h t -2015-ci ill 2014- rzind icra v ziyy ti bar d t dbirin...
TRANSCRIPT
1
Əlavə 20
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın
həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nın 2014-cü il ərzində icra vəziyyəti barədə
MƏLUMAT
Sıra
№-si
Tədbirlərin adı
İcraçı
təşkilatlar
İcra
müddəti
(illər
üzrə)
İcra vəziyyəti
Tədbirin icrasının
qiymətləndirilməsi
Tədbirin qismən
icra edilməsi və
ya icra
edilməməsinin
səbəbləri
Tam
icra
olunub
Qismən
icra
olunub
İcra
olunma-
yıb
4.1.2 Dövlət qulluğu sahəsində islahatların sürətləndirilməsi
4.1.2.1 Dövlət qulluğunun idarə edilməsi sisteminin təkmilləşdirilməsi
4.1.2.1.2 Dövlət qulluğuna
dair qanunvericiliyin
məcəllələşdirilməsi
DQMK,
ƏN,
müvafiq
mərkəzi
icra
hakimiyyəti
orqanları
2011-
2015
Dövlət qulluğuna dair qanunvericiliyin
məcəllələşdirilməsi ilə bağlı tədbirlər
davam etdirilmişdir. Dövlət qulluğuna dair
qanunvericiliyin məcəllələşdirilməsində
əsas məqsəd dövlət qulluğu sahəsində
münasibətləri tənzimləyən qanunvericiliyin
təkmilləşdirilməsi və bu sahədə normativ
hüquqi aktların sistemləşdirilməsidir.
Hazırlanmış “Dövlət Qulluğu məcəllə-
si”nin layihəsi rəy və təkliflərin
öyrənilməsi üçün bütün mərkəzi icra
hakimiyyəti orqanlarına göndərilmişdir.
Dövlət orqanlarından layihə ilə bağlı
Komissiyaya daxil olmuş rəy və təkliflər
ümumiləşdirilmiş və təhlil edilmişdir.
“Dövlət Qulluğu məcəlləsi” layihəsinin
son variantı rəy və təkliflərin öyrənilməsi
üçün mərkəzi icrahakimiyyəti orqanlarına,
+
2
Dövlət İdarəçilik Akademiyasına və
Apelyasiya məhkəmələrinə yenidən
göndərilmişdir. Eyni zamanda “Dövlət
Qulluğu Məcəlləsi”nin layihəsinin son
versiyası həm Komissiyanın rəsmi internet
saytının (www.dqmk.gov.az) “Qanunve-
ricilik və digər aktlar” bölməsinin
“Normativ hüquqi aktların layihələri”
altbölməsində, həm də “Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və
mərkəzi icra hakimiyyəti orqanlarının
hazırladıqları normativ hüquqi aktların
layihələri” portalında yerləşdirilərək
ictimai müzakirəyə təqdim edilmişdir.
Həmçinin 24 dekabr 2014-cü il tarixdə
Komissiya tərəfindən “Dövlət Qulluğu
Məcəlləsi” layihəsinin ictimai müzakirəsi
keçirilmişdir. Yığıncaqda tədbir iştirakçı-
ları tərəfindən məcəllənin maddələri ilə
bağlı bir sıra təkliflər irəli sürülmüşdür.
Məcəllə layihəsinə dair verilmiş rəy və
təkliflər nəzərə alınmaqla layihənin son
versiyası 30 dekabr 2014-cü il tarixli
01/03-07/2296 nömrəli məktubla Azərbay-
can Respublikasının Nazirlər Kabinetinə
təqdim edilmişdir.
4.1.2.1.4 Azərbaycan
Respublikasının
Prezidenti yanında
Dövlət Qulluğu
Məsələləri üzrə
Komissiyanın
strukturunun
qanunvericiliklə
NK, MN,
DQMK
2011 Komissiyanın strukturunun
təkmilləşdirilməsi üçün ştat vahidinin
artırılması məqsədilə müvafiq sənədlər
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə göndərilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 11 aprel tarixli
377 nömrəli “Azərbaycan Respublikasının
+
3
Komissiyaya həvalə
edilmiş yeni
funksiyalara uyğun
olaraq
təkmilləşdirilməsi
Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyanın fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 15
sentyabr tarixli 1005 nömrəli
Sərəncamında dəyişikliklər edilməsi
barədə” Sərəncamı ilə Komissiyanın
işçilərinin ümumi say tərkibi 15 ştat vahidi
artırılmışdır. Komissiyanın strukturu
təkmilləşdirilərək onun Aparatında 4 şöbə,
2 müstəqil sektor yaradılmışdır. Yaradılmış Hüquq şöbəsi iki
sektordan ibarətdir. Normativ hüquqi
aktların layihələrinin hazırlanması və
dövlət qulluğuna dair qanunvericiliyin
dövlət orqanlarında düzgün tətbiq
edilməsinin təmin edilməsi məqsədilə
həmin şöbənin tərkibində Normativ-hüquqi
aktların layihələrinin hazırlanması və
qanunvericiliyin tətbiqinə nəzarət sektoru
yaradılmışdır. Eyni zamanda,
Komissiyanın dövlət qulluqçularının etik
davranış qaydalarına nəzarət orqanı
funksiyalarını həyata keçirdiyini, dövlət
qulluqçuları barəsində keçirilən xidməti
fəaliyyətin qiymətləndirilməsini əlaqələn-
dirdiyini və bu sahələrdə maarifləndirmə
işini həyata keçirdiyini nəzərə alaraq
Hüquq şöbəsinin tərkibində Dövlət
qulluqçularının etik davranışına nəzarət və
xidməti fəaliyyətinin qiymətləndirilməsi
sektoru da yaradılmışdır.
Yaradılmış digər şöbə İnsan
resurslarının idarə edilməsi və dövlət
qulluğuna kadrların seçilməsi şöbəsidir.
4
Həmin şöbənin tərkibində təşkil olunmuş
İnsan resurslarının idarə edilməsi
sektoruna “Dövlət qulluqçularının
reyestri”nin aparılması işi həvalə
edilmişdir ki, bununla da qeyd edilən
reyestrin səmərəli idarə edilməsi təmin
olunacaqdır.
Yaradılmış digər şöbə İnformasiya
texnologiyaları və proqram təminatı
şöbəsidir.
