ip security

8

Click here to load reader

Upload: samir-hasanov

Post on 13-Apr-2017

223 views

Category:

Technology


1 download

TRANSCRIPT

Page 1: IP Security

Samir Həsənov

Qafqaz Universiteti

Kompyuter Mühəndisliyi 2. kurs

IP Security

Page 2: IP Security

İnternet təhlükəsizliyi veb server və klientlərin internet və

ya WAN üzərindən mümkün olan hücumlara qarşı qorunmasıdır. Kompyuter

və şəbəkə təhlükəsizliyinin bir növüdür. İnternet təhlükəsizliyi

əsasən İPSec (İnternet Security Protocol), SSL (Secure Socket Layer)

və ya TSL (Transport Layer Security) kimi xüsusi təhlükəsizlik

protokollarından ibarətdir.

Standart internet rabitə protokolu tamamilə müdafiəsizdir, bu

da hostlara tranzitdə olan məlumatları əldə etmək və dəyişdirmək

imkanı verir. İPSec öz sisteminizə əlavə etmək sizi tam şifrələmə,

identifikasiya, məlumat tamlığı və təkrarlanmadan qorunma ilə təmin

edəcəkdir.

İnternet rabitə protokolu ilkin olaraq heç bir təhlükəsizlik

mexanizmi ilə təchiz olunmamışdır. Bütün proqram və istifadəçi

məlumatları açıq mətn şəklində ötürüldüyündən internetdə paket

şəklində olan bu informasiya axını üçüncü şəxs, şirkət və s.

tərəfindən oxuna bilər. Məsələn, sizin şifrələrin açıq mətn şəklində

ötürülməsi gələcəkdə sizin sistemin hack olunmasına gətirib çıxara

bilər. İp paketlərin tərkibi aşkar olunmadan dəyişdirilə bilər.

Page 3: IP Security

Təbii ki, sizin informasiyanı başqalarının görməyi sizi narahat

etməyə bilər, lakin sizin məlumatların digər bir şəxs tərəfindən

dəyişdirilməsi sizə böyük narahatçılıq verəcəkdir.

İnternet paketlərinin saxtalaşdırılması və dəyişdirilməsi

internetdə hacker-lərə özlərini başqa bir şəxs qismində tanıtmaları

imkanını yaradır. Məsələn, siz sisteminizin idarəsini yalnız öz

əməliyyatçılarınıza icazə vermisiniz, lakın qorunma olmadığı halda

hərkəs sizin sistemin idarəsini ələ keçirə bilər. Buna termin olaraq

İdentity Spoofing (İdentity Spoofing – İP paketlərə saxta source

adres verməklə özünü başqası qismində təqdim etmək hücüm növü)

deyilir. Digər bir ssenari üzrə isə sizin sistem etibar etdiyiniz

mənbələr tərəfindən yanlış və zərərli məlumatla qidalana bilər.

Həmçinin siz bir əməliyyatın bir dəfə keçirildiyinə əmin

olmalısınız. Yəni bir əməliyyatın hər hansı şəxs tərəfindən qeydə

alınması və dəfələrlə təkrar həyata keçirilməməsi üçün. Məsələn, hər

hansı bir şəxs bu üsul ilə bir pul köçürməsini sizin sistemə bir

nəçə dəfə təkrar tanıda bilər və sizin sistem bunu bir nəfərə

edilmiş çoxlu pul köçürməsi kimi qeydə alacaq.

İPSec öz sisteminizə əlavə etmək sizə təhlükəsizlik təmin

etmədə kömək edəcək, çünki İPSec tam şifrələmə, identifikasiya və

əməliyyat təkrarlamasından qorumanı əhatə edir.

Güclü şifrələmə – heç bir kəs sizin məlumatı oxuya bilməyəcək.

Şifrələmə alqoritminin gücündən, şifr açarının uzunluğundan asılı

olaraq sizin məlumatı deşifrələmək çox çətin olacaq. Tam

təhlükəsizlik deyə bir şeyin olmadığını nəzərə alsaq, sizin

şifrlərinizi açmaq çətin və uzun müddət tələb edən, hətta brut fors

(Brute Force) metodu ilə mümkünsüz bir iş olacaq.

