lİftlƏrdƏn İstİfaƏ ÜzrƏ tƏlİmat Ümumi məlumat · 3 səmərəli istifadə etməyə və...

15
1 LİFTLƏRDƏN İSTİFAƏ ÜZRƏ TƏLİMAT Ümumi məlumat……………………………………………………………..…………….1 ALT (3-15) və ÜST (16-38) mərtəbələr qrupu…………………………….…………….2 Çağırışların (Liftlərin) idarə olunması........................................................................ .....4 Liftlərin daxilində olan informasiya və idarəetmə panelləri....................................... ....5 Əməkdaşlar tərəfindən liftlərin istifadəsi...........................................................................7 Alt mərtəbələr qrupundan Üst mərtəbələr qrupuna və əksinə keçid..............................9 Ofis mərtəbələrindən avtoparka enmək və avtoparkdan ofis mərtəbələrinə qalxmaq......................................... .....................................................................................10 Ofis mərtəbələrindən podiuma (yeməkxanalar, kiatbaxana və iclas zalları olan hissə) enmək və podiumdan ofis mərtəbələrinə qalxmaq..........................................................10 Avtoparklardan podiuma və əksinə keçid........................................................................12 Yüklənmə (pik) saatlarında ilftlərdən istifadə olunması................................................14

Upload: others

Post on 25-May-2020

13 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: LİFTLƏRDƏN İSTİFAƏ ÜZRƏ TƏLİMAT Ümumi məlumat · 3 səmərəli istifadə etməyə və nəticədə gözləmə müddətinin minimuma endirilməsinə imkan verir. 2.2 Üst

1

LİFTLƏRDƏN İSTİFAƏ ÜZRƏ TƏLİMAT

Ümumi məlumat……………………………………………………………..…………….1

ALT (3-15) və ÜST (16-38) mərtəbələr qrupu…………………………….…………….2

Çağırışların (Liftlərin) idarə olunması........................................................................ .....4

Liftlərin daxilində olan informasiya və idarəetmə panelləri....................................... ....5

Əməkdaşlar tərəfindən liftlərin istifadəsi...........................................................................7

Alt mərtəbələr qrupundan Üst mərtəbələr qrupuna və əksinə keçid..............................9

Ofis mərtəbələrindən avtoparka enmək və avtoparkdan ofis mərtəbələrinə

qalxmaq......................................... .....................................................................................10

Ofis mərtəbələrindən podiuma (yeməkxanalar, kiatbaxana və iclas zalları olan hissə)

enmək və podiumdan ofis mərtəbələrinə qalxmaq..........................................................10

Avtoparklardan podiuma və əksinə keçid........................................................................12

Yüklənmə (pik) saatlarında ilftlərdən istifadə olunması................................................14

Page 2: LİFTLƏRDƏN İSTİFAƏ ÜZRƏ TƏLİMAT Ümumi məlumat · 3 səmərəli istifadə etməyə və nəticədə gözləmə müddətinin minimuma endirilməsinə imkan verir. 2.2 Üst

2

1. Ümumi məlumat

Yeni inzibati binada ofis personalı və digər işçi heyyət üçün ümumilikdə 16 ədəd sərnişin

lifti quraşdırılmışdır.

Bu liftlərdən 2 ədədi podiumda (yeməkxanalar və iclas zalları olan hissə), digər 14

ədədi isə əsas binada quraşdırılmışdır.

Əsas binada quraşdırılan liftlərdən 4 ədədi əsas binanın 1-ci mərtəbəsindən avtomobil

dayanacaqlarına (-1 və -2 mərtəbələri) enmək və avtomobil dayanacaqlarından əsas

binaya qalxmaq üçün istifadə olunur.

Bu liftlərdən 10 ədədi əsas binada 1-ci mərtəbədən başlayaraq yuxarı mərtəbələrə və eyni

zamanda mərtəbələr arasında bir mərtəbədən digər mərtəbələrə qalxmaq və eyni ilə yuxarı

mərtəbələrdən aşağı mərtəbələrə, ö cümlədən 1-ci mərtəbəyə enmək üçün istifadə olunur.

