gigiyena ixtisası üzrə yeni nümunəvi test...
TRANSCRIPT
Gigiyena ixtisası üzrə yeni nümunəvi test sualları
1) Orqanizmin enerji və qida maddələrinə olan tələbatını hesablanması üçün
hansı göstərici nəzərə alınmır?
A) Əsas mübadilə
B) Əməyin ağırlığı
C) Regionun ictimai-iqtisadi xüsusiyyətləri
D) Bədən çəkisi
E) Yaş və cinsiyyət
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
2) Məhsulların qida dəyərinə qiymət verdikdə nəyi nəzərdə tutmaq lazımdır?
A) Qida əlavələri
B) Qida maddələri
C) Radionuklidlər
D) Pestisidlər
E) Ksenobiotiklər-yad maddələr
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
3) Bunlardan hansı kəsmik üçün xarakterik deyil?
A) Qida liflərin mənbəyi
B) Yaxşı həzm olunması
C) Yüksək dərəcədə mənimsənilməsi
D) Kalsiumun yüksək miqdarı
E) Tamdəyərli zülal zülal və yağın olması
Ədəbiyyat::Sağlam qidalanmanın elmi əsasları. M. S. Qasımov, A. A. Namazova, K.
H. Qasımova, A. Z. Səmədzadə. Dərs vəsaiti. Bakı. , 2014
4) Kartofun qida dəyəri hansı xüsusiyyəti ilə qiymətlənmir?
A) Yağın artıq dərəcədə olması
B) Karbohidratların yüksək miqdarda olması
C) Askorbin turşusunun olması
D) Əvəzolunmaz aminturşuları mənbəyidir
E) Kaliumun yüksək miqdarı
Ədəbiyyat::Sağlam qidalanmanın elmi əsasları. M. S. Qasımov, A. A. Namazova, K.
H. Qasımova, A. Z. Səmədzadə. Dərs vəsaiti. Bakı. , 2014
5) Yumurta sarısının lipid kompleksində olan lesitinin miqdarı xolesterinin
miqdarından neçə dəfə çoxdur?
A) 4 dəfə
B) 12 dəfə
C) 10 dəfə
D) 2 dəfə
E) 6 dəfə
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
6) Tərəvəz və meyvələr nəyin mənbəyi sayılır?
A) Qələvi radikalların
B) Sərbəst radikalların
C) Doymuş yağ turşuların
D) Peroksid radikalların
E) Turş radikalların
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
7) Qida payında bitki yağların bioloji dəyəri hansı maddələrə görə qiymətlənir?
A) A və D vitaminlərin yüksək miqdarı
B) Yaxşı orqanoleptik xassələri
C) Çox doymamış yağ turşuları, fosfatidlər, betta-sitosterin, vitamin E
D) Bitki liflərin olması
E) Orqanizm tərəfindən pis mənimsənilməsi
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
8) Meyvə və tərəvəzlər əsasən hansı qida maddələrin mənbəyi sayılır?
A) Bitki mənşəli zülalların yüksək miqdarda olması
B) Yüksək enerji dəyəri
C) Heyvan mənşəli zülalların yüksək miqdarda olması
D) Vitaminlər, mineral maddələr, qida lifləri, üzvi turşuların
E) Yağların yüksək miqdarda olması
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
9) Süd turşulu qida məhsulları üçün hansı xarakterik deyil?
A) Kalsium və fosforun olması
B) Çətin həzm olunması
C) Təmiz süd turşulu mayanın və xüsusi texnologiyanın əsasında hazırlanması
D) B qrup vitaminlərin olması
E) Yaxşı mənimsənilməsi
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
10) Qida məhsullarının fiziki (texniki) təhlükə amilləri deyəndə nə nəzərdə
tutulur?
A) Yad cisimlər- şüşə , metal, plastik qırıntıları; daşlar; budaqcıqlar; yarpaqlar
B) Ağır metallar, antibiotiklər, nitratlar
C) Helmintlər, bakteriyalar və onların toksinləri
D) Pestisidlər, hormonlar, radionuklidlər
E) Viruslar, ibtidailər, mikotoksinlər
Ədəbiyyat:: ISO (Beynəlxalq Standartizasiya Təşkilatı) 22000-Qida Təhlükəsizliyi
İdarəetmə Sistemi. 1 sentyabr 2005-ci il.
11) Suda üzən quşların yumurtaları ilə yayıla bilən qida zəhərlənməsi hansıdır?
A) Stafilokokk
B) Botulizm
C) Aflotoksikoz
D) Qarın yatalağı
E) Salmonellyoz
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
12) α -amanitin nəyin tərkibində olur?
A) Dənli bitkilərin alaq otu
B) Yabanı çəmən otları
C) Zəhərli göbələklər
D) Cücərmiş kartof
E) Acı çəyirdəkli tumlu meyvələr
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
13) Balıq yağı əsasən hansı vitaminlərin mənbəyi sayılır?
A) Retinol və holekalsiferol
B) Niasin və sianokobalamin
C) Tiamin və piridoksin
D) α-tokoferol və filloxinon
E) Askorbin turşusu və bioflavonoidlər
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
14) Qida məhsulların bioloji dəyərinin təyini hansıdır?
A) Qidanın kimyəvi strukturun orqanizmin ferment tərkibinə uyğunluğu
B) Sutkalıq qida payının enerji dəyərinin enerji itkisinə uyğunluğu
C) Məhsulun orqanizmdə dissimilyasiya zamanı əmələ qələn enerjinin miqdarı
D) Qida ilə daxil olan ayrı-ayrı nutrientlərin orqanizm tərəfindən istifadə olunmasının
nisbi dərəcəsi
E) Amin turşuların tarazlanmış nisbətindən asılı olan, zülalın keyfiyyət göstəricisi
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
15) Qidalanmada qida (bitki) liflərin kifayət qədər olmaması hansı xəstəliyin
səbəbi sayıla bilər?
