fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/family guide/family...

40
Fövqəladə hallarda özünü necə aparmalı Ailələr üçün təlimat kitabı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi European Union

Upload: others

Post on 21-Feb-2020

13 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Fövqəladə hallarda özünü necə aparmalı

Ailələr üçün təlimat kitabı

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi

European Union

Page 2: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Avropada Təhlükəsizlik və Əməkdaşlıq TəşkilatıATƏT-in Serbiyadakı MissiyasıCakorska 1, 11000 Belqrad

Daxili İşlər NazirliyiFövqəladə Hallar sektoru101 Kneza Milosa, 11000 Belqrad

Dizayncomma | communications design

Tərcümə, uyğunlaşdırma və nəşr Avropa Birliyinin maliyyələşdirdiyi Şərq tərəfdaşlığına qoşulmuş ölkələrdə həyata keçirilən “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri üzrə Şərq Proqramı” (PPRD East) tərəfindən yerinə yetirilmişdir.

PJSC GIRHIMPROM

Bu vəsait Avropa Birliyinin maliyyə dəstəyi ilə nəşr edilmişdir. Nəşrin məzmunu Avropa Birliyinin rəsmi mövqeyini əks etdirmir. PPRD East komandası nəşrin məzmunu ilə bağlı tam məsuliyyət daşıyır.

Qeyri-kommersiya qaydasında yayılmaq üçün nəzərdə tutulmuşdur.

Civil Protection and Disaster Management

PPRD proqramı ATƏT-in Missiyasına və Serbiyanın Xarici İşlər Nazirliyinə PPRD proqramı çərçivəsində bu Ailə Bukletini adaptasiya etmək, dərc etmək və yaymaq üçün bizə səlahiyyət verdiyinə görə minnətdarlığını bildirir

Nəşr etdilər:

Mündəricat

Ön söz

Məişət yanğınları

Meşə yanğınları

Sel və daşqın

Təhlükəsizlik və xilasəetmə

Zəlzələ

Sürüşmə və uçqun

Texnogen xarakterli qəzalar

Nüvə və radiasiya qəzaları

Dəm qazı zəhərlənmələri

Yararsız pestisidlər

Terrorizm

Ekstremal hava şəraiti

Partlamamış hərbi sursatlar

Yol qəzaları

İlkin yardım

Yanğınsöndürəndən necə istifadə etməli

Faydalı telefon nömrələri

Republic of Serbia Ministry of InteriorSector for Emergency Management

Page 3: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Məişət yanğınları

Page 4: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Î Yanar sobaları nəzarətsiz qoymayın.

Î Yataqda siqaret çəkməyin.

Î Müntəzəm olaraq elektrik naqillərini, isitmə qurğuları və sistemlərinə nəzarət edin.

Î Kibrit və alışqanı uşaqların əli çatmayan yerə qoyun.

Î Ventilyasiya sistemi zəif olan otaqlarda qaz qızdırıcıları və ya buxarıdan istifadə etməyin.

Î Oddan təhlükəli maddə və materialları- köhnə jurnallar, içərisində boya olan konteynerlər, həlledicilər, köhnə mebel, geyim və zirzəmi, qaraj, çardaqda və s. saxlanılan digər əşyaları kənarlaşdırın.

Î Pilləkənləri və çıxışları vaxtaşırı təmizləyin və üzərilərini əlavə yüklərlə doldurmayın, çünki bunlar çox zaman ailəniz üçün yeganə xilas yoludur.

Î Yanğınsöndürənlər, yanğın şlanqları, hidrantlar kimi yanğınla mübarizə avadanlıqlarının vəziyyətini yoxlayın və onları işlək vəziyyətdə saxlayın.

Î Yanğınsöndürənlərdən düzgün istifadə qaydalarını öyrənin və ailə üzvlərinizi də təlimatlandırın, çünki yanğın zamanı təlimatları oxumaq üçün vaxtınız olmayacaq.

Î Uşaqlara yanğın zamanı 101 nömrəsinə zəng etməyi öyrədin.

Î Evinizdə və ya binada alov gördüyünüz və ya tüstü iyi hiss etdiyiniz zaman dərhal yanğından mühafizə xidmətinə zəng edin – heç bir halda bunu artıq başqalarının etmiş ola biləcəyini düşünməyin.

Î Söndürülməmiş siqaret kötüyünü heç vaxt pəncərə və ya eyvandan atmayın, çünki o sizdən altdakı mənzilə və ya eyvana düşərək orada yanğına səbəb ola bilər.

Yanğının qarşısını necə almaq olar?Aşağıdakı qaydalara riayət edin

Yanğın-təkcə

əmlaka deyil, həm

də sağlamlığa

zərər vuran bir

fəlakətdir. Buna

imkan verməyin!

Vaxtında zəruri

tədbirləri görün!

Yanğın zamanı

zəng edin

101

Page 5: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Yanğın zamanı necə davranmalı?

Î elektrik naqilləri və elektrik cihazlarının söndürülməsi zamanı. Bu, elektrik cərəyanının yayılmasına səbəb ola bilər;

Î benzin və ya neft yanğınlarının söndürülməsi zamanı. Bu maddələr suyun səthinə çıxdığı üçün yanğının yayılmasına səbəb ola bilər.

Unutmayın! Sudan istifadə etməyin:

Î Əgər yanğın hadisəsi gecə baş veribsə və sizin yanğın siqnalizasiya sisteminiz yoxdursa, pəncərəyə və ya dəhlizə qaçaraq ailə üzvlərinizi və qonşuları oyatmaq üçün “Yanğın!” deyə qışqırın.

Î 101 nömrəsinə zəng edərək yanğının baş verdiyi yer barədə dəqiq məlumat verin.

Î Əgər yanğın yalnız bir otaqda baş veribsə, qapını bağlayın və elektrik avadanlıqlarını xəttdən ayırın. Yanğınsöndürmə xidmətinə zəng edin və ailə üzvlərinizi təxliyə edin, əgər yanğın böyük deyilsə, onu özünüz söndürməyə çalışın.

Î Əgər evdə yanğın böyükdürsə, mənzili dərhal tərk edin və bütün qapıları arxanızca bağlayın. Əks halda təmiz hava axını yanğının qısa müddətdə bütün mənzilə yayılmasına səbəb olacaq.

Î Təxliyə zamanı bütün ailə üzvlərinin bir yerə cəmləşməsi vacibdir, çünki uşaqlar qorxudan

Elektrik

naqilləri,

elektrik

cihazları və

ya benzinin

söndürül-

məsində

sudan

istifadə

etməyin.

haradasa gizlənə bilər. Yalnız hamı bir yerə yığışdıqdan sonra çıxışa tərəf gedin

Î Güclü tüstü və istidən qorunmağa çalışın. Əgər zamanınız varsa, palto və qalın altlığı olan ayaqqabı geyinin, ağız və burnunuzu nəm parça və ya dəsmalla bağlayın.

Î Heç bir halda liftdən istifadə etməyin, çünki tərkibində zəhərli qazlar olan sıx tüstü qatı tez bir zamanda liftin şaxtasına və kabinəsinə dola və içəridəki insanların boğulmasına gətirib çıxara bilər.

Î Əgər yanğın sizin üçün bilavasitə təhlükə törətmirsə, mənzilinizin qapılarını bağlayaraq içəridə qalmağa çalışın. Tüstü qapıdan içəri daxil olmağa başladığı zaman, qapının kənarlarını və arxasını su ilə isladılmış dəsmalla örtün, bu tüstünün mənzilə daxil olmasının qarşısını alacaq. Əgər çöldə hava təmizdirsə, eyvan çıxaraq qapını arxanızca bağlayın və yanğınsöndürənləri gözləyin.

Page 6: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Meşə yanğınları

Page 7: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Î Söndürülməmiş siqaret kötüyünü meşəyə atmayın.

Î Otları, alçaqboylu bitkiləri və ya tullantıları yolda, şəhərin yaşıllıq zonalarında və meşənin yaxınlığında yandırmayın.

Î Açıq sahələrdə, quru otların və budaqların yaxınlığında manqalda od qalamayın.

Î Yanğına səbəb ola biləcək hərəkətlərdən çəkinin.

Î Öz-özünə alışma ehtimalı olan tullantıları meşədə saxlamayın.

Î Açıq oddan istifadə etməyin və məhsul yığımı zamanı siqaret çəkməyin.

Î Yüksək yanğın riski olan sahələrə girişi qadağan edən işarələrə diqqət yetirin.

Meşə yanğınları sürətlə yayılır, meşə massivlərini və digər yaşıl örtüklü sahələri – kolluqlar, çəmənliklər, kənd təsərrüfatı torpaqları yaxınlığında, çöllüklərdə bitən bitkilər- əhatə edir.

Yanğınların baş verməsinə və yayılmasına isti hava, güclü küləklər və quraqlıq təsir edir.

Yanğınlara ildırım vurması (nadir hallarda) kimi təbii hadisələr və insanlar səbəb ola bilər:

Î gözlənilməyən hadisələr (qısa qapanma, avadanlıqların həddindən artıq qızması, iş zamanı yaranan qığılcımlar);

Î təsadüfi yanğın (meşədə gəzinti zamanı məsuliyyətsiz hərəkətlər və tez alışan maddələrin ətrafa tullanması);

Î kənd təsərrüfatı işləri zamanı (alaq otları və digər bitki tullantılarının yandırılması- yanğın təhlükəsizliyi haqqında qanuna görə ciddi şəkildə qadağan olunur).

Təəssüf ki, insanlar tərəfindən törədilən yanğın hadisələrinə daha çox rast gəlinir.

Yanğının qarşısını almaq üçün aşağıdakı qaydalara riayət edin

Î dərhal yerli yanğından mühafizə xidmətinə zəng edərək hazırda olduğunuz yer və yanğının baş verdiyi yer barədə dəqiq məlumat verin;

Î yanan bitkilərin növünü təsvir edin;

Î əgər mümkündürsə, yanğının yayıldığı istiqaməti göstərin;

Î bütün zəruri məlumatları çatdırana qədər telefonun dəstəyini asmayın.

zəng edin

Yanğın hadisəsi

müşahidə etdiyiniz zaman

101

Page 8: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Əgər eviniz meşədə, meşənin yaxınlığında və ya yaşıllıq zonasında yerləşirsə

Əgər yanğın evinizə çatıbsa

Î Evdən çıxıb dərhal yaxınlıqdakı yanğının mənbəyini söndürməyə çalışın.

Î Nəzarət edin, yanğının bütün mənbələri söndürülənədək evdəki hətta kiçik bir qığılcım yenidən alovlanmaya səbəb ola bilər.

Yanğın söndürülən zaman:

Î Evdən çıxmağın təhlükəsiz olduğuna tam əmin olanadək evi tərk etməyin. Odadavamlı materiallardan tikilmiş evlərdə sağ qalma şansı yüksəkdir.

Î Bütün ailənizi və ev heyvanlarınızı evə toplayın. Î Bütün qapı və pəncərələri bağlayın və çatları yaş parça ilə örtün.