Dövlət qulluğuna müsabiqə əsasında
qəbulun ilk mərhələsi test imtahanı
mərhəlisidir. Test imtahanın daha yüksək
səviyyədə keçirilməsinin təşkil edilməsi,
test tapşırıqlarının hazırlanması,
ekspertizasının həyata keçirilməsi və test
tapşırıqları bazasının formalaşdırılması
məqsədi ilə həmin şöbənin tərkibində Test
tapşırıqları bazasının yaradılması və
ekspertizası sektoru yaradılmışdır.
4.1.2.1.5. Dövlət
qulluqçularının
xidməti fəaliyyətinin
qiymətləndirilməsi-
nin həyata
keçirilməsinin təmin
edilməsi
DQMK,
KQMK
2011-
2015
Komissiyanın 2014-cü il 10 fevral tarixli
021-Q nömrəli Qərarı ilə “Dövlət
qulluqçusunun xidməti fəaliyyətinin
qiymətləndirilməsi Qaydaları” təsdiq
edilmiş və Azərbaycan Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilmişdir. Qeyd edilən Qaydalar “Dövlət
qulluğu haqqında” Azərbaycan Respubli-
kası Qanununun 30.1-ci maddəsinə əsasən
hazırlanmışdır və inzibati vəzifələrin
üçüncü-yeddinci təsnifatlarına uyğun olan
inzibati vəzifələri tutan dövlət qulluqçusu-
nun xidməti fəaliyyətinin qiymətləndiril-
məsi qaydalarını müəyyən edir.
+
5
Dövlət orqanlarının fəaliyyətində
səmərəliliyin artırılması məqsədi ilə dövlət
qulluqçularının xidməti fəaliyyətinin
qiymətləndirilməsinin qanunvericiliyin
tələblərinə uyğun və peşəkar şəkildə apa-
rılması üçün Komissiya tərəfindən 2014-cü
il mayın 21-də 22 dövlət orqanı üzrə dövlət
qulluqçularının xidməti fəaliyyətinin
qiymətləndirilməsini aparacaq 26 nəfər
məsul şəxsə, iyunun 3 və 4-də 32 dövlət
orqanı üzrə qiymətləndirməni həyata
keçirəcək struktur bölmə rəhbərləri və
qiymətləndirmənin tətbiqinə məsul olan
ümumilikdə 58 nəfər dövlət qulluqçusuna,
iyunun 25-də Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsi ilə birgə Dövlət
Statistika Komitəsi, Müdafiə Sənayesi
Nazirliyi və Nazirlər Kabineti yanında
İçərişəhər Dövlət Tarix-memarlıq Qoruğu
İdarəsinin struktur bölmə rəhbərləri və
qiymətləndirmənin tətbiqinə məsul olan
ümumilikdə 17 nəfər dövlət qulluqçusuna,
12 dekabr tarixdə Ədliyyə
Akademiyasında Ədliyyə qurumlarında
rəhbər vəzifələrdə qulluq keçən ədliyyə
orqanlarının işçiləri üçün “Dövlət
qulluqçularının xidməti fəaliyyətinin
qiymətləndirilməsi” mövzusunda, 17
dekabr tarixdə Rabitə və Yüksək
Texnologiyalar Nazirliyində nazirliyin
mərkəzi aparatı üzrə şöbə müdiri və sektor
müdiri vəzifəsində qulluq keçən, habelə
kadr məsələlərinə məsul olan dövlət
qulluqçuları üçün “Dövlət qulluqçusunun
xidməti fəaliyyətinin qiymətləndirilməsi
6
qaydaları” mövzusunda, 18-19 dekabr
tarixlərində 23 məhkəmə və 26 yerli icra
hakimiyyəti orqanlarının Aparatlarında
inzibati vəzifələrin beşinci-yeddinci
təsnifatlarında qulluq keçən 52 nəfər gənc
dövlət qulluqçusuna “Dövlət qulluqçula-
rının xidməti fəaliyyətinin qiymətlən-
dirilməsi” mövzusunda təlimlər
keçirilmişdir. Təlimlərdə dövlət
qulluqçusunun xidməti fəaliyyətinin qiy-
mətləndirilməsinin aparılması prosesi,
qiymətləndirmə üzrə hüquq və vəzifələr,
qiymətləndirmənin nəticələri üzrə tətbiq
edilən tədbirlər və digər mövzular əhatə
edilmişdir. Ümumilikdə hesabat dövrü
ərzində 60 dövlət orqanında çalışan 150-
dən çox dövlət qulluqçusuna xidməti
fəaliyyətin qiymətləndirilməsi ilə bağlı
təlim keçirilmişdir.
Dövlət qulluqçularının xidməti
fəaliyyətin qiymətləndirilməsinin 40
mərkəzi, 80 yerli icra hakimiyyəti
orqanlarında və 102 məhkəmə orqan-
larında tətbiqi təmin olunmuşdur.
4.12.1.6. Dövlət
Qulluqçularının
Reyestrinin
aparılması işinin
təkmilləşdirilməsi
DQMK,
bütün
digər
dövlət
orqanları
2011-
2015
Dövlət Qulluqçuları Reyestri
İnformasiya Sisteminin (DQRİS) verilənlər
bazasının formalaşdırılması 2014-ci ildə
yekunlaşmış və il ərzində dövlət
orqanlarının strukturu ilə Reyestrdə əks
olunan strukturun uyğunluğu təmin
olunmuşdur. Hesabat ili ərzində dövlət
orqanlarının strukturunun Reyestrdəki
strukturla uyğunluğu təmin olunmuşdur.
Ümumilikdə 219 dövlət orqanı, o
+
7
cümlədən 44 mərkəzi icra hakimiyyəti
orqanı, 79 yerli icra hakimiyyəti orqanı, 96
məhkəmə hakimiyyəti orqanlarının
strukturu və ştat cədvəli üzrə dövlət
qulluqçuları barədə məlumatlar
yoxlanılmışdır. Hal-hazırda dövlət
qulluğunda vəzifə tutan 21563 dövlət
qulluqçusu, o cümlədən mərkəzi icra
hakimiyyəti orqanları üzrə 12070, yerli
icra hakimiyyəti orqanları üzrə 8069,
məhkəmələr üzrə isə 1424 dövlət
qulluqçusu barədə məlumatlar Reyestrdə
öz əksini tapmışdır. Əvvəllər dövlət
orqanlarında çalışmış və indi dövlət
qulluqçusu vəzifəsi tutmayan 10112 dövlət
qulluqçusu barədə məlumatlar isə DQRİS-
in arxiv bazasında toplanılıb və bu bazanın
yoxlanılması üzrə işlər davam etdirilir.
