna bilər.

Bazar seqmentləşdirmənin səmərəliliyi 3 şərtə bağlıdır: Bunlar ölçmək im-kanı, əlçatanlıq və böyüklükdür. İstehlakçı bazarında seqmentləşdirilmə 4 şəkildə formalaşır. Bunlar sırası ilə,

Bölgə / Coğrafi (iqlim, bölgə, ərazi, kənd, şəhər) Demoqrafik (yaş, cinsiyyət, məslək, təhsil, din, gəlir) Psikoqrafik (sosial təbəqə, həyat tərzi, şəxsiyyət tipi) Mal-Satınalma (fayda, satınalma tezliyi satınalma miqdarı, satınalma səbəbi)

olaraq qeyd oluna billlər.

76

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİTəşkilati alıcı bazarında seqmentləşdirmə formaları isə

Bölgə / Coğrafi, Qurum növü, Müştərinin böyüklüyü, Malın istifadəsi olaraq müəyyən olunur.

“Məqsədli Bazarın Seçilməsi”ndə alternativ strategiyalar mövcuddur ki, bunlar Kütləvi marketinq / Bütöv bazar strategiyası, Fərqliləşdirilmiş marketinq / Çox seqment strategiyası, Məqsədli marketinq / Tək seqment strategiyası olaraq müəyyən olunmaqdadır.

Marketinq fəaliyyətində mövqe seçimində mühim amillərdən biridir ki, bir malın bazar mövqeyi, onun rəqib mallarla müqayisədə müştəri zehnindəki nisbi yeri olaraq bilinir. Hər bir məhsul üçün rəqabət üstünlüyü əldə etmə baxımından mövqeləşdirmə mühim əhəmiyyət daşımaqdadır. Mövqe seçimi eyni zamanda alıcı-ların şüurunda məhsulun özünəməxsus faydasını və fərqlərini əks etdirir. Mövqeləş-dirmə 3 mərhələdən ibarətdir ki, bunlar mövqeyi qurmaq üçün mümkün rəqabət üstünlüklərini müəyyən etmək, düzgün rəqabət üstünlüklərini müəyyən etmək və tam mövqeləşdirmə starategiyasının seçilməsindən ibarətdir.

Əldə olunan məhsulların satışı daxili və xarici bazarlar olmaqla iki is-tiqamətdə təşkil olunur. İstehsalçıların daxili bazara yönəlmənin səbəbləri aşağdaki kimi sıralana bilər. yaxşı tanımaq, az risk, xarici dil, xarici valyuta, gömrük rəsmiyyəti, rəqabətin azlığı və s.

Xarici bazara yönəlmənin səbəbləri isə daha çox aşağıdakilardan ibartədir. beynəlmilləşmə və qloballaşma, yeni bazarların ortaya çıxması, daxili (yeli) bazarın durğunluğu, ölkədaxili məhdudiyyətlər, xarici bazara çıxışın stimullaşdırılması, əngəllərin (maneələrin) azalması, fəaliyyət sahəsi və s.

Məhsul istehsalçıları daxili və xarici bazar imkanları haqqında əldə etdiyi im-kan və məlumatları qiymətləndirərək bunlardan birinə və ya hər ikisinə yönəlirlər. Beynəlxalq bazara yönələrkən aşağdaki 3 suala cavab tapılmalıdır.

Beynəlxalq bazara çıxılacaqmı? Çıxılacaqsa, hansı spesifik bazara giriləcək? Bu bazarda necə xidmət veriləcək ?

77

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Müəssisələrin beynəlxalq marketinqdə iştirak formaları ixracat, lisenziya vermə, ortaq investisiya və birbaşa investisiya olaraq müəyyən olunmaqdadır. İxra-cat təsadüfi və planlaşdırılmış şəkildə olur ki, planlaşdırılmış ixracat isə dolayılı və birbaşa olaraq reallaşdırılır.

Əmtəələr – istehlakçı ehtiyaclarını ödəyən mal, xidmətlər və ya fikirlərdir. Hər əmtəə görülə bilən, əl ilə tutulabilən xüsusiyyətləri ilə yanaşı görülməyən, əl ilə tutulmayan bir sıra xüsusiyyətlərə də sahibdir. Məsələn; stil, rəng, forma, qiymət kimi. Bunlarla yanaşı marka, qablaşdırma (xüsusilə də maddi əmtəələrdə) da təməl xüsusiyyətlərdən hesab edilir.

MƏHSULUN 3 SƏVIYYƏSI

Mallar, yönəldiyi müştəri baxımından, istehlak malları, sənaye təyinatlı mal-lar şəklində iki yerə ayrılır. İstehlak mallarının təsnifatı, gündəlik tələbat malları, se-çilən mallar, xüsusi tələbat malları və passiv tələbat malları olaraq aparılır. İstehlak malları son istehlakçı tərəfindən şəxsi istifadə üçün alınan məhsullardır.

Əmtəə kompleksi.Marketinq menecerinin ən əsas vəzifələrindən biri istehsalda, satışda, qiy-

mətləndirmədə, stimullaşdırmada və bölgüdə effektivliyi təmin edəcək əmtəələri bir sistem içərisində birləşdirməkdir ki, buna əmtəə kompleksi deyilir. Əmtəə komp-leksi genişlik, zənginlik və dərinlik baxımından qiymətləndirilməkdədir.