Î Pəncərələrin pərdələrini çıxarın. Î Mebelləri pəncərələrdən uzağa, otağın mərkəzinə çəkin.

Î Su ehtiyatını təmin edin. Î Bütün ailə üzvlərinizi bir yerə toplayın. Î Elektrik kəsilən zaman istifadə etmək üçün fənərin olub-olmamasını yoxlayın.

Î Təmkinli olun. Î Alovun daha da yayılmasının qarşısını almaq üçün bütün yanar maddələri evinizdən uzağa, qapalı və qorunan sahələrə aparın.

Î Evdəki bütün qaz və yanacaq klapanlarını bağlayın. Î Yanğınsöndürən maşınların rahat hərəkət etməsinə imkan yaradın.

Î Güclü tüstülənmə zamanı görüntünü yaxşılaşdırmaq üçün evin bütün daxili və xarici işıqlarını yandırın.

Î Evinizin 20 metr radiusundakı alçaqboylu bitkiləri kəsin, quru ot, yarpaq və budaqları qoparıb atın.

Î Həyətinizi qurumuş yarpaq və budaqlardan təmizləyin, budaqların evin divarlarına, dam örtüyünə və eyvanına toxunmadığına əmin olun.

Î Evin ətrafında tez alışan maddələr və yanacaq saxlamayın.

Î Evdə yanğınsöndürən qurğu saxlayın və onun vəziyyətini yoxlayın.

Î Evinizdə quraşdırılmış su kranları, qorumaq istədiyiniz əraziyə qədər uzana bilən şlanqlar, içərisi su ilə dolu konteynerlər və qeyri-elektrik su nasosu saxlayın.

Əgər yanğın evinizə tərəf yayılırsa:

Təxliyə yalnız tamamilə zəruri hallarda müvafiq orqanların təlimatlarına uyğun

şəkildə alov və tüstü ilə əhatə olunmayan istiqamətlərə doğru həyata keçirilməlidir.

Söndürül-

məmiş

siqaret

kötükləri

meşə

yanğınlarının

ən çox

yayılmış

səbəblərin-

dəndir – heç

vaxt siqareti

hərəkətdə

olan

avtomobildən

çölə atmayın.

Siqaret

kötüyünü tam

söndürün!

Page 9: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Sel və daşqın

Page 10: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Î Sel olmayan vaxtlarda belə məsuliyyətli olun: zibil və tullantıları çaylara, su axınlarına, kanallara atmayın.

Î Tullantılar çay və kanal yatağına düşdüyü zaman bu barədə müvafiq dövlət və kommunal təsərrüfat orqanlarına məlumat verin.

Î Güclü yağışların səth axınlarını artırdıqları şəhərlərdə zibili leysan axınlarına tullamayın və drenaj quyularının dəliklərini bağlamayın.

Î Mümkündürsə, qum kisələri hazırlayın və sel zamanı girişlərə qoyaraq su axınının evə daxil olmasının qarşısını alın.

Î Yay mövsümündə su toplamaq məqsədilə suyu kənara axıdan kanalın qarşısını bağlamayın.

Daşqın çox geniş yayılmış təbii fəlakətlərdir, o həm yerli xarakter daşıyaraq ayrıca bir kənd və ya kiçik qəsəbədə baş verə bilər və həmçinin geniş əhatəli olub bütün çay hövzəsini və bir çox yaşayış məntəqələrini əhatə edə bilər.

Selin müddəti konkret haldan asılıdır. Düzənlik ərazilərdə daşqınlar yavaş hərəkət edib bir neçə gün davam etsə də, qəfil daşqınlar sürətlə inkişaf edir və heç bir görünən əlamətə malik deyil. Belə daşqınlar palçıq, daş, budaq və zibildən ibarət təhlükəli dağıdıcı dalğalarla müşahidə olunur.

Çaydakı suyun səviyyəsi qrunt sularının səthə çıxmasına, yaxud da bənddən aşmasına səbəb olacaq həddə qalxdığı və suyun gücü dambanı yuyub dağıdacaq qədər böyük olduğu zaman daşqın baş verir. Daşqın bəndin dağılması nəticəsində baş verə bilər, bu halda suyun güclü axını qəfil daşqına bənzəyir, lakin ondan daha geniş, fəlakətli miqyasda olur.

Yüksək riskli ərazilərdə seldən necə xilas olmaq olar?

Î Mütəmadi olaraq hadisələrin gedişatını radio, televiziya və internet vasitəsilə izləyin.

Î Unutmayın, sel fəlakəti gözlənilmədən də baş verə bilər. Təhlükə zamanı dərhal binanın yuxarı mərtəbələrinə qalxın. Kiminsə belə bir göstəriş verməsini gözləməyin.

Î Elektrik kabellərindən uzaq durun.

Î Sürüşmə və uçqun təhlükəsi olan sahələri tərk edin.

Î Xilasedicilərin işinə müdaxilə etməyin.

Sel və daşqın zamanı

davranış qaydaları

Hətta tamamilə təhlükəsiz görünən kiçik çaylar, çaylar, drenaj və ya leysan kanalları belə irimiqyaslı daşqın yarada bilərlər.

Page 11: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Sel və daşqından sonra nə etməli?

Təxliyə zamanı necə hərəkət etməli?

Î Elektrik cihazlarını yoxlamadan, onlardan istifadə etməyin.

Î Bütün səthləri təmizləyin və dezinfeksiya edin. Î Sel və daşqın suları ilə əhatə olunmuş binalardan uzaq durun.

Î Evə daxil olan zaman ehtiyatlı olun, sizi gizli zədələnmələr gözləyə bilər.

Î Mümkün olduğu qədər tez bir zamanda zədələnmiş durulducu hovuzları və digər kanalizasiya sistemlərini təmir edin. Zədələnmiş kanalizasiya sistemləri sağlamlıq üçün ciddi təhlükə yaradır.

Î Yaş olan hər şeyi təmizləyin və dezinfeksiya edin. Daşqın sularından qalan palçığın tərkibində çirkab sular və kimyəvi maddələr ola bilər.

Î Ölü heyvanlar gördüyünüz zaman, sanitar-epidemioloji və baytarlıq xidmətinə zəng edin.

Î Vacib əşyalarınızı (sənədlər, qiymətli əşyalar, isti geyim, çəkmə, içməli su, fənər) özünüzlə götürün və mümkün qədər mütəşəkkil qaydada evi tərk edin.

Î Ətrafdakı insanlara yardım etməyə hazır olun, xilasetmə komandası ilə birlikdə hərəkət edin.

Î Bənd axını istiqamətində yaşayırsınızsa, təhlükə siqnalının necə olacağını, evdən çıxmaq üçün sizə nə qədər vaxt lazım olduğunu və bəndin dağılması zamanı təhlükəsiz zonanın harada yerləşdiyini öyrənin.

Î Vəziyyətdən asılı olaraq hərəkət edin və kütləvi informasiya vasitələrinin məlumatlarını izləyin.

Evin qapısını bağlayan və elektrik enerjisini söndürən zaman suda dayanaraq elektrik cihazlarına toxun-mayın.

Evi tərk etmək məcburiyyətində qaldıqda nə etməli?

Î Hərəkət edən suda dayanmayın. 15 santimetr dərinlikli hərəkət edən su insanı yıxa bilər. Suda hərəkət etmək məcburiyyətindəsinizsə, onun hərəkət etmədiyi yerdən keçin. Suyun dərinliyini və torpağın möhkəmliyini yoxlamaq üçün çubuqdan istifadə edin.

Î Su altında qalmış sahələrdə avtomobillə hərəkət etməyin. Əgər avtomobilinizin ətrafında sel suları yüksəlirsə, avtomobili tərk edin və mümkün qədər yüksək yerlərə qalxın.

Î Çay və ya kanalı piyada və ya avtomobillə keçməyin. Î Ev heyvanlarını təxliyə edin, bu mümkün olmadıqda, onları yuvalarından bayıra çıxarın.

Î Ehtiyac yarandıqda evi tərk etməyə hazır olun– şəxsi sənədlər və zəruri əşyalardan (əl fənəri, fit, plaş, isti geyim, çəkmə-rezin çəkmələrə üstünlük verilməlidir, içməli su, radioqəbuledici və ehtiyat batareyalar, taxta, ip və s. ) ibarət bel və ya əl çantası hazırlayın).

Î İçməli su təminatı və təhlükəsizliyi ilə bağlı məlumatları dinləyin.

Î Sel və daşqın suları ilə təmasda olan sulardan istifadə etməyin – bu sular zibil, yağ, benzin və kanalizasiya tullantıları ilə çirklənmiş ola bilər. Sel və daşqın sularına həmçinin yeraltı elektrik verilişi xətlərindən elektrik cərəyanı keçə bilər.

Î Sel və daşqın sularında gəzməməyə çalışın. Î Sel və daşqın suları geri çəkilən ərazilərdə ehtiyatlı olun; subasmadan ziyan dəymiş yollar təhlükəli ola bilər.

Î Yalnız müvafiq orqanlar tərəfindən evlərə qayıtmağın təhlükəsiz olması elan edildikdən sonra evlərinizə qayıdın.

Əgər vaxtınız varsa, aşağıdakılar tövsiyə olunur: Î evin qapısını bağlamaq; Î elektriki ümumi mərkəzdən söndürmək; Î bütün elektrik cihazlarını şəbəkədən ayırmaq.

Unutmayın!

Sel suları

çəkildikdən

sonra belə

təhlükə

qalır.

Page 12: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Təhlükəsizlik və xilasetmə

Ehtiyyatlı olun: Nazik buz qatı

Page 13: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Suda özünü necə aparmaq lazımdır?

Î çimmək üçün yerin düzgün seçilməsi; Î çimmək zamanı və üzücü vasitələrdə gəzinti zamanı davranış qaydalarına ciddi əməl edilməsi.

Î xəbərdaredici nişanların, siqnal üzgəclərinin və bakenlərin üzərinə çıxmaq:

Î qayıq və katerlərdən, eləcə də bunun üçün nəzərdə tutulmamış qurğulardan suya tullanmaq;

Î körpü, damba, gəminin yan alması üçün körpü, ağac, hündür sahillərdən suya baş vurmaq;

Î lövhə, şalban, avtomobil təkərlərinin kamerası kimi təhlükəli vasitələrdən və üzmək üçün nəzərdə tutulmamış digər ləvazimatlardan üzmək üçün istifadə etmək;

Î çimmək üçün ayrılmış yerlərdə üzücü vasitələrdə üzmək; Î spirtli içkilər içmək; Î su və sahili çirkləndirmək, çimmək üçün ayrılmış yerlərdə paltar və alt paltarlarını yumaq;

Î üzücü vasitələrə yaxınlaşmaq; Î suda əl və ayağın hərəkətini məhdudlaşdırmaqla əlaqəli kobud oyunlar oynamaq;

Î yanlış fəlakət siqnalları vermək; Î üzə bilməyən şəxslərin kəmərdən yuxarı suya girmələri.