4.1.2.1.7.
Dövlət orqanlarında
etik davranış
qaydalarının tətbiqi
vəziyyətinin
ümumiləşdirilmiş
nəticələrinin illik
müzakirələrinin
keçirilməsi
DQMK,
bütün
dövlət
orqanları
2011-
2015
2014-cü il 18 fevral tarixdə “Komissiyanın
2013-cü il üzrə illik fəaliyyəti və etik
davranış qaydalarına əməl edilməsi
vəziyyəti barədə hesabatları” mövzusunda
qeyri-hökumət təşkilatlarının nümayəndə-
ləri ilə dəyirmi masa keçirilmişdir.
Tədbirdə dövlət qulluqçularının etik
davranış qaydaları sahəsində mövcud
vəziyyət, Komissiya tərəfindən etik
davranış qaydaları üzrə həyata keçirilən
nəzarət və maarifləndirmə tədbirləri barədə
müzakirələr aparılmışdır.
23 iyun 2104-cü ildə Komissiya, Binəqədi
Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan
Partiyası Binəqədi Rayon Təşkilatı,
Binəqədi Rayon Gənclər və İdman İdarəsi
+
8
və Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası ilə
birgə “Dövlət qulluğu və dövlət
qulluqçuları üçün etik davranış qaydaları”
mövzusunda müzakirələr keçirilmişdir.
“Dövlət qulluqçularının etik davranış
qaydaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən
edilmiş etik davranış qaydalarına əməl
edilməsi vəziyyəti ilə bağlı Komissiyada
iclas keçirilmişdir. İclasda Komissiyada
qulluq keçən dövlət qulluqçuları tərəfindən
2014-cü il üzrə etik davranış qaydalarına
əməl edilməsi vəziyyəti təhlil edilmişdir.
4.1.2.2. Dövlət qulluğuna qəbul mexanizminin təkmilləşdirilməsi
4.1.2.2.1. Dövlət qulluğuna
qəbula dair
qanunvericiliyin
təkmilləşdirilməsi
DQMK,
ƏN
2011-
2015
Dövlət qulluğuna qəbul sahəsində
Komissiyanın təcrübəsi, sistemin güclü və
zəif cəhətləri, qabaqcıl beynəlxalq təcrübə
nəzərə alınmaqla “Dövlət qulluğu
məcəlləsi”nin layihəsində dövlət qulluğuna
qəbulun təkmilləşdirilməsi məqsədi ilə
əlavə müddəalar nəzərdə tutulmuşdur.
Dövlət qulluğuna qəbulun müsabiqə və
müsahibə əsasında həyata keçirilməsi
prosesi yenidən işlənilərək daha da
təkmilləşdirilmişdir.Yerli icra hakimiyyəti
orqanlarında vakant dövlət qulluğu
vəzifələrinə qəbulun həyata keçirilməsi
qaydaları və şərtləri təkmilləşdirilmişdir.
Dövlət qulluğuna qəbulun şəffaflığı, o
cümlədən dövlət qulluğunda daha yüksək
vəzifələrin şəffaf və bərabərlik prinsipləri
əsasında tutulmasının təmin edilməsi
məqsədilə “Dövlət qulluğu Məcəlləsi”
+
9
layihəsində inzibati vəzifələrin üçüncü və
dördüncü təsnifatlarına uyğun olan
vəzifələrin müsahibə əsasında tutulması
qaydası müəyyən edilmişdir. 4.1.2.2.2. Qanunvericiliklə
müəyyən edilmiş
şərtlərə uyğun olaraq
dövlət qulluğu
vəzifələri üzrə vəzifə
təlimatlarının
hazırlanmasının başa
çatdırılması
DQMK,
müvafiq
mərkəzi və
yerli icra
hakimiyyəti
orqanları
2011-
2013 Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 17 sentyabr tarixli
143 nömrəli Qərarı ilə təsdiq edilmiş
“İnzibati vəzifələrin beşinci-yeddinci
təsnifatlarına uyğun olan vakant vəzifələrin
tutulmasının Ümumi Şərtləri”nə əsasən
hesabat dövrü ərzində Komissiya
tərəfindən dövlət orqanlarında inzibati
vəzifələrin beşinci-yeddinci təsnifatlarına
aid olan vəzifələr üzrə formalaşdırılmış
vahid məlumat bazası təkmilləşdirilmişdir.
Bəzi dövlət orqanlarında struktur
dəyişikliklərinin aparılması, dövlət qul-
luğuna qəbulla bağlı keçirilmiş müsabiqə
və müsahibələrin nəticələrinin təhlili,
dövlət orqanlarının kadr tələbatının
dəyişməsi və digər bu kimi hallar nəzərə
alınaraq bir sıra dövlət orqanları üzrə
“Təşkilati-hüquqi sənədlər və inzibati
vəzifələr haqqında Məlumat Toplusu”na
zəruri əlavə və dəyişikliklər edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin və Ali Attestasiya
Komissiyasının Məlumat Topluları
hazırlanaraq razılaşdırılmaya təqdim
edilmişdir. Əlavə olaraq İqtisadiyyat və
Sənaye Nazirliyində, Energetika
Nazirliyində, Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət
+ Dövlət orqanla-
rında baş vermiş
struktur dəyişik-
liyi
10
Agentliyində, Maliyyə Nazirliyində,
Alternativ və Bərpa Olunan Enerji
Mənbələri üzrə Dövlət Agentliyində baş
vermiş struktur dəyişikliyi nəzərə alınmış,
vəzifə təlimatlarının təkmilləşdirilməsi
aparılmışdır.
4.1.2.3. Dövlət qulluqçularının sosial müdafiəsi sisteminin gücləndirilməsi
4.1.2.3.1. Dövlət
qulluqçularının
əməyin ödənilməsi
sisteminin
təkmilləşdirilməsi,
onların fəaliyyətinin
nəticələrinə
əsaslanan
həvəsləndirilmə
sisteminin
yaradılması
NK,
DQMK,
MN,
ƏƏSMN
2011-
2015 Tədbirin icrası ilə bağlı Komissiyanın,
Maliyyə Nazirliyinin və Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin
nümayəndələrindən ibarət işçi qrupu
yaradılmışdır və işçi qrupunun 2014-cü il
12 mart tarixdə görüşü keçirilmişdir.
