hazırladı: ”geologiya mühəndisliyi” tələbələri bakı...

85
Design by Ali Agakishiyev 1 Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015

Upload: phungmien

Post on 09-Jul-2018

260 views

Category:

Documents


6 download

TRANSCRIPT

Page 1: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 1

Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri

Bakı 2015

Page 2: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 2

Giriş , kursun məqsədi və vəzifəsi

Struktur geologiya geotektonika elminin əsas tərkib hissələrindən biridir və

Yer qabığının quruluşu,onda baş verən prosesləri öyrənir.Geotektonikaya gəldikdə

isə bu elm həm Yer qabığının,həmdə butövlukdə Yer kurəsinin quruluşunu,

təkamulunu və orada (Yer qabığında) baş verən prosesləri öyrənməklə məşğul olan

elmdir.Struktur geologiya geoloji elmlər arasında fundamental elmlər sırasına

daxildir.Bu ondan irəli gəlir ki,struktur geologiya butun növ faydalı qazıntıların

axtarışında,kəşfiyyatında və eləcə də istismarında əsas rol oynayır.Muxtəlif növ

faydalı qazıntıların axtarış və kəşfiyyatı göstərir ki,onların yataq əmələ gətirməsi

muvafiq suxurların muəyyən yatım formaları ilə əlaqədardır.Məs:Neft–qaz,qaz-

kondensat yataqları 70-80% antiklinal növ qırışıqlıqlarda formalaşıb.Öz

növbəsində yeraltı suların yataqları əksər hallarda sinklinalın dibində toplantılar

təşkil edirlər.Qızıl yataqları həm səpinti halında kvars qumlarında,həm də kvars və

peqmatit damarlarında formalaşır.Almaz yataqları isə kimberlit (partlayış)

borularında formalaşırlar.Struktur Geologiya Neft-Qaz yataqlarının geologiyası və

neft-qaz yataqlarının axtarış və kəşfiyyatının nəzəri əsasını təşkil edir.

Umumiyyətlə hər bir faydalı qazıntı muvafiq nəzəri əsaslar uzərində aparılır. Bu

nəzəri əsaslara aiddirlər:

1.Müvafiq faydalı qazıntının mənşəyini səciyyələndirən geologiyası.

məs:Neft-qaz geoloji əsasları.

2.Müxtəlif faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatının nəzəri

əsasları. Məs:Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı,yəni hər bir faydalı

qazıntının özunə məxsus axtarış kəşfiyyat usulu vardır.Ən çox,ən mürəkkəb

axtarış-kəşfiyyat usulları neft-qaz axtarışında tətbiq olunur.

3.Struktur geologiya – bütün faydalı qazıntıların axtarış və kəşfiyyatında əsas

yer tutur.

Struktur geologiyanın həll etdiyi tək tədliqi məsələlər deyil,eləcədə elmi

tədqiqatlarin aparılmaslında (geologiya sahəsində) struktur geologiya əsas yer

tutur.Məs:Yer qabığını təşkil edən suxur komplekslərinin yatım formaları,həmin

formaların inkişafı və s.Bu baxımdan struktur geologiya bu və ya digər problemi

həll etmək ucun 2 prinsipə əsaslanır:

1.Tarixi muqayisə usulu (prinsipi)- bu prinsip dialektiki materializmin

qanunlarına əsaslanır.Hər hansı bir geoloji proses,hadisə və ya cismin tədqiqinə

Page 3: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 3

muqayisə yolu ilə yanaşılır.Yəni,cisim yanaşı olan cisimlərlə muqayisəsi muəyyən

geoloji zaman ərzində aparılır. Problemin,cismin,məsələnin öyrənilməsində

məhdudiyyət yaratmır və onların başqa cismə görə istər morfolgiyasının,istərsə də

imkişafını əlaqəli şəkildə öyrənməyə imkan verir.

2.Aktualizm prinsipi- buna əsasən hal-hazirda təbiətdə baş verən geoloji

prosesləri,hadisələri,eyniliklə keçmiş geoloji zamanlarada eyniliklə aid etmək

olar.Məs:bir sıra ekzogen proseslər(kulək,axar sular və s.) indiki zamanda

gördukləri işi (aşınma,daşınma,toplanma) keçmiş geoloji zamanlara da aid etmək

olar.Lakin bununla belə təbiətdə elə proseslər baş verir ki,onlar dönməz xususiyyət

daşıyırlar.Təbiidirki belə proseslər keçmiş geoloji zamanlarda olduğu kimi tətbiq

etmək duz nəticə verə bilməz.Ona görə də bu prinsipin tətbiqi nisbətən məhduddur.

Page 4: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 4

l. GEOLOJİ QRAFİKLƏR VƏ XƏRİTƏLƏR

1. Geoloji qrafiklərin növləri

Struktur Geologiyanın 2-ci əsas məsələsi geoloji xəritəalmadır.Geoloji

xəritəalma strutkur geologiyanın üsulları və nəzəri əsaslarına istinad edərək yer

qabığının hər hansı bir hissəsinin geoloji qruluşu və orada olan faydalı qazıntılar

haqqında məlumat verməyə imkan verir.Geoloji xəritəalma işləri miqyasdan və

qarşıya qoyulan məsələlərin vəziyyətindən asılı olaraq 2 istiqamətdə aparılır:

1. Kiçik miqyaslı xəritəalma. Bu bir qayda olaraq layların eni

istiqamətində cəhətlənmiş marşrut üzrə yerinə yetirilir.

2. Böyük və mükəmməl miqyaslı geoloji xəritəalma.Bu xəritəalma özü də

2 üsulla yerinə yetirilir:

a) Əgər ərazidə çoxlu sayda müxtəlif yaşa malik süxur qatlarının təbii

çıxışları varsa,onda xəritəalma işlərinin təsviri həmin çıxışlar üzrə

aparılır.

b) Əgər ərazidə müxtəlif yaşa malik süxur komplekslerinin geoloji

sərhədləri aydın izlənilirsə, bu zaman geoloji xəritəalma həmin

geoloji sərhədlərin izlənməsi üzrə aparılır.

Geoloji qrafiklərin qurulması və təhlili geologiyada ən geniş istifadə olunan

geoloji məlumatların təhlil üsuludur. Bu və ya digər geoloji məsələ və

problemlərin həllində müxtəlif növ geoloji qrafiklər tərtib olunur. Bu qrafiklərin

tərtib üsulundan asılı olaraq onları 3 qrupa ayırmaq olar:

1. Kordinat sistemində qurulan qrafiklər – bu cür qrafikləri qurmaq üçün

adətən iki müxtəlif növ məlumatdan istifadə edilir. O məlumatların biri, absis

oxunda digəri isə ordinat oxunda qeyd edilir.

Məsələn: qırışığın inkişafının sürət qrafikini qurmaq üçün onun müxtəlif

stratiqrafik vahidlər ərzində hündürlüyü ordinat oxunda qeyd edilir. Stratiqrafik

vahidlər isə absis oxunda qeyd edilir.

Stratiqrafik vahidlərə uyğun olan qalınlığı kordinat sistemində kəsişmə

nöqtəsini tapırıq. Qurulmuş qrafik əsasında qırışığın hansı stratiqrafik vahid

ərzində nisbətən böyük yaxud nisbətən kiçik sürətlə inkişafını izləmək

mümkündür. Bu məlumat isə öz növbəsində müvafiq geoloji məsələnin həlli üçün

istifadə edilir.

Kordinat sistemində qurulan başqa bir qrafik çöküntütoplanmanın sürət

qrafiki adlanır. Bu qrafikin qurulması qırışığın sürət qrafikinin qurulmasıyla

eynidir. Sadəcə olaraq ordinat oxunda qırışığın hündürlüyü yox toplanan

çöküntülərin qalınlığı göstərilir. Qalan qurulma sistemi əvvəlki qrafikdəki kimidir.

Nəticədə qurulmuş əyri bizə müxtəlif stratiqrafik intervallar ərzində

Page 5: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 5

çöküntütoplanmanın sürətini izləməyə imkan verir. Kordinat sistemində bu və ya

digər geoloji məsələləri həll etmək üçün çox sayda müxtəlif qrafiklər tərtib edilir.

Məsələn: Neft qaz mədən geologiyasının məsələlərinin həllində bu cür

qrafiklərdən geniş istifadə edilir. Təcrübədə də əlaxsus neft qaz yatağının işlənməsi

zamanı çoxlu sayda kordinat sistemində qrafiklər qurulur.

2. Şaquli müstəvidə qurulan geoloji qrfiklər – Şaquli müstəvidə qurulan

qrafiklərdə iki və daha çox müxtəlif geoloji məlumatlardan istifadə edilir. Yəni iki

və daha çox geoloji məlumatların təhlilini aparmaq mümkündür. Bu baxımdan

təcrübədə ən geniş istifadə olunan normal litoloji stratiqrafik kəsilişdir. Normal

litoloji stratiqrafik kəsilişdə ərazinin geoloji quruluşunda iştirak edən müxtəlif yaşlı

süxurlar, onların litofasial tərkibi, qarşılıqlı münasibəti, qalınlıqları və bir sıra

başqa məlumatlar qeyd edilir.

Normal litoloji stratiqrafik kəsilişi qurmaq üçün aşağıdakı yaş vahidləri

həmin kəsilişdə qeyd edilir.

Eon Era Dövr Y/dövr Əsr Yaşa görə

vahidlər

Litoloji

sütun

Qalınlıq Geofiziki

məlumat

Eono

-tem

a

Qru

p

Sis

tem

Şöbə

Mər

təb

ə

Süxurlara

görə

Faner

ozo

y

Kayn

ezoy

Neo

gen

Neo

gen

-2

N22 Ağcagil

N21 Məhsuldar

qat

Normal litoloji stratiqrafik kəsiliş ərazinin və ya sahənin geoloji quruluşunda

Page 6: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 6

iştirak edən,öyrənilən dərinliyə qədər bütün süxur komplekslərinin həm litoloji

tərkibi,həm də qarşılıqlı münasibəti haqqında ətraflı məlumat verir.Lakin normal

litoloji kəsiliş ərazinin geoloji quruluşunda iştirak edən süxur qatlarının

deformasiya dərəcəsi,qırışıqlıq dərəcəsi haqqında heç bir məlumat verilmir.Bunun

üçün şaquli müstəvidə başqa bir geoloji qrafik.geoloji kəsiliş və ya Geoloji profil

qurulur.Geoloji profil dedikdə hər hansı bir istiqamətdə verilmiş,imkan olan

dərinliyə qədər şaquli müstəvidə yer qabığının kəsilişinin əks etdirilməsi

,göstərilməsi nəzərdə tutulur. Əgər, normal litoloji stratiqrafik kəsiliş ərazinin

geoloji quruluşunda iştirak edən çöküntü komplekslərinin yaşı litofasial tərkibi,

layların qarşılıqlı münasibətini və qalınlıqlarını əks etdirirsə geoloji profil öz

növbəsində ərazinin geoloji quruluşunda iştirak edən layların qarşılıqlı

münasibətini və əsasəndə yatım formalarını müxtəlif növ qırılmalarla

mürəkkəbləşmə dərəcələrini özündə əks etdirmiş olur. Geoloji profil öyrənilən

ərazidə layların deformasiya (dislakasiya) dərəcəsini özündə əks etdirən geoloji

sənəddir.

Şaquli müstəvidə eləcədə normal litoloji stratiqrafik kəsilişlərə görə

korelasiya yaxud müqayisə sixemləri tərtib edilir. Bu sxemlər əsasında bu və ya

digər yaşa malik süxurların verilən istiqamətdə qalınlıqlarının litoloji tərkibini, neft

qazlığını və bu kimi xüsusiyyətlərini öyrənmək olar. Bundan əlavə şaquli

müstəvidə çoxlu sayda başqa geoloji qrafiklər də tərtib edilir. Poleostruktur,

paleotektonik, paleogeoloji profillər və s.

3. Üfüqi müstəvidə, yəni planda tərtib olunan geoloji qrafiklər – buraya

birinci növbədə geoloji xəritə aiddir.Geoloji xəritələrin təhlil etdiyi məlumatlardan

asılı olaraq konkret adları movcuddur.

Struktur xəritə - hər hansı bir lay səthinin stratoizohipslərlə üfüqi müstəviyə

layihələndirilməsi nəzərdə tutulur.Stratoizohips lay səthilə üfüqi müstəvinin

kəsişməsindən alınan izə deyilir.Struktur xəritənin qurulmasında məqsəd layın

yatım formasını öyrənməkdir.

Litofasial xəritə - bu növ xəritə hər hansı bir sahədə müxtəlif litoloji tərkibə

malik çöküntülərin yayılma xüsusiyyətlərini aşkar etmək üçündür.Əgər Litofasial

xəritələr daha böyük ərazilər üçün tərtib olunarsa ,yəni orada çöküntü toplanma

zonası ilə bərabər aşınma zonalarıda göstərilərsə, onda bu növ xəritələr litofasial

yox,paleocoğrafi xəritələr adlanır.Paleocoğrafi xəritələr daha böyük ərazilər üçün

,yəni regional istiqamətdə qurulur.

Bərabər qalınlıqlar xəritəsi – bu növ xəritələr hər hansı maraq kəsb edən

qat,lay,lay dəstəsi üçün tərtib edilir.Bərabər qalınlıqlar xəritəsi 2 növə ayrılır:

1. Həqiqi qalınlığa görə qurulan bərabər qalınlıqlar xəritəsi (İzopaxit).

2. Görünən qalınlığa görə qurulan bərabər qalınlıqlar xəritəsi (İzoxor).

Geoloji xəritə dedikdə hər hansı bir ərazinin geoloji quruluşunda iştirak edən və

Page 7: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 7

yer səthinə çıxmış olan müxtəlif yaşlı süxurların yatım formalarını, yer səthinə

çıxdığı sahələri eləcədə yer səthinə çıxan müxtəlif qırılmaları özündə əks etdirən

geoloji sənəd nəzərdə tutulur. Geoloji xəritəni tərtib etmək üçün aşağıdakı növ şərti

işarələrdən istifadə edilir.

Hərfi şərti işarələr: bunlar süxurların nisbi yaşını indeks şəkildə əks

etdirmək üçün istifadə olunur. (N, P, K)

Süxurların yaşları eləcədə geoloji xəritələrdə rənglərlə qeyd edilir:

IV dövr (Q) – açıq sarımtıl, boz; Neogen (N) – sarı;

Paleogen (ᵱ) – narıncı; Təbaşir (K) – yaşıl;

Yura (J) – mavi; Trias (T) – bənövşəyi;

Perm (P) – qonuru qırmızı; Karbon (C) – boz;

Devon (D) –qəhvəyi; Silur (S) –bozumtul yaşıl;

Ordovik (O) – zeytunu yaşıl; Kembri (Є).

Maqmatik süxurlara gəldikdə onların tərkibi yunan əlifbasının hərifləri ilə və

rənglərlə qeyd edilir.

Məsələn: turş süxur-qranit (γ) qırmızı, siyenit (ξ)qırmızımtıl narıncı,

orta tərkibli – diorit (δ) moruğu,

əsas tərkibli – bazalt (ѵ) tünd yaşıl,

ultra əsas tərkibli – giper bazilt (Ϭ) tünd bənövşəyi

Geoloji sərhədlər xəritədə qara xətlə göstərilir. Uyğun sərhəddirsə xətt bütöv

olur. Əgər qeyri uyğun olarsa qırıq-qırıq xətt olur.

Layların fəza vəziyyəti yatım elementləri işarəsi ilə göstərilir.

Burada – 17 - yatım bucağı

- uzanma xətti

- yatım xətti

Qırmızı xətlə geolji xəritədə qırılmalar göstərilir. Cizgi və xətlərlə göstərilən

işarələr cizgi işarələri adlanır.

Rəqəmlərlə göstərilən işarələr fiziki işarələr üçüncü növ şərti işarələr

Page 8: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 8

layların yatım bucaqları, qırılma səthinin yatım bucağı.

Stratiqrafik vahidlərin nisbətən xırda bölgüləri. Əslində geoloji xəritəyə

çoxlu sayda geoloji məlumatı müxtəlif sayda şərti işarələrlə yükləmək

mümkündür. Lakin belə geoloji xəritəni nə təhlil etmək nədə istifadə etmək

mümkün deyil. Ona görə də geoloji xəritədə artıq qeyd edildiyi kimi müxtəlif yaşlı

və mənşəli süxurların yaşı, yatım formaları, yatım elementləri, qırılmalar, laylar

arasında münasibəti səciyələndirən uyğun və qeyri uyğun yatım formaları qeyd

edilir. Bəzi hallarda geoloji xəritədə faydalı qazıntı yataqları hər hansı bir məsələni

həll edən cisimlər göstərilə bilər.Geoloji xəritələr adətən topoqrafik xəritə üzərində

qurulur. Əgər geoloji xəritə topoqrafik əsas üzərində qurulmayıbsa onun təhlili

çoxmənalı ola bilər. Topoqrafik xəritə (əsas) geoloji xəritədə mixəyi rəngdə bütöv

yaxud qırıq-qırıq xətlərlə göstərilir. Onların üzərində mixəyi rəngdə yazılan

rəqəmlər müvafiq olaraq xəttin altitudası göstərilir.

Altituda dedikdə yer səthində olan nöqtənin dəniz səviyyəsinə qədər şaquli

məsafədir. Bu məsafəyə mütləq qiymətdə deyilir. Lakin əgər nöqtə yer səthində

yerləşirsə və relyef səthini səciyyələndirirsə onda onun mütləq qiyməti altituda

adlanır. Əgər nöqtə lay səthində yerləşirsə onda həmin nöqtədən dəniz səviyyəsinə

qədər olan məsafə mütləq qiymət adlanır.

Topoqrafik xəritə dedikdə yerin relyef səthini horizontallarla üfüqi müstəvi

üzərində təsviri nəzərdə tutulur. Başqa sözlə, relyef, yerin səthinin üfüqi müstəvi

üzərində proyeksiyasına topoqrafik xəritə deyilir.

Eyni (hündürlüyə malik) altitudaya malik olan nöqtələrdən keçən xəttə

horizontal deyilir.

Üfüqi müstəvi ilə relyef səthinin kəsişməsindən alınan izə horizontal deyilir.

Geoloji məsələlərin həllində geoloji xəritədən başqa üfüqi müstəvidə çoxlu sayda

müxtəlif xəritələr tərtib edilir.

Məsələn: litofasial xəritə- belə xəritədə yer səthinə çıxan layların sərhədləri

daxilində litoloji tərkibləri qeyd edilir.

Paleocoğrafi xəritə- belə xəritə adətən kiçik miqyaslarda qurulur və orda litologiya

ilə bərabər aşınma, daşınma və toplanma zonaları qeyd edilir.

Bərabər qalınlıqlar xəritəsi-izopaxit yəni, həqiqi qalınlıqlar əsasında qurulan

xəritə və izoxor xəritəsi, bu xəritənin qurulmasında şaquli qalınlıqlardan istifadə

edilir.

Deyilənlərdən əlavə müxtəlif geoloji məsələ və problemləri həll etmək üçün

müvafiq miqyasda çoxlu sayda başqa xəritələrdə tərtib edilir.

Page 9: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 9

2. Geoloji cisimlər və geoloji sərhədlər

Məlumdur ki, Yer qabığında müxtəlif tərkibə, müxtəlif formaya və müxtəlif

ölçüyə malik geoloji obyektlər, geoloji cisimlər mövcuddur. Geoloji cisim geoloji

statik fəzanın geoloji sərhədlərlə hüdudlanmış elə bir hissəsinə deyilir ki, onun

daxilində həmin sərhədləri ayıran amillər sabit yaxud əhəmiyyətsiz dərəcədə

dəyişməyə məruz qalmış olsunlar.

Geoloji statik fəza dedikdə ilə bir geoloji cismin yerləşdiyi mühit nəzərdə

tutulur (Yer qabığı yaxud bütövlükdə Yer planeti).

Geoloji sərhəd dedikdə isə, bir geoloji cismin digərinə keçməsi ilə bağlı onun

tərkibinin səlis yaxud kəskin dəyişdiyi səddə deyilir.Deməli Yer qabığının təbii

yolla əmələgəlmiş istənilən cismi geoloji cisim kimi qəbul edilə bilər. Bəzən eyni

kimyəvi tərkibə malik olmasına baxmayaraq kristallik şəbəkəsində atom ionlarının

düzümünün fərqli olması ilə fiziki, mexaniki, kimyəvi xüsusiyyətlərinə görə fərqli

olan geoloji cisimlər əmələ gəlir. Məsələn: kimyəvi tərkibi karbon elementindən

ibarət olmasına baxmayaraq məhz kristallik şəbəkəsində atom və ionların

düzülüşünün fərqli olması, fiziki-kimyəvi xüsusiyyətlərinə görə bir-birindən kəskin

fərqlənən almaz və qrafit mine-ralların yaranmasına səbəb olur.

Yer qabığında minerallardan tutmuş bütövlükdə Yer kürəsinə qədər təbii yolla

əmələ gəlmiş cisimlər geoloji cisimlərdir. Mineral, kristal, lay, lay dəstəsi,

horizont, çökmə qatı, qranit və bazalt qatı bütövlükdə Yer kürəsi geoloji cisim kimi

qəbul edilir.

Geoloji sərhədlərin növləri—Geoloji cisimləri ayıran geoloji sərhədlər

müxtəlif xüsusiyyətdə ola bilərlər. Burda onların tərkibindən, quruluşundan və

morfologiyasından asılıdır. Əksər geoloji cisimlər arasında geoloji sərhədlər aydın,

əksər geoloji cisimlər arasında isə geoloji sərhədlər aydın seçilmir. Elə buna görə

də geoloji sərhədlərin aşağıdakı növlərə ayrılır:

Page 10: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 10

1. Aydın yaxud kəskin ifadə olunmuş sərhəd;

2. Səlis yaxud qeyri-müəyyən sərhəd.

Layların uyğun yatımında həm kəskin, həm də qeyri-müəyyən sərhədlər

müşahidə olunur. Layların qeyri-müəyyən yatımında isə əksər hallarda aydın

sərhəd müşahidə edilir. Aydın yaxud kəskin ifadə olunmuş sərhəd dedikdə bir

geoloji cisimdən digərinə keçid birbaşa baş verir.

Fasiləsiz çöküntü toplanma şəraitində layların uyğun yatımında çox kiçik

qalınlığa malik (qalınlığı mm və sm-lə ölçülür), litaloji tərkibi hər iki geoloji

cismin litoloji tərkibindən fərqli olan, nazik ara qatda kəskin sərhəd rolunu oynaya

bilər. Ara qatın qalınlığı nə qədər kiçik olarsa geoloji sərhəd bir o qədər aydın ifadə

olunur.

Əksər hallarda kəskin sərhəd dedikdə, bilavasitə iki bir-birinin üzərində yatan

müxtəlif paleocoğrafi şəraitdə formalaşmış geoloji cisimlər arasında onları bir-

birindən ayıran səth nəzərdə tutulur. Qeyri-uyğun geoloji sərhəddə bir geoloji

cisimdən digərinə keçid birbaşa deyil, tədricə keçir.

Səlis yaxud qeyri-uyğun sərhəd o zaman formalaşır ki, fasiləsiz çöküntü

toplanma zamanı layların uyğun yatımında iki geoloji cisim litoloji tərkibinə uyğun

bir neçə ara qatı yaranmış olsun. Geoloji sərhəd elə bir zaman kəsimidir ki, onun

ərzində növbəti geoloji cismin formalaşması üçün çöküntü toplanma hövzəsində

paleocoğrafi şərait qismən və yaxud təmamilə dəyişmiş olsun. Aydın sərhədlər bir

qayda olaraq çöküntü toplanma hövzəsində uzun müddətli fasilə zamanı yerin

relyef səthinə ekzogen proseslə-rin göstərdiyi fiziki-kimyəvi, mexaniki təsiri

zamanı yaranan fiziki səth kimi qəbul edi-lir. Qeyri-müəyyən sərhəd isə çöküntü

toplanmada baş verən qısa müddətli fasilə zamanı formalaşır.

Page 11: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 11

ll. LAY VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

1. Lay və Laylanma

Eyni Litoloji tərkibli ,Altdan və üstdəm paralel sərhədlərlə hüdudlanmış yastı

formalı,nisbətən böyük sahəyə malik geoloji cismə lay deyilir. Layın aşağıdakı

elementləri vardır.