Î zərərçəkmişi kürəyi üzərinə, möhkəm səthə qoyun; Î bir əlinizlə ağzını açın, digər əlinizin salfetə, yaxud burun dəsmalına bükülmüş barmaqları ilə ağız boşluğundan qumu, lili və s. kənarlaşdırın;

Î boyun ardına qoyduğunuz əlinizlə maksimal şəkildə boyun nahiyəsindəki onurğanı düzəldin, aşağı çənəni qabağa, buxaqdan irəli dartın, bir əlinizlə onu bu vəziyyətdə saxlayın, ikinci əlinizlə burun pərlərini sıxın;

Î ağ ciyərinizə hava alın, zərərçəkmişin açıq ağzından möhkəm tutun və onun ağ ciyərinə havanı sınaq olaraq üfürün, eyni zamanda “gözünüzün ucu” ilə döş qəfəsinin qalxmasına nəzarət edin. Huşsuz vəziyyətdə olan şəxsin çənəsi möhkəm qapanıbsa, yaxud çənəsi, dili, dodağı zədələnibsə, onda süni tənəffüs “ağızdan ağıza” deyil, “ağızdan buruna” edin, bu zaman burunu deyil, ağzı sıxın. Üfürmənin sayı – dəqiqədə 16-20 dəfə;

Î ürəyin xarici masajı üçün zərərçəkmişin böyür tərəfində dayanın; bir ovcunuzun içəri hissəsini onun döş hissəsinin qabaq-alt hissəsinə qoyun, ikinci ovcunuzun içəri hissəsini birinci əlinizə köndələn yerləşdirin və dirsək əzələlərinizi açın. Bədəninizin bütün kütləsi ilə təkan verin, döş qəfəsini dəqiqədə 80-100 hərəkət tezliyində sıxın;

Î xilasedici tək olduqda, üfürülmənin döş qəfəsinin sıxılmasına nisbətdə sayı 1:5 olur, xilasedicilər 2 nəfər olduqda – 2:15;

Î hər iki dəqiqədən bir ürək-ağ ciyər reanimasiyasını bir neçə saniyə dayandırmaq və yuxu arteriyalarında nəbzin vurub-vurmadığını yoxlamaq lazımdır. Ürəyin masajını və ağ ciyərin süni ventilyasiyasını nəfəsin, nəbzin bərpasına, bəbəklərin daralmasına, dərinin rənginin yaxşılaşdırılmasına qədər aparmaq lazımdır.

Yadda saxlayın ki, təhlükəsizliyin əsas şərtləri bunlardır:

QADAĞANDIR:

Suda təcili tibbi yardım:

Yadda saxlayın, ekstremal şəraitdə təlaşa düşmək lazım deyil! Soruşa bilərsiniz – batan zaman, yaxud da batan insanı xilas edən zaman hər hansı tövsiyə və qaydanı yada salmaq mümkündürmü? Mümkündür! Yaxşı mənimsənilmiş qaydalar özü yada düşəcək və sizə üzüb çıxmaqda kömək edəcək!

Page 14: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Buz üzərində davranmaq

qaydası Bədbəxt hadisənin baş verməməsi üçün buz üzərində ehtiyatla davranmaq lazımdır! Ən təhlükəli buz – birinci və sonuncudur, o olduqca nazik və davamsızdır, hətta kiçik bir uşağın belə çəkisinə tab gətirə bilmir.

Mavi rəngli buz – ən möhkəmidir, ağ rəngli buz isə – xeyli zəifdir

Î Mavi və ya yaşıl çalarlı, qalınlığı 7 sm olan buz bir şəxs üçün təhlükəsiz sayılır.

Î Bir qrup şəxs üçün qalınlığı 15 sm-dən az olmayan buz təhlükəsiz hesab olunur.

Î Bir neçə insanın buz üzərində hərəkəti zamanı onlar bir-birlərini ardınca məsafə saxlamaqla hərəkət etməlidir.

Î Konkilərdə kütləvi sürüşmə zamanı buz ən azı 25 sm qalınlıqda olmalıdır.

Î Su hövzəsinin donmuş səthinə ayaq basmazdan əvvəl buz qatının qalınlığını ucu itilənmiş çubuğun (buzqıran ling), yaxud digər müvafiq əşyanın köməkliyi ilə bilmək lazımdır.

Î Heç bir halda buzun qalınlığını ayağınızı buza vurmaqla yoxlamayın!

Î Buz üzərində hərəkət edərkən, onun səthinə nəzarət edin, təhlükəli yerlərdən və kol və ot olan sahələrdən yan keçin. Xüsusilə də, sürətli axın, bulaq, çay və müəssisələrin isti çirkab sularının axdıqları yerlərdən yan keçmək lazımdır. Buz kifayət qədər möhkəm olmazsa, dərhal dayanmaq və eyni yolla “ayaqları sürüyərək” geri qayıtmaq lazımdır.

Î təlaşa düşməyin, üzmə vəziyyətində qalın, başınızın batmasına yol verməyin;

Î köməyə çağırın; Î buzun üzərinə çıxmağa çalışın, bu zaman əllərinizi geniş açın, buzun kənarına sinənizlə çıxmağa çalışın və növbə ilə ayaqlarınızı səthə çıxarın;

Î dayaq sahəsini genişləndirməklə, mümkün olduğu qədər bədəninizdən səmərəli istifadə edin;

Î buza çıxandan sonra, fırlanın və buzun möhkəmliyinin məlum olduğu gəldiyiniz yerə sürünə-sürünə gedin.

İndi, mümkün qədər tez bir zamanda paltarı dəyişmək lazımdır.

Əlinizin altında quru geyim olmazsa, yaş paltarı sıxıb yenidən geyinmək lazımdır. Qızınmaq üçün istənilən fiziki hərəkəti etmək lazımdır.

Quru yun parça ilə möhkəm qurulanmaq olar, bundan sonra küləkdən müdafiə olunan yerdə daldalanmaq, bürünmək və isti bir şey içmək olar.

Köməyə atılmazdan əvvəl aşağıdakıları etmək lazımdır:

Î digər şəxsləri, böyükləri köməyə çağırmaq;

Î Zərərçəkənə atmaq üçün əşya tapmaq (möhkəm çubuq, kəndir, kəmər, şərf, çanta və ya arxa çantası, əgər onların içində heç nə yoxdursa və uzun, möhkəm tikilmiş qayışa malikdirlərsə);

Î zərərçəkmişin sahildən nə qədər uzağa getdiyini qiymətləndirmək, və mümkün olarsa, maneəsiz ona çatmaq.

Əgər insanı xilas edə biləcəyinizə əminsinizsə:

Î köməyə gəldiyinizi qışqıraraq söyləyin;

Î buzun həmin sürünərək yaxınlaşın və bu zaman əllərinizi geniş açın;

Î altınıza xizək, lövhə, faner qoyun; Î hərəkətlərinizi zərərçəkmişlə müzakirə edin (veriləcək komanda haqda razılaşın, bu zaman siz onu möhkəm dartma ilə çəkəcək, o isə bədənini səthə qaldırmağa çalışacaq);

Î sınmış buzun lap qırağına sürünmədən, zərərçəkmişə çubuq, uzun ağac, xizək, şərf, ip, əl kirşəsi, yaxud buna oxşar bir şey verin və onu buzun üzərinə dartın;

Î zərərçəkmişlə birgə sürünərək geri qayıdın.

Əgər siz buzun altına düşmüsünüzsə:

Kimsə buzun altına düşübsə:

Ehtiyatlı olun, həyatınızı riskə atmayın!

Page 15: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Zəlzələ

Page 16: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Zəlzələ zamanı qapalı məkanda olanlar necə hərəkət etməlidir

Zəlzələlər – yer səthinin titrəyişinə səbəb olan, yer qabığının deformasiyasına və tikililərin zədələnməsi və ya dağılmasına gətirib çıxardan yeraltı təkanlardır.

Zəlzələlər şərti olaraq 12 ballıq şkala ilə hesablanır. Gücü 5 baldan yüksək olan zəlzələlər təhlükəli hesab olunur. Belə zəlzələlərin əlamətləri:

suvaqlar tökülür, çilçıraqlar yellənir, rəflərin üstündəki əşyalar yerə düşür. İlk təkanları hiss etdiyiniz andan etibarən, binalar üçün təhlükəli olan titrəyişlərədək sizin yalnız 15-20 saniyə vaxtınız olur.

Ən əsası – təlaşa düşməyin və özünüzü qırıntılardan, ağır əşyalardan, şüşələrdən və s. qoruyun.

Î Sakit və soyuqqanlı olun, özünüzü itirməyin. Unutmayın, bəzi hallarda belə kiçik yeraltı təkanlardan sonra güclü təkanlar baş verir.

Î Qaçmağa çalışmayın.

Î Döşəməyə uzanın, yumaq formasını alın və əllərinizlə başınızı örtün.

Zəlzələ vaxtı nə etmək

lazımdır?

Î Mümkün hallarda binanı tərk edin. Ətrafdakı binalardan kənarda, təhlükəsiz bir yerdə dayandığınızdan əmin olun.

Î Əgər açıq sahəyə çıxmaq mümkün deyilsə, təhlükəsiz bir yerdə gizlənin, çarpayı və ya stolun altında da gizlənmək olar.

Î Zəlzələ zamanı pəncərələrin yanında və yuxarı mərtəbələrin künc otaqlarında olmaq təhlükəlidir.

Î Qaz, elektrik, müxtəlif isitmə sistemlərini və suyu mərkəzdən bağlayın. Kibrit yandırmayın və liftdən istifadə etməyin.

Î Pəncərə və ya eyvandan tullanmaq istəyənlərə mane olun.

Î Terrasa və ya eyvana çıxmayın. Î Məktəblərdə şagirdlər partaların altında gizlənməli və əlləri ilə başlarını örtməlidir.

Î Əgər siz ictimai binadasınızsa:– təmkinli olun;– insan izdihamından uzaq durun;– pilləkənlərdən və qapılardan uzaq durun: belə

yerlərdə çoxlu bədbəxt hadisələr baş verir;– nəzərə alın ki, həyəcan siqnalının işə düşməsi

elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.

Page 17: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Î Özünüzlə fənər və xüsusi xidmət orqanları tərəfindən verilən elanları dinləmək üçün əlavə batareyaları olan radio götürməyiniz məsləhətdir.

Î Yanğın baş verərsə, onu söndürməyə çalışın və yerli yanğından mühafizə xidmətinə zəng edin.

Î Ehtiyac olduqda, xilasedici dəstə ilə birlikdə binaların dağıntıları altında qalan insanların axtarışına kömək edin.

Î Od qalamayın, bu təhlükəli ola bilər. Î Dərhal ətrafınızı gözdən keçirin, dağıntılar altında yardıma ehtiyacı olan insanlar ola bilər.

Î Zərurət olmadıqda telefonunuzu məşğul etməyin.

Î Su sistemini yoxlamadan suyu açmayın. Î Sənaye qəzaları və yanğınlar təbii fəlakətlərin adi fəsadlarıdır – hazır olun.

Î Uşaqların qayğısına qalın: onlara xüsusi nəzarət lazımdır.