Görüşdə dövlət qulluqçularının əməyinin
ödənilməsi və mükafatlandırılması
sisteminin təkmilləşdirilməsi ilə bağlı
Komissiya tərəfindən hazırlanmış təkliflər
müzakirə edilmişdir. Müzakirələrin
nəticəsi nəzərə alınaraq hazırda təkliflər
üzərində işçi qrup tərəfindən işlər davam
etdirilir.
Komissiyanın 2014-cü il 10 fevral tarixli
021-Q nömrəli Qərarı ilə təsdiq edilmiş
“Dövlət qulluqçusunun xidməti
fəaliyyətinin qiymətləndirilməsi Qayda-
ları”nda dövlət qulluqçusunun xidməti
fəaliyyətinin qiymətləndirilməsinin nəti-
cəsi əsasında onun barəsində həvəslən-
dirmə tədbirlərinin görülməsi nəzərdə
tutulmuşdur. Bu tədbirlərə uyğun olaraq
dövlət qulluqçusunun xidməti fəaliyyətinin
nəticəsindən asılı olaraq onun fərdi
qaydada mükafatlandırılması və yaxud
vəzifə maaşına əlavələrin müəyyən
+
11
edilməsi mümkün olacaq.
4.1.2.3.2. Dövlət
qulluqçularının
özlərinin və ailə
üzvlərinin dövlət
hesabına icbari tibbi
sığortasının tətbiqi
istiqamətində zəruri
tədbirlərin həyata
keçirilməsi
NK,
DQMK,
MN,
ƏƏSMN
2011-
2015
“Dövlət qulluqçularının icbari sığortası
haqqında” Azərbaycan Respublikasının
Qanunu “Dövlət qulluqçularının icbari
sığortası haqqında” Azərbaycan
Respublikası Qanununun ləğv edilməsi
barədə” Azərbaycan Respublikasının
2014-cü il 4 aprel tarixli 933-IVQ nömrəli
Qanunu ilə qüvvədən düşmüşdür. Dövlət
qulluqçularının icbari sığortası ilə bağlı
məsələlərin tənzimlənməsinin “İcbari
sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq
həyata keçirilməsi nəzərdə tutulur.
+
4.1.2.4. Dövlət qulluqçularının əlavə peşə sisteminin inkişaf etdirilməsi
4.1.2.4.1 Dövlət
qulluqçularının
əlavə peşə təhsili
sahəsində
qanunvericiliyin
təkmilləşdirilməsi
NK,
DQMK,
ƏN
2011-
2012
2013-cü ildə dövlət qulluqçularının əlavə
təhsilini tənzimləyən qaydaların
təkmilləşdirilməsi məqsədi ilə “Dövlət
qulluğu haqqında” Azərbaycan
Respublikası Qanununda dövlət
qulluqçularının təlim keçməsi məsələləri
ilə bağlı dəyişikliklər edilməsi barədə
qanun layihəsi hazırlanmışdır. Layihəyə
əsasən “Dövlət qulluğu haqqında”
Azərbaycan Respublikası Qanununa 22-2-
ci maddənin (Maddə 22-2. Dövlət
qulluqçusunun təlim keçməsi) əlavə
edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən
maddəyə əsasən dövlət qulluqçularının
təlim keçməsinin məqsədi, qısa-müddətli
təlimlərin keçirilmə qaydası, dövlət
qulluqçularının təlim tələbatlarının
öyrənilməsi qaydasının müəyyən edilməsi,
+
12
dövlət qulluqçularının qısamüddətli
təlimlərdə iştirakı üçün əsaslar, ilk dəfə
inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul
edilən şəxslərin, habelə ilk dəfə inzibati
vəzifələrin üçüncü-yeddinci təsnifatları
üzrə rəhbər vəzifələrə təyin edilən dövlət
qulluqçularının xüsusi təlim kurslarından
keçməsinin hüquqi əsaslarının müəyyən
edilməsi nəzərdə tutulmuşdur. Layihə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim edilmişdir.
Eyni zamanda “Dövlət qulluqçusunun
əlavə təhsilinin növü, forması, müddəti və
maliyyə təminatı Qaydaları”na dair
təkliflər təqdim edilmişdir. Təqdim edilmiş
təkliflərlə qeyd edilən qaydaların
təkmilləşdirilməsi, həmin qaydaların
“Təhsil haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə
uyğunlaşdırılması təmin olunacaqdır. Eyni
zamanda layihədə dövlət qulluqçuları üçün
əlavə təhsil istiqaməti olaraq ixtisasartırma
ilə yanaşı staj keçmə və təkmilləşdirmə də
nəzərdə tutulmuşdur.
Komissiya tərəfindən hazırlanan “Dövlət
qulluğu məcəlləsi” layihəsində dövlət
qulluqçularının əlavə peşə təhsili ilə bağlı
xüsusi fəsil nəzərdə tutulmuşdur. Həmin
fəsildə əlavə təhsilin məqsədi və onun
növləri, forması, həyatakeçirilməsi (təşkili)
və maliyyə təminatı ilə bağlı müddəalar
nəzərdə tutulmuşdur.
Hesabat dövrü ərzində Təlim
Mərkəzinin yaradılması məqsədi ilə
hazırlanmış sənəd layihələrinə dair Əmək
13
və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə,
Maliyyə və Təhsil nazirliklərinin rəy və
təklifləri nəzərə alınaraq müvafiq hüquqi
akt layihələri yenidən işlənərək 10 noyabr
2014-cü il tarixli 01/03-07/1829 nömrəli
məktubla Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim edilmişdir.
4.1.2.4.2 Dövlət qulluqçularının
əlavə peşə təhsili
ehtiyaclarının
müəyyən edilməsi
mexanizminin
hazırlanması
DQMK,
müvafiq
icra
hakimiyyəti
orqanları
2011-
2012 Nəzərdə tutulmuş tapşırıqlar 4.1.2.4.1-ci
bənddə qeyd olunan təkliflərdə öz əksini
tapmışdır.
“Dövlət qulluğu məcəlləsi” layihəsində
xidməti fəaliyyətin qiymətləndirilməsi
nəticəsində dövlət qulluqçusunun mütləq
qaydada peşə hazırlığına və ixtisasının
artırılmasına cəlb edilməsi nəzərdə
tutulmuşdur.