A) Parkinson xəstəliyi
B) Yogun bağırsaqın xərçəngi
C) Saturnizm
D) Gemeralopiya
E) Kvaşiorkor
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
16) Preservlər üçün hansı səciyyəvi xüsusiyyət aid deyil?
A) Məhdud saxlanma müddəti-6 ay ərzində
B) 1000C temperaturdan az olan pasterizasiya üsulu ilə istehsalı
C) 00 – +50 C temperatur və nisbi rütubət 75%-dən çox olmayan şəraitində
saxlanılma
D) Mikrobioloji stabilliyi və təhlükəsizliyinin məhdud olması
E) Qida ehtiyatını yaratmağa imkan vermir
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
17) Balıq məhsullarında, xüsusi ilə tunes, skumbriya, qızılbalıq və siyənək
növlərində histaminin yol verilən həddi hansıdır?
A) 200 mq/kq
B) 50 mq/kq
C) 100 mq/kq
D) 400 mq/kq
E) 300 mq/kq
Ədəbiyyat:: Səhiyyə Nazirliyinin 25 №-li 30. 04. 2010-cu il tarixli əmri ilə təsdiq
edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”
sanitariya-epidemioloji qaydalar və normativlər.
18) Stafilokokk intoksikasiyaları daha çox hansı qida məhsulları ilə bağlıdır?
A) Suda üzən quşların yumurtaları
B) Süd məhsulları
C) Konservləşdirilmiş ət məhsulları
D) Konservləşdirilmiş balıq məhsulları
E) Tərəvəzli salat
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
19) Qidada olan yad maddələr şərti olaraq hansı qruplara təsnifat olunurlar?
A) Mütləq və potensial təhlükə yaradan amillər
B) Xoş və bədxassəli amillər
C) Bioloji və kimyəvi təhlükəli amillər
D) Zərərli və təhlükəli amillər
E) Potensial və real təhlükəli amillər
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
20) Bioloji təhlükəli amillərə hansı daxil deyil?
A) Prionlar
B) Helmintlər
C) İbtidailər
D) Viruslar, bakterialar və onların toksinləri
E) Bioloji aktiv birləşmələr
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
21) Hansı mikroorqanizmlər maya məqsədi ilə istifadə olunmur?
A) Süd-turşulu
B) Bifidobakteriyalar
C) Kif göbələkləri
D) Stafilokokklar , enterokokklar
E) Propion-turşulu
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
22) Qaraçiyərin ehtimal olunmuş uzaqlaşmış kanserogen təsiri ilə toksikoloji
zədələnməsinə hansı səbəb ola bilər?
A) Acı çəyirdəkli tumlu meyvələrlə zəhərlənmə
B) Xanımotu ilə zəhərlənmə
C) Aflotoksikoz
D) Botulizm
E) Yabanı çəmən otları ilə zəhərlənmə
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
23) Toksikoinfeksiya zamanı radikal profilaktik tədbir hansıdır?
A) Düzgün saxlanma şəraiti
B) Satış müddətinin gözlənilməsi
C) Qida məhsullarının bakterioloji çirklənməsinin qarşısını almaq
D) Düzgün kulinar işlənmə
E) Qida bloku personalı tərəfindən şəxsi gigiyena qaydalarına riayət etmə
Ədəbiyyat::К. С. Петровский, В. Д. Ванханен. Гигиена питания. М. , 1982
24) Yoğun bağırsağda bədxassəli şişlərin artması halları hansı amillərin
çatışmazlığı ilə bağlıdır?
A) Polidoymamış yağ turşuları
B) Yağda həll olunan vitaminlər
C) Bitki lifləri və pektin
D) Qlükoza, fruktoza
E) Mineral maddələr
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
25) Hansı simptom A avitaminozu üçün səciyyəvi deyil?
A) Dırnaqların qırılmasının artması
B) Hemeralopiya
C) Alatoranlıq görməsinin pozulması
D) Saçların tökülməsi
E) Ağız bucağında ağrılı çatlar
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
26) Nikotin turşusunun alterntiv adı hansıdır?
A) Vitamin B2
B) Vitamin C
C) Vitamin E
D) Vitamin F
E) Vitamin PP
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
27) Nikotin turşusunun çatışmazlığı orqanizmdə necə təzahür olunur?
A) Osteoporoz
B) Toyuq korluğu
C) Pellaqra
D) Ağız bucağında ağrılı çatlar
E) Hiperkeratoz
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
28) Holesterinə qoyulan gündəlik yolverilən təlabat hansı miqdardan çox olmalı
deyil ?
A) 500 mq---0, 5 q
B) 100 mq---0, 1 q
C) 400 mq---0, 4 q
D) 300 mq---0, 3 q
E) 200 mq---0, 2 q
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
29) Hansı məhsullar P vitaminin əsas mənbəyi sayılır?
A) Bitki məhsulları
B) Heyvan mənşəli məhsullar
C) Biosintetik mənşəli məhsullar
D) Süd məhsulları
E) Mineral mənşəli məhsullar
Ədəbiyyat:: A. A. Королёв. Гигиена питания. М. , 2014
30) Dietik qidalanma anlayışı hansıdır?