Zəlzələ zamanı yolda olan insanlar necə hərəkət etməlidir?

Î Yol fənərləri, naqillər və binalardan uzaqlaşın. Î Tüstü boruları, fasad plitələri, qırılmış pəncərə şüşələri və s.-dən özünüzü qoruyun.

Î Başınızı əlləriniz və ya çantanızla örtün. Î Yeraltı keçidlərdən istifadə etməyin. Î Əgər bu təbii fəlakət zamanı siz ictimai nəqliyyatdasınızsa, dayanacaqda dərhal nəqliyyat vasitəsini tərk edin.

Zəlzələ zamanı hərəkət edən avtomobildə olanlar necə davranmalıdır?

Î Təhlükəsiz yol hərəkəti imkan verərsə, dayanın. Î Təkanlar qurtarmayınca, nəqliyyat vasitəsindən çıxmayın. Î Binaların, ağacların. estakadaların və elektrik naqillərinin yanında nəqliyyat vasitəsini saxlamayın.

Î Zəlzələ qurtardıqdan sonra ehtiyatlı olun. Î Zəlzələ nəticəsində zədələnə biləcək yollardan, körpülərdən və maili enişlərdən uzaq olun.

Zəlzələdən sonra özünü necə aparmalı?

Page 18: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

İlk təkandan sonra necə davranmaq lazımdır?

Î Növbəti təkanlara hazır olun. Î Təkanlar dayandıqdan sonra vaxt itirmədən küçəyə çıxın. Tikilini sakit, təlaşa düşmədən aşağıdakı qaydada tərk edin: analar uşaqlara, ahıl insanlar, xəstələr, əlillər və s.

Î Naqillərin, boruların, karnizlərin altında dayanmayın. Î Mümkün olduğu qədər binalardan, dirəklərdən, hasarlardan aralı dayanın. Ən yaxşısı bağçada, boş yerlərdə, açıq meydançalarda dayanın.

Î Yaralıların olub-olmadığını yoxlayın. Î Ağır yaralıları başqa yerə aparmayın. Î Nüfuzlu xidmətlərin göstərişlərinə əməl edin. Î Yalnız zəruri hallarda telefondan istifadə edin, telefon xətlərinin yüklənməsinə yol verməyin.

Î Xilasedici qruplara işlərini yerinə yetirməkdə mane olmamaq üçün avtomobildən istifadə etməyin.

Î Qaz iyi hiss etdikdə və ya qırılmış naqillər gördükdə, evə, xüsusilə də zədələnmiş evə daxil olmayın. Zədələnmiş evdə olduqda, odu yandırmayın.

Dağıntılar altında qaldıqda nə etmək lazımdır?

Qapalı yerə düşümsünüzsə, bu bütün hallara – uçqun, sürüşmə, zəlzələyə aiddir, yadda saxlayın ki, fikir aydınlığını saxlamaq üçün özünüzü itirməməlisiniz. Yeməksiz və susuz uzun müddət qalmaq mümkündür!

Î Özünüzü ələ alın və fikrinizi bir yerə cəmləməyə çalışın. Î Od yandırmayın. Î Hərəkət etməyin. Î Ağzınızı əl dəsmalınız və ya geyiminizlə bağlayın. Î Harada olduğunuzu, çıxış yolunun, yaxınlıqda digər insanların olub-olmadığını müəyyən etməyə çalışın.

Î Xilasedicilərin sizin olduğunuz yeri müəyyən etmələri üçün boru və ya divara vurun. Təhlükəli miqdarda toz udmamaq üçün yalnız əlacsız qaldıqda qışqırın.

Î Əgər dağıntılar altında sıxılırsınızsa, gücünüzü qoruyub saxlamaq və iti əşyalarla yaralanmamaq üçün onları astaca kənarlaşdırmağa çalışın.

Zəlzələ haqda mülki müdafiə siqnalı xəbərdar edə bilər : sirena fiti “HAMI DIQQƏTlI OlSUN!”. Belə olan təqdirdə, reproduktoru, radioqəbuledicini və ya yerli televiziya kanalını işə salmaq və müvafiq göstəriş almaq lazımdır.

Page 19: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Sürüşmə – torpağın, daşların və digər süxurların hərəkətidir. Çox vaxt onlar çay və su hövzələrinin sahilində, eləcə də dağ yamaclarında baş verir. Sürüşmə və uçqunlar güclü yağışlar, qrunt sularının hərəkəti, eroziya və düşünülməmiş təsərrüfat işləri nəticəsində baş verə bilər. Sürüşmə həmçinin zəlzələlər və vulkan püskürməsi zamanı yaranır.

Təhlükəli zonadan təcili çıxmağın təbii təhlükəsiz yolları möhkəm enişlərdir. Vadi və dərələrə daxil olmayın. Yolda xəstələrə, ahıl insanlara, əlillərə və uşaqlara yardım göstərin. Hərəkət üçün şəxsi nəqliyyat vasitəsindən, kənd təsərrüfatı texnikasından, minik və yük heyvanlarından istifadə etməyə çalışın.

Siz sürüşmə və uçqun təhlükəsi olan zonalarda yaşayırsınızsa

Î Həmişə sayıq olun! Sakinlər bu təhlükəli halların baş verdiyi yeri, mümkün istiqamətlərini və xüsusiyyətlərini bilməlidir.

Î Əhali evlərin və onların inşa edildikləri ərazinin möhkəmliyinin qayğısına qalmalı, qoruyucu hidrotexniki və digər mühəndislik qurğularının quraşdırılmasına yardım etməlidir.

Î Sürüşmə halları barədə qabaqcadan xəbərdarlıq edən sürüşmə stansiya və məntəqələrinin məlumatlarına qulaq asın.

Təhlükə elan edilibsə Î Əhalinin, kənd təsərrüfatı heyvanlarının və əmlakın təxliyəsi üzrə xüsusi xidmətlərin göstərişlərinə əməl edin.

Î Evi qoyub gedən zaman yoxsulluğun azaldılması prosesini ikinci dərəcəli faktorlarla çətinləşdirməmək qayğısına qalmaq lazımdır.

Î Həyətdəki və evdəki əmlakı evə gətirin. Özünüzlə götürə biləcəyiniz qiymətli əşyaları rütubət və palçıqdan qoruyun.

Î Qapı, pəncərə, ventilyasiya və digər dəlikləri möhkəm bağlayın.

Î Elektrik enerjisini, qazı, su təchizatını söndürün.

Î Evdən tezalışan və zəhərli maddələri çıxarın və onları ayrıca çuxurlarda və ya zirzəmilərdə yerləşdirin.

Î bu haqda müvafiq xidmətlərə məlumat verin;

Î bunun təsiri ola biləcək qonşulara məlumat verin;

Î əmlak haqda fikirləşmədən dərhal müstəqil şəkildə təhlükəsiz yerə təxliyə edin.

Yolunuza çıxan yaxınlarınıza, qonşulara, bütün insanlara bu haqda xəbərdarlıq etməyi yaddan çıxarmayın. Təcili təxliyə üçün yaxınlıqdakı təhlükəsiz yerlərə hərəkət yolunu bilmək lazımdır. Bunu proqnozlar əsasında xüsusi xidmətlər müəyyən edir.

Əgər təhlükə haqda təbii fəlakətdən əvvəl xəbərdar edilmisinizsə, yaxud onun yaxınlaşdığını hiss etmisinizsə, onda özünüz:

Î Sürüşməyə məruz qalmış zonaya daxil olmayın.

Î Son xəbərlərdən məlumatlı olmaq üçün radio və televiziyaya qulaq asın.

Î Daşqınlara hazır olun. Î Sürüşmə yaxınlığında zərərçəkmiş şəxslərin olub-olmadığını yoxlayın.

Î Uşaqlara, ahıl insanlara və məhdud imkanları olan şəxslərə kömək edin.

Î Elektrik ötürücü xətlərini, avtomobil yollarını, yaxud dəmiryollarını, özülləri, damları və evlərin tüstü borularını yoxlayın və aşkar edilmiş zədələr barədə yerli hakimiyyət orqanlarına məlumat verin.

Î Zədələr barədə xəbər verin. Î Mümkün qədər tez bir zamanda sürüşməyə məruz qalmış enişlərdə gələcəkdə eroziyadan uzaq olmaq üçün ağac əkin.

Sürüşmə və uçqun

Sürüşmədən sonra necə hərəkət etmək lazımdır?

Page 20: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Texnogen qəzalar

Page 21: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

dəsmalları, geyim predmetləri və s.) istifadə edin, onları istifadə etməzdən əvvəl su və ya yemək sodası məhlulu ilə isladın.

Î Gözləri qorumaq üçün istehsalatda istifadə edilən qoruyucu eynəklərə oxşar eynəklərdən, burun dəsmallarından, geyim predmetlərindən və s. istifadə edin.

Î Təxliyə zəruri olarsa, sintetik materiallardan hazırlanmış plaş, küləyə davamlı gödəkcələri, eləcə də əlcəkləri, uzunboğaz çəkmələri və ya bağlı çəkmələri hazırlayın.

Təhlükə halı baş verdikdə, aşağıdakı tövsiyələrə əməl etmək lazımdır Texnogen

qəzalar – istehsalatda yanğın, partlayış, zərərli maddələrin tullantısı ilə müşayiət olunan və qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələrdir.

Sizin qəza episentrinin yaxınlığında olduğunuzu göstərən əlamətlər bunlar ola bilər:

Î partlayışlar, tüstü, yanğın, kəsin qoxu, “rəngli” yağıntılar, heyvanların kütləvi tələf olmaları, bir anda quruyan yarpaqlar və s.;

Î xarakterik əlamətlərin sürətli təzahürü (ürəkbulanma, nəfəsalmanın çətinləşməsi, selikli qişanın və dərinin iltihabı, suluqların yaranması).

Î Küçədə olsanız, tez bir zamanda qəza yerini tərk edin.

Î Xəsarət almamısınızsa, köməyə ehtiyacı olanlara yardım edin.

Î İmkan olarsa, binaya daxil olun. Î Bütün pəncərə və qapıları bağlayın, kondisioneri söndürün.

Î Nəfəs yollarınızı qoruyun (burun dəsmallarından, geyim predmetlərindən və ya yaş parçanın digər hissələrindən istifadə edin).

Î Olduğunuz yerin germetikliyini təmin edin (dəlik və yarıqları yapışqanlı lentlə, ədyalla, örtüklə və digər parçalarla bağlayın).

Î Xüsusi ləvazimatlardan və ya istifadəsi mümkün olan vasitələrdən (respiratorlar, keyfiyyətli hopdurucu materiallardan maskalar, burun

Page 22: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Sizdə aşağı dərəcəli zədələnmə varsa (zəhərlənmə, yanma və ya xəsarət)

Avtomobilin sükanı arxasındasınızsa

Î Sakit olun. Î Pəncərələri bağlayın və onları açmayın, kondisioneri və digər ventilyatorları söndürün.

Î Daldalanacaq tapa biləcəyiniz və avtomobilinizi saxlaya biləcəyiniz bina axtarın, bunu etmək mümkün olmazsa, avtomobildə qalın.