“Dövlət qulluğu məcəlləsi” layihəsində
rəhbər vəzifə tutan dövlət qulluqçularının
idarəetmə və komanda qurmaq və s.
məsələlər üzrə, ilk dəfə dövlət qulluğuna
qəbul edilmiş şəxslərin isə dövlət
qulluğuna dair qanunvericiliyin tətbiqi,
etik davranış, maraqlar toqquşması,
korrupsiyaya qarşı mübarizə və s.
məsələlər üzrə peşə hazırlığına və
ixtisasının artırılmasına cəlb edilməsi
nəzərdə tutulmuşdur.
“Dövlət qulluğu məcəlləsi” layihəsində
dövlət qulluqçusunun əlavə təhsilinin
maliyyələşdirilməsi məqsədilə hər il
müvafiq dövlət orqanı üçün nəzərdə
tutulmuş büdcənin 2 faizi məbləğində
həmin orqan üçün pul vəsait ayrılması
müəyyən edilmişdir.
Komissiyanın 2014-cü il 10 fevral tarixli
+
14
021-Q nömrəli Qərarı ilə təsdiq edilmiş
“Dövlət qulluqçusunun xidməti
fəaliyyətinin qiymətləndirilməsi
Qaydaları”nda xidməti fəaliyyətin
qiymətləndirilməsinin nəticəsində dövlət
qulluqçusunun xidməti fəaliyyətinin
təkmilləşdirilməsi üçün təlim tələbatlarının
müəyyən edilməsi və təlimlərə cəlb
edilməsi nəzərdə tutulmuşdur.
4.1.2.4.3 Dövlət qulluqçuları
üçün ümumi
kitabxananın
yaradılması
NK,
DQMK
2011-
2013 Komissiyada dövlət qulluğu və idarəetmə
sahəsi üzrə kitabxana fondu yaradılmışdır.
Lakin kitabxana fondunun daha səmərəli
idarə olunması və geniş miqyaslı
auditoriyanı əhatə etməsi üçün onun
yerləşəcəyi müvafiq sahəyə və fəaliyyətinə
məsul ştat vahidinin olmasına ehtiyac
vardır.
Qeyd edilənləri nəzərə alaraq Komissiya
tərəfindən yaradılması nəzərdə tutulan
dövlət qulluqçuları üçün ixtisaslaşmış
Təlim Mərkəzinin nəzdində dövlət
qulluqçuları üçün ümumi kitabxananın
fəaliyyət göstərməsi, Komissiyanın yeni
inşa ediləcək inzibati binasının layihəsində
binanın birinci mərtəbəsində kitabxananın
yerləşdirilməsi və Təlim Mərkəzinin ştat
cədvəlində kitabxananın fəaliyyətinə məsul
olan 1 ştat vahidinin təsis edilməsi ilə bağlı
2013-cü ildə təkliflər hazırlanaraq Nazirlər
Kabinetinə təqdim edilmişdir.
Kitabxananın əlavə olaraq elektron
kitabxana və resurs mərkəzi kimi fəaliyyət
göstərməsi də nəzərdə tutulur.
Əlavə olaraq bildiririk ki, hesabat dövrü
+ Komissiyanın
hazırda icarəyə
götürdüyü
binasında
kitabxananın
yerləşdirilməsi
üçün şəraitin
olmaması
15
ərzində Komissiyanın kitabxana fonduna
dövlət qulluğu və insan resurslarının idarə
edilməsi üzrə yeni kitablar alınmışdır.
4.1.2.5. Dövlət qulluğu sahəsində təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi
4.1.2.5.1 Vətəndaş cəmiyyətinin
inkişaf etdirilməsi ilə
bağlı ali təhsil
müəssisələrinin yuxarı
kurs tələbələri ilə
görüşlərin keçirilməsi,
QHT sektoru, KİV ilə
əlaqələrin
genişləndirilməsi
DQMK,
müvafiq
mərkəzi və
yerli icra
hakimiyyəti
orqanları
2011-
2015 Vətəndaş cəmiyyətini Komissiyanın
fəaliyyəti və dövlət qulluğu sahəsində
aparılan islahatlarla yaxından tanış etmək,
qeyd edilən sahələrə ictimai nəzarəti
artırmaq məqsədi ilə hesabat dövrü ərzində
bir sıra tədbirlər görülmüşdür. Dövlət
qulluğuna qəbulla bağlı keçirilən
müsabiqələrin test imtahanı və müsahibə
mərhələlərində Komissiyanın dəvəti ilə
qeyri-hökumət təşkilatları və media
nümayəndələri müşahidəçi kimi iştirak
etmişlər. Eyni zamanda vətəndaş cəmiyyəti
üzvləri vakant dövlət qulluğu vəzifələrinin
tutulması üçün keçirilən müsahibələrdə
qrup üzvü kimi iştirak edərək dövlət
qulluğuna kadrların seçilməsi prosesində
qərarların qəbuluna cəlb edilmişlər.
18 fevral tarixdə “Komissiyanın 2013-cü il
üzrə illik fəaliyyəti və etik davranış
qaydalarına əməl edilməsi vəziyyəti barədə
hesabatları” mövzusunda dəyirmi masa
təşkil edilmişdir. Tədbirdə Azərbaycanda
fəaliyyət göstərən qeyri-hökumət
təşkilatlarının nümayəndələri və müstəqil
ekspertlər iştirak etmişlər. Dəyirmi
masanın keçirilməsində məqsəd 2013-cü il
ərzində Komissiyanın fəaliyyəti və dövlət
qulluqçularının etik davranış qaydalarına
riayət etməsi vəziyyəti barədə tədbir
iştirakçılarını, eləcə də ictimaiyyəti
+ Mütəmadi
həyata keçirilir
16
məlumatlandırmaq, Komissiyanın
fəaliyyəti və dövlət qulluqçularının etik
davranış məsələləri üzrə ictimai rəyi
öyrənmək olmuşdur. Tədbir Azərbaycan,
İctimai və Space televiziya kanalları,
YurdTV, APATV və SƏSTV onlayn
televiziya kanalları, AzərTAC, Trend,
APA, TheFirstNews, SalamNews və Səs
İnformasiya Agentlikləri, “Azərbaycan”,
“Xalq qəzeti” və “Palitra” qəzetləri, habelə
Komissiyanın rəsmi internet saytı və
Facebook sosial şəbəkəsindəki səhifəsi
vasitəsilə ictimaiyyətə çatdırılmışdır.