Layı altdan hüdudlandıran və nisbətən qədim səthə layın dabanı deyilir. Layı

üstdən hüdudlandıran və nisbətən cavan səthə layın tavanı deyilir. Layın dabanı ilə

tavanı arasındakı məsafəyə layın qalınlığı deyilir. Tavan və daban arasında qalan

ən qısa məsafəyə layın həqiqi qalınlığı deyilir(Eb). Yer səthinə çıxmış layın tavanı

ilə dabanı arasındakı ən qısa məsafə isə onun görunən qalınlığıdır.(Ea)

Görünən qalınlığın aşağıdakı müstəsna halları mümkündür:

1)Üfüqi qalınlıq- daban ilə tavan arasındakı üfüqi müstəvi səth üzrə

ölçülmüşən qisa məsafəyə layın üfüqi qalınlığı deyilir.(Eh)

2)Şaquli qalınlıq- daban ilə tavan arasındakı şaquli müstəvi səth üzrə

ölçülmüş ən qısa məsafəyə deyilir (Ev).

Hər bir lay müəyyən daxili quruluşa malikdir.Layın daxili quruluşunu

Page 12: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 12

səciyyələndirən onu təşkil edən laycıqların vəziyyətidir. Çökmə mənşəli layların

üst-üstə yatan laylanmasını, layın daxili quruluşunu əks etdirən laylanmadan

fərqləndirmək üçün ona laydaxili laylanma deyilir.

Layın daxili quruluşunu səciyyələndirən aşağıdakı növ laylanmalar

mövcuddur :

1)Paralel laylanma –Bu növ laylanmada laycıqlar bir-birinə paralel

yerləşirlər. Paralel laylanma adətən sakit mühitdə yəni, çöküntu toplanma

mərkəzlərinin dərin hissəsində və dib cərəyanlarından məhrum olduğu halda

şaquli çökmə nəticəsində yaranır.

2)Dalğavari laylanma – bu növ laylanma dalğaların fəaliyyət göstərdiyi

məkanda formalaşır. Yəni hövzənin şelf zonasında yayılır . Dalğavari laylanma

çökməyə məruz qalan çoküntülərə 2 bir –birinə əks istiqamətdə olan qüvvələr təsir

etməsini göstərir.

3) Çəp laylanma – Bu növ laylanma çay vadilərində, axar suların

hövzələrində, dib cərəyanəlarına mallik olan su hövzələrində, eol çöküntülərdə

formalaşır.

Çay vadisinə xas olan çəp laylanma – Bu laylanma onu göstərir ki, toplanan

Page 13: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 13

çöküntülərə qüvvə əsasən bir istiqamətdə təsir göstərmişdir .

4) Hövzənin dayazlığında dib cərəyanı şəraitində formalaşam çəp laylanma.

5) Çayın deltasına xas çəp laylanma

6) Dib cərəyanlarına xas olan çəp laylanma

7) Eol çöküntülərinə xas olan çəp laylanma (Küləyin fəaliyyəti). Dib cərəyanı

və eol çöküntülərinin əmələ gətirdiyi çəp laylanmanın bir-birindən fərqi ondan

ibarətdir ki, laycıqlar iri və kobud olurlar.

Page 14: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 14

Laydaxili laylanmanı öyrənməkdə məqsəd layın nə kimi paleocoğrafi şəraitdə

formalaşmasını araşdırmaqdır.

Sahə üzrə müxtəlif növ laylanmanın inkişaf etmə zonaları

2. Çöküntü toplanmada qısa müddətli fasilələr –

Lay səthinin formalaşması

Page 15: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 15

Qısa müddətli fasilə dedikdə çöküntü toplanma hövzəsinə müəyyən geoloji

zaman ərzində çöküntülərin gətirilməsində fasilənin baş verməsi nəzərdə tutulur.

Qısa müddətli fasilə zaman etibarı ilə 1 an, 1 dəqiqə, 1 saat, 1 gün, 1 il və s. baş

verə bilər. Qısa müddətli fasilənin zamandan başqa əsas şərtlərindən biri də həmin

fasilə zamanı Ekzogen proseslərin toplanmış çöküntülərə nə dərəcədə təsir etməsi

də nəzərdə tutulur.

Əgər 100-200 min il ərzində hövzədə toplanan çöküntülərə ekzogen proseslər

təsir göstərərək onların səthində yalnız bu proseslərin izləri həkk olunursa ,onda bu

Qısa müddətli fasilə adlanır.

Qısa müddətli fasilələr aşağıdakı xüsusiyyətlərə malikdirlər.

1. Sahə etibarı ilə məhdud olmaları – yəni, qısa müddətli fasilələr bir

qayda olaraq layın sərhəddindən kənara çıxmırlar.

2. Zaman etibarı ilə nisbətən qısa müddətdə baş verməsi.

3. Təxminən eyni paleocoğrafi çəraitdə baş verməsi.

4. Kəsiliş boyu dəfələrlə təkrar olunurlar

Qısa müddətli fasilə zamanı toplanmış çöküntülərin səthinə Ekzogen

qüvvələri təsir edərək öz izlərini qoymuş olurlar.

Əgər qısa müddətli fasilə zaman hövzədə dib cərəyanları mövcuddursa, bu

zaman onlar toplanmış çöküntülərin səthində konusvarı ovuqlar yaratmış

olacaqlar. Əgər bu ovuqlar yalnız dib cərəyanının gücünə yaranmış olarlarsa

onların oturacaqları nisbətən enli olur.

Əgər həmin ovuqlar cərəyan tərəfindən çöküntülərin səthi üzrə sülb halında

olan hər hansı bir hissəciyin sürüklənməsi nəticəsində yaranırlarsa bu zaman

onların otura-caqları ensiz olur.

Page 16: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 16

Hövzənin dayaz, yəni dalğalar fəaliyyət göstərdiyi hissəsində toplanan

çöküntü-lərin səthində xırda dalğacıqlar yaranır. Dalğacıqların eni 10-15 sm,

hündürlüyü isə 1,5-3 sm olur.Dalğacıqların təpələrinə doğru çöküntü

hissəciklərinin ölçüləri kiçilir.

Axar sular şəraitində toplanan çöküntülərin də səthində də dalğacıqlar yaranır.

Onlar dayazdakılarına nisbətən assimmetrik formada olurlar. Bu dalğacıqların yastı

qanadları suyun axınının əksi istiqamətində meyl edirlər. Bu halda da çöküntü

hissəciklərinin ölçüləri dalğacıqların oturacağından təpəsinə doğru kiçilir.

Küləyin fəaliyyəti nəticəsində toplanmış çöküntülərin səthində qısa müddətli

fasilə zamanı axar sular şəraitində yaranan dalğacıqlar formasında dalğacıqlar

yaranacaq. Küləyin fəaliyyəti nəticasində yaranan dalğacıqların təpəsinə doğru

çöküntülərin ölçülər artır. Bu halda da dalğacıqların yastı qanadı küləyin hərəkət

istiqamətinə əks yatmış olur.

Dib cərəyanları nisbətən güclü olarlarsa bu zaman toplanmış çöküntülərin

səthində yaranmış konusvarı ovuqlar tədricən böyüyərək novcuqlara keçə bilərlər.

Bu zaman hövzədə çöküntü toplanma prosesi bərpa olunarsa gətirilən çöküntülərlə

ilk növbədə həmin novcuqlar doldurularaq. Novcuqlarda toplanan çöküntü

hissəciklərinin

Page 17: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 17

ölçüləri aşagıdan yuxarıya doğru azalır.

Dib cərəyanları daha güclü olarsa novcuqlar nova yaxud xəndəyə çevrilə

bilərlər. Məsələn: Abşeron –Balaxanyanı – Astana Xəzərin dib cərəyanları

sayəsində en istiqa-mətində nov və xəndəklərlə mürəkkəbləşmişdir.Bəzi hallarda

nisbətən dayaz hövzə-lərdə isti iqlim şəraitində suyun intensiv buxarlanması

nəticəsində hövzədə toplanmış çöküntülərin səthində çatlar şəbəkəsi yaradılır.

Deyilənlərdən əlavə hövzə dibində toplanmış çöküntülərin səthində onun

dibində yaşayan canlılarınizləri həkk olur. Sahil zonas boyu toplanan çöküntülərdə

də müxtəlif canlıların izləri,yağış damlasının dolunun izləri qala bilər.

Hövzədə qısa müddətli fasilə zamanı heç bir ekzogen proses fəaliyyət

göstərmir, uzun zaman su ilə hövzə dibində toplanmış çöküntülər arasında baş

verən fiziki, kimyəvi proses nəticəsində müəyyən sərt halda olan qabıq yarana

bilər. Deyilənlərdən göründüyü kimi toplanmış çöküntülərin ust səthində ekzogen

proseslər yalnız mənfi işarəli, girinti şəklində olan izlər qalmış olurlar.

Hövzədə çöküntütoplanma prosesi bərpa olunduqda yeni layın formalaşması

başlayır. Onun formalaşması daban səthinin yaranmasından başlayır. İlk növbədə

hövzəyə gətirilən çöküntülər həmin mənfi işarəligirintiləri toldururlar. Nəticədə

yeni əmələ gələn layın daban səthində, əvvəl formalaşmış layın tavanında ekzogen

proseslərin yaratdığı mənfi işarəli girintilər, qabarıq yaxud müsbət forma şəkilində

Page 18: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 18

yeni yaranan layın dabanında həkk olurlar. Qısa müddətli fasilənin bu

xüsusiyyətinə görə çöl şəraitində yer səthinə yaxın layın fəza vəziyyətini təyin

etmək mümkündür. Yəni layın üst səthində ekzogen proseslərin mənfi işarəli

izlərini müşahidə ediriksə, demək lay normal yatımdadır.

Əgər onun üst hissəsində ekzogen proseslərin izləri qabarıq formadadırsa, bu

onu göstərir ki, lay çevrilmiş yatıma malikdir. Qısa müddətli fasilə zamanı ekzogen

proseslər lay səthində heç bir iz qoymurlarsa bu zaman həmin düz yəni hamar səth

diastema adlanır.

3. Çöküntü toplanmada uzun muddətli fasilələr-

stratiqrafik uyğunsuzluğun formalaşması

Əgər 100-200 min il ərzində hövzədə toplanan çöküntülərə ekzogen proseslər

təsir göstərərək onların bir qısmi və yaxud bütövlükdə hamısı aşınaraq toplandığı

yerdən digər əraziyə daşınaraq aşınmaya məruz qalarsa bu halda bu uzun müddətli

fasilə kimi qbul edilir.

Uzun muddətli fasilə dedikdə muəyyən geoloji zaman ərzində Yer səthinin

“+” işarəli relyefinin aşınması nəzərdə tutulur.

Yer səthinin relyefi şərti olaraq aşınma və çökuntu toplanma zonalarına

bölunə bilər. Bu baxımdan “+”işarəli şaquli hərəkətləri (qalxmaya) məruz qalan

ərazilər aşınmaya, “-“ işarəli şaquli hərəkətlərə (enməyə) məruz qalan ərazilərdə

isə çökuntu toplanma prosesi baş verir.Geoloji inkişaf boyu bu iki növ ərazi şaquli

hərəkətlərin xususiyyətlərinə görə öz paleocoğrafi şəraitini dəyişirlər.Yəni aşınma

zonası çökuntu toplanma zonasına və əksinə çevrilmiş olur.

Page 19: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 19

Beləliklə, aşınma zonası çökuntu toplanma zonasına çevrildikdə həmin zonanı

təşkil edən nisbətən qədim suxur kompleksində uzərində toplanma çökuntulər

arasında geoloji yaş ardıcıllığı pozulmuş olur.Yəni kəsiliş boyu layların yatımında

geoxronoloji ardıcıllığı pozulmasına (kəsilişdə bu və ya digər yaşa malik layların

iştirak etməmısinə) stratiqrafik uyğunsuzluq deyilir.

Yer qabığının çökmə qatının və onun kəsilişində stratiqrafik uyğunsuzluqların

formalaşmasına səbəb şaquli tektonik hərəkətlərdir.Məhz onların sayəsində Yer

səthinin hər hansı bir hissəsi çökuntu toplanma və yaxud da aşınma zonasına

çevrilə bilər.Bu baxımdan şaquli tektonik hərəkətlər aşağıdakı xususiyyətlərə

malikdir:

1.Zaman ehtibarilə daimi baş vermələri.

2.Şaquli hərəkətlərin çox kiçik surətlə baş verməsi,yəni neçə mm-

dən,təxminən 10 sm-ə qədərdir.

3.Şaquli tektonik hərəkətlərin dönmə xususiyyətinə malik olması,əgər hər

hansı bir ərazi muəyyən geoloji zaman ərzində enməyə məruz qalırsa,növbəti

geoloji zaman ərzində həmin ərazi,yaxud onun muəyyən hissəsi şaquli hərəkətlərin

işarəsini dəyişməsilə əlaqədar qalxmaya məruz qalır.

Uzun muddətli fasilələr aşağıdakı xususiyyətlərə malik olurlar.

1.Sahə ehtibarı ilə nisbətən geniş ərazilərdə yayilması,yəni bir neçə muxtəlif

yaşlı suxur komplekslərni əhatə etməsi

Page 20: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 20

2.Zaman ehtibarı ilə nisbətən uzun muddətli olması

3.Paleocoğrafi şəraitin kəskin olaraq dəyişməsi

4.Kəsiliş boyu nisbətən az sayda inkişaf etməsi uzunmuddətli fasilə zamanı

nəticədə laylar arasında stratiqrafik uyğunsuzluq formalaşır.Yəni aşınma səthindən

altda və ustdə yatan laylar arasında geoxronoloji ardıcıllıq pozulmuş olur.

Layların qarşılıqlı münasibətində əsasən 3 növ uyğunsuzluq var.

1.Paralel stratiqrafik uyğunsuzluqlar . Uyğunsuzluq səthindən aşağıda

və yuxarıda yatan laylar bir-birinə paralel olurlar,qırışıqlıq dərəcəsindən asılı

olmayaraq.Bu uyğunsuzluq onu göstərir ki,ərazidə çökuntu toplanmada fasilə

zamanı və eləcədə ondan əvvəl heç bir qırışıq əmələgəlmə prosesləri baş

verməmişdir.

Paralel uyğunsuzluğun bu xususiyyətinə görə onun özunəməxsus

həndəsi(morfoloji) ifadəsi yoxdur.Yəni paralel uyğunsuzluqda da uyğun Yatımda

olduğu kimi laylar bir-birinə paralel yatırlar.Bu səbəbdən də geoloji paralel

uyğunsuzluq xəritə və profillərdə, yalnız layların yatımında geoxronolojim

pozulmasına görə təyin etmək olar.

2.Cografi stratiqrafik uyğunsuzluq.Bu növ stratiqrafik

uyğunsuzluqda uyğunsuzluq səthindən altda və ustdə yatan laylar arasında 5

(0°<𝛼<5°) dərəcəyə qədər bucaq olur.Bu bucağın olması onu göstərir ki,ərazidə

uyğunsuzluq səthindən altda yatan laylar ya fasilə dövrundə zəif qırışıq əmələ

gətirən hərəkətlərə məruz qalmışlar.Əslində bu bucaq coğrafi (kartoqrafik)

uyğunsuzluq həndəsi ifadəsidir.Coğrafi uyğunsuzluq nisbətən kiçik sahələrdə və

yaxud ərazilərdə özunu paralel uyğunsuzluq kimi biruzə verir.

Uyğunsuzluqların təsvirindən görunduyu kimi hər hansı bir ərazidə

stratiqrafik uyğunsuzluğun formalaşması uçun orada 3 dəfə şaquli hərəkətlərin

işarəsi dəyişməlidir.

3.Stratiqrafik bucaq uyğunsuzluğu .Bu növ uyğunsuzluqda uyğun-

suzluq səthindən altda və ustdə yatan laylar arasındakı bucaq 5 dərəcədən böyuk

olur.

Bucaq stratiqrafik uyğunsuzluğun mövcudluğu onu göstərir ki,ərazidə

stratiqrafik uyğunsuzluq formalaşdıqdan əvvəl,fasilə dövrundə,yaxud fasilədən

əvvəl uyğunsuzluq səthindən altda yatan laylar,nisbətən intensiv qırışıq

əmələgəlmə prosesinə məruz qalmışlar. Bucaq stratiqrafik uyğunsuzluğu

Page 21: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 21

başqalarına nisbətən geoloji xəritə və profillərdə daha asan seçmək

mumkundur.Məhz bucağın qiymətinin böyuk olmasına görə və bu bucaq,bucaq

stratiqrafik uyğunsuzluğun həndəsi ifadəsidir.

4.Stratiqrafik uyğunsuzluğun nişanələri

a) Layların qarşılıqlı münasibətində geoxronoloji ardıcıllığın pozulması,yəni,bu və ya digər yaşı təmsil edən layın kəsilişdən düşməsi

b) Uyğunsuzluq səthi fiziki səth olduğundan onun üzərində ekzogen proseslərin izlərini əks etdirməsi

c) Uyğunsuzluq səthi üzərində bazal konqlomeratlarının olması.Bazar konqlomeratları altda yatan süxur komplekslərinin sementləşmiş halıdır.

d) Uyğunsuzluq səthindən altda və üstdə yatan layların paleocoğrafi əmələgəlmə şəraitlərinin bir-birindən kəskin fərqlənməsi

e) Uyğunsuzluq səthindən altda və üstdə yatan süxur komplekslərinin fauna qalırlarının bir-birindən kəskin fərqlənməsi

f) Uyğunsuzluq səthindən altda və üstdə yatan laylar arasında müəyyən bucağın olması

Page 22: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 22

4. Layın ilkin yatım forması

Layın ilkin yatım forması dedikdə, o əmələ gəldikdən sonra ilk xarici təsirə

qədər tutduğu fəza vəziyyəti nəzərdə tutulur. Nəzəri cəhətdən lay ilkin yatımda

üfüqi vəziyyətdə ehtimal olunur. Lakin təbiətdə tam üfüqi vəziyyətdə olan laylara

çox nadir hallarda təsadüf edilir. Bu hallar əsasən platforma əraziləri üçün

səciyyəvidir. Geosinklinal ərazilərdə isə bir sıra hallarda hətta 1-3 bucaq altında

yatan layları da şərti olaraq üfüqi yatım kimi qəbul etmək olar. Platforma

ərazilərində isə çöküntü örtüyü nisbətən zəif deformasiyaya məruz qalır. Buna görə

də platforma ərazilərində 1-2 yatım bucağı artıq maili yatım hesab olunur. Hətta

bəzi hallarda platformalarda maili yatım dəqiqələrlə ölçülür. Adətən platformalarda

layların yatım bucağı bir neçə dəqiqələrdən ilk dərəcələrə qədər və nadir hallarda

ilk 10 dərəcələrə qədər olur.

Geosinklinallara gəldikdə isə burada kristallik bünövrə qırılmalarla daha

intensiv doğranmış olduğuna görə çöküntü qatı xarici təsir nəticəsində asanlıqla

intensiv deformasiyaya məruz qalır.

Geosinklinallarda layların üfüqi yatım anlayışı həqiqətdən daha uzaqdır.

Layların ilkin yatımına gəldikdə isə bunların bu yatımda fəza vəziyyəti müxtəlif

ola bilər. Üfüqi yatımdan qırışıq formalarına qədərBu layı təşkil edən çöküntülərin

nə kimi səth üzərində toplanmasından asılıdır. Əgər həmin səth üfüqidirsə onun

üzərində toplanan çöküntülərin təşkil etdiyi laylar da üfüqi vəziyyətdə olacaq. Əgər

malidirsə maili olacaq və əgər həmin səth ekzogen proseslər tərəfindən tam

peneplenizə olunmayıbsa, yəni düzləndirilməyibsə onda belə girintili çıxıntılı səth

üzərində çöküntü toplanma prosesi bərpa olunduqda hövzəyə gətirilən çöküntülər

ilk növbədə dibinin girinti zonalarını dolduracaq. Ondan sonra isə çıxıntılarını

bürüyəcək.

Layların ilkin yatımında hövzə dibi relyefindən asılı olaraq yaranan qırışıqlara

bürümə və ya psevdotektonik (yalançı) qırışıqlıq deyilir.

Page 23: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 23

Bu qırışıqlıqlar ona görə psevdo tektonik adlanır ki, onların formalaşmasında

qırışıq əmələ gətirən hərəkətlər fəaliyyət göstərmirlər.

Bu qırışıqlar aşağıdakı xüsusiyyətlərə malikdir:

1) Bu növ qırışıqlar adətən nisbətən zəif inkişaf edirlər (qanadların layların

yatım bucağı az olur)

2) Stratiqrafik kəsiliş boyu üzü yuxarı tez sönürlər.

3) Stratiqrafik dərinlik artdıqca qanadlarda layların yatım bucağı artır.

4) Layların qalınlığı qanadlardan tağa doğru azalır.

5) Layları təşkil edən çöküntü hissəciklərinin ölçüsü qanadlardan tağa

doğru artır. Yəni, qanadlarda çöküntü gillərdən ibarətdirsə, tağa doğru alevrolit və

quma keçə bilər.

5. Deformasiya və onun süxurlarda baş verməsi

Xarici təsir nəticəsində cismin ölçülərinin formasının və həcminin

Page 24: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 24

dəyişməsinə deformasiya deyilir.

Yer qabığında və onu təşkil edən süxurlarda deformasiyanın baş verməsi

müxtəlif səbəblərdən ola bilər. Təbiətdə elə daimi mövcud olan qüvvələr vardır ki,

onlar Yer qabığını, onu təşkil edən süxurların deformasiyasına gətirib çıxarırlar.

Məsələn: Yerin ağırlıq qüvvə sahəsi, Atom və Molekullar arası mövcud qüvvələr

(itələmə-cazibə) bu qüvvələr cisimlərdə sonsuz dərəcədə kiçik və böyük

deformasiyaların yaranmasına səbəb ola bilərlər. Bu qüvvələrdən başqa süxurlarda

və ümumiyyətlə Yer qabığında deformasiya mərkəzdənqaçma qüvvəsi, qabıqaltı

məkanda konvektiv cərəyanlar baş verməsi, istilik enerjisinin kəmiyyətcə

dəyişməsi sahəsində də yarana bilər.

Cisimlərdə deformasiyanın baş verməsinə səbəb onlara təsir edən cəhətlənmiş

qüvvədir. Bu qüvvə stress adlanır.

Cismə hər tərəfli, bərabər qiymətli qüvvə təsir edirsə, belə təsir nəticəsində

cisimdə deformasiya yaranmır. Cismə cəhətlənmiş qüvvə təsir etdikdə isə deforma-

siya yaranır.

Öz mürəkkəblik dərəcəsinə görə deformasiyalar iki növə ayrılır.

1)Sadə deformasiyalara dartılma, sıxılma, burulma, əyilmə və s. aiddir.

2)Mürəkkəb deformasiyalar—iki və daha çox sadə deformasiyanın bir

cisimdə baş verməsi nəticəsində yaranırlar.Bunlara dartıla, burulma,sıxılma və

əyilmə aiddir.

Cisimlərdə əksolma dərəcəsinə görə deformasiyalar aşağıdakı növlərə ayrılır.

1) Elastiki deformasiya

2) Plastiki yaxud Qalıq deformasiya

3) Dağılma deformasiya

1)Cismə göstərilən təsir onun üzərindən götürüldükdə, cisim öz əvvəlki ölçü,

forma və həcminə qayıdarsa belə deformasiya elastiki deformasiya adlanır.

2)Cismə göstərilən təsir (stress) götürüldükdən sonra, öz əvvəlki forma və

həcminə qayıtmazsa, yaxud qismən qayıdarsa belə deformasiya plastik yaxud qalıq

deformasiya adlanır.

3)Cismə göstərilən xarici təsir onun möhkəmlik həddini aşarsa bu zaman

cisim dağılma yaxud kövrək deformasiyaya məruz qalır.

Cismə göstərilən xarici təsirə qarşı, onun daxili qüvvələrini mütənasib paylan-

masına gərginlik deyilir.

Cismin möhkəmlik dərəcəsi onun özüllüyü ilə səciyyələnir.Yəni,özüllük

yüksək olarsa cismin möhkəmliyidə yüksək olur. Məsələn: suyun özüllüyü 0,01

Puaz, gilin 103 Puaz. Cismin özüllüyü onu təşkil edən hissəciklərin yerdəyişməyə

qarşı göstər-dikləri müqavimətdən asılıdır.

Dənəciklərdən ibarət süxurlarda deformasiya əsasən iki yolla baş verə bilər.

1)Dənəciklərin arası sürüşmə yolu—bu hal o vaxt baş verir ki, süxuru təşkil

edən dənəciklərin sementi daha az möhkəmliyə malik olsun, nəinki dənəciklər

xarici təsir nəticəsində sement materialı dağılmaya məruz qalır. Dənəciklər isə öz

yerlərində fırlanaraq (vəziyyətlərin dəyişərək) dənəciklər arasında ən asan sürüşmə

vəziyyətinə gəldikdə həmin səth üzrə deformasiya baş verir. Bu hal Yer qabığının

üst hissəsini təşkil edən süxurlar üçün daha səciyyəvidir.