Əsasəmtəə

Marka

DizaynZəmanət

Quraşdırma

Möhkəmləndirilmişəmtəə

Real əmtəə

Əsas əmtəə

Kredit

Çatdırma

Satış sonrası xidmət

Qablaşdırma

KeyfiyyətXüsusiyyət

78

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ Genişlik: tək bir firma tərəfindən marketinqi həyata keçirilən fərqli əmtəə

çeşidi qruplarının ümumi sayı nəzərdə tutulur. Zənginlik: hər bir əmtəə çeşidində mövcud əmtəələrin sayıdır.Dərinlik: çeşid daxilindəki hər bir əmtəənin təklif olunan variantlarının sayıdır.

Müəssisənin inkişafı üçün ən uyğun strategiya əmtəə kompleksini genişlən-dirmək, hər əmtəə çeşidindəki rentabelliyi ən yüksək olan məhsulların marketinqi ilə məşğul olmaq, firmanın əlindəki qaynaqlar və qabiliyyətlərlə marketinqini ən ra-hat yolla həyata keçirə biləcəyi məhsullar üzərində mərkəzləşmək, dəyişən şərtlər-də, firma üçün optimal olan əmtəə kompleksi də dəyişməkdədir. Dəyişən şərtlərdə, firma üçün optimal olan əmtəə kompleksi də dəyişməkdədir.

Marka (Brendləşdirmə): Malları rəqiblərin mallarından ayırd edici adlar, simvol-lar, dizayn, şəkillər və yaxud bunların ixtiyari kombinasiyasıdır.

Markaların faydası:İstehsalçı üçün:

Müştərilərə malı tanıtma Müştərilərin malı yenidən satın almalarını təmin etmə Araçıları təşviq etmə Beyinlərdə qiymət-keyfiyyət imici yaratma Marka bağlılığı yaratma Yeni mallaın bazara çıxardılmasında tanıtma və stimullaşdırmada baxımından yardımçı olma Bölgü kanalları üzərində nəzarətə imkan Satıcılar üçün: Bazarı seqmentləşdirmə Bazara nəzarət Hüquqi müdafiə Stimullaşdırma fəaliyyətində effektivliyin təmini İstehlakçı üçün: Malı tanıma Keyfiyyət etibarlılığı Malı əldə etməda rahatlıq Satış sonrası xidmətlərdən istifadə edə bilmə imkanı Lazım gəldikdə malın satıcısı yaxud istehsalçısına çata bilmə

Marka Strategiyası hazırlanarkən əsas suallar: Hansı mallar markalanacaqdır? İstehsalçı, yoxsa vasitəçinin markasından istifadə ediləcəkdir? Markalandırma hansı formada aparılacaqdır?

Markalandırma formaları:1. Vahid marka (Ailə markası): tək bir firmanın adı və ya simvolu altında satılan mal qrupuna verilən addır. Məsələn. BMW, HP, BEKO, SUMSUNG2. Fərdi marka:bəzi firmalar isə hər mal üçün ayrı markadan istifadə edirlər. Məsələn. Ülker, P&G

79

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

3. Kollektiv marka:əmtəə sinifləri üçün bir markadan istifadə olunmasıdır. Məsələn. Bir müəssisə həm dəri geyim malları, həm də çantalar istehsal edir və bunların hər biri üçün ayrı bir markadan istifadə edir.4. Əlaqələndirilmiş marka:bu metodda fərdi markalardan istifadə edilsə də onla-rın hamısını birləşdirən bir xüsus olur ki, bu da əsasən firmanın adı olur. Məsələn. Hyundai Sonata, Hyundai Excell, yaxud Lassa, Temsa

Marka strategiyaları

Əmtəə Çesidi Qrupu

Marka

Mövcud Yeni

Movcud Qrup genişləndirmə Marka genişləndirmə

Yeni Savaşan marka Yeni marka

Qrup genişləndirmə: mövcud əmtəə çeşidi qrupundakı forma, dad, həcm baxımın-dan yeni mallara mövcud markanın verilməsi.

Savaşan marka: firma bazar payını qorumaq üçün eyni əmtəə çeşidi qrupunda bir neçə fərqli markadan istifadə edilməsi.

Marka genişləndirmə: yeni bir əmtəə çeşidi qrupuna mövcud markanın verilməsi.

Yeni marka: yeni əmtəə çeşidi qrupuna girərkən, yeni markadan istifadə olunması.

80

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

İstehsal olunan məhsulların qablaşdırılması.

Qablaşdırma: əmtəəni qoruyan, onun daşınması, saxlanılması, satışı və istifadəsini asanlaşdıarn, gələcəkdə qismən və ya tamamilə atılan, yaxud təkrar emalı mümkün olan bir vasitə ilə bağlanması, sarılması və ya örtülməsidir.

Qab yaxud örtüyün üç forması: Daxili qab / örtük Xarici qab / örtük Nəqliyyat qabı / örtük

Qablaşdırmanın faydaları: Daşınma, depolanma və saxlanılma zamanı malı qoruyar, Mal və onun istehsalçısı haqqında məlumatları əks etdirər, Stimullaşdırılma fəaliyyətində effektivliyin artırılması üçün əhəmiyyətli rol

oynayar, Malın tanınmasına və rəqib mallardan fərqlənməsinə şərait yaradar, Qiymətləndirmə fəaliyyətində yardımçı olar.