Komissiyanın əməkdaşları 27 fevral
tarixdə Azərbaycan Diplomatik
Akademiyasında “ADA karyera həftəsi”
mövzusunda əmək sərgisində, 6 may
tarixdə Azərbaycan Texniki
Universitetində “Karyerada ilk addım”
mövzusunda əmək yarmarkasında və 23
may tarixdə Azərbaycan Dövlət İqtisad
Universitetində “Məzun – 2014”
Respublika əmək yarmarkasında iştirak
etmişlər.
8-10, 22 aprel tarixlərində Azərbaycan
Dövlət Aqrar Universitetində, Azərbaycan
Texnologiya Universitetində, Gəncə
Dövlət Universitetində, Mingəçevir
Politexnik İnstitutunda və Lənkəran Dövlət
Universitetində, 24, 30 və 31 oktyabr
2014-cü il tarixlərdə Azərbaycan Texniki
Universitetində, Azərbaycan Dövlət İqtisad
Universitetində, Sumqayıt Dövlət
Universitetində, 1, 17 və 18 noyabr 2014-
cü il tarixlərdə M.V.Lomonosov adına
17
Moskva Dövlət Universitetinin Bakı
Filialında, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında və Bakı Dövlət
Universitetində məzun olacaq 1700-dən
artıq bakalavr və magistrlarla görüş
keçirilmişdir. Keçirilmiş görüşlərdə
Komissiyanın əməkdaşları tərəfindən
tədbir iştirakçılarına Komissiyanın məqsəd
və funksiyaları, fəaliyyəti və qarşısında
duran vəzifələri, son illər dövlət qulluğu
sahəsində aparılan islahatlar, dövlət
qulluğuna qəbulla bağlı tətbiq olunan
yeniliklər və dövlət qulluğunun
üstünlükləri, dövlət qulluğuna qəbulun
müsabiqə və şəffaflıq əsasında keçirilməsi
şərtləri barədə məlumatlar verilmişdir.
10 aprel tarixdə Komissiyanın və
Mingəçevir Şəhər Gənclər və İdman
İdarəsinin birgə təşkilatçılığı ilə
Mingəçevir Gənclər Evində QHT və yerli
KİV nümayəndələrinin iştirakı ilə 150-dən
artıq gəncə görüş keçirilmişdir.
29 aprel tarixdə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında Akademiyanın,
Komissiyanın və Azərbaycan
Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin
birgə təşkilatçılığı ilə “Dövlət qulluğuna
qəbul və dövlət qulluqçusunun karyera
inkişafı” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə 150-dən artıq “ASAN xidmət”
mərkəzlərində könüllü kimi fəaliyyət
18
göstərmiş gənclər və hazırda fəaliyyət
göstərən könüllülər ilə yanaşı Dövlət
İdarəçilik Akademiyasının yuxarı kurs
tələbələri iştirak etmişlər.
Yuxarıda göstərilən tədbirlərdə
Komissiyanın iştirakının əsas məqsədi
Komissiyanın fəaliyyətinə, xüsusi ilə
dövlət qulluğuna qəbul prosesinə ictimai
etimadın artırılması və potensiallı
gənclərin dövlət qulluğuna cəlb edilməsi
olmuşdur. Tədbirlərdə Komissiyanın
fəaliyyəti, dövlət qulluğuna qəbulun
müsabiqə və şəffaflıq əsasında aparılması,
dövlət qulluğunun üstünlükləri və
təminatları barədə tədbir iştirakçılarına
məlumat verilmiş, tədbir iştirakçılarına
“Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın fəaliyyəti”, “Dövlət
qulluğuna qəbul”, “Dövlət qulluğuna qəbul
zamanı vəzifə seçimini düzgün necə
etməli” və “Dövlət qulluğuna müsabiqə
əsasında qəbul” mövzularında çap
məhsulları paylanmışdır.
Hesabat dövrü ərzində dövlət qulluğu
sisteminin mahiyyəti, dövlət qulluğunda
aparılan islahatlar, dövlət qulluğuna qəbul,
dövlət qulluqçularının etik davranış
qaydalarına riayət etməsi və korrupsiyaya
qarşı mübarizə ilə bağlı təşkil edilən
tədbirlər, habelə Komissiyanın ümumi
fəaliyyəti barədə məlumatlar Komissiyanın
rəhbərliyi və əməkdaşları tərəfindən
mütəmadi olaraq Azərbaycan, İctimai,
ANS, Space, Lider televiziyaları,
19
RegionTV, APATV, SƏSTV və
İnterazTVonlayn televiziya kanalları, Araz
FM radiosu, AzərTAC, Trend, APA,
TheFirstNews, Azadinform, Gün.az, Səs,
İnterafax, ABC (Fineko) İnformasiya
Agentlikləri, Lent.az onlayn xəbər
agentliyi, Qafqazinfo internet qəzeti,
“Azərbaycan”, “Xalq qəzeti”,
“Respublika”, “Bakinskiyraboçiy”,
“Azerbaydjanskiyeizvestiya”, “Həftə içi”,
“Kaspi”, “NewBakuPost” qəzetləri, habelə
Komissiyanın rəsmi internet saytı və
Facebook sosial şəbəkəsindəki səhifəsi
vasitəsilə ictimaiyyətə çatdırılmışdır.
Bunlarla yanaşı Komissiya rəhbərliyinin və
əməkdaşlarının Azərbaycan televiziyasının
“Səhər” musiqili-informasiya
proqramında, İctimai Televiziyanın “Açıq
dərs” verilişində, APATV, SƏSTV və
İnterazTVonlayn televiziya kanallarında
çıxışları olmuş, “Trend” İnformasiya
Agentliyi, “Xalq qəzeti”, “Respublika” və
“İki sahil” qəzetlərində məqalə və
müsahibələri dərc edilmişdir
Komissiya vətəndaşlarla əlaqələrini daha
çox özünün internet saytı vasitəsilə qurur.
Belə ki, 2008-ci ildən indiyə kimi
Komissiyanın internet saytında
yerləşdirilmiş yazılara 9 milyon 700
mindən çox baxış olmuşdur. İnternet
saytında qeydiyyatdan keçmiş
istifadəçilərin sayı isə 14800-ü keçmişdir.