Î Radioqəbuledicini yandırın və səlahiyyətli orqanların bütün göstərişlərinə əməl edin. Î Əllərinizi yuyun.

Î Linzaları çıxarın. Î Dərhal çirklənmiş paltarlarınızı, çəkmələrinizi çıxarın, paltarlarınızı polietilen paketə və ya vedrəyə qoyun.

Î Duş qəbul edin, sabunlanın və sabunu bir neçə dəfə yuyun.

Î 2%-li yemək sodası məhlulunu hazırlayın və ondan gözlərinizi, ağız boşluğunu və nəfəs yollarını yaxalamaq üçün istifadə edin, gözləri hər dəfə onları sıxmadan, burundan yuxarı kənara, 15 dəqiqə ərzində yuyun.

Î Təhlükəli maddələrin təsirinə məruz qaldığınızı hesab edirsinizsə, tibbi yardım üçün müraciət edin.

Î Yaranı / yanığı ehtiyatla müayinə edin. Î Yaranın üzərinə təmiz tənzif qoyun və yalnız zonası ətrafındakı dərini toxumaların zədələnməməsi üçün dizi işlədiyiniz kimi işləyin.

Î Su və duz itkisini bərpa etmək üçün zərərçəkmiş şəxsə dərhal duzlu su verin.

Î Nəfəsalmanıza nəzarət edin. Î Təcili yardımın gəlməsini gözləyin, sizə çata bilmədikdə, zərərçəkmişlərin tibb məntəqəsinə aparılmasını təşkil edin.

Qəza yerinin birbaşa yaxınlığındasınızsa

Î Sakit olun və özünüzü qorumağa çalışın. Lazımi qaydada qorunduqdan sonra başqalarına kömək edin, lakin bunu necə etməyi bilirsinizsə

Î Qəza yerini mümkün qədər tez tərk edin Î Təhlükəli kimyəvi maddələrin olduğu zonalarda hərəkət etməyin, və bu cür maddələrə toxunmayın.

Î Siqaret çəkməyin. Î Mümkün olduğu qədər bədəninizi yaxşı bağlamağa çalışın, nəfəs yollarınızı təhlükəli qazlardan və tozlardan qoruyun, ağzınızı və burnunuzu dəsmalla və ya əski ilə bağlayın, asta nəfəs alın.

Sakit olun və təlaşa düşməyin!

Müvafiq orqanların göstərişlərinə əməl edin və kütləvi informasiya vasitələrinin məlumatlarını izləyin.

Təhlükə sovuşandan sonra: Î Tibb məntəqəsinə müraciət edin və müayinədən keçin;

Î Nəm hopdurucu materialın köməkliyi ilə paltardan və digər predmetlərdən tozu təmizləyin.

Tullantıları (geyim,

çəkmə, yığışdırmaq üçün

materiallar və istənilən

çirklənmiş predmet)

düzgün yerləşdirin.

Gələcəkdə çirklənmənin

qarşısını almaqdan ötrü

tullantıları plastik paketlərə

qorun və onları müvafiq

xidmətlərin göstərdikləri

sahələrdə yerləşdirin.

Page 23: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Nüvə və radiasiya qəzaları

Page 24: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Î Dərhal əleyhqazı və ya respiratoru geyinin, onlar olmadıqda, - pambıq-tənzif sarğısını taxın. Bir yaş yarımlıq uşaqları qoruyucu uşaq kameralarına yerləşdirin. Qoruyucu tikiliyə gedin.

Î Əgər qoruyucu tikili uzaqdadırsa və əleyhqazınız (qoruyucu uşaq kamerası) yoxdursa, sahədə qalın.

Î Radio və ya televizoru söndürün. Î Pəncərə, qapıları, ventilyasiya dəliklərini bağlayın, sahənin germetikliyini yerinə yetirin.

Î Məlumat sizə küçədə olarkən veriləndə, onda dərhal, tez bir zamanda və təlaş olmadan sahəyə (ev, mənzil və ya daldalanacaq) daxil olun.

Î Küçədə uzun müddət qalsanız, sahəyə daxil olmazdan əvvəl üst geyiminizi soyunun və onu bayırda qoyun.

Î Dərhal bədəninizin açıqda qalan hissələrini (əl, üz, boyun, saçlar və s.) yuyun.

Î Xüsusilə uşaqların, hamilələrin, yaşlıların, zəif və xəstə insanların, eləcə də məhdud imkanlı şəxslərin, ailə üzvlərinizin və qonşularınızın qayğısına qalın.

Î Müvafiq qurumlar və kütləvi informasiya vasitələri tərəfindən verilən təlimatlara uyğun şəkildə bütün qoruyucu və xilasedici tədbirləri həyata keçirin.

Təhlükə haqda məlumat almısınızsa

Radioaktiv maddələrin orqanizmə təsirini azaltmaq və qarşısını almaq və şüa xəstəliyindən uzaq olmaq üçün:

Î açıq havada qalmağı maksimal şəkildə məhdudlaşdırın və sahəni tərk edən zaman fərdi qoruyucu vasitələrdən (respirator, sarğı, plaş, rezin çəkmələr) istifadə edin;

Î açıq ərazidə olarkən, soyunmayın, torpağa oturmayın, siqaret çəkməyin;

Î sahəyə daxil olmazdan əvvəl çəkmənizi su ilə yuyun, yaş əski ilə silin, üst geyimlərini silkələyin və nəm şotka ilə təmizləyin;

Î şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət edin;

Î insanların yerləşməsi üçün nəzərdə tutulmuş bütün sahələrdə hər gün nəm təmizlik işləri aparın, yuyucu vasitələrdən istifadə məqsədəuyğun sayılır;

Î yalnız qapalı məkanlarda qidalanın, əllərinizi təmiz yuyun;

Î yalnız yoxlanılmış mənbələrin suyundan istifadə edin;

Î ayrı-ayrı təsərrüfatların istehsal etdiyi məhsullardan, xüsusilə də süd, tərəvəz, göyərti və meyvədən yalnız səhiyyə orqanlarının tövsiyələrinə uyğun olaraq istifadə edin.

Î radioaktiv çirklənmə səviyyəsi yoxlanmayanadək açıq su hövzələrində çimməyin;

Î giləmeyvə, göbələk və ya gül yığmaq üçün meşəyə getməyin.

Î Nəfəs orqanlarının qorunması üçün respiratordan, pambıq-tənzif sarğısından, tozdan qoruyan və parçadan hazırlanmış maskadan, eləcə də mülki əleyhqazlardan istifadə edin.

Î Fərdi qoruyucu vasitələrdən yaşayış və inzibati binalarda, sakit və küləksiz havada və yağışdan sonra istifadə etməmək olar.

Î Dərinin zədələnməsindən uzaq olmaq üçün başlıqlı plaşlardan, sıx parçadan və ya polietilen plyonkadan hazırlanmış örtüklərdən, kombinezonlardan, rezin çəkmələrdən, əlcəklərdən, və mövcud olduqda – xüsusi qoruyucu geyimlərdən istifadə etmək lazımdır.

Î Evdəki bütün pəncərələri plyonka ilə bağlayın, giriş qapılarına yumşaq pərdə asın.

Î Tüstü sobalarını və ventilyasiya dəliklərini bağlayın. Xalça və palazları yığın.

Î Yumşaq mebelin üzərinə çexol, stolların üzərinə plyonka və ya müşəmbə örtün. Giriş qapısının qarşısında içərisində su olan qab qoyun və yanında isə xalça sərin.

Î Suburaxıcı kolonkanı talvar və altlıqlarla təchiz edin.

Î Ərzaqları şüşə qablarda və ya polietilen paketlərdə soyuducuya qoyun.

Nəfəs orqanlarının və dəri səthinin qorunması

Yaşayış yerinin, su mənbələrinin və ərzağın qorunması

Radioaktiv tullantıların “risk zonaları” bunlardır: Î atom elektrik stansiyaları; Î tədqiqat reaktorları və gəmilərdəki reaktorlar; Î hasilat obyektləri, nüvə yanacağının istehsalı və daşınması; Î radioaktiv maddələrin saxlandığı anbarlar və onların basdırılma yerləri.

Nüvə və radiasiya qəzaları – insanlara və ətraf mühitə təhlükə yaradan fövqəladə vəziyyətdir.

Page 25: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Dəm qazı avtomobil mühərriklərində, yaxud kömürlə və ya təbii yanacağın digər növlərində işləyən istilik qurğularında yanacağın tam yanmaması nəticəsində əmələ gəlir.

Dəm qazından zəhərlənmənin daha təhlükəli halı ayrıca təbii qazla, odunla və ya kömürlə qızdırılan sahələrdə baş verir. Dəm qazı olduqca təhlükəlidir, belə ki rəng və qoxuya malik olmur. Onun mövcudluğu his, tüstülənmə və sarı alovla üzə çıxır.

Dəm qazı ilə zəhərlənmənin əlamətləri:

Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardım:

Zəhərlənmədən uzaq olmaq üçün:

• başağrısı;• başgicəllənmə;• qulaqlardaküy;• ürəkbulanma;• qusma;• sinədəağrılar.

Î zərərçəkmiş şəxsi dərhal təmiz havaya çıxartmaq;

Î naşatır spirtində isladılmış pambıq burnuna yaxınlaşdırmaq;

Î dar və sıxıcı paltarlarını soyundurub, ağciyərlərə havanın rahat daxil olmasını təmin etmək;

Î əgər huşu özündədirsə, çoxlu maye içirtmək (çay, su);

Î tənəffüsü dayanıbsa, dərhal süni tənəffüs vermək və ürəyi dolayı masaj etmək;

Î “təcili yardım” çağırmaq.

Î müntəzəm şəkildə və keyfiyyətlə qaz sistemlərinə və isitmə sistemlərinə texniki xidmət göstərin;

Î evdə qaz sızmasını göstərən indikator quraşdırın; Î ayrıca isitmə və qaz cihazlarından təhlükəsiz istifadəyə dair qaydalara əməl edin;

Î bacanın sovurma gücünü yoxlayın; Î gecələr sobanın bacasını bağlamayın; Î evin qızdırılması üçün qaz plitələrindən istifadə etməyin;

Î qaz cihazlarının olduğu sahələrin havasını tez-tez dəyişin;

Î yaşayış sahələrində, qarajda və ya zirzəmidə, açıq pəncərələr yanında qrillərdən və ya nəyinsə yandırıldığı qurğulardan istifadə etməyin;

Î sahələrin havasını müntəzəm şəkildə dəyişin; Î ventilyasiyası, pəncərə və qapıları olmayan sahədə daxili yanma mühərrikləri işləməməlidir.

Qazı iyinin hiss olunduğu evdə, yaxud işlək vəziyyətdə olan mühərrikli avtomobilin saxlandığı qarajda huşunu itirmiş şəxs görsəniz, görülməli tədbirlərin ardıcıllığını yadda saxlayın və bu tədbirlərin sürətlə yerinə yetirilməsi zərərçəkmiş şəxsi xilas etməyə imkan verəcək:

Î qapı və pəncərələri açın; Î qazı bağlayın və avtomobilin mühərrikini söndürün; Î mümkün qədər tez bir müddətdə zərərçəkmiş şəxsi təmiz havaya çıxarın;

Î dərhal zərərçəkmiş şəxsi tibb məntəqəsinə çatdırın.