A) Müalicə-profilaktik müəssisələrində olan xəstələrin müalicəsi üçün nəzərdə
tutulur
B) Xüsusi diyetlər ilə xəstələrin müalicəsi üçün nəzərdə tutulan qidalanma
C) Həddən artıq yemə
D) Müvafiq tibbi xəstəxanada olmadan əmək və məişətfəaliyyəti şəraitində xroniki
xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan qidalanma
E) Qida payına daxil olan məhsulların keyfiyyəti
Ədəbiyyat::Sağlam qidalanmanın elmi əsasları. M. S. Qasımov, A. A. Namazova, K.
H. Qasımova, A. Z. Səmədzadə. Dərs vəsaiti. Bakı. , 2014
31) Gigiyenik cəhətdən məktəbəqədər müəssisəsində qrup otağının divarlarının
üzlənməsində hansı üsul işlənilir?
A) Kağızdan olan divar kağızı
B) Yuyulan divar kağızı
C) Dekorativ daşla üzlənmə
D) Taxta-yonqar materiallardan olan panellər
E) Yağlı və su-emulsiya boyaların birləşməsi
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
32) Peşə təhsil məktəbində təlim-istehsalat emalatxanasının sahəsinin kifayət
qədər olması nəyin hesabına qiymətləndirilir?
A) 1 işçi yerinə düşən sahənin hesablanması və normativlə müqayisə
B) 1 şağirdə düşən sahənin hesablanması və normativlə müqayisə
C) Avadanlığın növü və qabaritindən asılı olaraq işçi yerlərinin kifayət qədər olması
və onların arasında aralıq məsafəsinin hesaba alınması
D) İş yerlərinin arasında aralıq məsafəni hesaba alınması
E) İşçi yerlərin sayının kifayət qədər olmasının hesaba alınması
Ədəbiyyat:: S. A. Gürzəliyev, Z. B. Məmmədova, N. Q. Süleymanzadə, S. Ə.
Həsənova, Ş. M. Balayeva, N. Q. İsmayılova. Uşaq və yeniyetmələr Gigiyenası.
Bakı. , 2010
33) Uşaq və yeniyetmə müəssisələrin inşaatı üçün torpaq sahəsinin ayrılması
zamanı hansı amili nəzərə almaq zəruri sayılmır?
A) Əvvəllər sahənin istifadə məqsədi
B) Ətrafda yerləşən obyektlər, külək gülü
C) Ayrılmış torpağın sahəsi
D) Torpağın növü
E) Yaşıllaşdırma üçün ayrılmış sahənin faizi
Ədəbiyyat:: S. A. Gürzəliyev, Z. B. Məmmədova, N. Q. Süleymanzadə, S. Ə.
Həsənova, Ş. M. Balayeva, N. Q. İsmayılova. Uşaq və yeniyetmələr Gigiyenası.
Bakı. , 2010
34) Uşaq və yeniyetmə müəssisələrin istismara qəbul zamanı hansı laborator
müayinələrin yerinə yetirilməsi zəruridir?
A) Qida blokunda olan avadanlıqdan yaxma
B) Torpağın analizi
C) Atmosfer havanın analizi
D) Suyun analizi və süni işıqlandırmanın ölçüləri
E) Qida blokunun işçilərin əllərindən yaxma
Ədəbiyyat:: S. A. Gürzəliyev, Z. B. Məmmədova, N. Q. Süleymanzadə, S. Ə.
Həsənova, Ş. M. Balayeva, N. Q. İsmayılova. Uşaq və yeniyetmələr Gigiyenası.
Bakı. , 2010
35) Məktəbəqədər üşaq müəssisələrin layihəsində hansı otaqları üçün sərbəst
sorulma ventilyasiya sistemi nəzərdə tutulmur?
A) Paltar yuma-ütüləmə otağı
B) Hovuz üçün ayrılan yer
C) Tibb məntəqəsi
D) Qrup otağı, yataq otağı
E) Qida bloku
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
36) Uşaq və yeniyetmə müəssisələrin layihələşdirməsi zamanı gigiyenik
normalaşdırma nəyi nəzərə almayaraq həyata keçirilir?
A) Ölkənin milli və tarixi ənənələri
B) Təlim-tərbiyyə prosesin xarakteri
C) Böyümədə olan üşaq orqanizmin morfoloji-funksional yetişkənliyin və adaptasiya
imkanların səviyyəsinin dəyişikliyi
D) Yaşadolmuş insanlardan fərqli olaraq uşaq və yeniyetmələrə xas olan həssaslıq və
reaktivlik
E) İqlim-coğrafi xüsusiyyətləri
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
37) Peşə təhsil məktəblə baza müəssisəsinin qarşılıqlı yerləşdirilməsinin
gigiyenik qiymətləndirilməsi zamanı aparıcı amil hansıdır?
A) Hökmran külək istiqamətləri
B) Baza müəssisəsinə qədər piyada və nəqliyatdan istifadə üçün ayrılan vaxt
C) Peşə təhsil məktəbin binasının insolyasiyası
D) Baza müəssisəsinin sanitar-mühafizə zonasının ölçüsü
E) Peşə təhsil məktəbin sahəsinin insolyasıyası
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
38) Məktəbəqədər uşaq müəssəsələrin yerləşməsinə dair hansı şərt gigiyenik
cəhətdən optimal sayılır?
A) Məhəllə daxili yerləşmə, xidmət radiusu 0, 3 km-ə qədər
B) Məhəllə daxili yerləşmə, xidmət radiusu 0, 4 km-ə qədər
C) Məhəllə daxili yerləşmə, xidmət radiusu 0, 5 km-ə qədər
D) Məhəlləarası keçidlərdə
E) Xidmət radiusu 1 km-ə qədər
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
39) Uşaq və yeniyetmə müəssisələri üçün bina quruluşu (strukturu) nəyi təmin
etmir?