2014-cü ilərzində Komissiyaya internet
saytı vasitəsilə 780 onlayn müraciət daxil
olmuşdur.
20
4.1.2.5.2. Dövlət qulluğuna dair
qanunvericiliyin
tətbiqi üzrə
maarifləndirmənin
aparılması
DQMK,
müvafiq
icra
hakimiyyəti
orqanları
2011-
2015 Tədbirin icrası ilə bağlı vakant dövlət
qulluğu vəzifələrinin tutulması üzrə
müsahibələrdə qrup üzvü kimi iştirakı
nəzərdə tutulan dövlət orqanlarının
nümayəndələri və mütəxəssislər üçün
müsahibələrin keçirilməsi qaydaları və
texnologiyası barədə təlimlər təşkil
edilmişdir. Təlimlərin məqsədi qeyd edilən
nümayəndələrin müsahibələrin
keçirilməsinə dair qanunvericiliyin tələb-
ləri barədə məlumatlandırılması, namizəd-
lərin potensialının üzə çıxarılması üçün
müsahibələrin aparılması texnologiyası
üzrə təlimatlandırılması olmuşdur. Təlim-
lərdə ümumilikdə 106 nəfər iştirak etmiş-
dir.
7-9 aprel 2014-cü il tarixlərdə Komissiya
və Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə
“Dövlət qulluğunda etika” mövzusunda
təlim keçirilmişdir. Təlimin keçirilməsində
əsas məqsəd bu sahədə Azərbaycan və
beynəlxalq təcrübənin müqayisəsi, etik
məsələlərin aktual problemləri ətrafında
müzakirələrin aparılması və dövlət
qulluqçuları üçün etik kitabçanın və
müvafiq təlim modulunun hazırlanması
üzrə müzakirələrin aparılması olmuşdur.
29 aprel tarixdə Komissiya tərəfindən
Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsində qulluq keçən 24
nəfər dövlət qulluqçusu üçün “Dövlət
orqanlarında etik davranış qaydaları”
mövzusunda təlim keçirilmişdir.
+
21
23 iyun tarixində Komissiyanın, Binəqədi
Rayon İcra Hakimiyyətinin, Binəqədi
Rayon Gənclər və İdman İdarəsinin və
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının
birgə təşkilatçılığı ilə Binəqədi rayonunun
gənc dövlət qulluqçularına və bir qrup fəal
gəncinə “Dövlət qulluğu və dövlət
qulluqçuları üçün etik davranış qaydaları”
mövzusunda təlim keçirilmişdir. Təlimdə
etik davranış qaydalarının dövlət
orqanlarının və prinsiplər, Azərbaycan
qanunvericiliyində təsbit edilən etik
davranış qaydaları barədə iştirakçılara
ətraflı məlumat verilmişdir.
6-8 sentyabr 2014-cü il tarixlərində dövlət
orqanlarında etik təlimçilərin formalaş-
dırılması və inkişafını təmin etmək məq-
sədi ilə Komissiyanın, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının, Azərbaycan
Respublikası Prezidenti yanında Vətən-
daşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin, İqtisadiyyat və
Sənaye Nazirliyinin və Nəqliyyat
Nazirliyinin nümayəndələrinə xüsusi təlim
kursu keçirilmişdir.
9-10 sentyabr 2014-cü il tarixlərdə
Komissiyanın və Almaniya Beynəlxalq
Əməkdaşlıq Təşkilatının (GİZ) birgə
təşkilatçılığı ilə dövlət qulluqçuları üçün
“Dövlət qulluğunda etika və etik
dilemmaların həlli” mövzusunda təlim
keçirilmişdir. Təlimdə “Korrupsiyanın
qarşısının alınması”, “Maraqlar toqquş-
22
masının qarşısının alınması”, “Etik
dəyişikliklər üçün alətlər”, “Etik
qaydaların tətbiqi üzrə çətinliklər və etik
problemlərin həlli üzrə alətlər”, “Etik
məsələlərə dair qanunvericilik” və digər
mövzularda çıxışlar edilmiş və müzakirələr
aparılmışdır. Təlim iştirakçılarına
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın, Azərbaycan Respubli-
kasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının, Azərbaycan
Respublikası Prezidenti yanında Vətən-
daşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin, İqtisadiyyat və
Sənaye Nazirliyinin və Nəqliyyat Nazir-
liyinin xüsusi kurs keçmiş nümayəndələri
təlim keçmişdir. Qeyd olunan şəxslərin
təşkil edilmiş təlimləri müvəffəqiyyətlə
keçirdikləri nəzərə alınaraq, həmin şəxslərə
Almaniyanın Dövlət Qulluqçuları
Federasiyasının Təlim və Araşdırmalar
Akademiyasının “Etik məsələlər üzrə
professional təlimçi” sertifikatı (İSO
sertifikatı) təqdim edilmişdir. Almaniyanın
Dövlət Qulluqçuları Federasiyasının Təlim
və Araşdırmalar Akademiyası İdarə
Heyətinin direktoru və digər ekspertlərin
qatıldığı təlimdə iştirakçılardan ibarət
qruplar yaradılmış, etik situasiyalar və
onların həlli üçün alətlər barədə
müzakirələr təşkil edilmişdir.
20 sentyabr 2014-cü il tarixdə Azərbaycan
Respublikasının Dövlət Miqrasiya
Xidmətində “Dövlət qulluqçularının etik
23
davranış qaydaları” mövzusunda təlim
keçirilmişdir. Təlimdə Dövlət Miqrasiya
Xidmətinin 80 nəfər əməkdaşı iştirak
etmişdir. Təlimdə “Etika nədir?”,
“Etikanın dövlət qulluğunda əhəmiyyəti”,
“Korrupsiyanın qarşısının alınması”,
“Maraqlar toqquşmasının qarşısının
alınması”, “Etik qaydalara nəzarət” və s.
mövzular ətrafında müzakirələr təşkil
olunmuşdur. Təlimdə etik dilemmalar üzrə
tapşırıqlar həll edilmiş, iştirakçıları
maraqlandıran suallar cavablandırılmışdır.
18 noyabr tarixində Komissiya
tərəfindən Nizami Rayon İcra
Hakimiyyətindəqulluq keçən dövlət
qulluqçuları üçün “Etik kazuslar və həlli
yolları” mövzusunda təlimlər keçirilmişdir.