Əsas binada ofislər yerləşən mərtəbələrə qalxmaq üçün TWIN tipli və tək kabinəli sərnişin

liftləri quraşdırılmışdır. TWIN tipli liftlərdə 1 şaxtada eyni zamanda iki lift çalışır ki, bu da

öz növbəsində liftlərdən daha səmərəli istifadə etməyə imkan veirir.

Tək kabinəli sərnişin liftlərində isə bir şaxtada yalnız bir lift çalışır.

2. Alt və Üst mərtəbələr qrupu

Əsas binada liftlər şərti olaraq ALT (Aşağı) və ÜST (Yuxarı) mərtəbələr qrupu formasında

qruplaşdırılmışdır. İşçi əvvəlcədən gedəcəyi mərtəbəyə uyğun lift qrupunu bilməli və

həmin qrupa daxil olan liftlərə yaxılnaşmalıdır.

2.1 ALT mərtəbələr qrupu və ona daxil olan liftlər (3-15 mərtəbələr)

15-ci mərtəbəyə kimi olan mərtəbələr alt mərtəbələr qrupuna aiddir.

L7-L10 (7,8,9 və 10-cu) liftlər Alt mərtəbələr qrupuna aiddir. Yəni ofisləri 3-cü

mərtəbədən 15-cı mərtəbəyə kimi yerləşən işçilər Alt mərtəbələr qrupuna daxil olan

liftlərdən istifadə etməlidirlər. Bu liftlər 1-ci və 2-ci mərtəbələrdən 3-cü mərtəbəyə və

ondan yuxarı mərtəbələrə (3-cü mərtəbədən -15-ci mərtəbəyə kimi) qalxmağa (o cümlədən

3-cü mərtəbədən -15-ci mərtəbəyə kimi bir mərtəbədən digərinə qalxmağa və enməyə) və

eyni ilə həmin mərtəbələrdən birbaşa olaraq 1-ci və 2-ci mərtəbələrə enməyə imkan verir

QEYD: Ofisləri 3-15 mərtəbələrdə yerləşən işçilərin yüklənmə saatlarında (9:00)

eskalatorla 2-ci mərtəbəyə qalxması və ikinci mərtəbədən ALT mərtəbələr qrupuna daxil

olan liftlərdən (L7-L10) istifadə etməsi tövsiyyə olunur.Bu TWİN tipli liftlərdən daha

Page 3: LİFTLƏRDƏN İSTİFAƏ ÜZRƏ TƏLİMAT Ümumi məlumat · 3 səmərəli istifadə etməyə və nəticədə gözləmə müddətinin minimuma endirilməsinə imkan verir. 2.2 Üst

3

səmərəli istifadə etməyə və nəticədə gözləmə müddətinin minimuma endirilməsinə imkan

verir.

2.2 Üst mərtəbələr qrupu və ona daxil olan liftlər (16-38 mərtəbələr)

16-cı mərtəbədən 38-ci mərtəbəyə kimi olan mərtəbələr üst mərtəbələr qrupuna aiddir.

L1-L5 (1,2,3,4 və 5-ci) liftlər Üst mərtəbələr qrupuna aiddir. Yəni ofisləri 16-cı

mərtəbədən 38-ci mərtəbəyə kimi yerləşən işçilər Üst mərtəbələr qrupuna daxil olan

liftlərdən istifadə etməlidirlər. Bu liftlər 1-ci və 2-ci mərtəbələrdən birbaşa olaraq 16-cı

mərtəbəyə və ondan yuxarı mərtəbələrə (16-cı mərtəbədən 38-ci mərtəbəyə kimi)

qalxmağa (o cümlədən 16-cı mərtəbədən 38-ci mərtəbəyə kimi bir mərtəbədən digərinə

qalxmağa və enməyə) və eyni ilə həmin mərtəbələrdən birbaşa olaraq 1-ci və 2-ci

mərtəbələrə enməyə imkan verir.

QEYD: Ofisləri 16-38 mərtəbələrdə yerləşən işçilərin yüklənmə saatlarında (9:00)

eskalatorla 2-ci mərtəbəyə qalxması və ikinci mərtəbədən ÜST mərtəbələr qrupuna daxil

olan liftlərdən (L1-L5) istifadə etməsi tövsiyyə olunur.Bu TWİN tipli liftlərdən daha

səmərəli istifadə etməyə və nəticədə gözləmə müddətinin minimuma endirilməsinə imkan

verir.