Page 25: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 25

2)Dənəciklər daxili sürüşmə rolu—bu növ deformasiya adətən sement

materialı, süxuru təşkil edən dənəciklərdən daha möhkəm olduqda. Bu vaxt xarici

təsir nəticə-sində dənəciklərin, öz vəziyyətlərinin dəyişməsi yəni, ən yüngül

sürüşmə səthinin alınması yolu ilə deformasiya baş verir.Lakin bəzi hallarda belə

süxurlar da kataklaz hadisəsidə baş verə bilər.

Bu vaxt deformasiyaya və qırılmaya məruz qalmış dənəciklərin hissələri öz

vəziyyətlərini dəyişərək asan sürüşmə səthi vəziyyətni aldıqdan sonra, süxurda

defor-masiya dənəciklər arası sürüşmə yolu kimi baş verir.

Kataklaz dinamo-metamorfizmin ən yüksək səviyyəsidir. Bu zaman qeyd

edil-diyi kimi hətta kristallarda deformasiyaya və dağılmaya məruz qalırlar. Lakin

kris-talların deformasiyası kimyəvi yollada baş verə bilər. Buna Rikke prinsipi

deyilir. Beləki, həmin kristalı təşkil edən maddə mövcuddursa bu vaxt kristala təsir

edən qüvvə istiqamətində, o ya heç inkişaf etmir ya da çox zəif inkişaf edir. Amma

o təsirə perpendikulyar istiqamətdə, yəni təsirsiz sahədə kristal daha intensiv

inkişaf etdiyin-dən kimyəvi yolla deformasiya ya məruz qalır.

Süxurlarda deformasiya adətən relaksiya və sürüncəklik yolu ilə baş verir.

Relaksiya dedikdə qalıq deformasiyanın vahid qiymətində cisimdə olan

gərginliyin sıfıra enməsi nəzərdə tutulur. Bu onu göstərir ki, relaksiya zamanı aşırı

baş verməklə cisimdə deformasiyanın daimi baş verməsinə səbəb olur.

Sürüncəklik dedikdə gərginliyin sabit qiymətində (adətən cismin möhkəmlik

həddindən aşağı qiymətində) elastiki deformasiya fasiləsiz olaraq qalıq

deformasiya ya keçməsi nəzərdə tutulur. Yəni sürüncəklik zamanı plastiki

deformasiya cisimdə fasiləsiz olaraq baş verir. Bir çox tədqiqatçılar belə hesab

edirlər ki, Yer qabığında süxurların deformasiyaya məruz qalması əsasən

sürüncəklik yolu ilə baş verir.Süxura təsir edən qüvvə süxurun möhkəmlik həddini

aşarsa bu vaxt cisim dağılmaya məruz qalır.

Möhkəmlik—süxura göstərilən xarici təsirə qarşı, süxuru təşkil edən

dənəciklərin göstərdikləri müqavimətdir.

Müqavimət—süxurun özüllüyü ilə əlaqədardır.Yəni özüllük nə qədər yüksək

olarsa, cismin möhkəmlik həddində bir o qədər yüksək olur.

Süxurlarda dağılma iki növ ola bilər.

1)Kövrək—cismə normal qüvvələr təsir edərsə (bir ox üzrə) bu vaxt cisimdə

təsir qüvvəsinə perpendikulyar istiqamətdə dağılma baş verir.

2)Cismə toxunan qüvvələr təsir etsin və bu cür dağılma qopma adlanır. Bu

vaxt dağılma təsir edən qüvvələrin istiqamətinə nisbətən 45° bucaq altında baş

verir.

6. Layların maili yatımı

Layların üfüqi və şaquli səthdən fərqli olan vəziyyətinə maili yatım deyilir.

Maili yatımın ən sadə forması monoklinal yatımdır.

Page 26: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 26

Layların yalnız bir istiqamətdə, onların yaşının azalması istiqamətində olan

yatımına monoklinal yatım deyilir. Bəzən çevrilmiş yatıma malik olan laylarda da

monoklinal yatım müşahidə edilir.

Bəzi hallarda yer səthinə çıxan və monoklinal yatıma malik olan öz fiziki

xassələrinə görə sərt və yumşaq süxurların növbələş-məsindən ibarət olur. Ekzogen

proseslərin təsiri altında yumşaq süxurlar daha çox aşınmaya məruz qalaraq

relyefin mənfi elementini, sərt süxurlar isə nisbətən az aşınmaya məruz qalaraq

relyefin müsbət elementini əmələ gətirir. Əgər laylar monoklinal yatıma malikdirsə

bu vaxt relyefin kuestvari, yəni pilləvari forması yaranır.

Geoloji xəritələrdə layların maili yatımını geoloji sərhədlərin topoqrafik

xəritənin relyef hori-zontallarını kəsməsinə görə təyin edirlər. Geoloji xəritələrdə

layların maili yatımı şərti işarələrlə də verilir. Geoloji xəritələrdə layların maillik

dərəcələrini geoloji sərhəd-lərin əyrilik dərəcəsilə müəyyən edirlər. Belə ki, geoloji

sərhədlərin əyrilik dərəcəsi topoqrafik xəritənin horizon-tallarının formasına nə

qədər oxşar olarsa, bu münasib layın bir o qədər kiçik bucaq altında yatmasını

göstərir və əksinə, geoloji sərhədlər düz xəttə yaxın olarsa, bu münasib layın şaquli

yatımda olmasını göstərir.

Maili laylar əsasən bir-birindən fərqli olan 2 halda rast gəlinir: normal və

çevrilmiş. Normal yatımda layın tavanı yuxarıda, dabanı isə aşağıda yerləşir.

Çevrilmiş yatımda isə əksinə, layın dabanı yuxarıda, tavanı isə aşağıda yerləşir.

Laylar çevrilərkən yatımı 90º olana qədər öz normal yatımını saxlayır. Yəni, tavan

yuxarıda, daban aşağıda və cavan çöküntülər qədim çöküntülər üzərində yerləşir.

Çevrilmə böyük bucaq altında baş verdikdə laylar çevrilmiş vəziyyət alır. Daban

yuxarı hissədə, tavan aşağı hissədə yerləşir. Qədim çöküntülər cavan çöküntülərin

üzərində yatır.

Maili layın fəza vəziyyəti aşağıdakı yatım elementləri ilə müəyyən olunur:

1) Uzanma xətti

2) Yatım xətti

3) Yatım bucağı

Layın uzanma xətti lay səthilə üfüqi müstəvinin kəsiş-məsindən alınan üfüqi

xəttə (izə) deyilir. Uzanma xəttinin fəza vəziyyəti onun azimut bucağı ilə müəyyən

Page 27: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 27

olunur. Verilən istiqamətdə meridi-anın şimal qütbü arasında qalan 0-360° arasında

dəyişən, saat əqrəbi istiqamətində ölçülən üfüqi bucağa azimut deyilir.

Azimutların növləri Uzanma xəttini hər iki istiqamətə davam etdirsək, o öz keyfiyyətini dəyişmir,

yəni, uzanma xətti kimi qalır. Ona görə də uzanma xəttinin fəza vəziyyəti bir-

birindən 180º fərqlənən azimut bucağı ilə təyin olunur.

Lay səthi üzərində yerləşən, uzanma xəttindən başlayaraq layın yatımı istiqa-

mətində uzanan və cəhətlənmiş xəttə (izə) yatım xətti deyilir.

Hər bir maili layın istənilən sayda yatım xətti ola bilər. Yalnız bunlardan biri

həqiqi yatım xətti olacaq. Lay səthi üzərində yerləşən uzanma xətti ilə 90º-dən

böyük və ya kiçik bucaq təşkil edən layın yatımı istiqamətində cəhətlənmiş xəttə

görünən yatım xətti deyilir. Layın yatım xətti vektorluq qabiliyyətinə malikdir.

Yəni, onu yatım istiqamətində davam etdirəndə öz keyfiyyətini saxlayır. Layın

yatım xəttini əks istiqamətdə davam etdirsək, o öz keyfiyyətini itirmiş olur. Yəni,

bu xətt artıq yatım xətti yox, qalxım xətti, və ya yoxuş xətti adlanır.

Yatım xətti ilə onun üfüqi müstəvi üzərindəki proyeksiyası arasında qalan

bucağa yatım bucağı deyilir.

Lay səthilə üfüqi müstəvi arasında istənilən sayda müxtəlif qiymətə malik n

sayda bucaq ola bilər. Ancaq bunlardan biri layın fəza vəziyyətini müəyyən edə

bilər. Bu layın həqiqi yatım bucağıdır.

Layın həqiqi yatım bucağı, həqiqi yatım xətti və onun üfüqi müstəvi

Page 28: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 28

üzərindəki proyeksiyası arasında qalan bucağa deyilir. Biz qeyd etdik ki, layın

istənilən sayda görünən yatım xətti ola bilər. Görünən yatım xətti və onun üfüqi

müstəvi üzərindəki proyeksiyası arasında qalan bucağa görünən yatım bucağı

deyilir. Həqiqi yatım bucağı 0º-90º-yə qədər dəyişir. Görünən yatım bucağı, bir

qayda olaraq, həqiqi yatım bucağından həmişə kiçik olur. Görünən yatım bucağı

sıfırdan həqiqi yatım bucağına qədər dəyişir.

lll. DİAPİR QIRIŞIQLAR HAQQINDA ANLAYIŞ

Diapir qırışıqlarının formalaşmasına səbəb çöküntü toplanma

hövzəsində,çöküntü qatının kəsilişində yüksək plastikliyə malik reoloji fəal

kütlədən ibarət layın olmasıdır.Diapir qırışıqları ilk dəfə 1907-ci ildə rumin

geoloqu Mirazik tərəfindən kəşf edilib.Nüvəni təşkil edən süxurların növündən

asılı olaraq diapir qırışıqları 2 növə ayrılır.

1. Duz diapirləri

Adından göründüyü kimi duz diapirlərinin nüvəsi reoloji fəal olan , yəni

yüksək plastikliyə və axıcılıga malik süxur növləri nəzərdə tutulur. Bu baxımdan

daş duz , gips , hemogen mənşəli süxurlar yüksək plastikliyə malikdirlər.

Diapir qurguşun nüvəsini daş duz, gips təşkil edirsə , belə qurguşuna duz

diapiri deyilir. Kosignə görə duz diapirinin inkişaf etməsi üçün Çöküntü Toplanma

Hövzəsinin çökmə qatında qalınlıgı ən azı 120m -dən az olamamaq şərtilə duz qatı

üzərində 300m -dən çox qalınlıgında süxur qatları yatmalıdır. Hövzədə

hidrodinamik tarazlıq pozularsa duz axmaga başlayır :

Page 29: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 29

Bu zaman daş duz kütləsi Arxangelski , Ştille və başqalarına görə antiklinalın

nüvəsində , Bapdana və başqalarına görə sirilinalın nüvəsində toplanaraq müvafiq

enerji potensialı yarandıqdan sonra daş duzArximed qanununa əsasən yuxarıya

dogru hərəkət edir . Üzərində yatan süxurlar o cümlədən , nisbətən kiçik qalınlıga

malik duz layı da varsa o da deformasiya edərək , diapir qurguşun yaratmış olur .

Beləliklə , diapir qurguşun formalaşmasında əsas fəaliyyət göstərən , onun

nüvəsini təşkil edən reoloji fəal duz kütləsi olur . Onun üzərində yatan qatlar isə

qırışıq yaranmada çox passiv iştirak edirlər . Daha dogrusu qırışıgın yaranmasına

təsir göstərmirlər, hətta laylar arasında kiçik qalınlıga malik duz qatı da olur .

Duz Diapirinin formalaşmasına səbəb olan enerji potensialı duz kütləsinin

miqdarından və onu əhatə edən , üzərində yatan süxur kütləsi ilə sıxlıqlar

qradientindən asılıdır .

Duz Diapiri onun enerji potensialından asılı olaraq müxtəlif dərəcədə inkişaf

edə bilər. Duz Diapirinin enerji potensialı az olarsa bu zaman hövzədə hidrostatik

tarazlıgın pozulması sayəsində yalnız duz yastıqlar formalaşır . Yəni çox zəif

inkişaf etmiş müsbət işarəli struktur formalaşır .

Duz kütləsinin enerji potensialı bir qədər artıq olarsa bu zaman kripto diapir

struktur formalaşır . ( Gizli Diapir ) Bu növ diapirdə nüvəni təşkil edən kütlə yer

səthinə çıxmır . Nisbətən yaxşı inkişaf etmiş struktur yaradır.

Kripto diapirdə nüvə yer səthinə çıxmır . Onun üzəri laylarla örtülü olur .

Səbəbi duz kütləsinin enerji potensialının , onun üzərində yatan süxur kütlələrinin

geostatik təzyiqdən nisbətən az olmalıdır .

Bu strukturların 3- cü növü inkişaf dərəcəsinə görə bilavasitə duz diapiri

adlanır . Bu növ diapir o vaxt yaranır ki , duz kütləsinin enerji potensialı onun

Page 30: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 30

üzərində yatan süxur kütləsinin yaratdıgı geostatik təzyiqə bərabər yaxud çox

olsun .

Deyilənlərdən göründüyü kimi Duz Diapirinə reoloji fəal olan duz kütləsi yer

səthinə çıxmış olur . Belə halda yer səthinə çıxış sahəsində duz aşınmaya ( nisbətən

intensiv ) məruz qalır . Eroziya nəticəsində duz yuyulub aparılır , yerində isə onun

tərkibində isə olan , suda həll olmayan qarışıqlar həll olur . ( gips , alivrit , qum ,

gil ) Nəticədə nüvənin yer səthinə çıxdıgı sahə boyu , bir az böyük ərazidə , duz

qarışıgından ibarət lay yaranır. Qalınlıgı ilk metrlərdən ilk 10 metrlərə qədər və

daha çox ola bilər. Bu təbəqəyə keprok deyilir . Keprokun forması , nüvəni təşkil

edən daş duzun çıxışının forma və ölçülərindən asılıdır .

Duz Diapirinin inkişafı Ç.T ilə baş verdiyində çox ləng baş verir . Adətən

fasiləli - fasiləsiz xüsusiyyət daşıyır . Eyni zamanda çöküntü toplanma prosesinin

sürəti ilə düz mütənasibdir . Duz Diapirlərinə konsedimentasion qırışıqlara xas

olan xüsusiyyətlər aiddir .

1) Layların qalınlıgının qanadlardan taga dogru azalması ;

2) Fasiyanın qanadlardan taga dogru kobudlaşması ( layı təşkil edən hissəcik

ölçülərinin qanadlardan taga dogru artması ;

3) Layların yatım bucaqlarının stritiprafik dərinlik boyu artması

Diapir nisbətən intensiv etdikdə bir sıra laylar qırışıgın tagı istiqamətində

nəinki nazilir , hətta pazlaşırlar .

Duz Diapirləri neft - qazlılıq cəhətdən nisbətən yüksək perspektivliyə malik

strukturlar hesab olunur . Çünki , onlar konsedimentasion mənşəli olmaqla yanaşı

müxtəlif cür təbii tələlərə də malik olurlar . Duz Diapirində struktur , litoloji -

pazlaşma,litoloji məhdudlaşma , tektonik ekranlaşma və s . tələ növləri var .

Duz Diapirləri geniş yayılmış struktur formalarıdır . Bunlar Meksika

körfəzinin şimalında , Rusiyada Uralyani - Orunburq vilayətində , Dnepr - Donest ,

Şimal dənizində , Rumuniyada , İranda , Əlcəzairdə və s . ölkələrdə inkişaf

etmişlər .

Page 31: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 31

Duz Diapirləri əsasən platforma ərazilərində inkişaf etdiyinə görə adətən

izometrik formada olur . Lakin onlar uzunsov formada da olurlar . Masələn: Belə

Duz Diapirləri Uralyani - Orenburq vilayətində inkişaf etmişlər .

Əsasən izometrik formada olmalarının səbəbi , eninə əyilmə mexanizmi ilə

yaranmalarıdır .

Hər hansı bir ərazinin Duz Diapirləri sayəsində yaranmış struktur textonik

planı Qoyma textonikası adlanır .

2. Gil diapirləri

Əgər diapirinin nüvvəsi tam sıxlaşmamış gildən təşkil ounursa. Bu cür diapir

gil diapiri adlanır.Gil diapir qırışıqları inkişaf dərəcəsinə görə müxtəlif növləri var.

1. Kriptodiapir qırışıqlar

2. Diapir qırışıqlar

3. Palçıq vulkanları

4. Qaz palçıq vulkanları

Duz diapirlərindən fərqli olaraq gil diapirləri 2 enerji potensialinə malikdirlər.

Biri duz diapirində olduğu kimi tam sıxlaşmamış gilin sıxlığı ilə onu əhatə edən

süxurlarin sixliğı arasinda olan sıxlıqlar qradiyentidir. İkinçi növ enerji mənbəyi

gilin tərkibində olan üzvü maddə ilə əlaqədardır məlum olduğu kimi gil ən geniş

yayılmış neft ana süxurudur (əgər süxurda üzvi maddənin miqdarı 0.4-0.5 % -dən

çox olarsa belə suxura neft ana suxür deyilir). Bununla belə gillərin əksəriyyəti az

ya çox miqdarda üzvü maddəyə malikdirlər. Onun fiziki halı adətən bərk olur.

Lakin gil qati müvafiq termobarik şəraitə düşəndə üzvü maddəni karbohidrogenlərə

yəni flüidlərə cevrilir nəticədə bu fluidlər gilin həm sıxlığını müəyyən qədər

azalmasina həm də mütəhərrikliyinin artmasina səbəb olur. Nəticə etibari ilə həm

iki bu hal əslində gilin ikinci enerji mənbəyi rolunun oynayir. Gil diapirləri duz

diapirləri kimi öz inkişaf dövrünü bir neçə növə ayrırlar

Əgər gil kütləsinin sıxlığı nisbətən çox olarsa və kütləsi az olarsa bu zaman

hövzədə hidrostatik tarazliq pozuduqda gil hərəkə gələrək üstə yatan laylari

deformasiyaya məruz edib kriptodiapir əmələ gətirir. Buna misal olaraq 8 Mart

adlanan gömülmüş qalxan kimi özünü bürüzə verən kriptodiapir ilə

mürəkkəbləşmişdir.

Buzovna-Məştəğa, Qala, Türkan, Zİrə, Cənub, Cənub-2 strukturlarin qırşıqlarda

gömülmüş strukturlaridir və əslində Kriptodiapirlər və vahid bir antiklinal zamanı

təmsil edirlər. Bu növ qırşıqlar cənubi xəzərdə nisbətən geniş yayılmışlar. Duz

diapirlərində olduğu kimi gil diapirlərində də kripto diapir o qırşığlıqa deyilir ki ,

onun nuvəsini təşkil edən tam sıxlaşmamış gil yer səthinə çıxmış olmasin , yəni

üstə yatan layarla örtülmüş olsun.

İkinci növ Gil diapiri elə qırşığa deyilir ki,onlarin tam sıxlaşmamış gildən

ibarət nüvəsi yer səthinə çıxmış olsun buna misal olaraq Bibiheybət qırşığını

göstərə bilərik.

Gil diapirlərinin bir qədərdə yüksək mərhələsi palçıq vulkanlaridir .

Page 32: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 32

Palçıq vulkanın yaranması nüvəni təşkil edən gilin yüksək enerji potensialina

malik olması ilə əlaqədardir. Bu o vaxt yaranir ki gil kütləsinin altinda yatan

suxur kompleksləri qırılmalar ilə mürəkkəbləşmiş olsunlar bu zaman dərinlik

fluidləri gil kütləsinə qarışaraq onun enerji potensialini nisbətən kəskin artirmış

olurlar. Bu zaman əgər ərazidə hidrostatlik tarazliq pozularsa və gil kütləsin

üstündə yatan süxurlarda qırılma pozğunluqu mövcud olduqda. Gil kütləsi həmin

qırılma səthi yuxariya doğru hərəkət edərək yer səthin çatir və atmosferə püskürür.

Gil diaprilərinin ən yüksək mərhələsi qaz palciq vulkanlarıdır. Bunlarin

formalaşmasi gil kütləsinin altinda yatan süxur komplekslərində ovulma zonasinin

yaranması ilə əlaqədardır. Belə bir zonanin yaranmasina səbəb gil kütləsinin altinda

yatan süxur komplekslərinin bir neçə bir-biri ilə kəsişən qırılmalarla

mürəkkəbləşmişdir. Ovulma zonalari adətən törəmə məsaməlik və keçricilyə yəni

kollektorluq qabilyətinə malik olurlar və bu səbəbdəndə onlarda küllü miqdarda

yüksək anomal təzyiq altinda dərinlik fluitləri əlalxüsusda qazlar toplanmış olur.

Belə halda hövzədə hidrostatik təzyiq pozularsa tam sıxlaşmamış gil yuxariya

doğru hərəkət etdiyi zaman ovulma zonasinda toplanmiş qaz onu qabaqlayaraq gil

kütləsinin üzərində yatan süxur komplekslərini mürəkkəbləşdirən qırılma zonasi üzrə

böyük təztiq altinda yer səthinə doğru hərəkət edib Atmosferə püskürülür. Onun

ardinca isə tam sıxlaşmamış gil püskürülmü olur. Palcıq vulqanından fərqli olaraq

qaz palçıq vulkaninda atmosferə bir necə dəfə çox təbii qaz püskürülür. Bu

səbəbdəndə belə vulkanlar qaz palçıq vulkanlari adlanir . Misal üçün:

Qarasuvulkanı, Ələt-Təngəbiz zonasinda bir sıra vulkanlar bu növə aiddirlər.Palçıq

vulkanının kökü dedikdə reoloji fəal kütlənin yəni tam sıxlaşmamış yaşı və yatma

dərinliyi nəzərdə tutulur. Əgər vulkanin püskürmə məhsullarinda tam sıxlaşmamış

gilin yaşından qədim olan suxur qirintılarina təsadüf edilərsə buna həmin vulkanin

qaz-palciq vulkan olmasina bir dəlalətdir. Gil diapirləri əlalxüsus qaz palçıq

vulakanlari ilə mürəkkəbləşmiş ərazilər neft qazlılıq cəhətdən əksər hallarda

yüksək prespektivliyə malik olurlar bu ondan irəli gəlir ki gil diapirlərinin yəni

bütün basilmış növ qırşıqlar o cümlədən palçıq vulkanlarinda nef-qaz əmələ gəlmə

prosesi ilə əlaqəsi vardır. çünki gil diapirinin formalaşmasi üçün onun ikinci

enerji mənbəyini məhs tərkibindəki üzvü maddənin korbohidrogenlərə cevrilməsi ilə

əlaqədardır.

Gil diapirləri (kriptodiapir, diapir, palçıq və qaz palçıq vulkanları) inkişaf

etmiş ərazidən heç bir tədqiqat işləri aparmadan onun geoloj qurluşun

xüsussiyyətləri haqqinda aşağidakilari demək mümkündür.

1)Çökmə qatinin kəslişində böyük qalinlığa malik o cümlədən tam

sıxlaşmamış gillərin və neft ana laylarinın olması yaxutda tərkibində

ümummiyyətlə müəyyən miqdar (Klark ədədindən aşağı )üzvü maddənin olması.

2) Ərazidə əsasən braxiformali və nisbətən az xətti uzanmış izometrik qırşıqlar

inkişaf edir.

3) Struktur formalarin bir qayada olaraq eninə və uzununa qırılmalarla bir çox

hallarda rgional xüsusiyyət daşıması.

4) Palçıq vulkanlarinin bir qayda olaraq qırşığı mürəkkəbləşdirən qırılmalarin

kəsişmə zonasinda və tağında yerləşməsi.

5) Gil diapirləri inkişaf etmiş ərazinin yüksək neft qaz prespektivliyinə malik

olması

6) Palçıq və Qaz palçıq vulkanlari inkişaf etmiş ərazilərdə çökmə qatin

Page 33: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 33

kəslişinin vulkanin kökünə qədər yaş intervalinda püskürmə məhsullari əsasinda

öyrənmək imkaninın olması.

7) Palçıq vulkanları ilə maqmatik vulkanlar aırasinda fərq ondan ibarətdir ki

palçıq vulkanlarin kökü yalniz çökmə qati ilə əlaqədar olduğu halda maqmatik

vulkanlarin kökü qabığaltı məkanda yəni mantiyada yerləşir.

8) Ərazidə Gil diapirlərinin inkişafi orada çökmə qatın böyük qlınlığa olmasini

göstərir.

Gil diapirlərin yaranma çoğrafiyası kifayət qədər genişdir. Belə ki onlar Alp-

Himalay dağ qırşığlıq qurşağı boyu və sakit okenin kənarlari boyu uzana

mütəhərrik zonada inkişaf etmişlər. Misal üçün : Palçıq vulkanları Venesiyuella,

Trindad adası, italya-Sicilya adası, Rusiya-Kerç, taman adalarinda, Gürcüstanda ,

İranda, Türkmənitanda, Rüminyada , Çində, Sakalində, İndoneziyada, Andaman

adalarinda , Yaponiyada və bir sıra başqa ölkələrdə inkişaf etmişdir. Dünyad indiyə

kimi 900 yaxin palçıq vulkanı kəşf edilmişdir onlardan 300 yaxini və ən iriləri

Azərbaycanın Ərazisində yerləşir.