Keyfiyyət:Keyfiyyət mövzusundan bəhs edərkən aşağıdakılara diqqət yetirmək lazımdır: “Keyfiyyət” dedikdə müştəri nəyi nəzərdə tutur? İstehlakçılar yüksək qiymət-yüksək keyfiyyət əlaqəsini hansı ölçüdə

mənimsəməkdədirlər?

Aparılan araşdırma nəticələrinə görə, keyfiyyətdəki problemlər: 40 % pis forma, 30 % istehsal prosesində buraxılan xətalar, 30 % xətalı xammal istifadəsidir.

Əmtəənin Həyat Dövrü

Mənfəət

TənəzzülMəsrəfləri azaltma

YetkinlikQiymət

BöyüməBölgü

BazaragririşStimullaşdırma

Satışlar

Satışlar, Mənfəət

Vaxt

81

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Əmtəənin həyat dövrü-istehlakçılar tərəfindən o malın qəbul olunma dərəcəsi və yeni mal rəqabətinin səviyyəsinə bağlıdır.

Malın ömrünü uzatmaq üçün 3 fərqli strategiyadan istifadə edilə bilər: Hazırki müştərilərin satınalma tezliyini artırmaq üçün çox ciddi stimullaşdırma fəaliyyətinə getmək, Mal üçün fərqli istifadə sahələri yaratmaq, Bazarı genişləndirmək üçün mala yeni istifadəçilər kütləsi yaratmaq.

Tənəzzül mərhələsindəki əmtəələr üçün strategiyalar:

A- Malların yenidən canlandırılması istiqamətində: Malları fərqli, daxili və xarici bazarlara yönləndirmək, Mallarda cüzi bir fərqliləşdirmə apararaq, malın imicini dəyişdirmək, Mallarda qablaşdırmanı dəyişdirərək, görünüşünü yaxşılaşdırmaq.

B- Malların bazardan çəkilməsi istiqamətində: Heç nə eləmədən sifarişlərin qurtarmasını gözləmək, Başqaları ilə riski bölüşmək

a) İstehsalda bir başqa firma ilə birləşmək, satış fəaliyyətləri öz üzərində qalmaqla,b) İstehsalı davam etdirmək, malın satışını başqalarına həvalə etmək,c) Malın patent haqqını başqa bir firmaya satmaq

Tənəzzül mərhələsinə keçən əmtəələri bazardan çəkərkən 2 xüsusa diqqət etmək çox vacibdir ki, bunlar vasitəçiləri çətin vəziyyətə salmamaq və malların bazardan çox sürətli bir şəkildə çəkilməsi müştəri məmnuniyyətsizliyi yarada bilməsidir.

Qiymətqoyma qərarları və strategiyaları.

Qiymət dar mənada məhsula və ya xidmətə qoyulan qoyulan pul məbləği ikən, digər tərəfdən isə eyni məhsul və xidmətlər istifadə etmək üçün istehlakçıların mübadilə etdiyi dəyərələr toplusudur. Qiymətqoyma qərarlarına təsir edən daxili və xarici amillər mövcuddur. Daxili amillər marketinq məqsədləri, marketinq kompleksi strategiyaları, xərclər və təşkilatı məsələlər ikən, xarici amillər isə bazar və təlabat, rəqiblərin xərcləri, qiymətləri və təklifləri ilə digər xarici amillərdən ibarət olmuşdur. Müxtəlif əsaslı qiymətləndirmə sistemləri vardır ki, bunlar ilk məsrəflərə əsaslanan qiymətləndirmə sistemidir. Bu sistem də özlüyündə məsrəf üstəgəl sistemi, müəyyən bir rentabellik hədəfinə əsaslanan sistem, marjinal məsrəflərə əsaslanan sistem, dəyişkən məsrəflərə əsaslanan sistem olaraq formalşmışdır. Rəqabətə əsaslanan qiymətləndirmə sistemi də şirkət rəqiblərinin qiymətinə uyğun qiymətə əsaslanır və öz xərclərini və ya tələbatı çox da nəzərə çarpmır. Tələbə (istehlakçı dəyərinə) əsaslanan qiymətləndirmə sistemi isə aşağdaki göstərildiyi şəkildə formalaşmaqdadır.

82

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİXərc yönümlü qiymətqoyma

Duyulan dəyərə əsaslanan qiymətqoyma

Qiymətqoyma xərcyönümlü və duyulan dəyərə əsaslanan olmaqla iki şəkil-də müəyyən olunur. Hər iki qiymətqoyma üsulu müqayisə edildiyi zaman müəyyən olunur ki, əgər satıcı alıcının duyduğu dəyərdən yüksək qiymət təyin edərsə, şirkət öz satışlarında problemlərlə üzləşəcəkdir. Əgər şirkət duyulan dəyərdən az qiymət qoysa, məhsullar çox yaxşı satılacaq. Məhsulların dəyəri ilə əlaqədar istehlakçı rəy-ləri isə rəqiblərin oxşar məhsullara verdiyi qiymət əsasında formalaşır.

Əmtəə analizinə əsaslanan qiymətləndirmə sistemi isə əsasən standart ol-mayan və sifariş əsaslı həyata keçrilir.