Page 4: LİFTLƏRDƏN İSTİFAƏ ÜZRƏ TƏLİMAT Ümumi məlumat · 3 səmərəli istifadə etməyə və nəticədə gözləmə müddətinin minimuma endirilməsinə imkan verir. 2.2 Üst

4

3. Çağırışların (Liftlərin) idarə olunması

Liftlərin (çağırışların) idarə olunması üçün mərtəbələrdəki lift girişlərinin yanında və

liftlərin daxilində müxtəlif tipli idarəetmə və məlumatlandırma panelləri quraşdırılmışdır.

Bu panellərin istifadəsi və təyinatı haqda qısa məlumat verək:

Gedeiləcək mərtəbənin Seçilməsinin İdarəolunması (Destination selection control)

panelləri

1-15-ci mərtəbələr

16-38-cı mərtəbələr

Page 5: LİFTLƏRDƏN İSTİFAƏ ÜZRƏ TƏLİMAT Ümumi məlumat · 3 səmərəli istifadə etməyə və nəticədə gözləmə müddətinin minimuma endirilməsinə imkan verir. 2.2 Üst

5

Əsas binada quraşdırılmış Liftlər Destination selection control-DSC sistemi ilə təhciz

edilmişlər. Bu sistem çağırışların avtomatik olaraq idarəedilməsini (növbələnməsi) təmin

edir və bu da öz növbəsində liftlərdən daha səmərəli istifadə olunmasına səbəv olur.

Yəni istifafəçinin qalxacağı mərtəbə üçün lazım olan lifti istifadəçi özü deyil DSC sistem

seçir və bu haqda istifadəçiyə məlumat verir.

Əsas binada DSC panellər Lift girişlərinin (Lift qapıları) yanındakı divarlara

quraşdırılmışdır.

DSC panellər sensor tipli displeylə təmin olunmuşdur. Sizə lazım olan mərtəbənin

nömrəsini DSC paneldə tapıb barmağınızla həmin rəqəmə toxunun. Bu zaman displey

həmin rəqəmi müvəqqəti olaraq ağ rəngli çərçivəyə alaraq Sizə sensor panelin sıxılması

haqda məlumat verir.

Bundan sonra sistem tərəfindən avtomatik olaraq həmin mərtəbəyə gedəcək liftin nömrəsi

təyin edilir və həmin mərtəbəyə qalxmaq üçün hansı nömrəli liftdən istifadə etməniz haqda

tövsiyyə verilir. Məs: Please use lift 2.

Mərtəbələrdən aşağı enərkən də DCS panel eyni qaydada istifadə olunur.

4. Liftlərin daxilində olan informasiya və idarəetmə panelləri

İnformasiya displeyi liftin gedəcəyi mərtəbələrin siyahısını göstərir. Displeydə gediləcək

mərtəbələrin nömrələri ağ çarçivəyə alınaraq göstərilir. Displeydə yuxarı sağ küncdə

Page 6: LİFTLƏRDƏN İSTİFAƏ ÜZRƏ TƏLİMAT Ümumi məlumat · 3 səmərəli istifadə etməyə və nəticədə gözləmə müddətinin minimuma endirilməsinə imkan verir. 2.2 Üst

6

göstərliən böyük ölçülü rəqəm (hazırki misalda 1) liftin olduğu mərtəbəni göstərir. Lift

hərəkət etdikcə (mərtəbələri keçdikcə) bu rəqəm dəyişir.

Qapıların açılması, bağlanması və yardım düymələri

Bu düymə liftin daxilindən kabinənin qapılarının bağlanması üçün istifdə olunur.

Qapılar bəlli müddətdən sonra aftomatik olaraq bağlanır. Lakin bunu tezləşdirmək üçün

göstərilən düymədən istifadə etmək olar.

Bu düymə liftin daxilindən kabinənin qapılarının açılması üçün istifdə olunur.