A) Kollektivin ayrı-ayrı yaş qruplarına bölünməsi
B) Səs-küyün və havanın çirklənməsinin mənbəyi olan otaqların ayrılması
C) Uşaqların ayrı-ayrı qruplarının təcrid olunma imkanı
D) Oxşar fəaliyyətli otaqların ( sinif otaqları, kabinetlər) ayrıca bir blokda yerləşməsi
E) Torpaq sahəsi ilə rahat və qısa əlaqə
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
40) Ümumtəhsil məktədlərin yerləşməsinə dair hansı şərt gigiyenik cəhətdən
optimal sayılır?
A) Xidmət radiusu 1 km-ə qədər
B) Məhəllə daxili yerləşmə, xidmət radiusu 0, 5 km-ə qədər
C) Məhəllə daxili yerləşmə, xidmət radiusu 0, 6 km-ə qədər
D) Məhəlləarası keçidlərdə
E) Məhəllə daxili yerləşmə, xidmət radiusu 1 km-ə qədər
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
41) Ümumtəhsil məktəblərin hansı otaqlarında yerli sovurucu ventilyasiyasının
olması zəruridir?
A) Emalatxana, kimya kabineti, gimnastik zal
B) Qida bloku, kimya kabineti, emalatxana
C) Qida bloku, kimya kabineti, müəllimlər otağı
D) Sinif otaqları, qida bloku, gimnastik zal
E) Sinif otaqları, qida bloku, rekreasiya üçün yer
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
42) İnternat məktəblərin layihələşdirilməsi zamanı hansı gigiyenik prinsip
nəzərə alınmır?
A) Yataq otaqları kompleksinin təşkili
B) Bədən tərbiyyəsi və idman zonasının təşkili
C) Tədris-təcrübə zonasının təşkili
D) Binanın blok tipli kompozisiyası
E) Qrup izolyasiya prinsipinin gözlənilməsi, peşəkar təlim (təhsil) üçün şəraitin
təşkili
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
43) Sanator-meşə məktəblərin layihələşdirilməsi zamanı hansı gigiyenik prinsip
nəzərə alınmır?
A) Əlavə tibbi otaqların layihələşdirilməsi
B) Açıq havada siniflərin təşkili
C) Açıq havada gündüz yuxusunun keçirilməsi üçün eyvanların olması
D) İnternat mərtəblərindən fərqli olaraq təcridxananın tutumunun daha geniş olması
E) İnternat mərtəblərindən fərqli olaraq əsas tədris otaqların növlərinin artması və
sahələrinin böyüməsi
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
44) Yay istirahət düşərgəsinin ərazisində olan zonalara hansı aid deyil?
A) Bədən tərbiyəsi-sağlamlaşdırma zonası
B) Yaşayış zonası
C) Yataq korpusları
D) Mədəni-məişət zonası
E) İnzibati-təsərrüfat zonası
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
45) Uşaq və yeniyetmələrin qidalanmasında zülalın ən vacib funksiyalarına
hansı aiddir?
A) Pektin mənbəyi
B) PP vitaminin mənbəyi
C) Enerji
D) Plastik və qoruyucu
E) D vitaminin mənbəyi
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
46) Uşaq və yeniyetmələrin qidalanmasında karbohidratların əsas
funksiyalarına hansı aiddir?
A) Struktur, enerji, ehtiyat qidalı maddələr
B) Qoruyucu
C) Plastik funksiya
D) Aminturşuların mənbəyi
E) Genetik
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
47) Uşaq və yeniyetmələrin qidalanmasında lipid və yağ turşuların ən vacib
funksiyalarına hansı aid deyil?
A) Qoruyucu , enerji funksiyası
B) Orqan və toxumaların yaranması
C) Aminturşuların mənbəyi
D) Hüceyrə membranın yaranması
E) Subhüceyrə membranın yaranması
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
48) Əvəzolunmaz qida maddələrinə hansı aid deyil?
A) Vitaminlərin əksəriyyəti
B) Karbohidratlar
C) Polidoymamış yağ turşuları
D) Qida lifləri
E) Əvəzolunmaz amin turşuları
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
49) Uşağın səmərəli qidalanması hansı funksiya üçün zəruri deyil?
A) Harmonik morfo-funksional inkişafı
B) Xəstəliklərin profilaktikası
C) Peşə oriyentasiyası üçün
D) Psixomotor və intellektual inkişafı
E) Yüksək fiziki və əqli bacarığı
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
50) Uşaq və yeniyetmələrin maddələr mübadiləsinin xüsusiyyətlərinə hansı aid
deyil?
A) Maddələr mübadiləsinin yüksək intensivliyi
B) Assimilyasiya və böyümə proseslərinə əhəmiyyətli dərəcədə enerji sərfi
C) Anabolik proseslərin üstünlüyü
D) Əsas mübadilənin ən böyük intensivliyi
E) Katalitik proseslərin üstünlüyü
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
51) Uşaq və yeniyetmələrin qidalanmasında hansı qida maddələrin
çatışmazlığından onların fiziki inkişafı və cinsi yetişkənliyin geridə qalması
müşahidə olunur?
A) Karbohidratlar
B) Heyvan mənşəli zülal; A, D, E vitaminləri; yod, sink
C) Bitki mənşəli zülal
D) Yüksək qlikemik indeksi olan karbohidratlar
E) Fol turşusu
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
52) Uşaq və yeniyetmələrin qidalanmasında hansı qida maddələrin
çatışmazlığından onlarda sinir-psixiki inkişafın pozuntuları müşahidə olunur?