21 noyabr tarixində Komissiya
tərəfindən Suraxanı Rayon İcra
Hakimiyyətinin inzibati binasında, 18-19
dekabr tarixlərində Komissiya tərəfindən
23 yerli icra hakimiyyəti orqanlarında,
habelə 26 məhkəmə orqanlarında kadr və
etik məsələlərə məsul olan 52 əməkdaş
üçün “Dövlət qulluqçularının etik davranış
qaydaları” mövzusunda təlim təşkil
olunmuşdur. Təlim zamanı iştirakçılara
dövlət qulluqçularının vicdanlı davranışı,
ictimai etimad, insanların hüquq, azadlıq
və qanuni maraqlarına, şərəf və ləyaqətinə
və işgüzar nüfuzuna hörmət, hüquqi
şəxslərin işgüzar nüfuzuna hörmət, mədəni
davranış, maddi və qeyri-maddi nemət-
lərin, imtiyazların və ya güzəştlərin əldə
edilməsinə yol verilməməsi, hədiyyə alma
24
ilə əlaqədar məhdudiyyətlər, maraqların
toqquşmasının qarşısının alınması,
əmlakdan istifadə, məlumatlardan istifadə
və s. kimi etik davranış qaydaları və
prinsipləri barədə məlumat verilmiş və
həmin məsələlər barədə müzakirələr
aparılmışdır.
Komissiya tərəfindən dövlət qulluğuna
qəbulla bağlı keçirilmiş müsabiqələrdə
müvəffəqiyyət əldə edən və hazırda dövlət
qulluğunda çalışan və yaşı 29-a qədər olan
gənclər üçün onların peşə bacarıqlarının
artırılması və müasir dövrün tələblərinə
cavab verən gənc menecerlərin
formalaşdırılması məqsədi ilə 19 və 20
iyun, 25, 26 və 27 noyabr tarixlərdə
təlimlər keçirilmişdir. Təlimlərdə dövlət
orqanlarının mərkəzi aparatlarında və Bakı
şəhəri üzrə yerli bölmələrində inzibati
vəzifələrdə qulluq keçən 153 nəfər gənc
dövlət qulluqçusu iştirak etmişdir.
Təlimlərdə “Dövlət qulluqçularının etik
davranış qaydaları” və digər mövzularda
təqdimatlar edilmiş və dövlət qulluğuna
dair qanunvericiliyin tətbiqi ilə bağlı
müzakirələr aparılmışdır.
Ümumilikdə hesabat dövrü ərzində 93
dövlət orqanında çalışan 550-dən çox
dövlət qulluqçusuna “Dövlət
qulluqçularının etik davranış qaydaları”
mövzusunda təlim keçirilmişdir.
Eyni zamanda Komissiya tərəfindən dövlət
qulluqçusunun xidməti fəaliyyətinin
qiymətləndirilməsi mövzusunu əhatə edən
təlimlər keçirilmişdir.
25
Komissiya tərəfindən dövlət qulluqçu-
larının etik davranış məsələləri ilə bağlı
maarifləndirilmənin həyata keçirilməsi
məqəsilə bələdçi sənədlərin hazırlanması
müvafiq qanunvericilikdə nəzərdə tutul-
muşdur. Bu məqsədlə Komissiya tərə-
findən “Dövlət qulluğunda etika”
mövzusunda kitabça nəşr edilmişdir.
4.1.2.5.3. Dövlət qulluğunun
tənzimləmə institutları
və bu sahədə insan
resurslarının idarə
edilməsinin aktual
məsələlərinə dair
nəşrlərin buraxılması
DQMK
2011-
2015 İctimaiyyəti Komissiyanın fəaliyyət
istiqamətləri və gördüyü işlər barədə
məlumatlandırmaq, vətəndaşları dövlət
qulluğuna qəbul qaydaları üzrə maarif-
ləndirmək, onları potensiallarına və
maraqlarına uyğun vəzifə seçiminə
yönəltmək məqsədi ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya
haqqında jurnal, “Azərbaycan Respublika-
sının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyanın fəaliyyəti”,
“Dövlət qulluğuna qəbul”, “Dövlət
qulluqçularının etik davranış qaydaları” və
“Dövlət qulluğuna müsabiqə əsasında
qəbul” mövzularını əhatə edən bukletlər
ölkədə keçirilən müxtəlif tədbirlərdə tədbir
iştirakçılarına paylanmışdır.
Hesabat dövrü ərzində Komissiya
korrupsiyaya qarşı mübarizə və dövlət
qulluqçularının etik davranış məsələləri
üzrə ictimaiyyət arasında maarifləndirməni
həyata keçirmək üçün tədbirləri davam
etdirmişdir. Bu məqsədlə “İnformasiyanın
açıqlanması korrupsiyaya qarşı alət kimi”,
“Dövlət qulluğunda korrupsiyaya qarşı
+
26
mübarizə: korrupsiya və onun aradan
qaldırılması sahəsində tədbirlər” və
“Dövlət qulluğunda korrupsiyaya qarşı
mübarizə: rüşvət, yoxsa hədiyyə?”
mövzularında bukletlər nəşr edilərək
müxtəlif tədbirlərdə ictimaiyyətə
paylanmışdır. Komissiya tərəfindən
“Dövlət qulluğunda etika” mövzusunda
kitab nəşr edilmişdir. Vəsaitin
hazırlanmasında məqsəd dövlət qulluğunda
etik prinsiplər və onların əhəmiyyəti, etik
davranış qaydalarına əməl olunmasına
nəzarət mexanizmləri və etik pozuntuların
araşdırılması üzrə qanunvericiliyin
tələbləri barədə məlumat verilməsi, dövlət
qulluqçularını etik davranış qaydaları ilə
bağlı nümunələrlə tanış edərək onların etik
qaydaların tətbiqi üzrə praktiki biliklərə
yiyələnməsinə və xidməti fəaliyyəti
zamanı qərar verərkən qarşılaşdıqları
dilemmaların həllinə köməklik
göstərilməsidir. Qeyd olunan vəsait dövlət
qulluqçuları arasında paylanmışdır.
Qeyd: 4.1.2.1.1, 4.1.2.1.3, 4.1.2.1.8 və 4.1.2.2.3-cü yarımbəndlərdə nəzərdə tutulmuş tapşırıqlar tam icra edilmişdir. Həmin tapşırıqların icrası
barədə məlumat əvvəlki hesabatlarda təqdim olunmuşdur.