Məsələn Siz liftə daxil olduqdan sonra liftin qapıları bağlanmağa başlayır. Bu zaman

işçilərdən hansınınsa liftə yaxınlaşdığını görürsüz. Əgər kabinənin qapıları tam

bağlanmayıbsa Siz bu düyməni sıxmaqla lifti saxlaya və qapıları açaraq həmin işçinin də

liftə minməsini təmin edə bilərsiz.

Siz liftdə olduğunuz zaman nəsə bir problem baş verərəsə (məs lift mərtəbələr arasında

dayandı) bu düyməni sıxmaqla binanın idaretmə (işlətmə) mərkəzi ilə telefon əlaqəsi

saxlayıb tədbir görmələri üçün onları məlumatlandıra bilərsiniz.

Qeyd: Liftlər mərtəbələr arasında qalarsa (sıradan çıxarsa) bu binanın idarəetmə

mərkəzindəki idarəetmə sistemlərində görsənəcək və oradakı personal problemin həlli

üçün dərhal faəliyyətə başlayacaqdır.

Page 7: LİFTLƏRDƏN İSTİFAƏ ÜZRƏ TƏLİMAT Ümumi məlumat · 3 səmərəli istifadə etməyə və nəticədə gözləmə müddətinin minimuma endirilməsinə imkan verir. 2.2 Üst

7

5. Əməkdaşlar tərəfindən liftlərin istifadəsi

Avtodayanacaq və podiumda quraşdırılmış liftlərin istifadəsi çox asan olduğundan bu

kitabçada yalnız əsas binada quraşdırılmış liftlərin istifadəsi haqda misallar veriləcəkdir.

Gəlin 9-cu mərtəbədə işləyən işçilərin liftdən necə istifadə edəcəklərini nəzərdən keçirək:

9-cü (ö cümlədən alt mərtəbələr qrupuna daxil olan digər mərtəbələr) mərtəbəyə çıxmaq

üçün:

İşçi öncədən 9-cu mərtəbəyə (ALT mərtəbələr) qalxdığını bilir və bunun üçün

1-ci mərtəbədə L7-L10 liftlərinin girişlərinə yaxınlaşır.

QEYD: Yüklənmə saatlarında eskalatorla ikinci mərtəbəyə qalxıb orda

yenidən L7-L10 liftlərinin girişlərinə yaxınlaşmaq tövsiyyə olunur.

Liftlərin girişlərindəki divarlarda qurulmuş DSC paneldə 9 düyməsini sıxır.

Bu zaman paneldə 9 rəqəmi müvəqqəti olaraq ağ çərçivəyə alınır.

Sonra DSC sistemi 9-cu mərtəbəyə gedəcək lifti müəyyən edir və liftin

nömrəsi haqda displeydə işçiyə məlumat verir. Bizim misalda Please, use lift

9 yazılmışdır.

Page 8: LİFTLƏRDƏN İSTİFAƏ ÜZRƏ TƏLİMAT Ümumi məlumat · 3 səmərəli istifadə etməyə və nəticədə gözləmə müddətinin minimuma endirilməsinə imkan verir. 2.2 Üst

8

İşçi liftə daxil olur. (qapılar avtomatik olaraq bağlanacaq. Amma bunu liftin

daxilində olan Qapıları bağla düyməsini sıxmaqla da etmək olar.)

Liftin içindəki displeydə liftin gedəcəyi mərtəbələrin nömrəsi ağ çərçivədə

görsənir. (Bizim misalda 9 rəqəmi)

Lift mərtəbəyə çatdıqda bu haqda səsli məlumat verilir və eyni zamanda

displeydə həmin mərtəbənin nömrəsinin rəngi dəyişir.

Üst mərtəbələr qrupuna daxil olan mərtəbələrə (16-38-ci mərtəbələr) qalxmaq üçün isə 1-ci

və 2-ci mərtəbələrdə L1-L5 liftlərindən istifadə ediməlidir.

Qeyd: Yüklənmə saatlarında 2-ci mərtəbəyə qalxmaq və orda yerləşən L1-L5 liftlərinin

girişinə yaxınlaşmaq tövsiyyə olunur.

