gsm kodlama

11
1 Bakı 2013

Upload: asem-haciyev

Post on 28-Jul-2015

297 views

Category:

Documents


6 download

TRANSCRIPT

Page 1: Gsm kodlama

1

Bakı 2013

Page 2: Gsm kodlama

2

Page 3: Gsm kodlama

1. İnformasiyanın kodlanması məsələləri

2. Mobil rabitə sistemlərində maneədavamlı kodlamanın reallaşdırılması

3. GSM standartında kodlama prinsipləri

3

Page 4: Gsm kodlama

İnformasiya mənbəyinin kodlanması- Rabitə kanalları və yaxud yaddaş resurslarına qənaət edilməsi məqsədilə informasiyanin mümkün ola biləcək qədər maksimal sıxlaşdırılmasından ibarətdir;

Kanalın kodlanması- rabitə kanalı ilə ötürüldükdən sonra səhvləri aşkarlamağa və düzəltməyə imkan verən kod əlifbasının genişləndirilməsi əməliyyatıdır.Belə kodlama umümi halda maneəyədavamlı kimi adlandırılır və korrektləyici kodlarla həyata keçirilir. Şəbəkə texnologiyalarinda kanal kodlanması kimi tanınır Asinxron iş rejimində işləyir;

Rabitə xəttinin kodlanması- məlumatın rabitə xətti ilə asinxron və sinxron ötürülməsi zamanı, etibarlı sinxronlaşdırma və minimum təhriflər almaq imkanı təmin edir.

Kriptoqrafik kodlama- informasiyanın saxlanılması və ötürülməsi prosesində ona icazəsiz (sanksiyasız) daxilolmanın qarşısını almaq üçün verilənlərin məxfiləşdirilməsi məqsədilə istifadə olunur.

4

Page 5: Gsm kodlama

Mobil rabitənin apparatca reallaşmasında siqnalın rəqəmli işlənməsi əsas rol oynayır. Rəqəmli işlənmə şanşəkilli rabitənin birinci nəslindən ikinci nəslinə keçməsinə, sistemin həcminin genişlənməsinə və onun keyfiyyərinin yaxşılaşmasına imkan vermişdir.Siqnalların rəqəmli işlənməsi zamanı aşağıdakı proseslər nəzərdə tutulur.

- Siqnalların analoq –rəqəm çevrilməsi- Nitq kodlaması - Kanal kodlaması - Modulyasiya

Nitq siqnallarının gücünün spektri tezliyin 400 Hs-ə uyğun qiymətlərində maksimal olur və daha yüksək tezliklərdə oktavada 9 dB-ə yaxın sürətlə azalır;

Beynəlxalq Telefon və Teleqraf Konsultativ Komitəsinin məsləhətinə uyğun olaraq nitq siqnallarının rəqəmli verilişində tezlik zolağı 300-3400 Hs arasında məhdudlaşır;

Nitq siqnalının səslərinin müddəti, sait səslər üçün 210 ms (milli saniyə), samit səslər üçün isə 95 ms olur;

Nitq kodlanmasında əsas funksiya nitq koderi tərəfindən görülür. Koderin əsas vəzifəsi rəqəmli siqnalları sıxlaşdıraraq nitq siqnallarının mümkün qədər aradan qaldırılmasıdır;

Nitq kodlanması iki üsulla aparılır: siqnal formasının kodlanması (waveform coding) və siqnalın mənbəyinin kodlanması (source coding);

GSM standartında nitq kodekinin sadələşdirilmiş blok-sxemi növbəti səhifədə verilmişdir.

5

MMobil rabitə sistemlərində maneədavamlı kodlamanın obil rabitə sistemlərində maneədavamlı kodlamanın reallaşdırılmasıreallaşdırılması

Page 6: Gsm kodlama

İlkin emaletmə

Qısa müddətli xəbərvermə süzgəcinin parametrlərinin

qiymətləndirilməsi

Qısa müddətli xəbərvermə

süzgəc analizatoru

Uzunmüddətli xəbərvermə süzgəcinin parametrlərinin

qiymətləndirilməsi

Uzunmüddətli xəbərvermə

süzgəc analizatoru

Həyəcanlanma siqnalının parametrlərinin

qiymətləndirilməsi

Süzgəc postu

Qısa müddətli xəbərvermə

süzgəc sintezatoru

Uzunmüddətli xəbərvermə

süzgəc sintezatoru

Həyəcanlanma siqnalının formalaşması

Koder

Dekoder

Page 7: Gsm kodlama

Kanal koderi nitq koderindən sonra yerləşir və informasiyanı daşıyıcı tezliyə köçürən modulyatordan əvvəl olur;

Kanal koderinin əsas rolu nitq siqnalının maneədavamlı kodlamasıdır, bu da siqnalın vericidən qəbulediciyə şüalanma prosesində baş verən səhvlərin aşkar edilməsi və onların mühüm dərəcədə düzəldilməsi üçündür;

Maneədavamlı kodlama verilən siqnalın tərkibinə böyük həcmli artıqlama informasiyasının əlavəsi ilə əldə edilir. İngiliscə belə kodlama Forward Error Correcting coding (FEC coding) adlanır, yəni səhvləri əvvəlcədən korreksiya edən kodlama. Mobil rabitədə Maneəyədavamlı kodlama üç əməliyyat şəklində yerinə yetirilir. Bloklu kodlama (block coding), bükülən kodlama (convolution coding) və növbələnən kodlama (interleaving coding).

Kanal koderi informasiyanı artırır, verilişə hazırlanan informasiyanı dəstələyir və zamanca sıxır;

7

İdarəedici informasiya

(məntiq bloku)

Nitq informasiyası

Bloklu və bükülən kodlama

Nitq informasiyası və idarəedici informasiyanın qablaşma və birləşməsi

Boklu və bükülən kodlama

Şifrləmə NövbələməZamanca sıxılma

Modulyatora

Page 8: Gsm kodlama

8

Modulyasiya verici traktın son elementidir, və siqnalın rəqəmli işləməsində heç bir əməliyyat yerinə yetirmir ;

Modulyasiya siqnalın kanal koderinin çıxışındakı rəqəmli informasiyanı daşıyıcı tezliyə köçürməkdir;

Modulyasiya edilmiş siqnal modulyatorun çıxışından anten kommutatoru vasitəsilə antenaya daxil edilir və efirə şüalandırılır. Bu prosesi modulyator heyata keçirir. Əks prosesi isə demodulyator icra edir;

Demodulyatorun funksiyası qəbul edilmiş siqnaldan informasiya olan siqnalı ayırmaqdır; Modulyasiyanın 3 növü var: Amplitude Modulation-AM (Amplitud modulyasiyası (AM)),

Frequency Modulation – FM (Tezlik Modulyasiyası), Phase Modulation- PM (Faza Modulyasiyası;

Mobil rabitə şəbəkələrində Quadrature Phase Shift Keying –QPSK , Minimum Shift Keying – MSK istifadə edilir;

Page 9: Gsm kodlama

9

GSM standartı üçün bir neçə modulyasiya növləri vardır; MSK, QPSK , BPSK və GMSK mövcud növlərdir; Soldakı qrafik MSK, QPSK and BPSK-nın spektrini göstərir Sağdakı qrafik isə müxtəlif tip QPSK mulyasiyası növünü əks etdirir

Page 10: Gsm kodlama

10

Page 11: Gsm kodlama

11