Page 34: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 34

lV. PLİKATİV DİSLOKASİYALAR QIRIŞIQLAR HAQQINDA ANLAYIŞ LAYLARIN QIRIŞIQ FORMALARI

1. Layların qırışıq yatım formaları və onların

elementləri

Layların dalğavari əyilməsinə qırışıq deyilir. Qırışıqlar qabarıq hissəsinin

vəziyyətinə görə iki yerə ayrılır.

Layların əsas qırışıq formaları 1. Qabarıq hissəsi yuxarı olan və mərkəzində nisbətən qədim süxurlar yatan

qırışığa antiklinal deyilir.

2. Qabarıq hissəsi aşağ olan və mərkəzində nisbətən cavan süxurlar yatan

qırışığa sinklinal deyilir.

Antiklinal ilə yanaşı olan sinklinal birlikdə tam qırışıq adlanır.

Page 35: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 35

Qırışıqlar aşağıdakı elementləri ilə səciyyələnirlər.

1. Ox səthi – Qırışığın tənbö-lənindən keçən, onu iki bərabər və simmetrik

hissəyə bölən səthə ox səthi deyilir.

2. Qırışığın oxu – Ox səthi ilə üfüqi müstəvinin yaxud relyef səthinin

kəsişməsindən alınan izə qırışığın onu deyilir. Eləcədə şaquli müstəvi ilə ox

səthinin kəsişməsindən alnan izə qırışığın şaquli oxu deyilir.

3. Qırışığın qanadı – Qırışığın yamaclarına onun qanadı deyilir. Hər normal,

tam inkişaf etmiş qırışığın iki qanadı olur.

4. Qırışığın nüvəsi – Hər hansı bir laya görə qırışığın daxili hissəsinə onun

nüvəsi deyilir.

5. Qırışığın tağı – Qırışığın qanadlarının onun yuxarısında qovuşduğu

hissəsinə antiklinalın tağı deyilir. Sinklinalın qanadlarının onun aşağısında

qovuşduğu hissəsinə sinklinalın dibi deyilir.

6. Tağ xətti – Antiklinal qırışığın tağının ən yüksək nöqtələrindən keçən xəttə

deyilir. Sinklinalda isə onun dibinin ən aşağı nöqtələrini birləşdirən xəttə dib xətti

deyilir.

7. Qırışığın şarniri – Ox səthi ilə lay səthinin kəsişməsindən alınan izə

qırışığın şarniri deyilir. Qırışığın istənilən sayda şarniri ola bilər (qırışıqdan asılı

olaraq). Şarnirin dalğavari əyilməsinə onun undul-yasiyası deyilir. Əgər qırışıq

simmetrikdirsə bu zaman şarnir xətti ilə tağ xətti üst-üstə düşür.

8. Qırışığın qırışma bucağı – Qanadların təşkil etdiyi bucağa qırışığın qırışma

bucağı deyilir, yaxud qanadlara çəkilən toxunanlar arasında qalan bucağa qırışma

bucağı deyilir.

9. Qırışığın periklinalı – Antiklinal qırışığın qanadlarının öz istiqamətlərini

dəyişərək qovuşduqları zonaya onun periklinalı deyilir. Sinklinalda bu hissəyə

sentriklinal deyilir. Hər tam inkişaf etmiş antiklinal qırışıq iki periklinala malikdir.

Page 36: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 36

Antiklinal qırışığın qurtaracaqlarında onun şarnirinin undulyasiya etdiyi sahəyə

periklinal deyilir, sinklinalda isə sentriklinal deyilir.

10. Qırışığın hündürlüyü – Eyni layın eyni səthi üzrə antiklinal ilə yanaşı

olan sinklinalın şarnirləri arasında qalan ən qısa şaquli məsafəyə qırışığın

hündürlüyü deyilir.

11. Qırışığın eni – antiklinal ilə yanaşı olan sinklinalların oxları

arasındakı ən qısa üfüqi məsafəyə antiklinal qırışığın eni deyilir.

12. Sinklinalın eni – sinklinal ilə yanaşı olan antiklinalların oxlar

arasındakı ən qısa üfüqi məsafəyə sinklinalın eni deyilir.

13. Qırışığn uzunluğu – Qırışığın periklinal (sentriklinal) qurtaracaqları

arasındakı ən qısa üfüqi məsafəyə qırışığın uzunluğu deyilir. Yaxud qırışığın

şarnirinin iki undulyasiya arasında qalan ən qısa üfüqi məsafəyə onun uzunluğu

deyilir.

2. Qırışıqların Morfoloji Təsnifatı

Qırışıqların morfoloji təsnifatı, onların bu və ya digər elementlərinə əsaslanır.

Bu baxımdan Yer qabığında rast gəlinən bütün qırışıqlar aşağıdakı siniflərə

bölünür:

1)Qırışıqların ox səthinin vəziyyətinə görə təsnifatı—Bu təsnifata əsasən

qırışıqlar aşağıdakı növlərə ayrılır:

1.1) Simmetrik yaxud düz qırışıq. Bu növ qırışıqda ox səthi γ =86-90̊ bucaq

altında yatır.Qanadlar əks istiqamətdə eyni və yatəqribən eyni bucaq altda yatırlar.

α≈α1

1.2) Çəp qırışıq.Burada ox səthi 10̊<γ<86̊ arasında yerləşir. Qırışığın

qanadları əks istiqamətdə müxtəlif bucaq altında yatırlar.

1.3) Aşırılmış qırışıq – Ox səthi 10̊<γ<86̊ arasında yerləşir, qanadlar eyni

istiqamətdə meyl edirlər. α≠α1

1.4) Yatıq qırışıq – Qanadlar eyni istiqamətdə meyl edirlər.Ox səthinin yatım

bucağı 0̊≤γ≤10̊ arasında yerləşir. α>α1

1.5) Çevrilmiş qırışıq-Bu növ qırışığın ox səthi qövsvarişəkildə olur. Eyni

qanadda laylar əks istiqamətdə yata bilər.

Page 37: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 37

Ayrılmış, yatıq, çevrilmiş qırışıqların bir qanadında (bükülmüş) laylar

çevrilmiş yatıma malik olurlar.Nisbətən qədim laylar cavan layların üstündə

yatırlar.

Təsnifata aid olan qırışıqların hamısı geosinklinal ərazilərdə inkişaf edirlər.

Platformalarda isə yalnız düz və çəp qırışıqlar inkişaf edir.

2)Qırışma bucağına və Tağ formasına görə qırışıqların təsnifatı—Bu

təsnifata əsasən qırışıqlar aşağıdakı növlərə bölünürlər:

2.1) İti bucaqlı qırışıq. Burada qırışığın qırışma bucağı <86̊ olur.

2.2) Düzbucaqlı qırışıq—burada qırışma bucağı 86-90̊ arasında olur.

2.3) Kor bucaqlı qırışıq. Burada qırışma bucağı 90-180̊ arasında olur.

2.4) Qutuvari, sandıqvari qırışıq. Bu növ qırışığın tağı yastı, qanadlar

nisbətən dik olar. En kəsiyində qutu, sandığa oxşadığından bu adı daşıyır.

Bu təsnidata aid olan qırışıqlardan iti, düz, kor bucaqlı növləri geosinklinal

ərazidə inkişaf edə bilərlər. Platformalarda isə düz, kor bucaqlı və sandıqvari

qırışıq növləri səciyyəvidir.

3) Qanadların qarşılıqlı vəziyyətinə görə qırışıqların təsnifat.

3.1) Düz yaxud simmetrik qırışıq. Bu növ qırışıqda qanadlar əks istiqamətdə

eyni bucaq altında yatırlar.

3.2) İzoklinal qırışıq. Bu növ qırışıqlarda qandalar eyni bucaq altında və eyni

istiqamətdə yatdığından onlar biri-birinə paralel olurlar. Yəni qanadları bir-birinə

paralel olan qırışıqlara izoklinal qırışıqlar deyilir.

3.3) Yelpikvari qırışıq. Burada qanadlar ox səthi istiqamətində və ox səthi

üzərində

biri-birinə əks istiqamətdə yatır. Yelpikvari qırışığın başqa bir növü nüvəsi

boğulmuş yelpikvari qırışıqdır . Burada qırışığın nüvəsi qanadlarda o dərəcədə

sıxılmış olur ki, yuxarı hissəsi əsas kütlədən ayrılmış olur

Page 38: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 38

Bu təsnifata aid olan qırışıqların hamısı geosinklinal ərazilər üçün

səciyyəvidir. Platformalarda isə yalnız düz qırışıqlar olur.

4) Eninin uzununa nisbətinə görə qırışığın təsnifatı.Bu təsnifata əsasən

qırışıqlar aşağıdakı növlərə ayrılır:

4.1) İzometrik qırışıqlar-Burada qırışığın eninin uzununa olan nisbəti

l

L =1

1÷1

2

dəyişir. Burada şarnir adətən qövsvari əyilmiş olur. Qırışıqlar izometrik

olduqlarından onlarda qanad və periklinal kimi elementlər seçilmir. Onların

əvəzinə qırışığın yamacları anlayışı istifadə edilir.

4.2) Braxiformalı qırışıqlar-Qırışığın eninin uzununa olan nisbətin l

L =1

2÷1

7

arasında olarsa belə qırışıq braxi qırışıq adlanır. Bunlar iki yarımnövə bölünürlər

4.2.1) Qısa braxi qırışıqlar . Bunlarda l

L = 1

2 ÷ 1

4 arasında dəyişir.

4.2.2) Uzun braxi qırışıqlar adlanır. l

L =1

4÷1

7

4.3)Xətti uzanmış qırışıqlıq. l

L ≤ 1

7

Hamısı geosinklinal ərazilər üçün səciyyəvidir. Platformalarda isə əsas inkişaf

tapan izometrik və qısa braxi formalı qırışıqlardır. Nadir hallarda xətti uzanmış

qırışıqlarda iştirak edir, bu zaman qurtaracaqları geosinklinallarda inkişaf etmiş

xətti uzanmış qırışıqlar kimi iti yox , kəsilmiş formada olar. Səbəbi, platformalarda

lokal qalxımların formalaşması kristallik bünovrənin bu və ya digər qaymasının

qalxması ilə əlaqədardır. Bunların qurtaracaqları isə şiş olmur.

5) Layların tağda və qanadlardakı qalınlıqlarına görə qırışığın təsnifatı;

Bu təsnifata əsasən qırışıqlar aşağıdakı növlərə bölünürlər.

5.1) Konsentrik yaxud izopak qırışıqlıq; a=b; bu təsnifatda əsasən qırışıqlar

aşağıdakı növlərə bölünür, konsentrik və ya izopak olur.

5.2) Oxşar anizopak qırışıqlıq. Bunlarda layların qalınlığı tağda və dibdə

Page 39: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 39

qanadlara nisbətən daha böyük olur. Bu səbəbdən də, bu qırışıqlar anizopak yəni

qeyri-bərabər qalınlıqlı qırışıqlar adlanır.

5.3)Tağı nazilən qırışıqlar. Burada layların qalınlığı qanaddan tağa doğru

azalır. Bəzən pazlaşır. Bunlar yalnız + işarəli olurlar.

Bu növ qırışıqlar çöküntü toplanma ilə eyni vaxtda inkişaf etdiyindən

konsedimentasion qırışıqlar adlanır.

Bu növ qırışıqlar aşağıdakı xüsusiyyətlərə malik olurlar. Layların qalınlığı

qanadlardan tağa doğru azalması. Qanadlardan tağa doğru fasiyanın kobudlaşması.

Fasiya dedikdə süxurun paleocoğrafi, paleobioloji, litoloji formalaşma şəraiti

nəzərdə tutulur.Yəni çöküntü hissəciklərinin ölçülərinin qanadlardan tağa doğru

artması. Qanadda karbonatlı fasiyanın pelitə, peliyin alevritə, tağda isə psammitə

keçməsi. Bu baxımdan daşduz, gips, anhidrit, hemogen mənşəli süxurlar yüksək

plastikliyə malikdirlər.

3. Qırışıq əmələ gəlmə mexanizmləri

Yer qabığında formalaşan,mənşə etibarən müxtəlif növ qırışıqların var

olması üç qırışıq yaranma mexanizmi yolu ilə formalaşırlar.

Bu mexanizmlərin aşağıdakılardır:

1.Axma mexanimzi: Bu mexanizm bir qayda olaraq yüksək plastikliyə yəni

reoloji xüsusiyyətə malik olan süxurlarda fəaliyyət göstərir.Məsələn:Tam

sıxlaşmamış gillərdə, duz, gips, anhidriddə.

Bu növ süxurlara xaricdən təsir gostərilərsə bu zaman həmin süxurlar

axmaya məruz qalırlar,onların daxilində nisbətən kiçik qırışıq formaları əmələ

gəlir.Bu qırışıqlar adətən xirdadırlar lakin yaxşı inkişaf edirlər və müxtəlif fəza

vəziyyəti tuturlar. Kəsilişdə reoloji fəal süxur qatının qalınlığı nisbətən böyük

olarsa,altdan komponent süxurlarla əlaqədə olarsa bu zaman xarici təsir

nəticəsində komponent nisbətən zəıf deformasiyaya məruz qaldiqları halda

reoloji fəal süxur qatma mexanizminin fəaliyyəti nəticəsində nibətən xirda

qırışıqlar yaranır.

Kəsilişdə iştirak edən süxur qatlarının növbələşməsi nəticəsində yaranan

struktur formalarının cəminə disharmonik qırışıqlıq deyilir. Disharmonik

qırışıqlığın bucaq uyğunsuzluğundan fərqi ondadırki disharmonik stratiqrafiq

uyğunsuzluq iştirak etmir.Bu qırışıqlıq yalnız süxurların fiziki xassələrinə gorə

formalaşır.Axma mexanizmi biir qayda olaraq diapir növ qırışıqların nüvəsində

Page 40: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 40

fəaliyyət gostərir.

2.Layların uzununa əyilmə mexanizmi: Uzununa əyilmə mexanizmində

qırışıq əmələ gəllmə prosesi layların laylanmasına paralel olaraq qırışıq əmələ

gətirən qüvvələr təsir edir.Bunun nəticəsində yaranan qırışıqlıq tam holomorf

yaxud fasiləsiz qırışıqlıqlar adlanır.

Hər hansı ərazidə eyni mexanizm yolu ilə formalaşan qırışıqlıqlar

assosiasiyasına qırışıqlıq deyilir.Holomorf qırışıqlıq aşağıdakı xususiyyətlərə

malikdir.

a) Ərazinin bütövlükdə qırışıqlığa məruz qalması .Yəni deformasiyaya

məruz qalamayan hissələrinin olmaması. Bu o deməkdirki ərazinin deformasiyaya

məruz qalamaması.

b) Müsbət və mənfi yəni antiklinal və sinklinalın sayı etibarən eyni

olması.

c) Əsasən xətti uzanmış və uzun braxi qırışıqların inkişaf

etməsi.İzometrik və qısa braxi qırışıqların sayca nisbətən az olması

d) Qırışıqların yaxşı inkişaf etməsi yəni qanadlarının nisbətən böyük

bucaq altında yatması.Əksər hallarda 10-15dən 60-70 və daha cox bucaq

altında olması

e) Qırışıqların ox səthlərinin əksər hallarda yaxın bucaq və oxşar

istiqamətdə cəhətlənməsi.Holomorf qırışıqlıq bir qayda olaraq adətən

geosinklinal zonalarda inkişaf edir

3. Eninə əyilmə mexanizmi: Laylara göstərilən təsir laylanmaya

Page 41: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 41

perpendikulyar olarsa bunun nəticəsində yaranan qırışıqlar eninə əyilmə

mexanizmi yolu ilə əmələ gəlmiş olurlar.Başqa sozlə qırışıq əmələ gəlmənin

eninə əyilmə mexanizmindən çökmə qatına göstərilən təsir laylanmaya

perpendikulayar olur.

Eninə əyilmə mexanizmi ilə formalaşan qırışıqlıqlar aşaöıdakı

xüsusiyyətlərə malik olurlar:

a) Əsasən simmetrik və braxi formalı olmaları.

b) Zəif inkiçaf etmələri ilə belə ki,qanadlarda layların yatım bucağı il

dərəcələrdən 10 dərəcələrə qədər.

c) Müsbət işarəli qırışıqların mənfi işarəlilərə nisbətən sayca daha cox

inkişaf etməsi.

Bu onunla əlaqədardiki mınfii işarəli qırışıq yəni sinklinal o vaxt inkişaf

edirki 2 antiklinal bir-birinə yaxın formalaşsın.Məhz belə halda onların

arasındakı məkan sinklinala bənzər struktur yaratmış olur.Əgər kristallik

bünövrənin qaymaları bir-birlərindən uzaqda yerləşərsə bu zaman onların

arasındakı məkan oz ilkin yatımında qalacaqlar.Yəni hər hansı bir struktur

forma əmələ gətirmiş olmayacaq.

d) Qırışıqların inkişafında pərakəndəlik yıni hər bir qırışığın özünə

məxsus inkişafı beıə bir yolu ilə əmlə gələn qırışığın assosiasiyası qayma

tektonikası ilə xarakterizə olunur.

e) Qırışıqların ox səthinin cəhətlənməsi yatım bucağı formalarında ümumi

qanuna uyğunluğunun olmamması .Enınə əyilmə mexanizmi platforma və

kecid əraziləri platformaya məxsus olan hissələrində fəaliyyət göstərir.BU nov

qırışıqlıq geosinklinal ərazilərdə fəaliyyət göstərə bilir.

Page 42: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 42

4. Gemiformali (Hemiformali) –tam inkişaf

etməmiş struktur

Hemiformalı strukturlar tam inkişaf etmemiş strukturlardır.Bu növ

strukturlara aiddir.

Struktur terras- regional monoklinal yatımın fonunda yaxud nisbətən iri

qırışığın qanadında layların pilləvari əyilməsinə struktur terras deyilir.

Struktur terrası onun mərkəzinə doğru müvafiq olaraq geoloji sərhədləri

stratoizahipslərin seyrəlməsi ilə təyin etmək mümkündür.

Fleksura- regional monoklinal yatımın fonunda yaxud nisbətən iri qırışığın

qanadında layların dirsəkvari əyilməsinə Fleksura deyilir.Fleksura aşağıdakı

elementləri ilə səciyyələnir.

Page 43: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 43

a) Qalxmış qanad –hipsometrik cəhətdən nisbətən yüksək vəziyyət tutan

qanada deyilir.

b) Enmiş qanad – hipsometrik cəhətdən nisbətən aşağı vəziyyət tutan

qanada deyilir.

c) Orta yaxur əlaqələndirici qanad – enmiş və qaxlmış qanad arasında

qalan və onları əlaqələndirən hissəyə deyilir.

Fleksuranın orta qanadı daha gərgin vəziyyətdə olduğuna görə adətən xırda

amplitudlu qırılmalarla və çatlar şəbəkəsi ilə mürəkkəbləşmiş olur. Fleksuranın

hündürlüyü – enmiş və qalxmış qanadlar arasında ən qısa çaquli məsafə nəzərdə

tutulur. Sxemlərdən göründüyü kimi ( terras və fleksura) geoloji xəritə və struktur

xəritədə, geoloji sərhədlər və strotoizohipslər terrasda mərkəzə doğru seyrəlirlər.

Fleksurada isə əksinə, sıxlaşırlar. Bu ondan irəli gəlir ki, terrasın mərkəzinə doğru

layların yatım bucağı azalır. Fleksura da isə artır. Struktur xəritə dedikdə ( istinad)

lay səthinin stratoizohipslərlə üfüqi müstəvi üzərində (planda) proyeksiyası

nəzərdə tutulur.

Stratoizohips dedikdə lay səthi üzərində yerləşən eyni mütləq qiymətə malik

olan nöqtələrdən keçən xəttə deyilir. ( strato –lay ; izo – bərabər ;hips –yüksəklik ;)

Fleksuranın əlaqələndirici qanadı adətən çatlar şəbəkəsi və kiçik amplitudlu

qırılmalarla mürəkkəbləşdiyindən o törəmə məsaməliyə və kollektoruq

(keçiriciliyə )qailiyyətinə malik olur. Bu səbəbdən də fleksuranın əlaqələndirici

qanadı adətən Neft-Qaz perseltivlidir.Fleksura bir qayda olaraq altda yatan yəni

nisbətən qədim süxur komplekslərində inkişaf etmiş nisbətən böyük ampliyudlu

qırılmanın üstdə yatan laylarda təzahürüdür.

Çöküntü toplamaya görə fleksura 2 cür olur.

1) Postsedimentasion – (çöküntütoplamadan sonra ); uyğun fleksura –

bu növ fleksuralarda layların qalınlığı hər 3 qanadda eyni olar.

2) Konsedimentasion –(çöküntütoplanma ilə eyni zamanda) – Bu növ

Page 44: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 44

fleksurada layların qalınlığı orta qanadda daha nazik kiçikdir.

Fleksuranın inkişaf etmə istiqaməti ilə regional yatımı istiqamətinə görə

fleksura 2 yerə bölünür.

a) Uyğun fleksura

b) Qeyri uyğun fleksura

Fleksura yer qabığında nisbətən geniş yayılmış strukturdur. O həm lokal , həm də

regional miqyasda inkişaf etmiş ola bilər. Məsələn ; Kürqabırlıda yerləşən

Təsdəllər qırışığının bir qanadı fleksura ilə mürəkkəbləşmişdir. Həmin fleksuranın

əlaqələndirici qanadı neftlidir. Regional miqyaslı fleksura kimi Yaşma fleksurasını

göstərmək olar.

Struktur Yəhər- Bu struktur forma antiklinal və sinklinal zonaların

kəsiçməsində formalaşır. Struktur yəhərin antiklinal zonası istiqmətində çəkilmiş

profildə o özünü sinklinal kimi biruzə verir və əksinə sinklinal zonadan keçən xətt

üzrə qırılmış profildə struktur yəhər özünü antiklinal kimi göstərir. Struktur yəhər

öz formasına görə at üstündə istifadə olunan yəhərə bənzədiyindən bu adı daşıyır.

Struktur yəhər regional və lokal miqyasda inkişaf edən struktur formadır.

Məsələn;Böyük Qafqaz, Böyük Kiçik Balxan (Xəzərin şərq sahilində ) Koped-dağ

dağ qırışıq sistemləri, submeridianal istiqamətdə yerləşən Cənubi Xəzər, Orta

Xəzər və Şimal Xəzər çökəklikləri ilə, Abşeron Balxanyanı Astana zonasında bir-

biri ilə kəsişirlər.və nəticədə Abşeron Balxanyanı struktur meqayəhər

formalaşmışdır.

Hemiantiklinal - Struktur Burun- Regional monoklinal yatımın fonunda yaxud

hər hansı bir qırışığın qanadında layların burunvari əyilməsinə Struktur-Burun

Page 45: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 45

deyilir.Struktur-Burunun geoloji və struktur xəritələrdə müvafiq olaraq geoloji

sərhədlərin və ya stratoizahipslərin strukturun mərkəzinə doğru seyrəlməsinə sonra

isə sıxlaşmasına görə təyin edirlər.

Struktur burun aşağıdakı elementləri ilə səciyyələnir.

1. Struktur burunun yamanclarına onun qanadları deyilir.Struktur burun 2

qanadı ilə səciyyələnir.

2. Periklinal-layların yatımı istiqamətində struktur burun 1 periklinala

malikdir.Qalxımı istiqamətində isə bir antiklinal kimi açılaraq monoklinal

yatıma keçir.Ona görə də Burun əsas antiklinal qırışıqdan onunla fəqlənir ki,

o 1 periklinala malik olur.Bu xüsusiyyətinə görə də Struktur buruna tam

inkişaf etməmiş antiklinal deyilir.Struktur buruna uzununa çəkilmiş profildə

mürəkkəb quruluşlu monoklinal,eninə çəkilmiş profildə isə özünü antiklinal

kimi büruzə verir.

Struktur burun təbiətdə nisbətən yayılmış struktur formadan biridir. Məsələn;

Balxanyanı ,Sabunçu, Ramana qırışığının Şimal- Şərq qanadı, Sanqaçal-Düvan

,Şimal-Şərq qanadı struktur burunla mürəkkəbləşmişdir.

Page 46: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 46

V. BİOGERMALAR HAQQINDA MƏLUMAT

Biogermanın formalaşması hövzədə yaşayan canlıları həyat fəaliyyəti ilə

əlaqədardır. Bu canlılar məhv olduqda, onların inşa etdikləri qurğular dağılaraq

hövzənin dibində linzavari yatım formaları yaradırlar. Bu növ biogerma Biostrom

adlanır. Əgər bu proses təkrar olunarsa belə halda bir neçə biostrom üst-üstə

formalaşmış olur və nəticədə yamacları diş-diş olan konusvari forma yaradirlar ki,

bunada Bisotella deyilir.