Liftlərin istifadəsi eyni olduğundan 17-38-ci mərtəbələrə qalxan işçilər Alt mərtəbələr

qrupu üçün yazılmış əvvəlki nümunədən istifadə edə bilərlər. Burda yeganə fərq liftlərin

girişidir. Yəni bu işçilər birbaşa olaraq L1-L5 liftlərinin girişlərinə yaxınlaşmalıdırlar.

Page 9: LİFTLƏRDƏN İSTİFAƏ ÜZRƏ TƏLİMAT Ümumi məlumat · 3 səmərəli istifadə etməyə və nəticədə gözləmə müddətinin minimuma endirilməsinə imkan verir. 2.2 Üst

9

6. Alt mərtəbələr qrupundan Üst mərtəbələr qrupuna və əksinə keçid

ALT mərtəbələr qrupuna (3-15-ci mərtəbələr) daxil olan ofislərdən birbaşa olaraq ÜST

mərtəbələr qrupuna (16-38-ci mərtəbələr) qalxmaq və eyni ilə ÜST mərtəbələr qurupundan

birbaşa olaraq ALT mərtəbələr qrupuna enmək mümkün deyildir. Bu məqsədlə istənilən

halda öncə 1 və ya 2-ci mərtəbələrə enmək və oradan digər mərtbələr qrupuna aid olan

liftlərə minmək lazımdır.

6.1 ALT mərtəbələr qrupundan (3-15-ci mərtəbələr) ÜST mərtəbələr (16-38) qrupuna

keçid:

ALT mərtəbələr qrupuna (3-15-ci mərtəbələr) aid olan ofislərin işçiləri üst mərtəbələr

qrupuna aid olan ofislərə qalxmaq üçün aşağıdakı ardıcıllıqdan istifadə etməlidirlər:

1 və ya 2-ci mərtəbəyə enmək.

Buradan ÜST mərtəbələr qrupuna aid olan liftlərə yaxınlaşmaq (L1-L5)

Gedəcəyi mərtəbənin nömrəsini DSC panelə daxil etmək

DSC sistemin göstərdiyi liftə minərək həmin mərtəbəyə qalxmaq.

6.2 ÜST mərtəbələr qrupundan (16-38-ci mərtəbələr) ALT mərtəbələr (15-3) qrupuna

keçid:

ÜST mərtəbələr qrupuna (16-38) aid olan ofislərdən isə ALT mərtəbələr qrupuna aid

olan ofislərə enmək üçün aşağıdakı ardıcıllıqdan istifadə etməlidirlər:

1 və ya 2-ci mərtəbəyə enmək.

Buradan ALT mərtəbələr qrupuna aid olan liftlərə yaxınlaşmaq (L7-L10)

Gedəcəyi mərtəbənin nömrəsini DSC panelə daxil etmək

DSC sistemin göstərdiyi liftə minərək həmin mərtəbəyə qalxmaq.

Page 10: LİFTLƏRDƏN İSTİFAƏ ÜZRƏ TƏLİMAT Ümumi məlumat · 3 səmərəli istifadə etməyə və nəticədə gözləmə müddətinin minimuma endirilməsinə imkan verir. 2.2 Üst

10

7. Ofis mərtəbələrindən avtoparka enmək və avtoparkdan ofis mərtəbələrinə

qalxmaq

7.1 Avtoparkdan ofis mərtəbələrinə qalxmaq

Avtoparkdan ofis mərtəbələrinə qalxmaq üçün avtoparklarda quraşdırılmış

liftlərlərdən istifadə etməklə əsas binanın 1-ci mərtəbəsinə qalxmaq lazımdır

Əsas binanın 1-ci mərtəbəsinə qalxdıqdan sonra burada ALT yaxud ÜST

mərtəbələr qrupuna daxil olan liftlərdən istifadə etməklə lazım olan mərtəbəyə

qalxmaq lazımdır.

7.2 Ofis mərtəbələrindən avtoparka enmək

Ofis mərtəbələrinə avtoparka enmək üçün öncə ofis mərtəbələrində quraşdırılmış

liftlərdən istifadə etməklə əsas binanın 1-ci mərtəbəsinə enmək lazımdır

Əsas binanın 1-ci mərtəbəsində avtoparka enmək üçün quraşdırılmış liftlərdən

istifadə etməklə avtomobil dayanacaqlarına enmək lazımdır.