Köməkçiniz olduğuna əmin olun, çünki sahəyə daxil olan zaman özünüz də huşunuzu itirə bilərsiniz.

İşığı yandırmayın!

Zəhərlənmənin ağır forması huşun itməsi, qıcolma, tənəffüsün pozulması ilə müşayiət olunur. Zəhərlənmənin ağırlığına qazın konsentrasiyası və orqanizmə təsir müddəti təsir göstərir. Zəhərlənmə ürək çatışmazlığı və beynin sağalmaz zədələnməsini yarada bilər. Dəm qazının böyük miqdarı dərhal ölümlə nəticələnə bilər.

Dəm qazı zəhərlənmələri

Page 26: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Непридатні пестициди

Yaxınlıqda YP-nin yerləşdiyini necə aşkar etməli? Î Küləklə böyük məsafəyə yayılan kəskin və xoşagəlməz iy. Î YP-nin düşdüyü su da bu iyə malik olur. Î YP-nin basdırıldığı və ya çox da uzaqda olmadan yerləşdirildiyi sahələrdə ağac və ot bitmir.

Yararsız pestisidlərin təhlükəli təsirindən uzaq olmaq üçün:

Î xüsusi qoruyucu geyim, respirator və eynək olmadan anbara yaxınlaşmayın.

Î YP-dən ev təsərrüfatında istifadə etməyin. Î YP anbarlarında saxlanılan tikinti materialları və ya taralardan istifadə etməyin.

Î Anbarların yaxınlığındakı torpaqlarda mal-qara otarmayın, tərəvəz, meyvə və heyvanlar üçün yem yetişdirməyin.

Î YP anbarlarının yaxın lığında yerləşən mənbə və quyulardan su içməyin.

Î YP-nin olduğu su hövzələrində balıq tutmayın və çimməyin.

Siz və ya doğmalarınız pestisidlərlə zəhərlənmişsinizsə:

Î zəhərlə əlaqəni kəsin. Î Sabunla duş qəbul edin. Î Çirklənmiş geyimi çıxarın. Î Çoxlu miqdarda maye için və lazım gəldikdə, qusma yaradın.

Î Aktivləşdirilmiş kömür qəbul edin. Î Mümkün olduğu qədər tez bir zamanda həkimə müraciət edin.

VEQO “MAMA-86” dərgisinin materialları üzrə “Yararsız pestisidlərin insan sağlamlığına və ətraf mühitə təsiri problemi” mövzusunda təhsil ocaqlarında informasiya kampaniyasının keçirilməsi üzrə metodik tövsiyələr” – Kiyev, 2010-cu il.

Yararsız pestisidlər – təhlükəli maddələrin (pestisidlərin) toksik tullantılarıdır. Əvvəllər onlardan kənd təsərrüfatında bitkilərin qorunması üçün kimyəvi vasitələr kimi istifadə ediblər, lakin vaxt keçdikcə, qadağan edilmiş və xüsusiyyətlərini itirmişlər. Bu zəhərli maddələrin saxlanma şəraitləri pozularsa, onlar asanlıqla insanlara və ətraf mühitə ziyan vura bilərlər. Yararsız pestisidlərin mövcud olduğu baxımsız və yarımdağılmış anbarlar çox vaxt insanların evlərinin, maldarlıq təsərrüfatlarının, içməli su mənbələrinin yaxınlığında yerləşir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə hər il pestisidlərdən 500 min insan zəhərlənir, 5 mindən artıq insan isə bundan vəfat edir.

İnsan orqanizminə yararsız pestisidlər hava, ərzaq və ya su vasitəsilə düşə bilər!

Yararsız pestisidlərYP-nin yeri

sizə məlum

olarsa,

bu haqda

fövqəladə

hallar

xidmətinə,

sanitar-

epidemio-

loji

xidmətə,

yaxud

təbiəti

mühafizə

orqanlarına

məlumat

verin.

Page 27: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Terrorizm – cinayətkar dəstənin zorakılıq yolu ilə öz məqsədlərinə çatmaq üsuludur. Qorxu yaratmaq üçün yaşayış və inzibati binalar, mağazalar, vağzallar partladılır və yandırılır, insanlar girov götürülür, təyyarələr qaçırılır və s.

Mümkün terror aktından uzaq olmaq, yaxud onun fəsadlarını azaltmaq üçün

Î Nəqliyyatda, giriş yolunda, ictimai yerdə sahibsiz paketlərə, çantalara və ya qutulara toxunmayın və başqalarını da onlara yaxın buraxmayın. Tapıntı haqda milis əməkdaşına məlumat verin.

Î Terroristlərin yanında öz narazılığınızı bildirməyin, kəskin hərəkətlərə, səslərə yol verməyin.

Î Silah tətbiq edilməsi haqda hədələnmə zamanı, əllərinizlə başınızı qoruyaraq qarnınız üstündə pəncərələrdən, şüşəli qapılardan, keçid yollarından, pilləkənlərdən aralı uzanın.

Î Yaralandıqda, az hərəkət edin – bu qan itkisini azaldar.

Î Diqqətli olun, istənilən xilasolma imkanlarından istifadə edin.

Î Partlayış baş verən zaman – yanğın və təlaş hallarına yol verməyin və zərərçəkmişlərə ilk tibbi yardım göstərin.

Î Şübhəli şəxslərin əlamətlərini yadda saxlamağa çalışın və bu haqda xüsusi xidmət əməkdaşlarına məlumat verin.

İctimai nəqliyyatda: Î ətrafdakılardan soruşun, əşyanın (çanta, bağlama) kimə aid olduğunu və ya onu kim qoya biləcəyini müəyyən etməyə çalışın. Əşyanın sahibi müəyyən edilmədikdə, dərhal tapıntı haqda sürücüyə (qatarın rəisinə

Evinizin giriş yolunda: Î qonşulardan soruşun, ola bilsin ki, əşya onlara aiddir. Əşyanın sahibi müəyyən edilmədikdə, tapıntı haqda dərhal yaxınlıqdakı milis şöbəsinə məlumat verin.

İdarədə: Î негайно повідомте про знахідку керівнику установи.

У всіх цих випадках: Î tapıntı haqda dərhal idarənin rəhbərliyinə məlumat verin.

Î Вütün belə hallarda: Î tapıntıya əl vurmayın, onu açmayın və yerini dəyişməyin;

Î əşyanın tapıldığı vaxtı yadda saxlayın;

Î adamların mümkün qədər aralanmalarına cəhd edin;

Î mütləq operativ-istintaq qrupunun gəlməsini gözləyin;

Î unutmayın ki, siz əsas şahidsiniz.

Siz uşaqlarınızın həyatı, sağlamlığı və ruhi sakitliklərinə görə məsuliyyət daşıyırsınız! Küçədə və ya giriş yolunda tapılan hər bir əşyanın həyat üçün təhlükəli ola biləcəyini izah edin. Şübhəli tapıntılarla bağlı heç nəyi müstəqil etməyin – bu, partlayışa, çoxsaylı qurbanlara, dağıntıya səbəb ola bilər.

Kustar üsulla hazırlanmış partlayıcı qurğu ola biləcək şübhəli əşyanın aşkar edilməsi

TƏXlİYƏ HAQQINDA MƏlUMAT AlMIŞSINIZSA Yadda

saxlayın!

Əşyanın

zahiri

görünüşü

onun həqiqi

təyinatını

gizlədə bilər.

Partlayıcı

qurğular

üçün

kamuflyaj

kimi

adi

çantalardan,

bağlama-

lardan,

paketlərdən,

qutulardan,

oyuncaqlar-

dan və s.

istifadə

edirlər.

Sakitliyə riayət edin və səlahiyyətli orqanların əmrlərini dəqiqliklə yerinə yetirin.

Î Şəxsi sənədlərinizi, pul və qiymətli əşyalarınızı götürün.

Î Elektrik enerjisini, suyu və qazı söndürün.

Î Ahıl şəxslərə və ağır xəstələrə yardım edin.

Î Giriş qapısını mütləq açarla bağlayın – bu, sahəni oğruların mümkün daxil olmalarından qoruya bilər.

Təlaşa düşməyin, isterika və tələskənlikdən uzaq olun. Sahəni mütəşəkkil şəkildə tərk edin.Yadda saxlayın ki, sizin hərəkətinizin mütəşəkkil və dəqiq olmasından bir çox insanın həyat və sağlamlığı asılıdır.

Terror aktından sonra necə hərəkət etməli:

Î Sakit və təmkinli olun. Î Məlumatları dinləyin. Î Göstərişlərə əməl edin. Î Zərərçəkmişlərə yardım edin. Î Fənərdən istifadə etməklə zədələnmələri yoxlayın, heç bir vəchlə şam və ya kibrit yandırmayın, elektrik cihazlarını işə salmayın.

Î Yanğının və ya qaz sızmasının olub-olmadığını yoxlayın.

Î Bütün zədələnmiş cihazları söndürün. Î Ev heyvanlarının qayğısına qalın. Î Bitişik ərazini yoxlayın və zərərçəkmişlərə ilk yardımı göstərin.

Terrorizm

Page 28: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Ekstremal hava şəraiti

Page 29: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

İstivurma istilik stressinin ən ciddi fəsadlarından biridir. Bu vəziyyət yüksək temperatur və yüksək rütubət şəraitində, eləcə də olduqca gərgin iş nəticəsində yaranır. İstiliyin intensiv təsiri bədənin temperaturunun qısa müddət ərzində (10-15 dəqiqə) 41 °С və daha yüksək dərəcəyə qalxmasına səbəb olur.

Həddindən artıq istilər – istivurma

İstivurmanın əlamətləri: Î bədən temperaturunun yüksəlməsi (40 °C-dən yüksək)

Î quru və isti dəri Î təngnəfəslik Î taxikardiya-nəbzin tezləşməsi (dəqiqədə 160-180 vurğu)

Î arterial təzyiqin aşağı düşməsi Î başgicəllənmə, baş ağrısı, əzginlik Î ürəkbulanma, qusma, qıcolma, müvazinətin pozulması

Î huşun itməsi Î tər ifrazının kəsilməsi

İstivurma əlamətləri olan şəxsin bədən temperaturunu aşağı salmaq və mümkün qədər tez ilk yardım göstərmək lazımdır.

Nə etmək lazımdır: Î zərərçəkəni sərin yerdə və ya kölgədə yerləşdirmək.

Î artıq geyimi çıxartmaq Î dərisini soyuq su və bürünmə ilə sərinlətmək Î zərərçəkən özündə olarsa, ona içmək üçün tərkibində kofein və alkoqol olmayan maye vermək.

İstivurma günəş vurmasına çox bənzəyir, lakin birbaşa günəş şüalarının təsiri nəticəsində baş vermir. Bu cür halda əsas tövsiyə qabaqlayıcı tədbirdir – parlaq təbii parçalardan paltar geyinmək, müntəzəm şəkildə su içmək, sərinləşmək və s. lazımdır.