Dəyişilmiş paketlər sistem tərəfindən avtomatik olaraq rədd

edilir. İlkin məlumat üzrə checksum-un hesablanması paketləri

loqlamaq imkanı yaradır və beləliklə yolda dəyişdirilmiş paketlər

iqnor edilir.

Autentifikasiya – əməliyyat apardığınız hostun şəxsiyyəti

təsdiq edilir. Bundan başqa autentifikasiya sizə göndərdiyiniz

məlumatı imzalamaq imkanı verir, belə ki, digər şəxslər göndırilən

məlumatın həqiqətən sizdən gəldiyinə əmin ola biləcəklər.

Təkrarlamadan qorunma – Dublikat əməliyyatlar iqnor olunur.

Kriptoqrafik tədbirlərlə qorunan ardıcıllıqlardan isitifadə etməklə

təkrarlanan paketlər aşkar olunub atılacaqdır.

Page 4: IP Security

İPSec əsas üstünlükləri.

İPSec Şəbəkə qatında yerləşdiyindən TCP/İP tətbiqlərinə

dəyişiklik etmək məcburiyyətində olmayacaqsınız. İPSec ESP

(Encapsulating Security Payload) və AH (Authentication Header) kimi

iki yeni İP protokolu istifadə edir. İPSec İP qatından altda, yəni

TCP/İP kerneli ilə link qatının arasında yerləşdirilir. İPSec

şifrələnən trafik üzərindən ötürülən bütün paketlərə ESP və AH

başlıqlarını əlavə edəcək və qəbul edilən bütün paketlərdən də bu

başlıqları tələb edəcəkdir. BSD soket (TCP/UDP/Row IP) istifadə edən

tətbiqlərə İPSec şəffaf və asan yol ilə quraşdırıla bilir.

Konfiqurasiya edilə bilən mühafizə. İPSec İP paketlərə hansı

təhlükəsizlik tədbirlərinin görüləcəyi məlumatının saxlanıldığı SPD

(Security Policy Database) istifadə edir. Bu baza özündə TCP/UDP

port, source və destination ip adreslər və İP paket nömrələri kimi

məlumatları saxlaya bilər. Bu məlumatları adres intervalı və

müxtəlif şərtlərlə daha da elastik etmək olar.

Hər gedən və ya gələn paketə görə bazada ən yaxşı uyğunluq

axtarılır. Ə gər bazada bu paket uyğunluğu tapılarsa paketə bazada

göstərilmiş şifrələmə metodu, şifr açar uzunluğu, şifrələmə

alqoritmlər zənciri, paket tunel ilə göndəriləcək və ya yox kimi

əməliyyatlar görülür. Bazada hətta şifrələməyə ehtiyac olmadığı da

göstərilə bilər. Lakin baza ilə heç bir uyğunluq tapılmazsa həmin

paket rədd edilir. Bu dizayn ilə İPSec bəzi paketləri şifrələməsiz,

bəzilərini yüngül şifrələmə ilə, bəzi paketləri isə güclü şifrələyə

bilər. Məsələn, HTML kontentlər şifrələnmədən, telnet və email

sessiyalar şifrələmə ilə ötürülə bilər. Yəni hər hansı proqramın və

ya userin təhlükəsizliyi gələcəkdə təhkükəsizlik bazasını dəyişməklə

yenilənə bilər.

Yönlü təhlükəsizlik həlli. İPSec müxtəlif təhlükəsizlik

mexanizmləri icra edə bilər. Autentifikasiya paketin doğru şəxsdən

olduğunu təsdiq edir, şifrələmə paketin tərkibini gizlətmək üçün

istifadə edilir, bütövlük paketin tranzit zamanı dəyişdirilmədiyini

sübut edir, təkrarlama təhlükəsizlik isə əməliyyatların

Page 5: IP Security

təkrarlanmasının və DOS atakların qarşısını alır.

Həssas məlumatın təhlükəsizliyi.

İPSec iki hosta tətbiq edilən zaman bu hostlar arasında olan

rabitə təhlükəsizliyi İPSec şifrələməsi və autentifikası yolu ilə

təmin olunur. Tam performans üçün şifrələməsi lazım olmayan məlumat

İPSec tətbiq olunmadan göndərilə bilər.

