fotoqrafiya teqdimat
TRANSCRIPT
Fotoqrafiya
Fotoqrafiya nədir? Fotoqrafiya tarixi.
Foto – yunanca işıq, qrapin – rəsm çəkmək, təsvir etmək deməkdir
• İşığın köməyi ilə şəkil çəkmək texnikasıdır• Statik təsvirin işığahəssas materialda əldə
edilməsi və ya yadda saxlanılmasıdır• Fotoqrafik prosesslərin köməyi ilə əldə edilən
yekun təsvirdir.• Fotoqrafiya - fotoşəklin əldə edilməsi
yaradıcılığıdır.
Fotoqrafiya üç böyük alt bölümə bölünür
1. Kimyəvi fotoqrafiya - fotoprosesslərin baş verdiyi fotomateriallara əsaslanır.
2. Rəqəmsal fotoqrafiya - təsvirin əldə edilməsi prosesi kimyəvi reaksiyalar nəticəsində deyil, matrisada yüklərin yerdəyişməsi nəticəsində baş verir.
3. Elektroqrafiya - kimyəvi prosseslərin baş vermədiyi, ancaq təsvirin əldə edilməsi üçün hissələrin köçürülməsi başa düşülür.
Fotoqrafiya tarixi
• Fotoqrafiya optika, mexanika və kimya sahələrində əldə edilən elmi nəticələrin sayəsində yaranmışdır.
• Müasir rəqəmsal fotqrafiya isə əsasən elektron və informasiya texnologiyalarının sayəsində inkişaf edir
• Fotoqrafiya" sözü 1839-cu ildə Fransa akademiyasında bir neçə uğurlu variantdan seçilib.
• İlk illər foto informasiya xarakteri daşıyırdı• Sonralar bunu bədii funksiyaya dəyişir
Azərbaycanda fotoqrafiya
• Azərbaycanda ilk fotolar XIX əsrin sonlarında – 1870-ci illərə aiddir. Bu illərdəki fotolar gəlmə fotoqraflar tərəfindən çəkilirdi. Və əsasən, Bakının həyat tərzini, neft sənayesini əks etdirirdi.
• İlk azərbaycanlı peşəkar fotoqraf Mircavad Axundzadə (1909-1996) hesab edilir.
• Bu gun ölkəmizdə peşəkar fotoqrafların mərkəzi Azərbaycan Fotoqraflar Birliyi fəaliyyət göstərir.
Digər...
• Mütəxəssislər, 2006-cı ildən bu günədək alınmış 600000 fotoaparatı tədqiq edərək belə bir qənaətə gəliblər ki, fotoaparatı təmiz saxlayıb, səliqəli istifadə etsəniz belə onun sıradan çıxması qaçınılmazdı.
• Fotoaparatların 10.7%-i ilk 2 il, 15.6%-i isə ilk 3 ərzində sıradan çıxır-Bədbəxt hadisələr (fotoaparatın suya düşməsi və s.) 40% fotoaparatın ömrünə son qoyur.
• Dəyəri baha olanlar ucuzlara nisbətən daha uzun ömürlü olurlar.
Diqqətiniz üçün təşəkkürlər
Hazırladı
Aytən SüleymanovaE-mail: [email protected]