Bəzən hövzənin dayazlığında izometrik formaya malik, qapalı və ya ayrı-ayrı

seqmentlər ibarət biogerma formalaşır buna atol deyilir.

Atolun formalaşması mərcanların həyat fəaliyyəti ilə əlaqədardır. Onların ilk

qurğuları çox şaxəli, budaqlı yarpaqsız ağaclara oxşayır və özünə məxsus meşəni

Page 47: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 47

xatırladır. Hövzənin belə bir hissəsinə sular hərəkət etdikdə, onlar elə bil süzülərək,

həmin sahədə öz mexaniki qarışıqlarını çökdürmüş olurlar. Bu səbəbdəndə atol

formalaşan sahədə hövzə dibinin dəyazlığı yaranır.

Biogermalar yəni mərcan rifləri hövzənin sahil zonası, qitə şəraitində

formalaşırlar. Bunlar adətən sahil xəttinin və qitə yamacının formasını rəkrar

edərək , nisbətən ensiz uzun olurlar. Mərcan rifləri yuksək kollektorluq

xüsusiyyətinəv malik olduğundan neft qazlılıq cəhətdən çox prespektivli hesab

olunurlar. Tədqiqatlar göstərir ki, mərcan rifləri C.X.Ç –nin şimal yamacı boyu

uzanan Abşeron-Balxanyanı struktur meqayəhərin cənub qanadı boyu Yura yaşlı

süxur komplekslərində mövcuddur.

Vl. DİZYUNKTİV DİSLOKASİYALAR,QIRILMALAR

Əgər layların və süxur komplekslərinin xarici təsir nəticəsində bütövlüyü

pozularsa bu qırılma dislokasiyası adlanır.Əgər bu proseslər nəticəsində layların

yaxud süxur komplekslərinin bütövlüyü pozularsa və bu bütövlüyü pozulmuş

hissələr qarşılıqlı yerdəyişməyə məruz qalarsa bu qırılma pozğunluğu və ya

paraklazlar adlanır.Əgər bu proseslər nəticəsində layların yaxud süxur

komplekslərinin bütövlüyü pozularsa və bu bütövlüyü pozulmuş hissələr qarşılıqlı

yerdəyişməyə məruz qalmarsa və yaxud əhəmiyyətsiz dərəcədə yerdəyişməyə

məruz qalarsa bunlar çatlar yaxud diaklazlar adlanır.

Page 48: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 48

1. Qırılma pozgunluqlar və Dizyunktiv dislokasiyalar

Yer qabığı şəraitində laylara göstərilən təsir onların möhkəmlik həddindən

yuxarı olarsa , bu zaman laylar kövrək deformasiyaya məruz qalır və qırılma

yaranır.

Qırılma pozğunluğu aşağıdakı elementləri ilə səciyyələnir:

1) Qırılma səthi ( / )-layların yaxud süxurların bütövlüyünü pozan və

bütövlüyü pozulmuş hissələrin qarşılıqlı yerdəyişməyə məruz qaldığı səthə deyilir

.Qırılma səthinin fəza vəziyyəti onun yatım elementləri ilə təyin edilir.Yəni

uzanma xətti yatım xətti və yatma bucağı.

2. Qırılmaların qanadları-qırılma səthi tərəfindən bütövlüyü pozulmuş

hissələrə deyilir. Tutduqları qarşılıqlı vəziyyətə görə iki növə ayrılırlar.

a) Qalxmış qanad-hipsotermik cəhətdən nisbətən yüksək vəziyyət tutan

qanada deyilir.

b) Enmiş qanad-hipsometrik cəhətdən nisbətən aşağıda yerləşən qanaddır.

3. Qırılmanın amplitudu-Qırılmanın qanadlarının bir birinə nisbətən

uzaqlaşdıqları məsafəyə amplitud deyilir.Fay və əksfay növ qırılmalarda aşağıdakı

amplitudlar seçilir.

a) tam yaxud maili amplitud-müxtəlif qanadlarda yerləşən eyni layın ,eyni

səthi arasında yerləşən qırılma səthi üzrə ölçülən ən qısa məsafə.

b) Şaquli amplitud-müxtəlif qanadları yerləşən eyni layın,eyni səthi

arasındakı şaquli müstəvi üzrə ölçülən ən qısa şaquli məsafədir.

c) Üfüqi amplitud-qırılmanın müxtəlif qanadlarında yerləşən eyni layın ,eyni

səthi arasındakı üfüqi müstəvi üzrə ölçülən ən qısa məsafədir.

d) Stratiqrafiq amplitud-müxtəlif qanadlarda yerləşən eyni layın ,eyni səth

arasındakı ən qısa məsafədir.

Qırılma səthinin layların yatım istiqamətinə nəzərən,tutduğu vəziyyətə görə

aşağıdakı növləri var.

1. Fay tipli qırılma

Page 49: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 49

2. Əks fay tipli qırılma

Əgər qırılma səthi enmiş qanad istiqamətində meyl edərsə,bu fay tipli

qırılma adlanır.Qırılma səthi qalxmış qanad istiqamətində meyl edərsə ,bu əks fay

tipli qırılma adlanır.

Qırılma səthi və qanadların meyl istiqamətinə görə fay və əks faylar aşağıdakı

növlərə bölünür.

1. Uyğun fay və Əks faylar

2. Qeyri-uyğun fay və əks faylar

Uyğun fay və əks faylarda qırılma səthi və laylar eyni istiqamətdə meyl

edir.Qeyri-uyğun fay və əks faylarda isə qırılma səthi və laylar müxtəlif

istiqamətdə meyl edir.

Uyğun fay və əks faylar

Page 50: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 50

Mənşəyinə görə fay və əks faylar 2 növü var:

1. Konsedimentasion fay və əks faylar-Çöküntü toplanma ilə eyni zamanda

inkişaf edən qırılmadır.Enmiş qanadın qalınlığı qalxmış qanada nisbətən

daha qalındır.

2. Postsedimentasion fay və əks faylar-Çöküntü toplanmadan sonra inkişaf

edən qırılmalardır.Her qanadda qalınlıq təxmini eynidir.

2.Bir amplitudlu qırılmalar

Bunlara aşagdakilar aidir

1)Şaquli qırılma-Bu nov qirilmalada qirilma sethi 86-90° bucaq altinda yatir

.Əgər bu şaquli qırılma üfiqi yatan laylari murəkkəbləşdirirse. Bu zaman onun

yalniz bir amplitudu seçilirki oda şaquli amplitudu. Tam stratiqrafik amplitudlarda

şaquli amplitud ust uste duşur. Bu nov qirilmada ufuqi qirilma yoxdur.Əger şaquli

qirilma maili yatan laylari murəkkəbləşdirirsə bu zaman belə qirilmada maili və

şaquli amplitudlar üst-üstə düşür (a,b) və (a,c), üfiqi amplitud yoxdur, stratiqrafik

amplitud mövcuddur (b,d).

2) Aralanma növ qırılma-Bu nov qirilmada qanadlar ufiqi vəziyyətdə bir –

birinə əks istiqamətdə hərəkət etmiş olurlar.Onlarin arasi isə törəmə məhsullari ilə

dolur. Şaquli aralanma növ qirilmalar həm lokal, həmdə intensiv miqyasda inkişaf

edə bilirler. Həmçinin qlobal miqyasdada olur.Buna misal olaraq dünya okeanin

əsasən mərkəz hissəsindən keçən eləcədə bəzi qitələri mürəkkəbləşdirən Riftlərin

Page 51: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 51

ümumi uzunlugu 70-75 min km çatan Riftləri misal göstərmək olar.

3) Sürüşme növ qirilma-Qırılmanin qanadları qirilma səthi uzrə yalniz üfiqi

istiqamətdə hərəkət edərsə bu növ qirilma yalniz bir üfiqi qırılma ilə səciyələnir və

tektonik sürüşmə növ qırılma deyilir.

Qırılma səthini müşahidə etdiyimiz zaman əgər sağ qanad irəli getmiş sol

qanad yerinde qalmiş olarsa belə qirilma sol sürüşme adlanir. Bu sürüşmə saat

əqrəbinin əksi istiqamətində hərəkət edir.Sol sürüşmənin tam əksi isə sağ

sürüşmədi və o saat əqrəbi istiqamətinde hərəkət edir.

Sürüşmə növ qirilmalar nisbətən geniş yayilmş strukturlardir. Onlar

lokal,regional və qlobal şəkildə inkişaf edə bilərlər. Məsələn: Aşaği Kür

Çökekliyinde,Baki Arxipelaqinda, Abşeron Balxanyani Meqayəhərində lokal

miqyasli tektonik sürüşmə müşahide edilir.Regional miqyasda ise Cənub Xəzərin

Mərkəzi hissəsini Baki Arxipelaqindan ayiran submeridional istiqamətdə Şah

Əzizbəyov yarilmasini, Sanqaçal Aqurçinskidən yuxardaki yarilmanin şimaldaki

Davami Regional sol sürüşme kimi özünü büruze verir

Qlobal sürüşməyə isə Transform qirilmalarini misal göstərmək olar. Bu

qirilmalar rift qırilmalarini enine mürəkkəbləşdirərək onlari seqmentləşdirirlər.

Amplitudu bir neçe 10 km dən bir neçə 100 km qədər ola bilər. Sakit okeanda

inkişaf etmiş bir sira Transform qirilmalardan bezilerinin Amplitudu.Meselem

Mendasinadaki 1000 km catir. Lakin bunlar artiq sönüblər.

Fəal Tektonik sürüşməyə Şimali Amerikanin Kaliforniya Ştatindaki San

Andreos qirilmasini göstərmək olar. Onun amplitudu 500 km qədərdir

Page 52: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 52

3.Üstəgəlmə və örtük (şaryaj)

Qırışığın inkişafının davamı olaraq ,plikativ dislokasiya dizyuktiv

dislokasiya ilə əvəz olunarsa ,bu zaman əmələ gələn qırılma üstəgəlmə

adlanır.Basqa sözlə Qırılma səthi 10º-ə qədər bucaq altında , yaxud üfüqi yatan

əks laya üstəgəlmə deyilir. Üstəgəlmədə başqa qırılmalardan fərqli olaraq qanadlar

aşağıdakı kimi adlanır.

Qırılma səthi üzərində yerləşən qanada asılı qanad deyilir.

Qırılma səthindən altda yatan qanada isə yatıq qanad deyilir.

Üstəgəlmədə adətən asılı qanad irəli hərəkət etmiş olur, yatıq qanad isə

hərəkətsiz olur.

Üstəgəlmənin yaranması hər hansı bir qırışığın uzununa əyilmə yolu ilə

inkişafını dizyunktiv , qırılma variantında davamıdır. Beləki, əgər qırışığa

tangensial qüvvələr (sıxılma gərginlikləri) öz təsirini davam edirsə o yatıq

vəziyyətə düşə bilər. Qırışığın bu vəziyyətindən sonra tangensial qüvvələrin təsiri

Page 53: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 53

altında qırışıq ya çevrilmiş növə (qırışığı təşkil edən layların reoloji xüsusiyyətləri

yüksək olduğu halda) yaxud da onun ən gərgin hissəsi olan layların əyimi (tağı)

zonasında laylar qırılmaya məruz qala bilərlər, nəticədə qırışığın ustdə yatan

qanadı təsir istiqamətində hərəkət edərək üstəgəlmə növ qırılmanın yaranmasına

səbəb olurlar. Buna görə də astagəlmə növ qırılmalar qırışıqları bir qayda olaraq

onların uzanması boyu mürəkkəbləşdirilirlər. Üstəgəlmə növ qırılmalar

geosinklinal ərazilər, orogen zonalar üçün səciyyəvi strukturlardır. Platformalarda

bu növ qırılmalar formalaşmırlar.

Üstəgəlmə növ qırılmalar lokal və regional miqyasda, eləcə da qlobla şəkildə

inkişaf edə bilərlər, məsələn: Şimali Abşeron Arxipelaqında Pirallahı qırışığı

üstəgəlmə ilə mürəkkəbləşib. Regional miqyasda üstəgəlmələr dağ qırışıqlıq

sistemlərində daha çox inkişaf etmiş olurlar. Üstəgəlmənin amplitudu 2-3 km-dən

çox olarsa, bu vaxt o örtük və ya saryaj adlanır. Tektonik örtük öz inkişafını

istənilən üstəgəlmədən və əks faydan başlaya bilər.

Üstəgəlmədən fərqli olaraq örtük aşağıdakı elementləri ilə səciyyələnir:

1) Örtüyün asılı qanadı Alloxton adlanır. Yatıq qanadı isə Avtoxton

adlanır. Qırılma səthi isə Sürünmə səthi adlanır. Bu səth adətən üfüqi yaxud

üfüqiyə yaxın vəziyyətdə , bir qədər dalğavari formada olur. Bununla belə örtüyün

başlanğıc və ön hissələrində bu səthin yatım bucağı nisbətən böyük ola bilər.

2) Şaryaj yaxud örtük xətti – sürünmə səthi ilə relyef səthinin

kəsişməsindən alınan iz nəzərdə tutulur.

3) Frontal yaxud ön şarnir – saryajın önündə lay səthi ilə ox səthinin

kəsişməsindən alınan izə deyilir.

4) Radikal şarnir – saryajın , örtüyün başladığı zonada , lay səthi ilə ox

səthinin kəsişməsindən alınan izə deyilir.

5) Saryajın kökü – örtüyün yaxud saryajın inkişafa başladığı hissəyə

Page 54: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 54

deyilir. Örtüyün inkişafa başladığı qırışıq onun kökü adlanır.

6) Qalıq yaxud Klippen – Alloxton həmişə hərələtsiz olduğundan

ekzogen proseslərin təsiri nəticəsində yuyulmaya yaxud aşınmaya məruz

qalır.Aşınma nəticəsində ondan ayrılmış hissə Klippen adlanır.. Aşınma baş verən

vaxt elə hal ola bilərki , Alloxtonun önündə onun bir hissəsi əsas kütlədən tam

ayrıla bilər.Avtoxton üzərində yatan belə kütlə qalıq yaxud klippen adlanır.

Klippeni təşkil edən süxurların yaşı bir payda olaraq üzərində yatdığı Alloxtonu

təşkil edən süxurların yaşından daha qədim olur.

7) Tektonik pəncərə - Alloxtonun sahəsində Avtoxtonun qapalı çıxışına

tektonik pəncərə deyilir.Başqa sözlə Alloxtonun sahəsində qapalı şəkildə

Avtoxtonun süxurları Yer səthinə çıxmış olurlarsa belə çıxış tektonik pəncərə

adlanır. Yaranması Alloxtonun süxurlarının həmin sahədə intensiv aşınmaya məruz

qalmasıyla əlaqədardır.

Erozion pəncərədən fərqli olaraq tektonik pəncərədə yer səthinə çıxan

süxurların yaşı onun əhatəsində yatan, Alloxtonu təşkil edən süxurların yaşından

daha cavan olur. Erozion pəncərədə isə (qapalı çıxışda) adətən onu əhatə edən

süxurlara nisbətən daha qədim yaşlı süxurlar yer səthinə çıxmış olur. Bəzi hallarda

altda yatan struktur mərtəbənin layları erozion pəncərədə yer səthinə çıxa bilər.

Tektonik örtüklər və ya Şaryajlar dağ qırışıqlarının ayrılmaz elementi hesab

olunur.

Page 55: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 55

4.Qırılmalar sistemi haqqında anlayış (horst, qraben,

qraden) Qırılmalar sistemim dedikdə hər hansı bir ərazinin bir sıra, müxtəlif yaxud

eyni növ qırılmalarla mürəkkəbləşməsi nəzərdə tutulur. Bu zaman alınan

qırılmaların qanadlarının qarşılıqlı vəziyyətindən asılı olaraq aşağıdakı növ

qırılmalar sistemi seçilir.

1. Horst—Qırılma sistemində mərkəzi blok qalxmış, kənar bloklar enmiş

olarsa belə sistem Horst adlanır.Horstların mərkəzi blokları daha qədim

çöküntülərlə örtülüb. Geoloji xəritədə horstu mərkəzi blokda, kənar bloklara

nisbətən daha qədim yaşlı süxurlar təmsil olunması ilə təyin etmək olar. Bəzi

hallarda qırılmaların sayı çox olduqda geoloji quruluşda bir neçə horst və qraben

seçmək olur. Bu zaman ümumi mənzərədə belə sistemin mərkəz hissəsini təşkil

edən bloklardan nisbətən qədim laylar Yer səthinə çıxmış olarsa, belə sistem

mürəkkəb quruluşlu horst adlanır. Horstlar sadə və mürəkkəb olur.

a) İki fay və əks faydan əmələ gəlmiş qrabenlər sadə horst adlanır.

b) Daha çox fay və əks faydan ibarət olan qrabenlər mürəkkəb horstlar

adlanır.

Mənşəyinə görə də horstlar 2 növə ayrılır.

a) Konsedimentasion horstlar-çöküntü toplanma ilə eyni zamanda inkişaf

edir.

b) Postsedimentasion horstlar-çöküntü toplanmadan sonra inkişaf edən

horstlardır.Qalxan və düşən bloklarda qalınlıq eynidir.

2. Qraben—Qırılma səthində mərkəzi blok yaxud bloklar enmiş, kənar

bloklar qalxmış olarsa belə sistemə qraben yaxud mürəkkəb quruluşlu qraben

deyilir və mərkəzi cavan çöküntülərlə örtülmüş olsun. Qrabenlər sadə və mürəkkəb

olur.

a) İki fay və əks faydan əmələ gəlmiş qrabenlər sadə qrabenlər adlanır.

b) Daha çox fay və əks faydan ibarət olan qrabenlər mürəkkəb qrabenlər

adlanır.

Mənşəyinə görə də qrabenlər 2 növə ayrılır.

c) Konsedimentasion qrabenlər-çöküntü toplanma ilə eyni zamanda inkişaf

edir.Bu cür qrabenlərin düşən mərkəzi bloklarında layların qalınlığı kənar

bloklara nisbətən daha çox olur.

d) Postsedimentasion qrabenlər-çöküntü toplanmadan sonra inkişaf edən

qrabenlərdir.Qalxan və düşən bloklarda qalınlıq eynidir.

Geoloji xəritə və profildə qrabeni onun mərkəz blokunda Yer səthinə kənar

bloklarındakına nisbətən cavan layların çıxmasıyla təyin etmək mümkündür.

3. Qraden—pilləvari qırılma sistemi—bu növ sistemdə hər növbəti blok

əvvəlkinə nisbətən qalxmış (enmiş) olur. Qırılmalar sistemi bütün tektonik

zonalarda inkişaf edə bilərlər.

Page 56: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 56

Page 57: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 57

Vll. ÇAT VƏ ÇATLILIQ

1.Çat və çatlılıq haqqında anlayış

Çatlılıq yaxud çatlar sistemi dedikdə, hər hansı bir məkanı mürəkkəbləşdirən

eyni mənşəli çatlar asossasiyası nəzərdə tutulur.

Çatlar aşağıdakı elementləri ilə səciyyələnir:

1) Çat səthi- cismin yaxud süxurun bütövlüyünü pozan səth;

2) Çatın qanadları yaxud divarları;

Çatların divarlarının aralanma dərəcəsinə görə təsnifatı: bu təsnifata əsasən

çatlar üç növə ayrılır:

1) Açıq çatlar- belə çatların divarları bir-birindən nisbətən aralı olurlar,

bu səbəbdəndə belə çatlar asanlıqla adi gözlə seçilir. Divarlararası boşluq isə

adətən törəmə məhsullarla doldurulur.

2) Qapalı çatlar- bu növ çatlarda divarlar qapalı olur, laki çatın özünü

adi gözlə görmək mümkün olur.

3) Gizlin çatlar- belə çatlarda divarlar bir-birinə o dərəcədə kip qapanmış

olurlar ki, belə çatları adi gözlə görmək mümkün deyil. Belə çatları seçmək üçün

cisim yaxud süxurun səthlərini islatmaq yaxud mikroskop altında müşahidə etmək

olar.

Çat səthinin vəziyyətinə görə çatların təsnifatı: çat səthinin fəza vəziyyəti

qırılma səthində olduğu kimi onun yatım elementləri ilə təyin olunur. Bu təsnifata

əsasən çatlar aşağıdakı növlərə bölünür;

1) Üfüqi çatlar- çat səthinin yatım bucağı 0-10o bucağ arasında dəyişir.

2) Az maili çatlar- çat səthinin yatım bucağı 10-30o bucağ arasında dəyişir.

3) Maili çatlar-çat səthinin yatım bucağı 30-65o bucaq arasında dəyişir.

4) Dik çatlar-çat səthinin yatım bucağı 60-86o bucaq arasında dəyişir.

5) Şauqli çatlar-çat səthininvəziyyəti 86-90o bucaq arasında dəyişir.

Çatlar öz mənşələrinə görə ilkin və törəmə növə bölünürlər:

İlkin çatlar-adətən süxur əmələgəldiyi zaman yaranırlar. Məs: çökmə

Page 58: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 58

mənşəli süxurlar diagenez zamanı, yəni çöküntünün susuzlaşaraq süxura keçdiyi

zaman (gillərin argillitə çevrildiyi zaman) onlarda çatlar şəbəkəsi yarana bilər,

yaxud maqmanın yer qabığına daxil olduğu və yaxud yer səthinə çıxdığı hallarda

soyuduğu zaman o çatlar şəbəkəsi ilə mürəkkəbləşə bilər. Yer səthinə çıxdığı halda

isə nəm iqlimdə yaxud yağış yağdığı halda həmin maqmaya təsir edərək onlarda

çatlar şəbəkəsi yaranmış olur.

Maqmatik və çökmə mənşəli yaranan çatlar əsasən aşağıdakı növlərə

bölünür:

1.Uyğun çatlar (abc; a′b′c′)-əgər çatlar laylanma səthinə uyğun yatarlarsa,

yəni çatın səthi ilə laylanma səthi bir-birinə paralel olursa buna uyğun çatlar deyilir

2.Paralel (uzununa) çatlar (ghi; g′h′i′)-bu növ çatların səthi laylanma səthinə

paralel olur, lakin yatım bucağı laylanma səthinin yatım bucağındam fərqli olur.

3.Eninə çatlar (def;d′e′f′)-belə çatlarda çat səthi laylanma səthinə təxminən

perpendikulyar olur.

4.Çəpinə çatlar (klm; k′l′m′)-bu növ çatların çat səthinin uzanma istiqaməti

lay səthinin uzanma istiqaməyi ilə 86o –dən kiçik bucağ təşkil edir.

Page 59: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 59

Maqmatik süxurlarda çatlar eyni zamanda deyilənlərdən fərqli şəkildə də

inkişaf edə bilərlər. Məs: çoxbucaqlı sütunvari şəkildə və b.

Çökmə mənşəli süxurlarda onların tərkibindən asılı olaraq özünəməxsus çatlar

şəbəkəsi yaranır. Məs: əhəndaşında yaranan çatlar şəbəkəsində bir-birinə paralel və

şaquli istiqamətdə inkişaf edirlər. Qumdaşında isə çatların fəza vəziyyəti ixtiyari

ola bilər, bu səbəbdəndə onlar bir sıra hallarda bir-birilərini ilə kəsişirlər.

Mergel və dolomitlərdə isə yaranan çatlar çoxbucaqlı şəklində olurlar. Bu

baxımdan mergel və dolomitdə yaranan çatlar öz morfologiyasına görə maqmatik

süxurlarda yaranan çoxbucaqlı çatlara oxşayırlar. Lakin, maqmatik süxurlarda

inkişaf edən çatlar bir sıra hallarda süxurub bir sıra hissəsi onun əsas kütləsindən

ayırmış olurlar. Belə süxur hissələrinə ayrılma deyilir.Çökmə mənşəli süxurlarda

isə çatların yayılma dərinliyi nisbətən az olduğundan bu növ ayrılmalar çox az

təsadüf edilir.Süxurlarda inkişaf edən çatlar öz mənşəyinə görə eləcə də qeyri-

tektonik və tektonik növlərə bölünür.

Qeyri-tektonik yaxud atektonik çatlar. İlkin, yəni süxur formalaşdığı zaman

yaranan çatlar əslində qeyri-tektonik çatlardır, lakin, bununla belə yer səthinə çıxan

süxurlara ekzogen proseslərin təsiri nəticəsində bir sıra başqa növ qeyri-tektonuk

çatlarda yaranır. Məs: Əgər yağış yağdığı zaman yer səthinə çıxan süxur az-çox

miqdarda suyu özünə hopdurarsa və temperaturun aşağı düşməsi nəticəsində

süxura hopmuş su donduğu halda onda çatlar şəbəkəsi yaranır. Bu hal təkrar

olunduqca həmin çatlar inkişaf edirlər.