A) B qrup vitaminləri, yod, polidoymamış yağ turşuları
B) Hidrogenizasiya olunmuş yağ turşuları
C) Karbohidratlar
D) Ftor
E) Dəmir
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
53) Uşaq və yeniyetmələrin qidalanmasında hansı qida maddələrin
çatışmazlığından onlarda immun statusunun pozuntuları müşahidə olunmur?
A) A, D, E vitaminləri
B) Karbohidratlar
C) C vitamini
D) Sink, selen, manqan
E) Zülallar
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
54) Erkən yaşlı uşaqlar üçün ayrılan hazır qida məhsulların tərkibində hansı
maddənin əlavəsi yol verilir?
A) Boyalar, stabilizatorlar, konservantlar, aromatik birləşmələr
B) Xörək duzu
C) Şəkərin süni əvəzediciləri
D) Acı ədviyyat
E) Qida əlavələri
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
55) Uşaq müəssisələrində qidalanmanın təşkili zamanı hansı növ nəzarət tibb
personalın üzərinə düşmür?
A) Qida blokunun sanitar-əksepidemik rejimi və qabların yuyulmasına nəzarətin
təşkili
B) Daxil olan məhsulun keyfiyyəti, onların nəqli, saxlama şəraiti və istifadə
müddətinin gözlənilməsi
C) Qida blokunun işçiləri tərəfindən şəxsi gigiyena qaydalarına əməl olunması
D) Uşaqların qida qəbulu
E) Xörəklərin hazırlanma texnologiyası və keyfiyyəti
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
56) Bunlardan hansı uşaq kollektivlərində istifadəsinə icazə verilir?
A) Kəsmik ilə vatrushka və pişmələr (zapekanka)
B) Göbələk
C) Kremli pirojnalar
D) Paştet
E) Liverli və çiy-hisəverilmiş kolbasa məmulatları
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
57) Uşaq və yeniyetmələrin qidasının mexaniki və termik işləməsinə qoyulan
tələblər nəyi nəzərə alaraq təyin olunur?
A) Cinsiyyət
B) İqlim və coğrafi zona
C) Yaş və sağlamlıq vəziyyəti
D) Milli ənənələr
E) Fəaliyyət növü
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
58) Düzgün qidalanma rejiminə nə aid deyil?
A) Yaşından asılı olaraq qida qəbulunun dəfələrlə sayı
B) Qida qəbulunun vaxtı
C) Bişirilmə texnologiyası
D) İlin mövsümündən asılı olaraq qidalanma
E) Qida qəbulu arasında olan interval
Ədəbiyyat::В. Р. Кучма. Гигиена детей и подростков. М. , 2008
59) Məktəbəqədər təhsil müəssisələrin işçiləri üçün peşə gigiyenik təlim və
attestasiyası hansı qaydada aparılır?
A) İşə qəbul zamanı və 2 ildə bir dəfə
B) İşə qəbul zamanı və ildə bir dəfə
C) İşə qəbul zamanı və epidemioloji göstərışlərə əsasən
D) İldə bir dəfə yay mövsümündən sonra və epidemioloji göstərışlərə əsasən
E) Yalnız işə qəbul zamanı
Ədəbiyyat::Сан ПиН 2. 4. 1. 2660-10 Санитарно-эпидемиологические требования
к устройству , содержанию и организации режима работы в дошкольных
образовательных учреждениях
60) Məktəbəqədər təhsil müəssisələrin qida blokunun işçiləri üçün peşə
gigiyenik təlim və attestasiyası hansı qaydada aparılır?
A) Yalnız işə qəbul zamanı
B) İşə qəbul zamanı və ildə bir dəfə
C) İşə qəbul zamanı və 2 ildə bir dəfə
D) İldə bir dəfə yay mövsümündən sonra və epidemioloji göstərışlərə əsasən
E) İşə qəbul zamanı və epidemioloji göstərışlərə əsasən
Ədəbiyyat::Сан ПиН 2. 4. 1. 2660-10 Санитарно-эпидемиологические требования
к устройству , содержанию и организации режима работы в дошкольных
образовательных учреждениях
61) Qida(düyü) və su vasitəsi ilə kadmiumun əhəmiyyətli miqdarda bədənə daxil
olması nəticəsində hansı xəstəlik əmələ gəlir?
A) Çovdar mahmızı
B) Merkurializm
C) Kvaşiorkor
D) İtay-itay
E) Saturnizm
Ədəbiyyat:: Е. И. Гончарук. Коммунальная гигиена. Киев. , 2006
62) Civənin üzvi birləşmələrin (metilmerkurium) çox miqdarda bədənə daxil
olması nəticəsində hansı xəstəlik əmələ gəlir?
A) Merkurializm
B) Saturnizm
C) Kvaşiorkor
D) Çovdar mahmızı
E) Minamata
Ədəbiyyat:: Е. И. Гончарук. Коммунальная гигиена. Киев. , 2006
63) Minamata xəstəliyin etioloji faktoru hansıdır?
A) Balıqlarda, dəniz xərçənglərində və s. kumulyasiya olunmuş civə
B) Çirklənmiş torpaq
C) Qida məhsullarında pestisidlərin qalıq miqdarı
D) Helmintlər
E) Havada toksik qazların yüksək miqdarı
Ədəbiyyat:: Е. И. Гончарук. Коммунальная гигиена. Киев. , 2006
64) Təbii atmosfer havasının tərkibinə hansı birləşmə daxıldir?
A) Kükürd qazı
B) Karbon qazı
C) 3, 4-benzpiren
D) Azot oksidləri
E) Metan qazı
Ədəbiyyat:: Е. И. Гончарук. Коммунальная гигиена. Киев. , 2006
65) Bərbərxanaların salonunda 1 iş yerinə düşən sahə neçə m2-dan az
olmamalıdır?