Qiymətləndirmə Siyasətləri

Qiymətləndirmə siyasəti əsasən yüksək və aşağı qiymət siyasəti olaraq müəyyənləşdirilir. Yüksək qiymət siyasətinin əsas məqsədi bazarın qaymağını al-maq ikən, yüksəkqiymət siyasətinin isə bazara nüfus etməkdən ibarətdir. Qiymət strukturlarını və strategiyalarını formalaşdırdıqdan sonra şirkətllər çox vaxt qiymət-ləri dəyişdirməyə və ya rəqiblərinin qiymət şəkillərinə uyğunlaşmağa məcbur olur-lar. Qiymət dəyişməsinin alıcılara, rəqiblərə, distribyutorlara təchizatçılara təsir edir və proses hətta, hökümətidə maraqlandıra bilər.

Marketinq fəaliyyətində yer-bölgü

Marketinqdə bölgü ilə əlaqədar məsələlər iki konteksdə ələ alınır. Bunlar-dan birincisi bölgü kanalının menecmentidir ki, bu bölgü kanalındakı bütün axın-ların (əmtəə, ticarət, informasiya, sahiblik) idarə edilməsidir. Bölgü kanalı, eyni za-manda əmtəələrin istehsalçıdan istehlakçıya doğru hərəkət edərkən getdiyi yoldur. İkinci isə əmtəələrin irəlilədilməsinin menecmentidir ki, buda əmtəə axımının idarə edilməsidir. Əmtəələrin irəlilədilməsi, xammalın istehsalçıdan müəssisəyə gəlişinə qədər olan proseslər də daxil olmaqla, istehsaldan sonra, əmtəə istehlakçıya çatana qədər yerinə yetirilən bütün fiziki işləri (anbarlama, təsnifləşdirmə, nəql etmə, qo-ruyucu qablaşdırma, inventara nəzarət, istehsal və anbar yerinin seçilməsi, sifariş-lərin yerinə yetirilməsi, müştəri xidmətləri və s.) ifadə edir. Bu iki xüsus birlikdə ələ alınmazsa uğur qazanmaq mümkün deyil. Eyni zamanda isə bölgü, digər marketinq

MüştəriDəyərQiymətXərcMəhsul

Müştəri Dəyər Qiymət Xərc Məhsul

83

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

fəaliyyətləri ilə uyumlu olmalıdır.Bölgü kanalının seçilməsində son dərəcə diqqətli davranılmalıdır. Çünki

bölgü kanalı bütün marketinq fəaliyyətlərinə təsir göstərir və hüquqi yöndən istə-nilən anda kanaldan vaz keçmək mümkün deyil, çünki arada müqavilələr vardır.

Bölgü kanalında vasitəçilər aşağdakilardan ibarətdir. Topdan satıcılar, Pərakəndə satıcılar, Agent - vəkil, təmsilçi, satış məmuru, işçi kimi hüquqi bağlılığı olmadan bir

müqavilə əsasında müəyyən bir yer və ya bölgədə daimi olaraq bir kommersiya təşkilatı ilə əlaqədar sövdələşmələrdə vasitəçilik edən və ya bu işləri o təşkilat adından həyata keçirən şəxs.

Broker - əmtəəyə sahiblik hüququnu öz üzərinə götürmədən, tərəflərdən hiç birinə tabe olmadan ödəniş qarşılığında kommersiya fəaliyyətləri ilə bağlı müqavilələrin əqdi istiqamətində tərəflər arasında vasitəçilik edən şəxs,

Komissionçu - müəyyən bir ödəniş qarşılığında öz adına və ya vəkili olduğu şəxs adına mal alıqı-satqısını həyata keçirən müstəqil şəxsdir. Komissionçu ilə vəkili olduğu şəxs arasında müqavilənin olması zəruridir və əlaqələri daimi de-yil, iş tamamlandıqda sona çatar.

Digər vasitəçilər - bəzən bölgü prosesində daimi kanal üzvü olmadığı halda müxtəlif vasitəçilər iştirak edə bilərlər (məs. hüquqi vasitəçilər).

Müştəri marketin kanalları iki hissəyə ayrılır ki, bunlar birbaşa və dolayılı kanal-lardır.

İstehlak mallarının marketinqində kanallar (0,1,2,3 mərhələli kanallar)

Şirkət istifadə etdiyi hər bir səviyyədə kanal üzvlərinin sayını müəyyən etməlidir. Belə hallarda isə üç müxtəlif strategiyadan istifadə etmək mümükündür ki, bunlar intensiv bölgü, eksklüzv bölgü və selektiv bölgü stategiyalarıdır.

İstehsalçı İstehlakçı

İstehsalçı İstehlakçı

İstehsalçı İstehlakçı

İstehsalçı İstehlakçıAgent /Broker Perakəndəçi

Perakəndəçi

Perakəndəçi

Topdançı

Topdançı

84

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİİntensiv Bölgü – istehsalçının öz məhsullarını mümükün qədər daha çox yerdə

satma strategiyasıdır. Eksklüzv bölgü- malı alıb sata biləcək vasitəçilər müəssisə tərəfindən seçilməsi və

müəyyən zamanlarda onların sayının azaldılmasıdır. Selektiv Bölgü - malın satışına müəssisə tərəfindən bir və ya bir neçə çox az sayıda

vasitəçiyə icazə verilir.Bölgü kanalının seçilməsinə təsir edən faktorlar istehlakçısının satınalma vərdişi,

malın xüsusiyyətləri, vasitəçilərin xüsusiyyətləri, firmanın vəziyyətindən ibarətdir.