Page 60: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 60

Polimineral süxurlar günəşin təsiri altında qızdıqları zaman onları təşkil edən

mineralların hər biri öz istilik genişlənmə əmsalına uyğun olaraq genişlənir. Bu da

nəticədə polimineral süxurda çatların əmələgəlməsinə səbəb olur. Bu proses

dilatasiya adlanır.

Bitkilərin süxurlara təsiri nəticəsində, yəni onların köklərinin inkişaf etməsi

hesabına yarana bilər. Eyni zamanda küləyin fəaliyyəti nəticəsində də süxur

səthində yaranmış girintilərdə su yayıldığı zaman yenə də temperaturun kəskin

dəyişməsi sayəsində süxur səthində çatlar yarana bilər.

Yer səthi sürüşmələr zamanıda sürüşən qaymada bir sıra çatlar şəbəkəsi

yaranmış olur. Qaymanın yuxarı hissəsində yaranmış çatlar şəbəkəsi yuxarı çatlar,

aşağı hissəsində yaranmış çatlar şəbəkəyə aşağı çatlar, kənarlarda yaranmış

çatlılığa yan çatlar, təxminən ortada yaranan çatlara mərkəzi çatlar deyilir. Qeyri-

tektonik çatlar eləcə də canlıların fəaliyyəti nəticəsində də yarana bilər.

Tektonik çatlar-bu çatların əmələ gəlməsi süxurlara təsir edən tektinik

proseslərlə əlaqədardır, yəni bu çatların yaranması tektonik hərəkətlərin təsiri

altında süxurlarda baş verən müxtəlif növ deformasiyalarla bağlıdır. Məs: qırışıq

əmələgəlmə zamanı antiklinalın tağı nisbətən yüksək dartıkma gərginliklərunə

məruz qaldığı zona olduğundan orada çatlar şəbəkəsi yaranmış olur. Fleksurada

onun əlaqələndirici qanadı nisbətən yüksək dartılma gərginliyinə məruz

qaldığından əksər hallarda çatlar şəbəkəsi ilə və kiçik amplitudlu qırılmalarla

Page 61: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 61

mürəkkəbləşmiş olur.

Tektonik çatlar bir qayda olaraq qırılma pozğunluqlarını da müşayət edirlər.

Əmələgəlmələrinə görə tektonik çatlar iki növə bölünrlər:

1) Normal qüvvələrin təsiri altında yaranan dartılma çatları- bu növ çatlar

cisime bir ox üzrə qüvvə təsir etdiyi zaman yaranırlar. Belə çatlar dartılma, yəni

qırılma çatları adlanırlar. Bu növ çatların divarlaeı girintili-çıxıntılı, yəni kələ-kötür

olur. Əgər o çat səthinə hər hansı bir iri süxur qırıntısı (çaqıl, çınqıl) düşərsə, o

qırıtı çatın sayəsində öz yuvasından ayrılmış olur. Ona görə də normal qüvvələrin

yaratdığı çat səthində iri süxur qırıntılarının yuvalarını görmək olar.

2) Qopma çatları- süxurlarda qopma çatlarının əmələgəlməsi onlara

toxunan qüvvələrin təsiri ilə əlaqıdardır. Bu zaman yaranan çatların səthi adətən

hamar olur və hətta həmin çat səthi çaqıl, çınqıl dənəciklərində keçirsə həmin

qırıntı iki hissəyə bölünmüş olur. Qopma çatların səthində adətən cızıqları və

sürüşmə güzgülərini müşahidə etmək olar.

Məlum olduğu kimi sürüşmə güzgüləri adətən əks fay, tektonik sürüşmə,

üstəgəlmə növ qırılmaların qırılma səthində də yaranır.

Bəzi hallarda süxurlarda çox sıx qopma çatları şəbəkəsi yaranır, buna klivaj

deyilir. Tektonik çatların ikinci növü Klivaj adlanır.Süxurun dağılmasının əsasını

qoyan, lakin onun bütövlüyünü pozmayan sıx qopma növ çatlar şəbəkəsinə klivaj

deyilir.

Laylanmaya qırışığın ox səthinin tağına nisbətən tutduğu vəziyyətə görə

süxurlarda aşağıdakı növ klivaj seçilir:

1. Layvari klivaj—süxurların plastiki deformasiyasının ilk mərhələsində

laylanmaya paralel inkişaf edir.

Page 62: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 62

Kəsən klivaj aşağıdakı növlərdə olurlar:

1.Yelpikvari klivaj—bu növ klivajda çatlar yelpik şəlkildə inkişaf edirlər və

antiklinal qırışığın tağının altında yaxud sinklinal qırışığın dibinin üstündə ox səthi

zonasında kəsişirlər.

2.Əks yelpikvari klivaj—da yelpik şəklində inkişaf etmiş antiklinalın tağının

üstündə, yaxud sinklinal dibinin altında ox səthi zonasında kəsişirlər.

3. “S”-vari klivaj—bir yaxud bir neçə layda “S” hərfi şəklində inkişaf edən

qopma (kəsən) çatlar şəbəkəsidir.

4.Paralel yaxud Əsas klivaj—qırışığın ox səthinə paralel onun tağında yaxud

qanadlarında inkişaf etmiş sıx qopma çatlar şəbəkəsidir.

Qırılmalarla bağlı klivaj fay tipli iri qırılmaların yamacları boyu inkişaf

edirlər.

Page 63: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 63

Vlll. MAQMATİK VƏ METAMORFİK SÜXURLARIN YATIM FORMALARI

Maqmatik, xüsusilə də intruziv süxurların yatım formaları müxtəlifdir. Bu,

əsasən maqmanın ilk təzyiq və temperaturundan, yəni kristallaşma şəraitinin

müxtəlifliyindən irəli gəlir.

Maqma öz təzyiq və temeparuturu ilə bəzən süxurları əridib onların yerini

tutur, bəzən müxtəlif təbəqələrin arasına soxularaq orada soyuyur, bəzən də

müxtəlif çatlar və boşluqlarda kristallaşır. Təbiətdə yayılmış intruziv kütlələr iki

əsas qrupa ayrılır: uyğun və qeyri-uyğun yatımlı.

Uyğun yatımlı intruziyalar-da çökmə süxurların laylanma səthi layların

səthinə paralel olur. Bu paralellik mütləq deyil, nisbi xarakter daşıyır, uyğun

yatımlı maqmatik massivlər təbiətdə geniş yayılmış kütlələrdir, bunlardan

aşağıdakıları göstərmək olar.

İntruziv yataqlar, en sadə intruziv kütlələr olub, maqmanın laylar arasına

soxulması və orada soyuması nəticəsində əmələ gəlir. Bu yataqların sahəsı 10000

km2, qalınlığı isə yüz metrlərlə ölçülür; müxtəlif tərkibli, ən çox əsas süxurlardan

Page 64: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 64

təşkil olunmuşdur.

Lakkolitlər nisbətən kiçik (diametri 5-6 km, qalınlığı 1 km-ə çatır) intruziv

kütlələr olub, göbələk şəkillidir. Yuxarı qalxarkən layların arasında lavanın

soyuması nəticəsində yaranır. Tağ hissələri dəyirmi, daban hissələri isə laylaşma

müstəvisinə paralel olur. Nisbətən az dərinlikdə (3 km-ə qədər) yatır və denudasiya

nəticəsində tez-tez üzə çıxır. Tərkibinə görə əsasən turş süxurlardan

(diapiritlərdən) təşkildir. Bəzən lakkolitlər bir-birinə kanallar vasitəsilə birləşərək

lakkolit qrupu yaradırlar. Lakkolitlərdən çaxələnən maqmatik kütlələr anofizlər

adlanır.Anofizlər batolitlərdə və ştoklardada rast gəlinir.

Lakkolitlərin müxtəlif növləri məlumdur: çoxmərtəbəli (ağacabənzər),

formasiya-arası, qeyri-simmetrik (hemi-lakkolit), bismalit və s.

Lopolitlər müxtəlif ölçülərə malik (ən kiçik ölçülərdən başlayaraq en kəsiyi

100 km-ə çatan, qalınlığı isə 1 km-dən artıq olan kütlələr) Nəlbəki şəkilli,az

meyilli intruziv kütlələrdir. Yerləşdiyi süxurlarla paralel yatım əmələ gətirir.

Ultraəsas və qələvi süxurlardan ibarət olur.

Fakolitlər –Antiklinal və sinklinalların kilidlərində linza şəkilli maqmattik

kütlələrə rast gəlinir ki , bunlar fokolitlər adlanır. əyilmiş mərciyə oxşar, kiçik

ölçülü, uyğun yatımlı intruziv kütlələr olub, qabarıq layların qabarmış hissələrində

maqmanın soyuması nəticəsində əmələ gəlir. Qalınlığı 100 m, nadir hallarda isə

1000 m olur.

Sillər – Laylanma səthinə daxil olaraq onlarla uyğun yatım təşkil edən

intruziv cisimlərə Sillər deyilir-(Lay tipli intruziyalar) nisbətən az dərinliklərdə

əmələ gəlir və lay formasına malik olub, ətraf süxurların laylanma səthləri üzrə

Page 65: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 65

yerləşir. Sillərin qalınlığı bir neçə santimetrdən 600 m-ə qədər, tutduğu sahə isə

bəzən 13000 km2-ə çatır.Çox rast gəlinən qalınlıq 25-70m arasında olan sillərdir.

Sillər müxtəlif süxurlardan, daha çox əsasi süxurlardan (diabazlardan,

porfiritlərdən) təşkil olunmuşdur və onlara həm platformalarda, həm də

geosinklinal ərazi-lərdə təsadüf olunur.

Qeyri-uyğun intruziv kütlələrə aşağıdakılar aiddir.

Batolitlər əsasən, qranitlərdən ibarət nəhəng intruziv kütlələrdir. Yer qabığı

qırışıqlarında pozğunluğa məruz qalmış ətraf süxurlara maqmanın aktiv təsiri və

nüfuz etməsi zamanı yaranır. Denudasiya prosesi nəticəsində batolitlər açıldıqda

intruziv maqmatik süxurların çıxışlarının tutduğu sahələr 100 km2-dən 250000

km2-dək çatır. Bəzi batolitlər dərinlik artdıqca ensizləşir və müxtəlif dərinliklərdə

qədim çökmə yaxud metamorfik süxurlar üzərində yerləşir. Batolitlərin yaranması

haqqında fikirlər var.Bəzilərinə görə Maqma yuxarı hərəkət edən zaman üstə yatan

hissələri dağıdır,dağıdılmış hissələr maqmanın içinə tökülərək onun sahəsini

genişləndirir və batoliti formalaşdırır.Digər tədqiqatçılara görə maqma hərəkət

edən zaman qarşısına çıxan bütün maddələri həll edərək batoliti

formalaşdırır.Batolitin əmələ gəlməsində dərinlik yarıqlarının çox böyük

əhəmiyyəti var.Həmin yarılmalar üzrə maqma yuxarıya doğru hərəkət edir.Bu

zaman maqmanın hərəkət sürəti çox olur.Çünki onun tərkibindəki qazlar maqmaya

mütəhərriklik verir.Hərəkətdə olarkən maqmadan ayrılan qazlar hesabına,yəni

maqmanın qazsızlaşması hesabına onun sürəti azalır və maqma yuxarıya doğru

hərəkət edən zaman o qədər qatılaşırki ,üst hissədə maqmanın yolunda tıxac əmələ

gəlir.Bu zaman yuxarıya hərkət edə bilməyən maqma yanlara doğru genişlənərək

batoliti formalaşdırır.

Batolitlər, geosinklinal əyalətlərin ən mütəhərrik hissələrində yerləşir. Adətən

onlar qırışıqlıq komplekslərinin uzanması boyu müşahidə olunur. Batolitin bir

Page 66: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 66

növü də etmolit-formadır. Bu forma yuxarıya tərəf ölçülərinin artmasilə

səciyyələnir.

Ştoklar kiçik ölçülü intruziv kütlələrdir.Ştoklar silindir formasında uzunsov

şəkilli intruziv cisimlərdir. Çıxış sahəsi 100 km2-dən azdır. Bunlar da batolitlərin

şaxələnməsindən (batolit künbəzləri) əmələ gəlir, yaxud da müstəqil yaranan

intrusiyalardır. Ştoklar iri tektonik pozğunluqlar boyunca yerləşir.

Daykalar- Paralel səthlərlə böyük məsafələrdə izlənən lövhə şəkilli intruziv

cisimlərə deyilir.Başqa sözlə dik meyilli paralel divarlar ilə hüdudlaşan və ətraf

süxurları kəsən intruziv kütlələrdir.Şaquli yaxud nisbətən maili çatların maqma ilə

dolması nəticəsində əmələ gəlir. (İngilizcə daş,divar deməkdir)

Daykaların 3 növü var.

1. Endo dayka

2. Meta dayka

3. Ekzo dayka

Endo dayka-maqmanın çatlara dolması nəticəsində əmələ gəlir.Meta dayka eyni

yolla əmələ gəlir,ancaq tərkib etibarı ilə peqmatit və digər mineralların dəyişməsi

nəticəsində əmələ gəlir.Ekzo dayka çöküntülərin çatlara dolması nəticəsində əmələ

gəlir.

Ətraf süxurlar denudasiyaya məruz qaldıqda daykalar yer səthində olduqca

dik uçurum divarları xatırladır. Elə bu səbəbdən də onlara “dik divarlar” deyilir.

Daykaların uzunluğu bir neçə metrdən 100 km-ə, qalınlığı isə bir neçə sm-dən bir

neçə yüz metrə çatır. Uzunluğu 3-5 km və qalınlığı 5-8 m olan daykalar daha geniş

yayılmışdır.

Page 67: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 67

Damarlar müxtəlif formalı və ölçülü çatların müxtəlif tərkibli maqma kütləsi

ilə dolması nəticəsində yaranır. Yerləşdiyi süxurlara nisbətən qeyri-uyğun və

adətən, böyük bucaq altında yatır. Çox vaxt damarlarda müxtəlif faydalı qazıntı və

minerallara rast gəlinir. Damarlar təmami-lə müxtəlif mənşəli ola bilərlər.

Harpolitlər, qranit tərkibli böyük intru-ziv kütlələrdir; onlar struktur

mərtəbələri (tektonik mərtəbələri) ayıran uyğunsuzluq səthləri boyunca əmələ

gəlirlər. Harpolitin yerləşdiyi səth, adətən, çox da dərində deyildir.

Maqmatik diapirlər planda və kəsilişdə armud formasında olan və çox kiçik

ölçülərlə xarakterizə olunan intruziyalara deyilir. Onların ölçüsü bir neçə on metrlə

kilometrlər ara-sında dəyişir. Ətraf süxurları kəsib, onlarda qırılma və pozulmalar

yaradır.

Nekk (vulkan kanalları) vulkan aparatının bir hissəsidir. Planda dairəvi, oval,

bəzən isə qeyri-düzgün formalarda olur. Diametri bir neçə on metrdən kilometrə

(1-1,5 km) kimi dəyişir.Nekkləri dolduran süxurlar müxtəlifdir, əsasən püskürmə

süxurlarıdır. Vulkan kanal-larında bəzən zəngin almaz yataqlarına təsadüf edilir.

Nekklər vulkanik aparatın alt hissəsin-də yerləşən maqmatik süxurlardan təşkil

olunmuşdur; yer səthinə yaxın sahədə soyumuş süxurlardır (ekstruziv süxurlar).

Nekk-lərin yan divarı təqribən şaqulidir.

Böyük intruziyalarla kiçik şaxələnmələr əlaqədardır; bunlar ətraf süxurlar ilə

uyğun-suzluq əmələ gətirir və qeyri-müəyyən formaya malikdirlər. Belə formalar

geoloji ədəbiyyatda apofizlər adlanırlar.

Effuziv süxurlar, adətən, axım formalı, layabənzər kütlələr əmələ gətirir. Bu

süxurların forması əsasən lavanın tipindən, onu hərəkət etdiyi səthin formasından

və soyuma şəraitindən asılıdır.

Lava axımının səthi düz olmayıb, qeyri-müntəzəm çıxıntılı olur. Bu örtüklər

Page 68: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 68

gah böyük qalınlıqda təbəqə əmələ gətirir, gah da piroklastik süxurlarla layvarı

növbələşir.

Lava çatlar arasından püskürərkən (xətt püskürmə) yer səthində böyük

örtüklərin yaranmasına səbəb olur. Bu örtükleərin tutduğu sahə çox böyük,

qalınlığı isə 2000-3000 m-ə çatır.

Püskürmə materiallarının vulkan krateri ətrafında toplanması ilə vulkan

konusu əmələ gəlir. Tərkibinə və strukturuna görə bu konuslar (lava, piroklastik və

qarışıq tipli konuslar) bir-birindən fərqlənir.

Bəzən effuziv süxurlar çökmə süxurlarla laylaşaraq Yer səthinə yaxın uyğun

yatım əmələ gətirir. Bunlara ekstruziv süxur kütlələri deyilir.

Yüksək hərarətin, təzyiqin və kimyəvi aktiv maddələrin təsiri nəticəsində

maqmatik və çökmə süxurlardan törənən süxurlara metamorfik süxurlar deyilir.

Yüksək hərarət (termometamorfizm), yüksək təzyiqin (dinamometamorfizm)

və həc-minin kimyəvi aktiv maddələrin təsiri altında gillər şistə, qumdaşları

kvarsitə, əhəngdaşları mərmərə, maqmatik süxurlar qneyslərə çevrilir.

Kristallik şistlər və qneyslər dərin metamorfizm nəticəsində yaranır. Bunların

nəinki strukturu və həmçinin qismən tərkibi də dəyişmiş olur.

Metamorfizmi doğuran amillər, böyük ərazidə birgə təsir göstərərsə regional

meta-morfizm, bu amillərdən birinin üstünlüyə malik olduğu şəraitdə isə yerli

metamorfizm meydana gəlir.

Metamorfik süxurların yatım formaları onların onların ilkin törəmələrindən

asılıdır.

Çökmə mənşəli metamorfik süxurlar (ilkin çökmə süxurlar) adətən,

qırışıqlıq—laylı kompleks formasında yatır. Burada süxuru ilk laylı strukturu

ikinci zolaqlılıq və şistliliklə pərdələnir. Bu ikinci elementlər bəzən birinci ilə

müvafiq gəlir (mərmərlər), lakin əksər hallarda ilk laylılıq ilə uyğun gəlmir

(kristallik şistlər).

Maqmatik süxurların (ilk maqmatik) dəyişilməsi nəticəsində yaranan

metamorfik süxurlar, onların formasını alır. Nəhəng intruzivlərdə, onların ətraf

zonaları metamorfizmə məruz qalır (batolitlərdə qranit—qneys zonasını göstərmək

olar). Nisbətən kiçik intruzivlər və əksər effuziv süxurlar təmamilə metamorfik

süxurlara çevrilən zaman onlar ya öz formalarını saxlayır, yaxud səciyyəvi

şistliliyə malik qırışıqlıq komplekslər şəklini alır. Bəzən dinamometamorfizm təsiri

altında daykaların, sillərin, lava axınlarının, lava örtüklərinin parçalanması zamanı

ayrı-ayrı bloklar əmələ gəlir. Həmin bloklar daha palstik metamorfik süxurlar

arasında yatır. Bu strukturlar, yüksək plastikliyə malik laylar arasın-dakı çökmə

süxurlardan ibarət massiv təbəqələrin dinamometamorfizmi nəticəsində də yarana

bilər.

Metamorfik süxurlar üçün aşağıdakı əlamətlər səciyyəvidir:

1. İkinci laylılıq yaxud zolaqlılıq. Çox ehtimal ki, bu ilkin süxurun tərkibincə

bircinsli olmaması ilə əlaqədardır.

2. Kristallaşma şistliliyi. Bu, xətti lövhəli mineralların (mikalar və s.) bir

istiqamətdə cəhətlənməsindən irəli gəlir.

3. Aldadıcı şistlilik. Klivaj nəticəsində yaranır.

Page 69: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 69

4. İlkin süxurun reliktləri (qalıqları). Bunlara əsasən metamorfik süxuru ilk

materia-lının maqmatik yaxud çökmə mənşəli olduğunu müəyyən etmək

mümkündür.

Çöl şəraitində metamorfik süxurlar üzərində aparılan müşahidələr, çökmə və

maqma-tik süxurlar üzərində aparılan müşahidələr ilə çox oxşardır (metamorfik

süxurlar ya ilkin çökmə, ya da ilkin maqmatik süxurlardan törədiyi üçün). Ona

görə də istər laylılıq üçün və istərsə də şistlilik üçün yatım elementləri təyin etmək

lazımdır. İlkin intruziv süxurlarda, adətən, zolaqlı və xətti teksturlar yaxşı

saxlanılır və daha aydın görünür.

Metamorfik süxurların yaşını müəyyən etmək və onları stratiqrafik cəhətdən

bölmək çox vacib məsələdir.

Fossil qalıqlar metamorfik süxurlarda yaxşı saxlanılmadıqlarına görə

paleontoloji metodun tətbiqi son dərəcə məhduddur. Ona görə də metamorfik

süxurların yaşlarını təyin etmək üçün başqa metodlardan istifadə edirlər:

1. Laylanmada mövcud stratiqrafik uyğunsuzluqlara görə metamorfik

süxurların nisbi yaşının təyini.

2. Yarıb keçən intruzivlərə görə metamorfik süxurların yuxarı yaş sərhəddinin

təyini. İntruzivlərin yaşını isə onların çökmə süxurlar ilə olan qarşılıqlı

əlaqələrindən müəyyən etmək mümkündür.

3. Metamorfik süxurların mütləq yaşının radioloji metodlar ilə təyini.

Metamorfik süxurlar üçün, onların mənşələrindən asılı olaraq ya adi geoloji,

ya da struktur-petroloji xəritələr tərtib olunur; bəzən onları birlikdə bir xəritə

üzərində göstərilir.

Ümumiyyətlə Maqma qaz komponentləri ilə zəngin olan silikatlardan ibarətdir. Qələvi,Karbonat və Sulfid tərkibli maqmayada rast gəlinir.Maqmanın

aşağıdakı növləri var:

1. Turş tərkibli maqma (qranit)

2. Fe-Ca-Mg elementləri ilə zəngin olan əsas tərkibli maqma (bazalt)

3. Ultraəsəs tərkibli maqma (peridotit).

4. Orta tərkibli maqma (andezit)

Maqmanın tərkibində SiO2 –nin miqdarı 35-80% arasında dəyişir.

Turş tərkibli maqma ilə qalay,volfram,qızıl yataqları,

Əsas tərkibli maqma ilə mis,maqnetit yataqları,

Ultraəsas tərkibli maqma ilə xrom,platin və digər yataqlar əlaqədardır.

Page 70: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 70

IX. PLATFORMA,GEOSİNKLİNAL TEKTONİK HƏRƏKƏTLƏR

1. Tektonik hərəkətlər A.V.Peyveyə görə üfüqi hərəkətlərin sürəti 1÷13 sm/il olduğu halda, şaquli

tektonik hərəkətlərin sürəti 1000 ildə 5÷10 sm, yəni ildə 0,005÷0,01 sm/il təşkil

edir. Başqa sözlə üfüqi tektonik hərəkətlərin sürəti təxminən 1000 dəfə şaquli

tektonik hərəkətlərin sürətin-dən artıqdır.

Sonradan tektonik hərəkətlər sadəcə olaraq şaquli və üfüqi adlandırırlar. Bu

təsnifatın bir çatışmayan cəhəti ondan ibarətdir ki, şaquli tektonik hərəkətlər bir

çox struktur yaradan proseslərdə üfüqi hərəkətlər birgə iştirak edirlər.

Müxtəlif növ tektonik hərəkətlərin birgə fəaliyyəti tektogenez adlanır.

Tektonik hərəkətlərin yaranmasında yüksək plastikliyə malik yer qabığının

astenosfer və D′′ qatları əsas rol oynayırlar. Buna əsasən V.Y.Xain aşağıdakı növ

tektonik hərəkətlər seçilir:

Səthi tektonik hərəkətlər (a-tektonik)—litosferin yalnız çökmə qatında

yaranırlar. Çöküntü qatında reoloji fəal kütlələr geniş inkişaf etmişdir

(gillər,duzlar,gipslər və s.). Onlar geostatik təzyiq altında yerdəyişmə (axma) etmə

qabiliyyətinə malikdirlər və bu zaman onlar üstdə yatan süxur komplekslərinin

geoloji quruluşunu dəyişməyə səbəb olurlar. Çöküntü qatında eləcə də

çöküntülərin sıxlaşması yaxud hidratlaşma zamanı şişməsi prosesləri baş verir. Bu

zaman qravitasiya sürüşməsi yarana bilər ki, bu hal da səthi hərəkətlərin baş

verməsinə səbəb ola bilər. Bu hərəkətlər şaquli və üfüqi ola bilərlər. Səthi

hərəkətlərin müxtəlifliyinə baxmayaraq, onların hamısı yalnız çöküntü qatında baş

verirlər. Öz mənşəyinə görə bunlar əslində a-tektonik, yəni qeyri-tektonik

hərəkətlərdir və Yerin səthində baş verən proseslər nəticəsində yaranırlar.