A) 15 m2-dan az olmamalıdar
B) 5 m2-dan az olmamalıdar
C) 10 m2-dan az olmamalıdar
D) 4 m2-dan az olmamalıdar
E) 8 m2-dan az olmamalıdar
Ədəbiyyat::СанПиН устройства, оборудования и содержания парикмахерских,
косметических салонов, салонов красоты. 2000
66) Külək istiqamətinin qrafik təsvirini izah edən təyin hansıdır?
A) Ay ərzində müəyyən yaşayış yerinə xas olan küləklərin istiqamət tezliyi
B) İl ərzində müəyyən yaşayış yerinə xas olan küləklərin istiqamət tezliyi
C) Ay ərzində hava rütubətinin dəyişilməsi
D) Küyün səviyyəsinin dəyişilməsi
E) Ay ərzində hava temperaturun dəyişilməsi
Ədəbiyyat:: Е. И. Гончарук. Коммунальная гигиена. Киев. , 2006
67) Xəstəxananın hansı şöbəsi üçün sərbəst gətirici-sorucu ventillyasiya növü
nəzərdə tutulmur?
A) Rentgen kabineti
B) Cərrahiyyə bloku
C) Doğuş zalı
D) Yenidoğulanlar üçün palatalar
E) Terapiya şöbəsində palata seksiyası
Ədəbiyyat:: Е. И. Гончарук. Коммунальная гигиена. Киев. , 2006
68) Mərkəzləşdirilmiş xəstəxananın layihələşdirilməsi zamanı onun hansı şöbəsi
üçün ayrı binada (blokda ) yerləşdirilməsi nəzərdə tutulmur?
A) Patoloji anatomiya korpusu
B) Terapiya
C) Yoluxucu
D) Doğum şöbəsi
E) Cərrahiyyə bloku
Ədəbiyyat:: Е. И. Гончарук. Коммунальная гигиена. Киев. , 2006
69) Coqrafi enliyindən asılı olmayaraq ərazinin 50% sahəsində fasiləsiz 3 saat
ərzində insolyasiya təmin olunmalıdır. Bu hal hansı əraziyə aid deyil?
A) Məktəbəqədər müəssisələrin qrup meydançaları
B) Müalicə-profilaktik müəssisələrin istirahət zonaları
C) Çimərliklər üçün
D) Ümumtəhsil məktəblərin və məktəb-internatların idman və istirahət zonaları
E) Yaşayış yerlərindəuşaqlar üçün oyun və idman meydançaları
Ədəbiyyat:: СанПиН 2. 2. 1/2. 1. 1. 1076-01. Гигиенические требования к
инсоляции и солнцезащите помещений жилых и общественных зданий и
территорий. M. , 2002.
70) Hansı hallarda havanın kondisiyalaşdırma sistemindən insifadəsi
məqsədəuyğun deyil?
A) Müalicə-profilaktik müəssisələrin cərrahiyyə bloku
B) Eyni zamanda insanların çox sayda toplaşdığı ictimai binalar
C) Mötədil (mülayim) iqlim zonasında yerləşən yaşayış binaları üçün
D) İsti iqlim zonasında yerləşən yaşayış binalar
E) Yanıqlar ilə xəstələr üçün palatalar
Ədəbiyyat:: Е. И. Гончарук. Коммунальная гигиена. Киев. , 2006
71) Hansı otaqlarda fasiləsiz 2 saat ərzində olan insolyasiya təmin olunmalıdır?
A) Müalicə-profilaktik müəssisələrində cərrahiyyə və reanimasiya otaqlarında
B) İnternatların yataq otaqlarında
C) Ümumtəhsil məktəblərin ibtidai siniflərində, məktəbəqədər müəssisələrin oyun
otaqlarında
D) Mərkəzi zonada yerləşən binaların bütün otaqlarında
E) Ümumtəhsil məktəblərin bütün siniflərində
Ədəbiyyat:: СанПиН 2. 2. 1/2. 1. 1. 1076-01. Гигиенические требования к
инсоляции и солнцезащите помещений жилых и общественных зданий и
территорий. M. , 2002.
72) Gigiyenik baxımından inşaat materialları hansı fiziki xüsusiyyətlərinə malik
olmalıdırlar?
A) Aşağı istilik keçiriciliyi və yüksək hava keçirtməsi
B) Yüksək istilik keçiriciliyi və aşağı hava keçirtməsi
C) Yüksək istilik keçiriciliyi və yüksək hava keçirtməs
D) Oda davamlılıqı zəif olan
E) Aşağı istilik keçiriciliyi və aşağı hava keçirtməsi
Ədəbiyyat:: Е. И. Гончарук. Коммунальная гигиена. Киев. , 2006
73) İşıq əmsalı hansı üsulla təyin olunur?
A) İşıq-texniki
B) Həndəsi
C) Ekspress-təcrübə
D) Coğrafi
E) Qrafoanalitik
Ədəbiyyat::Руководство к лабораторным занятиям по коммунальной гигиене.
Под ред. Е. И. Гончарука, М. , 1990
74) Təbii işıqlanma əmsalı hansı üsulla təyin edilir?
A) İşıq-texniki
B) Həndəsi
C) Qrafoanalitik
D) Ekspress-təcrübə
E) Coğrafi
Ədəbiyyat:: Руководство к лабораторным занятиям по коммунальной гигиене.
Под ред. Е. И. Гончарука, М. , 1990
75) Yaşayış zonasının ərazisində və otaqlarda olan insolyasiyanın müddəti və
rejimi hansı üsulla təyin edilir?