Şirkət öz kanal alternativlərini nəzərdən keçirərək ən yaxşı kanalı müəyyən etdikdən sonra, seçdiyi kanalı həm də idarə etməldir. Kanalın idarəedilməsi kanal üzvlərinin fərdi seçimini, tənzimlənməsini, dəstəklənməsini və vaxtaşrı onların icra qabliyyətlərinin qiymətləndirlməsini tələb edir.

Bölgü kanalının qiymətləndirilməsi 3 kriteriya üzrə aparılır. İqtisadi kriteriya: Ən yaxşı kanal ən aşağı məsrəflə ən çox satışı reallaşdıran

kanaldır. Nəzarət kriteriyası: vasitəçilər istehsalçı tərəfindən nəzarətdə saxlanılmalıdır. Adaptasiya kriteriyası: Həm istehsalçı həm də vasitəçilər dəyişən şərtlərə

uyğunlaşa bilmələridir.

Marketinq fəaliyyətində stimullaşdırma

Stimullaşdirma - Müştəriləri bir mal, xidmət, marka və ya quruluşun varlı-ğından xəbərdar etmək, o mala, xidmətə, marka və ya quruluşa qarşı pozitiv ya-naşmaya yönəltmək məqsədilə aparılan şüurlu, proqramlanmış və koordinasiyalı fəaliyyətlərdən ibarət bir informasiya nəqli prosesidir.

Stimullaşdırma kompleksinin ünsürləri reklam, satışın, təbliğat / PR və fərdi satışlardan ibarətdir.

Stimullaşdırma kompleksinə təsir göstərən faktorlar isə əsasən maliyyə im-kanları, bazarın strukturu, malın növü, malın həyat dövrü və bölgü kanallarından ibarətdir. Bazarın strukturunu müştərilərin sayı və coğrafi bölgüsü ilə müştərilərin xüsusiyyətləri müəyyənləşdirir. Malın həyat dövrü isə bazara giriş mərhələsi - rek-lam, şəxsi satış, satışın stimullaşdırılması-xəbərdar etmə, böyümə mərhələsi - rek-lam, şəxsi satış, satışın stimullaşdırılması azalaraq davam edir- marka bağlılığı ya-ratmaq, yetkinlik mərhələsi - reklam, şəxsi satış artır, satışın stimullaşdırılması çox artması və tənəzzül mərhələsi – satışın stimullaşdırılması artır, reklam, şəxsi satış əhəmiyyətli ölçüdə azalması olaraq müəyyənləşdirilir.

Reklam fəaliyyəti mal, xidmət və fikirlərin stimullaşdırma yollarından biri olub, sosial / iqtisadi rəfahın artırılması, istehlakçıların məmnuniyyəti və reklam verənin məqsədlərinə çatmasını təmin etmək üçün, qarşılığı ödənmək şərtiylə inandırıcı informasiya nəqlinin kütləvi informasiya vasitələri yoluyla həyata keçi-rilməsidir.

Məhsulların satışı üçün vacib olan reklamın faydaları fərdi satış fəaliyyət-lərini dəstəklənməsi, satışçıların çata bilmədikləri müştərilərə çatma, satışları artır-ma, vasitəçilər qazanma, marka bağlılığı yaratma, tələbi istiqrarlı hala gətirmə, ilkin təəssürat formalaşralanadırma, məhsul başına məcmu məsrəfləri azaltma, müəs-sisənin müsbət imicinin formalaşdırılması olaraq sıralna bilər.

85

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Reklam növləri aşağdakilardan ibarətdir. Mesajın Qaynağına Görə: Ticarət xarakterli reklam, ticarət xarakterli olmayan reklam Yönəildiyi Hədəf Qruplara Görə: Beynəlxalq reklam, yerli reklam. Reklam Məqsədlərinə Görə: Mal reklamı, Müəssisə reklamı, Sosial məqsədli reklamlar İnformasiya Kanalına Görə: Radio və TV reklamı, Yazılı medya reklamı, Poçt reklamı, Açıq hava reklamı Vəzifələrinə görə: Məlumat verici, nəsihət verici, xatırlatıcı

Reklam fəaliyyətinin planlaşdırılmasının mərhələləri marketinq hədəfləri-nin müəyyən olunması, mövcud şəraitin analizi (bazar trendi, problemlər, fürsətlər, məqsədli bazar, reklam hədəfləri), reklam strategiyasının hazırlanması və tətbiqi, reklam proqramının qiymətləndirilməsindən ibarətdir.

Həyata keçirlən reklam fəaliyyətlərinin satışa olan təsirinin ölçülməsidə va-cib məsələlərdən birdir. Bu ölçülmə təcrübə metodu – fərqli satış bölgələrinə fərqli reklam büdcələrinin təhsis edilməsi və müəyyən müddət sonra satışlardakı dəyi-şikliklərin izlənməsi, müşahidə metodu – reqresiya metodudur və reklam büdcəsi sərbəst, satışlar asılı dəyişgəndir y=kx+c, ənənəvi metod – keçmiş illərin məlumat-larına əsaslanaraq, gələcəyin təxmin edilməsi vasitəsi ilə reallaşdırılır.