Nəqliyyat rejimi (Transport Mode). Nəqliyyat rejimi iki host

arasında olan əlaqə təhlükəsizliyini təmin edir və tunel rejimindən

(Tunnel Mode) daha sürətlidir, belə ki bu zaman əlavə ip başlığa

ehtiyyac duyulmur. Bu zaman İPSec ESP/AH başlıqları orijinal İP

başlıqlarından sonra və transport qatından əvvəl əlavə edilir.

Nəqliyyat rejimindən İPSec əsas üstünlüyü ondan ibarətdir ki, bu

zaman hostlar arasında olan əlaqə tam yol boyu təhlükəsizlik ilə

təmin olunur. İki host arasında təhlükəsiz olmayan şəbəkələrin

olması bu İPSec əlaqəsinə heç bir xəta törətmir.

Page 6: IP Security

Tunel rejimi (Tunnel Mode). Bu zaman İPSec başlığından əvvəl

İPSec xarici başlıq əlavə olunur. Başqa sözlə desək, yeni paket

İPSec ESP/AH başlıqlarla və köhnə İP paketdən ibarət olur.

Vir

tua

l

Pri

vat

Şəb

əkələr (VPN).

İki və daha çox şəbəkələr Virtual Privat Şəbəkə mexanizmi ilə

bir şəbəkəyə birləşdirilə bilər. Bu zaman İPSec tunnel rejimi ilə

müxtəlif şlyuzlarda (gateway) təhlükəsizlik təmin edilir. Lokal

şəbəkə üzərində paketlər şifrələnmədən göndərilir. Lakin şəbəkələr

arasında İP paketlər daxili İPSec şlyuz tərəfindən şifrələnir və

digər şəbəkədəki İPSec şlyuzuna göndərilir.

Bir sözlə, lokal şlyuz göndəriləcək paketləri şifrələyir və

digər paketlərin daxilinə qoyaraq digər şəbəkədə olan İPSec şlyuza

göndərir. Qəbul edən şlyuz isə şifrələnmiş paketlə deşifrələyir və

daxili lokal şəbəkəsinə deşifrələnmiş olaraq buraxır. Bu üsulun

üstünlüyü ondan ibarətdir ki, İP təhlükəsizlik tətbiq etmək üçün

şəbəkədə olan hostlara dəyişiklik tələb olunmur.

İPSec tunel rejimi trafikin analiz edilməsinin də qarşısını

alır. Tunel rejimində hacker tunelin daxilində olan paketlərin real

source və destination adresslərini bilməyəcək, bilinən yeganə

Page 7: IP Security

məlumat tunelin başlayıb-bitdiyi ünvanlardır.

Sadəlik. Bir neçə hədəf bir İPSec şlyuzu tərəfindən qoruna

bilər. Bu şlyuz hər istifadəçi adından lazım olan bütün şifrələməni

həyata keçirir.

Yüksək performans. Yalnız müdafiə olunmayan şəbəkələr üzərində

olan məlumatlar şifrələnir. Lokal şəbəkə daxilində gedən informasiya

şifrələməyə ehtiyac duymur və açıq mətn şəklində göndərilir.

Şəbəkələr arasında yönləndirilən və müdafiəsiz xəttlərdən keçən

məlumat şifrələnir. Bu üsulun üstünlüyü şifrələmənin yalnız tələb

olunan yerlərdə həyata keçirməklə yüksən performans əldə etməkdədir.

Elastiklik. Şəbəkələr ayrı yerlərdə yerləşə bilər. Şlyuzlar

arasında paketlər tunel vasitəsilə göndərildiyindən şəbəkələr fiziki

olaraq müxtəlif yerlərdə ola bilər. Bir şəbəkədəki kompyuter digər

şəbəkədəki kompyuterlə öz lokal şəbəkəsində imiş kimi əlaqə qurmaq

imkanına malikdir.

Və son olaraq onu vurğulamaq istərdim ki, İPSec köhnə

sistemlərə də tətbiq olunur. Yəni köhnə sistemlərə heç bir

dəyişiklik edilmədən sadəcə şəbəkəyə yeni İPSec şlyuz qoyulur.

Page 8: IP Security