A) Ekspress-təcrübə
B) Coğrafi
C) İşıq-texniki
D) Həndəsi
E) Qrafoanalitik
Ədəbiyyat:: Руководство к лабораторным занятиям по коммунальной гигиене.
Под ред. Е. И. Гончарука, М. , 1990
76) İri şəhərlərin əsas gigiyenik problemlərinə hansı aid deyil?
A) Şəhər mühitinin çirklənməsi
B) Turşulu yağışlar
C) Tullantıların toplanması və utilizasiyası
D) Küy
E) Peşə seçimi
Ədəbiyyat:: Гигиена. Под редакцией Г. И. Румянцева. М. , 2005
77) Hansı tədbir şəhərin hava mühitinin qorunması üçün olan tədbirlərə aid
deyil?
A) Texniki
B) Sanitar-texniki
C) Planlaşdırma
D) Təşkilat
E) Fərdi
Ədəbiyyat:: Гигиена. Под редакцией Г. И. Румянцева. М. , 2005
78) Hansı kimyəvi birləşmələr əsasən turşulu yağışların tərkibinə daxıldir?
A) Kükürd və azot oksidləri
B) Civə və su buxarları
C) Kükürd oksidi və hidrogen
D) Oksigen və ozon
E) Hidrogen və civə buxarları
Ədəbiyyat:: Е. И. Гончарук. Коммунальная гигиена. Киев. , 2006
79) Turşulu yağışların nəticəsində nə baş vermir?
A) Torpağın turşulanması
B) Balıqların məhv olunması
C) Meşələrin azalması
D) Temperatur inversiyası
E) Qurğular və binaların korroziyası
Ədəbiyyat:: Е. И. Гончарук. Коммунальная гигиена. Киев. , 2006
80) Maksimal insolyasiya rejimi harada tövsiyyə olunur?
A) Yenidoğulanlar üçün palatalar
B) İntensiv terapiya palataları
C) Reanimasiya palataları
D) Əməliyyat otağı
E) Bərpa-reabilitasiya şöbəsinin palataları
Ədəbiyyat:: Гигиена. Под редакцией Г. И. Румянцева. М. , 2005
81) Əsasən hansı zərərli peşə amilləri peşə onkoloji xəstəlikləri ilə bağlıdır?
A) Kimyəvi
B) Fiziki
C) Təbii
D) Bioloji
E) Sosial
Ədəbiyyat:: Ş. N. Abdullayev, V. H. Hüseynov. Sənaye toksikologiyasının əsasları.
Bakı, 2010
82) Tozun daxilində silisium 2 oksidin neçə faiz olduqda onun yol verilən
konsentrasiya həddi ( YVKH ) 1 mq/m3 təşkil edir (%)?
A) 10-70%
B) 70%-dan çox
C) 1%-dan az
D) 1-5%
E) 5-10%
Ədəbiyyat:: S. A. Gürzəliyev, R. H. Əliyeva, R. A. Orucov, M. Y. Nəbiyeva. Əmək
gigiyenası. Bakı, 2013
83) Tozun daxilində silisium 2 oksidin neçə faiz olduqda onun yol verilən
konsentrasiya həddi ( YVKH ) 2 mq/m3 təşkil edir (%)?
A) 70%-dan çox
B) 1-5%
C) 1%-dan az
D) 5-10%
E) 10-70%
Ədəbiyyat:: S. A. Gürzəliyev, R. H. Əliyeva, R. A. Orucov, M. Y. Nəbiyeva. Əmək
gigiyenası. Bakı. , 2013
84) Tozun daxilində olan silisium 2 oksidin neçə faiz olduqda onun yol verilən
konsentrasiya həddi ( YVKH ) 4 mq/m3 təşkil edir (%)?
A) 10 – 70%
B) 50%-a qədər
C) 10%-a qədər
D) 70%-dan çox
E) 70%-a qədər
Ədəbiyyat:: S. A. Gürzəliyev, R. H. Əliyeva, R. A. Orucov, M. Y. Nəbiyeva. Əmək
gigiyenası. Bakı. , 2013
85) Bunlardan hansı “əmək şəraiti” termininə aid olunur ?
A) Optimal
B) Zərərli
C) Təklükəli
D) Yolverilən
E) Əlverişsiz
Ədəbiyyat:: S. A. Gürzəliyev, R. H. Əliyeva, R. A. Orucov, M. Y. Nəbiyeva. Əmək
gigiyenası. Bakı. , 2013
86) Qurğuşunla intoksikasiya zamanı hansı sindrom inkişaf etmir?
A) Periferik sinirlərin polinevriti, nefropatik sindrom
B) Astenovegetativ, abdominal sindrom
C) Reyno sindromu, hemorragik sindrom
D) Ensefalopatiya, sümük sindromu
E) Anemik sindrom, retikulositoz, eritrositlərin bazofil dənəcikliyi
Ədəbiyyat:: Ş. N. Abdullayev, V. H. Hüseynov. Sənaye toksikologiyasının əsasları.
Bakı, 2010
87) İşçilərdə dəri xərçəngini törədən daha çox məlum olan peşə kanserogenləri
hansılardır?
A) Qalogenli karbohidrogenlər
B) Aromatik aminlər
C) Polisiklik aromatik karbohidrogenlər
D) Qurğuşun
E) Üzvi həlledicilər
Ədəbiyyat:: Ş. N. Abdullayev, V. H. Hüseynov. Sənaye toksikologiyasının əsasları.
Bakı, 2010
88) Kesson xəstəliyin əlamətləri hansılardır?