Satışın stimullaşdırılması

Satışın stimullaşdırılması satışla reklamı tamamlayan, müştərini satın alma-ğa yönəltən, pərakəndəçini daha effektiv olmağa həvəsləndirən texniki fəaliyyət-lərdir. Satışın stimullaşdırılması vasitələri xitab etdiyi kütləyə görə 3 qrupa ayırmaq mümkündür. Bunlar, istehlakçıların stimullaşdırılması (kupon, hədiyyə, pulun qay-tarılması, mükafatlar, pulsuz yoxlama), vasitəçilərin stimullaşdırılması (satınalma avansları, qarşılıqsız mal, güzəştlər, satış yarışları, ortaq reklam), satış personalının stimullaşdırılması (yarışlar, mükafatlar, satış faizi ödəmələr) olaraq ayrılmaqdadır.

Təbliğat və PR

Təbliğatın reklamdan ən önəmli fərqi mesaj qaynağının bir quruluş olama-ması və hər hansı bir ödəmənin olmamasıdır. PR isə xüsusilə son illərdə çox əhə-miyyətli bir marketinq ünsürü halına gəlmişdir. Hətta stimullaşdırma ünsürlərindən biri olaraq deyil, marketinq kompleksinin beşinci elementi olaraq ələ alınmasının vacibliyi iddia olunmaqdadır.

Fərdi satışlar isə satış məqsədilə bir və ya çox sayıda potensial alıcı ilə qar-şılıqlı söhbət etmək, görüşmək və nəticəyə çatmaq şəklində ifadə edilə bilər. Fərdi satış təşviqat kompleksinin fərdlərarası vasitəsi olaraq iki tərəfli, satıcılar və müştə-rilər arasında fərdi kommunikasiyanı nəzərdə tutur.

Birbaşa marketinq isə, həm dəqiq hədəfə alınmış yeni aşkarlanmış müştə-rilər və həmdə sabiq müştərilərlə birbaşa əlaqə qurmaqdan ibarətdir. Birbaşa mar-ketinq alıcılar üçün əlverişli və asan yol olduğundan rəqabətlə daha çox üzləşir.

86

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİMarketinq logistikası

Uzun illər marketinq loqistikası deyildiyi zaman yük maşını və başa düşülür-dü. Muasir logistika isə müştərilərin təlabatlarını ödəmək üçün məhsulların, xidmət-lərin və müvafiq məlumatların istehsal nöqtəsindən istehlak nöqtəsinə qədər fiziki axınların planlaşdırlması, həyat keçrilməsi və nəzərat olunmasıdır. Yəni müəyyən məhsulun müvafiq müştəriyə, münasib yerdə, müvafiq vaxtda çatdırılma prosesidir.

Logistika – məhsulun, əmtəənin, xidmətin müştərinin tələbatını ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə deyilir. Logistika anlayışına nəqliyyat, xidmət, anbar, materialların komplekləşdirilməsi və hərəkət xəttinin təhlükəsizliyi haqqında informasiyalar da daxildir. Logistika əmtəənin sıradan çıxdıqda məhv edilməsi məsələləri ilə də məşğul olur.

Logistika eyni zamanda malların, xidmətlərin və müvafiq məlumatların hərəkətinin və saxlanmasının müştərilərin tələblərinə uyğunlaşdırılması məqsədi ilə istehsal nöqtəsindən istehlak nöqtəsinə qədər çatdırılmasının planlaşdırılması, yerinə yetirilməsi və effektiv idarə olunması prosesidir.

Logistikada əsas 4 müxtəlif axın mövcuddur ki, banlardan aşağıdakılardan ibarətdir:

Materialların axını Məlumatların axını Maliyyə axını Xidmətlərin axını

Logistikanın eyni zamanda 4 müxtəlif növü vardır. Çatdırma logistikası: İxracatçıdan alınan malların çatdırılmasını əhatə edir Materialların idarə olunması: şirkət daxilində malların və onun

komponentlərinin daşınmasıdır Malların paylanması: malların istehsal sahəsindən istehlakçıya

çatdırılmasıdır Malların göndərilməsinin idarə olunması : geniş mənadadır, materialların

daşınmasını və iştirakçılar arasında əlaqələrin istehsal sahəsindən istehlakçıya qədər hərəkətini əhatə edir.

Logistikanın ümumi sxemi

87

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Logistikanın əsas prinsipləri əsasən aşağıdakılardan ibarətdir.

Sisitemli yanaşma Ümumi xərclər Qlobal optimallaşdırma Əlaqələndirmə və inteqrasiya Xərclərin bölüşdürülməsi və kompromis Logistika xidmətlərinin inkişafı Modelləşdirmə və məlumat-kompüter dəstəyi Müvafiq alt-sistemlərin hazırlanması Keyfiyyətin idarə olunması Davamlılıq və uyğunlaşdırma

Logistikanın tətbiq olunduğu əsas sahələr isə təchizat (alış) istehsal, paylama (yayım), nəqliyyat, ehtiyatlar, anbar, xidmət, məlumat logistikasıdır.