8. Ofis mərtəbələrindən podiuma (yeməkxanalar, kiatbaxana və iclas zalları

olan hissə) enmək və podiumdan ofis mərtəbələrinə qalxmaq

8.1 Ofis mərtəbələrindən podiuma (yeməkxanalar, kiatbaxana və iclas zalları olan

hissə) enmək

Ofislər olan mərtəbələrdən yeməkxana və ya podiumda yerləşən digər bölmələrə

(kitabxana, iclas zalı, tədris otağı və s) enmək üçün öncə əsas binanın 2-ci

mərtəbəsinə enmək lazımdır.

Bundan sonra əsas binanın iknci mərtəbəsi ilə podium arasında quraşdırılmış

körpüdən keçməklə podiuma keçmək lazımdır.

Sonra podiumda quraşdırılmış liftlərdən istifadə etməklə podiumun 1-ci

mərtəbəsinə enmək yaxud 3-cü mərtəbəsinə qalxmaq olar.

Page 11: LİFTLƏRDƏN İSTİFAƏ ÜZRƏ TƏLİMAT Ümumi məlumat · 3 səmərəli istifadə etməyə və nəticədə gözləmə müddətinin minimuma endirilməsinə imkan verir. 2.2 Üst

11

Podiumda liftlərin yerləşməsi. (Turniketdən keçdikdən sonra sol tərəfə gedin)

8.2 Podiumdan (yeməkxanalar, kiatbaxana və iclas zalları olan hissə) ofis

mərtəbələrinə qalxmaq

Podiumdan (yeməkxanalar, kiatbaxana və iclas zalları olan hissə) ofis

mərtəbələrinə qalxmaq üçün öncə podiumda quraşdırılmış liftlərlə (yaxud

pilləkənlə) podimun ikinci mərtəbəsinə gəlmək lazımdır.

Bundan sonra əsas binanın iknci mərtəbəsi ilə podium arasında quraşdırılmış

körpüdən keçməklə əsas binanın 2-ci mərtəbəinə keçmək lazımdır.

Liftlər

Page 12: LİFTLƏRDƏN İSTİFAƏ ÜZRƏ TƏLİMAT Ümumi məlumat · 3 səmərəli istifadə etməyə və nəticədə gözləmə müddətinin minimuma endirilməsinə imkan verir. 2.2 Üst

12

Sonra burada ALT (3-15) yaxud ÜST (16-38) mərtəbələr qrupuna daxil olan

liftlərdən istifadə etməklə lazım olan mərtəbəyə qalxmaq lazımdır.

9. Avtoparklardan podiuma və əksinə keçid

Əsas binada yerləşən (-1 və -2 mərtəbələri) avtomobil dayanacaqlarından podiuma

keçmək üçün iki müxtəlif yoldan istifadə etmək olar. Avtoparklardan həm birbaşa

olaraq həm də əsas bina üzərindən keçməklə podiuma daxil olmaq olar.

9.1 Avtoparkdan podiuma və əksinə birbaşa keçid: (1-ci yol)

Hər iki avtoparkdan (-1 və -2 mərtəbələri ) podiuma birbaşa daxil olmaq üçün (1-ci

yol) avtodayanacaqlarda podium üçün nəzərdə tutulmuş girişə yaxınlaşaraq podiuma

daxil olmaq və oradakı liftlərdən istifadə etməklə birbaşa podiumun üst mərtəbələr

qalxmaq mümkündür. Podiumdan avtoparklara da eyni qaydada podiumdakı

liftlərdən istifadə etməklə birbaşa olaraq enmək mümkündür.

Avtoparklardan poduma keçmək üçün giriş (hər iki avtoparkda

mövcuddur)

Page 13: LİFTLƏRDƏN İSTİFAƏ ÜZRƏ TƏLİMAT Ümumi məlumat · 3 səmərəli istifadə etməyə və nəticədə gözləmə müddətinin minimuma endirilməsinə imkan verir. 2.2 Üst

13

9.2 Avtoparkdan podiuma əsas binadan keçməklə keçid (2-ci yol)

Avtomobil dayanacaqlarında quraşdırılmış liftlərdən istifadə etməklə əsas

binanın 1-ci mərtəbəsinə qalxmaq lazımdır.