Səthi hərəkətlər layların deformasiyasına, çökmə qatında qırışıqların

yaranmasına (qravitasiya axımı, sürüşmə və basılma hesabına) səbəb olurlar.

Diapir qırışıqların yaranması səthi tektonik hərəkətlərin fəaliyyətinin ən səciyyəvi

halıdır. İnsan fəaliyyəti ilə əlaqədar olan texnogen hərəkətlər də səthi hərəkətlərin

bir forması kimi qəbul edilə bilər. Məsələn: qrunt sularının çıxarılması nəticəsində

Yer səthinin çökməsi, uzun müddət istismarda olan neft-qaz yataqları ərazilərində

yer səthinin çökməsi halları və s.

Dərin tektonik hərəkətlər. Litosfer və Astenosfer qatlarında özlərində biruzə

verirlər. Ümumiyyətlə altda yatan astenosfer qatı ilə litosfer plitələr həmişə

izostaziya halında olmağa çalışırlar, izostaziyanın pozulması isə həm Yer

qabığında, həm də astenosfer qatında baş verən proseslərlə bağlıdırlar. Bu

baxımdan izositaziya maye halında olan astenosfer maddəsi ilə litosfer arasında

yaranan tarazlıq vəziyyətidir. Dərin hərəkətlərin yaranmasına Yerin bucaq

sürətinin dəyişməsi zamanı yaranan rotasiya (fırlanma qüvvə-ləri) də təsir göstərə

Page 71: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 71

bilər. Şaquli dərin hərəkətlərin fəaliyyəti nəticəsində qitə və okeanların, platforma

və geosinklinalların müxtəlif ölçülü müsbət və mənfi struktur elementlərə

bölünməsi baş verir. Üfüqi dərin hərəkətləri müxtəlif dərəcəli səthlər üzrə özlərini

biruzə verə bilərlər. Başqa sözlə dərinlik horizontal tektonik hərəkətlər litosferin

müxtəlif qatlarının sərhədləri boyu baş verə bilərlər və əks-fay, üstəgəlmə,

sürüşmə, plastiki qırışıq formalar yaradırlar.

Ən dərin tektonik hərəkətlər mantiyanın aşağı hissəsində yaranırlar, çox

ehtimal ki, D′′ qatında. Bu hərəkətlərə səbəb mantiya maddəsində baş verən

qravitasiya (sıxlığa görə) differensiallaşması və onun tərkibindən ağır dəmir

tərkibli birləşmələrin ayrılaraq nüvəyə çökməsidir. Mantiyanın daha yüngül tərkib

hissəsi onun alt geosferindən yuxarıya doğru qalxaraq astenosfer və litosferə

çatırlar və orada soyuyub dəmir birləşmələri ilə zənginlə-şərək, yenidən aşağıya

doğru enərək maddənin konvektiv hərəkətini yaradırlar, bu isə öz növbəsində yer

qabığında və onun səthində ən dərin tektonik hərəkətlərin şaquli və üfüqi növlərini

yaradırlar. Ehtimal etmək olar ki, ən dərin tektonik hərəkətlər əsasən özlərini üfüqi

istiqamətdə biruzə verirlər,dərin hərəkətləri isə əsasən şaquli istiqamətdə. Bununla

belə bütün qitələri əhatə edən iri qalxımlar konvektiv hüceyrələrin qalxan qolları

üstündə yarana bilərlər. Bu səbəbdən Afrika qitəsi başqa qitələrə nisəbətən 150 m

qalxmış vəziyyəttədir. Cənubi Amerika isə nisbətən aşağı hipsometrik

vəziyyətdədir, çünki o enən konvektiv cərəyanlar üstündədir. Ən dərin tektonik

hərəkətlərin əsas nəticəsi litosfer plitələrin (Yer qabığının ayrı-ayrı qəlpələri) üfüqi

hərəkətləridir. Bu hərəkətlər qitələrin dağılmasına, yeni okean və qitələrin

yaranması və inkişafına səbəb olurlar. Məhz ən dərin teltonik hərəkətlər Yerin

geoloji inkişafını, yəni platforma və geosinklinalların eləcə də başqa iri struktur

elementlərin inkişafının əsas səbəbidir.

Planetar hərəkətlər səyarəni bütövlüklə əhatə edirlər. Onların yaranmasına

səbəb nüvənin həcminin və eləcə də deməli Yerin bütövlükdə həcminin

dəyişməsdir. Bu proses yuxarıda qeyd etdiyimiz mantiya maddəsinin qravitasiya

differensiallaşması ilə əlaqədar-dır. Bir sıra tədqiqatçıların fikrincə (V.A.Obruçev,

P.N.Kropotkin, E.E.Milanovskiy və b.) Yer kürəsi öz inkişafında həmçinin

nəbzvari dəyişməsinə malikdir, yəni onun həmçinin artması dörləri vaxtaşırı

həcminin azalması dövrləri ilə əvəz olunur. Çox ehtimal ki, planetar hərəkətlərin

nəticəsi kimi litosferin enib qalxmasını göstərmək olar. Planetar hərəkətlər zəif

öyrənildiyinə görə, onların mövcuduğu da problematik sayılır. Görünür onlar

özlərini şaquli hərəkətlər kimi biruzə verirlər.

Beləliklə, tektonik hərəkətlər sülb və elastiki Yer maddəsinin bir hərəkət

formasıdır, yəni mexaniki hərəkət formasıdır. Bu hərəkət öz əksini əsasən

süxurlardan yatım formasında və əsasən laylı süxurların tərkibində reallaşdırır.

2.Litosferin əsas tektonik elementləri (strukturları)

Tektonik struktur yaxud element dedikdə yer qabığının, litosferin və ya

tektonosferin elə bir sahəsi nəzərdə tutulur ki, o, yanaşı olan sahələrdən öz tərkibi

Page 72: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 72

və onu təşkil edən süxurların yatma şəraitinin fərqli olması ilə səciyyələnsin .

Həmin fərqləndirici xüsusiyyətlər tektonik hərəkətlərin, maqmatizmin,

metamorfizmin, çöküntütoplanmanın, aşınmanın tektonik element formalaşdığı

zaman şəraitindən, yəni tektonik və endogen rejimindən asılıdır.

Tektonik strukturlar miqyasına, maqmatizminə, tektonik inkişafına və Yerin

hansı dərinliyinə qədər inkişafına (yayılmasına) görə çox müxtəlifdirlər. Litosferin

və tektonosferin ən iri strukturlarına litosfer plitləri, okeanlar və qitələr aiddirlər.

Tektonik fəallığa görə isə nisbətən mütəhərrik, mobil strukturlar kimi

geosinklinal və orogenlər aiddirlər; nisbətən az mütəhərik stabil strukturlara isə

platforma və aralıq massivlər aiddirlər.

Müxtəlif miqyaslı tektonik qırılmalar həm mütəhrrik, həm də stabil

strukturlarda mövcuddurlar.

1) Litosfer plitələr dedikdə eni yüz və min km-lərlə ölçülən litosferin çox

geniş sahələri nəzərdə tutulur. Litosfer plitələrin sərhədlərini ensiz xətti seysmik və

vulkanik fəal zonalar təşkil edir. Litosfer plitələr quruluşuna və tərkibinə görə, yəni

hansı növ qabıqdan təşkil olmalarından asılı olaraq okeanik, qitə və qarışıq növ

olurlar. Okeanik növə aiddirlər; Sakit okean, Naska, Kokos; qitə növə isə xırda

plitələr aiddirlər: Anadolu, İran-Əfqan, Ərəbistan, Madaqaskar və s. ; qarışıq növ

plitələrə aiddirlər: Şimal, Cənubi Amerika, Afrika, Antaraktida, Arasiya və s.

Okean plitələri ən cavandırlar, onların yaşı 100-150 mln ildir və onlar ən

nazikdirlər. Onların qalınlığı Orta okeanik Dağlar silsiləsi (OODC) zonasında 5-7

km-dən okean dibinin ən qədim sahələrində 80-90 km-ə qədərdir.

Qitə plitələrinin və qitələrin yaşı isə mlrd. illərlə yaxud bir çox yüz mln.

illərlə ölçülür, qalınlıqları isə cavan platformalar altında 150-200 km, qədim

platformaların qalxanları altında isə 250-400 km təşkil edir.

Astenosferdə litosfer plitələr sərt cisimlər kimi hərəkət edirlər və onların

yalnız kənarları ya dağılır yaxud artır. Llitosferin quruluşundan asılı olaraq onun

okean və qitə hissələri seçilir.

2. Okeanlar aşağıdakı xüsusiyyətlərə malikdir:

a. Okean litosferi orta hesabla bir neçə dəfə qitə litosferindən nazikdir və çox

–çox cavandır.

b. Astonosfer okean altında maye halındadır, qitələr altında isə demək olar ki,

o tam kristallaşmışdır.

Page 73: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 73

c. Oekanlarda vulkanizm yalnız əsas tərkiblidir.

d. Okean litosferinin çökmə qatı heç vaxt geosinklinal inkişaf mərhələsini

keçmir və qırışıqlıq prosesinə, yüksək temperatutun təsirinə (metamorfizmə) məruz

qalmır.

e. Okeanlar ilə qitələr arasında sərhəd dərinlik yarılmalarından keçir və yer

səthində hipsoqrafik pillə ilə özünü biruzə verir.

h. Okeanlar nisbətən yüksək dərinlik istilik axını ilə xüsusi zolaqvari

(zebrvari) maqnit sahəsi və qravimetrik sahəsinin nisbətən intensiv (yüksək

qiymətli) olması ilə səciyyələnir.

Ümumi halda okeanlar geosinkilinal inkişaf mərhələsinə məruz qalmayan

tektonosferin okean növ yer qabığına malik nəhəng geostruktur elementləridir.

3. Qitələr aşağıdakı xüsusiyyətləri ilə səciyyələnir:

a. Qitə qabığının quruluşunda qranit qatı iştirak edir. Yalnız bəzi hallarda

qranit qatı pazlaşır. Belə hallarda “bazalt pəncərəsi” adlanan bazalt qatının çıxışı

üzərində birbaşa çökmə qatı yatır və bununla əlaqədar qitə massivlərində sırf qitə

qabığı və keçid qabıq növləri seçilir. Qitə qabığının qalınlığı 30-35 km-dən 70-75

km arasında dəyişir. Qitələr altında litosferin qalınlığı isə 150-400 km-dir.

b. Qitələr altında astenosfer kristallaşdığından özünü aydın ifadə etmir.

c. Qitələrdə əsas və turş maqmatizm inkişaf edir. Qitənin əsas tərkiblin

maqmatizmi okeanın əsas tərkibli maqmasından tərkibinə görə fərqlənir.

d. Qitə litosferi geosinklinal prosesi, yəni geosinklinal inkişaf mərhələsi

hesabına yaranır. Bu proses böyük qalınlığa malik qranit-metamorfik qatın

yaranmasına səbəb olur. Bununla əlaqədar qitə litosferinin tərkibində müxtəlif

yaşlı qırışıqlıq əraziləri ayırmaq mümkündür, yəni Karel qırışıqlığından Alp

qırışılığına qədər.

O ərazilərdə ki, qırışılıq prosesləri çoxdan qurtarıb, onlar artıq platformaları

təmsil edirlər, cavan qırışıqlıq əraziləri isə (mezozoy və kaynozoy yaşlı) müasir

dağlıq ölkələri təmsil edirlər.

Beləliklə, qitələr tektonosferin qitə yaxud keçid növ qabığına malik

geosinklinal prosesi keçmiş, yaxud hazırda keçməkdə olan nəhəng struktur

elementləridir.

Litosferin və ya tektonosferin geostruktur elementləri öz növbəsində ayrı-ayrı

Page 74: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 74

sahələrinin mütəhərrikliyinə görə eləcə də tektonegenezin, metamorfizmin və

maqmatizmin fəal olan geosinklinallara və çox az mütəhərrik və digər yuxarıda

qeyd edilən proseslərin çox zəif yaxud heç baş verməməsi ilə səciyyələnən

platformalara bölünürlər.

3.Geosinklinal haqqında anlayış və ona məxsus

formasiyalar Litosferin yüksək mütəhhərikliyə, mühüm bölünməyə və yüksək keçiriciliyə

malik Yer qavığının xətti zonalarına deyilir. Geosinklonal inkişafının ilk

mərhələlərində əsasən intensiv enmə, son mərhələdə isə mühüm qırışıqlıq və

üstəgəlmə deformasiyaları ilə müşaiət edilən intensiv qalxma ilə səciyyələnir.

Geosinklinal ərazilərin əsas struktur xüsusiyyətləri

1. Tektonik hərəkətlərin böyül intensivliyə malik olması,

2. Ərazinim təmamilə qırışıqlığa məruz qalması,

3. Qırışıqların kəskin inkişaf etməsi-qanadların yatım bucaqlaının böyük

qiymətlərə malik, şaquli yaxud çevrilmiş olması,

4. Xətti uzanmiş qırışıqların geniş, antiklinal və sinklinalların sayca eyni

miqdarda inkişaf etməsi,

5. Çöküntü örtüyünün böyük qalınlığa malik olması,

6. Maqmatik proseslərin və metamorfizmin geniş inkişaf etməsi,

7. Relyefin kəskin olması,

8. Əksfay, üstəgəlmə və örtük (şaryaj) növ qırılmaların geniş inkişaf etməsi,

9. Xüsusi formasiyaların inkişafı.

Süxur qatlarında elə komplekslər seçmək olar ki, onlar oxşar tektonik və

paleocoğrafi şəraitdə formalaşsınlar. Başqa sözlə eyni yaxud oxşar paleotektonik

və paleocoğrafi şəraitdə formalaşmış eyni yaxud müxtəlif yaşlı süxurlar

komplekslərinə formasiya deyilir. Formasiyanın seçilməsində aşağıdakı nişanələr

əsas götürülür:

1. Süxurları eyni yolla və eyni paleocoğrafi şəraitdə əmələ gəlməsi (çökmə

terrigen, qırıntı, hemogen, vulkanik və b.).

2. Süxurların tərkibi (rif əhəngdaşları formasiyası, hemogen əhəngdaşları,

qlaukonit formasiyaları və s.).

3. Tektonil mənsubiyyəti (geosinklinal, platforma və kənar çökəkliklərə

məxsus).

4. Şaquli tektonik hərəkətlərin göstəricisi olan formasiyanın qalınlığı,

5. Müəyyən növ fayfalı qazıntıların bu və ya digər formasiyalara bağlıllğı (daş

kömürün, duzun, neftin, qazın, dəmirin və s.).

Geosinklinallara xas olan formasiyalar aşağıdakılardır:

I. Geosinklinalın inkişafının ilk mərhələsində:

1. Ofiolit (qabbro) spilit-diabaz-perisptit formasiyası-silisli süxurlar və

tufların əsas tərkibli lavalarla növbələşməsinin mürəkkəb kompleksindən ibarətdir.

2. Əsas və orta tərkibli (bazalt və andezitlərdən) lavaların əmələ gətirdiyi

formasiya.

Page 75: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 75

3. Turş lavalar (əsasən liporitlər) formasiyası.

II. Geosinklinalın inkişafının orta mərhələsi:

1. Yaşəm formasiyası-yaşəm, qumdaşı, tuf və gilli şistlərdən ibarətdir.

2. Aspid yaxud qrauvakka formasiyası ( pis yaxud heç çeşidlənməmiş gil

qarışığı ilə qum)-qrauvakka qumdaşlarının və şistlərin üstünlük təşkil edən

vulkanik və silisli süxurların növbələşməsindən ibarətdir.

3. Fliş formasiyası-qumdaşı, əhəngdaşı, alevrolit, mergel, gil və s. süxurların

nazik qatlarının tez-tez ritmik növbələşməsindən ibarətdir.

4. Gilli şistlər formasiyası- əsasən gilli şistlərdən yaxud argillitlərdən və

nisbətən seyrək alevrolit və qumdaşı araqatlarının növbələşməsindən ibarətdir.

5. Cesplit formasiyası- dəmir filizi (hematit), silisli süxurlarından və dəmirli

kvarslarından ibarətdir.

6. Gilli əhəngdaşları, mergellər və rif əhəngdaşları formasiyası-əhəngdaşı,

mergel və bəzən gil və dolomitlərin növbələşməsindən ibarətdir.

7. Spilit-bazalt qrupuna aid olan albitləşmiş diabaz (sualtı püskürmələr

zamanı yaranır).

8. Keratofir-qədimdə püskürülmüş porfir strukturlu effuziv süxurlar (Na-çöl

şpatları albit) ilə zəngin süxurlar.

III. Geosinklinal inkişafının son mərhələsi:

1.Molass formasiyası-boz və qırmızı rəngli qırıntılı süxurlardan və qismən

qitə yaxud sahilyanı-dəniz mənşəli əhəngdaşlarından ibarətdir.

Qeyd: Qrauvakka-sement materialı ilə zəngin olan əsas tərkibli maqmatik

süxurların qırıntılarından ibarət qumdaşları yaxud qumlardan ibarətdir. Son

zamanlar Qrauvakka altında müxtəlif, o cümlədən çökmə süxur qırıntılarından

ibarət müxtəlif qumlar nəzərdə tutulur.

Yaşəm-çökmə mənşəli silisli, sərt, qeyri-şəffaf süxurdur (kvars və

xalsedondan ibarətdir).

Geosinklinal vilayətlər yanaşı platformaları ayıra məkanda inkişaf edirlər.

İnkişafı qurtarmış geosinklinal vilayətlərdə quruluşu və inkişafı fərqli olan hissələr

seçirlər. Sonunculara aşağıdakılar aiddirlər:

Page 76: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 76

Meqaantiklinoium və meqasinklinoriumlar; antiklinorium və sinklinoriumlar;

aralıq massivlər (dağarası çökəkliklər), kənar çökəkliklər, dərinlik yarılmalar

zonaları və s.

Geosinklinal vilayətlər daha kiçik struktur vahidlərə-geosinklonaı sistemlərə

bölünürlər. Məsələn: Böyük Qafqazın geosinklinal sistemi. Geosinklonal

sistemlərin inkişafının nəticəsi onların mürəkkəb qırışıqlıq elementlərinə-

meqaantiklinorium (Böyük Qafqaz) və meqasinklinoriumlara (Küryanı çökəklik)

bölünməliləridir.

Geosinklinal uzunmüddətli enməyə məruz qaldığından onda böyük qalınlığa

malik çökmə və vulkanogen mənşəli süxurlar toplanan çökəklikdir. Geosinklinallar

müxtəlif lakin əsasən uzun və ensiz formada olurlar. Beləliklə, geosinklinallar öz

inkişafında aşağıdakı xüsusiyyətləri ilə səciyyələnirlər:

1. Şaquli hərəkətlərin əsasən mənfi işarəli, yəni enmə xüsusiyyətli olmaları,

2. Çökmə və vulkanogen süxurların böyük qalınlığa malik olmaları,

3. Əsasən narındənəli süxurların inkişaf etməsi,

4. Stratiqrafik kəsilişin daha tam olması, yəni uzun müddətli fasilələrin və

kəskin uyğunsuzluqların olmaması.

Geoantiklinal geosinklinala əka olan müsbət işarəli və iki geosinklinalı bir-

birindən qırılmalar vasitəsilə ayıran strukturdur və aşağıdakı xüsusiyyətlərə

malikdirlər:

1. Mənfi işarəli şaquli hərəkətlərin müsbət işarəli hərəkətlərdən az üstünlüyə

malik olması,

2. Çökmə və vulkanogen süxurların kiçik qalınlığa malik olması,

3. Əsasən kobuddənəli süxurların inkişaf etməsi,

4. Çox saylı fasilə və uyğunsuzluqlara malik az qalınlıqlı kəsilişlərə malik

olması.

Geosinklinal vilayətlər qırışıqlığa məruz qaldıqdan sonra geosinklinal və

Page 77: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 77

geoantiklinal münasib olaraq sinklinorium və antiklinoriumlara çevrilirlər.

Sinklinorium dedikdə en kəsimdə böyük sinklinala bənzər antiklinal və

sinklinalların mürəkkəb kompleksi nəzərdə tutulur. Antiklinorium isə en kəsimdə

böyük antiklinala bənzər antiklinal və sinklinalların mürəkkəb kompleksidir.

Sinklinoriumm bir növü dağarası çökəklikdir. Bu strukturlar geosinklinal

vilayətin inkişafının son-orogen mərhələsində formalaşırlar. Bu çökəkliklər adətən

onları əhatə edən antiklinoriumlardan iri qırılmalarla yaxud qırılmalar sistemi ilə

ayrılırlar. Bu çökəkliklər adətən turş, qələvi, vulkanogen və molass formasiyalarla

doldurulmuş olurlar. Onların kəsilişlərinin aşağı hissəsini dəniz mənşəli xırda

qırıntılı çöküntülər (gil, elvrolit, narın dənəli qum, əhəngdaşları, aşağı molass

formasiyası) və vulkanogen turş, qələvi, yəni porfir formasiyası təşkil edir.

Yuxarıda isə laqun çöküntüləri, daşkömür yaxud duz qatları və qırmızı rəngli

kontinental mənşəli kobud dənəli süxurlardan ibarət üst molass formasiyası yatır.

Bu struktur elementlərə misal olaraq Küryanı çökəkliyi göstərmək olar.

4.Platforma (kraton) Platforma – litosferin intruziv,metamorfizm və qırışıqlıq prosesləri ilə

konsolidə edilmiş,tangensial hərəkətlərin təsirinə məruz qalmayan nisbətən sabit

konsolidə olmuş iri qaymalardır.

Platformanın əsas xüsusiyyətləri -Tektonik və yalnız şaquli hərəkətlərin zəif baş verməsi,tangensial (üfüqi),

hərəkətlərin isə baş verməməsi

-Qırışıqların əsasən izometrik və qısa braxiformaya malik olması,çox zəif

inkişaf etməsi,yəni qanadlarının yatım bucaqları əksər hallarda ilk dərəcələrlə və

ya hətta dəqiqələrlə ölçülməsi

-Fasiləli qırışıqlığın inkişaf etməsi və sayca müsbət işarəli qırışıqların

üstünlük təşkil etməsi

-Çöküntü örtüyünün nisbətən zəif inkişaf etməsi

-Maqmatik və metamorfik proseslərin baş verməməsi və ya çox zəif-əsas

tərkibli layvari intruziyaların inkişaf etməsi

-Relyefin sakit,yəni düzən xüsusiyyətli yaxud təpəlikdən ibarət olması

-Qırılmaların zəif inkişaf etməsi və əsasən fay tipli olması,üstəgəlmə və

örtüklərin inkişaf etməməsi

-Özünəməxsus formasiyaların inkişafı

Platforma formasiyaları 1) Karbonat və qlaukonitli-karbonat formasiyası-üzvi və hemogen

mənşəli əhəngdaşları,qlaukonit qarışığı olan mergel,dolomitlərdən və nisbətən az

miqdarda gilli süxurlardan ibarətdir.Bu formasiyalar açıq dəniz və laqunlarda

formalaşırlar.

2) Qırmızı rəngli qumdaşı və halogen formasiyası –qırmızı rəngli

qumdaşı,Argillit və konqlomeratların,duzlar,gips və dolomitlərlə fasial əvəz

olunmalarından ibarətdir.

Page 78: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 78

3) Dəniz xırda qırıntı formasiyası-xırda dənəli qum,qumdaşı

qatlarından,gillərdən nadir hallarda konqlomerat və mergellərdən

ibarətdir.Qumlarda qlaukonitin iştirakı səciyyəvidir.

4) Kontinental formasiyalar-bunlardan nəm və arid(quru)düzənliklər

formasiyalarını və buzlaq əmələgəlmələri kompleksini seçirlər.Alçaq və nəm

düzənliklər formasiyaları arasında ən çox əhəmiyyətə daş kömür qatları,allüvial

çöküntülər və aşınma qabığı malikdir.

5) Trapp formasiyası-lay intruziyalarının mürəkkəb kompleksindən və

tuf,tuffit eləcə də çökmə süxurlarda yaranmış əsas tərkibli yataqlardan

(dolerit,porfirit,qabbrolardan)ibarətdir.

Kənar çökəkliklərin daxili hissəsi geosinklinal,xarici hissəsi isə platformaya

məxsus xüsusiyyətlərə malikdir.Kənar çökəkliklərdə maqmatizm inkişaf etmir və

özünə məxsus formasiyalara malikdirlər.