Logistikada daha çox istifadə olunan terminlərdən biri olan 3PL yəni 3-cü tərəfin logistikası – sadəcə öz məhsul və materiallarının tamamının və ya bir hissəsinin daşınmasının və ya idarə olunmasının alıcı və satıcıdan başqa 3-cü tərəfə həvalə edilməsidir. Bunun əsas üstünlükləri xərclərin azaldılması, səylərin əsas iş üzərində cəmləşməsi, effektivlik, xidmətlərin olması və çeviklik, sahələr üzrə ixtisaslaşma ikən, çatışmazlıqları isə nəzarətin itirilməsi və şirkətdaxili işçi qüvvəsinə təsirindən ibarətdir.

Ümumi logistikada bölüşdürücü logistik sistem mövcuddur ki, bunun əsas əsas məqsədi lazımi məhsulları zəruri vaxt çərçivəsində tələb olunan kəmiyyət və keyfiyyətdə konkret istehlakçılara çatdırmaqdan ibarətdir. Qeyd etmək lazımdır ki, istehlakçı tələbinin aşkar edilməsi və öyrənilməsi, habelə satışın həvəsləndirilməsi funksiyasını yerinə yetirən marketinqdən fərqli olaraq logistika marketinq tərəfindən formalaşmış tələbin minimum məsrəflərlə həyata keçirilməsi ilə məşğul olur. Buna görə də logistika qarşısında duran vəzifələrin icra olunması üçün məhsulların fiziki bölüşdürülməsinin təşkili mühüm əhəmiyyət kəsb edir.

Bölgü kanalı material axınlarının yaranma mənbəyindən (generasiya mərkəzlərindən) təyinat məntəqəsinə (istehlakçılara) qədər çatdırılmasını həyata keçirən müxtəlif subyektlər çoxluğudur. Bu nöqteyi-nəzərdən istehsalçı və istehlakçı material axınlarının ilkin və son məntəqələri hesab olunur.

Beləliklə, bölüşdürmə kanallarının seçilməsi haqqında qərarların qəbulu firma və müəssisələrin rəhbərləri üçün həyati əhəmiyyətə malikdir. Bölüşdürmə kanalı məhsulların istehsalçılardan son istehlakçılara hərəkəti yoludur. Bu baxımdan seçilmiş kanallar materialların hərəkət sürətinə, vaxtına, hərəkətin effektivliyinə və məhsulların istehlakçılara qədər tələb olunan keyfiyyətdə və kəmiyyətdə çatdırılmasına bilavasitə təsir göstərir. Bu zaman bölgü kanallarını təşkil edən fiziki və ya hüquqi şəxslər məhsulların istehsalçılardan istehlakçılara hərəkəti yolunda mövcud olan mərhələlərin sayından, material resurslarının istehlakçılara çatdırılması formasından (vasitəçilərin cəlb edilməsi ilə və ya birbaşa), yerinə yetirilən əməliyyatların sadə və mürəkkəbliyindən asılı olmayaraq aşağıdakı mühüm funksiyaları yerinə yetirirlər:

bazarın marketinq tədqiqi; satışın həvəsləndirilməsi üzrə reklam və informasiya fəaliyyətinin təşkili;

88

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ potensial alıcıların müəyyənləşdirilməsi; potensial alıcılarla əlaqələrin yaradılması (danışıqların aparılması) və

zəruri sənədlərin hazırlanması; məhsul və xidmətlərin bölüşdürülməsinin planlaşdırılması üçün zəruri

informasiyaların yığılması üzrə tədqiqat işlərinin aparılması; məhsul və xidmətlər haqqında informasiyaları formalaşdırmaq və

yaymaqla satışın həvəsləndirilməsi; məhsulların istehlakçı tələbinə uyğunlaşdırılması; məhsulların nəql edilməsi və anbarlaşdırılması üzrə əməliyyatlar daxil

olmaqla əmtəə axınlarının hərəkətinin təşkili; bölgü kanalları üzrə material axınlarının hərəkətinin maliyyələşdirilməsi; kanalların maliyyələşdirilməsi ilə əlaqədar risklərin bölüşdürülməsi (öz

üzərinə götürülməsi) və s. Sadalanan bu funksiyaları əksər hallarda məhsul istehsalçıları yerinə

yetirirlər. Bu da onların istehsal xərclərinin artmasına səbəb olur. Bəzi hallarda isə bu funksiyalar məhsul istehsalçıları ilə vasitəçilik xidmətini həyata keçirən ixtisaslaşmış firmalar arasında bölüşdürülür. İlkin məntəqədən son istehlakçıya qədər material axınlarının hərəkəti zamanı konkret ticarət vasitəçilərinin, logistik anbarların, məhsul daşıyıcılarının, ekspeditorların, sığorta kompaniyalarının və s.-nin seçilməsi nəticəsində ümumi logistik dövrə – logistik sistemin iştirakçıları formalaşır.

Logistik dövrə dedikdə, adətən mahiyyət etibarı ilə hüquqi cəhətdən bir-birindən asılı olmayan bir çox strukturlardan keçən əmtəəlik axınların hərəkət yolu, marşrutu, trayektoriyası başa düşülür.