Page 30: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Güclü qar, ekstremal soyuq və aşağı temperaturun uzun müddət təsiri insanlarda hipotermiya yarada və əhalinin həyat və fəaliyyətlərini iflic vəziyyətinə sala bilər (elektrik və su təchizatında fasilələr, nəqliyyatın işinin pozulması, daşqın və s.)

Ekstremal soyuq –

çovğun və donvurma

Ümumi göstərişlər Î Yanacaq və ərzaq ehtiyatı yığın. Î Elektrik enerjisində fasilə halında istifadə etmək üçün ehtiyat batareyaları olan radioqəbulediciyə malik olun.

Î Evi qızdırın və imkan olduqda, evdə qalın.

Î Uşaqları nəzarətsiz küçəyə buraxmayın.

Î Müvafiq geyim və ayaqqabı geyinin.

İnsanda donvurma əlaməti hiss etdikdə: Î onu isti yerdə yerləşdirin; Î ona quru paltar geyindirin və ədyala bükün; Î ilk əvvəl bədənin mərkəzi hissəsini qızdırın; Î içməyə isti içki verin; Î mümkün olduğu qədər tibb məntəqəsinə aparılmasını təşkil edin.

Çovğun zamanı nə etmək lazımdır?

Î Radioqəbuledici və ya televizoru yandırın, hava şəraiti haqda məlumatı və fövqəladə məlumatları izləyin.

Î Yanacaq və oduna qənaət edin. Î Uşaqları küçəyə buraxmayın və ehtiyac olmadıqda özünüz də küçəyə çıxmayın.

Çovğun halında küçədə olan zaman nə etmək lazımdır?

Î Təhlükəsiz yerə gedin, çovğunla üzbəüz qalmayın.

Î Bədənin həssas yerlərini (üz, yan ətraflar) qoruyun.

Î Geyiminizi quru saxlamağa çalışın. Î Donvurma halının yaranmamasına fikir verin. Î Donvurma əlamətlərinin olub-olmadığına diqqət yetirin: titrəmə, yorğunluq, süstlük, yaddaşın itməsi, oriyentasiyanın itməsi və danışıq çətinliyi.

Î Avtomobildə getmək zərurəti olarsa, sürüşməyə qarşı zəncirlərdən istifadə edin, günün işıqlı saatlarında avtomobili idarə edin, mümkün marşrut haqda ailənizə / dostlarınıza məlumat verin.

Î Yüksək binalardan, ağaclardan, hasarlardan, telefon kabellərindən və elektrik cərəyanı xətlərindən uzaq olun.

Page 31: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Sürüşkən yolda avtomobili idarə edən zaman xüsusilə ehtiyatlı olun. Yolların vəziyyəti haqda məlumatları izləyin, qış təchizatından – sürüşməyə qarşı təkər zəncirlərindən istifadə edin. Piyada gəzən zaman müvafiq ayaqqabılar geyinin və sürüşkən yollarda, səkilərdə və s. xəsarət almamaq üçün ehtiyatlılığı əldən verməyin. Evinizin və ya ofisinizin qarşısındakı buzu və qar yığınını yığışdırın. Evinizin damındakı və eyvanlarındakı buz lülələrini sındırın.

Buz bağlama

Qasırğa olan məsafəni aşağıdakı qaydada qiymətləndirmək mümkündür:

Î şimşək və ildırım arasındakı vaxtı saniyələrdə müəyyən edin;

Î bu vaxtı üç yerə bölün – və qasırğayadək olan məsafəni kilometrlərdə müəyyən edəcəksiniz.

Güclü küləklərə, leysanlara və mümkün ildırımlara görə qasırğalar təhlükəli sayılır.

Qasırğa zamanı binada olduqda, aşağıdakıları etmək lazımdır:

Î düşə və ya uça biləcək və maddi ziyan vura biləcək, yaxud da insanlara xəsarət yetirə biləcək bütün əşyaları bərkitmək;

Î pəncərələri, bayır və bütün otaqlararası qapıları bağlamaq;

Î mətbəxdəki və vanna otağındakı kranlara, istilik radiatorlarına və ya digər metal əşyalara toxunmamaq, çünki onlar yaxşı keçiricidirlər.

Qasırğa və tufan

Bu məsafə olduqca mühüm göstəricidir, axı qasırğa sizin yerləşdiyiniz əraziyə olduqca sürətlə çata bilər. Nə qədər ki bu baş verməyib, bütün lazımi tədbirləri görməyə çalışın. Yadda saxlayın ki, yuxarıda sadalanan bütün qaydalar yalnız potensial ziyan və itki riskini azalda bilər. Atmosfer elektrik enerjisinin yüklənməsi təhlükəlidir və qabaqcadan nəzərdə tutulması mümkün deyil, tam təhlükəsizliyə zəmanət verilmir.

Page 32: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Güclü qasırğa zamanı avtomobildə olsanız Î Avtomobili yolun kənarında, maşının üzərinə düşə biləcək elektrik ötürücüsü xətlərindən və ağaclardan uzaqda saxlayın.

Î Qasırğa səngiməyənədək avtomobildə qalın və qəza işıq siqnallarını yandırın.

Î Pəncərələri bağlayın və maşındakı metal predmetlərə toxunmayın.

Î Su basmış yollardan uzaq olun.

Küçədə olsanız, aşağıdakı göstərişləri yerinə yetirin:

Î İstənilən hündür tikililərdən (dirəklər, dorlar, qüllələr) uzaq olun və yadda saxlayın ki, təhlükəsiz məsafə konstruksiyasının hündürlüyünə bərabərdir.

Î Hündür konstruksiya, ağac, hasar, telefon kabelləri və elektrik ötürücü xətlərindən uzaq olun.

Î Binada və ya maşında sığınacaq tapmağa çalışın, əgər bu mümkün olmazsa, torpaqda oturun.

Î Əlverişsiz hava şəraitindən qorunmaq üçün daxil ola bilmədiyiniz binanın və ya maşının yanında dayanmayın.

Î Meşədə olsanız, hündür olmayan ağacların sıx budaqları altında gizlənin. Açıq sahədə hündür ağacın altında dayanmayın.

Î Meşə və açıq sahə arasındakı sərhəddə dayanmayın, yaxşısı, meşəyə daxil olmaqdır.

Î Açıq çöl, təpə və dağ zirvələrindən, çay sahillərindən, xəndəklərdən və digər rütubətli yerlərdən uzaq olun.

Î Qayıqda suda üzməyin, çimməyin. Î Mobil telefonla danışmayın. Î Əlinizdə çətir və ya digər metal əşyalar (qolf üçün ağac, tilov və s.) tutmayın.

Î Velosiped, turist ləvazimatları və s. kimi metal obyektlərin yanında durmayın.

Î Düz dayanmayın, əyləşən, yaxud əllərinizlə yerə dəymədən azca əyilin, qrupla getmiş olsanız, bir-birinizdən 5 metr aralıda gedin.

Page 33: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Partlamamış hərbi sursat tapsanız: Î Ona toxunmayın!Î Yerini dəyişməyin!Î Tərpətməyin!Î Üstünə vurmayın!Î Tullamayın!Î Sökməyin!Î Oda tullamayın!Î Onların olduqları yeri qeyd edin!Î lazımi yerlərə məlumat verin!Î Mühafizə edin!Î Müvafiq xidmətlər gəlməyincə

heç kimi yaxına buraxmayın!

Partlamamış hərbi sursatlar – keçmiş müharibənin nəticələrindən biridir. Onların partlamamasının səbəbi müxtəlif ola bilər: texniki və texnoloji qüsurlar, lazımi şəkildə istifadə edilməmə, partlayıcının işlək vəziyyətdə olmaması və s. Təhlükə ondan ibarətdir ki, partlamamış hərbi sursatlar alovlana və bir neçə onillikdən sonra partlaya bilərlər.

Bu cür partlayışlar təhlükəli olduqlarından, tapılmış partlamamış hərbi sursatlara toxunmamaq, onları qazıyıb çıxarmamaq, yerlərini dəyişməmək, gizlətməmək, tullamamaq, sökməmək, yandırmamaq və s. tövsiyə edilir. Bu təlimatlara uyğun hərəkət etməklə siz təhlükəsizliyi təmin etmiş, həyat və sağlamlığa olan riski, eləcə də yaşadığınız və işlədiyiniz mühitə olan riski azaltmış olursunuz.

PARTlAMAMIŞ HƏRBİ SURSATlAR

Dərhal 112 telefon nömrəsinə zəng edin, özünüzü təqdim edin və haradan zəng etdiyinizi söyləyin, nə tapdığınızı, obyektin necə göründüyünü və yaxınlıqda yaşayış məntəqəsinin və təhlükəyə məruz qalan vətəndaşların olub-olmadığını izah edin.

Page 34: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Î Avtomobil, avtobus, qatar və digər nəqliyyat vasitələrinin qəzası zamanı dərhal müvafiq xidmət orqanlarına zəng etmək lazımdır.

Î Qəzaya düşən nəqliyyat vasitələrinin təhlükəli, tez alışan və radioaktiv maddələr daşıyıb-daşımadığını aydınlaşdırın və mövcud təhlükələr barədə müvafiq orqanlara məlumat verin.

Î Yeni qəzaların qarşısını almaq üçün qəza yerini hasarlayın, faraları yandırın və lazım gəldikdə, yanğını mexaniki vasitələrlə söndürməyə çalışın.

Î Həmin yerdə dayanaraq qəza-xilasetmə xidmətinin gəlməsini gözləyin, və əgər ilk yardım göstərilməsində və ya zərərçəkmişlərin xəstəxanaya aparılmasında iştirak etmirsinizsə, heç yerə getməyin və kənarlaşmayın.

Î Hadisə yerinə gəlmiş xidmətlərə zərərçəkmişlərin harada olduqlarını göstərin, peşəkarların göstərişlərini yerinə yetirin və işlərini görməkdə onlara mane olmayın.

Î Sürücülər və piyadalar yol hərəkəti qaydalarına riayət etməlidir.

Î Nəqliyyat vasitəsinin sürücüsü sərnişinlərin təhlükəsizliyini təmin etməli və onların təhlükəsizlik kəmərlərindən istifadə edib-etmədiklərinə nəzarət etməli, 12 yaşınadək uşaqları uşaq avtomobil kreslolarında daşımalıdır.

Î Piyadalar yolu keçərkən yalnız qanunla icazə verilən yerlərdən istifadə etməli və diqqətli olmalıdırlar.

Î Valideynlər uşaqlarına yolda davranış qaydalarını öyrətməlidir.

Yol qəzası zamanı ən vacib məsələ qəza qurbanlarını xilas etməkdir.

Ehtiyat tədbirləriMümkün qəza risklərini azaltmaq üçün yola çıxmazdan əvvəl hava şəraiti, yolların vəziyyəti, planlaşdırılmış marşrut üzrə yolun işləməsi haqda məlumat toplamaq lazımdır.