Kənar çökəkliklər geosinklinal vilayətin platformanın plitə hissəsi ilə təmasda

olduğu zonada inkişaf edirlər.Geosinklinalın platformanın qalxan hissəsi ilə

təmasında kənar tikiş zonası yaranır.Sonuncu ensiz qırılmalar zonasını təşkil edir

və həmin qırılmalar üzrə qırışıqlıq sistemləri platformanın üzərinə gəlirlər.Misal

üçün Skandinaviya ilə Rus platforması arasında.Kənar tikiş zonaları boyu bir çox

hallarda intensiv vulkanizmdə inkişaf edə bilər.

Kənar çökəkliklərin inkişafı geosinklinal vilayətin kənarından başlayır,sonra

isə çökəklik platformanın kənar hissəsinin enməyə cəlb olunması ilə əlaqədar

genişlənir.Bu səbəbdən də kənar çökəkliyin ayrı-ayrı hissələri bünövrələrinin

müxtəlifliyi ilə səciyyələnir.Buna görə də kənar çökəkliklər daxili və xarici

zonalara ayrılırlar.

Daxili zona qırışıqlıq bünövrə uzun müddət inkişaf etdiyindən böyük

qalınlığa malik müxtəlif formasiyalarla doldurulmuş olur.Bu formasiyaların

ümumi qalınlığı 4-6 km-ə çatır.

Xarici zona isə daha qısa zaman ərzində platforma ərazisində inkişaf etdiyinə

görə daha az qalınlığa malik ( əsasən 1 km-ə qədər)çöküntülərlə doldurulur.Bu

səbəbdən də daxili zonada kəsiliş daha tam olur.

Qırışıqlıq bünövrə üzərində yerləşən daxili zonada örtüklərlə

mürəkkəbləşmiş, mürəkkəb xətti,ensiz,daraqvari antiklinallar və enli yastı

sinklinallar inkişaf edir.Kənar çökəkliyin xarici zonasında,platformanın sərt

bünövrəsində yerləşdiyinə görə əsasən yastı günbəzvari qalxımlar inkişaf

edirlər.Günbəzlərin əmələ gəlməsinə səbəb platformanın kristallik bünövrəsinin

ayrı-ayrı qaymalarının qalxmaları ilə əlaqədardır.

Dərinlik yarılmaları Dərinlik yarılmaları böyük uzunluqları və yayılma dərinlikləri ilə

səciyyələnirlər.Yer səthində dərinlik yarılmaları effuziv,intruziv maqmatizm,damar

əmələ gəlmələti ilə,iri uzununa qırılmalarla,klivaj və xətti qırışıqlıqla özlərini

biruzə verirlər.Dərinlik yarılmaları müxtəlif işarəli şaquli tektonik hərəkətlərə

məruz qalan əraziləri bir-birindən ayırırlar.Tektonik fəal dərinlik yarılma

zonalarına tektonik və seysmik fəallıq məxsusdur.Dərinlik yarılmaları üzrə hərəkət

çökmə formasiyaların və maqmatik süxurların formalaşması ilə eyni vaxtda baş

Page 79: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 79

verir.

Bu səbəbdən də yarılmalar müxtəlif mənşəli süxurlarla örtülmüş olurlar.Bir

çox dərinlik yarılmaları planetar xüsusiyyət daşıyır.

Kənar çökəkliklərin (keçid zonalar)formasiyaları: Çox iri və mürəkkəb quruluşlu geosinklinal və platforma arasınd ayerləşən və

sinklinori quruluşlu olan çökəkliklərdir.Kənar çökəkliklərin formasiyalarının

əmələgəlmə xüsusiyyəti ondan ibarətdir ki, onlar geosinklinal ərazilərin

platformaya çevrildiyi zaman geosinklinal vilayətlərin dağ –qırışıq vilayətlərinin

intensiv formalaşması və qalxması zamanı və çökəkliklərin özünü də kompensə

edilən çöküntü toplanma şəraitində toplanırlar.

1) Baryer rifləri (yamac rifləri) formasiyası –tez-tez özündə neft-qaz yığımı

olan üzvi mənşəli əhəngdaşlarından ibarətdir.

2) Halogen formasiyası -tərkibində duz olan qumlu-gilli süxurlardan,yaxud

tərkibində natrium və kalium duzları olan duz qatlarından ibarətdir.

3) Daşkömürlü formasiya –iri çökəkliklərdə geniş inkişaf etmişdir.(Kuzbas və

s.). Qumdaşı, argillit, əhəngdaşı və daş kömür qatlarının növbələşməsindən

ibarətdir.

4) Molass formasiyası –daxilində qırıntı materialının qeyri müntəzəm

paylanması və layların qeyri bərabər növbələşməsi ilə səciyyələnən,böyük

qalınlığa malik terrigen süxurlardan ibarətdir.Bu süxurlar əsasən-

qumdaşlarından,konqlomeratlardan və bir çox hallarda qırmızı rəngli argillitlərdən

ibarətdir.Bəzən onların tərkibində daş kömür linzaları olur.Molaslar adətən çox

böyük qalınlığa malik olurlar və bir çox hallarda özlərində daş kömür,neft və qaz

yığımları əmələ gətirirlər.Kənar çökəkliklərin əlamətdar xüsusiyyəti onların

ərazisində çaqçatik proseslərin baş verməməsidir.

Page 80: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 80

X. AEROFOTPLANALMA HAQQINDA ANLAYIŞ

Yer səthinin kosmosdan tədqiq olunması (yer səthinin təxmini şəklinin

çəkilməsi) xalq təsərüfatının ayrı-ayrı sahələrində: torpaq işlərində, meşə sənaye-

sində, geodeziya və geologiya işlərində, balıqçılıq sənayesində və s. geniş istifadə

edilir. Aerofotosxemlərin geoloji işlərdə tətbiqi onların yüksək dəqiqliyini tələb

edir.

1. Aerofotomaterialların növləri Geoloji xəritəalmada aerofotomaterialların aşağıdakı növlərindən istifadə

olunur:

1. Aerofotosxemlər;

2. Müxtəlif aeroplan və xəritələr;

3. Kontakt səthlərinin əksi;

4. Aerofotoşəkil və sxemləri birləşdirilməsi.

Sxemlər öyrənilən yerin əksini təsvir edir. Aerofotosxemlər trapesiyalar üzrə

aşağıdakı miqyaslarda tərtib olunurlar: 1:25000, 1:50000 və ya 1:100000.

Aeroplan və xəritələr topoqrafik xəritəyə verilən tələblərə uyğun hazırlanırlar,

dəqiq miqyasda Yer səthinin əksini verir. Lakin onların hazırlanması çox vaxt tələb

etdiyinə görə baha başa gəlir. Kontakt səthləri əksinin çəkilməsi də materialların

növünə daxildir. Geoloji tədqiqatlarda bu növdən daha çox istifadə edilir.

Aeroşəkil və sxemlərin birləşdirilməsindən deşifrələnmədə geniş istifadə

olunur. Bunun üçün planalmaya daxil olan trapesiyalar ardıcıl nömrələnərək elə

düzülür ki, aerofotoşəkillər çəkilən sahənin planını düzgün əks etdirir. Birləşdirici

sxemlər ixtiyari miqyasda hazırlanırlar və onların üzərində trapesiyaların

nomenklaturası, yaşayış məntəqələrinin adı, iri çaylar, göllər, yüksək dağlıqlar və

s. dayaq nöqtələri verilməlidir. Belə sxemlər istənilən kontakt əkslərini və onların

yerini düzgün təyin etməyə imkan verir.

2. Aerofotoplanalmanın xassələri

Aerofotoplanalma iki üsulla aparılır:

1. Aeroplanalmanın təsviri; 2. Perspektivli aerofotoşəkillərin təsviri.

Planlı xəritəalmada fotoaparatın optik oxu Yer səthinə perpendikulyar

istiqamətləndirilir, perspektivli xəritəalmada isə maili vəziyyətdə olur. Planlı

fotoşəkillərin çəkilməsində miqyas eyni götürülür, perspektiv planalmada isə

Page 81: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 81

müxtəlif nöqtələrdə fotoşəkillərin təsviri müxtəlif miqyaslarda olur. Planlı

xəritəalmada yer şəbəkələri kvadrat, perspektivli təsvridə isə trapesiya şəklində

olur. Geologiyada ən çox planlı aeroplanalmadan istifadə edilir. Fotoaparatın optik

oxu planalma vaxtı 3°-dən artıq əyilməməlidir.

3. Aerofotomaterialların deşifrlənməsinin əsasları

Aerofotomaterialın deşifrlənməsi dedikdə, ayrı-ayrı obyektlərin təsviri

nəzərdə tutulur. Deşifrlənmə topoqrafik, geoloji və ya başqa məqsədlə aparılır:

Deşifrlənmə aparakən öyrənilən obyektin xassəsini xarakterizə edən əlamətlərin

təyinindən istifadə edilir. Üç əsas deşifrlənmə növü vardır:

1. Etalon fotoşəkillərin müqayisəsi;

2. Bir fotoşəkil daxilində obyektlərin (nöqtələrin) tutuşdurulması və

müqayisəsi;

3. Məntiqi interpretasiya (məntiqi mühakimə-bu bəzən obyektlərin

müqayisəsində düzgün nəticə verir).

Texnikasına görə deşifrlənmə üç növə bölünür:

1. Vizual (adi gözlə) deşifrlənmə;

2. Yarımalətli deşifrlənmə (lupa, stereoskop);

3. Alətli deşifrlənmə (xüsusi cihaz və alətlər).

Geoloji işlərdə əsasən vizual və yarımalətli deşifrlənmədən geniş istifadə

olunur.

Əşyaları aerofotoşəkillərdə müəyyən edən deşifrlənmə əlamətləri iki yerə

bölünür:

1. Əsas əlamətlər (forma, ölçü, ton, gölgə və s.);

2. Köməkçi əlamətlər (əşyaların sayı, yerləşdiyi yer və aralarındakı məsafə və

s.).

Əşyaların forması aerofotoşəkildə ortoqonal proyeksiyaya yaxın təsvir olunur.

Aerofotoşəkilin kənarlarında yüksək qiymətli nöqtələr bir qədər mərkəzdən

meyllənmiş vəziyyətdə əks edilir.

Aerofotoşəkildəki əşyanın şəkildəki ölçüsünün miqyasa görə qiymətinə onun

ölçüsü deyilir və L=lm düsturu ilə təyin olunur. Burada: L-əşyanın yerdəki

ölçüsü; l-əşyanın aerofotoşəkildəki ölçüsü; m-miqyasa görə qiymətidir.

Əşyanın ölçüsü aerofotoşəkillərin deşifrlənməsində mühüm rol oynayır.

Əşyanın ölçüsü aerofotoşəkillərdə lupanın köməyi ilə ölçü şkalası ilə hesablanır.

Aerofotoşəkillərdə təsvirlərin açıqdan qaraya qədər göstərilmə dərəcəsinə ton

deyilir. Ton müxtəlif səbəblərdən, (məsələn, obyektin açıqlığı, rəngi,

fotoşəkilçəkmənin şəraiti, şəkil çəkilən materialları və s.) asılıdır. Obyektin açıqlığı

Page 82: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 82

günəş şüasının təsiri ilə əlaqədardır. Maksimum açıqlıq günəş şüası düşən tərəfdəki

səthlərdə olur.

Obyektin rəngi ona düşən işığın rəngindən və əşya səthinin şüaları əksetdirmə

qabiliyyətindən asılıdır. Məlumdur ki, obyektin səthinə düşən günəş şüalarının bir

hissəsi udulur, bir hissəsi isə əks olunur. Əks olunan şüalar müəyyən rəngdə olur

və obyektin rənginin xarakterizə edir. Əşyanın müxtəlif rəngləri təmamilə rəngli

aeroşəkillərə verilir.

Kölgə əşyanın işıqlanmayan sahəsinə deyilir. Kölgədən də deşifrləmə əlaməti

kimi istifadə edilir. Bu əlamət sərt relyef formalarını (qayalıq, uçqun sahələr və s.)

yaxşı deşifrlənməyə imkan verir. Bəzən də kölgə deşifrlənməyə mənfi təsir

göstərir, yəni sərt relyefin kölgəsi böyük sahəni tutaraq planalmaya pis təsir edir.

Təbiətdə müxtəlif əşya və hadisələr qarşılıqlı münasibətdədir və bundan

köməkçi əlamətlər meydana gəlir. Bunlar əşyaların deşifrlənmə vaxtı əsas

əlamətləri tamamlayır (məsələn: çayla yolun kəsişmə yerində körpü qeydə alınır,

tünd qara fonda ağ zolağın uzanması çayın axması ilə izah olunur və s.).

4. Deşifrlənmədə işlədilən cihaz və alətlər

Çöl şəraitində geoloji tədqiqat zamanı aerofotoşəkilləri deşifrləyərkən

güzgülü-linzalı stereoskop, aeroşəkilləri deşifrləyən lupa, etalon şəkillər, pərgar,

parallaksometr, tuş, karandaş, qələm, pampıq və s. cihaz alət və ləvazimadan

istifadə olunur.

5. Topoqrafik elementlərin deşifrlənməsi

Aerofotoşəkillərdə obyektlərin topoqrafik deşifrlənməsi dedikdə, onların ayrı-

ayrı topoqrafik əlamətlərinin şərti işarələri nəzərdə tutulur.

Aerofotoşəkillərdə göstərilən topoqrafik elementlərin xarakteristikası.

Relyef—aerofotoşəkillərdə əksərən vizual deşifrlənir.

Düzənliklər—kiçik relyeflə və nadir hallarda çay şəbəkəsi ilə xarakterizə

olunur. Bəzən isə onlarda nə relyef və nə də çay şəbəkəsi olmur ki, bu da

düzənliklərin monoton alınmasına səbəb olur. Təpəliklərlə xarakterizə olunan

düzənliklər kolluq və meşə ilə örtülür, bu isə deşifrlənmə vaxtı nəzərə alınmalıdır.

Çaylar, çay dərələri və digər elementlər deşifrlənərkən yamacın xarakteri, terraslar,

su ayrıcları və s. öyrənilməlidir. Çayların axma istiqamətinin təyin edərkən onlara

birləşən qolların tutduğu vəziyyət, çay dərələrinin getdikcə kiçilməsi və s.

əlamətlər nəzərə alınmalıdır.

Dağlıq relyef—müxtəlif yüksəklikdə olur, odur ki, yüksəkliklərin yamacları

dik, çay dərələri isə ensiz alınır. Dağlıq relyerfi deşifrlənərkən su ayrıclarının

formasına, yamaclara, dərələrə, uçqun sahələrinə diqqət yetirmək lazımdır.

Sulu sahələr—tünd və açıq rəngdə, məsələn, dərin və sakit su hövzələri—

Page 83: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 83

göllər, iri çaylar tünd və kiçik, dayaz hövzələr, çaylar isə açıq rəngdə göstərilir. İri

su hövzələrinin sahil xətti yaxşı seçilir. Dağ və səhra çayları açıq tonda əks olunur.

Çayların axım istiqamətinin təyini isə çox çətindir. Bunun üçün çaylarası

adacıqların formasından istifadə edilir. Belə ki, adaların iti ucu axın istiqamətində

yönəlir.

Meşələr—tünd dənəvər təsvirdə, ağac olmayan sahələr isə açıq rəngdə və düz

xətlə ayrılır.

Yaşayış məntəqələri—tikilməsindən asılı olaraq, həndəsi formalarda

deşifrlənir, tikilinin tipi, miqdarı və vəziyyəti ilə xarakterizə olunurlar. Adətən,

yaşayış məntəqələrinə əkin, bostan sahələri və bağlar birləşmiş olur və bu sahələr

açıq fonda qara nöqtələrlə göstərilir.

Yollar-—üxtəlif ölçülərdə, ağ xətlə verilir. Dəmir yollar şose yollarından düz

xətliliyi, dayanacaqlarda enişin genişlənməsi və yol kənarlarında yaşayış

məntəqələrinin olması ilə fərqlənir. Torpaq yollar əyriliyi və şaxələnməsi ilə

seçilir.

Körpülər—təsvir və kölgələrin eninin dəyişməsinə görə deşifrlənir.

Torpaq örtüyü—düzxətli sərhədlərlə ayrılır. Bataqlıqlar bozumtul tonda olub,

tünd ləkələrlə xarakterizə olunur.

6. Aerofotoşəkillərin geoloji deşifrlənməsi

Aerofotoşəkil materiallarını deşifrləyərkən elə obyektlər ayrılır ki, onları şərti

geoloji işarələrlə göstərmək mümkün olur. Aerofotoşəkillərin geoloji deşifrlənməsi

geoloqa aşağıdakı məsələləri həll etməyə imkan verir:

1. Müşahidə nöqtələrinin dəqiq və rasional yerləşdirməyə;

2. Yer səthinin adi geoloji müşahidələrlə müəyyən edilə bilməyən

xüsusiyyətlərinin öyrənməyə:

3. Bir neçə obyektdə eyni vaxtda tədqiqat aparmağa;

4. Marşurutlar üzrə və marşurutlararası sahələrdə geoloji və geomorfoloji

müşahidələr aparılmasına;

5. Tədqiq olunan yerin geoloji və geomorfoloji xüsusiyyətləri haqqında

vaxtından əvvəl məlumat əldə etməyə;

6. Tədqiq olunan yerin açıqlıq dərəcəsini müəyyən etməyə və s.

Geoloji xəritələrin dəqiq və düzgün tərtib olunmasında aerofotomaterialların

böyük əhəmiyyəti vardır.

7. Geoloji obyektlərin əksolunma dərəcəsi

Aerokosmik üsulların tətbiq olunma səmərəliyi rayonun təbii şəraitindən,

tədqiqat işinin vəzifəsindən asılıdır.

Rayonun yaxşı, orta, zəif və pis deşifrlənmə dərəcəsi dedikdə, geoloji

obyektlərin aerofotoşəkillərdə əks olunması nəzərdə tutulur. Geoloji əksolunma

Page 84: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 84

geoloji obyektlərin quruluşundan, relyefin xarakterindən, süxurların açıqlığından,

bitki və müasir kontinental tip törəmələrin örtüyündən və insan fəaliyyətinin

izindən asılıdır.

Relyef nə qədər sərt xarakterdə olursa, orada aeroüsulların tətbiqi də bir o

qədər səmərəli olur. Uzun müddət aşınma prosesinə məruz qalan düzən

vilayətlərdə isə aerokosmik üsullardan istifadə etmək səmərəli deyildir. Çünki

alınan aerofotoşəkillər monotonda olub çox pis deşifrlənir.

Süxurların açıqlıq dərəcəsi fotoşəkillərin deşifrlənməsində mühüm rol

oynayır. Deşifrlənmə ilə süxurların açıqlıq dərəcəsi arasında birbaşa asılılıq vardır.

Lakin bəzən yaxşı açıq olan rayonlar fiziki-coğrafi landşaftla xarakterizə

olunmadığı üçün pis deşifrlənən rayonlar qrupuna aid edilir. Çünki fiziki-coğrafi

landşaftların əlamətlərini əks etdirən materiallar olmadıqda süxurların açıqlığını

aerofotoşəkillərdə öyrənmək çətin olur.

Rayonun geoloji quruluşunun xüsusiyyəti aerokosmik üsulların tətbiq olunma

səmərəsinə əsasən təsir göstərir. Tektonik quruluşca mürəkkəb və süxurların

litaloji tərkibi müxtəlif olan rayonlar aeroüsullarla öyrənilərkən daha yaxşı nəticə

verir.

Bitki örtüyü geoloji strukturların öyrənilməsinə iki cür təsir edir. Bir tərəfdən

bitki örtüyü geoloji strukturları basdırır və onları yaxşı deşifrlənməyə imkan

vermir, digər tərəfdən isə bitki örtüyü ilə süxurların tərkibi arasında qarşılıqlı əlaqə

vardır ki, bu da geoloji quruluşu deşifrləməyə imkan verir.

Qırılma xətti boyu bitkilərin növ tərkibi dəyişilir ki, bu da torpağın

nəmlənməsi ilə əlaqələndirilir. Bitki örtüyü düz ştokları ilə əlaqədar strukturları

deşifrləndikdə yaxşı nəticə verir. Düz ştokları üzərində bitki növü xüsusi kimyəvi

tərkib ilə xarakterizə olunur. Həmin bitkilər ovalşəkilli formada düz ştoklarını

əhatə edir ki, bu da aerofotoşəkillərdə yaxşı deşifrlənir.

Müasir kontinental tip törəmələr (delüvial, ellüvial, eol və s.) süxurlar əksər

hallarda örtür. Lakin bəzi rayonlarda aerofotoşəkillərdə qum çöküntülərinin altında

gizlənən süxurlar yaxşı təsvir edilir. Ellevial torpaqların altında olan süxurların

tərkib və strukturu da pis əks olunmur.

Kimyəvi aşınma geniş yayılan rayonların torpaqları süxurların xassələrini

özündə pis saxlayır. Subtropik zonalarda da süxurların torpağa təsiri yox

dərəcəsindədir. Quru iqlimdə torpaq əmələgəlmə prosesi zəif getdiyi üçün süxurlar

aerofotoşəkillərdə yaxşı təsvir edilir.

Delüvial və eluvial örtüklərin qalınlığı da süxurların aerofotoşəkillərdə əks

olunmasına təsir edir. Allüvial-delüvial törəmələrin qalınlığı az olduqda süxurların

əksolunma dərəcəsinə, demək olar ki, maneçilik törətmir.

İnsan fəaliyyətinin izləri. Torpağın şumlanması və əkilməsidə geoloji

Page 85: Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015geofizik.com/Upload/PDF/Struktur geologiya .pdfDesign by Ali Agakishiyev 3 muqayisə yolu ilə yanaılır.Yəni,cisim

Design by Ali Agakishiyev 85

strukturların dəqiq təsvirinə mənfi təsir edir. Torpaqların sistematik əkinə

hazırlanması əksər deşifrlənmə əlamətlərini məhf edir.

8. Deşifrlənmə əlamətləri

Geoloji deşifrlənmədə həm əsas, həm də köməkçi əlamətlərdən istifadə edilir.

Aerofotoşəkillərdə geoloji deşifrlənmənin mürəkkəbliyi obyektlərin müxtəlifliyi və

təsvirlərin dəyişkənliyi ilə izah olunur.

Əsas geoloji deşifrlənmə əlamətlərinə: həndəsi forma, ölçü, ton (rəng),relyef

səthinin şəkli və mikrorelyef daxildir. Həndəsi əlamət dedikdə, sərhədlərin

xarakteri, sahənin konfiqurasiyası, formanın həcmi nəzərdə tutulur. Obyektlərin

ölçülərinin təyini topoqrafik deşifrlənmədə olduğu kimidir.

Yer səthindəki müxtəlif rəngli süxurlar bu və ya digər forma və dərəcədə

geoloji obyektlərin aerofotoşəkillərdəki təsvirlərində öz rəngini əks etdirir.

Aeromateriallarda relyefin şəkli geoloji quruluşa və geomorfoloji xüsusiyyətlərə

tamamilə tabe olur. Əksər hallarda aerofotoşəkillərdə özünəməxsus və yaxşı

göstərilən relyef struktur xüsusiyyətlərlə, süxurların litoloji tərkibi, fiziki

xüsusiyyətləri və ya genetik formalaşma şəraiti ilə əlaqədardır.

Relyef şəklinin xüsusiyyətləri tək kompleks süxurlarla deyil, həm də ayrı-ayrı

çat və horizontlarla (mikrorelyeflə) xarakterizə olunur.

Köməkçi geoloji əlamətlərə isə bitki örtüyünün xarakteri, rəng, torpaq,

relyefin xüsusiyyətləri, torpağın nəmliliyi və s. aid edilir.

9. Rəngli aerofotoşəkillərin tətbiqi

Rəngli aerofotoşəkillərin çəkilməsi Yer səthinin və eləcə də süxurların

rənginin tamamilə real əks etdirir. İri miqyaslı aeroplanalmada rəngli

aerofotoşəkillərin çəkilməsi daha yaxşı nəticə verir (1:15000; 1:5000 və 1:3000).

Rəngli aerofotoşəkillər adi aerofotoşəkillərdən özünün bir neçə üstünlüyü ilə

fərqlənir. Rəngli aerofotoşəkillər, xüsusilə süxurların yaxşı açıqlığı olan

sahələrində yüksək səmərəlidir.

Rəngli aerofotoşəkillərdə rənginə görə yaxşı seçilən laylardan birini «markir»

qəbul etməklə geoloji strukturu yaxşı deşifrələmək mümkündür.Rəngli

aerofotoşəkillər geoloji obyektlərin təsvirini təbii şəkildə əks etdirir. Buna kağızın

keyfiyyəti, çəkilən şəkillərin çıxarılma texnologiyası və aeroplanalmanın apardığı

şərait də təsir göstərir.

Aerofotoşəkillərin səmərəliliyini yüksəltmək üçün spektrozonal fotoqrafiya

üsulu işlədilir. Bu üsul rənginə görə çox az fərqlənən təbii obyektlərin təsvirini çox

yaxşı verir.