Logistik kanallar (dövrələr) özlərinin növlərinə görə logistik sistemlə eyniyyət təşkil edir. Sadəcə olaraq burada istifadə olunan kanalların sayı logistik sistemlərdən fərqli olaraq iki:

birbaşa; eşalonlaşdırılmış formadan ibarətdir

Məhsulların birbaşa və eşalonlaşdırılmış formada bölgüsü

İstehsalçı firma və müəssisələr

Son istehlakcılar

Satış üzrə heyət

Topdansatış vasitəçi

Firmanın satış üzrəheyəti

Satış kontorları

Poçtla məhsullarıngöndərilməsi

Françayzinq

Agent, broker

birbaşa eşalonlaşdırılmış

89

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

Çİ

Ümumiyyətlə, məhsulların istehlakçılara çatdırılması forması hər şeydən əvvəl əmtəələrin xarakterinə, onların istehsal yerlərinə (istehsal şərtlərinə) və nəqletmə imkanlarına əsasən müəyyənləşdirilir.

Deməli, birbaşa logistik kanallardan istifadə aşağıdakı hallarda məqsədəuyğun hesab edilir:

böyük həcmdə material axınları formalaşdıqda; nəqliyyat və yerdəyişmə əməliyyatlarının tələblərinə cavab verən, logistik

sistemə daxil olan konkret fərdi sifarişlər mövcud olduqda; material axınlarının parametrlərinin (gücü, gərginliyi) onun hərəkət

etməsinə çəkilən məsrəfləri ödədikdə; sifariş məntəqələrinin sayının çox böyük olmaması və istehlakçı tərəfindən

generasiya edilən bütün material axınlarını əhatə etdikdə; material axınları üzrə dar ixtisaslaşma aparıldıqda (mürəkkəb avadanlıqlar,

fərdi sifarişlərlə hazırlanan məhsullar; istehlakçılardan montaj və quraşdırma işləri tələb edən məhsullar və s.);

anbarlaşdırılan məhsulların istehsal-istehlakına hazırlanmasına (emal prosesinə tələbat) ehtiyac olmadıqda;

birbaşa əlaqəli logistik sistemlərin yaradılması və istismarı üçün istehsalçı kifayət qədər maliyyə imkanlarına malik olduqda; Beləliklə, hazır məhsulların satışı zamanı birbaşa logistik kanallardan istifadə olunmasının əsas üstünlüyü axın proseslərinin vaxtı – vaxtında tənzimlənməsi üzrə tədbirlər paketinin həyata keçirilməsinə əlverişli şərait formalaşdırmaqdan ibarətdir.

Logistik yük axınlarının fiziki bölüşdürülməsi səviyyəsi dedikdə son təyinat məntəqəsinə qədər material axınlarının hərəkəti prosesini transformasiya etməklə bölüşdürmə funksiyasını yerinə yetirən logistik sistemin iştirakçısı - ixtiyari ticarət vasitəçisi başa düşülür. Bundan başqa bölgü kanalları üfüqi və şaquli bölgü kanalları kimi təsnif edilir.

Üfüqi bölgü kanalları bir – birindən asılı olmayan istehsalçı və istehlakçılar tərəfindən yaradılır. Belə kanallarda hər bir həlqə maksimum bazar mənfəətinin əldə edilməsinə çalışan və öz riski (sığortası) hesabına fəaliyyət göstərən hüquqi şəxslərdən ibarətdir. Bu zaman hüquqi şəxslərin öz riskləri hesabına fəaliyyət göstərmələri bəzi hallarda bütün sistem üzrə ümumi mənfəətin aşağı düşməsinə səbəb olur. Təbii ki, bu da logistik konsepsiya və bu konsepsiya daxilində qəbul edilən iqtisadi kompromislər prinsipi ilə ziddiyyət təşkil edir.

Şaquli bölgü kanalları vahid sistem daxilində fəaliyyət göstərən istehsalçı və bir neçə vasitəçilərdən ibarət kanallardır. Daha doğrusu, bu kanallar bir – birilə qarşılıqlı əlaqədə olan və bu əlaqələrin səviyyəsi ilə xarakterizə olunan həlqələrdən ibarətdir.

Marketinq logistikası təkcə ixracyönümlü paylamadan deyil, həm də əks

istiqamətli və idxal yönümlü paylamadan istifadə edir. Bütün bunlar təchizat şə-bəkəsinin idarə olunması prosesini təşkil edir. Təchizat şəbəkəsinin idarə olunma-sı şirkətlər, vasitəçilər, təchizatçılar və son müştərilər arasında materialların, hazır məhulların, müvafiq məlumatların dəyər əlavə olunmuş aşağı və yuxarı axınlarının idarə olunması kimi başa düşülür

90

FERM

ERLƏ

R Ü

ÇÜN

LƏD

ÇİTəchizat şəbəkəsinin menecmenti

İdxal yönümlü İxrac yönümlü

Logistika logistika

Logistika sistemin əsas məqsədi isə aşağı xərclərlə müştəri xidmətlərinin hədəf seçilmiş səviyyəsini təmin etməkdən ibarətdir. Logistika sisteminin başlıca funksyalarına mallaırn anbarda saxlanması, material ehtiyatlarını idarə olunması, malların nəql olunması və təchizat məlumatlarının idarə olunması daxildir. Şirkətlər öz təchizat sistemlərini inkişaf etdirməklə kifayətlənməməli, həmdə bütövlükdə kanalda paylamanı inkişaf etdirmək üçün mövcud kanaldakı tərəfdaşlarla birgə işləməlidirlər.

Vasitəçilər ŞirkətTəchizatçılar Müştərilər