Yol-nəqliyyat hadisələri

Qəzanın qiymətləndirilməsi: Î Nə baş verdiyini, qəzanın nəticələrini, ətrafdakılar və qəza qurbanları üçün hansı təhlükələrin mövcud olmasını müəyyən edin.

Î Qəzanın baş verdiyi ünvanı dəqiqləşdirin.

Î Nəyin dərhal yerinə yetirilməli olduğunu müəyyənləşdirin.

Î Zərərçəkmiş şəxslərin sayını, vəziyyətini, cinsini və yaşını müəyyənləşdirin.

Î Nəqliyyat vasitəsindən kənar düşən zərərçəkmişləri, əgər ürək döyüntüsü hiss olunarsa, böyrü üstə çevirmək və boğulma halının olmaması üçün bağlamaq lazımdır.

Î Təcili yardım çağırın. Î İlk tibbi yardım göstərməyə başlayın.

Hadisə yerində operativ tədbirlərYol qəzalarının baş verməsinin qarşısını almaq üçün:

YNH-lərdə həlak olanların əksər səbəbləri:

Î Həyat ilə bir araya gəlməyən xəsarətlər – 15%.

Î Təcili yardım maşınının ləngiməsi – 15%.

Î Şahidlərin laqeydliyi və məlumatsızlığı – 70%.

Page 35: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

İlk yardım

Page 36: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Î Zərərçəkənə ziyan vurmayın.

Î Bacardığınızdan artıq etməyin.

Təcili yardımın gəlməsini gözləyən zaman zərərçəkmiş şəxslərin vəziyyətini davamlı müşahidə altında saxlayın və aşağıdakı qaydalara riayət edin:

Î yanğın çıxması, su, qaz, zəhərli maddələrin sızması, xüsusi hava şəraiti;

Î zərərçəkmiş şəxslərin sayı, cinsi, təxmini yaşı;

Î xəsarətin növləri – xəsarətin forması, xəstəliyin xarakteri və zərərçəkmiş şəxslərin vəziyyəti barədə sadəcə fikirlərinizi bildirin.Daha sonra sizə yönəldilən göstəriş və sualları diqqətlə dinləyin. Bütün təlimatları başa düşdüyünüzü təsdiqləyin.

Əgər təcili yardımın əraziyə

gəlməsi mümkün deyilsə, zərərçəkmiş şəxslərin ən yaxın tibb məntəqəsinə çatdırılmasını təşkil edin.

İlk yardımın məqsədi təkcə fiziki yaraları müalicə etmək deyil, həm də yaralılara mənəvi cəhətdən dəstək olmaqdır. Zərərçəkmiş şəxsləri maksimal dərəcədə ruhlandırmağa çalışın!

Təcili yardımın çağırılmasıDərhal təcili yardım çağırın. Əgər sizdən əvvəl artıq zəng edilibsə, çağırışı təsdiqləmələrini xahiş edin.

Təcili yardıma zəng edən zaman özünüzü təqdim edin və dispetçeri öz telefon nömrəniz və aşağıdakı məlumatlarla təmin edin:

Î qəzanın harada baş verməsi Î hadisəni ətraflı təsvir edin-qəzanın forması, ağırlıq dərəcəsi, mümkün risklər:

103Harda?

Nə?

Sayı?Cinsi? Yaşı?

Xəsarət növləri?

Page 37: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Zərərçəkmiş şəxslər bir neçə nəfər olarsa, ilk əvvəl kimə yardım göstərmək lazımdır?Danışmayan və suallara cavab verməyən şəxsə - bir qayda olaraq, bu şəxs huşunu itirmiş və ya travmatik şok vəziyyətindədir.

Zərərçəkmişi avtomobildən nə vaxt çıxartmaq lazımdır?Zərərçəkmişin avtomobildən çıxarılması zərurəti nəqliyyat vasitəsində edilməsi mümkün olmayan təcili yardımın göstərilməsi tələb olunduqda yaranır: klinik ölüm vəziyyəti, güclü arterial qanaxma, partlayış, yanğın, toqquşma və s. təhlükəsi.

YADDA SAXlAYIN! Hər bir konkret halda xilasedicilər zərərçəkmişi tərpətmədən tez bir zamanda onun vəziyyətini reanimasiya qaydalarına uyğun olaraq qiymətləndirməli və yardım həcmini müəyyən etməlidir.

Sizin qiymətləndirmə dörd sualla cavab verməlidir:

Î İnsanın şüuru yerindədirmi? Î Nəfəs yolları boşdurmu? Î İnsan nəfəs alırmı? Î Nəbzini tutmaq mümkündürmü?

Əlamətlərdən asılı olaraq aşağıdakı hərəkətləri yerinə yetirin:Zərərçəkmiş huşunu itirib, nəfəs almır və ürək döyüntüsü yoxdur:

Î 103 nömrəsindən təcili yardım çağırın.

Î Süni tənəffüs verin və ürəyi qapalı masaj edin.

Î Həyatı xilas etmək üçün təcili tədbirlər görmək.

Î Yardım çağırmaq. Î Yaralıya ilk yardım göstərmək.

Î Təcili yardımın gəlməsini gözləmək.

Î Yaralını xəstəxanaya aparmaq.

İlk yardımın

göstə-rilməsi

qaydası:

Nömrəsinə zəng edin

103 Dərman qutusundan və digər mümkün vasitələrdən istifadə edin.Zərərçəkmişlərin qanı ilə qorunmayan kontaktdan uzaq olun! Rezin əlcəklərdən istifadə edin!

Zərərçəkmiş huşunu itirmiş, nəfəs almır və ürək döyüntüsü hiss olunur:

Î Süni tənəffüs verməyə başlayın. Î 103 nömrəsindən təcili yardım çağırın. Î Təcili yardım gələnə qədər süni tənəffüs verməyə davam edin.

Zərərçəkmiş huşunu itirmiş, nəfəs alır və ürək döyüntüsü hiss olunur:

Î Həyata təhlükəli olacaq xəsarəti müəyyən edin. Î Zərərçəkmişi təhlükəsiz vəziyyətə gətirin; Î 103 nömrəsinə zəng edərək təcili tibbi yardım çağırın.

Zərərçəkmiş huşunu itirməmiş, nəfəs alır və ürək döyüntüsü hiss olunur:

Î Zərərçəkmiş şəxsi nəzarətdə saxlayın. Î Ehtiyac olduqda, 103 nömrəsinə zəng edərək təcili yardım çağırın.

Yol qəzası nəticəsində onurğanın zədələnməsi – xüsusilə də sürücülərdə olduqca tez-tez rast gəlinən xəsarətdir. Onun əlamətləri:

Î Boyun nahiyəsində kəskin ağrı, başın yanlara hərəkət etməsinin mümkün olmaması.

Î Onurğanın döş və ya bel nahiyələrində ağrı. Î Zədələnmiş onurğanın fəqərə çıxıntılarında kəskin ağrı. Î Yan ətrafları tərpədə bilməmək və ya onlarda hissiyyatın dəyişməsi.

Onurğa xəsarəti almış zərərçəkmişin təxliyəsi zamanı görülməli tədbirlər:

Î Təxliyə iki-üç şəxs tərəfindən yerinə yetirilməlidir. Î Onurğanın boyun nahiyəsini Şans yaxalığı kimi bir şeylə bərkitmək lazımdır, onurğanın əyilməsinə və ya dartılmasına yol verməmək üçün yaxalığı xilasedicilərdən biri tutmalıdır.

Î Başı saxlayan xilasedicinin komandası ilə zərərçəkmişi ehtiyatla bərk xərəyə uzadırlar.

Page 38: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Yanğınsöndürəndən necə istifadə etmək lazımdırYanğınsöndürənləri asanlıqla götürülməsi mümkün olan və göz qarşısında olan yerlərdə, eləcə də yanğın ehtimalı olan yerlərə yaxın yerləşdirmək lazımdır. Daşınan yanğınsöndürənləri nəqliyyat vasitələrində sürücünün yanındakı kabinədə yerləşdirirlər. Bu zaman onların günəş şüalarından, istilik və qızdırıcı cihazlardan və s. qorunması lazımdır.

Yanğınsöndürəndən necə istifadə etmək lazımdır?

Yadda saxlayın ki, aşağıdakıları etmək olmaz: Î zədələnmiş korpusu olan yanğınsöndürəndən istifadə; Î yanğınsöndürəni müstəqil şəkildə sökmək və ya yenidən doldurmaq;

Î yanğınsöndürəni işə salmaq üçün yerə vurmaq; Î yanğınsöndürənin qarmağını (elastik dəstək və ya ağzını) işlədilən zaman adamlara tərəf çevirmək;

Î iş zamanı yanğınsöndürəni çevirmək; Î yanğınsöndürəni oda atmaq.

Î Yanğınsöndürənin məhz həmin maddənin söndürülməsi üçün nəzərdə tutulduğuna əmin olun.

Î Plombu qırın və qoruyucu çeki çıxarın.

Î Ucluğu (püskürdücü) yanğın mənbəyinə yönəldin.

Î İşəsalma dəstəyini basın. Î Dayandırmaq üçün – dəstəyi buraxın.

TOZŞƏKİLLİ YANĞINSÖNDÜRƏN

Bütün növ maddə və materialların, eləcə də gərginlik altında olan elektrik cihazlarının söndürülməsi üçün istifadə edilir. Yüksək tozluq yaradır və

buna görə də görüntünü pisləşdirir və avadanlığa zərər vura bilər.

KARBON QAZLI YANĞINSÖNDÜRƏN

Bərk və maye yanar maddələrin, eləcə də gərginlik altında olan elektrik cihazlarının söndürülməsi üçün istifadə edilir. Yadda saxlayın ki, yanğınsöndürən maddənin temperaturu

-700 °С çatır. Havada sahəni qoruyan oksigen tərkibinin azalması mümkündür.

SULU YANĞINSÖNDÜRƏN Bərk yanar maddələrin (kağız, ağac, plastmas, rezin və s.) söndürülməsi üçün tətbiq edilir.Gərginlik altında olan elektrik cihazlarının söndürülməsi üçün qəti qadağandır.

SU-KÖPÜKLÜ YANĞINSÖNDÜRƏN

Bərk və maye yanar maddələrin söndürülməsi üçün istifadə edilir.Gərginlik altında olan elektrik cihazlarının söndürülməsi üçün qəti qadağandır.

SU-KÖPÜKLÜ AEROZOL YANĞINSÖNDÜRƏN

Bərk və maye yanar maddələrin söndürülməsi üçün istifadə edilir. Əsasən, yardımçı vasitə kimi istifadə edilir.

Page 39: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Qeydlər

Page 40: Fövqəladə hallarda özünü necə aparmalıphase1.pprdeast2.eu/assets/files/Family guide/Family Guide_Azer_final+.pdf · yanğından mühafizə xidmətinə zəng edin – heç

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti

FHN-nin Dövlət Yanğından

Mühafizə Xidməti 101Polis 102

Təcili Tibbi Yardım 103

Qəza-xilasetmə xidmətlərinin telefon nömrələri