Bundan sonra əsas binada olan liftlər (2-ci mərtəbəyə bütün liftlər qalxır) yaxud

eskalator vasitəsi ilə əsas binanın iknci mərtəbəsinə qalxmaq və bina ilə ilə

podium arasında quraşdırılmış körpü üzərindən podiuma keçmək olar.

9.3 Podiumdan avtomobil dayanacaqlarına əsas binadan keçməklə keçid

Əsas bina ilə podium arasında quraşdırılmış körpü üzərindən binanın ikinci

mərtəbəsinə keçmək lazımdır.

Bundan sonra escalatorla (yaxud əsas binanda quraşdırılmış liftlərlə) binanın 1-ci

mərtəbəsinə enmək və oradan avtomobil dayanacaqlarına (avtopark) enən liftlər

vasitəsi ilə dayanacaqlara enmək lazımdır.

Əsas binadan avtoparka bu liftlər vasitəsi ilə enmək olar.

Avtoparka enən lifltər

Page 14: LİFTLƏRDƏN İSTİFAƏ ÜZRƏ TƏLİMAT Ümumi məlumat · 3 səmərəli istifadə etməyə və nəticədə gözləmə müddətinin minimuma endirilməsinə imkan verir. 2.2 Üst

14

10. Yüklənmə (pik) saatlarında ilftlərdən istifadə olunması

İş gününün başlanğıcında və sonunda (pik saatları) binada böyük izdiham olacağını

nəzərə alaraq liftlərin qarşısında insan sıxlığının aradan qaldırılması, liftləri gözləmə

vaxtının minimuma endirilməsi və liftlərdən daha səmərəli istifadə olunması məqsədilə

əsas binada TWIN tipli liftlər quraşdırılmışdır.

Yuxarıda qeyd olunduğu kimi bu tip liftlərdə eyni şaxtada iki ədəd kabin çalışa bilir və

bununla əlaqədar ALT və ÜST mərtəbələr qrupu üçün iki müxtəlif lift girişi

nəzərdə tutulmuşdur.

Girişlərdən biri əsas binanın birinci mərtəbəsində, ikinci giriş isə əsas binanın ikinci

mərtəbəsində təşkil edilmişdir.

Beləliklə əməkdaşlar 1-ci giriş üçün əsas binanın 1-ci mərtəbəsində olan liftlərə, 2-

ci giriş üçün isə əsas binadakı eskalatordan istifadə etməklə 2-ci mərtəbəyə qalxıb

oradakı liftlərə yaxınlaşmalıdırlar. 2-ci mərtəbədən ALT və ÜST mərtəbələr qrupuna

gedən liftlərin nömrələri eyni ilə 1-ci mərtəbədə olduğu kimidir. Buna uyğun olaraq

ofisləri 3-15-ci mərtəbələrdə yerləşən əməkdaşlar 2-ci mərtəbədə L7-L10 liftlərinin

girişinə, ofisləri 16-37-ci mərtəbələrdə yerləşən əməkdaşlar isə 2-ci mərtəbədə L1-L5

liftlərinin girişinə yaxınlaşmalıdırlar.

Qeyd olunanları nəzərə alaraq PİK saatlarında əməkdaşların TWIN tipli liftlərdən

yararlanması üçün 1-ci mərtəbə ilə yanaşı 2-ci mərtəbədə də nəzərdə tutulmuş 2-ci lift

girişlərindən də istifadə etməsi tövsiyyə olunur.

Page 15: LİFTLƏRDƏN İSTİFAƏ ÜZRƏ TƏLİMAT Ümumi məlumat · 3 səmərəli istifadə etməyə və nəticədə gözləmə müddətinin minimuma endirilməsinə imkan verir. 2.2 Üst

15

Əsas binanın 1-ci mərtəbəsindən 2-ci mərtəbəsinə qalxmaq (fitnes kluba yaxud

podiuma keçmək, o cümlədən pik saatlarında liftlərin 2-ci mərtəbədə olan girişlərinə

yaxınlaşmaq) üçün eskalator.