A) Oynaqlarda ağrı, vestibulopatik əlamətlər, görmə qabiliyyətin müvəqqəti
pozulması
B) Ensefalopatiya, vestibulopatik əlamətlər
C) Hemorragik sindrom, anemia
D) Yaddaş və diqqətin pozulması
E) Ətrafların titrəməsi, periferik sinirlərin polinevriti
Ədəbiyyat:: C. В. Алексеев, В. Р. Усенко. Гигиена труда, М. , 1988
89) Hansı iş yüksək atmosfer təzyiqi ilə müşayiət olunmur?
A) Dalğıc işləri
B) Barokameralarda müalicə
C) Akvalanqların sualtı üzgüçülüyü
D) Yüksək dağlıq yerdə görülən işlər
E) Kesson işləri
Ədəbiyyat:: C. В. Алексеев, В. Р. Усенко. Гигиена труда, М. , 1988
90) Hansı dağlıq xəstəliyin əlamətlərinə xas deyil?
A) Yaddaş və diqqətin pozulması
B) Zəiflik
C) Oynaqlarda ağrı
D) Emosional dəyişkənlik
E) Hərəkət koordinasiyaların pozulması
Ədəbiyyat:: C. В. Алексеев, В. Р. Усенко. Гигиена труда, М. , 1988
91) Bir neçə sənaye zəhərin bir vaxtda və ya ardıcıllıqla orqanizmə eyni yolla
daxil olması nəticəsində hansı təsir əmələ gəlir?
A) Kombinəedilmış
B) Kompleks
C) Spesifik
D) Qeyri-spesifik
E) Müştərək
Ədəbiyyat:: Ş. N. Abdullayev, V. H. Hüseynov. Sənaye toksikologiyasının əsasları.
Bakı, 2010
92) İstehsalat tozu hansı xəstəliklərin səbəbi sayılmır?
A) Pnevmokoniozlar
B) Psoriaz, Reyno sindromu
C) Dermatit, konyunktivit
D) Asmoidli bronxit, bronxial astma
E) Rinit, faringit, pnevmoniya
Ədəbiyyat:: Гигиена. Под ред. Г. И. Румянцева. М. , 2005
93) Bunlardan hansı zehni əmək fəaliyyətin ümumi növlərinə aid deyil?
A) Yaradıcı fəaliyyət
B) Müəllim və tibb işçilərin əməyi
C) Məktəbli və tələbələrin əməyi
D) Operator əməyi, idarəetmə əməyi
E) Fəhlə əməyi
Ədəbiyyat:: S. A. Gürzəliyev, R. H. Əliyeva, R. A. Orucov, M. Y. Nəbiyeva. Əmək
gigiyenası. Bakı. , 2013
94) Bunlardan hansı tibbi personalın əməyinin xüsusiyyətləri ilə bağlı zərərli
peşə amillərinə aid deyil?
A) Narahat iş duruşu
B) Ayri-ayrı orqan və sistemlərin həddən artıq gərginliyi
C) Sinir-emosional gərginlik
D) Bədənin şaquli vəziyyəti
E) Bədənin uzun müddət məcburi duruşu
Ədəbiyyat:: S. A. Gürzəliyev, R. H. Əliyeva, R. A. Orucov, M. Y. Nəbiyeva. Əmək
gigiyenası. Bakı. , 2013
95) Kəskin şüa təsirinə ən çox məruz qalan sistem hansıdır?
A) Sinir sistemi
B) Həzm sistemi
C) Ürək-damar sistemi
D) Tənəffüs sistemi
E) Qantörədici sistem
Ədəbiyyat:: M. A. Kazımov, A. M. Məmmədov. Radiasiya gigiyenası. Bakı. , 2009
96) Tibbi personalın xarici şüalanmadan müdafiənin əsas prinsiplərinə hansı aid
deyil ?
A) Müdafiə paltarından istifadə
B) Məsafə ilə
C) Miqdar ilə
D) Zaman ilə
E) Ekran ilə
Ədəbiyyat:: M. A. Kazımov, A. M. Məmmədov. Radiasiya gigiyenası. Bakı. , 2009
97) Radioaktiv elementləri radiasiya təhlükəsinə görə neçə qrupa ayrılır?
A) 2
B) 4
C) 3
D) 5
E) 6
Ədəbiyyat:: M. A. Kazımov, A. M. Məmmədov. Radiasiya gigiyenası. Bakı. , 2009
98) A qrup personala hansı daxildir?
A) Atom elektrik stansiyasının yaxınlığında yaşayan personalın ailələri
B) Həkim-radioloqlar
C) Radioloji şöbənin kiçik tibb işçiləri
D) Bütün əhali
E) İstehsal fəaliyyəti dairəsindən kənar olan personal
Ədəbiyyat:: M. A. Kazımov, A. M. Məmmədov. Radiasiya gigiyenası. Bakı. , 2009
99) Radiasiya gigiyenasında istifadə olunan müayinə üsullarından biri hansıdır?
A) Klinik müayinə
B) Morfoloji
C) Biokimyəvi analiz
D) Spektrometriya
E) Mikrobioloji
Ədəbiyyat:: M. A. Kazımov, A. M. Məmmədov. Radiasiya gigiyenası. Bakı. , 2009
100) Kritik orqanların 1-ci qrupuna hansılar aiddir?
A) Dəri və sümük toxuması
B) Göz bülluru
C) Qırmızı sümük beyni, qonadalar
D) Endokrin vəzilər, baş beyin
E) Qara çiyər, böyrəklər
Ədəbiyyat:: M. A. Kazımov, A. M. Məmmədov. Radiasiya gigiyenası. Bakı. , 2009
26.07.2018-ci il tarixində əlavə olunub.